Unnamed: 0
int64
0
6.93k
url
stringlengths
41
313
title
stringlengths
3
153
author
stringclasses
256 values
category
stringclasses
371 values
date
stringlengths
17
23
content
stringlengths
3
89.6k
tags
stringlengths
6
314
4,500
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/8174/ad%C4%B1-n%C9%99-olsun.html
Adı nə olsun?
umud600
Xoşbəxt ailə
1 yanvar 2012, 12:58
Siz də " Qoy hələ doğulsun, sonra bir ad taparıq" ,-deyənlərdənsinizmi? Təbii ki,sizə də, fikirlərinizə də böyük hörmətimiz var. Ancaq bunu unutmaq olmaz ki, uşağınıza verəcəyiniz ad həm mənası, həm də deyilişi ilə insanların qəbul edəcəyi, uşağınızın bu adı daşımaqdan qürur duyacağı bir ad olmalıdır. Çünki ad uşaq tərbiyəsində çox mühüm rolu olan, ruha birbaşa təsir edən bir amildir. Həm də ad qoymaq ata-ananın ilk və ən mühüm vəzifəsidir. Ona qoyacağınız ad lətifələrin, komik filmlərin mövzusu olmamalı, dostları, yoldaşları arasında istehza doğurmamalıdır. O gün balaca bir qız mənə adını deməkdən çəkindi. Çoxlu adamlar var idi. Yeni tanış olurduq. Yanındakı yoldaşları söylədilər adını. Sən demə, Pərişan imiş. Yəni adı " pərişan " olanda, özünü təqdim etməyə belə çəkinir insan. Bəzi adlar da mədəniyyətimizə və mənəvi dəyərlərimizə uyğun gəlmir. Sonra Bəsti, Yetər, Dursun kimi adlar da valideynlə uşaq arasındakı sevgi uçurumunu göstərir məncə. Yəni adı Yetər, Bəsti olan bir uşaq özünü evdə həmişə artıq hiss etməyəcəkmi? Bu cür adları daşıyan qız uşaqları ata-analarının içindəki " oğlan həsrətini " hiss edib bütün bunları nə ilə və ya necə izah edəcəklər görəsən? Ya da qızına Yetər adını, qoyduqdan sonra neçə ailənin oğlu olub, kimin taleyi dəyişib, bilən varmı? Hələ heç İlahə adını demirəm. Bir uşağa İlahə adı qoymaq nə qədər doğrudur? Bizdə, yunan mifologiyasında olduğu kimi, eşq ilahəsi, xeyirxahlıq ilahəsi varmı? O adla yaşayacaq körpəyə bu nə cür sürprizdir belə? Ad çox vacibdir, dostlar və insanın xarakterinə birbaşa təsiri var. Məsələn, məsum bir körpəyə Qahirə, Zalimə kimi adlar qoymaq olarmı? Siz onu Zalimə çağırsanız, sabah və ya o biri gün o da adı kimi " zalım " olsa, günah kimdə olacaq, deyə bilərsinizmi? Babalar və nənələr yeni doğulan nəvələrinə adlarını vermək üçün təkid edirlər bəzən. Əgər doğrudan da gözəl bir addırsa, qoymaq olar. Ancaq deyilsə, o adın uşağa göstərəcəyi təsirləri unutmamalı və onları münasib bir dillə razı salmalısınız. Çünki ad vermək ilk növbədə ata-ananın vəzifəsidir. Həm də artıq bilməliyik ki, bizi adımız yox, gözəl əməllərimiz əbədi yaşatmalıdır. Bir də uşağımıza elə ad qoymalıyıq ki, ondan hər yaşında, bütün ömrü boyu razı olsun. Hər yaşa yaraşsın o ad. Məsələn, bizim Türkiyədə Necla, Tijen, Jalə kimi elə adlar var ki, bir qız uşağına yaraşsa da, bir xanıma, bir nənəyə yaraşmır. Tijen nənə, Necla xala… Doğrusu, heç qulağa da xoş gəlmir... Bizim Aişə, Fatimə, Xədicə, Zeynəb, Mehriban, Zəhra kimi çox gözəl adlarımız var. Hamı həm millətimizə, həm də mənəviyyatımıza uyğun olan bu adları yaxşı bilir. Sadəcə olaraq, ad qoyarkən bir az diqqətli olmaq lazımdır. Türkiyədə istifadə edilən adlardan da danışmaq olardı, ancaq yazımız burda işıq üzü gördüyü üçün bu adları üstün tutduq. Bizdə də Qaya, Torpaq, Yarpaq, Damla kimi ətrafımızda nə görürüksə, uşağa ad qoymaq kimi xəstəliyimiz var. Məsələn, bizdə Aslan bir qız adıdır. Və ya biri götürüb Üfüq, Tan kimi adlar qoyub oğlanlarına. Ya da İzel nə deməkdir, Sertap nə mənaya gəlir, bilən yoxdur, ancaq istifadə olunur. Serkanın oğru, Kezbanın yalançı demək olduğunu, görəsən neçə adam bilir? Yəni, gərək övladlarımıza elə ad qoyaq ki, onları o adla çağıranda bizə rəhmət oxusunlar. PS: Yazıda göstərilən bəyənilməyən adların daşıyıcıları varsa, müəllifin subyektiv fikirlərini qeyd etdiyini nəzərə alsınlar. Müəllif:Sumeyra Irmak Xoşbəxt bir yuva üçün Oğlan adları haqqında da oxuyun.
['Adlar', 'oğlan adları', 'qız adları', 'adların mənası', 'ad seçmə', 'usaga ad qoyma', 'uşağa ad qoyulması']
4,501
https://kayzen.az/blog/law/7826/konstitusiya.html
Konstitusiya
Ferro
Hüquq və qanunvericilik
1 yanvar 2012, 10:17
Konstitusiya anlayışı latın dilində olan «constitucio» sözündən olub hərfi mənası «quruluş», «təsisat», «qurmaq», «təsis etmək» deməkdir. Etimoloji baxımdan konstitusiya terminindən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının adlandırılması üçün istifadə olunmuşdur. Orta əsrlərdə Avropada feodal-zadəgan imtiyazlarını nəzərdə tutan aktlar da sözün hərfi mənasına uyğun olaraq bu cür adlandırılmışdır.Dövlətin əsas qanunu kimi müasir anlamda konstitusiyanın meydana gəlməsi burjua dövlətinin yaranması ilə əlaqədardır.İlk yazılı Konstitusiya (yəni, daxili struktura malik vahid, əsas qanun) kimi 1787-ci ildə qəbul edilmiş və bu günə qədər fəaliyyət göstərən ABŞ-ın Konstitusiyasının adını çəkmək olar. Avropada ilk yazılı konstitusiyalar 1791-ci il Polşa və Fransa Konstitusiyaları olmuşdur.Konstitusiya dövlətin ali qanunu kimi bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir:1.     Konstitusiyanın xüsusi subyekt - xalq tərəfindən qəbul edilməsi. Qeyd etmək lazımdır ki, konstitusiya digər üsullarla da qəbul olunur. Konstitusiya xalq tərəfindən qəbul olunsa da, bəzən yuxarıdan (mütləq monarxiyalarda) bir növ bağışlanılır. Lakin bu istisnadır və demokratik konstitusiyalar üçün xarakterik deyildir.2.    Dövlət və cəmiyyətin Əsas Qanunu kimi Konstitusiya başqa qanunlardan fərqli olaraq təsisedici, birbaşa xarakter daşıyır. O, ictimai münasibətlərin geniş dairəsini, bunlardan bütün cəmiyyət üzvlərinin, bütün vətəndaşların köklü maraqlarmı əhatə edən daha vaciblilərini tənzimləyir. Konstitusiya dövlətin konstitusiya quruluşunu, insan və vətəndaşın başlıca hüquq, azadlıq və vəzifələrini, dövlətin ictimai-iqtisadi əsaslarını, onun milli-ərazi quruluşunu, dövlət hakimiyyəti və yerli özünüidarəetmə sistemini təsbit edir, hüquq qaydasının və qanunçuluğun əsaslarmı müəyyən edir. Ona görə də konstitusiya normaları dövlət orqanları, siyasi partiyalar, ictimai təşkilatlar, vəzifəli şəxslər və vətəndaşların fəaliyyəti üçün əsasdır. Konstitusiya normaları bütün başqa hüquq normalarına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.3.    Konstitusion nizamasalmanın hərtərəfliliyi. Göstərildiyi kimi, Konstitusiya çox geniş və mürəkkəb olan sosial-siyasi sistemin əsaslarını müəyyənləşdirir. Aydındır ki, bir sahəni əhatə etməklə konstitusiya bütün sistemi müəyyən edə bilməz. Onun bir norması bəzən bir neçə sahə üçün çıxış nöqtəsi rolunu oynayır. Məsələn, mülkiyyət hüququ bütün iqtisadi sistem üçün müstəsna əhəmiyyətə malik olmaqla onun çıxış nöqtəsini təşkil edir. Seçki sistemi siyasi sistemin əsasını təşkil edən çox mühüm elementlərdən biridir. Elə buna görə də konstitusion normalar bir çox hallarda konkret olmur və aid olduğu məsələnin ən əsas tərəflərini müəyyən edir.4.    Konstitusiya, artıq qeyd edildiyi kimi, bütün hüquq sisteminin başlanğıcı kimi, hüququn əsas mənbəyidir. O, cari qanunvericilik üçün hüquqi bazadır və onun xarakterini müəyyən edir. Cari qanunvericilik Konstitusiyanın müddəalarını inkişaf etdirir. Bəzi hallarda Konstitusiyada bu və ya digər qanunun qəbul edilməsi haqqında göstəriş olur (məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsində göstərilir ki, bələdiyyələrə seçkilərin qaydaları qanunla müəyyən olunur). Qanunvericiliyin hüquqi bazası kimi Konstitusiya bütün hüquq məkanında əsas mərkəzdir. O, bütünlükdə hüququn inkişafında uzlaşmaya və hüququn sistemləşdirilməsinə kömək edir.5.    Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir. Əsas Qanun kimi Konstitusiyanın aliliyi onda təzahür edir ki, bütün qanunlar və dövlət orqanlarının digər aktları onun əsasında və ona uyğun olaraq qəbul edilir. Konstitusiyaya ciddi və dəqiq riayət etmək bütün dövlət orqanları, ictimai birliklər, bütün vətəndaşlar üçün ən ali davranış normasıdır.6.     Konstitusiyanın yuxarıda göstərilən xüsusiyyətlərindən doğan ayrıca hüquqi xassələri də mövcuddur. Bunlara legitimlik, reallıq və stabillik xassələri aiddir.Konstitusiyanın legitimliyi dedikdə aşağıdakılar nəzərdə tutulur:1.    Konstitusiyanın xalq tərəfindən seçilmiş ali nümayəndəli hakimiyyət orqanı tərəfindən qəbul edilməsi.2.    Ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsi (Azərbaycan Respublikasının Konstitusiyası).3.     Xüsusi təsis yığıncağı tərəfindən qəbul edilməsi. Konstitusiyanın reallıq xassəsinə aşağıdakılar daxildir:1.    Konstitusiya müddəalarının nizama saldığı ictimai münasibətlərin xarakterinə uyğun gəlməsi.2.    Konkret tarixi şəraitdə tarixi, siyasi, etnoqrafik, iqtisadi xüsusiyyətlərin nəzərə alınması.3.     Konstitusiya  müddəalarının  sosial  nəticələrini  əvvəlcədən görmək (məqsəd və nəticə).4.     Konstitusiyanın real təminat verməsi.Qeyd etdiyimiz kimi, Konstitusiyanın hüquqi xassələrindən biri də onun stabilliyidir. Konstitusiya uzun müddət üçün nəzərdə tutulan normativ hüquqi sənəd olduğuna görə o, konstitusion tənzimləmənin obyekti olan ictimai münasibətlərə məqsədyönlü təsir etməlidir. Bunun üçün cəmiyyətdə aşağıdakı şərtlərin olması zəruridir:1.    Qanunçuluq rejiminə ciddi əməl olunmalıdır.2.    Hər hansı hüquq pozuntusuna qarşı dözümsüzlük tərbiyə edilməlidir.3.    Konstitusiyanın səmərəli müdafiə mexanizmi olmalıdır. Konstitusiya   ən   yüksək  hüquqi   qüvvəyə   malik   olan   və   bir   tərəfdən insan və cəmiyyət arasında, digər tərəfdən isə insan və dövlət arasında münasibətlərin əsaslarını nizamlayan hüquq normaları sistemidir. Bu hüquq normaları bir və ya bir neçə normativ hüquqi aktda - əsas qanunlarda cəmlənə bilər. Həmin normalar çoxsaylı normativ hüquqi aktlardan, eləcə də məhkəmə presedentlərindən və konstitusiya adətlərindən ibarət ola bilər.Konstitusiya maddi mənada özündə yazılı aktı, aktlar məcmusunu və yaxud Konstitusiya adətlərini təcəssüm etdirir. Bu da ilk növbədə insan və vətəndaş hüquq və azadlıqlarını bəyan edir və onlara təminat verir, eləcə də konstitusiya quruluşunun əsaslarını, idarəetmə formasını və ərazi quruluşunu, mərkəzi və yerli hakimiyyət orqanlarının təşkili əsaslarını, onların səlahiyyətlərini və qarşılıqlı münasibətlərini, dövlət rəmzlərini və ölkənin paytaxtmı müəyyən edir.Lakin maddi mənada «konstitusiya» termini az işlədilir. Əksər hallarda Konstitusiya barədə formal mənada, yəni digər qanunlara münasibətdə ali hüquqi qüvvəyə malik olan qanun və ya qanunlar toplusu kimi danışılır. Belə olan halda Konstitusiya bir növ qanunların ən ali səviyyəsinə yüksəlir. Konstitusiya adi qanunların dərc olunduğu qaydada dəyişdirilə bilməz, əksinə, ona uyğun gəlməyən qanunlar və digər normativ hüquqi aktların özündə müvafiq dəyişikliklərin edilməsini tələb edir.Demokratik hüquqi dövlətdə Konstitusiya nəinki dövlətin, habelə xalqın dövlətçilik iradəsini, suverenliyi ifadə etdirən cəmiyyətin də əsas qanunudur. Konstitusiya insanın və vətəndaşın əsas hüquq və azadlıqlarını, hakimiyyətin ictimai-siyasi institutlarını və xalqın özünüidarə sistemini təsbit edir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi əsası kimi çıxış edir.Konstitusiyanı cəmiyyətin mikromodeli, hüquqi nişanı kimi təsəvvür etmək olar. Məhz onun hüdudlarında və əsasında dövlət hakimiyyəti mexanizmi fəaliyyət göstərir, vətəndaşların hüquq və azadlıqları müdafiə olunur, ictimai inkişafın sahələri qabaqcadan müəyyənləşdirilir.Konstitusiya müxtəlif funksiyalara malikdir. Onun əsas funksiyası hüquqi funksiyadır. O, nə qədər müxtəlif sosial hadisələrlə əlaqədar olsa da, konstitusiya hüquq normaları sistemidir və bütün hüquq sisteminə xas olan tənzimləmə, qoruma funksiyalarını yerinə yetirir. O həm də qanunvericilik sistemində bütün digər normaların keyfiyyət və xarakterinin müəyyən edilməsi üçün başqa heç bir hüquqi aktın malik olmadığı funksiyanı - hüquq normalarının hüquqauyğunluğunun qiymətləndirilməsi, müəyyənləşdirilməsi funksiyasını yerinə yetirir.Konstitusiyanın ikinci funksiyası onun sosial funksiyasıdır. Konstitusiya ölkədəki sosial təbəqələrin ortaq mənafe və maraqlarını aşkara çıxarır. O, sosial sistemin başlıca ünsürlərini bir-birilə əlaqələndirir və onlara hüquq çərçivəsində davranış imkanı verir, onları təşkilatlandırır. Ailə, din kimi sosial təsisatlara, atalıq, analıq kimi sosial dəyərlərə təsir göstərərək, bütün sosial sistemdə mövcud münasibətlərə təsir edir və yeni dəyərlərin formalaşması üçün zəmin yaradır. Konstitusiya sosial sistemin sabitliyini təmin edir, onun inkişafının ümumi əsaslarını müəyyənləşdirir. Təhsil, elm kimi sosial sistemin yaşamasına birbaşa təsir göstərən ünsürlərə təsir etməklə konstitusiya bu sistemin həyati əhəmiyyətli maraqlarının müdafiəsini öz üzərinə götürmüş olur.Üçüncü funksiya ölkənin siyasi sistemi ilə bağlı olan siyasi funksiyadır. Konstitusiyanın bu funksiyası hakimiyyətin təşkili və dövlətin əsasları ilə birbaşa bağlıdır. Konstitusiya fərdlərin siyasi sistemdə, siyasi durumda davranış qaydalarını müəyyən edir, siyasi qüvvələrin hakimiyyəti əldə etməsinin sivil forma və üsullarını təsbit edir və nəhayət, siyasi partiyaların təşkili və fəaliyyətinin hüquqi əsasını formalaşdırır. Siyasi sistemə giriş-çıxış birbaşa konstitusiyadan asılıdır desək, yəqin ki, yanılmarıq. Siyasi sistemin əsas «oyun qaydaları» burada müəyyənləşdirilir. Məhz konstitusion normalar bütün siyasi qüvvələr üçün ümumi imperativlər müəyyən edir və siyasi sistemdə bu imperativlərə riayət olunmasına nəzarət edir (siyasi partiyaların fəaliyyətinin Konstitusiya Məhkəməsi tərəfindən qiymətləndirilməsi buna misal ola bilər).Dördüncü funksiya tərbiyəvi funksiyadır. Bu funksiya, hər şeydən əvvəl, hər bir insanda konstitusiyaya, qanunlara, insan və vətəndaşın hüquq və azadlıqlarına və dövlətə hörmət ruhu aşılayır. O eyni zamanda müəyyən dünyagörüşünü ifadə edir.Tərbiyəvi funksiya həm də insan - cəmiyyət - dövlət münasibətlərinin qarşılıqlı əlaqəsini və onların məsuliyyətini müəyyən etməkdə böyük rol oynayır.Konstitusiyanın hüquqi qüvvəsi məsələsi son illər konstitusiya hüquq elmində aktiv müzakirə olunan məsələlərdən biridir. Bu ondan irəli gəlir ki, konstitusiyanın hüquqi qüvvəsi onun xüsusiyyətlərinə görə digər aktların hüquqi qüvvəsindən fərqlənir. Hüquqi aktların qüvvəsi onların nəyə və necə, hansı dairədə tətbiq olunmasını ifadə edir. Hüquq normaları bir sistem olduğuna görə onların tətbiqi və hüquqi qüvvəsi də bir-birindən asılıdır. Elə buna görə də hüquqda birbaşa hüquqi qüvvə və dolayı hüquqi qüvvə anlayışları vardır. Bir qayda olaraq, aktlar birbaşa hüquqi qüvvəyə malikdir. Birbaşa hüquqi qüvvə onu ifadə edir ki, aktın nəzərdə tutulmuş fakta tətbiqi üçün başqa bir akta ehtiyacı yoxdur və özü konkret hala təsir edə bilər. Başqa sözlə, birbaşa hüquqi qüvvədə hüquqi nizamasalma, sadəcə, aktın öz gücü, öz imkanları hesabına həyata keçirilir. Dolayı hüquqi qüvvə isə, əksinə, onu ifadə edir ki, aktın nəzərdə tutulmuş konkret hala tətbiqi üçün başqa hüquqi akt da olmalıdır və həmin akt olmadan onun tətbiqi qeyri-mümkündür. Burada aktın realizə olunması bir başqa aktla şərtləndiyinə görə ona dolayı hüquqi qüvvə deyilir. Dolayı hüquqi qüvvəsi olan akt ortaya çıxmış konkret halı tənzimləmək üçün bir başqa aktın olmasını tələb edir. Lakin burada aktın dolayı hüquqi qüvvəsi ilə fərdi hüquqi tənzimləmənı qarışdırmaq olmaz. Ümumiyyətlə, bütün hüquq sistemi reallığa iki cür təsir edir: 1) normativ nizamasalma; 2) fərdi hüquqi nizamasalma. Fərdi hüquqi nizamasalma hüququn tətbiqi prosesinə aid olub, aktın hüquqi qüvvəsindən asılı deyil və bir çox hallarda tətbiq olunur. Fərdi hüquqi nizamasalma mərkəzləşdirilmiş qaydada, yalnız dövlət orqanları tərəfindən həyata keçirilə və ya fərdlərin özləri tərəfindən realizə oluna bilər. Məsələn, əmək müqaviləsi, mülki müqavilə fərdlərin özləri tərəfindən həyata keçirilən fərdi hüquqi nizamasalma vasitəsidir. Fərdi hüquqi nizamasalma vasitəsi qanunun tələblərini reallığa çevirmək üçün baş vermiş faktı incəliklərinə qədər tənzim edən hüququn tətbiqi mərhələsidir. İstənilən məhkəmə qərarı, hökmü fərdi hüquqi tənzimləmə vasitəsidir. Dolayı hüquqi qüvvəyə malik olan aktın realizə olunmaq üçün fərdi hüquqi nizamasalmaya deyil, normativ hüquqi nizamasalmaya ehtiyacı olur. Başqa sözlə, dolayı hüquqi qüvvəyə malik aktın - qanunun tətbiq olunması üçün sərəncam, əmr verilməmişdən əvvəl (fərdi hüquqi nizamasalma vasitəsi) mütləq başqa bir normativ hüquqi akt verilməlidir.Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə görə, konstitusiya Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Bu o deməkdir ki, heç bir akt konstitusiyaya zidd ola bilməz və konstitusion müddəalar birbaşa praktikada tətbiq edilir. Yəni hər hansı qanunun olub-olmamasından asılı olmayaraq, vətəndaş konstitusion normaların realizə edilməsini tələb edə bilər.Konstitusiyanın əsas normaları birbaşa tətbiq olunmaq imkanına malikdir. Burada isə əsas problemlərdən biri norma-prinsiplərin birbaşa təsbit olunmasıdır.Konstitusiyanın birbaşa tətbiqində məhkəmə hakimiyyətinin rolu xüsusilə yüksəkdir. Məhz məhkəmə pozulmuş hüquq və azadlıqları müdafiə edir və hüququn tətbiqi ilə də ən çox elə o məşğuldur.Hər bir Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan əsas qanun kimi özünün hüquqi mahiyyəti ilə bərabər, sosial-siyasi mahiyyətə də malikdir. Bu da ondan ibarətdir ki, Konstitusiya qəbul olunduğu zaman özündə mövcud olan siyasi qüvvələrin nisbətini təcəssüm etdirir. Bu, necə deyərlər, cəmiyyətin müxtəlif hissələrinin siyasi mənafelərinin razılaşdırıldığı ictimai müqavilədir (əlbəttə, bu heç də hüquqi mənada müqavilə deyildir). Hər belə ictimai sinif, sosial təbəqə, ərazi, milli və digər birliklər siyasi mübarizədə öz sosial mənafeyini müdafiə edir və bu mübarizədə nail olduqları səviyyə Konstitusiyada öz əksini tapır. Belə razılıq olmayan cəmiyyətdə hüquq qaydası mövcud ola bilməz.Lakin sovet dövrünün dövlət hüququ elmi uzun illər ərzində siyasiləşdirildiyindən və ideolojiləşdirildıyindən sovet və xarici ölkə Konstitusiyalarının təhlilinə əsasən sinfi mövqedən yanaşaraq, onları sinfi qüvvələrin nisbəti, sinfi-siyasi hökmranlığın aləti kimi səciyyələndirirdi. Belə təhlildə sinfi mənafelər ümumxalq mənafeyini, milli mənafelər ümumbəşəri mənafeyi üstələyirdi. Bu yanaşma marksizm-leninizm ideologiyasının əsaslarına söykənirdi.Azərbaycan Respublikası Konstitusiyası suverenliyi, müstəqilliyi və dövlət hakimiyyətinin aliliyini təsbit edən hüquqi təsis sənədidir. O, Konstitusiya quruluşuna sistemli baxışa əsas verir, dövlət institutları sistemində balans yaradır, Konstitusiya quruluşunun sabitliyini təmin edir.Azərbaycan Respublikasının Konstitusiyası yalnız dövlətin təşkilini deyil, həm də qeyri-dövlət sahələrini - sosial-iqtisadi quruluşun əsaslarını, cəmiyyətin mədəni həyatını, insan və vətəndaşın hüquq, azadlıq və vəzifələrini əhatə edir. Onun tənzimləyici rolu bütün dövlət orqanizminə aiddir. Odur ki, Azərbaycan Respublikasının Konstitusiyası onun Konstitusiya quruluşunun əsaslarmı, insan və vətəndaşın hüquqi statusunu, vətəndaş cəmiyyətinin əsas cəhətlərini, unitar dövlət quruluşunu, Azərbaycan Respublikasında qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarının təşkili və fəaliyyəti prinsiplərini, yerli özünüidarəetmənin əsaslarım təsbit edir.Bu gün respublikamızın hüquqi dövlət quruculuğu yolunu tutması onun sosial və mənəvi həyatımızda yeni, yüksək zirvələrə doğru irəliləməsindən xəbər verir. Onun hüquq sistemi kompleks sosioloji tədqiqatların və digər işlərin həyata keçirilməsini, iqtisadi və siyasi sistemin normal fəaliyyətinin hüquqi əsasının analizini, müqayisəli-hüquqi xarakterli materiallardan istifadə olunmasını, bütövlükdə qanunvericilik prosesinin öyrənilməsini, insan hüquqları və vətəndaş azadlıqlarının real müdafiəsi üçün əsaslandırılmış tövsiyələrin işlənib hazırlanmasını nəzərdə tutur.Xalqın hakimiyyət və qanunların icrası üzərində nəzarətinə nail olması belə bir fikir söyləməyə əsas verir ki, «müasir mədəni dövlət elə Konstitusiya dövlətidir».
['Konstitusiya']
4,502
https://kayzen.az/blog/Dream/8165/%C3%A7e-qevara.html
Çe Qevara
Dream
Bloq: Dream
1 yanvar 2012, 02:01
Jurnalist Liza Hovardın Çe ilə müsahibəsindən:- Bir inqilabçının sahib olduğu ən vacib xüsusiyyəti nədir? - Sevgi. - Sevgi? - İnsanlıq sevgisi, doğruluq və ədalət eşqi. Bunlar yoxdursa, demək, həqiqi bir inqilabçı deyil. Çenin məhkəməsindən:Hakim: El Salvadorda nə edirdin?  Çe: Günəşdə qaralırdım.Hakim: Yaxşı, bəs binanı niyə partlatdın? Çe: Günəşimin qarşısını kəsirdi.Dizlərim üstündə yaşamaqdansa, ayaqlarımın üstündə ölməyi üstün tuturam.Bir çiçəyi öldürə bilərsiniz, amma baharı əsla.Yalan hansı məqsədlə deyilirsə-deyilsin, ən acı həqiqətdən daha pisdir.Mübarizə aparan məğlub ola bilər. Mübarizə aparmayan çoxdan məğlub olub.
['Çe Gevara']
4,503
https://kayzen.az/blog/Dream/8161/%C3%A7e-qevaran%C4%B1n-s%C3%B6zl%C9%99ri.html
Çe Qevaranın sözləri
Dream
Bloq: Dream
1 yanvar 2012, 01:58
‎-Mən Ernestoyam. Sadəcə, Ernesto. Siz də sadəcə, bir şey olaraq mövcudsunuz. Çe olmağı mən özüm istədim, siz də inansanız, olacaqsınız. İnansanız. -Arxamca danışmağa davam et. Çünki qarşıma çıxacaq qədər böyük deyilsən.-Bəlkə heç nə yolunda getmədi, amma heç nə də məni yolumdan etmədi.-Həyatda elə seçimlər et ki, qazandıqların itirdiklərinə dəysin.-Bir gün mənim başımı əyilmiş görsən, bil ki başım yerə düşmüş birini qaldırmaq üçün əyilib.-Arxasınca getməyə cəsarətin varsa, bütün xəyalların gerçəkləşə bilər.-Mənə güc verən zəfərlərim deyil, yaşadığım məğlubiyyətlərimdir.-Həyatda həmişə həqiqətləri müdafiə et! Heç kim tərifləməsə belə, vicdanına hesab verməkdən qurtularsan. -Gizlədəsi heç nəyin yoxdursa, qorxacaq bir şeyin də yoxdur demək. -Nə qədər fərqli olursa- olsun, sənə aid olmayana müdaxilə etmə. Nə qədər bəsit olursa -olsun, sənin olandan heç vaxt əl çəkmə.-İnsanın ən böyük səhvi: qarşısındakına lazımından artıq dəyər vermək deyil, özünə layiq olduğundan daha az dəyər verməsidir.-Aslanların səssiz olduğu yerlərdə quşlar, qartallar at oynadar, amma bilmirlər ki, aslanlar o səssizliyi pozsa, qiyamət qopar. -Ayaqqabılarımın altı deşik idi, üstü həmişə boyalı idi.-Bir şeyi etmək üçün onu çox sevməlisiniz. Bir şeyi sevmək üçün ona dəlicəsinə inanmalısınız.-Yaxşılıq etməyə davam et. Qarşındakı o yaxşılığa layiq olmasa belə, sən o yaxşılığa layiqsən.-Məğlub olduğun tək döyüş, uğrunda döyüşməkdən imtina etdiyindir.-Yoxsula gülmədim, varlıya etina etmədim, faşisti sevmədim, əziləni döymədim, mən inqilabçı doğuldum, inqilabçı da öləcəm.-Döyüşmədən əsir düşməkdənsə, döyüşərək ölmək şərəflidir. -İki şeyə haqqım var: azadlıq və ölüm. Birinə sahib olmasam, o birini istəyərəm, çünki heç kim məni sağ ikən dustaq edə bilməz. -Sevgili dediyin gözəlliyi ilə səni özünə aşiq edən deyil, sənə özün olma şansı verəndir.-Ac insanların qarnını doyuranda mənə qəhrəman, bunların niyə ac olduğunu soruşanda isə kommunist deyirlər.-Həyat qorxaqları əfv etməz.-Yağış kommunistdir - hamıya eyni cür yağır. Külək isə kapitalistdir - zəif olanı yıxar.
['Çe Gevara']
4,504
https://kayzen.az/blog/kayzenin-r%C9%99smi-bloqu/8150/yeni-il-2012.html
Yeni il-2012
kayzen
kayzen.az saytının rəsmi bloqu
31 dekabr 2011, 10:09
Daha bir ilin sonu gəldi. Bu bir il ərzində çox xatirələrimiz,çox uğurlarımız.çox əziyyətlərimiz oldu.Nəticələrimiz bu oldu ki, hazırda ayda təxminən 100000 insan daimi inkişaf saytına daxil olur. hazırda Kayzen.az Azərbaycan dilində tibbə aid ən böyük məlumat bazası olan saytdır. hazırda dünya okeanından tutmuş marketinq kommunikasiyalarına qədər hər bir mövzuda insanları məlumatlandıracaq maraqlı yazılarla dolu saytdır. hazırda Kayzen azsaylı,lakin keyfiyyətli istifadəçi kollektivi ilə uzun illərdir böyük saytların əldə edə bilmədiyi nəticələrə nail olub. hazırda Kayzen axtarış sistemlərində mədə-bağırsaq xəstəliklərindən tutmuş uğur qazanmağın yollarını axtaran insanlara qədər bir çox mövzuda tapılan nəticələrdə insanlara kömək olur. Bu bir il ərzində Kayzendə spam göndərən afrikalı dostlarımız,sayta açanda Süni İntellektin qara-qura kodları,saytda istifadəçilərə intim yaxınlıq üçün təklif göndərən (hətta oğlanlara belə) qaqaşlar, texniki problemlər də üstümüzdən əksik olmadı.Bu bir il ərzində çox istifadəçiləri də itirdik. Neyləyək,hamının xoşuna gəlmək olmur Hər bir sahəyə aid məlumatları göndərən yaxud yerləşdirib faydalı olmaq istəyən nəcib adamlara təşəkkür edirik.Kayzen üçün bu bir il ərzində əməyi keən hər kəsə minnətdarlığımızı bildirir,gələn il daha böyük nailiyyətlərə imza atmanızı arzulayırıq. Yeni il bayramınız mübarək!
['rəsmi anons']
4,505
https://kayzen.az/blog/dusundurucu-hekayeler/8146/silinm%C9%99z-dostluq.html
Silinməz dostluq
umud600
Düşündürücü hekayələr
31 dekabr 2011, 00:30
Bir-birini çox sevən iki səmimi dost birlikdə yola düşürlər. Dağlardan, meşələrdən, çaylardan keçib bir səhraya çatırlar. Uzun yol dostlardan birinin ürəyini sıxmağa başlayır. Eyni açılsın deyə dostunun boynuna bir şillə çəkir. Yorğunluqdan taqəti tükənən, üstəlik də durduğu yerdə şillə yeyən dost qumun üstünə " Bu gün ən yaxşı dostum mənə şillə vurdu " yazır və dostundan " məni niyə vurdun?" - deyə soruşmadan yoluna davam edir. Dostların bitməz-tükənməz səyahəti səhrada davam edərkən şillə yeyib inciyən dost qəflətən bir qum girdabına düşür. Əvvəlcə ona şillə vuran dost dərhal köməyə gəlir. Qumlar dostunu girdaba çəkərkən əl uzadıb onu xilas edir. Şillə vuran dostunun onu xilas etdiyini görən yolçu bu dəfə də bir daşın üstündə bıçaqla " Bu gün məni ən yaxşı dostum ölümdən xilas etdi!" yazır və belə bir dostu olduğuna görə Allaha şükür edir. Bunu görən xilaskar dost isə sözlərin quma deyil, daşa yazılmasını heyrətlə qarşılayır və ona: - Mən sənə şillə vuranda " Bu gün ən yaxşı dostum mənə şillə vurdu!" sözlərini qumda yazmışdın. Bu gün isə səni girdabdan xilas edəndə daşın üstünə " Bu gün məni ən yaxşı dostum ölümdən xilas etdi!" yazdın. Bunun səbəbini öyrənə bilərəm?  - deyə soruşur. Dostu ona təbəssüm edib: - Sən mənə şillə vuranda qəzəblənmədən quma " Bu gün ən yaxşı dostum mənə şillə vurdu!" sözlərini yazdım ki, əsən küləklər yazını silib aparsın. Məni girdabdan xilas edəndə isə" Bu gün məni ən yaxşı dostum ölümdən xilas etdi" sözlərini daşlara yazdım ki, heç bir külək dostluğumuzu silib aparmasın. Dostluğumuz əbədi olsun, - deyir.
['Xilaskar dost', 'şillə', 'qəzəb', 'dostluq', 'dostluğun gücü']
4,506
https://kayzen.az/blog/psixologiya/1771/xarakter.html
Xarakter
pedaqoq
Psixologiya
30 dekabr 2011, 20:44
1. Xarakter haqqında anlayış. 2. Xarakter əlamətləri. 3. Xarakterin aksentuasiyanın tipləri. Psixopatiya. 1-ci sual. İnsanları bir-birindən fərqləndirən, şəxsiyyətin davamlı xüsusiyyətlərindən biri də xarakterdir. İnsanlar həmişə bir-birinin xarakterinə böyük əhəmiyyət verir, davranış və rəftarında bunu nəzərə alırlar. Onun ən mühüm cəhəti ondan ibarətdir ki, xarakter şəxsiyyətin hər cür xüsusiyyətlərinin deyil, mühüm və davamlı fərdi xüsusiyyətlərinin məcmusunu əks etdirir. Xarakter şəxsiyyətin digər fərdi-psixoloji xüsusiyyətlərindən, məsələn, qabiliyyət və temperamentdən fərqlənir. Qabiliyyətlər insanın yaradıcılıq imkanlarını nəzərdə tutursa, xarakter insanın davranış və rəftarında özünü göstərən xüsusiyyətlərin cəmidir. Temperament bioloji, xarakter isə sosial amillərlə şərtlənir. Xarakter həyatda qazanılmış davranış formasıdır. Xarakter fəaliyyət və ünsiyyət prosesində əmələ gəlir. Bütün bunlarla yanaşı insanın xarakteri onun dünyagörüşü və əqidəsi ilə sıx bağlıdır. Şəxsiyyət üçün tipik olan fəaliyyət və ünsiyyət prosesində formalaşan və təzahür edən, tipik şəraitdə üzə çıxan və şəxsiyyətin bu şəraitə olan münasibəti ilə müəyyən edilən özünəməxsus fərdi-psixoloji xüsusiyyətlərin məcmusuna xarakter deyilir. 2-ci sual. Xarakter əlamətləri çoxdur. Ayrı-ayrı dillərdə xarakter əlamətlərini ifadə edən 4 mindən çox söz var. Xarakter əlamətlərini aşağıdakı kimi təsnif etmək olar: İnsanın özünə münasibətini ifadə edən xarakter əlamətləri (lovğalıq, şöhrətpərəstlik, təvazökarlıq). İnsanın əməyə münasibətini ifadə edən xarakter əlamətləri (tənbəllik, əməksevərlik, məsuliyyətlilik). İnsanın əşyalara münasibətini ifadə edən xarakter əlamətləri (pintilik, səliqəlilik). İnsanın başqa adamlara münasibətini ifadə edən xarakter əlamətləri (qayğıkeşlik, kobudluq, tələbkarlıq, doğruculuq və s.) İnsanın xarakterini dəyişmək üçün onun başqa adamlara, özünə, əməyə və əşyalara münasibətini dəyişmək lazımdır. Xarakter əlamətlərini 2 yerə ayırmaq olar: tipik və fərdi əlamətlər. Eyni cəmiyyətdə yaşayan insanların həyat şəraitində tipik xüsusiyyətlərlə yanaşı özünə-məxsus cəhətlər də özünü göstərir. Bu xüsusiyyətləri ifadə etmək üçün makro və mikromühit terminlərindən istifadə edə bilərik. Etnik və milli xarakter əlamətləri makromühitdə formalaşır. Xarakterin tipik və fərdi əlamətləri həmişə qarşılıqlı əlaqədədir. 3-cü sual. Aksentuasiya latınca vurğu deməkdir. Xaraktein aksentuasiyası dedikdə, onun ayrı-ayrı xarakter əlamətlərinin normadan artıq güclənməsi nəticəsində əmələ gələn kənar ifrat variantları nəzərdə tutulur. Burada normaya uyğun olan xarakter əlamətləri haqqında söhbət gedir. Xarakter və onun aksentuasiya məsələsinə də ciddi fikir verilməlidir. Çünki xarakter şəxsiyyətin mahiyyətini açmağa, onu düzgün anlamağa imkan verir. Xarakterin vasitəsilə insanın gələcək planlarını, hərəkətlərinin istiqamətini və s. proqnozlaşdırmaq və ona təsir etmək mümkündür. Xarakter aksentuasiyası tiplərini alman psixiatrı A.E.Liçko və K.Leonqard təsnif etmişdirlər. Liçkonun təsnifatı ilə gəlin tanış olaq: 1. Gipertim tip - əhvalları həmişə yüksək olur, bir işə həvəslə başlayır, ammaa axıra qədər çatdırmırlar, tək qala bilmirlər. 2. Tsikloid tip - əhvalları əsasən xarici şəraitlə bağlıdır, əhvalı yaxşı olanda zarafatcıl olurlar, pis olanda isə dostlarından və yoldaşlarından qaçır və tənbəl olurlar. 3. Labil tip - əhvalları həddən artıq tez-tez dəyişir və onun ünsiyyəti, iş qabiliyyəti, iştahı da bundan asılı olaraq dəyişir. 4. Astenonevrotik tip - tez yorulur, bir şey olmamış tez həyəcanlanır, ruh düşgünlüyü olur. 5. Senzitiv tip - çox həssas, utancaq, qorxaq, cəsarətsizdirlər. Dostları ilə mehribandırlar. 6. Psixoastenik tip - həmişə nədənsə ehtiyat edirlər, şübhələnirlər, qorxurlar, həyəcanlanırlar. 7.Şizoid tip - adamlardan qaçırlar, qaradinməzdirlər. 8. Epileptoid tip - özlərini idarə edə bilmirlər, heç nədən dava salırlar, uzun müddət özlərinə gələ bilmirlər, hövsələsizdirlər. 9. İsteroid tip - yerli-yersiz danışırlar, yalan danışırlar, şöhrətpərəstdirlər, özlərini yalandan xəstəliyə vururlar. 10. Səbatsız tip - indiki günlə yaşayırlar, gələcək barəsində fikirləşmirlər, tez təsir altına düşürlər, adamlarla tez dil tapırlar. 11. Konform tip - başqa adamların tələblərinə tez uyğunlaşırlar, hamı necə mən də elə. 12. Konform tipin konform gipertim variantı - qaydalara canla- başla riayət edir, gələcəyinə optimistcəsinə yanaşır, başqalarının istədiyi kimi hərəkət edirlər. 13. Qarışıq tip - davranışında müxtəlif tiplərin əlamətləri özünü göstərir. Psixiatriya yunan sözü olub «psyche»- ruh, «iatriya» - müalicə edirəm deməkdir. Müasir psixiatriya ağır psixi xəstəlikləri, nevrozları, şəxsiyyətin pozuntularını, somatik xəstəliklər zamanı rast gəlinən psixopatoloji halları və s.-ni əhatə edir. Psixopatiya nədir? Psixopatiya da yunan sözü olub, «psiche» - beynin xüsusi funksiyası: əqli, hissi, mənəvi, idrak və s. qabiliyyətinin bütün formalarını əhatə edən anlayış, «patos» isə pozuntu, iztirab deməkdir. Psixopatiya dedikdə, şəxsiyyətin patalogiyası nəzərdə tutulur. Psixopatiyaların hərtərəfli öyrənilməsi sahəsində böyük xidmətləri olan Qannuşkin 1933-cü ildə psixopatiyaların ümumi sistematikasını yaratdı. Psixopatiyanın diaqnozu Qannuşkinin təklif etdiyi 3 başlıca əlamətə əsaslanır. Bu üç cəhət psixopatiyanı xarakterin aksentuasiyasından fərqləndirir. Xarakterioloji pozuntuların həcmli olması. Həyat boyu onların az dəyişkən və davamlılığı. İctimai uyğunlaşmanın dəyişməsi. Hazırda şəxsiyyətin disharmoniyasmm (eybəcərliliyi) bütün formalarını 4 böyük qrupa bölmək olar: I qrupa təfəkkür sferasına məxsus dəyişikliklər qeyd olunan psixopatlar aid edilirlər. II  qrupa təəssürat   sferasına  məxsus  pozuntuları   olan  psixopatlar daxildirlər.III qrupa iradi pozuntuları olanlar aid edilirlər. IV qrup qarışıq forma psixopatları birləşdirir. Bu qrupa aid edilən psixopatlarda polimorf əlamətlərin dəyişkənliyi əsas sindromu təyin etməyə imkan vermir. Psixopatiyanın müxtəlif tipləri var: Astenik tip - onlarda uşaqlıqdan ümumi zəiflik, yorğunluq olur, sadəlövhlük, hissiyyata qapılma, tez yorulma, diqqətin zəifləməsi, cüzi bir səbəbdən təlaş keçirmək. Psixoastenik tip (anankastik) - özlərinə qarşı inamsız, kövrək, daima aciz və köməksiz olduqlarını hiss etmək. Şizoid tip - bu tip psixopatların başlıca cəhəti autistik təfəkkürə malik olmalarıdır. Təkliyi sevirlər, qeyri-adi məşğuliyyətlərə daha çox maraq göstərirlər. Paranoid (paranoyal) tip - öz şəxsi keyfiyyətlərini, bilik və bacarıqlarını həmişə nümayiş etdirməyə səy göstərirlər. Başqalarının fikirlərini daima inkar edirlər. Onlar üçün yalnız özlərinin fikirləri mövcuddur. Oyanıqlı (epileptoid) tip - onlar tez əsəbləşir, aqressiv, sözə baxmayan və tərsdirlər. Affektiv tip - bu tip psixopatların başlıca xüsusiyyətləri əhval-ruhiyyələrinin bir-birinə zidd qütblər arasında (distimiya və hipertimiya) tez-tez dəyişməsidir. Distimiya - pessimistlərdir, hipertimiya - onun əksidir. İsterik tip - nəyin bahasına olursa - olsun diqqət mərkəzində olmaq istəyənlərdir. Yalançı və gopçu. Davamsız tip - dözümsüz, cüzi bir səbəbdən əsəbiləşən, ərköyün, diqqətin davamsızlığı, liderliyə can atmaq, lakin iradənin zəifliyi onların yumşaq xasiyyət və təşəbbüssüzlüyünü büruzə verir.
['xarakter', 'xarakterin əlamətləri', 'psixopatiya', 'aksentuasiya']
4,507
https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/8144/m%C3%BCs%C9%99lman-%C3%A7inli.html
Müsəlman çinli
Xrizoberil
İslami Hekayətlər
30 dekabr 2011, 15:39
Çinin müxtəlif bölgələrindən on nəfər İstanbula gəlir. Bu on nəfər sıravi insanlar deyildi. Bunların ortaq xüsusiyyətləri yeni Müsəlman olmalarıdır. Ümrə üçün İstanbul üzərindən Ərəbistana gedəcəkdilər. Hamısı da yeni Müsəlman olmuş. Kimi iyirmi gün əvvəl, kimi bir ay, kimi isə iki ay əvvəl Müsəlman olmuşdu. Nə kifayət qədər İslami məlumatları vardı, nə də edəcəkləri ümrə ilə əlaqədar bir məlumatları. Yanlarına, özlərinə köməkçi olacaq, həm Çin dilini, həm Ərəb dilini yaxşı bilən, həm də İslami məlumatı olan birini rəhbər olaraq götürəcəkdilər. Təqdiri İlahi, Türkistandakı Çin zülmündən qaçıb İstanbula yerləşmiş bir Uyğur Müsəlman, bu on Çinliyə rəhbər oldu. Bundan sonrasını həmin müsəlman qardaşımızın dilindən dinləyək: "Yeni Müsəlman olmuş bu on Çinli ilə birlikdə yola çıxdıq. Qısa zamanda aramızda yaxşı bir dostluq quruldu. Yeni mömin olmuş bu insanlar, böyük bir həyəcan yaşayırdılar. Heç birinin İslami məlumatı yox idi. Hətta namazda oxuyacaqları surələri bilmədikləri kimi Fatihəni belə bilmirdilər. Bəzi zikrləri etdirməyə çalışır; ancaq Çincə tələffüz çətin olduğu üçün zikrləri tam oxuya bilmirdilər. Namazlarda yalnız "Əlhəmdülillah, Allahu Əkbər" deyə bilirdilər. Məndən soruşmuşdular: "Nə edək?" deyə. Mən də onların kiminə "Əlhəmdülillah", kiminə "La ilahə illəllah" və belə zikrləri öyrətməyə çalışırdım. Onlar da namazlarda bunları söyləyirdilər. Əvvəl Məkkəyə getdik. Kəbədə onların halı görülməyə dəyər idi. Yeni doğulmuş uşaqlar kimi həyəcan və sevinc içində, gah ağlayır, gah gülürdülər. Adlarını dəyişdirmişdik: Məhəmməd (Chan Ching), Həsən (Chun Fang) kimi hər biri yeni adı ilə çağırılırdı. On Çinli qardaşımızdan biri olan Məhəmməd də bir fərqlilik vardı. Bu vəziyyət diqqətimi çəkmişdi. Hər namazını gözləri yaşlı olaraq bitirirdi. Yaxşıca diqqət yetirdim. Bəli, Məhəmməd namazlarında ağlayırdı. Mənə də davamlı suallar verir, İslam haqqında məlumat əldə edirdilər. Mən də bildiyim qədəriylə onlara məlumatlar verirdim. Bir gün Məhəmməd soruşdu: "İçki nədir, içkiyə dinimiz necə baxar?" "Rəbbimiz içkini qəti olaraq qadağan etmişdir, içilməsi, hazırlanması, daşınması, satılması qadağandır." Qaldığımız otelə gəlmişdik. Məhəmməd zəng edəcəyini söylədi və ona vətəninə zəng etmə imkanı təmin etdik. Çindəki qardaşına zəng edirdi, qardaşına eynilə belə deyirdi: "İçki fabrikimizi bağla, Allahımız elə əmr etmiş. Bizə bu əmrə riayyət etmək düşər." Qardaşı bunu edə bilməyəcəyini, böyük zərər edəcəklərini söyləyirdi. Lakin Məhəmməd qərarlı idi: "Allah əmr etmiş, bizə düşən yerinə yetirməkdir. İstehsalı dərhal dayandır, mən gələndə borcları həll edərəm." İçki fabriki bağlandı. Məkkədəki ibadətlərimizə davam edirik. Yenə bir gün mənə soruşduqları suallardan çıxardıqları bir nəticəni açıqlayarlar: "Qadın modası, qadınları yarı çılpaq təsvir etmək kimi fəaliyyətlər də dinimizdə qadağandırmı?" Bəli qadağandır. Eyni gün otelə gəldiyimizdə yenə Çinə zəng etdi və bu səfər də qardaşına moda evinin bağlanılması əmrini verdi. Qardaşı yenə etiraz etdi; ancaq Məhəmməd nə etiraz dinlədi, nə də qərarından imtina etdi: "Rəbbimiz əmr etdi isə bizə bu əmri yerinə yetirmək düşər." Məkkədəki ziyarətimizi bitirdik və Mədinəyə getdik. Mədinədə bir səhər namazı. Əfəndimizin "Bura cənnət bağçasıdır." buyurduğu yerdə səhər namazının fərzini edirik. Məhəmməd mənim yanımda. Digər Çinli qardaşlarımızda yanımızda... İlk səcdəyə çatırıq, səcdədən qalxırıq, ikinci səcdəyə çatırıq, sonra qıyama qalxırıq. Məhəmməd hələ də səcdədə, qalxmadı. Təkrar səcdə edirik, əttəhiyyətuyu oxuyuruq və salam veririk. Məhəmməd hələ səcdədə... Düşündüm ki, yorğunluqdan və yuxusuzluqdan bəzən insana bir halsızlıq,ağırlıq gəlir, Məhəmmədə də səcdədə belə bir şey oldu, yatdı. Əlimi uzatdım, çiyininə toxundum və yüngülcə çəkim dedim ki, sağ tərəfinin üzərinə diyirləndi. Məhəmmədin ölmüş ola biləcəyini düşündüm. Hadisə eşidilmişdi. Məhəmmədi çölə çıxardılar, bir təcili yardıma qoyaraq xəstəxanaya apardılar. Biz də getdik. Xəstəxanadakı ilk müayinədə çoxdan vəfat etdiyini söylədilər. Məhəmmədi xəstəxananın meyitxanasına qaldırdılar. Çinli qardaşlarımla birlikdə xəstəxananın qarşısında nə edəcəyimizi bilməz bir halda kədər içində idik. O arada bir avtomobil ilə yüksək mövqe sahibi bir şəxs gəldi. Hər kəs onu hörmətlə qarşıladı, sonradan öyrəndik ki, bu şəxs Mədinənin öndə gələn idarəçilərindən biri idi. Xəstəxana səlahiyyətlilərindən soruşdu: "Bu gün burada ölən bir Çinli varmı?- "Bəli" cavabını alıb belə açıqlama verdi: "Dünən gecə Əfəndimiz yuxumda mənə göründü və buyurdular ki, "Sabah burada bir Çinli qardaşım vəfat edəcək, onun cənazəsi ilə maraqlanın." Bir anda hər şey dəyişdi. Məhəmmədi meyitxanadan götürdülər, bir dövlət səlahiyyətlisinə edilənlərdən daha artığını etdilər... Allah, hamımıza bu dünyadaykən Onun "yoldaşı" olmağı nəsib etsin. Amin. mənbə: Zaman Qəzeti
['islam']
4,508
https://kayzen.az/blog/internet-yenilikleri/8143/facebook-da-rekord-sayda-%C5%9F%C9%99rh-y%C4%B1%C4%9Fan-millli-%C5%9Firk%C9%99t.html
Facebook -da rekord sayda şərh yığan millli şirkət
2ral
internet aləmi
30 dekabr 2011, 12:37
Bir statusda 6 mindən çox şərh yazılmağın səbəbi sən demə qeyri-adi viktorinadır. Yarışın qaydalarına əsasən aşağıda göstərilən ünvana daxil olub sadəcə bir şərh yazıb 3G dəstəkli müasir telefon qazanmaq mümkündür. Bircə şərt var: yazılan şərh sonuncu olmalı və ya bu şərhdən sonra 2 saat ərzində yenisi yazılmamalıdır. Viktorina Nar Mobile-ın rəsmi facebook səhifəsində ( www.facebook.com/NarMobile.Official) hələ də davam edir.  UPD.Facebook-da  1 statusda rekord sayda şərh toplamış yarışmanın qalibi müəyyənləşdi.26  yaşlı Rəşad Mehdiyev  Nar Mobile tərəfindən keçirilən yarışmanın qalibi  oldu. Qalib 3G dəstəkli mobil telefonu qazandı. Xatırladaq ki, yarışın qaydalarına əsasən, Nar Mobile-ın rəsmi Facebook səhifəsinə daxil olub, sadəcə bir şərh yazaraq, 3G dəstəkli müasir telefon qazanmaq mümkün olub. Yarışmanın əsas şərti isə  yazılan şərhin sonuncu olması və ya bu şərhdən sonra 2 saat ərzində yenisi yazılmamasıydı.Qalib isə özünün də dediyi kimi 7 gecə yuxusuz qalan, 11.981 şərh arasında cənab Rəşad Mehdiyev adlı istifadəçi olub. O, 04 yanvar 2012-ci il, saat 05.32 – 07.32 arasında qalib olmağı bacarıb.
['facebook səhifə']
4,509
https://kayzen.az/blog/Kinosunas/8141/ya%C5%9F%C4%B1l-geyim.html
Yaşıl geyim
Kinosunas
Bloq: Kinosunas
30 dekabr 2011, 00:41
Yolda onunla qarşılaşdığım zaman Azan oxunurdu. -Gəl,məscidə gedək.Bugün Cümədir. -Sən bilirsən mən məscidə getmirəm. -Bilirəm.Və səbəbi həqiqətən də maraqlıdır. -Nə bilim olmur.Şalvarımın da əzilir,dizləri ağarır. Özümdən aslı olmadan gülməyə başladım və dedim: -Yaqin zarafat edirsən? Bunun üçün məscidə getməzlər? Həqiqətən də eləymi.Geyindiyi paltarların çoxu yaşılın müxtəlif tonlarında olardı və çox səliqəli,ütülü geyinər,əzilməsini istəməzdi. — Yaxşı.Heç olmasa ömründə məscidə getmisən? -Uşaq vaxtı babamla gedərdim. Yaqin o zaman paltarım üçün narahat olmudum. Artıq məscidə gedə biləcəyimi heç düşünmürəm. Söylədikləri məni çox təəccübləndirmişdi və söhbəti açdığıma peşman etmişdi.Sonra sağollaşdıq.Onunla söhbətimdən 2 ay sonra məsciddə olduğunu söylədilər. Getdim. Ən öndə durmuşdu. Və yenə də üzərində yaşıllar vardı. Yavaşca yaxınlaşdım və qısıq səslə dedim: -Bəs məscidə gəlməyəcəkdin? Heç səs çıxartmadı. Çünki, yaşıl örtülü bir tabutun içərisində yatırdı…
['ibrətamiz hekayə']
4,510
https://kayzen.az/blog/fotosessiya/8139/kreativ-dollar-fiqurlar%C4%B1.html
Kreativ Dollar Fiqurları
BaKiNeC
Fotosessiya
29 dekabr 2011, 23:22
['Kreativ Dollar Fiqurları', 'puldan fiqurlar']
4,511
https://kayzen.az/blog/fotosessiya/8126/kreativ-yolkalar.html
Kreativ Yolkalar
BaKiNeC
Fotosessiya
29 dekabr 2011, 21:56
['Kreativ Yolkalar', 'qeyri-adi yolkalar']
4,512
https://kayzen.az/blog/fotosessiya/8125/kreativ-karanda%C5%9F-fiqurlar%C4%B1.html
Kreativ Karandaş Fiqurları
BaKiNeC
Fotosessiya
29 dekabr 2011, 21:32
['Kreativ Karandaş Fiqurları', 'qeyri-adi karandaş fiqurlar']
4,513
https://kayzen.az/blog/marketinq/8052/marketinq%C9%99-n%C9%99-q%C9%99d%C9%99r-pul-ay%C4%B1rmal%C4%B1.html
Marketinqə nə qədər pul ayırmalı?
Əliyev
Marketinq
29 dekabr 2011, 18:38
Malın tanıdılması üçün nə qədər vəsait sərf etmək lazım olduğunu dəqiq heç kim bilmir. Hamı üçün vahid bir düsturun çıxarılmasını mümkünsüz edən müxtəlif metodikalar, sahə xüsusiyyətləri və bir çox digər amillər mövcuddur. Pepsi, Coca-Cola, Puma, Adidas və digər bu kimi transmilli korporasiyaların brendləri ictimai miqyasda tanınsa da, onlar marketinqə milyardlarla dollar pul xərcləyir. Beləliklə, bu məqsədlərə nə qədər vəsait ayırmaq lazımdır? İlk növbədə, qeyd edək ki, marketinq büdcəsi – şirkətin öz malını və ya xidmətini daha yaxşı tanıtmaq məqsədi ilə sərf etməyə hazır olduğu pul məbləğidir. Bu büdcədə reklamın da, təbii ki, öz yeri var, amma reklamdan əlavə, pul vəsaitlərinin qoyuluşu tələb olunan digər sahələrin də mövcud olduğunu başa düşmək lazımdır: buraya bazar tədqiqatı, məqsədli auditoriyanın axtarılması, rəqabətli təkliflərin öyrənilməsi və s. aiddir. Hər bir müəssisə üçün marketinq büdcəsinin öz həcmi var. Burada hər şey sahənin səciyyəsindən, öz aralarında rəqabət aparan şirkətlərin sayından, təkliflərin və xidmətlərin yenilik səviyyəsindən və bir çox digər amillərdən asılıdır. Marketinq büdcəsini müəyyənləşdirməyə kömək edən, ən geniş yayılmış metodikaları nəzərdən keçirək. 1. Gəlirdən faizin çıxılması. Bu, marketinq proqramlarına çəkiləcək xərclərin müəyyən edilməsinin ən geniş yayılmış üsullarından biridir. Faiz, adətən, sınaqlar və səhvlər üsulu ilə təyin edilir və son nəticədə kafi faiz müəyyən olunur. Çox zaman bu, 5-20% civarında dəyişir, halbuki, kifayət qədər iri şirkətlər də mövcuddur ki, onlar bu faizi daha kiçik – 1%-dək həddə müəyyən edirlər. Şirkətin gəlir səviyyəsinin müxtəlif səbəblərdən, məsələn, mövsümi amillərin təsirindən dəyişməsi buna əngəl törədir. 2. Satışlardan (ticarət dövriyyəsindən, ümumi dövriyyədən) faizlərin çıxılması. Bu da oxşar bir üsuldur, amma bu halda malın istehsalına / xidmətin göstərilməsinə çəkilən xərclər nəzərə alınmır. Marketinqə xərclərin çəkilməsi üsulunda faiz daha az olacaq. Bu üsul çox iri istehsal şirkətləri üçün maksimal dərəcə effektlidir. 3. “Təcavüzkar” büdcə, yaxud, sərf edilməsi mümkün olan vəsaitlər. Şirkət bazarda öz sözünü deməyə, daha çox paya sahib olmağa çalışdığı təqdirdə bu üsul öz təsirini göstərir. Özü üçün müvafiq yer tapmış, alıcıların və istifadəçilərin hələ tanış olmadığı mallar və xidmətlər təklif edən kiçik şirkətlər üçün daha münasibdir.Bununla belə, vəsaitlərin sərf olunmasının bu üsulu böyük risklərlə bağlı olduğundan, onu tətbiq etməzdən qabaq yaxşıca düşünmək lazımdır. Sizin mütərəqqi malınızın və ya xidmətinizin fəal şəkildə tanıdılmasının ən xoşagəlməz nəticəsi bilavasitə “ideya oğurluğu” ola bilər. Bu yolla sizin rəqibləriniz reklama heç bir pul xərcləmədən, sadəcə olaraq, oxşar və ya əvəzedici malı və ya xidməti daha aşağı qiymətə təklif etməklə tam hazırlanmış istehlakçı bazarı əldə edə bilərlər. 4. Rəqiblərdəkindən daha artıq. Bu üsulun mahiyyəti, sizin rəqiblərinizin marketinqə nə qədər vəsait sərf etdiyini müəyyənləşdirməkdən və onların göstəricilərini üstələyəcək büdcə təklif etməkdən ibarətdir. Bu tam məntiqli üsul son dərəcə ciddi bir problemlə bağlıdır – rəqiblərin nə qədər vəsait sərf etdiyini dəqiq bilmək lazımdır. Doculand şirkətinin satış üzrə meneceri Səbinə İbadova deyir: «Bu məsələdə Azərbaycan reallıqları qərb təcrübəsindən əhəmiyyətli dərəcədə fərqlənir. Bir çox yerli sahibkarların ən böyük çatışmazlığı onların bu məsələdə ardıcıl olmamalarıdır». Mütəxəssisin sözlərinə görə, marketinq üzrə təsdiqlənmiş büdcə il ərzində azalan qayda ilə bir neçə dəfə dəyişilə bilər. Bu cür yanaşma şəraitində heç bir effektivlikdən və təhlildən söhbət belə gedə bilməz. Marketinqə çəkilən xərclərin effektivliyi Marketinqə çəkilən xərclərin müxtəlif metodikaları var və hər bir şirkət, biznesin xüsusiyyətini nəzərə almaqla, onun üçün daha münasib olan metodikanı seçə bilər. Bununla belə, yadda saxlamaq lazımdır ki, marketinq xərcləri öz-özlüyündə məqsəd deyil. Onlar şirkətin gəlirlərini artırmaq üçün nəzərdə tutulub və başqa heç bir funksiya daşımır. Reklamınızın, marketinq tədqiqatlarının, piara çəkilən xərclərin nə dərəcədə effektiv olduğunu necə müəyyən etmək olar? Reklam haqqında danışaq. Yəqin ki, çoxları, reklam büdcəsinin tən yarısının havaya sovrulması haqqında fikirlə tanışdır, amma büdcənin məhz hansı yarısının havaya sovrulduğunu heç kim bilmir. Bu fikirdə səmərəlilik çalarlarının olmasına baxmayaraq, effektivliyi müəyyən etmək mümkündür və hətta vacibdir. Təbii ki, sizin reklam büdcəniz bir neçə daşıyıcını – televiziyanı, çap məmulatlarını, İnterneti əhatə etdikdə, reklamın daha yaxşı harada işlədiyini müəyyən etmək o qədər də asan deyil. Məsələn, siz öz malınızı televiziyada və İnternetdə reklam edirsiniz və onların hər birinin 20 000 nəfərdən ibarət məqsədli auditoriyası var. Beləliklə, sizin reklamınızı məhsulunuzun 40 000 nəfər potensial istehlakçısı görüb. Bəs onlardan neçəsi supermarketə gələrək sizin malınızı əldə edib? Əlbəttə, əgər marketinq xidmətinə bu tədqiqata görə haqq ödənilərsə, bunu da müəyyən etmək olar. Buna pul xərcləyib-xərcləməməyi artıq özünüz qərarlaşdırmalısınız. Azərbaycanda bu cür marketinq tədqiqatı 10 000 manat və ya daha artıq qiymətə başa gələcək. Reklama və marketinqə çəkdiyiniz xərcləri hesablayıb gəlirlərlə müqayisə etdikdən sonra ziyanla üzləşdiyinizi başa düşəcəksiniz, çünki sizin xərcləriniz geri qayıtmayacaq və həmin mərhələdə lazımi effekt verməyəcək. Amma ziyanla üzləşməyinizə baxmayaraq, məhz hansı reklam daşıyıcısının sizə daha çox gəlir gətirdiyi barədə dəyərli məlumat alacaqsınız. Bunun əsasında, tədqiqatın nəticələrini nəzərə alaraq, gələcək xərcləri planlaşdırmaq və artıq gələn ay mənfəətlə işləmək olar. Beləliklə, qısa xülasə: 1. Marketinqə çəkilən xərclərin gəlirlərə optimal nisbəti təxminən 10% təşkil edir. Bu zaman öz biznesinizin səciyyəsinə diqqət yetirmək lazımdır. Məsələn, əgər siz sərinləşdirici içkilərin satışı ilə məşğul olursunuzsa, o halda yay mövsümündə sizin fəallığınız qış mövsümünə nisbətən qat-qat yüksək olmalıdır. 2. Reklama çəkdiyiniz xərcləri ətraflı şəkildə izləyin və onların effektivliyini yoxlayın. Əgər bir neçə ay ərzində sizin marketinq səyləriniz nəticə vermirsə, deməli, marketinq büdcəsinin sərf olunması siyasəti yanlış seçilib. 3. Hansı marketinq səyləri daha effektlidir? Hansı reklam daşıyıcıları daha çox mənfəət gətirir? Satış həcminin artmasını izləməklə bərabər, marketinq tədqiqatları apararaq məhz hansı reklamın daha effektiv olduğunu müəyyən etmək lazımdır. 4. Rəqiblərinizi müşahidə edin. Onlar marketinqə nə qədər vəsait xərcləyir? Bu, sizin satış həcminizə necə təsir göstərir? Siz onların büdcəsi ilə rəqabət apara bilərsinizmi? Əgər Pepsi şirkətinin reklam büdcəsinin sizinkindən min dəfələrlə böyük olduğunu anlayırsınızsa, o halda mübarizəyə girişmək əvəzinə, məhsulunuzun tanıdılması üçün başqa üsullar axtarmaq lazımdır. Mənbə: Marketinqə nə qədər vəsait ayırmaq olar?
['marketinq', 'marketinq analizi', 'marketinq auditi', 'marketin araşdırması']
4,514
https://kayzen.az/blog/%C3%B6lk%C9%99l%C9%99r/6561/yaponiya.html
Yaponiya
luminat
Ölkələr
29 dekabr 2011, 00:11
Yaponiya arxipelaqına 3 minə qədər böyük və xırda adalar daxildir. Bunlardan ən böyükləri Xonsyu, Xokkaydo, Kyusyu və Sikoku adalarıdır. Hazırda Yaponiyada əhalinin mayı 130 mln-a yaxındır. Şərqi və Mərkəzi Asiya ölkələri içərisində Yaponiya şəhər əhalisinin sıxlığına görə I yerdə durur. Əhalinin 80%-i şəhərlərdə yaşayır. Yaponiya monoetnik ölkədir. Yəni onun əhalisinin 99 %-ini yaponlar təşkil edir. Yaponiyanın yerli əhalisi aynlar hesab olunurlar. 20 min nəfərdirlər. Bundan başqa Yaponiyada 700 min koreyalı, 80 min çinli, 23 min amerikan, 6 min filippinli, 5 min ingilis, 2 min hindli və 2 min nəfər kanadalı yaşayır. Yaponiya adalarının ilkin məskunlaşması cənub-şərqi Asiyadan başlamışdır. Bu miqrasiya e.ə. VIII-VII minilliklərdə baş vermişdir. Onlar əvvəlcə Ryukku adalarına gəlmiş, sonralar isə şimal adalarına keçmişlər. Belə hesab edirlər ki, aynların əcdadları bu gəlmələrlə şimaldan gəlmiş avstroloid antropoloji tipinə malik olan paleoasiyalarla birləşmə əsaında təşəkkül tapmışlar. E.ə. II minillikdə Kyusyu, Sikoku və Xonsyu adalarına cənub-şərqi Asiyadan II miqrasiya dalğası olmuşdur. E.ə. I minilliyin əvvəllərində yapon adalarının ən qədim etnik qatını aynlar təşkil edirlər. Xokkaydoda onlarla yanaşı az miqdarda paleoasiyalılar da yaşayırlar. IY əsrdə mərkəzi və cənubi Yaponiyada ilk yamato çarlığı təşəkkül tapmışdır. VI-YII əsrlərdə formalaşmaqda olan yapon xalqının tərkibinə Koreya və Çindən gəlmiş çoxlu miqrantlar daxil olmuşdur. YIII əsrdə avstroneziya tayfaları tamam assimilyasiya olunduqdan sonra yaponların formalaşması prosesi artıq başa çatmış oldu. Ryukyu adasının sakinləri-1 mln.- hazırda yaponların xüsusi etnoqrafik qrupu kimi bəzi xüsusiyyətlərini bu günə qədər də saxlamışlar. Yaponiyada 3 mln-a yaxın olan keçmiş dini kastanın qalıqları kimi – burakuminlər də yaşayırlar. Onlar ayrıseçkiliyə məruz qalır və yalnız öz icmaları daxlində evlənmək hüququna malikdirlər. Onlar ölkənin cənub-qərbində onlar üçün xüsusi ayrılmış məntəqələrdə məskunlaşmışlar. Hazırda aynlar əsasən Xokkaydo adalarında yaşayırlar. Daima yaponlar tərəfindən ölkənin mərkəzi rayonlarından sıxışdırılan aynlar Xokkaydo, Kuril, Kamçatka yarımadası, Saxalin adalarına yayılmışlar. Kuril və Saxalin yarımadasının nəzarəti altına düşdükdən sonra aynlar assimilyasiya məruz qalmışlar. Onlar öz dillərini, mədəniyyətlərini itirsələr də antropoloji əlamətlərini saxlayırlar. İlk baxımda onlar yaponlardan kəskin surətdə fərqlənirlər. Yapon dili təcrid dillər sırasına daxildir. Öz fonetik və leksik xüsusiyyətlərinə görə yapon dili polineziya dillərinə bənzəyir. 3 dialektləri var. Y-YI əsrlərdə yaponlar Çin heroqlifləri əsasında yazı nümunələri yaranmışdır. IX əsrdə isə onlar əlifba tərtib etmişdilər. Yaponiya güclü sənaye və aqrar ölkəsidir. Kənd təsərrüfanın əsas sahələrindən biri əkinçilikdir. Yapon adalarında ən qədim dövrlərdən biri çəltik təsərrüfatının aparıcı sahəsi olmuşdur. Belə güman edirlər ki, çəltiyin becərilmə üsusunu yaponlar çinlilərdən mənimsəmişlər. Onlar habelə dənli bitkilər: buğd, arpa, kartof, paxla və s. vecərirlər. Kənd əhalisinin 40%-dən çoxu ipəkçiliklə məşğul olur. Eranın ilk əsrlərindən Yaponiyaya ipək qurdu gətirilmiş və nəticədə ölkə iqtisadiyyatında əsas yer tutmuşdur. Yaponiyada maldarlıq zəif inkişaf etmişdir. Yalnız ölkənin şimalında Xokkaydo adalarında maldarlıq yayılmışdır. Yaponlar demək olar ki, süd içmirlər. Ölkənin coğrafi mövqeyi baxımından burada dəniz nəqliyyatı yüksək inkişaf etmişdir. Yaponiyada yaşayış evlərinə gəldikdə isə çox mərtəbəli daş evlərlə yanaşı kəndlərdə çoxlu miqdarda ağac dirəklər üzərində tikilmiş evlərə rast gəlinir. Düyü yaponların əsas qida növüdür. Ətdən az istifadə olunur. İçkilərdən ən çox çay və düyü arağı-SAKE- geniş yayılmışdır. Şorba xarakterli durru xörəkləri bir başa piyalədən içir, başqa xörək növlərini isə xasi adlanan 2 ağac çubuq vasitəsilə yeyirlər. Yapon xalq mili geyimlərinin əsasını, bu günə qədər məişətdə öz əhəmiyyətini itirməyən uzunətəkli, yaxası açıqxalatlar – kimano təşkil edir. Onu kişilər həm də qadınlar, uşaqlar geyirlər. Kimanonun enli qolları var. Yaponlar bellərinə obi adlanan qurşaq bağlayırlar. Varlı adamların kimanosu ipək parçalardan olurdu. İş vaxtı enli ətəkli həsir şlyapalar qoyurlar. Geta adlanan ayaqqabılarının altlığı, hündürlüyü 10 sm. olan ağacdan hazırlanır. Onu ayağa geyərkən, ayaq barmaqları altlığın ön, uc hissəsində quraşdırılan ilgəyə keçirilir. Yaponlar arasında bu günə qədər də tatiurovkaya böyük əhəmiyyət verirlər. Qadınlar kişilərə nisbətən geyimlərə dair mili ənənəni daha çox saxlayırlar. Qeyd etdiyimiz kimi Yaponiyada 20 min aynlar yaşayırlar. Hazırda onların əksəriyyəti yaponlaşmışlar. Buna baxmayaraq bəzi etnoqrafik xüsusiyyətlərini qoruyub saxlamışlar. Onların ailə münasibətlərində gözə çarpan cəhət qızların ailə qurma məsələsinin tam sərbəst olmasıdır. Müəyyən yaş həddinə çatmış qızlar ilk dəfə ona nəzər salmış oğlana elçi göndərir. Əgər müsbət cavab alarsa oğlan öz ata evini tərk eqızın evinə köçür. Ərə getdikdən sonra qızlar öz nəsli familiyalarını saxlayırlar. Aynlar öz uşaqlarına doğulan kimi ad vermirlər. Bu iş 1-10yaş aralarında , böyüməkdə olan uşağın xarakter xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir. Məsələn: çirkin, ədalət,Natiq, pəltək və s. kimi adlar. Aynların mənəvi mədəniyyətlərində ayıya pərəstiş ayinləri geniş yayılmışdır. Yaponiyada yayılmış din- sintoizm, buddizm, xristianlıqdır. Müəllif: Həvilova Fəxriyyə Həvil qızı Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası Həmçinin bax: Tokyo universiteti Yaponiyanın maliyyə sistemi Geyşa haqqında
['Yaponiya']
4,515
https://kayzen.az/blog/fotosessiya/8096/%C3%A7ox-sevdiyim-lollipoplar.html
Çox sevdiyim lollipoplar.. )))
Xrizoberil
Fotosessiya
28 dekabr 2011, 21:49
['şirinquş ))))']
4,516
https://kayzen.az/blog/MaksiMuS/8095/m%C3%BCv%C9%99ff%C9%99qiyy%C9%99tin-q%C4%B1z%C4%B1l-qaydalar%C4%B1-%7C-sak%C4%B1p-saban%C3%A7%C4%B1.html
"Müvəffəqiyyətin qızıl qaydaları" | Sakıp Sabançı
MaksiMuS
Bloq: MaksiMuS
28 dekabr 2011, 20:23
- Gözüm-könlüm xeyriyyəçilik işlərinə doymadığı üçün öz-özümə "qaç, daha çox qaç, qatar son stansiyaya çatmadan daha çox iş gör" deyirəm..."- "Birisi mənə sadəcə "zəngin" deyirsə, hirslənərəm. Mən sosial fəaliyyətlərimlə və könül zənginliyimlə xoşbəxtəm..."Bu sözlər Türkiyənin bütün dünyada tanınan ən məşhur iş adamı, mərhum Sakıp Sabançı haqqında təsəvvür yaratmaq üçün, zənnimizcə, yetərlidir. Türk millətinə, onun adət-ənənələrinə bağlılığı, cəsarəti, kapitalist təfəkküründən uzaqlığı, böyük sərvət sahibi olmasıyla bahəm mənəvi dünyasının zənginliyi, yoxsul, kimsəsiz uşaqlara hər zaman baba sevgisiylə yanaşıb qayğısını əsirgəməməsi, sosial-ictimai sahələrdə gördüyü faydalı işlər, geniş xeyriyyəçilik fəaliyyəti, özünəməxsus şirin kəndli ləhcəsi ilə ümumxalq məhəbbəti qazanmış, el içində Sakıb ağa çağrılan bu unudulmaz şəxsiyyətin mənalı həyatı haqqında cild-cild kitablar yazmaq mümkündür.S.Sabançı 1933-cü il aprelin 7-də doğulub. Hacı Ömər və Sadiqə Sabançıların 6 oğul övladından ikincisidir. 1948-ci ildə aylıq 25 lirə maaşla "Akbank""da stajor məmur kimi fəaliyyətə başlayarkən bir vaxt ölkənin ən varlı adamı olacağını yəqin ağlına da gətirməzdi. Xəstəliyi səbəbiylə heç litseydə təhsilini də tamamlaya bilməyən Sabançı bir qədər sonra BOSSA un fabrikində işə başlayıb. Fitri istedadı və qabiliyyəti sayəsində 24 yaşında fabrikdə baş direktor müavinliyinə qədər yüksəlib. Atası vəfat etdikdən bir il sonra - 1967-ci ildə qardaşları İhsan, Hacı, Şövkət, Erol və Özdəmirlə birlikdə sonradan bütün dünyaya səs salacaq "Hacı Ömər Sabançı Holdinq""i quraraq onun başçısı olub. Hazırda holdinqin tərkibində 30 min işçinin çalışdığı 73 şirkət var. Bank sektorundan sement istehsalına, avtomobil şinləri istehsalından qida sektoruna, pərakəndə ticarətə qədər 21 müxtəlif biznes sahəsində fəaliyyət göstərən holdinqin illik gəliri 10 milyard dollardan çoxdur.1981-ci ildə xaricdə (Londonda) türk sərmayəsi ilə ilk bank quruldu - "Akinternational bank". Bu proyektin arxasında məhz Sabançı imzası vardı. Sonradan ABŞ-ın, Yaponiyanın, Argentinanın, Braziliyanın, İsveçrənin bir çox məşhur firması ilə ortaqlıqlar yaradıldı və Sakıp ağanın şöhrəti bütün dünyaya yayıldı. O, prezidentlər, baş nazirlər, krallar, şahzadələr, digər yüksək mənsəb yiyələri, dünya kapitalına yön verən biznesmenlər arasında xüsusi ehtiram sahibiydi. S.Sabançı mərhum ABŞ prezidenti Ronald Reyqanla dost olub və iki dəfə həyat yoldaşı ilə birlikdə Ağ evi ziyarət edib. 2001-ci ildə isə Bill Klintonun şəxsi dəvətilə Ağ evdə olub. ABŞ-ın dövlət katibi Corc Şults (vəzifədə olarkən), Yaponiya şahzadəsi Tomohito Mikasa, Sinqapurun baş naziri Lee Kuan Yev, Fransanın sabiq baş nazirləri Raymond Barr və de Mervill, Cinin dövlət başçısı (vəzifədə olarkən) Zhao Xianq, dünyanın ən nəhəng media maqnatlarından Malkolm Forbs, NATO-nun baş katibi Manfred Vörner (vəzifədə olarkən), ABŞ-ın keçmiş prezidenti Cimmi Karter və digər nüfuzlu şəxslər, zəngin iş adamları Sabançını onun İstanbuldakı iqamətgahında ziyarət ediblər.S.Sabançı Fransa, Belçika, Yaponiya və təbii ki, Türkiyə hökumətlərinin yüksək mükafatlarına layiq görülüb. Müxtəlif dövlətlərin qeyri-hökumət qurumları və universitetlərindən aldığı mükafatların, medalların, fəxri doktorluqların isə sayı-hesabı yoxdur. 13 kitabın müəllifidir. Bunlardan 7-si Türkiyə Təhsil Nazirliyinin qərarıyla "Müəllimlərə və şagirdlərə yararlı kitablar" kimi bütün təhsil ocaqlarına tövsiyə edilib. Kitabların satışından əldə edilən vəsaitin hamısı şikəst uşaqlara sərf olunub.Sadiqə ananın bütün varidatını bağışlaması və Sabançı qardaşlarının ianələri hesabına 1974-cü ildə Hacı Ömər Sabançı Vəqfi - VAKSA qurulub. Ailənin xeyriyyəçilik fəaliyyətləri bu vəqf vasitəsilə yürüdülür. Başda Sakıp ağa olmaqla Sabançı ailəsinin mənsubları bir fond yaradaraq öz adlarını verməklə müxtəlif təhsil, səhiyyə obyektləri inşa etdiriblər. VAKSA Türkiyənin ən böyük ailə vəqfidir, ölkənin 53 yerində 112 obyekti var. Bunlar arasında bir universitet, məktəblər, yataqxanalar, səhiyyə ocaqları, idman kompleksləri və sosial mərkəzlər var. VAKSA ildə 100 tələbənin təhsil xərclərini öz boynuna götürüb. 1994-cü ildən etibarən təhsil, mədəniyyət, sənətin müxtəlif sahələrində ölkədə və xaricdə uğur qazanan fərdlərə, qurumlara mükafatlar, təqaüdlər verir. Hər il Polis Akademiyasını ilk üç dərəcə ilə bitirən 6 tələbəyə 160 Cümhuriyyət qızılı bağışlanır, təlim-tərbiyə işlərində uğur qazanmış müəllimlərə pul mükafatları təqdim olunur. 1992-ci ildən bəri Mədəniyyət Nazirliyi ilə birlikdə xalq rəqsləri yarışması düzənlənir və yüksək yerlər tutan 10 rəqs qrupuna pul mükafatları verilir. Məqsəd Türkiyədə xalq oyunlarının inkişafına nail olmaqdır. 1999-cu ildə 170 milyon dollarlıq yatırımla Sabançı Universiteti qurulub.Sakıp Sabancıdan "Müvəffəqiyyətin 50 qızıl qaydası " 1.. Hədəfinizi seçin 2.. Ayran könüllü olmayın 3.. Ziqzaq etməyin 4.. Çətinliklə müvəffəqiyyətsizliyi bir-birindən ayırın 5.. Cəbhəni daraldın, dar cəbhədən hücuma keçin 6.. Keçmişə bağlanmayın, ancaq dərs alın 7.. Ustanın yanına çıraq olun, işi öyrənin 8.. Tək adam olma dövrünü bağlayın 9.. Şou göstərməyin 10.. Müvəffəqiyyətə çatanları izləyin11.. Öz çalışacağınız komandanı qurun 12.. Zəhmətkeş heyəti qaçırmayın  13.. Müvəffəqiyyəti pul ilə mükafatlandırın 14.. Kadr yetişdirin və komandaınızı qoruyun 15.. Stol arxasında oturan idarəçi olmayın 16.. Komanda yoldaşlarınıza hörmət edin 17.. Müasir imkanlardan faydalanın 18.. Məlumatlı olun, məlumat mübadiləsini izləyin  19.. Ən yaxşılarla iş görün20.. Pulu sevin 21.. Ucuz adam olmayın 22.. Ailənizlə işinizi bir birindən ayırın23.. Öz başınıza inkişaf edin24.. Yaşınızı işinizə qarrışdırmayın25.. Risk etməkdən qorxmayın 26.. İşinizə siyasəti qarışdırmayın 27.. ​​Dövlətlə bazarlıq etməyin 28.. Müvəffəqiyyəti komandanızla bölüşün 29.. Verginizi ödəyin 30.. Cəmiyyətə qarşı hörmətli olun 31.. Adınızı təmiz saxlayın 32.. Daima Etibarlı olun 33.. Dünyada təkcə siz yox, başqaları da var 34.. Yaltaq olmayın, yaltaqlardan uzaq olun 35.. Özünüzdən tez çıxan olmayının 36 - Müvəffəqiyyəti üstün güc olaraq istifadə  edin37.. Istirahət edin38.. Özünüzə qapanmayın 39.. Rəqiblərinizlə dost olun 40.. Fərqli fikirləri və kəsləri dinləyin 41.. Müvəffəqiyyətinizi, pulunuzu və şöhrətinizi daşımağı bilin 42.. Başqalarını dinləməyə əhəmiyyət verin43.. Ayağınızı yorğanınıza görə uzadın 44.. Bir çox işi eyni anda etməyin 45.. Özünüz olun 46.. Keçmişlə vidalaşın 47.. Yaşayaraq ölün, yaşamadan ölməyin 48.. İşinizdə Bir Nömrə olun 49.. Dəyişən şərtlərə riayət edin 50.. Axirətdə sizi xilas edəcək bir əsər buraxın arxanızdaHəmçinin bax:Uorren Baffet
['şəxsiyyətlər', 'dahi insanlar', 'uğur psixologiyası', 'Sabançı']
4,517
https://kayzen.az/blog/fotosessiya/8093/prikol-kreativ-reklamlar.html
Prikol kreativ reklamlar
BaKiNeC
Fotosessiya
28 dekabr 2011, 17:04
Adamın lap inanmağı gəlir bunlara :)))
['kreativ reklamlar', 'prikol reklamlar']
4,518
https://kayzen.az/blog/PR/6289/auditoriyalar.html
Auditoriyalar
marketoloq
Public relations
28 dekabr 2011, 09:28
«Auditoriya» anlayışı PR-də ən vacib anlayışlardan biridir. Hökumət səviyyəsində həyata keçirilən PR proqramlarını nəzərə almasaq, demək olar ki, hər bir təşkilatın PR strategiyası ümumən əhaliyə deyil, onun ayrı-ayrı qruplarına yönəlib. Bu qrupların özlərini aşkar etməkdən savayı, onların ideallarını, maraqlarını, istifadə etdikləri kommunikasiya kanallarını müəyyən etmək lazımdır. Beləliklə, lazımi auditoriyanın müəyyənləşdirilməsi prosesi üç mərhələni əhatə edir: Əhalinin hansı hissəsi lazım olan auditoriyanı təşkil edir? Bu auditoriya nəyə üstünlük verir? Bu auditoriyaya hansı kommunikasiya kanalları ilə təsir etmək mümkündür? Bundan əlavə, PR strategiyasını müəyyənləşdirərkən «daxili» və «xarici»  auditoriya» anlayışlarını da bir-birindən fərqləndirmək lazımdır. PR tədqiqatçıları bu terminləri işlədərkən şirkətin öz əməkdaşlarını («daxili») və onun müxtəlif səviyyələrdə ünsiyyətdə olduğu digər qrupları («xarici») nəzərdə tuturlar. Auditoriyanın təsnifatını və müxtəlif qruplarda PR-nin strategiyasını çox ümumi şəkildə aşağıdakı sxemlə təsvir etmək olar: Q.Poçepsov «Peşəkarlar üçün Pablik Rileyşnz» kitabında «daxili» auditoriyada PR fəaliyyətinə misal gətirir: «Söhbət ABŞ ərazisində fəaliyyət göstərən bir fransız kompaniyasından gedir. Kompaniyanın korporativ mədəniyyətində anlaşılmazlıqlar yaranmağa başlamışdı. Amerikalı qulluqçular belə hesab edirdilər ki, rəhbərlik onların ehtiyaclarına laqeyd yanaşır. Nəticədə şirkətin PR xidməti iki proqram işləyib hazırladı. Onlardan biri «Direktorla nahar», digəri «Fransa və fransızlar» adlanırdı. Birinci proqram üzrə şirkətin direktorlar şurasının üzvləri növbə ilə əməkdaşlarla birgə nahar edir və onlarla qeyri-formal söhbətlər aparırdılar. «Fransa və fransızlar» proqramı çərçivəsində isə amerikalı əməkdaşlara Fransa və onun vətəndaşları haqqında mütəmadi olaraq müxtəlif üsullarla informasiya çatdırılırdı. Bu proqramların məqsədi şirkətdə «biz - onlar» (amerikalılar - fransızlar) qarşıdurmasının yersiz olduğu və rəhbərlik tərəfindən dəstəklənmədiyi hamıya nümayiş etdirməkdən ibarət idi. PR fəaliyyətində lazımi auditoriyanın dəqiq müəyyənləşdirilməsi istənilən layihənin uğurunu təmin edən amillərdən biri, bəlkə də ən vacibidir. Amerikanın PR mütəxəssisləri  auditoriyanın düzgün müəyyənləşdirilməsi üçün aşağıdakı amilləri nəzərə almağı təklif edirlər: Coğrafi. Auditoriyanın yaşadığı ərazi. Demoqrafik. Cins, yaş, ailə statusu, təhsil, gəlir dərəcələri. Psixoqrafik. Auditoriyanın psixoloji portreti. Gizli qüvvələr. Pərdəarxası iştirakçılar, hadisələri real olaraq idarə edənlər. Vəzifələr. Davranışları müəyyən edən vəzifələrin (bu vəzifələri kimin icra etməsindən asılı olmayaraq) səlahiyyətləri. Nüfuz. Ümumi qərarları qəbul etməkdə ən böyük rolu olan qrup liderləri. Üzvlük. Adamların bu və ya digər sosial, siyasi qruplara (məsələn,  partiyalara) mənsubiyyəti. Beləliklə, auditoriya (xüsusilə, «xarici» auditoriya») qətiyyən yekcins deyil. Ona daxil olan qrupların istəkləri və idealları da fərqlənə və daban-dabana zidd ola bilər. Belə olduqda, PR mütəxəssislərinin işi də mürəkkəbləşir, əlavə suallar yaranır: həyata keçirilməli olan layihəni auditoriyanın hansı qismi müdafiə edəcək, ona qarşı çıxan hissəni necə razılaşdırmaq və ya «neytrallaşdırmaq» olar? Şəhər meriyasının auditoriyası bəllidir: bu, şəhərin ağlı kəsən bütün sakinləridir. Sözsüz ki, şəhər miqyaslı iri layihələr heç də bütün sakinləri razı salmır - kim isə evinin qarşısında yeni bina salınmasından, kim isə avtobusların marşrutunun dəyişməsindən narazı qalır. Belə hallarda meriya adətən şəhərin və onun əhalisinin ümumi marağından çıxış edir və fərdi maraqları ona qurban verir. Lakin bu layihələrin sakit qəbul olunması və qalmaqalsız həyata keçirilməsi üçün meriyanın PR xidməti gərgin iş aparmalı, layihələrin həyata keçməsi ilə şəhərin nə udacağını açıq şəkildə əhaliyə bildirməlidir. O, sübut etməlidir ki, layihənin  qazanılacaq üstünlükləri ayrı-ayrı fərdi mənafelərdən qat-qat yüksəkdir. Moskva şəhərinin meri Yuri Lujkovun mətbuat xidməti məhz belə də edir. Onun irəli sürdüyü «Moskvanı dünyanın ən gözəl və varlı şəhərinə çevirək» şüarı merin bütün iri tikinti layihələrinə «yaşıl işıq» yandırır. Təəssüf ki, Azərbaycanda PR işinin aşağı səviyyədə olması Bakı meriyasının riskli layihəsində bir daha özünü göstərdi. Söhbət şəhəri gözəlləşdirmək naminə Bakı küçələrindən köşklərin yığışdırılması haqqında qərardan gedir. İctimaiyyətin fikrinin dərindən öyrənilməməsi, layihənin üstünlüklərinin şəhər sakinlərinə təlqin olunmaması aşağıdakı mənfi hallara gətirib çıxardı: Əhali arasında ikitirəlik yarandı: köşk alverində marağı olmayan ziyalılar, şəhər elitası bu layihəni alqışladılar, gəlir yeri yalnız köşklər, səyyar satış olan xırda alverçilər isə kəskin etiraz etdilər. Xoşagəlməz söz-söhbətlər, şaiyələr yarandı: «Filankəs dözmədi,  infarkt oldu», «Yuxarı» dairələrdən filankəs şəhərə satmaq üçün yeni köşklər gətirir, ona görə də köhnə köşkləri söküb dağıdırlar».» Köşklərin sökülməsi bir sıra kütləvi aksiyalarla müşaiyət olundu. Sözsüz ki, bu layihə üzrə PR işləri layihənin özü həyata keçirilməzdən əvvəl başlasaydı, o, daha ağrısız keçərdi. Beləliklə, auditoriyanın davranışı ilə bağlı PR aşağıdakı vəzifələri həyata  keçirir: auditoriyanı nə isə etməyə sövq edir; auditoriyanı nəyi isə etməməyə məcbur edir; auditoriyanın istəklərini təşkilatın ideyaları və fəaliyyəti ilə uyğunlaşdırır. Auditoriyanı seqmentlərə bölmək və hər bir seqmenti dərindən öyrənmək vacibdir. Yalnız bundan sonra ayrı-ayrı seqmentlərə və ümumiyyətlə auditoriyaya təsir yollarını müəyyənləşdirmək mümkündür. Deyilənlər siyasi PR-də özünü daha aydın göstərir. Çoxları rus siyasətçisi Vladimir Jirinovskini son dərəcə ekssentrik adam kimi qəbul edir və düşünür ki, başqa siyasi xadimlərdən fərqli olaraq, o, bir neçə saniyədən sonra nə edəcəyini heç vaxt götür-qoy etmir. Lakin hər bir sözünü ölçüb-biçməyə çalışan bir çox başqa siyasətçilərdən fərqli olaraq, Jirinovski siyasi kampaniyada auditoriyanın rolunu yaxşı başa düşür və onu seqmentləşdirməyi bacarır. 1998-ci ilin mayında o, Sankt-Peterburqda seksual azlıqların klubuna baş çəkməyinin səbəbini belə izah edirdi: «Mən bunu məcburiyyət  qarşısında etdim, çünki onların hamısı seçicilərdir. Statistikaya görə, kişi və qadınların 10 faizi bircinsli məhəbbət tərəfdarıdır. Bu isə böyük rəqəmdir. Mən bu faktı nəzərə almaya bilmərəm. Bəs alkoqoliklər, bilirsiniz, nə qədərdir? İyirmi faiz! Belə çıxır ki, mən onlarla ünsiyyətdə olmamalıyam? Bütün insanlarda nə isə bir çatışmazlıq var. Bu on faiz isə - lesbiyan qadınlara və homoseksualistlər - elektoratın vacib hissəsini təşkil edir. Həm də onların böyük üstünlüyü var - onlar fanatikdirlər. Bilsələr ki, mən - partiya lideri, onların sosial mövqeyini başa düşürəm və bu mövqeyə loyal yanaşıram,  onlar nəinki mənə səs verəcək, hələ özləri ilə məntəqəyə minimum iki nəfər də  gətirəcəklər. Bu isə milyonlarla səs deməkdir. Milyonlarla!» Beləliklə, siyasi PR-də hər bir auditoriyanın iki parametrini qiymətləndirmək lazım gəlir: bu auditoriyanın faiz etibarı ilə əhalinin ümumi sayına nisbəti və onun siyasi fəallığı. Auditoriyanın tələb və istəklərinin, konkret proqrama münasibətinin öyrənilməsi həmin proqrama düzəlişlər etməyə və onu daha səmərəli həyata keçirməyə imkan verir. Müəllif: Rafiq İsmaylov Mənbə: İctimaiyyətlə Əlaqələr: BÜTÜN YOLLAR KİV-DƏN KEÇİR kitabı
['public relations', 'auditoriya', 'natiqlik']
4,519
https://kayzen.az/blog/sevgi/8089/frida-kahlo-imtina-etdim.html
Frida Kahlo-İmtina etdim
ORIGINAL
Sevgi
27 dekabr 2011, 22:49
Pis günümdə yanımda olmadığın zaman imtina etdim. Kədərini  mənimlə paylaşmadığını,  düşüncələrini pis olsam da açıq söyləmədiyini  anladığım zaman imtina etdim. Mənə yalan söylədiyini hiss etdiyim zaman  imtina etdim.Gözlərimə baxdığında qəlbinlə  baxmadığını və mənə hələ söyləmədiyin şeylər olduğunu hiss edərkən imtina  etdim. Hər  səhər mənimlə oyanmaq istəmədiyini anladığımda, Ağrılarımı dindirəcək isti sevgini mənə vermədiyində imtina etdim. Ancaq öz xoşbəxtliyini və gələcəyini düşünərək məni heçə saydığın üçün imtina etdim. Tablolarımda artıq özümü xoşbəxt çizmədiyim və tək səbəb sən olduğun üçün imtina etdim. Özünü sevdiyin üçün imtina etdim. Bunlardan yalnız bir dənəsi imtina etməyim üçün yetərli deyildi,çünki sevgim böyük idi.Amma hamısını düşünərkən sənin məndən çoxdan imtina etdiyini anladım. Buna görə mən də səndən imtina etdim... *Frida KahloTərcümə etdi:Musalı Azər  P.S.Qeyd edim ki,dünyaca məhşur rəssam olan Frida Kahlonun 2002-ci ildə həyatından bəhs edən "Frida" adlı film də çəkilmişdir və iki Oskar mükafatına layiq görülmüşdür.
['sevgi', 'acı sevgi', 'Frida', 'Oskar']
4,520
https://kayzen.az/blog/Aysel218/8088/nhn-maraql%C4%B1-suallar.html
NHN Maraqlı suallar
Aysel218
Bloq: Aysel218
27 dekabr 2011, 22:46
1.Buraya müəyyən  30 il ərzində bir nəfər belə gənc qadın ayağı dəyməmişdi.Ancaq ata anasından çox az kömək alan bir gənc burada məskən sala bilərdi. Bura haradı? 2."Peyğəmbərin muzeyinə baş çəkməyi unutmayın" bu sözlər hansı şəhərdə və kim üçün yazılıb? 3.Burada müqəddəslərin həyatları saxlanılır..4."Ulduzlu yolu" teleserialının yaradanları vaxtında onunla rastlaşdılar ki, tamaşaçı marağının saxlanılması üçün riski və personajların həlak olmasını daim göstərmək lazımdır. Amma baş qəhrəmanları öldürmək çox faydasızdır, onlar sag qalmaq və ölümü bildirmək üçün tendensiya yaratmağı qərara aldılar. Tezliklə tamaşaçılar tendensiyanı qeyd etdilər .Bəs bu tendensiya nədən ibarət idi?
['NHN', 'NHN sualları', 'məntiq']
4,521
https://kayzen.az/blog/yravil/8087/f%C9%99ls%C9%99fi-s%C3%B6zl%C9%99r.html
Fəlsəfi sözlər
yravil
Bloq: yravil
27 dekabr 2011, 19:37
İnsan nə qədər çox oxusa o qədər çox yüksələ biləcəyini bilməlidir. O. J. BANGSİnsan zaman öldürmək üçün deyil; faydalı xoş bir an keçirmək üçün oxumalıdır. O. GOITMIDHİnsanın dostu yoxdur, səadətin dostu vardır. NAPOLEYONİnsanlar bir-birləri üçündür; bir-birlərinə aiddir. GOETHEİnsanlar əvvəl pul qazanmaq üçün sağlamlıqlarını, sonra da sağlamlıqlarını qazanmaq üçün pullarını verərlər. GOETHE İnsanlara ən böyük yaxşılıq, ağıllarını istifadə etməni öyrətməkdir. MOLLIEREİstəmək çatmaz, şiddətlə arzulamamız lazımdır. OVIDIUSİş bizdən iki pisliyi uzaqlaşdırar: can çətinliyi, pislik. VOLTAIREİşin güc qisimi, adam olmaq deyil, adam qalmaqdır. A. MAZERELLESYaxşı olmaq asandır, çətin olan ədalətli olmaqdır. V. HUGOYaxşılığa gücün çatmazsa, pislik etmə. ARİSTOYaxşılığı tək yaxşılar anlar, pisliyi hər kəs. C. ŞAHABETTİNYaxşılıq severlik daim bərabər olmayan iki tərəfin varlığını tələb edir. F. BERKTAYQabıqda gəzən böcək, meyvənin dadını al/götürə bilməz. SAHSUVARÜrəyin elə hissləri var ki ağıl onlara əsla sahib deyil… B. PASKALKapitanın ustalığı dəniz durğunkən aydın olarmı? LUKIANOSÖz dilini bilməyən başqa dil öyrənə bilməz. B. SHAWÖz çiyininə dırmaş, başqa necə yüksələ bilərsən ki? F. NIETZCHEÖzünü bil. SOKRATESÖzünü xeyli çox sevən, ətrafında çox az sevilər. C. ŞAHABETTİNQısqanc daha çox sevər, lakin qısqanc olmayan daha yaxşı sevər. MOLIERQısqanclığımızı ancaq sevgi ilə məğlub et/yeyilə bilərik. GOETHEKim böyük fikirlər üçün yaşayırsa, özünü unutmalıdır. LA EDRIKitabsız yaşamaq, kor kar, dilsiz yaşamaqdır. İL TƏRƏFİNDƏNKimin deyil, nəyin doğru olduğu əhəmiyyətlidir. T. HUXLEYDanışa bilmə, insanın ağılını istifadə etmə sənətidir. ƏFLATUNDanışmaq ehtiyac ola bilər amma susmaq sənətdir. GOETHEQorxunun qaynağı məlumatsızlıqdır. EMERSONPis xəbərlərin qanadları vardır, yaxşı xəbərlərin ayaqları belə yoxdur. M. CAVENDISHKral da dilənçi də eyni iştahla acarlar. MONTAIGNEQüsurlarınızı dərhal söyləyəcək yoldaşlar ol/tapıl. BOILEAUKiçik hədiyyələr dostluq, böyük hədiyyələr sevgi meydana gətirər. LICTERBERGKiçiklərin böyüklük göstərməsi qədər təhlükəli bir şey yoxdur. S. ZWEIGLeylanın gözəlliyinə ancaq Məcnun gözüylə baxmalısan ki onu seyr etmənin sirri sənə də görünsün. SƏDİXoşbəxtlik doğru və gözəl düşüncələrlə düşünə bilməyi bilməkdir. ARISTOTALESMübarizə edən uduzmaya uğraya bilər, mübarizə etməyən zatən məğlub olmuşdur. B. BRECHTMükəmməl bir aləmdə mövcud olan hər şey ən yaxşı şəkildədir. LEIBNIZNamuslu birini aldatmaq qədər asan bir şey yoxdur. LA FONDDASINANankorluq, zəif insanların işidir, qüdrətli insanlar içində əsla nankor olana rast gəlmədim. GOETHENə qədər bilsən bil, söylədiklərin qarşındakıların anlaya biləcəyi qədərdir. MÖVLANANə axtardığını bilməyən, tapdığını anlaya bilməz… KONFİÇYÜSNəzakət heçdən gəlir; amma hər şeyi satın alar. DR. V. PAUCHETMəktəblər demokratiyanın qalasıdır. H. MANNOxumaq; həzz duy/eşitməyə, zehinimizi bəsləməyə, qabiliyyətlərimizi artırmağa fayda. F. BACONOxumaq; insana olğunluq, danışmada canlılıq, yazmada açıqlıq verər. F. BACONOyun bitincə, şah da piyada da eyni qutuya qon/qoyular. SOCRATESÖyrənmək bahalıdır amma cəhalət çox daha bahalıdır. H. CLAUSENMüəllim bir şama bənzər, özünü istehlak edərək başqalarına işıq verər. RUFFINIÖmürünü səyahətlə keçirənlər bir çox otelçi tapar, amma dostluq qura bilməz. İL TƏRƏFİNDƏNÖnfikirləri qırmaq atom nüvəsini parçalamaqdan daha çətindir. EINSTEINElə xoruzlar vardır ki ötdükləri üçün səhər olduğunu sanarlar. G. DUMANTPul artdıqca, pul sevgisi də artar. JUVERALPul şəxsən camaat olduğundan, qarşısında başqa camaatlara dözüm edə bilməz. KARL MARXPul ilə satın alınan sədaqət, daha çox pul ilə də satılar. İL TƏRƏFİNDƏNŞəkil, sözsüz şeirdir. HORATIUSSağlamlıq bir bədən deyil, bir baş məsələsidir. M. B. EDDYSənət, təbiətə əlavə olunmuş insandır. F. BACONSənət həm bir coşma, həm bir yadırğama işidir. A. CAMUSSənət, insanın təbiətə əlavə etdiyi bir şeydir. AL/GÖTÜRƏNİNSənət, azadlıq tərəfindən əmizdirildikcə böyüyər. SCHILLERSənət, şiddəti ortadan qaldırmalıdır, tək o edə bilər bunu. TOLSTOYSənət ictimai bir səydir; cəmiyyətdən gəlir, cəmiyyətə dönər. Lakin gələnlə gedən eyni şey deyil. A. İLHANSənətin düşməni məlumatsızlıqdır. S. JOHNSONSənətsiz qalan bir millətin həyat damarlarından biri qopmuş deməkdir. M. KAMAL ATATÜRKSənətdə təməl olan, yeni və fərdi bir şey söyləməkdir. Böyük sənətçi bununla müəyyən olar. L. TOLSTOY«Döyüş istəyirik!». Ən əvvəl vuruldu bunu yazan. B. BRECHTHörmət olmayan yer/yeyər də eşq də olmaz. E. ZOLASevdiyi bir işi bulan insan xoşbəxtdir. T. CARLYLESevdiklərimizə verəcəyimiz ən qiymətli hədiyyə, nə qızıl nə də ləl-cəvahirat. Tək özümüzdən bir kiçik parça. R. W. EMERSONSevgi, məlumat və işin nə vətəni, nə gömrük divarı, nə də forması vardır. S. FREUDSizə edilən ən kiçik köməyi əsla/çəkin unutmayın, etdiyiniz ən böyük köməyi isə heç bir vaxt xatırlamayın. CHILONSöylədiklərini təsdiqləmirəm, lakin ölümünə də olsa danışma haqqını müdafiə edəcəyəm. VOLTAIRECinayət/günahı cəmiyyət hazırlayar, günahkar işlər. BUCKLESusanıl bir məlumatın, bir söz söyləməyən axmaqdan fərqsizdir. MOLIERESusmağı bilmək söyləməyi bilməkdən daha nadir bir üstünlükdür. AMBROISEŞair, hər şeydən əvvəl yaşadığı cəmiyyətin problemlərinə, gedərək bütün dünyaya qarşı məsuldur. P. NERUDAŞərəfli bir ölüm, şərəfsiz bir ömürdən daha yaxşıdır. TACITUSŞeir mənim içimdə bir məqsəd deyil, ehtirasdır. E. A. POEŞeir, düşüncələrlə deyil, sözlərlə yazılar. MALLARMEŞeir, gözəllikdə vuruşan tək gerçəkdir. GLFILLONŞeir, həm ozanın həm də yazıldığı çağın şəkilidir. E. STINUSŞeirin, nəsrdən ayrıldığı nöqtə budur: Az sözlə çox şey söyləmək. VOLTAIREŞöhrət, ancaq kiçik dozalarda alındığında faydalı olan bir zəhərdir. H. BALZACTələbələrinə öyrənmə arzusu peyvənd edə bilməyən bir müəllim soyuq dəmiri döyən bir dəmirçi kimidir. H. MANNTam dostluq bənzər yoldaşlar arasında olar. F. NIETZCHETanrı bizə hər şeyi bilmək hətta özünü də bilmək qabiliyyətini vermişdir. AUGUSTINUSŞirin dil, hər qapını açan sehirli bir açardır. MONTAIGNEŞirin sözlər, şiddətli bir hirsə qarşı ən təsirli dərmandır. AISKHYOSTülkü, hini yaxşı tanıyır deyə gözətçi edilərmi? TRUMANCəmiyyətin insanlıq xüsusiyyəti, gözəl sənətlərlə bəslənər. İ. İNÖNÜBütün sənətlər qardaşdır, hamısı da bir-birinin işığı altında irəliləyər. VOLTAIRETürk xalqının tarixi bir xüsusiyyəti də gözəl sənətləri sevmək və onlarda yüksəlməkdir. M. K. ATATÜRKXalqların zənginliyi ipək, pambıq, qızıl deyil, insandır. R. HOVEYÜmid insanı oyandıran bir yuxudur. ARISTOUnutma ki ağızında bal olan arını quyruğunda iynəsi vardır. LYLYUnutma ki şairləri qışqırmayan bir millət, sevənləri torpaq olmuş yetim uşaq kimidir. M. E. YURDAKULXidmətçim dahi olsa, səhvlərimi düzəldən əfəndim olar. GOETHEUzağı düşünə bilməyən hüznə yaxındır. KONFİÇYÜSÜmidini itirmiş olanın, başqa itirəcək şeyi yoxdur. BOLSAYa insan irqinin heç bir üzvünün gerçək haqqı yoxdur, ya da eyni haqqlara malikdir. M. CONDORCETYa sus ya da susmaqdan daha qiymətli şeylər söylə. PHTAGOREYa ümidsizsiniz. Ya da ümid sizsiniz. Ya çarəsizsiniz. Ya da çarə sizsiniz. B. NECATİGİLYalanı söküb atmadan gerçəyi tikməyə iş! Tutmaz. C. ŞAHABETTİN 
['fəlsəfi sozlər', 'mənali deyimlər']
4,522
https://kayzen.az/blog/roma-tarixi/7488/q%C9%99dim-italiya-tarixi.html
qədim İtaliya tarixi
luminat
qədim Roma
27 dekabr 2011, 00:36
Avropanın cənubunda Aralıq dənizinə doğru uzanan Appennin yarımadasını qədim dövrlərdən yunanlar İtaliya adladırmışlar ki, tərcümədə «Buzovlar ölkəsi» deməkdir. Yarımada İoniya, Tirren və Adriatik dənizləri iləəhatə olunur, Italiyaya Siciliya, Sardiniya və Korsika kimi böyük adalar da buraya daxil edilir.  Romanın hərbi demokratiya və padşahlıq dövrü sinfi cəmiyyətə xas amillərin meydana gəlməsi ilə xarakterizə olunur. Bununla bərabər, nəsli quruluşun qalıqları da uzun müddət davam etmişdi ki, bu özünü xalq yığıncağı vasitəsilə idarəçilikdəəks etdiridi.  Romada 300 qədim nəslin olduğu məlumdur. Hər 10 nəsil bir kuriyada birləşirdi. 10 kuriya isə bir tribanı (tayfanı) təşkil edirdi. Beləliklə, Romada 3 triba olmuşdu ki, hər triba bir tayfanı təşkil edirdi. 300 qəbilə (üç tayfa ittifaqı) Roma xalqını (populus Romanus) təşkil edirdi. Romanın idarəçiliyi xalq yığıncağı (komissiyalar), senat və reks (padşah) tərəfindən həyata keçirilirdi ki, ən qədim Romada bu üç hakimiyyət orqanı mövcud idi. Romalılar hələ qədim dövrlərdən bütün mühüm işləri xalq yığıncaqlarında (comitia) həll edirdilər. Senatda əvvəlcədən baxılan məsələlər rəsmən xalq yığıncağında qəbul olunurdu. Romada quldarlıq münasibətlərinin və dövlətin yaranması nəticəsində tədricən keçmiş qəbilə quruluşuna əsaslanan idarə sistemi də öz formasını dəyişərək dövlət hakimiyyətini idarə sisteminə çevrilmişdi. Romaya gəlmələrin - plebeylərin vətəndaş icmalarına daxil edilməsi və etrusk hakimiyyətinə qarşı mübarizə Romada şah hakimiyyətinin devrilməsinə, təxminən e.ə. VI əsrin sonlarına (e.ə.510-cu ilə) aid edilir. Bununula da sonuncu - yeddinci Roma padşahı Tarkvini (o etrusk idi)  Romadan qovulmuşdu. Romanın respublika elan olunması ilə etrusk hakimiyyətinə son qoyuldu və bu mübarizədə zəifləmiş romalılar qonşu tayfaların hücumlarını da dəf etməli olmuşdular. Romanın zəifliyindən istifadə edən bir sıra latın tayfaları Romaya qarşı çıxdılar. Lakin romalılar bu müharibələrdən qalib çıxmış və latın şəhərlərinin federasiyasına daxil olmuş, hətta 498-ci ildə latınlar ilə qarşılıqlı yardım haqqında müqavilə də bağlamışdılar. Bu ittifaq nəticəsində Roma öz müstəqilliyini qoruyub saxlamışdı. Tezliklə Roma öz düşmənlərinə qalib gələrək federasiya şəhərləri üzərində üstünlük qazanmağa nail olmuşdu.. E.ə.V-IV əsrlərdə yeridilən fəal xarici siyasət Romanın Appenin yarımadası üzərində ağalığını təmin etmişdi. Ələ keçirilən torpaqların çoxu Romanın icma torpaqlarına qatılaraq patrisilərin sərəncamına verilmişdi. Belə ki, veylərin torpaqları tutulduqdan sonra orada 4 kənd tribası, e.ə. 537-ci ildə volskların yerində iki kənd tiribası yaranmışdı. Roma bununla da İtaliyanın işğalına başlamışdı Romanın əsas qüvvəsi ordu idi. Roma ordusunda əsasən plebeylər xidmət edirdilər. Onlar öz xərcləri ilə silahlanırdılar. Roma ordusunun qələbələri eyni zamanda plebeylərin siyasi nüfuzunu möhkəmləndirirdi. Təsadüfi deyildi ki, e.ə. V əsrdə plebeylər Roma vətəndaşlığı qazanmış və tribun seçmək hüququ əldə etmişdilər. Tribun isə Romanın həm daxili həyatında,həm də xarici siyasətində mühüm rol oynayırdı. Belə ki, plebeylərlə bağlı hər hansı qanun və ya fəaliyyət onun razılığı olmadan həyata keçirilə bilməzdi. Romanın xarici siyasətdə qələbələri və yüksəlməsi onun intizamlı orduya malik olması hesabına əldə edilmişdi. Çoxlu müharibələr ordunun döyüş bacarığının artmasına səbəb olurdu. Orduda xidmət vəzifə deyil, böyük şöhrət idi. Bunsuz heç bir dövlət vəzifəsi tutmaq olmazdı. Qrakx qardaşları məhz orduda xidmət etdikdən sonra xalq tribunu seçilmişdilər. Romanın ordu vahidi olan hər bir legionda 4500-6000 nəfərə qədər döyüşçü olurdu. Legion 30 manipuladan, manipula isə 2 senturiondan ibarətdir. Manipulani döyüşə aparan senturionların biri manipulaya sağdan, o biri soldan əmr verirdi. Atlı qoşun isə hərəsi 30 atlısı olan 30 turmdan ibarət idi. Qobustan kitabəsində (b.e. I əsri) senturionlardan birinin başçısının adı çəkilir. Roma ordusunda müttəfiqlərdən təşkil edilmiş legionlar da iştirak edirdilər. Bunlar müttəfiq şəhərlərdən, tabe edilmişİtaliya tayfalarından düzəlirdi. Müttəfiq legionlar 5000 piyada və 900 atlıdan ibarət olurdu. Müttəfiq qoşunların başında hərbi triubunu (tribunu militum) əvəz edən 12 prefekt dururdu ki, bunlar romalı olub, konsullar tərəfindən təyin olunurdular. Hər 400 müttəfiq əsgər bir kaqorta təşkil edirdi. Ordunun belə quruluşu bir neçə məqsədə xidmət edirdi. İlk növbədə, orduda Roma əleyhinə hər hansı qiyamın qarşısı alınırdı. Digər tərəfdən, belə ordu ilə uzaq səfərlərə çıxmaq, xüsusilə Parfiya, Sasanilər və Selevkilər dövlətləri ilə uğurlu müharibələr aparmaq və Romanın nüfuzunu Yaxın Şərqdən tutmuş Aralıq dənizinin Şimali Afrika sahillərinədək olan ərazilərə yaymaq mümkün olmşudu. Mövcud tədqiqatlarda qədim Romanın tarixi və xarici siyasəti üç dövrə bölünür. tiranlıq dövrü-e.ə.510-cu ildə başa çatır. respublika dövrü-e.ə.510-e.ə.30-cu illəri əhatə edir. imperiya dövrü-e.ə.30 və eramızın 476-cı illərini əhatə edir. Əgər I dövrdə daxili və xarici siyasət məsələləri ilə reks (tiran) məşğul olurdusa, II dövrdə bu senatın prerativinə çevrilmişdi.İcra orqanı xalq yığıncağı tərəfindən seçilmiş 2 konsuldan  birinə verilmişdi. İmperiya dövründə diplomatik əlaqələr imperatorun əlində cəmlənmişdi. Təşkilati məsələləri imperator dəftərxanası həll edirdi.Qaynaqlar Roma şəhərinin e.ə.753-də Palatin və Kapitoli təpələri üzərində salındığını göstərir. Eramızın əvvələrində Roma 2 mln.yaxın əhalisi olan şəhərə çevrilmişdi. Şəhərin ətrafına uzunluğu 30 min metrdən çox olan qala divarları çəkilmişdi. Şəhərin Tibr çayı ilə ayrılmış 2 hissəsi bir-birilə 6 körpü vasitəsilə  ilə əlaqələndirilmişdi. Mənbələrin yazdığına görə, İtaliyanın ərazisində etrusklar da daxil olmaqla 12 latın tayfası yaşayırdı. Tayfalar arasında müharibə və ticarət əlaqələri mütəmadi davam etmiş və yalnız e.ə.V əsrdən etibarən Roma respublikası bu ərazilərin işğalına başlamışdı. Romanın şahlıq dövrü ilə bağlı məlumatlar çox deyil, əsasən yunan qaynaqlarındadır. İcma münasibətlərinin dağılması başqa yerlərdə olduğu kimi, Romada da hərbi demokratiya dövrünün meydana gəlməsi ilə nəticələndi. Bu dövrdə reksin hakimiyyəti hamı tərəfindən qəbul olnmasa da, hərbi demokratiya e.ə.VI əsrdə Roma dövlətinin yaranmasını şərtləndirdi. Romanın ilk sakinləri şəhərin müdafiəsini təşkil etmək üçün qarşılıqlı müqaviləəsasında buraya kənardan gəlmələri dəvət edirdilər ki, qeyd etdiyimiz kimi, bunlar sonralar plebey adını almışdı. Məlum olduğu kimi, Roma tarixinin bütün dövrlərində idarəçilik məsələləri ilə tiran və imperatorla yanaşı senat da məşğul olurdu. Senat patrisilərin qocalarından təşkil olunmuşdu vəəvvəllər 300 nəfərdən ibarət idi. Qədim Romada daxili və xarici siyasət məsələləri ilə bağlı qərarlarının qəbul edilməsi 2 yolla–xalq yığıncağı və senat vasitəsilə həyata keçirilirdi. Respublika dövrünün əvvəllərində senat daha böyük hakimiyyət əldə etmişdi. Xalq yığıncağı tərəfindən seçilmiş 2 konsuldan biri quru qoşunlarına, o biri donanmaya rəhbərlik edirdi. Konsullar senatın tabeliyində idi. Ancaq müharibə dövründə konsullar müstəqil qərar qəbul edirdilər. Romada diplomatiya ənənələrinəəsaslanan əlaqələr formalaşırdı ki,bu beynəlxalq əlaqələr hüququ –xalqlar hüququ adlanırdı. Roma respublikası yaxın və uzaq qonşularla, Romanın dostları və düşmənləri ilə fərqli əlaqələrə malik idi.Dost ölkələrdən gələnlər Palantin təpəsində, düşmən və dost olmayan ölkələrdən gələnlər Kapitoli təpəsində yerləşdirilirdi və onlara Roma ictimaiyyəti ilə əlaqə saxlamağa imkan verilmirdi. Roma imperiyası gücləndikcə bir tərəfdən adət-ənənələrə əsaslanan diplomatiya hüququ təşəkkül tapır, digər tərəfdən isə dost olmayan və düşmən ölkələrdən gələnlərə qarşı münasibətlər kəskinləşirdi. Belə ki, bir qayda olaraq səfirlər senat tərəfindən qəbul edilməli idi. Lakin düşmən ölkələrdən gələnləri senat qəbul etmirdi. Belə halda onlar dərhal ölkəni tərk etməli idilər. Həmin ölkənin nümayəndəsinin təkrar gəlişinə isə əvvəldən razılıq alınmalı idi. Beləcə, «persona­qrata», «persona-non-qrata» və «aqreman tələbi» adət-ənənəyə çevrilirdi. Persona-qrata- arzu edilən şəxs, persona-non-qrata- arzu edilməyən şəxs, aqreman tələbi-səfirin gəlməsinə və onun yerləşəcəyi ölkə rəhbərinin əvvəlcədən razılığı kimi mənalandırılırdı. Roma respublikasının və imperiyasının dövründəki xarici siyasətlə bağlı olan həm orqanlar, həm də fəaliyyətlər fərqlidir. Respublika dövründə səfirin, natiqin, oratorun və xəbərçinin səlahiyyətləri fərqlənirdi. Lakin imperiya dövründəəsasən 2 institut-səfir və indiki müvəkkil vəzifəsinə uyğun olan vəzifə formalaşırdı. Respublikanın ən qüdrətli dövrü e.ə.III-II əsrlər idi. Həmin dövrdə əvvələr istifadə olunan müttəfiqlərlə bağlanmış sazişlərə ehtiyac itsə də, pun və Makodoniya müharibələri dövründən etibarən Romada ənənəvi formaya qayıdılır. Məsələn, II pun müharibəsi dövründə Roma Nubiyadakı 2 çarlıqla müttəfiqlik münasibətləri qurmuş, Makedoniya müharibəsi dövründə isə Yunanıstana qarşı mübarizədə V Filiplə dostluq münasibətlərinə malik olmuşdur. Halbuki zərurət aradan qalxdıqdan sonra Romanın keçmiş müttəfiqlərinin hamısı onun əsarəti altına düşmüşdü. Səfirin seçilməsi respublika dövründə ancaq senatın prereqativi idi və püşk yolu ilə müəyyənləşirdi. Püşkdə ancaq senatorlar iştirak edə bilərdilər. Heç kəsin səfir titulundan imtina etmək ixtiyarı yox idi. İmtina etsəydi senator vəzifəsindən məhrum olardı. Yunanıstandan fərqli olaraq Romada heç vaxt 1 nəfəri səfir göndərmirdilər. Məqsəd xəyanətin və informasiyanın saxtalaşdırılmasının qarşısını almaq idi. Səfirlə birlikdə böyük personal hərəkət edirdi ki, bunlar texniki işçilər idi. Səfir göndərilən şəxs qısa müddət üçün nəzərdə tutulurdu. O dövrdə daimi səfirlik və ya konsulluq institutu yox idi. Səfir göndərilən adamların yerləşəcəyi ölkənin siyahısı tez-tez dəyişilirdi. Roma xüsusən Makedoniya müharibəsi dövründə “parçala və hökm sür” siyasətindən geniş istifadə etsə də, 3 yunan şəhərinin muxtariyyətini  ləğv etməmiş, lakin müttəfiqlik məsələsi aradan götürülmüşdü. Romada respublikadan imperiyaya keçid dövrünün maraqlı hadisələri Qay Yuli Szarın Qalliyaya müharibələri dövrü ilə bağlıdır. Məlum olduğu kimi, e.ə. I yüzilliyin ortalarında seatın hakimiyyəti zəifləmiş, sərkərdələrin hakimiyyəti güclənmişdi. Sayılıb-seçilən sərkərdələrdən Qay Yuli Sezar, Qney Pompey və Mark Publi Kras e.ə.61-ci ildə I triumviratı yaratmışdılar ki, onların qəti əlehdarları olan Varron bu triumvratı «senatı yeyəcək 3 başlı əjdaha» adlandırmışdı. Triumviratın yaranması Yuli Sezarın e.ə.60-cı ildə Romanın konsulu seçilməsinə gətirib çıxardı. O, e.ə.59-cu ildə öz tərəfdarlarının köməyilə Qalliyaya prokonsul təyin olundu. Sezarın Qalliyada canişinliyi e.ə.59-e.ə.51-ci illəri əhatə edir. Prokonsulluq müddəti 4 il davam edirdi. Konsul seçilən şəxs iki dəfə prokonsul təyin edilə bilərdi. Sezarın Qalliyanı seçməsi təsadüfi deyildi. O dövrki Qalliya üç hissəyə bölünürdü və bugünkü bütün Avropanı əhatə edirdi. Y.Sezarın Qalliyaya verdiyi diqət iki amillə bağlı idi: - Qall tayfaları mütəmadi olaraq Romanın ərazilərinə hücum etdikləri üçün, daimi narahatlıq mənbəyinə çevrilmişdilər. - Sezar Qalliyada möhkəmlənməklə hərbi baxımdan güclənə bilər və bu ona Romada hakimiyyəti ələ keçirməyə imkan verərdi. Bu dövrün öyrənilməsi üçün əsas mənbələrdən biri Sezarın yazdığı 8 kitabdan ibarət “Qalliya müharibələri” adlanan qeydləridir. Bu əsərdə qədim dünyanın adət-ənənələrindən tutmuş, o dövrki siyasi xadimlərin diplomatik ustalıqlarına qədər materiallar əldə etmək mümkündür. Sezarın apardığı mübarizədə kelt tayfalarına qarşı mübarizə ağır olmuşdur. Bunlar döyüşkən tayfa olsalar da, Sezar onların ram olunmasına çalışırdı. Ancaq kelt tayfaları hər şeyi yandırmış və qərbə doğru köç etmişdilər. Kelt tayfalarının qüdrəti bütün Qalliyaya məlum idi. Onların tabe edilməsi Sezarın Qalliyadakı fəalliyyətinə uğur gətirə bilərdi. Keltləri izləyən Sezar hiss etdi ki bu tayfalar romalılara qarşı döyüşə girməkdən yayınırlar. Sezarın kəşfiyyatı müyyənləşdirmişdi ki, kelt kahini öz tayfa başçılarına yeni ay çıxana qədər müharibəyə girməməyi tapşırmışdır. Bu, Sezarın kelt tayfalarını ram etməsinə və əvvəlki yaşayış yerlərinə qaytarmasına imkan verdi. Senat Sezarın Qalliyadakı uğurları şərəfinə Romada 15 günlük bayram tədbirləri həyata keçirməli olmuşdu. Qalliya müharibələri Sezara elə şöhrət gətirdi ki, bu ona Romada öz diktaturasını yaratmağa imkan verdi. E.ə. 49-cü ildə Sezar Romada hakimiyyəti ələ keçirdikdən sonra (e.ə.49-44) tiranlıq yaratmış və qısa müddət olsa da xarici siyasətlə bağlı bütün fəaliyyəyləri özündə birləşdirmişdi.Sezarın istəmədiyi adam səfir gedə bilməzdi. Sezarın ölümündən sonra Romada II triumvrat formalaşdı. Buraya Sezarın varisi Oktavian və etibarlı sərkərdələrdən Antoni və Lepid daxil idilər. II Triumvratın fəaliyyəti nəticəsində respublika tərəfdarları e.ə. 42­ci ildə baş vermiş Filippi döyüşündə darmadağın edilmiş və e.ə.31-ci ildə Romanın tarixində imperiya dövrü başlamışdı. 44 il hakimiyyətdə olan Oktvian Avqust senatın və konsulların fəaliyyətini özündə birləşdirdi və onun icazəsi olmadan heç kəs səfir göndərilə bilməzdi. Xarici siyasət məsələləri imperatorun əlində olsa da, sənədlərin hazırlanması ilə imperator dəftərxanası məşğul olurdu. Çox keçmədən dəftərxananın səlahiyyətləri (imperatolrun şəxsi dəfətərxanası «ərizələr xidməti» adlanırdı) daxili və xarici siyasət idarələri arasında bölündü. İmperiyannı sonlarına doğu xarici siyasətdə barbarlarla müttəfiqlik müqavilələri xüsusi əhəmiyyət kəsb etməyə başlamışdı. Belə müqavilələr eramızın I-II əsrlərinə təsadüf edirdi. Bu Romanın zəifləməsi ilə bağlı idi. Romalılar barbar tayfalarının hücumlarının qarşısını almaq üçün german və ya başqa tayfalarla ittifaqa girməyə məcbur olurdular. Müqavilələr 3-4 bənddən ibarət idi. Müqavilələrdə Romanın müttəfiqləri taxılla təchiz etməsi, müttəfiqlərin isə Romanı digər barbarların hücumundan qorunması öz əksini tapırdı. Eramızın 395-ci ilində imperator Feodosi Romanı iki oğlu - Qonori və Arkadi arasında bölüşdürdükdən sonra imperiyanın hər iki hissəsi o dövrə qədər mövcud olmuş təsisatlarа ayrıldı. Müəllif: A.N.Abbasbəyli, S.Z.Yusifzadə Mənbə: BEYNƏLXALQ MÜNASİBƏTLƏR TARİXİ  (ən qədim dövrlərdən XIX yüzilliyin 70-ci illərinin sonuna qədər) dərsliyi,Bakı 2009
['qədim Roma', 'İtaliya tarixi', 'qədim romalılar']
4,523
https://kayzen.az/blog/dusundurucu-hekayeler/8083/odun%C3%A7u-il%C9%99-%C5%9Feytan.html
Odunçu ilə Şeytan
umud600
Düşündürücü hekayələr
26 dekabr 2011, 22:59
Bir odunçu vardı, güzəranını odunçuluqla keçirirdi. Allaha ibadət edər, heç kəsə qarışmazdı. Qonşu kəndin sakinləri dağda müqəddəsləşdirdikləri ağaca ibadət edər, ondan mədəd umardılar. Bir gün odunçu: " Bunların tapındığı ağacı kəsim, həm bazarda satıb pul qazanaram, həm də bir qövmü Allaha üsyandan qurtarmış olaram, " - deyə düşündü. Dağ yolunda qəribə sir-sifəti pis bir adamla qarşılaşdı. Həmin adam ondan hara getdiyini soruşdu. Odunçu: - Xalqın Allah deyə ibadət etdikləri ağacı kəsməyə gedirəm, - dedi. Bu adam odunçuya: - Mən şeytanam... O ağacı kəsməyə icazə vermirəm, - deyincə zahid odunçu yaman əsəbiləşdi. Şeytana hücum edib onu yerə yıxdı, üstünə çöküb xəncərini boğazına dirədi. Şeytan zahidə: - Ey zahid, sən məni öldürə bilməzsən. Allah mənə qiyamətə qədər möhlət vermişdir. Ancaq gəl o ağacı kəsmə, səninlə müqavilə bağlayaq. Mən sənə hər gün bir qızıl verim, sən də ağacı kəsməkdən əl çək. Sənin nə işinə qalıb xalq neyləyir, nəyə ibadət edir, - dedi. Zahid şeytanı buraxdı. Şeytan onun axşam yatıb səhər yastığın altında bir qızıl görəcəyinə söz verib uzaqlaşdı. Zahid də ağacı kəsməkdən vaz keçib evinə qayıtdı. Axşam yatıb səhər yastığının altında bir qızıl gördü. Sevinmişdi. İkinci gün oldu. Lakin bu dəfə şeytan qızıl qoymamışdı. Zahid əsəbləşərək baltasını alıb meşəyə ağacı kəsməyə getdi. Yolda yenə şeytanla qarşılaşdı. Zahid yaman qəzəblənmişdi. Onu görüncə: - Vay saxtakar, vay! Aldatdın ha məni,- deyib hücum çəkdi. Ancaq bu səfər şeytan onu yıxıb üstündə oturdu. Zahid çaşıb qalmışdı. Heyrətlə şeytana baxırdı. Şeytan dedi: - Təəccübləndin, hə? Niyə mənə məğlub olduğunu sənə deyim? Əvvəlki gün sən Allah rizası üçün ağacı kəsməyə gedirdin. Səni nəinki mən, dünyanın bütün şeytanları gəlsə idi, məğlub edə bilməzdi. Ancaq indi Allah rizası üçün yox, sənə qızılı vermədiyim üçün gedirsən. Bax buna görə də mənə məğlub oldun və mən sənin ağacı kəsməyinə imkan verməyəcəyəm.
['Şeytan', 'odunçu', 'müqəddəs ağac']
4,524
https://kayzen.az/blog/cahandar/8084/maraql%C4%B1d%C4%B1r.m%C3%BCtl%C9%99q-bax.html
Maraqlıdır.Mütləq bax.
cahandar
Bloq: cahandar
26 dekabr 2011, 22:58
Salam hər kəsə.Maraqlı bir oyun keçirəcəm.Hər kəs iştirak edə bilər.Tapmaca kimi.Bunu necə etdiyimi tapana halal olsun gərək o kəs ya bunu bilən şəxs ya da ki çox ağıllı məntiqə sahib biri olsun.Çox maraqlıdır.Bu oyun qurtardıqdan sonra başqasını da edəcəm.Getdik Deməli,bura deyil bir qırağa mobil nömrə yazın.mobil nömrə olmasa vacib deyil 7 rəqəmli ədəd yazın.Üstünə təvəllüdünüzü və onun da üstünə tamam etdiyiniz yaşınızı yazın(nəyi tamam etmisinizsə onu)  alınan rəqəmi bura yazın .başqa heçnə yox haa ancaq alınan ədəd mənə lazımdır.Nə nömrə və ya rəqəm yazmışdınızsa mən tapacam.Hər şey aydındır?   nömrə+təvəllüdün+yaşın(tamam etdiyin)=?(tək bunu yazın)  
['tapmaca']
4,525
https://kayzen.az/blog/xaricdetehsil/6753/kanadan%C4%B1n-ali-t%C9%99hsil-sistemi.html
Kanadanın ali təhsil sistemi
Samir012
Xaricdə təhsil
26 dekabr 2011, 22:51
Ölkənin təhsil sisteminə dövlət məktəbləri daxil olduğu kimi, özəl məktəblər də daxildir. Konstitusiyaya görə təhsil yalnız əyalətin ixtiyarında yerləşir. Nəticədə, müxtəlif ölkələrdə təhsil sistemi əhəmiyyətli dərəcədə müxtəlif ola bilər. Lakin, ümumilikdə ölkədə təhsil standartları eyni dərəcədə yüksəkdir. Kanada universitetlərinin diplomları bütün dünyada tanınır. Kanada universiteləri müasir maddi-texniki avadanlıqla təchiz edilir və yaxşı kitabxanaları var. Kanad ali məktəblərinin əsas tərəfi elm və təcrübə ilə sıx əlaqədir. Ümumilikdə Kanadanın ali təhsil sistemi ABŞ ali təhsil sisteminə uyğundur. Bir halda ki, Kanadada iki dövlət dili - ingilis və fransız dili var, tələbələr bu iki dillərdən birində təhsil ala bilər. Bəzi universitetlərdə təhsilin iki dildə olmasına baxmayaraq, tələbələrin daxil olması üçün iki dili yaxşı bilmək elə də vacib deyil. Avropa və Amerikanın əksər xarici ölkələrində olduğu kimi, Kanadada ali təhsil 3 pillədən ibarətdir: Undergraduate (Bachelor's Degree) - bakalavr dərəcəsi verən ilk ali təhsil. Bakalavr proqramı üzrə təhsil müddəti əyalətdən asılı olaraq ən azı 3 il, bəzi fənlərə görə isə - daha çoxdur. 3 ilə bakalavr dərəcəsi verilən əyalətlərdə, tələbələr fərqlənmə diplomu almaq üçün bir il daha oxumalıdırlar. Fərqlənmə diplomu əsas fənn üzrə ixtisaslaşmanın daha yüksək səviyyəsini tələb edir və adətən magitraturaya daxil olmaq üçün lazımdır. Graduate (Master's Degree) - magistr dərəcəsi verən magistratura. Təhsil müddəti 2 ildir. Magistraturaya diplom işinin və ya dissertasiyanın yazılması və müəyyən fənn üzrə təcrübənin aparılması daxildir. Postgraduate - doktor dərəcəsi verən aspirantura (istənilən sahədə rəsmi dərəcə - fəlsəfə elmləri doktoru PhD adlanır). Təhsil müddəti - 3 (ən azı) və ya 4 ildir, bir il məktəbdə keçirilməlidir. Əksər hallarda doktoranturaya qəbul olmaq üçün magistr dərəcəsi tələb olunur. Bəzi universitetlər üçün tələbənin fərqlənmə diplomunun olması da kifayətdir. Daxil olarkən ümumi tələblər Orta təhsil haqqında attestat;TOEFL, SAT (bakalavrlar üçün), GRE (magistratura və doktorantura üçün) və ya LSAT (hüquqşüsanlar üçün imtahan) imtahanın verilməsi haqqında sertifikat. Ərizələrin verilmə müddətləri Universitetlərdə dərs ili adətən sentyabrdan maya kimi davam edir və 2 semestrə bölünür. Bəzi universitetlər yay ayları daxil olmaqla bir və ya üçsemestrli tədris kursları təklif edir. Bəzi təhsil proqramları tələbələrə yanvarda və ya mayda dərsə başlamağa imkan verir. Ərizələrin qəbul müddəti (təxminən) - yanvar-mart aylarındadır.
['Kanadada təhsil', 'Toronto']
4,526
https://kayzen.az/blog/maraqli-faktlar/8081/g%C3%BCll%C9%99r-ve-m%C9%99nalar%C4%B1.html
Güllər və "mənaları"
puma
Maraqlı faktlar
26 dekabr 2011, 15:28
Təbiətdə hər şey gözəldir.İnsanın yaşadığı mühiti isə çiçəklər və güllər,onların ətri,rəngarəngliyi daha gözəl bəzəyir.Çiçək və güllər insana sevinc,fərəh,inam gətirir.Buna hələ çox keçmişlərdən insanlar diqqət yetirmişlər,onlara rəmzi mənalar vermişlər.Bunlardan aşağadakılar daha geniş yayılmışdır:Qızıl gül,qırmızı rəng — məhəbbət və həyat,razılıq almaq,təntənə,qələbəQərənfil —          ehtirasSu zanbağı —     su pərisiAstra —             qəm-qüssə,xatirə Sarı gül —          ayrılıqQanqal —           dəlicəsinə sevmək, «sevgidə qorxu bilmir»Limon yarpağı — sevdiyi qızın razılığını almaqMavi rəng —        suya,havaya oxşatma,sakitləşdirici əlamətÇəhrayı rəng —    gənclik, gözəllik, hörmət, səmimilik əlamətiBoz şəbəgülü —   barışıqİnciçiçəyi —        səni sevirəmTam açılmış gül — ötən günləri xatırlamaqYarı açılmış gül —  yeni günQönçə və tumurcuq — gələcəyə inamAğ rəng ---   bitərəf,habelə təmizlik və saflıq əlamətiYaşıl  ---     cəlbedici, yorğunluq aradan qaldıran, sakitləşdirici əlamətBundan sonra birinə gül verərkən daha diqqətli olaq.
['güllər', 'çiçəklər']
4,527
https://kayzen.az/blog/Az%C9%99rbaycan-tarixi/8080/31-dekabr-d%C3%BCnya-az%C9%99rbaycanl%C4%B1lar%C4%B1n%C4%B1n-h%C9%99mr%C9%99yliyi-g%C3%BCn%C3%BC.html
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
Xrizoberil
Azərbaycan tarixi
26 dekabr 2011, 14:42
XX  əsrin 80-ci illərinin axırlarında dünyada baş verən qlobal dəyişikliklərlə  əlaqədar bir çox xalqların, o cümlədən Azərbaycan xalqının özünüdərki, həmrəylik hissi gücləndi.  İctimai həyatın demokratikləşməsi istiqamətində genişlənən xalq hərəkatı zəminində ilk olaraq Naxçıvan Muxtar Respublikasında 1989-cu ilin noyabrında  Şimali və Cənubi Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq  əlaqələrini bərpa etmək məqsədilə  əsassız çəkilmiş sərhəd çəpərlərinə qarşı xalqın etirazı başlandı. Beləliklə, "Sərhəd hərəkatı" adı ilə başlanan bu siyasi aksiya 1989-cu il dekabrın 31-də azərbaycanlıların həmrəylik hərəkatına çevrildi. 1990-cı il noyabrın 3-5-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan Türk dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasında başlamış hərəkatın davamı kimi milli birlik və həmrəylik yolunda atılan mühüm addım oldu. Qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il həmrəylik günü kimi qeyd edilməsi zəruriyyəti irəli sürüldü. Bütün bunları nəzərə alaraq ümummilli liderimiz Heydər Əliyevin başçılıq etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi qərara alındı. Naxçıvan MR Ali Məclisinin bu qərarını  əsas tutaraq Azərbaycan Respublikası Ali Sovetinin Milli  Şurası 1991-ci il dekabrın 25-də qərara gəldi ki, hər il dekabrın 31-i dünyada yaşayan azərbaycanlıların həmrəylik günü kimi qeyd edilsin. Bu qərar dünya azərbaycanlıları arasında həmrəylik hissini daha da gücləndirdi. Hazırda YUNESKO-nun məlumatına görə, dünyada 40 milyondan çox azərbaycanlı yaşayır. Onlardan 29 milyonu Cənubi Azərbaycanın,3 milyonu Türkiyənin, 2 milyondan artığı Rusiyanın, 1,5 milyonu ABŞ-ın, 500 mini Ukraynanın, 300 mini Almaniyanın, 180 mini Fransanın, 175 mini Kanadanın, 350 mini Hindistan və Pakistanın, 700 mini İraqın, 430 mini Əfqanıstanın payına düşür. XX əsrin əvvəllərindən təşəkkül tapan və fəaliyyətini son dövrlərdə xeyli gücləndirən Azərbaycan diasporu yeni bir inkişaf mərhələsindədir. Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində formalaşan özəkləri, birlikləri Azərbaycan dövlətinin, Azərbaycan mədəniyyətinin, Azərbaycan həqiqətlərinin tanınması və təbliği işində radio və televiziyanın, dövri mətbuatın imkanlarından geniş istifadə edir. Hazırda dünyanın bir çox ölkələrində Azərbaycan dilində müxtəlif qəzet və jurnallar nəşr olunur, xüsusi radio və televiziya verilişləri hazırlanır. Dünyanın 30-dan çox ölkəsində azərbaycanlıların 100-dən artıq ictimai, milli və mədəni cəmiyyət və təşkilatları fəaliyyət göstərir. Müstəqillik qazanıldıqdan sonra  əldə olunan nailiyyətlər sayəsində bütün dünya azərbaycanlılarının milli hüquqlarının, beynəlxalq haqlarının həyata keçirilməsinə geniş imkanlar açılmışdır. Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamına müvafiq olaraq 2001-ci il noyabrın 10-da Bakı şəhərində Dünya azərbaycanlılarının birinci qurultayı keçirildi. Qurultayda 36 ölkədən gəlmiş 1105 nümayəndə, 906 qonaq iştirak edirdi. Qurultayda Azərbaycan Respublikası Prezidentinin söylədiyi proqram səciyyəli nitqinin aparıcı xəttini belə bir tezis təşkil edirdi: "Biz azərbaycançılığın dövlət rəmzlərini yaşadan müstəqil dövlətimiz  ətrafında daha sıx birləşməli, onun tərəqqisi üçün  əlimizdən gələni əsirgəməməliyik". Qurultay göstərdi ki, qüdrətli Azərbaycana gedən yol bütün azərbaycanlıların milli birliyindən keçir. Qurultay dünyanın müxtəlif qütblərinə səpələnmiş soydaşlarımızın bir araya gətirilməsi vəzifəsinin həyata keçirilməsi istiqamətində atılmış ilk ciddi və qəti bir addım idi. Qurultay Azərbaycanın Avroatlantika məkanına inteqrasiyasına kömək edəcək diasporumuzun inkişafında həlledici  əhəmiyyətə malik qərarlar qəbul etdi. Türk dünyasının böyük lideri Heydər  Əliyev minillik tariximizdə dünya azərbaycanlılarını ilk dəfə bir araya gətirən böyük dövlət xadimi oldu. Azərbaycan dövləti Dünya azərbaycanlılarının I qurultayının tarixi qərarlarının əməli surətdə həyata keçirilməsi üçün bir sıra işlər gördü. O cümlədən, 2002-ci il iyulun 5-də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi yaradıldı.mənbə: Bayramlar və tarixi günlərmüəllif: Əkbər Qocayev
['tarixdə bugün']
4,528
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/8078/ail%C9%99-b%C3%B6y%C3%BCkl%C9%99rin%C9%99-h%C3%B6rm%C9%99t.html
Ailə böyüklərinə hörmət
umud600
Xoşbəxt ailə
25 dekabr 2011, 21:43
Valideynləri ilə birlikdə yaşamaq məcburiyyətində olan gənc ailələr bundan az-çox təsirlənirlər. Bu təsirin müsbət və ya mənfi olması, tərəflərin baxış bucağından və intellekt səviyyəsindən çox asılıdır. Qəbul etmək lazımdır ki, dünyagörmüş bir Qayınana gəncləri anlayışla qarşılaya və zamanla ayaqlaşa bildiyi kimi, eyni şəkildə düşüncə səviyyəsi yüksək olan bir gəlin də hadisələrə reallıqla baxa və həqiqətləri görə bilir. Bu cür gəlin- Qayınana arasında yersiz mübahisələrdən, səviyyəsiz dava-dalaşlardan danışmaq qeyri-mümkündür. Əksinə, onlar arasında yalnız qarşılıqlı sevgidən və ehtiramdan söhbət gedə bilər Əgər Qayınananızla yaşamaq məcburiyyətindəsinizsə və bu sizin ürəyinizcə deyilsə, baxış bucağınızı dəyişdirməyə çalışın. Yəni nə qədər ki, həyat yoldaşınızın ailəsini yük kimi görəcəksiniz, xoşbəxt ola bilməyəcəksiniz. O, sizin Qayınananız olsa da, həyat yoldaşınızın anasıdır. Elə isə, biz hadisənin yaxşı tərəflərini görərək bu problemdən xilas ola bilərik. Qayınana və Qayınatanızın həyat yoldaşınızın dünyaya gəlməsinə səbəb olan, onu böyüdüb boya-başa çatdıran insanlar olduğunu düşünün. Onlar bir valideyn kimi öz borclarını yerinə yetirdikləri kimi, həyat yoldaşınız da öz övladlıq borcunu yerinə yetirməlidir. Siz bu məsələdə nə qədər anlayışlı və fədakar olsanız, o da bir gün sizin ata-ananıza eyni anlayışı və fədakarlığı göstərə bilər. " Mənim ailəm ona möhtac olmaz " deməyin. İnsanın bu günü sabahı üçün zəmanət deyil. Necə deyərlər, dünyanın gərdişi bəlli olmaz. Bir də unutmaq olmaz ki, biz də qayınana və qayınatamızın yaşına çatanda övladımızın qayğısına ehtiyac duya bilərik.. Nə qədər ki, gəncdir, insan bunları düşünə bilmir; çox sevdiyi övladının bir gün ona arxa çevirəcəyini düşünmək belə istəmir. Halbuki övladlarımız həyatda çox şeyi bizdən öyrənirlər. Yəni biz ata-anamızla necə davranırıqsa, onlar da bizimlə elə davranacaqlar. " İgidi öldür, haqqını yemə " deyib atalar. Bir valideyn övladını necə çətinliklərlə böyüdür. Deməli, bu çətinlikləri qayınananız və qayınatanız da çəkmişdir. İndi sizinlə evləndi deyə və siz onun ata-anasını sevmirsiniz deyə, valideynlərinə arxa çevirməlidirmi? Əgər bunu etsə, inanın, həyat yoldaşınıza ilk nifrət edən elə siz olarsınız. Çünki içinizdəki vicdan mexanizmi bütün hisslərinizə baxmayaraq, sizə haqlının kim olduğunu göstərər. Ailəmizdə səadət istəyiriksə, həyat yoldaşımızın ailəsinə də öz ailəmiz kimi hörmət göstərməliyik. İnsan başqa birini öz anası kimi sevməyə bilər, ancaq hörmət göstərməyə borcludur. Onsuz da sevgi qəlbdə olur və onu heç kim görmür. Hörmət isə üzdədir və onu hamı görür. Yaşlandığı üçün xasiyyəti çətinləşsə də, yaxasından yapışan xəstəliklər onu hövsələdən çıxarsa da, əslində hər biri valideyndir. Həm də sevdiyiniz həyat yoldaşınızın valideyni. Sizin ona göstərdiyiniz hörmət sabah görəcəyiniz hörmətin toxumlarıdır. Necə deyərlə, nə əksəniz, onu da biçərsiniz...
['ailə münasibətləri', 'qayınana']
4,529
https://kayzen.az/blog/madd%C9%99l%C9%99r-m%C3%BCbadil%C9%99si/4857/antioksidantlar.html
Antioksidantlar
nilufer
maddələr mübadiləsi
25 dekabr 2011, 15:17
Antioksidant orqanizmdə sərbəst radikalları məhv edən kimyəvi maddələrdir. Bədənimiz özünə lazım olduqca antioksidant maddələri ifraz edir. Buna görə də bu molekulların daimi orqanizmdə lazımi miqdarda olması üçün antioksidanlı çay, meyvə və tərəvəzdən istifadə edilməlidir.Orqanizmin normal metabolik fəaliyyəti zamanı meydana gələn və hüceyrələrə hücum edərək strukturlarını pozan molekullar olan sərbəst radikallar ciddi xəstəliklərə səbəb olurlar. Antioksidantar isə zədələnən hüceyrələri qoruyan maddələrdir. Yaş artdıqca orqanizm daha çox sərbəst radikala məruz qalır və daha çox sərbəst radikal ifraz edir. Bununla bərabər, orqanizmin təbii antioksidan istehsalı yaşın artmasıyla  azalır. Antioksidant maddələr lazımlı miqdarda qəbul edilmədikdə xərçəng, ürək xəstəlikləri, damarların kirəclənməsi, yüksək təzyiq kimi xəstəliklərə tutulma  ehtimalı artır.Əsl cavanlaşdırma möcüzəsiMütəxəssislər sübut etmişlər ki, cavan qalmağın sirri antioksidan maddələrdədir. Həb halında satılan antioksidantların orqanizmə xeyiri olmur. Əksinə, immun sisteminin fəaliyyətinə zərər verir. Həkimlər ondansa təbii üsulla bu maddəni qəbul etməyi tövsiyyə edirlər. Brokoli, qarpız və pomidorda likopen, kuversitin, sülforafen, E ilə C vitaminləri kimi təbii antioksidan vardır.Antioksidantlar immun sisteminin əsas parçalarındandır. Orqanizmdə olan zərərli maddələr hüceyrə pərdəsinə zərər verir və onların yaşlanmasına, qocalmasına səbəb olur. Antioksidantlar, hüceyrələrə zərər verən sərbəst radikalları təsirsiz hala gətirərək, xərçəng də daxil olmaqla bir çox xəstəliyə və erkən yaşlanmağa səbəb ola biləcək reaksiyaları önləyir və qoruyur.Antioksidantları orqanizm necə yığır?Bədənin immunitet sistemi 2 saatdan bir davamlı olaraq yenilənir. Bunun qarşılığında antioksidanları özü çıxarır və lazımlı olanları ehtiyata yığır. Qidalardan aldığımız bəzi antioksidanları bədən orqanlarda, qanda, yağ toxumasında ehtiyat şəklində saxlayır. Antioksidantı yüksək olan yeməklər Oksigen Radikalı Əmmə Tutumu (ORƏT) yüksək olan qidalar kimi adlandırılır. Hər yemək eyni nisbətdə antioksidan təsiri göstərə bilməz. Mütəxəssislərin fikrincə, bir gündə insan 3000-5000 ORƏT dəyərində qida qəbul edərsə, onun immun sistemi bir o qədər sərbəst radikalların hücumundan qorunar.Sağlam bəslənmək və sərbəst radikalların səbəb olduğu mənfi təsirlərdən qorunmaq üçün ORAT dəyəri yüksək olan meyvə və tərəvəzlərə gündəlik bəslənmədə yer vermək lazımdır.Bəzi tərəvəz və meyvələrin 100 qram  üçün ORƏT dəyəri belədir:Quru kələm (1770), Brokoli (890), Çuğundur (840), Qırmızı bibər (710), Soğan (450), Quru ərik (5770), Çiyələk (1540), Albalı (670), Portağal (750), moruq(1220)Bitki nə qədər təbii şəraitdə yetişərsə, bir o qədər antioksidan verir. Süni gübrələrdən, dərmanlardan istifadə edilərək becərilən bitkilərin tərkibində antioksidan dəyəri aşağı olur.Bitkilərdəki antioksidan komponentlərin sərbəst radikallara qarşı təsirləri eyni olmadığı üçün  antioksidan qəbulunda müxtəliflik əhəmiyyətlidir. Mütəxəssislər deyirlər ki, antioksidan komponentləri fərqli qaynaqlardan almaq lazımdır.Antioksidantlar orqanizmi  təmizləyir. Həkimlərin məsləhətlərinə görə, antioksidanlı qidalar balanslı şəkildə istehlak edilməlidir. Çünki bunların həddindən artıq istehlak edilməsi orqanizmdə daş yaranmasına səbəb olur.A, C və E vitaminlərinin də antioksidant təsiri vardır.Antioksidantların faydası nədir?* İmmunitet sistemini gücləndirir.* Yaşlanma təsirlərinin azalmasına (anti-aging) köməkçi olur.* Bağ toxumasını gücləndirərək dəri sallanmasına mane olur.* Qırışıqlara qarşı kosmetik vasitə kimi istifadə edilir. Dərinin elastik, yumşaq və daha da qırışıqsız olmasına kömək edir.* Ürək və damar sistemindəki toxumalara elastiklik verir və ürək sağlamlığının qorunmasına köməkçi olur.* Oynaqlarda bükülmə çətinliyinə qarşı hərəkəti asanlaşdırır.* Xüsusilə siqaret çəkənlər, spirtli içki qəbul edənlər və hamiləliyə qarşı həb istifadə edənlər üçün çox qiymətlidir.* Qan dövranının yaxşılaşmasına kömək edir.* Orqanizmdə xərçəngə qarşı mübarizə çəpəri yaradır.Antioksidant orqanizmimiz tərəfindən hazırlandığı kimi çöldən qida yoluyla da alınır.Qida yoluyla alınan antioksidanlar : A Vitamini: Ərik, kök, pomidor, portağal, ispanaq, brokkoli, şaftalı, kələm kimi yaşıl-sarı tərəvəz-meyvələr, qaraciyər, balıq, süd və yumurta ən zəngin A vitamini qaynaqlarıdır.C Vitamini: Cəfəri, yaşıl bibər, ispanaq, üzüm yarpağı, brokoli kimi yaşıl tərəvəzlər, sitrus bitkiləri, çiyələk, itburnu və albalıda var. E Vitamini: Bitki mənşəli maye yağlar, yaşıl yarpaqlı tərəvəzlər, yağlı toxumlar və bunlardan əldə edilən yağlar, taxıl dənələri və quru paxlalılar ən yaxşı E vitamini qaynaqlarıdır.Flavonoidlər: Soğan, kəvər, kartof, kələm, brokoli, ispanaq, çiyələk, alma, gilənar, albalı, ərik, qara üzüm, qırmızı şərab, sitrus bitkiləri, yaşıl çay ən məşhur qaynaqlarıdır.Selenium: Tərkibində selenium olan qidalar yetişdiyi torpağın selenium miqdarına bağlı olaraq taxıl məhsullarında və paxlalılarda, ət, böyrək, ürək kimi içalatlarda , balıq və dəniz məhsullarında tapılır.Sink: ət, süd, pendir, yumurta, dəniz məhsulları və balıq kimi heyvan mənşəli qidaların hamısı sinklə zəngindir. Bundan əlavə  bütün taxıl məhsulları, quru paxlalılar, soya paxlası və günəbaxan tumu da yaxşı sink qaynaqlarıdır.Bir çox bitkilər antioksidant xüsusiyyətli olmaları ilə bizi sərbəst radikallardan və zərərlərindən qoruyur. A, C və E vitamini,  beta karoten bizi qoruyan antioksidanlardan ilkincidir. Bunlardan əlavə soenzium Q-10 kimi antioksidanlar da çox tanınır.Hər bitki mənşəli maddə zərərsiz deyildir. Bəzi bitkilər xeyri ilə bərabər, insana ziyan da verə bilər. Antioksidant xüsusiyyəti olan bitkilərə aid olan bəzi nümunələr və xüsusiyyətləri bunlardır:Ginkgo Biloba (Məbəd ağacı): Yaddaş və zehnin güclənməsinə kömək edir. Yorğunluğu, baş gicəllənməsini və qulaq zingildəməsini azaldır. Bu bitki əsasən Çində, Yaponiyada, Koreyada geniş şəkildə yayılıb. Yaxın Şərqdə bu ağac gümüş ərik, fil qulağı, qız saçı, Çin yelpik şamı kimi tanınır. Yarpaqları bol antioksidan xüsusiyyətlidir.Sarımsaq: Güclü antibakterial, antioksidan təsirə malikdir. Həzm sisteminə kömək edir, ürək xəstəliklərinə təsir göstərir, xalestrolu azaldır,  üst tənəffüs yolu  xəstəliklərinə yaxşı təsir göstərir, qan laxtalanmasının qarşısını alır, təzyiqi tarazlayır, sidikqovucudur və s.Hər gün 1-2 diş sarımsaq yemək imuniteti gücləndirər. Ona görə də xörəklərdə soğanla yanaşı 1 diş sarımsağın istifadə edilməsi məsləhətlidir.Jenşen otu: Stressə, yorğunluğa, cinsi zəifliyə qarşı güclü təsir etmə qabiliyyətinə malikdir, qüvvətverici bir tonikdir. Qədim Çində uzunömürlülüyünün sirrini bu bitkidə axtarırdılar. Jenşen bitkisi çox xəstəliklərə. İmmuniteti gücləndirir, ağciyər, şəkər, xərçəng, böyrək və s. xəstəliklərə qarşı  qoruyucu funksiya daşıyır. İnsanı cavanlaşdıran antioksidant xüsusiyyətə malikdir.Üzüm: Damar sərtliyini, sərbəst radikalların zərərlərini önləyər, qan dövranını artırar, immuniteti gücləndirər və s. İltihab qaldırıcı təsiri vardır. Yaranın tez sağalmasını  sürətləndirər. 1 kq üzümün tərkibindəki qida dəyəri 1.150 litr südə, 390 qram ətə və 1.5 kq kartofa bərabərdir. Üzüm xərçəngə, dərinin qocalmasına, ürək-damar xəstəliklərinə  qarşı yaxşı təsir göstərir. Kalori dəyəri yüksək olan üzüm kalsium, kalium, natrium və dəmirlə zəngin olduğu kimi, A, B1, B2, və C vitaminləri ilə də  əhəmiyyətli bir qida qaynağıdır. Bir sözlə, üzümün faydalarını saymaqla bitməz.Soya paxlası (lobya): Xolestrolun miqdarını tənzimləyir, zərərli xolestrolun qarşısını alır, ürək xəstəliklərinə, infarkt, xərçəng və xroniki xəstəliklərə qarşı yaxşı təsir göstərir. Menopoz (qadınlarda menstruasiya prosesinin erkən başa çatması) və osteoporaz (sümük əriməsi) xəstəliklərinin müalicəsində əvəzedilməz təsirə malikdir.Çay: Güclü antioksidan təsirə malik olan bu bitkinin sağlamlığa demək olar ki, ziyanı çox azdır. Çayın xolesterol səviyyəsini aşağı saldığı mütəxəssislər tərəfindən təsdiqlənmişdir. Susuzluğu yox edir, qaraciyəri təmizləyir və təzələyir, diş çürüklərinin qarşısını alır, yorğunluğu götürür, sakitləşdirici təsirə malikdir. Ürək-qan-damar xəstəliklərinin qarşısını alır, ürəyi gücləndirir, asmanın qarşısını alır. C və E vitamini ilə karoten maddəsi sayəsində qan xərçənginə qarşı immuniteti artırır, sonsuzluğun qarşısını alır. Tərkibində olan antioksidant təsir orqanizmdən zərərli maddələrin xaric olunmasına kömək edir və ağciyər, mədə, bağırsaqda xərçəngin, gözdə kataraktanın yaranmasının  qarşısını alır. Çay həm də antibakterial təsirə malikdir. Yaşıl çayın tərkibində daha çox antioksidan maddələr vardır.Soğan, kəvər, kərəviz, kələm fəsiləsi də antioksidan xüsusiyyətə malikdir. Xərçəngə qarşı güclü təsirə malikdir.Qara qarağat, quşüzümü, çiyələk, moruq, nar, böyürtkən də güclü antioksidant təsiri vardır. İmmuniteti gücləndirir, göz xəstəliklərinə qarşı istifadə edilir.Pomidor, ərik, qreyfrut,qarpız çox güclü bir antioksidant olan likopen baxımından zəngindirlər. Likopen məmə, prostat xərçəngi kimi bəzi xərçəng növlərinin riskini  azaldır. Orqanizmi ürək-damar sistemi xəstəliklərinə qarşı qoruyur.Sitrus bitkiləri: Limonen, fenolik turşusu kimi antioksidantları özündə birləşdirirlir. Dəri, məmə və ağciyər xərçəngləri başda olmaqla, xərçəng riskini azaldar. C vitamini qaynağı olduqlarından dərinin elastikliyini qoruyar. Orqanizmdə dəmir kimi bəzi qida elementlərinin sorulmasına kömək edər.Yabani ənginar: Ənginar bitkisi ən çox Türkiyə, İtaliya, Fransa, İspaniya, ümumilikdə Cənubi Avropa və Ağ dəniz hövzəsindəki ölkələrdə yetişdirilir. Azərbaycanda isə əkin ənginarı, əkin artişoku, tikanlı ənginar  adlandırılan növü yetişdirilir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Əkin artişoku Azərbaycanda Lerik, Şamaxı rayonlarında və Mərəzədə becərilir. Abşeronda da becərilməsi yaxşı nəticə verir. Onun yarpaqlarında, çiçəklərində, toxumlarında və köklərində bir sıra bioloji fəal maddələr müəyyənləşdirilib. Belə maddələrdən: sinarin qlikozidini, acı maddələri, şəkəri, piyli və qatranlı maddələri, üzvi turşuları, C vitaminini və s. göstərmək olar. Ənginardan xroniki qaraciyər iltihabı, qaraciyərin yağlanmasının qarşısını almaq üçün istifadə edirlər. Ənginar bitkisi ödün fəlaiyyətini tənzimləyir və öd şirəsinin bağırsağa ifraz edilməsinə, yayılmasına kömək edir.Xərçəng xəstəliyinin qənimiAntioksidant maddələr ən çox xərçəngin yaranma riskini əngəlləyir. Spirtli içki qəbul edənlər və  siqaret çəkənlərin daha çox antioksidan maddələrə ehtiyacı vardır. Çünki spirt və siqaret orqanizmi zəhərləyərək zəiflədir, immun sistemini məhv edir. Belə şəraitdə sərbəst və zərərli birləşmələr insan orqanizmini özünə tabe edir. Antioksidantın bol olması ən azından bu birləşmələrin zərərli təsirinin qarşısını alır, dəri hüceyrələrini məhv etməsinə və zədələməsinə şərait yaratmır. Ona görə də xüsusilə xərçəngə tutulmamaq üçün siqaretdən və hansı şəraitdə hazırlanması bəlli olmayan spirtli içkilərdən tamailə imtina etmək məsləhətdir.Sonda unutmamaq lazımdır ki, insan üçün həyatda özünün və yaxınlarının sağlamlığından dəyərli heç nə yoxdur. Ona görə də hər kəs necə və nə ilə bəslənməsinə ciddi fikir verməlidir. Həmişə təbbii məhsullarla qidalanmalıdır.Tədqiqatlara əsasən, qoz tərkibindəki ən yüksək antioksidantlara görə digər qida məhsullarından fərqlənir. Antioksidantlar insan orqanizmində turşuluq nəticəsində hüceyrələri parçalayan zəncirvari reaksiyanın qarşısını alır. Alimlər hesab edirlər ki, fındıq, araxis, badam və püstə ilə müqayisədə qoz daha xeyirlidir. Skrenton Universitetinin əməkdaşı Co Vinsonun hesablamalarına görə, qozun tərkibində antioksidant digərlərinə nisbətən iki dəfə çoxdur. Qozdakı antioksidantın bioloji fəallığı başqaları ilə müqayisədə yüksəkdir. Tədqiqatların nəticəsinə görə, qozun tərkibindəki antioksidantlar E vitamininə nisbətən 15 dəfə çox güclü təsirə malikdir. Nəzərə almaq lazımdır ki, E vitamini insan orqanizmindəki hüceyrələrin təbii kimyəvi vasitələrlə zədələnməsi nəticəsində əmələ gələn müxtəlif xəstəliklərdən qoruyur. Qozun tərkibində yüksək keyfiyyətli zülal, çoxlu vitamin və minerallar var. Bununla yanaşı, allergiya yaradan kleykovinalar yoxdur. İndiyə qədər aparılmış tədqiqatlar göstərir ki, az miqdarda qoz yemək ürək xəstəlikləri, xərçəng, diabetin hər iki növündə riski azaldır. Tədqiqatçı Co Vinson deyir ki, qoz yüksək temperaturda qovrulduqda antioksidantların keyfiyyəti aşağı düşür. Məsələ bundadır ki, tərkibindəki antioksidantların səmərəliyini saxlamaq üçün insanlar qozu çiy şəkildə və lazım olan qədər yeyə bilər. Mütəxəssislərin gəldiyi nəticəyə görə, yaşlanma damar xəstəliyi ilə bağlıdır. Damar nə qədər yumşaq olsa, yaşlanma prosesi də bir o qədər yavaş gedir. Bunun üçün tərkibində antioksidantlar, C vitamini və selenium olan qidalar qəbul etmək daha faydalıdır.Ən mühüm antioksidantlar* C vitamini meyvə-tərəvəzdə, əsasən də pomidorda daha çoxdur və bu vitamin dərinin və toxumaların yaşlanmasının qarşısını alır.* Bir çox fərqli növləri olan B vitamini dərini, saçları və gözləri qoruyur.* E vitamini xüsusən zeytun yağında boldur və dərinin gənc qalması üçün mühüm rola malikdir.* Selenium hüceyrələri qoruyur, “Omeqa-3“ yağ turşusu yaşlanmanın təsirini azaldır, yerköküdəki və müxtəlif rəngli meyvə-tərəvəzlərdəki betakaroten dərini günəş şüalarından qoruyur, gözləri gücləndirir.* Sink dərini gözəlləşdirir, dırnaq və saçları möhkəmləndirir...
['antioksidant']
4,530
https://kayzen.az/blog/Zeynal/8076/%C3%A7ox-d%C3%BC%C5%9F%C3%BCnd%C3%BCr%C3%BCc%C3%BC-hekay%C9%99.html
Çox düşündürücü hekayə
Zeynal
Bloq: Zeynal
25 dekabr 2011, 00:52
Bir gün bütün duyğular bir yerə yığılıb gizlənqaç oynayırdılar. Yəni Düşüncəsizlik, Xoşbəxtlik, Kədər və Eşq. Danışırlar ki kim birinci axtaracaq? Düşüncəsizlik heç düşünmədən deyir mən və saymağa başlayır. 98, 99, 100 açır. Hamı gizlənmişdi. Xoşbəxtlik suyun içinə girmişdi. Kədər ağaca çıxmışdı, Eşq özünə yer tapa bilmirdi. Artıq gec olduğunu görüb özünü tikanlığa atır. Düşüncəsizlik gözünü açır, xoşbəxtlik xoşbəxtlikdən suyun içindən çıxır tapılır, Kədər isə o qədər üzülür ki, ağacda dayana bilmir tapılır. Sıra gəlir Eşqə, çox axtarırlar Eşqi. Birdən bir qışqırıq səsi eşidirlər, hamısı qorxurlar, görürlər ki, səs tikanlıqdan gəlir. Hamısı qaçırlar tikanlığa tərəf. Görürlər ki, tikanlıqdan çıxan Eşqin gözlərindən qan gəlir, təmiz qanın içindədi. Nə oldu deyə soruşanda? Eşq: Tikan batdı deyə cavab verir. Düşüncəsizlik, düşünmədən deyir ki, mən sənin gözün olaram. Elə o zamandan Eşqin gözü kor olur, Düşüncəsizlik isə Eşq-in gözü olur. Ona gorə də insan çox zaman düşünmədən Aşiq olur.
['hekayə']
4,531
https://kayzen.az/blog/Zeynal/8075/minn%C9%99tdaram-allah%C4%B1m.html
Minnətdaram Allahım
Zeynal
Bloq: Zeynal
25 dekabr 2011, 00:18
Bir gün mən dükanların birində alış-veriş edirdim. Birdən bir uşağın kassanın önündə dayanıb satıcı ilə söhbətinin şahidi oldum. — "Əzizim, sənin bu kuklanı almağa pulun çatmır" — satıcı uşağa deyirdi. Uşaq isə boynunu büküb yenidən pulunu əlində saymağa başladı. Mən kassaya yaxınlaşanda, «Xala, siz də düşünürsünüzki mənim bu kuklanı almağa pulum çatmır?» — deyə məndən soruşdu… Mən onun pulunu saydım və kuklanın qiymətinə baxıb, «Bəli əzizim, sənin bu kuklanı almağa pulun çatmır» dedim. Uşaq hələ də kuklanı əlində tutub dayanmışdı. Mən alış-veriş edib dükandan çıxmaq istəyəndə yenidən ona yaxınlaşdım. «Sən bunu kimə almaq istəyirsən?» deyə soruşdum… «Mənim bacım bu kuklanı çox sevir. İsteyirem onun ad gününə bunu hədiyyə edim..Kuklanı anama vermək istəyirəmki o bu kuklanı bacıma versin.» Bir qədər susdu… Onun gözləri çox qəmgin idi… və birdən o yenidən mənə danışmağa başladı..«Mənim bacım Allahın yanına gedib.Mənə atam belə dedi. Atam dediki anam da birazdan gedəcək Allahın yanına. Mən də düşündümki bəlkə anam bacıma bu kuklanı apara bilər.» Mənim ürəyim birdən sanki dayanmağa başladı… Balaca oğlan mənə baxıb: «Mən atama dedimki, qoyma anam mən gələnə kimi harasa getsin.» Sonra o mənə bir şəkil görsətdi. Orda bütün ailəsi var idi. Hamısı çox xoşbəxt görünürdü. «Mən istəyirəmki anam bu şəkili bacıma aparsın. İstəmirəm ki, bacım məni unutsun.Əslində mən istəmirəmki anam məni burda tək qoysun. Amma atam deyirki o bacımın yanına getməlidir.» — deyib yenidən qəmgin gözləri ilə kuklaya baxdı.   Mən tez uşağa baxıb " Gəl sənin pulu təzədən sayaq. Bəlkə səhv saymışıq?" — dedim. «HƏ! Mən də düşünürəmki mənim pulum çatır bunu almağa» — uşaq sevinclə dedi. Gizlincə pul kisəmdən pul götürüb onun puluna əlavə edib, yenidən pulunu sayıb "Şirinim, sənin pulun bu kuklanı almağa çatırmış. Biz səhv saymışıq.Bağışla məni!"-dedim. Kuklanı almağa pul kifayət edirdi hələ bir qədər də artıq qalırdı. Məni çox kövrəldən bu uşaq göyə baxıb "Çox sağol Allahım! Çox sağolki sən mənə pul verdin, Allahım. Pul verdinki mən bacıma bu kuklanı ala bilim. Çox sağol Allahım" Bu sözləri dedikdən sonra mənə baxıb əlavə etdi: «Mən dünən gecə yatmamışdan qabaq Allaha yalvardımki mənə pul versinki mən bacıma bu kuklanı ala bilim. Allah məni eşitdi! Həm də mən istəyirdimki biraz pulum qalsınki anama 1 qızıl gül ala bilim. Anamın ağ qızıl güldən çox xoşu gəlir.Amma mən Allaha bu haqda heçnə demədim. Amma o mənə yetərincə pul verdiki mən həm də gül ala bilim». Bəzən insanların həyatında elə anlar olurki, insanın özü və həyata baxışı 180 dərəcə dəyişir!
['hekayə', 'qızılgül']
4,532
https://kayzen.az/blog/Zeynal/8074/h%C9%99yata-t%C9%99kc%C9%99-%C3%B6z-p%C9%99nc%C9%99r%C9%99nizd%C9%99n-baxmay%C4%B1n_2.html
Həyata təkcə öz pəncərənizdən baxmayın
Zeynal
Bloq: Zeynal
25 dekabr 2011, 00:16
-Aygünə nə olub? Sanki küsüb,əvvəlki kimi deyib gülmür… -Yeniyetməlik problemləridir.Vaxt keçdikcə hər şey öz qaydasına düşəcək.Biz də bir vaxtlar eyni problemləri yaşamadıqmı?.. -Nərgiz xala,Aygünlə tez-tez söhbət edirsinizmi? -Bu necə sualdır,əlbəttə edirik. -Yox,elə demək istmədim.Yəni,o hisslərini sizinlə bölüşürmü? -Mən belə şeyləri başa düşmürəm,ancaq onu bilirəm ki,atası son vaxtlar onu tez-tez danlayır.Aygün də bəzi işləri bizdən xəbərsiz görür.Atası xəbər tutsa,heç bilmirəm necə olacaq.   Aygün orta məktəbin onuncu sinifində oxuyur.Universitetə hazırlaşmaq üçün hazırlıq kursuna gedir.Ailəsi də onun imtahanlara yaxşı hazırlaşması üçün əlindən gələni edir.Ancaq son vaxtlar Aygün özünü çox narahat hiss edir.Bir tərəfdən yeniyetməlik problemləri,bir tərəfdən də stress onu rahat buraxmır.Tez-tez əsəbiləşir,bəzən də yoldaşlarının təsiri altına düşür.Atası onu kursa göndərdiyi üçün çox sevinir.Ancaq atası bir ata kimi öz işini yalnız kursun pulunu ödəməkdə görür. Artıq üç həftədir ki,nə məktəbdəki,nə də kursdakı dərsləri ilə məşğul ola bilir.Sevginin nə olduğunu bilməsə də,rəfiqələri tez-tez bu mövzudan danışırlar.   Özünü yelkəni qopmiş bir qayıq kimi hiss edir.Dənizdə təkbaşına “dalğalarla mübarizə aparır”. “Nə etməliyəm?” sualına heç cür cavab tapa bilmir… Birdən Aygünün qapısı döyüldü.Bir anlıq çaşıb qaldı.Uzun müddət idi ki,heç kim onun qapısını döyməmişdir.Tez qalxıb qapını açdı: -Doğrusu çox təəccübləndim.Bizim evdə qapını heç kim döymür. -Yenə nə olub,dərin xəyallara qərq olmusan? -Hansını deyim ki?Ürəyim sıxılır.Özünü uşaq kimi hiss edirəm.Həyata nikbin baxa bilmirəm… Sevinc Aygündən 5 yaş böyük idi.Bir anlıq beş il əvvəl yaşadıqları ağlına gəldi: -Bir vaxtlar mən də sənin yaşadıqlarını yaşadım.Odur ki,səni yaxşı başa düşürəm.Məktəb,universitet mənə boş şey kimi gəlirdi.Bir neçə il sonra evlənəvək,oğul-uşaq sahibi olacaqdım.Həyat mənim üçün dörd divardan ibarət bir otaq idi.Ancaq bir yaz günü pəncərədən həyətə baxanda harada səhv etdiyimi anladım. O avxt evimiz dördüncü mərtəbədə idi.Otağımdan salona qaçdım.Salonun pəncərəsini açıb küçəyə boylandım.İnsanlar hara isə axışır,hər tərəfdə həyat qaynayırdı.Halbuki mənim otağımın pəncərəsi kiçik bir daşlığa açılırdı.Mətbəxə qaçdım.Eyvana çıxıb pəncərələri açdım.Uzaqdan dənizin mavi ləpələri parıldayırdı.Bir az uzaqda isə adalar var idi.Bu gözəllikləri daha əvvəl niyə görmədiyimə təəssüfləndim.Hər şey çox gözəl idi,ancaq mən bu gözəlliyi ilk dəfə idi ki, “kəşf etdim”.Düşündüm ki,evimiz bir olsa da,pəncərələrinin hərəsi bir tərəfə açılır.Deməli,biz də həyata yalnız öz pəncərəmizdən baxmamalıyıq… Həmin gün Aygünlə Sevinc evin otaqlarını gəzib pəncərələrdən çölə baxanda Nərgiz xala heç nə başa düşmədi.Ancaq bildiyi bir şey var idi ki,o gündən Aygün tamam başqa bir qız oldu...
['hekayə', 'əfiqə']
4,533
https://kayzen.az/blog/maraqli-faktlar/8072/amerikan%C4%B1-titr%C9%99d%C9%99n-19-qarda%C5%9F.html
Amerikanı titrədən “19 qardaş”
Samir012
Maraqlı faktlar
24 dekabr 2011, 21:18
11 sentyabr terrorunu törədən şəxslər kimlər idi və sonları necə oldu... «Ondan bir dəfə soruşdum ki, nəyə görə heç vaxt gülmür, həmişə kədərli və hüznlüdür. Cavab verdi ki, axı, hər gün Fələstində günahsız insanlar öldüyü halda mənim üzüm necə gülə bilər?» Amerika senatının üzvü Çak Hagelin «ikinci Perl-Harbor» adlandırdığı bu dəhşətli olayların tədqiqatının gedişi heç də terrorçuların illərlə hazırladıqları plandan asan başa gəlmədi. Rəsmi məlumata görə, elə təkcə özlərini diri-diri fəda eləyənlərin kimliyinin müəyyənləşdirilməsi üçün müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının nə az-nə çox, düz 7 minə yaxın əməkdaşı bu işə cəlb olunubmuş. Maraqlıydı, tədqiqatların gedişində terroru həyata keçirən 19 nəfərin heç birinin nəzəri cəhətdən adətən belə əməlləri törədənlərə məxsus keyfiyyətlərə malik olmadıqları daha çox gözə girirdi. Ancaq onu şəxsən tanıyan amerikalı Ralf Bodenin ifadəsinə əsasən yuxarıda barəsində danışdığımız həmin «hüznlü üz» sahibinin - Muhəmməd Attanın rəhbərliyi ilə 18 nəfər ərəb Amerikanın düz 4 təyyarəsini qaçırdaraq hərəsini bir istiqamətə apardı, hərəsini bir yerə çırpdı, özləri də daxil minlərlə insanın ölümünə bais oldular. Və dünyanın düzəninin dəyişilməsinə səbəb olacaq 11 sentyabr 2001-ci il terrorunu törətdilər...  Terroru anlamağın üstünlüyü... Erix Fromm yazardı ki, faşizmin mahiyyətini və anatomiyasını anlamadıqca bəşəriyyət bu bəladan xilas ola bilməyəcək. Eyni uğurla bu məntiqin terrora da aid oluna biləcəyi qənaətindəyəm. Bu baxımdan, nəinki təkcə Amerikanın, demək olar, bütün dünya ölkələrinin daxili və xarici siyasətində böyük dəyişikliklərə rəvac vermiş 11 sentyabr terroru barəsində indiyə qədər aparılmış və aparılan, bundan sonra da aparılacaq tədqiqatların, araşdırmaların, yazılmış bədii, çəkilmiş ekran əsərlərinin məqsədi elə bundan ibarətdir. Bunlarla yanaşı etiraf olunmalıdır ki, üstündən 10 il ötməsinə baxmayaraq, 11 sentyabr olayının ən müəmmalı tərəfi bu terroru birbaşa həyata keçirənlərin şəxsiyyətləri ilə bağlıdır. Həqiqətən, rəsmi informasiyadan fərqli olaraq məlum hadisənin hansısa dövlət qurumları tərəfindən törədildiyi haqda ehtimallardan başlamış, ən ağlagəlməz adamların adlarının hallanmasına qədər uzanan yorumlarda onların - 19 nəfər terrorçunun kimlikləri daha az söhbət mövzusudur. Bu bir tərəfdən onların günahsız insanların qanına bais olmaları ilə bağlıdır. Yəqin, tədqiqatçılara «bəşəriyyət belələrinin adlarını deyil, əməllərini yadda saxlamalıdır» məntiqi güc gəlir. Ancaq bu «unutqanlığın» digər bir obyektiv tərəfi də var. Axı, onların da cəsədləri Ümumdünya Ticarət Mərkəzlərinin qoşa qüllələrində, Pentaqon binasında, Pensilvaniya ştatında yerə düşən təyyarədə ölənlərin cəsədləri kimi tanınmaz hala düşmüşdü. Ara o qədər qarışıbmış ki, hətta deyirlər, Amerika xüsusi xidmət orqanlarının əməkdaşları qoşa qüllələrdə yanmayıb qurtulanların şəxsiyyətlərini də yoxlamaq istəyirmişlər: terrorçular onlara qarışıb aradan çıxa bilərmişlər... Nəsə, enində-sonunda həmin 4 təyyarəyə bilet alanların, yoxlamadan keçənlərin, yük sahiblərinin incələnməsi, Amerika Birləşmiş Ştatlarının dürlü-dürlü strukturlarının uzun-uzadı çalışmaları nəticəsində 2003-cü ilin martında Pakistanda həbs olunan Xalid Şeyx Muhəmmədin 1996-cı ildən hazırladığı, Bin-Ladenin isə xeyir-duası ilə həyata keçirilən 11 sentyabr 2001-ci il «müharibəsinin» «əsgərlərinin» adlarını dünyaya bəyan elədilər. Təbii ki, hər birinin adının, soyadının qabağında yekə bir «güman ki...» kəlməsiylə... Kimlər idi bu «gümanlı» 19 nəfər? 19 gümanlı Məlum terror aktına dəxli olub-olmadığı barədə fikirlərində bir neçə il nala-mıxa vurduqdan sonra nəhayət, Bin Laden 30 oktyabr 2004-cü ildə «Əl-Cəzirə» kanalına verdiyi müsahibədə eynən belə demişdi: «Mən və ali baş komandan Muhəmməd Atta - Allahın mərhəməti onun üstündə olsun - razılığa gəldik ki, əməliyyat ən uzağı Buş və onun administrasiyası nəsə duyana qədər, yəni 20 dəqiqəyə başa çatmalıdır». Bəli, bu əməliyyata Bin Ladenin haqqında danışdığı həmin adam - Muhəmməd Atta rəhbərlik eləyirdi. Amerika Ədliyyə Nazirliyinin terrorçular haqda yaydığı immiqrasiya məlumatlarında 43 yaşlı bu adamın Misir vətəndaşı olduğu güman olunur. O, Hamburqda Texniki Universiteti bitirib. Alman polisinin məlumatına görə, uzun müddət radikal islamçılarla əlaqəsi olub. Amerikaya 2001-ci ilin iyul ayında biznes vizası ilə gəlsə də, burada uzunmüddətli qalmaq üçün sənəd əldə eləyib. Təyyarəçi Muhəmməd Atta bu peşəyə Floridada sahiblənib. «Boeing-727» sürməyi simulyotorlarda öyrənib. Güman olunur ki, 175-ci reysi qaçırdığı hesab olunan Mərvan Əl-Şeyx onun əmisi oğlu olub.  Bostondan 11-ci reyslə uçan və Ümumdünya Ticarət Mərkəzinin şimal qülləsinə çırpılan təyyarədə Atta ilə bərabər daha 4 nəfərin olduğu güman edilir. Bunlardan ikisi Səudiyyə Ərəbistanı vətəndaşı olsalar da, turist vizası ilə Hollivudda yaşamış Valid Alşeri və onun qardaşı, təyyarəçi Vail Alşeridir. Terror anında təyyarəni sürdüyü güman olunan Valid 1997-ci ilədək Floridadakı Deyton-Biç aeronavtika universitetini bitiribmiş.  Əbdüləziz Alomari də Səudiyyə Ərəbistanının vətəndaşıymış və güman ki, ikinci pilot da o olub. Floridada arvadı və 4 məktəbyaşlı uşağı ilə birgə yaşayan Alomari kiçik təyyarələrin pilotu olub, uzun müddət bort mühəndisi işləyib. Onu Kennedi Aeroportunda ərəb ölkələrinə uçuşları həyata keçirən «Saudi Flayts» aviakompaniyası işə dəvət edibmiş. 25 yaşlı Satam Əl Sukami isə vizasının vaxtı bitdiyi üçün düz sentyabrın 11-i 2001-ci ildə Amerikaya qeyri-leqal şəkildə daxil olub.  Ümumdünya Ticarət Mərkəzinin cənub qülləsinə çırpılan 175 saylı reyslə uçan təyyarədə də 5 nəfərin olduğu güman edilir. Mərvan Əl-Şeyx - yuxarıda dediyimiz kimi, Attanın əmisi oğlu 1978-ci il təvəllüdlü olub. Floridada təyyarədə uçmağı öyrənib, sonralar Hamburq Texniki Universitetində oxuyub və elə burada da radikal islamçılarla tanış olub. Fəyyaz Əhmədin, Mohald Əlşəhrinin, Həmzə və Əhməd Əlhəmdi qardaşlarının Floridada yaşamış olduqları güman edilir. Sonuncuların hamısı 2011-ci ildə turist vizası ilə Amerikaya gələrək Delrey Biçdə məskunlaşıblarmış.  Terrorçuların üçüncü hədəfi olan və Dallesdən uçan 77 saylı reys məlum olduğu kimi Pentaqonun binasına çırpılmışdı. Bu təyyarədəki Səudiyyə Ərəbistanının vətəndaşı olduğu güman edilən Xalid Əl-Midhar əməliyyatdan əvvəl Los-Ancelesdə və Nyu-Yorkda yaşayıb.  Mayed Mokyed haqqında heç bir informasiya yoxdur. Navak və Slam Əlhəmzilərin ya Nyu-Cersidə, ya da Los-Ancelesdə yaşadıqları ehtimal olunur. Növbəti «əsgər»in - Hani Hanjurun isə pilot olduğu güman edilir. Belə ki, Skottdeyledəki uçuş məktəbindən onun həqiqətən burada uçuş kursu keçdiyi təsdiq olunub. Ancaq maraqlıdır ki, FTB əməkdaşları həmin şəhərin heç bir mehmanxanasında, yaxud qeydiyyat qurumunda belə ad və soyada rast gəlməyiblər.  93-cü reyslə Nyuarkdan uçaraq Pensilvaniyada yerə düşən təyyarəni Ziyad Samid Carra adlı Livan vətəndaşının sürdüyü ehtimal edilir. Digər terrorçular - Əhməd Əl Həznəvi, Əhməd Əl Həyənavi və Səid Əl Həmdi haqqında məlumatlar çox azdır. Onların turist vizası ilə Amerikaya gəldikləri, Floridada yaşamış olduqları güman edilir. 11 sentyabr qisasçısı Bu il - 11 sentyabr terrorunun 10 illiyində Amerikanın Texas ştatında məhkəmənin qərarı ilə barəsində ölüm hökmü çıxarılmış bir nəfərin qoluna öldürücü inyeksiya ilə dolu iynə vurub öldürdülər. 21 iyul tarixində yerli vaxtla saat 20.53 dəqiqədə yerinə yetirilmiş bu məhkəmə hökmü də terrorçuluğa görə çıxarılmışdı. Dallas ştatının 41 yaşlı Mark Stroman ad-soyadlı insanı 11 sentyabr olayından bir neçə gün sonra guya ölmüş bacısının qisasını almaq məqsədiylə Pakistandan və Hindistandan gəlmiş iki nəfəri öldürmüş, bir nəfər Banqladeş vətəndaşının isə güllə ilə gözünü çıxarmışdı. Stroman elə həmin gün tutulmuşdu və məlum olmuşdu ki, onun heç yerli-dibli bacısı olmayıb. Qatil sonradan polisə verdiyi ifadəsində yazmışdı ki, bu əməlini Amerikanın şöhrəti və «ərəblərin terror aktına cavab kimi» törədib.  İndi, maraqlıdı, görəsən, Stromana nə ad vermək olar? Axı, o da təyyarələri qaçırdıb minlərlə insanın qanını tökənlər kimi qisas alıb. Görəsən, onları bir-birindən ayırmaq olarmı? Əlbəttə, fəlakətin miqyası baxımından böyük fərqlər var. Ancaq axı, insan taleləri yalnız miqyasla ölçülmür. Ona görə də, əminəm ki, 11 sentyabrda həlak olanların yaxınları «19 qardaş» haqqında nə düşünürlərsə, Stromanın qanlarını tökdüyü həmin hindli ilə pakistanlının yaxınları da onun barəsində eyni şeyləri düşünürlər. Ancaq məni Stromanın güllə ilə ömürlük şikəst elədiyi banqladeşlinin onun məhkəməsində qatilə ölüm hökmü çıxarılmaması barədə xahişindəki fikirləri daha çox düşündürür. Banqladeşli deyirmiş: «Mənim dinim (İslamı nəzərdə tutur - İ.Tumas) incidənlərin günahlarının bağışlanmasını məsləhət görür və öldürməyi qadağan edir». Düşünürəm, gərək hər kəs əvvəlcədən bağışlayaydı... Onda nə «19 qardaş», nə 11 sentyabr, nə də Stroman olardı... Müəllif: İlham TumasHəmçinin bax: Tarixin ən böyük terror aktları
['Amerika', 'terror', '11 sentyabr']
4,534
https://kayzen.az/blog/jurnalistika/7444/televiziya-m%C3%BCsahib%C9%99si.html
Televiziya müsahibəsi
Ferro
Jurnalistika
24 dekabr 2011, 00:47
Lentə alınmış müsahibələrdən yalnız zəruri hallarda istifadə ödilir. Telereportajda istifadə olunan müsahibələr iki funksiyanı gerçəkləşdirə bilər: - keyfiyyət funksiyasını. Bu zaman müsahibə seyrçini müəyyən fikir, mülahizə konkret baxışla tanış edir, müsahibə verən adamın bəzi daxili özəlliklərini, xarakter cizgilərini açıqlamağa imkan yaradır; - kəmiyyət funksiyasını. Bu zaman müsahibənin gedişində olayı təsvir edən və ya dəqiqləşdirən bəzi konkret fakt və informasiyalar aydınlaşdırılır. 1. KEYFİYYƏT FUNKSİYASI Telereportajda müsahibədən maksimum səmərəli istifadə zamanı məlumat keyfiyyətcə yeni informasiya hesabına çatdırılır. Reportajlarda belə informasiyalardan istifadə müsahibə verən adamın fikir və mülahizələrinə ayrıca çəki gətirir. Məsələn, fikrinizcə, hansı nümunə daha güclü təsir bağışlayır: - "Senator Qolduoterin fikrincə, prezident istefa verməlidir" söyləyən reportyor, yoxsa; - Telekameranın obyektivinə baxan və: "prezident istefaya getməlidir" deyən senator Qolduoter? Bu misal telemüsahibənin unikal imkanlarını gözəlcə göstərir. Biz informasiya qaynağı olan adamla üzbəüz görüşürük. Bundan başqa, ekranda əksini tapan hərəkətli titr informasiya qaynağı haqqında seyrçiyə əlavə məlumat da çatdırır. 2. KƏMİYYƏT FUNKSİYASI Kəmiyyət xarakterli informasiya çatdırılarkən səs qoşmalarından istifadənin səmərəsi minimuma düşür. hansı variantın daha qısa və daha anlaşıqlı olmasını müqayisə edin: - "saatda 60 mil sürətlə hərəkət edən avtomobil ikitərəfli yolun ayırıcı xəttini keçərək əks istiqamətdə şütüyən avtomobillə toqquşub" söyləyən polis nəfəri, yoxsa; - "sürətlə irəliləyən avtomobil əks hərəkət zolağına düşərək üzbəüz gələn maşınla toqquşub" deyən reportyor? Aydındır ki, ikinci variant daha səmərəlidir və proqramın tempini qorumağa da imkan verir. Bu zəruri qeydləri söyləməklə bir daha vurğulamağı vacib sayırıq: müsahibə reportajın ən önəmli və yaddaqalan hissəsidir. 3. RƏYLƏR Müsahibə baş verən olayı qiymətləndirmək üçün közəl vasitədir. Müsahibəverən adam olayın köklərindən və qaynaqlarından yaxşı xəbərdardırsa, onun fikrinin videoyazıya alınması baş verənlərin əla interpretasiya üsuludur. Müsahibəverən şəxs olaya münasibətini söyləyə biləcəyindən hazırladığınız material zəruri subyektivlik çaları qazanır. Düzdür, bu zaman subyektiv fikrin qaynağı seyrçinin gözü önündə olmalıdır. Müsahibəverəni həm görən, həm də eşidən seyrçilər bir informasiya qaynağı kimi onun etibarlılıq dərəcəsi haqqında da şəxsi qənaətə gələ bilərlər. 4. OLAYIN İNSANİ YÖNÜ Olay şahidindən müsahibə onun duyğuları ilə dolğunlaşan olayın zəruri incəlikləri barədə təsəvvür yaradır. Şahidin şərhləri olayın insani yönlərini və daxili aspektlərini anlamaqda auditoriyaya kömək edir. Süjetdə şahidlərin səsindən faydalanma istər önəmli, istərsə nisbətən önəmsiz olayları ünsiyyət səviyyəsinə qaldırır və hər bir seyrçi baş verənləri daha yaxşı qavramaq durumuna düşür: - Mister Lindberq, sükan arxasında mürgülədiyinizi anladığınız zaman ağlınıza nələr gəldi? - Mister Di Macio, şahanə zərbənizi vurmadan öncə necə toparlanırsınız? - Mister Nikson, 25 ildən çox siyasətlə məşğul bir adam kimi Yumru kabinetdən (Ağ evdədir. - tərc.) yazdığınız qeydlərin dərcini necə qarşıladınız? 5. OLAYIN AÇIQLANMASI Televiziya xəbərləri, bir qayda olaraq söhbətin nədən getdiyini göstərməlidir. Ancaq videomaterialın olmadığı hallarda, məsələn, süjet lentə alınması mümkün olmayan bir olayın nəticələrindən bəhs edəndə müsahibə baş verənlərin açıqlanması üçün yekanə vasitədir. Əlbəttə, olayın şahidləri ilə müsahibəni nəzərdə tuturuq. 6. AZRASTLANAN TƏRZDƏ SÖZLƏ AÇIQLAMA Maraqlı adamlar öz fikirlərini çox vaxt məhz onlara xas olan təkrarsız bir tərzdə bildirir. Onlar öz müsahibələrində informasiyanı tamamilə gözlənilməz bucaqdan çatdırır və bu zaman fikirlərini əlvan təşbehlərlə bəzəyərək mahir reportyorların belə bacarmayacağı tərzdə və inandırıcı şəkildə yetirə bilirlər. 7. ŞƏXSİYYƏTİ ANLAMAĞIN AÇARI ABŞ prezidenti telekamera önündə çıxış edirsə, onun nə danışmağı bacarıb-bajarmamasını bilməyə seyrçi publikasının haqqı var. Tutalım, həmin prezident öz fikirlərini ifadə edə bilmək və yetərincə inandırıcı şəkildə söyləmək halında deyilsə, seyrçi publikasının bunu da bilməyə haqqı var. Deyilənlərin hamısı eyni dərəcədə həm prezidentlərə, həm də bələdiyyə məmurlarına aiddir. Televiziya insanın şəxsiyyət və xarakterini göstərib-gözükdürmək imkanına malikdir. Bu baxımdan mətbuat onunla müqayisə edilə bilməz. Cəmiyyətinizin fəallarını da, inkarçılarını da seyrçilərinizə göstərin. Qoy bu adamların natiq, yoxsa dilotu yeyən çərənçilər olduğunu seyrçilər saf-çürük etsin. 8. MÜSAHİBƏNİN GERÇƏKLİYİNİ TƏSDİQLƏDİN Reportaja minimum efir vaxtı ayrılıbsa, yaxud müsahibəverən adamın nitqində pozuntu varsa, efir vaxtını daha da azaltmaq həm seyrçinin, həm də müsahibəverənin mənafeyini qoruyur. Bu zaman müsahibə faktını və xəbər qaynağının gerçəkliyini təsdiqlətmək üçün bir neçə saniyəliyə müsahibəverənin səsini vermək olar. Olayın mahiyyətini daha sonra reportyorun özü açıqlaya bilər. 9. BƏRABƏRHÜQUQLU DANIŞIN - RƏSMİ ŞƏXSLƏRDƏN QAÇIN "Qara camaat nə deyir ki?" Kral Artur (Kamelotdan) Rəsmi şəxslərdən müsahibə almaqla kifayətlənmək özünü tələyə salmaq deməkdir. Böyük rəislərin, ekspertlərin, rəsmi şəxslərin və səlahiyyətli nümayəndələrin sehrinə aldanmaq lazım deyil. Baş verən olay adi adamlara (buna küçədən olan adam da deyilir və olayların çoxu məhz bu adamlar üçün maraqlıdır) maraqlıdırsa, məhz belə adamların rəyi ilə kifayətlənmək gərəkdir. Misal: ABŞ hökuməti yaşlı adamlara müəyyən sosial güzəşt haqqı verən ayrıca kartlar paylamağı qərara alıb. Bu olaya toxunarkən kartların paylanması ilə bağlı hökumət proqramının rəhbərindən müsahibə almaqla kifayətlənməyib bu proqramın ünvanlandığı adamların fikirlərini öyrənin. Şəhər merinin fikrinə barmaqarası baxmayın, ancaq mer hər dəfə yox, yalnız o vaxt ekranda körünməlidir ki, söhbət məhz şəhərin problemlərindən gedir. Əgər adi sakinlərdən birinin məsələyə öz yanaşımını söyləməyə imkanı varsa, bu seyrçilərə çox yaxşı təsir edir və onlar görürlər ki, "adi adamın" fikrinə teleşirkət doğrudan da maraq köstərir. 10. "ŞƏXSƏN SİZ NƏ FİKİRDƏSİNİZ?" Teleproqramları tez-tez tənqid atəşinə tuturlar ki, "şəxsən siz filan şey haqqında nə fikirdəsiniz?" qəbilindən suallardan sui-istifadə olunur. Doğrudan da özyaxınlarını itirmiş adama qəza yerində yanaşıb baş verənlər haqqında nə düşündüyünü soruşmaq yersiz deyilmi? Ancaq o biri tərəfdən şəxsiyyət cizgisinin gətirilməsi ilə müsahibə həmişə qazanır. Beləliklə, məsələ ondan ibarətdir ki, söhbəti çox duyğulu bir səviyyədə aparasan və bununla yanaşı nə müsahibəverənin, nə də auditoriyanın hisslərinə toxunmayasan. Misal üçün "mümkünsə, cənab filankəs haqqında bir az ətraflı danışın ki, seyrçilərimiz onu yaxşı tanıya bilsinlər" biçimli sualdan faydalanmaq məsləhət görülür. Sizin vəzifə - maksimum nəzakətlə davranaraq qəfil itkinin kədərini auditoriyaya çatdırmaqdır. 11. MÜMKÜN QƏDƏR QISA... Teleproqramlarda, xüsusən musiqi proqramlarında artırma səslərin səslənmə müddəti get-gedə qısalır, 1-2 saniyə çəkir. Ancaq bu meyli qorumaqla onu da yadda saxlamaq vacibdir ki, bir reportyor kimi sizin vəzifəniz öz proqramınızda konkret xəbərləri seyrçiyə bildirməkdir. Telereportajda da 1-2 saniyə sürən səsqoşulmalarından - artırma səsdən faydalanmaq texniki baxımdan mümkündür. Ancaq bir sual ortaya çıxır: bu seyrçinin marağına cavab verirmi? Ğz süjetinizdə ekranda köstərilən adamın şəxsiyyətinə auditoriyanın reaksiyasını göstərən kadrlara yer ayırmağı unutmamısınız ki? Seyrçilər ilk baxışdan onların qarşısında kimin çıxış etdiyini anlaya biləcək durumdadırlarmı? Müsahibəverənin danışıq tempi, vurğuları və s. nitq incəlikləri proqramın ümumi temporitminə və reportyorun danışıq xarakterinə uyğun gəlirmi? Son dərəcə qısa və aydın reportaj hazırlamaq niyyəti sizi düzgün yoldan çıxara bilər. Əgər 3-4 saniyədən az çəkən səs qoşmaları hazırlamaq istəsəniz, diqqətli olun. Unutmayın ki, bu qoşulmaları sizə tanış olan kontekstdə montaj otağının sakitliyində qavrayırsınız. Təsəvvür edin ki, həmin səs qoşmalarını hazırlıqsız seyrçi anlayacaq ya yox. 12. BU QOŞULMA SİZƏ GƏRƏKMİ? Artıq diqqətinizə yetirdiyimiz mülahizələr, ola bilsin ki, hər hansı səs qoşmasının məqsədəuyğunluğunu doğrulda bilər. Ancaq onlar qeyd-şərtsiz qəbul ediləcək qaydalar deyil. Daha bir səs xatirinə səs qoşması artırmayın. Yadda saxlayın ki, həmin artırmalar ən azı proqramın tempini və srasiləsiz axarını poza bilər. Siz peşəkar şərhçisinizsə, baş vermiş olayı daha qısa və daha anlaşıqlı şəkildə özünüz də açıqlaya bilərsiniz. Beləliklə, hər dəfə bu suala cavab verməyə çalışın: Müsahibənin artırılması süjetin inkişafına kömək edir, yoxsa dinləyicinin diqqətini yayındırır? Mənbə: Televiziya reportajı peşəkarlar üçün praktik vəsait Müəllif: Pol Steynli, Mayami UniversitetiTərcümə etdi: Zeynal Məmmədli
['müsahibə', 'intervyu']
4,535
https://kayzen.az/blog/dusundurucu-hekayeler/8047/bismillah.html
Bismillah
umud600
Düşündürücü hekayələr
22 dekabr 2011, 20:29
" Cin kimisən " deyirdilər onun haqqında. Cin kimi hiyləgər idi, heç kim onu aldada bilməzdi. Belə tanınmağından çox xoşlanırdı, iş yerində, küçədə və bayırda, hansı dükana girirsə, dükançıların canına vəlvələ düşərdi. Tez onu başdan etmək istəyərdilər. Adı üstündə; cin kimi idi Əmirxan. Meyvə-tərəvəz satanlar, qəssablar, baqqallar daha neçə onu tanıyan dükançılar onunla bazarlıq etməkdən bezib usanmışdılar. - Əmirxan, heç olmasa, bircə gün qiymət öldürmə, bir dəfə heç olmasa bizə inan- deyirdilər, amma Əmirxan söz eşitmirdi. Bir mal alınca, çənə-boğaz olardı. Almanın kilosu bir lirə idisə, mütləq onu yarım lirəyə salardı. Danlaqlara, söyüşlərə fikir verməzdi, nə qədər müqavimət göstərsələr də xeyri olmazdı. Getməz, bazarlığını davam edərdi. Dükançıların bir işi görməzdən əvvəl " bismillah " demələri onu hövsələdən çıxardardı. - Necə yəni, " bismillah " deyən kimi mal qiymətəmi minir? Bəlkə, bərəkətlənir? - deyərdi istehza ilə. Dükançılar bu sözlərin qarşısında " tövbə " deyərdilər. Evdə də belə idi Əmirxan. Həyat yoldaşı Aynurla hər gün bismillah deməyin üstündə mübahisə düşərdi. Aynur imanı möhkəm bir qadındı. Namazını qılar, Quranını oxuyardı. Gördüyü hər bir işin başında bismillah deyərdi. Məsələn, əyninə paltar geyərkən, dolabı, qapını açarkən, yerdən qalxarkən, kresloya oturarkən, hər hərəkətin başında bismillah çəkərdi. Off...! - deyərdi Əmirxan, Daha bəsdir...! Arvadını çox sevərdi. Sevərək evlənmişdi. Onun tərbiyəsinə, əxlaqına söz də ola bilməzdi. Onunla qurduğu ailə həyatından çox razı idi. Hərçənd ki, uşaqları olmamışdı, amma yenə xoşbəxt idi. - Ah xanım... - deyirdi, sənin bu bismillahların olmasa idi... Bəzən əsəbləri pozulur: - Söyləmə artıq. Bəsdir, kifayətdir! -deyə qışqırırdı. Aynur isə izah etməyə çalışırdı: - Əmirxan - deyirdi, bismillah səni niyə narahat edir? Mən bismillah deyəndə rahat oluram. Bismillahla həyatım rahatlıq tapır. Əmirxan gülərdi: - Desənə dərman kimi... Bir də görürsən ki, yemək yeyirlər... Aynur yeməyə bismillahla başlayarkən Əmirxana da xatırladırdı. - Mənim qəlbim təmizdir - deyib ötüşdürürdü. Aynur ərinin bu etinasızlığına çox kədərlənirdi. Onun üçün dua edirdi. Allahım...- deyərdi, ərimi çox sevirəm. Onun qəlbinə iman işığı sal, qəflət yuxusundan oyandır. Bir gün də beləcə dua edərkən Əmirxan çıxmışdı qarşısına, dişlərini ağartmışdı: - Xeyir ola, kimin üçün dua edirsən? - Sənin üçün... - dedi Aynur. - Allah bilir, məni də özün kimi bismillahçı edəcəksən ha... - dedi, işi zarafata saldı. Bir axşam yenə üzbəüz oturmuşdular, çay içirdilər. Əmirxan qəzet oxuyurdu. Atnur onun üzünə baxaraq nəzakətlə: - Qəzeti mənə verə bilərsənmi, Əmirxan, əzizim - dedi. Əmirxan əvvəlcə duruxdu, sonra oxuduğu qəzeti uzatdı. - Əlbəttə, buyur. Aynur təşəkkür etdi. Əmirxan təəccüblə üzünə baxdı. - Yəni indi bu nə deməkdir? Aynur dərin köks ötürüb: - Hansı hərəkətim xoşuna gəldi? Qəzeti çəkib əlindən almağımmı, yoxsa xahişlə istəməyimmi? - deyə soruşdu. - Əlbəttə xahiş etməyin... - Bax bismillah da belə bir şeydir, Əmirxan - deyə davam etdi Aynur. - Bütün dünya, kainat, nəfəs aldığımız hava... hər şey Allaha aiddir. Bizim canımız belə... Hər şey - hamısı nemətdir. Biz də bismillah deyirik, Allah izni ilə danışırıq, yeyirik, içirik, yaşayırıq. Həyatımız da gözəlləşir. Xoşbəxt oluruq. Nemətlərin fərqinə varırıq... Allahımıza şükür edirik. Əmirxan sadəlövhcəsinə baxdı, sonra gülərək başını aşağı saldı. Aynur sözünə davam etdi: - Bismillah bizim qalxanımızdır... Bismillah desək, bizə heç nə olmaz. Bəla yaxın gəlməz. Bismillah ilə başladığımız işlərdə xeyir olar. Çünki Bismillah hər xeyirin başıdır. Bismillahla qoyduğumuzəşyalar qorunur. Əmirxan qəhqəhə çəkib güldü - Aynur, həqiqətən, bunlara inanırsanmı? - Əlbəttə... - Yəni mən pul kisəmi Bismillah deyərək bir yerə, nə bilim bir küçəyə atsam, heç bir şey olmayacaq, eləmi? - Ürəkdən inanırsansa, əlbəttə... Əmirxan güldü. - Əzizim, səni çox sevirəm. Kaş ki, bu sadəlövhlüyün olmaya idi... - dedi, sonra gülməyə davam etdi: - Demək, Bismillah desəm, bir şey olmayacaq, hə. Bir gün ağlına bir fikir gəldi: Arvadına bir oyun quracaq və Bismillah məsələsinə birdəfəlik son qoyacaqdı. Düşündü, daşındı və planını həyata keçirməyə qərar verdi. Bir axşam evə gəldi, arvadını yanına çağırdı. Sonra cibindən bir dəstə pul çıxardaraq ona uzatdı. Aynur pulları görüb təəccübləndi: - Bunlar sənə haradandır? - deyə soruşdu. - Üzümünü ye, bağını soruşma - deyə ötüşdürdü Əmirxan. Aynur narahat oldu. Əmirxan: - Bu pulları çox gizli bir yerdə saxla. Kimsə görməsin, kimsə oğurlamasın. Maddi ehtiyatımız olsun. Bəlkə gələcəkdə maşından - zaddan alarıq - dedi. - Yaxşı, amma bu pullar... - Qulaq as - deyə davam etdi Əmirxan, bu puldan hətta mən istəsəm , verməyəcəksən. Onun yerini təkcə sən biləcəksən, səndən başqa kimsə bilməyəcək. - Yaxşı - dedi, Aynur və pulları götürdü, baxdı, baxdı: - Əmirxan, haradan aldın bunları? - Qazandım. - Haradan? Necə? Əmirxan cavab verməkdə çətinlik çəkdi: - Eyy. Qazandım da. Sonra səni başa salaram. Sən dediyimi elə. O gecə Aynur narahat oldu. Əri pulları əmanət etmişdi, saxlamasını istəmişdi. Özü belə istəsə, verməməsini söyləmişdi. Çiyninə bir yük düşmüşdü. Bir an düşündü: Mən də Allahıma əmanət edirəm. O qoruyar. Yataq otağına keçdi, pulları bir bezə bükdü, sonra sandığı açıb Bismillah deyib dərin bir yerə qoydu. - Allahım, Sənə əmanət oldu - dedi. Aynur pulları sandığa qoyarkən, Əmirxan da bir küncdən gizlicə onu izləyirdi. - Qoru görək. Qoru. Bismillah da de. Görək sənin bu Bismillahın pulları necə qoruyur - deyə düşündü. Aynur yuxuda ikən Əmirxan yerindən qalxdı və sandığı açdı. İçindəki pulları götürdü. Baxçaya çıxdı, torpağı qazdı, bezə bükülmüş pulları yerə basdırdı. İstehza ilə güldü: - Bismillah qoruyacaqmış... - deyə rişxəndlə güldü. - Belə batil inanclardan qurtulması üçün bu dərsə ehtiyacı var - deyə mızıldandı. Səhər Əmirxanın kefi kök idi. Yoldaşı səhər yeməyi hazırlayarkən o fit çalırdı: - Aynur - dedi. Dünən verdiyim pulları mənə qaytara bilərsənmi? - Xeyr, istəsəm, belə vermə demişdin - dedi Aynur. - Başa düşürəm. Amma dostumun uşağı xəstələnib, xəstəxanaya aparıblar. Mənə zəng etdi. İndi verməsəm, olmaz. Get gətir - deyə israr etdi Əmirxan. Aynur da: - Çox yaxşı - deyib yerindən qalxdı və yataq otağına girdi. Sandığı açdı. Əmirxan da xısın-xısın gülərək onu izləyirdi. Sandıqda pulu tapmayınca Aynurun düşəcəyi vəziyyəti təsəvvür etməyə çalışırdı. Aynur Bismillah dedi. - De Bismillahı... de... - deyə lağ etdi Əmirxan. Aynur əlini sandığın içinə soxdu. Güldü Əmirxan. Aynur əlini sandıqdan çıxartdı. Əmirxan diksindi, heyrıtindən yerində donub qaldı. Gecə baxçada torpağa basdırdığı bezə bükülü pul bağlaması arvadının əlində idi. Üstəlik bağlama torpaqlı və palçıqlı idi...
['Bismillah', 'iman', 'pul']
4,536
https://kayzen.az/blog/stil/8051/sa%C3%A7lar%C4%B1-nec%C9%99-qorumal%C4%B1.html
Saçları necə qorumalı?
Samir012
Yaraşıqlı görünüş, gözəl imic
22 dekabr 2011, 02:29
Kim deyə bilər ki, bu gün insanları ən çox maraqlandıran nədir?  Bəlkə xərçəng xəstəliyinin dərmanının tapılmasıdır, ümumdünya maliyyə böhranının qarşısının alınmasıdır, bəlkə nüvə silahlarının məhdudlaşdırılmasıdır? Yox, yenə də yox. Böyük alman yazıçısı Remark hələ XX əsrin əvvəllərində yazırdı ki, insanları I Dünya müharibəsindən çox adi diş ağrısı narahat edir. Bəli, insan ictimai problemlərdən danışsa da, şəxsi problemlərlə yaşayır, onu yalnız öz «qapısını döyən» problemlər maraqlandırır. Məsələn, bu gün kişiləri daha çox maraqlandıran saçların erkən tökülməsinin qarşısını almaq, qadınları maraqlandıran isə artıq çəkidən azad olmaqdır. Doğrudur, istisnalar, xüsusi hallar da olur, amma biz ümumidən danışaq, birincidən başlayaq. Hazırda saçların tökülməsi kişilərin, bəzən hətta qadınların əsas problemidir. Bundan istifadə edən televiziya və qəzetlər də bar-bar bağırır, problemin qarşısını almaq üçün cürbəcür metodlar və dərmanlar təklif edir. Amma son nəticədə bunların heç biri fayda vermir, çünki adi reklam (oxu: fırıldaq) xarakterlidir.  Düşünürəm ki, burda mətləbə aydınlıq gətirmək üçün mətləbdən uzaqlaşmağa, gənclik illərində rastlaşdığım bir hadisəni danışmağa dəyər. Universiteti təzə qurtarmışdım, Elmlər Akademiyasına təyinat almışdım. Bizim elmi institutda bir komsomol katibimiz vardı, şirindil, boylu-buxunlu oğlandı. Əslən Qazaxdandı, məşhur familiyadandı, odur ki, adını çəkmirəm. Rusca-azərbaycanca sərbəst danışa, böyük-kiçiklə asan dil tapa bilirdi, komsomol rəhbəri kimi yerində idi. İndi ARDNŞ-də işləyir, yenə rəhbər vəzifədədir. Həmin dövrdə üçüncü onilliyi xırdalasa da, hər şeyi, Bakıda evi, maşını vardı, artıq elmlər namizədi idi, evlənmişdi və partiyaya keçmişdi. Bir sözlə, bizim gənclik arzularımızın və ideallarımızın zirvəsi idi. Amma onun da problemi vardı, bizim uşaqlardan sıx, qıvrım saçları olanlara həsədlə baxırdı. Dostumuzun saçları sürətlə tökülürdü, əməlli-başlı seyrəlmişdi. Qarşısını almaq istəyirdi, imkanı da var idi, amma çarə tapa bilmirdi. Ürəyi təmiz, səmimi insan olduğundan dərdini bizimlə bölüşürdü.  Orta yaşlı nəslin yadına gələr, 80-ci illərdə «Neftçilər» metrosunun yaxınlığında bir Kosmetoloji poliklinika açılmışdı, insanların burunlarını, qulaqlarını sahmana salırdı. Doğrudur çox baha idi, amma dəbdə olan yer idi. Həmin poliklinikada saçların tökülməsini də müxtəlif dərmanlarla və otlarla müalicə edirdilər, hər halda belə deyirdilər və hər gün Az.TV-də reklam edirdilər. Bizim komsomol katibimiz də bu poliklinikaya bir neçə ay gedib gəldi. Doğrudur, bir dəyişiklik yox idi, amma biz ürək-dirək verirdik, hər görəndə "saçların sıxlaşır" deyirdik. Qeyd etdiyim kimi, dostumuz şirindil, səmimi oğlan idi, insanlarla asan dil tapa bilirdi. Kosmetoloji poliklinika da yaxşı bir həkim tapmışdı, əməlli-başlı dostlaşmışdı. Həkim də dediyinə görə, savadlı, insaflı adamdı. Müalicədən bir ay keçir, iki ay keçir, dostumuz pul xərcləməkdə davam edir. Günlərin bir günü həkim dostumuza deyir, qardaş, sənin atanın saçları necədir? Dostum deyir nə saç, keçəldir. Həkim soruşur, bəs dayıların? Dostum gülür ki, onlar hətta atama da qibtə edir. Həkim deyir, qardaş, sən yaxşı oğlansan, özün də savadlı adamsan, amma atan, dayıların keçəlsə, sən də keçəl olacaqsan. Get işinlə məşğul ol, niyə boş yerə pul xərcləyirsən?!  Beləliklə, saçların tökülməyi, ya qalmağı, hətta ağarmağı, bir qayda olaraq, irsi məsələdir, əsasən ana tərəflə əlaqəlidir. Yəni bizim həkim demiş, sənin dayılarının saçı tökülübsə, səni də bu aqibət gözləyir. Təbii ki, burda da yaxşı və pis tərəfə istisnalar olur, amma müşahidə olunan qanunauyğunluq budur. Və haqlı sual meydana çıxır: Bəs saçların tökülməsinin qarşısını almaq olarmı və mümkündürmü?! Bu sahədə müalicənin hazırkı səviyyəsi danışdığım komsomol dövründən çox da uzağa getməyib. Yəni müxtəlif müalicələrlə, yaxşı pul xərcləməklə saçların tökülməsini ləngitmək olur, amma qarşısını almaq mümkün olmur. Bir qayda olaraq, müalicəni, yəni pul xərcləməyi saxlayan kimi, saçlar daha sürətlə tökülməyə başlayır və əvvəlki qaydasını alır. Bunu yuxarıdakı kimi, vaxtında pasiyentə deyən və onu əlavə xərclərdən çəkindirən yaxşı və insaflı həkimlərin sayı isə sürətlə azalır. Bəs nə etməli? Hazırda Moskva şəhərində və Avropanın bir çox səhiyyə mərkəzlərində saçların «əkilməsi» üçün xüsusi cərrahi üsullar tətbiq edilir və pozitiv nəticələr verir. Amma burda da bəzi neqativ məqamlar yox deyil. Əvvəla, bu, həddindən artıq bahadır, ağrılı və riskli əməliyyatdır. Həm də hər insana tətbiq oluna bilmir, bunun üçün başının arxa tərəfində - peysərində sıx saçları olan xüsusi pasiyentlər seçilir. Əməliyyatı xəstəxanada, tam steril qaydada iki həkim və 5-6 tibb bacısı tərəfindən, sözün əsil mənasında, zərgər dəqiqliyi ilə həyata keçirir. Əvvəlcədən xəstənin başının tük bitən hissəsi tam yerli narkoz edilir. Həkimlər gözlərinə xüsusi böyüdücü linza geyir. Sonra həkimin biri pasiyentin peysərindən, saçın sıx olduğu hissədən bir neçə tükü dəri ilə (oxu: kökü ilə) birlikdə, dama-dama qaydada kəsib götürür. İkinci həkim eyni zamanda başın saçlar seyrək olan hissəsində xüsusi yuvalar açır. Tibb bacıları kəsilən damaları açılan yuvalarda sürətlə əkməli və qanı kəsməlidirlər. Damalar kəsildikdən sonra bir neçə dəqiqə ərzində əkilməlidir, yoxsa tələf olur. Saçı əkən tibb bacılarının sayının çox olması da buna görədir. Əməliyyat bir neçə saat çəkə bilir. Burda səbirsiz oxucu soruşa bilər ki, niyə məhz pasiyentin öz saçları əkilir, peysəri kəsik-kəsik edilir, başqa sahələrdə olduğu kimi donorlardan istifadə oluna və bu metod hamıya tətbiq oluna bilməzmi? Səbirli olun... Saç əkildikdən sonra pasiyent bir müddət həkim nəzarətində olur, başını istidən, soyuqdan qoruyur. Təxminən bir aydan sonra yeni əkilən saçlar tamamilə tökülür. Burda da əməliyyatın əsil sirri, yəni sizin sualın cavabı meydana çıxır. Əgər, başa donor saçlar əkilmişsə, orqanizm onları yad cisim kimi (məsələn, barmağa batan tikan kimi) rədd edir, yəni saçlar bitmir. Yox, əgər biz deyən qaydada, pasiyentin öz saçları əkilibsə, bir-iki aydan sonra yenidən çıxır və ömürlük qalır. Amma başın arxasında saçların kəsildiyi yerlərdə çapıqlar da qalır. Deməli, pasiyent arxadan saçını uzun saxlamalı və çapıqları gizlətməyi bacarmalıdır. Göründüyü kimi, bu yol da hamı üçün deyil, ənənəvi müalicədən daha səmərəli olsa da, daha bahalıdır və müəyyən risklərlə əlaqədardır. Yenə də həmin suala qayıdırıq: Bəs nə etməli? Oxucuların diqqətinə çatdırım ki, saçları qorumaq, hətta bərpa etmək üçün yoqların min illərdən bəri işlətdiyi, hamının istifadə edə biləcəyi adi, sadə metodlar da var. Bu metodlara keçməzdən əvvəl bir suala cavab verməyə çalışaq: Saçlar niyə və necə tökülür? Yuxarıda deyildiyi kimi, saçların tökülməyinin müxtəlif səbəbləri, hətta irsi kökləri olsa da, əsas səbəb saçların pis qidalanmasıdır. Yəni saçların kökü kifayət qədər qanla qidalanmır, oksigen və vitamin almır və zəifləməyə başlayır. Burda bizim oxucu üçün əsil sensasiya olacaq bir məqamı diqqətə çatdıraq. Saçlar heç zaman, bizim başa düşdüyümüz kimi, tam tökülmür, saçların kökü ölmür. Ən çox saçı tökülmüş adamın başına hətta ən zəif binokulyarla (onlarla dəfə böyüdən optik aparat) baxanda belə görmək olur ki, saçlar qətiyyən tökülməyib, onlar sadəcə olaraq zəifləyib, nazikləşib və adi gözlə görünmür. Deməli, söhbət saçları bərpa etməkdən, ya yuxarıdakı kimi əkməkdən yox, sadəcə olaraq, gücləndirməkdən gedir. Odur ki, yoqlar saçları gücləndirmək üçün onları yaxşı qidalandırmağı məsləhət görürlər. Yəni saçların dibinə qan axınını gücləndirmək, saçların dibini masaj etmək lazımdır. Və bunun üçün harasa getməyə, mütəxəssisə müraciət etməyə ehtiyac yoxdur. Bunu hamı evində gün ərzində həyata keçirə bilər. Səhər yuyunanda yaş əllərlə saçları sürətlə hərəkət etdirmək məsləhət görülür. Bu prosedur hardasa 5-10 dəqiqə çəkir. Gün ərzində isə bir neçə dəfə stol arxasında oturub dirsəkləri stolun üstünə qoymaqla, barmaqlarla saçların dibini (əsasən seyrələn yerlərdə) masaj etmək lazımdır. Bu proses də 5-10 dəqiqə çəkə bilər. Sadəcə olaraq, səbirli və iradəli olmaq, bu prosesi illərlə aylarla davam etdirmək, yəni həyat tərzinə çevirmək (məsələn, dişləri yumaq kimi) lazımdır. Nəticə isə olacaq, arxayın olun. Yoqların metodları min illərin sınağından keçib və keçməkdədir...müəllif : Qalib Arifhəmçinin bax: Saçınıza zərər verən səbəblər Saçların 9 problemi və həlli yolları
['saç', 'saç problemləri', 'saç əkmək', 'saçlara qulluq']
4,537
https://kayzen.az/blog/az-proza/6121/p%C4%B1sp%C4%B1sa-%7C-g%C3%BCl%C5%9F%C9%99n-l%C9%99tifxan.html
Pıspısa | Gülşən Lətifxan
Muza
Azərbaycan ədəbiyyatı
21 dekabr 2011, 21:17
Pıspısa onun ayaması idi və o, bu ada o qədər öyrəşmişdi ki, hərdən əsl adını kiminsə dilindən eşidəndə təəccüblənirdi, amma bununla belə çox yaxşı bilirdi ki, halalca ərinin xudpəsənd, dəymədüşər anasının dilindən alıb ona pərçim etdiyi bu ayamanın mənbəyi hardandı, Pıspısa nədi, el arasında hansı böcəyə "Qara pıspısa" deyirlər və bu qara böcəklər daha çox harda eşələnirlər? Simnarə bu qara böcəklərin adı ilə bağlı ayaması haqqında bir zamanlar düşünüb-daşınmışdı, amma taleyi kimi, bu ayama ilə də barışmışdı. Ad, ayama sarıdan onun baxtı əzəldən gətirməyib. Belə ki, bisavad atası Nemət kişinin savadlı adamlara həsəd aparması və bir axşam kolxozun klubunda "Dəli Kür" filminə baxması və bu filmdə səslənən "Seminariya" sözünün nə olduğunu anlaması onunla nəticələnib ki, elə o arada doğulan doqquzuncu qızının adını Simnarə qoyub, amma bu ad el arasında dilə yatmadığından, bir qədər qəribə səslənsə də, qızı sadəcə Sim çağırıblar. Amma Nemət kişi bunun fərqinə varmayıb; ümidlə yaşayıb: "sonbeşik qızı ona verilmiş adı doğruldacaq, ziyalı olacaq, xalqı maarifləndirəcək". Amma qız, atasının nəzərində böyük məna kəsb edən adına baxmayaraq, etimadı doğrultmayıb, ya buna başı çatmayıb, ya da zahirən də göz oxşamayan bu qızın alın yazısı əzəldən başqa cür yazılıb. Yoxsa, Nemət kişinin bu qəribə adla yaşayan qızı da, o biri qızları kimi Nabrandan çıxmazdı, səadətini Bakı şəhərində axtarmazdı. Onun valideynləri çoxdan ölüblər, böyük bacıları qayğılar içində, ehtiyacın girdabında çabalayırlar, Simnarəni hərdən xatırlayırlar, amma qibtə ilə, səadətin onlardan yan keçdiyini özlərinə dərd eləyəndə; axı, imkanlı şəhər ailəsində gəlin olmaq-yaşamaq ən çirkin bacıya nəsib olmuşdu. Bacısı qızları da bu hadisəni əfsanə kimi danışar, bir-birindən soruşardılar: "O, bunu necə bacarıb? Yəni belə gözəl imiş?". Amma bu sualın cavabını anaları verərdi: "Nə bacarıq, nə gözəllik? Bəxti gətirdi, biz bacıların arasında ən kifiri o idi". *** ...Dünyanın işləri elə fırlandı, elə gətirdi ki, Tibb İnstitutunun kafedra müdiri, tanınmış alim Nəriman müəllim Nuriyev Nabranın mənzərəli sanatoriyalarından birinə putyovka aldı və tez-tələsik də köç-külfəti ilə birlikdə istisi, tüstüsü, bürküsü insanın nəfəsini kəsən Bakı şəhərindən çıxdı ki, ailəsini sıx meşələr qoynunda yerləşən Nabranın sərinliyinə qovuşdursun. Nəriman müəllim istəyirdi ki, ailə üzvləri əsl qatığın, qaymağın, qoyun pendirinin, inəyin əmcəyindən buğlana-buğlana çıxan südün dadını bilsinlər, ləzzətini görsünlər, ona görə də istirahət mərkəzinə ən yaxın kəndlərdən birinin sakini Nemət kişiylə danışdı ki, qiymətindən asılı olmayaraq, hər səhər onlara istədiyi nemətləri çatdırsın. Şəhərin bürküsündən can qurtarandan sonra dağlar, meşələr qoynunda başladıqları həyat tərzi Nəriman müəllimin ürəyincə idi, Nemət kişi də vədinə necə lazımdı əməl eləyirdi, amma Nəriman müəllimin arvadı Əminə xanım yenə də gileyliydi. Bu ərkəsöyün, incə-mincə şəhər xanımı şikayətlənirdi ki, əgər o, evdə olduğu kimi, burda da elektrik piltəsinin arxasında dayanırsa, nə isə bişirirsə, daha bunun harası dincəlmək oldu? Mələfələrin sanatoriya şəraitində, ümumi camaşırxanada yuyulmasını özünə qarşı hörmətsizlik sayırdı. Nəriman müəllim həyat yoldaşının atmacalarına, vurduğu eyhamlara bir dözdü, iki dözdü, amma axırı gördü yox, rahat dincəlmək istəyirsə, gərək burda da arvadının çaldığı havalara oynaya, ona görə də Nemət kişidən xahiş elədi ki, onlara qulluqçu axtarsın. - Mənim arvadımın işi başından aşır, mal-heyvana baxır, qızlarım da ərdədi, - Nemət kişi dedi, - amma bilmirəm, kiçik qızım sizə qulluqçuluq eliyə bilər, ya yox, onun heç on altı yaşı da tamam olmayıb, diribaş da deyil, böyük bacılarına oxşamayıb. Nəriman müəllim dəymədüşər arvadına qulluqçu tutub onu təəccübləndirmək qərarına gələndən sonra çox götür-qoy etmədən, sevincək Nemət kişini razı saldı və ertəsi gün tezdən onların sanatoriya "iqamətgahında" qarabuğdayı bir qız da görünməyə başladı. O, Nemət kişinin kiçik qızı idi; dinmirdi, danışmırdı, hətta adını soruşanda da cavab verməyə utanırdı. Əminə xanım qızcığaza göz verirdi, işıq vermirdi, eyni yeri on dəfə ona sildirirdi, on dəfə süpürtdürürdü, hətta camaşırdan gəlmiş ağappaq, qar kimi mələfələri də ona yenidən yudurtdururdu, Simnarə səhər saat səkkizdən Əminə xanımın qulluğunda dayanırdı, evlərinə hava qaralandan sonra qayıdırdı. Nahar vaxtı onlarla süfrə arxasında oturmağı ağlına da gətirmirdi, elə mətbəxdəcə çörəyini yeyirdi, özü də mütləq bir əli ağzında, ağzını tuta-tuta. Bir dəfə Əminə qızın adına da rişxənd eləyib ucadan güldü: - Elə bil ad da tapmayıblar bu qıza qoymağa - lap gülməlidi! - Kənd yeridi, - professor içini çəkdi, - nə etmək olar... Samir bütün günü dənizdə çimdiyindən, qızılı qumlar üstündə uzanıb özünü qaraltdığından, təbiət qoynuna dincəlməyə gəlmiş qayğısız cavanların arasında yeni dostlar tapdığından, bütün günü anasının qulluğunda dayanan qızı hərdən görürdüsə də, ona əhəmiyyət vermirdi. Elə bil o, canlı insan yox, hansı varlığınsa kölgəsi, silueti idi. Amma bir dəfə axşamdan xeyli keçəndən sonra evə dönəndə və paltar dolabını açıb yuyulub-ütülənmiş mələfələrin arasında öz sevimli çimərlik tumanını görəndə, Samir elə bir tamaşa çıxartdı ki, Əminə xanım heyrətə gəldi. Çimərlik tumanının bir qırağı yanmışdı, amma Əminə xanımın ağlına da gəlməzdi ki, bu tuman oğlunu bu dərəcədə yandırar, haldan çıxardar. - Ay mama, bəyəm sən bilmirsənmi ki, plavkini ütüləmək olmaz?! Əminə xanım incik halda cavab verdi: - Onu mən ütüləməmişəm, mama qurban, - dedi, - bu məlunun, o qara pıspısanın işidir. Samir heyrətlə dilləndi: - Nə qara pıspısa? O kimdir? Əminə xanım izahat verməli oldu: - O başdan xarab da, qulluqçumuz, otağımızı yığışdıran. Samir yuxudan oyanan kimi mətbəxə keçdi və orda vurnuxan Simnarəni görüncə sözünü dedi: - Bura bax ey, Pıspısa, bil, yadında saxla ki, plavkini ütüləməzlər! Doğrudanmı sən hələ bunu qanmırdın? Onların ilk görüşü belə keçdi. Simnarə yerindəcə donub qalmışdı, amma ürəyini xoş bir duyğu çulğamışdı. Axı bu cavan oğlan üstünə qışqırmamışdı, əksinə, o da anası kimi onu təzə adıyla dindirmişdi və qıza elə gəlirdi ki, bu adla dindirilməsi, hər halda, rəhm əlamətidir, təki bu ailə üzvlərinin ona bəslədiyi rəhm itməsin, nə olur-olsun. Amma indi ayaqüstə titrəməsinin səbəbi başqa idi, qorxurdu ki, söhbəti atasına çatdıralar; atasından isə o, oddan qorxan kimi ehtiyat eləyirdi, çünki Nemət kişi qızlarını qayışla döyürdü; əlbəttə, tərbiyə məqsədilə; və ürəyində özünə haqq da qazandırırdı: "Qızını döyməyən, dizini döyər..." Qızcığaz rəng verib, rəng alırdı, durduğu yerdəcə həyəcandan tərləyirdi və ağlına da gəlmirdi ki, başını qaldırıb o da bu cavan oğlanın üzünə baxsın. - Onnan işin olmasın, - mətbəxə keçən professor mülayim səslə dilləndi, - həyatda kim səhv eləmir ki? - və üzünü Simnarəyə tutdu, - fikir eləmə, qızım, bu söhbəti də elə burda bitirək... Simnarə bu sözlərdən elə təsirləndi ki, hönkürüb ağladı və dərhal da mətbəxdən çıxıb qaçdı. "Bəxtim gətirdi!" - o, sevinirdi. - "Demək, dədəmə deməyəcəklər!" Samir isə qızın arxasınca baxa-baxa həqarətlə gülümsündü: - Lap səfellayıdı! - dedi, - kəndistandı da, buna da şükür! *** Yay məzuniyyətinin qurtarmasına bir neçə gün qalmışdı və Əminə xanımın üzünü yenə də qəm buludu almışdı. Bunun səbəbini kəsdirə bilməyən professor birdən-birə qeyzləndi: - Nə olub yenə? İndi nəyin çatmır? Əminə xanım narazılıqla başını bulaya-bulaya: - Mən sabahı fikirləşirəm, - dedi, - şəhərə qayıdandan sonra tək neynəyəcəm? Ev-eşiyi də indi toz basıb, kim silib-süpürəcək, kim yığışdıracaq? Yadıma düşəndə ki... Professor arvadının sözünü kəsdi: - Məsləhətin nədir? Əminə xanım birbaşa mətləbə keçdi: - O kişiyə denən ki, qızını versin bizə, o, buna çox şad olacaq, çünki, bir yeyəni azalacaq. Başa sal ki, əyin-başı da bizim boynumuza, yeri gələndə ona da geyim-keçim göndərəcəyik, özünə də bir az pul ver. Alış-veriş Simnarənin iştirakı olmadan başa çatdı. Nemət kişi yüz manatı aldı və biləndə ki, aradabir ailəsinə geyilmiş pal-paltar da göndərəcəklər, sevincək razılıq verdi və qızının adlı-sanlı bir şəhərli ailəsində qulluqçuluq edəcəyinə qətiyyən təəssüflənmədi: - Qoy heç olmasa bu qız Bakı şəhərində bir gün-güzəran görsün, -bizim də yükümüz azalar, -deyə özünə təsəlli verdi və həsrətini çəkdiyi yüzlüyü də bir neçə gün ərzində içkiyə xərclədi. Amma Simnarə Bakı şəhərini yalnız professorun dörd otaqlı mənzilinin eyvanından görə bilirdi, o, bütün günü gücü çatanı, əlindən gələni eləyirdi, otaqları süpürüb-silirdi ki, vaxtaşırı ev sahibəsini razı salsın. Əminə xanım qıza, ilk növbədə, təsərrüfatı necə idarə etməyi öyrətmişdi və indi öz zəhmətinin səmərəsini görürdü, qızın ayaması dilindən düşmürdü: "Pıspısa! Harda qaldı sənin çayın?" Samir də Simnarəni ayaması ilə dindirirdi; ona "Pısik" deyirdi və qız artıq yaxşı bilirdi ki, daha çox rusca danışan Samirin dilindən çıxan "Pısik"lə "Pıspısa"nın fərqi yoxdur. Və Simnarə Əminə xanım kimi Samirin də qulluğunda canla-başla, sədaqətli bir köpək kimi durmağa çalışırdı. Sübhdən oyanan kimi çay dəmləyirdi, professorun səhər yeməyi üçün sıyıq bişirirdi və sonra da başlayırdı hamam otağını, tualeti təmizləməyə. Sonra ev sahibəsindən ötrü yumurta qaynadırdı, süd qızdırırdı, Samir yuxudan oyananda isə o, yenidən qaz piltəsinin arxasına keçirdi, ərinmiş kərə yağında pomidor qızardırdı, üstünə yumurta vururdu. Kənd yerində böyümüş qız uşağına xüsusi zəhmət tələb olunmayan bu işləri aşırmaq, zövqlə bəzənmiş otaqları səliqə-sahmanda saxlamaq ilk günlər o qədər asan başa gəlmirdi. Axı bu evdə hər şeyin öz yeri var idi, hətta oyuncaqların da. Ev sahibəsi hərdən dəbdən düşmüş paltarlarından birini ona verəndə bu evdə çəkdiyi əzab-əziyyəti tamam unudurdu, o paltarı isə öz otağında müqəddəs bir şey kimi qoruyurdu. Onun yatıb-durduğu balaca otağın iri pəncərəsi bulvara açılırdı və qız bu pəncərənin önünə düzdüyü dibçəklərdə bəzək kolları yaşadırdı və bu evdə doğma Nabranı ona yalnız bu yaşıl kollar xatırladırdı. ...Aylar keçirdi, Pıspısa Nuriyevlər ailəsinin ayrılmaz hissəsinə-daxili bir qurumuna çevrilirdi, ailə üzvləri isə öz həyatlarının onsuz necə keçə biləcəyini təsəvvür edə bilmirdilər. *** Bir dəfə necə oldusa, Samir öz tələbə yoldaşlarını evə gətirdi və dərhal da tələb elədi ki, təcili süfrə açsınlar. Üzünü Simnarəyə tutdu: - Pısik, nə varsa təcili düz stolun üstünə, - dedi, - bir dərsimiz boş idi, gəldik musiqi dinləməyə! Pıspısa bir göz qırpımında süfrə açdı və Samirin tələbə yoldaşlarını nəinki zirəkliyi, həm də qəribə adı ilə təəccübləndirdi. Samirin tələbə yoldaşları qızdan üç-dörd yaş böyük idilər. Amma onların arasındakı sosial uçurum böyük olduğu qədər də dərindi. - Sən bir bunun adına bax: Pısik! Bu nə addı ona qoyublar? - Tələbələr arasında ən çox diqqəti çəkən cins şalvarlı Lalə üzünü Samirə tutub dilləndi, -o, laldı? - Yox, lal deyil, sadəcə, az danışandı, Bobik kimi də sözə qulaq asandı, - Samir gülə-gülə cavab verdi, - o ki qaldı adına, bu onun ayamasıdı. Lalə yenə Samirdən əl çəkmədi: - Bəs onda əsil adı nədir? - Bilmirəm, -Samir sözün düzünü söylədi, - bir ildən çoxdur ki, bizdə yaşayır, biz onu elə belə çağırırıq: Pısik... *** Bir dəfə... Qara gəlmiş günlərin birində Samirin valideynləri toya getməli oldular, Samir də evdən çıxdı, amma tez qayıtdı, özü də kefli, üzgün. Canındakı ağrının da səbəbini bilirdi; gəzdiyi qızla yeldöyən eyvanda tək qalanda içki havasına ehtiraslı öpüşlərə o qədər aludə oldu ki, xəzri kürəyini, boynunu qurutdu və evə çatandan sonra qonaq otağındaca divanın üstünə sərələnib özünü qınamağa başladı. Sağa-sola ha qurcalandısa, gördü yox, ağrıları azalmır. Birdən-birə Simnarəni səslədi: - Pısik, gəl mənim belimi ovxala! Simnarə itaətlə arxası qatda divana uzanmış Samirin kürəyini ovxalamağa başladı: - Elə yox! - Ev sahibəsinin oğlu gözlənilmədən incik səslə dilləndi, - əvvəl köynəyimi çıxart, belimə krem sürt, sonra. Simnarə Samirin bu tələbini də yerinə yetirəndən sonra onun kürəyini, peysərini o qədər ovxaladı ki, dili ağzından çıxdı, tamam yoruldu və birdən-birə Samir qanrılıb onu altına salanda, pal-paltarını zorla əynindən çıxarmağa başlayanda qorxusundan yumağa döndü, tir-tir titrədi, amma başa düşə bilmədi ki, ev sahibinin oğlunun hansı sözündən çıxıb ki, onunla belə davranır, niyə onu sıxıb övkələyir?; niyə döşlərini dişləyir? Simnarə elə bil dilsiz-ağızsız buz parçası idi. Bu evdə itaət etməyə o qədər öyrəşmişdi ki, elə indi də cınqırını çəkə bilmədi və elə bu anda da Samir zor gücünə qızın ayaqlarının arasına girə bildi... Sonra o, için-için ağlayırdı... Amma cismini parçalayan qəfil ağrıdan yox, qız ona görə yanıb-yaxılırdı ki, onu bu kökə salan, inanıb sədaqətlə qulluğunda dayandığı, xoş sözdən başqa ondan heç nə ummadığı adamdı. Bu o adamdı ki, bu evdə ilk dəfə onu mərhəmətlə dindirmişdi: ona "Pısik" demişdi, onu sevindirmişdi. Amma indi onu bədbəxt eləmişdi, amma başa düşə bilmirdi ki, nəyə görə. Nədir onun günahı? Bir qədər keçəndən sonra Simnarə xalçanın üstündəcə xoruldamağa başlayan Samiri qaldırıb çarpayısına uzatdı, üstünü örtdü, "qəfil talandan" sonra yerdə nə qalmışdısa hamısını silib yığışdırdı və canının ağrısına baxmayaraq, hamama girdi ki, özünü yusun. Səhər tezdən isə Samir heç nə olmayıbmış kimi onu səslədi: - Pısik! Bəs mənim saroçkam hanı? Simnarə dinməz-söyləməz köynəyi gətirib ona uzadanda da, Samir, adət etdiyi kimi, yenə də qızın üzünə baxmadı, amma astadan, günahkarcasına pıçıldadı: - Pısik! Bağışla məni, dünənkinə görə... Mən kefli idim, özün başa düşürsən, nə deyim, amma sən... bunu heç kimə demə. Danışdıq? Simnarə dinmədi və Samir bu sualı dilinə bir başqa biçimdə gətirdi: - Söz verirsən? *** Simnarə bu hadisəni açıb-ağartmaq fikrində deyildi; amma bir neçə aydan sonra o, elə bir hala düşdü ki, Əminə xanım evə həkim çağırmalı oldu. Və yaşlı həkim də qızı müayinə eləyəndən sonra inamla dilləndi: - Qorxulu heç nə yoxdur bu qızda: hamilədi, hamiləliyə də xəstəlik demək olmaz! Bətnindəki də üç aylıqdı, hamiləlik zamanı da qadın bədənində nələr baş verdiyini siz də bilirsiniz, tezliklə ağrıları da səngiyəcək, özü də yaxşılaşacaq. Əgər on il qabaq qadın xəstəliyindən əziyyət çəkdiyinə görə uşaqlığı dibindən kəsilib götürülən Əminə xanıma desəydilər ki, hamilədi, bu qədər dəhşətə gəlməzdi, sarsılmazdı. - Axı, o, necə hamilə ola bilər? O ki, evdən bayıra çıxmır! - Və heyrət içində səsini qaldırdı, -Yaxşı, indi biz neynəyək?! Başımıza haranın daşını salaq? Qızı heyrətlə süzəndən sonra əlini dizinə çırpıb üzünü həkimə tutdu: - Nahaq yerə demirlər ki, suyun lal axanı, adamın yerə baxanı. Əminə xanım sualı suala calasa da, Simnarə dinmirdi, danışmırdı, başını aşağı salıb yerə baxırdı. Elə bu səbəbdən də Əminə xanım evdə əsil məhkəmə qurdu, istintaqa başladı. Samir ağappaq aparmışdı, professor isə anbaan haldan çıxan, qışqırıb-bağıran arvadını sakitləşdirməyə çalışırdı: - Qızı belə incitmək olmaz, Əminə! Cavandı, qanmayıb. Məsələni aydınlaşdırmaq lazımdı, günahkar kimdisə, onu da məcbur etmək lazımdır ki, qızla evlənsin! Əminə xanım bir qədər qeyzləndi: - Belə də qız olar? Üç gündür ki, mən istəyirəm bundan bir söz qopardım, ağzına su alıb susur. Mən bu məsələni necə aydınlaşdırım? Heç nəyi də boynuna almaq istəmir. Boynundan tutub evdən qovmaq lazımdı bu pozğunu! Gör bir mənim evimdə nə hoqqa çıxartdı! Professor da səsini qaldırdı: - Hay-küy salma! Onu qovmaq olar? Doğrudanmı, sən başa düşmürsən ki, o, nə qədər acizdi? Demək, onu kimsə aldadıb! Biz onun atasının üzünə necə baxa bilərik? Axı o, bu qızı bizə etibar eləyib, demək, bizdən istəməyə də haqqı var, günahı özümüzdə axtarmalıyıq, demək, biz onun qızını qorumamışıq! - Biz niyə qorumalıydıq? - Əminə xanım qışqırdı, -bizim nə taxsırımız, kim qızı yoldan çıxardıbsa, o da cəzasına çatmalıdı, bizim borcumuz ərizə ilə polisə müraciət etməkdi, vəssalam, kim onun saqqızını oğurlayıb, namusuna toxunubsa, qoy cavab versin! Araya çökən ani sükutu professor pozdu: - Axı bu qız heç vaxt bu evdən çıxmayıb... Araya çökən sükutu yenə də professor pozdu, amma gözlərini oğlunun üzünə zilləyəndən sonra: - Görəsən, biz səndən şübhələnməməkdə nə dərəcədə haqlıyıq? Samir onsuz da həyəcan içindəydi; bu atmacadan isə, diksinib kağız kimi ağardı. - Niyə susursan? - Professor hədə ilə səsini qaldırdı, - axı sən niyə etiraf etmək istəmirsən ki? Və professor sözünü tamamlamamış Samir stuldan qalxıb, ox kimi otaqdan çıxdı. - Necə yəni? - Əminə xanımın səsi kimi ayaqları da titrədi, stula çökdü, - Yəni bu əməli törədən mənim oğlumdu?! İnanmıram... Axı necə ola bilər ki, mənim oğlum bu iyrəncə, bu qara pıspısaya tamah salsın? Professor əlini ürəyinin üstünə qoydu: - Alçaqlıq eləyib bizim oğlumuz! - dedi. - Özü də yekəsindən... - Günahın hamısı bu qara pıspısadadı! - Əminə xanım yenə qışqırmağa başladı, -mənim uşağımı bu mundarca, bu rəzil yoldan çıxardıb! Şəhərlilərin adı çıxıb, bütün kənd qızları belədi, saman altdan su yeridirlər, başlarına çadra salıb, min hoqqadan çıxırlar! Bələkdən çıxan kimi gözləri qalır malın, heyvanın erkəyində, dişisində ki, görsünlər necə cütləşirlər, ona görə də tez yetişirlər, ona görə də.. *** Amma bu dava-mərəkə bununla bitmədi, çox başağrısı gətirdi, çox su apardı. - Uşağı abort eləmək lazımdı, - oğlanın anası təkidlə dedi, atası isə qətiyyətlə bildirdi ki, heç bu barədə danışmağa da dəyməz. Əminə xanım yenə də öz şərtini ortaya qoydu: - Onda uşaq doğulan kimi verərik yetimxanaya. Amma professor arvadının bu təklifini də etirazla qarşıladı və arvadını inandırmağa çalışdı ki, yeganə çıxış yolu təcili toya hazırlaşmaqdı. Günlərlə sürən və nəticə verməyən bu mübahisələrdə, dava-savaşda bu bədnam hadisənin səbəbkarları iştirak etmirdilər; taleləri ilə barışmış bu iki nəfər sakitcə, səbrlə bu hadisəyə necə düyün vurulacağını gözləyirdilər. Əminə xanım: - Axı, sən necə razı ola bilərsən ki, yeganə oğlun bu çuşkaya, bu kifir kütbaşa evlənsin? - dedi. - Görmürsənmi o, necə iyrəncdi? Professor bir anlıq fikrə gedəndən sonra: - Bu, onun öz seçimidi, - dedi, - mən heç vaxt yol vermərəm ki, o, qızın taleyi ilə oynasın! Çox keçmədi ki, toy elədilər və bu düyündə "Pısik"in qohumları da gəlib ağ qarğa kimi əyləşdilər. "Qara Pıspısa" isə qızıl, brilyant daş-qaş içində nəinki yaxşılaşmışdı, hətta ağarmışdı. Qar kimi bəyaz fata sahmana salınmış tünd qara, mirvari sancaqlar taxılmış saçlarını, əsmər sifətini dərhal nəzərə çarpdırırdı. Gecə-gündüz işləməkdən şiş gətirmiş barmaqlarını incəldə bilməsələr də, sınıb-çatlamış dırnaqlarını nigarlamışdılar, əllərinə isə, fatası kimi bəmbəyaz, bir qədər iri ölçülü ağ əlcəklər geyindirmişdilər ki, biləklərinin, qollarının natarazlığı da sezilməsin. Samir özünü utancaq, yanaqları tez-tez qızaran arvadına qarşı çox səmimi, inamlı aparırdı, arabir onları alqışlayanda ehtiramla baş əyirdi, bir sözlə, əsl bəy rolu oynayırdı. Bu qiyafədə onlar bir-birinə çox yaraşardılar, amma bir şərtlə; Simnarənin görkəmində özünə əbədi yer eləmiş qorxu, həyəcan çəkilsəydi və bu qeyri-adi gündə heç olmasa aradabir üzü gülsəydi, sir-sifəti təbəssümlə işıqlansaydı... Bəy isə öz kefində idi; danışırdı, gülürdü, qollarını qaldırıb oynayırdı. Niyə də oynamasın? - Onun həyatında heç nə dəyişməmişdi, yenə də anasının "gül balası" idi, atasının pullarını xərcləyirdi, o ki, qaldı arvadına çevrilmiş Pıspısaya, bir qədər rahat yaşayacaqdı, daha Simnarəni hara gəldi buyuranda, atasından utanıb-çəkinməyəcəkdi. İlk zifaf gecəsində Samir qərara gəldi ki, Pıspısaya şişmiş ayaqlarını yudurtsun və qız ərinin bu tələbinə, fatasını başından çıxarmadan əməl elədi, özü də zövqlə, həvəslə, necə deyərlər, canla-başla. *** Samir yenə də hər səhər instituta gedirdi, Pıspısa isə evin işini görürdü, üstəlik də, doğub-törəyirdi, onun uşaqlarını böyüdürdü. Amma elə ki, onların sayı üçə çatdı, Əminə xanım heç nəyi və heç kimi saya salmadan qəti sözünü dedi: - Bura bax, Pıspısa, bura sənin üçün atanın kənddəki evi deyil ki, oğlan doğana qədər balalayasan. Biz də sənə belə şərt qoymuruq. Üç qız bəsindir. Pıspısa başını aşağı saldı, qıpqırmızı qızardı. Və elə o gün Əminə xanımla razılaşdı ki, onu qadın həkiminə aparsın və adına "spiral" deyilən tibbi qoruyucu ilə uşaqlığına gedən yolu bağlasın. Cavan gəlin əvvəllər olduğu kimi hər gün, hər saat özünü iş başında sayırdı, ərindən daha artıq qaynanasının, qaynatasının qulluğunda dayanırdı. Onun bu evdəki sosial durumu, demək olar ki, dəyişməmişdi, amma hərdən bir onu yaxın qohumların toyunda-şənliyində "üzə çıxarırdılar" və belə günlərdə onu qabaqcadan evlərinin tinindəki "Qaraböcək" gözəllik salonuna aparırdılar, bəzəyirdilər və əsl professor gəlini kimi geyindirirdilər. Qaynanasının ondan narazı olduğunu Pıspısa hər saat, hər an hiss eləyirdi. Bir dəfə Əminə xanımın köks ötürərək telefonla kiməsə dediyi sözü özü də eşitdi: - Çuşka ki çuşka, istəyirsən lap qızıldan don geyindir, yaraşmır ki yaraşmır, sir-sifəti də, deyərsən bəs buz bağlayıb, elə bil oxlov udub köpəyin qızı, belə gəlinlə bir evdə yaşamaqdansa, ölmək yaxşıdır! *** Amma bütün bunlara baxmayaraq, evin bütün yükünü Pıspısa çəkirdi; nə donquldanırdı, nə şikayətlənirdi, nə də xəstələnirdi. Naxoşların qulluğunda dururdu, dəymədüşər həyat yoldaşının, həmçinin qaynanasının nazıyla oynayırdı, bütün günü bişirib-düşürürdü, yuyub-ütüləyirdi, evləri yığışdırırdı, uşaqları yedizdirirdi. Əminə xanım amiranə səslə: - Uşaqları qəşəng geyindir, - dedi, - mən onları yolka bayramına aparacam, tez elə! Əminə xanımın əmrlərinə adət eləmişdi, ürəyində xoşu gəlməsə də. Belə anlarda sevinirdi, demək, nəhayət ki, tək qalacaqdı, döşəməni istədiyi kimi siləcəkdi, kafelləri sürtüb parıldadacaqdı, vaxtı qalsa, tifillərinə corab toxuyacaqdı, amma indi gərək tez-tələsik onları geyindirə, saçlarına bant bağlaya. Üçü də istəyirdi ki, Pıspısa onu öncə geyindirsin. O, deyirdi "Pıspısa", bu deyirdi "Pıspısa". Bəli, bu ailənin bütün üzvləri kimi, bu qızlar da ona "Pıspısa" deyirdilər. Nəriman müəllim öz oğlunu şəhər xəstəxanasının nevroloji şöbəsinə müdir təyin etdirəndən sonra dissertasiya yazıb alimlik dərəcəsi almasına da kömək elədi. Samir inamla yüksəlirdi. O, kef əhli idi, gücü, qüvvəsi qaynayıb daşdığından və hökmranlığı bacardığından, utanmadan dilsiz-ağızsız, evdə maşın kimi işlək arvadına xəyanət eləyirdi. Samirin atası vəfat eləyəndə bütün yas mərasiminin ağırlığı Pıspısanın çiyninə düşdü, çünki qəm-qüssəyə batmış Əminə xanım nə isə eləmək iqtidarında deyildi. Mərhumun qırxından sonra da, Pıspısanın qayğıları azalmadı, əvvəla, ona görə ki, Əminə xanım tez-tez xəstələnib yatağa düşürdü və Pıspısa da onun qulluğunda durmağa çalışırdı. Axı o, mümkün olan və olmayan bütün işləri görməyə adət eləmişdi. İkincisi də, atasının ölümündən sonra özünü tam hüquqlu ev sahibi kimi aparan Samir o dərəcədə qudurdu ki, gecələr evə əxlaqı dumanlı olan adamlar gətirməyə başladı, hətta hərdən onları səhərəcən evdə saxladı. Anası o qonaqları görəndə, lap haldan düşürdü və keçirdi öz otağına, Pıspısa isə ərinin qulluğunda dayanırdı, axırda da ərini qonaqlarla tək qoyub keçirdi qızlarının otağına və elə orda da yuxulayırdı. Çox keçmədi ki, Samirin məşuqəsi də evin "qonağı" oldu və göz-görəsi Pıspısanı eyninə almadan Samirə məzə verməyə, hətta mazaqlaşmağa başladı... *** İllər keçdi və Samirin nəzərə çarpmadan ərgən yaşına çatan qızlarına elçilər gəlməyə başladı. Əminə xanım qonaqları oğlu ilə qarşılayırdı, qızların anasını məsələdən agah eləmədən, ağlı kəsənə razılıq, xeyir-dua verirdi və nəvələrinə cehiz hazırlamağa başlayırdı. Çoxbilmiş nənələrinin gözü qabağında böyüyən, ondan görüb-götürən qızlar analarına açıq-aşkar həqarətlə baxırdılar və onu saya salmırdılar. Nənə evdə nüfuz sahibi idi və onun sözü qızlar üçün də qanundu. Pıspısa onların nazıyla oynayan, gecə-gündüz qulluqlarında duran adi bir icraçı-avtomat idi və nənələri ilə qürrələnən, nənələrinin tərbiyəsini görən qızlarının bütün tapşırıqlarını sorğu-sualsız yerinə yetirməliydi. Professor öləndən sonra Samirin dul qalmış, xəstə anasını sanatoriyaya aparması ənənə halını alanda və ən azı bir ay o, əri ilə qaynanasının yolunu gözləməli olanda demək olar ki, evin bütün yükünü çəkirdi, üstəlik qızlarının doğub-törədiyi körpələrinə həvəslə dayəlik eləyirdi. Qızların üçü də doğub-törəməyə macal tapmışdılar və hərdən evdə bir yox, bir neçə körpənin səsi bir-birinə qarışırdı və bu evdə yalnız istəkli nənələri onların nazıyla oynayırdı. Uşaqlar xeyirxah, mülayim nənələrinə o qədər öyrəşmişdilər ki, ondan ayrılmaq, öz evlərinə getmək istəmirdilər və Pıspısanı da qanadlandıran, bu ailədə, nəhayət ki, əsil xoşbəxtliyin nə olduğunu ona andıran elə bu idi. Zavallı Pıspısa! Axırı ki, ona da bu evdə fərəhlənmək qismət oldu... Dünyaya gətirdiyi uşaqların heç biri ona nəvələri qədər mehr salmamışdı, onu nəvələri kimi sevməmişdi. Pıspısa şadlanır, qürrələnirdi: nəhayət ki, bu dünyada onu da səmimi qəlbdən sevən canlılar peyda olmuşdu və onlar onu Pıspısa yox, nənə deyə çağırırdılar! O, nəvələrinə qulluq etməkdən həzz alırdı və arzulayırdı ki, yay tez gəlsin, əri qaynanasını sanatoriyaya aparsın və o, istəkli nəvələri ilə birlikdə evin mütləq hakimi olsun. Yalnız bu zaman professorun mənzilindən Pıspısanın incə, məlahətli səsi yüksəlirdi, çünki ona ən sadiq, ən vəfalı canlılar, onun laylalarına qulaq asa-asa yuxuya gedirdilər. Pıspısa o qədər də çox sayda oxşama, layla bilmirdi və elə bu səbəbdən də, hərdən ürəyindən keçənləri söyləyirdi, amma əsl layla avazı ilə: Lay-lay balam, a laylay, İndi şirin yuxuda Görürsənmi sən məni? Beşiyinin başında Laylay deyən nənəni? Yuxudan oyananda Axtaracaqsan məni? Beşiyinin başında Laylay deyən nənəni? Laylay dedim, yatdınmı? Gülşən gülə batdınmı? Yuxuda gülən balam, Şirin yuxu tapdınmı? *** Belə yay günlərinin birində, Samir anası ilə Moskva yaxınlığındakı kardioloji sanatoriyalardan birində dincələndə, Bakıdan qəfil bir teleqram aldı: "Pıspısa bu gün xəstəxanada vəfat elədi". Və teleqramda yazılana aydınlıq gətirmək üçün Bakıya zəng vurandan sonra gününün çoxusunu müalicə korpusunda keçirən, bir "vannadan" çıxıb, o birinə girən anasını növbəti müalicə növbəsində tapdı və teleqramı qorxa-qorxa ona uzatdı. Əminə xanım teleqrama ötəri göz gəzdirən kimi səsini qaldırdı: - Bu nə axmaq zarafatdı sən mənnən eləyirsən? - dedi, - bəyəm sən bilmirsən ki, mənim ürəyim nə gündədi? - Bu zarafat deyil, həqiqətdir... Bakıya zəng vurub öyrəndim hər şeyi... O, xəstəxanaya düşəndə, sadəcə, bizi narahat etmək istəməyiblər... O, mənim şöbəmdə yatıb, özü də cəmi iki gün... - Samir sözünə ara verdi, - qızlar telefonda dedilər ki, bu gün onu morqdan götürməliyik... Əminə xanım bu deyilənlərə də inanmaq istəmirdi: - Axı kim onu xəstəxanaya aparıb? - dedi. - O ki madyan kimi sağlam idi! Samir yenə də astadan, hüznlü səslə: - Mama, mən xəstəxanaya da zəng vurdum, - dedi, - mənə söylədilər ki, mənim arvadım insultdan ölüb, kardioqrammadan məlum olub ki, o, uzun illər yüksək qan təzyiqi ilə yaşayıb, amma bu bizim ağlımıza da gəlməyib... -Yalandı! İnanmıram! - Əminə xanım yenə də öz hökmünü verdi, - sən Bakının ən yaxşı nervipotoloqlarından birisən, ola bilməz ki, sən öz evindəki gipertoniki görməyəsən! Samir başını aşağı saldı: - Görməmişəmsə, bu mənim günahımdı, - astadan dedi, - demək, mən Bakının ən yaxşı nervipotoloqlarından biri deyiləm... Amma Əminə xanımın üzündəki, gözlərindəki, həmçinin, səsindəki qəzəb hələ soyumamışdı: - Bu yerdə də o, istəyinə çatdı! - dedi, - öz xəstəliyini gizləməklə, bizim də istirahətimizi alçaqcasına pozdu, bunu yalnız o eləyə bilərdi! O... Və Əminə xanım birdən-birə oğlunun onu ikrahla süzdüyünü sezdi və kiridi. *** ...Bir neçə saatdan sonra onlar Moskvadan uçdular, amma yol boyu bir kəlmə də kəsmədilər. Evə girəndə qarşılaşdıqları mənzərə onları dəhşətə gətirdi. Mənzilin səliqə-sahmanı tamam pozulmuşdu, otaqlar çirk-çirkab içində idilər, əzizlənməkdən məhrum olmuş, acından rəngləri solmuş nəvələr qışqırışır, ağlaşırdılar, o otağa, bu otağa keçib əbədi itirdikləri nənələrini axtarırdılar. Samirin ərkəsöyün qızları bir-birilə öcəşirdilər, onlar mənzili, yas qapısını sahmana salmaq halında deyildilər, bu fikrə gəlmişdilər ki, anaları vaxtsız ölməklə onları çox pis vəziyyətdə qoyub. Onlardan hansısa balkonun qapısını açıq qoymuşdu və içəri vız-vız vızıldaşan milçək sürüsü dolmuşdu. - Denən, ay arvad, ölmək vaxtıdı? - Böyük qız gileylənməyə başladı. - İndi mən Aykanı kimin yanında qoyub instituta gedəcəm? Axı o heç kimnən qalmır, özüm də diplom yazıram, sabah elmi rəhbərlə görüşməliyəm, opponentləri tapmalıyam... Ortancıl qız da sözünü utanıb -çəkinmədən söylədi: - Mənim körpəmi özünə o qədər öyrətdi ki, indi heç məni tanımaq da istəmir! Qışqırır, elə bil ətini kəsirlər, başa düşmürəm nə istəyir? - Sizə şükür, - kiçik qız incik halda bu giley-güzarı bir qədər də şişirtmək qərarına gəldi,- o, sizinkiləri heç olmasa ayağa qaldırmağa macal tapdı! Mənim oğlumun heç bir yaşı da yoxdu, özüm də bilmirəm ki, uşağı necə, haçan yedirtmək lazımdı! - Bizim işimiz necə olacaq? Əminə xanım bu sualı təşviş, heyrət içində nəvələrinə verirdi və deyəsən, ömründə ilk dəfə hiss eləyirdi ki, Pıspısasız bu evdə onnan nə ev sahibi olar, nə ana, nə nənə. Bəs yası kim yola salacaqdı? Axı tanış-biliş hamısı bu evə toplaşacaqdı... Və içində baş qaldıran sual da Əminə xanımı birdən-birə kövrəldib, acı-acı ağlatdı və nəhayət ki, ömründə ilk dəfə gəlininin tamam unudulmuş, əsl adını dilinə gətirdi: - Mən sənsiz neynəyəcəm, Simnarə? *** Başını itirmiş Samir şöbəsində işləyən həkimləri, tibb bacılarını bir-bir dindirirdi: - Doğrudanmı, o, son nəfəsində heç nə söyləmədi? - Doğrudanmı, heç nə demədi ki, mənə çatdırasınız? - Yəni bir kəlmə də?!?!?! - Doğrudanmı? Pıspısa yaşadığı kimi də, heç kimə əziyyət vermədən, heç kəsi zəhmətə salmadan dinməz-söyləməz bu dünyanı tərk eləmişdi. Nə vəsiyyətnamə, nə bir məktub, nə bir söz söyləməmişdi. Yalnız ondan qalan o qəmli bayatı idi ki, onu nəvələrinə öyrətməyə macal tapmışdı, bu isə ona dəlalət edirdi ki, hər halda o, insanlarla ünsiyyət qurmağı bacarırmış. Ömründə ilk dəfə sarsılmış Samirə elə gəlirdi ki, o, həyat boyu hədsiz sədaqətlə, səssiz-səmirsiz ona xidmət edən qollarını itirib, həm də yer üzündə ona kölgəsi kimi sədaqətli olan bir varlığı, amma o, hələ də bilmirdi ki, bu varlıq onun qəlbinə köçüb... Hollandiya, Reykyavik. Ruscadan çevirən: Məmməd ORUC  
['bədbəxt qadın', 'insan taleyi']
4,538
https://kayzen.az/blog/edebiyyat/7113/kral-qatili-odun%C3%A7u-%7C-xorxe-luis-borxes.html
Kral qatili odunçu | Xorxe Luis Borxes
Muza
Ədəbiyyat
21 dekabr 2011, 21:14
Mən odunçuyam.Adımı bilməsəniz də olar.Doğulduğum və tezliklə öləcəyim koma meşənin kənarında yerləşir. Meşə, deyilənə görə, dənizəcən uzanır və bu dəniz bütün qurunu əhatə edir və onun sularında mənim komama bənzər neçə-neçə ağac koma üzür. Deyilən yalandır, ya doğrudur, bilmirəm, çünki hər halda bunu görmək özümə də qismət olmayıb; meşənin o biri üzünü də görə bilməmişəm.Uşaq olarkən böyük qardaşım mənə and içdirib ki, onunla birgə bu meşəni sonuncu ağacınadək qırıb çatacağıq.Qardaşım artıq ölüb, mənimsə ağlımda başqa bir şey var: bir şeyi axtarıram və onu tapmayınca yorulmaq bilməyəcəm.Günəşin batdığı o tərəfdə bir çay axır; mənim balığı əllə tutmaq bacarığım var.Meşədə canavarlar dolaşır. Amma canavarlar məni qorxutmur; baltam məni bircə dəfə də darda qoymayıb.Yaşımı bilmirəm. Bircə onu bilirəm ki, sinnim çoxdur. Gözlərim güclə görür.Azmaqdan qorxaraq artıq getmədiyim kənddə məni xəsis deyirlər, amma özünüz deyin, odunçu qazancı elə çoxdur ki, hələ pul da yığa bilsin...Komamın qapısının ağzını daşla bağlayıram ki, külək qarı içəri vurmasın.Bir axşam ağır yeriş səsi eşitdim, sonra qapının döyüldüyünü.Qapını açıram, tanımadığım bir qərib içəri girir. Qoca bir kişiydi, ucaboy, dama-dama bürüncəkli. Çapıq üzünü ikiyə bölmüşdü. İllər elə bil qəddini bükməmiş, əksinə, güc-qüvvət vermişdi, amma fikir verdim ki, əsasız heç gəzə bilmir.Bir-iki kəlmə danışdıq, nə haqda, – bilmirəm. Sonra o dedi:– Öz evim yoxdur, harda gəldi gecələyirəm. Bütün Saksoniyanı gəzib dolaşmışam.Bu yerin adı dünyaya gəldiyim gündən qulağımda sırğadır: el arasında indi İngiltərə adlandırılan Saksoniya haqqında atam mənə uşaqlıqda çox danışmışdı.Evdə yeməyə ancaq çörəyim və balığım vardı. Süfrə başında biz susduq.Göydən yağış tökməyə başladı. Mən onun üçün quru yerdə, qardaşımın öldüyü həmin yerdə dəridən yataq düzəltdim. Gecə düşən kimi yuxuya getdik.Biz evdən Günəşlə bərabər çıxdıq. Yağış dayandı və torpaq qarla örtüldü. Qocanın əsası əlindən düşdü və o mənə əsasını yerdən qaldırmaq göstərişi verdi.– Mənə hansı haqla əmr verirsən? – soruşdum.– Çünki, – dedi, – mən hələ də kralam.Onu dəli sandım. Əsanı qaldırıb ona verdim. Səsini zilə qaldırıb dedi:– Bəli, mən sekgenlərin kralıyam. Onları minlərlə dəfə ağır döyüşlərdən zəfərlə çıxarmışam, amma indi dünyayla vidalaşmaq vaxtımdır və mən krallığımı itirmişəm. Adım İzerndir, Odin nəslindənəm.– Mən Odinə yox, Məsihə pərəstiş edirəm, – dedim.Sanki məni eşitmirmiş kimi hekayətini danışmaqda davam edirdi:– Mən sürgün yolları ilə dolaşıram, amma hələ ki kralam, çünki medal məndədir. Onu görmək istərdin?O, sümükləri çıxmış əlinin barmaqlarını açdı, amma ovcunda heç nə yoxudu. Yalnız bu an mən sol əlinin gecə-gündüz yumruq halında bağlı olduğunu xatırladım.O düz sifətimə baxaraq dedi:– Sən ona toxuna bilərsən.Mən qorxa-qorxa barmağımla onun ovcuna toxundum. Və nəsə soyuq bir şey hiss etdim, parıltını gördüm. Qocanın barmaqları tez düyünləndi. Mən susurdum. Onda o uşağa başa salırmış kimi hövsələylə anlatmağa başladı:– Bu, Odinin medalıdır. Onun yalnız bir üzü var. Lakin ondan başqa dünyada hər şey ikiüzlüdür. Nə qədər ki, bu medal məndədir, mən kral olaraq qalacam.Elə bu andaca məni nəyin bahasına olursa-olsun medalı əldə etmək istəyi bürüdü. O mənim olduğu təqdirdə misli görünməmiş qır-qızıla malik və kral olacaqdım.İndiyəcən nifrət etdiyim səfilə təklif etdim:– Komamda ağzınacan sikkəylə dolu sandıq gizlətmişəm. Xalis qızıl, balta tiyəsi kimi par-par parlayırlar. Gəl Odinin medalını sandıqla dəyişək.O qətiyyətlə dedi:– İstəmirəm!– Onda cəhənnəm olub öz yolunla get!O arxasını mənə çevirdi. Kürəyinə vurulmuş balta zərbəsi yetərindən artıq güclü idi: o silkələnib o dəqiqə yıxıldı, lakin bu an yumruğu açıldı və mən havada medalın parıltılı qığılcımını gördüm. Mən baltayla çimləmədə nişanə qoyub və meyiti əvvəllər dərin olan çaya çəkib apardım. Meyiti itələyib suya saldım.Evimin yanında medalı axtarmağa başladım. Amma tapmadım. Hələ də axtarıram.Müəllif: Xorxe Luis BorxesRuscadan çevirdi: Əziz Rzazadə
['Xorxe Luis Borxes']
4,539
https://kayzen.az/blog/psixologiya/1751/motivasiya-v%C9%99-emosiya.html
Motivasiya və emosiya
pedaqoq
Psixologiya
20 dekabr 2011, 21:28
Motivlər haqqında anlayış Hisslərin psixoloji mahiyyəti Emosiyalar haqqında anlayış Emosional halətlər Ali hisslər Motivlərin öyrənilməsinin böyük əhəmiyyəti vardır. Bu mahiyyət etibarilə şəxsiyyəti fəaliyyətlə öyrənmək dəməkdir. İnsan fəaliyyətinin spesifik xüsusiyyəti ondan ibarətdir ki, o, həmişə məqsədyönlüdür. Motiv (latınca movere- hərəkətə gətirmək, itələmək dəməkdir) dedikdə tələbatların təmin olunması ilə əlaqədar olaraq insanı fəaliyyətə təhrik edən amillər nəzərdə tutulur. Motiv insanı fəaliyyətə təhrik edir və onun fəaliyyətinin istiqamətini müəyyənləşdirir. Bu iki cəhət bir-birilə vəhdət təşkil edir və motivin əsas funksiyaları kimi meydana çıxır. Motivləri bir-birindən onlarda təzahür edən tələbatların növünə, onların kəsb etdiyi formalara, genişliyinə və ya məhdudluğuna, onların fəallaşdığı fəaliyyətin konkret məzmununa görə fərqləndirirlər. Fəaliyyətin mürəkkəb növləri bir qayda olaraq bir motivə deyil, əyni vaxtda bir neçə təsir göstərən və qarşılıqlı təsirdə olan motivə cavab verir ki, bunlar da insanın hərəkət və əməllərinin şaxələnməmiş motivləşmə sistemini təşkil edir. Motivlər hər bir fəaliyyət sahəsində özünəməxsus xüsusiyyətlərlə təzahür edirlər. Bu cəhəti nəzərə alsaq, biz onları fəaliyyətin növlərinə görə: oyun, təlim və əmək motivləri kimi xarakterizə edə bilərik. Təlim motivlərini adətən idrak motivləri və sosial motivlər olmaq üzrə iki böyük qrupa bölürlər. Əgər şagirdin fəallığı ayrı-ayrı fənlərin tədrisi prosesində öyrənilən obyektlərə yönəlmişdirsə, bu zaman idrak motivlərindən danışırlar. İdrak motivlərinin aşağıdakı növləri vardır: 1. Geniş idrak motivləri (şagird bütün fənlərdə yəni faktlar, nəzəri məsələlər, deduktiv nəticələr və s. ilə maraqlanır). 2. Tədris- idrak motivləri (şagirddə bir və ya bir neçə fənnə maraq əmələ gəlir, o, müvafiq fənləri daha ətraflı öyrənməyə başlayır). 3. Özünütəhsil motivləri (şagird maraqlandığı fənlər üzrə müstəqil surətdə yəni biliklər əldə etməyə başlayır). Əgər təlim prosesində şagirdin fəallığı başqa adamlarla münasibət sahəsinə yönəlirsə, bu zaman sosial motivlər fərqləndirilir. Onları da üç növə bölürlər: 1. Geniş sosial motivlər ( şagird Vətənə, cəmiyyətə faydalı olmağa çalışır). 2. Dar sosial motivlər- bunlara başqa sözlə, mövqe motivləri dəyirlər (şagird ailədə və məktəbdə yaxşı mövqe tutmaq üçün əlaçı olmağa çalışır). 3. Sosial əməkdaşlıq motivləri (şagird özünün müəllimlər və sinif yoldaşları ilə münasibətlərini təhlil edir, onları daha da yaxşılaşdırmağa çalışır). Bir sıra hallarda şagirdlərdə yaradıcılıq motivləri də özünü göstərir. Bu zaman təlim motivlərinin xarakteri tədricən dəyişir, onlarda yaradıcılıq üçün səciyyəvi cəhətlər əsas yer tutmağa başlayır. Motivlərin keyfiyyətini psixoloji baxımdan aydınlaşdırarkən onları məzmun və formasına görə xarakterizə edirlər. Motivlərin məzmun baxımından xarakteristikasına aşağıdakılar daxildir: 1. Təlimin şagird üçün şəxsi məna kəsb etməsi 2. Motivin fəallığı- təlim şagird üçün şəxsi məna kəsb etdikdə, motiv fəal xarakter daşıyır; o, səy ilə oxumağa başlayır. 3.Motivlərin ümumi strukturunda motivin yeri: əsas, aparıcı motiv özünün istiqamətindən asılı olaraq fəaliyyət prosesində müxtəlif rol oynayır. 4.Motivin müstəqil surətdə əmələ gəlməsi və təzahür etməsi. Motivlərin formalaşması və inkişafı prosesinə motivasiya deyilir. 5. Motivlərin dərk olunma səviyyəsi. 6. Eyni bir motivin müxtəlif fəaliyyət tiplərinə və tədris tapşırıqlarına şamil edilməsi: bir halda şagird bütün fənlərlə əyni dərəcədə maraqlanır, başqa bir halda isə bir və ya iki fənlə xüsusi maraqlanır, digər fənlər ilə kifayət qədər maraqlanmır. Motivlər özlərinin formalarına görə də fərqlənirlər. Motivlərin dinamik xarakteristikası dedikdə bu cəhəti nəzərə alırlar. Onlara aşağıdakılar aiddir: 1. Motivlərin davamlılığı. Motivlər davamlı və situativ ola bilər. 2. Motivlərin emosional çalarları və ya modallığı. Motivlər həmişə müsbət və mənfi xarakterli emosiyalarla müşahidə olunur. 3. Motivlərin qüvvəsi və ifadə xüsusiyyətləri: motivlər güclü olduqda şagird saatlarla işləməkdən doymur, ev tapşırıqlarının hamısını səylə yerinə yetirir. Motivlər zəif olduqda isə o ev tapşırıqlarını «başdansovdu» icra edir. Motivasiya nədir? «Motivasiya» anlayışı da «motiv» anlayışı kimi fərqli şərhlərə məruz qalır. Motivasiya: 1) davranışı saxlayan və istiqamətləndirən yəni onu müəyyən edən faktorların cəmidir; 2) motivlərin cəmidir; 3) orqanizmi aktivliyə çağıran və onun istiqamətini müəyyən edən təhrikdir; 4) konkret fəaliyyətin psixi tənzim prosesidir V.Q.Leontyev motivasiyanın iki tipini ayırırdı: ilkin motivasiya- tələbat, meyl, instinkt formasında, ikinci motivasiya isə motiv formasında təzahür edir. Əksər hallarda psixoloqlar motivasiya dəyəndə davranışın determinasiyasını nəzərdə tuturlar və bu səbəbdən xarici və daxili motivasiyadan danışırlar. 2-ci sual. İnsan idrak prosesləri vasitəsilə ətraf aləmi öz beynində əks etdirir, hiss və emosiyaların köməyi ilə isə onlara münasibətini bildirir. Deməli hisslər insanın münasibəti ilə bağlıdır. Münasibət isə şüurla bağlı olan psixi faktdır. Beləliklə, hisslər insanın dərk etdiyi cisim və hadisələrə, başqa adamlara, həmçinin özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi prosesdir. İnsanın hansı hisslər keçirməsi qan dövranında daha aydın təzahür edir. Bələ ki adam utandıqda, pərt olduqda üzünün rəngi qızarır, qorxduqda isə ağarır. Bundan başqa insanın nə kimi hisslər keçirməsini onun mimikasından və intonasiyasından, bədənin ifadəli hərəkətlərindən- pantomimikasından da başa düşmək olur. Nəhayət insanın keçirdiyi hisslər onun nitqində də öz ifadəsini tapa bilir. İnsan müəyyən hadisəyə münasibətini nitqinin intonasiya tərzi ilə ifadə edir. Hisslər əsasən 3 mühüm funksiyanı yerinə yetirir: siqnal, tənzimətmə və kommunikativ funksiya. Siqnal funksiyasının köməyi ilə biz ətraf aləmdə baş verən hadisələrin hansının həyatımız üçün faydalı və ya təhlükəli olduğunu dərk edirik. İkincisi, hisslər insanın hərəkət və fəaliyyətinin motivi kimi çıxış edərək onları müəyyən istiqamətə yönəldə bilir. Bu hisslərin tənzimetmə funksiyası ilə bağlıdır. Hisslərin kommunikativ funksiyası onunla ifadə olunur ki, insanın keçirdiyi hisslər onun mimikasında, səsində, tənəffüs ahəngində və s. təzahür edir. Hisslərin bu cür ekspressiyası qarşı tərəf üçün informasiya mənbəyinə çevrilir. 3-cü sual. Emosiya insanın üzvü tələbatının təmin olunub- olunmaması ilə əlaqədardır. Emosiya canlı varlığın, orqanizmin vəziyyətini və xarici təsirlərinin bioloji əhəmiyyətini müəyyənləşdirmək tələbatı ilə bağlıdır. Emosiyalar- insan təcrübəsinin hissi fundamenti hesab olunur. Onlar ətraf aləmlə, cəmiyyətlə qarşılıqlı münasibətləri zənginləşdirir və xatirələrə dinamiklik verir. «Emosiya nədir?» sualı elmdə müxtəlif şəkildə cavablandırılmışdır. V.Ceyms emosiyanı hiss etməyə «cəhd» kimi müəyyənləşdirir. P.K.Anoxinə görə isə «emosiyalar orqanizmin fizioloji vəziyyəti olaraq parlaq subyektiv ifadəyə malikdirlər və insanın bütün hiss və yaşantılarını əhatə edirlər. S.Z.Rubinşteyn emosiyaları subyektin vəziyyətinin və obyektə münasibətinin təzahürü kimi dəyərləndirir. Psixoloqların fərqli şərhlərini ümumiləşdirərək bələ bir nəticəyə gəlmək olar ki, əksər hallarda emosiyalar insanın indiki anda nəyəsə və ya kiməsə münasibətilə əlaqədar keçirdiyi yaşantılar kimi anlaşılır. Emosiyalara aid tədqiqatlarda ekspressiv komponentin öyrənilməsinə xüsusi əhəmiyyət verilir. Emosiyaların başlıca ifadə vasitələri nitq, mimika, pantomimika, jestikulyasiya, vokalizasiyadır. Şlosberqin təqdim etdiyi mimik ifadələr şkalası 6 əsas kateqoriyadan ibarətdir: 1.məhəbbət, sevinc, xoşbəxtlik 2. təəccüb 3. iztirab, qorxu 4. qətiyyət, qəzəb 5. ikrah Emosiya daha sadə hiss olub, əsasən üzvi tələbatların, məsələn, yeməyə, təmiz havaya, suya və s. olan ehtiyacların ödənilməsi ilə əlaqədardır. Bu cəhətdən emosiya heyvanlarda da vardır. Emosional sahənin diskret modelinin tərəfdarları emosiyaları ilkin və ikinci emosiyalara ayırırlar. P.Ekman 6 ilkin emosiyanın adını çəkir: qəzəb, qorxu, ikrah, təəccüb, kədər, sevinc. R.Plutçikin təsnifatında dörd cüt emosiyanın hər cütü müəyyən hərəkətlə əlaqədardır: Qəzəb ( hücum, dağıdıcılıq)- qorxu ( müdafiə) Bəyənmə ( təqdir, qəbuletmə)- ikrah ( rədd etmə) Sevinc ( canlandırma, ərsətmə)- məyusluq ( hüzn, məhrum olma) Gözləmə ( tədqiq etmə)- təəccüb ( istiqamətlənmə) K.İzardın müəyyən etdiyi təməl emosiyaların sayı 10-dur: qəzəb, ikrah, nifrət, dərd-iztirab, qorxu, günah, maraq, sevinc, utanma, təəccüb. 4. Emosiyalar yaranma sürətinə, qüvvəsinə və davamlılığına görə müxtəlif şəkildə keçirilə bilər. Bunları insanın emosional haləti də adlandırırlar. Bunların bir neçəsinə nəzər salaq: əhvallar, affektlər, stress, frustrasiya. Emosiyaların funksiyaları məsələləri bir çox müəlliflər tərəfindən əsas tədqiqat obyekti kimi ayrılmışdır. V.K.Vilyunas emosiyaların bioloji məqsədəuyğunluğundan danışarkən aşağıdakı funksiyaları sadalayır. Qiymətləndirmə Təhriketmə (motivləşdirmə) Tənzimətmə (təşkilətmə) və dizorqanizasiya( pozma) Möhkəmləndirmə (tormozlama) Sezmə ( qabaqlama, evristik) funksiyalar. Əhvallar. Əhval tədricən yaranan, orta qüvvəyə malik olan, xeyli müddət davam edən emosional haldır. Səhər eşitdiyimiz xoş bir xəbər bütün günü gümrah, şən əhval-ruhiyyə ilə keçirməyimiz səbəb ola bilər. Affektlər. Affektlər sürətlə yaranan, qüvvətli, nisbətən təz keçib gədən emosional hallardır. Affektlər insanı təz bürüyən, sürətlə ötüb keçən, iradi nə­zarətin pozulması ilə səciyyələnən emosional prosesdir. Bu zaman insan keçirdiyi qorxu, hiddət, qəzəb və s. hisslərə güclü şəkildə qapılır. Ehtiras-qüvvətli, uzun müddətli və dərin hissdir. Ehtiras insanın şüurunun, daxili qüvvələrinin cəmləşməsində, müəyyən vahid məqsədə yönəlməsində öz əksini tapır. Təəccüb- qəfil dəyişiklik zamanı əsəb sisteminin indiki an üçün uyğun olmayan və adaptasiyaya mane ola biləcək aktivliyini saxlayır. Tomkinsin dediyi kimi: " təəccüb kanalları təmizləyən emosiyadır." Stress- insanın fəaliyyət və ünsiyyət prosesində çətin və mürəkkəb fiziki, zehni işlər görərkən, eləcə də təhlükə zamanı təcili və məsuliyyətli qərar qəbul etmək zərurəti qarşısında qaldıqda keçirdiyi psixi vəziyyətdir. Frustrasiya -insanın düşdüyü psixi vəziyyət formasıdır. İnsanın öz məqsədinə çatmasına maneçilik törədən real və ya xəyali maneələrlə rastlaşması nəticəsində keçirdiyi emosional hal frustrasiya adlanır. Frustrasiya vəziyyəti bəzən insanın xarakterinə təsir edir, onda bir sıra dəyişikliklər törədir: onun davranış tərzinə meylətmə və s. nəzərə çarpır. E.P.İlyin frustrasion emosiyalar kateqoriyasını ayırır və onlara incikliyi, məyusluğu, qəzəbi, təcavüzü, kədəri, sıxıntını, dərdi və depressiyanı aid edir. Bu emosiyalar insanın fəaliyyətinə müxtəlif şəkildə təsir edirlər. Bəziləri insanı məqsədə çatmağa təhrik edir, motivin qüvvəsini artırırlar, başqaları isə əksinə onu demobilizə edir, konflikt situasiyadan uzaqlaşmağa və fəaliyyətdən bütünlüklə imtinaya sövq edirlər.   5.Ali hisslər bütünlükdə sosial amillərin təsiri ilə şərtlənir və inkişaf edir. İnsanı əhatə edən sosial gərçəkliyə münasibəti, eləcə də şəxsiyyəti onun keçirdiyi mürəkkəb hissləri ilə təzahür edir. Deməli insanın təbiət hadisələrinə, cəmiyyətə və cəmiyyətdəki əxlaq normalarına, qanunlara, başqa insanlara, millətlərə, eləcə də təbiət və insan gözəlliklərinə, bir sözlə gərçəkliyə olan münasibəti onun ali hisslərinin obyektini təşkil edir. Ali hisslərin məzmunu şəxsiyyətin inkişaf səviyyəsindən, dünyagörüşündən, bilik və bacarığından, əqidə və inamından asılı olduğu üçün subyektiv xarakter daşıyır. Yönəldiyi sosial idrak obyektindən asılı olaraq ali hisslərin 4 növü fərqləndirilir: əxlaqi, intellektual, estetik və praksis hisslər. Ali hisslər- şəxsiyyətin formalaşması prosesində, mürəkkəb sosial tələbatların ödənilməsi ilə bağlı əmələ gəlir, məsələn, vətənpərvərlik, inam dostluq və s. Sadə hisslər isə bütün canlı orqanizmlərin, o cümlədən, insanların üzvi tələbatlarının təmin olunması ilə əlaqədar olaraq baş qaldırır. Əxlaqi hissləri mənəvi, dünyagörüşü hissləri də adlandırırlar. Əxlaqi hisslərin obyekti ayrı-ayrı adamlar, kiçik qruplar, kollektivlər, dövlət, idarə və təşkilatlar, ictimai hadisələr, insanın özü və keçirdiyi hissləri ola bilər. Deməli, əxlaqi hisslər, müəyyən cəmiyyət daxilində qəbul olunmuş əxlaq normaları əsasında sosial gərçəkliyin hadisələrinin qavranılması zamanı insanın keçirdiyi hisslərdir. İnsanın əxlaqi hissləri, müvafiq əxlaq normalarına bəslədiyi subyektiv münasibətlə bağlı olur. İntellektual (zehni) hisslər- insanın zehni (idrak) fəaliyyəti ilə əlaqəli şəkildə əmələ gəlir. Bu cür hisslər insanı ətraf aləmin sirlərinə, özünün, eləcə də başqasının rəftar və davranışının səbəbini daha dərindən dərk etməyə sövq edir. Maraq, inam, səbr, təəccüb, şübhə, yəqinlik, fəhm, heyrət, yenilik və s. intellektual hisslər hesab olunur. Beləliklə intellektual hisslər insanın idrak fəaliyyəti ilə əlaqədar olan, onu ətraf aləmi daha dərindən və ətraflı dərk etməyə yönəldən mürəkkəb hisslərdir. Estetik hisslər. İnsanın estetik hisslərinin obyekti ətraf aləmin cisim və hadisələri, təbiət gözəllikləri, insan yaradıcılığının bədii məhsulları, musiqi, başqa adamların, eləcə də şəxsin özünün rəftar və davranışı ola bilər. Estetik hisslər insan psixikasına stenik təsir göstərməklə orqanizmin funksiyasının aktivləşdirir, bədəni gümrah ədir.Praksis hisslər- insanın öz fəaliyyətinə bəslədiyi emosional münasibəti ilə bağlıdır. Fəaliyyət prosesi insanda həm müsbət, həm də mənfi emosional reaksiya əmələ gətirir. Fəaliyyət prosesində sərf edilmiş sayda yaranan razılıq və ya narazılıq duyğusu praksisi hisslər adlanır. Beləliklə fəaliyyət prosesində göstərilən səydən asılı olaraq işin gedişinə və nəticəsinə bəslənən münasibətlə bağlı baş qaldıran hisslər praksis hisslər adlanır.
['motivasiya', 'emosiya', 'insan hissləri']
4,540
https://kayzen.az/blog/maraqli-faktlar/8034/d%C3%BCnyan%C4%B1n-sonunun-g%C9%99l%C9%99c%C9%99yin%C9%99-dair-bo%C5%9Fa-%C3%A7%C4%B1xm%C4%B1%C5%9F-proqnozlar.html
Dünyanın sonunun gələcəyinə dair boşa çıxmış proqnozlar
umud600
Maraqlı faktlar
20 dekabr 2011, 14:51
Dünyanın sonunun çatmasına dair ( ya da digər hadisələr )  konkret tarix göstərilməsi ilə bağlı bir çox proqnozlar məlumdur. Bunlardan bəzilərini nəzərdən keçirək:* 1533, 18 oktyabr - Alman riyaziyyatçısı və rahibi Maykl Ştifelin hesablamalarına görə dünyanın sonu tarixi;* 1688 -1700 - şotland riyaziyyatçısı Con Neperin hesablamalarına və Apokalipsisə ( Məhşər ) dair şərhlərinə əsasən dünyanın sonu tarixi;* 1736, 13 oktyabr - ingilis ilahiyyatçısı Uilyam Uistonun öncəgörmələrinə əsasən böyük daşqın nəticəsində dünyanın sonunun çatması;* 1833, 12 noyabr - ABŞ-da güclü ulduz yağışı səbəbi ilə gələcək dünyanın sonunun gözləntisi tarixi;* 1843, 3 aprel və 7 iyul - Uilyam Millerin ardıcılları tərəfindən Bibliyadakı peyğəmbərliklərin yozumuna uyğun olaraq İsa Məsihin ikinci zühurunun və Məhşərin başlanğıcının gözləndiyi günlər;* 1919, 17 dekabr - Amerika meteoroloqu Albert Portun hesablamalarına görə 6 planetin paradı, Günəşdə partlayışlar və Yerin yanması nəticəsində dünyanın sonunun yetişməsi;* 1945, 21 sentyabr, saat 5.33 - amerikalı keşiş Çarlz Lonqun vəhyinə əsasən Yerin yanması və dünyanın axırı; * 1954, 20 dekabr - Amerikalı həkim - təmasşünas Çarlz Lauqhedin öncəgörmələrinə əsasən güclü zəlzələlər və daşqınlar nəticəsində dünyanın sonunun yetişməsi tarixi;* 1970, 31 dekabr, saat 24.00 - Həqiqi Dünya Amerika xristian kilsəsinin hesablamalarına əsasən dünyanın sonu;* 1980, 29 aprel - ABŞ dağlarında sığınacaq yaratmış Leland Censen və Çarlz Heynqin bəhai təriqətinə görə nüvə müharibəsi nəticəsində dünyanın sonu;* 1996, 17 dekabr - Amerika öngörücüsü Şeldon Nidlin proqnozlarına görə yadplanetlilərin və mələklərin kütləvi şəkildə gəlməsi ilə Yer üzünün yanıb külə çevrilməsi ilə dünyanın sonu;* 1998-2001 - Çili astronomu Karlos Munyen Ferraronun hesablamalarına görə Bernar-1 planetinin Günəş sistemindən keçməsi nəticəsində dünyada həyatın sonu;* 2001, 11avqust - bəzi Amerikalı astronomların hesablamalarına görə Yerin və Günəş sisteminin qara dəliyə sovrulması nəticəsində dünyanın sonu;* 2009 - Piter Lorinin yozumuna görə Nostradamusun senturiyasında dünyanın sonu ilə bağlı tarix. Armageddon ( xeyirlə şər arasında son döyüşün olacağı İsraildəki ( Fələstindəki ) dağ. Planetimiz şükür ki, hələ duruş gətirir və yalnız Uca Allahın bildiyi ana tarixə qədər dayanıb - duracaq. İndiyədək yaradılmışların " ən alisi və şüurlusu olaraq " bizim üzərimizə düşən vəzifə isə çox sadədir: Xaliqimizin iradəsinə zidd getməmək və Onun yaratdığı nə varsa, heç birinin təkamül qanunlarını pozmamaq. Allahın verdiyi şüurdan ilk növbədə elə Onun özünün bizə nələr demək istədiyini anlamaqdan , doğru - dürüst, halal yaşamaqdan ötrü istifadə etmək , vəssalam. Allah bizi qorusun. AMİN!
['Tarix', 'proqnozlar', 'dünyanın sonu']
4,541
https://kayzen.az/blog/PR/6309/m%C9%99tbuat-konfrans%C4%B1_2.html
Mətbuat konfransı
marketoloq
Public relations
20 dekabr 2011, 00:10
Mətbuat konfransı — təqdim olunan layihə haqqında KİV-nə faktiki və ya analitik informasiya vermək məqsədilə dövlət, ictimai, siyasi, kommersiya  qurumları nümayəndələrinin jurnalistlərlə keçirdiyi görüşdür. Bu görüş jurnalistlərə informasiyanı «birinci əl»dən, səlahiyyətli nyusmeykerlərdən (layihəni rəsmən təqdim edən şəxsdən) almaq, təşkilata isə eyni zamanda bir neçə KİV-nin nümayəndəsi ilə ünsiyyətdə olaraq, informasiyanı təfərrüatı ilə onlara çatdırmaq imkanı verir. Mətbuat konfransının təşkili prosesində bir neçə mərhələ var ki, aşağıda  onlardan hər birinin səciyyəvi xüsusiyyətləri haqqında söhbət açılır. Planlaşdırma. Keçirilən mətbuat konfranslarını təhlil edən PR mütəxəssislərindən biri tamamilə doğru olaraq söyləmişdir ki, hər on belə konfransdan doqquzunda sadəcə olaraq mətbuat orqanına press-reliz gördərməklə də kifayətlənmək olardı. Yaxşı planlaşdırılmamış və zərurət olmadan keçirilən mətbuat konfransı gələcəkdə uğurlu tədbirlərin keçirilməsi imkanını da məhdudlaşdıra bilər. Əgər siz jurnalistlərin vaxtına hörmət etmirsinizsə, onlara qiymətli informasiya vermirsinizsə, təşkilati baxımdan zəif hazırlaşmışsınızsa, o zaman mətbuat da tədbirinizi buna müvafiq qaydada işıqlandıracaq. İnformasiyada yeniliyin olmaması və ya mətbuat konfransının uğursuz təşkili ona gətirib çıxara bilər ki,  jurnalistlərin sizin layihənizə marağı itər və onlar gələcəkdə sizin tədbirlərinizə gəlməkdən imtina edərlər. Mətbuat konfransı keçirmək imkanını nəzərdən keçirərkən obyektiv olmaq lazımdır. Sizə veriləcək ilk sual bu tədbirin təşkilinin zəruriliyi ilə bağlı ola bilər. Əgər informasiyanı ünvana çatdırmağın ən yaxşı variantı məqalə dərc etdirmək, ya da müsahibə təşkil etməkdirsə, onda  mətbuat konfransının keçirilməsinə lüzum yoxdur. Əlbəttə, zəif konfrans da mətbuatı cəlb edə bilər — amma yalnız bir dəfə. Bəzi təşkilatlar mətbuat konfransının keçirilməsini sadəcə olaraq, bu, ənənəyə çevrildiyi üçün məqsədəuyğun hesab edirlər. Bütün bunlarla yanaşı, aparılmış tədqiqatlar göstərir ki, yaxşı təşkil olunmuş mətbuat konfransı media ilə başqa əlaqə formalarına nisbətən KİV-də daha böyük əks-səda doğurur. Təsadüfi deyil ki, kütləvi informasiya vasitələri ilə əlaqənin bu növünə üstünlük verən PR mütəxəssislərinin belə bir zarafatı var: «ildə 365 dəfədən çox mətbuat konfransı keçirmək düzgün deyil». Mətbuat konfransının zəruriliyini qiymətləndirməyə kömək edən bir sıra faktorlar mövcuddur. Onlardan ən əhəmiyyətlisi hamını maraqlandıra biləcək etibarlı və operativ informasiyaya malik olmaqdır. Təşkilatın fəaliyyətinin ümumi nəticələri, yaxud onun işinin təkmilləşdirilməsi barədə məlumat bunun üçün kifayət deyil. İnformasiyanın əsasında yenilik + ideya (gözlənilməz şərh) durmalıdır. Nə haqqında məlumat vermək istədiyinizi aydın dərk etdikdə, mətbuat konfransına dəvət etdiyiniz jurnalistlərdə də sizin tədbiri işıqlandırmaq üçün kifayət qədər həvəs yaranacaq. Əlbəttə, jurnalistləri kofe-breyk və ya günorta yeməyi ilə də tədbirə cəlb etmək olar. Lakin unutmayın ki, media  mənsubları mətbuat konfransını qiymətləndirərkən, içkilərin bolluğunu deyil, informasiyanın yeniliyini əsas meyar hesab edirlər. Mətbuat konfransına dəvət. Tədbirinizdə nə qədər çox %  təmsil olunubsa, deməli, işləriniz bir o qədər yaxşı gedir. Buna görə də redaksiyaları mətbuat konfransı haqqında məlumatlandırmağın təşkilinə xüsusi diqqət yetirin. Bunu telefon, faks, elektron poçtu vasitəsilə etmək olar. Əgər tələsməyə lüzum yoxdursa, keçirmək istədiyiniz mətbuat konfransı barədə ilk anonsu tədbirdən bir həftə əvvəl verməyiniz məsləhətdir. Konfransa iki-üç gün qalmış isə redaksiyalara elan etdiyiniz mövzuya dair xüsusi maraq doğuran (qıcıqlandırıcı) informasiya əsasında tərtib olunmuş dəvətnamə göndərmək məqsədəuyğundur. Bu, çox qısa press-reliz şəklində də ola bilər. (Əlavə materiallardan ibarət əsas press-reliz konfrans vaxtı paylanılmalıdır). Dəvətnamənin mətni mövzunun düzgün təyin olunması baxımından əhəmiyyətlidir. Odur ki, məsələnin məğzini dəqiq ifadə edin, lazım gəlsə, bəzi təfərrüatları da qeyd edin, jurnalistə verəcəyiniz informasiyanın əhəmiyyətini öncədən təxmini də olsa, qiymətləndirməyə imkan yaradın. Qonaqların siyahısını tutun və tədbirə bir gün qalmış hamı ilə telefon əlaqəsi yaradın ki, siyahı üzrə mümkün dəyişiklikləri aşkar edəsiniz. Konfransın vaxtı və yeri. Mətbuat konfransı üçün yerin seçilməsi də az əhəmiyyət kəsb etmir. Çalışın elə edəsiniz ki, seçilmiş yerin özü tədbirə olan marağı artırsın. Ofisdə, Mətbuat Klubunda yoxsa mehmanxanada? Qərar açıqlayacağınız məlumatların xarakterindən asılıdır. Əgər tədbirdə yeni məhsulun nümayişi, hansısa avadanlığın sınaqdan keçirilməsi nəzərdə tutulursa, yaxud tarixi binanın bərpası layihəsi təqdim olunursa, onda seçdiyiniz yer də qarşıya qoyduğunuz məqsədə uyğun olmalı, müəyyən mənada rəmzi xarakter daşımalıdır. Əgər konfrans jurnalistlərə tanış olmayan başqa bir binada keçirilirsə, onun girişində təşkilatçının nümayəndəsi qonaqları qarşılamalıdır. Və ya girişdən başlayaraq konfrans zalına qədər göstəricilər qoyulmalıdır. Çox vaxt mətbuat konfransı keçirmək üçün rahat otaqdan başqa heç nə tələb olunmur. Amma bəzən alternativ variantlar da təklif oluna bilər. Məsələn, xəstəxanalarda, qədim qalalarda, gəmilərdə, hətta təyyarələrdə də çox uğurlu mətbuat konfranslarının keçirilməsi faktları var. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda milli mətbuat klubları fəaliyyət göstərir. Jurnalistlərin yığışdığı belə klublar mətbuat konfranslarının keçirilməsi üçün ən münasib yerdir. Press-klubda mətbuat konfransı keçirməyin bir sıra üstünlükləri var: Jurnalistlər həmişə klubda keçiriləcək tədbirlər haqqında əvvəlcədən məlumatlandırılırlar və əgər sizin konfrans bu tədbirlərin siyahısına daxil edilibsə, kifayət qədər mətbuat nümayəndəsinin iştirakına əmin ola bilərsiniz.Klubun əməkdaşları sizə konfransın keçirilməsi üzrə dəyərli məsləhətlər verə və onun təşkilində, press-relizin hazırlanmasında yardımçınız ola bilərlər.Press-klub adətən mətbuat konfransının keçirilməsi üçün lazımi şərait və avadanlıqla təmin olunur və sizin bütün bunları təşkil etməyə vaxtınız getmir.Mətbuat konfransı keçirməyin ən səmərəli vaxtı haqqında nəzəriyyəçilər müxtəlif fikirlər yürüdür, bəzən bunun dəqiq günü və saatını da göstərməyə çalışırlar. Hər deyilənə inanmayın. Sadəcə olaraq, sizi maraqlandıran KİV-nin iş rejimi və qrafiki ilə yaxından tanış olun. Vaxtı elə seçin ki, konfrans haqqında reportaj və ya məqalə sizə lazım olan kanala, proqrama, qəzet nömrəsinə düşsün. Bunun üçün müxbirə nə qədər vaxt lazım olacağını nəzərə alın. Bir şey dəqiqdir ki, cümə günü saat 15.00-dan sonra konfrans keçirmək havayı vaxt və pul sərf etmək deməkdir: jurnalistlərin əksəriyyəti materialı şənbə nömrəsinə çatdıra bilməyəcək, üç gündən sonra isə sizin informasiya artıq köhnəlmiş olacaq. Mətbuat konfransınızın vaxtını müəyyən edərkən şəhərdə, ölkədə keçirilən başqa vacib tədbirlərin qrafikini də nəzərə almaq lazımdır. Media nümayəndələri hər hansı bir ölkə səfirliyinin müstəqillik günü ilə bağlı keçirdiyi mərasimi, yaxud prezidentin aeroportda verdiyi brifinqi qoyub, sizin konfransa qaçmayacaqlar. Bir çox konfrans təşkilatçıları məhz bu məqamı nəzərə almadıqlarından çətin vəziyyətə düşürlər, öz tədbirlərində jurnalistlərin iştirakını təmin edə bilmirlər. Mətbuat konfransından əvvəl. Mətbuat konfransının proqramının əvvəlcədən hazırlanması onun dəqiq, reqlamentə uyğun və arzu olunan səviyyədə keçirilməsinə kömək edə bilər. Bu proqramı təxminən aşağıdakı şəkildə tərtib etmək mümkündür: 11.45 Qeydiyyat, kofe.12.00 Sədrin (və ya başqa nyusmeykerin) təqdim olunması.12.05 Nyusmeykerin çıxışı.12.20 Suallar və cavablar.12.50 Mətbuat konfransının yekunlaşdırılması (içkilər, yüngül nahar və s.)İctimaiyyətlə əlaqə xidmətinin əməkdaşlarından biri konfransdan əvvəl qonaqları qarşılamalı, onları qeydiyyatdan keçirməli, yayım materiallarını paylamalıdır. Yüksək səviyyədə təşkil olunmuş mətbuat konfransı aşağıdakı tələblərə cavab verməlidir: konfransın təşkilatçılarının yaxadan asılan identifikasiya kartları olmalıdır ki, jurnalistlər bu və ya digər məsələ ilə   bağlı kimə müraciət etdiklərini bilsinlər;konfrans masasının üstündə bloknot, qələm olmalıdır, masanın üstünə su qoyulmalıdır; böyük konfrans zallarında bir-birindən aralı mikrofonların quraşdırılması pis olmaz;konfrans iştirakçılarının arxasında mətbuat konfransını keçirən təşkilatın loqotipi olmalıdır; bu, daha çox tele- və fotomateriallar üçün gərəklidir;jurnalistlərin iştirakçılarla tədbirdən qabaq ünsiyyət yaratmaq, xüsusilə eksklüziv müsahibə götürmək imkanını istisna etmək lazımdır;nyusmeykerin masası arxasında çox adam olmamalıdır, əks halda bu, rəsmi prezidium»u xatırlada bilər; ən çoxu üç adam kifayət edir: aparıcı, nyusmeyker və ekspert (aparıcı konfransı açır, iştirakçıları təqdim edir, nyusmeyker əsas informasiyanı verir, ekspert isə bəzi hallarda mürəkkəb mövzuların şərhi üçün lazım ola bilər);zəruri xidmətlərin, xüsusilə kommunikasiya vasitələrinin (telefon, faks, elektron poçtu və s.) yaxınlıqda olması və jurnalistlər üçün bunlardan istifadə imkanının yaradılması konfransın təşkilinin mühüm tərkib hissəsidir.Mətbuat konfransı zamanı Əgər jurnalistlərin hamısı özlərini vaxtında tədbirə çatdıra bilməyiblərsə, konfransın başlanmasını beş-on dəqiqə gecikdirmək olar. Lakin gecikmə 15 dəqiqədən çox çəkdikdə bu, vaxtında gəlmiş mətbuat nümayəndələrində əsəbilik yarada və konfransın bütün gedişinə mane ola bilər. Tədbiri zəruri olduğundan çox davam etdirməyin. Optimal müddət 30-60 dəqiqədir. Mətbuat konfransı 30 dəqiqədən az sürərsə, bu, artıq konfrans deyil, brifinqdir. Tədbir 60 dəqiqədən çox çəkdikdə isə jurnalistlərin fikri yayınmağa, kameralar ştativdən çıxarılmağa başlayır. Hər iki halda tədbirin sanballılığı itə bilər. Mətbuat konfransı mövzu ilə maraqlanan, bu sahədə ixtisaslaşan bir neçə jurnalistin sualları davam etdiyi halda, əksəriyyətin əsnəməyə başladığı həddə çatdırılmamalıdır. Auditoriyanı izləmək, onu duymaq və bu cür məsələləri tənzimləmək aparıcının borcudur. Konfransın mövzusunun və iştirakçıların təqdimatından sonra (bunu aparıcı edir) nyusmeykerin giriş çıxışına 10-15 dəqiqə ayırmaq lazımdır. Bundan sonra iştirakçıları bir-birinin əksi olan iki təhlükə gözləyə bilər: a) jurnalistlər bir-birinin üzünə baxır və heç kimdən səs çıxmır; b) suallar yağış kimi yağdırılır, hərə iki-üç sual verməyə çalışır. Birinci vəziyyət çox nadir hallarda yaranır. Bu, o deməkdir ki, ya informasiyada heç bir maraqlı yenilik yoxdur, ya da nyusmeyker vəzifəsinin öhdəsindən gələ bilməyib — onun çıxışı anlaşıqlı olmayıb. PR nəzəriyyəçisi Sem Blek isə belə hallarda da narahatçılığa əsas görmür. Onun fikrincə, sualların olmaması hələ məğlubiyyət demək deyil. Bu, verilən informasiyanın tam və təfərrüatlı olmasından da irəli gələ bilər. Bizim fikrimizcə isə, istənilən halda belə vəziyyət konfransın iflası deməkdir. Əlbəttə, bu cür şəraitə qabaqcadan hazırlaşmaq olar və təcrübəli PR mütəxəssisi məhz belə də edir: məsələn, özünün hazırladığı sualları əvvəlcədən yaxın münasibətdə olduğu jurnalistlərə paylayıb xahiş edir ki, nyusmeyker çıxışını bitirən kimi «aranı qızışdırmaq» məqsədi ilə həmin sualları ona versinlər; yaxud cibindən bir vərəq çıxarıb deyir ki, konfransdan qabaq jurnalistlərdən biri əsas iştirakçıya belə sual ünvanlayıb və s. Lakin ən yaxşısı işi bu həddə çatdırmamaqdır. Bunun üçün isə danışanda aydın və anlaşıqlı danışmaq, konfransın sonrakı gedişinə jurnalistlərin marağını öldürməmək üçün hər şeyi təfərrüatı ilə açıqlamamaq, necə deyərlər, suallara yer qoymaq lazımdır. İkinci halda aparıcının işi çox olur. Buna görə də o, əvvəlcədən şərt qoymalıdır ki, hərənin yalnız bir sual vermək imkanı vardır və bu şərt pozulduqda aparıcı reqlamenti xatırlada bilər. Əgər jurnalist sual vermək əvəzinə rəy bildirməyə və ya dialoqa girişməyə çalışırsa («fürsətdən istifadə edib demək istəyirəm ki...», «mən Sizinlə razı deyiləm, çünki...»), aparıcı onun da sözünü çəkinmədən kəsə bilər: «Mümkünsə, sualınızı ifadə edin».» Bütün bunlar aparıcının funksiyası ilə bağlı tövsiyələrdir. Nyusmeykerin məsuliyyəti isə daha ağırdır. Nyusmeykerin çıxışını jurnalistlərin necə qarşılayacağı onun öz fikrini düzgün və anlaşıqlı ifadə etmək bacarığından və bu çıxışın informativliyindən asılıdır. Mətbuat konfransı haqqında KİV-də gedəcək materialların əsasını da məhz nyusmeykerin çıxışı və suallara cavabı təşkil edəcək. Əlbəttə, o, konfransın həsr olunduğu mövzunu dərindən bilir, mövzu ilə bağlı suallara qabaqcadan hazırlaşıb, uzaqbaşı, çətin məqamda yanındakı ekspert onun köməyinə gələ bilər. Lakin əgər nyusmeyker tanınmış adamdırsa və ictimaiyyət üçün onun fikirləri maraqlıdırsa, jurnalistlər fürsətdən istifadə edib oxucuları maraqlandıran, lakin konfransın mövzusuna qətiyyən dəxli olmayan  suallar da verəcəklər: məsələn, Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların gedişinə, yaxud şəhər merinin ictimai rezonans doğuran sonuncu layihəsinə onun münasibətini soruşacaqlar. Mövzuya dəxli olmayan hər hansı sual və onun cavablandırılması müzakirənin axarını başqa istiqamətə yönəldə və jurnalistləri konfransın əsas məqsədindən yayındıra bilər. Buna görə də kənar sualları cavabsız qoymamaqla yanaşı, mətbuat işçilərinə konfransın leytmotivindən yayınmağa imkan verməmək böyük ustalıq tələb edir. Belə hallar üçün ümumi bir resept vermək çətindir. Hər şey sualın xarakterindən, nyusmeykerin hazırcavablığından asılıdır. Lakin iki məqamı vurğulamaq istərdik. Əvvəla, sualın səni əsəbiləşdirdiyini heç vaxt jurnalistə nümayiş etdirmək olmaz. «Bu problemin mövzumuza dəxli yoxdur» demək əvəzinə, «Gəlin, bu məsələni siyasətçilərin öhdəsinə buraxaq» və ya «Güman etmirəm ki, bu məsələ ilə bağlı mənim vətəndaş mövqeyim sizin auditoriya üçün maraqlı olsun» kimi cavablar vermək daha məqsədəuyğundur. İkincisi: əgər mövzudan kənar verilən sualla bağlı sizin başqalarından fərqli, orijinal mövqeyiniz varsa, onu indi açıqlamayın. Konfransın həsr olunduğu mövzunun mətbuatda geniş işıqlandırılmasını istəyirsinizsə, nəzərə alın ki, kənar suala verilmiş orijinal cavab mətbuatda ön plana çıxıb konfransın predmetini kölgədə qoya bilər. Tədbirə canlılıq, üslub və temp verməyə çalışın. Hər dəfə məqam düşdükcə, təqdimatın predmetini nümayiş etdirin. İmkan daxilində, süjetlərdən, videotəsvirlərdən, səs tərtibatından, slayd və sxemlərdən istifadə edin. Mövzu ilə bağlı əlavə materiallardan ibarət press-relizi konfrans vaxtı və ya ondan sonra jurnalistlərə paylamaq olar. Bu, onlara mətbuat konfransından hesabat hazırlamaqda kömək edər və sizin əsas fikirlərinizin təhrif olunmasının qarşısını alar. Mətbuat konfransından sonra. Əgər aparıcı konfransı bağlı elan etdikdən sonra da nyusmeyker jurnalistlərin gördüyü və eşitdiyi yerdə qalırsa, hələ konfransı bitmiş hesab etmək olmaz. Mütləq kimsə ona yaxınlaşıb eksklüziv müsahibə götürmək istəyəcək. Bu, arzuolunmaz və etikadan kənar hərəkət sayılır. Belə vəziyyətdən ən yaxşı çıxış yolu vaxtın azlığına istinad edərək jurnalistə vizit kartını təqdim etməkdir. Mətbuat konfransının bitməsi ilə PR mütəxəssisinin tədbirlə bağlı işləri sona çatmır. O, konfransın mətbuatda işıqlandırılmasının monitorinqini (buna media-klippinq və ya kontent-analiz də deyirlər) aparmalı, materialları təhlil etməli, jurnalistlərə və redaktorlara öz təşəkkürlərini və ya iradlarını bildirməlidir. Tədbirin materiallarını mövzuya maraq göstərən, lakin konfransa gələ bilməyən jurnalistlərə göndərmək də pis olmazdı. Və nəhayət, konfransdan sonrakı fəaliyyətlə bağlı daha bir neçə tövsiyə: mətbuat konfransının təşkilinə sərf olunmuş xərcləri hesablayın və bunları planlaşdırılmış büdcə ilə tutuşdurun. Tədbirin güclü və zəif tərəflərini təhlil etmək məqsədi ilə məsul işçilərlə yığıncaq keçirin. Əldə edilmiş nəticələrin xülasəsini hazırlayın və onlara paylayın ki, gələcəkdə mətbuat konfranslarının təşkili zamanı bunlardan yararlana bilsinlər. Müəllif: Rafiq İsmaylov Mənbə: İctimaiyyətlə Əlaqələr: BÜTÜN YOLLAR KİV-DƏN KEÇİR kitabı
['mətbuat konfransı', 'konfrans', 'public relations', 'press-conference', 'mətbuat', 'İctimai jurnalistika', 'ictimaiyyətlə əlaqələr']
4,542
https://kayzen.az/blog/cahandar/8028/n%C9%99n%C9%99sini-sev%C9%99nl%C9%99r%C3%A7%C3%BCn-kanfetim%C9%99.html
Nənəsini sevənlərçün
cahandar
Bloq: cahandar
19 dekabr 2011, 02:03
Sənsiz qalmışam.Sən mənim bir dənəmdin.Səninlə sənsizliyi düşünə bilmirdim.O kövrək,nurani üzünə baxdıqca doymurdum.Sənin bir gün nə vaxtsa yanımda olmayacağını düşündükdə qəhər boğur,ağlamaqdan gözlərimin yaşı sanki bitirdi.Bir anlıq duruxur,öz-özümü qınayırdım.«Axı niyə bucür düşünürəm,o həmişə bizimlə,mənimlə olacaq». 12 yaşından namaza başlamışdın.O gün bu gün namazlarını gecikdirmədən qılarsanmış.Mənə də 12 yaşıma gəlincə öyrətdin namazı.Hər Namazda o nurani çöhrən gözlərim önümdə durur.Sən namazı buraxmazdın,mənsə...mənsə sən aramızdan gedəndən namaz qıla bilmirəm. Bilirsən?Yazılası deyiləsi çox sözüm var sən barədə.Lakin,göz yaşlarım,acı hönkürtüm imkan vermir davam etməyə.Nənəncan,yerin rahatdırmı?Ruhun rahatdırmı?Bilirəm,nigaransan.Sağlığında da belə idin.Ancaq nigaran.Balaların,nəvələrin,qohum,qonşulardan,hətta küçədə ac qalmış sahibsiz heyvanlardan nigaran. O qədər təmiz ürəyin vardı ki,heç kəs barədə pis düşünməzdin.Pis fikirli insanlara da mərhəmətlə yanaşardın.Mənim nənəm....Sənə nənə demirdim.Bu kəlmə səni mənə yadlaşdırardı sanırdım.Kanfetim deyirdim.Çox fərəhlənir,sevinirdin səni elə çağıranda.....Cavabında «Ay caannn mənim şokoladım deyərdin!!!» --«Sənə qurban olum ay nənəm!!!!» --«Allah eləməsin ay bala,elə demə.Mən qurban olum sizə» Hər gün səsini telefonla da olsa eşitməliydim.İndi....indi...dəstəyi başqaları götürür.Daha yoxsan.Daha nəfəsin,səsin gəlmir.O nurani çöhrəni çox axtarıram,tapmıram.Tapmayacam...Çünki,səndən bir də olmayacaq. Allah sənə rəhmət etsin əzizim...Torpağın nurla dolsun.Sənin simanda NƏNƏM kəlməsinə layiq bütün nənələrə Rəhmət diləyirəm..   Müəllif:Cahandar Həsənli.
['Nənə']
4,543
https://kayzen.az/blog/kino/8027/klon-serial%C4%B1.html
"Klon" serialı
Azərbaycan
Kino
19 dekabr 2011, 00:55
Mərakeşin gözəl, ekzotik görünüşləri, onların fonunda unudulmaz məhəbbət əhvalatı, insanın klonlaşdırılması, narkotiklər və müsəlman mədəniyyəti... "Lider" telekanalı ilə nümayiş etdirilmiş məşhur Braziliya telenovellasının - "Klon"un əsasını bunlar təşkil edir. "Klon"un tamaşaçıların böyük marağına səbəb olmuşdu. Telenovellanın müəllifi Qloriya Perez öz əhvalatında nə siyasətə, nə də dinə toxunmadığını deyir. Amma buna baxmayaraq, serial premyerasından sonra kifayət qədər narahatlığa əsas verdi. Premyeraya təxminən iki həftə qalmış Nyu-Yorkda terror aktları baş verdi. Heç kim bilmirdi ki, müsəlman ölkəsinin təsvir edildiyi telenovellanı publika necə qarşılayacaq. Amma telenovella bəzi məqamlara - müsəlmanların terrorçu olmadığına - aydınlıq gətirməkdə kömək edir. Qloriya Perez və telenovellanın rejissoru Jayme Moncardinonun qarşısında heç də asan olmayan vəzifə dururdu. Onlar tamaşaçı marağını 20 saatlıq telenovellaya cəlb etməli idilər. Çünki bundan əvvəlki "Möcüzələr limanı" teleserialı yüksək reytinq qazanmamışdı. Maraqlıdır ki, əvvəlcə "Qlobo" (Braziliyanın teleseriallar istehsal edən məşhur telekompaniyası - red.) rəhbərliyi bu serialı efirə buraxmağı qəti qadağan etmişdi. Baş direktor Marluse Dias da Silva insanın klonlaşması, müsəlmanlıq və narkotika kimi mövzulara toxunan novellanın uğuruna inanmırdı. Müəllif və rəhbərlik arasındakı qarşıdurma düz bir il çəkdi. Bu müddətdə isə "Klon"un əvəzinə ekrana "Möcüzələr limanı" çıxdı. Xeyli gözləmədən sonra Qloriya, nəhayət, rəhbərliyin razılığını alır. Amma novellaya qarşı hücumlar uzun müddət davam edir. Qloriya Perez çəkilişlərdən əvvəl - aktyorların seçimi mərhələsində də çətinliklərlə üzləşib: "Mənim novellamda oynamaq istəmirdilər. Onlar tamamilə əsassız səbəblər gətirirdilər". Qloriya arzuladığı aktyor truppasını tamamilə dəyişməli olduğuna çox təəssüf edirdi. Üstəlik onun fikrində tutduğu rejissor Denize Sarase də müsəlmanlarla bağlı əhvalatı bəyənməyərək, işdən imtina edir. Rejissor necə yanıldığını isə serialın görünməmiş uğurundan sonra anlayır. Telenovellanın baş qəhrəmanlarını Murilu Benisio və Covanna Antonelli ifa edir, rejissor işi isə Jayme Moncardinaya həvalə edilir. "Klon"un qəhrəmanları qısa müddət ərzində bütün dünyada tanınırlar. Çəkilişlər Çəkilişlər beş ay çəkir. Hade və Lukasın tanışlıq yeri Mərakeş müəyyən edildikdən dərhal sonra çəkiliş qrupu və əsas aktyor truppası ora yollanır. Aktyorlar müsəlmanların necə yaşadığını öyrənməli və ən başlıcası çəkiliş vaxtı özlərini onlardan biri kimi hiss etməliydilər. Onlar Mərakeşdə 40 gün qalır və Saxara səhrasında Faringeyt şkalası ilə 127 dərəcə istidə çəkilişlər aparırdılar. Bir günə 10 səhnə çəkən qrupun ən çox yadında qalan ayaqqabılarının istidən döşəməyə necə yapışması, əsas səhnələrin çəkildiyi çadırların yanında yaşayan zəhərli ilanlar oldu. Təbii ki, qonaqpərvər mərakeşlilər və onların adət-ənənələri də unudulmaz təəssüratlar idi. Çəkiliş qrupunun bir hissəsi isə süni mayalanma klinikalarına gedərək, genetiklərlə söhbət edirdilər. Mərakeşdən Rioya qayıdan qrup novellanın digər seriyalarını "Qlobo" studiyasında davam etdirir. "Projak" studiyasında Mərakeşin Fəz şəhərinin küçələrini əks etdirən 830 kvadratmetrlik ssenoqrafik şəhər qurulur. Mərakeşdə çəkilən ilk seriyaların hər biri "Qlobo"ya 100 min reala başa gəlirdi. Amma serialın efir vaxtına yerləşdirilən reklamın 30 saniyəsi 150 min real dəyərində idi. Murilu Benisio (Lukas, Dieqo, Leonardo) Murilu Benisio(Benicio) 1972-ci ildə Rio-de-Janeyroda çoxuşaqlı ailədə doğulub. Onun özündən başqa dörd qardaşı var. Məktəbdə dərslərini pis oxuyub. Həmişə dərsdən qaçaraq, futbol oynamağa gedib. İmtahanları isə sinif yoldaşlarının köməyilə verib. Qız rəfiqələri bu işdə ona çox yardımçı olublar. Dərslərini pis oxusa da, incəsənətə böyük marağı olub. Səkkiz yaşında Çarli Çaplinin "Böyük şəhərin işıqları" filminə baxıb və Çaplin kimi olmaq qərarına gəlib. Onun etdiklərini öyrənmək, insanları həyəcanlanmağa, gülməyə və ağlamağa məcbur etmək istəyib. İndi də Çaplinə pərəstiş edən Murilu müsahibələrində Çaplinin ətdən və sümükdən ibarət adi insan olmadığını deyir: "Onun öz bədəni üzərində xüsusi hakimliyi var idi və hətta rəqqaslar ona qibtə edirdilər". Aktyor olmaq qərarına gələn Murilu 11 yaşında teatr məktəbində məşqlərə başlayır. 18 yaşında isə səhnə sənətini və ingilis dilini öyrənmək üçün ABŞ-a yollanır. Üç il San-Fransiskoda təhsil alan gənc oğlan səhərlər işləyir, axşamlar isə oxuyurdu. Atasının "Braziliya bankı"nın sahibi olmasına baxmayaraq, Murilu ofisiant, barmen, bağban, pitsa satan, qəzet paylayan və s. belə işlərdə çalışırdı. Bununla o, sərbəstliyini və pul qazana biləcəyini sübut etmək istəyirdi. 21 yaşında isə müvəqqəti olaraq Braziliyaya qayıdan Murilu burada həmişəlik qalır. Dostlarından biri onu "Qlobo" studiyasının yeni telenovellalarından birinə çəkilişə dəvət edir. 1993-cü ildən Murilu peşəkar kino, televiziya və teatr aktyoru karyerasına başlayır. 1996-cı ildə isə aktrisa Alessandre Neqrini ilə evlənir. Onların nikahı xoşbəxt hesab edilsə də, 1997-ci ildə "Məhəbbət naminə" telenovellasının çəkilişləri zamanı Murilu və Alessandrenin münasibətləri korlanır. Murilunun məşhur aktrisa Karolino Ferraz ilə məhəbbət macərası barədə söz-söhbətlər gəzir və tezliklə onlar ailə qururlar. Benisio və Ferraz cütlüyü Braziliyada ən gözəl duet hesab edilsə də, səs-küylü qalmaqallarla ad çıxarmışdı. Karolino fotokameralar qarşısında məşhur adamlarla olan münasibətlərini nümayiş etdirirdi. Temperamentli Murilu isə qısqanclığını gizlədə bilmirdi. Nəticədə onlar ayırılırlar. Bu dövr ərzində Murilu çoxdankı arzusunu həyata keçirir. Teatrda ifa etdiyi rollardan birinə görə Braziliyanın ən yüksək mükafatına - "Mambembe"yə layiq görülür. 1999-cu ildə Penelopa Krus ilə "Feminist" filminə çəkildikdən sonra onu "Braziliyanın Banderası" adlandırırlar. Murilu çox hissiyyatlı adamdır. Ağlamaq üçün (emosianallığından) kinoya getməyi xoşlayır. O, həyəcanlananda ağladığını və bundan utanmadığını deyir. Həyatda onun üçün ən başlıcası beş yaşlı oğludur. Ədəbsizlik, hörmətsizlik və ədalətsizliyi sevmir. İdman növlərindən tennislə məşğul olur. Covanna Antonelli (Hade) 1976-ci il martın 18-də Rio-de-Janeyroda doğulub. Covanna Antonelli çox yaradıcı bir ailədə dünyaya göz açıb. Onun atası Gilton Prado məşhur opera müğənnisi, anası Şeyla Antonelli isə peşəkar balerinadır. Valideynləri qızlarının da tezliklə uğur və şöhrət yolunu tutması üçün əllərindən gələni edirlər. Odur ki, onu uşaq vaxtından balet məktəbinə qoyurlar. Həmin dövrdə Covanna həm də uşaq teatrının tamaşalarında çıxış edirdi. 11 yaşında isə o, məşhur Braziliya teleşoularından birinin rejissorunun diqqətini cəlb edir. Tezliklə, Covanna məşhur aparıcı ilə birgə televerilişdə çıxış etməyə başlayır. Tədricən ulduza çevrilməyə başlayan balaca qızcığaz 1994-cü ildə "Tropikanka" teleserialına çəkilir. Sonra digər telenovellalar gəlir və nəhayət, "böyük kino"ya yol açılır. Əsl şöhrəti və tamaşaçı sevgisini isə Covanna 2000-ci ildə "Ailə bağları" teleserialında ifa etdiyi Kapitu rolu ilə qazanır. Aktrisa televiziyada əldə etdiyi uğurlara baxmayaraq, teatra gedir və orada İisusdan bəhs edən pyesdə Mariya Maqdalina rolunda oynayır. Elə bu ərəfədə o, "Qlobo"nun yeni layihəsi - "Klon" serialının çəkilişlərinə dəvət alır. Hade roluna əvvəlcə Letisiya Spiller dəvət edilmişdi. Amma o, teleserialın uğur qazanmayacağını düşünərək, roldan imtina etmişdi. Braziliyada tərbiyə almış müsəlman qızı obrazını isə Covanna ilk tanışlıqdan bəyənir. Aktrisa vaxt itirmədən Şərq mədəniyyətinin ənənələri və kitabları ilə maraqlanmağa başlayır. Bu vaxta qədər tanış olmadığı rəqsləri öyrənir. O, gündə 10 saat məşq edir. Xoşbəxtlikdən əziyyəti hədər getmir. O, növbəti və böyük uğurunu əldə edir. Bunu ona "Klon" serialındakı baş qadın rolu gətirir. Bu rolla o, "Qlobo" telekompaniyasındakı yeni və parlaq ulduz statusunu möhkəmlədir. Seriallarla paralel olaraq, o, filmlərdə də çəkilirdi. Və indi Covanna Antonellinin adı Braziliyada uğurun sinonimi kimi işlədilir. O, rejissorlardan, dramaturqlardan, onu model kimi görən parfümeriya və kosmetika kompaniyalarından ardı-arası kəsilməyən dəvətlər alır. Aktrisanın sözlərinə görə, ona həftədə orta hesabla iyirmi müxtəlif təklif gəlir. Amma məşhurluq onun həyat tərzinə xüsusi təsir göstərməyib. O, kinoya, mağazaya, kafe və restoranlara əvvəlki qədər sərbəst gedib-gəlir. Boş vaxtlarında qonaq getməyi və dostlarını evində qəbul etməyi çox sevir. Covanna sakit və təmkinlidir. Yalançı adamları və dedi-qoduları sevmir. Belə şeylər onun əhvalını poza bilər. Hesab edir ki, şöhrətpərəstliyi kifayət qədərdir və həddini aşmır. Gözəl və qamətli görünmək üçün heç nə etmir, sadəcə olaraq, ehtiyac hiss edəndə pəhriz saxlayır. Sevimli ətiri kimi "Scare"in adını çəkir. Düyünü, bifşteksi, paxlaları və fransızsayağı kartof-frini çox xoşlayır. Repi sevən Covanna gec yatmağa və gec də oyanmağa vərdiş edib. Ana olmaq arzusu ilə yaşayır. Covanna "böyük kino"nu çox sevir və təkcə çəkilməklə kifayətlənmək fikrində deyil. O, gələcəkdə özünü özünü quruluşçu rejissor kimi də sınamaq istəyir. "Klon"dan sonra o, bekar oturmayaraq, yeni, tamamilə fərqli bir rol üzərində çalaşmağa başlayır. "Günahın rəngi" serialında Covanna Hadedən çox fərqlənən Barbara rolunu ifa edir. Bu rol üçün o, saçlarını kəsdirməli və saraltmalı olur. Zahiri görünüşünü dəyişməklə yanaşı, telenovella müəlliflərinin tələbi ilə 7 kiloqram arıqlamağa da razılaşır. Braziliyalılar müxtəlif müsabiqələr keçirməyi çox sevirlər. Hətta stomatoloqlar belə hər il yığışaraq, ilin ən gözəl gülüşünü seçirlər. Belə bir "tibbi" nominasiyanın qalibi adətən, Braziliyanın ən gözəl və ən məşhur qadınları olur. Vaxtilə "İlin gülüşü" adını Letisiya Spiller, Şuşa, Ana Paula Arozio, Tais Arauqo, Silviya Pfeyfer və Qloriya Pireş daşıyıblar. Ötən il isə bu müsabiqənin qalibi Covanna Antonelli olub. Hade - Lukas duetindən Covanna - Murilu cütlüyünə Uğurlu karyerasına baxmayaraq, Covanna şəxsi həyatında bu göstəriciyə hələlik çata bilməyib. Onun Rikardo Medina ilə uğurlu görünən nikahı "Klon" serialının çəkilişləri zamanı pozulub. Teleserialın çəkilişləri tamamlandıqdan sonra isə Covanna Antonelli və Murilu Benisiu biri-biri üçün darıxmağa başladıqlarını hiss edir və onlar ayrılıqda yaşaya bilməyəcəklərini anlayırlar. Cütlük barəsində çoxlu şayiələr gəzməyə başlayır, hətta onların gizli nikah bağladıqları barədə də söz-söhbət yayılır. Amma Covanna və Murilu toy etməyərək, üç il vətəndaş nikahında yaşadıqdan sonra ayrılırlar.Həmçinin bax: Xaç atasıSerial xəstəsi olmaq
['Klon serialı', 'Lukas', 'Hade', 'Murilu Benisio', 'Covanna Antonelli', 'serial']
4,544
https://kayzen.az/blog/maraqli-faktlar/8024/q%C9%99rib%C9%99-qada%C4%9Falar.html
Qəribə qadağalar
Zahid_GDMLI
Maraqlı faktlar
18 dekabr 2011, 21:33
Dünyanın ayrı-ayrı ölkələrində başqa yerlərdən gələnləri şoka sala biləcək qaydalar mövcuddur. Yerli əhali artıq buna alışsa da, gəlmələrin şəraitə adaptasiya olması bir qədər uzun çəkir. Məsələn, Azərbaycanda hər kəs sutkanın istənilən saatında İnternet kluba daxil ola bilər. Bu davranışa görə heç kim dövlət qurumlarına hesabat vermir. Halbuki eyni hərəkət üçün Türkmənistanda klubun administratoruna şəxsiyyət vəsiqəsinin surətini təqdim etmək tələb olunur. Beləliklə, dünyadakı maraqlı qadağalardan bəzilərini təqdim edirik.Çində "Avatar" filminə yalnız 3D formatında baxmağa icazə verilir. Bu formatdakı filmləri isə ölkədə cəmi bir neçə teatr nümayiş etdirə bilir. Hökumət bu qərarla "imperialst mədəniyyətin" qarşısını almağa çalışır.Əgər bu ölkədə kimsə reinkarnasiya (sadə dildə desək dirilmə) olmaq istəsə mütləq dövlətdən icazə almalıdır. Burada da məqsəd Tibetin buddist icmasını nəzarətdə saxlamaqdır."Ərəb baharı" başladıqdan sonra bu ölkədə yasəmən satışı da qadağan edilib. İranda Qərb stilində saç kəsdirmək qadağandır. İnsan həyatının ən gizli anlarını belə nəzarətdə saxlamaq istəyən molla rejimi molla rejimi saç düzümlərinin də siyahısını tərtib edib. Məqsəd Qərb mədəniyyətinin yayılmasını önləməkdir.Səudiyyə Ərəbistanda Müqəddəs Valentin günü qadağandır. Sevgililərin bir birinə gül göndərməsini önləmək üçün ölkədə bayram ərəfəsində bütün gül mağazaları bağlanır. Rusiyada məktəblərdə və dövlət müəssisələrində "emo" stilində geyinmək qadağandır. Hökumət bu geyimin insanları intihara təşviq etdiyini düşünür.Avstraliyada isə kiçik döşlü qadınların porno filmə çəkilməsi qadağandır. Rəsmilərin fikrincə, bu tip qadınlara tamaşa edən şəxsdə uşaq pornoqrafiyasına meyl yarana bilər.müəllif: Vüqar YaşaroğluHəmçinin bax: Qəribə qanunlar
['qadağalar']
4,545
https://kayzen.az/blog/cahandar/8018/ki%C5%9Fi-papa%C4%9F%C4%B1-ya-qad%C4%B1n-k%C9%99la%C4%9Fay%C4%B1s%C4%B1.html
Kişi papağı ya qadın kəlağayısı?
cahandar
Bloq: cahandar
18 dekabr 2011, 01:36
Həyatda həmişə belə olur. Qadınların zəhmətini kişilər öz adlarına çıxartmağı sevirlər. Uzun müddətdir ki, başında PAPAQ gəzdirən kişilərimizi müşahidə etməklə məşğul idim. Deyirdim görən bu başındakı papaqla fəxr edənlər nə demək istəyirlər, ümumiyyətlə bu nə deməkdir.Mən uşaq olandan mənə deyiblər ki, PAPAQ kişinin qeyrətidir. Bizim evdə atamın papağını həmişə ən hündür, hörmətli yerdə saxlayırıq. Çünki doğurdan da təmiz Namus insanın sahib olduğu ən dəyərli şeydir. Onun yeri isə təbii ki, ən yaxşı yer olmalıdır.Heç bilirsinizmi ki, bu papağın əziyyətini kim çəkir? - Əlbətdəki qadınlar. Xanım nə qədr əxlaqlı olarsa onun atasının, yoldaşının, qardaşının papağı da bir o qədər hörmətli olar. Yəni bu gün kişilərin başındakı o buxara papağın hörməti qadının izzətinin məhsuludur. Kişi öz əməlləri cəmlənmiş bir papağı heç başında gəzdirərmi?Burada maraqlı bir təzad da var. Əgər qadının əməli kişinin də qeyrəti, əxlaqı sayılırsa bəs nə üçün kişinin əməli qadın namusu sayılmır? Çünki heç vaxt kişilərin əxlaqı qadın əxlaqı kimi təmiz və müqəddəs ola bilməz. Və yaxud da ki, heç bir qadına hörmət qalmaz. Çünki...Buna görə fikirləşirəm ki, məncə qarşımıza başı PAPAQLI kişi çixanda ilk növbədə həmin papağın əziyyətini çəkənlərə əhsən deyilməlidir. Yenədə deyirəm, əks cinsin nümayəndələri həmişə harda yaxşı nə varsa öz adlarına çıxardırlar. Məsələn qədimdə heyvanlar içində namusu ilə fərqlənən atın quyruğu kişilərimizin qeyrəti sayılırdı.Amma əziz bəylərimiz unutmayın ki, Quranda da deyildiyi kimi hər kəsin pis əmləidə, yaxşı əməli də özü üçündür... Siz bu dünyada ola bilər ancaq xanımların namusuna görə qiymətləndiriləsiniz. Amma axirətdə PAPAQSIZ qala bilərsiniz . Namus adlı yük təkcə qadınların daşıyacağı bir şey deyil.Müəllif: Esmira Kərəm.BDU
['namus']
4,546
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/8016/m%C9%99nim-pulum.html
Mənim pulum
umud600
Xoşbəxt ailə
18 dekabr 2011, 00:45
Zərifə havaların qızdığını görən kimi, yay təmizliyinə başladı. Yorğan, döşək, nə varsa, tökdü eyvana. Təbii ki, bir o qədər də paltar çıxdı yumaq üçün. Bütün günü bu işlərlə məşğul oldu. Axırda elə yorulmuşdu ki, əlini qaldırmağa belə halı qalmamışdı. Xalid evə gələndə, həmişəki kimi, televizorun qarşısına keçdi. Zərifə bütün günü gördüyü işlərdən, necə yorulmağından danışdı. Xalid bir tərəfdən televizora baxır, bir tərəfdən də Zərifəni dinlədiyini göstərmək üçün dediklərini təsdiq edirdi. Nəhayət, Zərifə özündən çıxdı və gedib televizoru söndürdü... - Xalid, paltaryuyan maşınını nə vaxt alacağıq? Bax, nə gözəl kredit imkanları var. Biz də birini alaq, sonra ödəyərik yavaş-yavaş... - Zərifə, bilirsən ki, hələ toydan qalan borcumuzu qurtara bilməmişik. Az qaldı, bir az da səbr elə. Borcumuz qurtaran kimi, ilk işim sənə paltaryuyan maşın almaq olacaq, söz verirəm. Zərifə daha bir şey demədi. Əslində o da Xalidə haqq qazandırırdı. Bu borc onları əməlli-başlı əldən salmışdı. Bir az da səbr edə bilərdi. İki gündən sonra Xalidin maaş günü idi. O, pulu alan kimi, gətirib Zərifəyə verirdi. Ancaq bu dəfə evə heç bir şey gətirmədi... - Xalid, maaşını almadınmı? - Aldım, aldım, ancaq borcları ödədim. Anama da 100 dollar göndərdim. Əlimdə bir şey qalmadı. - Anana göndərdin? Bu hardan çıxdı? - Anam zəng edib istədi. Həkimə gedəcəkmiş... - Onlar bizim borcumuz olduğunu bilə-bilə niyə səndən pul istəyirlər, Xalid? Bir də tək uşağı sən deyilsən ki? - Nə edim, Zərifə, onlar bizim böyüklərimizdir. Bir də anam üçün nə etsəm, azdır. - Demək belə? Mənə gələndə səbr et deyirsən, anana gələndə nə etsən azdır? Bu mübahisə bir xeyli davam etdi. Və Zərifə ertəsi gün Xaliddən xəbərsiz gedib bir paltaryuyan maşın aldı. Xalid bunu görəndə özündən çıxdı... - Zərifə, bunu necə aldın, hansı pulla? - Öz pulumla, Xalid! Yəqin unutmusan ki, bu evdə mən də işləyirəm. Xalidin səhvinə qarşı səhvlə cavab verirdi Zərifə... Bir qadın evdə " mənim pulum " söhbəti edirsə, o evdə əmin-amanlıqdan danışmaq olmaz. Bir də kişilərin ən çox sevmədikləri, şəxsiyyət məsələsinə çevirdikləri məsələlərdən biri də qadının pulunu yoldaşının başına qaxmasıdır. Sözsüz ki, bir qadın işləyib evə pul gətirməsə belə, zəhmətinin əvəzini ödəmək olmaz. Övlad dünyaya gətirmək, onların həm maddi, həm mənəvi qayğılarını çəkmək, evə baxmaq heç də asan iş deyil. Bütün bunlarla yanaşı, evə maddi yardımı da varsa, təbii ki, daha çox söz sahibi olacaq. Ancaq ağıllı qadın yerli-yersiz bu məsələni ortaya ataraq ailə səadətini təhlükə altına qoymaz. Elə buna görə dağılan ailələr və həyat yoldaşını işləməyə qoymayan kişilər var. Xalidin səhvi isə bir tərəfdən borclarını bəhanə gətirərək həyat yoldaşını sakitləşdirməyə çalışması, bir tərəfdən də xanımına xəbər vermədən ailə büdcəsini təhlükəyə atmasıdır. Əlbəttə ki, anası ondan bir şey istəmişsə, imkan daxilində " yox " deməməlidir. Ancaq həyat yoldaşını heçə sayması və subay kimi davranması onu çətin vəziyyətdə qoydu və heç nədən mübahisəyə səbəb oldu. Əslində qadınlar həyat yoldaşları tərəfindən qiymətləndirildiklərini hiss edəndə onlar üçün hər cür fədakarlığa sevə-sevə qatlanırlar. Əgər kişilər bu sirri bilsəydilər, bir cüt gözəl sözlə ömrü boyu xoşbəxt ola bilərdilər. Kişi " öz pulumdur, göndərirəm " desə, təbii ki, qadın da " mənim pulumdur, alıram " deyə bilər. Nahaq yerə " bir qadını idarə edən bütün dünyanı idarə edə bilər " deməmişlər! Biz də bu sirləri xoşbəxtliyə nail olmaqda sizə kömək olsun , deyə veririk.Həmçinin bax: Mən dərdimi kimə söyləyim?
['ailə münaqişələri', 'ailədaxili münasibət', 'ailə münaqişəsi', 'ailə problemləri']
4,547
https://kayzen.az/blog/maraqli-faktlar/8015/apollon-m%C3%B6c%C3%BCz%C9%99si.html
Apollon möcüzəsi
Zahid_GDMLI
Maraqlı faktlar
17 dekabr 2011, 23:22
Sovet İttifaqının 60-cı illərdə kosmos uğrunda yarışda ABŞ-ı geri qoyması amerikalıların hisslərinə toxunmuşdu. Ola bilsin ki, Aya insan çıxarmağı məqsəd qoyan Apollon layihəsi elə bu hissi aradan qaldırmaq üçün nəzərdə tutulurdu. Lakin alimlər üçün bu sadəcə elmi məramdan başqa heç nə deyildi.1969-cu il iyulun 20-də ABŞ-ın kosmik porqramının əldə etdiyi nailiyyət, sözsüz ki, Sovetlərin etdiklərini kölgədə qoydu. Amerikalılar Nil Armstronq və Baz Aldrin Aya qədəm qoyan ilk insanlar oldular. Armstronqun ayağını Aya basan anda "insan üçün kiçik bir addım, bəşəriyyət üçün nəhəng sıçrayış" ifadəsi dillər əzbərinə çevrildi. Amma ola bilər ki, siz həmin məqam barədə aşağıda sadalanan faktlardan xəbərsizsiniz:1. Apollon 11 kosmik gəmisinin hər üç heyət üzvü, Nil Armstronq, Baz Aldrin və Mayk Kollinz 1930-cu ildə anadan olublar.2. Apollon 11-in məhz Aya enəcəyi uçuşdan əvvəl qəti bəlli deyildi. Beləki, hər bir Apollon missiyasının konkret məqsədi vardı. Əgər Apollon 10-nun uçuşu zamanı, Aya enmə aparatının sınağı uğurlu olmasaydı, onda bu sınağı təkrar həyata keçirmək Apollon 11-in vəzifəsinə çevriləcəkdi. Bu halda isə, Aya qədəm basan artıq Apollon 12-nin heyət üzvləri olacaqdı. Bu zaman Aya enən ilk insanın adı Pit Konrad olacaqdı. 3. Əslində, Aya ilk çıxan NASA-nın qaydalarına görə Baz Aldrin olmalı idi, beləki, bundan əvvəl həmişə missiyanın komandiri gəmini tərk etmir, ilk öncə açıq kosmosa pilot çıxardı. Amma NASA-da Baza münasibət o qədər də yaxşı deyildi. Armstronq hissə sakit, təmkinli, əsl "Amerika qəhrəmanı" imicinə uyğun bir şəxs idi. Buna görə də, NASA qaydaları dəyişdi və Armstronq Aya ayaq basan ilk insan oldu. Bu Aldrini o dərəcədə qəzəbləndirmişdi ki, sonradan o Aya düşən aparatın yeni dizaynı ilə çıxış etdi. Həmin aparatın iki qapısı hər iki astronavta eyni zamanda Aya qədəm qoymaq imkanı verirdi. 4. Missiya ərəfəsində Armstronq az qala həlak olacaqdı. Onun təlim keçdiyi aparatda nasazlıq yarananda, son saniyədə ejektor düyməsini basmasaydı, astronavt imitasiya enməsi zamanı öləcəkdi. 5. Hər bir heyət üzvünə özü ilə gəmiyə şəxsi əşyalar götürmək icazəsi verilmişdi. Armstronq özü ilə Kitti Uark təyyarəsindən bir neçə parça taxta götürmüşdü. Kitti Uark 1903-cü ildə havaya qalxmış ilk mühərrikli təyyarə idi. Bundan başqa astronavtlar özlərilə həlak olmuş sovet kosmonavtları Qaqarin və Komarovun xatirəsinə düzəldilmiş medallar da götürmüşdülər. 6. Apollon 11-in enmə aparatı Ay səthinə yaxınlaşarkən, kompyuter nöqsanlar barədə məlumatlar veməyə başladı. Bu zaman az qala enmə ləğv ediləcəkdi. Lakin bu həyəcan siqnalının saxta olduğu müəyyən edildi. 7. Aya enən aparat səthdən 7 metr yüksəklikdə olarkən, Armstronq və Aldrinə xəbər gəldi ki, onların cəmi 30 saniyəlik yanacağı qalıb. Əgər 30 saniyə içində enə bilməsəydilər, astronavtlara geri dönmək əmri veriləcəkdi. Düzdür sonradan NASA səhv etdiyini, 1 dəqiqəlik uçuş üçün kifayət qədər yanacaq olduğunu öyrəndiyini etiraf etdi. 8. "İnsan üçün kiçik bir addım, bəşəriyyət üçün nəhəng sıçrayış" ifadəsini ingilis dilində deyəndə, Armstronq qrammatik səhvə yol vermişdi. O, "a man" yəni "insan" sözünü deyəndə, qeyri-müəyyənlik artikulunu unutmuşdu. Düzdür, bəzi mülahizələrə görə, o artikulu demiş, lakin rabitə sistemində kəsilməyə görə bu səs eşidilməmişdi. 9. Aya ilk qədəm qoyan astronavt adından məhrum olsa da, Baz Aldrin Aya ilk sidik ifraz edən insan adını qazana bildi! 10. Prezident Nikson astronavtları təbrik edən nitqlə çıxış etdi. Amma onda nitqin ikinci variantı da var idi. Əgər missiya faciə ilə bitsəydi, Nikson deyəcəkdi: "Tale belə gətirdi ki, Aya dinc məqsədlərlə getmiş iki kişi, əbədi olaraq Ayda dinc uyuyacaqlar. Lakin bundan sonra, Aya baxan hər bir insan övladı biləcək ki, başqa bir dünyanın bir küncü əbədi olaraq insan tərəfindən fəth edilib." mənbə: BBC AzərbaycanHəmçinin bax: Yuri Alekseyeviç Qaqarin Aydakı çağırış
['ay', 'apollon', 'abş', 'rusiya', 'kosmik gəmi', 'Nil armstronq']
4,548
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/2748/bo%C5%9Fanma.html
Boşanma
nərgiz
Xoşbəxt ailə
17 dekabr 2011, 12:09
Hər il ölkəmizdə neçə-neçə nikah bağlanır. Bu, yaxşı haldır. Lakin hər il eyni zamanda neçə-neçə boşanma hadisəsi qeydə alınır. Bu isə pis haldır. Cəmiyyətimizin, dövlətimizin mənəvi sağlamlığı, möhkəm və qudrətli olması bilavasitə ailələrin uğurlu olmasından asılıdır. Lakin danılmaz faktdır ki, ölkəmizdə xoşbəxt, uğurlu ailələrlə yanaşı həm də uğursuz, bir növ bədbəxt ailələr də vardır. Belə ailələr çox vaxt elə qonşuluğumuzda yaşayır, onların söz-söhbətlərinin, dava-dalaşlarının hər gün şahidi oluruq. Həmin ailələrin üzvlərindən bəziləri elə öz qohumlarımızdır. Ölkəmizdə nikaha girmək üçün başlıca səbəb, həqiqətən məhəbbətdir. Lakin bəzi tədqiqatçılar nikahın sabitliyinin nikaha girmə səbəbinin xarakterindən asılılığını öyrənmiş və səbəblərinin üç əsas qrupunu müəyyənləşdirmişlər: a) məhəbbətə görə nikah; b) stereotipə görə nikah; c) niyyətə görə nikah. Boşanma mürəkkəb sosial hadisədir. O öz mənbəyini ailə ixtilaflarından alır. Ailə ixtilafları isə ər-arvad münasibətlərinin düzgün qurulmaması nəticəsində baş verir. Ona görə də boşanmanın səbəblərini aydınlaşdırmaq üçün, hər şeydən əvvəl ər-arvad münasibətlərində özünü büruzə verən nöqsanları aşkara çıxarmaq lazımdır. Əvvəlcə gəlin belə bir sadə həqiqətdən başlayaq. Ailədə söz-söhbət var. Bunu hökmən qonum-qonşular bilməlidirlər? Yaxşı olmazmı ki, bu mabahisəni həmin şəxslərin özləri ikilikdə həll etsinlər. Axı bir sıra hallarda üçüncü, dördüncü və s. nəfərin müdaxilə etməsi əslində “qaş düzəltmək yerinə vurub gözü də tökür”. Lap adicə, son dərəcə əhəmiyyətsiz və xırda məsələ üstündə ər-arvadın mübahisəsi günlərlə davam edə bilər və nəhayət, ciddi şəkil ala bilər. İxtilaflar ər-arvad həyatının dramını ifadə edir, lakin o, ailə faciəsinə çevrilməməlidir. Bunun üçün ailə mədəniyyətinin tələbləri gözlənilməlidir. Onlardan ən sadələri aşağıdakılardır: vuruşub barışmaqdansa, artıq-əskik danışıb bir-birini təhqir etməkdənsə münaqişəyə başlamamaq daha asandır. Boşanma əsl faciədir. Çox maraqlıdır ki, boşanmanın nəticələrini təkcə mütəxəssislər – sosioloqlar və demoqraflar, psixoloq və pedaqoqlar, həkimlər və başqaları belə qiynətləndirmir, boşananların özləri də sonralar onun həm ər və arvad, həm də uşaqlar üçün faciə olduğunu anlayır, övladlarının sual dolu baxışlarına cavab verə bilmir, səhv addım atdıqlarını, öz əlləri ilə evlərini, isti yuvalarını dağıtdıqlarını, uşaqları çətin vəziyyətə saldıqlarını çox zaman etiraf edirlər. Lakin bir də görürsən ahəngdarlıq nə işdə, nə də evdə alınır. Xoşumuza gəlmədikdə iş yerini dəyişirik, mebeli bəyənmədikdə başqasını alırıq. Mənzili də dəyişmək mümkündür. Lakin atanın yersiz ciddiliyi, sərtliyi, kobudluğu, vasvasılığı; ananın hövsələsizliyi, deyingənliyi nə qədər həddini aşsa da, öz valideynlərini dəyişmək heç kimin ağlına gəlmir. Çünki dünyaya göz açmağımız üçün başqa heç kimə yox, məhz onlara – bu iki nəfərə borcluyuq. Onları dəyişə bilmərik və bu iki nəfər bir-biri ilə yola getməsələr də, bizə qarşı münasibətdə nə qədər sərt (hətta bəzən ədalətsiz) olsalar da, onları SEVİRİK.
['boşanma', 'boşanmaq', 'boşanmalar']
4,549
https://kayzen.az/blog/azerbaycan/7763/%C5%9Firvan%C5%9Fahlar-saray%C4%B1.html
Şirvanşahlar sarayı
Azərbaycan
Azərbaycan
16 dekabr 2011, 22:53
Şirvanşahlar saray ansamblı — Azərbaycan memarlığının Şirvan-Abşeron qolunun iri abidəsidir. XV əsrdə Bakının iqtisadi və siyasi əhəmiyyətinin artması nəticəsindəŞirvanşah Xəlilullah iqamətgahı Şamaxıdan Xəzər dənizindəəsas liman şəhəri və möhkəmlənmiş istehkam olan Bakıya köçürdü. Səbayel qəsrinin batması ilə bağlı yeni saray təhlükəsiz yerdə, Bakı təpəsinin hündürlüyündə tikildi. Ansambl vahid memarlıq ideyasına əsasən tikilmirdi, o, relyefəəsasən, üç səviyyədə ucaldılan bir neçə tikili sırasından ibarətdir: sarayın əsas binası (1420-ci illər), Divanxana (1450-ci illər), sərdabə-türbələr (1435), minarəli şah məscidi (1441), Seyid Yəhya Bakuvi məqbərəsi (1450-ci illər) və Keyqubad məscidinin qalıqları. Saray tikililərinə şərq tərəfdən portal — Murad qapıları (1585), ovdan və hamam qalıqları aiddir. Bəzi məlumatlara görə, saray binasından şimal-şərqə doğru əvvəllər şah tövlələri yerləşirmiş, hazırda burada yaşayış evləri mövcuddur. Divanxanadan şimalda yaşayış evlərindən birində qədim divarların özülü görünür, bu hörgü sarayın fasadının hörgüsünə başlayır. Görünür, bu saray ansamblına daxil olan binalarının hörgülərinin qalıqlarıdır. 1964-cü ildə kompleks muzey-qoruq elan edilib və dövlət mühafizəsinə götürülüb. 1. Saray 2. Divanxana 3. Şirvanşahlar türbəsi 4. Minarəli saray məscidi 5. Hamam 6. Seyid Yəhya Bakuvi məqbərəsi 7. Şərq portalı 1. Saray Şirvanşahlar Sarayı Ansamblı vahid arxitektura ideyası əsasında qurulmayıb. Amma onun bənnaları hər bir binanın təyinatını, onların ölçüsünü nəzərə alaraq, arxitektura mənzərəsinin yarada bildilər. Ansamblın əsas binası — saraydır. O, bütün saray tikililəri arasında ən qədimidir və arxitektura tarixçilərinin qənaətlərinə görə, on ilə ucaldılıb. Bu, həm həcminə, həm də tutduğu əraziyə görə kompleksin ən böyük binasıdır. Onu 1411-ci ildəŞirvanşah I İbrahimin — Teymurləngin müttəfiqinin əmri ilə ucaltmağa başlayıblar, ölümündən sonra bu işə onun oğlu Şirvanşah I Xəlilullahın dövründə işlər davam etdirilib. Sarayın ikimərtəbəli binasında 50 fərqli ölçüdə və çevrədə otaqlar mövcuddur, onları üç dolama pilləkən birləşdirir. Böyük şişbucaq portal həyətdən birbaşa hündürdəki ikinci mərtəbənin günbəzlə örtülmüş səkkizbucaqlı dəhlizə aparır. Onun ardınca kiçik, yenə səkkizguşəli vestibül gəlir və bu vestibül onu sarayın digər otaqları ilə birləşdirir. Səkkizguşəli otaqdakı oyuqların çat-çat çıxıntıları aşağı mərtəbə ilə danışıq əlaqəsi sazlamaq məqsədi güdürdü. İkinci mərtəbədəki 25 otaqdan yalnız 16-da günümüzədək qorunub saxlanılıb. Binanın 27 otaqdan ibarət aşağı mərtəbəsi qulluqçular və təsərrüfat ehtiyatlarının saxlanması üçün nəzərdə tutulubmuş. O, günümüzə XV əsrdə — tikildiyi vaxtda olduğu kimi gəlib çatıb. Ön həyətə ünvanlanan fasadın ciddi forması digər həyətlərdəki binaların zəngin traktovkasından fərqlənir. Lakonik formalar, divarların hamar səthində günəş tonları, üst pəncərələrin bəzəkli şəbəkəsi, pəncərəyarıqlar binaya bənzərsiz ifadəlilik verir. Birinci mərtəbədəki otaqların qazıntısı göstərdi ki, saray qayanın üzərində tikilib, əvvəllər — saray inşa edilənədək — onun altında hansısa tikili olub və onun divarlarının özülünün üzərində sarayın bünövrəsi qoyulub. Şirvanşahlar sarayı muzey-qoruq elan edilənədək çox hadisələrin şahidi olub. Məsələn, 1501-ci ildə Səfəvilər Bakını alarkən saray boşaldılıb. Şirvanşahların bütün sərvətləri — silahlar, əsləhələr, zinət əşyaları, xalılar, bahalı parçalar, Sara kitabxanasındakı nadir kitablar, gümüş əşyalar və qızılları Səfəvilər özləri ilə Təbrizə aparıblar. Amma 1514-cü ildə türk sultanı I Səlimin və Səfəvilərin qoşunları arasında Çaldıran döyüşündən sonra Şirvanşahlar Sarayının sərvətləri türklərə çatdı. Bu gün də onların bir hissəsi Türkiyənin, İranın, İngiltərənin, Fransanın, Rusiyanın, Macarıstanın muzeylərinin kolleksiyalarını bəzəyir. Məsələn, İstanbul muzeyində I Xəlilullahın 1428-ci ildə hazırlanmış zirehi, onun oğlu varis Fərrux Yasarın iki dəbilqəsi saxlanılır. Sarayın bəzi xalıları Londonun Viktor və Albert muzeyində, saray kitabxanasının qədim foliantları isə Tehranın, Vatikanın və Peterburqun böyük kitabxanalarında saxlanılır. Türk səyyahı Övliya Çələbi «Yol qeydləri» kitabında bildirir ki, türk sərkərdəsi Mustafa Lələ paşa, 1585-ci ildə fəth etdiyi Bakını tərk edərkən, «bir gözəl tikilinin damını, günbəzini, pəncərə çərçivələrini özü ilə aparıb və onu sultana hədiyyə edib, sultan isə onlardan «Sultaniyyə Qəsri Humayun» bağında hamını öz gözəl görkəmi ilə heyrətə salan şahanə qəsr tikdirib». Ola bilər ki, sözügedən kaşıyla örtülmüş günbəz Şirvanşahlar Sarayının damından götürülüb. Şirvanşahlar Sarayı 1723-cü ildə rus eskadrasının dənizdən hücumu zamanı, şəhərin fars işğalından azad edilməsi və 1806-cı ildə Bakını rus qoşunlarını işğal etməsi zamanı da zərər çəkib. Bakı Rusiya imperiyasının tərkibinə daxil ediləndən sonra saray çar hərbi idarəsinə verildi, yüz il müddətində saray onların imtiyazında qaldı. İkinci mərtəbədə yerləşən şah mənzilləri əsgər kazarmalarına, onun altındakı otaqlar isə tövləyə, artilleriya anbarlarına çevrildi; kim isə məqbərənin portalındakı daş yazını yaşıl boya ilə korladı, şah məscidi isə az qala qarnizon kilsəsinə çevriləcəkdi. Hərbçilər sarayı qismən təmir etdilər və eyni zamanda saray tikililərini artilleriya anbarlarına çevirməklə böyük dəyişikliklər etdilər. «Yenidənqurma» zamanı günbəzlər dağıdıldı və birinci və ikinci mərtəbədə otaqları bir-birindən ayıran divarların bir hissəsi götürüldü. Günbəzlərin, şişbucaq və xaçşəkilli taxtapuşların qalıqları məhv edildi və hamar, tirdən düzəldilmiş örtüklərləəvəzləndi. Bəzi pəncərə yerləri dolduruldu, daşdan kəsilmiş şəbəkələr dağıdıldı. Sarayın şimal fasadının ikinci mərtəbəsində giriş düzəldildi, divarda böyük keçid yarıldı və atların sürdüyü ikitəkərli arabalar küçədən birbaşa sarayın ikinci mərtəbəsinə keçirdilər. Qübbələrin və günbəzlərin mavi şilənmiş mozaik suvağı məhv edildi. Sarayın divarlarında güllə yerləri hələ də qalır -əsgərlər burada atıcılıq məşqləri edirdilər. XIX əsrin sonunda hərbi intendantlıq qeyri-ixtiyari bütün ansamblın xilaskarı rolunu oyandı. Aleksandr Nevski kilsəsinin tikilməsi üçün yer seçərkən Şirvanşahlar Sarayı gözaltılanmışdı. Yalnız hərbiçilər üçün başqa yer tapılmadığından, memarlıq abidəsi tamamilə məhv olmaq təhlükəsindən qurtuldu. 1920-ci ildə XI Qırmızı ordunun şəhəri istila etməsi ilə burada sarayda yenidən tövlələr, artilleriya anbarları, əsgər kazarmaları, lazaret yarandı. Ətrafda hər yer baxımsız və bərbad idi. Bu səbəbdən də görkəmli Azərbaycan tarixçiləri və arxeoloqları orta əsrlərə məxsus bu nadir abidəni qorumaq üçün Azərbaycan İnqilab Komitəsinin rəhbərliyinə xüsusi məktub ünvanladılar. Yalnız bundan sonra kompleksdə təmizləmə-bərpa işləri başladı. 20-ci illərin sonlarında sarayın soyuq, rütubətli, damı deşilmiş otaqları Azərbaycan Tarix Muzeyinə verildi, 1920-30-cu illərdə muzey burada yerləşirdi. Sarayın ciddi bərpa işlərinə ehtiyacı var. Saray kompleksinin 20-ci, 30-cu və ya 50-ci illərdəki bərpası korkoranə, qeyri-peşəkarcasına və sistemsiz şəkildə aparılıb. 1992-ci ildən sarayda yeni bərpa işləri aparılır. 2. Divanxana Divanxana Şirvanşahlar sarayının əsas binasına yaxın yerləşir. Bu tikili kiçik həyətin içərisində yerləşən, üç tərəfdən arkada qalereyası iləəhatələnən kiçik, zərif binadır. Divanxana həm içəridən, həm də çöldən daş günbəzlə örtülmüş səkkizguşəli zaldan ibarətdir. Vestibülün düzbucaqlı binası ona bitişik yerləşir. Vestibül arkada qalereyasına çıxışla zala və zalın döşəməsi altındakı səkkizguşəli kameraya birləşir. Bu kameranın altında zirzəmiyə enən ikinci belə kamera var, şimal tərəfdən yer səthi bərabərində olan çıxıntı zirzəmiyə qapı rolunu oynayır. İkinci kameranın yerləşdiyi qayada 5 metr dərinliyi olan quyunun ağzı görünür. Bu iki kameranın təyinatı da bütövlükdə divanxananın özünün təyinatı kimi anlaşılmaz qalır. Əsas girişin hündür, biçimli portalı ornamentlə və qeyri-adi dərəcədə zərif və gözəl yazı ilə bəzədilib. Ornament əncir və üzüm yarpaqlarının hörülməsindən ibarətdir. Bundan əlavə, portal iki medalyonla bəzədilib, onların içərisindəərəb dilində, kufi qrafikası ilə yazılar var. İlk baxışdan adama elə gəlir ki, bu sadəcə, bəzəkdir. Divanxananın arxitektura kompozisiyası və planlaşdırılması orijinaldır və digər Şərq ölkələrində onun analoqu yoxdur. Divanxananın tikintisi başa çatmayıb, kapitel və sütunlar sırasının bəzək işlərinin tamamlanmaması və digər detallar bundan xəbər verir. Ola bilsin, tikinti 1500-1501-ci ilin hadisələri ilə bağlı dayandırılıb. Üslub xüsusiyyətləri və bəzək işlərinin qismən yarımçıq qalması Divanxananın XV əsrin sonuna aid etməyəəsas verir. Divanxananın təyinatı ilə bağlı fərqli versiyalar var. Bəziləri hesab edir ki, burada məhkəmə qurulurmuş və dəyirmi çıxıntısı olan günbəzli zalda daş döşəmənin ortasında hökm icra olunurmuş. Ölüm hökmündən sonra çıxıntının üzərində cəllad caninin başını kəsirmiş, onun bədəni isə yeraltı kanallar vasitəsi ilə dənizə axıdılırmış. Başqa ehtimala görə, divanxana mühakimə, qəbul və dövlət şurası üçün nəzərdə tutulubmuş və ya bura mavzoley imiş. XIII-XV əsrlərdə maliyyə idarəsinin rəhbəri divanın sahibi idi. Divanxana Şirvanşahlar yanında sahibi-divanın, onun məmurlarının iş otağı, xəzinə ola bilərdi. Səkkizguşəli zalın mərkəzində kameranı örtən günbəzdəki müəmmalı çıxıntı, göründüyü kimi, sonradan, güman ki, 1501-ci ildə Səfəvilər şəhəri ələ keçirib, xəzinəni axtararkən qoyulub. Məlumatlara görə, pavilyonun günbəzində Səfəvilər xeyli qızıl və daş-qaş tapıbmışlar. Mavzoley barədə versiya da inandırıcı görünür. İkikameralı zirzəminin və giriş portalında Qurandan surənin («Allah dünyanın iqamətgahına çağırır və istəyənləri düz yola aparır… Bu, cənnət yoludur və orada onlar əbədi yaşayacaqlar») yazılması da bunu təsdiq edir. Maraqlıdır ki, xalq rəvayətlərində Divanxana nəzəriyyəsi, xüsusən süd quyusu adlanan quyu ilə zirzəmi kamerası pir sayılırmış, süddən kəsilən qadınlar burada şəfa tapırmışlar. Görünür, Divanxananın və sarayın ərazisi islamaqədərki vaxtlarda müqəddəs ziyarətgah olub. 3. Türbə Şirvanşahların ailə sərdabəsi düzbucaqlı formadadır və altıguşəli günbəzlə tamamlanır. Günbəz çöldən parlaq ulduzlarla bəzədilib. Keçmişdə günbəzin dərinliyinin səthinə mavi şirlənmiş kərpiclər qoyulmuşdu. 1733cü ildə Bakıda olan səyyah İ. Lerxin qeydləri də bunu təsdiq edir: «Taxtapuş (sərdabə) mavi rəngli daşlarla bəzədilib». Giriş qapısındakı yazı binanın təyinatından xəbər verir: «Böyük sultan, böyük Şirvanşah, Allahın peyğəmbərinin adaşı, dinin himayəçisi, I Xəlilullah səkkiz yüz qırx doqquzuncu (1435-1436) bu işıqlı sərdabəni anası və oğlu üçün tikməyi əmr etdi». girin qapısında arkanın oxu üzərində 12 dəfəƏli adı yazılmış altıguşəli xonçalar yerləşdirilib. Portalın hündürlüyünü Qurandan Allahı öyən surə bəzəyir. Portalın yan hissələrində damcıyabənzər iki medalyonda memarın adı -Əli yazılıb. Hər medalyonda eyni yazı iki dəfə — düzünə vəəksinə istiqamətdə təkrarlanır. Memar şah sərdabəsində öz adını böyük ustalıq və sənətkarlıqla cizib, uzun illər bu ad gizli qalıb və yalnız 1945-ci ildə Azərbaycanlı alimlər onu oxuya biliblər. Binanın mərkəzi günbəzli dəfn otağı təşkil edir. Bəzi mənbələrdə deyilir ki, 1501-ci ildəŞirvanşah Fərrux Yasarın ölümündən sonra Şah İsmayılın qoşunları Bakı qalasının tuturlar və sərdabədəki mərhumların qalıqlarını oda atırlar. 1945-ci ildə çalışan arxeoloqların işi bu versiyanı təkzib etdi. Sərdabənin taxta döşəməsi altından 5 qəbir olan sərdabə aşkarlandı, onların üzəri daş piltələrlə örtülmüşdü. Məlum oldu ki, qəbirlərdən 3də yaşlılar, 2-də isə uşaqlar dəfn olunub. Sərdabədəki tədqiqat zamanı daha bir neçə qəbir tapıldı. Onların ümumi sayı 14-də çatırdı. Bunlar Şirvanşahların ailə üzvlərinin məzarları idi. Qəbirlər tam vəziyyətdə idilər, amma qəbirüstü daşları yox idi. Arxeoloji işlər nəticəsində yazıda qeyd olunduğu kimi, qəbirin Bikə xanıma -Şirvanşah I Xəlilullahın anasına, oğluna və digər ailə üzvlərinə aid olduğu təsdiqləndi. Qəbrin təmizlənməsi zamanı həndəsi ornamentlərin izləri olan medalyonlu materiya qalıqları aşkarlandı. Onların üzərindəərəbcə yazılar döyülmüşdü. Bundan başqa tapılan əşyalar arasında bir neçə mavi muncuq, firuzə və altı ədəd yaqutla bəzənmiş qızıl sancaq, qızıl sırğalar tapıldı. Hazırda bütün bunlar Azərbaycan Tarix Muzeyinin Fondunda yerləşir. Minarəli saray məscidi Saray məscidi kompleksin aşağı həyətində yerləşib. Binanın şimal-şərq küncündə ucalan şaquli minarə onun iki azca iti günbəzlə yekunlaşan prizma şəkilli həcmlərinin lakonikliyinə kölgə salır. Məsciddə iki ibadətgah var, böyüyü kişilər, kiçiyi qadınlar üçün nəzərdə tutulub. Bundan əlavə daş dolama pilləkənlərin qalxdığı kiçik yardımçı otaqlar da var. Bu tikililərin hamısı düzbucaqlı plana daxildirlər, burada yalnız qadın ibadətgahı cüzi çıxıntı ilə fərqlənir. Məscidə üç yol aparır. Şimal -əsas yol portalda xüsusi qabardılıb. Portalın hər iki tərəfindən yarımpərgar formasında oyuqlar var, bunlar ayaqqabı üçün nəzərdə tutulub. Çünki müsəlman qanununa görə, məscidə ayaqqabı ilə və dəstəmaz almadan keçmək olmaz. Dəstəmaz prosesi həyətin şimal hissəsində, aşağı həyətə portal keçidinin arxasındakı quyu və kiçik hovuz olan meydanda həyata keçirilirdi. Şərqdən, qonşu həyət tərəfdən məscidə ikinci, daha sahə portalın açdığı yol var, qərbdəki keçid isə heç nə ilə seçilmir. Məscidin mərkəzi zalının yuxarı künclərində uzun boğazları içəri, zala meyllənən dörd böyük gil bardaq hörülüb. Bu bir tərəfdən, gözəl rezonans verir, digər tərəfdən, bu, antiseysmik konstruktiv-inşaat üslubudur və binaya möhkəmlik verir — üt hissənin yüngülləşdirilməsi sayəsində ağırlıq mərkəzi azalır. Məscidin mərkəzi zalının cənub divarının dirəyində sadə bəzədilmiş mehrab yerləşir, onun dərin olmayan taxçası şiş uclü yargünmbəzlə örtülüb. Məsciddə müxtəlif formalı və təyinatlı taxçalar var. Onlar canamazların, çıraqların, Quranların, təsbehlərin qoyulması üçün nəzərdə tutulub. Pəncərələr daş hasara -şəbəkəyə alınıb. Bu, sadə arxitekturalı binaya xüsusi gözəllik verir. Məscidin minarəsi 22 metrdir. Minarənin stalaktit qurşağındakı yazıda deyilir: «… böyük sultan I Xəlilullah bu minarəni ucaltmağı əmr etdi. Allah onun hakimiyyətini və idarəsi günlərini artırsın. Səkkiz yüz qırx beşinci il» (1441-1442). Minarənin eyvanı (şərəfə) əvvəlcə daşdan idi, amma 1723-də Bakı rus qoşunlarının hücumuna məruz qalanda mərmi minarənin bir hissəsini dağıtdı. Sonralar, bizim dövrümüzdə eyvanı bərpa edərək, onu dəmirlə əvəzlədilər. 4. Hamam Saray hamamı kompleksin ən aşağı meydançasındadır. O, 1939-cu ildə aşkar edildi. Arxeoloji qazıntılar nəticəsində 26 otaqdan ibarət böyük hamam üzə çıxdı, onun üzəri torpaqla örtülmüş və burada bağ salınmışdı. 1953-cü ildə hamam hissə-hissə təmizləndi və 1961-ci ildən mühafizə olunmağa başladı. Hamamın divar qalıqlarının əsasında demək olar ki, onun ərazisi günbəzlərlə örtülübmüş, günbəzlərdəki yarıqlardan içəri işıq düşürmüş. Qışda isti, yayda sərin olması üçün onu yerin altında tikiblər. Belə sistem Bakı və Abşeronun hamamları üçün səciyyəvidir. Saray hamamının planı iki böyük kvadrat binadan ibarətdir, dörd pilon (naxışlı sütun) onları xırda hissələrə ayırır. Bir qrup otaqlar — «çöl» və ya «bayır» — geyinib-soyunmaq üçün nəzərdə tutulub, «içəri» hissə isə çimmək üçünmüş. Çimmək üçün olan hissəyə isti və soyuq su üçün hovuzlar qoşulurmuş. İsti su saxlanan hovuzda onun qızdırılması üçün içərisində od yandırılan xüsusi kamera yerləşirmiş. Hamamı qatılaşdırılmış, sarı daş formasında bərkimiş, şam kimi yanan ağ neftlə qalayırmışlar. Qızdırılma sistemi buxar kanalları vasitəsi ilə çimərlik hissəsinin döşəməsinin altı ilə gedirdi. Çimərlik bölməsindən gələn isti hava geyinib-soyunma otağını qızdırırdı. Səyyah İ.Lerx 1733-cü ildə olarkən, hamam barədə yazırdı: «O, həm çöldən, həm də içəridən yaxşı bəzədilib». Ovdan-su anbarından gələn su divarın yanında hamamın qazanxanasına — «külxana»ya tökülürdü və sonra onlar üçün xüsusi kanallar qurulmuş keramik borulara bölüşdürülürdü. Ovdana torpağın altındakı qaya massivində çapılan pilləkənlərə aparan şiş uclu oyuqdan keçmək olardı, pilləkən 70-ci pillədə, böyük su anbarının yanında bitirdi. Bura su yeraltı kəhrizdən gəlirdi. Tikinti işləri zamanı qərb qala divarının yaxınlığında 10 metr dərinlikdə, dağlardan ovdana və Şirvanşahlar sarayına tərəf gələn qədim şəlalə aşkarlandı. Görünür, saray və hamam həmin su kəməri vasitəsilə təchiz olunurdu. Otaqlar çox idi: geyinib-soyunma otağı, çimərlik, «xəlvəti» — təklikdə çimmək üçün guşə. Hamamın otaqlarında dairə formasında kiçik hovuzlar və ayaqqabı üçün oyuqlar vardı. Kənardakı, bərpa olunmuş günbəzli hissədə günümüzədək yaxşı qalmış kaşı haşiyələr var. 5. Şərq portalı Tək dayanan Şərq darvazaları portalı saray tikililəri ansamblına aiddir, onu çox zaman «Murad qapıları» adlandırırlar. O, istehkamın divarlarında bütün kompleks tikililərindən sonra — XVI əsrdə Bakının türklər tərəfindən işğalı zamanı inşa edilib. Darvazalar sultan III Muradın şəninə adlandırılıb. Öz icra tərzinə və bədii kompozisiyasına görə şərq portalı Divanxananın və məqbərənin üslubunu tamamlayır. Amma burada inşaat sənətinin enişinin əlamətləri sezilir, daş aşağı keyfiyyətlidir, Azərbaycan ornament sənətinin düzümü pozulub. Portalın qurucusu memar, usta Əmir şah Vayankuhi — Təbriz ətrafındakı şəhərlərindən birinin sakinidir. Portalın yuxarı hissəsi ərəb dilində yazı ilə bəzədilib: «Bu ali binanı qurmağı əmr etdi, ədalətli və böyük sultanın — Muradın hakimiyyəti günlərində, Ulu Rəcəb baba Bakuvi, hicri 994-cü ildə (1585-86-cı illər)». Yazının hər iki tərəfində bitki ornamentli xonçalar əks olunub. Portalın aşağı hissəsində stalaktitin yarımgünbəz formasında əmələ gətirdiyi dərin oyuq var. Bura sarayın digər portallarından fərqli olaraq, geniş, darvazaya bənzər çatma qapı yeri var. Mümkündür ki, bu tikili günümüzədək gəlib çatmayan və ya tikilməyən binaya giriş imiş. Yazı mətni də buna işarə edir, orada darvazadan deyil, «imarət»dən danışılır. Memar ansamblın vəhdətini qorumağa çalışıb, amma yenə də həmin hərbi əməliyyatlarla zəngin dövrün arxitekturasındakı tənəzzülün təsirindən qaça bilməyib. 6. Seyid Yəhya Bakuvi sərdabəsi Saray kompleksinin cənub hissəsində yerləşən Seyid Yəhya Bakuvi məqbərəsi xalq arasında «dərviş məqbərəsi» kimi tanınır. Tarixçilərin məlumatına görə, Bakuvi Şirvanşah Xəlilullahın saray alimi olub. Şamaxıda doğulub. Sufi, «xəlvəti» təriqətinə rəhbərlik edən Şeyx Sədrəddinin tərəfdarlarından olub. Şeyx Sədrəddinin ölümündən sonra Bakuvi Bakıya köçüb. Ayrı-ayrı tarixçilərin məlumatlarına görə, o, 868-ci (1464) vəfat edib və saray kompleksi ərazisində dəfn olunub. Günümüzədək Seyid Yəhya Bakuvi fəlsəfə, astronomiya və riyaziyyatın öyrənilməsi sahəsində dəyərli mənbələr olan 15 əsəri («Həqiqət axtaranların sirri», «İlhamın sirri», «İşarələrin simvolik mənaları», «Səmənilər şəcərəsinə izahlar», «Ruhların sirri» və s.) gəlib çıxıb, onlar sufi-mistik xarakter daşıyır və Türkiyənin İstanbul, Konya və Manisa şəhərlərində saxlanılır. Sufizm — islamda mistik-asketik istiqamətdir, VIII əsrdən məlumdur. Sufilər Allahla fərdi vəhdətə və hətta daxili nurlanma yolu ilə ona birləşməyə, onda əriməyə can atırdılar, bu müəyyən asketik təmrinlərlə müşayiət olunurdu. Məqbərə səkkizguşəli formaya malikdir və səkkizguşəli çadırla örtülüb. O, yerüstü və yeraltı hissələrdən ibarətdir. Məqbərənin üst hissəsi dini ayinlər üçün nəzərdə tutulurdu, aşağı hissədə qəbirüstü sərdabə yerləşirdi. Daxildən məqbərə bəzədilmişdi və ona rəngli suvaq çəkilmişdi. Məqbərə yonulmuş və bir-birinə sıx hörülmüş enli və ensiz daşlar sırasından tikilib. Məqbərənin kənarlarında — cənubda, şərqdə və qərbdə — üç kiçik daş hasarlı -şəbəkəli çatma pəncərələr var. MəqbərəŞirvan-Abşeron memarlıq məktəbinin həlqələrindən biridir. Məqbərə Key Qubad məscidi adı ilə tanınan qədim məscidin yananda tikilib. Seyid Yəhya Bakuvi məhz bu məsciddə çalışıb, dua edib, dərs deyib. Bu məscid XIV əsrdəŞirvanşah Key Qubadın hakimiyyəti illərində tikilib və onun adı ilə adlandırılıb. Amma 1918-ci ildə məscid yanğın zamanı yanıb və hazırda yalnız onun bünövrəsi qalır. Yəqin ki, bu məscid daha qədim məscidin yerində tikilib. 7. Qız qalası Abşeronun qalalarından ən böyüyü vəəzəmətlisi Bakıda, İçəri şəhərdə olan Qız Qalasıdır. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr, divarlarının qalınlığı dib tərəfdə 5 metr, yuxarı tərəfdə isə 4 metr olan Qız qalası silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən dayaq dəstəyinə oxşar iri bir tikilidən ibarətdir. Bu tikilidən nə məqsədlə istifadə olunduğu hələ bu günə qədər müəyyən edilməmişdir. Qala səkkiz mərtəbəyə bölünmüş, hər mərtəbənin ayrıca daş tağtavanı və ya günbəzi olmuşdur. Bu mərtəbələr divarın içində tikilmiş daş pilləkən vasitəsilə bir-birilə birləşir. Mərtəbələrdə divardan bayıra çıxarılmış saxsı boruları olan dərinliklər vardır. Ehtimal ki, bu borular çirkab atmaq üçün qoyulmuşdur. Qalanın daxilində olan quyu, görünür, oraya sığınanları və qalanın müdafiəçilərini su ilə təmin edirmiş. Pilləkən olan tərəfin fasadında qoyulmuş yarıq şəkilli pəncərələr mərtəbələri işıqlandırmağa xidmət edirmiş. Onlar, başqa yerlərdə olduğu kimi, içəriyə doğru genişlənərək mazğala-oxşar bir şəkil alırsa da, hər halda müdafiə məqsədi daşıdığı şübhəlidir. Ehtimal ki, qalanın müdafiəçiləri hücum edənlərə ancaq qalanın yuxarı meydançasından atəş açır və qalaya yaxınlaşan düşmənin başına ağır şeylər yağdırırmışlar. Bu məqsədlə qalanın yuxarı hissəsi maşikullalarla qurtarmalı idi. Təəssüf ki, onlar zəmanəmizə qədər qalmamışdır. İndi qalanın üst meydançasının yanlarında enli hasar vardır. Akademik Qmelinin (XVIII əsr) çəkdiyi şəkildə qalanın yuxarı hissəsi qismən dağınıq halda göstərilir. Bu şəklə inanmamaq üçün əldə heç bir əsas yoxdur. Deməli, qalanın yuxarı hissəsi yenidən bərpa edilmişdir. Lakin onun nə zaman və kim tərəfindən bərpa edildiyi hələ bəlli deyildir.   Qala divarlarının xarici görünüşü də diqqəti cəlb edir. Fasadın hörgüsü müəyyən hündürlüyədək Bakı tikintiləri üçün tamamilə xarakter şəkildə olub, demək olar ki, hamardır və daşları düz sıralarla düzülmüşdür. Qalanın yuxarı hissəsində isə bu sıralar növbə ilə gah irəli çıxır, gah da girinti əmələ gətirir. Belə bir sual ortaya çıxır: görəsən, hörgünün bu şəkildə olmasının səbəbi nədir? Memar buradan yalnız bir dekorativ üsul işlədərək, fasadı kölgələrlə bir qədər cazibədar etmək üçünmü bu böyük divar kütləsinin yeknəsəqliyini pozmağa çalışmış və ya başqa bir məqsəd güdmüşdür? Ola bilsin ki, burada da o zamanlar hər yerdə geniş tətbiq edilən kərpic hörgüsü üsulu təkrar olunmuşdur. Doğrudan da, üfüqi sıralar belə aydın bir şəkildə gözə çarpmasaydı divar çox yeknəsəq görünər və ümumi təəssürat xeyli zəif olardı. Fasadın qapı yerinin üstündə iri bir daş üzərində kufi xətlə yazılmış bir kitabə vardır. Burada “Davudun oğlu, Məsudun qalası” sözləri yazılmışdır. Bu kitabə qalanın XII əsrin birinci yarısında səlcuq soltanı Məsud tərəfindən tikdirildiyini düşünməyə imkan verir. Qız qalası haqqında xalq arasında müxtəlif əfsanələr vardır. Bunlardan ən çox yayılanı yerli hökmdarın, özünü qalanın yuxarı meydançasından suya atmış qızının faciəli ölümündən danışan əfsanədir. Həmçinin bax: Bakı şəhərinin tarixi
['Şirvanşahlar sarayı', 'Azərbaycan mədəniyyəti', 'memarlıq', 'Bakı', 'Bakı şəhəri', 'İçərişəhər', 'tarixi abidələr']
4,550
https://kayzen.az/blog/kino/7984/israil-kinosu.html
İsrail kinosu
Azərbaycan
Kino
16 dekabr 2011, 22:50
İsrail bir dövlət kimi gənc olduğundan onun kinosu da cəmi yarım əsrdir yaranıb. Lakin dünya kino aləmində rejissorları və özünəməxsus filmləri ilə tanına bilib. Amerika və Avropa ilə müqayisədə İsrail kinosu hələ formalaşma mərhələsindədir. Yaranmasının ilk illərində kinematoqraf İsrail dövlətinin ideologiyası və tarixinin təbliği ilə məşğul idi. Filmlər milli dirçəliş, müstəqillik uğrunda müharibə (1948), terrorizmlə mübarizə mövzularında çəkilirdi. Həmçinin İsrail cəmiyyətinin iç problemləri - icmalararası konfliktlər, repatriasiya (dünyanın müxtəlif yerlərində yaşayan yəhudilərin İsrailə köçməsi) və yeni repatrianların ölkənin həyatına qoşulması ilə bağlı yaranan münasibətlər və problemlər də kinonun diqqətindən kənarda qalmamışdı. İsrail kinosunun bu dövrü «sinonist realizmi» adlanır. Hər bir rejissor, ilk növbədə, yəhudi cəmiyyətinə olan vətənpərvərlik borcunu ödəməyə çalışırdı. Həmin illərin kino sənayesi bir nəfərin - ilk İsrail bədii filmi «Avara»nı çəkmiş rejissor Natan Akselrodun səyləri hesabına yaşayırdı. Bu hal 1952-ci ilə qədər davam edir. 1952-ci ildə Həmkarlar İttifaqında kinematoqrafiya şöbəsi təsis edilir. 1954-cü ildən həmin şöbəyə İqalem Əfrati başçılıq edir. Paralel olaraq İsrail ordusunda da analoji şöbə yaradılır. 50-ci illərdə çəkilən filmlər də təbliğat xarakteri daşıyırdı. Aqrar sahə, səhranın yaşıllaşdırılması ən əsas mövzu idi. Ordu və repatriasiya mövzuları isə hələ də birinci yerdə gedirdi. Bir qayda olaraq bu filmlər şəxsi vəsaitin - Milli İnkişaf Fondunun (Keren Kayemet) hesabına istehsal olunurdu (Müstəqillik uğrunda aparılan müharibədən bəhs edən və ictimaiyyət arasında böyük maraq doğurmuş «24-cü hündürlük cavab vermir» filmi də bu fondun sponsorluğu ilə çəkilib). 50-ci illərin sonlarında situasiya kökündən dəyişdi. İsrail dövlətinin əsasının qoyulduğu ilk gündən yeni repatrianların qəbulu prioritet istiqamətlərdən idi. Asiya və Şimali Afrikadan gələn repatriasiya dalğası kinoteatrlara gələnlərin tərkibinə nəzərəçarpacaq təsir etdi. Yeni israillilər ivrit dilini təmiz bilmirdilər və köhnələr, xüsusilə də Avropadan köçmüş yəhudilər tərəfindən ayrı-seçkiliyə məruz qalmışdılar. Bundan başqa, ölkədə İsraildə doğulub-böyümüş yeni nəsil formalaşırdı. 60-cı illərdə dövlətin də kino sənayesinə dəstəyi gücləndi. Dövlət «Made in İsrail» yarlıqlı istənilən filmin xərclərini öz boynuna götürməyə hazır idi və bu, kino sənayesinə şəxsi investorların marağını qat-qat artırdı. Filmlər həm məzmun, həm də formaca dəyişdi. Prokatda təbliğatçı filmlərin sayı məhdudlaşdı, yeni janrlı filmlər- komediyalar, döyüş filmləri, melodramlar, uşaq filmləri və s. peyda olmağa başladı. Rejissor Amos Kenanın 60-cı illər İsrailinə parodiya kimi çəkdiyi «Ayda deşik» filmi Kann festivalında kinotənqidçilərin mükafatını qazandı. 70-ci illər İsrail kinematoqrafiyasında «Burekaslar» adlı cərəyanın yaranmasıyla əlamətdar oldu. «Burekas» - ivrit dilindən tərcümədə «yağlı kökə» deməkdir. Yəhudilər onu dini mərasimlərdə hazırlayırlar. Belə hesab olunur ki, onun xəmirinə dünyadakı bütün problemlər qarışdırılıb. Bu cərəyana aid filmlərdə adətən köhnə ənənələrə sadiq sadə israillilərdən, onların məişətindən danışılırdı. 1977-ci ildə İsrail kinosunda daha bir yeni cərəyan yarandı. Bu cərəyana aid edilən filmlərdə 1973-cü ildə başlamış oktyabr (Yom-Kippur müharibəsi) hadisələrindən bəhs olunurdu. Filmlərin xarakterik cəhəti onlarda yeni texnologiya və stilin tətbiqi idi. Həmin filmlər İsrail Maarif və Mədəniyyət Nazirliyinin sifarişi və vəsaiti hesabına çəkilirdi. Büdcənin cüzi olmasına baxmayaraq, israilli rejissorlar ortaya çox maraqlı işlər çıxara bilirdilər. Yeni kinonun əsas qəhrəmanı düşməndən xarizmatik qəhrəmana çevrilən fələstinli ərəb idi. Həmin dövrdə istehsal olunmuş «Daniel Vaks hardadır?» (rej. Avraam Efner), «Divarın arxasında» (rej. Uri Baraş, 1984), «Hamsin» (rej. Daniel Vaks, 1982) belə filmlərdən idi. Bu filmlərdə ərəb-yəhudi konflikti sonu görünməyən milli faciə kimi təsvir edilirdi. 90-cı illərin əvvəllərində İsrail kinematoqrafiyasında iki mühüm tendensiya yarandı: I. Ərəb-İsrail konflikti mövzusu tədricən sönükləşməyə və yerini başqa problemlərə verməyə başladı; II. İsrail kinosu qətiyyətlə ictimai problemlərdən şəxsi problemlərə keçid etdi. «Şuru» və «Təl-Əviv əhvalatları» kimi komediyalar yarandı. Sonuncu filmdə o vaxta qədər İsrail kinosunda işlənməmiş feminizm mövzusuna toxunulmuşdu. Bu dövr «plüralist realizm» adını aldı. İdeoloji xətdən imtina onunla nəticələndi ki, kommersiya kinosu və televiziyası inkişaf etməyə başladı. İsrail kinofilmləri bir-birinin ardınca beynəlxalq aləmdə çoxdan gözlədiyi uğuru qazandı. Rona Xavilionun «Yerusəlim-fraqmentlər» filmi Yaponiyada Yamaqata festivalının baş mükafatını və Berlin kinofestivalında kinotənqidçilərin mükafatını qazandı. Təl-Əviv Universitetinin kino fakültəsinin məzunu Dover Koxaşvilinin qısametrajlı «Qaydalara uyğun» filmi Kannda II yeri tutdu. Rejissor Arik Kaplunun «Yananın dostları» filmi Karlovı-Vari festivalının I mükafatına, Amos Gitayın «Kadoş» filmi isə Kann Kinofestivalının ən yüksək mükafatına layiq görüldü. Bütün qazanılan uğurlara baxmayaraq, 90-cı illər İsrail kinosu üçün həm də böhran illəri kimi xarakterikdir. Kinonun inkişafı ölkə iqtisadiyyatının vəziyyətilə birbaşa bağlı olduğundan, 90-cı illərdə kinoya şəxsi kapital qoyuluşu çoxaldı. Lakin bu vəsaitin çox hissəsi kommersiya filmlərinin istehsalına sərf edilirdi. Odur ki, İsrail kinosu sürətlə kommersiyalaşırdı. İsrail kinosunun birtərəfli inkişafından narahat olan Haim Şarir, Yonatan Aroh, Dan Faynar kimi yaşlı nəslə mənsub, tanınmış İsrail rejissorları dövlətdən kinoya diqqətin artırılmasını, yeni ictimai fondların yaradılmasını tələb edirdilər. Məsələ bunda idi ki, İsrail kinosu qısa vaxt ərzində qazandığı beynəlxalq uğurlara baxmayaraq dünya kino aləmində aktual deyildi. Ona görə də mədəniyyətin inkişafı üçün cavabdeh olan şəxslər, sponsorlar kinoya əyləncə kimi baxırdılar və kinofilmlərin istehsalına sərf olunan vəsaiti hədər xərc hesab edirdilər. Hazırda isə İsrail cəmiyyəti əvvəlki illərdə olduğundan daha açıq və demokratikdir. ABŞ-da, Avropada 10-20 il əvvəl baş verənlər İsraildə indi baş verir - seksual azadlıq, radikal feminizm və s. Bu gün İsrail vaxtilə bütün dünyanın keçdiyi sosial aktivliyin dolub-daşma mərhələsindədir. Bəzi konkret mövzulara qoyulan senzura tədricən zəifləyir. Erotik janrlı filmlər yaranır. Bu janrın ilk qaranquşusa ilk gündən qızğın mübahisə və müzakirələrə səbəb olmuş «Qara banan» filmi idi. İndi isə demək olar ki, bütün filmlərdə epizodik də olsa, homoseksual obrazı var. Heç bir tərəf günahkar deyil İsrail kinosunun inkişafında müştərək kinolayihələrin xüsusi yeri var. Bir qayda olaraq, internasional tərkibli layihələr həm tamaşaçılar, həm də kino tənqidçiləri tərəfindən böyük maraqla qarşılanır. Dunya kinosunda bu təcrübə xeyli vaxtdır ki, öz təsdiqini tapıb. Şübhəsiz ki, bir neçə ölkə kinematoqrafçılarının birgə film çəkməsilə artıq heç kimi təəccübləndirmək mümkün deyil - əgər tərəflərdən biri ərəb, digəri isə İsrail olmasa. Bu böyük layihənin ilk filmi «Cənnət indi» adlanır. İsrail televiziyası filmin mümkün qədər geniş auditoriya toplaması üçün reklam işini öz boynuna götürüb və zəhməti hədər getməyib. Lakin israillilərin filmə münasibəti birmənalı olmayıb. Əksər İsrail vətəndaşları filmin istehsalında İsrailin də iştirakını özlərinə təhqir kimi qəbul ediblər. Doğrudur, 70-80-cı illərdə də bu tip filmlər çəkilib və «Cənnət indi» filminin qəhrəmanı da terrorçu ərəbdir. Lakin öz sələflərindən fərqli olaraq o, dəyişikliyə məruz qalmır. Əksinə, öz baxış bucağından əməllərində haqlı olduğunu isbat edir. Filmin ideyası belədir: heç bir tərəf günahkar deyil, nə partladan, nə də ölən - vəziyyət belə gətirib. Müəllif: İntiqam Mənbə: Azərbaycan qəzeti
['İsrail', 'yəhudi mədəniyyəti', 'İsrail mədəniyyəti']
4,551
https://kayzen.az/blog/musiqi-qruplar%C4%B1/3234/abba.html
ABBA
təpəgöz
Musiqi qrupları
15 dekabr 2011, 21:35
İsveç pop-qrupu “ABBA” 1972-ci ildə yaranıb. Qrupun adı üzvlərinin adlarının baş hərflərindən yaranıb(ABBA qrupunun üzvləri Benny Andersson, Bjorn Ulvaeus, Agnetha Faltskog and Anni-Frid Reuss).Çox maraqlıdır ki,ABBA adı İsveçin dəniz məhsularını istehsal edən bir firmasının adıdır (Abba Seafood).Qrup üzvləri onlardan ABBa adını istifadə etmək üçün icazə istəyəndə onlar bildirmişdi ki,icazə veririk,amma elə edin ki,biz sizin adınıza görə xəcalət çəkməyək:) 1974-cü ildə "Waterloo" mahnıları Eurovision müsabiqəsində birinci yeri tutduqdan sonra, qrup daha da məşhurlaşmağa başlayıb. Karyera müddətində “ABBA” qrupu səkkiz studiya albomu buraxıb. Sonuncu "The Visitors" adlı albomu isə 1981-ci ildə çıxıb. Baxmayaraq ki, onlar qrupun dağıldığı barədə rəsmi açıqlama verməsələrdə, amma “ABBA” qrupun 1983-cü ildən dağıldığı hesab edilir.. Dünya üzrə qrupun 350 milyon albomu satılmışdır. ABBA qrupunun üzvləri: Agnetha Åse Fältskog-vokal Björn Kristian Ulvaeus-vokal,gitara Benny Bror Göran Andersson-klaviş,vokal Anni-Frid Synni Lyngstad-vokal İlk albomu olan "Ring Ring" 1973-cü ildə çıxıb. 2008-ci ildə isə "The Albums" komplekti buraxılıb. Bu buraxılışa ABBA-nın 8 studiya albomu və 1 hədiyyə diski daxildir.18 hit mahnı Britaniya onluğunda yer alır, bunlardan səkkizi yüksək yerləri tutur: Mamma Mia (1976), Fernando (1976), Dancing Queen (1976), Knowing Me, Knowing You (1977), The Name Of The Game (1977), Take A Chance On Me (1978), The Winner Takes It All (1980), Super Trouper (1980). 1977-ci ildə qrup Britaniya səyahətlərinə başlayır və ilin çox hissəsini isə dünya səyahətində keçirirlər. 1979-cu il sentyabrda ABBA ilk Amerika səyahətinə başlayır. Qrupun sonuncu çıxışları 1982-ci ilin dekabrında olub. Sonralar isə onlar ayrılıqda solo karyeralarını davam etdiriblər. Daha sonra “ABBA” qrupun iki iştirakçıları Benni Anderson və Byern Uiveus birlikdə layihələr üzrə çalışıblar. Məsələn, onlar birlikdə "Chess" tamaşasına musiqi bəstələyiblər. Lakin Feltsoq və Linqstad birlikdə işləməyiblər. Qeyd edək ki, 2010-cu ilin mart ayında “ABBA” rok-n-rollun Şərəf zalına daxil olunub. Diskoqrafiya * 1973 — Ring Ring * 1974 — Waterloo * 1975 — ABBA * 1975 — Greatest Hits * 1976 — Arrival * 1977 — The Album * 1979 — Greatest Hits Vol. 2 * 1979 — Voulez-vous * 1980 — Gracias Por La Musica (ispan dilində) * 1980 — Super Trouper * 1981 — The Visitors (Bu dünyada satışa çıxarılan ilk Audio CD idi) * 1982 — The Singles — The First Ten Years * 1986 — Live (konsert albomu) * 1992 — Gold Greatest Hits * 1992 — Oro - Grandes Exitos (ispan dilində) * 1993 — More ABBA Gold/More ABBA Hits * 1993 — Mas Oro - Mas Exitos (ispan dilində) * 1994 — Thank You For The Music * 1999 — Singles Collection 1972—1982 * 1999 — Oro/Grandes Exitos (ispan dilində) * 2001 — The Definitive Collection * 2005 — ABBA The Complete Studio Recordings (9 studiya albomu + 2 video disk) * 2008 — The Albums (8 studiya albomu + 1 hədiyyə diski)   Ən gözəl mahnılardan biri-Happy New Year Həmçinin bax: Modern Talking
['ABBA qrupu']
4,552
https://kayzen.az/blog/BMT/1685/%C3%BCmumd%C3%BCnya-s%C9%99hiyy%C9%99-t%C9%99%C5%9Fkilat%C4%B1.html
Ümumdünya Səhiyyə Təşkilatı
təpəgöz
Birləşmiş Millətlər Təşkilatı
15 dekabr 2011, 21:24
Ümumdünya Səhiyyə Təşkilatı - ÜST (World Health Orga­niza­tion  -   WHO)  -  1946-cı ildə yaradılmış və 1948-ci ildən BMT-nin ixtisaslaşmış müəssisəsi adlanır. ÜST demək olar ki, bütün ölkələri birləşdirir. ÜST-na 192 ölkə daxildir. ÜST-nın baş orqanları aşağıdakılardır: 1.Ümumdünya Səhiyyə Assambleyası; 2.Icraedici komitə; 3.Katiblik. Ümumdünya Səhiyyə Assambleyasının sessiyası hər il yığılır. Beynəlxalq Səhiyyə Təşkilatının yerləşdiyi yer – Ce­nevrə. ÜST-nın məqsədi sülh və təhlükəsizliyin əldə edilmə­sinin əsas faktoru olan bütün dünya xalqlarının sağlamlığına nail olmaq üçün beynəlxalq əməkdaşlığa kömək etməkdir. ÜST-nın əsas fəaliyyəti beynəlxalq sanitar qaydalarının işlə­nib hazırlan­ması və xüsusi təhlükəli xəstəliklərə qarşı müba­rizə istiqamətinə yönəlmişdir. ÜST bütün dünya əhalisinin sağlamlığının mak­simum möhkəmləndirilməsinə yönəldilən proqramın həyata keçirilməsini təşkil edir. ÜST doğum, xəstəlik, ölüm haqqında qlobal statistik məlumatların toplanmasını həyata keçirir. ÜST öz tərəfkeş­lərini faktor haqqında məlumatlandırır, fövqəladə hallarda insanların sağlamlığının qorunmasına, xəstəliklərin aradan götürülməsi hallarına qarşı müəyyən köməklik göstərir, o cümlədən məcburi köçkünlər daxil olmaqla bütün əziyyət çəkən əhali təbəqəsinə ictimai səhiyyə xidməti göstərmək tədbirlərini istiqamətləndirir. Ilkin tələbin müəyyən edilməsi, immuni­zasi­yanın keçirilməsi, iaşənin yaxşılaşdırılması, tibbi ləvazimatların verilməsi, keçici olan və olmayan, psixoloji və yeni baş verən xəstəliklərə qarşı mübarizə ÜST-nın prioritet fəaliyyət istiqa­mə­tidir. ÜST həmçinin fövqəladə hallarda AİDS-ə qarşı da mübarizə aparmaqda müəssisələrarası fəaliyyətə və humanitar müəssisələrin əməkdaşlarına sağlam­lığın qorunması üçün yar­dım göstərir. ÜST-nın iştirakı və regionlarda cari imkanların sayı, ictimai səhiyyənin təşkili üzrə fəaliyyəti qurmaq və gücləndirməklə optimal – səmərəli təcrübənin ümumiləşdirilməsi və səhiyyə haqqında uçotun təmin edilməsi üçün şərait yaradır. Bu məqsədlə ÜST səhiyyə sektorlarında və onlarla əlaqədə olan digər sektorlarda ölümün azalması, əziyyətlər və ya onlardan qurtarmaq, hər hansı bir ölkə üzrə yoluxmaların nəticələrini, həyata keçirilən texniki təlimatlar haqqında məlumatları bütün əməkdaşların nəzərinə çatdırır.Son 25 ildə ÜST-nın rəhbərliyi altında fəaliyyətin güc­ləndirilməsi və həyata keçirilən tədbirlər nəticəsində Şimali və Cənubi Amerikada və Karib dənizi hövzəsində bir çox ölkə­lər təbii fəlakət sferasında müəyyən tərəqqiyə nail olmuşlar. Onlar ölkələrin təbii fəlakətin təhlükəsi mövcud olduğu ray­onlar üzrə kartlar tərtib etmiş, qabaqcadan xəbərdarlıq edən seysmik şəbəkələri genişləndirmiş və təkmilləşdirmişlər. Immunizasiyanın (uşaq xəstəlikləri: poliomelit, qızılça, difteriya, vərəm, göyöskürək və s.) qlobal əhatə edilməsi 74 % təşkil edir. Afrika və Cənubi Saxarada və ya münaqişədə olan ölkələrdə 50 %-dən də azdır. ÜST tərəfindən təşkil edi­lən milli immunizasiya günü əhatə olunma səviyyəsinin yüksəldil­mə­sində əsas rol oynayır. 2000-ci ildə milli immuni­zasiya günü çər­çivəsində keçirilən 82 ölkədə 5 yaşına qədər 550 mln. uşaq rekord sayda peyvənd edilmişdir, məsələn, Hindistanda üç gündə 152 milyon uşaq və Qərbi və Mərkəzi Avrikada 76 milyon uşaq peyvənd edilmişdir. Afrikada ÜST–nın, Ümum­dünya Bankının, BMT-nin Inkişaf Proqramının rəh­bərliyi ilə qızdırma və onun pro­filaktikasının sürətləndiril­məsi çərçivə­sin­də «malyariya ilə mübarizə» təşəbbüsünün həyata keçirilməsi marağı olan və bu xəstəliyin geniş yayıl­dığı ölkə və dövlətlərin, o cümlədən xüsusi sek­torların cəlb edilməsində  əməkdaşlığa böyük diqqət yetirilir.
['Ümumdünya Səhiyyə Təşkilatı', 'beynəlxalq təşkilatlar', 'səhiyyə']
4,553
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/7971/b%C3%B6l%C3%BC%C5%9Fm%C9%99yi-bacarmal%C4%B1y%C4%B1q.html
Bölüşməyi bacarmalıyıq
umud600
Xoşbəxt ailə
15 dekabr 2011, 20:48
4-6 yaş arasındakı uşaqlarda "mənlik" (eqoizm) duyğusu ön plana çıxır. Onlar hər şeyə " mənim " deyirlər, öz oyuncaqlarına kiminsə əl vurmasına isə əsla razı olmurlar. Öz əşyalarını kiminləsə bölüşmək də istəməzlər. Bu yaş həddi onlara səxavətli olmağı öyrətməyin tam zamanıdır. Eqoizmin onların içində tam yerləşməməsi üçün gecikmədən bu istiqamətdə iş aparmalıyıq. Bunun üçün onun dostları ilə tez-tez görüşməsini təmin etməliyik. Əgər qardaş və ya bacı varsa, onlardan da istifadə etmək mümkündür. Onun üçün aldığınız yeməkdən bacı-qardaşına da pay ayırmasına təşviq edin. Hər səxavətli davranışını alqışlamalı, lazım gəlsə, başqalarının yanında onu tərifləməliyik. Bölüşməyi öyrəndikcə onda sevgi, qardaşlıq, yardımlaşma kimi duyğular inkişaf edəcək və zaman keçdikcə bu hisslər onda daimi yer tutacaq. Bunun üçün məktəb çağları ən əlverişli vaxtdır. Çünki məktəbdə onun çoxlu dostu olur. Arabir ona iki hədiyyə alın və: " Övladım, bunlardan birini sənin üçün aldım, digərini isə istədiyin bir dostuna hədiyyə et ",- söyləyin. Sonra isə bu hədiyyəni verib-vermədiyini yoxlayın. Əgər veribsə, keçirdiyi hissləri, təəssüratlarını onunla bölüşün. Bu hisslərin əsl insana, dosta yaraşan hisslər olduğunu ona başa salın Vermək, verə bilmək çox ülvi və uca duyğudur. Biz övladlarımıza bəslədiyimiz hədsiz sevgiyə görə bəzən onların xətalarını görməməzliyə vururuq. Hətta övladımızın xəsisliyini " Mənim övladım malının qiymətini bilir " kimi izah edirik. Malın qiymətini bilmək ayrıdır, xəsislik ayrı. Ona görə də bir valideyn kimi diqqətli olmalıyıq, " O hələ uşaqdır, böyüyəndə düzələcək " deyib hər şeyi zamanın öhdəsinə atmamalıyıq. Çalışmalıyıq ki, övladlarımız karandaşlarını göz bəbəyi kimi qorusun, dəftərinin vərəqlərini cırıb atmasın, qələmi və ya pozanı itdikdə onları axtarıb tapsın, amma yeri gələndə onları başqalarına da hədiyyə edə bilsin, dostlarının da onun əşyalarından istifadə etməsinə icazə versin. Ətrafımıza diqqətlə baxaq. " Qonşum ac ikən mənim gözümə yuxu girməz " deyənlərin sayı çox olsaydı, bu qədər kasıb, dilənçi olardımı? Mərhəmət etmək, halına acımaq, yıxılana əl tutmaq, bir dilim çörəyi yarı bölməyi bacarmaq kimi ülvi duyğular sadəcə Hacı Zeynalabdin Tağıyev kimi insanların xatirələri yad edilərkən xatırlanmamalıdır. Belə insanların davamçısı olmaq üçün əvvəlcə özümüzü, sonra övladlarımızı tərbiyə etməliyik. Bəlkə də indi içinizdə: " Bu millətin qurtarıcısı mənəm? Dünyanı mənim övladımmı xilas edəcək?" -deyirsiniz. O zaman kasıb-kusubu bir kənara qoyaq. Qoca ata-anasını kimsəsizlər evinə qoyanlara münasibətiniz necədir? Hər halda bir valideyn kimi qocalığınızın oralarda keçməsini istəməzsiniz. Unutmayın ki, bunun kökündə uşağın yanlış tərbiyəsi dayanır. Uşağınıza onun üçün aldığınız şokoladı dostları ilə bölüşməyi öyrətməsəniz, kiçik qəlblərində xəsislik cücərməyə başlayır. Hətta iş o həddə çatır ki, övlad böyüyüb ailə sahibi olduqda qoca ata-anasının yediklərini süfrəsinə əlavə yük kimi qəbul edir, qazancını valideynlərinə çox görür. Övladının rahat həyat yaşamasını hər bir valideyn istəyir. Bu səbəbdən övladlarımız üçün var-dövlət toplayırıq, ev tikirik, pul yığırıq. Yeganə məqsədimiz onların problemli həyat yaşamamalarıdır. Əslində bütün bu cəhdlər əbəsdir. Çünki ruzini verən Allahdır. Övladlarımızın maddi rahatlığını düşündüyümüz qədər mənəvi inkişafına da əhəmiyyət verək. Onların ülvi hisslərinin formalaşması üçün kiçik məsrəflərdən qorxmayaq. Siz bir insan yetişdirdiyinizi unutmayın. O yaxşı bir insan olsa, səxavətli olsa, həm mənəvi olaraq rahat olacaq, həm də hər yaxşılığı artıqlaması ilə geri qaytaran Allahın yardımına layiq olacaq. Ona görə də övladlarımıza səxavətli olmağı öyrətmək çox önəmlidir. Cənnətin qapısını həm də səxavətlilik açar...
['uşaq tərbiyəsi', 'eqoist uşaq', 'uşaq sevgisi']
4,554
https://kayzen.az/blog/Az%C9%99rbaycan-co%C4%9Frafiyas%C4%B1/6505/x%C4%B1nal%C4%B1q.html
Xınalıq
luminat
Azərbaycan coğrafiyası
15 dekabr 2011, 20:31
Xınalıq adı 50-60-cı illərdən sonra işlənməyə başlanmışdır. Orta əsrlərdə və ondan da qədim zamanlarda və hətta indii Xınalıq kəndi və camaatı çox vaxt özlərinə Kətş xalqı da deyir. Kədid- kəttidur. Kətiş və kətç sözünün açıqlaması və mənası- müqəddəs deməkdir. Qədim yunan alimi Strabon özünün 17 cildlik Coğrafiya əsərində  qeyd edir ki, Qafqaz Albaniyasında 26 alban tayfası yaşayır və həmin tayfaların hərəsi öz dilində danışır. Xınalıqlılar etnik qruppu Qafqazda minilliklərlə yaşamış, öz dilini, adət-ənənələrini itirməmiş, bu günümüzə qədər saxlamışdır. Xınalıqda 12-ci əsldə Əbu Müslim tərəfindən İslam dini təbliğ olunmağa başlamışdır. Bu gün fəaliyyət göstərən cümə məscidi də həmin dövrlərə aid edilir. Ona görə də camaat bu məscidi Əbu Müslim məscidi adlandırır. Məscidin girişində sağ tərəfdə  metr yüksəklikdə yerləşən iki müxtəlif daş üzərində runa yazıları həkk olunmuşdur. Xınalıq kəndində Şahdağ qrupuna aid olan etnik xınalıqlar yaşayırlar. Xınalıq kəndi Böyük Qafqaz dağlarının 2300 metr yüksəkliyində yerləşir. Kənd əhalisi dünyada ona heç oxşarı olmayan unikal bir dildə danışırlar. Tarixən xınalıqlar, indiki Azərbaycan ərazisi sayılan Qafqaz Albaniyasında yaşayan xalqların törəmələridir. Tarixçilənin ehtimalına görə, Xınalıq kəndi hələ bizim eramızdan əvvəl salınmışdır. Xınalıqlırarın əcdadları barədə məlumatlara Strabon və Plininin əsərləndə rast gəlinir. Qədim dövrlərdən bəri indiki Xınalıqlırarın həyat tərzində çox da böyük dəyişikliklər baş verməmişdir. Xınalıqlılar özlərini Nuh Peyğəmbərin nəslindən olanlar kimi sayırlar. Onların fikrincə Nuh Peyğəmbərin tufanı dövründə Ketş kəndi Ketş dağlarında yerləşirdi. Sonradan Allah tərəfindən baş verən zəlzələ zamanı orada heç bir ev salaiat qalmamışdı, bütün evlər dağılmışdır. Əhalinin çox hissəsi tələf olmuşdur. Sağ qalanlar isə çayı keçərək kiçik bir təpəyə qalxmışlar və beləliklə Xınalıq kəndi yaranmışdır. Xınalıqlılar hesab edirlər ki, tufandan sonra Nuhun oğulları Sim və Xam müxtəlif yerlərə köç etmiş və yalnız Yafət öz oğulları ilə həmin yerlərdə qalmış və buradan Qafqaz xalqı törəndi. Həqiqətən 2 min metrdən artıq yüksəklikdə yerləşən kənd ərazisində rast gəlinən balıqqulağı və daşlaşmış balıq sümükləri burada bir vaxtlar baş vermiş tufan və daşqından xəbər verir. Xınalıq dilinin heç bir dialekt və ləhçəsi yoxdur. Düzdür, Xınalığın özündə kəndin yuxarı, orta və aşağı hissələrində yerləşən müvafiq olaraq 3 əsas müəyyən hallarda tələffüz zamanı nəsil arasında danışıq dili fərqlənir. Xınalıqlılar islam dininin sünnü məzhəbinə qulluq edirlər. Xınalıqların yağışla, əkinçiliklə bəzi ev heyvanlarına münasibətlə, toy və yasla, səma cisimlərinin müşahidəsi ilə bağlı zəngin ən-ənələri var. Onların həyat və məişətinə daxil olan adət və ənənələr təbiət hadisələrinə uyğun qurulur, onların yozulması ilə bağlıdır. Qədim dövrdən etibarən xınalıq sakinləri ovçuluqla məşğul olmuşlar. Ovladıqları heyvanlar dağ kəli, dağ keçisi olmuşdur. Xınalıqlılar qaban ovlasalar da heç vaxt ətini yeməyib qonşu kəndlərə göndərirdilər. Ovçular ova getməyin vaxtını heç kimə bildirmir, vurulan heyvanı öz aralarında bərabər bölürdülər. Qonşu payı saxlayır, kənar adam rast gələrsə ona da ovlparından pay verirlər. Kiçik , lakin çox ecaskar təbiətə malik olan Xınalıq Qafqaz dağlarının uca zirvəsində yerləşən amfiteatra bənzəyir. Quba rayonunda 2350 metr yüksəklikdə yerləşən və qibləyə baxan Xınalıq kəndi 5 minillik tarixə malik olan abidədir. Xınalıq kəndi Qızılqaya, Şah dağı, Tufan dağı və Xınalıq dağlarının əhatəsindədir. Müəllif: Həvilova Fəxriyyə Həvil qızı Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası
['Xınalıq', 'etnik qrup']
4,555
https://kayzen.az/blog/cahandar/7968/qad%C4%B1n-v%C9%99-ki%C5%9Fi-beyni.html
Qadın və kişi beyni.
cahandar
Bloq: cahandar
15 dekabr 2011, 00:19
Qadınlarla kişilərin beyinləri arasında müəyyən fərqlər var. 1. Dəfələrlə sübut olunub ki, kişinin beyni həcmcə qadının beynindən 10% böyükdü. Lakin aradakı bu fərq intellekt səviyyəsinə heç bir adiyyatı yoxdu. 2. Yaşa dolduqca kişinin beyni qadına nisbətən daha tez kiçilməyə başlayır.3. Hər hansı bir məsələnin həllindən kişilər beyinlərinin bir yarım kürəsini, qadınlar isə digər yarım kürəsini istifadə edirlər.4. Əgər kişi yolunu azıbsa o, getdiyi yolu xatırlamağa başlayacaq. Qadınlar isə keçdiyi yolda olan təqribi obyektləri yadına salmağa başlayırlar. Bu proses həmçinin sükan arxasında da baş verir. Qadınlar vitrinlər, mağaza lövhələrini, kişilər isə getdikləri yolun məsafə uzunluğunu yadda saxlayırlar.5. Qadınlar hər şeyi dəqiq detallarına kimi yadda saxlamağa çalışırlar, kişilər isə tam əksinə.6. Kişilər informasiyanı qadınlara nisbətəsən daha tez xatırlamaqları, onların daha tez reaksiya verməyinə gətirib çıxardır.7. Qadınlar bir birinin ardınca bir neçə informasiyanı mənimsəməyi bacarırlar, lakin kişilər isə bir qayda olaraq onlara bir dəfəyə bir neçə iş görməyi xahiş edəndə əsəbləşirlər.8. Kişilər ən çox dəqiq elmləri, qadınlar isə humanitar fənnləri daha yaxşı mənimsəyir.9. Kişilər və qadınlar qəfil qıcıqlandırıcı səslərə fərqli cür reaksiya verirlər. 10. Qadının etibarını qazanmaq üçün onu heç olmasa 20 saniyəlik qucaqlamaq kifayət edər.11. Gün ərzində qadınlar kişilərə nisbətən 3 dəfə çox söz ehtiyatından istifadə edirlər.12. İş zamanı qadının beyni kişilərə nisbətən daha tez isinir. Səbəb kişilərdə bu proses zamanı daha çox qlükozaya sərf olunmasıdı.13. Kişilər və qadınlar yumoru bir birilərindən fərqli olaraq müxtəlif cür qavrayırlar. Kişilər daha çox şən sonluqda maraqlıdılar. Qadınlar isə kişilərdən fərqli olaraq yumorun hər bir incəliyini qiymətləndirir, yumordan kişilərdən daha çox həzz alırlar.14. Qadınlarının yarısından çoxusunda təşkilatçılıq bacarıqları daha çox inkişaf edib.15. Kişilərin musiqini düzgün qavrama qabiliyyəti qadınlara nisbətən daha bərbad gündədir. Bu, onunla izah olunur ki, qadınlar ən incə intonasiyaları mənimsəyir, kişilər isə çox zaman onları ötürür. O ki qaldı toxunulmaqla duyulan duyğulara bunda da qadınlar kişiləri qabaqlayır.16. Qadınlar kişilərə nisbətən daha çox ünsiyyətçildilər. Məhz buna görə kişilər daha tez dalaşmağa meyilli olurlar. Bu da özlüyündə "kişilərin uzun sürən dialoq söhbətini davam etdirə bilməmələri qadınları niyə hirsləndirdiyini" izah edir. İş orasındadı ki, kişinin nitq qabiliyyəti qadınlara nisbətən biraz az inkişaf edib.17. Əgər kişi küçədə yerdə futbol topunu görsə o, ona mütləq ayaqla zərbə endirəcək. Qadınlar isə çox güman onu yerdən qaldıracaq və hətta sinəsinə sıxıb qucaqlayacaqlar. Bu, kişilərlə qadınların təbiətdən gələn təyinatını ifadə edir.
['qadın və kişi']
4,556
https://kayzen.az/blog/sendeme/7965/d%C3%BCnyada-%C9%99n-yax%C5%9F%C4%B1-saxlan%C4%B1lan-%C3%BC%C3%A7-sirr.html
Dünyada ən yaxşı saxlanılan üç sirr
elshad
Sən demə
14 dekabr 2011, 23:36
1. Coca - Colanın Formulu. Dünyanın ən çox qazanc əldə edən şirkətlərindən olan Coca Colanın formulunun indiyədək saxlamasından daha təbii bir şey yoxdur. Bir çox Cola markasının olmasına baxmayaraq hələ dünyanın lideri olmaqdadır. Tərkibi çox sadə görünsə də və ya bir çox ölkədə istehsal olunsa da, əslində əsl CoCA-Colanın dadını heç biri vermir. Bəs kim bilir? — 2 adam. Onlar birlikdəykən tam formul / düstur ortaya çıxır. Bəs necə sirr olaraq saxlanılır? — Formulun originalı və kopiyaları Atlantadakı SunTrust Bankında saxlanılır. Bu sirrin yaxşı saxlanması üçün şirkət SunTrust Bankına 48.3 milyon dollar pay ayırmışdır. Coca-Cola şirkətinin siyasətləri arasında sirri bilən 2 adamın eyni təyyarələrdə səyahət etməsi qadağandır. Bütün bu sirrə baxmayaraq Colanın tərkibində coca bitkisindən bir qatqı olduğu bilinir. 2. KFC-nin 11 şəfalı otu və Sousu. KFC firmasının menyu sirləri 1930-cu ildə benzindoldurma məntəqəsi işlədən Harland Sanders`in müştərilərinə satdığı toyuqlardan gəlir. KFC ― Kentucky Fried Chicken. Sanders 1936-ci ildə öz əyalətindən medal da almışdır. Bu sahədəki müvəffəqiyyətlərini davam etdirən Sanders restoranlar açmaq qərarına gəlir. Şirkətin ən böyük nailiyyətlərindən biri 11 şəfalı ot və xüsusi sousların hazırlanmasıdır. Bəs kim bilir? — Coca-Cola firmasında olduğu kimi yalnız 2 idarəçi bu sirri bilir. Bəs necə sirr olaraq saxlanılır? — KFC-nin baş şirkət binasında saxlanılır. Açıqlamalara görə, sirr 2 metr qalınlığında divarları olan kameralarla dolu otaqda, 2 fərqli açarı, 2 fərqli PİN şifrəsi olan məkanda saxlanılır. Bəli, bunlar bir toyuq üçün edilir, amma dünyanın ən böyük toyuqsatan firması bunu edincə insana o qədər də qəribə gəlmir. 3. OLIVER CROMWELL`in başının olduğu yer. Oliver Cromwell 1600-cü ildə İngiltərədə monarxiya quruluşunu tək başına sona çatdıran əhəmiyyətli adlardan biridir. Oliverin ölümündən sonra monarxiya quruluşu təkrar qurulmuşdur. Kral II Çarlsin əmriylə məzarı qazılaraq ölü olan Cromwell`in təkrar öldürülməsi əmri verilmişdir. Cəsədini 12 saat ipdə asılı tutan Kral Çarls Cromwellin başını kəsdirmişdi. Daha sonra Cromwell`in kəlləsi muzey tərəfindən alındı, daha sonra isə bir kolleksiyaçıya satıldı. Kəllənin son sahibi 1957-ci ildə vəfat etdi və oğlu kəlləni saxlamaq istəmədi. Kəlləni basdırmaq üçün 3 il yer axtaran ailə sonunda bunu reallaşdıra bildi. Hazırda 2 adam kəllənin yerini bilir. Bəs kim bilir? — Cambridge Universitetindən 2 professor. Bəs necə sirr olaraq saxlanılır? — Məzarın üstündə heç bir işarə yoxdur amma yaxınlarında məzarın istiqamətini göstərən bir işarə var. Müəllif: Orucova Jalə
['maraqlı fakt']
4,557
https://kayzen.az/blog/maraqli-faktlar/7964/11-sentyabr-n%C9%99z%C9%99riyy%C9%99l%C9%99ri.html
11 Sentyabr nəzəriyyələri
Zahid_GDMLI
Maraqlı faktlar
14 dekabr 2011, 22:50
ABŞ-da 2011-ci il sentyabrın 11-də Dünya Ticarət Mərkəzinin ekiz binalarına edilmiş təyyarə hücumlarından 10 il keçsə də, bu faciəvi olay ətrafında mübahisələr səngimək bilmir. Hücumun araşdırılması ilə bağlı açıqlanan yeni hesabatlar "qaranlıq" qalan məqamlara aydınlıq gətirən kimi, yeni konspirasiya nəzəriyyələri də peyda olur. Hazırda rəsmi təhqiqatların nəticələrini sual atına konspirologiya tərəfdarlarının 5 əsas nəzəriyyəsinə rast gəlmək olar. 1. Ticarət Mərkəzinə istiqamətlənən təyyarələrin uçuşuna niyə müdaxilə olunmayıb? Sual: Qaçırılan təyyarələrin uçuşuna dünyada ən qüdrətli ABŞ aviasiyasının müdaxilə edə bilməməsi necə mümkün olub? Konspiroloqlar: Amerikanın o zamankı vitse-prezidenti Dick Cheney (Dik Çeyni) uçuşa müdaxilə etməmək əmri verib. Rəsmi araşdırmanın nəticələri: Pilot heyətinin qətlə yetirilməsi və təyyarələrin yerdən tanınmasını təmin edən cihazların söndürülməsini nəzərə almaqla, eyni zamanda bir neçə uçuşa müdaxilə fövqəladə vəziyyət təşkil edib. Təyyarələrin qaçırılması havadan müdafiə sisteminin təlimlərinə təsadüf edib. Amerikanın hava qüvvələri ilə daimi təmasda olan aviadispetçer Colin Scoggins hərbçilərin göstərdiyi "biganə yanaşmanın" əlamətlərini görməyib. Hərçənd ki, qarışıq olaylarda hərbçilərlə Federal Aviasiya Nəqliyyatı Agentliyinin əlaqələndirilməsi o qədər də yaxşı olmayıb. Köhnəlmiş avadanlıq soyuq müharibə ssenarisi üzrə okean tərəfindən yaxınlaşan hədəflərin müəyyən edilməsinə hesablanmışdı. 2. Dünya Ticarət Mərkəzi göydələnlərinin uçması Sual: Cəmi bir-iki saat ərzində yanan əkiz göydələnlərin domino evciyi kimi qatlanaraq, qısa bir müddət ərzində çökməsinin səbəbi nədir? Konspiroloqlar: Göydələnlər idarə olunan partlayış vasitəsilə məhv edilib. Bu izahat binaların sürətlə (təqribən 10 saniyə ərzində) qatlanıb çökməsinə və yanğının qısa müddətli olmasına əsaslanır. Konspirasiya nəzəriyyələrinin tərəfdarları binaların çökməsindən bir qədər əvvəl qüllələrdə partlayış səsinin eşidildiyi və yanğın baş verən mərtəbələrdən aşağı yerləşən pəncərələrdən alov püskürdüyünü bildirirlər. Rəsmi araşdırmanın nəticələri: Standartlar və Texnologiya üzrə Milli İnstitutun apardığı araşdırmanın nəticələri göstərir ki, binaya çırpılan təyyarələrlə aparıcı dirəklər sınıb və ya zədələnib. Bundan əlavə binanın yanğın əleyhinə örtüyü sıradan çıxıb. Təyyarələrdən sızan 38 min litr aviasiya yanacağı güclü yanğına səbəb olub. Bəzi mərtəbələrdə 1000 dərəcəyə çatan hərarət nəticəsində mərtəbəarası keçid və dirəklər partlayışa bənzər səslərlə müşaiyət olunaraq deformasiyaya məruz qalıb. Araşdırmaya əsasən mərtəbələrin uçması bu yükün saxlanmasına tab gətirməyən dirəklərin sınmasına gətirib çıxarıb. İdarə olunan partlayışlar alt mərtəbələrdən başladığı halda, Nyu York şəhərindəki binaların uçması üst qatdan başlayıb. Hadisə yerindəki tədqiqat vaxtı qalıntılarda partlayıcı maddələr izləri və idarə olunan partlayışlara məxsus aparıcı dirəklərlə divarların kəsilməsinə dəlalət edən əlamətlər aşkar olunmayıb. 3. Pentaqona hücum Sual: Boing -757-nin qaçırılması haqda ilk xəbərin yayılmasından 78 dəqiqə keçmiş qeyri-peşəkar pilotun mürəkkəb manevrlə sərnişin təyyarəsini dünyanın ən qüdrətli ordusunun qərargah-mənzilinə heç bir iz qoymayaraq çırpması necə mümkün olub? Konspiroloqlar: Boing-757 Pentaqon binasına dəyməyib. Binaya ya kiçik, ola bilsin pilotsuz təyyarə, ya da ki raket zərbəsi endirilib. Hadisə yerində Boing qalıqlarının aşkar olunmasının təsdiqlənməsindən sonra konspiroloqların mövqeyi dəyişdi. Onlar pilotun məharətli hava manevrini şübhə altına alaraq şturval arxasında əl-Qayda yox, Pentaqon adamının olmasında təkid etməyə başlayıblar. Rəsmi araşdırmanın nəticələri: Federal Təhqiqatlar Bürosu "Qara qutu" daxil olmaqla hadisə yerində tapılan təyyarə qalıqlarına malikdir. Hərçənd ki, hücumu təsvir edən ilk kadrlarda təyyarə nəzərə çarpmır, sonradan peyda olan videolarda binaya çırpılan Boing-in qalıqları aydın görünür. Bundan əlavə təyyarənin hərəkət trayektoriyasına dəlalət edən sınmış işıq dirəkləri mövcuddur. Təyyarə göyərtəsindəki heyətlə sərnişinlər DNT testləri vasitəsi ilə müəyyən edilib. 4. 93 United Airlines reysi - 4-cü təyyarə Sual: Pensilvaniya ştatında təyyarənin qəzaya uğraması yerində qalıqlar nəzərə çarpmır? Konspiroloqlar: 93 United Airlines təyyarəsinin raketlə vurulması nəticəsində qalıqlar böyük əraziyə səpələnib. Rəsmi araşdırmanın nəticələri: Təyyarənin qalıqlarını təsvir edən çoxsaylı foto şəkillər mövcuddur. Təyyarəyə nəzarəti ələ keçirməyə çalışan sərnişinlərin onu qaçıranlara müqavimətini əks-etdirən audioyazı aşkar olunub. Qalıqların bir-birindən aralıda səpələnməsini xəbər verən ilk məlumatların düzgün olmadığı təsdiqlənib. Kağız və yüngül çəkili başqa əşyaların hadisə yerindən küləklə ətrafa dağıdılması göstərilir. Konspirasiya nəzəriyyələri məhkəmə-tibb ekspertizasını keçirən Wally Millerin düzgün iqtibas olunmamış rəyinə əsaslanır. İddia edilir ki, hadisə yerinə gələn Miller 20 dəqiqə keçmiş orada cəsədlərin olmamasına görə, vəzifə borcunun yerinə yetirilməsinin imkansız olduğunu deyib. Əslində isə aviaqəzadan bəhs edən ekspert çox sayda dəfnlərin təşkilindən danışıb. Bundan əlavə ABŞ Hava Qüvvələrinin komandanlığı tərəfindən təyyarələrin vurulması əmri verilməyib. 5. Dünya Ticarət Mərkəzinin 7 nömrəli binasının çökməsi Sual: Nəzərə alınsa ki, dəmir karkasa malik binalar adi yanğın nəticəsində indiyədək uçmayıb, təyyarə ilə vurulmayan göydələnin belə qısa müddət ərzində simmetrik şəkildə qatlanıb uçmasına səbəb nə olub? Konspiroloqlar: 7 nömrəli bina idarə olunan partlayışla uçurulub. Əvvəlcədən konspiroloqlar göydələnin sahibinin sözlərinə istinad ediblər. Larry Silevrstein telekameralar qarşısında "pul it" (çəkin) deyib. Hərçənd ki, bu söz yanğınsöndürənlərin binadan çıxarılması ilə bağlı işlədilib. Bundan əlavə "pull it" partlayışlarda istifadə edilən termin deyil. Burada xüsusi diqqət binanın sürətlə ( 2-2.5 saniyə ərzində) çökməsinə yetirilir ki, bu da yalnız partlayış nəticəsində baş verə bilərdi. Rəsmi araşdırmanın nəticələrinə skeptik yanaşan bəzi alimlər hadisə yerində toplanan tozda yüksək temperaturda partlayan termit maddəsinin olduğunu bildirir. Rəsmi araşdırmanın nəticələri: Standartlar və Texnologiya üzrə Milli İnstitutun 3 il ərzində apardığı araşdırma Dünya Ticarət Mərkəzinin Şimal korpusunun uçmasından sonra göydələnin orada başlayan yanğınlar nəticəsində çökdüyünü göstərib. 7 nömrəli binada yanğın 7 saat ərzində tüğyan edib. Göydələnin yanğın əleyhinə sistemini su ilə təchiz edən borular Şimal korpusunun çökməsi ilə sıradan çıxıb. Geologiya xidmətinin keçirdiyi təfsilatlı təhqiqat binada partlayıcı maddə izlərini aşkar etməyib və hadisəni təsvir edən videolar heç bir partlayış səsini əks etdirmir.  mənbə: BBC Azərbaycan Həmçının bax: Tarixin ən böyük terror aktları
['11 Sentyabr', 'Amerika', 'təyyarə', 'terror']
4,558
https://kayzen.az/blog/ekstremal-v%C9%99ziyy%C9%99t/7963/ishal-v%C9%99-qusma-zaman%C4%B1-ilk-tibbi-yard%C4%B1m.html
İshal və qusma zamanı ilk tibbi yardım
Zeyneb_Ehmedova
ekstremal vəziyyətlər
14 dekabr 2011, 19:54
Böyüklərdə çox güclü olmayan ishal və qusma çox az hallarda həyat üçün təhlükəli hesab olunan vəziyyətin və xəstəliyin olmasını göstərə bilər.Ancaq ishal və xüsusən də qusma sizdə kifayət qədər tez-tez baş verdikdə, həkim-qastroenteroloqa getməyi təxirə salmayın. Qastroenteroloq sizi müayinə etdikdən sonra lazım olduğu halda digər mütəxəssislərin də müayinəsinə göndərə bilər. Tez-tez baş verən qusma sinir sistemində olan bəzi xəstəliklərin əlaməti ola bilər!İshal və ya diareya (yunanca "diarrheo" - "axıram" sözündəndir) - defekasiya aktının gün ərzində 2 dəfədən çox olmasıdır ki, bu zaman nəcis duru və ya horra şəklində olur. Diareya orqanizmdə əksər hallarda həzm sistemində hər hansı bir pozğunluğun olmasının əlamətidir. İshalın əsas səbəbləri aşağıdakılardır:- bağırsaq infeksiyaları: dizenteriya, salmonellyoz, virus xəstəlikləri və s.;- bu və ya digər qidaya qarşı olan allergiya;- həzm sistemi orqanlarının xroniki xəstəlikləri (qastrit, kolit, enterit, pankreatit, hepatit və s.) ;- kəskin zəhərlənmələr;- nevrozlar, həyəcan, qorxu;- bundan əlavə, səyyahların diareyası (mədə-bağırsaq sistemi onun üçün qeyri-adi olan qidalara ishal ilə cavab verə bilər) adlanan bir formanı da qeyd edirlər.Böyüklərdə güclü olmayan diareya, 1-2 gün ərzində heç bir müalicə aparılmadan da öz-özünə keçib gedə bilər. Bu halda bağırsağı "bərkidən" dərmanlar qəbul edilməsi məsləhət görülmür. Əksinə, bu zaman bağırsağın diareyanı əmələ gətirən mikroblardan, allergenlərdən, toksinlərdən və s. zərərli faktorlardan öz-özünə azad olmasına imkan vermək lazımdır. Bunun öhdəsindən gəlmək üçün bağırsağa "kömək" göstərilməsi məqsədi ilə "smekta" preparatından istifadə etmək olar. Bu preparat həzm sisteminin selikli qişasını bağırsaqdakı mikroorqanizmlərin zərərli təsirindən qoruyur, toksinləri absorbsiya edərək (özünə hopduraraq) bağırsaqdan xaric edir. Əgər smekta olmazsa, 10 tablet aktivləşdirilmiş kömürü qaynanmış ilıq suda əzməklə xırdalayaraq, yaxşı-yaxşı qarışdırdıqdan sonra içmək olar.Güclü olmayan diareya zamanı pəhrizə əməl edilməsi də müalicəvi təsir göstərir. Qidanı az miqdarda, ancaq daha tez-tez qəbul edin, yağlı, qızardılmış, duzlu qidalardan, qəhvə və süd, təzə meyvə və tərəvəzlərdən, ədviyyatlardan imtina edin. Bu zaman banan, suda bişirilmiş düyü, alma püresi, suxari, dovğa, yağsız yoqurt, buğda bişirilmiş alma qəbul edilməsi məsləhət görülür. Nar qabığı dəmləməsi, qaragilə kiseli, zoğal mürəbbəsi ilə çay, nanə dəmləməsi (2 çay qaşığı nanə + 1 stəkan qaynar su) bağırsağın "bərkiməsinə" kömək edir.Diareyanın baş verdiyi aşağıdakı hallarda isə tez bir zamanda həkimə müraciət etmək lazımdır (xəstənin vəziyyətindən asılı olaraq "təcili yardım" çağırmaq və ya xəstəni xəstəxanaya aparmaq):- güclü diareya güclü qusma ilə müşayiət olunduqda, xəstənin vəziyyəti göz qabağında ağırlaşdıqda;- diareya 2 gündən artıq davam etdikdə;- nəcisdə qan izlərinin görünməsi;- nəcisin qara rəngdə olması;- xəstə qarnında kəskin ağrı hiss etdikdə;- hərarət kəskin şəkildə yüksəldikdə.Qusmanın baş verməsinin ən çox təsadüf edilən səbəbləri: mədə-bağırsaq sisteminin xəstəlikləri, qida zəhərlənmələri, virus infeksiyaları, hamiləliyin toksikozları. Qusmanın baş verməsinin az təsadüf edilən səbəbləri: ürək xəstəlikləri, böyrək daşı xəstəliyi, miqren zamanı baş ağrısı, beyinin xəstəlikləri (şişləri və ya meningit). Qusma, adətən, hər hansı bir tibbi müdaxilə olmadan tez bir zamanda keçib gedir. Qusma zamanı aşağıdakı hallarda tez bir zamanda "təcili yardım" çağırmaq tələb olunur:- qusma çox güclüdürsə və tez-tez təkrar olunursa;- əgər güclü qusma güclü ishal ilə müşayiət olunursa;- qusuntu kütlələrində təzə qan və ya öd (yaşıl rəngli maye) olarsa.Bu zaman "təcili yardım" gələnə qədər xəstəyə tam sakitlik vermək, ona içməyə və yeməyə heç nə verməmək, qusuntuda qan qarışığı olduqda isə qarının üzərinə içərisində buz olan paket qoymaq lazımdır.İshal və qusmanın təhlükəli olan, ancaq böyüklərdə, adətən, nadir hallarda təsadüf edilən fəsadlarından biri - orqanizmin susuzlaşmasıdır. Susuzlaşma zamanı insanın su-elektrolit balansı və nəticədə orqanizmin bütün funksiyaları pozulur. Yüngül və orta dərəcəli susuzlaşmanın əlamətləri: susuzluğun kəskin artması, sidik ifrazının azalması (sidiyin rəngi tünd sarı və ya qəhvəyi rənq alır), ağızın quruması (ağız suyu yapışqan olur), dərinin çox quru olması, zəiflik, əzginlik, başgicəllənməsi, ürək döyünməsinin tezləşməsi. Yüngül və orta dərəcəli susuzlaşmanı ev şəraitində müalicə etmək olar. Bunun üçün xəstəyə orqanizmin balansını bərpa edən xüsusi mayelər (misal üçün, rehidron) içirtmək lazımdır. Bu preparatlar toz şəklində apteklərdə satılır. 1 qablaşdırma 1 l qaynanmış suda həll olunur. Hər qusma və ishaldan sonra xəstəyə 5-10 qurtum içizdirmək lazımdır (daha çox içilməsi məsləhət görülmür - bu, qusmaya səbəb ola bilər). Orqanizmdə mayenin bərpa edilməsi üçün lazım olan məhlulu ev şəraitində də hazırlamaq olar: 1 çay qaşığı (üst səthi ilə bərabər) xörək duzu, 4 çay qaşığı səkər tozu, 1,5 çay qaşığı çay sodası qarışdırılır, uzərinə 1l su əlavə edilir, 2-3 dəq. qaynadıldıqdan sonra soyudulur.Güclü susuzlaşma hətta ölümlə də nəticələnə bilər! Güclü susuzlaşma yalnız xəstəxana şəraitində vena daxilinə xüsusi məhlullar yeritməklə müalicə olunur. Güclü susuzlaşmanın əlamətləri - sidik ifrazının kəskin azalması, hətta tamamilə kəsilməsi, dərinin çox quru, isti olması, yüksək hərarət, huşun itirilməsi, qıcolmalar. Bu halda xəstəni vaxt itirmədən xəstəxanaya çatdırmaq lazımdır. Xəstənin vəziyyəti ağır olduqda dərhal "təcili yardım" çağırın.Güclü susuzlaşma təhlükəli haldır. Bu səbəbdən onun profilaktikasını aparmaq lazımdır - susuzlaşmanın ilk simptomları meydana çıxan kimi, xəstəyə dehidratasiya (su balansının bərpa edilməsi) üçün xüsusi məhlullar içirtmək, güclü qusma və ishal olduğu zaman xəstəni tez bir zamanda xəstəxanaya çatdırmaq lazımdır. Uşaqlarda ishal və qusmaUşaqlarda çoxsaylı ishal və qusmanın olması böyüklərə nisbətən xeyli dərəcədə təhlükəli hesab edilir. Uşaqlarda çoxsaylı ishal və qusma - əksər hallarda kəskin bağırsaq infeksiyasının (KBİ) əlaməti olur. KBİ zamanı uşaqlarda üşütmə, soyuq tər, hərarətin xeyli yüksəlməsi və hətta qıcolmalar da müşahidə edilə bilər. Belə halda dərhal uşağı nəzarətdə saxlayan pediatrı evə dəvət etmək və ya "təcili yardım" çağırmaq lazımdır. Kəskin bağırsaq infeksiyası olan uşağı yalnız həkim müalicə etməlidir!!!Həkim gələnə qədər heç bir halda uşağa ishalı aradan götürən və qusmaya qarşı olan dərmanlar verməyin - orqanizmə daxil olan zəhərlər və toksinlər qusma və ishal zamanı bədəndən xaric olur. Uşağa həmçinin ağrıkəsicilər və s. dərmanlar vermək və onu yedizdirmək də olmaz. Uşağın nəcisini mütləq saxlayın (pampers və ya güvəcdə) və həkim gəldikdə ona göstərin.Çoxsaylı ishal zamanı uşaq xeyli miqdarda su, onunla birlikdə isə mineral duzları itirir. Bu hal orqanizmin susuzlaşması adlanır. Uşaqda bədənin güclü şəkildə susuzlaşması çox qısa bir müddət ərzində onun həlak olması ilə nəticələnə bilər. YADDA SAXLAYIN - uşaq nə qədər kiçik olarsa, onun orqanizmi su və mineral duzların itirilməsinə qarşı daha həssas şəkildə reaksiya verir, onun vəziyyəti isə daha ağır olur.Orqanizmin susuzlaşmasının əlamətləri:- uşaq yuxulu, əzgin, süst olur;- dəri quru, avazımış olur, büzüşür və bu büzüşlər çətinliklə hamarlanırlar;- ağız boşluğunun selikli qişası quru və parlaq olur;- dil quru, qatı, yapışqan seliklə örtülü olur;- gözlər sönük, axan, körpələrdə əmgək bir qədər batmış olur.Bədənin susuzlaşması artdıqca, uşağın vəziyyəti daha da ağırlaşmağa başlayır - güclü istilik əmələ gəlir, uşaq su içməkdən imtina edir və demək olar ki, sidiyə getmir, bəzən uşaqda qıcolmalar və sayıqlamalar baş verir.Məhz buna görə, uşaqlarda qusma və ishal baş verdikdə mütləq evə pediatrı çağırın. Əgər uşağın vəziyyəti tez pisləşirsə, qusma və ishal tez-tez təkrarlanır, fasiləsiz xarakter alırsa, dərhal "təcili yardım" çağırın!Uşaqda çox da güclü olmayan ishal və qusma zamanı ilk tibbi yardım bunlardan ibarətdir:1. Uşağı 1 dəqiqə də olsa nəzarətsiz qoymayın. Qusma zamanı maye tənəffüs yollarına düşərək uşağın həlak olmasına səbəb ola bilər.2. Qusma baş verərkən uşağı otuzduraraq bədənini bir qədər önə əymək lazımdır (bununla siz qusuntu kütlələrinin tənəffüs yoluna düşməsinin qarşısını almış olursunuz). Əgər uşaq xeyli zəiflədiyi üçün otura bilmirsə, onu yatağa uzatmaq və bu zaman başını mütləq yana çevirmək, balışı götürmək lazımdır.3. Əgər uşağın hərarəti yüksək olarsa, onu mütləq aşağı salmağa cəhd edin (yüksək hərarət zamanı ilk tibbi yardım barədə 12-ci səhifədə oxuya bilərsiniz).4. Hər nəcis ifrazından sonra kiçik uşağı ilıq su ilə yuyun, dərisini toxundurucu hərəkətlərlə dəsmalla qurudun və xüsusən də anal dəlik ətrafına uşaqlar üçün olan xüsusi krem sürtün.5. Uşağa "smekta" preparatını verin. 1 yaşınadək olan uşaqlara smekta preparatını günə 1 paket olmaqla, 1 yaşından 2 yaşınadək günə 2 paket olmaqla, 2 yaşından yuxarı olanlara isə günə 2-3 paket olmaqla təyin edirlər. 1 smekta paketini 50 ml qaynadılmış ilıq suda həll edib gün ərzində 1 neçə dəfə uşağa içirtmək lazımdır.6. Uşağa mütləq su balansını bərpa edən məhlullar (məsələn, "rehidron") içizdirin. Rehidron paketini 1 litr qaynanmış ilıq suda həll etmək lazımdır. Mayenın bir neçə qaşığını (körpələrdə - 2-3 çay, bir qədər böyük uşaqlarda - 2-3 xörək qaşığı) uşağa hər qusmadan və ya ishaldan sonra içizdirmək lazımdır. Dehidratasiya üçün olan mayeləri artıq içizdirmək olmaz! Bu, qusmaya səbəb ola bilər.7. YADDA SAXLAYIN! Əgər sizin uşağınızın hələ 1 yaşı olmayıbsa, duzlu məhlulları uşağa verməmişdən əvvəl 1:1 nisbətində qaynadılmış su ilə durulaşdırmaq lazımdır! Uşaqda susuzlaşma əlamətləri əmələ gəldikdə isə dərhal "təcili yardım" çağırmaq lazımdır! Mənbə: Ailə Tibb Ensiklopediyasıİlk Tibbi Yardım
['tibb']
4,559
https://kayzen.az/blog/maraqli-faktlar/7962/insanl%C4%B1q-%C3%B6l%C3%BCb.html
İnsanlıq ölüb...
ORIGINAL
Maraqlı faktlar
14 dekabr 2011, 16:32
İlk baxışda fotoşəkildə bir problem görünmür. İraqdakı bir Amerikan əsgəri yanına aldıgı iki uşaqla şən bir "xatirə şəkli" çəkdirir Amma əsgərin uşağa verdiyi kartonu oxuyunca insanın qanı donur. Yazı ingiliscədir və aydındır ki İraqlı uşaq nə yazdığından xəbərdar belə deyil. Amma o kartonda "Çavuş Boudreault atamı öldürdü və sonra bacıma təcavüz etdi " yazılıdı. Aydındır ki Çavuş Boudreault, fotoşəkildə bizə dişini ağardan əsgərdi.ABŞ-ın "mədəni dünya" adına icra etdiyi işğaldan kiçik bir XATİRƏ!..Tərcümə etdi:Elşən Məmmədli
['insanlıq', 'İraq', 'ABŞ', 'müharibə']
4,560
https://kayzen.az/blog/cahandar/7958/olmu%C5%9F-hadis%C9%99.d%C9%99h%C5%9F%C9%99t.html
Olmuş hadisə.DƏHŞƏT.
cahandar
Bloq: cahandar
13 dekabr 2011, 19:31
Qaynata gəlnini zorlayıb.Bu olmuş hadisədir.Ağcabədidən gəlin qəzetlərin birinə bu məktubu yollayıb. Dəhşət dolu məktub "Mən 2005-ci ildə Ağcabədi Pedoqoji Texnikumunun ibtidai təhsil şöbəsinə daxil olmuşam. Ötən il yaşıdım olan həmkəndlimə el adəti ilə ərə getdim. O, atası ilə birgə evlərinin yanındakı avtomobil təmiri sexində işləyir. Dolanışacağımız pis deyildi. Yeganə arzumuz övladımızın olması idi. Təhsilimi bu il başa vurdum. Yaxın günlərdə diplom alacaqdım. Evdəkilərdən xahiş edirdim ki, rayon mərkəzinə gedəndə diplomumun hazır olub-olmaması ilə maraqlansınlar. Avqustun 13-də səhər qayınatam - mən ona "papa" deyə müraciət edirdim - dedi ki, diplomun məktəbinizə gəlib çıxıb, hazırlaş, gedib alaq. Sevincimin həddi-hüdudu yox idi,- demək növbəti il müəllim işləyəcəyəm! Geyinib-keçinib oturdum maşına. Elə qayınatamın da kefi kök idi. Nə biləydim ki, o, günlərlə baş sındıraraq barəmdə heç vaxt ağlıma gətirə bilməyəcəyim murdar plan cızıb...Ağcabədi şəhərinin Rəsulzadə küçəsindəki ikimərtəbəli yaşayış evində bu ailənin ayrıca dördotaqlı mənzili var. Düzdür, orada heç kəs daimi olaraq yaşamır. Amma rayon mərkəzinə yolu düşənlər tez-tez ora baş çəkir, bəzən bir-iki gün qalırlar. Dərs açılan gün ora ailəvi getmişdik. Bir dəfə də mənə pal-paltar alınanda hamımız orada olmuşuq, yemək-içmək hazırlayıb saatlarla oturmuşuq. Qayınatamın Ağcabədidə işi çox olan vaxtlar evdən çıxmazdan əvvəl özüylə yemək götürərdi. Nə isə, həmin gün də qayınatam məni ilk əvvəl ora apardı. Yolboyu deyinirdi ki, ərin məndən gizlin siqaret çəkir, sən isə bilib gizlədirsən. Dedi ikinizi də evdən qovacağam,- onu Rusiyaya yollayacam, səni isə atan evinə qaytaracam. Demə, məni özündən tam asılı vəziyyətə salmaq üçün zəmin hazırlayırmış. Ağcabədiyə çatanda dedi gedək buradakı evə, gəlmişkən oranı təmizlə, neçə vaxtdır əl dəymədiyindən tozun içində itib-batır. Maşından düşəndə yoldakı bulaqdan içmək üçün su doldurduğu qabı və içərisində yemək olan qara rəngli sellafon paketi mənə verib dedi ki, sən qalx yuxarı, mən maşının qapılarını bağlayıb gəlirəm. Pilləkənlə yuxarı qalxanda qonşu qadınla rastlaşdım. Onunla salamlaşdıq. Qadın məndən soruşdu ki, bu kişinin nəyisən. Dedim ki, gəliniyəm. Başını bulayıb öz işi ilə məşğul oldu. Qonşunun bu hərəkəti məni təəcübləndirdi. Demə səbəbsiz deyilmiş. Sonradan orada yaşayanlar dedi ki, bu kişi tez-tez bura müxtəlif yaşda olan qadınlar gətirir.Mən evi süpürüb təmizləməyə başladım, o isə istirahət otağına keçib qoşa yataq taxtına uzandı. Döşəməni yumağa qoymadı, dedi daha bəsdir, əlini yu. Durub mənzilin əsas qapısını açarla bağladı, məni orta otağa salıb onu da arxadan bağladı. Dedi neçə vaxtdır deyə bilmirdim, indi əsl imkan yaranıb, bu gün səndən istədiyimi alacağam. Əlim əsdi, bədənim keyidi. Götürüb məni zorla çarpayıya salanda, ögüməm tutdu. Belə görəndə qapını açdı, keçib o biri otaqdakı qırmızı ləyənə qusmağa başladım. Gördüm əlinə mətbəx bıçağı alaraq kəsdirib başımın üstünü. Dedi nahaq yerə artistlik edirsən, onsuz da mən fikrimdən daşınan deyiləm. Düşüb ayağına yalvardım, xeyri olmadı. Məni sürüyüb yatağa saldı. Səhər çörək yemədiyimdən heyim də yox idi. Əlindəki bıçağı gözlərim qarşısına tutaraq dedi: - Mane olsan, yaxud çığırıb eləsən, bax buradaca səni doğrayacağam. Məni ardıcıl olaraq üç dəfə zorladı. Evdən çıxıb maşına oturduq. Yolda dedi ki, heç narahat olma, bu, bizim aramızda sirr olaraq qalacaq. Özümdə güc tapıb ona son sözümü dedim: "Səni öz atası kimi qəbul edən, qabağına çay-çörək qoyan, ayaqlarını yuyan qadının namusuna toxundun. Mən heç, oğlunu düşünürsənmi?" Azacıq vicdanı olan adam gec də olsa etdiyi bu hərəkətdən peşman olduğunu söyləyərdi. Amma kimə deyirsən?! "Neçə vaxtdır səndən ötrü kəsirdim. Bu, nə vaxtsa olmalıydı. Oğlumu neynirsən, sən deməsən o hardan biləcək,- üstünə möhür basmayıb ki?.." Daha dediklərinin mənə fərqi yox idi, yalnız bircə şeyi - onun əlindən salamat çıxıb evə getməyi düşünürdüm. Texnikumun yanından keçəndə maşını saxladı, yolun o biri hissəsində - bankın yanında dayanmış Y. müəllimin yanına qaçdı. Nəsə soruşub tez geri qayıdıb maşına oturdu. Dedi müəllimindən öyrəndim, hələ diplomun hazır deyil. Bunu öyrənib deməsəydi də, artıq bilirdim ki, məni diplom almaq üçün rayon mərkəzinə gətirməmişdi. Evə yaxınlaşdıqca bu hadisəni ərimə necə deyəcəyimi düşünürdüm. Biz bir-birimizi sevib ailə qurmuşduq və birgə yaşayışımız dövründə də hər şey ürəyimizcə idi. Bunu ərimdən gizli saxlaya bilməzdim. Namusuma toxunan, şirin həyatımı bircə günün içində pozan bu murdar insanı cəzasız da buraxmaq olmazdı! Daha hər şey gözümdən düşmüşdü, bəlkə də ölüm bundan yaxşıydı. Bu vəziyyətdə gəlib evə çıxdım. Heç kəsə heç nə demədən qalxıb öz otağıma keçdim, üzüqoyulu vəziyyətdə yatağımda süst qaldım. Axşamüstü anam gəldi. O, tez-tez bu evə süd-qatıq gətirirdi. Ümumiyyətlə, valideynlərim bizdən 350 metr aralıda yaşayır. Anam gəlib çıxmasaydı da, onsuz da imkan tapan kimi qaçıb gedəcəkdim. Üstəlik başıma gələnləri bu evdəkilərə deməyə də qorxurdum. Qan düşə bilərdi, ola bilsin kişi sirri ört-basdır etmək üçün məni öldürərdi. Anamı görən kimi ağlaya-ağlaya dedim məni apar, daha burada qala bilmərəm. Başıma yığılışdılar, məsələdən qayınanam da, baldızım da, qaynım da hali oldu, elə yoldaşım da. Heç kəsə inana bilmirdim. Qaynım dedi ki, getmə, özümüz araşdırıb, tədbir görərik. Amma razılaşmadım, anama qoşulub evdən çıxdım. Qayınatam düşdü ayağımıza ki, bir qələtdir olub, bu sirri açmayın. Evdəkilər nə edəcəyini bilmədən bizə baxırdı. Hamı şokda idi, yoldaşımın ürəyi getmişdi.Başıma gələnləri atama, qardaşıma danışıb onlara and verdim ki, qisas almaq üçün başqa şey fikirləşməsinlər, mənim həyatım puç oldu, bu dərdin üstünə bir dərd də gətirməsinlər. Qərara gəldik ki, bu şərəfsiz adamı qanuni yolla cəzalandıraq. Zəng vurdular, sahə müvəkkili və polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşı gəldi. Məndən izahat alıb məsləhət gördülər ki, polis idarəsinə gedək. Orada isə dedilər ki, bu, bizim səlahiyyətimizə aid deyil, prokurorluğa şikayət edin.Rayon prokuroru məzuniyyətdə olduğundan, bizi Əsgər müəllim qəbul etdi. Burada da ətraflı izahat verdim. Zəng vurub o adamı çağırdılar prokurorluğa. Amma orada nə desə yaxşıdır,- guya dediklərim yalan və uydurmadır, ona şər atıram. Üstəlik mənə məsləhət gördü ki, sənə nə olub bilmirəm, amma ərizəni geri götürsən heç nə olmayıbmış kimi səni apararam evə. Elə prokurorluq işçilərinin yanında sözümü dedim: səni bağışlamayacağam. Həmin gün məni Ağcabədi şəhər poliklinikasında müayinə etdilər, ertəsi gün isə Beyləqanda yerləşən məhkəmə-tibbi ekspertizasına apardılar. Eyni zamanda cinsi zorakılığa məruz qaldığım mənzilə də baxış keçirildi. Hamı gördü ki, yataq bulaşıb, yastıq üzərində fərqli saç tükləri var. Bıçaq da tapıldı. Hələ mən bilməyən şeylər də varmış - videomaqnitofon üstündə pozğun filmlər olan videokassetlər də aşkar olundu. Istintaq üçün əhəmiyyət kəsb edən əşyalar şahidlərin iştirakı ilə götürüldü. Binanın qarşısına toplanan adamlardan öyrəndik ki, o necə adam imiş.Çox istərdim ki, istintaq obyektiv aparılsın. Artıq buna görə məndə narahatlıq yaranıb - bu deyilənlərə baxmayaraq, adamı tutub saxlamayıblar. Hadisə yerinə baxış keçiriləndə müstəntiq mənə və orada olan şahidlərə hələ yazılmamış protokola - eləcə ağ kağıza qol çəkdirdi. Bilmirəm idarədə verdiyim izahatlar da öz sözlərimlə yazılıb, yoxsa yox,- nədən ki, müstəntiq verdiyi sualları və mənim cavablarımı kompüterdə özü yığdı. Deyirlər hər şey ekspertizanın nəticəsindən asılıdır, amma ekspert rəylərinin nə vaxt hazır olacağı da bizə məlum deyil. Artıq bu hadisədən kənd camaatı və bizi tanıyanlar xəbərdardır. Elin ağzını bağlamaq da olmaz, hərə bir söz danışa bilər. Başıma gətirilən bu iyrənc işdən sonra camaat arasına çıxa bilmirəm. Səbr edib araşdırmaların nəticəsini gözləyirəm. Əgər günahkar qanuni cəzasını almasa, rayon prokurorluğunun binası qarşısında üstümə benzin töküb yandırmaqla özümü öldürəcəyəm və bunun məsuliyyəti hüquq-mühafizə orqanlarının üstünə düşəcək. İnanmıram ki, bu qeyri-insani, azərbaycanlıya, müsəlmana yaraşmayan hərəkətin üstünü ört-basdır etsinlər." P.S  Halal olsun bu gəlinə ki hadisəni gizlətməyib.Yoxsa vicdansız ruhi xəstə qaynatası onu özünə məşuqə edərdi.Ruhi xəstə ancaq hesab etmək olar belə adamı.İnsnaın inanmağı gəlmir amma bu tükürpədici hadisə Ağcabədidə baş verib.
['Olmuş hadisə.']
4,561
https://kayzen.az/blog/dua/7955/namaz-q%C4%B1lark%C9%99n-fikir-yay%C4%B1n%C4%B1ql%C4%B1%C4%9F%C4%B1.html
Namaz qılarkən fikir yayınıqlığı
Old_Baku_
Namaz, dua, zikr
13 dekabr 2011, 15:22
Namazda huşu içində olmaq - həmin namazı səmimi, ixlas içində qılmaq deməkdir. Huşuda olmaq hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha itaət mənasına gəlir. Biz insanların namazda yaşayacağı ruh halıda elə budur. Namazı huşu içində qılmaq bir çox ayə və hədislərdə buyulur. 5 vaxt qıldığımız namazı gündəlik həyatımızda vərdiş halına gətirməməliyik. Tam əksinə, Allah üçün yerinə yetirdiyimiz bu ibadət bizə hər dəfə yeni həyəcan və şövq verməlidir. Quranda möminlərin namazlarını huşu içində qıldıqları bildirilir:"Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!),O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)" (Muminun 1-2). Oxuduğumuz ayələrə, surələrə diqqət etməliyik. Əks təqdirdə sərxoş adamın namaz qılması ilə bizim namaz qılmağımız arasında heç bir fərq olmaz. Halbuki, Allah(cc) Quranda buyurur: "Sərxoşkən namaza yaxınlaşmayın" (Nisa 43)Şüursuz, düşünülmədən, qeyri-səmimi olaraq Allaha yönələrək yerinə yetirilən ibadətlər, ola bilsin ki, Allah dərgahında heç bir qiyməti olmasın. İnsanın yerinə yetirdiyi ibadət onun Allaha olan yaxınlığını, təqvasını artırır. Allah(cc) cəhənnəmliklərdən xəbər verərək belə buyurur: "Sizi cəhənnəmə sürükləyən səbəb nədir? Dedilər ki,- "Biz namaz qılanlardan deyildik, kasıblara yemək verməzdik, batilin içində yox olub gedənlər ilə birlikdə biz də yox olub gedərdik" (Mudəssir/ 42-45) Əhməd bin Hənbəl, Təbərani və İbni Hibbana görə Peyğəmbərimiz (s.a.s.) bir gün namazdan bəhs edərkən belə buyurdu: "Kim namaza davam edərsə, o özünə qiyamət günündə nur, qurtarıcı olur. Əksinə, namazına önəm verməyənlərə nə nur, nə də bələdçi qurtarıcı olur! Belə bir kimsənin qiyamət günü dostları Harun, Firon, Haman və Ubeyy ibni Half olur." İbni Macəyə görə Peyğəmbərimiz (s.a.s.) buyurur ki: "Uca Allah(cc) belə buyurur: "Ümmətimə 5 vaxt namaz fərz qıldım və bu namazları hər zaman vaxtında qılanları Cənnətə qoyacağıma dair söz verdim.Fəqət beş vaxt namazı doğru qılmayanlara verilmiş heç bir sözüm yoxdur""Namaz zamanı ayaqda olduqda səcdə yerinə, rükuda ikən ayaq uclarına, səcdədə ikən burun ucuna, oturarkən əllərin arasına baxmaq lazımdır. Bunlara riayət etdikdə, ətrafa nəzər salınmazsa fikir daha asan toplanar, huşu halı hasil ola bilər. Aşağıdakı hallar namazı pozar:1. Namazada danışmaq (burada namaza aid olmayan, dünyəvi ifadələr nəzərdə tutulur)2. Namazdan kənar hərəkətlər (biriylə salamlaşmaq və s.) 3. Üzünü qiblədən çevirmək4. Yeyib-içmək5. Heç bir səbəb olmadan boğazını arıtlamaq və səbəbsiz öskürmək6. Ah, uh və sair kimi nidalardan istifadə etmək7. İnləmək8. Gülmək (sadəcə təbəssüm namazı pozmaz)9. Quranı üzündən oxumaq10. Təyəmmümlü halda namaz qılarkən istifasi mümkün olan suyun görülməsi11. Hər hansı bir səbəblə dəstəmaz pozularsa namaz da pozular Son olaraq onu qeyd edək ki, namazda insanın fikrinin dağılması şeytandandır.Şeytan insanın namazını da əlindən almaq üçün müxtəlif yollara əl atır.Əsas olan odur ki, biz insanlar bütün diqqətimizi namaza yönəldək, xətalar etmədən, huşu içində namazımızı əda edək. Allah (cc) hər birimizə kömək olsun. Amin! Elm Yurdu Sosial Araşdırmalar İctimai Birliyi
['namaz']
4,562
https://kayzen.az/blog/maraqli-faktlar/7950/burul%C4%9Fan-nec%C9%99-meydana-g%C9%99lir.html
Burulğan necə meydana gəlir?
umud600
Maraqlı faktlar
13 dekabr 2011, 00:27
Dar bir ərazidə ani təzyiq dəyişikliyi ilə meydana gələn qasırğalar burulğan şəklində olan çox şiddətli küləklərdir. Yəni qasırğalar atmosferdə ani təzyiq dəyişikliyindən və isti hava kütləsinin böyük sürətlə yüksəlməsindən meydana gəlir. İsti hava kütləsinin üstünə soyuq hava kütləsi çıxdıqda sıxlığı az olan isti hava kütləsi sürətlə soyuq havanın içinə doğru yüksəlir. Bu arada təzyiq sürətlə azalır.Təzyiq və temperaturdakı ani dəyişikliyin nəticəsində qısa vaxt ərzində şiddətli küləklər meydana gəlir. Hava yüksəldikcə küləyin sürəti daha da artır və güclü burulğana çevrilir. Sonra da qıf şəklində yüksəlməyə başlayı. Burulğanın ortasında yüksələn hava get-gedə soyuduqca daxilindəki su buxarı sıxlaşır. Nəticədə, ortası boz -ağ rəngli olan hava kütləsi " xortum ", burulğan şəklində görünməyə başlayır. Sıxlaşma davam etdikcə aşağıya doğru uzanan burulğanın ucu yerə çatır. Saatda yüzlərlə kilometr qət etməyə gücü çatan bu xortumların daxilindəki üfüqi istiqamətdə hərəkət edən hava maşınları, ağacları, evləri belə yerlə yeksan edir. Şaquli istiqamətdə hərəkət edən hava isə bunları havaya qaldırır və sovurur. Qasırğalar ən çox okean sahillərində yerləşən açıq düzənliklərdə və ya tropik bölgələrdə meydana gəlir. Mütəxəssislərin gəldiyi qənaətə görə, ölkəmizdə bu cür hadisələr çox baş verməz. Lakin düzən ərazilərdə isti və soyuq hava kütlələri arasında meydana gələn təzyiq fərqinin ani olduğu vəziyyətlərdə baş verə bilər.   
['Qasırğa', 'burulğan']
4,563
https://kayzen.az/blog/riyaziyyat/5150/%C3%A7evr%C9%99.html
Çevrə
luminat
Riyaziyyat
12 dekabr 2011, 21:39
Müstəvi üzərində yerləşən nöqtədən eyni məsafədə olan nöqtələr çoxluğuna çevrə deyilir. AO=OB=OC=R-çevrənin radiusudur. Çevrə mövzusu üç hissədən ibarətdir: Ø Çevrənin elementləri Ø Çevrədə bucaq münasibətləri Ø Çevrədə metrik münasibətlər Çevrənin elementləri * Çevrə ilə bir ortaq nöqtəsi olan düz xəttə toxunan deyilir. AB toxunan, K toxunma nöqtəsidir. * Çevrə ilə iki ortaq nöqtəsi olan düz xəttə kəsən deyilir. CD kəsəndir. * Kəsənin çevrə ilə məhdudlanmış hissəsinə vətər deyilir. * Çevrənin ən böyük vətərinə diametr deyilir. * Çevrənin hər hansı bir hissəsinə qövs deyilir və “” kimi işarə edilir. Şəkildə ÁµB qövsü göstərilmişdir. Qeyd: Qövsün dərəcə ölçüsü dərəcə və ya radianla göstərilir. Çevrənin elementləri: Çevrənin iki nöqtəsini birləşdirən düz xətt parçasına vətər deyilir. Müstəvinin çevrə ilə əhatə olunmuş hissəsinə dairə deyilir. Çevrənin mərkəzindən keçən vətərə diametr deyilir. Çevrə ilə bir ortaq nöqtəsi olan düz xəttə toxunan deyilir. Eyni mərkəzli iki müxtəlif çevrəyə konsentrik çevrələr deyilir. Çevrədə bucaq münasibətləri Çevrədə metrik münasibətləri Çevrənin xassələri: Çevrənin uzunluğunun dimaterinə nisbəti onların qiymətindən asılı olmayaraq bütün çevrələr üçün eynidir. Bu nisbət π-dir. Verilmiş uzunluğa malik qapalı əyrilərdən müstəvi üzərində ən çox sahəni əhatə edən fiqur çevrədir. Düz xəttin çevrə ilə ya 1 (toxunan), ya 2 (kəsən) ortaq nöqtəsi ola bilər, yaxud heç bir ortaq nöqtəsi ola bilməz. Çevrəyə toxunan həmişə bir tərəfi kəsişmə nöqtəsində olan diametrə perpendikilyardır. Bir düz xətt üzərində olmayan 3 nöqtədən yalnız və yalnız bir çevrə keçirmək olar. İki çevrənin toxunma nöqtələri onların mərkəzlərini birləşdirən düz xətt üzərində yerləşir. Çevrə — müstəvi üzərində verilmiş nöqtədən müsbət r məsafədə olan nöqtələr çoxluğuna deyilir.
['çevrə']
4,564
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/7942/u%C5%9Faq-v%C9%99-oyun.html
Uşaq və oyun
umud600
Xoşbəxt ailə
12 dekabr 2011, 00:15
Uşaqlara oynayarkən tamaşa etmək çox maraqlıdır. Bir də görürsünüz ki, oxlovunuzun ucuna dəsmal bağlayıb özünə bayraq düzəltdi. Ya da plastik qılıncı əlində, balaca qazandan " dəbilqəsi " başında, uzaqlara baxarkən görürsünüz oğlunuzu. Halbuki balaca qəhramanınız uzaq dənizlərə yelkən açmış və gəmisini quldurlardan qorumağa hazır igid bir kapitandır öz xəyalında... Bəs qızlar? Hərəsi özünə bir ev qurub bir-birinə qonaq gedir. Oyuncaq gəlinciklərini elə əzizləyirlər, onlara elə qulluq edirlər ki, sanki əsl anadırlar. Uşaqlar oyun oynamağa başlayanda həqiqi həyatda görüb bəyəndikləri rolları canlandırırlar.Ən çox da valideynlərini təqlid edirlər. Əgər onlara qarşı yol verdiyiniz  səhvləri görmək istəyirsinizsə, gizlicə oyunlarına tamaşa edin. Qızların gəlinciklərinə analarının istifadə etdiyi sözlərlə " hirsləndiyini ", oğlanların eynilə ataları kimi bir " ailə başçısı " olduqlarını görəcəksiniz. Onlarla necə davranırıq, onlara necə nümunə oluruq, bütün bunlar bir-bir bu oyunlarda ortaya çıxır. Ona görə də uşaqlarımızın oyunlarını müşahidə edərək yol verdiyiniz səhvləri elə oyun vasitəsi ilə də aradan qaldıra bilərsiniz. Məsələn, tutaq ki, uşağınız çubuq krakerini atasının siqareti tutduğu kimi tutur. Siz atasının siqaret çəkməsinə mane ola bilməsəniz də, bir dost kimi onun oyununa " müdaxilə edə ", siqaret çəkən, sonra öskürməyə başlayan, ən axırda isə siqaretdən xəstəliyə tutulan bir xarakteri canlandıraraq, onun siqaretə olan " marağının " qarşısını ala bilərsiniz. Əks halda, evdə siqaret çəkən varsa, uşağınıza siqaretin zərərlərindən danışmağın heç bir mənası olmayacaq. Oyun uşağın gördüyü ən ciddi bir işdir. Uşaq böyüdükcə xarakterini oyun vasitəsi ilə qazanır. Bu dövrdə olan uşaqların birlikdə oynaya biləcəkləri bir dosta da ehtiyacları var. Bəzi valideynlər  bu məsələdə çox həssas davranırlar. Tərbiyəsi pozular, xəstəlik düşər və s. kimi bəhanələrlə uşaqlarının yoldaşları ilə oynamasına mane olurlar. İndiki valideynlərlə müqayisədə öz uşaqlıq dövrümüzü daha " uğurlu " hesab edirik həmişə. Çünki insanların bir - birini sevdiyi, inandığı bir dövrdə yaşayırdıq. Oynamaq üçün həyətlərimiz və sevdiyimiz dostlarımız var idi. Palçığa, suya " toxuna bilirdik ". Soyuqda üşüməyi, yağışda islanmağı yaşayaraq öyrənmişdik. İndikilər isə hər şeyi televizordan öyrənirlər. Bina evlərində həyətə düşməyən, anasının " min bir əziyyətlə " səliqəyə saldığı qiymətli otaqlara bir şey olmasın deyə, qarşısındakı oyuncaqlarla saatlarla oynamaq məcburiyyətində qalan uşaqları düşünün. Dostlarını evimizə buraxmamaq bir tərəfə dursun, " zaman dəyişdi " deyib onları dostlarının yanına da buraxmırıq. Elə isə, bu uşaqlar uşaqlıqlarını nə vaxt yaşayacaqlar? Necə təcrübə qazanacaqlar? Qabiliyyətlərini necə inkişaf etdirəcəklər? Küsüb - barışmadan, oyuncaqlarını bölüşmədən, yıxılıb ağlamadan həyatı necə öyrənəcəklər? Əziz ata - analar! Gələcəyimiz olan uşaqlarımızın mənəvi inkişafına mane olmaq istəmirsinizsə, dostları ilə birlikdə oyun oynamalarına şərait hazırlayın. Qoy otağınızın səliqəsi pozulsun, qoy " təmizlik xəstəliyiniz " kəllə - çarxa vursun, ancaq uşaqlarınız rahat nəfəs alsın. Onlar biz böyüklər kimi, əllərini - qollarını bağlayıb otura bilməzlər. Onlar enerji ilə doludurlar. Öyrənəcəkləri çox şey var onların. Kollektiv oyunlar bölüşməyi, gözləməyi, qaydalara riayət etməyi öyrədir. Bütün oyunlar həyata hazırlayan kiçik səhnəciklərdir onlar üçün. Öz uşaqlarınızı, etdiyiniz dəcəllikləri, ağacdan yıxılmağınızı xatırlayın. Hər dəfə yada salanda təbəssüm qonur dodaqlarınıza. Bəs bizim uşaqlarımızın xatirələrini nə bəzəyəcək? Servantın başına qoyulmuş, qutusu açılmamış bahalı bir oyuncaq, pəncərədən tamaşa edilən küçələr və ən əhəmiyyətlisi evimizin baş tərəfinə qoyduğumuz televizordakı cizgi filmləri... Sizin uşağınıza yazığınız gəlmirmi?
['oyuncaqlar', 'uşaq', 'uşaqla rəftar', 'ata-ana qayğısı']
4,565
https://kayzen.az/blog/poeziya/7941/biz-mehriban-ail%C9%99yik.html
Biz mehriban ailəyik!
bahar
Poeziya
11 dekabr 2011, 21:09
Mehribanlıq səadətdir,Mehribanlıq səadətdir,Səadəti yaşadağın.Ömrün şövqü məhəbbətdir,Ömrün şövqü məhəbbətdir,Məhəbbəti yaşadağın.Üstümüzdən keçdi külək,Üstümüzdən keçdi külək ,Şən zarafat,şirin kələk.Biz mehriban ailəyik, Biz merhriban ailəyik,Gəlin dostlar,deyək -gülək.Hər bir evə nur yağdıran,Hər bir evə nur yağdıran,Mehribanlıq işığıdır.Məhəbbətlə yanan çıraq,Məhəbbətlə yanan çıraq,Ürəklərdə işıqlıdır.Ürəklərin işığıdır.
['mehribanlıq', 'dostluq']
4,566
https://kayzen.az/blog/paint/7938/adolf-vilyam-buqro.html
Adolf Vilyam Buqro
Niyaz
Məşhur rəsmlər və rəssamlar
11 dekabr 2011, 14:07
Adolf Vilyam Buqro (30 noyabr 1825 La-Roşel Fransa —19 avqust 1905 La-Roşel Fransa) — ampir(XIX əsrin əvvəllərində Avropada memarlıqda və mebeldə bir üslubdur) dövründə yaşamış Fransız rəssamı,akademik rəssamlığın ustadı (akademizm— 17-19-cu əsrlərdə incəsənətdə klassik(antik) ənənələri müdafiə edən və yeniliyə zidd olan cərəyan),salon(kübarlar cəmiyyəti) akademizminin ən görkəmli nümayəndəsi,tarixi,mifoloji,incil və allerqorik süjetli rəsm əsərlərinin müəllifi,divar naxışlarının və portretlərinin yaradıcısıdır.Bütün ömrü boyu Buqro 826 rəsm əsəri yaratmışdır.Onlardan ən məhşuru «Veneranın doğuluşu», «Dante və Vergiliy cəhənnəmdə»,«Toxunulmuş qadın»,«Naxırçı qız»,«Rəqs»Bioqrafiyası: 1825-ci ildə La-Roşeldə zeytun və şərab alverçisi ailəsində dünyaya gəlmişdir.O,ailənin işini davam etdirməyə məhkum olmuş,lakin ona klassik incil sujetlərini öyrətmiş rahib babası Yejen sayəsində o orta məktəbə getməyə nail olmuşdur.Orta məktəbdə də onun rəssamlıq istedadı ortaya çıxır.Atasından oğlunu Bordodakı incəsənət məktəbinə göndərmək üçün razılıq alınır.Buqro burada “Müqəddəs Roxa” adlı rəsm əsərinə görə ilk dəfə mükafatlandırılır.Pul qazanmaqdan ötrü o cem və mürəbbə bankaları üçün etiketlər hazırlamağa başlayır. Buqro Paris incəsənət məktəbində oxumuş,1850-ci ildə «Araks sahilində tapılmış Zenobiya »adlı əsərinə görə Roma mükafatına layiq görülmüşdür.Onun mifoloji süjetli və realizm janrlı əsərləri XIX əsrdə Fransada kifayət qədər məşhur idi.Bu dövrdə hətta o,dünyanın dahi rəssamlıq ustalarından biri hesab olunurdu.1900-cü ildə Edqar Deqa və Klod Mone deyirdilər ki,guya 2000-ci ildə Buqronu dahi fransız rəssamı adlandıracaqlar.Onun rəsm əsərləri çox dəyərli olmağına baxmayaraq xüsusən varlı Amerikanlar tərəfindən sürətlə alınırdı. XX əsrin əvvəllərində Buqronun məşhurluğu impressionizmin (incəsənətdə və ədəbiyyatda:realizmi rədd edən,ictimai məsələlərdən qaçan,şəxsi əhval-ruhiyyə və təəssuratı verməyə çalışan və məzmunun zərərinə olaraq formaya həddindən artıq fikir verən idealist cərəyan) qəbul edilməməzliyi və modernizmin (XIX əsrin sonu XX əsrin əvvəllərində sənət və ədəbiyyatda realizmə zidd mürtəce cərəyan) artan marağı səbəbi ilə qismən azalmışdır.Hazırda Buqronun rəsm əsərlərinə maraq artmaqdadır.Buqro məktəbinin tələbələri sırasında Oton Frizin,Edmund Tullun,Qustav Jakenin,Pol Şabasın adları xüsusilə qeyd olunur. Əsərlərindən bir neçə nümunə:
['Məşhur rəsmlər və rəssamlar']
4,567
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7798/d%C9%99fn-m%C9%99rasimi.html
"Dəfn mərasimi"
Arzt
Düşündürücü hekayələr
11 dekabr 2011, 00:41
Donna müəllimənin dördüncüləri ilk baxışdan keçmişdə gördüyüm siniflərdən heç nə ilə fərqlənmirdilər. Pəncərələrə cürbəcür çiçək dibçəkləri qoyulmuş, divarlara isə şagirdlərin "əl işləri" asılmışdı. Demək olar ki, burada da başqa ibtidai siniflərdə olduğu kimi ənənəvi ibtidai sinif havası hiss olunurdu. Ancaq yenə də sinifə girəndə sinifdə başqa atmosferin hakim olduğunu görürdüm. Çünki müəllimə də, şagirdlər də həyəcanlı idilər...Donna müəllimənin təqaüdə çıxmasına iki il qalmışdı və o, Miçiqanın kiçik bir qəsəbəsində ibtidai sinif müəlliməsi idi. Üstəlik, bütün ştatda həyata keçirilən (həm də mənim tərəfimdən) xüsusi layihədə könüllü iştirak edirdi. Donna müəllimənin işi bu layihəni öz sinifində həyata keçirmək, mənim işim isə bu layihənin həyata keçirilməsini sürətləndirmək idi. Bunun üçün isə gündə bəzən üç, bəzən də daha çox sinif gəzmək lazşm idi (yeri gəlmişkən deyək ki, bu layihə eyni vaxtda bir neçə sinifdə tətbiq olunurdu)...Mən keçib arxa sıralardan birində oturdum və dərsin gedişinə tamaşa etməyə başladım. Şagirdlər başlarını masadan qaldırmır və qarşılarındakı kağıza nə isə yazırdılar. Yanında oturduğum 10 yaşlı bir qız kağızını "bilmərəm" cümlələri ilə doldurmuşdu..."Futbol topunu qapıya göndərə bilmərəm"."Böyük ədədləri kiçik ədədlərə bölə bilmərəm"."Debbini mənimlə barışmağa məcbur edə bilmərəm"...Səhifə yarıdan keçmişdi, ancaq qız yazmaqda davam edirdi. Bir qədər sonra yerimdən qalxdım və o biri şagirdlərin nə yazdıqlarına baxdım. Şagirdlər hamısı bir az əvvəl yanında oturduğum qız kimi "bilmədikləri" şeyləri yazırdılar."Üst - üstə on zərbə vura bilmərəm","Sol sahədə sağ sahədən yaxşı oynaya bilmərəm","Bir dəfəyə beş dondurma yeyə bilmərəm"...İstər - istəməz bu tapşırıq məni də maraqlandırdı. Və müəllimədən bu tapşırığı nə üçün verdiyini soruşmağı qərara aldım. Müəlliməyə yenicə yaxınlaşmışdım ki, onun da dayanmadan yazmaqla məşğul olduğunu gördüm. Ən yaxşısı, müəlliməni narahat etməmək olduğunu düşündüm. Buna görə də, müəlliməni işindən ayırmadan yazdıqlarına gözucu nəzər saldım..."Conun anasını valideynlər iclasına gəlməyə məcbur edə bilmərəm","Qızımdan maşınına benzin doldurmağı tələb edə bilmərəm","Allendən qolundan yox, dillindən istifadə etməyi tələb edə bilmərəm"... Sonra təəccüblə əvvəl oturduğum yerə qayıtdım və öz - özümə:"Görəsən, bunlar niyə kağıza bildikləri şeyləri yox, bilmədikləri şeyləri yazırlar?" - deyə düşünməyə başladım. Ancaq arabir oturduğum yerdən ətrafa göz qoymağı da unutmurdum. Şagirdlər 10 dəqiqədən çox idi ki, yazmağa davam edirdilər. Hətta bəziləri bir səhifəni doldurub o biri səhifəyə keçmişdilər. Bu vaxt Donna müəllimə başını qaldırıb: - Əlinizdəki səhifəni doldurun və o biri səhifəyə keçməyin, - deyə şagirdlərə səsləndi.Bununla o, həm də tapşırığın sonuna gəldiklərini demək istəyirdi. Şagirdlər sanki müəllimənin bu "çağırışını" gözləyirdilər. Və tez əllərindəki kağızları iki yerə qatlayaraq müəllimənin masanının üstündəki boş ayaqqabı qutusuna qoydular. Bütün kağızlar yığıldıqdan sonra Donna müəllimə də öz yazdığı kağızı da iki yerə qatladı və o biri kağızlarla bir yerə qoyaraq qutunun ağzını bağladı. Sonra o, qutunu götürüb qucağına aldı və qapıdan çıxıb dəhliz boyu irəlilədi. Şagirdlər də onun arxasınca getdilər. Mən də bu işin necə qurtaracağını öyrənmək üçün, istər - istəməz, onların arxasınca getdim. Dəhlizin ortasında Donna müəllimə bir otağa girdi və bir əlində qutu, bir əlində bel otaqdan çıxdı. DAha sonra o, məktəb binasından çıxıb həyətə üz tutdu. Təbii ki, biz də onun arxasınca getdik. Həyətin ən aşağı yerində Donna müəllimə bir yer seçdi və şagirdlər bir - birini əvəz edərək bu yeri qazmağa başladılar. Bəli, onlar burada "bilmərəm" cümlələrini dəfn edəcəkdilər. Qazıntı işi təqribən 10 dəqiqə davam etdi. Çuxurun dərinliyi bir metrə çatanda qazıntı işi başa çatdı. Donna müəllimə "bilmərəm" cümlələri ilə dolu qutunu çuxurun dibinə qoydu və şagirdlər qutunun üstünü torpaqla örtdü. Artıq "iş" başa çatmışdı. Hamı öz "bilmərəm" cümlələrinin məzarı üstündə sükutla dayanmışdı. Bu vaxt Donna müəllimənin səsi eşidildi: - Bir - birinizin əlini tutun və başınızı aşağı əyin!..Şagirdlər onun dediyi kimi etdilər. Ətrafa dərin bir sükut çökdü. Nəhayət, Donna müəllimə bu sükutu pozdu: - Dostlar, biz bu gün buraya "bilmərəmlərin" xatirəsinə toplaşmışıq. Onlar bu dünyada hamımızın həyatına girdi, kimimizinkinə az, kimimizinkinə çox. Adı evlərdə, işlərdə, bir sözlə hər yerdə səslənirdi. Biz də sizinlə birlikdə oturub məsləhətləşdik və sonra da bu "bilmərəm"ləri dəfn etməyi qərara aldıq. Bir az əvvəl isə bu qərarımızı həyata keçirdik. Ancaq onların "bilirəm", "biləcəyəm" və "bilərəm" kimi bacı - qardaşları hələ də öz həyatlarına davam edirlər. Doğrudur, onlar hələ "bilmərəm"lər qədər məhşur, ya da güclü deyillər. Ancaq inanıram ki, sizin köməyinizlə onlar da bu dünyada öz izlərini qoyacaqlar. İnşallah, "bilmərəm"lər də bundan sonra burada sükut içərisində yatarlar. Çünki insanlar onlarsız da öz həyatlarına davam edə bilərlər"...Bu "odlu" çıxışa qulaq asandan sonra istər - istəməz şagirdlərin heç vaxt bu günü yaddan çıxarmayacağını düşündüm. Əlbəttə ki, bütün bunlar simvolik xarakter daşıyırdı və daha çox yaddaşımızda silinməz izlər buraxan bir "beyin idmanına" bənzəyirdi: "Bilmərəm" cümlələrini bir kağıza yazmaq, onları bir qutuya qoymaq, onları bir çuxurda dəfn etmək, bir sözlə hamısı...Üstəlik, bütün bunlar Donna müəllimənin səyləri nəticəsində baş vermişdi."Dəfn mərasimi" başa çatandan sonra Donna müəllimə şagirdlərini ətrafına yığdı və onları yenidən siniflərinə apardı. Burada isə onlar "bilmərəm"lərin xatirəsini kekslər, qurabiyələr və meyvə şirələri ilə yad etdilər. "Yadetmə mərasiminin" bir hissəsi kimi Donna müəllimə qalın kağızdan iri bir başdaşı kəsdi və bir tərəfinə "bilmərəm" sözünü, bir tərəfinə isə o günün tarixini yazaraq bu mərasimin xatirəsi kimi divardan asdı. O gündən şagirdlərdən biri nadir də olsa, "bilmərəm" sözündən istifadə etsə, Donna müəllimə heç bir şey demədən bu başdaşını göstərdi. Beləcə şagirdlər də artıq "bilmərəm"lərin öldüyünü xatırladılar və yeni bir cümlə qurmaq məcburiyyətində qaldılar.Düzdür, mən Donna müəllimənin şagirdi deyildim, əkisinə o mənim şagirdim idi. Ancaq yenə də o gün orada heç vaxt unuda bilməyəcəyim bir dərs aldım. İndi aradan illər keçməsinə baxmayaraq, nə vaxt "bilmərəm" kimi bir cümlə eşitsəm, dördüncü sinif şagirdlərinin keçirdiyi o "dəfn mərasimini" xatırlayıram. Artıq mən də Donna müəllimənin o şagirdləri kimi "bilmərəm"lərin öldüyünə inanıram. Mənbə: Ailəm jurnalı
['düşündürücü hekayələr']
4,568
https://kayzen.az/blog/imtahan/7935/leksika-testl%C9%99ri.html
Leksika testləri
ayxansevda
Testlər
10 dekabr 2011, 20:01
1. Dilimizin imkanları hesabına yaranmış yeni söz a) spiker b)  durum c) davraniş d) qaimə e)  uçuş 2. Dialekt sözlər haqqında səhv fikir a) daha çox məişətdə işlənir b) müəyyən ərazidə işlənir və başa düşülür c) ümumişlək olmayan sözlərdir d) bədii üslubda işlənir e) dialekt sözlərində sinonimlik olmur 3.  Neologizmlərlə bağlı səhv fikir a) neologizm yeni yaranan sözdür b) neologizm yalnız alınma sözlərdir c) dilin lüğət tərkibinə daxildirlər d) bir müddət nitq istinası kimi fəaliyyət göstərirdilər e) bütün neologizmlər bir müddətdən sonra ümumişlək sözə çevrilə bilməz 4. “Dəyanət, bərəkətli, iradə” sözləri üçün ortaq olmayan xüsusiyyət hansıdır? a) Dilimizin lüğət fonduna daxildirlər b) ümumişlək sözlərdir c) Leksik mənaları var d) Antonimləri var e) Alınma sözlərdir 5. “Ağıllı” sözünün leksik təhlilindəki səhvi göstərin: a) Sinonimi var b) Milli sözdür c) Antonimi var d) Həm leksik, həm qrammatik mənası var e) Ümumişlək sözdür 6. Biri omonim söz deyil a) yol b) daş c) çat d) kimi e) qonaq 7. Məna tayları fel- isim olan omonimi göstərin: a) mürəkkəb b) yaş c) oyun d) saz e) qala 8. Bütünlüklə alınma sözlərdən ibarət olan cümləni göstərin: a) Mən hər ay təzə kitablar alıram b) Sədaqət insanı həqiqətə aparır c) Məhəbbət pak, ülvi hissdir d) Vətənə xəyanət insanın özünə xəyanətidir e) Bir gün azad yaşamaq qırx il kölə kimi yaşamaqdan yaxşıdır 9. Hansı sözün sinonimi yoxdur? a) neçə b) oxşar c) tabe d) televizor e) sorğu 10. Bir-birinin sinonimi düzgün göstərilməyib: a) naxoş-xəstə b) kiçik-xırda c) körpə-uşaq d) əsəbi- hirsli e) hədiyyə-bəxşiş 11. Köhnəlmiş sözlərdən birinin müasir qarşılığı düzgün göstərilməyib: a) damu-cənnət b) qanı-hanı c) us- ağıl d) dərnək-ağıl e) yazı – çöl 12. Bu sözlərdən biri mətn daxilində termin kimi işləə bilər: a) gül b) güc c) gəl d) dağ e) göl 13. Alınma və milli sözlərdən ibarət antonim cütlüyü tapın: a) ağıllı- dərrakəli b) gözəl-göyçək c) qədim – çağdaş d) mənbə -qaynaq e) həştad- səksən 14. Altından xətt çəkilmiş sözlərlə bağlı düz fikir hansıdır? İdarənin  həyətində xeyli adam gözləyirdi. a) Köhnəlmiş sözlərdir b) Qrammatik şəkilçili sözlərdir c) Bir –biri ilə sinonimdir d) Eyni suala cavab verir e) Alınma sözlərdir 15. Hansı cümlə alınma sözlə başlanıb, milli mənşəli sözlə bitir? a) Milli sözlərimiz dilimizdə daha çoxdur b) İldırım meşəni yandırdı c) Əsrin üçdə-biri qərinədir d) Ermənistan işğalçı dövlətdir e) Aygün ikinci qrupa hazırlaşır 16. Sinonim sözlər cümlədə sintaktik baxımdan nə olur? a) həmcins üzvlər b) söz cümlə c) cümlə üzvlərinin əlavəsi d) ara söz e) ümumiləşdirici söz 17. Antonim sözlər bir cümlə daxilində işləndikdə nə yaranır? a) bənzətmə b) ironiya c) rədif d) bədii təzad e) intonasiya 18. Alnma sözləri seçin 1. filankəs 2. gülüş 3. bülbül 4. günorta 5. rəsul 6. ertə 7. zaman 19. Dilimizin xüsusiyyətlərinə uyğunlaşmış alınma söz hansıdır? a) dəftər b) maşın c) spiker d) telefon e) hesabdar 20. Leksik mənası olmayan söz hansıdır? a) ötəri b) mənsiz c) kötük d) ötrü e) qədim
['leksika']
4,569
https://kayzen.az/blog/kayzenin-r%C9%99smi-bloqu/7933/r%C9%99smi-anons-10.12.2011.html
Rəsmi anons-10.12.2011
kayzen
kayzen.az saytının rəsmi bloqu
10 dekabr 2011, 16:15
Soyuq dekabr günündə hamıya salam. Bu dəfə sizi dekabrın səkkizi əvəzinə onunda sizi salamlayırıq. Keçən ay ərzində saytda yenə də həmişəki kimi maraqlı və faydalı yazılar yerləşdirildi.Əziyyət çəkənlərə təşəkkürlər. Bu ay ərzində Oğlan və qızın düşüncələri adlı yazıda rekord sayda şərh topladı. Saytda ilk dəfə olaraq həndəsəyə və hüquqa aid yazılar qoyuldu. Bu ay ərzində ən çox Bilirsinizmi? bölməsi aktiv oldu. Bir maraqlı mikropost isə çox bəyənildi. Texniki profilaktika aparan Süni İntellektin sayəsində sayta daxil olan bəzi istifadəçilər qəribəliklərlə qarşılaşdılar. Yeni gələn istifadəçilər, Azərbaycan hərfləri ilə qrammatik normalara yazın. Əks tədqirdə yazılarınız silinə bilər. Saytda maraqlı məqalələrin altında reytinq verməkdən əlavə Google+1 düymələrinə basmaqla da bəyəndiyinizi bildirmək mümkündür. Sonda isə:  
['rəsmi anons']
4,570
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/7930/xroniki-yor%C4%9Funluq.html
Xroniki yorğunluq
Arzt
sağlam həyat tərzi
10 dekabr 2011, 14:00
İnsanların ən çox şikayət etdikləri problemlərdən biri də yorğunluqdur. Yorğunluq tədricən xroniki yorğunluğa səbəb olur. Nəticədə, düşünmə qabiliyyəti azalır, yaddaş qabiliyyəti isə zəifləyir.Bu gün dünyada iş qabiliyyəti olan əhalinin 30 % - indən çoxu xroniki yorğunluqdan əziyyət çəkir. Tədqiqatlar yorğunluq hissinin əsasən günortadan sonra, təqribən saat 15:00 - dan başlayaraq maksimum səviyyəyə çatdığını göstərir. Digər tərəfdən, statistik məlumatlara görə, dünya miqyasında yorğunluqla əlaqədar ildə 30 milyon iş günü bosa gedir. Mütəxəssislərə görə, gərgin iş tempi, nəqliyyat, səs - küy, stress, həmçinin, rejimsiz qidalanma da yorğunluğa səbəb olur. Yorğun adam yavaş hərəkət edir, tez "təslim olur", asan özündən çıxır və s. Təbii ki, bu siyahıya diqqət, daha doğrusu, diqqətsizlik məsələsini də əlavə etmək lazımdır.Əgər yorğunluq 6 aydan çox davam edirsə, yaddaşsızlığa səbəb olmaqla yanaşı, yuxusuzluğa da səbəb olur. Orqanizmin kifayət qədər dincəlməməsi isə yorğunluğun davam etməsinə gətirib çıxarır. Nəticədə, yorğunluq hissi daha da artır. Ancaq yorğunluq təkcə yuxusuzluqdan irəli gəlmir. Buna görə də, yorğunluğun səbəbini axtarıb tapmaq lazımdır. Belə hallarda insan, ilk növbədə, həyat tərzini dəyişməlidir.Digər tərəfdən, bəzi xəstəliklər də özünü yorğunluq hissi ilə büruzə verir. Məsələn, anemiya (bunu başqa cür qan azlığı da adlandırırlar), depressiya, qalxanvari vəzi xəstəlikləri və s. belə xəstəliklərdəndir. Yorğunluğun digər səbəbləri isə aşağıdakılardır: Pəhriz: Orqanizm üçün vacib olan qida maddələrini qəbul etmədikdə insan özünü yorğun hiss edir.Hərəkətsizlik: Hərəkət stresi azaldır, enerjini isə artırır. Hərəkətsizliyi aradan qaldırmaq üçün ən yaxşı vasitələrdən biri də idmandır. Buna görə də,həftədə ən azı üç dəfə, 20 - 30 dəqiqə idmanla məşğul olmaq məsləhətdir. Qalxanvari vəzilər: Bu vəzilər ağır fəaliyyət göstərdikdə yorğunluq da müşahidə edilir.Dərmanlar: Bəzi dərmanların yorğunluq (həmçinin, halsızlıq) kimi kənar təsirləri də var.İş yeri: Gün ərzində işləmək sizi yormaya bilər, ancaq iş yerinə gəlincə məsələ başqa cürdür. Buna görə də, iş yeri yorucu və ya cansıxıcı olmamalıdır.Su: Gün ərzində itirilən suyun bərpa olunmaması bir çox fiziki problemlərin meydana gəlməsinə səbəb olur ki, bunlardan biri də yorğunluqdur.İstirahət: İstirahət günü hərəkət etmək, gəzmək və dincəlmək sizə həftənin yorğunluğunu çıxarmaq üçün ən yaxşı vasitə ola bilər. Mənbə: Ailəm jurnalı
['Xroniki yorğunluq', 'yorğunluq', 'Sağlam həyat tərzi']
4,571
https://kayzen.az/blog/law/7818/d%C3%B6vl%C9%99tin-formalar%C4%B1.html
Dövlətin formaları
Ferro
Hüquq və qanunvericilik
10 dekabr 2011, 13:43
Dövlətin forması onun xarici əlamətlərinin məcmusu kimi bu dövlətdə hakimiyyətin təşkilinin necəliyini, hakimiyyətin necə, hansı orqan və metodlarla həyata keçirildiyini göstərir. Dövlətin forması onun ibarət olduğu üç elementlə xarakterizə olunur: idarəetmə forması, dövlət quruluşu forması və siyasi rejim, yaxud dövlət rejimi.1. İdarəetmə forması dedikdə, dövlətin dövlət başçısının hüquqi statusu və ya ali dövlət hakimiyyəti orqanları arasında hakimiyyət səlahiyyətlərinin bölgüsü ilə xarakterizə olunan təşkili forması başa düşülür. Bu baxımdan bütün dövlətlər monarxiya və respublikaya bölünür.Monarxiyada ali hakimiyyət tam şəkildə və ya qismən təkhakimiyyətli dövlət başçısının (kral, çar, şah və s.) əlində birləşir. Bu ali hakimiyyət adətən irsi olur. Monarxiya, bir qayda olaraq orta əsrlərin son dövrləri üçün xarakterik olan mütləq monarxiyaya (belə dövlətdə monolit hakimiyyət heç nə ilə məhdudlaşmır) və məhdud monarxiyaya (burada isə dövlət başçısı (monarx) ilə bərabər başqa bir ali orqan məsələn, parlament olur) bölünür. Məhdud monarxiyanın müasir forması parlamentli monarxiyadır. Burada monarxın rolu ancaq formal xarakter daşıyır, dövlətin idarə olunmasında aparıcı rol parlament tərəfindən formalaşan hökumətə məxsusdur. Parlamentli monarxiyaya tipik misal olaraq müasir Böyük Britaniyam göstərmək olar.Respublikada hakimiyyətin bütün ali orqanları müəyyən müddət üçün seçilir və ya təşkil olunur. Respublikalar parlamentli və ya prezidentli ola bilər.Parlamentli respublikada dövlət başçısı - prezident seçkili vəzifəli şəxsdir. Hökumətin təşkilində də ölkənin idarə edilməsi kimi onun rolu nominal xarakter daşıyır. Baş nazirin başçılıq etdiyi hökumət parlament tərəfindən formalaşdırılır və onun qarşısında siyasi məsuliyyət daşıyır (məsələn, parlament hökumətə etimadsızlıq göstərə bilər ki, bu da hökumətin istefasına gətirib çıxarır). Bununla bərabər parlamentli respublikada dövlət başçısı parlamenti vaxtından əvvəl buraxa bilər. Lakin bu bir qayda olaraq prezidentin şəxsi təşəbbüsü ilə deyil, hökumətin tələbi ilə baş verir. Belə ki, Italiya prezidenti (parlamentli respublika) ölkənin Konstitusiyasına müvafiq olaraq iki müxtəlif pilləli parlamentlərin sədrlərini dinləyərək hər iki, yaxud bir palatam buraxa bilər. Bu hal onların mövqelərində qarşısıalınmaz ziddiyyətlərin mövcud olduğu halda mümkündür. Hal-hazırda parlamentli respublika, artıq adı çəkilən İtaliyadan başqa, Türkiyə, Almaniya, Avstriya və s. bu kimi ölkələr hesab olunur.Prezidentli respublika ilk növbədə onunla səciyyələnir ki, prezident dövlət başçısı və hökumət başçısı səlahiyyətlərini daşıyan ali vəzifəli şəxsdir. Dövlət başçısı xalq tərəfindən birbaşa seçilir və odur ki, onun mandatının hüquqi qüvvəsi parlamentin mandatının hüquqi qüvvəsinə bərabər olur. Belə respublikada hökumət prezidentin özü tərəfindən təşkil olunur və parlament qarşısında siyasi məsuliyyət daşımır. Hökumət prezident qarşısında məsuliyyət daşıyır və ona hesabat verir, yalnız prezident qarşısında istefa verir. Xalq tərəfindən seçilən prezidentin, bununla bərabər parlamenti buraxmaq hüququ yoxdur. Prezidentli respublika kimi, məsələn, Amerika Birləşmiş Ştatlarını, Azərbaycan Respublikasını göstərmək olar.Bəzi ölkələrdə qarışıq xarakter daşıyan respublika idarə forması mövcuddur, yəni prezidentli respublikanın əlamətləri ilə yanaşı (dövlət başçısı əhali tərəfindən seçilir, icra hakimiyyətinin başçısıdır, hökuməti təşkil edir və s.) parlamentli respublikanın (hökumət parlament qarşısında cavabdehlik daşıyır, prezident tərəfindən parlamentin vaxtından əvvəl buraxılması mümkündür və s.) əlamətlərinin mövcud olduğu ölkələrdir. Qarışıq idarəetmə forması olan ölkələrə Fransanı, Rusiya Federasiyasını aid etmək olar.Bir sıra Latın Amerikası ölkələri, Tropik Afrika dövlətləri üçün idarəetmənin başqa forması - super prezidentli respublika xarakterikdir. Onun əsas əlaməti həddən artıq böyüdülmüş və mahiyyət etibarilə nəzarət edilməyən prezident hakimiyyətidir (prezident əhali tərəfindən seçilir, parlamenti buraxmaq, referendum keçirmək və s. hüququ var).2. Dövlət quruluşunun forması dedikdə, dövlətin ərazi və ya milli-ərazi təşkili başa düşülür, yəni bu dövlətin ərazisi necə qurulub, hansı hissələrdən ibarətdir və onların hüquqi vəziyyəti necədir.Dövlət öz quruluş formasına görə unitar və federativ ola bilər. Dövlətlərin birləşmə forması, onların arasında ittifaq konfederasiya hesab olunur.Unitar dövlət (latın dilində «unus» - «vahid», «tək» deməkdir) – sadə, bəsit, vahid dövlətdir ki, onun tərkibi bir qayda olaraq inzibati - ərazi vahidlərindən (vilayət, mahal, rayon, departament və s.) ibarətdir. Unitar dövlətə Azərbaycan, Yaponiya, Fransa, İtaliya, Efiopiya misal ola bilər. Belə dövlətlərdə federasiyadan fərqli olaraq vahid konstitusiya, dövlət hakimiyyətinin vahid ali nümayəndəli orqanları, vahid hökuməti, vahid vətəndaşlığı, vahid maliyyə - kredit və pul sistemi və s. olur. Ayrı-ayrı hallarda milli azlıqlar olduqda unitar dövlətin tərkibinə muxtar dövlət quruluşunun xüsusi statusundan istifadə edən bir və ya bir neçə siyasi ərazi vahidi də daxil ola bilər. Muxtar qurumların mövcudluğu belə dövlətlərin unitarizminə heç bir xələl gətirmir.Federativ dövlət (latın dilində «fedus» - «ittifaq» deməkdir) - mürəkkəb ittifaq dövləti olub, bir sıra dövlətlərin və dövlət qurumlarının - federasiya subyektlərinin birliyinin nəticəsidir. Federasiya subyektləri (ştat, torpaq, dövlət) öz xüsusi inzibati-ərazi bölgüsünə malikdirlər.Unitar dövlətdən fərqli olaraq federasiya ali hakimiyyət orqanının iki sisteminə - federal orqanlar və federasiya subyektlərinin müvafiq hakimiyyət orqanlarına, iki növ hüquqi aktlara - federasiya və federasiya subyektlərinin hüquqi aktlarına, həmçinin federasiyanın subyektlərinin vətəndaşlığına malikdir. Federativ dövlətlərə Rusiya Federasiyası, ABŞ, Almaniya və s. aiddir.Konfederasiya (latın dilində «konfederasio» - «birlik» deməkdir) - federasiya ilə müqayisədə dövlətlərin bu və ya digər məqsədlərlə   müvəqqəti olaraq birləşdiyi, çox da möhkəm olmayan birliyidir ki, burada dövlətlər tam şəkildə müstəqilliklərini saxlayırlar. Federasiya ittifaq dövləti, konfederasiya isə dövlətlər ittifaqıdır. Federasiyanın hüquqi statusu milli qanunvericiliklə müəyyən olunduğu halda, konfederasiyanın hüquqi statusu bir qayda olaraq beynəlxalq hüquqla müəyyən olunur, lakin burada milli qanunvericiliyin, xüsusilə konstitusiya hüquqi müddəalarında əhəmiyyəti az deyildir. Konfederasiyanın tərkibinə daxil olan dövlətlər beynəlxalq hüququn müstəqil subyekti olaraq qalır və öz dövlət suverenliyini saxlayır. Konfederasiyada federasiyadan fərqli olaraq vahid ərazi yoxdur, onun ərazisi konfederasiya üzvlərinin - ayrı-ayrı dövlətlərin ərazilərindən ibarətdir. Konfederasiyada vahid vətəndaşlıq da yoxdur. İttifaqa daxil olan hər bir ayrıca dövlətin öz vətəndaşlığı var. Konfederasiya subyektlərinin ittifaqdan sərbəst çıxmaq, habelə ittifaq hakimiyyətinin qəbul etdiyi aktları qəbul etməkdən imtina etmək və ya tanımaq hüququ var. Odur ki, konfederasiyanın dövlət quruluş forması hesab edilməsi məqsədə müvafiq deyil.Konfederasiya müəyyən məsələlərlə bağlı formalaşdırıldığına görə onun həll etdiyi işlərin predmeti çox da genişsahəli məsələləri əhatə etmir (xarici siyasət, müharibə və sülh məsələləri, vahid ordunun formalaşdırılması, vahid iqtisadi məkanın yaradılması və s.). Konfederasiyanın büdcəsi üçün məcburi surətdə üzvlük haqlarının yığılması imkanı kimi, konfederasiyanın bilavasitə vergi qoymaq hüququ da yoxdur. Onun büdcəsi konfederasiya subyektlərinin könüllü ödəmələri əsasında təşkil olunur. Bir qayda olaraq konfederasiyada vahid pul dövriyyəsi mövcud deyil.Başqa sözlə, bir neçə dövlətin konfederasiyada (federasiyadan fərqli olaraq) birləşməsi bir qayda olaraq yeni dövlətin yaranmasına gətirib çıxarmır. Konfederasiyada dövlətlər, adətən müəyyən məqsədə çatmaq üçün birləşir. Bu zaman onlar öz fəaliyyətlərini əlaqələndirmək üçün xüsusi birgə orqanlar yaradırlar. Bir qayda olaraq onların qərarları konfederasiyaya daxil olan ayrı-ayrı ölkələrin vətəndaşları üçün bu dövlətlərin orqanları tərəfindən təsdiq edildikdən sonra məcburi xarakter daşıyır. Məsələn, 1848-ci ilədək İsveçrə konfederasiya olmuşdur. 1982-ci ildə konfederativ ittifaqda Qambiya və Seneqal birləşmiş, bununla da Seneqambiya konfederasiyası meydana gəlmişdi ki, o da bir neçə ildən sonra süqut etdi. Azərbaycan Respublikası bu gün MDB-yə daxildir ki, bu birliyə konfederasiyanın bir sıra əlamətləri məxsusdur.Yuxarıda deyilənlərlə bərabər dövlətin idarə olunmasının demokratikliyi və ya antidemokratikliyi nöqteyi-nəzərindən dövlətin formasını xarakterizə etmək olar. Belə dövlət formasının mahiyyəti «siyasi rejim» adlanır.Siyasi rejim cəmiyyətdə siyasi azadlıqların səviyyəsi, şəxsiyyətin hüquqi vəziyyəti, dövlət hakimiyyətini həyata keçirmək vasitəsi olan metod və üsullarla (demokratik, antidemokratik) xarakterizə olunur.Demokratik rejim vətəndaşlara məxsus geniş hüquq və azadlıqların tanınmasını, müxalifət partiyalarının leqal fəaliyyətini, hökumətin müvafiq seçkilərdə qələbə çalmış partiyalardan təşkil olunmasını və s. nəzərdə tutur.Antidemokratik rejim şəraitində insanların hüquq və azadlıqlarının boğulması, dövlətin vətəndaş cəmiyyətinin bütün sferalarına müdaxilə etməsi, hakimiyyətin ali nümayəndəli orqanının (parlamentin) ləğv edilməsi və ya onun oyuncaq idarəyə çevrilməsi, hökumətin hakimiyyəti ələ alan ordu tərəfindən təşkil olunması və s. istisna edilmir.Dövlət formasını, onun siyasi rejimini xarakterizə etmək üçün «demokratiya» (xalq hakimiyyəti) anlayışı mühüm əhəmiyyət kəsb edir. Bu anlayışla dövlət quruluşu məlum olur, buna görə idarəetmə əksəriyyətin iradəsi ilə həyata keçirilir, hakimiyyətin yeganə mənbəyi xalq sayılır. Demokratik dövlətdə qanunvericilik hakimiyyəti əhalinin seçdiyi nümayəndəli orqan (xalq məclisi, parlament) tərəfindən həyata keçirilir. Nümayəndəli orqanlara seçkilər ümumi, bərabər, birbaşa seçki hüququ ilə gizli səsvermə yolu ilə həyata keçirilir. Demokratik dövlətdə insanların hüququ beynəlxalq hüquqla müəyyənləşdirilmiş prinsip və normalara, həmçinin həmin ölkənin konstitusiyasına uyğun olaraq həyata keçirilir.Xalq hakimiyyətinin təzahür forması kimi «bilavasitə (birbaşa) demokratiya» və «nümayəndəli demokratiya» anlayışlarını fərqləndirmək lazımdır. Bilavasitə demokratiya o deməkdir ki, xalq dövlət işlərində birbaşa iştirak edir, məsələn, referendum yolu ilə - qanun layihəsi, yaxud başqa mühüm əhəmiyyətli problemlər üzrə öz iradəsini ifadə edir. Nümayəndəli demokratiya - xalqın, dövlətin idarə olunmasında iştirakının elə formasıdır ki, bu zaman o, özünə məxsus olan hakimiyyəti, seçkili orqanlarda təmsil olunan nümayəndələri vasitəsilə həyata keçirir.
['dövlət formaları', 'dövlət']
4,572
https://kayzen.az/blog/Old_Baku_/7929/allah%C4%B1n-c.c-q%C9%99d%C9%99rin%C9%99-tabe-olmaq.html
Allahın (c.c) qədərinə tabe olmaq !!!
Old_Baku_
Bloq: Old Baku
10 dekabr 2011, 12:42
Biz bu dünyaya imtahan edilmək üçün göndərilmişik. İmtahanın səbəbi isə hər şey ola bilər.Bir neçə gün əvvəl 14 ildir ailəli olan bir oğlan evlilik təcrübələrindən danışarkən: "Bax - dedi, - mənim nə vaxt həyat yoldaşımla bir problemim olsa, Allaha təvəkkül edir və belə deyirəm: Allahım! Sənin yaratdığın hər şeydə bir hikmət vardır. Hər halda yenə də bir səhv etmiş, yenə də haradasa Səninlə olan münasibətlərimi lazımi səviyyəyə qaldıra və ya lazımi səviyyədə qoruya bilməmişəm. Məndən istədiyini Sənə verə bilmədim. Sən də məni yoldaşımla imtahan edirsən. Nə olar, Allahım! Qəlblərimizi təmizlə, günahlarımızı bağışla!"İlk baxışda ağıl və məntiqin qəbul etməyəcəyi bir yanaşma tərzidir, dinimiz baxımından isə olduqca təsirlidir.Oğlanın belə bir yanaşma tərzi, İslami cəhətdən fərqli bir vəziyyət ortaya qoyur. Çünki Quranın açıq və aşkar bəyanına görə, biz bu dünyaya imtahan edilmək üçün göndərilmişik. Hər şeylə imtahan oluna bilərik. Sağlıqdan xəstəliyə, varlıqdan yoxluğa, xöşbəxtlikdən bədbəxtliyə qədər hər şey bir növ imtahandır. Hətta yaxınlarımız belə! Başda öz nəfsimiz olmaqla həyat yoldaşımız, övladlarımız, dostumuz, düşmənimiz imtahan səbəbi ola bilər. Quranın: "Biz, sizi bir-birinizlə imtahan edirik" (Ənam, 6/53) deyərkən yaxın dairəni nəzərdə tutduğu açıq deyildirmi? İkinci olaraq; insanın Allaha olan imanının, güvən və etimadının, Allaha yaxınlığının ona qazandıracağı axirətə aid səmərələrlə birlikdə, dünyəvi faydaları da unudulmamalıdır. Əslində, hər şeyin Allahın istəyi ilə olduğunu bildiyimiz halda, özümüzü determinist (şərtə bağlı) anlayışların təsirindən qurtara bilmirik. Səbəblər taxtında hərəkət etməyi gözümüzdə çox böyüdür və bəlkə də, buna görə dünyəvi istəklərimizin tam əksi ilə qarşılaşmalı oluruq. "Əlimdən gəldiyini əsirgəmədiyim, lazım olan şeyləri etdiyim halda niyə olmur; niyə belə mənfi nəticələrlə qarşılaşıram?" - deyərək heyfsilənir və qismətimizə (qədərimizə) qarşı gəlirik. Halbuki, mömin mənəvi gərginliyi ilə, Allaha olan iman, etiqad və güvəni ilə hadisələrə digər insanlardan fərqli yanaşmalıdır. Allah unudulduqda, bəzən ala-yarımçıq yerinə yetirdiyimiz səbəblər də nəticə vermir. Quranın bu bəyanı bu xüsusu açıq-aşkar ortaya qoyur: "Kim Allaha qarşı gəlməkdən çəkinərsə, Allah ona bu sıxıntıdan çıxış qapıları açar (qurtarar)".Yəni insan Ondan layiqincə qorxar, təqva hissi ilə ikiqat olar, Onunla olan münasibətlərini lazımi səviyyəyə çatdırarsa, Allah da ona, dünya və axirətə aid sıxıntılardan qurtulmasını təmin edəcək çıxış yolları göstərər. Ona heç ummadığı yerdən ruzi göndərər. Çünki hər şey Allahın əlindədir. Yeri gəlmişkən, Allah insana heç düşünmədiyi, təsəvvürünə belə gətirmədiyi iş imkanları nəsib edə bilər. Niyə? Çünki o şəxs Allaha etibar edib, Ona güvənmişdir. Elə isə; "Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir" (Talaq, 65/3).Seyyid Kutub, bu ayənin izahında bütün bu nəticələrin ortaya çixmasını təqva duyğusunun kamilliyi ilə əlaqələndirir və deyir: "Heç şübhə yoxdur ki, bu ümumi bir qaydadır, daimi bir həqiqətdir. Fəqət bu qaydanın burada boşanmanın hökmləri ilə əlaqələndirilərək xatırladılması, xüsusilə, bu məsələdə müttəqilərin (təqva sahiblərinin), Allahdan qorxduqları zaman bu hökmləri ciddi-cəhdlə həyata keçirəcəklərinə, tətbiq edəcəklərinə işarə etmək məqsədi daşıyır. Bununla bağlı olaraq, şüur və vicdan mexanizmindən daha həssas, daha diqqətli bir nəzarət ola bilməz. Allah qorxusundan və vicdandan başqa heç bir şey də bunun qarşısına keçə bilməz və burada da güdülən məqsəd, qəlbdə Allahın iradəsi və təqdiri ilə bağlı iman əsasına söykənən doğru bir düşüncə formalaşdırmaqdır.Bu, ümumi bir qayda olduğuna görə, ər-arvad arasında problemlər yarananda problemin bu mövzudakı əskikliklərdən qaynaqlanmasmı düşünməli və imanı yeniləyirmiş kimi vicdan mexanizmini hərəkətə gətirməli, hər zamandakından daha çox Allaha sığınıb dualarla yalvarmalıyıq.Nəhayət, duaya yönəlməli... Dostum bu əsnada dua etdiyini deyirdi. Nə deyirdi duasında: "Nə olar, Allahım! Qəlblərimizi təmizlə, günahlarımızı bağışla!" İslam dinində "bi zahiril- qayb" (dua edilənin olmadığı yerdə, eşitməyəcəyi şəkildə) edilən dua məqbuldur. Hədisin ifadəsi ilə, birisinin olmadığı yerdə ona edilən duada mələklər də iştirak edər və "Mislini də ona ver, Allahım"[1] deyərlər. İnsanın haqlı və ya haqsız yerə həyat yoldaşına qarşı hirsli, küskün olduğu, onunla danışmadığı hallarda hisslərinə qalib gələrək, yoldaşınaa onun olmadığı yerdə dua etməsi, onun nəfsinə qalib gəlməsinin əlamətidir. Üstəlik bu vəziyyət qəlblərin təmizlənməsi adına mələklərin duasına vəsilə olur. Məncə, mələklərin duasına Allahın necə cavab verəcəyini izah etmək artıqdır. Necə ki, mən dostumdan: "Bəs, nəticə necə olur?" deyə soruşanda aldığım cavab da bunu göstərir. Dostum deyir ki: "Axşam evə qayıtdıqda, nə görsəm yaxşıdır? Elə bil ki, dünən, ondan əvvəlki gün mübahisə eləyən, küsən, inciyən biz deyildik. Yoldaşım məni hər zamankından daha çox hörmət və məhəbbətlə qarşılayır. Başa düşürəm ki, Allah dualarımı qəbul etmiş, yoldaşımın qəlbini yumşaltmışdır. Gərəksiz, yersiz, mənasız mübahisələrin səbəb olduğu ab-hava bir anda evimizdən silinmiş, evdə gül qoxulu cənnət havası əsməyə başlamışdı". Gördüyünüz kimi, hər şey Allahın əlində, onun sonsuz qüdrət və idarəsində. Dərd, problem düzgün müəyyən olunduqda dərman da asan tapılır. Həyatın təbii axarı içində, yoldaşınızla aranızda bir problem yaşadığınızda bunun həlli üçün bu yolu sınaqdan keçirməyə necə, razısınızmı?.. P.S- Bu mətn azerimuslims.com saytından götürülmüşdür.Əməyə hörmət mənasında bu mətndən istifadə edildiyi zaman mənbənin qeyd olunmadığı halda halal edilmir..
['İslam']
4,573
https://kayzen.az/blog/Old_Baku_/7928/ki%C5%9Fil%C9%99r-qad%C4%B1nlar-%C3%BCz%C9%99rind%C9%99-q%C9%99vvamd%C4%B1r.html
Kişilər qadınlar üzərində qəvvamdır....!
Old_Baku_
Bloq: Old Baku
10 dekabr 2011, 12:31
Qurani-Kərimin bəzi ayətlərindən utanırıq? Dilimizlə inkar etməsək də qəlbimiz qəbul etmir? Ayətləri kifayət qədər müasir görə bilmirik? Amandır söz açmayaq, üstünü örtək, kimsə eşitməsin deyirikmi? Yoxsa Yaradandan daha müasir olmaq istəyirik?Ailə həyatı ilə bağlı çox mühüm ayətlərdən biri- "Kişilər qadınlar üzərində qəvvamdır" (Nisa 34). "Qəvvam" kəliməsi "Qəyyum" kəliməsinin cəmidir, həm idarəedici, həm də qoruyucu mənasına gəlir.Görəsən ailədə idarəçiyə ehtiyac vardır?Şübhəsiz vardır. Ailə cəmiyyətin kiçik bir formasıdır və hər cəmiyyətin bir idarəçiyə ehtiyacı vardır. Bu idarəçi ya kişi ya da qadın olmalıdır ki, Allahu Təala (c.c.) da bu vəzifəni kişiyə vermişdir. Qadın və kişi ikisi də evdə idarəçi ola bilməzlər. Necə ki hər ölkənin bir prezidenti, hər bələdiyyənin bir bələdiyyə başçısı, hər qurumun ümumi bir müdiri vardır, ailənin də ümumi müdiri, idarəçisi kişidir. Peyğəmbərimiz (s.a.v.) "Üç nəfər yola çıxsa birini başçı təyin edin" buyurur. Bu uzun həyat səfərini də idarəçisiz təsvir etmək mümkün deyildir.Kişilər fitrətən "güc, iddia və uğur" keyfiyyətlərinə sahibdirlər. Beyinlərinin daha çox sol tərəfindən istifadə etdikləri üçün qadınlara nəzərən daha realist olurlar. Qadınlar isə bir qərar verərkən kifayət qədər hislərini qərarlarına qatarlar. Müasir olmaq arzusuyla kişilərlə bərabərlik iddiasına girərək onların evdə rəhbər olmalarını qəbuletməz hala gəliblər. Kişilərin həm vətəni, həm qadını, həm də uşaqları qoruduqlarına heç kimin etirazı yoxdur. Bərabərlik hüququnun tərəfdarı olan qadınlar nəyə görə vətəni qorumaq mövzusunda bərabərlik istəmirlər? "Kişilər bizi qorusun amma idarə etməsin" fikrindədirlər.Halbuki idarəçiliyi öz üzərinə götürən qorumaq məsuliyətini də götürər.Ayətin davamında Allah niyə kişilərin "qəyyum" olduqlarını açıqlayır... "Bu da Allahın bəzisinin bəzisinə üstün qılması və kişilərin mallarından istifadə etməsinə görədir". Qeyd etmək lazımdır ki, burada "üstünlük" kəliməsini Allah qatındakı üstünlük kimi anlamaq doğru deyildir.Allah (c.c.) Hucurat surəsinin 13-cü ayəsində: "Allah qatında üstünlük ancaq təqva ilədir" buyurur. Bu ayətdə Allah cins fərqliliyindən bəhs etmir. Kişilərin qadınlara olan üstünlüyü aiələdə söz haqqı üstünlüyüdür.Kişilər ailədən, həyat yoldaşlarından və uşaqlarından məsuliyyət daşıyırlar. İdarəçilik və rəhbərlik kişilər üçün ağır bir məsuliyyətdir. Onlar da bu məsuliyyəti layiqincə yerinə gətirə bilmələri üçün əllərindən gələni etməlidirlər. Qadın da kişinin ailədə başçı olduğunu qəbul etməli və lazımi hörməti göstərməlidilər. Sevgi və hörmət xoşbəxt bir ailənin əsas təməllərindən biridir. Qadın kişiyə lazımi hörmət göstərərsə kişidən sevgi ala bilərlər. Qız uşaqlarıyla oğlan uşaqları arasında olan arşdırma nəticələrinə görə qız uşaqlarının daha çox sevgiyə və oğlan uşaqlarının da hörmətə ehtiyacı vardır. Halbuki biz bütün uşaqların sevgiyə ehiyacları olduğunu zənn edirik.Hörməti tələb etmək kişilərin fitrətində vardır.Kişilərə hörmət göstərilməsi uşaqların tərbiyəsi üçün də çox vacibdir. Qadın ərini saymazsa uşaqlar heç saymazlar.Yaşadığımız dövrdə uşaqlarla bağlı çox problemlərlə qarşılaşırıq.Qadınlar gender bərabərliyini tələb edərkən əslində onlar fərqində olmadan ailədəki baçılığa sahib olmaq istəyirlər. Hakimiyyət qadına deyil kişiyə xas bir xüsusiyyətdir.İş yerlərində araşdırmalarda işləyən qadınların özlərinin əkəriyyəti qadın idarəçisi istəmirlər. İdarəçiliyi ələ almaq üçün qadının kişiləməsi lazımdır ki, bu da qadın fitrətinə ziddir.Portuqaliya atalar sözlərində belə deyilir: "Xoşbət evlilk kişinin baş, qadının qəlb olduğu evlilikdir". Günümüzün ali təhsilli qadınları, eləcə də dindar xanımlar ailədə kişinin hakimiyyətini qəbul etməkdə bir az çətinlik çəkirlər. Özləri təhsilli olduqları üçün həyat yoldaşlarına lazımi hörmət qoymadan hörmət tələb edirlər.Evdə, işdə, ailədə bərabərlik deyə bir şey mümkün deyildir. Əslində bərabərlik iddiası kommunist bir fikirdir. Kommunizm kasıblarla varlıları bərabər tutmaq istədi,amma nəticəsi alınmadı. Feminizm də qadının kişiylə bərabər tutulmasını istəyir. Kommunizm aradan qaldırıldı,sağ əli də Feminizmin başına olsun.Kişilərin "qəvvam" olmasının ikinci səbəbini də Allah (c.c.) s buyurur. Qadınlar nə qədər işləməklə ailəyə maddi yardım etsələr də, ailənin qazancının əsas hissəsi və söz haqqı ustünlüyü daha çox kişiyə mənsub olduğuna görə Allah (c.c) ailə başçılığı vəzifəsini məhz kişiyə tapşırmışdır.Kişilər qadınların caınını, namusunu qorumaq və ailənin maddi ehtiyaclarını qarşıladıqlarına görə hörmətə layiqdirlər. Bu haqqı kişiyə verməməklə bərabər ona lazımi hörmət və sevginin göstərilməməsi çox böyük haqsızlıq və nankorluqdur desək yanılmarıq.Tərcümə etdi: Aylan Bəşir
['kişi və qadın']
4,574
https://kayzen.az/blog/riyaziyyat/5148/buca%C4%9F%C4%B1n-n%C3%B6vl%C9%99ri.html
Bucağın növləri
luminat
Riyaziyyat
9 dekabr 2011, 23:28
Bucağın aşağıdakı növləri vardır:Ø Düz bucaqDərəcə ölçüsü 90°-yə bərabər olan bucağa düz bucaq deyilir.Ø Açıq bucaqDərəcə ölçüsü 180°-yə bərabər olan bucaga açıq bucaq deyilir.Ø İti bucaq90°-dən kiçik olan bucağa iti bucaq deyilir.Ø Kor bucaq90°-dən böyük və 180°-dən kiçik olan bucağa kor bucaq deyilir.Ø Tam bucaqDərəcə ölçüsü 360°-yə bərabər olan bucağa tam bucaq deyilir. Ø Qonşu bucaqlarBir tərəfi ortaq, digər tərəfləri isə tamamlayici yarim düz xətlər olan iki bucağa qonşu bucaqlar deyilir.Şəkildə α və β qonşu bucaqlardır. Qonşu bucaqların cəmi 180°-dir: α+β=180°Ø Qarşılıqlı bucaqlarŞəkildə∠BOC və ∠BOD∠AOD və ∠BOCqarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar bərabərdir:∠BOC= ∠BOD və ∠AOD=∠BOCTamamlayıcı bucaqlarBir-birini 90°-yə tamamlayan bucaqlara tamamlayıcı bucaqlar deyilir.Şəkildə α və β -tamamlayıcı bucaqlardır. Bucağın təpəsindən çıxıb, onun tərəfləri arasından keçən və bucağş yarıya bölən şuaya bucağın tənböləni deyilir. OC şüası -∠AOB nin tənbölənidir, yəni ∠AOC=∠COBQeyd. Qonşu bucaqların tənbölənləri arasındakı bucaq 90°-уə, qarşılıqı bucaqlarda isə 180°-yə bərabərdir.Həmçinin bax: Həndəsənin əsas anlayışları
['bucaq', 'həndəsə']
4,575
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7924/o%C4%9Fruya-da-m%C9%99rh%C9%99m%C9%99t.html
Oğruya da mərhəmət
umud600
Düşündürücü hekayələr
9 dekabr 2011, 21:51
Mövlana bir gecə namaz qılırdı, yəni meracda idi. " Eşq sultanı " bir başqa dünyanın insanı idi. Nə evində idi, nədə dünyada. Hüzurunda hüzür tapdığı Rəbbinin yanında idi. Ondan heç bir şey ala bilməyənlərdən biri oğurluqla keçinməkdə idi. Mövlananın otağına girdi və oradan yerə sərilən xalçanı götürüb getdi. Bir-neçə gün sonra oğurladığı xalçanı bazarda satarkən yaxalandı. Həzrəti Mövlananın hüzuruna gətirildi. Mövlana oğrunu vəhşi kimi tutub gətirənləri sözləri ilə təəccübləndirdi. Oğruya yazığı gəlmişdi: - Buraxın o yazığı! Ehtiyacı olduğu üçün etmişdir. Üzrlü hesab edin. Artıq xalça onundur. Ya da pulunu verib xalçanı satın alın! Bu hadisə bir çox yazıçı və şairə ilham qaynağı oldu. Hadisədən əsrlər sonra Viktor Hüqo bu gözəlliyi götürüb romanında canlandırdı. " Səfillər " adlı bu roman klassiklər arasında sayıldı. Lakin həmin kitaba görə o gözəlliyin qəhrəmanı Mövlana deyil, bir xristian rahibi idi.
['Mövlana', 'Viktor Hüqo', 'oğurluq']
4,576
https://kayzen.az/blog/poeziya/7922/anamgild%C9%99dir-qas%C4%B1m-qas%C4%B1mzad%C9%99.html
Anamgildədir/Qasım Qasımzadə
bahar
Poeziya
9 dekabr 2011, 17:59
Şirinli-acılı ömür keçmişəm,Yaxşını-yamanı görüb seçmişəm.Evli-eşikliyəm, var işim-peşəm...Uşaqlıq həsrəti anamgildədir.Ürək ağrısına hey dözə-dözə,Duranda nadanla bəzən üz-üzəBir səs eşidirəm: "Oğul gəl bizə..."Dizimin taqəti anamgildədir.Neçə anaya da, anam anadır,"Aləm bir yanadır, o bir yanadır".O açan süfrədə şor da bal dadır,Ağzımın ləzzəti anamgildədir. Gəlinin, yeznənin bilir yerini,Çəkir qardaş-bacı dərdi-sərini.Ərköyün böyüdür nəvələrini,Hər kəsin qisməti, anamgildədir.Qızına bilmirik oduna qazın:Havası isinmir otağımızın.İndi duyuram ki, ocağımızınKözü-hərarəti anamgildədir.Ömrün qar fəslidir, ağarıb saçım,Məni ata bilir, qardaşım, bacım,Çətində mən kimin yanına qaçım?Ata şan-şövkəti anamgildədir.
['poeziya', 'ana qayğısı']
4,577
https://kayzen.az/blog/riyaziyyat/5149/h%C9%99nd%C9%99s%C9%99nin-%C9%99sas-anlay%C4%B1%C5%9Flar%C4%B1.html
Həndəsənin əsas anlayışları
luminat
Riyaziyyat
8 dekabr 2011, 23:48
1. Həndəsənin əsas anlayişları asağıdakılardır:Ø NöqtəØ Düz xəttØ Yarım düz xətt və ya şüaØ ParçaØ Bucaq2. Nöqtə və düz xətt ilkin anlayışlar olduğundan onlara tərif verilmir.Düz xətti kiçik hərflə və ya onun üzərində olan hər hansı iki nöqtə ilə də işarə etmək olar. Мəsələn; a-düz xətti və ya AB düz xətti3. Düz xəttin verilmis nöqtəsindən bir tərəfdə olan bütün nöqtələrindən ibarət hissəsinə yarım düz хətt və ya şüa deyilir. A – şüanın baslanğıc nöqtəsidir. 4. Düz xəttin iki nöqtə ilə məhdudlanmıs hissəsinə parça deyilir. A və В nöqtələri parçanın uç nöqtələridir.Parça |AB| kimi işarə edilir. Parçanı ölçmək üçün mm, sm, dm, m, km kimi uzunluq vahidlərindən istifadə edirlər.5. Bir nöqtədən şıxan iki süanın əmələ gətirdiyi həndəsi fiqura bucaq deyilir. Şəkildə O-təpə nöqrəsi, АО və BO bucağın tərəfləridir.Bucağı kimi işarə edirlər.Bucağı dərəcə və ya radianla ölcürlər.Məsələn, 15°, 30°, 2 rad, — və s. Bir radian təqribən 57°-yə bərabər götürülür.Aşağıdakı cevrilmələri də bilmək lazımdır:Bucaq və bucağın növləri haqqında.
['həndəsə']
4,578
https://kayzen.az/blog/diplomatiya/7534/xarici-%C9%99laq%C9%99l%C9%99r-%C3%BCzr%C9%99-orqanlar.html
Xarici əlaqələr üzrə orqanlar
rokfeller
Diplomatiya
8 dekabr 2011, 21:28
Xarici əlaqələr üzrə dövlət orqanları. XİN- dövlətin xarici siyasət aparatının əsas bəndidir (üzvüdür).Yerləşməklərinə və fəaliyyətlərinə uyğun olaraq XMÜ DO 2 qrupa ayrılır: 1) Dövlətin XMÜ mərkəzi orqanları. 2) Dövlətin XMÜ xarici (dövlətdən kənar) yerləşən orqanları.Öz funksiyalarının xüsusiyyətləri və hüquqi mövqelərinə görə 2 qrupa bölürlər:A) Ümumisiyasət rəhbərlik orqanları – dövlətlərin konstitusiyaları ilə təsis və müəyyən edilmiş və ümumisiyasət funksiyalarını yerinə yetirən. (Ölkəsi tərəfindən).B) Dövlətin başqa ölkələrlə ixtisaslaşmış (iqtisadi, təsisatlə, müəyyən sahəli) əlaqələr üzrə orqanlar.Birincilərə.- adətən ölkənin əhalisi tərəfindən seçilən hakimiyyətin ali qanunverici orqanları- fərdi, yaxud kollegial – dövlət başçısı.- Hökumət və ilk növbədə hökumət başçısı.- Xarici işlər naziri və XİN-in mərkəzi aparatı aiddir.Hakimiyyətin ali qanunverici orqanları idarəetmənin respublikan forması olan dövlətlərdə həm daxili, həm də xarici siyasət və münasibətlər aləmində ali dövlət orqanları sayılırlar. Qanunverici orqanlar tərəfindən xarici münasibətlər sahəsində müəyyən funksiyaları yerinə yetirmək ənənəsi hələ qədim quldarlıq dövlətlərinə aid olub. Belə ki, Qədim Romada, sülh və müharibə, danışıqların aparılması, xarici ölkələrə diplomatik missiyalar və səfirlərin təyin edilməsi haqqında məsələlərin həlli Roma quldarlıq zadəganların orqanı sayılan – Senata – həvalə edilmişdi.Orta əsrlərdə idarəetmənin respublika forması olan dövlətlərdə (misal üçün, İtaliyada), Genuya, Venesiya və s. şəhər-respublikalarda xarici münasibətlərin əsas məsələləri hakimiyyətin nümayəndələr qanunverici orqanlarına aid edilirdi.Lakin feodalizm dövründə butun bü cür suallarla hökmdar (monarx) məşğul olardı. burjuaziyanın hakimiyətə gəlməsi ilə Avropa dövlətlərin əksəriyyətində respublika idarəetməsi bərqərar edildi. Eyni zamanda konstitusiyalarda monarxizmə əks olaraq, dövlət hakimiyyətin nümayəndələr seçki orqanları həm daxili, həm xarici siyasət sahələrində ali orqanlar kimi qəbel olunmuşdular.Konstitusiyaya uyğun olaraq, bütün müasir respublika idarəetməsi ilə dövlətlərdə xarici münasibətlər üzrə ali orqanlar kimi parlamentlər sayılır. Sülh və müharibə, bəzi ölkələrdə isə hətta xarici dövlətlərə səfirlərin təyin edilməsi kimi məslələrin həlli onların öhdəsinə buraxılır. Misal üçün, ABŞ-da bu funksiyaları senat həyata keçirir. Parlamentlər hökümətin xarici siyasət fəaliyyəti barədə hesabatı dinləyir və müzakirələrdən sonra xüsusi qətnamələr qəbul edirlər. Bu qətnamələrdə hökümətin xarici münasibətlər sahəsindəki fəaliyyətinə və ümumiyyətlə, xarici siyasət fəaliyyətinə qiymət verilir. Onlar beynəlxalq müşavirələri təsdiq edir; xarici siyasət məsələləri ilə əlaqədar başqa ölkələrin parlamentlərinə müraciət edir və s. işlərlə məşğul olur.Ali qanunverici orqanlar strukturlarında xarici işlər üzrə müxtəlif komissiyalar və komitetlər fəaliyyət göstərir. Hüquqi olaraq onlar parlamentlərin orqanları sayılır. Monarxın iderəetməsi ilə dövlətlərdə xarici münasibətlərin ali dövlət orqanı hökmdar özü (kral, imperator və s.) sayılar. Konstitusyon monarxiyalarda onun hakimiyyəti parlament tərəfindən məhdudlaşdırılır, bu da müasir şəraitdə icra hökumət orqanları xeyrinə məhdudlaşdırma deməkdir.Xarici münasibətlər üzrə dövlətin ikinci mərkəzi orqanı – dövlət başçısıdır (fərdi yaxud kollegial).Adətən respublikan idarəetməsi ilə dövlətlərdə dövlət başçısı prezident (baş nazir) olur. Xarici münasibətlərin praktiki olaraq həyata keçirilməsi dövlət hakimiyyətin icra orqanların səlahiyyətidir. Bununla əlaqədar təbiidir ki, bütün xarici münasibətlərin gündəlik rəhbərliyi ilə məhz dövlət başçısı məşğul olur və dövlət başçısının bu sahədə fəaliyyəti onun xarici münasibətlər üzrə ali orqan olduğunu deməyə əsas verir. Dövlət başçısının bu gür mövqeyi ona başqa dövlətlərlə və onların başçıları ilə bilavasitə əlaqələr saxlamağa, xarici siyasət məsələləri üzrə sazişlər bağlamağa, hər hansı bir xüsusi səlahiyyətlər lazım olmadan BMT-nin Baş Assambleyasının və başqa beynəlxalq təşkilatların iclaslarında iştirak etməyə imkan verir. ən əhəmiyyətli sazişlər, xarici siyasət aktları və ərizələr dövlət başçısının imzası ilə təsdiqlənir. Əksər dövlətlərin konstitusiyalarında bu əsasnamə müvafiq məqalələrdə öz əksini tapıb.Dövlət başçısının xarici siyasət sahəsindəki fəaliyyətin və məsuliyyətin həcmi konstitusiya ilə ətsin edilir.Hökümət başçısı da xarici münasibətlər aləmində öz dövləti və hökümətini ona məxsus olan səlahiyyətlər çərçivəsində təmsil edir, və bu sahədə gündəlik əməliyyatlı iş aparır.Xarici işlər naziri (xarici siyasət üzrə idarənin başçısı) öz funksiyaları və səlahiyyətlərinə görə dövlətin xarici münasibətlər üzrə təsisatın gündəlik rəhbəridir. Xarici işlər naziri başqa dövlətlərlə münasibətlər saxlayır, xüsusi səlahiyyətləri lazım olmadan BMT-nin baş assambleyasının və başqa beynəlxalq təşkilatların iclaslarında iştirak edirlər. Xarici işlər idarəsinin mərkəzi aparatı da mərkəzi orqanları qrupuna aiddir. Bu aparatın qarşısında duran məqsədlər və onun işinin prinsipləri ayrıca müzakirə olunacaq. Bütün yuxarıda sadalanan orqanların fəaliyyəti diplomatik xarakter daşıyır.Beləliklə, dövlət başçısı, hökümət başçısı və Xarici işlər naziri xarici münasibətlər sahəsində öz funksiyalarını bunun üçün səlahiyyətləri olmadan yerinə yetirirlər. Bununla belə, xaricdə səfərlərdə olarkən, onlar ümumqəbul olunmuş hüquqlar və imtiyazlarda (məsələn, şəxsi toxunulmazlıq, məhkum olunmazlıq, şifrə olunmuş yazı olan istifadə) və bir sıra fəxri imtiyazlardan (misal üçün, onların maşınlarında və dayandıqları iqamətqahların binalarında təmsil etdikləri dövlət bayrağın ucaldılması) istifadə edirlər.Dövlətin başqa ölkələrlə xüsusi (iqtisadi, təsisatlı, idarəli) əlaqələr üzrə xüsusi orqanlar (bəzən onları «xarici münasibətlər üzrə ixtisaslaşdırılmış dövlət orqanları» da adlandırırlar.-dövlətlərin konstitusiyaları (xarici ticarət nazirliyi və s.)-dövlətin normativ aktları «cari qaunanvericilik, qərarlar, hökümət qətnamələri və idarədaxili sərəncamlar (müxtəlif idərələr, nazirliklərin strukturunda xarici əlaqələr və beynəlxalq münasibətlər üzrəşöbələr) əsasında qurulub fəaliyyət göstərirlər.Dövlətin başqa ölkələrlə xüsusi əlaqələr üzrə orqanları qeyri-siyasi, ixtisaslaşdırılmış funksiyaları yerinə yetirirlər. Onlar diplomatik xasiyyət daşımır, və bu orqanlarda xidmət öz əsasında diplomatik xidmət sayılmır. Bu orqanlar qrupuna başqa ölkələrlə yaradılan iqtisadi, elmi-tədqiqat və mədəniyyət əlaqələri daxildir.
['beynəlxalq münasibətlər']
4,579
https://kayzen.az/blog/umud600/7919/dua.html
Dua
umud600
Bloq: umud600
8 dekabr 2011, 00:59
Ey Rəbbim! Bizimlə halımıza görə davranma. Öz ikram və ehsanına görə davran! Ey Rəbbim! Kərəm və lütfünlə hidayət etdiyin qəlbi yenidən zəlalətə, azğınlığa meyl etdirmə. Bəlaları bizdən uzaqlaşdır və dəyişdir. Ey əfvi çox olan , günahları örtən Rəbbim! O günahlara görə bizdən intiqam alma. Bizə əzab etmə! Ey Rəbbim! Biz nəfs ilə şeytana it kimi tabe olduqsa da, Sən əzab aslanını bizim üstümüzə salma! Ey Həyy, əbədi diri olan Rəbbim! Sən kərəm sahibisən. Ey yaradılmışların ehtiyacını ödəyən Rəbbim! Sən varkən başqa bir şəxsi xatırlamaq və ondan bir şey ummaq doğru deyildir. Ey əfv etməyi sevən Rəbbim! Bizi əfv et. Üsyan dərdimizə çarə qıl. Ey yardım istəyənlərin yardımçısı! Bizi hidayət et. Ey aləmləri yaradan! Qaralmış və sanki daş olmuş qəlbimizi mum kimi yumşalt. Bizdən kölə kimi istifadə edən nəfsimizdən bizi satın al. Ey misli, bənzəri olmayan Allah! Madam ki, ayə və hədis kimi gözəl və hikmət dolu sözləri qulağımızda sırğa etdin, onda bu sözləri bol-bol saç. Madam ki bizə dinin həqiqətlərindən bir ətir duydurdun, tamamilə nəşələndirməzdən əvvəl  şərab küpünün ağzını bağlama! Ey torpağı qızıla çevirən, başqa bir torpağı da insanların atası edən Allah! Allahım! Sənin işin hər şeyi dəyişdirmək, yenidən yaratmaq, ehsan və lütflər etmək, mənim işim isə xəta etmək, unutmaq, günah etməkdir. Mənim unutmağımı, səhv və xətalarımı bilgiyə, elmə çevir. Mən başdan - ayağa kin və qəzəbəm, məni səbrdən, elmdən ibarət et. Ey Rəbbim! Mənə nə Sənin zikrini unutduracaq, sənə olan şövqümü söndürəcək, səni zikr edərkən duyduğum ləzzəti kəsəcək bir xəstəlik, nə də məni azdıracaq, şər və pis işlərimi artıracaq bir sağlamlıq ver. Ey Rəbbim! Dua və yalvarışlarımızla Sənə layiq olmayan sözləri bilməyərək söyləyib xəta etdiksə, o kəlmələri Sən düzəlt və duamızı qəbul et. Çünki sözlərin hakimi və sultanı Sənsən. Ey mərhəmətlilərin mərhəmətlisi! Mərhəmətinlə duamı qəbul et! AMİN !
['DUA']
4,580
https://kayzen.az/blog/kulturologiya/7809/ilk-sivilizasiyalar%C4%B1n-meydana-g%C9%99lm%C9%99si-v%C9%99-formala%C5%9Fmas%C4%B1.html
İlk sivilizasiyaların meydana gəlməsi və formalaşması
luminat
Kulturologiya (mədəniyyətşünaslıq)
7 dekabr 2011, 23:50
1.İlk sivilizasiyalarının meydana gəlməsi və formalaşması 2.İbtidai-icma quruluşu dövrünün mədəniyyət abidələri 3.İlk sinfi cəmiyyətinin mədəniyyəti və onun xüsusiyyətləri 4.Dəclə və Fərat çaylarının hövzələri arasında yaranmış Şərqin qədim mədəniyyəti İlk sivilizasiyaların (mədəniyyətin) yaranmasının rüşeymləri ibtidai-icma quruluşu dövrünə aiddir. Birgə əmək fəaliyyəti, ümumi məskən, ümumi od – bütün bunlar təbii onların birləşməsinə əsas olmuşdu. Sosial əlaqələrin möhkəmlənməsi, təbiət ilə mübarizədə insanların birləşməsi zəruriəti yararmışdı. Qədim insan bu dördə özünün və uşaqlarının maraqları barəsində düşünürdü, hətta bütün icmanın istəyini nəzərə alırdı. Çox güman, məhz bu dövrdə (daş dövrü) ictimai həyatın yeni mərhələsinə keçid başlanmışdı. İlk qədim qəbilə ictimai həyat formasına keçid başlanmışdı, madərşahlıq qəbilə icma quruluşu, yəni, qohumluq əlaqələrinin yaranması, monoqam (təknigahlıq) ailə yaranmasına başlanmışdı. İbtiadi insan şüurunun inkişafı bilavasitə onun əmək fəaliyyəti ilə bağlı olmuş, onun gündəlik əmək praktikasına çevrilərək onu əhatə edən təbiəti düzgün dərk etmək imkanı yaratmışdı. Mustyer dövrünə aid olan qədim qəbirlərdə aşkar olunmuş faktiki materiallar sübut edir i, bu dövrdə ibtidai insanlarda dini inamların rüşeymlərinin yaranması başlanmışdı. Arxeoloji materiallar əsasında güman etmək olar ki, bu dövrdə ilk “ruh” və “axirət dünyası” inamları yaranmış, sonralar bütün dünyavi dinlərin əsasını təşkil etmişdi. Qeyd etməliyik ki, mustyer dövründən əvvəl insanları dəfn etmək izləri aşkar olunmamışdı. İlk dəfn izləri 500-600 min il insanın yaranmasından sonra adət formasını almışdı. Mustyer dövrü qanunauyğun keçid mərhələsi olmuş, yeni mərhələyə əsaslar yaratmışdı, yəni ibtidai madərşahlıq icma quruluşuna. Müasir insan tipinin yaranması müddətində, müasir irglərin formalaşmasına başlanmışdı. İnsanların üç böyük irqi ayrılıqları mövcuddur: zəngi, avropalı və monqoloidli. Yuxarı paleolit dövründə insanların həyat tərzi mürəkkəbləşdirmə nəticəsində ibtidai icma quruluşu inkişaf edir. Bu dövrdə bütün həyatın sahələrinə öz təsirini göstərmiş dəyişikliklər mədəniyyətdə öz əksini tapmışdı. Qədim insanların mədəniyyəti də özünəməxsusluğu ilə seçilməyə başlayır. Paleolitiik incəsənəti - ilk bu dövrə   aid incəsənət nümunələri XIX əsrin 40-cı illərində Fransada (maqaralarda) aşkar olunmuşdu, 1875-ci ildə İspaniyada maqaralarda təsvirlərə rast gəlmişlər. İbtidai təsviri incəsənət min illər boyu hazırlıq yolu keçmiş, həyat tərzinin və əməyin inkişafının nəticəsi olmuşdu. İlk incəsənət rüşeymləri mustyer dövrünə aid olmuşdu, sonralar cəmiyyətin yeni mərhələyə keçidi insan yaradıcılıq sənətində daha yüksək mərhələyə qalxmaq imkanı əldə etmişdi. İbtidai təsviri incəsənətə onun tarixində, əsas istiqamət real məlumatı təsvir etməkdir. Paleolit dövrünün təsiri sənət nümunələri ibtidai mərhələdə qalmaqda idi. İlk dini inamların yaranması. Yuxarı poleolit dövründə (50-40 min il əvvəl) ibtidai dini inamların yaranmasına başlanmışdı. İlk dini inamlarının yaranmasına əsas səbəb insanların təbiyətin çətinlikləri ilə rast gəlmələri ilə, onlarla mübarizəsi nəticəsində yaranmışdı. Neolit Avropanın cənub və qərbində. Avropada daş əmək alətlərinin cilalandırmaq texnikasının əmələ gəlməsi, dulusçuluğun yaranma tarixi eramızdan əvvəl VI minilliyə aiddir. Krit adasında aparılan arxeoloji qazıntılar zamanı çox sayda daş alətləri aşkar olunmuşdu və burada yerləşən qədim dövr insanların məşğuliyyətindən xəbər verir. Mezolit dövrünün sonralarında ilk maldarlıq və əkinçiliyə keçid, mümbid ərazilərdə Mesopotamiya, Nil vadisində, İran və cənubi Orta Asiyada yaşayan tayfalar olmuşlar. Qeyd olunan ərazilərdə VI-V minilliklərdə yeni təsərrüfat və mədəniyyət yaranmışdı. Bu ərazilərdə sonralar qədim dünya sivilizasiyaları yaranmış və IV-III minilliklərdə daş dövrü sona çatmışdı. Nil vadisində ilk əkinçilər. VI-V minilliklərdə Nil vadisində qədim insanlar məskunlaşmağa başlamışlar və onlar əkinçilik ilə məşğul olmuşlar və əldə olunan nəticələr əsasında  sonralar Qədim Misir sivilizasiyası yaranmışdı. İlk əkinçilik ilə məşğul olan adamlar badariylər mədəniyyətinə aid olan tayfalar olmuşlar. Badayrilər bir sıra sənətkarlıqda yüksək nəticələr əldə etmişlər: çaxmaq daşından istifadə etmək, ağac və sümüyün məişətdə istifadəsi, geyim hazırlamaq, bəzək və ev əşyalarını tələbatını ödəmək, toxuculuq və s. peşələrə nail olmuşlar. Dulusçuluğün böyük inkişafı badariylər tərəfindən əldə olunmuşdu. Badariylər gündəlik əşyalarını ornamentlər ilə bəzəyirdilər. Əvvəllər olduğu kimi heyvanat ayinləri geniş yayılmışdı, lakin yeni formada və yeni məzmun ilə. Vəhşi heyvanlar ayinlərinin totem xarakterli olması ilə yanaşı, ev heyvanlarına ehtiram yaranmağa başlanmışdı, ilk növbədə inək, qoyun və keçi. Badariylər mərhumu məzarda qıc edilmiş vəziyyətdə dəfn edirdilər. Mərhum sol böyrü üstə və başı şərqə tərəf dəfn olunurdu. Mərhumla birlikdə “axirət dünyasında” ona gərək olan əşyaları və ərzaq qoyulurdu. Bədariylərlə bərabər qonşuluqda yerləşən Nil çayının üst axınığında V-VI min-də bir neçə tayfalar məskunlaşmışlar. Onların mədəniyyəti bədariylərlə uyğunluq təşkil edirdi. Beləlikə, neolit dövründə, metall mədəniyyəti ilə tanış olmayan insanlar, Nil vadisində və onunla qonşuluqda olan sahələrdə ilk əkinçilik və maldarlıq mədəniyyəti yaranmışdı. Yeni mədəniyyətin yaranması, onun ən yüksək inkişafı Bədariylər tərəfindən əldə olunmuşdu. Onların həyat tərzi və mədəniyyəti sonralar Qədim Misir yüksəlişinə və ən nəhəng sivilizasiya mərkəzinə çevrilməsinin əsasını qoymuşdu. Maddi mədəniyyətin zənginləşməsi və onun genişlənməsi, mübadilənin artmasına və möhkəmlənməsinə səbəb olmuşdu. İctimai əlaqələrdə təcrid olunmuş tayfa qəbilə çərçivəsindən çıxaraq, ilk ərazi tayfa birliyinə imkan yaratmışdı. Yeni mədəniyyət rüşeymləri ayrı ərazilərdə -  İran və Orta Asiyada müşahidə olunur. VI-V əsrlərdə Xəzəryanı tayfalarda əsaslı dəyişikliklər baş verir. Neoletik dövr başlanır. Burada məskunlaşmış insanlar ovçuluqla bərabər ilkin maldarlıqla və əkinçiliklə məşğul olmağa başlamışlar. Yeni əkinçilik həyatının qədim izləri Dəclə çayının yuxarı axınında aşkar olunmuşdu, yaxın qonşuluqda olan ərazilərdə Misir ilə birlikdə yaranmış ikinci sivilizasiya, ilk dəfə olaraq şəhərlər salınmış və dövlətlər yaradılmışdı. Əkinçilik mədəniyyəti yeni yaşayış xarakterinin yaradılmasına səbəb olmuşdu. Bu dövrdə müvəqqəti yaşayış məskənlərini kəndlər əvəz etmişdi və orada bir qəbilə icması yaşayırdı. Həyatda baş vermiş dəyişikliklər öz qanunauyğun əksini dini baxışlarda tapmışdı. Dini baxışların mərkəzində torpaq məhsuldarlıq ayini dururdu. Min illər boyu qədim ibtidai icma quruluşu ilk insan cəmiyyətinin forması olmuşdu. Bu dövrdə insan tərəqqiyə doğru irəlləmiş, böyük nailiyyətlər, maddi və mənəvi mədəniyyətində əldə etmiş, bütün yer kürəsinin əksər hissələrində məskunlaşmışdı. Madərşahlıq dövründə ibtidai-icma quruluşunun inkişafı nəticəsində ictimai əlaqələrin artması, ilk növbədə qəbilə və tayfa üzvlərinin birliyində özünü göstərirdi. Bütün insanlar bu dövrdə eyni hüquqa malik idilər, cəmiyyətdə sinfi təbəqələşmə yaranmamışdı. Bizim eradan əvvəl IV minillikdə məhsuldar qüvvələrin artımı nəticəsində böyük təsirə malik dəyişikliklər baş vermişdi. İnsanların maddi mədəniyyətində əsas yenilik metaldan istifadə edilməsi başlanmışdı. Bununla bərabər, ictimai quruluşda köklü yeniliklər başlanmışdı. Bu dövrdə ilk sinflik cəmiyyət yaradılmışdı və bunlar Nil çayının vadisində onunla birlikdə iki çay Fərat və Dəclə sahilləri. Təxminən eyni vaxtda ayrı-ayrı yerlərdə: Asiya, Şimali-Şərqi Afrikada və Avropada insanlara metal (qızıl, miss, gümüş, qurğuşun, qalay) məlum olmuşdu. İnsanların həyat təsərrüfatında misin əsas metal kimi istifadəsinə başlmanmışdı, sonralar misin qalay ilə birləşdirilməsi nəticəsində muçdan istifadə olunmuşdu. Metal dövrünün başlanması  b.e.ə.IV minillikləri sayılır. IV-III min-ri eneolit adlandırılır, yəni misdaş əsrləri. Bu dövrdə sənətkarlıq inkişaf etmişdi – toxuculuq, metaləritmə, dulusçuluq. İcma üzvlərinin sıralarından sənətkarlar yaranmağa başlanır və bunun nəticəsi olaraq sənətkarlar yaranmağa başlanır və bunun nəticəsi olaraq sənətkarlıq əkinçilikdən ayrılmış, ayrıca sənət növünə çevrilmişdi. Yaranmış yeniliklər mübadilənin genişlənməsinə əsaslar yaratmışdı. Tayfa üzvlərinin ictimai fəallığı qeyd olunan dövrdə bədii yaradıcılıqda öz əksini tapmışdı. Qədim Şərqin etnik abidələri məhz bu dövrə aiddir. Bədii yaradıcılıqda dulusçuluq əsas yer tuturdu. Quldarlıq cəmiyyətinin yaranması B.e.ə.IV-III min. Misirdə və ikiçayarası (Mesopotamiyada) dünyada ilk dəfə olaraq quldarlıq dövlətləri yaradılmışdı. Qədim Misirdə köləliyin və sosial təbəqələşmənin yaranması və ilk dövlətlər  - Homlar meydana gəldi. E.ə.IV minilliyin sonunda Misirdə Aşağı və Yuxarı padşahlıqları yarandı. Erkənpadşahlıq dövründə Aşağı Misir üzərində qələbə çalaraq ölkəni vahid dövlətə firon Narmer birləşdirdi. Misirdə mərkəzləşdirilmiş dövlət yaradılmışdı. Birinci Misir sülaləsinin hakimiyyəti dövründə Misirdə süni suvarma əkinçiliyi inkişaf etmişdi, əmək alətləri təkmilləşdirilmişdi. Qədim padşahlıq dövründə Misirdə məktəblər yaradılmış, əsas fənlər oxu, yazı və hesab idi. Ümumi fənlərlə yanaşı, dini təhsil, astronomiya və təbabət öyrədilirdi. Riyaziyyat və astronomiya o dövrün tələbatına uyğun olaraq empirik inkişafı edir və tətbiqi xarakter daşıyırdı. Misirdə təqvim vaxtı bilmək üçün Günəş və su saatları işlədilirdi. Yaşayış məntəqələri arasında məsafə  nəzərə alınmaqla, xəritələr və şəhərlərin planı tərtib edilirdi. Onluq say sistemi və kəsr anlayışı, ədədi və həndəsi silsilələr ilk dəfə misirlilərə məlum idi. Orta şahlıq dövründə elementar cəbri, anlayışlar meydana gəldi, iki məchullu tənliklər həll edildi. Misirlilər düzbucağın, üçbucağın, dairənin sahəsini, piramidanın səthini və həcmini hesablaya bilirdilər. Meyitlərin balzamlanması anatomiya və cərrahiyyənin inkişafına zəmin yaratdı. Misirlilər ürəyin funksiyasını öyrənmiş, qan dövranı qanunu kəşf etmiş, kəllənin trepanasiyasını aparmışdılar. Ticarət və hərbi ekspedisiyalar coğrafiyanın inkişafına səbəb olmuşdu. Misirlilərin müxtəlif sahələrə aid bilikləri antik elmin, həmçinin Avropa elminin iknkişafına mühüm təsir göstərmişdi. Misir ədəbiyyatı dünyanın ən qədim ədəbiyyatlarındandır. Misir dilində ədəbi abidələr e.ə.III minillikdən mövcud olmuşdur. Son ədəbi abidələr isə eramızın I əsrinə aiddir. Misir yazısının ədəbi nümunələri dövrümüzədək gəlib çatmışdır. Misir ədəbiyyatı qədim dünya, o cümlədən yunan ədəbiyyatına, onun vasitəsi ilə Avropa xalqları ədəbiyyatına təsir göstərmişdir. Nil çayı vadisindəki bədii mədəniyyət abidələri çox qədim dövrlərə aiddir. Qədim Misir incəsənətinin prinsipləri təşəkkül tapmış və bu prinsiplər min illərlə Misir incəsənətinin inkişafının əsasını təşkil etmişdi. Qədim padşahlıq dövründə yeni memarlıq tipləri tətbiq olunmuşdu. Bu dövrün memarları tədricən ehram formalarını təkmilləşdirmiş, onlara həndəsi səlislik vermişlər. Ehramların qarşısında möhtəşəm sfinks heykəlləri qoyulur, yaxınlığında xatirə məbədləri tikilirdi. Qədim padşahlıq dövrünün incəsənətində dini sitayiş ayinləri ilə bağlı olan divar boyakarlığı, dairəvi heykəllər və relyef təsvirləri mühüm yer tuturdu. Sərdabaların divarlarındakı rəsm və relyeflərdə misirlilərin həyat və məişəti öz əksini tapırdı. Portret heykəltaraşlığı daha geniş inkişaf etmişdi. Misir incənəsəti Yeni padşahlıq dövründə yüksəliş mərhələsinə çatır. Misir musiqisi dünyanın ən qədim musiqi mədəniyyətlərindədir. İlk musiqi mədəniyyəti abidələri e.ə.V minilliyə aiddir. Memarlıq abidələrinin üzərində barelyeflərdə müğənni və musiqiçilərin təsvir olunması musiqinin məişətdə geniş yayıldığına subütdur. Tədricən musiqi dini, saray və xalq müsiqisinə ayrılmışdı. E.ə.IV-I minilliklərdə Fərat və Dəclə çayları arasında (Mesopotamiya) yaşamış xalqların – şumer  və akkadların, babillər və assuriyalıların mədəniyyəti Şərqdə yaranmış ilk sivilizasiyaladan biri olmuşdu. Burada dulusculuq, toxuculuq, dəmirçilik və ağac emalı inkişaf etmişdi. Mesopotamiyada qədim yazı sistemini şumerlər yaratmışlar. Sonra bu sistemi akadlılar onlardan götürmüşdülər. E.ə.IV minilliyin ortalarından başlayaraq niktoqrafik yazının (rəsmi yazı) yayıldığı məlumdur. E.ə.III minilliyin ortalarına doğru yazı artıq müəyyən fikri ifadə etmək üçün  kifayət qədər yararlı idi. Yazı üçün gil lövhəciklərdən istifadə olunurdu. Mesopotamiyalıların mixi yazı üsulu ən qədim yazı növü olmuşdu. E.ə.III minilliyin birinci yarısında Akkad və Şumer dilində şifahi ədəbiyyat inkişaf etmişdi. Babilistan, Şumer və Akkad ədəbiyyatının əsas janrı olan enik poeziyaınn bir neçə növü olmuşdu. Dini-fəlsəfi və lirik poeziya da inkişaf etmişdi. Şifahi xalq ədəbiyyatı nümunələri e.ə.19-18 əsrlərdən yazıya alınmışdır. Qədim Assuriyanın incəsənəti, e.ə.III minillikdən e.ə.7 əsrədək mövcud olmuşdur. Assuriyada heykəltəraşlıq, saray inşaatı və şəhərsalma inkişaf etmişdi. Babilistan incəsənəti e.ə.IV minilliyin əvvələrində yaranmışdır. Şumer incəsənətində memarlıq mühüm rol oynamışdır. Məbədlər mozaika və relyefli frizlər, habelə misə tutulmuş heykəllərlə bəzədilirdi. Akkad incəsənəti dağ sakinlərinə qarşı yürüş səhnəsini əks etdirən mürəkkəb kompozisiya (padşah Naramsinin stelası) və Neynəvadan tapılmış I Sarqonun heykəli (miss) ilə təmsil olunur. Hammurapi qanunlarının mətni yazılmış relyefli daş lövhə Babilistan incəsənətinin görkəmli abidəsidir və birinci yüksəliş, ən çox riyaziyyat, şumerlərin yaratdığı altmışlıq say sistemi əsasında müxtəlif hesablama cədvəllləri tərtib olunmuşdu, ədətlərin bölünməsi, vurulması, ədədlərin kvadratları, kubları və onların kökləri və s. istifadə edilirdi. E.ə.I minillikdə  müşahidə astronomiyası və ibtidai hesablama astronomiyası (Ay və Günəş tütülmasının əvvəlcədən hesablanması) xeyli inkişaf etmişdi. Babilistanda riyaziyyat və astronomiyanın inkişafı bu elmlərin Yunanıstanda və onun vasitəsilə Qərb ölkələrində yayılmasına böyük təsir göstərirdi. Şumer yazısının və e.ə.II minilliyin ortalarına doğru artıq ölü dilə çevrilən, lakin din və elm dili kimi işlədilən Şumer dilinin öyrənilməsi ehtiyacı işarələr siyahısının tərtibinə səbəb oldu. Sonralar bu siyahılar Şumer-Akkad lüğətlərinə çevrildi. Tarix elminin yaranması padşahları və ən məşhur hadisələrin - siyahılarının tərtibi, habelə padşahların fəaliyyəti təsvir olunan yazıların bina özüllərinə qoyulması ilə başlayır. Babil şəhəri olmaqla dünyanın coğrafi xəritəsini çəkməyə də təşəbbüs edilmişdi. Kimya, əczaçılıq, botanika, mineralogiya və b.elmlərə dair termin, resept siyahıları bu elmlər sahəsində də bilik və məlumatın olduğunu göstərilir. Təbiət elmləri və təbabət din və dini ayinlərlə sıx bağlı idi. Şumer, akkadlar və babililərin yaratdıqları zəngin mədəniyyət sonraı tarixi dövrlərdə sivilizasiyaların inkişafının əsasını təşkil etmişdi. Hammurapi qanunları. Babilistanda şah Hammurapi dövründə (e.ə.təqribən 1760-cı ildə) yaranmış qanunlar külliyatı. Qədim Şərq quldarlıq hüququnun mühüm abidəsi. Mətni bazalt sütün üzərində mixi yazısı ilə həkk edilmiş Hammurapi qanunları 1901-1902-ci illərdə fransız arxeoloji ekspedisiyası tərəfindən Sur şəhərində (İran) tanılmışdır. Qanunların mətni giriş, 282 maddə və sonluqdan ibarətdir. Bunlar sinfi və sosial fərqlərin yüksək dərəcədə inkişafını əks etdirirdi. Hammurapi qanunlarının maddələri mövzular üzrə qruplaşdırılmışdır proses, mülkiyyət, şah xidməti, nikah və ailə, öhdəliklər və s. maddələrdən ibarətdi. Hər bir mövzu həm cinayət hüququ, həm də mülk, hüquq baxımından şərh edilirdi. Hammurapi qanunlarında quldarların qullar üzərində hakimiyyətinin, ümumiyyətlə xüsusi mülkiyyətin möhkəmləndirilməsinə və təbiətin qorunması məsələsinə xüsusi diqqət yetirilmişdi. Hammurapi qanunları hüquq elminin sonrakı dövrlərdə əsasını təşəkkül etmiş, Yunanıstan və Romada daha zənginşdirərək hüquq elmin sistemləşmiş və dövlət idarəçiliyinə hüquqi əsaslar yaratmışdı. Cəmiyyətin təbəqələşməsi və ilk sinflərin yaranması nəticəsində tarixdə yeni səhifə açılmışdı. İlk dəfə olaraq IV-III minilliklərdə yaranmış Misirdə və iki çay vadisində quldarlıq dövlətləri, öz dövrü üçün proqressiv hadisə idi, əmək qüvvələrinin artmasına, yeni daha yüksək mədəniyyətin yaranmasına səbəb olmuşdu. Dini baxışların ilk yaranması dövründə insanların təbiətin qüvvələrinə aciz olması əsasında yaranmış, sinfi cəmiyyətin yaranmasından sonra ideoloji vasitəyə çevrilir. Quldarların maraqlarının müdafiəsi üçün Misirdə və Mesopotamiyada mərkəzləşmiş dövlətin yaranmasına əsas amil olmuş və quldarlıq istibdad idarə üsulu tətbiq edilmişdi. Yeni ictimai-iqtisadi quruluşunun yaranması və inkişafı bir çox sahələrdə irəliləyişə səbəb  olmuşdu. İlk növbədə yeni , ictmai münasibətlər mədəniyyətinin inkişafına əsaslar yaratmışdı. İlk quldarlıq dövlətlərinin yaratdığı sivilizasiyalar, sonrakı dövrlərdə ümumdünya mədəniyyətinə, onun inkişafına böyük töfhəsi olmuşdu. Qədim ə Şərq dövlətlərində tarixdə ilk dəfə olaraq fikri çatdırmaq üçün istifadə olunan şəkillər vasitəsilə ifadə edilən Ən qədim yazı üsulu (piktoqrafiya) yeni yazı üsulu yaradılır(mixi yazılar). İnsanların ictimai inkişafında, sinfi cəmiyyətin yaranması, ilk dəfə olaraq Misir və Mesopotamiyada tarixdə quldarlıq dövlətlərinin və yeni ictimai münasibətlərin həyatda təsdiqi mühüm tarixi dönüş sayılır. Qədim Elam. Mesopotamiya quldarlıq cəmiyyətinin tarixi ilə Elam taraixi sıx bağlıdır. Elanm dövləti Şumerin şərqində yerləşmişdi. Elamın ictimai-iqtisadi həyatı üçün kənd icmasının qalıqları və əsasən ailə icmasının mövcudluğu səciyyəvidir. E.ə.II minillikdə ailə icmaları daxilində mülki bərabərsizlik gücləndi. Ailə icma torpaqları alınıb-satılır və bölünürdü. Elamda quldarlıq münasibətləri inkişaf tapmışdı. Elam bədii irsi e.ə.4-2-ci minilliyə aiddir. Elam incəsənətinin erkən dövrü üçün qıl heykəlçiklər, heyvan və ovçuların təsvirləri çəkilmiş qablar xarakterikdir. Elam incəsənətinin inkişaf dövrü üçünzəngin naxışlı rəngli qablar,üzərində məişət təsvirləri olunmuşdu. Elam mədəniyətinin ən böyük uğuru öz yazısının əldə edilməsidir. Təsviri sənətdə Mesopotamiyanın təsiri hiss olmuşdu.
['Mesopotamiya', 'qədim Şərq', 'mədəniyyət tarixi', 'sivilizasiya', 'Kulturologiya', 'kulturologiya tarixi']
4,581
https://kayzen.az/blog/maraqli-faktlar/7915/i%C5%9Fd%C9%99-stress%C9%99-yox.html
İşdə stressə yox!
Zahid_GDMLI
Maraqlı faktlar
7 dekabr 2011, 22:32
Yeni bir elmi tədqiqatda göstərilir ki, iş yerində keçirilən stress və əsəbilik 50 yaşına qədər qadınlarda ürək xəstəlikləri risqini artırır. Tədqiqatda iştirak edən 12 min həkim və sanitar qadınların müayinəsi nəticəsində belə bir nəticə çıxarılıb ki, işdəki stress 50 və ya 60 yaşlarında olan qadınlardan daha daha çox gənc yaşlı qadınlara mənfi təsir göstərir. İş yerində stressin kişilərdə ürək xəstəliyi yarada bildiyinə dair istənilən qədər sübutlar var. Lakin qadınlara bu amilin nə kimi təsir göstərdiyi o qədər də araşdırılmamışdır. Danimarka alimləri 15 il ərzində qadın sanitarları müşahidə edərək iş yerində stressin onların sağlamlığına təsir dərəcəsini öyrənməyə çalışıblar. Siqaret çəkmə kimi bir sıra digər risk faktorlarını da nəzərə aldıqdan sonra alimlər belə qənaətə gəliblər ki, işdə stress keçirən qadınlarda ürək xəstəliyinə tutulma ehtimalı stress keçirməyən qadınlarda olduğundan 35 faiz yüksəkdir. Lakin yaş amili nəzərə alınanda məlum oldu ki, ən çox ürək xəstəliyinə, yəni, işdəki stressdən, 50 yaşından aşağı olan qadınlar məruz qalır. Alimlərin fikrincə, daha yaşlı qadınlarda ürək xəstəliyinə yüksək qan təzyiqi və xolesterol kimi başqa risk faktorları səbəb olur. Britaniya Ürək Assosiasiyasının sözçüsü deyib ki, iş yerlərində stressə məruz qalan şəxslər öz həmkarları və ya müdirləri ilə bunun necə qarşısını almaq barədə danışmalıdırlar. Onlar eləcə də iş günü ərzində aktiv olmalıdırlar. mənbə: BBC Azərbaycan
['stress', 'iş', 'ürək xəstəliyi']
4,582
https://kayzen.az/blog/maraqli-faktlar/7914/bunlar%C4%B1-bilirsinizmi.html
Bunları bilirsinizmi?
Niyaz
Maraqlı faktlar
7 dekabr 2011, 16:08
‎1. Bibliya 2462 dilə tərcümə olunub. Həmçinin "Star Track" filmində yadplanetlinin danışdığı klinqon dilinə belə tərcümə olunub. Birdən yad planetlilər Bibliya oxumaq istəsələr çətinlik çəkməsinlər deyə =)2. Dünyada mövcud olan bütün qarışqaların çəkisi dünyada yaşayan bütün insanların çəkisinə bərabərdir.3. Braziliyada elə bir hörümçək mövcuddur ki, o kişiləri sancarsa həmin insanlarda bir neçə saat keçməyən ereksiya yaranır. 4. Anatidaefobiya-elə bir qorxudur ki, bu qorxudan əziyyət çəkən insanlar elə zənn edirlər ki, onları hansısa ördək izləyir.5. Ağcaqanadları sizdən uzaqlaşdıran vasitələr (sprey və ya kremlər) əslində ağcaqanadları sizdən uzaqlaşdırmır onlar sizi ağcaqanadlardan gizlədir. Belə ki, həmin vasitələr ağcaqanadların hissiyat hüceyrələrini keyləşdirərək onların insanları hiss etmək qabiliyyətini məhv edir. Beləliklə həmin an siz ağcaqanadlar üçün görünməz olduğunuz üçün o sizlərə yaxınlaşmır.6. Həşərat yeməyənlər üçün xüsusi açıqlama =) Böcəklər dadına görə alma, eşşəkarısı meşə çərəzi, soxulcanlar isə qızardılmış donuz əti tamına malikdirlər. 7. Orta hesablamaya görə qadın orqazmı kişi orqazmından 4 dəfə uzun çəkir.8. Statistikaya görə əgər fəlakət baş verən zaman ilk 90 saniyə ərzində siz panikaya düşməmisinizsə deməli siz ya sağ qalacaqsınız yada ki rahat öləcəksiniz əzab əziyyətsiz =)9. Orta hesabla bir ömür ərzində insanın ifraz etdiyi tərlə 25 metrlik hovuzu doldurmaq olar.10. Hər il 30 000 insan özündən yeni seksual poz ixtira etmək arzusunu həyata keçirməyə cəhd edərək şikəst olurlar. Yaxşısı budur heçkəs özündən amerika kəşf etməsin =)11. Asqıran zaman insan ürəyi bir neçə saniyəlik fəaliyyətini dayandırır. Ona görə asqıran zamanı insana Sağlam ol deyirlər. 12. Statistikaya görə Bazar ertəsi özünə qəsd edənlərin həll edici günüdür. Hesaba alınmış özünə qəsd hadisələrinin 96%-i həftənin birinci günü yəni Bazar ertəsi baş verib.13. Ən maraqlı faktlardan biri isə odur ki, içdiyimiz suyu bizdən öncə bir neçə insan bir neçə dəfə içib. 14. İnsan bədənində bakeriyaların sayı hüceyrələrin sayından 10 dəfə çoxdur.15. Amerikanlıların raketin işə salınma kodu 00000000 idi və 17 il ərzində bu dəyişməz olaraq qalmışdır.16. Homoseksuallıq 1500 növ heyvanlar arasında yayılmışdır. İnsandan sonra yalnız amazon delfinləri eyni cinsləri ilə uzun müddət yaxınlıq edirlər.17. Metamfetamini ABŞ-da və Kanadada resept ilə aptekdən almaq mümkündür. Dezoksin adı altında satılan bu narkotik maddələri piylənməni müalicə etmək üçün həkimlər tərəfindən xəstələrə yazılır.18. Kokos sudu o qədər təmiz və sterildir ki, İkinci dünya müharibəsi zamanı IV qan qruplu yaralılara plazma əvəzi bu süddən istifadə edirdilər.19. Əslində biz burnumuzu tək güzgüdə deyil hər zaman görə bilərik çəpgözlükdən əziyyət çəkmədən. Sadəcə beynimiz bundan imtina etməyi daha üstün tutur. 20. Qadın və kişi genetik cəhətdən daha çox şimpanzeyə yaxındırlar nəinki bir-birilərinə.Həmçinin bax: Maraqlı bilmədiyimiz faktlarMənbə: Solo.Az
['maraqlı faktlar', 'heyrətləndirici faktlar']
4,583
https://kayzen.az/blog/poeziya/7913/q%C4%B1zlardan-o%C4%9Flanlara-n.h%C9%99s%C9%99nzad%C9%99.html
Qızlardan Oğlanlara/N.Həsənzadə
bahar
Poeziya
7 dekabr 2011, 13:52
Oğlanlar,qızlara hörmət eyləyin,Ya sevin qızları,ya rədd eyləyin.Aldadıb atmayın,günahdı qızlar,Sabahkı ən əziz anadı qızlar.Səsində həya var ,gözündə ovsun,Evdə dilavərdi,çöldə lal olur.Gözünüz qızların gözündə olsun,O gözdə daimi bir sual olur.Qızlar anadılar,oğlanlar ata,Kim deyir, bu işi bir əyən olmur?!Qızların qız baxtı gözəl olsa da,Gəlinlik baxtları müəyyən olmur.Fikirə öyrəşir,qəmə qatlaşır,Qəlbində yaşadır, sirrini təkcə.Öz ata evində qızlar yadlaşır, Yad oğlan evinə meyl elədikcə.Qəlbini sevdiyi oğlana deyir,Ancaq rəfiqəsi soruşsa,danar.Özgə anasına qız ana deyir,Özgə atasına qız olan qızlar.Qızlar aldanandı ,siz aldatmayın,Aldanıb yananın qanı buz qalar.Qolları üstündə gedib yatmayın,Yazıqdı, əbədi yuxusuz qalar.Görüşə getməyin ürək sevməsə,Sözümü , a qızlar ,ucuz tutmayın.Ürəkdən çəkirik, nə çəkiriksə,Bunu da həyatda siz unutmayın.
['poeziya', 'Nəriman Həsənzadə']
4,584
https://kayzen.az/blog/az-proza/7014/qurba%C4%9Fa-%7C-ilqar-f%C9%99hmi.html
Qurbağa | İlqar Fəhmi
Muza
Azərbaycan ədəbiyyatı
6 dekabr 2011, 15:10
— Qurbağa istəyirəm. Qız onun sözünü yaxşı başa düşmədi. — Deməli, qara kostyum istəmirsən? — Yox, qara kostyum da istəyirəm, amma indi qurbağa istəyirəm. Qız deyəsən qurbağa sözünü eşitdi. — Nə istəyirsən? — Qurbağa. Qız əvvəl çaşdı, sonra birdən nəsə anlamış kimi sözünü davam elədi. — Hə, onda gedib şənbə günü sənə kostyum alarıq. Həm də yadıma sal, divan üçün örtük də alaq, evdəkilər almayıb. — Görəsən evdə qurbağa saxlamaq olar? Yəqin ki, onun da düşər-düşməzi var. — Qulaq as da. Bir aya gör nə qədər iş görməliyik. Gecə-gündüz fikirləşirəm.Görəsən brilyant komplekt alsanız yaxşı olar, yoxsa sirkon? Amma brilyant olmasa bizim evdəkilər o qədər ağız büzəcək ki…Ən çox da böyük xalam deyinəcək. «Axtardın, axtardın, adam tapdın da, bir brilyant da ala bilmir. İşi gücü elə pianino dınqıldatmaqdı.» — Maraqlıdır, görəsən qurbağa özünü balıq hesab edir, yoxsa sürünən? Yəqin ki, yazıq özü də bilmir kimdir. — Hə, sənin kimi. Qulaq as. Deyirəm bəlkə bir az borc tapıb brilyant komplekt alasan. Evdəkilərin ağzı yumulsun. Toydan pul yığıb borcu qaytararıq. Hə? Nə fikirləşirən? Borc tapa bilərsən? — Yadındadı, o gün zoomaqazinə girmişdik? Fikir vermədin, orda qurbağa satırdılar, ya yox?! — Heç zarafat vaxtıdı? Mən nə hayda, sən nə hayda. Mənə bax, gör ağlıma nə gəlib. Bəlkə gəlinlik paltarını almayasınız, kirayə götürəsiniz. Onda bir az pul qalar. Bir az da üstünü düzəltsəniz, brilyant almağa çatar. Sonra bir də nəsə deyəcəkdim. Hə, yadıma düşdü. Xonçalara qoymaq üçün konfet alanda fikir ver ki yaxşı konfet olsun, çoxunu da şokolad elə. — Fikir vermisən, bütün heyvanlar dünyaya gələndə valideynlərinə oxşayırlar, cəmi iki heyvan var ki doğulur, xeyli yaşayır, yalnız sonra öz son görkəmini tapır. Bu iki heyvan qurbağayla kəpənəkdi. Sən bir ziddiyyətə bax. — Əşi, nə yapışmısan bu qurbağanın yaxasından, bircə o qalmışdı ki, pianinonun üstünə də qurbağa qoyasan. Hə, pianino dedim yadıma bir şey düşdü. Dünən axşam fikirləşdim ki, bəlkə toyda özün də bir iki mahnı çalasan, maraqlı olar. — Təsəvvür elə dünyaya gəlirsən, balaca balıqsan, ləzzətlə üzürsən özünçün suda, bir də xəbər tutursan ki yavaş-yavaş qurbağa olursan. Dəhşət. — Sənin başına hava gəlib deyəsən. Mən gecə-gündüz fikir çəkirəm ki, görəsən toyu necə yola verəcəyik, sən də başlamısan ki, qurbağa belə, balıq belə. Qız stəkanı götürüb başını yelləyə-yelləyə ayağa qalxdı, oğlandan soruşdu. — Çay istəyirsən? — Yox, qurbağa istəyirəm. Müəllif: İlqar Fəhmi
['İlqar Fəhmi', 'qurbağa']
4,585
https://kayzen.az/blog/maraqli-faktlar/7906/qeyri-adi-zarafat.html
Qeyri-adi "zarafat"
Abdulyar
Maraqlı faktlar
6 dekabr 2011, 01:28
"General Elektrik" şirkətində çox geniş yayılmış bir zarafat var idi. Şirkətə yeni bir işçi qəbul edəndə o işçiyə ağ işıq yayan bir lampa düzəltməyi şərt qoyurdular. Təbii ki, şirkətin işçiləri belə bir lampanı düzəltmək mümkün olmadığını bilirdilər. Ancaq yenə də yeni gələn işçi laboratoriyada sırf bu işə vaxt itirsin deyə və sonra da ağ bayraq qaldırsın deyə, zarafatlarından qalmırdılar. Yeni işçilər isə belə bir lampanı düzəltmək mümkün olmadığını bilmir və böyük bir həvəslə işə girişirdilər. Ancaq apardıqları təcrübələrin bir nəticə vermədiyini görəndə insan fitrətinə uyğun olaraq "Mən bacarmaram!" yolunu seçir və təcrübələrinə son qoydular. Ancaq bu işçilərdən yalnız biri, yəni Marvin Pipkin "Mən bacarmaram!" yolu əvəzinə "Mən bacararam!" yolunu seçdi və gecəsini gündüzünə qataraq ağ işıq yayan məşhur fluoressent lampasını kəşf etdi.
['zarafat', 'lampa', 'General Electric']
4,586
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/7904/n%C9%99-q%C9%99d%C9%99r-su-i%C3%A7%C9%99k.html
Nə qədər su içək?
umud600
sağlam həyat tərzi
5 dekabr 2011, 22:14
Gün ərzində müxtəlif səbəblərdən vücudumuz təxminən 3 litrə yaxın su itirir. Bu yalnız tərləmə nəticəsində baş vermir. Vücudumuz nəfəs alıb-verərkən belə su itirir. Sözsüz ki, itirilən su mütləq bərpa olunmalıdır. Bəzən suya olan ehtiyacımızı başqa mayelər və ya yeməklər vasitəsilə bərpa etməyə çalışsaq da, susuzluğumuzu yatıran ən yaxşı maye yenə də sudur. Sağlam vücuda, böyrəyə, ciyərə sahib olan orta yaşlı insan hər gün təxminən 3 litrə yaxın su içməlidir. Sözsüz ki, bunun miqdarı yaşdan və insandan asılı olaraq dəyişir. Xüsusilə, səhər tezdən yataqdan qalxan kimi bir stəkan su içmək orqanizmi zərərli maddələrdən təmizləyir və sağlam saxlayır. Yay aylarında bədən isindikcə tərləyib su itirdiyinə görə daha çox su içmək lazımdır. Beləcə vücudun temperaturu tarazlaşır və dəri nəmliyini qoruyub saxlayır. Su bir nəfəsə deyil, qurtum-qurtum içilməlidir. Xüsusilə, qış aylarında su içdikdə onun temperaturuna diqqət yetirilməlidir. Belə ki, suyun hərarəti bədən temperaturundan aşağı olmazsa, faydası daha çox olar.
['Sağlam həyat tərzi', 'su']
4,587
https://kayzen.az/blog/turizm/7759/baham-adalar%C4%B1.html
Baham adaları
nilufer
Turizm
5 dekabr 2011, 22:07
Dünyanın ən gözəl guşələrindən və insanı heyrətə salan məkanlarından biri də Baham adalarıdır. İrili-xırdalı 700 adadan ibarət olan Baham adaları ABŞ-ın Florida ştatının yaxınlığında, Kubanın şimal-şərqində yerləşir. Dünyanın ən gözəl guşələrindən və insanı heyrətə salan məkanlarından biri də Baham adalarıdır. İrili-xırdalı 700 adadan ibarət olan Baham adaları ABŞ-ın Florida ştatının yaxınlığında, Kubanın şimal-şərqində yerləşir. Bahamdakı 700 adadan yalnız 30-da insanlar məskunlaşıblar. Adalar Atlantik okeanın ortasındakı kəhraba boyunbağını xatırladır. 970 kilometrlik məsafədə Atlantik okeanının şimal-qərbindən cənub şərqinə uzanan Baham adalarının ərazisi 260 min kvadrat kilometrdir. Bu ərazinin yalnız 14 min kvadratkilometri qurunun payına düşür. Qalan ərazi isə adalardaxili su hövzələri və adalara bitişik olan okean əraziləridir. Bahamın ən böyük adaları Nyu-Providens, Andros, Böyük Baham, Elyutera və və Böyük İnaquadır. Adalarda böyük əksəriyyəti təsadüfi hallarda rast gəlinən və dairəvi formada olan təpələr üstünlük təşkil edir. Onlar dənizdən göylərə can atan günəbaxanları xatırladırlar. Baham adalarındakı ən hündür dağ isə Ket-Aylenddəki Maunt Alverniya dağı hesab edilir. Maunt Alverniya dağının hündürlüyü 61 metrdir. Baham adaları başdan ayağa talalar şəklində olan və bir-birlərindən heç nə bitməyən sərt qayalıqlarla ayrılan şam meşələri ilə örtülüb. Böyük Abako və Andros adalarında isə həmişəyaşıl enliyarpaq tropik meşələr üstünlük təşkil edir. Adaların dəniz sahilləri boyunca palma ağacları uzanıb gedir və onlar adalara füsunkar bir gözəllik verirlər. Baham adaları ananas, apelsin, banan və digər tropik meyvələri ilə də şöhrət qazanıb. Bundan əlavə, adalarda şəkər qamışı plantasiyaları da çoxluq təşkil edir. Okeanın ən səfalı yerlərindən birində yerləşməsi ilə əlaqədar adalarda çoxlu sayda nəsli kəsilməkdə olan və adları “Qırmızı kitab”a düşən nadir quşlar yaşayırlar. Adaların sahilləri boyunca nadir hallarda rast gəlinən ağ qumlu çimərliklər gəniz uzandıqca uzanıb gedir. Baham adalarında çaylar mövcud deyil. Amma adalarda duzlu göllərin sayı kifayət qədərdir. Əvəzində isə adasahili ərazilər balıqla zəngindir. Adalarda yarasalar çoxluq təşkil edirlər və gecələr onlar alçaqdan uçuşaraq qəribə mənzərə əmələ gətirirlər. Baham adaları 1492-ci ildə məşhur dəniz səyyahı Xristofor Kolumb tərəfindən kəşf edilib. Ada uzun əsrlər dəniz quldurları və macəra axtaranların məskəni olub. 300 il ərzində Baham adaları ingilislərin koloniyası (müstəmləkəsi) olub. 1973-cü ildə ada əhalisi müstəqilliyini elan edib və hazırda ada-dövlət Böyük Britaniya Birliyinin üzvüdür. Baham adalarının iqlimi isti və rütubətli tropik iqlimidir. Qolfstrimin təsiri altında adalarda qış demək olar ki, hiss edilmir. Məhz buna görə də ABŞ-ın məşhur siyasi xadimi Corc Vaşinqton Baham adalarını əbədi iyun ayı adaları adlandırıb. Qışda çox təsadüfi hallarda temperatur+15 dərəcədən aşağı enir. Yayda isə temperatur+32 dərəcədən yuxarı qalxmır. Adalara yağışlar, adətən, sentyabr-oktyabr və may-iyun aylarında yağır. Yağıntıların illik həcmi 1000-1500 millimetrdir. Adalar okeanda yerləşdiyi üçün tez-tez tropik qasırğaların hücumuna məruz qalır. Adaların əhalisi əsasən mulatlardan və zəncilərdən ibarətdir. Onlar əsasən Böyük İnaquanın cənub və Abako adasının şimalında yaşayırlar. Ümumiyyətlə, götürdükdə isə adalardakı əhalinin 70 faizi Nyu-Providens adasında yaşayır. Baham adalarının paytaxtı Nyu-Providens adasında yerləşən Nassau (Nasso) şəhəridir. Nassau dünyanın məşhur of-şor mərkəzlərindən biri hesab edilir. Ona görə də Nassau şəhəri beynəlxalq aləmdə tropiklərin Sürixi kimi məşhurdur. Nassauda dünyanın 400-dən artıq trast fondları və bankları mövcuddur. Nassau müasir şəhərdir, burada müasir və keçmiş arxitekturanı özündə birləşdirən çoxsaylı binalar mövcuddur. Şəhər sanki mağazaların içində itib batır. Burada dünyanın istənilən ölkəsində istehsal edilən müxtəlif təyinatlı mallara rast gəlmək mümkündür. Ötən əsrin 60-cı illərinin sonlarında Nassauda beynəlxalq standartlara cavab verən müasir hava limanı inşa edildi. Bundan sonra Nassauya gələn turistlərin sayı sürətlə artmağa başladı. Hazırda təkcə Nassau şəhərini hər il 3 milyona yaxın turist ziyarət edir. Baham adalarına məşhurluq gətirən və onu sevdirən, şübhəsiz ki, onun dəbdəbəli kurortları və kazinolarıdır. Ölkənin əsas kurortları və istirahət ocaqları Paradiz (Cənnət) adasında yerləşir. Baham adalarının, belə demək mümkünsə, ən gözəl məkanlarından biri də Andros adası ilə Floridanın cənub sahilləri arasında yerləşən Bimini adasıdır. Bu adanı, adətən, Ernest Heminquey adası da adlandırırlar. Vaxtı ilə Heminquey bu adada yaşamış və orada özünün məşhur “Sahib olmaq və ya olmamaq” romanını yazıb. Bimini, ümumiyyətlə, delfinlər adası kimi də tanınır. Adanın sahilləri delfinlərin ən çox sevdikləri yerlərdir. Adada çoxlu sayda oteller var və bura turistlərin ən çox sevdikləri yerdir. Bimini həmçinin Baham adlarının balıqçılar mərkəzi hesab edilir. Rəvayətə görə Bimini əfsanəvi Atlantidanın qalıqlarıdır. Uzunluğu 100 kilometr, eni isə cəmisi 5 kilometr olan Lonq-Aylend adası da Baham adalarının ən gözəl məkanlarındandır. Burada insan ayağı dəyməyən yerlər kifayət qədər çoxdur. Ada öz çimərlikləri ilə məşhurdur. Müəllif: Əziz Mustafa Mənbə: Zaman qəzeti Həmçinin bax: Maldiv adası Şri-Lanka adası
['Baham adaları', 'turizm', 'tropik ada']
4,588
https://kayzen.az/blog/dieta/5041/vitaminl%C9%99rin-sirl%C9%99ri.html
Vitaminlərin sirləri
nilufer
Dietologiya
5 dekabr 2011, 22:06
Qış və erkən yaz mövsümlərində insan orqanizmində vitaminlərin çatışmazlığı baş verir. Demək, xüsusən bu zaman orqanizmin vitaminlərə olan ehtiyacını ödəmək üçün tərəvəzlər və meyvələrdən mümkün qədər çox istifadə edərək, onların tərkibindəki mineral maddələrdən və vitaminlərdən faydalanmaq vacibdir. Bunun üçün qış və erkən yazda qəbul edilən tərəvəzlərin nə dərəcədə faydalı olduğunu seçmək, onları termiki işləmədən keçirərkən tərkibindəki faydalı maddələrin qoruyub saxlanmasına çalışmaq lazımdır. Tərəvəz alarkən əsasən nəyə diqqət yetirmək lazımdır? Bu haqda mütəxəssislərin fikri belədir: ilk növbədə üzərində yarpaqları, tağı, saplağı və bəndəmi olan tərəvəz almaq lazımdır. Məsələn, kökün, çuğundurun kötüyündə yaşıl yarpaqların qalması onları tez xarab olmaqdan qoruyur. Bunu digər göyərti və tərəvəzlərə də aid etmək olar. Ağ kələmi seçərkən özəyinə fikir verin. Əgər o, bir qədər hündürə qalxıbsa, bu çox yaxşıdır. Kələmin tərkibinə çoxlu miqdarda pestisidlər toplanır ki, üst ləçəkləri təmizləməklə bunlardan azad olmaq olar. Qalanlarının isə ən ətli, yəni mərkəzə yaxın hissəsini kənar edin: əsas zərərli maddələr məhz burada toplanmış olur. Çuğundur isə gübrələri sanki süngər kimi özünə çəkir. Ona görə də istər çiy, istərsə də bişmiş çuğunduru yaxşıca təmizləyin, qabığını soyun, təpəsini dərin kəsin. Gül kələmi alarkən orta böyüklükdə olanlara diqqət yetirin: onların uzunmüddətli termiki işləməyə məruz qalmasına ehtiyac yoxdur. Çünki bu zaman vitaminlərin çox hissəsi məhv olur. Kartof tərəvəzindən danışmağa xüsusi ehtiyac var. Tərkibi kiçik olan ailələr üçün çoxlu miqdarda kartof ehtiyatı toplamaq düzgün deyil. Belə ki, iri kisələrdə havasız qalan kartof tez bir zamanda çürüyür və ya onda yeni cücərtilər əmələ gəlir ki, bunların da tərkibində solanin adlı maddə var. Həmin maddə mədə-bağırsaq traktının və qaraciyərin fəaliyyətinə mənfi təsir göstərir. Birdəfəyə çoxlu miqdarda kartof bişirməyə də ehtiyac yoxdur, çünki ertəsi günə qədər saxlanılan kartof nəinki dadını, eləcə də keyfiyyətini itirmiş olur. Bundan əlavə, Amerika alimləri güman edirlər ki, solanin bədxassəli şişlərin əmələ gəlməsinə şərait yaradır. Bu maddənin miqdarı kartofun yaşıl hissələrində də cəmlənmiş olur. Belə kartofu mütləq qabığı ilə bişirmək, yaşıl hissələrini isə dərindən kəsərək atmaq lazımdır. Tərəvəz və bitkilərin yığılması vaxtı onların tərkibinə necə təsir edir? Tərəvəzlərdə olan kimyəvi maddələrin miqdarı məhsulun yığım vaxtından da asılıdır: tərəvəz və meyvələrin əlverişli yığım vaxtı səhər və axşamdır. Son illərin tədqiqatları bir daha sübut edir ki, B1, B2, C vitaminləri son dərəcə dözümsüzdürlər və kənar təsirlərdən tez parçalanırlar. Termiki işləmə tərəvəzlərin tərkibindəki faydalı maddələri və xüsusilə suda həll olan vitaminləri (bura əsasən B qrup vitaminlər, C vitamini aiddir) parçalayır və bişmə zamanı onlar suyun tərkibinə keçir. C vitamini isə nəinki yüksək temperatura, həmçinin oksigenə də həssasdır. Ona görə də tərəvəzləri bişirərkən onların tərkibindəki vitaminləri saxlamaq üçün müəyyən qaydalara əməl etmək vacibdir: -Tərəvəzləri qapağı kip bağlı qabda bişirmək lazımdır. Qapağı tez-tez qaldırmayın, çünki bu zaman qaba yeni oksigen kütlələri daxil olur və onlar da vitaminlərin, xüsusən də askorbin turşusunun miqdarını azaltmış olur. -Qazanın qapağı tünd rəngdə və ya şəffaf olmayan şüşədən olmalıdır. Çünki bəzi vitaminlər (məsələn, A vitaminini əmələ gətirən karotin) işığın təsirindən məhv olur. -Tərəvəzlərin bişib-bişməməsini bıçaq batırmaqla yoxlamayın, çünki bu zaman yaranan kəsiklərdən vitaminlərin itirilməsi baş verir. -Bişmiş tərəvəzləri suda saxlamaq düzgün deyil, həmin suyu süzmək lazımdır. -Təmizlənmiş tərəvəzləri suda saxlamağa ehtiyac yoxdur, onları bişirməzdən bilavasitə əvvəl təmizləyin. -Mümkün qədər tərəvəzləri qabığından təmizləməyin, çünki vitaminlərin əksəriyyəti onların qabığında toplanır. -Tərəvəzləri bütöv halda bişirin, onları doğrayarkən vitaminlərin 15-20%-i, C vitamininin isə 30%-i itmiş olur. Ümumiyyətlə, C vitamini turşu olduğundan qələvi mühitdə tez parçalanır, ona görə də tərəvəzləri bişirərkən suya bir neçə damcı limon duzu və ya sirkə əlavə edin. Bu üsul nəinki C vitaminini, eləcə də tərəvəzlərin təbii rəngini saxlamağa kömək edəcək. -Tərəvəzləri qaynar suya töküb bişirin, bu zaman onların bişirilmə müddəti qısalmış olur. -Suya duzu mümkün qədər gec tökün, duz tərəvəzlərdən suda həll olan vitaminlərin xaric olmasına səbəb olur. -C vitamini metal qabda tez oksidləşdiyindən, tərəvəzləri çüyün qabda bişirmək daha düzgün olardı. Bişmiş və yaxud çiy tərəvəzlərdən hazırlanmış salatları isə metal qabda saxlamaq təhlükəlidir. Tərəvəzləri xırdalamaq üçün metal deyil, plastik sürtgəclərdən istifadə edin. Ət maşını dəmirdən olduğu üçün tərəvəzlərin tərkibində olan C vitamininin üçdə bir hissəsi parçalanmış olur. Blender və ya tərəvəzkəsən plastik olduğundan bu məqsədlə işlədilməsi daha çox uyğundur. Hazırladı: S.Aytən Mənbə: İqtisadiyyat qəzeti
['vitaminlər', 'vitamin']
4,589
https://kayzen.az/blog/islam-v%C9%99-qad%C4%B1nlar/5771/ilk-m%C3%BCs%C9%99lman-qad%C4%B1n-h%C9%99zr%C9%99ti-x%C9%99dic%C9%99.html
İlk müsəlman qadın - Həzrəti Xədicə
nilufer
İslam və qadınlar
5 dekabr 2011, 19:47
Ətrafında günah işlədən və haramla məşğul olan insan dənizinin olmasına baxmayaraq, üzərək saflıq və təmizlik sahilinə çıxmağı bacardı. Namusunu və həyasını özü üçün bir qalxana çevirərək ən ismətli bir qadın kimi məşhurlaşdı. Ticarətlə məşğul olaraq daha da varlandı, ancaq ona evlənmək təklif edənlərə bir-birinin ardınca rədd cavabı verdi. Sanki həyatının ən ayrılmaz bir hissəsi olacaq və onu başdan-ayağa dəyişdirəcək ömür-gün sirdaşını gözləyirdi. Arzuladığı saflıq, paklıq, düzlük və doğruluq nümunəsi olan, cəhalət və günah dənizində özünü hər cür çirkabdan qorumağı bacararaq hamının pərəstiş etdiyi adamı, nəyahət ki, axtarıb tapdı və ona ürəkdən, könüldən bağlandı. Amma səbri artıq tükənmişdi və bundan sonra da gözləməyə taqəti qalmamışdı. Ona görə də dövrünün adət-ənənələrinin əleyhinə gedərək tapdığına özü evlənmək təklifi etdi. Beləliklə, o, İslam peyğəmbərinin ilk həyat yoldaşı və onun dinini tərəddüd etmədən qəbul edən ilk müsəlman qadın olmaq şərəfinə nail olacaqdı. Sonra da üzərinə düşən müqəddəs vəzifəni şərəflə həyata keçirərək var-dövlətini İslam dini yolunda xərcləyəcək və ömrünü bu müqəddəs amala həsr edəcəkdi, bu işdə sevimli ərinin - Kainat Günəşinin yanından bir an da olsa ayrılmayacaqdı. Bu, İslama könül vermiş sonuncu peyğəmbərin nəinki həyat yoldaşı, həm də ona arxa duran və müqəddəs bir amal uğrunda sona kimi dayaq olan ilk müsəlman qadın Hz. Xədicə idi.“Allah Xədicədən daha xeyirlisini vermədi, xalq küfr içində üzərimə iftiralar yağdırarkən o mənim doğru yolda olduğumu (peyğəmbərliyimi) təsdiqlədi və mənə iman gətirdi.(Həzrəti Məhəmməd (s.ə.v.))İslam peyğəmbərinin ilk qadını olan Hz. Xədicə milad tarixi ilə 556-cı ildə Məkkədə anadan olub. Atası Hüveylid Qureyş qəbiləsinin içərisində ən hörmətli və varlı insanlardan biri hesab edilirdi. Anası Fatima isə Məkkənin tanınmış qadınlarından sayılırdı. O dövr üçün əxlaq və paklıq nümunəsi olan bir ailədə böyüyən Hz. Xədicə özü də tezliklə səmimiliyi, saflığı ilə adını İslam tarixinə yazdıracaq müqəddəs qadınlardan birinə çevrildi, onlar üçün bir həyat nümunəsi oldu.Halbuki o elə bir dövrdə dünyaya gəlmişdi ki, o dövrdə əxlaq və ismət dəyərini itirmiş, qadınlar cəmiyyət üçün bir heçə çevrilmişdilər. Amma o, bütün bunlara rəğmən, özünü çirkabdan qorumağı bacarmış, dövrünün qadınları alçaldan yaramaz adət-ənənələrinə ikrahla yanaşmış, bütlərə sitayiş etməyi rədd etmişdi. O, tək Allaha inanmağı qəbul edən Hanif dininə ürəkdən bağlanmış, bu dinin qanun-qaydaları əsasında yaşamağa üstünlük vermişdi. Yeri gəlmişkən, onu da deyək ki, İslam peyğəmbərindən öncə cahiliyyə dövründə tək Allaha inanan insanları Hanif adlandırırdılar. Hanif saflıq və paklığa meyil edən, batilliyi rədd edərək Haqqa yönələn insanlar deməkdir. Haniflər Hz. İbrahimin Tövhid dininə mənsub idilər. Onlar cahiliyyə dövrü ərəblərin əxlaqsız həyat tərzini qəbul etməyərək hər vasitə ilə saflıq və paklıqlarını, əxlaqlarını qorumağa çalışırdılar.Hz. Xədicə belə bir qarışıq dövrdə haqq yolunu taparaq Hanif dininə sığınmış, saflıq, paklıq və əxlaq tərzini özü üçün həyat tərzinə çevirmiş və dövrünün çirkin adət-ənənələrinə uymamışdı. İki dəfə ailə həyatı qurmuş, ancaq səadətini tapa bilməyərək dul qalmışdı. Halbuki Hz. Xədicə o dövrdə ən çox önəm verilən şərəfli soya, tanınmış ailəyə, kifayət qədər var-dövlətə malik, olduqca gözəl bir qadın idi. O dövrün ən tanınmış adamlarından olan Əbu Süfyan, Akabe bin Əbu Muayit kimi Məkkə zənginlərinin evlənmə təklifini rədd etmişdi. Özü də bilmədən bəxtinə çıxacaq dünyanın ən şərəfli insanlarından birini gözləyirdi. Namusunu və əxlaqını hər şeydən üstün tutduğu üçün ətrafındakılar ona Tahirə (təmiz qadın) adını vermişdilər və onu bu adla da çağırırdılar. Halbuki o elə dövrdə yaşayırdı ki, o dövrdə insanlar haram işlə məşğul olmağı, qeyri-əxlaqi həyat tərzi sürməyi özləri üçün fəxr hesab edirdilər.Ərə getdiyi ikinci kişinin də vəfat etməsindən sonra gənc yaşında yenidən dul qalmış, olduqca böyük var-dövlətini özü idarə etməli olmuşdu. Ona görə də ticarətlə məşğul olmağı davam etdirərək bu iş üçün layiq bildiyi, inandığı adamları karvanbaşı təyin edərək onları alver üçün Åžama (Dəməşqə) göndərirdi. Çünki o dövrdə qadının karvan başında uzaq səfərə çıxaraq alver etməsi qəbul edilmirdi. Evlənmək təklifini özü etdi Onların ilk tanışlığı da Hz. Xədicənin dəvə karvanı vasitəsilə baş verdi. O dövrdə Məkkədə doğruluğu hər şeydən üstün tutduğu, haqqı nahaqqa qurban vermədiyi, düz danışdığı üçün Hz. Məhəmmədi “Əl-Əmin“ (etibar edilən, güvənilən) adı ilə çağırırdılar. Bu adı həm də ona karvan sahibləri vermişdilər. Çünki o, heç bir karvan sahibinin əmanətinə xəyanət etməmişdi. O dövrün Məkkəsi üçün bu, olduqca inanılmaz bir xüsusiyyət idi. Ona görə də Hz. Xədicə dəvə karvanını Hz. Məhəmmədə tapşıraraq onu Åžama alış-verişə göndərdi. Dəvə karvanının başında alış-verişi səmimi bir şəkildə həyata keçirən Hz. Məhəmməd (s.ə.v.) düzlüyü və doğruluğu ilə dərhal Hz. Xədicənin xüsusi rəğbətini qazandı. Tədricən bu rəğbət Hz. Xədicənin qəlbində ilahi bir sevgiyə çevrildi və o, düzlük və doğruluq təcəssümü olan bu böyük insana bütün varlığı ilə vuruldu. Artıq o, sevgisini gizlədə bilmirdi və qarşısındakından haçansa ona evlənmək barədə təklif gələcəyini gözləməyə səbri çatmırdı. Sonda dözməyərək dərdini ən yaxın rəfiqəsi olan Nəfisə binti Münyəyə açaraq ondan kömək istədi. Hz. Xədicə Məhəmmədə (s.ə.v.) evlənmək barədə təklif edəcəyini deyəndə, Nəfisə bunu xoş qarşılamadı. Çünki o dövrdə bir qadının hansısa bir kişiyə evlənmək təklifi etməsi qəbul edilməsi mümkün olacaq bir iş deyildi. Amma o dövrdə Hz. Xədicə mümkün görünməyən bir işi mümkün edə bildi. Artıq o, onu əhatə edən təbəqənin təzyiqlərinə və etirazlarına məhəl qoymadan qəti qərarını vermişdi: Hz. Xədicə Məhəmmədə (s.ə.v.) evlənmək təklifi edəcəkdi: “Mən öz qövmümün arasında izzət və şərəfə malik olduğuna, düzlüyü, doğruluğu sevdiyinə, tapşırılan hər hansı əmanətə xəyanət etmədiyinə, gözəl xasiyyətinə görə səninlə evlənmək istəyirəm“, - deyə Hz. Məhəmmədə (s.ə.v.) xəbər göndərdi. Hz. Məhəmməd, əvvəlcə, Hz. Xədicənin bu təklifinə səbirlə və təmkinlə yanaşdı. O: “Mənim maddi imkanlarım azdır, belə olduğu halda, sənin kimi zəngin birisi ilə necə evlənə bilərəm“, - deyə Həzrəti Xədicəyə cavab verdi. Hz. Xədicənin bu məqamda dediyi sözlər islami evlilik anlayışı üçün çoxlarına bir nümunə ola bilər. O: “Sən etibar edilməli, güvənilməli bir adamsan, düzlüyü sevənsən, gözəlxasiyyətlisən və bunun üçün də səni sevirəm“, - deyə bildirdi. Bu sözlər Hz. Məhəmmədi (s.ə.v.) duyğulandırdı və o, son qərarını vermək üçün əmisi Əbu Taliblə məsləhətləşməyi qərara aldı. Əbu Talib də bu evliliyə etiraz etmədi. Çünki o, Hz. Xədicənin izzətli, namuslu bir qadın olduğunu yaxşı bilir və ona xüsusi hörmət bəsləyirdi. Ona görə də Əbu Talib Qureyş qəbiləsinin öndə gedən tanınmış adamlarını toplayaraq, onlara Hz. Məhəmmədi (s.ə.v.) təriflədi və onun Hz. Xədicə ilə evlənmək istəyini onlara bildirdi. Ondan sonra söz alan Varaka bin Nofəl də Hz. Məhəmmədi tərifləyərək onun nüfuzlu bir soydan olduğunu və belə bir soyla qohum olmağı özləri üçün şərəf hesab etdiyini deyərək bu evliliyə razı olduğunu söylədi. Tərəflər arasında əldə edilən razılığa görə, Hz. Xədicə ilə Hz. Məhəmmədin (s.ə.v.) nikahı bağlandı və qarşı tərəfə cehiz kimi 400 dinar (bəzi məlumatlara görə, 20 dəvə) verildi. Beləliklə, Hz. Xədicə ilə Hz. Məhəmməd (s.ə.v.) evləndilər. Əslində Hz. Xədicənin ən yaxın adamlarından olan Varaka bin Nofəl bu mübarək evliliyin baş tutacağı barədə hələ əvvəlcədən bilirdi. Belə ki, bir gecə Hz. Xədicə yuxusunda günəşin Məkkə üzərindən doğduğunu və onun yavaş-yavaş aşağı enərək evinə girdiyini görmüşdü. O, yuxusunu Varaka bin Nofələ danışanda sonuncu Hz. Xədicəyə belə bir muştuluq vermişdi: “Sən şöhrəti bütün aləmi tutacaq birisi ilə ailə həyatı quracaqsan“. İndi onun sözləri düz çıxmışdı.Hz. Xədicə Hz. Məhəmmədlə (s.ə.v.) ailə həyatı quranda 40 yaşında idi. Hz. Məhəmmədin isə (s.ə.v.) həmin dövrdə 25 yaşı var idi. Onlar Hz Məhəmmədə (s.ə.v.) peyğəmbərlik verilməzdən əvvəl 15 il , peyğəmbərlik veriləndən sonra isə 10 il birgə ailə həyatı (cəmi 25 il) yaşadılar. Bəzi İslam əleyhdarı mürtəce qruplar Hz Məhəmmədin (s.ə.v.) bu evliliyini onun guya Hz. Xədicənin var-dövlətindən istifadə etməyə çalışması kimi dəyərləndirir və bununla bağlı ictimai rəy formalaşdırmağa cəhd edirlər. Buna paralel olaraq, onlar Hz. Xədicənin də Hz. Məhəmmədlə (s.ə.v.) evlənmək barədə qərar qəbul etməsini bu müqəddəs qadının ticarət işlərini daha da yaxşılaşdırmaq istəyi kimi qələmə verirlər. Amma kim necə düşünür-düşünsün, fərqi yoxdur, ortada danılmaz bir həqiqət var: bu da, bu ilahi evliliyin iki saf insana Allahın böyük lütfü olmasıdır. Nəhayət, bu evlilik şəxsi mənfəət üzərində qurulmamışdı və əgər belə olsaydı, onda hər iki tərəf özlərindən daha varlısını, daha zənginini tapa bilərdi. İslam Peyğəmbərinin ilk həyat yoldaşının yaşantıları “Sizin üçün daxilən rahatlıq tapa biləcəyiniz həyat yoldaşları yaratdıq“ ayəsində verilib. Hz. Xədicə Hz. Məhəmmədə ürəkdən bağlı olan, ona inanan, ona ən ağır vaxtlarında dəstək verən, dərdini bölüşdürən saf bir ömür-gün yoldaşı idi. İlk vəhyin gəlməsindən sonra müşriklərin müsəlmanlar üzərinə etdiyi aramsız təzyiqlərə, onları aclıq içində məhv etmək, tutduqları yoldan döndərmək üçün çörəklə, yemək-içməklə sınağa çəkmələrinə baxmayaraq, Hz. Xədicə ərinin yanından bir an da olsa ayrılmamış, çəkdiyi əziyyətlərdən sarsılmamış və vəfalı həyat yoldaşı olaraq ölənə kimi mətanətini itirməmiş, Kainat Günəşinin başı üzərində şam kimi yanmışdı. O, həqiqətən, sönməz sevgisi, İslam dininə sədaqəti, vəfalılığı ilə özündən sonra gələn milyonlarla müsəlman qadın üçün bir həyat örnəyinə çevrildi.Həzrəti Xədicə, həqiqətən də, bu günə kimi dünyaya gələn qadınların ən müqəddəsi olaraq qalmaqda davam edir və əbədiyyətə kimi də saflıq və paklıq mücəssəməsi olaraq qalacaqdır.İslam Peyğəmbərini ilk təsdiq edən qadın Hz. Məhəmmədə (s.ə.v.) ilk vəhy gəldi... Dağlarda xəlvəti bir guşəyə çəkilən Hz. Məhəmməd (s.ə.v.) Məkkəyə qayıdanda tamam başqa bir adama çevrilmişdi. Onun bu halını heç də hamı anlaya bilmək qabiliyyətində deyildi. Amma Hz. Xədicə ərinin dağlarda xəlvəti guşəyə çəkilməsini və oradan qayıtmasını səbirsizliklə gözlədiyi üçün həyat yoldaşında baş verən dəyişikliyi dərhal anladı və onun dediklərini səbirlə dinlədi. Hz. Məhəmmədin (s.ə.v.) vəhy barədə söylədiklərinə heyranlıqla qulaq asan Hz. Xədicə heç bir tərəddüd etmədən dərhal: “Sən doğru danışırsan, əmanətə xəyanət edən deyilsən, haqq və ədaləti həmişə müdafiə edənsən, ən ağır zamanlarında insanlara dərhal yardım göstərənsən, Haqq-Təala heç vaxt buna görə səni yalqız buraxmayacaqdır“, - deyərək onun peyğəmbərliyini ilk təsdiq edən, ona ilk inanan və İslam dininə ilk iman gətirən qadın oldu. Və onun adı əbədiyyətə qədər də İslam dininə ilk iman gətirən, İslam peyğəmbərini ilk tanıyan qadın olaraq qalacaq...Sonra Kainatın Günəşi və ona ilk iman gətirən Hz. Xədicə mağarada baş verən hadisələri və ilk vəhyi anlatmaq üçün özlərinə ən yaxın bildikləri sevimli Varaka bin Nofəlin yanına getdilər. İbranicə (yəhudi dilində) oxumağı və yazmağı bilən, İncill və Tövratı oxuyaraq onları dərindən öyrənən Varaka bin Nofəl Hz. Məhəmmədin (s.ə.v.) başına gələnləri eşidən kimi: “Səninlə danışan, sənə vəhy çatdıranlar Allahın mələkləri olublar, Sənə peyğəmbərlik verilib“, - dedi. Yeri gəlmişkən, onu da deyək ki, hələ Hz. Məhəmmədə (s.ə.v.) peyğəmbərlik verilməzdən xeyli əvvəllər də Varaka bin Nofəl tez-tez: “Qureyşdən bir nəfər Allah tərəfindən insanları doğru yola dəvət etmək üçün göndəriləcək və bu qəbilənin ən zəngin qadınlarından biri ilə evlənəcək“, - deyirdi. Amma ilk vəhydən sonra uzun bir müddət peyğəmbərə vəhy gəlmədi və Hz. Məhəmməd (s.ə.v) bundan narahat oldu. Amma Hz. Xədicə ömür-gün yoldaşının bu halını görərək: “Hər şey Uca Allahın əlindədir və baş verənlərə görə üzülməyinə dəyməz“, - deyə ona təsəlli verməyə çalışırdı. Burada bir məsələyə də diqqəti cəlb etmək istəyirik. Hz. Xədicə İslam Peyğəmbəri ilə birlikdə Hz. Cəbrayıl tərəfindən öyrədilən, namaz qılan ilk müqəddəslərimizdəndir.Hz. Xədicənin Hz. Məhəmmədlə (s.ə.v.) evlilikdən 6 uşağı oldu və İslam Peyğəmbərinin nəsli bu müqəddəs qadının doğduğu Hz. Fatima ilə davam etdi. Hz. Xədicə Haqqın dərgahına qovuşan günə kimi Əhli-Beytin (Hz. Məhəmmədin (s.ə.v.) ailəsinin) ana qadını olaraq qaldı. O, İslam düşmənlərinə qan uddurduğuna görə “Allahın aslanı“ adı verilən Hz. Əli və onun sevimli həyat yoldaşı Hz. Fatimanı tərbiyə edərək İslam aləminə ən böyük xidmətini etmişdi.Hər kəs ona yalançı deyərkən o, Ona inandıHz. Xədicənin kainatın sonuncu peyğəmbərinə sözlə izah edilə bilinməyəcək və yer üzündə ölçülməsi mümkün olmayan misilsiz xidmətləri günümüzdə qəlbində Uca Allah eşqini, Hz. Məhəmməd (s.ə.v.) sevgisini yaşadan insanlar üçün nur qaynağı olaraq qalmaqda davam edir. Yenə də bir az əvvələ qayıtmaq, bu müqəddəs qadının ucalığını oxucularımıza daha dərindən çatdırmaq istəyirik. Hz. Məhəmməd (s.ə.v.) Hira dağında xəlvəti bir guşəyə çəkildiyi zaman ona ac qalmasın deyə yemək apararaq, onun hər diləyini, hər arzusunu yerinə yetirəndə yenə də Hz. Xədicə idi. O, Hz. Məhəmmədin (s.ə.v.) hər üzüntüsünü dərhal hiss edərək onu ovundurmağa, ona ruh yüksəkliyi verməyə çalışardı. Məkkədə vəziyyət həddindən artıq ağırlaşmağa başlayanda Hz. Xədicə “of“ belə demədən bütün var-dövlətini və sərvətini müsəlmanların ehtiyaclarının ödənilməsi üçün sərf etdi. Üç il davam edən bu iqtisadı embarqo zamanı Hz. Xədicə səbirlə, mətanətlə baş verənlərə sinə gərmiş, heç zaman qarşılaşdığı bu ağır durumundan şikayət etməmiş, daima Uca Allaha şükür etmişdi. Hz. Xədicə hicrətdən üç il əvvəl, 619-cu ildə müşriklərin baykotu aradan qaldırmasından sonra 63 yaşında ikən Haqqın dərgahına qovuşdu.  Onun Haqqın dərgahına qovuşmasından az sonra Hz. Məhəmmədin (s.ə.v.) sevimli əmisi, ən ağır günlərində ona arxa duran və qardaşı oğlunu hər vasitə ilə müşriklərdən qorumağa çalışan Əbu Talib də o dünyaya köç etdi. Həzrəti Məhəmmədin (s.ə.v.) iki sevimli adamını itirdiyi həmin il İslam tarixində “hüzn ili“ olaraq anılır. Hz. Xədicə vəfatından sonra da müsəlmanların anası kimi heç vaxt unudulmadı. Hz. Məhəmməd (s.ə.v.) də həyatının sonuna kimi Hz. Xədicəni tez-tez xatırlayırdı. Hz. Əlinin sözlərinə görə, Hz. Məhəmməd (s.ə.v.) sonradan evləndiyi xanımlarının yanında hər gün Hz. Xədicəni xatırlayar və bu zaman göz yaşlarını saxlaya bilməzdi. Buna qısqanclıqla yanaşan Hz. Ayişəyə isə Hz. Məhəmməd (s.ə.v.) belə demişdi: “Ey Ayişə, mənə vəhy gəlməsinə və peyğəmbərliyimə heç kəs inanmayanda Xədicə mənə inandı və İslama iman gətirdi. Mənə “yalan söyləyirsən“ deyilərkən, o, “doğru deyirsən“ dedi. İnsanlar maddi varlıqlarını qoruyub saxlayanda və onu daha da artırmağa çalışanda Xədicə var-dövlətini qarşıma qoyaraq İslam yolunda onu istədiyim kimi xərcləməyimi istədi. Ən ağır günlərimdə və təkləndiyim vaxtlarımda o: “Üzülmə, pis günlərin yerini daha yaxşı günlər əvəz edəcək“, - deyə mənə dəstək verdi. Mən Xədicəni bunun üçün heç vaxt unuda bilmirəm“. Yenə də Kainatın Günəşinin dediyinə görə, “Xədicənin könlündə heç kimsədə olmayan bir özəllik vardı, O, insanın qəlbindəki kədəri dərhal duyar və onu ovunduraraq xoş ovqat bəxş edərdi“.Onu da deyək ki, Xədicə sözü ərəb dilində vaxtından əvvəl dünyaya gələn, anadan olan mənasını verir. Amma O, vaxtında dünyaya gəlmişdi, lakin əziyyətli günlərdən sonra gələcək xoş anları görə bilmədi. Uca Allah Hz. Xədicənin fədakarlığını, saflığını və imanını Cəbrayılla göndərdiyi salamla mükafatlandırmışdı. Hz. Xədicə Allahın salam göndərdiyi az sayda qadınlardan biri idi. Hz. Məhəmməd (s.ə.v.) ölüm döşəyində yatan sevimli ömür-gün yoldaşına belə bir müjdə vermişdi: “Ey Xədicə, sevin. Uca Allah səni İmranın qızı Məryəm və Fironun zövcəsi Asiyaya bərabər tutmuşdur“. Mənbə: Zaman qəzeti
['Həzrəti Xədicə']
4,590
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7902/q%C4%B1rx-rahib-v%C9%99-m%C3%B6vlana.html
Qırx rahib və Mövlana
umud600
Düşündürücü hekayələr
5 dekabr 2011, 00:08
Əflatun kilsəsinin rahibi rəvayət edir: - Bir gün biz 40 rahib sual vermək üçün Mövlananın yanına gedirdik. Onunla bazarda bir sobanın qarşısında qarşılaşdıq və sualımızı soruşduq: - Quranda Məryəm surəsinin 71-ci ayəsində deyilir ki, içinizdən heç biriniz xaric olmamaq şərti ilə hamınız mütləq Cəhənnəmə girəcəksiniz. Bu, Allah qatında mütləq olaraq bir hökmdür. Bu ayəyə görə, istər mömin olsun, istər olmasın, hər kəs Cəhənnəmdən keçəcək, onda İslamın üstünlüyü necə bəlli olacaqdır? Mövlana sualı belə cavablandırdı: - Bəli! Ayədən bilindiyi kimi, hər kəs Cəhənnəmdən keçəcək. Ancaq möminlər Cəhənnəmə girdikləri zaman Cəhənnəm atəşi onları yandırmayacaq. Hətta Cəhənnəm atəşi möminlərə belə deyəcək: - Ey mömin, tez keç! Nurun atəşimi söndürür! Lakin eyni atəş Allahın əmri ilə inanmayanları yandıracaqdır. Atəş eyni atəşdir, lakin əmr müxtəlifdir. Mövlana açıqlamasını isbatlayıb rahiblərin çaşqınlıqlarını aradan qaldırmaq üçün belə davam etdi: - İstəyirsinizsə burada sınayaq və sizə bunun doğruluğunu göstərək. Biz rahiblər bu sınağı görmək istədiyimizi söylədikdə isə köynəklərimizi çıxarmağımızı istədi. Köynəklərimizi çıxarıb ona verdik. O da köynəklərimizi əbasının içinə qoyub sarıdı və eləcə sobanın içinə atdı. Bir müddət sonra sobanın qapağını açıb, əlini alovun içinə salıb əbanı götürdü və qarşımıza qoydu. Alovun içindən çıxmış əbada kiçik bir yanıq izi belə yox idi. Ancaq əbanın içini açanda bizim köynəklərimizin hamısının yanıb kül olduğunu gördük. Biz rahiblər heyrətə düşərək yanmış köynəklərimizə və Mövlananın yanmamış əbasına baxarkən o belə dedi: - Ey rahiblər! Gördüyünüz kimi, biz atəşə belə girərik, siz də belə! Bu sözdən sonra bir-birimizə baxdıq və hamımız içimizdə yaranan imanı etiraf etdik. O gündən sonra İslam üçün çalışacağımıza söz verdik.
['Cəhənnəm atəşi', 'iman']
4,591
https://kayzen.az/blog/erzaq/7900/vanil.html
Vanil
Arzt
Ərzaqlar
4 dekabr 2011, 17:58
Vanil (latın dilində "vanilla") səhləb fəsiləsinə aid olan sarmaşıqlı bitki cinsidir. Vanil bitkisinin əsas vətəni Meksika sayılır. Ancaq bu bitki ən çox Madaqaskarda becərilir. Yarpaqlarının rəngi yaşıl, çiçəklərinin rəngi ağ (yaşımtıl ağ), meyvələrinin rəngi isə qəhvəyidir. Meyvələrinin uzunluğu 15 - 25 sm - ə çatır. Vanil əkildikdən sonra ilk məhsulunu təqribən 3 il sonra verir. Dünya üzrə vanilin 150 növü məlumdur. Vanil, eyni zamanda, dünyada zəfərandan sonra ən bahalı ikinci ədviyyatdır. Əvvəllər vanildən qoxu vermək üçün istifadə edilirdisə, sonralar vanildən dad vermək üçün istifadə etməyə başladılar. Vanil kalsium, natrium və ferrium minerallları ilə də zəngindir. Digər tərəfdən, vanilin tərkibində xolesterol yoxdur. Həmçinin, tərkibində şəkər olduğu üçün kalori miqdarı yüksəkdir. Avropanın vanillə tanışlığı Amerika qitəsinin kəşfindən sonra, yəni, 1520 - ci ildə baş vermişdir. Belə ki, vanil Avropaya kakao bitkisi ilə birlikdə ispaniyalılar tərəfindən gətirilmişdir. Ancaq buna baxmayaraq, vanili uzun müddət Meksikadan kənarda yetişdirmək mümkün olmamışdır. Qədim dövrlərdə isə vanildən (daha doğrusu, vanil çubuklarından) pul kimi istifadə edirdilər. Məsələn, azteklər (xüsusilə də, aztek imperatoru Montesuma) vergiləri pul əvəzinə vanil çubukları ilə yığırdılar.Vanil bitkisinin meyvəsində qlükozid şəklində 1,5 - 3 % vanilin var. Ancaq təbii vanilinlə yanaşı, süni vanilin də yox deyil. Məsələn, 20 qr süni vanilin 1 kq təbii vanili əvəz edir. Süni vanilini evgenoldan, qvayakoldan və başqa üzvi birləşmələrdən sintetik yolla əldə edirlər. Ancaq ən yaxşı vanilin izoevgenoldan izoevgenolun oksidləşdirilməsi nəticəsində alınır. Sintez üsulu ilə əldə edilən bu vanilin 80 dərəcə (və yuxarı) temperaturda əriyir, 285 dərəcə temperaturda isə qaynayır.Vanilin dadı acıdır. Soyuq suda çox çətin (1:100), isti suda çox asan (1:20) həll olur.Faydaları - temperaturun aşağı salınması;- həzmin asanlaşması; - mədə - bağırsaq xəstəliklərinin müalicəsində;- yorğunluğun aradan qaldırılamasında;- müqavimətin artmasına;- maddələr mübadiləsinin sürətlənməsinə;- öskürəyin qarşısının alınmasına;- stresin aradan qaldırılmasına;- qan dövranının nizamlanmasına;- yuxusuzluğun aradan qaldırılmasına; Digər tərəfdən vanilin sakitləşdirici təsiri də məlumdur... Mənbə: Ailəm jurnalı
['Vanil və faydaları']
4,592
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7898/vaza-v%C9%99-alma.html
Vaza və Alma
Arzt
Düşündürücü hekayələr
4 dekabr 2011, 16:05
Qədim Çin filosofu Konfutsi insanlara bir şeyi göstərməyin ən yaxşı yolun onu nümunələrlə göstərmək olduğunu bilirdi.Bir gün Konfutsi şagirdlərinin yanına gəldi. Onun bir əlində vaza, bir əlində isə alma var idi. Konfutsi şagirdlərinin təəccüblü baxışları altında almanı vazanın içinə saldı. Sonra da üzünü şagirdlərinə tutub: - Kim almanı vazadan çıxarsa, o, almanı yeyə bilər, - dedi.Şagirdlərdən biri çox acmışdı. Buna görə də, birinci o ayağa qalxdı və əlini vazanın içərisinə saldı. Ancaq vazanın aşağı hissəsi geniş, yuxarı hissəsi isə dar idi. Buna görə də, şagird nə qədər çalışsa da, almanı vazadan çıxara bilmədi. Nəhayət: - Əlimi çıxara bilmirəm! - deyə sızıldadı.Konfutsi isə: - Əlini çıxara bilmirsən, çünki almanı bərk - bərk tutmusan. Əgər almanı buraxmasan, əlini vazadan çıxara bilməyəcəksən. - deyə cavab verdi. Şagird isə belə asanlıqla almanı əlindən buraxmaq istəmirdi. Ancaq çox keçməmiş almanı əlindən buraxmaq məcburiyyətində qaldı. Əlini vazadan çıxaranda isə həm onun, həm də o biri şagirdlərin üzündən təəccüb oxunurdu.Təbii ki, hamının fikrində bir sual vardı: "Almanı vazadan necə çıxarmaq olar?" Sanki Konfutsi onların fikrində bu sualı oxudu və : - Almanı vazadan çıxarmaq üçün nə təklifiniz var? - deyə soruşdu.Şagirdlərin heç birindən səs çıxmadı. Bu vaxt Konfutsi vazanı üzü aşağı çevirdi və alma vazanın içərisindən Konfutsinin ovcuna düşdü. Uşaqlar hamısı gülməyə başladılar. Necə olmuşdu ki, bu qədər sadı bir şeyi düşünə bilməmişdilər. Ancaq Konfutsi onlarla eyni fikirdə deyildi və buna görə də : - Bu heç də gördüyünüz qədər sadə deyil, - deyə cavab verdi. Sonra da bunları əlavə etdi: - Çünki insan oğlu bir şeyi əldə etmək üçün çox vaxt onu tutmaq lazım olduğunu düşünür. Halbuki həqiqət bunun tam əksinədir. Yəni, bir şeyi əldə etmək üçün çox vaxt onu buraxmaq lazımdır... Mənbə: Ailəm jurnalı
['Konfutsi', 'düşündürücü hekayələr', 'Vaza və alma']
4,593
https://kayzen.az/blog/fitness/5013/idman-etm%C9%99k-%C3%BC%C3%A7%C3%BCn-10-s%C9%99b%C9%99b.html
İdman etmək üçün 10 səbəb
burla xatun
İdman və sağlamlıq
4 dekabr 2011, 08:05
İnsan bədəni hərəkət üçün yaranıb. Az hərəkətli həyat tərzi insanın tez yorulmasına, əhval-ruhiyyənin enməsinə, bəzilərində isə depressiyaya gətirib çıxarır. Əgər indiki insanlar bir çox əsrlər əvvəl yaşasaydılar onlar özlərinə qida əldə etmək, yaşayış yeri düzəltmək, geyim hazırlamaq üçün çox çalışmalı olardılar. Bundan başqa, yürüşə çıxar, milli rəqslərlə məşğul olar, dağlardan sürüşər, yüksək fiziki hazırlıq tələb edən müxtəlif oyunlarda iştirak etməklə  daim hərəkətdə olardılar.Bugünkü gündə özünü geyim və yeməklə təmin etmək üçün böyük fiziki güc tələb olunmur. Lakin fiziki iş görmək, fiziki hərəkətlər etmək, piyada gəzmək  sağlam olmaq üçün ən əsas  şərtlərdən biridir. Fiziki  hərəkətlər nə üçün vacibdir? 1. İdmanla məşğul olmağın ən vacib səbəblərindən biri ürəyi möhkəmləndirmək, yüksəlmiş qan təzyiqini nəzarətdə saxlamaqdır. Belə ki, idman hərəkətləri qanda olan təhlükəli trombların sorulmasına kömək edir və orqanizmin qocalmasının qarşısını alır.2.  İnsan aktiv hərəkətlər etdikcə oksigen hər bir hüceyrəyə daxil olur. Bu zaman daxili üzvlərdə tənəffüs aktivləşir, dəri təravətlənir, qan dövranı  yaxşılaşır, dəridə olan  sızanaqlar azalır, reflekslər yüksəlir.3. İdmanla məşğul olmaq əzələləri tonuslandırır, onlar daha çox elastik və möhkəm, insan özü isə cazibəli, xoşagəlimli olur. Fiziki hazırlıq almış  oynaqlar yüksək amplitudalı hərəkətlər edə bilir. Daimi fəal hərəkət etmək isə  pəhrizin köməyi ilə əldə oluna bilməyən ideal çəkiyə çatmağa və onu saxlamağa kömək edir.4. Bununla bərabər, idman hərəkətlərinə görə insan iştahını da nəzarətdə saxlayır. Çünki bu zaman beyində endorfin adlı hormon  ifraz olunur ki, bu da  orqanizmi əsl aclıq anına qədər aclıq hissindən və deməli nəzarətsiz qida qəbulundan qoruyur. 5. İdmanla məşğul olmaq insanda ehtiyat qüvvələrini  artıraraq xroniki yorğunluğu aradan qaldırmağa kömək edir. Bu zaman  beyində əlavə oksigen ehtiyatı yaranır  ki, bu da  bütün gün ərzində insanı enerjili edir.6. Daim hərəkətdə olmaq  öz növbəsində dərin və sakit yuxu əldə olunmasına kömək edir. Çünki bu zaman  endorfinlərin ifrazı stimulyasiya olunur, ki onlar da gün ərzində toplanmış sinir gərginliyindən uzaqlaşmağa kömək edir. Belə ki, insan bütün günü fiziki işləyir, günün sonuna fiziki olaraq qeyri-aktiv insanlardan fərqli olaraq  yorğunluq, boşluq hiss etmir. İdman gərginliyi insana depressiv vəziyyətdən çıxmağa və yuxusuzluğu dəf etməyə kömək edir. Çünki bu zaman orqanizmdə adrenalin və digər stress əmələ gətirən digər hormonların artıqlığı azalmış olur. 7. İdmanla məşğul olmaq insanda öz gücünə inamı artırır: siz hiss edirsiz ki, əhval-ruhiyyənizi və xarici görünüşünüzü müsbət tərəfə doğru dəyişə  bilərsiniz. Yaşınızdan və fiziki vəziyyətinizdən asılı olmayaraq.8. Hərəkətlər maddələr mübadiləsini və bağırsaqların peristaltikasını stimulyasiya edir. İdmanla məşğul olanlar üçün siqareti atmaq daha asandır. Məlumdur ki, siqareti atan idmançılar daha böyük işlərin öhdəsindən gələ bilirlər. Belə ki, onların qanında əlavə oksigen toplanır, siqaret çəkənlərdə isə bu, get-gedə azalır.9. Yaxşı fiziki hazırlıq keçirilmiş ağır xəstəliklərdən, cərrahi əməliyyatlardan tez sağalmağa kömək edir. Çünki güclü əzələlərin oksigeni mənimsəmək  qabiliyyəti daha yüksəkdir. Onlar nə qədər çox oksigen alsalar, orqan və toxumaların funksiyasının bərpası da bir o qədər tez gedər. Bəzi xəstələrə döş qəfəsində keçiriləcək planlı cərrahi əməliyyatdan  əvvəl xüsusi idman hərəkətləri etmək məsləhət görülür.10. Siz yəqin ki, istirahət etmək və əhval-ruhiyyənizi artırmaq üçün idmanla məşğul olmaq istəyirsiniz. Testlər göstərir ki, məhz bu səbəbdən idmanla məşğul olanlar fiziki  məşğələdən daha çox qüvvə alırlır, nəinki buna özünü məcbur edənlər.Hər bir qadın özündə bir səbəb tapıb idmanla məşğul olmağa başlamalıdır. Yadda saxlayın ki, bu, heç zaman  və heç kəs üçün gec  deyil.Mənbə: Sandra Rozensveyqin «Qadınlar üçün fitnes» kitabındanTərcümə etdi və hazırladı:  S.Aytənİlk dəfə yerləşdirilib: İqtisadiyyat qəzetində
['idman']
4,594
https://kayzen.az/blog/maraqli-faktlar/3245/yad-planetl%C9%99rd%C9%99n-g%C9%99l%C9%99nl%C9%99r.html
Yad planetlərdən gələnlər
burla xatun
Maraqlı faktlar
4 dekabr 2011, 08:05
Yer kürəsində daim baş verən maraqlı müşahidələr, kiçik fotogörüntülər və qısa kamera çəkilişləri ilə lentə alınmış materiallar planetimizə naməlum uçan obyektlərin daxil olduğunu sübut edir.Buradan belə bir sual yaranır: bəs bu uçan naməlum obyektlər nələrdir? Deməli, Yerdən başqa da yaşayış olduğu ehtimal edilən planet və yaxud yeni sivilzasiya vardır. Lakin insan oğlu hələ Ay və Mars planetindən irəli gedə bilməmişdir. Bunun əsas səbəbi hazirda insan idrakının və tədqiqat sahəsinin həmin səviyyəyə çatmamasıdır. Yəni UNO-larla bizim aramızda informasiyanın birbaşa beyinə yeridilməsi kimi fərqlər mövcuddur.UNO haqqında bir çox sirlər hələ ictimaiyyətə tam açıqlanmır. Lakin 1965-ci ildə Amerika hərbiçiləri tərəfindən naməlum uçan obyektin vurulması ictimaiyyətə məlumdur. Obyektin 5 nəfərlik heyyət üzvündən 1 nəfər sağ qalmışdır. Sağ qalan həmin canlı varlıq NASA-nın bazasında il yarım yaşamışdır . Alimlərin açıqlamasına görə həmin canlı varlığın orqanizmi daha sağlam və güclü olmuşdur.Digər maraqlı faktlardan biri də Amerika və Rusiya kosmik fəza tədqiqatçılarının araşdırmalarıdır. Tədqiqatçılar belə qənaətə gəlmişlər ki, UNO-lar Yer kürəsinə əsasən, Cənub - Şərqi Asiya ərazisindən və Bermud üçbucağı üzərindən gəlirlər.Ən mühüm faktlardan biri də budur ki, UNO-ların Qalaktika üzrə müşahidəçi qüvvələri vardır. Yer planetində gedən inkişaf prosesi onları qane etmir.1988-89-cu illərdə Rusiya Kosmik Tədqiqatlar İnstitutunda akademik R.Saqdeyevin rəhbərliyi altında aparılan "Fobs-1" və "Fobs-2" layihələri yeni fikirlərin yaranmasına səbəb olmuşdur. Belə güman edilir ki, UNO-lar şərti adı "qloriya" olan planeti qoruyurlar. Digər maraqlı fakt isə ondan ibarətdir ki, onlar hər 15 ildən bir fəal surətdə gözə görünməyə başlayırlar. Bu hadisə isə Mars planetinin 15 ildən bir nəzərəçarpacaq dərəcədə yerdəyişməsi ilə üst-üstə düşür. Görəsən, doğrudanmı UNO-lar Yer və digər yaşayış ehtimalı olan sivilizasiyalarda balansın tarazlığına nəzarət edirlər?Amerika Kosmik Tədqiqatlar İnstitutunun Ayda yeni raket sınağı zamanı peyda olan uçan naməlum obyektdən raketin üzərinə qırmızı şüa salınır, bununla da raket tam yararsız hala düşür. Bu hadisə UNO-ların müəyyən dərəcədə nəzarət etmə faktını sübut edir.Məsələyə dini cəhətdən yanaşsaq daha maraqlı faktlarla rastlaşarıq. "Qurani Kərim"də həzrəti Süleyman peyğəmbərin gedişi-gəlişi bir ay, 60 gün, bir saniyə zaman içində Yəməndən Qüdsə çata bilən hansısa obyektdən xəbər verməsi də UNO-lara xas cəhətdir.Yadplanetlilərin gəldiyi ərazilər içərisində Azərbaycan ərazisi də yer tutur. Son onillikdə əsasən, yay fəsillərində özünü büruzə verən UNO-ların müşahidə ərazisi kimi Xəzər dənizi qeydə alınmışdır. Elçin ABBASOV Mənbə: Xalq qəzeti
['UNO']
4,595
https://kayzen.az/blog/islam-v%C9%99-qad%C4%B1nlar/3056/hicabl%C4%B1-qad%C4%B1n%C4%B1n-geyimi.html
Hicablı qadının geyimi
burla xatun
İslam və qadınlar
4 dekabr 2011, 08:03
1. Hamı kimi, hicablı xanımın da geyindiyi paltarlar halal pulla alınmalıdır. Belə ki, haram yolla əldə olunan mallar ibadətin qəbul olunmamasına səbəb olur. 2.Paltarlar halal olmaqla yanaşı, qəsb yol ilə də əldə olunmamalıdır. Yəni istifadəsinə icazə alınmalı və zor gücünə kimdənsə alınmamalıdır. 3.Paltarın halallığı ilə yanaşı, təmizliyinə də diqqət yetirmək lazımdır. Lakin təmizlik dedikdə onların şəri baxımından murdar olmaması nəzərdə tutulur. Yəni onlar qan, sidik, nəcis, yaxud spermaya bulaşmamalıdır. 4.Xanımlar istifadə etdikləri geyim və hicab formasının yaşadıqları cəmiyyətə uyğun olmasına diqqət yetirməli və qeyri-adi tərzdə geyinməməlidirlər. 5. Hicablı xanımların geyim tərzi diqqəti cəld edəcək formada olmamalıdır. Yəni dar şalvar, qısa köynək və ya manto bədəni örtsə də, başqalarının diqqətini cəlb etdiyi üçün istifadə olunmamalıdır. 6.Zövqlü və cəlbedici geyinmək istəyən qadın bunu yalnız ərinin yanında etməlidir. Bu, xanımların istifadə etdikləri ətriyyata və kosmetik vasitələrə də aiddir
['hicablı qadın']
4,596
https://kayzen.az/blog/stil/2894/kosmetika.html
Kosmetika
burla xatun
Yaraşıqlı görünüş, gözəl imic
4 dekabr 2011, 08:02
1. Dodaqlara qan qırmızı rəng çəkmək olar, amma konturun rəngi dodaq rənginə tam uyğun olmalidir. Boya firça ilə çəkilməli,quru salfetka ilə yüngül silinməlidir. 2. Gözün üst hissəsinə boz-qəhvəyi rəngli karandaş kipriklər uzunluğunda, alt hissesinə isə kənarından içə doğru bir balaca çəkilməlidir. 3. Kirşanı fırça və ya yaş sponjla çəkmək lazımdır. 4. Qaşı boz-qəhvəyi rəngli karandaşla səliqəyə salmaq lazımdır. 5. Ənliyin rəngi təbii rənginə yaxın seçilməlidir. 6. Göz kölgələri parıltısız olmali, iç tərəfə ağ, kənarlara isə boz kölgə vurmaq lazımdır. 7. Gözlərin konturla tam haşiyəyə alınması olar, amma karandaş yox , göz kölgəsi vasitəsilə. 8. Kipriklərə quru firça ilə tuş çəkməli, tez-tez salfetlə tuşun qalıgı təmizlənməlidir 9. Tonal krem təbii dərinin rənginə maksimal dərəcədə uyğun seçilməlidir. Piqment ləkələri, civzələr neytral rənglə korrekte edilməlidir. 10. Sonda üzdə makiyajin çox görünməməsinə fikir vermək lazımdır.Uzun üz quruluşu olanlar: Uzun üz quruluşuna malik olanlar, alın çevrəsinə va çənə nahiyəsinə dəri rəngindən iki ton tünd tonal krem sürtməlidirlər. Uçbucaq üz quruluşu olanlar: Üçbucaq üz quruluşuna malik olanlar, alının yanlarından yanaqlara qədər dəridən iki ton tünd tonal krem sürtməlidir. Alın və çənə hissələrinə isə dəri rənginə uyğun bir rəngli tonal kremdən istefada etməlidirlər. Ənlik isə yanaqlara dairavi şəkildə çəkilməlidir. Yumru üz quruluşu olanlar: Belə sifəti kölgələndirmək üçün almacıq sümüyünün altından yanaqlara doğru dik şəkildə tonal krem sürtülməlidir. Ənlik həmcinin də bu istiqamətdə tətbiq edilməlidir. Kvadrat üz quruluşu olanlar: Bu üz qurluşunda alın dördbucaq formasında olar. Yan çənə sümüyü də qabarıq olar. bunun üçün qulaq diblərindən çənəyə qədər olan hissəyə və alın nahiyəsinə dəri rəngindən iki ton tünd tonal krem sürtülməlidir.
['kosmetika', 'makiyaj']
4,597
https://kayzen.az/blog/moda/2957/kombinezon.html
Kombinezon
burla xatun
Moda dünyası
4 dekabr 2011, 08:01
“Ən yeni dəbli geyim növü yaratmaq istəyirsənsə geriyə, keçmişə boylan!” Bu kəlmələr ən tanınmış modelyerlərin birinə məxsusdur. Bu deyimdə böyük bir həqiqət var. Bu gün ən dəbli geyim növlərindən sayılan kombinezonlar da, heç şübhəsiz, keçmişə bir baxışdan, bir nəzərdən yaranıb. Kombinezonlar nə qədər müasir görünsə də, onların mənbəyi-kökü XVIII-XIX əsrə gedib çıxır. Ağır sənayenin, xüsusilə də qara metallurgiyanın inkişaf etdiyi ölkələrdən biri olan Amerikada xüsusi fəhlə geyimləri meydana gəldi. Bu geyim növünün adı kombinezon idi. Kombinezon “kombinə” sözündən yaranmaqla pencəklə şalvar birləşdirildiyi anlamına gəlir . Sonralar bu geyim növü fabrik və zavodlardan bayıra çıxdı. Onların müasir növləri meydana gəldi. Cins parçaların peyda olması ilə kombinezonlar yüksəliş nöqtəsinə çatdı. 1930-cu ildə əvvəlcə uşaqlar üçün yaradılan bu geyim formasına sonralar böyüklər də ortaq çıxdı. İkinci dünya müharibəsində bu tip geyimlər hərbiçilər üçün istifadə olunmağa başladı. Belə kombinezonların əsas üstünlükləri müxtəlif ciblərin bolluğu ilə seçilirdi. Birləşdirilmiş pencək və şalvarların ciblərinin hamısı bir geyimdə toplanmışdı. Daha sonralar isə, ipək və atlaz kombinezonlar dəbə mindi. Kombinezon tipli geyimdən istifadə edənlərin xüsusi diqqətə və zövgə malik olması gərəkdir. Şux qamətli xanımlara kombinezon çox yaraşır. Amma bu kombinezonlar yüngül parçalardan tikilməlidir. Dolu bədənli xanımlar isə kətan və pambıq parçalı kombinezonlardan istifadə etsələr, yaxşıdır. Kombinezon bəstəboylu xanımları qismən qamətli göstərə bilər. Amma xanımlara kombinezonun bir çatışmayan cəhətini də xatırlatmaq lazımdır. Belə geyimlər xanımlara əl-üz yuyan otaqlarda çətinlik yarada bilər. Ona görə kombinezonlardan çox ustalıqla istifadə etmək lazımdır. Əgər kombinezon sizə burada narahatlıq yaradırsa, onu dərhal çıxardın.Bu mövsümdə dar ətəkli kombinezonlar da çox dəbdə olacaq. Amma onu hər yerə geyinib getmək olmaz. Yerini bilmək vacibdir. Qısa kombinezonların müxtəlif aksesuarlara ehtiyacı olur. Belə kombinezonların üstündən kofta və pencəklər geyinmək olur. Belə kombinezonların rəngi tünd olsa, daha da yaraşıqlı görünə bilər. Ümumiyyətlə, kombinezonların rəngi cəlbedici və göz oxşayan olmalıdır. Platforma və kabluklu ayaqqabılara üstünlük vermək lazımdır. Kombinezon hər bir dəbli xanıma yaraşa bilər. Bir şərtlə ki, onu zövglə seçib geyinə bilərsiniz. Beləliklə, sizə daha bir qədim və yeni dəb növü olan kombinezonları geyinməyi məsləhət görürük. Hər bir hava şəraitindən sizi qoruya bilən və ətrafdakıların nəzərini cəlb edən kombinezonlara üstünlük verin.
['kombinezon']
4,598
https://kayzen.az/blog/sevgi/7896/o%C4%9Flan-v%C9%99-q%C4%B1z%C4%B1n-d%C3%BC%C5%9F%C3%BCnc%C9%99l%C9%99ri.html
Oğlan və Qızın düşüncələri
elshad
Sevgi
4 dekabr 2011, 01:00
Mən bir oğlanam ; Əvvəl səninlə mələk kimi davranaram. Qızlara əhəmiyyət verdiyimi deyərəm. Sonra yaxın dost olarıq, görüşərik. Sən mənə aşiq olarsan mənsiz yaşaya bilməzsən, mən səni "sən fərqlisən" deyə aldadaram. Sən hər kəsə məni izah edərsən "aşiq oldum" deyə. Məndə hər kəsə səni izah edərəm "istifadə edirəm" deyə. Artıq mənə a......şiq olarsan. Məndən ayrılınca mırta gözəl söz söyləyərəm. Bağışlayarsan. Mənə dəhşət öyrəşərsən, bağlanarsan. Bir gün səninlə dəhşət mübahisə edərəm, heç gözləmədiyin bir mübahisə. Sonra əlaqəni qırıb bu dəfə özüm ayrılaram səndən. Səhər axşam darıxarsan mənimçün, peşman olarsan və mənə yalvararsan. Mən gülərəm heç olmamısan kimi həyatıma davam edərəm. Qızlarla danışaram, əylənərəm nə bilimeee səni vecimə almaram heç:))... Mən bir qızam ; Sən sənin üçün ağladığımı sandığın zamanlarda əslində şəxsən özümə qapılaram. Sən mənə gəldiyində səndə kimsənin görə bilmədiyini gördüyüm üçün sənə qucaq açaram. Sən məni özünə aşiq etmək üçün romantik sözləri bir-birinin ardına düzərkən, arxamca düşərkən səni xoşbəxtliklə izləyərəm. Çünki bilirəm, nəticədə sonu yalnız bir "Salamat qal" dır.Sən məni üzərsən və mən özümə qapılaram. Bəlkə də yalvararam. Amma bu sənə deyil, özümə yenidən gələ bilmə səyim üçündür. Mən darıxaram, çox darıxaram, hətta həmişə darıxaram. Amma sevməyi səndən çox daha yaxşı mən bilərəm və buna görə ən çox mən darıxaram. Sən gülərsən xaricindən, mən sənin taaa içinə kimi görərəm. Bu üzdən yoldaşlarıma səni izah edərəm, danışdıqca böyüyərsən içimdə. Eyni zamanda da yox olarsan. Və sən günün birində mənə haqsızlıq etdiyini düşünüb geri gəldiyində, mən həqiqətən gülümsəyərəm.....
['maraqlı', 'hekayə']
4,599
https://kayzen.az/blog/erzaq/4375/meyv%C9%99l%C9%99r.html
Meyvələr
Ferro
Ərzaqlar
3 dekabr 2011, 18:13
İnsan hələ vəhşi halda yaşayarkən meyvələri tədricən seçməyə və yığmağa başlayıb. Bu, zaman keçdikcə onun nizamlı şəkildə bağlarda yetişdirilməsinə gətirib çıxarıb. Nəticədə qədim insanın əməyi, qayğısı ilə meyvə bağları əmələ gəlib. VI əsr Şimali Afrika şairi Luksori «Bağa tərif» adlı şerində deyir: Bağ-şirinlikdir, qurtuluşdur, sakitlikdir, Ruhu qüssə sıxıntılarından azad edəndir, Canı bərkidəndir, baxışı cəlb edəndir, Zəhməti bol səadətlə təltif edəndir, Əkinçilərin qəlbinə sevinc verəndir. Qədim Misirdə - firon II Ramzesin dövründə bağlarda nar, alma, zeytun, əncir və üzüm yetişdirilməsi məlumdur. Ayrı-ayrı müəlliflərin, tarixçilərin yazdığına görə, Şərqin müxtəlif ölkələrində gözəlliyi ilə insanı valeh edən, bol bəhrəli bağlar olmuşdur. Bir mənbədə göstərilir ki, Xəzər dövlətinin İtildən əvvəlki paytaxtı Səməndər meyvə və üzüm bağları ilə şöhrət qazanmışdı. Azərbaycan lap qədimdən öz lətafətli meyvələri ilə məşhur olmuşdur. Marko Polo qeyd edirdi ki, Təbriz ətrafında gözəl bağlar var. Bu bağlarda müxtəlif meyvələr yetişdirilir və hər il bol məhsul götürülür. XIX əsrdə Naxçıvanın Ordubad bölgəsinin meyvəçilik sahəsində şöhrəti hər yana yayılmışdı. Orada dadlı, ətirli ərik, cürbəcür, iri, şirəli armudlar, gözoxşayan almalar yetişdirilirdi. 1866-cı ildə bağlardan 32 ton ərik, 16 ton şaftalı, 16 ton alma, 10 tona yaxın qoz, 8 ton armud, 8 ton heyva, 4 ton qara gavalı yığılmışdı. XIX əsrin axırında Abşeronda da adla söylənən meyvələr yetişdirilmişdir. Məsələn, Şüvəlan bağlarının üzümü, ənciri, narı və püstəsi yüksək dad xüsusiyyətlərinə görə Abşerona şöhrət gətirmişdir. Abşeronda tutun xüsusi növü - iri, dadlı və şirəli xartut geniş yayılmışdır. Ağ tutun vətəni İran, Çin və Xəzəryanı ərazilər sayılır. Şabalıdın vətəni Kiçik Asiya, Türkiyənin Avropa hissəsi və Qafqazdır.Məlumatlara görə uzun ömürlü şabalıd ağacının 200-300 il və hətta 1000 il olan nümunələri bizim günlərəcən qalmışdır. Güman edilir ki, badam Şumerdə mədəniləşdirilib. O biri tərəfdən, badamın vətəni Suriya və Livan sayılır. Qədim Fələstində badam bağları məşhur idi. Yəhudilər onu Xanaanın ən qiymətli bitkisi sayırdılar. P.Jukovskinin yazdığına görə əzgili qədim Qafqaz xalqları (xüsusən Talış dağlarının sakinləri) mədəniləşdirmişlər. Albalı ibtidai insana tanış olan ilk meyvələrdən biridir. VII əsrdə Qara dəniz sahillərindən İtaliyaya gətirilmişdir. Bir əsrdən sonra o bütün Avropaya yayılmışdır. Vətəni Zaqafqaziya və Şimali İran sayılır. Naringinin vətəni Çin və Yaponiyadır. Naringi Hindistana, oradan isə X əsrin əvvəlində Omana aparılıb. Amerika qitəsində avropalılar ananası ilk dəfə görəndə ona valeh olurlar. Onu ilk dəfə təsvir edən avropalı Q.F. de Oviyedo (Qansalases Fernanli) olub. Təqribən 1535-ci ildə ananas İspaniyaya gətirilib. Bir qədərdən sonra o, Santa-Kruzdan Hindistanın qərbinə, daha sonra şərqinə və Çinə düşür. Bu barədə X.Akostanın 1578-ci ildə nəşr olunmuş kitabında məlumat verilir.Qarsilaso təsvir edir ki, ananas formaca sidr ağacının qozasını xatırladır, qabığının altında ağ, yumşaq, azca turşməzə, həm də çox dadlı hissəsi vardır. Banan isti və rütubət sevən bitkidir. Qarsilaso Perunun And dağları rayonunda bitən banan barədə söz açarkən yazır ki, bu ağacın salxımlarındakı hər bananın uzunluğu 21 santimetrə çatır. Onun yoğunluğu isə təqribən üç barmaq boyda olur. Bananı çiy, qızardılmış, qaynadılmış, pörtülmüş, qurudulmuş halda yeyirlər. Mədəni bananın vətəni Cənubi Asiya, eləcə də Malayziyadır. Onun mədəniləşdirmə tarixi çox qədimdir. Bəzi fikirlərə görə pleystosen dövrünə aiddir. Afrikada gündəlik yeməklərdən biri banandır. Bananın qabığını soyur, əzir, duz və ədviyyat vurub, xırda-xırda doğrayır, sonra da süddə qaynadır, ya da yağda qızardırlar. Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı
['meyvələr']