date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-10-26
689
Burnun səni “ələ verə” bilər
Üzün 70% ərazisini zəbt edən burun insanın daxili keyfiyyətlərini ələ verən yeganə orqandır. Geniş burun Mütəxxəssislərin fikrincə, geniş burun sahibləri özlərinə böyük güvəni olan insanlardır. Dar burun sahibi isə hər şeyə ciddi nəzarət edən və qənaətcil olurlar. Dik burunlar Ən cəlb edici burunlardan sayılan dik burun sahibləri isə özlərinə hədsiz inamlı, fikirlərində tamamilə açıq olurlar. Onlar səmimi olmaqla yanaşı, bir qədər də inadcıl olurlar. Bu cür burun sahiblərinə istəmədikləri bir şeyi etdirmək mümkün deyil. Aşağıya doğru əyilən burunlar Bu cür burun sahibləri mükəmməl ideyalara sahib olan yeganə insanlarlardır. Onların yeganə mənfilikləri qərar verməkdə çətinlik çəkmələridir. Ən müsbət keyfiyyətləri isə çətinliklər qarşısında boyun əyməmələridir. Bu cür burun sahibləri yorulmağı sevmirlər.
2013-10-26
690
Hamilə qadınlara verilən dərmanlarda qatqı tapıldı
Hamilə qadınlar üçün nəzərdə tutulan vitaminlərdə donuz piyindən hazırlanan maddənin olduğu aşkar edilib. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərdə bildirilir ki, hamilə qadınların immun sisteminin gücləndirilməsi üçün nəzərdə tutulan vitaminlərin tərkibində "donuz tərkibli" maddələr mövcuddur. Həqiqət meydana gəldikdən sonra məsələ hamilə qadınların narahatlıqlarına səbəb olub. Türkiyədə "Jel kapsül" adlanan məhsullar ciddi risk mənbəyidir. Məsələyə münasibət bildirən Türkiyə dini qurumları bildirib ki, sağlıq mövzularında halal-haram anlayışı mövcud deyil. Türkiyəli araşdırmaçıların apardığı araşdırmadan bəlli olub ki, hamilə qadınların vitamin qəbulu məqsədi ilə bu cür dərmanlardan istifadəsi hələ dünyaya gəlməmiş körpələrin sağlamlığı üçün təhlükə yarada bilər. Qeyd edək ki, Türkiyədə qida terroru ən böyük surəti ilə bütün ölkəni cənginə alıb.
2013-10-26
691
Məhsəti Şərif: “Bu, sadəcə dəhşətdir”
Sumqayıtda yerləşən 2 saylı doğum evində növbəti həkim terroru nəticəsində dünyasını dəyşmiş 26 yaşlı Pərvinə Hüseynova ANS telekanalının məşhur aparıcısı Afət Telmanqızının qardaşının həyat yoldaşı və ANS-in keçmiş aparıcısı, eləcə də "Səs" internet televiziyasının "Xəbərlər" bölümünün keçmiş baş redaktoru Məshəti Şərifin dayısı qızıdır. Hazırda Türkiyədə yaşayan Məshəti Şərif göz yaşları içində baş vermiş hadisə ilə bağlı "Axar.az"a danışdı: "Mən nə deyəcəyimi bilmirəm, çox pisəm, uzaqdayam, əlim də çatmır. Belə hadisələrin baş verməsi birinci fakt deyil. Bu, son ayda jurnalistlərlə bağlı olan ikinci hadisədir. Anar Niftəliyevin də həyat yoldaşı həkim məsuliyyətsizliyi üzündən dünyasını dəyişdi. Biz jurnalistik və hadisəni az da olsa, qabarda bilirik. Amma bu hadisələri qabarda bilməyən insanlar var və onların sayı həddən artıq çoxdur. Azərbaycanda hər gün həkim məsuliyyətsizliyindən ölümlər baş verir. Bu, dəhşətli faktdır! Mən artıq Azərbaycanda səhiyyənin, tibbin mövcud olmadığına tam əminəm! Hadisə ilə bağlı Türkiyədə bir çox həkimlərlə danışmışam. Onlar sadəcə şoka düşüblər, həkimlərin bu qədər savadsızlığından heyrətə gəliblər". Məshəti Şərif həmçinin baş vermiş hadisədən sonra Azərbaycanla birdəfəlik vidalaşdığını da bildirdi: "Düşünürdüm ki, nə vaxtsa övladlarım böyüyər və gəlib Azərbaycanda yaşayaram, amma bundan sonra heç vaxt bu ölkəyə ayaq basmaram. Azərbaycan Tibb Universiteti ferma təsiri bağışlayır. Kobud da çıxsa, deyəcəm: elə bil inkubatordu, mayalandırıb, hər il pullarını alıb buraxırlar. Həmişə türkiyəli dostlarım deyir ki, bəs, niyə hər il sizdən müalicə olunmaq üçün bizə bu qədər insan gəlir? Utandığımdan deyə bilmirəm ki, orda insanları öldürürlər, səhiyyəmiz bizə faciə yaşadır. Övladlarımı Azərbaycan səhiyyəsinə etibar edə bilmərəm! Mən də Afət kimi cinayətkarların cəzalandırılması üçün əlimdən gələni edəcəm".
2013-10-26
692
Məhsullarını yediyimiz adamın gizlin keçmişi
Dr. Oetker firmasının keçmişi haqqında qaranlıq məqamlar üzə çıxıb. Belə ki, aparılan araşdırmadan bəlli olub ki, şirkət keçmişdə kölə işçilər işlədib. Şirkətin rəhbəri olan Avgust Oetker firmanın və atasının faşistlərlə olan münasibətini araşdırıb. Araşdırmadan bəlli olub ki, şirkət II Dünya müharibəsindən 70 il sonra qaranlıq keçmişini gizlətmək üçün böyük səy göstərib. Amma nə qədər səy göstərsə də, buna nail ola bilməyib. Gizli araşdırma Münhendə olan Lüdviq Maksimilian Universiteti tərəfindən aparılıb. Məlum olub ki, dövrün bir çox iş adamı kimi firmanın o zamankı başçısı Richard Kaselovski də faşistlələ yaxınlaşmağa çalışıb. Verilən məlumatlara görə Adolf Hitlerin iqtidara gəlməsindən qısa bir müddət sonra Kaselovski Nasional Sosialist Alman İşçi Partiyasına üzv olub. İş adamı indi də Himmler kimi dövlət əhəmiyyətli adamlara bahalı hədiyyələr verməkdə günahlandırılır. Şirkətin ilk rəhbəri olan Kaselovskinin ögey oğlu Rudolf-August Oetker də atasının bu siyasətini davam etdirib. Qeyd edək ki, indiyə qədər faşistlərlə işbirliyində olan bir çox Alman şirkətlləri haqqında məlumatlar açıqlanıb. Dr. Oetker firması isə qaranlıq keçmişi ilə üzləşən ən sonuncu Alman firmasıdır.
2013-10-26
693
Romanlar oxucuya necə təsir edir - Araşdırma
Ədəbiyyatın hansı xüsusiyyətlərə sahib olduğu sualına cavab tapmaq o qədər də asan deyil. Ən azı dərhal tapmaq. Yeni bir araşdırmaya görə "yaxşı ədəbiyyat" dediyimiz mətnlərin qarşımızdakıları daha yaxşı anlamağa köməkçi olduğu, bununla yanaşı romantik və duyğusal zəkamızı inkişaf etdirdiyi ortaya çıxıb. Amerikalı professor Emanuel Kastano və David Komer Kiddin reallaşdırdığı yeni araşdırmada bildirilir ki, ədəbi roman oxuyanların populyar roman oxuyanlarla müqayisədə daha çox empati (özünü başqasının yerinə qoya bilmək) qura bildiyi məlum olub. Enis Batarın sözlərinə görə, "Müştəri əsasına görə əldə edilən populyar ədəbiyyatın bir əylənmə vasitəsindən, istehlakçı üçün istehsal olunan maldan fərqi yoxdur. Yaxşı ədəbiyyatsa yalnız əyləncədən ibarət deyil. Belə ki, bir qisim oxucuya Luis Erdric, Jasmin Vard, Don Delillo, Vendel Berri kimi ədəbi yazarların əsərləri, digərlərinə isə Cillian Flinn, Rosmunde Pilser, Daniel Steel və Robert Heinlein kimi populyar yazarların kitabları oxudulub. Bu oxumalardan sonra kitablardakı xarakterlərdən təsirlənənlərin ictimai və romantik duyğuları test edilib. Testlərdən də bəlli olub ki, kitab haqqında deyilənlər həqiqətən də doğrudur. Ədəbi romanlar oxucusunu yazara çevirəcək gücə sahibdir Araşdırmanı hazırlayan Kiddə görə ədəbi romanlar fantastikadan kənar xarakterlərə daha çox yüklənir. Bu cür əsərlərdə, ümumiyyətlə, tək bir avtoritar olmur. Xarakterlər haqqında şərh etmənin, bir nəticə çıxarmanın oxucuya buraxıldığı və bu hərəkətlərin eynilə gündəlik həyatda başqalarıyla olan əlaqələrimizə bənzədiyi bildirilir. Ədəbi romanları oxuyan oxucu demək olar ki, yazara çevrilər və xarakterlər arasındakı boşluqları doldura bilər. Bunun səbəbi isə oxucunun oxuyarkən düşünmək məcburiyyətində olmasıdır. Oxuma vərdişinin olması insanların davranışlarına müsbət təsir edir. Araşdırmada bir yazarın yorulmadan yaxşı ədəbiyyat yaradılmasında iştirak etməyə çalışması onun uğuru kimi dəyərləndirilir.
2013-10-26
694
Qışda gözəl görünməyin sirlərini bilin
Adətən qış aylarında xanımların geyimlərinin əksəriyyətini tünd çalarlı paltarlar təşkil edir. Bu sahədə inqilab edən modelyer dizaynerlər isə məhz qış aylarında rəngli geyimlərdən istifadə etməyin lazımlı olduğunu bildirirlər. Ekspertlər xanımları rənglər mövzusunda cəsarətli olmağa çağırır. Bəs bu qış hansı rənglər dəbdə olacaq? Dəb sahəsində inqilab etmiş Fransa modelyerləri xanımlara bədən dərilərinə uyğun rənglər seçməyi tövsiyə edir. Belə ki, açıq tonlu, yəni sarı rəngli xanımlar nisbətən tünd çalarlı göy, yaşıl, qırmızı, bənövşəyi, həmçinin açıq çəhrayı rənglərə üstünlük verməlidirlər. Həmin xanımlar bununla həm gözəl, həm də cazibəli görünmüş olacaqlar. Ekpertlər qeyd etdilər ki, bədən, saç rəngindən asılı olmayaraq hər zaman bütünlüklə ağ geyinmək dəbdədir, xüsusən də bu, qış aylarına təsadüf edirsə. Moda mütəxəssisləri qış aylarında dolabınızda ağ gödəkcə, ağ çanta və ağ uzunboğaz çəkmə olmasının mütləq olduğunu bildiriblər.
2013-10-26
695
Çinlilər “Titanik”in də kopyasını hazırlayır
Çinin cənub-qərbindəki Sıçuan əyalətində 1912-ci ildə batan Titanik gəmisinin surətinin hazırlanacağı bildirilib. XIV Qərbi Çin Beynəlxalq Sərgisində açıqlanan proyektin "Romantik Aralıq dənizi yeddi ulduzlu Beynəlxalq Turizm və İstirahət Zonası" adlı planın bir hissəsi olduğu vurğulanıb. "Axar.az"ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, layihənin sponsorluğunu "Yeddi ulduz enerji qrupu"nun boynuna götürəcəyi bildirilib. Çində hazırlanacaq "Titanik"in orijinalına tamamilə bənzəyəcək: 28 metr en, 270 metr uzunluq, 31,7 metr hündürlük. Gəminin səyahət məqsədi ilə deyil, turistlərə nümayiş olunmaq üçün hazıqlandığı da vurğulanıb. "Titanik"in oxşarının inşasına ilin sonundan başlanacaq.
2013-10-26
697
Türkiyə-Naxçıvan yolu bağlandı - Video
null
2013-10-26
698
Rənglərin suda rəqsi
Alberto Seveso, İtalyan əsilli məşhur sənətçidir. O da ənənəvi sənətçilər kimi boya, yağ və sudan istifadə edir, lakin bir fərq var. Seveso bu maddələri qarışdırdığı anda fotoaparat ilə sürətli çəkilişlər reallaşdırır. Rənglərin rəqsinə şahid olacağınız bu şəkillər telefon, ya da kompüter ekranınıza da möhtəşəm divar kağızı ola bilər.
2013-10-26
699
Ölülər dirilərdən çox pul qazanır
Maykl Cekson "Ölən məşhurların ən varlıları" siyahısında birinci yeri tutub. Forbes jurnalı ölən məşhurların ən zənginlərinin siyahısını açıqlayıb. Siyahıya dünya pop musiqisinin kralı Maykl Cekson başçılıq edir. Qeyd edək ki, ölümündən sonra belə, Maykl yaşayan ulduzlardan çox pul qazanır. 2009-cu ildə 50 yaşında vəfat edən Cekson ötən il ərzində 160 milyon dollar qazanıb. Hətta yaşayan ulduzların ən varlısı olan Madonna (ötən iyundan bu iyuna kimi 125 milyon dollar qazanıb) Mayklın kölgəsində qalıb. Məlumat üçün qeyd edək ki, keçən ilin ölən məşhurların ən zəngini siyahısında aktrisa Elizabet Teylor lider idi. Bu ilki göstəricisi onu dördüncü yerdə qərarlaşdırıb (keçən illə müqayisədə onun gəliri 210 milyon dollardan 25 milyon dollara düşüb). Ceksondan sonra 1977-ci ildə vəfat edən Elvis Presli 55 milyon dollarla ikinci pillədə yer alıb. Siyahının üçüncü yerində 37 milyon dollarla komediyalar müəllifi olan Çarlz Şults növbələşib. İlk beşliyi 18 milyon dollarla Bob Marli tamamlayıb. Başqa məşhurlar Merlin Monro ( 15 milyon) Con Lenon (12 milyon) Albert Eynşteyn (10 milyon) Betti Peyc (10 milyon) Teodor Qeyzel ( 9 milyon) Stiv Makkuin ( 9 milyon) Bryus Li (7 milyon)
2013-10-26
700
Yaponların arıq qalma sirri açılıb
Harvard Universitetinin apardığı araşdırma nəticəsində maraqlı fakt üzə çıxıb. Belə ki, araşdırma nəticəsində dünyada piylənmə və şəkərli diabet xəstəliyi olmayan yeganə ölkə Yaponiya seçilib. Bəs, görəsən bunun sirri nədir? Yaponiya əhalisinin bir qismi ömürlərinin 96%-ni standart çəki ilə başa vururlar. Buna səbəb kimi isə onların qidalanmasının rejimli olması göstərilir. Əksər yaponlar gənc və zəif görünürlər. Alimlər bunun sirrini "yapon dietası" adlandırıb. Yaponiyada artıq çəkili insana rast gəlmək çox çətindir. Amma orada yaşayan insanlar formada qalmaları üçün xüsusi heç nə etmirlər. Formada qalmanın yapon resepti Yaponiyada yeməklər hazırlanarkən ona tərkibindəki kalorini məhv edəcək ədviyyatlar qatılır. Bu ədviyyatların bizim yeməklərə qatdığımız ədviyyatlardan heç bir fərqi yoxdur. Yeganə fərq həmin ədviyyatların eyni zamanda kalori yandırıcısı olmasıdır. Yaponlar gündəlik qida rejimlərini pozmurlar. Onlar yediklərinin normal kalori miqdarını təxmin edir və bu standartdan kənara çıxmırlar. Bununlada onlar ideal bədən ölçüləri ilə dünyada fərqlənirlər. Yapon dietasının faydaları Metabolizmanı sürətləndirərək həzmi rahatlaşdırır. Yediklərinizin kalorisini bir yerə toplayaraq vücuddan atılmasına köməkçi olur. Artıq çəki yarada biləcək yağların bir yerə toplanmasının qarşısını alır. Kilo atmanızı asanlaşdırır. Yeməklərinə əlavə etdikləri ədviyyatın tərkibində olan E vitamini sayəsində onların ömrü uzanır və gənc qalırlar. Qeyd edək ki, "yapon dietası" ilə həyat tərzi sürənlər daha təbii, gözəl və qırışsız üzə sahib olurlar.
2013-10-27
701
Zakir Həsənov Eldar Sabiroğlunu da işdən çıxarıb?
Bu gün Müdafiə naziri Zakir Həsənov üç köməkçisini işdən azad edib. Artıq işdən çıxarılanların yerinə yeni təyinatlar da var. Bu barədə məlumatı dəqiqləşdirmək üçün "Aznews.az" saytı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu ilə əlaqə saxlayıb. Mətbuat katibi isə belə cavab verib: "Hazırda məzuniyyətdəyəm. Nazirlikdə baş verən kadr dəyişikliklərindən məlumatsızam". Ölkənin ən strateji nazirliyindən biri olan Müdafiə Nazirliyində ciddi kadr islahatları həyata keçirilərkən, mətbuat xidməti rəhbərinin məzuniyyətə çıxması və yaxud, məzuniyyətini yarıda qoyub, iş başına qayıtmaması sual doğurmaya bilməz. Ümumiyyətlə, mətbuata həmişə açıq olan Müdafiə Nazirliyi mətbuat katibliyinin ciddi islahatlardan "xəbərsiz" olmasını bildirməsi ciddi qarşılana bilməz və Eldar Sabiroğlunun vəzifədən uzaqlaşdırıldığı barədə qeyri-rəsmi məlumatları təsdiqləyir. Bu arada "APA" Müdafiə nazirinin daha bir islahat apardığı – Hərbi Polis İdarəsinin rəisi, polkovnik Bəbir Həsənovu işdən çıxarması və onun yerinə polkovnik Füzuli Salahovu təyin etməsi ilə bağlı xəbər yayıb. Amma bu rəsmi xəbərdə Eldar Sabiroğluna və Müdafiə Nazirliyinin mətbuat katibliyinə istinadən edilməyib.
2013-10-27
702
Berluskoni yenidən siyasətə qayıdır
İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni 20 il əvvəl yaratdığı və 4 il əvvəl ləğv etdiyi İtaliya (Haydi İtaliya) Partiyasının yenidən aktiv siyasətə başladığını elan edib. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, mərkəz sağ birləşməsinin lideri Berluskoni bu addımla siyasi manevr edib. Başqanı olduğu Azadlıq Xalq Partiyasını (AXP) bağlayan Berluskoni siyasətə atıldığı dövrdə ilk qurduğu partiya olan "Forza İtaliya" ilə yenidən aktiv siyasətə qoşulub. Fərdi mənfəətlərinə görə keçən həftələrdə hökuməti vurmağa cəhd edən Berluskoni kabinetdəki 5 nazirin onu yarı yolda qoymasından sonra məqsədinə çata bilməmişdi. Berluskoninin bu 5 nazirin içində olan baş nazir köməkçisi və Daxili İşlər naziri Ancelino Alfanoya sadəcə ad dəyişdirən yeni partiyada yer verməsi diqqət çəkib. Berluskonin daha əvvəl "O mənim xələfim olacaq" dediyi Alfano AXP-nin ümumi katibi idi. Berluskoni Lettanın koalisiya hökumətini dəstəkləyəcəklərini və söz verdikləri islahatları həyata keçirəcəklərini açıqlayıb. Məlumat üçün bildirək ki, Baş nazir olarkən adı müxtəlif intim qalmaqallarda hallanan Berluskoni icbari həbsdən yaxa qurtara bilməyib və ona qarşı məhkəmə çəkişmələri davam edir. 75 yaşlı Berluskoninin "siyasətə qayıdış" manevrində ittihamlardan qorunmaq istəyi də istisna deyil.
2013-10-27
703
ABŞ-İran münasibətlərində Azərbaycan – Rəy
"İranda Rusiyanın möhkəmlənməsi və neft qiymətlərinin artması nəticəsində Rusiya Səudiyyə Ərəbistanından sonra dünyada birincidir, bu isə ABŞ-ın maraqlarına cavab vermir". Bu sözləri "Axar.az"a İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib. O bildirib ki, ABŞ İranla dialoqlara hazırdır və İrana qarşı müəyyən məsələlərdə güzəştlər edir. İran da Qərblə danışıqlara hazırdır İranda keçirilən prezident seçkilərindən sonra bu ölkə ilə ABŞ-ın münasibətlərində yumşalma hiss olunur. ABŞ İranda keçirilən seçkilərdən sonra nüvə silahı ilə bağlı danışıqlarda daha çox jest etməyə çalışır. O cümlədən, Birləşmiş Millətlər Təşkilatı da İrana müəyyən məsələlərdə güzəştlər edir və münasibətləri yaxşılaşdırmağa çalışır. Məqsəd budur ki, İranın yeni prezidenti Qərblə dialoqlarda maraqlı olsun. Bütün bunların qarşılığında da İran Qərblə danışıqlara hazırdır. ABŞ-ın da İrana jestinin artacağı gözlənilir. Suriyada baş verən müharibələr dünya neft bazarında neftin qiymətinin qalxmasına səbəb olur. Artıq neçə ildir ki, dünya bazarında neftin qiyməti hər barrel üçün 100 dollardan aşağı düşmür, ABŞ isə neft qiymətlərinin artmasında maraqlı deyil. Belə ki, İranda Rusiyanın möhkəmlənməsi və neft qiymətlərinin artması nəticəsində Rusiya Səudiyyə Ərəbistanından sonra dünyada birincidir, bu isə ABŞ-ın maraqlarına cavab vermir. ABŞ–İran yaxınlaşmasının Azərbaycana təsir imkanları ABŞ və İran münasibətlərinin yaxşılaşması Azərbaycana müsbət mənada yaxşı təsir edə bilər. İranla iqtisadi-mədəni əlaqələrin güclənməsi fonunda cənub qonşusundan milli maraqların təhdidinə yönələn siyasi addımların passiv fazaya keçməsi Azərbaycanın maraqları daxilindədir. Üstəlik, nəzərə alsaq ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın iqtisadi çöküşünün qarşısında ən ciddi sipər İrandır, onda Azərbaycanın maraqları daha üstün mövqeyə keçir.
2013-10-27
704
Səfər Əbiyevin Müdafiə Nazirliyindəki kadrları – Siyahı
Yeni nazirin onları vəzifədən çıxarılacağı gözlənilir Ötən il Ali Hərbi Akademiyanın dinləyiciləri, həmçinin Ordudakı bir qrup zabitin imzası ilə mətbuata ünvanlanan və Müdafiə naziri Səfər Əbiyevin biznes imperiyasını, kadrların seçimindəki yerlibazlığını əks etdirən mətn əsasında hazırlanmış yazını "Yeni Müsavat" qəzeti növbəti dəfə yayıb. Yazıda Səfər Əbiyevin özünə yaxın şəxsləri Müdafiə Nazirliyində yüksək vəzzifələrə yerləşdirməsi də əksini tapıb. Siyahıdan da göründüyü kimi, həmin şəxslər Səfər Əbiyevin təmsil olunduğu bölgədə doğulublar. Yeni Müdafiə naziri Zakir Həsənovun kadr islahatlarına həmin siyahıdakı bəzi şəxlərin adı artıq düşüb. Bu isə Müdafiə Nazirliyindəki "vurulacaq kadrları" təsəvvür etməyə imkan verir. "Axar.az" Müdafiə Nazirliyndəki "Səfər Əbiyevin kadrları" kimi təqdim edilən həmin siyahını təqdim edir: 1. Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov; 2. Müdafiə nazirinin köməkçisi, polkovnik Elçin Xəlilov (Yeni nazirin E.Xəlilovu işdən çıxarması barədə dünən məlumat yayıldı); 3. Baş Qərargah rəisinin köməkçisi, polkovnik Elxan Məcidov; 4. Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Rəhim Cəfərov; 5. Mühəndis Xidməti rəisi, polkovnik Mehman Qədiməliyev (Yeni nazir M.Qədiməliyevi artıq işdən azad edib); 6. Kadrlar İdarəsinin rəisi, polkovnik Mahmud Ağadadaşov; 7. Hüquq İdarəsinin rəisi, polkovnik Rauf Kişiyev; 8. Arxa Cəbhə İdarəsinin rəisi, polkovnik Piri İsrafilov (2013-cü ildə P.İsrafilov general rütbəsi alıb); 9. İşlər İdarəsinin rəisi, polkovnik Baxış Ələkbərov; 10. Ərzaq Xidməti rəisi, polkovnik Mustafa Qayıbxanov; 11. Təşkilat-Səfərbərlik İdarəsinin rəisi, Baş Qərargahın rəis müavini general-mayor Yaşar Aydəmirov (Yeni nazir əmri ilə vəzifədən çıxarılıb); 12. Maliyyə İdarəsinin rəisi, polkovnik Elçin Mehdiyev (Vəzifədən çıxarılıb); 13. Beynəlxalq İdarənin rəisi, general-mayor Ramiz Nəcəfov; 14. İnspeksiya rəisi, general-mayor Məmməd Beydullayev (Vəzifədən azad edilib); 15. İnspeksiya rəisinin müavini, polkovnik Elxan Əlibəyov; 16. Tədris-Təlim Mərkəzinin rəis müavini, polkovnik Kamal Əbiyev; 17. Hərbi Akademiyanın rəis müavini, polkovnik Şaiq Ramaldanov; 18. Kafedra müdiri Çingiz Şəfiyev (keçmiş general və Şəmkir korpusunun komandiri. 2011-ci ildə Şəmkir korpusunda 7 əsgərin ölümünə səbəb olan cinayət faktına görə Ali Baş Komandan İlham Əliyevi qərarı ilə korpus komandirliyindən çıxarılıb və general rütbəsi əlindən alınıb – red); 19. Ali Hərbi Məktəbin rəis müavini, polkovnik Fuad Şıxaliyev; 20. Tibb İdarəsi rəisinin müavini, polkovnik Beslan Hüseynov; 21. Hərbi-həkim komissiyasının sədri, polkovnik Firudin Qarabəyov.
2013-10-27
705
Qonaqpərvərlik yaxşı duyğu deyil
Sizcə, niyə hər bir ailə, hər bir bölgə qonaqpərvərlik duyğusu ilə öyünür? Bu məsələləri aydınlaşdırmaq üçün öncə "qonaq", "qonaqlıq", "qonaqpərvərlik" anlayışlarını müqayisə etmək lazımdır. Kimlərə "qonaq" deyirlər? Öz millətinin nümayəndəsinə, öz soydaşına qonaq demək doğrudurmu? Əlbəttə, yox! Yəqin ki, tez-tez bu frazanı işlədirsiniz: "Siz evin adamısınız, qonaq deyilsiniz!" və s. Bu deyimdən aydın olur ki, "qonaq" sözü dilimizdə "yad" anlamında da işlənir. Bu məntiqdən çıxış etsək, "yad" anlamında olan bir sözə hansı məntiqlə farscadan sırınan "pərvər"ini qoşub öyünmək olar? Biz "qonaq/qonuq" deyirik. Sözün kökü "qon" sözündəndir – yəni bir yenə qonmaq. "Quest", "qost", "mehman", "zəif", "müsafir" və s. anlayışları arasındakı fərqli və oxşar məqamlar öz yerində! Axı niyə tanımadığımız bir kəsə pərvəriş göstərilməliyik? Əgər insanlıq adınadırsa, o zaman "pərvər" nə deməkdir? Ərəb dilində qonaq anlamında işlənən "zəif" sözü bəzi məqamları açmağa imkan verir. Belə çıxır ki, qədimdə kimsə yad, tanımadığı bir evdə qonaq olubsa, o, "zəif" sayılıb. İnsanın tanımadığı bir evə gedib çıxması, təhlükələrdən qorunmaq istəyi ehtiyac üzündən baş verə bilərdi. Ona görə də tarixən belə bir adət formalaşıb. Bu adəti bir millətə aid etmək sadəlövhlükdür. Biz qonaqpərvərliklə ən azı öyünməməliyik! Biz yadlara deyil, öz millətimizə daha çox pərvəriş göstərməliyik. Qonaqpərvərlik keçmişin qalığı kimi bizə heç də yaxşı nəsə vəd etmir. Qonaqpərvərlik şüuru qonaqçılıq duyğusu ilə əvəz olunmalıdır...
2013-10-27
707
Gürcüstanın yeni prezidenti kim olacaq
"Axar.az" xəbər verir ki, Gürcüstanda bu səhər prezident seçkisi başlayıb. Yerli vaxtla saat 8:00-da başlayan seçki 12 saat davam edəcək və ölkə ərazisində 3,5 milyon seçici səsvermədə iştirak edə biləcək. Təxminən daha 48,5 min Gürcüstan vətəndaşı isə ölkədən xaricdə səs vermə hüququndan istifadə edəcək. Bəzi ekspertlər hesab edir ki, Gürcüstanın prezidenti postuna iddialı olan 21 siyasətçidən bu posta daha şanslı namizəd "Gürcü arzusu" koalisiyasının namizədi Georgi Marqelaşvili, parlamentin keçmiş sədri Nino Burcanadze və keçmiş hakim partiya – Vahid Milli Hərəkat Partiyasının namizədi David Bakradzedir. Seçkidə rekord sayda müşahidəçinin iştirakı gözlənilir: 60 yerli təşkilatdan 19,7 min və 65 xarici ölkədən 1,2 min. İlkin nəticələr bazar ertəsinin axşamı bəlli olacaq, Gürcüstan Mərkəzi Seçki Komissiyasının rəsmi yekunları isə səsvermə günündən 20 gündən gec olmayaraq açıqlanmalıdır. Xatırladaq ki, öz postunu tərk etməyə hazırlaşan prezident Mixail Saakaşvili bu posta iki dəfə - 2004 və 2008-ci illərdə seçilib.
2013-10-27
708
Oğru, polisi “SPİD”ə yoluxdurdu
Brüsseldə cüzdan oğurlayıb qaçarkən yaxalanan oğru, polisin barmağını dişləyib, sonra da üzünə tüpürüb. Sonradan QİÇS-li olduğu üzə çıxan kişi polisə deyib: "İndi ikimiz də öləcəyik". Bu haqda Belçika xəbər portalı "Sudinfo" yazır. "Axar.az" xəbər verir ki, adı çəkilməyən 26 yaşlı oğru bu hərəkəti barmaq izləri götürülərkən edib. Bundan başqa o, polis şöbəsindəki surətçıxarma aparatını da qırıb. Ona qarşı oğurluqla bərabər "QİÇS"ə yoluxdurmaya cəhdlə bağlı da iddia irəli sürülüb və haqqında iki aylıq həbs-qəti imkan tədbiri seçilib. Bildirilir ki, polisin qorxulu xəstəliyə yoluxub-yoluxmadığı hələlik məlum deyil. Belçika polis idarəsi hesab edir ki, polis məmurunun əlində həmin anda rezin əlcək olduğuna görə xəstəliyə yoluxma ehtimalı çox azdır.
2013-10-27
709
Kursant taborunun komandiri qərargah rəisi təyin edildi
"Axar.az" xəbər verir ki, yeni Müdafiə naziri general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinin kursant taborunun komandiri vəzifəsində çalışan polkovnik Ənvər Əfəndiyevi Bərdə Hərbi Birləşməsinin qərargah rəisi vəzifəsinə təyin edib.
2013-10-27
710
Milli Şuranın 27 oktyabr mitinqi - Fotolar
Bu dəqiqələrdə Milli Şura Bakıda növbəti mitinqini keçirir. Mitinq "İnşaatçılar" metrostansiyasının yaxınlığındakı "Məhsul" stadionunda baş tutub. Meydanın girişində polis keçid məntəqələri qurulub. Mitinqə gələnlər yoxlanılaraq meydana buraxılır. "Axar.az"ın müxbiri bildirir ki, Milli Şuraya daxil olan partiya rəhbərləri də meydanda, mitinq iştirakçıları arasındadır. Mitinqdə yalnız Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli çıxış edir. Mitinqin aparıcısı isə NİDA hərəkatının üzvü Nicat Məmmədovdur.
2013-10-27
711
Şəhid əsgərin məzarı başında and - Foto
Bu gün Azərbaycan Ordusunun giziri Aydın Abdullayev torpağa tapşırılıb. "Axar.az"ın dəfndə iştirak edən əməkdaşı xəbər verir ki, dəfn Hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığında baş tutub. Dəfndə şəhid əsgərimizin doğmaları ilə yanaşı, silahdaşları, Azərbaycan Ordusunun zabitləri iştirak ediblər. Şəhidin məzarı başında zabitlər "Aydının qisasını alacağıq" deyə and içiblər. Xatırladaq ki, 23 yaşlı gizir Aydın Abdullayev dünən cəbhənin Tərtər rayonu istiqamətindəki təmas xəttində düşmən snayperinin açdığı atəş nəticəsində şəhid olub.
2013-10-27
712
Milli Şuranın mitinqinə rəsmi açıqlama
Bu gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Bakı Şəhər Baş Polis idarəsindən "Publika.Az"a verilən rəsmi məlumatına görə, saat 16.15-dən 17.15-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, KXCP, El Hərəkatı, eləcə də bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 (min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak ediblər. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.
2013-10-27
713
Bakıda görünməmiş tıxac
"Axar.az"ın tıxacda qalan müxbiri xəbər verir ki, bu dəqiqələrdə keçmiş "Karl Marks"dan "Koroğlu" metro-stansiyasına qədər 11 kilometrlik yolda görünməmiş tıxac yaranıb. 3 saatdan artıqdır ki, tıxac heç cür açıla bilmir. Müxbirimiz bildirir ki, 102 xidmətinə xəbər verilsə də, bu qədər vaxtda heç bir tədbir görülməyib.
2013-10-27
714
Afət Telmanqızı: “Can Pərvinə, bizə dağ çəkdin...”
ANS telekanalının Xəbərlər departamentinin redaktoru, tanınmış jurnalist Afət Telmanqızının ailəsində baş vermiş faciə hər kəsə təsir etdi. Belə ki, A.Telmanqızının qardaşı Anar Cəfərovun həyat yoldaşı 26 yaşlı Pərvinə Hüseynova Sumqayıtda 1 saylı Doğum Evində doğuş həyata keçirməsindən 21 gün sonra dünyasını dəyişib. İlkin versiyalara görə, ölümə səbəb məhz doğuş zamanı həkimlərin ehtiyatsızlığı olub. "Oktyabrın 22-si ad günü idi. Xəstəxanada koma vəziyyətində qarşıladı. Toylarını da mənim doğum günümdə, noyabrın 7-də etmişdilər. Hələ heç bir illəri tamam olmamışdı. Bəxtəvər başıma, düşünürdük ki, həm evlilik il dönümlərini, həm mənim doğum günümü birgə qeyd edərik" Oktyabrın 4-də həyata keçirlimiş doğuşdan sonra dünən axşam P.Hüseynova M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında dünyasını dəyişib. Oktyabrın 26-da Sumqayıt şəhəri 10-cu mikrorayonda P.Hüseynovanın ailəsi yas mərasimi təşkil etmişdi. Həm həmkar kimi başsağlığına, həm də bu durumu işıqlandırmaq üçün mərasimə getdik. Gözyaşları içərisində bizi qarşılayan Afət Telmanqızı bir müddət özünə gəldikdən sonra yana-yana baş verən hadisələri şərh etdi: "Pərvinə elə belə qız deyildi. O, mənə bacılıq edirdi. Qardaşım gec, 35 yaşında ailə həyatı qurdu. Heç kəsə könlü yatmırdı. Onları mən tanış etmişdim. Yeganə qız idi ki, qardaşım bəyənmişdi və evlənmişdi. Onun yerini heç kəs verməz, Pərvinə əvəzolunmazdır. O qədər, İlahi o qədər yaxşı gəlin idi ki...." (hıçqırıqlarını saxlaya bilməyərək, nitqini yarımçıq saxlayır). Afət xanım çətinliklə də olsa sözünə davam edir: "Oktyabrın 22-si öz ad günü idi. Təəssüf, xəstəxanada koma vəziyyətində qarşıladı. Toylarını da mənim doğum günümdə, noyabrın 7-də etmişdilər. Hələ heç bir illəri tamam olmamışdı. Bəxtəvər başıma, düşünürdük ki, həm evlilik il dönümlərini, həm mənim doğum günümü birgə qeyd edərik. Həm də özü istəyirdi ki, uşağa məhz o gün ad qoyulsun. Özü də deyirdi ki, bibisi, nə ad istəyirsən, sən qoy... Can Pərvinə, bizə dağ çəkdin..." Göz yaşlarını sildikdən sonra yenidən o günləri yada saldı: "Düzü, axır aylarda yaman qorxurdu. Nəsə narahatlıq, həyəcan duyurdu. Deyirdi, bir şey olsa mənə olsun, balama yox. Elə bil nəsə duyurdu. Can bacı, körpəsini cəmi 2 gün qucağına ala bildi. Amma deyim ki, normal səhhətli birisi idi. Hamiləliyin son aylarınadək işə gedib-gəlirdi. O, Sumqayıtda kollecdə kadrlar şöbəsinin müdiri idi. Qardaşım da, mən də deyirdik ki, yolun uzaqdır, hamiləsən getmə. Amma deyirdi ki, özümü yaxşı hiss edirəm. Bütün hamiləlik dönəmində də daim yoxlamalardan keçib". Həkimlər Pərvinənin təzyiqi olduğu üçün qeysəriyyə əməliyyatı təklif ediblər: "Doğuşdan 5 gün öncə bura anasıgilə gəlmişdi, onlar dedi ki, burda yaxşı həkim var, doğuş burda olsun. Hansı ana istər ki, övladının başına bəla gəlsin. Amma doğuş kaş Bakıda olaydı... Doğuş oktyabrın 4-də Sumqayıtda 1 saylı Doğum Evində həyata keçirildi. Pərvinə 2 gün yüksək təzyiqlə olsa belə özünü nisbətən normal hiss edirdi. Daha sonra durumu get-gedə kəskinləşdi. Bizə dedilər ki, təzyiqi ilə bağlıdır. Ağlımıza gəlməzdi ki, bu dərəcədə ciddi vəziyyət var. Durumun getdikcə qəlizləşdiyini gördükdə həkimlər dedilər ki, " biz bilmirik, bizlik bir şey yoxdur". Helikopterlə "Respublikanski" xəstəxanasına gətirdik. 15 gün də burada qaldı. Ən yaxşı həkimlər baxdı ona. Bir ara düzəlmişdi, bizə dedilər ki, təzyiq filan bir yana, əsas böyrəyi işləsə sağalacaq. Aman Allah, necə sevinmişdik. Amma sonradan məlum oldu ki, əməliyyat zamanı çoxlu qan itiribmiş. Bunu isə bizə heç deməyiblər də". Söhbətimizin bu məqamında A.Telmanqıznın telefonuna zəng gəldi. Hadisəni qısaca şərh edərək, təşəkkürlərini bildirib telefonu qapatdı. Zəng vuranın professor Adil Qeybulla olduğunu söylədi. Hər kəsin başsağlığı verdiyini, bu səhər ANS-in əməkdaşlarının da mərasimə gəldiklərini söylədi. Yenidən dialoqumuza qaldığı yerdən davam etdi: "Respublika Klinik Xəstəxanasında olarkən dedilər ki, ciftin bir hissəsi qalıb deyə, qanına zəhərlənmə keçib, gərək əməliyyat edib, qalıqları təmizləyək. Birinci əməliyyatdan sonra ikinciyə də ehtiyac duyuldu. Həmin əməliyyatdan sonra isə özünə gəlmədi, komaya düşdü. Onun əsas ölüm səbəbləri o olub ki, ilk növbədə çoxlu qan itirib, sonra isə cift qalığından qanına zəhərlənmə keçib. Bu isə kəskin böyrək çatışmazlığı yaradıb. Beləcə gəlinimiz dünyasını dəyişdi. Heç nədən! Həkim səhlənkarlığından! Son olaraq ona Nevroloji Mərkəzin həkimi Ələsgər Həsrətov baxdı. Beyninə qan sızdığı üçün öldüyün söylədi. Allah bilir, bəlkə də aparata bağlı qaldığı 8 gündə dünyasını dyişibmiş elə... Aparata bağlı qalmasının mənası olmadığını söylədilər və axşam aparatdan ayırdılar..." "Mən bu işi belə qoymayacağam" - deyən, A.Telmanqızı bu məsələ ilə bağlı aidiyyatı orqanlara müraciət edəcəyini bildirdi. "Hərçənd ki, nəsə olacağına ümidim yoxdur. Lakin yenə də bütün hüquqi instansiyalara müraciət edəcəyəm. Bunun məsuliyyətini daşıyanlar cəzasını çəksinlər. Canım ağrıyır... Bu gün qızım Cəmilə Pərvinənin ona aldığı qolbağı göstərib deyir ki, "ana, bax, bunları mənə Pəriş bacı alıb, amma gedirəm onu görmürəm"... Deyirəm anan sənə qurban, onu mənə göstərmə. İnanın, dayana bilmirəm, evə gedə də bilmirəm. Sanki ev üstümə-üstümə gəlir. Hər yerdə qırmızı lentlər var. Heç bir il deyil ki, evlənmişdilər. Dağıtdılar qardaşımın həyatını, dağıtdılar! O qızın yerini heç kəs verməyəcək. Çox gözəl insan idi, otruşunu-duruşunu bilən, intelektli, canıyanıcıl, təmkinli... İndi istəyirəm ki, qızı götürüb özüm saxlayam. Yoldaşım Ülfət də deyir ki, öz qızım kimi böyüdərəm. Bircə odur mənə təskinlik verən. Bilmirəm, bilmirəm qardaşım buna razı olacaqmı...." Uşağa hazırda gəlinin xalası qızı baxdığını deyən A.Telmanqızı P.Hüseynova ilə yaşadıqları hər günü qəhərlə yada salırdı: "Bir dəfə baldızımın toyu üçün Tovuza gedirdik. O da getmək istədi. Anam əvvəlcə hamilə olduğu üçün razılaşmaq istəməsə də yoldaşı dedi hazırlaş, gedirik. Üç gün Tovuzda qaldıq. Ay aman, necə xoşbəxt idi. Gözləri gülürdü. Bilirsiniz, o bizim ailədə cəmi 1 il idi vardı. Amma o bir ildə nə qədər xatirəsi yaddaşımıza hopub. Elə insan var, 50 il ömür sürür, ondan arxaya bir xatirə qalmır. Amma Pərvinənin hər addımı qəlbimdədir. Heç bilmirəm necə özümü ələ alım...." Bir daha təskinlik verib, P.Hüseynova və A.Telmanqızının analarına başsağlığı verərək, işimizə davam etdik. Doğum evinin ünvanını öyrənərək yas mərasimindən birbaş oraya yollandıq. Sovet dönəmindən qalma, girişindəncə nimdaşlıq yağan doğum evinə girdik. Təlaşla qarşılanaraq, növbətçi həkimin yanına göndərildik. Soyuq, antisanitar şəraitli koridorlardan keçərək 2-ci mərtəbəyə çıxdıq. Adı Mətanət olan növbətçi həkim hər vəchlə sullarımızdan yayındı. Heç bir səlahiyyət sahibi olmadığını deyən həkim, doğuşu qəbul edən Sevda həkimin də soyadını söyləmədi. İsrarlarımıza baxmayaraq nə baş həkim İmmi Ələkbərzadənin, nə də köməkçisi Təranə Qarayevanın mobil əlaqə nömrələrini öyrənə bilmədik. Məcburən oranı tərk etmək üçün yenidən birinci mərtəbəyə endik. Yeni bir informasiya əldə etmək üçün yavaş-yavaş birinci mərtəbənin abu-havasını duymağa çalıdşıq. Bu əsnada Mətanət həkimin yuxarıdan bir tibb bacısını göndərərək bütün işçiləri, qapıçıları yanına çağırtdığının şahidi olduq. Yalnız doğum evinin nömrəsini öyrənərək oranı tərk etdik. Çalışdığımız qədərilə bu məsələni nəzərdə saxlayacağıq. Aidiyyatı kəslərlə əlaqə yaratdıqdan sonra daha təfsilatlı informasiyaları sizlərə təqdim edəcəyik. Çox təəssüf ki, son bir ayada ikinci belə durumu qələmə almaq məcburiyyətində qalırıq. Keçən dəfə Hüseyn adlı körpə öz anasını itirdi, indi isə adı belə qoyulmamış qızcığaz ana qayğısından bir ömürlük məhrum oldu. Allahdan mərhuma rəhmət, yaxınlarına isə səbr diləyirik. ("Musavat.com")
2013-10-28
715
Ermənistan Qarabağdan imtina edir
"Mövcud Ermənistan iqtidarı hakimiyyətini qoruyub saxlamaqdan ötrü Artsaxı qurban verə bilər!" "Axar.az" Ermənistanın "Arminfo" saytına istinadən xəbər verir ki, bu sözləri oktyabrın 25-də parlamentdə keçirdiyi brifinq zamanı "Erməni Milli Konqresi" fraksiyasının sədri Aram Manukyan deyib. "Hakimiyyətin son addımları bizi amansızcasına bu rüsvayçılığa doğru sürükləyir. Avropa Parlamentinin oktyabrın 23-də keçirilmiş plenar iclasında qəbul edilmiş "Avropanın mehriban qonşuluq" siyasəti çərçivəsində qəbul edilmiş qətnamə layihəsi də bir başa buna şahidlik edir. Bu layihədə ilk dəfə vurğulanır ki, Qarabağ konflikti "Azərbaycanın ərazi bütövlüyü" və "Şərq tərafdaşlığı ölkələrindən birinin o birisinin ərazisini işğal etməsi" prinsipləri əsasında həll edilməlidir. Məhz, bizim hakimiyyətin yanlış siyasəti belə bir qətnamənin qəbul edilməsinə gətirib çıxarıb", - deyə Manukyan qeyd edib. Manukyan daha sonra bildirib: "Bu gün vəziyyət tamamilə dəyişib və indi elə bir beynəlxalq təşkilat yoxdur ki, xalqların öz müqəddəratını təyin etmə hüququna əsasən Dağlıq Qarabağın suverenliyi fikrini qəbul etmiş olsun. Tamamilə mümkündür ki, iqtidar bu şərtlər altında hakimiyyəti sırf öz əllərində saxlamaq naminə Artsaxı qurban versinlər". Xatırladaq ki, oktyabrın 23-də Avropa Parlamentinin plenar sessiyasında "Avropa mehriban qonşuluq siyasəti" haqda qətnamə layihəsi qəbul edilib. Qətnamənin 16-cı paraqrafında qeyd olunur ki, "Şərq tərafdaşlığı proqramı"na qoşulmuş dövlətlərdən birinin o birinin ərazisini işğal etməsi "Şərq tərəfdaşlığının fundamental prinsip və məqsədlərinin pozulması hesab edilir". Bu konteksdə Dağlıq Qarabağ konfliktinin 1993-cü ildə ATƏT-in qəbul etdiyi 4 qətnamə və "Minsk qrupu"nun 2009-cu il iyulun 10-da razılaşdırılmış birgə bəyannaməsində göstərilmiş baza prinsiplərinə əsasən həll edilməsi vurğulanır.
2013-10-28
716
Şahbaz Xuduoğlu: "Ondan gözüm su içmədi"
Tanınmışlar ötən həftənin xəbərini 7 rəngdə verir Ağ: Kitab yarmarkası oldu, Park Bulvarda. Kitaba olan maraq xeyli artıb. Kitablar haqqında danışmaq mənim üçün meditasiyadır. Qara: Babanın nəvəsinə görə intiharı qədər qara xəbər ola bilməz. Sarı: Sarı ördək nədirsə, ondan gözüm su içmədi. Qırmızı: Suriyaya hücum olmadı. Göy: Bakının ən hündür binalarından birindən "Azadlıq" prospekti ilə enən bir Fayton gördüm, gül-çiçəklə bəzənmişdi, sahilə doğru asta-asta hərəkət edən Faytonu izlədikcə gərginliyim azaldı, beynimdəki müharibələri sülh, əmin-amanlıq əvəz etdi. Fayton getdikcə uzaqlaşdı, sanki sıx İsmayıllı meşəsində gözdən itdi. İsmayıllı meşəsi, hündür ağacların arasında, üstünə süzülən işıq şüaları... Nədənsə məhz orda, o sıx meşəlikdə, illərlə qalaqlanmış xəzanında dolanmağı istədim. Yaşıl: Prezidentliyə namizədlər arasında hansının platformasında Azərbaycan kitab mədəniyyətinin, ədəbiyyatının inkişafına xidmət edən müddəa vardısa ona səs verdim. Mavi: Yanıma bir müəllim gəlmişdi, arıq, çəlimsiz, kostyumunun içində itmiş kimiydi. Təvazökar, utancaqlığı əl hərəkətlərinin işlətdiyi ifadələrə adekvat olması gözümdən yayınmadı. Bu an onun necədə böyük əlləri olduğunu gördüm; çox sağlam, dərisi sümüklərinin üstünə palıd qabığı kimi yapışmışdı. Özümü toparladım, kompüteri kənara itələdim. Atamı xatırladım, onun uzunsov, arıq iri əllərinin istisi vurdu məni. Qonağa çay təklif etdim, o isə istəmədi, dedim niyyətin nə idi, dedi sadəcə tanış olmaq istədim.
2013-10-28
717
Yol terroru Gəncədə iki can aldı
"Axar.az" FHN-nin mətbuat xidmətinin yaydığı xəbərə əsaslanaraq bildirir ki, bu gün gecə saatlarında Gəncə şəhərində dəhşətli yol qəzası baş verib. "FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə Regional Mərkəzindən daxil olmuş məlumata əsasən, Gəncə şəhərində "FORD" markalı mikroavtobus ilə "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobilin sürücüsü aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər deformasiya uğramış avtomobillərdən sıxılmış vəziyyətdə qalmış meyitləri təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil vermişlər. Əməliyyat saat 03:00-da başa çatıb".
2013-10-28
718
Gürcüstan MSK-sı ilkin səsvermənin yekununu açıqladı
İlkin nəticələrə görə, "Gürcüstan arzusu" birliyinin namizədi Georgi Marqvelaşvili Gürcüstan prezident seçkilərində 63,17% səs toplayıb. "Axar.az" xəbər verir ki, nəticə MSK-nın üzərində işlədiyi 26,89% protokolun əsasında hesablanıb ("İnterfaks"). Saakaşvilinin lideri olduğu "Vahid Milli Hərəkatı" partiyasının namizədi David Bakradze 21,34 % səslə ikinci yeri tutur. Parlamentin eks-spikeri Nino Burcanadze isə 9,65% səslə üçüncü yerdədir. Gürcüstandakı seçkilərdə 46 faiz seçici iştirak edib. Seçici kvorumu olmasa da, Gürcüstan qanunlarına görə, prezidentliyə namizəd seçkidə iştirak edən seçicilərin 50%-dən çoxunun səsini almalıdır ki, birinci turda qalib gələ bilsin.
2013-10-28
719
Məhşur roker Lu Rid vəfat etdi
"Roling Stone" jurnalının yaydığı məlumata görə, əfsanəvi rok-ifaçı və "The Velvet Underground" qrupunun eks-lideri Lu Rid 71 yaşında vəfat edib. Rəsmi olaraq ölüm səbəbi açıqlanmır. Qeyd edək ki, 2013-cü il aprel ayında qastrol səfəri zamanı musiqiçinin halı pisləşib və konsertlər təxirə salınıb. Daha sonra mətbuatda məlumat yayılıb ki, rokerin ciyəri sıradan çıxıb. May ayında musiqiçi qaraciyər köçürməsi əməliyyatı keçirib. Lüis Alan Rid "The Velvet Underground" rok-qrupunun yaradıcı və liderlərindən biri olub. Öz fəaliyyəti zamanı (60-70-ci illər) geniş populyarlıq qazanmasa da, bir çox müasir rokerlər onların yaradıcılığına maksimal təsir edən qruplardan birinin də "The Velvet Underground" olduğunu bildirib. Lu Ridin son albomu "Hudson River Wind Meditations" 2007-ci ildə işıq üzü görüb. 2011-ci ildə metal-qrup "Metallica" ilə "Lulu" adı altında birgə səsyazmada iştirak ediblər.
2013-10-28
720
Sumqayıtlı gənc terrora qurban getdi
Bu gün Sumqayıt şəhərində "Mercedes" markalı minik avtomobili səkiyə çırpılaraq ağır qəza törədib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə təhlükəsizlik qaydalarına riayət etməmək və yüksək sürət nəticəsində baş verib. Sürücü həyatını itirib. Xilas edicilər sürücünün meyitini maşından çıxartmaq üçün bir qədər çətinlik çəkib. Uzun sürən əməliyyat prosesindən sonra deformasiyaya uğramış avtomobildən 22 yaşlı sürücü Elvin Faiq oğlunun cəsədini çıxarmaq mümkün olub. Cəsəd tibbi ekspertiziyaya təhvil verilib.
2013-10-28
721
İran parlamenti prezidentə qarşı
İran parlamentində ölkə prezidenti Həsən Ruhani tərəfindən Gənclər və İdman Nazirliyinə namizəd göstərilən Rza Salehi Əmirinin namizədliyi səsverməyə buraxılıb. 261 millət vəkilindən 141-i lehinə, qalanları əleyhinə verib və beləliklə, Rza salehi təsdiqlənməyib. "Təcrübəsi yoxdur" Müxalifət Əmirinin nazirlik üçün təcrübəsi olmadığını, əvvəlki vəzifələrində idarəçiliyinin yaxşı olmadığını və 2009-cu ildə prezident seçkilərindən sonra ölkədə yaranan qarışıqlıqda rolu olduğunu iddia edib. Rza Salehi isə bu iddiaları rədd edib. İran prezidenti Ruhani qarşıdakı günlərdə bu vəzifə üçün yeni namizəd təklif edəcək.
2013-10-28
722
Əvəz Zeynallının həbsindən 2 il ötdü
Bu gün "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının həbs olunmasının iki ili tamam olur. 2011-ci il oktyabrın 28-də Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim etdiyi ərizə əsasında həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 311.3.3 (külli miqdarda rüşvət alma), 311.4 (hədə yolu ilə pul tələb etmə), 306 (məhkəmənin qərarını icra etməmə) və 213.1 (xeyli miqdarda vergini ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Uzun müddət davam edən istintaqdan sonra 2013-cü il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallıya hökm oxunub. Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi məhkəmədə baş redaktorun əmlakı müsadirə olunmadan cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb. Hökmə əsasən baş redaktor 4076 manat cərimələnib, Ə.Zeynallıya həbsdən azad edildikdən sonra 1 il müddətində kommersiya fəaliyyəti ilə məşğul olmaq qadağan edilib. Məlumat üçün bildirək ki, Ə.Zeynallının "hədə yolu ilə pul tələb etmə"sindən şikayətlənən Gülər Əhmədova hazırda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə təqsirli bilinir. Xatırladaq ki, Əvəz Zeynallı Ankara Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur. Banu və Selcan adlı iki qız övladı var.
2013-10-28
723
Gülər Əhmədovanın məhkəməsində ilginc sənəd
Bu gün sabiq deputat, adı ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə rüşvət qalmaqalında hallanan Gülər Əhmədovanın məhkəmə prosesi davam edəcək. "Axar.az" xəbər verir ki, "Aznews.az"a daxil olan məlumata görə, G.Əhmədovanın vəkili icazəsiz video çəkilişdən məhkəmədə sübut kimi istifadə edilməməsi üçün vəsatət qaldıracaq. Ancaq bununla bağlı Konstitusiya Məhkəməsindən qanunun müvafiq maddəsinə şərh almaq mümkün olmayıb. Buna görə də G.Əhmədovanın müdafiəçiləri qanunun bu maddəsi ilə bağlı Ukrayna Konstitusiya Məhkəməsinin şərhindən istifadə etməyi nəzərdə tutub. Sözügedən şərh G.Əhmədovanın keçmiş vəkili, məhkəmə ərəfəsində G.Əhmədova ilə müqaviləsinə xitam verilən Raqif Mustafayev tərəfindən əldə edilib. Ancaq məhkəmədə R.Mustafayev G.Əhmədovanın vəkili kimi çıxış etmədiyindən, sözügedən şərhdən hansı formada istifadə ediləcəyi hələlik məlum deyil. Xəbəri təsdiqləyən R.Mustafayev bildirib ki, qanunsuz çəkiliş və səs yazısından məhkəmədə sübut kimi istifadə olunmaması barədə Ukrayna Konstitusiya Məhkəməsinin şərhini o, şəxsi təşəbbüsü ilə əldə edib: "Bizim Konstitusiya Məhkəməsi belə şərh vermədi. Ona görə də mən istintaq müddətində bu barədə araşdırma apardım. Ukrayna və Azərbaycan Konstitusiyaları oxşardır. Bizim Konstitusiya Məhkəməsindən fərqli olaraq, Ukraynanın Konstitusiya Məhkəməsi qanunun müvafiq maddəsinə şərh verib və həmin şərhdən məhkəmə prosesində istifadə nəzərdə tutulur. Ancaq mən daha Gülər Əhmədovanın vəkili deyiləm və topladığım bütün materialları digər vəkilə təqdim etmişəm. Onun məhkəmədə həmin materialdan necə istifadə edəcəyini isə söyləyə bilmərəm".
2013-10-28
724
Ən nəhəng adam toyuna avtobusla gəldi - Foto
"Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2.51 metr boyuyla hal-hazırda dünyanın ən uzun boylu adamı ünvanına sahib Sultan Kösə dünən axşam görkəmli toy məclisi ilə nikaha girib. Sultan Kösə Türkyənin Mardin şəhərinin Derik kəndində suriyalı Mərvə Debo ilə ailə həyatı qurub. "Mova Park" şadlıq sarayında olan toya üç minə yaxın qonaq təşrif buyurub. Boyunun uzunluğuna görə Sultan şadlıq sarayına gəlin avtomobilində yox, avtobusla gəlib.
2013-10-28
725
Hərbi hissədən qaçan əsgər yaralı tapıldı
Azərbaycanda xidməti silahını götürərək hərbi hissədən qaçan əsgər tapılıb. "Axar.az"ın "APA"ya istinadən verdiyi xəbərə görə, əsgər Cəmil Elxan oğlu Hüseynzadə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaralı vəziyyətdə ələ keçib. Onun hansı şəraitdə və kimin tərəfindən yaralanması isə hələlik məlum deyil. Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisə münasibət öyrənmək mümkün olmayıb. Qeyd edək ki, Müdafiə Nazirliyinin Tovuz rayonundakı "N" saylı hərbi hissənin əsgəri, 19 yaşlı Cəmil Elxan oğlu Hüseynzadə oktyabrın 26-da xidməti silahını da götürərək hərbi hissəni özbaşına tərk edib. Hadisədən dərhal sonra əməliyyat qrupu yaradılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Əsgərin axtarışlarına polis qüvvələri də cəlb edilib. Tovuz və Ağstafa rayonlarında polis postları qurulub. Qeyd edək ki, C. Hüseynzadə Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
2013-10-28
726
İşsizlik, yoxsa “staj” maneəsi
Gənclərin karyera qurma dərdi Ölkədə kifayət qədər vakant iş yeri olsa da, həmin yerləri gənclər öz iş perspektivlərinə uyğun görmürlər. Gənclərin işlə həm də gələcək karyera qurmaq istəyi başa düşüləndir və ona görə də böyük həvəslə iş axtaran gənclərin istəyinə uyğun iş təklif edilmədikdə, gənclər işsiz qalır, vakant iş yerləri isə çoxalır. Bu paradoks vəziyyəti necə həll etmək olar? Əmək eksperti Telman Sadıqov "Axar.az"a açıqlamasında bildirdi ki, hazırda ölkədə gəncləri mənəvi-psixoloji baxımdan təmin edəcək iş yerləri yetərincə deyil. Ekspertin sözlərinə görə, problemin ikinci səbəbi ölkədə ilkin kapital yığımı prosesinin getməsidir. Bu isə gənclərin aşağı səviyyəyə mənsub işlərdən imtina etməsindən xəbər verir. Əksəriyyət öz ixtisasına uyğun işləmir Ölkə gənclərinin çoxu ali məktəbi bitirdikdən sonra öz ixtisaslarına uyğun işləmir. Gənclər bildirirlər ki, işə başlayanda çətinliyin yaranmasının əsas səbəbi onlardan staj istənilməsidir. Stajı olmayan gənclər isə könüllü işləmək məcburiyyətində qalırlar. Könüllü iş sisteminə maraq artıb Gənclərdə könüllü iş sisteminə maraq durmadan artır. Onlar bununla təcrübə topladıqlarını və sonra daha yaxşı iş tapa bildiklərini bildirirlər. Könüllü iş yerlərinə gəlincə, burada "Asan xidmət" və telekanallar liderdir. "Axar.az" açıqlama verən Tələbə Gənclər Təşkilatının mətbuat katibi Hüseyn İsmayılov bildirdi ki, hazırda ölkədə qeyri-hökumət təşkilatlarının maliyyə dəstəyi ilə "Düzgün ixtisas karyeram" adlı layihə həyata keçirilir. Bu layihə çərçivəsində gənclər təkcə iş tapmaqda deyil, hətta ixtisaslarına uyğun işlərlə məşğul olmaqda imkan əldə edirlər. Gənclərin maraq göstərdiyi sahələr hansılardır? Hazırda gənclər arasında prodüser, resepşn, teleaparıcı, jurnalist və rejissorluq sahələri daha aktualdır, ofis işlərinə daha çox maraq göstərirlər. Hər zaman öz aktuallığı ilə seçilən müəllim peşəsinə gənclər arasında maraq xeyli azalıb. Regionlara maraq yoxdur Gənclərdə regionlara olan maraq demək olar ki, sıfır həddədir. Hətta regionlarda olan gənclər də paytaxta işləməyə gəlir. Bölgələrdən paytaxta üz tutan gənclərin əksəriyyəti bazarlarda xırda ticarətlə məşğul olur. Buna səbəb isə regionlarda əmək haqqının çox aşağı olmasıdır.
2013-10-28
727
Bu gün yorğun demokratın doğum günüdür
Ahmet Kayanın yaradıcılıq yolu Ahmet Kaya Adıyamandan Malatyaya köç edən Zaza kürdləri ailəsində doğulub. Anası türk olub. Musiqi ilə ilk tanışlığı 6 yaşında doğum gününə atasının "türk sazı" hədiyyə etməsindən başlayıb. 1980-ci illərin ortalarında məşhurlaşmadan öncə İstanbulda taksi sürücüsü işləyib. İlk albomu olan "Ağlama bəbəyim" 1985-ci ildə işıq üzü görüb. Musiqiçinin populyarlığı 1990-1994-cü illərdə "Şarkılarım dağlara" albomu ilə daha da artib və 2.8 milyon albomu satılıb. 1990-cı illərin bütün albomları hit-paradların top pillələrində yer tutub. Karyerası müddətində 20-yə yaxın albom çıxarıb. O, eləcə də protest musiqiləri və sosial bərabərlik uğrunda savaşı ilə tanınıb. Onun mahnıları ana, fədakarlıq və ümid mövzularını əhatə edib. Siyasi baxışı və gördüyü işlər 1999-cu il fevralın 10-u "SHOW TV"dən yayımlanan ilin musiqi mükafatında "İlin Musiqiçisi" adını alan Kaya çıxışında kürd kökənli olduğunu vurğulayaraq kürd dilində də musiqi yazmaq istədiyini söyləyib. O, elan etdi ki, kürdcə musiqi yazıb ("Karvan" mahnısı 2001-ci ildə "Hoşcakal gözüm" albomunda yer alıb) və onu tanıtmaq üçün video-rolik hazırlayıb. 1999-cu ilin iyununda Kaya siyasi baxışları, separatist fikirlərinə görə Fransaya qaçmalı olub. Həmçinin 1993-cü ildə Almaniyada keçirilən konsertində "Parti Karkerani Kurdistan"(PKK) posterini nümayiş etdirdiyi üçün ittiham edilib və Abdulla Öcalanı dəstəklədiyinə görə hesabat verib. 2000-ci ildə separatist təbliğat apardığı üçün 3 il 9 aylıq qiyabi məhkum olunub. Lakin daha sonra konsertdə poster nümayişi iddialarının saxta olduğu sübut edilib. Ahmet Kaya 2000-ci ildə Parisdə 43 yaşında ürək tutmasından vəfat edib.
2013-10-28
728
Zakir Həsənovdan daha bir təyinat
Yeni müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyi Əməliyyat İdarəsinin sabiq rəisi, həmçinin Hərbi-Elmi Mərkəzin baş zabiti, ehtiyatda olan general-mayor Anatoli Vasyakı nazirlikdə yeni vəzifəyə təyin edib. "Axar.az" "Modern.az"a istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov məlumat yayıb. O, bildirib ki, ehtiyatda olan general-mayor Müdafiə Nazirliyində yaradılmış Daxili Təhlükəsizlik İdarəsinə şöbə müdiri vəzifəsinə təyin edilib. Üzeyir Cəfərov bildirib ki, general Vasyak Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun ən yaxın dostlarından və sirdaşlarından biridir. Bu səbəbdən də Nəcməddin Sadıqovla bağlı verilən proqnozlar özünü doğruldacaq.
2013-10-28
729
Əli İnsanovdan Cəmil Həsənliyə təklif - Eksklüziv
"Mən onunla mütləq görüşəcəm" Yaxın günlərdə həbsdən azad edilən keçmiş məhbuslardan biri "Axar.az"ın əməkdaşına olduqca maraqlı informasiya verib. Sabiq Səhiyyə naziri ilə eyni cəzaçəkmə müəsisəsində cəza çəkən və bir müddət əvvəl azadlığa çıxan keçmiş məhbusun sözlərinə görə, Əli İnsanov həbsdən çıxdıqdan sonrakı fəaliyyəti barədə danışarkən, Cəmil Həsənli ilə bərabər yeni siyasi qurum yaradacağı arzusunu dilə gətirib. Hətta bu istiqamətdə müəyyən addımların atıldığını da qeyd edib. Məsələ ilə bağlı Milli Şuranın vahid namizədi Cəmil Həsənli ilə əlaqə saxladıq. Cəmil Həsənli Əli İnsanov tərəfindən ona hər hansı bir müraciət edilmədiyini və buna rəğmən Əli İnsanovla mütləq görüşəcəyini dedi: "Əli İnsanovun həbsdən azad edilməsi ilə bağlı Avropa Məhkəməsinin qərarı var. Bu qərar indiyədək yerinə yetirilməyib. Halbuki o, çoxdan həbsdən azad edilməli idi. Əli İnsanov azadlığa çıxanda isə - müraciət edib-etməməsindən asılı olmayaraq - onunla mütləq görüşəcəm". Cəmil Həsənli keçmiş nazirlə birgə siyasi fəaliyyət göstərmək məsələsinə də aydınlıq gətirdi və dedi ki, bu məsələni ehtimal üzərində dəyərləndirmək düzgün olmaz və hər şeyi həyatın tələbi müəyyənləşdirəcək: "Belə bir təklif hələ ki, mənə çatdırılmayıb və belə bir müzakirə aparılmayıb. Əli İnsanov da hələ ki həbsdədir. Həbsdən azad olunsa - inşallah ki olunacaq – onunla görüşüm insani borc istəyindəndir. Qalan məsələləri isə zaman həll edər".
2013-10-28
730
Corc Vaşinqton birinci, Putin sonuncudur
Məşhur şəxslərin əlyazmalarını satışa çıxaran "Avtoqramaniya" şirkəti ən yüksək rəqəmləri açıqlayıb. Siyahıda birinci yeri Amerikanın ilk prezidenti Corc Vaşinqton tutur. "Metro Nyus" saytının xəbərinə görə, Corc Vaşinqtonun əlyazması 619 min dollara satışdadır. Saytdakı xəbərə görə, Barak Obamanın əlyazması 317 min, Ronald Reyqanın 301 min, Bil Klintonun 277 min, Leonid Brejnevin 142 min, Arnold Şvartsenneger 131 min, Vladimir Putinin əlyazması 51 min dollara satışdadır.
2013-10-28
731
“İslam düşmənləri” toyu qan gölünə çevridi
Əfqanıstanın Qazni vilayətində toya gedənləri aparan mikroavtobus minaya düşüb. Əksəriyyəti qadınlar olan mikroavtobus qəzasında 18 nəfər ölüb, 5-i yaralanıb. "Axar.az"ın "Haberler.com"a istinadən verdiyi xəbərə görə, Əfqanıstanın təhlükəsizlik işçiləri mikroavtobusun yolun kənarında əvvəlcədən quraşdırılmış minaya düşdüyünü və hadisə nəticəsində çoxu qadın olmaqla 18 nəfərin öldüyünü, 5 adamın isə yaralandığını bildirib. Əfqanıstan prezidenti Həmid Kərzai baş vermiş qəza hadisəsini qınayıb və bunu edənlərin İslam düşmənləri olduğunu vurğulayıb.
2013-10-28
732
Türkiyənin seçimi: Avropa, yoxsa Rusiya? - Rəy
25 oktyabrda Belarusun paytaxtı Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) növbəti sammiti keçirildi. Sammitdə diqqət çəkən məsələ Qazaxıstan prezidenti Nursultan Nazarbayevin "Türkiyənin Gömrük İttifaqına qoşulma istəyi" fikrini səsləndirməsi oldu. Bununla bağlı "Axar.az"a danışan politoloq Elxan Şahinoğlu bildirdi ki, Türkiyə Gömrük İttifaqına üzv olsa, Avropa Birliyinə gedən körpüləri yandıracaq: "Türkiyənin Gömrük İttifaqına daxil olma istəyinin olub-olmamasını dəqiqləşdirmək lazımdır. Ən azı ona görə ki, Türkiyənin Ermənistanla heç diplomatik münasibətləri də yoxdur. Belə olan halda Türkiyə bir iqtisadi məkanda Ermənistanla bağlana bilməz. Digər tərəfdən, Türkiyənin əsas hədəfi Avropa Birliyinə üzv olmaqdır. Avropa Birliyinə üzvlük məsələsində Türkiyənin önündə əngəllər olsa da, rəsmi Ankara bu əngəlləri adlamaq istəyir. Əgər Türkiyə Gömrük İttifaqına daxil olmaq istəyirsə, onda 50 ildən artıq davam edən Avropa Birliyinə üzvlük siyasətindən imtina etmiş olar ki, bu da inandırıcı deyil".
2013-10-28
733
“Xəzər Gəmiçiliyi”nin dənizçiləri narahatdır
Azərbaycan prezidentinin sərəncamı ilə yeni yaradılan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də bir ay nüddətinə gözlənilən yeniliklər reallaşacaq. "Axar.az"a məlumat verən yeni yaradılmış QSC-nin səlahiyyət sahiblərindən birinin dediyinə görə, bir ay müddətində Xəzər Gəmiçiliyndə aparılacaq islahatlar haqda Nazirlər Kabinetinə məruzə ediləcək. İslahatlara yeni yaradılacaq idarələr və şöbələr, eyni zamanda aparılacaq ixtisarlar daxildir. İş yerlərini itirə biləcək, ixtisarlarla üzləşə biləcək üzən heyət və gəmiçiliyin digər əməkdaşları narahatlıq içindədir. Xatırladaq ki, "Azərbaycan Xəzər Gəmiçiliyi" QSC keçmiş Xəzər Gəmiçiliyi və ARDNŞ-nin tərkib hissəsi olan Xəzər Dəniz Neft Donanması İdarələrini öz tərkibində birləşdirir. QSC-nin sədri isə ARDNŞ-də yüksək vəzifədə olan Rauf Göyüş oğlu Vəliyev təyin edilib.
2013-10-28
734
Keçmiş erməni nazir rus əsirliyindən danışdı
"Axar.az" erməni saytlarına istinadən bildirir ki, "Ermənistan Ümummilli Hərəkatı"nı bərpa etmə qrupunun üzvü, keçmiş Xarici İşlər naziri Aleksandr Arzumanyan təsis toplantısında Ermənistan xalqının "rus çəkməsi" altında olduğundan və ölkənin xilası haqda düşünməyin vaxtı çatmasından danışıb: "Bunun üçün uzun yol keçmək lazımdır. Bizə elə gəlir ki, özümüzdə qul hissini dəf etmişik, lakin bu belə deyil. Bu gün Ermənistanda savadsızlıq, kor-koranə itaət qalib gəlib. Biz dizləri üstə yaşamağa son qoymalıyıq". Arzumanyan qeyd edib ki, o, Rusiya ilə əməkdaşlığın əleyhinə deyil, lakin ermənilər yol verməməlidir ki, Ermənistanı Kalininqrad vilayəti adlandırsınlar, İranla Rusiya Ermənistanın kimin tərkibində olduğunu müzakirə etsin. Daha sonra keçmiş nazir deyib: "Bu xalq 20 il vuruşub, universal dəyərlərə dayanan demokratiya qurub və ancaq azad insan öz ölkəsinin azadlığı və müstəqilliyini qoruya bilər".
2013-10-28
735
Bəyanatımız seçkinin yekunlarını şübhə altına almır
null
2013-10-28
736
“Çəkilin ki, fitnə alovu sönsün...”
"Nurçu" təriqətinin lideri Fətullah Gülən bu yaxınlarda nasazlayıb və 12 saat xəstəxanada qalıb. Türkiyənin baş naziri R.T.Ərdoğan da Gülənə zəng edərək "keçmiş olsun" diləyini çatdırıb. "Zaman" qəzetinin baş redaktoru Əkrəm Dumanlı Ərdoğanla Gülən arasındakı telefon danışığını ətraflı şəkildə yazıb: "İlk zəng edənlərdən biri Ərdoğan idi" "İlk zəng edənlərdən biri baş nazir Ərdoğan idi. Zərif bir səs tonu ilə "keçmiş olsun" diləklərini bəyan etdi. Xoca əfəndi də eyni zərafətlə cənab baş nazirin xətrini soruşub, "zəhmət oldu sizə..." dedi. Söhbət dualaşmaya gəlmişdi. İkisi də həm dua istədi bir-birindən, həm dua etdilər bir-birilərinə. Görməli, eşitməli, hiss etməli bir mənzərə idi. Uzaqdan bu mənzərəyə baxa bilsəydiniz, əminəm, "ay işbazlar! Artıq aradan çəkilin ki, fitnə alovu sönsün!" deyəcəkdiniz. Elə səmimi, elə xalis bir ünsiyyət var idi ki... "Səsi çox gözəl gəlirdi" Telefon danışığı bitəndən sonra xoca əfəndi, "səsi çox gözəl gəlirdi..." deyib. O səsdəki duruluğu və səmimiliyi bir neçə dəfə dostlarına danışıb. Sonra da çoxlu-çoxlu dua edib..."
2013-10-28
737
Yeni Gürcüstan Gömrük İttifaqına girəcəkmi?
"Gürcüstan bundan sonra da qərbyönümlü siyasətini davam etdirəcək və yeni layihələr ortaya qoyacaq. Gömrük İttifaqına daxil olmaq və bu tipli məsələlər hesab etmirəm ki, Gürcüstan üçün müzakirə mövzusuna çevrilsin",- bu sözləri "Axar.az"a danışan millət vəkili İqbal Ağazadə deyib. O, bildirib ki, əgər Gürcüstan bu ittifaqa doğru addım atarsa, bu Azərbaycanın mövqeyinə təsir göstərməməlidir. Azərbaycanın özünün mövqeyi olmalıdır. Azərbaycanın inkişafını Gömrük İttifaqında, Avrasiya İttifaqında, Rusiyayla müttəfiqliyində görənlər çox böyük bir səhfə yol verirlər, hakimiyyət də bu addımı atarsa çox böyük səhfə yol verər. Əgər bu addımı Azərbaycan atarsa, 20-ci ilin əvvəlində Cümhuriyyətin devrilməsi və Azərbaycanda Sovet Sosialist Respublikasının qurulmasına oxşar bir hadisə olardı. 3-5 ildən sonra yeni proses başlayacaq, o prosesdə yeniləşmiş SSRİ-nin dağılması start götürəcək və Azərbaycan da böyük itki ilə çıxacaq. Hakimiyyət bu kursun Azərbaycana xeyir gətirməyəcəyini bilməlidir. Azərbaycan bu ittifaqa üz çevirməməlidir".
2013-10-28
738
Putinin azərbaycanlı dostunun bazarına polis basqını
Orxan Zeynalov ətrafında baş verən qalmaqal gün-gündən daha da böyüyür. Artıq Rusiya hökuməti azərbaycanlı sahibkarlara təzyiqlər edərək, onların biznes fəaliyyətinə məhdudiyyətlər qoyur. Moskvada dağ yəhudisi Qod Nisanova məxsus "Sadavod" bazarında polis əməliyyata başlayıb ("Aznews"). Əməliyyat qanunsuz miqrantların aşkar edilməsi məqsədi ilə aparılır. Rusiya mətbuatının məlumata görə, artıq onlarla həmyerlimiz polis tərəfindən saxlanılıb. Saxlanılan şəxslərin naməlum istiqamətə aparıldığı bildirilir. "Axar.az"ın əldə etdiyi məlumata görə, Qod Nisanov azərbaycanlı müğənni Xəyyam Nisanovun yaxın qohumudur. Bundan başqa, Qod Nisanova məxsus olan "Sadavod" bazarının şərikləri sırasında Zaxar İliyev və Rusiya prezidenti Vladimir Putinin dostu kimi tanınan həmyerlimiz İlham Rəhimov da göstərilir.
2013-10-28
739
Tanınmışlarımız hansı filmlərə baxır
Tanınmışların ən son baxdığı filmlərlə, ümumiyyətlə film zövqləri ilə maraqlandıq... Bəlli oldu ki, tanınmış simalar daha çox xarici filmlərə baxmağa üstünlük verirlər. Suallarımızı "Yeni Müsavat" qəzetinin köşə yazarı, tanınmış jurnalist Zamin Hacı, "Bizim Yol" qəzetinin müxbiri Natiq Cavadlı və "Film Fiction" jurnalının təsisçisi və baş redaktoru, rejissor Şahin Xəlilə ünvanladıq. Suallar aşağıdakı kimidir: 1.Baxdığınız sonuncu film hansıdır? 2.Hansı ölkənin filmlərinə üstünlük verirsiniz? 3.Nəyə görə? Daha çox hansı janrda olan filmlərə baxırsınız? 4.Ən çox bəyəndiyiniz Azərbaycan filmi hansıdır? Tanınmış jurnalist Zamin Hacının baxdığı sonuncu film "Bulud xəritəsi" filmidir. Zamin bəy filmlərə ölkə olaraq yox, rejissor kriteriyalarına görə baxdığını dedi. Konkret sevdiyi janr yoxdur. Ən çox sevdiyi Azərbaycan filmi də "Bəyin oğurlanması"dır. Onlar istədiklərimizi deyil, istədiklərini çəkirlər Rejissor Şahin Xəlil bildirdi ki, Nuri Bilgə Ceylanın "Bir zamanlar Anadoluda" filminə 5-ci dəfə baxmağını nəzərə almasaq, sonuncu dəfə Karlos Reyqadasın "Göylərdə döyüş" filminə baxıb. Konkret olmasa da, Avropa və Şərq filmlərinə üstünlük verir. O, bu cür filmləri sevməsini də belə izah etdi: "Onlar istədiklərimizi deyil, istədiklərini çəkirlər, amma nəticə etibarı ilə biz yenə də istədiyimiz filmlərə baxırıq". "Art hous" janrında çəkilmiş filmləri izləməyi sevən Şahin bəyin ən çox xoşladığı Azərbaycan filmi "Şərikli çörək"dir. Komandante Natiq Cavadlı Jurnalist Natiq Cavadlı sonuncu dəfə baxdığı filmin deyil, filmlərin adını çəkdi: 1.Amerika rejissoru Oliver Stounun Kuba inqilabının lideri Kastro haqqında olan "Komandante" sənədli filmi. 2.Yunan rejissoru Teodoros Anqelopulosun "Əbədilik və bir gün" filmi. 3.Cüzeppe Tornatorenin "Yaxşı təklif" filmi. "Əbədilik və bir gün" Natiq bəy baxdığı filmlər haqqında geniş məlumatlar da verdi: "Teodoros Anqelopulosun "Əbədilik və bir gün" filmi Kann festivalında mükafata layiq görülüb. Ağır filmdir, tənhalıq, ölümlə üz-üzə dayanmaq, bilirsən ki, öləcəksən, amma nikbinliyini itirmirsən, dünyadan köçən yaxınlarınla olan xatirələrini yada salırsan, filmin qəhrəmanı şair Aleksandr ağır xəstəlikdən əziyyət çəkir və ölümün yaxınlaşdığını, hətta nə zaman öləcəyini də bilir. Amma bununla belə əbədilik haqqında düşünür. Oliver Stoun isə dünyada məşhur rejissordur, onun Kastro haqqında sənədli filmi müsahibə janrındadır, Kuba lideriylə şəhəri gəzə-gəzə, nahar zamanı suallarına cavab alır. Bu filmə bir daha baxmağı düşünürəm. "Yaxşı təklif" filmi kriminal, melodrama janrında çəkilib, fırıldaqçılardan bəhs edir, tamaşaçını narahat durumda saxlayan filmdir". Rejissorların ölkəsi olmur Zamin Hacı kimi filmlərə ölkələrə görə yox, rejissora görə baxdığını deyən Natiq bəy "Mənə elə gəlir ki, rejissorların ölkəsi olmur, Fellinini, Qodarı, Tarkovskini, Trieri, Tarantinonu hansı ölkəyə aid etmək olar, yaxud Vudi Alleni, Stenli Kubriki, Alfred Hiçkoku, Bertoluççini, Almodovoru və başqalarını ölkə, millət çərçivəsinə salmaq olarmı?",- dedi. Öz ölkəsinə qapılıb qalmayan rejissorlar Hollivud filmlərini sevmədiyini, Avropa filmlərinə üstünlük verdiyini bildirən Natiq bəy, son vaxtlar rus rejissoru Aleksandr Sokurovun, Cənubu Koreyalı rejissor Kim Ki Dukun və başqa ölkələrin rejissorlarının da filmlərinə baxdığını bildirdi: "Xüsusən, meksikalı olsa da, filmlərini ABŞ-da çəkən Aleksandr Qonsales İnyarritunun demək olar ki, bütün filmlərinə baxmışam, uğurlu rejissordur. Amma bir daha deyirəm, bu rejissorlar da öz ölkələrindən kənara çıxa biləcək sənət əsəri yaradırlar. Mən öz ölkəsinə qapılıb qalmayan rejissorların filmlərinə baxıram". Məmməd Süleymanovun məsləhət gördüyü film Natiq bəy fantastik filmlərə baxmadığını, komediya janrında filmlərə isə ovqatından asılı olaraq, əsasən drama, tarixi, melodrama janrındakı filmlərə baxdığını vurğuladı: "Bir də sənədli filmlərin "xəstəsiyəm". Məsələn, "Kreml uşaqları" sənədli filmlər serialı var, film Kremldə çalışmış yüksək rütbəli məmurların uşaqlarının taleyindən bəhs edir". Natiq bəy "Kreml uşaqları" sənədli filminə baxmağı mənə də məsləhət gördü. Sonuncu dəfə Çingiz Rəsulzadənin çox təsiredici "Kuklalar" filminə baxan Natiq bəy, bu filmi ona Məmməd Süleymanovun məsləhət gördüyünü dedi.
2013-10-28
740
Ciyər xərçənginə lazerlə son! (R)
Azərbaycanda ən çox yayılan xərçəng növü ağciyər və qaraciyər xərçəngidir ki, bunun da yaxın gələcəkdə tam müalicəsi mümkün olacaq. Bunu Publika.az-a açıqlamasında Türkiyənin Bayındır Sağlıq Qrupu xəstəxanasının Radiloji şöbəsinin müdiri, professor Okan Akhan bildirib. "Azərbaycanda və Türkiyədə statistik rəqəmlər demək olar ki, eynidir. Hər iki ölkədə qaraciyər və ağciyər xərçəngi daha geniş yayılıb. Qaraciyər və ağciyərdə əmələ gələn şişləri əməliyyatsız, texniki üsullar və mikro dalğa üsulu ilə müalicə edirik". Okan Akhan əldə etdikləri nəticələri oktyabrın 26-da Bakıda keçirilən onkoloji xəstəliklərin müalicə və müayinə üsulları haqqında simpoziumda əyani şəkildə nümayiş etdirib. Azərbaycan Milli Onkologiya Mərkəzi və Bayındır Sağlamlıq qrupunun təşkil etdiyi simpoziumda çıxış edən mərkəzin direktoru Fuad Quliyev bildirib ki, tədbirin təşkilində əsas məqsəd xərçəng xəstələrinin müalicəsinə dair biliklərin paylaşılması və xəstələrə kömək etməkdir. "Müasir Azərbaycan Respublikasının yaranmasında ilk günlərdən bu günə kimi keçdiyimiz tibbin inkişaf yollarında qardaş Türkiyəni hər zaman yanımızda görmüşük. Hər iki dövlət arasında sıx əlaqələr mövcuddur. Dövlət rəhbəri Cənab İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində sayəsində son 10 ildə səhiyyə sistemində böyük nailiyyətlər qazanılıb. Səhiyyə sisteminin və elmin inkişafında gənc kadrların yetişdirilməsi daima dövlət başçısının diqqətində olub. Bu günki simpozium isə yuxarıda qeyd etdiyim məsələlər sıx bağlıdır. " Daha sonra isə Professor Okan Akhan görüntüləmə üsulu ilə şişlərin müalicəsi mövzusunda çıxış edib. Tibbin əldə etdiyini nailiyyətlər sayəsində hazırda invaziv yolla, yəni cərrah bıcağı ilə müdaxilə olmadan incə iynə ilə qaraciyər və ağciyərə girib lazer şüaları ilə xərçəng hüceyrələrini tam məhv etmək mümkündü. Həkimin bildirdiyinə görə, bu qapalı əməliyyat 30-40 dəqiqə davam edir. Okan Akhan Publika.Az-a açıqlamasında bildirib ki, xəstələr arasında onlara Azərbaycandan da çox sayda müraciət edənlər var. Professor yaxın qohumlar arasında xərçəng xəstəliyi olanların gənc yaşlarından etibarən mütəmadi olaraq müayinədən keçməyin vacibliyini də vurğulayıb. "Xüsusən də anasında, nənəsində, xalasında döş xərçəngi olubsa, qadınlar erkən yaşlardan etibarən hər il müayinədən keçməlidir. Bundan başqa 40 yaşından sonra bütün qadınların müayinədən keçməsi vacibdir. Qaraciyər xərçəngi isə ailədən keçən xəstəlik deyil. Amma ən kiçik problem və şikayət olanda xəstəliyin erkən tapılması üçün həkimə müraciət etmələrini tövsiyə edirəm". O.Akhan xərçəng xəstəliyinin müalicəsinin gələcəkdə tamamilə mümkün olduğunu bildirib. "30-40 il bundan əvvəl yeni çıxan cihazların nə vaxtsa mövcud olduğunu ağlımıza belə gətirə bilməzdik, tibb elmi çox inkişaf edib. Yeni texnologiyalar və müalicə alternativləri xərçəng xəstəliyinin müalicəsinin gələcəkdə tamamilə mümkün olduğuna dair bizə yeni üfüqlər açır. Hazırda da xərçəng xəstəliyinin üçdə biri müalicə olunur, üçdə birinin ömrünü mümkün qədər uzada bilirik, yerdə qalanı isə təəssüflər olsun ki, həyatını itirir ". Redaksiyadan: Bayındır Sağlıq Qrupunun Azərbaycandakı nümayəndəliyi ilə əlaqə telefonu – 050 5443040
2013-10-28
741
Gülər Əhmədovanın ilk hicablı fotosu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın cinayət işi ilə bağlı ikinci məhkəmə iclası keçirilib. Publika.Az-ın məlumatına görə, əsas diqqət Gülər Əhmədovanın geyiminə yönəlib. O, məhkəməyə qapalı libasda gəlib. G.Əhmədova topuğuna qədər uzanan don geyinib. Başını isə bağlayıb. Sabiq deputatın iri eynək taxması da diqqətdən yayınmayıb. Xatırladaq ki, bir müddət əvvəl həbsdə olan sabiq deputatın həbsxanada ibadətə başlaması barədə məlumatlar yayılmışdı. Gülər Əhmədovanın məhkəməyə geyindiyi libas da bunu təsdiq edib.
2013-10-28
742
Gəncliyimiz ovuc içində əriyən qar kimi oldu…
Gerçəkləşməmiş arzularından bu dəfə "Yeni Müsavat" qəzetinin redaktoru Azər Ayxan danışır. - Azər bəy, hər kəs arzu edir, xəyallar qurur. Yəqin ki, siz də… İndi necə, gerçəkləşməyən çoxmu arzunuz var? - İctimasi-siyasi fəaliyyətlə məşğul olduğumuz üçün bizim arzularımız şəxsi və ümumi planda olur. Əslində insanın arzuları çox olur, bitib-tükənməz. Amma biz şəxsi planda o qədər də çox şey arzulamırıq. Ailəmiz, sağlam övladlarımız olsun, onlar sağ-salam böyüsünlər, yaxşı vətəndaş, savadlı, ağıllı, tərbiyəli olsunlar və s. Hər bir insan kimi evimizin olmasını arzulamışıq. O da Allahın köməyi ilə olub. Təbii ki, insan əziyyətsiz, çalışmadan, işləmədən maddi planda heç nə əldə edə bilməz. Biz də artıqlaması ilə çalışıb öz minimum ehtiyaclarımızı ödəməyə çalışırıq. Ümumi plandakı arzulara gəldikdə isə burda vəziyyət xeyli qəlizdi. Bizim bir vətəndaş olaraq ilk arzumuz ölkəmizlə, onun bu günü və sabahı ilə bağlıdır. - Gerçəkləşməsini istədiyiniz ən böyük arzunuz hansızıdr? - Ən əsas arzum odur ki, Azərbaycanda heç olmaya bir dəfə halal seçki keçirilsin. Hər şey məhz bu halal seçkidən asılıdır. Ölkəmizdə normal seçki keçirilməsə, şou-biznesdən tutmuş Qarabağ probleminə kimi ən müxtəlif kateqoriyadan olan problemlərimzin həlli müşkül görünür. Digər ciddi arzumuz Qarabağ və digər işğal altındakı torpaqlarımızla bağlıdır. Növbəti sırada gələn arzumuzsa,- bu bir qədər uzaq perspektivli arzudur,- Azərbaycanın Güneyi ilə Quzeyinin birləşməsidir. Azərbaycanda yaltaqlığın, yalançılığın, talançılığın, dövlət səviyyəsində baş verən oğruluğun aradan qalxmasıdır. Düzdür, bütün bunların reallaşması bayaq dediyim kimi, normal, halal seçkidən asılıdır. Bir sözlə, bizim şəxsi plandakı arzularımızın əhəmiyyətli hissəsi gerçəkləşib. Amma təəssüf ki, ümumi planda olan arzularımız elə arzu olaraq qalır və zaman keçsə də, bu arzuların, istəklərin həyata keçməməsi insanı ciddi şəkildə narahat edir. - Bəs gənclik illərində həyata keçirə bilmədiyiniz arzularınız çoxdurmu? - Bizim gəncliyimiz ovuc içində əriyən qar kimi oldu. Nə zaman gəldi, nə zaman getdi, bilmədik... Mənim gənclik yaşım meydanlarda, mübarizələrdə keçdi. Bu, bir qədər pafoslu səslənsə də, gerçəklik budur. O zaman da, indi də ən böyük, qlobal arzumuz Vətənimizin abad olması, millətimizin firavan həyata qovuşması ilə bağlıydı. Həmçinin Azərbaycanda normal jurnalistika mühitinin olmasını arzulayır, həm də bu istiqamətdə çalışırdıq. Söz azadlığının tam mənası ilə bərqərar olması istiqamətində digər vicdanlı həmkarlarımızla çalışdıq, vuruşduq. Qismən də olsa, buna nail olmuşuqsa, çox şükür. Yəni son 22 ildir ki, bizim ümumi arzularımız şəxsi arzularımızdan ən azı 1 addım qabaqdadır. Mən və mənim kimi insanlar bilirik ki, ümumi plandakı arzularımız həyata keçməsə, heç kimin şəxsi arzuları tam və keyfiyyətli şəkildə reallaşmayacaq. - Azər Ayxan olduğu yerdən, əldə etdiklərindən razıdır? - Allahın təqdiridir. Onun məsləhəti olmasaydı, burda olmazdıq. Amma indiki yerimdən, mövqeyimdən məmnunam. Ən əsası, saxtakarlıqla, haram işlə, yaltaqlıqla məşğul deyiləm. Doğrunun və haqqın yanında qərar tutmuşuq. Çörəyimiz haqq sözdən, doğru sözdən çıxır. Bu günümüzə şükür.
2013-10-29
744
Azərbaycanın birinci xanımının üzüyü
"Birinci xanımlar klubu"nun ənənələri "prezidentlik institutu"ndan heç də geriyə qalmır. Bu ənənələr əsrlərlə formalaşıb və sarsılmaz olub. Bu ənənələrdən biri də ölkənin birinci xanımları üçün "Tiffany"dən zinət əşyalarıdır. Linkolndan başlayan yol Prezidentlərin öz xanımlarına "Tiffany"dən necə cəvahirat hədiyyə etmələri haqda çox hekayələr var. Bütün bu tarixin təməlini isə ABŞ-ın dahi prezidentlərindən biri olan Avraam Linkoln qoyub. Sevgisinin rəmzi olaraq Linkoln həyat yoldaşı Meriyə "Tiffany"dən boyunbağı, sırğa və qolbağıdan ibarət mirvari dəsti hədiyyə edib. Meri bu dəsti 1862-ci ildə həyat yoldaşının inaqurasiya mərasimində taxıb. Bununla birinci xanımlara "Tiffany"dən hədiyyələr ənənəsinin təməli qoyulub. Andındakı sözlər Prezident Eyzenhauer yoldaşı Meymi üçün özü "Tiffany"dən çələng şəklində ulduzlu qızıl medalyonun dizaynını yaradıb. Çələngin bir üzündə onun andı - "For never failing help since 1916 — in calm and in stress, in dark days and in bright. Love Ike, Christmas, 1955" ("Sakitçilik və stressdə, qaranlıq və işıqlı günlərdə 1916-cı ildən heç bir zaman tükənməyən köməyi üçün. Milad. 1955") sözləri oyulub. Nişan üzüyü Daha bir birinci ABŞ xanımı - Eleonora Ruzvelti "Tiffany" ilə yalnız prezidentlik dövrü yox, eləcə də bütün həyat hekayəsi bağlayır. ABŞ-ın prezidenti və onun gələcək həyat yoldaşı Franklin Delano Ruzvelt 1904-cü ildə ona "Tiffany"dən 3,4 karatlı brilyant üzük hədiyyə edərək evlilik təklif edib. Üzük onu elə heyrətə gətirib ki, Eleonora Ruzveltə məktubda belə yazıb: "Siz ikinci belə bir üzük tapa bilməzdiniz ki, mənim bu dərəcədə xoşuma gəlsin". Optimizm simvolu Jaklin Kennedi ABŞ-ın birinci xanımı olanda yoldaşı ona "Tiffany"dən Jan Şlümberje dizaynı olan çiyələk formasında rubin və brilyantla bəzədilmiş yaxa sancağı hədiyyə edib. Jaklinin təkrarolunmaz üslubu onu ən zərif və eleqant birinci xanımılarından biri edib. O, yoldaşının prezidentlik dövrünün optimizm simvolu hesab olunub. Ailə dəyəri Azərbaycanın birinci xanımı üstünlüyü "Tiffany"nin Şlümberje dizaynı olan üzüyünə verib. Azərbaycan prezidenti ilə ənənəvi Yeni il müsahibəsinin şəkillərində bu üzük güclü bir ailə dəyəri simvoluna çevrilib. Gümüş ənlik-kirşan qabı Böyük Britaniyanın kraliçası II Elizabetin brilyant yubileyinə Obama cütlüyü əlahəzrətə "Tiffany"dən 1950-ci ilin unikal gümüş ənlik-kirşan qabı təqdim ediblər. Bu hədiyyəni kraliça xüsusi təşəkkürlə qəbul edib. Onları birləşdirən cəhət Onları bölən məsafə və zamana baxmayaraq, müxtəlif ölkələrin və dövrlərin birinci xanımları öz individuallıqları ilə unikal olsalar da, onların çox ümumi xüsusiyyətləri də olub. Özəlliklə bu, "birinci xanımlar klubu"nun ümumi ənənə və dəyərlərinə aiddir.
2013-10-29
745
Aqil Abbas qarabağlıları yox, Zeynəb Xanlarovanı haqlı sayır
Milli Məclisin plenar iclasında millət vəkili Zeynəb Xanlarova qarabağlı deputatları Qarabağ probleminə biganə yanaşmaqda ittiham edib: "Mən çox xahiş edirəm ki, burda hər dəfə Qarabağdan danışaq. Özü də burda çoxlu qarabağlılar var. Ancaq danışanlar qarabağlı olmayanlar olur. Qoy qarabağlılar da danışsın. Onların da yetim-yesirləri var. Bir onlar da danışsın!" Zeynəb Xanlarovanın ittihamlarına cavab olaraq əslən qarabağlı olan və Ağcəbədi-Füzuli seçki dairəsindən millət vəkili seçilən yazıçı Aqil Abbas "Axar.az"a belə deyib: "Birincisi Zeynəb xanımın dediyi haqqında dəqiq məlumatım yoxdu, ikincisi Zeynəb xanım bizim sevdiyimiz bir adamdır. Əgər o elə deyirsə, deməli, nəsə haqlı bir şey bilir deyir".
2013-10-30
746
Çörək yemədən saxlanılan dietalar təhlükəlidir
Normal olaraq hər bir insanın gündəlik qida ehtiyatında karbohidrat, protein və yağlar xüsusi yer alır. Bu ehtiyacların hər biri yeganə olaraq çörəkdə birləşib. Buna görə də çörək yemədən saxlanılan dietalar təhlükəli hesab edilir. Yapon dieotoloqlar bildirirlər ki, süfrədən çörəyi qaldırmaq insan üçün təhlükəlidir. Hər bir insan normal olaraq gün ərzində bir dilim çörəkdən istifadə etməlidir. Dietoloqlar ağ çörəkdən minumum dərəcədə az istifadə etmək lazım olduğunu bildirir. Qara çörəyə gəlincə, ondan istifadə etməkdən çəkinmək lazım deyil. Bəs çörəkdən imtina etsək, orqanizmimiz nələrlə qarşı-qarşıya qala bilər? "Axar.az"-ın "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumatlarda bildirilir ki, ağ çörəkdən imtina etməklə insanlar bağırsaq xəstəliyindən əziyyət çəkə bilərlər. Bu zaman bağırsağın fəaliyyətində problemlər yaranmaqla yanaşı, həm də fəaliyyətində sönüklük müşahidə olunur. Çörəksiz qidalanma zamanı insan bədən ehtiyaclarını ödəyə bilmədiyi üçün müəyyən xəstəliklərə boyun əyir. Bunlar, xüsusən şəkərli diabet, qrip və artıq çəki kimi xəstəliklərdir. Qeyd edək ki, çörəkdən imtina etmiş insan istənilən qidalanma zamanı bədəninin immunitetini tənzimləyə bilməz. Topladığınız əzələlər əriyə bilər... Yapon dietoloqlar bildirirlər ki, çörəkdən imtina etməklə insan topladığı əzələlərə vida deməli ola bilər. Çünki bu zaman bədəndə toplanmış karbohidratlar, proteinlər, şəkər birləşmələri dağılmağa məruz qalır. İnsan orqanizmi üçün ən vacib olan çörək növləri bunlardır Buğda çörəyi, çovdar çörəyi, qarğıdalı çörəyi. Bu çörək növləri insanda doyumluluq yaradır və artıq çəki yaranmasının qarşısını alır. Çörək insan orqanizminin əsasını təşkil edən yeganə qidadır. Necə deyərlər: "Bədən çörək üzərində qurulub".
2013-10-30
747
Gürcüstan öz prezidentini seçdi
Seçki bülletenlərinin 100% hesablanmasından sonra Gürcüstanın MSK-sı Georgi Marqvelaşvilini 62,11% səslə qalib elan edib. Ona 1 milyon 12 min 214 insan səs verib. İlkin səsvermədə olduğu kimi 2-ci yerdə David Bakaridze (21,73 %), 3-cü yerdə isə Nino Burcanadze (10,18) qeydə alınıb. Səsvermədə 3 milyon 537 min 719 seçici iştirak edib. Qayda pozuntusu qeydə alınmayıb. Gürcüstanda Saakaşvili dönəmi bitib, çünki o, Gürcüstan qanunvericiliyinə əsasən 2 dəfədən artıq seçilə bilməzdi. Saakaşvilinin opponenti olan baş nazir B. İvanaşvili də noyabrın 17-si keçiriləcək yeni Gürcüstan prezidentinin inaqurasiyasından sonra istefa edəcəyini bəyan edib. Gürcüstanın yeni prezidentinin səlahiyyətləri qismən azalacaq. 2013-cü ilin yazında Konstitusiyaya edilən dəyişikliyə əsasən prezident parlamentin razılığı olmadan hökumət yarada bilməz.
2013-10-30
748
“Wikileaks” Snoudenə dəstək saytı yaratdı
"Wikileaks" ABŞ MTA-nın eks-əməkdaşı Eduard Snoudenə dəstək saytı açıb. Saytın əsas məqsədi Snoudenin özü və onun mətbuata verdiyi sənədlər barəsində məlumat verməkdir. Sənədlərdə internet istifadəçilərinin izlənilməsi haqda məlumatlar var. Saytın bir bölməsində MTA-nın Avropa və ABŞ-da fəaliyyətini əks etdirən sənədlərin təsviri, digər bölmədə nəşr edilən bütün sənədlər verilir. Saytın "İmpakt" bölməsində mətbuatın və cəmiyyətin sənədlərə olan reaksiyası təsvir edilir. Eləcə də hər bir sosial şəbəkə istifadəçisinin Snoudenə dəstək və öz şəxsi məlumatlarının müdafiəsi məqsədi ilə bütün bu məlumatları öz səhifəsində yaya bilməsi haqda xüsusi bir bölmə var. Mənbədə həmçinin gələcəkdə məhkəmə prosesi və Snoudenə dəstək kampaniyası keçirmə imkanları üçün pul vəsaiti də yığılır. Bağışlanan pullar "PayPal" sistemi ilə qəbul olunur. Artıq 25 min dollar yığılıb. Bütün vəsaitə Britaniyanın Jurnalist Mənbələrinin Müdafiəsi Fondu (JMMF) tərəfindən nəzarət edilir. Qeyd edək ki, Snouden məxfi materialları mətbuata ötürən MTA-nın eks-əməkdaşıdır. Hazırda Rusiyanın siyasi sığınacağı altındadır.
2013-10-30
749
“Cəhənnəmin qapısı”
"Cəhənnəmin qapısı" adlandırılan 60 metr diametri olan bu dəlik Türkmənistanda yerləşir. Bu qazla dolu dəlik 1971-ci ildə qazıntılar aparıldığı zaman əmələ gəlib. Alimlər problemin həllinin ən yaxşı yolunu bu qazı alışdırmaqda görüblər. Dəlik indiyə kimi yanır və onun işığını bir neçə km uzaqlıqdan görmək olur. İndi də məlum deyil ki, alov nə vaxt sönəcək və ya ümumiyyətlə sönəcəkmi?
2013-10-30
750
Ərimdən “it iyi” gəlir
Ancelina Coli həyat yoldaşı haqqında ağlasığmaz ifadələr işlədib. Mətbuata açıqlama verən Coli bildirib ki, həyat yoldaşı Bred Pitt uzun zamandır sabundan istifadədən imtina edib. Elə bu səbəbdən də ondan çox pis qoxu, "it iyi" gəlir. Aktrisa Bredin təmizlik üçün alma şirəsi ilə limon şirəsinin qarışığından istifadə etdiyini iddia edib. Məşhur aktrisanın həyat yoldaşına bu cür yanaşması mediada normal qarşılanmayıb. "National Enquirer" dərgisinin verdiyi açıqlamada isə bildirilib ki, Bredin uzun zaman sabundan imtina etməsinin səbəbi onun kimyəvi geldən istifadə etməsi ilə əlaqəlidir. O ki, qaldı Anjelina Colinin bu cür açıqlamasına onlar bunu həmin andakı qarışıqlıq ilə əlaqələndiriblər. Bildirilib ki, çoxluq olduğu üçün aktrisa dediyi sözü düzgün seçməyib.
2013-10-30
751
“Al Arabiya” kanalının jurnalisti öldürüldü
"Rosbalt.ru" saytının yaydığı məlumata görə, Suriyanın şimalında oktyabrın 30-u "Al Arabiya" telekanalının jurnalisti Məhəmməd Səid öldürülüb. Hadisənin detalları və səbəbi məlum deyil. Jurnalist ölkənin humanitar problemlərini işıqlandırırdı. Qeyd edək ki, bu, Suriyada jurnalistlərlə bağlı ilk hadisə deyil. Oktyabrın 17-si Aleppo vilayətində "Sky News Arabia" telekompaniyasının əməkdaşları, oktyabrın 9-u Fransadan 2 jurnalist, iyunun 6-sı isə Fransanın "Europe 1" radiostansiyasının 2 əməkdaşı girov düşüb.
2013-10-29
752
“Müqəddəs İuda” Avropanı iflic etdi
"Axar.az" "Assoşieyted Press" agentliyinə istinadən xəbər verir ki, Avropa ölkələrindən keçən "Müqəddəs İuda" adlandırılan qasırğa nəticəsində ölənlərin sayı 13-ə çatıb, yüzlərlə avropalı işıqsız qalıb, Avropanın şimalında nəqliyyat sistemində problem yaranıb. "Lenta.ru" saytı qeyd edir ki, Britaniya ərazisi olan Uayt adasında küləyin sürəti qasırğa gücüylə 45 m/saniyəyə (160 km/s ) çatıb. Bu gün qasırğanın Rusiyanın şimal-qərb regionuna çatacağı xəbər verilib.
2013-10-30
753
Su altdan iki kontinenti birləşdirdilər - İstanbul
"Reuters" agentliyi Türkiyədə çəkilən sualtı dəmiryolu tunelindən yazıb. Bildirilir ki, ilk dəfə İstanbulda Bosfor boğazının altından 2 kontinenti birləşdirən yeraltı dəmiryolu tuneli çəkilib. Açılış Türk inqilabının 90 illiyinə həsr edilib. Tunelin sualtı hissəsi 1,4, ümumi uzunluğu isə 13,6 km-dır. Layihə Mərmərə dənizinin adını daşıyaraq "Marmaray" adlanıb. Türklərlə bərabər tikinti ilə yapon korporasiyaları da məşğul olublar. Onlar layihəyə 1 milyard dollara yaxın investisiya qoyublar. Layihə 4 milyard dollara başa gəlib. Dəmiryolu tunelindən saatda hər iki tərəfə 75 min nəfər istifadə edə bilər. Məlumat üçün bildirək ki, Bosforu gündəlik 2 milyona yaxın insan keçir. Onlar cəmi 2 körpüdən istifadə edir ki, bu da tıxaclara səbəb olur.
2013-10-30
754
2100-cü ildə dünyada nələr olacaq
İngilis elm jurnalı "New Scientist" (Yeni Elm) 2100-cü ildə insanların səylərinə və seçimlərinə görə dünyanın necə olacağına dair 4 ehtimal irəli sürüb. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ehtimallar bir çox iqlim, əhali, enerji modelləri ilə mütəxəssislərin fikirlərinə əsasən hazırlanıb. 7.1 milyard əhali İlk və optimist ehtimala görə, bu gün təxminən 7.1 milyard əhalisi, atmosferdəki karbon 4 oksid (CO2) nisbəti milyonda 400 parça (400 ppm) olan dünyada yaşayanların sayı 2100-cü ildə 9 milyarda çatacaq. CO2 nisbəti isə 400 ppm-ə enəcək. Dənizlərin səviyyəsində artım İkinci ehtimala görə, yanacaqlara asılılıq azalmayacaq, istehlak, səyahət, uşaq sayı kimi həyat tərzlərində çox dəyişiklik olmayacaq. Neft istehlakı azalsa da, istilik və dənizlərin səviyyəsindəki artım davam edəcək. 9.5 milyard əhali Üçüncü ehtimala görə, istixana təsirinə gətirib çıxaran qazlar əsrin sonuna qədər azaldıla bilinməyəcək. Dünya əhalisi 2100-cü ildə 9.5 milyarda CO2 nisbəti 650 ppm-ə çıxacaq. Sellər və quraqlıq Sonuncu pessimist ehtimala görə, dünya əhalisi 12.5 milyarda, CO2 nisbəti 950 ppm-ə çıxacaq. İnsanlar bu günkündən daha çox ət istehlak edəcək, yenilənə bilən enerji sərmayələri qeyri-kafi qalacaq, bir çox bölgədə CO2-nin artması səbəbiylə nəfəs almaq çətinləşəcək, bioçeşidliliyin azalması səbəbiylə ekosistemin tarazlığı pozulacaq, sellər və quraqlıq daha sıx meydana gələcək və qütblər artıq buzla örtülü olmayacaq. Hökumətlərarası iqlim mütəxəssislər qrupunun (GİEC) uzmanlarından biri olan Kristian Qollierin fikirlərinə görə, ikinci ehtimal üçün çox çalışmaq lazımdır. Qollier üçüncü ehtimalı ən mümkün variant hesab eləyib. GİEC keçən ay yayımladığı beşinci hesabatında 2100-cü ilə qədər dünyada orta hesabla istiliyin 0,3-4,8 dərəcə artacağını açıqlamışdı.
2013-10-30
755
Tələbələr universitetləri işğal etdi - VİDEO
Bolqarıstanda ən böyük universitetlər hökumətə qarşı aksiyalarda iştirak edib. Keçən həftə "Sofya" universitetindən başlayan universitet işğalı bu gün ölkənin ən böyük ali məktəbində də davam edib. Milli və Dünya İqtisadiyyatı Universitetində tələbələr binanın girişini bağlayaraq istəklərini bəyannamə şəklində bildiriblər. Daha sonra "istefa" şüarları səsləndirən tələbələr, eyni zamanda Bolqar Sosialist Partiyasından millət vəkili olan müəllim Rumen Geçevin kabinetini işğal edib. Tələbələr Oreşarski hökumətinin istefasına qədər universitetdə qalacaqlarını bəyan ediblər. "Sofya" universitetində bu gün dərs yoxdur. Mühafizəçi rolunu boynuna götürən bir neçə tələbə, dəmir qapı girişində nəzarət nöqtəsi qurub. Tələbələr tələbə kartını göstərdikdən sonra içəri girmələrinə icazə verilib. Kənar adam universitetə buraxılmayıb. Bolqarıstan daxilində yeddi universitet "işğal" aksiyasında iştirak edərək, müddətsiz olaraq universitetdə qalacaqlarını elan ediblər.
2013-10-28
756
Gülər Əhmədovanın hakimi “Axar.az”a danışdı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın sayca ikinci məhkəmə prosesi baş tutub. "Axar.az"ın əldə etdiyi məlumata görə, məhkəmə prosesinə jurnalistlər gec buraxılıb və bu da media mənsubları arasında narazılıqla qarşılanıb. Məhkəmə prosesinə rəhbərlik edən Əlisultan Quliyev "Axar.az"a açıqlamasında yaranan anlaşılmazlığa görə jurnalistləri günahkar bildi: "Proses başlanandan sonra kimliyindən asılı olmayaraq heç kim məhkəmə zalına buraxılmır. Mən demişəm ki, jurnalistləri bir saat əvvəl içəri buraxsınlar. Kimlər ki, buraxılıb, onlar məhkəmə prosesində rahat iştirak ediblər. Qaldı ki, jurnalistlər də məhkəmə prosesinə zamanında gəlməlidirlər. Proses başlanandan sonra qapı bağlanır, bura "kolxoz bazarı" deyil ki, biri girib, biri çıxsın".
2013-10-29
757
Millət vəkilliyinə təkrar seçki keçiriləcək
YAP sədrinin müavini - icra katibi Əli Əhmədovun Baş nazirin müavini təyin edilməsindən sonra Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 3 olub. İlk olaraq 34 saylı Xətai ikinci seçki dairəsindən seçilən Gülər Əhmədova 2012-ci ilin oktyabr ayında mandatdan imtina edib. Daha sonra 110 saylı Zaqatala seçki dairəsindən seçilən Hikmət Atayev 2013-cü ilin mart ayında avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Son olaraq isə 19 saylı Nərimanov birinci seçki dairəsindən seçilən Əli Əhmədov yeni hökümətdə vəzifə aldığından mandatdan məhrum edilib. Boş qalan deputat yerlərinə keçiriləcək təkrar seçkilərin tarixini dəqiqləşdirmək üçün Mərkəzi Seçki Komissiyası ilə əlaqə yaratdıq. MSK mətbuat xidmətinin rəhbəri Azər Sarıyev "Axar.az"a açıqlamasında məsələ ilə əlaqədar MSK-nın müzakirə aparacağını və müzakirələr nəticəsində konkret tarixin təyin ediləcəyini bildirdi: "Siz bilirsiniz ki, nazirliklərdən fərqli olaraq MSK kollegial orqandır. Tutaq ki, hansısa nazir bir başa qərarı imzalamaq səlahiyyətinə malikdir, amma bizdə hər hansı bir qərarı qəbul etmək üçün MSK toplanıb, müzakirə aparmalıdır. Bu məsələ ilə bağlı toplantının olacağı gözlənilir, amma konkret tarix barəsində fikir bildirə bilmərəm. Amma yəqin ki, yaxın tarixdə məsələ öz həllini tapacaq".
2013-10-29
758
Partiya sədrindən Tolikə cavab gəldi
"Bu gün ölkənin ən böyük problemi Nadir Qafarzadəylə Cavanşir Məmmmədovun davasıdır. Siyasi partiyanın başqanı "Facebook"da Nadirin adını hallandırırsa, o zaman nə xoş Nadirə, nə xoş Cavanşirə. İnsanlar əgər o partiyanın siyasətiylə gedirsə, yazıqlar olsun". Bu sözləri prodüser Tolik telekanallardan birində çıxışı zamanı deyib. Xatırladaq ki, prodüser Tolikin siyasi partiya lideri deyə ittiham etdiyi şəxs oktyabrın 28-i "Qafqazinfo.az" saytında gedən ""Maral"la tutuzdurur, "Gey"lə otuzdurur..." yazısının müəllifi "Demokratik Maarifçilik partiyası"nın sədri Elşən Musayevdir. Elşən Musayev "Axar.az"a açıqlamasında: "Mən o çıxışa baxmışam və düşünmürəm ki, orada xüsusi təhqir var və orda ad da çəkilmir. Bu məsələləri çox adam müzakirə edir, amma mən Tolikə baş qoşmaq istəmirəm. Düşünürəm ki, yazdığım yazının başlığına diqqət yetirəndən sonra içindəki mətn oxunmalı və daha sonra şərh edilməli idi. Yazı bütünlükdə siyasi məğzdədi. Sadəcə, orda başlıq hansısa formada sayt tərəfindən qoyulursa, bu o demək deyil ki, biz şou-biznes məsələlərinə münasibət bildiririk. Yazının son abzasında bənzətmə olub və həmin bu bənzətmə də bir, ya iki cümlədən ibarət olub. Başlıq da həmin cümlədən çıxarılıb".
2013-10-29
759
Baxış rekordu qıran video
Səudiyyə Ərəbistanda qadınların avtomobil sürməsini qadağan edən bir qanun çıxandan sonra qadınlar keçən həftənin cümə günü aksiya təşkil edib. Hökumətlə qadınlar arasındakı bu mübahisəni komediya mövzusu olaraq istifadə edən məşhur səudiyyəli komediya ustası Xişam Faqih "No woman no drive" adlı klip çəkdirib və iki gündə beş milyondan çox baxış əldə edib. "Əl-Ərəbiyə"nin xəbərinə görə, məşhur komediya ustası Xişam Faqih Səudiyyə hökuməti ilə qadınlar arasındakı çəkişməni mövzu götürərək məşhur reggi janrında oxuyan Bob Marleyin "No Woman No Cry" adlı mahnısını "No woman no drive"(qadın yoxdur, maşın sürmək yoxdur) sözləri ilə yenidən oxuyub. Qadınların avtomobil sürmə mübahisəsində heç bir tərəfdə olmadığını deyən məşhur komediya ustasının bildirdiyinə görə, məqsədi, sadəcə, hökumətlə qadınlar arasındakı mübahisədən mövzu kimi istifadə etmək olub. Bu da məşhur video:
2013-10-30
760
Mitinqdə şüar qaldıran adam “Axar.az”a danışdı
"Prezident Aparatının qabağında özümə od vuracağam" Milli Şuranın 27 oktyabr 2013-cü il tarixdə "Məhsul" meydanında keçirdiyi mitinqdə diqqət çəkən bir mənzərə vardı: ciddi səhvlər və qüsurlarla, bəsit formada yazılmış bir plakat qaldıran, üzündən ağrı və acı yağan "rayon adamı". O kimdir, bu yağışlı havada uzaq yol gəlməyə onu nə vadar edib? Bu düşüncə ilə onun ünvanını aldıq, bu gün isə əlaqə saxladıq... Şəhid ailəsi Adı Mövsüm İbrahimovdur, Sabirabadda yaşayır. Prezident Heydər Əliyevin onlara verdiyi evin rayon icra hakimiyyəti tərəfindən aldadılaraq əllərindən alındığını deyir: "Qardaşım İbrahimov Mehdi 1992-ci ildə şəhid oldu və Sabirabad rayonunda onun adına küçə verildi. Ondan sonra Prezident Heydər Əliyevin əmri ilə ata-anama şəhid ailəsi olduğuna görə 3 otaqlı ev verildi. 1993-cü ildə yığışdıq o evə. 2003-cü ildə anam rəhmətə getdi və biz 2005-ci ilə qədər orda yaşadıq. Həmin il icra hakimiyyətindən gəlib bizə dedilər ki, Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələrinə verilən evlər təmir ediləcək. Bunlara inanıb evimizdən müvəqqəti çıxdıq". Prezidentin verdiyi evi başçı əlimizdən aldı M.İbrahimovun sözlərinə görə, bu günə qədər evlərinə qayıda bilməyiblər: "Kirayələrdə yaşayırıq. Bununla bağlı Baş prokurur Zakir Qaralova da müraciət etmişəm. Cavab gəlib ki, şikayətinizə baxılacaq. Bu evi rəhmətlik Heydər Əliyev özü bizə vermişdi. İcra hakimiyyətindən də başımızı aldadıb alırlar əlimizdən. Bizi evdən təmir adı ilə çıxaranda dedilər ki, evin sənədlərini də verin bizə, təmirdən sonra İlham Əliyevin iştirakı ilə təntənəli açılış olacaq və sənədlər bizə həmin vaxt təqdim ediləcək". Hər mitinqə gəlirəm, dərdimi demək üçün Mövsüm İbrahimov deyir ki, dövlət qurumlarına yazır, bütün mitinqlərə çıxıb, şüarını əlində tutur, amma yardım edən yoxdur: "Ötən aylarda da mitinqə getmişdim. Orda da plakat tutmuşdum. İcra başçısı bunu internetdə görən kimi təzə başçı (Sabirabad İcra Hakimiyyətinin başçısı) məni çağırıb dedi ki, sənin əlindən evi mən almamışam, bu, məndən qabaqkı icra başçısının işidir, mən nə edə bilərəm?" Şəhid evində məmurlar yaşayır M.İbrahimov deyir ki, hazırda onların evində İcra hakimiyyətinin nümayəndələri yaşayırlar: "Bizdən başqa həmin binada Qarabağ əlliləri, veteran ailələri var idi. Onların bir hissəsini evlə təmin etsələr də, əksəriyyəti evsiz-eşiksizdir. Evsiz qalanların içərisində şəhid ailəsi olan bircə bizik". Özümü yandıracağam M.İbrahimov evlərini özlərinə geri qaytarmayacaqları təqdirdə, özünü yandırıb, intihar etməkdən başqa əlac görmədiyini də dedi. Məsələ ilə bağlı Sabirabad rayonu İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. 2 gün ərzində icra hakimiyyətindən telefonlara cavab verən tapılmadı. Rayon sakinin problemləri ilə bağlı həmin dairədən deputat seçilən Ceyhun Osmanlı ilə də əlaqə saxlamaq mümkün olmadı. Onların da mövqeyini dərc etməyə hazırıq.
2013-10-28
761
Gülağa Aslanlı YAP rəsmisinə cavab verdi
"Siyavuş Novruzovun Milli Şura barəsində söylədiyi fikirlər onun hüquq eliminə gətirdiyi yeniliklərlə bağlıdır". Bu sözləri Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı Yeni Azərbaycan Partiyası icra aparatının müavini Səyavuş Novruzovun Milli Şuranın 27 oktyabr mitinqi barəsində fikirlərinə münasibət bildirərkən "Axar.az"a söyləyib. Gülağa Aslanlı həmçinin mitinqdə heç bir qanun pozuntusunun baş vermədiyini də bildirib: "Səyavuş Novruzov tarix fakültəsini çox çətinliklə qurtarıb, yaxşı da saymağı bacarmır. Bu da onun riyaziyyatdan çətinlikləri olduğunu göstərir. Qaldı, Siyavuş Novruzovun partiyası bu yağışlı havada mitinq keçirsin və 700 nəfər də könüllü olaraq onların görüşünə gəlsin, ondan sonra da nəsə danışsınlar. Onu da demək istəyirəm ki, Bakı Şəhər Baş Polis idarəsi dünənki mitinqlə bağlı hər hansı qanun pozuntusunun qeydə alınması barədə heç bir fikir söyləməyib". Xatırladaq ki, Səyavuş Novruzov APA-ya açıqlamasında Milli Şuranın mitinqinə 700-800 nəfər adamın toplaşdığını, növbəti dəfə sərbəst toplaşma azadlığı qaydalarının pozulduğunu və ölkə rəhbərliyinin şərəf və ləyaqətinin təhqir edildiyini bildirərək, müvafiq qurumlardan bununla bağlı ölçü götürülməsini istəyib.
2013-10-30
762
40-cı qapı, yaxud 40 günün ağısı...
Bu da 40... Bu 40 nağıllardakı 40 gün-40 gecə... Yox, bu günün 40-cı günü, 40-cı gecəsi çox fərqlidir. Bu 40 gün-40 gecədə ancaq tənhalıq yaşanıb, həyatdan bezikmək və həyata daha çox bağlı olmaq yaşanıb... 40 günün arxasında qalan nakam arzular gerçəkləşəcək nə vaxtsa, əminəm buna. Amma bu arzuların bir qəlbdən təkrarlanacağı mümkünsüz. Narahat ruhun sevinməsi isə mümkün olacaq. 40 gündür ki, dostum Anarın mənzilinin qapısı nağıllardakı 40-cı qapı timsalında... Açsın, açmasın... Xəyallarına köçən gerçəyin yoxluğu o qapının arxasında daha çox gözə girəcək, qəlb ağrıdacaq. O, onun durduğu yerdə duracaq, onun baxdığı səmtə baxacaq, işlətdiyi əşyanı sığallayacaq, çay dəmlədiyi çaydana belə qəmlənəcək... Qapı üzünə açılacaq – sözsüz ki, əvvəlki kimi yox. Bir cüt göyərçin balanın sifətində, gözlərində ata gəlişinin kədər dolu sevincinin arxasındakı özləri tərəfindən nə vaxtsa veriləcək cavablara körpə baxışların verdiyi suallar: "Ata, anamız hanı?" Pörtmüş sifətin, parçalanmış ürəyin, qurumuş, lal olmuş dilin səssiz cavabı, nə? Cavab yoxdu, qayğı, diqqət var - əvvəlkindən çox. Növbə ilə uşaqları bağrına basmaq və qapalı gözlərlə 40 günün arxasındakı günləri görmək, anları yaşamaq... 40 günün arxasında qalan həmən məşəqqətli gün mən onun, o atanın, dostum Anarın düzlərini döydüyünü gördüm. Dizlərim göynədi. Başını ovuclarının arasına alıb sıxdığını gördüm... Başını itirmişdi bu dərddən, bu itkidən... Başını əllərinin arasında saxlamaq istəyirdi. Bu 40 gündə dostum günlərin uzanmasını istəyirdi, mənə elə gəldi. Evə gec getmək, Həyatının kimsəsizliyini evinin içində gec görmək üçün... Mənə elə gəlir ki, bu 40 gündə Tarixin çarxını geri fırlada-fırlada, ötənlərə qayıda-qayıda yaşayıb və dözüb Anar. Bu 40 gün 40 il qədər ağır olub onu üçün. Amma 4 gün, 4 saat qədər tez ötüb. Bu 40 günün ağırlığı, əzabı 4 saat bundan qabaq baş vermiş ağrı kimidir... 40 gündür ki, bir mənzilin açılan qapısının arxasındakı adamın O olmayacağını bilə-bilə, onun açmasını gözləyir. O, "itirdiyi" xanımının gözlərinin, mülayim səsinin açmağa tələsmədiyi qapının arxasından boylanacağı ümidi ilə evə tələsir. Bu "tələskənlik" əslində özünü süni gecikdirmənin gerçəkliyindən bilinir. 40 gün öncə... Səhər işə gəlməyəcəyini bilirdik. Həyat yoldaşını əməliyyat edəcəkdilər... Pərviz elə belə də demişdi: "Sənin başın qarışıqdır. İnşallah, əməliyyat qurtarsın, yəqin belə olmaz". Mənsə: "O, həkimi yaxşı tanıyırsan, İnanırsan? - deyə soruşmuşdum, - başqa həkimlər də var ha", - demişdim. İnanırdı, həkimlə dost olmuşdu... İndi də kirayədə yaşadığı ömrünün bir-neçə ilini onun kirayənişini olmaqla keçmişdi.. Pərviz, Anara telefon açdı. Əməliyyat çoxdan başlamalı idi... İndicə alacağımız şad xəbərin, uğurla nəticələnən əməliyyatın göz aydınlığını verəcəkdik Anara... Əməliyyat nəzərdə tutulan vaxtdan çox gec "başladı..." Nahar fasiləsi zamanı Pərvizin əlindən bir tikə çörək sıçradı stolun üstünə. İkinci tikənin "sıçrayışında" – "Bu nədir belə", - dedi. "Sevinəcəksən yəqin, qonağın gələcək, tikən sevinir", - dedim. Ardınca Pərvizin ağzında dişləri də qırıldı... Bu bir mistika idi, ya nə? Tez Anara zəng etdim: "Vəziyyət necədir?" Telefonun o başından Anarın sanki kirayə götürdüyü, özünün olmayan səsi gəldi: "Pisdi, çox pisdi". Ardınca olunan zənglərə isə cavab vermədi.... Dostumuzun xanımı, istedadlı ədəbiyyat adamı Elnarə Tofiqqızı ailənin həkim dostunun səriştəsizliyinin qurbanı olmuşdu... Mən dəhşətli, sarsıdıcı xəbəri Sahibə Rəşiddən eşitdim, zəng etmişdi, titrək səslə: "Bu nə xəbərdi? Bu bizim Elnarə xanımdır?" Tələbələri çox, lap çox üzgün idi... Elnarənin – Anarın "Elişinin" - gözlərini əbədi qapadığı lənətə gəlmiş "Medi Sina"nın həyətində kimlər yox idi?.. Yadımdadır AYB-də tanış olduq. Münasibətlərimiz o qədər doğma idi ki! Bir müddət sonra AYB-dən "yoxa çıxdı". Bir də dostum Anarın toyunda gördüm Elnarə bacımızı. Ağ gəlinlik donunda. Necə də yaraşırdılar... O toyda onlara çox alqışlar, dualar olundu. Qol götürüb oynadıq, şənləndik. Olunan arzuların əksəriyyəti çin olmadı, arzuları ürəklərdə qaldı... Elnarə bu dəfə Anarının, göyərçin xanım-xatun balası Xatununun, incidən də inci olan İncinin həyatından "yoxa çıxdı". Mələk kimi göylərə uçdu. Ruhu isə balalarının başının üstündə dolanacaq...
2013-10-30
763
Gürcü nağılı bitdi, artıq gürcü arzusu başlayır
Gürcü nağılı bitdi, artıq gürcü arzusu başlayır O hakimiyyətə gələndə 19 yaşım vardı. Gürcüstanda təhsil sistemi azərbaycanlılar üçün demək olar ki, məhv olduğundan Bakıda oxuyurdum. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi olaraq ilk yazımı da ondan hazırlamışdım. Amma Mixail Saakaşvili adı heç nə demədiyindən yazım cəmi bir abzası əhatə edə bildi. Bu gün isə o hakimiyyətdən gedir, mənim isə 29 yaşım var. Bu on ildə mən də, Gürcüstan da, Mixail Saakaşvili hakimiyyəti də dəyişildi. Məni dəyişdirən Gürcüstan deyildi, amma Gürcüstanı dəyişən Mixail Saakaşvili idi. Mişa bütün Gürcüstanın taleyini də özü ilə birlikdə dəyişdi və getdi... Qayıdaq əvvələ... 2002-ci ilin Gürcüstanı Bakıda təhsil aldığımdan ancaq yay tətilində doğma Borçalıma gedirdim. Şevardnadze hakimiyyətində korrupsiya və özbaşınalıq artıq pik həddə çatmışdı. Valideynlərim kənd təsərrüfatı ilə məşğul olurdular. Amma məhsulu bazara aparmaq əsil hünər və səbir tələb edirdi. Yolda polislərə payladığın "şirinlik" az qala məhsuldan gələcək gəlirdən çox idi. Hələ bazarda lotuluq edib, kasıbın məhsulunu əlindən alan "bicbalaları" demirəm. Tiflisə getmək isə hər oğulun işi deyildi. Yolda kəsilən ciblər və alınan maşınların sayı-hesabi yox idi. O dövrdə pasport almaq da rüşvətsiz mümkün deyildi. Mən də ilk xarici pasportumu 100 dollara almışdım. 2003-cü ilin Gürcüstanı Həm oxuyub, həm də işlədiyimdən həmin ilin yayını da Bakıda keçirəsi oldum. Azərbaycanda da seçki ili olduğundan xəbər bolluğu idi. Demək olar ki, Qafqazda siyasi ehtiraslar pik həddə çatmışdı. Gürcüstanın payızı isə bahara çevrilirdi. Saakaşvili və dəstəsi "qizilgüllə" hakimiyyətə gəldi. Bundan sonra bir neçə il Gürcüstanda bahar abı-havası yaşanacaqdı. Mişa hakimiyyətə gələn kimi ilk işi korrupsiya ilə mübarizə oldu. Varlıların pulu ilə təqaüdçülərin illərlə yığılmış pullarını verməklə xalqın sevimlisinə çevrildi. Onun aşağı təbəqələrə hesablanmış siyasəti tezliklə uğur qazandı. Xüsusilə Marneulidə yaşayan azərbaycanlılar Tiflisi şəhər kimi, paytaxt kimi məhz onun sayəsində tanıdı. Daim seçkidə 5-ci sıranı seçən Mişa əla işləri sayəsində xalqın oğlu oldu, "5"-ini aldı. Yalnız Borjomisi və Batumisi ilə Gürcüstan tezliklə dünyanın bir çox yerində şərab kimi tanınmağa başladı. Daha doğrusu, keçmişdəki adını geri qaytara bildi. Amma onu sevməyənlər də var idi. Doğru-dürüst yaşamağa öyrəşməyən GÜRCÜLƏR. O gürcülər ki, Stalin dövründən oğruluğa və "rüşvətli" vəzifəyə öyrəşmişdilər. İşləmək sözü onlara yad idi. Ona görə də Mişalarını sevmək heç cürə onların işinə yaramırdı. Çünki bu Mişa, o biri "ayı"lardan deyildi. Yay-qış işləməyi və işlətməyi sevirdi, bacarırdı. İngilis dilini Rus dilindən yaxşı bilən bu cavan oğlan tezliklə qızıl gülün tikanlarını da təmizlədi. Söhbət Zurab Jvaniyanın ölümündən və Nino Burcanadzenin komandadan uzaqlaşdırılmasından gedir. Bununla da Saakaşvili siyasətdə ilk düşmənlərini qazanmağa başladı. Keçmiş SSRİ-də böyük qardaş düşmənə çevrildi. Demokratik Mişa hələ də sosialist qalan, yeni bir SSRİ yaratmaq istəyən Putinin qara siyahısında birincilik götürdü. Çünki Rusiya ilə əlaqələri kəsməklə Mişa Moskvaya "xəyanət" etmişdi. Əlbəttə ki, bu xəyanət cavabsız qala bilməzdi və gözlənilən baş verdi. Moskva Tiflisə lazımı çərçivədə "gözdağı" verdi. Saakaşvilinin enişi Rusiya müharibəsi ilə başladı. Qərbə arxalanan Mişa Moskvaya meydan oxudu. Rusiya Gürcüstan müharibəsi zamanı jurnalist kimi hadisə yerindəydim. Qırıcı təyyarə qarşısına avtomatla çıxan gürcü əsgərini görəndə başa düşdüm ki, qalstukunu çeynəyən Saakaşvili artıq dalana dırənib. Qərb həmin vaxtı üzünü şimala çevirmişdi. Məşhur lətifədə deyildiyi kimi, ayının dostu bəlli idi. Artıq Moskvanın dəstəyi ilə siyasətə gələn qüvvələr Mişanı sarsıda bilərdilər. Çünki kartlar açılmışdı və əslində Mişanın meydanda tək olduğu bir sirr deyildi. 2012-ci ilin Gürcüstanı Artıq maliyyə böhranı da Saakaşvilinin ziyanına işləyirdi. Borc içində boğulan Qərb "yetimdən yetimə pay düşməz" deyib, Gürcüstanı yaddan çıxarmışdı. Bu isə beynəlxalq infrastruktur layihələrinin gecikməsi, beynəlxalq maliyyə dəstəyinin iflası demək idi. Belə bir şəraitdə Gürcüstanın yeni "ağ atlı" oğlana ehtiyacı var idi və çox keçmədi ki, bu ehtiyac Bidzina İvanişvilinin timsalında təmin edildi. Fransadan gələn biznesmen gəncliyinin kasıb nağılları və cibindəki rəngbərəng pullarla ac gürcü xalqının gözünə girməyi bacardı. Parlament seçkilərində qələbə qazanan İvanişvili Mişaya açıq-aşkar savaş açdı. Tezliklə payladığı yardımlar hesabına Bidzinanın səsi artırdı. Mişanın həbsxanaya saldığı oğruların belə səsi çıxdı... azadlığa buraxıldı. Son illər az qala toyuq oğrusuna qatı cinayətkar kimi baxan gürcülər isə keçmişə qayıtdı. Daha toyuq oğruları deyil, adam oğruları, əsil qatillər və "böyük" işləri bacaran soyğunçular gündəmdədir. Tifağı dağılan Mişa isə əşyalarını yığmağını göstərməklə mübarizəyə həvəsi olmadığını nümayiş etdirir. Bəlkə də o bununla "Maşa və medved" silsiləsindən "Mişa və gürcü" nağılının bitdiyinə işarə edir. Biri vardi biri yoxdu... Gürcüstanın bir Mışası vardı...
2013-10-30
764
Rusiya 2024-cü il üçün ərizə yazacaq
Peterburq şəhərinin qubernatoru Georgi Poltavçenko Soçi 2014-cü ilin yerli mərhələ gedişatında bildirib ki, Peterburq Yay Olimpiya oyunlarının paytaxtı olmağa hazırdır. "Fontan" internet-qəzetinin verdiyi məlumata görə, Poltavçenko yaxın zamanlarda Yay Olimpiya Oyunlarına Peterburqun ev sahibliyi etməsi üçün Beynəlxalq Olimpiya Komitəsinə müraciət ərizəsi ünvanlayacağını qeyd edib. Qeyd etmək lazımdır ki, Peterburqun müraciət ərizəsi qalib gəldiyi təqdirdə 2024-cü ildən tez olmayaraq yay oyunlarına ev sahibliyi edə bilər. Belə ki, 2016-cı ildə Yay Olimpiya Oyunlarının paytaxtı Rio de Janeyro, 2020-ci ildə isə Tokio seçilib.
2013-10-30
765
Suriyada nə qədər Azərbaycanlı döyüşür? - Video
"Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Əsədin baş müftisi Şeyx Əhməd Bədrəddin Hassun Suriyada savaşan şəxslərin siyahısını açıqlayıb. Hassun rəqəmləri açıqlayarkən İran və Livandan gələn şiə terrorçuların sayını dilə gətirməyib. Həmin siyahını sizə təqdim edirik: Səudiyyə Ərəbistan: 8 min nəfər Tunis: 4 min nəfər İraq: 6 min nəfər Fələstin: 3 min nəfər Misir: 3 min 500 nəfər Liviya: 4 min 500 nəfər Livan: 3 min 200 nəfər Çeçenistan: 1700 nəfər Yəmən: 2 min 800 nəfər Pakistan: 1500 nəfər Türkiyə: 3 min 800 nəfər İordaniya: 800 nəfər Küveyt: 900 nəfər Somali: 350 nəfər Rusiya: 250 nəfər Fransa: 150 nəfər Almaniya: 110 nəfər İngiltərə: 80 nəfər İndoneziya: 100 nəfər Fas: 200 nəfər Malayziya: 140 nəfər Türkmənistan: 360 nəfər Əl-Cəzair: 200 nəfər Kosova: 140 nəfər Albaniya: 100 nəfər Eritreya: 200 nəfər Sudan: 100 nəfər Bosniya və Herseqovina: 150 nəfər Amerika: 290 nəfər Danimarka: 80 nəfər Kanada: 110 nəfər Tacikistan: 190 nəfər Bəs Azərbaycan? Suriyada azərbaycanlıların ölməsi, əlil olub gəlməsi və orada azərbaycanlılardan ibarət bölüyün olması haqda məlumatlar var. Dəqiqləşdirmək üçün Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ilə əlaqə saxladıq: "Azərbaycanın Suriyadakı səfirliyi bir il bundan qabaq (təxminən avqustun axırı, sentyabrın əvvəli), bizim bütün vətəndaşları təxliyə etdilər. Yəni, səfirlikdə qeydiyyatda olan bütün vətəndaşları. O ki, qaldı mətbuatda azərbaycanlılar haqqında, guya azərbaycanlılar da orada vuruşur və yaxud Azərbaycan vətəndaşları orada var, bununla bağlı yenə qeyd eləmək istəyirəm ki, Azərbaycan tərəfi öz araşdırmalarını aparır". Suriyada yaşayan yox, Azərbaycandan Suriyaya məhz döyüşmək üçün gedən azərbaycanlılar haqqındakı sualımızı da Elman bəy belə cavablandırdı: Yenə də, yenə də araşdırmaq lazımdır "Suriyadakı səfirliyimiz hal-hazırda Beyrutda fəaliyyət göstərir. Və Azərbaycan tərəfi bu məsələni araşdırır. Suriyada vəziyyət olduqca gərgin olduğu halda Azərbaycan vətəndaşlarının orada olduğunu sübut etmək qeyri-mümkündür. Çünki həmin şəxslər heç bir zaman səfirliyin, konsulluğun qeydiyyatında olmayıblar. Ona görə də qeydiyyatda olmayan şəxslərin sayını araşdırmaq, onların ümumiyyətlə olub-olmadığını öyrənmək olduqca çox mürəkkəb məsələdir. Yenə də qeyd etmək istəyirəm ki, Suriyada mövcud gərgin vəziyyətdən irəli gələrək, hansısa araşdırma aparmaq qeyri-mümkündür. Və Azərbaycan vətəndaşlarının həqiqətən orada olub-olmamasını da Azərbaycan çalışır ki, indi müvafiq diplomatik kanallarla araşdırsın". Videoda gördüyünüz azərbaycanlı Suriyada ölən həmvətənlərimizdən sadəcə biridir.
2013-10-30
767
Azərbaycansayağı abırlı kişilər
Deyəndə ki, poeziya hiss məsələsidi, çox vaxt inanmırıq. Bu günlərdə nəhayət mən də bu barədə imana gəldim. Bir də baxdım ki, heç vaxt sevmədiyim aşıq yaradıcılığı və onun ustadlarından Abbas Tufarqanlının nə vaxtsa oxuduğum bu misralarını zikr edirmişcəşinə öz-özümə təkrarlayıram: Gecə- gündüz qan ağlaram, Artıbdır fərağım mənim. Alıb başımı gedərəm, Tutduqca ayağım mənim. Bu cəmiyyətdə rahat, adam kimi yaşaya bilmək üçün ümidlərimin arxasına düşüb getmədiyim yer qalmadı. Gedə-gedə gəlib çıxdım Hürufilər diyarı Bakıya. Çox keçmədən özüm üçün belə bir nəticə çıxardım: "Bütün yollar Romaya aparır" misali, Bakı bütün mənalarda paytaxtmış... Təbii olaraq, Bakıyla tanışlığa maklerlərindən başladım. Kirayə ev üçün 55 yaşlı dayımla getdiyim bütün maklerlərin ilk sualı belə oldu: - Kiminlə yaşayacaq? Sən bunun nəyisən? Dayım, oğlumla yaşayacağımı, özünün də dayım olduğunu desə də, maklerlər ev sahiblərini çağırıb, birlikdə bizi xeyli sorğu-sual eləyib, şübhəli nəzərlərini üzümüzə dikib elə baxırdılar ki, hardasa öz içimdə dayıma, hətta özümə qarşı belə şübhə yaranırdı. Sonda bu dedektivləri xatırladan adamlar üzümüzə baxıb daldıqları və dəqiq fikirlərindən ayrılıb bir az da qaşlarını düyünləyərək danışmağa başlayırdılar: - Biz hardan bilək ki, siz bunun dayısısız? Lap elə olsa belə, tək qadına ev vermirik. Demək olar ki, getdiyimiz bütün maklerlərdən beləcə, əlimiz ayağımızdan uzun qayıdırdıq. Dayıma düşüncələrimi açmağa utandığım üçün heç nə deməyib, bir gün ev axtarmağa özüm tək getdim. Nəhayət, bir makler və ev sahibini tək qadın olmağın günah, boşanmış qadınların əxlaqsız olmadığına, mənim də bu şəhərdə bir ev tutub yaşamaq haqqımın varlığına inandıra bildim. Sevincək gəlib dayıma ev tapdığımı deyəndə, o da eynən maklerlər kimi, neçə günü artıq alışdığım, üzümə şillə kimi dəyən şübhəli nəzərlərlə baxdı... Bəlkə də sarsıldım, heyrətləndim, ama artıq belə şeylərə alışalı uzun zaman olmuşdu deyə, üstündə durmayıb keçdim. Bu evmi deyim, sığınacaqmı deyim, yaşam mücadiləsi vermək üçün girdiyim yuvamı da dar etməyə başladılar mənə. Polis olan 50 yaşlarındakı ev sahibi hər ayın sonu pul almaq üçün gələndə səxavəti aşıb-daşır və hər dəfəsində deyirdi: "Bəlkə bu pulu verəsən başqa qayğılarına, elə pulsuz qalasan evdə..." Bu insanlıq dolu cümlələrini isə üstümə mərmi kimi şığıyan "kişilik" adlı baxşlarıyla tamamlayırdı. Mənsə öz növbəmdə adamın təmiz niyyətindən zərrə qədər şübhə etməyən biri kimi, "Çox sağ olun, təşəkkür edirəm, allah ürəyinizə görə versin, ama ehtiyac yoxdu",- kimi gülməli cümlələrlə cavablayırdım. Təbii ki, adam hər dəfə axmaq olduğuma bir az da "əmin olurdu". Qaldığım ikinci ayın kirayəsini götürməyə gələndə isə artıq ən axmaq adamın belə anlayacağı dillə ap-açıq sohbət eləməyə başladı. Artıq sadəlövhlüyün yeri qalmadığını görüb, adama özünün anlayacağı cümlələrlə mənim gic olmadığımı, onunsa şərəfsiz olduğunu başa saldım. Nəticə? Nəticədə 300 manat verdiyim evin qiymətini 500 manata qaldırdığını, bu məbləğə razı olmadığım təqdirdə isə evdən çıxmağımı tələb etdi. Yenə uşağımı aldım gözümə. Budur, əlimin istisi soyumayan makler qapılarının dəstəyi. Bu dəfəki maklerlə də o qədər danışdım ki, bəlkə də heç bu günədək Qarabağ haqda bu uzunluğa diplomatik danışıqlar aparılmamışdı. Makleri razı salıb keçdik növbəti sınağa. Ev sahibi gəldi. İlk baxışdan azərbaycansayağı abırlı adama oxşayan bu ortayaşlı kişi bir saat gedən "danışqılar" boyu üzümə bir dəfə də olsun baxmadı. Danışıqlarda isə mənə əxlaq, namus, mentalitet qadınlıq, ismət, qonşu dəyərlərindən master-klass keçdi. Hətta bu evdə yaşadığım müddətdə qapını hansı tonda açıb-bağlayacağımı belə, bərk-bərk tapşırandan sonra keçdik bazarlığa. Oxuduğu 350 manatı xeyli xahiş minnətlə 320-yə endirib razılaşdıq. Yanındaca maklerə 50 manat ofis haqqı, 50 manat da beh verib sabah köçəcəyimizi dedim. Səhəri gün qaldığım evin polis sahibiylə vidalaşaraq əşyalarımı yığıb, maklerlə behini verdiyim "müqəddəs ocağ"ın qapısına gəldik. Ev sahibi zəng edib, açarı 10 dəqiqəyə gətirəcəyini dedi. "Bir azdan", "tıxacdayam" deyə-deyə bizi saat 16:00-dan 19:00–a qədər gözlətdi. Birdən makler yerindən ilan vurmuş kimi sıçrayıb dedi: - Ala, bu evi verdi başqasına!.. Heç nə başa düşmədim. - Bu blokda başqa kirayə mənzil yoxdu. İçəridən başqa maklerlər çıxır. Bu da bizi bayaqdan "fırladır" ki, bəs çatıram. Özü yuxarıdadı, sadəcə, bizi ləngidir ki, bu gələnlərlə razılaşmasa, bizi də itirməsin. Yenə bir şey anlamırdım. Makler ev sahibinə zəng edib xeyli "tərif-səna" elədi. Telefonu söndürüb dedi: - Bu gələnlər 350 manat, yəni, bizdən 30 manat artıq veriblər. Əsəbdən əllərim əsə-əsə telefonu alıb əxlaq müəllimimə ürəyimdən keçənləri demək istədim. - Alo... Hirsimdən ağlamaq tutmazmı məni?! O boyda demək istədiyimin içindən yalnız bu cümləni deyə bildim: - Əxlaqsızlıq bir qadının qapısının bir neçə dəfə artıq açılıb-örtülməsi deyil, sənin bu etdiyindi. Adam vecinə almadan telefonumu söndürdü. Söndürmədən öncə məni söyməyi də boyata qoymadı. Makler də sakitcə pulumu özümə qaytarıb xəcalətli bir görkəmdə artıq öləziməyə başlayan günəş şüalarına qoşulub getmək istəyirdi ki, arxadan çağırıb özümün belə güclə duyacağım səslə pıçıldadım: - İndi biz hara gedək?! Beləcə, içimi cızan bu sualı dəxli olmayan bir adama ünvanladıqdan sonra bir az yüngülləşərək dönüb bayaqdan heç nə anlamayan oğlumun əlindən yapışdım. Beləcə, axşam saat doqquzda oğlum və əşyalarımla paytaxtın Azərbaycan qadını reallığının mərkəzi bir küçəsində qaldım. P.S. Bu günlərdə ATƏT-in prezident seçkisiylə bağlı keçirdiyi konfransda məni o küçənin ortasında qoyan həmin əxlaq müəllimini gördüm. Anladığım qədəriylə orda təhlükəsizlik orqanlarının əməkdaşı qismində iştirak edirdi. Adama uzaqdan başımla salam verdim. Salamımı almağa üzü olmadığından konfransın axırına kimi bir də mənə sarı baxmadı.
2013-10-30
768
İşsizləri və büdcəni talayanlar – İşədüzəltmə büroları
İlk işə düzəltmə agentliyi 1893-cü ildə ABŞ-da Fred Uilson adlı şəxs tərəfindən açılıb. Tarixdə "ikinci yaranan" kimi göstərilən agentliyin isə 1906-cı ildə Ketron Feltonun San-Fransiskoda baş verən zəlzələnin fəsadlarına qarşı yardım məqsədi ilə yaratdığı bildirilir. Get-gedə Avropa ölkələrində sayı artmağa başlayan agentlik və bürolar artıq xeyli vaxtdır Azərbaycanda da geniş şəkildə yayılıb. Milli bürolar Son zamanlar ölkəmizdə fəaliyyət göstərən və iş axtaran insanların ən çox müraciət etdikləri özəl müəssisələrdən biri də "İşə düzəltmə büroları"dır. Əvvəla, bu müəssisələrin girişində işə düzəltmə bürosunun adı ilə bağlı reklam lövhəsi olmasına baxmayaraq, bu tip obyektlərin nisbətən gözdən kənar yerlərdə olması diqqətimizi çəkdi. Bürolar əsasən şəhərin qədim yaşayış binalarının həyətində və yaxud yaşayış evlərində yerləşir. Paytaxt sakinlərindən bu büroya müraciət edən biriylə həmsöhbət olduqda deyir ki, əşşi, pulu alırlar, göndərirlər bir işə, o yerin də sahibi deyir ki, nömrəni qoy, əlaqə saxlıyarıq səninlə. İlkin müşahidələrdə fəaliyyəti qanunsuz görünən işə düzəltmə mərkəzləri haqqında araşdırma etmək qərarına gəldik. "İş axtarırıq" Paytaxtın müxtəlif ərazilərində yerləşən bürolara iş axtaran vətəndaş kimi müraciət etdik. Əvvəlcə 28 may metrosu yaxınlığında olan "Şamil Əzizbəyov" küçəsindəki "Uğur" İşədüzəltmə mərkəzinə yollandıq. Yaşayış binasında yerləşən büro dar və təmiri bərbad vəziyyətdə olan bir otaqda fəaliyyət göstərir. "Büro" adlandırılan bu otaqda iki xanım işçi və bir neçə işaxtaran vardı. İnsanlar suallarını verib, cavablarını aldıqdan sonra bir-bir otağı tərk edirdi və nəhayət, növbə bizə çatdı. Üç ay girovluq İş üçün müraciət etdiyimizi bildirdikdən sonra xanım işçi yaşımızı, hərbi biletimizin olub-olmadığını və hansı vakansiya üçün müraciət etdiyimizi soruşdu. Kompüter sahəsi ilə əlaqəli işlərdə səriştəli olduğumuzu dedik. Xanımın bir neçə iş təklifindən sonra işə düzəlmək üçün qeydiyyata düşməyin lazım olduğunu anladıq və bizə qeydiyyat ödənişinin beş manat olduğu bildirildi. - Beş manatı ödədik, amma göndərdiyiniz yerdə bizi işə götürməsələr, necə olacaq?" – soruşdum. - Əməkdaşlağımız üç ay davam edəcək. - Hansı əməkdaşlığın? Üç aydan sonra işə götürülməsəm necə olacaq? Bu suallar açıq qalırdı. İlk maaşdan 30 faiz Qeydiyyat üçün şəxsiyyəti təsdiq edən sənədlə beş manat pulun verilməsi vacibdir. Daha sonra xanım işə düzələndən sonrakı mərhələdə ilk maaşın 30 faizini "Uğur servis işə düzəltmə mərkəzi"nə ödəyəcəyimizi, yalnız bundan sonra girov kimi saxladıqları şəxsiyyəti təsdiq edən sənədin bizə qaytarılacağını dedi. Məlumat üçün onu da qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumat bürosundan aldığımız məlumata görə, şəxsiyyəti təsdiq edən sənədin girov kimi saxlanılması ölkə qanunlarına ziddir. Ödədiyimiz ilkin beş manatın qəbzinin verilib-verilməyəciyini soruşduqda xanım "əlbəttə" cavabını verdi. Otaqda isə heç bir kassa aparatı-filan gözümüzə dəymədi. Adicə kağız parçası Növbəti axtarışımızda qarşımıza çıxan büro Səməd Vurğun bağı yaxınlığında yerləşən "Mansur" müəssisəsi oldu. Əvvəlki qayda ilə suallarımızı verib, işə düzəlmək üçün bağlanılan müqavilənin hansı qanuna əsasən tərtib olunduğunu soruşduq. Cavab aldıq: - Bu müqavilə kağızının bir nüsxəsi sizdə qalacaq. Kökü də Vergilər Nazirliyinə çatır. Bu büroda da qeydiyyat üçün beş manat və şəxsiyyəti təsdiq edən sənəd istənildi. Fərqlilik yalnız ilkin maaşın otuz yox, qırx faizinin "Mansur" işə düzəltmə bürosuna veriləcəyində idi. Son olaraq beş manat üçün qəbz tələb etdikdə, qəbz deyil, üst-üstə yığılan adi kağız parçasına məbləğin qeyd olunacağı məlum oldu. Bu da oldu qəbz... "İlkin" də beş manatdan yığır "Nizami" metrosu yaxınlağında yerləşən "İlkin" İşədüzəltmə bürosuna yollandıq. Burada da müqavilənin tamamilə qeyri-rəsmi şəkildə aparıldığını gördük. Müqavilə üçün tələb olunan beş manata görə də qəbz-filan verilməyəcəyi deyildi. İcazə var ki, işləyirik də Ertəsi gün qeyd etdiyimiz ünvanlara redaksiyamızdan telefon zəngi açdıq – bu dəfə artıq "işədüzələn" yox, jurnalist kimi. Əvvəlcə "Uğur" İşədüzəltmə Mərkəzi ilə əlaqə saxladıq. - Fəaliyyətiniz qanunla tənzimlənirmi? - Bəli. - Bəs niyə kassa aparatınız yoxdur? - Orası artıq bizlik deyil. Daha sonra "hər hansı dövlət qurumunda qeydiyyatınız varmı" sualını verdik. Xanım "əlbəttə",- dedi. - Hansı dövlət qurumunda qeydiyyatdan keçmisiniz? – Bilirsiniz necədi? İcazə var ki, işləyirik də... Dərəbəylik deyil ki... - Vergi ödəyirsinizmi? - Bəli, ödəyirik. - Kassa apartınız yoxdursa, hansı şəkildə ödəyirsiniz? - Mən bunları bilmirəm. Onlar müdiriyyətin işidir. - Müdiriyyətin nömrəsini verə bilərsinizmi? - Yox, siz öz nömrənizi verin, özümüz əlaqə saxlayarıq... "İlkin"in on beş yaşı var Növbəti zəngimiz "İlkin" işə düzəltmə bürosuna oldu. "Axar.az"dan olduğumuzu bildirdikdən sonra telefon xəttində olan şəxs: "Fəaliyyətimiz qanunidir, 15 ildir ki, fəaliyyət göstəririk. Telefon vasitəsilə başqa heç bir sualınızı cavablandıra bilmərəm", – dedi. "VÖEN" var, cavab yox! "Mansur" İşədüzəltmə xidmətinə zəng etdiyimizdə isə bu müəssisənin də özəl və qanun çərçivəsində fəaliyyət göstərdiyi cavabını aldıq. Əlavə olaraq müəssisənin əməkdaşı vurğuladı ki, bizdə "VÖEN" də var. Qəbzlərin niyə kassa aparatından verilmədiyi barədə sual isə təbii ki, cavablandırılmadı. İldə 72 min manat oğurluq Müşahidələrdən sonra təxmini hesablama apardıq. Yəni: bu tip bürolara gün ərzində orta hesabla qırx nəfər müraciət edir. Qırx nəfər insanın beş manatdan ödəməsi bir büro üçün gündəlik iki yüz manat edir, bu isə ilə 72 min manat deməkdir! Bəs bu obyektlərin sahibləri vergi ödəyicələridirmi? Əgər vergi ödəyirlərsə, hansı şəkildə? Hər halda cavab axtarmağa çalışacağıq.
2013-10-30
769
Milli Məclis Avropadan küsüb
Dünən Milli Məclisin iclasında 9 oktyabrda Azərbaycanda keçirilən seçkilərlə bağlı Avropa Parlamentinin bəyanatı deputatlar tərəfindən etirazlara səbəb olub. Etiraz edən deputatlar Azərbaycanın Avronestdəki üzvlük məsələsiylə bağlı kəskin fikirlər səsləndiriblər. Məsələylə bağlı, millət vəkilləri Asim Mollazadə, Aydın Mirzəzadə və ekspert Razi Nurullayev münasibətlərini "Axar.az"a bildirdilər. Ermənistan Avropaya inteqrasıyasına son qoyub "Heç kim ölkəmizin, xalqımızın praktiki seçim hüququna şübhə edə bilməz və heç kəs Azərbaycanı şəxsi malı edə bilməz. Baxmayaraq ki, Ermənistan və onun havadarları çalışır ki, Azərbaycanın imicinə zərər gətirsin",- bu sözləri "Axar.az"a danışan Millət vəkili Asim Mollazadə bildirib. O, daha sonra deyib ki, Ermənistan Avropaya inteqrasıyasına son qoyub və Gömrük İttifaqına daxil olmaq fikrindədir. Məhz buna görə, Azərbaycana təzyiqlər artıb: "Bilirlər ki, Azərbaycanın Avropayla əməkdaşlığa böyük potensialı var. Azərbaycanın enerji sahəsində, mədəniyyət, eləcə də bir çox sahələrdə Qərblə əməkdaşlığı genişləndiyi ərəfədə qarşısını almağa çalışırlar. Bundan sonra da Azərbaycan bir çox layihələrdə ATƏT-in, NATO-nun Parlament Assosiasiyasıyla və digər Avropa təşkilatlarıyla əməkdaşlığı davam etdirəcək, eləcə də Azərbaycanın inkişafını istəməyən qüvvələrlə də mübarizəsini davam etdirəcək". Bunların arxasında erməni diaspor təşkilatları dayanır Millət vəkili Aydın Mirzəzadə tənqidlərin arxasında ölkəmizə qarşı neqativ münasibəti olan insanların durduğunu düşünür: "Seçkilərdə iştirak edən Avropalı müşahidəçilər AP-də seçkilərlə bağlı müsbət fikir bildirdilər, ancaq parlamentdə səsə qoyulan zaman orda Azərbaycana qarşı neqativ münasibəti olan insanlar Azərbaycana qarşı qətnamə qəbul olunmasına nail oldular. Hesab edirəm ki, Avropada müəyyən qüvvələr var ki, həmin qüvvələr Azərbaycan haqqında mənfi rəy yaratmaqda çox maraqlıdırlar. Şübhəsiz ki, bunların arxasında erməni diaspor təşkilatları, Azərbaycanın uğurlarına sevinməyən qüvvələr, Azərbaycanda öz payını ala bilməyən şirkətlərin olması mümkündür". Bu, Azərbaycana heç nə yaxşı vəd edə bilməz Mövzuyla bağlı müxbirimizə danışan "Region Beynəlxalq Analitik Mərkəzin (RBAM) İdarə Heyətinin sədri Razi Nurullayev isə bildirdi ki, Azərbaycanın Avropaya qarşı dayanması, Avropa Parlamentiylə birgə layihələrin həyata keçirilməsini şübhə altına alması Azərbaycana heç nə yaxşı vəd edə bilməz. Hesab etmirəm ki, Azərbaycanın bu tip davranışlarından, Avronestdən çıxmasından Avropa nəsə itirəcək, əksinə Azərbaycan kiçik bir ölkədir. Azərbaycanın Avropa İttifaqına, Avropa Birliyinə və digər Avropa təşkilatlarının yardımına və dəstəyinə daha çox ehtiyacı var. Azərbaycan bu məsələlərdə tam fərqli və səbirli olmalı, onların bu cür tənqidlərinə dözüm nümayiş etdirməlidir. Əgər nəsə baş veribsə bütün bunlara qarşı tədbir görülməlidir".
2013-10-29
770
Putin homoseksualları müdafiə etdi
Rusiya prezidenti Vladimir Putin homoseksuallara elan edib ki, Rusiyada, Soçidə keçirilən Qış Olimpiya oyunlarında iştirak etməkdən qorxmaları üçün heç bir səbəb yoxdur. "Axar.az"ın "BBC"yə istinadən verdiyi xəbərə görə, V.Putin Beynəlxalq Olimpiya Komitəsinin başçısı Tomas Baxa deyib ki, Olimpiya zamanı homoseksual atletlər və tərəfdarları özlərini rahat hiss edəcəklər. "Biz o atletləri, azarkeşləri və qonaqları əmin edirik ki, onların etnik mənsubiyyətlərindən, irqlərindən (yaşlarından) və ya seksual oriyentasiyalarından asılı olmayaraq Olimpiya Oyunlarında özlərini rahat hiss etmələri üçün hər şeyi edəcəyik". Qeyd edək ki, Rusiya "homoseksual təbliğatını" qadağan edən yeni qanuna görə tənqid olunmuşdu. Ancaq Qış Olimpiya Oyunlarında homoseksualların qorunması ilə bağlı təklif müsbət reaksiyaya səbəb olub.
2013-10-29
771
Saatlarla liftdə qaldı
Bu gün axşam saatlarında Binəqədi rayonunda yerləşən doqquzmərtəbəli yaşayış binasında qeyri-adi xilas xilasetmə əməliyyatı həyata keçirilib. "Axar.az"-ın Fövqəlada Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbərə görə, hadisə liftin nasazlığı nəticəsində baş verib. Binanın liftində qalan 1 nəfəri qurtarmaq üçün bir neçə saat lazım olub. Hadisəyə bina sakinlərinin müdaxilə etməsinə baxmayaraq, onu liftən çıxarmaq mümkün olmayıb. Sonda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 4-cü mərtəbəyə endirib, qapılarını açıb və vətəndaşı liftdən çıxarıblar. Uzun çəkən əməliyyat saat 02:16-da başa çatıb.
2013-10-30
772
R.Qaraca: “Azərbaycanda ədəbiyyat yoxdur”
"Bu, ayrı söhbətin mövzusudur..." Reputasiyası pozulmuş olan bir rəsmi yazıçı təşkilatı var - Rasim bəy, sizcə, Azərbaycan ədəbiyyatında qruplaşmanın əsas səbəbi nədir? - Zümrüd xanım, sualınızın tərkibində iki təsdiq var. Birincisi, Azərbaycanda ədəbiyyat var, ikincisi ədəbiyyatda qruplaşma var və sual bunların səbəbidir. Əvvəlcə onu deyim ki, Azərbaycanda ədəbiyyat yoxdur, yəni dünyada başa düşülən mənada ədəbiyyat yoxdur, burada ədəbiyyat imitatorları və çoxlu imitasiyalar var. Kiçik istisnalar xaricində bu, belədir, bunu mənim subyektiv fikrim kimi qəbul edə bilərsiniz. O ki qaldı ədəbiyyatdakı "qruplaşmalar"a, mən siyasətdən gələn, bir az da bizim leksikonumuzda kriminal məna çaları daşıyan bu termini qəbul etmirəm, çünki bu kəlmə hansısa bir "bütov"ü və ya "tam"ı ehtiva edir, yəni hansısa bir tam, kamil, bitkin bir ədəbiyyat quruluşu var və yerdə qalanlar fraksiyadır, "qruplaşma"dır. Halbuki belə deyil. Bəli, Sovetlərdən qalma, köhnəlmiş, qeyri-funksional, reputasiyası pozulmuş olan bir rəsmi yazıçı təşkilatı var, lakin, yeni gələn nəsillər bu eybəcərliyə qoşulmaq istəməyəndə buna "qruplaşma" demək ən az elə həmin köhnəliyi dəstəkləmək deməkdir. Əgər söhbət Yazarlar Ocağından gedirsə, bu bizim mədəniyyət tariximizdə yazıçıların ilk və hələlik son protest qrupudur. Belə götürəndə, ənənəsi olmayan bir hadisədir, müstəqilliyə, demokratiyaya uyğun olan və yaraşan bir hadisədir. Sizin kimi inqilabçı bir xanımın bunu bu cür dəyərləndirməsini istərdim. Yenidən təşkilatlanmanın səbəbi nədir? Siz də bilirsiniz ki, Azərbaycan cəmiyyətinin ən böyük problemi, böyük hərflərlə, YALANdır. Hər şey süni, qondarma və saxtadır. Məgər sovet illərində yazılan bütün əsərlər yalanın tərənnümü deyildimi? Demək istəyirəm, bizdə yalanın böyük bir ənənəsi var və hesab edirəm, bu ənənə bir yerdə sona çatmalıdır. Təəssüf ki, bizim bir çox yeni nəsil yazarlarda belə bir inam var, guya həqiqət naminə yalanla əməkdaşlıq etmək olar. Amma bu, illüziyadır. Yalan həqiqət ərazilərini elə bu metodla istila edir. Təsadüfi deyil ki, Azad Yazarlar Ocağının 2003-cü ilin 16 oktyabrında qəbul edilmiş Manifestində belə bir maddə var: "Həqiqətə sədaqət bizim yeganə fəaliyyət meyarımızdır. Bu sənədi imzalamaqla biz, guya Xeyirin naminə Şərlə əməkdaşlığın mümkün olduğu xülyasına qarşı inamsızlığımızı ifadə edirik". Biz yazıçılar cəmiyyətimizin total yalana bürünməsinə, onun normaya çevrilməsinə qarşı mübarizə aparmalıyıq. Adamın cavabına o zaman heyrət etmişdim - Rasim bəy, mən qruplaşma deyəndə ədəbi qurumları nəzərdə tutmadım, o məsələyə sonra gələcəkdim. Daha aşağı səviyyədə olan, dostluqlar, yoldaşlıqları nəzərdə tutdum. Axı bu bir gercəkdir ki, ədəbiyyatda da kim kimin dostudursa, bir-biri haqqında təriflər yazır, düşməndirsə inkar edir. Bu psixologiyanı necə izah edirsiniz? - Şəxsi münasibətlər, hər zaman və hər yerdə önəmlidir. Bir dəfə mən Almaniyada olarkən çox məşhur bir nəşriyyatın direktorundan soruşdum, bizim azərbaycanlı gənc yazarlar Avropada çap olunmaq istəyirlər, bunun yolu nədir? Adamın cavabına o zaman heyrət etmişdim: "Mən özüm də yazıçıyam və şəxsi müşahidəmə əsaslanıb deyə bilərəm ki, ən birinci şərt şəxsi münasibətlərin olmasıdır, naşirin yazıçını şəxsən tanıması çox vacibdir". Sizin sualınıza gəlincə, birmənalı cavab vermək çətindir. Gənc yazıçılar ruhən özlərinə yaxın olan istər yaşlı, istərsə yaşıd olduqları yazıçılarla təmas qurmaqdan çəkinməməlidirlər. Əks halda ayı meşədən küsüb, meşənin xəbəri yox, məsəli ortaya çıxacaq. Bütün hallarda fərdi hadisə - Ədəbiyyatda qurumların rolu sizcə, çoxmu vacibdir? Bir yazarın yaxşı yazması üçün onun hansı qurumdasa təmsil olunması vacibdir, yoxsa azad olması? - Ədəbiyyat dərnəkləri hər zaman olub, dünyanın hər yerində, indi də var. Məşhur "Beynəlxalq Pen" təşkilatını misal göstərmək olar. Yazıçının hər hansı bir dərnəkdə olub-olmamasının onun yaxşı yazmasıyla əlaqəsi ola bilməz. Yaradıcılıq bütün hallarda fərdi hadisədir. Lakin Avropa maarifçilərindən gələn yazarın ictimai missiyası məsələsi var. Əlbəttə, yazıçı öz hücrəsinə çəkilib gözəl əsərlər yarada bilər, ancaq ictimai missiyası olan yazıçılara hər zaman üstünlük verilir. Xüsusən Azərbaycan kimi insan haqlarının təmin olunmadığı ölkələrdə yazıçının ictimai missiyasının olması xüsusi əhəmiyyət daşıyır. Bu cür yazıçıların birləşərək öz dərnəklərini yaratması da ən qanunauyğun haldır mənə görə... O, ya öldürülür, ya həbsə atılır, ya da satın alınır - Sizə yazarın azadlığı deyəndə nə nəzərdə tutulmalı, ümumiyyətlə, azadlıq sizə görə nədir? Düşünürsünüz ki, bu gün Azərbaycan yazarı azaddır? Təkcə siyasi baxımdan deyil, yanaşma və düşüncədəki azadlığı da nəzərdə tuturam... - Mən yazıçının azadlığı deyəndə azad tənqid imkanlarının olmasını nəzərdə tuturam. Beynəlxalq prinsiplərlə "söz azadlığı" deyəndə nə nəzərdə tutulursa, onu nəzərdə tuturam. Biz özümüzdən yeni təriflər uydura bilmərik, söz azadlığı yayğın anlayış deyil, son dərəcə obyektiv anlayışdır. Avtoritar quruluşlarda yazıçının azadlığından danışmaq anlamsızdır. Belə quruluşlarda həqiqəti söyləyən yazıçı ilə davranmağın bir neçə üsulu var, o, ya öldürülür, ya həbsə atılır, ya şantaj edilir, ya da satın alınır. Ancaq azad söz olmadan, azad tənqid olmadan cəmiyyət inkişaf edə bilməz. Biz cəmiyyət həyatındakı bütün dəyişikliklərə görə cəsarətli qələm adamlarına borcluyuq. Mən cəsarətsiz olduqlarına görə heç kəsi qınamaq istəmirəm, zəiflik insan təbiətidir. Hətta satqınlara belə nifrətlə baxmıram. Ancaq zəiflər və satqınlar bir şeyi çox yaxşı bilməlidirlər; satılmayanlarla müqayisədə onlar heç nədirlər. Allah bizdən uzaq məsafədə deyil - Rasim bəy, Allahın varlığına inanırsınızmı? Əgər inansaydınız və ona məktub yazmaq imkanınız olsaydı nə yazardınız? - Mən Mütləq Təfəkkürə inanıram. Haqqın nazilsə də, ancaq üzülməyəcəyinə, ictimaiyyətə açılan insanların kollektiv karma daşıyıcıları olduğuna, qüdsiyyətə, sevgiyə, dostluğa, əhdə, vəfaya inanıram. Allah bizdən uzaq məsafədə deyil, ona məktub yazmağa ehtiyac yoxdur, pıçıltılı bir səs yetər. Bundan ötrü kənd futbolu inkişaf etməli - Sizcə, Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatının bir parçasına çevrilə bilməməsinin səbəbi nədir - istedadsızlıq, yoxsa reklamın düzgün qurulmaması? - Dünyada tanınmaq və böyük yazıçıların yetişməsi sıradan bir problem deyil. Azərbaycanda mövcud olan indiki bürokratik sistemlə bu problemi həll etmək mümkün deyil mənə görə... Bir misalla fikrimi anlatmağa çalışacağam. Bir dəfə bir TV proqramda bizim bir xanım jurnalist Bakıya gəlmiş dünyaca məşhur futbolçuya belə bir sual vermişdi: "Sizcə, Azərbaycanda nə zaman dünya səviyyəli futbol olacaq?" Adam cavabında, bu, uzun prosesdir, bundan ötrü kənd futbolu inkişaf etməli, məktəb futbolu yaranmalı və s. işlər görülməlidir dedi. Təbii ki, futbolçuların tanışlıqla, adamın adamı prinsipi ilə və rüşvətlə seçilməsi məsələsini qonaq futbolçu dilə gətirmədi, ancaq bizdə durumun necə olduğu hamıya məlumdur. Məncə, Azərbaycan ədəbiyyatındakı vəziyyət də buna bənzərdir. Təhsil sistemi düzəlməli, dərsliklərə qondarma əsərlər deyil, həqiqətən ədəbi dəyəri olan əsərlər salınmalı, oxucular yetişməli və ədəbiyyatın aktuallaşdırılması üçün kompleks işlər görülməlidir. Nəşriyyat və kitab satışı şəbəkəsində olan problemlər aradan qaldırılmalıdır, habelə yazıçıların sosial rifahının yaxşılaşdırılması üçün işlər görülməlidir. Ümumən, bizdə ədəbiyyat məsələləri dövlət tərəfindən düzgün tənzimlənməməkdədir. Bu, ayrıca söhbətin mövzusudur.
2013-10-29
773
Beren Saat: "Sadəcə ana olmaq üçün evlənirəm"
Türkiyəli məşhur aktirisa Beren Saatın müğənni Kənan Doğulu ilə evlənməyinin tək səbəbinin ana olmaq istəyi olduğu bildirilib. Müsahibələrinin birində Beren Saat maraqlı fikirlər səsləndirib. "Axar.az"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərdə bildirilir ki, aktrisa jurnalistlərə Kənana rast gələndən sonra indiyədək boşuna əzab çəkdiyini deyib. "Anladım ki, istənilən halda xoşbəxt olmaq mümkündür". 29 yaşlı gənc aktirisa Beren Saat bildirir ki, Kənana ana olmaq istədiyini bildirib. Sırf buna görə də evlilik qərarına gəliblər. Toy hazırda davam edən "İntikam" serialının çəkilişləri bitdikdən sonra, yəni may ayında baş tutacaq. Qeyd edək ki, məşhur aktrisa "İntiqam" serialından sonra heç bir çəkilişə razılıq verməyəcəyini deyib.
2013-10-30
774
Xalq baş qərargah rəisinin istefasını istəyir
Paytaxt Nayirobidə "Vestgeyt" alış-veriş mərkəzindəki terror aktından sonra meydana gələn oğurluq iddiaları və mətbuata sızan təhlükəsizlik kamerası görüntülərində əsgərlərin paketlərlə dükanlardan çıxması xalqın baş qərargah rəisi Con Karanginin istefasını istməsinə səbəb olub. Hökumət görüntülərlə əlaqədar hələ heç bir açıqlama verməyib. Əsgərlərin dükanları soyduğu şayiəsi uzun zamandır Keniya gündəmini məşğul edirdi. Şayiələrin görüntülərlə isbatlanması, hərbi qüvvələrin nizam-intizamı haqqında sərt reaksiyalara səbəb olub. Mətbuata sızan görüntülərdən sonra əsəbiləşən keniyalılar, ali baş qərargah rəisinin istefasını, ya da, əsgərlərin cəzalandırılmasını istəyirlər.
2013-10-28
775
Azərbaycan “Şərq Tərəfdaşlığı” sammitinə getməyə bilər
Bu ilin noyabr ayında Litvanın paytaxtı Vilnusda Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" sammiti baş tutacaq. Son günlər Avropa İttifaqı ilə Azərbaycan arasında yaranan "seçki qalmaqalı"ndan sonra tərəflər arasında münasibət gərginləşib. Azərbaycan tərəfinin sammitdə iştirak edib-etməyəcəyini və iştirak edərsə, ölkəmizi kimin təmsil edəcəyini dəqiqləşdirmək üçün XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayevlə əlaqə saxladıq. XİN rəsmisi "Axar.az"a açıqlamasında sammitdə iştirakın dəqiqləşdirilmədiyini bildirdi: "Bu haqda dəqiq bir məlumat yoxdur. Hələlik sammitdə iştirak barədə müzakirələr gedir. Düşünürəm ki, müzakirələrdən sonra sammtidə dəqiq iştirak barədə məlumat veriləcək. Sammitdə iştirak barədə dəqiq məlumat olmadığı üçün, bizi kimin təmsil edəcəyini də dəqiq deyə bilmərəm".
2013-10-29
777
Salyanda komitə başçısına cinayət işi açılıb
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin müdiri Oktay Quliyev və həmin şöbənin baş məsləhətçisi Yusif Dadaşov barəsində cinayət işi açılıb. Baş Prokurorluğun Mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, onlar rayon sakinlərindən 10 min manat rüşvət almaqda ittiham olunur. Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü (rüşvət alma) maddələri ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Oktay Quliyev və Yusif Dadaşov, qeyd edilən maddələrlə ittiham edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
2013-10-28
778
“Rembo” bu səfər bambaşqa bir rolda - Foto
"Roki", "Birinci Qan (First Blood)" kimi məşhur filmlərin baş rol ifaçısı aktyor Slivester Stallone rəssamlığı ilə də tanınır. Məşhur aktyor otuz ildən çoxdur ki, rəsm çəkir. Əsərlərindən ibarət bir sərgini də Rusiyanın Sankt-Peterburq şəhərində açıb. "1975-ci ildən bu günə" adlı sərgidə xüsusən "Arena" adlı əsər rus incəsənət sevərlər tərəfindən böyük marağa səbəb olub.
2013-10-29
779
Soçi Olimpiadası bu gün start götürür
"Axar.az" saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, mərasimin açılışı 2014-cü il fevralın 7-də, Moskva vaxtilə 20.14-də baş tutacaq. Bildirək ki, olimpiadanın açılış və bağlanma mərasimində rəqs və akrobatik nömrələr, yaradıcı kollektivlər də daxil olmaqla 3 mindən çox istedadlı gənc iştirak edəcək. Olimpiya parkında mərasimin təşkilati məsələlərində, səhnə arxası və olimpiya parkının daxilində 2 mindən çox könüllü kömək edəcək. Məlumat üçün qeyd edək ki, mərasimin açılış vaxtı heç də təsadüfi seçilməyib. Belə ki, Rusiya tarixində ilk qış olimpiya oyunlarının keçirildiyi illə əlaqədardır. "İnterfaks"ın verdiyi məlumata görə, mərasimin açılışı ölkənin əsas stadionlardan biri olan "Fişt"də baş tutacaq və 3 saat davam edəcək.
2013-10-30
780
ABŞ şirkəti Azərbaycanda telefon danışıqlarına nəzarət edir
Avropa Birliyi ilə ABŞ arasındakı "dinləmə" qalmaqalı get-gedə böyüməkdədir. Bunu AB ölkələri liderlərinin Brüsseldə keçirilən növbəti sammitində əsas müzakirə hədəflərindən birinin ABŞ xüsusi xidmət orqanları tərəfindən Avropa ölkələri liderlərinin telefon danışıqlarının dinlənilməsinin olduğu da açıq şəkildə göstərir. İspaniyanın "El Mundo" qəzetinin çap etdiyi sənədə görə, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi bir ayda – 2012-ci ilin dekabrından 2013-cü ilin yanvarına qədər İspaniyada 60 milyon telefon danışığına qulaq asıb. Qəzet yazır ki, bu sənədi qəzetə Edvard Snouden verib. "Wall Street Journal" isə yazır ki, ABŞ prezidenti Obama elektronik dinləmə haqda məlumat alandan sonra Milli Təhlükəsizlik Agentliyi Almaniya kansleri Merkelin telefon danışığına qulaq asmağı dayandırıb. Həmin daxili məlumata görə, Milli Təhlükəsizlik Agentliyi dünyanın 35 liderinə qulaq asırmış. Bu dinləmələr İP rabitə sistemi ilə mümkündür. Bəs Azərbaycan tərəfi bu barədə nə düşünür? Azərbaycandakı nazirliklər və güc strukturlarının telefonları da dinlənilirmi? Bizim dövlət qurumlarının əksəriyyəti 92, 93 və 98 saylı telefon qovşaqlarında yerləşir və təkmilləşmə keçdikdən sonra nömrələr 7 rəqəmli sistemə keçib. Bəs telefon qovşaqlarının avtomatlaşdırılmasını hansı şirkət həyata keçirib? Rabitə və İnformasiya Texnologiyaları Nazirliynin Bakı Telefon Rabitə İstehsalat Birliyinin sədri Xankişi Kişiyev deyir ki, telefonların elektronlaşması prosesi 1992-ci ildən başlayıb və indi elektronlaşma aparılmır: "Elektronlaşma ona görə aparılmır ki, indi yeni sistem var. İP sistemi rabitə sahəsində hazırda geniş tətbiq edilir. Azərbaycanda da həmin sistemə keçmişik. 2012-ci ildən Azərbaycandakı telefon qovşaqları İP sisteminə keçib. Xarici şirkətlər Azərbaycanda bu sahədə çalışırlar". Xankişi müəllim dedi ki, bu sahədə Azərbaycanda bir çox şirkətlər işləyir. Bunların arasında İP sisteminə keçməyi təmin edən əsas şirkətlərdən biri də "SİSKO"dur: "SİSKO bu sahədə Azərbaycanda əsas xarici şirkətlərdəndir. Amerikanın böyük şirkətlərindən biridir".
2013-10-29
781
Suriyada aclıq fəlakətə çevrildi - VİDEO
Suriyada yaşayan xalq davam edən müharibə üzündən aclıqla boğuşur. Din xadimlərindən it və pişik ətini yemək fitvasını alandan sonra xalq pişik əti yeməyə başlayıb.
2013-10-30
782
Dünya pişiklərin gözündə
Nikolay Lamm apardığı araşdırma nəticəsində pişiklərlə insanların dünyaya baxışındakı fərqi ortaya qoyub. Belə ki, insanlar qaranlıqda heç bir şey görmədiyi halda pişiklər hər bir detalı dəqiq şəkildə ayırd edə bilirlər. İnsan gözü pişik gözünü ancaq gündüz vaxtı üstələyə bilir. Rəngə gəlincə, pişiklər insanlara baxanda geri qalırlar. Aydınlığı seçmək üçün insan gözü daha çox hüceyrəyə sahibdir. Bu özəllik qırmızı, narıncı, qəhvəyi kimi rəngləri çox rahatlıqla ayırmağımıza yardım edir. Pişiklər insanlarla müqayisədə hər hansı əşyaya diqqət yönəltməkdə daha müvəffəqiyyətsizdir. İnsanların təxminən 15 sm məsafədən dəqiq şəkildə görə bildiyi əşyaları, pişiklər 25 sm məsafədən seçə bilirlər. Pişiklərin uzaqdan görmə qabiliyyəti də insanlardan daha zəifdir. 30 metrdən dəqiq bir şəkildə görə bildiyimiz bir əşyanı pişiklər dəqiqliklə görə bilmək üçün 6 metr yaxınlaşmalıdır. İnsan gözünə nisbətdə pişiklər uzaqdakı əşyaları bulanıq görürlər.
2013-10-28
783
Fəhləni necə döydülər - Video
Səudiyyə Ərəbistanda bir adamın asiyalı miqrantı şallaqla döydüyü görüntülənən video ölkəni ayağa qaldırıb. İnternetə düşən və böyük əks-səda doğuran görüntülərdə Səudiyyə Ərəbistanlı bir nəfər fəhlə geyimində olan və Asiya ölkələrinin birindən gəldiyi aydın olan miqrantı, xanımı ilə danışdığı üçün tənbeh edir. Və daha sonra fəhləyə sillə-təpiklə hücum edən adam, bir yandan da əlindəki şallaqla şəxsi vurur. Videoda Asiyalı fəhlənin üzünə tüpürdüyü və təhqir etdiyi də görünür. Videonun yayınlanmasının ardından Səudiyyə Ərəbistan İnsan Hüquqları Komissiyasına döyən adamın cəzalandırılması üçün şikayət gəlib. Komissiyanın sözçüsü Əl-Şadi, miqrant fəhlənin döyülməsinin insanlıq şərəfinə və şəriətə zidd olduğunu bəyan edib.
2013-10-30
784
Subayların eşitmək istəmədiyi 10 zəhlətökən cümlə
Subaylıq sultanlıqdır deyiblər. Amma davamlı olaraq "evlənək lazımdır" kəlməsi subayları əsəbiləşdirir. Türkiyənin Habertürk qəzetinin apardığı araşdırmadan subayların eşitmək istəmədiyi 10 zəhlətökən cümlə aşkar edilib. Sizə subayların eşitmək istəmədikləri 10 cümləni təqdim edirik. 1. Tək qalmaq yaxşı deyil, vaxtında evlən… 2. Yerində olsam, subaylıqdan ürəyim partlayardı, halaldı sənə… 3. Niyə evlənmirsən?.. 4. Toy nə vaxtdır?.. 5. Gəl, səni evləndirək… 6. Yenə əsəbiləşirsən, hamısı subaylıqdandır… 7. Uşaq sahibi olmaq istəmirsən?.. 8. Danışdığın var?.. 9. Ümidini üzmə, səni də sevən tapılar… 10. Artıq yaşın çatıb… Şahzadə Henriy Luiz Mençen subay kişilər haqqında belə deyib: "Subay kişilər qadınlar haqqında evli kişilərdən daha çox şey bilirlər. Əgər bilməsəydilər, onlar da evlənmiş olardı".
2013-10-30
785
Mövlanə Cəlaləddinin sirləri (II yazı)
İrfan gizlinləri Mövlanə ailəsinin Bəlx şəhərindən köçmə səbəbi Atası Sultanü-l-Üləma Məhəmməd Bəha-əd-Din Vələd (1148–1231) 1212-ci ildə özünə bağlı bir qrup insanla birlikdə Bəlxdən ayrıldığı zaman Məhəmməd Cəlaləddinin cəmi beş yaşı vardı. Bəha-əd-Din Vələdin Bəlxi tərk etməsinin səbəbi bəzi mənbələrdə monqol istilası ilə əlaqələndirilsə də, bu ailənin köç tarixinə baxdıqda, belə olmadığı aydın olur. Çünki monqollar Bəlxə 1218-ci ildə gəlimişdilər, yəni Bəha-əd-Dinnin ailəsinin buranı tərk etməsindən altı il sonra. Bəs onda bu köçün səbəbi nə idi? Bəlx şəhəri həmin dövrdə Xarəzmşahlar dövlətinin tərkibinə daxil idi və bu dövlətin başında o zamanlar Əla-əd-Din Məhəmməd Təkiş Xarəzmşahi durudu. Məhəmməd Xarəzmşahi əşari məzhəbinə mənsub idi və İslam dünyasının yetişdirdiyi ən məşhur rasionalistlərdən biri - Fəxrədin Razinin tələbəsi olmuşdu. Buna görə də əşari məzhəbinin, xüsusilə də Razinin mənsub olduğu əşarilyin görüşlərini Xarəzmşahlar dövlətin rəsmi ideologiyasına çevirmişdi. Tarixin bəzi dönəmlərində bir şəxsin fikirlərinin dövlətin rəsmi görüşünə çevrilməsi hallarına rast gəlmək mümkündür. Məsələn, Harun ər-Rəşidin övladlarının hakimiyyəti dönəmində "mötəzilə" məzhəbinin görüşləri Abbasi xilafətinin rəsmi ideologiyası olub. Bəha-əd-Din Vələd də əski İran qnostisizminə (irfan) mənsub birisi və mütəsəvvüf düşüncə sahibi olduğundan dövlətin məhz rəsmi ideologiyası ilə tərs gəlmiş və onunla barışa bilməmişdi. Biz bunu Bəha-əd-Din Vələdin "Maarif" adlı əsərində qeyd etdiyi bir hekayədən anlayırıq. Vələdin bu əsərdə dediyinə görə, o, bir gün Məhəmməd şahın yanına gedir və onun hüzuruna daxil olanda Məhəmməd şahla Fəxrəddin Razinin arasında keçən bir söhbətin şahidi olur. Onların söhbətini dinlədikdən sonra Bəha Vələd şahın üzünə deyir ki, siz ikiniz də bidətçisiniz. Bu qısa rəvayətdən bəlli olur ki, Bəha Vələd həm haqq olanı deməkdən çəkinməyən, həm də şah və onun mürşidinin fikirlərinə qarşı çıxan bir şəxiyyət olub. Onun Bəlxdən köç etməsinə, zənnimcə, məhz bu fikir ayrılığı və bu fikir ayrılığına görə də Məhəmməd Xarəzmşah tərəfindən təqiblərə məruz qalacağı qorxusu səbəb olub. Beləliklə, Bəha Vələd Bəlxi tərk edərək Bağdada gəlir. Onun Bağdada gəlməsi də adi təsadüf deyildi. Oraya getməsinin səbəbi həmin dövrdə Abbasi xəlifələri ilə Xarəzmşahlar arasında fikir ayrılığının və dərin münaqişənin mövcud olması idi. Bəha Vələd Bağdada gələrək özü kimi Məhəmməd Xarəzmşaha müxailf olan Abbasi xəlifəsi ən-Nasır li-Dini-l-Lahin himayəsinə girmiş və Əbdu-l-Qadir Geylaninin təkkəsinə sığınmışdı. Xarəzmşahların yürütdüyü siyasət isə Abbasilər xanədanına son qoymaq və onun yerinə Hz. Əlinin soyundan olan birisini hakimiyyətə gətirməyi hədəfləyirdi. Xarəzmşahlar tərəfindən belə bir siyasətin yürüdülməsinin də öz səbəbləri vardı. Abbasi xəlifələri bir zamanlar Böyük Səlcuqlu İmperiyasının qurucusu Toğrul bəyə Sultanü-d-Dünya (dünyanın sultanı) titulunu vermişdilər (bu isə o demək idi ki, xəlifə dini liderliyi özünə, dünyanı idarə etmək haqqını isə Toğrul bəyə vermişdi). Xarəzmşahlar xəlifənin onlara da Sultanü-d-Dünya titulunu verməsini çox arzulayırdılar, amma xəlifə ən-Nasır li-Dini-l-Lah Xarəzmşahlara bu ünvanı verməkdən imtina etmiş və bu səbədən də onlar arasında dərin münaqişə yaranmışdı. Buna görə də Bəha Vələd Bəlxi tərk edəndən sonra ailəsi ilə Bağdada yerləşir. Bağdadda təxminən bir il yaşayandan sonra Bəha Vələd həcc səfərinə çıxır. Həcdən qayıdarkən o, ailəsi ilə Bağdada, ordan Ərbilə, Mosula, sonra Diyarbəkirə və nəhayət, Anadoluya gəlir. Bəha Vələd Anadoluda Ərzincan, Kəmah, Malatya, Qeysəri kimi müxtəlif şəhərlərdə qısa müddət yaşayandan sonra Larəndə (bugünkü Karaman) şəhərinə köçür və orada Larəndənin əmiri Musa adlı bir şəxsin himayəsində yeddi il yaşayır. Mövlanənin anası Möminə Xatun burada vəfat edir. Möminə Xatunun türbəsi bu gün də Karamandadır. Əmir Musa əvvəlcə Bəha Vələdi və ailəsini himayə etsə də, sonra rasionalistlərə mənsub Səlcuqlu sultanı Əla-əd-Din Keyqubadın ona bu ailəni himayə etməsinə görə qəzəblənəcəyindən narahat olmağa başalyır. Əmir Musa bu məsələ ilə bağlı narahatlığını Bəha Vələdə ərz edəndə, Bəha Vələd 1225-ci ildə Larəndəni tərk edərək Konyaya, Əla-əd-Din Keyqubadın yaşadığı şəhərə gəlir və təxminən iki il yarımdan sonra, yəni 1228-ci ildə orada vəfat edir.
2013-10-29
786
Türkiyədə Cümhuriyyət dönəmi – Fotolar
Bu gün, Türkiyədə Cümhuriyyətin elan olunmasının 90-cı ili təntənə ilə qeyd edilir. "Axar.az" saytı olaraq, Türkiyənin Cümhuriyyət dönəminin maraqlı fotolarını oxucularımıza təqdim edirik.
2013-10-30
787
Bəhram Bağırzadə "butulka" toplayırmış - İlginc
Məşhurların həyatı hər zaman diqqət mərkəzində olur. Təkcə məşğul olduqları peşə ilə deyil, həm də şəxsi həyatı ilə diqqət mərkəzində olan tanınmış insanların bu dəfə də məşhurlaşmadan öncə nə işlə məşğul olduqlarını araşdırdıq. Bəlli oldu ki, onlar ən müxtəlif sahələrdə işləyiblər. Beləliklə, sevdiyimiz sənət adamlarından bəzilərinin məşhur olmadan öncə çalışdığı sahələr... Dünya ulduzları Məsələn, Denni Devito məşhur olmadan öncə cənazə törənlərinin təşkili ilə məşğul olub. Denzel Vaşinqtonsa bərbərxanada təmizlikçi işləyib. Hətta tualet təmizlikçisi işləyən məşhur da var, belə ki, Cenifer Eniston tualet təmizləyib. Hamımızın sevdiyi gözəl aktrisa Culia Robertsə ofisiant olaraq çalışıb. Tarixi filmlərdən tanıdığımız, filmlərdə qəhrəman obrazında gördüyümüz Rasl Krou qadınların əyləndiyi gecə klubunda nəzarətçi olub. Gəlin, bir anlığa Sandra Ballakı barmen kimi təsəvvür edək. Çünki bu aktrisa barmen olub. Tom Kruzu kilsədə canlandırmaq yəqin bir çoxlarına çətindir, amma bu faktla da razılaşmalı olacağıq. Türk ulduzlarının keçmişi Lirik mahnılar ustası kimi tanıdığımız Rafət El Roman indi sevə-sevə dinlədiyimiz səsini əvvəl insanları namaza səsləmək üçün istifadə edib, yəni müəzzin olub. Cem Yılmaz əvvəllər dərgilərdə karikatura çəkib. İndi proqramını izlədiyimiz Bəyazid Öztürkü bir anlığa ciddi biri olaraq təsəvvür edin. Çünki o radio aparıcısı olaraq çalışıb. İbrahim Tatlısəs inşaatda çalışanda səsi ilə hər kəsi heyran edib. Uca boyu, oynadığı rollardakı xarakteri ilə o dövrün qadınlarını özünə aşiq edən Cüneyt Arkın sən demə həkim işləyibmiş. Türk musiqi sənətində öz dəsti-xətti olan Yıldız Tilbə isə alverçi olub. Amma bu müğənni səhnəyə gələnə qədər bir çox sahələrdə işləməli olub. Uşaq baxıcısı, tikiş atelyesində işçi... Azərbaycanın məşhurları Bu sualla bir çox məşhura müraciət etdik. Bəlli oldu ki, bizim məşhurlar da onları tanımadan öncə müxtəlif işlərdə çalışıblar. Məsələn, Tünzalə Ağayeva Tovuz rayonunda musiqi məktəbində pianino müəllimi işləyib. Aktrisa Mehriban Xanlarovasa hədiyyələr və oyuncaqlar fabrikində satışa buraxılmadan öncə məhsulları nəzarətdən keçirıb. Aktyor Bəhram Bağırzadəyə bu sualla müraciət etdik. Bəlli oldu ki, səhnədə hamını güldürən aktyorun üzünə həyat heç də gülməyib. O, Şıxov cimərliyində "butulka" yığırmış. Başqa bir aktyorumuz İlqar Cahangir isə tikinti şirkətində fəhlə işləyib. Demək ki, bizim sevdiyimiz məşhurlar da sadə insanlar kimi ən adi işlərdə çalışıb. Amma fərq ondadır ki, sonradan tale bu insanların üzünə gülüb və onlar milyonların tanıdığı, sevdiyi insanlara çevriliblər.
2013-10-30
788
Millət vəkili çay içməyə çıxanda... qanunu pozmaq olarmı? - Video
Milli Məclisin oktyabrın 29-da baş tutan plenar iclasında qanun layihəsinin qəbulu zamanı bir millət vəkilinin digərinin yerinə səs verdiyi anları əks etdirən video-görüntü yayılıb. Hətta videoda Sabirabaddan seçilən millət vəkili Ceyhun Osmanlının başqasının yerinə səs verməsi daha aydın əks olunub. Baş vermiş hadisə cəmiyyətdə geniş müzakirələrə səbəb olub və hətta narazılıqla qarşılanıb. Məsələ ilə əlaqədar millət vəkilləri "Axar.az"a danışdı. YAP-çı millət vəkili Aydın Mirzəzadənin fikrincə: "Milli Məclisin daxili nizamnaməsinə görə, deputat qanun layihəsi zamanı istənilən məsələyə öz səsini verməlidir. Yəni bu baxımdan ayrı-ayrı deputatların belə hərəkətlərinə Milli Məclisin İntizam Komissiyası öz rəyini verməlidir". Milli Məclisin İntizam Komissiyasının üzvü Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa isə hesab edir ki, bir millət vəkili digərindən onun əvəzinə səs verməyi xahiş edə bilər: "Ceyhun Osmanlının kiminsə yerinə səs verməyinə inanmıram. Qaldı ki, "qanunsuzluq" məsələsinə, bu bir qədər problemlidir. Hər kəs özü səs verməlidir, amma ola bilər ki, hansısa millət vəkilinin işi çıxa və ya çay içməyə gedə, həmkarından onun yerinə səs verməyi xahiş edə bilər". Ümid Partiyasının sədri İqbal Ağazadə bunu millət vəkillərinin formalaşmış mövqeyi ilə izah etdi və bunda faciəvi bir şey olmadığını bildirdi: "Millət vəkilləri əvvəlcədən bəzi məsələlərə münasibət bildirir, yəni bu, dünyanın hər yerində belə olur. Dostlarından onların yerinə səs verməyi xahiş edirlər. Bundan da faciə düzəltmək lazım deyil. Həm də onların daha əvvəlcədən formalaşmış mövqeyi olur və gündəlikdəki məsələlərə "hə" və ya "yox" cavabını verəcəyini əvvəlcədən bilir". Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə millət vəkillərinin hərəkətlərini qanunsuz hesab etdi və onları diqqətli olmağa çağırdı: "Məncə, bunu şişirtməyə dəyməz. Amma əlbəttə ki, millət vəkillərinin bu hərəkəti düzgün deyil. Sadəcə, elə olur ki, bir millət vəkili səsvermə zamanı hər hansı bir vacib işə görə çölə çıxır və həmkarından onun yerinə səs verməyi xahiş edir. Düşünürəm ki, diqqətli olmaq lazımdır, çünki bu, qanunsuz hərəkətdir". Video: "virtualaz.org"
2013-10-30
789
Boşanmış qadını pis yola düşməyə vadar etdik
Azərbaycanda yaradıcı qadınların taleyinə ötəri bir nəzər saldıq. Sizin üçün də onların yaşantıları maraqlıdırsa, bu layihədə silsilə şəklində verəcəyimiz yazılarda toplumumuzda yaradıcı və əslində tənha xanım olmağın bədəlini öz qələmlərindən oxuyun. Elnaz Eyvazlı Ailə cütləşmək deyil Ailə mənim üçün müqəddəsdir. Əqli problemi olmayan adam ailəsini dağıtmaq istəməz. Edibsə, sonuncu variant bu olub. Ailə cütləşmək deyil, biz insanıq. Ailə dövlətdir, hər bir ailənin öz qayda-qanunları var. Düşüncə tərzi və dünyagörüşü fərqli iki insanı bir parça kağızla halal etmək ən böyük haramdır. Belə ailələrdə doğulan körpələrin xatirələri, psixologiyaları zədəli olur. Nə ailə zindan, nə də təklik azadlıqdır. İnsan düşüncəsində azaddırsa, azaddır. İstər ailəli ol, istər subay, düşüncələrin qandallı, dünyagörüşün dardırsa, daha çox məhbussan. Ailəli olanda daha çox tənha idim Tam da mövzuya gəlincə, mən tək deyiləm, ailəm, qızım, dostlarım, şagirdlərim... var. Tənha olduğum məqamlarda təklik şərt deyil. Ailəli olanda daha çox tənha idim. Qəlbimdə olan sevgi o qədər güclü və aşırıdır ki, bütün həyatım boyu mənə yetər. Şükrünü yetirə bilmədiyim Allahı sevirəm deyə, onun yaratdığı İnsanı, nəsib etdiyi Vətəni, işimi, sənətimi sevirəm. Tənhalıq, təklik, sevgi və həyat kişidən ibarət deyil. Həyat yalnız qadın-kişi münasibətlərinin üstündə qurulmayıb, sadəcə, vacib amillərdən biri də budur, əfsus ki, məndə alınmadı. Bu, dərd deyil, dərd içində olduğumuz cəmiyyətin tənha, tək deyə qırmancladığı qadına münasibətidir. Boşanmış qadın dərdi Ümümiyyətlə, bizim Azərbaycan insanı, xüsusən də kişisi, ictimai yükü olan qadını ən yaxşı halda dost kimi qəbul edir, həyat yoldaşı kimi, uşaqlarının anası olaraq yox. Təbii ki, istisnalar mövcuddur. Hər şeyi - azad cinsi münasibətləri, qızların qaş alması, kişilərin saç uzatması, sırğa taxması, şort geyməsi, soyunanı, geyinəni, hətta cinsi azlıqları belə adi hal kimi qəbul etməyi öyrəndik, əla! Ancaq boşanmış qadına ilk baxışdan yata biləcəyimiz, sevgilimiz olacaq qadın kimi baxmağı tərgitə bilmədik. Ya onu pis yola düşməyə vadar etdik, ya da özünə qapanmağa... bircə sahib çıxa bilmədik.
2013-10-30
790
Bakıda “İnsanlıq Forumu” başlayır
Sabah Bakıda başlayacaq Beynəlxalq İnsanlıq Forumuna yüzdən çox ölkədən nümayəndə qatılacaq. Bu il üçüncü dəfə keçiriləcək Beynəlxalq İnsanlıq Forumuna dünya üzrə tanınmış elm, sənət və siyasət adamları qatılacaq. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Forum müddətində qloballaşan dünyanın gerçəkləri diqqətdə saxlanılaraq XXI əsrin aktual insani problemləri müzakirə ediləcək. Forumun davam edəcəyi 2 gün ərzində 8 fərqli başlıqla iclas təşkil edilərək texnologiyaların uyğunlaşması və gələcəyin açarları, XX əsrin təməl çağırışları, iqtisadi inkişafın insani istiqamətləri, elmi innovasiyalar və onların təhsil mühitinə transferi, postmodern dövrdə milli şəxsiyyət, davamlı inkişaf və ekoloji sivilizasiya ilə qloballaşan informasiya mühitində medianın aktual problemləri kimi mövzular müzakirə olunacaq.
2013-10-30
791
245 Taliban üzvü öldürüldü
Əfqanıstan daxilində son bir həftə ərzində Əfqan və koalisiya qüvvələri tərəfindən yerinə yetirilən əməliyyatlarda 245 Taliban üzvünün öldürüldüyü, 120 Taliban üzvünün isə sağ ələ keçirildiyi bildirilib. "Axar.az"ın Türkiyə mətbuatına əsasən verdiyi xəbərə görə, Əfqanıstan Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada çoxlu miqdarda narkotik ələ keçirildiyi də ifadə edilib. Talibanın "Twitter" səhifəsində verilən açıqlamada, dünən aralarında xarici əsgərlərin də olduğu 45 təhlükəsizlik işçisini öldürdükləri iddia edilib.
2013-10-30
792
Gömrük İdarəsinin rəisi işdən çıxarıldı
Sumqayıt Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Ehtiram Xəlilov işdən çıxarılıb. "Axar.az" "Aznews.az"a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin müvafiq əmri ilə Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Ehtiram Xəlilov tutduğu vəzifədən azad edilib. Aldığımız məlumata görə, o, başqa idarədə aşağı vəzifəyə təyinat alıb.
2013-10-30
793
Ginnesin rekordlar kitabına düşüb
Türkiyənin Bursa şəhərinin Nilufər Bələdiyyəsi tərəfindən 29 oktyabr Respublika Bayramı münasibəti ilə altı min insanın iştirakı il yaradılan Atatürk portreti Ginnesin rekordlar kitabına düşüb. Dünyanın ən böyük canlı Atatürk portretini yaratmaq üçün günorta saatlarında 20 min vətəndaş tarixi hadisəyə şahidlik edib.