date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-03-02
837,847
Bakıda 1500 sakinin istirahət yerini dağıtdılar - Video
Xətai rayonunda sakinlərin istirahət yeri məhv edilir. Axar.az xəbər verir ki, bu barədə Oxu.az-ın redaksiyasına ərazidə yaşayan sakinlər şikayət ünvanlayıblar. Onların sözlərinə görə, ötən gün rayonun Gəncə prospekti, 105 ünvanında istirahət yeri dağıdılıb: “Bir neçə il əvvəl də buranı söküb, yerinə bina tikmək istədilər. Ağacları qırdılar. Hamının etirazından sonra Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev də əraziyə gəldi və burada heç bir tikinti işlərinin aparılmadığını bildirdi. Biz də öz hesabımıza ərazini abadlaşdırdıq, ağaclar əkdik, park saldıq, söhbətgahlar qoyduq, futbol stadionu düzəltdik. Uşaqlarımız oynayır, biz də istirahət edirdik. Dünən isə ərazini söküblər və tikinti aparılacağı bildirilib. Biz oraya 20-dən çox xan çinarı və digər müxtəlif ağaclar alıb, əkmişik. İndi bizi əraziyə yaxın getməyə də qoymurlar”. Sakinlər qeyd ediblər ki, ora korporativ ərazidir və orada tikinti aparılması düzgün deyil: “Bir neçə il əvvəl burada söküntü işləri aparmaq istəyən zaman da məhkəməyə müraciət etdik və qərar bizim xeyrimizə oldu. Amma buna məhəl qoyan olmadı. Təxminən 1 500-ə yaxın insanın istirahət yeri məhv edilir”.
2024-03-02
837,849
ABŞ bölmələri Ukraynadadır, zərbələri onlar endirir - MKİ
ABŞ da daxil olmaqla, NATO ölkələrinin bölmələri artıq Ukraynadadır, artilleriya və raket buraxılış qurğularından istifadə edərək zərbələr endirir. Axar.az xəbər verir ki, bunu MKİ-nin keçmiş analitiki Larri Conson bildirib. "ABŞ və NATO qüvvələri artıq oradadır. Zərbələri həyata keçirən sistemlərə nəzarət edirlər. Rusiya artıq NATO-ya xəbərdarlıq edib ki, bunu dayandırsın, əks halda Qərb onun davranışının əvəzini ödəməli olacaq", - L.Conson qeyd edib.
2024-03-03
837,850
İsrail “İslami Cihad” hədəflərinə zərbə endirdi
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığında Qüds Briqadası (İslami-Cihad qruplaşmasının hərbi qanadı – red.) hərəkatının nümayəndələrinə zərbə endirib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu Teleqram kanalında məlumat yayıb. “Bu gün səhər saatlarında İsrail Müdafiə Qüvvələri “İslami Cihad” dəstələrinə, eləcə də Rəfah bölgəsindəki terror infrastrukturuna zərbələr endirib”, - məlumatda bildirilib.
2024-03-02
837,852
Renat "Fənərbağça"ya qarşı oynadı, komandası uduzdu
Bu gün Türkiyə Superliqasında XXVIII turun növbəti oyunları keçirilib. Axar.az xəbər verir ki, "Fənərbağça" səfərdə "Hatayspor"la qarşılaşıb. Görüş İstanbul nəhənginin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 25-ci dəqiqədə Osayi Samuel və 40-cı dəqiqədə Cəngiz Ündər vurub. Milli komandamızın üzvü Renat Dadaşov da bu görüşün iştirakçısı olub. O, matçın 79-cu dəqiqəsində meydana daxil olub. Günün digər oyunlarında "Rizəspor" "Kayserispor"u 3:0 hesabı ilə məğlub edib. "Ankaragücü"- "İstanbulspor" görüşü isə qollu sülhlə başa çatıb - 1:1. Qeyd edək ki, "Fənərbağça" 73 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən "Qalatasaray" 72 xalla 2-ci, 46 xalı olan "Trabzonspor" isə 3-cü pillədə qərarlaşıb.
2024-03-03
837,853
Zaurların, kamillərin, baboşların ümidinə qalanlar…
“Azərbaycanda ziyalı yoxdur”, “Kimi dinləyək, kimə baxaq?”, “Nəyi oxuyaq?” formatında tükənməz sualların elə bir o qədər də cavabı var. Əlbəttə, bu və bu kimi sualların hər birinin həqiqət payı da yox deyil. Bu cür suallar verən hər kəsin qarşısına alternativ qoymaq olmursa, yaxşısı susmaqdır. Fəqət, elə suala sualla da cavab vermək olar. Bəs xalq son dəfə hansı ziyalını dinləyib, eşidib? Kimə baxıb? Nəyi oxuyub? Etiraf edək ki, bu məsələlərin kökündə şablonlaşmış sosial şəbəkə söhbətləri də dayanır. Hər məlumatı artıq sosial dünyadan alan adamların qarşısına ziyalı mövqeyi qoymaq, ciddi fikir söyləmək o qədər də asan məsələ deyil. Nəzərə alsaq ki, xüsusi ilə də “sosial şəbəkə xalqı” artıq ziyalının mövqeyinə həm də “bu da iki kitab oxuyub, özünü ağıllı sayır” janrında ironiyalar edir. Məhz bu yerə boş səbəblərdən gəlib çıxılmayıb. Çünki xalq özü də Elçin Lənbəranskilərin çağırışına, Kamil Zeynallıların yaxşı oğlanlılığına, Baboşların, Bayramların, jeton qarşılığında soyunan, oynayan həyadankəm gənc qızların hay-küyünə baxır. Özü də səbəbsiz, əsassız yerə. Məsələn, Baboşu söyür, Bayramdan zəhləsi gedir, amma adını “əyləncə” qoyub baxır. Fərqində deyil ki, bütün bunlar onun şəxsiyyət kimi formalaşmasına necə təsir edir. Bütün bunları həm də onlara təqdim elədilər. Özü də təkcə sosial şəbəkələrlə yox, elə televiziyalarla. Mavi ekranlardan Zaur Baxışəliyevlər, Xoşqədəm Hidayətqızılar insanların ən məhrəm məsələlərini açıb tökdülər. Ekspert qismində dəvət olunan “alimlər”, “professorlar” da gəlin-qayınana davalarına uzun-uzun anlatmaqla məşğul oldular. Dedilər, bu gəlin evdən çıxanda uşağı da özüylə götürübmü? Qərar verdilər ki, filan hadisədə qayınana “əfi ilanlıq” edib. Üstəlik, müvəqqəti pafos qəhrəmanları - Rəşid Mahmudovlar da “Ayə, lotusanmı, ayə? Sana dedim, kənt qızı al, kənt çolpası yeiynən” janrında ziyalı çıxışları etdi, xalqı danladı. Sözsüz, bu prosesdə, məsələn, internet saytların da rolu danılmazdır. Alovu bir az da onlar yellədi. Ən adi xəbərləri ən uyğunsuz başlıqlarla təqdim edib, oxucunu baxşəliyevlərin izləyicisinə çevirdilər. İnternetdə kiçik bir axtarış edən zaman 80-ların, 90-cı illərin əvvəllərində ən azı televiziya verilişlərinə baxırsan, görürsən ki, şairə, yazıçıya, alimə hansı yerlər verilib, tribunalar kimin əlindədir, xalqa sözünü kim deyir. Bəs hanı onlar? Hara getdilər? Onları kim uzaqlaşdırdı? İndi gözünü açıb tiktoker görən uşağa sabah hansı ziyalını, alimi tanıda biləcəksən? Ona necə deyəcəksən ki, ziyalı filankəsdir, sənətkar bu deyil, odur? Heç cür. Proses nəzarət altından çoxdan çıxıb. İndi isə qalır həll yollarını tapmaq. Sözsüz ki, bu məsələlər üç-beş nəfərin emosional deyinməyi ilə də düzəlməyəcək. Görünür, bu prosesdə günahkar həm də hamıdır. Belə bir məqamda Azərbaycan ziyalısı isə mirzəcəlilliyi davam etdirməyə bilməz. Xalq da xalq olub özünü düzəltməli, ən pis halda daxili senzura ilə bayağılığı boykot etməli, özündə dirilik tapıb, səviyyə tələb etməyi bacarmalıdır. Yoxsa, “axırımız necə olacaq” sualının cavabı “onu axıra qalan biləcək” olacaq.
2024-03-02
837,855
İsrail razılaşdı, son sözü HƏMAS deyəcək
Qəzzada altı həftəlik atəşkəs yaradacaq sazişə İsrail razılıq verib, hər şey HƏMAS silahlı qrupunun girovları azad etməyə razılığından asılıdır. Axar.az xəbər verir ki, bu barədə “Röyters” ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb. “Prinsipcə razılaşma əldə olunub. Amma mən bu və ya digər şəkildə gözləntilər yaratmaq istəmirəm. Girovlar azad edilməlidir”, - mənbə bildirib.
2024-03-03
837,856
Bayramov ilk dəfə açıqladı: Berlində bunu müzakirə etdik
Burada bizim təklifimiz və qarşı tərəfin də qəbul etdiyi yanaşma ondan ibarət idi ki, bundan öncəki müzakirələrdən fərqli olaraq, mətn, konkret maddələr üzrə müzakirələr aparmadıq. Axar.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında 28-29 fevralda erməni həmkarı Ararat Mirzoyanla Berlində keçirilən görüşü haqda bildirib. “Ancaq bir neçə açıq və tərəflərin razılaşmadığı yanaşmalar var. Və biz əsasən həmin məqamların müzakirəsinə iki gün həsr etdik”, - nazir vurğulayıb.
2024-03-03
837,858
Rusiyanı yalnız belə məğlub edə bilərik - Fiko
Ukrayna Qərbin köməyinə baxmayaraq, münaqişəni həll edə bilmir. Axar.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fiko bildirib. "Qərb görür ki, ciddi maliyyə və hərbi yardımlara və sanksiyalara baxmayaraq, Ukrayna bu hərbi münaqişəni həll etmək iqtidarında deyil. Ancaq AB və NATO ölkələrindən ən müasir silahlarla hərbi personalın Ukraynaya gəlməsi vəziyyəti dəyişə bilər, lakin o zaman biz ancaq konyak və siqarla eyvanda oturub dünya apokalipsisinin başlamasını gözləyə bilərik", - R.Fiko vurğulayıb. R.Fiko bildirib ki, Ukraynaya ən çox müasir hava hücumundan müdafiə sistemləri lazımdır, əks halda Ukraynada silah istehsalını və ya böyük təlim mərkəzlərini genişləndirmək barədə düşünməyin mənası yoxdur.
2024-03-03
837,859
Parisdə Makrona etiraz: NATO bayrağı cırıldı - Video
Parisin mərkəzində Fransa qoşunlarının Ukraynaya mümkün göndərilməsinə qarşı etiraz aksiyası keçirilib. Axar.az xəbər verir ki, bu barədə Teleqram kanallarında görüntü paylaşılıb. Etirazçılar Fransa Prezidenti Emmanuel Makronu ölkəni xalqdan gizli şəkildə münaqişəyə cəlb etməkdə və Rusiyanı təhdid etmək üçün Ukraynaya qoşun göndərmək istəyində günahlandırıblar. Onlar eyni zamanda Ukraynaya silah göndərilməsini dayandırmağı tələb edib və “Qoy Makron getsin, özü döyüşsün” şüarı səsləndiriblər. Etiraz əlaməti olaraq nümayişçilər NATO və AB-nin bayraqlarını cırıb. Qeyd edək ki, bundan öncə Makron Avropa qoşunlarının Ukraynaya göndərilə biləcəyini istisna etməmişdi.
2024-03-03
837,861
Bu, artıq NATO-nun dəhşətli yalanını sübut edir - Filippot
Alman hərbçilərin yayılan söhbəti Berlin və NATO üçün xoşagəlməzdir. Axar.az xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot deyib. “Almaniya və NATO üçün son dərəcə xoşagəlməz bir sızmadır, çünki bu, artıq Rusiya ilə birbaşa müharibə vəziyyətində olan NATO-nun dəhşətli yalanını sübut edir", - F.Filippot vurğulayıb. Qeyd edək ki, yayılan səs yazısında Hərbi Hava Qüvvələrinin zabitlərinin müdafiə naziri Boris Pistorius üçün Ukraynada “Taurus” raketlərindən istifadənin mümkünlüyü barədə hesabat hazırladıqları əks olunub. Zabitlər açıq şəkildə Ukraynada Amerika və Böyük Britaniya hərbçilərinin olması, eləcə də Krım körpüsünə hücum məqsədilə Almaniyada Ukrayna hərbçilərinə “Taurus” raketlərindən istifadə etmək üçün təlim keçmək imkanlarından danışırlar. Almaniya kansleri Olaf Şolts bu səs yazısını “çox intensiv, diqqətlə və tez araşdırılan ciddi bir məsələ” adlandırıb. Alman müdafiə ekspertləri isə təhlükəsiz olmayan kommunikasiya xətləri üzərindən həssas mövzuların necə müzakirə edildiyindən çaşqınlıqlarını ifadə ediblər.
2024-03-03
837,864
Su-34-lər vurulur: Rusiya taktikanı dəyişəcək
Ukrayna ötən gün də Rusiyaya məxsus Su-34 təyyarəsini məhv edib. Lakin rusların hələ də kifayət qədər müxtəlif təyyarəsi var. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin "Şərq" qoşun qrupunun mətbuat xidmətinin rəhbəri İlya Yevlaş deyib. “Təyyarələrin məhv edilməsi düşmən taktikasının dəyişməsinə səbəb olur. Onlar taktikanı, hava hücumlarının sayını dəyişə bilərlər. Həmçinin ruslar təyyarənin tipini dəyişə, məsələn, daha köhnəlmiş Su-25 və ya ordu təyyarələrindən istifadə edə bilərlər”, - Yevlaş bildirib. Qeyd edək ki, Ukrayna hərbçiləri 17-27 fevral tarixlərində Su-34 də daxil olmaqla, Rusiyanın 10 hərbi təyyarəsini vurub. 29 fevral-2 mart tarixlərində isə 4 ədəd Su-34 məhv edilib.
2024-03-03
837,865
Azərbaycanda ceyran dərisinə yazılan Quran satılır – Qiyməti
Azərbaycanda Qurani-Kərimin əlyazma nüsxələri satışa çıxarılıb. Axar.az xəbər verir ki, bu barədə “Miriyevtv” Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, müqəddəs kitabın üzü 1293-cü ildə Təbriz şəhərində dövrün məşhur xəttatı tərəfindən köçürülüb. Bir neçə cildə bölünən kitab Azərbaycan İncəsənət Muzeyinin ekspert rəyini alıb. Əlyazmaların cildləri ceyran dərisindəndir. Kitabda qədimi möhür və tarixlər sürmə ilə əks olunub. Kitabın qiyməti isə 100 000 manatdır.
2024-03-03
837,866
Bu ölkə Qərbdən yardım istədi: Ordumuza dəstək verin!
Terrorçuluq təhlükəsi qlobal xarakter daşıyır və bu, qlobal reaksiya tələb edir. Saheldəki terrorçuluq Avropa və Yaxın Şərqdəki terrorizmlə bağlıdır. Axar.az xəbər verir ki, bunu Çad xarici işlər naziri Məhəmməd Saleh Annadif deyib. "Qərb tərəfdaşlarımız bunun bizim ümumi təhlükəmiz olduğunu başa düşməli, problemin yalnız Yaxın Şərq və ya Afrikadakı problem olduğunu fikirləşməməlidir", - S.Annadif qeyd edib. O, Qərbdən Çad ordusuna dəstək verilməsini istəyib. Qeyd edək ki, daha öncə Çadın paytaxtı Ncamenada bir qrup hərbçi Prezident sarayına doğru irəliləyib və hakimiyyəti ələ keçirməyə cəhd göstərib.
2024-03-03
837,869
Azərbaycan cüdoçuları 12 medal qazandı
Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ilk günündə Azərbaycan cüdoçuları 4 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, oğlanların mübarizəsində arasında Bahadır Feyzullayev (50 kiloqram) və Nihad Məmişov (55 kiloqram) qızıl medal əldə ediblər. Qüdrət Yusif (55 kiloqram), Mirxaliq İskəndərov (60 kiloqram), Ümüd Qurbanov və Kənan Sadıqov (hər ikisi 66 kiloqram) bürünc medala sahib olublar. Qızlar arasında Xədicə Abdullayeva (40 kiloqram) və Vüsalə Hacıyeva (52 kiloqram) qızıl, Leyla Ələkbərova (44 kiloqram) və Aysun Məmmədova (52 kiloqram) gümüş, Nərmin Məmmədli (44 kiloqram) və Diana Eldarova (48 kiloqram) bürünc mükafat qazanıblar. Qeyd edək ki, turnir sabah başa çatacaq.
2024-03-03
837,872
Medianın nəfəsi də yalandır, ən pisi "Röyters"dir - Mask
Ənənəvi medianın aldığı nəfəs də yalandır. "Röyters" hazırda onlardan ən pisidir. Axar.az xəbər verir ki, bu barədə "Speys X" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask X sosial şəbəkə hesabında yazıb.
2024-03-03
837,873
Xarkovda partlayışlar baş verdi
Ukraynanın Xarkov vilayətində hava hücumu zamanı partlayışlar baş verib. Axar.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb. Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin məlumatına əsasən, Xarkov və Dnepropetrovsk vilayətlərində isə həyəcan siqnalı səslənir.
2024-03-03
837,874
Biz danışıqlara hazırıq, lakin İsrail yox... - HƏMAS
HƏMAS atəşkəs haqqında razılıq əldə olunarsa, vasitəçilərin iştirakı ilə İsraillə danışıqları davam etdirməyə hazırdır, lakin İsrail buna hazır deyil. Axar.az xəbər verir ki, bunu HƏMAS-ın Siyasi bürosunun rəhbərinin müavini Musa Əbu Marzuk bildirib. “Əgər atəşkəs olarsa, danışıqlar (İsraillə - red.) olacaq, lakin birbaşa deyil, vasitəçilərin iştirakı ilə. Amma bizim prioritetimiz Qəzza zolağının bərpası, humanitar yardımın göstərilməsi və hər iki tərəfdən məhbusların azad edilməsidir. Bundan sonra biz vasitəçilər sayəsində danışıqları davam etdirə bilərik”, - Marzuk qeyd edib.
2024-03-03
837,875
Bayden xanım baş nazirin başından öpdü - Video
ABŞ Prezidenti Co Baydenlə İtaliya Baş naziri Ceorciya Meloninin görüşündə maraqlı an yaşanıb. Axar.az xəbər verir ki, Ağ Evdə keçirilən görüş öncəsi Bayden xanım baş nazirin başından öpüb. Bu zaman Baydenin normadan artıq Meloniyə yaxın durması da diqqətlərdən yayınmayıb. Ağ Evin "hallüsinasiya görən" rəhbərinin bu hərəkətindən Meloninin narahat olduğu və utandığı da sezilib. Qeyd edək ki, C.Meloni martın 1-də ABŞ-da rəsmi səfərdə olub.
2024-03-03
837,894
Həbsxanaya silahlı hücum: yüzlərlə məhbus azad edildi
Silahlı dəstələrin üzvləri Haitinin paytaxtı Port-o-Prensin əsas həbsxanasına hücum edərək bir neçə yüz məhbusu azadlığa buraxıblar. Axar.az xəbər verir ki, bu barədə “Gazette Haiti” portalı məlumat yayıb. Hücum nəticəsində ölən və ya yaralananlar barədə məlumat yoxdur. Məhkumlar azad edildikdən sonra həbsxana nəzarətçiləri sərbəst buraxılıb.
2024-03-03
837,895
Daha 3 İsrail hərbçisi Qəzzada həlak oldu
Qəzzanın cənubunda HƏMAS-a qarşı aparılan hərbi əməliyyat nəticəsində İsrail ordusunun 3 hərbçisi həlak olub, daha 14 nəfər isə yaralanıb. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib. Bununla da 2023-cü ilin 7 oktyarından bəri Qəzzada həlak olan İsrail hərbçilərinin sayı 585-ə çatıb.
2024-03-03
837,896
739-cu gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 739-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 416 800 hərbçi, 6 640 ədəd tank, 12 639 ədəd zirehli döyüş maşını, 10 188 ədəd artilleriya sistemi, 1003 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 696 hava hücumundan müdafiə sistemi, 347 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 13 332 ədəd avtomobil texnikası, 7 843 ədəd PUA, 1 915 qanadlı raket, 25 gəmi/kater, 1 sualtı qayıq, 1 620 xüsusi avadanlıq itirib.
2024-03-03
837,897
Xaçmazda 34 yaşlı kişi bıçaqlandı
Martın 2-si saat 00:40 radələrində Xaçmaz rayon sakini 1990-cı il təvəllüdlü Kamran Niftəliyevə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Axar.az-a Xaçmaz rayon prokurorluğundan məlumat verilib. Araşdırma zamanı 1986-cı il təvəllüdlü Faiq Cəbrayılovun martın 1-i saat 23 radələrində rayonun Qaraqurdlu kəndi ərazisində yerləşən kafelərdən birinin yaxınlığında aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Kamran Niftəliyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Faiq Cəbrayılov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
2024-03-03
837,898
FİFA-dan göy vərəqə ilə bağlı açıqlama
FİFA göy vərəqələrin qəti əleyhinədir. Axar.az xəbər verir ki, bunu FİFA prezidenti Canni İnfantino deyib. “Göy vərəqəyə qırmızı vərəqə göstərəcəyik. Heç vaxt. Biz İFAB-da, FİFA-da ideya və təkliflərin nəzərdən keçirilməsinə həmişə açığıq. Lakin bunlara nəzər salanda oyunu, onun mahiyyətini, ənənələrini müdafiə etməliyik. Göy vərəqə yoxdur”, - İnfantino bildirib. Qeyd edək ki, bir müddət öncə tezliklə futbol oyununda göy vərəqənin tətbiq oluna biləcəyi ilə bağlı məlumat yayılmışdı.
2024-03-03
837,905
Avropada qaza olan tələbatı ödəmək üçün... - Qafarov
Martın 1-də Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında bir çox digər vacib məsələlərlə yanaşı, Azərbaycan-Avropa Birliyi əməkdaşlığının yeni perspektivləri də müzakirə olunub. Mötəbər tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında qeyd edib ki, ötən dövr ərzində bu əməkdaşlıq enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir. Axar.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib. Deputat bildirib ki, möhtərəm dövlət başçımız Məşvərət Şurasının bütün toplantılarında müzakirə olunan enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın mövqeyinin hər zaman ardıcıl olduğunu diqqətə çatdırıb: “Enerji təhlükəsizliyinin təmin olunmasının hər bir ölkənin milli təhlükəsizlik məsələsi olduğu nəzərə alınmaqla, bu gün Avrasiyada mövcud olan geosiyasi vəziyyət görülən işlərin son dərəcədə düzgün olduğunu sübut edir. Cənub Qaz Dəhlizinə artıq bir çox marşrutlar üzrə interkonnektorların əlavə edilməsi də bu layihənin müstəsna əhəmiyyətindən xəbər verir”. K.Qafarov Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyasının genişlənməsinin ölkəmizin iqtisadiyyatı üçün önəmli amil olduğunu qeyd edib: “Bu gün Azərbaycan səkkiz ölkəyə qaz nəql edir və onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor şəbəkəsinin təməlində də ilk növbədə Cənub Qaz Dəhlizi layihəsinin durması Azərbaycanın təşəbbüskarı olduğu layihələrin Avropa Birliyi ölkələri arasında əməkdaşlığın inkişafında mühüm rol oynadığını təsdiq edir. Məhz bu səbəbdən də Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın bundan sonra da interkonnektorlar şəbəkəsinin Avropada daha da şaxələndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğuladı. Bu gün Azərbaycan Avropada qaza olan tələbatı ödəmək üçün qaz mənbələrinə də, nəqliyyat marşrutlarına da sahibdir. Dövlət başçımızın qeyd etdiyi kimi, hazırda Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığı da əldə olunub. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir. Ölkəmizin qaz ehtiyatlarının qiymətləndirilməsi bunu deməyə əsas verir ki, uzun illərdən bəri Azərbaycanda guya ki, kifayət qədər qaz olmadığı barədə yayılan şayiələr tamamilə əsassızdır və ölkəmizə qarşı davamlı olaraq aparılan qərəzli kampaniyanın tərkib hissəsidir”. K.Qafarov Azərbaycanın yaşıl enerji sahəsində çalışmalarından bəhs edərək deyib: “Məlum olduğu kimi, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Öz çıxışında bu məsələyə ətraflı toxunan cənab Prezident İlham Əliyev bildirdi ki, ölkəmizin bərpaolunan enerji layihələri yüksək göstəricilər nümayiş etdirir. Azərbaycanın nəhəng bərpaolunan enerji ehtiyatları ölkəmizin yaxın gələcəkdə “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından birinə çevrilməsinə imkan verəcək. COP29-un bu il Azərbaycanda keçirilməsi barədə qəbul edilmiş qərar da ölkəmizin yaşıl gündəliyini bir daha nümayiş etdirir”.
2024-03-03
837,910
İran bu ölkədə baza qurmaq istədi, rədd cavabı aldı
Tehran Qırmızı dənizin Sudan sahillərində öz hərbi-dəniz bazasının yaradılması ilə bağlı danışıqlar aparsa da, uğursuz alınıb. Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” nəşri Sudan kəşfiyyatının əməkdaşı Əhməd Həsən Məhəmmədə istinadla məlumat yayıb. Onun sözlərinə görə, İran bu yolla dəniz nəqliyyatına nəzarət etməyə ümid edirdi, həmçinin bazadan kəşfiyyat məlumatları toplamaq üçün istifadə etməyi və orada hərbi gəmilər yerləşdirməyi planlaşdırırdı. Razılıq müqabilində Tehran ölkənin xüsusi təyinatlıları ilə silahlı qarşıdurmanı davam etdirən Sudan ordusuna helikopter daşıyan gəmi tədarük edəcəyinə söz vermişdi. Məhəmməd bildirib ki, Xartum İranın bu təklifindən imtina edib, çünki o, ABŞ və İsraillə münasibətləri gərginləşdirmək istəmir.
2024-03-03
837,912
Ukrayna 38 PUA ilə Krıma hücum etdi
Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə Krım üzərində Ukraynaya məxsus 38 PUA-nı məhv edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Bu gecə Ukraynanın Rusiya ərazisindəki obyektlərə 38 PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Bütün PUA-lar hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, - məlumatda bildirilib.
2024-03-03
837,917
Cənubi Koreya peyki Kim Çenin ofisinin şəkillərini çəkdi
Cənubi Koreyanın ötən ilin dekabrında istifadəyə verilmiş ilk hərbi kəşfiyyat peyki Şimali Koreyanın paytaxtı Pxenyanın şəkillərini çəkməyə müvəffəq olub. Axar.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreyanın hərbi mənbələrinə istinadla məlumat yayıb. Mənbə elektro-optik infraqırmızı peykin sınaq rabitəsində Şimali Koreyanın müxtəlif yerlərinə, o cümlədən paytaxt Pxenyanın mərkəzi hissəsinə dair ötürdüyü şəkillərin keyfiyyətinin normal olduğunu bildirib. “Fotolarda Pxenyanın küçələrindəki nəqliyyat vasitələri aydın görünür”, - məlumatda qeyd olunub. Bildirilib ki, Pxenyanın mərkəzində Koreya Fəhlə Partiyasının baş qərargahı, o cümlədən ölkə lideri Kim Çen İnin ofisi yerləşir. Qeyd edək ki, Cənubi Koreyanın yerli istehsal hərbi kəşfiyyat peyki ötən il dekabrın 2-də ABŞ-ın Kaliforniya ştatındakı kosmik qüvvələr bazasından orbitə göndərilib. Bu peyk Cənubi Koreyanın Şimali Koreya haqqında kəşfiyyat məlumatları əldə etməsi məqsədilə istifadəyə verilib. Cənubi Koreya Şimali Koreyanı müşahidə üçün 2025-ci ilədək daha 4 kəşfiyyat peykini orbitə çıxarmağı hədəfləyir.
2024-03-03
837,918
Xocalıda daha bir nəfərin qalıqları tapıldı
Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 14-ə çatıb. Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırmalar davam etdirilir. Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində daha 1 nəfərə aid insan qalıqları aşkar olunub və bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 14 nəfərə məxsus olması, onların müxtəlif üsullarla işgəncələrə məruz qalmaları, onların fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları müəyyən edilib. Hazırda ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması istiqamətində Baş Prokurorluq tərəfindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.
2024-03-03
837,922
Rusiyaya qarşı sanksiyaların əleyhinəyik - Slovakiya
Slovakiya Rusiyaya sanksiyaların tətbiqinə qarşıdır və Ukraynaya heç bir silah və ya hərbçi göndərməyəcək. Axar.az xəbər verir ki, bu barədə Slovakiyanın xarici işlər naziri Juraj Blanar deyib. “Sanksiya Avropa Birliyinə Rusiya iqtisadiyyatından daha çox zərər vurur. Bratislava Rusiyadan çox Slovakiyaya zərər verəcək heç bir sanksiyanı dəstəkləməyəcək”, - XİN başçısı bildirib. Onun sözlərinə görə, Slovakiyanın yeni hökuməti ölkə anbarlarından Ukraynaya heç bir silah tədarük etməyəcək: “Slovakiya Ukraynaya təxminən 40 milyon avroya başa gələn silah paketinin göndərilməsini dayandırıb. Bizim mövqeyimiz indi əvvəlkindən daha aydındır, çünki sərhəd yerindən tərpənmir və biz bu böhranın yeganə həlli olan atəşkəsə və sülh danışıqları prosesinə çağırırıq".
2024-03-03
837,924
Ağdamda mina partladı: xəsarət alan var
2024-cü il 3 mart tarixində Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində mina hadisəsi baş verib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb. 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Bəxtiyar Yaqub oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində hər iki ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyyə edilib. DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!
2024-03-03
837,926
Bülbülədə silah-sursat tapıldı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub. Bu barədə Axar.az-a FHN-dən məlumat verilib. Məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı partladıcısız 1 ədəd RQ-42 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1 ədəd 36 kalibr tüfəng mərmisi, 8 ədəd 5x45 mm-lik kiçik çaplı mərmi və 1 ədəd MPT-3 ov tüfəngi olduğu müəyyən edilib. Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
2024-03-03
837,929
Rusiyada terrorçularla atışma: 6-sı məhv edildi - Video
12:12 Rusiyanın İnquşetiya Respublikasının Karabulak şəhərində gecə saatlarında evlərdən birində məskunlaşan beş silahlı məhv edilib. Axar.az xəbər verir ki, bu barədə “Maş” Teleqram kanalı məlumat yayıb. Antiterror əməliyyatının aktiv mərhələsinin dayandırıldığı bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları arasında itki olmayıb. Rusiyanın “İzvestiya” qəzeti isə əməliyyat nəticəsində 6 terrorçunun öldürüldüyünü yazıb. Qeyd edək ki, dünən gecə Rusiyanın İnquşetiya Respublikasının Karabulak şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları ilə İŞİD üzvləri arasında atışma baş vermişdi.
2024-03-03
837,930
Sabahın hava proqnozu açıqlandı
Martın 04-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə az yağıntılı olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
2024-03-03
837,931
Alman xüsusi təyinatlıları Berlində əməliyyata başladı
Almaniya xüsusi təyinatlıları Berlində “Qırmızı Ordu Fraksiyası” terrorçularına qarşı əməliyyat keçirir. Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. “Xüsusi təyinatlılar səhər saatlarından Berlinin Fridrixşayn rayonunda əməliyyat keçirir. Atışma səsləri eşidilir”, - məlumatda qeyd olunub.
2024-03-03
837,934
Cənubi-Muğan kanalına suyun verilməsi bərpa edildi
Cənubi-Muğan kanalının Biləsuvar hissəsinə suyun verilməsi bərpa edilib. Axar.az Report-a istinadla xəbər verir ki, İmişli rayonunda batması ehtimal olunan 11 yaşlı uşağın axtarışı ilə bağlı Cənubi-Muğan kanalının Biləsuvar hissəsinə suyun verilməsi müvəqqəti dayandırılmışdı. Bununla da uşağın axtarışları Biləsuvar rayonunu ərazisində yekunlaşıb. Qeyd edək ki, 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun batması ehtimal olunur.
2024-03-03
837,937
AP-nin Bakı qərəzi: Türkiyə artıq buna alışıb - Akyar
Avropa Parlamenti bir neçə gün əvvəl “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” ilə bağlı hesabatını yayımladı. Sənədin 57, 58, 59 və 60-cı maddələri Azərbaycanla bağlıdır. Hesabatda Türkiyə ilə əlaqədar məsələlər də var. Bu sözləri Axar.az-a açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib. Alim sənəddə ölkəmizlə bağlı əksini tapan yalan iddialardan danışıb: “Sənədə Azərbaycanın işğaldan azad etdiyi Qarabağda erməni vətəndaşların izolyasiya edildiyi haqqında yalan iddialar daxil edilib. Guya Azərbaycan Laçın yolunu bağlamaqla oradakı erməniləri blokadaya salıb və sonra köçə məcbur edib. Bütün bunlarla yanaşı ötən ilin oktyabr ayında Ermənistana göndərilən missiya üzvlərinin sayının artırılmasının və hətta Ermənistan-Türkiyə sərhədində yerləşdirilməsinin önəminə diqqət çəkilib. Sənəddə Azərbaycanın Ermənistana “hücum”u halında enerji sahəsində bütün müqavilələrinin, neft-qaz alınmasının dayandırılması və sanksiyaların tətbiqi də təklif olunub. Bütün bunların hamısı yalan üzərində qurulan boş sözlərdir”. Akyar AB-yə üzv dövlətlərin arasında ölkə maraqlarına görə fikir ayrılıqlarının olduğunu, AP hesabatındakı təklifləri bir çox ölkənin məqsədəuyğun hesab etmədiyini də qeyd edib: “Azərbaycan Milli Məclisi AP-nin bu addımını qınadı. Qurum utanmaz şəkildə rəsmi Bakını heç bir əsası olmadan qınayır və “hücum olarsa” sanksiya tətbiqinə çağırır. Fikrimcə, belə şeylərlə rəsmi Bakıya təzyiq göstərə bilməzlər. Sənəd Avropa Komissiyasına tövsiyə xarakteri daşıyır. Orada əsasən Ukraynaya ediləcək yardımlardan bəhs edilib. Bir maddədə isə Qəzzada mülki insanların ölümü və Cənubi Afrika Respublikasının İsrailin hücumlarını soyqırım kimi qiymətləndirərək, Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı iddia qaldırmasıdan danışılıb. Türkiyə artıq belə şeylərə alışıb, hər altı aydan bir ölkəmizlə bağlı belə siyasi məqsədlər güdən ittihamlar səsləndirirlər. AB hazırkı şəraitdə Azərbaycana necə sanksiya tətbiq edə bilər? Sözügedən sənədə Azərbaycanla bağlı maddələrin salınmasını təşkilatda erməni diasporu ilə əlaqədəki qrupların fəaliyyətinin nəticəsi olduğunu düşünürəm. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, sənəd “tövsiyə xarakteri” daşıyır. Oradakı maddələrin yerinə yetirilməsi isə mümkün deyil”.
2024-03-03
837,939
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib. Axar.az nazirliyə istinadən icmalı təqdim edir:
2024-03-03
837,940
Urmiyadan kürdlər “seçildi” – Azərbaycanlılar aksiyaya başladı
Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərindən İran parlamentinə 12-ci çağırış seçkilərinin nəticələri açıqlanıb. Axar.az xəbər verir ki, nəticələr barədə İran Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, Hakim Mamakan (kürd) 119.776 səs, Şahin Cahangiri (kürd) 117.786 səs və Seyid Salman Zakir (türk) 115.761 səslə qalıb elan ediliblər. Nəticələrin açıqlanmasından sonra azərbaycanlılar Urmiya şəhərinin mərkəzi, bələdiyyə və valilik binaları qarşısında etiraz aksiyaları keçirməyə başlayıblar. Onlar seçkilərdə saxtakarlıq olduğunu, kürdlər yaşayan bölgələrdən Urmiyaya qruplar halında seçicilərin gətirildiyini bildirirlər. Məlumatlara görə, Urmiya şəhərində kürd namizədlərə verilən səslərin 50 mini başqa bölgələrdən şəhərə gətirilən və qanunsuz səs verən kürdlərə aiddir. Dünəndən Urmiya şəhərində başlayan etiraz aksiyalarının yatırılması üçün şəhərin mərkəzi küçələrinə xüsusi təyinatlıların, polislərin və nümayişləri dağıtmaq üçün texnikanın cəlb olunduğu bildirilir. Qərbi Azərbaycan əyalətinin milliyyətcə kürd olan valisi Məhəmmədsadiq Mötəmedianın səsvermənin nəticələrinin təcili elan edilməsi və təsdiqlənməsi üçün DİN-in yerli bölməsinə, fərmandarlığa təzyiq göstərdiyi deyilir. Azərbaycanlı etirazçılar isə səsvermənin nəticələrinin ləğv edilməsini və Urmiyada yenidən seçki keçirilməsini tələb edirlər. Qeyd edək ki, bundan əvvəl parlament və Şəhər Şurasına keçirilən seçkilərdə də oxşar hadisələr baş verib. Etiraz aksiyaları genişləndikdən, tərəflər arasında gərginliyin artmasından sonra mərkəzi hökumət nəticələrdə bir tərəfin xeyrinə nisbi dəyişiklik edib. Bu isə növbəti seçkilərə qədər tərəflər arasında gərginlik və qarşıdurmaların davam etməsinə səbəb olub. Xatırladaq ki, əksər bölgələrdə seçkilərin sönük keçməsinə, seçici aktivliyinin 30 faizdən aşağı olmasına baxmayaraq, Qərbi Azərbaycan, xüsusən Urmiyada nisbi seçici aktivliyi qeydə alınıb.
2024-03-03
837,943
İran dünyanın qaz habına çevrilmək istəyir – Rəisi
İran təbii qazın paylanması və tranziti üçün enerji mərkəzinə və təhlükəsiz marşruta çevrilməyə hazırdır. Axar.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Qaz İxrac Edən Ölkələr Forumunun yeddinci sammitində çıxışında deyib. “İran qazın hasilatçılar və satış bazarları arasında paylanması və tranziti üçün enerji mərkəzi və təhlükəsiz marşrut olmağa hazır olduğunu bəyan edir. Böyük təbii qaz ehtiyatlarına, tranzit ölkə mövqeyinə və özünün yüksək texnologiyalarına malik İran qaz bazarında bütün ölkələrlə, xüsusən də Mərkəzi Asiyadan Fars körfəzinə qədər qonşu dövlətlər və onun qonşuları ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır”, - Rəisi bildirib.
2024-03-03
837,944
Pakistanın yeni baş naziri məlum oldu
Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif Pakistanın yeni baş naziri seçilib. Axar.az xəbər verir ki, bu barədə “PTV Nyus” telekanalı məlumat yayıb. Parlamentin aşağı palatasının 336 deputatından 201-i Şərifin lehinə səs verib. Onun rəqibi Ədalət Uğrunda Hərəkat Partiyasının baş katibi Ömər Əyyub Xan cəmi 92 səs toplayıb.
2024-03-03
837,945
Lavrov hədələdi: Kreml İrəvana nələr edəcək? - Video
13:22 Proseslər sürətləndikcə, ritorika da sərtləşir və (Rusiya XİN başçısı – red.) Lavrov artıq bu dəfə konkret hərəkətlərdən danışır. Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Armen Baqdasaryan Rusiya xarici işlər naziri Sergey Lavrovun Antalya Diplomatiya Forumunda Ermənistanla münasibətlərə Kremlin yenidən baxmağa məcbur edildiyi və İrəvanın KTMT ilə bərabər, digər inteqrasiya qurumları haqda da qərar verməsinin vacib olduğu haqda sözlərini şərh edərkən deyib. O bildirib ki, hələlik Rusiyanın Ermənistana qarşı konkret hansı addımlar atacağı bəlli deyil: “Çünki Rusiyanın Ermənistana bir neçə istiqamətdə təsir rıçaqları var. Məsələn, iqtisadi təsir rıçaqları, Rusiyada çoxlu sayda Ermənistan vətəndaşının olması, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması və s. Təbii ki, bunların hamısı bizim üçün çox ağrılı məqamlardır və Rusiya Ermənistanın kəskin addımlarına cavab olaraq həmin ağrılı məqamların hər hansı birinə təsir göstərməyə çalışacaq. Ümid edək ki, bu, Ermənistanla Azərbaycan arasında birbaşa təcavüz olmayacaq. Demək çətindir, görəcəyik. Hər halda belə güman edilirdi ki, Ermənistan sərtləşdikcə, Qərbə doğru kəskin şəkildə getdikcə Rusiya da öz təsir rıçaqlarından istifadə etməyə çalışacaq”. O qeyd edib ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyini də təşkil edə bilər. Politoloq xatırladıb ki, Nikol Paşinyanın Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyinə cəhd etdiyini deməsi təsadüfi deyildi.
2024-03-03
837,947
Bərdədə yük maşını piyadanı vurdu
Bərdədə piyadanın ölümü ilə nəticələnən qəza baş verib. Axar.az xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonunun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb. Bərdə rayon sakini 1979-cu il təvəllüdlü Elmir Mehdiyev idarə etdiyi 99-CC-602 dövlət qeydiyyat nişanlı “Ford” markalı yük avtomobili ilə yolu keçmək istəyən Ağcabədi rayon sakini 1947-ci il təvəllüdlü Əziz Kərimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
2024-03-03
837,949
Erməni müğənni: Baxmutun taleyini yaşayacağıq
Rusiyanın Ermənistanla münasibətinin pozulmasını istəyirlər. Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri erməni müğənni Lilit Bleyan deyib. O, Ermənistanın gələcəyini Ukraynanın Baxmut şəhərinin hazırkı vəziyyətinə bənzədib: “Rusiya yaxşı müttəfiqdir? Yəqin ki, yox, amma çox “yaxşı” düşmən olacaq. Baxmut sakinləri də evlərinin, məktəblərinin, tikililərinin və s. dağılıb məhv olacağına inanmırdılar, son ana qədər hakimiyyəti alqışlayırdılar. Bu gün biz Rusiyanı özümüzə düşmən edərək ölkənin gələcəyini riskə atırıq. Eyni taleyi yaşamağımız istisna deyil”.
2024-03-03
837,950
Puqaçova elan etdi: Qayıdıram!
Uzun müddətdir ki, böyük səhnələrdə çıxış etməyən rusiyalı məşhur müğənni Alla Puqaçova tezliklə yeni mahnıları ilə pərəstişkarlarını sevindirəcəyini açıqlayıb. Kult.az xəbər verir ki, primadonna İnstaqram səhifəsində videomüraciət yayaraq, yubileyində pərəstişkarlarına sürpriz edəcəyini bildirib. Rusiya mediası Allanın Rusiyaya sön səfəri zamanı mahnı yazdırdığını vurğulayıb. Qeyd edək ki, Alla Puqaçova Ukraynadakı müharibənin əleyhinə olduğu üçün ölkədən getmişdi. Ancaq qızı Kristina Orbakayte rus ordusuna dəstək nümayiş etdirib. Hətta öz konsertinə 50 bileti Peterburqdan olan və Ukraynada döyüşən rus əsgərlərin ailələrinə hədiyyə edib.
2024-03-03
837,951
Ağdamda minaya düşən şəxs əməliyyat olunur
Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində minaya düşərək yaralanan Bəxtiyar Abbasov Bərdə Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Axar.az xəbər verir ki, bu barədə Report-a yaralının yaxınları məlumat verib. Qeyd olunub ki, hazırda əməliyyatda olan Bəxtiyar Abbasovun vəziyyəti ağır qiymətləndirilir. Qeyd edək ki, martın 3-də Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində 1995-ci il təvəllüdlü Abbasov Bəxtiyar Yaqub oğlunun mina partlayışı nəticəsində xəsarət alıb. Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
2024-03-03
837,956
İrəvan dəhlizin tam faydasını dərk edəcək – Əmirbəyov
Zəngəzur dəhlizi Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsi və sülhün qurulması üçün mühüm vasitə ola bilər. Axar.az xəbər verir ki, bunu III Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov deyib. “Avrasiyada əməkdaşlığın yeni dinamikası” sessiyasında çıxış edən E.Əmirbəyov bildirib ki, post-münaqişə şəraitində ölkələr arasında nəqliyyat əlaqələrinin bərpası sırf iqtisadi səmərə ilə yanaşı, həm də mühüm etimad quruculuğu rolunu oynaya və sülh yaratmaq üçün effektiv alət ola bilər: “Bunun bariz nümunəsi Zəngəzur dəhlizi layihəsidir ki, bu, həm Ermənistanla Azərbaycan arasında birbaşa nəqliyyat əlaqələri yarada, həm də Ermənistanın regionda iqtisadi təcridinə son qoya bilər. Həmçinin bu layihənin həyata keçirilməsi bölgədəki digər ölkələrin, ilk növbədə Türkiyə, Rusiya və İranın maraqlarına tam cavab verir və fayda gətirəcək. Bundan əlavə, Zəngəzur dəhlizi artıq mövcud olan Orta Dəhlizə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) alternativ marşrut ola bilər, Çini Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Azərbaycan və Gürcüstan ərazisi ilə Avropa ilə birləşdirə bilər. Ümid edirik ki, üç ildən artıqdır ki, öhdəliklərini yerinə yetirməkdən yayınan və faktiki olaraq Zəngəzur vasitəsilə nəqliyyat əlaqələrinin bərpasına mane olan İrəvan nəhayət, bu layihənin Ermənistan üçün tam faydasını dərk edəcək. Əks halda, arzu edilən “yolayrıcının” regional dalana dirənməsi riski var”.
2024-03-03
837,960
FHN 3 yaşı uşağı xilas etdi - Video
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfər azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə Axar.az-a FHN-dən məlumat verilib. Qeyd olunub ki, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olaraq 2021-ci il təvəllüdlü M.Zeynalovu xilas edərək ailə üzvlərinə təhvil veriblər.
2024-03-03
837,962
Bu ölkədə 3 kəndin 170 sakini öldürüldü
Burkina-Fasoda terrorçular 3 kəndə hücum edərək 170 nəfərbvi öldürüb. Axar.az xəbər verir ki, bu barədə Uaxiquya rayonunun prokuroru Əli Bencamin Kulibali məlumat verib. “Əldə edilən məlumatlar Şimal bölgəsinin Komsilqa, Nodin və Soroe kəndlərində 170 nəfərin öldüyünü göstərir”, - Kulibali bildirib. Onun sözlərinə görə, kəndlərə hücumlarla bağlı ilk məlumatlar fevralın 25-də gəlib. Hazırda hücumların hansı qruplaşmalar tərəfindən edildiyi araşdırılır.
2024-03-03
837,963
Ukraynada atəşkəsin vaxtı çatıb - Fidan
Rusiya və Ukrayna nəticə əldə etmək üçün hərbi imkanların həddinə çatıb və indi sülh üzrə dialoq aparmaq lazımdır. Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun bağlanışında deyib. “Bizim mövqeyimiz ondan ibarətdir ki, hər iki tərəf artıq hərbi yolla əldə edilə biləcək həddə çatıb. Hesab edirik ki, indi atəşkəslə bağlı dialoq aparmağın vaxtıdır. Türkiyə işğal olunmuş ərazilərin tanınmasından danışmır, lakin indiki mərhələdə Türkiyə əmindir ki, bu məsələni və suverenlik mövzusunu atəşkəs mövzusundan ayırmağın vaxtı çatıb”, - Fidan bildirib.
2024-03-03
837,965
Bu yollar buz bağlayacaq – Xəbərdarlıq
Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq. Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Martın 4-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 200-800 metrədək məhdudlaşacağı ehtimalı var.
2024-03-03
837,970
Bu hava şəraiti insult riskini artırır
Yüksək temperatura uzun müddət məruz qalmaq kəskin işemik insult riskini artırır. Axar.az xəbər verir ki, bu barədə “JAMA Netvork Open” jurnalında dərc olunan araşdırmada qeyd edilib. Araşdırmada Çindən olan kəskin işemik (qan laxtalanması nəticəsində yaranan) insult keçirmiş 82 min xəstə iştirak edib. Məlumatlar 2019-cu ildən 2021-ci ilə qədər olan dövrdə toplanıb. Alimlər xəstələrin yaşı, siqaret çəkmə tarixi, spirt istehlakı, cinsi, yaşayış bölgəsi və xəstəliyinə görə təhlil aparıblar. Müəyyən edilib ki, kəskin işemik insult riski yüksək temperaturda daha yüksək olur. Yüksək temperatura məruz qalma nə qədər uzun olarsa, insult şansı da bir o qədər artır. Nəticələr qlobal iqlim dəyişikliyi şəraitində yaşlı insanların yüksək temperaturdan qorunmasının vacibliyini göstərir.
2024-03-03
837,972
Ağdərədə ilk dəfə buraxılış imtahanı keçirildi
Martın 3-də Dövlət İmtahan Mərkəzinin Ağdərə rayonu Talış kənd tam orta məktəbində keçirdiyi buraxılış imtahanı başa çatıb. Axar.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsindən məlumat verilib. Qeyd olunub ki, bu, işğaldan azad olunmuş Ağdərə rayonunda təşkil edilən ilk imtahandır. İmtahanın idarə olunmasına 1 imtahan rəhbəri, 1 bina nümayəndəsi cəlb olunub. Bir şagirdin iştirak etdiyi imtahan hər yerdə olduğu kimi, saat 11:00-da başlayıb və 3 saat davam edib.
2024-03-03
837,973
Rusiyanın növbəti hədəfi bu şəhərdir - General
Avdeyevkadan sonra Rusiyanın növbəti hədəfi Xarkov olacaq. Axar.az xəbər verir ki, bunu NATO-nun Hərbi Komitəsinin keçmiş sədri, Almaniya ordusunun ehtiyatda olan generalı Harald Kuyat deyib. “Hazırda onlar Avdeyevkanı götürüblər və bu, böyük üstünlükdür. Növbəti hədəf Xarkovdur”, - general bildirib. Kuyat fikrini onunla əsaslandırıb ki, hazırda Rusiya ordusu Kupyansk istiqamətində fəal hərbi əməliyyatlar aparır: “İndi Ukrayna ordusu quru hücumları və döyüş əməliyyatları aparmaq iqtidarında deyil. Min kilometrlik cəbhə xəttində Ukrayna hərbi qulluqçularının sayı çox azdır”.
2024-03-03
837,975
Ssenari iflasa uğrayıb, vaxt Rusiyanın tərəfindədir - Siyarto
Münaqişədə vəziyyət ukraynalıların xeyrinə deyil, Qərb ölkələri, o cümlədən NATO üzvləri istənilən halda Rusiya ilə toqquşmadan qaçmalıdır. Axar.az xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto deyib. “Müharibə nə qədər uzun sürərsə, bir o qədər çox insan öləcək və bu, Ukrayna üçün bir o qədər pis olacaq. Aylardır eşidirəm ki, ukraynalılar döyüş meydanında öz mövqelərini yaxşılaşdıra bilər, bu da onlara daha yaxşı mövqedən danışıqlara başlamaq imkanı verəcək. Son həftələrdə məlum oldu ki, bu ssenari iflasa uğrayıb, vaxt Rusiyanın tərəfindədir”, - Siyarto bildirib.
2024-03-03
837,976
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır - Medvedyev
Alman zabitlərin səs yazısı Almaniyanın Rusiya ilə müharibəyə hazırlaşdığını deməyə əsas verir. Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib. “Bundesver zabitlərinin söhbətini raket və tank oyunu kimi təqdim etmək cəhdləri pis yalandır. Almaniya Rusiya ilə müharibəyə hazırlaşır”, - Medvedyev bildirib. Qeyd edək ki, yayılan səs yazısında Hərbi Hava Qüvvələrinin zabitlərinin müdafiə naziri Boris Pistorius üçün Ukraynada “Taurus” raketlərindən istifadənin mümkünlüyü barədə hesabat hazırladıqları əks olunub. Zabitlər açıq şəkildə Ukraynada Amerika və Böyük Britaniya hərbçilərinin olması, eləcə də Krım körpüsünə hücum məqsədilə Almaniyada Ukrayna hərbçilərinə “Taurus” raketlərindən istifadə etmək üçün təlim keçmək imkanlarından danışırlar.
2024-03-03
837,977
İrəvan mina xəritələrini verməkdən imtina edir - XİN
Ermənistanın yerləşdirdiyi minalar ciddi problem olaraq qalır, müxtəlif bəhanələrlə dəqiqləşdirilmiş mina xəritələrini verməkdən imtina edir. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi X səhifəsində paylaşım edib. Qeyd edilir ki, bu gün partlayış nəticəsində 29 yaşlı mülki şəxs ağır yaralanıb. Ümumilikdə 2020-ci ilin noyabr ayından indiyədək 346 azərbaycanlı qurban olub.
2024-03-03
837,978
Himalay Məmişov infarkt keçirib? – Nazirlikdən açıqlama
Bəzi səhifələrdə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun İsveçrədə səfərdə olarkən guya infarkt keçirdiyi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir. Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə DSMF-dən bildirilib. Qeyd edilir ki, DSMF sədri İsveçrə Krallığında işgüzar səfərdə olub. Səfər zamanı iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıqla bağlı görüşlər keçirib. Səfər çərçivəsində DSMF ilə dünyanın 160-dan çox ölkəsindən 350-yə yaxın sosial təminat qurumunun üzv olduğu Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bununla da DSMF BSTA-nın etibarlı və uzunmüddətli peşəkar tərəfdaşına çevrilib. DSMF sədri hazırda Bakıdadır, səhhətində hər hansı bir narahatlıq yoxdur.
2024-03-03
837,980
Ölkədə bir gündə 3 nəfər dəm qazından zəhərləndi
16:05 Gəncədə 2 nəfər dəm qazından zəhərlənib. Axar.az xəbər verir ki, Gəncə şəhər sakinləri, 1992-ci il təvəllüdlü A Hümbətov və G.Yusibova dəm qazı zəhərlənməsi diaqnozu ilə xəstəxanaya aparılıb. Onlara tibbi yardım göstərilib, vəziyyətləri sabitləşdikdən sonra hər iki şəxs evə buraxılıb. Faktla bağlı araşdırma aparılır. *** İmişli rayonunun Otuziki kəndində də dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Kənd sakini, 2007-ci il təvəllüdlü G.Rüstəmova hamam otağında dəm qazından zəhərlənib. Zəhərlənən şəxs İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
2024-03-03
837,982
739-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 739-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 575 təyyarəsi, 267 helikopteri, 14 112 PUA-sı, 476 zenit-raket kompleksi, 15 335 tank və digər zirehli texnikası, 1 228 reaktiv yaylım atəş sistemi, 8 275 artilleriya və minaatanı, 19 298 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2024-03-03
837,984
Azərbaycanın güclü olması bizi sevindirir - Tatar
Şimali Kipr Türk Cümhurriyyəti kommunikasiya texnologiyaları dövründə Azərbaycanla əlaqələrini daha yüksək səviyyəyə çatdırmaq istəyir. Axar.az xəbər verir ki, bunu Antalya Diplomatik Forumunda (ADF-2024) iştirak edən Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar Report-a bildirib. Onun sözlərinə görə, əlaqələr bütün istiqamətlərdə genişləndirilməli və gücləndirilməlidir: “Türkiyənin Azərbaycanla olan sarsılmaz birliyi, Qarabağ zəfərindən sonra Azərbaycanın daha güclü olması bizi çox sevindirir. Biz mübariz Azərbaycan xalqını təqdir edirik. Cənab İlham Əliyev də hər zaman türk dünyasına böyük önəm verdiyini deyir. Türk dövlətlərinin bütün sahələrdə əlaqələrini genişləndirməsi gələcəkdə daha güclü olmamızın mesajını verir. Unutmamalıyıq ki, türk xalqları bütün dəyərləri ilə eyni ailənin ayrılmaz hissəsidir”. Ərsin Tatar iyul ayında Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi zirvə görüşü ilə əlaqədar Azərbaycana səfər edəcəyini də vurğulayıb.
2024-03-03
837,986
İtaliya HHM sistemlərini çıxarır: AES-i kim qoruyacaq?
İtaliya Slovakiyaya yerləşdirdiyi hava hücumundan müdafiə sistemlərini ölkədən çıxarır. Axar.az xəbər verir ki, bunu Slovakiya Baş naziri Robert Fiko deyib. “İtaliya hökumətindən bir il müddətinə bizə icarəyə verilən hava hücumundan müdafiə sisteminin başqa yerdə lazım olduğu üçün Slovakiyadan çıxarılacağına dair mesaj aldım. Bizim AES və strateji obyektlərimizi kim qoruyacaq?” - baş nazir bildirib.
2024-03-03
837,990
Samuxda şəhmayi balığı ovlayan şəxs saxlanıldı
Samuxda qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt polis məntəqəsinin əməkdaşlarının Mingəçevir su anbarında keçirdikləri növbəti monitorinqlər nəticəsində Samux rayon Qırmızı Samux kəndi ərazisində qeyri-qanuni balıq ovu ilə məşğul T.Atakişiyev saxlanılıb. Yoxlama zamanı ondan bir ədəd rezin qayıq, iki ədəd avar, sentetik tor, bir ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, ovladığı şəhmayi balıqları və digər əşyalar götürülərək protokollaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
2024-03-03
837,993
Kanada Navalnıya görə Rusiyaya sanksiya tətbiq etdi
Kanada hakimiyyəti Aleksey Navalnının ölümü ilə bağlı rusiyalı məmurlara qarşı sanksiyalar paketi elan edib. Axar.az xəbər verir ki, bunu Kanada xarici işlər naziri Melani Joli deyib. Onun sözlərinə görə, sanksiyalar altı rusiyalı məmura, o cümlədən Rusiya prokurorluğunun yüksək vəzifəli əməkdaşlarına, habelə məhkəmə və islah xidmətlərinin nümayəndələrinə şamil ediləcək.
2024-03-03
837,996
Mahmud Abbas Türkiyəyə gəlir
Fələstin Prezidenti Mahmud Abbas Qəzza müharibəsi və fələstinli qruplaşmalar arasında barışıq səyləri ilə bağlı danışıqlar aparmaq üçün gələn həftə Türkiyəyə səfər edəcək. Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib. “Ramazana qədər atəşkəsə nail olmaq üçün ciddi istək və səy var”, - Fidan bildirib. Onun sözlərinə görə, Mahmud Abbas Türkiyəyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə səfər edəcək.
2024-03-03
838,000
Çavuşoğlu buna görə Azərbaycana təşəkkür etdi
Hər il olduğu kimi, bu il də Antalya Diplomatiya Forumuna verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edirəm. Bu Forumun memarı yalnız mən deyiləm. Türkiyənin xarici işlər naziri vəzifəsini icra etdiyim dövrdə belə bir platformanı yaratmaq istədik. Prezident Rəcəb Tayyib Ərdoğanın da böyük dəstəyini aldıqdan sonra bu yola çıxdıq. Hər zaman olduğu kimi, bununla bağlı da çox sayda dost və qardaş ölkənin dəstəyini aldıq. Bunların başında da can Azərbaycan oldu. Axar.az xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. İlk gündən Antalya Diplomatiya Forumuna Azərbaycandan çoxsaylı iştirakçının qatıldığını qeyd edən deputat bildirib: “Bu il də başda qardaşım, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev olmaqla, bir sıra dövlət rəsmiləri iştirak etdilər. Hər zaman - yaxşı gündə də, çətin gündə də can Azərbaycanın, qardaşlarımızın dəstəyini görmək bizə güc verir. Bunun üçün çox təşəkkür edirik”.
2024-03-03
838,004
Avstriya XİN-in sabiq başçısı Rusiyada ev tikəcək
Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Rusiyaya köçdüyünü bildirib. Axar.az xəbər verir ki, bu barədə Knaysl Rusiya mətbuatına açıqlamasında deyib. “Mən Rusiyaya köçdüm, çünki bu, həqiqətən azad ölkədir”, - Knaysl Ümumdünya Gənclər Festivalında bildirib. Keçmiş nazir əlavə edib ki, Rusiyanın şərqində qalmaq üçün ev tikməyə hazırlaşır. Knaysl şəhər sakini olmadığını etiraf edib. 2023-cü ilin sentyabrında Avstriyanın keçmiş xarici işlər naziri Şərq İqtisadi Forumu çərçivəsində G.O.R.K.I mərkəzində işləmək üçün Sankt-Peterburqa köçməyi planlaşdırdığını söyləmişdi. O, bu mərkəzin təsisçisi və direktorudur.
2024-03-03
838,005
Xaçmazda ağır qəza: yaralılar var
Xaçmazda dörd nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Axar.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində baş verib. VAZ 2107 və VAZ 21010 markalı avtomobillərin toqquşması nəticəsində biri azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
2024-03-03
838,008
Papa dünyanı tərk-silah olmağa çağırdı
Tərk-silah beynəlxalq ictimaiyyətin mənəvi borcudur. Axar.az xəbər verir ki, bunu Roma Papası Fransisk deyib. “Böyük miqdarda resurs hərbi məqsədlər üçün xərclənir. Ümid edirəm ki, beynəlxalq ictimaiyyət tərk-silahın ilk növbədə vəzifə olduğunu başa düşəcək. Silahsızlanma mənəvi borcdur. Qorxu tarazlığından inam tarazlığına keçmək böyük millətlər ailəsinin bütün üzvlərindən cəsarət tələb edir”, - Papa bildirib.
2024-03-03
838,014
Qərb Putinə qulaq asmalıdır, yoxsa... - Volodin
Qərb Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə müraciəti zamanı dediyi sözlərə qulaq asmalıdır. Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib. “Qərb nəticə çıxarmalıdır ki, gərginliyi artırmağa ehtiyac yoxdur. Başlamağa çalışdıqları yarış isə onlara pislikdən başqa heç nə gətirməyəcək”, - Volodin bildirib.
2024-03-04
838,017
İrəvan dəhlizdən imtina edir, xüsusi bölmələr yaradır - Video
09:00 Görünən odur ki, Ermənistan rəhbərliyi sülh prosesi və nəqliyyat-kommunikasiya xətlərinin açılması haqqında vahid bir qərar verməyib. Ermənistan dəhlizin açılmasına, Zəngəzura dəhliz statusunun verilməsinə qarşıdır. Bunun üçün isə danışıqlar prosesində suverenlik və ərazi bütövlüyünü bəhanə gətirir. Bu sözləri Axar.az-a Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanın Antalya Diplomatik Forumunda İrəvanın Zəngəzur dəhlizini açmayacağı haqda bəyanatını şərh edən politoloq Turab Rzayev deyib. Siyasi şərhçi Ermənistanın özünün Zəngəzurla bağlı planlarının olduğunu qeyd edib: “Regional təsirlərə görə Paşinyan hökumətindən Zəngəzurla bağlı fərqli açıqlamalar verilir. 10 noyabr bəyanatına imza atan və üzərinə öhdəlik götürən Paşinyan indi Qərbin dəstək və təlqinləri ilə bunu yerinə yetirməkdən boyun qaçırır. Bir neçə ay öncə aparılan danışıqlarda Azərbaycanın əsas hissəsindən Naxçıvana aparılacaq yük və gedəcək vətəndaşlara güzəştlərin edilməsi, lakin üçüncü ölkələr ilə bağlı normal prosedurun tətbiqi haqqında razılıq var idi. İndi isə İrəvan bunlar üzərində də dayanmaq istəmir. Hazırda Rusiya və KTMT əleyhinə bəyanatlar səsləndirən Paşinyan açıq şəkildə rus sərhədçilərin Zəngəzurda yerləşdirilməsini istəmir. Hətta Ermənistan bununla bağlı sərhəd qoşunlarının tərkibində yolların qorunması üçün xüsusi mühafizə bölməsinin yaradılmasına başlayıb. Ortaya iki sual çıxır: birincisi, əgər Zəngəzurun xüsusi statusu olmayacaqsa, niyə Paşinyan 10 noyabr bəyanatına imza atdı və rus sərhədçilərin Zəngəzurda yerləşdirilməsinə razı oldu? İkincisi, əgər yalnız umumi qaydada nəqliyyat-kommunikasiya xətləri açılacaqsa, xüsusi mühafizə bölməsinin yaradılmasına nə ehtiyac var? Çünki Paşinyanın xüsusi mühafizə bölməsinin yaradılmasında əsas məqsədi rus sərhədçilərin Zəngəzura buraxılmamasıdır. Ermənistanın Zəngəzurla bağlı öz planı var. Ancaq Azərbaycanın haqlı tələbləri və Rusiyanın bölgədəki maraqlarına görə, Ermənistan özünün dəhliz layihəsini gerçəkləşdirə bilmir. Ona görə də belə addımlarla vaxt qazanmağa çalışır”.
2024-03-03
838,018
Seçkidə Tramp qalib gələcək – Əsəd
Donald Tramp ABŞ-dakı prezident seçkilərində qalib gələcək. Axar.az xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd deyib. “Mətbuatın analizi və başqa məlumatlar göstərir ki, Tramp qalib gələcək. Amma bütün ABŞ prezidentləri bir-birinə bənzəyir. Onlar sadəcə olaraq icraçı direktorlardır”, - Əsəd bildirib.
2024-03-03
838,019
Hakan Fidan ABŞ-a gedir
Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ-a səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə, o, Antalya Diplomatiya Forumunun yekun mərasimində çıxışı zamanı bildirib. "Gələn həftə həmkarım, dövlət katibi Entoni Blinkenin dəvəti ilə ABŞ-a səfər planlaşdırılır”, - deyə Fidan bildirib. O qeyd edib ki, səfər çərçivəsində iki ölkə arasında təsis edilmiş Strateji Mexanizm platformasının fəaliyyəti və digər beynəlxalq məsələlər müzakirə ediləcək.
2024-03-03
838,021
Tiflisdən Bakı və İrəvana: Bu, bizim üçün vacibdir!
Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması prosesinin inkişaf etdirilməsində maraqlıdır və qonşularına danışıqlar üçün öz platformasını təklif edir. Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya Antalyada keçirilən Diplomatik Forumda bildirib. Onun sözlərinə görə, Tiflis üçün regionda sülh vacibdir və ümid edir ki, İrəvan və Bakı razılığa gələcək və bundan hər iki tərəf faydalanacaq.
2024-03-03
838,022
Putinin çıxışını qaçırdı: Kadırov haradadır?
Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya lideri Putinin Federal Məclisdə çıxışını qaçırıb. Axar.az xəbər verir ki, buna görə də media onun fevralın 23-dən Mərkəzi Klinik Xəstəxanada (CDB) olması və növbəti müalicə kursu keçməsi haqda iddia yayıb. VÇQ-OQPU (ВЧК-ОГПУ) Teleqram kanalı yazıb ki, Kadırovun müalicə üçün Mərkəzi Klinik Xəstəxanaya getməsinə ehtiyac yoxdur. Belə ki, ötən il yayın sonunda Qroznıya yalnız bir nəfərin ehtiyacları üçün xüsusi palata yaratmaq niyyəti ilə çox bahalı və ən müasir tibbi avadanlıq gətirilib. Bu, sanksiyalar altında mürəkkəb və uzunmüddətli “əməliyyat” olub. İddiaya görə, artıq Mərkəzi Klinik Xəstəxananın həkimlərə Kadırova ehtiyac olanda Qroznıya uçurlar. Bu, Kadırovun müalicə almasını gizli saxlamağa da imkan verir.
2024-03-03
838,023
"Qarabağ" "Neftçi" üzərində böyük qələbə qazandı
18:25 Misli Premyer Liqasının 25-ci turunda bu gün keçiriləcək "Neftçi" - "Qarabağ" matçı üçün heyətlər açıqlanıb. Axar.az xəbər verir ki, komandalar saat 19:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar: "Neftçi": 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski Ehtiyat oyunçular: 1. İvan Brkiç, 30. Aqil Məmmədov, 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdez, 9. Andre Şinyaşiki, 20. Alfa Konte “Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 15. Leandro Andrade Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 19. Redon Cica *** Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tur ölkə derbisi ilə başa çatıb. "Neftçi" doğma azarkeşlər önündə "Qarabağ"la üz-üzə gəlib. "Neftçi Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:1. Bu nəticədən sonra xallarının sayını 60-a çatdıran "Qarabağ" liderliyini daha da möhkəmləndirib. Paytaxt klubu 36 xalla üçüncüdür.
2024-03-03
838,025
Ukrayna enerji savaşında Rusiyaya məğlub olur - Timçenko
Ukrayna energetika savaşında Rusiyaya məğlub ola bilər. Axar.az xəbər verir ki, bu barədə Ukraynanın DTEK (Donbas Yanacaq-Energetika Şirkəti – red.) rəhbəri Maksim Timçenko deyib. O bildirib ki, Vaşinqton yardımları gecikdirəcəyi təqdirdə Kiyevi belə bir məğlubiyyət gözləyir. “Daha da müdafiəsiz qaldığımızı hiss edəndə, güvənimiz ciddi sarsılır”, - deyə Timçenko bildirib.
2024-03-03
838,026
İsrail Livana fosforlu bombalarla zərbə endirdi
Hizbullah milisinin döyüşçülərinin Qərbi Qalileydəki yaşayış məntəqələrinə hücumundan sonra İsrail artilleriyası Livan ərazisini intensiv atəşə tutub. Axar.az xəbər verir ki, bu barədə "Əl Vatan" məlumat yayıb. Məlumata görə, İsrail əsgərləri Vazzani çayı vadisində Livan kəndlərinə zərbələr endirərkən fosforlu sursatlardan istifadə ediblər: "Nəticədə bəzi yerlərdə zeytun bağları və meşə plantasiyaları yanıb. Dinc sakinlər arasında itkilər var. Zərbələrə məruz qalan əraziyə Livan Qızıl Xaç Cəmiyyətinin təcili yardım maşınları göndərilib".
2024-03-03
838,028
Acundan gənclərə tövsiyə: 30 yaşına kimi...
TV8 kanalının rəhbəri və tanınmış aparıcı Acun İlıcalı ona uğurlar gətirən xüsusiyyətlərindən danışıb. Axar.az Publika.az-a istinadən xəbər verir ki, o, bu barədə Antalya Diplomatiya Forumunda çıxışı zamanı danışıb. Forumun Gənclik sessiyasında məruzəçi kimi iştirak edən məşhur media maqnatı gənclərə uğur sirlərindən danışıb. O, verdiyi bütün qərarlarda riskə getməyi sevdiyini etiraf edib və "Uğurlarınızı nəyə borclusunuz?" sualına bu cavabı verib: "Karyeramda irəlilədikcə qərarlarımda maliyyə məsələlərini ön planda saxlamadım, verdiyim qərarların hamısında riskə getdim. Həmçinin 30 yaşına qədər edə biləcəyiniz ən vacib şey həqiqi dostlar tapmaqdır. Tək qalmayın. Əgər dostlarınızı səhv seçmisinizsə, dərhal dəyişdirin".
2024-03-03
838,029
Türkiyədə zəlzələ baş verdi
Türkiyənin Malatya şəhərinin Doğanşehir ilçəsində 4,4 maqnitudalı zəlzələ olub. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib. Yeraltı təkanların episentri 7,31 km dərinlikdə olub. Tələfat və dağıntı barədə məlumat verilməyib.
2024-03-03
838,030
Nəriman Axundzadə “Qarabağ”dan gedə bilər
“Qarabağ”ın gənc üzvü Nəriman Axundzadə klubdan gedə bilər. Axar.az Baku.TV-yə istinadən xəbər verir ki, Avropa Liqasının 1/16 finalında “Braqa”ya vurduğu qolla “köhlən atlar”ın qələbəsində əsas pay sahibi olan N.Axundzadəni “Başakşehir” kollektivi yaxından izləyir. Türkiyə komandası 19 yaşlı futbolçu üçün ağdamlılarla danışıqlara başlamaq niyyətindədir. Lakin “Qarabağ”ın bu keçidə necə yanaşacağı isə hələ ki, məlum deyil. Qeyd edək ki, “Qarabağ”ın yetirməsi olan Nəriman Axundzadə 2022-ci ildən əsas heyətdə çıxış edir. Bu müddət ərzində 40 matçda meydana çıxan və səkkiz qola imza atan forvard Ağdam təmsilçisi ilə ölkə çempionatında da qalib gəlib.
2024-03-04
838,031
Tramp gəlir, Avropa müharibə hazırlığı görür...
ABŞ seçkisindən sonra hər iki nüvə dövləti olan İngiltərə və Fransanın Avropadakı müttəfiqlərini müdafiə etməyə hansı şərtlər altında hazır olduqlarını müzakirə etmək zərurəti yarana bilər. Axar.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb. Məlumata görə, NATO ilə bağlı şübhələrini ifadə edən Donald Trampın mümkün prezident seçilməsi Avropanı qorumaq üçün yeni nüvə çətirinin yaradılmasının zəruriliyi ilə bağlı müzakirələrə səbəb ola bilər: "Avropa artıq mümkün hərbi təhlükəyə hazırlaşır və AB ölkələri hərbi büdcələrini artırır".
2024-03-03
838,040
Qaya parçası yük maşınını iki yerə böldü - Video
Perunun San-Mateo şəhərində yolla hərəkət edən iki yük maşınının üzərinə böyük qaya parçaları düşüb. Axar.az xəbər verir ki, hadisə nəticəsində texnikalardan biri ikiyə bölünüb. Hadisə anı digər yük maşınının video-registratoru tərəfindən lentə alınıb:
2024-03-03
838,042
Rusiya belə informasiya savaşı aparır - Alman nazir
Moskvanın alman zabitlərin Krım körpüsü ilə bağlı yaydığı söhbəi Rusiyanın informasiya müharibəsinin bir hissəsidir. Axar.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib. "Bu söhbətlə bağlı yoxlamanın ilk nəticələri gələn həftənin əvvəlində olacaq", - o bildirib. Qeyd edək ki, "Rusiya Seqodnya"nın baş redaktoru Marqarita Simonyan alman zabitlər arasında Krım körpüsünün partladılmasına hazırlıq barədə olan audioyazını dərc edib. Almaniya MN səs yazısının doğruluğunu təsdiqləyib.
2024-03-03
838,045
İsrail HƏMAS-la danışıqlardan imtina etdi
İsrail HƏMAS-la danışıqlar aparmaq üçün Qahirəyə nümayəndə heyəti göndərməkdən imtina edib. Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb. Belə ki, İsrail HƏMAS-dan bütün girovların siyahısını və onların necə mübadilə olunacağına dair aydın məlumat istəyib. Lakin HƏMAS İsrail tərəfinin bu istəyini rədd edib. "Beləliklə, İsrail bu gün Qahirəyə öz nümayəndə heyətini göndərməyəcək", - mesajda qeyd olunub.
2024-03-03
838,046
Salyanda 11-ci sinif şagirdi ana oldu
Salyan rayon Pambıqkənd tam orta məktəbində şagirdlər arasında erkən nikah halları qeydə alınıb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Feysbuk hesabında paylaşım edib. O bildirib ki, məktəbin 11-ci sinif şagirdlərindən biri uşaq dünyaya gətirib. Bundan başqa, məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları üçün dərsə gəlməsələr də, jurnalda adları qeyd olunur və qiymətləri yazılır. Bununla bağlı məktəbin direktorunun işi regional təhsil şöbəsi tərəfindən araşdırılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu məsələnin nəzarətə götürüldüyünü və araşdırma aparıldığını bildirib.
2024-03-03
838,047
Bunun üçün İrəvana təzyiq edilməlidir - Ombudsman
Ermənistanın otuz ilə yaxın işğal dövründə torpaqlarımızda basdırdığı minalar mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqda davam edir. Axar.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ağdamın Əhmədağalı kəndində baş vermiş mina partlayışına münasibət bildirərkən söyləyib. "Növbəti mina qurbanı təsərrüfatla məşğul olan mülki şəxs olmuşdur. Belə ki, 2024-cü il 3 mart tarixində Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində bir mülki şəxs ağır yaralanmışdır. İkinci Qarabağ müharibəsindən indiyədək 340-dan çox soydaşımız minaya düşərək həlak olmuş və ya xəsarət almışdır. Beynəlxalq ictimaiyyət Ermənistan hakimiyyətinə torpaqlarımızda basdırılmış minaların dəqiq xəritələrini ölkəmizə təqdim etməsi üçün ciddi təzyiq göstərməlidir", - hüquq müdafiəçisi qeyd edib.
2024-03-03
838,049
Ukrayna PUA-sı Kurska hücum etdi
Ukraynaya məxsus PUA Kursk vilayətinin Qluşkov rayonunun Tetkino kəndinə hücum edib. Axar.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Roman Starovoyt deyib. O, hücumda xəsarət alanın olmadığını bildirib: “Bir avtomobilə ziyan dəyib”.
2024-03-03
838,054
Antalya forumu başa çatdı: 148 ölkədən 4700 nəfər...
Türkiyədə keçirilən III Antalya Diplomatiya Forumu başa çatıb. Axar.az xəbər verir ki, bu il “Böhranlar dövründə diplomatiyanı önə çıxarmaq” mövzusu ilə baş tutan beynəlxalq tədbirdə qlobal böhranlar, terrorla mübarizə, enerji təhlükəsizliyi kimi bir çox mövzu müzakirə olunub. Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsində, Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə təşkil olunan foruma 148 ölkədən 4700 nəfər qatılıb. Tədbirdə 19 dövlət və hökumət başçısı, 2 xüsusi administrasiya rəhbəri və 52 xarici işlər naziri iştirak edib. III Antalya Diplomatiya Forumunda ölkəmiz Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdikləri nümayəndə heyətləri ilə təmsil olunub. Dövlət rəsmilərimiz burada müxtəlif panel iclaslarda iştirak edib, çox sayda görüşlər keçiriblər. Üç gün davam edən tədbirdə “Türk dünyasında təşkilatlanma: XXI əsrdə TDT”, “Dəyişən təhlükəsizlik təhdidlərini anlamaq üçün yeni xarici siyasət yanaşmaları”, “Sahil: Təhlükəsizlik risklərindən daimi sabitliyə”, “Qloballaşmış dünyada elmi və texnoloji diplomatiyanın rolu”, “İqlim dəyişikliyi: Gələcək nəsillər bizi nə cür xatırlayacaq”, “Qida təhlükəsizliyi: Artan çağırış”, “Avropa İttifaqınin qlobal dəyişiklikləri formalaşdırmaq qabiliyyəti”, “Sülh və inkişafın təşviqində parlamentarilərin rolu”, “Artan irqçilik, ksenofobiya və islamofobiya” kimi bir çox mövzu ətrafında fikir mübadilələri aparılıb. Tədbir çərçivəsində xüsusilə gənclər üçün bir sıra məlumatlandırıcı görüşlər də keçirilib.
2024-03-03
838,056
Rusiya Zelenskiyə qarşı hücuma hazırlaşır
Ukrayna Rusiya tərəfindən Prezident Vladimir Zelenskinin nüfuzunu sarsıtmağa yönəlmiş dezinformasiya kampaniyasına hazırlaşır. Axar.az xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb. "Kremlin səylərinin mərkəzində Zelenskinin beş illik səlahiyyət müddəti başa çatdığı üçün ictimaiyyətin gözündə onun demokratik legitimliyinə xələl gətirmək cəhdi olacaq", - məlumatda deyilir.
2024-03-04
838,058
Bakıdan Paşinyana xatırlatma: Bunun 3 faydası var!
Azərbaycan rəsmiləri Zəngəzur dəhlizinin bölgə ölkələri, o cümlədən Ermənistanın özü üçün cəlbedici olduğunu aylardır əsaslandırırlar. Növbəti belə əsaslandırmanı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov Antalya Diplomatiya Forumunda səsləndirib. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. “Birincisi, Elçin Əmirbəyov deyib ki, iki ölkə arasında nəqliyyat əlaqələrinin bərpası bölgədə etimad quruculuğu rolunu oynaya və sülh yaratmaq üçün effektiv alət ola bilər. İkincisi, Prezidentin xüsusi tapşırıqları üzrə nümayəndəsi bildirib ki, Zəngəzur dəhlizi Ermənistanın regionda iqtisadi təcridinə son qoya bilər. Üçüncüsü, Elçin Əmirbəyov bir daha xatırladıb ki, Zəngəzur dəhlizi Çini Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə birləşdirə bilər. Azərbaycanlı diplomat sonda onu da xatırladıb ki, rəsmi Bakı ümid edir ki, layihənin Ermənistan üçün tam faydasını İrəvan dərk edəcək”, - o vurğulayıb. Politoloqun fikrincə, Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin iqtisadi faydalarını anlamamış deyil, sadəcə düşünür ki, nəqliyyat yolunun fəaliyyətinə Ermənistan üçün daha münasib şərtlər daxilində imkan yarada bilər: “Rəsmi Bakı İrəvanın nəqliyyat dəhlizinə nəzarət istəyinə razı deyil. Buna baxmayaraq, rəsmi Bakının İrəvana mesajı bundan ibarətdir ki, digər ölkələrin dəhlizdən keçən yüklərini yoxlaya bilər. Əslində Nikol Paşinyan Rusiyanın təsirindən qurtulmaq istəyirsə, Azərbaycan bu məsələdə ona yardımçı ola bilər. Ancaq bunun üçün ilk növbədə çərçivə sazişi imzalanmalı və dəhliz açılmalıdır. Bu, bölgədə inam atmosferi yaratmaqla bərabər, Ermənistanın üçüncü dövlətlər vasitəsilə özünü Azərbaycandan qorumaq qorxusundan qurtara bilər”.
2024-03-03
838,059
Çexiyalı nazir vətəninə qayıda bilmir
Çexiyalı diplomatlar təyyarədə yaranmış texniki nasazlıq səbəbindən Hindistanın Mumbay şəhərinin hava limanını tərk edə bilməyiblər. Axar.az xəbər verir ki, bu barədə “ČT1” məlumat yayıb. Bu yaxınlarda Yaponiya və Avstraliyada səfərdə olan Çexiyanın xarici işlər naziri Yan Lipavski və Çexiya nümayəndə heyətinin digər üzvləri müvəqqəti olaraq vətənlərinə qayıda bilmirlər.
2024-03-03
838,060
Bu ölkənin müstəqilliyini tanıtmaq üçün… - Ərdoğan
Türkiyə Kıprıs türk qardaşlarının suverenliyini və beynəlxalq statusunu tanıtmaq üçün səylərini davam etdirəcək. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan III Antalya Diplomatiya Forumunda bildirib. “Bu, Kıprıs türklərinin haqqdır”, - Türkiyə prezidenti əlavə edib. Ərdoğan həmçinin vurğulayıb ki, son hadisələr və təcrübələr diplomatiyanın böhranları həll etmək üçün ən böyük vasitə olduğunu təsdiqləyir. Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyətini yalnız Türkiyə rəsmən tanıyır.
2024-03-03
838,062
Sırskiyə kart-blanş verdim: hər şey… - Zelenski
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski orduda kadr dəyişikliyi etmək üçün kart-blanş alıb. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Baş komandan və komandirlər hər gün lazım olan yerdə - ön cəbhədədirlər. Baş komandanın orduda və qərargahda hər hansı dəyişikliklər üçün kart-blanş hüququ var. Bütün ukraynalı komandirlər cəbhəni bilməli, cəbhəni hiss etməlidirlər. Onlar həqiqətən də əsgər və çavuşların yanında olmalıdırlar. Ukraynanın məqsədlərinə çatmaq üçün nə olmalısan, elə ol”, - Zelenski videomüraciətində bildirib.
2024-03-03
838,064
Pakistanda leysan fəlakəti: 37 nəfər öldü
Pakistanın şimal-qərbində şiddətli leysan yağışları səbəbindən 37 nəfər ölüb, 47 nəfər isə müxtəlif xəsarətlər alıb. Axar.az xəbər verir ki, Xayber Paxtunxva və Bəlucistan əyalətlərində aramsız yağış və qar bir sıra binaların çökməsinə səbəb olub. Dağıntılar altında qalanların olduğu bildirilib. Bəzi avtomobil yollarının su altında qalması hərəkəti xeyli çətinləşdirib. Ölkənin meteorologiya idarəsi yağınların növbəti həftə də davam edəcəyini açıqlayıb.
2024-03-03
838,065
Fidan Lavrovla Bakı və İrəvanı da müzakirə etdi
Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla Antalyada danışıqlar zamanı Ermənistan və Azərbaycan arasında sülh prosesini, Qara dəniz regionu və Suriyadakı vəziyyəti müzakirə etdiyini bildirib. Axar.az xəbər verir ki, bu barədə Hakan Fidan 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində keçirdiyi mətbuat konfransında deyib. “Gündəlikdə bir çox məsələlər var: ikitərəfli əməkdaşlıqla yanaşı, regional problemləri də müzakirə etdik. Qafqazda sülh prosesini, Qara dənizdə təhlükəsizlik məsələləri ilə bağlı həyata keçirilən prosesləri müzakirə etdik. Suriya ilə bağlı məsələ daha çox vaxt tələb edir, lakin biz bu mövzunu da müzakirə edə bildik, bu mövzuya daha çox vaxt ayırmağa razılaşdıq”, - o bildirib. Qeyd edək ki, Fidanla Lavrov 1 martda Antalyada görüşmüşdü.
2024-03-04
838,066
Putinin fantaziyası Ukrayna ilə məhdudlaşmır - Barro
Ukraynalıların Rusiyaya qarşı mübarizəsi həm də Avropa Birliyinin mübarizəsidir. İşğalçıya müqavimət göstərməklə onlar Avropanın və Fransanın təhlükəsizliyi üçün savaşırlar. Çünki Putinin imperiya fantaziyası açıq şəkildə Ukrayna ilə məhdudlaşmır. Axar.az xəbər verir ki, bunu Fransanın Avropa məsələləri üzrə naziri Jan-Noel Barro deyib. "Fransa Prezidenti Makron iyirmi yeddi dövlət və hökumət başçısını Parisə dəvət etməklə Ukrayna müqavimətinin ehtiyaclarını ödəmək üçün bu ölkələrin birliyini və əzmini nümayiş etdirib. Variantların müzakirəsini istisna etmək ciddi səhv olardı. Qərb kapitulyasiya ruhuna boyun əyməkdə günahkar olardı. Putinə qarşı müqavimətimiz təhlükəsizliyimizin açarıdır", - o bildirib.
2024-03-03
838,068
İşğalda olan kəndimizə girən iki erməni saxlanıldı
Ermənistanın nəzarətində olan Yuxarı Əskipara kəndinə girən “Döyüş qardaşlığı” təşkilatının üzvləri Avetis Avetisyan (2020-ci il müharibəsinin iştirakçısı) və Henrik Mkrtçyan saxlanılıblar. Axar.az Globalinfo.az-a istiadən xəbər verir ki, onlar hazırda İncəsu (Noyemberyan) Polis İdarəsindədirlər. Hər iki şəxsin əraziyə icazəsiz girdikləri üçün saxlanıldıqları qeyd edilib.
2024-03-03
838,072
Erməni ordusunda rüsvayçılıq: Çılpaq videosunu çəkib...
Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət qulluqçusu K.S 10.11.2009-cu il təvəllüdlü və hələ 14 yaşı tamam olmayan A.S.-ə qarşı seksual xarakterli hərəkətlər edib. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, hərbçi K.S 14 yaşlı A.S ilə İnstaqram vasitəsilə tanış olub, daha sonra ondan soyunub çılpaq görüntülərini çəkməsini tələb edib. A.S. özünü çılpaq şəkildə videoya çəkərək K.S-ə göndərib. Bundan sonra məsələ daha da böyüyüb. Faktla bağlı K.S-ə qarşı azyaşlıya qarşı ədəbsiz hərəkətlər etmək ittihamı irəli sürülüb. Onun ordudan uzaqlaşdırılıb həbs ediləcəyi gözlənilir. Qeyd edək ki, son vaxtlar Ermənistan ordusunda döyüş və qeyri-döyüş itkiləri, eləcə də xoşagəlməz hallarla bağlı həbslərin sayı artıb.
2024-03-03
838,074
Köçəryanın Xankəndidə yaşadığı ev - Video
Ermənistanın ikinci prezidenti, hərbi cinayətlərə görə axtarışda olan Robert Köçəryanın Xankəndidə yaşadığı evdən görüntülər yayılıb. Axar.az xəbər verir ki, bununla bağlı İTV reportaj hazırlayıb. Belə ki, Xankəndi sakini Aydın Əliyev keçmiş qonşusu Köçəryanın Maksim Qorki 11 küçəsində yaşadığı evi göstərərək bu barədə məlumat verib. Daha ətraflı videoda:
2024-03-03
838,078
Donbasda döyüşən azərbaycanlılar danışdı - Video
Ukraynanın Donetsk vilayətində cəbhənin müxtəlif nöqtələrində ağır döyüşlər gedir. Axar.az Baku Tv-yə istinadən xəbər verir ki, hazırda Ukrayna müharibəsinin həlledici və amansız döyüş bölgəsinə çevrilən Donbasda soydaşlarımızın da sayı az deyil. Uzun illərdir bu ölkənin sakinləri olan azərbaycanlılar müharibə başladıqdan sonra humanitar və ictimai sahədə olduğu kimi, döyüş bölgəsində də fəal iştirak edirlər. Ətraflı süjetdə: