date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-03-01
837,413
İrəvan Zelenskinin səfərini ləğv etdi
Ukrayna Prezidenti Vladimir Zelenskinin 4 martda İrəvana gözlənilən səfəri ləğv edilib. Axar.az xəbər verir ki, bu barədə “Baqramyan” Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, Ermənistan Zelenskinin “regiona səfər edəcəyi təqdirdə” İrəvana gəlməsinə razılıq verib. Region səfəri baş tutmadığı üçün İrəvan da səfəri ləğv edib.
2024-03-01
837,415
Azərbaycan bundan ağıllı şəkildə istifadə edir - Ohanyan
Ümumiyyətlə, istənilən danışıqlar hərbi əməliyyatdan daha məqbuldur. 2018-ci ildən bəri danışıqların pozulması 2020-ci ildə müharibəyə gətirib çıxardı. Bu mənada təmaslar vacibdir. Axar.az xəbər verir ki, bu sözləri martın 1-də Ermənistan parlamentinin “Hayastan” fraksiyasının lideri Seyran Ohanyan deyib. O bildirib ki, Azərbaycan bütün platformalardan ağıllı şəkildə istifadə edə bilir: “Azərbaycan hakimiyyəti mütəmadi olaraq deyir ki, onlara vasitəçi lazım deyil. Bu onunla bağlıdır ki, onlar yalnız Ermənistan hakimiyyətinə təzyiq göstərməyə çalışırlar. Digər tərəfdən, onlar öz maraqlarını təbliğ etmək üçün həm Qərb, həm də postsovet platformalarından çox ağıllı şəkildə istifadə edirlər. Qərb platformasında dost ölkələrimiz var, qismən müşahidə missiyası istisna olmaqla, heç bir ölkənin yerlərdə dəstək vermək imkanı yoxdur”.
2024-03-01
837,421
Azərbaycanla bu ölkə arasında viza ləğv edildi
Azərbaycanla Albaniya arasında qarşılıqlı viza tələbi aradan qaldırılıb. Axar.az xəbər verir ki, bununla əlaqədar martın 1-də Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Saziş imzalanıb. Sənədi Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev və Albaniyanın xarici işlər nazirinin müavini Besart Kadia imzalayıblar.
2024-03-01
837,422
Salyanda baş həkim və arvadı buna görə öldürülüb - Təfərrüat
13:59 Xəbər verdiyimiz kimi, bu gün Salyan rayonu Kərimbəyli kəndində keçmiş baş həkim İsrafil Əliməmməd oğlu Məmmədov və onun arvadı Münəvvər Rza qızı Məmmədova yaşadıqları evdə qətlə yetirilib. Axar.az-ın əldə etdiyi məlumata görə, qətl hadisəsinin oğurluq zəminində baş verdiyi bildirilir. Belə ki, evdən qızıl-zinət əşyaları oğurlanlb. Məlumata görə, evə basqın edən şəxs və şəxslər İ.Məmmədovu iplə boğaraq öldürüb. İ.Məmmədovun üzərində zorakılıq izlərinin aşkarlandığı da bildirilib. M.Məmmədova isə baş nahiyyəsindən aldığı zərbələrdən həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
2024-03-01
837,424
Ərəb nazir Azərbaycanla bağlı paylaşım etdi - Video
Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Tofiq bin Fuzən əl-Rəbiyə Azərbaycanla bağlı paylaşım edib. Axar.az xəbər verir ki, bu barədə nazir X sosial şəbəkəsində paylaşım edib. “Azərbaycan Respublikasına səfərim zamanı Prezident İlham Əliyev və bir sıra rəsmi şəxslərlə görüşməkdən məmnun oldum”, - paylaşımda bildirilib.
2024-03-01
837,425
Bayramov Türkiyədə özbəkistanlı həmkarı ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə özbəkistanlı həmkarı Bəxtiyar Səidovla görüşüb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, nazirlər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər. Onlar iqtisadiyyat, ticarət sahəsində qarşılıqlı əməkdaşlıq barədə danışıb, regional vəziyyət sahələrində geniş spektrli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Nazirlər, həmçinin COP29-a hazırlıq barədə danışıblar.
2024-03-01
837,427
Narkoloji mərkəzin baş direktoru və müavini həbs olundu
Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb olunub Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin birgə məlumatında qeyd olunub. Belə ki, Baş Prokurorluq tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarının təmin olunması və etibarlı müdafiəsi, tibbi xidmətlərin göstərilməsi zamanı yol verilən qanunsuzluqların aşkar olunaraq qarşısının alınması, o cümlədən hüquqpozmalara yol verən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mütəmadi olaraq Səhiyyə Nazirliyi ilə birgə kompleks tədbirlər həyata keçirilir. Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb. Diqqətə çatdırılıb ki, istintaq zamanı Elşən Mustafayevin 2023-cü ilin aprel ayında qeyd edilən vəzifəyə təyin edildikdən sonra müavini Zamin Əliyev ilə qabaqcadan əlbir olub əsas fəaliyyət istiqaməti narkotik vasitələr və spirtli içkilərin qəbulundan əziyyət çəkən şəxslərin müayinə və müalicəsini aparmaqdan ibarət olan həmin Mərkəzə pasiyentlərin qəbul edilərək aidiyyəti şöbələrə yerləşdirilməsi, müayinələrin aparılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına və əvvəlcədən əldə edilmiş razılığa uyğun şəkildə aralarında bölüşdürülmələrinə əsaslı şübhələr müəyyən edilib. "Həmin şəxslərin qanunazidd əməlləri əməliyyat-texniki tədbirlərlə təsbit edilərək onlar cinayət başında yaxalanıb və aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənədlər və digər maddi sübutlar götürülüb. Toplanmış ilkin sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyev şübhəli şəxs qismində tutularaq onlara Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib və barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib" birgə məlumatda vurğulanıb. Məlumatda o da bildirilib ki, hazırda cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir, nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək.
2024-03-01
837,431
Niyə bizdə qiymətlər Moskvadan 3 dəfə yüksəkdir?
Dünyada inkişaf etmiş xalqların keçdiyi yol var. Bizə yeni yol axtarmağa ehtiyac yoxdur. Özəlləşdirməyə gedilməlidir, inhisarçılığa son qoyulmalı, rəqabət mühiti yaradılmalıdır, dövlət satınalmalarında şəffaflıq təmin olunmalıdır. Axar.az xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev Müsavat.com-a müsahibəsində deyib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının sahibkarlara yaxınlaşması qadağan olunmalıdır: “Dövlət İstintaq Komitəsi yaradılmalı, iqtisadi sahədə cinayətlərə görə vergilər xidmətinin araşdırmaları əsasında yalnız həmin komitə tərəfindən cinayət işi başlanılmalıdır. Hökumət deməlidir ki, xarici investisiyaların cəlb olunması üçün hansı addımlar atılmalıdır. Bütün bunlarla bağlı konkret təkliflər olmalıdır. Tutaq ki, təhsildə inkişafa nail olmaq üçün biz nələr etməliyik, ölkədə repetitorluğu necə aradan qaldıracağıq? Yaxud səhiyyəni necə inkişaf etdirəcəyik? Məsələn, niyə Azərbaycanda ərzaq məhsullarının qiyməti Moskva kimi şəhərdən ən azı üç dəfə yüksəkdir? Hökumət qiymətlərin aşağı salınması üçün hansı addımları atmağı planlaşdırır?”
2024-03-01
837,434
İlham Əliyevin Edi Rama ilə təkbətək görüşü oldu
14:28 Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub. Axar.az xəbər verir ki, Edi Rama İlham Əliyevi prezident seçkilərində qələbəsi və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbrik etdi. Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi. Prezident İlham Əliyev Albaniyanın Baş nazirinə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasında iştirakına görə minnətdarlığını ifadə etdi. Edi Rama da öz növbəsində bu tədbirə dəvətə görə təşəkkürünü bildirdi. Söhbət zamanı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının əhəmiyyəti qeyd olundu. Görüşdə ikitərəfli münasibətlərə toxunuldu. Prezident İlham Əliyevin Albaniyaya dövlət səfəri və Baş nazir Edi Ramanın əvvəllər ölkəmizə səfərlərinin əlaqələrimizin inkişafında rolu vurğulandı. Dövlətimizin başçısı BMT və digər beynəlxalq təşkilatlarda Albaniyanın Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndirdi və öz növbəsində Azərbaycanın da bu qurumlarda hər zaman Albaniyanın maraqlarını müdafiə etdiyini dedi. Görüşdə TAP layihəsinin əhəmiyyəti və onun genişləndirilməsi məsələləri müzakirə edildi, Albaniyanın bu sahədə önəmli rolu qeyd olundu. Albaniyanın qazlaşdırılması layihəsinin icrası ilə bağlı ölkəmiz tərəfindən investisiya qoyuluşu məsələlərinə də toxunuldu. Söhbət zamanı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması və əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
2024-03-01
837,435
Simonyanda gizli səs yazısı... - Kremldən cavab
Krım körpüsünün partlaması ilə bağlı alman hərbçilərin səs yazısının məzmunundan hələlik xəbərim yoxdur, lakin səs yazısı mövcuddursa, Kreml yəqin ki, onu dinləyəcək. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Qeyd edək ki, “Rossiya Seqodnya” media qrupunun və RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan bildirib ki, o, yüksək rütbəli alman Bundesver zabitlərinin “Krım körpüsünü necə bombalayacaqlarını” müzakirə etdiyi səs yazısı əldə edib.
2024-03-01
837,437
Fidan Lavrovla görüşdü
Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. Tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər. Onların hansı məsələləri müzakirə etdikləri açıqlanmayıb.
2024-03-01
837,439
“Final” çay Xankəndi - Bakı ultra marafonunu dəstəkləyib
Ölkəmizdə təşkil edilən müxtəlif layihələrdə yaxından iştirak edən “Final” çay markası bu dəfə Xankəndi-Bakı ultra marafonunu dəstəkləyib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunan “Qürurla irəli!” şüarı ilə keçirilən marafonda tədbir iştirakçıları və qonaqlar klassik dada malik olan “Final” çaya qonaq ediliblər. Xankəndidən start verilən marafon iştirakçıları ümumilikdə 380 km məsafə qət edərək, Yevlaxa, sonra isə Ucar, Hacıqabul, Qobustan və Bakı mərhələlərini keçərək, martın 4-də Bakıya çatacaqlar. Marafonçular arasında Türkiyə, Meksika və Moldova təmsilçiləri də var. Qeyd edək ki, 30 ildir yüksək keyfiyyəti və nəfis dadı ilə klassikaya çevrilmiş “Final” çay markası ənənəsinə sadiq qalaraq sosial layihələri gələcəkdə də davam etdirəcək. "Qarabağ” futbol klubunun əsas dəstəkçilərindəmğn olan adıçəkilən marka bir müddət öncə komandanın azarkeşləri üçün marş təqdim etmişdi.
2024-03-01
837,441
Sülhün əsas prinsipləri üzrə razılıq əldə olunub - Rubinyan
Ermənistan və Azərbaycan sülh sazişinin əsas prinsipləri üzrə razılığa gələ biliblər. Axar.az Report-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyan Antalya vilayətində III Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib. Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesindən danışan Rubinyan ümid etdiyini bildirib ki, tərəflər lazımi nəticələrə nail ola biləcəklər. O xatırladıb ki, Ermənistan və Azərbaycan sülhün əsas prinsipləri üzrə artıq razılığa gəliblər. Bu, Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün tanınması, suverenlik prinsipi əsasında regional kommunikasiyaların açılmasıdır: “Əgər biz iki ölkə başçılarının artıq razılaşdırdıqları prinsipləri sazişə daxil edə bilsək, o zaman sülhə tez nail ola bilərik”.
2024-03-01
837,442
Sejurne Makrona qarşı çıxdı: Ukrayna üçün ölməyəcəyik!
Fransa hərbi əməliyyatlarda iştirak etmək üçün öz qoşunlarını Ukraynaya göndərməyəcək. Axar.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejurne deyib.​ Sejurne bildirib ki, Paris Ukraynaya qoşun yeritməyəcək, çünki məqsədi Rusiya ilə müharibə aparmadan Moskvanın qalib gəlməsinin qarşısını almaqdır: “Fransızlar Ukrayna üçün ölməyəcək”. Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Avropa qoşunlarının Ukraynaya göndəriləcəyini istisna etməmişdi.
2024-03-01
837,445
İrəvan Bakıya dəhliz verməyə razı deyil - Rubinyan
Ermənistan heç vaxt Azərbaycana öz ərazisində dəhliz verməyə razı olmayıb. Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Antalya Diplomatik Forumunda deyib. “Azərbaycan “Zəngəzur dəhlizi” ifadəsini işlətməkdə davam edir. Ermənistanda Zəngəzur yoxdur. Ermənistan heç vaxt Azərbaycanın öz ərazisindəki hər hansı dəhlizə çıxışına razı olmayıb. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü əsasında Cənubi Qafqazın kommunikasiyasını açmaq istəyirik”, - Rubinyan bildirib.
2024-03-01
837,446
Baş direktorla müavini rüşvət alarkən həbs edildi - Video
Xəbər verdiyimiz kimi, Respublika Narkoloji Mərkəzinin baş direktoru və müavini həbs olunub. Axar.az mərkəzin baş direktoru Elşən Mustafayevin və müavini Zamin Əliyevin rüşvət almasını əks etdirən görüntüləri təqdim edir:
2024-03-01
837,449
İranda seçici aktivliyi üçün məhbuslara təzyiq göstərilir
İran həbsxanalarında saxlanılan məhbuslar məcburi şəkildə parlament və Ekspertlər Məclisinə keçirilən seçkilərdə iştiraka məcbur edilir. Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb. Bu qəbildən olan məcburi səsvermə faktlarından biri Kərəc şəhərinin Qızılhisar həbsxanasında qeydə alınıb. Həbsxana rəisi Kərəmullah Əzizi nəzarətçilərin müşayiəti ilə məhbuslarla görüş keçirib. O, səsvermənin məcburi olduğunu və səsvermədə iştirak etməyənlərə qarşı ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib. İnsan haqları fəalları məhbusların yaxınlarına istinadən bildiriblər ki, buna etiraz edən bir neçə məhkum təkadamlıq kameraya köçürülüb.
2024-03-01
837,451
Bayramovla Lavrov Antalyada görüşdü
15:11 1 mart 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirib. Görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov Azərbaycanın sülh səyləri, eləcə də sülh prosesinin cari vəziyyəti və ölkəmizin baxışları barədə qarşı tərəfi məlumatlandırıb. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.
2024-03-01
837,455
Rövnəq Abdullayev bu vəzifəsindən gedir
Rövnəq Abdullayev AFFA-nın prezidenti postuna namizədliyini irəli sürməyəcək. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, Gəncə Futbol Akademiyasının açılış mərasimdə deyib. Qeyd edək ki, R.Abdullayev 2008-ci ildən AFFA-nın rəhbəridir.
2024-03-01
837,460
AMB-nin valyuta ehtiyatları artdı
Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 650,3 milyon ABŞ dolları təşkil edib. AMB-dən Axar.az-a verilən məlumata görə, bu, fevralın 1-i ilə müqayisədə 0,1% çoxdur. Qeyd edək ki, AMB-nin valyuta ehtiyatları son 1 ildə 28,8% artıb.
2024-03-01
837,462
“Dədə Qorqud” filminin çəkilişlərindən nadir görüntülər
Azərbaycan Televiziyasının (AzTV) Qızıl Fondu “Dədə Qorqud” filmindən kadrarxası görüntülər yayıb. Axar.az xəbər verir ki, 1975-ci ildə lentə alınan “Dədə Qorqud” filminin çəkilişi zamanı operator Rasim İsmayılov, rejissor Tofiq Tağızadə, aktyorlar Rasim Balayev və Givi Toxadze, ssenari müəllifi Anarın iştirakı ilə olan hissə təqdim olunub. Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:
2024-03-01
837,463
Sülh bağlansa, Ermənistandakı missiyanı geri çağıracağıq
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzərində iş bu il başa çatdırıla bilər. Axar.az xəbər verir ki, bunu AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib. “Uzun illər bu proses üzərində işləyən biri kimi əminəm ki, bu il buna nail olmaq olar. Uzunmüddətli sülhün bərqərar olması üçün bütün tərəflər üçün ədalətli bir razılaşma əldə etmək lazımdır”, - o bildirib. Klaar qeyd edib ki, Bakı və İrəvan kontekstində artıq bağlanmış sazişlərə, o cümlədən 1991-ci ildə Almatı bəyannaməsi imzalanan zaman Azərbaycan və Ermənistan SSR arasında demarkasiya xətləri əsasında sərhədlərin delimitasiyasına arxalanmaq lazımdır: “Sazişdə insanların və malların, o cümlədən Ermənistanın cənubundan Azərbaycanın əsas hissəsindən Naxçıvana keçməsi üçün sərhədin açılması nəzərdə tutulmalıdır. AB sərhədləri açmaq və Ermənistanla nəqliyyat əlaqələrini bərpa etməklə sülhə töhfə vermək üçün müstəsna imkana malik Türkiyənin roluna böyük əhəmiyyət verir. Sülh yolu ilə nizamlanma təkcə birbaşa iştirak edən ölkələrə deyil, həm də AB ölkələrinə fayda gətirəcək, Avropa, Mərkəzi Asiya və Çin arasında nəqliyyat dəhlizinin etibarlılığını təmin edəcək. Belə bir addım AB-yə Avropanı Mərkəzi Asiya və Çinlə birləşdirən nəqliyyat dəhlizinin fasiləsiz fəaliyyət göstərəcəyinə inam yaradacaq. Bu halda AB, həmçinin Birliyin regionda iştirakını göstərmək üçün Ermənistandan yerləşdirilən mülki müşahidəçi missiyasını da geri qaytara biləcək”.
2024-03-01
837,467
Ermənistan sürətlə silahlanır: Sülhə təhdid... - Nazir
Ermənistanın sürətlə silahlanaraq aqressiv ritorikasını davam etdirməsi sülh prosesinə təhdid törədir. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində özbəkistanlı həmkarı Bəxtiyar Səidovla görüşdə deyib. Nazir postmünaqişə dövründə bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, regional sülh və sabitliyi təhdid edən çağırışlar barədə həmkarını ətraflı məlumatlandırıb. Ermənistan tərəfindən son dövrlərdə daha intensiv xarakter alan siyasi və hərbi təxribatların, bu ölkənin sürətlə silahlanaraq aqressiv ritorikasını davam etdirməsinin sülh prosesinə təhdid törətdiyi bildirilib.
2024-03-01
837,469
Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Müğənni Zeynəb Həsəninin səhhəti pisləşib. Kult.az xəbər verir ki, bu barədə aparıcı Zaur Nəbioğlu “Rəngarəng səhər” verilişində məlumat verib. O qeyd edib ki, Zeynəbin verdiyi analizin cavabları yaxşı çıxmayıb və bu səbəbdən müğənni yenidən Türkiyəyə yollanıb. Qeyd edək ki, xərçəng xəstəsi olan Zeynəb Həsəni 2022-ci ildə əməliyyat olunub.
2024-03-01
837,473
Bayden bu şəxsləri neandertal adlandırdı
ABŞ Prezidenti Co Bayden qlobal iqlim dəyişikliyini inkar edənləri neandertal adlandırıb. Axar.az xəbər verir ki, Bayden bunu Texas ştatında jurnalistlərə açıqlamasında deyib. “Hələ də iqlim dəyişikliyinin mövcud olmadığını düşünən bəzi neandertal dostlarımı bəyənirəm. Administrasiyam iqlim böhranı ilə mübarizədə əldə etdiyimiz tərəqqiyə əsaslanmağa davam edəcək”, - Bayden bildirib.
2024-03-01
837,476
Kreditlərinizi Kapital Banka gətirin daha sərfəli şərtlər əldə edin
Kapital Bank digər banklarda kredit öhdəliyi olan müştərilər üçün "Refinans" kredit imkanını təqdim edir. AnchorBelə ki, bu xidmətdən faydalanmaqla müştərilər digər banklarda olan kredit öhdəliyini Kapital Banka gətirməklə kredit faizlərini aşağı salmaq və aylıq ödənişlərin həcmini azaltmaq imkanı əldə edirlər. Bu kredit imkanı çərçivəsində Kapital Bank və ya istənilən digər bankdan əməkhaqqı, yaxud təqaüd alanlar maksimum 50 000 manatadək nağd pul kreditini 59 ayadək müddətə əldə edirlər. Fürsətdən yararlanmaq istəyənlər ən yaxın Kapital Bank filialına yaxınlaşa bilərlər. Ətraflı məlumat üçün: https://kbl.az/hrrh Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün - https://kbl.az/prcrc.
2024-03-01
837,477
Əsgər “Kalaşinkov”la özünü vurdu
İranın Kirman əyalətinin Bəm şəhərində bir əsgər intahar edib. Axar.az xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb. Məlumata əsasən, kimliyi açıqlanmayan əsgər postda xidmət zamanı “Kalaşinkov” avtomatı ilə özünü vurub. “İlkin araşdırmalara əsasən, bu əsgər bir neçə saatlıq məzuniyyətdən sonra xidməti hissəyə qayıdıb və postda tək olduqda intihar edib”, - məlumatda bildirilib.
2024-03-01
837,478
Cənubi Qafqazda artıq de-fakto sülh var
Cənubi Qafqazda artıq de-fakto sülh var. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X-də yazıb. O Antalya Diplomatik Forumunda Cənubi Qafqazla bağlı maraqlı və gərgin panel müzakirələrin keçirildiyini bildirib.
2024-03-01
837,482
İsrail Suriyada SEPAH komandirlərini məhv etdi
Suriyada SEPAH-a aid qərargahın yerləşdiyi ərazilərdə güclü partlayış baş verib. Axar.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb. Məlumata əsasən, partlayış Tartus əyalətinin Baniyas şəhərində baş verib. Səbəbi və mənbəyi naməlum adlandırılan bu partlayışların arxasında İsrailin olduğu və hücumda ən azı bir neçə SEPAH komandirinin öldürüldüyü bildirilib. Hələlik isə nə İsrail, nə də İran məsələ barədə açıqlama verib.
2024-03-01
837,488
Bu stansiyaya giriş bərpa olundu
16:26 "Xocəsən" stansiyasından "Avtovağzal" stansiyası istiqamətində hərəkətə başlayan qatarda texniki nasazlıq yaranıb. Bu səbəbdən sərnişinlərin "Xocəsən" elektrik deposu ərazisində olan qatardan təxliyə edilməsi zərurəti yaranıb. Təxliyə problemsiz başa çatdırılıb. Axar.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb. Məlumata görə, texniki problem aradan qaldırılana qədər "Xocəsən" stansiyasına sərnişinlərin girişi tam məhdudlaşdırılıb: "Xocəsən" stansiyası istiqamətində hərəkət edən sərnişinlərdən xahiş olunur ki, nasazlıq aradan qaldırılana qədər alternativ nəqliyyat vasitələrindən istifadə etsinlər. Məlumat üçün bildiririk ki, "Avtovağzal-8 Noyabr" sahəsində qatarların hərəkəti qrafik üzrə normal qaydada təmin olunur. Qatarların "Xocəsən" stansiyası istiqamətində hərəkətinin bərpa edilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Baş vermiş nasazlıq səbəbilə yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik”. *** Texniki cəhətdən nasaz qatar xətdən çıxarılaraq, Bakı metrosunun "Xocəsən-Avtovağzal" istiqamətində hərəkət tam bərpa olunub. “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, saat 18:00-da "Xocəsən" stansiyasının işi bərpa olunub və sərnişinlərin qəbuluna başlanılıb. “QSC baş vermiş nasazlıq səbəbilə yaranmış narahatlığa görə bir daha sərnişinlərdən üzr istəyir”, - məlumatda qeyd edilib.
2024-03-01
837,491
Bakı-İrəvan münasibətlərinin normallaşması… - Fidan
Hazırda əsas məsələlərdən biri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasıdır. Axar.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan III Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib. O bildirib ki, türk dövlətləri arasında əlaqələrin inkişafı vacibdir: “Başqa bir məsələ terrorla mübarizədir. Türkiyə terrorla mübarizə aparmağa davam edəcək”.
2024-03-01
837,492
Rusiya XİN-dən alman zabitlərin səs yazısına reaksiya
Alman zabitlərin Krım körpüsünə hücumları ilə bağlı söhbəti Rusiyaya qarşı Qərbin başlatdığı hibrid müharibədir. Axar.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “Bu, tam sürətlə davam edir”. Qeyd edək ki, “Rossiya Seqodnya” media qrupunun və RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan bildirib ki, o, yüksək rütbəli alman Bundesver zabitlərinin “Krım körpüsünü necə bombalayacaqlarını” müzakirə etdiyi səs yazısı əldə edib.
2024-03-01
837,493
Etnik bəluclar seçkilərdə iştirakdan imtina edir
İranın Sistan və Bəlucistan əyalətində parlament və Ekspertlər Məclisi seçkiləri üçün qurulan məntəqələrin əksəriyyəti boşdur. Axar.az xəbər verir ki, bununla bağlı bəluc fəallar məntəqələrdən foto və video paylaşıblar. Bəluclar namizədlərdən kimlərin parlamentə gedəcəkləri barədə hakimiyyətin əvvəlcədən təyinatı olduğunu bildiriblər. Bundan əvvəl parlamentə təyin olunan əvvəlki millət vəkillərinin əyalət üçün heç bir iş görmədiklərini qeyd edən bəluclar seçkilərə qatılmayanları təqdir ediblər. Qeyd edək ki, bundan əvvəl bəluc təşkilatları, fəalları və sünni din xadimləri seçkilərlə bağlı yaydıqları bəyanatlarda əhalini boykota çağırıblar.
2024-03-01
837,496
Kallas Putini prezident adlandırmaqdan imtina etdi
Estoniyanın Baş naziri Kaya Kallas Vladimir Putini Rusiya prezidenti adlandırmaqdan imtina edib. Axar.az xəbər verir ki, bu barədə ERR məlumat yayıb. “Ola bilsin ki, siz mənim Putini Rusiyanın prezidenti adlandırdığım ifadələrimi tapa bilərsiniz. Məncə, həmişə sadəcə “Putin, bəli Putin” deyirəm. Bu ada başqa heç bir başlıq əlavə etməmişəm və əlavə etmək fikrində deyiləm”, - o bildirib. Estoniyalı siyasətçi Rusiyadakı seçkini demokratik hesab etmədiyini də vurğulayıb.
2024-03-01
837,497
"Azercell"mütəxəssisi kibertəhlükəsizlik üzrə yarışmada birinci oldu
Lider mobil operatorun əməkdaşı Cavid Cabbarlı “Skills Azerbaijan” milli müsabiqəsində qalib gəlib "Azercell"in Təhlükəsizlik departamentinin əməkdaşı Cavid Cabbarlı 17-24 yaş gənclər arasında kibertəhlükəsizlik üzrə (kiberhücum, kibermüdafiə və kibermühəndislik qollarını əhatə edən) “Skills Azerbaijan” milli yarışında fərdi yarışda 24 iştirakçı arasından seçilərək “Red Team” istiqaməti üzrə ölkə birincisi olub. Onun təmsil olunduğu komanda da maksimal xal toplayaraq birincilik qazanıb. Ümumilikdə yüksək nəticə göstərən uğurlu iştirakçılar “WorldSkills Azerbaijan” milli komandasına daxil olaraq, 80-dən çox ölkənin qatılacağı “WorldSkills Lyon 2024” yarışında iştirak etmək fürsəti qazanıb. Komandalar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində sözügedən beynəlxalq yarışda iştirak üçün hazırlığa cəlb olunublar. “Skills Azərbaycan” milli yarışının imtahan mərhələsində iştirak üçün 250 namizəd müraciət etmişdi. Onlardan 24-ü final mərhələsinə qatılmaq hüququ qazanmışdı.
2024-03-01
837,501
Həkim tanınmış vəkili məhkəməyə verdi
Mən heç yerdə öz adımdan deməmişəm ki, o qadın və həkim həmin kişini aldadıb. Mən Ali Məhkəmənin saytında olan qərarı tapmışam. İctimaiyyətə açıq olan bir qərardır. Düzdür, qərarda onların adları göstərilməyib. Belə də olmalıdır, lakin həkimin adı var. Şəffaf bir şeydir. Bu sözləri Axar.az-a tanınmış vəkil Əkrəm Həsənov türkiyəli ginekoloq, süni mayalanma mütəxəssisi Öndər Tulumbacının onu məhkəməyə verməsinin səbəbləri haqqında danışarkən deyib. “Həkimin iddia etdiyi kimi, ona qarşı heç bir böhtan olmayıb, sadəcə, Ali Məhkəmənin qərarına münasibət olub. Mən Məhkəmənin qərarını Feysbukda dərc etmişəm. Hadisələri olduğu kimi danışmışam. Demişəm ki, kişi həkim və qadının onu aldatdıqlarını iddia edib. Kişi istəyib ki, süni mayalanma nəticəsində uşaq özündən olsun, amma qadın həyat yoldaşından deyil, başqa donordan əkiz uşaqlar dünyaya gətirib. Qadın və həkim isə deyib ki, həyat yoldaşının bundan xəbəri olub və yazılı razılıq verib. Amma razılıq ərizəsini məhkəməyə təqdim edə bilməyiblər. Səbəb isə o göstərilib ki, əməliyyatın həyata keçirildiyi klinika bağlanıb və sənədlərin harda olduğu bilinmir. Buna baxmayaraq, Ali Məhkəmə qərar verib ki, kişi razılıq ərizəsini vermədiyini sübut etməlidir. Bu əsasda da qərar kişinin xeyirinə çıxmayıb. Mən də bu hadisələri olduğu kimi yazmışam. Öz adımdan yox, məhkəmə qərarına istinadən”. Vəkil qeyd edib ki, Ali Məhkəmənin qərarını düzgün hesab etmir və bununla bağlı fikirlərini yazmaq kiməsə böhtan atmaq deyil: “Ali Məhkəmənin qərarını düzgün hesab etmirəm. Çünki məhkəmə sübutetmə yükünü kişinin üzərinə qoyur. Axı insan necə etmədiyini sübut etsin? Əgər kişinin razılığı olubsa, göstərsinlər. Mən Ali Məhkəmənin bu mövqeyini tənqid etmişəm və ərizə yoxdursa, kişinin xeyrinə qərar çıxmalı idi. Ortada böhtan da yoxdur, buna baxmayaraq, həkim Tulumbacı məni məhkəməyə verib. Guya mən onu “fırıldaqçı”, ”dələduz” adlandırmışam. Demişəm ki, məhkəmə qərarını pulla, rüşvətlə alıb. Mənim yazımda elə bir şey yoxdur. Özündən uydurmalar edib və məhkəməyə müraciət edib”. Qeyd edək ki, Ö.Tulumbacı xüsusi ittiham qaydasında Xətai Rayon Məhkəməsinə müraciət edib və vəkilin Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə məsuliyyətə cəlb edilməsini tələb edib.
2024-03-01
837,505
737-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 737-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 575 təyyarəsi, 267 helikopteri, 13 862 PUA-sı, 475 zenit-raket kompleksi, 15 304 tank və digər zirehli texnikası, 1 227 reaktiv yaylım atəş sistemi, 8 242 artilleriya və minaatanı, 19 236 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2024-03-01
837,506
Qəzzada ölənlərin sayı 30,2 mini keçdi
İsrail ordusunun əməliyyatları nəticəsində Qəzza zolağında ölənlərin sayı 30 228-ə çatıb. Axar.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb. Yaralıların sayı isə 71 377-ə yüksəlib.
2024-03-01
837,507
Məşhur müğənni haqqında həbs qərarı çıxarıldı
İran höküməti Məhza Əmini aksiyalarında “Bəraye” mahnısı ilə etiraz edən məşhur iranlı müğənni və bəstəkar Şervin Hacıpuru 3 il 8 ay azadlıqdan məhrum edib. Kult.az xəbər verir ki, bu barədə Şervin Hacıpur şəxsi İnstaqram hesabında məlumat yayıb. Müğənni “rejim əleyhinə təbliğat”, “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə insanları şirnikləndirmək və iğtişaşlara təhrik etmək” maddələri ilə 3 il 8 ay həbs edilib və ölkədən çıxışına 2 il qadağa qoyulub. Həmçinin məhkəmə bu cəzaları yetərsiz hesab edərək əlavə tələblər irəli sürüb. Belə ki, məhkəmə ona “Amerikanın insanlığa qarşı cinayətləri” haqqında musiqi hazırlamaq, “İslamda qadın hüquqları” barədə iki kitabın xülasəsini öyrənib 30 səhifəlik əlyazma şəklində virtual məkanda nəşr etdirmək məcburi tapşırığı verib. Xatırladaq ki, Şervin Hacipur etiraz aksiyalarından təsirlənərək oxuduğu "Bəraye" mahnısına görə daha əvvəl də İran polisi tərəfindən saxlanılıb. Onun bu mahnısı “2023 Qremmy” (“sosial dəyişiklik üçün ən yaxşı mahnı”) mükafatını qazanıb.
2024-03-01
837,508
Ermənistanla başlatdığımız bu prosesi davam etdirəcəyik
Ermənistanla başlatdığımız normallaşma prosesini davam etdirəcəyik. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib. O bildirib ki, bu proses Azərbaycanla paralel olaraq aparılacaq: “Qarabağın 30 ildən sonra azad edilməsi nəticəsində münasibətlərin normallaşması üçün şərait yaranıb”.
2024-03-01
837,510
İbrahimov onu Sabunçuya rəis təyin etdi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin sabiq rəisinə yeni vəzifə verilib. Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə xidmət rəisi Mürsəl İbrahimov müvafiq əmr imzalayıb. M.İbrahimovun əmri ilə 1981-ci il təvəllüdlü polkovnik-leytenant Nicat Zəfər oğlu Həsənov rotasiya ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinin rəisi təyin edilib. Qeyd edək ki, bundan əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon idarəsinin rəisi polkovnik Hüseyn Quliyev Binəqədi rayon idarəsinin rəisi təyin olunub.
2024-03-01
837,512
Rabitəbankdan nağd pul krediti üzrə sərfəli "Bahar kampaniyası"!
Rabitəbank müştərilərin planlarını rahatlıqla reallaşdırması üçün sərfəli nağd pul krediti üzrə "Bahar kampaniyası" təklif edir. Kampaniya ərzində 30 000 AZN-dək krediti illik 11.5%-dən başlayaraq əldə etmək olar. Kreditin müddəti 48 ayadəkdir. Kampaniyada müştəri seqmentlərinə uyğun olaraq xüsusi güzəştlər təqdim olunur. Belə ki, başqa bankın kreditini Rabitəbanka transfer edənlər üçün 0% komissiya nəzərdə tutulur. Həmçinin 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar 4-7 mart tarixləri ərzində nağd pul krediti götürmək istəyən bütün xanım müştərilər üçün də komissiya 0% olacaq. Qeyd edək ki, Rabitəbankın nağd pul krediti üzrə "Bahar kampaniyası"nda xüsusi kateqoriyaya daxil edilmiş dövlət və özəl müəssisələrdə çalışanlar üçün də əlavə güzəştlər nəzərdə tutulur. Kredit götürənlər üçün sığorta tələbi yoxdur. Sərfəli şərtlərlə təqdim edilən kampaniya aprelin 30-nadək davam edəcək. Qeyd edək ki, nağd pul kreditini "Rabita Mobile" tətbiqindən, bankın rəsmi saytından və Rabitəbankın istənilən filialına yaxınlaşaraq almaq mümkündür. Krediti elə indi sifariş edə bilərsiniz: https://rbt.az/baharkampaniya Rabitəbank ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
2024-03-01
837,513
Yolu keçmək istəyən azyaşlını maşın vurub öldürdü
Saatlıda avtomobil yolu keçmək istəyən azyaşlının vuraraq öldürüb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, Saatlı rayonunun Qara Nuru kəndi ərazisində İmişli rayon sakini, 1991-ci il təvəllüdlü Gündüz Hacıyev idarə etdiyi "Daevoo" markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolu keçmək istəyən kənd sakini 2016-cı il təvəllüdlü P.Məmişovanı vurub. Sonuncu aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.
2024-03-01
837,515
Salyanda daha bir cinayət: yenə 2 nəfər öldürüldü
Martın 1-də saat 16 radələrində Salyan rayonunun Pambıqkənd kəndi ərazisində 1963-cü il təvəllüdlü Rahilə Əliyeva və onun oğlu 1992-ci il təvəllüdlü Bəhruz Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Salyan rayon prokurorluğundan Axar.az-a verilən məlumata görə, araşdırma zamanı 1981-ci il təvəllüdlü Ziya Əliyevin aralarında yaranmış mübahisə zamanı kəsici alətlə zərbələr endirərək qardaşı arvadı Rahilə Əliyeva və onun oğlu Bəhruz Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Ziya Əliyev könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
2024-03-01
837,516
Qod Nisanova dostluq ordeni təqdim edildi
Azərbaycanın Rusiyadakı səfirliyində rusiyalı iş adamı Qod Nisanova “Dostluq” ordeni təqdim edilib. Axar.az Report-a istinadən xəbər verir ki, Q.Nisanova mükafatı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təqdim edib. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Qod Nisanovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Təqdimat mərasimində çıxış edən P.Bülbüloğlu Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətinin mühüm rolunu qeyd edib: “Fəxr edirik ki, Azərbaycandan olan insanlar vətənimizi layiqincə təmsil edirlər. Biz sizin uğurunuzdan çox razıyıq və sizə daha böyük uğurlar arzulayırıq”. Q.Nisanov qeyd edib ki, aldığı mükafat təkcə ona deyil, bütün azərbaycanlılara məxsusdur: “Dostluq” ordeni mənim üçün simvolikdir. Bu, təkcə mənim deyil, Azərbaycanı dəstəkləyən bütün soydaşlarımın mükafatıdır. Azərbaycan bizim bir parçamızdır, həyatımızın bir parçasıdır. Harada olsaq da, taleyimiz Azərbaycanla bağlıdır”.
2024-03-01
837,517
Yunanıstan Baş naziri İlham Əliyevi təbrik etdi
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib. Axar.az-ın məlumatına görə, təbrikdə deyilir: "Hörmətli Prezident. Prezident seçkilərindəki qələbəniz münasibətilə Sizi təbrik edir və yeni səlahiyyət müddətinizdə Zati-alinizə uğurlar arzulayıram. Fürsətdən istifadə edərək, Azərbaycanla əməkdaşlığımızı qarşılıqlı mənafeyimiz naminə davam etdirməyə hazır olduğumuzu bildirirəm. Əminəm ki, əsasını strateji enerji əməkdaşlığımızın təşkil etdiyi ikitərəfli dialoqumuz gələcəkdə digər sahələrdə də genişlənəcəkdir. Mən sülhün möhkəmləndirilməsi, beynəlxalq hüquqa hörmət və mehriban qonşuluq münasibətləri istiqamətində Sizinlə birgə işləməkdə davam etməyi səbirsizliklə gözləyirəm. Hörmətli Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
2024-03-01
837,518
Beynəlxalq sistem çökür - XİN rəhbəri
Regional əməkdaşlığa indi daha çox ehtiyac var. Axar.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Türk Dünyasında İnstitusionallaşma: 21-ci Əsrdə Türk Dövlətləri Təşkilatı (TDT)” adlı paneldə çıxışı zamanı deyib. O bildirib ki, dünyada qeyri-sabitlik hökm sürür: "Regional əməkdaşlığa indi daha çox ehtiyac var. Çünki beynəlxalq sistem çökür. Bu baxımdan deyə bilərik ki, TDT xüsusi əhəmiyyətə malik təşkilatdır”.
2024-03-01
837,519
Bu il nə qədər ərazi minalardan təmizlənib? - Video
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində cari ilin əvvəlindən mart ayının 1-dək 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 36260 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10440 ədəd piyada əleyhinə, 3301 ədəd tank əleyhinə mina və 12693 ədəd partlamamış döyüş sursatı aşkar olunub. Aşkar olunmuş mina və partlamamış döyüş sursatları, o cümlədən kustar üsullarla hazırlanmış partlayıcılar xüsusi təyin olunmuş yerlərdə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla partlatma və yandırma üsulları ilə məhv edilir. Ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilir.
2024-03-01
837,520
Lavrovdan Makrona: Qərb qoşunları Ukraynadadır!
Ukraynada döyüş zonasında təkcə əcnəbi muzdlular deyil, həm də ixtisaslı zabitlər var. Axar.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynada Qərb qoşunlarının yerləşdirilməsi ilə bağlı gedən müzakirələri şərh edərkən deyib. O bildirib ki, onların arasında britaniyalı və fransalı zabitlər də var. “Fransa Prezidenti Emmanuel Makronun sözlərindən sonra Qərbin Ukraynaya qoşun yeritmək istəyi rəsmən qeydə alınıb, qeyri-rəsmi olaraq onlar uzun müddətdir oradadırlar”, - deyə Lavrov bildirib.
2024-03-01
837,522
Ölkədə istehsal ediləcək qazın yarısı ixrac ediləcək - Nazir
Azərbaycan bu il istehsal edəcəyi təbii qazın yarısını ixrac edəcək. Axar.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasının yekunlarına dair keçirilən mətbuat konfransında deyib Nazir bildirib ki, bu il Azərbaycanda 48 milyard kubmetrdən çox qaz istehsalı nəzərdə tutulur: "İstehsal edilən qazın təxminən yarısı Türkiyə, Gürcüstan və Avropaya ixrac ediləcək. Biz müəyyən bir artımla bu ixracı davam etdirmək niyyətindəyik". Qeyd edək ki, ötən il Azərbaycan Avropaya 11,9 milyard kubmetr, Türkiyəyə 9,5 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz ixrac edib.i
2024-03-01
837,526
Kanadadan Rusiya almazının idxalına yeni qadağa...
Kanada hökuməti Rusiya almazlarının idxalını qadağan etmək üçün əlavə tədbirlər tətbiq etməyə qərar verib. Axar.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Yeni qərarla həm Kanadada, həm də xaricdə olan kanadalılar, eləcə də Kanadadakı digər vətəndaşların Rusiya almazlarını əldə etməsinə qadağa qoyulur.
2024-03-02
837,527
Qohumunu qətlə yetirən şəxs öldü
2024.03.01. 19:06 Martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində qətl hadisəsi törədilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, 1981-ci il təvəllüdlü Nicat Saleh oğlu Salahovun kəsilmiş-deşilmiş xəsarətlərlə ölməsi barədə polisə məlumat daxil olub. Qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Ceyhun Alxan oğlu Rzayev qətli törətdikdən sonra intihara cəhd edib. O, xəstəxanaya yerləşdirilib. Hadisə şəxsi münasibətlər zəminində baş verib. Qətlə yetirilən şəxslə C.Rzayev qohum olub. Araşdırma aparılır. *** Cinayət hadisəni törətməkdə şübhəli bilinənCeyhun Alxan oğlu Rzayev müalicə olunduğu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində ölüb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Xatırladaq ki, Nicat Salahovu qətlə yetirməkdə şübhəli bilinən Ceyhun Rzayev intihara cəhd etmişdi.
2024-03-01
837,529
Avropa Azərbaycandan daha çox qaz almaq istəyir - Simson
Biz Rusiyadan təbii qaz idxalını tamamilə dayandırmaq istəyirik. Ukraynada baş verən silahlı toqquşmadan əvvəl Avropa Rusiyadan 135 milyard kubmetr təbii qaz idxal edirdi. Bu gün Rusiyadan təbii qaz idxalı 40 milyard kubmetrə qədər azalıb. Axar.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. Aİ nümayəndəsi nəzərə çatdırıb ki, Avropa Norveç, ABŞ və Azərbaycanın hesabına alternativ mənbələrdən qaz tədarük edir. “Biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində işlərimizi davam etdiririk”, - deyə K.Simson əlavə edib.
2024-03-01
837,530
İlham Əliyevin Edi Rama ilə geniş tərkibdə görüşü oldu
Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə nahar əsnasında geniş tərkibdə görüşü olub. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
2024-03-01
837,532
Edi Ramanın Azərbaycana səfəri başa çatdı
Albaniya Respublikasının Baş naziri Edi Ramanın Azərbaycan Respublikasına işgüzar səfəri martın 1-də başa çatıb. Axar.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Edi Ramanın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Albaniya Baş nazirini hava limanında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.
2024-03-01
837,535
Niderland Ukrayna üçün daha 150 milyon ayırır
Niderland Çexiyanın Ukrayna üçün qısa müddətdə 800 min artilleriya mərmisi almaq planına daha 150 milyon avro ayıracağına söz verib. Axar.az xəbər verir ki, bu sözləri Niderlandın Baş naziri səlahiyyətlərinin icraçısı Mark Rutte deyib.
2024-03-01
837,536
Dövlət satınalmalarında ciddi nöqsanlar aşkarlandı - Nəcəfli
Naxçıvan Muxtar Respublikasında dövlət satınalmaları sahəsində ciddi nöqsanlar aşkar olunub. Axar.az xəbər verir ki, bu barədə “Dövlət satınalmaları haqqında” Azərbaycanın yeni Qanununun tətbiqi ilə bağlı tədbirdə Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib. Onun sözlərinə görə, bir sıra qurumlarda komplektləşdirmələr tam yekunlaşdırılmayıb. "Əvvəlki idarəetmə sistemi üzrə ortaya çıxan nöqsanlar icra məsələlərində müəyyən problemlərə səbəb olur. Xüsusilə, dövlət satınalmaları sahəsində ciddi nöqsanlar aşkar olunub. Dövlət satınalmaları sahəsində yeni qanunun tətbiqi bu istiqamətdə ortaya çıxan problemlərin həllində, şəffaflıq prinsipinin təmin olunmasında və sözügedən sosial-iqtisadi inkişaf proqramının icrasında çox faydalıdır”, - F. Nəcəfli qeyd edib.
2024-03-01
837,539
Bu ölkə Rusiya neftindən tam imtina etdi
Bolqarıstanda bu gündən Rusiya neftinin ölkəyə idxalına tam qadağa qüvvəyə minir. Axar.az xəbər verir ki, bu barədə Bolqarıstanın BGNES nəşri məlumat yayıb. Qadağaya səbəb Rusiyanın Ukraynaya qarşı müharibəsidir.
2024-03-01
837,541
Azərbaycanın istənilən qədər qaz rezervi var
Azərbaycanın qaz rezervləri sual altında deyil. Bizim istənilən qədər qaz rezervuarımız var. Axar.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasının yekunlarına dair mətbuat konfransında deyib. “Bizim Avropa İttifaqı ilə birlikdə bir hədəfimiz var. TAP-ın genişləndirilməsi 2026-cı il üçün nəzərdə tutulub. Başqa imkanlar da var. Sadəcə biz bunları Avropaya uyğun planlaşdırmalıyıq. Eyni zamanda, uzunmüddətli layihə yerinə spot bazarlarda müəyyən qaz satışları həyata keçirilir. Biz bütün bu faktları nəzərə alaraq Cənub Qaz Dəhlizinin genişləndirilməsini həyata keçiririk”, - deyə nazir qeyd edib.
2024-03-01
837,544
Fidan və Mirzoyan görüşdü: Buna tam hazırıq!
Türkiyə xarici işlər naziri Hakan Fidan və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Antalyada diplomatik forum çərçivəsində görüş keçiriblər. Axar.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in məlumatında deyilir. Görüş zamanı ölkələr arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub. Tərəflər münasibətlərin tam nizamlanmasına hazır olduqlarını təsdiqləyiblər. Bu istiqamətdə konkret addımlar barədə də fikir mübadiləsi aparılıb. Nazirlər həmçinin beynəlxalq və regional məsələləri müzakirə ediblər. Görüşdə iki ölkənin münasibətlərin normallaşdırılması məsələləri üzrə xüsusi nümayəndələri də iştirak ediblər.
2024-03-01
837,545
Göyçay sakini kanalda batdı
Göyçay sakini Şirvan kanalında batıb. Axar.az xəbər verir ki, hadisə rayonun Bığır kəndində qeydə alınıb. Belə ki, 52 yaşlı Qalib Qəfərov yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Dayısı Məmməd Səmədovun sözlərinə görə, bacısı oğlu dünən günün ikinci yarısında balıq tutmaq üçün lazım olan avadanlıqları götürərək Şirvan kanalına gedib. Gecə saatlarında ailə üzvüləri onunla telefon əlaqəsi saxlayıb. O, tezliklə evə dönəcəyini bildirsə də, sonradan onunla əlaqə yaratmaq mümkün olmayıb. Sonuncu telefon danışığı zamanı Qalib Qəfərovun Şirvan kanalının kənarında olması səbəbindən ailə üzvləri onun kanala düşərək batmasını ehtimal etdikləri üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə müraciət ediblər. Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Hazırda dalğıc-xilasedicilərlə yanaşı, kənd sakinləri də kanalda batdığı güman olunan şəxsin axtarışlarını davam etdirir. Xatırladaq ki, Bığır kənd sakini 52 yaşlı Qalib Qəfərov ailəlidir, iki övladı var.
2024-03-01
837,549
İsrail Qəzzaya zərbə endirdi: 70 girov öldü
HƏMAS-ın əlində olan azı 70 girov İsrailin Qəzzaya zərbələri nəticəsində ölüb. Axar.az xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qassam Briqadasının nümayəndəsi Əbu Ubeyda deyib.
2024-03-01
837,550
Son bir ayda koronaya yoluxanların sayı açıqlandı
Son bir ayda (1 fevral- 29 fevral) Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 514 yoluxma faktı qeydə alınıb, 513 nəfər müalicə olunaraq sağalıb, analiz nəticələri müsbət çıxan 28 nəfər həyatını itirib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Axar.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 835 min 144 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 824 min 602 nəfər müalicə olunaraq sağalıb, 10 min 428 nəfər vəfat edib. Aktiv xəstə sayı 114 nəfərdir. Son bir ayda yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 457, bu günə qədər isə ümumilikdə 7 milyon 762 min 507 test icra olunub.
2024-03-01
837,551
Yunanıstanın müdafiə naziri Ermənistana gəlir
Yunanıstanın müdafiə naziri Nikos Dendias gələn həftə Ermənistana səfər edəcək. Axar.az xəbər verir ki, o, Ermənistan səfiri Tiqran Mkrtçyanla görüşdən sonra X sosial şəbəkəsindəki səhifəsində bu barədə məlumat verib. “Bu gün mən Ermənistana gözlənilən səfərimlə əlaqədar Ermənistanın səfiri Tiqran Mkrtçyanı səmimi şəraitdə qəbul etdim”, - Dendias yazıb.
2024-03-01
837,555
Lavrovdan Ostinə cavab: Müharibə sizin ideyanızdır!
Rusiyanın NATO ölkələrinə hücum etmək fikri yoxdur, lakin görünür, ABŞ-ın belə bir ideyası var. Axar.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Pentaqon şefi Lloyd Ostinin NATO-Rusiya savaşı ilə bağlı açıqlamasını şərh edərkən deyib. Qeyd edək ki, Lloyd Ostin Ukraynanın məğlub olacağı halda NATO və Rusiya arasında müharibə başlayacağını bildirmişdi.
2024-03-01
837,558
Ceyhun Bayramov paneldə çıxış etdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Türk Dünyasında İnstitutlaşma: XXI əsrdə Türk Dövlətləri Təşkilatı (TDT)” mövzusunda keçirilmiş panel müzakirələrində çıxış edib. Bu barədə Axar.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Nazir Ceyhun Bayramov TDT-yə üzv dövlətlərlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu və ölkə başçısının ötən günlərdə baş tutmuş tarixi andiçmə mərasimində qeyd etdiyi kimi türk dünyasının bizim ailəmiz olduğunu vurğulayıb. Tarixi, mədəni ənənələrlə bağlı olduğumuz türk dünyası çərçivəsində əməkdaşlığımızın müxtəlif, o cümlədən siyasi, təhlükəsizlik, iqtisadi, investisiyalar və s. istiqamətlər üzrə gücləndirilməsinin beynəlxalq sistemdəki mövcud təlatümlərə qarşı dayanıqlılığımızın möhkəmləndirilməsinə xidmət edəcəyi diqqətə çatdırılıb. Bu istiqamətdə, türk dünyasının 200 milyona yaxın insanın yaşadığı geniş bir coğrafiyanı əhatə etdiyini, böyük iqtisadi potensiala, enerji ehtiyatlarına, nəqliyyat marşrutları ilə bağlı imkanlara malik olduğunu nəzərə alaraq, əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensialdan istifadənin zəruri olduğu qeyd edilib. Beynəlxalq münasibətlər sistemi, xüsusilə beynəlxalq təşkilatların fəaliyyəti ilə bağlı çağırışların artdığı bir dövrdə, regional əməkdaşlığın, o cümlədən TDT-nin əhəmiyyətinin daha da artdığı bildirilib. Bu istiqamətdə, üzv dövlətlərin tarixdə yol verilən əvvəlki səhvləri təkrarlamadan əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi istiqamətində həmrəylik nümayiş etdirməsinin vacib olduğu diqqətə çatdırılıb. Panel müzakirələri sual-cavab sessiyası ilə davam edib.
2024-03-01
837,561
Əfqanıstanda əlverişsiz hava: 15 nəfər öldü
Əfqanıstanda güclü qar, leysan və soyuq hava nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb, 30-a yaxın insan xəsarət alıb. Axar.az xəbər verir ki, bu barədə “Tolo Nyus” telekanalı məlumat yayıb. Bildirilib ki, kəskin hava şəraiti nəticəsində on minlərlə baş mal-qara da tələf olub. Qeyd olunur ki, pis hava şəraitinin nəticələrini aradan qaldırmaq üçün əyalətlərdə komitələr yaradılıb.
2024-03-01
837,563
Masallıda "Mersedes"lər toqquşdu: yaralılar var
Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Axar.az xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralının Boradigah kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Masallı rayonunun Hişkədərə kənd sakini 1973-cü il təvəllüdlü Rövşən Məmmədrəhim oğlu Əliyev idarə etdiyi “Mersedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən Masallı rayonunun Türkoba kənd sakini 1992-ci il təvəllüdlü Nurlan Sədrəddin oğlu Məmmədovun idarə etdiyi avtomobillə toqquşub. Toqquşma nəticəsində N.Məmmədov və onun sərnişini - Masallı rayonunun Türkoba kənd sakini 1984-cü il təvəllüdlü Coşqun Qiyas oğlu Rzayev xəsarət alıblar. Vəziyyəti ağır olan N.Məmmədov Masallıda özəl klinikaların birinə yerləşdirilib. Həkimlər ona kəllə-beyin travması və üst çənə sümüyünün sınığı diaqnozu qoyublar. C.Rzayev Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
2024-03-01
837,565
İsveçrə Rusiyaya qarşı sanksiyalar paketinə qoşuldu
İsveçrə Avropa Birliyinin (AB) Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinə cavab olaraq qəbul etdiyi 13-cü sanksiya paketinə qoşulub. Axar.az xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb. “29 fevral 2024-cü il tarixində sanksiyalara cavabdeh olan Federal İqtisadiyyat, Təhsil və Tədqiqatlar Departamenti Rusiyaya qarşı yeni tədbirlər görüb. Beləliklə, İsveçrə AB-nin 13-cü sanksiyalar paketinə qoşulub”, - məlumatda diqqətə çatdırılıb. Xatırladaq ki, fevralın 21-də AB Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib.
2024-03-01
837,567
"Qarabağ FK - 30 mövsüm səfərdə" filmi təqdim edildi
Bu gün Heydər Əliyev Mərkəzində "Qarabağ" futbol klubuna həsr edilən "Qarabağ FK - 30 mövsüm səfərdə" sənədli filminin təqdimat mərasimi baş tutub. Kult.az-ın məlumatına görə, filmin təqdimat mərasimində "Qarabağ" klubunun prezidenti Tahir Gözəl çıxışında bildirib ki, bu filmi görüb, emosiyalara qərb olmamaq mümkün deyil. "Bombalar altından Avropanı fəth edən klub harada var? "Qarabağ"ın hekayəsi Vətənin hekayəsi ilə paraleldir. "Qarabağ" ölkəyə, ölkə "Qarabağ"a ilham verir. İkisinin başında qiqant rəhbər İlham Əliyev dayanır. Bu film futbol tarixinə hədiyyədir", - o vurğulayıb. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə filmin ərsəyə gəlməsində Bakı Media Mərkəzinin prezidenti baş prodüser Arzu Əliyevaya təşəkkür edib: "Bizə bu cür dəstək olanda güclənirik. Filmə baxanda 15 ili burada təkrar yaşadım. Hamımız doğru yol göstərə bilərik, amma onun icraçıları var. Bir daha əmin oldum ki, güclü kollektivim, döyüşçülərim var. İki gün öncə Qarabağı bir daha futbolçularla görüşdə anlatdım ki, hansı komandanı təmsil edirik, necə insanlar torpaqlarımızı geri qaytarmaq üçün öz canlarından keçib. Komandamda döyüşçü ruhunu saxlamaq istəyirəm. 44 gün müharibədə hər gün cənab Prezident xalqa müraciətində döyüşçülərinə bunu bildirirdi, hamımız bir olub zəfər əldə etdik. Dövlət səviyyəsində komandamızın sevildiyini, dəyər verildiyini görəndə bir daha deyirik, başqa çıxış yolumuz yoxdur, daha işgüzar olub xalqımızın adını ucaltmalıyıq. Filmə baxanda oyunlardan sonra göz yaşlarımı gördüm. Sanki məşqçilikdən getmək istəyirəm ki, göz yaşlarım az olsun. Sevinirik ki, "Qarabağ"a bütün azərbaycanlılar dəyər verir. Biz də gücümüzdən artığını etməyə çalışırıq ki, klubumuz daha güclü olsun". Qeyd edək ki, tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Prezidentin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman naziri Fərid Qayıbov, “Qarabağ”ın kollektivi, eləcə də bir sıra tanınmış şəxslər iştirak edib. “Salnaməfilm” studiyası, Bakı Media Mərkəzi və İctimai Televiziyanın birgə istehsalı olan sənədli film Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib. Filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, prodüserləri Orman Əliyev, Balakişi Qasımov, quruluşçu rejissoru Fuad Quliyev, ssenari müəllifləri İsmayıl Səfərəli, Roman Orkodaşvili, Ramil Ələkbərov, Fuad Quliyev, quruluşçu operatoru Mateuş Çuxnovski, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Rəşad Haşımovdur.
2024-03-01
837,569
Rusiya hücum edəndə Ağ Evdə Tramp olsaydı…
Əgər Donald Tramp ABŞ prezidenti olsaydı, Ukraynadakı münaqişənin qarşısını almaq olardı, ona görə də bu ölkədəki vəziyyətin həllinə ümidlər ona bağlanmalıdır. Axar.az xəbər verir ki, bu fikirləri Macarıstan Baş naziri Viktor Orban Antalya Diplomatik Forumunda çıxış edərkən deyib. “Mən tam əminəm ki, Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Tramp ABŞ prezidenti olsaydı, bu baş verməzdi. Ona görə də Tramp yenidən prezident olsa, bu müharibəni dayandıra biləcək”, - o bildirib. Onun sözlərinə görə, ABŞ-ın keçmiş prezidentinin Ağ Evə qayıtması davamlı sülh üçün ilkin şərtdir.
2024-03-01
837,571
Ukrayna silahlarımızla Rusiyanı da vura bilər - Finlandiya
Finlandiya Ukraynanın tədarük etdiyi silahların istifadəsi ilə bağlı heç bir məhdudiyyət qoymayıb. Axar.az xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Hakkanen deyib. O bildirib ki, Finlandiya bu silahların xüsusilə Rusiya ərazisində istifadəsinə qadağa qoymayıb. Hakkanen əlavə edib ki, belə bir qadağa əsasən Ukraynanı uzaqmənzilli silah sistemləri ilə təmin edən ölkələr tərəfindən tətbiq edilir. Finlandiya parlamentinin müdafiə komitəsinin sədri Jukka Kopra nazirin fikirləri ilə razılaşıb. "Lazım gələrsə, Ukrayna da Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirməlidir", - o bildirib.
2024-03-01
837,573
Qriqoryan küçənin ortasında Yaqub Həmidi güllələdi
Krasnodarın mərkəzində gecə klubunun keçmiş direktoru, niger əsilli şəxs güllələnib. Şübhəli 54 yaşlı yerli sakin Andranik Qriqoryan saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə “Şot” (Shot) Teleqram kanalı məlumat yayıb. Məlumata görə, Qriqoryan avtomobilindən silahı götürərək “Leksus” markalı avtomobilinin yanında olan 58 yaşlı Yaqub Həmidi güllələyib. Y.Həmid yerindəcə ölüb. Atışma nəticəsində bir neçə güllə yaxınlıqdakı mağazanın pəncərəsini zədələyib. Qətldən sonra Qriqoryan hadisə yerinə gələn polis tərəfindən saxlanılıb. Qətlin motivi müəyyənləşdirilir. Yaqub Həmid uzun müddət Krasnodarda yaşayıb və bir neçə il əvvəl bağlanan “Havana” klubunun direktoru olub.
2024-03-01
837,575
"Bayraqdar" PUA-ları Avropa ölkəsinə göndərildi
Türkiyənin “Bayraqdar” pilotsuz uçuş aparatlarının (PUA) partiyası Albaniyaya gətirilib. Axar.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Niko Peleşi bildirib. “Effektivliyi və qabaqcıl texnologiyası ilə tanınan “Bayraqdar” PUA-ları artıq Albaniyadadır! İki gündür montaj və paralel olaraq onların istismarı, nəzarəti üçün dəstəkləyici infrastrukturun quraşdırılması işləri aparılır. Bu, silahlı qüvvələrimizdə modernləşmə və innovasiyalara sadiqliyin rəmzidir”, - N.Peleşi Feysbuk səhifəsində yazıb.
2024-03-01
837,577
İranda səsvermənin vaxtı daha 2 saat uzadıldı
İranda bu gün keçirilən 12-ci çağırış parlament və 6-cı çağırış Ekspertlər Məclisi seçkilərinin səsvermə vaxtı daha 2 saat uzadılıb. Axar.az xəbər verir ki, bu barədə İranın Daxili İşlər Nazirliyi yanında Seçki Qərargahı məlumat yayıb. Beləliklə, İranda səsvermə 00:00-dək davam edəcək. Qeyd edək ki, bu, 3-cü uzadılmadır. Belə ki, səsvermə əvvəlcə 20:00, daha sonra isə 22:00-a qədər uzadılmışdı.
2024-03-01
837,578
“Qarabağ”da döyüşçü ruhu... - Qurbanov
“Qarabağ”da döyüşçü ruhunu qoruyub saxlamaq istəyirəm. Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ FK – 30 mövsüm səfərdə” sənədli filminin təqdimat mərasimində klubun baş məşqçisi Qurban Qurbanov deyib. “16 ildir “Qarabağ”dayam. Bir saat içində bu illəri, günləri yenidən yaşadım. Film çox yüksək səviyyədə hazırlanıb. Əziyyət çəkən hər kəsə təşəkkür edirəm. Biz hamımız doğru yolu göstərə bilərik. Amma onun icraçıları var. Bu gün bir daha əmin oldum ki, mənim çox güclü kollektivim, futbolçularım və döyüşçülərim var. İki gün əvvəl komanda ilə söhbətimiz oldu. Onlara Qarabağ barədə danışdım. Bizim hansı komandanı təmsil etdiyimizi söylədim. İnsanlar canlarından keçiblər, əziyyətlər çəkiblər”. Ağdam təmsilçisinin çalışdırıcısı “komandada döyüşçü ruhunu daim qoruyub saxlamaq istədiyini” vurğulayıb: “Bunu Ali Baş Komandanımız 44 günlük müharibə ərzində hər gün öz xalqına müraciətində bildirirdi. Hamımız bir olmuşduq. Sonda belə zəfər əldə etmişdik. Bütün vacib qarşılaşmalarda bu fikirlər oyunçulara çatdırılır. Dövlət səviyyəsində komandamız sevilir və dəyər verilir. Belə olanda bizim başqa çıxışımız yoxdur. Öz işimizlə məşğul olmalıyıq”.
2024-03-01
837,581
Ərdoğan Antalyada Orbanla görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan III Antalya Diplomatik Forumu çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanı qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. “Görüş zamanı Türkiyə və Macarıstan münasibətləri, İsrailin Fələstin xalqına hücumları, Rusiya-Ukrayna müharibəsinin hazırkı vəziyyəti, Türkiyə ilə AB arasında münasibətlər və NATO-nun genişlənməsi prosesi müzakirə edilib”, – məlumatda bildirilib.
2024-03-01
837,586
Fransa komandosları Ukraynaya göndərir? - Monde
Fransa Rusiya Federasiyasını “strateji dilemma” qarşısında qoymaq üçün xüsusi təyinatlıların və digər hərbi birləşmələrin Ukrayna sərhədini keçməsinə icazə verməyi nəzərdən keçirir. Axar.az xəbər verir ki, bu barədə “Monde” qəzeti mənbələrə istinadən yazıb. Qeyd edək ki, Fransa Prezidenti Makron Ukraynaya Avropa qoşunlarının göndərilə biləcəyini istisna etməyib. Avropa ölkələrinin əksəriyyəti, o cümlədən Fransa XİN başçısı Sejurne isə belə bir niyyət olmadığını açıqlayıb. Buna baxmayaraq, Makron sözlərinin “ölçülüb-biçilmiş, düşünülmüş və təsdiqlənmiş” olduğunu xüsusi vurğulayıb.
2024-03-01
837,591
Bu şəhəri müdafiə edə bilməyəcəyik! - Zelenski
Rus qoşunlarını geri çəkilməyə vadar edə bilməsək, Xarkovu müdafiə etməyimiz çətin olacaq. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Niderland Baş naziri Mark Rutte ilə media konfransında çıxışında deyib. "Siz və mən anlayırıq ki, rusların daha da geri çəkilməsinə çalışmalıyıq. Xarkovu başqa yolla tamamilə qorumaq çox çətin olacaq”, - deyə dövlət başçısı bildirib.
2024-03-02
837,592
Ukrayna məsələsi BMT TŞ-nin iclasına salınmadı
Bu ay Ukrayna mövzusunda Təhlükəsizlik Şurasının iclasları keçirilə bilər. Axar.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasına sədrlik edən Yaponiyanın BMT-dəki daimi nümayəndəsi Kazuyuki Yamazaki bildirib. "Artıq görüş cədvəlimiz var. Bu məsələdən (Ukrayna müharibəsi - red.) bəhs edilmir. Amma biz Təhlükəsizlik Şurasının üzvləri arasında müəyyən maraq eşitmişik. Ona görə də biz BMT Təhlükəsizlik Şurasının digər üzvləri ilə məsləhətləşib bu məsələni həll edəcəyik və zərurət yaranarsa, bu, cədvəldə öz əksini tapacaqdır", - Yaponiya nümayəndəsi qeyd edib.
2024-03-01
837,594
ABŞ-da sorğu: Tramp bu ştatlarda liderdir!
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ən azı yeddi ştatda hazırkı prezident Co Baydendən daha çox dəstəyə malikdir. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Blumberq” nəşri ABŞ-da keçirilən sorğunun nəticələrini dərc edib. Sorğunun nəticələrinə görə, Arizona, Corciya, Pensilvaniya, Miçiqan, Şimali Karolina, Nevada və Viskonsin ştatlarında Tramp hazırki prezident Baydeni qabaqlayıb. Ümumilikdə bu yeddi ştatda seçicilərin 48 faizi Trampı 43 faizi isə Baydeni dəstəkləyib. Trampın 2020-ci il seçkilərində qalib gəldiyi Şimali Karolina ştatında isə seçicilərin ən azı 50 faizi sabiq prezidentə dəstək nümayiş etdirib. Eyni zamanda, respondentlərin əhəmiyyətli hissəsi Baydenin yaşından narahat olduğunu dilə gətirib. Buna rəğmən seçicilərin böyük hissəsi Trampın təhlükəli olduğu qənaətindədir. Ümumilikdə, əsas ştatlarda hər 10 seçicidən 8-i Baydenin çox yaşlı olduğunu düşünür. Respondentlərin yarısı isə 77 yaşlı Trampın qoca olduğunu bildirib.
2024-03-02
837,595
Makron Şoltsu tənqid etdi: Cəsarəti yoxdur!
Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts qarşılıqlı əlaqələrin əvvəlindən bir-biri ilə anlaşa bilmirlər. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. Bildirilib ki, Fransa lideri kanslerdə cəsarət və ambisiyaların çatışmadığını düşünür. Üstəlik, Makron Şoltsu dardüşüncəli lider kimi də xarakterizə edir. Belə ki, yanaşmalardakı fərq Makronun Ukraynaya qoşunların göndərilməsi ilə bağlı bəyanatında çox aydın bəlli olurdu. Qeyd edilir ki, iki lider arasında fikir ayrılığı Ukrayna münaqişəsinin gedişinə təsir edə bilər.
2024-03-01
837,596
Bu ölkələrdən bir neçə milyardlıq silah alırıq - Qriqoryan
2021-ci ilin yanvarından indiyədək biz müxtəlif ölkələrlə silah alışı ilə bağlı bir neçə milyard dollarlıq müqavilələr bağlamışıq, Rusiyanın onların arasında payı 10%-dən azdır. Axar.az xəbər verir ki, bu sözləri Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində deyib. O deyib ki, Rusiya müqaviləyə baxmayaraq, Ermənistana silah tədarükünü bir il gecikdirib, daha sonra isə Ukraynada müharibə başlayıb: “Bu, Rusiyanın seçimi idi, biz faktlarla üzləşdik və tərəfdaşlarımızı şaxələndirməli və yenilərini axtarmalı olduq. Bu tərəfdaşlar arasında Hindistan, bu yaxınlarda Fransa, müxtəlif AB ölkələri var, biz bir çox başqa ölkələrlə işləməyə başlamışıq”.
2024-03-02
837,597
Qaqauz Eli də Rusiyadan kömək istədi – Şok
Rusiya Federasiyası ilə uzun illər, onilliklər ərzində dostuq və yaxşı münasibətlərimiz olub. Biz davam etmək istəyirik və Rusiya Federasiyasından dəstək istəyirik. Axar.az xəbər verir ki, bu sözləri Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşündə deyib. Federasiya Şurasının sədri isə öz növbəsində Rusiyanın Qaqauz muxtariyyəti ilə qarşılıqlı əlaqəni davam etdirməyə sadiq olduğunu, bu yanaşmanı düzgün hesab etdiklərini, hər cür yardıma hazır olduqlarını bildirib. Qeyd edək ki, separatçı “Dnestryanı Moldova respublikası” da keçirilən qurultayda deputatlar Rusiya Federasiyası Şurası və Dövlət Dumasından kömək istəmək və Kişinyovun “iqtisadi blokadası” ilə mübarizə haqqında qərar qəbul edib. Separatçı qurumun “xarici işlər naziri” Vitali İqnatyev isə Moskvadan diplomatik dəstək gözlədiklərini açıqlayıb. Rusiya XİN müraciətə baxılacağını qeyd edib.
2024-03-02
837,598
Bakı ilə danışıqlarda ilkin nəticələr var - Qriqoryan
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almaniyanın paytaxtı Berlində keçirilmiş görüşündə danışıqların davam etdirilməsi ilə bağlı razılıq əldə olunub. Axar.az xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. "Danışıqlarda hazırda yalnız ilkin nəticələr var və tezliklə sülh sazişinin imzalanması məqsədilə onların daha da uyğunlaşdırılması istiqamətində iş görülür", - A.Qriqoryan qeyd edib.
2024-03-02
837,599
İranda seçki qanunsuzdur, tanımayacağıq – ACP sədri
İstər molla rejimi, istər İranda ən demokratik saydıqları hər hansı bir qüvvənin keçirdiyi heç bir seçkini qəbul etmirik. Hesab edirik ki, keçirilən seçkilər qeyri-qanuni, qeyri-əxlaqi və qeyri-demokratikdir. Nə zamana kimi “Güney Azərbaycan istiqlaliyyət istəyir, yaxud İranı”? deyə bir referendum keçirilməyib, bizim üçün heç bir seçkinin əhəmiyyəti olmayacaq. Bu sözləri Axar.az-a Güney Azərbaycan Cümhuriyyət Partiyasının sədri Araz Ataxan İranda baş tutan parlament seçkiləri haqqında danışarkən deyib. O bildirib ki, rejimin keçirdiyi seçkilər oyundur: “İrandakı parlament seçkilərindən bizə nə? Mən azərbaycanlıyam, o iranlıdır. Düzdür, hərəkatın bəzi fəalları etnik mübahisə ehtimalı olan bölgələrdə səs verməyin tərəfdarıdır. Urmiya, Astara kimi bölgələrdə səs verilməsinə qarşı çıxmadıq. Dostlarımızın bəzisi hesab edir ki, bu taktika işə yarayır. Çünki səs verənlərin çoxunun kürdlər yox, bu bölgənin sakini olan türklər olduğunu hamı görməlidir. Biz də onların bu cür yanaşmasına qarşı çıxmadıq. Amma hesab etmirik ki, gedib hər hansı türk namizədə səs vermək nəyisə dəyişəcək. Demokratik seçkilər baş tutmur və kimin seçiləcəyinə bizim millət qərar vermir”. Seçkilərlə bağlı bu vaxta kimi işlədilən taktikanın daha köhnəldiyini deyən Araz Ataxan vurğulayıb ki, ən doğru seçim bu seçkiləri tanımamaqdır: “Keçmişdə belə düşünürdük ki, Xameneiyə yaxın adamların yanında dayanmaq lazımdır. Çünki rejim öz adamlarını seçəcək. Bununla biz də öz adamımızı seçmiş olurduq. Taktikamız bu idi. Lakin sonradan bunu anladılar. Rejimlə bərabər kürdlər də bizim əvvəlki taktikamızı anlayıblar. İndi yeni bir teatr qurublar. Deyirlər ki, Urmiyada namizədlərin beşi türkdürsə, beşi də kürd olacaq. Urmiyada 50 faiz kürd olmadığı halda niyə seçkilərdə türklərlə eyni sayda namizəd təmsil olunmalıdır? Burada məqsəd isə dünyaya göstərməkdir ki, Urmiyanın 50 faizi kürddür. Mən də seçkilərə qatılmaqla rejimin dəyirmanına su tökmüş oluram. Odur ki, istənilən variant bizim əleyhimizədir. Bu gün Azərbaycan türkləri İranda ən ağır durumdadır. Zindanlar milli fəallarla doludur. Bəluc və azərbaycanlılar İranda ən kasıb yaşayan təbəqədir. Dilimiz yasaq, məktəbimiz yox. Bu durumda olduğumuz halda gedib səs verməyimiz hansı əxlaqa sığar? Bəzi Güney Azərbaycan təşkilatları seçkiləri boykot edir, biz isə ümumiyyətlə saymırıq”.
2024-03-02
837,600
Təhlükəli pozuntuya yol verən sürücü saxlanıldı
Bakı-Sumqayıt yolunda hərəkətdə olan avtomobilin sürücüsü tərəfindən sərnişin daşıması qaydalarının kobud şəkildə pozulması ilə bağlı sosial mediada yayılan videogörüntü Baş Dövlət Yol Polisi İdarəsində araşdırılıb. İdarənin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, araşdırma nəticəsində “Cip” markalı, 77-PU-785 dövlət qeydiyyat nişanlı avtomobillə kobud və təhlükəli qayda pozuntusuna yol verən sürücünün Ceyhun Şirinli olması müəyyən edilib və həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Qeyd olunub ki, sərnişinin avtomobilindən asılı vəziyyətdə hərəkətinə şərait yaratmaqla həmin şəxsin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə münasibət bəslədiyini nümayiş etdirən C.Şirinlinin inzibati tənbehdən nəticə çıxaracağına və bir daha bu kimi əməllər törətməyəcəyinə dair verdiyi vədə əməl edəcəyinə ümid edir, bununla yanaşı ictimai qınağa səbəb olan belə halların digər sürücülər tərəfindən təkrarlanmayacağına inanırıq.
2024-03-02
837,601
Rusiya dağıdıcı strateji üstünlük qazanacaq - Milli
Qərbin Ukraynaya dəstəyi olmazsa, Rusiya müəyyən zamanla dağıdıcı strateji üstünlük qazanacaq. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Silahlı Qüvvələrinin keçmiş baş komandanı Mark Milli deyib. “Bu, faciəvi olacaq. Çünki bu nöqtədə ukraynalılar özlərini uğurla müdafiə edə bilməyəcəklər”, - Milli bildirib. O, Konqresdəki respublikaçıları yardımla bağlı əngəli aradan qaldırmağa çağırıb: “Ukraynaya dəstəkdən imtina edilməsi qaydalara əsaslanan dünya düzəninə ölümcül zərbə anlamına gəlir”. Milli hesab edir ki, hazırki problem amerikalıların son vaxtlar Əfqanıstan və İraqda döyüşməsi və əbədi müharibələrdən artıq kifayət qədər yorulması ilə müəyyən qədər əlaqəlidir.
2024-03-02
837,603
Yəmən yaxınlığında güclü zəlzələ baş verdi
Yəmən yaxınlığında 5,9 maqnitudalı zəlzələ olub. Axar.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidmətinin məlumatında deyilir. Təkanlar Ərəbistan dənizində, Sokotra adasından 360 km cənub-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 10,2 km dərinlikdə yerləşib. Dağıntı və tələfatın olması barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
2024-03-02
837,604
Yaponiya Ukraynaya qoşun göndərəcəkmi?
Tokionun Ukraynaya hərbi personal göndərməyi planlaşdırdığını eşitməmişəm. Axar.az xəbər verir ki, bunu Yaponiyanın BMT-dəki daimi nümayəndəsi Kazuyuki Yamazaki jurnalistlərə bildirib. O, Tokionun Ukraynaya qoşun və ya hərbi texnika göndərməyi planlaşdırıb-planlaşdırmadığı ilə bağlı sualı cavablandırarkən qeyd edib: "Bu xüsusi məsələyə gəldikdə, mən Tokiodan özünümüdafiə qüvvələrinin göndərilməsinin mümkünlüyü barədə heç nə eşitməmişəm".
2024-03-02
837,611
Nikol xəyanət edir və Qərbə yalvarır - ABŞ professoru
ABŞ-ın Merilənd Universitetinin Məsləhət Şurasının prezidenti, Paris Metropolitan Universitetinin İdarə Heyətinin üzvü dr. Frank Musmarın Axar.az-a müsahibəsi: - Cənab Musmar, AŞPA 22 yanvarda Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdırıb və etimadnamənin təsdiqlənib-təsdiqlənməməsi üçün Monitorinq Komitəsinə müraciət edib. Azərbaycan nümayəndə heyəti isə bəyanat yayaraq qurumdakı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Bundan sonra AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin səsvermə nəticəsində təsdiqlənmədiyini və bir il müddətində qurumdan uzaqlaşdırıldığını elan edib. Sizcə, bu addımın atılma səbəbləri nədir? - AŞPA Azərbaycanın təşkilat qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bəhanə gətirərək rəsmi Bakıya qarşı məlum addımları atdı. Bəhanələr isə Azərbaycanda insan haqları, azad və ədalətli seçkilərin keçirilməsi, məhkəmə sisteminin müstəqilliyi, eyni zamanda Qarabağdakı vəziyyətlə bağlı duyulan “narahatlıq”lardır. Müvafiq olaraq Azərbaycan da qurumun Fransa və erməni lobbisinin oyuncağına çevrilməsini, eyni zamanda atılan addımları əsas gətirərək bir il ərzində hüquqların bərpa olunmaması halında təşkilatdan çıxacağını bildirib. Məlum qərarda Azərbaycana qarşı irəli sürülən bəndlərin heç birinin əsası yoxdur. Bundan çox əvvəl BMT TŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul edib və Qarabağın ölkənin ayrılmaz tərkib hissəsi olduğunu təsdiqləyib. Qətnamələr BMT TŞ-nin Fransa da daxil olmaqla bütün üzvləri tərəfindən dəstəklənib. Üstəlik Qarabağ Ermənistan tərəfindən işğal edilib və orada rəsmi İrəvanın özü tərəfindən də tanınmayan separatçı qurum qurulub. Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra isə oradakı ermənilərə qalmaq və ya getmək üçün sərbəst seçim verib. Fikrimcə, Fransanın AŞPA-da qətnamənin qəbuluna təsiri ölkə maraqlarına zidd olan yaxşı düşünülməmiş addım idi və burada Afrikada baş verən hadisələrin, eyni zamanda Ukrayna müharibəsinin də təsiri var. Ermənistanın iki əsas müttəfiqi Rusiya və İrandır. Bu ölkələrin heç birinin Fransa və Qərb dövlətləri ilə yaxşı münasibətləri yoxdur. Ermənistan Azərbaycanı beynəlxalq aləmdə çətin vəziyyətə salmaq üçün Rusiyanın vəziyyətə nəzarət etmək səylərini fəal şəkildə sabotaj etdi, qurban rolunu oynadı və Qərbin səylərini dəstəklədi. Seçkilərlə bağlı isə onu deyə bilərəm ki, bu, ilk dəfə bütün Azərbaycan ərazisində keçirildi və qurulan sistemin inkişafını göstərdi. Seçkidə birinci dəfə 6 milyon 325 min 500 nəfər seçici qeydiyyata alındı, 37 xarici ölkədə 49 seçki məntəqəsi quruldu, xəstə və yaşlı insanların səs verməsi üçün səyyar səsvermə qutuları təşkil edildi. Prosesi ölkə daxildində 19 siyasi partiyadan 65 min müşahidəçi izlədi. Xaricdən isə 70 ölkədən nümayəndə və 49 beynəlxalq təşkilatdan 512 müşahidəçi akreditasiya edildi. - AŞPA-nın Azərbaycan əleyhinə atdığı addımların münasibətlərə təsirini necə görürsünüz? - Gələcək nəticələr Azərbaycana deyil, Avropaya zərər verəcək. Avropa əsas enerji ixracatçılarından və beynəlxalq nəqliyyatda əsas vasitəçilərdən olan Azərbaycandan asılıdır. Avropanın iqtisadi və siyasi üstünlüyü Çinə vermək istəmədiyi bir şəraitdə Cənubi Qafqaz regionunda sülhün bərqərar olunması qitənin sabitliyi üçün həyati əhəmiyyət kəsb edir. Rəsmi Bakı Avropanın etibarlı və verdiyi sözü tutan etibarlı tərəfdaşıdır. Bunu enerji əlaqələri də təsdiq edir. 2022-ci ildə Azərbaycan Avropaya 11,4 milyard kubmetr qaz ixrac edib, ötən il isə bu həcm 12 milyard kubmetrə qalxıb. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə “Şahdəniz” yatağından Avropaya qaz ixrac edir. 18 iyul 2022-ci ildə AB ilə Azərbaycan arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində 2027-ci ilədək ixrac edilən qazın 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Digər tərəfdən ötən ilin 13 fevralından etibarən BP şirkəti ilə 2013-cü ildə Cənubi Qafqazi Boru Kəmərinin genişləndirilməsi ilə bağlı imzalanan razılaşma əsasında böyük irəliləyişlər əldə olundu. Nəzərinizə çatdırım ki, burada görüləcək işlərin ümumi dəyəri 28 milyard dollar təşkil edir. - Ermənistanın təxribatlarına diqqət çəkdiniz. Qərb bu yalan təbliğata uyacaqmı? - Əgər siz bu təbliğata qərq olmuş erməni deyilsinizsə, bu sizə olduqca gülməli gələcək. Erməni təbliğatı rus qoşunlarının Qarabağda yerləşdirilməsini xəyanət adlandırır və Azərbaycanı qətldə, soyğunçuluqda ittiham edir. Əslində oradakı rus qoşunlarının statusu sülhməramlıdır. Bu isə o deməkdir ki, onların tərəf tutmaq səlahiyyəti yoxdur. Eyni zamanda, Ermənistan Rusiyanın xəyanəti müqabilində öz qoşunlarını göndərmək üçün AB və NATO-ya yalvarır, eyni zamanda proseslə bağlı Qərb siyasətçilərinin antirusiya çıxışlarını dəstəkləyir. Bu çox gülüncdür, çünki Avropa Qarabağı Azərbaycanın ərazisi hesab edir. Qərb Azərbaycan və Türkiyəyə qarşı heç vaxt Ermənistanın tərəfini tutmayacaq. Çünki ABŞ hər iki dövləti İranın regional iddiasının qarşısında görür. Bundan başqa, Azərbaycanın nefti var, Ermənistanın isə heç nəyi yoxdur. Rəsmi İrəvanın problemi onun geosiyasi əhəmiyyətinin çox az olmasıdır və o, qurbağanın üstündə əqrəbə çevrilməyi seçmiş sentimental dəyərə dönüb. - ABŞ-ın burada geostrateji marağı və hədəfi nədir? - Ermənistanın yeni havadarları Azərbaycan və ABŞ ilə münasibətləri dəyişəcək. Azərbaycan və ABŞ bir sıra beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin, ATƏT-in, BVF-nin və Dünya Bankının üzvdür. Azərbaycan Amerika Dövlətləri Təşkilatında və Ümumdünya Ticarət Təşkilatında daimi müşahidəçi statusundadır. Azərbaycan eyni zamanda 1994-cü ildən etibarən NATO-nun “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na qoşulub. Üstəlik Amerika və Azərbaycan arasında münasibətlər tarixən enerji tranziti, ən əsası Bakı-Tiflis-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi üzərində qurulub. Brüssel rəsmiləri Rusiyadan enerji asılılığının azaldılmasında Azərbaycana yenidən etibarlı tərəfdaş hesab etməyin vacibliyini görməlidirlər. Azərbaycan Mərkəzi Asiya ölkələrinə və Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TİTR) giriş qapısıdır. Bu, Mərkəzi Asiya ölkələrinin Rusiyadan keçən Avropa bazarına çıxış tranzitindən asılılığı azaltmaq imkanı verir. Vaşinqtonun strateji marağı Rusiyanın müdaxilə imkanlarını minimuma endirən alternativ ticarət yollarının inkişafına kömək etməkdir.
2024-03-02
837,614
Rusiya ilə sərhədə nüvə silahı yerləşdirilə bilər
Finlandiya çəkindirici nüvə silahına sahib olmalıdır. Axar.az xəbər verir ki, bu barədə Finlandiyanın yeni Prezidenti Aleksandr Stubb deyib. “Finlandiya çəkindirici nüvə vasitəsinə sahib olmalıdır. Üzvü olduğumuz NATO bizə üç çəkindirici vasitə təqdim edir: birincisi, hərbçilərdir, ikincisi, raketlər, sursatlar və üçüncüsü – bu, ABŞ-dan gələn nüvə silahıdır”, - o bildirib. Qeyd edək ki, Stubb namizədliyi dövründə də parlamentin qanunvericiliyə dəyişiklik edəcəyi təqdirdə Finlandiya ərazisində nüvə silahının yerləşdiriləcəyini istisna etməmişdi.
2024-03-02
837,617
“Navalnı layihəsi” dəfn edildi, qarşıdurma isə davam edir
Navalnıya siyasətçi, ictimai xadim və ya şəxs kimi deyil, layihə kimi qiymət vermək lazımdır. Bu, anqlo-amerikan elitasının/xüsusi xidmətlərinin layihəsi idi. Axar.az xəbər verir ki, bu sözləri rusiyalı tanınmış hərbi ekspert İqor Korotçenko rusiyalı müxalif Aleksey Navalnının dəfni ilə bağlı qeyd edib. O bildirib ki, “Navalnı layihəsi”ndə məqsədi Rusiyanı zəiflətmək və məhv etmək idi: “Navalnı dəfn olundu, layihə yoxdur. Rusiya ilə Qərb arasında qarşıdurma isə davam edir”. Qeyd edək ki, 47 yaşlı Aleksey Navalnı 16 fevralda cəzaçəkmə müəssisəsində qəfildən ölüb, ötən gün isə onun dəfn mərasimi keçirilib.
2024-03-02
837,618
Erməni ilə evlənən, dilənən azərbaycanlı milyonçu…
SSRİ-nin çöküşü ərəfəsində ilk dəfə o, bütün dünyaya milyonçu olduğunu açıqladı. 1989-cu ildə azərbaycanlı Cənnət Əliyev SSRİ-nin ilk rəsmi milyonçusu elan edildi. Sərvətindən əlavə həyat tərzi, düşüncələri ilə də diqqət çəkən Cənnət Əliyev 17 aprel 1954-cü ildə Şahbuz rayonunda anadan olub. Atasını hələ uşaqkən, doqquz yaşında itirən milyonçu Məhəmməd Füzuli adına Ordubad İnternat Məktəbində böyüyüb. Milyonçu olandan sonra uşaqlıq xatirələrini danışan Cənnət Əliyev demişdi: “Mənim orada ən böyük arzum doyunca yemək olub. Bəzən pəncərədən düşüb çörək oğurladığıma görə dəfələrlə döyülmüşəm”. Naxçıvan Dövlət Pedaqoji İnstitutunda təhsil alan Cənnət Əliyev daha sonra Xalq Təsərrüfatı İnstitutunu və Sverdlovsk Dövlət Universitetinin Hüquq fakültəsini də bitirir. 1982-ci ildən Sibir, Ural, Moskva, Sverdlovsk və digər əyalətlərdə polis orqanlarında işləsə də, haqsızlığa qarşı çıxdığı üçün işdən azad olunur. Cənnət Əliyevin ilk ticarəti isə Naxçıvandan Bakıya bitki otları gətirməklə başlayır. Əlavə olaraq, asfalt zavodlarına lazımlı materialları da Rusiya və Ukraynadan gətirir. Nəhayət, 1987-ci ildə Sverdlovsk əyalətinin Yuxarı Puşma şəhərində, uzaq Uralda “Təbriz” kooperativini qurur və məşhurlaşır. O özünün necə milyonçu olmağı ilə bağlı qəribə söhbətlər də danışırdı. 1986-cı ildə Sverdlovska qayıtdığını deyən Cənnət Əliyev şəhərin dilənçilərinə qoşularaq, dilənçilik etdiyini demişdi. Üstəlik, bir neçə ay vağzallarda gecələyir. Biznesin nə olduğu bilinməyən dövrlərdə ixtisasca iqtisadçı olan Cənnət Əliyev “Təbriz” adlı kooperativ qurmaqla, qısa zaman ərzində ölü pulları, ölü kapitalı, ölü istedadları və ölü zamanları diriltməklə milyonçuya çevrilir. Əslində, Cənnət Əliyevin bu vəziyyəti SSRİ ideologiyasına da tamamilə zidd idi ki, bu da hay-küyə səbəb olmuşdu. Kommunizm ideologiyasında kiminsə milyonçu olması həm də elə bu ideologiyanın çöküşü demək idi. Necə olurdu ki, vağzalda dilənən, yatan bir adam bir anın içində milyonların sahibi olsun? Baxmayaraq ki, milyonçu idi, Cənnət Əliyevin həyatı heç də gözəl keçmirdi. O, 20 Yanvar faciəsində gülləbarana düşür və bu hadisəyə görə növbəti psixoloji zədələr alır. Sərvətindən əlavə fikirləri ilə də diqqət çəkən Cənnət Əliyev bir neçə dəfə dinini dəyişir. Əvvəlcə xristianlığı qəbul edir, sonra da krişnalığa sitayiş etməyə başlayır. “Başımı qırxdırıb monax oldum. 13 ay gecə-gündüz bu fəlsəfəni öyrəndim, öyrəndiklərimi insanlara yaydım, 11 otaqdan ibarət ikimərtəbəli imarətimi (Bakıda yerləşirdi - red.) onlara ibadətgah verdim, 3 avtomobilimi bağışladım”, - deyən Cənnət Əliyevi həmin dövrlərdə dəli də hesab edirdilər. Cənnət Əliyev sonradan islama qayıdır, “son qalasını” – yaşadığı evi sataraq, 12 metrlik “Zülfüqar” qılıncını hazırladır, Azərbaycan Ordusuna bağışlayır. Sonralar isə paranormal hadisələri araşdırmağa başlayır. Hətta 2001-ci ildə parapsixoloq diplomu da alır. Uçan Naməlum Obyektlər (UNO) görmüş insanlarla görüşür və özü də 2005-ci ildə Sverdlovskda UNO ilə rastlaşdığını elan edir. Bir çox cəhətləri ilə fərqlənməyi bacaran Cənnət Əliyev eyni zamanda bəstəkar kimi də fəaliyyət göstərib. 1989-cu ildə “Təbriz” musiqi qrupunu yaradır. Cənnət Əliyevin bütövlük sevdalısı idi, Cənubla Şimalın birləşməsi arzusuydu. 12 mahnıdan ibarət “Tənha yolçu” albomu 1997-ci ildə işıq üzü görmüşdü. Xeyriyyəçiliklə də tanınan Cənnət Əliyev bir müddət öz mənəvi rahatlığını vəhşi heyvanlar saxlamaqda, kəndir üzərində gəzməkdə də axtarıb. İki dəfə evli olan Cənnət Əliyev birinci həyat yoldaşının vəfatından sonra erməni qızı ilə evlənmişdi. Amma ermənilərin Qarabağa iddiası başlayan kimi erməni qızını boşamışdı. Cənnət Əliyev məşəqqətli milyonçu həyatında həbsxanaya da salınır, müflisləşəndən sonra dəlixanada da müalicə olunur. Onun sayəsində məşhurlaşan müğənni Vüqar Yusubov demişdi: “Cənnət Əliyev yastığın içinə yüz dollarları doldurub yatırmış. O qədər pis vəziyyətə düşür ki, pulu heç kimə etibar etmirmiş. Sonradan Binə qəsəbəsində balaca bir həyət evində yaşayırdı. Vaxtilə pulu başından aşan adamın siqaretini də dost-tanış alırdı”. Cənnət Əliyev müflisləşməsini mafioz qruplar tərəfindən qarət olunması ilə izah edib. Daha sonra isə onun fəaliyyətində yoxlamalar aparılıb və nəticədə Cənnət Əliyev həbs olunub. O, həbsi barədə danışarkən bildirib ki, yoxlamalar icazəsiz aparılıb və əsassız səbəblərlə tutulub. Yüksək təzyiq ilə ağciyər damarı partlayan Cənnət Əliyev 30 oktyabr 2014-cü ildə Bakıda vəfat edib.
2024-03-02
837,619
Navalnının dəfni: 128 nəfər saxlanıldı
Rusiyalı müxalifət lideri Aleksey Navalnının dəfn mərasimi ilə bağlı müxtəlif şəhərlərdə keçirilən tədbirlərdə ümumilikdə 128 nəfər polis tərəfindən saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Paytaxt Moskva olmaqla, Novosibirsk, Yekaterinburq, Tümen, Voronej, Sankt-Peterburq və digər şəhərlərdə saxlanılanların olduğu bildirilib. Qeyd edək ki, 16 fevralda cəzaçəkmə müəssisəsində ölən A.Navalnı Moskvanın Marino rayonunda ötən gün dəfn edilib.
2024-03-02
837,620
Səudiyyə dünya çempionatı üçün FİFA-ya müraciət etdi
Səudiyyə Ərəbistanı 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün müraciət edib. Axar.az xəbər verir ki, bu barədə ölkənin Futbol Federasiyası məlumat verib. Məlumata görə, FİFA-ya üzv olan 70-dən çox assosiasiya Səudiyyə Ərəbistanını dəstəkləyir.
2024-03-02
837,621
Dəhşətli qəza: TIR sürücüsü körpüdən asılı qaldı - Video
ABŞ-ın Kentukki ştatında TIR sürücüsü körpünün üzərində ağır qəza törədib. Axar.az “Foks Nyus”a istinadən xəbər verir ki, sürücü idarəetməni itirib və nəticədə arakəsməyə çırpılan nəqliyyat vasitəsi çayın üzərindəki körpüdə asılı vəziyyətdə qalıb. Əraziyə gələn xilasedicilər bir neçə saatdan sonra çox böyük çətinliklə sürücünü kabindən sağ çıxarmağı bacarıblar. TIR-ın qida istehsalı ilə məşğul olan şirkətlərdən birinə məxsus olduğu deyilir.
2024-03-02
837,622
Qəzzaya havadan yardım göndərəcəyik - Bayden
Vaşinqton yaxın günlərdə Qəzza zolağına havadan humanitar yardım göndərməyə başlayacaq. Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden İtaliya Baş naziri Ceorciya Meloni ilə görüşdə bildirib. "Daha çox iş görülməlidir və ABŞ daha çox işlər görəcək. Yaxın günlərdə biz İordaniyadakı dostlarımız və digərləri ilə birlikdə Ukraynaya da daha çox ərzaq və ləvazimat daşıyacağıq", - Bayden qeyd edib.
2024-03-02
837,623
Uzunmüddətli korona zəka geriliyinə səbəb olur
COVİD-dən uzun müddət əziyyət çəkən insanlarda sonradan üzə çıxan bəzi əlavə təsirlər arasında idrak qabiliyyətinin və zəkanın azalmasının da olduğu müəyyən edilib. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, COVİD-19-dan sonra uzun müddət fərqli simptomlarla özünü göstərən “Long Covid” kimi tanınan xəstəliklə bağlı yeni araşdırma aparılıb. 112 mindən çox insanın məlumatları araşdırılıb. Tədqiqat iştirakçılarının zəka, diqqət və səbəb-nəticə əlaqəsi qurma bacarığı kimi beyin qabiliyyətləri ölçülüb. Məlum olub ki, “Long Covid” xəstələrinin intellekti azalır və onların IQ-da 6 ballıq azalma müşahidə edilir. Nəticələrə görə, uzunmüddətli COVİD-ə yoluxan xəstələrin bəzilərində simptomlar 3 ay sonra yoxa çıxsa da, IQ-larında 3 ballıq azalma olub. Xəstəliyin simptomları 12 həftədən çox davam edənlərdə isə IQ azalması 6 bal olaraq müəyyənləşib. Ağır COVİD-19 keçirənlər və xəstəxanaya yerləşdirilməli olanlar üçün vəziyyət daha da pisdir. Məlum olub ki, şiddətli COVİD-19 keçirənlərdə IQ azalması 9 bala çatıb. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, dünyada ən azı 65 milyon insan hələ də uzunmüddətli COVİD ilə mübarizə aparır.
2024-03-02
837,624
Qarabağda iş adı altında saxta səhifələr... - Video
Azərbaycanda saxta iş elanları verərək vətəndaşlara qarşı dələduzluq edənlər peyda olublar. Belə ki, onlar saxta “iş elanları” saytı yaradaraq vətəndaşlardan qeydiyyat üçün 37 manat pul tələb edirlər. Qeyd edək ki, sözügedən elanlarda Qarabağdan da iş təklif olunur, hətta orada qalmağa yerin veriləcəyi də deyilir. Axar.az mövzu ilə bağlı “ATV Xəbər”in ətraflı süjetini təqdim edir: