Unnamed: 0
int64 0
6.93k
| url
stringlengths 41
313
| title
stringlengths 3
153
| author
stringclasses 256
values | category
stringclasses 371
values | date
stringlengths 17
23
| content
stringlengths 3
89.6k
| tags
stringlengths 6
314
|
---|---|---|---|---|---|---|---|
4,400 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/8479/h%C9%99yat%C4%B1n-%C9%99ks-s%C9%99das%C4%B1.html | Həyatın əks-sədası | DiplomatkA | Düşündürücü hekayələr | 27 yanvar 2012, 00:33 |
Bir kişi və oğlu meşədə gəzişirlərmiş. Birdən uşağın ayağı ilişib yıxılır və 'AHHHHH' deyə qışqırır. İrəlidə bir dağın təpəsindən 'AHHHHH' deyə bir səs eşidir və çaşır. Maraqlanır və
- ''Sən kimsən?'' deyə qışqırır. Aldığı cavab 'Sən kimsən?' olur. Aldığı cavaba hirslənib - ''Sən bir qorxaqsan!'' deyə təkrar qışqırır. Dağdan gələn səs 'Sən bir qorxaqsan!' deyə cavab verir.
Uşaq atası tərəfə çevrilir və
- ''Ata nə olur belə?'' deyə soruşur.
- Atası oğlum ''Dinlə və öyrən!'' deyərək dağa tərəf dönüb ''Sənə heyranam!'' deyə qışqırır. Gələn cavab ''Sənə heyranam!'' olur. Ata təkrar qışqırır, ''Sən möhtəşəmsən! gələn cavab; ''Sən möhtəşəmsən!'. Uşaq çox çaşır, amma hələ də nə olduğunu anlaya bilmir. Atası şərhini edir: - ''İnsanlar buna əks-səda deyərlər, amma əslində bu həyatdır. Həyat daim sənə sənin verdiklərini geri verər. Həyat etdiyimiz davranışların aynasıdır. Daha çox sevgi istədiyin zaman daha çox sev! Daha çox şəfqət istədiyində, daha şəfqətli ol! Hörmət istəyirsənsə insanlara daha çox hörmət et. İnsanların səbrli olmasını istəyirsənsə sən də daha səbrli olmağı öyrən. Bu qayda həyatımızın bir parçasıdır, hər dövr üçün etibarlıdır.'' Həyat bir təsadüf deyil, etdiklərinizin aynada bir əksidir.
| ['həyat'] |
4,401 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/8478/bir-%C9%99sg%C9%99rin-hekay%C9%99si.html | Bir əsgərin hekayəsi | DiplomatkA | Düşündürücü hekayələr | 26 yanvar 2012, 23:57 |
Əsgərliyini bitirmiş olan gənc əsgərlikdə olduğu şəhərdən ailəsinə zəng etdi: -Ana ata, evə qayıdıram, amma sizdən bir şey xahiş edəcəm. Yanımda bir yoldaşımı da gətirmək istəyirəm. -Məmnuniyyətlə, onunla tanış olmaq istəyərik dedilər. Oğulları: -Ancaq bir məsələni bilməyiniz lazımdır deyə davam etdi. Yoldaşım döyüşdə ağır yaralandı. Minaya düşdü və bir qoluyla bir ayağını itirdi. Gedəcək heç bir yeri yoxdu və onun gəlib bizimlə qalmasını istəyirəm. -Bunu eşitdiyimə kədərləndim oğlum. Bəlkə onun başqa bir yer tapmasına köməkçi ola bilərik. -Xeyr. Ana, ata, onun bizimlə yaşamasını istəyirəm.
-Oğlum, dedi atası, bizdən nə istədiyini bilmirsən. Onun kimi qüsurlu biri bizə qorxunc bir yük olar. Bizim öz həyatımız var, bunun kimi bir şeyin həyatımıza mane olmasına icazə verə bilmərik. Məncə bu yoldaşını unudub evə dönməlisən. O öz başının çarəsinə baxacaq. Oğlu o anda telefonu söndürdü. Ailəsi ondan bir müddət xəbər ala bilmədi. Amma bir neçə gün sonra, polis şöbəsindən bir zəng gəldi. Oğullarının yüksək bir binadan düşüb öldüyünü öyrəndilər. Polis bunun intihar olduğuna inanırdı. Kədər dolu ana-ata oğullarının cəsədini təsbit etmək üçün şəhər meyitxanasına aparıldılar. Onu tanıdılar və bilmədikləri daha bir xəbəri öyrənincə dəhşətə gəldilər: Oğullarının yalnız bir qolu və bir ayağı vardı. P.S.Bəzilərimiz bu hekayədəki ailə kimiyik; Gözəl olan ya da birlikdə olmaqdan zövq aldığımız insanları sevmək bizim üçün çox asandır, amma bizə narahatlıq verən ya da yanlarında özümüzü narahat hiss etdiyimiz insanları sevə bilmirik. Bizim qədər sağlam, gözəl ya da ağıllı olmayan insanların yanından uzaq gəzməyi seçirik.
| ['hekayə', 'düşündürücü hekayə', 'ibrətamiz hekayə', 'ibrətli hekayə', 'Maraqlı hekayə'] |
4,402 | https://kayzen.az/blog/Aysel218/8477/ecazkar-skripka.html | Ecazkar skripka | Aysel218 | Bloq: Aysel218 | 26 yanvar 2012, 18:51 |
Səs rənginin təsir edici gözəlliyi ilə skripka, ən məşhur və sevilən alətlərdəndir.dəyişən ruh vəziyyətlərini və ya təbiət gözəlliklərini detallı şəkildə canlandıra bilən musiqi zənginliyi, onu ideal bir 'solo çalğı' simvoluna yüksəltmişdir.Tonundakı istilik və şərh imkanlarının təmin etdiyi çeşitliliklə şərhçilər və dinləyicilər üçün usta bir anlatıcı mövqeyində olan skripkanın otaq əhval-ruhiyyəsi və orkestrdəki rolu böyük əhəmiyyət kəsb edir.ümumi görünüşüylə boş cilalı bir rezonans qutusu üzərində boylu boyunca gərilmiş olan dörd teldən və uzun bir saptan ibarətdir.biçimindeki incəlikli dekorativ görünüş təsadüf deyil.ona bu soylu forması verən nisbətlər, akustik hesablarla təyin olunmuşdur.
görünüşündeki yalınlık isə aldatıcıdır.gövdəsi 38 sm uzunluğunda olan bu çalgının istehsalında 70 hissə istifadə edilir.notları sol açarıyla yazılan skripkanın simləri sırasıyla SOL, RE, LA, Mİ olaraq akkord edilir.özünə xas bir səs rənginə sahibdir.ən incə səsləri verən Mİ simi parlaq bir səs rəngində olmaqla birlikdə, insan səsinin çata bilməyəcəyi səsləri verə bildiyi üçün bəzən qulaq cırmaqlayıcı gelebilir.LA və RE tellərinin səsi yumşaqdır.duygusal izahatlar bu iki sim üzərində dərin təsir yaradır. SOL simi isə gücü və qüdrəti təsiredicidir.bu sim üzərində qüvvətli və yumşaq səslərlə tünd, dolğun və zəngin səs tonları əldə edilir.Tarixin ən məşhur skripka düzəldən ustası Antonio Stradivari olmuşdur və o öləndə 100yaşına yaxın idi və ildə bir neçə skripka düzəltsədə onun skripkaları hələ də ən məşhur skripkalardır və onların qiyməti milyonlarla ölçülür.
Bu topiki bəyənməyə də bilərsiz amma skripkanın həyatımda tutduğu yeri heç nə verə bilməz...Skripka haqqında çəkilən ən gözəl film kimi 2000-ci ildə Oskar almış ''Qırmızı kaman" filmi göstərilir.Baxmayan varsa mütləq izləsin bu filmi.
| ['Musiqi', 'skripka'] |
4,403 | https://kayzen.az/blog/logika/8475/m%C9%99ntiq-t%C9%99l%C9%99b-ed%C9%99n-sual.html | Məntiq tələb edən sual | Aysel218 | Məntiq və IQ | 26 yanvar 2012, 16:53 |
Günlərin bir günü varlı bir evin xidmətçisi polisə gələrək sahibinin öldürüldüyünü deyir... Dedektiv ondan hadisənin necə baş verdiyini soruşur. O isə hadisəni belə təsvir edir... - Sahibim işdən evə gəldikdən sonra 2-ci mərtəbəyə öz otağına qalxdı... Bir az keçdikdən sonra mən yuxarıdan atəş səsi eşitdim. Qalxıb otağına girmək istədim lakın otağın qapısı içəridən bağlı idi. Məcbur olub çölə çıxdım və aşağıdan daşla otağın pəncərəsini sındırdım və nərdivanla qalxıb otaqa girdim. Sahibimi otaqda masanın üzərində ölmüş vəziyyətdə gördüm və əlində silah qalmışdı. Masanın üzərində bir də kitab var idi. Kitabın 7 - 8 ci səhifələri arasında bir məktub tapdım. Məktubda "Mənim ölümümdən heç kim günahkar deyil" yazılmışdı. Başqa heç nəyə əl vurmadım. Otaqdan çıxarkən ayağım daşa ilişdi və əlimlə vazaya toxundum düşdü sındı. Oradan da çölə çıxıb bir başa bura gəldim...
Dedektiv onun danışdıqlarının arasında kiçik bir məntiqi səhv tutdu... Və o səhvin sayəsində qatilin elə xidmətçi olduğunu sübut elədi... Xidmətçinin ifadəsindəki məntiqi səhv nə idi?
| ['Məntiqi sual'] |
4,404 | https://kayzen.az/blog/romantika/8473/seni-sevdiyim%C9%99-utan%C4%B1ram-m%C9%99n.html | Seni sevdiyimə utanıram mən!! | cahandar | Romantika və düşüncələr | 26 yanvar 2012, 15:10 |
Bir vaxt ayriligi tesvir ederdin, Indi ayrilmisiq tesvir edirsen? Bir vaxt gorusume gelib gederdin. Indi yuxularima gelib gedirsen Bir vaxt men senindim, sen menim tenim Indi o barede dusunmeyirsen Bir vaxt gozlerimden operdin menim Indi gozlerime gorunmeyirsen Bir vaxt yolun uste gelib durardim Indi o yollarda qalmayib izin Bir vaxt menimle bir xeyal qurardin Indi xeyallara donmusen ozun. Bir vaxt bizi goren ayri secmezdi Indi bizi goren ne fikirleser... Bir vaxt aramizdan suda kecmezdi Indi aramizda deryar yerlesir. Sonraki pesmanciliq vermiyir fayda Bu soz heqiqetdi inaniram men Cunki bu pesmanciligi mende cekmisem SENI SEVDIYIME UTANIRAM MEN.. Ne seni,ne sevinc hissi gudurem Cunki men derdimle dostluq edirem Derdim hara gedir..men de gedirem O,harda dayanir.dayaniram men.. SENI SEVDIYIME UTANIRAM MEN.. Ayriliq qelbime zeherli bir ox Axtardim bu derdin caresi de yox
Geceler derd elinden carpayiya yox Ele bil mezara uzaniram men.. SENI SEVDIYIME UTANIRAM MEN.. Ureyim aglayir gozlerim gulur.. Biruze vermirem derdi heckime Menim taylarim xos omur surur Men ise dusmusem bagli tilsime....... Heyata attiqca artir nifretim Dunyaya gelmeye pesman olmusam Taleyim qaradir kordu qismetim Elebil mehbusi zindan olmusam Gozlerim aglamaz herdeyqe her an Men deyqeler icinde itir aziram Ancaq xelvetde oturan zaman gozlerim agliyir seir yaziram Goz yasim isladir yazdigim seiri Oxuya bilmirem sonar xetdimi Ancaq bu seirlerin nediki xeyiri Onsuzda derd keder eyib qeddimi. Men olsem qebrimi qazarsinizki Belke bu odu mezar sondurdu. Sonar bas dasima yazarsinizki Bu bedbext insani sevgi oldurdu Mezarim ustunden kecen her cavan Oxuyar bu kovrek aci kelmeni Ruhuma salavat cevirer biran
Belke biranliga sad eder meni
Tural Məsimov
| ['şer'] |
4,405 | https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/8465/masaj%C4%B1n-faydalar%C4%B1.html | Masajın faydaları | Samir012 | sağlam həyat tərzi | 26 yanvar 2012, 12:24 |
Sağlamlaşdırıcı masaj tibb üçün çox vacib proseduradır. Bu yolla bir sıra xəstəliklərdən yaxa qurtarmaq və ya ən azından profilaktik tədbir görmək olar. Bu üsuldan bir sıra xəstəliklərdə istifadə olunur. Böyüklərlə yanaşı, uşaq orqanizminin masajı da çox gözəl effekt verir. Bu, daha çox əzələlərin iş prinsipinə təsir edir. Çünki məlumdur ki, orqanizmdə 400-dən çox əzələ mövcuddur və onların hər birinin damar və sinir təchizatı mövcuddur. Ona görə də əzələlərin qısalması, ifliclər zamanı masaj proseduraları mütləqdir. Mütəmadi olaraq boğazın masajı infarkt, insult, hipertoniya kimi xəstəliklərdən qaçmağa yardım edir. Belə bir qənaətə Böyük Britaniya Kraliyyət Universitetinin alimləri gəlmişlər. Onlar müəyyən etmişlər ki, həmin nahiyədə yerləşən əzələlər arterial təzyiqlə əlaqəlidirlər. Əzələlərin masajı zamanı beyinə sakitləşdirici impulslar çatır və bu, arterial təzyiqi aşağı salır. Masaj hipertoniya xəstəliyi və onun fəsadlarına qarşı profilaktikada və müalicəsində mühüm rol oynayır. Bu barədə mütəxəssislər əminliklə qeyd etmişlər. Tədqiqatın müəllifləri apardıqları işlər barədə açıqlamalarına onu da əlavə etmişdir ki, boyun nahiyəsinin masajı zamanı əldə olunan effekt lazımi dərman preparatlarının verdiyi effektə bərabərdir. Masaj növlərinin içərisində ən təsirli akva-masajın olduğunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, üzgüçülük bir çox ağır xəstəliklərin dərmanıdır.
Hər zaman söylədiyimiz kimi, yenə də xüsusi olaraq qeyd edirik ki, imkan daxilində təbii üsullara üstünlük verməyə, dərman preparatlarından yayınmağa çalışın. Çünki hər bir dərman zəhərdir. Hər hansı bir orqana xeyri varsa, digər bir orqana da zərəri var. Müəllif: Əfqanə Səhər | Oxu Məni
| ['masaj'] |
4,406 | https://kayzen.az/blog/letife/8463/mark-tven-siz-d%C9%99-yalan-deyin.html | Mark Tven; "Siz də yalan deyin" | MaksiMuS | Lətifələr | 26 yanvar 2012, 00:32 |
Mark Tven bir məclisdə qarşılaşdığı qadına kompliment edir: - Nə qədər gözəlsiniz .
Qadın: - Çox təəssüf ki, mən sizin üçün eyni şeyi deyə bilməyəcəyəm.
Mark Tven gülür : — Elə isə siz də mənim etdiyimi edin. Yalan deyin ...:)
| ['Mark Tven', 'maraqli cavab', 'məşhurlar'] |
4,407 | https://kayzen.az/blog/MaksiMuS/8461/facebook-da-%C9%99n-g%C3%BClm%C9%99li-statuslar.html | Facebook- da ən gülməli statuslar | MaksiMuS | Bloq: MaksiMuS | 25 yanvar 2012, 23:50 |
Xolodilniki açıb orda dadlı «nəsə» axtarıb, ama tapmayaraq 15 dəq sora yenə də gəlib xolodilnikə baxanlara 1 sualım var:
15 dəqiqəyə orda nəsə yaranmalıydıki? =)
Metroda eskalatorun rezin tutacaqları pilləkənin özündən sürətli hərəkət etdiyi ölkədə yaşayırıq =)
Məktəbdə və ya uni-də dəftər-kitabımızı çantalarında gəzdirdiklərinə görə qızlara sonsuz təşəkkürlər))))
Koroğlu bilsəydiki gələcək stansiyada emo qızlar düşüb mırtdaşacaq At Çapib, Xəncər oynatmazdı :)))))
2-ci sinif
O: Pozanından istifadə eliyə bilərəm?
Q: Hə, buyur
O: Yes, o da məni sevir :))
+Snow:Qar
-Light: işiq
-Başım Çox snowlight :)))
Qızı vermiyen ailəsinden qaçıtmaq qərarına gələn qaqaş istədiyi qızı 10 kruq qaçırtdı =)
Oğlanlar metroda yan gözlə qızlara baxmaq qabiliyyətini uşaq vaxtı bərbərdə başını tərpətmədən televizora baxarkən öyrəniblər ))))
Facebookda dostluğunda 3 nəfər olan qızın Statusu — ''Salam Millət, mən gəldim'' -))))
172 saylı məktəbdə büfetçi xalanın peraşkisinin içindən kartoşka tapana «Porshe Panamera» hədiyyə verilir =)
Metroda öz dostuna «Düşərsən, vermişəm» deyərək özünü Gülməli zənn edən qaqaş, sərnişinlər tərəfindən qətlə yetirildi ))))))
Bəzən paketin içindən qabıqsız halda çıxan semiçkanın verdiyi sevinci bəxş edə bilməyən insanlar var =))
'aaa, Bakı nə gözəl şəhər imiş...'
bu sözləri bir emo qız, "çolkalarını" kəsdirdikdən sonra demişdir :))))
Dünya Birliyi atası tərəfindən hər gün "Üzüvü qırx" deyə söz eşidən Azərbaycan gəncliyinin çəkdiyi zülmə hələ də dözür :))))
Dalaşanda:
ondan zəhləm gedir....!
Barışanda:
-O mənim bir dənəmdi....! Diyən varlığa — Qız.
Dalaşanda:
-Çox nazıvı çəkdim diyesen qudurmusan...!
… Barışanda:
-Axırıncı dəfə oldun....! Diyən varlığa — Oğlan deyilir. ♥
ALLAH bütün oğlanlara futbolu sevən qız, bütün qızlara isə yemək bişirə bilən oğlan qismət eləsin :)))
Qizlar alış-veriş zamanı super qehrəman kimidilər: acmaz, susamaz, yorulmaz və əsla ölməzlər =)
Evin ortancılı olmaq, böyüklə sözləşəndə evdəkilərdən — «o sənnən böyükdü, sözünə bax», balacayla sözləşəndə — «uşaxdı, üstünə getmə» sözünü eşitməkdi =)))
Feysdə qar yağır yazanların ALLAH köməyi olsun, yoxsa mən də demişdim bu göydən gələn ağ şeylər nədi :))
İmtahandan çıxmış abiturientin duası:
— İlahi, yalvarıram, Tokio'nu Almaniyann paytaxtı elə :)))
Millət özünə 65000000 dollarlıq toy eliyir, Mənsə o rəqəmi oxumağa da ərinib, özümü oxumuş kimi aparıram… həyatdı da =)))))
4 polis qoluma girib məni aparanda başa düşdüm ki, 4 səhv 1 düzü aparır =))
Əvvələr «GTA» oynayarkən maşınını aldığım, səbəbsiz yerə şillə təpiklədiyim və əzdiyim bütün günahsız insanlardan üzr istəyirəm :)))))
Ata: Oğlum, bəsdi də çıx bu Solodan bunnan qıraqda da dünya var!
Oğul: OK ata, linkini atarsan, baxaram =)))))))
| ['facebook', 'Gülməli ifadələr'] |
4,408 | https://kayzen.az/blog/h%C9%99zm/8457/q%C9%99bizlik.html | Qəbizlik | Zeyneb_Ehmedova | həzm sistemi | 25 yanvar 2012, 14:15 |
Bir çox insanlar və əfsuslar olsun ki, hətta bəzi həkimlər hesab edirlər ki, əgər insanda gündəlik nəciz ifrazı olmazsa, bu, qəbizliyin göstəricisidir. Həqiqətdə isə bü heç də belə deyil. Orqanizmdən "zibilin" xaric edilməsi hər bir insan üçün fərdi olan bir xüsusiyyətdir. Elə insanlar vardır ki, onlarda defekasiya (nəcis ifrazı) həftə ərzində 3 dəfə, digərlərində isə gün ərzində 2 dəfə olmaqla baş verir. Bu halda, belə insanlar mütləq şəkildə sağlamdırlar və özlərində heç bir diskomfort (narahatlıq) da hiss etmirlər!Ona görə də defekasiyaların (nəcis ifrazı) sayı - qəbizliyin göstəricisi deyil! Bəs, həqiqi qəbizliyin əlamətləri hansılardır? Beləliklə, insanın özündə qəbizlik olmasından şübhələnməsi üçün aşağıdakılar qeyd edilməlidir:- həmin adamda həftə ərzində defekasiyaların (nəcis ifrazı) sayı 3 dəfədən az olduqda;- o, defekasiya aktı zamanı xeyli güc verməlidir;- onda, nəcisin sıxlığı çox bərk (daş kimi) olmalıdır;- onda, defekasiya aktı zamanı ifraz olunan nəcisin miqdarı 30 qramdan az olur və hər dəfə defekasiyadan sonra bağırsağın tam boşalmaması kimi xoşagəlməz hissiyyat qalmış olur.Lakin əgər sizdə bu əlamətlər qeyd edilmiş olsa da, son diaqnozu mütləq həkim qoymalıdır. Məhz həkim, qəbizliyin səbəbini müəyyən etməli və sizə müalicə yazmalıdır. Buna görə də defekasiyanın çətinləşməsinin ilk əlaməti qeyd edilən kimi işlədici dərmanların qəbul edilməsinə tələsməyin - yaxşı qastroenteroloqa (mədə-bağırsaq sistemi xəstəlikləri üzrə mütəxəssis) müraciət edin! Ona görə ki, nəzarətsiz şəkildə işlədici dərmanların qəbul edilməsi, bu məqsədlə imalədən istifadə edilməsi, "tənbəl yoğun bağırsaq" sindromunu formalaşdıraraq qəbizliyi yalnız artıra bilər. Bu zaman bağırsaq, hər dəfə onu boşaltmaq üçün "xaricdən" olan müdaxiləyə (işlədici həblər, imalə) adət edərək sərbəst şəkildə fəaliyyət göstərməyini dayandıra bilər. Həmçinin, əksər işlədici həblərə qarşı bağırsaq tərəfindən uyğunlaşma baş verir ki, bu da müəyyən bir müddət keçdikdən sonra bağırsağın daha yüksək dozada dərman tələb etməsi ilə nəticələnir.
Bəs, qəbizliyin hansı formaları vardır?Qəbizliklər kəskin və xroniki olurlar. Kəskin qəbizliklər, həyat boyu ərzində yəqin ki, hər bir kəsdə baş verir. Məsələn, bu, kəskin stres, cərrahi əməliyyat, səfər zamanı və s. hallarda baş verə bilər. Bəs, bu hal nədən baş verir? Yoğun bağırsaq öz hərəkətləri (peristaltikası) nəticəsində nəcis kütlələrini xaricə doğru (anal dəliyə) hərəkət etdirir. Yoğun bağırsaq çox həssas orqan olub, orqanizm daxilində baş verən istənilən dəyişikliklərə, peristaltikasının ləngiməsi və hətta dayanması şəklində reaksiya verə bilər. Qadınların yoğun bağırsağı həmçinin, onların orqanizmlərində hazırlanan hormonlara da reaksiya verir. Məhz buna görə qadınlar, əksər hallarda hamiləlik və menopauza zamanı qəbizlikdən əziyyət çəkirlər.Qəbizlik, hər hansı bir yeni dərmanın qəbul edilməsi zamanı, yanaşı effekt kimi də baş verə bilər. Bu halda mütləq öz həkiminizə məlumat vermək lazımdır. Kəskin qəbizliklər xəstəlik hesab edilmir və müalicə tələb etmirlər; adi həyat tərzinə qayıtdıqdan sonra (səfərdən evə qayıtdıqdan, qadınlarda hamiləlik başa çatdıqdan sonra və s.) keçib gedirlər.Əgər qəbizlik daimi xarakter almış, adətə çevilmiş, yəni xroniki hal alarsa, bu halda, yardım almaq üçün dərhal həkimə müraciət etmək lazımdır.Yaranma səbəbindən asılı olaraq atonik və spastik qəbizliklər ola bilər. Atonik qəbizliklər zamanı nəcis kütlələri çox, formalaşmış şəkildə olur, defekasiya aktı çox çətinliklə baş verir, ağrılı olur, anal kanalın selikli qişasında baş verən zədələnmiş sahələrin olması nəticəsində nəcis kütlələrinin üzərində kiçik qan izləri də görünə bilər.Spastik qəbizlik zamanı nəcis kütləsi qoyun nəcisi (qığı) forması (bir biri ilə birləşmiş kiçik nəcis kütlələri) almış olur. Belə qəbizliklər çox zaman metiorizm, qarında ağırlıq, genişlənmə, ağrı hissiyyatları ilə də müşayət olunurlar.Atonik qəbizliklərin səbəbi adətən, düzgün qidalanmamaq və kifayət qədər fiziki aktivliyin olmamasıdır. Spastik qəbizliklərin səbəbi isə bağırsağın özünün fəaliyyət xüsusiyyətləri (lənglik), streslər və s. ola bilər. Ancaq hər bir konkret halda, qəbizliyin səbəbləri yalnız həkim tərəfindən müəyyən edilir. Bundan sonra isə xəstəyə düzgün diaqnoz qoyaraq ona lazım olan müalicə təyin edilir.
Mənbə:Sağlamlıq və sən
Körpələrdə qəbizlik problemi- Qəbizlik bağırsaqların fəaliyyətinin zəifləməsi nəticəsində, bəzən isə bağırsaqdaxili sinirlərdə problem yarandıqda meydana çıxır. Qəbizliyi aradan qaldırmaq üçün zeytun yağı yaxşı vasitə hesab olunur. Körpə südəmərdirsə, südə, yemək yeyirsə, xörəyinə 1 çay qaşığı zeytun yağı əlavə edin.
| ['mədə-bağırsaq problemləri', 'qəbizlik'] |
4,409 | https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/3076/vladimir-v%C4%B1sotski.html | Vladimir Vısotski | Qiyasli | böyük musiqiçilər | 25 yanvar 2012, 10:46 |
Vladimir Semyonoviç Vısotski (Владимир Высоцкий) 1938-ci ilin 25 yanvarında Moskvada doğulmuş, 1980-ci ilin 25 iyulunda elə orada dünyasını dəyişmişdir. Aktyor, şair, mahnıların müəllifi və ifaçısı idi. Moskva İnşaat-Mühəndislər İnstitutunda oxumuşdu. Moskva Bədaye Teatrı (MXAT) məktəbini bitirəndən sonra paytaxtın Taqanka teatrında aktyor işləməyə başlayır. Hamlet roluna görə məşhurlaşır. Öz mahnılarının ifası ilə bütün ölkədə tanınır və onun mahnıları yazıflmış maqnitafon lentləri nəinki ən müxtəlif ölkələrə, ittifaqın özündə ən uzaq aullara da gedib çıxır.
Bir çox mahnıları məxsusi olaraq kino üçün yazılmışdır: "Skalolazka", "Oğullar döyüşə gedir", "Tündməcaz atlar", "Dağ əks-sədasının güllələnməsi", "Cənnətə getmək haqqında ballada", "Qara gözlər" və s. Bir çox filmlərdə çəkilib":Qısa görüşlər" (1967, rejissor Kira Muratova), "Vertikal" (1967), "Tayqanın sahibi", "İki dost xidmət edirdi", "Yeganə yol", (hamısı 1974), "Pis yaxşı adam", "Sannikov torpağı" , "Çar Pyotrun Arapı evləndirməsi haqda nağıl", "Mister Mak-Kinlinin qaçışı (hamısı 1975), "Görüş yerini dəyişmək olmaz" və s. Vısotski fransız aktrisası Marina Vladiya (Polyakova-Baydarova) evlənmişdi. Qısa həyatının sonunda gənclərin kumiri idi. Ömrünün son 10 ilində həddən artıq populyardı. Onun ölümünə bütün ölkə yandı. Dəfninə on minlərlə adam gəldi. Vaqanka qəbirstanrlığında qəbri üzərində abidə qoyulub. Taqanka teatrında oğlunun rəhbərlik etdiyi Vısotski adına muzey var. Kitabları və mahnıları ölümündən sonra hamı üçün əlyetən oldu. Vladimir Vısotskinin şəxsi həyatında indiyə qədər ağ ləkələr, müəmmalar qalmaqdadır. Bunlardan biri onun kəbindən kənar qızı haqda söhbət idi ki, demək olar ki, bu haqda heç nə məlum deyil. Məhz aktyorun həyatının bu bağlı tərəfi ilə əlaqədar bəzi söhbətlərə işıq salmaq üçün Vısotskinin sevimli qadınları haqda bir neçə açıqlama verək.
"Komsomolskaya pravda"nın müxbirinə rejissor Yunqvald-Xilkeviçin dediklərindən":Onun qızğın energetikası çoxlarının ağlını başından çıxarırdı. Poçt qutusuna "Mən səni istəyirəm" kağızı ilə birgə nişan üzükləri qoyurdular. Amma onun həyatının əsas qadını Taqanka teatrının aktrisası Tanya İvanenko idi. Vladimirlə onların əlaqələri onun həyatında Marina Vladinin peyda olmasından çox-çox qabaq başlamışdı və onun vaxtında da davam edirdi. Volodya bilirdi ki, Tatyanaya əzab verir, amma onu ata bilmirdi. Tanya ondan heç nəyi əsirgəmirdi. Mən qadınlarda belə patoloji sadiqliyi heç vaxt görməmişəm. Volodya Odessada içib pis günə düşəndə o, Moskvadan gəlib Vladimiri adam vəziyyətinə gətirirdi. Yığışdırırdı, yedizdirirdi və ağzından bir dənə də gileyli söz çıxmırdı. O, Volodyanın istədiyi hər şeyi edirdi. Bircə şeydən başqa, o, uşaqdan imtina etmədi. Uşağı doğdu və sonra Volodyanın və onun dostlarının həyatından qeyb oldu. Hətta ona zəng etmək də mümkün olmadı. Mən onların qızını görməmişəm. İstəyirdi ki, qızına Vısotski familyasını versin. Bu çox müəmmalı və mübahisəli hekayədi. Ad günündə təfərrüata varmağa ehtiyac yoxdu. Sadəcə olaraq onu demək kifayətdir ki, qız anasının soyadını və atasının adını götürüb. Anastasiya Vladimirovna İvanova 26 sentyabr 1972-ci ildə doğulub. Onda Vısotski artıq Marina Vladiyə evlənmişdi. Ümumiyyətlə, Vladimir Vısotskinin həyatında babat bir arvad kolleksiyası var: Birinci arvadı İza Jukova ilə MXAT məktəb-studiyasında birgə oxuyublar. Kəbin uğursuz və qısa olur. İkinci arvadı- Lyudmila Abramova VQİK-in məzunudur, Vısotskiyə iki oğul doğub. Dostlarının sözlərinə görə, Lyudmila bir oğlunu Vladimirin əleyhinə kökləyə bilir, ikincisi ilə atası gizli görüşürmüş. Vısotskinin üçüncü rəsmi arvadı fransız kino ulduzu Marina Vladi olub. Hətta ölümündən sonra da bir çox qadınların kumiri kimi qalan Vladimir Vısotskinin donjuanlıq siyahısında Lionella Pırevanın (Pırevin keçmiş arvadı, indi Oleq Strijenovun arvadı), aktrisa Klara Rumyanovanın, İrina Peçernikovanın, İrina Mazurkeviçin, maniken Qalyanın, Oksana Yarmolnikin (sonra Leonid Yarmolnikin arvadı olur), Larisa Lujinanın və başqalarının adı var. Amma bütün bunlara baxmayaraq, Vladimir Vısotskinin adı, şerləri və mahnıları indi də yaşayır, sevilir və filmləri maraqla baxılır. Razılaşın ki, belə şöhrətli ömür yaşamaq və ölümündən sonra da yaşamaq hər adama qismət olmur. Müəllif: TOĞRUL Mənbə Ədalət qəzeti
| ['Владимир Высоцкий'] |
4,410 | https://kayzen.az/blog/poeziya/8453/n%C3%BCsr%C9%99t-k%C9%99s%C9%99m%C9%99nli-s%C9%99n-dem%C9%99-t%C9%99z%C9%99d%C9%99n-sevm%C9%99k-olarm%C4%B1%C5%9F.html | Nüsrət Kəsəmənli ׀ Sən demə təzədən sevmək olarmış.. | Rene | Poeziya | 25 yanvar 2012, 10:21 |
Sən demə təzədən sevmək olarmış,Tale də təzədən gülə bilərmiş,Küsüb gözüyaşlı gedən məhəbbətPeşiman-peşiman dönə bilərmiş.Ürək bulud kimi boşalırsa daDemək bulud kimi təzədən dolur.Sonuncu şöləsi titrəyən şamdanAyrı bir şamı da yandırmaq olur.Sən demə təzədən sevmək olarmış,Köhnə yaraları vaxt, zaman silir,Kəsilən budaqla ölən ağaclarTəzə pöhrələrlə dirilə bilir.Ağlaya-ağlaya dünyaya gəlibBiz ana südüylə gülməmişikmi?!Hər axşam sapsarı batan günəşiHər səhər təzə-tər görməmişikmi?
Sən demə təzədən sevmək olarmış,Sevgi fürsət deyil quş kimi uça.Nə də kölgədir ki,Qaçasan qova..Ya da sən qovasanO səndən qaça...Çıxarsan qəlbindən ötən sevgini,Bir gün də tənhalıq sıxacaq səni.Kiməsə etdiyin yaxşılıq kimiMəhəbbət qarşına çıxacaq sənin.İlk sevgi yuvadan düşən quşcuğaz,Körpə qanadları pöhrələnməyib.Məcnunun ahıyla uçan məhəbbətMin hiylə əliylə yerə enməyib... Mən ki görməmişəm sevgini susan,Məhəbbət zirvədə bəslənən qarmış.Kim deyir bir dəfə sevilir insan?!Sən demə hər zaman sevmək olarmış...
| ['Nüsrət Kəsəmənli', 'sevgi'] |
4,411 | https://kayzen.az/blog/poeziya/8452/nusr%C9%99t-k%C9%99s%C9%99m%C9%99nli-yalan%C3%A7%C4%B1-dostlar%C4%B1m.html | Nusrət Kəsəmənli ׀ Yalançı dostlarım.. | Rene | Poeziya | 25 yanvar 2012, 10:12 |
İnandım sizlərə, qəlbimi verdimDoğru axtarırdım, min yalan gördüm.Sizə arxalandım, çoxaldı dərdim,Yalançı dostlarım, nə deyim sizə..Şam kimi yandınız, pərvanə oldum,Qış tək soyudunuz, gül kimi soldum,Sizi dərdli görüb, divanə oldum,Yalançı dostlarım, nə deyim sizə.. Güdaza nə qədər mərdi verdiniz,Sevinc istəyirdim, dərdi verdiniz.
Mənə dərd çəkilmiş sərgi verdiniz,Yalançı dostlarım, nə deyim sizə..Mələk görkəmində nadan oldunuz,Qadan alım dedim, qadam oldunuz.Mən elə bilirdim adam oldunuz,Yalançı dostlarım, nə deyim sizə.. Bir meyvə vermədi bar ağacınız,Yağdırdı üstümə qar ağacınız,Mənimçün hazırmış dar ağacınız,Yalançı dostlarım, nə deyim sizə...
| ['Nüsrət Kəsəmənli', 'dostluq'] |
4,412 | https://kayzen.az/blog/ekoibrahim/8450/where-the-wild-things-are-arkada%C5%9F%C4%B1m-canavar.html | Where the Wild Things Are ( Arkadaşım Canavar ) | ekoibrahim | Bloq: ekoibrahim | 25 yanvar 2012, 09:55 |
Uşaqlar üçündür. Nağıldır. Boş şeydir. Vaxt itkisidir....Bəlkə yanaşma tərzini dəyişək? Başqa prizmadan baxaq? Bəlkə pəncərənin üzərində olan buxarı silib, mənzərəyə tamaşa edib həzz alaq? İstəyirsiz? Yox? Onda oxumağa davam eləmə. Axı sən böyüksən. :) Davam eliyirsən? Ok onda mən də davam eliyirəm. :)
Nağıllar üçün darıxanlara.....
Çoxdandı belə səmimi və mehriban filmə baxmırdım. Bu filmlə siz balaca bir uşağın fikirlərini və dünyaya baxışını görə bilərsiz. Ya da xatırlaya bilərsiz. Uşaqlıq illəri insan üçün çox vacibdir. Uşaqlıqda alınan psixoloji travmalar və qazanılan təcrübələr insanı həyatının sonuna qədər izləyir. Eləcə də uşaqlıq dövründə bizə danışılan nağılların da öz mənası və əhəmiyyəti var. Ümumiyyətlə mən insanın çox dəyişmədiyini hesab edirəm. Uşaqlıq dövründə insanın formalaşması yetkinlikdə də özünü göstərir. Filmin ilk dəqiqələrindən mən özümə tanış olan mənzərələr gördüm: Kaprizli, yalnız, diqqət çəkmək istəyən və güclü fantaziyası və arzuları olan uşaq. O çox darıxır. Yalnızdır. Oynamaq istəyir. ( bu günün ən aktual problemlərindən biri: uşaqlarla valideyinlərin ünsiyyəti, vaxt keçirməsi problemi ). Anasıyla və bacısıyla münasibətləri pisləşir. Bezir və evdən qaçır. Hara? Öz daxili dünyasına. Uydurduğu və ora ki, orda kral olmaq istəyir.Hər birisinin özünə məxsus xasiyyəti və vərdişləri olan ayıya bənzər yekə məxluqlarla rastlaşır və onların həyatına daxil olur. Şəxsən mənə elə gəlir ki o məxluqlar insan xasiyyətini əmələ gətirən müxtəlif faktorlardır. Məsələn:İnam, sevgi, qorxu, yalnızlıq və s. Kimdəsə bu məxluqlardan biri böyükdür, aktivdir kimdə isə başqa bir məxluq böyükdür. Sürrealist, uşaq vasitəsiylə böyüklərə xitab edən və eyni zamanda da uşaqlara da xitab edən bir filmdir. Filmdə əlbəttə zəif də olsa psixoloji və fəlsəfi söhbətlər də var. Filmə məhz fəlsəfi və psixoloji nöqteyi nəzərdən baxanda çox gözəl məqamları sezmək mümkündür. Biz hamımız nə vaxtsa uşaq olmuşuq. Biz çox vaxt böyükləri başa düşməmişik. Elə böyüklər də bizi. Sanki bu vəziyyətdən bezən uşağın maceralarını əks etdirən filmdir. Mənim də sevdiyim anlayışlardan olan və çox vaxt uşaq təfəkkürünün məhsulu olan: xəyali dünya, xəyali dost və s. anlayışılarını xatırladım. 19 yaşım var. Bəlkə də mən nağıllar dünyasını tam tərk etməmişəm ona görə film mənə maraqlı gəldi. Film dərin həqiqət və absurd arasında olan sərhəddə yerləşir. Ona görə filmə fikir bildirmək kifayət qədər çətindir.
Fimin potensial auditoriyasına isə bunları aid edərdim:
Daxilində uşaq yaşayan insanlar
Psixoanalizlə maraqlananlar
Hər şeyi fəlsəfi baxış tərzi ilə dəyişdirib özününküləşdirən
Melomen və kinomenlər ( Filmdə çox gözəl soundtracklar var )
Yalnz ( Tənha) keçmiş uşaqlıq dövrünü yada salmaq istəyənlər
Filmdə elə məqamlar da var ki, sözsüzdür yəni kəliməsizdir. Əgər siz də elə məqamları yaşamısınızsa başa düşəcəksiniz. Mən bəlkə də filmin bütüm epizodlarını başa düşmədim amma başa düşdüyüm “ sözsüz ” epizodlar da kifayət qədər oldu. Çox insan filmdən ciddi bir şey başa düşməsə də mən çox şey gördüm və yadda saxladım. Film sadə görünə bilər amma öz uşaqlığıyla müqayisə edən hər kəs özündən nə isə tapacaq bu filmdə. Unuda bilməyəcəyim bir film.əlavə məqalələrim üçün: niftiyevibrahim.blogspot.com
| ['film', 'fantastika', 'nagil'] |
4,413 | https://kayzen.az/blog/Aysel218/8445/%C5%9F%C9%99kild%C9%99ki-gizli-qad%C4%B1n%C4%B1-tap.html | Şəkildəki gizli qadını tap. | Aysel218 | Bloq: Aysel218 | 24 yanvar 2012, 17:29 |
Səhərdən bu şəklə baxıram.Şəkildəki gizli qadını tapa bilmirəm...Diqqətlə baxın bəlkə siz tapdınız.
| ['qadın'] |
4,414 | https://kayzen.az/blog/yazar/8444/%C9%99g%C9%99r-qadir-allah-%C3%B6mr%C3%BCm%C3%BC-biraz-daha-uzatsayd%C4%B1.html | Əgər qadir Allah ömrümü biraz daha uzatsaydı...... | Aysel218 | Yazıçılar | 24 yanvar 2012, 17:18 |
Dahi Kolumbiya yazıçısı Qabriel Qarsia Markes limfatik vəzilərin kəskin xərçəngi nəticəsində dünyasını dəyişib.Ölümünə çox az qalmış o,dünyadakı çoxsaylı dostlarına ünvanlanmış bir vida məktubu yazdı......Əgər Qadir Allah mənim əsgidən düzəldilmiş oyuncaq olduğumu bircə saniyədə unudub ömrümü bir qədər uzatsaydı,yəqin ki,düşündüklərimin hamısını deməzdim.Əksinə dediklərim barədə daha çox düşünərdim.
Mən dəyərlərə maddi baxımdan deyil,əhəmiyyətinə görə qiymət verərdim.Mən daha az yatar,daha çox xəyala dalardım,başa düşərdim ki,gözləri yumulu vəziyyətdə yaşanan hər dəqiqə-dünya işığndan 60 saniyə özünü məhrum etməkdir. Başqaları dincələndə mən piyada gəzərdim,başqaları yatanda mən yuxudan qlxardım,başqaları danışanda onlara qulaq asardım.Bir də çoxluca şokoladlı dondurma yeyib ləzzət alardım!...Əgər Qadir Allah mənə bir qədər də həyat bəxş etsəydi çox adi geyinərdim,günəş ilk şəfəqlərini aləmə saçanda mən yuxudan qalxar,təkcə bədənimi deyil,ruhumu da günəşin şüaları altında çılpaqlaşdırardım.
İlahi,əgər mənim imkanım olsaydı,bütün nifrətimi boğar və günəşin nə vaxt üfüqdən boylanacağını gözləyərdim.Ulduzlar işıq saçanda mən Van Qoq kimi şəkil çəkər,Benedettinin poeması barədə xəyala dalardım.Serrin mahnıları mənim Ay serenadama çevrilərdi.Qızılgülün tikanlarının ağrısını,ləçəklərinin busəsini dadmaq üçün onu göz yaşlarımla yuyardım.İlahi,əgər mənim ömrüm bir qədər də uzansaydı...sevdiyim adamlara onları sevdiyimi hər gün deyərdim.Mən hər bir qadını,hər bir kişini inandırardım ki,onlar mənim sevdiyim insanlardır,mən usanmaq bilmədən sevər,sevilərdim.Mən insanlara sübut edərdim ki,qocalmağa başlayanda sevməyi bacarmadıqlarını güman edənlər çox yanılırlar:əksinə onlar məhz sevmədiklərinə görə qocaliblar!
Mən uşaqlara qanad bəxş edib onlara uçmağı öyrədərdim.Yaşlı adamlara öyrədərdim ki,ölüm qocalıığın nəticəsi yox,unutqanlığın nəticəsidir.
Ey insanlar,mən sizdən çox bilgi öyrənmişəm.Mən öyrənmişəm ki,hər kəs dağın zirvəsində yaşamaq istəyir,lakin heç ağlına gətirmir ki,ən böyük səadət onu yamacda gözləyir.
Mən indi başa düşmüşəm ki,körpə öz kiçicik yumruğunda atasının barmağını ilk dəfə sıxanda ondan həmişəlik yapışir.
Mən indi anlamışam ki,insan yalnız başqasının ayağa qalxmasına kömək edən zaman həmin adama yuxarıdan aşağı baxçağa haqqı olur.Mən sizdən çox şey öyrənmişəm,lakin sözün düzü indi bunun mənası yoxdur.Çünki öz könül sandığımı bu biliklərlə doldurandan sonra əfsus ki,sizi əbədi tərk edirəm...
| ['yazıçı', 'Qabriel Garsia Markes'] |
4,415 | https://kayzen.az/blog/qadin/8443/elm-adamlar%C4%B1-v%C9%99-qad%C4%B1nlar.html | Elm adamları və qadınlar | Aysel218 | Qadın | 24 yanvar 2012, 16:31 |
Fizik:
Qadının dili F=ma düsturu kimi hər şeyə əvəzdir. Onun ürəyi 30.000 volt gərginlikli cərəyan mənbəyidir. Əlləri ifratkeçiriciliyə malik xassəylə bu cərəyanı toxunduğuna keçirir.
Ufoloq (astronom)
Onlara yaxınlaşmaq lazım deyil. Onlar özləri səni cəzb edib öz peyklərinə çevirəcəklər. Zərif bildiyimiz bu məxluqlar «Qara dəlik » (nəhəng qalaktikaları udan burulğan) kimi istədiklərini udmağa qadirdirlər.
Kimyaçı
Qadınlar qliserindir(şirin və güclü zəhərli maddə). Onlar natrium silikat kimi adama yapışır, sonra isə sulfat turşusu kimi onu kömürləşdirirlər.
Bioloq
Qadınla ilan arasında fərq ondan ibarətdir ki, ilan sürünür, qadın süründürür. Onun dili pələng qədər yırtıcı, özü isə kəpənək qədər zərifdir. Bir sözlə, qadìn tamamlanmamış DNT-dir.
Tarixçi
Qısa deyə bilərəm ki, qadın SSRÎ tarixidir. Bu tarix yalan yazılmış və zorla insanlara sevdirilmiş mənasız, lazımsız bir tarixdir.
Coğrafiyaşünas
Qadın «körfəz» və «boğazlar» kimi insanı qardaşdan, bacıdan, ata-anadan ayırır. Onun ürəyindən axan qandan Ölü dəniz, gözəlliyindən isə meşə landşaftları, fauna ve flora yaranıb.
Riyaziyyatçı
Qadının gözəlliyi monoton artan, ağlı isə monoton azalandı. O,mələyin törəməsidir. Lakin biz onu inteqrallaya bilmirik.
Dilçi alim
Qadìn xəbər əsasında formalaşmış cümlədir. O,felin icbar növüdür. Əvəzlik kimi hər şeyi əvəz edir, yerində işlənir və sualına cavab verir.
Ədəbiyyatşünas
Onunla tanışlığın əvvəli M.P.Vaqifin poeziyası kimi nikbin, axırı isə M.V.Vidadinin poeziyası kimi bədbindir. Dili daim İzzəddin Həsənoğlunun qəzəlləri kimi ritorik suallarla doludur. Dilində hər zaman tapmaca, yanıltmac və ya qarğışlar olan bu incə məxluqların həyatına daxil olan kəslərin taleyi Çingiz Abdullayevin əsərlərində öz əksini tapmışdır.
Mühəndislər
bir proyekti tamlıği ilə göstərib maketin qurmaq olar. Amma qadını heç bir vəchlə. Çünki bir eyib və bir gözəllikdən ibarət maketi düzəldib dayanıqlı etmək mümkün deyil.
Iqtisadçı
Rəqabətin ən inhisar forması qadınlar arasında gedir. Onlar heç bir iqtisadi öhdəlikləri qəbul etməyən əmtəə növüdürlər və bu əmtəə sıfır qiymətindən insanların həyatı ilə ölçülə bilən dəyərə malikdir. :)
| ['qadın', 'Qadın haqqında', 'qadın bacarığı'] |
4,416 | https://kayzen.az/blog/daily-problems/8442/st%C9%99kan%C4%B1-yer%C9%99-burax%C4%B1n-bu-g%C3%BCn.html | Stəkanı yerə buraxın bu gün! | Aysel218 | Gündəlik həyatın çətinlikləri | 24 yanvar 2012, 16:04 |
Professor əlində içi dolu bir stəkan tutaraq dərsinə başladı. Hər kəsin görəcəyi bir şəkildə tutdu və soruşdu:- Bu stəkanın ağırlığı, sizcə, nə qədərdir?- 50 qr! .... 100 qr! .....125 qr - deyə tələbələr cavabladı.- Stəkanı çəkmədikcə həqiqətən mən də bilə bilmərəm - professor dedi. - Amma mənim sualım belədir: bu stəkanı bir neçə dəqiqə belə tutsaydımŞ nə olardı?"- Heç bir şey - deyə tələbələr cavab verdi.- Bəs yaxşı, 1 saat boyunca tutsaydım, onda nə olardı? - deyə professor soruşdu.- Qolunuz ağrımağa başlardı - deyə tələbələrdən biri cavabladı.- Haqlısan, yaxşı, indi mən bir gün boyunca tutsam nə olardı?
- Qolunuz bərk ağrıyar, əzələ spazmı kimi problemlər yaşayardınız və xəstəxanaya getmək məcburiyyətində qalardınız!.Bütün tələbələr müxtəlif cavablar verdilər və gülüşdülər.- Çox yaxşı. Yaxşı, bütün bu problemlər olarkən stəkanın ağırlığında bir dəyişmə olardımı? - deyə professor soruşdu.- Xeyr - deyə hər kəs cavab verdi.- Yaxşı, o zaman qolun ağrımasına və əzələ spazmına səbəb olan nə idi?Tələbələr tapmaca həll edirmişcəsinə düşünməyə başladılar.- Ağrıdan xilas olmaq üçün nə etməliyəm bu vəziyyətdə? - deyə professor təkrar soruşdu.- Stəkanı buraxın, düşsün! - deyə tələbələrdən biri cavab verdi.- Əlbəttə! - professor dedi. - Həyatın problemləri də belə şeydir. Onları beynində bir neçə dəqiqə fikirləşərsən. Bir problem yoxmuş kimi görünər. Uzun bir müddət fikirləşərsən. Başınız ağrımağa başlayar. Daha uzun fikirləşərsən. Artıq səni məhv etməyə başlayar və sən heç bir şey edə bilməzsən. Həyatdakı mübarizələri və problemləri düşünmək əhəmiyyətlidir. Lakin daha əhəmiyyətlisi onları hər günün sonunda, yatmadan əvvəl yerə buraxmaqdır (stəkan kimi). Bu şəkildə stressə girməz, hər gün təzə bir beyin ilə oyanar və yolunuza çıxan hər problemlə mübarizə edə biləcək gücdə olarsınız!"
Həmçinin oxu: Problem bizdədir bəlkə?
| ['problem'] |
4,417 | https://kayzen.az/blog/%C5%9F%C9%99xsi-gigiyena/4646/b%C9%99d%C9%99n%C9%99-qulluq.html | Bədənə qulluq | burla xatun | şəxsi gigiyena | 23 yanvar 2012, 23:56 |
Gigiyena insan sağlamlığının vacib aspektidir. Müasir elmi biliklərə esaslanan . əziyyət verməyərək gündəlik yerinə yetirilən gigiyena proseduraları insan sağlamlığı üçün çox xeyirlidir, yüksək iş qabiliyyətini, aktivliyi saxlayır, orqanizmin normal inkişafına kömək edir. Təcrübələr göstərir ki, uşaqlıqdan şəxsi gigiyenaya riayət olunduqda, sonralar sağlamlığın şüurlu qorunmasına çevrilir. Ona görə də gigiyena vərdişləri oğlana da, qıza da uşaqlıqdan aşılanmalıdır.
Dəri, saçlar və dırnaqların gigiyenası
Dəri bədəni yalnız çöldən örtmür, müxtəlif funksiyalar daşıyır, başlıcası müdafiədir. Dəridə tər və piy vəziləri yerləşir. Tər vəziləri xaricə tər ifraz edir, piy yağlarını piy vəziləri hasil edir. Buna görə də dəridəki tüklər nəmliyini və elastikliyini saxlayır, dəri qurumur, qatlaşmır. Dəri xəstəliklərinin qarşısını almaq, sağlam görəm saxlamaq üçün dəriyə düzgün qulluq etmək lazımdır. Dərinin açıq hissəsini her sutkada, örtülü hissəsini həftədə 1 deəfədən az olmamaq şərtilə sabunla, çox tərlədikdə və piy vəzləri daha aktiv olduqda daha tez-tez yumaq lazımdır. Səhərlər duş qəbulu vərdişi pis deyil, amma sabunsuz, sabun dərini müdafiə edən maddələri yuyur və qurudur. Əl-üzü otaq temperaturlu su ilə yumaq məsləhətdir, isti su elastikliyi azaldır, soyuq su piy vəzilərinin normal ifrazatını pozur. Əlləri yeməkdən qabaq, küçədən gələndə, ayaqyolundan sonra, hər çirklənəndə yumaq, möhkəm silmək lazımdır, yoxsa codlaşar.
Pubertat dövründə tər ifrazı çoxalır, bir çox yeniyetmələrdə kifayət qədər intensiv, xoşa gəlməyən xarakterik iyi olur. Qarşısını almaq üçün qoltuq altı hər gün yuyulmalı, tüklər qırxılmalıdır, onlar təri saxlayır.Pubertat dövrünün sonunda, 14-16 yaşda bəzi yeniyetmələrdə sızanaqlar əmələ gəlir. Kişi cinsi hormonlarının artması (oğlanlarda bərk biruze verir) piy vəzilərinin aktivliyinə səbəb olur. Sızanaqlar ən çox üzdə, sinədə, belin yuxarı hissəsində olur, bir neçə aya keçə də bilər. Dəri xəstəliyi olsa 20-25 yaşa qədər davam edər. Sızanaqların olması və təzahürüne irsi meyil də ola bilər. Tez üzü qızaran qızlarda sızanaqlar olmur. Sızanaqların profilaktikası dərinin mükəmməl təmizliyi və piy vəzi axarı tıxaclarının qarşısının alınmasıdır. Çох aktiv olduqda üzü tez-tez sabunla yumaq, massaj etmək lazımdır. Əvvəlcə isti su ilə yuyulmalı, sonra soyuq su ilə yaxalanmalıdır. Bu prosedür yaxşı təsir edir. Sızanağın kəskinləşməsinə səbəb qidada acı, ədviyyat, kofe, kakao, tünd çay, yeməkdə yağların və karbohidratların çox olmasıdır.
Mütəxəssislə məsləhətləşərək bəzi kosmetikadan istifadə etmək olar, lakin sui-istifadə yox, xüsusən yeniyetmə qızlara cavan, sağlam dəriyə kosmetika lazım deyil, həmişə zərərsiz ötüşmür. Çox bəzədilib qrimlənmiş üz pis təsir bağışlayır. Kosmetikadan çox istifadə cazibədar görünmek üçündür, bu vaxt həddi aşmaq olmaz. Pudra, dermakol dərini çirkləndirir, nəfəsini pozur: ağardıcı maddələrdə də (çillərə qarşı) civə var, odur ki, yazda, yayda dərini düz düşən şualardan qorumaq lazımdır. Dodaqlar çatlayanda rəngsiz pomada və əl kremindən istifadə oluna bilər. Dərinin yaxşı olması sağlamlığa dəlalət edir. Adi gigiyena, qidalanma, və yuxu rejiminə riayət etdikdə, sağlam həyat tərzi keçirdikdə dərinin rəngi ve sağlamlığı saxlanır.
Tük və dırnaq dərinin törəmələridir. Tüklər çox mikroskopikdirler – nəmliyi, piy vəzilərinin ifrazatlarını və tərkibində yağlar olan maddələri özünə çəkir. Piy vəziləri xeyli şirə buraxdıqda (yağlı saçlar) saçlar 3-4 gündən bir, dəri quru olduqda 5-6 gündən bir yuyulur. Şampunlardan istifadə etmək olar, seçim yolu ilə. Təmiz yuyan, kəpək əmələ gətirməyən, qıcıqlandırmayan şampun seçin, çobanyastığı, gıctikən, pişikdili dəmləməsi qatılsa daha yaxşı olar. Başı çox isti su ilə yumayın, barmaqlarla və ya şotka ilə masaj xeyirlidir. Axırda çobanyastığı cövhəri ilə yaxaladıqda parlaqlıq olar. Səliqə ilə silib, otaq temperaturunda qurudun: fen saçı qurudur, kövrəldir, quru vaxtı daranmasa çox saç tökülər. Saça zərərli olan isti burma, tez-tez isladılma, keyfiyyətsiz saç boyalarıdır (indi təbii olmayan, müxtəlif rənglər dəbdədir, hətta oğlanlar arasında).
Saç xarici görkəmin əsas komponentidir. Düzgün qulluq olunduqda özünü doğruldur, təhlükəli eksperimentlər yol verilməzdir.Dırnaqlara qulluq çətin deyil. Sağlam dırnaqlar qabarıq, səthi hamar, rəngi parlaq çəhrayı olur. Böyümə sürəti əldə həftədə 1 mm, ayaqda 3-4 dəfə az. Əl dırnaqları həftədə bir dəfə, ayaq dırnaqları ayda bir dəfə kəsilməlidir. Dırnaqların yanında tilişkəni səliqə ilə kəsib odekolon vurmaq lazımdır. Dirnaqlara qulluq zamanı əllərin təmizliyinə də fikir vərilməlidir. Daima lak vurduqda saralır və kövrək olur.
Tənasül (cinsiyyət) üzvlərinin gigiyenası
Tənasül üzvlərinin infeksiyalara qarşı profilaktikası doğulandan başlanır. Onlar günde bir neçə dəfə yuyulmalı, iltihaba yol verilməməlidir. Südəmər uşağın tənasül üzvləri nahiyəsində kobud manipulyasiyalara yol vermək olmaz. Nisbətən iri yaşda tənasül üzvləri səpələnən su (duşla) ilə yuyulmalıdır. Yaxşı olar ki, bu əməliyyatlar yatmazdan əvvəl olsun. Yavaş-yavaş uşaq buna o qədər öyrəşər ki, bunsuz keçinə bilməz. 7-8 yaşında bu əməliyyatı özü edər. Təmizlik proseduraları üçün şərait olmadıqda, hər dəfə sidik ifraz edəndə və ya bağırsaqlar boşalanda budun yuxarı hissəsi qıcıqlanır. Bir də ki, ifrazatlar paltara hopanda mikroblara şərait yaranır. Kolqotkalar gigiyenik deyil. Tənasül üzvləri nahiyəsində qaşınma olsa həkimə müraciət edilməlidir. Həkim bağırsaq qurdunun olub-olmamasını müəyyən etmək üçün analiz göndərir ve müalicə təyin edir.
Reproduktiv funksiya pozuntularının qarşısını almaq üçün xroniki qəbizliklə mübarizə aparılmalıdır. Çünki, çanaq sümüyü nahiyesində qan durgunluğu əmələ gəlir, tənasül üzvlərinin yerləşmə vəziyyəti pozulur. Çox vaxt dözmək adətindən olur. Əgər səhər tezdən və ya yatmazdan əvvəl ayaqyolunda olmamısınızsa, məktəbdə dözməy məcbursunuz, hər dəfə dərsdən icazə almaq mümkün olmur, bir də ki, məktəb ayaqyolusu çox da abad deyil.
Tənasül üzvlərinin gigiyenası qızlarda aybaşı, oğlanlarda pollüsiya zamanı daha vacibdir. Yadda saxlayın ki, aybaşı vaxtı qadın orqanizminin xoşagəlməyən faktorlara dözümlülüyü azalır. Aybaşı olanda nəm torpaqda uzansanız yumurtalıqlar soyuqlayır, illər uzunu qarnın aşağı hissəsində və bəldə ağrılar olur, tsikl pozulur.
Aybaşı vaxtı hovuzlarda çimdikdə uşaqlığın selikli qişasında iltihab əmələ gələr, vaxtaşırı qanaxma və ağrı olar. Bu həmişə belə olmur, vaxtilə sağlamlıqla belə münasibətdə olduqda qadınların çoxu ginekoloqda müalicə olunurlar.Aybaşı vaxtı günün altında çox qalmaq, uzun müddətli səyahətlər etmək, uzaqlara ekskursiyada (gəzinti), yorucu rəqslərdə, oyunlarda iştirak etmək, bərk qaçmaq, hoppanmaq, ağırlıq qaldırmaq olmaz. Yadda saxlamaq lazımdır ki, aybaşı xəstəlik deyil, adi həyat tərzidir. Bu vaxt adi günlərə nisbətən isti geyinmək, ayaqlar, bel, qarnın aşağı hissəsi soyuqlamadan qorunmalıdır. Aybaşı vaxtı gündəlik iş görülür, amma ağırlıq bir az azaldılmalıdır.Aybaşı haqda qız bilməli, şəxsi qadın gigiyenasına tam əməl etməlidir: gündəlik təmizliklə (tualet) məşğul olmalı, aybaşı zamanı xüsusi döşəkciklərdən (prokladka) istifadə etməlidir. Pambıq ve tənzifdən, yaxud yumşaq parçadan özləri də düzəldə bilər, hazırını da almaq olar. Islandıqca dəyişilməlidir, təmiz və ütülənmiş dəsmal da lazımdır. Qız bilməlidir, hansı paltar daha rahatdır. Xarici tənasül üzvləıri təmiz saxlanmalı, təmiz əllərlə yuyulmalıdır. Yuyunmaq ilıq, axar su ilə daha yaxşıdır. Adi günlərdə 2 dəfə - yuxudan duranda və yatmazdan qabaq, aybaşı vaxtı 3-4 dəfə. Düz bağırsaqdan infeksiya düşməməsi üçün öndən arxaya doğru yuyulur. Uşaqlıq boynunun içərisi yox, o, öz-özünü təmizləyir, ətrafı yuyulur. Tənasül üzvlərinin selikli qişası qaşındıqda çobanyastığı, çay, pişikdili otlarının cövhərindən istifadə etmək məsləhətdir.
Sabun neytral olmalıdır, uşaq lakolin sabunu. Bahalı sabunlarda olan yağlar və ətir maddələri dərini qıcıqlandırır və qurudur. Aybaşıda vanna qəbul etmək, hamamda çimmək olmaz, ilıq duş qəbul etmək olar. Alt paltarı hər gün dəyişilməlidir, islananda daha tez-tez. Gigiyenik proseduraların tezliyi və intensivliyi fərdidir. Hər şey ifrazatın miqdarından və xassəsindən asılıdır (pis qoxu). Uşaqlıq boynunu şirinq etmək lazım deyil, infeksiya keçə bilər, adi günlərdə də selikli qişa yuyulmur, çünki uşaqlıq boynunun funksiyası zəifləyər. Oğlanlarda bu "problemlər" yoxdur, amma səhərlər xarici tənasül üzvlərini yumalıdır, gecə pollusiyasından sonra alt paltarı və yataqda sperma qalır, yuyulmasa iltihab verə bilər.
Paltar və ayaqqabı gigiyenası
Paltarın əsas funksiyası - metereoloji təsirdən (soyuq, isti, yağış) və çirklərdən qorumaqdır, həm də mədəniyyət səviyyəsini göstərir (müəyyən dərəcədə şəxsiyyəti və yaşı). Böyüklərlə yeniyetmə geyimi seçilir. Hər ikisi yaxşı zövqə və gigiyena tələblərinə uyğun olmalıdır. Yeniyetmə elə geyinməlidir ki, paltar çox da gözə çarpmasın, ümumi diqqəti cəlb etməsin, gigiyenik və estetik nöqsanları olmasın. Alt paltar pambıq parçadan olsa yaxşıdır, dəri ifrazatları yaxşı hopar. Sintetik parçalar ziyandır, ifrazat pis hopur, dəridə qıcıqlanma və qaşınma əmələ gətirir. Paltar hərəkətləri saxlamamalı, yerişi pozmamalıdır. Dəb dalınca getməklə yeniyetmələr elə geyinirlər ki, hərəkət koordinasiyası pozulur, əzələ sistemi, oynaqlar və vətər bağları ağırlaşır, tez yorulma, təzə formalaşmış qamətin və sümüklərin əyilməsi baş verir.
Dəb keçib gedir, ancaq insanın sağlamlığı, həyat həvəsi, görkəmi vacibdir. Yataq dəsti 7-10 gündən bir, burun dəsmalları çirkləndikcə dəyişməlidir, birdəfəlik xüsusi salfetlərdən də istifadə oluna bilər.
Ayaqqabı gigiyenası, paltar gigiyenasından az əhəmiyyətli deyil. Ayaqqabıya tələbat - ayağı sıxmamaq, narahat olmamaq, yük bütün pəncə boyu paylanmalıdır. Əks halda yastıpəncəlik əmələ gələr. Ayaqqabı dar olduqda pəncədə qan dövranı pozulur. Narahat ayaqqabıda, rezin ayaqqabıda ayaq çox tərləyir. Büzüşdürücü (kalium permanqanat məhlulu) maddələr və ayağın mütəmadi yuyulması tərləməni azaldır. Ayaqlara əsas qulluq: yatmazdan qabaq sərin su ilə yumaq, uzun gəzintidən sonra, ayaqlar yorulanda ilıq su xeyirlidir, bərk qurulamaq lazımdır, barmaqlar arasında nəmişlik qalanda göbələk xəstəlikləri ola bilər. Ayaq üçün hər aile üzvünün ayrıca ayaq dəsmalı olmalıdır. Kalqotka və qısa corablar (naski) hər gün dəyişilməlidir. Başqalarının paltarını, xüsusən ayaqqabılarını geymək gigiyenik deyil. Hamamda və hovuzlarda çiməndə xüsusi şapşaplar (tapoçki) gəyinmək pis olmaz. Həmçinin bax: Əllərinizi yuyun
| ['gigiyena', 'şəxsi gigiyena', 'profilaktika', 'təmizlik', 'sağlam həyat'] |
4,418 | https://kayzen.az/blog/daily-problems/8435/dostunuz-var.html | Dostunuz var? | Aysel218 | Gündəlik həyatın çətinlikləri | 23 yanvar 2012, 20:16 |
Bir az bundan əvvəl belə bir söz oxumuşdum hardasa..."Allahım sən məni dostumdan qoru düşmənimlə özüm də bacararam..."nədənsə dəftərimin üz qabığına köçürdüm bu cümləni.Bilmirəm bəlkə də,ağlım kəsəndən bu yana böyüklərimin,anamın,nənəminmənə tez-tez tutduğu iradlar,verdikləri nəsihətlərdir bu sözləri mənə bu qədər yaxın edən. Çünki dost seçimində yanılmışam çox vaxt. Doğru dostluq qərəzsiz olar deyib atalar.Təəssüf ki, qərəzli oldu dostluqlarım çox zaman...Məqsədli dostluğun sonu puç olur. Bəlkə elə buna görə də,yaşımın az olmasına baxmayaraq dostlardan,sözü,nəfəsi yalan dostlardan qorunmaqçün Allaha sığındım.Gülüb danışmağı çox sevmişəm uşaqlıqdan. Yaşadığım ən kiçik sevinci belə bölüşmüşəm hər zaman dostlarımla...İndi isə həyatımın ilk, bəlkədə növbəti uğursuzluğunun ağrısını,yükünü çəkirəm ancaq dostlarsız...valideyinlərim, bacım və özüm.
-Dostun kimdir?-Dara düşsəm deyərəm...məsəli lap yerinə düşdü burda. Deməli insanın həyatda əsl dostu onun özü, valideyinləri və doğmalarıdır!Hələki yeniyetməlik dövrünün yolçusuyam.Çətinliklə,yıxıla-yıxıla,gəncliyə doğru gedirəm dilimdəysə bircə söz var "ALLAHIM,SƏN MƏNİ SAXTA DOSTDAN QORU,DÜŞMƏNİMLƏ ÖZÜM DƏ BACARARAM!"
Müəllif: Nərmin Hüseynzadə
| ['dost'] |
4,419 | https://kayzen.az/blog/qadin/8434/ideal-qad%C4%B1n.html | Ideal qadın | Aysel218 | Qadın | 23 yanvar 2012, 19:59 |
Kişilərin gözü ilə ideal qadın necə olmalıdır ?
İdeal bir qadının oxuma vərdişi olmalı. Kişilər qəzetlərin yalnız ilk və son səhifələrini oxuyan və gündəmi izləməyən qadınları söhbət yoldaşı olaraq görmürlər.
Telefonla lazım olduğu qədər danışmalı. Qadınların telefon danışmalarını saatlarla uzatmaları kişilərin sinirlərini pozur.Ağır makiyaj etməkdən, həddindən artıq ətir və çox nəzərə çarpan laklar istifadə etməkdən qaçmalı. Belə görünən qadınlar daha çox diqqəti cəlb etsə də kişilərin seçimi təbii və günahsız gözəllikdən yana olur.Televiziya seriallarına asılı olmamalı. Həyatını bu seriallara görə programlayan və bu saatlarda dünyadan qopan qadınları anlaya bilməyən kişilər, təbii olaraq onlardan uzaqlaşırlar. Lüks tutqunu olmamalı, alver əsnasında da məntiqini qoruya bilməli. Kredit imkanı var deyə evə gərəksiz əşyalarla dolu paketlər daşımamalı.Spirt və siqaretdən uzaq dayanmalı. Bəyəndikləri qadınları eyni zamanda bir ana namizədi olaraq görən kişilər pis vərdişləri olan qadınlardan uzaqlaşa bilirlər.Formasına diqqət yetirməli. Amma hər yeməyə «diyetadayam» deyə başlamamalı. Çünki bu kişiləri ən çox sıxan sözlərdən biri...Evi ya da otağını oyuncaqlarla doldurmamalı. Yalnız görünüşü gözəl deyə evi heç bir işə yaramayan əşya kütləsinə boğmamalı.Dilini pis istifadə etməməli. Bol bol yəni, filan, şey kimi sözlər istifadə edən və arqo danışan qadınlar yerinə təsirli və nizamla danışma hər vaxt daha cazibədar gəlir.Yalnız qızlarla deyil kişilərlə də yoldaş ola bilən qadınlar, kişilərə daha cazibədar gəlir. Belə qadınlarla daha asan və yaxşı ünsiyyət qura bilirlər.Uşaq təqlidi edərkən çox cansıxıcı olmamalı. Qadınların şirin olmaq adına etdikləri kiçik uşaq təqlidləri yerində və dozasında olmadığında kişilərdə tərs reaksiya yarada bilir.Qısqanc olmamalı. Sevgilisini davamlı sorğulayan və izləyən qadınlar, özlərinə güvənmədikləri mesajını verərək cazibədarlıqlarını itirə bilərlər.Kişinin hər şeyiylə maraqlanmamalı. Bəzən anasından daha irəliyə keçərək, kişinin hər işiylə maraqlanan qadınlar, aradakı münasibətin pozulmasına və kişinin qaçmasına səbəb olurlar.İç dünyasında dinc ola bilməli. Keçmişdə yaşadığı psixoloji problemləri və ailə içi problemləri təhlil edə bilməmiş qadınların, kişilərin gələcək planlarına girmələri çətinləşir.Öz ayaqları üzərində dayana bilməli. Heç bir işlərini bir kişinin köməyi olmadan edə bilməyəcəyini düşünən qadınlar, kişilərdə əvvəllər bir qoruma duyğusu yaratsa da bir müddət sonra bu duyğu sıxılmağa çevrilir.
| ['ideal qadın', 'Kişilər qadını belə görmək istəyir', 'kisini ozune baglamaq', 'kisini celb etmeyin yollari'] |
4,420 | https://kayzen.az/blog/maraqli-faktlar/8384/n%C9%99-%C3%BC%C3%A7%C3%BCn.html | Nə üçün? | Əliyev | Maraqlı faktlar | 23 yanvar 2012, 16:33 |
Nə üçün qadınlar hündürboy kişiləri seçir?
Onlar bunu onunla izah edirlər ki,qadınlara görə hündürboy kişilər daha qamətli və daha çox qüvvəyə sahib olduğundan ailə saxlamaq,ailəni təmin etmək kimi imkanları daha genişdir.Ekspertlər də bu halla razılaşdı,hətta bir fakt da onlar irəli sürmüş oldular:onlar söyləyir ki bu fikir qadınlarda tarixən,qədim dövrdən formalaşmaqdadır.Çünki hələ qədim dövrlərdə qəbilələr arasında belə bir məsəl formalaşmışdır: "Hündürboy,yekəpər kişilər daha yaxşı ov ovlaya bilər,daha tez evi çətin vəziyyətdən çıxara bilər." Bu artıq qadınların şüurlarında formalaşmış fikirdir ki,hündürboy kişilər daha çox qüvvəyə sahib və daha yaxşı ailə təmin edəndirlər.Bugünkü günümüzdə hətta ekspertlərin və psixoloqların köməyi olmadan belə:gənc qızlara hansı aktyoru və ya müğənnini sevirsən?-deyə sual ünvanladıqda, cavab olaraq daha çox həmin müğənninin sənət təhlili deyil,görkəm təhlilini almış oluruq. Lakin dövrlər dəyişsə də,əsrlər keçsə də,hər şey yenilənsə də statistikaya əsasən qadınların 78%-i hündürboy,12%-i qısaboy,10% isə fərqi yoxdur deyir.
Nə üçün dualarımız qəbul olmur?
«Dualarınız ona görə qəbul olmur ki, qəlbiniz səkkiz halda xəyanət etmişdir: Allah-təalanı tanıdınız, amma onun haqqını yerinə yetirmədiniz; Göndərdiyi Peyğəmbərə (s) iman gətirdiniz, sonra onun buyurduqlarına müxalif oldunuz; Quran oxudunuz, amma ona əməl etmədiniz; Dediniz Allahın əzabından qorxuruq, amma əzaba düçar edəcək işlər gördünüz; Dediniz Allahın mükafatına çatmaq istəyirik, amma əməlləriniz sizi bu mükafatlardan uzaq saldı; Allahın nemətlərindən yeyir, amma şükr etmirsiniz; Əmr olundu ki, şeytanla düşmən olun. Dildə «düşmənik» dediniz, amma əməldə onunla müxalif olmadınız; Başqalarında eyib axtarıb, öz eyiblərinizə göz yumdunuz» («Səfinətül-bəhar», 1-ci cild, səh. 448)
Nə üçün dərmanı mineral su ilə qəbul etmək olmaz?
Yaxşı olar ki, bütün preparatlar adi su ilə qəbul edilsin. Dərmanı mineral su ilə içmək olmaz, çünki mineral su preparatın bəzi maddələrinin sorulmasına mane olacaqdır. Bunun daha bir səbəbi də vardır. Mineral suda aktiv kimyəvi birləşmələr olduğundan preparatların aktiv maddələri ilə reaksiyaya girəcəkdir. Lakin elə preparatlar da vardır ki, onları mineral su ilə içmək daha səmərəli olar. Məsələn, mədənin selikli qişasına ziyan vurmamaq üçün eritromisin və həll olunmayan aspirin, yod preparatları kimi dərmanları mineral su ilə içmək daha yaxşı olar. Bundan başqa, mədənin selikli qişasını qıcıqlandıran dərmanları süd ilə qəbul etmək olar. Soyuqdəyməyə və hərarətə qarşı həblər adətən yeməkdən yarım saat əvvəl, ya da yarım saat sonra qəbul olunur və onları qreypfrut şirəsindən başqa istənilən şirə ilə içmək olar. Qreypfrut şirəsi dərman preparatları ilə reaksiyaya girərək orqanizmimizə təhlükəli təsir göstərə bilər.
Həbləri çayla qəbul etmək olmaz, belə ki, onun tərkibindəki tanin həll olunmayan birləşmə əmələ gətirir və bir çox dərmanlar sadəcə olaraq çöküntü verir. Xüsusən də azot tərkibli preparatları – kofein, papaverin, kodein və eufillini çayla içmək olmaz. Heç bir dərman heç vaxt alkoqolla qəbul edilməməlidir! Antibiotiklər böyük miqdarda su ilə, ən azı bir stəkan su ilə qəbul olunur ki, mədə-bağırsaq traktının selikli qişasını zədələməsin. Tetrasiklinlər və linkozamidlər qrupundan olan preparatları ayaq üstündə və çox miqdarda adi su ilə qəbul etmək lazımdır. Antibakterial preparatlar, xüsusən də sulfanilamidlər acqarına bir stəkan su ilə qəbul olunur. Əgər siz antibakterial preparatlarla müalicə kursu keçirsinizsə, o zaman onları böyrəklərin normal işləməsi üçün mineral içkilərlə qəbul etmək lazımdır. Vitaminlər su ilə içilir və yeməkdən yarım saat əvvəl, ya da yarım saat sonra qəbul olunur. Həzm fermentlərini və kapsulda olan preparatları da su ilə içmək lazımdır. Bu preparatları həm yemək zamanı, həm də yeməkdən sonra qəbul etmək olar. Təlimatı oxumaq və ya müalicə həkimindən öyrənmək kifayətdir, əgər buna imkan yoxdursa, dərmanı su ilə için, o zaman dəqiq səhv etməzsiniz.
Qəzet nə üçün eninə düz cırılmır?
Bir qəzet yuxarıdan aşağı düzgün cırılır.Lakin eninə cıranda həmişə əyri-üyrü olur.Çünki qəzet kağızının əsas tərkibi şaquli vəziyyətdə olan liflərdən təşkil olunmuşdur.Qəzeti şaquli istiqamətdə cıranda liflərin düzülüş istiqamət ilə üst-üstə düşdüyünə görə ziqzaq əmələ gəlmir.Qəzeti eninə cırdıqda isə hər dəfə liflə qarşılaşanda ziqzaq əmələ gəlir.
Qarğıdalını qovuranda nə üçün ağ olur?
Qarğıdalını ocaqda qovuranda tərkibindəki su buxara çevrilir və təzyiq əmələ gəlir.Bu təzyiq qarğıdalı dənəsinin daxilində artdıqca dənənin qabığı yarılmağa başlayır.Təzyiq nəticəsində üzə çıxan ağ qabarmalar qarğıdalının tərkibində olan nişastadır.
Balın ağızı açıq qalanda nə üçün xarab olmur?
Qidaların xarab olması göbələk və ya bakteriyalar kimi mikroorqanizmlərin çürüməyi, kiflənməyi nəticəsində baş verir.Digər orqanizmlər kimi bunların da yaşamaq üçün suya ehtiyacları var.Balın isə tərkibində yaradılışı etibarı ilə mikroorqanizmlərin yaşaması üçün kifayət qədər su yoxdur.Ona görə də xarab olmağa səbəb olan mikroorqanizmlər burada yaşamır.
Yaşlı insanların sümükləri nə üçün daha kövrəkdir?
Kalsium və fosfat adlı minerallar sümüklərim möhkəmliyini təmin edir.Bu mineralların meydana gətirdiyi kristallar gənc yaşda olan insanlarda sümüyün yalnız bir hissəsində olur.Yaş çoxaldıqca kristallar sümüyün hər yerində yayılır.Nəticədə, sümük elastikliyini itrir, kövrəkləşir.
Nə üçün süd daşır?
Südün tərkibi ən çox sudan ibarətdir.Bununla yanaşı, süddə bir az yağ, protein,laktoza və buna bənzər minerallar mövcuddur.Süddə olan kiçik yağ kürəcikləri isindikcə yuxarı qalxır və südün üzərində nazik qatı təbəqə əmələ gətirir.Bu təbəqə süd isindikcə meydana gələn buxarın havaya çıxmasına mane olur.Südün daxilindəki buxar artdıqca əmələ gələn təzyiq bu təbəqəni dağıtmağa başlayır və nəticədə süd daşır.Südü qarışdırmaqla bu təbəqənin əmələ gəlməsinin qarşısını almaq olar, ona görə də süd qaynayana qədər ara verilmədən qarışdırılsa ,daşmaz
İnsanlar nə üçün öpüşürlər?
Əvvəla, bu, mədəniyyətdən gəlir. Demək olar, bütün dünyada insanlar romantik vəziyyətlərdə öpüşmək zərurəti hiss edirlər. Belə təəssürat yaranır ki, əks cinsin nümayəndələri öpüşə proqramlaşdırılıblar və elə yalnız bunu gözləyirlər. Əgər siz bunu anlasanız, həm aldığınız öpüşlər çox olacaq, həm də onlar sizə böyük həzz verəcək. Bu proqram hər gün işləyir. İnsanlar ekranlarda öpüşən aktyorları görürlər, bir-birilərinə dostlarının kiminləsə öpüşməsi barədə xəbərlər verirlər, küçədə öpüşənləri görürlər. Məlum situasiyalarda öpüş zəruri və vacib komponent rolunu oynayır. Bu səbəbdən də romantik vəziyyətlərdə şüuraltında stereotip işə düşür və insanlarda dəfedilməz bir istək yaranır: bunu həqiqətən də, istəyib-istəmədiklərindən asılı olmayaraq onlar öpüşmək istəyirlər.
Yumurtanın nə üçün bir tərəfi yumru, digər tərəfi itidir?
Əyritərəfli olsaydı kənarları dayanıqlılıq baxımından çox zəif olardı. Ən dayanıqlı həndəsi şəkil kürədir amma bu şəkildəki yumurta diyirlənəcək olsa harada dayanacağı müəyyən olmaz. Yumurta diyirlənincə düz getməz. İncə tərəfi üstündə dairəvi bir yol çəkər. Başladığı yerə yaxın bir nöqtədə dayanar. Yəni düz bir yerdə itməsi qeyri-mümkündür. Yumurta, toyuğun yumurta kanalında kürə şəklindədir. İrəliləməsi əsnasında arxada qalan dairəvi əzələlərin büzüşərək həm yumurtanı irəli itələyərlər həm də bu qisiminə təzyiq edərək konik formasını təmin edər.
Nə üçün əsgər paltarları qəhvəyi rəngdədir?
Formalardakı qəhvəyi rəngi ilk dəfə ingilislər tərəfindən 1850-ci illərdə Hindistanda istifadə olunmağa başlayıb. İngilis ordusunda Hary Lumsden ingilis əsgərlərinin ağ forma ilə asan hədəf olduqlarını fikirləşincə, paltarlarının üstünə toz, palçıq sürtərək və çay ilə boyayaraq, rənglərini kölgəli qəhvə rənginə çevirmiş, paltarlarının rəngini əraziyə uyğunlaşdırmağa çalışmışdılar. Torpaq rənginə bənzəyən bu formalara Hind dilində "torpaq rəngi" mənasına gələn "Khaki" adı verilmiş və tərcümədə "Xaki" olaraq bilinir.
Həmçinin bax: Qeyri-adi faktlar
| ['maraqlı faktlar', 'bilirsinizmi'] |
4,421 | https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/8429/islam-%C9%99dal%C9%99ti.html | İslam ədaləti | umud600 | İslami Hekayətlər | 22 yanvar 2012, 23:54 |
İstanbulun fəthindən sonra Fateh Sultan Mehmet xan bütün əsirləri azad etmişdi. Lakin əsirlərin içindən iki keşiş zindandan çıxmaq istəmədiyini bildirdi. Keşişlər Bizans imperatorunun xalqa verdiyi zülm və işgəncəyə görə ona ədalətli olmağı tövsiyə etdiyi üçün zindana atılmışdılar. Onlar da bir daha həbsdən çıxmamağa and içmişdilər. Bu məsələ Fatehə çatdırıldı. O, əsgərlərini göndərərək keşişləri hüzuruna dəvət etdi. Keşişlər zindandan nəyə görə çıxmaq istəmədiklərini Fatehə də danışdılar. Fateh dünyanı lənətləyən o iki keşişə belə dedi: - Sizə belə bir təklifim var. Gedin İslam ədalətinin tətbiq edildiyi ölkəmi gəzin. Müsəlman hakimlərini və müsəlman xalqımın şikayətlərinə necə baxmasını dinləyin. Bizdə özünüzdəki kimi ədalətsizlik və zülm görsəniz, dərhal gəlib mənə bildirin və verdiyiniz qərara görə tənhalığa çəkilib küsməkdə haqlı olduğunuzu isbat edin. Fatehin bu təklifi keşişlərə çox maraqlı gəldi. Dərhal padşahın icazəsi ilə müsəlman diyarları gəzmək üçün səyahətə çıxdılar. İlk getdikləri yer Bursa idi. Bursada belə bir hadisə ilə qarşılaşdılar: Bir müsəlman bir yəhudidən at satın alır, lakin sağlam adı ilə satılan at xəstə çıxır. Müsəlman axıra gətirdiyi atın xəstə olduğunu ilk gecədən başa düşür. Səbirsizliklə səhəri gözləyir, səhər olanda da atı götürüb Bursa qazısının yanına gedir. Lakin qazı o saatda işinə gəlməmişdi. Bir müddət gözləyir. Qazının gəlmədiyini görən müsəlman atı da götürüb geri - axıra aparır. At həmin gecə ölür. Hadisəni öyrənən qazı müsəlmanı çağırıb işi belə həll edir: - Siz yanıma gələndə mən işimin başında olsa idim, sağlam adı ilə satılan atı geri qaytarıb pulunuzu alardım. Lakin mən vaxtında işimin başında olmadığıma görə, hadisənin belə baş verməsinə səbəb oldum, atın ölümündən gələn ziyanı mən ödəməliyəm, - deyib atın pulunu müsəlmana verir.
İslam ədalətinin bu qədər həssas olduğunu görən keşişlərin ağzı açıq qalır və bir insanın ziyanı tərəddüdsüz öz cibindən ödəməsinə heyran olurlar. Məhkəmədən çıxan keşişlər İznikə yola düşürlər. Onlar orada da belə bir məhkəmə işi ilə qarşılaşırlar: Bir müsəlman digər bir müsəlmandan tarla satın alıb əkin vaxtı oranı şumlamağa başlayır. Cütlə şumlayan cütçünün cütünə bir küp qızıl ilişir. Həmin müsəlman tərəddüd etmədən qızılı aparıb tarlanın əvvəlki sahibinə vermək istəyir: - Qardaş, mən səndən tarlanın üstünü satın aldım, altını deyil. Əgər sən tarlanın içində bu qədər qızıl olduğunu bilsə idin, hər halda bu qiymətə satmazdın. Al bu qızılları, - deyir. Tarlanın ilk sahibi isə başqa cür düşünürmüş. O da belə deyir: - Qardaş, sən düz fikirləşmirsən, mən sənə tarlanı olduğu kimi, daşı ilə, torpağı ilə birlikdə satdım. İçini də, çölünü də sənə satdığıma görə bu qızılları səndən almağa heç bir haqqım yoxdur. Bu qızıllar sənindir, istədiyini elə. Tarlanı satanla alan bir qərara gələ bilməyincə məsələ qazıya, məhkəməyə çatdırılır. Hər iki tərəf də qazının hüzurunda öz sözünü deyir. Qazı hər ikisindən də övladı olub - olmadığını soruşur. Onlardan birinin qızı, birinin də oğlu olduğunu öyrənir və onları nikahlayaraq qızılları yeni ailəyə cehizlik verir. Bu gördüklərindən sonra keşişlər artıq səyahətə ehtiyac qalmadığını anlayıb İstanbula - Fatehin hüzuruna gəldilər və şahid olduqları iki hadisəni danışıb belə dedilər: - Biz başa düşdük ki, bu qədər ədalət və insanların haqqına hörmət ancaq İslam dinində mövcuddur. Belə bir dinin mənsubları başqa dindən olanlara belə pislik etməzlər. Başqa sözlə, biz zindana dönməkdən vaz keçdik, sizin rəhbərliyiniz altında heç kəsin zülmə məruz qalmayacağına inanırıq.
| ['İslam', 'din', 'ədalət', 'keşiş', 'qızıl', 'tarla', 'məhkəmə'] |
4,422 | https://kayzen.az/blog/346/8430/dilimizd%C9%99ki-b%C9%99zi-s%C3%B6zl%C9%99rin-izahl%C4%B1-l%C3%BC%C4%9F%C9%99ti.html | Dilimizdəki bəzi sözlərin "izahlı" lüğəti | elshad | 346 saylı marşrut | 22 yanvar 2012, 22:35 |
SOYUQ – borca görə qaz xətti kəsilmiş kasıb evi.QARANLIQ – borca görə işığı kəsilmiş kasıb evi.AC – neft ölkələrində milyonerlərın rahat həyatına mane olmamaq üçün sakitcə yaşayan statistik müsəlman insan. UCUZ – yeyilməsi qəti qadağan olunan malların mağaza qiyməti.BAHA – kasıbların qovulduğu mağazalardakı malların üstündəki yarlıq.BİHUŞ – teleseryal izləyən valideyin.SƏHƏR – ayılıb özünü öz vətənində görməyin dözülməz məşəqqəti. AXŞAM - əsəb, siqaret və araq qoxusunun boş ciblərdə evə daşınması.YALTAQ – öz vəzifəsində qalmaq istəyən bülbül.TOY – axmaq kasıbın harınlarla ayaqlaşmaq instinkti.YAS – meyit ətrafında ət yemək mərasimi. XƏSTƏ – milyarder olmaq istəyən milyoner.MİTİNQ – polisin döydüyü əliyalın insanlara qarşı gülləkeçirməz jilet geyməsi.MİTİNQ ŞÜARI – fəal vətəndaşların ayaqlar altında təhqir olunan arzusu.QƏZET – qorxağın kağıza bükülmüş cəsarəti.XARİCİ SƏFİR – ögey ata.OMBUSMAN – ögey ana.TELEVİZOR – infeksion xəstəliklər çəmənliyi. QADIN – ərindən 3 metr hündürlüyə tullanmağı tələb edən triner. KİŞİ – çarəsizlikdən kişmişi gülən erkək. KABAB – vəhşi millətin mədəsinin sevimlin əmioğlusu.
SİQARET – xərçəng ağanın qapısında fəhləlik eləyən yonca və günəbaxan şaxının müştərək tüstüsü. METRO – gənclərin mobil telefon sərgisi.AVTOBUS – sükanı buraxıb qəpik sayan sürücünün gəmi kapitanlığı. APTEK – gündəlik tələbat mağazası. BANAN – hakimiyyətin uşaqlara göstərdiyi gizli buynuz. BAYRAQ – vida yaylığını uzaqlardan yelləyən xoşbəxtlik. QADIN SƏADƏTİ – mənzili və iş yeri olan idbara ərə getmək. KİŞİ SƏADƏTİ – vətəndən qaçaraq xristian ölkələrinin birində xristian xanımla yaşaya-yaşaya pul qazanıb milli ailəsinə göndərmək.AVTOVAĞZALIMIZ – qaraçı dövlətinin maketi.DƏMİRYOL VAĞZALIMIZ – tualet qoxusu ilə vərəmli bəlğəmin qarışığı.NƏŞRİYYAT – reket jurnalistlərin birləşmiş ştatlar göydələni.MİLLİ MƏCLİS – cinayətləri məhkəmədən sığortalanmış milli mafiozların dövlət orkestri.AZƏRBAYCAN MƏSCİDİ – İranın bölgədəki fövqəladə və səlahiyyətli ofisi.GÜLMƏLİ ADAM – öz haqqını tələb eləyənlərə gülərək evdə oturan hüquqsuz ailə başçısı. AĞLAMALI ADAM – öz haqqını tələb eləyənlərə gülərək evdə oturub televizora baxan hüquqsuz ailə başçısı. KAFE OFİSANTI – pinti koramal.RESTORAN OFİSANTI – səliqəli vampir.QIZ QALASI - ən romantik intiharın start yeri. AZADLIQ – tikanlı məftillə çəpərlənmiş qəzet, radio və meydan.NAXÇIVAN – Bakıda firavan yaşayan həmyerlilərinin əvəzinə cəza çəkən çarəsiz sakinlərin inlədiyi məkan.Müəllif: Murad Köhnəqala
| ['həqiqət', 'Azərbaycan reallıqları', 'bədbəxt Azərbaycan'] |
4,423 | https://kayzen.az/blog/evdarliq/6415/xal%C3%A7alara-qulluq.html | Xalçalara qulluq | nilufer | Evdarlıq | 22 yanvar 2012, 20:29 |
Xalçalara qulluq etmək onun seçimi kimi məsuliyyətli işdir. Maraqlıdır ki, ən az qulluq tələb edən xalçalar qədim, əntiq xalçalardır. Axı onların hazırlanma prosesinə sınaqdan keçirmə mərhələsi də daxildir. İplikdən və yundan toxunmuş xalçaların sonralar yuyulma prosesində yığılmaması və fiziki təsirlərə qarşı davamlı olması üçün onları isladır, tapdalayır, qurudur və havaya verirdilər. Hərçənd xalçalar uzunömürlülüyü və qulluğun sadəliyi ilə fərqlənsələr də onlar çirklənmədən sığortalanmayıblar. Yun xalçalar bir neçə səbəbdən çirklənə bilər:
Toz, qum, gil və digər bərk zərrəciklər xalçanın xovuna nüfuz edərək ipliyi zədələyə və xalçanın sürətlə dağılmasına gətirib çıxara bilər.
Havada olan yağ zərrəcikləri xalçanın xovuna çökərək tozun yapışmasına və xalçanın rənginin solmasına gətirib çıxara bilər.
Kimyəvi çirklənmənin bəzi tipləri sürətlə xalçaya daxil olur və tez təmizlənsə də xalçanın uzunmüddətli çirklənməsinə və boyanmasına səbəb olur.
Çirklənmədən qorxmamaq və gözəl əşyanı bükülmüş vəziyyətdə saxlamamaq üçün bir neçə sadə qulluq qaydalarına əməl etmək lazımdır:
Rütubətlilik dərəcəsi yüksək olan və zəhərləyici kimyəvi maddələrin istifadə olunduğu yerlərdə xalçanı saxlamaq və döşəmək olmaz;
Xalçanın üzərinə iti ayaqlı mebel qoymayın;
Döşəməyə sərilmiş xalçanı bəzən 90 və ya 180 dərəcə döndərin. Bu, xalçanın daha çox ayaqlandığı yerlərdə onu qeyri - bərabər korlanmadan qoruyar.
Xalçanı divardan asmaq lazım deyil. Döşəməyə sərilmiş xalçalarla müqayisədə divardan asılmış xalçalara toz daha dağıdıcı şəkildə təsir edir.
Xalçaları təbii yolla qurutmaq lazımdır. Bu, xüsusilə yun xalçalara aiddir.
Xalçanı tez - tez astar tərəfdən tozsoranla təmizləyin.
Xalçanın üzərinə tökülmüş istənilən mayeni dərhal təmizləmək lazımdır. Maye xalçanın üzərində nə qədər çox qalsa, ləkənin heç bir iz qalmadan təmizlənmə ehtimalı bir o qədər az olar. Tökülmüş mayeləri hiqroskopik parça ilə yığın, bərk çirkləri isə səliqə ilə qaşıyıb ləkəni təmizləyin. Köhnə ləkələr hətta peşəkarlara başağrısı verir. Ona görə də işlətmə prosesində xalçada yaranmış ləkələri aşağıdakı komponentlərdən istifadə edərək vaxtında təmizləmək lazımdır:
Yuyucu vasitə - xalça üçün neytral, kristallaşdırıcı şampun;
Naşatır spirti (istifadədən əvvəl 2 xörək qaşığı naşatır spirtini 1 litr suda həll etmək lazımdır);
Sirkə esensiyası (iki xörək qaşığına 1 litr su);
Quru təmizlənmə üçün həlledici (ləkəaparan);
Salfet - təmiz ağ parça və ya kağız dəsmal.
Əgər siz yun xalçanın üzərinə qəfildən kofe və ya çay tökmüsünüzsə, ləkəni aşağıdakı üsulla təmizləyin: ləkənin üzərinə ağ, qalın dəsmal qoyub soyuq su ilə isladın. Ləkənin qalmaması üçün əsas şərt onun xalçaya yeridilməməsidir. Maye ləkəni dərhal salfetlə qurudun, bərk kütləni isə yığın. Mayenin axmaması üçün ləkənin qıraqlarına talk və ya nişasta səpib kənarlardan ləkənin ortasına tərəf təmizləməyə başlayın. Xüsusi köpükyaradan vasitələrdən istifadə edib sonra xalçanı qurudun və xovunu bir istiqamətdə hamarlayın.
| ['xalça'] |
4,424 | https://kayzen.az/blog/Shabnam_Ilham/8428/qayidar-v%C9%99t%C9%99n.html | QAYIDAR VƏTƏN!!!! | Shabnam_Ilham | Bloq: Shabnam_Ilham | 22 yanvar 2012, 18:08 |
Qaçqınlıq insana şərəf, şan deyil,
Ah-nalə çəkməklə,
Vətən qayıtmaz.
Ağlamaq kişiyə yaraşan deyil,
Göz yaşı tökməklə,
Vətən qayıtmaz.
Sən misri qılıncı öpəsən gərək,
Düşməni hininə təpəsən gərək,
Cəsarət toxumu səpəsən gərək,
Qorxaqlıq əkməklə,
Vətən qayıtmaz.
Haqqı haqdan gərək umasan, oğul!
Yanğının yolunu yumasan, oğul!
Cumsan, qırğı kimi cumasan, oğul!
Qaz təki səkməklə
Vətən qayıtmaz.
Aldanma yağının yalan sözünə,
Şimşək ol başına, ox ol gözünə,
Dağın bu üzündən, o biri üzünə
Düşmənə söyməklə,
Vətən qayıtmaz.
Hoydu dəlilərim, pənah Allaha,
Arxalan qeyrətə, sarıl silaha!
Yalvarmaq, sızlamaq bəs eylər daha,
Diz üstə çökməklə,
Vətən qayıtmaz.
O ellər öz elim, obamdı deyib,
O yerlər yurdumdu, yuvamdı deyib.
Koroğlu doğmaca babamdı, deyib,
Özünü öyməklə,
Vətən qayıtmaz.
Özündə Koroğlu hünəri olsa,
Sözündə Koroğlu kəsəri olsa,
Dizində Koroğlu təpəri olsa,
Əmin ol ki, sən,
QAYIDAR VƏTƏN!
QAYIDAR VƏTƏN!!!!
Bəhmən Vətənoğlu
| ['Poeziya'] |
4,425 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/8427/he%C3%A7-kimi-q%C4%B1namay%C4%B1n.html | Heç kimi qınamayın | Silen_ce | Düşündürücü hekayələr | 21 yanvar 2012, 23:23 |
Yaşlı kişi öz 25 yaşlı oğlu ilə qatarın vaqonuna daxil olub yerlərini tutdular. Oğlan pəncərə tərəfdə əyləşmişdi.Qatar tərpənən kimi o, hava axınını hiss etmək üçün əlini pəncərədə bayıra çıxardı və birdən heyrətlə qışqırdı:- Ata, görürsənmi, bütün ağaclar geriyə gedir!Yaşlı kişi cavabında gülümsədi.Cavan oğlanın yanında evli cütlük əyləşmişdi. Onlara 25 yaşlı oğlanın özünü uşaq kimi aparması təəccüblü gəlmişdi.Oğlan qəfildən yenə də heyranlıqla qışqırdı:- Ata, gölə bax, heyvanlara bax! Buludlar bizimlə birgə hərəkət edir!Cütlük oğlanın qəribə hərəkətlərini utanaraq müşahidə edirdi, atası isə oğlunun davranışında heç bir qəribəlik görmürdü.Yağış yağmağa başladı, damcılar oğlanın əllərinə düşdü. O, yenə də sevinclə gözlərini yumub qışqırdı:- Ata, yağış yağır! Görürsənmi, ata?
Bayaqdan oğlanın hərəkətlərini izləyən cütlük kişidən soruşdu:- Siz niyə oğlunuzu hansısa bir klinikaya aparmırsınız?Kişi cavab verdi:- Biz elə klinikadan gəlirik. Bu gün mənim oğlumun ömründə ilk dəfə gözləri görməyə başlayıb.Başqa insanların işləri və hərəkətləri haqqında tam məlumatı olmadan onları qınamaq olmaz. Hər şeyi yalnız ALLAH bilir. Ona görə də - "Qınamayın ki, qınananlardan olmayasınız!"P.S. Tərcüməni az bir müddətdə etmişəm, əgər səhvlər varsa əvvəlcədən üzr istəyirəm.Həmçinin bax:Düşünmədən mühakimə etməyin
| ['qınamaq', 'mühakimə'] |
4,426 | https://kayzen.az/blog/ekoibrahim/8426/%C5%9Feytan%C4%B1n-v%C9%99kili.html | Şeytanın Vəkili | ekoibrahim | Bloq: ekoibrahim | 21 yanvar 2012, 22:56 |
Bu filmdə olan hər şeydən xoşuma gəldi. Çox gözəl çəkilib. Çoxdanın filmi olsa da bu yaxınlarda baxdım. Film heç vaxt məğlub olmayan vəkil haqqındadır. Onun üçün fərqi yoxdur ki, müdafiə etdiyi şəxs günahkardır yoxsa yox. Onun üçün əsas olan onun karyerasıdır, şöhrətdir. Heç vaxt da məğlub olmaq istəmir. Haqsızlığı müdafiə etdiyini bilsə belə....
<< Şübhə yoxdur ki, şöhrətpərəstlik mənim ən sevdiyim günahdır .O çox fundamentaldır. Özünü bəyənmişlik təbiətdən gələn narkotikdir >> - Şeytan
Süjet Xətti: Filmdəki şeytan necə də doğru deyir. Filmdə olan bu kimi sitatlar adamın beynində sanki ömürlük ilişib qalır. Bu misralarda insan oğlunun bütün günahları və zəifliyi öz əksini tapır. Bizlər beləyik. Bunu inkar etmək lazım deyil. Böyük miqdarda uğur və pul qazandıqca çox insanların gözləri şeytan tərəfindən bağlanır. Hətta filmin baş qəhrəmanı olan Kevin sevgini belə şöhrətpərəsliyə qurban verərək, ikinci plana itələyir. Mənə elə gəlir ki, hər bir insanın qəlbində, ruhunda həm qaranlıq həm də işıqlı tərəflər var. Filmdə də ruhun qaranlıq hissəsinin oyanışı əks olunub.
Hüquqşünaslıq. Şərin böyük gücü?: Filmdə vəkil, haqsızlıq və günah törədmiş insanları müdafiə edir və qalib gəlir. Real həyatda da belədir. Ağır seçimdir. Şöhrətpərəsliyə məğlub olmamaq və doğru yolla daima addımlamaq çətindir. İnsan vicdanı və prinsipləri arasında uyğunluğu tapmayanda nə olur? Bəs prinsiplər qalib gələndə? Deyəsən bu məqamda onun qəlbinin bir hissəsi ölür. Şeytanın filməki digər bir sitatı: <<Hər zaman qalib gəlmək olmaz, Kevin. Bir gün məğlub olmalısan. >> Əslində bu elədiklərinə baxmağa çağıran bir çağırışdı və məğlub olmaq deyərkən, şeytanın yəni öz içində olan qaranlığın üzərində qalibiyyəti nəzərdə tutur. Yəni filmdə sanki tez – tez bu fikir hiss olunurdu: “ Bax ha, seçim səndən aslıdır. ” Əslində əlbəttə ki bu belədir. Biz hər gün seçimlərlə qarşılaşırıq. Əsas olan nəyi istədiyimizi bilməkdir və öz – özümüzə yalan danışmamaqdır.
Aktyorlar: Bu filmin əsas üstünlüyü ilk növbədə onun aktyor heyəti və mövzusudur. Al Paçino (Al Pacino ), Kianu Rivas (Keanu Reeves ) və Şarliz Teron ( Charlize Theron ). Təkcə sadalamaq kifayət edir ki, aktyor seçimi və performansı barədə təsəvvürümüz yaransın. Filmdə Al Paçinonun mimikaları, jestləri, göstərdiyi emosiyanal çıxışları bu rola ondan başqasının yaraşmadığını göstərir. Amma aramızda qalsın. Film mənə o qədər təsir edib ki, bu yaxınlarda Al Paçinoya bənzər birisini bahalı bir maşında yolun yanından keçərkən gördüm. Bir az şok oldum amma tezliklə keçdi. Al Paçino əsl şeytandı. Əsl şeytan....
Dəfələrlə baxmaq və hər dəfə də müxtəlif detalları görüb başa düşmək olar. “ Şeyatının Vəkili ” insannın günahları ilə əlaqədar qorxulu, nəfəskəsici və intriqalı bir filmdir. Hansı ki, sonra insan həzz və fikir burulğanına düşür. Film hansı ki, öz mövzusu üzrə tayı bərabəri yoxdur və 10 da 10 qiymətinə layiqdir. Yazımı bu sitatla bitirmək istəyirəm:
<< Şübhə yoxdur ki, şöhrətpərəstlik mənim ən sevdiyim günahdır .O çox fundamentaldır. Özünü bəyənmişlik təbiətdən gələn narkotikdir >> - Şeytan
<< Bax amma toxunma. Toxun amma dadına baxma. Dadına bax amma udma. >> - Şeytanla dialoqdan.
əlavə yazılar üçün: niftiyevibrahim.blogspot.com
| ['film', 'xeyir ve şər', 'kino-icmal'] |
4,427 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/8417/%C3%B6l%C3%BCm%C3%BCn-izah%C4%B1.html | Ölümün izahı | umud600 | Xoşbəxt ailə | 20 yanvar 2012, 22:04 |
Uşaqlarımızın göz yaşı bizi nələrə vadar etmir ki?... Onlar ağlayanda bizim də ürəyimiz sızlayır. Təsəlli vermək üçün min bir yola əl atırıq. Onların kiçik qəlblərinin ağrımasına könlümüz razı olmur. Bəs sevimli nənəsinin, babasının vəfatı qarşısında şoka düşən, onların hara getdiyini heç cür anlaya bilməyən övladımıza, sizcə, necə kömək edə bilərik? Onlara necə təsəlli verə, nə deyə bilərik? Əslində belə vəziyyətlərdə uşaqlara həqiqəti izah etməyə vaxt tapana qədər , necə deyərlər, iş işdən keçir. Çünki başı yasa qarışan böyüklər belə vəziyyətlərdə uşaqlara o qədər də vaxt ayıra bilmirlər. Nəticədə onlar da hər şeyi öz ruh dünyalarına görə ölçüb - biçirlər. Və öz suallarına özləri cavab tapırlar. Bir də axı necə başa düşsün, hələ dünənə qədər onunla şirin - şirin danışan, onu gəzməyə aparan, onu sevgi ilə, səbirlə dinləyən babasının iki metrlik bir torpaq yığınının altına niyə girdiyini, onu ora qoyanların nə etməyə çalışdığını, ətrafda göz yaşı tökən insanları, gəlib - gedən izdihamları necə başa düşsün? Başa düşə bilməz. Hətta bəzən günahı özündə də axtara bilər... Bir də görürsən ki, uşağımıza " Oğlum, qaçma, yoxsa xəstələnərəm! ", " Qızım, sakit dur, yoxsa əsəbimdən öləcəyəm" deyir, ancaq nəticəsi barədə heç nə düşünmürük. Elə buna görə də uşağımız " Nənəm ( Babam ) mənə görə xəstə oldu və öldü " deyə və heç bir məna verə bilmədiyi bu hadisələr qarşısında şoka düşə bilər. Uşağınızın bu vəziyyətə düşməməsi üçün ona hərdən cənnət haqqında danışın. Cənnətin necə gözəl bir yer olduğunu, ağaclarını, çaylarını, ürəyimiz istəyən hər şeyi orada tapa biləcəyimizi, orada nə yayın qızmar istisinin, nə qışın dondurucu soyuğunun olduğunu... danışın. Hətta uşaq ruhuna uyğun uçan velosipedlərdən, şokolad ağaclarından, limanad çaylarından bəhs edərək uşağınızın beynində bir cənnət təsviri meydana gətirin. Və sözünüzün sonuna mütləq yaxşı insanların öləndən sonra cənnətə getdiklərini əlavə edin.
Onda həm uşağınızda " yaxşı insan olmaq " həvəsi oyanacaq, həm ölümün cənnətə gedə bilmək üçün bir keçid, bir qapı olduğunu qəbul edəcək, həm də ölən sevimli nənəsi və ya babasının yaxşı bir insan olduğunu düşündüyü üçün ölümündən o qədər də şoka düşməyəcək. Uşaqlarımızın maddi rifahını təmin etməyə çalışdığımız kimi, onların mənəvi cəhətdən də varlı olmasına çalışmalıyıq. Çünki həyatın acı gerçəkləri qarşısında var - dövlət, şan - şöhrət, sağlamlıq, gözəllik heç biri dayana bilməz. Uşaqlarımıza verdiyimiz heç bir hədiyyə, heç bir oyuncaq onların ölüm qarşısında yaşadıqları şokun qarşısını ala bilməz. Mənəvi dərdlərin çarəsi yenə mənəvi dərmanlardadır. Biz böyük insanlar belə ölüm qarşısında yenidən dirilməyə inandığımız üçün mətanətimizi qoruya bilirik. Çünki ölümü ancaq ölümdən sonrakı həyatla izah edə bilirik. Əks təqdirdə, ölüm insanın yox olması sayılardı ki, bu, məntiqlə də mümkün deyil. Hər ağacı qışda qurudub ölü sümüklərə bənzədən, sonra isə baharda min bir gözəlliklərlə bəzəyən Qüdrət, ağacları belə qoruduğu halda, ən şərəfli varlıq olan insanı yoxluğa məhkum edərmi? 4 - 6 yaş arasındakı uşaqlar cənnət mövzusunu heç bir mühakiməsiz - filansız qəbul edirlər. Bu mövzu çox xoşlarına gəldiyi üçün hətta sizdən tez - tez danışmağı da tələb edirlər. Ancaq sonrakı illərdə onlar cənnət haqqında daha təfərrüatlı məlumatlar istəyəcəklər. Ona görə də indidən əllərimizə kitab götürüb bu balaca dəcəllərin suallarına hazırlaşsaq, yaxşı olar. Çünki suallara cavab verə bilməsək, bizə heç də yaxşı qiymət verməzlər.
| ['Nənə', 'baba', 'şok', 'ölüm', 'cənnət', 'izah'] |
4,428 | https://kayzen.az/blog/kino/8418/qara-qu-qu%C5%9Fu.html | "Qara qu quşu" | Aysel218 | Kino | 20 yanvar 2012, 22:02 |
Qız bir qu quşunun bədəninə sıxışıb qalıb. Azad olmağa can atır. Sadəcə həqiqi və güclü məhəbbət bu tislimi qıra bilər. Arzusu çin olmağa az qalıb deyərkən şahzadəni qara qəlbli əkizi- Qara Qu quşu yoldan çıxarır. Qu Quşuna vurulan şahzadənin daha çıxış yolu olmur. Arzuları qırılan Ağ qu quşu uçurumun təpəsinə çıxıb özünü aşağı atır. Ölüm onu azadlığa qovuşdurur.
Bu dünya şöhrətli bəstəkar Çaykovskinin məşhur «Qu gölü» baletinin qısa məzmunudur. «Qara Qu quşu» (Black Swan) filminə girişi də məhşur rejissor Darren Aronofski məhz bu baletdəki rəqslə başlayır. Filmin qəhrəmanı Nina (Natali Portman) adlı balerin qızdır. O öz rəqibləri arasında hər zaman birinci olmağa can atır. Baletdə baş rolu ifa etmək üçün dəridən -qabıqdan çıxır.
Amma o heç ağlına belə gətirə bilmir ki, bu rolu alandan sonra o özündə bu obrazın bütün keyfiyyətlərini tapacaq. O saf, təmiz qızın içində qəddar, amansız biri peyda olacaq. Hadisələr daha da gərginləşməyə başlayır. Çünki Ninanın həqiqi və dəyərli rəqibi Lili (Mila Kunis) meydana çıxır. Nina bütün şər qüvvələrin ondan gəldiyinə əmindir ta ki filmin son akkordlarına qədər.Filmin digər dramatik nöqtəsi Ninanın anası (Barbara Xerşi) ilə olan münasibətləridir. Anası da bir vaxtlar balerin olub amma heç vaxt məşhur səhnələrdə olmayıb. Bunu hər nə qədər arzulasa da nə cəsarəti, nə də istedadı buna imkan verir. Karyerasını bitirib özünü qızına həsr edir və Ninanın peşəkar balerin olması üçün hər cür fədakarlıq edir. Amma eyni zamanda o bir balerin kimi qısqancdır… içində gizli-gizli, bilmədən, bildirmədən böyüyən qısqanclıq ...Rejissorun bütün obrazları kimi Barbara Xerşinin obrazı da təzadlı və sual doludur. Natali Portman Nina obrazı ilə 2010-cu ilə damğasını vurdu. Aldığı mükafatlar bunun ən yaxşı sübutudur. Filmboyu onun oyununa, balet rəqsinə heyran qalmamaq mümkün deyil. Və üzərinə filmin möhtəşəm ssenarisini, rejissor baxışını, operator işini gəlsək gözünüzü filmdən, əllərinizi üzünüzdən çəkə bilməyəcəksiniz. Ninanin içindəki xeyirlə-şərin bir — birilə mübarizəsi o qədər gözəl, incə və peşəkarcasına çəkilmişdi ki, bəzən hansının həqiqi olduğunu sual etməli olursan. Filmin sonu isə bütün suallara cavab verir. Bir teatr səhnəsində balet oyununu qurmaq asan deyil, Tomas (Vensan Kassel) bunu bacardı. Ninanı bir az vadar, bir az təşviq etməklə. O öz baletinin qəhrəmanını yarada bildi. Bir teatr səhnəsində qurulan balet oyununu kinoya gətirmək də asan bir iş deyil. Çünki ssenarinin daha çox mesaj vermək və vurucu olması vacibdir. Səhnə dekorasiyasının, aktyor oyununun inandırıcı olması əsas məsələdir. Amma Darren Aronofski bunu sözün həqiqi mənasında bacardı. Natalia Portman bu filmdəki roluna görə 2011-ci il 27 fevral tarixində keçirilmiş 83-cü Akademiya mükafatlarının verilməsi mərasimində, Ən yaxşı qadın aktrisa nominasiyasına layiq görüldü.
Bu filmi hələ də izləməmisinizsə mütləq izləyin..Tənqidçiləri belə heyran qoyan film insana psioxoloji cəhətdən də böyük təsir edir...
| ['kino', 'film fiction'] |
4,429 | https://kayzen.az/blog/law/7825/h%C3%BCquqi-m%C9%99suliyy%C9%99t.html | Hüquqi məsuliyyət | Ferro | Hüquq və qanunvericilik | 20 yanvar 2012, 11:29 |
Hüquqi məsuliyyət hüquq pozuntusu törətmiş şəxs üçün arzuolunmaz nəticələrlə ifadə olunur. Hüquqi məsuliyyətin əmələ gəlməsinə əsas hüquq pozuntusunun törədilməsi faktıdır. Hüquqi məsuliyyət dövlətlə, hüquqla sıx əlaqədardır. Dövlət hüquq normalarını (ümumməcburi davranış qaydaları) müəyyən edərək, həm də hüquqazidd davranışa görə hüquqi məsuliyyəti də nəzərdə tutur.Hüquqi məsuliyyətin fərqli əlaməti - hüququ pozan şəxsin hüququn tələblərini icra etməsinə dövlət məcburiyyətidir. Dövlət məcburiyyəti nədir? Əvvəla, bu vurulmuş ziyanın, dəbbə pulunun məcburi ödənilməsi, başqa şəxslərin pozulmuş hüququnun bərpası üzrə vəzifələrin qoyulmasıdır.Bu halda söhbət hüquq pozuntusuna qarşı, hər şeydən əvvəl, əmlak münasibətləri sahəsində tətbiq olunan hüququn bərpası tədbirlərindən gedir.İkincisi, dövlət məcburetməsi cəza tədbirlərində ifadə oluna bilər, yəni hüquq pozuntusuna qarşı cinayət (məsələn, azadlıqdan məhrumetmə) cəzası, inzibati cərimə, inzibati tənbeh tətbiq edilə bilər.Beləliklə, hüquqi məsuliyyət dövlət məcburiyyəti xarakteri daşıyır. Dövlət məcburetmə tədbirləri hüquq normalarında, onların sanksiyalarında müəyyən edilir.
Sanksiya - müvafiq hüquq normalarında nəzərdə tutulan hüquq pozuntusunun arzuolunmaz nəticəsi, məhrumetmə vasitəsidir. Sanksiya səlahiyyətli dövlət orqanları (məsələn, məhkəmələr) tərəfindən tətbiq edilir.Hüquq pozuntularının növlərinə uyğun gələn hüquqi məsuliyyətin dörd əsas növü fərqləndirilir. Cinayət - cinayət məsuliyyəti, hüquq-pozmaların başqa növləri isə - müvafiq olaraq inzibati, intizam və mülki-hüquq məsuliyyəti əmələ gətirir. Son dövr hüquq ədəbiyyatında konstitusiya hüquqi məsuliyyət anlayışına da rast gəlinir.1. Cinayət məsuliyyəti törədilmiş cinayətə görə yaranır. Cinayət məsuliyyətinə o şəxs cəlb olunur ki, o konkret cinayət törətmiş olsun və ya cinayətin törədilməsində iştirakçı olsun. Cinayət məsuliyyətinə cəlbetmə səlahiyyəti olan yeganə dövlət orqanı məhkəmədir ki, hansı ki, öz hökmü ilə cəza növünü təyin edir.2. Konkret şəxsin inzibati məsuliyyəti üçün əsas onun inzibati hüquq pozuntusu törətməsidir.İnzibati məsuliyyət səlahiyyətli dövlət orqanlarının qoyduğu inzibati tənbehlərin (xəbərdarlıq, cərimə, müsadirə, xüsusi hüquqlardan məhrumetmə və s.) tətbiqində ifadə olunur.3. İntizam məsuliyyəti intizam qaydalarının pozulması nəticəsində baş verir. İntizam xətaları məzəmmət, töhmət, şiddətli töhmət, işdən azadetmə və s. kimi sanksiyaların verilməsinə gətirir.4. Mülki-hüquqi məsuliyyət mülkiyyət, əmlak xarakteri daşıyır. Belə ki, mülki-hüquqi mülkiyyət münasibətlərini nizamlayır. O əvəzetmə xarakteri daşıyır, ona görə ki, məqsədi - pozulmuş mülkiyyət hüququnun bərpasıdır. Mülkiyyətin ölçüsü, adətən vurulmuş ziyanın ölçüsünə uyğun gəlməlidir.
| ['hüquq'] |
4,430 | https://kayzen.az/blog/cahandar/8387/cahandar-h%C9%99s%C9%99nli-b%C3%B6y%C3%BCy%C9%99nd%C9%99-polis-olacam.html | Cahandar Həsənli: "Böyüyəndə polis olacam" | cahandar | Bloq: cahandar | 20 yanvar 2012, 01:58 |
Cahandar Həsənli: "Böyüyəndə polis olacam"İmişli rayonunun Şahverdili kəndinin 49 yaşlı sakini Südabə Həsənova mərhum yazıçımız İsmayıl Şıxlının məşhur "Dəli Kür" romanının əsas qəhrəmanı Cahandar ağanın mərdlik, inadkarlıq, kişi dözümlülüyü kimi xarakterik cəhətlərini çox bəyəndiyindən hər zaman "oğul nəvəm olsa, adını Cahandar qoyacam" deyərmiş. İsmayıl Şıxlının "Dəli Kür" romanını oxuyan, habelə eyniadlı filmi seyr edən Südabə Həsənova yazıçı təxəyyülünün məhsulu olan bu əsərin vurğunu olduğundan vədini heç bir vaxt yadından çıxarmayıb.Südabə xanım bu arzusuna təxminən, 2 il 4 ay bundan əvvəl qovuşur. Tanrı ona oğul nəvəsi bəxş edir, adını isə Cahandar qoyurlar. Beləliklə, Cahandar Həsənli - mərhum yazıçımız İsmayıl Şıxlının "Dəli Kür" romanının əsas qəhrəmanı Cahandar ağanın müasiri. Şübhəsiz ki, üç yaşını hələ tamam etməmiş Cahandar bir sıra cəhətlərinə görə "Dəli Kür" romanının əsas qəhrəmanından kəskin surətdə fərqlənir. Ən azı ona görə ki, o, hələ uşaqdır. Sözün əsl mənasında od parçasıdır. Valideynləri deyir ki, küçəyə çıxan kimi həmyaşıdları ilə dalaşır, amma tez də barışır. Elə müsahibəmizin hazırlandığı zaman da bunun şahidi olduq. Cahandar ağanın adını daşıyan azyaşlı bu uşaq evdə bir dəqiqə belə, dayanmadı:- Salam- Salam...- Sənin adın nədir?- Mənim adım Cekoş...- Neçə yaşın var?- İçi...- Sən kimin balasısan?- Dədəmin, anamın, nənəmin, babamın...- Atanın adı nədir?- Elçin...- Ananın adı nədir?- Südabə (nənəsinə ana deyir)- Bəs mamanın adı nədir?- Xəyalə...Şokolad istəyirəm eee.- Oyuncaqların var?- Var, maşınlar və heyvanlar. - Kim alıb?- Daydayım. - Bəs atan almır?- Alır...(Bu yerdə diktofonuma əlini uzadır) Onu ver də...Ver də...Onu istəyirəm eee...- Danış qurtar, diktofonu verim . Böyüyəndə nə olmaq istəyirsən?- Polis...- Niyə?- ...Bu yerdə ayaga durub evin ortasında dövrə vurmağa başlayır. Atılıb düşür, sonra da stola yaxınlaşıb əllərini süfrəyə uzadır. Atası deyir ki, Cahandar nadinc olsa da, çox qəribə uşaqdır. Bəzən kiminləsə söhbət etdikdə gözlənilmədən ayağa qalxaraq stola yaxınlaşır, oradan götürdüyü hər hansı şirniyyatı bölərək gətirib söhbət etdiyi adama verir. Cahandarın bir maraqlı xüsusiyyəti də var. O, uşaqların çox olduğu yerlərdə heç kimə qaynayıb-qarışmır. Bəzən isə böyüklərin gözlərindən oğurlanaraq küçədəki qum təpəciklərinin üstündə oynayır. Orada qumun üstünə su tökərək, kiçik daxmalar düzəldir. Cahandar Həsənlini fərqləndirən əsas xüsusiyyətlərindən biri də onun oğlan uşaqlarının olduğu yerdə qızları oradan qovması, onlarla yola getməməsidir. Layihəmizin ilk qonağı evin ortasında bir neçə dəfə dövrə vurduqdan sonra stolun üstündən şokolad götürür:- Mənim sebedim (velosipedim) var eee.- Kim alıb?
- Dədəm...- Onu uşaqlara verirsən?- Yooox...Mən Elnarəgilə gedirəm- O kimdir?- Şakka (Şəhla), Elnalə xala...Elnalə mənimdir, Şakkanı çırpıram. - Sənin dostun var? - (Yenə əlini diktofona tərəf uzadır) Ver dəəə...- Danış qurtar verim, sənin dostun var?Layihəmizin ilk qonağı küsür. Bunu özü də dilə gətirir:- Küsdüm (əllərini bir-birinə sürtüb başını aşagı salır, bir azdan sonra danışmağa başlayır). Anasının sözlərinə görə, Cahandarın arabir küsməyi də var. Bu, əsasən uşağın tələb etdiyini yerinə yetirmədikdə, habelə onu məzəmmət edən vaxtlar baş verir. Cahandar küsdükdə əllərini bir-birinə vurub başını aşağı salır. Bir neçə dəqiqə sonra isə başını qaldırıb ətrafındakıları gözaltı süzür. - Cahandar, sən mənim sualıma cavab vermədin axı. Sənin dostların kimlərdir?- Dostum Elnur, Rüşanə, bir də Ağaverdi...- Dədə hardadır?- Moolarda (Babasına dədə deyir. İmişlinin Şahverdili kəndini nəzərdə tutur)- Bəs ana?- Moolarda (o, nənəsinə ana deyir), zibili atım. Bu vaxt birdən-birə ayağa qalxır. Bayaq yediyi şokoladın kağızlarını ovuclarında toplayaraq aparıb stolun üstünə atır. Boyu balaca olduğundan dabanlarını qaldırır. - Baban hardadır ?- Sakkız gətirdi (Yəni saqqız almağa getdi) - Cahandar, cizgi filmlərinə baxırsan?- Hə, pepe, pepe, pepeyə, Kəloğlana...(Türk telekanallarında yayımlanan cizgi filmlərini nəzərdə tutur).- Sən bagçaya gedirsən?- Yox...- Bəs nə vaxt gedəcəksən?- Böyüyəndə...Mənim şampesim var (o hələ də yatanda pampers geyinir).Beləcə layihəmsizin ilk qonağı ilə bir neçə dəqiqə də birlikdə oluruq. O, otağın ortasında bir neçə dəfə dövrə vuraraq oyuncaqları ilə oynayır. Arabir şəkillərini çəkmək istəyirik. Dərhal əllərini uzadıb fotoaparatı istəyir: "Onu ver də..." "Dəli Kür"ün Cahandar ağasının müasirini bir neçə dəqiqə müşahidə edib onun uşaqlıq dünyasına baş vurmağa çalışırıq. Valideynlərinin sözlərinə görə, iki yaş yarımlıq Cahandarın ailənin tək uşağı olması onda həmyaşıdlarına qarşı istiqanlılıq, mehriban münasibət formalaşdırıb. Amma bu, şübhəsiz ki, yaşdan-yaşa dəyişən, formalaşan xarakterdir.
Müəllif: Elnur Şirvanlı
Mənbə: "Gündəlik Bakı" qəzeti.
| ['test'] |
4,431 | https://kayzen.az/blog/menecment/8044/iso.html | İSO | Əliyev | Menecment | 19 yanvar 2012, 23:02 |
Bazar iqtisadiyyatı şəraitində rəqabətə davamsız məhsul buraxan müəssisə iflasa məhkumdur. Məhsulun keyfiyyətinin artırlması üsullarından biri Keyfiyyətin Menecmenti Sistemidir (KMS).9000 seriyasından İSO standartları, KMS-in beynəlxalq standartlara uyğunluq sertifikatı. Sizə bu sözlər nə deyir? KMS-in öz müəssisənizdə tətbiq etmək zərurəti haqda düşünmüsünüzmü? Lazım olan sertifikatı necə almaq olar?Keyfiyyət postulatlarıİSO mənzil-qərargahı Cenevrədə olan standartlaşdırma üzrə beynəlxalq təşkilatdır. O, 1946-cı ildə yaradılıb və 150 ölkə onun üzvüdür. Təşkilatın məqsədi ən müxtəlif sahələr üçün beynəlxalq standartlar hazırlamaqdır. Bir çox standart növləri mövcuddur. Bunlar həm sənayenin müəyyən sahələri üçün olan xüsusiləşmiş (kimya, qida, tikinti və s.), həm də istənilən profilə aid şirkət üçün uyğun olan standartlardır. Sonuncuya İSO-9000 seriyasına aid olan keyfiyyəti idarə sisteminin sertifikatları aiddir. İSO-9000 sertifikatı almayan şirkət xüsusiləşmiş sertifikat da əldə edə bilməz.İSO-9000 standartlarından danışarkən onu demək olar ki, onlar məhsulun özünün kefiyyətinə nəzarət üçün yaradılmayıb. Onların məqsədi istehlakçıların tələblərini nəzərə alaraq Keyfiyyətin Menecmenti Sisteminin fəaliyyət və özünü tənzimləmə üsullarını müəyyən etməkdir. Bu da öz növbəsində xidmət və məhsulların yüksək səviyyəsini təmin edir.İSO standartları üzrə sertifikatlaşdırma məsələlərilə məşğul olan Global Group şirkətinin baş auditoru Fərhad Əliyev bildirir ki, keyfiyyətin idarə edilməsi sistemi standartlarının əsasında keyfiyyət menecmentinin 8 prinsipi durur. «Bu, istehlakçıya istiqamətlənmə, rəhbərin liderliyi, işçilərin cəlb edilməsi, menecmentə proses və sistemli yanaşma, daimi olaraq yaxşılaşma, faktlar əsasında qərarların qəbulu, tədarükçülərlə qarşılıqlı şəkildə sərfəli olan münasibətlərdir», - deyə o qeyd edir.İSO-9000 standartları arasında ən əsası İSO-9001:2008 standartıdır. Bu standart keyfiyyət menecmenti sisteminə olan tələbləri müəyyən edir. Bu o vaxt lazım olur ki, şirkət istehlakçıların tələblərinə və qoyulan zəruri tələblərə cavab verən məhsulu buraxmaq bacarığını nümayiş etdirmək istəyir.«İSO-9001 standartları üzrə sertifikatlaşdırma istehsalçılar üçün heç də zəruri deyil. Amma şirkətin könüllü şəkildə İSO-9001:2008 sertifikatını alması onu sanballı, öz məhsullarına və ya xidmətlərinə zəmanət verən təşkilat kimi önə çəkir. Bu sertifikat bir çox bazarlarda uğurun rəhnidir və şirkətin sivil işgüzar aləmə aid olduğunu göstərir», - deyə F.Əliyev qeyd etdi. Bundan əlavə, bütün şirkətlər tenderdə iştirak edə bilsə də İSO-9001 sertifikatı almış müəssisələr əlavə üstünlüklərə malik olurlar.Sözdən işəİSO-9000:2008 sertifikatını almaq üçün prosedura başlamaq üçün Azərbaycan Dövlət Standartlaşdırma, Metrologiya və Patent Komitəsinə və ya xarici məsul struktur tərəfindən akkreditasiya olunmuş sertifikatlaşdırma şirkətlərindən birinə müraciət etmək lazımdır. Azərbaycanda belə şirkətlərin sayı 9-a çatır: SGS, American Bureau of Shipping, Mep-Cert (Global GROUP Bakı), Bureau Veritas Azeri, İntersertifika-TÜV THÜRİNGEN, Det Norske Veritas, Russkiy Reqistr-Azerbaydjan, MOODY İnternational və Türkiyənin Standartlaşdırma İnstitutunun nümayəndəliyi.
İSO-9001 sertifikatının alınması bir neçə mərhələdə həyata keçirilir. İlk növbədə şirkətdə keyfiyyətin menecmenti sistemi qurulur. Əgər şirkət artıq belə sistemə malikdirsə, belə halda onun təhlili və lazım olduqda əlavə işlənməsi aparılır. Əgər müəssisədə keyfiyyətin mövcud menecmenti sistemi işləkdirsə, onun sertifikatlaşdırılması həyata keçirilir. Sertifikatlaşdırmaya qədər keyfiyyətin menecmenti sisteminin İSO standartlarına uyğunluğunun tam auditi aparılmalıdır. Lazım olduqda işçilərin təlimi də təşkil olunur.Sertifikatın rəsmiləşdirilməsi proseduru adətən 1-2 ay çəkir, amma 5-6 aya qədər də uzana bilər. Bu müddət ərzində şirkət tələblərə uyğun işləməyə başlamalıdır.Əgər müəssisədə keyfiyyətin menecmenti sistemi tətbiq olunmayıbsa, onun təşkili üçün bu sahədə ixtisaslaşan konsaltinq şirkətlərinin xidmətlərinə müraciət etmək olar. Onlar arasında Quality Veritas, Zaygan, Sidus Group, Expcol və s. qeyd etmək olar.Xidmətin qiymətiQeyd etmək lazımdır ki, uyğunluq sertifikatı həmişəlik deyil, üç il müddətinə verilir və sonradan artırılır. Sertifikatın qüvvədə olduğu müddətdə sertifikatlaşdırma orqanı hər il müfəttiş yoxlamaları aparır, sistemin standartın tələblərinə uyğunluğunu yoxlayır. Pozuntu halları aşkar edildikdə həmin orqan sertifikatı ləğv edə bilər. Odur ki, sertifikata malik olan şirkətlər arxayınlaşmamalıdır.Hələ bir müddət əvvəl İSO-9000 sertifikatını böyük müəssisələr və şirkətlər ala bilirdilər. Hazırda isə sertifikatlaşdırma orqanları arasında rəqabətin yaranması ilə əlaqədar və sonucda xidmətlərin ucuzlaşması nəticəsində İSO-9000 sertifikatları İSO Keyfiyyətin Menecmenti Sisteminin qoyduğu qaydalara uyğun işləmək istəyənlərin hamısı üçün əlçatan olub.«İSO sertifikatının alınması qiyməti bir çox parametrlərdən asılıdır və müəssisələr üçün müxtəlif ola bilər. Bir qayda olaraq bu, təşkilatdakı işçilərin sayından, şirkətin istehsalat həcmindən, müəssisədə keyfiyyətin menecmenti sisteminin olub-olmamasından və onun nə vəziyyətdə olmasından, həmçinin bir çox digər amillərdən asılıdır. Kobud desək, 50 nəfər işçiyə malik olan şirkət üçün sertifikat almaq 5-6 min manata başa gələ bilər», - deyə SGS şirkətinin sertifikatlaşdırma və sistemləşdirmə şöbəsinin satış meneceri Arif Rəhimov bildirir.Menecment sistemini tətbiq edən şirkətlərin xidmətlərinin dəyərinə gəldikdə isə bu da bir çox şərtlərdən asılıdır. Belə ki, Quality Veritas konsaltinq şirkətinin baş meneceri Şahin İmanovun sözlərinə görə, 150 nəfər işçisi olan şirkətdə menecment sisteminin tətbiqinin təqribi qiyməti təxminən 8 min manat və daha artıqdır.Təcrübə göstərir ki, adətən sertifikatı fəaliyyət sahəsi inşa, tikinti obyektlərinin layihələşdirilməsi və mühəndis işlərilə bağlı olan şirkətlər almağa çalışır. Bundan əlavə, İSO-9001 sertifikatı elmi-tədqiqat, özəl və istismar təşkilatları üçün də vacib və aktualdır.İSO sertifikatı ilə maraqlanan şirkətlərin sayı artmaqdadır, bu da sifarişçinin bunda maraqlı olması ilə izah olunur: deməli, o artıq alınan məhsul və ya xidmətin keyfiyyətinə fikir verir.Mənbə:İSO – keyfiyyət sinonimi
| ['standartlaşdırma'] |
4,432 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/8339/ail%C9%99l%C9%99rimiz-niy%C9%99-da%C4%9F%C4%B1l%C4%B1r.html | Ailələrimiz niyə dağılır | Bakılı | Xoşbəxt ailə | 19 yanvar 2012, 19:39 |
Əsrlərdir bizim coğrafiyada yaşayan insanlar özlərinin ailəcanlılığı ilə seçiliblər. Azərbaycanlılar dünyada ən az boşanan xalqlardan olublar. Son illər isə ölkədə dağılan ailələrin sayı durmadan artır. Bundan da ən çox əziyyət çəkən uşaqlar olurlar. Cəmiyyətin özülünü təşkil edən ailə institutunun çökməsi həm də ümumi mənəvi böhrana gətirib çıxarır. Hər bir ailənin öz mövcudluğunu qoruyub saxlaması qarşılıqlı sayğının, hörmətin və səmimiyyətin olmasından asılıdır. Digər şərtlər kimi sosial-iqtisadi, mənəvi-intellektual, əxlaqi-etik və bioloji-psixoloji amilləri qeyd etmək olar. Tək iki gəncin bir-birini sevməsi ilə möhkəm özüllü ailə qurmaq olmaz. Sevgi ailənin ilkin bünövrəsi və təməli olsa da sonralar ailənin möhkəm olması üçün digər amillərə də ehtiyac duyulur. Təbii ki, söz-söhbətsiz, konfliktsiz ailə təsəvvür etmək mümkün deyil. Amma uzun illər bir yastığa baş qoymağı bacaran ailələrin kökündə yuxarıda sadaladığımız amillər dayanır. Bəzi ailələrdə isə əksinə olur. İlk vaxtlar guya sevən gənclər qısa müddətdən sonra bir-birini sevmədiklərini, yanıldıqlarını anlayır və bu zaman xasiyyətlərini uyğunlaşdırmaq əvəzinə aralarındakı problemləri daha da dərinləşdirirlər. Statistikaya görə dünyadakı ailələrin 25 faizdən çoxu sevgisiz qurulur. Bu tip ailələrin qurulmasının səbəbkarı və ya vasitəçisi qohumlar olur. Bir çox ailələr isə təsadüfi tanışlıq əsasında yaranır. Bu tip ailələr sonralar tez dağılır. Amma bəzən tamamilə əksinə də olur. Sevgisiz qurulan bəzi ailələr çox möhkəm təməlli də olur Ailə həyatının birinci ili ən həssas dövrdür. Bu dövrdə ərlə arvad bir-birilərinə qarşı son dərəcə diqqətli olmalı, münasibətləri bacardıqca səmimi təməllər üzərində qurmalı və ortaq nöqtələr tapmalıdırlar. Ən konfliktli dövr ailə həyatının 18-24-cü illəridir. Ailə qurub evdən ayrılan uşaqların həsrəti, evin kişisinin öz seksual tələbatlarını başqa yerdə ödəməsi ailədə problemlər meydana çıxarır. Ər və ya arvadın işdə həddən artıq olmaları, iqtisadi çətinliklər, ailə subyektlərinin hansınınsa işə düzələ bilməməsi, yaşayış üçün mənzilin olmaması və s. də ailədə problemlərin meydana çıxmasına səbəb olur. Azərbaycan kimi patriarxal cəmiyyətlərdə ailədaxili problemlərin səbəblərində də bir sıra spesifik xüsusiyyətlər var. Cəmiyyətdə ailənin tutduğu sosial mərtəbə, mənəvi dəyərlərin qiymətsizləşməsi, ailədə qadının ənənəvi vəziyyətinin dəyişilməsi, onun iqtisadi müstəqilliyi, evdar vəziyyətində olması, maliyyə çətinlikləri, dövlətin sosial sahəyə diqqətinin azalması və s.-də Azərbaycan ailələrində problemə səbəb olur. Konfliktlər əsasən nevrotik ailələrdə baş verir. Bütün problemlərini yoluna qoyub dərin yaralarla da olsa yoluna davam edən ailələrdə isə üzdə sakitçilik hökm sürsə də, daxili gərginlik gec-tez üzə vurur və nəticədə səs-küylü boşanmaya, uzun-uzadı məhkəmə çəkişmələrinə, hətta tayfa-nəsil düşmənçiliyinə qədər gedib çıxır. Ərlə-arvadın maraq və tələbatlarının üst-üstə düşməməsi də ailədaxili problemin səbəblərindəndir. Statistikaya görə, bu zaman hər iki tərəf dözümsüzlük və barışmazlıq nümayiş etdirir. Qarşılıqlı güzəştsizlik isə ailələrin dağılmasıma gətirib çıxarır. Nevrotik ailələrdə isə ər və ya arvadın psixikasında irsən keçmiş psixi pozğunluq əsas səbəbdir. Belə ailələrdə psixoloji çətinliklər özünü göstərir. Ərlə arvadın hərəkətlərində, münasibətlərində ciddi narahatlıq halları, yuxusuzluq, hər xırda işə, hadisəyə emosional münasibət, həddindən artıq aqressivlik və s. özünü göstərir. Ərlə arvadın münasibətlərinin konfliktliliyi özünü açıq və gizli göstərə bilir. Gizli konfliktlərə nümayişkaranə danışmamağı, acıqlı nəzərlə baxmağı, münasibətlərdə üzə çıxan soyuqluğu aid etmək olar. Ailə psixoloqları müraciət edən şəxslərə fərdi və ya qrup şəklində mürəkkəb məsələlərin həllində məsləhət verir, psixoloji biliklər və ua konfliktlərin həllində kömək edir, konfliktli ailələrin üzə çıxarılması, onlarda məsləhətlərin təşkili, əq və arvada ailə çətin situasiyaya düşdükdə düzgün əxlaqi fəaliyyətin seçilməsində, səhvlərini aşkara çıxarmaqda psixi vəziyyətin özünü tənzimləmə metodlarını öyrənməkdə kömək edir. Psixoloji məsləhətin lazımlığı və xeyri barədə ər-arvad ikisi də eyni qənaətə gəlməlidirlər. Ərlə arvadın münasibətlərini normallaşdıran zaman aşağıdakıları nəzərə almaq vacibdir: - psixoloqun iştirakı ilə konfliktin yenidən qızışmasına yol verməmək - tərəflərin heç birinin müdafiəçisi olmamaq, belə ki, çox zaman tərəflər psixoloqu öz tərəfinə cəkməyə çalışırlar - tərəflərin müdafiə etdikləri normalara, dəyərlərə hörmətlə yanaşmaq - anonimliyi (xüsusən ərlə arvadın intim münasibətlərinin öyrənilməsi zamanı) qorumaq. Keçmişə nisbətən, müasir şəraitdə ailədə uşaqlara, xüsusilə həddi-buluğa çatmış gənclərə münasibət tamamilə dəyişmişdir. Ailə üzvləri bilavasitə ictimai təsərrüfatda çalışır və oradan da lazımi maaş alırlar. Belə bir şəraitdə gənclər iqtisadi və maddi cəhətdən valideynlərindən asılı olmadıqları üçün, onlar öz hərəkətlərində (xüsusilə sevgi, məhəbbət, təhsil almaq və s.) azaddırlar. Buna baxmayaraq, bir çox məsələlərdə (evlənmək, şəhərə köçmək, boşanmaq və s.) valideynlərin fıkri vacib sayılır. Ümumiyyətlə, uşaqlarla valideynlər arasında qarşılıqlı anlaşma və razılıq hökm sürür. Onların arasında münaqişə və anlaşılmazlıqlara çox az hallarda təsadüf edilir. Nikahın ilk dövrlərində və ümumiyyətlə ər-arvad arasında konfliktlər nə səbəbə baş verir? Mütəxəssislər bu səbəbləri aşağıdakı ardıcıllıqla göstərirlər. 1. Ər-arvad münasibətlərində etik normaların (xəyanət, qısqanclıq) pozulması. 2. Bioloji uyğunsuzluq. 3. Ər-arvaddan birinin və ya hər ikisinin onları əhatə edən adamlarla (qohum, dost, tanış və s.) pis münasibətdə olması. 4. Həyata marağın və tələblərin uyğunsuzluğu. 5. Uşağa qarşı pedaqoji mövqeyin müxtəlifliyi.
6. Ər-arvaddan birində, bəzən isə hər ikisində şəxsi çatışmazlıqların olması. 7. Valideynlərlə uşaqlar arasında qarşılıqlı anlaşmanın olmaması. Bu səbəblər ən çox konflikt yaradan səbəblərdir, ancaq ola bilsin ki, bəzi ailələrdə başqa səbəblər də meydana çıxsın. Əsas məsələ narazılığın əmələgəlmə səbəbini bilmək deyil, bu narazılıqları aradan qaldırmaq üçün hər birinin düzgün hərəkət etməsidir. Bir-birini sevən ər-arvad ailədə mübahisələri mədəni şəkildə aparmalı və tərəflərdən heç biri qalib gəlmək məqsədi güdməməlidir. Yadda saxlamaq lazımdır ki, sənin qələbən sevdiyin şəxsin məğlubiyyətidir. Ər-arvad bir ailə təşkil etdiyindən hər hansı tərəfin qələbəsi ailənin məğlubiyyəti deməkdir , Ər-arvad arasında mübahisələr üçün səbəb yarandıqda onlardan hər biri öz dediyinin həqiqət olduğunu isbat etməyə çalışmayıb, ikilikdə mübahisənin səbəbini aradan qaldırmağa səy etməlidirlər. Ailə mübahisələrində hər bir halda hörmət pərdəsini saxlamaq vacibdir. Mübahisə vaxtı bir-birini acılamaq, alçatmaq, təhqir etmək yolverilməz haldır. Mübahisənin ən qızğın dəqiqələrində belə ər-arvad az müddət əvvəl münasibətlərin nə dərəcədə yaxşı olduğunu, birgə keçirilən xoşbəxt günləri unutmamalı və mübahisəni son həddə çatdırmamalıdır. Burada xalqın söylədiyi «savaşanda geri çəkilmək (yaxud barışıq) üçün yer saxla» fikrini xatırlatmaq pis olmazdı. Dava-dalaş və münaqişəni sülhlə qurtarmaq üçün ən yaxşı vasitə kişinin və ya qadının özünə «bu gün səni narahat edən nədir?» sualını verib, vicdanla da bu suala cavab almaqdır. Bu zaman aydın olar ki, xörəyin duzunun çox olması, sadəcə olaraq idarədə müdirlə qanqaraldan «söhbətdən» sonra əsəbləri sakitləşdirmək üçün bəhanədir və o, nahaq uerə arvadının qəlbinə toxunmuşdur. Ailədə müxtəlif səbəblərdən baş verən mübahisə və münaqişələri (avtobusda xoşa gəlməyən konflikt, uşağın məktəbdə pis qiymət alması, televizorun xarab olması və s.) ər-arvad heç zaman savaşa çevirməməlidir. Çox vaxt mübahisəyə səbəb gənclərin subay vaxtından qalma vərdişləri olur. Vərdişlər müxtəlif ola bilər. Onlardan zərərsiz və asanlıqla tərgidilə bilənlərə fikir vermək lazım deyil, çünki belə vərdişlər birgə həyat tərzi nəticəsində unudulacaqdır. Ciddi, zərərli və müqabil tərəfə ziyan verən, onu əsəbiləşdirən adətləri isə tədricən tərgitmək lazımdır. Amma hansı adət olursa-olsun, onu birdən-birə tərgitməyi tələb etmək düzgün deyil. Bunun üçün müəyyən vaxt lazımdır. Bəzi gənc qadınlar «Əgər sən futbola gedirsənsə, siqaret çəkməyi tərgitmirsənsə, deməli, məni sevmirsən» deyirlər. «Ya sən tərgidəcəksən, ya da mən bu evdən gedəcəyəm». Məsələnin belə qoyulması qısa bir müddətdə münasibətlərin pisləşməsinə gətirib çıxarır. Göstərilən bu səbəblər bəzən ailənin dağılmasına səbəb olur. Belə hallarda ərizədə ayrılmağın səbəbi qarşısında «Xasiyyətimiz uyğun gəlmədi» sözləri yazılır. Halbuki burada xasiyyət yox, tərbiyə əsas rol oynayır. Yuxarıda qeyd etdik ki, konfliktləri yaradan səbəblərdən biri ər-arvad münasibətlərində etik normaların pozulmasıdır. Bu konfliktlərdə qısqanclıq, xəyanət xüsusi yer tutur. Qısqanclığın yaranmasının iki növü ən çox müşahidə olunur. Bunlardan birincisi özündə qeyri-sadiqlik, ailəyə xəyanət nəticəsində yaranan qısqanclıqdır. Özündə yaranan xəyanət meylinin olması hissini qarşı tərəfə də aid edir. İkinci aşılanmış qısqanclıqdır. Bu həyati təcrübədən yaranır. Öz valideynlərinin, dostlarının, tanışlarının ailəyə xəyanəti, ər-arvadın sadiq olmaması haqqında söhbətlər, bu haqda kinofilmlər, kitablar bəzi şəxslərdə «xəyanətsiz yaşamaq olmaz» təsəvvürü yarada bilər. Qısqanclıq hissləri meydana çıxdıqda müəyyən bir nəticəyə gəlmək üçün ər-arvad tələsməməli, öz xasiyyətlərini düzgün qiymətləndirməli, müxtəlif dedi-qodulara, böhtanlara inanmamalıdırlar. Başqalarının səhvlərinə baxıb özləri də səhvə yol verməməlidirlər. Ailə konfliktlərinin yaranma səbəblərindən biri də tələbatların, o cümlədən seksual tələbatların təmin olunmaması nəticəsində əmələ gəlir. Çox vaxt hətta bir-birini həqiqətən çox sevən ər-arvad bu mövzuda ümumi dil tapa bilmirlər. Nikahda düzgün həmahəng cinsi əlaqə münasibətinin təşkil edilməsi, şübhəsiz ki, ər-arvadın hər ikisinin sağlamlığına, əhval-ruhiyyəsinə müsbət təsir göstərməklə, ailədə mənəvi atmosferi yaxşılaşdırır. Ailənin təməlini möhkəmləndirən ən mühüm cəhətlərdən biri ailədə uşaqların olmasıdır. Uşaqlar ailədə qadını və kişini bir-birinə bağlayan əsas amillərdəndir. Uşaqların tərbiyəsində cinsi tərbiyə böyük rol oynayır. Bu tərbiyəni tez başlamaq lazımdır. Uşaqlar tez-tez bu sözləri eşidir: «Sən oğlansan», «Sən qızsan». Cinsi tərbiyənin ümumiyyətlə, tərbiyə kimi nə şəkildə, nə həcmdə uşağa çatdırılacağı tərbiyəçi tərəfindən nəzərə alınmalıdır. Ailələrdə atanın hörmətinin nisbətən azalması, uşaqların cinsi tərbiyəsinə mənfi təsir göstərir. Qadının hakim olduğu ailələrin qızları analarının xasiyyətlərini özlərinə nümunə seçərək, gələcəkdə bu xətti yürütməyə çalışacaqlar. Əksinə, ataların əzazil xasiyyətli olduğu ailələrdə uşaqlar qadının cəmiyyətdəki rolu barədə yanlış fikirdə olurlar. Qızlar ərlərirıin tələblərini qul kimi yerinə yetirir, oğlanlar isə qadına istismar obyekti kimi baxan kişilərə çevrilirlər. Deyilənləri yekunlaşdıraraq qeyd edək ki, ər-arvadın xoşbəxt, sakit ailə həyatı yaşaması üçün aşağıdakı tövsiyələrə əməl etməsi lazımdır. 1. Eyni sözü, tələbi çox təkrar etməyin. 2. Bir-birinizi qısa müddətdə dəyişməyə (özünüzə oxşatmağa) çalışmayın. İllərlə qanına, canına hopmuş adətləri qısa müddətdə unutmaq, əl çəkmək çətindir. Bunun üçün vaxt tələb olunur. Xüsusilə uşaqların və başqalarının yanında bir-birini tənqid etdikdə, bu onların hər ikisini uşaqların nəzərində alçaldır. 3. Ər-arvad bir-birini qiymətləndirməyi öyrənməlidirlər. 4. Əq-arvad bir-birinə qarşı çox diqqətli olmalıdır. 5. Ər-arvad bir-birinə qarşı nəzakətli olmalıdır. 6. Ər-arvad yalnız yaxşını yadda saxlamalıdır, pisi unutmalıdır. Bütün bu amillər nəzərə alındıqda ailənin təməlləri də möhkəm olur. Müəllif:Ülvi AbdullayevHəmçinin bax: Azərbaycanlılar niyə boşanır?
| ['ailə', 'ayrılıq', 'boşanma'] |
4,433 | https://kayzen.az/blog/MaksiMuS/8382/qanl%C4%B1-20-yanvar.html | Qanlı 20 Yanvar | MaksiMuS | Bloq: MaksiMuS | 19 yanvar 2012, 17:39 |
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi iki il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.
Bakıya yeridilmiş qoşun kontingentinə, — bəzi məlumata görə, onun sayı 60 min nəfərə çatırdı, — «doyüş tapşırığını» yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər ("Şit" təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatından): sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşiçəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar.
Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda «rus və erməni kartından» məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, «millətçi ekstremistlər» tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin «dəlilləri» hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyacyox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.
Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin SSRİ DTK-nın «Alfa» qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək — yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır. Bax, əli yüzlərlə insanın qanına batmış, sonralar Nobel sülh mükafatı (?!) almış Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin rəzil siması bu idi…
Tanklar, zirehli transportyorlar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn «təcili yardım» maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi.
20 yanvar şəhidlərinin siyahısı
Abbasov Sabir Rzaqulu oğlu (1965)
Abbasova Fəridə Nəriman qızı (1952)
Abdullayev Eyyub Mahmud oğlu (1967)
Abdullayev Tarıyel Hacıbala oğlu (1965)
Abdullayev Zahid Abdulla oğlu (1959)
Abduyev Tariyel Oruc oğlu (1949)
Ağahüseynov Agahəsən Yarıq oğlu (1957)
Ağahüseynov Nurəddin Aslan oğlu (1951)
Ağaverdiyev Aslan Əlikram oğlu
Allahverdiyev İlham Əjdər oğlu
Allahverdiyev Ruslan Kamal oğlu (1967)
Allahverdiyeva Fərizə Çoban qızı
Alimov Ramiz Xaris oğlu
Alməmmədov Teymur Yəhya oğlu (1972)
Atakişiyev Bəhruz Tofiq oğlu (1961)
Atakişiyev Şakir Xandaş oğlu
Babayev Fuad Yavər oğlu (1967)
Babayev Rəhim Vaqif oğlu
Babayeva Surəyya Lətif qızı (1913)
Bağırov Baloğlan Həbib oğlu
Bağırov Telman Malik oğlu (1960)
Baxşəliyev Elçin Mirzə oğlu (1965)
Baxşıyev Salman Babaxan oğlu (1949)
Balahüseyn Mirqəzəb oğlu (1929)
Bayramov Sahil Isabala oğlu
Besantina Vera Lvovna (1973)
Bədəlov Rövşən Seyfulla oğlu (1965)
Boqdanov Valeri Zakir oğlu (1958)
Bünyadzadə Ülvi Yusif oğlu (1969)
Cəfərov Əbülfəz Böyükağa oğlu (1964)
Cavanşirov Ilkin Zülqədər oğlu (1933)
Eminov Vəfadar Osman oğlu (1966)
Əbülfət Mircamal Mirsaleh oğlu (1958)
Əbülhəsənov Ilqar Yusif oğlu (1967)
Əzizov Habil Kommunar oğlu (1968)
Ələkbərov Azər Nəsib oğlu
Ələskərov Zaur Rasim oğlu (1969)
Əliyev Bayram Mədəd oğlu (1950)
Əliyev Xəlqan Yusif oğlu (1969)
Əliyev Namiq Kamil oğlu
Əliyev Rüstəm Şahveled oğlu
Əliyev Zəbulla Xeyrulla oğlu (1946)
Əliyev Zahid Bayram oğlu
Əlizadə Faiq
Əhmədov İlqar Hümbət oğlu (1965)
Əsədullayev Asif Kamal oğlu (1954)
Əsgərov Novruz Faiq oğlu (1968)
Əşrəfov Rəhman İsmixan oğlu (1955)
Qarayev İlqar Əli oğlu(1959)
Qasımov Abbas Mammad oglu (1966)
Qasımov Yusif Ibrahim oglu (1948)
Qayıbov Ələsgər Yusif oğlu
Qeybullayev Elçin Suyəddin oğlu (1968)
Qəniyev Mirzə Rzabala oğlu (1958)
Qocamanov Əliyusif Bilal oğlu
Quluyev Səxavət Balay oğlu (1940)
Qurabov Tenghiz Məmməd oğlu (1965)
Hacıyev Mübariz Məhəmməd oğlu (1952)
Həmidov Izzət Atakişi oğlu (1930)
Həsənov Əli Xudaverdi oğlu
Həsənov Mehman Ibrahim oğlu (1964)
Həsənov Müzəffər Qəzənfər oğlu (1939)
Həsənov Sahib Nəsib oğlu (1949)
Həşimov Israfil Ağababa oğlu
Hüseynov Əlimardan Abil oğlu (1962)
Hüseynov Nəriman Vəli oğlu (1975)
Hüseynov Rağib Məmməd oğlu
İbrahimov İbrahim İsmayıl oğlu (1928)
İbrahimov İlqar Rəşid oğlu (1976)
İbrahimov Şöhrət Söhrab oğlu (1965)
İmanov Elçin Beydulla oğlu (1967)
İsayev Müşfiq Ağa Əli oğlu (1968)
İsayev Fəxrəddin Xudu oğlu (1966)
İsayev Rauf Sultanməcid oğlu
İsmayılov Cavad Yunis oğlu
İsmayılov Məmmədəli Novruz oğlu (1946)
İsmayılov Rəşid İslam oğlu
İsmayılov Tofiq Babaxan oğlu (1956)
İsmayılov Yusif Talat oğlu (1958)
İsrailov Ağanəzər Araz oğlu (1960)
Kazımov Əflatun Həşim oğlu (1958)
Kərimov Aleksandr Ramazan oğlu (1970)
Kərimov İlqar İsa oğlu (1962)
Kərimov Oqtay Eyvaz oğlu (1964)
Kərimov Sehran Ağakərim oğlu (1961)
Xanməmmədov Cəbrayıl Hüseynxan oğlu (1939)
Xanmədov Baba Məhəmməd oğlu (1939)
Xaritonov Vladimir Aleksandroviç (1949)
Məmmədov Eldar Zeynal oğlu
Məmmədov İbrahim Behbud oğlu (1961)
Məmmədov İlham İslam oğlu (1951)
Məmmədov Məmməd Yarməmməd oğlu (1959)
Məmmədov Mehman Ağasəf oğlu (1957)
Məmmədov Mirkamal Seyidqurban oğlu (1955)
Məmmədov Mobil Bəşir oğlu (1937)
Məmmədov Rəhim Vəliağa oğlu (1969)
Məmmədov Səxavət Heydər oğlu
Məmmədov Şahin Zahid oğlu (1972)
Məmmədov Vaqif Məmməd oğlu (1960)
Məmmədov Vidadi Üzeyir oğlu (1949)
Məmmədova Larisa Fərman qızı (1976)
Məmmədova Svetlana (1939)
Marxevka Aleksandr Meyerovich Yan (1955)
Mirzəyev Azad Əliheydər oğlu (1961)
Mirzəyev Elçin Hüseynqulu oğlu (1961)
Mirzəyev Vaqif Səməd oğlu (1959)
Mövludov Fuad Fərhad oğlu (1968)
Muxtarov Rasim Mustafa oğlu
Muradov Mehman Əsəd oğlu (1961)
Mürsəgülov İsmayıl Həsən oğlu (1939)
Mustafayev Mahir Vaqif oğlu (1968)
Nəsibov Allahyar İskəndər oğlu
Nəsirov Yanvar Şirəli oğlu (1957)
Nikolayenko Alla Alekseyevna (1972)
Nişenko Andrey Alekseyevich (1972)
Orucov Şəmsəddin Əbülhəsən oğlu
Poladi Saleh Əliqulu oglu (1968)
Rəhmanov İslam Oqtay oğlu (1968)
Rüstəmov Rövşən Məmməd oğlu
Rzayev Azad Allahverdi oğlu
Sadıqov Yusif Allahverdi oğlu (1964)
Səfərov Bafadar Ağamirzə oğlu (1923)
Salahov Şərafəddin Müzəffər oğlu (1963)
Semyonov Aleksandr Vladimirovich (1947)
Şərifov Mürvət Rəhim oğlu (1932)
Süleymanov Əli Yusif oğlu (1956)
Tokarev Vladimir İvanoviç (1953)
Tuktamişev Fərqat Şərifulla oğlu (1958)
Yaqubov Nüsrət İsmayıl oğlu (1958)
Yefimov Boris Vasilyeviç (1945)
Yusupov Oleq Kərim oğlu
Zulalov İsbəndiyar Adil oğlu (1963)
Bu siyahı tam deyi, çünki Qara Yanvar hadisələrində şəhid olanlardan bəzilərinin şəxsiyyətlərini bir sıra səbəblərdən təsbit etmək mümkün olmamışdır..Mənbə: 20yanvar.blog.ru
rabite.az
| ['20 yanvar', 'cinayət', 'kütləvi qırğın', 'qan yaddaşımız'] |
4,434 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/8380/oyuncaq-ana.html | Oyuncaq ana... | Fianda | Düşündürücü hekayələr | 19 yanvar 2012, 13:46 |
Öz həyatlarını karyeraya hesr etmiş və adətən günləri evdən kənarda keçən ər-arvad , kiçik qızlarına ad günü üçün bir hədiyyə almaq qərarına gəlirlər və oyuncaq dükanına gedirlər. Qadın satıcı qıza deyir: "Qızım bütün günü evdə bacısıyla qalır. Elə bir oyuncaq istəyirəm ki, ona mənim yoxluğumu hiss etdirməsin".
Satıcı qız başını yellədi : "Sizi çox yaxşı anlayıram xanım" dedi. " Dükanımız bu bölgənin ən müxtəlif növə sahib, oyuncaq dükanıdı. Sizə istədiyiniz hər cür oyuncağı verə bilərəm. Oyuncaq ayılar, oyuncaq əsgərlər, xilasedicilər, hər cüründən oyuncaq körpələr... Ancaq oyuncaq anamız yoxdur! Heç bir zaman da olmadı, təəssüf edirəm..."
UŞAQLARINIZIN PSİXOLOGİYASINI KARYERANIZA QURBAN VERMƏYİN...!
| ['oyuncaqlar', 'ana'] |
4,435 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/8379/d%C3%BC%C5%9F%C3%BCn%C3%BClm%C9%99d%C9%99n-edilmi%C5%9F-m%C3%BChakim%C9%99.html | Düşünülmədən edilmiş mühakimə | DiplomatkA | Düşündürücü hekayələr | 19 yanvar 2012, 12:04 |
Uzaqda bir kənddə, həyat yoldaşı uşağı doğulmadan ölmüş, tək başına yaşayan hamilə bir qadın vardı. Qadın, özünə yoldaş olması üçün dağda yaralı olaraq tapdığı bir gəlinciyi evində bəsləməyə başlayır.
Gəlincik qadının yanından bir an belə ayrılmazdı. Hər nə qədər evcil bir heyvan olmasa da, olduqca itaətli olmuşdu.
Bir neçə ay sonra qadının uşağı doğuldu. Tək başına bütün çətinliklərə dözmək və balasına baxmaq olduqca çətin idi. Günlər keçdi. Qadın bir gün bir neçə dəqiqəliyinə də olsa evdən ayrılmaq və balasını evdə qoymaq məcburiyyətində qaldı. Gəlinciklə körpə evdə tək qalmışdılar.
Aradan bir az zaman keçdi və ana evə gəldi. Gəlinciyi və qanlı ağızını gördü. Ana dəli olmuşcasına gəlinciyə hücum etdi və orada öldürdü heyvanı. Həmin an içəridəki otaqdan bir körpə səsi eşidildi. Ana otağa yönəldi və otaqda beşiyi, beşiyin içindəki körpəsini və körpənin yanında dayanan parçalanmış ilanı gördü.
| ['mühakimə'] |
4,436 | https://kayzen.az/blog/diplomatiya/5923/cinay%C9%99tkarlar%C4%B1n-verilm%C9%99si-ekstradisiya.html | Cinayətkarların verilməsi (ekstradisiya) | rokfeller | Diplomatiya | 18 yanvar 2012, 23:53 |
Ekstradisiya şəxsin məhkəmə araşdırmasında iştirak etməsi üçün yaxud onun ittiham edildiyi həbsxana müddətini çəkib qurtarması üçün bir ölkədən digərinə zorla köçürdülməsidir; cinayətkarların verilməsi (ekstradisiya) haqqında sorğular təqsirləndirilən yaxud cinayətə görə məhkum olunmuş şəxs başqa ölkədə sığınacaq axtardığı zaman (yaxud hazırda yaşayır) baş verir. Adətən ittiham edilən cinayət ekstradisiya sorğusu verən dövlətin ərazisində yaxud onun bayrağı altında üzən gəmidə törədilir. Cinayətkarların verilməsi üçün sorğular diplomatik kanallar üzrə verilir və onlar cinayətkarların verilməsi haqda Müqavilə vasitəsilə hər iki dövlət tərəfindən əvvəlcədən razılaşdırılmış konkret prinsiplərə aid olmaqla son dərəcə açıqdırlar. Bu tip müqavilələrdə adətən aşağıda göstərilən prinsiplər ifadə olunur: (a) Verilməsi haqqında sorğu verilən şəxs onun verilməsi haqqında sorğu verən dövlətin yaxud üçüncü dövlətin vətəndaşı olmalıdır. Praktika üçün dövlətin öz vətəndaşlarından birini başqa dövlətə verməsi xarakterik deyil, lakin Böyük Britaniya və Amerika Birləşmiş Ştatları ümumi qaydalardan istisna edilirlər.
(b) Cinayətkarın verilməsinin tələb edilməsi üzrə ittiham olunan cinayət ağır olmalıdır və adətən hər iki maraqlı dövlətdə cinayət hesab edilməlidir, bununla belə həmin şəxsin bu cinayətdə iştirak etməsinə aid müvafiq dəlillər təqdim edilməlidir. Adətən ekstradisiya tətbiq edilməyən cinayətlər siyasi, hərbi cinayətlərə aid olur, məsələn fərarilik (əgər onlar qəbul edən dövlətin qanunları ilə cəzalandırılmırsa, məsələn hərbi qüvvələrə çağırılma haqqında qanunla) və dini cinayət.
Avropa Şurası tərəfindən qəbul edilmiş cinayətkarların verilməsi üzrə Avropa konvensiyasında ekstradisiya tətbiq olunmayan konkret hallar aşağıda göstərilmişdir: a) sorğu verilən cinayət əgər sorğu verən tərəf üçün (yəni dövlət üçün) siyasi cinayət yaxud siyasi cinayətlə bağlılığı olan cinayət hesab olunursa; b) əgər adi cinayət əməlinə görə cinayətkarın verilməsi üzrə sorğu şəxsin irqi mənsubiyyəti, milliyyəti yaxud siyasi baxışlarına görə təqib edilməsi yaxud cəzalandırılması məqsədilə yönəldilməsi haqda sorğu verən tərəf əsaslı səbəblər qoya bilirsə. Həmin Konvensiyada dövlət başçısını yaxud onun ailə üzvünü öldürmək yaxud öldürməyə təşəbbüs etmək siyasi cinayət hesab olunmur.
1977-ci ildə Avropa Şurası tərəfindən qəbul edilən terrorizmlə mübarizə üzrə Avropa konvensiyasında bunlardan başqa aşağıda göstərilən cinayətlərin siyasi cinayətlərə aid olmadığı və öz növbəsində cinayətkarın verilməsindən imtina edilməsi üçün səbəb ola bilməyəcəyi nəzərdə tutulur. a) 16 dekabr 1970-ci ildə Haaqada imzalanmış hava gəmilərinin qeyri-qanuni tutulması ilə mübarizə üzrə Konvensiyanın təsiri altına düşər cinayətlər;
b) 23 sentyabr 1971-ci ildə Monrealda imzalanmış mülki aviasiyanın təhlükəsizliyi əleyhinə yönəldilmiş qeyri-qanuni fəaliyyətlərlə mübarizə üzrə Konvensiyanın təsiri altına düşən cinayətlər; c) beynəlxalq müdafiə hüququna malik olan, o cümlədən diplomatik nümayəndələrin üzvlərinin həyatına, fiziki toxunulmazlığına yaxud azadlığına sui-qəsd etmə ilə ağır cinayətlər; d) girovların götürülməsi, qaçırdılması yaxud ciddi qeyri-qanuni saxlama ilə olan cinayətlər; e) insanların həyatını təhlükəyə məruz qoyan bombaların, qumbaraların, raketlərin avtomatik silahların yaxud məktubda və ya bağlamada bombaların tətbiq edilməsi ilə cinayətlər; f) yuxarıda göstərilən cinayətlərdən hər hansını törətməyə cəhd etmə yaxud bu tip cinayətləri törədən yaxud törətməyə cəhd edən şəxsə yoldaş qismində iştirak etmə.
Müəllif Ralf Corc Felthem Mənbə Diplomatın stolüstü kitabı
| ['ekstradisiya', 'beynəlxalq hüquq'] |
4,437 | https://kayzen.az/blog/Ferbara/8376/evdarl%C4%B1q-elmi-haqq%C4%B1nda.html | Evdarlıq elmi haqqında | Ferbara | Bloq: Ferbara | 18 yanvar 2012, 22:56 |
Nəsirəddin Tusi
Mənzilə olan ehtiyacın səbəbi, onun
əsasları və ən mühüm cəhətləri
(...) Doğum baş tutduqdan, uşaq doğulduqdan sonra tərbiyəsi düz olmazsa, böyüdükdə onun zəhməti də valideynin boynuna düşür. Adamlar artdıqca, yəni qadın, kişi, övladlar çoxaldıqca, bu adamların yeməklərini çatdırmaq, ehtiyaclarını ödəmək bir adam üçün çox çətin olar, köməkçilərə (...) ehtiyac yaranar və mənzilin Rüknünü təşkil edən bu camaatın məişətini nizama salmaq məsələsi ortaya çıxar.
Buraya qədər deyilənərdən məlum oldu ki, mənzilin, ailənin rüknləri beşdir: ata, ana, övlad, xidmətçi və azuqə. Hər çoxluğun nizama salınması onun tərkibinə daxil olan vahidlərin necə düzülməsindən asılı olduğundan mənzilin nizama salınması da həmin tərkibə daxil olanların necə düzülmələri haqqındakı sənətlə müyyənləşdirirlər. Adı çəkilənlər içərisində öz əməyi və səyi etibarilə mühümü ev sahibidir, ona görə də başçılıq və camaatın ixtiyarı ona verilmişdir ki, necə məsləhətdirsə, mənzili də elə idarə etsin. (...) Mənzil başçısı da ərzaq və zumarın miqdarını, mənzil camaatının ehtiyac və rəftarını nəzərə alaraq onları tərifləyib danlamağa, mükafatlandırıb cəzalandırmağa, vədə verib könüllərini almağa, dava-dalaşa yol verməməyə, mübahisələrə son qoymağa, aralarında sülh və dostluq yaratmağa başlamalı, elə etməlidir ki, hərəsi özünə layiq dərəcəyə çatsın, rahat yaşamaları üçün necə lazımdırsa, aralarında elə də əmək bölgüsü və həmkarlıq olsun.
Bilmək lazımdır ki, burada «mənzil» dedikdə kərpic, palçıq və daşdan tikilən bina nəzərdə tutulmur. Bu, elə xüsusi quruluşdur ki, orada ərlə arvad, valideynlə övlad (...) arasında müəyyən münasibət olmalıdır. Onların yaşadığı yerin taxtadan, daşdan, çadırdan, komadan, ağac kölgəsindən, mağara və ya köhüldən olması məsələnin mahiyyətini dəyişmir.
Deməli, mənzilqurma sənəti (buna ailəqurma hakimiyyəti də deyirlər) bu camaatın hamısının xeyrinə olan, məişətlərinin təminini asanlaşdıran, mənəviyyatlarının inkişafını sürətləndirən, ümumən mənafeyini müdafiə edən bir elmdir.
Bütün insan təbəqələri, istər şah, istər rəiyyət, istər alim, istərsə də nadan belə bir tədbir və quruluşa möhtac olduqlarından, hər kəs öz mərtəbəsində, özündən yuxarıdakının, yəni rəislərinin əmrlərinə tabe olmalıdırlar. (...)
(...) Bilmək lazımdır ki, evdarlıq (ailə saxlamaq) sənətinin ümumi əsası təbibin insan bədəni tərkibləri arasındakı müvazinəti nəzarəti altında saxlamasına bənzər. Bu müvazinət bədənin sağlamlığına, fəaliyyət bacarığının kamilliyinə dəlalət edər. Bu müvazinət (etidal) mövcud olduqca sağlamlıq da davam edər, pozulduqda sağlamlıq da aradan gedər. Üzvlərdən biri zərər gördükdə (təbib) onu müalicə edərkən bütün üzvlərin, xüsusilə ona yaxın olan, rəis üzvün mənafeyini nəzərə alar, birinci növbədə rəis (baş) üzvün, sonra isə o üzvün hayına qalar, bütün üzvlərin mənafeyi üçün həmin üzvün yarılması, ya ona dağ basılması lazımsa, onu da edər, fəsadın başqa üzvlərə keçməməsi üçün hətta onu bədəndən ayırıb kənara atmaqdan da çəkinməz.
Eləcə də ailə başçısı birinci növbədə ev əhlinin ümumi mənafeyinə riayət etməlidir. Hər şeydən əvvəl, ailənin tərkibi arasında olan müvazinətə və münasibətə fikir verməli, onu olduğu kimi saxlamaq; ya daha münasib şəklə salmaq haqqında düşünməlidir. Sonra təbib bədənin hər üzvünü müalicə etdiyi kimi, o da ailənin hər üzvünü müayinədən keçirməli, onun hayına qalmalıdır. Ailə üzvlərinin hərəsinin bütün ailəyə olan nisbəti bədən üzvlərinin hərəsinin bütün bədənə olan nisbətinə oxşar, bəziləri rəis olar, bəzilər tabe, bir qismi çox əhəmiyyətli olar, bir qismi az. Doğrudur, hər üzvün özünə məxsus öz münasibəti və öz fəaliyyəti olar, lakin bütün üzvlərin qarşılıqlı və şərikli fəaliyyəti ən bitkin fəaliyyət sayılır. Eləcə də hər ailə üzvünün özünə görə öz xasiyyəti, öz təbiəti olar və müəyyən məqsədə çatmaq üçün fəaliyyət göstərər. Beləliklə, bütün fəaliyyətləri məcmusundan evdə istənilən qayda-qanun yaranar. Bir tərəfdən təbib yerində hesab edilər, digər cəhətdən üzvlərin ən əhəmiyyətlisi olan ailə başçısı hər üzvün xasiyyətinə, təbiətinə, qabiliyyətinə və fəaliyyətinə bələd olmalı, onların birgə işinin ən münasib nəticə verəcəyi şəraiti bilməli və onların hərəsini ev saxlamaq, ailə dolandırmaq qayda-qanunlarının tələb etdiyi dərəcəyə çatdırmalı, bir xəstəlik baş versə, aradan qaldırmalıdır.
Dediyimiz kimi, ev dolandırmaq peşə, sənətə daxil edilməsə də, bir sənətkarlıqdır (...)
N. Tusi. Əxlaqi-nasiri. Bakı, «Elm».
1980, s. 145-147
Ə.Ə.Əlizadə, A.N.Abbasov
Ailə həyatının etika və psixologiyası üzrə Müntəxəbat
Bakı, «Maarif».
1989, s. 139-141
| ['evdarlıq', 'ailə'] |
4,438 | https://kayzen.az/blog/u%C4%9Fur/8375/inam%C4%B1n-g%C3%BCc%C3%BC.html | İnamın gücü | Aysel218 | uğur psixologiyası | 18 yanvar 2012, 18:58 |
Deməli günlərin bir günü bir biznesmen var idi. Bunun işi heç getirmirdi. Kreditin içində batırdı, bunun tədarükçüləri pullarını tələb edirdilər. Bir gün o parkda oturub, başını əllərinin arasına alıb, nece bankrot olmayacagının yollarını düşünürdü........Birdən, heç yerdən olmayan kimi, 1 yaşlı kişi buna yaxınlaşır... "Oğlum, səni ne isə narahat edir, danış mənə ürəyindəkiləri" dedi o yaşlı. :Biznesmenin sözlərini dinlədikdən sonra, qoca, "Mənə elə gəlir ki, mən sənə kömək edə bilərəm.."Yaşlı, bu kişinin adını soruşub, çekin üstünə yazir. Çeki uzadıb, "Al bunu. Mənimlə düz 1 il sonra burada görüş. Bu borcumu qaytararsan o zaman", dedi və çönüb getdi. Biznesmen əlini açınca, $500,000 məbləğində çek gördü. Yaşlının adı isə, John D. ROCKEFELLER...Biznesmenin sevincinin həddi- hüdudu yox idi. Bütün problemlərini həll etmiş ola bilərdi. Amma, biznesmen bu pulu seyfə qoyur. Elə fikirləçirdi ki, istənilən zaman $500,000 bunun xülyasına çatacaq, ona ürək dirək, özünə inam verirdi.
Yeni optimizmlə biznesmen yeni işlərə başlayır, yeni sazişlər imzalayır və yenidən, çoxlu pul qazanmaga başlayır.Düz 1 ildən sonra, biznesmen istifadə etmədiyi çek ile parkda gözləyirdi. Bir xeylaq zamandan sonra, həmən yaşlı qoca buna yaxınlaşdı. Biznesmen istifadə olunmamış çeki bu kişiyə uzadıb bütün 1 illik əhvalatını danışmaq istəyən zaman, haradansa tibb bacısı qacıb gəlir və yaşlı kişinin qolundan yapışır..."Nə yaxşı ki, mən səni tutdum", qocaya deyir. Sonra üzünü biznesmenə cevirir: "Üzr istəyirəm, güman edirəm sizi narahat etmədi. Bilirsinizmi, bu yaşlı kişi tez-tez qocalar evindən qaçır və hamıya deyir ki, o John Rockefellerdir..." Və tibb bacısı yaşlı kişini özü ilə aparır...Biznesmen gözlərinə inanmırdı. Yerində donub qalmışdı. BÜTÜN İL BOYU, BÜTÜN İŞLƏRİ GÖRƏNDƏ, ALIŞ- VERİŞ EDƏNDƏ, ARXAYIN İDİKİ, ARXASINDA $500,000-in OLDUGUNU BİLİRDİ...Və qəfildən, o hər şeyi anladı... onun həyatını yaxşıya çevirən, doğru, və ya yalançı pul deyildi. Onun həyatını yenilədən, özündə yenidən tapılmış İNAM idi. ÖZÜNÜZƏ İNAMINIZ NƏ QƏDƏR ÇOX OLSA, BİR O QƏDƏR GÜCLÜ OLUB, İSTƏDİYİNİZƏ NAIL OLMUŞ OLARSINIZ... !!!
Müəllif: Master_Hüseynov
| ['hekayə', 'düşündürücü hekayələr'] |
4,439 | https://kayzen.az/blog/maraqli-faktlar/8373/co%C4%9Frafiyada-%C9%99nl%C9%99r-ve-ilkl%C9%99r.html | Coğrafiyada ənlər ve ilklər. | yravil | Maraqlı faktlar | 18 yanvar 2012, 18:29 |
Ən böyük ölkə- Rusiya 17.045.400 km2 sahəyə malikdir.
Ən böyük zəlzələ- 1556-cı ildə Çində meydana gələn zəlzələdə təxminən 850.000 adam ölmüşdür.
Ən kiçik ölkə- Vatikan təxminən 27 dönüşdür. Ölkə xəritəsində evlər belə çox diqqətə çarpandır.
İlk dünya xərtəsi- E.ə. 150-ci ildə Ptolemaios tərəfindən çəkilib.
Şimal qütbünə ilk çatan insanın 1909-cu ildə Robert Pear olduğu deyilsə də bu mövzuda qəti dəlillər yoxdur. Qütbə çatdığını ilk sənədləşdirən və isbat edən isə 1968-ci ildə Ralph Plaisteddir.
Cənub qütbünə ilk çatan 1911-ci ildə Norveçli Ronald Amundsen və qrupu, cənub qütbünə ilk çatan insanlardır.
Hər iki qütbə də gedən kişi Amerikalı David Porter, 1970-ci ildə Cənub Qütbünə, 1979-cu ildə Şimal Qütbünə çatmışdır.
Ən sıxlıq ölkə- Çin, 1.285.000.000 adam ilə ən sıxlıq ölkədir.
Ən sıxlıq şəhər- Tokioda 27 milyon insan yaşamaqdadır.
Ən dərin yer- Filippin yaxınlığındakı Mariana Çuxurudur.Onun dərinliyi 11020 metrdir.
Ən çox qonşusu olan ölkə- Çinin 14 qonşusu vardır: Koreya, Rusiya Federasiyası, Monqolustan, Qazağıstan, Qırğızıstan, Tacikistan, Əfqanıstan, Pakistan, Hindistan, Nepal, Butan, Burma, Laos və Vyetnam.
Ən uzun çay- Misirə tarix boyu həyat verən Nil 6648 km uzunluqdadır.
Avropanın ən yüsək yeri- Elbrus 5633 metrdir.
Afrikanın ən yüksək yeri- Klimancaro. 5895 metrdir.
Şimali Amerikanın ən yüksək yeri- McKinley. 6194 metrdir.
Cənubi Amerikanın ən yüksək yeri- Acongagua. 6960 metrdir.
Avstraliyanın ən yüksək yeri- Kostyusko 2228 metrdir.
Antarktidanın ən yüksək yeri- Vinson Massivi. 4898 metrdir.
Ən yüksək şəlalə- Venesueladakı Anhel şəlaləsi 978 metrdən axır.
Ən böyük qitə- Asiya qitəsi 44.500.000 km2 sahə ilə ən böyük qitədir.
Ən böyük səhra- Afrikanın şimal-qərbindəki Böyük Səhra, 8.500.000 km2.
Ən böyük dəniz- Böyük (Pasifik) Okean. 166.000.000 km2.
Amerika qitəsinə ilk çatan Christopher Columbus, 1492-ci ildə Amerikanı kəşf etdi. Ancaq oranı Hindistan hesab etdiyi üçün qitə onun yox Amerigo Vespuccinin adına adlandırıldı.
Ən çox qitə görən kapitan- Kapitan Cook, Antarktika xaricində bütün qitələri görmüşdür.
Ən çox yağış düşən sahə- Havaydakı Waiale dağında ilin 350 günü yağış yağır.
Ən yüksək fəal vulkan- Antofalla vulkanı 6450 metr yüksəklikdədir.
Ən yüksək yarı fəal vulkan- zaman zaman hərəkətə keçən ən yüksək vulkan, Lullaillaco vulkanıdır. Yüksəkliyi 6723 metrdir.
Ən yüksək sönmüş vulkan- Acongagua vulkanı 6960 metr yüksəklikdədir. Bu üç vulkan da Argentina sərhədləri daxilində yerləşir.
Ən böyük körfəz- 1.500.000 km2 sahə ilə Meksika körfəzi ən böyük körfəzdir. Sahil uzunluğu 5000 km-ə çatır.
Ən böyük ada- Danimarkaya bağlı Qrenlandiya əksəriyyəti buz olsa da 2.715.000 km2 sahə ilə ən böyük adadır.
Ən dərin göl- Baykal gölünün bəzi nöqtələri 2 km dərinliyə çatır.
Ən uzun yer adı- Taylandın paytaxtı Bangkokun xalq arasındakı adı 166 hərfdən ibarətdir: Krungthep Mahanakhon Bovorn Batanokosin Mahintharayutthaya Mahadilokpop Noparatratchathani Burirom Udomratchanivetmahasathan Amornpiman Avatarnsathit Sakkathatiyavisnukarmprasit.
Yaşanan ən yüksək yer- Himalayda 5990 metr yüksəkdə olan bir qalada insanlar yaşamaqdadır.
Ən böyük tunel- Yaponiyadakı Akhi tuneli 13 km-dir.
Dünyanı ən çox gəzən insan- Amerikalı Jessie Rosdail, həyatı boyunca C. Koreya və bir Fransız müstəmləkəsi xaric bütün ölkələri görmüşdür.
Ən düz ölkə- Maldiv Adalarının ən yüksək yeri dənizdən 2,5 metr yüksəkdədir.
Ən kələ-kötür ölkə- Lesothonun dənizə ən yaxın yeri dənizdən 1380 metr yüksəkdədir.
Ən uzun ölkə sərhəddi- ABŞ-Kanada arasındakı sərhəd 6416 km boyunca uzanır.
Ən qısa ölkə sərhəddi- Zambia, Zimbabwe, Botswana və Namibia bir nöqtədə kəsişirlər.
Ən çox dəniz sərhədi olan ölkə- Kanadanın sahilləri 244.000 km uzunluğa malikdir.
Ən az dəniz sərhəddi olan ölkə- Heç sahili olmayan ölkələr xaricində Togonun dənizlə 73 km sərhəddi vardır.
Ən quraq yer- Çilidəki Atakama səhrasında axırıncı dəfə 400 il əvvəl yağış yağmışdır.
Dənizə ən uzaq yer- Çinin Sin Kiang əyalətində bir yer dənizdən 2400 km uzaqlıqdadır.
Ən uzun mağara- Kentuçkidəki bir mağara 350 km uzunluqdadır.
Ən sadə milli bayraq- Libiya bayrağı yalnız yaşıl rəngdən meydana gəlir və üzərində heç bir naxış
| ['Coğrafiya', 'maraqli faktlar', 'ənlər'] |
4,440 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/8369/h%C9%99yata-f%C9%99rqli-bax%C4%B1%C5%9F.html | Həyata fərqli baxış | DiplomatkA | Düşündürücü hekayələr | 18 yanvar 2012, 16:33 |
Amerikada bir kişi lotodan bir milyon dollar qazanır,avtomobilinə gedərkən bir qadın qızının çox ağır, ölümcül bir xəstəliyə tutulduğunu və beş yüz min dollar tapa bilməzsə sabah qızının öləcəyini söyləyir.
Adam heç düşünmədən pulunun beş yüz min dollarını ona verir. Sabahısı gün bu hadisəyə şahid olan biri, kişiyə o pulu verdiyi qadının bir fırıldaqçı olduğunu və onu aldatdığını söyləyir. (adam həqiqətən də aldadılmışdır) Bu xəbəri eşitdikdən sonra kişi yalnız gülür. Bu vəziyyətə qarşısındakı insan olduqca təəccüblənir.
-Necə ola bilər,axı qadın səni aldatdı, heç kədərlənmədin? Kişnin verdiyi cavab maraqlıdır:-Mənim sevincim sabah öləcək bir qızın olmamasıdır!
| ['fərqli düşüncə'] |
4,441 | https://kayzen.az/blog/edebiyyat/8368/baba-p%C3%BCnhan-g%C9%99ls%C9%99-qiyam%C9%99t,-ay-ata.html | Baba Pünhan-Gəlsə qiyamət, ay ata | DiplomatkA | Ədəbiyyat | 18 yanvar 2012, 15:40 |
Nə yaman eyləmisən rüşvətə adət, ay ata,Yıxacaq evmizi bir gün bu cinayət, ay ata.Sənə mənsəb verilibsə, o deməkdirmi məgər,Tikəsən nəslinə hər yerdə imarət, ay ata.Əməlinlə məni rüsvayi-cahan eyləmisən,Çəkiəm dostlar arasında xəcalət, ay ata.Sənin ekrandakı yaltaqlığın üzmüş anamı,Ona rişxənd eləyir külli-cəmaət, ay ata.Bilirəm, sən də alırsan yığasan verdiyini,
Verməsən ustuluva yoxdu zəmanət ay ata.Salmısan zindana yüzərlə günahsızları sən,Onların qarğışı qoymaz bizi rahət, ay ata.Gəmiçi öz gəmisində sənə yer verdi fəqət,Gəmisin istədin ondan bu xəyanət, ay ata.Hara getsən son ümidün yenə Allah olacaq,Tövbə qıl, gəl namaza eylə ibadət, ay ata.Xəlqdən pünhan olan sərvəti qaytar xalqa,Macalın olmayacaq gəlsə qiyamət, ay ata.
| ['Baba Pünhan'] |
4,442 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/8367/qad%C4%B1nlar-n%C9%99-ist%C9%99r.html | Qadınlar nə istər... | umud600 | Xoşbəxt ailə | 18 yanvar 2012, 15:28 |
Əgər ailə səadətindən danışırıqsa, qadınların kişilərdən, kişilərin də qadınlardan nə istədiklərini bilmədən məqsədimizə nail ola bilmərik. Həqiqətən də elə xırda məsələlər vardır ki, unudulduğu üçün çox şeyləri görməyimizə, yaşamağımıza mane olur. Elə isə gəlin, bu xırda nöqtələri bir yerdə axtarıb tapaq... Qadın bir yerdə yaşamaq, hər çətinliyə bir yerdə sinə gərmək üçün həyatını bağladığı yoldaşından ilk növbədə səadət istəyir. Bəli, bir qadın yoxsulluğa dözə bilər; xəstəliklərə, çətinliklərə sinə gərə bilər, ancaq inanın, o zərif ruhu həyat yoldaşının həyatındakı ikinci bir qadın olmaq bir tərəfə dursun, onun gözünə dəyən iki cüt gözdən biri olmağa belə dözə bilməz. Və bu zərif məxluq haradasa duyğulardan ibarət yaradıldığı üçün nə alçaldılmağa, nə də incidilməyə razı olar. Bir cüt göz xatirinə min çiləyə sinə gərsə də, bir cüt sözün acısı ilə günlərlə göz yaşı tökə bilər. Qadın xatırlanmaq istəyər. Özü əlamətdar günləri unutmadığı kimi, bu günlərdə unudulmaq da istəməz. Həyat yoldaşından aldığı qönçə bir gül də olsa, ən çox istədiyi şey onun gözlərindəki sevgi olar. Qadın, gözəlliyinin dilə gətirilməsini istəyər. Dünya gözəli olmadığını bilər, ancaq dünya gözəli kimi diqqət, qayğı gözləyər. İltifatlardan xoşlanar, ən kiçik dəyişikliklərin belə hiss olunmasını sevər, sevgini sevər, sevməkdən bezməz. Və inanın, istədiyi sevgini tapsa, bir qadın, bir anda mələyə, xeyirxahlıq pərisinə, ya da insanüstü bir varlığa çevrilər. Bir də görərsiniz ana olar, min bir əzabla dünyaya gətirdiyi körpəsinin hər əziyyətinə sevərək, gülərək qatlanar. Bir də görərsiniz tibb bacısı kimi səhərə qədər gözünü qırpmadan növbə gözləyər xəstə övladının başı üzərində. Bir də görərsiniz müəllimədir, qələm tutdurar, yazı yazdırar ciyərparasına. Əxlaq dərsi verər, övladının üzüağ, alnıaçıq bir insan kimi yetişməsi üçün bəzən çatılar qaşları. Bəzən sınar qəlbi, ancaq yenə də enməz səmalara dua üçün qalxmış əlləri...
Bir də görərsiniz aşpazdır, bir də görərsiniz dərzi... Ev süpürərkən, yer silərkən görənlər onun bu qədər ülvi hisslərlə dolu olduğuna inana bilməzlər. Təmizlik işçisi sanarlar. Qəlbində qaynatdığı " sevgi qazanı " ilə hər şəklə girər, hər peşənin mahir ustası olar... Ancaq könlündəki sevgini əks etdirəcəyi bir könül tapmasa, qabiliyyətləri korşalar, gözəl üzü solar, qol - qanadı qırıq, yolunu itirmiş bir quşa çevrilər. Xanımı ilə gözəl davranan, onun sevgisinə bir dəstə nərgiz çiçəyi ilə sahib olan kişilərin nə qədər sərfəli bir alış - veriş etdiyini gördünüzmü? Səadət uzaqda deyil. Yetər ki, biz ona sahib olmaq istəyək.
| ['Xoşbəxt ailə', 'qadın', 'sevgi', 'səadət'] |
4,443 | https://kayzen.az/blog/Fianda/8365/qorxuram.html | QORXURAM... | Fianda | Bloq: Fianda | 18 yanvar 2012, 13:41 |
Qorxuram... Insanlardan deyil, onların daxilində gizlənən şeytanın şərrindən qorxuram. İsti baxışların arxasında gizlənən buz kimi qəlblərdən qorxuram. Üzümə baxıb, gülənlərin, əslində üzümdə göz yaşı axtarmasından qorxuram. Bəzən çökmüş sükutun arxasında partlayacaq səs-küydən qorxuram. Gecənin qaranlığından deyil, gündüzün işığından qorxuram. Sığalların arxasıyca gələcək zərbələrdən qorxuram.
Həyatın özündən, gələcək hər günümdən, yaşamaqdan qorxuram...
| ['qorxuram'] |
4,444 | https://kayzen.az/blog/PR/6299/sponsorluq-v%C9%99-xeyriyy%C9%99%C3%A7ilik.html | Sponsorluq və xeyriyyəçilik | marketoloq | Public relations | 18 yanvar 2012, 11:36 |
Sponsorluq PR fəaliyyətinin geniş yayılmış növlərindən biridir. Bəzən onu xeyriyyəçiliklə səhv salırlar. Bunlar arasında fərq doğrudan da çətin seziləndir. Sponsorluq təşkilatın reklam və marketinq strategiyası ilə birbaşa əlaqədar olan fəaliyyət növüdür. Təsadüfi deyil ki, reklam nəzəriyyəçiləri və marketoloqlar sponsorluq üçün çəkilən xərclərin səmərəliliyini yoxlamaq üçün xüsusi metodlar da təklif edirlər. Xeyriyyəçilik isə daha filantropik məqsədlər güdür və o, sırf PR fəaliyyətidir. Bu fərqi daha aydın təsəvvür etmək üçün aşağıdakı misallara diqqət yetirək:
Sponsorluq - təşkilat hər hansı kitabın nəşrini bütövlükdə və ya qismən maliyyələşdirir və bunun müqabilində kitabın titul səhifəsində öz loqotipinin çap olunmasını tələb edir.
Xeyriyyəçilik - təşkilat nəşr olunmuş kitabın tirajının bir hissəsini alır və onu pulsuz olaraq yetim uşaqlara paylayır.
Və yaxud:
Sponsorluq - təşkilat səhnə ulduzlarının konsertini maliyyələşdirir və konsertin gedişində bu, mütləq müxtəlif formalarda qeyd olunur.
Xeyriyyəçilik - konsertdən gələn gəlir talassemiya xəstəliyinə tutulmuş uşaqların müalicəsinə yönəldilir.
Bir sıra hallarda bu iki fəaliyyət növü bir aksiyada birləşir. Məsələn, «Eksson» neft şirkəti «Ayna» Mətbu Evi»nin nəşr etdiyi çoxcildli «Uşaq Ensiklopediyası»nı maliyyələşdirmiş və kitab hazır olduqdan sonra onun bir hissəsini qaçqın uşaqlarına paylatmışdır.
Beləliklə, əsas meyarı maliyyələşdirilən tədbirin kütləviliyi olan sponsorluqdan fərqli olaraq, xeyriyyəçilik əhalinin daha az müdafiə olunan təbəqələrinə (qaçqınlar, xəstələr, kimsəsiz qocalar, əlillər, yetim uşaqlar və s.) yönəldilir. Əlbəttə, bu heç də həmişə o demək deyil ki, xeyriyyəçilik aksiyasını həyata keçirən təşkilat bu aksiyanın reklamında maraqlı deyil.
Sponsorluq təşkilatın reklamı üçün geniş imkanlar açır. Şirkətin bu və ya digər tədbirə, layihəyə sponsorluq etmək qərarına əsasən bir amil daha çox təsir göstərir: tədbiri seyr edəcək aktiv (tədbirin bilavasitə iştirakçıları) və passiv (tədbir haqqında KİV-dən məlumat alanlar) tamaşaçıların kəmiyyəti və keyfiyyəti. Sponsorluğun «qiyməti» də bununla ölçülür. Məsələn, televiziya ilə dünyanın hər yerində nümayiş etdirilən Beynəlxalq Olimpiya oyunlarına sponsorluq on milyonlarla dollar tələb edir. Bununla belə, bu sponsorluqdan qazanılan dividend (Return on Investment - ROI) çox yüksək ola bilər, belə ki, həm tədbir zamanı, həm də onun KİV-lə nümayişi vaxtı sponsor reklam üçün böyük imkanlar əldə edir. Məhz buna görə də sponsorluqda PR-lə reklam birləşir: tədbirin sponsoru kimi şirkətin nüfuzunun qaldırılması PR fəaliyyətinə aiddirsə, tədbir zamanı sponsorun reklamının təşkili sırf reklam fəaliyyəti deməkdir.
Sponsorluq kifayət qədər böyük xərc tələb edən işdir. PR mütəxəssisləri və reklamçılar sponsorluq strategiyasını işləyib hazırlayarkən əsasən iki məqam üzərində düşünməli olurlar: hansı layihələrə üstünlük verməli və çəkilən xərclərin səmərəliliyini necə hesablamalı? Böyük təşkilatların büdcəsində adətən sponsorluq üçün nəzərdə tutulmuş xərclər də ayrıca maddə ilə göstərilir.
Bəs sponsorluq üçün hansı layihələrə üstünlük vermək lazımdır?
Reklamda olduğu kimi, burada da auditoriyanın kəmiyyəti və keyfiyyəti əsas meyarlardır. Buna görə də hər hansı tədbirə sponsorluq edənlər bu tədbirdə kimlərin iştirak edəcəyinə ciddi diqqət yetirirlər. Bəzi təşkilatlar eyni zamanda həm müasir pop-ulduzunun konsertini, həm gözəllik müsabiqəsini və baleti, həm də opera tamaşasını və kamera orkestrinin konsertini maliyyələşdirirlər: bunlar elə təşkilatlardır ki, onların auditoriyasına cəmiyyətin müxtəlif təbəqələri daxildir.
Sponsorluq edilən maraqlı tədbirlərdən biri də müsabiqələrdir. Müxtəlif müsabiqə və yarışlar təşkil etməklə sponsorların diqqətini çəkmək olar. Məsələn, Böyük Britaniyada bir qallon benzinə ən uzun məsafə qət etmək üzrə Shell firması tərəfindən maliyyələşdirilən avtomobil yarışı ümummilli marağa səbəb olmuşdu. Ən anlaşılmaz sənəd üçün başqa bir ingilis şirkətinin keçirdiyi müsabiqə isə KİV tərəfindən çox geniş işıqlandırılmışdı.
Bu cür müsabiqələrin keçirilməsi böyük təşkilatçılıq işi tələb edir. Adətən belə müsabiqələrin nəticələrini qiymətləndirmək üçün müvafiq mütəxəssislər və ekspertlər dəvət olunurlar.
Beləliklə, müsabiqəni maliyyələşdirmək təklifini irəli sürərkən PR mütəxəssisi tədbirin smetasından əlavə bir neçə məqamı nəzərə almalıdır:
Müsabiqənin predmeti və onun cəmiyyətin mentalitetinə uyğunluğu;
Müsabiqənin təşkilatçıları və onların cəmiyyətdəki imici;
Müsabiqənin şərtləri, obyektivliyi və şəffaflığı;
Müsabiqənin iştirakçıları, mümkün qalibləri.
Bir çox hallarda bu cür müsabiqələrin təşkilatçıları ictimai birliklər olur. Onlar fəaliyyət göstərdikləri sahədə müxtəlif mükafatlar təsis edir, sorğular keçirir, müsabiqələr təşkil edirlər. Bəzən onlar kommersiya şirkətləri arasında bu tədbirlərə sponsor tapmağa nail olurlar. Məsələn, «Yeni Nəsil» Jurnalistlər Birliyinin ən yaxşı jurnalistlər və KİV üçün təsis etdiyi «Media Açarı» mükafatının verilməsi mərasiminə müxtəlif vaxtlarda «NAB group» «Azərsell», «Kaspianbank» kimi şirkətlər sponsorluq etmişlər.
Müsabiqəni təşkil edənlərin cəmiyyətdəki nüfuzu təsis olunmuş mükafata və müsabiqənin qaliblərinə münasibəti və ümumiyyətlə tədbirə olan marağı şərtləndirən əsas amillərdən biridir. Bu cür müsabiqələrdə qalibin müəyyənləşdirilməsi prosesinin obyektivliyi bəzən şübhə doğurur. Buna görə də mükafatın az tanınan, hələ özünə möhkəm nüfuz qazanmamış təşkilatlar tərəfindən verilməsi bəzən cəmiyyətdə xoşagəlməz şaiyələrə səbəb olur. Belə müsabiqələrə sponsorluq etmək şirkətə xeyirdən çox ziyan gətirə bilər. Lakin bu, heç də o demək deyil ki, nisbətən az tanınmış ictimai birliklərin maraqlı ideyalarına məhəl qoymaq lazım deyil.
Yeni təşkil olunmuş Azərbaycan Qadın Jurnalistlər Assosiasiyası 2000-ci ildə qadın jurnalistlər arasında peşəkarlıq müsabiqəsi keçirmişdi. Müsabiqənin şərtlərinə görə, ilkin seçim mərhələsindən keçmiş və finala çıxmış jurnalistlər mükafatlandırma mərasimi zamanı hamının gözü qarşısında tanınmış şəxslərdən müsahibə götürməli idilər. Münsiflər heyəti onların peşəkarlığını qiymətləndirməli idi. Beləliklə, müsabiqə şərtlərinin şəffaflığı bu layihəyə sponsorluğu təmin etmişdi.
Azərbaycan ictimaiyyətini səciyyələndirən cəhətlərdən biri buradakı siyasi qarşıdurmanın kəskinliyidir. Buna görə də şirkətlər sponsorluq strategiyasını işləyib hazırlayarkən bu amili nəzərə almalı olurlar. Təsadüfi deyil ki, böyük transmilli neft şirkətlərinin sponsorluq strategiyasında siyasətlə bağlı heç bir tədbirə yer verilmir.
«RUH» Jurnalistləri Müdafiə Komitəsi hər il siyasi xadimlər arasında «Jurnalistlərin dostu»nu müəyyən etmək üçün sorğu keçirir. Mükafatın sahibi jurnalistlərin, ictimai və siyasi xadimlərin iştirakı ilə keçirilən xüsusi mərasimdə elan edilir. Bu layihə böyük xərc tələb etmir və ilk baxışdan bir çox şirkətlərin PR üzrə mütəxəssislərinin diqqətini cəlb etməlidir. Əvvəla, mətbuat bu tədbiri çox geniş işıqlandırır ki, bu da hər bir materialda sponsorun adının çəkilməsi deməkdir. İkincisi, şirkət həmin tədbirə sponsorluq etməklə onun təşkilatçısı olan jurnalist birliyi ilə yaxın əlaqələr yaratmış olur - bu da kifayət qədər əhəmiyyətli faktordur. Üçüncüsü, sponsor mükafata layiq görülmüş siyasi xadimlə də xoş ünsiyyət qura bilər, məlumdur ki, bu səviyyədə olan siyasi xadimlərin hər birinin arxasında ictimaiyyətin müəyyən bir qismi dayanır. Beləliklə, sponsor «bir güllə ilə bir neçə dovşan vura bilər». Lakin qəribə də olsa, şirkətlər bu layihəyə sponsorluq etməkdən çəkinirlər. Bunun da bir səbəbi var: mükafatın iqtidar, yoxsa müxalifət nümayəndəsinə qismət olacağını qabaqcadan müəyyən etmək olmur. Hər iki halda sponsor açıq dostla yanaşı, gizli düşmən də qazana bilər.
Bir sıra hallarda şirkətlər tanıdıqları təşkilatların sponsorluq haqqında müraciətlərinə müsbət cavab versələr də, göstərdikləri maliyyə yardımının gizli saxlanılmasını xahiş edirlər. Bunun da səbəbi yuxarıda deyilənlərlə izah olunur - şirkət müəyyən siyasi dairələrin lazımsız diqqətini özünə cəlb etmək istəmir. Beləliklə, PR fəaliyyətinin səmərəsi xeyli azalır - şirkət yalnız ona müraciət edən təşkilatla əlaqələri müsbət istiqamətdə inkişaf etdirmiş olur. Geniş ictimaiyyət isə onun xeyirxah fəaliyyətindən xəbərsiz qalır və o, tədbir zamanı reklam olunmaq imkanından məhrum olur.
Bəzən şirkətlər və ya ayrı-ayrı şəxslər qapalı bir dairədə keçirilən, mətbuatda çox az işıqlandırılan tədbirlərə sponsorluq edirlər. Bunun iki səbəbi ola bilər: 1) şirkətin əlaqə yaratmaq istədiyi auditoriya məhz həmin
qapalı dairədən ibarətdir; 2) tədbirin yönümü şirkət sahibinin xobbisi ilə bağlıdır.
Bilyard, tennis üzrə turnirlər, kamera musiqisindən ibarət 30-40 nəfərlik konsertlər bu cür tədbirlərdəndir. Azərbaycanda belə sponsorluq daha çox xarici şirkət sahiblərinə, səfirlərə və onların xanımlarına xasdır. Həmin tədbirləri təşkil etməklə onlar yaxınlıq etdikləri dairələrdə öz mövqelərini gücləndirir, tədbirlərə yeni adamlar dəvət etməklə isə bu dairəni genişləndirirlər.
Qeyri-hökumət təşkilatlarının rəhbərləri üçün kamera tədbirlərinin əhəmiyyəti böyükdür. Bu tədbirlərdə onlar təşkilatlarının fəaliyyəti üçün gərəkli mütəxəssislərlə ünsiyyət yaradır, əlaqələri daha da sıx və şəxsi səviyyədə qurmaq imkanına malik olurlar. Bu şəxslərin maraq dairələrini öyrəndikdən sonra QHT rəhbərləri özləri istedadlı incəsənət ustalarının iştirakı ilə kiçik tədbirlər təşkil edə (xüsusilə milli bayramlar vaxtı) və həmin şəxsləri oraya dəvət edə bilərlər. Furşetlər və yüngül qəlyanaltı ilə müşaiyət olunan bu sayaq tədbirlər böyük xərc tələb etmir. Lakin qeyd etmək lazımdır ki, belə yerlərdə işgüzar söhbətlər yolverilməzdir. Burada uzaqbaşı vizit kartları ilə mübadilə etmək, işgüzar söhbətin vaxtını və yerini razılaşdırmaq olar.
Müəllif: Rafiq İsmaylov Mənbə: İctimaiyyətlə Əlaqələr: BÜTÜN YOLLAR KİV-DƏN KEÇİR kitabı
| ['sponsorluq', 'public relations'] |
4,445 | https://kayzen.az/blog/maraqli-faktlar/8357/insan-beyni-haqq%C4%B1nda-maraql%C4%B1-faktlar.html | Insan beyni haqqında maraqlı faktlar | Aysel218 | Maraqlı faktlar | 17 yanvar 2012, 19:21 |
1. İnsan beyninin ağırlığı təxminən 1.3 kiloqram civarındadır.2. Beyniniz ölməyə başlamazdan əvvəl ən çox 4-6 dəqiqə arasında oksigensiz qala bilər.3. Beyninizdə tam 100 milyard sinir hüceyrəsi var.4. “İnsan beyninin yüzdə onunu istifadə edir” deyimi səhvdir. Beynin hər bölgəsinin bir funksiyası vardır.5. Hər insan doğulanda eyni sayda beyin hüceyrəsinə malik olur. Bu ədəd altı yaşında maksimum səviyyəyə çatır.6. Yeni doğan bir körpənin beyni sonrakı ilk ildə tam üç qat böyüyür.7. Toxunma duyğusu ilk yaranan duyğudur. Ana qarınında əmələ gəlir.8. Beyninizi davamlı işlədin, çünki zehni fəaliyyətlər beyninizdə yeni sinir hüceyrələrinin meydana gəlməsini təmin edir.9. Hər vaxt müsbət düşünün. Araşdırmalar həkimlərə müraciət edənlərin yüzdə 60-nın psixoloji səbəblərlə həkimə müraciət etdiyini ortaya qoyur.10. Qidalanmanın beynə olduqca faydalı təsiri vardır. Nyu-Yorkda aparılan bir araşdırmada günorta yeməyində süni souslar və qidalandırıcılar istifadə etməyənlərin IQ səviyyələrinin digərlərinə nisbətən yüzdə 14 daha yüksək olduğunu ortaya qoyub.
12. Bir şey xatırladığınız və yeni düşüncələr yaratdığınız hər an beyninizdə yeni əlaqələr qurursunuz.13. Qoxu vasitəsilə əldə etdiyiniz bir xatirəniz, beyninizdə qurulan ən romantik əlaqədir.14. Yuxunuzu təşkil edin. Beyninizin ən çox istirahət etdiyi an yuxuda olduğunuz anlardır.15. Başınız ağrıyanda beyniniz heç bir ağrı hiss etməz. Hadisə tamamilə acı qəbulediciləriylə əlaqəlidir.16. Yatdığınız müddət içində beyniniz yarıparalizə olur. Bu müddətdə beyniniz bir hormon ifraz edir. Bu hormon yuxularınız əsnasında reaksiya vermənizi qarşılayır.17. İnsanlar orta hesabla yuxusunu yüzdə 12-sini ağ-qara görür.18. Beyniniz soyuducunuzun lampasından daha az enerji istehlak edər. Beyin 12 watt gücündə enerji istifadə edirr ki, böyük ölçülü iki banandan əldə ediləcək enerjiyə bərabərdir.19. Sıx yaşanan reaktiv-lag yaddaşa zərər verə bilər. Sıxlıqla qitələr arası uçuş edən insanlar beyin ziyanı və ya yaddaş zəifliyi yaşaya bilərlər. Ehtimalla bunun səbəbi reaktiv-lag əsnasında çoxlu sayda stress hormonu ifraz olunması və bu hormonların beyinə lobuna və yaddaşa zərər verməsidir.20. Gurultulu bir otaqda nə üçün telefonla danışmaq çətindir? Bu vəziyyətdə beyniniz telefondakı yoldaşınızın səsiylə otaqdakı digər səsləri ayırd etməkdə çətinlik çəkir. Telefonunuzun mikrofonunu əlinizlə bağladığınız anda əslində içində olduğunuz otaqdakı səslərin telefona girməsinə mane olduğunuz üçün səs qarışığına mane olmaqla beyninizin işini asanlaşdırır.21. Video oyunları eyni anda birdən çox işi edə bilmənizə köməkçi ola bilər. Bu mövzuda edə biləcəyiniz təcrübə isə bir çox hədəflərə atəş açmaq məcburiyyətində qaldığınız bir video oyunu ola bilər.
| ['maraqlı faktlar'] |
4,446 | https://kayzen.az/blog/ekoibrahim/8356/albert-camus-yad.html | Albert Camus - Yad | ekoibrahim | Bloq: ekoibrahim | 17 yanvar 2012, 19:14 |
Uşaqlığını Əlcəzayirdə keçirdən Albert Kmayu ( Albert Camus ) 1913 – cü ildə Mondovi qəsəbəsində anadan olmuşdur. Olduqcakeşməkeşliuşaqlığı olmuşdur. ( Vərəm xəstəliyi, atasını ölümü, siyasi işlərə baş qoşması, təhsilinin yarımçıq qalması və s. ) Nihilizmin absurd anlayışının əsasını qoymasa da onun inkişafı və yayılmasında olduqca böyük rol oynamışdır. Marksizim – Leninizmə olduqca böyük həvəs göstərmiş və futbolla məşğul olaraq qapıcılıq etmişdir. Dünyada Rudyard Kiplingdən sonra dünyada Nobel mükafatını alan ən gənc yazardır.
Kamyu deyincə ədəbiyyat sahəsində ilk ağlagələn onun 1942-ci ildə nəşr olunan “ Yad ” əsəridir. Mövzusu çox sadədir. Əhvalatdakı hər şey çox qısa zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində bir Ərəbi öldürən orta təbəqədən olanbir fransız, özünün addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir. Roman boyu başqalarının adı xatırlandığı halda əsərin baş qəhrəmanının adını belə öyrənə bilmirik.
Yad...kimdir yad? Bizim kimi olmayanlar? Bizim kimi düşünməyənlər? Bizim kimi geyinib, yeyib içməyənlər? Oxşar xüsusiyyətlər hər zaman insanları birləşdirir nəticədə qruplar yaranır. Cəmiyyət də belədir. Cəmiyyətin başında duranlar isə standartdan fərqlənənləri uzaqlaşdırmaq istəyirlər. İnsanların oxşar xüsusiyyətlərinin çox vaciblik təşkil edən dünyada yaşayırıq.
Povest, cəmiyyətdə yaşaya yaşaya o cəmiyyətə yadlaşmış birisinin həyatını təsvir edir. Həyatının bütün məqamlarıyla bizə yad insanın hansı hisslər keçirdiyini göstərməyə çalışır. Bir insanda insanlığın bütün xüsusiyyətləri var. Sadəcə nisbətləri müxtəlifdir. Olur ki, insan bəzən özünü çox tənha hiss edir. Çox şeyə məna verə bilmir.( Şəxsən məndə bu hallar tez-tez olur.) Olur ki, insan özünü çox fərqli hiss edir, bir birinə oxşayan standart insanlara və onların həyat tərzlərinə gülür. Olur ki, insan bəzən çox peşmançılıq hissi keçirdir, keşkə geriyə qayıdıb daha başqa cür yaşaya bilsəydim deyir. Olur ki, insan yaşadığı cəmiyyətin, dünyanın ədalətini, dəyərlərini, azadlığını, inancını “ sorguluyur ”. Olur ki...
Əsərin baş qəhrəmanı həyata məna verə bilməyən, sevməklə sevməməyi, ölümlə yaşamağı bir birinə bərabər tutan birisidir ( çox guman ki, bu onun özüdür – şəxsi fikrimdir ). Az dostu olan, sevgilisinə səni sevirəm deməyi bacarmayan ( bunu mənasız görən ), anasını ölümünə kədərlənməyən, hər şeyə öyrəşmək olar fikrini öz həyat fəlsəfəsi edən və bu dünyanın bizə təqdim edə biləcəyi şəffaflıq və mənanın olmadığını müdafiə edən bir insanla qarşı qarşıyayıq. Bu insan ətrafına, hisslərə, gözləntilərə və ən əsası öz özünə özgələşmişdir, yadlaşmışdır. Absurd fəlsəfəsi ona hökmranlıq edir. Dostu Raymonda qarşı təhlükə törədən və Raymondun keçmiş məşuqəsinin qardaşı olan bir ərəbi öldürməklə Cənab Mersonun ( bu onun soyadıdır ) məhkəməsi başlayır. Burda biz iki məhkəmə görürük. Bir tərəfdə olduqca stereotipli cəmiyyətin onun üçün qəti əhəmiyyəti olmayan dəyərləri ona qarşı istifadə edərək onun mühakimə edən məhkəmə. Digər tərəfdə isə Mersonun öz – özünə qarşı olan ( tam olaraq məhkəmə deməzdim ) sanki bəzi şeyləri başa düşmək mənasını ifadə edən oyanış. Sanki ölmədən öncə ölür Cənab Merso. Hər şeyi bir daha xatırlayır və başqa cür düşünə və yanaşa biləcəyini qəbul edir. ( əslinədə ikisinin arasında qalır ) Buna baxmayarq artıq gecdir. Çünki onun üçün atıq edam qərarı verilib. Povestin digər maraqlı hissəsi onun dəfələrlə keşişdən imtina etməsi və sonra onunla olan söhbətidir.
Verilmək istənən mesaj: Həyatın avtomatlaşmış təkdüzən mühitində robotlaşmış insan ölümü rahatlıqla qəbul edir. Əsas olan mənadır amma nə yazarın özü nə də əsərin qəhrəmanı bunu tapa bilmir. Insan oğlu bunu min illərdir axtarır. Bu əzabdan qurtulmaq üçün məncə biz Allaha sığınmalı və ona inanmalıyıq. Ətrafımızdakı gözəllikləri görmək, sevdiklərimizin sevgisini başa düşmək heç də hamıya nəsib olmur.
Bir neçə saatda oxuya biləcəyiniz amma bir neçə gün düşünəcəyiniz bir kitab.
Səbrinizə görə təşəkkürlər...
Əlavə yazılar üçün: niftiyevibrahim.blogspot.com
| ['povest', 'kitab', 'kamyu'] |
4,447 | https://kayzen.az/blog/etiket/8355/masa-b%C9%99z%C9%99m%C9%99k-estetikas%C4%B1.html | Masa bəzəmək estetikası | Bakılı | Etiket və nəzakət qaydaları | 17 yanvar 2012, 18:27 |
Yemək bişirmək necə sənət hesab edilirsə, onu bəzəyib süfrəyə gətirmək də başqa bir sənət sayılır. Yeməkləriniz nə qədər gözəl, dadlı olursa-olsun, əgər siz süfrə qaydalarından bixəbərsinizsə, o zaman bu hal həm sizi, eyni zamanda da gələn qonaqlarınızı yoracaq. Yaxşı, təqdirəlayiq bir qonaqlıq vermək fikriniz varsa, gələn dəvətlilərin sağlıq durumlarından tutmuş onların yaşına kimi bütün xırda detalları belə nəzərə almalısınız. Mütəxəssislərin fikrincə, yeməkləri hazırlayarkən həzmi daha asan və iki eyni çeşiddə ( məsələn: 2 tomatlı xörək bir arada) olmayan yeməklər daha yaxşı olar. 1. Masanın üzərinə qoyulan şamdanlar, çiçəklər kimi aksessuarlar da elə yerləşdirilməlidir ki, masa arxasında oturanlar bir-birilərini daha yaxşı görə bilsinlər. 2. Duz və istiot qabları tort üçün çəngəl-bıçaqların arxasında, lakin masanın mərkəzinə yaxın yerə qoyulmalıdır. 3. Xardal, mayonez və ketçup kimi dadlandırıcılar süfrəyə yeməklə birlikdə gətirilməlidir. 4. Əllə yeyiləcək yemək olacaqsa, yanına mütləq çox az sabunlu və ya yüngül qoxulu əl bezi verilməlidir.
5. Sümük və ya balıq qılçıqlarını qoymaq üçün xüsusi ayrılmış qablar, professionalların rəyinə görə, oturan iki nəfərin arasındakı boşluq hissəyə qoyulmalıdır. 6. Qonaqların rahat olmaları üçün aralarında ən az 60 sm məsafə olmalıdır. 7. Salfet qabları mümkün qədər sadə şəkildə olmalıdır və süfrənin bir kənarına qoyulmalıdır. Onları büküb müəyyən şəklə salmaq düzgün hesab edilmir. 8. Bulaşmış qablar sağdan alınır, yeniləri də sağ tərəfdən masaya təqdim olunur. Yalnız salat və çörək sol tərəfdən servis edilə bilər. 9. Qarnitürlər ayrıca verildiyi üçün onlar da sol tərəfdən qonaqlara təqdim olunmalıdır. 10. Və... qaydaya görə, çox nəfərlik ziyafətlərdə əllə yeyilən və sarımsaqlı yeməklər süfrəyə verilə bilməz. Müəllif:Günel Həbib
| ['yemək masaşı', 'daydalar', 'bəzəmək'] |
4,448 | https://kayzen.az/blog/poeziya/8350/ba%C4%9F%C4%B1%C5%9Fla.html | Bağışla | ayxansevda | Poeziya | 17 yanvar 2012, 13:11 |
müəllif: Əli Məmmədov, yazılıb 11 yanvar 2012 il, 20:30 Bağışla, görüşə gələ bilmədim, Sənin ürəyini sevindirmədim. Doyunca üzünə gülümsəmədim, İndi sənin üşün çox darıxnışam.
Bağışla,qəlbini duymamışam mən,
Tuta bilməmişəm, heç əllərindən. Doymadım üzünün təbəssümündən, Həmin təbəssümə həsrət qalmışam.
Bağışla,unuda bilmirəm səni, Hər an gözlədiyim o xoş səsini. Sənsiz ötən vaxtın dəqiqəsini, Saata baxanda, saat saymışam. Bağışla, hər dəfə xatırlayanda, Qəlbim xəyalınla tənhaqalanda, Ürəyim sıxılıb, hər darıxanda, Şəklinə baxmaqdan heç doymamışam.
| ['poeziya'] |
4,449 | https://kayzen.az/blog/sevgi/8348/sevgi-etiraf%C4%B1.html | Sevgi etirafı | cahandar | Sevgi | 17 yanvar 2012, 00:59 |
Çoxdan idi Tənhalıq adlı qalasına çəkilmişdi, tikilini sanki ruhunun qəsrinə döndərmişdi, hətta ətrafında da şöhrət, yaradıcılıq, İnternet kimi maneələr yaratmışdı ki, heç kim, bir insan da ora daxil olub könlünü əsir edə bilməsin...Qoca müdrik ömrünün çox hissəsini ömrünü də, ruhunu da, duyğularını da, zaman və sevgisini-sevincini də məhz o Tənhalıq qəsrində əsir kimi saxlayırdı, həyatdan əsir götürmüşdü sanki varlığını və gizləmişdi Yalqızlığında...Təkcə Azadlığı və intellekti yaxına buraxmışdı: onlarla danışır, duyğularını bu iki nəsnəyə tabe edir, birini dost, digərini isə sevgilisi kimi bəsləyir, ruhunu onların xidmətçisinə çevirmişdi...Son illər ətrafındakı minlərlə səmimi və qeyri-səmimi insanın, amansız həyatın, vəfasız Dünyanın varlığının ona heç bir isti-soyuğu yox idi...Tənhalıq qəsrini böyük bir azadlıq labirintinə çevirmişdi: oraya heç kim daxil ola bilmirdi. Özü bircə içinə daxil olmuş və İskəndər kimi o labirint də Müdrik Sufini əbədi udmuşdu. Labirintli qəsrin işığı isə onun intellekti, sənət və azadlığı idi... Ruhusa bir məşəl idi və o intellekti, sənət və azadlı alovunu yandırırdı...Tənha müdrik bir ara qərara aldı ki, qısa müddətə əsir etdiyi ruhunu girovluqdan sərbəst buraxsın: elə o dəqiqə insan seli içinə axmağa başladı. Kimi sevgi, kimi nifrət, kimi dostluq, kimi də sadəcə elə-belə Tənhalıq Qalasındakı Azadlığından oğurlamağa başladı.Sonralar güc-bəlayla də olsa, bu insan selindən xilas olandan sonra bayıra atdığı insanlar labirintdəki ruhundan - intellektindən qopartdıqlarına, az və çox götürdüklərinə görə peşiman oldular...Sufi bir-iki il bundan əvvəl də bədəni ilə bacara bilmədi, sevgisizlikdən qan vurmağa imtina etmiş ürəyinin diktəsi ilə bu dəfə Tənhalıq Qəsrinin nəfəsliyini bir balaca açdı. İçəri naməlum, özündən razı, fəqət ruhundakı saflığını sona qədər itirməyənin biri daxil oldu: və hər şey başladı...
Sevgi, dostluq, istirablar, duyğuların vulkanı, hisslərin sunamisi az qala Sufinin Tənhalıq qalası ilə birlikdə ruhunu da uçurub dağıtsın...O, artıq bütün prinsiplərini ruhunun-intellektinin əynindən soyunmuşdu: demə, sevgi insanı körpə kimi paklaşdırırmış...Sufinin bütün işi-fikri ürəyini sıxmağa başlayan yeni könül dostunun ruhuna sarı istiqamətləndiyindən, bu dünyadakı əsas missiyasını da unutmağa başlamışdı və ruhu sevgi əsirinə çevrilməyə başlayanda nəfəslikdən içəri soxulmuş insan elə qəfilcə də aradan çıxdı....Sufi yalnız onda hiss etdi ki, o insanla o qədər yaxın imiş ki, ruhu onun ruhuna yapışmış və naməlum çıxıb gedəndən sonra ruhunun da bir parçasını özüylə aparmışdı...Tənhalıq qalası da uçuldu: axı onun divarları elə ruhundan tikilmişdi...Sufi son günlər insaniləşmişdi: anladı ki, yenə bütün varlıqlar kimi yanılıb. Öz ruhundan başqa bir kimsəyə etibar yoxdur axı, amma o başqasını içinə yaxın buraxmışdı... Odur, içi darmadağın olmuşdu - sevginin şirinliyi içində elə sakitcə dağıntılar aparmışdı ki, Sufi onu yalnız Tənhalıq Qalasının uçqunları arasında əziləndə yaxşı-yaxşı anladı...P.S. Sevdiyin adamı da ürəyinin mərhəm hücrələrinə buraxmaq olmaz. Bir gün ayrılıq məqamı gələndə, sevdiyiniz insan sizin həyatınızda çıxıb getməsi əsl 9 ballıq zəlzələ effekti kimi içinizdəki Tənhalıq Qalasını uçurdur və onun altında ruhunuz, azadlığınız, sevginiz və özünüz əziləcəksiz, xilas edəniniz də olmayacaq...Müəllif: Aydın Xan Əbilov
| ['sevgi'] |
4,450 | https://kayzen.az/blog/Silen_ce/8344/x%C9%99yal-rza-ya%C4%9Fma-ya%C4%9F%C4%B1%C5%9F.html | Xəyal Rza - Yağma yağış | Silen_ce | Bloq: Silen_ce | 16 yanvar 2012, 22:42 |
Yağma yağış,
Sən yağanda xatirilər düşür yada,
Sən yağanda sənlə birgə ürəyimə yağır o, da.
Yağma yağış,
Gəl ağlama için-için,
Mən dərdimi sənə deyim,
Sən də danış,
Ağlayırsan axı neyçin?!
Yoxsa sən də dərd çəkirsən mənim kimi,
Sənindəmi ürəyinin qırılıbdır sarı simi?!
Mən yağmıram səndən də çox,
Dərd yükünü çəkə-çəkə.
Mən yağmıram bu dərd ilə,
Hər gün biraz çökə-çökə.
Yağmıram ki, yar bilməsin,
Yağmıram ki, yar gülməsin,
Nə hallara salıb deyə,
Mənim boyda bir adamı,
Yağsam çatacaq dadamı?!
Yağma yağış, yağma yağış!
Qulaqlarım kar olacaq,
Guruldama yavaş danış.
Qismətini Tanrı yazıb,
Talehinlə daha barış,
Yağma yağış!
Hə… Bax belə…
Yağmayanda daha gözəl görünürsən,
Yağmayanda başqa qəmə bürünürsən.
Yağmayanda sirr qalırsan,
Insanları düşündürüb,
Min marağa salırsan.
Qoy elə bu gündən belə,
Yar ağlasın, yar yağsın.
Məndən ötrü, səndən ötrü, ondan ötrü,
Ağ gəlinlik dondan ötrü,
Xoş sevincli sondan ötrü,
Yar aglasın, yar yağsın!
Köz basaraq sinəsini dağlasın.
Yağma yağış, yağma yağış,
Daha yağmamağa çalış.
| ['Yağış', 'Xəyal Rza'] |
4,451 | https://kayzen.az/blog/sevgi/8343/s%C3%BCrpriz-m%C9%99ktub.html | Sürpriz məktub | DiplomatkA | Sevgi | 16 yanvar 2012, 20:48 |
Həyəcanlıydı... Yata bilmirdi... Bütün gecəni yerində uzanıb gözlərini tavana zilləmişdi. Verdiyi qərarı düşünürdü. Anası onun Fəridə qoşulub qaçdığını biləndə nə edəcəkdi?... Yəqin ki, ağlayacaqdı. Başqa əlindən nə gəlirdi ki... Qardaşı əsəbləşəcək, evdə hər şeyi bir-birinə qatacaq, siqareti siqaretə calayıb anasının üstünə cumacaq, "Sən qudurtdun qızını, sənə neçə dəfə dedim ki, ona nəzarət elə... Mən səhər gedib axşam gəlirəm, xəbərim olmur, bəs sən hara baxırdın? Papağımızı soxdu yerə! Öl ay Tərlan öl, bacın qoşulub qaçdı..." deyəcək. Anası da heç nə demədən elə hey susaraq ağlayacaq... Arada da "Allah məni öldürsün, bu nə gün idi mən düşdüm, ay Allah, mənim günahım nə idi ki, bu qız belə tərbiyəsiz oldu" - deyib ağlayacaq..O, bu səhnələri kino lenti kimi gözünün önündən keçirtdi. Özü də hiss etmədən gözlərindən axan yaş damlaları balışını islatdı. Sabah o sevdiyi insana qovuşacaq. Onlar artıq öz gələcəklərini, toylarını, hər bazar bir yerdə gəzməyə gedəcəklərini, hətta övladlarının adını belə dəqiqləşdirmişdilər - oğlan olsa adını Ramal, qız olsa Nuray qoyacaqlar. Hər şey onun istədiyi kimi olacaq. Bəs niyə o belə narahat idi? Əvvəl-axır onsuz da anası onu bağışlayacaq... Yox, elə Aytənin ilk zəngində anası onu bağışlayacaq. Bir neçə ay sonra da yəqin ki, qardaşı Tərlan onu Fəridlə birgə evinə dəvət edəcək, hədiyyə verib, xoşbəxt olun deyəcək. Hər halda o belə düşünürdü...Atasını 6 il öncə avtomobil qəzasında itirmişdi. Həmin gün həyatında ilk dəfə əsl itkinin nə olduğunu duymuşdu. Çünki onu bu həyatda həqiqətən sevən yeganə insan atası idi... Hər şey alt-üst olmuşdu sanki... 16 yaşlı Aytənin universitetə hazırlaşdığı vaxtda belə itki onu dərslərdən də uzaqlaşdırmışdı. Ancaq dostlarının və müəllimlərinin köməyi ilə atasının ən böyük arzusunu yerinə yetirmək üçün yenidən bütün gücünü dərslərə yönəltdi və sonda öz istəyinə nail oldu: Pedoqoji universitetə qəbul olmuşdu. Elə atasının da ən böyük arzusu qızını müəllimə kimi görmək idi. Görmək nəsib olmasa da Aytən o istəyi yerinə yetirmişdi. Nəticələr məlum olduğu gün Aytənin müəllim və rəfiqələrindən başqa heç kəs sevinmədi. Çünki qardaşı fikirləşirdi ki "qız nədi, oxumaq nədi... Ağıllı qız evdə oturmalı, anasına ev işlərində kömək etməli, vaxtı çatanda ərə getməlidi" Anası da həmişə olduğu kimi oğlunun fikirləri ilə razı idi. Ancaq Aytənin atası Rasim kişi qızı üçün təhsilin çox önəmli olduğunu düşünmüşdü. Buna görə də qızı üçün hər şərait yaratmışdı, hazırlıqlara qoymuşdu. Tərlan atasına qarşı çıxmaq istəsə də buna nail ola bilməmişdi. Rasim: " Bu evdə kişi mənəm! Mənim sözüm keçir. Nə vaxt mən ölərəm, onda sən əmr edərsən!" - demişdi...Elə Rasimin dediyi kimi də oldu. O öləndən sonra Tərlan evdə hər nəzarəti əlinə aldı. Lazımlı lazımsız yerə Aytəni danlayır, hətta bir neçə dəfə evə həmişə olduğundan 15 dəqiqə gec gəldiyinə görə onu döymüşdü də...6 il belə əzabla ötmüşdü. 1 il əvvəl universiteti əla qiymətlərlə bitirmişdi Aytən. Qrup yoldaşlarından biri ona atasının müdir olduğu məktəbdə işləməyi təklif etsə də, təbii ki, Tərlan buna razı olmamışdı. Aytən isə yenə susurdu. Tək təsəllisi isə Fərid idi - onu həyata bağlayan yeganə bağ...19 yaş... 2ci kurs... Yanvar ayı... Universitetdə imtahanı var idi. Gecikirdi. Gecə qardaşı televizora yüksək səs verib futbola baxmışdı. Aytən də səs - küyə görə gec yatmışdı. Səhər anasının - "qızım,imtahana gecikmirsən?" - qışqırması ilə oyandı. Saat 08:30 idi artıq. 08:50 də isə imtahan idi. Çatması qeyri - mümkün idi. Ancaq yenə də tez - tələsik paltarlarını geyinib evdən çıxdı. Marşrutdan düşəndə artıq saat 08:55 idi. Özünü itirmiş şəkildə yolu keçirdi. Elə bu vaxt telefonuna zəng gəldi.Yəqin qrup yoldaşlarından idi. İmtaha gecikdiyinə görə zəng vururdular. Bir anlıq elə bil başı fırlandı, yıxıldı. Gözlərini açanda isə xəstəxanada idi. Başının üstündə bir oğlan dayanıb həyəcanla ona baxırdı. Aytən hec nəyi başa düşmürdü. Bir neçə saniyə sonra da elə ilk sualı bu oldu: - " Mən hardayam? "Fərid onun gözlərini açdığını görəndə elə bil sakitləşdi:- Xəstəxanadasız. Daha doğrusu hər ikimiz xəstəxanadayıq.- Sən kimsən ki? Niyə burdayam?Bu vaxt hər şey yadına düşdü :- Mən imtahana gecikirəm. Saat neçədi? Saat?Ayağa qalxmaq istədi, ancaq bədənində ağrılar hiss etdi, dura bilmədi.Fərid :- Ay xanım, sakit olun, imtahan vaxtıdı? Saat 11i yarısıdı eee... Yolu keçirdiz. Mən də maşınla gəlirdim. Mənə zəng gəldi, telefona baxdım. Fikirləşdim ki, artıq yolu keçmisiniz, ona görə gözümü yoldan çəkdim. Bir də gördüm ki, yolun ortasında yıxıldınız. Gücnən tormozu basdım saxladım. Gətirdim sizi bura... Bu arada mənim adım Fəriddi. Sizin adınızı bilmək nəsib olacaq mənə?- Off imtahanım necə olacaq bəs? Kəsrim oldu. Allah məni öldürsün, necə dura bimədimee səhər..- Hə, tanış olmağımıza şadam ...- Nə?- Heeeeç, deyirəm qəşəng gözləriniz var...Aytənin xoşuna gəldi bu iltifat. Çünki ilk dəfə idi ki, kimsə ona bu sözü deyirdi.- Çox sağol...Oğlanın üzünü hələ indi tam gördü. Fəridin qəşəngliyi sanki onu rəsmiyyətdən ayırmışdı: çox sağolun əvəzinə - çox sağol demişdi...Fəridin Aytəndən çox xoşu gəlmişdi. İlk dəfə heç xasiyyətinə uyğun olmayan bir şeyə əl atmışdı - hələ Aytən oyanmamış, onun telefonundan öz nömrəsinə zəng etmişdi... Bir aya yaxın Aytən xəstəxanada qaldı. Qolunun biri sınmışdı, ayağı da möhkəm əzilmişdi. Bu müddətdə anası, bacısı ona xörək gətirirdi. Onlar olmayanda isə Fərid ona baş çəkirdi. Get gedə bir-birilərinə daha çox öyrəşmişdilər. Aytən ilk dəfə belə hisslər yaşayırdı. Xəstəxanadan çıxdıqdan sonra da əlaqələri davam etdi. 3 ay sonra Fərid ona ürəyini açdı və təbii ki, cavab müsbət idi. Bir-birilərini dəli kimi sevirdilər. Tez-tez küsüb barışsalar da hər şey yaxşı gedirdi. Onların əlaqəsini bir tək Aytənin bacısı bilirdi.Nuranə o ailədə böyük övlad idi. Təhsilə o qədər də önəm verməmişdi, 19 yaşında ailə qurmuşdu. Artıq iki oğlu da var idi. Dediyinə görə xoşbəxt idi. Aytənin Fəridlə əlaqəsini də dəstəkləyirdi... Ancaq ailədə bu əlaqəni dəstəkləyən də tək elə Nuranə idi. Çünki ilk dəfə Fəridin ailəsi elçi gəlmək istəyəndə Aytən anasına üz tutdu. Anası da Tərlana demişdi. Tərlan bu dəfə də Aytənin yeganə ümidini puç etmişdi :- Nəəə? Sevmək nədi? Qələt eliyir o, özüm kimə istəsəm ona verəcəm. O Fəridi də tutsam öldürəcəm...Həmin gün elə Aytənin telefonunu əlindən aldı. Bundan sonra bir neçə dəfə də anası Tərlanla danışmağa cəhd etsə də heç bir nəticə əldə edə bilməmişdi. Get-gedə günlər ağırlaşırdı sanki... Fərid olmadan hər şey ona çətin gəlirdi. Əl telefonu da artıq yox idi deyə ancaq həftədə bir, ya iki dəfə ev telefonu ilə danışa bilirdilər.Axırıncı dəfə danışanda isə Fərid ona qaçmağı təklif etdi. Aytən isə düşünmədən razılıq verdi. Ayın tarixini də dəqiqləşdirdilər...27 Noyabr...Saat 14:00-da Elmlər Metrosunda görüşüb gedəcəkdilər...Fəridin öz şəxsi evi var idi. Özü qazanıb almışdı. Neft şirkətində inspektor işləyirdi. Aytəni xoşbəxt etmək üçün hər cür imkanı var idi. Dediyinə görə sevgisi də...Səhər saat 6-a yaxın Aytən yuxuya getdi. Saat 11də isə anasının səsi oyatdı onu :- Aytən, mən gedirəm Zəminə xalangilə. İndi zəng vurmuşdu ki, azarlamışam, gəl bankala məni. Yemək qazın üstündədi. Tez-tez bax, qarışdır ki, dibi yanmasın. Eşidirsəəən? Sənnənəmeeee ay qız, dur- Həəə, yaxşı, dururam- Dur qapını bağla. Qardaşın saat 3də yeməyə gələcək.
12:00... hələ qərarının düzgün olub olmadığını dəqiqləşdirməmişdi. Əmin idi ki, Fərid onu sevir...Əmin idi ki, Fərid onu xoşbəxt edəcək. Ancaq nəsə ürəyində narahatlıq var idi. Bilmirdi zamanı necə ötürsün. Axırda əlinə bir vərəq, qələm götürüb anası üçün məktub yazdı:"Mama, bilirəm, məni bağışlamayacaqsınız. Amma mən xoşbəxt olmaq istəyirəm. Bilirəm ki? hər şey yaxşı olacaq. Fəridlə gedirəm. Evlənəcəyik. Əgər biz evlənməsək, Fəridin ailəsi onu zorla başqası ilə evləndirəcək. Tərlan da razı olmadı evlənməyimizə. İndiyə qədər o mənim çox arzumu ürəyimdə qoyub. Ancaq bu dəfə imkan verməyəcəm! Mən xoşbəx olacam! Siz istəsəz də, istəməsəniz də!... Səni cox istəyirəm mama. Sağolun"13:15... Geyinib evdən çıxdı. Məktubu stolun üzərinə qoymuşdu. Qapını bağlayanda sanki ürəyində bir rahatlıq hiss etdi. Çünki bu gün sevdiyi insana qovuşacaq. Artıq Tərlanın danlağından xilas olacaq. ƏN NƏHAYƏT XOŞBƏXT OLACAQ...Pilləkanları tez-tələsik düşüb evdən uzaqlaşdı. Artıq hər şey geridə qalmışdı...13:55... Elmlər Metrosunun qarşısında... Üzündə gülüş... Ürəkdə həyəcan...14:10... Həyəcan... Artıq gözləyə bilmirdi. Bir qıza yaxınlaşıb telefonunu xahiş etdi. Fəridə zəng vurdu...4 zəng...cavabsız...Telefonu verib təşəkkür etdi...Yəqin yenə telefonu səssizdədi...gecikib... Tıxacdadı yüz faiz... İndi yəqin o da həyəcanlıdı...14:35... Nəsə oldu Fəridə... Yüz faiz...Yoxsa niyə gəlməsin...Bəlkə avarya eliyib?... Həmişə deyirəm ki, sürətlə sürmə... Ay Allah, qurban olum, Fəridə heçnə olmasın. Nə olur, mənə olsun. Ona heçnə etmə yalvarıram...14:55... Bir oğlana yaxınlaşıb gözü dolmuş şəkildə telefonunu istədi, zəng vurdu... Artıq bağlı idi telefon...Deməli, bayaqkı zəngləri görüb, narahat etməyim deyə telefonu söndürüb...15:55...Gəlmədi...Məhv oldum mən...İndi yəqin Tərlan oxuyub məktubu, anam ağlayır, qardaşım evi dağıdır...Niyə belə etdi ki Fərid?... Niyə gəlmədi?... Bəlkə görüşəcəyimizi unudub? Bəs indi mən neynəyim?!16:20... Artıq dayanmağın mənası yoxdu... Məhv oldum mən...Geri qayıdıb metronun qapılarına tərəf addımlamağa başladı. Birdən bir əl ona toxundu: - Aytən?- Orxan? Nə olub? Fəridə nəsə olub hə?- Şeey, bilmirəm eee necə deyim...- Avariya?... Gözü doldu...- Deyə bilmirəm. Bu məktubu oxu!- Bu nədi axı? Fərid hanı? Niyə gəlmədi?- Fəridə hecnə olmayıb. Məktubu mənə verdi ki, sənə gətirim. Bayaqdan durub kənardan baxıram. Fərid demişdi ki, gözlə, gedənə yaxın verərsən məktubu.- Deməli, aldadıb məni...- Aytən, üzülmə, hər şey düzələr.- 3 saat məni gözlətdi və axırda da məktub yazıb...(oğlan uzaqlaşdı)... Bilirəm yazıb ki, məni bağışla, gələ bilməyəcəm. Bağışla ki, belə oldu, sən məndən də yaxşısına layiqsən, falan, filan...Məktubu açmaq istəmirdi. Hər şey məlum idi...Hər şey...Aldanmışdı...Düz 3 il...Eskalatordan düşüb platformaya yaxınlaşdı. Heçnə düşünə bilmirdi. Evdəki vəziyyət, Fəridlə keçirdiyi xoşbəxt günlər...Hər şey məhv olmuşdu. İndi qardaşı heç vaxt Aytəni qəbul etməzdi. Fəridin dostunun verdiyi məktub bir dama kağıza yazılıb qatlanmışdı. Aytən məktuba baxa bilmirdi.Əlində bərk-bərk tutmuşdu . Gözünün yumanda qardaşının dəhşətli, hirsli üzü gözünün qarşısına gəlirdi. Yəqin qardaşım artıq oxuyub məktubu..Paltarlarımı da yəqin çölə atıb artıq...Gözünü açanda isə Fəridin üzü dayanırdi gözünün qarşısında...Hər iki halda sanki məhv olurdu...Qarşıda vaqonun işığı yandı. Xilas olmağın başqa yolu yox idi. Gözlərini yumdu...Addım atdı...Tikə-tikə olmuşdu bədəni...Məktub isə vaqon keçərkən yaranan küləyin təsirindən bir neçə metr qarşıya uçmuşdu. Metro işçilərindən biri hadisədən bir neçə gün sonra məktubu tapdı. Məktubda yazılmışdı "əzizim, sənə möhtəşəm sürprizim var. Bilirəm məni gözlədin. Özüm dostuma dedim ki, məktubu geri qayıdanda versin sənə. Çünki geri qayıdanda mənim gəlməyəcəyimi düşünüb peşman olacaqsan. Ancaq peşman olmağa dəyməz sevgilim. Sən məni gözləyəndə mən səni izləyirdim kənardan.Məktubu oxuyan kim çön arxaya. Arxanda dayanmışam. Mənimlə evlənərsən?"Deyirlər, bədbəxtlik zəncir halqaları kimidir. Biri gəldikcə o birisini dartıb gətirər...Hadisə günü:- Alo, hə Tərlan?- Mama, mən günorta yeməyə gələ bilməyəcəm, işim çox uzanacaq. Gecə gələcəm.-Ay Tərlan, mən Zəminə xalangildəyəm. Yaman xəstələnib. Yanında qalmasam olmaz. Bu gecə qalım burda, səhər tezdən gələcəm.Bacın evdədi, axşam yemək hazırlayar sənə-Yaxşı, oldu, sağ ol!Aytənin yazdığı məktubu da ölümündən 2 gün sonra stolun altından tapdılar. Evdən çıxarkən qapını örtəndə küləyin təsirindən məktub stolun altına düşmüşdü....O gündən sonra metro işçiləri hər gün yaraşıqlı bir oğlanın saatlarla platformada dayandığını, sonra yenidən metrodan çıxdığını müşahidə edirdilər.Onlar Fəridə yaxınlaşıb niyə saatlarla dayanıb qatara minmədiyinin səbəbini soruşsalar da heç bir cavab almamışdılar. Bir gün isə Fərid yenə metroya daxil oldu, eskalatorla platformaya düşdü. Onun metrodan çıxdığını görən isə olmadı...
| ['sürpriz', 'sevgi', 'məktub'] |
4,452 | https://kayzen.az/blog/Shabnam_Ilham/8342/neyl%C9%99din.html | Neylədin? | Shabnam_Ilham | Bloq: Shabnam_Ilham | 16 yanvar 2012, 20:14 |
Deyirdin dünyamsan, kainatımsanSən o əhdi, o ilqarı neylədin?Şəvə saçlarıma dəydi həsrətinYağdırdın başıma qarı neylədin?Çəkdim gözlərinin işvə, nazınıAradın, axtardın qəm dəryasınıSusdurdun qəlbimin telli sazınıÇaldığın kamanı, tarı neylədin?
Yadındamı danışdığın, güldüyünGəl deyəndə tez yanıma gəldiyinBir zaman canından əziz bildiyinŞeir dolu məktubları neylədin?Demə ki, cavanam yoxdur məkanımQocalıq qapını döyər a zalım!Alqayıdam budur səndən sualımMən cəhənnəm, qeyrət, arı neylədin?
| ['Şeir'] |
4,453 | https://kayzen.az/blog/sinir/4604/sinir-sisteminin-qurulu%C5%9Fu.refleks.html | Sinir sisteminin quruluşu.Refleks | luminat | Sinir sistemi | 16 yanvar 2012, 13:41 |
Sinir sistemi orqanizmin funksiyalarının tənzim edilməsində çox mühüm rol oynayır. O hüceyrələrin, toxumaların və müxtəlif sistemlərin birğə fəaliyyətini tənzim edir.Sinir sistemi sinir hüceyrələri və neyronlardan və onları əhatə edən neyroqliya aparatı və peyk hüceyrələrindən ibarətdir. Sinir hüceyrəsi öz cismi və çıxıntıları ilə birlikdə neyron adlanır.Neyronun iki tip çıxıntısı var. Birinci qısa şaxəli dendritlərdən (dendron yunanca-ağac deməkdir) və şaxələnməyən bir uzun çıxıntılı aksondan ibarətdir. Aksonun tək bir çıxıntısı olur, uzunluğu bəzən 1 metrə çatır. Dendritlər oyanmanı sinir hüceyrəsinin cisminə ötürür. Aksonlar isə oyanmanı hüceyrədən digər sinir hüceyrələrinə və işçi orqana nəql edir (Şəkil 1).Sinir sistemində məlumatlar ixtisaslaşmış hüceyrə arası təmaslar-sinapslar vasitəsi ilə həyata keçirilir. Oyanma bir sinir hüceyrəsindən digərinə mediatorlar vasitəsi ilə yerinə yetirilir. Məlumatı nəql edən hüceyrədən mediator sinaps yarığına ifraz olunur və sonra qəbuledici hüceyrənin membranı ilə qarşılıqlı təsirdə olur və oyanma vəziyyətinə keçir. Neyronların digər qismi hərəki neyronlar olub onurğa beyni və baş beyindən gedən impulsları əzələlərə və daxili orqanlara ötürür. Onurğa beynində hissi hərəki neyronlar arasındakı əlaqə onurğa beynində ara neyronlar vasitəsi ilə yaranır.Baş beyində neyronların sayı 25 milyarddan, mühitdə isə 25 milyondan çoxdur. Sinir sistemini mərkəzi və mühiti sinir siteminə bölürlər. Mərkəzi sinir siteminə baş və onurğa beyni daxildir. Mühiti sinir sisteminə isə baş və onurğa beynindən çıxan sinirlər və sinir hüceyrələri daxildir. Onlar da öz növbəsində innervasiya etdikləri üzvlərlə əlaqədə olaraq somatik, vegetativ və ya avtonom sinir sisteminə ayrılırlar.Vegetativ sinir sistemi də iki şöbəyə – simpatik (nüvələri onurğa beyninin döş və bel şöbəsində) və parasimpatik (nüvələri uzunsov, orta beyin və onurğa beyninin oma şöbəsində) şöbələrə bölünür. Məsələn, simpatik sinir ürəyin fəaliyyətini qüvvətləndirir və surətləndirir, parasimpatik sinir isə zəiflədir və ləngidir. Hər iki sinir sıx qarşılıqlı təsirdə fəaliyyət göstərsə də, vegetativ sinir sistemi bir sıra müstəqilliyə malikdir.Somatik sinir sisteminin fəaliyyəti iradidir, avtonom sinir sisteminin fəaliyyəti isə qeyri-iradidir. Məsələn, adam özü istədiyi vaxt ürəyinin fəaliyyətini, həzm prosesini, tər ifrazını dayandıra bilməz.
Refleks haqqında anlayış. Mərkəzi sinir sisteminin iştirakı ilə orqanizmin daxili və xarici qıcıqlara qarşı verdiyi cəld cavab reaksiyalarına refleks deyilir. Refleks haqqında anlayış elmə ilk dəfə XVII əsrin birinci yarısında R. Dekart tərəfindən daxil edilmişdir.Sinir impulsunun reseptorlardan işçi orqana qədər keçdiyi yola – refleks qövsü deyilir. Refleksin əmələ gəlməsi üçün refleks qövsünün bütün hissələri tam olmalı, yəni fəaliyyət göstərməlidir. Refleks qövsü 5 hissədən ibarətdir.1.Qıcığı qəbul edən hissə, reseptorlar. 2.Oyanmanı mərkəzə nəql edən və ya duyğu, hissi (mərkəzəqaçan) sinir. 3.Oyanmanı aralıq neyronun iştirakı ilə hərəki neyrona nəql edən mərkəzi hissə, yəni MSS-nin bir hissəsi. 4. Oyanmanı MSS-dən işçi orqana aparan, hərəki (mərkəzdən qaçan) sinir. 5.İşçi orqan-alınan qıcığa cavab verən hissə (Şəkil 2).Hissi neyronlar reseptorları mərkəzi sinir sistemi ilə birləşdirib məlumatları ona nəql edir, ya da özü reseptor rolu oynayır. Hərəki neyronlar oyanmaları mərkəzi sinir sistemindən işçi orqana ötürür. Aralıq neyronlar hissi və hərəki neyronları bir- biri ilə birləşdirir. Məsələn, baş beyni kəsilib atılmış, onurğa beyni salamat qalan qurbağanın pəncəsini zəif turşu məhluluna salandan bir neçə saniyə sonra pəncəni oradan çıxarır. Buna səbəb turşunun pəncənin dərisində olan reseptorları qacıqlandırmasına qarşı mərkəzi sinin sisteminin verdiyi cavab reaksiyasıdır. Bu refleksin alınması üçün refleks qövsünün hər bir hissəsi normal və tam olmalıdır.Sinir sistemi təkamülündə ilk dəvə hidrada səpkin və ya diffuz sinir sistemi, sonra meduzalarda isə sapabənzər sinir sistemi qurdlar, molyuskalar, cücülər və dərisitikanlılarda düyünlü sinir sistemi və nəhayət xordalı heyvanlarda borulu sinir sistemi inkişaf edir.
| ['sinir sistemi', 'refleks.'] |
4,454 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/8340/t%C9%99%C5%9F%C9%99kk%C3%BCr.html | "Təşəkkür" | DiplomatkA | Düşündürücü hekayələr | 15 yanvar 2012, 23:47 |
Əli bəy, bazardakı bir kafeyə oturdu. Yanına gülər üzlü qarson yaxınlaşdı.. "Buyurun cənab" dedi. Əli bəy qarsonun sualını cavablandırmadı cibindən bir qələm bir kağız çıxardı. Kağıza "Mən bir dilim tort və bir limonad istəyirəm qızım" yazdı.Qızım mən nə eşidirəm nə də danışa bilirəm deyə əlavə etmişdi sifarişinin sonuna. Gənc qız vəziyyəti anladı və kağıza "Yaxşı cənab" yazdı. Əli bəy altmış yaşlarda, həyat yoldaşını itirmiş çox varlı biri idi. Xaricindən onun zəngin olduğuna dair heç bir əlamət yox idi. Gənc qız bir az sonra sifarişi gətirdi. Üzü gülər şəkildə sifarişini masaya qoydu. Masadakı kağıza " Nuş olsun cənab" yazdı və digər sifarişlərə yetişmək üçün tələsik qaçdı. Kafenin xeyli müştərisi vardı. Günorta dolub daşıyırdı. Kafe sahibi yaxşı qazanırdı.Əli bəy yeməyini bitirdi gənc qıza əl edərək hesabı istədi. Gənc qız gülər üzü ilə Əli bəyin yanına gəldi. Ora-bura qacmaqdan qan tər içində qalmışdı. Əli bəy hesabını ödədikdən sonra kağıza "Təşəkkür edirəm qızım" yazdı. Gənc qızda " mən təşəkkür edirəm cənab" yazdı.. Əli bəy insan sərrafı idi. Sərvətini insani xüsusiyyətləri ilə qazanmışdı. Hər şeyi dili ilə yəni danışması ilə qazanmışdı. Əli bəy həyatda hər şeyə doymuşdu. Bir neçə nəsilinə çatacaq pulu vardı. Amma bir şeyə doya bilməmişdi. İnsana , yaxşı insanlara həmişə həsrət duyardı. Gözəl insan gördüyündə özünü çox şanslı və xoşbəxt hiss edirdi. Əslində Əli bəy nə kar idi nə də dilsiz idi. Bir məqsədi vardı və bu rolu oynayırdı. Sabahısı gün yenə kafeyə gəlib masaya oturdu. Gənc qız gülərək yaxınlaşdı, Əli bəy yenə sifarişini yazdı.." Bir dilim tort bir limonad" Gənc qız qaçdı gətirdi. Əli bəy gənc qızın münasibətindən məmnun qalmışdı. Hesabı ödədikdən sonra gənc qıza xeyli bir bəxşiş verdi. Gənc qız qələmi götürdü və kağıza " Təşəkkür edirəm cənab" yazdı. Əli Bəy bu munasibət səbəbiylə buranın daimi müştərisi olmuşdu. Hər gün yeməyini yeyər gənc qıza təşəkkür edər bəzən bəxşiş qoyar gedərdi. Gənc qız da hər səfərində bezmədən "təşəkkür edirəm" yazar Əli bəyi yola salardı.
Kafe sahibi bir gün gənc qızı yanına çağırıb danladı.. Bu səfillə çox zaman itirirsən, işimiz çoxdu. "Soruşmadan bu səfilin limonadını və tortunu ver gəl " dedi. Əli bəy bunları eşidirdi. Ancaq fikir vermirdi. Gənc qız soruşmadan tort və limonadı götürüb gətirdi. Əli bəy bu səfər kağıza " mən çay istəyirəm qızım" yazdı. Gənc qız pərt olmuş bir tərzdə " üzr istəyirəm cənab mənim səhvimdi" dedi. Əli bəy gənc qızın mehriban münasibətinə görə bura gəlirdi. Gənc qızın ona qarşı göstərdiyi nəzakət onu ovsunlamışdı. Bu vəziyyətdən məmnun olmayan kafe sahibi idi və bu yazışma onu çox hirsləndirirdi. Ona görə zaman itkisindən başqa bir şey deyildi. Kafe sahibi gənc qızı belə bir mübahisə səbəbi ilə işdən qovdu. Əli bəy gənc qızın qovulmasına görə kafeyə bir daha getmədi. Onu kafeyə çəkən nə tortun etmənin nədə limonadın ləzzəti idi. Əli bəy gənc qızın hər səfərində bezmədən " Təşəkkür edirəm" yazmasına vurulmuşdu. Gənc qızı işdən azad etdikdən sonra kafe sahibinin müştəriləri gedərək azaldı. Necə azalmasan; bura müştəriləri çəkən şey əslində gənc qızın gülər üzü və xoş münasibəti idi. Sonunda kafeni əldən çıxarmaqdan başqa çarəsi qalmadı. Əli bəy buranı alıb işlətməsi üçün gənc qıza təklif etdi. Gənc qız sevinclə qəbul etdi. Gənc qız çox xoşbəxt idi amma bir o qədər də çaşqın idi. Bir gün gənc qız Əli bəyə niyə ona belə davrandığını soruşdu. Bax qızım dedi " Sən çox yaxşı bir insansan. Sən mənim hər gəlişimdə mənə təşəkkür etdin , üstəlik bunu yazaraq etdin. İnsanların çoxu dili ilə belə söyləməyə tənbəllik edərkən sən hər səfərində yazma zəhmətinə dözdün. Məndən təşəkkürü əsirgəmədin. Təşəkkür hər kəsin bir-birinə borclu olduğu amma kimsənin ödəmək məcburiyyətində olmadığı bir borcdur. Ödəndiyində qazancı , ödənilmədiyində də itkisi böyükdür" deyə əlavə etdi.Həmçinin bax:Analarınıza təşəkkür edin
| ['hekaye'] |
4,455 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/8338/ail%C9%99ni-nec%C9%99-m%C3%B6hk%C9%99ml%C9%99ndirm%C9%99li.html | Ailəni necə möhkəmləndirməli? | Bakılı | Xoşbəxt ailə | 15 yanvar 2012, 22:26 |
Müzəffər Baxışov: " Ailədaxili münaqişələr istər qadının ərinə qarşı, istərsə də ərin qadına qarşı zorakılığına gətirib çıxara bilər" Gəlin qaynanasını öldürdü, iki qardaş ata mülkü üstündə bir-birini bıçaqladı, qısqanclıq zəminində ər arvadını öldürdü...Bu tip xəbərlərlə son dövrlər tez-tez rastlaşmağımızla yəqin ki, siz də razılaşarsınız. Bu, ailə-məişət zəminində törədilən cinayətlərin sayında günü-gündən artım müşahidə olunduğunu göstərir. Bir neçə il əvvəl nadir hallarda baş verən cinayətlər son dövrlər adi hal kimi qəbul olunmağa başlanıb. Əvvəllər ailədə gəlinin qaynanasını, yaxud qardaşın bacısını öldürməsinin nadir hallarda şahidi olurduqsa, son dövrlər belə hadisələr tez-tez baş verir. Maraqlıdır, mütəxəssislər cəmiyyətdə get-gedə daha qabarıq formada özünü göstərən bu problemi nə ilə əlaqələndirir və çıxış yolunu nədə görür? Ekspertlər ailədaxili münaqişələrin əksər hallarda ya maddiyyat, ya da psixoloji gərginlik üzündən baş verdiyini deyirlər. Azərbaycan Sosioloqlar Birliyinin sədri Əbülfəz Süleymanlı deyir ki, son zamanlar Azərbaycanda ailədaxili münaqişələrin çoxalmasında başlıca faktor maddiyyatla bağlıdır: "Düzdür, burada bir sıra faktorun rolu var. Ancaq baş verən hadisələrin çoxu belə düşünməyə əsas verir ki, əsas səbəb iqtisadi amillərlə bağlıdır. Son dövrlər insanlar maddiyyətə daha çox aludə olublar. Hərşeyin mərkəzini maddiyyatda görürlər. Bunu isə öz ailəsindən tələb etməsi istər-istəməz ailə daxilində narazılığa gətirib çıxarır. Bununla yanaşı, iqtisadi faktorlardan əlavə psixoloji faktorların da rolunu inkar etmək olmaz. Düşünürəm ki, bütün bunların əsasında psixoloji amillər dayanır". Sosioloq bəzi hallarda insanların qaynana və yaxud ailənin hər hansı bir digər üzvünün mənfi obraz kimi təqdim olunmasından da narazıdır: "Aparılan araşdırmalar onu göstərir ki, ailədə böyüklərin sayı çox olduğu təqdirdə münaqişələrin sayı da azalır. Əslində valideynləri özündən təcrid etməklə münaqişələrə daha çox şərait yaratmış oluruq. Amma cəmiyyətdə bunun tam əksi haqda bir fikir formalaşıb. Tam tərsinə, əksəriyyət münaqişələrin yaranmasında valideynlərin rolunun daha çox olduğunu deyirlər. Bu tamamilə səhv fikirdir". Sosioloqun qənaətinə görə, Azərbaycanda gender məsələsinin çox geniş şəkildə qabardılması da ailədaxili münaqişələrin artmasına səbəb yaradan amillərdən biridir: "Bu gün bu sahədə aparılan layihələr dəstəklənir. Halbuki cəmiyyətdə gender məsələsinin qabardılması, Azərbaycan ailəsində gender probleminin qaldırılması istər-istəməz problemlərə gətirib çıxarır. Bu baxımdan da bu cür məsələlərə həssaslıqla yanaşılmalıdır". Qısqanclıq?..
Hüquqi Dövlət Araşdırmaları Fondunun rəhbəri Müzəffər Baxışov ailədaxili münaqişələrin daha çox qısqanclıq zəminində baş verdiyi qənaətindədir: "Azərbaycan üçün ən çox xarakterik səbəb qısqanclıq münasibətləridir. KİV-dən verilən məlumatlardan da görünür ki, ailədaxili cinayətlər daha çox qısqanclıq münasibətləri zəminində yaxud da ailənin maddi durumunun kəskinləşməsi ilə əlaqədar olaraq başverir. Səbəblər həddindən artıq çoxdur. Bu, insanın şəxsi təbiəti ilə də bağlı ola bilər. Bundan başqa, son dövrlər ictimai münasibətlər daha çox inkişaf edib. Deyək ki, əvvəllər kişilər daha çox işləyirdilərsə, artıq indi çalışan qadınların sayı da kifayət qədərdir. Bütün bunlar qısqanclıq münasibətlərinin artmasına gətirib çıxarır. Nəticədə də belə münaqişələr baş verir". M.Baxışovun sözlərinə görə, son dövrlər ailə daxilində baş verən münaqişələrdə tərəf kimi qadınlar daha çox üstünlük təşkil edir: "Demək olmaz ki, bu ailədaxili cinayətlərin çoxusu kişilər tərəfindən törədilir. Ailədaxili münaqişələr istər qadının ərinə qarşı, istərsə də ərin qadına qarşı zorakılığına gətirib çıxara bilər. Çox vaxt elə deyirlər ki, Azərbaycanda ailədaxili münaqişələrdə ancaq kişilər üstünlük təşkil edirlər. Ancaq bu, belə deyil. Məsələn, mən təcrübədə çox qadının yoldaşını öldürdüyünün şahidi olmuşam. Nəticələr çox ağır olmayanda bir qayda olaraq məhkəmələr də çalışırlar ki, tərəflər ortaq məxrəcə gəlsinlər və barışsınlar. Nəticələr ağır olanda isə barışıq əldə etmək də çətinləşir. Əsas məqsəd bundan ibarət olur ki, ailə dağılmasın. Amma bir qayda olaraq çox adamlar barışığa meylli olmurlar." Hüquq müdafiəçisinin sözlərinə görə, ailədaxili münaqişələrin tənzimlənməsində yerli və xarici təcrübə arasında xeyli ziddiyyətlər mövcuddur: "Xaricilər deyirlər ki, sizdə ailədaxiil zorakılıqlarla bağlı başverən cinayətlər gizlədilir. Bəzən bu, həqiqətən də belə olur. Çox insanlar öz ailəsinin möhkəmliyini qorumaq üçün əri yaxud atası tərəfindən zorakılığa məruz qalanda hüquq-mühafizə orqanlarına müraciət etmirlər. Bu, bizim əxlaqımıza, milli mentalitetimizə görə ayıb sayılır. Xaricdə isə belə məsələlərə çox ciddi yanaşılır. Orda hətta əri yoldaşına bir şillə vursa belə, qadınlar bu barədə hüquq mühafizə orqanlarına müraciət edirlər. Bizdə isə belə xırda məsələlərə görə hüquq mühafizə orqanlarına müraciət etmirlər. Bizim qadınlar bir dəfə döyülür müraciət etmirlər, ikinci dəfə döyülür müraciət etmirlər. Və belə-belə görürsən ki, allah eləməmiş, cinayət başverib. Bəlkə də onlar ailəni qorumaq nöqteyi-nəzərindən doğru yol tutublar. Məsələn, qadın fikirləşir ki, 3 övladı var və əri bunu döyüb deyə heç kimə şikayət etmir. Ailəsi dağılmasın deyə övladlarının xətrinə bütün bunlara qatlanmalı olur". Xoşbəxtlik pulda deyil... Psixoloq Dəyanət Rzayev ailədaxili münaqişələrin artması səbəbini insanlar arasında psixoloji gərginliyin çox yüksək həddə olması ilə əlaqələndirir: "İnsanların bir-biriylə ünsiyyəti azalıb. Ümumiyyətlə, insanlar arasındakı münasibətlər dəyişib. Çoxları pul qazanmağı həyatının əsas amalı edib. Hamı xoşbəxtliyi pulda görür. Bir sözlə, insanlar arasında psixopatlaşma gedir. Bəziləri düşünür ki, əgər mənim pulum varsa, deməli, mən hamıdan üstünəm. Çoxları sağlamlıq deyəndə ancaq fiziki sağlamlığı nəzərdə tutur. Ancaq əslində bu, heç də belə deyil. Sağlamlıq həm də psixikanın sağlam olmasıdeməkdir. Müqayisə üçün qeyd edim ki, Birləşmiş Ştatlarda psixi sağlamlığın profilaktikası üçün milyardlarla dollar vəsait ayrılır. Bununla bağlı proqramlar qəbul olunub həyata keçirilir. Ancaq Azərbaycanda problem ondan ibarətdir ki, adi profilaktik tədbir belə, görülmür. Sosial sektorlar çox zəif işləyir. Əvvəllər heç olmasa sahə müvəkkili gəlib insanlarla maraqlanırdı. İndi isə sahə müvəkkili gəlib deyə bilərmi ki, niyə içki içirsiniz, ailə üzvlərinizi döyürsünüz? Təbii ki, yox. İndi ailələrə heç kim müdaxilə edə bilmir. Azərbaycanda gəlin polisə müraciət edəndə, çox vaxt buna gülürlər. Deyirlər ki, yaxşı deyil, get ərinin, qaynananın sözünə qulaq as. Hansı uşaq gedib polisə şikayət etsə ki, valideyni onu döyür, ona deyəcəklər get valideynin sözünə qulaq as. Bütün bu və digər faktorların ciddi qəbul olunmaması üzündən ailə-məişət zəminində cinayətlərin artması müşahidə olunur. Ancaq sovet dövründə bu kimi məsələlərə diqqət yetirilirdi və ona görə də bu səpkili cinayətlərin sayı az idi. O dövrdə sahə müvəkkili gəlib maraqlanırdı görüm insan ailəsini incidirmi. Bu yöndə müəyyən tədbirlər görülürdü. İndi sahə müvəkkili harda tikinti aparılır, ora müdaxilə edir. Bütün bunlar da həmin hadisələrin baş verməsinə təkan verir". Müəllif:Ülvi/Unikal qəzeti
| ['ailə münaqişələri', 'ailənin möhkəmləməsi'] |
4,456 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/8336/h%C9%99yat-yolda%C5%9F%C4%B1-axtaranlara.html | Həyat yoldaşı axtaranlara | umud600 | Xoşbəxt ailə | 15 yanvar 2012, 20:03 |
Bu sözlərim evlənmək istəyən gənc oğlan və qızlara ünvanlanıb. Hər şeydən öncə, həyat yoldaşınızda axtardığınız xüsusiyyətlərlə bağlı konkret bir qərara gəlin. Çünki evlilik geriyə dönüşü olmayan bir mərhələdir. Təbii ki, bu hökm ailə məsələsinə baxış tərzindən, insanların dünyagörüşündən, dini — əxlaqi prinsiplərə, adət — ənənələrə əməl etmə səviyyəsindən asılıdır. Mən hadisəyə öz prizmamdan baxdığıma görə belə dedim. Təbii ki, uşaqlarını düşünmədən, onları yetim və başsız qoymaq bahasına həyat yoldaşını dəyişdirən insanlar da var aramızda, elə bil köynək dəyişirlər belə insanlar.
Evlənmək istəyənlərin müəyyən bir fikir və qənaətə gəlməsi ilə bağlı bir neçə metod tövsiyə etmək istəyirəm. Ümumiyyətlə, kişilər və qadınlar gələcək həyat yoldaşlarını necə görmək istəyirlər, onlarda hansı xüsusiyyətləri axtarırlar? Bir-bir sadalayaq:
1. Gözəllik, yaraşıqlılıq. Sual: Zahiri gözəllik, yoxsa daxili gözəllik? İkisi də. Amma mütləq ikisindən biri varsa. Hansı? Elə məsələnin düyün nöqtəsi məhz buradır. Məncə...
2. Alicənablıq. Alicənablıq ya nəsildən — nəslə keçir, ya da tərbiyə vasitəsilə qazanılır. Sual: Namizəd əsilli — nəcabətli ailədən olub — olmamasından asılı olmayaraq müasir mədəniyyət və " tərbiyə " nin təsiri ilə milli — mənəvi dəyərlərə yad bir insandır. Bu vəziyyətdə nə edəcəyik? Məncə...
3. Var — dövlət. " Var — dövlətini halal yolla qazandı və ya haram yolla, mənim üçün fərqi yoxdur, heç olmasa, bundan sonra qayınatanın pulu ilə bir az rahat yaşayarıq! " Bu şəkildə düşünənlər ola bilər. Qəbul edirəm. Sual: Qız və ya oğlan varlı bir ailəyə mənsubdur, bu var — dövlət də ona ərköyünlük və başqa neqativ xüsusiyyətlər qazandırıb. Qarşı tərəf isə milli — mənəvi dəyərlərimizlə yetişib, yaxşı tərbiyə alıb, kasıb bir insandır və qəribədir ki, başqa namizəd də yoxdur. İki yol var: ya tərbiyəli, ancaq kasıb, ya da varlı, amma ərköyün. Hansı? Məncə...
4. Dindar. Sual: İki cür insan. Biri dindardır, dinin bütün əmrlərinə riayət edir, o birisi isə Allah və Peyğəmbərə ( s.ə.v. ) inandığını desə də, nə geyim — gecimində, nə tərbiyəsində, nə də əməllərində dindən əsər — əlamət var. Hansı? Məncə...
5. Təhsil. " Ali təhsilliyəm. Həyat yoldaşımın da ali təhsilli olmasını istəyirəm ". Yaxşı bir istəkdir. Amma sual: Ali təhsilli olsa da, əxlaqdan, mədəniyyətdən məhrum, doğrunu yanlışdan ayıra bilməyən bir qız və ya oğlandır. Hansını seçmək lazımdır? Bu cür əxlaqa sahib olanları, yoxsa ali təhsili olmasa da, nümunəvi əxlaqa, mədəniyyətə, tərbiyəyə, həyat təcrübəsinə malik qız və ya oğlanı? Məncə...
6. Evdar qadın və ya iş qadını. Bu məsələ, əsasən, oğlanlara aiddir və müasir problemlərdən biridir. Bəzi kişilər maddi çətinliklərə görə deyil, başqa məqsədlə: " Sığortalı işləyən bir həyat yoldaşı istəyirəm, qardaş, hansı dövrdə yaşayırıq! " — deyib ailə həyatı qurmaq istəyirlər. Sual: Səhər saat səkkizdən axşam beşə qədər işləyən qadının iş yeri, işi, iş şəraiti nəzərə alınırmı? Bəs bütün gününü evinə, ailəsinə, uşaqlarına ayıran evdar qadın necə? Maddi və mənəvi bütün təfərrüatlar yüzlərlə — minlərlə örnək əsasında araşdırıldımı?
7. Həyat yoldaşı kimi seçəcəyimiz insanın xarakteri xoşbəxtlik üçün ən vacib xüsusiyyətlərdən biridir. Pessimist, yoxsa optimist? Səbirli, yoxsa səbirsiz? Şükr edən, yoxsa naşükür? Qısqanc, yoxsa qısqanc olmayan? Eqoist, yoxsa altruist? Fanatik, yoxsa qeyri — fanatik? Kobud, yoxsa xoşxasiyyətli? Həssas, yoxsa laqeyd? Xəyalpərəst, yoxsa realist? Tənbəl, yoxsa çalışqan? Kinli, yoxsa bağışlayan? Boşboğaz, yoxsa sözlərinin yerini bilən? Bunların sayını artıra da bilərik, ancaq hesab edirəm ki, məqsəd aydındır. İndi sual belədir: Bunlardan hansıları? Məncə...
Satıcı olduqca şux geyinmiş müştərini qapıda qarşılayır. Görkəmindən varlı olduğu görünür. Müştəri: " Maşın alacağam, " — deyir. Mağaza sahibi soruşur: " İşlənmiş istəyirsiniz, yoxsa işlənməmiş? Əgər təzəsini istəyirsinizsə, hansı marka, hansı model, rəng, motor gücü və s. İşlənmiş istəyirsinizsə, əlavə soruşum, neçə kilometr yol getmiş olsun?" Maşın almağa gələn insan bunların heç birini düşünməmişdir. Sual: Bu vəziyyətdə maşın alacaqmı?
Son olaraq, məncə, hər sualın sonunda " məncə " nin cavabını evlilik " səfərinə " çıxmağa hazırlaşan bəy və gəlin namizədlər doldursunlar. Çünki nə axtardığımız, harada axtardığımız, necə axtarmalı olduğumuz həmişə bu suallara veriləcək düzgün cavablarla aydın olacaq.
Sizcə elə deyilmi?
Mənbə: Ahmet Kurucan: " Xoşbəxt bir ailə üçün həyat dərsləri "
| ['gələcək ailə', 'kişi', 'qadın', 'evlilik', 'həyat dərsləri', 'namizədlər'] |
4,457 | https://kayzen.az/blog/Shabnam_Ilham/8335/m%C9%99n-ancaq-d%C3%BCnyada-h%C9%99r-%C5%9Feyd%C9%99n-%C3%A7ox-ist%C9%99yir%C9%99m-ki.html | Mən ancaq dünyada hər şeydən çox istəyirəm ki... | Shabnam_Ilham | Bloq: Shabnam_Ilham | 15 yanvar 2012, 13:24 |
Altıyaşlı kürən Robertitonun qıpqırmızı saçı, toxunma, zolaqlı yun köynəyi, iki balaca bacısı və bir arzusu vardı: evlərə süd paylamaq.Hərənin bir şeyə həvəsi var, bunun da səbəbi hələ kəşf olunmayıb. Gözlənilməz ibrət dərsi və kəşflərlə dolu bu sirli planet anlaşılmaz, gizli bir aləmdir.- Böyüyüb nə olacaqsan, oğlum?- General, ata.Hava aydın, günəşli idi, qaranquşlar göy üzündə günəş şüalarını yarıb, iti sürətlə uçurdular.- Böyüyüb nə olacaqsan, oğlum?Hava tutqun, soyuq, dumanlı və ürəksıxıcı idi. Oğlan acı-acı ağladı:- Heç nə... Mən heç nə olacağam!Robertitonun anası vardı. Səhərlər onun üzünü yuyur, saçını darayır, zolaqlı yun köynəyini geyindirir və çörək yedirdirdi.Robertito elə bil iynə üstündə oturmuşdu: narahat və həyəcanlı idi, ona elə gəlirdi ki, saatın əqrəbləri yel kimi çaparaq gedir. Robertito fincanındakı ləzzətli, ətirli, südlü qəhvəni tələsə-tələsə içib, pilləkəni üzüaşağı qaçdı. Robertitonun ürəyi bərk çırpınırdı. Səhərlər ona azadlıq veriləndə Robertito özünü çox xoşbəxt sayırdı, amma onun xoşbəxtliyi nazik şüşə kimi idi, toxunantək sınırdı.Robertito yolayrıcına tərəf qaçır.Uzaqdan, səki ilə Robertitoya sarı Luisito və Kandido, süd dükanında işləyən doqquz-on yaşlı iki oğlan uşağı gəlirdi; onlar evlərə süd daşıyırdılar, özləri üçün çörəkpulu qazanırdılar.Luisito və Kandido- Robertitonun nağıl qəhrəmanları, qibtə elədiyi iki gözəl cəngavər! Robertito fikirləşmədən bir əlinin kəsilməsinə razı olardı, təki bu uşaqlar onunla dostluq eləyəydilər, ya da heç olmazsa onu qovmayaydılar. Robertitonun ürəyi guppuldayır, varlığını sevinc bürüyürdü. Süd dükanında işləyən uşaqların isə nə bu cür hissləri, nə də fikirləri var.- Sən yenə burdasan, cırtdan?Robertito göz yaşını zorla saxladı, hətta gülümsəməyə çalışdı. Nə üçün Luisito ilə Kandido onunla dostluq eləmək istəmirlər? Nə üçün ona gülürlər?Robertito ciyildədi:- Hə...Robertito elə səliqəli, elə təmizdir ki, lap şəklə oxşayır. Onun acıqlı, əlçatmaz qəhrəmənları isə elə pırpız, elə çirklidirlər ki! Özləri də cır-cındır içində. Robertito ilə bu iki oğlan çox əcaib dəstədir. O dəqiqə görünür ki, Robertito artıqdır.- Olarmı sizinlə gedim?- Robertitonun səsi yalvarışla, mehribanlıqla doludur.Uşaqlar qətiyyətlə, bir ağızdan deyirlər:- Yox!Robertito hönkürtü ilə ağlayır.- Nə üçün?
- Onun üçün ki, yox!- ikisi də birdən sərt cavab verir. – Onunçün ki, sən cırtdansan! Onunçün ki, biz səni tanımaq istəmirik! Onunçün ki, səninlə dostluq eləmk istəmirik!Luisito ilə Kandido Robertitonu qoyub qaçdılar, süd şüşələri dolu dəmir səbəti də özləri ilə apardılar. Robertito ağlaya-ağlaya onların dalınca qaçdı. O heç cür başa düşə bilmirdi ki, süd dükanında işləyən bu uşaqlar hər dəfə onu niyə qovurlar? O, bu oğlanlara elə şeylər danışardı ki... süd şüşələrini lap yuxarı mərtəbələrə daşıyardı... Əvəzində də heç nə istəməzdi, heç nə, ya da lap azacıq bir şey; təki onu özləri ilə aparsınlar.Bir evin qabağında Luisito ilə Kandido dayandılar. Robertito da tez ayaq saxladı. İndi ondan dünyada nə istəsəydilər verərdi, təki bu sözləri eşidəydi: “Ey, bu südə bax!” ya da “Ey, bunu yeddinci mərtəbəyə qaldır!”Ancaq süd dükanında işləyən uşaqlar ona sarı heç baxmadılar da.Onlar qapıda gözdən itən kimi Robertitonu elə bil bir qüvvə onların dalınca itələdi.- Qapıçı, onu qovun getsin! Cırtdana bir bax, dalımızca düşüb...Robertito isə fürsət tapıb qapıçının yanından sivişdi və pillələri yel kimi, iki-iki qalxdı... Altıncı mərtəbədə qan-tər içində Luisito və Kandidoya çatdı. Uşaqlar onu görüb, ağır sözlər dedilər. Robertito zar-zar ağladı.Yuxarı mərtəbədən bir cənab düşürdü, əhvalatın lap qızğın vaxtına çatdı.- Bu nədir... balacanı döymək istəyirsiniz?- Yox, senyor! Onu döymək fikrimiz yoxdur! Biz bu cırtdanı sadəcə tanımaq istəmirik!Yuxarı mərtəbədən düşən cənab indi Robertitodan soruşdu:- Burda yaşayırsan?Robertito hıçqırıb cavab verdi:- Yox, senyor!- Demək, sən süd dükanında işləyirsən?- Yox, senyor.- Bəs onda bunların dalınca niyə gəzirsən?Robertito yalvarış dolu, ürkək, həlim nəzərlərini cənabın üzünə dikdi:- Mən ancaq dünyada hər şeydən çox istəyirəm ki...Bu sirli, hələ kəşf edilməmiş planetin üzərində xoşbəxtliyin sərin, mülayim mehi əsir.Müəllif: Kamilo Xose Sela
| ['İspan ədəbiyyatı antologiyası'] |
4,458 | https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/8330/afaziya-n%C9%99dir.html | Afaziya nədir? | Niyaz | sağlam həyat tərzi | 14 yanvar 2012, 21:46 |
Afaziya beyin qabığında (və yaxud ən yaxın qabıqaltı bölgədə-A.R.Lurii-nin ifadəsincə desək) beyinin sol yarımkürəsində yaranan artıq formalaşmış (təşəkkül tapmış) nitq pozğunluğudur və özündə nitq fəaliyyətinin sistemli pozğunluqlarının bir neçə formasını ehtiva edir.
Afaziya-beyinin lokal zədələnməsindən irəli gələn və ondan asılı olan nitqin hissəli yaxud bütöv şəkilli itirilməsidir.
Afaziya (yunanca-ἀ- — mənfi zərrəcik и φάσις — təzahür,mülahizə mənasını ifadə edir)-bu formal nitqin sistemli pozğunluğudur (alalii-dən fərqli olaraq).Baş beyin qabığının danışıq mərkəzlərinin üzvi surətdə travma,şiş,insult,tərbiyə vermə prosesi zamanı və bir neçə psixiki xəstəlik səbəbilə zədələnməsi zamanı yaranır.
Afaziyaların təsnifatı:
•Brok afaziyası yaxud efferent hərəkət refleksli afaziya (efferentis —dözümlü; efferentlər —refleks qövsünün son hissəsi) ilk dəfə Polem Brok tərəfindən 1861-ci ildə təsviri verilmişdir.Bu beyinin sol yarımkürəsində (hərəkətverici danışıq mərkəzinin (Brok mərkəzinin) beyin qabığının hərəkətverici mərkəzinin aşağı hissələrinin zədələnməsi nəticəsində yaranır.Bu da fikir söyləmə qrammatikasının pozulmasna səbəb olur (fikir söyləmənin teleqraf üslubunun) və bir sözdən başqa sözə (yaxud hecaya) istiqamətlənmədə çətinlik yaradır ki,bu da ətalətli sabit nitq fəaliyyətinin yaranmasına səbəb olur.Hərfi parafaziyalar mühaşidə olunur ki,bu zaman bir səsin digəri əvəz olunması zamanı həmçinin oxuma və yazma zamanı kobud səhvlərə yol verilir.
•Dinamik afaziya nitq fəaliyyətinin sukssesivliyinin (ardıcıllığının) sistemli pozuqluğu nəticəsində yaranır.Nitqin realizasiya prosesi xarici mühitin pozulması (daxili proqram qaldığı halda)səbəbi ilə pozulur.Bu forma qabığın Brok mərkəzi yaxınlığındakı hissəsinin zədələnməsi ilə şərtləndirilir.
•Afferent hərəkətverici afaziya (afferentis — dən ötürücü; афференты — sinir sonluqlarınadək).Beyin qabığının arxa-mərkəzi və əmgək (təpə) hissələrinin zədələnməsi zamanı yaranır.Bu tip xəstələr üçün səs cingiltilərinin səhv salınması xarakterikdi.Birinci defekt xəstənin öz yaxınlarının səslərinin artikulyasiyasını (müəyyən səsi çıxartmaq üçün danışıq orqanlarının gördüyü iş) ayırd edə bilməməsidir.Onlar daxili qrup artikullemlərini səhv salırlar (xalat-xadat).Artikulyasiyalardan gələn kinetik hissiyat pozğunluğu yaranır.Əsas defekt sözü tələffüz etmək üçün lazım olan dəqiq akulyativ vəziyyət və qaydaların seçilə bilməməsidir.
•Vernike afaziyası və yaxud sensor afaziyası.Bunun əsasını fonematik (fonem (dil sistemində: mənaayırıcı səs)) eşildilmə pozuqluğu və sözlərin müxtəlif tələffüz tərkiblərinin pozuqluğu təşkil edir.Bu akustiko-qnostik afaziya növündə sözlərin tələffüz tərkibinin araşdırılmasına qabiliyyət sərf olunması müşahidə olunur.
•Akustiko-mnestik afaziya- bu tələffüz zamanı əldə olunan məlumatların həcminin saxlanması və eşildilmə-nitq yaddaşının pozuqluğu zamanı yaranır.Akustiko-mnestik afaziyanın əsasını müşahidə yaddaşının pozuqluğu və sözlərin müşahidə qabiliyyətinin zəifliyi təşkil edir.
•Semantik afaziyanın əsasını nitqin simultant analiz və sintezlərinin deffekti və nitq fəaliyyəti zamanı məlumatların eynizamanlı qavranılmasının pozuqluğu təşkil edir.Bu forma afaziyanın aparıcı deffekti mürəkkəb-məntiqi sturukturların qavranılmasının pozuqluğudur.
•Amnestik afaziya əmgək (təpə)- gicgah nahiyələrinin zədələnməsi zamanı yaranır.Bu afaziya zamanı əsas çətinlik müxtəlif predmet və bədən nahiyələrinin adlandırılması təşkil edir.Şifahi parafaziyalar müşahidə olunur.
Afaziklərin nitq fəaliyyəti yoxsul leksik əsasla xarakterizə olunur,onlar çox nadir hallarda nitq fəaliyyəti zamanı sifət,zərf,təsviri ifadə istifadə edir ,atalar sözü və məsəllərdən isə demək olar ki,heç istifadə etmirlər.
| ['Sağlam həyat tərzi'] |
4,459 | https://kayzen.az/blog/aforizmler/8329/dahil%C9%99rd%C9%99n-fikirl%C9%99r.html | Dahilərdən fikirlər | Aysel218 | Hikmət dənizi və aforizmlər | 14 yanvar 2012, 20:25 |
Hər insanın həyatında xoşbəxtliyə qovuşa bilməsi üçün verilmiş bir saat vardır. İş, o saatı qaçırmamaqdadır… (B. Fletcher)İnsan iki şeyi gizlədə bilməz: Sərxoş və aşiq olduğunu. (Antiphanes)Qazanmadan əvvəl layiq olduğunuza inanın. (Mike Ditka)Oyunda uduzsanız qaydanı dəyişdirin (Murphy)Qadın, kişinin diqqətindən çox diqqətsizliyinə qarşı həssasdır. (Jules Janin)Bir ana oğulunu adam etmək üçün 20 il əziyyət çəkər, bir başqa qadın adamın 20 dəqiqədə ağılını başından alar. (Anonim)İnsan, təbəssüm ilə göz yaşı arasında gedib gələn bir rəqqasdır. (Byron)Ən böyük müvəffəqiyyət insanın həyatı ola bildiyincə yaşaya bilməsidir. (M. Christopher)Allah məni yanımdakılardan qorusun; mən özümü düşmənlərimdən necəsə qoruya bilərəm. (Marshall da Villars)Rəqs meydanında da, həyatdakı kimi, ancaq partneriniz qədər yaxşı ola bilərsiniz. (Robin Marantz)Malı və pulu xor görən çoxdur, amma verən az. (Rochefoucauld)Cənnətə çatana qədər bəxtinə güvənmə. (Filipin Sözü)
Əgər sizə yalan danışılmasını istəmirsinizsə, sual verməyin. (B. Traven)«Yaxşı bir insan olmaq» ilə «yaxşı bir vətəndaş olmaq» əsla eyni şey deyildir. (Aristotel)Bizə cazibədar gələn döyüşdür, mübarizədir, zəfər, qələbə deyil. (Paskal)Şəhər, xalqın birlikdə tək qaldığı mühitdir. (Prochnow)Bir yerdəki haqsızlıq, ədalət üçün hər yerdə təhlükədir. (Martin Luther King)İnsanlar mənfəətləri üçün, hüquqları üçün olduğundan daha çalışqandırlar. (Napoleon)Bir klassik hər kəsin oxumuş olmaq istədiyi, ancaq kimsənin oxumağı istəmədiyi əsərdir. (Mark Twain)Təcrübə köhnə səhvlərimizi təkrarlamamızı önləyər, yeni səhvlər etməmizi təmin edər. (Anonim)Təcrübə böyük üstünlükdür. Ancaq qazandığımız zaman onu istifadə etməyəcək qədər yaşlısınız adətən. (Jimmy Connors)Hər kəs cənnətə getmək istəyər, amma kimsə ölmək istəməz. (Joe Luis)Bir şeyin haqlı olduğunu bildiyin halda, o şeydən yana çıxmazsansa, qorxaqsan deməkdir. (Konfutsi)
| ['aforizm'] |
4,460 | https://kayzen.az/blog/harware/5783/komp%C3%BCterin-%C9%99sas-hiss%C9%99l%C9%99ri.html | Kompüterin əsas hissələri | Vlad | kompüter və hardware | 14 yanvar 2012, 14:34 |
Sistem bloku: Sistem bloku kompüterdə istifadə edilən texniki qurğuların əsas birləşmə qovşağı olub, daxilində iş üçün lazım olan ən əhəmiyyətli hissələr, xaricdə isə bloka qoşulan əlavə, xarici qurğular yerləşir. Kompüterin sistem blokuna xaricdən qoşulan qurğularına periferiya qurğuları deyilir. Periferiya qurğuları fərdi kompüterdə köməkçi əməliyyatları yerinə yetirmək üçün istifadə edilir və aşağıdakı kimi qruplaşdırılırlar: -verilənləri daxil edən qurğular (klaviatura, xüsusi manipulyatorlar, skaner və rəqəmli kameralar); -verilənləri xaric edən qurğular (skaner, plotter); -verilənləri saxlayan qurğular (strimmerlər, toplayıcılar və maqnitooptik qurğular); -verilənləri mübadilə edən qurğular (faks-modemlər və şəbəkələr); Masaüstü kompüterlərin sistem blokları üfiqi (desktop) və şaqulu (mini-tower, biq tower) formada istehsal edilirlər. Sistem bloku daxilində yerləşən qida bloku xətdən alınan gərginliyi daxildəki qurğular arasında lazımi şəkildə bölüşdürür. Ana lövhə kompüterin əsas hissəsi sayılır. Ana lövhə üzərində aşağıdakı elementlər yerləşir: -Mikroprosessor (MP)- kompüterində hesabi-məntiqi əməliyyatları yerinə yetirir. Mikrosxem xüsusi qaydada hazırlanmış elektron sxemlər toplusudur. Mikroprosessorlar bir-biriindən takt tezliklərinə, yəni əməliyyatların yerinə yetirilmə sürətinə və məhsuldarlığa MİPS (saniyədə miliyon əməliyyat) görə fərqlənirlər. Pentium tipli kompüterlərdə adətən İNTEL şirkətinin və onun törəməsi olan SELERON tipli mikroprosessorlardan istifadə edilir. Bir çox hallarda çoxlu sayda riyazi hesablamaların aparılması lazım gəlir ki, mikroprosessorlar bunu təmin edə bilmirlər. Bu səbəbdən də kompüterlərdə riyazi soprosessorlardan istifadə edilir. Müasir prosessorların gücü böyük olduğundan artıq soprosessorlara ehtiyac duyulmur; -Çipset (mikroprosessor dəsti)- kompüterin daxili qurğularını idarə etməklə yanaşı, ana lövhənin bütün funksional imkanlarını təyin edən mikrosxem toplusudur; -Şinlər- kompüterin daxili qurğuları arasında siqnalların ötürülməsini təmin edən naqillər yığımıdır; -Əməli yaddaş- əməli yaddaş qurğusu- ( RAM-ƏYQ)- kompüter xəttə qoşulan zaman verilənlərin müvəqqəti saxlanılan mikrosxem toplusudur. Gərginlik kəsildikdə burada olan məlumatlar itir. Onun tutumu müasir kompüterlərdə bir neçə QB olur; -keş yaddaş- əməli yaddaş ilə mikroprosessor arasında informasiya mübadiləsinin yüksəldilməsi məqsədilə istifadə edilən ifrat sürətli yaddaş qurğusudur. Onun iki Level1 və Level2 səviyyələri var. Level 1 səviyyəsi adətən mikroprosessorun daxilində, Level 2 səviyyəsi isə əməli yaddaşla mikroprosessor arasında yerləşir. Onun köməyi ilə informasiya mübadiləsi sürəti 10 dəfəyədək artırılır. Belə yaddaşların tutumu bir neçə Mbayt-a qədər olur. -Daimi yaddaş qurğusu (BİOS-DYQ)- kompüterin ilkin yüklənməsini və qurğuların yoxlanılmasını həyata keçirən və daxilindəki verilənlərin gərginlikdən asılı olmayaraq saxlayan yaddaş qurğusu olan mikrosxemdir. -Portlar (yuvalar)- əlavə qurğuların (slotların) qoşulmasını təmin edirlər. Portlar paralel (LPT1-LPT4), ardıcıl asinxron (COM1-COM3) və universal (USB) ola bilərlər. Paralel portlar sürətinə görə ardıcıl portlardan, universal portlar isə hər ikisindən üstündür. - videoyaddaş nəticənin ekrana çıxarılmasını idarə edəcək elektron sxem olub videokontrollerin tərkibində yerləşir; -videoadapter (videokart) monitorun ekranında alınmış təsviri formalaşdırmaq üçün istifadə edilir və həm qrafik, həm də mətn rejimində işləyə bilər; -Kontrollerlər- xüsusi elektron sxemlər olub disk sürücüləri. klaviatura və s. ilə əməli yaddaş arasında informasiya mübadiləsinə nəzarət edən qurğulardır.
Monitorlar rəngli və ağ-qara olmaqla ekranın ölçüsünə, rənglərin miqdarına və elektron-şüa borulu, LCD, plazma növlərinə bölünürlər. Elektron-şüa borulu monitorlarda təsvirin ekrana verilməsi məqsədilə xüsusi elektron şüa borusundan istifadə edilir. LCD monitorlarında ekran iki nazik lovhə arasında yığılmış maye-kristal sxemldən ibarətdir. Plazma ekranlarında eyni prinsipdən istifadə edilsədə lövhələr arasında xüsusi qaz yerləşdirilir. Bu tip monitorlar gərginliyi daha çox istifadə edirlər. Məhz bu səbəbdən də onlardan portativ kompüterlərdə istifadə edilməsi məqsədəuyğun deyil.
Klaviaturalar 84/86 düyməli klaviaturalara və 102/104 düyməli klaviaturalara bölünürlər. Klaviaturanın düymələri: funksional düymələrə (F1-F12), hərf-rəqəm düymələrinə, kursoru idarə edən və ədədlərin daxil edilməsi düymələrinə bölünürlər.
Mouse- müasir kompüterlərdə xüsusi əhəmiyyətə malik qurğulardan biridir. Bu qurğu istifadəçi işini asanlaşdırır və bir çox proqramlarla ondan istifadə etmədən işləmək həddən artıq çətindir. Mousun da müxtəlif növləri mövcuddur. Lakin ümumilikdə onların iş prinsipləri eynidir.
Xarici yaddaş qurğuları: -elastiki (yumşaq) disk sürücüsü xarici yaddaş qurğusu olan elastiki maqnit disklərindən (disketlərdən- floppy disklərdən) məlumatın oxunması və ya onlara məlumatın yazılmasını təmin edən qurğulardır; -Sərt maqnit diski (HDD, vinçester)- kompüterin sistem blokunun daxilində yerləşərək xarici yaddaş qurğusu olub, informasiyanın saxlanması üçün istifadə edilir. Buraya həm informasiya yazmaq və həm informasiyanı oradan oxumaq mümkündür; -CD-ROM- kompakt disklərdən (CD-R, CD-RW) məlumatı oxumaq üçün istifadə edilir (600-800 MB);
-CD-Writer- kompakt disklərdən məlumatı oxumaq və CD-RW-lərə informasiyanı yaza bilən qurğudur; -DVD- DVD (4-16 QB) disklərlə işləmək üçün qurğulardır. Müasir DVD qurğuları həm də CD-lərlə işləyə bilir; -flash (fleş)-kartlar- informasiyanın saxlanması üçün istifadə edilir(16 QB);
Printerlər
Printerlər bir-birindən: çapetmə üsuluna, sıxlığma, sürətinə və çap rənginə görə fərqlənirlər. 1980-90-a illərdə kompüterlər üçün ən çox yayılmış printerlər matrisli printerlər idi. Matrisli printerlər ixtiyari simvolları və qrafik təsvirləri ağ-qara və rəngli (istifadə edilən lentin rəngindən asılı olaraq) çap edə bilirlər. Matrisli printerlərin qiyməti ucuz, cəldliyi isə yüksəkdir (mətn rejimində bir dəqiqədə 1 -6 səhifə, qrafik rejimdə isə hər səhifəyə 5 dəqiqə vaxt sərf olunur). Mənfi cəhəti ayrı-ayrı nöqtələrdən formalaşan şəkil və simvolların diskret quruluşlu olması, çap keyfiyyətinin aşağı olması, iş zamanı səs salması və rəngli çap üçün az əlverişli olmasıdır. Printerin əsas aktiv elementi xırda iynələrdir. Sadə modellərdə iynələrin sayı 9-12 arasında, mürəkkəb modellərdə isə 18-24 arasında olur. Hər iynə ayrıca çəkic rolunu oynayır. Müxtəlif düzümlü iynələrin eyni vaxtda lenti döyəcləməsi nəticəsində kağız üzərində istənilən formalı təsviri almaq mümkündür. Belə printerlərin çapetmə sıxlığı 300 dpi-yə bərabərdir. İndiki zamanda praktiki olaraq matrisli printerlərdən istifadə azalıb Axınlı printerlərdən kompüterlərdə geniş istifadə edirlər. Belə printerlərdə çap mexanizmi müxtəlif sayda rəng püskürtücülərindən ibarət olur. Printerin daxilindəki mikroprosessorun müəyyən etdiyi ardıcılıqla püskürücülər çox nazik şırnaqlarla rəngli boyağı kağızın üzərinə püskürürlər. Şırnaqların istiqamətini dəyişdirməklə müxtəlif növ təsvirləri almaq mümkündür. Axınla işləyən printerlər iki növdə olur: ağ-qara və rəngli. Printerin çapetmə sürəti ağ-qara rejim üçün səhifəyə 15-100 saniyə, rəngli rejim üçün isə 7 dəqiqəyə kimidir. Printerdə yüksək dəqiqliklə təsvir almaq üçün yüksək keyfiyyətli kağızdan istifadə etmək lazımdır (keyfiyyətsiz kağızda rənglərin bir-birinə qarışması baş verir). Müasir axınlı printerlər üçün çapetmə sıxlığı 700-720 dpi-dir (bir düymə düşən nöqtələrin sayı). Lazer printerləri digər printerlərə nəzərən mürəkkəb quruluşa malik olub, istər ağ-qara, istərsə də rəngli çapın (tipoqrafik çapa uyğun) yüksək keyfiyyətlə əldə olunmasını təmin edir (dəqiqədə 4-12 səhifə və daha çox). Printerin daxilində olan yarımkeçiricilərdən hazırlanmış silindrik səth yüksək gərginlikli elektrik mənbəyindən yüklənir. Təsvirə uyğun olaraq silindrik səthin müəyyən hissələri lazer şüası ilə elektrik yükündən azad edilir. Hazırlanmış boya tozları xüsusi qurğu vasitəsilə silindrin üzərinə səpilir. Lazer şüasınm düşmədiyi, yəni elektrik yükünün qaldığı yerlərdə boya tozları silindrin səthinə yapışır və silindrin fırlanması nəticəsində kağız üzərinə hopdurulur. Beləliklə, kağız üzərində lazım olan təsvir alınır. Müasir lazer printerləri üçün çapetmə sıxlığı 600-1200 dpi-dir. Bu printerlərin müsbət cəhətləri səhifəni sətir-sətir deyil, bütövlükdə çap etməsidir. Mənfi cəhəti isə qiymətiərinin baha olmasıdır.
Modem Müasir dövrdə qlobal problemlərin həll edilməsində istifadəçilər İnternet elektron şəbəkələrindən istifadə etməyə böyük üstünlük verirlər. Belə dövrələrin köməyi ilə istifadəçi elektron poçtu ilə işləyə bilir, lokal şəbəkələrə daxil olur, faks vasitəsilə istənilən məlumatı ya göndərir, ya da lazımi səviyyədə əldə etmiş olur. Sadalanan işləri həyata keçirmək üçün kompüterə əlavə qurğu kimi mütləq modem və ya faks-modem (informasiya dəyişməsini təsvirlər formasında yerinə yetirən elektron qurğu) qurğusu istifadəçinin ixtiyarında olmalıdır. Hal-hazırda adi modemlər istehsal olunmur, «modem» dedikdə, sadəcə olaraq faks-modem nəzərdə tutulur. Modem - kompüter və telefon xətləri arasında rəqəmli elektrik siqnallarını analoq siqnallarına və ya əksinə avtomatik çevirən qurğudur. Bu çevrilmə onunla əlaqədardır ki, kompüter rəqəmli siqnallar ilə işlədiyi halda, telefon xətləri ancaq analoq siqnalları vasitəsilə işləyir. Texnikada rəqəmli siqnalların analoq siqnallarına çevrilməsinə modulyasiya, əks prosesə isə demodulyasiya deyilir. Analoq siqnalları üç parametrlə: amplitudası, tezliyi və fazası ilə səciyyələndirilir. Müasir modemlərdə hər üç xüsusiyyətdən istifadə edilir. Modem iş prosesində kompüterdən üç bitə uyğun informasiya qəbul edir ki, birinci bit ilə amplitudaya, ikinci bit ilə tezliyə, üçüncü bit ilə isə fazaya uyğun analoji siqnalı xəttə göndərir. Göndərilmiş siqnallar modem-qəbuledici tərəfindən qəbul edilərək istifadəçiyə lazım olan şəkildə çatdırılır. Modemin buraxma qabiliyyəti iki parametr: informasiyanın ötürülmə sürəti və informasiyanın tutumu ilə səciyyələndirilir. İnformasiyanın ötürülmə sürəti bod ilə ölçülür. Yəni, əgər modem saniyə ərzində analoq siqnalının xarakteristikasını 2400 dəfə dəyişirsə, deməli onun informasiyanı xəttə ötürmə sürəti 2400 boddur. İnformasiyanın tutumu isə analoq siqnallarının sayı, yəni bit ilə təyin edilir. Əgər iki modem arasında əlaqə yaratmaq lazımdırsa, hər iki modemin düzgün işləməsi üçün modemlərin səciyyəvi xüsusiyyətləri eyni olmalıdır. Əks halda, informasiya dəyişməsi modemlər arasında baş verməyəcəkdir. Qeyd edək ki, telefon xətlərinin keyfiyyətsiz olması və ötürülən siqnalların maneələrə rast gəlməsi modemin iş xüsusiyyətinə, yəni siqnalların keyfiyyətli və sürətli ötürülməsinə xələl gətirir. Kompüterə qoşulan modem göstərilən iki iş rejimindən birində ola bilər: verilənlərin ötürülməsi və əmrlər rejimi. Birinci rejimdə kompüterin modemə ötürdüyü siqnal analoq siqnalına çevrilərək telefon xətti ilə ötürülür. İkinci rejimdə isə kompüter tərəfindən xüsusi əmrlərin verilməsinə baxmayaraq, modem özü müstəqil işləyir, yəni simvollar ardıcılğını əmrə çevirir. Modemlər istifadə olunan kompüterlərin tiplərindən asılı olaraq daxili (elektron lövhə şəkilində kompüterin daxilində yerləşdirilir) və xarici (fərdi kompüterə ayrıca qurgu kimi qoşulur) olurlar.
Səs kartı (səs adapteri) Səs məlumatlarını (musiqi, danışıq və s.) canlandırmaq üçün kompüterə akustik sistemlər (səs ucaldanlar) və səs kartları quraşdırılır. Səs kartı kompüterin imkanlarını genişləndirərək ona musiqi ifa etməyə, danışmağa (xüsusi proqramlardan istifadə etməklə) və məhdud şəkildə danışığı qəbul etməyə şərait yaradır. Əgər kompüter CD ROM və səs kartı ilə təmin olunmuşsa, belə fərdi kompüterləri multimediyalı andırırlar. Onlardan təhsildə, istirahətdə və əyləncədə istifadə edirlər.
Şəbəkə kartı Şəbəkə kartı (və ya şəbəkə adapteri) kompüterin lokal dövrəyə qoşulmasına imkan verir. Əgər firma və ya təşkilatda müəyyən sayda kompüterlərdən istifadə edilirsə, şəbəkə lövhəsi vasitəsilə ilə kompüterlər arasında informasiya mübadiləsi yaratmaq mümkündür.
DVD (digital vidio disk) DVD kompakt diskləri oxuyan qurğunu (CD-ROM) əvəz edəcək qurğu kimi yaxın zamanlarda istehsal olunmağa başlanıb. Müxtəlif tutumlarda (təxminən 4.7 Hbayt-dan 17 Hbayt-a kimi) olan disklər adi kompakt disklərə çox oxşayırlar.
Strimmer Strimmer (stream - uzun lent) informasiyaru maqnit lentinə yazan xüsusi imkanlı maqnitafondur. Ondan sərt maqnit diskində olan informasiyanın ehtiyatda saxlanılması üçün istifadə edirlər. Əgər həddindən artıq vacib olan informasiya sərt maqnit diskindədirsə, onu strimmerdə saxlamaq məsləhət görülür. Strimmerin kassetləri böyük tutuma (120 Mbaytdan 5 Hbayta qədər) malikdir.
Skaner Mətn və qrafiki informasiyanın surətini çıxarıb kompüterə daxil etmək üçün skaner (Scaner) qurğusundan istifadə edilir. Skaner fotoşəkil, rəsm, əl yazması, qəzet və jurnal surətlərinin kompüterdə təkrar istifadə edilməsini təmin edir. Fərdi skanerin əl ilə işləyən, planşet və baraban növlərindən istifadə olunur. Skanerin əsas elementi yarımkeçirici lazer və yarımkeçirici işıqqəbuledicidir. Skaner mətn və ya təsvir üzərində hərəkət etdikdə kağız üzərində hərəkət edən lazer şüası mətni və ya təsviri skanerləyir və təsvirə uyğun informasiyam işığa həssas yanmkeçiricilərdə əks etdirir. Nəticədə alınmış işıq siqnah elektrik siqnalına çevrilir və naqil vasitəsi ilə kompüterə ötürülür. Kompüterə ötürülən siqnal özündə təsvirə uyğun olan nöqtələrin sayını və təsvirin rəngini təzahür etdirir. Kompüter tərəfindən alınan siqnal kompüterin daxilində rəqəm siqnalına çevrilir. Ahnmış məlumat istifadəçi tərəfindən lazım gəldikdə fayl şəklində diskə yazılır.
Plotter Plotter kağız üzərində müxtəlif çertyojların çəkilməsini təmin edir. Əsasən kompüterdə mühəndis məsələlərini həll etmək üçün istif adə edilir.
Rəqəmsal kamera Rəqəmsal kamera kompüterə təsvirləri daxil etmək üçün istifadə olunan xüsusi quruluşlu cihazdır.
| ['kompüterin qurğuları', 'kompüterin hissələri'] |
4,461 | https://kayzen.az/blog/informatika/8323/silikon-vadisi.html | Silikon vadisi | Samir012 | İnformatika | 14 yanvar 2012, 14:01 |
Dünyanın heç bir coğrafi xəritəsində əks olunmayan, lakin bununla yanaşı yüksək kompyuter texnologiyaları və vençur kapitalının mərkəzi rəmzinə çevrilən ABŞ-ın Silikon (silisium) Vadisi 40 yaşını qeyd edib. Dünyanın ən nəhəng texnoloji mərkəzi İlk dəfə bu anlayış 11 yanvar 1971-ci il tarixində jurnalist Don Heflerin "ABŞ-ın Silikon Vadisi" adlı məqalələr seriyası dərc olunanda yaranıb. Bu gün xüsusi texnoloji terminə çevrilən bu sözdən öz məqalələrində istifadə edərkən jurnalist mikroprosessor istehsalında silisiumundan yarımkeçirici kimi geniş tətbiq olunduğunu nəzərdə tuturdu. Silikon Vadisinin texnoloji mərkəz kimi tarixi məhz bu sənaye sahəsindən başlayıb. Hazırda çoxlarına tanış olan Google, Apple, Microsoft , Intel və Cisco şirkətlərinin burada cəmləşməsindən əvvəl San-Fransisko yarımadasının cənub hissəsindəki bu mənzərəli ərazi "Ürəklərin heyran olduğu vadi" adlanırdı. Şimali Kaliforniyadakı həmin ərazi dünyaya "qarajda başlanğıc" anlayışını da bəxş edib. Stenford Universitetinin tələbələri Uilyam Hülett və Devid Pakkardın özlərinin kiçik bizneslərini başladıqları Palo-Alto şəhərciyindəki tanınmış qaraj hazırda milli görkəmli bir yerə çevrilib. Hewlett-Packard-ın (HP) 60-cı illərin əvvəlinə kimi yarımkeçiricilər istehsal etmədiyinə baxmayaraq Silikon Vadisinin ilk şirkəti məhz HP hesab olunur. Bacarıqlı və təşəbbüskar tələbələrin müəllimi, Mühəndis fakültəsinin dekanı Frederik Emmons Terman Silikon Vadisinin "atası" hesab olunur. Hazırda iri İT-şirkətlərin kiçik vətənlərinə çevrilmiş Stenford sənaye parkının yaradılmasının təşəbbüskarı məhz F. Emmons Terman olub. Bu gün ABŞ-ın milyardlarla dollarlıq bütün vençur kapitalının üçdə bir hissəsi məhz Silikon Vadisində cəmləşir. ABŞ-da ən yüksək orta gəlir buradadır - ildə təxminən 145 min dollar. Vadidə yüksək texnologiyalar sahəsinin 300-400 min mütəxəssisi çalışır. Bura ABŞ-da ən yüksək texnoloji sahə alimlərinin cəmləşdiyi yerdir. Niyə məhz silikon? Çünki vadidə yarımkeçirici sənaye müəssisələri yerləşirdi, inteqral mikrosxemlər üçün yarımkeçirici elementlərin istehsalında əsas material isə silikon idi. Son qırx ildən artıq müddətdə "Silikon Vadisi" dünya elektron və kompyuter sənayesinin mərkəzinə çevrilmişdir. XX əsrin 70-80-ci illərində burada yarımkeçirici sənayenin çoxsaylı korporasiya və zavodları təmərküzləşmişdir. 90-cı illərin əvvəlində "Silikon Vadisi" korporasiyalarının fəaliyyətinin prioriteti ən yeni kompyuter texnologiyalarının tədqiqatı və işlənməsi, rəqəmli texnika və proqram təminatının marketinqi oldu.
"Silikon Vadisi"nin tərkibinə 7 minə yaxın şirkət daxildir. Onların arasında dünya şöhrətli "Adobe Systems", "Advanced Micro Devices" (AMD), "Apple Inc.", "Cisco Systems", "Dolby Laboratories Inc.", "eBay", "Google", "Hewlett-Packard", "Intel", "Oracle Corporation", "Sun Microsystems", "Symantec", "Yahoo!" və s. şirkətlər var. Qlobal kompyuterləşmə "Silikon Vadisi"nin sakinlərinə külli miqdarda gəlir gətirib və gətirməkdə davam edir. Burada ABŞ-ın çoxsaylı milyonçuları da yaşadığından, buranı "Milyonçular vadisi" də adlandırmaq olar. Son illər informasiya inqilabı (High Tech Revolution) təkcə ABŞ-ın deyil, dünya iqtisadiyyatının hərəkətverici gücünə çevrilib. "Silikon Vadisi" bütün dünyada yüksək texnologiyaların inkişafına böyük təsir göstərib və göstərməkdə davam edir. Müasir texnoparkların modeli Müşahidələr göstərir ki, bu vadini müasir texnoparkların modeli kimi də xarakterizə etmək olar. Məlumat üçün bildirək ki, texnoparklar ilk dəfə ötən əsrin 50-ci illərində ABŞ-da Stenford Universitetinin təşəbbüsü ilə yaradılmışdır. Həmin dövrdə universitetin yerləşdiyi Kaliforniya ştatında ABŞ hökumətinin sifarişi ilə hərbi sənaye məhsulları istehsal edən şirkətlər yüksək texnologiyalar sahəsində də müəyyən irəliləyişlər əldə etmişdilər. Ona görə də Stenford Universiteti bu şirkətlərə özünün boş qalmış ərazisində icarə yer vermək qərarına gəlmişdir. Belə ki, boş qalmış həmin ərazilərin satılması Lilend Stenfordun vəsiyyətilə qadağan olunmuşdu. Bundan başqa həmin şirkətlər bu və ya digər formada universitetlə əlaqəli şəkildə fəaliyyət göstərirdilər. Həmin ərazidə tikintinin başa çatması, infrastrukturun formalaşması və elmi parkın yaradılması üçün təxminən 30 il vaxt lazım gəldi. Silikon vadisi bu gün çox məşhur olan "Hewlett-Packard", "Polaroid", Eastman Kodak, General Electric, Shojkley Transistor, Lockheed kimi şirkətlərin ilkin özünütəsdiq meydanı olub. Buna baxmayaraq ilk illərdə Birləşmiş Ştatlarda texnoparkların yaradılması sahəsi çox ləng inkişaf edirdi. Ötən əsrin 70-ci illərində Silikon vadisinin yerləşdiyi 280 hektarlıq ərazi böyüməkdə olan şirkətlərin tələblərinə cavab vermirdi. Belə olan halda vadinin ərazisi genişləndirilərək San-Xosedən San-Fransiskoya qədər uzandı. Həmin illərdə kompyuter texnikasının sürətli inkişafı, 80-ci illərdə şəbəkə texnologiyalarının yaradılması və 90-cı illərdə internetin meydana gəlməsi Silikon vadisini sənaye parkı kimi daha da inkişaf etdirdi. Vadinin daimi sakinləri Silikon vadisinin bəzi göstəriciləri: Hazırda vadidə 2,5 milyon nəfər insan yaşayır və fəaliyyət göstərir. Onların 34 faizi əcnəbidir; vadidə yaşayan hər bir əməkdaş öz şirkətinə ümumilikdə il ərzində 200 min ABŞ dolları qazandırır; vadidə yaşayanların yalnız 43 faizi ali təhsillidir; burada əməkdaşların orta illik əmək haqqı 70-80 min ABŞ dollarıdır. Onu da qeyd edək ki, ABŞ-da ən məşhur texnopark Kaliforniya ştatında elmi mərkəzi Stenford Universiteti olan Silikon Vadisi və Kremn Vadisi texnoparklarıdır. Qeyd edək ki, kompyuterlərin və digər məhsulların dünya ixracının 20%-i Silikon Vadisinın payına düşür. Bu texnoloji park çoxdan yaranmasına baxmayaraq, yeni texnoparklar üçün də etibarlı sayılır. Mütəxəssislər Silikon Vadisinın formalaşmasına həlledici təsir edən üç əsas faktor müəyyənləşdirmişlər. 1) ixtisaslı mütəxəssislərin hazırlanmasında dövlət siyasəti; 2) mikroelektronika məhsulunun çoxlu satış bazarının olması; 3) yeni elmtutumlu şirkətlərin yaranması vaxtı innovasiya prosesinin ilk mərhələlərində əsas rol oynayan riskli kapital bazarının olması.
| ['Texnologiya', 'ABŞ', 'kompüter'] |
4,462 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/8320/az%C9%99rbaycanl%C4%B1lar-niy%C9%99-bo%C5%9Fan%C4%B1r.html | Azərbaycanlılar niyə boşanır? | Bakılı | Xoşbəxt ailə | 13 yanvar 2012, 20:45 |
Bizim ailələrin bir nömrəli problemi: gəlin-qayınana davası...
Qayınana haqlıdır, yoxsa gəlin? Qədimdən indiyə kimi mövcud olan bu suala hələ də cavab tapılmayıb. Qayınana deyir ki, mən haqlıyam, gəlin isə əksinə. Tərəflər arasında ortaq razılıq nadir hallarda olur. Daim gündəmdə olan bu məsələ bəzi vaxtlarda cox acınacaqlı bir nəticə verir. Əksərən, boşanmalara gətirib çıxardır. Az hallarda isə tərəflərin birinin ölümünə səbəb olur. Gəlin-qaynana münasibətlərinin gərginləşməsi nəticəsində yaranan problemlərdən danışan Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin sektor müdiri Vəsilə Möhsümova bildirdi ki, gəlin-qayınana münasibətlərinin kəskinləşməsi nəticəsində gəlinlər müəyyən zorakılıqlara məruz qalırlar.
Komitə rəsmisi bildirdi ki, gəlin-qayınana münasibətləri çox aktual bir mövzudur. Bu münasibətlər Şərq ölkələrində, xüsusilə Azərbaycanda bir növ mentalitetə çevrilmiş məsələdir. «Bu problem bu günün problemi deyil. Bunun tarixi kökləri var. Bu məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır.Çünki hansı şəraitdə, hansı münasibətlərdə hadisələrin baş verməyi çox vacibdir. Əvvəllər daha çox xarakterik olan bir məsələ var idi ki, oğulun anası və sevdiyi qadın tərəfindən paylaşa bilməməsi. Bu vaxt həyat yoldaşın üzərinə bir məsuliyyət düşür ki, balanslı şəkildə münasibətləri tənzimləsin».
Valideynlərin övladların ailəsi üzərində ağalığıartır
Vəsilə Möhsümovanın sözlərinə görə, son dövrdə valideynlər tərəfindən ailələrə çox təsir olur: «Avropa ölkələrinin əksəriyyətində övlada 10 yaşa qədər təhsil verir, onu müstəqil həyata hazırlayırar. Bundan sonra onu sərbəst buraxırlar. Bizdə necədir? Bizdə oxudur, təhsil verir, evləndirir, övladının uşağı olur. Amma yenə də valideynin əli övladın üzərində olur. Həmişə nəzarət altında saxlayır. Bu vaxt da müəyyən problemlər yaranır. Qayınananın istəyi ilə gəlin razılaşmır, gəlinin istəyi ilə də qayınana. Gənc ailələrə bir az sərbəstlik vermək lazımdır. Gəlin-qaynana problemləri dərhal yaranmır, bu gərginliklər günbəgün yığılır və birdən özünü bi ruzə verir. Gənclərə doğru istiqamət verilməlidir. Çətin vaxtlarında onlara maddi və mənəvi dəstək olmaq lazımdır. Ancaq müəyyən fikir, istək baxımından onların istəklərini məhdudlaşdırmaq olmaz».
Problemin kökü — daxili mədəniyyət
Vəsilə Möhsümova qeyd etdi ki,gəlin-qayınana problemləri dərin olmasa da, aktual olaraq qalır. Bütün bu məsələlərin kökündə isə daxili mədəniyyətin formalaşması durur. «Bu münasibətlərin gərginləşməsi nəticəsində yaranan boşanmaların sayı çox deyil. Gəlin-qayınana münasibətlərinin pisləşməsi ailələrdən asılıdır. Elə bir ailə var ki, həmin ailədə qaynana deyir ki, gəlin təmizkar deyil, digərində isə gəlininin xasiyyəti xoşuna gəlmir. Yaxud da gəlinlər müxtəlif səbəblərlə qayınanalarını təqsirləndirir. Psixoloji və fəlsəfi nöqtədən yanaşsaq demək olar ki, hər iki tərəfdə bu və ya digər dərəcədə müəyyən günahlar var. Əsas odur ki, onlar güzəştə getməyi bacarsınlar. Belə ailələrə hüquqi yardımdan daha çox psixoloji yardım göstərmək lazımdır. Komitə rəsmisinin sözlərinə görə, Azərbaycan qanunvericiliyində gəlin-qaynana münasibətləri, ailədə kiminsə rolunun tənzimləməsi məsələləri hələ öz əksini tapmayıb. „Ailə bərabərlik prinsipləri əsasında qurulur və bu prinsip əsasında da idarə olunmalıdır“.
Ekspert onu da vurğuladı ki, gəlin-qaynana münasibətlərinin kəskinləşməsi nəticəsində gəlinlər müəyyən zorakılıqlara məruz qalırlar: „Bu zorakılıqlar-evdən qovulma, əmlak hüququndan məhrum etmə, uşaqların əlindən alınması, uşaqlarla görüşə icazə verilməməsi kimi olan qadağalardır. Bunlar boşanandan sonra olan qadağalardır. Boşanma həddinə çatınca isə hər kəs öz metoduna uyğun qadağalar qoyur. Bəziləri qohum evinə, ata evinə, ümumiyyətlə, çölə çıxmağa icazə vermir“.
Psixoloqlara əsasən qayınanalar müraciət edir
Psixoloq Narınc Rüstəmova bildirir ki, müxtəlif ailə tipləri var: sərbəst, demokratik, avtoritar və üçüncü şəxsin müdaxiləsi olan ailə tipləri. Sonuncu ailə tipində əsas rolu qaynanalar oynayır: „Gəlin-qaynana münasibətlərinə gəldikdə isə ya qayınana gəlini pisləyir,ya da ki gəlin qayınananı. Ortaq nöqtə tapmaq çox çətin olur. Belə hallarda qaynana fikirləşir ki, oğlunu 25-30 yaşına kimi böyüdüb və birdən digər bir qadının onun oğluna sahiblənməsi qayınanada müəyyən qıcıq yaradır. Bu zaman oğlunu paylaşa bilməməsi düşüncəsi meydana çıxır. Bizə bu məsələ ilə bağlı belə bir müraciət olunmuşdu. Qaynana özlüyündə müşahidə edirmiş ki, görüm oğlum mənə nə qədər vaxt ayırır, öz həyat yoldaşına nə qədər. Qaynana məsələlərin xırdalığına kimi gedirdi. Artıq onda aqressiya yaranmışdı. Bu qayınana ya oğlu ilə problem yaradırdı, ya da gəlini ilə. Onun üçün əsas odur ki, ortada bir problem olsun və o da böyük kimi bu problemi həll etsin. Belə münasibətlər daha çox gəlin-qaynana bir yerdə olan ailələrdə yaşanır. Elə ailələr də var ki, burada qayınana hər işi öz üzərinə götürür. Gəlinin edəcəyi işləri də görür. Bu halda da münaqişələr meydana çıxır. Gəlin deyir ki, sənin anan mənim işimə qarışır, yaxud da gəlində tənbəllik yaranır və nəticədə problemlər baş qaldırır“.
Narınc Rüstəmova hesab edir ki, bu problemlər hər zaman var və olacaq da. Bəs çıxış yolunu necə tapmaq olar?
Narınc xanımın sözlərinə görə, iki tip qaynanalar var: idarəedənlər və araqarışdıranlar (avanturistlər). Gəlin bilməlidir ki, onun qayınanası idarəedəndir, yoxsa araqarışdıran: „İdarəedən qayınanalar istəyir ki, hər şeyi öz üzərinə götürsün. Bu qaynanalarla yola getmək asandır. Belə qadınlar xoşlayırlar ki, gəlinləri hər zaman onlarla məsləhətləşsin və o da öz böyüklüyünü hiss etsin. Əgər gəlin bu qayınanalarla məsləhətləşirsə, onun fikirlərini öyrənirsə bu vaxt qaynananın gəlinə münasibəti çox yaxşı olur. Belə hallarda konfliktlər də az olur. İkinci tip qaynanalar araqarışdıran tip qaynanalardır ki, onlar bir az təhlükəli olur. Çünki onlarla yaxşı davransan da pis başa düşəcəklər, pis davransan da. Sadəcə onlarla münasibətdə az olmaq lazımdır. Bu vaxt sakit durmaq yaxşı effekt verir. Onların gözlərinin içinə bax və dinlə. Belə tiplər “mən», «mən» sözünü qətiyyən sevmirlər. Bu günkü qaynanaların əksəriyyəti araqarışdıran tiplərdir". Psixoloqun sözlərinə görə, 3-cü şəxsin müdaxiləsi nəticəsində baş verən boşanma halları az olur. «Bu əksərən uzunmüddətli konfliktlərin yaranmasına gətirib çıxardır. Çünki, qaynana ailədə problem yaratsa da o, ailənin dağılmasını istəmir. O, yalnız istəyir ki, oğlunun yanında olsun».
Narınc Rüstəmova deyir ki, bu məsələlərlə əlaqədar onlara müraciətlər çox olur. Ancaq bu müraciətlər əsasən qayınana tərəfindən olur. Gəlin tərəfindən olan şikayətlərlə isə hələ qarşılaşmayıb: «Bəzən iki evli şəxs bizə müraciət edir ki, biz bir-birimizi başa düşmürük. Səbəb nədir? Biz səbəbləri araşdırırıq və sonda səbəbin qayınana olduğu aydınlaşır. Belə hallarda problemi iki tərəf də həll etməlidir. Həm oğlan tərəfi, həm qız tərəfi. Qaynana deyərkən bizim gözlərimizin önündə bizə sərt, tələbkar, oğlunu qısqanan bir obraz canlanır. Gəlin dedikdə isə qayınanaların təsəvvürünə oğullarını əllərindən alan bir rəqib gəlir. Əslində bu cür yanaşma düzgün deyil. Ümumiyyətlə, gəlin-qaynana münasibətləri oğuldan asılıdır. Oğul anası ilə necə davranırsa, həyat yoldaşı və anası arasında necə pərdə saxlayırsa bu sonacan da belə gedir».
Daha çox gəlinlərin hüquqlarıpozulur
Psixoloq Sevda Çopurova isə deyir ki, öz həyat yoldaşlarını itirən analar oğullarına daha yaxın olurlar və bu zaman oğullarını gəlinləri ilə bölüşə bilmirlər və sonda münaqişələr yaranır: «Gəlinlər çalışmalıdırlar ki, ananı oğula pisləməsin. Çünki hər bir oğul öz anasının müdafiəsinə qalxar. Yaxşı olar ki, gəlin yoldaşından soruşsun mən necə etsəm sənin ananın xoşuna gələr? Axı oğul ananın xasiyyətini daha yaxşı bilir. Belə deyirlər ki, gəlin-qaynana bir yerdə olmasalar daha yaxşı olar. Bu zaman arada hörmət də qalır. Bu doğrudur. Amma bir fakt var ki, ananı tək necə qoymaq olar?»
Sevda Çopurova hesab edir ki, çox vaxt gəlin-qaynana münasibətlərində gəlinlərin hüquqları pozulur: «Belə ki, qayınana gəlinə aid olan hər işi görür. Gəlinlə rəqabətdə olur. İstəyir ki, o, oğluna daha yaxın olsun. Bir növ özünü oğlunun yoldaşı yerinə qoyur. Bu zaman artıq böyük problemlər ortaya çıxır. Gəlin qaynanadan küsür, özünəinamsızlıq yaranır və gəlin arxa plana keçir. Əksər vaxtlarda təmizliyə həssas olan gəlinlər qaynanaların tökdüklərini yığmağa çalışırlar. Bu zaman əsəb hissi keçirirlər. Yaxud da ki sərbəst bir ailədə böyüyən gəlin çətin bir qayınananın yanına düşür. Qayınana da onun geyiminə, şəxsi işlərinə qarışır. Bu da gəlinlər də müəyyən problemlər yaradır və gəlinlər bu zaman özlərini qaynanalarının qulluqçusu hesab edir. Müasir dönəmdə belə bir problem də var ki, yeni qurulmuş ailəni qaynana və qayınata idarə edir. Artıq bu zaman oğul pulu anadan istədiyi üçün məcburdur ki, ananın sözüylə oturub-dursun».
Ümumiyyətdə, ekspertlər bu problemi tərəflərin öz arasında deyil, psixoloq araçılığı ilə həll edilməsini məsləhət görürlər.
Müəllif:Vüsalə Ağayeva
| ['boşanma', 'ailə problemləri', 'ayrılıq', 'qaynana gəlin münasibətləri', 'qaynana', 'gəlin və qaynana', 'qayınana'] |
4,463 | https://kayzen.az/blog/kino/8319/filml%C9%99rd%C9%99n-faktlar.html | Filmlərdən faktlar | Aysel218 | Kino | 13 yanvar 2012, 20:08 |
İndiyə qədər çəkilmiş ən bahalı film 289 milyon dollar büdcəli «Harry Potter and the Goblet of Fire» olub. Bundan əvvəlki rekord 280 milyon dollar ilə «Return of the King»ə aid idi.Charlie Chaplin gizlicə qatıldığı bir «Charlie Chaplin-ə bənzəmə» yarışmasını qazana bilməmişdi.«Matrix-in Neo-su» üçün ilk olaraq Leonardo DiCaprio və Ewan McGregor-a təklif aparılmış ancaq ikisi də rolu rədd etmişdi.“Star Wars” dakı şüa qılıncının səsi bir film proyektoru səs-küyü ilə arxası sökülmüş bir televiziyaya yaxınlaşdırılmış mikrofonun yazdığı səs qarışdırılaraq edilmişdi.Haley Joel Osment «Altıncı Hiss»dəki səhnələrində kifayət qədər sarsılmış görünmək üçün çəkilişlərdən əvvəl özünü divardan divara vururmuş.Kevin Costner «The Big Chill» filmində bir cəsədi oynamışdı.«Peter Weller»in Robocop kostyumunda gizli bir kondensioner var imiş.«Jaws» filmindəki mexaniki köpək balığının (akulanın) adı Bruce imiş. Əgər yadınızdadırsa, «Finding Nemo»dakı köpək balığının adı da bu idi.«Blair Witch Project» filmində heç musiqi istifadə edilməmişdi.
«Terminator 2»də Arnold Schwarzenegger-ə ödənən ödəniş 15 milyon dollar Arnold-un cəmi söylədiyi söz sayı isə 700. Yəni hesablamalara görə Arnold-a «Hasta la vista baby» dedirtmənin qiyməti 85.716 dollar imiş :-) .«Lord of the Rings: Two Towers»dəki Dəbilqə Dibi döyüşünün qışqırış çağırışları Peter Jackson rəhbərliyindəki 25.000 kriket ventilyatoru tərəfindən səsləndirilmişdi!«Matrix»in nümayişinə girməsindən yalnız 3 ay sonra məşhur «bullet-time» (bullet-time yadınızdadısa neo-ya güllə atılarkən neo-nun körpü duruşunda durması və güllənin onun üzərindən keçməsi fraqmenti nəzərdə tutulur) efekti tam 20 filmdə istifadə edilmiş.Jennifer Lopez ilanlardan qorxduğu üçün son anda «Anaconda»da oynamaqdan imtina etmiş ancaq kontrakta görə oynamaq məcburiyyətində qalmışdı.«Showgirls»un baş rolu Elizabeth Berkley-dən əvvəl Madonna Drew Barrymore Charlize Theron Sharon Stone və Jenny McCarthy-a təklif edilmiş. «Showgirls»un rejissoru olan Paul Verhoeven də mükafatını şəxsən almağa gedən tək rejissor imiş.«Indiana Jones»un papağini heç çıxarmaması çəkimlərdə papağın başa yalnış qoyulmaması səhvləri olmasın deyə düşünülüb..«Qarabasma Ovçuları»ndakı Marshmallow adamın əriməsi səhnəsi üçün 150 kilo after shave kremi istifadə edilmişdi.«Casablanca»nın əfsanə cümləsi «Yenə çal Sam» əslində filmdə heç deyilmir!«Mad Max»ın fraqmentlərində məşhur deyil deyə Mel Gibson heç görünmürmüş.«The Shawshank Redemption»da Brook-un qarğasını bir soxulcanla yedizdirməyinə ASPCA (Filmlərdə heyvan haqqlarının pozulub pozulmadığına nəzarət edən cəmiyət) etiraz etmişdi. ASPCA müşahidəçisi hüzurunda təbii yollarla ölmüş bir qurd tapılmış ancaq qarğa bu qurdu yeməyi rədd etmiş. Qurd şəkli verilmiş bir ət parçası ilə problem həll edilmişdi
| ['kino', 'kinolar'] |
4,464 | https://kayzen.az/blog/m%C9%99ryam/8318/ba%C4%9F%C4%B1%C5%9Fla-sevdiyim.html | Bağışla sevdiyim..... | məryam | Bloq: məryam | 13 yanvar 2012, 16:59 |
Bu şeiri yazan şairlə, eyni yaşdayam. Mənim ən yaxın dostumdu. Çox gözəl hekayələri, romanları, şeirləri var. Sanki içdən yazır. Ailəsi qoymur kitab çıxarmağa. Yoxsa sizdə onun kitablarını həvəslə oxuyardız. Bacardığım qədər onun əsərlərini təqdim edəcəm. Bu arada mənə demədən, bunu başqa sayta qoymaq olmaz!
Bağışla sevdiyim(Yazar Ayliə)Həyat,Canımı acıtan ümman.Canım acıyır,Yaralı quş tək,Sanki senin tək,Verdiyin acı tək.Qanadsız uça bilmirəm,Senin yanında ola bilmirəm.Geceler yata bilmirəm.Bağışla! Dözmürəm, mən sənsizO gözlərinə baxmaq istərəm,Şirin sözlərini duymaq istərəm,Canımı, canına qatmaq istərəm,Ölüm niyə belə, uzaq Bəs sənsiz?Acı verir bu həyat,Dözmürəm sevdiyim!
Sanki səndən qaçıram, bilmirəm niyə?Ölüm məndən qaçır, dayanamıram,Bu ah naləyə, bu acı dərdə.Səni tərk edən mən, Səni sevən mən, Gözlərin üçün ölən mən, Bəs məndən uzaq, niyə sən?Bağışla! Hər şeyə son qoydum,Mən sevmədim, dəli oldum,Bunu zəiflik bildim, Mən özümü məhv etdim.Amma bilirsən,Həyatda çox oğlan tanıyıram,Şirin sözləriylə, qelbim ovunur.Bəlkə səni tərk etdiyimdən, Mən nə etdiyimi hələ bilmirəm.Sən yox, men gəlməliyəm,Ayağına qapanıb yalvarmalıyam,Məni efv etmən üçün, sənə möhtacam,Amma qürurum məndən güclü.
Bağışla sevdiyim hər şeyə görə:'(
| ['Yazar Ayliə'] |
4,465 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/8317/%C3%A7at%C4%B1%C5%9Fmazl%C4%B1qlar.html | Çatışmazlıqlar | umud600 | Xoşbəxt ailə | 13 yanvar 2012, 11:12 |
... Yazılarımızda vermək istədiyimiz səadət sirlərindən biri də imkansızlıqlarla , çatışmazlıqlarla bağlıdır. Xəyalən də olsa, hamımız birlikdə 60 il əvvəlin həyatına səyahət edək... 1940 - cı illərdə kənddə yaşasaydınız, yemək bişirmək üçün meşədən odun kəsib gətirməli idiniz. Təbii ki, bu hələ başlanğıcdır. Sonra onu balta ilə doğrayıb bir kənara yığmalı olacaqdınız. Qışda islanmış odunları yandırmaq üçün əvvəlcədən ocağın kənarına gətirib qurutmalı idiniz. İndi növbə ocağı yandırmaqdadır. His - duman içərisində " yanmaram " deyə inad edən odunları üflə ki, yansın... Tutaq ki, çətinliklə də olsa, ocaq yandı. Bazarda kəsilmiş, yonulmuş hazır toyuq yoxdur təbii ki... Haydı, yoldaşınızın kəsdiyi toyuğu yolmağa başlayın, içini təmizləyin... Hər tərəf yağa bulaşdı. Sabun çox bahadır və ancaq paltar yumaqda istifadə olunur. Əlinizi torpağa bulayın və yuyun. Başqa yol da yoxdur... Süfrəni yığışdırdınız. Qab - qacağı yumalısınız. Həm də yuyucu maddə olmadan... Artıq axşam düşür. Daş divarlı soyuq otaqlar üçün manqal qalayıb tüstüsü keçəndən sonra bir - bir otaqlara aparmalısıınız...
Çıraqları yandırın. Çünki əlinizi atan kimi yanan işıqları hələ tanımırsınız... Aman Allah, hələ inəklər sağılmalıdır. Toyuq - cücənin qapısı açıq qaldı, haydı tələsin!... Uşaq yenə altını islatdı. Uşaq bezi olsaydı?! Uşaq bezi? O nədir ki? Uşağınızı ocaqda isitdiyiniz o qiymətli su ilə yuyun... Paltarları yumaq üçün isə çay kənarından gil gətirməlisiniz. Əvvəlcədən suya qoyun ki, gilli suyunuz hazır olsun... Ananız üçün darıxdınız? Telefon olsaydı danışardınız. Ancaq böyük bir şəhərdə yalnız bir telefon var. Onun da o biri tərəfində ananız gözləmir təbii ki... Axşamdan qalan yeməyi ən soyuq otağa qoyun ki, xarab olmasın. Üstünü də möhkəm örtün ki, it - pişik dəyməsin... Kənddə toy var. Haydı geyinin toy - bayramlıq paltarınızı, özünüzü gəlin kimi hiss edin. " Bunlardan bir neçə dənə də olsaydı " fikri heç ağlınıza belə gəlməsin... Necədir, gözlərinizi açıb hazır qazı, işığı görəndə özünüzü varlı hiss etdinizmi? Bəli, analarımız olmasa da nənələrimiz belə yaşadılar o günlərdə...
| ['kənd', 'keçmişimiz', 'soyuq su', 'odun', 'problemlər'] |
4,466 | https://kayzen.az/blog/cahandar/8314/ki%C5%9Fi.html | Kişi | cahandar | Bloq: cahandar | 13 yanvar 2012, 00:42 |
Məni qınamayın, düzün deyirəm,Əsl kişilərə, mən baş əyirəm.Siz geyən şalvardan mən də, geyirəm,Şalvar kişiliksə, mən də, kişiyəm.Kişi ocağına, evinə baxar,Kişini el dərdi yandırıb yaxar.Kişi xına qoyar, ya sırğa taxar?Kişilik bəzəksə, mən də, kişiyəm.Kişi bir söz verər, min söz gəzdirməz.Kişi qeybət qırmaz, yalan söz deməz.Nazlı gözəl kimi özün əsdirməz,İşvə kişiliksə, mən də, kişiyəm.
Kişi qatlaşar hər ağır əzaba,Kişilər tüpürməz yediyi qaba.Görəsən, kişilik nədir əcəba?Təkcə dolu cibsə, mən də, kişiyəm.Rəhimli, çoxunun adı kişidir.Paxıllıq, yaltaqlıq bir vərdişidir.Məncə kişilik qeyrətin işidir,Qoy hamı deməsin, mən də, kişiyəm.Müəllif:Aygün Rəhimli.
| ['şer'] |
4,467 | https://kayzen.az/blog/cahandar/8313/b%C9%99xtsiz-sevgi.html | Bəxtsiz sevgi | cahandar | Bloq: cahandar | 13 yanvar 2012, 00:20 |
Acıqla zəng etdin mənə bu səhər,Yuxuda görmüşəm istəyin azdır.Əksini söyləmə sevirsən əgər,Adımı qəlbinin üstünə yazdır.Yazdır ki,qanına qarışıb bütün,Adım damcılayıb qəlbinə dolsun.Yazdır ki,bu altı hərif mənimçün,Qədərsiz sevginin möhürü olsun.Əzizim acığın,gileyin hədər,Onsuzda bilirsən istəyim çoxdur.Mənim nifrətimdi dünyalar qədər,Sevgimin ölçüsü qədəri yoxdur.
Qəlbimin üstündə yoxdursa adın,Məncə bu elədə qəbahət deyil.Kişinin qəlbincə deyisə qadın,Quru ad yazdırmaq kifayət deyil.Doğmasan,əzizsən nəfəsim qədər,Bürüməsin əbəs qorxular səni.Hər adi yuxuya inansan əgər,Yuxusuz saxlayar yuxular səni.Müəllif:Nəcməddin
| ['şer'] |
4,468 | https://kayzen.az/blog/kino/7780/l%C3%BCk-besson.html | Lük Besson | Azərbaycan | Kino | 12 yanvar 2012, 17:04 |
Onun uşaqlıq arzusu delfinlər üzrə mütəxəssis olmaq idi. Amma bədbəxt bir hadisə nəticəsində fiziki imkanları məhdudlaşır və bu səbəbdən o, arzusuna çata bilmir. Və mehrini kino sənətinə salır. Söhbət tanınmış fransız rejissoru və prodüseri Lük Bessondan gedir. Besson böyük kinoya rejissor assistenti kimi gəlir. «Axırdan ikinci» debüt filmi uğurlu alınır və Bessonu ikinci «Yeni dalğa» cərəyanına aid edirlər.
Tədricən Bessonun rejissor üslubu formalaşır: onun filmlərinə gərgin hərəkət, melodramatizm, fransızsayağı yumor xasdır. Besson melodramdan tutmuş fanteziyə qədər bütün janrlarda işləyir: «Tunel», «Leon», «Nikita», «Janna Dark», «Beşinci element», «Mələk A», «Taksi», «Mavi ənginlik» və s.
— Filmlərinizi çəkərkən yəqin ki, Parisin gözəlliyi sizə kömək edir, ruh yüksəkliyi yaradır?
— Şəhərin gözəlliyi mənə qəhrəmanlarımı anlatmağa, onların daxil aləmini ifadə etməyə kömək edir. «Mələk A» filmini Nyu-Yorkda çəkə bilməzdim. Oranın küçələrində uyğun atmosfer yoxdur.
— «Mələk A»dakı Andre obrazı ilə Leon arasında hansısa bir əlaqə var? Hər ikisi onların dünyasına yenilik gətirən, həyəcanlandıran qadınla rastlaşır...
— Mən belə düşünmürəm. Andre yetkin bir qadınla, başqa şəraitdə rastlaşır. «Leon» filmində isə söhbət cəmiyyətin rədd etdiyi itirilmiş iki uşaqdan gedir. «Mələk A» filmi daha çox bizim hər birimizin daxilinə baxışdır: çətinliyimiz olanda güzgüyə baxıb deyirik: «Salam. Sən əslində elə də pis deyilsən, mənim xoşuma gəlirsən». Cəmiyyət və kütlə isə bizə deyir: «Əgər sən ötkəm, soyuqqanlı görünmək istəyirsənsə Bred Pitt kimi görün». O zaman mən nə etməliyəm? İntihara əl atım? Və ya özüm kimi yaşamağa cəhd göstərim?
— Sizin Bred Pittlə müqayisə edilməyə ehtiyacınız yoxdur. Çünki kino sahəsində biznesinizi inkişaf etdirmisiniz, Parisdə studiyanız var.
— Əgər siz böyük bir torla balıq ovlayırsızsa, nə zamansa balıqlar bitib qurtaracaq. Kinoda da eynilə belədir. Kino sənayesində tor amerikalılardır. Onlar hər yerdədir, Avropada bazarı idarə edirlər. Və bir müddətdən sonra artıq italyan kinosu olmayacaq. İspan və alman kinosunun da problemləri var. Bu şəraitdə yalnız fransız kinosu düşünür, yaşayır, çünki o, özünü qorumağı öyrənib.
— Siz özünüz də savaş filmlərinə prodüserlik etmisiniz. «Taksi», «Transportyor»...
— Mən savaş filmlərindən əvvəl üç ya dörd qısametrajlı, intellektual filmlərə prodüserlik edirəm. Amma sonda həmişə insanlar yenə kommersiya filmlərini xatırlayırlar. Gəlirin əsas hissəsini kommersiya filmləri təşkil edir.
— Siz prodüser kimi rejissorla necə işləyirsiniz?
— Hər gəminin yalnız bir kapitanı var, kino sənətində də kapitan rejissordur. Əgər mən bir filmə prodüserlik edirəmsə, rejissorla əvvəlcədən ssenari üzərində işləyirəm, aktyorları, kamera arxasında dayanacaq bütün vacib işçiləri seçirik. Amma çəkilişlər başlayanda mən rejissorun işinə müdaxilə etmirəm.
— Bəzi filmlərinizdən («Nikita», «Taksi») ilhamlanan Hollivud onlara remeyk çəkir. Siz böyük filmlərinizi ingiliscə çəkirsiniz. Bazarı zəbt etmək üçün imkanınız var?
— Bunun üçün ingiliscə çəkmək kifayət deyil. Əgər bu gün siz Parisi gəzsəniz, görərsiniz ki, şəhər kinoteatrlarında ən müxtəlif millətlərə məxsus 40 film göstərilir. Amerikada isə yalnız Amerika filmlərini görəcəksiz. Bəlkə də arada bir ingilis komediyası, və ya fransız filmi ilə rastlaşırsınız. Hollivudda texniki sahədə təcrübə, maliyyə olsa da, onlar həmişə eyni səhvi edirlər: sənətkarları bankirlərlə, vəkillərlə, agentlərlə dəyişik salırlar və unudurlar ki, ekranlaşdırılan hər bir əhvalatın həqiqi əsası, nüvəsi olmalıdır. Yoxsa tamaşaçı filmi qəbul etməz. On ildən bəridir ki, mən Hollivuddan təkliflər alıram, onlar məni dəbdəbəli villa ilə, pulla şirnikləndirmək istəyirlər.
— Sizin mürəkkəb 3D formatında filminiz var, amma elektron ünvanınız yoxdur? Kompyuterdən də istifadə etmirsiniz...
— Düzdür. Çünki kompyuter mənim işimin keyfiyyətinə təsir etmir. Mənasız emaillərə cavab verənədək, şəhərdə gəzişərəm, yağışa baxaram və ya bir neçə adamı müşahidə edərəm. Bu mənim qidamdır.
— Bir az da siyasətdən danışaq. Sizə elə gəlmir ki, siyasətçilər də son dərəcə yaxşı aktyorlardır.
— Axırıncı seçkilərdə prezidentliyə namizəd, sosialist Seqolen Ruayal diqqətimi cəlb etmişdi. O, yeni nəsil siyasətçilərdəndir. Onun kiçik müsbət tərəfi qadın olmasıdır. O son illərdə kifayət qədər dəyişmişdi. Telemüsahibəsi zamanı gördüm ki, artıq çantasını da özü daşımır, onun əlbisələri xoşdur, o əla görünürdü, təəssürat yarada bilirdi. Mən düşünürəm ki, o yaxşı oynayırdı. Bəs onun ideyaları haradadır? Daha yaxşı olardı ki, o seçkilərə ideyalarla qatılardı.
— Siz bununla bağlı ssenari yaza bilərsiniz.
— Düz deyirsiniz. Amma siyasətçilər ssenarisiz də, rejissorsuz da aktyorlardır.
Hazırladı: Sevda Əliəşrəfqızı
Mənbə: Mədəniyyət qəzeti
| ['rejissor', 'Lük Besson'] |
4,469 | https://kayzen.az/blog/azerbaycan/7761/az%C9%99rbaycan%C4%B1n-inzibati-%C9%99razi-vahidl%C9%99ri.html | Azərbaycanın inzibati-ərazi vahidləri | Azərbaycan | Azərbaycan | 12 yanvar 2012, 17:04 |
Azərbaycan xalqının inkişafında mühüm rol oynamış ölkənin inzibati ərazi quruluşu onun ərazi bölgüsünün coğrafi əsasını təşkil edir. Azərbaycanın yaşayış məntəqələrinin yaranması qədim zamanlardan başlayaraq mürəkkəb tarixi dövr keçmişdir. Hər bir tarixi dövrdə məskunlaşma sisteminin təşəkkülü, yüksəlməsi və tənəzzülü prosesləri baş vermiş və bunun üçün konkret iqtisadi-siyasi zəmin yaranmışdır. Mövcud olan sosialiqtisadi münasibətlərin dəyişməsi ilə birgə dövlətin inzibati ərazi quruluşu da dəyişmişdir. Hakimiyyətə gələn sinif özünə xas olan dövlət quruluşunu və ona uyğun inzibati ərazi bölgüsünü yaratmışdır.Azərbaycanda ictimai quruluş dövlətlər, əmirliklər, bəylərbəyiklər, xanlıqlar, sultanlıqlar, vilayətlər, əyalətlər, quberniyalar, qəzalar, dairələr, mahallar və rayonlardan ibarət olmaqla bir neçə dəfə köklü surətdə dəyişmişdir. XVIII əsrin sonu, XIX əsrin əvvəllərində bir çox xırda xanlıqlar və sultanlıqlar digərləri ilə birləşmişdi. Azərbaycanı öz təsir dairəsinə salmaq uğrunda aparılan rəqabət nəticəsində 1801-1828-ci illər ərzində Azərbaycan bir sıra imperiyaların təcavüzlərinə məruz qalmışdır.1801-1804-cü illərdə Gəncə, Qarabağ, Şəki vəŞirvan xanlıqları, habelə Borçalı, Qazax, Şəmsəddil və Tabasaran sultanlıqları və Car-Balakən camaatlığı Rusiya imperiyası tərəfindən işğal edildi. Gəncə şəhərinin adı dəyişdirilərək Yelizavetpol adlandırıldı. 1805-1806-cı illərdə Azərbaycanın Dərbənd, Qarabağ və Quba xanlıqları Rusiyaya ilhaq edildi.1813-cü ildə Rusiya iləİran arasında imzalanmış Gülüstan müqaviləsi əsasında Azərbaycan İran ilə Rusiya arasında bölünərək İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla, Araz çayından şimal hissəsində yerləşən Azərbaycan torpaqları Rusiyanın tərkibinə verildi.1827-ci ildə Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları da Rusiyanın tərkibinə daxil edildi.XIX əsrin əvvəllərindəŞimali Azərbaycan xanlıqları 6 əyalətə (Bakı, Quba, Şəki, Şirvan, Qarabağ, Talış), 2 dairəyə (Yelizavetpol, Car-Balakən) və 2 distansiyaya (Qazax, Şəmşəddil) bölünmüşdü. İrəvan və Naxçıvan xanlıqlarının ərazisində isə Rusiya çarı I Nikolayın fərmanı ilə 21 mart 1828-ci ildə “Erməni vilayəti” yaradılmışdı. 1840-cı ildə ”Erməni vilayəti” buraxılmış, əvəzində təşkil edilən İrəvan qəzası Gürcü-İmereti quberniyasının tərkibinə daxil edilmişdi. 1 yanvar 1841-ci ildən Zaqafqaziyada inzibati islahat qanununa (10.04.1840) müvafiq olaraq bu bölgələr Gürcü – İmereti quberniyasına (mərkəzi - Tiflis) və mərkəzi Şamaxı olmaqla Kaspi (Xəzər) vilayətinə bölündü. Kaspi vilayətinəŞamaxı, Şuşa, Şəki (Nuxa), Lənkəran, Bakı, Quba, Dərbənd qəzaları daxil idi. Azərbaycanın Yelizavetpol (Qazax və Şəmşəddil qəzaları daxil olmaqla), Balakən (keçmiş Car-Balakən dairəsi) və Naxçıvan (Ordubad dairəsi ilə birlikdə) torpaqları Gürcü-İmereti quberniyasının tərkibinə daxil edilmişdi.1846-cı ildə Zaqafqaziya Tiflis, Kutais, Şamaxı və Dərbənd quberniyalarına bölündü. Şamaxı quberniyası Şamaxı, Şuşa, Şəki, Bakı və Lənkəran qəzalarından ibarət idi. Quba qəzası Dərbənd quberniyasının tərkibinə daxil oldu, Yelizavetpol qəzası isə Tiflis quberniyasında qaldı. Car-Balakən yenidən ayrı dairə kimi yarandı. 1849-cu ildəİrəvan, Aleksandropol (keçmiş Gümrü), Naxçıvan, Ordubad və Novo-Bayazet (Göyçə gölü hövzəsi) qəzalarından ibarət İrəvan quberniyası təşkil edildi. Şamaxı zəlzələsi iləəlaqədar olaraq (1859) bu quberniyanın mərkəzi Bakıya köçürüldü və o, "Bakı quberniyası" adlandırıldı. 1860-cı ildə Dərbənd quberniyası ləğv olundu. Quba qəzası Bakı quberniyasının tərkibinə daxil edildi. Car-Balakən dairəsi Zaqatala dairəsinə çevrildi. 1868-ci ildə Yelizavetpol quberniyası yaradıldı. Yelizavetpol quberniyasına Qazax, Şəki (Nuxa), Şuşa, Zəngəzur qəzaları daxil idi. Bakı quberniyasına 6 qəza (Bakı, Quba, Lənkəran, Şamaxı, Göyçay və Cavad) daxil idi.1870-ci ildə İrəvan quberniyasının tərkibində yeni Şərur-Dərələyəz qəzası yaradıldı. 1874-cü ildə Şəki (Nuxa) qəzasının cənub hissəsindən Ərəş qəzası ayrıldı. 1 iyul 1883-cü ildə Cəbrayıl və Cavanşir qəzaları yaradıldı. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Bakı, Gəncə (ruslar onun adını dəyişib "Yelizavetpol" qoymuşdular. 10 avqust 1918-ci ildə Gəncənin adı yenidən özünə qaytarıldı) və Zaqatala dairəsinə bölündü. Bununla birlikdə, Gəncə quberniyasının tərkibində müvəqqəti Qarabağ general-qubernatorluğu yaradıldı. Onun tərkibinəŞuşa, Cavanşir, Zəngəzur və Qaryagin 30 avqust 1918-ci ildən Cəbrayıl qəzaları daxil oldu. Bakı quberniyasına Bakı, Göyçay, Cavad, Quba, Lənkəran, Şamaxı qəzaları, Gəncə quberniyasına Ərəş, Gəncə, Qazax, Şəki (Nuxa) qəzaları daxil edildi. Zaqatala dairəsində qəza bölgüsü yox idi. Ona Car, Balakən, Əliabad, Muxax, Almalı, Qax sahələri daxil idi. 1919-cu ildə Qazax qəzasından Tovuz qəzası ayrıldı, cənub-qərbdə isə Qubadlı qəzası yaradıldı. 22 aprel 1920-ci ildə Gəncə qəzasından Şamxor qəzası ayrıldı.1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı və Gəncə quberniyaları ləğv edildi, Zaqatala dairəsi Zaqatala qəzasına çevrildi. Ərəş və Cavad qəzaları "Ağdaş" və "Salyan" adlandırıldı. 1921-ci ildə Azərbaycan SSR-də 17 qəza (Ağdaş, Bakı, Göyçay, Gəncə, Cəbrayıl-Qaryagin, Tovuz, Qazax, Zaqatala, Quba, Lənkəran, Şəki (Nuxa), Salyan, Şuşa, Şamaxı, Şamxor, Qubadlı, Zəngəzur) vardı, 1922 -ci ildəZəngəzur qəzası ləğv edildi və Qubadlı, Cavanşir vəŞamxor qəzaları yaradıldı. Naxçıvan vilayətində ŞərurDərələyəz və Naxçıvan qəzaları təşkil edildi.1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Cavanşir, Qubadlı, Şuşa və Tovuz qəzaları ləğv edildi, yeni Ağdam və Kürdüstan qəzaları təşkil edildi. Naxçıvan vilayətində hər iki qəza ləğv olundu. Bu dəyişikliklər nəticəsində respublikanın tərkibinə 15 qəza (Ağdam, Ağdaş, Bakı, Gəncə, Göyçay, Cəbrayıl, Zaqatala, Qazax, Kürdüstan, Quba, Lənkəran, Nuxa, Salyan, Şamxor, Şamaxı) Naxçıvan vilayəti və Dağlıq Qarabağ Muxtar Vilayəti daxil oldu. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 9 fevral 1924-cü il qərarı ilə Naxçıvan vilayəti Naxçıvan Muxtar Respublikasına çevrildi. 1926-cı ildə qəzaları möhkəmləndirmək məqsədi iləŞamxor və Ağdaş qəzaları ləğv edildi. VI Ümumazərbaycan Sovetlər qurultayının (8 aprel 1929-cu il) qərarı ilə respublika ərazisində dairələr (Bakı, Quba, Lənkəran, Şirvan, Gəncə, Qarabağ, Zaqatala-Nuxa, Muğan) təşkil edildi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il qərarı ilə Zaqatala və Nuxa dairələri yenidən bərpa edildi və Qarabağ dairəsinin tərkibindən ayrılmış müstəqil Kürdüstan dairəsi yaradıldı.1930-cu ildə Azərbaycan SSR-də 10 dairə (Bakı, Gəncə, Zaqatala, Qarabağ (Ağdam), Quba, Kürdüstan, Lənkəran, Muğan (Salyan), Şəki (Nuxa), Şirvan (Göyçay))mövcud idi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə respublika ərazisi 63 rayona bölündü. 1931-ci ilin fevralında bəzi rayonlar ləğv edilərək yeniləri yarandı, bununla əlaqədar onların sayı 47-yə endi. (Hacıkənd, Əliabad, Ağsu, Göynük, Çuxurabad, Qaraməryəm, Qarasu, Qubadlı, Mərəzə, Tərtər və Xəzri rayonları ləğv edilmiş, Hil, Gəncə, İsmayıllı, Nuxa vəŞaumyan rayonları yaradılmışdır. "1931-ci ilin oktyabrında Petropavlovsk kəndi "Sabirabad şəhəri" adlandırılır.1933-cü ilin martında yenidən Qubadlı rayonu, 1934-cü ilin yanvarında Tərtər, 5 fevral 1935-ci ildə Yevlax və Zərdab rayonları təşkil edildi. 1937-ci ildə respublika rayonları şəbəkəsi Azərbaycan SSR Konstitusiyasında qanunla möhkəmləndirildi. 1938-1939-cu illərdə Azərbaycanın inzibati-ərazi bölgüsündəəsaslı dəyişikliklər edildi. 1938-ci ilin iyulunda Qaradonlu rayonunun adı dəyişdirilərək "İmişli" edildi, Hil - "Qusar", Zuvand"Lerik", Biləsuvar-"Puşkin", Nərimanov-"Xanlar", Veryaduz-"Yardımlı" adlandırıldı. 1938-ci ildə Annino kəndi"Şamxor şəhəri", Goranboy kəndi "Qasım İsmayılov qəsəbəsi", Yelenendorf kəndi "Xanlar şəhəri", Zubovka kəndi "Əli Bayramlı" şəhəri adlandırıldı. 1939-cu ilin yanvarında Ağstafa, Qazıməmməd, Xıllı, Ucar rayonları yaradıldı. 1939-cu ilin sentyabrında Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizaq və Corabert rayonları "Hadrut" və "Mardakert" rayonları adlandırıldı. 1939-cu ilin noyabrında Jdanov vəİsmayıllı rayonları yaradıldı. 1939-cu ildə Hacıqabul şəhəri "Qazıməmməd" adlandırıldı.1940-cı ilin yanvar-fevral aylarında Siyəzən və Neftçala rayonları təşkil edildi. 1943-cü ilin oktyabrında Mərəzə, Xaldan və Xudat rayonları yaradıldı. 1949-cu ilin yanvarında Naxçıvan Muxtar Respublikasının Əbrəqunis rayonu ləğv edildi. 1949-cu ilin avqustunda Tərtər rayonu "Mir-Bəşir" rayonu adlandırıldı. 22 noyabr 1949-cu ildə Sumqayıt, 4 fevral 1954-cü ildə Mingəçevir şəhərləri yaradıldı. 1954-cü ilin yanvarında Samux rayonu ləğv edildi.1956-cı ilin aprelində Dəstəfur rayonu "Daşkəsən" rayonu adlandırıldı. 1956-cı ilin dekabrında Xızı, 1959cu ilin sentyabrında Mərəzə rayonları ləğv olundu. 1959-cu ilin aprelində Qaryagin rayonu "Füzuli" rayonu adlandırıldı. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 dekabr 1959-cu il fərmanı ilə Ağstafa, Qazıməmməd, Qonaqkənd, Mərəzə, Neftçala, Səfərəliyev, Siyəzən, Xudat rayonları ləğv edildi.Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 yanvar 1963-cü il fərmanı ilə Ağcabədi, Əli Bayramlı, Ağsu, Balakən, Daşkəsən, Cəbrayıl, Dəvəçi, Yevlax, Jdanov, Zərdab, Qax, Qubadlı, Qutqaşen, Mir-Bəşir, Nuxa, Puşkin, Saatlı, Tovuz, Xaçmaz rayonları, Naxçıvan MSSR-də Ordubad vəŞahbuz rayonları, DQMV-dəŞuşa rayonu ləğv edildi. Lakin bir ildən sonra - 1964-cü ilin iyulunda Cəbrayıl, Qasım İsmayılov, Qubadlı, Puşkin rayonları, 1965-ci ilin yanvarında isə (bu vaxt N. S. Xruşşov artıq hakimiyyətdən uzaqlaşdırılmışdı) 1963-cü ildə ləğv edilmiş bütün rayonlar bərpa olundu. 1967-ci ilin iyulunda Astraxanbazar rayonu Cəlilabad, 1968-ci ilin sentyabrında Nuxa rayonu Şəki rayonu adlandırıldı.Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 may 1978-ci il fərmanı ilə DQMV-nin Stepanakert rayonu Əsgəran rayonu, 23 oktyabr 1978-ci il fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu Babək rayonu adlandırıldı.1989-1991-ci illərdə SSRİ-nin dağılması prosesi ilə başlayan xalqın uzun sürən azadlıq hərəkatları nəticəsində 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. 18.03.1989-cu ildə Jdanov rayonunu və Jdanov şəhəri müvafiq olaraq Beyləqan rayonu və Beyləqan şəhəri adlandırıldı.
30.12.1989-cu ildə Kirovabad şəhərinin tarixi adı bərpa edilərək Gəncə şəhəri adlandırıldı.05.01.1990-cı ildə Bakı şəhərinin Şaumyan rayonu Xətai rayonu adlandırıldı.18.04.1990-cı ildə Bakı şəhərinin Orconikidze rayonu Suraxanı rayonu adlandırıldı.21.04.1990-cı ildə Xocalı kəndi şəhər statusuna aid edildi. Həmin tarixdəərazisi Abşeron vəŞamaxı rayonlarmdan verilməklə, mərkəzi Xızı qəsəbəsi olmaqla Xızı rayonu, ərazisi Əli Bayramlı şəhərindən, o cümlədən Sabirabad vəŞamaxı rayonlarmdan verilməklə, mərkəzi Hacıqabul şəhəri olmaqla Hacıqabul rayonu, ərazisi Qazax rayonundan verilməklə, mərkəzi Ağstafa şəhəri olmaqla Ağstafa rayonu vəərazisi Şamaxı rayonundan verilməklə, mərkəzi Mərəzə qəsəbəsi olmaqla Qobustan rayonu yaradıldı.06.06.1990-cı ildə Gədəbəy qəsəbəsi, 24.07.1990-cı ildə isə Qubadlı qəsəbəsi şəhər statusuna aid edildi.05.02.1991-ci ildə Azərbaycan SSR-in adı dəyişdirilərək Azərbaycan Respublikası adlandırıldı.07.02.1991-ci ildə Qasım İsmayılov, Qutqaşen, Mirbəşir, Puşkin, Şamxor, Vartaşen, Naxçıvan MR İliç rayonlarmın, habelə eyni adlı rayon mərkəzlərinin və Gəncə şəhəri Gəncə rayonunun tarixi adları bərpa edilərək müvafiq olaraq Goranboy, Qəbələ, Tərtər, Biləsuvar, Şəmkir, Oğuz, Şərur və Kəpəz rayonu adlandırıldı. Həmçinin Şaumyan rayonu ləğv edildi və onun ərazisi Goranboy rayonuna verildi.25.05.1991-ci ildə Xızı kəndi qəsəbə statusuna aid edildi.26.11.1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildi. Bunun nəticəsində DQMV-nin tərkibində olan Əsgəran və Hadrut rayonları ləğv edilərək, ərazisi Əsgəran rayonundan verilməklə, mərkəzi Xocalı şəhəri olmaqla Xocalı rayonu yaradıldı. Stepanakert şəhərinin, habelə Mardakert və Martuni rayonlarınm və onların mərkəzlərinin tarixi adları bərpa edilərək, müvafiq olaraq Xankəndi, Ağdərə və Xocavənd adlandırıldı. Ləğv edilmiş Hadrut rayonunun ərazisi Xocavənd rayonuna verildi. Xankəndi şəhəri Respublika tabeli şəhərlər, Ağdərə, Xocavənd, Xocalı vəŞuşa rayonları isə Respublika tabeli rayonlar kateqoriyasına aid edildi.29.11 1991-ci ildə rayon tabeli Lənkəran, Şəki və Yevlax rayonları Respublika tabeli şəhərlər kateqoriyasına aid edildi. 18.02.1992-ci ildəərazisi Xanlar rayonundan verilməklə, mərkəzi Səfərəliyev qəsəbəsi olmaqla Samux rayonu yaradıldı. 02.04.1992-ci ildəərazisi Dəvəçi rayonundan verilməklə, mərkəzi Siyəzən şəhəri olmaqla Siyəzən rayonu yaradıldı. 29.04.1992-ci ildə Bakı şəhərinin Kirov, Lenin, 26 Bakı komissarları və Oktyabr rayonu müvafiq olaraqBinəqədi, Sabunçu, Səbail və Yasamal rayonu adlandırıldı. 13.10.1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi Ağdam, Kəlbəcər və Tərtər rayonlarına verildi.1992-1993cü illərdə Ermənistan Respublikası tərəfindən Azərbaycanm Xankəndi şəhəri və Ağdam, Ağdərə, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Zəngilan rayonlarının əraziləri işğal olunaraq zəbt edildi.04.12.2001-ci ildə Naxçıvan MR Babək rayonunun Əliabad kəndi Naxçıvan şəhərinin inzibati tərkibinə verildi və 15.03.2002-ci ildə həmin kənd qəsəbə statusuna aid edildi.01.03.2003-cü ildə Naxçıvan MR Sədərək rayonunun mərkəzi Sədərək qəsəbəsi kənd statusuna aid edilərək, Sədərək rayonunun mərkəzi Sədərək kəndindən Heydərabad qəsəbəsinə keçirildi.19.03.2004-cü ildə Naxçıvan MR Babək və Şərur (Qıvraq kəndinə qəsəbə statusu verilməklə) rayonlarından verilməklə, mərkəzi Qıvraq qəsəbəsi olmaqla Kəngərli rayonu yaradıldı.02.10.2006-cı ildə Abşeron rayonunun mərkəzi olan Xırdalan qəsəbəsi şəhər statusuna aid edildi.23.10.2007-ci ildə Füzuli rayonunun Horadiz qəsəbəsi şəhər statusuna aid edildi.07.12.2007-cı ildə Naxçıvan MR Şahbuz qəsəbəsi şəhər statusuna aid edildi.25.04.2008-ci ildəƏli Bayramlı şəhəri Şirvan şəhəri, Qobustan rayonunun mərkəzi olan Mərəzə qəsəbəsi (Mərəzə qəsəbəsinə şəhər statusu verilməklə) Qobustan şəhəri, o cümlədən Xanlar rayonu və rayon mərkəzi olan Xanlar şəhəri müvafiq olaraq Göygöl rayonu və Göygöl şəhəri adlandırıldı. Həmçinin Xızı rayonunun mərkəzi Xızı qəsəbəsi şəhər statusuna aid edildi.13.06.2008-ci ildə Lerik, Samux və Yardımlı qəsəbələri şəhər statusuna aid edildi.09.06.2009-cu ildə Naxçıvan MR Babək rayonunun Bulqan, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Tumbul kəndləri Naxçıvan şəhərinin inzibati tərkibinə verildi.02.04.2010-cu ildə Dəvəçi rayonu və Dəvəçi şəhəri müvafiq olaraq Şabran adlandırıldı.07.05.2010-cu ildə Bakı şəhərinin Əzizbəyov rayonu Xəzər rayonu adlandırıldı.
Azərbaycan Respublikasının inzibati-ərazi vahidlərinin sayı
Muxtar Respublika
1
İnzibati-ərazi vahidlərinin sayı
90
O cümlədən:rayonlar
66
şəhərlər
11
şəhər rayonları
13
İnzibati-ərazi dairələrinin sayı
1951
O cümlədən: şəhər
66
qəsəbə
181
kənd
1703
Ərazi vahidlərinin sayı
4594
O cümlədən: şəhər
77
respublika tabeli
11
rayon tərkibində
66
qəsəbə
258
kənd
4259
Bələdiyyələrin sayı
1718
Böyük şəhərlər
Bakı
2.039.700 nəfər
Gəncə
313 000 nəfər
Sumqayıt
308.700 nəfər
Mingəçevir
96 100 nəfər
Şirvan
77 100 nəfər
Naxçıvan
73 700 nəfər
Şəki
69 000 nəfər
Xankəndi
55 000 nəfər
Yevlax
50 000 nəfər
Respublika tabeliyində olan şəhərlər
Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Xankəndi, Yevlax, Lənkəran, Naftalan.
Rayonlar
Abşeron, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Fizuli, Gədəbəy, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Xocalı, Xocavənd, İmişli, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Qax, Qazax, Qəbələ, Qobustan, Quba, Qubadlı, Qusar, Laçın, Lerik, Lənkəran, Masallı, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Şabran, Şamaxı, Şəki, Şəmkir, Şuşa, Tərtər, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Zəngilan, Zərdab.
Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları
Naxçıvan şəhəri, Babək rayonu, Culfa rayonu, Kəngərli rayonu, Ordubad rayonu, Sədərək rayonu, Şahbuz rayonu, Şərur rayonu
| ['Azərbaycan'] |
4,470 | https://kayzen.az/blog/atmosfer/4610/atmosfer-t%C9%99zyiqi,k%C3%BCl%C9%99k,hava-k%C3%BCtl%C9%99l%C9%99ri.html | Atmosfer təzyiqi,külək,hava kütlələri | luminat | Atmosfer | 12 yanvar 2012, 00:04 |
Havanın yer səthinə və cisimlərə etdiyi təsirə atmosfer təzyiqi deyilir.Atmosfer təzyiqi barometr və ya barometr-aneroid cihazı ilə ölçülür. Normal atmosfer təzyiqi 760 mm c. st-dur. İqlim xəritələrində eyni təzyiqli nöqtələri birləşdirən xətlər izobar adlanır. Havanın temperaturu kimi atmosfer təzyiqi də iki istiqamətdə dəyişir: * Şaquli istiqamətdə - yer səthindən yuxarı doğru qalxdıqca cazibə qüvvəsinin azalmasına görə təzyiqin azalması (barik pillə); * Üfüqi istiqamətdə -Yerin qeyri-bərabər işıqlanması(termik) və öz oxu ətrafında fırlanmasına görə ( dinamik) təzyiq qurşaqları formalaşır.1.Alçaq təzyiq qurşaqları: * Ekvatorial; * Şimal və cənub mülayim. 2.Yüksək təzyiq qurşaqları:* Şimal və cənub tropik; * Şimal və cənub qütb .
Külək
Troposferdə yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru havanın üfüqi istiqamətdə hərəkətinə külək deyilir.Küləyin əsas göstəriciləri:* İstiqaməti - külək haradan əsirsə, onu üfüqün həmin cəhətinə görə adlandırırlar. * Sürəti - m/san, km/saat* Gücü - Bofort şkalası üzrə 0-12 balla qiymətləndirilir. Küləyin gücü onun sürəti ilə düz mütənasibdir.Küləyin istiqamətini və sürətini flügerlə, gücünü isə anemometrlə ölçürlər. Məhəldə hakim küləyin istiqamətini müəyyən etmək üçün “külək gülü” qrafiki qurulur. Qrafikdə küləkli günlər xətlərlə işarə olunur və küləksiz günlərin sayı mərkəzdə yerləşən dairənin içərisində yazılır.Küləklər əsmə müddətinə görə üç qrupa bölünür: * Yerli küləklər - müəyyən ərazi üçün xarakterik olan küləklərdir. Məsələn, briz (sahil küləyi), dağ-dərə, fion (dağdan əsən isti külək), xəzri, gilavar, ağ/qara yel (isti və quru küləklər) və s. * Mövsümi küləklər - mussonlar okean və quru sahələri arasında əsən və il ərzində istiqamətini iki dəfə (yayda okeandan quruya, qışda isə əksinə ) dəyişən küləklərdir. Cənubi, Cənub-Şərqi və Şərqi Asiyanın iqlimində musson küləkləri əhəmiyyətli rol oynayır. * Daimi küləklər - ilboyu istiqamətini dəyişməyən passat, qərb və qütb (şimal-şərq və cənub –şərq) küləkləridir . Yer öz oxu ətrafında fırlandığı üçün daimi küləklər şimal yarımkürəsində sağa, cənub yarımkürəsində isə sola meyl edir.
Troposferdə eyni fiziki-coğrafi xüsusiyyətlərə malik olan böyük həcmli hava hissəsi hava kütləsi adlanır.Hava kütləsinin dörd əsas tipi var: * Ekvatorial hava kütlələri yüksək temperaturu və ifrat rütubətliliyi ilə xarakterikdir.* Tropik hava kütlələri də yüksək temperaturu ilə səciyyələnir və rütubətliliyinə görə iki yarımtipə bölünür: a) dəniz tropik- rütubətli; b) kontinental tropik-quraq.* Mülayim hava kütlələri iki yarımtipə bölünür: a) dəniz mülayim-rütubətli; b)kontinental mülayim-quraq.* Arktik hava kütlələri alçaq temperatur və az rütubətliliyi ilə seçilir. İki yarımtipə bölünür: a) dəniz arktik-quraq və şəffaf ; b) kontinental arktik-nisbətən rütubətli.Qeyd: Antarktik hava kütlələri materik üzərində formalaşdığına görə daha kəskin soyuq və quraq olur və yarımtiplərə bölünmür. Hava kütlələrinin sərhədlərində atmosfer cəbhələri yaranır. İki cür olur: * İsti cəbhə - isti və rütubətli havanın soyuq havanı geri çəkilməyə məcbur etməsi nəticəsində yaranır. Buludlar tədricən formalaşaraq laylı buludlara çevrilir.* Soyuq cəbhə - soyuq havanın isti havanı sıxışdırmasından yaranır. Bu halda isti hava sürətlə yuxarıya qalxır. Nəticədə daha çox topa buludların və leysan xarakterli yağıntıların yaranmasına səbəb olur, tez-tez ildırım və şimşək çaxır.Siklon və antisiklonlarTroposferdə diametri bir neçə min km -ə çatan nəhəng atmosfer burulğanları siklon (yunanca “fırlanan”) və antisiklon adlanır. Siklonun mərkəzində təzyiq alçaq antisiklonun mərkəzində isə yüksək olur. Siklonda havanın hərəkəti kənarlardan mərkəzə, antisiklonda isə mərkəzdən kənarlara doğru yönəlir.Siklonda hava küləkli, buludlu və yağıntılı, antisiklonda isə əksinə olur. Antisiklonun mərkəzindəki tam sakit hava şəlakət adlanır.Tropik qurşaqda formalaşan bəzi siklonlarda təzyiq fərqinin daha böyük olması qasırğaların (tayfun, tornado) yaranmasına səbəb olur.Həmçinin bax:Atmosfer sirkulyasiyası
| ['hava kütlələri', 'atmosfer'] |
4,471 | https://kayzen.az/blog/PR/6311/m%C9%99qal%C9%99l%C9%99r.html | Məqalələr | marketoloq | Public relations | 11 yanvar 2012, 23:12 |
Təşkilatınızın adının mətbuatda tez-tez çəkilməsi üçün heç də həmişə məhz sizin təşkilatın həyatında hər hansı əlamətdar hadisənin baş verəcəyini gözləmək lazım deyil. Təşkilat adından cəmiyyətdəki aktual problemlərə münasibət bildirməyin özü də PR fəaliyyəti kimi qiymətləndirilir.
Mətbu orqanlara oxucuları maraqlandıran spesifik mövzular üzrə ekspert rəyləri lazım olur. Hər bir təşkilatda müəyyən sahələr üzrə mütəxəssislər tapmaq olar - mühasib, ekoloq, hüquqşünas və s. PRmenlə birgə bu mütəxəssislər cəmiyyəti narahat edən aktual məsələlər üzrə maraqlı məqalələr, redaksiyaya məktublar yaza bilərlər.
Əlbəttə, belə mütəxəssislər çox zaman jurnalistikanın sirlərinə bələd olmurlar və mətbuatda öz imzası ilə çıxış etmək onların əksəriyyətinin ağlına belə gəlmir. İctimaiyyətlə əlaqəyə cavabdeh olan şəxsin vəzifəsi müvafiq problemdən baş çıxaran mütəxəssisi tapmaqla yanaşı, onu redaksiyaya məktub yazmağa cəsarətləndirmək və bu işdə ona kömək etməkdir. Əslinə qalsa, bu, o qədər də çətin deyil - hər bir şəxs mətbuatda imzasını görməkdən qürur duyur və özünü daha inamlı hiss edir.
Tutaq ki, Milli Məclis vergi qanunvericiliyinə düzəliş qəbul etmişdir və bu, sizin kimi yüzlərlə təşkilatın fəaliyyətinə mənfi təsir göstərə bilər. Çalışın, gecikmədən mütəxəssislə bu haqda söhbət edin (bir PR işçisi kimi bu informasiya başqa şəraitlərdə də sizə lazım ola bilər). Söhbətin maraqlı və vacib məqamlarını özünüz üçün qeyd edin, yeni qanun düzəlişinin ictimaiyyətdə hansı rezonans doğuracağını təsəvvür etməyə çalışın. Bundan sonra tanış KİV-nin iqtisadiyyat şöbələri ilə zəngləşin və bu mövzudan söz açın. Artıq sizin kifayət qədər informasiyanız olduğundan söhbətiniz maraqlı alına bilər. KİV-nin problemə münasibətini və təklif etdiyiniz mövzuya maraq dərəcəsini müəyyən edin. Əgər belə bir marağın olduğunu görsəniz, sözarası deyin ki, təşkilatınızda yüksək səviyyəli mütəxəssis çalışır və onun bu qanunla bağlı maraqlı fikirləri var. Əmin ola bilərsiniz ki, redaksiya sizdən bu mövzuda məqalə xahiş edəcək. Redaksiyalar adətən dərc etdikləri ekspert rəylərinə, məqalələrə görə qonorar ödəyirlər. Siz, həmin qonorardan imtina edə, bunun müqabilində isə yazıya imza qoyularkən müəllifin hansı təşkilatı təmsil etdiyini göstərməyi unutmamağı xahiş edə bilərsiniz.
Əlbəttə, hər hansı mütəxəssis problemin incəliklərini bilsə də, onu oxucular üçün maraqlı şəkildə ifadə etməyə çətinlik çəkəcəkdir. Bu işdə isə jurnalist üslubuna daha yaxından bələd olan bir PR mütəxəssisi kimi siz ona kömək etməlisiniz. Məsələn, siz təşkilatınızın mühasibi ilə ətraflı şəkildə söhbət aparıb sonradan onun fikirlərini məqalə halına sala bilərsiniz. Və yaxud konkret suallar hazırlayıb xahiş edə bilərsiniz ki, o öz məqaləsində problemi sizin qeyd etdiyiniz suallar ətrafında və məhz həmin ardıcıllıqla işıqlandırsın. Lakin ikinci halda məqaləni qəzetə təqdim etməmişdən qabaq mütləq redaktə etmək lazımdır.
Təşkilatın əməkdaşlarının mətbuatda tez-tez çıxış etmələri aşağıdakı müsbət nəticələr verir:
* təşkilatda ekspert səviyyəli əməkdaşların işləməsi onun imicinə müsbət təsir göstərir;
* təşkilatın KİV-lə münasibətləri daha da yaxınlaşır (bu halda əmin ola bilərsiniz ki, gələcəkdə bir çox aktual problemlərlə bağlı rəy almaq üçün redaksiya özü sizin artıq imzası tanınmış əməkdaşınıza müraciət edəcəkdir.
Əməkdaşınızın mətbuatda çıxmış və ya efirdə səslənmiş hər bir rəyi KİV-lə əlaqədə +1 xal sayıla bilər. Təşkilatınız haqqında redaksiyalara PR məqalələri təqdim edərkən bu xallar sizə lazım olacaqdır.
PR-in bu növü ictimai birliklərdə daha geniş yayılıb. Bunu izah etmək çətin deyil: ictimai birliklər öz sıralarında müəyyən peşə sahiblərini birləşdirdiklərindən və konkret fəaliyyət sahəsini təmsil etdiklərindən həmin sahədə daha çox informasiyaya malik olur və onların qaldırdıqları problemlər çox zaman ictimai əhəmiyyət daşıyır.
Müəllif: Rafiq İsmaylov
Mənbə: İctimaiyyətlə Əlaqələr: BÜTÜN YOLLAR KİV-DƏN KEÇİR kitabı
| ['məqalə', 'public relations'] |
4,472 | https://kayzen.az/blog/qadin/8301/xo%C5%9Fb%C9%99xt-olmaq-h%C9%99r-bir-qad%C4%B1n%C4%B1n-haqq%C4%B1d%C4%B1r.html | Xoşbəxt olmaq hər bir qadının haqqıdır. | cahandar | Qadın | 10 yanvar 2012, 20:11 |
Bir həyat yoldaşım olsun istədim... Sadəcə ona aid olum, onun üçün döyünsün ürəyim, çırpınsın varlığım.
İşdən gəlməyini səbirsizliklə gözləyim, saata həsrətlə baxım, ətirlənib, bəzənim, qapının zəngi çalınanda ürəyim çarpınsın, qaçıb qabağına sarılıb ona... Hər gün ilk və son dəfə gəlirmiş kimi.... Bir həyat yoldaşım olsun istədim. Məni arvadı gözündə görməsin, sadəcə uşaqlarının anası hesab etməsin, evinin qulluqcusu bilməsin. Onun evinin xanımı, sirlərini bölüşəcəyi ən yaxın dostu olum. Xırda məişət məsələlərini problem etməsin, Ev çirklidirsə, boşqab yuyulmayıbsa, yemək hazır deyilsə, sadəcə gülümsəsin, öpsün yanaqlarımdan, «Bilirəm yorğunsan, bəlkə evə pizza sifariş verək?» desinBir həyat yoldaşım olsun istədim. Onun üçün ən dadlı təamları hazırlayım, salatları xüsusi zövqlə bəzəyim, hər gün heç yorulmadan ən gözəl süfrəni onun üçün açımBir həyat yoldaşım olsun istədim. İlk tanış olduğumuz, ilk görüşdüyumuz, ilk öpüşdüyümüz günlərin hər birini xatırlasın. Özəl günlərimizdə məni restorana dəvət etsin, yaxud daha romantik dənizin sahilinə aparsın, uzanaq qumun üstünə, ulduzlara baxaq, ötən günləri xatırlayaq.Mənə hədiyyə almaq üçün bayramları, ad günlərini, özəl anları gözləməsin. Kiçik bir hədiyyə də olsa mənə tez-tez sürprizlər etsin. Bir şokalat da olsa, yolun qırağından üzüb gətirdiyi bir çiçək də olsa...Boyayım saçlarımı hər gün bir rəngə. Gah sarışın, gah qaraşın, yalnız onun üçün bəzənim, onun üçün geyinim. Yeni paltarlar aldığımda bir-bir soyunum-geyinim onun qabağında. O da səbr və sevgi ilə mənə baxsın, hər geyimdə bir cür gözəl göründüyümü heyranlıqla bildirsin. Geyimlərimə qarışmasın, qadağa qoymasın, qoy özüm onun zövqü üçün sevimli paltarlarımdan imtina edim.Bir həyat yoldaşım olsun istədim. Bəzən dəlilik etsin. Evin ortasında məni qucağına alıb fırlasın, yaşımın hansı dövründən asılı olmayaraq dəcəllik, şıltaqlıq edəcək qədər səmimiyyət olsun aramızda.
Bir həyat yoldaşım olsun istədim. Saçlarımı sağallamaq, məni əzizləmək, dodaqlarımı öpmək üçün gecələri gözləməsin. Ən maraqlı verilişlərimizi divanda onun qucağına sığınaraq, başımı onun çiyninə yaxud dizinə qoyaraq seyr edim. Hərdən də imkan verməyim baxsın, saçlarını qarışdırım, üz-gözünü öpüşlərə qərq edim.
Bir həyat yoldaşım olsun istədim. İstirahət günlərini fərqli məkanda keçirmək üçün əvvəldən planlar qursun. Bir bazar kinoya, bir bazar teatra, birində boilinqə, birində isə sadəcə qol-qola girib küləyin sərin mehi üzümüzə vura-vura yarıqaranlıqda parkda, həyətdə gəzişək, zarafatlaşaq, deyək-gülək.
Bir həyat yoldaşım olsun istədim. Gərgin iş rejimindən 5 dəqiqə də olsa zaman ayırıb, bir sms göndərsin telefonuma, yaxud mailimə «səni sevirəm» deyə...İşlərimə dəstək versin, məni qorusun, onun arxamda bir dağ kimi hiss edim, atam da, anam da, övladım, hər şeyim olsun o mənim.Bir həyat yoldaşım olsun istədim. Ən seksual pünyarlarımı onun üçün geyinim, yataq otağımızı ətirli şamlarla bəzəyim...Hər gecəmizi maraqlı və rəngarəng etmək üçün bir şeylər düşünüm, fantaziyalar qurum, bitməsin, adiləşməsin, sönməsin ehtirasımız, çılğıncasına sevişək yorulana qədər...Sonra başımı sinəsinə qoyub sevdiyimin ürək döyüntülərini dinləyərək dünyanın ən xoşbəxti kimi yuxuya gedim.Bir həyat yoldaşım olsun istədim. Onu övladımın atası olduğu üçün yox, övladımı sevdiyimin bir parçası olduğu, məhz ona aid olduğu üçün sevim.Bir həyat yoldaşım olsun istədim. O qədər ağıllı, o qədər alicənab, o qədər dünyagörüşlü və mükəmməl bir insan olsun ki, heç vaxt qadın-kişi bərabər olmalıdır düşüncələrini oyatmasın məndə. O mənə AZADLIQ versin, mən imtina edim, deyim, yox, istəmirəm, sən daha güclü ol, qoy mən zəif, zərif olum, sığınım sənə. Gücüm də, AZADLIĞIM da, hər şeyim SƏNSƏN deyim... Bunu ürəkdən deyəcək qədər çox sevdiyim bir həyat yoldaşım olsun istədim...
Müəllif: Aynur Qurbanqızı
Fotosessiya
| ['qadın'] |
4,473 | https://kayzen.az/blog/law/7828/az%C9%99rbaycan-d%C3%B6vl%C9%99tinin-konstitusiya-statusu.html | Azərbaycan dövlətinin konstitusiya statusu | Ferro | Hüquq və qanunvericilik | 10 yanvar 2012, 19:12 |
Konstitusiya quruluşunun əsasları Azərbaycan Respublikasının Konstitusiyasının I bölməsində təsbit olunmuşdur. Konstitusiya quruluşunun əsasları ayrı-ayrı dövlətlərin konstitusiyalarında müxtəlif adlar altında verilmişdir. Məsələn, İtaliya və Almaniya Federativ Respublikasının Konstitusiyasında «Əsas Prinsiplər», Fransa Respublikası Konstitusiyasında «Suverenlik haqqında», Türkiyə Respublikası Konstitusiyasında «Ümumi Əsaslar» və s. Azərbaycan Respublikası Konstitusiyasında isə cəmiyyətin və dövlətin fundamental əsasları, həyata keçirilməsi ölkəmizdə konstitusion dövlətin bərqərar olunmasına yönələn başlıca prinsiplər isə «Ümumi müddəalar» adı altında təsbit olunmuşdur. Bu bölmədə öz əksini tapan normalar norma-prinsiplər, məqsəd normaları, vəzifə-normaları hesab olunur. Konstitusiya quruluşunun əsaslarının aşağıdakı struktur elementləri vardır: xalq hakimiyyəti; xalq suverenliyi; insan və vətəndaşların hüquq və azadlıqlarının üstünlüyü; Azərbaycan dövlətinin forma və mahiyyəti; hakimiyyət bölgüsü; sosial və iqtisadi əsaslar; dövlət hakimiyyətinin əsasları; yerli özünüidarəetmənin tanınması və təmin olunması, onun müstəqilliyi və dövlət hakimiyyətindən ayrılması. Konstitusiya quruluşu dar və geniş mənada anlaşılır. Dar mənada Konstitusiya quruluşu - Konstitusiyada təsbit olunan və mövcud qanunvericilikdə inkişaf etdirilən dövlətin təşkili üsullarıdır. Geniş mənada konstitusiya quruluşu - ali hakimiyyət və idarəetmə orqanlarının təşkili; dövlət quruluşu və insan, vətəndaş cəmiyyəti və dövlət arasındakı hüquqi əlaqələrlə bağlı meydana çıxan, başlıca olaraq Konstitusiya normaları ilə nizama salman iqtisadi, sosial, siyasi, hüquqi, ideoloji münasibətlərin məcmusudur.
Konstitusiya quruluşunun əsasları - dövlətin hüquqi tabeçiliyini təmin edən və onu konstitusion dövlət kimi xarakterizə edən başlıca prinsiplərin məcmusudur. Bu prinsiplər bütövlükdə konstitusiya hüquq sisteminin ideya və hüquqi bazasını təşkil edir. Konstitusion dövlət ilk dəfə İngiltərədə meydana gəlmiş və konstitusion təsisatlar XVIII əsrin sonlarından başlayaraq Qərbi Avropa və Amerikaya, sonra isə Şərqi Avropaya və bir sıra Asiya ölkələrinə yayılmışdır. Ölkəmizdə konstitusion dövlət quruculuğu istiqamətində yeni addım 1991-ci il 18 oktyabr tarixli «Dövlət Müstəqilliyi haqqında» Konstitusiya Aktının qəbulundan sonra atılmış oldu. Artıq bu Aktda Konstitusiya quruluşunun mühüm prinsipləri öz təsbitini tapmış oldu. Məsələn, «Azərbaycan Respublikasında suveren hakimiyyət Azərbaycan xalqına məxsusdur» (10-cu maddənin I hissəsi); «Azərbaycan xalqı müstəqil, dünyəvi, demokratik, unitar dövlət yaradır» (12 maddənin I hissəsi); «Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətin bölunməsi prinsipinə əsaslanır» (12-ci maddənin II hissə-si) və s. Qeyd etmək lazımdır ki, Akt yeni Konstitusiyanın işlənməsi üçün əsas hesab olunurdu. Konstitusiya quruluşunun elementləri Konstitusiyanın birinci bölməsində aşağıdakı qaydada öz əksini tapmışdır:
Xalq hakimiyyəti (1 -ci maddə);
Xalq suverenliyi (2-ci maddə);
Hakimiyyət bölgüsü (7-ci maddənin III hissəsi);
İnsan və vətəndaşın hüquq və azadlığının üstünlüyü (12-ci maddə);
İqtisadi plüralizm (13 və 15-ci maddələr);
Dünyəvi dövlət prinsipi (7, 18 və 48-ci maddələr);
Konstitusiya quruluşunun zəruriliyi (Azərbaycan Respublikası Konstitusiyasının preambulasının müddəaları).
Ərazisində bütün dövlət və ictimai proseslərin baş verdiyi Azərbaycan dövlətinin normal fəaliyyət göstərməsi şərtləri cəmiyyətin iqtisadi əsaslarının Konstitusiyada təsbit edilməsindən ibarətdir. Azərbaycan Respublikasında vahid iqtisadi məkana, malların sərbəst dövriyyəsinə, xidmət və maliyyə vəsaitlərinə, rəqabətə kömək göstərilməsinə, sərbəst iqtisadi fəaliyyətə təminat verilir. Bazar iqtisadiyyatı sisteminin təşəkkül tapması yönümündə göstərilən parametrlərin həyata keçirilməsi əmtəə-bazar münasibətlərinin inkişafına səbəb olur. Azərbaycanın yeni iqtisadi sistemi üçün mülkiyyət formalarının müxtəlifliyi xarakterikdir. Bu forma Konstitusiyada təsbit edilməklə əldə edilmişdir. Azərbaycan Respublikasında dövlət mülkiyyəti, xüsusi mülkiyyət, bələdiyyə mülkiyyəti və mülkiyyətin digər formaları bərabər surətdə tanınır və müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Torpaq və digər təbii ehtiyatlar, həmçinin dövlət, xüsusi və bələdiyyə mülkiyyətində ola bilər. Mülkiyyət münasibətləri konkret olaraq mülki qanunvericiliklə, torpaq münasibətləri və torpaqdan istifadə qaydaları isə torpaq qanunvericiliyi ilə nizama salınır.
Demokratik dövlət. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan dövlətinin başlıca əlamətlərini təsbit etmişdir ki, bu da dövlətin mahiyyətini müəyyən edir. Konstitusiyanın 7-ci maddəsinin I hissəsində deyilir: Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan dövlətinin demokratik xarakteri özünün ifadəsini konstitusiya quruluşunun aşağıdakı struktur elementlərində tapır:
xalq hakimiyyəti;
hakimiyyətin bölgüsü;
siyasi plüralizm;
yerli özünüidarəetmə.
Konstitusiya hüququ elmində, adətən xalq, millət və dövlət suverenliyi anlayışları bir-birindən fərqləndirilir. Bunlar qarşılıqlı əlaqəyə malik olan anlayışlardır. Xalq və millətin suverenliyi onların müstəqil, azad şəkildə öz siyasi, sosial və mənəvi məişətini müəyyən etməsi olub, dövlətin suverenliyinin əsasında durur. Xalq suverenliyi milli suverenlik və dövlət suverenliyinin əsasıdır və sonuncu xalq və millətin suveren iradəsinin siyasi-hüquqi forması kimi təzahür edir. Xalq hakimiyyəti - dövlət hakimiyyətinin yeganə mənbəyidir. Onu cəmiyyət özü müəyyən edir. Xalq suverenliyinin həyata keçirilməsi üsulları aşağıdakılardır: suveren və müstəqil dövlətin yaradılması, başqa dövlətə müstəqil birləşmə və ya onların birləşməsi, xalq tərəfindən azad şəkildə müəyyən edilən hər hansı siyasi statusun müəyyən edilməsi. Xalqın iradəsi demokratik dövlətin yeganə bazisidir və dövlət hakimiyyətinə, onun formasının dəyişməsinə mandat məhz ondan gəlir. Azərbaycan Respublikası Konstitusiyası xalq hakimiyyətinin əsaslarını təsbit etmişdir. Konstitusiyanın 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Xalq hakimiyyəti aşağıdakı əsas formalarla həyata keçirilir:
Bilavasitə demokratiya. Bu zaman xalq ona məxsus olan dövlət hakimiyyətini bilavasitə həyata keçirir.
Nümayəndəli demokratiya. Xalqı təmsil edən, onun iradəsi ilə fəaliyyət göstərən dövlət hakimiyyəti və yerli özünüidarə orqanları vasitəsilə həyata keçirilir.
Konstitusiya hüququ elmində mövcud olan fundamental problemlərdən biri də bilavasitə demokratiya institutları sistemidir. Bilavasitə demokratiya institutları sisteminin kataloqunu müasir konstitusya hüququ elmi aşağıdakı kimi təsnifləşdirir:
referendum;
ümumi seçkilər;
qanun layihələrinin və dövlət həyatının mühüm məsələlərinə dair ümumxalq müzakirəsi;
vətəndaşların yığıncaqlar, ictimai təşkilatlar, yerli özünüidarə orqanları vasitəsilə cəmiyyətin işlərinin idarə olunmasında iştirakı;
dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına fərdi və kollektiv müraciət (petitsiya) hüququ.
Referendum və azad seçkilər xalq hakimiyyətinin ali, birbaşa təzahür formalarıdır. Azərbaycan Respublikasında seçkilərə - Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və yerli özünüidarəetmə orqanlarının seçkiləri aiddir. Seçki dedikdə dövlət hakimiyyət orqanları və yerli özünüidarəetmə orqanlarının təşkil olunması üçün seçki komissiyalarının, seçki dairələri və seçki məntəqələrinin təşkili, seçici siyahılarının tərtibi, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçkiqabağı təşviqatın aparılması, səsvermə və ona yekun vurulması üzrə Azərbaycan Respublikası vətəndaşlarının fəaliyyəti başa düşülür. Seçkiləri başqa formada dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının təşkil olunması üsulu kimi də xarakterizə etmək olar. Seçkilər cəmiyyətin siyasi barometridir. Seçkilərin hüquqi əsasını Respublika Konstitusiyası, Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Azərbaycan Respublikasının digər normativ hüququ aktları təşkil edir. Referendum və seçkilər - birbaşa demokratiya institutları kimi məqsəd və subyektlərinə görə çox oxşar, obyektlərinə və nəticələrinə görə, bir-birindən fərqlənirlər. Onların məqsədi eynidir - xalqın iradəsini ifadə etmək; subyektlərinə görə də fərqlənmirlər. Başqa sözlə, referendumda iştirak etmək hüququ olan vətəndaşlar seçkilərdə də iştirak edə bilər. Referendum demokratiya və dövlət quruculuğu tarixində ən maraqlı formalardan biridir. «Referendum» latın sözü olub, bildirilməsi zəruri olan, xəbər verilməli fakt mənasını verir və zəngin tarixə malikdir. Referendum keçirilməsi şərtləri və üsulu (prosedurası) müvafiq ölkələrin və ya federasiya subyektlərinin konstitusiyaları və qanunvericiliyi ilə nizamlanır. Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının Seçki Məcəlləsində referendum və ümumxalq səsverməsi anlayışları sinonim anlayışlar kimi işlədilir. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 1.1.1-ci maddəsində göstərilir: «Referendum - Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilən məsələlər üzrə Azərbaycan Respublikası vətəndaşlarının səsverməsi»dir. Referendum xalq hakimiyyətinin bariz nümunəsidir Azərbaycan Respublikası Konstitusiyanın 3-cü maddəsinin 2-ci hissəsinə görə aşağıdakı məsələlər yalnız referendum yolu ilə həll oluna bilər:
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi;
Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi.
Bu məsələlərin həlli üçün yalnız referendum keçirilməsi nəzərdə tutulub, başqa qayda yoxdur. Belə referendum məcburi referendum adlanır. Bundan əlavə, Konstitusiyanın 155-ci maddəsinə əsasən aşağıdakı məsələləri müəyyən edən maddələrə dəyişikliklər və ya onların ləğv edilməsi referenduma çıxarıla bilməz: 1) maddə 1 - Hakimiyyətin mənbəyi - maddəsinə dəyişikliklər və ya onların ləğv edilməsi; 2) maddə 2 - Xalq suverenliyi - maddəsinə dəyişikliklər və ya onların ləğv edilməsi; 3) maddə 6 - Hakimiyyətin mənimsənilməsinin yolverilməzliyi - maddəsinə dəyişikliklər və ya onların ləğv edilməsi; 4) maddə 7 - Azərbaycan dövləti - maddəsinə 5) maddə 8 - Azərbaycan dövlətinin başçısı - maddəsinə dəyişikliklər və ya onların ləğv edilməsi; 6) maddə 21 - Dövlət dili;
Bununla yanaşı Konstitusiyanın III fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz (maddə 155). Referendumun təsnifatı müxtəlif meyarlara görə aparılır. I. Predmetinə görə: 1) konstitusion referendum - Konstitusiyanın qəbulu və ona dəyişikliklər edilməsi ilə əlaqədardır; 2) qanunverici referendum - qanunların qəbul edilməsi ilə əlaqədardır; 3) beynəlxalq-hüquqi; 4) inzibati-hüquqi. II Məcburiliyinə görə: 1) məcburi referendum - burada hər hansı bir məsələnin yalnız referendumla həlli nəzərdə tutulur; 2)fakultativ referendum - müvafiq məsələlər üzrə referendum keçirilə də bilər, keçirilməyə də.Hər iki halda referendumun nəticəsi mütləq hüquqi nəticə hesab olunur. III. Keçirilmə müddətinə görə: 1) parlamentə qədərki - qanun layihəsinə parlamentdə baxılana qədər keçirilən referendum (məşvərətçi referendum);
2) parlamentdən sonrakı - qanun layihəsinə parlamentdə baxılandan sonra keçirilən referendum.
IV. Məkana görə: 1) ümummilli referendum; 2) regional referendum; 3) yerli referendum.
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətinə əsaslanan hakimiyyət bölgüsü prinsipi təsbit edilmişdir ki, bu da dövlət hakimiyyətinin normal fəaliyyət göstərməsinin vacib ilkin şərtidir. Hakimiyyətin bu üç qolunun hər biri müstəqildir. Hakimiyyətin bölgüsü prinsipi, həmçinin hakimiyyətin səmərəli tarazlığını yaradır ki, bunun nəticəsində hakimiyyət budaqlarından heç biri digərinin səlahiyyətlərinin həyata keçirilməsinə qarışmır. Buna görə də mövcud prinsipin müntəzəm olaraq həyata keçirilməsi bütün dövlət mexanizminin səmərəli fəaliyyət göstərməsinin zəruri şərtidir. Ümumiyyətlə isə, qeyd etmək lazımdır ki, hakimiyyətin bölünməsi prinsipinin dövlət idarəetmə formasına müvafiq olaraq Konstitusiyada necə təsbit olunmasından asılı olmayaraq, artıq demokratiyaya doğru atılmış addım kimi qiymətləndirilməlidir Azərbaycan Respublikasının da Konstitusiyası bu prinsipi təsbit edərkən, mövcud sistem nəzərə alınmış və özünəməxsus bir bölgü işlənib hazırlanmışdır. Konstitusiyanın preambulasında Azərbaycan Respublikası Konstitusiyasının 1991-ci il 18 oktyabr tarixində qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktına əsaslanması haqqında müddəa əks olunmuşdur. Məhz bu aktda da ilk dəfə olaraq Azərbaycan Respublikasında hakimiyyətin bölgüsü təsbit olunmuşdur. Yeni Konstitusiyanın II fəsli «Dövlətin əsasları» adlanır və 7-ci maddədə Azərbaycan dövləti xarakterizə edilir, habelə dövlət hakimiyyətinin təşkili əsasları göstərilir. 7-ci maddənin III hissəsinə görə, dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında həyata keçirilir. Qanunverici hakimiyyəti Milli Məclis həyat keçirir, icra hakimiyyəti Azərbaycan Respublikası Prezidentinə mənsubdur, məhkəmə hakimiyyətini isə ədalət mühakiməsi yolu ilə məhkəmələr həyata keçirir. Bu prinsipin davamı kimi Konstitusiyanın III bölməsi «Dövlət hakimiyyəti», tamamilə hakimiyyətin bölünməsi prinsipi üzərində qurulmuşdur. V fəsildə qanunvericilik, VI fəsildə icra, VII fəsildə isə məhkəmə hakimiyyətindən bəhs edilir, onların təşkili və fəaliyyəti əsasları, hüquqi vəziyyəti, qəbul etdiyi aktların hüquqi qüvvəsi və s. kimi məsələlər müəyyən edilir. Yuxarıda qeyd edilənlərə bir qədər dəqiqliklə yanaşılsa, hər bir hakimiyyət budağının hakimiyyətin bölgüsü çərçivəsində eyni sayda orqanlarla təmsil olunmadığı, bu orqanların bölgüdə iştirak dərəcəsinin və onların öz aralarında münasibətlərinin müxtəlif olması aydın olar. Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. İcra hakimiyyətini bölgü çərçivəsində, əsasən prezident təmsil edir, bununla belə, hakimiyyət bölgüsü mexanizmində Nazirlər Kabineti də iştirak edir. İcra hakimiyyəti bütövlükdə icra hakimiyyəti sisteminə daxil olan bütün orqanlar tərəfindən həyata keçirilir. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikası məhkəmələri ədalət mühakiməsi yolu ilə həyata keçirir. Qanunverici hakimiyyət yalnız bir orqanda təşkilatlanıb, onun yerli orqanları yoxdur. İcra hakimiyyəti çoxsaylı orqanlar sistemində təşkilatlanıb, bütün səviyyələrdə müxtəlif orqanlara malikdir. Məhkəmə hakimiyyəti də daxilən hər bir üzvü (hər bir məhkəmə) geniş muxtariyyətə malik olan orqanlar sistemi tərəfindən həyata keçirilir, yəni bir məhkəmə digər məhkəmənin işinə müdaxilə edə bilməz, hər bir məhkəmə ayrılıqda məhkəmə hakimiyyətinin daşıyıcısıdır. Ölkənin ali orqanları səviyyəsində hər üç hakimiyyət budağı arasında tarazlaşdırma və çəkindirmə sistemi qarşılıqlı şəkildə realizə olunur. Həm Milli Məclis, həm də prezident, həm də Konstitusiya Məhkəməsi bir-birinə konstitusion səlahiyyətlər vasitəsilə təsir edir. Hakimiyyət budaqları daxilində ikinci səviyyədə mənzərə bir qədər fərqlidir. Bu orqanlardan sonra gələn və orqanlar iyerarxiyasında mühüm rola malik orqanlar, ancaq və ancaq icra hakimiyyətində dəqiq və təşkilatlanmış şəkildə mövcuddur. Burada söhbət mərkəzi icra hakimiyyəti orqanlarından gedir. Azərbaycan Respublikasının Konstitusiyasında demək olar ki, bütün hakimiyyət orqanları hakimiyyətin bölünməsi prizmasından nəzərdən keçirilir və eyni şəkildə də təsbitlənir.
Demokratik dövlətin ayrılmaz xüsusiyyətlərindən biri də burada plüralizmin mövcudluğudur, yəni onun ideoloji və siyasi müxtəlifliyə malik olmasıdır. İdeoloji müxtəliflik o deməkdir ki, heç bir ideologiya, dövlət səviyyəsində məcburi ideologiya kimi müəyyən edilmir. Əlbəttə, bu o demək deyil ki, cəmiyyətdə, ümumiyyətlə, heç bir əsas ideologiya olmamalıdır. Belə ideologiyanın Azərbaycan cəmiyyətinin əksər sosial təbəqələri və qrupları tərəfindən bəyənilməsi və himayə edilməsi lazımdır. Bəzən cəmiyyətdə mövcud olan ideoloji mühit cəmiyyətin möhkəmliyinə kömək etmir, çox vaxt mənəvi, mədəni əsasları sarsıdır, hərc-mərciliyə və ideoloji nihilizmə aparıb çıxarır. Siyasi müxtəliflik özünü aşağıdakılarda göstərir: birincisi, çoxpartiyalılıq; ikincisi, ictimai birliklərin qanun qarşısında bərabərliyi; üçüncüsü, ictimai birliklərin sərbəst fəaliyyəti; dördüncüsü, məqsəd və fəaliyyəti Azərbaycan Respublikasının konstitusiya quruluşunun məcburi dəyişdirilməsi və onun bütövlüyünün pozulmasından, dövlətin təhlükəsizliyinin sarsıdılması, silahlı birləşmələr yaradılması, sosial, irqi, milli və dini düşmənçiliyin qızışdırılmasından ibarət olan ictimai birliklərin təşkil edilməsi və fəaliyyətinin qadağan olunması
Hüquqi dövlət. Ölkəmizdə həyata keçirilən konstitusion islahatların məqsədi demokratik dəyərlərin təsbit olunması və gerçəkləşdirilməsi mexanizmlərinin işlənib hazırlanmasıdır. Konstitusiyanın preambulasında elan edilən Azərbaycan xalqının ülvi niyyətlərindən biri də qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır. O dövlət hüquqi dövlət kimi xarakterizə olunur ki, hüquqla özünün fəaliyyətini məhdudlaşdırır, insan və vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasını özünün başlıca məqsədi hesab edir. Hələ XX əsrin əvvəllərində qeyd olunurdu ki, müasir mədəni dövlət - hüquqi dövlətdir. Hüquqi dövlət anlayışı özündə konstitusion demokratik dövlət anlayışında mövcud olan əlamətləri birləşdirir. Lakin hüquqi dövlətin spesifik əlamətlərinin üzərində dayansaq hüquqi dövlət haqqında daha geniş, aydın təsəvvür yaratmış olarıq. Bu prinsiplər əsasən, aşağıdakılardır:
Hüququn aliliyi prinsipi;
Hakimiyyətin bölgüsü prinsipi;
Hamının qanun qarşısında bərabərliyi;
Hüquq və azadlıqların üstünlüyü prinsipi;
İnsan və vətəndaşın hüquq və azadlıqlarının real təminatı prinsipi.
Qarşılıqlı məsuliyyət, yəni şəxsin dövlət və dövlətin şəxs qarşısında məsuliyyəti;
Məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipi.
Bu prinsiplərin dairəsini genişləndirmək də olar. Lakin, hüquqi dövlət quruculuğunun hüquqi əsaslarını bu prinsiplər təşkil edir. Digər prinsiplər bu prinsiplərdən törəmədir. Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunan - «Azərbaycan hüquqi dövlətdir» formulasına belə dövlət quruculuğunun başlıca məqsədi, vəzifəsi və istiqaməti kimi baxmaq lazımdır. Hüququn aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Bu prinsip öz təzahürünü hər şeydən əvvəl qanunun aliliyində tapır. Başqa sözlə, ictimai həyatın bütün sferalarına aid olan əsas ictimai münasibətlər qanunqüvvəli aktlarla deyil, yalnız qanunla nizama salınmalıdır. Ölkəmizdə Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan qanundur. Konstitusiya təkcə qanunvericilik sisteminin yox, eyni zamanda hüquq sisteminin əsasını təşkil edir. Digər tərəfdən Konstitusiya - dövlətin bütün ərazisində birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsində Konstitusiyanın əsas qanun kimi bir sıra özünəməxsus əlamətləri təsbit edilmişdir. «I. Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. II. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. III. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır».
Konstitusiyanın 7-ci maddəsinin I hissəsinə görə «Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır». Həmin maddənin II hissəsində isə dövlət hakimiyyətinin hədləri hüququn aliliyi prinsipinə əsaslanaraq müəyyən olunur: «Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla məhdudlaşır», III hissədə isə «Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir» müddəaları təsbit olunmuşdur. Yaxşı olardı ki, elə bu arada hüququn aliliyi prinsipinə yaxın digər prinsipləri qeyd edək. Çünki Konstitusiyanın digər institutlarında hüququn aliliyi prinsipinin həyata keçirilməsi üçün aşağıdakı prinsiplər hüquqi praktiki əhəmiyyət daşıyır:
mərkəzi qanunvericilik sisteminin mövcudluğu prinsipi;
sosial ədalət prinsipi;
dövlət orqanlarının cəmiyyətin ayrı-ayrı hissələrinə deyil, bütün cəmiyyətə xidmət etməsi;
bütün qanunların dərc olunmasının zəruriliyi..
Digər mühüm prinsip hakimiyyətlərin bölünməsi prinsipidir. Bu prinsip öz təsbitini Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində tapmışdır: «Azərbaycan Respublikasında dövlət hakimiyyəti, hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: - qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir; - icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur; - məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir». Hüquqi dövlətin növbəti prinsipləri - hər kəsin qanun qarşısında bərabərliyi və insan və vətəndaşların hüquq və azadlıqlarının üstünlüyü konstitusion quruluşun humanist əsası kimi qəbul edilir. Hüquqi dövlətdə dövlət, insan və vətəndaşların təbii hüquq və azadlıqlarının Konstitusiyada təsbit edilməsi ilə yanaşı, bu hüquq və azadlıqların realizə edilməsi təminatlarını, həmçinin onların müdafiə edilməsi vəzifəsini daşıyır. Azərbaycan dövlətinin mahiyyətini təşkil edən xarakterik cəhətlərdən biri də onun sosiallığıdır, yəni sosial dövlət olmasıdır. Azərbaycan Respublikasının sosial dövlət kimi siyasətinin əsas istiqamətini insanın azad inkişafı və onun ləyaqətli həyatının təmin edilməsi şərtləri təşkil edir ki, bu da Konstitusiyanın I və II bölmələrində təsbit edilmişdir. Bu bölmələr Azərbaycan Respublikasının sosial siyasətinin əsas istiqamətini müəyyən edir. Xüsusilə: insanların sağlamlığı və əməyin müdafiəsi; əmək haqqının təminatlı minimum məbləğdə müəyyən edilməsi; ailələrin, analığın, atalığın və uşaqların, əlil və yaşlı vətəndaşların dövlət tərəfindən himayə edilməsinin təmin edilməsi; dövlət təqaüdlərinin, yardımların və sosial müdafiənin digər təminatlarının müəyyən edilməsi və s.
Dünyəvi dövlət. Dövlətin bu xarakteristikası özündə onu ehtiva edir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, başqa sözlə, bunlar qarşılıqlı fəaliyyət göstərir, bir-birilərinin işlərinə qarışmırlar. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə əsasən, Azərbaycan dünyəvi dövlətdir. Azərbaycan dövlətinin dünyəvi dövlət xarakteristikası özünü aşağıdakı amillərdə göstərir. Birincisi, rəsmi, qanuniləşdirilmiş dinin mövcud olmaması - heç bir din məcburi müəyyən edilməmişdir. İkincisi, dinin dövlətdən ayrılması. Üçüncüsü, bütün dini etiqadların qanun qarşısında bərabərliyi. Bu müddəalar Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsində təsbit olunmuşdur. Konstitusiyanın birinci bölməsində verilən bu ümumi müddəalar Konstitusiyanın sonrakı - insan və vətəndaşların hüquq və azadlıqları bölməsində və dini birliklər haqqında qanunda konkretləşir. Buna Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi (Bərabərlik hüququ), 47-ci maddəsi (Fikir və söz azadlığı), 48-ci maddəsi (Vicdan azad-lığı), 58-ci maddəsi (Birləşmək hüququ) və s. maddələri misal göstərmək olar. Azərbaycan Respublikası Konstitusiyanın 18-ci maddəsinə görə, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır, habelə dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Bununla belə, respublika qanunvericiliyi dini birliklər üçün aşağıdakıları müəyyən edir: - dini birliklər qanuna uyğun olaraq öz fəaliyyətlərini qurur və həyata keçirir; - dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının vəzifələrini icra etmir; - dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak etmir; - siyasi partiyaların və hərəkatların fəaliyyətində iştirak etmir və onlara maliyyə və digər yardım göstərmir.
Respublika idarəetmə forması. Dövlət və hüquq nəzəriyyəsi kursundan məlum olduğu kimi, dövlətin forması anlayışı özündə üç müstəqil elementi birləşdirir: idarəetmə forması, dövlət quruluşu forması və dövlət rejimi (siyasi rejim). Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsi dövlətimizin başlıca əlamətlərini göstərməklə yanaşı onu, idarəetmə formasına görə respublika kimi təsbit etmişdir. Respublikanın başlıca əlamətləri - dövlət başçısının seçkilər vasitəsilə bu vəzifəni əldə etməsi və Konstitusiya ilə müəyyən olunmuş müddətdə öz səlahiyyətlərini həyata keçirməsidir. Bu xüsusiyyətlər, respublikanı dövlət başçısı vəzifəsini tutmağın irsi xarakter daşıdığı monarxiyadan fərqləndirir. Azərbaycan Respublikası Konstitusiyası dövlətimizi respublikanın hər hansı bir növünə (parlamentli, prezidentli, qarışıq) aid olduğunu birbaşa olaraq təsbit etmir. Dövlət başçısının konstitusion statusunun təhlili, onun hakimiyyətin digər qolları, hər şeydən əvvəl parlamentlə qarşılıqlı fəaliyyəti ölkəmizdə prezidentli respublikanın mövcudluğu haqqında nəticə çıxarmağa imkan verir. Belə bir nəticəyə aşağıdakılar da əsas verir: prezident həm dövlət başçısı, həm də icra hakimiyyətinin başçısıdır; prezident ümumi, bərabər və birbaşa seçkilər nəticəsində xalq tərəfindən seçilir; hökumət parlament tərəfindən deyil, prezident tərəfindən təşkil olunur, prezident qarşısında məsuliyyət daşıyır və hesabat verir; hökumət parlament qarşısında deyil, prezident qarşısında istefa verir; prezidentin parlamenti buraxmaq səlahiyyəti yoxdur; parlamentin prezidentə impiçment tətbiq etmək səlahiyyəti var.
Unitar dövlət quruluş forması. Hər bir dövlətdə onun dövlət quruluşunun forması əhəmiyyətli rol oynayır. Bu həmin dövlətin mahiyyəti, habelə dövlətlə onun tərkib hissələri (inzibati - ərazi vahidləri, muxtar təsisatlar, federasiya subyektləri) arasındakı münasibətlər ilə müəyyən edilir. Öz növbəsində dövlət quruluşunun forması dövlət hakimiyyətini və onun həyata keçirilmə metodlarının mövcudluğunu möhkəmləndirir. Dövlət quruluşu bir qayda olaraq ölkənin Konstitusiyasında və onun əsasında qəbul edilmiş digər normativ hüquqi akflarda təsbit olunur. Azərbaycan Respublikası Konstitusiyası (7-ci maddə) dövlət quruluşuna görə respublikamızı unitar dövlət kimi xarakterizə edir.
Dövlət rejimi. Dövlət rejimi - dövlət hakimiyyətinin həyata keçirilməsi metodlarını səciyyələndirən dövlət formasının ən fəal, dinamik hissəsidir. Dövlət rejimi avtoritar və demokratik olmaqla iki qrupa bölünür. Azərbaycan Respublikasının Konstitusiyası bizim ölkəmizdə dövlət rejiminin konkret növünü müəyyən etməklə dövlətimizin dünyanın demokratik dövlətlərindən biri olduğunu sübut etdi. Konstitusiyanın 7-ci maddəsində birbaşa olaraq Azərbaycan dövlətinin demokratikliyi təsbit edilir. Hakimiyyətlərin bölünməsi prinsipi; dövlət hakimiyyət orqanlarının və yerli özünüidarəetmə orqanlarının seçilməsi və vaxtaşırı olaraq dəyişilməsi; insan hüquq və azadlıqlarının ali dəyərlər kimi tanınması, onlara riayət edilməsi və təminatının dövlətin vəzifəsi hesab olunması; siyasi plüralizm; qanunvericiliyin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin müəyyən edilməsi dövlətimizin demokratikliyini sübut edən əsas amillərdən hesab olunur.
| ['Konstitusiya', 'Azərbaycan Konstitusiyası'] |
4,474 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/8299/x%C4%B1rda%C3%A7%C4%B1l%C4%B1q-x%C9%99st%C9%99liyi.html | Xırdaçılıq xəstəliyi | umud600 | Xoşbəxt ailə | 10 yanvar 2012, 13:30 |
Deyirlər: " Həqiqətlər təfərrüatlarda gizlənir ". Bu fikirlə razılaşmamaq olmur, amma bu da həqiqəti öyrənməyin yeganə yolu deyil. Məqsədim " təfərrüat " sözü ətrafında nəsə yazmaq deyil. Çalışıram ki, ailədaxili münasibətlərdə xırdaçılığın törətdiyi fəsadlarla bağlı xüsuslara toxunum. Elə insanlar var ki, qarşılıqlı münasibətlərdə təfərrüatlara həddindən artıq dəyər verilməsini xoşlamır. Qarşılıqlı inam və sədaqətin yetərli olacağını düşünür və məsələlərin əsas nüanslarını danışmağa və dinləməyə üstünlük verir. Lakin tam əksinə elə insanlar da var ki, hər xırda təfərrüata önəm verirlər. Xoşlarına gələn cavabı almayanda " yola verildiklərini" düşünürlər. Bu, eynən Qərb mədəniyyətində yazılı müqavilələrdə ən incə detalların nəzərə alınmasına bənzəyir. Bu tip insanlar ən uzaq, ağlagəlməz ehtimalları soruşur, araşdırır, öyrənmək istəyirlər. Taha və Səniha yuxarıda bəhs etdiyim iki zidd fitrətə ( təbiətə ) malik olan evli cütlükdür. Taha birinciyə, Səniha isə ikinciyə örnək insanlardır ( elə bu yerdə əlavə edim ki, ümumən daha çox qadınlar təfərrüata varır ). Bu evli gənclərin bir-birinə inam və sədaqəti sonsuzdur. Onlar şüurlu müsəlman ailələrində yetişmiş, mükəmməl dini təhsil almış, dinə sahib çıxan, dəstək olan insanlardır. Taha uzun müddətdir, həyat yoldaçının , ( xüsusilə, iş və ya dost toplantılarına rast düşən ) telefon sorğu-suallarından narahat olur. Çünki burada " sorğu-sual tərzi " hakimdir. Hətta həyat yoldaşı o qədər təfərrüata varır ki, niyə zəng etdiyini unudur. Sadə bir misal: - Xanım! Bu axşam evə bir az gec gələcəyəm, çünki... - Haradan zəng edirsən? - İş yerindən! - Telefonumun ekranına nömrəsi düşmədi axı? - Daxili telefonumdan yox, mərkəzdən zəng edirəm, ona görə düşməyib.
- Əvvəllər həmişə birbaşa zəng edirdin, indi niyə... Beləcə sorğu-sual davam edir. Taha: " O qədər çoxdur ki, bunun örnəkləri, inan, evə zəng etmək istəmirəm. Hətta sənə deyim, əgər yoldaşım bilsə, problem olar. Bəzən zənglərinə belə cavab vermirəm, " - deyir. Başqa bir örnək. Taha axşam dostları ilə keçirdiyi ziyafətdən evə qayıdır. - Xoş gəldin! Toplantı necə keçdi? - Hikmət xanım nə hazırlamışdı? İstəyirsiniz, cavabları vermədən sualları ardıcıl sıralayım: " Nə şorbası bişirmişdi? Dadlı idi heç olmasa? Təkcə onu hazırlamışdı? Şirniyyatları hansı dükandan almışdılar? Salondakı güllərin yerini dəyişəcəkdi, dəyişibmi? Meyvə də verdilər? Ayrı-ayrı, yoxsa doğranmış şəkildə ortaya qoydular? Ziyafətiniz saat neçədə qurtardı? Niyə belə uzun çəkdi? Keçən dəfə tez qurtarmışdı..." Ardı-arası kəsilməyən suallar davam edir, çox vaxt da yorulan Taha " kaş ki, bu ziyafətə getməyəydim " deyir öz-özünə. Bu iki misal eyni ailəyə aiddir. Birinci misal insana " qısqanclıq " məfhumunu xatırlatsa da, ikinci misal bunun əksini deyir. Əslində, məsələ qısqanclıqdan da betər, yuxarıda danışdığımız kimi, detallara maraqdan qaynaqlanır. Bu problemi necə aradan qaldırmaq olar? Taha buna nə qədər dözə, səbr edə bilər? Bunu deyə bilmərəm, ancaq münasibətləri bu şəkildə davam edərsə, bir gün mütləq " özündən çıxacaq ". Bunun üçün Səniha daha diqqətli davranmalı, təfərrüata marağını boğmalıdır. Madam ki, sədaqət və inam öz yerindədir, ərinə etibar edir, demək ki, bir problem yoxdur. Düşünürəm ki, iradəsini ortaya qoyaraq bunun öhdəsindən gələ bilər...Mənbə:Ahmet Kurucan " Ailə həyatımız "
| ['ailə münasibətləri', 'təfərrüat', 'xırdaçılıq', 'fəsadlar'] |
4,475 | https://kayzen.az/blog/AdeLina/8300/insanlar%C4%B1n-h%C9%99yat%C4%B1na-qar%C4%B1%C5%9Fmaq-n%C9%99-d%C9%99r%C9%99c%C9%99d%C9%99-d%C3%BCzg%C3%BCnd%C3%BCr.html | İnsanların həyatına qarışmaq nə dərəcədə düzgündür? | AdeLina | Bloq: AdeLina | 10 yanvar 2012, 13:28 |
Aydın məsələdir ki, ətrafımızda ilk danışıqdan insana qiymət verən adamlar çoxdur. Xüsusilə də qadınlar, fərqli bir hərəkət görən kimi, mütləq öz aralarında müzakirə edir və özlərinin görmək istədiklərini görürlər. Əslində bu doğru deyil və bunu çox adam anlamır. Əslində ilk baxışdan qiymət vermək asandır. Əksər qadınlar ( Qadınlar deyirəm, çünki bunu nadir hallarda kişilərdə görmüşəm) kiminsə həyat tərzini, yaşam şəraitini bilmədən hökm verməyi çox sevir. Yəni ki, bir növü qüsur tuturlar. Məsələn keçən dəfə şahidi oldum. Keçən dəfə avtobusla gedərkən, tıxac var idi və yan tərəfdə maşın sürən, olduqca baxımlı qadın var idi. Arxadakı iki qadın, öz aralarında o qadına sözün əsl mənasında «ad qoydular». Bu nə dərəcədə düzgün olar axı? Xüsusilə də qocalarda bunu hiss edirəm, qadın biraz baxımlı, biraz gözəl olan kimi mütləq o qadında qüsur var deyirlər. Kiminsə həyatını bilmədən müdaxilə eləmək çox pisdir və insana pis təsir edir. Ümumiyyətlə, məncə qarışmaq belə düzgün deyil. Bir məsələni bilmədən hökm versək, görün nə qədər səhvlərə yol açmış olarıq. Bir insanı yaxşı tanımadıqdan sonra, onun haqqında rəy bildirməyimiz belə düzgün deyil məncə...
Daha bir misal çəkim, bir qız tanıyıram, ədəbiyyatı əvvəllər sevməzdi, lakin sonradan ədəbiyyata marağı artmağa başladı, müxtəlif bədii əsərlər oxuyurdu. Bunu görən öz «yaxın» dostları hər yerdə deməyə başladılar ki, insan ədəbiyyata elə belədən maraq göstərməz, mütləq həyatında biri var… Əslində isə elə deyil, qızın özü sadəcə marağının artdığını deyir....
Türklərdə bir atalar sözləri var, hansı ki, şər atmaq istəyənlərə sərf edir: «Ateş olmayan yerden duman çıkmaz» Məncə bir məsələni öyrənmək üçün, onu dərin araşdırmaq lazımdır....
| ['insanların həyatı'] |
4,476 | https://kayzen.az/blog/kulturoloq/8297/m%C9%99n-bel%C9%99-%C9%99srar%C4%B1-qana-bilmir%C9%99m.html | Mən belə əsrarı qana bilmirəm, | kulturoloq | Bloq: kulturoloq | 9 yanvar 2012, 22:37 |
Mən belə əsrarı qana bilmirəm,Qanmaz olub da dolana bilmirəm!..Axtaxana, sağda dana böyüdü,Mən böyük ollam haçana, bilmirəm!..Derlər utan, heç kəsə bir söz demə, -Həq sözü derkən utana bilmirəm!..Neyləməli, göz görür, əqlim kəsir,Mən günəşi göydə dana bilmirəm!..Şiddəti-seylan ilə baran tökür,
Bir koma yox, daldalana bilmirəm!..Derlər utan, hərzəvu hədyan demə, -Güc gətirir dərd, usana bilmirəm!..Derlər, otur evdə, nədim, kasibəm,Kəsb eləməzsəm, qazana bilmirəm!..Derlər, a qanmaz, de yıxıl, ol, qurtar!He, balam, doğrusu, ay dadaş, mən dəxiMəsləhət ondan o yana bilmirəm!..M.Ə.Sabir
| ['mirzə ələkbər sabir'] |
4,477 | https://kayzen.az/blog/romantika/8295/kim-deyir-ki-m%C9%99n-s%C9%99nsiz%C9%99m.html | Kim deyir ki mən sənsizəm? | cahandar | Romantika və düşüncələr | 9 yanvar 2012, 17:25 |
Sən yuxusuz gecəmdəsən.Ürək kimi sinəmdəsən.Ölənəcən, mənimləsən,Kim deyir ki, mən sənsizəm?Sən gözümün, qarasısan,Bu qəlbimin yarasısan. Məndə mənlə qalasısan,Kim deyir ki, mən sənsizəm?Sən ən əziz yerimdəsən,
Sən nəgməmədə, şeirimdəsən,Ruhum tək bədənimdəsən,Kim deyir ki, mən sənsizəm? Rəhimli tək, qanımdasan,Mən sağ ikən canımdasan,Hər dəqiqə, yanımdasan,Kim deyir ki, mən sənsizəm?Müəllif:Aygün Rəhimli
| ['poeziya'] |
4,478 | https://kayzen.az/blog/aforizmler/8291/%C5%9F%C3%B6hr%C9%99t-haqq%C4%B1nda-aforizml%C9%99r.html | Şöhrət haqqında aforizmlər | umud600 | Hikmət dənizi və aforizmlər | 9 yanvar 2012, 12:24 |
* Şöhrət ölməz əməllərin ətridir. ( Sokrat )* Şöhrət çox bahalı, lakin tez xarab olan maldır. ( Balzak )* Şöhrət - uzaqdan günəş kimi parlaq və isidici, yaxınlaşdığınız zaman isə bir dağ zirvəsi kimi soyuqdur. ( Balzak )* Bəxtin iki övladı var: biri inam, digəri şöhrət. ( Frensis Bekon )* Gördüyü işin əbədiliyinə əmin olan şəxs heç vaxt şöhrət dalınca qaçmır, çünki onsuz belə xoşbəxtdir. ( Anri Berqson )* Şöhrət gün işığında dayanmış ehtirasın kölgəsidir. ( Xəlil Cübran )* Şöhrət əldə edilənə qədər maraqlıdır, əldə edildikdən sonra maraqdan düşür. ( Paul Ernest )* Layiq olmadığı şöhrətə yüksələnlər az sonra oradan enməyə məhkumdurlar. ( Naməlum )* Şöhrətpərəstlik insana qalib gəlsə, onu öz nəfsinin qulu edər. ( Abbasqulu ağa Bakıxanov )* Şöhrətpərəst adama başqalarının rəyi deyil, onların rəyi haqqında öz rəyi əhəmiyyətlidir. ( Fridrix Nitsşe )
* Şöhrət xalqın xəstə nəfəsidir. ( Jan Jak Russo )* Kiminsə təlxəyi olmaq çox kədərli məşğuliyyətdir. Şöhrətpərəst adam isə hamının təlxəyidir. ( Uilyam Penn )* Vüqar sanki adamın boyunu ucaldır, şöhrətpərəstlik isə üfürüb şişirdir. ( Samuel Smayls )* Şöhrətpərəstlik adamı təbiilikdən məhrum edir. ( Lyuk de Klapye Vovenarq )* Etiraf etməliyik ki, məşhurların çoxu yalnız öldükdən sonra şöhrətə çatmışdır. ( Samuel Smayls )* Ən qüdrətli ehtiras şöhrətpərəstlikdir. İlahi, məni bu ehtirasdan xilas et, qalanlarından özüm də xilas ola bilərəm. ( Riçard Şeridan )* Şöhrətpərəstlik yalançılığın anasıdır. ( Atalar sözü )* Sənin şöhrətin sənin kölgən kimidir- o gah səndən qabaqda, gah arxada gedir; bəzən səndən böyük, bəzən isə kiçik olur. ( Qotlip Teodor Hippel ) * İnsanlar ancaq layiq olduqları şöhrətə sahib ola bilərlər. ( Höte ) * Bəzi məşhur adamlar öz şöhrətlərinə görə pərəstişkarlarına borcludurlar. ( Georq Lixtenberq )
| ['Aforizmlər', 'şöhrət'] |
4,479 | https://kayzen.az/blog/cahandar/8282/anid%C9%99n.html | Anidən | cahandar | Bloq: cahandar | 8 yanvar 2012, 00:19 |
Elə bir zamanda görüşdük ki bizSöküldü sükunət, qəflət anidənQatdı başımızı fikirlərimizDemə sevirmişik xəlvət, anidənBu ani eşq bizi etdisə məyusDaha gecdir artıq, qurban olum, sus!Özümüz sən demə vermişik, əfsusHicranın əlinə fürsət anidənYad idik biz, elə indi də yadıqFəqət bu gerçəklə razılaşmadıqBiz doğru zamanda qarşılaşmadıqO üzdən yetişdi həsrət anidən
Gəl unut mənimlə o xoş çağlarıUnut seyr etdiyin uca dağlarıUnut o işıqlı, nurlu bağlarıHansı ki bürüdü zülmət anidənUnut...tale yolun seçdiyin andaSadiq ol əhdinə, içdiyin and'aKüsərək bir küncə keçdiyin andaYadına düşəcəm əlbət, anidənMüəllif:Axundi
| ['şer'] |
4,480 | https://kayzen.az/blog/xaricdetehsil/6752/rusiyan%C4%B1n-ali-t%C9%99hsil-sistemi-haqq%C4%B1nda-%C3%BCmumi-m%C9%99lumatlar.html | Rusiyanın ali təhsil sistemi haqqında ümumi məlumatlar | Samir012 | Xaricdə təhsil | 7 yanvar 2012, 20:58 |
Rusiyada ali təhsilin kifayət qədər uzun müddətli tarixi var. Rusiyanın bir çox universitetlərində çoxlu nəsil görkəmli alimlər yetişdirən elmi məktəblər quraşdırılıb. Rusiya ali məktəbi sanballı təhsil proqram xarakteri ilə fərqlənir, bu gün universitetlərin bir çox fakültələri mütəxəssislər hazırlayan sistemlə yanaşı çox yayılmış ikisəviyyəli magistr hazırlığını təklif edir. Dərs ili sentyabrda başlayır və iyunda sona çatır.
Təhsil proqramları
Bakalavr. Təhsil müddəti – 4 ildir. Bu mərhələni bitirəndən sonra məzunlar “Bakalavr” dərəcəsinə yiyələnmiş ali təhsil alır.
Magistratura. Təhsil müddəti – 2 ildir. Bu mərhələni müvəffəqiyyətlə bitirəndən sonra məzunlar “Magistr” dərəcəsinə yiyələnmiş ali təhsil alır.
Mütəxəssis. Təhsil müddəti – 5 ildir. Bu mərhələni müvəffəqiyyətlə bitirəndən sonra məzunlar “Mütəxəssis” ixtisasına yiyələnmiş tam peşəkar ali təhsil alır.
Aspirantura. Təhsil müddəti – 3 ildir. Dissertasiya şurasında elmi təqdiqat işini müdafiə edəndən və RF AAK-də dərəcənin təsdiqindən sonra “Elmlər namizədi” dərəcəsi verilir.
Doktorantura. Təhsil müddəti – 3 ildir. Dissertasiya şurasında elmi təqdiqat işini müdafiə edəndən və RF AAK-də dərəcənin təsdiqindən sonra “Elmlər doktoru” dərəcəsi verilir.
Rusiyanın ali məktəblərinə daxil olarkən ümumi tələblər
Ali təhsil:
- bakalavr və magistratura proqramı üzrə birinci kursa daxil olanlar üçün qəbul imtahanlarının verilməsi zamanı RF-nın ali məktəblərinin nümayəndələri ilə əyani imtahan komissiyası təşkil olunur. Ümumi təhsil fənləri arasından qəbul imtahanlarının siyahısını təyin edə bilən ali məktəb fənlərinə rus dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, Rusiyanın tarixi, ümumi fənn və s. daxildir;
- əsas ali təhsil proqramlarından birini müvəffəqiyyətlə bitirən və ali təhsil haqqında diplomu olan şəxslər magistratura proqramı üzrə təhsil ala bilər.
Ali məktəb təhsilindən sonrakı təhsil:
Aspirantura. Bu proqrama peşəkar ali təhsili və ya magistr dərəcəsi olan şəxslər qəbul olunur. Ali məktəbin tələbinə görə aspiranturaya qəbul namizədin təqdim etdiyi sənəd komplektinin baxılışından sonra ali məktəb rektorunun əmri ilə və ya elmi idarənin rəhbəri tərəfindən müvafiq kafedranın (şöbənin, labotaroriyanın, sektorun), həmçinin Elmi Şuranın qərarına əsasən həyata keçirilir.
Aspiranturaya qəbul olanlar şəxsiyyəti təsdiqləyən sənəd və ali məktəbi bitirməsi haqqında dövlət surətli diplomu (xaricdə təhsil almış şəxslər – diplom və onun ekvivalentliyi haqqında şəhadətnamənin surətini) şəxsən təqdim edirlər.
Aspiranturaya qəbul olanlar ali peşəkar təhsil ilə dövlət təhsil standartlarına uyğun RF-nın ali məktəblərində aşağıdakı konkurs qəbul imtahanlarını verirlər:
1. xüsusi fənn;
2. fəlsəfə;
3. ali məktəb və ya elmi müəssisə, təşkilat tərəfindən müəyyən edilən xarici dil dissertasiya işinin yerinə yetirilməsi üçün aspiranta lazımdır.
Bəzi ali məktəblərdə minimum namizədlik imtahanlarının tam və ya bir hissəsini verən şəxslər aspiranturaya daxil olarkən müvafiq qəbul imtahanlarından azad olunurlar.
Əgər magistrin fərdi dərs planında fəlsəfə və xarici dil fənləri üzrə imtahanlar nəzərdə tutulmuşsa, onda bu fənlərə görə nəticələr aspiranturaya qəbul imtahanları kimi hesablanılır.
Doktorantura. Bu proqrama elmlər dərəcəsi olan şəxslər qəbul olunurlar. Doktoranturaya qəbul olanlar bilik sahəsində müvafiq elmi dərəcəyə yiyələnməlidir və yüksək səviyyədə elmi təqdiqat işini aparmaq qabiliyyətinə malik olmalıdır.
Doktoranturaya qəbul ali məktəb rektorunun və ya elmi müəssisə rəhbərliyinin sərəncamı ilə həyata keçirilir. Ali məktəbin tələblərinə görə namizədin təqdim etdiyi sənədlər komplektinə baxılandan sonra müvafiq kafedranın (şöbənin, laboratoriyanın, sektorun), həmçinin Elmi şuranın (Şura) qərarı əsasında doktoranturaya qəbul təşkil edilir.
Xaricdə elmi dərəcəli diplom alan vətəndaşlar, diplomdan əlavə yenidən attestasiyadan keçirilməsi haqqında şəhadətnamənin surətini təqdim edirlər.
MDB dövlət-iştirakçıları vətəndaşlarını daxil etməklə xarici dövlət vətəndaşları doktoranturaya, aspiranturaya qəbul olunur və ya beynəlxalq müqavilələr və Rusiya Federasiyasının hökumətlərarası sazişi, həmçinin elmi müəssisə və RF təşkilatının hüquqi və fiziki şəxslərin hazırlıq dəyərinin ödənişi nəzərdə tutulan müqavilələri əsasında dərəcə almaq üçün öz işini təqdim edən şəxs kimi uçota alınırlar.
Qeyd:Aspirantura və doktoranturaya qəbul olmaq üçün Rusiyanın bəzi ali məktəbləri elmi dərəcələrin yenidən attestasiyadan keçirilməsini tələb edir.
Aspiranturaya daxil olmaq üçün Rusiya Federasiyasının ümumi və peşə təhsil Nazirliyində nostrifikasiya prosedurundan keçmək, yəni bu diplomun ölkənin dövlət təhsil standartlarına görə ekvivalentliyini təsdiqləmək lazımdır.
Nostrifikasiya (tanınma qaydası və ekvivalentliyin təyini) üçün sənədlərin siyahısı:
- notarius tərəfindən təsdiqlənmiş diplomun surəti;
- notarius tərəfindən təsdiqlənmiş əlavələrin surəti;
- diplom başqa dildə verildiyi halda, onun notarius tərəfindən təsdiqlənmiş dus dilinə tərcüməsi.
Nostrifikasiya prosedurunun müddəti – 1 aydır.
Doktoranturaya daxil olmaq üçün namizədlik diplomlarının yenidən attestasiyadan keçirilməsi üçün RF-nın Ali Attestasiya Komitəsinə (AAK) aşağıdakı sənədləri vermək lazımdır:
- AAK-ın tələblərinə görə attestasiya işi;
- rus dilində dissertasiya işi;
- dissertantın qeydli-hesabaalma vərəqəsi;
- yenidən attestasiyadan keçirilmə xidmətlərinin ödənişi haqqında qəbz.
yenidən attestasiyadan keçirilmə müddəti – 4 aydır.
Sənədlərin verilmə müddətləri
Sənədlərin verilmə müddətləri dəqiq şəraitdən asılıdır. Sonuncu orta müddət – iyundadır. Aspirantura və doktoranturaya sənədlərin qəbulu cari ilin 1 oktyabrdan gec olmayaraq bir il ərzində həyata keçirilir.
| ['Rusiyada təhsil'] |
4,481 | https://kayzen.az/blog/u%C4%9Fur/8275/meditasiya.html | Meditasiya | Niyaz | uğur psixologiyası | 7 yanvar 2012, 19:11 |
Meditasiya – latıncadan “meditatio” , “meditor” – düşünürəm, ayırd edirəm mənasını ifadə edir. Meditasiya insan zehnini bir fikrə cəmləyir, bədəni sakitləşdirir və düşüncəni başqa aləmə yönəldir.Meditativ məşqlər müxtəlif olur. Bəzən meditasiyanın bir neçə üslublarını birləşdirib mürəkkəb meditasiya edirlər.
Meditasiya əslində, çox qədim bir üslubdur. Hətta ola bilsin ki, qədim Misirdə və hətta mayalılar da öz dövlərində meditasiya ilə məşğul olublar. Amma meditasiyanın əsas inkişaf və istiqaməti hind yoqası və buddizmdə olub. Müsəlmanlarda isə buna aid sufizm var. Təsəvvüf ,və ya sufizm İslamda geniş yayılmış ezoterik dini və fəlsəfi cərəyandır. Təsəvvüf İslam dinindəki mənəvi həyatın və əxlaqi dəyərlərin adıdır. Bu fəlsəfi - dini təlimdə insanın nəfsi ilə mücadilə edərək onu islah və tərbiyə etməsi, öz varlığından və dünyadan keçərək, Allaha qovuşması məqsədi izlənilir. Bəzi sufilərə görə, təsəvvüf sülhü olmayan bir savaş, nəfsə qul olmamaq, şeytana alçalmamaq, nəfsin nəsibini tərk edərək haqqın nəsibini axtarmaq, zahirdən uzaqlaşıb batinə yaxınlaşmaq, əziyyətləri gizləmək, comərdlik, zəriflik və təmizlik olaraq qiymətləndirilir. Sufilər və müsəlman müəlliflərinin əksəriyyətinə görə, təsəvvüfün qaynağı Quran və Məhəmməd peyğəmbərin (s.ə.s.) hədisləridir. Təsəvvüfün tək bir şəkli olduğu deyilə bilməz. Quran və şəriətə sıx bağlı bir şəkildə, tamamilə şəriətə uyğun təsəvvüf anlayışı ilə yanaşı, şəriət xaricində əsaslara dayanan batini-ifratçı sufi anlayışları da İslam dünyaslnda çox geniş yayılmışdır. Bunların bir çoxunda isə başqa din və fəlsəfi cərəyanların təsirini görmək mümkündür.
Müasir psixoterapiyalarda meditativ metodlar çox istifadə edilir. Hesab edilir ki, meditasiya bədənin rahatlaşması, dincəlməsi, stressdən azad olma, lazımsız həyəcan və düşüncələrdən fikrin təmizlənməsi, mənəvi rahatlığın alınması və daxili harmoniyaya görə insana lazımdır.
Meditasiya 2 əsas yerə bölünür:
1) Boşluqda meditasiya – bu yolla beyin müəyyən bilik vəziyyətinə çatır, şərqdə buna “Maarifçilik” deyilir.
2) Birtərəfli meditasiya – konkret bir obyekt üçün olan araşdırma, məsəlçün şəxsi nəfəs, zehn, vizual obrazı aydınlaşdırma. Belə meditasiya ilə birinci növdəki kimi, bədən rahatlaşıb, fikir cəmləşib beyini müəyyən bilik vəziyyətinə gətirmək və sonra, axtarış və informasiya üçün olan ikinci bilik təbəqəsinə çatmaqdır.
Meditativ transa girmək üçün dünyada bir çox üsullardan istifadə edirlər. Bunlara meditativ praktikalar deyilir. Bu praktikalar aşağıdakı amillərə bölünür:
1)Dini
2)Dini-fəlsəfi
3)Psixoterapevtik
4)Didaktikopropedevtik
Ədəbiyyatda meditativ vəziyyətə çatmaq üçün yüzlərlə üsullar qeyd edilib. Təcrübələr göstərib ki, bütün bu üsulları cəmləşdirən əsas monoton təkrar olunan hərəkətlərə dərindən fikir cəmləməkdir. Belə monoton hərəkətlər fiziki ola bilər, məsəlçün , Afrika tayfalarındakı ritual rəqslər, savaş incəsənətindəki məşqlər, təsbehi əllə oynatmaq (muncuqlarini hərəkətə gətirmək), mantranı (meditasiya üçün duayabənzər bir yarı-musiqili sözlər) səsləndirmək, tənəffüsə fikir cəmləmək və s. Psixi də ola bilər, təsəvvür də ola bilər, misəlçün, çakralara fikir cəmləmək, “astral bədənin” mövcudluğuna fikir vermək. Əsas məqsəd ətraf aləmə fikir verməmək və tam sakitliyə qapanmaqdır.
Çakralar (tərcümədən mənası “çarx”, “dairə”, “disk”)
İnsan bədənində 7 əsas çakra vardır:
1. Onurğa sütununun aşağı hissəsinə yaxın yerləşən, rəngi tünd qəhvəyi, qırmızı, boz, tünd qırmızı, əsas funksiyası həyatı qoruma instinkti, aqressiyanın bütün növləri və neqativ aqressiyalar, həyatadözümlük, təhlükəsizlik, sağlamlıq, nəslin davam etdirilməsi instinkti, yəni material aləmlə sıx bağlı olan hisslər.
2. Göbəkdən aşağı 3 barmaq məsafəsində yerləşən, rəngi portağal, çəhrayı, bönövşəyi, funksiyası emossiya, seksual energiya, həyata olan sevinc, istək, həzz.
3. Təxminən mədə tərəfdə yerləşir, rəngi sarı, funksiyası hakimiyyət, idarəetmə, azadlıq, karyera, özünə inam, ağıl.
4. Ürəkdə yerləşən, rəngi yaşıl və mavi, funsksiyası tabe olma, sevgi, mərhəmət, sevinc.
5. Boğazda yerləşir, rəngi indiqo, funksiyası ünsiyyət, özünüifadə, incəsənət potensialı, harmoniya, “həqiqətin daxili səsi”.
6. Alında “üzüncü göz”, rəngi ametist, funskiyası untuisiya, ağılın funksiyalaşdırılması, yüksək bilik (parapsixoloji), ekstrasensor bacarıqlar.
7. Bədəndə deyil, amma başın tam üstündə olan çakra. 6-cı çakra aktiv edildikdən sonra, yəni “üçüncü göz”, və ya “bəşər gözü” açıldıqdan sonra insanda bu çakra da əmələ gəlir. Rəngi yasəmən gülü rəngli, funksiyası kainata qoşulma, təmiz azadlıq (fiziki azadlıq, yuxuda olan kimi), nirvana (buddizmdə buna kainata qoşulmaq, ruhun bədəndən çıxıb yuxarıya getməsi mənasını verir).
Belə çıxır ki, insan “aurası” deyilən şey, məhz bu çakraların cəmi rəngi və işığıdır. Boşuna deməyiblər ki, insanın emosiya və hissiyyatından asılı olaraq aurasının rəngi də dəyişilir. Elə bu çakralar da gördüyünüz kimi rənglərini dəyişə bilirlər.
Astral bədən
Meditasiya zamanı, yəni insan çoxlu meditasiya etdikdən sonra onda 6-cı çakra açılır, “üçüncü gözü” görür. Bu göz açıldıqdan sonra bir daha heç vaxt bağlanmaz. Bu göz barədə ətraflı məlumat almaq üçün mənim məlumatlarıma daxil olub mövzularımın birindən “Üçüncü göz” barədə ətraflı oxuya bilərsiz. Bu göz vasitəsi ilə insanda 7-ci çakra açılır. İnsan bədənindən yuxudakı kimi bilməyərək deyil, artıq bilərəkdən ruhunu çıxardır. Bədənlə ruh arasında “qızıl ip” var ki, bu insanı ölməyə qoymaz və o ruh yenidən bədənə geri dönə bilər. İnsan meditasiya zamanı buraxdığı ruh ki var, “astral bədən” adlanır. O bədən vasitəsi ilə görmədiyiniz yerləri görmək, bilmədiyiniz şeyləri bilə bilərsiz.
Müxtəlif mədəniyyətlərdə meditasiyanın müxtəlif pozaları yaranmışdır. Amma elmi cəhətdən meditasiyanın dərinliyinin pozadan asılı olmadığı təsdiq edilib. Ən məşhur poza budur: insan bardaş qurub oturur, başı bir az aşağıya baxır, beli tam düzdür, əlləri yanda açıq şəkildədir, baş və çeçələk barmağın ucları bir-birinə dəyir.Uzunmüddətli meditasiya zamanı, yəni bütün növ fikirlər yox olduqdan sonra, istəklər və özünü dərketmə hissi yox olduqdan sonra, tənəffüs demək olar ki, yox olur, dərin sakitlik vəziyyəti yaranır, insanın daxili dərketmə və düşüncəsinə sanki işıq düşür, bu insana xoş hisslər yaradır. Bu vəziyyətdə insan çox uzun müddət qala bilər, ətraf aləmi düşünməməyə və hiss etməyə bilər.
Meditasiya insanı bir çox xəstəliklərdən də sağalda bilir. Bunu belə izah etmək olar: insan daima energiya itirir, bu energiya itkisi bədənin müəyyən yerlərində nasazlıqlar yaradır, beləliklə insanda xəstəliklər meydana gəlir. Meditasiya zamanı isə insan nirvanada olur, yəni kainata qoşulur, kainat insana öz sonsuz enerjisini verir. Başdan aşağı bütünbədənə enerji daxil olur. Bədən qidalanır. Xəstə olan yerlər meditasiya zamanı göynəyə də bilir. Bu o deməkdir ki, enerji cəhətdən ac qalmış bədənin müəyyən nöqtələri enerji ilə qidalanır və xəstəliklər bununla yox olur.
Meditasiya insanı dinini dəyişməyə sövq etmir. Meditativ biliklərə əsasən, biz hamımız, yəni ruhumuz kainatda olan mənbədən gəlib. Bu həyatdakı məqsədimiz bütün dinlərdə deyildiyi kimi (Satanizmdən başqa) yalnız yaxşı hərəkətlər və yaxşı düşüncələr etməliyik. Amma ən əsas məqsədimiz gəldiyimiz mənbəyə geri yolu tapmaqdır. Deyilənə görə, meditasiya məhz bunun üçün insana lazımdır. Bu zaman insan o yerə geri yolu tapır. Öldüyü zaman isə, o yolu tapmayanların ruhu yerdə azıb qalır, o yolu həyatında tapmış insanların ruhu isə öldükdən sonra yerdə məcburi qalmır və gəldiyi yerə geri dönə bilir.
| ['uğur psixologiyası'] |
4,482 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/8273/g%C3%BCzg%C3%BC-v%C9%99-insan.html | Güzgü və insan | Shabnam_Ilham | Düşündürücü hekayələr | 6 yanvar 2012, 21:46 |
Gənc ər-arvad kəndin ucqarında, gözəl bir yerdə qayğısız ömür sürürdü. Onların yeganə qız uşağından başqa, heç bir övladı yox idi. Hər ikisi uşağı dünyalar qədər sevərdi. Qız lap körpə ikən atası əldən-ayaqdan uzaq bir şəhərə, kral paytaxtına səyahətə çıxmalı oldu. Çox uzaq olduğundan nə uşağı, nə də arvadını özü ilə apara bildi. Tək getdi. Yola düşərkən söz verdi ki, qayıdanda onlara nadir hədiyyələr gətirəcək. Öz körpəsi ilə tək qalmış ana yalqızlığın xofunu, qorxusunu özündən uzaqlaşdırmalı idi. Axı onun əri bu ətrafda ilk adam idi ki, uzaq bir ölkəyə səyahətə çıxmışdı. Doğma kənddən başqa, heç yeri görməyən gənc ananın qəlbində yaranan iftixar hissi qorxuya qalib gəldi.
Ərinin getdiyi möcüzələr və gözəlliklər şəhərini ana təsəvvüründə canlandırdıqca qəlbi həyəcanla vururdu.
Nəhayət, uzun səyahət başa çatdı. Ərinin gəlişindən xəbər tutan ana qızını bayramsayağı bəzədi, özü də qiymətli göy paltarını geyindi. Çünki o bilirdi ki, bu paltarda ərinə daha çox xoş gəlir və son dərəcə gözəl görünür.
Kişinin doğma yurda sağ-salamat qayıtması gözəl qadının sevincini birə-min artırmışdı. Qızcığaz atasının gətirdiyi oyuncaqlara baxır, əlini fərəhlə bir-birinə vurur, sevinir, gülürdü.
Kişi səyahət zamanı paytaxtda gördüyü qeyri-adi möcüzələrdən danışmaqdan yorulmurdu. Xülasə, söz-söhbət sovuşandan sonra o, üzünü arvadına tutub dedi:
- Sənə də ləyaqətli bir hədiyyə gətirmişəm. Adı güzgüdür. Yaxşı bax, gör orda kimi görürsən?
Bu söhbətdən sonra o, ağ taxta qutunu arvadına verdi. Qutuda metaldan qayrılmış yastı
bir dairəcik vardı. Balaca dairənin bir üzü çoxlu gül və quş şəkli təsvir edilmiş, ağ gümüşü lövhə idi. O biri üzü isə gözəl ağ parıltılı şüşəyə oxşayırdı. Gənc qadın gözlərini şüşəyə zilləyəndə sevinc dolu təəccüb çöhrəsini işıqlandırdı. Parlaq lövhədən ona gözəl, yaraşıqlı, gülümsər bir qadın baxırdı.
- Hə, nə var, kimi görürsən?- deyə kişi lovğalana-lovğalana soruşdu.
Qadın valeh nəzərlərini güzgüdən ayırmadan diləndi:
- Əzizim, orada gözəl bir qız görürəm, dodaqları da tərpənir, elə bil danışır. Özü də düz mənə baxır. Möcüzədir. Əynində də mənim paltarıma oxşar paltar var.
- Ay ağılsız, bu gördüyün elə sən özünsən də,- deyə kişi özündən razı halda güldü və ərklə başdan-ayağa arvadını süzdü. – Əzizim, buna güzgü deyirlər. Şəhərdə elə adam tapa bilməzsən ki, güzgüsü olmasın. Biz isə indiyədək, əldən-ayaqdan uzaq bir yerdə, bu çölün düzündə güzgü nə olduğunu bilmirik.
Aldığı hədiyyədən çox razı qalan qadın güzgünü əlindən yerə qoymur, tez-tez özünə baxırdı. O, ömründə ilk dəfə idi ki, belə möcüzə görürdü. Buna görə də ərinin gətirdiyi bu qiymətli hədiyyəni ən bahalı daş-qaşı və bəzək şeyləri olan sandıqcasında ehtiyatla qoruyurdu.
İllər bir-birini qovur, ərlə-arvad mehriban və xoşbəxt ömür sürürdülər. Onların sevimli qızı da artıq böyümüş, boya-başa çatmışdı. Ana öz gözəlliyini doğma qızında gördükdə güzgünü gizlətdi. Ona elə gəlirdi ki, qızı güzgüyə baxsa, oz gözəlliyinə öyünər, xudpəsənd olar. Ona görə də o, güzgüdən söhbət açmazdı. Ata isə güzgü əhvalatını təmiz unutmuşdu. Qız da anası kimi öz gözəlliyindən xəbərsizdi, sakit və namusla böyüyürdü.
İllər ötdü...
Bir gün bədbəxtlik onların da qapısını döydü. Sevimli ailənin qayğısız yaşadığı xoş bir gündə gözəl və mehriban ana xəstələndi. Anasının əziyyətini çəkən, həssas qayğıkeş qız əlindən gələn qulluğu etsə də, onun halı getdikcə ağırlaşırdı. Artıq heç bir ümid yeri qalmamışdı.
Ərini və doğma balasını tezliklə, özü də həmişəlik itirəcəyini duyan ana qəm dəryasına batmışdı. Əzizlərini bu işıqlı dünyada yetim qoyub gedəcəyini bilən ananı dərd boğurdu. İçin-için sızıldayır, getdikcə haldan düşür, üzülürdü.
Daha bir ümid yeri qalmadığını yəqin edəndən sonra ana qızını yanına çağırıb, son vəsiyyətini söylədi:
-Mənim mehriban, gül balam, görürsən ki, halım xarabdır. Eh, görünür ki, sizi tərk... etməli... olacağam... özü də həmişəlik...- Qəhər ananı boğur, zəiflikdən onun gözündən yaş çıxmır, sözləri qırıq-qırıq eşidilirdi.- Sən... öz istəkli atanla qalırsan. Söz ver ki, mən olmayanda... hər gün... yuxudan duranda... güzgüyə baxarsan... Onda mən... uçub gələcəyəm ki, görüşək... Bir-birimizə baxaq!..
Ana bu sözləri deyib güzgünü gizlətdiyi yeri qızına göstərdi. Qız göz yaşları içərisində hıçqıra-hıçqıra anasının xahişini yerinə yetirəcəyinə söz verdi.
Kim öz xoşu ilə bu dünyadan köçmək, ətrafındakı hər şeylə birdəfəlik vidalaşmaq istər? Ana da istəmədiyi halda, yavaş-yavaş səssiz-səmirsiz çıraq kimi əbədi söndü.
Vəfalı qız onun müqəddəs vəsiyyətini unutmadı. O, səhər-axşam güzgünü götürüb uzun uzadı ona baxır, həmişəlik itirdiyi anasının gülümsər, gözəl sifətinə tamaşa edirdi. Burada o, son nəfəsində olduğu kimi xəstə və solğun deyildi. Gənc və sağlam idi. Öz borcunu yerinə yetirən qıza elə gəlirdi ki, axşamlar güzgüdə anasını yorğun və iztirablı çağlarını, səhərlər isə məğrur və mehriban üzünü görür.
Qız güzgüdə anasına baxır, sevinci yerə-göyə sığmırdı. O, hər dəfə saf və ləkəsiz güzgüdə anasına tamaşa edərək pıçıldayırdı:
-Bu gün sən istədiyin kimiyəm anacan. Kaş sən də mənimlə danışa idin, ana!
Nəhayət, atası qızının hər gün səhər-axşam güzgüyə baxmağından xəbər tutdu. Ona elə gəldi ki, qızı kiminləsə söhbət də edir. Ata bu barədə qızından xəbər aldıqda o dedi:
- Ata, mən sevimli anamı görmək üçün, onunla söhbət etmək üçün hər gün doyunca güzgüyə baxıram.
Qız ölmüş anasının vəsiyyətini atasına danışdı və dedi ki, həyatı boyu onun arzusunu həmişə yerinə yetirəcəkdir.
Ata, qızının təmiz ürəklə, səmimiyyətlə dediyi bu sözləri eşidəndə həyacanlandı, kövrəldi. Məhəbbət dolu isti göz yaşları onu boğdu. Xeyli danışa bilmədi. O, belə qərara gəldi ki, bu sirrin üstünü açmasın. Çünki ataya aydın oldu ki, qızı elə bilir, həmişə güzgüdə gördüyü öz anasıdır.
Eh, daha bilmirdi ki... Axı orada gördüyü incə bədən, şux görkəm, məhəbbət dolu qaynar gözlər mərhum anasına necə də oxşayırdı...
Müəllif: Antonno Sosaya
| ['İspan ədəbiyyatı antologiyası', 'güzgü'] |
4,483 | https://kayzen.az/blog/maraqli-faktlar/8272/%C3%BCz%C3%BCn%C3%BC-q%C4%B1rxmayan-qad%C4%B1nlar,-ayaq-di%C5%9Fl%C9%99y%C9%99n-ki%C5%9Fil%C9%99r.html | Üzünü qırxmayan qadınlar, ayaq dişləyən kişilər | BaKiNeC | Maraqlı faktlar | 6 yanvar 2012, 20:09 |
ABŞ-a yollanmaq fikrində olan soydaşlarımız bir qədər ehtiyatlı olmalıdırlar.Çünki bu ölkəni təşkil edən 50 ştatın hər birində qəribə, bəzən də əcaib qanunlar və yasaqlar var.Britaniyalı yazıçı Enni Taker Morqan ştatların yerli qanunvericiliklərini araşdıraraq absurd yasaqların siyahısını hazırlayıb.Bu siyahının bəzilərini sizlərə təqdim edirik.
Alabama: Burada saxta bığ vurub kilsəyə getmək və camaatı güldürmək olmaz.
Alyaska: Sığın ovunda olan adamın qulağına nə isə pıçıldamaq olmaz.
Arizona: Kaktus kəsəni 25 il həbs gözləyir.
Arkanzas: Ştatın adını yanlış söyləmək olmaz.
Kaliforniya: Hamamda portağal yemək qadağandır.
Kolorado: Tozsoranı qonşuya vermək olmaz.
Konnektikut: Masaya atanda bir yerdə durmayan duzlu xiyarı satmaq olmaz.
Delaver: Mərclə evlənmək olmaz.
Vaşinqton: Kiminsə dueldən imtina etdiyinə görə onu qorxaq adlandırmaq olmaz.
Florida: Avtomobil dayanacağında fil saxlayan maşın sahibi kimi pul ödəməlidir.
Corciya: Vitrindəki manekenin paltarını çıxarıb geyinmək qadağandır.
Havay: Qayıq sürə bilməyənlər cərimələnir.
Aydaho: Kişi sevdiyi qadına çəkisi 12 kq-dan az konfet qutusunu hədiyyə edə bilməz.
İllinoys: Fransız pudeli cinsli köpəyi operaya aparmaq olmaz.
İndiana: «Pi» əmsalı bütün dünyadakı kimi 3,1415 yox, 4-ə bərabərdir.
Ayova: Bir qolu olmayan pianoçular pulsuz ifa etməlidirlər.
Kanzas: Zolaqlı kostyum geyinmiş kişilərə bıçaq atmaq olmaz.
Kentukki: Hər sakin heç olmasa, ildə bir dəfə çimməlidir.
Luiziana: Protez dişlərlə kimisə dişləmək cinayətdir.
Men: Yanvarın 14-dən sonra evdə bəzəkli yolka saxlamaq cinayətdir.
Merilend: Qabyuyanı yumaq qadağandır.
Massaçusets: Maşının arxa oturacağında qorilla daşımaq yasaqdır.
Miçiqan: Ərin icazəsi olmadan qadın saçlarını kəsərək qısalda bilməz.
Minnesota: Sərçəni tutuquşu kimi satmaq olmaz.
Missisipi: İtə «it paltarı» geyindirməmiş küçədə gəzdirmək qadağandır.
Missuri: Uşaqların dükandan oyuncaq almaları qadağandır.
Montana: Ərə gəlmiş məktubu arvadın oxuması qadağandır.
Nebraska: Şorba bişməyən barda pivə satıla bilməz.
Nevada: Bığlı kişilərin qadınları öpmələri yasaqdır.
Nyu-Hempşir: Qumar borcunu ödəmək üçün əyindəki paltarı çıxarıb satmaq yasaqdır.
Nyu-Meksiko: Üzlərini qırxmayan qadınların küçəyə çıxması qadağandır:
Nyu-York: Liftdə olanda danışmaq, əlləri cütləyib liftin qapısı tərəfə baxmamaq qadağandır.
Şimali Karolina: Səsi olmayanın oxuması yasaqdır.
Şimali Dakota: Ayaqqabılı yatmaq olmaz.
Oklahoma: Başqasının buterbrodunu dişləmək yasaqdır.
Rod-Aylend: Kiminsə ayağını dişləmək cinayətdir.
Texas: Otelin ikinci mərtəbəsindən öküzə atəş açmaq olmaz.
Yuta: Süd içməmək yasaqdır.
Vermont: Qadın protez diş taxmaq üçün ərindən yazılı icazə almalıdır.
Virciniya: Qadını qıdıqlamaq olmaz.
| ['qəribə qanunlar', 'əcaib qanunlar'] |
4,484 | https://kayzen.az/blog/azerbaycan/8271/i%C5%9F%C4%9Fal-olunmu%C5%9F-%C9%99razil%C9%99r.html | İşğal olunmuş ərazilər | elshad | Azərbaycan | 6 yanvar 2012, 18:48 |
Xankəndi
İşğal olunmuşdur: 26 dekabr 1991-ci il
Ərazi: 0,008 min km2
Əhali: 53 min nəfər
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
Şəhər və qəsəbə 2
Xocalı
İşğal olunmuşdur: 26 fevral 1992-ci il Ərazisi: 0,97 min km2
Əhalisi: 24,2 min nəfər Şəhid olmuşdur 613 nəfər. Əlil olmuşdur 657
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
Sənaye və tikinti obyekti - 29
Mədəni - məişət obyekti - 80
Şuşa
İşğal olunmuşdur: 8 may 1992-ci il Ərazisi: 0,29 min km2
Əhalisi: 25,1 min nəfər Şəhid olmuşdur 193 nəfər. Əlil olmuşdur 102 nəfər
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
Şəhər, qəsəbə və kənd - 31
Sənaye və tikinti obyekti - 27
Mədəni - məişət obyekti - 103
Tarixi abidə və muzeylər - 265
Laçın
İşğal olunmuşdur: 18 may 1992-ci il Ərazisi: 1,84 min km2
Əhalisi: 65,6 min nəfər Şəhid olmuşdur 259 nəfər. Əlil olmuşdur 225 nəfər
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
Şəhər, qəsəbə və kənd - 36
Mədəni - məişət obyekti - 575
Tarixi abidə - 12
Xocavənd
İşğal olunmuşdur: 2 oktyabr 1992-ci il Ərazisi 1,46 min km2
Əhalisi: 40,2 min nəfər Şəhid olmuşdur 145 nəfər. Əlil olmuşdur 48 nəfər
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
Qəsəbə və kənd - 19
Mədəni - məişət obyekti - 75
Tarixi abidə - 15
Kəlbəcər
İşğal olunmuşdur: 2 aprel 1993-cü il Ərazisi: 3,05 min km2
Əhalisi: 69,1 min nəfər Şəhid olmuşdur 217 nəfər. Əlil olmuşdur 49 nəfər
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
Qəsəbə və kənd - 132
Sənaye və tikinti obyekti - 29
Mədəni - məişət obyekti - 134
Tarixi abidə - 87
Ağdərə
İşğal olunmuşdur: 7 iyul 1993-cü il
Ərazisi: 1,75 min km2
Əhalisi: 44,4 min nəfər
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
Qəsəbə və kənd - 59
Mədəni - məişət obyekti - 178
Ağdam
İşğal olunmuşdur: 23 iyul 1993-cü il Ərazisi: 1,15 min km2
Əhalisi: 158,9 min nəfər Şəhid olmuşdur 538 nəfər. Əlil olmuşdur 587 nəfər
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
Qəsəbə və kənd - 122
Sənaye və tikinti obyekti - 48
Mədəni - məişət obyekti - 599
Tarixi abidə - 27
Cəbrayıl
İşğal olunmuşdur: 23 avqust 1993-cü il Ərazisi: 1,05 min km2
Əhalisi: 62,1 min nəfər Şəhid olmuşdur 347 nəfər. Əlil olmuşdur 172 nəfər
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
Qəsəbə və kənd - 90
Mədəni - məişət obyekti - 197
Tarixi abidə - 27
Füzuli
İşğal olunmuşdur: 23 avqust 1993-cü il Ərazisi: 1,39 min km2
Əhalisi: 140,9 min nəfər Şəhid olmuşdur 528 nəfər. Əlil olmuşdur 1309 nəfər
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
Qəsəbə və kənd - 54
Mədəni - məişət obyekti - 145
Tarixi abidə - 15
Qubadlı
İşğal olunmuşdur: 31 avqust 1993-cü il Ərazisi 1,37 min km2
Əhalisi: 34,1 min nəfər Şəhid olmuşdur 232 nəfər. Əlil olmuşdur 146 nəfər
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
Qəsəbə və kənd - 94
Mədəni-məişət obyekti - 205
Tarixi abidə - 12
Zəngilan
İşğal olunmuşdur: 29 oktyabr 1993-çü il Ərazisi 0,71 min km2
Əhalinin sayı 36,1 min nəfər Şəhid olmuşdur 191 nəfər. Əlil olmuşdur 110 nəfər
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
Qəsəbə və kənd - 81
Mədəni- məişət obyekti - 138
Tarixi abidə - 13
| ['Qarabağ', 'erməni təcavüzü'] |
4,485 | https://kayzen.az/blog/Kinosunas/8270/h%C9%99yat%C4%B1n-ger%C3%A7%C9%99kl%C9%99ri-2.html | Həyatın gerçəkləri-2 | Kinosunas | Bloq: Kinosunas | 6 yanvar 2012, 17:57 |
1. Hər gün insan üçün yeni bir həyatdır. ( R. Beyker )
2. Özümüz istəməsək heç kim həyatımıza təsir edə bilməz. ( D. Karnegi )
3. Əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdir. ( Napoleon )
4. Başqalarının halına yana bilən insan yaşamağa layiqdir. ( Van Qoq )
5. Dünyada görmək istədiyiniz dəyişiklikləri özünüz edin.
6. Siz öz əlinizlə təslim etməyincə, heç kim sizin şəxsiyyətinizə olan hörmətinizi əlinizdən ala bilməz.
7. Gül falında sevir-sevmir... deyə baxanlar, doğurdan anlamırsız ki, sonda əlinizdə qalan yalnız gülün sapıdır ?!
8. Hər insanın aynalara belə göstərmədiyi bir üzü , kimsəyə söyləyə bilmədiyi bir hüznü vardır...
9. Qarşılıqsız Sevgidən danışarkən ağlıma gələn yalnız ANAM olur.
10. Maraqlıdır birisini insan yerinə qoyub cavab vemərsən , o isə Səni susudurduğunu düşünər.
| ['həyatın gerçəkləri'] |
4,486 | https://kayzen.az/blog/menecment/8053/biznesin-qeydiyyat%C4%B1.html | Biznesin qeydiyyatı | Əliyev | Menecment | 6 yanvar 2012, 14:15 |
Azərbaycan Respublikasının Konstitusiyası hər bir vətəndaşa müstəqil surətdə, yaxud kiminləsə birlikdə sahibkarlıq fəaliyyəti həyata keçirmək hüququ verir. Sahibkarlıq fəaliyyəti xidmətlərin göstərilməsinin, malların satışının və qanunla qadağan olunmamış digər fəaliyyət növlərinin öz riskləri və mümkün itkiləri hesabına həyata keçirilməsini nəzərdə tutur.
Deməli, siz bizneslə məşğul olmağı qərara almısınız və bunu hansı formada həyata keçirməyi düşünürsünüz. Hər bir variantın müsbət və mənfi xüsusiyyətlərini nəzərdən keçirək.
Hüquqi şəxs yaratmadan fəaliyyət
Siz yaşayış yeri üzrə vergi orqanında uçota durmaqla, hüquqi şəxs yaratmadan fəaliyyət göstərə bilərsiniz.
Müsbət cəhətlər
Minimal sayda sənədlər – yalnız şəxsiyyət vəsiqəsinin təqdim edilməsi və təsdiqlənmiş forma əsasında ərizənin doldurulması tələb olunur.
Qeydiyyat rüsumu və ya başqa bir rüsum ödəməyə ehtiyac yoxdur.
Vergi qənaəti. Siz yalnız dövriyyənin 4% ödəyirsiniz – bu şərtlə ki, bu məbləğ il ərzində 90 000 manatdan artıq olmasın.
Onlayn qaydada uçota durmaq olar. (https://www.e-taxes.gov.az)
Mənfi cəhətlər
Əsas mənfi cəhət mülkiyyət iddiaları ilə bağlıdır. Əgər sizin daşınar və ya daşınmaz əmlakınız varsa, onlara qarşı iddia qaldırıla bilər.
Bəzi iri şirkətlər, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslərlə müqavilə bağlamırlar, vergi məsələləri ilə əlaqədar, onlar daha çox hüquqi şəxslərlə müqavilə bağlamağa üstünlük verirlər.
Hüquqi şəxs yaratmaqla fəaliyyət
Mövcud qanunvericilikdə məhdud məsuliyyətli cəmiyyət, yaxud qapalı və ya açıq tipli səhmdar cəmiyyət formasında hüquqi şəxsin təsis edilməsini nəzərdə tutur. Məhdud məsuliyyətli cəmiyyət hüquqi şəxsin ən geniş yayılmış formasıdır və onun yaradılması üçün daha az sayda ərizə, forma, digər hesabatlar və sənədlər tələb olunur. Hüquqi şəxsin üstünlükləri nədən ibarətdir?
Müsbət cəhətlər
Siz, fiziki şəxs qismində, özünüzə məxsus olan əmlakı, təsisçisi olduğunuz şirkətin əmlakından ayırırsınız. Başqa sözlə, bizneslə məşğul olarkən öz əmlakınızı müəyyən mənada sığortalaya bilərsiniz.
Bəzi iri şirkətlər, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslərdən daha çox, hüquqi şəxslərlə müqavilə bağlamağa üstünlük verirlər.
Mənfi cəhətlər
Hüquqi şəxsin təsis olunması üçün qat-qat artıq sayda sənədlər tələb olunur. Əgər təsisçi bir şəxsdirsə, təyin edilmiş formada tərtib olunmuş və notarial qaydada təsdiqlənmiş ərizə təqdim edilməlidir. Şirkətin nizamnaməsi iki nüsxədə tərtib edilərək təsisçi tərəfindən təsdiqlənməlidir. Təsisçi bir neçə şəxsdirsə, təsis müqaviləsi tərtib olunaraq notarial qaydada təsdiqlənməlidir.
11 manat məbləğindəqeydiyyat rüsumu ödənilməli və nizamnamə kapitalına minimum 10 manat həcmində vəsait yatırılmalıdır.
Hüquqi şəxslər, dövriyyənin 4% həcmində vergi ödəyirlər (əgər illik dövriyyə 150 000 manatdan artıq deyilsə). Amma hüquqi şəxslərin ödədiyi vergilər bununla bitmir. Dövriyyədən vergi ödədikdən sonra xalis mənfəəti ayırmaq istəyən təsisçilər xalis mənfəəti ayırarkən 10% həcmində dividend vergisi də ödəməlidirlər.
2012-ci il yanvarın 1-dən etibarən onlayn qeydiyyat mümkün olacaq. Sahibkarın hazırladığı sənədlərin ilkin yoxlanışı üçün nizamnaməni və digər sənədləri, www.taxes.gov.az saytında göstərilən elektron poçtu vasitəsi ilə Vergilər nazirliyinə göndərmək olar. Bütün hüquqi şəxslərin, eləcə də xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin qeydiyyatı Bakı şəhəri, Heydər Əliyev prospekti, 105 ünvanında həyata keçirilir.
Misal
“Proqress” firmasının 2011-ci il üzrə dövriyyəsi 100 000 manat təşkil edir. 4% həcmində dövriyyə vergisi 4 000 manata bərabərdir. Həmin vergi ödənildikdən və xərclər çıxıldıqdan sonra 30 000 manat həcmində xalis mənfəət yaranır. Şirkətin təsisçisi K. Əliyev, şirkətin xalis mənfəətini bölüşdürərkən 10% həcmində dividend vergisi qismində, 3 000 manat ödəməlidir.
Həmçinin, qeyd edək ki, 4%-lik dövriyyə vergisi dərəcəsi, öz fəaliyyətini Bakı şəhərində həyata keçirən sahibkarlıq subyektləri üçün nəzərdə tutulub. Digər şəhər və rayonlarda, eləcə də Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında dövriyyə vergisi 2% təşkil edir.
“Vahid pəncərə” prinsipi
Azərbaycan Respublikasında qeydiyyat qaydalarını müəyyən edən əsas normativ akt “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12 dekabr 2003-cü il tarixli, 560-IIQ saylı Qanundur. Hal-hazırda bu qanun əlavə və dəyişikliklərlə qüvvədədir.
2008-ci ildə həmin normativ akta daxil edilən zəruri düzəlişlər sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatı prosesini əhəmiyyətli dərəcədə sadələşdirərək sürətləndirdi. Bəzən bu düzəlişlər “vahid pəncərə” prinsipi adlanır, mahiyyət isə bundan ibarətdir ki, hüquqi şəxslər vergi orqanlarında qeydiyyatdan keçərkən vahid eyniləşdirici nömrə alır, dövlət qeydiyyatının özü isə üç gün ərzində həyata keçirilməlidir.
Bu zaman qanunvericilik “hüquqi şəxslərin dövlət qeydiyyatı” və “sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçotu” anlayışlarını bir-birindən ayırır.
Hüquqi şəxslər, eləcə də xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna müvafiq surətdə dövlət qeydiyyatından keçməli, fiziki şəxslər isə “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna müvafiq olaraq, yaşadıqları yer üzrə vergi orqanında qeydiyyata alınmalıdırlar. Yuxarıda qeyd olunduğu kimi, sahibkar, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi formasını seçməkdə sərbəstdir: o, hüquqi şəxs yarada, yaxud hüquqi şəxs yaratmadan vergi orqanında sahibkar qismində uçota durmaqla kifayətlənə bilər.
Həmçinin bax: Biznesin qeydiyyatı: sərfəli qeydiyyat və qeydiyyatın zəruriliyi
| ['biznes'] |
4,487 | https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/8259/qara-%C3%BCz%C3%BCm-salx%C4%B1m%C4%B1.html | Qara üzüm salxımı | umud600 | İslami Hekayətlər | 5 yanvar 2012, 20:43 |
İstanbulun Topqapı səmtində Təkkəçi İbrahim Çavuş Camisi adlı Memar Sinan tərəfindən tikilmiş məscid var. Bu yazı həmin məscidin hekayəsidir. Osmanlının dövründə İstanbulda, Topqapı qalalarının dibində, kiçik bir komada kasıb bir təkkəçi yaşayırmış. Təkkəçi nə qədər yoxsul olsa da, çox ürəyiaçıq insan imiş. Bir tərəfdən təkkələri təmir edib tikər, bir tərəfdən də: " Allah mənə sərvət versəidi, burada bir məscid tikərdim! " - deyə öz-özünə dua edərmiş. Bunu eşidənlər də: - Ey İbrahim Çavuş, nə ilə tikdirəcəksən məscidi? Sənin öz-özünə bir xeyrin dəymir, - deyib İbrahim Əfəndini bu röyasından oyatmağa çalışırmışlar. Lakin Təkkəçi İbrahim Çavuş heç ümidini itirmir, davamlı dua edir. Məscid tikdirmə sevdası qəlbində bir alov kimi yanırmış. Bəzən yoldaşları Təkkəçi İbrahimə zarafatyana: - İbrahim əmi, məscid nə vaxt tikilib qurtarır? Bax insanlar namaz qılmağa yer tapa bilmir, - deyirdilər. İbrahim Çavuş onların bu rəftarına məhəl qoymur, bir yandan işini görür, bir yandan da Allaha təvəkkül edib dua edirmiş. Günlərin bir günü Təkkəçi İbrahim Çavuş bir yuxu görür. Yuxuda gördüyü ağsaqqal kişi ona: " Bağdada get -deyirdi, - get, orada bir ev, o evin həyətində bir üzüm bağı var, o üzümdən ye! " Təkkəçi İbrahim Çavuş həyəcan içində yuxudan oyanir. " Xeyirdir, İnşallah! " -deyir, amma yuxuya bir məna verə bilmir. Ertəsi gün sübh namazından əvvəl bu yuxunu əyan-bəyan yenə görür. " Xeyirdir, İnşallah! Görəsən,gedim?" - deyə düşünür, lakin qəti qərar verə bilmir. Üçüncü dəfə də eyni yuxunu görəndə Təkkəçi İbrahim Çavuş: " Hər halda bizə yol görünür, "- deyib heybəsinə azuqə doldurub heç kəsə xəbər vermədən yola çıxır. Bağdada gedən karvanlardan birinə qoşulur. Təkkəçi İbrahim Çavuş az gedir, çox gedir, nəhayət, gəlib Bağdada çatır. Soruşa-soruşa yuxusunda gördüyü evi tapır. Bir də nə görsə, yaxşıdı?! Evin həyətində bir üzüm bağı və ağ üzümlərin arasında qara üzüm salxımı. Yuxusunun çin olması onu heyrətə gətirir. " Bismillah " deyib əlini uzadır ki, qara üzüm salxımını qoparsın, evin sahibi İbrahim Çavuşun biləyindən yapışır: - Salaməleyküm, əcnəbi, - deyir. - Əleykəssalam, -deyə cavab verir İbrahim Çavuş. - Ey əcnəbi, sahibindən icazəsiz o üzümü dərmək olar?! - deyə bağın sahibi məzəmmət edir.
Xəcalətdən başını aşağı salan İbrahim Çavuş yuxusunu ona danışır. Evin sahibi yuxunu dinləyib gülür, üzümü dərib yeməsinə icazə verir: Ey əcnəbi, bir yuxudan ötrü ta İstanbuldan buralara gəlmək olar? Üstəlik bir üzüm yemək üçün. Əgər yuxuya görə iş görülməli olsa, onda gərək birinci mən yollara düşəydim... İbrahim Çavuş təəccüblü baxışlarla: - Sən niyə yola düşməlisən? - deyə soruşur. Ev sahibi istehza ilə: - Altı ay qabaq bir gecə yuxuda bir ağsaqqal İstanbuldakı Topqapı adlı səmtə getməyi tapşırdı. Orda bir təkkəçi yaşayırmış. Adı hələ də yadımdadır: İbrahim! Onun komasının ocağının altında iki küp xəzinə varmış. Səhər qalxıb yuxumu arvadıma danışdım. Xanım: " Bu yuxu sadiq yuxuya bənzəyir, get gör nə var İstanbulda , " - dedi. Mən də ona: " Bir yuxuya görə İstanbula getmərəm, "- dedim. Necədir, düz demişəm?! - Düz demisən, düz demisən. Ev sahibi: - Bu dünyada nə qəribə insanlar var, -deyib İbrahim Çavuşun yanından uzaqlaşdı. İbrahim Çavuşun heyrətdən ağzı açıq qalır. Onun arxasınca baxa-baxa yuxusunun hikmətini başa düşür. Allaha duasını qəbul etdiyi üçün şükür edir. Təkkəçi İbrahim Çavuş öz adı ilə məşhur olan məscidi həmin xəzinənin yarısı ilə tikdirir, yarısını da dövlət xəzinəsinə göndərir.
| ['İbrətli hekayə', 'dua', 'məscid', 'üzüm', 'yuxu'] |
4,488 | https://kayzen.az/blog/diplomatiya/5922/beyn%C9%99lxalq-m%C3%BCqavil%C9%99l%C9%99rin-ba%C4%9Flanmas%C4%B1-prosesi.html | Beynəlxalq müqavilələrin bağlanması prosesi | rokfeller | Diplomatiya | 5 yanvar 2012, 16:35 |
(a)akkreditə edilmə və vəkalət Müqavilələrin bağlanması prosesi maraqlı dövlət tərəfindən danışıqları aparan şəxslərdən danışıqların aparılmasına səlahiyyətli olduqlarını, yəni öz etimadnamələrini təqdim etməyi tələb edir. Etimadnamələr adətən şəxsən xarici işlər naziri yaxud onun adından imzalanmış məktub şəklində tərtib edilir. Əgər müqavilə yaxud digər beynəlxalq sənəd ikitərəfli danışıqların yaxud çoxtərəfli konfransın gedişi zamanı tərtib edilməli və imzalanmalıdırsa nümayəndələrə (onlar hökumət başçıları yaxud xarici işlər nazirləri olduğu hallar istisna olmaqla) vəkalətlər verilməlidir. (Əgər müqavilə dövlət başçıları arasında bağlanırsa, onda vəkalətlər dövlət başçıları tərəfindən, əgər hökumətlər arasında bağlanırsa - onda xarici işlər nazirləri tərəfindən imzalanır.) Aşağıda səlahiyyətli konfrans tərəfindən nümayəndəyə verilən vəkalətnamənin standart nümunəsi göstərilmişdir. ___________(tarix)____________(yer) keçiriləcək qarşıda duran Konfransda (Konfransın adı) təmsil edilmiş __________(ölkə) hökuməti və bəzi başqa , dövlətlərin Hökumətləri arasında diskussiyaların gedişi zamanı meydana çıxan müəyyən məsələlərin daha yaxşı baxılmasını və razılaşdırılmasını nəzərə alaraq________(ölkə) Hökuməti adından yuxarıda göstərilən diskussiyaların keçirilməsi üçün bütün Hüquqları münasib şəxsə vermək məqsədəuyğundur: mən (F.A.A. tam olaraq), hazırkı Xarici İşlər Naziri təsdiq edirəm ki, (F.A.A. tam olaraq, nümayəndə heyətinin rəhbərinin rütbəsi və rəsmi vəzifəsi) həmin sənədlə yuxanda göstərilən məqsədlərə nail olmaq üçün yönəldilə bilən və___________(ölkə) Hökuməti adından bu şəkildə razılaşdırılan və bağlanan hər hansı sənədi imzalamaq, hər hansı Müqavilənin, Konvensiyanın, Sazişin, protokolun yaxud başqa sənədin, yuxarıda adları çəkilən Hökumətlər adından analoji vəkalətlər və hüquqlar verilmiş Vəkalətli Nümayəndələri ilə razılaşdırmaq və bağlamaq üçün bütün vəkalətlər və hüquqlar verilmiş Vəkalətli Nümayəndə adlandırılır və təyin edilir. Bundan əlavə mən təsdiq edirəm ki, yuxarıda göstərilən Vəkalətli nümayəndə tərəfindən hazırlanmamış və bağlanmamış hər hansı sənəd___________(ölkə) hökuməti tərəfindən ratifikasiya edilməsi vacib olarsa, yuxarıda göstərilən __________(ölkə) Hökuməti tərəfindən bütünlüklə qəbul ediləcək və tanınacaq. Şahidlik edirəm ki, mən həmin sənədi imzaladım və onu öz möhürümlə bağladım.
Xarici İşlər Nazirliyində (yer)____gün _______ay _____il imzalanmışdır və möhürlə bağlanmışdır.
Möhür Xarici İşlər Nazirinin imzası
Adətən çoxlu sayda dövlətlərin iştirakı ilə keçirilən Konfranslarda etimadnamələr yaxud nümayəndələrin vəkalətlərinin həqiqiliyini yoxlamaq və təsdiq etmək məqsədilə vəkalətlər üzrə Komitə təsis edilir.
(b) danışıqlar Adətən maraqlı dövlətlər arasında müqavilələr üzrə danışıqlardan qabaq saziş - bəzən isə - danışıqların ümumi məqsədlər və mümkün ola bilən nəticəsi ilə əlaqədar məqsədlər haqqında məktub imzalanır. Çoxtərəfli danışıqların aparılması halında gündəlik adətən qabaqcadan razılaşdırılır. İkitərəfli müqavilələr şəraitində hökumət danışıqların aparılması layihəsini tərtib edir və onu konkret saziş bölmələrinə ayırır. Sonra bəzi bölmələrin məqsədəuyğun olaraq texniki yaxud xüsusi altkomitələrə verilməsi meydana çıxa bilər, ki, onların bağlanması müqavilə bağlayan tərəflərin plenar iclasında dinlənilsin. Danışıqların aparılması bacarığı çətinləşdirmə tələb etmir: bu daha yüksək pilləyə yüksəldilmiş bazar meydanında istifadə olunan həmin bacarıq və dayanıqlılıqdır. Bununla belə onların "nəticəsi"ndə danışıqların iştirakçılarına öz davranışlarında adətən öz ölkələrinin hökumətləri tərəfindən yazılı təlimatlarla məhdudiyyətlər qoyulur, həmçinin bütün əsas problemlər haqqında qərarların qəbul edilməsi üçün hökumətlə mümkün razılığa gəlinməsində telefonun yaxud faksın olması vacibdir.
(c)həqiqiliyin təsdiq edilməsi və tekstin imzalanması
Sənəd razılaşdırıldıqdan sonra ya paraflanır, ya da imzalanır, yaxud sonrakı təsdiq edilməyə qədər (ad referendum) danışıqlarda iştirak edən nümayəndələr tərəfindən imzalanır. Paraflama adətən sadəcə əslinə uyğun teksti ifadə edir və onun icra edilməsinə məcburi dövlətin razılığının bildirilməsi üçün sonrakı fəaliyyəti tələb olunur. Sonrakı təsdiq edilməyə qədər (ad referendum) imzalanma müvafiq dövlətdən imzanın tam mənası ilə verilməsi üçün təsdiqini tələb edir. Əgər müqavilə "ratifikasiya olunmalıdırsa" imza məhdud əhəmiyyətə malik olur. Məsələ ondadır ki, digər hallarda dövlət üçün danışığın məcburiliyinin vəkil edilmiş nümayəndə tərəfindən lazımi qaydada imzalanması, danışığın gedişində razılaşdırılmış yaxud başqa qayda ilə göstərilmiş (məsələn, müvafiq səlahiyyət şərtləri ilə) müqavilənin (məsələn, onun qüvvəyə minməsinə münasibətdə) şərtlərində əks olunmuş məqsəddən asılıdır. Çoxtərəfli danışıqlar, əgər beləsi müqavilənin şərtləri üzrə istisna edilmirsə yaxud onun məqsədi və təyinatı ilə ziddiyyətli deyilsə təshihlərlə imzalana bilər (bu onsuz da əksər hallarda baş verir).
(d) təsdiq etmə Əgər təsdiq etmə qabaqcadan nəzərə alınmışdırsa (yaxud nəzərdə tutulursa) müqavilə təsdiq edilmə üçün saziş bağlayan tərəflərin hökumətlərinə göndərilir. Təsdiq edilmə beynəlxalq hüquqda icraedici akt sayılır: hər halda o milli qanunverici orqanlar tərəfindən bəyənilənə yaxud müqavilənin vətən hüququnda və qanunverici qaydada praktikada tətbiq edilməsinə qədər qüvvəyə minir. Dövlət onun xüsusi nümayəndəsi ilə razılaşdırılmış müqaviləni təsdiq etmə hüquqi öhdəliyi ilə əlaqəli deyildir, lakin dövlətin fəaliyyət seçimi məhduddur: ya qəbul etmə, ya da tam qəbul etməmə, amma istisna hallarda təsdiq etməni işin xarakterinə dəxili olmayan prosessual xarakter daşıyan düzəlişlərlə aparmaq olar. Dövlət adətən düzəlişlərin edilməsi məqsədilə təkrar danışıqların aparılması haqqında xahişlə çıxış edə bilməz. Təsdiq etmə müqavilənin imzalanması tarixi ilə əlaqədar əks qüvvəyə malik deyildir (əgər bu barədə xüsusi maddə daxil edilməmişsə). ABŞ Konstitusiyası təsdiq etmənin bütün beynəlxalq müqavilələrdə senatın üçdə ikisinin səsi ilə qəbul edilməli olduğunu nəzərdə tutur.
(e) qəbul etmə Bəzi hallarda müqaviləyə giriş yaxud müqaviləyə qoşma təsdiq etmənin alternativi qismində beynəlxalq müqavilələrdə "qəbul etmə" haqqında maddəyə daxil edilə bilər. Bu bəzi dövlətlərin konstitusiya çətinliklərinin həll edilməsi üçün müəyyən edilmiş yeni praktikadır; o, bəziləri qəbul etmə formulu haqqında maddənin tərkibində olan əsasən Birləşmiş Millətlər Təşkilatının konvensiyaları ilə bağlıdır. Qəbul etmə qəbul etmə haqqında sənədlərin tərtib edilməsi yolu ilə tətbiq edilir.
(f) giriş yaxud qoşma Beynəlxalq müqavilələrə əvvəlcə müqaviləni imzalamayan dövlətlərin sonradan qoşulması yaxud birləşməsi haqqında müddəa daxil edilə bilər. Bir qayda olaraq hər iki termin sinonim hesab olunurlar, lakin bəzən "giriş"in bütövlükdə müqaviləyə aid olduğu, "qoşma"nın isə onun bir hissəsi olduğu nəzərdə tutulur. Giriş yaxud qoşma yalnız müqaviləni imzalayan bütün tərəflərin razılığı ilə hüquqi qüvvəyə malik ola bilər, və əgər o məqbul hesab edilirsə, onda adətən müqaviləyə bu barədə icazə müddəası daxil edilir.
(g) dəyişdirilmə yaxud təsdiq etmə haqqında sənədlərin saxlanması Dövlət adından sənədin təsdiq etmə haqqında imzalanması beynəlxalq hüquqda özlüyündə xüsusi əhəmiyyətə malik deyil, ancaq təsdiq etmə haqqında sənədlərin dəyişdirilməsi ilə - yaxud onların deponent tərəfindən saxlanması adətən çoxtərəfli konvensiyalar halında baş verir - qüvvəyə minməsinə imkan yaradır. (Dövlət yaxud təşkilatın katibliyi deponent ola bilər.) Təsdiq etmə haqqında sənədlərin dəyişdirilməsi yaxud saxlanması adətən qüvvəyə minir və protokolun (proces-verbale) tərtib edilməsi ilə qeyd edilir. Təsdiq etmə haqqında sənədlər məsələnin vacibliyindən asılı olaraq dövlət başçısı, hökumət başçısı yaxud xarici işlər naziri tərəfindən imzalanır.
(h) qeyd etmə və elan etmə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 102-ci maddəsində iştirakçı-dövlətlər tərəlindən bağlanmış bütün müqavilələrin və beynəlxalq sazişlərin katiblikdə qeyd edilmələri və onların elan edilmələri nəzərdə tutulur. Həmin müddəanın yerinə yetirilməməsi (hansı tərəfdən olursa-olsun) müqavilənin hüquqi qüvvəsinin itirilməsinə gətirib çıxartmır, lakin nəticə belədir ki, Beynəlxalq məhkəmədə yaxud BMT-nin hər hansı digər orqanında müqaviləyə istinad etmək olmaz.
Müəllif Ralf Corc Felthem Mənbə Diplomatın stolüstü kitabı
| ['beynəlxalq hüquq'] |
4,489 | https://kayzen.az/blog/fotosessiya/8258/adi-gec%C9%99nin-qeyri-adi-gec%C9%99-lampalar%C4%B1.html | Adi gecənin qeyri-adi gecə lampaları | BaKiNeC | Fotosessiya | 5 yanvar 2012, 12:08 | ['qeyri-adi gecə lampaları', 'gecə lampaları'] |
|
4,490 | https://kayzen.az/blog/cahandar/8254/qay%C4%B1t-amand%C4%B1.html | Qayıt amandı | cahandar | Bloq: cahandar | 4 yanvar 2012, 23:25 |
Yoxa çıxdın... duman kimi, çən kimiÜfüqümdə şəfəq saçan gün kimi,Hardan tapım, bir gözəli sən kimiNə olar ?..sevgilim... qayıt ,amandı.Səni incitdisə.. tutulsun dilimQıyma ki ,dünyadan bu dərdlə gedim,İzn ver qapına ehsanə gəlimNə olar?... sevgilim... qayıt! Amandı!Könlüm pərişandı, ürəyim dərdli,Ayrılıq, qəddimi gör necə əydi,Sən getdin... qəlbimin nisgili gəldiNə olar... sevgilim qayıt. amandı!
Qəlbim xərabədə... heç olur sənsiz,Çünki yaşamadı kədərsiz, qəmsiz,Axı nə edər? yelkən gəmisizƏsirdi küləyə... gör nə zamandır!Çagırır gəmisin... qayıt! amandı!Dogrudan dərd çəkib görən sevənlər?Arif tapmadım ki... dərman bilələr .Bilir həm sevənlər, həm də küsənlər,Eşqin yolları çəndi, dümandı,Azarsan bu yolda, qayıt! amandı.Möcüzə istədim.., tanrı vermədi Günah taledəmi, yoxsa məndədi.Bəxtimdə qıfıl var ,açar, səndədi Nə olar? açarı atma! amandı,
Nə olar? sevgilim, qayıt! amandı!
Müəllif:Səfər.
| ['şer'] |
4,491 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/8250/be%C5%9F-ald%C4%B1n,-yoxsa-d%C3%B6rd.html | Beş aldın, yoxsa dörd? | umud600 | Xoşbəxt ailə | 4 yanvar 2012, 19:10 |
Məktəbə gedən uşağımızın həyatı bizim gözümüzlə başqa cür görünür, uşağımızın gözü ilə başqa. Biz: " Artıq böyüdü, mütləq yaxşı oxumalıdır " deyir, bunun üçün əlimizdən gələni edirik. Öz aləmimizdə fədakarlıq edir, yeməyib yedirir, içməyib içiririk. Yeganə istəyimiz isə övladımızın bu fədakarlıqların qiymətini bilməsi və canını dişinə tutaraq oxumasıdır. Ancaq nə fayda! Oğlumuz dəcəl, qızımız tənbəl... Beş gözlədiyimiz dərsdən dörd alırlar və üstəlik bunu heç özlərinə dərd də etmirlər! Biz yenidən " dövrəyə qoşulur ", xüsusi müəllimlər tutaraq övladımızın " bizə yaraşan " qiymətlər alması üçün qollarımızı çırmalayırıq. Dərslərinin yaxşı getdiyi dövrlər bizim ən xoşbəxt vaxtlarımızdır. Tez-tez gəzməyə gedir, orda-burda məktəbdən söz açaraq uşaqlarımızın uğurları ilə sevinirik. Deyəsən əsas istəyimiz də çox vaxt budur. Uşağın uğurlarını göstərərək, öz " gücümüzü " nümayiş etdirmək... Əslində bütün bunlar nə qədər də komikdir. Çünki uşağımız məktəbə bizim gözümüzlə baxmır. Məktəb onun üçün yeni-yeni dostlar qazandığı, öz yaşıdları ilə oynayıb güldüyü, sevimli müəlliminin dilindən tökülən hikmət damlaları ilə ruhunu və qəlbini doyurduğu, yeni biliklər öyrənib gözəl vərdişlər əldə etdiyi başqa bir dünyadır. Və məktəb də belə olmalıdır. Qiymət isə məqsəd deyil, sadəcə olaraq müvəffəqiyyətə aparan bir vasitədir. Uşağımız da dördlə beş arasındakı fərqi bizim ona münasibətimizə görə öyrənir. Bəs necə! Məktəbdən gələr-gəlməz " bu gün necə keçdi, yeni nə öyrəndin?" deyə soruşmamış ilk sualımız " bu gün neçə aldın?" olur. Uşaq " dörd " desə, vay halına! " Beş " desə, rahat oluruq. Uşaq da yavaş-yavaş bir şey öyrənmək əvəzinə, bütün gücünü beş almağa sərf edir. Buna görə də " şparqalkadan " istifadə etmək, yoldaşlarından köçürmək kimi saxtakarlıqlara belə əl atır. Çünki biz onu ancaq yaxşı qiymət alanda qəbul edir, sevgi göstəririk. Suallarımız davam edir: - Sən dörd aldın, bəs filan uşaq neçə aldı? Əgər o uşaq beş alıbsa, başlayırıq danlamağa...
- Utanmırsan! O, beş alır, sən niyə dörd alırsan? Sənin nəyin əskikdir? Və beləcə, uşağımız həsəd hissini dadır. Onu təşviq etmək əvəzinə həsədə öyrədirik, necə deyərlər, qaş düzəldən yerdə göz çıxarırıq... Bundan sonra dörd almağına yox, yoldaşının beş almağına kədərlənir. Sevinəndə də yoldaşından yüksək qiymət almağına sevinir. Nə acıdır, deyilmi? Halbuki həsəd bir ürək xəstəliyidir və müalicəsi üçün uzun illər lazımdır. Ən pisi isə, onu bu vəziyyətə biz gətiririk. Gəlin, övladımızı yoldaşları ilə, qardaşları ilə, ya da öz məktəb illərimizlə müqayisə edərək narahat olmayaq. Onu ruhlandırmaq istəyiriksə, sevdiyi, maraq duyduğu dərsləri müəyyən edərək o sahədə dəstəkləyək. Bilin ki, bütün dərslərini yaxşı oxumasa da, maraq duyduğu sahələrdə mütləq uğur qazanacaq. Bir də uşağınız xarici görünüşü ilə başqa uşaqlardan fərqləndiyi kimi qabiliyyətləri, maraq dairəsi, sevdiyi dərslərlə də fərqlənməlidir. Elə isə, qiymətlərinin də fərqli olması kifayət qədər normal deyilmi? Əgər müəllimi ilə tez-tez əlaqə saxlayırıqsa, siniflərində hər hansı bir problemi yoxdursa və ya imtahanlardan çox da aşağı qiymətlər almırsa, dördlə beşin davasını aparmamalıyıq. Qoy uşağınız öz uğurunu özü müəyyən etsin! İnanın, bu, saatlarla davam edən nitqlərimizdən daha təsirli olar...
| ['Məktəb', 'uşaq', 'uşaq tərbiyəsi', 'həsəd', 'davranış'] |
4,492 | https://kayzen.az/blog/marstrat/2523/10.r%C9%99qab%C9%99tli-m%C3%B6vqel%C9%99%C5%9Fdirm%C9%99.html | 10.Rəqabətli mövqeləşdirmə | marketoloq | Marketinq strategiyaları | 4 yanvar 2012, 13:47 |
Marketinq strategiyasının hazırlanması aspekti kimi rəqabətli mövqeləşdirməni aşağıdakı kimi ifadə etmək olar: “Mövqeləşdirmə kompaniyanın öz təklifini və imicini elə hazırlamaqdır ki, onlar, məqsədli müştərilərin təsəvvürlərində rəqiblərə nisbərətən daha əhəmiyyətli və xüsusi yer tutsun” (Kotler, 1997). Rəqabətli mövqeləşdirmənin vacib prinsipi bazarın müxtəlif hissələrindəki müştərilərin rəqib kompaniyalara, məhsul/xidmət və ya brendlərə münasibətlərinin nəzərdən keçirilməsi təşkil edir. Mövqeləşdirmənin üç səviyyənin hər birində tətbiq edilməsinin mümkünlüyünü yada salmaq vacibdir:
kompaniyalar: məsələn, Böyük Britaniyada qida məhsullarının pərakəndə ticarəti sferasında əsas rəqiblər kimi Tesco, Sainsbury’s və Asda çıxış edir və mövqeləşdirmə onların korporativ identikliyi əsasında qurulur;
məhsul və xidmətlər: mövqeləşdirmə həm də məhsul səviyyəsində aparılır ki, bunu Dysonun tozsoranlarının onunla təxminən eyni qiymətə malik Hoover və Electrolux kompaniyalarının məhsulları ilə müqayisəsi misalında görmək olar;
brendlər: rəqabətli mövqeləşdirmə, yəqin ki, çox vaxt brendlərin identikliyinə münasib olaraq nəzərdən keçirilir – Coca Cola Pepsiyə qarşı və s.
Doğurdan da, bəzi hallar bu səviyyələrin qarşılıqlı əlaqədə olduqları zaman əhəmiyyətli olduğunu göstərir. Məsələn, Virgin kompaniyası müştərilərin təsəvvürlərində özü haqqında müəyyən dəyərlilik təcəssüm etdirir (sadələşdirilmiş maliyyə xidmətləri); bu dəyərlilik kompaniyanın məhsullarına keçir və müxtəlif məhsul və xidmətlər üçün brendin eyniyyətini təmin edir. Rəqabətli mövqeləşdirməyə müəyyən mənada, kompaniyanın, öz məhsul və xidmətlərinə səmərəli rəqabətli diferensiasiyanın yaradılması fəaliyyətinin nəticəsi kimi də baxmaq olar. Lakin, Kotler(Kotler, 1997) qeyd edir ki, rəqabətli fərqliliklərin heç də hamısı dayanıqlı rəqabətli vəziyyəti təmin edə bilmir; nadirliyin yaradılması fəaliyyəti aşağıdakı meyarlara cavab verməlidir:
əhəmiyyətlilik – fərqlilik çoxlu sayda müştərilərin gözündə yüksək qiymətləndirilən faydalılıq yaratmalıdır;
fərqlilik və müstəsnalıq – digər kompaniyalara fərqliliyi təkrar etmək və ya daha uğurlu həll tapmaq müyəssər olmamalıdır;
üstünlük – fərqlilik, müştərilərə, nəzərdə tutulan faydalılığı əldə etmək üçün üstünlük verməlidir.
məlumat vermə mümkünlüyü – müştərilərin fərqlilikdən xəbər tuta və onu aydınlaşdıra bilməsi lazımdır;
əlverişlilik – məqsədli müştərilər fərqliliyə görə ödəniş etmək iqtidarında olmalıdırlar;
faydalılıq – fərqlilik kompaniya üçün faydalı olan qiymət diktə etməlidir.
Məqsədli müştərilər üçün əhəmiyyətli olan fərqliliyin axtarılması nəticələrinin təsvir edilməsi üçün bizim istifadə etdiyimiz üsullardan biri, həmçinin, bu fərqləndirmələrin aparılmasının xüsusi üsulu faydalılığın təqdim edilməsi konsepsiyasıdır – müştərilərə bizim rəqiblərimizə nisbətdə tutmaq istədiyimiz vəziyyət barədə verilmiş vəd. Misal üçün, 1990-cı illərin ortalarında koreya avtomobil kompaniyası Daewoo, istənilən avtomobil istehsalçısına indiyə qədər müyəssər olduğundan daha tez və hər hansı ilkin tədbirlər olmadan Böyük Britaniyanın avtomobil bazarının 1 faizini tutdu.Onların satdıqları avtomobillərdə xüsusi heç nə yox idi – onlar General Motors-un lisenziya əsasında buraxılmış köhnə modelləri idi. Xüsusilik isə, onun öz məqsədi seçdiyi, dörd prinsipə əsaslanan bazar seqmentinə faydalılığın aydın və dəqiq təklifi idi:
Birbaşa əlaqə: kompaniyanın müştərilərlə ənənəvi distribyutorlar vasitəsilə deyil, birbaşa əlaqə saxladığı vaxt müştərilərə olan xüsusi münasibət və əlaqənin məhsulun alınması və istifadəsinin bütün dövrü ərzində saxlanması.
Maneəsizlik: qiymət baxımından sövdələşmə olmadan və ya alışa vadar etmədən müştərilərlə açıq ünsiyyət.
Ruhi sakitlik: bütün müştərilər bir qiymət ödəyir və sövdələşmələr ənənəvi olaraq əlavə ödənməklə təqdim edilən bir çox xüsusiyyətləri özünə daxil edir.
Nəzakətlilik: müştərilərlə işləmə prosesində onların seçiminə və tələbatına hörmətlə yanaşma.
Belə təklif əsasında Daewoo kompaniyası tezliklə avtomobil bazarının bir seqmentində dayanıqlı rəqabətli mövqe tutdu. Rəqabətli mövqeni konkret bazarda məhsul və xidmətlərin müştərilər üçün faydalılıq müəyyənləşdirən istənilən aspekti üzərində qurmaq olar, lakin, mövqeləşdirmədə müştərilərin dərki üçün əhəmiyyətli olanlar vacibdir. Əslində “mövqeləşdirmə” terminini Rays və Traut (Ries and Trout, 1982) yaradıcılıq prosesinin təsviri üçün işlətmişlər:
“Mövqeləşdirmə məhsuldan başlayır. Ayrıca əmtəə, xidmət, kompaniya və ya hətta insandan... Lakin, mövqeləşdirmənin məhsula aidiyyəti yoxdur. Mövqeləşdirmə - bu, sizin potensial müştərinin şüuruna nə cür təsir etmənizdir. Yəni siz öz məhsulunuz üçün potensial müştərinin şüurunda müəyyən yer yaradırsınız”. Rays və Trautun “öz müştərilərinin fikri uğrunda mübarizə” yanaşması əsasən marketinq kommunikasiyasına və brend imicinə isitiqamətləndiyi halda, rəqabətli mövqeləşdirmə, fərqləndirici dəyərliliyin yaradılması üçün müştərilərin nöqteyi-nəzərindən vacib olan bazar təklifinin hər bir aspektinin təsirini təsdiq edən daha geniş anlayışdır. Bu konsepsiyanın əsasında duran fikirləri yekunlaşdıraraq müştəri üçün faydalılığa və onun fikrini cəlb etməyə istiqamətlənmək olar: “Siz kömür deyil, istilik alırsınız; siz sirkə bilet deyil, həyəcanlı təəssürat alırsınız; siz qəzet deyil, xəbər alırsınız; siz eynək deyil, görmək qabiliyyətini alırsınız; siz məhsulu satırsınız, ona mövqe yaradırsınız”. Kotler (Kotler, 1997) kompaniyanın marketinq strategiyasını korlaya biləcək mövqeləşdirmənin əsas səhvləri barədə xəbərdarlıq edərək birmənalı və dayanıqlı rəqabətli mövqeləşdirmənin əhəmiyyətini qeyd edir:
qeyri-kafi mövqeləşdirmə: bu zaman müştərilər kompaniya və ya onun məhsulu barədə dumanlı təsəvvürlərə malik olur və heç bir üstünlük görmürlər, məhsul “çoxlarından birinə” çevrilir;
həddən artıq mövqeləşdirmə: bu zaman müştərilər kompaniyanı, məhsulu və ya brendi həddən artıq dar başa düşürlər: Mont Blanc kompaniyası bir neçə min funt sterlinq dəyəri olan qələmlər satır, lakin, müştərilərin Mont Blanc qələmlərini 100 funt sterlinqdən də ucuz ala biləcəyini bilməsi onun üçün vacibdir.
anlaşılmaz mövqeləşdirmə: tez-tez dəyişikliklər və ziddiyyətli xəbərlər müştəriləri kompaniyanın mövqeləşdirməsi barədə təsəvvürlərdən mərhum edərək çaş-baş qoya bilər. Sainsbury’s pərakəndə ticarət kompaniyasının artıq kartlar buraxmış Tesco kompaniyasının əksinə olaraq daimi müştərilər üçün kartların buraxılması məsələsində və digər pərakəndə tacirlərlə müqayisədə qiymət səviyyəsi məsələsində olan qərarsızılığı 1990-cı illərdə kompaniyanın bazardakı liderliyininin itirilməsi ilə nəticələndi.
şübhə doğuran mövqeləşdirmə: kompaniya, məhsul və ya brend haqqında bildiriş onların doğru olub-olmamasından asılı olmayaraq sadəcə qəbul edilməyə bilər. Pərakəndə ticarət kompaniyası British Home Stars arzuladığı məqsədə çata bilmədi – bazarda “müasir qadınlar və bütün ailə üçün ən yaxşı geyim mağazaları” mövqeyini tutmaq, hansı ki, burada bəzi problemlərlə qarşılaşmasına baxmayaraq əvvəlki kimi Mark & Spenser hökmranlıq edir.
Mövqeləşdirmə, mahiyyətcə müştərilərin bazarda alternativ təklifləri necə müqayisə etməsi və müştərilər üçün kompaniyanın təklifinin cari və ya potensial rəqiblərin təklifindən nə ilə üstün olduğunu göstərən strategiyanın yaradılması anlayışı ilə bağlıdır. Rəqabətli mövqeləşdirmə bazarın seqmentləşdirilməsi ilə birgə səmərəli marketinq strategiyasının yaradılmasınını əsaslarını təşkil edir (14-cü fəsilə bax). Rəqabətli mövqeləşdirmənin nəzərdən keçirilən xüsusiyyətlərini bazarın seqmentləşdirilməsinin prinsipləri ilə müqayisə etmək olar.
10.2 BAZARIN SEQMENTLƏŞDİRİLMƏSİ PRİNSİPLƏRİ
Müasir bazarların iki vacib xüsusiyyəti var. Bunlar mümkün seqmentləşdirmə səviyyəsi (müştərilər və onların tələbatları arasında yeni və yeni fərqlililiklərin yaranması səbəbindən onları ayrı-ayrılıqda nəzərdən keçirmək lazım gəlir) və seqmentləşdirmə strategiyasını reallaşdırmağa imkan verən kommunikasiya, bölüşdürmə və istehsalın daha yaxşı inkişaf etmiş texnologiyasının mövcudluğudur. Bəzi hallarda, bu, hər bir müştərinin ayrıca bazar seqmenti kimi nəzərdən keçirildiyi “mikroseqmentləşdirməyə” və ya “fərdi marketinqə” gətirib çıxarır. Əgər bazarda qruplar və ya fərdi şəxslər öz tələbatları və ya arzuları və ya bazar təklifinə münasibəti və meylliliyi ilə fərqlənirsə, onda belə bazarı seqmentləşdirmək olar, başqa sözlə, bütöv böyük bazarı bazar məqsədlərinə xidmət edəcək bölünmüş bazarlara (seqmentlərə) ayırmaq olar. Seqmentləşdirmə haqqında təsəvvürlər məhsulun diferensiasiyası strategiyası ilə (reklam texnologiyasından məhsulun xeyrinə tələb təsir etmək üçün istifadə etmək) bazarın seqmentləşdirilməsi (bazar təklifini müxtəlif müştərilərin tələbatlarına daha dəqiq cavab verməsi üçün müxtəlif üsullarla təshih edilməsi) arasında fərqi aşkara çıxaran Smitdən üzübəri (Smith, 1956) öyrənilir. Beyker (Baker, 1992) buna, bazarı bütöv vahid kimi qəbul edən iqtisadçı ilə ayrı-ayrı istehlakçıların davranış aspektlərini öyrənən alimin nöqteyi-nəzəri arasında kompromiss təqdim edən bazarın strukturu barəsində sərhədli marketinq təsəvvürünün ilk məntiqi ardıcıllıqla ifadə edilməsi kimi nəzərdən keçirir. Əgər seqmentləşdirməyə bu mövqedən yanaşsaq, onda, onu marketinq konsepsiyasının və bazara istiqamətlənmənin məntiqi davamı hesab etmək olar.
| ['seqmentasiya', 'mövqeləşdirmə'] |
4,493 | https://kayzen.az/blog/cahandar/8232/a%C4%9Flama-k%C3%B6nl%C3%BCm-a%C4%9Flama.html | Ağlama könlüm ağlama | cahandar | Bloq: cahandar | 4 yanvar 2012, 00:01 |
Bu dünyanın kədərinə,Ağlama könlüm, ağlama.Sevinsələr dərd-qəminə,Ağlama könlüm, ağlama.Nahaqq səni döysələrdə,Addım başı söysələrdə.Dərd yaranı göynətsədə,Ağlama könlüm, ağlama.Yalanları yerisə də,Doğru geri çəkilsə də.
Sənədə dərd verdisə də,Ağlama könlüm, ağlama.Dost-tanışın satsa səni,Alovlara atsa səni.Dəryalarda boğsa səni,Ağlama könlüm, ağlama.Qabil möhkəm dayanıbdır,O, dözümlü yaranıbdır.Düzdü O çox aldanıbdır,
Ağlama könlüm, ağlama.
müəllif: Qabil Ədalət |
| ['şer'] |
4,494 | https://kayzen.az/blog/az-proza/6152/d%C3%BCzg%C3%BCn-olmayan-h%C9%99qiq%C9%99t-%7C-kamran-n%C9%99zirli.html | Düzgün olmayan həqiqət | Kamran Nəzirli | Muza | Azərbaycan ədəbiyyatı | 3 yanvar 2012, 23:40 |
1941-1945-ci illərdə Böyük Vətən müharibəsi deyilən dəhşətli gedər-gəlməzə minlərlə soydaşımız yollanmışdı. Həlak olanlar, yaralanıb qayıdanlar, itkin düşənlər, əsir həyatı yaşayanlar barədə yüzlərlə əsər yazılıb. Bu hekayə də olmuş əhvalat əsasında ərsəyə gəlib və mən bu əsəri Ziya Bünyadov, Mirzə Cəbiyev və İlya Kaverin kimi qəhrəman övladlar doğmuş, atalarının, ərlərinin, oğullarının, qardaşlarının yolunu bu gün də gözləyən fədakar qadınlarımıza ithaf edirəm.Kənddə xalama “qarımış qız” deyirdilər. Camaat danışırdı ki, min doqquz yüz qırx birin noyabr ayından sonra onun başına hava gəlib. Hərdən dükan-bazara çıxan, yaxud məni bağçaya aparıb-gətirən xalamın dalınca xısın-xısın pıçıldaşanlar da olurdu. Bəziləri Xanım xalanın həddən artıq sakit, qaradinməz, daim fikirli və kədərli olmasını qeyri-adi əlamət kimi qələmə versə də buna qətiyyən inanmaq istəmirdim. Səbəbini fərli-başlı anlamırdım; hər halda, xalam haqqında gəzən bu söz-söhbətlər məni açmırdı; ona “qarımış qız” deyən adamlardan da zəhləm gedirdi.Xalam bizimlə bir həyətdə, anam və nənəmlə birgə yaşayırdı; onun səliqə-sahmanlı, zəhmətsevər və qıvraq olması məni heyran edirdi. Heç vaxt onu danışıb-gülən görməmişdim. Hərdən mənə elə gəlirdi ki, o, elə anadangəlmə lal doğulub. Bir gün anamdan bütün bunların səbəbini soruşdum; ümumiyyətlə, nə üçün evimizdə daim hüznlü bir sükutun yaşanması səbəbi ilə də maraqlandım. Yaxşı, deyək ki, atam müharibədən qayıtmayıb, buna görə anam iztirab çəkir; ərini cavan yaşında itirməyindən, dul qalmağından, üzünü görmədiyim atamın yeganə yadigarını - məni atasız böyütməyindən ağrılı-əzablı günlər yaşayır. Bəs xalam? Axı nə üçün ona “qarımış qız” desinlər, hə? Anam kədərli gözlərini mənə zilləyib dedi:- Sən hələ uşaqsan, danışsam, qəlbin paralanar...Çox keçmədi ki, nənəm bəzi mətləbləri mənə anlatdı: bayaq dediyim kimi, hələ müharibə vaxtı Xanım xalanın nişanlısından qara kağız gəlibmiş və o da üz-gözünü cırmaqlaya-cırmaqlaya kəndin mərkəzindəki poçtxanadan payi-piyada ayaqyalın bizim evə tərəf qaça-qaça deyirmiş:- Ay bacı, ay bacı (yəni mənim anamı çağırırmış), Heybət gəlir, Heybət gəlir, toyumuz olacaq! (Heybət mənim əmim, onun isə nişanlısıymış!)Nənəm danışırdı ki, atamla anam müharibədən üç ay qabaq evlənmişdilər; bundan sonra əmimgil xalama nişan gətiriblər, onların da toyları olmalıymış; rəhmətlik babam deyib ki, qoy qalsın payıza; sonra bu lənətə gəlmiş dava başlayıb, kəndin əli silah tutan bütün cavanları kimi atamla əmim də gediblər döyüşə; beş aydan sonra Heybətdən qara kağız gəlib, atamın isə itkin düşdüyünü yazıblar. Nənəm deyirdi ki, xalamın qara xəbərdən sonra hərəkətlərini seyr edənlər başlarını kədərli-kədərli yellədərək bir-birlərinə deyirmişlər: “Yazıq Xanım, nişanlısının ölüm xəbərini gör necə qarşılayır... Deyəsən havalanıb.”O vaxtdan Xanım xala yaddaşlarda beləcə qalmışdı; dindirməsən dinməz, soruşmasan cavab verməzdi. Kənddə ən qaradinməz qadın kimi tanınmışdı və müharibədən neçə illər keçsə də hələ də ərə getməmişdi, nişanlısını gözləyirdi; sən demə ərə getməyən qızlara “qarımış qız” deyirmişlər.Xanım xalanın başından qırmızı-qara güllü şal əskik olmazdı. Yayda da qırmızı-qara güllü şalı başına elə möhkəm bağlayardı ki, bircə gözləri görünərdi; mən hələ də o hüznlü gözləri unuda bilmirəm. Məhəllə uşaqları ondan çəkinirdilər. Daha doğrusu, ona bir söz deməyə qorxurdular, çünki bir balaca xətrinə dəyəcək söz deyilsəydi, tutub adamı əzişdirə bilərdi. Belə vaxtlarda mən də ondan qorxurdum. O, əsəbi¬ləşən zaman gərək gözünə görünməyəydin. Xalam haqqında bu qədər bilirdim və düzü onun kədərli taleyi mənim də qəlbimi sızladırdı.Bir dəfə şəhərdə yaşayan Abbas dayım bizə gəlmişdi. Nənəm onun ən çox sevdiyi yeməklərdən bişirmişdi; səbzi plov, turş kabab və dovğa. Həyətdə ocağın üstündə yekə bir qazanda buğlanan dovğanın qoxusu ətrafa yayılırdı; dayım deyirdi ki, bu qoxu üçün burnumun ucu göynəyir; ümumiy¬yətlə, nənəmin dovğası həmişə ləzzətli olurdu; dovğaya təzə-tər pərpətöyün, giləmərzə, nanə və adını bilmədiyim digər göyərtilər qatır, bunlar onu daha ətirli və dadlı edirdi. Nənəm dovğadan iri piyalələrə töküb məni çağırdı və həmişəki kimi yeddi qapıya göndərdi (hər dəfə bax beləcə, ya turşulu aş, ya da dovğa bişirəndən sonra deyərdi ki, həyətdən iy gəlir, şuğluzumba olarıq, apar qonşuların payını ver).Günorta naharımızı yeyəndən sonra adətən nənəm məni yanına çağırar, eyvanda bardaş qurub söykənərdi qırmızı-qara gülləri olan sandığına; mənə də deyərdi ki, gəl başını qoy dizimin üstə, yıxıl yat. Uşaq nə qədər çox yatsa sağlam böyüyər. O gün də beləcə dadlı-ləzzətli nahardan sonra anam və xalam həyətə düşüb köhnə kilimləri yumaqla məşğul oldular; nənəmlə dayım isə üzbəüz oturub pürrəngi çay qabaqlarında söhbətləşirdilər. Mən başımı nənəmin dizləri üstünə qoyub şellənir, onun qıvrım saçlarımda gəzən cod barmaqlarının sığalından xumarlanırdım. Elə təzəcə gözlərimi yummuşdum ki, nənəm dayıma dedi:- Hə, nənə qurban, səni onnan ötrü çağırmışam ki, bir məsləhət eləyək. Axı neyləmişdik ki, başımıza kül töküldü? Bacılarının ikisi də bədbəxt oldu: birinin nişanlısı Heybətdən ölüm xəbəri gələndən bəri havalı olub, o birinin də əri Əkrəmdən xəbər-ətər yoxdu. Nə ölüsündən, nə də dirisindən. Yazıq balam, indiyədək deyir ki, gələcək. Ay gəldi ha! (Bunu mənim atam üçün deyirdi). Nemes köpəyoğlunun əlindən qaçmaq olar? Bu tifil də qalıb atasız... (Əli ilə məni göstərib ah-vay etdi). Bəlkə bunu sən aparasan şəhərə, Məsmə də yazıqdı, istəyəni var, verək ərə, hə?Dayımın rəngi qapqara qaraldı, qalın qara qaşları çatıldı, dinmədi. Qabağında buğlanan çay bəlkə də çoxdan soyumuşdu; gözucu gördüm ki, kədərli-kədərli dağlara sarı baxdı, sonra üzünü həyətimizdəki quyudan su çəkən anama döndərib soruşdu:- Özü nə deyir, razıdı?- Nənə qurban, razı olmasa da razı salarıq...- Yox, bir özündən soruş, sora.... Amma ehtiyatla...- Yaxşı, nənə sənə qurban... Axı mən onların ikisini də belə görəndə ürəyim kabab olur. Az qalıram özümü öldürəm... Səni çağırmağımın məqsədi də buydu...Qəhər məni boğdu; birdən məndən elə bir hönkürtü qopdu ki, nənəm diksindi; anam həyətdən eyvana cumdu, dayım başımı sığallayıb məni toxtamağa çalışdı. Amma məni ovundura bilmirdilər. Qaçıb evimizin günbatan tərəfdəki pəncərələri yaşıl dağlara açılan otağında üzümü balışa sıxıb o ki var ağladım. Hönkür-hönkür ağladım. Sonra anamın mehriban, nəvazişli baxışları və nəfəsini lap yaxından duyanda onun boynunu qucaqladım, hıçqıra-hıçqıra soruşdum:- Sən mə-ni a-tıb... ərə ge-dəcək-sən?Anam qəhərləndi və bir qədər qeyzlə soruşdu:- Onu kim deyir, mənim balam?- Nənəm...- Yox, mama qurban, nənə zarafat eləyir! Heç elə şey olar?Bu vaxt dayım və nənəm də otağa girdilər. Nənəm amiranə səslə:- Ədə, yekə kişisən, kişi də ağlayar? - deyə mənim kürəyimdən yüngülcə bir şillə vurdu. Anam nənəmə açıqlandı:- Uşağın yanında ağzına gələni danışma da! Nə ərə getmək salmısan? Onu kim dedi? Yığışdır bu söhbətləri birdəfəlik! - deyə məni bağrına basıb o biri otağa apardı.O gecə səhərədək anamla birgə qaldım və anam mənə atamdan xeyli danışdı, dedi ki, o inanır ki, atam ölməyib, gələcək.Mən bu şirin xəyalla yuxuya getdim.Səhəri gün Abbas dayım bizimlə sağollaşıb şəhərə getdi; o, anamın ərə getməmək qərarını bəyənmişdi və xudahafiz¬ləşəndə mənə mehribanlıqla baxıb dedi:- Dərslərini oxu, məktəbi qurtar, kişi kimi! Gəl instituta, nə qədər ki, dayın var, əziyyət çəkməyəcəksən! Çörəyə çatarsan inşallah!Aylar ötür, illər biri-birini əvəz elədikcə mən də yaşa dolurdum. Anamın saçlarına düşən ağ dənlər artdıqca mənim atamı və əmimi görmək ümidlərim də puça çıxırdı. Nənəm lap heydən düşmüşdü, xalam əvvəlki kimi yatanda da güllü şalını başından açmırdı.Mən məktəbi bitirdim, anam məni Bakıya yola salanda qürur və nəm dolu gözlərini əlinin arxasıyla silə-silə dedi:- Sən mənim yeganə ümidim və pənahımsan, oğlum! Bütün ömrüm boyu Əkrəmin iyini səndən almışam, odur ki, səni gözləyəcəyəm. Sən burda daha çox lazımsan...Mən anamın arzusunu yerinə yetirdim. Bakıda universiteti bitirib kəndə qayıtdım, işə düzəldim. Evləndim, uşaqlarım oldu. Nənəm dünyadan köçmüşdü, amma indi anam nənə olmuşdu və o, bəxtəvər-bəxtəvər nəvələrinə gah atamdan danışır, gah da mənimlə bağlı uşaqlıq əhvalatlarını söyləyirdi.Müharibədən təxminən otuz ilə yaxın bir zaman ötsə də anam hələ də atamı gözləyirdi; ona həmişə elə gəlirdi ki, atam sağdır, o ölməyib. Anam atamla bağlı uydurduğu əhvalatları hər dəfə danışarkən gah kövrəlir, gah da vüqarla məni göstərib nəvələrinə ərinin mənim kimi cüssəli, boy-buxunlu, nemeslərin dərisinə saman təpən bir igid olduğunu söyləyirdi.Min doqquz yüz altmış doqquzuncu ilin yazı idi. Bir gün işlə əlaqədar şəhərə getmişdim. Elə oldu ki, dayımgildə gecələməli oldum. Abbas dayım Bakıda tanınmış alim, professor idi. Müharibədən sonrakı illərdə tez-tez kəndə gələr, bizə əl tutar, hərdənbir də mənə zarafatla tənə vurardı ki, niyə ananı qocaltmısan.Dayımla birgə onların bulvara baxan mənzilində səhər yeməyini təzəcə bitirmişdik ki, daydostum Lətafət xala onu bir qadının telefona çağırdığını dedi. Abbas dayım bir qədər duruxdu. “Səhər-səhər nə məsələdir görəsən?”. Tələsik telefonun dəstəyini götürdü. Lətafət xala dedi ki, yəqin bu gün kiminsə müdafiəsidir, ya dekanlıqdan, ya da kafedradan olar.Dəstəyin o tayından qadın səsi gəldi:
- Professor Quliyev?- Bəli... -deyə dayım tanış olmayan səsi eşidib az qala təəccüblə cavab verdi.- Danışan xalq artisti Zibeydə xanımdır...- Zibeydə xanım?- Bəli, bəli... Gecə özüm narahat etmədim, Abbas müəllim... Gözlədim səhər olsun, xoş xəbərim var sizə.- Buyurun Zibeydə xanım, nə xəbərdi elə?- Professor, məsələ bundadır ki, dünən qastroldan gəlmişəm... Münhendən... Sizin bir uşaqlıq dostunuz var Əkrəm...- Əkrəm???...- Bəli, bəli... Əkrəm... Şahinoğlu... Həəə...- Ola bilməz! - dayımı soyuq tər basdı. Hamımız - Lətafət xala, mən və uşaqlar matdım-matdım onun rəngi ağarmış üzünə baxıb anlamağa çalışırdıq ki, bu xoş xəbərdi, yoxsa pis xəbər. Mən heç bir şey anlamırdım, beləcə evdə hamımız ayaq üstəcə donmuşduq.- Bəli, o sağdı... Mənə məktub verib, sizə çatdırmalıyam...- Ola bilməz!!! Zibeydə xanım, Əkrəm 41-də gedəndi...Necə???- Vallah, mən nə deyə bilərəm... Münhendə konsertdən sonra mənə çalsaçlı ucaboy bir cənab yaxınlaşdı, özünü Əkrəm Şahinoğlu kimi təqdim etdi, dedi ki, bu məktubu da mənim uşaqlıq dostum və qaynım Abbas müəllimə verər¬siniz.... Mən də gələn kimi öyrəndim ki, siz respublikada tanınmış adamsınız. Bu, mütləq siz ola bilərsiniz.. Bəlkə səhv düşmüşəm, bağışlayın...- Yox, yox... Zibeydə xanım... Düzdü...Dayım cibindən dəsmal çıxarıb alnından süzülən tər damcılarını silə-silə astadan pıçıldadı:- Yaxşı, Zibeydə xanım... Gəlirəm...Bu xəbərə inanmağım gəlməsə də, o gün dünyanı tamam ayrı cür gördüm; mənim atam sağ-salamat idi. Bircə bunu düşündüm ki, görəsən anama necə çatdıraq bu xəbəri və görəsən o, bu xəbəri eşidəndə nə edəcək?Zibeydə xanım bizi mehribanlıqla qarşıladı. O, dayıma uzunsov, lakin kifayət qədər qalın məktub uzadanda mənim canım gizildədi, düşündüm:”Görəsən bu, doğrudan da atamın məktubudu?”- Abbas müəllim, - deyə Zibeydə xanım nara¬¬hatlıq ifadə edən zərif səsiylə dilləndi. - Bilirsiz də... mən böyük risk etdim.... Bunu xaricdən bu tərəfə keçirtmək... Bütün məsuliyyəti öz üzərimə götürdüm... Axı məni yoxlamırlar? Həm də bir ailəyə bu şad xəbəri çatdırmaq... Ehhh... O qədər ağlamışam... o qədər... Təsəvvür edin... O Əkrəm qardaş elə göz yaşı tökür... elə yalvarırdı ki... Taleyin işinə bax... Deyirdi... arvadı var... müharibəyə gedəndə hamilə olub.... Mən bu məktubu gətirməyə bilməzdim...Dayımın gözləri dolmuşdu; qalın, uzunsov məktubu aça-aça əlləri əsirdi. Məktubun birinci cümləsini oxuyan kimi hönkürtü ilə ağladı, Zibeydə xanım da ona qoşuldu.- Bu, odur! Əkrəm!- dayım ucadan dedi, sonra məni Zibeydə xanıma göstərib əlavə etdi. - Bu da onun oğludur, Yaşar, heç Yaşarın doğulmasından xəbəri yoxdur!- Allah, allah! Faciədi, nədi bu? -Zibeydə xanım göz yaşlarını silə-silə mənə baxdı. -Oğlum, Yaşar, anan dururmu?- Bəli... Anam indi də onun yolunu gözləyir...- Vay səni, dünya! Niyə dağılmırsan?-bu dəfə Zibeydə xanım əlini-əlinə çırpdı....O gecə səhərədək yatmadıq. Bilmirdik sevinək, ya sevinməyək, bilmirdik kədərlənək, ya kədərlənməyək; Abbas dayı məktubu elə hey oxuyur, göz yaşlarını saxlaya bilmirdi; aradabir Lətafət xala ondan məktubu alıb dalısını oxuyurdu. Mənim üçün tamam təptəzə dünya yaranmışdı; qəribə hisslər bürümüşdü canımı. Atama olan xiffət, sevgi, həsrət, isti münasibət, uzun illərin ayrılığından doğan anlaşılmaz soyuq¬luq... bütün bu duyğular biri-birinə elə qarışmışdı ki, bilmirdim ağlayım, yoxsa gülüm... Məktubda kədərli, hamıdan daha çox anam üçün dəhşətli ola biləcək xəbərlər vardı: mühari¬bənin yeddinci ayı atam əsir düşüb, onu Almaniyaya aparıblar; əsir düşərgəsində düz 3 il 23 gün olmazın işgəncə¬lərə məruz qalıb, sonra da müharibənin qurtarmağına az qalmış bir alman qadını ona düşərgədən qaçmaqda kömək edib və həmin qadınla birgə İsveçrəyə gediblər. Müharibə qurtarandan sonra isə Sovet İttifaqına qayıda bilməyib; orada deyirmişlər ki, Stalin qayıdanların hamısını Vətən xaini adı altında güllələtdirir. Atam bu ad altında ölməkdənsə naməlum qalmağı daha şərəfli bilib. Sonralar atam həmin alman qadını ilə evlənib, üç uşağı var - iki oğlan, bir qız. Deməli, mənim bacım və qardaşlarım da varmış?! Aman Allah! Bu yuxudurmu? Bütün bunlar bir yana, bu xəbəri anama necə çatdıracağıq? Bu barədə xeyli düşünüb-daşındıq, Abbas dayım qərara aldı ki, kəndə birlikdə gedək.Kəndə az qalmış ürəyim guppultu ilə döyünməyə başladı. Günəş dağların arxasında gizlənsə də hava hələ tutulmamışdı. Dağların başı ağappağ çənə bürünmüşdü. O anlarda mənə elə gəlirdi ki, dağlar kədərlidir; onlar da bizim Qum kəndinin adamlarına bənzəyir; gah düşüncəli, gah qayğılı, gah kədərli, gah da parlaq günəş şüalarından işıq saçır, sanki bununla kənddəki toy-bayram əhval-ruhiyyəsini nümayiş etdirirlər. Bu dəfə isə elə bil ətəklərindəki yaşıllıqlar və meşəliklərın üstünə nəhəng bir kölgə qonmuşdu; həmişə başını dik və məğrur, qarlı və təmiz saxlayan bizim dağların başı görünməz olmuşdu. Kəndə girəndə evimizin qabağındakı məscidin minbərin¬dən əzan səsi gəldi. Məşədi Şıxəlinin yanıqlı və həzin səsi bütün kəndi başına götürmüşdü. Şıxəli əmi uzun illər idi demək olar ki, hər gün üç dəfə minbərə çıxıb azan verirdi. Kənddə danışırdılar ki, minbərə çıxmağa ixtiyarı olan yeganə molla Şıxəli əmidir; ona ilahidən elə bir avaz, elə bir səs verilmişdi ki, bu avazı eşidəndə (istər sübh tezdən, istər günorta namazında, istərsə də axşam namazı vaxtı) adamın tükləri biz-biz qalxır, istər-istəməz onu dinləmək, ona qulaq asmaq istəyirsən. Mən isə hələ uşaqlıqdan bu səsin sehrinə düşmüşdüm: Şıxəli əminin azan səsi mənim içimi tərpədirdi; elə bilirdim ki, kənddə nəsə bir hüznlü hadisə baş verir. Bu dəfə də bu hisslər məni tərk etmədi. Onun azan səsinin həzin sədaları altında dayımla mən həyətə girdik. Həmin axşam bütün qohum-əqrəbanın bircə göz qırpımında bizə yığışması, onların maraq və sonsuz müəmma dolu baxışları altında dayımın anama həyəcan dolu titrək səslə müraciət etməsi yadıma düşdükcə ondan sonrakı səhnələri danışa bilmirəm. Bircə onu deyə bilərəm ki, xalam otuz il əvvəl poctxanadan qara kağız alanda kəndin mərkəzindən ayaqyalın, başaçıq qaça-qaça necə gəlmişdisə, indi də beləcə həyətin tən ortasında o tərəf-bu tərəfə vurnuxur, hönkürtü vuran anama deyirdi:- Ay Məsmə, gördün, demədimmi mənim Heybətim də sağdı, ölməyib? O gələcək, baxarsan? Əkrəm onu harda olsa tapıb gətirəcək! Bəs axı əmanət aparmışdı onu!?...Atamın o məşum məktubundan iki ay sonra anam qəflətən vəfat etdi. O, bu dərdi özüylə qəbirə apardı. Abbas dayım Bakıda “KQB”də işləyən bir general dostuna bu məktub barədə məlumat vermişdi. Ondan xahiş etmişdi ki, atama vətənə, öz oğlu, qohum-əqrəbası ilə görüşmək üçün Sovet İttifaqına gəlməkdə kömək göstərsin. Dayım danışırdı ki, KQB generalı bu əhvalatı ürək ağrısıyla qarşılamış, dayıma söz vermişdi ki, Moskva ilə danışıb bu məsələdə əlindən gələn köməyi göstərəcək.Günlərin bir günü dayım kəndə gəldi; o qədər sevinirdi ki, gəl görəsən. Bizə dedi ki, tədarük görün, Əkrəm gəlir. Dəqiq vaxtını da dedi. Onu da əlavə etdi ki, atamı o, özü qarşılayacaq, sonra öz maşınında kəndə gətirəcək...Kənddə həmin gün, demək olar ki, balacadan tutmuş böyüyədək hamı mərkəzi meydana toplaşmışdı. Dayımın qəhvəyi “Pobeda”sı klubun qabağında dayanan kimi camaat maşını dövrəyə aldı; əvvəlcə atam, sonra dayım gülərüzlə maşından düşdülər; kənd ağsaqqalları, qohumlar ucaboylu, çalsaçlı atamla qol-boyun qucaqlaşır, ağlayan ağlayır, sevinən sevinir, bir-birlərinə gözaydınlığı verənlər əllərini məscidin minbərinə uzadıb: “O minbərin sahibi səni qorusun!” - deyirdilər. Atam məni tanımadı; dayım işarə ilə məni göstərəndən sonra atam qollarını açıb məni bağrına basdı. Camaat ağlayırıdı, sonra atam dizləri üstə yerə yıxılıb torpağı qucaqladı; göz yaşları içində soruşdu:- Məsmə hanı?Heç kəs ürək eləyib anamın ölüm xəbərini ona demək istəmirdi. Elə bu vaxt lap uzaqdan xalam qırmızı-qara güllü şalını əlində yellədə-yellədə adamları yara-yara, tövşüyə-tövşüyə, hıçqıra-hıçqıra özünü atamın ayaqları altına atdı.- Əkrəm, başına dönüm, bəs mənim Heybətim hanı?Camaatdan elə bir uğultu qopdu ki, deyirdin bəs, bu dəqiqə yer titrəyib aralanacaq. Arvadların oxşaması alqışlara qarışmışdı. Xanım xala otuz il bundan qabaqkı kimi əlindəki qırmızı-qara güllü şalını yellədə-yellədə oynamağa başladı. Atam bircə anın içində büküldü; mənə elə gəldi ki, o, inildədi, Abbas dayımın göz yaşlarını görüb astaca:- Qəbiristanlıq bu yandadı? -deyə əli ilə üzü qibləni göstərdi. Abbas dayım göz yaşlarını silə-silə başını tərpətdi. Aman Allah, nə dəhşətli səhnə baş verdi! Atam qəflətən dizi üstə yerə çökdü; hamı elə bildi ki, o, müvazinətini itirdi. Amma yox, o, üzü qibləyə- qəbiristanlığa doğru inildəyə-inilədyə iməkləməyə başladı. Dayım və mən nə qədər çalışdıqsa onu durğuza bilmədik. Camaat da bizim dalımızca düşmüşdü; ağlaşma, hönkürtü, uğultudan başqa qulağım heç nə eşitmirdi. Atam düz anamın qəbrinə kimi beləcə iməklədi. O səhnəni Allah heç bir bəndəsinə göstərməsin. Amin, Ya Rəbbil Aləmin!
| ['hekayə', 'Kamran Nəzərli'] |
4,495 | https://kayzen.az/blog/Ferid_Zeynalli/8226/qanl%C4%B1-bir-s%C9%99hrad%C4%B1-bu.html | Qanlı bir səhradı bu...... | Ferid_Zeynalli | Bloq: Ferid_Zeynalli | 3 yanvar 2012, 19:38 |
Göz yaşım leysan olub səhrada bir dəryadı bu,Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.Xatəmin övladına yas tutmaga Adəm gəlib, Adəmin fəryadına Peyğəmbəri-Xatəm gəlib,Kərbəla torpağına göydən bütün aləm gəlib,Carı çək başsız Hüseynə, baş çəkən Zəhradı bu,Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.Ötdü min dört yüz ilim dur Şimrə bir meydan oxu,Yetdi son Aşura, zülmün qətlinə fərman oxu,Bitdi həqqin intizarı, döndü bu dövran oxu,Surələr sur oldu xatəmi-qeybəti-kübradı bu,Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.Badu-Kubə şəhrinə bir gün ƏliƏkbər gələr,Həzrəti Abbas ilən Həzrət ƏliƏsğər gələr,Zülfuqarıynan Əmir-əl-Möminin Heydər gələr,
Sahibi-əsr-zamandan öncəki peydadı bu,Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.Ol Yezidin ləşkərindən bir başa min baş gedər,Şah Hüseynim başdadır hər başda gizlin baş gedər,Baş-düşər daşdan çıxar qaş başa birgün baş gedər,Yazdığım misralar içrə qalibi-misradı bu,Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.Bir səhər mən at belində göydə gördüm Höccəti,Endi göylərdən yerə sildim min illik həsrəti,İnşəAllah gün gələr kubəmdə görrük Həzrəti,Bir həqiqətdir yazıb Pünhan demə xulyadı bu,Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu. Baba Pünhan
| ['Şeir'] |
4,496 | https://kayzen.az/blog/maraqli-faktlar/8225/fobiya-n%C3%B6vl%C9%99ri-1.html | Fobiya növləri-1 | Niyaz | Maraqlı faktlar | 3 yanvar 2012, 19:08 |
Hər şeydən qorxma — Panafobiya (Panophobia)
Əşya çoxluğundan qorxma — Polifobiya (Polyphobia)
Yeniliklərdən qorxma — Neofobiya (Neophobia)
Təbiət yaradışları
Havadan qorxma — Anemofobiya (Anemophobia)
Buludlardan qorxma—Nefofobiya (Nephophobia)
Soyuqdan,buzdan və şaxtadan qorxma — Kriofobiya (Cryophobta)
Gecədən qorxma — Niktofobiya (Nyctophobia)
Qaranlıqdan qorxma— Skotofobiya (Scotophobia)
Gündən qorxma— Eozofobiya (Eosophobia) Günəş işığından qorxma — Fenqofobiya (Phengophobia)
İşıqdan qorxma — Fotofobiya (Photophobia)
İşıq işartısından qorxma —Selafobiya (Selaphobia)
Şimşək və ildırımdan qorxma — Brontofobiya (Brontophobia)
Elektrik enerjisindən qorxma — Elektrofobiya (Electrophobia)
Parlaq işıqdan qorxma — Fotoauqliyafobiya (Photoaugliaphobia)
Yüksək səsdən qorxma —Liqirofobiya (Ligyrophobia)
Kosmik yaratıqlardan qorxma — Kosmikofobiya (Kosmikophobia)
Meteoridlərdən qorxma — Meteorofobiya (Meteorophobia)
Kometlərdən qorxma — Kometofobiya (Cometophobia)
Aydan qorxma —Selenofobiya (Selenophobia)
Şimal şəfəqindən qorxma — Aurorafobiya (Auroraphobia)
Ulduzlardan qorxma— Astrofobiya (Astrophobia)
Günəşdən qorxma— Heliofobiya (Heliophobia)
Quraqlıqdan qorxma — Kserofobiya (Xerophobia)
Daşqın (sel basma)-dan qorxma— Antlofobiya (Antlophobia)
Dumandan qorxma — Homixlofobiya (Homichlophobia)
Tufandan qorxma—Lilapsofobiya (Lilapsophobia)
Göldən qorxma— Limnofobiya (Limnophobia)
Çay yaxud axar sulardan qorxma — Potamofobiya (Potamophobia)
Dəniz və okeanlardan qorxma — Talassofobiya (Thalassophobia)
Uçurum(sıldırım)-dan qorxma — Kremnofobiya (Cremnophobia)
Yağışdan qorxma— Ombrofobiya (Ombrophobia)
Kölgədən qorxma —Sçiopofobiya (Sciopophobia)
Qardan qorxma— Xionofobiya (Chionophobia)
Sudan qorxma —Hidrofobiya (Hydrophobia)
Küləkdən qorxma — Ankraofobiya (Ancraophobia)
Hündürlükdən qorxma — Akrofobiya (Acrophobia)
Meşəlikdən qorxma— Hilofobiya (Hylophobia)
Bitkilərdən qorxma — Botanofobiya (Botanophobia)
Ağaclardan qorxma— Dendrofobiya (Dendropriobia)
Göbələklərdən qorxma —Mikofobiya (Mycophobia)
Güllərdən qorxma — Antrofobiya(Anthrophobia) və Qoxulardan qorxma — Olfaktofobiya (Olffactophobia)
Situasiyalar
Başqalarının diqqətli nəzərlərindən qorxma — Skoptofobiya (Scoptophobia)
Toxunmadan qorxma — Afenfosmofobiya (Aphenphosmophobia)
Seksual yanaşmadan qorxmaq—Kontreltofobiya (Contreltophobia)
Zorlamadan qorxmaq— Virginitifobiya (Virginitiphobia)
Bədbəxt hadisədən qorxmaq — Distixifobiya (Dystychiphobia)
Atom partlayışından qorxma — Atomosofobiya (Atomosophobia)
Radiasiyadan qorxma— Radiofobiya (Radiophobia)
Fiziki yaxud mənəvi cəzalandırılmadan qorxma— Rabdofobiya (Rhabdophobia)
Döyülmədən qorxma — Mastiqofobiya (Mastigophobia)
Tənqidçidən qorxma — Enissofobiya (Enissophobia)
Nə iləsə əlaqəli olmaqdan qorxma— Merintofobiya (Merinthophobia)
Boğulmuş vəziyyətdə olmaqdan qorxma — Pniqofobiya (Pnigophobia)
İçməkdən qorxma — Anqinofobiya (Anginophobia)
Kütlə içərisində olmadan qorxma — Oxlofobiya (Ochlophobia)
Yemək və yemək arxasındakı söhbətlərdən qorxma — Deypnofobiya (Deipnophobia)
Üstünü kirlətməkdən qorxma — Ripofobiya (Rhypopnobia)
Hipnoz təsirinə düşməkdən qorxma — Hipnofobiya (Hypnophobia)
Mühakimə prosesindən qorxma — Litikafobiya (Liticaphobia)
Evlənməkdən qorxma — Qamofobiya (Gamophobia)
Cərrahiyyə əməliyyatından qorxma — Tomofobiya (Tomophobia)
Dini mərasimlərdən qorxma — Teleofobiya (Teleophobia)
Təklikdə qalmaqdan qorxma — İzolofobiya (Isolophobia)
Yaxşı xəbər eşitməkdən qorxma — Evpofobiya (Eupohobia)
Nəzərdən qaçmaqdan qorxma — Atazaqorafobiya (Athazagoraphobia)
Lağa qoyulmaqdan qorxma — Kataqelofobiya (Katagelophobia)
Maddələrdən qorxma
Alkoqoldan qorxma — Metilofobiya (Methyphoba)
Şərabdan qorxma — Oynofobiya (Oenophobia)
Zərərli qazlardan qorxma — Aerofobiya (Aerophobia)
Tozdan qorxma— Amatofobiya (Amathophobia)
Nəcisdən qorxma — Koprofobiya (Coprophobia)
Materiyadan qorxma —Seplofobiya (Seplophobia)
Qidadan qorxma— Sçibofobiya (Cibophobia)
Sarımsaqdan qorxma — Alliumofobiya (Alliumophobia)
Ətdən qorxma — Karnofobiya (Carnophobia)
Tərəvəzlərdən qorxma —Laxanofobiya (Lachanophobia)
Qızıldan qorxma — Aurofobiya (Aurophobia)
Metaldan qorxma— Metallofobiya (Metallophobia)
Zəhərdən qorxma— iofobiya (iophobia)
Vəziyyət
Ağrı—Alqinofobiya (Alginophobia)
Aşağı baxarkən baş hərlənməsi — İllinqofobiya (Illyngophobia)
Ürək bulanması — Dinofobiya (Dinophobia)
Huş və yaxud zəiflik — Astenofobiya (Asthenophobia)
Yorğunluq — Kopofobiya (Kopophobia)
Gecə eyakulyasıyası — Oneyroqmofobiya (Oneirogmophobia)
Menstruasiya— Menofobiya (Menophobia)
Qocalıq —Qerontofobiya (Gerontophobia)
Yuxu —Oneyrofobiya (Oneirophobia)
Təklik — Monofobiya (Monophobia)
Qəzəblənmək — Anqrofobiya (Angrophobia)
Məğlubiyyət— Kakorrafiofobiya (Kakorrhaphiophobia)
Başqalarından asılı olmaq — Soteriofobiya (Soteriophobia)
Uğurusuzluq— Atixifobiya (Atychiphobia)
Nəyisə unutmaq və ya unudulmuş olmaq — Atazaqorafobiya (Athazagoraphobia)
Azadlıq —Elevterofobiya (Eleutherophobia)
Şənlik —Xerofobiya (Cherophobia)
Yarımçılıq— Atelofobiya (Atelophobia)
Qısqanclıq— Zelofobiya (Zeiophobia)
Gülüş — Qeliofobiya (Geliophobia)
Sevgi — Erotofobiya (Erotophobia)
Aşiqlik —Filofobiya (Philophobia)
Xatirələr — Mnemofobiya (Mnemophobia)
Yoxsulluq—Peniafobiya (Peniaphobia)
Zənginlik — Plutofobiya (Plutophobia)
Minnətdarlıq—Doksofobiya (Doxophobia)
Sevinc — Hedonofobiya(Hedonophobia)
Məsuliyyətlilik — Hipengiofobiya (Hypengyophobia)
| ['Maraqlı faktlar', 'fobiya', 'qorxu', 'fobiyalar'] |
4,497 | https://kayzen.az/blog/poeziya/8223/%C3%B6z%C3%BCn%C9%99-%C3%B6yr%C9%99tm%C9%99-m%C9%99ni-%7C-ayg%C3%BCn-r%C9%99himli.html | Özünə öyrətmə məni | Aygün Rəhimli | ORIGINAL | Poeziya | 3 yanvar 2012, 13:26 |
Arxandan ağlayan, göz qalacaqsa,Qəlbimi dağlayan, söz qalacaqsa,Bir də, alışmayan, köz qalacaqsa,Sən Allah, özünə öyrətmə məni.Arzularım donacaqsa gözümdə,İzin qoyacaqsa, həsrət üzümdə,Durmayacaqsansa, və'dən-sözündə,Sən Allah, özünə öyrətmə məni.
Dərdin gözlərimi, yaş qoyacaqsa,Ürəyin yerinə, daş qoyacaqsa,Əlin, əllərimi boş qoyacaqsa,Sən Allah, özünə öyrətmə məni.Rəhimli hər dərdi saydı,sanadı,Hər addımda, öz-özünü qınadı.Sınacaqsa, qürurumun qanadı,Sən Allah, özünə öyrətmə məni.Müəllif:Aygün Rəhimli
| ['şeir', 'sevgi', 'poeziya', 'sevgili'] |
4,498 | https://kayzen.az/blog/Kinosunas/8218/h%C9%99yat%C4%B1n-ger%C3%A7%C9%99kl%C9%99ri.html | Həyatın gerçəkləri | Kinosunas | Bloq: Kinosunas | 3 yanvar 2012, 00:39 |
1.Ölmək həyatda böyük itki deyil.Əsil itki yaşarkən içimizdə ölənlərdir.
2.Öləcik basdıracaqlar.Bir neçə gün də danışıb sonra qalanları böləcəklər.Hələ bəyənməyib arxanca söyəcəklər.
3.Dostun kədərinə pis ola bilərsən.Bu asandır.Lakin dostun uğuruna sevinə bilmək möhkəm xarakter tələb edir.
4.İnam ruh kimidir.Tərk etdiyi bədənə geri dönməz.
5.Bəzən hər şeyi boş verib geri dönmək istəyirsən.Bir şey mane olur.Qürur !
6.Məni yarı yolda qoyub o yolda nəfəs-nəfəsə qalanlar Sizi yolun sonunda gözləyirəm.
7.Sevinmək başqa ,xoşbəxt olmaq başqadır.(E.Senankur)
8.Həyat yuxuda da öz sonuna doğru gedir.(A.Barbüs)
9.Həyat qatar kimidir.Tam yer tapıb oturmaq istəyirsən ki son dayanacağa çatmısan.
10.Dünyada üç fəlakət var- yanğın, qadın, dəniz.(Ezop)
11.İnsanı iki şey tərk etməz-ürəyindəki yara və yanındakı ANA.
12.Böyüməyi anam və atam qocalmasın deyə istəmirəm.
13.İsti ələ ehtiyacın varsa o biri əlini tut.Kimsədən fayda gəlməz.
14.Nə vaxtsa qarşına elə biri çıxacaq ki, sənin bu vaxta qədər etdiklərini sənə edəcək.
15.Heç kimin "Sevmişdim" adlı nağılına inanma.
| ['həyatın gerçəkləri'] |
4,499 | https://kayzen.az/blog/FilmFiction/8212/shine-parlaq-film.html | Shine - Parlaq (Film) | FilmFiction | Bloq: FilmFiction | 2 yanvar 2012, 02:00 |
Film: Parlaq
Rejissor: Skot Hiks
Ölkə: Avstraliya
Janr: Dram, bioqrafik
İl: 1996
İMDB xalı: 7.6
Film Fiction xalı: 8.0
Əgər həyatınızla bağlı verilən qərarların böyük faizi valideynlər tərəfindən qəbul edilirsə. Və bu qərarlar onların dili ilə desək «sənin xoşbəxtliyinçündür» prinspini özündə cəmləşdirirsə. Əslində xoşbəxtliyə aparan yolun kölgəsində əsas məğz onların sizdən keşmişin qisasını almaq istəməsidirsə, bu zaman filmə xoş gəldiniz! Bir az qəliz cümlələrlə başlayan təqdimatın daha asan formasına keçirəm. Filmin əsas qəhramanı Devid Helqot adlı biridir. Klassik musiqiylə maraqlananlar üçün bu ad tanışdı məncə. Tanış olmayanlar üçünsə deyim, Devid Helfqot dünyaca məşhur avstraliyalı musiqiçidir. Filmin ssenarisi onun həyat hekayəsinə əsaslanaraq çəkilib. İndi isə başdan başlyaq.
Devidin atası böyük musiqi həvəskarıdır. Uşaqlıqda musiqi ilə məşğul olmağa başlamaq istəsə də atası buna icazə verməyib. Elə bununla bağlı bir hekayəni atası həmişə Devidə təkrar-təkrar danışardı: «Bir dəfə mən pul yığıb kamança almışdım. Amma evə gətirəndə atam onu əlimdən aldı və qırdı.» Atasının məcburiyyətilə Devid də kiçik yaşlarından musiqi ilə məşğul olmağa başlayır.Atası Devidə pianoda çalmağı öyrədir. Devidin zaman keçdikcə pianoda ifa etmə bacarığı ortaya çıxır. Artıq o, kiçik yaşlarında Şopen, Betxoven, Motsart kimi dahi bəstəkarların bəstələrini pianoda mükəmməl çalmağı bacarırdı. Böyüdükcə Devidin pianoçuluq həvəsi daha da artır. Artıq o, region daxilində keçirilən musiqi yarışlarında iştirak etməyə başlayır. Və bütün yarışlarda onun bir məqsədi var — birinci olmaq. Bu məqsəd əslində atasının onun qarşısında qoyduğu məcburiyyət idi. Oğlu hamıdan birinci olmalı idi. Əslində o qarşısında oğlunu yox, özünü görürdü. Keçmişində əldə edə bilmədiyi şansları, çatmadığı böyük musiqiçi olmaq arzusunu oğlunun timsalında qazanmaq istəyirdi. Yarışlarda iştirakından sonra artlq Devidin istedadı başqalarını heyrətə gətirməyə başlayırdı. Hər kəs onun istedadından danışır, qəzetlər ondan yazırdı. Və hər şey bir gün festivallardan birində Devidin qələbə çalmasından sonra dəyişdi. Dəyişikliyə səbəbsə qalib olduğu festival sonrası ona Amerikada musiqi təhsili almağı barədə təklif oldu. Devidi bu təklif sevindirsə də, atası onun qarşısında dayandı. Artıq atası Devidin timsalında özünü yox, ondan daha bacarıqlı olan oğlunu görürdü. Qısqanclıq yarandı. Çünki Devidin babası vaxtilə atasının musiqiçi olmaq istəyinin qarşısına çıxmışdı. Devid məcburən təklifi rədd etməli olur. Artıq atası ilə arasındakı münasibət soyuqlaşmağa başlayır. Amma heç də hər şey sona kimi belə davam etmir. Yazdığım qədər sadəcə filmin başlanğıc hissəsidir. Və hər şey sonra başlayır. Artıq bunu filmə baxdığınız da görəcəksiniz. Bu yazını oxuduqdan sonra vaxt itirmədən filmə baxın. «Həyat bir anda sona çata bilər. Buna görə də həyatı ən yaxşı şəkildə yaşamaq məcburiyyətindəsən. İstədiyin zaman yaşamağı rədd edə bilməzsən. Hər şey sirrlərlə örtülüdür» Filmin mükafatlarından uzun uzadı yazmaq istəmirəm. Amma bunu da qeyd etməliyəm ki, film 7 nominasiyada Oskara namizəd olub. Yalnız filmdə Devidi mükəmməl şəkildə canlandıran Ceofriy Raş Oskarı əldə edə bilib.
Müəllif: Ferat
Yazı «Film Fiction» jurnalının 4-cü sayından götürülmüşdür.
4-dü sayı yükləmək üçün daxil olun!
| ['film', 'film fiction', 'movie', 'kino'] |