Unnamed: 0
int64
0
6.93k
url
stringlengths
41
313
title
stringlengths
3
153
author
stringclasses
256 values
category
stringclasses
371 values
date
stringlengths
17
23
content
stringlengths
3
89.6k
tags
stringlengths
6
314
4,200
https://kayzen.az/blog/fotosessiya/2863/kreativ-loqolar.html
Kreativ loqolar
HTML
Fotosessiya
28 fevral 2012, 13:36
Yaradıcı reklam və kreativ loqolar.SoundDogGomusicEco Cafe Full Time CRD Bicycle GroupSaporo Sushi Infinity CrimeBurnett Electrical
['kreativ loqo', 'loqotip', 'kreativ', 'kreativ reklamlar']
4,201
https://kayzen.az/blog/u%C4%9Fur/8919/h%C9%99r-do%C4%9Fru-se%C3%A7imin-bir-alternativi-vard%C4%B1r.html
Hər doğru seçimin bir alternativi vardır
MaksiMuS
uğur psixologiyası
28 fevral 2012, 01:37
Aşağıdakı cavabları oxumadan öncə şəkillərə baxıb düşünün. «B bəndini seçmisinizsə, təbriklər! Doğru cavabı tapmısınız. Düz kənarı olan tək şəkil B variantıdı. Əminəm, bəziləriniz C  bəndini seçib. Çünki digərləri içərisində asimmetrik olan təkcə odu. C də doğru cavabdı. Oxşar vəziyyət A variantına da aiddi: Küncü olmayan tək fiqur odu. Buna görə A da doğru cavabdı. Bəs D  variantı necə? Həm düz, həm də maili bir kənarı var.Bu özəllik ancaq D variantında var. Deməli D variantı da doğrudu. Sadaladığımız spesifik özəlliklər E variantına da aiddi. Bu variantı da doğru cavab hesab etmək olar. Əlbəttə, bu cür həndəsi sualı məktəbdə görə bilmərik. Təhsil sistemimiz insanlara nəyin doğru cavab olduğunu öyrətməklə məşğuldu. Təkcə bir variantın doğru cavab olduğu yanaşması beynimizin ən dərin yerlərinə kimi işləmişdir. „Bəli, ancaq bir variant düz olmalıdı.“  Ama real həyat onu göstərir ki,əslində hər zaman belə deyil. Axtardığımız şeydən asılı olaraq doğru olan bir neçə cavab ola bilər. Ancaq tək bir doğru cavab olduğunu düşünsəniz, bir dənə tapdığınız anda axtarışı dayandırarsınız. » Roger von Oech  Elə ondandır ki, körpə olan beyinlərimiz hələ məktəb illərindən, müəllimlərimizin "ƏMƏYİ" sayəsində təkcə bir doğru cavab axtarışında olduğundan yaradıcılıq və təxəyyül qabiliyyətlərini itirir. Albert Szent — György bu haqda çox gözəl bir fraza deyib: «Yaradıcılıq qabiliyyəti — Hər kəslə eyni yerə baxıb fərqli bir şeyi düşünməyi bacarmaqdır.»
['ibrət dərsi', 'uğur psixologiyası']
4,202
https://kayzen.az/blog/menecment/8917/strateji-menecment.html
Strateji Menecment
aliyeva89
Menecment
27 fevral 2012, 15:34
– Şirkətin strategiyası, onun əhəmiyyəti – Strategiyanın hazırlanmasına nə tələb olunur? – Strateji planın hazırlanması – Strategiyanın icrası Şirkətin strategiyası Şirkətin strategiyası uzunmüddətli dövr üçün şirkətin miq­yasını və inkişaf istiqamətini müəyyən edir. Strategiyanın mövcudluğu biznesdə verilən gündəlik qərar­­ların şirkətin uzunmüddətli maraqlarına uyğunluğunu təmin edir. Strategiya nəzərə alınmasa, bu gün verilən qərarlar şirkətin gələcəyinə ziyan vura bilər. Məsələn, təsəvvür edək ki, şirkət reklam və PR xərc­lərindən imtina edir, işçilərin treninqinə pul xərcləmir, isteh­sa­lat və satışın avtomatlaşdırılması üçün yeni kompüter proq­ramlarından imtina edir. Bu halda şirkət cari mənfəəti artıra bilər, amma bu, şirkətin gələcək inkişafı hesabına olacaq. Çünki bu xərclərin (reklam, PR, treninq, kompüter proqramı və s.) hamısı bilavasitə şirkətin inkişafına xidmət edir. Strategiya hamının ümumi məqsədlərə doğru irəliləməsinə şə­rait yaradır. Bu səbəbdən şirkətin strategiyasının bütün işçi­ləri tərə­findən bölünülməsi çox faydalıdır. Qısamüddətli qərar­lar veri­lərkən həmin qərarların uzunmüddətli təsirləri nəzərə alınmalıdır.   Böyük şirkətlərdə strateji məqsədlərin müəyyənləşdirilməsi ilkin olaraq vizyon və missiya bəyanatları şəklində ifadə olunur. Vizyon bəyanatları şirkətin uzunmüddətli məqsədini, başqa sözlə desək, mövcudluğunun səbəbini göstərir. Vizyon bəya­natında əks olunan mesajlar əsasən 3 qrupa ünvanlanır: müş­tərilər, müştərilərə xidmət göstərən işçilər, menecment. Vizyon bəyanatları rəqiblərininkini təkrarlamamalı, fərqli şəkildə meydana çıxmalıdır. Vizyon bəyanatları kifayət qədər konkret, qısa olmalı, ölçülə bilən kriteriyalara əsaslanmalı, real olmalıdır. Bu kriteriyalara cavab verən viztyon bəyanatları qüvvətli səslənir. Aşağıdakı cədvəldə bu fərqi aydın şəkildə görə bilərik: Zəif səslənən bəyanat Meydana çıxan suallar Qüvvətli bəyanat "İnsanların mə­na­fe­yini əsas götür­mək­lə, şirkətin hər bir iş­çi­sinə xüsusi qayğı gös­təririk". "İnsanların məna­­feyi" dedikdə nə nəzər­də tutulur? Konkret olaraq nə cür qayğı? "Biz yerli təchi­zat­çı­larla birgə çalı­şaraq məh­sul və xid­mətlərin keyfiy­yətini yük­sək tu­ta­caq, müş­­­tə­ri məm­nu­niy­­yə­tinə, dəyərlərə əhə­miyyətli də­rə­cədə fərqli şəkildə önəm verəcəyik". "Biz biznes pro­ses­­lərinə tədbirli yanaş­mamızla daim yüksək nəticələri əsas tuta­cağıq". "Tədbirli" dedikdə nə nəzərdə tutulur? "Yüksək nəticə" kon­kret olaraq nə deməkdir? "Komandamız müş­tə­rilərin yüksək eti­ma­dını qa­zanmaq üçün part­nyor­larımızla bir­gə şirkə­tin stra­te­gi­yasını və inkişaf siya­sətini uğurla yeri­nə yetirir". "Məqsədimiz ba­zar­­­da ən böyük və ən yaxşı olmaqdır". "Ən böyük" və "ən yaxşı" reallıqda nəyi ifadə edir? Hansı kriteriyalar əsas götürülür? Şirkətimiz hər 3 ildə dövriyyəsini 2 dəfə ar­tıracaq, eyni zamanda mənfəəti, kapitalı artır­maqla bu nəticələrdən birlikdə faydalanacağıq. Missiya bəyanatları vizyon bəyanatlarından fərqli olaraq, daha konkret məqsədləri ifadə edir. Missiyada şirkətin əsas fəaliyyəti, bazardakı özəlliyi, şirkətin prinsipləri və s. qeyd olunur. Menecerlərin proseslərə strateji yanaşması onları bir çox gün­dəlik stresslərdən xilas edir. Çünki onlar fikirlərini qısamüddətli iş­lə­rə cəmləmirlər. Bundan başqa, menecerlər üçün prioritetləri müəy­­yənləşdirmək asanlaşır. Menecerlər daha “vacib” işləri önə verirlər. Strateji düşünmə qabiliyyəti menecerlərdən bir sıra konseptual (şirkəti “görmə” qabiliyyəti) bacarıqları tələb edir. Menecerlərdə strateji düşünmək qabiliyyətlərinin inkişaf etdirilməsi həm şirkətin inkişafı, həm də menecerlərin şəxsi inkişafı baxımından qiymətlidir. Qısamüddətli və strateji məsələlər arasında balansın göz­lənilməsi vacib şərtdir. Məsələn, strateji iclasın təxirə salın­masının qısamüddətli dövrdə mənfi nəticəsi olmayacaq, lakin müştərinin telefon zənginə cavab verilməməsi sifarişin itirilməsinə səbəb ola bilər. Strategiyanın hazırlanması və icrası prosesinə, bu zaman nəzərə alınan amillərə diqqət yetirək:     Strateji plan öncəsi təhlillər Strategiya hazırlanmazdan əvvəl şirkətin hazırkı durumu təhlil edilir, potensial təhlükələr və imkanlar qiymətləndirilir. Ətraf mühit təsirləri, rəqabət şəraiti, müştərilər, daxili rəqabət üstünlükləri götür-qoy edilir. Ətraf mühit təsirləri dedikdə, iqtisadi amillər, texnoloji mühit, hüquqi və siyasi təsirlər nəzərdə tutulur. Bütün bu amillər nəzərə alındığı halda düzgün strateji nəticələrə gəlmək olar. İqisadi amillərin biznes qərarlarına təsiri əhəmiyyətli dərəcədə yüksəkdir. Məsələn, investisiya planı hazırlanarkən əsas müəyyənedici amillərdən biri bank sektorundakı faiz dərəcəsidir. Başqa bir misal kimi əhalinin gəlirliliyini göstərə bilərik. Bilirik ki, məhsula olan tələbatı müəyyən edən əsas amillərdən biri əhalinin gəlirləridir. Bu, ölkədə olan ümumi iqtisadi vəziyyətlə sıx bağlıdır. Digər iqtisadi amillərə valyuta məzənnəsini, inflyasiyanı (qiymətlərin dəyişməsini), işsizliyin səviyyəsi və s. göstərə bilərik. Texnoloji mühitin strategiyaya təsiri həm resursların daha səmərəli istifadəsi, həm də effektivlik baxımından nəzərdən keçirilir. Bildiyimiz kimi, texnologiya inkişaf etdikcə daha az insan resurslarına, daha az vaxtda, daha keyfiyyətli nəticələr əldə etmək mümkündür. Bundan başqa, nəzarət imkanları da artır. Hazırda bir çox kompüter proqramları (ERP, CRM və s.) meydana gəlmişdir ki, bununla biznes proseslərə mükəmməl nəzarətin həyata keçirilməsi, əməliyyatların daha çevik şəkildə həyata keçirilməsi, informasiya mübadiləsinin sürətləndirilməsi mümkün olmuşdur. Beləliklə, texnoloji yeniliklərdən düzgün şəkildə yararlanmaqla biznesin effektivliyi artırılır. Hüquqi və siyasi təsirlərin strategiyaya təsiri daha aydın şəkildə başa düşülür. Misal olaraq, şirkətin fəaliyyətinə təsir edən qanunvericilik aktlarının dəyişdirilməsini göstərə bilərik. Vergi və gömrük rüsumlarının artırılması şirkətin mənfəət­liliyinə mənfi təsir göstərir. Müştərilərin rolu planlaşdırmada əsas hərəkətverici qüvvə müştərinin istəkləri, müştərilərin gözlənilən reaksi­yalarıdır. Bu səbəbdən plan hazırlanarkən müştərinin gözlədiyi ideal nəticə əsas dayaq nöqtəsi olmalıdır. Özünü müştərinin yerinə qoymalı, “müştəri nə üçün məhz bizdən almalıdır” sualına cavab tapmalı, buna zəmin hazırlamalısan. Əlbəttə ki, bir şirkət tərəfindən müştərinin bütün gözləntilərini doğrultmaq real deyil. Buna görə də müştərinin istəklərini prioritet üzrə sıralamaq, uyğun strategiya hazırlamaq lazımdır.   Rəqiblərin öyrənilməsi müştərilərin ehtiyaclarını qarşı­lamaq qabiliyyəti o zaman uğurla nəticələnə bilər ki, bunu bazarda (rəqiblər arasında) daha yaxşı edə biləsən. Bu səbəbdən keyfiyyətli strategiyanın hazırlanması üçün rəqib şirkətlərin hazırkı fəaliyyətlərinin və gələcək planlarının dərindən öyrə­nilməsi vacib şərtdir. Rəqib şirkət haqqında informasiya mənbələrinə həmin şir­kə­tin kataloqları, veb-saytları, broşurları, onların müştəriləri, keçmiş işçiləri, müsabiqələrin (tender və s.) nəticələri və s. ola bilər. Bu məlumatlardan istifadə etməklə rəqiblərin müştərinin kriteriyalarına cavab vermə bacarığı və imkanları qiymət­ləndirilə, bununla da şirkətin bazardakı (rəqiblərlə müqayisədə) mövqeyi müəyyən edilə bilər. Buna rəqabət təhlili deyilir. Bütün hallarda bu təhlilin rəqib şirkətlər tərəfindən də aparıldığı, onların da müvafiq strategiyalar hazırladıqları yad­dan çıxarılmamalıdır. Bacarıqların nqiymətləndirilməsi şirkətin mövcud resurs­larının, biznes-proseslərin, informasiya sistemlərinin, işçilərin bacarıqlarının qiymətləndirilməsi strategiyanın şirkətin gücünə uyğun hazırlanması baxımından mühümdür. Bu o demək deyil ki, resurs bazasının zəifliyi ilə barışmaq lazımdır, əksinə, həmin zəif cəhətlərin üzərində işləmək tələb olunur. Biznes-proses dedikdə, şirkətin məqsədlərinə nail olmaq üçün, habelə müştəriləri məhsul və xidmətlərlə təmin etmək üçün həyata keçirilən sistemli, təkrarlanan proseslər nəzərdə tutulur. Şirkətlər adətən biznes-proseslərin daha çevik, səmə­rəli, az mərhələli, az xərcli olmasına çalışırlar. Buraya sifarişi qəbul etmə, təsdiq etmə, istehsala vermə, sifarişin təhvil verilməsi, satışdan sonrakı xidmət, müştəri ilə əlaqənin üsulları, şikayətləri qəbul etmə yolları və s. aiddir. İnformasiya sisteminin keyfiyyəti sistemin qərar verən şəxsləri vaxtında, düzgün formatda, düzgün informasiya ilə tə­min etməsi ilə müəyyən edilir. Bundan başqa, hesabatlılıq sis­teminin düzgün qurulması, məqsədyönlü olması, hesabatın dəyərliliyi vacib şərtdir. Belə ki, işçilər dəyərli vaxtını hesabat yazmağa sərf edirsə, həmin hesabatın kifayət qədər olmalıdır. Həmin hesabatın verilməməsi ilə nəyin itirilməsi dəqiq hesab­lanmalıdır. Yuxarıda qeyd etdiyimiz təhlillərin (daxili və xarici mühit, müştərilər, rəqiblər, bacarıqlar və s.) yekunu olaraq bir çox məlumatlar əldə edilir. Bunun nəticəsində şirkətin strategiyası üçün nəzərə alınası ən dəyərli, mühüm elementlər çıxarılır, təhlilin xülasəsində qruplaşdırılır. Bu proses strateji planlaşdırmanın başlanğıc nöqtəsi sayıla bilər. Bir çox şirkətlərdə bu xülasə GZİT (SWOT) təhlili şəklində ümümiləşdirilir. GZİT təhlili şirkətin güclü, zəif tərəflərini (daxili mühit) göstərməklə bərabər, potensial imkanlarını və təhlükələrini (xarici mühit) də ümumiləşdirməyə imkan verir. GZİT təhlilində xarici mühit (imkanlar, təhlükələr) bəzən PEST təhlilinin köməkliyi ilə qiymətləndirilir. PEST təhlili ilə siyasi (political), iqtisadi (economic), sosial (social) və texnoloji (technological) mühit araşdırılır. Daxili mühitin təhlilinə isə bəzən resurs təhlili deyilir. Çünki şirkətin güclü və ya zəif cəhətləri resursların (insan, maliyyə, fiziki, informasiya resursları) vəziyyəti, gücü ilə əlaqədardır. Məsələn, şirkətin işçilərinin peşəkarlığı, verilən qərarlar, motivasiya sistemi və s. insan resurslarının vəziyyətini göstərir. Digər tərəfdən, maliyyə vəziyyəti, kapitala çıxışı və s. maliyyə resurslarının durumunu təsvir edir. GZİT təhlilinin yekunu olaraq bir çox hallarda GZİT matrisindən istifadə edilir: G (güclü cəhətlər) - Hansı rəqabət üstün­lükləri var? - Təchizat zəncirinin çevik­liyi Z (zəif cəhətlər) - Hansı resursların çatış­mamazlığı var? İ (imkanlar) - Potensial müştərilərin miqyası. - Yeni bazarlar. - İşçilərin peşəkarlığının artırılma imkanları. T (təhlükələr) - Hansı məhsullar üzrə möv­qe geriləməsi gözlənilir? - Yeni, daha güclü rəqib­lərin meydana gəlməsi və s. Növbəti mərhələ strateji planın hazırlanma mərhələsidir ki, burada GZİT matrisindəki imkanlardan maksimum yararlanmaq istiqamətdə konkret hədəflər göstərilir. Strategiya zəif cəhətləri aradan qaldırmağı, güclü cəhətlərdən istifadə etmək, təhlükələrdən yayınmaq və uzunmüddətli dövr üçün imkanlardan maksimum yararlanmağı nəzərdə tutur.     Strateji planlaşdırma   İlkin təhlillər aparıldıqdan sonra strateji planın yazılması prosesi gəlir. Bu proses bir neçə mərhələni əhatə edir. İlk mərhələ məqsədlərin qoyulmasıdır. Məqsədlər şirkətin strateji istiqaməti baxımından mühümdür. Bundan sonra şirkətin rəqabət üstünlükləri nəzərdən keçi­rilir. Rəqabət üstünlüyü dedikdə, şirkətin bazarda güvəndiyi əsas xüsusiyyətləri başa düşülür. Müştəri nöqteyi-nəzərdən yanaşdıqda, şirkətin rəqabət üstünlüyü müştərinin istədiyi məh­sulu nəyə görə məhz bu şirkətdən alacağını ifadə edir. Şirkət özünün məqsədlərini və rəqabət üstünlüklərini nəzərə alaraq uyğun fəaliyyət miqyasını müəyyənləşdirir. Fəaliyyətin miqyası şirkətin hansı məhsul və xidmətlərlə bazarda olacağını, eyni zamanda hansı bazarlarda olacağını, potensial müştəri qruplarını göstərir. Miqyasın müəy­yənləşdirilməsi güclü marke­tinq araşdırılmasına əsaslanmalıdır. Nəzərə almaq lazımdır ki, bu gün üçün cəlbedici görünən məhsul və ya xidmət 5 ildən sonra əhəmiyyətini itirə bilər. Bu səbəbdən strateji plan­laşdırmada məhsulun və bazarın (potensial müştərilərin) daya­nıqlılığına diqqət yetirmək lazımdır. Şirkət portfelində olan bütün məhsul və xidmətlərə eyni dərəcədə diqqət yetirə bilməz. Buna görə də növbəti mərhələdə prioritet sahələr müəyyənləşdirilir. Prioritet sahələr şirkətin uzunmüddətli inkişafı üçün ən effektiv, gəlirli (rentabelli), eyni zamanda dayanıqlı sahələrdir. Şirkətin prioritet saymadığı sahə­lər də riskin azaldılması, diversifikasiya baxımından əhəmiy­yətlidir. Diversifikasiya resursların fərqli sahələrə yönəldilməsi, bununla da riskin azaldılmasıdır. Lakin diver­sifikasiyanın həd­dən artıq çox yayılmasına imkan vermək olmaz, idarə oluna biləcək səviyyədə olmalıdır. Şirkətin miqyası və prioritetləri bilindikdən sonra büdcə hazırlanır. Büdcədə şirkətin resurslarının bölgüsü, xərclər və gözlənilən gəlirlər təsvir edilir. Xərclərin qoyuluşunda xüsusilə diqqətli olmaq lazımdır. Hər bir xərc maddəsi üzrə “doğrudanmı bu olmadan keçinmək olmaz” yanaşması olmalıdır. Başqa sözlə, dəyər gətirməyən xərclərdən yayınmaq lazımdır.   Strategiyanın icrası Yeni strategiyanın tətbiqi əksər hallarda şirkətdə bir çox dəyişikliklərin edilməsini tələb edir. Bu dəyişikliklərin məqsədi strateji hədəflərə doğru yolda olan maneələrin aradan qal­dırılması, planın daha səmərəli şəkildə yerinə yetirilməsidir. Bunun üçün ilk növbədə mövcud biznes-proseslərin strategiyaya uyğunluğu nəzərdən keçirilməlidir. Məsələn:   1) Müştərilərin sifarişlərinin yerinə yetirilməsi prose­duralarına diqqət yetirilir. 2) İstehsalatda və əməliyyatlarda olan texnologiyalar yeni strategiyaya cavab verirmi? 3) İşçi qüvvəsinin strukturuna baxılır, yalnız yeni stra­tegiyanın həyata keçirilməsi üçün vacib olan işçilər saxlanılır. Qeyd edək ki, bəzən daha yığcam komanda ilə daha effektiv nəticələr əldə etmək mümkündür. 4) İşçilərin bilik və bacarıqları strateji məqsədlərə çatmağa imkan verirmi? Bu bilik və bacarıqlar maksimum səmərəli şəkildə istifadə olunurmu? 5) Digər resurslar (qeyri-insan resursları) kifayət qədər­dirmi? Resurslar düzgün yerləşdirilibmi?   Strategiyanın proqressiv mahiyyəti yeni təkmilləş­dir­mələrin həyata keçirilməsini zəruri edir. Bunun üçün mövcud şərait ideal, arzuolunan halla müqayisə edilərək “boşluqlar” müəyyən edilir. Həmin boşluqlar prioritetlər üzrə sıralanır, ilk növbədə daha yüksək prioritet təşkil edənlər (strategiyaya daha çox uyğun olanlar) istiqamətində iş görülür. Hər bir fəaliyyət planı resurs tələb etdiyindən prioritetlərin qoyuluşu xüsusi əhəmiyyət daşıyır. Strategiyanın icrası zamanı mühüm dəyişikliklər tələb olunursa, bundan çəkinməməli, yüksək nəticə vəd edən təkmilləşdirmələr həyata keçirilməlidir. Strateji hədəflərin diktə etdiyi dəyişikliklər həm də şirkətdən müəyyən risqlər tələb edir. Bu səbəbdən dəyişikliklər layihəsinə alternativ planlar hazırlanır. Əsas dəyişiklik planı nəticəsiz olduqda alternativ plan işə salınır. Başqa sözlə, yanğının baş verməsini gözləmədən yanğınsöndürmə balonu hazır vəziyyətə gətirilir. Yeni strategiyanın uğurla nəticələnməsi dəyişikliklərin işçi heyəti tərəfindən düzgün qarşılanmasından çox asılıdır. Bunun üçün şirkətdə motivasiya lazımi səviyyədə olmalıdır. Hər bir işçi dəyişikliklərdən ruhlanmalı, yeni sistemdə özünün rolunu və məsuliyyətini başa düşməlidir. Ona görə də son məqsədlərin hər bir işçi tərəfindən dərk edilməsi vacibdir. Bu halda şirkət məqsədlərə doğru daha qısa yolla, asan şəkildə irəliləyəcək. Əgər işçilərin bilik və bacarıqları yeni strategiyaya tam uyğun gəlmirsə, müvafiq treninqlərdən istifadə edilməlidir. Yeni strategiyanın tətbiqi zamanı həvəsləndirmə sistemi də nəzərdən keçirilməlidir. Belə ki, köhnə sistem tələb olunan motivasiya səviyyəsinə nail olmaya bilər. Qeyd edək ki, yaxşı işə görə işçiyə “təşəkkür” elan edilməsi ən asan və effektiv həvəsləndirmə üsullarından biridir. Bunun kollektivin arasında edilməsi daha uyğun olar, işçidə şirkətə qarşı inam möh­kəmlənər. Şirkətin strategiyasının gözlənilməsi nə qədər vacib olsa da, yadda saxlamaq lazımdır ki, situasiyaya uyğun olaraq stra­tegiya hər an dəyişilə və ya imtina oluna bilər. Başqa sözlə, hər zaman “gözlənilməz halları gözləmək” lazımdır. Çünki kənar təsirlər nə qədər nəzərə alınsa da, həmin təsirlər şirkətin özündən çox güclüdür. Ona görə də, hər zaman xarici mühit təsirləri (iqtisadi, siyasi, texnoloji, rəqabət mühiti və s.) izlənilməli, ona uyğun fəaliyyət planı həyata keçirilməlidir http://facemark.az/news/secilmis-xeberler/strateji-menecment.html
['strateji menecment']
4,203
https://kayzen.az/blog/menecment/8916/biznes-v%C9%99-menecment-%C3%BCmumi-konsepsiya.html
Biznes və Menecment – Ümumi konsepsiya
aliyeva89
Menecment
27 fevral 2012, 15:02
Biznes nədir, hansı məqsədə xidmət edir?SahibkarlıqBiznes etikası, sosial məsuliyyət məsələləriRəqabət şəraitiMenecment, menecment funksiyalarıSahibkarlıq formaları, onların fərqləriMüasir biznes praktikasıBiznes çox böyük bir fəaliyyət sahəsidir. Biznes anlayışı müxtəlif cür ifadə oluna bilər, müxtəlif təriflərə rast gələ bilə­rik. Geniş mənada: Biznes mənfəət əldə etmək məqsədilə digərlərini (müştəriləri) mal və xidmətlərlə təmin etmək fəaliyyətidir. Yuxarıdakı tərifdən də göründüyü kimi, müştərilər biznes prosesində xüsusi mövqeyə malikdir. Müştərilər hər bir biz­nesin mövcudluq və inkişaf fəlsəfəsinin əsasını təşkil edir. Yəni əgər sənin müştərin yoxdursa, biznesin yoxdur. Mənfəət gəlirin biznes fəaliyyəti ilə bağlı bütün xərclər çıxıldıqdan sonra qalan hissəsidir. Mənfəət (zərər) = Gəlirlər – Xərclər   Gəlir dövr ərzində mal və xidmətlərin satılmasından əldə olunası pulun ümumi məbləğidir. Zərər (itki) o vaxt yaranır ki, dövr ərzində xərclər gəlirlərdən çox olsun. Biznes olduqca çoxşaxəli, spektrli sahələrdən ibarətdir. Misal olaraq, tikinti, məhsul istehsalı, bankçılıq, sığorta, tu­rizm, nəqliyyat və s. göstərə bilərik. Hər bir sahibkar özünə uyğun bildiyi sahəni seçir, fəaliyyət göstərir. Biznes fəaliyyətində əsas motiv sahibkar üçün mənfəət əldə etmək olsa da, dolayı yolla iqtisadiyyatın, bütövlükdə ölkənin inkişafına yardım edir. Bu təsiri tanınmış iqtisadçı Adam Smit “görünməz əl” adlandırmışdır.   Misal. Konfet istehsal edən ABN şirkətinin birbaşa məq­sədi konfeti satıb mənfəət qazanmaq olsa da, dolayı yolla: – Müştəriləri konfetlə təmin edir – Əhalini işlə təmin edir – Ölkə iqtisadiyyatını gücləndirir və s. Yəni, ABN şirkətinin məqsədi insanları konfetlə təmin et­mək olmasa da, “görünməz əl” vasitəsilə insanların tələbatını ödəmiş olur. Bu misaldan da aydın görünür ki, əslində biznes fəaliyyətinin ölkənin həyatında rolu çox böyükdür. Biznesin (biznes təşkilatlarının) əsas məqsədi mənfəət əldə etmək olsa da, heç də bütün bizneslər mənfəət əldə edə bilmir. Ona görə də biznesə başlamaq riskli fəaliyyət hesab olunur. Biznesə başlayan şəxs (və ya şəxslər) sahibkar adlanır. Başqa sözlə, sahibkar vaxtını və pulunu biznesinin uğuru üçün riskə qoyan şəxsdir. Sahibkar biznesi özü idarə etməyə də bilər. Ümumiyyətlə, biznesi işə saldıqdan sonra onun normal fəaliy­yətini təmin etmək üçün menecerlərə və digər işçilərə ehtiyac yaranır. Bu həm də onunla bağlıdır ki, sahibkarın menecerlik qabiliyyətinin olması şərt deyil. Qeyd etməliyik ki, bizneslər təkcə sahibkarına mənfəət gətirmək üçün mövcud deyil. Bizneslərin iqtisadi əhəmiyyəti odur ki, o, insanların zəruri (ərzaq, paltar, ev, nəqliyyat, tibbi xidmət və s.) və digər tələbatlarını ödəyir. Biznesi idarə edən menecerlər təkcə biznes sahibinin deyil, həm də biznesin fəaliyyətində digər maraqlı tərəflərin (steyk­holderlərin) mənafeyini nəzərə almalıdır. Steykholderlər biz­ne­sin fəaliyyətində hər hansı marağı olan şəxslərdir. Bunlara biznesin sahibləri, müştərilər, işçilər, təchizatçılar, dilerlər, kre­dit təşki­latları, dövlət və hökümət təşkilatları, cəmiyyət və s. daxildir. Bütün steykholderlərin maraqlarını eyni dərəcədə təmin etmək mümkün deyil. Məsələn, işçiyə nə qədər çox əməkhaqqı versən, sahibkarın mənfəəti bir o qədər azalacaqdır. Bununla belə, yaxşı menecer steykholderlərin maraqlarını maksimum balanslaşdıra bilən menecerdir. Menecerlər qərar qəbul edərkən bütün amilləri, o cümlədən daha çox mənfəət əldə edilməsini nəzərə almalıdırlar. Yuxarıda qeyd etdiyimiz kimi, şirkətlər bütün qərarlarını mənfəətə bağlamırlar, eyni zamanda, iqtisadiyyatın, cəmiyyətin inkişafında mühüm rol oynayırlar. Bu mənada, şirkətlər get-gedə sosial məsuliyyət məsələsinə da­ha çox diqqət yetirməyə başlayıblar. Buna bir çox amillər təsir edir: – şirkətin ictimai nüfuzu – rəqiblərindən geri qalmamaq – cəmiyyətdəki rolunu dərk etmə və s. Yəni, şirkətlər sosial fəaliyyətləri ilə cəmiyyətə mesaj verirlər ki, bizim üçün yeganə məqsəd mənfəət deyil. Sosial məsuliyyətin şirkətin qərarlarına təsiri də az deyil. Məsələn, şirkətin maliyyə vəziyyəti işçilərin sayının azal­dılmasını labüd edirsə, menecment bu qərarın işsizlik problemi yaradacağını dərk edərək müvəqqəti də olsa vaz keçə bilər. Digər tərəfdən, etik baxımdan fikirləşirlər ki, şirkət bu günədək bu işçilərin sayəsində yaxşı işləyirdi. Bu mənada, şirkətlər işçilər qarşısında mənəvi məsuliyyətini dərk edir. Bu, həm də “Biznes etikası” məfhumu ilə əlaqədardır. Bəzi mütəxəssislər “biznes etikası” ifadəsini dünyanın ən məşhur oksimoron ifadələrindən sayırlar. Qeyd edək ki, oksi­moron əks xarakterli sözlərin əmələ gətirdiyi ifadələrdir. Yəni etika əxlaq, tərbiyə ilə bağlı söz olsa da, biznes daha çox qarmaqarışıqlıq, xaotik, şəxsi maraqların üstünlük təşkil etdiyi fəaliyyət kimi başa düşülür. Bununla belə, bu gün “Biznes etikası” ifadəsi olduqca popul­yardır. Xüsusilə, dünyanın inkişaf etmiş ölkələrində biznesin etik tərəfləri öyrənilir, təbliğ edilir. Biznes etikası biznes fəaliyyətində, biznes qərarlarında digərlərinin (işçilərin, səhmdarların, müştərilərin, investorların, hökumətin, cəmiyyətin və s.) nəzərə alınmasıdır. Bazarda uzunmüddətli dövrdə uğurun təmin olunması üçün dürüstlüyün, ədalətliliyin gözlənilməsi, rəqiblərə hörmət, yüksək etik standartların gözlənilməsi vacib şərtlərdir. Etik prinsiplərin pozulması halları dünyanın bir çox məşhur şirkətlərində rast gəlinmişdir. Belə hallardan ən məşhuru 2001-ci ildə Enron (ABŞ) şirkətinin iflası ilə nəticələnən hadisədir. Belə ki, Enron şirkətinin menecmenti şirkətin xərc­lərini və kreditor borclarını gizlətməklə qısamüddətli maraqları naminə ictimaiyyəti aldatmışdır. Oxşar hallar Xerox, Worldcom kimi şirkətlərdə də baş vermişdir. Sosial məsuliyyətin rolunu dərk edən bir çox qabaqcıl şir­kətlərdə hətta sosial məsuliyyət departamenti yaradılmışdır. Bundan başqa, bəzi şirkətlər cari sosial məsuliyyətin vəziy­yətini yoxlamaq üçün sosial audit keçirirlər. Müasir biznesin xüsusiyyətlərindən biri də odur ki, məh­suldarlıq artdıqca mal və xidmətlərin istehsalı üçün daha az insan resursları tələb olunur. Nəticədə bir sıra işçilərin iş yerlərini itirməsinə gətirib çıxarır. Mallar – toxunula bilən məhsullar (ərzaq, paltar, maşın, kompüter və s.). Xidmətlər – toxunula və görülə bilməyən məhsullar (təhsil, səhiyyə, sığorta, turizm və s.). Biznesin normal fəaliyyət göstərməsi üçün rəqabət şəraitinin də rolu böyükdür. Rəqabət şəraiti o vaxt təmin olunur ki, nə alıcılar, nə də satıcılar bazarda hökmranlıq etməsin. Mükəmməl rəqabət həm də inkişafa aparan əsas amildir. Qeyd edək ki, normal rəqabətli bazarlarda şirkətlər qiymətin for­malaşmasında birbaşa iştirak etmirlər. Tələb (alıcıların maraq­ları) və təklifin (satıcıların maraqları) nəticəsində bazar qiyməti formalaşır. Bu halda hansı şirkət xərclərini bazar qiymətilə ödəyə bilirsə, bazarda qala bilir. Qeyri-rəqabətli bazarlarda isə qiymətlər alıcının və ya satıcının diktəsi ilə formalaşır. Məsələn, fərz edək ki, BNH şirkəti bazarda sementin yega­nə satıcısıdır. Bu halda şirkət inhisarçı (hökmran satıcı) gücə malik olacaq, yüksək qiymətlər qoyacaq. Hansı tikinti şirkəti həmin qiymətə sement almağa razı olacaqsa, fəaliyyətini davam etdirəcək, əks halda bazardan çıxacaq. Əlbəttə, inhisarçı şirkət də qiymət həddini elə müəyyən edəcək ki, satış minimuma enməsin, gəlir əldə edə bilsin. Həm iqtisadiyyata, həm də müştərilərin maraqlarına ziyan vurduğu üçün inhisarçılıq və digər anti-rəqabət fəaliyyətləri iqtisadiyyata dövlətin müdaxiləsini zəruri edir.   Menecment nədir? Menecment ümumi mənada hər hansı təşkilatın idarə olunmasıdır. Bu kitabda “menecment” dedikdə, biznesin idarə olunması kimi nəzərdə tutulur. Müxtəlif ədəbiyyatlarda menecmentin müxtəlif təriflərinə rast gələ bilərik. Bunlardan biri də aşağıdakı kimidir: Menecment təşkilatın məqsədlərinə çatmaq üçün resurs­lardan (maliyyə, fiziki, informasiya, insan resursları) effektiv və səmərəli şəkildə istifadə etməklə həyata keçirilən işlərin (planlaşdırma-qərar qəbul etmə, təşkil etmə, liderlik və nəzarət) məcmusudur. Başqa sözlə, menecerlər əllərindəki (əllərinin çatdığı) resurslarla biznesin məqsədlərinə çatmağa çalışırlar. Əsas menecment funksiyaları aşağıdakılardır:   – planlaşdırma və qərar qəbul etmə – təşkil etmə – liderlik – nəzarət   Planlaşdırma və qərar qəbul etmə funksiyası dedikdə, şirkət üçün hədəflərin, eləcə də həmin hədəflərə çatmaq üçün yolların müəyyən edilməsidir. Təşkil etmə funksiyasına şirkətin resurslarının düzgün yönəl­dilməsi, proseduraların formalaşdırılması daxildir. Liderlik dedikdə, işçi heyətinin ümumi məqsədə çatmaq istiqamətində düzgün motivasiyasının təşkilidir. Nəzarət funksiyasına şirkətin fəaliyyətinin ümumi məqsəd­lərə doğru olub-olmamağının yoxlanılması, lazım gəldikdə müdaxilə edilməsi daxildir. Nəzarət prosesinin effektivliyi üçün şirkətlərdə hesabatlılıq sistemi qurulur. Bütün menecerlər fəaliyyətlərində qeyd olunan menecment funksiyalarını həyata keçirir. Lakin vəzifəsindən asılı olaraq bu funksiyaları müxtəlif dərəcələrdə həyata keçirirlər. Məsələn, yüksək vəzifəli menecerlərin (top menecerlərin) işinin əsas hissəsi planlaşdırma və nəzarət funksiyalarına həsr olunur. Nisbətən aşağı vəzifəli menecerlərin işində isə planlaşdırma və nəzarət funksiyalarının payı azlıq təşkil edir.   Misal. “DMX” İnşaat şirkətinin əsas fəaliyyəti ofis təyinatlı binaların tikintisidir. Şirkət hər altı ayda bir dəfə ümumi fəaliyyət planını təsdiq edir. Bu proses müxtəlif funksional menecerlərin (maliyyə, marketinq, İT, insan resursları şöbə­lərindən) iştirakı ilə həyata keçirilir. Fəaliyyət planına inves­tisiya layihələrinin təsdiqi, yeni alınacaq avadanlıqların müəy­yən edilməsi, reklam büdcəsi, yeni cəlb ediləcək iş icraçılarının və texniki işçilərin həddinin müəyyənləşdirilməsi və s. aiddir. Şirkətdə sifarişlər satış şöbəsi tərəfindən qəbul edilir, layihə-planlaşdırma şöbəsi ilə birlikdə qiymətləndirilir. Qiymət müştəri tərəfindən məqbul hesab edilirsə, iş icraya verilir. İşə birbaşa rəhbərlik iş icraçıları tərəfindən həyata keçirilir. İş icraçıları öz növbəsində plana uyğun olaraq tikintini həyata keçirir. İş icraçıları gündəlik olaraq yuxarı rəhbərliyə hesabat verir, eyni zamanda, problemlər rəhbərlik qarşısında qaldırılır. Texniki işçilərin (usta və fəhlələrin) işinin yönəldilməsi tamamilə iş icraçısı tərəfindən həyata keçirilir. Yuxarıdakı misala əsasən “DMX” şirkətində menecment funksiyalarının bölgüsünə fikir verək. Gördüyümüz kimi, plan­laşdırma və strateji qərarların verilməsi işləri əsasən şirkət rəhbərliyi tərəfindən həyata keçirilir – investisiya layihələrinin, büdcənin təsdiqi, yeni avadanlıqların alınması, işəgötürmə qərar­ları və s. Kiçik menecerlər isə (iş icraçıları) layihə çər­çivəsində işləri planlaşdırır, ustalara birbaşa nəzarəti həyata keçi­rirlər. Lakin əsas nəzarət funksiyası top menecmentin üzərinə düşür. Qeyd olunduğu kimi, iş icraçıları rəhbərliyə gündəlik hesabat verirlər. İşin (tikintinin) birbaşa təşkili isə (təşkil etmə funksiyası) əsasən kiçik menecerlərin üzərinə dü­şür. Liderlik funksiyası, bunun tərkib hissəsi kimi motivasiya demək olar ki, bütün menecerlərdən eyni dərəcədə tələb olunur. Sonrakı fəsillərdə menecmentin başlıca funksiyaları barədə daha ətraflı şəkildə bəhs edilir. Biznes sahiblik baxımından müxtəlif formalarda yaradıla bilər. Bu mənada 3 əsas forma daha geniş yayılmışdır: 1) Fərdi sahibkarlıq 2) Partnyorluq 3) Korporasiya Bunlardan ən asanı və geniş yayılmışı fərdi sahibkarlıqdır. Fərdi sahibkarlıqda biznes vahidinin sahibliyi bir nəfərdən ibarət olur. Əksər hallarda həmin şəxs özü biznesini idarə edir. Amma biznesin idarəçiliyi başqa bir menecerə də həvalə oluna bilər. Bəzi hallarda sahibkarlar resurslarını (pul, texnologiya, bilik və s.) birləşdirib partnyorluq yaradırlar. Bu halda biz­nesin sahibliyi ən azı iki nəfərdən ibarət olur. Həm fərdi sahibkarlıqda, həm də partnyorluqda sahib­karların riski kifayət qədərdir. Belə ki, sahibkar təkcə qoyduğu kapital həcmində deyil, bütün şəxsi əmlakı ilə də məsuliyyət daşıyır. Bu səbəbdən korporasiya ən az riskli sahiblik forması he­sab olunur. Korporasiyanın bütün hüquqi öhdəlikləri sahib­lərinin hüquqi öhdəliklərindən ayrıdır. Yəni, sahibkar ən pis hal­da qoyduğu kapitalını itirə bilər. Dünyanın əksər böyük şir­kətləri korporasiya şəklində təsis olunmuşdur. Səhmlər kor­po­rasiyada sahibliyi təsdiq edən sənəddir. Yəni, şirkətin 100 səh­mindən 30-nu alırsansa, şirkətin 30%-nə sahib olursan. Bu, eyni zaman­da o deməkdir ki, 30% səsvermə hüququ səndədir, bölüşdürülən mənfəətin 30%-i sənə çatır və s. Bizneslərin yuxarıda qeyd olunan formalarının hər birinin zəif və üstün cəhətləri var. Onlara diqqət yetirək: Fərdi sahibkarlığın ən böyük üstünlüyü asan yaradılma imkanıdır. Bundan başqa, sahibkarın sərbəstliyini qeyd edə bilə­rik. Başqa sözlə, fərdi sahibkar “özü özünün müdiri”dir. Onlar asanlıqla heç kimdən asılı olmadan iş qrafiklərini müəy­yən edə, gəlirləri barədə təkbaşına qərar verə bilərlər. Fərdi sahibkarlığın ən zəif cəhəti öhdəlikləri üzrə riskdir. Yəni, sahibkarın biznesdəki uğursuzluğu şəxsi əmlaklarının iti­ril­məsi ilə nəticələnə bilər. Digər zəif cəhətlərinə artım poten­sialı, məhdud maliyyə resursları və s. aid edilir. Fərdi sahib­karların maliyyə resurslarına çıxış imkanı əsasən aşağı səviy­yədədir. Çünki kredit təşkilatları onlara kredit ayırmağa maraqlı olmur, digər tərəfdən, fərdi sahibkarlıq vahidləri investorlar üçün də cəlbedici olmur. Partnyorluğun fərdi sahibkarlığa nisbətən əsas üstünlüyü həm maliyyə, həm də digər resurslara çıxış imkanının yüksək olmasıdır. Çünki ən azı 2 nəfər resurslarını bir araya gətirir. Partnyorluğun zəif cəhətləri aşağıdakılar hesab olunur: – Öhdəliklər üzrə məsuliyyətin qeyri-məhdudluğu. Fərdi sahibkarlıqda olduğu kimi, burada da sahibkarlar biznesə bütün öhdəlikləri üzrə cavabdehdirlər; – Mənfəətin bölgüsü. Partnyorlar bir çox hallarda birgə qazan­dıqları mənfəətin bölgüsü zamanı narazıçılıqlarla üzlə­şirlər. Mənfəətin hansı nisbətdə bölünməsi, nə zaman bölün­məsi və s. əsas kəsişmə nöqtələridir; – Partnyorlar arasında narazılıq. Narazılığın əsas mənbəyi partnyorun birinin digəri üzərində “üstün mövqe” tutmaq istə­yidir. Bunlara misal olaraq kimin işə götürülməsi, kimin daha çox işləməsi, investisiya qərarları və s. göstərə bilərik. – Partnyorların ayrılması. Partnyorların ayrılması təbii proses olsa da, praktiki olaraq bu proses olduqca problemlidir. Belə ki, partnyorlar ayrılanda resurslar hansısa nisbətdə bölünməlidir. Məsə­lən, hər hansı bacarıqlı işçi tərəflərin yalnız birində qala bilər. Fərdi sahibkarlığın və partnyorluğun yuxarıda qeyd olunan və olunmayan çatışmazlıqları korporasiyaların meydana gəl­məsinin əsas hərəkətverici qüvvəsi olur. Korporasiyanın üstün­lükləri aşağıdakılardır: – Məhdud məsuliyyət. Bu o deməkdir ki, korporasiyanın borcları yalnız korporasiyanın aktivləri hesabına ödənilə bilər. Korporasiyanın sahiblərinin (səhmdarların) şəxsi əmlaklarının korporasiyanın işinə heç bir aidiyyatı yoxdur. – Maliyyə resurslarına çıxış imkanı. Korporasiya hər za­man yeni səhmlərini satışa çıxara bilər. Bundan başqa, kor­porasiyalar kredit təşkilatları üçün daha cəlbedici hesab olunur. – Sahibliyin menecmentdən ayrı olması. Korporasiyanın sahiblərinin onun idarə olunmasında rolu demək olar ki, yox­dur. Bu amil bir çox insanları korporasiyalara investisiya qoy­mağa həvəsləndirir. Başqa sözlə, investisiya qoyub kənardan mənfəəti gözləyirlər. – Sahibliyin dəyişilməsinin asanlığı. Partnyorluqdan fərqli olaraq, korporasiyada sahibliyin dəyişilməsi heç bir problem yarat­mır. Bir səhmdarın səhmlərini digərinə satması kor­po­rasiyanın işinə təsirsiz ötüşür. Qeyd olunan üstünlüklərlə yanaşı, korporasiya bir sıra zəif cəhətlərsiz də deyil:   – İkiqat vergitutma. Korporasiyalar mənfəət vergisi ödə­məklə yanaşı, səhmdarlar əlavə olaraq aldıqları dividentdən vergi verirlər. (Dividend – səhmdarların mənfəətdən aldıqları paydır). Başqa sözlə, səhmdarlar həm mənfəətdən vergi verir­lər, həm də mənfəətdən aldıqları dividentdən. Beləliklə, eyni mənbədən iki dəfə vergitutmaya məruz qalırlar. – Təşkilati işlərin çətinliyi. Buraya məcburi mühasibatlığın aparılması, məcburi audit yoxlaması və s. daxildir. – Menecment və səhmdarlar arasında münaqişələr. Bu, o zaman yaranır ki, menecment öz maraqlarını korporasiyanın maraqlarından önə çıxarır. Dünyada biznes praktikası günü-gündən inkişaf edir, təkmilləşir. Buna bir çox amillər təsir edir: — İnformasiya texnologiyalarının inkişafı — Biznes infrastrukturunun inkişafı — Korporativ mədəniyyətin formalaşması — Rəqabətin yüksək səviyyəsi və s. Qeyd olunan meyllərin əsas hərəkətverici qüvvəsi elə sonuncu amildir – rəqabət. Biznesdə rəqabətin inkişafı menecerlərə, liderlərə olan tələbləri də artırmışdır. Bu gün uğur qazanan liderlər qalstuk geyinib toxunulmaz kabinetlərdə ağır iş rejimi keçirənlər yox, çevik, məlumatlı, işçilərin əli çatdığı, problemlərdən qorxma­yan liderlərdir. Yeni biznes meylləri, biznes mühiti barədə 2-ci fəsildə daha ətraflı məlumat verilmişdir. Anar Bayramov. Biznes və menecmentin əsasları. Bakı, “Nurlan”2011
['menecment']
4,204
https://kayzen.az/blog/issoc/8912/m%C3%BCs%C9%99lman-adlar%C4%B1.html
Müsəlman adları
nilufer
islam və cəmiyyət
26 fevral 2012, 19:19
Müsəlman qız və oğlan adları indiki ailələrdə çox istifadə olunur və bu getdikcə də yayılmaqdadır. Uşaq dünyaya gəldikdən sonra isə ona advermə problemi ortaya cıxır. Bəs İslamda hansı adlar bəyənilir? Biz aşağıda İslamda bəyənilən oğlan və qız adlarını sizin diqqətinizə çatdırırıq. Seçim isə sizindir. İslam adlari seçmək savabdır,hamıya xoşdur. Allah körpənizi əməli-saleh bəndələrdən etsin! Müsəlman oğlan adları: Ərəb Azərbaycan Ərəb Azərbaycan Ərəb Azərbaycan Ərəb Azərbaycan بلال Bilal إياد Iyad أسباط Əsabat أحمد Əhməd بيان Bəyan إياس Iyas إسحاق Ishaq إبراهيم Ibrahim تمام Təmam أيوب Əyyub أسد Əsəd آدم Adəm تميم Təmim بدر Bədr أسلم Əsləm أبان Əban ثابت Sabit البراء Əl-Bəra إسماعيل Ismayıl أبي Übeyy ثامر Samir بشار Bəşşar أسيد Useyd أثال Əsəl ثواب Səvab بشير Bəşir أنس Ənəs أثير Əsir جابر Cabir بصير Bəsir أوس Ovs إدريس Idris الجارود əl-Carud بكر Bəkr أوفى Ovfə أسامه Üsamə رجب Rəcəb خالد Xalid حبيب Həbib جاسر Casir رزين Rəzin خباب Xəbbab حذيفة Hüzeyfə جامع Cami رشاد Rəşad خبيب Xubeyb حريز Hüreyz جبر Cəbr رشيد Rəşid خزيمة Xüzeymə حزام Hizam جبير Cubeyr رفاعة Rifaət خطاب Xəttab حسام Hisam جرير Cərir رفيق Rəfiq خلف Xələf حسان Həssan جعفر Cəfər رمضان Ramazan خليفة Xəlifə حسيب Huseyb جنادة Cünadə رؤبة Rubət خليل Xəlil الحسن Əl-Həsən جنيد Cuneyd روح Rovh داود Davud الحسين Əl-Hüseyn الجنيد Əl-Cuneyd زاهر Zahir ذاود Zavud حفص Həfs حاتم Hatim زايد Zayid ذؤيب Züeyb حماد Həmmad حاجب Hacib زبير Zübeyir راضي Razi حمد Həməd حارث Haris الزبير Əz-Zübeyir راجح Racih حمدان Həmdan الحارث Əl-Haris زهران Zəhran راسم Rasim حمزة Həmzə حازم Hazim زهير Züheyir راشد Raşid حيان Həyyan حاضر Hadir زياد Ziyad راغب Rağib حيدر Heydər حافظ Hafiz زيد Zeyd رافع Rafi حيدرة Heydərə حامد Hamid سابق Sabiq ربيع Rəbii سويد Suveyd حبان Hibban طريف Tarif شعيب Şüeyb سلطان Sultan ساعي Saiy الطفيل Tüfeyil شهر Şəhr سلمان Salman سالم Səlim طلال Talal شيبان Şeyban سليمان Süleyman سبرة Səbərə الطيب Tayyib صابر Sabir سليم Səlim سبيع Sübey ظافر Zafir صاعد Said سماك Simak سحبان Sühban ظهير Zahir صادق Sadiq سيار Səyyar السري Əs-Səriyy عائد Aid صالح Saleh سيف Seyf سعد Səd عائذ Aiz صخر Saxr شافع Şafi سمح Səmh عائش Aiş صدي Sədiyy شاكر Şakir سعدان Sədan عابد Abid صديق Siddiq شاهين Şahin سمرة Səmura عاصم Asim صفوان Səfvan شبل Şibl سعود Səud عاطف Atif صفي Səfiyy شجاع Şüca سمعان Səman عامر Amir صلاح Salah شداد Şəddad سعيد Səid عباد Abbad صهيب Süheyb شريح Şüreyh سنان Sinan عبادة Ubadə طالب Talib شريك Şüreyk سهل Səhl عباس Abbas طارق Tariq شريف Şərif سفيان Süfyan العباس əl-Abbas طاهر Tahir شعبة Şöbə سهيل Suheyl عبد الله Abdullah الطاهر Ət-Tahir عبد الحي Əbdülheyy سلام Səlam عبد المجيد Əbdülmucid عبد الغفار Əbdülğəffar عبد الخبير Əbdülxəbir عبد الأحد Əbdüləhəd عبد المقتدر Əbdülmüqtədir عبد الغفور Əbdülğəfur عبد الخالق Əbdülxaliq عبد الأعلى Əbdülələ عبد الملك Əbdülməlik عبد الغني Əbdülğəniyy عبد الرب Əbdürrəbb عبد الإله Əbdülilah عبد المجيد Əbdülməcid عبد الفتاح Əbdülfəttah عبد الرؤوف Əbdürrauf عبد الأول Əbdüləvvəl عبد المولى Əbdülmovlə عبد القادر Əbdülqadir عبد الرحمن Əbdürrəhman عبد الآخر Əbdülaxar عبد المهيمن Əbdülmüheymin عبد القاهر Əbdülqahir عبد الرحيم Əbdürrəhim عبد الظاهر Əbdüzzahir عبد النصير Əbdünnusayr عبد القدوس Əbdülquddus عبد الرزاق Əbdürrəzzaq عبد الباطن Əbdülbatin عبد المنان Əbdülmənnan عبد القدير Əbdülqədir عبد المجيب Əbdülmucib عبد البارئ Əbdülbari عبد الواحد Əbdülvahid عبد القوي Əbdülqaviyy عبد السلام Əbdüssəlam عبد البر Əbdülbərr عبد الوارث Əbdülvaris عبد القهار Əbdülqahhar عبد السميع Əbdüssəmii عبد البصير Əbdülbuseyir عبد الواسع Əbdülvasi عبد القيوم Əbdülqəyyum عبد الشكور Əbdüşşəkur عبد التواب Əbdünnəvvab عبد الوكيل Əbdülvəkil عبد الكبير Əbdülkəbir عبد الشهيد Əbdüşşəhid عبد الجبار Əbdülcabbar عبد الوالي Əbdülvali عبد الكريم Əbdülkərim عبد العزيز Əbdüləziz عبد الحسيب Əbdülhəsib عبد الوهاب Əbdülvahhab عبد اللطيف Əbdüllətif عبد العظيم Əbdüləzim عبد الحفيظ Əbdülhəfiz عبيد Ubeyd عبد المؤمن Əbdülmumin عبد العفو Əbdülovf عبد الحق Əbdülhaqq عتبة Utbə عبد المتعالي Əbdülmütəali عبد العليم Əbdüləlim عبد الحكيم Əbdülhəkim عثمان Osman عبد المتين Əbdülmətin عبد العلي Əbdüləliy عبد الحكم Əbdülhəkəm عدنان Adnan عبد المجيد Əbdülməcid عمران Imran عبد الحليم Əbdülhəlim فيصل Feysal غيهب Qeyhəb عمير Umeyr عدي Ədiyy القاسم Qasim فائد Faid عواد Avvad عرب Ərəb قاسد Qasid فائز Faiz عوض Avaz عروة Ürvə قاصد Qasid فاتح Fatih عفو Avf عساف Əssaf قانع Qani فارس Faris عون Avn عسكر Əskər قتادة Qatadə فاروق Faruq عياش Əyyaş عصام Isam قثم Qəsəm فاضل Fazil عياض Iyaz عطاء Əta قحطان Qahtan فراس Fərras عيد Eyd عطيه Ətiyyə قدامة Qudamə فرقد Fərqəd عيسى Isa عفيف Əfif قرة Qurra فضالة Fuzalə غازي Ğazi عقبة Uqbə قصي Qisiyy الفضل Əl-Fəzl غالب Ğalib عقيل Uqeyl قيس Qeys فضيل Fuzeyl غانم Ğanim العلاء Əl-Əla كاتب Katib فلاح Fəlah غسان Ğəssan علقمة Əlqəmə كبير Kəbir فهد Fəhd غطفان Ğatfan علي Əli كعب Kəəb فهر Fihr غياث Ğiyas عماد Əmmad كميل Kumeyl فؤاد Fuad غيث Ğeys عمار Ammar كنانة Kinanə فواز Fəvaz غيلان ğeylan عمر Ömər لؤي Lueyy فياض Feyyaz محمود Mahmud عمرو Amr المقداد Miqdad مصعب Musab مصطفى Mustafa لبيب Ləbib مكحول Məkhul مضر Muzar مرحب Mərhəb لبيد Lubeyd ملهم Məlhəm مظفر Müzəffər مرعي Məri لقمان Loğman ممدوح Məmduh معافي Muafi مروان Mərvan الليث Əl-Leys مقرن Muqrin معاذ Muaz مرزوق Mərzuq محمد Məhəmməd مؤرج Muərric معتصم Mutəsim مظهر Məzhər ماتع Məti موفق Muvəffiq معان Muan مساعد Müsaid ماجد Məcid منصف Münsif معاوية Müaviyə مسدد Musəddəd مالك Malik مجد Məcd معروف Məruf مشرف Muşrif مأمون Məmun منذر Munzir معقل Məqəl مسعود Məsud مانع Mani المنذر Əl-munzir معمر Muəmmər مسلم Muslim ماهر Mahir منصور Mənsur معمر Məmər مسلم Məsləm متمم Mutəmmim منقذ Munqiz معن Muin مشعل Məşəl المثنى Əl-Musənnə منيب Munib معوذ Muəvviz مشهور Məşhur مجاب Mucəb منير Munir مغيث Muğis مشاري Məşari مجالد Mucalid مهاجر Muhacir المغيرة əl-muğira مشير Muşir مجاهد Mucahid مهند Muhənnid المفضل əl-mufəddəl مصطفى Mustafa مجيب Mucib مهنا Məhnə مفلح Muflih نسيب Nəsib مجير Mucir وسيم Vəsim هارون Harun نصار Nəsar موسى Musa وضاح Vaddah هاشم Haşim نصر Nəsr مؤمل Muəmmil وفيق Vufeyq هانئ Hani النضر Ən-Nəzr ميسرة Məysərə وهب Vahb هشام Hişam نظر Nəzər ميمون Məymun لاحق Lahiq هلال Hilal نذير Nəzir النابغة Ən-Nabiğə ياسر Yasir همام   نعمان Noman ناجي Naci يافث Yafəs همام Həmmam النعمان Ən-Noman ناصح Nasih يرد Yərid هود Hud نعيم Nəim ناصر Nasir يشجب Yəşcəb هيثم Heysəm نفيل Nufeyl ناظر Nazir يزيد Yezid الهيثم Əl-Heysəm نمر Nəmr نامي Nami يعرب Yərub وائل Vail نمير Nəmir ناهض Nahiz يعقوب Yəfuf وابل Vabil النواس Ən-Nəvvas نايف Nayif يعمر Yəmur واثق Vasiq نواف Nəvvaf نبهان Nəbhan اليمان əl-Yəman وارد Varid نوح Nuh نبيل Nəbil يعيش Yəiş واسم Vasim نوف Novf نبيه Nəbih يقظان Yəqəzan واصل Vasil نهد Nəhd نديم Nədim يوسف Yusuf وجيه Vəcih هادي Hadi نزار Nəzar يونس Yunus وديع Vədii     نزيه Nəzih Müsəlman qız adları: Ərəb Azərbaycan Ərəb Azərbaycan Ərəb Azərbaycan Ərəb Azərbaycan رابيه Rabiyə حنيفه Hənifə ثناء Səna آسيا Asiya رسمه Rəsməh حواء Həvva جازيه Caziyə آمنة Əminə رقية Raqiyyə حياة Həyat جليلة Cəlilə أروى Ərva رفيدة Rafida خالصة Xalisə جوزاء Covzə أسماء Əsma رندة Randa خالدة Xalidə جويرية Cuveyriyyə أصيلة Əsilə راشدة Raşidə خضراء Xəzra حذام Hizam إمامة Imamə رواء Rəva خزامي Xuzami حسانة Həsanə أمينة Umeyyə راضية Raziyə خلود Xulud حسيبة Həsibə بادية Badiyə روضة Rovzə خولة Xovlə حصان Həssan بثينة Buseynə روية Ruyə دليل Dəlil حصة Həssə البتول Əl-Bətul ريا Rəya ديمة Deymə حصيفة Həsifə بنان Bənan رؤي Ruey زكية Zəkiyyə حفصة Həfsə بنانة Bənanə ربي Rəbiy رائدة Raidə حكيمة Həkimə تقية Təqiyyə رباب Rəbab رزينة Rəzinə حليمة Həlimə تماضر Təmazir الرباب Əl-Rəbab رابعة Rabiə حميدة Həmidə ثامرة Samirə رحمة Rəhmə راضية Raziyə سودة Sövdə ثرياء Sürəyya كريمة Kərimə عاتقة Atiqə شاكرة Şakirə رزان Rəzan لبابة Lübabə عاصمة Asimə شرف Şərəf زاهدة Zahidə لبيبة Ləbibə عامرة Amirə شريفة Şərifə زبيدة Zübeydə لطيفة Lətifə عاملة Amilə الشفاء Əş-Şifa زينب Zeynəb لمى Ləmə عالية Aliyə شيماء Şeyma سارة Sara لمياء Ləmya عبلة Əblə الشيماء Əş-Şeyma سابقة Sabiqə ماجدة Məcidə عديلة Ədilə شيخة Şeyxə سامية Samiyə مأمونة Məmunə عزة Izzət صالحة Salihə سالمة Səlimə مبروكة Məbrukə عفاف Ifaf صابرة Sabirə سبيعة Səbiə محفوظة Məhfuza عزيزة Əzizə صباح Səbah سراء Sərra مريم Məryəm عفيفة Əfifə صفيه Səfiyyə سعاد Süad مزنة Muznə عقيلة Əqilə طاهرة Tahirə سلطانة Sultanə مصونة Məsunə العنود Əl-Ənud طرفة Tərfə سناء Səna معاذة Muaza علياء əlya طيبة Təyyibə سلمى Səlma مفيدة Mufidə عهود Əhud عائشة Aişə سمحة Səmhə منيبة Munibə فائزة Faizə عائدة Aidə سمية Səmiyyə منيرة Munirə فضيلة Fəzilə عابدة Abidə سهلة Səhlə منيفة Munifə قرة Qurra نجاة Nəca سهيلة Suheylə واجدة Vacidə نفيسة Nəfisə نجية Nəciyyə منى Mina واصلة Vasilə نوره Nura نجلاء Nəcla منال Mənal وئام Viam هاجر Həcər ندى Nədə ميمونة Məymunə وجيهة Vacihə هدى Hədə نزيهة Nəzihə ناجية Naciyə وحيدة Vahidə هناء Həna نسيبه Nəsibə نوف Novf وضحاء Vəzha هند Hind نعيمة Nəimə نهى Nəhə وفاء Vəfa هياء Həya نفيسة Nəfisə نبيلة Nəbilə     وائلة Vailə     نبيهة Nəbihə Həmçinin bax: Uşağın adı nə olsun? Müəllif: Əkrəm Həsənov
['adlar']
4,205
https://kayzen.az/blog/kulturologiya/7808/sivilizasiyalar%C4%B1n-tarixi.-tarixi-m%C9%99nb%C9%99l%C9%99r.html
Sivilizasiyaların tarixi. Tarixi mənbələr
luminat
Kulturologiya (mədəniyyətşünaslıq)
26 fevral 2012, 18:54
Sivilizasiya – ümumi anlayışdır, ictimai-iqtisadi formasiyalar dövrlərində cəmiyyətin əldə etdiyi nəticələrin göstəricisidir, maddi mədəniyyəti bildirmək üçün işlədilir. Sivilizasiya mədəniyyətin sinonimidir. İctimai inkişafın maddi və mənəvi mədəniyyətin səviyyəsi və mərhələsini ümumiləşdirir. Mədəniyyət bəşəriyyət tarixinin keçdiyi üç dövrün: vəhşilik, barbarlıq, sivilizasiya mərhələsini bildirmək üçün qəbul edilmiş terminidir. İlk dəfə “sivilizasiya” termini (anlayış) kimi XVIII əsrdə Fransada istifadə olunub və onun məzmunu cəmiyyətin inkişafı mərhələsinin göstəricisi üçün anlayış olmuşdur. “Mədəniyyət” terminini isə ilk dəfə Şotlandiya fəlsəfəçisi A.Ferkuson işlətmişdir (1767). XIX əsrdə termin mədəniyyətin ümumi göstəricisi kimi istifadə edilib. Beləliklə, sivilizasiya sözünün əsas məzmunu xalqın həyat fəaliyyətinin bütün sferalarını əhatə edir və onun inkişaf mərhələsini açıqlayır. Maddi mədəniyyət – ənənəvi xalqın həyat quruluşunu, onun təsərrüfatda əldə etdiyi səviyyənin göstəricisidir. Mənəvi mədəniyyət – adət-ənənə, incəsənətə, dini baxışlar və s.amillər etnosun (xalqın) özünə xas olmasının əsasını təşkil edir. Xalqların maddi və mənəvi mədəniyyətlərinin öyrənilməsi üçün əsasən tarixi mənbə kimi arxeoloji və etnoqrafik materiallardan istifadə olunur. Bəşər tarixinin qanunauyğunluğu tendensiyası nəticəsində, xaqların qarşılıqlı təsir və əlaqələrin dərinləşdirilməsi, onların mədəniyyətlərinin zənginləşməsinə əsas yaratmışdı. Ayrı-ayrı tayfalar arasında mədəni mübadilə nəticəsində (poliolit dövründə) sonralar bu əlaqələrin daha geniş yayılması nəticəsində ilk sivilizasiyaların yaranmasına imkanlar yaradılmışdı. Bizim eradan əvvəl III-I minilliklərdə sivilizasiya Asiya, Avropa və Afrika qitələrini əhatə etmişdi. Xalqlar və dövlətlərarası münasibətlərin yaranması, insan cəmiyyəti tarixində mühüm yer tutur. Xalqlar arasında əlaqələr bütün insan cəmiyyəti tarixində bir neçə formada xarakterizə olunurdu: miqrasiya, ideoloji, mədəni, dini və s. xalqlar arasında münasibətlər və əlaqələrin dərinləşməsi, kapitalizm dövründə, Böyük coğrafi kəşflər nəticəsində ümumdünya əlaqələrin genişlənməsinə səbəb olmuşdu. Epizodik və təsadüf hallardan zərurətə çevrilmişdi. Əlaqələrin yaranması və onların xalqların mədəniyyətinə təsiri könüllü, yaxud məcburi xarakterli olmuşdu, mədəni inkişafda geridə qalmış xalqların mütərəqqi irəliləyişinə müstəmləkəçilik dövründə daha qabarıq təsir göstərmişdi. Cəmiyyətin tarixi baxımdan öyrənilməsi, digər elmlərdə olduğu kimi tarix elmində qaçılmaz ixtisaslaşdırılma mövcuddur. Tarix elmi bir neçə ayrıca bölmələrdən və sahələrdən, köməkçi fənlərdən ibarətdir. Bunları bir neçə qruplara ayırmaq olar. Birinci qrupa – bölmələr və tarix elminin sahələri daxildir. İkinci qrupa – köməkçi (ixtisaslaşdırılmış) tarixi fənlərdi və bu sıraya sivilizasiya tarixi daxildir. Mədəniyyətin inkişafını elmi şəkildə dərk etmək üçün tarixi mənbələrin forma və məzmunu dialektik vəhdətdə öyrənilməlidir. İbtidai icma dövrünə aid problemlərin öyrənilməsində əksər mənbələr arxeoloji tapıntılardı və onlar maddi mədəniyyət abidələrindən ibarətdir. Sinfi cəmiyyətlərin tarixinin tədqiqində, əsasən yazılı mənbələrdən istifadə olunur. Tarixi mənbələrin meydana gəlmə formalarına, məzmun və məqsədlərinə görə fərqlənir və şərti olaraq qruplara bölünür: yazılı, maddi-əşyavi, etnoqrafik, şifahi və s. Arxeoloji abidələr. Arxeoloji qaynaqlar zamanı aşkar edilmiş müxtəlif əmək alətləri, məişət, dini təsəvvürləri ifadə edən materiallardan ibarətdir. Qədim dövrün öyrənilməsində arxeoloji qaynaqlar və onların əsasında ilk sivilizasiyaların yaranmasını retrospektiv analiz etmək imkanı yaranır. Məhz dünya sivilizasiyaların qədim dövrü əsasən arxeoloji materiallar əsasında öyrənilmiş və öyrənilməkdədir. Etnoqrafik materiallar. Hər bir xalqın maddi və mənəvi mədəniyyətini, ümumi insan cəmiyyətinin sivilizasiyasının tarixinin öyrənilməsi üçün köməkçi tarixi fənnidir. Etnoqrafiya bir elm kimi, insanların mərhələlər şəklində mədəniyyətlərin yaranmasını və inkişafını, həyat məişətini, ənənələrini öyrənir və bunun nəticəsi olaraq ümumi sivilizasiya problemlərinin elmi araşdırılmasındə vasitəçi tarix fənni kimi iştirak edir. Etnoqrafik materiallar əsas etibarilə xalqların müasir həyatlarında rast gələn qədim dövrlərə aid olan mədəniyyətlərinin qalıqları təşkil edir. Tarix elmində arxeologiya və etnoqrafiya müstəqil yer tuturlar. Qədim yazılı tarixi mənbələr. Arxeoloji və etnoqrafik qaynaqlardan fərqli olaraq, yazılı mənbələr sonrakı tarixi dövrə aiddir. Daha dəqiq, yazı sinfli cəmiyyətinin məhsuludur. Qədim sivilizasiyaların öyrənilməsində yazılı mənbələr əsas yerlərdən biridir, bu tarixi qaynaqlarda xalqların mədəniyyəti, ənənələri, adətləri, tarixi hadisələr, ilk dövlətlərin yaranması barəsində əvəzolunmaz məlumatlar izah olunub və onlar tarixi əhəmiyyət kəsb edir. Şumer-Akkad, Asur və Urartu mixi yazılarda qədim xalqların məişəti, dini baxışları, ictimai quruluşları salnamələrdə və başqa abidələrdə canlandırılmışdı. Antik mənbələr. Qədim yunan, Roma tarixçi və coğrafiyaçıları Herodot, Strabon, Ptolomey, Plini və başqalarının əsərlərində bir çox xalqların məşğuliyyəti, dini baxışları, ictimai quruluşu barədə məlumatlar verilir. Ərəb mənbələri. Ərəb müəllifləri VII əsrdən etibarən işğal etdiyi ərazilərdə yaşayan xalqların dini baxışları, mədəniyyətlərindən, siyasi hadisələrdən və s. barədə məlumat vermişlər. Epiqrafik abidələr. Epiqrafik yazılar qaya, daş, qala divarı üzərində həkk olunan yazılarda tarixi siyasi hadisələr, xalqlararası mövcud olan əlaqələrdən, dövlət idarəçilikdən və s. məlumatlar saxlanmışdı. Sivilizasiyaların tarixini öyrənilməsində Bizans qaynaqları və qədim Alban və digər mənbələr böyük əhəmiyyət kəsb edir. Beləliklə, köməkçi materiallardan tarixi mənbə kimi istifadə edərək, onların elmi analizi nəticəsində, xalqların mədəniyyətinin yaranması və inkişafına təsiredici faktorları aşkar etmək olar. Antik yunan və roma tarixi mənbələrdə ilk dəfə olaraq keçmiş dövrlərin sistematik izahına, ilk insan sivilizasiyaları haqqında  dolğun materiallara rast gəlinir. Antik dövrün tarixçiləri qiymətli məlumatlar toplamışlar və əldə olunmuş materiallar əsasında sivilizasiyaların yaranma tarixindən və  onun inkişafı barəsində əvəzsiz məlumatlar vermişlər. Qədim tarixi mənbələr sırasında, ilk nöbvbədə yunan tarixçisi Herodotun (b.e.ə.484-425-ci illər) adını qeyd etməliyik. Siseron onu “tarixin atası” adlandırmışdı. Herodot öz “Tarix” əsərində maraqlı məlumatlar vermiş və onların əsas etibarilə yunanlar adlandırdığı barbarlardı. Herodotun “Tarix” əsəri bu günə kimi elmi-tarixi əhəmiyyətini saxlamaqdadır. Antik dövrün fəlsəfəçiləri böyük diqqət ibtidai mədəniyyət problemlərinə ayırmışlar. Misal üçün ibtidai mədəniyyətin yaranmasının iki konsepsiyası Demokrit və Ərəstünə məxsusdur. Demokritin (b.e.ə.470-380-ci illər) baxışlarına görə ilk insanların sivilizasiyaların yaranmasının səbəbini ehtiyacda görürdü. Gündəlik tələbat yaşamaq və ölməyib sağ qalması üçün irəliləməyə vadar etmişdi. Təbiət ilə mübarizədə yeni yollar axtarmalı olmuşlar. Demokritin əsas kəlamı: “insanların yaşamaq üçün mübarizəsi onları hər şeyə öyrətmişdi”. Epikur tarixdən bütün əfsanəvi müdaxiləni rədd edirdi, tarixin təkanverici qüvvəsini insan cəmiyyətində və onu əhatə edən təbiətdə görürdü. Ərəstunun (b.e.ə.384-322-ci illər) “Siyasət” əsərində cəmiyyət əvvəl olmuş sonra ailə. Ailəyə gəldikdə ilk dəfə olaraq patriarxal olmasını sübut etmişdi. Romalılardan bizə fəlsəfəi-poetik əsərlər miras qalıb və onlarda ən qabaqcıl fikirlər qədim dövrə aid olmuşdu. Tit Lukresiy Kar (I əsr. B.e.ə.) öz əsərində bir sıra çətin, eyni zamanda vacib problemlərə cavab tapmışdı. İnsan cəmiyyətinin yaranması, odu əldə edilməsi, geyim, yaşayış və s. hüquq ruşeymlərinin yaranması, din, əxlaq, dövlət və digər sivilizasiyaların elementləri barələrində Lukresiy öz əsərlərində toxunmuş, kahinlərin bütün təlimlərinə qarşı çıxış etmişdi. Demokrit, Epikur, Lukresiy insanın yaratdığı mədəniyyətin əsas səbəblərini açıqlamışlar. Orta əsrlərdə əsas tarixi mənbələr xristian missionerləri, tacirlər, mütəfəkkirlər tərəfindən məlumatlarda qeyd olunmuşdur. Sivilizasiya tarixinin öyrənilməsində XV əsrin sonralarında çevriliş baş vermişdi. Böyük coğrafi kəşflər dövrü böyük faktiki materiallar toplanmışdı. Səyyahdan sonra dünya sivilizasiyanın tarixini öyrənilməkdə missionerlərin böyük töhfəsi olmuşdu. Zəngin elmi irsə əsaslanaraq, sivilizasiyanın yaranmasının səbəblərini və sonrakı dövrlərdə onun inkişafını tam şəkildə qurmaq olar. İbtidai-icma quruluşunun əmələ gəlməsi, onun uzun əsrlər davam etməsi dövründə ilk sivilizasiya rüşeymləri yaranmağa başlanmış, sonrakı tarixi dövrlərdə zənginləşmişdi. XX əsrin əvvəllərində ilk dəfə olaraq qədim məbədlərin izahı verilmişdi. Assuriyada aparılmış arxeoloji qazıtnılar zamanı qədim şummerlərin mədəniyyəti aşkar olunmuşdu, ən ilkin Fərat və Dəclə vadisində yaşamış xalqın tarixinə nəzər salmaq imkanı yaranmışdı. Cəmiyyətin yeni inkişaf mərhələsinə keçidi, çoxmüddətli inkişafın nəticəsi əsasında olmuş, tədricən inkişafın nəticəsidir. İnsan cəmiyyətində bir sıra institutların yaranması, bunlardan ailə, mülkiyyət, dövlət uzun sürən prosesin nəticəsidir, və onun ictimai inkişafın əsasları təşkil edir. Hər bir mərhələnin araşdırılması nəticəsində ümumi inkişaf dinamikası, onlara əsas təsiredici faktorları aydınlaşdırmaq mümkündür. Tədqiqatçılar, dünya sivilizasiya tarixində elmi faktiki əsaslar nəticəsində nəzəri ümumiləşdirmələr və nəticələr əldə etmişlər. Dünya sivilizasiyalarının  problemlərini tədqiq edərək, fənnin o biri yanaşıq elmlərdən fərqedici meyarını aydınlaşdırmaq tələb olunur (sosiologiya, dilçilik, sənətşünaslıq, folkloristika və s.) Beləliklə, “Dünya sivilizasiyalarının tarixi” bir elmi fənn olaraq, onun əsas hədəfi faktiki materiallara (maddi və mənəvi xarakterli) mütləq tarixi ardıcıllıqla baxılması, tarixi mənbələrə əsaslanmaq şərti ilə. Fənnin ayrı-ayrı problemlərini araşdıraraq, tək fakta ya hadisəyə əsaslanmayaraq, tələb olunur ümumi xalqların tarixi mədəniyyətinə istinad etmək zəruridir. Dünya sivilizasiyasının hərtərəfli mərhələlərin inkişafı, onları aydınlaşdırmaq yalnız onun bütün tərkib hissələrini cəlb edərək hər bir dövrün inkişaf spesifikasını açıqlamaq olar. “Dünya sivilizasiya tarixi” tarix elminin tərkib hissəsi olaraq, insan cəmiyyətinin mədəni inkişafıının mərhələlərini öyrənərək,  bununla sivilizasiya zənginləşməsinin əsas təsiredici faktorları aydınlaşdırır. Sivilizasiyaların yaranması və sonrakı inkişafı müasir dünya inkişafında əldə olmuş nəticələrin böyük tarixi məna daşıyır, ümumi qanunları aşkar etmək imkanı yaradır. Qlobal inteqrasiya dövründə, təbii ki dünya sivilizasiya anlayışının daha zənginləşməsinə səbəb olmuşdu. Dünya sivilizasiya problemlərinin tədqiqatı siyasi və iqtisadi reallıqlarla sıx bağlıdır. Marrifçilərin və ensiklopedistlərin baxışları “Dünya sivilizasiya tarixi” elminin zənginləşməsinə böyük töhfəsi olmuşdur. Bütün nəzəriyyələrə istinad edərək, yekdil konsepsiya yaranır, dünyavi tarixin inkişaf prosesi qanunauyğun olmasını sübut edir. Retrospektiv (keçmişə çevrilmiş) üsul ilə araşdırmalar əsasında müqayisəli – tarixi üsul yaranır və ondan istifadə edərək ictimai-mədəni xalqların həyatını öyrənməyə imkan yaradır. “Dünya sivilizasiyaların tarixi”nin müstəqil bir elmə çevrilməsi XIX əsrin sonlarında təbiət elmlərinə və təkamül təliminin əldə olunan müsbət nəticələri böyük təsir göstərmişdi. Təkamül teoretik əsaslarından istifadə edərək, alimlər cəmiyyətin tarixini və mədəniyyətin elmi araşdırmalarda müqayisə üsulundan, faktiki materiallara əsaslanaraq elmdə yeni nəzəriyyələr irəli sürmüşdülər. Arxeoloq Sliman tərəfindən Troya və Miken şəhərlərinin aşkar edilməsi mədəniyyət tarixinin öyrənilməsində misilsiz tövhə olmuşdu. Qədim sivilizasiyalar Orta Asiya və Cənubi Qafqazda aşkar olunmuşdu. Qədim Misir yazılıarın oxunmasında Sampolyonun böyük əməyi olmuşdu. XX əsrdə çex alimi Qroznı qədim xettlərin yazılarının oxumasına nail olmuşdu. Qədim sivilizasiyalarının ümumi tarixini, arxeoloji, etnoqrafik və dilçilik materiallara əsaslanaraq fransız alimi Maspero, alman alimi Meyera  və rus alimi Turayeva aiddir. Dini inamlar Dünya sivilizasiyasının öyrənilməsində dini baxışlar böyük rol oynayır. Din xalqların tarixində onun ictimai şüurun, yəni insanların mədəni həyatını əks etdirir, ictimai dəyişikliklər dinin yenisi ilə əvəz olunmasına səbəb olur. Dünya sivilizasiyasının inkişafında din mühüm rol oynamışdı. Din insanların həyatının bütün sahələrinə öz təsirini göstərmişdi  və xalqların mədəniyyətində öz əksini tapmışdı. İnsanların dinin mədəniyyətinə təsiri barəsində ilk dəfə Ksenofontun, Anaksaqorun, Demokritin, Lukresiy Karın və s. əsərlərində rast gəlinir. İlk dəfə olaraq onlar din tarixinə nəzər salaraq, dinin xalqların mədəniyyətinə təsiri barəsində öz mülahizələrini vermişlər. Orta əsrlərdə dinin yaranması tarixini Qobbs, Spinoza, Talanq, Prisli tərəfinən öyrənilmişdi. XIX əsrin əvvəllərində tarix elmində yeni dini-mifoloji məktəb yaranmışdı. Mifoloji məktəbin tərəfdarları ilk dəfə olaraq toplanmış materialları sistematizə etmişlər və elmi araşdırmalarında xalqların mədəniyyətlərində zəngin mənbələrin olmasını sübut etmişlər. Din bir ideoloji vasitə kimi cəmiyyətin bütün sahələrinə öz təsirini göstərmiş, əsasən müsbət təsirini insanların ictimai həyatına, onların maddi-mədəni mədəniyyətinin formalaşmasına və inkişafına. Sinfi cəmiyyətdə din dövlət idarəçiliyində bir vasitə kimi istifadə olunmuş və həyatın bütün sahələrinə təsirini göstərmişdi. Sivilizasiya ya da mədəniyyət tarixçilər tərəfindən üç dövrə bölməsini qəbul etmişlər: vəhşilik, barbarlıq və sivilizasiya. Əsas etibarı ilə sivilizasiya termin kimi cəmiyyətin keçdiyi tarixinin üçüncü mərhələsini bildirmək, bu dövrdə əldə olunmuş maddi-mənəvi nailiyyətinin qiymətləndirməsi üçün qəbul edilmişdi. Sivilizasiya maddi və mənəvi cəmiyyətin mərhələsinin və səviyyəsinin bildiricisidir. Sivilizasiya cəmiyyətin inkişaf mərhələsini bildirir və barbarlığın sonrakı dövrün mədəniyyətini qiymətləndirir. Sivilizasiya anlayışı XVIII əsrdə yaranmış və mədəniyyət anlayışı ilə sıx bağlıdır. Fransız maarifçiləri sivill cəmiyyətini dərrakə və ədalət əsaslarında qurulmuş əsalarda görürdülər. Rus publisist və sosioloq N.V.Danilevski öz kitabında “Russiya və Avropa” müəllifin doktrinasının əsasını bioloji quruluşa bənzədir və onun sosioloji-siyasi nəzəriyyəsinin əsas mahiyyəti xüsusiləşmiş, lokal “mədəni-tarixi tiplər” (sivilizasiyalar) və onların arasında olan münasibətlər daimi fasiləsiz mübarizədə olması ideyası əsas yer tutur. Danilevski sivilizasiyanı 4 dərəcəyə bölür: dini, mədəni, siyasi, sosial və iqtisadi. Mədəni-tarixi növlər etnoqrafik vəziyyətdən tədricən inkişaf əsasında dövlət və onun əsasında sivilizasiya yaranmasına və inkişafına səbəb olur. Tarixin keçdiyi yol Danilevski 10 mədəni-tarix mərhələlərinə bölür, onların hər biri o birini sıxışdırıb, yeni mədəniyyətdə tərəqqi addım atılır. N.V.Danilevski yeni ümumi mədəniyyət tipologiyasının nəzəriyyəsinin müəllifi olmuş, dünya tarixinin olmamasını sübut etmək istəyi olmuş, yalnız sivilizasiyaların tarixi dəlil əsasdır. Hər bir insan cəmiyyətinin keçdiyi tarixi mərhələni öyrənərək, ilk növbədə keçidə təsir etmiş əsasları aydınlaşdırmalıyıq, bunun əsasında ümumi inkişaf dinamikasının qanunları ilə tanış olmaq imkanı əldə edə bilərik. Beləliklə, “dünya sivilizasiyası” bir elm kimi, ümumi tarixin bölməsidir (köməkçi fənn kimi) və onun əsas obyekti faktiki materiallar əsasında insan cəmiyyətinin maddi-mənəvi nəticələrini öyrənmək və bu xalqda tarixi ardıcıllıq əsas şərt olmalıdır, elmi araşdırmalarda və tədrisdə faktiki materiallara əsaslanaraq, dünya sivilizasiyasının qanunauyğunluğunu izləmək imkanı yaranır. Hər bir sivilizasiya mərhələsini onun xarakterizə edən cəhətləri, onun bütün komponentləri əsasında aydınlaşdırmaq mümkündür, yalnız bu halda inkişafın spesifikasını təyin etmək olar. Beləliklə, ali məktəblərdə “Dünya sivilizasiyalarının tarixi” bir fənn olaraq, insan cəmiyyətinin mədəni inkişafının öyrənilməsi məqsədi güdür, onun ilk rüşeymlərini və inkişaf mərhələlərini açıqlamaq, hər mərhələnin özünəməxsus olmasını aydınlaşdırmaq olar. Bugün fənnin əldə olunmuş nəticələrinə əsaslanaraq, müasir inkişaf tendensiyalarını dərk etmək imkanı yaradır.
['sivilizasiya', 'mədəniyyət tarixi', 'mədəniyyətşünaslıq']
4,206
https://kayzen.az/blog/dusundurucu-hekayeler/5951/h%C9%99yat-e%C5%9Fqi.html
Həyat eşqi
nilufer
Düşündürücü hekayələr
26 fevral 2012, 01:46
Şirin xəyallarla arzu səmalarının ənginliklərində pərvaz edən ruhu qanadı qırılmış quş kimi həsrətlə sonsuzluqlara baxır, uzun müddət havalanmadığından bir udum təmiz nəfəsə möhtac boğanaq otaq kimi açılmaq, çatlamaq istəyirdi. Beş il idi ki, səhərləri “bəlkə, bir də görmədim”, axşamları “bəlkə, bu sonuncu oldu” gümanı ilə yatıb-durur, bir zamanlar seyr etdikcə ürəyini fərəh hissi dolduran mavi səmadakı lopa-lopa buludlar bürünəcəyi kəfəni, ulduzlar başına töküləcək daşları xatırladır, günəşin ardınca əsməyə başlayan xəfif küləklərdən məzar qoxusu hopurdu canına. Həkimlərə müraciət etmişdisə də vəziyyəti düzəlmirdi. Boy-buxunu sanki ona düşmən yaranmışdı. Heç kəs pəhləvan kimi cüssəsinin bu qədər ruhi acizliyinə inana bilmirdi. Oxuduğu kitabların sayı-hesabı yox idi. Dünya əhalisinin xeyli hissəsinin onun çəkdiklərinə məruz qaldığını, qarşısı alınmazsa, bu halın daha ciddi nəticələrə gətirib çıxaracağını da yaxşı bilirdi. Həyat eşqi o qədər öləzimişdi ki, hər an qopub torpağa düşəcək payız yarpağı kimi idi. Hər yerdə, hər şeydə sevinc axtarsa da dünya onun gözünə yeganə övladını itirib qara geymiş ana kimi görünür, yağan yağışı, qarı da onun göz yaşları zənn edirdi. Sanki, o, dünyanı öz dərdi, qəmi ilə baş-başa buraxmaqdan qorxur, ona həmdəm olub gecə-gündüz ağlamaq, ağlamaq istəyirdi. Hətta ağlamamağı qəbahət görməyə başlamışdı. Deyib-gülən, rahatca addımlayan insanlara həsədlə baxırdı. Bir gün işə gedərkən özündən bir neçə addım irəlidə ağır-ağır yeriyən bir nəfəri yamsılamaq da istəmişdi. Qolları, sanki, onunku deyildi, onları kimsə asmışdı çiyinlərindən. Görəsən necə olmuşdu ki, əvvəllər qollarını necə daşıdığının fərqinə belə varmamışdı. Çox şeyi sınamışdı. Şəfalı bitkilər, ayaqyalın gəzmək, soyuq duş qəbul etmək, yumoristik hekayələr oxumaq və s. Heç birindən də bir fayda görməmişdi, sanki, ruhu tərk eləmişdi onu. Ayrılmış valideynlərindən birini seçmək şərti qarşısında qalmış uşaq kimi bədən və ruhu arasında tərəddüd içində qalmışdı. Ümidlə açdığı hər bir pəncərədən işıq əvəzinə zülmət boylanırdı üzünə. Həyatının mənası pis vərdişlərə alışan insanlar kimi addım-addım gözəllikdən, aydınlıqdan uzaqlaşırdı. Özünü hər şeyi ola-ola yoxsulların ən yoxsulu, kimsəsiz hiss edir, dəfələrlə kardioqrammasını çıxarıb həkim rəyi almasına baxmayaraq, ürəyinin hələ də sinəsində olduğuna inanmırdı... Son zamanlar bir neçə gəncin intihar etməsi, sanki, onu yuxudan oyatmışdı. İşdən gələrkən yolüstü təzyiqini yoxlatmışdı. Həkim: “Sən bu qədər aşağı təzyiqlə necə yaşayırsan?” demək istəsə də son anda cümlədə bir balaca dəyişiklik edib: “Necə yeriyirsən?” - demişdi. Bir neçə dəfə yemək zamanı qaşığı ağzına apara bilməmişdi. Anası, ailəsi də nə edəcəklərini bilmirdilər. Başındakı qara fikirlər getdikcə aydınlaşır, qəti qərara gəlmək üçün yollar arayırdı. Şəfa tapması üçün verdiyi nəzir-niyazın sayını itirmiş anasının, çox şeyi anlamayan uşaqlarının gözlərinin içinə baxmağa, onların rəsmini könlünə, gözünə hopdurmağa çalışırdı... Evdə un azalmışdı. Dəyirmana getməli oldu. Qaşları, kirpikləri un kimi ağarmış, həyat eşqi ilə dolub-daşan dəyirmançı diqqətini çəkdi. Hər tərəf yayın istisində yanıb-qovrulsa da dəyirmanın ətrafındakı xeyli ərazini əhatə edən yamyaşıl bağında cürbəcür ağaclar becərmiş, otunu biçib yığmış, işlənməkdən barmaq enində qalmış dəryazı da qoz ağacının budağından asmışdı. Bir anlığa özünü dəryazın yerindən asılmış kimi gördü və dərhal da suda boğulan insanlar kimi var gücü ilə silkinib xəyaldan ayıldı. Yaşıllığın bir tərəfində cərgə ilə düzülmüş bir neçə arı pətəyinin dəliyindən vızıltı ilə girib-çıxan arılar da elə o dəyirmançı sahibləri kimi ətrafa həyat eşqi yayırdılar. Rəhmətlik atası da arı saxlayardı. O dövrlərin balı kimi saf və şirin günlərini kim qaytara bilərdi ona... Dəyirmandan gələndən sonra, sanki, bir az rahatlanmışdı. Neçə illərdən bəri birinci dəfə idi ki, gecəni yaxşı yatmış, səhərin dadını duymuşdu. Cümə günü idi. Könlündən keçdi ki, gedib rayon mərkəzində yaxşıca gəzib gəlsin. Cümə məscidinin qarşısındakı parka qədər gəzə-gəzə gəldi. Taqəti tükənmək üzrəydi və skamyalardan birində əyləşdi. Bir qədər aralıda adamlar söyüd kölgəsində çay içir, nərd oynayır, deyib-gülürdülər. Yenicə təmir olunmuş fəvvarənin suyu baharın sevincini canına-qanına çəkib coşan bülbüllər kimi hovuzdan pərvazlanıb, sanki, göylərin dərinliyinə can atırdı. Qulac-qulac olmuş sular havaya qalxır, qalxır, sonra şappıltıyla hovuza “yıxılır”, sonra bir də qalxır, bir də “yıxılırdılar”, sonra bir də, bir də... Özünü unudub bu qəribə mənzərəyə valeh olmuşdu. Mülayim bir səs onu bu dadlı seyrindən ayırdı: “Bacıoğlu, yanında oturmaq olar?” Bu yerlərin adamlarına məxsus alyanaqlı, dolubədənli, qısasaqqallı, gözlərindən təbəssüm yağan 65-70 yaşlı bir kişi onun cavabını gözləyirdi. Yerindən qalxıb: “Buyurun, əyləşin, “ - dedi. Kişi oturub: “Gördüm ki, fəvvarələrə maraqla baxırsan. Dedim, səninlə söhbətim tutar. Bu fəvvarələri görürsən də, çoxları onların yanından ötüb keçir, bəlkə, heç gözəlliyini də görmür, söz-söhbəti qalsın bir yana,”- dedi Marağını görüb yaşlı adam davam etdi: - “Mənə elə gəlir ki, bu fəvvarələrin, ümumiyyətlə, gördüyümüz hər şeyin dili var, ancaq biz başa düşmürük. Heç görmüsənmi, quzu və qoyun neçə yüz heyvanın arasından bir-birini necə axtarıb tapır? Hansı birini deyim. Başını ağrıtmıram ki?” O qeyri-ixtiyari: “Xeyr, xeyr, buyurun davam edin,” - deyib, bir az da maraqla dinləməyə başladı. Yaşlı adam da ürəyi istəyən müsahib tapdığı üçün daha da şövqlə söhbətinə davam elədi: - Mən Həcc səfərindən sonra dünyanı tamamilə başqa cür, fərqli rəngdə görməyə başlamışam. Həcc səfərim özü bir ibrətli əhvalatdı. Görürəm maraqlı adamsan, danışım sənin üçün:- dedi və cavab gözləmədən davam elədi:- Bir oğlumu Allah evlərini yıxmış ermənilər öldürdülər. Subay idi. Ürəyimdən ona qonşuda halal süd əmmiş, ədəb-ərkanlı bir ailənin qızını nişanlamaq keçirdi. Məndən də boy-buxunlu, əlindən hər iş gələn bir oğlandı, bilirdim ki, qız evi “yox” deməz. Namərdlər arzumu daşa döndərib atdılar dəryaya. Həyat yoldaşım çəkə bilmədi. Bir ildən sonra ailə qurmaq qərarına gəldim. Böyük oğlum etiraz etdi. Onun üçün ayrıca ev tikmişdim. Dedim, dörd divar arasında tənhalıqdan ölmək istəmirəm, bir yandan da şəhid övladımın acısı. Ailə qurdum. Bir oğlan övladım oldu. Həcc ziyarətinə hazırlaşmağa başladım. Tanıyan, bilən imkanım olmadığı üçün qəribə baxırdılar fikrimə. Mən də Allaha dua edirdim ki, bu yolu üzümə açsın. O il bağım bir bar gətirdi ki, gəl görəsən. Məhsulu yığıb müştəri gözləməyə başladım. Hər günümü duayla başlayıb, duayla bitirirdim. Bir-iki müştəri gəldi, ancaq onlara satmadım. Mənə bütün məhsulu alacaq müştəri lazım idi. Çox keçmədi ki, gözlədiyim müştəri gəldi. Dediyim qiymətə də razılaşdı. Həcc ziyarəti üçün hər şeyi hazırladım. Oğlumun və qonşumuzdakı bir ailənin övlad həsrəti vardı. Xülasə, vaxt gəldi, mən də o zəvvar karvanı ilə Kəbəyə, Allah evini ziyarətə gedə bildim. Ziyarət zamanı əllərimi açıb onlar üçün ayrıca dua etdim. Nə başını ağrıdim, indi oğlumun da, qonşu ailənin də hərəsinin iki oğul övladı var. Allah ona güvənən bəndəsini yarı yolda qoymazmış!.. Elə şirin danışırdı ki... Sanki, yuxudan oyandı. Cümə namazının vaxtına az qalmışdı. Fəvvarələr, sanki, bir az da coşmuş, fışqıran suların pıçıltıları qəhqəhələrə dönmüşdü. İçində uzun müddət korun-korun tüstülənib birdən alışan alov dilimləri kimi şən, oynaq bir hiss baş qaldırdı. Beş il bundan əvvəlki çevikliklə durub evinə tələsdi. Sanki cənnət yamaclarında yeriyirdi - ayaqları yerə dəymirdi. Neçə illər avtobusdan düşüb yaxınlıqdakı evinə necə gedib çatacağının dərdini çəkdiyi halda, anası və uşaqları üçün aldığı şirniyyatı da xüsusi əda ilə qoltuğuna vurub quş kimi evinə tələsdi. Anası, həyat yoldaşı, uşaqları gözlərinə inanmadılar. Adətən, zorla salam verib, yataq otağına yönələn bu adam indi gülə-gülə salam verib: “Bir çay gətirin, anamla bu şirniyyatın dadına baxaq”, - dedi və divanda, anasının yanında əyləşdi. Payız gecələrinin zülmətini bir az da qatılaşdıran, səhərin açılması ilə çəkilib gedən dumanın arxasınca günəş alnını öpdüyü üçün sevinən dağların təbəssümü kimi bir sevinc doldu evin hər künc-bucağına. Evdəkilər susurdular, amma hamının baxışlarından eyni fərəh hissi, eyni sözlər axırdı: “Şükürlər olsun, Allah, sən hər şeyə qadirsən!” Müəllif: Rahıb Alpanli Mənbə: Zaman qəzeti
['həyat eşqi', 'Həyat sevgisi']
4,207
https://kayzen.az/blog/turizm/8885/venesiya.html
Venesiya
Bakinets
Turizm
25 fevral 2012, 16:26
Venesiya İtaliyanın şimalında bir- birilə 150 kanalla əlaqələndirilmiş 118 adada yerləşir. Onu Adriatik dənizinin şahzadəsi, kanal və saraylar şəhəri də adlandırırlar. Əsası V əsrin ortalarında qoyulub. Buranı idarə edən ilk hökumət 12 nəfərdən (hər kənddən bir nəfər) ibarət olsa da, iki əsr sonra bu iş yalnız bir nəfərə-doja həvalə olundu. Bir müddət şərq və qərbin sərhəddində yerləşdiyinə görə ticarət mərkəzi rolunu da oynayıb. Bu şəhərdə heç zaman tikinti işləri aparılmadığından orta əsrlərdəki görünüşünü olduğu kimi saxlayıb. Burada 400 körpü var. Onlar kifayət qədər hündür olduqları üçün hətta daşqın zamanı qayıqların hərəkətinə maneçilik törətmir. Şəhərdə gediş-gəliş yalnız kanallar vasitəsilə həyata keçirilir, sahildəkiləri narahat etməmək məqsədilə hərəkət sürətinə məhdudiyyət qoyulub. Hal- hazırda Venesiya demək olar ki, turistlər üçün tamaşa şəhərinə çevrilib. Buraya dünyanın hər bir nöqtəsindən insanlar axışır. Ona görə də çox bahalı şəhər sayılır. Venesiya karnavalı Venesiyalılların dünyada məşhur olan karnavalı fevral ayında keçirilir və 10 gün davam edir. Bu adət romalıların keçirtdikləri Saturinalilərdən qaynaqlanır. Həmin yığıncaq bərabərlik və tərəqqinin hökm sürəcəyi qızıl əsrin şərəfinə keçirilirdi. Bayram ərəfəsində qullar azad vətəndaşlarla bir sürfə arxasında əyləşir, sahibləri isə onlara şərab gətirərdi. Lakin şərti qaydaların şənliyi pozmaması üçün iştirakçılar sifətlərinə maska taxırdılar. Mərasimdə seçilən yalançı şah özünü öldürməli idi. Birinci karnavalın keçirilməsi ilə əlaqədar müxtəlif versiyalar var. Onun haqqında ilk məlumat XI əsrə aiddir. Başqa bir rəvayətə görə isə bu daha əvvələ, gənc venesiyalıların öz nişanlılarının dəniz quldurlarından xilas etdikləri tarixə, yəni 998-ci ilə gedib çıxır. Venesiya karnavalları öz çiçəklənmə dövrünə XVIII əsrdə çatdılar. Düzdür 200 il unudulsa da yenidən 1980-cı ildə dirçəliş dövrü başlandı. Bir şeyi də unutmayın ki, hər il bu buraya səfər edən 7 milyon turistdən məhz 500 mini karnavala qoşulmaq üçün gəlir. Görməli yerlər Venesiyanın görməli yerləri çoxdur. Onlardan biri də San-Marko meydanıdır. Yalnız nabələd adam Napaleon tərəfindən işlədilən kəlməni eşitməmiş olsun: «Avropanın ən qəşəng mehmanxanası San Markodur». Meydan dəniz səviyyəsindən aşağı yerləşdiyindən daşqın zamanı o kiçik gölü xatırladır. Burada qədim stullarda oturub asta-asta qəhvə içirlər. Fincanı da 10 evroya. Soruşa bilərsniz niyə belə baha? Ona görə ki, burada vaxtilə Hemunquey və Bayron qəhvə içiblər. Hələ körpülərini demirik. Misal üçün Rialto körpüsünü götürək. O burada ən qədim körpüdür. Əvvəllər taxtadan olsa da, XVI əsrdə uçqundan sonra daşdan tikilir. Qot üslubundakı Dojlar sarayını isə Venesiyanın vizit kartı adlandırırlar. Şəhərin kanallarında qondallarla səyahət romantik insanlara daha uyğundur. Xüsusən də Böyük kanalda. Bu uzunluğu 4 metrə bərabər olan su yolu şəhəri 2 hissəyə ayırır. Venesiyanın görməli yerləri sırasında Kampanilla, saat qülləsi, La Feniçe teatrı və s. adını çəkmək olar. Mətbəxi Venesiyada sözün əsil mənasında özü kimi hər bir şey bahalıdır. Yaxşı pul xərcləmədən burada dadlı xörək yemək mümkün deyil. Ənənəvi mətbəxtdə balıq və dəniz məhsullarından hazırlanan xörəklər üstünlük təşkil edir. İndi onlardan bir neçəsinin adını çəkirik. Zuppa di pesce- balıq şorbası, grigliata mista-qril aparatında bişirilən müxtəlif növ balıqlar, granseola- yağda qızardılmış limonlu dəniz hörümçəyi, sarde in saor- soğanlı sousunda siyənək və s. Ət yeməklərindən ən maraqlı dadı fegato alia veneziana adlanan və zeytun yağında hazırlanan soğan və cəfərili xırda doğranmış mal ətinin ciyəridir. Məşhur xörəklərindən biri də ançous sousunda bişirilən vəhşi ördək ətidir. Reqionda böyük populyarlıq qazanmış Rizottinin (düyü və balıq ətindən hazırlanan xörək) də adını çəkməliyik. Polenta (qarğıdalı unundan hazırlanan xörək) ilə də tanışlıq xoşunuza gələ bilər. Uunutmayın ki Venesiya həm də tərəvəz yetişdirilməsi ilə də tanınır. Burada qabaqdan bişirilən xörəklərə də önəm verilir. Venesiyada turistlərə məsləhət Venesiyada nəqliyyat vasitəsi kimi kiçik paroxod və qondallardan (Venesiya qayığı) istifadə edə, San Marko meydanındakı göyərçinlərə yalnız burada satılan yemdən verə bilərsiniz. Onun içərisində elə şey qatıblar ki, quşların sonradan nəsil verməsinin qarşısını alır. Bu yolla şəhər hökuməti təmizliyin qayğısına qalır. Məşhur italiyan siestası (naharsonrası fasilə) haqqında da unutmayın. Buradakı mağazaların çoxu şəxsi olduğundan oraya daxil olarkən açılma və bağlanma vaxtlarını mütləq öyrənin. Bir çox kafe və restoranlar isə saat 15:00-dan 18:00-a kimi işləmir. Mağazalarsa saat 9:00-dan 19:00-a kimi fəaliyyət göstərir. Onlarda nahar fasiləsi 13:00-la 16:00 arasındadır. Bir çoxları isə şənbə və bazar günləri işləmir. Əsas ticarət mərkəzləri San Markoda yerləşir. Klassik və modern maskaları onların satıldığı xüsusi mağazalardan ala bilərsiniz. Venesiya lampaları, Muranodan şüşə, Buranodan krujeva burada keçirdiyiniz anları daim sizə xatırladacaq. Ən əsası isə özünüzlə lüğət götürməyi də unutmayınMənbə: Anspress.com
['Venesiya']
4,208
https://kayzen.az/blog/daily-problems/8878/evl%C9%99nm%C9%99k-ist%C9%99yir%C9%99m!-n%C9%99-laz%C4%B1md%C4%B1r.html
Evlənmək istəyirəm! Nə lazımdır?
Bakinets
Gündəlik həyatın çətinlikləri
25 fevral 2012, 15:20
Toy insan həyatının ən vacib məqamlarındandır. Bu gündə hamı, xüsusilə toyun səbəkarları olan gəlin və bəy ömüründə heç olmazsa bir dəfə hamıdan fərqli, hamıdan gözəl görünməyə layiqdir. Gəlinlər üçün həmin günü anlamlı edən əsas atributlardan biri ağ gəlinlikdir ki, bu paltarı geyinmək hər bir qızın ən böyük arzusudur. Gəlinliklərə gəlincə, hazırda onları şəhərimizin müxtəlif salonlardan əldə etmək olar. Əsasən, İtaliya, Türkiyə və Dubay istehsalı olan geyimlər bir günlük kirayəyə verilir. Onların qiymətləri isə çeşidləri kimi bir-birindən fərqlənir. Belə ki, salondan adi gəlinlik paltarını 250-300 manata kirayəyə götürmək olur. Dəbdəbəni xoşlayan xanımlara isə 2500-3000 manatlıq və daha baha geyimlər məsləhət görülür. Onu da qeyd edək ki, ilk dəfə kirayəyə verilən geyimlər gələcək gəlinlərə 800-900 manata başa gəlir. Gəlinlik paltarı ilə yanaşı gəlinlik ayaqqabısı da toya hazırlıq üçün vacib aksesuardır. Qiymətlərə gəlincə, bu, 20 manatdan 1200 manata kimi dəyişir. Bu günün əsas qəhrəmanı olan gəlinin gözəl və fərqli görünməsini təmin edən digər bir məqam isə onun saç düzümü və makiyajıdır. Hazırda gözəllik salonunda göstərilən bu xidmətin qiyməti isə müxtəlifdir. 120 manatdan başlayan bu məbləğ 550-600 manata kimi qalxa bilir. Beləliklə, bir qızın toya tam hazır olması üçün orta hesabla 750-800 manat xərc çəkilməlidir. Bu gün qadınlarla yanaşı, kişilər üçün də böyük anlam kəsb edir. Kişilər öz toy günlərində qeyri-adi görünməyə çalışır. Bunun üçün onlar adi kostyumla yanaşı, smokinq də geyinir. Kişi kostyumlarının alış qiyməti 70 manatdan 900 manata qədər dəyişir. Smokinqlərin qiyməti isə 1000 manat və daha bahadır. Toyqabağı bəyin yalnız bərbər xidmətlərindən istifadə etməsi ona ən azı 10, ən çoxu isə 50 manata, bəylik hamamından istifadə etməsi isə 500-1000 manat, bəzən də daha baha başa gəlir. Beləliklə də bir bəyə çəkilən xərc orta hesabla 1000 manata bərabərdir. Geyim qədər diqqət yetiriləcək digər vacib məqam toyun keçiriləcəyi məkanla bağlıdır. Hazırda Bakıda 200-ə qədər şadlıq sarayı var ki, onlar təxminən eyni xidməti göstərsə də fərqli qiymətlər təklif edir. Belə ki, bir yerin qiyməti şadlıq saraylarından asılı olaraq 18 manatdan 350-400 manata qədər dəyişir. Qeyd edək ki, statistik məlumatlara görə, Azərbaycanda il ərzində təxminən 90 min toy mərasimi keçirilir. Toyların təsnifatını apardıqda isə insanları ən çox narazı salan toylardakı həddindən artıq olan səs-küydür. Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli yaranan səs-küyü mədəniyyətsizliyin bir forması adlandıraraq, bunun sağlamlığa da mənfi təsir göstərdiyini deyir: “İnsanlar bir-biri ilə qışqıra-qışqıra danışması mədəniyyətsizliyin elementi hesab olunur. İnsanlar bir-biri ilə çalışırlar daha sakit, etik qaydalara uyğun danışsınlar. İkinci, tibbi baxımdan 5 saat normadan qat-qat artıq olan səsi dinləyən vətəndaşda mütləq kantuziya əlamətləri yaranır”. H. Rəcəbli Tacikistanı nümunə gətirərək, bu ölkədə mərasimlərin keçirilməsi ilə bağlı xüsusi qanunun işlənib hazırlandığını deyir. Həmin qanunda toya dəvətlilərin sayı, menyu, hətta maşın karvanında neçə avtomobilin iştirakı belə öz əksini tapıb. Bu modelin Azərbaycana tətbiqini gülünc hal sayan millət vəkili, çıxış yolunu yalnız ictimai qınaqda görür: Müasir toylarda milli mənəvi dəyərlərin get-gedə yox olması, əvəzində isə Avropa adətlərinin üstünlük təşkil etməsini millət vəkili Azərbaycanın bir ictimai-sosial qurumdan digərinə transformasiyası ilə əlaqələndirir. O, hər iki dəyərin çulğalaşdığı toy mərasimlərinin tərəfdarıdır. Müasir toylarda israfçılığa da münasibət bildirən komitə sədri, bütün bu çatışmazlıqların qarşısını almaq üçün cəmiyyətdə tanınmış şəxslərin, ziyalıların tədbir görməsini, onların müasir, mədəni bir toy nümunəsi göstərməsini məsləhət görür: “Mənim bir subay oğlum var. Onun toyunda mən bir toy nümunəsi göstərəcəyəm. Azərbaycanın milli adət-ənənələri ilə sivil dünyanın adət-ənənələri qovuşacaq. Camaata göstərəcəyəm ki, belə də toy etmək olar”. Hadı Rəcəbli Avropa toylarının müsbət xüsusiyyətlərini Azərbaycan toylarına tətbiq etməyi təqdirəlayiq hal sayır. Bura mərasimlərin qabaqcadan proqramlaşdırılması da daxildir. Millət vəkili hətta toyun proqramını çap etdirərək dəvətnamə ilə birlikdə qonaqlara paylamağı da məsləhət görür. Həmçinin bax: Azərbaycan toy və pis adətlər Mənbə: Anspress.com
['Azərbaycan toyu', 'toy', 'toy problemi', 'toylar']
4,209
https://kayzen.az/blog/maraqli-faktlar/3053/r%C9%99ngl%C9%99rin-psixologiyas%C4%B1.html
Rənglərin psixologiyası
Bakinets
Maraqlı faktlar
25 fevral 2012, 15:18
Rənglərin insan psixologiyasına təsiri çoxdan bəllidir. Rənglərin ən çox işləndiyi yer isə insanın paltarıdır. Özümüzə paltar seçərkən biz yalnız onun görünüşünə diqqət etmirik. Əsas nəzər yetirilməli olan amillərdən biri və demək olar ki, əsası onun rəngidir. Unutmayın ki, rənglər həm insanın əhval ruhiyyəsini qaldıra, həm də ruh düşkünlüyü yarada bilər. Rənglərin mənalarını bilməklə onları seçmək daha asan olar. Qırmızı -fəal, parlaq rəngdir. O ehtiras, sevgi, alov, müharibə və hakimiyyəti təmsil edir. Bu rəng, Mars planetinindir. Meksika, Norveç, İrlandiya və İraq sakinləri bu rəngi daha çox sevirlər. Çinlilərdə qırmızı rəng uğur, xoşbəxtlik və xeyyriyəçiliyi tərənnüm edir. Narıncı — isti, yüngül, seksual rəngdir. Bu rəng insan əhval ruhiyyəsini qaldırır. Həzz, bayram və alicənablığı simvolizə edir. Bu rəngi holandiyalılar sevirlər. Narıncı Merkurini tərənnüm edir. Sarı -isti, yüngül, şən rəngdir. O, xoş hisslər yaradır və hərəkətin, sevincin simvoludur. Bu rəng uzun müddət yadda qalır. Lakin başqa rənglərlə qarışdırıldıqda əks emosiyalar yarada bilər. Məsələn, yaşıla çalan sarı yalanı, paxıllığı simvolizə edir. Brazilyada bu rəng ümidsizliyin, bənövşəyi rəng ilə qarışdıqda xəstəliyin, Suriya müsəlmanları üçün isə ölüm rəngidir. Çində isə əksinə, bu rəng imperiyanın simvolu olduğu üçün çox populyardır. Sarı Günəşin rəmzidir.Yaşıl rəng — sakitləşdirici, təravətli, incə, canlı, dolğun rəngdir. O sülhü, sakitliyi, sevgini bildirir. Venera planetinin rəngidir. Yaşılı Meksika, Avstraliya, İrlandiya və Misirdə daha çox sevirlər. Çində bu rəng gözəl həyatı və cavanlığı tərənnüm edir.Mavi — soyuq, sakit, bir az passiv rəngdir. O təmizliyi, ağılı və incəliyi tərənnüm edir. Həddindən artıq mavi rəng tənbəllik, süstlük yaradır. Mavi çinlilər üçün matəm, hindlilər üçün həqiqət, brazilyalılar üçün hüzn rəngidir.Tünd göy — çox soyuq rəngdir. O ağır, sərt və sirlidir. Bu rəng insanda ilk olaraq ehtiyatlanmaq hissi yaradır. Adıçəkilən rəng kainatı, kosmosu təmsil edir və Yupiterə uyğundur.Bənövşəyi — soyuq, ağır, sakit, sirli rəngdir. O müdrikliyi, cəldliyi, ağılı tərənnüm edir, paltarlara təntənəli və möhtəşəmlik verir. Uran planetinə uyğundur.Qəhvəyi — ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Saturnun rəngidir.Qara — soyuq, qəmli rəngdir. Bir çox xalqlarda matəmi tərənnüm edir. Bu rəng geyimlərə ciddilik, rəsmilik verir. Qırmızı rəng ilə birləşməsi uğurludur. Yerin rəngidir.Boz — neytral, qəmgin rəngdir. Ruh düşkünlüyü yaradır. Neptunun rəngidir.Ağ — yüngül, soyuq rəngdir. Sakitləşdirici təsirə malikdir. Bütün tünd rənglərlə əla görünür. Ayı tərənnüm edir. Avropa ölkələrinin əhalisi üçün ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı, bir sıra Şərq ölkələri, o cümlədən Yaponiyada və Çində matəmi və təhlükəni bildirir. Astroloqlar hər bir bürcün də özünəməxsus rəngi olduğunu deyirlər. Qoç — qırmızıBuğa — açıq yaşılƏkizlər — Göy qurşağının bütün rəngləriXərçəng- maviŞir — narıncı, sarı, ağQız — maviTərəzi — tünd yaşılƏqrəb — al rənglərOxatan — göyqurşağının bütün rəngləriOğlaq — ağ, qaraDolça — bənövşəyiBalıqlar — mavi-yaşıl
['rənglər', 'rəng', 'rənglər və xarakter', 'rənglərin psixologiyası', 'rengler ve xasiyyetler', 'renglerin menasi', 'rengler']
4,210
https://kayzen.az/blog/din/3172/hinduizm.html
Hinduizm
Qiyasli
Din və teologiya
25 fevral 2012, 14:26
Hinduizm, Hind yarımadasında yaşayan yеrli əhalinin mənsub olduğu dindir. Qərblilər bu xalqın dinini ifadə еtmək üçün onların daha çox İndus çayının ətrafında yaşamalarını nəzərə alaraq onlara bu cür müraciət еtmişlər. Əslində onlar öz dinlərini «Sanatana Dharma» (əzəli – əbədi – din) dеyə adlandırırlar. Еhtimal olunur ki, bu dinin tarixi е.ə. 2000-ci ilə qədər gеdib çatır. Şərqi avropa stеplərində yaşayan Arilər Hindistanı işğal еtmiş, öz dini inanc və yaşam tərzləri ilə yеrli xalqa təsir еtmiş və bir nеçə əsr davam еdən bеlə qarışıqlıqdan Hinduizm dini ortaya çıxmışdır. Bu prosеsi bеş dövrə ayırmaq olar: 1.Vеdalar dövrü (е.ə. 2000-ci il); 2.Upanişadlar dövrü (е.ə. 800 – 500); 3.Klassik dövr (е.ə. 500 – еramızın 500-cü ili); 4.Orta çağdakı ilahiyyat və fəlsəfənin tərəqqisi dövrü (Vеdanta); 5.Müasir dövr. Hinduizm milli dindir. Dünya əhalisinin təxminən 12 %-i bu dinə mənsubdur. Dinin qurucusu və açıq – aşkar inanc sistеmi yoxdur. Lakin çoxlu həcmli «müqəddəs kitab» kollеksiyası var. Hinduizmdə müqəddəs kitablar Kitabların dili qədim dillərdən sayılan Sankritcədir. İlk olaraq kitablar arasında vеdalar yеr alır. «İlahi bilgi» mənasına gəlir. 4 cür Vеdalar vardır: 1)Riqvеda 2)Samavеda 3) Yacuzvеda 4)Atharvavеda. Riqvеda tanrıya boyun əymək üçün yazılmış 1017 ilahidən ibarətdir. Hər ilahi 10-a yaxın ayədən təşkil olunmuşdur. İlahilər on kitaba (Mandala) ayrılır. Ən uzun olanı 191 ilahidən ibarət birinci və 43 ilahidən ibarət olan onuncusudur. Riqvеdanın digərlərindən fərqi onun yüksək səslə oxunması və burada olan şükr, arzu və bəddua tərzindəki duaları əhatə еtməsidir. Samavеda mеlodiyalar vеdasıdır. Riqvеdadan istifadə olunan ayələrdən, müxtəlif mövzulardakı ayələrdən və rahiblər tərəfindən oxunan mеlodik ilahilərdən olan 3 form halındadır. Qurban zamanı da rahiblər tərəfindən oxunur. Yacuzvеda qurbanla bağlı ilahi formullar vеdasıdır. İki yеrə ayrılır: Ağ Yacuzvеda və Qara Yacuzvеda. Bəzi hissələri nəsr şəklində, bəzi hissələri də nəzm şəklindədir. Yavaş səslə oxunulur. Atharvavеda mistik parçalardan və cadu ilə əlaqəli dualardan ibarətdir. 730 ilahidən ibarət olan adı çəkilən vеda brahmanlar tərəfindən oxunulur. Başqa vеdalar digər dövrlərdə yazılmışdır. Hinduizmin müqəddəs mətn kollеksionunu ümumiyyətlə iki yеrə ayırmaq olar: 1.Şruti (vəhyə dayananlar); 2.Smriti (Dastan şəklində olanlar). Brahmanalar, Upanişadlar və Aranyakalar «Şruti»yə, Mahabharata və Ramayana dastanları, Manu Qanunnaməsi, Puranalar «Smriti»yə daxildir. Kasta sistеmi Hind cəmiyyəti müxtəlif siniflərə ayrılır. Buna kasta sistеmi (kast sistemi) dеyilir. Kast «Еyni işlə məşğul olan, atadan miras qalan hüquq və vəzifələri və adətləri ilə bir-birinə bərk bağlanan şəxslər qrupu»dur. Kast sеçilmir, ata hansı sinifdəndirsə oğul da həmin sinifdəndir. Sistеm dörd sinifdən ibarətdir: 1.Brahmanlar (rahiblər, din adamları) 2.Kşatriya (hökmdar sülaləsi və döyüşçülər) 3.Vaisya (tacir və ya ticarətlə məşğul olanlar) 4.Sudra (işçilər) Kasta qəbul еdilməyən qrupları isə «toxunulmazlar» adı ilə adlandırırlar. Brahmanlar kast sistеmində ən əhəmiyyətli və ən üstün yеrə sahibdirlər. Brahmanların vəzifəsi dini ayinləri icra еtmək (məs: müqəddəs qurban ayinləri) və müqəddəs bilgilərin qoruyucusudurlar. Onların dini vəzifələri onlar üçün irsi haqqdır. Kast sistеminin fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, yalnız еyni kasta mənsub olanlar еvlənə bilərlər və bir süfrə arxasında oturub yеmək yеyə bilərlər. İlk üç kast sinfi xüsusi hörmətə sahibdir. 4-cü kast isə, yəni Sudralar (işçilər) digər kastdakıların xidmətçisidirlər. Hər kastın özünə məxsus yеmək yеmə ədəbi, gеyim qaydaları, nişan və toy mərasimləri vardır. Kast sistеminə qarşı çıxan şəxs bu sistеmdən uzaqlaşdırılır və öldürülür. Hinduzimdə dini anlayışlar: 1)Tanrı Hinduizmə görə bəzisi tanrını əzabvеrici bir qüdrət, bəzisi isə onu müqəddəs sеvginin qaynağı olaraq hеsab еdir. Lakin hamısı dе еyni nəticəyə gəlib çıxır. Hinduizmdə tanrılar üçləmə daxilində izah olunur. Brahma – yaradıcı, Vişnu – qoruyucu, Şiva – isə yoxеdici tanrıdır. Bu dində üçləmə tanrı – aləm birliyi (pantеizm) olmaqla təktanrı inancı da var. Məsələn. Riqvеdada bеlə bir cümlə işlənir: «Tanrı birdir. Hakimlər onu müxtəlif şəkillərdə adlandırırlar». 2) Hulül (avatara) Avatara tanrı Vişnunun insan şəklində cismləşməsini ifadə еtmək üçün işlədilir. Sanskrit mənşəli sözdür. Hinduizmdə dini tеrminlərdən olan Hulül, tanrının tək təzahürü fikrinə qarşıdır. Onlara görə tanrı tarixin hər səhifəsində müxtəlif şəxsiyyətlərin cildində gələrək insanlara özünü tanıtdırır. Pisliyi yox еdir və insanların еhtiyac duyduqları vəzifələri bildirir. Bеləliklə bu prosеs sonsuza qədər davam еdəcəkdir. Qurtarıcı tanrı Vişnu dünyaya gəlib və müxtəlif şəkillərdə olacaqdır. Onun şəkilləndiyi iki önəmli «avatara»sı (yəni, şəxsi) Rama və Krişnadır. Avatara (hulül) insan hеyəti içinə ilahi varlığın daxil olması və pisliyi yox еtmək mənasını ifadə еdir. 3) Karma Karma, bir səbəb-nəticə qanunudur. İnsan kеçmişdə nə еtmişsə, gələcəkdə də onu görəcəkdir. İnsanın kеçmişi onunla qarşı-qarşıyadır. Yaxşıdan yaxşı, pisdən pis olacaqdır. Karma qanunu bir kainat nizamıdır. İnsanın qədərinə (başına gələcək işlərə) təsir еdir. Əgər insanın vəziyyəti pisliyə doğru gеdirsə. Bu onun vaxtilə еtdiyi pis əməllərin, yaxşılığa doğru gеdirsə еtdiyi yaxşı əməllərin qarşılığıdır. Nəticə gözləmə arzusu «Bhaqavad-Gita»da rəbb Krişna bеlə dеyir: «Siz, sadəcə vəzifənizi еtməklə mükəlləfsiniz. Əgər bir səmərə hasil olursa, onu mənə buraxın». Hinduizmə görə insan sonu olmayan tənasüh (silsilə) zənciri içərisindədir. Buna görə ölüm qorxu vasitəsi dеyil. Bir haldan başqa hala kеçməkdir. Əgər yaxşı əməl еdərsənsə gələcəkdəki həyatını qarantı altına alırsan. Yox əgər günahları varsa, bitki və ya hеyvan olaraq yеnidən həyata qayıtmaqdan qorxursan. Hətta olduğu kast sinifi də onun günahına görədir. 4) Tənasüh (rеinkarnasiya) Karma prinsipinə əsaslanan tənasüh ruhun bir bədəndən başqa bir bədənə kеçməsidir. Bеlə bir inanc ölümdən sonra yaşamaq, ruhun bədəndən ayrılması fikri yaranmış oldu. Hind fikrinin təməlini təşkil еdən tənasüh inancı Yunanlılarda. Qədim Misirdə, Manihеizmdə (manixeyçilik) rast gəlinən bir düşüncədir. 5) Yoqa «Yoqa» sözü Sanskrit dilindən tərcümədə «bağlam, birləşdirmək» dеməkdir. İnsanın еnеrcisini müəyyən məqsədə yönəlməyi hədəfi alan bir üsuldur. Bir növ iradə tərbiyəsi mеtodudur. Yoqa ilə məşğul olan şəxsə «Yoqi» dеyilir. Yoqi, fikrini bir nöqtədə cəmləşdirib, özünü güclü hеsab еdib təbiət üstü güclərlə münasibət qurmağa çalışır. Bu sistеm IV əsrdə Patancalinin Yoqa Sutrasında izah olunmuşdur. Hinduizmdə olan yoqa sistеmi digər batil dinlərə də – Buddizmə və Çaynizmə də sirayət еtmişdir. Hinduizm: dini ayin, ibadət və adətlər Hinduizmdə hər yеrdə ibadət еtmək olar. Camaat şəklində ibadət yoxdur, fərdidir. Onların inancına görə tanrı, harda ibadət еdirsənsə еt, o səni görməkdədir. Hindistanda daha çox bu dinə mənsub olan şəxslər bütlərə sitayiş еdirlər. Onu təmizləyib önündə fikrə dalırlar. Ortaq bir ibadət simvolu «Om»dur. Bir növ İslam dinində «Bismillah» nеcədirsə onlar da müəyyən bir işə başlarkən bu sözü dеyirlər. Müqəddəs və sirli söz olaraq qəbul еdilir. Hinduizmə görə insan 3 ayrı yoldan qurtuluşa gеdə bilər. Birincisi əməllər (yəni qurbanlarla bağlı), ikincisi еlm və mərifət (yəni, ilahi həqiqəti tanımaqla), üçüncüsü isə insanın şəxs şəklində canlandırılan bir tanrını sеvməsi və özünü ona təslim еtməsi ilə olur. Hinduizmdə qurbanlar önəmli yеrə sahibdir. Bəzən bütlərə təqdim olunan qurbanlar qanlı qurbanlar şəklində olur. Ən böyük qurbanlıq isə «Soma» qurbanıdır. Hinduizm dinində ziyarət еdilən 7 müqəddəs yеr vardır. Həmin ziyarət məskənlərinin ən məşhuru Bеnarеsdir. Hindlilər ölülərini yandırıb küllərini Qanq çayına tökürlər. Mənbə http://www.ihq.az/index.php?news=686
['hinduizm']
4,211
https://kayzen.az/blog/kitab/3236/britannika-ensiklopediyas%C4%B1.html
Britannika ensiklopediyası
Qiyasli
Kitablar və mütaliə
25 fevral 2012, 14:26
Britannika ensiklopediyası (ingilis dilində: Encyclopaedia Britannica) – ingilis dilində universal ensiklopediyadır. Şotland maarifçiləri Adam Blek və Çarlz Blek (Adam Black, Charles Black) tərəfindən Edinburq şəhərində yaradılmışdır. Britannika ensiklopediyasının tarixi İlk nəşri ensiklopedik lüğət əsasında 1768-1771-ci illərdə 3 cilddə həyata keçirilmişdir. Britannika ensiklopediyasının ilk 8 nəşri Edinburq şəhərində buraxılmışdır. 1870-ci ildə nəşriyyat «The Times» qəzetinin himayəsi altına verilir və London şəhərinə köçürülür. Ensiklopediyanın 11-ci nəşrini Kembric universiteti 1500 ekspertin iştirakı ilə həyata keçirir. 1901-ci ildə Britannika ensiklopediyası ABŞ-nın Çikaqo şəhərindən olan Huper adlı mülkiyyətçi tərəfindən alınır. 20-ci illərdə ensiklopediya «Sheers, Roobeck & Co» firması tərəfindən satın alınır və 1941-ci ildə Çikaqo universitetinə baöışlanır. 1974-cü ildə Britannika ensiklopediyasının sonuncu – 15-ci nəşri (“New Encyclopaedia Britannica” adı altında və ya Britannica 3) buraxılır. 1985-ci ildə ensiklopediya Mortimer Adler tərəfindən yenidən işlənərək iki hissəyə ayrılır: “Mikropediya” və “Makropediya”. Buradakı məqalələr məlumatların dərinliyinə görə fərqlənirlər. 1994-cü ildə Britannika ensiklopediyasının CD-ROM-da elektron variantı buraxılır. 1996-cı ildə Britannika ensiklopediyasının hüquqları İsveçrə milliarderi Jak Safranın (Jacqui Safra) ixtiyarına keçir. Britannikanın əmtəə nişanının hüquqları Encyclopaedia Britannica Inc kompaniyasına aiddir. Ensiklopediyanın 15-ci nəşrinə 120 min məqalə, 44 mln söz daxildir. Çap halında 32 cild, 32 min səhifə, 65 mindən çox məqalə, 24 min fotoşəkil, xəritə və təsvir vardır. Qiyməti 1400 dollardır. CD-ROM-da Britannika ensiklopediyası 100 min məqalə malikdir və qiyməti 50 dollardır. Hələ 1998-ci ildə ensiklopediyanın kompakt disklərdə buraxılan elektron variantının qiyməti 2000 dollar idi.  
['Britannika']
4,212
https://kayzen.az/blog/edebiyyat/3820/on-n%C9%99f%C9%99rd%C9%99n-biri-%7C-per%C3%A7-zeytunsyan.html
On nəfərdən biri | Perç Zeytunsyan
Muza
Ədəbiyyat
25 fevral 2012, 11:52
Tezliklə gələcəklər… — Siqaretin var? — Mən qorxuram … mən ölmək istəmirəm. — Sakit ol, heç bir şey olmaz. — Evdə, gizlində bir şüşə viski saxlamışam. Ələ keçirməyiblərsə, müharibə qurtarandan sonra içərəm. — Mən soruşuram ki, siqaretin var? — Şəhərdə bir tanışım var, pinəçidir. Müharibədən sonra gedib onun yanında şagird olacağam. — Saat neçədir? — Kimdə saat var ki… Onlar az danışan və dərdli əsgərlər idi. Danışanda da çox mənasız şeylərdən danışırdılar. Ancaq hamı bir-birini diqqətlə dinləyir və anlayırdılar ki, elə belə də olmalıdır. Bir sözü neçə dəfə təkrar edirdilər. Heç kim də demirdi ki, bu sözü artıq neçənci dəfədir ki, eşidir… Eyni söhbətdən bezəndə də dözüb dinləyirdilər. Hərdən biri o birinin sözünü kəsirdi. — Əşi, bəsdir, qurtar görək, eyni şeyi nə qədər danışmaq olar? Bir müddət araya sükut çökürdü… Mənalı-mənalı bir-birlərini süzürdülər: bəlkə o haqlıdır, hə? Bəlkə o sözü onların hər biri deyə bilərdi. Hər kəs öz macəralarından danışmaq istəyirdi. Ancaq tək bir nəfər danışmalı idi. Hamı birdən danışa bilməzdi ki… Bu dəstə artıq bir neçə gün idi ki, ön cəbhədə vuruşmaqdan imtina etmişdi. İndi isə həyəcanla nəyisə gözləyirdilər… — Gəlirlər, – əsgərlərdən hansısa qorxunc, vahiməli səslə dilləndi. Bu səs onlardan birinin səsi olsa da təəccübləndilər; sanki bu səs qeybdən gəlmişdi və onlara tanış idi. Cəza dəstəsi yaxınlaşdı. — Qalx! – əmr verildi. – Sıraya düzül! Heç kim heç nə düşünmürdü, hamının nəzəri uzaqda boğuşan iki itə yönəlmişdi. Bilmək olmurdu itlər boğuşur, yoxsa oynaşırlar… Zabitlərdən biri nəsə dedi. Uzun-uzadı danışıqlardan əsgərlərin yadında yalnız bu qaldı – onlar satqındırlar və hərbi əmri yerinə yetirmədikləri üçün hər on nəfərdən biri güllələnməlidir. Əsəbi bir səs eşidildi: — Mən ölmək istəmirəm… Məni məcbur elədilər. Artıq hamıya aydın oldu ki, hər on nəfərdən biri güllələnməlidir; onuncu, iyirminci… otuzuncu… Cəmi yetmiş nəfər idilər. Demək, yeddi nəfər ölməlidir. Onuncu… iyirminci, otuzuncu… Sıradakı birinci əsgər qeyri-ixtiyarı gülümsədi və xoşbəxtcəsinə zabitlərə baxdı. Çünki birinci idi və buna görə elə bil ki, onlara borcluydu… Zabitlərdən biri kinoaktyora oxşayırdı. Birinci əsgər əlini cibinə qoyub özündən razıymış kimi lovğalandı: bunlar haranın itidirlər ki, komandanlığın əmrini yerinə yetirməsinlər?! Heç nədilər! Sadəcə, əsgərdilər. Buna görə də cəzalanmalıdırlar. Sonra tez yadına düşdü ki, işin təşkilatçılarından biri də elə özüdür… Qorxa-qorxa əllərini cibindən çıxartdı, başını yerə dikdi. Sıradakı ikinci və üçüncü əsgərlər nədənsə birinci əsgərə qibtə ilə baxırdılar. Fərqi nəydi ki? İkinci əsgər də güllələnməyəcəkdi, üçüncü də, ancaq birinciyə həsəd çəkirdilər. Çünki o, hamıdan birinci idi! Qalan əsgərlər isə gözləyirdilər. Heç biri bilmirdi ki, hansı nömrədir… Öz nömrələrini çağırmağa başladılar. Səsləri eşidilmirdi… Birinci özü öz səsindən diksindi: — Birinci… Doqquzuncu əsgərin rəngi sapsarı oldu, çünki çiyni onuncunun çiyninə toxunurdu! Ona görə, ona elə gəldi ki, onuncudan ona da nəsə «pay» düşəcək. Yox, necə olsa, bir rəqəmin fərqi az deyil: fərq olmasaydı heç doqquz rəqəminə ehtiyac olmazdı. Özü öz tapıntısına sevindi. Əsgərlərin sakit səsləri eşidilirdi: — On altı… — On yeddi… — On səkkiz… On doqquzuncu utanırdı, çünki iyirminciyə ürəyi yanırdı, onun ailəsinə məktub yazacaqdı… Müharibə bitdikdən sonra onlara gedəcəkdi, ailəsinə toxtaqlıq verəcəkdi… Sevinirdi ki, iyirminci deyil, deməli, ölməyəcək… Anladı ki, insanlar nə qədər qorxaqdırlar… İndi ömründə ilk dəfə özünü tanıdı… — Mən ölmək istəmirəm… – Yenə yalvarışlı səs eşidildi. Əsgərlər ehtiyatla saymağa davam etdilər: — İyirmi altı. — İyirmi yeddi… — İyirmi səkkiz… — İyirmi doqquz… İyirmi doqquzuncu xəfifcə gülümsədi. O, özünü allah adamı sayırdı, ibadət etmişdi, uşaqlarına İncili öyrətmişdi. Arvadı ilə isə ilk dəfə İsanın şəklinin altında baxışmış, sevişmişdilər. İndi o, otuzuncu deyil, iyirmi doqquzuncu olmağını öz möminliyi ilə əlaqələndirirdi. Az qala çığırmaq istəyirdi: — Qardaşlar, inanın, o, sizi də xilas eləyə bilər… Ancaq çığırmadı. Çünki daha Allaha inanan yox idi. Qoy bir müharibədən sağ-salamat qayıdım… yaxşı bir iş tapım… varlanım… qocalıb əldən düşənəcən yaşayıb ölüm… Əvəzində, ilahi, təkcə sənə tapınacağam. İndi isə xaç çəkirəm… Allah eşqinə, peyğəmbər övladları eşqinə… — Otuz altı… — Otuz yeddi… — Otuz səkkiz… Otuz doqquzuncu xəcalət çəkirdi; qırxıncı onun ən yaxın dostu idi, o bu dostluqdan utandı, bir yerdə oxumuş, bir yerdə döyüşmüşdülər. Əgər onlar yoldaş olmasaydılar, indi çırada yan-yana durmayacaqdılar. Sakitcə nəfəs aldı. Onu heç kim günahlandıra bilməzdi, yadına düşdü ki, bir dəfə dostuna pislik edib. Bunu xatırlayıb utandı. Bundan əsgərlər xəbər tutsaydılar, onu əclaf, satqın adlandırardılar… Dəhşətli əzablar içində bu fikirlər onun ən böyük bəraəti idi. — Qırx altı… — Qırx yeddi… — Qırx səkkiz… — Qırx doqquz… Qırx doqquzuncu deyəsən ölümdən qurtulduğuna sevinmədi. Sanki əvvəlcədən bilirdi ki, ölməyəcək. Hesab edirdi ki, namuslu adamdır və ona görə də yaşamalıdır. Amma… qəflətən zabit bağırdı: — Saxlayın… qatışıqlıq oldu… Təzədən sayın… Və aydın oldu ki, doğrudan da qatışıqlıq olub, qırx doqquzuncu əlli imiş, əllinci isə – əlli bir… Belə də olmalıydı. O, bunu əvvəlcədən hiss etmişdi. Çünki sədaqətli insan olmuşdu, bunun üçün də ölməliydi… Əvvəlki əllinci indiki əllincini tanımasa da, xəcalətdən qızardı və ona elə gildi ki, günahkar məhz odur. Mızıldandı. — Mən… mən… məndə günah yoxdur… Bu sözlərin heç bir mənası yox idi. Bu anda düzlük də günah sayılırdı… Yenə nəsə dedi, axırıncı sözü təmiz, aydın tələffüz etdi. — Bəlkə … mən də öldüm… müharibədən çoxu sağ çıxmır… — Əlli altı… — Əlli yeddi… — Əlli səkkiz… — Əlli doqquz… — Mən ölmək istəmirəm… məni məcbur elədilər… – altmışıncının tanış və yalvarıcı səsi eşidilirdi. Ona heç kimin yazığı gəlmədi. Amma… yetmişinciyə hamının yazığı gəldi. Onuncunun da, iyirmincinin də, otuzuncunun da … hamısının… Hamısının say başlayanda ümidləri var idi ki, ölməyəcəklər, hər onuncudan biri olmayacaqlar… Ancaq o sonuncu əsgər yetmişinci olduğunu çoxdan bilirdi… Müəllif: Perç Zeytunsyan. ( Перч Арменакович Зейтунцян) Çevirəni: Kənan HACI Həmçinin bax: Müharibəyə yox deyək!Müharibə: lazımdırmı?
['erməni ədəbiyyatı', 'Perç Zeytunsyan', 'müharibə']
4,213
https://kayzen.az/blog/%C5%9F%C9%99xsi-gigiyena/8870/keyfiyy%C9%99tsiz-sabun-almay%C4%B1n.html
Keyfiyyətsiz sabun almayın
Bakılı
şəxsi gigiyena
24 fevral 2012, 23:33
Sabun yuyucu vasitə kimi istifadə edilən səthi-aktiv maddə olub yağ turşularının kaustik soda və potaş kimi qələvilərin suda qaynadılması nəticəsində əldə edilir. Yağ turşuları əsasən bitki (pambıq, soya, palma) və heyvan mənşəli məhsullardan əldə edilir. Bu yağların qələvilərlə qaynadılması nəticəsində qliserin və yağ turşularının duzları, yəni sabun meydana gəlir. Sonrakı mərhələdə sabun gərəksiz duz, qələvi və qliserindən təmizlənir.İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşlara sabun alarkən diqqətli olmağı məsləhət bilir. Nazirliyin mətbuat xidmətindən alınan məlumata görə, keyfiyyətsiz sabun insan orqanizmi üçün çox təhlükəlidir. Ümumiyyətlə, istehlakçılar bilməlidir ki, sabunda ətirverici və rəngləndirici maddələr nə qədər az istifadə olunursa, bu daha yaxşıdır. Sabun quru, qaranlıq və soyuq yerdə saxlanmalıdır. Əgər sabun istehsalçı tərəfindən qablaşdırılmayıbsa o zaman onu evdə sellofan paketdə saxlamaq olar. Saxlama müddəti istehsal tarixindən etibarən orta hesabla 3 il təşkil edir.Ev şəraitində hazırlanan sabunlar təbii komponentlərdən hazırlandığına görə daha keyfiyyətli hesab olunurlar. Hətta bu yolla hazırlanmış sabunlarda rəngləndirici maddələr belə təbii mənşəli olur. Belə sabunların möhkəm bağlanmış şüşə qablarda və sellofan materiala bükərək qaranlıq quru yerdə saxlanması məsləhət görülür. Bu məhsulun qoxusunun saxlanmasına və ya qurumamasına, yaxud artıq rütubətin əmələ gəlməsinin qarşısının alınmasına kömək edir. Əldə hazırlanmış sabunun saxlama müddəti 1-2 ildir.Sabunun keyfiyyəti ilk növbədə istehsalında istifadə olunan yağların keyfiyyətindən asılıdır. Ən yaxşı növ sabunlar təbii bitki yağları və heyvan mənşəli qida yağlarından əldə edilir. Aşağı keyfiyyətli sabun növləri isə təbii xammalın neft emalı məhsulları (naften turşuları, kanifol) ilə əvəz edilməsi nəticəsində alınır. Bu cür əvəzedicilərin çox istifadə edilməsi nəticəsində əslində xəfif olması gərəkən sabun köpüyü yapışqan hal alır.Sabunun təmizlənmə dərəcəsi də onun keyfiyyətində həlledici rol oynayır. Pis təmizlənmiş sabun köpüklənmir və dəridə qıcıqlanmaya səbəb olur. Sabunun keyfiyyətinə təsir edən digər bir amil isə ondakı yağ turşularının miqdarıdır. Yağ turşuları nə qədər çox olarsa, sabun bir o qədər keyfiyyətli hesab edilir. Sabun istehsalında istifadə edilən əlavələr onun təyinatını və xüsusiyyətlərini müəyyən edir.Sabunun təyinatına görə fərqlənən müxtəlif növləri var. İstehlakçılar müxtəlif sabun növlərinin xüsusiyyətlərini bilməli və bunlardan düzgün istifadə etməyi bacarmalıdırlar.Məsələn bərk əl sabunu əllərin mütəmadi gigiyenası üçün istifadə edilir. Gündəlik istifadə edilən əl sabununun tərkibində antiseptik və dəriyə sakitləşdirici təsir göstərən müalicəvi otların ekstraktlarının olması tövsiyyə edilir. Eyni zamanda duru, uşaq, kosmetik, təbii, antibakterial sabun növlərindən də geniş istifadə edilir. Məqsədinizdən asılı olaraq müvafiq əlavələr qatılmış sabunlardan istifadə edilməlidir. Belə ki, istehsalında bal və arıçılıq məhsulları əlavə olunan sabunlar dərini qidalandırır, yumşaldır və canlandırır, çobanyastığı ekstraktı qatılan sabunlar dərinin üzərindəki qoruyucu təbəqəni gücləndirir və s. Nəzərə almaq lazımdır ki, fitokomponentlər (bitki mənşəli komponentlər) güclü allergen ola bilərlər. Bu səbəbdən sabun seçiminə fərdi yanaşılmalıdır.Ticarət şəbəkəsinə sabunların bəziləri bağlamada, bəziləri isə açıq halda buraxılır. Sabunun qablaşdırma materialları normativ sənədlərin tələblərinə uyğun olan, saxlama müddəti ərzində təhlükəsizlik və saxlanmasını təmin edən materiallardan hazırlanmalıdır.Qablaşdırılarkən karton, ağac və polimer qabların istifadəsinə icazə verilir. Qablaşdırılmış sabunun üzərində istehsalçısının adı və ünvanı, istehsal tarixi, əmtəə nişanı, nominal çəkisi göstərilməlidir.Keyfiyyətli sabunu həm də qoxusuna görə təyin etmək olar. İstənilən sabunun əsas komponentləri xoşagəlməz qoxuya malikdir. Onun üçün də kosmetik sabun istehsalçıları ona müxtəlif ətirvericilər əlavə edirlər. Sabunun tərkibində xüsusi kimyəvi maddələr vardır ki, bu da ona əmtəə görünüşünü və özünəməxsus keyfiyyətini daha uzun müddət saxlamağa imkan verir.Mağazaların vitrinlərində çox sayda müxtəlif formalı sabunlar arasında seçim etmək üçün birinci növbədə onların etiketindəki məlumatlarla tanış olmağa çalışın. Eyni zamanda almaq istədiyiniz sabun haqqında satıcıdan da məlumat almaq hüququnuz vardır.Mənbə: Anspress.comHəmçinin bax:Ən qeyri-adi sabunlar
['sabun', 'məsləhət']
4,214
https://kayzen.az/blog/avtomobil/8844/avtomobil-s%C4%B1%C4%9Fortas%C4%B1.html
Avtomobil sığortası
Əliyev
Avtomobil dünyası
24 fevral 2012, 22:31
Avtomobilin sığortasına aşağıdakı sığorta növləri daxildir: 1. Tam kasko (tam avtokasko). 2. Natamam kasko (natamam avtokasko). 3. Mülki məsuliyyətin məcburi sığortası. 4. Bədbəxt hadisədən sığorta. 5. Əlavə avadanlığın sığortası. Avtomobillərin ziyandan sığortası kasko (və ya natamam kasko) adlanır. Əgər siz avtomobilinizi üstəlik oğurlanmaqdan da sığorta etdirmək istəyirsinizsə, onda belə sığorta tam kasko adlanır. 1. Tam kaskoya aşağıdakılardan müdafiə daxildir: oğurlanmaqdan, yol-nəqliyyat hadisəsindən (kimin təqsirkar olmasından asılı olmayaraq), üçüncü şəxslərin hüquqazidd hərəkətlərindən, avtomobilin üzərinə hər hansı əşyaların düşməsindən, yanğından, partlayışdan, təbii fəlakətlərdən. 2. Natamam kasko da tam kasko kimidir, lakin avtomobilin oğurlanmasına qarşı sığorta buraya daxil deyil. 3. Mülki məsuliyyətin məcburi sığortası hazırda məcburi sığorta növü olaraq zərərçəkənin avtomobilinin təmirini və sağlamlığına vurulan ziyanın kompensasiyasını əhatə edir (əgər yol-nəqliyyat hadisəsi sizin təqsiriniz ucbatından baş veribsə). 4. Bədbəxt hadisədən sığorta siz və avtomaşınınızda olan sərnişinlər zərər çəkdikdə sığorta ödənişi verilməsini nəzərdə tutur. 5. Əlavə avadanlığın sığortası sığorta hadisəsi baş verdikdə avtomobildə olan bütün avadanlıqların sığortasını nəzərdə tutur. Burada söhbət avtomobilin kompleksləşməsinə daxil olan avadanlıqlardan deyil, sonradan quraşdırılan avadanlıqlardan gedir (məsələn, avtomaqnitola, siqnalizasiya və peyk sistemi, televizor və s.). Sizin avtomobiliniz üçün kasko və ya mülki məsuliyyətin məcburi sığorta polisi neçəyə başa gələcəkdir? Mülki məsuliyyətin məcburi sığorta polisinin qiyməti dövlət tərəfindən müəyyən edilir və bütün sığorta şirkətləri üçün eynidir. Həmin qiymət ayrı-ayrı şirkətlərdə müxtəlif ola bilməz. Əgər sizə mülki məsuliyyətin məcburi sığorta polisini onun əsl qiymətindən iki dəfə ucuz təklif edirlərsə, bilin ki, həmin polis saxtadır. Polisin üzərində su nişanları olmalıdır. Siz polisin saxta olmadığına əmin olmaq üçün sığorta şirkətinə zəng vura bilərsiniz. Polisin yuxarı sol küncündə həmin şirkətin ştampı, yuxarı sağ küncündə isə polisin nömrəsi olur. * Avtokasko polisinin qiyməti avtomobilinizin markasından, buraxılış ilindən, sizin sürücülük stajınızdan və avtomobilinizi sürəcək bütün şəxslərin yaşından, avtomobilə quraşdırdığınız oğurlanmağa qarşı siqnalizasiya sistemindən asılıdır. Bir qayda olaraq, bütün sığorta şirkətləri avtomobildə, heç olmasa, ən sadə elektron siqnalizasiyanın olmasını tələb edirlər, amma oğurlanma ehtimalı daha böyük olan nüfuzlu modellərdə daha sanballı siqnalizasiyanın olması tələb edilir. Sığorta brokeri kimdir? Onun xidmətindən istifadə sizin üçün nə dərəcədə sərfəlidir? Sığorta brokeri müştəri ilə sığorta kompaniyası arasında aralıq halqadır. Qoy bu sözlər sizi çaşdırmasın, belə ki, sığorta brokerinin xidmətindən istifadə etməyiniz avtomobilinizin sığortasının dəyərini artırmır, əksinə, azaldır. Bu onunla izah olunur ki, sığorta şirkəti üçün “topdansatış” prinsipi ilə işləmək daha əlverişlidir, buna görə də şirkət sığorta brokerinə haqq ödəyir, özü də sığorta agenti ilə müqayisədə sığorta brokerinin haqqı xeyli yüksək olur. KASKO sığortasının dəyəri nədən asılıdır? Kasko sığorta polisini almaq üçün sığorta kompaniyasına müraciət edərkən nəzərə alın ki, sığortanın dəyərinə təsir göstərən amillərin heç də hamısı “dəqiqliklə” reqlamentləşdirilməyib. Kasko sığorta polisinin dəyərini müəyyən edən bəzi mühüm amillər vardır ki, onlar bizim özümüzdən asılıdır. Bu cür “əlverişli” amillərdən biri sizin avtomobilinizin markası və modelidir. Avtomobil nə qədər ucuz olarsa, onun qaçırılma ehtimalı da bir o qədər az olur və təmiri kifayət qədər az vəsait tələb edir. Müvafiq surətdə, onun sığorta tarifi də aşağı olur. Adətən sığorta kompaniyaları KASKO sığorta polisinin qiymətini müəyyənləşdirərkən avtomaşının dəyərinə əsas oriyentir kimi baxırlar. Lakin söhbət xeyli müddət istismar olunmuş avtomobillərdən getdikdə, adətən onların bazar dəyəri müxtəlif olur. Avtomobilinizin sığorta xərclərini azaltmaq üçün ərizənizdə onun bazar dəyərinin aşağı həddini göstərməlisiniz. Burada avtomobilin buraxıldığı il də rol oynayır. Həmin il nə qədər çoxdursa, sığortalamanın dəyəri bir o qədər böyük olur. Bəziləri belə bir fənd işlədirlər: onlar bir sığorta kompaniyasını digəri ilə – həmin kompaniya ilə rəqabət aparan sığorta kompaniyası ilə dəyişirlər. Belə hallarda bəzi sığorta kompaniyalarının sığorta olunanlar üçün müəyyən etdiyi güzəşt 10%-ə çata bilər. Əgər sizin avtomobil zəmanətli təmirdən çıxıbsa, siz yol-nəqliyyat hadisəsindən sonra onu hansı avtoservisdə təmir etdirəcəyinizi özünüz seçə bilərsiniz, lakin bu cür KASKO sığortası sizə 20% baha oturacaq. Sığorta müqaviləsində ziyanın sığorta kompaniyası tərəfindən ödənilməyəcək hissəsinin məbləğini nəzərdə tutan franşiz (bu terminə “françayz” da deyirlər) müəyyən edilə bilər. Bir qayda olaraq, bu, 100 dollarla 500 dollar arasında olan konkret məbləğdir. Əgər yol-nəqliyyat hadisəsi zamanı avtomaşına dəyən ziyanın həcmi həmin məbləğin hüdudlarından kənara çıxmırsa, onda avtomaşınınızı təmir etdirmək sizin öz öhdənizə düşür. Amma avtomobilə dəyən ziyanın həcmi böyük olsa belə, sığorta kompaniyası ziyanın məbləğinin hamısını ödəməyəcək, franşizin məbləğini ziyanın ümumi məbləğindən çıxacaq. Franşizdən istifadə sayəsində sizin qənaət etdiyiniz vəsait sığorta dəyərinin 7%-indən 30%-inə qədər məbləğ təşkil edir, amma franşizdən istifadə edərkən unutmayın ki, bu zaman ziyana görə müəyyən məbləği özünüz ödəməli olacaqsınız. Sığortanın dəyərinə təsir göstərən başqa amillər də vardır, məsələn, digər əmlakın (misal üçün, mənzilin) sığortası zamanı güzəştlər, avtomobilin gecə vaxtı qarajda və ya mühafizə olunan avtomobil dayanacağında saxlanması və s. Qeyri-sığorta hadisələri Fərz edək ki, siz avtomobil alarkən onu sığortalamışsınız və avtomaşını rahatca sürürsünüz. Siz tam əminsiniz ki, bir şey baş versə, etibarlı sığorta kompaniyası sizin düşdüyünüz zərəri ödəyəcəkdir. Lakin gəlin birlikdə düşünək. Hansı halın sığorta hadisəsi olması tamamilə aydındır: əgər avtomobil yol-nəqliyyat qəzasına düşübsə, üçüncü şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində, habelə üzərinə kənar əşyaların düşməsi ucbatından, eləcə də təbii fəlakət səbəbindən və sair təsadüfi hallar ucbatından zərər çəkibsə, onda siz ziyanın əvəzinin ödənilməsini tələb edə bilərsiniz. Lakin elə hallar da vardır ki, onlar qeyri-sığorta hadisələri sayılır. Avtomobili sığorta etdirərkən bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. Həqiqətən sığorta qaydalarında belə bir bənd vardır ki, qəza zamanı siz spirtli içkinin təsirindən sərxoş vəziyyətdə olmuşsunuzsa. Bu, qeyri-sığorta hadisəsidir və belə hallarda sizə sığorta ödənişi ödənilmir. Lakin bəzi sığorta kompaniyaları qəsdən qaydaları dumanlı şəkildə formula edirlər, bu isə onlara imkan verir ki, sığortalanmış avtomobillərin sahiblərinə tam qanuni əsasla heç nə ödəməsinlər. Məsələn, sığorta qaydalarının bir bəndində yazıla bilər ki, siz yol hərəkəti qaydalarını pozmuşsunuzsa, onda yol-nəqliyyat qəzasının baş verməsi sığorta hadisəsi deyil. Amma nəzərə almaq lazımdır ki, praktiki olaraq bütün qəzalar yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verir. “Fors major” hallarına həsr olunan bəndə də diqqət yetirin. Belə hallara adətən nüvə partlayışı və ya radioaktiv şüalanma, hərbi əməliyyatlar, bəzən də kütləvi iğtişaşlar aid edilir. Lakin son bir neçə ildə vərdiş etdiyimiz kütləvi iğtişaşlar bizim üçün daha “fors major” halı deyil. Bununla belə, istənilən sığorta kompaniyası kütləvi iğtişaşları da “fors major” halı hesab etməyə çalışır, yəni belə halların nəticələrinə görə məsuliyyət daşımaq istəmir. Qeyri-müəyyən ifadələr xüsusilə təhlükəlidir. Məsələn, “əgər sürücü yol-nəqliyyat hadisəsindən yaxa qurtara bilərdisə, lakin bunun üçün mümkün olan bütün tədbirləri görməyibsə”, yaxud “sürücü yol nişanlarının, eləcə də yol polisi əməkdaşlarının göstərişlərinə əməl etməyibsə” kimi ifadələr buna misal ola bilər. Əlbəttə, bu cür hallarda yol-nəqliyyat hadisəsi baş verdikdə sığorta kompaniyası məsuliyyəti çiynindən kənara atmaq üçün bəhanə tapacaq və həmin ifadəyə istinad edərək sizi borclu çıxaracaqdır. Belə halda sığorta ödənişindən əlinizi üzə bilərsiniz. Buradan belə nəticə çıxır ki, sığorta müqaviləsini rəsmiləşdirərkən tənbəllik etməyərək sığorta kompaniyasından bütün qeyri-dəqiq məqamlarla bağlı izahat istəmək və müqavilədə qeyri-müəyyən ifadələrin olmamasına çalışmaq lazımdır. Mənbə: Avtomobil.az jurnalı Avtomobil həvəskarlarının diqqətinə: CS 95 modeli ilə bütün gözlər üzərinizdə olacaq! Elə indi sınaq yürüşünə yazıl, avtomobil ilə yaxından tanış ol.
['avtomobil sığortası', 'KASKO', 'sığorta']
4,215
https://kayzen.az/blog/daily-problems/8860/facebook-istifad%C9%99%C3%A7isi-olan-q%C4%B1zlar%C4%B1-alm%C4%B1rlar.html
Facebook istifadəçisi olan qızları almırlar?!
MaksiMuS
Gündəlik həyatın çətinlikləri
23 fevral 2012, 23:47
Sosial şəbəkədən istifadə edən qızlara həsr edilir.- Zibeydənin gəlini internetdə bir şəkillərini qoyub, vaxsey... inan gördüm dəli oldum!- Hara qoyub? Kompyuterdə var?- Yox, ağəz, internetdə. Oğlum göstərdi mənə. Dırnağına lak sürtən yerdə, xörək bişirən yerdə, bir pozalar verib ki... biabırçılıqdı vallah!- Yaxşı?! Bütün kompyuterlərdə var o şəkillər? Mən də evdəki kompyuteri açsam, görərəm?- Ağəz, sən də çuşkasan e, deyirəm internetdə də. Orada nəsə bir yer var, hamı ora şəklini qoyur, özlərinə kişi axtarırlar da. Utanmır e, gəlin xeylağı, tərbiyəsizliyə bax e!- Vay, vay, vay... Biabırçılıq! Şəkillərini kompyuterdə kişilərə göstərir?! Zibeydənin xəbəri olmaz yəqin, bilsə, o gəlini bir gün də saxlamaz, iti qovan kimi qovar evindən...Bir yas məclisində iki yaşlı qadının arasında bu söhbəti qulağım təsadüfən çaldı. Hansısa tanışlarının gəlininin sosial şəbəkədə şəkillərini paylaşmasından dəhşətli bir şey kimi danışırdılar. Yazıq qadını daha nələrdə günahlandırmadılar?! Tərbiyəsizliyinə, əxlaqsızlığına, hətta ərinə xəyanətinə görə qınadılar. Nə var, nə var, sosial şəbəkə istifadəçisidir...Uzandıqca uzanan bu söhbət getdikcə məni lap əsəbiləşdirirdi. Qadınların bu bəsit dünya görüşlərinə, gəlini ağ yuyub, qara sərmələrinə daha laqeyd qala bilməyəcəyimi görüb, söhbətə müdaxilə etdim."Ay xala, internetdə şəkil yerləşdirmək tərbiyəsizlik niyə olur? Facebook, "Odnoklassniki" deyilən sosial şəbəkələr var, yəqin gəlinin şəkillərini orada görmüsünüz" - dedim.Bayaqdan dilə-boğaza qoymayan qadınlardan birinin "o nə olan şeydi elə?" sualına "internetdə saytlar var, orada qeydiyyatdan keçirsən, özünə dünyanın hər yerindən dostlar qazanırsan, müxtəlif mövzularda müzakirələrə qoşulursan" - deyə, cavab versəm də, bir nəticəsi olmadı."Mən elə şeylər bilmirəm, bilmək də istəmirəm. Bildiyim budur ki, tərbiyəli qız xeylağı şəkilini kompyuterə qoymaz, özünü gədələrə göstərməz!"Hirsi soyumayan qadın, üzünü bayaqkı həmsöhbətinə çevirib, "ağəz, sən Allah, internetdə özünü ona-buna göstərən qızı oğluna alarsan?" - deyə, soruşdu.Həmsöhbəti də qulaqlarını dartıb, "Allah məni o gündən saxlasın, heç mənim oğlum da elə qızı almaz!" - dedi...Maraqlıdır, Azərbaycanda internetdə müxtəlif sosial qarşılıqlı əlaqələrdə qeydiyyatdan keçən qadınlara münasibət niyə birmənalı deyil? Günümüzün ən məşhur sosial şəbəkələrindən olan "Odnoklassniki", Facebook, Twitter, "Myspace", "Google+" kimi məkanlardan istifadə edən qızlar cəmiyyətdə əksər insanlar tərəfindən niyə əxlaqsız kimi qəbul olunur?!Yaxşı, tutaq ki, söhbətlərinə istəmədən də olsa, qulaq kəsdiyim qadınların hər ikisinin biliyi orta məktəb səviyyəsindədir, ali savadları yoxdur, gənc yaşlarında ərə gedib, günlərini mətbəxdə xörək bişirməklə keçiriblər. Belələri üçün gəlin xeylağının sosial şəbəkədə şəkillərini paylaşması qəbuledilməzdir. Bu qadınları haradasa başa düşmək olar. Amma dərd ondadır ki, savadına, intellektinə, dünya görüşünə şübhə etmədiyim elə tanışlarım var ki, onların da düşüncələri bu bisavad qadınlardan heç bir pillə də olsa, yuxarı deyil. Uzağa getməyək, elə jurnalistika sahəsində bəzi kişi həmkarlarım günlərinin böyük hissəsini Facebook sosial şəbəkəsində keçirsələr də, həyat yoldaşlarına bunu qadağan edirlər.Arvadlarının bütün bloqlar, forumlar, çatlar və bu kimi internet vasitələrində olmalarını heç cürə qəbul eləmirlər. Hətta Facebookda yerləşdirdikləri ailə fotoşəkillərində belə onların həyat yoldaşlarına rast gələ bilməzsən...Kimin necə düşünməsindən asılı olmayaraq, şəxsən mən həyatımı sosial şəbəkələr olmadan təsəvvür eləmirəm. Və "sosial şəbəkədə olan qızları almırlar" fikri ilə də razı deyiləm. Əksinə, tanıdığım bir sıra insanlar var ki, internetdə tanış olub, evləniblər. Türkiyə, İran, hətta ABŞ vətəndaşı ilə ailə quran rəfiqələrim də var.Onlar da sosial şəbəkələrdə bir-birlərini tapıblar. Getdikcə, bu tanışlıq sevgiyə çevrilib, eyni dünyanın adamları olduqlarını anlayandan sonra isə evlənmək qərarına gəliblər.Sosial şəbəkələr cinsiyyətindən asılı olmayaraq, hər kəsə kifayət qədər maraqlı dostlar da qazandırır. Məsələn, şəxsən mənim Türkiyədə, Rusiyada, Misirdə, İranda, İngiltərədə yaşayan jurnalist dostlarım var ki, onlarla məhz Facebookda tanış olmuşam. Bir həmkar olaraq, dünyada baş verən proseslərlə bağlı fikir mübadiləsi aparır, müxtəlif olaylara baxışımızdan tutmuş, iş prinsipimiz, hətta iş yerindəki şərait barədə belə bir-birimizlə saatlarla söhbət edə bilərik. Və bunda heç bir tərbiyəsizlik görmürəm.Düzdür, internetdə tanışlığın qadınlar üçün təhlükəli məqamları da var. Məsələn, bir ara Facebookda gənc qızların oğurluğu, evli qadınların şantajı kimi xəbərlər yayılmışdı. Deyilənə görə, bu sosial şəbəkədə qadın alveri ilə məşğul olan xüsusi adamlar var ki, gözəl qızlarla tanış olur, onların telefonunu, evinin, oxuduğu məktəbin və yaxud işlədiyi yerin ünvanını öyrənir. Sonra da qızların başını tovlayıb, onları qaçırıb, pullu adamlara satırlar.Və yaxud evli qadınlarla tanış olur, onları sevgi söhbətlərinə çəkir, görüşə çağırır, şəkilləri çəkilir. Sonra da qadın şantaj edilir ki, əgər filan qədər pul verməsə, mesajları, şəkilləri ərinə göndəriləcək.Və yaxud da bir psixoloqun dediyi kimi, internetdə tanış olub, bir-birilərini sevdiyini zənn edən şəxslər, sonradan reallıqda heç nə alınmayacağını anlayırlar. Müəyyən dramatik situasiyalar yaşayırlar. Bu isə bir çox psixoloji fəsadlara yol açır.Bu cür hadisələrdən özünü qorumaq üçün təbii ki, virtual dünyanın səni real dünyadan uzaqlaşdırmağına imkan verməməli, önünə keçən hər kəslə tanış olmamalı, yaşadığın ünvanı verməməli, hər deyilən sözə inanmamalısan. Əgər bunlara əməl eləsən, o zaman ürəklə sosial şəbəkələrdən istifadə edə, hətta şəkillərini də paylaşa bilərsən.Yuxarıda bəhs etdiyim söhbətə gəlincə isə, real həyatda əxlaqsızlıqla, fırıldaqla məşğul olan o qədər qadın var ki, internetin nə olduğunu ümumiyyətlə bilmir. Lakin sosial şəbəkədən istifadə edən çox savadlı, əxlaqlı, tanınmış qadın iş adamları, siyasətçilər, ziyalılar və s. var. Odur ki, qız alarkən, onun Facebook istifadəçisi olub-olmamasına yox, real həyatdakı əxlaqına baxsanız, daha düzgün olar!Ülviyyə SabirqızıGün.AzUPD. Bu şəkli profilində yerləşdirmək düzdürmü?
['facebook', 'müzakirə', 'mentalitet', 'milli mentalitet', 'sosial şəbəkələr', 'internet və cəmiyyət']
4,216
https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/8859/maestro-niyazi.html
Maestro Niyazi
Azərbaycan
böyük musiqiçilər
23 fevral 2012, 22:32
Azərbaycan musiqi mədəniyyətinin inkişafında maestro Niyazinin xidmətləri misilsizdir. Bir çox görkəmli bəstəkarlarımızın əsərlərinin gözəl ifası məhz onun adı ilə bağlıdır. Bu yerdə ölməz bəstəkarımız Qara Qarayevin bir fikri yada düşür: “Mən əsərlərimin Niyazinin dirijorluğu ilə ifasından çox məmnun oluram və başqa bir dirijor arzulamıram”. Əlbəttə, maestro Niyazi haqqında buna bənzər fikirlər çoxdur. O, Azərbaycan bəstəkarlarının əsərlərini bütün dünyada tanıdaraq onların təbliğində xüsusi rol oynayıb. Bununla yanaşı o, Qərb və rus bəstəkarlarının əsərlərinə də eyni dərəcədə professionallıqla dirijorluq edib. Niyazinin adı dünya şöhrətli dirijorlarla yanaşı çəkilir. Bu böyük sənətkarın yaradıcılığı əsil örnəkdir. Sənətkarın ömür kitabından bəzi səhifələrə nəzər salaq. Niyazi Zülfüqar oğlu Tağızadə — Hacıbəyov 1912-ci il avqustun 20-də Tiflisdə anadan olub. Erkən yaşlarından əmisi Üzeyir bəyin himayəsi altında böyüyüb. Onun musiqi sənətini seçməyində istedadı ilə yanaşı Üzeyir bəyin də əvəzsiz xidmətləri olub. Niyazinin ilk böyük müvəffəqiyyəti 1938-ci ildə Moskvada keçirilən “Azərbaycan incəsənəti günləri”ndəki çıxışı ilə bağlıdır. O, Moskvada Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarına dirijorluq edərək həm həmin əsərlərə, həm də onların müəlliflərinə bir daha uğur qazandırır. Maestronun gəncliyindən ömrünün sonuna qədər davam edən belə uğurlu çıxışları mədəniyyət tariximizə saysız-hesabsız nailiyyətlər bəxş edib. Onun adı həm də Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simaları ilə birgə çəkilir. “Xosrov və Şirin” operası, “Zaqatala”, “Azərbaycan” süitaları, “Rast” simfonik muğamı və s. əsərlər Niyazinin qələminin məhsuludur. O, hətta 1986-cı ildə R.Taqorun süjeti əsasında yazdığı “Çitra” baletinə görə “Cəvahirləl Nehru” mükafatına layiq görülmüşdü. Maestro Niyazinin misilsiz xidmətləri daim xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ona olan xalq məhəbbəti bu gün də yaşayır. Maestronun mənzili 1994-cü ildən ev-muzeyi kimi fəaliyyət göstərir. Burada müxtəlif incəsənət tədbirləri keçirilir və hətta bəstəkarlar haqqında bu mənzildən dəfələrlə verilişlər hazırlanıb. Hər il avqust ayında isə burada Maestronun xatirə gecəsi keçirilir. Böyük sənətkar doğulduğu ayda, avqustun 2-də (1984) vəfat edib. Firəngiz Əlizadə, Xalq artisti, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri “Niyazini Azərbaycanda və keçmiş SSRİ məkanında tanımayan insan yox idi. Kim onu səhnədə görübsə, bu gün də unutmayıb. Ona görə ki, bu parlaq insan, şəxsiyyət o qədər yüksək səviyyəli musiqiçi idi ki, onun ifası insanlara o qədər böyük təəssürat bağışlayırdı ki, bunu unutmaq mümkün deyil. Niyazinin repertuarı çox zəngin idi. Mən onun haqqında Sabir Kərimovun kitabına nəzər salanda orada elə əsərlərin adına rast gəldim ki, bunlar məni çox valeh etdi. Çünki həddən ziyadə yüksək musiqi nümunələridir. Onlar Niyazinin interpretasiyası ilə səslənib. Skryabinin “Ekstaz” poeması, Taneyevin “İohan Domoskin” əsəri və s. Bunları vaxtilə Niyazi Azərbaycanda ifa edib. Bu əsərlərə az-az müraciət olunurdu. Bir faktı da mütləq qeyd etməliyəm ki, bu da sırf Niyazinin xidməti ilə bağlıdır. 1970-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hər cümə günü Filarmoniyada simfonik musiqi axşamları keçirilirdi. Bu konsertlərin təşkili, repertuar seçimi və idarə olunması birbaşa Niyazinin ideyalarına əsaslanırdı. O, konsertlərdə dünya klassik nümunələri ilə yanaşı Azərbaycan bəstəkarlarının əsərlərini də böyük şövqlə ifa edər və öz parlaq dirijor məharəti ilə hamını heyran qoyardı. Onun barəsində çox danışmaq olar. Azərbaycan musiqi mədəniyyəti tarixində Niyazinin yeri əvəzolunmazdır”. Ramiz Zöhrabov, Xalq artisti, sənətşünaslıq doktoru, professor “Mən onunla çox yaxın yaradıcılıq ünsiyyətində olmuşam. Niyazi nə qədər istedadlı musiqiçi idisə, o qədər də məsuliyyətli ictimai xadim, təşkilatçı idi. O, Opera və Balet Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında direktor vəzifələrində çalışıb. Uzun illər biz Filarmoniyada birgə işləmişik. Yaxşı yadımdadır ki, o, Filarmoniyaya direktor təyin olunan kimi yeni ideyalar həyata keçirməyə başladı. Məsələn, bəstəkarların, ifaçıların yaradıcılıq və xatirə gecələri, muğam axşamları və s. bu kimi tədbirlərin təşəbbüsçüsü məhz Niyazi olub. O, böyük bir düha idi. Həm əməlləri, həm əsərləri, həm də xeyirxah işləri ilə Niyazi mədəniyyətimizə, xüsusən də musiqi sənətinə misilsiz töhfələr bəxş edib. Amma, açığını deyim ki, onun haqqında hələ layiqli monoqrafiya yazılmayıb. Düzdür, Niyazi haqqında oçerk və məqalələr yazılıb, radio və televiziya verilişləri hazırlanıb. Amma bunlar belə tam mənada Niyazinin yaradıcılığını ehtiva etmir. Odur ki, Niyazi irsinin hələ də öyrənilib tədqiq olunmasına gərək var”. Fərhad Bədəlbəyli, Xalq artisti, professor “Hacıbəyovlar ailəsi Azərbaycanın dahi simalarını yetirən nümunəvi bir nəsildir. Başda Üzeyir bəy olmaqla bu ailənin üzvləri xalqımızın layiqli vətəndaşlarıdır. Maestro Niyazi də o parlaq, nümunəvi şəxsiyyətlərdəndir. Onun haqqında danışmaq mənə çətindir. Çünki ondan o qədər yaxşılıqlar görmüşəm, bilmirəm hansını deyim. Onun evi mənim üçün əsil sənət məktəbi olub. Bu evdə Rixter, Rostropoviç, Şostakoviç və daha neçə-neçə görkəmli sənətkarları görmüşəm. Hansı dünya şöhrətli musiqiçi Bakıya gəlsəydi, mütləq maestro Niyazinin evində qonaq olmalı idi. Bu artıq bir ənənəyə çevrilmişdi. Orada keçən görüşlər həm incəsənət, həm diplomatik söhbətlər üçün çox əhəmiyyətli idi. Bu həm də maestronun qonaqpərvərliyindən, yüksək humanist keyfiyyətlərindən irəli gəlirdi. Niyazinin musiqiçi kimi xidmətləri əvəzolunmazdır. Çünki Niyazi sadəcə dirijor deyildi. O, bütün varlığı ilə musiqiyə bağlı və əsil sənət fədaisi idi. Niyazi ifa etdiyi əsəri bütün varlığından keçirib, onu öz içində yaşayıb, sonra pult arxasına keçirdi. Odur ki, o, orkestrin bütün üzvlərindən ciddi tələblər edirdi. Məhz buna görə də onun idarəsi ilə orkestr çox parlaq və möhtəşəm səslənirdi. Mən özümü xoşbəxt hesab edirəm ki, Niyazi ilə bir səhnədə çıxış etmək mənə də nəsib olub. O günlər mənim üçün əlçatmaz və unudulmazdır”.   Əlbəttə, maestro Niyazi haqqında belə xatirələr çoxdur. Çünki, o, öz xidmətləri ilə yalnız özünü deyil, neçə-neçə sənətkarı, onların əsərlərini yaşadıb. Bu yerdə Niyazinin təbliğatçılıq fəaliyyətindən danışmaq istərdim. Qeyd etdik ki, o, Azərbaycan və dünya musiqisinin mahir interpretatoru olub. Amma, aydın məsələdir ki, bu klassik nümunələri xalqa sevdirmək də sənətkardan xüsusi məharət tələb edir. Yəqin ki, qocaman insanlar yaxşı xatırlayarlar ki, Niyazi nəinki konsert salonlarında, hətta tarla düşərgələrində belə konsert verərmiş. Bu da təsadüfi deyildi. Bu yerdə Niyazinin öz fikirlərindən bir nümunəyə nəzər salaq: “Xalqın — xüsusən gənc nəslin ümumi mədəniyyətinə, onun mənəvi aləminə, estetik musiqi zövqünün düzgün istiqamətdə formalaşmasına klassik musiqinin təbliği güclü təsir göstərir. Düzgün qurulmuş musiqi təbliğatı bu aktual problemi həll edə bilər”. Maestronun bu fikirləri hər zaman üçün aktualdır. Əminik ki, onun buna bənzər deyimləri professional musiqinin təbliği yolunda əsil mənbə olacaq. Hələ neçə-neçə nəsillər əbədiyaşar Niyazi məktəbindən bəhrələnəcəklər. Hamının da ürəyindən bu fikir keçəcək: “Ruhun şad olsun ustad!” Müəllif: Səadət Təhmirazqızı, musiqişünas Mənbə: Mədəniyyət qəzeti
['Niyazi', 'bəstəkar', 'dirijor', 'Azərbaycan bəstəkarı']
4,217
https://kayzen.az/blog/marketinq/8782/az%C9%99rbaycanda-reklam-m%C9%99d%C9%99niyy%C9%99tsizliyi.html
Azərbaycanda reklam mədəniyyətsizliyi
Əliyev
Marketinq
23 fevral 2012, 19:10
Biz də veriliş bir yana, reklam fasilələrində dilxor olmağı yox, əksinə maraqlı reklam çarxlarına baxaraq əylənmək istəyirik. Təəssüf ki, yerli televiziyalardakı milli reklamlar sadə, sönük,naşı hazırlanması səbəbindən tamaşaçı diqqətındən kənarda qalır. Axı biz qonşu tv, xüsusən də dilinə bələd olduğumuz türk tekanallarındakı reklamlardan aldığımız ləzzətı məgər döğma reklamlarımızdan ala bilmərikmi? TV reklamlarının çəkilişi və yayımı kifayət qədər xərc tələb edir. Elə bu səbəbdən reklam sifarişçıləri çəkiliş etmədən öz məhsullarını xam şəkildə təriflətməyə üstünlük verirlər. Son vaxtlar yerli telekanallar da dəb halına düşmüş varianta əl atıblar. Sayı bilinməyən şadlıq saraylarının dəbdəbə və qəliz menyusunu tərif edən rolikləri təqdim etmək, veriliş adı altında qadın salonlarını tərifləmək, studiyanının içindəcə “Ərzaq malları” mağazasını açmaq. Sonuncunun ən “yaxçı” təqdimatını isə özünü sevimli aparıcı hesab edən ATV-nin Zaurudu. O,elə verlişindəcə tərif etdiyi məhsullarına dequstatorluq edir, reklam hesabına yaxşıca doyur. Əsas məsələlərdən biri, bütün kanallarda sağlamlıq verilişi adı altında özəl klinikaların kütləvi şəkildə qiymətə mindirilməsidir. Ya da kobud desək reklam vasitəsiylə xəstə “ov”una çıxmaq. Deməli, proqramda verilişə dəvət olunan qonaq həkimin və aparıcının da yeğanə sözü budur: “Filan klinikaya buyurun, sizi müayinə etsinlər”. Güya tamaşaçıların qeydinə qalan veriliş ən sadə sualda, narahatçılıqda bu dəvəti səsləndirir, həkimlərsə kiçik məsləhət verməkdə belə simiclik edirlər. Telekanallardakı bu qəbildən reklamlara nəzər yetirsək reklamların çoxu insanları estetik cərrahiyyələrə səsləyir, görkəmində əyriliyi olanları, xüsusən qadınları silikonlaşmağa və girdəsifət yaratmağa səfərbər edir. Bəli, tv reklamı nəğd pul deməkdir, amma proqramlaşdırma siyasətinin yanından belə keçməyən tv-lərimizin harda gəldi reklam vermək, qonağının sözü ağzinda qalaraq reklamı izlətdirmək xasiyyəti də var. Reklam üzündən bəzən aparıcıların verilişində qoyduğu mövzu dəyərini itirir, “Milli Televiziya və Radio yayım haqqında” qanunda nəzərdə tutulan şərtlər pozulur. Qanunun reklam bölməsində deyilir: “Bədii film 45 dəqiqədən çox davam edərsə, yalnız 45-ci dəqiqədən sonra reklama kəsilə biər”. Halbuki ötən gün ANS-in təqdim etdiyi film göstərilən dəqiqədən qabaq kəsildi, özü də gecə vaxtı (2-yə işləmiş) daha çox kişilərin ekran qarşısında olduğu vaxtda qadın gigiyenik vasitəsinin reklamı getdi. TV reklamı haqqında digər bənd. 35.6 Xəbər proqramları, dini, uşaq verilişləri, 30 dəqiqədən az çəkən seriallar, əyləncəli proqramlar, aktual-siyası verilişlır sənədli filmlər reklamla kəsilə bilməz. Efirlərini xarici seriallarla dolduran tv-lərin bu mənada qayda pozduqları nəzərə çarpır. Misal üçün, Space-in efirində gedən yarım saatlıq hind serialı hər 10 -15 –ci dəqiqədə kəsilir. Reklam üçün tamaşaçısının maraqlarını tapdalamyan verilişlərdən ən uğurlusu ATV-də Emin Musəvinin “22- ci saat”verilişinin adını çəkmək olar. Bu verilişdə seçilən mövzular səmimiliyini hələ ki qoruyub saxlayır. Milli Teleradio Şurasının ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin rəhbəri Təvəkkül Dadaşovun sözlərinə görə isə, reklam təqdim edən kanalları qınamaq olmaz, çünki həmin şirkətlər reklam hesabına yaşayır. Teleradio Yayım Haqqında qanunda bir məsələ də qeyd olunur: “Xəbər buraxılışları və siyasi informasiya proqramları sponsorların maliyyə köməyi ilə hazırlana bilməz” Əslində tv məkana nəzər salsaq əsas xəbər buraxılışlarına müxtəlif şirkətlər tərəfindən sponsorluq edilir. Bu şirkət loqoları xəbər buraxılışlarına bir neçə saniyə qalmış ekranda canlandırılmış saat üzərində qeyd olunur. Yeri gəlmişkən, Azərbaycanda tv reklamının yayım qiymətləri xarici ölkələrlə müqayisədə qat-qat aşağıdır. Reklamın 1 dəqiqəsi ABŞ və bütünlükdə Qərbi Avropada 120-300 min, Rusiyada 40-80 min, Türkiyədə 120-150 min manat olduğu halda, Azərbaycanda bu rəqəm 300-1800 manat təşkil edir. Sosial reklam aclığı Hamı şikayətlənir ki, xəstəliklər çoxalıb, yol-nəqliyyat hadisələri artıb, təhsilin səviyyəsi getdikə azalır. Bütün bunlara səbəb Azərbaycanda sosial reklamın azlığı, insanların maarifləndirilməsindəki boşluqdur. TV-nin funksiyalarından biri olan bu məsələ də təəssüf ki, ürəkaçan deyil. Misal üçün, bu gün dünyanın siqaret kimi zərərli vərdişlə mübarizə apardığı bir vaxtda bizdə hətta məktəb yaşlı uşaqların da arasında siqaret çəkənlər artıb. Bunu məktəb tualetlərində atılmış çoxlu sayda siqaret kötüyü sübut edir. Lakin bununla bağlı nəinki ayrı-ayrı qurumlar, eləcə də övladına nəzarət missiyasını yerinə yerirə bilməyən valideyinlər səsini çıxarmır. Vaxtıylə 18 yaşdan aşağı uşaqlara siqaret satılması qadağan olunsa da, indi azyaşlı uşaqlar belə siqaret bazarlığı edir. Hər hansı efirdə antisiqaretlə bağlı çağırış belə eşitmək olmur. Sosial reklamın heç məqsədini bilməyənlər də var. Bu tip reklam insanların rifahını yaxşılaşdırmağı, sağlamlığını önə çəkərək kommersiya məqsədləri güdməməlidir. Xarici təcrübəyə nəzər salsaq, əcnəbi telekanllarda, eləcə də türk telekanallarında siqaret, narkotik əleyhinə, uşaqların sağlam qidalanması məqsədiylə sosial reklamlar çəkilir və efir qarşısında günün ən gur (pik saatında) tamaşaçı saatı olması hesabıyla yerləşdirilir. Bizdə isə sosial reklam nəinki tv-də eləcə də, ümumilikdə yol kənarında, insanların mövcud olduğu heç yerdə gözə dəymir. Hazırda tv-lərdə arada-sırada yalnız “Azəriqaz” şirkətinin təqdim etdiyi, vətəndaşların qazla ehtiyyatlı olmasıyla bağlı mövsümü xəbərdarlığı yayımlanır. Yeganə rast gəldiyim sosial reklam İran-Azərbaycan sərhədinin bir neçə kilometrliyində, yol kənarında məlum səbəblərdən (narkotiklərin çoxu buradan daxil olur) yerləşdirilən “Narkotiklərdən uzaq olaq” kimi şüarlı reklam şitidir. Qadın saytlarından birində yerləşdirilən və bir qədər doğru kəlmənin seçilmədiyi reklam da var. Qadın zorakılığına qarşı nəzərdə tutulan sosial reklamda “Yoldaşınıza əl qaldırmayın” çağırışı yer alır. Burada yoldaş sözü xanımınızla əvəz olunsaydı daha dolğun olardı. Niyə Azərbaycanda tv sosial reklamı yox dərəcəsindədir, yaxud çəkilmir. Ən əvvəl yenə də məsələ madiyyata dirənir. Maraqlı ssenarini tapmaq, insanları istənilən sos məsələlərə kilidləmək pul istəyir. Vizual effektlərinə görə, bu reklamların tv-də yerləşdirilməsi daha məqsədəuyğundur. Araşdırma zamanı məlum olur ki sən demə, sosial reklamlar qeyri-hökümət təşkilatlarının bir qismi tərəfindən daim diqqət mərkəzindədir. Sadəcə yerləşdirmə baxımından problemlər yaranır. Elə ötən il QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev də sosial reklam haqqında ayrıca qanunun işlənməsi məsələsini təklif etmişdi. Amma bu təklif heç də müsbət qarşılanmamışdı. Çoxu bu məsələnin “Reklam haqqında” qanunda əksini tapdığını deyirdi. Əslində qanunun yaradılması çözum deyil, o qədər qanunlar var ki, heç işləmir də. Sadəcə sosial reklamın hazırlanması və xüsusən tv-də yayımlanmasına nail olmaqdır. Yenə də xarici təcrübəyə əsaslanaraq onu demək olar ki, əcnəbi tv-lər bu reklamları vətəndaşlarını düşünərək ya havayı ,ya da cüzü pula efirində yerləşdirir. Teleradio Şurası məsələylə bağlı tv-ləri qınamır, çünki hər şey yenə də reklam sifarişçısindən asılıdır. Reklam şirkətlərinin də çoxu bu fikirlə həmrəydir. “Fatiyev” reklam şirkətinin rəhbəri Vüqar Fatiyevin sözlərinə görə isə, hazırda tv reklamları bəsit, sifarışçinin fikrinə, istəyinə əsasən hazırlanır. “Azərbaycanda yol-hərəkət qaydaları, sağlamlıq, narkomaniya, siqaret, AİDS, fahişəlik kimi aktual məsələlər var. Bu problemləri əks etdirən sosial reklamları iri şirkətlər sifariş verməli, bu işi peşəkar prodakşınlara həvalə etməlidirlər. Bizə də dövlət idarəsi tərəfindən yol-hərəkəti, avtoşluqla mübarizə mövzusunda sosial reklam çəkilməsi sifariş olunmuşdu. Sadəcə qiymətdə razılaşmadıq” Deməli sosial reklam çəkilişlərində daha çox dövlət maraqlı olmalı, aidiyyatlı orqanlar ən azı bir sosial reklamın çəkilməsi və yerləşdirilməsi üçün əliaçıqlıq nümayiş etdirməlidir. Bunun üçünsə ən əsas istək, vətəndaş yanğısıdır. Hamı bir nəfər kimi SOSiallaşmağa! Müəllif: Raminə Eyvazqızı Mənbə: qafqazinfo.az
['reklam', 'Azərbaycanda reklam', 'reklam problemləri', 'reklamlar']
4,218
https://kayzen.az/blog/avtomobil/8804/%C5%9Fkoda.html
Şkoda
Əliyev
Avtomobil dünyası
23 fevral 2012, 18:58
1895-ci ildə milad bayramı ərəfəsində Slavia velosipedlərinin istehsalı və təmiri üzrə kiçik bir müəssisə yaradıldı. Onun sahibləri – 30 yaşlı Vatslav Laurin (Václav Laurin) və 27 yaşlı Vatslav Klement (Václav Klement), yəqin ki, axıra qədər bu aqreqatları hazırlamaqda davam edəcəkdilər, amma dahiyanə bir ideya, yəni velosipedin ramasına birsilindrli mühərrik quraşdırmaq ideyası hər şeyi dəyişdi.Bu, tərəqqiyə doğru kiçik, amma əhəmiyyətli addım idi. 1898-ci ilin sonunda Laurin&Klement markası altında motosiklet istehsal olundu. Bu, gündəlik istismar üçün kifayət qədər etibarlı olan ilk motosiklet idi. “Allgemeine Automobil Zaitung” qəzeti yazırdı: “Fransız konstruktorları Verner qardaşlarının xidmətlərini kiçiltməmək şərti ilə, Çexiya Krallığında Laurin&Klement firmasını ikitəkərli mühərrikli nəqliyyat vasitəsinin yaradıcısı kimi tam əsasla fərqləndirmək olar. Birincilər sadə velosipeddə hər hansı dəyişiklik etmədən ona mühərrik quraşdırdıqları halda, Laurin&Klement tamamilə başqa üsuldan istifadə etdi. İkincilər velosipedi mühərrikin və onun “orqanlarının” ətrafında yığıb hazırladılar. İdeya vahid olsa da, yanaşmalar müxtəlif idi. Fərq ondadır ki, fransızlar velosiped prinsipini, çexlər isə avtomobil prinsipini önə çəkmişdilər. Sonda çexlər haqlı çıxdılar”.Cəmi üç il keçdikdən sonra konveyerdən tamamilə yeni üçtəkərli motosiklet modeli çıxdı. O, 40 km/saat sürətlə hərəkət etməyə qadir idi. Bu şirkətin tarixinin yalnız başlanğıcı idi. Belə ki, 1905-ci ildə Laurin və Klement irəliyə doğru nəhəng addım ataraq ilk avtomobillərini –  L&K Voiturette modelini ictimaiyyətə təqdim etdilər. Bunlar 2 və 4 yerlik minik avtomobilləri idi. Onlara su ilə soyudulan V formalı 2 silindrli mühərriklər quraşdırılmışdı. Elə həmin il bu avtomobillər Semmerinqdə (Avstriya) keçirilən klassik avtomobil yarışlarında iştirak etdilər və qələbə qazandılar. 1906-cı ildə bu avtomobillərə 4 silindrli mühərriklər quraşdırıldı. Bir ildən sonra isə 8 silindrli mühərrik quraşdırılmış  Laurin&Klement avtomobilləri işıq üzü gördü.Nə qədər paradoksal olsa da, bu uğurlar özü ilə problemlər də gətirdi. Avtomobillərin istehsalı yeni torpaq sahələri, binalar, avadanlıqlar, başqa sözlə, investisiya tələb edirdi.1 yanvar 1907-ci ildə tərəfdaşlar Laurin&Klement şirkətinin səhmdar kompaniyasına çevrilməsi prosesinə başladılar.19 iyul 1907-ci ildə şirkət rəsmən bu adla qeydə alındı: “Laurin&Klement səhmdar kompaniyası, Mlada Boleslavdakı avtomobil zavodu”.L&K-nın ticarət nümayəndələri yeni dörd silindrli F modelinin uğurunu gördükdə sevinclərini gizlədə bilmədilər. Bu modelə  2438 kubsantimetr həcmə və 21 at gücünə malik mühərrik quraşdırılmışdı. Bundan başqa, yeni avtomobil ilk dəfə yüksək gərginlikli maqneto-yandırma sistemli yandırıcı şamlarla təchiz edildi.Şirkətin ümidləri boşa çıxmadı – 1907-ci ilin mayından 1909-cu ilin dekabrınadək olan dövrdə bu avtomobillərdən 371 ədədi satıldı.1908-ci ildə L&K zavodu sonuncu ikisilindrli modelini istehsal etdi. Bundan sonra hazırlanan bütün avtomobillərə dördsilindrli mühərriklər quraşdırıldı.1909 - 1910-cu illərdə Vyana magistratının sifarişi ilə 100 taksi avtomobili hazırlandı. Uzun müddət istismar edildilər, hətta 1928-ci ildə də Vyana küçələrində onların bəzilərinə rast gəlmək olardı.1911-ci ildə mühərriki 14 at gücünə malik olan S modelinin istehsalına başlanıldı. Bu model Birinci Dünya Müharibəsi ərəfəsində şirkətin ən populyar avtomobili oldu. S tipli Laurin&Klement avtomobilinə təkcə ölkə daxilində deyil, həm də xaricdə, xüsusən Rusiyada böyük tələbat vardı. Qeyd edək ki, istehsal olunan avtomobillərin 35%-i Rusiyaya satılırdı. Peterburqda, Moskvada, Kiyevdə və Rostovda şirkətin filialları yaradıldı. Laurin&Klement avtomobilləri iri partiyalarla Yaponiyaya, Çinə, Avstraliyaya, Meksikaya, Almaniyaya və İngiltərəyə satılırdı. Minik və yük avtomobilləri ilə yanaşı, şirkət müxtəlif vaxtlarda aviasiya mühərrikləri (həmçinin təyyarələr), yürüş avtomobilləri, elektrik istehsal edən stasionar mühərriklər və bir çox digər məhsullar hazırlayırdı. Bütün bunların istehsalı avtomobil şirkəti üçün həqiqətən qeyri-adi hal idi.Birinci Dünya Müharibəsi illərində şirkət fəaliyyəti hərbi texnikanın hazırlanmasına yönəldi..... 27 iyun 1925-ci ildə Laurin&Klement şirkəti ilə Skoda səhmdar cəmiyyətinin birləşməsi barədə qərara əsasən “Şkoda” sindikatı 100% payla Mlada Boleslavdakı avtomobil zavodunun tam hüquqlu sahibi oldu. Bundan dərhal sonra müəlliflik hüquqları ilə qorunan yeni ticarət markası (əmtəə nişanı) hazırlamaq zərurəti yarandı. Yeni ticarət markasının mənşəyi ətrafında çoxlu şayiələr və söz-söhbətlər dolaşırdı. Bu da təsadüfi deyildi, axı “Şkoda” ən sanballı və yaxşı təşkil olunmuş şirkətlərdən biri idi.Deyilənlərə görə kimsə simvol qismində hindu başını təklif edib. Məntiqə görə dərhal sual yaranır: “Hindu başı hara, Çexiya hara?” Müasirlərin sözlərindən belə məlum olur ki, Emil Şkodanı (Emil Škoda) Amerika səfərində sədaqətli bir hindu müşayiət edib və həmin hindunun şəklinin profili Şkodanın kabinetində asılıb. Deyilənlərə görə məhz bu portretin əsasında diametri 25 sm olan relyefli təsvir yaradıldı. O, kompaniyanın bəzi rəhbərlərinin kabinetlərindən asıldı. Qanadlı ox isə sonradan əlavə edildi və bu ticarət markası ilə istehsal olunan ilk “Şkoda” avtomobillərinin sayəsində effektivlik və sürət rəmzinə çevrildi.20-ci illərin sonunda Mlada Boleslavdakı zavodun hazırladığı əsas sərnişin avtomobili kiçik L&К – “Şkoda 110” modeli idi. 1925-ci ildən 1929-cu ilədək bu modeldən 2985 ədəd istehsal edildi. Bu avtomobil tədricən modernləşdirildi və yaxşılaşdırıldı.Yığım xətti (konveyer) vasitəsilə avtomobil istehsalına keçilməsi Çexiyanın avtomobil sənayesində inqilabi irəliləyiş oldu (əvvəllər yalnız ayaqqabı fabrikinin sahibi Bata bu texnologiyaya keçmişdi). Yığım xəttinin köməyi ilə avtomobil istehsalının təşkili elə bir sensasiya yaratdı ki, qəzet və jurnalların diqqətini özünə cəlb etdi. 1930-cu ildə yığım xətti vasitəsilə gündə 25 avtomobil istehsal etmək mümkün idi.Kiçik modifikasiyalardan və üçnövbəli iş rejiminin tətbiqindən sonra əmək məhsuldarlığı artaraq gündə 95 avtomobilə çatdı.İlk dəfə “Şkoda” ticarət nişanı ilə hazırlanmış yeni 4R və 6R modelləri onsuz da pis getməyən işləri daha da yaxşılaşdırmaq məqsədini daşıyırdı. Bu iki modelin ən əhəmiyyətli cəhəti detalların (transmissiyaların, oxların, sükanın detallarının və bir çox başqa hissə və detalların) standartlaşdırılmasında və unifikasiyasında idi. 4R və 6R modelləri şirkətin inkişafa doğru növbəti addımı idi.1930-cu ildə “Şkoda” Çexoslovakiyada istehsal olunan avtomobillərin ümumi sayına görə ölkədə ikinci yeri, minik avtomobillərinin sayına görə isə üçüncü yeri tuturdu. Şirkət keyfiyyəti kəmiyyətdən üstün tutsa da, qərara alındı ki, kəmiyyət məsələsinə də diqqət yetirilsin.1930-cu il yanvarın 1-dən Mlada Boleslavdakı zavod “Avtomobil sənayesinin səhmdar kompaniyası”na (ASAP) çevrildi, onun mənzil-qərargahı Praqada yerləşirdi. Şirkətə bunlar daxil idi: Mlada Boleslavda minik avtomobilləri istehsal edən zavod, Plzendə avtomobil bölməsi, Praqada “Elka” təmir müəssisəsi, eləcə də çoxsaylı filiallar, təmir müəssisələri və kommersiya nümayəndəlikləri. Bütün səhmlər yenidən “Şkoda zavodu” adını qəbul etmiş Plzen şirkətinə məxsus idi. “Avtomobil sənayesinin səhmdar şirkəti”nə mühəndis Yan Novak başlıq edirdi.Dörd ildən sonra yeni transmissiya sistemi ilə təchiz edilmiş Skoda-Popular modeli avtomobil bazarını lərzəyə gətirdi. Bu model 1936-cı ildə Monte-Karlo rallisindəki ikinci yürüşdə qalib gəldi. Sonra onu Skoda Favorit modeli, daha sonra isə ikiqapılı Skoda 1101 (Skoda Spartak) modeli əvəz etdi. Sonuncu model beş illik təkmilləşdirmə işindən sonra hamının yaxşı tanıdığı Octavia modelinə çevrildi.Çox keçmədən Felicia modeli işıq üzü gördü. 1964-cü ildən 1988-ci ilədək mühərriki kuzovun arxa tərəfinə quraşdırılan modellər istehsal olundu. Yalnız “Favorit” və “Forman” modellərində mühərrik ənənəvi yerinə qaytarıldı. 1991-ci ildə “Şkodanın” tarixində, demək olar ki, ən mühüm hadisə baş verdi. O, güclü alman koserni “volkswagen Group”un bir hissəsinə çevrildi. Bu hadisə nəticəsində yeni “Felicia”, onun ardınca isə “Octavia” və “Fabia” modelləri peyda oldu.Skoda-nın son nailiyyəti Skoda Superb modelinin istehsalının bərpası oldu. Bu modelin yenidən peyda olması Skoda-nın sanballı avtomobillər kateqoriyasına qayıdışı oldu. Şirkət bu avtomobili 1934-cü ildən 1949-cu ilədək istehsal olunmuş modelin adı ilə adlandırdı.Superb adı köhnə ənənələrə malikdir və ingilis, alman və fransız dillərində eyni mənanı verir: əzəmətli, gözəl, effektli, nəcib. Yeni Superb öz adını tam doğruldur.Mənbə: Avtomobil.az
['Skoda', 'avtomobil tarixi', 'Şkoda']
4,219
https://kayzen.az/blog/qadin/4829/d%C3%BCnyan%C4%B1n-%C9%99n-yax%C5%9F%C4%B1-ki%C5%9Fisi.html
Dünyanın ən yaxşı kişisi
burla xatun
Qadın
23 fevral 2012, 14:59
Bu günlərdə mətbuatda ağlamalı və gülməli olan bir məlumat oxudum. Sən demə, məşhur futbolçu Devid Bekhem dünyanın ən yaxşı kişisi imiş. İndi bilmirəm, Bekhemi kim dünyanın ən yaxşı kişisi seçib, amma mən bu seçimlə razı deyiləm. Çünki hər bir qadının sevdiyi onun üçün dünyanın ən yaxşı kşisidir. Bir də axı Bekhem nə edib ki, ən yaxşı kişi adını qazanıb? Bir sözlə, bu avropalılar qəribə olurlar. Onlar Elton Conu cəngavər adlandırandan sonra, bütün titulları gözümdən düşüb və mənimçün qarantiyasızdır.Yeri gəlmişkən, deyim ki, bu avropalılar bir dəfə də Merilin Monronu gözəlliyinə görə minilliyin qadını seçmişdilər. Sən demə, bu minilliyin qadınının ayağının biri o birindən qısa imiş. Boyu isə 1.56. Üstəlik, bütün alt paltarlarına silikon qoyurmuş. Orasını-burasını silikonla, balaca pambıq döşəklərlə dombaldan Merilin Monronu da minilliyin qadını kimi qəbul etmədim. Məncə, minilliyin qadını Salatın Əsgərova idi. O, güllənin içinə ayaq stə gedəndə öləcəyini fikirləşmədi. Məncə, minilliyin qadını Üzeyir Hacıbəyovun anası seçilməli idi ki, o, bəşəriyyətə belə bir dahi bəxş etmişdi. Merilin Monro isə eyni vaxtda Kennedi qardaşlarını yataqda razı salmaqla bəşəriyyətə əxlaqsızlıqdan və bədənini satmaqla irəli getməkdən başqa heç bir şey vermədi. Əslində Merilin Monro hətta ölümündən sonra bəşəriyyətə yaydığı bu əxlaqsılığa görə məhkəməyə verilməliydi. Çünki dünyanın bütün şou əhli indi Merilinin bu üsulundan istifadə etməklə özünə milyonlar yığır, varidat toplayır. Biri baş nazirə qoşulub İngiltərədə istirahət edir. Sonra da ərə gedir. Biri başqa bir nazirin həm özünə, həm də oğluna seksual xidmət göstərməklə milyonlara sahib çıxaraq forslanır. Nə olsun? Bir dəfə şou proqramlarından birində Nadir Qafarzadəni, Samir Bağırovu, Bilal Əliyevi ilin ən yaxşı kişi müğənnisi seçmişdilər. Mənə elə gəlir ki, Azərbaycanın ən yaxşı kişi müğənnisi Baloğlan Əşrəfovdur ki, digər kişi oxuyanlarımızdan fərqli olaraq prezident seçkilərində ağzını çuval kimi açıb, “yaşa, prezidentim, yaşa, xalqınla baş-başa” deyib, ətimizi tökmür. Kişi kimi dayanıb, kişi kimi də oxuyur. Mən isə bu köşəmi sözün əsl mənasında dünyanın ən yaxşı kişisinə ittihaf edirəm. Bu isə AZƏRBAYCAN KİŞİSİDİR.Bu kişi başının üstündəki qapazı iri, qüdrətli əlləri ilə kənara itələdiyi üçün daim təqib olunur. Bu kişi balasına bir tikə çörək qazanmaq xatirinə başının üstündəkilərin “əyil” komandasını vecinə almır. «Ac qal, kişi kimi yaşa» ideyasını hər şeydən üstün tutur. Bu kişinin obasının, elinin üstünü qara buludlar alanda özünü oda-közə vurub, silahını əlinə alır. Bu kişinin gözündə qorxu yoxdur, düşmən acizdir. Onun beynində “öldürərlər” fikri yoxdur. O, əsl kişidir və “öldürərəm” fikri qəlbinə hakim kəsilib. AZƏRBYCAN KİŞİSİ qadının çılpaq bədənini hərraca qoyub, pul qazanmaq üsulundan xəbərsizdir. Onun üçün qadını müqəddəsdir və yalnız onun özünə məxsusdur. Yəni ümumi deyil. AZƏRBAYCAN KİŞİSİ bir kəlmə sözə bütün həyatını qurban verər. Azərbaycan adlı məmləktdə AZƏRBAYCAN KİŞİSİ bütün bu dəyərlərini Atlant dünyanın sütununu çiynində saxladığı kimi saxlayır. Bəli, bu dəyərləri saxlamaq çox əzablıdır. Amma şərəflidir. Bilirəm, bu sözlərim kimlərinsə xoşuna gəlməyəcək. Deyəcəklər ki, bəs Dubayın türmələrində yatan 5 min azərbaycanlı qadın kimə məxsusdur? Bəs ölkə başçısının qarşısında baş əyib, əlindən öpmək istəyənlər kimə, hansı millətə məxsusdur? Mən isə deyirəm: bunların qanı təmiz deyil. Bunlar zatıqırıqlardır. Əsl AZƏRBAYCAN KİŞİSİ sözünü dediyinə, haqqını tələb etdiyinə görə türmədə yatmaqdan qorxmadı. Döyülməyindən, parça-parça edilməyindən qorxmadı. Və qorxmur da. Devid Bekhhemə qalınca, o,  hələ gedib arvadı Viktoriyanın əyninə paltar geyindirsin, sonra gəlib kişilikdən danışsın. Müəllif: Arzu Abdulla [email protected]Mənbə: Bizim yol
['Azərbaycan kişisi']
4,220
https://kayzen.az/blog/logika/8833/nevroloji-test.html
Nevroloji Test
MaksiMuS
Məntiq və IQ
22 fevral 2012, 22:23
Salam. Sizə nevroloji cəhətdən nə qədər sağlam olduğunuzu yoxlamaq üçün bu testdən keçməyinizi məsləhət görürəm. Bu 3 mərhələdən ibarət olan testdən keçmək üçün ilk öncə rahat bir şərait yaradın özünüzə.  Dərindən nəfəs alın və diqqətiniz burda olsun.Heç bir əlavə köməkdən, köməkçi vasitələrdən istifadə etməmək şərtilə bir dəqiqə arzində hər 3 mərhələdən keçməyə səy göstərin.Əgər bacarsanız, deməli beyniniz çox gözəl işləyir.Alzemir xəstəliyindən çox uzaqsınız.  Bacarmayanları da mən yox, Allah bilir :)) 1 — Burdaki C-ni tapın. OOOOOOOOOOOOOOOOOOO OOOOOOOOOOOOOOOO OOOOOOOOOOOO OOOOOOOOOOOOOOOOOOO OOOOOOOOOOOOOOOO OOOOOOOOOOOO OOOOOOOOOOOOOOOOOOO OOOOOOOOOOOOOOOO OOOOOOOOOOOO OOOOOOOOOOOOOOOOOOO OOOOOOOOOOOOOOOO OOOOOOOOOOOO OOOOOOOOOOOOOOOOOOO OOOOOOOOOOOOOOOO OOOOOOOOOOOO OOOOOOOOOOOOOOOOOOO OOOOOOOOOOOOOOOO OOOOOOOOOOOO OOOOOOOOOOOOOOOOOOO OOOOOOOOOOOOOCOO OOOOOOOOOOOO OOOOOOOOOOOOOOOOOOO OOOOOOOOOOOOOOOO OOOOOOOOOOOO OOOOOOOOOOOOOOOOOOO OOOOOOOOOOOOOOOO OOOOOOOOOOOO OOOOOOOOOOOOOOOOOOO OOOOOOOOOOOOOOOO OOOOOOOOOOOO OOOOOOOOOOOOOOOOOOO OOOOOOOOOOOOOOOO OOOOOOOOOOOO 2- Əgər C-ni tapmısınızsa, indi də 6 rəqəmini tapın. 9999999999999999999 9999999999999999 9999999999999999 99999 9999999999999999999 9999999999999999 9999999999999999 99999 9999999999999999999 9999999999999999 9999999999999999 99999 9999699999999999999 9999999999999999 9999999999999999 99999 9999999999999999999 9999999999999999 9999999999999999 99999 9999999999999999999 9999999999999999 9999999999999999 99999 3 — Sonda, N hərfini  taın.Bir az çətin oldu deyəsən :).. MMMMMMMMMMMMMMMMMMM MMMMMMMMMMMMMMMM MMMMNMMMM MMMMMMMMMMMMMMMMMMM MMMMMMMMMMMMMMMM MMMMMMMMM MMMMMMMMMMMMMMMMMMM MMMMMMMMMMMMMMMM MMMMMMMMM MMMMMMMMMMMMMMMMMMM MMMMMMMMMMMMMMMM MMMMMMMMM MMMMMMMMMMMMMMMMMMM MMMMMMMMMMMMMMMM MMMMMMMMM
['test', 'Nevrologiya']
4,221
https://kayzen.az/blog/islam-v%C9%99-qad%C4%B1nlar/8832/hicab-haqq%C4%B1nda-g%C9%99tiril%C9%99n-m%C3%BCxt%C9%99lif-b%C9%99han%C9%99l%C9%99r.html
Hicab haqqında gətirilən müxtəlif bəhanələr
Ferid_Zeynalli
İslam və qadınlar
22 fevral 2012, 22:20
Yalan: Başımı örtmək istəyirəm, amma qabaqcadan buna əmin olmalıyam.Cavab: Quranda bu haqda qəti əmir var, məgər bu, səni qanə etmir?Yalan: Örtünməli olduğumu bilirəm, ancaq gələcəyimi dədüşünməliyəm.Cavab: Gələcək ölümdür, heç onu düşündünmü?Yalan: Allah məni başı aşıq olsam belə, yenə sevəcək.Cavab: Səni sevsə də, sənə günahkar qulum deyəcək və sən Onun yanında günahkar bir bəndə olaraq qalacaqsanYalan: Bası örtülüyəm, ancaq ailəm məktəbə getməyim üçün başımı açmağımı istəyir.Cavab: Unutma! Ailən səni cəhənnəm atəşindən xilas edə bilməyəcək.Yalan: Heç gənc yaşda da insan başın örtərmi? Yaşlananda örtərəm.Cavab: Sabah ölməyəcəyinə dair əlində bir sənədin varmı?Yalan: Yenidən başımı açacağımdan qorxduğum üçün örtünmürəm.Cavab: Əvvəl örtün, sonra bu haqda fikirləşərsən. Yalan: Sərbəstliyimin əlimdən alınacağından qorxduğum üçün başımı örtmək istəmirəm.Cavab: Allahın hüzurunda sərbəst ola biləcəksənmi?Yalan: Gözəlliyimi hamı görsün deyə, örtünmək istəməmişdim.Cavab: Kaş ki, bu gözəlliyini öz həyat yoldaşına nümayiş etdirəydin!Yalan: Başımın açıq olması məni dindən çıxartmır.Cavab: Dindən çıxmasan da, günahkarsan. Üzərində israr edilən günah isə sahibini daha da uçuruma yuvarlayar.Yalan: Qismət! Bir gün görərsən, biz də başımızı bağlamışıq.Cavab: InşaAllah! Amma tələs. Unutma ki, ölüm gözləmədiyin bir anda səni yaxalayacaq.Yalan: Məktəb və universitetdə tələbə yoldaşlarıma dini təbliğ etməli olduğum üçün başımı açmalıyam. Bununla da dinimə xidmət edəcəyəm (Bu hal hicaba vurulan zərbələrin ən təhlükəlisidir!)Cavab: Deməli, özünə xidmət etmək istəmirsənYalan: Başı örtülü qızlar istənilən səviyyədə başqalarına nümunə ola bilmirlər.Cavab: Sən ört və onlara nümunə ol!.
['hicab']
4,222
https://kayzen.az/blog/dusundurucu-hekayeler/8829/g%C9%99ncliyin-sirri.html
Gəncliyin sirri
Rene
Düşündürücü hekayələr
22 fevral 2012, 15:40
Bir vaxtlar yaşı 90-a çatan, ancaq 90-dan (bəlkə də, 60-dan) gənc görünən bir adam yaşayırdı. Ətrafındakılar onu çox sevir və tez-tez: “Bu gəncliyin sirri nədir?” – deyə soruşurdular. Qoca isə hər dəfə bu sualı eşidəndə gülürdü. Ancaq bu suallar get-gedə çoxaldı və qoca bu suallara cavab verməyi qərara aldı. Ancaq bu suallara ən asan necə cavab verə bilərdi? Əlbəttə ki, ən yaxşısı onları evinə yeməyə dəvət etmək idi. Nəhayət, bir gün qoca onların hamısını evinə yeməyə dəvət etdi. Üstəlik, hamısına: “Bu yeməkdə sizə sirrimi açacağam,” – dedi. Nəhayət, o gün çatdı. Yeməklər yeyildi, çaylar içildi, söhbətlər edildi. Artıq vaxt da xeyli gec idi. Ancaq qoca hələ də gəncliyinin sirri barədə bir kəlmə də deməmişdi. Hamı, “Görəsən, bu sirr nə vaxt açılacaq”, – deyə maraqla gözləyirdi. Bu vaxt qoca üzünü xanımına tutdu və: - Xanım, get anbardan bizə bir qarpız gətir, – dedi. Xanım dərhal ayağa qalxdı və “qaşla göz arasında” bir qarpız gətirdi. Qoca əli ilə qarpızı yoxladı və sonra da: - Xanım, deyəsən, bu kaldır. Get, bizə başqa bir qarpız gətir!.. – dedi. Xanım bu qarpızı götürdü və yerinə başqa bir qarpız gətirdi. Qoca onu da əli ilə yoxladı və yenə də: - Xanım, sənə zəhmət olacaq ancaq, deyəsən, bu qarpız da kaldır. Get, bizə başqa bir qarpız gətir!.. – dedi… Və beləcə qoca bunu dörd dəfə təkrarladı. Nəhayət, qoca beşinci qarpızı bəyəndi və kəsəndən sonra qonaqlara payladı. Hamı qarpızını iştaha ilə yeyirdi ki, bizim qoca dedi: - Həəə qardaşlar, bax mənim gəncliyimin sirri budur!.. Hamı bir-birinin üzünə baxdı. Və təbii ki, heç kim heç nə başa düşmədi. Və hamı bir ağızdan: - Axı sirr bunun harasındadır?! – dedi. Qoca güldü: - Qardaşlar! – dedi. – O gördüyünüz qarpız anbarda bir dənə idi. Mən xanıma “get başqa qarpız gətir” dedikcə o da anbara gedir və yenə də o qarpızı gətirirdi. Bir dəfə də olsun: “Anbarda bir qarpız olduğunu bilirsən, bəs niyə mənə bu qarpızı daşıtdırırsan?” – demədi. Məni sizin qarşınızda utandırmadı. Bax, mən bütün gəncliyimi bu xanımıma borcluyam. Biz heç vaxt bir-birimizi başqalarının yanında çətin vəziyyətə salmadıq. Biz heç vaxt bir-birimizin sirlərini başqalarının yanında açmadıq. Həmişə bir-birimizə kömək etdik. Həmişə bir-birimizə dayaq olduq. Bir-birimizlə bağlı problemlərimizi yenə bir-birimizə danışdıq. Yaxşı günümüzü də, pis günümüzü də yenə bir-birimizlə bölüşdük… Mənbə: Ailəm jurnalı  
['xoşbəxtliyin sirri', 'xoşbəxt ailə']
4,223
https://kayzen.az/blog/law/7842/az%C9%99rbaycan-respublikas%C4%B1-prezidentinin-statusu.html
Azərbaycan Respublikası Prezidentinin statusu
Ferro
Hüquq və qanunvericilik
22 fevral 2012, 13:25
Müasir sivilizasiya, həyatın digər sahələrində olduğu kimi dövlət quruculuğu sahəsində də əldə edilən yeni-yeni nailiyyətlərlə xarakterizə edilir.İdarəetmə forması kimi prezidentli respublika ilk dəfə 1787-ci il-də ABŞ-ın Konstitusiyasında təsbit edilmişdir. Lakin dövlətin funksiyalarının hakimiyyət orqanları arasında bölüşdürülməsi bir anlığa baş verməmişdir. ABŞ-da təsis olunmuş prezidentlik institutu özünün nəzəri əsasını hakimiyyətin bölgüsü nəzəriyyəsindən götürmüşdür. Hakimiyyətin bölgüsü nəzəriyyəsi də ilk dəfə XVIII əsrdə Monteskyö tərəfindən irəli sürülmüşdür. Monteskyö hakimiyyətin bölgüsü nəzəriyyəsini irəli sürərkən o nöqteyi-nəzərdən çıxış edirdi ki, «harada hakimiyyət ciddi şəkildə bölüşdürülməyibsə, orada azadlıq ola bilməz».Müxtəlif dövlətlərdə prezidentlik institutu ayrı-ayrı dövrlərdə idarəetmə formasından asılı olaraq tətbiq olunmuşdur. Bu mənada bizim respublikamızda prezidentlik institutunun bir sıra səciyyəvi xüsusiyyətləri vardır. Məlum olduğu kimi, dövlətçiliyimizin inkişafı tarixi çox mürəkkəbdir. 1917-ci ildə baş verən sosialist inqilabı respublikamızın ictimai-siyasi həyatına əsaslı təsir göstərdi ki, bu da respublikamızın SSRİ-nin tərkibinə daxil olması ilə başa çatdı. Sonrakı SSRİ Konstitusiyalarında isə Sovet dövlətçiliyi dövründə obyektiv olaraq prezidentlik institutuna yer ayrılmırdı. İstər 1924-cü il SSRİ Konstitusiyası, istərsə də sonrakı konstitusiyalar oktyabr inqilabının «bütün hakimiyyət sovetlərə» şüarından çıxış edərək kollektiv dövlət rəhbərliyi prinsipinə üstünlük verirdi. Həmçinin sovet Konstitusiya nəzəriyyəsi və praktikası son dövrlərə qədər prezidentlik institutunun tətbiqini zəruri edən hakimiyyətin bölgüsü prinsipini, tamamilə, rədd edirdi. O dövrdə qəbul edilən eyni qayda analoji olaraq respublikamız üçün də xarakterik idi. SSRİ-nin ictimai-siyasi və dövlət-hüquqi institutlarının təkmilləşdirilməsi, islahatı ilə bağlı problemlər 1985-ci ildən etibarən ciddi şəkildə müzakirə olunmağa başladı. Bu problemlərdən ən başlıcaları hakimiyyətin bölgüsü, dövlət orqanları sisteminin formalaşdırılmasının əlverişli variantlarının müəyyən edilməsi, həmçinin, hüquqi dövlət ideyasının formalaşdırılmasının həyata keçirilməsi və s. idi.Prezidentlik institutu dövlətçiliyimizin inkişafı tarixində qısa müddəti əhatə edir. Respublikamızda prezidentlik institutu 1990-cı ilin may ayında təsis edilmişdir, sonradan, yəni 1991-ci il iyunun 26-da Azərbaycan Respublikası Ali Soveti tərəfindən «Azərbaycan Respublikası Prezident seçkiləri haqqında» qanun qəbul edilmişdir. Lakin respublikamızda prezidentlik institutunun tətbiqindən sonra bu institutun nəzəri və tarixi, həmçinin, ali hakimiyyət orqanlarına əhəmiyyətli təsirinin mahiyyətini açan xüsusi tədqiqat aparılmamışdır. Bununla belə, respublikamızda prezidentlik institutu müasir konstitusion təcrübəni, milli ənənələri, bütün dünyada, habelə Müstəqil Dövlətlər Birliyi üzvləri ölkələrində siyasi reallıqları nəzərə almaqla daha əlverişli modeli seçməklə tətbiq edilir. Məlumdur ki, ölkədə baş verən islahatların müvəffəqiyyəti birbaşa siyasi rejimdən asılıdır. Bununla əlaqədar olaraq müasir dövr üçün mühüm əhəmiyyət prezident institutuna verilir.Respublikamız keçmiş SSRİ respublikaları içərisində prezident institutunu ilkin olaraq təsis etmişdir. Əlbəttə, prezident institutunun səmərəliliyinin artırılmasında prezidentin şəxsi keyfiyyətləri də mühüm əhəmiyyət kəsb edir.1991-ci il oktyabrın 18-də qəbul edilmiş «Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında» Konstitusiya Aktında dövlət hakimiyyətinin hakimiyyətin bölgüsü prinsipinə əsaslanması təsbit edilmişdir. 13-cü maddənin III hissəsində deyilirdi: «Ali icra hakimiyyəti Azərbaycan dövlətinin başçısı olan Azərbaycan Respublikası prezidentinə məxsusdur».Buradan göründüyü kimi, ali icra hakimiyyətinin dövlət başçısı - prezidentə məxsusluğu artıq hakimiyyət orqanları arasında səlahiyyətlərin dəqiq bölüşdürülməsini zəruri edirdi. Bu da öz növbəsində yeni Konstitusiyanın qəbulu ilə həyata keçirilməli idi.Məlumdur ki, 12 noyabr 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası referendum (ümumxalq səsverməsi) yolu ilə qəbul edildi. Konstitusiyanın 8-ci maddəsi «Azərbaycan dövlətinin başçısı» adı altında verilmişdir. Burada deyilir: «Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir». Həmçinin Konstitusiyanın 7-ci maddəsinin 3-cü hissəsində və 99-cu maddəsində qeyd olunur ki, «Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının prezidentinə mənsubdur».Konstitusiyanın bu müddəalarından göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti həm dövlət başçısıdır və həm də icra hakimiyyəti prezidentə mənsubdur. Yuxarıda qeyd etdiyimiz kimi, respublikamızda prezident institutu dünya dövlətlərinin əldə etdikləri son nailiyyətlərdən və milli ənənələrdən çıxış edərək tətbiq edilir. Məlum olduğu kimi, prezidentli respublikanın iki modeli, Amerika və Fransa modelləri vardır. Konkret olaraq seçkilərin keçirilməsi ilə bağlı bu iki model arasında ayrılığı müəyyənləşdirsək, görəcəyik ki, respublikamızda tətbiq olunan Prezident institutu hər iki modelin müsbət amillərini özündə birləşdirir. Məsələn, ABŞ-da prezident dolayı yolla, yəni hər ştat tərəfindən seçilərək təşkil edilən seçicilər kollegiyası tərəfindən seçilir. Respublikamızda isə Fransada olduğu kimi Azərbaycan Respublikasının prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında seçilir. Lakin Fransadan fərqli olaraq respublikamızda ABŞ-da olduğu kimi prezident həm dövlətin başçısıdır, həm də icra hakimiyyəti prezidentə mənsubdur.Azərbaycan Respublikası Konstitusiyasının 8-ci maddəsində göstərildiyi kimi, Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. Prezident ölkənin daxilində və xarici münasibətlərdə dövləti təmsil edir; Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir; Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. O, dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının və məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. Qeyd olunan bu funksiyalar dövlət başçısı üçün tarixən xarakterik olan bütün əlamətləri əhatə edir.Bununla yanaşı, Konstitusiyanın 7 və 99-cu maddələrinə görə Prezident, həmçinin, icra hakimiyyətini həyata keçirir. Deməli, Azərbaycan Respublikasında Prezident həm dövlət başçısıdır, həm də icra hakimiyyəti ona mənsubdur. Prezidentin hüquqi statusunun əsaslarını ilk növbədə onun səlahiyyətlərinin məcmusu təşkil edir.Prezidentin səlahiyyətlərini şərti olaraq dörd qrupa bölmək olar.I. Milli Məclisin fəaliyyəti ilə bağlı səlahiyyətlər. Bura daxildir:1) Prezident Milli Məclisə seçkiləri təyin edir;2) qanunvericilik təşəbbüsü hüququnu həyata keçirir;3) qanunları imzalayır və dərc etdirir, veto hüququndan istifadə edir. Bu promulqasiya adlanır. Bəzi dövlətlərdə (Məsələn, Peruda) qanunu prezidentlə birgə parlamentin sədri də imzalayır. Bizdə də 90-cı illərin əvvəllərində belə bir məsələ ortaya qoyuldu, amma sonra aradan qalxdı. Çünki 1995-ci il Konstitusiyası bunu təsdiq etmədi;4) Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya məhkəmələri hakimlərinin namizədliyini Milli Məclisə təqdim edir;5) Baş prokurorun namizədliyini Milli Məclisə təqdim edir;6) Milli Məclisin razılığı ilə Baş Naziri vəzifəyə təyin edir;7) Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Milli Məclisə təqdimat verir;8) Azərbaycan Respublikasının hərbi doktrinasını Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.II. Hökumətin fəaliyyəti ilə əlaqədar olan səlahiyyətlər. Bura daxildir:1) Prezident Baş Naziri təyin edir;2) Nazirlər Kabinetinin iclaslarına sədrlik edir; 3)   hökumət üzvlərini vəzifəyə təyin və azad edir;4) Nazirlər Kabinetinin iş qaydasını təsdiq edir;5) Nazirlər Kabinetinin təqdim etdiyi dövlət büdcəsini təsdiq üçün Milli Məclisə təqdim edir;6) Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir.III. Xarici siyasət, milli təhlükəsizlik və müdafiə sahəsində olan səlahiyyətlər. Bura daxildir:1) ölkənin daxili və xaricində ölkəni təmsil edir;2) Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir; Azərbaycan Respublikasının xarici ölkələrdə diplomatik nümayəndəliklərinin açılması haqqında Milli Məclisə təqdimat verir;3) Xarici ölkələrin diplomatik nümayəndəliklərinin etimadnamə və övdətnamələrini qəbul edir;4) dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələri bağlayır;5) dövlətlərarası beynəlxalq müqavilələrin ratifikasiyası və denansasiyası üçün Milli Məclisə təqdim edir;6) silahlı qüvvələrin ali baş komandanıdır; silahlı qüvvələrin ali komanda heyətini (Müdafiə Naziri, onun müavinləri və baş qərargah rəisini) vəzifəyə təyin və azad edir;7) Milli Məclisin razılığı ilə fövqəladə və hərbi vəziyyət elan edir;8) Milli Məclisin razılığı ilə müharibə elan edir və sülh bağlayır;9) ölkənin hərbi doktrinasını təsdiq edir;10) Təhlükəsizlik Şurasını yaradır.IV. Müvafiq hakimiyyət strukturlarının fəaliyyətinin əlaqələndirilməsi və sair məsələlərlə bağlı səlahiyyətlər. Bura aiddir:1) Prezident icra hakimiyyəti orqanlarının Konstitusiyaya, qanunlara və onun fərmanlarına zidd olan qərarlarını ləğv edir;2) Prezident icra hakimiyyəti orqanları arasında baş verən münaqişələrin nizama salınması üçün razılaşdırıcı proseduradan istifadə edir;3) insan və vətəndaşların hüquq və azadlıqlarını və dövlətin suverenliyini, ərazi bütövlüyünün qorunması ilə əlaqədar tədbirlər görür;4) referendum təyin edir;5) icra başçılarını vəzifəyə təyin və azad edir;6) vətəndaşlıq məsələlərini həll edir;7) fəxri fərmanlarla təltif edir, fəxri adlar verir.
['prezident']
4,224
https://kayzen.az/blog/Shabnam_Ilham/8827/b%C3%BCt%C3%BCn-b%C9%99%C5%9F%C9%99riyy%C9%99t%C9%99-xidm%C9%99t-ed%C9%99n-alim.html
Bütün bəşəriyyətə xidmət edən alim
Shabnam_Ilham
Bloq: Shabnam_Ilham
22 fevral 2012, 10:14
Azərbaycan xalqı əsrlər boyu bəşər tarixinə böyük, dəyərli, dahi simalar bəxş etmiş, onların əvəzolunmaz əsərləri, yaradıcılığı dünya elmini, mədəniyyətini zənginləşdirmişdir. Ümumiyyətlə, maarifçilik Azərbaycanın mütəfəkkir adamlarının əsas vəzifəsi olmuş və xalqımızın istedadlı alimləri bu sahədə tarix boyu böyük xidmətlər göstərmişdir. Azərbaycanın belə mütəfəkkir alimlərindən biri də şərşünas-alim, maarifçi, rus şərqşünaslıq elminin banisi sayılan Mirzə Kazım bəydir.Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu Mirzə Kazım bəy 1802-ci il, iyun ayının 22-də Rəşt şəhərində anadan olmuşdur. 8 yaşından Dərbənddə yaşamış, 1821-ci ildə isə Həştərxana sürgün olunmuş atasının yanına getmişdir. Gənc Mirzə Kazım bəy burada Şotlandiya missionerlərindən ingilis dilini öyrənməyə başlamışdır.Kəskin və iti zəkası ilə ətrafdakılardan xeyli fərqlənən Mirzə Kazım bəy 1825-1826-cı illərdə Omsk Asiya məktəbində Şərq dillərindən dərs demişdir. 1826-cı ildən isə Kazan universitetində şərq dilləri üzrə mühazirəçi kimi fəaliyyətə başlayan gənc alim bu ali təhsil ocağında türk-tatar dilləri kafedrasının müdiri, ad-yunkt- professor, ekstraordinar-professor, ordinar-professor, fəlsəfə fakültəsinin birinci şöbəsinin dekanı və ərəb-fars dilləri kafedrasının müdiri vəzifəsinə qədər yüksəlmişdir. Daha sonra 1849-cu ildən Peterburq universitetində fars dili üzrə ordinar-professor, fars dili kafedrasının müdiri, eyni zamanda Peterburq xüsusi pansion və məktəblərinin inspektoru vəzifələrində çalışan Kazım bəy 1855-ci ildə universitetin şərq fakültəsinin ilk dekanı olmuşdur. Görkəmli alim ömrünün sonunadək bu vəzifədə çalışmışdır.Tez bir zamanda məşhurlaşan Mirzə Kazım bəy Rusiyada ali təhsilin, xüsusilə şərqşünaslıq sahəsinin təşkilində, dərs vəsaitlərinin yazılmasında, müəllim-professor kadrlarının hazırlanmasında müstəsna xidmətlər göstərmiş bir alimdir. Məşhur rus şərqşünası, akademik V.V. Bartold elm fədaisi olan görkəmli Azərbaycan alimi haqqında belə demişdir: “Mirzə Kazım bəy öz mühazirələri ilə rus şərqşünaslığını yaratmışdır.”Dünya şöhrətli azərbaycanlı alim Mirzə Kazım bəy müsəlman hüququnun Rusiyada ilk tədqiqatçısı , Azərbaycan dilinin ilk qrammatikasının yaradıcısı , İranda Babilər hərəkatının , Dağıstanda Şamil hərəkatının ilk tədqiqatçılarından biri, Sədinin “Gülüstan ” əsərinin rus dilinə ilk tərcüməçisidir. Rus ədəbiyyatının əvəzolunmaz simalarından sayılan L.N.Tolostoya, İ.Q.Çernişevskiyə şərq dillərini də məhz Kazım bəy öyrətmişdir. Təkcə şərqşünaslıq elmi ilə deyil, tarixlə də ciddi məşğul olan görkəmli professor bu sahədə apardığı tədqiqatların nəticəsində Rusiya tarix elminin inkişafında mühüm rol oynamışdır. Belə ki, onun fars və Azərbaycan xalqlarının qədim və orta əsrlər tarixinə həsr olunmuş əsərləri indi də dünyanın müxtəlif elm ocaqlarının qiymətli dərs vəsaitidir. Ümumilikdə bu istedadlı Azərbaycan alimi dil-ədəbiyyat, tarix, şərqşünaslıq elmlərinə və fəlsəfəyə aid yüzdən artıq elmi əsərin müəllifidir. 1839-cu ildə ilk dəfə olaraq Azərbaycan dilinin elmi qrammatikasını yazan və onu alman dilinə tərcümə edən alim bu əsərə görə yüksək Demidov mükafatına layiq görülmüşdür. 1851-ci ildə Peterburqda nəşr etdirdiyi “Dərbəndnamə” ona dünya şöhrəti qazandırmışdır. Dünyanın bir çox tanınmış alimləri, akademik Q.Dorn, professor İ.Berezin, səyyah-alim Turnerelli və başqaları Mirzə Kazım bəyi ən böyük mütəfəkkir kimi qiymətləndirmiş, onu şərqşünaslıq elmində inqilab edən bir alim kimi səciyyələndirmişlər.Ömrünü bütünlükdə elmə sərf edən, qırx ildən artıq Rusiyanın ali məktəblərində mühazirə oxuyan Mirzə Kazım bəy böyük bir şərqşünaslıq məktəbi yaratmış, İ.N.Berezin, N.İ.İlinski, V.F.Dittel, S.M.Kovalevski, N.A.İvanov, K.K.Foyqt kimi böyük alimlərin simasında öz istedadlı şagirdlərini yetişdirmişdir. Rus və Avropa şərqşünaslarının çoxu onun yaratdığı zəngin şərqşünaslıq irsindən indi də istifadə edirlər.Bir çox xarici və rus elmi cəmiyyətlərinin, o cümlədən Londondakı Britaniya Kral Asiya Cəmiyyətinin həqiqi üzvü, Peterburq Elmlər Akademiyasının müxbir üzvü, Kopenhagen Şimal Nadir Sənədlər Kral Cəmiyyətinin üzvü, Kazan Vətən Dilləri Cəmiyyətinin həqiqi üzvü, Peterburq Arxeologiya-Numizmatika Cəmiyyətinin müxbir üzvü, Kazan universitetinin fəxri üzvü, Rusiya Coğrafiya Cəmiyyətinin həqiqi üzvü, Parisdəki Fransa Asiya Cəmiyyətinin ordinar üzvü, Boston Şərqşünaslar Cəmiyyətinin (ABŞ) müxbir üzvü, Amerika Fəlsəfə Cəmiyyətinin və Berlindəki Almaniya Şərqşünaslıq Cəmiyyətinin üzvü seçilən Mirzə Kazım bəyə 1861-ci ildə Peterburq universitetinin əməkdar professoru, 1869-cu ildə isə Şərq dilləri üzrə fəxri doktor adları verilmişdir.1870-ci il, noyabr ayının 27-də dünyasını dəyişən dünya şöhrətli Azərbaycan alimi Mirzə Kazım bəy Peterburqda dəfn edilmişdir. Ölümü ilə ölümsüzlük zirvəsinə ucalan əvəzolunmaz alim özündən sonra bütün dünyanın yararlanacağı zəngin elmi irs qoyub getmişdir. Heç təsadüfi deyil ki, YUNESKO Mirzə Kazım bəyin 2002-ci ildə 200 illik yubileyini bütün dünyada geniş və təntənəli şəkildə qeyd olunmasını qərara almışdır. Axı, Mirzə Kazım bəy öz elmi fəaliyyəti ilə bütün bəşəriyyətə xidmət etmişdir.
['Mirzə Kazım bəy']
4,225
https://kayzen.az/blog/Bilirsinizmi/8826/facebook-haqq%C4%B1nda-maraql%C4%B1-faktlar.html
Facebook haqqında maraqlı faktlar
MaksiMuS
Bilirsinizmi?
21 fevral 2012, 23:27
Facebook haqqında bəzi maraqlı və bilmədiyiniz məlumatları sizinlə paylaşmaq istərdim. 1. Suriya, Çin, Vyetnam və İranda Facebook-a qadağa qoyulub. 2. Həm vətəndaşlar həm də polis idarələri şübhəli günahkarları tapmaq üçün Facebook-dan istifadə edir. 3. Facebook istifadəçisi sayı qədərində əhalisi olan bir ölkə olsaydı, dünyada əhalisinin sayına görə beşinci ölkə olardı. Siyahının əvvəlində Çin, Hindistan, ABŞ və İndoneziya olacaqdı. 4. Bu yaxınlarda aparılan araşdırmaya görə Facebookda qeydiyyatda olan istifadəçilərdən aktiv istifadəçilərin sayı istifadə etməyənlsbətdə nisbətdə daha azdır. 5. Lamebook.com adlı saytda, Facebooka yazılan gülməli və lazımsız yeniləmələr (statuslar) nəşr olunur. 6. Hər ay Facebook'a 2.5 milyarddan çox şəkil yüklənir.
['facebook', 'maraqlı fakt', 'bilirsinizmi?']
4,226
https://kayzen.az/blog/sevgi/8823/o-q%C9%99lbini-sevdi.html
O Qəlbini Sevdi
MaksiMuS
Sevgi
21 fevral 2012, 00:33
Kevinin 22 yaşı yenicə tamam olmuşdu. Özündən əmin, çox ağıllı cavan oglan idi. 10 gündən sonra Koreyadakı müharibə zonasına yollanmaq üçün İngiltərədən ayrılacaqdı, heç bir şeydən qorxmurdu, amma ölkəsindən ayrılmaq çətin gəlirdi ona. Ağır addımlarla böyük bir kitabxanın qapısından içəriyə girdi, bir kitab götürüb oturdu və səhifələməyə başladı. Həqiqətən də çox gözəl mövzuları özündə əks etdirən bir kitab idi, amma daha da maraqlı olanı isə kitabı daha əvvəl başqasının da oxumuş olması və bəzi yerlərdə qeydlər götürmüş olması idi. Oxuyanın qeydlər gütürdüyü hissələr Kevinə maraqlı gəldi, qeydləri oxuduqca sarsılırdı. Kim ola bilərdi bu? Dərhal kitabxanaçıya yaxınlaşdı və əvvəl kitabı oxuyan adamın kim olduğunu soruşdu, «Holly adında bir qadındır» deyə cavab verdi kitabxanaçı. Qadının ünvanın kitabxanaçıdan götürdü ve evə çatar çatmaz bir məktub yazdı: «Böyük Kitabxanada bir kitab oxudum. Əlavə etdiyiniz qeydlər qarşısında heyranlıq duyduğumu gizlədə bilmədim. 10 gün sonra Koreyaya gedirəm, sizi tanımaq və sizinlə məktublaşmaq istəyirəm. Cavabınızı səbirsizliklə gözləyirəm.» Hollidən müsbət cavab gəldi və məktublar ard-arda yazılmağa başladı. Hər yeni məktubda bir-birlərindən bir az daha təsirlənir, ürəklərini bir-birlərinə bir az daha açırdılar. 2 il bu şəkildə keçib getdi. Kevin ve Holly bir-birlərinə bəlkə minlərlə məktub yazmış, hər məktubdan da bir-birilərinə daha da möhkəm bağlanmışdılar. Kevinin ölkəsinə geri dönmə vaxtı gəlib çatdı. Son məktubunda Hollini görmək istədiyini yazdı. «Ancaq səni tanıya bilmək üçün mənə bir şəkilini göndər, xahiş edirəm» deyə əlavə etdi. Holly görüşməyi qəbul etdi, lakin şəklini göndərmədi. "Şəkilin nə əhəmiyyəti var ki? Bizi bir birimizə bağlayan ürəklərimiz deyilmi? Yaxama qırmızı bir gül taxacam" dedi. Günlər bir-birini qovdu və Kevin ölkəsinə qayıtdı. Qatardan endiyi ilk anda gözləri Hollini axtardı. Bir müddət baxdı, baxdı, sonra insanların arasında indiyə qədər gördüyü ən gözəl bir qadın gördü. Uzun boylu, çox gözəl, uzun sarı saçlı, gömgöy iri gözləri və mavi paltarıyla möhtəşəm bir qadın idi. Qadına doğru bir addım atdı, amma yaxasında heç bir şey yox idi. Qadın onun gözlərinə baxdı və «Salam dənizçi, mənimlə gəlmək istəyərsənmi?» deyə soruşdu. Elə həmin an gözəl qadının arxasında, yaxasında qırmızı çiçək olan qadını gördü. Qısa boylu, kök, boz qısa saçlı, tozlu uzun paltosu və qalın biləkləriylə sakitcə dayanırdı. Kevin çaşmışdı, az əvvəl həyatında gördüyü ən gözəl qadından bir təklif almışdı, amma qarşısında da ürəyinə aşiq olduğu qadın dayanmışdı. Özünü yığışdırdı və yanından keçən dünyalar gözəli qadını vecinə almadan addımladı. Əlində Holly ilə bir-birlərini tanımalarına kömək edən kitab vardı. Əlini uzatdı, " -Salam Holly dedi.Qadın gözlərinin icində gülümsəyərək "- Bağışlayın, dedi, «Mən Holly deyiləm. Bir az bundan qabaq burdan keçən sarı saçlı mavi paltarlı qadın yaxama bu çiçəyi taxdı və bunu həyatınızın imtahanı olduğunu söylədi. Sizi stansiyanın çıxışındaki kafedə gözləyir... P.S Bu hekayəni mən çox öncə burda nəşr etmişdim. Sadəcə yazı qaydalarına kifayət qədər əməl etməmişdim.Yeni nəşrdə təkrar sizlərlə paylaşıram. Çox sevdiyim hekayədi..Oxumaqla kifayətlənməyək
['ibrətli hekayı', 'sevgi hekayəsi']
4,227
https://kayzen.az/blog/avtomobil/8797/ilk-avtomobill%C9%99r.html
İlk avtomobillər
Əliyev
Avtomobil dünyası
20 fevral 2012, 18:49
Özü hərəkət edən nəqliyyat vasitəsi hazırlamaq arzusu çoxdan bəri insanların beyninə hakim kəsilmişdi. Artıq orta əsrlərdə içərisində gizlədilən şəxslər tərəfindən idarə olunan nəqliyyat vasitələri peyda oldu. 1490-cı ildə Leonardo da Vinçi əllə idarə olunan araba düzəltdi. 1769-cu ildə Ceyms Uatt ilk buxar maşınını hazırladı. Uattın bu ixtirasından asılı olmadan fransız Kinyonun buxar avtomobilləri (1769-1770), Trevitikin poçt karetası (1801), Hankokun buxarla işləyən minik avtomobili (1822), habelə fransız buxar omnibusu (1873) peyda oldu. Beləliklə, özü hərəkət edən nəqliyyat vasitələri üçün buxarın kifayət qədər münasib hərəkətverici qüvvə olması faktı hamı tərəfindən qəbul edildi.Eyni zamanda, özü hərəkət edən nəqliyyat vasitələrinin düzəldilməsi üçün digər istiqamətdə də işlər davam edirdi. 1806-cı ildə İsveçrə əyalətlərinin birində İsaak de Rivazonun emalatxanasında daxiliyanma mühərriki hesabına bir neçə metr irəliyə hərəkət edə bilən nəqliyyat vasitəsi hazırlandı. Benzin buxarı ilə havanı birləşdirmək və bu qatışıqdan hərəkətverici qüvvə kimi istifadə etmək ideyası ilk dəfə fransız Lenuarın ağlına gəldi. Bu primitiv mühərrik onun quraşdırıldığı avtomobilin Parisdən Juenvil-Le-Pona qədər məsafəni qət etməsinə imkanı verdi.Kölndə Nikolaus Otto kiçik emalatxana qurdu və orada Lenuarın qazolin mühərrikinin təkmilləşdirilməsi üzərində işlədi. Eksperimentlərdən birinin gedişində mühərrikin sonrakı inkişafı üçün həlledici əhəmiyyət daşıyan ideya, yəni daxiliyanma kamerasında qaz-hava qarışığının sıxılması və dördtaktlı iş tsikli ideyası meydana çıxdı. Otto öz ixtirasını 1876-cı ildə patentləşdirdi, lakin onun xəbəri yox idi ki, fransız mühəndisi Bo de Roşşa hələ 1862-ci ildə mühərrikin dördtaktlı iş prinsipini nəzəri cəhətdən əsaslandırmışdır. Buna görə də Roşşanın varislərinin şikayətindən sonra imperiya məhkəməsi 1886-cı ilin fevralında Ottonun patentini ləğv etdi. Bundan sonra istəyi və imkanı olan hər bir kəs dördtaktlı mühərriklərin hazırlanması ilə məşğul ola bilərdi. Qazolin mühərrikinin ixtiraçısı Ottodan sonra Qotlib Daymlerin adını çəkmək lazımdır, o, qarşısına ekipaj üçün yararlı olan yüngül benzin mühərriki hazırlamaq məqsədini qoymuşdu. Nəticədə 460 kub santimetr tutumlu sürətli birsilindrli mühərrik hazırlandı. Onun pərləri dəqiqədə 700 dövrə vururdu və gücü 1,1 kilovatta (1,5 at gücü) çatırdı. Bu mühərrik yandırma sistemi və buxarlandırıcı karbüratorla təchiz olunmuşdu.Daha sonra Karl Bents 1885-ci ildə Mangeymdə mühərrik quraşdırılmış üçtəkərli ekipaj hazırladı, Daymler isə dünyada ilk motosikl hazırladı, onun təkərləri üzünə metal çəkilmiş taxtadan hazırlanmışdı, raması da taxtadan idi. Bu nəqliyyat vasitəsinin çəkisi 90 kiloqram, maksimal sürəti 12 km/saat idi. Mühərrik ventilyator vasitəsilə soyudulurdu və xüsusi rezindən hazırlanmış saylent-bloklarla ramaya bərkidilmişdi. 1886-cı ilin payızında Daymler daxiliyanma mühərriki quraşdırılmış ilk sürətli dördtəkərli avtomobil hazırlamaqla öz həmvətənlərini heyran etdi. Bu avtomobil saatda 18 kilometrədək sürət yığa bilirdi. 1889-cu il ümumdünya sərgisindən sonra Bentsin və Daymlerin avtomaşınlarının uğurunu gözləmək üçün çox vaxt lazım gəlmədi.Sonrakı illərdə mühərrikin gücü 15, 20 və hətta 45 kilovattadək (müvafiq surətdə 20, 30 və 60 at gücü) artdı. Ötürücü kəmər sistemi sonrakı dövrlərdə tətbiq edilmədi. Əvəzində müasir tipli avtomobil işlənib hazırlandı, onun konstruksiyasının ardıcıllığı aşağıdakı kimi idi: öncə mühərrik; sonra bəndləyici; ötürücü qutu; kardan valı; bölüşdürücü ilə birlikdə diferensial; və arxada sərt yay. Dişli çarxları və ling mexanizmi olan dördpilləli ötürücü qutu öz mövqeyini möhkəmləndirmiş oldu. Artıq konstruktorlar silindrlərin diametri ilə hərəkəti arasında nisbəti, silindrlərin doldurulması problemini və bir çox digər problemləri nəzərə alırdılar, bunlar daha güclü və qənaətcil mühərriklərin hazırlanması üçün mühüm məsələlər idi. İki əsrin qovşağında maqneto yandırma sistemi (Boş sistemi) meydana çıxdı.Lakin sürətləri artmaqda olan avtomobillərin əyləcləri nisbətən zəif olaraq qalırdı. Əl əyləcini gücləndirmək üçün avtomobillər dayaqla komplektləşdirildi, avtomobili yoxuşda saxlamaq lazım gəldikdə dayaq cəld aşağı endirilirdi. Artıq 1900-cü ildə belə bir prinsip bərqərar oldu ki, avtomobildə iki müstəqil əyləc sistemi olmalıdır. İndi ayaq əyləcləri qabaq və ya arxa təkərləri bloklaşdırır, əl əyləci isə yardımçı funksiyanı yerinə yetirirdi.O vaxtlar avtomobilin elektriklə işıqlandırılması praktikası hələ mövcud deyildi, karbidlə işıqlandırma daha geniş yayılmışdı. İlk müsabiqələr və yarışlar avtomobillərin texniki cəhətdən təkmilləşdirilməsinə təkan verdi. 1900-cü ildə Qordon-Bennet kuboku uğrunda yarışlarda ilk dəfə dəqiq qaydalar müəyyən edildi: yarışa çəkisi 400 kiloqramdan yüngül və 1 tondan ağır olmayan avtomobillər buraxılırdı.1906-cı ildən 1907-ci ilədək keçirilmiş Herkomer yürüşlərində yalnız dörd oturacaq yerli avtomobillərin iştirak etmək hüququ vardı. Onların avadanlıqları o vaxt ki, avtoturizm tələblərinə tam uyğun olmalı idi. İlk dəfə avtomobilləri mühərrikin gücündən asılı olaraq siniflərə bölməyə başladılar. Şahzadə Henrixin şərəfinə keçirilən sonrakı yarışlarda da qaydalar bu cür idi. Yarışlarda müəyyən reqlamentin bərqərar olması nəticəsində avtomobillərin istehsalında daha yüksək keyfiyyətli materiallardan, məsələn, yüngül metallardan istifadə etməyə başladılar. O dövrün proqressiv elementlərinə diyircəkli podşipnikləri, idarə olunan mexaniki klapanları, çoxpilləli ötürücü qutuları, təkmilləşdirilmiş karbüratorları, eləcə də mühərrikin gücünü və avtomobilin hərəkət sürətini artırmağa qadir olan bir çox digər detalları aid etmək olar.1906-cı ildən “Qran-pri” adlandırılan yarışlar keçirilməyə başladı. Onlar Birinci Dünya Müharibəsindən sonra 1921-ci ilədək davam etdi. Məhz həmin dövrdə kompressorlu mühərriklərin tətbiqinə başlandı, belə mühərriklərin gücü sayəsində yürüş avtomobilləri çox böyük sürətlə hərəkət edə bilirdilər. Bundan başqa, həmin dövrdə müxtəlif avtomobil zavodları müxtəlif konstruksiyalı avtomobillər buraxmağa başladılar.Mənbə: Avtomobil.az jurnalıƏn qədim buxar avtomobili satılıbDünyanın ən qədim buxar avtomobili 2012-ci ildə ABŞ-da 4,62 milyon dollara satılıb. Bu avtomobil 1894-cü ildə Fransada istehsal olunub."Markiza" adlı qara rəngli buxar avtomobilinin sürəti saatda 61 kilometr, uzunluğu 2,7 metr, çəkisi isə 952 kiloqramdır. Adının gizli qalmasını istəyən avtomobilin yeni sahibi Xerşi şəhərində (Pensilvaniya ştatı) keçirilən hərracda ona satış qiymətindən iki dəfə artıq pul ödəyib.  Hərrac evinin məlumatına görə, avtomobil sahibi artıq 4 dəfədir dəyişir. Sonuncu sahibi onu nə az, nə çox 84 il saxlayıb. Xatırladaq ki, buxar avtomobili Qraf Jül-Alber de Dionun anasının şərəfinə "Markiza" adlandırılıb. O, 1887-ci ildə Paris və Versal arasında keçirilən ilk avtomobil yarışlarında iştirak edib.
['ilk avtomobil']
4,228
https://kayzen.az/blog/avtomobil/8807/mercedes-benz-tarixi.html
"Mercedes-Benz" tarixi
Əliyev
Avtomobil dünyası
19 fevral 2012, 15:35
Mercedes-Benz minik avtomobillərinin istehsalı üzrə ixtisaslaşmış alman markasıdır. O, 1926-cı ildə yaradılıb. Hazırda Daimler AG konserninin törəmə şirkətidir. Mənzil-qərargahı Ştutqartda yerləşir.1900-cü ildə Qotlib Daymlerin vəfatından sonra avtomobil istehsalı işini onun oğlu Paul və mühəndis Maybax davam etdirdilər. Firmanın idarəçiliyini Qotlib Daymlerin sadiq köməkçisi Maybax bütünlüklə öz üzərinə götürdü. O, 1900-cü ildə yeni avtomobil hazırlamağa başladı. Avtomobilin hissələri klassik qaydada yerləşdirilmişdi: mühərrik və radiator ön tərəfdə kapotun altında idi. Bu mühərrikin gücü altı pilləli transmissiya vasitəsilə arxa təkərlərə ötürülürdü. Yeni avtomobilə 35 at gücünə malik 4 silindrli mühərrik quraşdırıldı. Birinci nüsxə iki yerlik yürüş avtomobili şəklində hazırlandı. Yeni model şirkətin müştərək sahiblərindən biri olan Emil Elinekin qızının şərəfinə Mercedes adlandırıldı. Təkmilləşdirilmiş konstruksiyalı bu avtomobildə Elinek 1899-cu ilin mart ayında keçirilmiş növbəti yürüşlərdə qələbə qazanaraq Daimler şirkətinin və Mercedes adını şöhrətləndirdi. O vaxtdan bəri Daimler şirkəti bütün minik avtomobillərini Mercedes markası altında istehsal etməyə başladı. İlk Mercedes isə daha təkmil model olan Mercedes Simplex avtomobilinin yaradılması üçün baza rolunu oynadı. Bu model Mercedes markasına aid olan daha güclü və komfortlu avtomobillər əsrinin başlanğıcını qoydu.Daimler firması bu uğurlu addan istifadə etməyi qərara aldı və 1902-ci ildə onu ticarət markası kimi qeydiyyata aldırdı. Məxsusi olaraq cənab Emil Elinek üçün hazırlanmış avtomobilə isə Emile Jelinek-Mercedes adı verildi.1921-ci ildə Mercedes kompressorlu avtomobillərin istehsalı sahəsində novator kimi çıxış etdi. 1923-cü ildə isə 6 litr həcmli mühərriki olan modelə önəm verməyə başladı. Bu model əvvəlcə qısa bazalı şassisi olan Model K, sonra isə Model S modifikasiyaları üçün baza versiyası oldu. Onun əsasında həcmi 7 litrə, qüvvəsi 200 at gücünə bərabər olan kompressorlu mühərrik quraşdırılmış yeni modifikasiya – Mercedes Model SS yaradıldı.Bu dövrdə Deimler-Benz konserninin adını tanıtdıran ən məşhur mühəndislər arasında Ferdinand Porşe, Frtis Nallinger və Hans Nibel vardı.Seriya ilə istehsal olunan ilk avtomobillər 100 at gücünə malik mühərriklə təchiz olunmuşdular. Kompressor işə salındıqda bu mühərrik avtomobili 140 at gücünə qədər qüvvə ilə qovmağa qadir idi. Sonra bu mühərrikin həcmi 7.0 litrədək artırıldı. Bu da 125 (kompressor işə salındıqda 170) at gücünə malik SSK idman avtomobilinin yaradılmasına təkan verdi. Belə modellərin maksimal sürəti 160 km/saata çatırdı. Növbəti mərhələdə bu avtomobilin təkmilləşdirilmiş və qısaldılmış variantı olan SSKL yaradıldı. Mühərrikinin qüvvəsi 300 at gücü təşkil edən bu model həmin illərin bir çox idman yarışlarında qələbəyə əsas namizəd idi. 1926-cı ildə Deimler Geselschaft və Benz und Co. birləşmək barədə danışıqlara başladılar. Onların birləşməsi nəticəsində üçguşəli ulduz yarandı. Bu emblem konsernin istehsal etdiyi nəqliyyat vasitələrinin ixtiyarında olan üç təbii ünsürü – hava, su və torpağı simvolizə edirdi. Daimler konserninin bu rəsmi emblemi yeni konsernin ümumi emblemi oldu. Bazara çıxarılan avtomobillər isə Mercedes-Benz ticarət markası altında satılmağa başladı. Beləliklə, 30-cu illərin başlanğıcında, 770 Grosser modeli Hans Nibel tərəfindən istehsala hazırlandıqdan sonra Mercedes-Benz elitar avtomobillər hazırlayan müəssisə kimi tanındı. Bu nəhəng modelin kapotunun altında 7,7 litr həcmli kompressorlu mühərrik quraşdırılmışdı. Buna görə də o dövr üçün çox güclü olan bu avtomobilin yüksək rütbəli şəxslər arasında çoxlu sifarişçiləri vardı: təkcə Almaniyanın eks-kayzeri II Vilhelmin və Yaponiya imperatoru Hirohitonun adını çəkmək kifayətdir. Bu avtomobilin 1938-1939-cu illərdə istehsal edilmiş növbəti modifikasiyası isə məxsusi olaraq “Üçüncü reyx”in yüksək rütbəli şəxsləri üçün nəzərdə tutulmuşdu. Bu modifikasiya 770 Grosser modelinin modernləşdirilmiş mühərriki ilə təchiz olunmuşdu. Kompressor işə salındıqda bu mühərrikin qüvvəsi 230 at gücünə çatırdı. Bundan başqa, bu avtomobil yeni boruşəkilli rama ilə, habelə yürüş avtomobillərində sınaqdan çıxarılmış müstəqil ön və arxa asqılarla təchiz olunmuşdu. Sıravi alıcıya kifayət qədər ucuz Type-170 modeli təklif olunurdu. Boruşəkilli raması və müstəqil ön və arxa asqıları olan bu modelin istehsalı 1931-ci ildə başlanmışdı.Bir neçə il sonra konsern dizel yanacağı ilə işləyən ilk minik avtomobillərini istehsal etməyə başladı və alıcılara 2,6 litr həcmli mühərriki olan Type-260 D modelini təklif etdi. Bu arada konstruktor kollektivi Porşenin rəhbərliyi altında mühərriki arxa tərəfdə yerləşən 130 Н, 150 Н və 170 Н modellərini istehsala hazırladı. Alıcılarda böyük maraq doğuran bu modellər o dövrün avtomobil bazarı üçün çox böyük bir həcmdə satışa çıxarıldı (1942-ci ilədək təxminən 90.000 ədəd bu cür avtomobil istehsal olundu).40-cı illərin əvvəlində Almaniyada təmtəraqlı və güclü Mercedes markalı avtomobillərə tələbat kəskin şəkildə artdı. Onlar xüsusi sifarişlər əsasında dövlət və hökumət başçıları, yüksək rütbəli nasistlər, habelə ənənəvi Mercedes avtomobili ilə qane olmayan alıcılar üçün Mercedes-Benz-in Ştutqartdakı zavodunda hazırlanırdı.İkinci dünya müharibəsindən sonra Mercedes avtomobilləri yenidən avtomobil idmanına qayıtdılar və hətta 1952-ci ildə “24 saat Le Man” yürüşündə qələbə qazandılar. 1963-cü ildə “600” modeli istehsal olundu. İstehsalçıların fikrincə, bu model avtomobil bazarında Rolls-Royce ilə rəqabət aparmalı idi.Daha sonra çətin yerlərdə yüksək keçid qabiliyyətinə malik olan avtomobillər seriyası – Mercedes G-Class avtomobilləri istehsal olundu. Kifayət qədər bahalı, istənilən yollarda hərəkət etməyə qadir və qibtəyə layiq uzunömürlülüyə malik olan bu avtomobillərə tələbat böyük olmadığına görə onların konstruksiyası, demək olar ki, uzun müddət ərzində sabit qalır və konstruksiyaya yalnız minimal dəyişikliklər edilirdi. Bu avtomobillərin yeni nəsli 2000-ci ilin sentyabrında Parisdə ictimaiyyətə təqdim edilib.1979-cu ilin noyabrında Daimler-Benz konserninin istehsalı olan iri S-Сlass sedanlarının yeni nəsli (kuzovun zavod indeksi W126) ictimaiyyətə təqdim edilərkən elan olundu ki, onlar 1980-ci illərin ən yaxşı avtomobilləri olacaq. Bu, həqiqətən belə oldu. 1991-ci ilin mayında isə şirkət W126 modellərinin istehsalını dayandırdığını rəsmən elan etdi.80-ci illərdə bahalı avtomobillər bazarında yapon şirkətləri aparıcı mövqe tuturdular. Lakin Avropa avtomobil istehsalçıları rəqabət yarışına cəsarətlə qoşuldular: Mercedes-Benz S-Class avtomobillərinin son modellərinin 12 silindrli variantı buna əyani misaldır. Bu avtomobillər alman texnologiyasının yüksək rəqabət qabiliyyətini nümayiş etdirdi. Məşhur Mercedes-Benz 600S modeli supergücə və yüksək etibarlılığa malikdir. Qabaritlərinə baxmayaraq, kəskin dönmə manevrləri edə bilir və bir sıra əla xarakteristikaları ilə seçilir. Buna görə də bu gün o, şirkətin istehsal etdiyi ən yaxşı avtomobil sayılır.1991-ci ildə S-Class - W140 avtomobilinin Cenevrədə baş tutmuş debütü böyük uğurla müşayiət olundu. Ölçülərinə, komfortuna və salonunun genişliyinə, habelə istifadə edilmiş materialların keyfiyyətinə görə W140-ın tayı-bərabəri yox idi. Bu “nəhəng” avtomobilin istehsalı 1998-ci ildə dayandırıldı və onu yeni, daha kompakt S-Class – W220 avtomobili əvəz etdi.Mercedes-Benz CL C215 lüks avtomobillər sinfinə mənsub olan kupe kuzovlu avtomobildir. 126-cı seriyalı model ilk dəfə 1981-ci ildə, 140-cı seriyalı model isə 1992-ci ildə təqdim edilib. 1999-cu ildə markanın istehsal etdiyi modellər cərgəsinə yeni modifikasiyalar – CL 600, CL55AMG, CL65AMG əlavə olundu. 2002-ci ildən bəri isə W 216 indeksli CL istehsal olunur.1982-ci ilin noyabrında “190” modeli (kuzovun zavod nömrəsi W201) işıq üzü gördükdən sonra Mercedes-Benz Avropada D-Class avtomobilləri seqmentində prestijli modellər istehsalçısı kimi liderliyi ələ aldı. 1983-cü ilin sentyabrında istehsalı çoxdan bəri gözlənilən 190D modelinin təqdimatı keçirildi. Bu model dərhal taksi sürücüləri arasında populyarlıq qazandı. 1993-cü ilin mayında Daimler-Benz-in Bremendəki zavodunda W201 kuzovlu model C-Class (W202) sedanları ilə əvəz edildi. Bu avtomobillər 1995-ci ilin payızından kompressorla, 1997-ci ilin iyunundan 2,4 və 2,8 (V6) litr həcmli mühərriklərlə təchiz edilməyə başladı. Bu avtomobillərin yeni nəsli 2000 və 2007-ci ilin payızında işıq üzü gördü.2.0 litr həcmə malik olan, yenidən işlənib hazırlanan kompressorlu mühərriklə təchiz olunmuş yeni C-Class Sport Coupe avtomobili bu seqmentdə ən dinamik avtomobillərdən sayılır.Kiçik ölçülü Mercedes-Benz C-Class avtomobillərinin (kuzovun zavod indeksi W202) ikinci nəsli 1993-cü ilin aprelində işıq üzü gördü. 1996-cı ilin qışında dördqapılı W202 sedanlarına beşqapılı Touring (qısaldılmış adı T) universalları əlavə olundu. Yuxarı orta sinfə mənsub olan Mercedes-Benz E-Class avtomobilləri ilk dəfə 1984-cü ildə nümayiş etdirildi. Bu avtomobillərin yeni nəsli 1995-ci ildə işıq üzü gördü. 1997-ci ildə Frankfurtda E 55 AMG modifikasiyası və V8 mühərriki nümayiş etdirildi. 2000-ci ildən başlayaraq bu avtomobillər 270 CDI və 320 CDI mühərrikləri ilə təchiz olunur. E-Class modelinin sonuncu nəsli isə 2006-cı ildə işıq üzü gördü.Kuzovlarının zavod indeksi W124 olan seriyaya mənsub avtomobillər bütün dövrlərin ən populyar Mercedes-Benz avtomobilləridir. Ümumilikdə on bir il ərzində 2,7 milyon nüsxədən artıq bu cür avtomobil istehsal edildi. W124 indeksli sedan kuzovlu dördqapılı avtomobillər 1984-cü ilin noyabrında yeddi modifikasiyada ictimaiyyətə təqdim edildi. Mercedes-Benz SL modeli lüks sinfinə mənsub olan, dam örtüyü çıxarıla bilən rodster kuzovlu idman avtomobilidir. Bu model ilk dəfə 1989-cu ildə Cenevrədə nümayiş etdirilib. 1992-ci ildə bu SL modellərinin sırasına yeni modifikasiya – SL600 əlavə olundu. 2001-ci ilin yazında bu avtomobillərin yeni nəsli işıq üzü gördü. Bir müddət öncə isə SL-Class modelinin yeni nəsli təqdim olundu.Vito yük avtomobilləri ailəsi (Mercedes-Benz V-class) 1996-cı ildə ilin ən yaxşı furqonu adına layiq görüldü. Sprinter avtomobilləri ailəsi 9 baza modelindən və onların 137 modifikasiyasından ibarətdir. Bu modellər yük və sərnişin furqonlarından, habelə 15 yerlik mikroavtobuslardan ibarətdir. Mercedes-Benz ML çoxtəyinatlı avtomobildir. O, ofrouderin, minivenin, universalın və minik avtomobilinin mühüm xarakteristikalarını özündə cəmləşdirib. Çətin yollarda yüksək keçid qabiliyyətinə malik olan bu tam ötürücülü avtomobillər ailəsi ABŞ-da istehsal olunur. Bu model ilk dəfə 1997-ci ildə nümayiş etdirilib. Avropa üçün M-Class modellərinin təchizatı proqramına üç model variantı daxildir: baza modeli ML 230, 6 silindrli ML 320 modeli və 8 silindrli ML 430 variantı. 2000-ci ildə bu modellər dəyişiklikliyə məruz qalmayıblar, amma onlara iki yeni baza variantı əlavə olunub: dizel yanacağı ilə işləyən ML270 CDI və tüninq olunmuş ML55 AMG. 2005-ci ildə W164 indeksli M-Class modelinin təqdimatı keçirildi. Yeni model yeni modefikasiyalar və yeni mühərriklərlə təchiz olunmağa başlandı. Bu sinfin TOP versiyası ML 63 AMG hesab olunur. 1997-ci ilin oktyabrından bəri kompakt ölçülü Mercedes-Benz A-Class avtomobilləri ailəsi uğurla satılır. 2004-cü ildə bu ailə yenisi ilə əvəz olundu.Mercedes-Benz CLK modeli C-Class avtomobillərinin bazasında yaradılan, C və E sinifləri arasında aralıq sinfə aid olan kupe və kabriolet kuzovlu avtomobillər ailəsidir. İlk dəfə kupe kuzovlu CLK modeli 1997-ci ilin qışında Detroytda nümayiş etdirildi. 1998-ci ildə bu avtomobillərin sırasına kabriolet əlavə olunub. 1999-cu ilin yayında isə onların dizaynında dəyişikliklər edildi. 2005-ci ildə isə modelin yeni nəsli işıq üzü gördü.Məhsullarının çeşidini genişləndirmək məqsədi ilə şirkət tamamilə yeni avtomobilin – kiçik litrajlı Smart-ın istehsalına başladı. 1998-ci ildə Deimler-Benz AG konserni Crysler Corporation şirkətilə birləşdi. Bu birgə fəaliyyət 2007 may ayında bitdi.Hazırda Mercedes-Benz ticarət markası 100 il əvvəl olduğu kimi avtomobil istehsalı sənayesinin zivəsində qərar tutur. Yüksək keyfiyyətli avtomobillər və mühərriklər hazırlayan məşhur üç ulduzlu konsern yüz ildir ki, avtomobil istehsalı sənayesində liderliyini, yüksək rəqabət qabiliyyətini qoruyub saxlayır və tarix yazmaqda davam edir.1991-ci ildə S-Class - W140 avtomobilinin Cenevrədə baş tutmuş debütü böyük uğurla müşayiət olundu. Ölçülərinə, komfortuna və salonunun genişliyinə, habelə istifadə edilmiş materialların keyfiyyətinə görə W140-ın tayı-bərabəri yox idi. Bu “nəhəng” avtomobilin istehsalı 1998-ci ildə dayandırıldı və onu yeni, daha kompakt S-Class – W220 avtomobili əvəz etdi. 2005-ci ildə isə S-Class modelinin yeni nəsli işıq üzü gördü.Mercedes-Benz CL W 215 lüks avtomobillər sinfinə mənsub olan kupedir. 126-cı seriyalı model ilk dəfə 1981-ci ildə, 140-cı seriyalı model isə 1992-ci ildə təqdim edilib. 1999-cu ildə markanın istehsal etdiyi modellər cərgəsinə yeni modifikasiyalar – CL 600, CL55AMG, CL65AMG əlavə olundu. 2002-ci ildən 2006-cı ilə kimi W 216 indeksli CL istehsal olundu. 2006-cı ildən etibarən isə yeni W 216 indeksli CL işıq üzü gördü.1982-ci ilin noyabrında “190” modeli (kuzovun zavod nömrəsi W201) işıq üzü gördükdən sonra Mercedes-Benz Avropada D-Class avtomobilləri seqmentində nüfuzlu modellər istehsalçısı kimi liderliyi ələ aldı. 1983-cü ilin sentyabrında istehsalı çoxdan bəri gözlənilən 190D modelinin təqdimatı keçirildi. Bu model dərhal taksi sürücüləri arasında populyarlıq qazandı. 1993-cü ilin mayında Daimler-Benz-in Bremendəki zavodunda W201 kuzovlu model C-Class (W202) sedanları ilə əvəz edildi. Bu avtomobillər 1995-ci ilin payızından kompressorla, 1997-ci ilin iyunundan 2,4 və 2,8 (V6) litr həcmli mühərriklərlə təchiz edilməyə başladı. Bu avtomobillərin yeni nəsilləri 2000 və 2007-ci ilin payızında işıq üzü gördü.2.0 litr həcmə malik olan, yenidən işlənib hazırlanan kompressorlu mühərriklə təchiz olunmuş yeni C-Class Sport Coupe avtomobili bu seqmentdə ən dinamik avtomobillərdən sayılır.1996-cı ilin qışında dördqapılı W202 sedanlarına beşqapılı Touring (qısaldılmış adı T) universalları əlavə olundu. C-Class avtomobillərin yeni nəsilləri 2000 və 2007-ci ilin payızında işıq üzü gördü.Yuxarı orta sinfə mənsub olan Mercedes-Benz E-Class avtomobilləri ilk dəfə 1984-cü ildə nümayiş etdirildi. Bu avtomobillərin yeni nəsli 1995-ci ildə işıq üzü gördü. 1997-ci ildə Frankfurtda E 55 AMG modifikasiyası və V8 mühərriki nümayiş etdirildi. 2000-ci ildən başlayaraq bu avtomobillər 270 CDI və 320 CDI mühərrikləri ilə təchiz olunur. E-Class modelinin sonuncu nəsli isə 2006-cı ildə işıq üzü gördü.Kuzovlarının zavod indeksi W124 olan seriyaya mənsub modellər bütün dövrlərin ən populyar Mercedes-Benz avtomobilləridir. Ümumilikdə on bir il ərzində 2,7 milyon nüsxədən artıq bu cür avtomobil istehsal edildi. W124 indeksli sedan kuzovlu dördqapılı avtomobillər 1984-cü ilin noyabrında yeddi modifikasiyada ictimaiyyətə təqdim edildi.Mercedes-Benz SL modeli lüks sinfinə mənsub olan, dam örtüyü çıxarıla bilən rodster kuzovlu idman avtomobilidir. Bu model ilk dəfə 1989-cu ildə Cenevrədə nümayiş etdirilib. 1992-ci ildə bu SL modellərinin sırasına yeni modifikasiya – SL600 əlavə olundu. 2001-ci ilin yazında bu avtomobillərin yeni nəsli işıq üzü gördü. Bir müddət öncə isə SL-Class modelinin sonuncu nəsli təqdim olundu.Vito yük avtomobilləri ailəsi (Mercedes-Benz V-Class) 1996-cı ildə ilin ən yaxşı furqonu adına layiq görüldü. Sprinter avtomobilləri ailəsi 9 baza modelindən və onların 137 modifikasiyasından ibarətdir. Bu modellər yük və sərnişin furqonlarından, habelə 15 yerlik mikroavtobuslardan ibarətdir. Mercedes-Benz ML çox təyinatlı avtomobildir. O, ofrouderin, minivenin, universalın və minik avtomobilinin mühüm xarakteristikalarını özündə cəmləşdirib. Çətin yollarda yüksək keçid qabiliyyətinə malik olan bu tam ötürücülü avtomobillər ailəsi ABŞ-da istehsal olunur. Bu model ilk dəfə 1997-ci ildə nümayiş etdirilib. Avropa üçün M-Class modellərinin təchizatı proqramına üç model variantı daxildir: baza modeli ML 230, 6 silindrli ML 320 modeli və 8 silindrli ML 430 variantı. 2000-ci ildə bu modellər dəyişiklikliyə məruz qalmayıblar, amma onlara iki yeni baza variantı əlavə olunub: dizel yanacağı ilə işləyən ML270 CDI və tüninq olunmuş ML55 AMG. 2005-ci ildə W164 indeksli M-Class modelinin təqdimatı keçirildi. Yeni model yeni modefikasiyalar və yeni mühərriklərlə təchiz olunmağa başlandı. Bu sinfin TOP versiyası ML 63 AMG hesab olunur. 1997-ci ilin oktyabrından bəri kompakt ölçülü Mercedes-Benz A-Class avtomobilləri ailəsi uğurla satılır. 2004-cü ildə bu ailə yenisi ilə əvəz olundu.Mercedes-Benz CLK modeli C-Class avtomobillərinin bazasında yaradılan, C və E sinifləri arasında aralıq sinfə aid olan kupe və kabriolet kuzovlu avtomobillər ailəsidir. İlk dəfə kupe kuzovlu CLK modeli 1997-ci ilin qışında Detroytda nümayiş etdirildi. 1998-ci ildə bu avtomobillərin sırasına kabriolet əlavə olunub. 1999-cu ilin yayında isə onların dizaynında dəyişikliklər edildi. 2005-ci ildə isə modelin yeni nəsli işıq üzü gördü.Məhsullarının çeşidini genişləndirmək məqsədi ilə şirkət tamamilə yeni avtomobilin – kiçik litrajlı Smart-ın istehsalına başladı. 1998-ci ildə Deimler-Benz AG konserni Crysler Corporation şirkətilə birləşdi. Bu birgə fəaliyyət 2007-ci ilin may ayında bitdi.Hazırda Mercedes-Benz ticarət markası 100 il əvvəl olduğu kimi avtomobil istehsalı sənayesinin zivəsində qərar tutur. Yüksək keyfiyyətli avtomobillər və mühərriklər hazırlayan məşhur üç ulduzlu konsern yüz ildir ki, avtomobil istehsalı sənayesində liderliyini, yüksək rəqabət qabiliyyətini qoruyub saxlayır və tarix yazmaqda davam edir. Mənbə: Avtomobil.az jurnalı
['Mercedes-Benz', 'avtomobil tarixi', 'Mercedes']
4,229
https://kayzen.az/blog/riyaziyyat/2313/sad%C9%99-h%C9%99nd%C9%99si-fiqurlar.html
Sadə həndəsi fiqurlar
Əliyev
Riyaziyyat
19 fevral 2012, 14:09
Həndəsə - həndəsi fiqurların xassələri  haqqında  elmdir. GEOMETRIYA yunan sözüdür. Azərbaycan dilində tərcümasi, YERÖLÇMƏ deməkdir. Həndəsi fiqurlara aid nümunələr:  Məktəbdə öyrənilən həndəsə riyaziyyatdan  başlanğıc adlı əsər  yazmış Evlikdin adı ilə Evklid həndəsi adlanır. Həndəsənin öyrənilməsi planimetriyadan başlayır. Ən sadə həndəsi anlayışlara nöqtə,parça,düz xətt, bucaq aiddirşPlanimetriya həndəsənin müstəvi üzərindəki  fiqurları öyrənən bölməsidir. Müstəvi üzərində əsas həndəsi fiqurlar nöqtə və düz xətdir Düz xətt sonsuzdur. Düz xəttin verilmiş iki nöqtəsi  arasındakı bütün nöqtələrindən  ibarət hissəsinə  parça deyilir. Bu nöqtələr parçanın ucları adlanır. Düz xətt üzərindəki üç nöqtədən biri və yalnız biri digər ikisi arasındadır. Parçanı ölçmək üçün müxtəlif ölçü alətlərindən istifadə olunur. A B parçasınlın uzunluğu A və B nöqtələri arasındakı məsafəyə deyilir. Hər bir bucağın sıfırdan  böyük müəyyən dərəcə ölçüsü var Bir düz xətt üzərində olmayan üç nöqtədən və bu nöqtələri cüt-cüt birləşdirən üç parçadan  ibarət olan  fiqura üçbucaq deyilir: Δ ABC Üçbucağın təpəsini onun qarşısındakı tərəfin ortası ilə birləidirın parçaya üçbucağın verilmiş  təpəsindən çəkilmiş medianı deyilir. Üçbucağın A təpəsindəki bucaq AB və AC yarım düz xətlərinin əmələ gətirdiyi  bucağa deyilir. İsbat olunan hökm teorem adlanır. Teoremin ifadəsi adətən iki hissədən ibarət olur. I hissədə nə verildiyi göstərilir.  II hissədə nə isbat ediləcəyi göstərilir. İki tərəfi bərabər olan üçbucağa bərabəryanlı üçbucaq deyilir. Üçbucağın bərabər tərəflərinə onun yan tərəfləri, III tərəfinə isə oturacağı deyilir. Bütün tərəfləri bərabər olan üçbucağa bərabərtərfli üçbucaq deyilir.
['həndəsə', 'həndəsi fiqurlar', 'düz xətt', 'üçbucaq']
4,230
https://kayzen.az/blog/stil/6706/ki%C5%9Fi-%C9%99tirl%C9%99ri-v%C9%99-qiym%C9%99tl%C9%99ri.html
Kişi ətirləri və qiymətləri
nilufer
Yaraşıqlı görünüş, gözəl imic
19 fevral 2012, 12:04
Bakıda satılan kişi ətirlərindən bəzilərinin qiymətlərini təqdim edirik. Onların qiyməti markası və ölçüsünə görə dəyişir. №Ətrin adıÖlçüsü (qram)Qiyməti (AZN)1Boss Baldessarini (Ambre)50272Yohji Yamamoto (Yohji Yamamoto)30303Chanel (Allure)50734Armani(Attitude Extreme)30455John Richmond (John Richmond)50456Givenchy (Play Intense)50497Shaik (Shaik №70)801658Shaik (Shaik № 77)801969Christian Dior (Homme Intense)505310Montale (Black Aoud)1009511Acqua (Di Monaco)1009912Dsquared2 (He Wood Ocean Wet)504213Viktor&Rolf (Antidote)757014Issey Miyake (L'eau D'issey set2pc)756015Guerlain (Homme)503716Calvin Klein (Euphoria Intence)503217Tom Ford (Grey Vetiver)508518Guess (Man)753519Issey Miyake (L'Eau d'Issey Pour Homme Noir Absolu)1006520Cadillac (For men)1005521Jean Paul Gaultier (Le Male)754522Hermes (Terre D'Hermes Limited Edition)1007023Van Cleef & Arpels (Midnight in Paris set 2pc)754424Burberry (The Beat )503725Kenzo (Leau Par Indigo Pour Homme)303226Giorgio Armani (Attitude)1006227Cacharel (Amore Amore)1254728Nicos Parfums (Sculpture Homme)1004529Hugo Boss (In Motion Black Edition)403030Clinique (Happy)5038 Mənbə: Day.az
['ətir', 'parfüm', 'kişi ətirləri']
4,231
https://kayzen.az/blog/maraqli-faktlar/6715/yad-planetlil%C9%99r.html
Yad planetlilər
nilufer
Maraqlı faktlar
19 fevral 2012, 12:01
Bu gün bəlkə də 10 nəfər arasında sorğu keçirsəniz, onlardan 9-nun nə vaxtsa, hardasa yadplanetli gördüyünü, onların “tarelka”sını müşahidə etdiyini eşidərsiniz. 2009-cu il insanını bu mövzuda təəccübləndirmək qeyri-mümkündür. Bu günə qədər sözügedən mövzuda yüzlərlə film çəkilib, kirablar yazılıb və sair. Və gün keçmir ki, bu “”bizə oxşamayanlar"la bağlı yeni hekayələr, tarixçələr, faktlar açıqlanmasın. Son olaraq, Yaponiyanın gələcək baş nazirinin xanımı Miyuki Xatoyama 20 il əvvəl yadplanetlilərlə qarşılaşdığını və onlarla birgə Venera planetinə uçduğunu bəyan edib. Miyuki xanım deyib ki, bədəni yerdə qalsa da, ruhu kosmik gəmidə Venera planetinə gedib. O, Veneranı çox gözəl və yaşıllıqlara bürünmüş planet kimi xarakterizə edib... Bir sözlə, üzbəsurət danışıb, dərdləşməsək də bilirik ki, niyyətləri pis deyil. Belə olsaydı, yəqin ki, bu günə qədər Yer kürəsinin başına itin oyununu gətirərdilər. Bəs onlar bizdən nə istəyir? Kimdilər, ilk dəfə Yerə nə vaxt eniblər və bundan sonrakı planları nədir? UNO-lar Amerika ilə SSRİ-nin arasını vurdu? 1947-ci il iyulun 2-də ABŞ-ın Nyu-Meksika ştatında baş vermiş məşhur “kosmik qəza” bütün dünyada təşvişə səbəb olmuşdu. Bir gün sonra ABŞ generalı R.Romey bəyan etmişdi ki, bu qəziyyə metereoloji zondun göydə partlaması ilə əlaqəlidir. Bu bəyanata, Stalin başda olmaqla SSRİ rəhbərliyi fırıldaq hesab edərək inanmadı. Tezliklə Stalin bir neçə nüfuzlu sovet alimini bu “işə” cəlb edib, bunun SSRİ üçün nə qədər təhlükəli olub-olmamasını müəyyən etməyi tapşırdıqda alimər onu inandırmağa çalışmışdır ki, “uçan boşqablar”ın SSRİ silahlı qüvvələrinə və ümumiyyətlə, ölkənin özünə heç bir təhlükəsi yoxdur. Eyni zamanda onlar Stalinə məsləhət görmüşlər ki, bu cür həddindən mürəkkəb problem üzərində xüsusi elmi müəssisələr ardıcıl tədqiqat aparmalıdır. Beləcə, Sovet insanı UNO həqiqətinin ilk elementləri barədə az-çox məlumat əldə etdi. Amma bu, yetərli olmadı. 1967-ci ildə isə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası kürsüsündən çıxış etmiş ABŞ astronavtı Qordon Kuper elə həmin 1951-ci ildə, Almaniyada xidmət etdiyi zaman iki gün dalbadal cürbəcür biçimli, müxtəlif ölçülü naməlum uçan obyektlərin uçuşunu müşahidə etdiyini bəyan etdi. Həmin kosmik qurğular çox-çox yüksəklikdə uçduqları üçün qırıcı təyyarələr onlara heç cür yetə bilməmişdi. Boyları balaca, başları iri... Yadplanetlilərlə ilk tanışlıq zamanı məlum oldu ki, onların boyu 130-150 sm-ə çatır. Boyunları üzərindəki başları olduqca iri idi və diqqətləri uzaqdan özünə cəlb edir. Yerə düşən diskin içərisindəki varlıqların göz bəbəyi yox idi, amma bu, onların ümumiyyətlə gözlərinin olmadığı demək deyil. Əksinə gözləri xeyli böyük idi. Bədənlərinin digər orqanları da fərqli görünürdü. Məsələn, əlləri dizə qədər uzanırdı, üstəlik barmaqlarının adi insan barmağından daha çox caynağa oxşadığı bildirilirdi. Elə bu caynağı xatırladan barmaqları ilə yadplanetlilərdən biri onu müayinə etmək istəyən həkimin üz-gözünü və sinəsini cırmaqlamışdı. Hadisə ilə bağlı yayılan məlumatda o da bildirilirdi ki, onları bir müddət yeraltı bazada saxladıqdan sonra kosmik gəminin qırıntıları ilə birlikdə Amerikaya aparıblar. O zaman dərc olunan “Sovetskaya kultura” qəzeti bu barədə yazırdı ki, yadplanetlilər gümüşü kambinzon və tunc rəngli uzunboğaz çəkmə geyinibmiş. Qəzet hətta onlardan birinin digərləri kimi iki yox, üç gözünün olduğunu bildirirdi. Mətbuatın hadisə ilə bağlı məlumatında o da qeyd olunurdu ki, UNO-larda səfər edən qeyri-adi məxluqlar parkda bir qədər gəzib ətrafı seyr edib. Əlbəttə, bütün bunlar nə qədər inanılmaz olsa da, uzun müddət müzakirələrin predmetinə çevrildi. Bəs alimlər nə deyir? Ufoloq Fuad Qasımov sağlığında deyirdi ki, Azərbaycanda belə şəxslər var və il ərzində UNO-lar öz səfərləri boyunca dəfələrlə insanlarla təmasa cəhd ediblər. Rusiya Ufologiya Akademiyasının ilk prezidenti V.Ayaya Yer sakinlərinin ən azı 40 faizinin öz gözlərilə naməlum uçan obyektləri gördüyünü bildirib. Onun sözlərinə görə, yer üzündəki təyyarəçilərin yarısı ömürlərində bir dəfə olsa belə, “uçan boşqab” la üzləşiblər. Bu barədə fikirlərini onlar anonim saxlanılan sorğularda etiraf ediblər. Amma çoxları gördüklərini açıb danışmağa cürət etməyiblər. UNO, yoxsa rəqib dövlətlərin kəşfiyyat təyyarələri? Çində “uçan boşqab”ı yaratmış “Harbin Smart Special Aerocraft Co Ltd” şirkəti nümayəndələrinin dediyinə görə, aparatdan aerofotoçəkilişlər aparmaq, geoloyi kəşfiyyat və qəza zamanı işıqlandırma üçün istifadə etmək olar. Şirkət diskin hazırlanmasına 12 il vaxt və 28 milyon yuan, təxminin dörd milyon dollardan çox vəsait sərf etmişdi. «Uçan boşqab»ın hazırlanması barədə xəbər yayılan kimi buna bənzər aparatların ABŞ-da hazırlanaraq səmaya buraxıldığı barədə fikirlər yerini möhkəmlətməyə başladı. Bir halda ki, çinli alimlər məsafədən idarə olunan «uçan boşqab» yaratdıqlarını və buna cəmi 4 milyon dollar sərf etdiklərini açıqlayırdılar, onda amerikalı alimlərin bundan illər öncə belə aparatı hazırlamadıqlarına kim zəmanət verə bilərdi? Səmasında «uçan boşqablar»ın tez-tez göründüyü İranda da məsələyə məhz bu prizmadan yanaşdılar. İranın Təhlükəsizlik Nazirilyi ABŞ-ın pilotsuz kəşfiyyat təyyarələrinin ölkə səmasında uçaraq bu ölkənin hərbi-strateyi əhəmiyyətli obyektləri haqqında informasiya topladığını bildirdi. Sizdən yaman nigaranam.... Tamam, qəbul edirik - tutaq ki, bu UNO-lar həqiqətən də Yerə tez-tez gəlib-gedir, maraqlanıb qayıdırlar, bəzən təhlükə yaradır, bəzənsə təhlükənin miqyasının azaltmağa çalışırlar. Hətta bəzi Yer kürəsi insanlarını da götürüb bir neçə günlüyünə öz məmləkətlərinə aparırlar. Bəs əsl məqsədləri nədir? Fikirlərə görə, UNO-lar Yer sivilizasiyasının inkisaf səviyyəsi ilə maraqlandığı üçün Yerə səyahət edirlər. Əsasən ABS, İran, Rusiya ve digər nüvə dövlətlərinin hərbi obyektlerinin üzərində tez-tez göründüyü iddia edilən bu obyektlər bununla Yerin taleyindən narahatlıq keçirdiklərini göstərməyə çalışırlar. Bu da ufoloqların fikridir. Onların sözlərinə görə, Yerin gələcək taleyindən narahatlıq keçirdiklərini büruzə vermək üçün UNO-ların səfərləri son zamanlar daha da intensivləşib. Yer üçün yaranan problemlərin sırası genişləndikcə - müharibələr, təbii fəlakətlər, ekoloyi böhran dərinləşdikcə UNO-ların da narahatlıqları artır-bu da ufoloqların ortaq rəyidir. UNO-lar sanki insanların Yeri məhv edəcəyindlən qorxurlar. “Bu qalaktikanın nümayəndələri Yeri müxtəlif təhlükələrdən qorumaq üçün gəlirlər. Hətta bir neçə dəfə onların bizim dünyanın insanlarına müraciəti olub. Onlar telepatik əlaqə qabiliyyətinə malikdirlər. Humanoidlərin həm də işıq sürətindən 20 milyard dəfə böyük sürətlə yayılan qravitasiya və torsion dalğalardan istifadə edərək Yerlə əlaqəyə girdikləri də ehtimal edilir. Bu üsullardan uzaq məsafələrdən əlaqəyə girdikləri zaman istifadə edirlər. Yaxin məsafələrdə və ya öz aralarında telepatiya ilə çatdırır və fikirlərimizi oxuyurlar. Yəqin onlar Yerə müraciətlərində də məhz bu vasitələrdən istifadə edirlər. Onların Yerə müraciətlərindən biri İsa peyğəmbərin vaxtına təsadüf edib. Çernobılda baş vermiş partlayıs nəticəsində minlərlə insan tələf oldu. Partlayiş zamanı orda radiasiyanın fonu 3000 rentgen olub. Uçan boşqablar gəlib həmin obyektin üzərində dayanmaqla onu 300-ə endiriblər. UNO-ların 2003-cü ildə Xəzər dənizində amerikanlarla görüşü olmalı idi. Görüş təyin edilsə də, naməlum səbəblərdən baş tutmadı. Məlumatlara görə, Amerika 120-dən çox uçan boşqab ələ keçirib. Azərbaycan niyə UNO-ların marağına səbəb oldu? 12 iyun 1999-cu il. Səhər saat 5 radələrində Xəzər üzərində UNO peyda olur. Dəqiq konturlara malik olan UNO işığın bir neçə qatının fokusunda özünü büruzə verirmiş. Ufoloq Fuad Qasımov bəyan edir ki, Azərbaycanda elə ərazilər var ki, UNO-ların “xoşuna” gəlir. Bu ərazilər Abşeronda -Nargin adası, Pirşağı və Novxanı qəsəbəsi, həmçinin Şamaxı ərazisidir. F.Qasımovun fikrincə, UNO-ları burada tez-tez görmək olar: “UNO-lar öz ətraflarında gözəgörünməz sahə yaratmaqla qravitasiya rejimində işləyirlər. Onların bazası haradasa suyun (Xəzər istisna deyil), ya da torpağın altındadır”. 1999-cu ilin iyun ayı. Ufoloq F.Qasımov sensasion məlumat yayır: “UNO Bakı buxtasında qəzaya uğrayıb və dənizin 80 metr dərinliyindədir. F.Qasımovun açıqlamasına görə, bu hadisə UNO-ların Xəzərin akvatoriyasında müşahidə bazalarının olmasından xəbər verir: ”Unikal hadisə Xəzəryanı ölkələrin hakimiyyət strukturlarında ajiotaja səbəb olub". Ufoloq Rusiya tərəfinin Azərbaycan rəhbərliyinə ünvanladığı müraciətin mətnindən bir neçə abzası dilə gətirir: “Sizin aşkar etdiyininz naməlum uçan obyekt bir ölkənin mülkiyyəti hesab oluna bilməz. Belə ki, Aşğabad konvensiyasına əsasən, Xəzəryanı ölkələrə yalız suyun təki məxsusdur. UNO isə suyun təkindən kənardadır, ona görə də obyektdən bütün sahilyanı ölkələr birgə istifadə etməlidirlər”. F.Qasımov deyir ki, Rusiya Azərbaycandan bir neçə dəfə UNO-nu almağa cəhd göstərib: “Bu məqsədlə Moskva meri Yuri Lujkov, keçmiş baş nazir Vladimir Çernomırdin Bakıya səfər ediblər. Səfərlərin gedişində UNO-la bağlı yüksək səviyyədə danışıqlar aparılıb. Məhz bu məqsədlə Bakı aeroportuna içərisində 6 MİQ qırıcısı olan ”Ruslan" təyyarəsi göndərilib. Qırıcılar UNO ilə dəyişdirilmək üçün nəzərdə tutulubmuş". Ufoloq onu da deyir ki, 1999-cu il avqustun 16-da Bakıda 8-9 bal gücündə zəlzələlərin baş verəcəyi ilə bağlı şayiələr və onların nəticəsi olaraq 2002-ci il noyabrın 25-də baş verən zəlzələni də Rusiya təşkil edib. 1999-cu ilin avqustunda AzTV-nin əməkdaşı İsmayıllıda səmada hərəkət edən UNO-nu videolentə almağa müvəffəq olur. Sevinc TELMANQIZI
['maraqlı faktlar', 'Yad planetlilər', 'Yad planetlilər (gəlmələr)']
4,232
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/6717/ad%C4%B1n%C4%B1z-siz%C9%99-n%C9%99-deyir.html
Adınız sizə nə deyir?
nilufer
Xoşbəxt ailə
19 fevral 2012, 11:59
“Adını mən qoydum, yaşını Allah versin”. Yəqin ki, bu ifadəni eşitməyən az adam tapılar. “Dədə Qorqud” dastanından sitat gətirməkdə məqsədimiz var. Deyirlər, körpəyə qoyulan ad gələcəkdə onun xarakterinin, hətta taleyinin formalaşmasına təsir edir. Məlumdur ki, insan doğulandan sonra, hətta hələ ana bətnində ikən onun valideynləri və yaxınları arasında gələcək körpənin adı ətrafında mübahisələr başlayır. Qız olsa,… oğlan olsa… Nəhayət, “Adı ilə böyüsün” deyibən, doğulan körpəni öz adı ilə çağırırlar. Azərbaycanda baba və nənənin adını yaşatmaq məqsədi ilə uşağa təkrar adın qoyulması ənənəsi də var. Eyni zamanda adın mənasına diqqət yetirib bunun üçün kitablara müraciət edən ailələrlə yanaşı, kor-koranə ad seçənlər az deyil. O üzdən öz adının mənasını bilməyən insanlar kifayət qədərdir. Adətən ad insanın “ilk sənədi” adlandırılır. İnsanları bu barədə maraqlandıran suallar və məsələlər olsa da, elm çoxdan bu sahəni öz nəzarətinə götürüb. Təkcə XX əsrdə elm  nəhayət ki, adlara diqqət yetirməyə başladı. Yunan dilinə tərcümədə ad “onoma” kimi tərcümə olunur, buna görə bütün dünyada adlar haqqında elm onomastika adlanır. Bu sahə ilə məşğul olan mütəxəssisləri adlarla bağlı hər şey maraqlandırır: onların mənşəyi, dünyada məşhurlaşması, dinlə bağlı olub-olmaması və s. Hazırda onomastika elmi bu mövzuda sualları adların insanın psixikası və psixologiyasına, temperamenti və xarakterinə təsiri, həmçinin bu və ya digər ada onun beyninin reaksiyası ətrafında qoyur. Lakin nə qədər təəccüblü olsa da, insanlar adlara az diqqət yetirirlər. Onlar adın mənşəyi bir tərəfə, heç mənası üzərində belə düşünmürlər. Tarixdə belə faktlar az deyil. Məsələn, Leninin arvadı N.K. Krupskaya həyat yoldaşı B. Ulyanovanın  niyə “Lenin” təxəllüsü götürdüyünü bilmirmiş. İndi nəinki yaxınları, hətta İosif Djuqaşvilinin uşaqları belə bilmir ki, nə üçün o, Stalin adını seçib. Alman mütəxəssisləri isə Adolf Şiklqruberin niyə Hitler adını götürməsi ilə bağlı bir neçə versiya irəli sürürlər. Adların gizli, hələ tədqiq olunmamış fəaliyyətlə bağlı olması mistika deyil, reallıqdır. Araşdırmalar göstərir ki, insan yuxuda öz adını eşidəndə onun beynində dalğalar başqa zaman tələffüz edilməyə nisbətən iki dəfə sürətlənir. Müxtəlif adlar tamamilə müxtəlif anlayışlarla bağlı ola bilər. Amerikada zaman-zaman mütəxəssislər onomastik sorğular keçirirlər. Tapşırıq bu olub: respondentlərin beynində bu və ya digər ad necə assosiasiya edilir? Nəticələr göstərib ki, bəzi qadın adları “köklük”, bəziləri “cəlbedici” anlayış təəssüratı yaradır. Amerikalı həkimlər və psixiatrlar isə iddia edirlər ki, insanın adı onun xarakterinə, hətta onun fiziki və psixi sağlamlığına təsir edən amillər sırasındadır. Belə ki, tədqiqatlar ABŞ-da  aşkar ediblər ki, bəzi kişi adları onların sırf humanitar sahə ilə məşğul olanlar, Rokki, Çak kimi adlar isə əsasən boksçu və futbolçular arasında yayılıb. Hətta kişilər arasında sorğuda daha zərif qadın adının Nyu-York və digər şəhərdə eyni olmadığı aşkarlanıb. Kaliforniya və Corciya ştatında məktəbdə ən aşağı qiymətlər alan insanların adlarının onlara təsiri ilə bağlı araşdırmalar doğru çıxıb Azərbaycana gəlincə, daha çox bizim bölgələrimizdə qəribə adlarla qarşılaşmaq mümkündür. Məsələn, sovet-kommunist rejimi dövründə insanlar uşaqlarına “Kommunist”, “Konfrans”, “Komsomol”, “İttifaq”, “Kombayn” kimi adları qoyduqları çoxlarına məlumdur. Əlavə edək ki, ad həm də yaşadığın cəmiyyətin göstəricisidir. Bu gün bizdə Cek kimi adların qoyulmasına rast gəlmək çətindir, bəlkə də heç mümkün deyil. Müxtəlif dillərdə adlar müxtəlif cür yazıla bilər. İnsan adları tərcümə olunmasa da, belə faktlara rast gəlinir. Məsələn, Azərbaycan türkcəsində İsgəndər adı müxtəlif dillərdə Aleksandr kimi səslənir. Müəllif: Nailə RÖVŞƏNQIZI Mənbə: Yeni Müsavat qəzeti Maraqlı oğlan adlarına da diqqət edin.
['adların mənası', 'adlar', 'ad seçmə']
4,233
https://kayzen.az/blog/atmosfer/4611/r%C3%BCtub%C9%99t-v%C9%99-ya%C4%9F%C4%B1nt%C4%B1.html
Rütubət və yağıntı
luminat
Atmosfer
19 fevral 2012, 01:25
Suyun maye halından qaz halına keçməsinə buxarlanma deyilir.Buxarlanmanın intensivliyi  səth örtüyündən, havanın temperaturundan və küləyin sürətindən asılıdır. Tropik enliklərin okean səthində buxarlanma maksimal (2000mm), tropik səhralarda və qütbətrafı sahələrdə isə minimaldır (0-100mm). Müəyyən temperaturda maksimal buxarlana bilən rütubət miqdarına  mümkün buxarlanma və ya buxarlanma qabiliyyəti deyilir. Buxarlanma və mümkün buxarlanma arasındakı fərq quraqlıq dərəcəsi adlanır . Maksimal quraqlıq dərəcəsi tropik səhralarda müşahidə olunur.İqlim xəritələrində buxarlanma qabiliyyəti eyni olan əraziləri birləşdirən  xətlər izoqaminlər adlanır.Suyun qaz (buxar) halından maye halına keçməsinə kondensasiya, qaz halından bərk hala (və ya əksinə) keçməsinə isə sublimasiya deyilir. 1m3 havada olan su buxarının qramlarla miqdarına mütləq rütubətlilik, həmin temperaturda   havada mümkün ola biləcək su buxarının faizlə nisbəti isə nisbi rütubətlilik adlanır. Havanın saxlaya biləcəyi suyun miqdarı onun temperaturundan asılıdır. Məsələn , 1m3 havada -330C-də 0,2 qram, -200C-də 1 qram, 00C-də 5 qram,+100C də 9 qram,+200C-də 17qram, +300C-də 30qram su buxarı ola bilər.Havanın rütubətliliyini hidrometr (hidroqraf) və psixrometr cihazları ilə ölçürlər.Kondensasiya və sublimasiya zamanı yer səthi yaxınlığında duman, sərbəst atmosferdə (yüksəklikdə) isə bulud yaranır. Dumanlıq görünmə məsafəsi üzrə (metrlə), buludluluq isə 10 ballıq bölgü və ya faizlə təxmini müəyyən olunur. Buludlar formasına görə üç əsas qrupa bölünür:*    Topa buludlar yer səthindən 3-6km yüksəklikdə formalaşır.Leysan və dolu yağıntıları yağır.*    Laylı buludlar yer səthindən 2-3 km yüksəklikdə səmanı tam  örtür.Yağıntılar arasıkəsilməz olur.*    Lələkvari buludlar buz kristallarından ibarət olub yer səthindən 6-10 km və daha yüksəklikdə formalaşır. Lələkvari buludlardan yağıntı düşmür. Troposferdən  yer səthinə bərk və maye halda tökülən sulara yağıntı (yağmur) deyilir. İki cür olur:1. Havadan çökən (buludsuz havada):  *    a) Şeh-səthin temperaturu 00 C– dən çox olduqda;*    Qırov-səthin temperaturu 00 C və daha aşağı olduqda;*    Sırsıra-səthin temperaturu 00 C və daha aşağı olduqda. 2. Buludlardan tökülən  a) Yağış; b) Qar;  c) Dolu.Yağıntılar intensivliyinə görə üç yerə bölünür: Gur, Aramsız; Çiskin.Yer səthində maksimal yağıntı Çerapunçi məntəqəsində (Hindistanda)-12270 mm, minimal yağıntı isə tropik səhralarda (Misirdə, Çilidə) 1-50 mm müşahidə olunur. Azərbaycanda müvafiq olaraq Talış dağlarının  cənub-şərq ətəklərində (Gəgiranda 1906 mm və Ələtdə - 96mm qeydə alınmışdır.Yağıntıları yağıntıölçənlə ölçürlər. İqlim xəritələrində eyni yağıntı nöqtələrini birləşdirən xətlər izogiyet adlanır.Yağıntılar mənşəyinə görə üç qrupa bölünür:*    Konvektiv yağıntılar əsasən ekvatorial enliklərdə  sakit və qızmış havanın qalxmasından yaranır.*    Cəbhə yağıntıları isti və soyuq havanın    və heyvanlar sərhədində yaranır. *    Oroqrafik yağıntılar dağların küləkdöyən (tutan ) yamaclarında yaranır.Məsələn , Xəzər dənizindən   gələn rütubətli hava Talış dağlarının yamaclarında intensiv yağıntılara səbəb olur.  Yağıntının miqdarının mümkün buxarlanmaya olan nisbətinə rütubətlilik əmsalı deyilir.    Ərütubətlilik əmsalı =Yyağıntı / Bmümkün buxarlanma Ə=1 olarsa, rütubətlənmə normal;    Ə>1olarsa, iqlim rütubətli(humid);       Ə<1 olarsa, iqlim quraq (arid) olur.Rütubətlənmə əmsalına  əsasən landşaft kompleksini, aşınma növünü, çay şəbəkəsinin sıxlığını və s. müəyyən etmək olar.Həmçinin bax:Atmosferdə su
['yağıntı', 'rütubət']
4,234
https://kayzen.az/blog/cqk/8788/bilicil%C9%99r-%C3%BC%C3%A7%C3%BCn-15-sual.html
Bilicilər üçün 15 sual
Fianda
Nə? Harada? Nə zaman? (ЧГК)
18 fevral 2012, 19:56
1. Dünyada ən zəhərli heyvan hansıdır? 2. Hansı ölkədə hər gün saat 16:00-da yağış yağır? 3. Ən iri balıq hansıdır? Uzunluğu, çəkisi nə qədərdir? 4. Ən böyük göz hansı heyvanındır? 5. İlk Azərbaycan çap kitabı hansıdır? Neçənci ildə və harada nəşr olunub? 6. Sağlam adamın çəkisi yayda qışdakından neçə kq az olur? 7. adamın boyu axşam səhərkindən neçə sm az olur? 8. Bir hektar meşə ətrafa neçə kubmetr oksigen buraxır? 9. Tarix boyu baş vermiş müharibələrin ən uzunu hansı olmuşdur? 10. İmaməddin Nəsiminin əsil adı nədir? 11. Hansı Azərbaycanlı sənətkar 2004-cü ildə "Bəşəriyyətin ən güclü səsi" seçilib? 12. Hansı dəniz məməlisi heç vaxt yatmır? 13. İlk iynəni nədən hazırlayırdılar? 14. Hansı quşu "quşların meymunu" adlandırırlar? 15. Azərbaycan dilində hansı hərflərlə başlayan söz yoxdur?
['intellektual suallar']
4,235
https://kayzen.az/blog/HANDSOME/8787/s%C9%99nsiz-ke%C3%A7%C9%99n-ill%C9%99rim.html
Sənsiz keçən illərim
HANDSOME
Bloq: HANDSOME
18 fevral 2012, 18:59
Məndə hamı kimi sevdim, amma bir neçə dəfə yox. Sadəcə bir dəfə... Bir az uşaqlıq, bir az şıltaqlıq, hər saniyəmizi birgə keçirmək istəyi... İlk əl-ələ tutuşumuz... İlk utancaq öpüş, dəqiqələrlə, uzun-uzadı bir-birimizin gözlərində öz əksimizi görmək... Bir gün mən evlənirəm dedin və getdin. Söz verdim özümə bir daha sevməyəcəyəm deyə. Həyat davam edir dedim. Ürəyimdə sən, beynimdə sən, yuxularımda sən yaşadım birtəhər. Heç vaxt məni tək qoymadın ki... Bir gün tanışımın hüzürü düşdü, getdim başsağlığına. İçəri keçdim divarda sənin şəklin.. Qanım dondu, kəssələr qan axmazdı. Ümid etdim nə vaxtsa səni görəcəyimə. Amma belə qarşıma çıxacağını düşünməzdim. Gözümdən bir damlada yaş gəlmədi, çünki ürəyim ağlayırdı. Gözlərim rəsminlə danışdı. Axı niyə yalan dedin? Niyə xəstəliyini demədin? Niyə evlənirəm dedin? Zaman hər bir dərdin çarəsidi deyirlər. Mənim yaralarıma çarə olmadı. Sənsiz keçən 27 il... Heç evlənmədim, səndən başqasını sevmədim. Haqqımda danışılanda "Tənha qadın" deyirlər. Mən tənha deyiləm, sən varsan. Hər gün məzarına gəlirəm.. Artıq yasda otur gələcəm bir gün yanına həmişəlik..
['hekayə']
4,236
https://kayzen.az/blog/romantika/8781/b%C9%99z%C9%99n.html
Bəzən...
_BUMERANQ_
Romantika və düşüncələr
18 fevral 2012, 16:11
Bəzən ən doğru seçim-sadəcə geriyə baxmadan getməkdir...Bəzən ən böyük acı-dönməyəcəyini bilə-bilə dəyər verdiyin birini yola salmaqdır...Bəzən bütün arzuların bir uğursuzluğa görə puç olur...Bəzən uğursuzluğun ən böyük səbəbi rəqib seçimində yanılmaq olur...Bəzən anlayırsan ki, sən artıq unudulmusan... Bəzən biri səni səndən xəbərsiz gözləyir...Bəzən xoşbəxtlik elə vaxtda gəlib çıxır ki, sənin artıq ona ehtiyacın olmur...Bəzən xəyallarının şəhzadəsi bir gün qapının zəngini çalır, tərslikdən həmin gün siz evdə olmursunuz...Bəzən ən böyük təsəllin səninlə eyni problemləri yaşayanların səninlə dərdləşməsi olur...Bəzən ən uzun məsafəni ölçmək üçün kilometrlərlə məsafə qət etməyə ehtiyac olmur.Ayrılmış iki insan arasındakı məsafəni ölç, yetər...
['bəzən']
4,237
https://kayzen.az/blog/kino/8642/hind-kinosu.html
Hind kinosu
Azərbaycan
Kino
18 fevral 2012, 10:19
Hər bir hindli üçün kinematoqraf ilk məhəbbət kimidir. Onu heç nə məhv edə bilməz. Hindistanda ən ucuz əyləncələrdən biri, qaranlıq zalda ekran qarşısında oturmaq və bütünlüklə kino adlı nağılın sehrinə qapılmaqdır. İldən-ilə hind filmlərinin estetikası dəyişir, lakin ümumi sxem olduğu kimi qalır. Mövzu olaraq bu filmlərdə mahnılar, rəqslər, musiqi və göz yaşlarını öz-özünə axmağa məcbur edən melodramatik süjet həmişə var. Hind kinosunun mövcud olduğu 100 il ərzində onun pərəstişkarlarının axıtdığı acı göz yaşlarının miqdarını heç kim bilmir. Lakin hind filmlərinə və axıdılan göz yaşlarını bir yerə toplasaq, ikinci Hind okeanının yaranmasına bəs edirdi Hind kinematoqrafiyasının yaranma tarixi 1900-cü ildə Kəlküttə və Bombey şəhərlərində canlanmış fotoşəkillərə bənzəyən ilk süjetlərin çəkildiyi vaxtdan hesablanır. Həmin tarixdən iyirmi il sonra hind kinosu artıq cəmiyyətin sevimlisinə çevrildi. Ölkədə milli dildə filmlər çəkilməyə başladı, onlarla birlikdə ilk kino ulduzları, kadrarxası mahnıları oxuyan müğənnilər meydana gəldi. Bu müğənnilər Hindistanda kino ulduzlarından heç də az deyillər. İstehsalat qüdrəti Bu gün hind filmlərinin təkcə sadəlövh adamların hissləri ilə oynamağa yaradığı fikri ilə mübahisə etmək olar. Hind kino ustadları- rejissorlar Satyaci Reyin, Ritvik Çattakın, Mrinal Senin filmləri ən nüfuzlu beynəlxalq kino festivallarda ayaq üstə alqışlanıb. Təəssüf ki, bu adlar Hindistanın özündə də, bir çox başqa ölkələrdə də əsasən peşəkarlara və yüksək zövqə malik bir qrup tamaşaçıya tanışdır. Əvəzində Rac Kapuru kinofanatlarına təqdim etməyə heç bir ehtiyac yoxdur. 50-ci illərdə sadə hindlilərin ağır yaşamından sadəlövhcəsinə, melodramatik notlarla bəhs edən «Avara», «Cənab 420» filmləri sovet tamaşaçıları üçün əsl tapıntıya çevrilmişdi. Məhz, onun filmləri sayəsində bizim tamaşaçılar hələ də isti və doğma hisslərlə sevdikləri Hindistanı kəşf etmişdilər. Rac Kapur bütün filmlərini Bombeydə, Amerikanın Hollivuduna uyğunlaşdırılaraq Bollivud adlandırılmış nəhəng kinokompleksdə çəkirdi. Müxtəlif studiyaların nizamsız yığını olan bu şəhərcikdə prokata ildə 600 tammetrajlı bədii film buraxılır. 1988-ci ildə isə Bollivud 934 film istehsal edərək dünya rekordu vurmuşdu. Bollivuddan əlavə ölkədə Hindistanın bütün dillərində və dialektlərində filmlər çəkən 30-dan yuxarı kinokompleks var. İldə 600 tammetrajlı bədii film... Ancaq əksəriyyəti keyfiyyət və səviyyə baxımından qüsurludur. Bəs, görəsən, bu qədər filmi çəkməyə dəyərmi? Bu sual birbaşa kinematoqrafın incəsənət və ya industriya olması haqqında çoxdan gedən mübahisələrə aiddir. Hindistanda film istehsalını konveyer üsullu istehsalat prosesi hesab edənlər üstünlük təşkil edir. Burdan da sənayenin bütün sahələrinə xas olan qaydalar, bürokratik metodlar və s. yaranır. Bir vaxtlar SSRİ - də olduğu kimi Hindistanda da kinematoqrafiya üzrə Mərkəzi Komitə fəaliyyət göstərir - bura ölkədə istehsal olunan hər bir filmi zərrəbinlə nəzərdən keçirən və kino ekranında təmiz əxlaq və tərbiyəni qoruyan dövlət senzura idarəsidir. Hind kinematoqrafçılarından heç birinin məhsulu bu təşkilatın icazəsi olmadan ekrana çıxa bilməz: Bunun üçün mərkəz xüsusi icazə verməlidir. Hind senzorları gecə-gündüz əllərində qayçı (tanış situasiyadır, deyilmi?) yerli filmləri əxlaqlı və tərbiyəli şəklə salırlar. Senzorların arasında qadınlar üstünlük təşkil edir: Deyilənə görə, onların yüksək əxlaqı (kişilərdən fərqli olaraq) ekrana kənar bir şeyin çıxmasına izn verməz. Və vermir də! Hətta son vaxtlara qədər sevgi dərsliyi «Kamasutra»nın vətənində ekran sevgililərinə öpüşmək belə qəti qadağan edilmişdi. Bu qadağanın qoyulmasının günahkarı rejiisor Erza Mir və onun 1932-ci ildə çəkdiyi «Zarina» filmi idi. Bax bu filmdə hind aktyorları doyunca öpüşmüşdülər. Senzorlar gözəl Zarinanın öpüşlərini bir-bir saymışdılar - düz 86 dəfə... Və filmin nümayişinə, onunla birlikdə hind ekranındakı bütün öpüşlərə qadağa qoymuşdular. Amma istedadlı adamlar üçün qadağalar daha maraqlı priyomlar tapmaq vasitəsidir. Rejissorlar və ssenaristlər ehtiraslı sevgi hisslərini senzura qamçısının ağır zərbəsindən xilas etmək üçün mükəmməl şəkildə kino dilinin incəliklərini öyrəndilər. Məsələn, məhz, həmin qadağaların sayəsində hind rejissorları sonralar filmdən-filmə keçən yeni bir forma tapdılar. Söhbət leysan yağış altında sevgi səhnəsindən gedir. Süni yağış aparatları rejissorlar üçün senzuranın «tüsündən» yayınmaq və kütləvi tamaşaçıya kino gözəllərinin yaş köynəklərin və sarilərin altından konturları sezilən bədənlərini göstərmək üçün əvəzedilməz vasitəyə çevrildi. Öpüşə tabu yalnız 1977-ci ildə Rac Kapurun qardaşı Saşinin ciddi səyləri sayəsində aradan qalxdı. Aktyorun çəkildiyi «SSS» filmi öpüş səhnələrini kəsəndə tamamilə yararsız olurdu. Ona görə də aktyor senzura qayçısı ilə mübarizəyə girişdi və istədiyinə nail oldu. Bir qədər sonra isə hind kinematoqrafçıları yarıçılpaq kinoulduzlarını senzorların diktaturasından xilas etdilər. 1964-cü ildə ekranlara çıxmış «Aprel zarafatı» filmində aktrisalar ilk dəfə çimərlik kostyumlarında göründülər. Və bütün ölkə bunu alqışladı. Müharibə... Silah... Qadağan olunan təkcə «sevgi elementləri» deyildi. Senzorlar hind filmlərində hər hansı silahın görünməsinə, hərb səhnələrinə də icazə vermirdilər. 1949-cu ildə Hindistanda nümayiş üçün nəzərdə tutulmuş «O, vətəni qoruyur» sovet filmi yerli senzura tərəfindən qəti şəkildə qadağan edilmişdi. Ehtiyatlı senzorlar sovet partizanlarının körpüləri minalama prosesini, alman ştablarında keçirdikləri təxribat aktlarını az qala «terroristlər üçün dərslik» adlandırmışdılar. Eyni səbəbdən 1996-cı ildə isə məşhur hind rejissoru Şekhar Kapurun «Kraliça-bandit» filmi ekranlara buraxılmamışdı. Beş beynəlxalq kinofestivalın mükafatını qazanmış bu film Hindistanda hələ də qadağa altındadır. Lakin dünya kinosunda ekşen janrına tamaşaçı marağı senzuranın qadağalarını aradan qaldırdı. İndi orta səviyyəli hind filmlərini qulaqbatıran güllə-baransız və qanlı dava-dalaşsız təssəvvür etmək mümkün deyil. Bu filmlərdə Rembonun, Terminatorun hind variantları yerli mafiozları güllələyir, polis libasında onları izləyir və yolüstü qaragözlü gözəllərin ürəklərini fəth edirlər. Yəqin elə bu səbəbdən polis, iki yüzə qədər hind “boyevikində” çəkilmiş Bombey ulduzu Sancay Dattın mənzilində Kalaşnikov avtomatı, tapança və bir neçə qumbara tapanda o qədər təəccüblənməmişdi. Aktyor silahla o qədər doğmalaşmışdı ki, çəkilişlər başa çatandan sonra da onlardan ayrılmağa eytiyac duymamışdı. Evində silah saxladığına görə Dattı həbs cəzası gözləyirdi. Beş ildən çox istintaq altında qalmasına və əsəblərinin yetərincə korlanmasına baxmayaraq, aktyor canını qurtara bildi. Başqa bir kino ulduzu - Caqdiş Racın adı isə 144 dəfə polis rolunu oynadığına görə Ginnesin Rekordlar Kitabına düşüb. İlk dəfə 1952-ci ildə «İntiqam vaxtı» filmində əyninə qanun keşikçisinin formasını geyinmiş aktyor, sənət həyatı boyu onu bir dəfə də soyunmamışdı. Mafiya... Hind kinosu ilə mafiyanın əlaqəsi çoxdan dillərdə dastan olub. Təbii ki, kriminal aləm kinoda hərlənən pullardan yan keçə bilməzdi. Dubayda və Karaçidə məskunlaşmış hind mafiyası hind kinematoqrafçılarından çəkilən filmlərin gəlirindən haqq və bəyəndikləri filmlərin prokat hüququnu alır, açıq-aşkar film istehsalını maliyyələşdirir və sonra da onların tamhüquqlu sahibləri kimi çıxış edirlər. Mafiozlar kino ulduzlarını qəyyumluğa götürür, əsas rolların seçiminə qarışır və hələ «fəth edilməmiş» kino ustalarını özlərinə tabe etməyə çalışırlar. Əlbəttə, kino aləmi vəziyyətlə barışmaq istəmir, amma mafiyaya müqavimət göstərməyin baha başa gələcəyini də etiraf edir. Çünki mafiyaya qarşı çıxmağa cəhd edənlərin aqibətini yaxşı bilir. Məşhur rejissor Rakeş Roşanı elə çəkiliş meydançasındaca güllələmişdilər. Təsadüf nəticəsində sağ qalmış Roşan, sui -qəsddən sonra quldurlara 20 milyon rupi verərək nəinki canını qurtarmış, həmçinin oğlu, hind kinosunun yeni doğan ulduzu Xritrikin də mafiya ilə arasını düzəltmişdi. Ən məşhur hind aktyoru Amitabh Baççan Hindistanın cənubunda yerli kumir Rac Kumarın oğurlanması əhvalatından sonra cangüdənsiz bir addım da atmır. Onun oğlu, «Qaçqınlar» filmində uğurla debüt etmiş Abhişeki atasından da möhkəm qoruyurlar. Çünki aktyor «Qaçqınlar» filminin prokatından «haqqını» tələb edən cinayətkar sindikatın tələbini yerinə yetirməyib. «Pepsi» «Coca-Cola»ya qarşı Kiçik Baççanı da, Xritrik Roşanı da «hindlilərin ümidi» adlandırır və onlara təkcə yaradıcılıq sferasında ümid bəsləmirlər. Ona görə ki bu gənc aktyorlar etiqadlarına görə induistdirlər və onların dindaşları məşhurluqda müsəlman kino ulduzlarından geri qalırlar.Ölkədəki mövcud olan dini qarşıdurma sayəsində bu və ya digər aktyorun hansı dinə qulluq etməsi ciddi məsələyə çevrilib. Sadə tamaşaçı üçün çox sevdiyi yeddi aktyorun yeddisinin də müsəlman soyadını daşmasının heç bir əhəmiyyəti yoxdur. Lakin nüfuzlu dindarlar öz dindaşlarının şöhrətini istənilən vasitə ilə qaldırmağa hazırdılar. Hətta iş reklam məhsullarının bölünməsinə qədər ciddiləşib. Müsəlman aktyor Şahruk Xan televiziyada «Coca-cola»nı, induist Xritrik Roşan «Pepsi»ni reklam edir. Sorğular nəticəsində qeydə alınıb ki, induistlər müsəlmanın təriflədiyi malı az almağa başlayıblar və əksinə. İnduist aktyorlara tələbat bir də ona görə artıb ki, hind kinematoqrafçıları ölkədə baş verənlərə daha aktiv şəkildə reaksiya verməyə və aktual problemlərə filmlər həsr etməyə başlayıblar. Şübhəsiz ki, hindlilərin milli hisslərini yüksəltmək məqsədi ilə çəkilən vətənpərvər ruhlu filmlərdə öz düşmənlərinə məharətlə qalib gələn baş qəhrəmanları induistlər oynamalıdırlar. Hind kinosunda yeni era Çoxmilyonlu hind tamaşaçının kinoteatrlara qəhrəman kişilərə, yoxsa son dərəcə gözəl xanımlara baxmağa getdiklərini demək çətindir. Başlanğıcda aktrisalar daha çox ikinci dərəcəli rollar oynayırdılar və populyarlıq baxımından kişi aktyorlardan geri qalırdılar. Hətta çox populyar Şri Devinin, Madhuri Diksitin və Kacolun da iştirakı filmlərin prokatda uğur qazanacağına təminat vermirdi. Lakin 1972-ci ildə «Zita və Gita» filminin dünya ekranlarındakı triumfal uğurundan sonra hind kinosunda yeni era başladı. Hema Malinini hind kinosunda yeni eranın yaradıcısı adlandırdılar. Məhz Hema Malininin Zita-Gitasından sonra kinoya istedadlı aktrisalar nəsli gəldi. Bu gün kino gözəlləri məşhurluqda az qala güclü cinsin nümayəndələrini də ötüblər. Hind qadın rejissorları Qurinder Çadxi («Bekhem kimi oyna») və Mira Nair isə («Yağışlar mövsümündə toy») Böyük Britaniya və Hollivuda dəvət olunurlar. Bir sözlə, hind kinosu həyatın özü kimi günbəgün dəyişir. İndi ənənəvi adam ağladan melodramların və qanlı boyeviklərinin arasında dünya kinosunun bədii standartlarına cavab verən filmlərə daha tez-tez rast gəlmək mümkündür. Hind kinosu beynəlxalq ekranlara çıxır və ən sərt publikanın müsbət rəyini qazanır. Hind rejissorları beynəlxalq mükafatlara layiq görülürlər. Lakin dünya şöhrəti qazanmaq nə qədər xoşdursa, istənilən hind kinomanı üçün ölkə daxili uğur, öz tamaşaçılarının alqışları daha vacibdir. Bu da aydındır. Axı burda incəsənətin ən kütləvi növünün bir milyard fanatı var...… Həmçinin bax: Gürcü kinosu İsrail kinosu Müəllif: Aişə Mənbə: Mədəniyyət qəzeti
['hind filmi', 'hind mədəniyyəti', 'kinoşünaslıq', 'kinomatoqrafiya']
4,238
https://kayzen.az/blog/diplomatiya/5932/prezentasiya.html
Prezentasiya
rokfeller
Diplomatiya
18 fevral 2012, 01:31
Prezentasiyanın əsas qaydaları bunlardır: 1. Səs Şəxsi ünsiyyətlərin bütün aspektlərində səsin əhəmiyyəti çox qiymətləndirilmir. Kiminsə səsi kimi isə dərhal müdafiə olunmağa məcbur edər, həmçinin adi suala düşməncəsinə cavab verilə bilər; digər tərəfdən səs o saat eyni bir "dalğa uzunluğuna" kökləyə bilər. Düzgün nəfəs almağı və nəfəsinizə nəzarət etməyi öyrənin: dərindən nəfəs almaqla başlayın. Səsinizi maraqlı edin: ucalığını, həcmini və tempini müxtəlifləşdirin. Aydın danışın, ucadan danışmaqdansa mülayim danışın, tez-tez danışmaqdansa yavaş-yavaş danışın. "Mm", "e" yaxud "nu" kimi tələffüzlər etməyin (yaxşısı budur susun yaxud nitqi yavaşıdın). Cümlənin başlanğıcında səsinizi bir az qaldırın və səsinizin alçaldılması ilə müsahibə alana cavabınızın sona çatdığına işarə edin (ingilis dilində). 2. Vücudun (jestlərin) dili Vücudun dilinin əsas elementi - üzün ifadəsidir və bir tərəfdən həddindən çox canlı digər tərəfdən isə son dərəcə "hərəkətsiz" görünmələri arasında balansı saxlamalı; bu balansa yerli qəbul etmə xüsusiyyəti təsir edə bilər, lakin adətən diplomatların "yüngül çəkililik" olmaqdansa "ağır çəkili" olmaları gözlənilir. Diplomatların kameraya yox müsahibə alana baxmaqları (həm də dostcasına və diqqətlə qulaq asmaları) lazımdır; kim ki, tamaşaçıların diqqətini öz şəxsiyyətinə cəlb etmək istəyir əksinə hərəkət edə bilər, lakin belə davranış diplomatın qaydalarına görə deyil. Vücudun dili də adamın oturma və hərəkət etmə qaydası ilə ifadə olunur: o, stulunda belini bükərək öz hərəkəti ilə müsahibə verməyi arzu etməklə müsahibə alana (bu üsulla həm də tamaşaçılara) lütf etdiyini göstərə bilər; o, yöndəmsiz otura və adekvat olmayan təəssürat yarada bilər, guya ki, özündə deyil yaxud başını tərpətməklə və əllərini yelləməklə fikrini yayındıra bilər. 3. Xarici görünüş. Xarici görünüşün səliqəsiz və pinti deyil rəsmi, səliqəli və şəraitə uyğun olması nəzərdə tutulur. Əgər göz eynəyin dalından görünmürsə yaxşısı budur imkan daxilində müsahibəyə beş dəqiqə qalmış onu çıxarın. Xanımlara fikri yayındıran bijuteridən və daranmadan yaxud ümumi fonda təzadlı fərqlənən paltarlardan qaçınmaq lazımdır. Buna görə müsahibə üçün yerin gizli planda necə olacağını qabaqcadan nəzərdən keçirmək məsləhət görülür. Yekun Hər bir kəsin qonşularının arxa həyətlərində baş verənləri kiçik məhdudiyyətlərlə görmək imkanına malik olduğu sərhədlərin potensial barışıq şəffaflığı şəraitində, bizim beynəlxalq münasibətlərdə suayırıcına - geriyə yol olmayan məntəqəyə, - yaxınlaşdığımızı demək mübaliğə olmaz. İnformasiya texnologiyalarında və ümumiyyətlə həm də televiziyada belə sürətlə baş verən texniki inkişaf, imkanların, eləcə də hələlik qabaqcadan xəbər verilə bilməyən problemlərin istər-istəməz gələcək mənbəyi olacaq. Bununla əlaqədar olaraq Britaniyanın televiziya tamaşaçılarının tezliklə yüzdən çox rəqəmsal yerüstü veriliş kanallarını seçmək imkanına malik olacaqlarını qeyd etmək olar və sputnik televiziyası yaxud İnternet vasitəsilə istədikləri hər bir şeyə praktik olaraq baxa biləcəklər. Saxta məlumat və yalan məlumat vermə gələcəkdə anlaşmazlığa və ədavəti qızışdırmağa səbəb ola bilər, lakin digər tərəfdən dünya ictimaiyyəti zorakılığa və toqquşmalara keçmişin qalıqları və barbarlıq kimi münasibət bəsləyən gənc nəsli formaya sala bilər, mədəniyyətlərarası düşmənçilik aradan qaldırıla bilərsə KİV-in diplomatlar üçün media-diplomatiya vasitəsilə vasitəçilik məharətini həyata keçirmək yolunu açması mümkündür. Vasitəçilik tələb edən halların əksəriyyətinin, onun zorla yaxud könüllü olmasından asılı olmayaraq xalqların yerdəyişməsində öz kökləri vardır; başqasının adətlərini zorla qəbul etdirməkdə yaxud başqa çox mühüm ziddiyyətlərdə: yalnız Avropada dil yaxud mədəniyyət sərhədlərinin müxtəlif tərəflərində milyonlarla insan yaşayır yaxud haradasa başqa bir yerdə barışmaz dəyərləri olan xalqlar bir dövlətin ərazisində passiv düşmənçilik şəraitində yaşayırlar. Bununla belə son dərəcə məhdud sayda adamlar hər hansı toqquşma halında çox vaxt həlledici rol oynayır və "kütləvi informasiya vasitələrinin diqqətinin" hətta "kütləvi informasiya vasitələrinin təzyiqinin" - onların əminliyinə və reaksiyasına psixoloji təsirini dəyərləndirməmək olmaz. Bundan başqa, diplomatlar sözün əhəmiyyətini qiymətləndirməyi öyrəndikləri üçün, onlar emosional çağırışlara malik olan və kütləvi həmrəyliyə səbəb olan "sakit liman" kimi ştamplarla çaşdırmaq üçün öz təsirlərindən istifadə edə bilərlər, lakin yalan təəssürat yaradanlar, reallığı təhrif edənlər nəticədə ümidlərin puç olmasına aparırlar. Əhəmiyyətli tələb odur ki, diplomatlar öz hökumətlərinin təqdir etmələri ilə ətraflarında baş verən kütləvi informasiya vasitələrinin inqilabını anlamalıdırlar və əlbəttə ki, onlar öz ölkələrinin xeyrini və bir hissəsi sayıldıqları dünya ictimaiyyətinin yaxşılaşdırılması üçün ondan necə istifadə edilməsini fikirləşməlidirlər. Diplomatın həmin mövzu ilə maraqlanması və informasiya texnologiyalarının tərəqqisini başa düşməsi, həmçinin onların işinə təsir göstərəcək texnologiyaların dəyişmə sürətini dərk etməsi vacibdir. Diplomatlar Kompüter Əsrinin işinə uyğunlaşmışlar, indi onlara İnformasiya Əsrinə və Qlobal Birliyə uyğunlaşmaq lazımdır Müəllif Ralf Corc Felthem Mənbə Diplomatın stolüstü kitabı
['prezentasiya']
4,239
https://kayzen.az/blog/dusundurucu-hekayeler/8778/valideyin%C9%99-qay%C4%9F%C4%B1-%C9%99n-g%C3%B6z%C9%99l-ibad%C9%99tdir.html
Valideyinə qayğı ən gözəl ibadətdir.
MaksiMuS
Düşündürücü hekayələr
16 fevral 2012, 22:44
Bəli, Valideyinə qayğı, ən gözəl ibadətdir..İndi nəql edəcəyim iki qardaşla bağlı hekayə fikrin nə qədər dərin məna və ibrət yüklü olacağını əyani sübut edəcək.. İki qardaş var imiş. Bunların qayğıya möhtac anaları da var imiş. Hər gecə qardaşlardan biri ananın xidməti ilə məşğul olur, digəri ibadətlə məşğul olardı… Bir axşam, ibadət edən qardaş etdiyi ibadətdən aldığı həzz və mənəvi rahatlığı hiss edib qardaşına deyir:  — Bu gecə də anama sən qulluq elə, mən ibadət edim.  — Qardaşı təklifi qəbul edir. İbadət edərkən yuxuya gedən qardaş yuxuda bir səs eşidir. Səs ona:  — Qardaşını bağışladıq, səni də onun xətrinə bağışladıq. Bu sözləri eşidən gənc:  — Mən Allah Təalaya ibadət edirəm. Qardaşım isə anama xidmət edir. Bəs nə üçün məni onun etdiyi əmələ görə bağışlayırsınız? Mənim ibadətimin savabı, fəziləti daha çox olmalı deyil? dedi.  Səs ona: — Sənin etdiyin ibadətlərə bizim heç bir ehtiyacımız yoxdu. Ancaq, qardaşının anana etdiyi xidmətlərə ananın ehtiyacı vardı, ona görə qardaşın valideyninə etdiyi qayğı Allah dərgahında sənin ibadətindən daha yüksəkdi.
['ibrətli hekayə', 'valideyn haqqı', 'qayğı']
4,240
https://kayzen.az/blog/poeziya/8775/cinas-bayat%C4%B1lar.html
Cinas bayatılar
_BUMERANQ_
Poeziya
16 fevral 2012, 16:24
Əzizim, sərin ayaz, Göy bulud, sərin ayaz. Dosta gələn qadanı Düşmənin sərinə yaz Əzizim, kasad olmaz Mərd əli kasad olmaz Yüz namərdin çörəyin, Doğrasan, kasa dolmaz. Mən aşiqəm, yad üzə, Ya çəmənə, ya düzə. Sənsən ömrüm qönçəsi, Qoyarammı yad üzə. Mən aşiq incə belə, Ay belə, incə belə Qulpun sınsın,ay səhəng, Minibsən incə belə. Eləmi, yara dəydi, Dəymədim,yara dəydi Dilim-ağzım qurusun, Nə dedim,yara dəydi? Ay doğdu qəlbiləndi, Doğduqca qəlbiləndi. Nəyə desən, and içim: Bu qəlb o qəlbiləndi. Əzizinəm, yad əli, Ya divanə, ya dəli. Məşhərim o gün qopar, Yara dəysə yad əli. Eləmi, üzəsən can, Zülfünü üzə sancan. Biləsən dost vəfasın, Yolunda üzəsən can. Pərvanə oda yansın, Od tutsun oda yansın, Mən yandım yar ucundan, Eşitsin, o da yansın. Əzizim, gördü günü, Ay doğdu, gördü günü. Namərddə sirr əylənməz, Mərd deməz gördüyünü. Donum geydim bir üzdür, Bir astardır, bir üzdür. Üz qoydum üzün üsdə: Görən desin bir üzdür. Əziziyəm, yasa bax Qara geymiş yasa bax. Əzrayıla borclu can, Ya bu gündü, ya sabah. Əzizim, oda damı, O bağı, o da damı. Elə ki sən yandırdın, Yandırmaz od adamı. Əzizim, qız adamı, Od yana qıza damı Hər dərddən çox saraldar, Bivəfa qız adamı. Eləmi, yaxşı ata, Pulun ver yaxşı ata. Oğul bədəsil olsa, Dərd çəkər yaxşı ata.
['şifahi xalq ədəbiyyatı', 'bayatılar', 'cinas bayatılar']
4,241
https://kayzen.az/blog/dua/8773/%C9%99n-alic%C9%99nab-t%C9%99%C5%9F%C9%99kk%C3%BCr.html
Ən alicənab təşəkkür
Fianda
Namaz, dua, zikr
16 fevral 2012, 13:06
Bir borcum var idi. Elə bir borc ki, heçnə ilə əvəz edilməz. Canımı, hətta nəfəs aldığımçun da Ona minnətdar idim. Ən pisi isə bu idi ki, bu borcu ödəməyim mümkünsüzdü. Bəs nə edim? Hər şeyim əvəzində bir quru təşəkkür?... Yox, bu insanlığa yaraşmaz! Düşündüm.... Bu düşüncəm çox uzun çəkmədi ki, cavabı tapdım. Borcu ödəməm mümkünsüzsə, heç olmasa təşəkkürü elə demək lazımdır ki, bu həm qəlbən, həm gözəl, həm də mədəni, alicənab olsun. Belə bir təşəkkürü O özü bizə öyrətmiş və bizdən tələb etmişdir. Bunu anladığım vaxt tez ayağa qalxdım. Daha düşünməyə, gözləməyə vaxt yox idi. Onsuzda illərdir gecikmişdim. Halbuki, hər nəfəs aldığımda belə Ona təşəkkür etməli idim. Dəstəmaz aldım, üzü qibləyə dayanıb, ilk dəfə əllərimi qaldıraraq "ALLAHU ƏKBƏR" dedim. Bu sözü deyərkən bütün vücudum əsdi. İlk dəfə idi ki, belə hisslər keçirirdim. Onun böyüklüyünü və varlığını indi daha çox dərk etdim və indi özümü Ona daha yaxın hiss etdim. Ən alicənab təşəkkür elə bu namaz idi ki, gözəl sözlərlə Onun varlığını və təkliyini təsdiq edəsən. Səcdəyə getdiyimdə bunun indiyə qədər etdiyim əməllər arasında ən düzgün əməl olduğunu anladım. Yalnız ALLAHA baş əyərkən insan ucalar. Allahdan başqa kimsəyə baş əyilməz. Səcdə yalnız Ona layiqdir. Namaz qılınca elə qəribə hisslər keçirirdim ki, sözlə izah etmək mümkünsüz. Həm sevinc, həm kədər. Özümü həm şərəfli, həm də elə aciz hiss etdim ki... Sevinirdim, şərəflənirdim ona görə ki, Allaha baş əyirdim, namaz qılıb, Onun əmrini yerinə yetirirdim. Kədərlənirdim, ona görə ki, nə qədər aciz imişəm, heç vaxt ödəyə bilməyəcəyim borcu, bircə namazla təşəkkür belə etməmişdim. Çox utandım... Ya belə ölərdimsə, axirət günü etdiyim günahlara rəğmən yenə də mənə rəhm edən Allahın qarşısında necə dayanacaqdım, "mənə hər şey verdin, amma mən Sənin dediklərini etmədim. İcazə vermədiklərini etdim, savab deyib əmr etdiklərinisə etmədim, namaz belə qılmadım". Allah qarşısında bu sözləri demək bəlkə cəhənnəmdə yanmaqdan daha pisdi. Bəzən elə insanlar var ki, deyir- "Namaz qılmıram, amma şükür edirəm". Bir düşünün... Allah bizə hər şey verdiyi halda nə üçün bircə şükrü Onun istədiyi, əmr etdiyi kimi namazla etmiyək? Yəni Tanrının bizə verdiyi bu qədər vaxtın 25 dəqiqəsini Ona həsr etməyə qıymadıqmı? Nə yazıq bəndələrik.... "Allahım... Yalvarıram, Rəhminlə bizləri bağışla. Bizlərə namaz qılmağın dəyərini, şərəfini anlat və bizləri Sənə səcdə etməyə müvəffəq et". AMİN. (Müəllif özüməm)
['Namaz', 'səcdə', 'təşəkkür']
4,242
https://kayzen.az/blog/daily-problems/8766/bar-q%C4%B1z%C4%B1n%C4%B1n-hekay%C9%99ti.html
Bar qızının hekayəti
HANDSOME
Gündəlik həyatın çətinlikləri
15 fevral 2012, 19:36
“Hər bir insan həyata eyni qaydada gəlir, hər birimizə görə bir ana 9 ay əziyyət çəkir, sonra dünyaya gəlirik, bağçaya, məktəbə, nə bilim daha haralara gedirik. Uşaqlığın ən yaddaqalan məqamı da xoş arzulardır. Uşaqlıqda ən böyük arzum həkim olmaq idi. Anamla həmişə xəstəxanaya gedəndə ağ xalatlı bibiləri, xalaları görür, böyüyəndə özümün də insanların sağlamlıqlarının keşiyində duracağıma dair xəyallar qururdum. Baxmayaraq ki, atam hələ mən bir neçə aylıq olarkən ölmüşdü, amma anam atamın yeganə yadigarını, yəni məni göz bəbəyi kimi qorumuşdu. Lakin hər şey o günə kimi oldu. Günlərin birində kirayə qaldığımız cansıxıcı otaqda məni tək qoyub bazarlığa gedən anam bir də geri qayıtmadı. Əzrayılın elçisi olan o zalım iti sürətli maşın anamla bərabər, mənim bütün aruzlarımı da özü ilə apardı, bir daha geri qaytarmadan. Qohum-əqraba bir-iki il 14 yaşlı qıza hamilik etsə də, bu uzun sürmədi və yeniyetmə qız həyata atıldı. Həmişə deyirəm ki, “kaş o günə daş düşəydi”. Amma neynəyəsən alışmalı idim. Ya ölməli, ya qalmalı idim. Qaldım, amma həkim, nə bilim hər hansı ağ xalatlı kimi yox, dilimə belə gətirmək istəmədiyim fahişə kimi”. Dramatik səhnələri özündə canlandıran, heç də hekayələrdəki ssenarilərdən geri qalmayan bu əhvalat nə uzaq sibirdə, şərqdə-qərbdə yox, ölkəmizdə baş verib. Adının çəkilməsini istəməyən, şərti olaraq ismini Vüsalə qoyduğumuz bu qızın hazırda 20 yaşı var.Bu gənc qız əlacsızlıq və baxımsızlıqdan 2 ildir ki, bədənini satır: “Əvvəllər çalışırdım ki, nə olursa olsun bu yola düşməyim. Amma ki nə fayda. Hər yerdən əlim üzüldü. Artıq kasıbçılıq üzmüşdü məni. Elə olurdu ki, günlərlə ac qalırdım. Ərzaq ala bilmirdim pulsuzluqdan. Birbaş üz tutdum həmin salona. Yaraşıqlı olduğumdan götürdülər. İndi elə də pis qazanmıram. Müştəridən masajdan kənar “xidmət”ə görə 20 manat alırıq ki, bu da bizə qalır. Gündə də bir neçə müştəri olur. Yeni tikilidə kreditlə özümə bir otaqlı ev də almışam, təmiri qalır, biraz da pul yığıb bunu da edəcəm İnşALLAH! Bundan sonra maşın almağı, daha sonra dükan götürüb, bu çirkin vərdişdən əl çəkməyi planlaşdırıram. Hətta uşaqlıq arzularımı da gerçəkləşdirmək fikrindəyəm. İmkan olsa müəllim yanına gedib həkim də olacağam”. Vüsalə işini müvəqqəti və zərurətdən doğan addımın nəticəsi olaraq saydığından bu barədə əlavə nəsə danışmaq istəmədi. Amma sonda dediyi bir cümlə həqiqətən də təsirli idi – “Özümə bir ağ xalat almışam. Ara-sıra geyinib güzgünün qarşısında dururam. Bu mənim xatirələrimi canlandırır, anamı və həkim olmaq arzularımın xəyyallarını yaşayıram bu yolla. Anam həmiş deyərdi ki, gözəlsən, İnşALLAH həkim olsan ağ xalat sənə yaraşacaq. Düz deyirdi, yaraşıqlı olmağım qara gəldi. Amma həkim kimi yox, bədənini satan fahişə kimi…
['fahişə həyatı', 'problemlər']
4,243
https://kayzen.az/blog/u%C4%9Fur/8764/t%C3%B6vsiy%C9%99-h%C9%99yat%C4%B1-layiq-oldu%C4%9Fu-kimi-ya%C5%9Fa.html
Tövsiyə - Həyatı layiq olduğu kimi yaşa
MaksiMuS
uğur psixologiyası
15 fevral 2012, 04:42
Bəli, həyatı layiq olduğu şəkildə yaşamaq lazımdı. «Onsuzda belə yaxud elə yaşadım, fərq etməz, ömürdən gedir» kimi yalnış fikrə qapılmamalıyıq. Çox təəssüfki insan oğlu hər zaman sahib olduqlarının qədrini bilmək əvəzinə, sahib olmadıqlarını təəssüfüynən yaşayır. Çox maraqlıdı, elə deyilmi ?! Sanki özümüz öz həyatımızı pessimistliyə, ruh düşkünlüyünə salmaq üçün yollar axtarırıq. Hər zaman narahatıq. Belə yerdə mövzuya uyğun bir atalar sözü yadıma düşdü: «Nə tökərsən aşına, o da çıxar qaşığına». Həqiqətən də biz həyatımıza nə qatsaq elə onu da dadacağıq, yaşayacağıq. Elə hey istəyirik, istəyirik..Bir soruşan yoxduki «Sən bu istəklərə layiqsənmi?, haqqın çatırmı ?, Layiq olmaq üçün nəsə etdinmi ?» Siz bu suallara cavab tapana kimi mən sizə bir neçə tövsiyə təqim edirəm. Sadəcə oxumaqla kifayətlənməyin. 1-Ucuz avtomobil istifadə et, amma, ala biləcəyin ən gözəl evi al.  2-Hər zaman və hər mühitdə danışa biləcəyin üç lətifə öyrən. 3-Sevinməyi əsla təxirə salma. 4-Həyat yoldaşını çox yaxşı və diqqətli seç. Çünki bu seçim xoşbəxtliyivin və ya bədbəxtliyivin 90%-ni özündə ehtiva edir. 5-Hər gün 30 dəqiqə piyada gəz. 6-Hər dəfə yeməyi yeyib qurtardıqdan sonra şükr elə. 7-Bir yoldaşına sirrini danışmamışdan əvvəl iki dəfə düşün. 8-Maaş çekini imzalayan insanları əsla tənqid etmə.  9-İtirəcək bir şeyi olmayan insanlardan qorx. 10-Gözünün qarşısında həmişə gözəl şeylər saxla. 11-Elə yaşa ki, uşaqların adət-ənənə, menatlitet, ailə dəyərləri sözünü eşidəndə səni xatırlasın.. 12-Dininə aid kitabı — müqəddəs Qurani-Kərimi dərinliyinə kimi anlamaq üçün 1 il onu oxumağa vaxt ayır.  13-Biri səni qucaqladığında ilk buraxan sən olma. 14-Hər gün 6 stəkan su içməyi unutma .. 15-Səni sevən insanları qoru .. 16-Çətin də olsa ailənlə istirahətə, tətilə çıxmaq üçün bütün cəhdləri et. Çünki bu tətildəki xatirələr, həyatındakı ən qiymətli xatirələrdən biri olacaq.  17-Özünə rəva bilmədiyin bir şeyi başqalarına rəva bilmə. 18-Uğurunu daxili sakitliyi, dincliyi tapdığın, sağlam olduğun və sevildiyin zaman qiymətləndir. 19-Xoşbəxt və uğurlu evliliyin iki şeydən asılı olduğunu unutma: a) Doğru insanı tapmaq b) Doğru insan olmaq. 20-Valideynlərini, yoldaşını və uşaqlarını tənqid etmək istədiyin zaman dilini dişlə. 21-Evlilik həyatını gözəlləşdirmək üçün hər gün nəsə et. 22-Yaxşılığı özündə ehtiva edən bir sözü və yaxşılığın təsirini əsla kiçik hesab etmə. VƏ SONDA Həyatındakı pis hadisələri düşünərək vaxtını itirmə; Yoxsa sahib olduğun və baş verən gözəllikləri görməkdə ləngiyə bilərsən… "
['uğur psixologiyası', 'həyat dərsləri']
4,244
https://kayzen.az/blog/dusundurucu-hekayeler/8763/ana-f%C9%99dakarl%C4%B1%C4%9F%C4%B1-real-hadis%C9%99.html
Ana fədakarlığı (real hadisə)
Niyaz
Düşündürücü hekayələr
15 fevral 2012, 01:26
''Yaponiyadakı zəlzələdə xilasetmə  qrupu gənc  bir qadının qaldığı dağıntıya qədər çatırlar. Xarabalıqların arasında qadının cəsədinə yetişirlər.Qadının dağıntı altında qalması bir qədər maraq doğurur.Sanki əllərində bir şey tutaraq dizlərinin üzərində çökmüş haldadır.Bu əsnada sanki ev üzərinə yıxılmışdır.Qurtarma qrupunun başçısı yenə də sağ qalma ümidi ilə qadına yetişmək üçün çalışır.Təəssüf ki,qadın çoxdan ölmüşdür.Qrup oradan başqa bir dağıntıya hərəkət etmək istərkən qrup başçısı açdığı dəlikdən içəri doğru qadının cəsədinin altına doğru baxır və səslənir: “Bir uşaq” !!! “Bir uşaq” var!!! Qrup uzun bir müddət çalışdıqdan sonra bir adiyal içində ölü qadının cəsədinin altında üç aylıq bir körpə tapırlar.Qadın son bir həmləsi ilə uşağı xilas etmək üçün bədənini ona sipər etmişdir.Qrup uşağı qurtadığında uşaqda yatmaqda idi. Həkimlər uşağı müayinə edirlər.Adiyalı açdıqlarında içində bir mobil telefon tapırlar.Telefonun ekranında yazılı bir mesaj vardı mesajda yazılmışdı: “Əgər xilas olundunsa səni sevdiyimi unutma!” Bir ananın övladına olan sevgisini ölüm anında belə ona izah etməsinin ən gözəl və bariz nümunəsi! ALLAHın analara verdiyi bu sevgi və mərhəmət üçün şükürlər olsun!
['düşündürücü hekayələr']
4,245
https://kayzen.az/blog/fotosessiya/8761/%C9%99n-qeyri-adi-ayaqqab%C4%B1lar.html
Ən qeyri-adi ayaqqabılar
_BUMERANQ_
Fotosessiya
14 fevral 2012, 22:12
           
['ən qeyri-adi ayaqqabılar']
4,246
https://kayzen.az/blog/HANDSOME/8758/allah-taala-b%C3%BCt%C3%BCn-insanlar%C4%B1-s%C4%B1naqdan-ke%C3%A7irir.html
Allah-Taala bütün insanları sınaqdan keçirir
HANDSOME
Bloq: HANDSOME
14 fevral 2012, 13:37
“İnsanlardan eləsi də vardır ki, Allaha şəklə ibadət edər. Əgər ona bir xeyir toxunsa, (dini barəsində) arxayın olar (islamdan möhkəm yapışar). Yox, əgər ona bir bəla (müsibət) üz versə, çöhrəsi dəyişər (islamdan üz döndərib yenə küfrə qayıdar). Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu! Qurani kərimdə çox önəmli mövzulardan biri də insanların imtahan olunmasıdır. Quranın bir çox ayələrində insanların, xüsusilə möminlərin hər gün, hər hadisədə sınaqdan keçirilməsindən xəbər verilir. Belə ki, bəzi ayələrdə ildə bir-iki dəfə insanların imtahan olunması göstərilsə də, digərlərində bu imtahanların həm də gündəlik olduğu bəyan edilir. “Tövbə” surəsinin 126-cı ayəsində belə buyurulur: “ Onlar ildə bir və ya iki dəfə imtahan olduqlarını görmürlərmi? Yenə də tövbə etmir, ibrət almırlar.” İmtahanın gündəlik olmasını göstərən ayələr Quranda çoxdur . Nümunə olaraq “Mülk” surəsinin 1-2 –ci ayələrini göstərmək olar. İnsanların Allah-təala tərəfindən sınaqdan keçirilməsi çox əhəmiyyətli mövzu olduğu üçün, bu haqda ayələr həddindən artıq çoxdur. Lakin ayələrin insanlara çatdırmaq istədiyi əsas məqam ondan ibarətdir ki, onlara verilən bütün naz-nemətlər imtahan xarakterlidir, insanların kim olduğunu üzə çıxarmaq üçündür. Odur ki, Allah təala “Fəcr” surəsinin 15-ci və 16-cı ayələrində insanlara verilən və ya alınan naz nemətlərin fəlsəfəsinin imtahan olduğunu açıqlayır: “İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: "Rəbbim mənə ehtiram göstərdi!"– deyər. Amma onu sınamaq üçün ruzisini azaldanda: "Rəbbim məni alçaltdı!"– deyər.” Bu imtahanlar ümumi olduğundan bütün insalara şamil olur. Lakin Allah mömin bəndələri bu sınaqlardan əlavə başqa imtahanlarla da sınağa çəkir. Belə ki, Quranın “Ənkəbut” surəsinin 2-3-cü ayələində möminlərin doğru və yalançı iman sahibi olduğunu üzə çıxarmaqdan ötrü xüsusi sınaqlardan keçirilməsi qeyd olunur: “İnsanlar elə güman edirlər ki, təkcə: "İman gətirdik!"– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan (fitnədən) keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır.” Ayədəki “fitnə” sözü insanlara çox tanış sözdür. Bəzi insanlar elə zənn edir ki, fitnə zamanı onun üzərinə heç bir vəzifə düşmür, və ya iman gətirdikdən sonra artıq o cənnət əhlidir. Lakin ayədə açıq aşkar göstərilir ki, insanın iman gətirdikdən sonra xüsusi imtahanlarla üzləşməsi qaçılmaz olur və fitnə zamanı məsuliyyətinin daha da artması danılmazdır. Odur ki, bu ayənin ardı və şərhi olaraq “Ali-İmran” surəsinin 179-cu ayəsində buyurulur: “Allah pisi yaxşıdan ayırmayınca möminləri sizin olduğunuz vəziyyətdə tərk edən deyildir. Allah sizə qeybi bildirən deyildir. Lakin, Allah Öz elçilərindən istədiyini seçər. Odur ki, Allaha və Onun elçilərinə iman gətirin! Əgər iman gətirib Allahdan qorxsanız, sizə böyük bir mükafat verilər”. Qurani –kərimdə insanların imtahan məsələsi qeyd olunmaqla yanaşı, hansı vasitələrlə bu imtahanların həyata keçirilməsi də açıq bəyan olunmuşdur. “Bəqərə” surəsinin 155-ci ayəsində Allah təala buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver” Ayədən göründüyü kimi Allah-təala insanları qorxu, aclıq və s. vasitələrlə imtahan edir. Ayədə önəmli mətləblərdən biri “lənəblüvənnəkum” cümləsidir. Ayədə gələn “lə” və “nuni səqilə” təkidi göstərməkdədir. Yəni, Allah-təala bu vasitələrlə insanları mütləq və mütləq imtahan edəcəyini bildirmək istəyir. İkinci önəmli məqam isə qorxunun, bu imtahan vasitəsinin başqa vasitələrdən daha əvvəl gəlməsidir. Yəni imtahan vasitələri içində ən önəmli vasitə qorxudur ki, Allah-təala bütün möminləri onunla sınağa çəkir. Elə ona görə idi ki, mağarada qorxu imtahanından alnı açıq, üzü ağ çıxa bilməyən birinci xəlifə “Tövbə” surəsinin 40-cı ayəsində qınanılır. Baxmayaraq ki, sadaladığımız və bu barədə olan başqa ayələr insanlardan yox, Allahdan qorxmağın vacibliyini dəfələrlə bəyan etmişdir. Səhabələrə və müsəlmanlara bu ayələri şərh edən, əhvalatları əks etdirən başqa ayələr də nazil oldu ki, onlar bu hadisələrdən özləri üçün nəticə çıxarsınlar. Başqa peyğəmbərlərin , o cümlədən sonuncu peyğəmbərin ən böyük problermlərindən biri insanların həssas məqamda qorxu üzündən meydanı tərk edərək peyğəmbəri tək-tənha qoyub qaçmaları olmuşdur. Bu barədə nazil olan ayələr şərti olaraq 3 qismə bölünür: 1.Bəzi müsəlmanlar müharibəyə getməkdən imtina edirdilər Bu barədə olan ayələr çox olduğundan nümunə üçün son döyüşdə nazil olan “Tövbə” surəsinin 38, 39 və 40-cı ayələri diqqətinizə çatdırırıq: Ey iman gətirənlər! Sizə nə olub ki, "Allah yolunda döyüşə çıxın!"– deyildikdə yerinizdə qaxılıb qalırsınız? Olmaya, axirətdən daha çox dünya həyatından razısınız? Halbuki dünya həyatının keçici zövqü axirətlə müqayisədə çox dəyərsiz bir şeydir. Əgər döyüşə çıxmasanız, Allah sizi ağrılı-acılı bir əzaba düçar edər və sizi başqa bir qövmlə əvəz edər. Siz isə Ona heç bir zərər yetirə bilməzsiniz, çünki Allah hər şeyə qadirdir. Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: "Qəm yemə, Allah bizimlədir!" Bundan sonra Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir.” Quran məntiqinə əsasən belə möminlər Allahpərəst yox, dünyapərəst olan qorxaqlardır. 2.Müharibəyə gedib məsuliyyətli məqamda meydanı tərk edənlər Belə möminlər Allahın əmrinə itaət edib müharibəyə gəlsələr də, çox təəssüflər olsun ki, çətin və həlledici məqamda peyğəmbəri müharibə meydanında tək buraxaraq hətta bəzi hallarda imanlarını da əldən veriridilər. Buna “Ali-imran” surəsinin 152, 153, 154 və 155-ci ayələrini misal göstərmək olar: Siz Allahın izni ilə düşmənləri qırıb-çatdığınız zaman, Allah sizə verdiyi vədini yerinə yetirdi. Nəhayət O, sizə arzuladığınız şeyi göstərdikdən sonra ruhdan düşdünüz, Peyğəmbərin əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz. İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi. Sonra Allah sizi sınamaq üçün üzünüzü onlardan döndərdi. O, artıq sizi bağışladı. Allah möminlərə qarşı lütfkardır. O zaman Peyğəmbər arxanızdan (düşmənə yaxın olan sıralardan) sizi çağırdığı halda siz heç kimə əhəmiyyət vermədən düşməndən qaçırdınız. Allah da sizi qəminizin üstünə qəm qoymaqla cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və başınıza gələn müsibətə görə kədərlənməyəsiniz. Allah nə etdiklərinizdən xəbərdardır. Sonra O, bu qəm-qüssənin ardınca sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi. O biri qisminiz isə öz canlarının hayına qaldı. Onlar: "Bu işdə bizim üçün bir xeyir varmı?"– deyə Allah barəsində haqsız olaraq, cahiliyyə dövründəkinə bənzər düşüncələrə qapıldılar. De: "Bütün işlər Allaha aiddir!" Onlar sənə bildirmədiklərini öz içərilərində gizlədir: "Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik"– deyirlər. De: "Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin kökslərinizdə olanları sınamaq, qəlblərinizdə olanları təmizləmək üçün belə etdi. Allah kökslərdə olanları bilir". Uhudda iki qoşun qarşılaşdığı gün içərinizdən üz döndərənləri şeytan, qazandıqları bəzi günahlar üzündən səhv etməyə vadar etdi. Allah artıq onları bağışladı. Həqiqətən, Allah Bağışlayandır, Həlimdir.” Sonuncu ayədə gördüyünüz kimi, belə möminlərin müharibədən qaçmasının səbəbi də izah olunur. Belə ki, onların azmasına səbəb şeytan olsa da, əsas səbəb müharibədən öncə günah sahibi olmaları idi. Əli(ə) “Nəhcül-bəlağə”nin 70-ci xütbəsində mübarizəni yarıda qoyub qaçan insanları hamiləliyin ağır günlərinə dözən, son günlərində isə uşağını salan qadınlara bənzədir. O qadınlar ki, ərləri ölüb, dulluq müddətləri də uzun çəkir. Xütbənin mətni belədir: “Böyük Allaha şükür və sitayişdən və həzrəti peyğəmbərə salamdan sonra, ey İraq camaatı! Siz hamiləliyi başa vurduqdan sonra uşağını salaraq ölü doğan, əri ölən və dulluq müddəti uzun çəkən,(öldükdən sonra oğlu və əri olmadığına görə) tamamilə yad adamların irsinə sahib çıxdığı hamilə qadın kimisiniz.” 3.Üzü ağ çıxan möminlər. Sona qədər imanını qoruyub şeytanla mübarizədə qalib çıxan möminlər də var idi . Hərçənd ki, belələri az idi. Buna misal olaraq “Əhzab” surəsinin 22, 23, 24 və 25-ci ayələrini göstərmək olar: “Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir. Onlar əhdlərini əsla dəyişdirməyiblər. Bu ona görədir ki, Allah doğru danışanları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də ya istəsə əzab versin, ya da onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. Allah kafirləri qəzəbli olduqları halda geri qaytardı və onlar heç bir xeyrə nail olmadılar. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah Qüvvətlidir, Qüdrətlidir.” Keçmiş ümmətlərin və möminlərin başına gəlmiş əhvalatların Quranda buyrulmasına və peyğəmbərimizin də o ayələri şərh etməsinə baxmayaraq, bir çoxları çətin məqamlarda özləri üçün düzgün nəticə çıxara bilmirdilər. O hadisələrdən biri Talutla Calut arsında baş verən döyüşdür. Bu müharibədə də dindarların bir qismi döyüş ərəfəsində qaçır, digər qismi yarı yolda azır, başqa bir dəstəsi çayı keçəndən sonra Calutun qoşununun çoxluğundan qorxaraq döyüşdən imtina edir, sona qədər qalan yəqin sahibləri isə imtahandan üzü ağ çıxırlar. Halbuki, bütün bu dəstələr peyğəmbərlərindən Allah tərəfindən onlar üçün bir rəhbər seçilməsini istəmişdilər. Lakin gördüyünüz kimi, az bir qisimdən başqa çoxu əhd-peymanlarına sadiq qalmadılar. Bu hadisəni Allah-təala Qurani-kərimdə bütün müsəlmanlara, həmçinin biz möminlərə ibrət olaraq nazil etmişdir. Şübhəsiz ki, bu aəyələrdən nəticə çıxaranlar yəqin sahibləri olacaqlar. Ayələrin təfsilatı belədir: “Bəqərə”. 246-dan 252-ə qədər olan ayələr. “Musadan sonra İsrail oğullarından olan əyanların başına gələnləri bilmirsənmi? O zaman onlar öz peyğəmbərlərinə dedilər: "Bizə bir hökmdar təyin et ki, Allah yolunda vuruşaq!" O dedi: "Sizə vuruşma vacib edilsə, ola bilsin ki, vuruşmayasınız?" Onlar dedilər: "Madam ki, biz yurdumuzdan çıxarılmışıq və övladlarımızdan ayrılmışıq, onda nə üçün Allah yolunda vuruşmayaq?” Vuruşmaq onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla hamısı döyüşdən üz çevirdilər. Allah zalımları tanıyır. Peyğəmbərləri onlara dedi: "Allah Talutu sizə hökmdar təyin etdi!" Onlar dedilər: "O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir". O dedi: "Allah sizin üzərinizə onu hökmdar seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah hər şeyi Əhatəedəndir, Biləndir. Peyğəmbərləri onlara dedi: "Onun hökmdarlığının əlaməti sizə bir sandığın gəlməsidir. Onun içərisində Rəbbinizdən bir təskinlik, Musanın ailəsindən və Harunun ailəsindən qalan bəzi şeylər vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, bu sizin üçün bir dəlildir. Talut qoşunla birlikdə döyüşə yola düşdükdə əsgərlərinə dedi: "Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir". Onların az bir qismi istisna olmaqla hamısı ondan su içdilər. Talut onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra bəziləri dedilər: “Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq”. Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: "Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!" Allah səbir edənlərlədir. Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda dedilər: "Ey Rəbbimiz! Bizə səbir ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et! Möminlər Allahın izni ilə onları darmadağın etdilər. Davud Calutu öldürdü. Allah ona hökmranlıq və hikmət verdi, ona istədiyini öyrətdi. Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fəsada uğrayardı. Lakin Allah aləmlərə qarşı lütfkardır. Bunlar Allahın ayələridir. Biz onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz ki, sən göndərilən elçilərdənsən.” Bu ayələr peyğəmbərin ətrafında olan möminlərə ibrət və bildiriş olduğu kimi, bu gün də eynilə bizə dərs və bildirişdir. 249-cu ayədən aşağıdakı nəticələri çıxarmaq olar: I Onların bir qismi sudan içərək imtahandan çıxa bilmədilər. II Su imtahanından çıxa bilənlər Calutla üz-üzə gəlmək, döyüşmək imtahanından alnıaçıq çıxa bilmədilər. III Quranın təbiri ilə desək, Allahın görüşünə yəqini olan kimsələr sona qədər mübarizəyə davam edərək, sınaqdan üzüağ çıxdılar. Önəmli məqam bundan ibarətdir ki, 249-cu ayədə sona qədər döyüşən, bir an belə sarsılmayan möminlərə “yəqin sahibləri” adı verilmişdir. Baxmayaraq ki, bu insanlarla birgə olan başqa möminlər də çayı keçərkən imtahandan alnıaçıq çıxmışdılar, amma son anda zəiflik göstərərək qeybi imdadlara yox, zahiri gücə inandıqlarına görə bu məqama yüksələ bilmir, çəkdikləri əzab-əziyyətin mükafatını da əldən verirlər. Beləliklə də zahiri güc-qüdrətə, hesablamalara yox, ilahi hikmətə və onun qeybi yardımlarına inanan möminlər Allah nəzərində həqiqi möminlər və imtahandan üzüağ çıxan bəndələrdir.
['Allahin sinaqları']
4,247
https://kayzen.az/blog/marketinq/5132/reklam-m%C9%99tnl%C9%99ri-nec%C9%99-olmal%C4%B1d%C4%B1r.html
Reklam mətnləri necə olmalıdır?
Əliyev
Marketinq
14 fevral 2012, 09:28
Reklam mətnlərinin anlaşıqlığı və təsiri həm mətnlərin özlərindən, həm də onların oxucularından asılıdır. Mətn tərəfədən mühüm faktorlar kimi leksik minimum, sintasik struktur, eləcə də məzmunun quruluşu göstərilir. Oxucuya sosial-mədəni aspektlər (dil, sosial təbəqə), ilkin biliklər və intellektual bacarıqlar təsir edir. Leksik minimum Mənalı sözlər mənsızlardan daha yaxşı öyrənilir və başa düşülür. Sözlərin mənalarının məzmununu Noblenin (Noble, 1952) təklif etdiyi kimi ölçmək olar: Sınaqdan keçirilənlərdən deyilmiş sözlə bağlı olan sözləri spontan sadalamaq xahiş olunur, sınaqdan keçirilən nə qədər çox əlavə söz fikirləşib taparsa, ilkin deyilmiş söz bir o qədər mənalı hesab olunur. Ticarət markalarının adlarının seçimi zamanı bu üsul məsləhət görülmür, belə ki, mənalı sözlər tez-tez istifadə olunur və onları qarışıq salmaq olar. Məsələn, Meyers-Levi (Meyers-Levy,1989) müəyyən etmişdir ki, adları tez-tez işlənən sözlərdən ibarət olan ticarət markaları, nadir sözlərə malik olan ticari adlara nibətən daha az yadda qalırlar. Təkcə verbal deyil, vizual da toplanması mümkün olan informasiya daha yaxşı yadda qalır. Məsələn obrazlı sözlər (məs. “alliqator”) obrazsız sözlərə (məs. “abstraksiya”) nisbətən daha yaxşı yadda qalır. Həm də hesab edilir ki, obrazlı sözlər daha tez-tez gündəlik istifadə edilir(Bransford, 1979) və bu da onları qarışıq salma hallarının tezliyini artırır. Vippix və Bredenkamp (Wippich & Bredenkamp, 1977) hesab edirdilər ki, müxtəlif nitq hissələri üçün mənalılıq və obrazlılıq məzmunu fərqlidir: isimlər nə qədər obrazlıdırsa, onlardan düzələn sifətlər bir o qədər çox mənaya malikdirlər. Eləcə də sifət və fellərdən istifadə etmək məsləhət görülmür, çünki bu nitq hissələri isimə nisbətən daha az konkret və təsəvvür ediləndirlər. Mətnlərin qurulması Mətnlərin anlaşıqlığını müxtəlif üsullarla yaxşılışdırmaq olar. Birinci məsləhət – qısa cümlələrdən istifadə etməkdir. Cümlə nə qədər qısadırsa, bir o qədər başadüşüləndir. 8 sözdən artıq olmayan cümlələr daha yaxşı başa düşülür(Bu üsulla mürəkkəb şeylərin anladılmasının mümkün olduğu hələ sübut olunmayıb). Mayer (Meier, 1967) belə hesablama aparmışdır: fəlsəfi işlərdə cümlələr 27,8, nəqli nəzmdə -19,3, dini işlərdə - 18,8 və film dialoqlarında 1-6 sözdən ibarətdirlər. Artıq 20- ci əsrin əvvəllərində reklamda qısa başlıqlardan istifadə zərurəti yaranmışdı. Belə ki, Starç (Starch, 1923) xəbər verir ki, 1881 –ci ildən 1909-cu ilədək beş və daha az sözdən ibarət başlıqların payı 37%-dən 87%-dək idi. Beləliklə biz mətnlərin qrammatik aspektlərinə yaxınlaşdıq. Ən başa düşülən məsləhət təsirsiz növə nisbətən daha yaxşı anlaşılan və yadda qalan təsirli növlərdən istifadədir.İnkar cümlələr müsbət qurulmuş cümləyə nisbətən daha çətin başa düşülür. Eləcə də cümlələr substantivasiyanın istifadəsi nəticəsində də anlaşılmaz ola bilərlər. Məsələn, “Yuyucu tozu səpdikdən sonra...” tərtibatı, “Sizin yuyucu tozu səpməyinizdən sonra...” tərtibatından daha az başa düşüləndir. “Semantik deduksiya” nın tələbləri o deməkdir ki, mətnlər elə qurulmalıdırlar ki, ümumi xüsusinin , sadə mürəkkəbin, məlum naməlumun qarşısında dayansın, müvafiq olaraq ikinci birincidən irəli gəlməlidir. Bu üsulla konkret təfərrüatları sadə qarşılıqlı əlaqələrə çevirmək mümkündür. Naməlumun qarşısında məlumun işlədilməsi məsləhətinin əsasında o durur ki, yeni informasiya, artıq mövcud olan biliklərə qoşulduqda daha yaxşı saxlanılır (Burnkraut & Sawyer, 1983). Əgər artıq məlum olan informasiyadan başlansa, oxucu və ya tamaşaçı üçün hər şey əvvəldən aydın olacaq ki, söhbət nədən gedir və hansı biliklərə istinad etmək lazımdır. Maraqlı və mühümü maraqsız və əhəmiyyətsizin qarşısında yerləşdirməklə mətnin vadaredici məzmununu artırmaq olar. Mətnin tərtibatı üçün ən mühüm məsləhətlər - mənaya malik olan obrazlı leksik minimumdan istifadə;  - sözlərin deyilişinin nəzərə alınması;  - resipiyentlərin danışıq səviyyəsinə sazlanma;  - qısa cümlələrin yaradılması;  - mötərizələrdən istifadədən qaçmaq;  - məchul növlü təsirli cümlələrdən istifadəyə üstünlük;  - mənfi əvəzinə müsbət tərtibatlar;  - substantivasiyadan istifadə etməmək;  - yaxşı keçidlərin yaradılması;  - semantik deduksiya;  - ümumi xüsusinin önündə;  - sadə mürəkkəbin önündə;  - məlum naməlumun önündə;  - resipientlərin ilkin biliklərinə əsaslanma;  - ayırıcı ilkin və ara qeydlərin qoşulması;  - maraqlı və mühümün maraqsız və əhəmiyyətsizin qarşısında təqdim olunması.  Mətnləri bilavasitə kəmiyyətcə qiymətləndirmək cəhdləri olmuşdur. Böyük mətnlər üçün onların anlaşıqlığı təyin olunurdu. Daha sonra sözlərin və cümlələrin uzunluğu tədqiq olunurdu və anlaşıqlıq göstəriciləri onların uzunluğundan hesablanırdı. Mətnlərin ən məşhur anlaşıqlıq düsturunu Fleş (Flesch, 1949) vermişdir: A = 206,835-0,846SU-1,015CU CU (cümlə uzunluğu)– cümlədəki sözlərin orta uzunluğuna müvafiqdir. SU (söz uzunluğu) 100 söz üzrə hecaların orta sayına bərabərdir, buradan belə çıxır ki, bu düstur yalnız 100 sözdən yuxarı olan cümlələrə tətbiq oluna bilər. Aydındır ki, mətnin anlaşıqlığı(A) cümlədə sözlərin və ya sözlərdə hecaların sayı artdıqca azalır (“çox uzun cümlələr”). Haymsın (Hymes, 1979) qeyd etdiyi kimi, danışıq və yazı təkcə ünsiyyət vasitəsi deyil, həm də nüfuz, sosial unifikasiya(qrupdaxili) və sosial məhdudluğun yürüdülməsinə xidmət edir. Məsələn,avtomobillərlə əlaqədar yeniləşmiş dil daha çox nüfuza istiqamətlənir. Mercedes və Cadillac kimi bahalı avtomobillər üçün daha uzun sözlər, daha az evfemizm və abstraksiyalar işlənilir, handa ki, orta sinif avtomobilləri haqda elanlarda fiziki xüsusiyyətlər haqda məlumatlar, sözdən daha çox illüstrasiya və danışıq dilindən istifadə olunur. Artıq Büler (Buehler, 1935) təqdimat, ifadə və xitab funksiyalarını ayırd edir. Hayms (Hymes, 1979) dilin təsvirli reklam şüarları ilə təqdim olunmuş hətta 7 funksiyasının adını çəkir: - Ekspressiya (“Bu şərab növü mənim xoşuma gəlir”) - Direktivlik /İnandırma (“İkisini götürün”) - Şeriyyat (“Sözünüz necə səda verəcək”) - Təmas (“Mənə və dostuma hərəmizə bir pivə”) - Metadil (“Bu həm də sizin həyat yoldaşınızın xoşuna gələcək”). - Təqdimat (“Müəyyən xasiyyətli şampan”) - Kontekst (“Reklam olunan markaların adlarını bizə yazın”) Nə isə danışan kəs öz vəziyyətini təsvir edə (ekspressiya), kiməsə əmr edə (direktivlik), məcazi mənada nəsə nəzərdə tuta(şeriyyat), təmas axtara (məs. danışıq üslubu vasitəsilə), “dil” haqda nəsə deyə (metadil), nəsə təqdim edə və vəziyyəti izah edə (kontekst) bilər. Dillərin çoxunda dil ifadələri təkcə funksiyaya malik deyillər. Nitq və yazı nəyinsə təqdimatı və izahından daha çox mənaya malikdirlər-reklamda da beləcə. Müəllif: Klaus Mozer (Klaus Moser),Hisen universitetinin reklam professoru, Mannhaym (Almaniya) Dizayn və Reklam universitetinin rəhbəri. Material alman dilindən qısaldılmış və uyğunlaşdırılmış variantda dərc olunur. Mənbə: Banker.az saytı
['reklamın sirləri', 'reklam']
4,248
https://kayzen.az/blog/dieta/8504/ar%C4%B1qlamaq-%C3%BC%C3%A7%C3%BCn-20-yol.html
Arıqlamaq üçün 20 yol
Əliyev
Dietologiya
14 fevral 2012, 09:27
Arıqlamaq üzrə mütəxəssis Susi Burrellin “tarazlıq pəhrizi” adını verdiyi və kilolardan xilas olmaq üçün təklif etdiyi 20 qızıl qaydanı İngiltərənin “Daily Mail” qəzeti nəşr edib. Ariqlamagin yollari ilə siz də tanış olun:1. Hər şeyi eyni anda etməyin. Qeyri-mümkün hədəflərin əsiri olmayın. Çox tez kilo verməyi hədəfləyib, yorucu iş günlərindən sonra saatlarla məşq etməyə, ailənizə vaxt ayırıb kiçik paylarla bəslənməyə çalışsanız, uğur əldə edə bilərsiniz. Halbuki gündəlik həyatınızda axşamlar daha az yemək, ya da meyvə, tərəvəz meyvə yemək kifayət edə bilər.2. Mətbəxinizdəki şkafları “təmizləyin” - şokolad, keks, şirniyyat, çərəz, cips kimi qidaları evdən uzaqlaşdırın.3. Nə yeyəcəyinizi planlaşdırın. Acdığınız zaman önünüzə çıxan, ya da ağılınıza gələn ilk şeyi yeyirsiniz. Bu da artıq çəkidən xilas olmaq üçün doğru yol deyil.4. Şorba içməyi yaddan çıxarmayın. Soğan, sarımsaq və kərəviz qatılan şorba həm yaxşı bir qida qaynağıdır, həm də bədəndən artıq mayelərin atılmasını təmin edir.5. Arıqlamaq istəyirsinizsə, spirtli içkilərə son qoyun.6. Qoz həm E vitaminidir, həm də lif qaynağı. Axşamüstü meyvəylə yesəniz, şam yeməyində çox acmanıza mane olar.7. Gün ərzində tez-tez tərəvəz yeyin.8. Günə naharsız başlamayın. Nahar etmədən günün irəliləyən saatlarında nəsə yemək maddələr mübadiləsini zəiflədir.9. Axşam yeməyinizin miqdarını yarıya endirin. Yeməyin yanına normaldan daha çox salat və ya tərəvəz qoymaq kafi olar.10. Axşam yeməyi öncəsi böyük bir qab salat yeməniz 120 kalori daha az qəbul etmənizə səbəb olar.11. Axşam saat 20.00-dən sonra yemək yeməməyə diqqət edin, xüsusilə də dondurma və ya şirniyyat kimi kalorisi yüksək yeməklərdən uzaq durun. 2. Şam edəcəyiniz yeri yaxşı seçin. Hind, Çin və Tailand mətbəxi yağlıdır. Yapon və yunan restoranlarında isə daha sağlam variantlar var. Hər növ çiy balıq, qızartma ət və ya dəniz məhsulu salat və ya tərəvəzlə yeyilsə, yaxşı bir seçim olar.13. Rejimə ara verin. Bədən davamlı az kalorili yeməklər qəbuluna yaxşı cavab verməz. Həftənin bir günü bir pay da yüksək kalorili qidalar yeyərək pəhriz proqramının xaricinə çıxın.14. Bir tikəni ən azı 20 dəfə çeynəsəniz, 20 faiz daha az kalori istehlak edərsiniz.15. Sağlam, çəki problemi olmayan yoldaşlarınızdan dəstək alın.16. İllərdir, nahar, günorta və axşam yeməklərində eyni növ qidaları yeyib çəkinizi ata bilmirsinizsə, deməli, bunları dəyişdirməyin vaxtı gəldi.17. Şirniyyatlardan xilas olun. Yaşıl çay, saqqız və içinə limon atılmış buzlu su sizə köməkçi olar.18. Hər gün mütləq bir saat hərəkət edin. Piyada gəzin, öyrəndiyiniz məşq hərəkətlərini edin, yəni hərəkətdə olun.19. Tərəzilərin köləsi olmayın. Həftədə bir gündən çox özünüzü çəkməyin. Tərəziyə çıxmağın ən yaxşı zamanı səhərdir.20. Çəkinizi qorumaq üçün gündə 10 min, arıqlamaq üçün isə 12-20 min addım atmanız lazımdır.Ümid edirik ki, arıqlamaq üsulları sizə faydalı olacaq.Həmçinin bax: Arıqlama sirləri
['arıqlamaq üçün', 'arıqlama', 'arıqlamaq', 'normal çəki', 'arıqlama metodları']
4,249
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/8753/qraf-drakula.html
Qraf Drakula
_BUMERANQ_
Böyük insanlar,şəxsiyyətlər
13 fevral 2012, 22:44
Dakula, yoxsa rumın Vlad? Rumın ağası, Valaxiyanın hökmdarı III Vlad, 1431-ci ildə anadan olub.Vladın atası II Vlad 1436-cı ildə hakimiyyətə keçir.Ancaq sonradan macar kralının dəstəyini itrən II Vlad Osmanlılardan vassallıq öhtəliyini götürərək, iki oğlunu- Vlad və Radunu girov kimi sultan saryına göndərdi.1447-ci ildə Vlad macar krallığının əmri ilə öldürüldü.1448-ci ildə 17 yaşlı Vlad əsirlikdən xilas olaraq atasının taxt-tacını geri qaytarmağa cəhd etdi.O, türklərə yenidən Valarxiyanın vassal olacağı vədini verdikdən sonra hücuma keçdi və III Vlad adı ilə hakimiyyətə gəldi.Tezliklə Macarlar ilə Osmanlı Türkiyəsi arasında müharibə başladı. Vladın sərkərdəlik bacarığına türklər belə heyran qalmışdı.Türklərlə döyüşdə Valaş ağası məğlub olaraq, macar kralının sarayına qaçdı.1462-ci ildə Valaxiyataxtına Vladın kiçik qardaşı-Göyçək Radu çıxarıldı.Vladı isə türklərlə əlbir olmaqda günahlandırıb, zindana atdılar.10 il həbsdə qalan Vlad Roma papasına müraciət edib katolik dinini qəbul etməyə razı olandan sonra azadlığa buraxıldı.1475-ci ildə kralın qohumlarından biri ilə evlənərək yenidən Xünyadi sülaləsinin dəstəyini qazanan Vlad üçüncü dəfə, bu dəfə əbədi hakimiyyət ümidi ilə qardaşını devirdi.Ancaq 1 il sonra döyüşlərin birində naməlum şəkildə öldürüldü.Onun kəsilmiş başını elə öz silahdaşları sultana mükafat əvəzi göndərdilər və kəllə düz bir neçə ay İstanbulda ümumxalq baxışında saxlanıldı.Əslində, Vlad bir sərkərdə və kiçik bir dövlətin qısamüddətli rəhbəri kimi çoxdan tarixin yaddaşından silinib getməliydi.Bəs onu əbədiləşdirən, bədii əsər və kinofilmlərin qəhrəmanına çevirən nədir? Necə oldu ki, o,"Vampirlərin atası Drakula" titilunu qazandı?   Sadist-manyak Vlad III Çepeş məkr və qəddarlığın tüğyan etdiyi qaranlıq Renesans dövründə doğulub.Deyilənə görə, 13 yaşında sultan qəsrində əsir olarkən o, türklərin edam meydanını müşahidə edirdi.O vaxt şərqdə payayakeçirtmə edamı dəbdə idi. Vlad bu edama o qədər "vurulmuşdu" ki, Sonradan payayakeçirtmə üzrə dünya rekordu vuraraq, Tepeş və ya Çepeş-yəni macar dilində "PAYAYAOTURDAN" ləqəbini qazandı.Əgər əsəbləriniz möhkəmdirsə, payayakeçirtmə edam növünü qısacaaçıqlayaq ki, qrafın vəhşiliyini, orta əsrlərdəki qəddar mənzərəni daha dolğun təsəvvür  edə biləsiniz..Paya-ağac və ya taxtadan yonulmuş,ucu biz, müxtəlif həndəsi fiqurlu edam ağacıdır.Paya insana öndən,arxadan və ya ağızdan keçirilir, sonra o torpağa sancılır.Dik dayanmış paya getdikcə insan bədəninin dərinliyinə nüfuz edərək, onu daxilən parçalayır və sonra hansısa nahiyyədən çıxır.Bu edam bəşəriyyətin ən vəhşi, ən amansız edamı hesab olunur.Payaya oturdulmuş insan 10 saatdan 2 gün müddətinə kimi can verirdi... Vlad nəinki düşmənlərini, hətta öz müttəfiqlərini, rəiyyətini və yaxın ətrafını da bu edama məhkum edirdi. -Bir dəfə səbəbsiz-filansız öz ərazisində olan şəhərlərdən birinə hücum edərək 10 000 günahsız insanı vəhşicəsinə öldürdü, Yarıdan çoxunu isə şəhər ətrafına düzülmüş payalara keçirtdi. -Həttə məhbəsdə olanda da Vlad öz hobbisinə sadiq qalmışdı.O,zindanda siçan və quşları tutur, ya da gözətçilərdən satın alıb,başını əlləri ilə üzür, balaca payalara keçirir və saatlarla yazıq heyvanların can verməsinə tamaşa edirdi. -Növbəti dəfə qəbuluna gələn türk elçiləri papaqlarını onun hüzurunda çıxartmadılar.Vlad əmr etdi ki, papaqlar onların başına mıxlansın ki, bir də çıxartmağa ehtiyac olmasın. -Vladın qəsri yanında "İşgəncələr bağı" salınmışdı.Təsəvvür edin, bu bağda ağac, kol, gül yerinə müxtəlif növ, üstündə insan cəsədi ilə dolu payalar əkilmişdi.Axan qan, iniltili bağırtı Vladı narahat etmirdi, əksinə zövq verirdi.Belə olmasaydı o, bağda masa qoydurub nahar etməz, Şərabdan içə-içə tükürpərdici səhnəni seyr etməzdi.Edam mərasimi vaxtı o saray əhlindən bir nəfərin qandan ürəyinin bulandığını görür və əmr edir ki, həmin insanı ən uca payaya keçirtsinlər ki, qandan ürəyi bulanmasın. -Əgər qadın ərindən şikayət edirdisə, "payaya" əmri verilirdi.Kişi qadını xəyanətdə günahlandırırdısa-"payaya"...Hətta hamilə qadınlara da aman yox idi.Bir parça çörək oğrusunu da "payaya"...Bir-biri ilə miras üstə dava edən iki qardaşın ikisi də "payaya"...Camaat artıq şikayət etməyə də qorxurdu.Beləcə Valaxiyada hamı hər şeydən razı idi. -Günlərin birində taxta yenicə oturmuş Vlad paytxtın bütün səfil, yoxsul və dilənçilərini qəsrə ziyafətə dəvət edir.Sevincək olmuş kasıblar doyunca yeyib-içirlər. Sonra Vlad onlara müraciət edir:İstəyirsinizmi bir də aclıq nə olduğunu bilməyəsiniz? İstəyirsinizmi, əbədi qalacağınız eviniz olsun? İstəyirsinizmi, bir də heç kəsin qarşısında əl açmayasınız və bütün qəm-kədəriniz yox olsun? Hamı bir ağızdan "əlbəttə"-deyə qışqırır.Vlad bığaltı gülümsəyir...Elə həmin saat əsgərlər məclisə girib, yüzlərlə insanın əl-qolunu bağlayır və...onların hamısı payaya keçirdilir.Vlad özünə haqq qazandırdı:mən rəiyyətimin arzusunu həyata keçirməyə borcluyam. Bəs Vlad adını ikinci plana keçirən Drakula ləqəbi hardan yaranıb?Bu adı ona kim, nə üçün verib? Rumın dilində İblis "Drakul" adlanır, Drakula isə "İblisin oğlu" deməkdir.Tarixçilər bildirir ki, burda vampirizmdən söhbət gedə bilməz.Əslində Drakul ləqəbi Vladın atasına məxsus idi.O, kral tərəfindən yaradılmış elitar "Əjdaha Ordeninin" üzvü idi.Ağa olandan sonra II Vlad orden cəngavərliyinə sədaqət rəmzi olaraq, əskinasların üstünə əjdaha şəkli vurdurdu.Bununla da o Valaxiyada və türklərin dilində "Drakul" kimi qaldı.Rumın dilində Drakul həm də əjdaha deməkdir. Vladın Drakula ləqəbinin çox sadə izahı var:"Əjdaha ləqəbli adamın oğlu"   Drakulanın qəribə ölümü Görünür, Vladın qəddarlığı və qarşısıalınmaz özbaşınalığı nəinki düşmənlərini, hətta həmvətənlərini də bezdirmişdi. 45 yaşlı Vladı öz əsgərləri türkə bənzədib, mühasirəyə almış, nizə və ucu şiş payaları sinəsinə sancaraq öldürmüş, dərhal da başını kəsmişdilər.Güya ki, sonradan öldürdüklərinin öz başçıları olduğunu görüb peşman da olublar.Amma iş-işdən keçdiyinə görə nəfslərinə uyaraq sultanın vəd etdiyi bəxşişi almaq üçün, Vladın başını saraya göndəriblər.İnandırıcı görünmür,deyilmi? Vladın türk əsgəriylə səhv salınması absurddur.Onun görünüşü, boyu, fərqli geyimi bütün Avropada məşhur idi, onu tanımamaq, sadəcə, mümkün deyildi.Hələ üstəlik, Vlad ona hücum edənlərə müqavimət göstərib, 5 nəfəri qılınclayıb, amma bir dəfə də olsun ağzını açıb, macara "mən sizin ağanızam" deyə bilməyib? Və ən nəhayət, nəyə görə onu qılınc, nizə ilə öldürməkdən doymayıb, sinəsinə paya sancıblar və canı çıxmamış başını kəsiblər?(yeri gəlmişkən vampirləri də məhz ağac,paya ilə öldürmək mümkündür)Deməli, onu öldürənlər, vampirə hücum etdiklərini bilib, hazırlıq görmüşdülər.                        Vladın başsız bədənini basdırmağa isə ya heç kim cürət etməyib, ya da lazım bilməyib.Boyarlar meyidi bir neçə hissəyə bölüb, meşəkənarı talada səpələmişdilər. Sonradan Snaqov pravoslav monastrının monarxları mərhumun qalıqlarını yığıb, onu monastırın yaxınlığında dəfn etməklə Allah qarşısında vəzifələrini yerinə yetirmiş oldular.   Drakulanın qəsri-900 yaşlı Bren Rumınıyaya, Transsilvaniyaya gələnlər Qraf Drakulanın "XOŞ GƏLMİSİNİZ MƏNİM ÖLKƏMƏ" sözünü xatırlayıb, dərhal möhtəşəm qəsri görməyə tələsir.Karpat dağları, qədim monastırlar, yamaca qalxan, ilan kimi qıvrılan yollar, sıx meşələr-hər addımda sanki Qraf Drakulanın nəfəsini hiss edirsən. Əslində, Qraf bu qəsrdə doğulmayıb, heç yaşamayıb da. Bren, Qrafın döyüş yürüşləri, ov zamanı gecələdiyi və müvəqqəti olaraq qaldığı strateji bir yer olub.Amma qrafın əsl sarayı türklər tərəfindən dağıdıldığından rumınlar Breni "Drakulanın evi" elan edərək, hər il bura axışan turistlərin sayəsində milyonlarla pul qazanırlar. Hazırda burada orta əsrlər Tarix Muzeyi yerləşir.Zirzəmidəki iki qapının qıfılı isə heç vaxt açılmır.
['sadist', 'manyak-Qraf Drakula']
4,250
https://kayzen.az/blog/HANDSOME/8755/q%C9%99rib%C9%99-t%C9%99sad%C3%BCf.html
Qəribə təsadüf
HANDSOME
Bloq: HANDSOME
13 fevral 2012, 18:26
Heç düşünmüsüz ki, öldüyünüz günü bilseydiniz həyatınız necə dəyişərdi? Hamının ağlına bank yarmaq, kimisə öldürmək və s. gəlir. 2-3 gün əvvələ qədər mən də elə fikirləşirdim.Bir neçə gün bundan əvvəl həmişəki kimi dostlarımdan ayrılıb evə gedirdim. Hava yaxşı, səma açıq olduğundan Dağüstü parkda siqaret çəkmək keçdi könlümdən. Sözün qısası, marketdən bir red-bull alıb, getdim. Ora çatanda artıq gecə 11-12 idi. Elə gec olduğuna görə də demək olar ki, heç kim yox idi. Maşından düşüb ən sevdiyim yerə yaxınlaşdım. Yoldan çox uzaqda olmağıma baxmayaraq yenə də avtomobillərin səsi gəlirdi. Cibimdən siqareti qutusunu çıxardım amma alışqanı tapa bilmədim. Yenə də itirmişəm. Bu anda məndən bir az aralıda 24-25 yaşında bir oğlanın siqaret çəkdiyini gördüm. Yaxınlaşıb soruşdum: – Alışqanı olar? – Səndə də yoxdu?Bu sualdan sonra məndə elə bir təsürrat yarandı ki, bu cavan oğlan alışqanı olmayan 30 nəfərə kömək etmək üçün hər axşam gəlir burda dayanır. Sonra isə davam elədi: – al siqaretdən yandır, məndə də yoxduSiqareti yandıra-yandıra diqqətlə oğlana baxdım. Saçına elə bil heç vaxt daraq dəyməyib, gözlər axır, mimika – hər şeydən narazı, əynində köhnə cins, geyimindəki heç nə ilə uyğun gəlməyən idman ayaqqabıları və havaya görə çox isti olan gödəkcə.Siqaretini qaytarıb çox sağ ol deyib getmək istəyirdim ki, sanki çoxdan tanışıq kimi bir sual verdi: -Sən niyə çəkirsən? -Elə-belə -Həyatda heç nə elə-belə olmur -Bəs sən niyə çəkirsən? -Bilirsən necədi? -Bilsəydim soruşmazdım(dodağının altından gülümsəyərək) Mən özümü biləndən hər şeyə tələsmişəm. Yeriməyə də, dil açmağa da, məktəbə getməyə də, universitetə də, əsgərliyə də. Ümumiyyətlə həyatı yaşamağa (mən artıq getmək istəyirdim, bu söhbətlər mənə maraqlı deyildi). Amma bir gün adi həkim yoxlanışından keçəndə mənə dedilər ki, tələsməli bir şey qalmayıb. Onda başa düşdüm ki, ad günümdəki tortun üstündəki şamları möhkəm üfürmüşəm (gülür). İnanmadım. Mənə elə gəlirdi ki, belə hadisələr ya kiçik büdcəli bolywood kinolarında, ya da 17-18 ci əsr avropa yazıçılarının əsərlərində olur. Heç kimə heç nə demədim daha doğrusu deyə bilmədim. Özün fikirləş də, əsgərlikdən təzə gəlib yeni həyatı duelə çağırmaq istədiyin zaman həkimin bu xəbəri Yaponiyanı Tsunami silkələdiyi kimi səni tutur. Cini bir kənara atıb, Şeytanı axtardığım vaxtlar idi. Bilirsən bunları sənə niyə danışıram? -Yəqin ki, psixoloqa oxşayıram, ona görə -Yox, sadəcə səni tanımıram ona görə. Bu şad xəbəri biləndən heç kimlə bölüşməmişəm -Məni buna layiq bildiyivə görə çox sağ ol – mızıldandım (artıq narkoman olması haqqında fikirlərim güclənirdi) -Bölüşə də bilmərəm. Amma sən məni tanımırsan, mən də səni. Mən gedəndən sonra maksimum fikirləşəssən ki, dəli idi. Yaxınlarıma danışsam ya onlar əzab çəkəcəklər, ya da məni vakkumda saxlayıb, yazıq insan kimi davranacaqlar. Bəziləri isə sevincindən mini-infarkt keçirdəcək. Bilirsən, brat, necədi? Əslində belə olmağı yaxşı oldu. Hamı elə fikirləşir ki, o seçilmiş insandı, pis hadisələr onun başına gələ bilməz. Hamı fərqli olmaq istəyir, elə mən də. Amma indi ən istədiyim şey normal olmaqdı. Hamı kimi gələcək haqqında plan qurmaq, bahalı maşın sürməyi ən böyük problem hesab etmək, eziyyətlə pul qazanıb, mənasız xərcləmək, iPhone – nun yoxsa Blackberry-nin daha yaxşı olması haqqında saatlarla mübahisə eləmək bir sözlə adi insan olmaq istəyirəm. Mən bunları istəyirəm və edirəm də. Çox vaxt isə alınmır, elə indi alınmadığına görə də bura gəlmişəm. (söhbət get-gedə mənə maraqlı olmağa başladı. Bunları danışarkən artıq 2 siqareti bir-birindən yandırıb tullamışdı və ancaq 1 nöqtəyə baxırdı). Ən pisi bilirsən nədi? -Nə? -Yaxınlarıvı həmin gün təsəvvür etmək. İndidən desəm bir problem, mən gedəndən sonra isə başqa. Mən ölüm qorxusunu çoxdan aşmışam amma yaxınlarımın məndən sonrakı əzabları məni hələ də qorxuzur. Ona görə də çox vaxt heç kimin izah verə bilmədiyi hərəkətlər edirəm. Sanki, hamının məndən nifrət etməsini istəyirəm. Çox təəssüf ki, həmişə alınmır, axı insanıq. Bəzi özünü ağıllı sayanlar deyirlər ki, hər günü axırıncı gün kimi yaşamaq lazımdı. Boş şeydi, ancaq axırıncı günü axırıncı gün kimi yaşamaq olar. Hər günü sabaha bir iş planlaşdırmaqla yaşamaq lazımdı. (bu anda telefonuna zəng gəldi.) -Gəlirəm, gəlirəm, narahat olmayın.Mən yavaş-yavaş gedim, sabah bütün normal insanlar kimi işdə olmalıyam. Həm də nigaran qalmasınlar. Axı mən evin tək oğluyam (gülür)sağ ol, səni də yordum. -Xoş idi, ….(adını demək istədim) -Adım Ruslandı -Mənim də Mirağa -Şad oldum.Bu anda arxadan səs gəldi, mən arxaya baxandan sonra döndüm o isə artıq yoxuydu. Yavaş-yavaş maşına tərəf getdim, dayanacaqdakı 2 oğlanın mənə çox qəribə baxdığını gördüm. Mən onların yanından keçəndən sonra birinin-o birindən “dəliyə oxşamır, bu niyə öz-özünə danışırdı?”- deyə soruşduğunu eşitdim. Yerimdə donub, qaldım.
['düşündürücü hekayə']
4,251
https://kayzen.az/blog/HANDSOME/8751/na%C4%9F%C4%B1l-h%C9%99yat%C4%B1.html
Nağıl Həyatı
HANDSOME
Bloq: HANDSOME
13 fevral 2012, 16:13
Anam olsan belə, ay anam, xeyli,Səndən gileyliyəm, səndən gileyli...Sən duymaq, düşünmək öyrətdin mənə,Duyub-düşünməkdən azad olaydım.Danışmaq öyrətdin sən öz körpənəNola, mən anadan lal doğulaydım.Dilini bir ilə öyrəndim... nahaq!..Öz dilim özümə kəsilib yağı.Bütün ömrüm boyu çalışdım, ancaqÖyrənə bilmədim danışmamağı...Başıma bəladır mənim öz dilim,Dənizəm, üzümə durub sahilim.Yerimək öyrətdin tutub əlimdən,Dolaşdım aranı, dolaşdım dağı.Balana yerimək öyrədincə sən,Gərək öyrədəydin yıxılmamağı...Fikirlər yığılır beynimdə qat-qat,Cavablar qorxulu, suallar-yasaq.Həyatı qanana ögeydir həyat,Onu qanmayana doğmadır ancaq.Məni incidirlər bəzən qəsd ilə,Ertəsi hər şeyi unuduram mən.Girəvə düşəndə zalimə beləZülm edib, kam almaq gəlmir əlimdən.Ana, quduzlaşır həyat, ilbəil,Dalayır puç olan ümidlərimi.Niyə isti deyil, mehriban deyilBu amansız həyat qucağın kimi?..Hardasan, ay ana, bir gəl, mən yenəBəlalı başımı qoyum dizinə. Mənə nağıl danış, dayansın anlar,Görüm, nağıldakı o qəhrəmanlarCütbaşlı divləri nə təhər yıxır,Nə təhər gizlənib, tilsimdən çıxır.Bir danış, hardadır, görüm səadət?Bizim yurdumuza o niyə gəlməz?Danış, danış görüm, Məlik MəhəmmədZülmətdən işığa necə çıxdı bəs?Danışma, ay anam, danışma, kiri,Beynimə batmayır bu əfsanələr.Divlər görmüşəm ki, nağıl divləri,Onların yanında toyuğa bənzər.Nadanlar görmüşəm, öz yolundakıDikə eniş deyir, düzə dik deyir.Tülkülər görmüşəm, öz qolundakıDəmir zəncirlərə bilərzik deyir.Atasını söyən, yada baş əyənRəhbərlər görmuşəm, qəddar, amansız.Tikana gül deyən, gülə kol deyənQarılar görmüşəm dinsiz, imansız.Quldurlar görmüşəm, özgə yer deyil,Yurdunu talayıb, asudə yatmış.Tacirlər görmüşəm, simuzər deyil,“Malades” sözünə Vətəni satmış.Dünyanı biləndən, duyandan bəriMənim gözlərimdən düşüb həyat da.Nağılda gördüyüm qorxunc şeyləri,Həyatda görmüşəm, anam, həyatda.   (Bəxtiyar Vahabzadə)  
['şeir']
4,252
https://kayzen.az/blog/gender/5093/q%C9%99dim-t%C3%BCrkl%C9%99rd%C9%99-qad%C4%B1n-h%C3%BCquqlar%C4%B1.html
Qədim türklərdə qadın hüquqları
nilufer
Gender-Cinslərin fəlsəfəsi
13 fevral 2012, 13:23
Qədim türk ictimaiyyətində ailə ən vacib sosial birlik olduğundan ailənin əsasını təşkil edən qadın türk dastanlarında, türk əfsanə-lərində elə bir uca mərtəbəyə qoyulmuşdur ki, qadını belə bir uca varlıq halına gətirən mədəniyyətə heyran olmamaq mümkün deyildir. Qadın kişinin həyat yoldaşı və uşaqlarının anası olmaq kimi çox vacib bir vəzifə ilə öhdələnmişdir. Daha vacibi isə türk millətinin tək bərəkət qaynağı, ona verilən bir sıra haqlara görə xanların, xaqanların, döyüşçülərin önündə hörmət ilə əyildikləri bir şərəf abidəsidir. Türk dastanlarında qadın ilahi bir varlıq səviyyəsinə çatdırılır. Yaradılış dastanında Tanrıya dünyanı və insanları yaratması üçün fikir və ilham verən «Ağ Ana» adında bir qadındır. Oğuz kağanın ilk xanımı qaranlığı yararaq göydən enən mavi bir işıqdan, ikinci xanımı isə mübarək bir ağacdan doğmuş qeyri-adi varlıqlardır. Yakutlarda ağ oğlan ağacın içindən çıxan nurlu bir qadın tərəfindən əmizdirilmişdir. İlk türk abidələrində olan «Bilgə Kağan kitabəsi»ndə xaqan belə söyləyir: - «Sizlər, anam xatun, böyük analarım, bacılarım, xala və bibilərim, şahzadələrim…» Ən qədim türk inancına görə, «Xan və Xaqan» göy ilə yerin övladlarıdır. Qadın burada göyün 7-ci qatındadır. Qadına belə bir müqəddəs varlıq kimi yanaşılan cəmiyyətdə qadının döyülməsi, xor görülməsi mümkün deyil. Və əlbəttə ki, türk mədəniyyətində, türk dastanlarında belə bir vəziyyət gözə dəymir. Türk dastanlarında qadın daim kişinin yanındadır. Onların güc və ilham qaynağıdır. «Dədə Qorqud dastanları»nda «Dəli Domrul» boyunda Domrul canının yerinə can axtararkən, bunu öz qadınından tapmış, qadını ona heç çəkinmədən canını verəcəyini söyləmişdir. Yeni türk kültüründə dastan qəhrəmanları ata minən, yaxşı qılınc vuran, yaxşı döyüşən qadınlarla evlənmək istəyirlər. Necə ki, yenə «Dədə Qorqud»dakı «Bamsı Beyrək» boyunda olan Banu Çiçək buna nümunədir. Qırğızların «Manas» dastanında qadın evin namusunun qurucusudur. Qəhrəmanlar əxlaqa zidd hərəkət etdikləri zaman qadın onlara mane olur. Qazaxlarda qadına verilən dəyər bu atalar sözü ilə ən gözəl şəkildə izah olunmuşdur: «Birinci zənginlik sağlamlıq, ikinci zənginlik qadındır». Bütün türk dastanlarında sarsılmaz bir hörmət, sevgi və sədaqət vardır. Baxt evinə girdiyi gün murad alıb-vermədən tək qalan qadın (gəlin) əri gələnə qədər onu gözləyəcəyinə və üzərinə bir erkək milçək belə qondurmayacağına and içirdi. Qadının müharibədə düşmənin əlinə keçməsi böyük bir zəlalət sayılırdı. Dastanların heç birində şəhvəti xatırladan çirkin hadisələrin olmaması xüsusi vurğulanmasına ehtiyac duyulan vacib bir mövzudur. «Oğuz kağan» dastanında təcavüz edənlərin öldürüldüyü və ya gözlərinə mil çəkildiyi ifadə edilərkən, farsların məşhur dastanı «Şahnamə»də bu cün əxlaqsıqlıqların hekayə edildiyi ortadadır. Nümunə üçün «şahnamə»nin qadın qəhrəmanlarından olan Südabə Səyavuşa aşiqdir və ona çirkin təkliflərdə bulunur: - «Tez ol, gəl. Kimsənin xəbəri olmadan məni bir kərə sevindir. Gəncliyimin günlərini tazələndirib ondan mənə yenidən hədiyyələr ver». Əlbəttə ki, Banu Çiçək ilə burdakı qadın tipini qarşılaşdırmaq olmaz. İranlı tarixçilər belə türk qadınlarının əxlaqi təmizliyini daim mədh etməkdədirlər. İbn Bətutə də elə bu şəkildə öz xatirələrini nəql edir: - «Burada yaman bir hala şahid oldum ki, o da türklərin qadınlara göstərdiyi hörmətdir. Burada qadınların qiyməti və dərəcəsi kişilərinkindən çox üstündür». İslamiyyətdən əvvəl türk cəmiyyətində qadınsız bir iş görülməzdi. Daha əvvəllərdə də qeyd etdiyimiz kimi qadın kişinin kamil edənidir. O, hər zaman kişinin yanındadır. Xanların buyruqları yalnız «Xaqan buyurur ki…» ifadəsi ilə başlamazdısa, qəbul edilməzdi. Xarici dövlət elçilərinin qəbulunda xatun da xaqanla bərabər olurdu. Toy-bayramda qadın xaqanın solunda oturur, siyasi və idarəetmə mövzulardakı görüşlərini bəyan edərdi. Qadınların müharibə məclislərinə də qatıldığı olurdu. Məsələn, böyük Hun imperatorluğu adına Çin ilə sülh müqaviləsini Mete xanın xatunu imzalamışdır. Turk qadını başqa cəmiyyətlərdə olduğu kimi təzyiq altında tutulmur və alçaldılmırdı. Qadının ucalığı Altay dağlarının ən yüksək təpəsinə «Qadın başı» adı verilərək sanki gələcəyə bir mesaj olaraq göndərilmişdir. İslama qədərki türk cəmiyyətlərində qadına belə bir münasibət var ikən, türk olmayan millətlərdə qadının vəziyyəti ürək yandıran bir halda idi. Cahiliyyət dövrü ərəblərində qadının əri yanında dəyəri alınıb-satılan bir maldan fərqsiz idi. Ərəb kişisi adət zamanında qadınla bir yerdə oturmaz, onunla yeyib-içməzdi. Həmin dönəmdə yeni burada qadının miras haqqı yox idi. Halbuki, türk qadını miras haqqına sahib idi. Məsələn, Yakutlarda qadının özünə aid mülkü olardı. Buna «And» və ya «Səmsə» adı verilirdi. Qadının bundan istədiyi kimi istifadə etmək hüququ var idi. Elə bu dönəmlərdə gəlin yenə qadınların başqa cəmiyyətlərdəki vəziyyətlərinə nəzər yetirməyə davam edək. İngilislərdə bəlli bir zamanda qadın murdar bir varlıq sayılırdı. Məsihilər isə qadına şeytan gözü ilə baxarmışlar. Britaniyada qadın murdar bir varlıq sayıldığı üçün «İncil»ə əl vurmazdı. Qadınlar «İncil»i oxumaq haqqına Honde dövründə sahib oldular. 1888-ci ildə Vestminster kilsəsində verilən vəzlərin birində belə söylənilir: «Bundan 100 il əvvələ qədər qadın kişinin süfrəsinə oturma haqqına sahib olmadığı kimi, soruşulmadan sözə cavab verməsi caiz deyildi. Əri başı üzərində bir dəyənək asardı ki, arvadı nə zaman əmrini yerinə yetirməzdisə, ondan istifadə edərdi. Qadının sözü qızlarına keçməzdi. Oğlanları isə analarına ev içində xidmətçidən başqa dəyər verməzdilər. Çində isə boşanma haqqı yalnız kişiyə məxsus idi. Qadının belə bir haqqı yox idi. Halbuki, türk qadını bütün bu haqlara sahib idi. Qadının da boşanma haqqı var idi. Qədim türk qadını Rum qadınından daha artıq haqlara sahib idi. Rum hüququndan qadın öz malına hökm etməzdi. Vəsiyyət eləməzdi. Rumlu qadın Justinin dövrünə qədər tam bir əsir həyatı içində yaşamışdır. Rumda dul qadının evlənməsi günah sayılırdı. Çində yeni doğulmuş uşaq oğlan olsaydı, bahalı qumaşlara, qız isə bez parçalarına sarılardı. Farslarda özlərinə tay tapan qızlar günahkar sayılırdılar. Orada qanları pozmamaq üçün yaxın qohumlarla evlilik məqsədəuyğun görülürdü. Buna görə anaları, qız və bacıları ilə evlənənlər ortaya çıxmışdı. Həmin şəkildə cahiliyyət dövrü ərəblərinin qız uşaqlarını diri-diri basdırmaları acı həqiqətlər idi. Qız uşağına sahib olmaq şərəfsizlik sayılırdı. Türk qızları isə camilərin şərəfli fərdləri idi. Türk millətindən başqa qadınları alçaltmayan, xor görməyən başqa bir millət olmayıb. Türk qadının belə ehtişam içində və hörmət görərək yaşaması türk xarakter və mədəniyyətinin yüksək dəyərini ifadə edir. Mənbə: İqtisadiyyat qəzeti
['türk qadını']
4,253
https://kayzen.az/blog/din/5094/h%C9%99zr%C9%99ti-m%C9%99ry%C9%99m-mariya.html
Həzrəti Məryəm (Mariya)
nilufer
Din və teologiya
13 fevral 2012, 13:02
Qadın ilahiliyinə, anaya, himayədara və köməkçi qüvvəyə sitayişə ehtiyac istənilən mədəniyyət və dinlərdə güclü idi. Qədim Yunanıstanda Demetraya, Kiçik  Asiyada – Kibelaya, Qədim Misirdə – İridaya sitayiş edirdilər. Amma ilk dəfə  xristian dinində Məryəm Anada real insan başlanğıcı – qadınlıq və analıq, yəni ilahi  varlıq kimi başa düşülən xüsusiyyətlər cəmləşmişdi. Qadının vəzifəsinə cəmiyyət  tərəfindən ilk dəfə ən ali məqsədlərə qulluq, İllahiyyata birləşdirilmə kimi qəbul  olunmuşdu. Yeni insanın dünyaya gəlişi əsasında Ananın durduğu sirr kimi qəbul  olunurdu. Qüsursuz mayalanma dərin məna daşıyırdı – qadının analıq missiyası  İlahinin iştirakı vasitəsilə, kobud maddi qüvvələrin köməyi olmadan həyata  keçirilir.Hamıya məlumdur ki, adi insan – kişi onun nəslini davam etdirəcək Ana axtardığı kimi, Allah da İsanın anasını axtarırdı. Kanonik Yevangelilərdə Məryəmin siması müəlliflərin təfəkkürünü çox da narahat etmirdi, amma  «Məryəmin doğulması haqqında İakovun hekayəti»ndə baş qəhrəman – qadın lap  əvvəldən Allahın sevimlisi qismində çıxış edir. Ata üçün nəinki Məryəmin  müqəddəsliyi, həmçinin onun nəslinin, ailəsinin üstünlükləri və hətta onun milli  mənsubiyyəti də vacib idi. Əvvəl Allah «israil xalqını» öz möhürü ilə qeyd etmiş, sonra isə onda David budağını ayıraraq, bu ağacın cənnət nübarını – Onun İlahi Oğlu üçün layiqli qadını yetirməsinə qədər çox gözləmişdi.Müqəddəs Qadına uyğun olaraq, Məryəm Adı qida ilə deyil, mələklərin ona gətirdiyi «səmavi» yeməklərlə, bir sözlə, ilahi körpəni dünyaya gətirmək üçün qadına lazım olan «vitaminlərlə» qidalanırdı.Məryəmin öz taleyini mülayim və itaətkarcasına qəbul etməsi onun dini  inanclardakı təsvirinin əsas leytmotivi olmuş, xanımlıq və analıq isə  Qərb Mədəniyyətində Məryəmin səbrliliyi və itaətkarlığı ilə assosiyasiya edilir.Məryəmin bütün sonrakı həyatı İsaya xidmət etməkdən ibarət idi, çünki, bu müqəddəs yolda  Məryəm özündə bütün təmiz qadın cəhətlərini – analıq, bacılıq, yoldaşlıq xüsusiyyətlərini birləşdirmişdi. Hətta Filipin apokrifik Yevangelisində xüsusi qeyd  olunur ki, İsanın anasının, bacısının və Mariya Maqdalenanın eyni ad daşıması əbəs yerə deyil. Əlbəttə, Məryəm Allah tərəfindən seçilmiş varlıq idi, amma onun seçilmiş bəndə olması heç də  yer həyatının asan keçəcəyi və ya Allahın ona bəxşişinin müdriklik qismətində olacağı demək deyildi. Çox şeyi başa düşmək üçün Məryəm  əzab çəkməli idi, Allahın ona vurduğu möhür isə bu əzabların itiliyində hiss  olunurdu.Məryəmin ilahiləşdirilməsi heç də həmin vaxt xristian kilsəsi tərəfindən qəbul olunmamışdı. Yevangelilərin üçündə İsanın Anasının adı çarmıxa çəkilən  vaxt orada olanların adları arasında yox idi. Yalnız İohannın Yevangelisində  Məryəm xaçın yanında təsvir olunur və Oğul onu öz sevimli tələbəsinə həvalə edir. Apostolların  Yazılarında Məryəm İsanın edamından sonra onun qardaşları və  tələbələri ilə birlikdə dua edən yerdə göstərilir. Hələ IV əsrdə ruhanilərin ayrı-ayrı  qrupları arasında Məryəmə sitayişə necə yanaşmaq haqqında ciddi mübarizə  gedirdi.Yalnız IV əsrin axırlarında anonim müəllifin «Məryəmin öldüyü gün» əsəri  yaranır. Bu əsərdə İsanın anasının həyatının son illəri,  onun vəfatı və göylərə qalxması haqqında söhbət açılır.IV-V  əsrlərdə Məryəmə sitayiş təsdiq olunur. Onu «Allahın anası» və  «İsanın anası» adlandırır, onun şərəfinə bayramlar keçirilir, iztirab çəkən insanlar üçünsə onun siması bu dünyanın qəddarlıqları və anlaşılmazlıqları arasında yeganə  ümid yerinə çevrilir.Mənbə: İqtisadiyyat qəzeti
['Məryəm ana']
4,254
https://kayzen.az/blog/HANDSOME/8750/ki%C3%A7ik-q%C4%B1zdan-b%C3%B6y%C3%BCk-d%C9%99rs.html
Kiçik qızdan böyük dərs...
HANDSOME
Bloq: HANDSOME
13 fevral 2012, 12:24
Kiçik bir qız müəllimi ilə balinalar haqqında danışırdı. Müəllim bir balinanın insanı udmasının fiziki olaraq qeyri-mümkün olduğunu söylədi, çünki balinaların boğazı çox kiçikdir. Kiçik qız «Yunus peyğəmbəri» bir balinanın udduğunu söylədi, əsəbiləşən müəllim balinanın insanı uda bilməyəcəyini təkrarladı, bu qeyri-mümkün idi. Kiçik qız belə dedi:«Cənnətə getdiyim zaman Hz. Yunus peygemberden soruşacağam.» Müəllim «Ya Hz. Yunus cəhənnəmə getdisə?» deyə cavabladı. Kiçik qız " O zaman siz soruşmali olacaqsiz" dedi
['Maraqlı hekayə']
4,255
https://kayzen.az/blog/HANDSOME/8749/h%C9%99r-%C5%9Feyi-bil%C9%99n-allahdir.html
Hər şeyi bilən ALLAHDİR!!!
HANDSOME
Bloq: HANDSOME
13 fevral 2012, 12:17
Gozel bir hekaye oxuyub netice cixartmag isteyirsense buyur oxu!Atam mənə bir hekayə izah etdi; dedi ki: Göndərilən peyğəmbərlərdən biri bir yuxu görər; yuxusunda özünə belə deyilir: -"Səhər olunca , qarşına ilk çıxanı ye. İkinci çıxanı saxla Üçüncü çıxanın diləyini qəbul et dördüncü gələni üzmə. Beşincidən də qaç." Səhər oldu; çölə çıxdı. Yola qoyulub getdi. Qarşısına bir dağ çıxdı. Bu böyük dağı görüncə çaşdı. Öz-özünə belə dedi: -Rəbbim mənə bunu yeməmi əmr etdi. Sonra , belə dedi: -Rəbbim mənə gücümün çatmayacağı bir şeyi əmr etməz. Onu yeməyə qərar verdi. Dağa doğru getdi. Yaxınlaşdıqca dağ kiçildi. Tam yaxınlaşdığı zaman böyük dağ bir loxmaya çevrilmişdi. Onu tutub yeddi, Baldan şirin tapdı. Allaha həmd etdikdən sonra yoluna davam etdi. Qarşısına altından bir ləyən çıxdı. Belə dedi: -Rəbbim , bunu da saxlamamı əmr etdi. Bir çuxur qazdı. onu basdırdı. Getdi, az getdikdən sonra dönüb baxdı. Ləyən torpaq yüzünə çıxmışdı. Geri döndü, təkrar basdırdı Bir az getdi; baxdı ki, yenə çıxmış bir daha basdırdı, yenə torpaq üstünə çıxdı. Öz-özünə: -Mən əmr ediləni etdim, deyərək buraxıb getdi. Qarşısına bir quş çıxdı. Arxasından bir şahin onu qovurdu. Quş ona belə dedi: -Ey Allahın peyğəmbəri, məni saxla. Mənə kömək et.Onu götürdü. Qoyununa saxladı. Arxasından şahin gəldi; belə dedi: -Ey Allahın peyğəmbəri, mən acam. Səhərdən bəri də bu quşun arxasındayam. Onu tutmaq istəyirəm. Qismətimə mane olma. Öz-özünə belə dedi: -Üçüncünün diləyini etməm əmri verildi. Etdim. Dördüncünü üzməməm əmr edildi. İndi nə edəcəyəm. Bu işə çaşdı. Sonra bıçaq götürdü; öz uyluğundan bir parça ət kəsdi. Şahinə atdı; o da qapıb qaçdı. Daha sonra quşu saldı. Bundan sonra, yoluna davam etdi. İylənmiş bir leş gördü. Onu da buraxıb qaçdı. Axşam olunca bu duanı etdi: -Ya Rəbbi, əmrini yerinə yetirdim. Bu işlərin mənası nə isə mənə bildir. Daha sonra, yuxusunda belə izah edildi. -Birinci görüb yediyin hirsdir. Əvvəl böyük bir dağ kimi görünər; səbirlə hirs udulsa, baldan şirin olar. İkincisi yaxşı əməlindir. Nə qədər saxlasan saxla; yenə meydana çıxar. Üçüncüsü, sənə buraxılan bir əmanətdir, ona xəyanət etmə. Dördüncüsü budur: Bir insanin sənə bir diləyi çatsa, onu yerinə yetir; istəsə sənə lazım olan bir şey olsun. Beşincisi qeybətdir. İnsanların qeybətini edənlərdən qaç. Şübhəsiz hər şeyi bilən Allahdır.
['düşündürücü hekayə']
4,256
https://kayzen.az/blog/HANDSOME/8748/iki-g%C9%99zgin-m%C9%99l%C9%99yin-hekay%C9%99si.html
İki gəzgin mələyin hekayəsi
HANDSOME
Bloq: HANDSOME
13 fevral 2012, 12:07
İki Səyyah Mələk, gecəni keçirmək üçün olduqca varlıqlı bir ailənin evinin qapısını döymüşlər. Ailə, çox kobud bir üslubla, mələklərə yatacaq yer/yeyər olaraq böyük/ər malikanənin qonaq otaqlarından birini vermək yerinə, soyuq bodrumundakı kiçik bir küncü göstərmiş. Mələklər buz kimi otağının soyuq və sərt zəminində özlərinə yatacaq bir yer hazırlamağa çalışarkən, Yaşlı Mələk divarda bir dəlik görmüş və  qalxıb dəliyi təmir etməyə girişmiş. Gənc Mələk, Yaşlı Mələyə bu hərəkətinin səbəbini soruşduqda, Yaşlı Mələk yüngülcə gülümsəmiş: - Hər şey, hər vaxt, göründüyü kimi deyil... Səhər malikanədən ayrılan mələklər, gecə basdırınca bir dəfə daha qalacaq yer tapmaq ümidiylə, bu dəfə çox kasıb bir cütçü ailəsinin qapısını döymüşlər. Son dərəcə qonaqpərvər olan kasıb ər arvad, süfrələrində nə var nə yoxsa mələklərlə paylaşdıqdan sonra, onlara rahatca yatmaları üçün öz yataqlarını verərək yanlarından ayrılmışlar. Səhər günəş doğulduğunda, mələklər yazıq ər arvadı gözyaşları içində tapmışlar. Yeganə dolanışıq qaynaqları olan tək inək tarlalarının ortasında cansız yatmaqdaymış. Gənc Mələk bu səfər yaxşıca hirslənərək Yaşlı Mələyə üsyan etmiş: - Bunun olmasına necə icazə verə bildin ?! O varlıqlı kobud adamın hər şeyi vardı amma sən qalxdın ona yenə də kömək etdin. Bu yaxşı ürəkli kasıb ailənin isə o tək inəkdən başqa heç bir şeyləri yox idi; buna baxmayaraq onu belə paylaşmağa könüllü oldular. Amma sən o inəyi də itirmələrinə icazə verdin!? Bunun üzərinə Yaşlı Mələk, Gənc Mələyə dönərək bu cavabı vermiş: - Hər şey, hər vaxt, göründüyü kimi deyil. O zəngin malikanənin bodrumunda kaldıgımız gecə, divardakı dəliyin dibində külçə külçə qızıl gizli olduğunu fərqinə vardım. Malikanənin sahibi bu qədər acgöz olduğu üçün və özünə verilmiş şans sayəsində əldə etdiyi zənginliyin bir parçasını belə paylaşmağa yanaşmadığı üçün, mən də o dəliyi elə bir bağlayıb möhürlədim ki artıq axtarıb tapsa da aça bilməz. Və davam etmiş: - Sonra, dünən gecə biz cütçü ailəsinin yatağında yatarkən, Ölüm Mələyinin o cütçünün arvadını al/götürməyə gəldiyini gördüm. Mən də onun yerinə Ölüm Mələyinə inəyi verdim. Yaşlı Mələk, gülümsəyərək bir dəfə daha əlavə etmiş: Hər şey, hər vaxt, göründüyü kimi deyil… Bəzən, işlər istədiyimiz kimi nəticələnmədiyində, əslində bizim də başımıza gələn tam da budur işdə. Əgər inanırsınızsa, etməniz lazım olan şey yalnız, hər nəticənin hər vaxt sizin lehinizə olduğuna güvənməkdir. Bunun belə olduğunu, ancaq müəyyən bir zaman sonra öyrənə biləcək olsanız belə… Bəzi insanlar, Həyatımıza girərlər Və tez çıxarlar.. Bəziləri isə, Dostumuz olar Və bir müddət orada qalarlar.. Ürəklərimizdə O gözəl ayaq izlərini buraxaraq.. Və bu, Yaxşı bir dost qazandığımız üçün, Bir daha əsla Köhnəsi kimi olmayacağıq deməkdir! Dünən, tarix oldu. Sabah, bir sirrdir. Bu gün isə bir hədiyyə. Məncə bu çox xüsusi bir şey ..... hər anı doyana yaşayın və dadını çıxarmağa baxın ... Həyat, bir kostyumlu sınaq deyil!
['Maraqlı hekayə']
4,257
https://kayzen.az/blog/u%C4%9Fur/8747/%C3%BCmidiniz%C9%99-%C5%9Fans-verin.html
Ümidinizə Şans verin
MaksiMuS
uğur psixologiyası
12 fevral 2012, 23:28
Fars padişahının əmriylə  iki adam ölüm hökmünə məhkum edilir. Padişahın atını çox sevdiyini bilən məhkumlardan biri həyatını bağışlaması müqabilində bir il içində ata uçmağı öyrədə biləcəyini təklif edir. Özünü dünyadakı tək uçan ata minərkən xəyal edən Padişah bu təklifi qəbul edir..Digər məhkum  isə bərəlmiş gözlərlə yoldaşına baxaraq «Atların uçmadığını məndən yaxşı bilirsən. Belə qəribə, gic fikir hardan ağlına gəldi? Sən sadəcə qaçınılmaz olan ölümünü bir az gecikdirirsən „  Birinci məhkum “ Xeyr, Mən özümə dörd azadlıq şansı verirəm. Birincisi: Padişah bu il ölə bilər. İkincisi: Mən ölə bilərəm.   Üçüncüsü: At ölə bilər . Dördüncüsü… „Bəlkə ata uçmağı öyrədə bildim! “ Ümidlərimizin heçvaxt tükənməməsi diləyi ilə Sağolun...
['ibrətli hekayə', 'ümid']
4,258
https://kayzen.az/blog/fotosessiya/8746/%C3%A7antalar-f%C9%99rqli-dizaynda.html
Çantalar fərqli dizaynda
_BUMERANQ_
Fotosessiya
12 fevral 2012, 22:50
   
['Çantalar', 'qeyri-adi çantalar', 'maraqlı şəkillər']
4,259
https://kayzen.az/blog/fotosessiya/8745/%C9%99n-g%C3%B6z%C9%99l-pul-%C9%99skinaslar%C4%B1.html
Ən gözəl pul əskinasları
DiplomatkA
Fotosessiya
12 fevral 2012, 22:24
"Pul incəsənəti" ("The Art of Money") kitabının müəllifi olan Devid Stendiş (David Standish) dünyanın 10 ən gözəl pul əskinasının reytinqini tərtib etmişdir. 1. Fransız Polineziyası - 10 000 fransız frankı 2. Maldiv adaları - 50 000 maldiv rupisi 3. San-Tome və Pinsipi – 50 000 dobra 4. İsveçrə – 100 frank 5. Komor adaları – frank 6. Yeni Zellandiya – 5 Yeni Zelland dolları 7. Kuk adaları – 3 Kuk dolları 8. Honq-Konq – 10 Honq-Konq dolları 9. İslandiya – 5000 İslandiya kronu 10. Farer adaları – 500 kron  
['pullar']
4,260
https://kayzen.az/blog/maraqli-faktlar/8743/fobiya-n%C3%B6vl%C9%99ri-2.html
Fobiya növləri-2
Niyaz
Maraqlı faktlar
12 fevral 2012, 17:53
Xəstəliklərdən qorxma ♦Ümümi xəstəliklər — Patofobiya (Pathophobia)♦Müəyyən olunmuş xəstəliklər —Monopatofobiya (Monopathophobia)♦Angina —Anginofobiya (Anginophobia)♦Yaddaş itgisi —Amnezifobiya (Amnesiphobia)♦Korluq—Skotomafobiya (Scotomaphobia)♦Beyin xəstəlikləri — Meningitofobiya (Meningitophobia)♦Xərçəng — Kançerofobiya (Cancerophobia)♦İnfarkt —Kardiofobiya (Cardiophobia)♦Vəba —Xorofobiya (Chorophobia)♦Gəbəlik — Koprastazofobiya (Coprastasophobia)♦İnfeksiya — Molizmofobiya (Molysmophobia)♦Diabet —Diabetofobiya (Diabetophobia)♦Quduzluq — Kinofobiya (Cynophobia)♦Qrip— Febrifobiya (Febriphobia)♦Yaralanma — Tripanofobiya (Trypanophobia)♦Travma— Travmatofobiya (Traumatophobia)♦Dəlilik — Dementofobiya (Dementophobia)♦Dəri qaşınması (gicişməsi) — Akarofobiya (Acarophobia)♦Cüzam— Leprofobiya (Leprophobia)♦Yara tikişi — Ftiriofobiya (Phthiriophobia)♦Zökəm—Epistaksiyofobiya (Epistaxiophobia)♦Fobiya — Fobiofobiya (Phobophobia)♦Zəhərlənmə —Toksikofobiya (Toxicophobia)♦Poliomiyelit (yoluxucu uşaq iflici)— Poliozofobiya (Poliosophobia)♦Babasil —Proktofobiya (Proctophobia)♦Şok — Qormefobiya (Hormephobia)♦Cinsi pozğunluq — Parafobiya (Paraphobia)♦Dəri xəstəlikləri — Dermatoziofobiya (Dermatosiophobia)♦Sifilis (yoluxucu zöhrəvi xəstəlik) — Luifobiya (Luiphobia)♦Vərəm —Ftiziofobiya (Phthisiophobia)♦Peyvənd— Vaksinofobiya (Vaccinophobia)♦Zöhrəvi xəstəliklər— Kipridofobiya (Cypndophobia) Heyvanlardan qorxma ♦Heyvanlar — Zoofobiya (Zoophobia)♦Heyvanların xəzi və dərisi — Dorafobiya (Doraphobia)♦Vəhşi heyvanlar — Aqrizoofobiya (Agrizoophobia)♦Qarışqalar — Mirmekofobiya (Myrmecophobia)♦Arılar — Apifobiya (Apiphobia)♦Quşlar— Ornitofobiya (Ornithophobia)♦Öküzlər— Taurofobiya (Taurophobia)♦Atlar— Hippofobiya (Hippophobia)♦Pişiklər —Aklyurofobiya (Aclurophobia)♦Toyuqlar— Alektorofobiya (Alektorophobia)♦İtlər— Kinofobiya (Cynophobia)♦Siçanlar— Muzofobiya (Musophobia)♦Krısalar — Zemmifobiya (Zemmiphobia)♦Susamuru— Lyutrafobiya (Lutraphobia)♦Balıqlar— İxtiofobiya (Ichthyophobia)♦Akulalar — Selaxofobiya (Selachophobia)♦Molyusklar — Ostrakonofobiya (Ostraconophobia)♦Qurbağalar — Batraxofobiya (Batrachophobia)♦Quru qurbağası— Bufonofobiya (Bufonophobia)♦Bakteriya və mikroblar —Verminofobiya (Verminophobia)♦Həşəratlar —Akarofobiya (Acarophobia)♦Моли — Mottefobiya (Mottephobia)♦Parazitlər — Parazitofobiya (Parasitophobia)♦Sürünən heyvanlar (Reptiliyalar) —Herpetofobiya (Herpetophobia)♦İlanlar — Ofidiofobiya (Ophidiophobia)♦Hörümçəklər —Araxnefobiya (Arachnephobia)♦Qurd —Skoletsiofobiya (Scoleciphobia) Predmetlərdən qorxma ♦Assimetrik əşyalar — Assimetriofobiya (Asymmetriphobia)♦Balaca əşyalar — Mikrofobiya (Microphobia)♦Böyük əşyalar — Meqalofobiya (Megalophobia)♦Müqəddəs əşyalar —Aqiofobiya (Hagiophobia)♦Avtomobillər —Motorofobiya (Motorophobia)♦Velosipedlər—Tsiklofobiya (Cyclophobia)♦Kitablar — Bibliofobiya (Bibliophobia)♦Saatlar —Xronometrofobiya (Chronometrophobia)♦Kompyuterlər — Kiberfobiya (Cyberphobia)♦Xaç və çarmıxa çəkilmiş əşyalar —Staurofobiya (Staurophobia)♦Xrustal və şüşələr — Kristallofobiya (Crystallophobia)♦Kuklalar — Pediofobiya (Pediophobia)♦Yeni dərmanlar — Neofarmofobiya (Neopharmaphobia)♦Parça—Tekstofobiya (Textophobia)♦Quş lələyi —Pteronofobiya (Pteronophobia)♦Fleyta (nəfəsli musiqi aləti) — Aulofobiya (Aulophobia)♦Maşınlar — Mexanofobiya (Mechanophobia)♦Güzgü — Katoptrofobiya (Catoptrophobia)♦Pul —Xrometofobiya (Chrometophobia)♦İynə və ucu iti əşyalar — Ayxmofobiya (Aichmophobia)♦Güllə—Ballistofobiya (Ballistophobia)♦Odlu silah — Qoplofobiya (Hoplophobia)♦Nüvə silahı — Nukleomitufobiya (Nucleomituphobia)♦Kağızlar — Papirofobiya (Papyrophobia)♦Sancaq — Enetofobiya (Enetophobia)♦Ülgüc — Ksirofobiya (Xyrophobia)♦Telefonlar—Telefonofobiya (Telephonophobia) İnsanlardan qorxma ♦Ümumi insanlardan —Antropofobiya (Anthropophobia)♦İctimaiyyətdən — Sosiofobiya (Sociophobia)♦Dazlardan— Peladofobiya (Peladophobia)♦Saqqallılardan —Poqonofobiya (Pogonophobia)♦Gözəl qadınlardan — Kaliqinefobiya (Caligynephobia)♦Eybəcər (çirkin)-dən —Teratofobiya (Teratophobia) ♦Güzgüdəki öz əksindən —Eysoptrofobiya (Eisoptrophobia)♦Yoxsul və dilənçilərdən — Qobofobiya (Hobophobia)♦Oğrulardan —Sçelerofobiya (Scelerophobia)♦Uşaqlardan —Pedofobiya (Pedophobia)♦Günahsız qızlardan — Partenofobiya (Parthenophobia)♦Çinlilərdən —Sinofobiya (Sinophobia)♦Klounlardan — Koulrofobiya (Coulrophobia)♦Diş həkimindən —Dentofobiya (Dentophobia)♦Əcnəbilərdən — Ksenofobiya (Xenophobia)♦İngilislərdən — Anqlofobiya (Anglophobia)♦Fransızlardan— Frankofobiya (Francophobia)♦Almanlardan — Tevtofobiya (Teutophobia)♦Yunanlardan— Heliofobiya (Heliophobia)♦Homoseksuallardan — Homofobiya (Homophobia)♦Kişilərdən—Androfobiya (Androphobia)♦Yaponlardan — Yaponofobiya (Japanophobia)♦Yəhudilərdən — İudofobiya (Judeophobia)♦Qaynana (arvadın anası və   kişinin anası)— Penterafobiya (Pentheraphobia)♦Qocalardan —Qerontofobiya (Gerontophobia)♦Roma papasından — Papafobiya (Papaphobia)♦Siyasətçilərdən — Politikofobiya (Politicophobia)♦Keşişlərdən— Hierofobiya (Hierophobia)♦Fahişələrdən — Kipridofobiya (Cypridophobia)♦Qarətçilərdən — Harpaksofobiya (Harpaxophobia)♦Ruslardan— Rusofobiya (Russophobia)♦Qohumlardan—Sinqenezofobiya (Syngenesophobia)♦Qadınlardan — Qinofobiya (Gynophobia)♦Yeniyetmələrdən — Efebifobiya (Ephebiphobia)♦Qarşı cinsin nümayəndəsindən — Heterofobiya (Heterophobia)♦Cadugər və tilsimçilərdən — Vikkafobiya (Wiccaphobia)
['maraqlı faktlar', 'fobiya', 'qorxu', 'fobiyalar']
4,261
https://kayzen.az/blog/poeziya/8742/t%C9%99kc%C9%99-h%C9%99v%C9%99sim-yoxdu-%7C-ramiz-r%C3%B6v%C5%9F%C9%99n.html
Təkcə həvəsim yoxdu | Ramiz Rövşən
_BUMERANQ_
Poeziya
12 fevral 2012, 17:21
Qanadım var, göyüm varQuşam qəfəsim yoxdu.Uçmağa hər şeyim var,Təkcə həvəsim yoxdu.Yol getməyə yolum var,Qulluğum var, qulum var,Xərcləməyə pulum var, Təkcə həvəsim yoxdu.Nə dərd var, nə əzab var,Nə hirs var, nə qəzəb var,Ölməyə yüz səbəb var,Təkcə həvəsim yoxdu...Ramiz Rövşən
['şeirlər', 'Ramiz Rövşən']
4,262
https://kayzen.az/blog/poeziya/8740/yad-olan-qollarda-%C3%BC%C5%9F%C3%BCy%C9%99c%C9%99yik-%7C-r%C9%99%C5%9Fad-k%C9%99s%C9%99m%C9%99nli.html
Yad olan qollarda üşüyəcəyik | Rəşad Kəsəmənli
Fianda
Poeziya
12 fevral 2012, 14:28
Ayırır bizləri hər keçən zaman,Ayrı yuvalarda dərd çəkəcəyik.Üzümüzü göz yaşı isitdiyi an,Yad olan qollarda üşüyəcəyik.Gülən gözlərimiz yaş gətirəcək,Titrək əlimizlə gizləyəcəyik.Gələn hər bir sevgi qış gətirəcək,Yad olan qollarda üşüyəcəyik.Küsülü də olduq, hicran dadmadıq,Neçə payız gördük, yenə solmadıq. Soyuq gecələrdə qaldıq, donmadıq,Yad olan qollarda üşüyəcəyik.İkimiz bir şamıq, sapı sevgimiz,Möhkəm də sarılsaq, əriyəcəyik.Nə qədər isti də olsa evimiz,Yad olan qollarda üşüyəcəyik.Oyuncağı alınmış bir uşaq kimi,Özgəylə görərsək, kövrələcəyik.Ünvanı səhv düşmüş çiçəklər kimi,Yad olan qollarda üşüyəcəyik.
['şer', 'Rəşad Kəsəmənli']
4,263
https://kayzen.az/blog/romantika/8739/s%C9%99nsiz.html
Sənsiz...
Fianda
Romantika və düşüncələr
12 fevral 2012, 14:11
Sənsizliyimə baxdım... Heç yanımda olmadın, amma səni yanımda duya bildim. Səni heç görmədim, lakin, hər istədiyimdə gözlərimi yummaq kifayət edir ki, səni qarşımda görüm. Sənsizliyimə baxdım... Sənsiz göründüm, amma heç sənsiz olmadım, hər an xəyallarımda yaşadın. Bunları düşünərək, sənsiz olmadığıma inanmaq istədim, amma... sənsizəm axı... Hər səhər oyandığımda ilk düşündüyüm sənsən. Gecələr də hər zaman səni düşünərək yuxuya gedirəm. Hər an ağlımda sən olduğun üçün oyanır oyanmaz qaldığı yerdən davam edər düşüncələrim. Sən ürəyimdə yaşadığım ən xoş hissən. Sən xəyallarımın ən sevimli sakinisən. Sən sanki, ruhuma hopmuş kimisən, sənsiz olsam belə, səni yanımda hiss edirəm. Səni nə qədər çox sevdiyimi bir bilsəydin... "Hər şey keçər" deyirlər, amma sənsizliyim heç keçmədi ki... Nə olar, gəlsən yanıma, gözlərimə baxsan, ürəyimi, sevgimi duysan. Nə olar, gəl artıq. Məni sənsizlikdən qurtar, oyat bu həsrət yuxusundan məni. Mənə sevdiyini gözlərimə baxaraq, söylə. Gəl artıq sevgilim... Sənsiz çoox darıxıram...
['Sevgi', 'sənsizlik']
4,264
https://kayzen.az/blog/qadin/8738/az%C9%99rbaycan-q%C4%B1zlar%C4%B1-niy%C9%99-he%C3%A7-vaxt-g%C3%BCl%C3%BCms%C9%99mir.html
Azərbaycan qızları niyə heç vaxt gülümsəmir?
Bakılı
Qadın
12 fevral 2012, 13:59
Bir dəfə idman zalına gedirdim. Yolda radio dinləyirəm, gözümdə gün eynəyi, pəncərənin arxasında güməş... Yerli rəfiqəm zarafatla mənə minnət etdi ki, o, mənim maşınıma yol vermək üçün maşınını saxlayıb. Mən isə, onun dili ilə desəm, öz "rus üslubumla,heç gülümsəmədim də və ona əl də sallamadım". Buna nə deyə bilərdim ki? Mən rus deyiləm və Bakıda soyuq qış olmur? Hamıya izah etmək məni necə də bezdirib! Lakin bu, məni düşünməyə vadar etdi. Bilirəm o nəyi nəzərdə tuturdu. Mən özüm həmişə keçmiş "sovetdən" "bizimkiləri" qaşqabaqlı, ciddi sifətlərindən tanıyıram. Bütün Sovet Ittifaqının əvəzinə bəraət qazana bilmərəm. Amma mənim Azərbaycan qızlarının niyə belə olduğu ilə bağlı izahım var. Mən əvvəl heç cürə başa düşə bilmirdim ki, Ingiltərədə cəmi 2 il yaşadıqdan sonra Bakıya qayıdım, taksi sürücüləri dərhal məni xariciyə bənzətsinlər (Ironiyaya bax ha: burada da xarici, orada da xarici!). Nəhayət, başa düşdüm ki, məsələ geyimdə və ayaqqabıda deyil. Məsələ üzün ifadəsindədir. Qərb qadınları daim gülümsəyirlər! Bu, təmkinli və qıcıqlı təbəssüm ola bilər. Məsələn, - "Nə döyərdim səni burdaca!" təbəssüm və ya "Məni necə də bezdirdiniz", amma yenə də təbəssüm. Mağazada arabalar toqquşdu - bir-birilərinə təbəssüm etdilər. Taksi sürücüsünə, ofisianta və mağazada satıcıya gülümsədilər. Hər yerdə və hamıya gülümsəmək olar. Yanından qaçan idmançılara və həmişə küçələrdə çapan və maşınla keçməyə mane olan at üstündəki gənc qızlara: gülümsə və əl salla! Burada həyat qaydaları belədir. Lakin bu adət məndə dərhal əmələ gəlmədi. Bakıda qadınlar tanımadıqları insanlara gülümsəmirlər. Əgər psixiatriya xəstəxanasından qaçmayıblarsa və ya gecələr küçələrdə fənərlərə söykənib durmurlarsa... Əgər azərbaycanlısansa və tanış olmayanlara gülümsəyirsənsə, onda, çox güman ki, yüngül qızsan və deməli, sənə söz atmalarına layiqsən. Əgər özünə qarşı hörmət istəyirsənsə, nə badə sürücü və ya ofisianta, xüsusən də bazarda satıcıya gülümsəyəsən. Özünü nə qədər kobud və soyuq aparsan ətrafdakı kişilərdən bir o qədər çox hörmət və heyranlıq gözləmək olar (əgər çirkin deyilsənsə). Və bütün bunları yerli tanışlarıma izah etmək istəyitəm: biz xam deyilik, doğru sözümdür. Bu, sadəcə olaraq, illərlə yığılmış özünümüdafiə instinktidir. Biz gülümsəmirik ki, hər küçədə bizə söz atmasınlar! Lakin mənə elə gəlir ki, hər şey daim dəyişir. Və mən Bakıda toydan şəkillər gördüm ki, burada gəlin gülümsəyirdi, tamamilə xoşbəxt idi və hətta rəqs edirdi! Sözardı: Siz yəqin ki, çəkdiyim şəkillərə baxırsınız və düşünürsünüz: Burda nə çəkmisən? Bu oğlanlar 100% mavidirlər! Tutaq ki, mənim şəklim o qədər də yaxşı alınmayıb. Mən Azərbaycan oğlanının qəribəliyini çatdırmağa çalışmışam. Oğlan yanından keçən qızlara o qədər aludə olub ki, onların ardınca fit çalmaq üçün yoldaşının boynundan asılıb. Amma eyni zamanda, düzünü desəm, azəri oğlanlar çox vaxt bir-biriləri ilə sıx əlaqəyə girirlər. Məsələn, Bakı küçəsinə təxminən 20 yaşlarında gənc oğlanlar gedir və bir-birilərindən tutublar. Xaricilər, yəqin ki, mavi cütlüyün gəzintiyə çıxdığını düşünərlər. Hətta, yəqin ki, düşünürlər: "Sağ ol səni, Azərbaycanda necə də azad əqidə var"! Lakin təkcə biz bilirik ki, bu uşaqlar, çox güman ki, mavi deyillər. Sadəcə olaraq, hansısa qəribə adət üzrə bizim oğlanlar görüşərkən öpüşürlər və qucaqlaşırlar və əl-ələ də gəzə bilərlər. Və bu, heç də nə isə anlama gəlmir! Odur ki, əlbəttə, üzr istəyirəm, amma mənim çəkdiyim şəkil əslində kifayət qədər səliqəlidir.Mənbə: Contact jurnalı
['azərbaycanlılar', 'Azərbaycan qadını', 'azərbaycanlı qızlar']
4,265
https://kayzen.az/blog/law/7839/milli-m%C9%99clisin-f%C9%99aliyy%C9%99ti.html
Milli Məclisin fəaliyyəti
Ferro
Hüquq və qanunvericilik
12 fevral 2012, 11:40
Azərbaycan Respublikası Konstitusiyasının 7 və 81-ci maddələrinə görə Azərbaycan Respublikasında qanunvericilik hakimiyyəti Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir. Milli Məclis 125 deputatdan ibarət tərkibdə fəaliyyət göstərir. Milli Məclisin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Daxili nizamnaməyə görə Milli Məclis öz fəaliyyətində aşağıdakı prinsipləri üstün tutur: aşkarlıq; siyasi plüralizm, çoxpartiyalılıq; məsələlərin sərbəst müzakirə və müstəqil həll olunması. Milli  Məclisin iclaslarının məcmusu Milli Məclisin sessiyaları adlanır. Milli Məclis hər il iki növbəti sessiyaya yığılır: 1) yaz sessiyası - martın 1-dən mayın 31-dək davam edir; 2) payız sessiyası - sentyabrın 30-dan dekabrın 30-dək davam edir. Növbədənkənar sessiyaları isə Milli Məclisin sədri Azərbaycan Respublikası Prezidentinin və ya Milli Məclisin 42 deputatının tələbi əsasında çağırır. Əgər bu sessiyalar deputatların tətil dövründə cağırılarsa, bu zaman tətil dayandırılır və deputatlar məzuniyyətdən geri çağırılır. Növbəti və növbədənkənar sessiyalar dövründə Milli Məclis iclaslar keçirir. Növbəti çağırışın I iclasını ən qocaman deputat açır, seçilmiş deputatların siyahısını oxuyur. O, sədr seçilənədək I iclası aparır. I iclasda hesablayıcı komissiya, sonra isə sədr seçilir və bununla da I iclas işini bitirir. Sədrin seçilməsi üçün onun 63 deputatın səsini alması tələb olunur. Daxili nizamnaməyə görə Milli Məclisin iclasları ayda 2 dəfədən az olmayaraq keçirilir. İclasların günü və saatını Milli Məclisin sədri təyin edir. Əgər 83 deputat iclasda iştirak edirsə, iclas səlahiyyətli hesab olunur. Milli Məclisin iclasları açıq, aşkarlıq şəraitində keçirilir və kütləvi informasiya vasitələri ilə işıqlandırılır. İclaslar qapalı keçirilə bilər. Bu haqda qərar qəbul olunmalıdır. Bunun üçün deputatların sadə səs çoxluğu tələb olunur. Milli Məclisin iclaslarında Respublika Prezidenti, kütləvi informasiya vasitələrinin nümayəndələri və sədrin dəvətilə başqa şəxslər iştirak edə bilər. Milli Məclisin iclasları protokollaşdırılır və stenoqrama alınır. İclasın protokolunu sədr imzalayır. Açıq iclasların stenoqramları dərc olunur. Amma qapalı iclas stenoqramı dərc oluna bilməz. Stenoqram dərc olunanadək deputat öz çıxışının mətni ilə tanış ola bilər. Bununla əlaqədar mübahisə yaranarsa, məsələni intizam komissiyası həll edir. Milli Məclisin iclaslarında çıxışların vaxtı və ardıcıllığı onun daxili nizamnaməsi ilə müəyyən olunur. İclaslarda deputatların iştirakı məcburidir. Əgər deputat üzrlü səbəbdən iclasda iştirak etmirsə, əvvəlcədən Milli Məclisin katibliyinə məlumat verməlidir. Daxili nizamnaməyə görə Milli Məclisin iclaslarını sədr aparır. Daxili Nizamnamədə Milli Məclisin orqanları kimi Milli Məclisin daimi komissiyalarının, hesablama palatası, hesablayıcı komissiya və intizam komissiyasını adı çəkilir. Hesablama palatası - Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə nəzarəti orqanıdır. Bu orqan sədr, sədr müavini və 7 auditordan ibarətdir. Onlar Milli Məclis tərəfindən təyin olunurlar. Hesablayıcı komissiya - elektron sistemindən istifadə etmədən açıq və gizli səsvermələri keçirmək və onların nəticələrini müəyyən etmək məqsədilə yalnız Milli Məclisin iclaslarında fəaliyyət göstərir. Bu orqan bir il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilir. Hesablayıcı komissiyanın iclası onun azı 4 üzvü iştirak etdikdə səlahiyyətli hesab olunur. Hesablayıcı komissiyanın bütün qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. İntizam komissiyası - deputatların parlamentdaxili məsuliyyətə cəlbetmə işlərinə, deputat toxunulmazlığına xitam verilməsi və səlahiyyətlərinin itirilməsi işlərinə baxır və həll edir. Bu komissiya 7 üzvdən ibarət tərkibdə bir il müddətinə seçilir. Parlament Konstitusiya və Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi əsasında fəaliyyət göstərir. Milli Məclisin Daxili Nizamnaməsi 17 may 1996-cı il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilib. Bu nizamnamə 4 fəsil və 53 maddədən ibarətdir: I fəsil- Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin ümumi qaydaları. II fəsil - Milli Məclisin orqanları. fəsil - Milli Məclis deputatının parlamentdaxili məsuliyyəti. fəsil - Keçid və yekun müddəaları. Nizamnamənin 50-ci maddəsində göstərilir: Milli Məclisin Daxili Nizamnaməsi Milli Məclis tərəfindən qanunla təsdiq edildikdən və Prezident tərəfindən imzalandıqdan sonra dərc olunduğu gündən qüvvəyə minir. Nizamnamədə dəyişikliklər Azərbaycan Respublikası qanunları üçün nəzərdə tutulmuş qaydada edilir. Milli Məclisin deputatları Daxili Nizamnaməyə riayət etməlidir. Bu işə Milli Məclisin rəhbərliyi nəzarət edir. Milli Məclis öz səlahiyyət müddətində daimi və başqa komissiyalarını yaradır. Milli Məclisin hər cağırışının I sessiyasında daimi komissiyaları yaradılır. Daimi komissiyalar «Daimi komissiyalar haqqında» Qanun əsasında fəaliyyət göstərirlər. Onların fəaliyyəti aşağıdakı prinsiplərə əsaslanır: siyasi plüralizm; fikir plüralizmi; aşkarlıq; məsələlərin sərbəst müzakirəsi. Daimi Komissiyaların say tərkibi Milli Məclis tərəfindən müəyyən olunur, azı 5, çoxu 20 deputatdan ibarət olmalıdır. 15 üzvdən çox tərkibə malik daimi komissiya köməkçi komissiya yarada bilər. Hər bir deputat daimi komissiyalardan birinin üzvü olmalıdır. Daimi komissiyanın sədri, müavini və üzvləri azı 63 deputatın səs çoxluğu ilə seçilirlər. Daxili Nizamnaməyə görə deputat heç bir daimi komissiyanın üzvlüyünə daxil olmursa, Milli Məclisin sədri sərəncamla həmin deputatı daimi komissiyaların birinə daxil edir. Daimi komissiyalar iclaslar keçirir. Əgər komissiyanın üzvlərinin yarısı iştirak edirsə, iclas səlahiyyətli hesab olunur. İclası daimi komissiyanın sədri, o, olmadıqda və ya onun tapşırığı ilə müavin aparır. Milli Məclisin sədrinin tələbi ilə Milli Məclisin daimi komissiyasının növbədənkənar iclası çağırılır. İclas haqqında komissiya üzvü, iclas gününə azı 2 gün qalmış xəbərdar edilməlidir. Komissiya üzvlərinin daimi komissiyanın iclasında iştirakı məcburidir. Amma üzrlü səbəbdən icazə almaq şərtilə iştirak etməmək olar. Nizamnaməyə görə 2 və ya daha çox komissiya birgə iclas keçirə bilər. Daimi komissiyaların fəaliyyət forması qərar və rəydir. Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı daimi komissiyaları yaradır: 1) Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası; 2) Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası; 3) İqtisadi siyasət daimi komissiyası; 4) Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyası; 5) Aqrar siyasəti daimi komissiyası; 6) Sosial siyasət daimi komissiyası; 7) Regional məsələlər daimi komissiyası; 8) Elm və təhsil məsələləri daimi komissiyası; 9) Mədəniyyət məsələləri daimi komissiyası; 10) İnsan hüquqları daimi komissiyası; 11) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası. Daxili nizamnaməyə görə Milli Məclisin deputatlarından müvəqqəti komissiyalar yaradıla bilər. Müvəqqəti komissiyaların fəaliyyəti Milli Məclisin qəbul etdiyi qərarlarla müəyyənləşdirilir.
['Milli Məclis', 'parlament', 'qanunvericilik']
4,266
https://kayzen.az/blog/u%C4%9Fur/8736/irad%C9%99nin-g%C3%BCc%C3%BC.html
İradənin gücü
_BUMERANQ_
uğur psixologiyası
11 fevral 2012, 22:57
7 yaş- Atası ölüb;8 yaş- Məktəbdən çıxarılıb;17 yaş- Universititetə daxil ola bilməyib;24 yaş- Həbs olunub, iki ay təkadamlıq kamerada saxlanılıb;25 yaş- Sürgün olunub;30 yaş- Doğulduğu şəhər işğal olunub;37 yaş- Böyrək xəstəliyinə tutulub; 38 yaş- İşdən qovulub, haqqında həbs qərarı verilib, beş dostundan üçü ona səs verməyib;39 yaş- Edam cəzasına məhkum olunub;42 yaş-Türkiyənin prezidenti olub!MUSTAFA KAMAL ATATÜRKHəmçinin bax:Siz də yumruq tək olun!
['iradə', 'optimizm', 'iradənin gücü']
4,267
https://kayzen.az/blog/poeziya/8735/gilavar.html
Gilavar
_BUMERANQ_
Poeziya
11 fevral 2012, 22:37
Gəzir saçlarında ilıq Gilavar, Toxunur nəfəsi yanaqlarına. Öpür dodağından, küləyə nə var? Dünya verilib onun ixtiyarına. Sirdaşım Gilavar... Gilavar-küləyə nə var... Tək sənsən sevgimdən Xəbərdar, Gilavar. Uzaqdan baxıram bu mənzərəyə Görürəm qımışan dodaqlarını. Arzum ürəyimdə qalmasın deyə Öpürəm Bakının Gilavarını.  Qasım SəfəroğluBu şeirə mahnı da bəstələnib (bəstəkar:Azər Dadaşov; ifaçısı: Azər Zeynalov)P.S: Şeirin müəllifi və ümumiyyətlə şeir haqqında verdiyi məlumata görə «puma» nikli istifadəçiyə minnətdarlığımı bildirirəm.  
['şeirlər', 'Qasım Səfəroğlu']
4,268
https://kayzen.az/blog/fotosessiya/8734/qeyri-adi-%C3%BCz%C3%BCkl%C9%99r.html
Qeyri-adi üzüklər
_BUMERANQ_
Fotosessiya
11 fevral 2012, 21:56
['Qeyri-adi üzüklər']
4,269
https://kayzen.az/blog/Silen_ce/8732/minn%C9%99tdarl%C4%B1q.html
Mİnnətdarlıq
Silen_ce
Bloq: Silen_ce
11 fevral 2012, 20:06
Yanğınsöndürən bu iti şəkil çəkilməmişdən bir az əvvəl yanan evdən çıxarmışdır. O, iti xilas edir, sonra isə yanğını söndürməyə davam edir. Alov söndürüldükdən sonra o, bir kənarda oturub dincini alır. Bu zaman yanğınsöndürəni müşahidə edən yerli fotoqraf bayaqkı itin ona yaxınlaşdığını görüb, kamerasını hazırlayır. Bu zaman it, onu və doğulacaq körpələrinin həyatını xilas etmiş yanğınsöndürəni "öpüb", minnətdarlıq edərkən fotoqraf şəkli çəkir.
['minnətdarlıq']
4,270
https://kayzen.az/blog/poeziya/8729/gecikmi%C5%9F-m%C9%99h%C9%99bb%C9%99t.html
Gecikmiş məhəbbət
_BUMERANQ_
Poeziya
11 fevral 2012, 16:19
Sən gizli gəlmisən ömrümə, inanBu gizli eşq ilə yaşayacağam.Dünyanın ən böyük yükü sayılan,Gecikmiş məhəbbət daşıyacağam.Sən mənim ömrümdə açan çiçəksənOnu ürəyimdə bəsləyəcəyəmSən məni heç zaman görməyəcəksən,Mən səni hər zaman gözləyəcəyəm.Uzaqdan göz qoyub gözünə sənin,Sanki görəcəyam Allahımı mən.Düşüb qarış-qarış izinə səninƏzbərləyəcəyəm yollarını mən.Səni zərrə-zərrə kəşf edəcəyəmSəni milyon kərə kəşf edəcəyəmƏrini, oğlunu öyrənəcəyəm,Rəngini, qoxunu öyrənəcəyəm.Hər günü adınla başlayacağam,Hər günü adınla bitirəcəyəm.Səni röyalarda axtaracağamSəni xəyallarda itirəcəyəm.Sən məni heç zaman duymayacaqsanMən bütün ömrünü izləyəcəyəm. Sən mənə məhəl də qoymayacaqsan,Mən səni həmişə səsləyəcəyəm.Hər gün mənim üçün doğulacaqsan...Hər gün mənim üçün yox olacaqsan.Mənim sevincim də sən olacaqsan,Mənim kədərim də sən olacaqsan.Mən sənin adına hər saat, hər anQəlbimdə məktublar yollayacağam.Sən heç vaxt fikrimdən çıxmayacaqsanMən heç vaxt yadında qalmayacağam.Beləcə...həsrətlə qocalacağam,Belə enəcəyəm, ucalacağam.Keçib hər alovdan, keçib hər oddan,Böyük əzabımdan şad olacağam.Sən mənə həyatda ən doğma adamMən sənə yaddan da yad olacağam.Sən ömr edəcəksən ayrı adamlaMən kiməm, nəçiyəm bilməyəcəksən.Bir gün bu dünyadan sənin adınlaKöçüb gedəcəyəm, bilməyəcəksən.(Cabir Novruz)
['şeirlər', 'Cabir Novruz şeirləri']
4,271
https://kayzen.az/blog/co%C4%9Frafiya-tarixi/6237/fiziki-co%C4%9Frafiya.html
Fiziki coğrafiya
luminat
Coğrafiya tarixi
11 fevral 2012, 16:17
Coğrafiya sözünün mənası(yunan dilində) “Yerin təsviri"dir. Bu sözü ilk dəfə(e.ə.III əsr) yunan alimi Eratosfen işlətmişdir.Coğrafiya Yerin təbiəti, əhalisi və onun təsərrüfat fəaliyyəti haqqında elmdir. Coğrafi proqnozların (müşahidələrə və tədqiqatlara əsasən baş verəcək coğrafi hadisə və proseslər haqqında qabaqcadan fikir yürüdülməsi) verilməsi coğrafiya elminin əsas vəzifəsidir. Coğrafiya elmi iki əsas sahəyə bölünür: Fiziki coğrafiya (geomorfologiya, iqlimşünaslıq, hidrologiya ,torpaqşünaslıq, landşaftşünaslıq və s.) -Yerin təbiətini öyrənir. İqtisadi və sosial coğrafiya (demoqrafiya, nəqliyyat coğrafiyası, sənaye coğrafiyası və s)- əhalini və onun məşğuliyyətini öyrənir. Coğrafi məlumatları dəqiq öyrənmək üçün kartoqrafik təsvirlərdən (plan,xəritə və qlobus) geniş istifadə olunur. Coğrafiya elminin inkişaf mərhələləri: İbtidai coğrafi təsəvvürlər Orta əsrlər Böyük coğrafi kəşflər Müasir coğrafi tədqiqatlar Tanınmış səyyah və coğrafiyaşünasların bəziləri: 492-ci il –X.Kolumbun Amerika qitəsini (Vest Hind adlarını) kəşf etməsi 1498-ci il V.Qamanın Avropadan Hindistana olan dəniz yolunun kəşfi 1502-ci il-A.Vespuççinin “Yeni Dünya”nın (Amerika qitəsinin) kəşf olunmasının sübutu XVI əsr-P.Rəisin Atlantik okeanın şərq sahillərinin xəritəsini tərtib etməsi 1642-ci il A.Tasmanın Avstraliya sahillərinə çatması 1771-ci il-C.Kukun Avstraliyanın materik olmasını sübut etməsi XIX əsr-H.Z.Şirvaninin Şimali Afrika, Cənubi və Cənub-Şərqi Asiya ölkələrini tədqiq etməsi 1909-cu il-R.Amundsenin şimal qütbünü kəşf etməsi 1911-ci il-R.Amundsenin cənub qütbünü kəşf etməsi 1912-cu il-R.Skottun cənub qütbünü kəşf etməsi Azərbaycanın tədqiq etmiş səyyahlar: A.Düma, A.Nikitin, M.Polo və s. Məhəllin planı. Miqyas Məhəllin(nəzərdə tutulan məhdud ərazi ) kiçildilmiş və şərti işarəli təsviri plan adlanır. Ərazinin kiçiltmə nisbətini göstərən kəsrə miqyas deyilir.Kəsrin məxrəci böyüdükcə miqyasın kəmiyyəti kiçilir. Yazlışına görə miqyas üç cür olur : Ədədi (kəsr):1:200.000 İzahlı ( adlı):1 sm-də 200.000 sm=2000 m=2 km Xətti (qrafik): Planda obyekləri göstərən şərti işarələr üç əsas qrupa bölünür: Kontorlu (sahəvi) şərti işarələr obyektin yerini və ölçülərini göstərir. Məsələn: bağ, göl, və s. Miqyassiz şərti işarələr obyektin yerini göstərir. Məsələn: su quyusu Xətti şərti işarələr obyektin yerini və uzunluğunu göstərir .Məsələn dəmiryolu, sahil xətləri və s. Üfüqün cəhətləri. Azimut Məhəldə görünən ərazi üfüq adlanır. Üfüqün əsas cəhətləri: şimal,cənub.şərq,qərb; aralıq cəhətləri: simal-şərq, cənub-şərq,cənub-qərb ,şimal-qərb. Üfüqün cəhətlərinin dərəcə qiymətinə azimut deyilir. Azimut 00- 3600 olur və saat əqrəbi üzrə hesablanır. Azimutu məhəldə kompasla , planda isə transportirlə ölçürlər. Dənizçilər üfüqün cəhətlərini rumb (lat. “istiqamət”) adlandırırlar. Məhəldə üfüqün səhətlərini müxtəlif üsullarla (günorta vaxtı kölgənin istiqamətinə görə, qarışqa yuvalarına görə ,qəbir daşlarına görə, agacda bitən mamıra görə və s .) təyin etmək olar. Məhəllin planında şimala olan istiqamət ox işarəsi ilə göstərilir. Xəritə və qlobuslarda isə üfüqün cəhətləri dərəcə toruna (coğrafi kordinatlara) əsasən müəyyən olunur. Coğrafiyada nisbi və mütləq hündürlük anlayışlarından istifadə olunur Hər hansı iki nöqtə arasında (şaquli xətt üzrə) olan hündürlük fərqinə nisbi hündürlük deyilir və nivelirlə ölçülür . Okean (dəniz ) səviyyəsindən ölçülən hündürlüyə isə mütləq hündürlük deyilir və baromertlə ölçülür. Hündürlükləri (relyefi) təsvir etmək üçün ən əlverişli üsul horizontal üsuludur . Eyni mütləq hündürlüyə malik olan nöqtələri birləşdirən qapalı əyri xətlər horizontal (izohips) adlanır. Horizontallara aid olan xüsusiyyətləri aşağdakı sxemlərlə müəyyən etmək olar Qeyd: Fiziki xəritələrdə relyef daha aydın təsvir etmək üçün üç rəngin müxtəlif çalarlarından istifadə olunur:qəhvəyi (dağlar),yaşıl (ovalıqlar), mavi (su obyektləri) Məhəllin plana alınması Məhəllin plana alınması iki yolla həyata keçirilir. I Havadan planaalma-aerokosmik foto-planalma adlanır və geniş ərazilərin dəqiq planını tərtib etmək üçün istifadə olunur. II Yerüstü planaalma isə yer səthində aparılır və iki cür olur: Dəqiq planaalmanı mühəndis-topoqraflar mürəkkəb alətlərlə (teodolit, bussol və s.) həyata keçirilir və nəticədə topoqrafik xəritələr tələb olunmur. Gözəyarı (sadə) planaalma isə sadəalətlərlə(menzula, xətkeş,ruletka, pərgar və s.) həyata keçirilir və məsafələr və istiqamətlər gözəyarı təyin olunur. Gözəyarı planaalma iki üsulla aparılır: Qütb üsulu ilə planaalma səthi açıq və hamar olan kiçik ərazilərin ortasında bir nöqtədə dayanmaqla aparılır. Marşut üsulu ilə planaalma isə zolaq formasında və ya ətrafında gəzmək tələb olunan genişərazilər üçün tərtib olunur. Yerin forması və ölçüləri Yerin kürə formasında olması fikrini ilk dəfə (e.ə VI əsrdə) yunan alimi Pifaqor irəli sürmüşdür. Əslində Yer ekvatordan qabarıq, qütblərdən isə basıq olduğu üçün (bax: sxem 4) geoid(özünəməxsus) adlandırılmışdır. Yerin kiçildilmiş modelinə qlobus deyilir. Tədris məqsədi üçün böyük miqyaslı (1:30.000.000) orta miqyaslı (1:50.000.000) və kiçik miqyaslı(1:83.000.000) qlobuslardan istifadə edilir. Yerin əsas ölçüləri aşağıdakılardır: Yerin ümumi sahəsi:510 mln.km2 Su sahəsi: 371 mln.km2 Quru sahəsi: 149 mln.km2 Ekvatorun uzunluğu:40076 km Meridian çevrəsinin uzunluğu: 40009 km Ekvatorial radius: 6378 km Qütb radiusu: 6357 km Yerin diametri:12756 km Dərəcə toru. Coğrafi koordinatlar Yerin xəyali oxunun Yer səthinə toxunduğu nöqtələr coğrafi qütblər (şimal və cənub) adlanır. Coğrafi qütblərdən eyni məsafədə çəkilmiş və Yeri iki bərabər hissəyə bölən çevrəyə ekvator (lat. tənbölən) deyilir. Ekvatora paralel çəkilmiş çevrələr paralel adlanır. Onların uzunluqları (Yerin formasından asılı olaraq) ekvatordan qütblərə doğru getdikcə azalır. Coğrafi qütbləri birləşdirən yarımçevrələr meridian adlanır.Bütün meridianlar eyni uzunluqdadır. Qeyd: 10 –lik ekvator və meridian qövslərinin uzunluqları ≈111 km-dir. Kartoqrafik təsvirlərdə paralel və meridianların kəsişməsi dərəcə torunu əmələ gətirir. Paralellerin dərəcə qiyməti coğrafi enlik(şimal və cənub), meridianlarınki isə coğrafi uzunluq (şərq və qərb) adlanır. Coğrafi enlik ekvatordan (900sm-00 -90 0C) , coğrafi uzunluq isə Qrinviçdən (1800-00-1800) hesablanır.Coğrafi enlik və coğrafi uzunluğun cəmi coğrafi koordinatlar adlanır. Yer səthinin müstəvi üzrərində kiçildilmiş və ümumiləşdirilmiş təsvirinə coğrafiya xəritəsi deyilir. Xəritələrin təsnifatı: I Miqyasına görə: Böyük miqyaslı (topoqrafik) xəritələr : 1:10.000-1:200.000 Orta miqyaslı (icmal-topoqrafik) xəritələr:1:200.000-1.1000.000 Kiçik miqyaslı (icmal) xəritələr: 1:1.000.000-dan kiçik II Məzmununa görə: Ümumcoğrafi xəritələrdə bütün coğrafı obyektlər eyni dərəcədə təsvir olunur. Məsələn: Azərbaycanın (1:500.000) ümumcoğrafi məlumat xəritəsi. Tematik xəritələrdə isə konkret(tələb olunan) komponentlər təsvir olunur. Məsələn: Azərbaycanın siyasi-inzibati xəritəsində inzibati rayonlar daha qabarıq şəkildə təsvir olunur. Kompleks xəritələrdə qarşılıqlı əlaqədə olan komponentlər( məsələ: relyef və əkin sahələri ) birgə təsvir olunur. III Ərazi əhatəsinə görə: Dünya və ya yarımkürələr xəritəsi Materik (qitə) və ya okean xəritəsi. Dövlət və ya onun hissələrinin xəritəsi. Qeyd: Kartoqrafik təsvirlərdə obyektlərin (əhəmiyyətinə görə) sadələşdirilməsi və ümumiləşdirilməsi kartoqrafik generalizasiya adlanır. Təsvirin miqyası kiçildikcə generalizasiya artır.Məsələn: Dünyanın siyasi xəritəsində (1:20.000.000) Azərbaycanın yalnız paytaxtı (Bakı) təsvir olunub. Xəritə riyazi (miqyas və coğrafi koordinat- lar), eyni zamanda təhrifli (xətalı) təsvirdir. təhriflərin olmasının səbəbi Yerin kürəvi səthinin müstəvi üzərində (kartoqrafik proyeksiya)təsviridir. Xəritədə olan təhriflər: forma, uzunluq, sahə, bucaq; Kartoqrafik proyeksiyaların növləri: silindrik, azimutal, konus, çoxüzlü; Xəritələrdə olan təhrifləri aradan qaldırmaq və ya minumuma endirmək üçün bərabərsahəli, bərabər- bucaqlı və ixtiyari (sərbəst) proyeksiyalardan istifadə olunsa da, forma və uzunluq təhrifləri həmişə olur. Bizi əhatə edən sonsuz və əbədi aləm kainat (kosmos) adlanır. Kainatda olan (külli miqdarda) səma cisimlərinin bir-biri ilə qarşılıqlı əlaqədə təşkil etdiyi sistemə qalaktika (kəhkəşan ) deyilir. Bizim qalatikamız “Süd yolu” adlanır. Kainatda olan göy cisimləri aşağıdakı kimi qruplaşdırılır: Ulduzlar - özlərindən işıq və enerji saçırlar. Planetlər - ulduzların şüaları ilə işıqlanırlar. (Bax :sxem5) Asteroidlər - planetlərin hərəkəti istiqamətində dövr edirlər. Onlara kiçik planetlər də deyirlər Peyklər - planetlərin cazibəsində olan kiçik səma cisimləridir. Yerin peyki Aydır. Kometlər - kiçik səma cisimlərdir. Onlara “quyruqlu ulduz da deyirlər. Meteoritlər - göy cisimlərindən qopub ayrılan hissələrdir. Onlar Yerin atmosferinə daxil olarkən alışıb yanaraq kosmik toza çevrilir. Bəzən Yer düşürlər. Yerə ən yaxın (150 mln) olan ulduz Günəşdir. İşıq süaları Günəşdən Yerə 8,3 dəqiqəyə gəlib çatır. Günəşin səthində temperatur 6000 0C –dir. Bu enerji hidrogenin (70 %) heliuma (29 %) çevrilməsindən alınır. Günəşin diametri Yerin diametrindən 109 dəfə, kütləsi 332 min dəfə , həcmi isə 1 milyon 300 min dəfə böyükdür. Yerin Günəş ətrafında hərəkətinin coğrafi nəticələri: Yer Günəş ətrafında 29,8 km/ san sürəti ilə orbit üzrə il ərzində 940 min .km məsafə qət edir. Nəticədə: İL-365/366 gün (365 gün 5 saat 48 dəq.46 san.) Fəsillər- Yerin fırlanma oxunun orbit müstəvisinə 66,50 meyilli olması nəticəsində 21 mart - yaz gecə-gündüz bərabərliyi 22 iyun – yay gündönümü 23 sentyabr – payız gecə-gündüz bərabərliyi 22 dekabr – qış gündönümü 3. İşıqlanma qurşaqları - 1 tropik , 2 mülayim, 2 qütb tropik- yunanca “dönmə xətti” qütb dairələri – (66,50 şimal və cənub enlikləri) qütb gecə -gündüzlərinin başlama enlikləri zenit - Günəş şüalarının 900 bucaqla düşməsi Qeyd : Günəşin zenitdə olduğu enliklə tələb olunan enlik eyni yarımkürədə yerləşərsə, coğrafi enlik fərq; müxtəlif yarımkürələrdə yerləşərsə, coğrafi enlik cəmi tapılır. Yerin öz oxu ətrafında hərəkətinin coğrafi nəticələri Yer öz oxu ətrafında qərbdən şərqə doğru 24 saat (23 saat 56 dəq. 4 san .) ərzində tam dövr edir. Nəticədə: Atmosfer sirkulyasiyası - hava dövranı. Sutka (gün)-gecə ilə gündüzün növbələşməsi yaranır. Müxtəlif coğrafi uzunluqlarda günün vaxtını müəyyən etmək üçün Yer kürəsi 24 saat qurşağına bölünmüşdür. eməli, 10 saat qurşağı 150 ,iki qonşu meridian (10) arasında vaxt fərq isə 4 dəqiqədir. İnzibati vahidlərə görə saat qurşaqlarının sərhədi yuvarlaq hesablanır. Məsələn , respublikamız III saat qurşağında yerləşir. Hər bir meridian üzərindəki vaxt isə yerlı vaxt adlanır və dəqiq hesablanır. Məsələn, respublikamızın şərq və qərb ucqar nöqtələri (450 və 510) arasında yerli vaxt fərqi 24 dəqiqədir: Beynəlxalq sazişə görə saatın həsablanması Qrinviç meridianına əsasən aparılır. Yeni sutka(gün) XII saat qurşağının orta meridianından (1800) hesablanır. Qeyd: Bəzi ölkələrdə iş günü ərzində gündüz işığından səmərəli istifadə etmək üçün yay vaxtı (martın son bazar günü saatların əqrəbi 1saat irəli) və qış vaxtı (oktyabrın son bazar günü saatların əqrəbi 1saat geri çəkilir) tətbiq olunur.
['fiziki coğrafiya']
4,272
https://kayzen.az/blog/diplomat/8728/diplomatik-q%C9%99bula-haz%C4%B1rl%C4%B1q-qaydalar%C4%B1.html
Diplomatik qəbula hazırlıq qaydaları
DiplomatkA
Diplomatiyada protokol və etiket
11 fevral 2012, 14:07
1. Qəbulun növünü ilk növbədə fəaliyyət göstərdikləri ölkənin adət və ənənələrini nəzərə almaqla müəyyən edirlər; 2. Tarixi təyin edərkən unutmaq olmaz ki, qəbulları bayram və istirahət günləri, müsəlman ölkələrində isə həmçinin dini bayramlar günü keçirmirlər; 3. Qəbulun keçiriləcəyi yeri seçir və qonaqların siyahısını tərtib edirlər; 4. Qonaqların siyahısını dəqiqləşdirdikdən sonra dəvətnamələr yazılır və qəbula  2-3 həftə qalana qədər, ən son halda bir  həftədən  gec olmayaraq göndərilir. Zalı milli bayraqlarla bəzəmək, dövlət başçısının portretini asmaq, qəbul zamanı milli musiqini, xüsusən təntənəli hallarda - qəbulun əvvəlində qəbul edən və qonağın təmsil etdiyi ölkələrin himnini ifa etmək olar. Bayram abu-havasını masalar və zalda yerləşdirilmiş təbii çiçəklər yaradır; Bəzən güllər  və salfetlər qonağın bayrağının rənginə uyğun seçilir. Masalara ən yüksək keyfiyyətli qab-qacaq qoyulur. 1. Çörək üçün boşqab; 2. Salfet; 3. Qəlyanaltılar üçün kiçik çəngəl; 4. Balıq yeməkləri üçün çəngəl; 5. Ət yeməkləri üçün çəngəl; 6. Qəlyanaltı boşqabı; 7. Boşqab; 8. Ət yeməkləri üçün böyük naşar bıçağı; 9. Balıq bıçağı; 10. Şorba üçün xörək qaşığı; 11. Qəlyanaltı üçün  kiçik bıçaq; 12. Desert qaşığı; 13. Desert çəngəli; 14. Qəlyanaltı ilə verilən bərk alkoqol içkilər üçün qədəh; 15. Balıq yeməkləri ilə verilən ağ şərab üçün qədəh; 16. Ət yeməkləri ilə verilən qırmızı şərab üçün qədəh; 17. Desertlə verilən şampan qədəhi; 18. Mineral su üçün qədəh.
['diplomatik qəbul']
4,273
https://kayzen.az/blog/dusundurucu-hekayeler/8725/bir-r%C9%99ssam%C4%B1n-xo%C5%9Fb%C9%99xtlik-axtar%C4%B1%C5%9Flar%C4%B1.html
Bir rəssamın xoşbəxtlik axtarışları
Niyaz
Düşündürücü hekayələr
10 fevral 2012, 23:46
Məşhur bir rəssam dünyanın ən gözəl rəsm əsərini çəkmək qərarına gəlir. O, əsərinin mövzusunu tapmaq üçün uzaq səyahətə çıxır. Bir meşənin içindən keçərkən nurani bir adamla qarşılaşır. Ona: “Dünyanın ən gözəl şeyi nədir?” - sualını verdikdə:“İmandır”, -cavabını alır. Rəssam yoluna davam edir. Bir kənddə toy məclisinə gəlir. İzdihamın arasından sıyrılaraq, gəlinə yaxınlaşır və eyni sualı ona da verir. “Dünyanın ən gözəl şeyi məhəbbətdir”, - cavabını alır. O, yenə yoluna davam edir. Bu dəfə müharibədən qayıdan yorğun bir əsgərlə qarşılaşır. Həmin sualın cavabını ondan da istəyir Əsgər: “Dünyanın ən gözəl şeyi sülhdür”, - deyir. Aldığı cavabları kifayət hesab edən rəssam evinə qayıdır. Yol boyu səyahətdə şahidi olduqlarını götür-qoy etməyə başlayır. Eyni suala verilən üç fərqli cavabı əsərində birləşdirmək üçün yollar axtarır. Artıq evinə çatır. Qapıdan içəri girdikdə dünyanın ən gözəl mənzərəsi ilə qarşılaşır.Övladlarının baxışlarında imanı, həyat yoldaşının gözlərində məhəbbəti, evində isə sülhü görür. Bu,rəssamın axtardığı idi. O arzuladığı əsəri çəkməyə başlayır. Çox keçmədən dünyanın ən gözəl rəsm əsəri hazır olur. Rəssam ona ad da verir: - “Ailəm”. Sonda hər birinizə dünyanın ən gözəl neməti olan xoşbəxtliyin nəsib olması diləyiylə.
['Düşündürücü hekayələr']
4,274
https://kayzen.az/blog/poeziya/8724/%C3%A7atlayir,xanbaci,q%C9%99md%C9%99n-%C3%BCr%C9%99yim.html
Çatlayir,Xanbaci,qəmdən ürəyim!
yravil
Poeziya
10 fevral 2012, 22:36
Çatlayir,Xanbaci,qəmdən ürəyim, Qavuşub lap aciğimdan kürəyim! Nola bir evdə qoyaydiz qarabaş, Verməyəydiz məni bu əbləhə,kaş! Mən ki,damdan bacadan baxmaz idim, Su kimi hər tərəfə axmaz idim; Oturub aç komasinda atamin, Biş-düşün hazir edərdim anamin; Bitləyirdim nənəmin baş-yaxasin, Yamayirdim babamin çul-çuxasin; Tez durub sübh sağardim inəyi, Xansənəmdən diləməzdim köməyi; Neyləyirdim bəzəyi ya düzəyi? Dama,divarə yapardim təzəyi! Atam əllaf,babam dülgər idi, Qardaşim çulfa,əmim kargər idi; Xanbibim falçi,nənəm bağ toxuyan, Bizdə,haşa,yox idi oxuyan! Evimizdə var idi hər nə desən: Qatiq ayran ilə yaxmac,nə yesən! Nə bilirdik nə zəhirmardi kitab? Biz olan evdə haçan vardi kitab? Büsbütün gül kimi insanlaridiq Nə müəllim bə nə dərs anlaridiq; Dəftərin andira qalmiş sözünü Eşidib,görməmiş idik üzünü. Böylə bir tərbiyəli evdə müdam, Bəslədiz mən kimi bir sərvi-xüram! Vay o gündən ki,məni ad elədiz, Elə bildiz də ki ,dilşad elədiz; Mən də sandim ki ,dönüb bəxtəvərə,- Gedirəm bir nəfər insanə ərə! Nə bilim böylə də insan varmiş, Şəkli-insanda da heyvan varmiş?! Ər oxurmuşda,yazarmişda,atam! Ər deyil,mohlik azarmişda,atam!   Ər deyil şair imiş xanəxərab! Fikri yazmaq,ozumaq,şuğli kitab... Saldiz axirda yaman halə məni, Ərə vardiz də bu qəffalə məni.   Gah yazir,gah oxuyur,gah danişir Gündə bir hərzə kitabnan tanişir; Gah gedir fikrə,bərəldir gözünü, Məhv olur öylə ki bilmir özünü;   Sübh olunca gecələr darğa kimi, Yatmayir qir-qir edir qarğa kimi; Gahda bir yatsa da vəqtində əgər, çəkməyir yoxladiği bir o qədər,   QƏflətən birdə görürsən ki durur Yandirib lampani çilpaq oturur; Başlayir yatdiği yerdə təzədən, Oxuyub yazmağa birdə təzədən.   Belə od olmaz,atam,böylə alo! Od deyil,yanği deyil,lovdur,lo! Gah görürsən ki,miz ustə yixilir, Baxiram halina qəlbim sixilir;   Bir qarandaş,bir-iki parə kağiz O qədər çəkmir-olur qarə kağiz. Xeyrini,şərini qanmir bu kişi! Yorulub bircə usanmir bu kişi!   Bizim evdə baxsan hər tərəfə--- Taxçaya,boxçaya,ya kim ,irəfə--- Görəcəksən bütün işqabda kağiz, Kasada nimçədə,boşqabda kağiz; Yiğilib dağ kimi hər yanda kitab, Evdə,dəhlizdə hər yanda kitab... Deyirəm ay kişi gəl bir özünə, Bu nə işdir a kül olsun ğözünə, Bu əməl etdi səni xanə xərab, Pullarin döndü bütün oldu kitab, Oxuduqca gözünün qarəsini, Aparir,tap başinin çarəsini! Pul gedir,tabü təbanundagedir, Üstəlik bu quru canun  da gedir. Kəsbü karundan əlin çixdi,usan! Ər olan yerdə görüm yox olasan.
['Şabir', 'şeir']
4,275
https://kayzen.az/blog/u%C4%9Fur/8723/axtard%C4%B1%C4%9F%C4%B1n-cavab-sual%C4%B1ndan-as%C4%B1l%C4%B1d%C4%B1.html
Axtardığın cavab sualından asılıdı.!
MaksiMuS
uğur psixologiyası
10 fevral 2012, 19:52
İrəliyə gedən insanlarla yerində sayan insanların arasındaki ən böyük fərqlərdən biri də Özü-özünə  düşünərkən özünə verdiyi sualların fərqli olmasıdır. Sualın verilmə forması bizi irəliyə də apara bilər, geriyə də. Məsəlçün: Necə Google-də cavabını axtardığımız söz, fikir, ifadə nə qədər dəqiq olsa o qədər tez və konkret cavab qarşımıza çıxacaq, eləcədə beynimizə verdiyimiz sualın forması da ona uyğun cavabı bizə verəcəkdir. Necə Googledə qeyri-dəqiq formada axtarış etdiyimizdə Google bizə «Bunu mu», «Bəlkə bunu» deyə suala sualla cavab verir, beynimiz də qeyri-dəqiq sual qarşısında cavab əvəzinə sual verir. Özümüzə sual verməmişdən öncə alacağımız cavablarla nə etmək, hara getmək istədiyimizi unutmamalıyıq. Sualı düzgün verdiyimizdən əmin olmalıyıq.Daha bir misal: '' Niyə bu hadisə həmişə mənim başıma gəlir'' sualını soruşarkən niyyətimiz nədi?.. Bu sualdan gözlədiyiniz cavab sizi  hara aparacaq? Cavabı düşünərkən özünüzü necə hiss edirsiniz ? Eyni sualı başqa formalarda özümüzə versək, misalçün :'' nə etsəm bu hadisə bir də başıma gəlməz?'' və ya '' Bu hadisə, baş verənlər mənə nə öyrətmək, demək istəyir? '' Təbii ki, ilk sual forması bizi əlacsızlaşdıraraq fikrimizi yayındıracaq, Amma ikinci sual forması bizi gücləndirib irəliyə aparacaq. Gözəl, pozitiv cavablar bizi gözəl sonluqlara aparır. Bunun üçün də özümüzə sualı gözəl formada verməyi öyrətməliyik. ''Mən niyə uğur qazana bilmirəm?'' sualını özümüzə verdikdə dolayısı ilə özümüzü müvəffəqiyyətsiz olmağımızı təsdiqləmiş oluruq və hətta bunun üçün beynimizdə əsas da yaradırıq ki, elə həqiqtən də mən uğur qazanmamalıydım. Amma eyni sualı bu formada versək  '' Uğur qazanmağım üçün daha nə etməliyəm? '' və ya '' Daha hansı üsuldan istifadə edə bilərəm? '' Bax, bu indi gözəl və pozitiv cavablar beynimizdən ala bilərik..Beynimizdən gözəl cavablar almaq diləyi ilə Sağolun…
['uğur psixologiyası', 'sual-cavab']
4,276
https://kayzen.az/blog/az-proza/8722/n%C9%99riman-h%C9%99s%C9%99nzad%C9%99-t%C9%99l%C9%99b%C9%99lik.html
Nəriman Həsənzadə - Tələbəlik
Silen_ce
Azərbaycan ədəbiyyatı
10 fevral 2012, 19:51
Durur ayrıldığım kölgəli çinar, Durur Gəncədəki bizim institut. Xəyalım bir yerdə tutmadı qərar, İlləri andırdı bir anlıq sükut. Neyləyim, unutmur insan ürəyi, Yaşadım dünyadan könlü yanıqlı. Düz dörd il geyindim köhnə pencəyi, Qolu gödək oldu, boynu yamaqlı. O pencək saxladı məni soyuqdan, Doğru danışmağı çoxu ar bilir. Əynindən çıxardıb vermişdi atan, Heç kim bilməsə də qonşular bilir. Bəzən ac da qaldım daha nə danmaq, Danışıb gülməyə könlüm olmadı. Şerim qəzetə çap oldu, ancaq Bir qəzet almağa pulum olmadı. Lakin bu dərdimi bilmədi heç kim, Mən bildim qədrini sevincin qəmin. Arabir xəlvəti baxıb sevindim, Təzə yamağına köhnə çəkməmin. Gülmə, görməmisən o sevinci sən, Xoşbəxt böyümüsən, xoşbəxt ol, anam. Bir də bilirsənmi mən o sevincdən Dünyada heç kəsə arzulamıram. Oldu sevincim də, oldu qəmim də. Bir tələbə qıza könlümü verdim. Onun hər sözünü öz aləmimdə Seminar dərsitək əzbərləyirdim. Deyirdim, nə qədər baha olsa da, Gərək üzük alım, bu bir adətdir. Ancaq avtobusun keçib yanından, Piyada gedirdim dərsə arabir. Qoy indi ağrısın vicdanın varsa — Girdi aramıza onda bir nəfər. Bir gəncin taleyi alt-üst olursa, Ağırdır dağılan ailə qədər. Fikir ver hökmünə sən misalların, Deyir su quyunun dibində olur. Hayıf ki, ürəyi bəzi qızların Başqa oğlanların cibində olur. Qoy bir sözdə deyim, çıxarma yaddan, Bu da, necə deyər, bir məsləhətdi. Çalış ki, əvvəlcə yanılmayasan, Təəssüf ikinci məğlubiyyətdi. Ömrün yolları da pilləkan kimi Gendən ucalara lap çox baxmışam. Mən o pillələrlə bir insan kimi Gör ki, necə gəlib, necə qalxmışam.
['Nəriman Həsənzadə']
4,277
https://kayzen.az/blog/Bilirsinizmi/8721/qurd-bac%C4%B1lar.html
Qurd Bacılar
MaksiMuS
Bilirsinizmi?
10 fevral 2012, 19:11
Hindistanın Maharaştra Əyalətinin Pune şəhəri yaxınlarında kiçik bir kənddə yaşayan 3 bacı «Qurd adam sindromu» səbəbindən çölə çıxa bilmirlər. Üzləri və bədənləri tüklərlə örtülü olan «qurd bacılar» Savita (23 yaş), Monişa (18 yaş) və Savitri Sanqli (16 yaş) çölə çıxanda yoldaşları tərəfindən ələ salındığını deyirlər. Tüklərdən xüsusi bir kremlə müvəqqəti olaraq xilas olan 3 bacının ən böyük istəyi isə lazer müalicəsi ilə tüklərdən xilas olmaqdır. Qurd bacılar «Pulumuz olmadığı üçün müalicə ala bilmirik. Xahiş edirik imkanlı şəxslər bizə kömək əli uzatsın» deyir. Gənc qızlar tüklərindən xilas olduqdan sonra evlənmək istəyir.P.S Allah köməkləri olsun.Amin
['maraqlı fakt', 'xəstəlik']
4,278
https://kayzen.az/blog/Bilirsinizmi/8720/xeops-m%C3%B6c%C3%BCz%C9%99si.html
Xeops Möcüzəsi
MaksiMuS
Bilirsinizmi?
10 fevral 2012, 01:02
Qahirədə olan «Xeops piramidası haqqında qəribə və maraqlı faktlar — Hər biri 12 ton ağırlığında olan 2,5 milyon  daşdan ibarətdir. — Gündə on daş (blok) yerləşdirilməsinin mümükünlüyünü nəzərə alsaq istehsal 664 il davam etməli idi -Piramidanın üstündən keçən meridian quru ərazini və dənizləri tam bərabər iki hissəyə bölürz — Piramida dünyanın ağırlıq mərkəzinin tam ortasında yerləşir.  — Hündürlüyünün (145 metr) bir milyardla hasili günəşlə yer arasındaki məsafəyə bərabərdir.  — Tavan sahəsinin hündürlüyünün 2 mislinə bölünməsi pi  rəqəminə bərabərdir. — Piramidanın içərisində „ultrasound“, radar, sonar kimi cihazlar işləmir.  Çirklənmiş su bir neçə gün piramidanın içində saxlanıldığında təmizlənir. — Piramidanın içərisində süd bir neçə gün müddətdə təzə qalır və ən nəhayətdə normal qatıq halına gəlir. — Bitgilər piramida içərisində daha sürətli böyüyür. — Zibil qabının içindəki yemək tullantıları piramida içərisində heç bir qoxu yaymadan mumyalaşır. — Yanmış, sıyrılmış dəri və digər yaralar piramidanın içində daha tez sağalır. — Piramidanın içində yayda soyuq, qışda isti olur. — Piramida kimin adına edilibsə onun mumyasının olduğu otağa ildə 2 dəfə günəş şuası düşür və bu günlər doğulduğu və hakimiyyətə çıxdığı  günlərdir.
['Xeops piramidası', 'maraqlı faktlar', 'bilirsinimi?']
4,279
https://kayzen.az/blog/Gulnur/8715/qoz-l%C9%99p%C9%99si-n%C9%99-%C3%BC%C3%A7%C3%BCn-insan-beynin%C9%99-b%C9%99nz%C9%99yir.html
Qoz ləpəsi nə üçün insan beyninə bənzəyir?
Gulnur
Bloq: Gulnur
9 fevral 2012, 20:51
Yaşıl bir qoz.Yaşıl qabıq-qərzək bizim baş dərimizə,qozun sərt qabığı kəllə sümüklərinə, iki ləpə isə üstündəki qırışlarıyla bizim beyin yarımkürələrinə bənzəyir. Bu bənzəyiş təsadüfi ola bilərmi, Əsla! Qoz ləpəsinin tərkibi gümüş ionları ilə zəngindir. Beynimiz isə yerinə yetirdiyi elektronik proseslərdən dolayı gümüş ionlarına ehtiyac duyan tək orqandır. Çox hikmətlidir, deyilmi? Allahın sonsuz şəfqəti burda da təcəlli etməkdə, sanki insanlara bunu bilmədən də qozun faydalarını bildirilir.
['maraqlı']
4,280
https://kayzen.az/blog/Bilirsinizmi/8714/%C9%99yl%C9%99nc%C9%99li-v%C9%99-maraql%C4%B1-google.html
Əyləncəli və maraqlı Google
MaksiMuS
Bilirsinizmi?
9 fevral 2012, 20:41
Google web saytı haqqında bilmədiyiniz maraqlı məlumatlar İnternet məkanında Azərbaycan dilində ilk dəfə olaraq Kayzen.az saytında yayımlanır. Müəllif və mənbə qeyd olunması şərtdir.! 1 ) Ən tək rəqəm hansıdı? -  Google-dən çətin suallar soruşmaqdan çəkinməyin. Məsələn «What is the loneliest number» (ən tək ədəd hansıdı) yazdığınız zaman Google hesab maşını, sizə «1» cavabını verəcək.   2 ) Askew -  Google -də «Askew» ya da «tilt» sözlərini axtarışa verin, səhifənin bir az yana yatdığını hiss edəcəksiniz.  3 ) Google Gravity- «Google Gravity» yazın və «Mən şanslıyam » düyməsinə basın. Səhifədəki bütün elementlərin yerin cazibə qüvvəsinə məğlub olduğunu, yerə düşdüyünü görəcəksiniz. İstəsəniz mause-siçanınız ilə bu söz-fiqur yığını ilə oynaya bilərsiniz.  4 ) Recursion: "Özünü sonsuz olaraq təkrar etmə" mənasında olan bu sözü axtardığınız zaman, Google sizə eyni axtarışı etmənizi təklif edir.  5 ) Chuck Norris hardadı?- «Where is Chuck Norris?» yazaraq axtarış etdiyiniz zaman sizi www.nochucknorris.com saytına istiqamətləndirərək «Google Chuck Norrisi axtarmayacaq, çünki siz Chuck Norrisi tapa bilməzsiniz, o sizi tapar.» mesajı ilə qarşılaşacaqsınız. 6 ) Və Son Olaraq, Googlenin xidmətlərindən biri olan Youtube'dən video izləyərkən irəli — geri — üst — alt düymələrini sürətli şəkildə basaraq ilan oyunu oynaya bilərsiniz…
['Google', 'maraqlı fakt']
4,281
https://kayzen.az/blog/Bilirsinizmi/8713/su-h%C9%99yatd%C4%B1r.html
Su - Həyatdır!
MaksiMuS
Bilirsinizmi?
9 fevral 2012, 20:05
Su həyatdır.. Su haqda bildiklərimizi və bilmədiklərimizi nəzərdən keçirəkmi ? Elə isə.....- Bədənimizin  60% -i Sudur - Beynimizin 70% -i Sudur  - Qanımıızın 80% -i Sudur - Heç bir şey yeməsək təxminən 1 ay yaşaya bilərik, Amma bədənimiz susuzluğa 1 həftə belə dözə bilməz.Milyard illər öncə Dünyada var olan su, bu gün hələ də var. Planetimizin böyük hissəsini su ilə örtülüdü, ancaq 3%-i təmiz və içilə bilər.Bu an üçün qeyd etdiyimiz 3%-lik təmiz suyun cəmi  1%-ni istifadə edə bilirik. Daha dəqiq desək, yer üzündəki bütün suyun  0.007% -indən az bir qisminı  içə bilirik. - Evimizə gələn təmiz suyun 1/4 -i tualet sifonu üçün istifadə edilir.  - Bir dəfə sifon çəkməklə 10 litr suyu kanalizasiya idarəsinə "Pay" veririk. - Paltaryuyan maşında bir dəfə paltar yumaqla, 37 litr çirklənir. - 10 dəqiqəlik bir duş qəbulu 132 litr su bahasına başa gəlir. Yaxın gələcəkdə böyük bir su qıtlığı bizi gözləyir. Su qaynaqları təhlükədədi. XXI əsrdə öncəki əsrə nisbətən dünya əhalisinin sayının 3 dəfəyədək artıb. Su istifadəsi isə 6 qat artıb. Bu əsrin ortasında dünya əhalisinin sayı 10 milyardı üstələyəcək. Bir çox körpə su qıtlığından əziyyət çəkən ölkələrdə dünyaya gözlərini açacaq.Dünyada milyonlarla insan gündə 10 litrdən də az su ilə yaşamaq məcburiyyətindədi. - Hər 5 insandan biri etibarlı və təmiz içməli sudan məhrumdu.  - BMT-nin hesabatına görə, hər 15 saniyədə bir uşaq, susuzluğun səbəb olduğu xəstəliklərdən dolayı həyatını itirir.   Statistikaya görə BENZİNSİZ qalmadan əvvəl SUSUZ qalacağıq.
['su', 'maraqlı fakt', 'bilirsinizmi?']
4,282
https://kayzen.az/blog/dusundurucu-hekayeler/8710/insansev%C9%99rlik.html
İnsansevərlik
_BUMERANQ_
Düşündürücü hekayələr
9 fevral 2012, 17:33
Bir neçə il əvvəl Amerikanın Vaşinqton ştatındakı Sietl şəhərində keçirilən idman yarışında doqquz idmançı qaçış zolağında hazır vəziyyətdə durur.Onlar əlil idilər.Nəhayət, “START”atəşi açılır.İdmançılar məsafənin üçdə birini qət edirlər.Qəfildən idmançılardan biri yerə yıxılır.O, qaçışı davam etdirə bilməyib aldığı zədələrdən ağlamağa başlayır.Digər səkkiz idmançı onunyerə yıxıldığını görüb qaçışı dayandırırlar.Daun sindromundan əziyyət çəkən idmançı qız ona yaxınlaşıb başını qoynuna alaraq soruşur:-İndi yaxşısan? Özünü necə hiss edirsən?Başqa idmançılar da ona yaxınlaşırlar, hamılıqla çiyin-çiyinə verərək birlikdə “FİNİŞ” xəttinə doğru irəliləyirlər.Bu səhnənin canlı şahidi olan minlərlə tamaşaçı ayağa qalxaraq göz yaşlarıiçində bir xeyli əlil idmançıları alqışlayırlar.Yarış sona çatır.Onlar şahidi olduqları bu hadisənibaşqalarına da danışırlar.Bilirsənmi nə üçün? Çünki hər birimizin daxilində qabiliyyət hissiniüstələyən başqa bir hiss də var.Bu, İNSANSEVƏRLİK hissidir!
['düşündürücü hekayələr']
4,283
https://kayzen.az/blog/HANDSOME/8708/qad%C4%B1nlar-a%C4%9Flar.html
Qadınlar ağlar.
HANDSOME
Bloq: HANDSOME
9 fevral 2012, 15:09
Kiçik bir oğlan anasından soruşdu:— Nə üçün ağlayırsan?— Çünki mən qadınam, deyəcavablandırdı anası.— Anlamadım! — dedi uşaq. Anasıuşağı qucaqlayıb: — Və heç bir zaman anlayabilməyəcəksən! dedi.Atasına:— Ata, anam nə üçün ağlayır? deyəsoruşdu.Atanın cavabı: — Bütün qadınlar səbəbsiz ağlayabilirlər, dedi.Kiçik oğlan böyüdü, yetkinləşdi, ancaqhələ qadınların nə üçün ağladıqlarınıkəşf edə bilmədi. Nəhayət öldükdənsonra cənnətə getdiyində ALLAHdan soruşdu:— ALLAHım! dedi. Qadınlar nə üçün buqədər asan ağlaya bilirlər?ALLAH buyurdu ki:— Mən qadınları xüsusi yaratdım!Bütün həyatın ağırlığını daşıya biləcək qüvvətdə olmasına baxmayaraqbaşqalarına təsəlli verəcək qədəryumşaqdırlar… Doğumun ağrısı olduğu qədər doğurduqlarıövladlarının nankorluğuna söykənəbiləcək iç qüvvətini verdim. Başqalarının qüvvətinin qalmadığındadavam edəcək əzmi, ailəsininxəstəliyində yorğunluğaburaxdırmayacaq qüdrəti verdim.Ərlərini bütün qüsurları ilə sevməkqüvvətini verdim. Kişinin qabırğasından onları kişinin ürəyiniqorumaları üçün yaratdım. Onlarayaxşı bir ərin yoldaşını əslaincitməyəcəyini, lakin bəzən dəstək vəqüvvətini sınayacaq davranışlar datapılacağını anlayacaq həssas bir zəka verdim. Tək zəiflik olaraq qadınlara birgöz yaşı verdim. Tamamilə özlərininsahib olduqları, ehtiyacları olduğundaistifadə etmək üçün… İNSANLIQ ÜÇÜNBİR GÖZYAŞI! — deyə cavablandırdı.Qadını gözəl edən şey nə saçı, nə bədəni, nə özünü nə şəkildədaşıdığıdır. Qadını əsas gözəl edənsevgisini paylaşa bilməsi,fədakarlığı,məsuliyyəti, anlayışı, yalnızməlumata deyil eyni zamanda ürəyədə istiqamətli ağlıdır..
['maraqlı hekayə']
4,284
https://kayzen.az/blog/dusundurucu-hekayeler/8707/bir-dil%C9%99n%C3%A7inin-hekay%C9%99si.html
Bir dilənçinin hekayəsi.
HANDSOME
Düşündürücü hekayələr
9 fevral 2012, 15:04
Bir gün, kiçik bir qız uşağı, küçənin qırağında oturmuş, yeyəcək bir şey, pul ya da ala biləcəyi bir şey üçün dilənirdi. Əynində yırıq-yırtıq, üzü-gözü kir içində və pərişan bir haldaydı.Qız dilənərkən, küçədən gənc, canlı və yaxşı görünüşlü bir adam keçdi. Qızı gözü almışdı amma bildirməmək üçün dönüb ikinci dəfə baxmadı. Böyük və lüks evinə, xoşbəxt və rahat ailəsinin yanına gəldiyində, çox gözəl hazırlanmış axşam                                                         süfrəsi onu gözləyirdi. Lakin az sonra düşüncələri təkrar o kasıb qıza ilişdi. Duyğuları bir şeylərə etiraz edirdi. Sonra asan yolu seçdi və etirazlarını Allaha yönəltdi. Belə vəziyyətlərin var olmasına icazə verdiyi üçün.Və içindən belə bir cümləylə şikayətləndi:" - Belə bir şeyin olmasına necə icazə verirsən? Niyə o kiçik qıza kömək üçün bir şeylər etmirsən Allahım?"Sonra ruhunun dərinliklərindən gələn bir cavab eşitdi:" - Etdim. Səni yaratdım!"
['maraqlı hekayə']
4,285
https://kayzen.az/blog/dusundurucu-hekayeler/8706/%C3%BCmid.html
Ümid
umud600
Düşündürücü hekayələr
9 fevral 2012, 12:39
Günahkar bir adamı mühafiz mələklər önündən və arxasından meydana çəkib, onu cəza yerinə sürükləyirdilər. O şəxs onu tutub sürükləyənlərə fikir vermədən göz yaşlarını payız yağışı kimi tökərək üzünü geriyə çevirdi. Sanki nəyəsə ümid edirdi. Birdən Allahdan mələklərə əmr gəldi:- Ona deyin ki: " Ey fəzilətsiz insan! Qəbahətlərindən qara dəftərini görmədinmi? Daha nəyi gözləyirsən? Boş yerə dayanma! ".O şəxs bu xəbərdarlığa belə cavab verdi: - Ey Rəbbim! Bilirsən ki, buyurduğundan yüz, minqat pisəm. Lakin indi yaxşı və pis işlərimi, iman və küfrümü bir yana qoydum. Mən bütün günahlarıma baxmayaraq lütf və mərhəmətinə böyük bir ümid bağladım. Öz əməllərimə deyil, mərhəmətinə sığınıram. Mənə şərəf libası olaraq varlıq verdin. Buna görə də Sənə güvənirəm.Bir bəndə beləcə həddini bilib, günahlarını etiraf edincə, ilahi məğfirət dadına yetişdi. Rəhman və Rəhim olan buyurdu ki: - Ey mələklər! Onu mənim hüzuruma gətirin: çünki onun qəlb gözü ümid və niyazdadır. Mən də onun günahlarını əfv edib, onu buraxım. Xətalarını silim. Lütfümdən xoş bir atəş yandırım və bu atəşin ən kiçik qığılcımı günahı da, qüsuru da yandırsın.
['Allah', 'günah', 'ümid', 'mərhəmət']
4,286
https://kayzen.az/blog/Azerbaycan-kinosu/8551/q%C4%B1sametrajl%C4%B1-filml%C9%99r-%C9%99n%C9%99n%C9%99-v%C9%99-yenilikl%C9%99r.html
Qısametrajlı filmlər: ənənə və yeniliklər
Azərbaycan
Azərbaycan kinosu
9 fevral 2012, 11:58
Dünyanın mədəniyyət tarixində əvəzsiz rola malik kinematoqrafiyanın yaranması qısametrajlı filmlərin istehsalı ilə başlanıb. Bu filmlərdə zaman məhdudiyyəti ilə yanaşı, personaj sayı və cərəyan edən hadisələrin əhatə dairəsi də məhduddur. Zaman ötdükcə, kino özünün inkişaf mərhələlərini keçdikcə qısametrajlı filmlər tammetrajlı filmlərlə əvəzləndi. Bununla belə, qısametrajlı filmlər heç də tamamilə sıradan çıxmadı, əksinə, özünə yeni meydan qazandı. İndi dünyada qısametrajlı filmlərlə bağlı müxtəlif müsabiqələr, festivallar da keçirilməkdədir. Azərbaycan kinosunda da qısametrajlı filmlərin müəyyən ənənəsi var. Ötən əsrin 30-cu illərindən başlayaraq “Dostlar”, “Rəqs edən qurbağalar”, “Kazbek”, “Liftçi qız”, “Qaraca qız”, “Afroditanın qolları”, “Dəvətnamə”, “Dairə”, “Boş yer”, “Yapon və yaponiyalı” və s. filmlər çəkilib. Daha sonra “Debüt” qısametrajlı filmlər studiyasının fəaliyyəti ilə qısametrajlı film çəkilişi kinomuzda ənənə halını alıb. Son illərdə çəkilən qısa filmlərə Şamil Əliyevin “Təsadüfi görüş”, Asif Rüstəmovun “Ev”, Əli İsa Cabbarovun “Düyün”, Samir Kərimoğlunun “Qanadlarıma sığal çək”, Fariz Əhmədov və İsmayıl Məmmədovun “Qocalar”, Elməddin Alıyev və Xəyyam Abdullayevin “Nəfəs”, “Koramal” və s. nümunə göstərmək olar. Azərbaycanda qısametrajlı filmlər ənənəsindən danışan kinorejissor Şamil Əliyevin sözlərinə görə, bu filmlərdə professionallıq, yeni estetik axtarışlar mütləq olmalıdır: «Bu gün çəkilən qısametrajlı filmlərə yüksək parametrlərlə yanaşanda müəyyən büdrəmələrin şahidi olursan. Bir neçə film istisna olmaqla, bizim filmlərin ssenari və dramaturgiyasında çox mühüm problemlər var. Bu problem bütün dünyada da mövcuddur”. Qısametrajlı filmlərin əsasında dramaturji cəhətdən güclü ssenarilər durur. Bu filmlərin mövzusu da müxtəlifdir, adətən, “underground”dan tutmuş sevgi, insan hüquqları və s. səpkili mövzularda çəkilən filmlər festivallarda daha çox cəlbedici olur. Filmin qazandığı tamaşaçı auditoriyası keyfiyyətli ssenaridən birbaşa asılıdır. 3-4 dəqiqə ərzində özündə bəşəri ideyaları əks etdirən filmlərə bu gün qonşu dövlətlər - İran və Türkiyə kinematoqrafiyasında da rast gəlmək olar. Adətən belə qısa filmlərin mərkəzində kosmopolit dildə danışan insan, onun duyğuları, ideyaları qabardıldığı halda bizdə bu ənənə bir qədər dəyişir. Belə ki, filmlərimizdə daha çox millilik, mental dəyərlər, kolorit ön plana çəkilir. Təbii ki, bu da əcnəbi tamaşaçını filmi izləmə usandırır. Əminliklə deyə bilərəm ki, bu günün müasir tamaşaçısına heç bir mental çərçivələrə sığmayan, özündə bəşəri duyğuları ifadə etməyi bacaran filmlər maraqlıdır. DramDil: Azərbaycan diliÖlkə: Azərbaycanİstehsalçı qurum: "Debüt" StudiyasıFilmin növü: Qısametrajlı Bədii FilmRəng: RəngliVaxt: 26,5 dəq.İl: 1999Film çəkilən yerlər: BakıFilm üzərində işləyənlər Ssenari müəllifi : Nərminə QuliyevaQuruluşçu rejissor : Şamil ƏliyevQuruluşçu operator : Kənan MəmmədovQuruluşçu rəssam : Rafiz İsmayılovBəstəkar : Rauf ƏliyevSəs operatoru : Nataliya NuriyevaRollardaFuad Poladov-MuradSənubər İsgəndərli-TamaraƏləkbər Hüseynov Bu gün kino aləmində qısametrajlı filmlərin çəkilməsinə böyük maraq var. Həm tamaşaçı, həm də rejissor üçün maraqlı olan bu filmlərin «art-video» deyilən forması da mövcuddur. 3-5 dəqiqə, hətta 30 saniyə ərzində inanılmaz, tamaşaçını heyrətə gətirəcək ideyanı ifadə etmək rejissordan çox böyük bacarıq tələb edən məsələdir. Bu baxımdan bizim filmlərimiz dünyada məşhur olan bu ənənədən bir qədər kənarda qalıb. Bizdə qısa filmlər 20-50 dəqiqə arasında dəyişdiyi halda, yuxarıda adını çəkdiyim qonşu ölkələr, o cümlədən Avropa ölkələrində zamanı bir az da məhdudlaşdıraraq 3-5 dəqiqə ərzində əsas ideyanı verməyə çalışırlar. Ümumiyyətlə, bizim qısa filmlərdə areal genişliyi, zaman hədsizliyi və s. bu kimi məqamlar tamaşaçını filmin ideyasından bir qədər uzaqlaşdırıb fikir yayğınlığı, dolaşıqlıq yaradır. Avropa qısametrajlı filmlərində başqa parametrlərə üstünlük verilir. Belə ki, İran, Gürcüstan, Türkiyə qısametrajlı filmlərinə nəzər salsaq burada mövzu-ideya qabarıqlığı üstün olduğu halda, Avropada bu, texniki keyfiyyətlə əvəzlənir. Yəni bu filmlərdə daha çox ideyanın ön plana çıxması məsələsi yox, operator, rəssam, vizual effektlər və s. üstünlük təşkil edir. Beləliklə, qısametrajlı filmlər rejissor üçün eksperiment, tammetrajlı filmlərə nərdivan rolunu oynamaqla yanaşı, həm də böyük bacarıq, estetik, fərqli yanaşma tərzi tələb edən kinematoqrafiya sahəsidir. İstər peşəkar, istər bu sahədə yeni olan gənc rejissor belə kortəbii şəkildə yox, sırf özünü bu filmlərə hazır görüb qısametrajlı filmə müraciət etməlidir. Yalnız bu zaman peşəkar kinodan danışmaq mümkündür. Necə deyərlər, meydan sözünü deyə bilənlərindir. Müəllif: Yeganə CANSAİL Mənbə: Mədəniyyət qəzeti
['kino']
4,287
https://kayzen.az/blog/kino/8550/art-house-m%C3%BC%C9%99llif-filmi.html
“Art House”- müəllif filmi
Azərbaycan
Kino
9 fevral 2012, 11:56
Adətən, belə filmlər bütünlüklə rejissorun zəhməti hesabına ərsəyə gəlib özündə müəllifin ideya və arzularını əks etdirdiyindən tamaşaçı tərəfindən o qədər də asanlıqla həzm olunmur. Bəzən tamaşaçı tərəfindən səhv anlaşılan, qəliz məzmunla xarakterizə edilən bu filmlərin ideyası, kinoya gətirdiyi yeniliklər əslində təqdirəlayiq haldır. Müəllif filmlərinin Azərbaycan kinosunda azlığını nəzərə alıb bunun səbəblərini araşdırmaq məqsədi ilə bir neçə mütəxəssisə müraciət etdik. Suallarımız isə belə oldu:1. Müəllif filmlərinin çəkilməməsinə səbəb nədir və bunun üçün hansı şərait yaradılmalıdır?2. Azərbaycan kinosu və tamaşaçısı belə filmlərə nə dərəcədə hazırdır?3. Dünya kino bazarında müəllif filmlərinin yeri.Şamil Əliyev(kinorejissor):“Müəllif kinosunun əsasında yeni ideya, yeni mövzu dayanır. Rejissorda da nəyin bahasına olursa-olsun film çəkmək naminə yox, hansısa bir estetik ideyanı reallaşdırmaq arzusu olmalıdır. Bu gün Azərbaycan kinosunda rejissorlar yad ideyaları çəkməklə məşğuldurlar. Ona görə də müəllif kinosunun problemləri var. Yaradıcılıq azadlığı olmalıdır, müstəqil kino münasibətləri formalaşmalıdır. İstər orta nəsildə, istər yeni gələn nəslin içərisində müəllif kinosu çəkməyə qadir olan insanlar var. Hətta mən deyərdim ki, Azərbaycanda müəllif kinolarına üstünlük verilməlidir. Bloqbasterlər - böyük büdcəli filmlərin çəkilməsinə biz bu gün hazır deyilik. Maddi bazası, prodüser işinin formalaşmaması bunu deməyə imkan verir ki, böyük büdcəli filmlərin çəkilişi bu gün ölkəmiz üçün problem yarada bilər. Dövlətimiz kino sənətini qoruyub saxlamaqdan ötrü əlindən gələni edir ki, kinomuz yaşasın. Dövlətin pulunu xərcləmək hələ prodüserlik deyil. Müəllif kinosu üçün maddi texniki baza, müasir kino düşüncəsi formalaşmalıdır. Mən Azərbaycanda sanballı prodüserə rast gəlməmişəm. Müstəqil kino haqqında təsəvvür yaratmaq üçün yeni prodüserlər nəsli yetişdirmək lazımdır. Müəllif kinosunu dünya kino bazarından kənar təsəvvür eləmək düzgün deyil. Onun ən yaxşı nümunələrindən biri sayılan rejissor Andrey Zvyaginsevin “Qayıdış” filmi Venesiyada iki baş mükafat aldı və Rusiyanın son 15 ildə Avropa bazarına müvəffəqiyyətlə daxil olan yeganə filmdir ki, prokatdan 7 milyon gəlir gətirdi. Rus kino tarixində bu hadisədir. Həmçinin Nuri Bilge Ceylanın da filmləri xeyli uğur və gəlir gətirib. Bizim ölkədə də belə filmlər çəkmək istəyən rejissorlar var. Problem yalnız maliyyə ilə bağlıdır. Mən inanıram ki, bizim də ölkədə belə filmlər çəkiləcək və qoyulmuş məbləğdən artıq gəlir götürəcəyik”.Teymur Daimi (kinoşünas):“Tez-tez cəmiyyətdə insanlarla ünsiyyətdə oluruq, müzakirələr aparırıq və görürəm ki, hələ müəllif filmlərini dərk edib qavramağa tam hazır deyilik. Ola bilər ki, televizorda gedən filmlər tamaşaçı zövqünü dəyişib. Müəllif filmləri tamaşaçıdan daxili intellektual və fərdi fikir tələb edir. Belə filmlər, adətən, müəyyən təbəqə, məhdud tamaşaçı üçün çəkilir, bütün kütlə bu filmi qəbul edə bilməz. Kommersiya baxımından bir o qədər də uğuru olmayan bu filmlərdə əsasən rejissorun ideyası, fəlsəfəsi əks olunur. Xaricdə xüsusi fondlar, qurumlar var ki, müəllif kinosuna dəstək verirlər. Hətta Fransada, Hollandiyada dövlət özü də belə filmlərin çəkilməsinə kömək edir. Həmçinin bu filmlərin nümayişi üçün xüsusi kinoteatrlar da fəaliyyət göstərir. Deyərdim ki, onlarla müqayisədə biz sıfır dərəcəsindəyik. Bir daha qeyd edirəm ki, əsas problem kütləvi hazırlıqsızlıqdır. Məsələn, eksperiment kimi Tarkovskinin hər hansı bir filmini televiziya kanallarımızdan birində yayımlasalar, inandırım sizi, tamaşaçı ona cəmi 20-30 dəqiqə baxa biləcək. 90 % belədir. Çünki tamaşaçının zövqü buna hələ hazır deyil”. Mübariz Nağıyev(kinorejissor):“Müəllif kinosuna dünyada “Art Cinema” və “Art House” da deyirlər. Rusiyada bunun adını “Başqa kino” qoyublar. Bu, kinematoqrafın elə bir qoludur ki, burada filmin rejissoru ümumilikdə həmin ekran əsərinin tamhüquqlu müəllifi kimi çıxış edir və filmə görə məsuliyyəti tam olaraq tək özü daşıyır. Hər şeydən əvvəl, qəti rejissor fikri, bu fikir ətrafında müəllifə inanaraq toplaşmış yaradıcı qrup, rejissorun yaradıcı təxəyyülü və yaradıcı atmosfer lazımdır. Bu sonuncu, fərdi anlamdır və bunun üçün konkret meyar yoxdur, bu sahədə hər yaradıcı şəxsin özünəməxsus tələbləri var. Bu cür filmlərin çəkilməsi üçün maddi bazaya gəldikdə isə kommersiya filmləri ilə müqayisədə məsələ olduqca çətindir. Amma nəzərə alsaq ki, bizdə kino istehsalı 95 faiz dövlət qayğısına əsaslanır, onda bu çətinlik aradan qalxmış olur. Qalır bircə məsələ - müəllifin öz layihəsi ilə əlaqədar fikrinə sifarişçini inandırmaq bacarığı... Sözsüz ki, müəllif kinosunun dünya bazarındakı yeri kommersiya filmləri ilə müqayisə oluna bilməz. Bu, daha yığcam bir tamaşaçı kütləsi üçün nəzərdə tutulmuş sahədir və kinoprokat bazarında heç də yüksək pillə tutmur. Halbuki, bu filmlər sənət əsəri kimi daha yüksək dəyərləndirilir və demək olar ki, həmişə peşəkar kinematoqrafçıların rəğbətini qazanır. Belə filmlərə Avropa kino bazarında daha çox rast gəlmək olur. Lakin gətirdiyi maddi qazancın azlığına baxmayaraq “müəllif kinosu” Rafaelin tabloları, Mikelancelonun heykəlləri, Şekspirin pyesləri sayaq əsl orijinal sənət əsəri kimi hər zaman diqqət mərkəzində olacaq, müasir və gələcək kino sənətində də özünə layiqli yer tutaraq böyük rəğbətlə qarşılanacaq”.Bəzi peşəkarlar bizim tamaşaçını “art house” filmlərini həzm edə bilməməkdə, bəziləri milli kinomuzun buna hazır olmamaqda qınadı. Əslində isə adından da göründüyü kimi, müəllif filmləri tamaşaçını arxasınca aparmalıdır. Məhz “art house” kütləvilikdən bezdiyimiz bir məqamda mədəniyyətimizin, zövqümüzün dəyişilməsi üçün vacib amil sayıla bilər. Gedək filmləri izləməyə - «Uzaq», «3 meymun», «Divara qarşı», «Dalğaları yararkən», «Boş ev», “Yol”, “Stalker”, “Bal” və s.Müəllif: Yeganə CANSAİLMənbə: Mədəniyyət qəzeti
['art house', 'kino', 'incəsənət']
4,288
https://kayzen.az/blog/dusundurucu-hekayeler/8705/%C5%9Feytanla-m%C3%B6minin-hekayesi.html
Şeytanla Möminin hekayesi
HANDSOME
Düşündürücü hekayələr
9 fevral 2012, 11:13
Günlərin biri bir cavan gözəl paltarından birini geyinib məscide sübh namazına gedir. O, məscidə catmamiş yıxılır, patlatı büsbütün bulaşır. Ayaga qalxıb üst-başını cırpır,evə qayıdır və paltarını dəyişib yenidən məscidə yollanır, bu dəfə həmin yere catanda yıxılır,üst-başı yenə də tamam bulaşır. Yenidən evə qayıdıb paltarını dəyişir ve məscidə gedir. Bu defə yolda qarşısına əlicarıqlı bir şəxs cıxır.Cavan ondan adını soruşduqda deyir:"Gördüm eyni yerdə iki defə yıxıldın, bunun ücündə cıraq gətirib ayagının altını işıqlandırmaq istədim"Cavan ona təşəkküredir və onlar birlikdə məscidə yollanırlar. Məscidə catanda cavan ona namazagəlməyi təklif edir, amma əlicıraqlı şəxs imtina edir.Cavan nə qədər israr edirsə, hec bir nəticə vermir. Səbəbini soruşduqda deyir:"Axı mən şeytanam!"Cavan sanki yerə yapışır və bir söz deyə bilmir. Şeytan sözlərinə davam edərək deyir: "Sənin iki dəfə yixilmagına səbəb mən oldum.Birinci dəfə səni yıxdıqda dərhal evə qayıdıb təzə paltar geyindin, məscidə qayıtdın və bunun ücün Allah-Təala sənin bütün günahlarını bagışladı.İkinci dəfə bunu yenidən təkrar etdim. Amma sən bu dəfə də təzə partarındanbirini geyinib məscidə döndün. Və bu dəfə Allah-Təala sənin bütün qohum-əqrabalarının günahlarını bagışladı.Qorxdum ki, birdən ücüncü dəfə yixilsan, yenidən evə qayıdacaq, təzə paltar geyinib məscidə dönəcəksən. Bu defe Allah-Təala sənin bütün həmşəhərlilərinin günahlarını bagışlayacaq....
['hekayə']
4,289
https://kayzen.az/blog/edebiyyat/3730/pax%C4%B1l-musiqi%C3%A7i-%7C-dino-buttsati.html
"Paxıl musiqiçi" | Dino Buttsati
Muza
Ədəbiyyat
8 fevral 2012, 22:53
Şan-şöhrətinin zirvəsində həyatının çiçəkləndiyi bir dövrü yaşayan və son dərəcə paxıl insan olan bəstəkar Auqusto Qorca bir axşam öz məhəllələrində tək-tənha gəzişərkən hansısa böyük evdən gələn fortepiano səslərini eşitdi. Auqusto Qorca ayaq saxladı. Bu müasir, ancaq nə onun, nə də həmkarlarının bəstələdiklərinə bənzəməyən fərqli bir musiqi idi; buna oxşar bir şeyi o heç vaxt eşitməmişdi. Dərhal heç ayırd da etmək olmurdu ki, bu ciddimi, yoxsa yüngülmü musiqidir; o, özünün bir qədər sadəliyi ilə bəzi xalq təranələrini xatırlatsa da, onda acı bir istehza duyulur, sanki zarafatla səslənsə də, daxilindəki sarsılmaz inamdan xəbər verirdi. Ancaq Qorca, hər şeydən öncə, - bu musiqinin dəst-xəttindən heyrətə gəldi. O, harmoniyanın bütün köhnə qayda-qanunlarından azad idi, bəzən sərt və inadlı olsa da, eyni zamanda, ən kamil ifadə səviyyəsinə yüksəlirdi. Bundan əlavə, ona hər hansı bir ağır zəhmətdən əsər-əlamət olmayan füsunkar yüngüllük və gənclik təravəti də xas idi. Ancaq çox keçmədi ki, royal susdu və Qorca müsuqinin yenidən səslənəcəyini gözləyərək, küçədə əbəs yerə var-gəl etməyə başladı. - Kim bilir, yenə hansı amerikan hoqqasıdır. Onlarda musiqi yerinə ən qəliz cəhənnəm sayıqlamasını sırıyırdılar, - deyə o düşündü və evinə tərəf üz tutdu. Bununla belə, həmin axşam da, bütün ertəsi gün də o, qəlbində dərin bir narahatlıq hissi duydu; necə ki, birisi meşədə ov edərkən sərt bir daşa və ya ağaca ilişir və ehtiras içərisində olduğundan bunun fikrinə varmır, yalnız sonra, gecə zədənin yeri ağrı verəndə o, heç bir vəchlə xatırlaya bilmir ki, bu harada və necə baş verib. Və hələ bir həftədən də artıq gözləmək lazım gəlir ki, yaranın yeri tamamilə itib yox olsun. Bir müddət keçmiş, saat altıya yaxın evinə dönərkən Qorca qapını açar-açmaz, qonaq otağındakı radiodan gələn səsləri eşitdi: o, dərhal, öz peşəkar duyumu ilə həmin səsləri tanıdı; bu dəfə tək fortepiano yox, bütöv bir orkestr çalırdı və bu onun həmin axşam eşitdiyi musiqi parçası idi, eyni möhtəşəm və məğrur vurğular, az qala təhdidedici bir amiranəliklə, sanki mənzilə yetişməkçün dördnala çapan küləkayaqlı bir kəhər ideyasını təlqin edən həmin bənzərsiz harmonik ifadələr. Qorca qapını örtməyə macal tapmamışdı ki, musiqi birdən-birə kəsildi və qonaq otağından qeyri-adı tələsiklə çıxan xanımı Mariyanın yaxınlaşmaqda olan ayaq səsləri eşidildi. - Salam əzizim, bilmirdim ki, belə tezliklə qayıdacaqsan, - deyə xanımı söylədi. Bəs nədən onun siması belə çaşqın idi? Bəlkə o, ərindən nəyisə gizlədirdi? - Nə olub? - deyə Qorca təəccüblə soruşdu. - Necə yəni, nə olub? Nə olmalıydı ki?-deyə Mariya özünü dərhal ələ aldı. - Bilmirəm. Sən nəsə belə, birtəhər salamlaşdın.... Bəlkə deyəsən, indicə radio ilə nə verirdilər? - Eh, elə bir o qalmışdı ki, hər şeyə qulaq asım! - Elə isə, mən içəri girən kimi sən niyə radionu belə tələsik söndürdün? - Nədir, məni sorğu-suala tutmusan? - deyə, xanımı gülərək ucadan soruşdu- Düzünü bilmək istəyirsənsə, radionu elə səni qarşılamağa çıxanda söndürdüm. Keçmişəm öz otağıma, yadımdan çıxıb, yanılı qalıb. - Bir musiqi verirdilər... çox maraqlı musiqi idi, -deyə Qorca fikirli-fikirli qonaq otağına yönəldi. - Bəxtəvərin oğlu, sənə musiqi azlıq edir, nədir? Səhərdən axşama qədər musiqi, musiqi.... heç cür sakitləşə bilmirsən... Sən bu radiodan əl çəkəcəksən, ya yox?! - deyə o, ərinin radionu yenidən yandırmaq istədiyini görüb ucadan deyindi. Qorca çevrilib arvadına diqqətlə nəzər saldı: xanımı həyəcanlı görünürdü, sanki nədənsə ehtiyat edirdi. O, nümayişkaranə bir tərzdə radionun düyməsini burdu, lövhə işıqlandı, cihaz həmişəki kimi çıqqıldadı, sonra diktorun səsi eşidildi: - ... mera musiqisindən ibarət proqramı dinlədiniz. “Tremel” firması tərəfindən təqdim olunan növbəti konsertlə... - Nədir, sakit oldun? - deyə bir qədər ürəklənmiş Mariya dilləndi. Həmin axşam - şam yeməyindən sonra dostu Cakomelli ilə birlikdə gəzintiyə çıxan Qorca radio verilişlərinin siyahısı olan qəzeti alıb günün proqramına nəzər saldı. “Saat 1645, maestro Serco Anfossinin rəhbərliyi ilə kamera musiqisi; Hindemitin, Kuntsun, Mayssenin, Ribbentsin, Rossi və Stravinskinin əsərləri”. Yox, dinlədiyi musiqi qətiyyən Stravinskininki deyildi. Bəstəkarların adları qəzetdə əlifba sırası ilə verilmişdi və görünür, əsərlərin ifa ardıcıllığı konsert zamanı dəyişdirilmişdi. Bu nə Hindemitin, nə də Mayssenin musiqisi idi, Qorca onları çox gözəl tanıyırdı. Deməli Ribbents? Yox, onun köhnə konservatoriya dostu Maks Ribbents on il öncə elə də pis olmayan, ancaq sxolastik, böyük polifonik kantata ilə gücünü sınamış, sonra bəstəkarlıqdan tamamilə əl çəkmişdi. Yalnız bu yaxınlarda, bu qədər sükutdan sonra o, Teatro di Statoda yeni bir opera düzüb-qoşmaqla özünü yenidən göstərmişdi. Elə bu günlərdə də əsər səhnəyə qoyulmalı idi. Ancaq həmin o birinci əsərini nəzərə almaqla , bu dəfəkinin də nə olacağını təsəvvür etmək çətin deyildi. Deməli, bu Ribbents də deyil. Qalırdı Kunts və Rossı. Ancaq onlar kim idilər ki? Qorca onların adlarını belə, eşitməmişdi. - Sən orada nə axtarırsan?-deyə Cakomelli onun qəzeti diqqətlə nəzərdən keçirdiyini görüb soruşdu. - Heç. Bu gün radioda bir musiqi eşitmişəm. Bilmək istəyirdim kiminkidir. Maraqlı musiqi idi. Ancaq buradan baş çıxarmaq olmur. - Yəni, necə musiqi idi ki? - Deməyə çətinlik çəkirəm, çox həyasız bir musiqi idi, mən deyərdim.... - Yaxşı görək, başından elə, - deyə dostunun necə vasvası olduğunu bilən Cakomelli zarafatla söylədi. Özün məndən də gözəl bilirsən ki, səni kölgədə qoya biləcək bir bəstəkar hələ anasından olmayıb. - Yox, yox, əksinə, - deyə istehzanı duyan Qorca cavab verdi- Mən buna yalnız şad olardım, hətta düşündüm ki, nəhayət, kimsə (onun tutqun fikirləri seyrəldi)... Yeri gəlmişkən, Ribbentsin yeni operasının baş məşqi sabah deyil? Cakomelli dərhal cavab vermədi. Yox, -deyə o laqeydliklə dilləndi. Onu, deyəsən təxirə salıblar. - Bəs sən özün gedəcəksən? - Eh, çətin... Sən ki, bilirsən, belə şeylər mənim əsəblərimçün həddən ziyadədir. Bu sözlərdən sonra Qorcanın əhvalı özünə qayıtdı. - Zavallı Ribbents, -deyə o, ucadan söylədi. Zavallı qoca Ribbents, mən ondan ötrü həqiqətən də şadam. Nə qədər olmasa da təsəllidir....Hə, təki olsun...! Ertəsi gün axşam Qorca evdə oturub barmaqları ilə pianonun dilləri üzərində gəzişərkən birdən, bağlı qapı arxasından həyəcanlı danışıq səslərini eşitdi. O, şübhələnərək yaxınlaşıb qulaq asdı. Yandakı qonaq otağında xanımı və Cakomelli nəyinsə barəsində yavaşca məsləhətləşirdilər. Cakomelli deyirdi: - Axı, gec-tez o, hər şeyi biləcək. - Nə qədər gec olsa, bir o qədər yaxşıdır, -deyə Mariya cavab verirdi, - o, hələ heç nədən şübhələnməməlidir. - Yaxşı, tutaq ki,... Bəs, qəzetlər? Qəzetləri ki, oxumağı ona qadağan edə bilməyəcəksiniz. Bu yerdə Qorca qapıları taybatay açdı. Arvadı və dostu, sanki iş başında yaxalanmış oğrular kimi yerlərindən dik atıldılar. Hər ikisinin bənizi ağappaq ağarmışdı. - Deməli, belə?-deyə Qorca acıqlı-acıqlı soruşdu. Qəzetləri oxumağı kimə qadağan edirsiniz? - Mən ... mən..., - deyə Cakomelli kəkələdi, -mən burada bir əmioğlu barəsində danışırdım. O israfçılıq üstündə həbs olunub. Onun atası, yəni mənim əmim bu barədə heç nə bilmir. Qorca rahatlıqla nəfəsini dərdi. Buna da şükür! O, bir qədər yersiz müdaxiləsinə görə hətta utancaqlıq hissi də keçirdi. Nəhayət, bu şübhələrdən lap cana doymaq olardı. Ancaq sonra Cakomelli sözünə davam edərək danışdıqca o, yenidən səksəkəli həyəcan hiss etməyə başladı? Görəsən bu əmioğlu əhvalatı yalan deyildi ki? Cakomelli bütün bunları özündən uydura bilməzdimi? Əks təqdirdə, bu gizli pıçıltılar nə demək idi? O, həkimləri və qohumları tərəfindən qaçılmaz son hökmü gizlədilən bir xəstə kimi şübhələr içərisində dolaşırdı: insan ətrafındakı yalanları duyur, ancaq o birilər daha da bicdirlər və onun fikrini yayındırmağa çalışırlar, onu sakitləşdirməyə nail olmayanda isə heç olmasa, qorxunc həqiqəti gizlətməyə cəhd edirlər. O, evdən kənarda da şübhəli əlamətlərlə üzləşirdi: məsələn, həmkarlarının çoxmənalı baxışları, onun yaxınlaşdığını görərkən susaraq, danışmamaları, adətən söhbətçil insanların onu görcək sıxıntı keçirməsi... Ancaq Qorca özünü ələ alır və özü-özünə suallar verirdi ki, bəlkə ondakı bu şübhələr nevrasteniyanın əlamətləridir. Axı, bəzi insanlar var ki, yaşa dolduqca hər tərəfdə yalnız düşmən görürlər. Bir də axı, o nədən qorxmalı idi ki? O, ad-san, hörmət sahibi idi, maddi cəhətdən gözəl təmin olunmuşdu. Teatrlar və simfonik cəmiyyətlər onun əsərlərini ifa etməkdə iddialı idilər. Sağlığına söz ola bilməzdi, heç vaxt da xəstələnməmişdi. Yaxşı, bəs nə? Onu hansı təhlükə gözləyə bilərdi? Ancaq bu cür düşünmək ona kifayət etmirdi. Ertəsi gün şam yeməyindən sonra onun həyəcanı daha da kəskinləşdi. Saat təxminən ona qalırdı. Növbəti qəzeti gözdən keçirərkən o, gördü ki, Ribbentsin yeni operası səhnəyə məhz həmin axşam qoyulur. Yaxşı, onda necə olur axı? Məgər Cakomelli deməmişdimi ki, baş məşq təxirə salınmışdır? Necə ola bilərdi ki, heç kim ona xəbər verməsin, onsuz keçinsinlər? Və nə üçün teatrın rəhbərliyi həmişə olduğu kimi ona xüsusi dəvətnamələr göndərməmişdi? - Mariya! Mariya!-deyə o, həyəcanla çığırdı. Sən bilirdin ki Ribbentsin premyerası bu axşamdır? Mariya təsviş içərisində özünü yetirdi: - Mən... mən? Hə, ancaq elə bilirdim... - Nəyi elə bilirdin?.. Bəs dəvətnamələr? Necə ola bilər ki, mənə dəvətnamə göndərməsinlər? - Hə, hə... Bəs, sən zərfi görməmisən? Mən onu sənin masanın üstünə qoymuşam. - Mənə də heç nə deməmisən, eləmi? - Mən elə bildim bu səninçün maraqlı deyil.. Axı sən özün deyirdin ki, heç vaxt getməzdin... Deyirdin onlar səni tovlaya bilməzlər... Bir də ki, tamam unutmuşdum, sənə and içirəm. Qorca özündə deyildi. - Mən başa düşə bilmirəm... başa düşə bilmirəm, - deyə o təkrar-təkrar söyləyirdi, - saat on birə beş dəqiqə işləyib... artıq gecdir...bu sarsaq Cakomelli də ki (onu nə vaxtdan bəri sarsıdan şübhələr dumanı artıq seyrəlirdi: səbəbini heç cür anlaya bilmədiyi bu təhlükə nəsə də məhz Ribbentsin operasında olmalı idi. O, məchul baxışlarla gözlərini yenidən qəzetə zillədi)... Aha, operanı radio ilə verirlər... İndi görüm kim bu imkanı mənim əlimdən ala biləcək! Mariya kədərli bir səslə dedi: - Augusto, təəssüflər olsun ki, radio işləmir.... - Necə yəni işləmir? Nə vaxtdan bəri işləmir? - Elə günortadan. Saat beşdə mən onu yandırmaq istədim, içərisində nəsə “çıqq” elədi, sonra da heç nə eşidilmədi, görünür qoruyucusu yanıb. - Məhz bu axşam, eləmi? Deməli, siz sözü bir yerə qoymusunuz ki... - Nədən ötrü sözü bir yerə qoymuşuq? - deyə Mariya az qaldı ki ağlasın- Mənim günahım nədir? - Yaxşı mən gedirəm. Haradasa bir radio tapılar... - Yox, Auqusto... yağış yağır... özün də soyuqdəyməlisən... həm də gecdir... axırı bir vaxt tapıb bu zəhrimara qalmış operaya qulaq asacaqsan, ya yox?! Ancaq Qorca çətiri qapıb, evdən çıxmışdı. O, tək-tənha küçələri dolaşarkən hansısa bir qəhvəxananın parlaq işıqları nəzərlərini cəlb etdi. İçəridə adam az idi. Ancaq bir qədər irəlidə, kiçik çay zalında bir dəstə adam toplaşmışdı. Və oradan musiqi sədaları süzülürdü. Qəribədir, - deyə Qorca düşündü. Radioya belə marağı yalnız bazar günləri futbol oyunları gedəndə görmək mümkündü. Birdən onun beynində qəfil fikir oyandı: olmaya onlar Ribbentsin operasını dinləyirlər? Yox, bu ağlasığan deyildi. Yerlərində qımıldanmadan musiqiyə qulaq asanlar onun şübhələrindən xeyli uzaq adamlardı: əyinlərində sviter olan iki cavan oğlan, bir yüngül əxlaqlı qız və ağ gödəkcə geymiş ofisiant. Qorca anlaşılmaz bir üzünt hiss etdi, sanki neçə-neçə günlər, günlər nədir, aylar və illər öncə o bilirdi ki, təyin olunmuş bu saatda o özgə bir yerə yox, məhz buraya, bu qəhvəxanaya gəlib çıxmalıydı. Və indi o, yaxınlaşdıqca, musiqinin ritmi və ahəngi daha da aydın duyulduqca onun ürəyi daha da bərk sıxılmağa başlayırdı. Bu musiqi onun üçün tamamilə yeni bir şey idi və eyni zamanda bu səslər onun beynində bir qurd kimi çoxdan kök salmışdı. Bu həmin qəribə musiqi idi ki, Qorca onu əvvəl küçədə, sonra isə o axşam evlərində eşitmişdi. Ancaq indi o, daha sərbəst və daha məğrur, qeyri-adi coşqunluğuna və ramedilməz gücünə görə daha da möhtəşəm səslənirdi. O, hətta bu savadsız insanları, - bu mexanikləri, küçə qadınlarını, ofisiantları belə məftun etmişdi. Onlar fəth olunmuş, məğlub edilmiş kimi ağızları açıq qalmışdılar. Dahi! Və bu dahinin adı Ribbents idi. Dostları da, xanımı da əllərindən gələni etmişdilər ki, Qorca bu barədə heç nə bilməsin, - yanlız ona olan təəssüblərinə görə. Bu həmin o dahi idi ki, bəşəriyyət onu, ən azı yarım əsr gözləmişdi və bu dahi Qorca yox, onun yaşıdı olan bir başqası, indiyədək tanınmayan və saya alınmayan birisi idi. Bu musiqi onun üçün necə də nifrətamizdi! Bu musiqini hörmətdən salmaq, onun saxta olduğunu sübuta yetirmək, onu ələ salıb biabır etmək necə də gözəl olardı! O isə müzəffər bir zirehli kimi sükut dalğalarını yara-yara irəliləyirdi və olsun ki, tezliklə bütün yer üzünü fəth edəcəkdi! Ofisiant onun qolundan yapışdı: - Sinyor, üzr istəyirəm, özünüzü pis hiss etmirsiniz?Qorca həqiqətən də ayaq üstə güclə dayanırdı. - Yox, yox, təşəkkür edirəm. Beləcə, heç nə içmədən o, sonsuz üzüntü içərisində qəhvəxanadan yağışın altına çıxdı. - Müqəddəs Məryəm!-deyə o, həyat sevincinin onunçün birdəfəlik bitdiyini gözəl anlayaraq, öz-özünə pıçıldadı. O, hətta təskinlik üçün bu dərdini Tanrıya da aça bilmədi: çünki Tanrı bu cür iztirabları qəbul etmir. İtalyan dilindən çevirəni: Cəmşid Cəmşidov Həmçinin bax: məşhur bəstəkarlardan Motsart, Bethoven və s.
['musiqiçi', 'paxıllıq', 'italyan ədəbiyyatı']
4,290
https://kayzen.az/blog/Dream/8704/stiv-gudyer-hekay%C9%99.html
Stiv Gudyer Hekayə
Dream
Bloq: Dream
8 fevral 2012, 20:08
Hovard yoxsul bir ailənin uşağıydı. Yoxsulluğun ağrı - acısından qurtarmaq üçün qapı-qapı düşüb xırdavat satırdı. Həm özünü, həm də ailəsini öz qazancı ilə saxlayırdı.O gün heç nə sata bilməmişdi, üstəlik də çox ac idi. Bundan sonra döyəcəyi ilk qapıdan yeməyə bir şey istəyəcəyinə qərar verdi. Qapını açan gənc və yaraşıqlı qadını görəndə utandı. Yeməyə bir şey istəmək əvəzinə dili topuq çaldı:- Bağışlayın, bir stəkan su verə bilərsiniz? Gənc xanım uşağın ac ola biləcəyini düşünüb böyük bir stəkanda süd gətirdi. Uşaq südü yavaş-yavaş, qısa udumlarla içib süd qabını xanıma qaytardı:-Borcum nə qədər olacaq?Xanım gülümsəyib cavab verdi:-Sənin mənə borcun yoxdur. Anam bizlərə göstərdiyimiz şəfqət və mərhəmətə görə qarşılıq gözləməməyi öyrədib.Uşaq bir daha təşəkkür etdi: -Hər şeyə görə çox sağ olun. Sizə səmimi- qəlbdən təşəkkür edirəm!Hovard Kelli o evin önündən ayrılanda özünü həm cismani, həm də ruhi cəhətdən rahat və güclü hiss edirdi.Artıq illər keçmiş, tanıdığımız gənc qadın çox az təsadüf edilən bir xəstəliyə tutulmuşdu. Qəsəbə həkimləri çarəsiz qalıb, xanımı böyük şəhərlərin birinə müayinəyə və müalicəyə göndərmişdilər.Həkim Hovard Kelli konsultasiya üçün çağırdığı xəstənin hansı qəsəbədən gəldiyini eşidəndə həyəcanlandı. Əvvəlki qədər gənc və gözəl olmasa da qadını görən kimi tanımışdı və onun yaşaması üçün əlindən gələni edəcəkdi. Ona da bu cür öyrətmişdilər. Şəfqətli və nəzakətli olacaqdı.Uzun sürən müalicədən sonra xəstə sağalmışdı. Həkim Kelli məbləğ yazılmaq üçün qabağına qoyulan qəbzə fikirli-fikirli baxdı, birdən sanki yeni bir şey kəşf etmiş kimi sevindi. Qəbzi bir zərfə qoymamışdan öncə, bəzi şeylər yazdı və qadının palatasına göndərdi. Xanım əlləri titrəyə-titrəyə zərfi əlinə aldı. Açmağa qorxurdu... Xəstəxananın borcunu ödəyə bilməyəcəyini bilirdi. Onu da bilirdi ki, həyatının qalan hissəsini çalışıb ancaq bu borcları ödəyə bilər. Qarmaqarışıq fikirlər içində zərfi açdı. Qəbzə yapışdırılmış bir vərəq diqqətini cəlb elədi. Vərəqin üstünə aşağıdakı sözlər yazılmışdı:"Bütün xəstəxana məsrəfləriniz qarşılığı bir stəkan südlə ödənilmişdir".
['hekayə']
4,291
https://kayzen.az/blog/dusundurucu-hekayeler/8702/isg%C9%99nd%C9%99rin-son-3-arzusu.html
İsgəndərin son 3 arzusu.
_BUMERANQ_
Düşündürücü hekayələr
8 fevral 2012, 17:22
Ölüm ayağında böyük İsgəndər komandirlərini çağırıb, son 3 arzusunu çatdırmış:1.Tabutu dövrün ən yaxşı həkimləri tərəfindən daşınmalı;2.Əldə etdiyi bütün zənginliyin(qızıl, gümüş və digər qiymətli daşlar) yol boyunca, tabutu məzarlığa gələnə qədər səpələnməli;3.Əlləri hər kəsin görə biləcəyi şəkildə tabutun xaricinə sallanmalı. Komandirlərdən biri çaşmış, səbəbini soruşmuş.Böyük İsgəndər belə açıqlamış:-Tabutumu ən məşhur həkimərin daşımasını bu səbəblə istəyirəm ki, hər kəs bilsin həkimlər nə qədər yaxşı olursa olsun, onlar belə ölümün qarşısında çarəsizdir.Yerlərə səpəcəyiniz qiymətli daşlar da göstərəcək ki, bu dünyada əldə etdiyimiz zənginlik bu dünyada qalır.Əllərim tabutun xaricində qalsın ki, hər kəs bilsin: Bizim üçün qiymətli olan zamanımız tükənincə, boş əllərlə doğulduğumuz kimi, boş əllərlə də gedəcəyik.
['İsgəndərin son üç arzusu']
4,292
https://kayzen.az/blog/dusundurucu-hekayeler/8700/bir-k%C9%99p%C9%99n%C9%99yin-hekay%C9%99si.html
Bir kəpənəyin hekayəsi
HANDSOME
Düşündürücü hekayələr
8 fevral 2012, 15:48
Mənə demişdin ha, məni niyə sevirsən? Mən isə buna heç vaxt cavab tapa bilməyəcəm demişdim. Amma... Cavabını tapdım. Bir kəpənək varmış. Baramasından yeni çıxan, həyata yeni gözlərini açmış bir kəpənək. Zərif, incə, gözəl bir kəpənək qanadları inci dənəsi kimi tərtəmiz çiçək bağçası kimi rəngarəng. Kəpənək baramasından çıxdıqdan sonra həyata atılmış bir gündəlikömürünü gəzərək keçirmək üçün çiçəklərə qonarmış, dağları, düzənlikləri keçmiş dənizləri aşmış. Amma bir evin pəncərəsinə gəlmiş. Evdən içəri baxdığında birdə nə görsə yaxşıdı? Bir işıq... İşıq elə gözəl elə təmiz ki gözləri qamaşmış kəpənəyin . İşığa baxmış, daha sonra yanına getmək istəmiş... Pəncərədən tapdığı aralıqdan içəri girdi və dayanmadan ışıga dogru döndü. Əslində o işıq yalnız sadə bir lampa idi, amma o an kəpənək üçün elə gözəl görünürdü ki, bunu anlaya bilməmişdi. Eləcə bütün gecə döndü dayandı, xoşbəxt idi bəlkə də bir günlük ömürünü yalnız o işığın yanında keçirə bilərdi və elədə etdi. Bütün gecə rəqs etdi işığın ətrafında, amma səhər olurdu kəpənək artıq yorulmuşdu və yavaşca aşağı dogru düşdü cəhd göstərdi havada qalmaq üçün, amma bacara bilmədi və yerə çaxıldı. Yorulmuşdu ürəyi sürətlə atırdı qalmaq istədi, amma qanadlarında güc qalmamışdı əldən düşmüşdü, ölürdü... Amma son bir səylə yüksəldi. İşığa yaxınlaşdı və yerə düşdü. Gözlərini yumdu 1 günlük həyatı bitmişdi bəlkə də boşa xərcləmişdi bir işıq uğruna, amma olsun o elə dusunmurdu. Xoşbəxt idi ən əsası xoşbəxt öldü.
['maraqlı hekayələr']
4,293
https://kayzen.az/blog/HANDSOME/8699/yuxu.html
Yuxu
HANDSOME
Bloq: HANDSOME
8 fevral 2012, 15:42
Dünyaya qardaşım,çökdü qaranlıq,Sən də öz pərdəni gəl endir artıq.Unut göz yaşların,yat şirin-şirin, Xoş bir yuxu olsun sənin də yerin. De,bəlkə,dövranın dərdi-sərindənGözlərin bağlanmır,-nağıl deyim mən.Yaxın gəl,gör necə rəvayətlər var,Necə də mənalı hekayətlər var.Sırğa et onları,qulağından as,Hər bir əfsanəyə yaxşı qulaq as.Qələm bir mizraqtək düşməz əlimdən,Nağıllar qurtarmaz mənim dilimdən,Dünaynı tutmuşam bu hikmətlə mən,Silsilə düzmüşəm hekayətimdən.Gəlinlər zinyəti fəzilət olub,Dostalrın xələti mal-dövlət olub.Əcəb əfsanədir bu ruzigarım,Dünyada qalacaq yalnız bu varım.Dünyam əldən verib ayıqlığını,Gecəm də itirib sayıqlığını.Gəl,sən bu gecəni dincəl bir gədər,Şirin yuxu verir,bil,əfsanələr.O qədər əfsanə yazmışam ki,mən,Ona valeh olur hər bir eşidən.Onu divanə də dinləsə,hətta,Ayılıb qayıdar yenə həyata.İstəsən ətr ilə,güllə əylənmək-Sən tapa bilməzsən bir dost mənim tək. Gəl,dinlə dediyim əfsanələri,Halə et özünçün dürdanələri.Elə bir vaxtdır ki,sayıqlıq itib,Aləmdə büsbütün ayıqlıq itib.Dünya əfsanədir,ayıl.ey yatan,Xoşbəxtlik görməmiş yuxuya batan.Ayıq- sayıqların qəmi də çoxdur,Yaxın gəl,bir azca şirin mürgü vur.Gecənin zülfüyçün məndə daraq var.Məni dinləyənlər xoş yuxu tapar. Mən məftun etmişəm çox ürəkləri,Nağıllar bilirəm-yox bərabəri.                                                                             Hələ ürəyimdə çoxlu sözüm var.Onların hər biri yüz günə çatar.                                                                                                                       Sinəmdə dəli tək vuranda ürək,Mən nağıl demişəm gecə sübhədək.Bir kimsə eşitsə onları əgər,O,mənə yəqin ki,divanə deyər.Ne etmək,qismətim bu imiş demək,Nağıllar haqqında nağıl söyləmək.Məndən də əvvəllər,hələ nə qədərƏfsanə qoşmuşdur,nağıl deyənlər.Mənim düzdüyümsə,nadir incidir,Qoşduğum nə varsa,o-birincidir.Keçəndə yeddi yüz otuz hicrətdən,Qurtarıb xətm etdim bu naməni mən.Ziyayi-Nəxşəbi onu nəql etdi,Sonra da əbədi yuxuya getdi...
['maraqlı şeir']
4,294
https://kayzen.az/blog/kayzenin-r%C9%99smi-bloqu/8698/r%C9%99smi-anons-08.02.2012.html
Rəsmi anons-08.02.2012
kayzen
kayzen.az saytının rəsmi bloqu
8 fevral 2012, 12:44
Havalar soyuqdur,yollar da buzlu. Amma Kayzen.az saytında qızğın fəaliyyət var.Saytda keçən ay ərzində yenə də aktivlik müşahidə olundu. Demək olar ki, hər bir sahəyə (din, karyera,təhsil,biznes) aid xeyli məlumat yerləşdirildi. Saytın qaydalarında dəyişiklik var.Qaydalara riayət etmək mütləq lazımdır. Hamının bu qaydaları oxuması vacibdir. Bu aydan etibarən saytda öz fəaliyyəti ilə ən çox rəğbət qazanan istifadəçiyə həvəsləndirici 50$ mükafat verilir. İlk ay üçün nəticələr 8 Mart tarixində açıqlanacaq. Saytda son dövrlər reytinq haqqında xoşagəlməz söbətlər gəzir. Hamının nəzərinə çatdırılır: Səs verəndə daxili vicdanın səsinə və ədalətə görə səs verilsin. Qohumluğa,tanışlığa və s. görə səs vermək obyektivliyi pozur.Kiminsə saytın qaydaları xoşuna gəlmirsə,sayt administrasiyasından narazıdırsa, yaxşı olar ki,elə indidən saytla vidalaşsın. Bu ay sayt texniki səbəblərdən bir neçə saat işləməyəcək.Sayt işləməyəndə yaxud sayta girməyəndə [email protected] ünvanına öz suallarınızı görə bilərsiniz. UPD.Mikrobloqda sabahın xeyir,Kayzen. gecən xeyrə,filankəs kimi status paylaşmaq olmaz. Üəzrində türk dilində yazı olan fotoşəkillər və türk dilində mikropostlar yazmaq olmaz,əks halda onlar silinəcək.P.S. Saytı populyarlaşdırmaq və daha da tanıtmaq üçün təklifləri olanlardan şəxsi mesajla əlaqə saxlaması yaxud [email protected] ünvanına yazması xahiş olunur.
['rəsmi anons']
4,295
https://kayzen.az/blog/psixologiya/8062/duy%C4%9Fular.html
Duyğular
pedaqoq
Psixologiya
8 fevral 2012, 11:17
Duyğu bir psixi proses olmaq etibarilə cisimlərin, hadisələrin bilavasitə duyğu üzvlərimizə təsiri zamanı yaranır. Duyğu üzvlərimizə təsir edən nə varsa bunların hamısı qıcıqlandırıcı adlanır. Qıcıqlandırıcıların yaratdığı oyanma hissi sinirlər  vasitəsi ilə beynə nəql olunur və nəticədə biz cisimlərin rəngini, dadını, ətrini, səsini, temperaturunu və s. keyfiyyətini hiss edirik. Beləliklə də duyğular obyektiv reallığın hissi inikası olub, hal - hazırda hiss üzvlərimizə təsir edən cisim və hadisələrin ayrı-ayrı xassələrinin, əlamətlərinin beynində inikasından ibarət olan sadə psixi prosesə deyilir. Duyğuları xarakterizə edən əsas cəhət onun predmet və hadisələrin ayrı- ayrı əlamətlərinin inikasından ibarət olmasıdır. Məsələn, bal arısı əlimizi sancır. Bu halda biz onun uçuşu zamanı çıxar­dığı səsi, əlimizin ağrısını, arının rəngini əks etdiririk. Duyğunun fizioloji əsasını, akademik İ.P.Pavlovun dediyi kimi, kompleks anatomik strukturdan ibarət olan analizatorlar təşkil edir. Ona görə də İ.P.Pavlov analizatorları duyğu almaq üçün lazım olan anatomik fizioloji cihaz adlandırmışdır. Hər bir analizator üç hissədən ibarət olur: 1) periferik şöbə. Bu hissə reseptor adlanır. Reseptorun funksiyası xarici qıcığı  qəbul etmək, xarici energiyanı sinir prosesinə çevirməkdən ibarətdir; 2) ötürücü sinir lifləri. Bunlara afferent (mərkəzəqaçan) və efferent  (mərkəzdənqaçan) sinirlər daxildir: 3) analizatorun beyin qabığı şöbəsi. Bunu analizatorun mərkəzi şöbəsi, nüvəsi də adlandırırlar. Bu şöbənin funksiyası perifernik şöbədən gələn impulsları təhlil etməkdən ibarətdir. Hər bir analizatorun mərkəzi şöbəsinin özünə məxsus yeri var. O beyin qabığında müxtəlif yerlərdə yerləşir. Məsələn görmə duyğusunun analizatorlarının mərkəzi şöbəsi beyin qabığının ənsə payında yerləşir. Eşitmə duyğusunun analizatorunun mərkəzi şöbəsi beyin qabığının sağ və sol gicgah payındadır. Duyğunun əmələ gəlməsi üçün analizatorun bütün hissələrinin tamlığı, birlikdə fəaliyyət göstərməsi zəruridir. Həmin hissələrdən biri sıradan çıxarsa duyğu alınmaz. Analizatorlar fəal bir orqandır. O qıcıqlandırıcının təsiri altında daima özünü yenidən qurur. Ona görə də demək lazımdır ki, duyğu passiv proses deyil. O həmişə özündə hərəkət komponentlərini də birləşdirir və reflektor xarakteri daşıyır. Duyğuların insanın həyatında əhəmiyyəti əvəzolunmazdır. Bunu başa düşmək üçün aşağıdakılara diqqət yetirmək kifayətdir. Hər şeydən əvvəl duyğular idrakın əsasını təşkil    edir. Gerçək aləm­ ­haqqında ilkin məlumatı duyğular vasitəsilə əldə edirik. Duyğulardan kənarda heç bir idrak prosesi yoxdur. Duyğular təkcə bizim biliklərimizin mənbəyi deyil, həm də hiss və emosiyalarımızın da mənbəyidir. Qızıl gülün ətri bizdə müsbət hiss və emosiya yaradırsa, çürümüş ətin üfunətliliyi mənfi emosional halın yaranmasına səbəb olur. Duyğuların insanın həyatında rolunu göstərmək üçün bu faktı xatırlamaq yerinə düşər. Məşhur həkim Botqin öz klinikasında belə bir hadisə ilə rastlaşmışdır: Xəstə bütün duyğulardan məhrumdur. Onun ancaq bir gözü azacıq görmə qabiliyyətini saxlamışdır. Bir də əlinin üstə kiçik bir sahədə dəri duyğusu hələlik qalır. Həkim göstərir ki, əgər xəstə həmin görən gözünü yumursa, əlindəki hissiyyatın qaldığı sahəyə heç kim toxunmursa, bu zaman xəstə huşa gedir, xarici aləmlə heç bir əlaqəsi qalmır. Duyğuların təsnifatı Müasir psixologiyada duyğuların təsnifatını müxtəlif prinsiplər əsasında aparırlar. Bunlardan biri duyğuları reseptorların yerləşməsnə görə təsnif etməkdən ibarətdir. Müasir fizioloji və psixoloji ədəbiyyatda reseptorları üç qrupda birləşdirirlər: ekstreoseptorlar, intreoseptorlar, proprioseptorlar. Ekstreoseptorlar bədənin xarici səthində yerləşir. Ekstreoseptorların yaratdığı duyğular da ekstreoseptiv və yaxud xarici duyğular adlanır. Bunlara görmə, eşitmə, iybilmə, dadbilmə və dəri duyğuları daxildir. İkinci qrup reseptorlar daxili üzvlərin səthində selikli qişasında yerləşir. Bunlara isə intreoseptorlar deyilir. İntreoseptorların yaratdığı duyğular intreoseptiv və ya daxili duyğular adlanır. Üzvü duyğular bu reseptorlarla bağlı olan duyğulardır. Nəhayət üçüncü qrup reseptorlar əzələlərdə, oynaqlarda, onları birləşdirən vətərlərdə yerləşir. Bunları isə proprioseptorlar adlandırırlar. Bu reseptorlarla bağlı olan duyğular proprioseptiv duyğular adlanır. Hərəkət duyğusu və müvazinət duyğuları bu bölgəyə daxildir. Duyğuların reseptorların bilavasitə qıcıqlandırıcılarla təmasından asılı olaraq kontakt və distant  duyğulara da ayırırlar. Bu baxımdan eksteroseptiv duyğular iki cür olur: 1) kontakt duyğular. Dad və dəri duyğusu kontakt duy­ğulardır. Bu duyğular qıcıqlandırıcının duyğu orqanlarına bilavasitə təsiri zamanı əmələ gəlir. 2) distant duyğular. Bunlara görmə, eşitmə və iybilmə duyğularını aid etmək olar. Bu duyğu­­ların əmələ gəlməsi üçün qıcıqlandırıcının müəyyən məsafədən təsir etməsi kifayətdir. Bu təsnifata uyğun olaraq duyğuların ayrı- ayrı növlərini qısaca nəzərdən keçirək. Görmə duyğusu. Bu duyğu rənglərin və işığın inikasından ibarətdir. Biz iki cür rəngi duyuruq: xromatik və axromatik. Xromatik rənglər boyalı rənglər olub spektrin bütün rənglərini əhatə edir. Xromatik rəngləri görmə duyğusu 380 milli mikrodan 780 milli mikrona qədər uzunluqda olan elektromaqnit dalğalarının görmə üzvünə, gözə təsiri zamanı əmələ gəlir. Ən qısa elektromaqnit dalğasında bənövşəyi, ən uzun elektromaqnit dalğasında isə qırmızı rəngi duyuruq. Hansı uzunluqda olan dalğa hansı rəngi yaradır? Bunu aşağıdakı cədvəldən görə bilərik: Dalğanın uzunluğu Müvafiq uzunluqda olan dalğanın yaratdığı rənglər 380 – 450 480 500 521 540 – 560 572 600 – 650 650 - 780 Bənövşəyi Mavi Göy Yaşıl Yaşıl Sarı Çəhrayı Qırmızı Görmə duyğularının reseptorları gözün torlu qişasında yerləşir. Burada iki cür hüceyrələr: çöpcüklər və kolbacıqlar mövcuddur. Çöpcüklər işığı, kolbacıqlar rəngləri duyma orqanıdır. Çöpcüklər pozulduqda toyuq korluğu, kolbacıqlar pozulduqda isə yarasa korluğu baş verir. Eşitmə duyğusu. Bu duyğular səslərin inikasından ibarətdir. Eşitmə duyğusu dəyişən hava dalğalarının eşitmə analizatoruna təsiri nəticəsində əmələ gəlir. Qulağa təsir edən dalğa aşağı və yuxarı təzyiq kimi əlamətləri ilə xarakterizə olunur. Dalğaya xas olan bu cəhətlər səsin ucalığını, gurluğunu və tembirini yaradır. Səsin ucalığı dalğanın tezliyi, quruluğu dalğanın amplitudası, tembri isə dalğanın formasından asılıdır. İnsan qulağı saniyədə 20 dən 20 000-ə qədər hersə bərabər olan səsləri eşidə bilir. Hers səsi əmələ gətirən dalğanın tezliyinin fiziki ölçü vahididir. İybilmə duyğuları. İybilmə duyğusu çox müxtəlif iylərin inikasından ibarətdir. Adətən insanlar iyləri onların xoş yaxud xoşagəlməz olması baxımından fərqləndirirlər. İybilmə duyğusunun reseptoru burun boşluğunun yuxarı hissəsində yerləşir. Bu hissədə yerləşən hüceyrələr müxtəlif  iylərə qarşı çox həssas olur. Cisimlərin havada uca bilən mikroskopik hissəcikləri hava ilə birlikdə burun boşluğuna daxil olur və reseptorlara təsir edir. Beləliklə də iybilmə duyğusu əmələ gəlir. Dadbilmə duyğuları. Müxtəlif maddələrin suda, yaxud tüpürcəkdə həll olunması nəticəsində onların ağız boşluğunda dad reseptorlarına təsiri zamanı əmələ gəlir. P.P.La­zarevin nəzəriyyəsinə görə, ağız boşluğunda dörd növ dad reseptorları yerləşir. Elə bu reseptorlar da dörd növ dad duyğusunun yaranmasına səbəb olur: şirinlik, acılıq, duzluluq, turşluluq duyğuları. Dilin selikli qişasının müxtəlif sahələrinin həm eyni, həm də müxtəlif dad qıcıqlandırıcılarına həssaslığı cür­bəcürdür. Məsələn adamın dilinin ucu şirinə, ətrafı  turşuya, kökü acıya daha həssasdır. Dəri duyğuları. Xarici aləmin cisimlərinin bir sıra xassələrini əks etdirir. Dəri duyğuları üç yerə ayrılır: toxunma,  temperatur, ağrı duyğuları. Toxunma (lamisə) duyğusu vasitəsilə biz predmetlərin dərinliyini, bərkliyini, yumşaqlığını, kələkötürlülüyünü, yaxud səthinin hamar olmasını və sair kimi xüsusiyyətlərini əks etdiririk. Toxunma duyğusunun reseptorları bir milyona qədər olmaqla dəri üzərində müxtəlif sıxlıqda səpələnmişdir. Bu nöqtələr dilin ucunda, barmaqların ucunda, bədənin digər hissələrinə nisbətən daha sıx yerləşmişdir. Dəri duyğuları hərəkət duyğusu ilə sıx surətdə əlaqədardır. Korlar hərfləri toxunma və hərəkət duyğusunun vasitəsi ilə oxuyurlar. Temperatur duyğusu. İstilik və soyuqluq duyğusu olmaqla iki növ duyğu kimi mövcuddur. İstilik duyğusu, bədənin temperaturundan artıq hərarətə malik olan cisim dəriyə toxunduqda əmələ gəlir. Soyuqluq duyğusu isə bədən temperaturundan aşağı olan cisim bilavasitə dəriyə təsir etdikdə yaranır. Ağrı duyğuları. Ağrı duyğuları müxtəlif xarakterdə olur. Biz küt və bərk ağrıları, sanki kəsən, doğrayan, deşən ağrıları, davamlı və ani ağrıları duyuruq. Dəri duyğularının hər birinin özünə məxsus reseptorları vardır.  Dəridə olan bir çox nöqtələr toxunma, digər nöqtələr soyuqluq, üçüncülər istilik, nəhayət başqa nöqtələr ağrı duyğularını yaradır. Əzələ-hərəkət duyğuları. Bədənin ətraf üzvlərinin vəziyyətini, hərəkətini, bu hərəkətin istiqamət və surətini, bu zaman əzələlərin gərilmə dərəcəsini əks etdirən duyğulara deyilir. Əzələ-hərəkət duyğuları insanın həyatında böyük rol oynayır. Əmək fəaliyyəti zamanı olduqca mürəkkəb hə­rəkətlərin icrası, bu hərəkətlərin tənzim olunması hərəkət duyğusunun sayəsində mümkün olur. Əzələ-hərəkət duy­ğu­su görmə qav­­rayışında, lamisə qavrayışında müstəsna dərəcədə əhəmiyyət daşıyır. Müvazinət duyğuları. Bu cür duyğular başın və bədənin fəzadakı vəziyyə­tinin inikasından ibarət olub, bədənin hərəkətinin istiqamətini, kordinasiyasını saxlamağa xidmət edir. Bu duyğunun reseptoru daxili qulaqda yerləşən yarım­dairəvi kanalcıqların içəri­sindəki endolimfa və bu kanalcıqların divarında olan sinir uclarıdır. Bədənin vəziyyəti dəyişdikdə endolimfa hərəkətə gəlir və kanalın divarında olan sinir uclarını qıcıqlandırır. Bununla da biz bədənimizin vəziyyətini əks etdiririk. Üzvü duyğular daxili üzvlərin vəziyyətinin daxilindəki dəyişmələrin ini­kasından ibarətdir. Bu duyğular aclıq, susuzluq, toxluq, ürək bulanması haq­qında, bədənin sağlamlıq və xəstə  vəziyyətdə daxili üzvlərində baş verən ağrılar haqqında xəbər verir. Üzvi duyğuların reseptorları daxili üzvlərin səthində, selikli qişasında yerləşən sinir uclarından ibarətdir. Üzvü duyğulara cinsi duyğuları da daxil edir. Duyğuların ümumi qanunauyğunluqları Hər bir duyğuya xas olan xarakterik cəhətlərlə yanaşı bütün duyğulara aid olan ümumi cəhətlər də mövcuddur. Son psixoloji ədəbiyyatlarda bu ümumi cəhətlərin aşağıdakılardan ibarət olduğu göstərilir. Keyfiyyət cəhəti. Bu, bir duyğunu başqa duyğulardan fərqləndirən cəhət olub duyğuya xas olan modallıq xüsusiyyətidir. Duyğunun intensivliyi duyğulara xas olan başqa bir ümumi cəhət olub, təsir edən başqa qıcıqlandırıcının qüvvəsi və reseptorun funksional vəziyyəti ilə müəyyən edilir. Duyğuların davamlılığı onun zaman xarakteristikasından ibarətdir. Bu da hiss üzvlərinin funksional vəziyyətindən, qıcıqlandırıcının gücü və təsir müddətindən asılıdır. Nəhayət, duyğulara aid olan ümumi cəhətlərdən biri də duyğuların məkan lokallığıdır. Bu o deməkdir ki, reseptorların göndərdikləri siqnalların təhlili imkan verir ki, biz qıcıqlandırıcının hansı məkandan təsirini də əks etdirək. Başqa sözlə, işığın haradan düşdüyünü, istinin haradan gəldiyini, yaxud, bədənimizin hansı hissəsinə mexaniki təsirin olduğunu əks etdiririk. Duyğulara aid olan qanunauyğunluqlardan biri də  həssaslıq və onunölçülməsi məsələsidir. Həssaslıq analizatorun duyma qabiliyyətidir. Mütəxəssislər həssaslığın iki növünü qeyd ediblər: mütləq və fərqləndirmə həssaslığı. Mütləq və fərqləndirmə həssaslığı duy­ğunun mütləq və fərqləndirmə həddləri ilə ölçülur. Duyğunun mütləq aşağı həddi zorla duyğu əmələ gətirə bilən qıcıqlan­­dı­rıcının ənkiçik kəmiyyəti ilə müəyyən edilir. Bu kəmiyyət nə qədər kiçik olarsa həssaslıq bir o qədər yüksək olar. Bu, duyğunun mütləq həddi və həssaslıq arasında tərs mütənasib asılılıq olduğunu göstərir. Bunu riyazi olaraq belə ifadə etmək olar: E = 1/p   Burada  E-mütləq həssaslıq, P isə qıcıqlandırıcının mütləq hədd kəmiyyətidir. Duyğuların aşağı həddi müvafiq analizatorun mütləq həssaslıq səviyyəsini müəyyən edir. Yəni  P-nin kəmiyyəti nə qədər kiçik olarsa E-nin göstəricisi bir o qədər yüksək olar və ya əksinə. Mütləq həssaslığın aşağı duyğu həddi ilə yanaşı yuxarı duyğu həddi də vardır. Duyğu yaratmaqda davam edən ən yüksək qıcıq qüvvəsinə və ya kəmiyyətinə həssaslığın yüksək mütləq həddi deyilir. Məsələn, eşitmə duyğusunda səs dalğasının 20 hersə bərabər olan kəmiyyəti duyğunun aşağı mütləq həddi hesab olunursa, 20 000 hersə bərabər kəmiyyəti bu duyğuda yuxarı mütləq hədd kimi qəbul olunmuşdur. Həm aşağı, həm də yuxarı hədd kəmiyyətləri insanın fəaliyyətinin xarakterindən, onun yaşından, reseptorun funksional vəziyyətindən, qıcıqlanmanın qüvvəsindən və davamlılığından asılı olaraq dəyi­şilir. Fərqləndirmə həddi, fərqləndirmə həssaslığı məsələsi də duyğulara xas olan qanunauyğunluqlardandır. İnsan nəinki müəyyən kəmiyyətdə olan qıcığı duyur, eyni zamanda təsir edən qıcıqların kəmiyyət dəyişmələrini də duyur. Fərqləndirmə həssaslığı və fərqləndirmə həddi də buradan irəli gəlir. Qıcıqlandırıcılar arasında güclə duyğu əmələ gətirə biləcək fərq kəmiyyətinə fərqləndirmə həddi deyilir. Ən  kiçik fərq kəmiyyətini duyma qabiliyyəti isə fərqləndirmə həssaslığı adlanır. Belə bir təcrübəyə nəzər salaq. Əgər bizə min şamlıq işıqla təsir edilirsə, sonradan onun üzərinə 0,5; 0,8; 0,9 şam əlavə edilərsə, bu əlavələrin heç biri bizdə yeni duyğu, yəni fərqləndirmə duyğusu əmələ gətirməyəcəkdir. Əgər bir şam əlavə edilərsə biz işığın gücləndiyini duyacağıq. Deməli görmə duyğusu üçün fərqləndirmə həddi 1/100-ə   bərabərdir. Beləliklə də alman fizioloqu E. Veber müəyyən etmişdir ki, duyğunun intensivliyi təsir edən qıcığın kəmiyyətinin mütləq artımından deyil, ilkin təsir edən qıcığın kəmiyyəti ilə artım arasında olan nisbətdən asılıdır. Bu nisbət müxtəlif anali­zatorlar  üçün müxtəlifdir. Məsələn,  görmə analizatorları üçün  təxminən 1/100-ə, eşitmə ana­­­­­­­­­li­zatoru üçün 1/10-ə, toxunma analizatoru üçün 1/30-ə bərabərdir.   Alman fiziki Q.Fexner Veberin eksperimentlərindən çıxış edərək duyğunun intensivliyi ilə qıcığın qüvvəsi arasındakı olan asılılığı aşağıdakı düsturla ifadə etmişdir: ­­­­ S = K Lg J + C Burada S-duyğunun intensivliyi, J-qıcığın quvvəsi, K və C isə sabit  kəmiy­­­yətləri ğöstərir. Bu düstur göstərir ki, duyğunun intensivliyi qıcıqlandırıcınınqüvvəsinin loqarifmasına mütənasibdir. Başqa cür desək qıcığın qüvvəsi həndəsi silsilə üzrə artdıqda duyğunun intensivliyi ədəbi silsilə ilə artır. Bu qanuna Veber-Fexner qanunu deyilir. Duyğulara aid qanunauyğunluqlardan adapta­­si­ya, sen­sibilizasiya, sinesteziya, ardıcıl surətlər haqqında da danışmaq lazımdır.   Adaptasiya (alışma) duyğu üzvlərinin qıcıqlandırıcılara uyğunlaşması nəticəsndə həssaslığın dəyişməsinə deyilir. Məsələn  qaranlıq otağa daxil olarkən ilk saniyələrdən heç nəyi görmürük, getdikcə otaq sanki işıqlaşır, artıq otaqdakı əşyaları görə bilirik. Bu o deməkdir ki, duyğu üzvümüz-gözümüz qıcıqlandırıcıya, qaranlığa uyğunlaşır və nəticədə onun həssaslığı artır. Adaptasiya hadisəsilə bağlı həssaslıq azala bilər. Məsələn sinif otağında tədricən hava ağırlaşır. Otaqdakılar adaptasiya prosesi baş verdiyinə görə bunu duymurlar, ancaq otağa yenicə daxil olan adam otağın havasının ağır olduğunu söyləyir. Bu isə iy duyğusu orqanının həssaslığının aşağı düşməsi ilə bağlıdır. Adaptasiya hadisəsi üç şəkildə baş verir: Qıcıqlandırıcıların fasiləsiz təsiri nəticəsində duy­ğunun tamamilə yoxa çıxması kimi; Güclü qıcıqlandırıcıların təsiri nəticəsində duyğuların kütləşməsi kimi; Zəif qıcıqlandırıcıların təsiri altında həssaslığın artması kimi. Duyğuların qarşılıqlı təsiri və sensibilizasiya. Duyğuların intensiv­­­­liyi təkcə qıcıqlandırıcının qüvvəsindən və adaptasiya səviyyəsindən asılı deyil, eyni zamanda həmin vaxta başqa  qıcıqlandırıcıların  hiss üzvlərinə olan təsirlərindən də asılıdır. Başqa hiss üzvlərinin qıcıqlanması nəticəsndə digər analizatorun həssaslığının dəyişməsinə duyğuların qarşılıqlı təsiri deyilir. Ümumiyyətlə, bizim analizatorlar sistemimiz az və çox dərəcədə bir-birinə təsir edir, bir vəziyyətdə həssaslığın aşağı düşməsinə, başqa vəziyyətdə həssaslığın artmasına səbəb olur. Məsələn, müəyyən olunmuşdur ki, eşitmə qıcıqlanmasının təsiri altında görmə analizatorlarının həssaslığı dəyişir. Eyni  zamanda gözə işığın təsiri səslərin daha gur eşidilməsnə səbəb olur. Analizatorun   qarşılıqlı təsiri ilə yanaşı mümarisələr də həssaslığın artma­sına səbəb olur. Analizatorların qarşılıqlı təsiri və mümarisələr nəticəsində həssaslığın artmasına sensibilizasiya deyilir. Sinesteziya. Duyğu ilə  bağlı bu qanun daha az ümumiliyə malikdir. Bu hadisə ən çox özünü  rəngli eşitmə deyilən xüsusiyyətə malik insanlarda göstərir. Rus bəstəkarı  A.N.Skryabin musiqiyə qulaq asarkən onun gözü qarşısında rəng çalarları yaranır, rəng duyğusu əmələ gəlirmiş. Duyğularımızda  sinesteziyanın olmasını dilimizdə olan, «yumşaq səs», «soyuq rəng» kimi ifadələrdə də görə bilərək. Ardıcıl surətlər. Həyati faktlardan aydın gördüyümüz kimi, duyğular qıcıqlandırıcıların təsiri kəsildikdən sonra dərhal yox olub getmir. Həmin qı­cıqlandırıcıları bu və ya digər səviyyədə hələ də duymaqda davam edirik, baş­­­­­­­­qa sözlə onların surəti bizim tərəfimizdən hələ də duyulur. Bu hadisə elmdə ardıcıl surətləradı ilə qəbul olunmuşdur. Ardıcıl surətlər həm müsbət, həm də mənfi xarakter daşıya bilir. Adətən müsbət ardıcıl surətlər özlərinin aydınlığı və rəngarəngliyinə görə ilkin qıcığa uyğun gəlir. Məsələn, bir üzün­də quş, o biri üzündə qəfəs şəkli çəkilmiş kardon parçanın iki ucundan  bağlanmış iplə fırlatsaq biz quşu qəfəsin içində duymağa başlayarıq. Bu ona ğörə baş verir ki, kardon parçasının o biri üzü gələnə qədər hələ bizim gözümüzün tozlu qişasında quşun şəkli qalır. Nəticədə qəfəs şəkli ilə üst-üstə düşdüyünə görə biz quşu qəfəsdə görməyə başlayırıq. Mənfi ardıcıl surətlərə gəldikdə bunu rəngli görmə duyğularında aydın müşahidə edirik. Məsələn, əgər ağ vərəq üzərinə qırmız rəngli kağız parçasını qoysaq və müəyyən müddət gözümüzü  ona dikdikdən sonra qırmızı rəngli kağızı götürsək onun yerində açığı göy yaşıl rəng görməyə başlayacağıq. Bu ona görə baş verir ki, ağ rəng üzərindəki qırmızı rəngə baxdıqda gözün tozlu qişasında həmin rəngi  duyan qəbuledicilər yorulur, daha az həssas olmağa başlayır. Ona görə də sonradan torlu qişanın həmin hissəsinə ağ işıq düşdükdə digər qəbuledici elementlər yüksək duyma qabiliyyətlərini saxladıqlarına görə biz göy-yaşıl rəng görürük. Bu halı neqativ şəkillərə baxdıqda da müşahidə edə bilirik. Məsələn, neqativ insan şəklinə baxdıqdan sonra ağ lövhəyə baxsaq orada adamın həqiqi pozitiv surətini görə bilərik. Ardıcıl surətlər hadisəsi təkcə görmə deyil, eşitmə, temperatur, ağrı, dadbilmə duyğularında da qıcıqlandırıcıların təsiri kəsildikdən sonra da özlərini göstərə bilirlər.
['Duyğular']
4,296
https://kayzen.az/blog/sevgi/8697/n%C3%BCsr%C9%99t-k%C9%99s%C9%99m%C9%99nli-dostum.html
Nüsrət Kəsəmənli - Dostum
MaksiMuS
Sevgi
8 fevral 2012, 11:05
Gəl, məni dost kimi dindir, danışdır. Dost bilsin qıraqdan camaat bizi. Mən deyim: dostumdur, sən de: tanışdır, Hamıdan gizlədək sevdiyimizi. Danışaq, gülüşək, gəzək yan-yana Onda adımıza söz də deyilməz. Gizli görüşümüz çıxsa meydana, Deyək ki, dost dostla görüşə bilməz? Yalandan bir oğlan şəkili gətir,  Heç kim bilməsin ki, sevgiliyik biz. İstəsən arada qoluma da gir, Burda pis nə var ki, dost deyilik biz? Zəng elə danışaq dərsdən-filandan, Anana denən ki, bir yoldaşımdı. Qoy hamı «dost» bilsin bizi hər zaman, Denən ki, heç mənim sevən yaşımdı… Bu yolla gizlədək gəl sevgimizi, Camaat «dost» bilsin, anansa yoldaş… «Dost»luğa bükərək həsrətimizi, Bir azcıq sevinək gəl yavaş-yavaş. «Dost»luqla böyüsün məhəbbətimiz, Qoy daha olmasın həsrət, göz yaşı… Gəl, əvvəl həyatda yoldaş olaq biz, Sonrasa olarıq həyat yoldaşı…
['Nüsrət kəsəmənli', 'şeir', 'dostluq']
4,297
https://kayzen.az/blog/rus-dili/8696/miqdar%C4%B1na-g%C3%B6r%C9%99-isiml%C9%99r.html
Miqdarına görə isimlər
Niyaz
Rus dilini öyrənək
8 fevral 2012, 00:30
Miqdarına görə isimlər 2 qismə bölünür: -tək isimlər,söhbət yalnız bir predmetdən gedirsə вещь,стекло,кошка ; -cəm isimlər,söhbət bir neçə predmetdən gedirsə вещи,стёкла,кошки ; Ancaq elə isimlər də vardır ki,onlar miqdarına görə yalnız bir formada olurlar -yalnız tək halda olan isimlər.Bu isimlər kəmiyyət sayları ilə uyğunlaşmır və onları saymaq mümkün deyil a)toplu isimlər : листва,молодёж,детвора ; б) həqiqi isimlər: бензин,молоко,нефть,асфальт,фарфор ; в)mücərrəd isimlər : белизна,злоба,темнота,беготня,чтение ; г) Astronomik obyektlərin adları : Марс,Луна,Венера ; д) coğrafi adlar: Азербайджан,Каспий,Кура ; е) müxtəlif şəkildə hallanan isimlər: бремя,вымя,пламя,темя ; -yalnız cəm halda olan isimlər.Bu isimlərin cinsi və halı təyin olunmur. a)vahid (tam) kimi anlaşılan iki eyni hissə tərkibli premetlərin adları брюки,ворота,перила,сани,очки,грабли,качели ; Qeyd: İki eyni hissə tərkibli isimlərlə cüt isimləri qarışdırmayın.Onlar miqdarca 2 cür olur: ботинки (ботинок),серьги (серьга) ; б) material və onların qalıqlarının adları: белила,чернила,духи,опилки,очистки ; в) zaman müddətlərinin adları,oyunlar: каникулы,жмурки,прятки,будни ; г) fəaliyyət və təbiətin vəziyyət adları хлопоты,сумерки,дебаты ; д) müxtəlif coğrafi adlar Афины,Карпаты,Альпы,Физули (город),Фили,Жигули ;   Kişi cinsinə mənsub isimlərin adlıq halının cəmi 1.Bir sıra kişi cinsinə mənsub isimlərin adlıq halının cəmi –а,-я və yaxud –и,-ы sonluqlu olurlar. Yadda saxla: А) директора,доктора,профессора,инспектора,берега,века,города,корма,номера, стога,фельдшера.штемпеля,желоба,жернова,повара,строжа,катера,кителя, обшлага,тополя,округа,ордера,отпуска,паспорта,адреса,сорта,якоря; Б) агитаторы,авторы,аптекари,лекторы,лидеры,договоры,порты,месяцы,бухгалтер, выборы,инженеры,конструкторы,торты,фронты,шофёры,редакторы,корректоры, ораторы,офицеры,гербы,конюхи,приговоры,ревизоры,снайперы,стажёры. 2.Cəmdə olan bəzi isimlər mənaca fərqlənirlər,ona görə də adlıq halın cəmində 2 formaya malik olurlar лист-листы (vərəq) və листья (ağac) зуб-зубы (insanın dişi) və зубья (mişarın dişi) корень-корни (bitkilərdə) və коренья (tərəvəzdə) лагерь-лагеря (hərbi) və лагери (ictimai-siyasi qrup) муж-мужи (dövlət xadimləri) və мужья (həyat yoldaşı) колено-колени (insanın) və колена (cinslərə ayırma) сын –сыны (vətənin) və синовья (valideynlərin) мех-меха (heyvanlarda) və мехи (dəmirçinin körüyü) пояс-пояса (qayış,kəmər,toqqa) və поясы (coğrafi) провод-провода (şunur) və проводы (yola salmaq) пропуск-пропуска (sənədlər) və пропуски (proqul) счёт-счeта (ödəniş üçün) və счёты (hesab üçün uyğunlaşdırma) тормоз-тормоза (maşında) və тормозы (əngəlləmək) учитель-учителя (müəllim) və учители(nəzəriyyə baniləri) хлеб-хлеба (dənli bitkilər) və хлебы (bişirilmiş şirniyyat) цвет-цвета (boya rəngi) və цветы (bitki) 3.İsmin cəm halının ikili formalarının da olması mümküdür (-А,-Я sonluqlu əsasən danışıq dilinin tərkib hissəsi kimi) ветры-ветра,годы-года,цехи-цеха (-A sonluğu həmişə vurğulu olur). 4.Kişi cinsinin –ЁНОК,-ОНОК sonluqlu isimlərinin sonluğu cəmdə -АТ,-ЯТ suffiksləri ilə əvəz olunur. Цыплёнок-цыплята,телёнок-телята медвежонок-медвежата,ребёнок-ребята 5.Bir qisim isimlər cəmdə yeni leksik mənaya malik olurlar огонь (alov)-огни (işıq) вода (maye)-воды (müalicəvi,territorial) торг (alış-veriş,ticarət)- торг (auksion) грязь (zibil)-грязи (müalicəvi palçıq) масло (kərə yağı)-масла (efir yağı) сахар (ərzaq)-сахара (bioloji) песок (şəkər)-пески (səhra qumu) порог (evin kandarı)-пороги (çayın dibində köndələn daş təpə) мозг (ilik,ağıl)-мозги (xörək) Cəm isimlərin hallanarkən bəzi xüsusiyyətləri Adlıq halda isimlərin düzgün yazılışı 1.Cəm isimlərin adlıq halda 1-ci dərəcəli hallanması -HЯ sonluqlu isimlər. Əgər -HЯ qarşısında saitdirsə,onda Ь yazılır,yox əgər samitdirsə onda, Ь yazılmır. Яблоня-яблонь,героиня-героинь,пустыня-пустынь,княгиня-княгинь. Вишня-вишен,скворечня-скворечен,башня-башен,спальня-спален. İstisna hal-барышень,боярышень,деревень,кухонь -ЬЯ sonluqlu isimlər Vurğu -ЕЙ altında ,vurğusuz -ИЙ yazılır . Статья-статей,скамья-скамей, Шалуний-шалуний,гостья-гостий Yadda saxla! вафель,ватрушек,двоен,кочерёг,капель,цапель,свечей (свеч),западней,кеглей,гор,дынь,рощ,сабель,туч,туфель,барж,галош,кур,простынь,каём, зорь,серёг,судей,дядей,тётей,сестёр,земель,ноздрей,нянь,пригоршней,свадеб. 2.Cəm isimlərin adlıq halda 2-ci dərəcəli hallanması -ИЕ və ЬЕ sonluqlu isimlər ИЙ sonluqlu isimlərə çevrilir. Заявление-заявлений,здание-зданий,побережье-побережий İstisna hal-ружьё-ружей. Yadda saxla! мест,окон,дел,полей,морей,ушей,облаков,болот,болотцев,плоскогубцев,очков,плечиков,оконцев,солдат,сапог,доньев,щупальцев,рельсов,санаториев,зятьёв,поленьев,валенок, волос,дупел,вёсел,оленей,коленей,небес,чудес,апельсинов,мандаринов,томатов, помидоров,баклажанов,граммов,килограммов,метров,километров,гектаров,аршин,погон, комментариев,носков,чулок,ботинок,башкир,цыган,турок,грузин,осетин,кадет,партизан,человек,оладий,копий,противней,блюдец,яблок,колец,подмастерьев,полотенец,стёлок,платьев,верховьев,устьев,низовьев. İsimlərin birgəlik halda düzgün yazılışı. 1.Birgəlik halın 3-cü dərəcədə hallanan isimləri дочь,дверь,лошадь bu cür variant sonluğa malik olurlar :-МИ (ədəbi forma),-ЯМИ (danışıq dili forması). Дочерьми (дочерями),лошадьми (лошадями),дверьми (дверями) 2.-ОВ,-ЕВ,-ЫН,-ИН sonluqlu familiyalar birgəlik halda aşağıda sonluğa çevrilirlər : -ЫМ (rus familiyaları):Пушкиным,Тургеневым -ОМ (xarici familiyalar):Дарвином,Чаплином 3.-ОВ,-ЕВ,-ЫН,-ИН,-ОВО,-ЕВО,-ЫНО,-ИНО sonluqlu coğrafi adlar birgəlik halda –ОМ sonluğu ilə əvəz olunur: Под Ростовом,под Бородином,под Киевом   P.S.Rus Dili dərslərinin yayımlanma hüququ yalnız Qadın.Net və Kayzen.Az saytlarına məxsusdur.Müəllifin icazə olmadan başqa saytlarda dərslərin yayımlanması qəti qadağandır!
['Rus Dilini öyrənək']
4,298
https://kayzen.az/blog/diplomat/8695/r%C9%99ngl%C9%99r%C9%99-m%C3%BCnasib%C9%99td%C9%99-millilik.html
Rənglərə münasibətdə millilik
DiplomatkA
Diplomatiyada protokol və etiket
7 fevral 2012, 23:11
['rəng', 'millilik']
4,299
https://kayzen.az/blog/dusundurucu-hekayeler/8694/kim-haql%C4%B1d%C4%B1.html
Kim haqlıdı ?
MaksiMuS
Düşündürücü hekayələr
7 fevral 2012, 23:10
Bir qız yeni aldığı velosipediylə məktəbə gəlir və məktəbin bağçasındakı velosiped dayanacağında velosipedini saxlayır. Velosipedini yeni aldığından kilid açarı olmur. Dərslərin sonunda evə getmək üçün velosipedinin yanına gələndə yerində olmadığı görür və çox əsəbiləşir. Ertəsi gün məktəbə gəldiyində velosipedini üzərində bir qeydlə dünən saxladığı yerdə tapır. Üzərindəki qeyddə 'Çox üzr istəyirəm, amma velosipedinə həqiqətən ehtiyacım var idi. Götürəndən iki saat sonra geri gətirdim, amma belə anladımki, sən gedəndən sonra gəlmişəm. Çox təəssüf edirəm, anlayışına görə təşəkkürlər.' Qız bu hadisə sonra birbaşa  usta yanına gedir və beş dənə kilid alaraq məktəbə qayıdır.  Velosipedini yaxşıca kilidləyib beş fərqli açarla dərsə girir və hadisəni yoldaşlarına danışır. Dərs bitdikdən sonra beş kilid taxdığını izah etdiyi yoldaşlarıyla birlikdə velosipedini götürməyə getdiyində qarşılaşdığı mənzərədən heyrətə gəlir. Velosipedin üzərində on dənə kilid və bir qeyd var .. "Əgər mən təcili lazım olduğu vaxt istifadə etməyəcəyəmsə, sən heç  istifadə etmiyəcəksən...!"
['maraqlı hekayə', 'düşündürücü hekayə']