Unnamed: 0
int64 0
6.93k
| url
stringlengths 41
313
| title
stringlengths 3
153
| author
stringclasses 256
values | category
stringclasses 371
values | date
stringlengths 17
23
| content
stringlengths 3
89.6k
| tags
stringlengths 6
314
|
---|---|---|---|---|---|---|---|
4,700 | https://kayzen.az/blog/din/3174/bibliya.html | Bibliya | Qiyasli | Din və teologiya | 4 noyabr 2011, 19:25 |
Bibliya (yunanca: kitablar) və ya Müqəddəs Kitab iudaizmə və xristianlığa aid müqəddəs mətnlərin külliyyatı. Xristianlıqda həmçinin Müqəddəs Yazı adlanır. Kitab iki hissəyə bölünür: Əhd-i ətiq və Əhd-i cədid. Bütövlükdə Bibliya 77 kitabdan ibarətdir. Bunlardan 50-si Əhd-i ətiqə, 27-si Əhd-i cədidə daxildir. 2003-cü ilə olan məlumata görə Bibliya və ya onun müxtəlif hissələri 2300-dən çox dilə tərcümə olunub.
Dünya ədəbiyyatı və incəsənətində Bibliya mövzuları geniş yayılmışdır. Kitabdakı obrazlardan (Adəm, Həvva, Davud, Süleyman, İsa və s.) Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında geniş istifadə edilmişdir.
Əhd-i Ətiq - Bibliyanın həcmcə daha böyük, birinci bölməsi. 39 kitabdan ibarət olub, e.ə. 3-2 əsrlərdə tamamlanmışdır. İudaistlər və xristianlardan ötrü müqəddəs kanon hesab olunur.Bibliya yəhudi və xristian dinlərinin müqəddəs kitablarının toplusudur. Yəhudilik Bibliyanın yalnız birinci hissəsini- Əhdi-Ətiqi tanıyır. Bu da Bibliyanın beşdə dördünü təşkil edir. Yəhudilərin Müqəddəs kitab küliyyatıç Tanah (yazılı dini ədəbiyyat) və Talmud (şifahi dini ədəbiyyat) formasında iki yerə bölünür. Yəhudilərin Tanah adlandırdıqları müqəddəs kitaba xristianlar Əhdi- Ətiq deyirler.Tanah 3 hisseden ibarətdir:Tora(Tövrat)çNeviim və Ketvuim. Tanah adı bu üç hissənin ibrani dilindəki baş hərflərinin birləşməsindən meydana çıxan sözdür.
Əhd-i ətiq kitablar
Pravoslavlıq Katolisizm İudaizm
Təkvin
həmçinin Genezis
həmçinin Bereşit
Xüruc
həmçinin Eksodus
həmçinin Veele Şemot
Levi
həmçinin Levitikus
həmçinin Vayıkra
Ədad
həmçinin Numeri
həmçinin Bemidbar
Təsniyə
həmçinin Deuteronomium
həmçinin Elle-qadebarim
İsa Navin
-
-
Hakimlər
-
həmçinin Şofetim
Rut
-
-
1 Padşahlıqlar
1 Samuilin
1 Samuilin
2 Padşahlıqlar
2 Samuilin
2 Samuilin
3 Padşahlıqlar
1 Padşahların
-
4 Padşahlıqlar
2 Padşahların
-
1 Paralipomenon
1 Salnamələrin
-
2 Paralipomenon
2 Salnamələrin
-
1-ci Ezra
1-ci Ezranın
Ezranın
Neyemiyə
2-ci Ezranın
Nehemyanın
Ester
-
Ester
Əyyub
-
Əyyub
Zəbur
-
Texillim
Süleymanın məsəlləri
-
Mişle
Vaiz
-
Koxelet
Nəğmələr Nəğməsi
-
Şir-xa-şşirim
İsayya
-
-
Yeremiyanın ağlaması
-
-
Yezekiyıl
-
-
Daniyıl
-
-
Kiçik peyğəmbərlərin kitabları
(Huşə, Yoel, Avdiya, Yunus, Mikeya, Nahum, Habbaqquq, Sefanya, Haqqay, Zəkəriyyə, Məlaki)
-
-
Əhd-i cədid kitabları
Matfeydən incil
Markdan incil
Lukadan incil
Yühənnadan incil
Həvarilərin Əməlləri
Romalılara məktub
Korinflilərə 1-ci məktub
Korinflilərə 2-ci məktub
Qalatiyalılara məktub
Efeslilərə məktub
Filipililərə məktub
Koloslulara məktub
Saloniklilərə 1-ci məktub
Saloniklilərə 2-ci məktub
Timofeyə 1-ci məktub
Timofeyə 2-ci məktub
Titusa məktub
Filimona məktub
Yəhudilərə məktub
Yaqubun məktubları
Pyotrun 1-ci məktubu
Pyotrun 2-ci məktubu
Yühənnanın 1-ci məktubu
Yühənnanın 2-ci məktubu
Yühənnanın 3-cü məktubu
Yühənnanın vəhyi
Bibliyanın Azərbaycan dilində ilk tərcüməsi 1842-ci ilə aiddir. 1842-ci ildə İsveçrənin Bazel şəhərindəki missioner cəmiyyəti Mirzə Fərrux və Feliks Zarembanın tərcüməsində İncilin (Əhdi Cədid) bir kitabı olan Mattanın İncilini Londonda çap etmişdir. 1878-ci ildə İncil (Əhdi Cədid) tam şəkildə tərcümə edilmiş və Londonda nəşr olunmuşdur. 1975-ci ildə İsveçrənin paytaxtı Stokholmda yerləşən Bibliyanı Tərcümə İnstitutu (The İnstitute for Bible Translation) Mirzə Xəzərə müraciət edib, Bibliyanın müasir Azərbaycan dilinə yeni tərcüməsini hazırlamaq işini ona tapşırmışdır. 1982-ci ildə Bibliyanı Tərcümə İnstitutu (The İnstitute for Bible Translation) Mirzə Xəzərin tərcüməsində İncilin yeni tam mətnini Zaqreb şəhərində çap etdirib. Bu tərcümə sonrakı illərdə beş dəfə yenidən nəşr edilib. Mirzə Xəzərin tərcüməsi bu gün də Azərbaycanda istifadə olunur.
Həmçinin bax:
Əhdi-Cədid (New Testament)
Əhdi-Ətiq (Old Testament)
| ['Bibliya'] |
4,701 | https://kayzen.az/blog/marketinq/7629/marketinqin-kommunikasiya-sisteminin-mahiyy%C9%99ti-v%C9%99-%C9%99sas-elementl%C9%99ri.html | Marketinqin kommunikasiya sisteminin mahiyyəti və əsas elementləri | Zahid_GDMLI | Marketinq | 4 noyabr 2011, 17:11 |
Müasir dövrdə marketinq konsepsiyasından istifadə edilməsi yalnız keyfıyyətli, istehlakçıların tələbinə uyğun gələn məhsul istehsal etməklə, ona istehlakçılara münasib qiymət müəyyənləşdirməklə kifayətlənmir, həm də istehsal edilən məhsula tələbat yaratmağı, məhsul satışını həvəsləndirməyi, bu məqsədlə öz istehlakçılarma zəruri informasiya ötürməyi, informasiyanı diqqətlə seçməyi, istehlakçılarla əks əlaqə yaratmağı tələb edir. Bütün bu kimi tədbirlərin həyata keçirilməsi, onlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi marketinqin kommunikasiya sisteminin yaradılmasını və həyata keçirilməsini zəruri edir.
Kommunikasiya dedikdə iki və ya daha çox subyekt arasında informasiya mübadiləsi prosesi başa düşülür. Kommunikasiyanın rolu ondan ibarətdir ki, o, daxili mühit sisteminin normal fəaliyyətini təmin etməklə yanaşı, həm də xarici mühitlə qarşılıqlı əlaqə yaradılmasmı təmin edir.
Səmərəli kommunikasiya sisteminə nail olmaq üçün firma ixtisaslaşmış reklam şirkətlərinin, satışın həvəsləndirilməsi və birbaşa marketinq üzrə mütəxəssislərin xidmətlərindən istifadə edir. Firma bu məqsədlə, həmçinin ictimaiyyətlə əlaqənin gücləndirilməsi, Pablik Rileyşnz proqramlarından istifadə edilməsi üzrə tədbirləri də həyata keçirir. Firmalarm əksəriyyətini istehlakçılarla əlaqə yaratmaqdan daha çox kommunikasiya tədbirlərinə nə qədər vəsait xərcləmək və informasiya ötürülməsinin hansı üsullarını seçmək məsələləri maraqlandırır. Bu gün fırmalarm sərəncamında marketinq kommunikasiyasının kompleks sistemi mövcuddur. Həmin sistemin hansı səviyyədə yaradılmasından və istifadə edilməsindən həm kommunikasiya sisteminin səmərəliliyi, həm də ümumilikdə marketinq fəaliyyətinin nəticələri çox asılıdır. Marketinq fəaliyyətində qarşıya qoyulan məqsədlərə nail olmaqda və məqsəd bazarlarında rəqabət mübarizəsində qalib gəlməkdə maarketinqin kommunikasiya sistemi olduqca mühüm rol oynayır və bu sistem fırmadaxili sistem hesab edilmir. Belə ki, kommunikasiya sistemi üzrə fəaliyyət firmadaxili fəaliyyətlə yanaşı, həm də firmanm məhsulunu satan vasitəçiləri, topdan və pərakəndə ticarət müəssisələrini əhatə edir. Firmalar öz vasitəçilərinə, ticarət heyətinə istehlakçılarla ünsiyyətdə olmağı, məlumat yaymağı və onlardan zəruri məlumatlar əldə etməyi öyrədirlər. Hər bir firma mürəkkəb marketinq əlaqələri sistemini yaradır və idarə edir, vasitəçilərlə, istehlakçılarla və müxtəlif istehlakçı auditoriyaları ilə əlaqə saxlayır. Vasitəçilər özləri də istehlakçılarla və müxtəlif ünsiyyət auditoriyaları ilə qarşılıqlı əlaqədə olurlar. İstehlakçılar isə öz növbəsində bir-biri ilə və digər ünsiyyət auditoriyaları ilə şifahi əlaqələr yaradırlar. Marketinqin kommunikasiya sistemi firma ilə vasitəçilər, istehlakçılar və digər ünsiyyət auditoriyaları arasında əks əlaqə yaradılmasını da nəzərdə tutur. F.Kotler marketinqin kommunikasiya sistemini sxem şəklində göstərmişdir. Bu sxemi aşağıdakı şəkildəki kimi vermək olar.
Marketinqin kommunikasiya sistemi istehlakçılara təsir vasitəsi kimi əsasən dörd elementi dörd istiqamətdə stimullaşdırma tədbirləri kompleksini özündə birləşdirir: reklam, satışın stimullaşdırılması, şəxsi satış, ictimaiyyətlə əlaqə. Lakin son dövrlərdə birbaşa maarketinq kommunikasiya sistemində olduqca mühüm rol oynamağa, beşinci element kimi fəaliyyət göstərməyə başlamışdır
Reklam - hər hansı bir şəxsin sifarişi ilə firma, məhsul, xidmət və ideyalar haqqında, şəxsin iştirakı olmadan, zəruri məlumatların pullu yayım formasıdır. Bu gün reklamın aktuallığı heç bir şübhə doğurmur. Belə ki, o, bazar iqtisadiyyatının vacib elementi hesab edilir və onun inkişafında olduqca mühüm rol oynayır. Reklam marketinqin kommunikasiya sisteminin əsas elementlərindən biri olmaqla tələbin formalaşmasında və satışın artırılmasrnda güclü təsirə malikdir və bu baxımdan ona ayrıca bir bölmə kimi baxılır.
Satışın stimullaşdınlması - real və potensial alıcıya fərdi və dolayısı yolla təsir etməklə müəssisənin məhsuluna tələbat yaratmaq və satışın həcmini artırmaq məqsədilə həyata keçirilən tədbirlər kompleksidir.
Şəxsi satış-bir və ya bir neçə potensial alıcı ilə söhbət əsasında əmtəəni satmaq məqsədilə şifahi şəkildə təbliğat aparılması yolu ilə məhsulun satışının həyata keçirilməsidir.
Birbaşa marketinq - satıcılarla alıcılar arasında birbaşa münasibətlərin yaradılması, bu məqsədlə kommunikasiyanın müxtəlif vasitələrindən istifadə etməklə məhsul satışının həyata keçirilməsidir.
İctimaiyyətlə əlaqə- firma və onun məhsulu haqqında cəmiyyətdə müsbət rəyin formalaşmasını, xoşagəlməz şaiyələrin aradan qaldırılmasını təmin etmək məqsədilə istehlakçılarla, onların ayrı-ayrı qrupları ilə xoş münasibətlər yaradılmasını, bu məqsədlə görüşlər keçirilməsini, onlara zəruri məlumatların çatdırılmasını, digər müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Son dövrlərdə ictimaiyyətlə əlaqənin müasir konsepsiyası kimi «Pablik Rileyşnz» (P.R.) proqramı işlənib hazırlanmış və tətbiq olunmağa başlamışdır. Yerli və xarici ədəbiyyatlarda PR-ə verilən müxtəlif tərifləri və yanaşmaları ümumiləşdirərək, Aşağıdakı fıkri söyləmək olar. PR marketinq fəaliyyətinin effektliyini yüksəltmək məqsədilə, müəssisə ilə istehlakçılar və bütövlükdə cəmiyyət arasında işgüzar əlaqələrin yaradılmasını təmin edən mürəkkəb bir sistemdir. PR proqramı marketinq fəaliyyətində qarşıya qoyulan bəzi məsələlərin həllinə dair əhatəli təhlillərin aparılmasını, onların nəticələrinə uyğun olaraq müəssisə rəhbərlərinə əməli tövsiyələrinverilməsini, müəssisə ilə ictimaiyyət arasında xoş münasibətlərin yaradılmasını təmin edən tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Hər bir istehlakçı kateqoriyası özünəməxsus əlaqə üsullarmın tətbiq edilməsini, müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Bütün bu tədbirlər kompleksinə televiziya reklamı ilə görünüş və səs, radio reklamla səs, yerüstü reklamla görünüş effekti verən reklam vasitələrini, habelə firma və məhsul haqqmda zəruri informasiyanın ötürülməsini təmin edən ixtisaslaşdırılmış sərgiləri, yarmarkaları, nümayişləri, kataloqları, mətbuat vasitəsi ilə reklam-informasiya məlumatlarının çatdırılmasını, plakatları, müsabiqələri, mükafatlar verilməsini, kuponlar paylanılmasını, presskonfranslar keçirilməsini aid etmək olar. Eyni zamanda qeyd etmək lazımdır ki, əlaqə anlayışı bütün bu tədbirlərin, vasitə və üsulların çərçivəsindən kənara çıxır. Məhsulların xarici tərtibatı, onların qiyməti, qablaşdırma forması, satıcıların geyimi, davranışı və bu kimi digər əlamətlər alıcılara müəyyən məlumatlar verir. Mümkün qədər daha səmərəli əlaqələrə nail olmaq üçün firmanm yalnız kommunikasiya sistemini deyil, bütün marketinq kompleksini dərindən əlaqələndirmək lazım gəlir.
Marketinqin kommunikasiya sistemində iki əsas məsələnin ətraflı araşdırılması olduqca mühüm əhəmiyyət kəsb edir:1.Səmərəli əlaqələrin işlənib hazırlanması prosesi və onun əsas mərhələləri.
2. Stimullaşdırma kompleksinin yaradılması.
Marketinq üzrə mütəxəssislər əlaqələrin necə yaradılmasına və fəaliyyət göstərməsinə diqqətlə yanaşmalı, onu təhlil etməli, nəzarət altında saxlamalıdırlar.
Müəllif: A.S.Aşurov | "Marketinqin kommunikasiya sistemi" dərsliyindənHəmçinin bax: Marketinqin kommunikasiya prosesi
| ['Marketinq kommunikasiya sistemləri', 'reklam', 'PR'] |
4,702 | https://kayzen.az/blog/kulturologiya/3217/m%C3%BCq%C9%99dd%C9%99s-pyotr-kils%C9%99si.html | Müqəddəs Pyotr kilsəsi | Qiyasli | Kulturologiya (mədəniyyətşünaslıq) | 4 noyabr 2011, 01:15 |
Müqəddəs Pyotr kilsəsi - Romada, Vatikanın ərazisində yerləşir.
Bura dünyanın ən böyük kilsələrindən biri olmaqla bərabər, həm də katoliklərin döyünən ürəyidir. Kilsə Roma şəhərinin ən əsas dörd məbədindən biri sayılır. O, üç hektara yaxın ərazini əhatə edir və 60 min nəfərlik tutuma sahibdir.
Roma İmperiyası dövründə bu ərazidə sirk yerləşibmiş. İmperator Neron həmin sirkdə bir çox şəxslərin, o cümlədən xristianların da edamını təşkil etmişdir. Bu kilsənin adı İsa Məsihin həvarisi ilk Antioxiya yepiskopu, ilk Roma Papası sayılan Pyotrla bağlıdır. Bura xüsusi əhəmiyyətə sahib yer hesab olunur. Rəvayətə görə, imperator Neronun göstərişi ilə edam olunan Pyotrun qəbri kilsənin ərazisindədir. Ona görə də bura xüsusi ziyarətgah hesab edilir.
Onun bayır divarının uzunluğu 212, günbəzə qədər hündürlük 132, günbəzin diametri isə 42.5 metrdir. Dünyada məşhur olan kilsənin divar rəsmləri 800 m2 sahəni əhatə edir. Kilsə birinci dəfə IV əsrin əvvəlində xristianlığı qəbul etmiş Roma imperatoru Konstantinin əmri ilə inşa olunmuşdur. Tikinti işlərinə Papa I Silvestr rəhbərlik etmişdir. İnşaat işləri təqribən yarım əsr davam etmiş və nəhayət 349-cu ildə başa çatdırılaraq, ona imperator Konstantinin adı verilmişdi. Burada Müqəddəs Roma İmperiyasının 23 imperatorunun tacqoyma mərasimi keçirilmişdir. 120 mehrabı olan məbəd 843-cü ildə quldurlar tərəfindən basqına məruz qalmışdır, buna görə də Papa IV Leo onu ətrafdakı binalarla birlikdə müdafiə məqsədilə hasara almışdır. Beləliklə, şəhər-dövlətin – müasir Vatikanın modeli yaranmışdır.
Məbəd istifadə olunduğu dövr ərzində demək olar ki, tamamilə dağılmışdı. Onu dəfələrlə təmir etsələr də, daimi qəza vəziyyəti yaşanırdı. Nəticədə Papa II Yuli kilsənin yerində yenisini inşa etmək qərarına gəlmişdir. Layihənin müəllifi memar Donato Bramante olmuşdur. Əhali bu dəyişikliyə etiraz olaraq, memara “Dağıdıcı usta” adını vermişdir. İnşaat işləri yüz ilə yaxın davam etmişdir. Layihə getdikcə xeyli dəyişdirilmiş və təkmilləşdirilmişdir. Müxtəlif dövrdə inşaata Rafael və Mikelancelo kimi İntibah dövrünün dahi sənətkarları rəhbərlik etmişlər. Mikelancelo sələflərinin təcrübəsindən istifadə edərək günbəzin əsasını qoymuş, lakin vəfat etdiyinə görə işləri başa çatdıra bilməmişdir. XVII əsrin əvvəllərində memar Karlo Maderno layihəni başa çatdırmışdır. Onun təklifi ilə Papa V Pavel məbədin quruluşunu dəyişdirmişdi. Madernonun planına görə, kilsəni latın xaçı variantında inşa etmişlər. Bunun nəticəsində də məbəddə daha çox insan ibadət edə bilmişdir. İnteryerdəki əsas işləri XVII əsrin ortalarında burada işləmiş Lorenso Bernini görmüşdür. O, demək olar ki, əlli il çalışmışdır. Bernini, habelə, Papa iqamətgahına gedən möhtəşəm sütunların müəllifidir.
Binanın fasadı Maderno tərəfindən inşa edilmişdir. Damın üzərində Hz. İsa, Hz Yəhya və Pyotrdan savayı 11 həvarinin 5,65 metrlik heykəlləri qoyulmuşdur. Məbədin beş qapısı vardır. Sağ tərəfdə olan ən sonuncu qapı “Müqəddəs qapı” adlanır və yalnız 25 ildən bir açılır. Həmin vaxt üç dəfə səcdədən və zəng səsindən sonra ilk olaraq Papa kilsəyə daxil olur. Böyük mis qapıların üzərində İsa, Məryəm və digər xristian müqəddəsləri ilə yanaşı, müxtəlif mifik təsvirlər, Pyotrun məhkəməsi, edamı, habelə bəzi imperatorların təsvirləri həkk olunmuşdur. Mərkəzi zalın uzunluğu 212 metrdir. Yerdə bu ölçünü başqa xristian məbədlərinin ölçüləri ilə müqayisə etmək üçün nişanlar qoyulmuşdur. Mərkəzi zalın sonunda axırıncı sütunun yanında Pyotrun XIII əsr italyan sənətkarı Arnolfo di Kambioya aid heykəli vardır. Katoliklər arasında bu heykəlin şəfaverici qüvvəyə malik olması haqqında əfsanələr dolaşır.
Günbəzin altında əsas mehrab, onun altında isə Pyotrun qəbri yerləşir. Məbədin interyeri barokko üslubunda işlənmişdir. Günbəz dörd nəhəng sütuna dayanır. Onun üzərində İncildən götürülmüş “Pyotr sən daşsan. Bu daşın üzərində mən öz kilsəmi quracaq və sənə İlahi Səltənətin açarlarını verəcəyəm” sözləri yazılmışdır. Bu sütunlardan birinin yanında Müqəddəs Longinin beşmetrlik heykəli var. Günbəzin altında Berninin müəllifi olduğu 29 metr hündürlüyündə dörd sütuna dayanmış baldaxin (taxt-rəvan) var. Sütunların yuxarı hissəsində Barberini ailəsinin gerbi vurulmuşdur. Səbəbi belə izah olunur ki, həmin ailədən olan Papa VIII Urbanın əmri ilə bu sənət nümunəsini yaratmaq üçün Romadakı məşhur Kolizeydən istifadə edilmişdir. Həmin baldaxinin altında 140 nəfər müqəddəsin heykəli mövcuddur.
Sağ zalda Mikelancelonun möhtəşəm mərmər “Pyeta” (ölmüş oğlunu qucağında tutan ana) heykəli vardır. Əfsanəyə əsasən, məşhur heykəltəraş bu sənət əsərini yaratmaq üçün ona modellik edən şəxsi həqiqətən öldürmüşdür. Onun yanında ağacdan düzəldilmiş və XIII əsrə aid xaç asılmışdır. Bir az kənarda kilsədə dəfn edilmiş ilk qadın Kanoslu Matildanın qəbri yerləşir.
Sol zalda isə Papa VII Aleksandrın məqbərəsi vardır. Bunun da müəllifi Lorenso Berninidir. Heykəltəraş Pollayolonun müəllifi olduğu Papa VIII İnnokentinin məqbərəsi də buradadır. Girişin yaxınlığında ingilis kral ailəsi olan Stüartların sərdabəsi mövcuddur. Kilsənin qarşısındakı məşhur meydanın layihəsi Berniniyə məxsusdur. Bu meydan katolik zəvvarlar üçün çox mühüm yerlərdən biridir. Roma Papası hər il buradan onlara xeyir-dua verir. Yeni seçilən Papanı da burada elan edirlər. Meydanın mərkəzində Roma imperatoru Kaliqulanın Misirdən gətirdiyi obelisk ucalır.
Təkrarolunmaz memarlığı ilə seçilən Müqəddəs Pyotr kilsəsi dünya əhəmiyyətli mühüm məbədlərdən biridir. Demək olar ki, bütün Roma Papaları onun zirzəmisində dəfn olunmuşdur. Katolik dünyası üçün bura Müqəddəs məkandır.
Müəllif: Vüqar Əliyev Mənbə: Vikipediya
| ['kilsə'] |
4,703 | https://kayzen.az/blog/letife/7627/o%C4%9Flanlar-v%C9%99-q%C4%B1zlar.html | Oğlanlar və qızlar | Nailə_Qasarayeva | Lətifələr | 3 noyabr 2011, 22:48 |
Amandanın 18 yaşı olanda onun valideynləri qərara gəldilər ki, ad gününü restoranda qeyd etsinlər. Məclisə 200-dən çox adam gəlmişdi. Amandanın ad gününə gələn yaşlı xanım səhnənin ortasında oynayan qızlara və oğlanlara baxırdı. Yaşlı xanım yanında oturan şəxsə deyir:
— Mən cavan olanda məclis fərqli olardı. Asanlıqla bilmək olardı ki, kim qızdır, kim oğlan. Amma indi qızları və oğlanları ayırmaq çətindir.
Yanında oturan şəxs heç nə demir. Yaşlı xanım davam edir,
— Nə vaxt ki, mən cavan idim oğlanlar şalvar, qızlar isə don geyinərdilər. Amma indiki qızlar şalvar geyinirlər. Baxın o qıza, oğlan cins şalvarı geyinib.
Yenə yanında oturan şəxs ona heç nə demir. Qadın davam edir,
— Mən cavan olanda qızların uzun, oğlanların isə qısa saçları olardı. Buna görə də kimin qız, kimin oğlan olduğunu asanlıqla demək olardı. İndi qızlar saçları qısa kəsirlər. Baxın bir o qıza, oğlan saç düzümü edib.
Yanındakı şəxs heç nə demir. Yaşlı xanım yanındakı şəxsə sual verir:
— Sizcə o oğlandır, yoxsa qız? Ayırmaq çətindir, elə deyilmi?
Yanında oturan şəxs deyir:
— Yox, çətin deyil. Mən onu asanlıqla ayıra bilirəm, çünki o mənim qızımdır.
Yaşlı xanım pərt olur və deyir:
— Bağışlayın, mən bilmədim siz onun atasısınız.
Yanında oturan şəxs ona deyir:
— Mən onun atası deyiləm, anasıyam.
Məhz sizin gülüşünüz üçün tərcümə etdim. :-)
Mənbə: ENGLISH student`s book.
| ['lətifə'] |
4,704 | https://kayzen.az/blog/fotosessiya/7625/g%C3%B6z%C9%99llik-v%C9%99-z%C9%99riflikl%C9%99ri-il%C9%99-g%C3%B6z-ox%C5%9Fayan-k%C9%99p%C9%99n%C9%99kl%C9%99r.html | Gözəllik və zəriflikləri ilə göz oxşayan kəpənəklər... | Xrizoberil | Fotosessiya | 3 noyabr 2011, 20:16 | ['kepənəklər'] |
|
4,705 | https://kayzen.az/blog/H%C3%BCquq/7620/cinay%C9%99tkar%C4%B1n-%C5%9F%C9%99xsiyy%C9%99ti.html | Cinayətkarın şəxsiyyəti | Gülnar | Hüquq | 2 noyabr 2011, 22:38 |
Cinayətkarın şəxsiyyəti dedikdə fərdin bu və ya digər cinayət əməlini törətməsini şərtləndirmiş tipoloji keyfiyyətlərin məcmusu başa düşülür. Cinayətkarın şəxsiyyəti anlayışı özünə biofizioloji, sosial-demoqrafik, sosial-psixoloji, intellektual, emosional, iradi, eləcə də funksional əlamətlərin kompleksini daxil edir.Biofizioloji əlmatlərə cins, yaş, səhhətin vəziyyəti, sinir sisteminin xüsusiyyətləri və s. aid edilir. Sosial-demoqrafik əlamətlərə cins, yaş, ailə vəziyyəti, təhsil, professional məşğuliyyət növü, maddi vəziyyət, məhkumluq haqda məlumatlar aid edilir. Bu əlamətlər öz-özlüyündə subyekti hər hansı cinayəti törətməyə meyilli olan insan kimi xaqrakterizə etməsə də, digər xüsusiyyətlərlə əlaqələndirdikdə həmin insan haqda ətraflı təsəvvür yaradır. Məsələn, tədqiqatlar göstərir ki, cinayətkarlar arasında qadınlara nisbətən kişilər üstünlük təşkil edir. 25-29 yaşlı şəxslər daha çox kriminogen fəallığa malik olur. Onların ardınca 18-24, 14-17, ən nəhayət 30-35 yaşlı şəxslər gəlir. Qətl, sağlamlığa xəsarət yetrimək, soyğunçuluq, oğurluq, xuliqanlıq 30 yaşına qədər şəxslər tərəfindən törədilir. Əksər müəlliflər fikrincə gənclərin kriminogen fəallığı onların aşağı emosional sabitliyi, yüksək impulsivliyi, aqressivliyi, sosializasiyanın lazmi səviyyədə olmaması, sabit həyat planlarının olmaması ilə bağlıdır. Cinayət törədənlərin ümumi təhsil səviyyəsi bir qayda olaraq aşağıdır. Zorakı və zorakı-tamahkar cinayətlər törədən şəxslərin təhsil səviyyəsi aşağıdır. Təhsil səviyyəsi nisbətən yüksək olan şəxslərin arasında az-çox vəzifə cinayətlərinin törədilməsi üstünlük təşkil edir. Sosial-psixoloji əlamətlərə isə 4 mühüm alt struktur daxil edilir:1. İstiqamətlər - şəxsiyyətin nisbətən sabit, sosial cəhətdən əhəmiyyətli keyfiyyətlərinin məcmusudur (sərvət meyilləri, sosial ustanovkalar, aparıcı motivlər).2. Təcrübə altstrukturu- bura aparıcı fəlaiyyət formalarının seçimində təzahür edən bilik, vərdiş, adətlər və s. keyfiyyətlər daxildir. 3. Psixi inikas formaları altstrukturu - bunlar idrak proseslərində, emosional vəziyyətdə təzahür edir. 4. Temperament və digər bioloji, irsi cəhətdən şərtlənmiş altstrukturdur.İntellektual əlamətlərə əqli inkişaf səviyyəsi, biliklərin həcmi, həyat təcrübəsi, maraqların məzmunu və rəngarəngliyi və s. aiddir. Emosional əlamətlərə sinir proseslərinin gücü, müvazinəti, hərəkətliliyi, hislərin dinamikliyi, emosional oyanıqlıq səviyyəsi, müxtəlif qıcıqlayıcıların reaksiyası, gücü və tempi və s. aiddir. İradi əlamətlərə öz fəaliyyətini şüurlu olaraq tənzimləmək qabiliyyəti, qarşıya qoyulmuş məqsədə çatmaq, qərar qəbul etmək və bu qərarı həyata keçirmək qabiliyyəti, dözümlülük, məqsədyönlülük, təşəbbüskarlıq, inadkarlıq və s. aiddir. Funksional əlamətlər (sosial rollar) dedikdə şəxsin müəyyən sosial qrupa mənsub olması və ictimai münasibətlər sistemindəki mövqeyi ilə şərtləndirilən real sosial funksiyalar başa düşülür. Cinayətkarın şəxsiyyətinin tipologiyası Cinayətkarların müxtəlif kriteriyalara görə bir çox tipologiyaları məlumdur.İctimai təhlükəlilik dərəcəsinə görə a.ağıdakı cinayətkar tipləri fərqləndirirlər (Minkovskiyə görə):I. Təsadüfi tip - bu tipə təsadüf nəticəsində cinayət törətmiş şəxslər daxildir. Bu şəxslərin cinayətkar davranışı onların ümumi istiqaməti ilə təzad təşkil edir. Bu qrupa ilk dəfə cinayət törədən, lakin şəxsiyyətinin ümumi istiqaməti müsbət olan şəxslər daxildir. II. Situativ və qeyri-sabit tip - bu tipə daxil olan şəxslərin istiqamətində ümumi qeyri-sabitlik var. Bu qeyri-sabitlik həmin şəxslərin müvafiq konfliktli şəraitdə cinayət törətməsinə zəmin yaradır. III. Qəzəbli (qəddar) tip - dəfələrlə cinayət törətmiş və əvvəllər məhkum olunmuş şəxslər bu tipə aiddir.IV. Xüsusi təhlükəli tip - bura ağır cinayət törətmiş xüsusi təhlükəli residivistlər daxildir. Bu şəxslərdə sabit antisosial yönümlər və dəyərlər sistemi formalaşmışdır. Cinayətin xarakterinə görə də cinayətkarların 3 tipi fərqləndirilir:I. Tamahkar tip - bu şəxslər çox məhdud, eqoist maraqların, maddi tələbatların daim artması ilə xarakterizə olunur. Elmi ədəbiyyatda tamahkar tipə aşağıdakı tiplər aid edilir:Həris tip - simic, hərisdir, dəyərli şeyləri onları toplamaq naminə oğlurlayır. Onların daimi iş yeri olur. İş yerində hörmətə malik olurlar. Onlara etibar edirlər. Bu insanların arasında profesionallar da var. Özünü təsdiqləyən tip - qarət, oğurluq və s. tamahkar əməllər törədir ki, ətrafdakıların gözündə özünü təsdiq etsin. Bu tip hesab edir ki, tamahkar cinayətin törədilməsi insanlara özünü göstərməyin ən uğurlu yoludur. Dezadaptiv tip - bura residivistlər aiddir. Onlar üçün oğurluq, qarət və digər mülkiyyət xarakterli cinayətlər mövcudluq, yaşamaq üçün vasitə əldə etməyin yoludur. Onların adətən ailəsi, iş yeri olmur. Orta və yuxarı yaşlı insanlardan ibarətdir.Ailə tipi - cinayəti ailənin tələbatını ödəmək üçün törədir. Ailənin qidalanmasından tutmuş, övladının təhsilinə qədər. Bu insanlar özləri çox yığımcıl adam ola bilər və özlərinə oğurladıqlarından heç bir şey götürməyə də bilərlər. Bu şəxslər çox da ictimai təhlükəli tip deyillər. Oyunçu tip - onlar üçün bu cür cinayətin törədilməsi təhlükə və risklə dolu oyundur. Onlar üçün qarət prosesinin özü əhəmiyyətlidir. Alkoqolizasiya və narkomaniyaya meyilli tip - bura spirtli içki və narkotik maddələrdən patoloji asılı olan insanlar aiddir. Cinayət bu maddələri əldə etmək üçün törədilir. II. Zorakı tip - zorakı tip üçün xarakterik cəhət emosional kütlük, impulsivlik, aqressivlik, xüsusi amansızlıq xarakterikdir. Əksər cinayətləri sərxoş vəziyyətdə törədirlər. Zorakı tip cinayətkarlar arasında cinsi xarakterli cinayət törədənləri, eləcə də, qatilləri, xüsusi fərqləndirirlər. Elmi ədəbiyyatda seksual xarakterli cinayət törədən cinayətkarların aşağıdakı tiplərini fərqləndirirlər:Ovçu tip - tanımadıqları qadınlara qəfil hücum edir. Reqressiv tip - 7-14 yaşlılara hücum edir.Total özünütəsdiq edən tip - zərərçəkmişə hücum etməzdən əvvəl onun yanındakı kişini qətlə yetirir. Konform tip - qrupun təsiri altında bu xarakterli cinayəti törədir. Affektiv tip - 7 yaşına qədər qızlara və yaşlı qadınlara hücum edir.
İmpulsiv situativ tip - onlar üçün əlverişli situasiyada bu cinayəti törədirlər. İmtina edilən tip- əqli gerilik, psixi anomaliyası olan şəəxs öz cinsi tələbatını başqa yolla ödəyə bilmir və bu cinayətə əl atır.Passiv oyunçu tip - qadınların provokasiyası nəticəsində cinayət törədir. Zorakı cinayətkarlar arasında qəzəbli və təsadüfi qatilləri də fərqləndirirlər. Qəzəbli qatillər - çox ciddi xroniki, emosional-psixoloji gərginlik, həyəcanlılıq hesabına ən əhəmiyyətsiz səbəbdən impulsiv hərəkətlər edir, bu yolla daxili gərginliklərini zəiflətməyə çalışırlar. Öz sabit antisosial yönümləri, mənəviyyatsızlıqları ilə fərqlənirlər. Cəmiyyətin tələblərinə riayət edən nümunəvi şəxslərə nifrət edirlər. Təsadüfi qatillər - bu şəxslər adətən qətli affekt vəziyyətdə qorxudan, ya da zərərçəkənin provokasiyaları nəticəsində törədirlər. Bu şəxslər üçün xarakterik xüsusiyyət davranışın tənzimində, özünə nəzarətdə nöqsanların olmasıdır.Bir qayda olaraq, bu tip qatillərdə uzunmüddətli neqativ emosional yaşantıların, iztirabların toplanması nəticəsində konfliktli situasiyaları hüquqi yolla həll edə biləcəklərinə inamsızlıq yaranır və onlar bu cür situasiyadan normal çıxa bilmirlər. Nəticədə ekstremal şəraitdə qətl törədirlər. Qatillər arasında xüsusi olaraq killerlər diqqəti cəlb edir. Killerlərin 90%-ni 20-35 yaşları arasında kişilər təşkil edir. Onların əksəriyyəti hərbi xidmətdə olmuş, hüquq mühafizə orqanlarında işləmiş şəxslər, professional idmançılar, qaynar nöqtələrdə olmuş şəxslərdən ibarət olur, silahla yaxşı davranmağı bacarırlar.Öz növbəsində killerlərin də müxtəlif tiplərini fərqləndirirlər:1. Bir profilli killerlər - bunlar profesional killerlərdir, yalnız sifarişlə qətllər törətməkdə ixtisaslaşırlar. 2. Çox profilli killerlər - müxtəlif cinayətlər, o cümlədən sifarişli qətllər törədənlər. 3. Diletantlar - onlar üçün qətl pul qazanmaq yoludur, lakin daimi gəlir mənbəyi deyil. Cinayəti törətmək üsuluna görə killerlərin aşağıdakı tipləri fərqləndirilir: Atıcılar - odlu silah vasitəsi ilə qətl törədirlər. Snayperlər - qətli uzaq məsafədən törədirlər.Partlayıcı vasitələrlə qətl törədənlər - bəzən bu şəxslərin partlayıcılarla işləmək təcrübəsi olmur, yaxud keyfiyyətsiz partlayıcı maddələrdən istifadə edirlər, bu da istənilən nəticəyə səbəb olmur. Belə ki, partlayıcı ya lazımi vaxtdan əvvəl, ya da sonra işə düşür. Digərləri - bu killer qətli soyuq silah, metal, ağac predmetlər, elektrik cihazlar, avtomobil və kimyəvi maddələr vasitəsilə törədir, çox vaxt qətli özünə sui-qəsd kimi qələmə verməyə çalışırlar.Professional killerlər - yüksək təcrübəli keçmiş hərbiçi, hüquq mühafizə orqanlarının işçisi, atıcı-idmançılardan ibarət olur.Qeyri-profesional killerlər - bunlar qeyri-profesional, lakin zorakı xarakterli cinayətlər yönümlü şəxslərdir. Birdəfəlik killerlər - məişət zəminində sifarişlə qətllər törədir. Bir qayda olaraq onları başqa sifarişli qətllərə cəlb etdikdən sonra arada götürürlər. Killerləri motivasiya sahəsində zorakı və tamahkar amillər birləşdirir. Profesional killerlər üçün xarakterik xüsusiyyətlər - qorxu hissinin olmaması, soyuqqanlılıq, eqoizm, riskli əməllərə meyil, məqsədə nəyin bahasına olursa olsun çatma, aqressivliyin olmaması, öz emosiyalarına nəzarət edə bilmək, adi şəraitdə aqressiv deyillər, yalnız iş zamanı aqressivlik nümayiş etdirirlər. Bu şəxslərdə qətlə yetirməyə mənəvi, psixololi, fiziki meyillilik var. Onlar təkcə mənfəət axtarmırlar. ancaq öyrəşdikləri, yaxşı bacardıqları işi edirlər. Müəyyən mənada bu işdən mənəvi zövq almağa çalışırlar. Hesab edirlər ki, cəmiyyətdə lazımdırlar, onlara tələbat var. Əksəriyyəti əlverişsiz ailələrdəndir. Çalışırlar ki, zərərçəkmiş haqda çox informasiyaya malik olmasınlar ki, sonra özlərinə təskinlik verə bilsinlər. Hesab edirlər ki, onların öldürdükləri şəxs buna layiqdir. Onlarda robinqud sindromu var. Tamahkar killerlər isə aqressivdirlər. Çox həyəcanlı, inciyən, konfliktlərə meyillidirlər. III. Tamahkar-zorakı tip - bu tip yuxarıda nəzərədən keçirdiyimiz tamahkar və zorakı tipin xüsusiyyətlərini özündə cəmləşdirir. Tamahkar-zorakı tip şəxslər cinayətkar mühitdə hökmranlıq, xüsusi amansızlıq və kobudluq nümayiş etdirirlər. Sosial adaptivlik xüsusiyyətindən asılı olaraq da cinayətkarların iki tipini fərqləndirirlər (Romanovun tipologiyası): sosial adaptiv və sosial dezadaptiv.Ümumiyyətlə, sosial adaptivlik xüsusiyyəti ən müxtəlif, o cümlədən kriminal situasiyada insanın davranışına, sosial mühitlə münasibətinə, gündəlik davranış taktikası seçməsinə, ətrafdakı insanlarla münasibətinə, müxtəlif konflikləri hüquqi və ya hüquqazidd yollarla həll etməsinə təsir göstərir.Sosial adaptiv tip - yüksək emosional-iradi sabitliyə malikdir. Stressə qarşı çox dözümlüdür. Çətin situasiyalarda fəal reaksiya tipi nümayiş etdirir. Sinir sistemi güclüdür. Yaxşı inkişaf etmiş intellektə malikdirlər. Təfəkkürləri çevikdir. Bunların hesabına bu və ya digər cinayətin törədilmə üsulunu asanlıqla mənimsəyir. Təkcə cinayət törədilən zaman yox, həm də sonrakı şəraitdə hüquq-mühafizə orqanlarının tədbirlərinə qarşı aktiv müqavimət göstərir və hadisələrin sonrakı cərəyanını asanlıqla proqnozlaşdıra bilir. Bu insanların çox geniş maraq dairələri, yaxşı yaddaşları, iti qavrayışları var. Onların motivasiya sahəsində nailiyyət motivi üstünlük təşkil edir. Bu şəxslər bilərəkdən cəmiyyətdə qəbul edilmiş davranış qaydalarına məhəl qoymur. Bütün bu keyfiyyətlər hesabına bu şəxsləri bəzən ifşa etmək olmur. Onlar kriminal təcrübəyə əsaslı yiyələnir. Bu tip şəxslər adətən müxtəlif cinayətkar qruplarda lider, aktiv iştirakçı olur. Yüksək sosial adaptivlik xüsusiyyəti qəzəbli və xüsusi təhlükəli tiplərdə müşahidə olunur. Sosial dezadaptiv tip - bu tipli şəxslərdə emosional-iradi sabitlik aşağıdır. Stressə dözümsüzdürlər, nevrotik simptomlar, qeyri-sabit, epileptoid aksentuasiya tipi, psixi anomaliya, psixopatik keyfiyyətlərlə fərqlənirlər. İntellektləri, proqnostik qabiliyyətləri zəif inkişaf edir. Bu subyektlərin davranışları primitiv tələbatlarla şərtlənir. Vaxtlarını əyləncələrdə, spirtli içki içmək, narkotik maddə qəbul etməklə keçirir. Maraq və sərvət meyilləri primitivdir. Ona görə də onlar üçün davranışlarını proqnozlaşdırmaq çətindir. Öz ani tələbatlarını təmin etməyə çalışırlar. Bu tələbatlar həmişə təmin edilə bilmədiyindən bu şəxslərdə nəzarət olunmayan frustrasiya vəziyyəti təzahür edir. Çox güclü aqressivlik nümayiş etdirməklə müxtəlif zorakı cinayətlər törədirlər.Aşağı sosial-adaptivlik qeyri-sabit, situativ tip cinayətkarlara xasdır. Onlar çox vaxt şəraitdən asılı vəziyyətdə olur, öz emosional iradi sabitliklərini mühafizə edə bilmir, davranışlarına nəzarət etməyi bacarmırlar. Bu səbəbdən də, onlar affektiv təsirlərə, güclü frustrasiyaya asanlıqla məruz qalırlar.
| ['cinayət', 'cinayətkar', 'killer', 'bioloji', 'zorakı', 'sosial', 'şəxsiyyət', 'oğurluq', 'silah', 'qətl'] |
4,706 | https://kayzen.az/blog/poeziya/7623/yax%C5%9F%C4%B1-insan,-pis-insan-%7C-tofiq-mahmud.html | Yaxşı insan, pis insan | Tofiq Mahmud | Xrizoberil | Poeziya | 2 noyabr 2011, 21:03 |
Hanı elə bir şüa, Elə tərəzi, mizan, Bir güzgü kimi asan Göstərə bilsin Kimdir -Yaxşı insan, pis insan?! Pislər mələk donuna, Pislər çiçək donuna, Bəzən elə bürünür, Onların qarşısında Yaxşılar pis görünür. Zaman pislə yanaşı Yetirir yaxşıları, Zaman pisləri deyil Itirir yaxşıları. Başa düşmürük bəzən Yaxşını öz vaxtında, Oturduruq pisləri Yaxşıların taxtında.
Yaxşılar arasında Pislər bir yaxşı kimi, Dərhal gözə görünür
Divar naxışı kimi.
Tük qədər pisliyiylə Hardasa bir ev yıxır, Sonra qaçıb təngənəfəs Gəlib köməyə çıxır.
Ona bir Allah kimi Baxıb qulaq asırıq, Hətta xeyirxah kimi Bağrımıza basırıq.Mikrob pisliklərini, Gözə, üzə, nəfəsə, Səsə, sözə, dənizə, Yerə, göyə, havaya Toz kimi yaya- yaya Yaşayırlar dünyada Yaxşılar arasında. Təbiətdə bəllidir Bu çiçəkdir, bu çayır... Yaxşı insan, pis insan Hünərin var, seç ayır.
| ['poeziya'] |
4,707 | https://kayzen.az/blog/umud600/7621/bar%C4%B1t-haqq%C4%B1nda.html | Barıt haqqında | umud600 | Bloq: umud600 | 2 noyabr 2011, 16:10 |
Barıt 7-ci əsrdə Çin əlkimyaçısı Sun Sımyao tərəfindən ixtira edilmişdir. Sun Sımyao gümüş və şoranın qatışığını hazırlayıb oraya az miqdarda ağac kömürü əlavə etmişdi. Həmin qatışığı metal qabın içərisində qızdırdıqda güclü partlayış əmələ gəlmişdi. Sonralar Çin əlkimyaçıları təcrübə yolu ilə barıtın tərkibini öyrəndilər, onun üç əsas komponentdən - kömür, gümüş və kalium şorasından ibarət olduğunu müəyyənləşdirdilər. Çinlilər əvvəllər barıtdan əyləncə və şənlik məqsədi ilə istifadə edirdilər. Sonradan bu qatışığın dağıdıcı xüsusiyyəti onun hərbi məqsədlər üçün istifadəsinə yol açdı. Çin döyüşçüləri qatran və mumla örtülmüş şarların içərisinə metal qırıntısı və barıt doldurub düşmən gələn keçidlərdə yerə basdırırdılar. Bəzən isə yanan fitillə birlikdə həmin şarları düşmən qoşununun içinə, gəmilərə, şəhər və qalalara tullayırdılar. 10-cu əsrdə artıq belə şarları xüsusi qurğular - mancanaqlar vasitəsilə atırdılar.
13-cü əsrdə çinlilərdənbarıtın tərkibini öyrənmiş monqollar və ərəblər döyüşlərdə ondan geniş istifadə edirdilər. Monqollar barıtı çuqun qablara doldurub atırdılar. Bu da az sonra topun kəşf olunması ilə nəticələndi. Daha sonra barıtın tərkibi haqqında məlumatlar avropalı əlkimyaçıların əlinə keçdi. Onlardan biri, Mark Qrek adlı əlkimyaçı 1220-ci ildə öz traktatında barıtın reseptini vermişdi: 6 hissə şora, bir hissə gümüş və bir hissə kömür. Barıtın hərbi məqsədlərlə istifadəsi odlu silah istehsalının sürətli inkişafına səbəb oldu.
| ['barıt'] |
4,708 | https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/7555/bill-qeyts-%7C-onun-z%C9%99kas%C4%B1-%C9%99n-b%C3%B6y%C3%BCk-s%C9%99rv%C9%99tidir.html | Bill Qeyts | Onun zəkası ən böyük sərvətidir | Samir012 | Böyük insanlar,şəxsiyyətlər | 2 noyabr 2011, 14:30 |
Həyatı: Bill Qeyts 1955-ci ildə Vaşinqtonda (Sietl) doğulmuşdur. Onun ailəsi sosial baxımdan orta sinfə mənsub olsa da, yüksək nüfuza malik olub. Billin atası dövrünün görkəmli vəkillərindən olub. Billin iki bacısı var. 1994-cü ildə Bill Qeyts Melinda Frenç Qeytslə evlənir. Hazırda onların üç övladı var. Cennifer Ketrin Qeyts 1996-cı ildə, Rori Con Qeyts 1999-cu ildə, Foebe Adeli Qeyts isə 2002-ci ildə dünyaya gəlib.
Bill Qeyts və Microsoft
Bill Qeyts fərdi kompyuter inqilabının ən məşhur sahibkarlarından biridir. İndiki məşhur sahibkarı uğura aparan yol öz başlanğıcını məktəb illərindən götürüb. Hələ məktəbdə oxuyarkən bəzi dərslərdə iştirak etməyən Bill hamıdan gizli kompyuter otağına gedib, orada kompyuterlərlə maraqlanarmış. Beləcə o, proqram təminatı kodeksini mükəmməl öyrənmişdi. Məhz bunun sayəsində Bill ilk kiçik proqramını da yazmışdı. Onun bu bacarığı ətrafındakı hər kəsi heyran qoyurdu. Buna baxmayaraq, Bill daha çox öyrənmək və bilmək istəyirdi. Sietldə kiçik bir firma ilə razılığa gələn Bill, onlara edəcəyi köməyin müqabilində daha çox məlumat əldə etmək imkanı qazanır. Müəyyən bir müddət bu kiçik ofisdə çalışan Qeyts proqramçıların heç də hər şeyi ona öyrətmədiyini anlayır və oradan uzaqlaşır.
Yayılan məlumatlara görə, bu hadisədən sonra Bill Qeyts ötən əsrin 70-ci illərində ilk kompyuteri istehsal etmək üçün dostu ilə birlikdə öz maşınını satıb, 700 dollar da borc alıb. Beləliklə, 1200 dollara iki kompyuter istehsal olunub. Cəmi 10 ildən sonra isə 2 milyard dollar gəlir əldə edilib. Hətta öz biznesini böyütmək üçün Billin yaxın dostu Poll Allenlə poker oynadığı, qazandıqları pulu kompyuter avadanlıqları istehsalına yönəltdiyi barədə məlumatlar da gəzir.
Onun həyatı barədə məlumatların yer aldığı mənbələrdə 1975-ci ildə Qeytsin uşaqlıq dostu Pol Allen ilə Microsoftu formalaşdırmaq üçün Harvard Universitetini tərk etdiyi də qeyd edilir. Bununla belə, Harvard Qeytsin gələcək karyerasında mühüm rol oynayıb. Belə ki, o, məhz Harvardda Microsoftun baş icraçı direktoru Stiv Ballmerlə qarşılaşıb. Eyni zamanda, hesablama maşınları nəzəriyyəsi və sistemləri sahəsində mütəxəssis kimi məşhur olan Kristos Papadimitriou ilə də Harvardda tanış olub.
Harvardı tərk etməkdə Poll Allenlə Bill Qeytsin məqsədi fərdi kompyuter bazarında proqram təminatını inkişaf etdirmək idi. Beləliklə, onlar kiçik və əzmli addımlarla uğura uzanan yolda birgə addımlayırlar.
Personal kompyuterlər üçün lazım olan əməliyyat sistemi Qari Kildall tərəfindən rədd edildikdən sonra İBM Bill Qeytsə üz tutur. Elə gənc istedad üçün də ilk fürsət yaranır. Belə ki, Bill Seattle Computer Products şirkətindən DOS sistemini satın alır və Seattle Computer Productsda işləyən, DOSun proqramçılarından biri olan Tim Patersonu öz şirkətinə gətirir. Beləcə, gərgin zəhmət hesabına yaradılan DOS sistemi İBM şirkətinə MS-DOS adı altında satılır. MS-DOS sistemi 120 milyon nüsxə satılmaqla satış rekordu qırır.
1975-ci ilin 1 fevral tarixində Bill Qeyts və Pol Allen fərdi kompyuterlər üçün ilk proqram olan BASIC-i ilk müştərilərinə, yəni MITS kompaniyasına satırlar. Elə həmin ilin martında Pol Allen MITS firmasında proqram təminatı üzrə direktor vəzifəsində fəaliyyətə baslayır. İyulda Microsoft BASIC-in rəsmi satışına başlayır.
1976-cı ildə Bill Qeyts kompyuter piratçılığı ilə bağlı fikri ortaya atan ilk proqramçı olur. Yaxın dostu Pol Allenin 1976-cı ilin noyabrında MITS-i tərk edərək Microsoft komandasına qoşulması Bill üçün uğurlu başlanğıc olur.
Noyabrın 26-sı isə Qeyts üçün xüsusilə önəmli bir təqvimdir. Belə ki, Nyu-Meksiko ştatının katibliyinin ofisində «Microsoft» ticarət markası kimi qeydiyyatdan keçir.
1977-ci ildə artıq Microsoft-un illik satışı 1 mln. dolları ötüb keçir.
1980-ci ildə isə, Microsoft Stiv Balmeri şirkətə cəlb etməklə növbəti uğuruna imza atır.
1981-ci il iyunun 25-i Bill Qeyts Microsoft sirkətinin prezidenti və idarə heyətinin sədri, Pol Allen isə icraçı vitse-prezident vəzifəsinə təyin olunur.
Microsoft Microsoft inc aksioner cəmiyyəti kimi Vasinqton ştatında qeydiyyatdan keçir. Eyni ildə IBM Microsoft firmasının 16-bitlik MS-DOS 1.0 əməliyyat sistemi və bununla bərabər Microsoft BASIC, Microsoft COBOL, Microsoft Pascal və Microsoft-un başqa məhsullarından istifadə olunmus «fərdi kompyuter»ini bazara cıxarır.
1982-ci ildə Microsoft Microsoft Mouseni satışa buraxır. 29 sentyabrda isə Microsoft Windows-un ilk buraxılışı iki il sonra 1985-ci ildə gerçəkləşir.
Həmin ildə Microsoft öz 10 illiyini 140 milyonluq illik gəliri ilə bayram edir.
1989-cu ildə isə, Microsoft kompakt diskdə Macintosh əməliyyat sistemi üçün Office proqramlar paketi buraxır.
Bill Qeyts 2000-ci ilin yanvarında Microsoft-un baş icraçı direktoru kimi istefa verir. 2008-ci ildən etibarən isə, o, kompaniyanın icraçı şəxs olmayan sədri kimi Microsoft-da qalır.
Maraqlı insan
1986-cı ilə qədər viruslar proqramçıların zərərsiz proqramları idi. Artıq bəzi proqramçılar tərəfindən zərərli kodlar və dağıdıcı təsirə malik proqramlar yazılırdı. Bundan sonra hərbi qüvvələr viruslarla maraqlanmağa başladılar. 1987-ci ilin payızında Amerika universitetlərinin birindən hərbçilərin təklifinə əsasən əməliyyat disklərini yoluxduran və özünü köçürüb digər disklərə yoluxan bir virus yazıb buraxmışdılar. Bu virus gizli saxlanmasına baxmayaraq, Bill Qeyts onu axtarıb tapmışdı. Həmin vaxtlarda o, Apple Macintoshla da rəqabət aparırdı. Onun şirkətində çalışan proqramçılar Apple kompyuterlərinə ziyan vuran həmin virusu modifikasiya edib, «Scores»i yaratmışdılar. Qələbə ab-havasında olan Bill Qeyts öz komandası ilə ikinci virus MacMag-ı yaratmışdır.
Bill fenomeni həm də maraqlı hadisələrlə xarakterizə edilir. Deyilənə görə, uşaqlıqda yoldaşları Bill Qeytsi «CON» (Botanik) deyə çağırırmışlar. Buna görə də Bill Windows sistemində hər hansı bir fayl, qovluğa «CON» adının qoyulmasını qadağan edib. Belə ki, bu adda hər hansı bir faylın və ya qovluğun adı dərhal dəyişir. Hazırda, hətta internet səhifələrindən belə masa üstünə şəkil və ya hansısa bir fayl endirdikdə onun adını «CON» qoymaq olmur.
Məşhur «Forbes» jurnalının hesabatlarına görə, «Microsoft» korporasiyasının yaradıcısı Bill Qeyts uzun illər ABŞ-ın ən varlı adamı kimi tanınıb. Maraqlıdır ki, şəxsiyyəti ilə daim gündəmdə olan Bill varidatına görə də, daim diqqət mərkəzindədir. Daim onun sərvəti ilə bağlı müzakirə aparılır, varlı olmaq üçün atdığı addımlar barədə dialoqlar qurulur, təxmini və maraqlı hesablamalar aparılır. Belə hesablamalardan birinə görə, Bill Qeyts 1 il ərzində saniyədə 250$ qazanır. Deyilənə görə, o yer üzündəki hər kəsə 15$ borc versə yenə də cibində 5 milyon $ pul qalar. Maykl Cordan ABŞ-ın ən çox pul qazanan idmançısıdır, buna baxmayaraq, o heç bir şey yeyib içməsə və illik qazancı 30 milyon $ olsa yenə də onun Bill Qeyts qədər zəngin ola bilməsi ücün 277 il gözləməsi lazımdır. Bill bir ölkə olsaydı dünyanın ən zəngin 37-ci ölkəsi olardı. Bill Qeyts indi 55 yaşındadır, onun 35 il daha yaşadığını düşünsək, ölmədən əvvəl bütün pulunu xərcləməsi üçün bu gündən etibarən hər il 6.78 milyon dollar pul xərcləməsi lazımdır. Ən maraqlısı isə odur ki, əgər hər bir Windows istifadəçisi kompyuterinin pozulduğunu əsas gətirərək hər qıfıllanmada Microsofta 1$-lıq təzminat iddiası açsa, Bill Qeyts 3 ildə müflisləşə bilər.
İnformasiya texnologiyalarının yaradıcısı övladlarına texnologiyalardan istifadə etmək üçün müəyyən qadağalar qoyub
Bir qədər əvvəl qəhrəmanım haqqında mətbuatda maraqlı bir xəbər dolaşmaqda idi. Deyilənə görə, «Microsoft»un banisi və adı kompyuter erasının rəmzinə çevrilən Bill Qeyts uşaqlarına lüzum olmadan kompyuterdən istifadə etməyi qadağan edib. Ottavada keçirilən kiçik işgüzar müşavirədə Qeyts deyib ki, onun uşaqlarına iş günləri 45 dəqiqə, istirahət günləri isə 1 saat «ekran vaxtı» ayrılır. Məlum olub ki, «Microsoft»un rəhbərinin on yaşlı böyük qızı kompyuterlə maraqlanmayıb. Amma, bütün şagirdlərin mini-kompyuterdən fasiləsiz istifadə etdiyi məktəbə keçəndən sonra o da kompyuterə məftun olub: «O, buna çox aludə olub, xüsusən çoxlu kompyuter oyunları tapıb...» Qız virtual dünyaya dalıb və hər gün bu məşğuliyyətə iki-üç saat vaxt sərf edir. Ona görə də Bill Qeyts həyat yoldaşı Melinda ilə birlikdə uşaqlar üçün «komendant saatı» tətbiq etməyi qərarlaşdırıb.
İstisna deyil ki, məhz «Microsoft»un rəhbərinin şəxsi təcrübəsi şirkətin valideynlər üçün yeni məhsul işləyib hazırlamasına əsas olub. Yeni proqram valideynlərə təkcə veb-saytlara nəzarət etmək yox, həm də uşaqlarının IJQ proqramı da daxil olmaqla bütün mümkün «messengerlər»lə məktublaşmalarını yoxlamaq imkanı verir.
O texnoloji məsələlərə görə faydalı vaxtını itirməyi sevmir
Dolaşan məlumata görə, Bill Qeyts Facebook sosial şəbəkəsini tərk edib. «Mənim Facebook-da o qədər dostum var ki, mən artıq bilmirəm nə edim. Hazırda sosial şəbəkənin 10 min istifadəçisi mənim dostum olmaq istəyir. Belə vəziyyətdə mən dostlar siyahısındakı insanların hansını həqiqətən tanıdığımı, hansını isə ümumiyyətlə tanımadığımı müəyyən edə bilmirəm. Çox çətindir. Və mən buranı tərk etmək qərarına gəldim», — deyə B.Qeyts vurğulayıb.
Hindistanda tədbirdə çıxış edərkən B.Qeyts ümumiyyətlə ismarıc yazmağa elə də üstünlük vermədiyini və bütün gününü texnologiyalara sərf etmədiyini etiraf edib. «Mən çoxlu kitab oxuyuram və oxuduğum ədəbiyyatın hamısı kompyuterlər haqqında deyil». Bu gün kompyuter demək olar ki, hər bir evdə, hər bir iş masasında var. B.Qeyts bütün bunları müsbət hal adlandırıb. «Lakin bütün bu texnoloci məsələlərə çoxlu faydalı vaxtımız gedir», — deyə B.Qeyts sosial şəbəkələrə vaxtını itirmək istəmədiyini bildirib.
İllərdir Bill Qeyts «Forbes» curnalının hər il tərtib etdiyi dünyanın varlı adamları siyahısının başında dayanır.
Bill Qeyts 32 illik fasilədən sonra Harvard diplomu alıb
2007-ci ilin iyun ayında Bill Qeyts Harvard Universitetində təhsilini yarımçıq qoyandan 32 il sonra bu təhsil ocağının diplomunun alıb. Dünyanın ən məhşur universitetlərindən biri sayılan «Harvard»ın rəhbərliyi 1975-ci ildə öz istəyi ilə təhsilini yarımçıq saxlayan Bill Qeytsə göstərdiyi xidmətlərə görə diplomu vermək qərarına gəlib. Təhsilini yarımçıq saxlaması «Microsoft»un yaradıcısına 32 ilə dünyanın ən böyük şirkətini yaratmağa və planetin ən varlı adamlarının siyasında liderlik etməyə mane ola bilməyib.
O zaman vaxtının çox hissəsini kompyuter otaqlarında keçirən gələcəyin milyoneri üçün təhsil çox da böyük əhəmiyyət kəsb etmirdi. Bill Qeyts dostu və biznesdə ortağı olan Poll Alenin təkidindən sonra 1975-ci ildə universteti tərk etmək qərarına gəlib.
Xeyriyyəçi Bill
Bill və onun həyat yoldaşı Melinda hər zaman səhiyyə və təhsil sahəsində xeyriyyəçi təşəbbüsləri dəstəkləyirlər.
Xanımı ilə birgə, «Bill and Melinda Gates Foundation» adlı yardım təşkilatı quran və səhiyyə sahəsində göstərdiyi fəaliyyətlə dünyadakı xəstə insanlara dəstək verən milyonçunun növbəti çıxışı da Afrikada qızdırma xəstəliyindən əziyyət çəkən insanlar barədə olub. Bil Qeyts Kaliforniya ştatında keçirilən «Technology Entertainment Design» konfransına əlində bir kolba ağcaqanadla gəlib. Qeyts çıxışını başa vurduqdan sonra «Bu sıxıntını sadəcə kasıb insanlar yaşamamalıdır» — deyərək qabın qapağını açıb və içindəki canlıları zala buraxıb. Bəzi konfrans iştirakçıları zalı qaçaraq tərk etsə də Qeytsin bu hərəkəti hər kəs tərəfindən alqışlanıb.
Bill Qeyts Afrika və Hindistanda əkinçilik sektorunun inkişaf etdirilməsi üçün 120 milyon dollar hədiyyə edib.Qeyd olunan Efiopiya, Qana, Mozambik, Keniya, Malavi, Zambiya, Uqanda və Hindistanda və Tanzaniya kimi ölkələr bir sıra layihələr icra edir.
Bill Qeytsin və onun həyat yoldaşı Melinda Qeytsin yaratdıqları «Bill və Melinda Qeytslərin Fondu» Rumıniya kitabxanalarını pulsuz internetlə təmin etmək barədə məlumat yayıb. Bununla da bütünlükdə Rumınyada internetə qoşulma pulsuz həyata keçiriləcəkdir. fond rəhbərliyi ilə əldə olunan razılaşmadan sonra Rumıniyanın mədəniyyət naziri ölkədəki bütün kitabxanaların siyahısını təqdim edib. Xatırladaq ki, bütün proseslər «Qlobal kitabxanalar» layihəsinin bir hissəsi kimi reallaşdırılır.
Nikbin proqnoz
Vaşinqton ştatında Şimali Virciniyanın Amerika Texnoloci Şurasında çıxışı zamanı B.Qeyts qeyd edib ki, üzümüzə gələn onillik, əvvəlki illə müqayisədə daha çox imkanlar vəd edir. «Mən yüksək sürətli inkişaf yolunda heç bir maneə görmürəm, bizi, akademik və korporativ araşdırmalara əsaslanan çox böyük texnoloci dəyişikliklər gözləyir», — deyə B.Qeyts bildirib.
Onun sözlərinə görə, yaxın bir neçə il ərzində bəşəriyyət qarşısında rəqəmsal texnologiyalar və şəbəkələrlə bağlı yeni imkanlar açılacaq. Microsoft rəhbəri hesab edir ki, nəticədə televiziya tam olaraq internetə keçəcək və bununla istifadəçi veriliş və xəbərləri maksimal şəxsləndirilmiş qaydada tamaşa etmək imkanı əldə edəcək. İnsanlar hər zaman olduğu kimi televiziya kanallarına baxacaqlar, lakin, qəbuledicilər siqnalı internet-kanalı vasitəsi ilə alacaq.
B.Qeyts əmindir ki, mobil telefonlar daha mükəmməl qaydada video, elektron poçt və internetlə işləyəcəklər.
Kompyuter və internetə qaldıqda isə, qurğularda yeni daxil etmə sistemləri yaradılacaq ki, bunun nəticəsində klaviatura və mauslara artıq ehtiyac olmayacaq. Əvəzinə səs komandaları və tanınma sistemləri gələcək.
Bill Qeyts tərəfindən toxunulan daha bir məsələ kompyuterlərin kiçildilməsi məsələsi olub. Gələcəyin kompyuteri artıq iri stolüstü qurğu deyil, bütün lazım olanlarla təchiz olunmuş kiçik bir terminaldır. Bütün stolüstü proqram təminatının internetə keçməsi faktiki olaraq artıq başlayıb və Windows Live, onlayn ofis paketləri və sifarişlə yaradılan uzaqlaşdırılmış korporativ şəbəkələr bunun təsdiqidir. Təhsil «innovasiyalar meydanı» üçün ayrı bir sahədir. Bill Qeyts əmindir ki, məktəblilər artıq özləri ilə çoxlu sayda dəftər və kitablarla böyük çantalar daşımayacaqlar. Proqram təminatı və tədris proqramlarından ibarət məlumat bazası ilə təchiz olunmuş yığcam planşeti personal kompyuterlər əvəz edəcək.
«Mənim fikrimcə bizim qarşımızda, 10-15 il bundan əvvəl ağlımıza gətirə bilmədiyimiz imkanlar açılır», — deyə B.Qeyts öz nitqini yekunlaşdırıb.
«Microsoft» kompaniyasının əsasını qoymuş əfsanəvi Bill Qeyts vəzifəsindən istefa verib. Kompaniyanın idarəetməsini- baş direktor vəzifəsini isə Bill, Harvardda onunla bir qrupda oxumuş tələbə yoldaşı Stiv Balmerə həvalə edib. Bill özü isə yalnız şirkətin direktorlar şurasının sədri vəzifəsini öz əlində saxlayıb və bundan sonra daha çox xeyriyyəçilik işləri ilə məşğul olmaq niyyətindədir.
Həmçinin bax: Pol Allen
| ['Bill Qeyts', 'Microsoft', 'Bill Gates'] |
4,709 | https://kayzen.az/blog/aforizmler/7619/q%C9%99rar-haqq%C4%B1nda-aforizml%C9%99r.html | Qərar haqqında aforizmlər | umud600 | Hikmət dənizi və aforizmlər | 1 noyabr 2011, 22:18 |
Bəzi insanlar həyatda heç bir məqsədi olmadan yaşayırlar. Belələri çay üzərində axıb gedən saman çöpünə bənzəyir: onlar getmir, suyun axını onları aparır. ( Litsi Anney Seneka: Qədim Roma filosofu )Gedəcəyiniz yeri bilmirsinizsə, çatacağınız yerin heç bir əhəmiyyəti yoxdur. ( Naməlum )Görmək istədiyin işlə bağlı fikirləşərək qərar qəbul et və verdiyin qərarın üstündə möhkəm dur. ( Bencamin Franklin )Ədalətli qərar çıxara bilməyən hakim gec-tez özü müttəhimlər kürsüsündə əyləşməli olur. (İohann Volfanq Höte: Alman şairi və mütəfəkkiri )Qarşı tərəfi dinləmədən qərar qəbul etmək ədalətsizlikdir, hətta qərarın özü ədalətli olsa belə ona xor baxacaqlar. ( Litsi Anney Seneka )Hakimdə dörd zəruri keyfiyyət olmalıdır: o, səbr və nəzakətlə dinləməli, ağılla cavab verməli, soyuqqanlı düşünməli və qərəzə yol vermədən ədalətli qərar çıxarmalıdır. ( Sokrat )Elm - insanı şübhədən, yaxşılıq - əziyyət çəkməkdən, qərarlı olmaq isə qorxudan qurtarır. ( Konfutsi )Bir iş haqqında şübhəli qərar qəbul etmək xətalı, qəti qərara gəlmək isə gülüncdür. ( Mari Fransua Arue Volter: Fransız filosofu və yazıçısı )Qərar sahibi silahlar deyil, onların arxasındakı insanlardır. ( Adolf Hitler )Qərarlar əksər hallarda saatlarımıza bənzər: heç birimizinki bir-biri ilə üst-üstə düşməz . Amma yenə öz qərarımıza etimad edərik. (Aleksandr Pop: İngilis şairi )
| ['aforizmlər'] |
4,710 | https://kayzen.az/blog/sahmat/7617/%C5%9Fahmat-haqq%C4%B1nda.html | Şahmat haqqında | umud600 | Şahmat | 1 noyabr 2011, 21:01 |
Şahmat oyununun dəqiq yaşı məlum deyil. Misir, İraq və Hindistanda aparılan arxeoloji qazıntılar əsasında tapılmış materiallar şahmatın yaranma tarixini miladdan öncə 3-2-ci minilliklərə aid edir. Yazılı ədəbiyyatda bu oyun haqqında ilk məlumata 5-ci əsrə aid fars poemasında təsadüf olunur. Orada şahmat oyununun məhz Hindistanda ixtira olunduğundan söhbət gedir. Buna görə də şahmatın ixtira tarixini məhz bu dövrdən hesab edirlər. Sasani şahı Xosrov Ənuşirəvanın hakimiyyəti dövründə ( 531-579 ) şahmat İranda, o cümlədən Yaxın şərqdə geniş yayılır. Şahmat oyunu haqqında məlumata Ə.Firdovsinin " Şahnamə " əsərində də rast gəlmək olar. Poemada hind racəsi tərəfindən Sasani şahına təqdim edilən hədiyyələr arasında iki ordunun döyüşünü xatırladan oyundan danışılır. Avropada şahmat oyunu haqqında ilk məlumat 1010-cu ilə aiddir. Bir rəvayətə görə Frank imperatoru Böyük Karla ərəb xəlifəsi Harun ər-Rəşid tərəfindən bahalı şahmat fiqurları dəsti hədiyyə verilmişdi. " Şahmat " sözü farsca "şah" ( hökmdar ) və ərəbcə " mat " ( öldü ) sözlərinin birləşməsindən yaranıb. Lakin buna qədər bu oyun " şətrənc " adlanırdı ( "şətr "-dörd, " anqa" isə dəstə deməkdir). Rəvayətə görə, şahmat oyununa valeh olan hind şahzadəsi ixtiraçını yanına çağıraraq onu mükafatlandırmaq istəyir: " Nə arzun varsa, de, yerinə yetirim". İxtiraçı deyir: " Əmr edin mənə şahmat taxtasının birinci daması üçün 1 buğda, ikinci daması üçün-2, üçüncü daması üçün-4, bir sözlə, sonrakı hər dama üçün əvvəlkindən iki dəfə çox buğda versinlər". İxtiraçının istəyinin bir kisə buğdadan çox olmadığını düşünən şahzadə şahlara layiq olmayan bu xırda xahişdən məyus olub xəzinədarı çağırır və ixtiraçının xahişini yerinə yetirməyi əmr edir. Lakin bir gündən sonra xəzinədar şahzadəyə xəbər verir ki, ixtiraçının istədiyi buğdanın sayı ağlagəlməz dərəcədə çoxdur: 18 446 744 073 709 551 616, yəni 18 kvintilyon 446 kvadrilyon 744 trilyon 73 milyard 709 milyon 551 min 615. Bu qədər buğdanı bir yerə yığmaq üçün hündürlüyü 4m, eni 10m olan bir anbar tikilsə, həmin anbarın uzunluğu 30 milyon km olmalıdır. Bu isə Yer kürəsinin ekvatorunun uzunluğundan 750 dəfə çoxdur.
Şahmat oyununa publisistik nəzər
Bir oyundur həyat.Ustalıqnan oynanması lazım olan bir zəka oyunu.Ziddiliklərlə dolu bənzərsiz bir macəra...Qaranın ağı, yaxşının pisi, çoxun azı, sevincin kədəri...Və tarazlıqlar...Qorumaq məcburiyyətində olduğumuz tarazlıqlar.Tək başına oynanmaz heç bir oyun.Və hər oyunun bir qaydası, bir qazananı, bir də itirəni var...Həyatımız müvəffəqiyyətlərlə, uduzmalarla doludur.Ancaq sonsuza qədər sürməz.Yeni başlanğıclar daim vardır. Məğlub olmaq həyata küsmək deyil, yenidən başlamaq lazımdır.Həyatı ən yaxşı əks etdirən oyunlardan biridir şahmat. Çətinliklər, eniş və çıxışlar, ayaqda qalmaq üçün verilən mübarizələr.Şahmat kimi oynayırıq həyatı...
Şahmat daşları fərqli insan xarakterlərini əks etdirir.Qala: Qürurlu, sözünün əri, etibarlı, dost canlısı, çalışqan.At: Səmimi olmayan, hər vaxt asan yolu seçən.Fil: Davamlı ziqzaqlar çəkən, sabitlik təmin edə bilməyən.Vəzir: Hər mühitdə işini həll edə bilən, fikir çıxaran, ağılını yaxşı istifadə edən.Piyada: Digər insanların işlərini asanlaşdıran, fədakar, cəsur.Şah: Davamlı təmkinli hərəkət edən, idarəsini əlindən buraxmayan, güclü.Cəmiyyət içində bir yer, bir şəxsiyyət axtaran insanların həyatda qalma mübarizəsidir şahmat oyunu.Fərqli fikirlərin, strategiyaların qarşılaşmasıdır.Şahmat daşlarının bir-biri ilə olan əlaqəsi insanların əlaqələriylə əlaqəlidir. Daşların öz başına hərəkəti kafi deyil. Bütün halında, bir məqsəd istiqamətindəki hərəkətləri söz mövzusudur. İnsanlar üçün də belədir.Həyat dəyişməyə davam edir, inanılmaz bir dinamizim içində.Siz şahmatın ən çox hansı daşlarında oynayırsınız həyatı?
Şahmat haqqında daha bir əfsanə
Rəvayətə görə Osmanlı hökmdarı Yavuz Sultan Səlim taxta çıxmamışdan öncə Səfəvilər dövlətinə gəlir və saraya girməyin yollarını axtarır. O, şahın şahmat həvəskarı olduğunu eşidir və kəndlərdə , şəhərlərdə bu oyunu oynayaraq məşhurlaşır. Onun şöhrəti saraya qədər gəlib çatır və bir gün I İsmayıl onu hüzuruna çağırır. Gələcək sultan Səfəvi hökmdarı ilə şahmat oynayır və onu mat edir. Bundan qəzəblənən şah I Səlimə sillə vurur. O , isə üzr istəyir və birtəhər canını qurtarır. Bir neçə il keçdikdən sonra onlar Çaldıran döyüşündə qarşılaşırlar və sultan şaha aşağıdakı şeiri göndərir.Sanma şahım / Herkesi sen / Sadıkhane / Yar olurHerkesi sen / Dost mu sandın / Belki oL / Ağyar olurSadıkhane / Belki ol / Alemde / Serdar olurYar olur / Ağyar olur / Serdar olur / Dildar olurMəsələnin maraqlı tərəfi odur ki , bir bəndlik şeirdə Osmanlı hökmdarı öz zəkasını və şairliyini yüksək səviyyədə nümayiş etdirə bilir. Belə ki , şeirə diqqətlə baxanda onun soldan sağa və yuxarıdan aşağıya eyni cür oxunduğunu görmək olar.
| ['şahmat'] |
4,711 | https://kayzen.az/blog/sevgi/7618/45-saniy%C9%99y%C9%99-a%C5%9Fiq-olmaq.html | 45 saniyəyə aşiq olmaq | ayxansevda | Sevgi | 1 noyabr 2011, 20:58 |
Doğrudanmı,ilk baxışdan aşıq olmaq mümkündür? Bu barədə çox yazılar vardır.İngilis psixoloqlarının rəyi bir qədər fərqlidir.Onlar hesab edir ki, qadınlar birinci deyil,altıncı baxışdan vurulurlar.Bu mürəkkəb və ürəkləri sarsıdan hadisə belə baş verir:Birinci baxış: (5 saniyə) - gözün rəngini müəyyən edir və onların ağıllı olub-olmadığını aydınlaşdırır.İkinci baxış: (10 saniyə)- kişinin geyimini müəyyən edir.Barmağında nişan üzüyünün olub-olmamasına diqqət edir.
Üçüncü baxış:(5 saniyə)- saç düzümünə qiymət verir.Dördüncü baxış: (5 saniyə)-əllərə baxılır.Beşinci baxış: (5 saniyə)- ayaqqabılara baxılır.Altıncı baxış: (15 saniyə)- duruş,yeriş,jestlər qiymətləndirilir.Camisi 45 saniyə və 6 baxışla qadın kişini bəyənib-bəyənmədiyini müəyyən edir.
| ['sevgi', 'psixologiya'] |
4,712 | https://kayzen.az/blog/Aysel218/7616/d%C3%BCnyan%C4%B1n-%C9%99n-istedadl%C4%B1-10-insan%C4%B1.html | Dünyanın ən istedadlı 10 insanı | Aysel218 | Bloq: Aysel218 | 1 noyabr 2011, 19:45 |
1. Kim Unq-Yonq 4 yaşında universitetə gedib, 15 yaşında isə doktorluq dərəcəsi alıb.1962-ci ildə dünyaya göz açan Kim Ung-Yong dünyanın ən zəkalı insanı kimi “Ginnedsin rekordlar kitabı”na düşüb.2. Akrit Casual 7 yaşında cərrah olan bu hindli uşaq dünyanın ən ağıllı uşağı hesab olunur.Cəmi 7 yaşında ilk cərrahi əməliyyat aparıb.3. Kleopatra Stratan3 yaşında olarkən mahnısına görə, 1100 manat qazanıb. 2002-ci ildə Moldovada dünyaya gələn Cleopatra Stratan indiyə qədər mahnı albomu çıxaran ən gənc qadındır. O, cəmi 3 yaşında musiqi albomunun müəllifi olub.
4. Maykl Kevin Körni10 yaşında universitet məzunu olub. 24 yaşlı Michael Kevin Kearney hələ 10 yaşı olarkən “Kim 1 milyon dollar istər?” yarışmasında böyük mükafat qazanaraq dünyada məşhur olub. 1984-cü il doğumlu dahi uşaq 17 yaşında universitet müəllimi olub.Bu məşhur uşaq hələ 4 aylıq olarkən danışmağa başlayıb. Altı aylıq olanda həkiminə “sol qulağımda bir infeksiya var” deyib. 10 aylıq ikən o, oxuma-yazma öyrənib. Liseyi 6 yaşında bitirib, 10 yaşında isə ”Santa Rosa” universitetinin məzunu olub. “Ginnedsin Rekordlar kitabı”na universitetin ən kiçik yaşlı məzunu kimi düşüb.
5. Qreqori Smit 12 yaşında Nobel mükafatını qazanıb. 1990-cı ildə dünyaya göz açan Gregory Smith 2 yaşında oxumağı və yazmağı öyrənib.10 yaşında isə universitetə qəbul olub. Bu balaca uşaq, həmçinin keçmiş Amerika prezidenti Bill Klinton və Mixail Qorbaçovla tanış olub və BMT-nin baş assambleyasında çıxış edib.6. Elayt Andre 2 yaşında ikən o şəkil sərgisini keçirib.7. Sol Aaron Kraypk Liseydə təhsil alarkən Harvarddan müəllimlik təklifi alır. Hələ orta məktəbin ilk siniflərində oxuyan, riyaziyyatı dərin bilən bu dahi uşaq coğrafiya, fəlsəfə alimidir.8. Fabiano Luici Kaurana14 yaşında ən gənc şahmatçı olub.9. Uilliam Cozef Moskoni6 yaşında professianal bilyardçı olub.10. Eliana Smit 7 yaşında “Güzin Abla” oldu. O, hələ 7 yaşında olarkən radio proqramı vasitəsi ilə yetkin insanların dərdini dinləyib məsləhət verirdi. O, hətta sevgilisindən ayrılan bir qadın ” Onun üçün üzülməyə dəyməz, həyat bir kişinin arxasından ağlayacaq qədər uzun deyil.
| ['maraqlı', 'maraqlı məlumatlar'] |
4,713 | https://kayzen.az/blog/poeziya/7615/yar%C4%B1-m%C9%99nd%C9%99,yar%C4%B1-s%C9%99nd%C9%99-%7C-n.k%C9%99s%C9%99m%C9%99nli.html | Yarı məndə,yarı səndə | N.Kəsəmənli | bahar | Poeziya | 1 noyabr 2011, 12:32 |
İkimizdə bir ürək var,
Yarı məndə,yarı səndə.
Sevgi adlı bir ağacıq,
Budaq məndə, narı səndə.
Çiçək ətri gül üzündə,
Min məna var hər sözündə.
Bir buluduq göy üzündə
Yağış məndə,dolu səndə.
Bir ovçuyam,günüm ovda
Qaçhaqaçda,qovhaqovda,
Eşqimiz bir şirin sevda
Pətək səndə,balı məndə...
| ['Poeziya', 'Nüsrət Kəsəmənli'] |
4,714 | https://kayzen.az/blog/maraqli-faktlar/7613/fonoavtoqrafdan-maqnitafona.html | Fonoavtoqrafdan maqnitafona | umud600 | Maraqlı faktlar | 1 noyabr 2011, 00:38 |
İlk səsyazma qurğusu 1857-ci ildə Leon Skott tərəfindən icad edilmişdir. Onun fonoavtoqraf adlandırdığı cihazın iş prinsipi çox sadə idi: səs diafraqmasının titrəyişi iynəyə ötürülür, iynə isə üstü hislə örtülmüş fırlanan silindrə əyri cızırdı. Bu cihazda səs gözlə görünən cizgilər şəklində yazılırdı. Təbii ki, hisdə yazılmış səsi səs kimi səsləndirmək mümkün deyildi. Yazılmış səsi yenidən səsləndirən ilk fonoqraf cihazı 1877-ci ildə Tomas Edison yaratmışdır. O, 1877-ci ildə səsi yalnız yazan yox, həm də səsləndirən fonoqraf cihazını ixtira etdi.Lakin bu hələlik işin başlanğıcı idi. Edison üçün çətinlik "s" səsinin yazılışı oldu, çünki bu səs heç cür yazılmaq istəmirdi. Bir çox təcrübələrdən sonra vallar üçün nisbətən yararlı olan material da tapıldı. Bu, bəzi bitki qatranları ilə mumun qatışığından ibarət olan maddə idi. Edison onun tərkibini gizli saxlayırdı. 1878-ci ildə o, fonoqraf istehsal edən xüsusi şirkət təsis etdi. Fonoqraf daim təkmilləşdirilirdi. Lakin ondan az istifadə olundu. Bu həm baha, həm də əlverişsiz idi. Çünki val cəmi bir neçə dəqiqə səs yaza bilirdi. Hər hansı bir uzunmüddətli səs yazısı isə çoxlu sayda val tələb edirdi. Valı bir neçə dəfə səsləndirdikdən sonra isə xarab olurdu. Valın surətini isə çıxarmaq da olmurdu.Bütün bu qüsurları ABŞ-da yaşayan alman mühaciri Emil Berliner ( 1851-1929 ) adlı digər bir ixtiraçı 1887-ci ildə QRAMOFON adlandırılan cihaz düzəltməklə aradan qaldırdı. Böyük və narahat valların əvəzinə Berliner rahat və nazik lövhələr düzəltdi. Onun ixtirasının ən böyük üstünlüyü bu yazılardan istənilən qədər nüsxəni çıxarmağın mümkünlüyü idi.
1908-ci ildə Berlinerin Almaniyada açdığı fabrik ildə 60 milyon val buraxmağa başladı. Dünyada ilk dəfə olaraq, adamlar konsert zallarında ifa olunmuş əsərləri qramofon vasitəsilə evlərində rahatca dinləməyə başladılar. 1898-ci ildə danimarkalı fizik Valdemar Poulsen maqnitofon yaratmağa cəhd etmişdir. O, bu cihazı " TELEQRAFON " adlandırmışdır. Poulsen bu cihazla nazik polad naqilə səs dalğalarından doğmuş maqnit impulsları yazmışdı. Onun bu ixtirasının əsil qiymətini alması üçün düz 30 il vaxt lazım gəlmişdir. Bu müddət ərzində elektron lampalar ixtira edildi, onlar əsasında gücləndirici qurğular yarandı, daha təkmil maqnit daşıyıcıları tapıldı. Alman ixtiraçı Pfyemer dəmir tozunun kağız lent üzərinə çəkilməsi üsulunu tapdı. Bu lent asanlıqla maqnitləşir, kəsilir, yapışdırılır və beləliklə, çox rahat işlədilirdi. Sonralar kağız lent plastiklə -asetilsellülozla əvəz olundu. Bu maddə daha möhkəm, elastik və yanmayan idi. Belə lentləri 1935-ci ildə alman şirkəti AEQ istehsal etməyə başladı. Maqnitafon lenti maqnit yazısı sahəsində inqilab yaratdı. Lent daha yüngül və yığcam olub, maqnitləşməni yaxşı qoruyurdu.
| ['Maqnitofon'] |
4,715 | https://kayzen.az/blog/aforizmler/7612/pax%C4%B1ll%C4%B1q-haqq%C4%B1nda-aforizml%C9%99r.html | Paxıllıq haqqında aforizmlər | umud600 | Hikmət dənizi və aforizmlər | 31 okyabr 2011, 23:18 |
Paxıllıq nifrətin ən fəal ünsürlərindən biridir. ( Onore de Balzak )Paxıl adam ölülərə dirilərə acıq vermək üçün hörmət edər. ( Klod Adrian Helvetsi: Fransız filosofu )Nifrət fəal, paxıllıq isə passiv narazılıq hissidir. Buna görə də təəccüblü deyil ki, paxıllıq hissi tez bir zamanda nifrətə çevrilir. (İohann Höte: Alman şairi )Comərdliyə güvənsən də, sadiq sanma sirdaşları,Paxıllıqdan gör nə etdi, gör Yusifin qardaşları. ( Məhəmməd Füzuli )
Paxıl insan üçün ən kədərli şey heç kəsin ona paxıllıq etməməsidir. ( Frensis Bret Hart: Amerika yazıçısı )Danışan və bağıran paxıllıq, adətən, ziyansız olur; qınına çəkilmiş dilsiz paxıllıqdan qorxmaq lazımdır. ( Antuan Rivarol: Fransız yazıçısı )Paxıl adam elə bilər ki, qonşusunun ayağı sınsa, o daha yaxşı yeriyər. ( Danimarka atalar sözü )Paxıllıq yana bilksəydi, dünyada başqa yanacağa ehtiyac qalmazdı. ( Atalar sözü )
| ['aforizmlər'] |
4,716 | https://kayzen.az/blog/informatika/7611/internet-iqtisadiyyat%C4%B1.html | İnternet iqtisadiyyatı | Samir012 | İnformatika | 31 okyabr 2011, 23:02 |
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarından (İKT) iqtisadiyyatın real sektorlarında geniş istifadə olunması təsərrüfatların bazar infrastrukturunu (maliyyə, ticarət, biznes və s.) informasiya texnologiyaları əsaslarına çevirməyə imkan verir. Bu isə elektron biznes mühitinin texnoloji bazisinin, elektron kommersiyasının, informasiya-marketinq şəbəkələrinin yaradılmasına imkan verir.
Son zamanlar aparılan tədqiqatların nəticələri göstərişmişdir ki, internet texnologiyalarının marketinqə tətbiqi real iqtisadi səmərə verir. Bu şirkətlərə bir tərəfdən öz xərclərini azaltmağa, digər tərəfdən isə mənfəətlilik səviyyəsini artırmağa imkan verir. İnformasiya cəmiyyəti quruculuğunun müasir vəziyyətində internet-marketinqin rolu getdikcə artmaqdadır.
Məkan baryerlərinin qısaldılması hər zaman insanlara daha az xərclərlə öz iqtisadi fəaliyyətini koordinasiya etməyə imkan verən yeni sosial şəbəkələrin yaradılmasını stimullaşdırmışdır. Belə şəbəkələrdən biri və ən geniş yayılmış olan İnternet şəbəkəsidir.
İnternet şəbəkəsi iqtisadiyyatda həm mikro, həm də makro səviyyədə böyük dəyişikliklərə səbəb olmaqla yeni eranın əsasını qoymuşdu.
Məlumdur ki, 1990 - ci illərdə, internet bumu yaşanan zaman bəzi firmalar internetin onların qarşısında açdıqları imkanları düzgün dəyərləndirə bilmədilər. Bir qrup şirkətlər isə uzun müddət İnternetdən öz biznesin inkişaf istiqamətində istifadəyə real baxmırdı. Nəticədə "onlayn" şirkətlər "ənənəvi" şirkətlərə ciddi rəqib oldular və onların biznesi üçün real təhlükəyə çevrildilər.
Təcrübə göstərir, bu yeniliklərin iqtisadiyyatda ləng tətbiqi Qərbi Avropa ölkələri və Rusiya şirkətləri üçün mənfi nəticələnmişdir. Bu yeniliklərin tətbiqin labüd hesab edən ölkələr "rəqəmsal iqtisadiyyat"ı ümumi iqtisadiyyatın lokomotivinə çevirməyi qarşısına məqsəd qoydu. Çünki, internet iqtisadiyyatı daha qlobal xarakter daşıyır. Amma bu o demək deyil ki, bütün dünya ölkələri elektron ticarət infrastrukturunu eyni dərəcədə inkişaf etdirir və bu sahədəki nailiyyətləri öz milli iqtisadiyyatlarına eyni dərəcədə tətbiq edirlər.
Müşahidələr göstərir ki, internet-texnologiyaların iqtisadiyyata tətbiqi yalnız ayrı-ayrı müəssisələr səviyyəsində deyil, makroiqtisadi səviyyədə də geniş imkanlar açmaq iqtidarındadır. Yeni iqtisadiyyatın yaranması tendensiyası yalnız mikro iqtisadiyyatda deyil, bütünlükdə iqtisadi münasibətlərin yenidən qurulması və təkmilləşdirilməsində müşahidə olunur.
Bu zaman bütün biznes planlarda internet birinci yerə çıxır. İnternet informasiya məkanında əməkdaşlıq vasitəsi olmaqla biznesi yeni inkişaf mərhələsinə daşıdı. O, bir tərəfdən şirkətlərə maksimal istehlakçı auditoriyası yığmağa, digər tərəfdən isə istehlakçılara öz fərdi tələbatları haqqında məlumatları istehsalçılara çatdırmaq imkanı verdi.
Beləliklə, yeni virtual dünyada hər kəs özünün imkanlarını və məqsədlərini əks etdirən informasiya obrazını yaratmağa daha maraqlı oldu. Həyata keçirilən genişmiqyaslı tədbirlərin nəticəsidir ki, İnternet yeni qlobal informasiya infrastrukturunun prototipinə çevrilir. Belə informasiya müxtəlif firmaların lokal biznes təcrübəsinə əsaslı təsir göstərir.
Yeni iqtisadiyyatın əsas hərəkətverici qüvvələri
Dünya iqtisadiyyatında islahatların aparılması zamanı texnologiyalar, qloballaşma və bazarın dövlətsizləşdirilməsi kimi bir çox amillər mühüm rol oynayırlar.
Müasir dövrdə bütün dünyada biznes fəaliyyəti başlıca olaraq insanları və şirkətləri birləşdirən şəbəkələr vasitəsilə təşkil edilir. Qısa haşiyəyə çıxaraq qeyd edək ki, insanları bir kompaniya daxilində bir-biri və baş kompyuterlə əlaqələndirən şəbəkəyə intranet; kompaniyanı onun malgöndərənləri və distribyuteri ilə əlaqələndirən şəbəkəyə Ekstranet; nəhayət, istifadəçiləri "ümumdünya informasiya anbarı" ilə əlaqələndirən şəbəkəyə isə İnternet deyilir. İnternet vasitəsilə alqı-satqı əməliyyatlarını həyata keçirən kompaniya malgöndərənlər və müştərilərlə qarşılıqlı əlaqədə olur.
Təcrübə sübut edir ki, əvvəllər firmalar istehsal etdikləri məhsulları satmağa çalışdıqları halda, indi, onlar sata biləcəkləri məhsulların istehsalına üstünlük verirlər. Yeni iqtisadiyyatdakı praqmatik meyllər biznesin sosial-etik məsələlərində və qarşılıqlı etimadın təmin edilməsi sahəsində də özünü göstərir. Şirkətlər müştərilərlə qarşılıqlı əlaqənin təmin olunmasına küllü miqdarda vaxt və vəsait sərf edirlər. Müştərilərin məlumat bazasının yaradılmasına imkan verən yeni texnologiyalar bu sahədə şirkətlərin işini xeyli yüngülləşdirə bilər.
Müasir dövrdə istehlakçıların əksəriyyəti həm real, həm də onlayn alışlar həyata keçirirlər. Bu tip istehlakçıları razı salmaq üçün kompaniyaların əksəriyyəti həm ənənəvi, həm də onlayn bazarda mövcud olmalıdırlar. Bunu nəzərə alaraq, artıq şirkətlər yeni şəraitlərə uyğunlaşaraq öz satış metodlarında düzəlişlər edirlər. İstənilən müəssisədə biznesin inkişaf strategiyası rəhbərliyin həll edəcəyi ən mühüm məsələlərdən biridir. İnternet ənənəvi biznesdə analoqu olmayan elə forma və sxemlər yaratmışdır ki, artıq ənənəvi biznes metodologiyası əsasında "yetişmiş" biznes-analitiklər, şirkət rəhbərləri və marketoloqlar narahatlıq keçirməyə başlamışdır.
İndi bir çox şirkətlər internet bizneslə məşğul olmağa, elektron- kommersiya və ya biznesin elektron idarə olunması metodlarını mənimsəməyə çalışırlar. Lakin onların heç də hamısı özlərinə hansı e-biznes formasının uyğun olduğunu müəyyənləşdirə bilmirlər.
İnternet -biznes Azərbaycanda 2003-cü ildən sonra əsaslı inkişafa başlamışdır. "Ekspert" jurnalı Azərbaycandakı internet-layihələrin siyahısını hazırlanmışdır. Onların ekspert qiymətləndirilməsinə görə 2008-ci ildə Azərbaycandakı internet-mağazaların, ticari internet-sistemlərinin sayı 60-dan artıqdır. SpyLoq Reseach şirkətinin məlumatına görə 2004-cü ilin dekabrında Azərbaycan internet istifadəçilərin sayı təxminən 0.5 milyon nəfər olmuşdur.
2010-cu ilin 9 ayının yekunlarına görə əhalinin 45%-i internet istifadəçisidir.
Real və virtual mağazaların fərqi
İnternet-mağazada məhsul sifarişi istehlakçının baxış bucağından tamamilə fərqli görünür. Reytinqlər, rəqəmlər, XXI əsrin ticari texnologiyalarından istifadəyə çağırış, istifadəçinin virtual - dükanda məhsul seçimi və sifarişin rəsmiləşdirilməsindən tutmuş, ödəməyə kimi olan problemlərlə üzləşməsi səbəbini izah edə bilmir.
Əsas məsələlər xidmət, ödəmə sistemi və onların təhlükəsizliyidir.
İnternet-layihələr real servis tələb edir. Ənənəvi mağazaların alıcıları müxtəlif alıcılıq qabiliyyətinə malik insanlardır. Adətən alıcılar şəbəkə prinsipi (2 və daha artıq filialın mövcudluğu) əsasında fəaliyyət göstərən, geniş məhsul çeşidi (10-15 min vahid) təklif edən və yüksək səviyyəli xidmət təklif etməklə istehlakçı loyallığı qazanmağa çalışan mağazalara üstünlük verirlər. Şəbəkədə "keyfiyyətli xidmət" dedikdə, əmtəənin sürətli axtarışı, alıcı üçün rahat ödəmə forması (nəğd, Azərbaycan və beynəlxalq ödəmə sistemlərinin plastik kartları, bank köçürmələri), qiymət güzəşti sistemi və bir-birini müşayiət edən məhsulların, əlavə xidmətlərin bir ticarət meydançasından alınması imkanı başa düşlür. On-line alışlara qərar verən alıcı yüksək texnologiyalı axtarış, müqayisə, alış və ödəmə üsullarından istifadə etməyə hazırdı. Bunun əvəzində onlar yüksək keyfiyyətli xidmət tələb edirlər. İlk dəfə on-line alış həyata keçirmiş şəxslər məyus olurlar. Belə ki, virtual mağazalarda xidmət və məhsul çeşidi ənənəvi dükanlardan xeyli geri qalır.
Bu kontekstdə mövcud internet mağazaları iki qrupa bölmək olar:
Web-vitrinlər- onları yaradanlar internet ideyasının özünə aludə olmuş və ticarət sahəsinə qeyri-peşəkarlardır. Web-saytın bazasında elektron mağazaların layiləşdirilməsi zamanı onlar unudurlar ki, texnoloji təminatla yanaşı (kataloqların mövudluğu və sifarişlərin rəsmiləşdirilməsi), mağaza alıcılar üçün əlverişli prinsiplər əsasında fəaliyyət göstərməli, yəni real dükan funksiyasını yerinə yetirməlidir. Xidmətin zəifliyi şəraitində alıcıda şirkətə qarşı mənfi rəy formalaşır. 60% hallarda alıcı sifarişi kredit kartı ilə ödəyə bilmir, 99% hallarda isə əqdlərin təhlükəsizliyi təmin olunmur.
İnternet-portallar (consumer portal)- pərakəndə ticarət təşkilatları üçün qəbul edilmiş qaydalar əsasən fəaliyyət göstərən internet-mağazalardır. İstehsalçının kompyuterdən istifadə mədəniyyəti artdıqca, onun elektron dükanlara qoyduğu tələblər də ciddiləşir. Belə portallar internetə - son istehlakçılarla əks əlaqənin yeni üsullarını və ya web-marketinqin təşkili aləti kimi baxan real ticarət şirkətlərinin bazasında yaradılır. İstehlakçı yönümlü internet-portalın yaradılması pərakəndə ticarətçiyə özünün bazarda mövcudluğu coğrafiyasını genişləndirməyə, məhsulların tez reallaşdırılmağa, əlavə reklam və marketinq kanalı əldə etməyə imkan verir.
İstehlakçı yönümlü portallar keyfliyyətli xidmət (kataloqların əlyetərliyi, saytda aydın təlimatların mövcudluğu, çatdırılan məhsullun alıcının sifarişinə uyğunluğu, çatdırılmanı vaxtında yerinə yetirilməsi və s.) göstərilməsi və müxtəlif marketinq proqramlarının həyata keçirilməsi ilə istehlakçı sadiqliyinə nail olmağa çalışırlar.
| ['internet', 'iqtisadiyyat'] |
4,717 | https://kayzen.az/blog/%C3%B6lk%C9%99l%C9%99r/6558/pakistan.html | Pakistan | luminat | Ölkələr | 31 okyabr 2011, 22:40 |
Pakistan urdu dilində pak-təmiz, stan-ölkə deməkdir. İdarəetmə forması Respublikadır. 1947-ci ildə Hindistanla Paukistan iki müstəqil dövlətə parçalandıqdan sonra Sind, Bəlucistan və şimal qərb sərhəd əyalətləri habelə Pəncab vilayətinin qərb hissəsi, Kəşmitrin qərb rayonları və şimalda bir sıra feodal knyazlıqları Pakistana verildi. 1971-ci ildə Pakistanın şərq əyaləti Banqladeş adı ilə müstəqil dövlətə çevrildi. Pakistanın sahəsi 804 min kv. km. Əhalisi 162,4 mln nəfərdir. Hind Avropa dil ailəsinin üzvü olan 4 xalq pəncablılar, sindxlar, puştunlar və bəluclar Pakistanın ümumi əhalisinin 97,5%-ni təşkil edir. Pəncablılar bütün əhalinin 65%-ni, sindxlar 14%-ni, puştunlar 16%-ni, qalanları bəluclar, braqunlar, quceratlar, kxo, racastxan və koxistanlılardır.
Pəncablıların etnik tərkibi yerli əhali ilə skiflərin, taciklərin, puştunların, ərəblərin qarışığından ibarətdir. Pəncablıların tərkibinə cat, racputa, qucar və s. etnik kamdaxil olmuşdur. Pəncablıların qərb qruppu olan laxnda pəncabi dilinin müstəqil dialekti sayılır. Pəncablıların ümumi sayı 98 mil. Nəfərdir. Sindxlər 12,5 mln n. eyni əyalətin demək olar ki, bütün mahallarda əhalinin böyük əksəriyyətini təşkil edir. Lakin sindxlər pəncablılar kimi bütöv etnik ərazi təşkil etmirlər. Onlar bəluclarla, braquilərlə qarışıq vəziyyətdə yaşayırlar. Puştunlar və ya patanlar əfqanlarla eyni mənşəyə malikdirlər. Sayları 14 mln nəfərdir. Bəlucistanın yerli əhalisi bəluclar və braquilərdir. Pakistanda bütün bəluclar 3 milyona, braquilərin sayı 700 minə yaxındır. Onların xeyli hissəsi patanlar kimi qəbilə təşkilatlarını saxlamışlar. Braquilərin xeyli hissəsi bəluclar və sindxlərlə qaynayıb qarışmışlar.
Şimal qərb xalqlarının təsərrüfatı əsasən əkinçiliyə əsaslanır. Sind əyalətində buğa və çəltik, pambıq becərilir. Bəlucların əksəriyyəti və patanların xeyli hissəsi maldarlıqla məşğul olurlar. Onlar dəvə, at, və xırda buynuzlu heyvanlar saxlayırlar. Bu xalqların başlıca qida məhsulları ət və süd məhsullarıdır. Bütün müsəlmanlar və hinduslart qoyun, keçi və quş əti yesələr də onlar inək ətindən istifadə etmirlər. Patanların yaşayış evləri daşdan və palçıqdan tikilir. Dam örtüyü adətən yastı düzəldilir. Bəluclar, patanların 1 hissəsi, Pəncabın çat tayfaları yarım köçəri həyat tərzi keçirdiklərindən , adətən keçə alaçıqlarda və müvəqqəti komalarda yaşayırlar. Bu xalqların istifadə etdikləri qablar əsasən saxsı olurdu. Bu bölgənin geyimləri başqa vilayətlərdən xeyli dərəcədə fərqlənirlər. Yalnız sind vilayətinin cənubunda kuişilər dxoti, qadınlar sari geyirlər. Qalan əhali başlıca şalvar və köynək geyirlər. Kişi köynəkləri adətən qısa ətəkli, qadın köynəkləri isə uzun ətəkli tikilirdi. Bu əhali əsasən gön-dəri ayaqqabı geyinməklə fərqlənirlər. Müsəlman patan, bəluc və sindx kişiləri adətən enli şalvar , induslar isə dar şalvar və ya Avropa biçim üsulunda olan şalvarlar geyirlər.
Dini etiqadlarına görə patanların, bəlucların, braquilərin sindxlərin və pəncabların əksəriyyəti müsəlmandır. Ümumiyyətlə Pakistan əhalisinin 97 % müsəlmandır. Ona görə də dövlət dini də islam dinidir. Qalanları indust və xristiandır. Dövlət dili urdu dilidir. Paytaxtı Himalay dağlarının ətəyində yerləşən islamabad şəhəridir. 1960-70-ci illərdə ölkənin paytaxtı olmaq məqsədilə salınmışdır. Mənası islam şəhəri deməkdir.
Müəllif: Həvilova Fəxriyyə Həvil qızı Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası
| ['Pakistan'] |
4,718 | https://kayzen.az/blog/letife/7608/g%C3%BClm%C9%99li-hekay%C9%99.html | Gülməli hekayə | yravil | Lətifələr | 31 okyabr 2011, 19:20 |
Yaşlı kişi kənddə tək yaşayırdı. Hər il olduğu kimi bu ildə bağlarında pomidor əkmək vaxtı idi. Lakin bu dəfə ona bu işdə heç kim kömək etməyəcəkdi, çünki yeganə oğlu həbsdə idi.Olub keçənlərdən kədərlənən ata oğluna məktub yazır:“Salam oğlum. Bilirsən sənin yerin evimizdə necə görünür. Bu il yenə pomidor əkmək lazımdır. Lakin atan çox qoca olduğundan torpağı tək qaza bilməyəcək. Kaş sən evimizdə olaydın və mənə kömək edərdin.İmza: Sənin üçün çox darıxan və yolunu gözləyən atan”Bir neçə gün sonra ata oğlundan cavab məktubu alır:
"Ata məndə sənin və evimiz üçün çox darıxıram. Ama bağımızı qazmaq fikirini ağlına belə gətirmə, çünki öldürdüyüm insanların cəsədlərini orda gizlətmişəm.İmza: Səni sevən oğlun."Məktub gələndən bir neçə saat keçməmiş Polis və Federal Tədqiqtlar Bürosunun əməkdaşları qocanın evinə gələrək cəsədləri tapmaq məqsədi ilə bütün bağı qazmağa başlayırlar. Lakin 1 cəsəd belə tapmayan polis və FTB işçiləri qocadan üzr istəyərək çıxıb gedirlər.Həmin gün ata oğuldan yenə məktub alır:"Atacan bu mənim sənə bu şəraitdə edə biləcəyim yeganə kömək yolu idi.İndi isə qazılmış bağımızda pomidorları rahat ək.İmza: Səni çox istəyən yeganə oğlun"
| ['Gülməli hekayə'] |
4,719 | https://kayzen.az/blog/cahandar/7605/b%C9%99d-dua-etm%C9%99.html | Bəd dua etmə! | cahandar | Bloq: cahandar | 31 okyabr 2011, 00:48 |
Qurani-Kərimdə oxuyuruq:"İnsan(özünə) xeyir-dua etdiyi kimi,bəd-dua da edər(adamın hirsi tutduqda özünə,yaxud övladına bəd-dua edər.Əgər Allah həmin şəxsin duasını qəbul etsə,dərhal onun özünü ,yaxud övladını məhv etməlidir.Lakin Allah səbirlidir,bəndələrinə əzab verməkdə tələsməz).İnsan(hər şeydə) tələskəndir (gördüyü işin aqibətini düşünməyə hövsələsi çatmaz)"(surə 17,ayə 11).İslam dini kiməsə əsassız qarqış etməyi,lənətləməyi qadağan edir.Dinimiz bizə gözəl nsözlər danışmağı,hətta pislikləri belə gözəl sözlərlə aradan qaldırmağı tövsiyyə edir.Kiməsə əsassız qarqış etmək,lənətləmək insan üçün çox pis nəticələnə bilər.Məhəmməd Peyğəmbər(s.a.s) deyib ki,özünüzə,övladınıza,malınıza lənət etməyin.Çünki,həmin an Allahın duaları qəbul etdiyi bir vaxta təsadüf etsə,Allah insanın lənətini qəbul edə bilər.Nə qədər hadisələr eşidirk ki,hətta doğma ananın balasına qarqışı balasını tutur.
| ['Bəd dua etmə!'] |
4,720 | https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/7604/%C9%99lifz%C9%99b%C9%99r-%C9%99.html | Əlifzəbər – Ə | cahandar | islam dininin əsasları | 31 okyabr 2011, 00:46 |
Zöhr-Zöhr islamın insanlara vacib buyurduğu beş namazdan birinin adıdır.Zöhr kəlməsinin lüğəti mənası "günəşin zenit nöqtəsinə çatdığı vaxt"dır.Bu namazın adından da göründüyü kimi,onun qılınma vaxtı günəş zenit nöqtəsinə çatdıqdan sonradır."İsra" surəsinin 78-ci ayəsində Zöhr namazının qılınma vaxtına işarə edilib,"Bəqərə" surəsinin 238-ci ayəsində isə ona xüsusi təkid edilib.Zöhr namazı 4 rükətdir.Lakin səfərdə olan şəxs Zöhr namazını 2 rükət qılmalıdır.Bəzi islami mənbələrə əsasən ,İslamda namazın vacib edildiyi ilk vaxtlarda Məhəmməd Peyğəmbər (s.a.s) Mədinəyə hicrət edənə kimi bütün namazlar ,o cümlədən,Zöhr namazı müsəlmanların ilk nqıldığı namaz olub və zöhr adlandırılması bununla əlaqədardır,yəni "ilk zahir olan,üzə çıxarılan,qılınan namaz".Bizdə el arasında Zöhr namazına günorta namazı da deyilir.
Əsr - müsəlmanlara vacib namazlardan digəri Əsr namazıdır.Əsr kəlməsinin lüğəti mənası "sıxmaqdır".Günün axşama yaxın sonuna da məcazi mənada əsr deyilir.Bunun səbəbi həmin vaxt insanların işlərinin daha sıx ,gərgin olmasıdır.Çünki hamı gün ərzində görülməsini nəzərdə tutduğu işi sona çatdırmaq üçün həmin vaxt daha gərgin çalışır.Əsr namazının vaxtı Zöhr namazından sonra Məğribə kimidir.Günün əsr çağı qılınan namaz da Əsr namazı adlanır.Əsr namazı 4 rükətdir və səfərdə olan şəxs əsr namazını zöhr kimi 2 rükət qılmalıdır.Cümə gününün əsr vaxtı çox fəzilətli vaxt hesab edilir və o,dua etmək üçün ən münasib vaxtlardandır.Bizdə el arasında Əsr namazına ikindi namazı da deyirlər.
Məğrib - Məğrib kəlməsinin lüğəti mənası "günəşin üfüqdə batdığı yer və ya zaman"dır.məğrib həm də müsəlmanlara vacib olan gündəlik 5 namazlardan birinin adıdır.Məğrib namazı 3 rükətdir.Gündəlik namazlardan Məğrib namazı yeganə namazdır ki,onun rükətlərinin sayı səfərdə olarkən də dəyişməz qalır.islam şəriətində məğrib namazının vaxtı günəş batdıqdan sonra Şərqdə yaranan qırmızılıq Qərbə tərəf keçəndən sonradır.Bizdə el arasında Məğrib namazına Axşam namazı da deyirlər.
İşa- İşa sözünün lüğəti mənası "gün batandan sonra səmanın qərb tərəfindəki işıqlığın getdiyi vaxt ,axşam,gecənin ilk üçdəbiri"dir.Dini terminalogiyada Məğrib namazından sonra gecənin yarısına kimi ,bəzi istisna hallarda Sübh namazına qədərdir.İşa namazı 4 rükətdir və səfərdə olanda o da iki rükət qılınmalıdır.El arasında işa namazına Xiftən ya da yatsı namazı da deyilir.Quranda adı aşkar şəkildə qeyd edilən iki namazdan (digər namaz sübh namazıdır) biridir.(Nur surəsi ,ayə 58).Quranın bəzi ayələrindən belə qənaətə gəlmək mümkündür ki,namaz bütün ilahi dinlərdə mövcud olub("Məryəm",30-31;54-55;"Hud",87 və.s ).Tarixi mənbələrə görə,bəzi dinlərdə,məsələn,zərdüşt və saibilərdə də gündəlik namazların sayı 5 olub.Bu,bütün insanların namaza mənəvi ehtiyacının olmasından xəbər verir.
Mənbə:"Karvan" jurnalı
| ['Əlifzəbər – Ə'] |
4,721 | https://kayzen.az/blog/moda/3590/armani-vs-versace.html | Armani vs Versace | Bakinets | Moda dünyası | 30 okyabr 2011, 23:05 |
Armani modelyerlərin kralı sayılırdı, əbəs deyil ki, nüfuzlu jurnal “Time” 1982-ci ildə Armaninin portretini üz qabığında yerləşdirmiş və belə bir sərlövhə dərc etmişdi: “Dahiyanə Corco Stili”. Xeyli keçmiş Armaninin rəqibi meydana çıxdı və bu rəqabət Armaninin dincliyini əlindən aldı. Olimpi onunla bölüşən rəqibi kasıb zövqlü, özündən tez çıxan və işinin xatirinə hər şeyi məhv etməyə hazır insan idi. Dünya haqsızlıq üzərində qurulub. Armanini şöhrətə aparan yol asan olmayıb, rəqibi isə bu zirvəyə çox tez və rahatlıqla çatıb.
Varlı ailədən deyil: atası yerli faşist administrasiyasındı işləyirdi, qazancı az idi, anası isə evdar qadın idi. Üç uşağının paltarlarını özü tikir və hər zaman yarıhərbi üsluba üstünlük verirdi: tikdiyi gödəkcələr, xoşagələn kiçik kəmərlər xaki rəngdə olurdu - bəlkə Armanidə hərbçiliyə meyli elə buradan qaynaqlanır? Müharibədən sonrakı illərdə dəbdəbə barədə az adam düşünərdi. Bombardmanlar və döyüşlər ölkəni viran qoymuşdu, qadınlar köhnə paltarların formasını dəyişib geyinirdi. Onların ailəsi də çətinliklərlə üzləşdi: hökumət atasının Mussoliniyə xidmət göstərdiyindən xəbər tutdu və Uqo Armani həbs olundu. Hər şənbə günü Armani, anası, böyük qardaşı və bacısı ona baş çəkməyə gedirdi. Atasının dəmir barmaqlıqlar arasından onlara sarı uzanan əlləri əbədi olaraq Armaninin yaddaşına həkk oldu. Xeyli sonra atası həbsdən azad olundu və ailə Milana, onlar üçün yad və böyük şəhərə darısqal evə köçdü. Armaninin tibb institutuna daxil oldu. Lakin anatomik teatrda meyitləri görəndə az qala huşunu itirdi. Orduda xidmət etdi, tərxis olunandan sonra iş tapmadı. Həkim işləmək istəmirdi. Corco Armani müstəqil şəkildə rəssamlıq öyrəndi, amma modelyer olacağı ağlına da gəlməzdi; anası paltar tikəndə Armani iynəni əlinə almazdı. Rəqibi Covanni Versaçe isə modaya Armanidən xeyli sonra gəldi. Artıq 70-ci illərdə Parisdə “italiyalı modellyer” sözünə istehza etmirdilər. Versaçenin atası kömür alverçisi idi, yaxşı qazancı vardı. Onların ailəsi ehtiyac nə olduğunu bilmirdi: ailənin bankda mükəmməl hesabı, şəhər kənarında böyük malikanəsi, özəl məktəbi vardı - bir sözlə, bu adam anadan xoşbəxt doğulmuşdu. Versaçenin anasının Roco-di-Kalabriyada iki kiçik butiki (butik - dəbdə olan əşyalar satılan mağaza - red.) vardı, balaca Versaçe daim anasının həndəvərində dolaşırdı - tikməyi Versaçe uşaqlıqdan bacarırdı. Məktəbdə pis oxuyan şagirdlərdən idi, universitetə barədə heç düşünmürdü, yerölçən olmağa cəhd etdi, amma burada da uğur qazana bilmədi. Versaçe bayer oldu: anasının butikləri üçün lazım olan şeyləri aldıqca Versaçe öz əlaqələrini də genişləndirirdi. Nəhayət, modelyer olmağı qərara aldıqdan sonra Versaçe Milana gəldi. Burada o, kimlərə müraciət edəcəyini bilirdi. Armani isə əvvəlcə “La Rinoscente” ticarət evinin mətbuat mərkəzində işə düzəldi. O, reklam stendləri tərtib edir, mətbuatla, fotoqraflarla işləyir, əlaqələr yaradırdı, sonda bu insanlar onun duyumuna və zövqünə inandı.
Corco Armanini klassik kostyum cəngavəri hesab edirdilər, bu əbəs deyildi. Armani bu dəbi məhv etməyə çalışmayıb, onun məqsədi tədrici inkişaf olub. Yenidən dirçəlməsi, canlanması üçün klassikliyin dəyişilməsi lazımdır. Armani kişi kostyumlarını cəngavərlərin polad geyiminə bənzədən elementlərdən azad etdi. Bu elementlərə qoyma çiyinliklər, içi pambıqla, yaxud at tükü ilə doldurulmuş yaxalıqlar aiddir. Onun fikrincə, belə elemetntlər istənilən kişini bütə oxşadır! Geyimin parçası axmalıdır, sərbəst sallanmalıdır - bu həm parad, həm də ofisə geymək üçün yararlı olan yüngül, gündəlik paltarlara aiddir. Yüngül kaşemir sviterlər kimi onları da rahat şəklə salmaq vacibdir. Belə olduqda kostyum parçası zərif görünür, biçimi də dəyişir. Armani parçalar üzərində eksperimentlər aparır, fasonlarıı dəyişirdi. Onun modelləri, ilk növbədə azad sənət adamları - rəssamlar, artistlər jurnalistlərin, daha sonra geniş ictimaiyyətin diqqətini cəlb etdi. Bu işdə əlbəttə ki, qızğın məqalələr də öz rolunu oynadı. Cəmi bir neçə tutqun çalar, boz və palıdı rənglərin əlavə tonlarından istifadə etməklə Armani bənzərsiz yenilik yaratdı. Jurnalistlər ona təriflər yağdırırdı. Armaninin adı Fransa, İngiltərə, daha sonra Birləşmiş Ştatlarda dolaşdı. Əvvəllər mayka və futbolkalar və formasız pencəkləri bəyənən Hollivud ulduzları indi Armaninin modellərinə üstünlük verirdi. Xeyli keçmiş Versaçe də rəqabətə qoşuldu və bundan sonra hər şey başqa məcraya düşdü. Versaçe nəinki fərqli moda yaratdı, o, Armaninin modellərini tamamilə alt-üst etdi. Bundan başqa, Versaçe elə yaramaz toxluqda yaşayırdı ki, ona baxanda Armani özünü kələm və noxud həlimindən ibarət pəhriz saxlayan tərki-dünya bir rahib sanırdı. Qadın geyimləri məhz Armaninin modellərində zəriflik və ahəngdarlıq kəsb etdi. Armani modası xanımlara kraliça görkəmi verirdi, bu modellər gündəlik, yaxud iş yerinə geyinmək üçün də əlverişli idi. Canni Versaçe isə uyğun gələn, yaxud gəlməyən rəng tonlarını birləşdirir və heç bir ölçüyə sığmayan rəng çalarlarını modellərinə qatırdı. Bununla belə həmin paltarı Liz Herli “Oskar” mükafatı alarkən təntənəli mərasimə geyindi. Və nəhayət, çəhrayı, qırmızı, mavi və müxtəlif rəngdə kişi kostyumları şöhrətin zövqsüzlük təntənəsinə çevrildi - Versaçenin dostu, musiqiçi Elton Con onlarca belə kostyum alırdı. Adamlar arasında belə fikirlər də dolaşırdı: Elton Con evində güzgü saxlamır ki, özünə baxanda depressiyaya düşməsin. Versaçenin fanatları arasında layiqli adamlar da az deyildi. Şahzadə Diana onun modellərinin pərəstişkarı idi. Corco Versaçe ilə Armani arasında Hollivud ulduzları uğrunda əsl müharibə gediridi.; Versaçe ondan Liz Herli, Sindi Krouford, Silvestr Stallone, Ceyn Fondanı aldı. Armani Kevin Kostner, Codi Foster, Anjelika Hyüston və Tom Henkslə qaldı. Üstəlik, Erik Kleptonu da Cannidən alıb öz tərəfinə çəkdi. Hollivudda hər görüş, hər şou onların qarşıdurması, bir-birini inkar edən iki üslubun mübarizəsinə çevrilirdi. Armani düşünürdü ki, Versaçenin modellərinin əsasını şəhərdə küçələri dolaşan ləyaqətsiz qadınların paltarları təşkil edir. Çılpaq bədənlər və gen yubkalar, dərin dekoltelər - bütün bunlar nəzəri cəlb etməyi, seksuallığı gücləndirməyi nəzərdə tutan elementlər idi. Nə deməli, bəzən “Versaçe” yubkaları o qədər qısa olurdu ki, zalda oturan tamaşaçı maneken qızların alt paltarları müşahidə edə bilirdi. Hətta bir dəfə fotoqraf Klaudio Şifferi belə vəziyyətdə çəkmişdi. Naomi Kempbellin isə yubkasının altından heç nə geymədiyi məlum olmuşdu. Əlbəttə zal belələrini alqışlayacaq…
İkisi də qeyri-adi həyat sürürdü. Uşaqlıqda Armani qəşəng bir məktəbli qıza vurulmuşdu, amma bu vurğunluğun ömrü qısa oldu: velosiped sürən qız hərbi maşınla toqquşdu. Bu hadisə Armaninin həyatında ən dəhşətli xatirəyə çevrildi. Daha sonra Milanda tibbi təhsil alarkən Barbi gəlinciyinə oxşayan sarışın bir qızla dostlaşdı. İllər keçsə də dostları Armaninin o qıza necə göstərişlər verdiyini xatırlayır: “Saçını dara”, “Yubkanı düzəlt"… Yəni Armani elə o vaxtlar da perfeksionist (hər şeydə ideallıq, mükəmməllik axtaran - red.) idi və həmin qıza münasibətdə də buna önəm verirdi. Daha sonra Serco ilə dostlaşdı. Sonda ayrılsalar da onlar birgə işləyirdilər. Qaleotti QİÇS-dən dünyasını dəyişəndə Armani dərddən az qala dəli olacaqdı. Armani indiyədək Serconun şəklinj yazı stolunda saxlayır, könlündəki bu yara hələ də sağalmırdı. Armani şəxsi hisslərini başqalarına bildirmirdi, ictimaiyyət bunu ancaq duya bilərdi. Canni Versaçe isə tamam başqa adam idi. Bu adamın mehriban ailəsi vardı, belə ailələr İtaliyanın cənubunda yaşayanlara xas olur. Ata - ailənin patriarxı idi, Canni - yaradıcı, böyük qardaşı Santo - firmanın işlərini idarə edir, sevimli bacısı Donatella şirkətin reklam işləri ilə məşğul olur, şəxsi kolleksiyalarını yaradırdı. Hamısını birləşdirən nəslin mələyi, anasının xatirəsi idi. Milad bayramlarında ailə bir yerə cəm olur, bir-birini başa düşürdü. Hər şey çox gözəl idi, amma gözlənilmədən Donatella qardaşının çoxdankı sevgilisi Pol Beki əlindən aldı. Onlar evləndilər, Donatellanın övladları dünyaya göz açdı. Artıq ailə Milad bayramını yeni tərkibdə qeyd edirdi. Bu mövzuda çox söz-söhbət yayılsa da, Canni hər şeyi olduğu kimi qəbul edir, Donatella ilə Polun qızı Alleqranı öz balası kimi sevirdi. Hətta deyilənlərə görə, bütün varidatını onun adına vəsiyyət etmişdi. Armani ehtiyatlı adam idi, xoşagəlməz hadisələrdən qaçırdı. Bir ideya onu özündən çıxartdı: Versaçe ailəsi Milad bayramını qeyd edir, Versaçe yolkaya yaxın oturub, onun şərəfinə tostlar söylənir, keçmiş xatirələri yada salır, uşaqların başını tumarlayır - yaxşı, bəs görəsən bu ailə başqa nə barədə düşünür?
Corco Armani ev almağı xoşlayırdı, bu onun zəif cəhəti idi. Via Borqonuovo -21-də ev, Via Borqonuovo - 11-də - “Orsini” sarayı, Nyu-Yorkda, Parisdə - imarətləri, Pyaçensidə - “Rivarva” villası ona məxsus idi. Bununla belə, Armani bu kolleksiyaları ilə kifayətlənmək niyyətində deyildi və bu kolleksiyasındakı yeniliklərin hamısı onun zövqüncə yaradılmışdı. Yalnız bir neçə otağı keçmiş sahiblərinə ehtiram əlaməti olaraq olduğu kimi saxlamışdı. Bütün qəzetlər və TV kanalları xəbər yaydı: Versaçe - 5-ci avenyuda moda mağazası açacaq, mağazanın açılışına 750 adam dəvət olunub, royal arxasında Elton Con və Bon Covi olacaq. “New York Times” qəzeti “Cah-cəlal knyazı - Lorenso de Versaçe” məqaləsini ona həsr etdi. Məqalə Versaçeni Lorenso Mediçi ilə müqayisə edirdi. Həmişəki kimi Versaçe yanında cangüdən saxlamırdı. Odur ki Mayami-Biçdə baş verən hadisə barədə eşidəndə Armani təəccüblənmədi.
1997-ci ilin 15 iyul günündə Versaçe Mayami-Biçdəki “Kaza-Kazuarina” villasından çıxır, qəzet almaq üçün yaxınlıqda yerləşən kafeyə yanaşır. Armani ağlına sığışdıra bilmirdi: “çıxıb!” “təkcə!” “qəzet almaq üçün!”. Həmin vaxt dostu d’Amiko və onların ümumi tennis məşqçisi də kafenin yeməkxanasında kofe içirmiş. Qəfildən eşidilən güllə səslərinə bayıra atılan dostlar Versaçeni qan içində pillələrin üzərində yıxılıb- qalmış vəziyyətdə tapırlar. Bir az aralıda bir nəfər dostların nəzərini cəlb edir. Məşqçi cəld onun üstünə atılır, amma həmin adam əlindəki tapança ilə onu hədəlyib sakitcə maşınına tərəf gedir. Az bir zaman ərzində qatilin şəxsiyyəti müəyyənləşir: bu, silsilə qətllər törətməkdə məşhur olan 27 - yaşlı Endrü Fillip Kyunenen idi. Kyunenen Mayami-Biçə Minneapolisdən gəlmişdi. Orada o, iki sevgilisini öldürdükdən sonra birinin maşınına minib Çikaqoya gəlib və burada 75 - yaşlı milyonçu Li Miqlini qətlə yetirmişdi. Nəhayət, bundan sonra Liqlinin “Leksus"una minib Nyu-Cersiyə yollanmışdı. Burada Kyunenen qəbiristanlıq gözətçisi Uilyam Rizi öldürmüşdü. Növbəti qurban Versaçe olmalıydı: Kyunenen tarixə düşmək istəyirdi. Versaçenin dəfninin ertəsi günü Mayami-Biçdə lövbər salmış gəminin kayutunda Kyunenen özünə qəsd etdi. Əvvəlcə qatil sanki qeybə çəkildi, amma Federal Axtarış Bürosü qarış-qarış arayaraq, qatilin izinə düşdü. Asta addımlarla keçmiş rəqibinin tabutuna yaxınlaşan Armani düşünürdü ki, bu hadisə nə vaxtsa baş verməliydi. Versaçeni tale məhv etdi - belə hadisə taleyinə meydan oxuyan hər kəsin başına gələ bilər. Corco Armani çox kitab oxumamışdı, amma qədim yunanların alın yazısı barədə dedikləri yadında idi - böyük müvəffəqiyyətlər böyük bəlalara aparır, daim qalib gəlmək və öz uğurlarını nümayiş etdirmək olmaz. Əgər başqa cür yaşaya bilmirsənsə, cangüdən saxla, küçəyə tək çıxma. İnsanlarla münasibətdə sərhəd saxla. Xoşbəxt olduğunu yaxşı düşünülmüş maska arxasında gizlət… Armani yeriyir, özündən asılı olmayaraq addımlarını yavaşıdır, düşünürdü ki, aralarındakı rəqabət onun həyatındakı boşluğu doldururdu; bəzən özündən çıxan vaxtlar da olurdu, amma bunun özündə də bir gözəllik vardı. O, rəqibinə üstün gəlmək üçün onun qalib gələ bilməyəcəyi bir şey tapmaq istəyirdi. Bəs indi kim onu narahat edəcək? Sabah səhər yenə saat 6-da yuxudan oyanacaq, axşamdan keçənə qədər ofisdə olacaq, sonra televizora baxmaq və yatmaq üçün evinə qayıdacaq - yenə, sonra yenə, ildən ilə belə davam edəcək - onun üçün işıq sönənə qədər. Hər kəs cəhənnəmi özü yaradır. Endrü Fillip Kyunenen Armanidəki son güclü hissi məhv etdi, bu onu dünyaya bağlayan yeganə hiss idi. İndi onun nifrət etməli adamı yox idi, demək, yaşamağa dəyməzdi. Tabutun yanında dayanan keşiş Corco Armaninin gözlərində işartıyan yaşları sezdi və özlüyündə düşündü ki, bu iki modelyer arasında ədavət olduğu barədə car çəkənlər, həmişə olduğu kimi, hər şeyi şişirdirmişlər.
| ['Corcio Armani', 'Canni Versaçe', 'Versace'] |
4,722 | https://kayzen.az/blog/Aysel218/7600/ay%C4%B1n-13-be%C5%9Finci-g%C3%BCn.html | “Ayın 13 beşinci gün” | Aysel218 | Bloq: Aysel218 | 30 okyabr 2011, 22:56 |
“Ayın 13 beşinci gün” — bu ifadə hər bir insanda qismən olsa da daxili bir pis hissiyyat yaradır. Əsasən də eyni adlı bədii filmə baxanlarda. Çox insanlar bu gün çalışırlar ki, heç bir riskli işlərə girməsinlər. Onların fikrincə həmin gün uğursuz olacaq. Onda bir sual ortaya çıxır ki, il ərzində baş verən uğursuzluqlar da bu günlə əlaqəlidir? Əlbəttə ki, xeyr. Bu qorxu o qədər yayılıb ki, 13 rəqəmindən qorxmanın adı da var -Triskayedafobiya.13 Oktyabr 5ci gun - 1307ci ildə Vatikan Papası Klemenetin Səlib yürüşündın qayidan ve Mariya Maqdalenanin sirlərini gizlədən Cəngavərləri (Sionistler) öldürtdüyügündür
Ayın 13 beşinci gün -"şeytan günü"adlandırırlar. Bu günün belə qorxunc olması qədim zamanlardan gəlir. Bəzi versiyalara görə ayın 13 beşinci gün 12 əcinnə şabaşa yığılarmış və 13-cu isə iblis imiş.İncil mətnlərinin bəzi yozucuları əmindirlər ki, məhz bu gün Həvva və Adəm qadağan olunmuş meyvənin dadına baxıblar. Maraqlısı odur ki, həmin bu rəqəmdən qorxu əsasən xristian dövlətlərində geniş yayılıb. Amma indiki zaman bu bütün dünyaya yayılmaqdadır.Bəzi insanlarda bu qorxu hissi o qədər qabardılmış dərəcədədir ki, onlar hətta həmin gün evdən bayıraçıxmırlar.
| ['maraqlı faktlar'] |
4,723 | https://kayzen.az/blog/aforizmler/7598/ya%C5%9Famaq-haqq%C4%B1nda-aforizml%C9%99r.html | Yaşamaq haqqında aforizmlər | umud600 | Hikmət dənizi və aforizmlər | 30 okyabr 2011, 22:21 |
Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən - həyatın məqsədi məhz bundan ibarətdir. ( Cəlil Məmmədquluzadə )Yaxşı insan olmaq üçün həm yaxşı yaşamaq, həm də yaxşı yaşatmaq lazımdır. ( Oliver Kromvel: İngilis burjua inqilabı liderlərindən biri )Əslində, bu günlə yaşayan azdır, insanların çoxu gələcəkdə yaşamağa hazırlaşır. ( Conatan Svift: İngilis yazıçısı )Dəbdəbəli, parıltılı dünyada yaşamaqdansa, isti, kiçik və doğma bir aləmdə ömür sürməyi üstün tuturam. ( Artur Şopenhauer: Alman filosofu )Yaşadığımız hər günün dəqiqəsini özümüzə sərf etsək, gələcəyimiz üçün arxayın ola bilərik ( Mari Fransua Arue Volter: Fransız filosofu və yazıçısı )Hər ümidin puça çıxandan sonra yeni bir ümidə sarılmaqdır yaşamaq. ( Naməlum )
Uzun yaşamaq üçün deyil, düzgün yaşamaq üçün çalışmalıyıq. ( Litsi Anney Seneka: Qədim Roma filosofu )Hamımız yenidən doğulmalıyıq. Sonra bir daha da...bir daha da doğulmalıyıq. ( Bernard Şou )Nə qədər yaşayırsınızsa-yaşayın, ilk iyirmi il ömrünüzün ən uzun yarısıdır. ( Robert Sauti: İngilis yazıçısı )Biz elə yaşayırıq ki, sanki hər birimiz padşahıq. Bunun ucbatından dilənçiyə çevrilirik. ( Frans Kafra: Avstriya yazıçısı )Sən çörəyi yeyəndə, mən isə çörəyi verəndə yaşayıram. ( Naməlum )Arxada qoyduqlarımızın qəlblərində yaşamaq ölməməkdir. ( Donald Tomas Kampbel: Amerika sosioloqu )
| ['aforizmlər'] |
4,724 | https://kayzen.az/blog/logika/7591/a%C5%9Fa%C4%9F%C4%B1dak%C4%B1-%C5%9F%C9%99kl%C9%99-baxaraq-avtobusun-hans%C4%B1-istiqam%C9%99td%C9%99-h%C9%99r%C9%99k%C9%99t-etdiyini-m%C9%99ntiql%C9%99-mu%C9%99yy%C9%99nl%C9%99%C5%9Fdirin.html | Aşağıdakı şəklə baxaraq avtobusun hansı istiqamətdə hərəkət etdiyini məntiqlə muəyyənləşdirin? | faridik | Məntiq və IQ | 30 okyabr 2011, 18:40 | ['Məntiq'] |
|
4,725 | https://kayzen.az/blog/psixologiya/7589/g%C3%BCl%C3%BC%C5%9F%C3%BCm%C3%BCz-xarakterimizi-g%C3%B6st%C9%99rir.html | Gülüşümüz xarakterimizi göstərir | Nailə_Qasarayeva | Psixologiya | 30 okyabr 2011, 17:05 |
Dahi filosof Aristotel hesab edirdi ki, insanın xarakterini təkcə üzünə görə yox, həm də gülüşünə görə müəyyən etmək olar. Qoy sizin də kiminsə gülüş tərzini müşahidəniz onu daha yaxşı anlamağa və xarakterini öyrənməyinizə kömək etsin. Bir qayda olaraq, gülüşün səsi və tembri sait səslərlə müəyyən edilir. Demə,bizim bütün "hi-hi-hi" və "ha-ha-ha"larımızı gülüşümüzdə hansı saitin çoxluğundan asılı olaraq rahatca açmaq olar. Psixoloqlar təsdiq edirlər ki, bu üsulla insanın emosiyaları, onun səmimiyyəti barədə çox şey öyrənmək mümkünür."A" saitli (ha-ha) gülüş açıq, loyal, fəal, bəzən isə qeyri-sabit insanlara məxsusdur. Ürəkdən gələn bu gülüş coşqun sevinci ifadə edir, səsi kənara yayır. Şənlənən və nə özünə, nə də ətrafdakılara nəyi isə sübüt etmək istəməyən adamlar bu sayaq gülürlər. "A" saitli gülüş ən səmimi gülüş hesab edilir."E" (he-he) ilə gülənlər isə fleqmatiklər və melanxoliklərdir. Bu gülüş sanki ağızda gizlədilir və ətrafdakılara ünvanlanmır. Özünə inanmayan, hər şeyə şübhə ilə yanaşan insan belə gülür."İ" saiti (hi-hi) sadəlövh, müti və yaltaq kəslərin gülüşü üçün xarakterikdir. Hi-hili gülüş səmimi və ikiüzlü, nazlı və sadəlöhv də səslənə bilər. Adətən yaşından cavan görünmək istəyən qadınlar belə gülürlər.
"O" saiti (ho-ho) ilə xeyirxah və cəsur adamlar gülürlər. Bəzən isə belə gülüş rahatlıq və ya heyrəti də nümayiş etdirir. Çox vaxt nədənsə möhkəm incimiş insanın müdafiə reaksiyasını da ifadə edir. "O" saitli həm də səsin hündürlüyündən asılı olaraq tərslik və ya ələ salmaq istəyini ifadə edə bilər."U" saiti ilə (hu-hu) adətən təhlükəni öz təbəssümü ilə qarşılamağa cəhd göstərənlər gülür.Bu cür gülüş güclənən qorxunu, hürkünü ifadə edir.Mənbə: "Sağlamlıq" jurnalı.
Həmçinin bax: Gülmək faydalıdır
| ['psixologiya', 'xarakter', 'gülüş'] |
4,726 | https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/7587/%C5%9F%C3%BCbh%C9%99siz-inam.html | “Şübhəsiz” inam | faridik | İslami Hekayətlər | 30 okyabr 2011, 16:33 |
Namazlarını vaxtlı vaxtında camaatla məsciddə qılan, ALLAHa ürəkdən bağlı, çox təmiz qəlbli bir adam var imiş. Amma evi, çayın o biri tərəfində olduğu üçün hər vaxt namazına bir az gecikərdi. Çünki çayı sal ilə keçmək vaxtını çox aparırdı. Bir gün, getdiyi məsciddə bir xütbə dinləyir…
İmam deyir ki: ”ALLAHa elə inanıb elə sığınacaqsan ki, elə güvənəcəksən ki, hər işin asanlıqla həll olacaq. ”..Bismillah..” – de gir suya.. İnanki suda yeriyəcəksən…” deyə bir nümunə verir…
Adam bunu eşidincə çoox sevinir.
- Oh! – deyir. Xilas oldum artıq saldan, vaxt itirməkdən. Bismillah – deyib keçərəm qarşıya… Sevincindən içi içinə sığmır bu məsumun…
Eyni zamanda da içindən İmama acıyır ki, niyə indiyə qədər bunu ona söyləməyib. Həmin bu məsum insan İmam dediyi kimi də eliyir. Məsciddən çıxır və çayın sahilinə gəlir “Bismillah” deyir və suda yeriyib çayın o biri tərəfinə keçib gedir. Artıq arvadı da özü də çox xoşbəxt olurlar buna görə.
Bir gün xanımı deyirki : ”Sabah o İmamıda götür gəl yeməyə..! Gör bizə nə qədər yaxşılıq elədi o…”
“Olar”, deyir adam.
Sabahı gün məsciddən çıxanda yoldaşı dediyi kimi, İmamı evə dəvət edir, İmam razılığ verir. Çayın kənarına çatırlar.
İmam : “..Gözlə bir sal tapıb keçək çayı..” – deyəndə adam təəccüblənir. ”Nə salı İmamım..? Cümə günü sən demədinki “..Bismillah..” de və çayın üzərindən keç..! Mən o gündən bəri elə edirəm. Haydı keçək..”
İmam heyrət içində çaş – baş qalır… Bir müddət titrək ürəklə, qəmli baxır adama və deyir: “- Ah..! Kaş ki mənim imanım da, səninki kimi ” şübhəsiz” olardı.”
Necə xoşbəxt yaşayırsan inamın çoxdu sənin,
Bircə zərrə imanında gümanın yoxdu sənin..
| ['İslam'] |
4,727 | https://kayzen.az/blog/sevgi/7579/sevm%C9%99k.html | Sevmək. | cahandar | Sevgi | 30 okyabr 2011, 09:08 |
Mən elə hər kəsi sevmədim.! Hər sevirəm deyəni də içimə buyur etmədim.! İndi kimsə Mənə qalxıb da "NİYƏ" deyə soruşmasın... Onun qədər sevə biləcəyim bir ürəyə rast gəlmədim... Bizdə yaşamaq var, yalvarmaq əsla.! Sevmək var, aldatmaq əsla.! Sevməsini Bilmirsənsə sevmə, sevənə də xəyanət etmə, edənidə əsla bağışlama... Danışmaq istədiklərim qədər SƏSSİZƏM... Sözüm hamıya deyil .. NƏFƏS ALAN HƏR KƏSƏ.. EtibaR GMf
| ['Sevmək'] |
4,728 | https://kayzen.az/blog/kisiler/7578/ki%C5%9Fil%C9%99r%C9%99-bir-ne%C3%A7%C9%99-sehrli-m%C9%99sl%C9%99h%C9%99t.html | Kişilərə bir neçə sehrli məsləhət. | cahandar | Kişilər | 30 okyabr 2011, 09:03 |
* Xanımınızı başqalarının yanında tənqid etməyin.
* İmkan daxilində istədiyi kimi xərcləmək üçün xanımınıza ayrıca pul verin.
* Xəstə olduğu günlərdə ona xüsusi qyğı göstərin.
* Xanımınızın ev fəaliyyətini ananızın və ya başqa qohumlarınızın evdarlığı ilə müqayisə edib (onlardan üstün olan cəhətlərdən başqa) onu tənqid etməyin.
* Xanımınızı tərifləyin,onu bəyəndiyinizi göstərmək üçün əlinizə düşən fürsətlərdən istifadə edin.
* Sizə etdiyi xidmətə görə ona təşəkkür tməyi unutmayın.
* Evə gələndə xanımınıza salam verməyi,evi tərk edəndə isə onunla sağollaşmağı unutmayın.
* Xanımınızı onun xoşuna gələn adla çağırın.
| ['Kişilərə bir neçə sehrli məsləhət'] |
4,729 | https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/7576/daha-g%C3%BCcl%C3%BC-kimdir.html | Daha güclü kimdir? | umud600 | İslami Hekayətlər | 30 okyabr 2011, 00:09 |
Uca Allah yeri yaradanda yer fasiləsiz hərəkət edirdi. buna görə də Allah-Təala dağları yaratdı. Dağları yerə oturdunca yer sabitləşdi. Mələklər dağların gücünə heyran olub Allahdan soruşdular:-Ey Rəbbimiz, məxluqatın içində dağlardan daha güclüsü varmı?Allah-Təala da:-Bəli, dəmir,-buyurdu.Mələklər:-Ey Rəbbimiz, dəmirdən daha güclüsü varmı?-dedilər.Uca Allah:-Bəli, od,-buyurdu.
Mələklər yenə:-Ey Rəbbimiz, məxluqatın içində oddan daha güclüsü varmı?-soruşdular.Allah-Təala:-Bəli, külək var,-buyurdu.Mələklər:-Ey Rəbbimiz, məxluqatın içində küləkdən daha güclüsü necə, varmı?- deyə soruşunca Uca Allah belə buyurdu:-Bəli, var. Sol əldən xəbərsiz sağ əllə sədəqə verən bəşər övladı daha güclüdür.
| ['daha güclü'] |
4,730 | https://kayzen.az/blog/aforizmler/7574/pislik-haqq%C4%B1nda-aforizml%C9%99r.html | Pislik haqqında aforizmlər | umud600 | Hikmət dənizi və aforizmlər | 29 okyabr 2011, 23:37 |
Hər kəs ( Rəbbinin hüzuruna ) yaxşı əməllə gəlsə, ona bundan ( əməlindən ) daha yaxşısı verilər. Hər kəs pis əməllə gəlsə, ( bilsin ki) pis əməllər edənlərə ancaq əməllərinin cəzası verilər! ( Cəzaları pislikləri qədər olar, onlara heç bir haqsızlıq edilməz. ( Qurani Kərim )Pisliyin nə olduğunu bilməyən onun girdabına düşər. (Hz. İsa əleyhissalam )Pis insanlarla yoldaşlıq etmə, sonra xəbərin olmadan sənin xasiyyətin onun xasiyyətindən pis şeylər oğurlayar. ( Platon: Qədim Yunan filosofu)Pisliyi öyrənməyin yaş həddi yoxdur. ( Karl Lessinq: Alman boyakarı )Pisliyin içinə çox asanlıqla girmək olur, lakin çıxmaq çox çətin olur. ( Naməlum )Pisliyin sizə hakim kəsilməsinə imkan verməyin, əksinə siz özünüz pisliyi məhv etməyə çalışın. ( Napoleon Bonapart )Etdiyin yaxşılığı üzə vurmaq pislik etmək deməkdir. ( Jan Batist Kolbert: Fransa dövlət xadimi )Qorxu içində yaşamaq istəmirsənsə, pislik etmə. ( Alfred Kapus: Fransız yazıçısı )Yaxşı o kəs deyil ki, yalnız pislik etməsin, o gərək heç pislik barədə düşünməsin də. ( Demokrit: Qədim Yunan filosofu )Pisliyin azı-çoxu olmur - pislik elə pislikdir. ( Ezor: Qədim Yunan təmsilçisi )Alovu alovla söndürmək mümkün olmadığı kimi, pisliyin də qarşısı pisliklə alına bilməz. ( Şarl Bolder: Fransız şairi )Pislik tez-tez təntənə keçirir. Lakin heç vaxt qələbə çala bilmir. ( Jozef Ru: Fransız şairi )Pislik qapısını aralamağa dəyməz; taybatay açılar. ( Cənab Şəhabəddin: Türk şairi )Pis adam kömür kimidir - yandıtmasa da, qara yaxar. ( Anaxarsis: Qədim Yunan filosofu )
Ən xırda pislik pisliklərin ən pisidir. ( Mustafa Kamal Atatürk )Pis hökm verməyə adət edən insanlar itirənə qədər ovuclarının içindəki yaxşının fərqində ola bilməzlər. ( Sofokl: Qədim Yunan dramaturqu )
| ['aforizmlər'] |
4,731 | https://kayzen.az/blog/marketinq/1838/reklam,-marketinq-v%C9%99-sat%C4%B1%C5%9Fa-f%C9%99rqli-bax%C4%B1%C5%9F.html | Reklam, Marketinq və Satışa fərqli baxış | 2ral | Marketinq | 29 okyabr 2011, 18:05 |
“Marketing Communication” və ya Azərbaycan dilində Marketinq Əlaqələri dediyimiz anlayış öz içərisində əsasən beş vasitəni birləşdirir. Bu beş vasitə, Reklam, Satış Kampaniyaları, PR, Fərdi Satış və Birbaşa Marketinq olaraq adlandırılır. Bəs bunlara niyə “vasitə” deyirik? Çünki, yuxarıda adlarını saydığımız bütün anlayışlar məhsulla, marka ilə, firma ilə və s. istehlakçı və ya müştəri arasında əlaqələrin qurulması üçün vasitədir.
Reklam müştəriyə çatdırılmaq istənilən fikrin vizual, səsli və ya yazılı media vasitəsilə istehlakçılara çatdırılmasıdır. Satış kampaniyaları, müştərinin diqqətini çəkmək, onunla firma və ya marka arasında bir əlaqə qurmaq üçün lazım olan vasitədir. Fərdi Satış, firma təmsilçisinin tək-tək müştərilərlə görüşərək onlara firmanı və ya markanı tanıtması, ona mal satmağa çalışması və s. prosesidir. Yəni, bu da vasitədir.
Yuxarıda adları sayılanlar klassik marketinq nəzəriyyəsinin əsaslarını təşkil edirdi və demək olar ki, “Marketing Tools” olaraq istifadə olunan vasitələr idi. Ancaq, müasir dövrdə bu siyahı Word of Mouth Marketing, Guerilla Marketing, Mobile Marketing və s. ilə uzanıb və genişlənib. Bu siyahının uzunluğuna baxmaq üçün İnternetdən istifadə edə bilərsiniz.
Reklam müəyyən məbləğ ödənərək hər hansı bir məlumatın, hər hansı bir media vasitəsilə istehlakçılara çatdırılmasıdır. Reklamın məqsədi firmanın müştərilərinə çatdırmaq istədiyi fikri, mesajı və ya məlumatı kodlar vasitəsilə açıq və ya qapalı şəkildə müştərilərə çatdırmaqdır. Ancaq, bu cümləni oxuyan kimi fikirləşməyin ki, “gündə əlli dənə reklam görürük amma heç birinin nə demək istədiyini başa düşmürük”. Başa düşmürük çünki, ya içərisində kodlanmış hər hansı bir fikir yoxdur, ya da kod çətindir biz onu aça bilmirik. Kod nədir? Kod reklam verənin çatdirmaq istədiyi fikri qısa bir şəkildə müştəriyə göndərməsidir. Əslində bu kodların çətinliyi və asanlığı özü də digər bir məqalənin mövzusudur, ancaq yazını çox uzatmamaq üçün hələlik bu mövzuya toxunmuruq. Təəssüf ki, son dövrlərdə Azərbaycanda yayımlanan elə bir reklam yoxdur ki, onu əla reklam nümunəsi olaraq xatırlayaq. Ancaq, bir neçə gün əvvəl efirdə görünən bir “Porsche” reklamı barədə danışmaq istəyirik. Bu reklamda evdən qaçaraq çıxan bir qız göstərilir. Rahatlıqla başa düşülür ki, harasa tələsir. Dar küçədə saxlayan “Porsche”ni görüb yanında dayanır. Əllərini sürtür avtomobilə və yan-yörəsinə diqqətlə baxdıqdan sonra (ətrafda insan olub-olmadığına baxır), ətrafda heç kimin olmadığını görüb köynəyinin yaxasını açır və vücüdunu avtomobilə göstərir. Sonra tez yaxasını bağlayıb yoluna davam edir. Bəli, hər bir reklamda mesaj bu qədər açıq və dəqiq olmalıdır.
Bu reklam gözəl və əla reklamdır. Niyə? Gözəl reklamdır çünki, səviyyəsiz seksuallıq istifadə olunmayıb və insanın çox xoşuna gələ biləcək bir kadrdır. Demək olar ki, bu reklama baxan heç kim uzun müddət onu unutmaz. Əla reklamdır çünki, “Porsche”nin müştərilərinə çatdırmaq istədiyi fikir budur; Porsche ilə çox cazibədarsınız və qadınlar sizin qarşınızda dayana bilmir. Reklam kadrlarında bir dənə də olsun söz işlədilmir. Ancaq, fikri başa düşməyən bir dənə də olsun müştəri yoxdur. Diqqətli olun, “başa düşməyən müştəri” ilə “başa düşməyən insan” arasında çox böyük fərq var. Reklam verən firma bilməlidir ki, bu reklamı kimlər üçün hazırlayır, onun müştəriləri kimlərdir, fikri çatdırmaq istədiyi insanlar kimlərdir, onların təhsilləri hansı səviyyədədir, kodu aça biləcəklərmi və s. Bəlkə də “Porsche”nin reklamındakı kodu Marketinqlə maraqlanmasaydım mən də başa düşməzdim, ancaq əmin olun ki, Amerikadakı (reklam ABŞda yayımlanıb) “Porsche” müştəriləri bunu gözəl başa düşüblər.
Prosesi qısa olaraq yazsaq belədir; firma vermək istədiyi fikri kodlayır, media vasitəsilə müştəriyə çatdırır, müştəri reklamı eşidir və ya görür eyni zamanda, onu açır və ya açmır. Reklamın təsirlərindən bəhs etməyəcəyimizə görə, davamını yazmırıq.
Çünki reklamlardakı mesajların formatı, qısalığı-uzunluğu, azlığı-çoxluğu özü ayrıca bir məqalədir. Bəs, “yaxşı reklam” və “pis reklam” nədir? Bunu qarışıqlıq olmasın deyə maddələrlə göstəririk. Yaxşı reklam;
fikiri qısaca çatdırır
fikri açıq çatdırır, kodu açmaq çətin deyil
kimə müraciət etdiyi bilinir
niyə müraciət elədiyini və məqsədinin nə olduğu bilinir
görüntü və ya səs etibarı ilə diqqət çəkir və yadda qalır
bezdirici deyil
inandırıcıdır
Pis reklam;
yaxşı reklamda olanların heç biri pis reklamda olmur
nə demək istənildiyi başa düşülmür
Bunlar qısa və kobud şəkildə yazılsa da, onu deyək ki, bir neçə yüz səhifəlik Reklam Strategiyaları kitabları mövcuddur. Yəni, reklam bizim yazdığımız qədər sadə deyil. Əgər sadə olsaydı, bütün şirkətlərin uğurlu reklamları və reklam strategiyaları olardı. Azərbaycanda isə bir dənə də olsun “yaxşı reklam” nümunəsi yoxdur. Ancaq, inanırıq ki, ən qısa zamanda olacaq.
Marketinq və Satışa ümumi baxış
“Marketinq və satış arasındakı fərq nədir?” sualına cavab verməzdən əvvəl, cavab verməli olduğumuz iki əsas sual var; Marketinq nədir? Satış nədir?
Marketinqin nə olduğu haqqında mən əminəm ki, məndən əvvəl bu jurnalda çox dəyərli Marketoloqlar tərəfindən cavablar verilib. Həmçinin də, satış haqqında bunu demək olar. Ancaq, məsələyə daha sadə yöndən yanaşaraq daha çox ikisi arasında ortaq və fərqli cəhətlərə toxunacağıq.
Marketinq bir prosesdir. Müştəri üçün dəyər yaratmaq, onunla əlaqələr qurmaq və qarşılığında da dəyər əldə etmək prosesidir. Bu daha çox müasir marketinq fikrinin sahibi Filip Kotlerə aid bir yanaşma tərzidir.
Çox əhəmiyyətli fikirləri olan P. Druckerin fikrincə isə “Marketinqin məqsədi müştərini yaxşı tanımaq və onu öyrənməkdir ki, onun üçün özü-özünü sata bilən məhsul istehsal etsin”. Yəqin ki, buradan Marketinqin nə olduğunu bir az da dəqiqləşdirdik. Yəni, müasir marketinq konsepsiyasında bütün startegiyaların başında müştəri faktoru dayanır. Bunun nəticəsidir ki, artıq əvvəllər “mass marketing” deyilən anlayışın yerini artıq “individual customers” anlayışı alıb. Mass Marketing və ya Azərbaycan dilində kütləvi marketinq anlayışında, istehsal mühüm amil idi. İstehsalçı bir məhsulu istehsal edirdi və bütün marketinq fəaliyyətlərini istehsal etdiyi həmin malın müştərilərə tanıdılması, onların inandırılması və nəticədə də malın alınması istiqamətində yoğunlaşdırırdı. İndividual Customers və ya Azərbaycan dilində Müştəri fərdləri anlayışında isə istehsalçı əvvəlcə müştəri qruplarının ehtiyaclarını müəyyənləşdirir. Onun nə istədiyini tam olaraq öyrənir və ondan sonra məhsulu istehsal edir. Məhz bunun nəticəsidir ki, hazırda marketlərin rəflərində milyon çeşid məhsul görürük. Hətta, daha yaxın bir nümunə verək; Mobil telefonlar. Gözlərinizi yumub bir dəqiqə fikirləşsəniz, ağlınıza yəqin ki, ən az 10-15 fərqli model gələr.
İndi isə satış və marketinqin fərqlərinə keçək. Ayırmamışdan əvvəl birləşdirək ki, ayırandan sonra nəyi nədən ayırdığımızın fərqinə vara bilək. Satış marketinqin başının tacıdır. Bunu bu qədər sadə bir şəkildə birləşdirmək olar. “Coca-Colanın əfsanəvi Marketinq Müdüri” olaraq bilinən Sergio Zymanın fikrincə, marketinqin əsas vəzifəsi “mümkün olan ən baha qiymətə, mümkün olan ən çox miqdarda və mümkün olan ən sıx aralıqlarla satmaqdır”. Bəli, bütün növ Marketinq fəaliyyətlərinin tək məqsədi var; pul qazanmaq. Pul qazanmağın da bir yolu var, satmaq.
Bəs, Marketinq və Satışı bir-birindən necə ayırmaq olar?
Marketinq bir yol tapıb müştərini marketə qədər gətirir, hətta marketin içinə girməsini də o təmin edir. Elə buradaca satışın işi başlayır. Satış malı müştəriyə satır. Müştəri marketdən çıxdıqdan sonra yenə marketinqin işi başlayır. Marketinq öyrənməlidir ki, o müştəri yediyi dondurmadan, satıcının onunla rəftarından, marketin içinin dizaynından və s. razıdır yoxsa yox?
Bir cümlə ilə, başqa çox mühüm bir fərqə toxunmaq istəyirəm. Marketinqlə məşğul olan Marketoloqlarla, Satışla məşğul olan Satış Menecerləri (satış müdürləri və kordinatorları nəzərdə tutulur) arasındakı ən böyük fərq ondadır ki, Marketoloqlar müştərini məmnun edərək həmişə satmağı, Satışçılar isə ən qısa zamanda necə və nə yolla olur-olsun satmağı fikirləşirlər. Ən əsas fərqlərdən biri də budur.
Çox dəyərli oxucularımız arasında satışla birbaşa əlaqəli olanlar bəlkə də bununla razılaşmayacaq, ancaq onu da deməliyik ki, bunun belə olması da təbiidir, çünki firma rəhbəri ondan ancaq satış tələb edir.
Unutmayın, Marketinq bir şirkət üçün o qədər mühümdir ki, onu bir marketinq şöbəsinin öhdəsinə buraxmaq olmaz. Əmin olun ki, bu fikirlə razılaşmayan marketoloq yoxdur.
Mənbə Marketinq jurnalı
| ['marketinq', 'reklam', 'satış'] |
4,732 | https://kayzen.az/blog/turk-dili/5811/saitl%C9%99rin-t%C9%99l%C9%99ff%C3%BCz%C3%BC.html | Saitlərin tələffüzü | Ferro | Türk dili | 29 okyabr 2011, 12:21 |
Türk dilinin saitləri ilə Azərbaycan dili saitlərinin tələffüzündə əsaslı fərq yoxdur. Saitlərin qısa və uzunluğu da əsasən eynidir. Azərbaycan dilində olduğu kimi türk dilində də başqa dillərdən alınan bir sıra sözlərlə saitlər uzanır. Məsələn: aile, davet, alim, adalet, ceza, istiklal və s. Bununla yanaşı, yadda saxlamaq lazımdır ki, Azərbaycan dilindən fərqli olaraq türk dilində alınma sözlərdə saitlərin uzun və ya qısa tələffüzü sözün lüğət mənasını dəyişdirmək xüsusiyyətinə malikdir. Məs.:
adet (adət)
- ədəd
adet (aadət)
- adət-ənənə
ama (ama)
- amma
ama (aamaa)
- kor
şura (şura)
- bura
şura (şuura)
- şura (elmi)
hala (hala)
- bibi
hala (haalaa)
- hələ, indiyə qədər
Digər tərəfdən, türk dilində "ğ" hərfinin qalın saitlərlə heca qurduğu hallarda tələffüz edilməməsi həmin saitlərin uzun söylənməsini tələb edir. Bu bəzən türk ədəbi tələffüzündə diftonq meydana gətirir. Məs.:
dağ (daa)
- dağ
buğday (buuday)
- buğda
bağlaç (baalaç)
- bağlayıcı
yağmur (yaamur)
- yağış
soğuk (souk)
- soyuq
koğuş (kouş)
- hücrə
ağır (aır)
- ağır
ağız (aız)
- ağız
Bu qəbildən olan sözlərdə də saitlərin qısa tələffüzü bəzən sözün lüğət mənasını dəyişir. Məs.:
da (oda)
- otaq
o dağ (o daa)
- o dağ
ağaç (aaç)
- ağac
aç (aç)
- aç (açmaq feli)
sağlık (saalık)
- sağlıq, səhhət
salık (salık)
- xəbər, tövsiyə
"E" saiti. Bu türk dilinin nisbətən spesifik saitidir; iki danışıq səsinin "e" və "ə" səslərinin yazıda işarəsidir. "E" saitinin "e" və ya "ə" kimi tələffüzünün sabit bir qaydaya tabe olmaması, türk orfoepiyası ilə əlaqədar kitablarda qəti şəkildə müəyyənləşdirilməməsi həmin saitin səciyyələndirilməsini çətinləşdirir. Bununla yanaşı, "e" saitinin düzgün tələffüzü üçün aşağıdakı halları bilmək lazımdır. 1. "E" saitinin "e" səsi kimi tələffüz olunduğu yerlər: a) sözün əvvəlində:
ev - ev eş - həyat yoldaşı, tay ek - əlavə, şəkilçi elçi - elçi, səfir eylül - sentyabr ekim - oktyabr eyvallah - xudahafiz
b) iki və daha çox hecalı sözlərin ilk hecasında:
geniş - geniş keçi - keçi seyrici - tamaşaçı yeşil - yaşıl
c) Avropa dillərindən türkcəyə keçən sözlərin, insan və yer adlarının bütün hecalarında:
elektrik - elektrik telefon - telefon bisiklet - velosiped İsveç -İsveç enerji - enerji
2. "E" saitinin "ə" səsi kimi tələffüz olunduğu yerlər: a) Türk mənşəli, eləcə də ərəb və fars dilindən alınma sözlərin orta və son hecalarında:
anne (annə) - ana kardeş (kardəş) - qardaş teyze (teyzə) - xala erkek (erkək) - kişi ördek (ördək) - ördək mücadele (mücadələ) - mübarizə perşembe (perşəmbə) - cümə axşamı oğrenci (öyrənci) - şagird, tələbə yedek (yedək) - ehtiyat
b) samitlə bitən təkhecalı sözlərin əksəriyyətində:
ben (bən) - mən
sen (sən) - sən şen (şən) - şən ses (səs) - səs sert (sərt) - kar (məs., samit) pek (pək) - çox tek (tək) - tək ter (tər) - tər
c) Türk dilindəki şəkilçi, bağlayıcı və qoşmaların hamısında:
gelmek (gəlmək) - gəlmək evde (evdə) - evdə ile (ilə) - ilə önce (öncə) - öncə, əvvəl
Qeyd edək ki, türk dilindəki "ə" səsi Azərbaycan dilinin "ə" səsi ilə tam eynilik təşkil etmir. Türk dilində bu səs nisbətən qapalı tələffüz olunur. Əlbəttə, "e" saitinin sözdə "e" və ya "ə" kimi tələffüzü yalnız nitq qüsurudur və məna-fərqləndirici fonem xüsusiyyəti daşımır. Lakin bununla yanaşı, müasir türk dilində həmin səslərin müxtəlif fonemlər kimi çıxış edərək, sözlərin lüğət mənasını dəyişdirdiyi hallar da var. Məs.: el (el) - yad, el əl (əl) - əl bellemek (belləmək) - belləmək (yer qazmaq mənasında) bellemek (bəlləmək) - əzbərləmək, hesab etmək.
SAİTLƏRİN YERİ
Türk dilində a, e, i, ı, u, ü saitlərin sözün hər yerində əvvəlində, ortasında və sonunda işlənir. o, ö saitləri sözün yalnız ilk hecasında işlənir. Lakin bir neçə türkmənşəli və alınma sözlər müstəsnalıq təşkil edir (horoz, doktor, direktör, kriko, traktör və s.). Bu saitlər şəkilçilərin tərkibində də işlənmir. İndiki zamanın "yor" şəkilçisi müstəsnalıq təşkil edir. Şəkilçilərdə iştirak edən "e" saiti isə yalnız "ə" səsini verir. Azərbaycan dilində fərqli olaraq türk dilində sözün əvvəlində "ı" saiti işlənir, buna görə də həmin saitlə başlayan sözlərin tələffüzünə diqqət etmək, "i"ləşdirməkdən qaçmaq lazımdır. Məs.: ılık, ışık, ısıtmak, ırk (ilıq, işıq, isitmək, irq və s.).
Çalışmalar
1. Aşağıdakı sözlərdə "e" saitinin "ə" səsinin verdiyi halları müəyyənləşdirib altından xətt çəkin: ev, ek, ben, sen, geniş, eylül, bilmek, yeşil, kardeş, ördek, yedek, öğrenci, sert, tek.
2. Sözləri köçürün, uzanan saitlərin altından xətt çəkin və həmin sözlərin düzgün tələffüzünü öyrənin: Ama (amma), ama (kor), şura (şura), şura (bura), hala (bibi), hala (hələ), adet (adət), adet (ədəd) yağmur, soğuk, ağır, koğuş, bağlaç, oda, bazı, sağlık, salık.
Tapşırıqlar
1. Verilmiş sözlərdə dilarxası və dilönü saitləri tapıb, onların digər əlamətlərini yazın. baba, hala, Yılmaz, yılan, ilçe, okul, memur, ütü, ülke, öğretmen.
2. Verilmiş əlamətlərinə görə saitləri tapın. 1) incə, dodaqlanmayan, gen sait; 2) qalın, dodaqlanan, gen sait; 3) incə, dodaqlanan, dar sait; 4) qalın, dodaqlanmayan, gen sait; 5) incə, dodaqlanmayan, dar sait; 6) qalın, dodaqlanmayan, dar sait; 7) incə, dodaqlanan, gen sait; 8) qalın, dodaqlanan, dar sait.
3. "ı" saiti ilə başlayan aşağıdakı sözlərin mənalarını və düzgün tələffüzünü öyrənin. ılık, ışık, ırgat, ısırmak, ısı, ırk, ılıca, ısınmak, ıslık, ısmarlamak, ışın, ışıldak, ısrar.
| ['saitlər'] |
4,733 | https://kayzen.az/blog/sevgi/7558/m%C9%99n-itirdim,s%C9%99n-qazand%C4%B1n.html | Mən itirdim,sən qazandın..... | cahandar | Sevgi | 28 okyabr 2011, 22:27 |
Kaşki görsəm səni.Bitirə bilsəydim içimdəki həsrətini bu qədər çətin olmazdı hər şey.Necə olsa mən artıq öyrəşmişəm səni görməməyə.Məncə belə bacara bilərəm səni unutmağı..."Əgər hiss etsən ki,həyatından çıxmışam,mənə sənə geri dönməməyim üçün şans dilə..."Nələr yazmaq istəyirəm sənə bir bilsən.Tək bacardığım yazmaq olduğu üçün yenə də yazıram.Sənə bundan öncə də yazmışdım,bu dəfə də yazıram.Amma bu dəfə sonuncu yazımdı sənə.Bu yazdıqlarımla səni bitirirəm.Beynimdə,içimdə sənə son verirəm.Nə qədər davam edəcək bilmirəm amma səndən,sevgindən əl çəkmək istəyirəm.Mən səni özümdən və səndən xəbərsiz sevdim.Sən mənim üçün bir dənə idin.Sən tayı bərabəri olmayan biri idin.Mükəmməl idin gözümdə.Halbuki,mükəmməl biri yoxdur.Nə qədər gərçək,nə qədər yalansan...Və mən hər səfərində ən başdan başladım...Yenidən bir sondayam amma bu dəfə yenidən başlamağa gücüm yoxdu.... Artıq sənin də hamı kimi biri olmağını ya da heç kim olmağını istəyirəm.Səsini eşidə bilmək üçün telefona sarılmaqdan əl çəkmək istəyirəm...Adını eşitdiyimdə içim titrəyib,gözlərimin dolmasını istəmirəm artıq.Sənin mənim üçün adi bir insan olmağın bilirsən necə çətindir.Onsuzda mənim həyatımda asan olan nə var ki!?Səni içimdə öldürməyimlə sevməyim arasında bir fərq yoxdu.Çünki mən həmişə səninlə cəzalıyam.Heç sonu olmayan bir yolda səninlə gəzmək...Yeni çıxan bir filmi birlikdə izləmək...Saatlarca sənə sarılmaq...
Sadəcə bir dəfə olsun sənə sarılıb yatmaq...Bir sabah gözlərimi açdığımda səni yanımda görmək...Sən sevgimlə utanmağımı yaşatdığın üçün gərçəkdən sən "bir dənəydin"Bax buna görə imkansızlığına həmişə inandım!Mən tək qalıb səni düşünərkən,sən mənim hər şeyim olduğunda mən sənin üçün heç yox idim...Bu üzdən yalnızlıqlarım,ağlamalarım,həsrətlərim canını heç yandırmadı!Mənim tərəfimdəm sevilmək bəlkədə həyatında önəm verəcəyin ən son şey idi....Kaşki öz dünyamda bir zamanlar səni sevdiyimdən heç danışmasaydım.Sən məni heç sevmədin!Və mən indi sənin həyatından gedirəm!"Nə zaman yağış yağsa yolda səni gözləyəcəm.Nə zaman bir parfümeriya axtarsam sənin ətrini axtaracam.Nə zaman bir hovuz görsəm kənarında oturb səni gözləyəcəm demişdim"...Amma bacarmadım.Mən itirdim...Sən qazandın!Gəlmədin! Gəlsən bəlkə də başqa olardı ...Amma artıq mən də gedirəm...Əgər həyatından çıxdığımı hiss edərsən,mənə sənə geri dönməm üçün şans dilə...Və çox xahiş edirəm yağış yağdığında yolda dayanma..İslanma.Çünki mən çox islandım və necə acı olduğunu bilirəm...ƏLVİDA!
Bəzən itirdiklərimizin acısı o qədər ağır olur ki.Bacara bilməyəndə çox yanıram.Əslində nə çox itirdiyim var imiş.Dünəndə itirdim ondan qabaq da, hələ qarşıda itirəcəklərim məncə daha çoxdur.
Mənbə:Tac.az
| ['Mən itirdim', 'sən qazandın.....'] |
4,734 | https://kayzen.az/blog/sevgi/7556/sevir%C9%99m-s%C9%99ni.html | Sevirəm səni | cahandar | Sevgi | 28 okyabr 2011, 20:33 |
Sevirəm səni ! Deyim niyə ? Hər səhər duranda sənin adın gəlir dilimə !Hər düşünüb xəyallara dalanda , sənin xəyalın gəlir gözümün önünə..Hardasa gözel bir musiqi dinləyənda elə bilirəmki sanki bizimçün ifa olunur həmin musiqi ! Gecə yatanda səhər əlini tutmaq ümidi ilə yatıram.Gece yuxuma gələcəyini bilərək yatıram.Səhər sənə qovuşmaq diləyi ilə yatıram.Gülüşünü sevirəm.Sən güləndə elə bilki bütün dünyanı mənə hədiyyə verirlər.Səni sən olduğun üçün sevirəm.Sənsiz yaşaya bilmərəm.Çünki sən mənim sevdiyimsən.
Yalnız qalmağımı sevirəm ama.Niyə mi ?Çünki yalnız qalanda yalnızlıqda səni xatırladır mənə !Səni xatırlatdığı üçün Sənsizliyidə sevirem !Bilməlisənki hər an yanımdasan.Səni hiss etməyim,görməyim üçün səni bir anlıq düşünməm bəs edir mənimçün.Səni sevirem!Niyə mi ,Bir tək sən öyrətdin mənə, Sevgi uğruna göz yaşı tökməyi !Canından keçməyi ...
| ['sevirəm səni'] |
4,735 | https://kayzen.az/blog/turizm/3179/milan-%C5%9F%C9%99h%C9%99ri.html | Milan şəhəri | Bakinets | Turizm | 28 okyabr 2011, 13:12 |
Milan-dünyanın ən iri moda mərkəzlərindən biri
Əgər Roma İtaliyanın paytaxtıdırsa, Milan ən böyük italyan əyaləti olan Lombardiyanın paytaxtıdır. Milan İtaliyanın böyüklüyünə görə ikinci şəhəridir və ölkənin maliyyə-iqtisadi mərkəzidir. Sahəsi 182 km2, əhalisi isə 1,3 milyon nəfərdir. Şəhər dəniz səviyyəsindən 100 metr yüksəklikdə yerləşir. Uzun müddət alman «Maylənd» adlanan Milan sözünün mənası latın dilindən tərcümədə «düzənlikdə məskunlaşma» deməkdir. Milan eradan əvvəl 6-5-ci əsrlərdə qallar (fransızlar) tərəfindən salınıb. Uzun tarixi boyunca bütün Avropa işğalçıları Milanı idarə ediblər. Milan bir neçə dəfə Böyük Roma İmperiyasının paytaxtı olub. 1157-ci ildə Milan müstəqil olsa da, bu, uzun sürmədi. 1277-ci ildən 1500-ci ilə qədər növbə ilə Milanı Viskont və Sforts sülaləsi idarə edib. Elə bu dövrlərdə də şəhərdə bir sıra abidələr ucaldılıb. Milan şəhəri Armani və Versaçe kimi dünya şöhrətli dizaynerlərin vətənidir
Milan müasir dövrdə
Bugünkü Milan İtaliyanın işgüzar və sənaye mərkəzidir. Şəhərdə iri monopoliyalar, banklar, birjalar fəaliyyət göstərir. Milanda il ərzində dünyanın sənaye sərgiləri təşkil olunur. Milanda ən böyük beynəlxalq hava limanı - Malpens yerləşir. Həmçinin ölkədə ən yaxşı metro və dəmiryolu kommunikasiyası da buradadır. Milan əsl moda mərkəzidir. Dəbdəbəli Milan Armani və Versaçi kimi dünyaşöhrətli dizaynerlərin vətənidir. Buradakı iri moda evləri, mağazalar, autletlər bütün Avropadan şəhərə alıcı cəlb edir. Moda həvəskarları buraya ildə iki dəfə - yayda və qışda gəlirlər. Şəhərdə bankomatlar çoxdur, amma bir dəfəyə 250 avrodan çox pul çıxarmaq olmur. Bankların işləmə vaxtı hər banka görə fərqlidir. Ona görə pulunuzu hava limanından çıxan kimi dəyişsəniz, yaxşı olar. Banklara girəndə əlinizdəki paket və çantanızı mühafizə kamerasında qoymalısınız.
Milan şəhərinin görməli yerləri
Baxmayaraq ki, Milanın hazırkı zahiri görünüşü ötən əsrin ortalarında inşa edilən tikilərlə zəngindir, bu qədim şəhərdə çoxlu qədim yerlər var. Onları gəzmək üçün sizə bir neçə gün lazım olacaq. Milanın simvolu Duomo kilsəsi sayılır. Bura Avropanın ən böyük turist obyektlərindən biridir. Duomo kilsəsi böyüklüyünə görə dünyada dördüncü, Avropada isə üçüncü kilsədir. Kilsənin inşası 14-cü əsrdə başlamış və 19-cu əsrdə başa çatmışdır. Daha bir görməli yer Sforts sarayıdır. Saray adını hersoq Françesko Sforstsun adından götürüb. Milanın ən böyük və ən məşhur muzeyi Pinakoteka Breradır. 1809-cu ildə tikilən muzeydə hazırda məşhur italyan rəssamlarının 14-19-cu əsrlərə aid əsərləri saxlanılır. Burada yerləşən «La Skala» teatrı təkcə Avropada deyil, bütün dünyada məşhurdur. 1778-ci ildə kraliça Mariya Terezanın fərmanına əsasən tikilən teatr dünya şöhrətli minlərlə «qızıl» səs eşidib.
Milanda yemək-içmək
Milan müxtəlif kulinar istiqamətlərin qarışdığı şəhərdir. Hazırda şəhərdə mili mətbəxə qayıdış var. Milli mətbəxi sadə xörəklərdən ibarətdir ki, onları istənilən restoran və barlarda dadmaq olar. Milanda böyük diqqət yeməkdən əvvəl içilən spirtli içki aperitivə yönəlib. Bu içkidən sonra ilk xörək süfrəyə verilir: zəfəranlı qatı ət şorbası. İsti xörək olaraq isə Milanda, adətən kassaola yeyilir - donuzun qabırğa, quyruq, qulağından, kələm və digər tərəvəzlərdən ibarət selyanka. Daha bir məşhur Milan xörəyi Salame di Milano adlanır ki, bu, pendirin müxtəlif növlərindən və kolbasadan hazırlanır. Milan - pasxa çörəyi Panettonenin vətəni sayılır. Ən dadlı pasxa çörəyi, əlbəttə ki, Milanda bişirilir. Bu şəhərdə Maskarpone pendiri də çox məşhurdur, ondan əsasən krem və desertlərdə istifadə olunur. Heç bir Milan süfrəsini Qorqonzola pendiri olmadan təsəvvür etmək olmaz. Həmçinin masada fəsəliyə bənzər polento da olmalıdır.
Alış-veriş məsləhətləri
Paltar, ayaqqabı və bəzək əşyalarından başqa, Milandan mebel almaq həm xoşdur, həm də vacib. Dizayner şkafı, divanı, stol və stulu satılan mağazalar həddindən artıq çoxdur. Mebel sərgisi vaxtı (aprel ayının əvvəlləri) Milan dünya dizayn paytaxtlarından birinə çevrilir. Həmçinin Milandan parmezan pendiri, əntiq əşya, zeytun yağı, kitab, ətir, parça, yataq örtüyü, qab-qacaq, albom, qalstuk, kişmir şərf almaq məsləhətdir. Qaldığınız oteldən isə çətir və xələtləri götürə bilərsiniz. Bütün mağazalarda satıcılar ingilis dilində danışırlar, bəzi butiklərdə isə yapon dilindən tərcüməçi xidməti də göstərir. Son zamanlar rus dilində danışan satıcılar da çoxalıb ki, bu bizim işimizi bir az da asanlaşdırır. Milanda milad bayramından əvvəl (dekabrın 7-də) Müqəddəs Amvrosiy meydanında bazar təşkil olunur ki, burada cibinizə uyğun hər şey - əntiq əşya, geyim, gül və s. ala bilərsiniz. Hər şənbə günü təşkil olunan bazardan isə oğurlanmış velosipedlərdən tutmuş pirat kaset və disklərə qədər hər şey almaq olar.
Mənbə: ANSPRESS
| ['Milan', 'İtaliya'] |
4,736 | https://kayzen.az/blog/umud600/7546/biz-s%C9%99ni-oyaq-bilirdik.html | Biz səni oyaq bilirdik | umud600 | Bloq: umud600 | 28 okyabr 2011, 13:08 |
Qanuni Sultan Süleyman dövrü idi. İstanbulun kənar məhəllələrində yaşayan yaşlı bir qadın sultanın hüzuruna gəlmişdi. Yaşlı qadın evinin qarət edildiyini və buna da sultanın cavabdeh olduğunu deyib şikayət etdi. Bunu eşidib hiddətə gələn Süleyman: -Ey qadın, sən niyə belə dərin yuxuya getmisən ki, evin soyulanda heç nədən xəbərin olmayıb?-dedi. Yaşlı qadın:
-Padşahım! Məni bağışla, biz səni oyaq bilirdik. Ona görə evimizdə rahat yuxuya gedirdik,-dedi. Bunu eşidən Qanuni: -Haqlısan,-deyib qadının oğurlanan mallarının pulunu öz hesabından ödədi.
| ['Biz səni oyaq bilirdik'] |
4,737 | https://kayzen.az/blog/poeziya/7545/qar-kimi-%7C-n.k%C9%99s%C9%99m%C9%99nli.html | Qar kimi | N.Kəsəmənli | bahar | Poeziya | 28 okyabr 2011, 10:30 |
Qar kimi ağ gəldim,ləkəsiz gəldim,Səssizcə yağmışdım yollarına mən.Mən sənin ömrünə "bəlkə"siz gəldimYığıldın güc kimi qollarıma sən......Bitdi baxışların nəğməsi,sözü,Sükut qollarında gəzdirdi bizi......qar mənzərəsiSoyuqdur qar kimi ......nə deyim,düzü,-Bəlkə bu soyuqluq bezdirir bizi....İndi xatirənlə yanacağam mən,
Gülsən,gülüşünə bürünəcəyəm.Qar kimi ovcuna yağacağam mən,Qar kimi ovcunda əriyəcəyəm!.......Həsrətin qəlbimdə dinir tar kimi ,Nəğmələr dənizdir, vüsalın qayıq .Sən də, ay sevgilim ,getdin qar kimiQayıtsanqar kimi ləkəsiz qayıt!....
Soyuqdur qar kimi ......
qar kimi ləkəsiz qayıt!....Həmçinin bax:Nüsrət Kəsəmənlinin Yarı səndə,yarı məndə şeiri
| ['Poeziya', 'Nüsrət Kəsəmənli'] |
4,738 | https://kayzen.az/blog/umud600/7543/s%C9%99rv%C9%99tin-ke%C5%9Fik%C3%A7isi.html | Sərvətin keşikçisi | umud600 | Bloq: umud600 | 28 okyabr 2011, 01:21 |
Bir gün Peyğəmbərimizin səhabələri Onun zəkatın əhəmiyyəti ilə bağlı söhbətini dinləyirdi. Allah rəsulu: Zəkat mal və sərvətin mühavizəçisidir, qoruyucusudur,- deyəndə yanlarına bir xristian tacir gəldi. O, Rəsulullahın zəkat haqqında dediklərini axıra qədər dinlədi. Gedəndən sonra da bütün malını zəkat verdi. Bu xristian tacirin bir şəriki var idi.Ticarət üçün Misirə getmişdi. O dövrdə ticarət dəvə karvanları ilə aparılırdı. Karvanların yolunu kəsib malları talan edən quldurların sayı xeyli artmışdı. Peyğəmbərimizin zəkat haqqında dediklərinə qulaq asanda belə düşündü: " Əgər Məhəmmədin dedikləri düzdürsə, şərikim mallarla sağ-salamat qayıdar və mən də iman gətirib müsəlman olaram. Məhəmməd yalan deyib insanları aldadırsa, şərikim sağ-salamat qayıtmaz, malını talan edərlərsə, mən də qılıncımı çəkib Məhəmmədi öldürərəm". Bir müddətdən sonra şərikindən bir məktub gəldi. " Quldurlar karvanın yolunu kəsdi. Bizi soyub qaçdılar. Nə mal, nə pul heç nə qalmadı..." Məktubun ilk sətirlərini oxuyan xristian dərindən kədərləndi. Məktubu bir yandan oxuyur, bir yandan da qılıncına qurşanıb Peyğəmbəri öldürmək üçün yola çıxmaq haqqında düşünürdü. Verəcəyi qərar qətiləşmişdi ki, məktubun " Dostum, kədərlənmə..."cümləsinə çatdı, ...quldurlar karvanı kəsəndə, dəvələrimin yükü ağır olduğu üçün mən karvanın ən sonunda gəlirdim. Bizim mallarımıza heç nə olmadı, qurtulduq. Yaxında qayıdıram, salamat qal" Bu sətirləri oxuyandan sonra xristian tacir sevincdən özünü itirdi. Həzrəti Muhəmməd (s.ə.v.)haqqında düşündüklərinə çox peşman oldu, utandı və birbaşa Allah Rəsulunun hüzuruna gedib: -Ey Allahın Rəsulu! Mənə İslamdan danışın,-dedi. Nəbilər Nəbisinin bir neçə kəlməsindən sonra tacir iman gətirdi.
| ['Sərvətin keşikçisi'] |
4,739 | https://kayzen.az/blog/stil/3182/plastik-%C9%99m%C9%99liyyat.html | Plastik əməliyyat | Bakinets | Yaraşıqlı görünüş, gözəl imic | 27 okyabr 2011, 23:36 |
Estetik cərrahiyyəni təsadüfi olaraq «plastik» adlandırmırlar, çünki əməliyyatdan sonra pasiyentin üzü müəyyən dərəcədə təbiiliyini itirir. Plastik cərrahiyyə adını sintetik materialdan (plastika) yox, yunan sözü olan plastikosdan götürüb ki, mənası «forma vermək və ya təşkil etməkdir».
Üzdə plastik cərrahiyyə nəyə xidmət edir?
Plastik cərrahiyyə — üz və bədən quruluşunun korreksiyası və rekonstruksiyasıdır. Plastik cərrahlar pasiyentin xarici görünüşünü rekonstruksiya və kosmetik (estetik) cərrahiyyə vasitəsilə yaxşılaşdıra bilirlər. Deyirlər, plastik əməliyyatlar Qədim Hindistanda meydana gəlib. Orada cinayətkarların ağır əməllərinə görə burun uclarını kəsir və tez alnından dəri götürərək yenisini düzəldirdilər. O dövrdən plastik əməliyyata münasibət o dərəcədə dəyişib ki, indi insanlar buna öz razılığı ilə gedir və külli miqdarda pul ödəyirlər. İnsanda ən çox diqqət çəkən, əlbəttə ki, sifətdir. Üzün plastik əməliyyatı üzün toxuma və orqanlarının formasının dəyişdirilməsi, eləcə də onların yenilənməsidir (implantasiya). Amma bəzən əməliyyatdan sonra üzün harmoniyası zədələnə, təravət, təbiilik, cəlbedicilik itə bilər. Buna görə də düzgün ünvana, təcrübəli həkimə müraciət etmək lazımdır. Plastik əməliyyata müraciət etməzdən əvvəl yaxşıca düşünün:
Demək olar ki, bütün yeniyetmələr (və bir çox böyüklər) bədənlərinə və xarici görünüşlərinə birmənalı yanaşmırlar. Hər birimiz (hətta ən gözəl modellər belə) görünüşümüzdən müəyyən dərəcədə narazı qalır və nəyi isə dəyişdirməyə hazır oluruq. Xoşbəxtlikdən xarici görünüşə olan həddindən artıq hissiyyatlı münasibət insan yaşlaşdıqca keçir. Özünüzdən soruşun, sizə plastik əməliyyat lazımdır, ya siz ümumi standartlara uymaq və sadəcə, ətrafdakıların xoşuna gəlmək istəyirsiniz.
Yetkinlik dövründə bədən inkişafını dayandırmır. Həddindən artıq balaca və ya böyük görünən bədən hissələri zamanla harmoniyalı proporsiya qazanır. Məsələn, uşaqlıqda və yeniyetməlik dövründə iri və uzun görünən burun yaşlaşdıqca və üzün başqa cizgiləri formalaşdıqca tam yerində olur.
Gözəl bədən quruluşunun yaranması və onun qorunması plastik cərrah masasında deyil, idman zalında olmalıdır. Pəhriz və fitnes sağlamlıq üçün cərrah bıçağı və iynəsindən daha faydalıdır. Artıq çəkidən qurtulmaq üçün heç zaman plastik cərrahiyyəyə müraciət etməyin. Axı istənilən nəticəni əldə etmək üçün qeyri-cərrahi metodlar da az deyildir. Ola bilsin növbəti mədə anastomozu və ya liposaksiya ciddi pəhrizlə müqayisədə daha tez və effektiv həll yoludur. Amma hər iki əməliyyat istənilən pəhrizlə müqayisədə böyük risklə bağlıdır. Ona görə əməliyyata ən son həddə əl atmaq lazımdır.
Həssas insanlarda xarici görünüşlərini qiymətləndirmə emosiyalarla bağlı olur. Depressiyaya meyilli olanlar və ya xarici görünüşünü layiqincə qiymətləndirməyənlər bəzən düşünürlər ki, plastik əməliyyat onların bütün problemlərini həll edəcək. Bu, ciddi və təhlükəli yanılmadır. Onların problemi psixolojidir, ona görə belə insanlara plastik cərrahın yox, psixoterapevtin köməyi lazımdır. Bir çox cərrahlar yeniyetmələri, depressiyadan və digər psixoloji pozğunluqdan əziyyət çəkənləri emosional problemləri həll olunmayana qədər əməliyyat etməkdən imtina edirlər.
Statistikaya görə, hər il milyonlarla insan sifət cizgilərini gözəlləşdirmək üçün plastik cərrahiyyəyə müraciət edir. Əməliyyat prosedurunun müxtəlifliyinə baxmayaraq, hazırlıq 3 mərhələdən ibarətdir. Birincisi, özünü əməliyyata psixoloji olaraq hazırlamaqdır. İkincisi, səhhətinizin əməliyyata əlverişli olub-olmadığını müəyyənləşdirmək üçün laboratoriya analizlərinin və rentgen araşdırmalarının aparılmasıdır. Üçüncü mərhələ peşəkar plastik cərrahın istədiyiniz əməliyyatı edə biləcəyi və ya bilməyəcəyi barədə qərar verməsidir ki, bu da çox mühüm mərhələdir.
Plastik əməliyyatın növləri
Rinoplastika — burun əməliyyatı; blefaroplastika — göz qapaqlarının estetik əməliyyatı; rutidektomiya — üz toxumalarının dartılması; alın dərisinin dartılması; otoplastika-qulaqların plastik cərrahiyyəsi və saç əkilməsi.
Rinoplastika
Rinoplastika burnun forma və ölçülərinin dəyişməsinə yönələn əməliyyatdır. Əməliyyatdan sonra dəri örtüyü bərpa olunur. Rinoplastika həm estetik, həm də müalicə məqsədləri ilə aparılır. Əməliyyat iki formada aparılır: bəzi cərrahlar daxili rinoplastikaya üstünlük verirlər ki, bu da burnun daxildən kəsilməsidir. Çətin vaxtlarda isə “açıq” üsuldan istifadə olunur, bu zaman burun arakəsməsində “xarici” kəsmə aparılır. Əməliyyatdan sonra qanaxmanın qarşısını almaq üçün xəstənin burnuna tampon qoyulur. Sarğı 2-5 gün qalır və xəstə ağzıyla nəfəs alır. Bəzən isə buruna xüsusi hazırlanmış mühafizəedici örtük də qoyurlur. Bunlar gözə görünmür və əməliyyatdan 3 həftə sonra burundan götürülür. Əməliyyatdan 5-7 gün sonra xəstə əvvəlki vəziyyətinə qayıdır. İlk sarğı əməliyyatın ertəsi günü qoyulur. Şişkinlik və göz altında dəri rənginin dəyişməsi (göyərməsi) müşahidə edilir. Şişkinlik iki həftə ərzində keçsə də, toxumaların tam şişkinliyi 6 ay müddətində aradan qalxır. Bu prosedura heç bir qadağa qoyulmur, amma rinoplastikanı üzün formalaşması prosesinin sona çatmasına qədər etmək məsləhət deyil, yəni qızlarda 14 yaşdan başlayaraq, oğlanlarda isə daha yuxarı yaşlarda. Pasiyentin normal həyata qayıtması müddəti onun özünü necə hiss etməsindən asılıdır. Bəzi hallarda əməliyyat sonna 2-4 həftə ərzində eynək taxmaq məsləhət deyil, belə ki, bu nəticəni pisləşdirə bilər.
Otoplastika
Otoplastika qulaqda olan anadangəlmə və ya sonradan yaranan qüsurların aradan qaldırılmasına xidmət edir. Körpə uşaqlarda əməliyyat narkozla aparılır, yeniyetmə və böyüklərdə isə yerli keyləşdirmə yetərlidir. Əməliyyat, adətən 2-3 saat çəkir. Bəzi hallarda qığırdağın formasını dəyişmək üçün qulaq seyvanının arxasında kiçik kəsik olur. Əgər qulağın birində qüsur varsa, simmetriya olması üçün hər iki qulaq əməliyyat edilir. Qulaqlar uşaq yaşlarında 4 ilə tam formasını alır. Ona görə də otoplastika 4-14 yaşarası uşaqlarda aparılır. Bununla belə, yaş məhdudiyyəti yoxdur.Əməliyyatdan sonra bir neçə gün dərinin rənginin dəyişilməsi müşahidə edilə bilər. Xəstələrin əksəriyyəti əməliyyatdan 5 gün sonra gündəlik həyatına qayıdır. Bununla yanaşı, bir aya qədər qulağı zədələnməkdən qorumaq lazımdır.
Alın dərisin dartılması
Bu əməliyyatın 2 əsas metodu var: klassik və endoskopik. Adətən alın dərisinin dartılması əməliyyatına qadınlar və 40-60 yaşlı kişilər müraciət edirlər. Ancaq bu əməliyyatda yaş məhdudiyyəti yoxdur. Əməliyyat qırış və sallaq qaşlardan qurtulmaq üçün aparılır. Yüksək effekt almaq üçün bütün üz dərisinin dartılması məsləhətdir. Gözünün üstü sallaq olan şəxslərdə qaşların dartılması ola bilər ki, hər zaman istənilən nəticəni verməsin. Əməliyyatdan sonra kəsilən hissədə hissiyyat müvəqqəti itə bilər. Xəstə əvvəlki gündəlik vəziyyətinə 7-10 günə, bəzən isə daha tez qayıda bilir.
Bleforaplastika
Aşağı və yuxarı göz qapaqlarındakı artıq dəri və piylərin götürülməsinə yönələn əməliyyatdır. Göz qapaqlarının plastik cərrahiyyəsinin köməyi ilə gözaltı şişlərin, dərin qırışların, yuxarı göz qapaqlarının sallanmasının qarşısını almaq mümkündür. Göz əməliyyatı keçirmək üçün yaş məhdudiyyəti yoxdur. Adətən bu əməliyyatı 35 yaşdan yuxarı olanlar, xüsusilə də qadınlar keçirirlər, amma cavan yaşlarda da öz problemlərinizi həll edə bilərsiniz. Yuxarı göz qapaqlarının plastik cərrahiyyəsində xarici kəsik tətbiq edilir. Aşağı göz qapaqlarının plastik cərrahiyyəsi isə ya kirpik zonasında xarici kəsik vasitəsilə, ya da aşağı göz qapağının selikli qişasında daxili kəsikdən aparılır. Əməliyyatın birinci üç günü xəstə həkimin məsləhəti ilə göz damcıları, ağrıkəsicilərdən istifadə edə bilər. Birinci dörd həftə isə gözü zədələnmədən qorumaq lazımdır. Ay yarıma isə gözlər əvvəlki vəziyyətinə qayıdır. Blefaroplastika yüksək təqyiqli insanlara, göz quruluğundan əziyyət çəkənlərə, diabet, ürək-damar, qalxanvar vəzinin xəstəliyi zamanı əks göstərişdir. Tikişlər 5-7 gündən sonra açılır. Əməliyyatın ikinci günündən etibarən göz üçün xüsusi hərəkətlər edilir. İlk həftələr isti duş qəbul etmək, intensiv seksual münasibətlər məsləhət deyil. Toxumanın şişkinliyi və göyərmələr yavaş-yavaş keçir (2-3- həftə ərzində). Son nəticə isə 1,5 ay ərzində qiymətləndirilməlidir.
Rutidektomiya
Üz dərisinin dartılması əməliyyatı iki hissədən ibarətdir: dərialtı qırışların və digər dərialtı toxumaların dartılması və ya yağ və piydən təmizlənmiş dərinin dartılması. Üzün dartılması üçün dəridə kəsimlər də ola bilər. Dərinin kəsilməsi başın saç hissəsindən, qulaq seyvanının arxasından başlayır. Əməliyyatdan sonra qulaq seyvanının arxa hissəsində kiçik drenaj qoyula bilər ki, qanda olan artıq maddələr təmizlənsin. Bu da 1-2 günə təmizlənir. Sonra tənzif sarğı qoyulur, ertəsi gün isə açılır. Üz dərisinin dartılması əməliyyatını, adətən 40-55 yaşlı kişi və qadınlar keçirirlər. Ola bilər digər yaş hədlərində də effektiv nəticə alınsın. Əməliyyatdan bir neçə gün sonra dərinin hissiyyatı azala, üz rəngi solğunlaşa bilər. Birinci üç gündə üz toxumalarının əvvəlki vəziyyətini alması üçün masaj və fizioterapiya prosedurları məsləhət görülür. Son nəticələr isə bir-iki aya özünü göstərir.
Saç köçürülməsi
Əməliyyat saçların donor sahəsindən tükü tökülmüş hissəyə köçürülməsindən ibarətdir. Bu, qraft (üzərində bir neçə tük olan balaca dəri hissəsi) adlanan transplantatların köməyilə həyata keçirilir. Qraftlar forma və ölçüsünə görə müxtəlif ola bilər — yumru qraft (10-15 tük), miniqraft (2-4 tük), mikroqraft (1-2 tük), həmçinin 30-40 tükdən ibarət qraft. İriölçülü qraftlar donor sahədən polad nazik borucuq formasında olan xüsusi alət vasitəsilə ayrılır. Digər növdə olan qraftlar isə cərrah bıçağı ilə kəsilir. Lazımi nəticə əldə etmək üçün saç köçürülməsi aralarında bir neçə ay fərq olmaqla bir neçə mərhələdə həyata keçirilir. Ortalama olaraq bir mərhələdə iriölçülü 50 qraft, mini və mikro ölçüdə isə 700 qraft köçürülür. Əməliyyatdan sonra baş yuyulur və cunayla sarınır. Bəzi hallarda 1-2 günlük sarğı bağlanır. Hər növ saç köçürülməsində pasiyentin öz saçından istifadə olunur. Boyun ardında və yan tərəflərdə sağlam saçı olanlarda əməliyyat daha uğurlu alınır, çünki donor sahə kimi məhz bu sahələrə müraciət olunur. Şəkərli diabet, qan laxtalanması pozğunluğu və dəri xəstəliyi olanlara bu əməliyyat əks göstərişdir. Sarğı əməliyyatdan1 gün sonra, tikişlər isə 7-10 gün sonra sökülür. 3 həftə ərzində fiziki yüklənmədən, alkoqol qəbulundan, isti duşdan, intensiv seksual əlaqədən uzaq olmaq lazımdır.
Həmçinin bax: Azərbaycanda estetik əməliyyatlar
| ['plastik əməliyyat', 'estetik əməliyyat'] |
4,740 | https://kayzen.az/blog/diplomatiya/5907/diplomat-nec%C9%99-olmal%C4%B1d%C4%B1r.html | Diplomat necə olmalıdır? | rokfeller | Diplomatiya | 27 okyabr 2011, 20:55 |
Diplomat öz həmvətənlərinin - uğurlu biznesmenlərin, istedadlı inzibatçıların və dövlət məmurlarının - bütün keyfiyyətlərinə malik olmalıdır. Ancaq, bundan başqa, diplomatiya çox şeyi - başqa ölkələri, başqa mədəniyyətləri və cəmiyyətləri, eləcə də onların inkişaf mexanizmlərini və həyat fəaliyyətlərini başa düşməyi tələb edən fəaliyyət növüdür. Diplomat adamları sevməli və onlarla səmimi qəlbdən maraqlanmalıdır. Diplomat üçün vacib olan peşəkar biliklər və şəxsi keyfiyyətlər aşağıdakı şəkildə ifadə olunar.
Xüsusi biliklər
Öz ölkəsi haqqında dərin biliklərə və anlayışa malik olmaq onun coğrafiyasını, tarixini və mədəniyyətini, siyasi, ictimai, iqtisadi və demoqrafik quruluşunu və institutlarını, insani və iqtisadi ehtiyatlarını, kənd təsərrüfatını, sənayesini, maliyyəsini qısa desək, xarici siyasətin prioritetlərini müəyyən edən şeyləri bilmək deməkdir. Başqa ölkələr və onun ölkəsinin üzv olduğu regional təşkilatlar, eləcə də müasir və potensial çox qüdrətli dövlətlər haqqında mümkün qədər tez qavranılmış belə biliklərə və anlayışlara malik olmaq. Beynəlxalq əlaqələrin mexanizmlərini və proseduralarını bilmək. Bunun üçün aşağıdakıları bilmək vacibdir: diplomatik missiyaların və konsul məntəqələrinin geniş dünya şəbəkələrini, onların funksiyalarını, təcrübələrini və quruluşlarını; ticarət və maliyyə təsisatlarının geniş dünya şəbəkəsini və onların necə fəaliyyət göstərdiklərini; Birləşmiş millətlər Təşkilatını və başqa hökumətlərarası fəaliyyət göstərən ümumdünya və regional, beynəlxalq siyasi, ictimai və iqtisadi əməkdaşlıq institutlarını, eləcə də dövlətlər arasında davranış qaydalarını müəyyən edən beynəlxalq ictimai hüququ; beynəlxalq institutların fəaliyyətini tənzimləyən qanunvericiliyi. Onun yuxarıda deyilənlərdən az olmayan dərəcədə, kütləvi informasiya vasitələri inqilabının (media-inqilabı) ictimai və siyasi nəticələri barəsində təsəvvürü olmalıdır.
Peşə bacarıqları
Danışıqlar və gündəlik diplomatiya bacarığı Müşahidə, analiz və məruzələr hazırlamaq bacarığı Nümayəndəlik bacarığı Missiyanı idarə etmək bacarığı
Kommunikativ bacarıq və ictimai diplomatiya bacarığı Fərqli mədəniyyətlərin tutuşdurulması ilə bağlı bacarıqlar
Şəxsi keyfiyyətlər
Siyasi biliklər Şəxsi səmimilik və həssaslıq Əqli maraqcıllıq və öyrənməyə canatma
Əqli çoxcəhətlilik Liderlik Əməli zəka Demək gərəkdir ki, əla diplomat üçün tələb olunan yuxarıda sadalanan keyfiyyətlər bir kişiyə yaxud qadına - adi bir adama az-az hallarda xas olur; bu biliklər və tələblər daha çox onların öz işlərində can atmalı olduqları məqsəddir.
Müəllif Ralf Corc Felthem Mənbə Diplomatın stolüstü kitabı
| ['diplomat peşəsi', 'diplomat'] |
4,741 | https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/7540/yem%C9%99yini-da%C4%9F%C4%B1dan-qonaq.html | Yeməyini dağıdan qonaq | umud600 | İslami Hekayətlər | 27 okyabr 2011, 19:46 |
Həzrəti İbrahim (ə.s.) 160 yaşına gəlmişdi. Günlərin bir günü özündən iki yaş böyük bir qoca ilə qarşılaşdı. Qocanın ayaq üstə durası halı yox idi. Hz.İbrahim (ə.s.) onu evinə dəvət etdi və ona süfrə açdı. Birlikdə yemək yeməyə başladılar. Lakin yaşlı qonaq heç cür yemək yeyə bilmirdi. Üstəlik köməyə də razı olmurdu.Yeməyi gözünə , burnuna soxur, arada da ağzına apara bilirdi. Əli-üzü, üstü-başı tamam yeməyə bulaşmışdı. Elə bir yeməyi o yox, yemək onu yemişdi. Hz.İbrahim(ə.s.) ona baxıb: -Ey yaşlı qonağım, niyə belə edirsən? İcazə ver, sənə kömək edim. -Ey İbrahim, bunlar qocalığın əlamətləridir. Səni incitmək istəmirəm, məni bağışla. -Yaxşı, bəs neçə yaşın var?
-Yüz altmış iki yaşındayam. Həzrəti İbrahim(ə.s.) fikrə getdi. Qoca iki il özündən böyük idi. Əllərini qaldırdı və:" Allahım! Mənim bu hala düşmədən canımı al," deyə Uca Allaha dua etdi. Çox keçmədən yeməyini yeyə bilməyən, üst-başına dağıdan yaşlı qonaq dəyişilməyə başladı. Həzrəti İbrahim(ə.s.) ona diqqətlə baxanda qarşısında ölüm mələyi Həzrəti Əzraili gördü. Əzrail əsl simasını aldı və dedi: Ey İbrahim, vaxtın gəldi. Duan qəbul edildi.Uca Allahın hüzuruna çıxma zamanıdır. Mən də bu vəzifəni yerinə yetirmək üçün gəldim. Əzrail əleyhissalam Həzrəti İbrahimin yanına yaşlı qoca simasında gəlmiş və ölümü öz dili ilə istəsin deyə Allaha dua etdirmişdir.160 yaşında vəfat edən İbrahim əleyhissalam Şam bölgəsində Xəlilür-Rəhman qəsəbəsində dəfn edilmişdir.
| ['Yeməyini dağıdan qonaq'] |
4,742 | https://kayzen.az/blog/q%C9%99dim-%C5%9E%C9%99rq/7481/q%C9%99dim-%C5%9F%C9%99rqd%C9%99-tarixin-ba%C5%9Flan%C4%9F%C4%B1c%C4%B1.html | Qədim Şərqdə tarixin başlanğıcı | luminat | qədim Şərq tarixi | 27 okyabr 2011, 17:47 |
Diplomatiya tarixi öz başlanğıcını dövlətlərarası münasibətlərin yarandığı dövrdən götürür. Bu mənada dövlətlər e.ə. IV minilliyin ortalarından etibarən tarix səhnəsinə qədəm qoymuşdur. Dövlətlərarası münasibətlərin erkən dövrlərində bunlar əsasən hərbi-iqtisadi xarakterli olmuşdur. Diplomatiya bir elm sahəsi kimi XVI-XVII əsrlərdən etibarən formalaşmağa başlasa da, daimi peşə kimi XVII əsrin sonu XVIII əsrlərdən etibarən təşəkkül tapmışdır. Dövlətlər meydana gəldiyi vaxtdan bir-biriləri ilə müxtəlif xarakterli münasibətlərdə olmuşlar ki, bunlar müəyyən ənənələrəəsaslanmışdır. Həmin adət vəənənələrin üzərində müasir beynəlxalq hüquq elmi təşəkkül tapmışdır.
E.ə. XV yüzilliyə aid edildiyi hesab olunan və Misirdə aşkarlanan El-amarn yazıları təqribən 500 ədəd kitabdan ibarət olub, həm təsərrüfat xarakterli, həm də nomlararası xarakterli münasibətləri öyrənmək üçün əhəmiyyətlidir. Diplomatiya tarixi bir elm sahəsi kimi götürülsə də, bu əslində tarix elminin bir hissəsi kimi mövcud olmuşdur. Məlum olduğu kimi, elmlər öz təsnifatına görə Aristotelə borcludular. «Tarixin atası» Herodot yunan-iran müharibələrinin tarixini işləyərkən dövlətlərarası münasibətlərə xüsusi diqqət yetirmişdir. Beynəlxalq münasibətlər tarixinin müasir dövrləşməsi tarixi dövrləşməyə uyğundur. İlk mərhələ kimi quldarlıq dövrü diplomatiyası götürülə bilər ki, xronoloji baxımdan bu dövr e.ə.IV minilliyin II yarısı - Misir nomlarının siyasi ittifaqa çevrilməsindən Roma quldarlıq imperiyasının süqutuna qədər (b.e. 476-cı ilinədək) davam etmişdir. Feodalizm dövrü beynəlxalq münasibətləri V-XVIII əsrin ortalarına qədər davam etmiş və bir neçə mərhələdən keçmişdir. İntibah dövrü xadimlərindən Flavio Biyondo və Lorensa Vallua orta əsrlər dövrü kimi XII əsrin ortalarına qədər olan mərhələni götürsələr də və bu beynəlxalq münasibətlərin bir sıra problemlərinin qoyuluşu baxımından düzgün olsa da, dövlətlərarası münasibətlər epizodik xarakter daşıdığına görə, konkret mərhələ kimi qəbul edilə bilməz. XVIII əsrin II yarısından başlanan dövr I dünya müharibəsinin sonuna qədər davam edir və 2 mərhələyə bölünür. Bu elə dövrdür ki, beynəlxalq münasibətlər təşkilatlanır, daimi səfirlik institutu yaranır. Ənənələrə əsasən həmin institutun imtiyazları beynəlxalq hüquq elminin tələbləri baxımından məcəlləşdirilir.
I dünya müharibəsinin sonundan başlanan dövr müasir beynəlxalq münasibətlər dövrü kimi qiymətləndirilə bilər və üç mərhələyə bölünür:
1.1918-1945-ci illər. 2.Soyuq müharıbə epoxası 1946-1990-ci illər 3.XX əsrin 90-cı illərdən müasir dövrdək
Qədim Şərq diplomatiyasını öyrənmək üçün qaynaqları 2 qrupa bölürlər. Arxeoloji və yazılı qaynaqlar. Fransız arxeoloqu de Morqan XIX əsrin 80-ci illərində Suz kitabxanasını, ingilis arxeoloqu Corc Smit isə buradan 30000 gil kitabəni aşkaryır. Assur dövlətinin şərq ölkələri ilə münasibətlərinə dair faktlar aşkara çıxarıldı. Yazılı qaynaqlar isə əsasən yunan və roma qaynaqlarından ibarət olub epizodik xarakter daşıyırdı.
Qaynaqlara görə, Misirdə erkən dövlət birləşmələri e.ə.IV min I yarısında meydana gəlmiş dini, hərbi, siyasi birliklərdən ibarət olan nomlar olmuşdur. Tədricən normaların birləşməsi prosesi cənub vəşimal padşahlarının yaranması başa çatmış və e.ə. III minillikdə paytaxtı Memfis olan qədim Misir şahlığı meydana gəlmişdi. Qədim, orta, yeni şahlıq dövrlərinin fironları - Tutmoslar və II Ramzes Misir şahlığının hakimiyyətini orta Mesapatomiyaya qədər yaya bilmişdir. Xüsusilə II Ramzesin apardığı müharibələr uğurlu olmuşdu. E.ə. XIV əsrdə Misir giksos tayfalarının yürüşlərinə məruz qaldı. Giksos çarı Fivi mühasirəyə alaraq firondan təslim olmağı tələb etdi. Bu tələb tarixdə ilk ultimatum hesab olunur. Nəticədə Fiv tutulur, orta Misir çarlığı süqut edir.
Elə bu dövrdən etibarən siyasi tarixə Assuriya kimi cəngavər dövlət daxil oldu. Aşşur dövlətinin yaranması e.ə. XXVIII əsrə aid edilir. Lakin XIV əsrdən etibarən Aşşur çarlığı Mespatomiyanın siyasi xəritəsinə ciddi dəyişikliklər gətirməyə başladı. Bu isə həm Het, həm də Misir çarlığını narahat etməyə bilməzdi. Assuriyanın işğalları ilk dövrdə Misir qoşunlarının müqaviməti üzündən ciddi əhəmiyyət kəsb etmirdi. Misir fıronları Mesapatomiyanın şimalına-Zaqros dağlarına hücumlarına ara vermirdi. Bu isə Het çarlığı ilə 17 il davam edən müharibəyə səbəb oldu. Nəhayət Misir fironu II Ramzes və Het çarı III Xattuşil müharibəni dayandırdılar və müqavilə imzaladılar. Müqavilənin mətnindən aydın olur ki, həmin sənəd II Ramzesin çarlığının 17-ci ilində imzalanıb. Müqavilə 3 hissədən ibarətdir. Giriş hissədə hökmdarların titulları sadalanır, sazişin əhəmiyyəti qeyd olunur. Müqavilənin mətni II hissədə verilib. Burada sazişə gələn tərəflər arasında iqtisadi və siyasi əməkdaşlıqdan bəhs edilir. Siyasi əməkdaşlıq bilavasitə Assuriyaya qarşı çevrilmişdi. Müqavilənin son hissəsində götürülmüş öhdəliklərin pozulacağı təqdirdə allahların qəzəbindən bəhs edilir. Misir və Het çariçaları da öz aralarmda saziş bağladılar. Saziş bəzək əşyalarının mübadiləsi ilə əlaqədardır.
Dövlətlərarası münasibətlərin qiymətləndirilməsi, yaranmış ənənələrin öyrənilməsi baxımından Aşşur dövlətinin xarici siyasəti xüsusilə diqqətəlayiqdir. Bu dövlət təxminən e.ə.VIII-VII əsrlərdə qədim Şərqin cəngavər dövlətləri arasında olub və Babil çarı Hammurapidən sonra Mesapatomiyanın birləşməsinə nail olan II böyük dövlət olmuşdur. E.ə.VIII-VII əsrlərdə bütün Mesapatomiya Aşşur çarlarına tabe olmuş, dövlətin paytaxtı əvvəlcə Aşşur, sonra Nineviya şəhəri olmuşdur. Aşşur çarları Mesapatomiyanı birləşdirərkən iki üsuldan istifadə etmişlər. Aşşurnasirpal və Aşşurbanipal ayrı-ayrı ərazilərin başçılarına müraciət edərək onları Aşşur çarlarına tabe olmağa çağırırdılar. Aşşur şahları bunu onunla əlaqələndirirdilər ki, birlikdə olanda qonşuların hücumundan qorunmaq və müvəffəqiyyətli müharibə etmək mümkündür. I Salmanasarın nəslindən olanlar isə əsasən işğalçılıq yürüşlərinə fikir verirdilər. Tarixdə ən qədim hərbi koalisiyalardan biri 618-616-cı illərə aiddir ki, Midiya və yeni Babil hökmdarları birləşərək Aşşur dövlətinin varlığına son qoymuşlar.
Ədəbiyyat:
Yusifov Y. Qədim Şərq tarixi. B., 1995
«Beynəlxalq münasibətlər tarixi» fənninin proqramı (bakalavr təhsil pilləsi üçün). B., 2005
Авдиев В.И. Военные история древнего Египта. т.2. М., 1959
Авдиев В.И. История Древнего Востока. М., 1970
Гередот. История в девяти книгах. Л., 1972
Дьяконов И.Н. Общественный и государственный строй древнего Двуречья (Шумер). М., 1959
История дипломатии. II изд., т.I. М., 1959
История дипломатии. СПб, М., 2005
История древнего мира. Древний Восток. т.,1, М., 1989
История древнего мира. Ранняя древность. т.1, М., 1982
История Древнего Востока / Под ред. В.И.Кузищина. М., 1979
Литература Вавилиони и Ассирии. М., 1981
Межгосударственные отношения и дипломатия на Древнем Востоке. М., 1987
Никифоров В. Восток и всемирная история. М., 1977
Программа курса «История Древнего Мира». М., 1981
Хрестоматия по истории Древнего мира / Под редакции В.Г.Боруховича. Саратов, 1973
Müəllif: A.N.Abbasbəyli, S.Z.Yusifzadə Mənbə: BEYNƏLXALQ MÜNASİBƏTLƏR TARİXİ (ən qədim dövrlərdən XIX yüzilliyin 70-ci illərinin sonuna qədər) dərsliyi,Bakı 2009
| ['qədim Şərq', 'qədim dövrün tarixi'] |
4,743 | https://kayzen.az/blog/bahar/7539/%C5%9Fam-mikay%C4%B1l-m%C3%BC%C5%9Ffiq.html | Şam/ Mikayıl Müşfiq | bahar | Bloq: bahar | 27 okyabr 2011, 17:10 |
O,alışır hər axşam
Düşünür tək,yanır tək.
Həsrətləmi yanır şam,
Göz yaşları tökərək.
Deyin neçin o laldır,
Bu dilsizlik nədəndir?
Deyin bu nə sualdır?
Hansı bir sinədəndir?
Ah!Bu şamın ürəyi
Alışdıqca hər gecə,
İnsan oğlu şam təki
Bəzən yanır gizlicə.
O gizlicə yanır ki,
Yerdən ucalsın bir az,
İnsanın dərdi var ki,
Onu açıb - ağartmaz.
| ['Poeziya', 'Mikayıl Müşfiq'] |
4,744 | https://kayzen.az/blog/etiket/7538/g%C3%B6r%C9%99s%C9%99n-ab%C4%B1r-n%C9%99dir-ki,onu-da-itir%C9%99l%C9%99r.html | Görəsən abır nədir ki,onu da itirələr? | cahandar | Etiket və nəzakət qaydaları | 27 okyabr 2011, 09:48 |
Dünən avtobusda əyləşərkən dayanacaqda qəribə bir hadisənin şahidi oldum. Sonradan aydın oldu ki, sən demə bir qadın avtobusa çatmayıb, buna görə də orada dayanan kişinin üstünə qışqırır ki, gördün qaçıram, niyə avtobusu saxlamadın. Nə yaşından, nə də ətrafdakıların qınayıcı baxışlarından utanmayan "qadın", "gül" ağzını bir açdı ki, gəl görəsən. Kişi də onunla sözləşmək istəmədiyindən, əvvəlcə kənara çəkildi. Gördü yox, qadın dayanmır. O da başladı mübahisəyə ki, sən kimsən mən sənin üçün avtobus saxlayım, anamsan, bacımsan, nəyimsən? Bəli, elə bir söhbət başladı ki, nə Azərbaycan mentalitetinə, nə qadınlıq qüruruna, nə də kişilik qeyrətinə sığmırdı. Görəsən çox yox, 20 il əvvəl belə hadisə baş versəydi nə olardı? Yenə də belə həyasızlıqmı olacaqdı? Abır, həya... İlk dəfə bu sözü mən uşaq olanda eşitdim. Məclisdən qayıdan nənəm dedi ki, filankəs lap abrını itirib, həyasızlaşıb. Mənə maraqlı gəldi ki, görəsən abır nə olan şeydir ki, onu itirirlər. Nənəmdən soruşanda bunları dedi: "Həya adamın pis söz və davranışlardan utanması və uzaq dayanmasıdır. İnsan, əsasən də qadın hər zaman öz ləyaqətini, abrını qorumalıdır". Axırda dedi ki, Allahdan diləyim budur ki, hamını bu bədbəxtlikdən qorusun. Mən o zaman yenə başa düşə bilmədim ki, bədbəxtlik bunun harasındadır. Lakin böyüyə-böyüyə nənəm demiş, belə abırsız insanlar və onların gətirdiyi bədbəxtliklər daha çox qarşıma çıxmağa başladı. Biri də elə dünən. Nə isə... Bu gün elə bir zəmanədə yaşayırıq ki, yad adamlar bir tərəfə, ata-balanı, bacı-qardaşı, dost-dostu öldürür, var-dövlətini əlindən alır, evindən çıxardır. Elə bir zəmanədə yaşayırıq ki, insanlar dünyaya övlad gətirməkdən qorxurlar. Bəs bu aqressivliyə səbəb nədir? Var-dövlət hərisliyimi, azad respublikada yaşamağımızmı, qərbə inteqrasiyamı, nədir bizi bir-birimizi incitməyə vadar eləyən, həyat şəraitini çətinləşdirən. Bəlkə bunları hamısı bir yerdə? Məsələnin dərinliyinə baxanda görürük ki, bütün problemlərin kökündə əslində abır-həyanı itirməyimiz durur. Çünki həya fərdi deyil, ictimai bir məsələdir. Baxın, tək bir nəfər məmurun həyasızlığı nəticəsində nələr baş verir: Xaliqin bir kəlməsi ilə var olan torpaqda Onun Evinə yer tapılmır, dünyadakı bütün gözəlliyi bircə "Ol!" kəlməsi ilə var eləyən Yaradanın çağırışı olan "Azan"ın səsi batırılır, Onun əmrinin yerinə yetirən insanların başından hicabları açılır. Bu gün öz biliyindən əlavə, abırı, mərifəti ilə müəllimlərindən "afərin" almış hicablı qızın əvəzinə, dükandan adicə çörək alanda kalkulyatorla hesab əməliyyatı aparan, "şortik", "dekolte" geyinən "gözəli" yüksək maaşla işə götürülür. 20 il əvvəl saçının qabağını "zayavka" elədiyi üçün dibindən kəsən qardaşın oğlu, bu gün qadınların çarşabını açır, yerlə sürüyür. Elm üçün Bağdada gedən babanın nəvəsi, bu gün Azərbaycanın ən saf, ən təmiz insanların timsalında hacı mövsümləri, vaqifləri, zülfüqarları... tutur.
Gör nə günə qalmışıq ki, abır-həya geridəqalmışlıq sayılır, belə insanlarla rastlaşdıqda da deyirlər ki, "rəhmətliyin oğlu, heç elə bil bu dünyanın adamı deyil". Necə də yanlış təsəvvürdür? Məgər abırlı olmaq bu dünyanın insanına xas olan bir xüsusiyyət deyilmi? Axı Yaradan bizi bu dünyaya göndərib ki, axirətdə əlimizdə azuqə olsun və bunu qazanmağın yollarından biri həyadır. Yazıqlar haradan bilsin? Dindən elə qaçırlar ki, elə bil oddan qaçırlar. Elə bilirlər ki, din onların azadlığını əlindən alır. Ey azadlığı açıq-saçıq geyimdə, söyüşlərlə olan sözləri əyə-əyə danışmaqda, ata-anaya cavab qaytarmaqda, içki içməkdə, narkotik çəkmədə görən biçarə. Azadlığın elə İslamda olduğunu anlayacaqsınız. Amma onda gec olacaq. Çünki artıq dönüşü olmayan dərin bir bataqlıq girdabına yuvarlanmış olacaqsınız. Bir düşün. Sən özünə hörmət eləməsən, başqası sənə necə hörmət eləyəcək? Əgər səndə sağlam fikir, inanc, həya duyğusu olmasa, nəfsinə və şeytanın pis təlqinlərinə necə qalib gələ bilərsən? Unutma ki, Allaha imanı möhkəm olan və həya duyğusunu itirməyən insan yaxşılıq və gözəlliklərə yönələr, bu dünya onun üçün cənnətə çevrilər. Əksinə, şeytana məğlub olana isə həyat cəhənnəmə çevrilər, bugünkü kimi hətta dünyaya uşaq gətirməkdən qorxar. Müəllif:Emilya Tağıyeva
| ['Görəsən abır nədir ki', 'onu da itirələr?'] |
4,745 | https://kayzen.az/blog/islam-v%C9%99-qad%C4%B1nlar/7537/xan%C4%B1m%C4%B1n-%C9%99r%C9%99-ita%C9%99ti-vacibdir.html | Xanımın ərə itaəti vacibdir | Ferid_Zeynalli | İslam və qadınlar | 27 okyabr 2011, 00:59 |
İmam Baqir (ə) buyurub: "Allahın rəsulu (s) qurban bayramı gününün əsr çağında dəvəsinə minib Mədinədən kanara çıxmışdı. Yol üstündə bir dəstə qadına rast gəldi. Ayaq saxladı, onlara müraciətlə dedi: "Ey qadınlar, sədəqə verin və ərlərinizə itaət edin. Sizin əksəriyyətiniz cəhənnəm əhlidir". Bunu eşidən qadınlar ağlamağa başladılar. Bu qadınlardan biri dedi: "Cəhənnəmdə kafirlər olacaq. Biz ki, kafir deyilik". Allahın peyğəmbəri (s.a.a.) buyurdu: "Siz ərlərinizin hüquqlarına kafirsiniz". ("Əl-əmali", c. 14, səh. 126, h. 3)
İmam Sadiq (ə) buyurub: "Əgər bir qadın gündəlik vacib namazlarını qılsa, ramazan ayında oruc tutsa, Həccə getsə, ərinə itaət etsə, İmam Əlinin vilayətini qəbul etsə, istədiyi qapıdan cənnətə daxil olar". ("Əl-əmali", c. 14, səh. 113, h. 4)
Hədislərdən məlum olur ki, məqsəd ərlərinə itaət etməyən qadınlardır. Buna görə də əksər qadınların cəhənnəmə getməsi mütləq mənada qəbul edilməməlidir. Yəni əgər əksər qadınlar İmam Sadiqin (ə) buyurduqlarına əməl eləsələr, inşallah, cənnətə gedəcəklər. Kişi müəyyən hədd daxilində qadını hicab bağlamağa məcbur edə bilər. Əgər qadın yenə də hicab bağlamasa, kişi ona evdən çölə çıxmağı icazə verməyə bilər. Əgər qadın ərin sözünə qulaq asmayıb, evdən çıxarsa, kişi onun nəfəqəsini (zəruri xərclərini) ödəməyə bilər.
| ['islam hökmləri'] |
4,746 | https://kayzen.az/blog/daily-problems/7530/iyirmi-q%C9%99piklik-m%C3%BChazir%C9%99.html | İyirmi qəpiklik mühazirə | Nailə_Rzayeva | Gündəlik həyatın çətinlikləri | 26 okyabr 2011, 22:59 |
Yağışlı Bakı gecəsində qarşıma çıxan dilənçi qarının qaməti, alınmayan bir ömrə verilmiş, yorğun “niyə?“ sualına bənzəyirdi. Yağmurun səsi çətirli, papaqlı adamların addım səsinə qarışmışdı; ayaqqabıların taqqıltısı yağışın ritmindən gah geri qalırdı, gah da irəli qaçırdı. Qarı dayanmadan eyni cümləni təkrarlayırdı: “Allah yolunda...” Nədənsə, mənə elə gəlirdi ki, onun cümləsi yağışın ritmindən nə geri qalır, nə də irəli qaçır, əksinə, peşəkar, virtuoz musiqiçilər kimi, yarım not belə, yanlışı yoxdur. Cibimdəki bütün qəpikləri çıxardıb qarıya verdim... Çünki yadıma bir tələbəm düşmüşdü...Mən universitetdə müəllim işləyirəm. Qəribə peşədir. Lövhənin önündə dayanıb, hərəsi ölkənin bir yerindən gələn tələbələrə mühazirə oxumağı, həm də bir yandan əsəblərimi qorumağı, deyəsən, get-gedə öyrənirəm. Səhər metrodan çıxıb universitetə gedəndə, yolumun üstündəki parkda əyləşib, məcnun-məcnun siqaret çəkən tələbəmin asfalta zillənmiş gözlərinin kədərini, universitetə çatıb onun sevdiyi qızı sinifdə rəfiqəsiylə pıçıldaşan görəndə anlayıram. Öz tələbəliyim yadıma düşür, əhvalım dəyişir. Jurnalı yazıb dərsə başlayıram. Bir azdan “məcnun” da təşrif buyurur. İcazə istəyir: “Müəllim, bağışlayın gecikdim. Olar keçim?“ Qaşlarımı çatıram, üzümü turşuduram, oğlanı danlamağa başlayıram. Ürəyimdə ayrı cür düşünüb, dildə ayrı şey deyirəm. Məsələn, dildə deyirəm: “Sən həmişə gecikirsən, nə vaxt məsuliyətli olacaqsan?“, ürəyimdə isə fikirləşirəm : “Zalım oğlu, vaxt gedir, gecikirsən. Yaxınlaş qıza, denən ki, səni sevirəm! Burda çətin nə var axı...“ Ürəyimdəki gileyi, dilimdəki tənqidi bitirən kimi oğlan dillənir: “Müəllim, siz tələbə olmamısınız heç...” Bütün tələbələrin ən sevimli müdafiə sözünü eşidən kimi, mən də öz növbəmdə bütün müəllimlərin klassik cavab atəşini açıram: “Olmuşam, amma sizin kimi yox!” Sonrasa “axırıncı dəfə olsun, keç əyləş” – deyirəm. İçimdən isə kədərli bir səs dillənir: tələbə olmağına olmuşam, amma sən o qıza yaxınlaşıb “sevirəm səni” deyə bilməsən, deyəsən, heç vaxt müəllim ola bilməyəcəm.Mənim vərəqdən mühazirə oxumaqla qəti aram yoxdur, daha çox praktiki məşğələləri sevirəm. Əksər dərslərdə ya öncədən müəyyən etdiyim mövzuda, ya da sərbəst mövzuda uşaqlardan nəsə yazmağını istəyirəm, sonra isə hərə öz yazdığını oxuyur və biz başlayırıq yazını müzakirə etməyə. Vaxt az olduğundan hamının yazısını dinləmək imkanı olmur. Buna görə də mən həmin dərsdə oxunmayan yazıları evdə oxumaq üçün götürürəm.Evdə yazı masam üstündəki bu səlisəqiz, tələsik xəttlə qaralanmış bəyaz vərəqlərə alışmışam. Yazıların üstündə qrup nömrələri, adlar, soyadlar. Hər nömrənin arxasında bir ab-hava, hər adın içində bir gələcək, hər soyadda bir tale...Müzakirələr zamanı uşaqları idarə etmək çətinləşir. Enerjiləri aşıb-daşan tələbələr hərəsi yerdən bir fikir deyir. Bu zaman mən sakitliyə nail omaq üçün əlimdəki qəpiyi masaya vururam. Müvəqqəti atəşkəs əldə olunan kimi sözü bir-bir fikir demək istəyən tələbələrə verirəm. Bir dəfə qəribə bir əhvalat baş verdi.Sakitlik üçün əlimdəki qəpiyi yenə masaya vururdum və birdən ön sırada əyləşən tələbə qızlardan biri ağlamağa başladı. Bütün sinif susdu. Yaxınlışıb soruşdum ki, nə olub, nə problemin var? “Heç, – dedi, – müəllim, qəpiyi masaya vurmayın da, nolar...” Onun nə demək istədiyini anlamadım, sual verib aydınlaşdırmaq istəmədim. Çünki elə məhrəm səbəb ola bilərdi ki, sinifdə deyilməsi naqolay vəziyyət yaradardı. Aradakı gərgin atmosferi dağıtmaq üçün uğursuz bir zarafata əl atdım: “Mən də elə bildim, tapmısan ki, Fatmagülün suçu nə imiş...” Bütün sinif gülüşdü, o qız da.Həmin gün uşaqlara “Qorxu” mövzusunda nəsə yazmağı tapşırmışdım. Vaxt çatmadı deyə, qəpik səsindən ağlayan qızın yazısına qulaq asa bilmədim.Onun yazdığını və digər oxunmayan yazıları evdə oxumaq üçün götürdüm. Axşam yazıları oxumağa, əlbəttə ki, birinci onun yazısından başladım:
“Mövzuya necə başlayacağımı bilmirəm. Atamla anam ayrılıblar. Çoxdan olub, lap çoxdan. Məni anam böyüdüb, indi də onunla qalıram. İndi yazmaq istədiyim əhvalat çoxdan olub, lap çoxdan. Atam hər gün içib evə gəlirdi. Hər dəfə balaca bir səhv tapıb anamı döyürdü. Mən qışqırırdım, ağlayırdım, amma atam dayanmırdı. O vaxt mənə elə gəlirdi ki, yəqin atamın yumruqlarının, təpiklərinin səsində mənim hıçqırığım eşidilmir, ona görə daha bərk çığırırdım. Nəticə dəyişmirdi. Anamın üzü-gözü, bədəni çox vaxt gömgöy olurdu. Bir dəfə qonşularımızdan biri anam xəstə yatanda bizə gəlmişdi. Anama iynə vurdu, dərmanları verdi. Gedəndə qapımızın ağzındakı divardan asımış güzgünü yerindən çıxartdı. Köhnə, lazımsız əşyaları hara qoyduğumuzu soruşdu. Yerini göstərdim. Güzgünü ora qoydu.Ağlamsındı , çıxdı getdi. Müəllim, bu çoxdan olub, lap çoxdan. Onda bilmədim ki, niyə güzgümüzü qonşu qadın çıxardı. İndi bilirəm. Qonşumuz anamın bədənindəki yaraları, gömgöy yerləri gördüyü üçün belə etmişdi. Axı mənim anam da qadındı, adamdı və o da güzgüyə baxanda özünü yaxşı görmək istəyir. Amma dediyim kimi bunlar çoxdan olub, lap çoxdan. Atamın anamı döyməyindən çox qorxurdum. Məndə o illərdən səslərə qarşı qəribə bir qorxu qalıb. Uzaqdan atamın ayaqqabısının səsi gələndə bütün bədənim əsirdi. İstəyirdim ki, anamı aparıb qonşumuzun güzgümüzü gizlətdiyi yerdə gizlədim. Müəllim, indi dəhlizdən dekanın ayaq səsləri gələndə, yağışlı günlərdə pəncərəmizi yağış damcıları döyəcləyəndə elə bilirəm ki, atam gələcək və yenə anamı döyəcək. Amma bunlar çoxdan olub, müəllim, lap çoxdan. ”Yaxşı ki, çoxdan olub, lap çoxdan...O qızın yazısını oxuyandan sonra mənim üçün mətnin səliqəsizliyi başqa məna qazandı. Titrək əllər, həyəcan, qorxu...İlahi, bu qız, semestrin əvvəlindən, mənim masaya vurduğum qəpiyin səsinə necə dözürmüş?Demək, mən qəpiyi masaya aramsızca vurduqca, sinifdə sakitlik yaransa da, bir qızın içində sərxoş bir kişi bir qadını döyürmüş, bir qız uşağı başı əllərinin arasında ağlayırmış.Həmin gün, həmin yazının oxuyandan sonra ağlıma axmaq bir fikir gəldi. Təhsil Nazirliyindən icazə alıb, rektorluğu razı salıb bütün auditoriyalara böyük-böyük güzgülər asmaq. Biz – kişiləri içib qadınlarını döyən, övladları qorxaq, başıaşağı, utancaq böyüyən ölkənin adamları bir-birimizin üzünə ancaq Facebook profilində baxa bilirik, elə deyəsən, öz üzümüzə də. Uzaqda, çox uzaqda bəlkə də bax elə indicə, hansısa qadın güzgüsüz bir divara baxıb saçlarını darayır, balaca bir qız qulaqlarını tutub ki, heç nəyi eşitməsin, çünki uzaqdan, lap uzaqdan sərxoş bir kişinin, qəpiksəsli addımları yaxınlaşır... Yox, bunlar çoxdan olub, lap çoxdan...Yağışlı Bakı gecəsində qarşıma çıxan dilənçi qarının qaməti, alınmayan bir ömrə verilmiş, yorğun “niyə?“ sualına bənzəyirdi. İslanan adamlar qarının yanından tələsik, əsəbi addımlarla uzaqlaşırdılar. Yağışın parkda yaratdığı gölməçə-güzgülərdə özümə baxmaq istədim, alınmadı. Çünki yağış sakit-sakit parkın döşəməsindəki “güzgülər”i güllələyib çilik-çilik edirdi. İpək tükləri tamam islanmış qonur bir pişik əsə-əsə parkın döşəməsindəki “güzgü”yə baxır, o “güzgü”dəki titrəyən əksini yalayırdı. Mən bunları düşünürkən dilənçi qarının düz yanımda bitdiyini gördüm. Dilindən o yarımçıq cümlə qopdu: “Allah yolunda...”. Əlim cibimdəki qəpiklərə dəyəndə onlar cingildədilər və mən diksindim. Tələsik, cibimdə nə qədər qəpik vardısa, hamısını dilənçi qarının ovcuna qoydum. Düşündüm ki, ay qarı nənə, ay “niyə ?” sualına dönmüş dilənçi nənə, bəlkə də bizim həqiqətlərimiz sənin yarımçıq cümləndəki həqiqətin yanında 5-10 qəpiklikdi. Şəhərdə, yağışda, siqaretimi sümürə-sümürə bir saat gəzdikdən sonra, metroya üz tutdum. “Sahil” metrosunun çıxışında o qarını yenə gördüm. Mən girişə doğru addımlayanda gördüm ki, o qarı çıxışdan içəri girmək istəyir. Çıxışda qəzet-jurnal satan kişinin səsini qulaqlarım aldı. “Ay xala, ay Ayna xala, yenə səhv salmısan, bura çıxışdı!..” Qarı astaca çevrilib, geri qayıtdı. Qəzet almaq adıyla satıcı kişiyə yaxınlaşdım. Soruşdum: “Bu çıxışdan girmək istəyən xalanın adını necə dediz?” Satıcı kişi məni başından edərcəsinə: “Aynadı, Ayna... Ayna xala!“ – dedi.
Müəllif: Qismət Rüstəmov
| ['qorxu', 'ailə münaqişəsi', 'düşüncə...'] |
4,747 | https://kayzen.az/blog/%C3%B6lk%C9%99l%C9%99r/6514/iran.html | İran | luminat | Ölkələr | 26 okyabr 2011, 22:55 |
İran İslam Respublikası Ön Asiyanın ən böyük dövlətlərindən biridir. Onun ərazisi 1 milyon 648 min km2-dir. Əhalinin sayı təxminən 70 milyondur. Ölkənin 3-də bir hissəsi səhra və yarımsəhra xarakterili relyef quruluşundan ibarətdir. İran- Arilər ölkəsi mənasını verən ən qədim ariana sözündən əmələ gəlmişdir. III-VII əsrlərdə sasanilər dövlətinin əsas hissəsi belə adlanırdı. İranlılar isə öz ölkələrini istər qədim, istərsə də orta əsrlər dövründə İran adlandırırdılar. Avropa və Amerikada onu Pars əyalətinin adı ilə Persiya tanıyırlar. 1935-ci ildə İran bütün dünya dövlətlərinə rəsmi olaraq bir müraciətlə xahiş etdi ki, onu bundan sonra İran adı ilə tanısınlar. İran da çoxmillətli dövlətlər sırasına daxildir. İran ərazisində ilk dövlət birləşməsi olan Elam e.ə. III minilliyin əvvəllərində təşəkkül tapmışdır. III minilliyin ortalarında buraya hind-iran dilli tayfaların axını başlamışdır. I minilliyin əvvəllərində burada midiyalılar və farslar məskunlaşmışlar. E.ə. YII əsrdə midiyalılar başqa qonşu etnosları özlərinə tabe edərək güclü bir dövlət yaratmışdılar.
E.ə. 550-ci ildə İranda fars dilli Əhəmənilər sülaləsi hakimiyyət başına gəlmişdir. E.ə. 330-cu ildə bu dövlət Makedoniyalı İskəndərin təzyiqinə tab gətirməyib süqut etdi. E.ə.III əsrdə bu ərazidə Parfiya dövləti , eramızın 224-cü ilində isə sasanilərin dövləti meydana gəldi. YII əsrdə ərəb işğalları ilə ölkə əhalisi müsəlmanlaşmağa başladı. XI əsrdə İrana Səlcuq yürüşlərinin başlaması ilə əlaqədar olaraq burada türk dilli əhalinin miqdarı sürətlə artmağa başladı. Türklər burada böyük Səlcuq dövlətini yaratdılar. XIII əsrin I rübündə monqol işğallarına məruz qaldı. Ölkə Monqol asılılığından azad olduqdan sonra Qaraqoyunlu və Ağqoyunlu türk sülaləri tərəfindən idarə olunan imperatorluqların tərkibində oldu. XYI əsrin əvvəllərində İranda türk dilli Səfəvi sülaləsinin hakimiyyəti başlanır. Səfəvilər şiə mənsəbini dövlət dini elan edirlər. XYIII əsrin axırlarında türk sülaləsi Qacarların hakimiyyəti başlanır. 1925-ci ildən 1979-cu ilə qədər Pəhləvilərin hakimiyyəti başlanır. 1979-cu ildən etibarən xalq hərəkatının təzyiqi altında şahlıq idarə üsuluna son qoyuldu. Və İran islam Respublikası elan olundu.
İranda müxtəlif dil ailələrinə mənsub olan 40-dan artıq xalq yaşayır. Xalq sayılan farslar ölkə əhalisinin yarıdan azını təşkil etsə də, rəsmi statistik məlumatlar ölkədə mili azlıqları gizlətməyə çalışaraq onları farsların qəbilə qrupları kimi təqdim edirlər. Hazırda iran əhalisinin sayı 68,17 milyona yaxındır. Qeyri rəsmi məlumatlara əsasən 30 milyona yaxın azərbaycanlı yaşayır.
İran iqtisadiyyatı aqrar sənaye xarakteri daşıyır. İranda son vaxtlara qədər kənd təsərrüfatı alətləri olduqca sadə, primitiv vəziyyətdə idi. Əsas əkinçilik alətiomac adlanan ucu dəmir gavahınlı kotanlar idi. Başlıca olaraq buğda, ARPA, çəltik habelə texniki bitkilərdən pambıq, tütün, bundan başqa üzüm, palma, sitrus bitkiləri becərilir. Başlıca yaşayış evləri çiy kərpicdən və palçıq möhrədən tikilən yastı dam örtüklü evlərdir. 1979-cu ildən yəni İran İslam Respublikası elan olunduqdan sonra qadınlara başı açıq və bürüncəksiz gəzmək qadağan edilmişdir. Qida məhsullarından ən çox düyüdən istifadə edirlər. Ailə münasibətləri patriarxal şəriət qaydalarına əsaslanır.
Şiəlik iranda əsasən VII-VIII əsrlərdə yayılmışdır. Bu cərəyan ilk dövrlərdə rəsmi dövlət dini olan sünnülüyə qarşı çevrilmişdir. Azərbaycanlılardan başqa İranda xeyli miqdarda türk dilli etnoqrafik qruplar yaşayırlar. Bunlardan türkmənləri və qaşqayları , şahsevənləri misal göstərmək olar. İranda yaşayan fars dilli xalqlardan biri də kürdlərdir. 5,3 milyon nəfər. Onların əksəriyyəti sünnü, az hissəsi isə şiədir. Qeyd edək ki, İranda lurlar, bəxtiyarlar, bəluclar, gilanlar da yaşayırlar. Əhalisi müsəlmandır, şiələr: 94 %. Dövlət dili fars dilidir. Paytaxtı Tehran şəhəridir. İran yaylasında yerləşir, mənası düzənlik deməkdir.
Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası
Həmçinin bax:
İran orta əsrlərdə
| ['İran'] |
4,748 | https://kayzen.az/blog/umud600/7522/m%C3%B6minin-qibl%C9%99%C4%B1n%C3%BCmas%C4%B1-s%C3%BCnn%C9%99ti-s%C9%99niyy%C9%99.html | Möminin qibləınüması: Sünnəti-Səniyyə | umud600 | Bloq: umud600 | 26 okyabr 2011, 21:20 |
" Axırzamanda kim mənim sünnətimə riayət etsə, yüz şəhid savabı qazanar"- buyuran Könüllər Sultanının bəzi sünnətləri: Nəbilər Nəbisi(s.ə.v.); -Hər işə "Bismillah"la başlayardı. -Evinə salam verərək girərdi. Çıxanda da salam verərdi. -Bir evin qapısını ən çoxu üç dəfə döyərdi. -Gözəl ətir vurardı. -Dişin təmizliyinə əhəmiyyət verər, misvaq işlədərdi. -İstəyəni rədd etməzdi. -Qohum-əqrabanın, dost-tanışın ziyarətinə gedərdi. -Qonağı təmiz geyimlə qarşılayar, nəyi vardısa, ona qonaq edərdi. -Dəvət olunan yerə gedərdi. -Vəfat edənlərin qohum-əqrabasına baş sağlığı, təsəlli verərdi. -Cənazə namazlarına gedərdi. -Xəstələrin ziyarətinə gedərdi. -Namazlarını camaatla qılardı. -Uşaqlarla zarafatlaşar, onların başlarını oxşayardı. -Daima xeyirli məsləhət görərdi. -Yeməkdən əvvəl və sonra əllərini yuyardı. -Yeməyə "Bismillah"la başlayar, yeməyin axırında isə şükür edərdi. -Hədiyyə qəbul edər və hədiyyəyə eynilə və ya daha gözəli ilə qarşılıq verərdi. -Vəvat edənləri xeyirlə yad edərdi. -Evlənənlərə kömək edərdi. -İşin əslini bilməsə, hüsnü-zənn (gözəl düşünərdi) edərdi. -Elm öyrənənlərə dəstək verərdi. -Evlənənləri təbrik edərdi. -Asqıranda ağzını əli ilə örtərdi. -Yatmamışdan əvvəl ovuclarını bir-birinə birləşdirər, "İxlas", "Fələq", "Nas" surələrini oxuyar, sonra da başından başlayıb mübarək vücuduna çəkərdi. -Yatarkən sağ tərəfinə çevrilər, ayaqlarını yığar, sağ yanağını sağ ovcunun içinə qoyar və o gün nə işlər gördüyünü hesaba çəkərdi. -Üzü üstə yatmazdı. -Suyu "Bismillah"la başlayaraq üç qurtumda içər, axırda da "əlhəmdulilləh" deyib dua edərdi. -Zəmzəm suyunu ayaq üstə və qibləyə dönüb içərdi. -Hər gecə gözlərinə üç dəfə sürmə çəkərdi.
-Kədərlənəndə dərhal namaz qılardı.-Hər namazda dəstəmaz alardı.-Qəbirlərə baş çəkərdi.-Küsülüləri barışdırardı.-Çox dua və tövbə edərdi.-Müsibət zamanı səbr edərdi.-Paltarını sağdan geyər, soldan çıxarardı.
| ['Sünnəti-səniyyə'] |
4,749 | https://kayzen.az/blog/edebiyyat/7188/%C3%A7ingiz-abdullayev-bizim-%C9%99b%C9%99di-dronqo.html | Çingiz Abdullayev - bizim əbədi Dronqo | Muza | Ədəbiyyat | 26 okyabr 2011, 19:26 |
Detektiv janrının yaranması 19-cu əsrin sonunda yaşamış Amerika yazıçısı Edqar Alan Ponun adıyla bağlı olsa da, ümumiyyətlə dünya ədəbiyyatında detektiv, daha doğrusu, kriminal sücetlərdən bundan əvvəl də kifayət qədər istifadə olunmuşdu (hətta bəzi tənqidçilər Dostoyevskinin məşhur "cinayət və cəza" romanını da klassik detektiv hesab edirlər). Lakin orta əsrlərdə istər Avropa, istərsə də Şərq ədəbiyyatında işlənən kriminal sücetlər daha çox macəraçılıq xarakteri daşıdığından, detektiv bir janr kimi tam formalaşa bilməmişdi. Məhz Edqar Alan Podan sonra Avropa ədəbiyyatında detektiv janrının konkret çərçi-vələri, formaları, qayda-qanunları formalaşmağa başlamış, sonrakı iyirmi il ərzində klassik detektiv janrı öz zirvəsinə çatmışdı. Detektiv janrının klassiklərindən sayılan Artur Konan-Doyl, Hilbert Çesterton, Aqata Kristi, Corc Simenon və s. bu kimi yazıçılar öz əsərlərində klassik detektivin bütün qaydalarını dəqiqliklə işləmiş, təcrübədən keçirmiş, yanrın müxtəlif növlərini yaratmışdılar. Yalnız bundan sonra dünya ədəbiyyatında detektiv ədəbiyyat bir janr kimi qəbul olunmuşdu. Detektiv janrının mahiyyətini düzgün anlamaq üçün bir neçə nüansı bilmək lazımdır. Bir çox hallarda istənilən kriminal sücetli əsərlər detektiv kimi təqdim olunur, janrın incəliklərindən xəbərdar olmayan yazıçılar belə düşünürlər ki, detektiv yazmaq çox asandır, hüquq-mühafizə orqanlarının arxivlərində yığılıb qalmış "cinayət işləri"ni hər hansı kağıza köçürməklə detektiv roman yazmış olurlar. Yox, bu, çox böyük yanlışlıqdır və biz aşa-ğıda oxuyacağınız yazımızda Çingiz Abdullayevin yaradıcılığını araşdır-maqla bərabər ümumiyyətlə detektiv janrının başlıca xüsusiyyətlərini də açıqlamağa çalışacağıq. Təkrar edirəm, hər kriminal sücetli əsər detektiv sayıla bilməz. Bir əsr bundan əvvəl Avropa yazıçılarının işləyib hazırladıqları klassik detektiv ənənələri yazıçıdan məntiqi və psixoloji cəhətdən zərgər dəqiqliyi ilə seçilən bir iş tələb edir. Artur Konan-Doylun, Aqata Kristinin, Corc Simenonun, Hilbert Çestertonun əsərləri məhz bu xüsusiyyətinə görə yüzlərlə başqa detektiv müəlliflərinin əsərlərindən qat-qat yüksəkdə dayanaraq dünya ədəbiyyatı tarixinə düşüb. Yarandığı dövrlərdə detektiv janrının ilk olaraq "hermetik detektiv" növündən istifadə olunurdu. Bu cür əsərlərdə cinayət kiçik bir məkanda (mənzildə, idarədə, gəmidə, qatarda, və s.) baş verir və oxucu əvvəlcədən bilir ki, cinayəti məhz bu dar məkandakı insanlardan biri törədib. Əsər boyu oxucu bütün iştirakçıların xarakteri, psixologiyası ilə tanış olur, yazıçıyla bərabər cinayətin müxtəlif versiyalarının üzərində gəzişir, növbə ilə bütün qəhrəmanlardan şübhələnir, lakin sonda məlum olur ki, cinayəti heç kimin gözləmədiyi bir adam ( yaxud bir qrup adam) törədib. Bu cür "hermetik" detektiv əsərlərin bir çox incəlikləri var ki, əgər yazıçı bunları nəzərə almasa, yazdığı əsər həqiqətən maraqlı klassik detektiv yox, adi, bayağı və bezdirici istintaq xronikasına çevriləcək. Hansılardır bu incəliklər? 1. Hadisənin məkanı elə seçilməlidir ki, oxucu kənardan gələn hansısa naməlum şəxsin bu cinayəti törədə bilməyəcəyinə əmin olsun və inansın ki, cani məhz onun tanıdığı qəhrəmanlardan biridir. 2. cinayət törədilən vaxt məlum olan faktlarla, sonradan ortaya çıxan faktlar arasınada müvazinət olmalıdır, faktlar və deduktiv düşüncələr bütün əsər boyu oxucuya bərabər şəkildə, hissə-hissə çatdırılmalıdır ki, oxucu əsərin hansısa yerində boşluq hiss eləməsin. 3. İstintaq aparılan müddətdə qəhrəmanların hamısının xarakteri açılmalı, psixologiyaları verilməlidir ki, oxucunun özü də istintaq aparan şəxslə bərabər hadisələrin gedişatında iştirak etsin, qəhrəmanlara qarşı müəyyən hissləri yaransın, öz şəxsi versiyalarını düşünə bilsin. 4. Əsərin sonunda cinayəti törədən, oxucunun məhz hamıdan az şübhələndiyi qəhrəman olmalıdır. Bundan savayı, istintaqı aparan şəxs canini ifşa edərkən oxucunun bilmədiyi heç bir faktdan istifadə etməməlidir. Yəni əsərin sonunda hər şeyin üstü açılandan sonra oxucuda belə bir təəssürat yaranmalıdır ki, bu faktların hamısını mən də bilirdim, bəs necə oldu ki, mən özüm həmin düzgün nəticəni çııxara bilmədim? Nüans bundadır ki, yazıçı özünə lazım olan, yəni canini ifşa etmək üçün sonda istifadə edəcəyi faktları onlarla başqa lazımsız fakt içinə elə ustalıqla səpələməli, oxucunun diqqətini əsas faktlardan elə yayındırmalıdır ki, oxucu gözünün qabağında olan həqiqəti əsəsrin sonuna qədər görə bilməsin. Əgər yazıçı bütün bu incəlklərə dəqiq riayət edə bilirsə, onda əsər çox maraqlı, dolğun, yüksək səviyyəli alınır, lakin əgər hər hansı bir detalın işlənməsində ifrata, yaxud təfritə yol verilərsə, əks effekt alınar. Məsəl üçün, yazıçı həqiqəti bacarıqla gizlədə bilməsə, oxucu əsərin əvvəlində, yaxud ortasında caninin kim olduğunu anlayacaq və əsər maraq-dan düşəcək. Əks halda, yəni yazıçı oxucunun diqqətini həddindən artıq az-dırmağa çalışsa, oxucu onun qarşısına qoyulan külli miqdarda faktın içində itib batacaq, çaşacaq, hər şeyi unudacaq, yenə də əsər onun üçün maraqsızlaşacaq. Yaxud yazıçı qəhrəmanların xarakteristikasını, insanlar arasındakı münasibətlərin psixoloci təsvirini verməsə, insanı cinayətə sövq edən səbəblərin dərinliklərinə getməsə, yalnız kriminalist faktların təsviriylə kifayətlənsə, nə qədər maraqlı olsa da, bu cür əsər oxucunun mənəvi tələba-tını ödəyə bilmədiyinə görə mütaliə bitəndən sonra tezliklə unudulacaq. Lakin əks prosses baş verərsə, yəni yazıçı qəhrəmanların psixoloci durumuna, düşüncəsinə həddən artıq yer verib kriminal süceti ikinci plana keçirərsə, onda bu əsər artıq klassik detektivlikdən çıxıb, fəlsəfi-psixoloci əsərə çevriləcək. Yuxarıda adı çəkilən klassik detektiv ustaları məhz bu incəlikləri çox dəqiqliklə işləyə bildiklərinə görə sonrakı detektiv müəllifləri üçün örnəyə çevriliblər. Ötən əsrin ortalarından etibarən zamanın tələbinə uyğun olaraq detektiv janrının daha bir neçə növü formalaşdı ki, bu da onun bir ədəbiyyat faktı olaraq aradan qalxmasının qarşısını aldı, çünki zəmanın inkişafı elə bir sürət almağa başladı ki, artıq klassik detektiv üslubu oxuculara bir qədər darıxdırıcı, dinamikadan uzaq və hətta yorucu görünməyə başlamışdı. Məhz bu zaman Qərb detektiv yazıçılarının ikinci nəsli meydana gəldi. Bununla da detektiv janr ikinci həyatını yaşamağa başladı. Düzdür, bu, "hermetik detektiv" növünün aradan qalxmasına gətirib çıxarmadı, amma əsərlərdə dinamika artdı, hadisələr kiçik, dar məkandan çıxıb daha geniş miqyası əhatə etməyə başladı, qəhrəmanların sayı çoxaldı. Həmin dövrlərdə Yan Fleminq elə indinin özünə qədər dəbdən düşmə-yən casus Ceyms Bond haqqında silsilə romanlarla "casus detektivi"nin, Erl Stenli Qardner vəkil Peri Meyson personacı ilə "məhkəmə detektivi"nin, Karter Braun hazırcavab, məzəli xəfiyyə Danni Boydun obrazını yaratmaqla "ironik, yumoristik detektiv" üslubunun əsasını qoydu, Ceyms Hedli Çeyz isə cinayətin açılmasından çox, onun həyata keçirilməsini təsvir edən, istintaq prosesiylə bərabər canilərin sərgüzəştlərini də təsvir edən roman-larıyla "ekşn" üslubunu yaradanlardan biri oldu ( sonuncu üslubda yazılan əsərlər adətən cinayətin planlaşdırılıb həyata keçirilməsiylə başlayır, yalnız bundan sonra istintaq tədbirləri görülür. Çeyzin romanlarının fərqli cəhəti ondadır ki, oxucu əvvəlcədən cinayəti kimin törətdiyini bilir. Lakin canilərin hansı üsulla ələ keçəcəyi, yaxud onların aqibəti, cinayətin nəticəsi, ən əsas da dinamizm, oxucu üçün əsərin maraqlılığını axıra qədər saxlaya bilir. Ötən əsrin səksəninci illərində Çeyzin romanı əsasında Pribaltika kinematoqraf-çıları tərəfindən çəkilən və o vaxtlar SSRİ-də həddən artıq məşhur olan "Miraj" filmini xatırlmaq kifayətdir) 1950-80-ci illər arası yazılan detektivlərin əvvəlkilərdən bir fərqli cəhəti də, romanların yüksək dinamikasıyla bərabər, "boevik" elementlərinin də zənginləşməsiydi. Bu dövr detektivlərinin qəhrəmanları canini sadəcə deduktiv düşüncələrlə axtarıb tapmırlar, lazım olanda güllə atmağı da, yum-ruq davasına çıxmağı da, hansısa cinayət yuvasını partlatmağı da, maşın çevirməyi də, gözəl xanımları yoldan çıxarmağı da, hətta öz məqsədlərinə çatmaq üçün lazım gələndə qanunsuz vasitələrdən istifadə etməyi də çox gözəl bacarırlar. Bu xüsusiyyətlərinə görə istər ceyms Bond, istər Danni Boyd, istərsə də vəkil Peri Meyson hərəkət etməkdən daha çox deduktiv düşüncələrə dalmağı sevən sələflərindən çox fərqlənirdilər. Əlbəttə ki, intellektual Şerlok Holmsun haranısa partlatmasını, zərif centlmen olan Erkül Puaronun kimisə avtomatdan dəlmə-deşik etməsini, yaxud melanxolik komissar Meqrenin hansısa cazibədar katibəni yoldan çıxardıb yatağına çəkməsini təsəvvür etmək çox çətindir, lakin zaman öz sözünü deyirdi və həmin dövrlərdə oxucular məhz bu cür detektiv qəhrəmanlarına üstünlük verirdilər. Lakin bu o demək deyildi ki, adı çəkilən yazıçıların yaratdıqları qəhrəmanlar yalnız güllə atmağı, bomba partlatmağı, qadınları yoldan çıxarmağı bacarırdılar. Yox, qətiyyən. Yan Fleminqin, Erl Stenli Qardnerin,Ceyms Hedli Çeyzin, Karter Braunun, Ed Makbeynin, Reks Stautun detektiv romanları öz dövrünün bir çox sosial problemlərini, Qərb cəmiyyətinin bütün təbəqələrində hökm sürən ab-havanı, insanların psixologiyasını çox gözəl açmaqla bərabər, araşdırdıqları problemlərin lap kökünə qədər getməyi bacarırdılar ki, bu da onları ucuz bazar yazıçıları kimi yox, öz dövrlərinin ən bacarıqlı detektiv ustaları kimi şöhrətləndirmişdi. Ötən əsrin səksəninci illərindən başlayaraq isə dünya detektiv ədəbiyyatı öz inkişafının üçüncü mərhələsinə qədəm qoydu ki, bu zaman yazıçılar daha çox detektivi başqa janrlarla sintez etməyə və bunun nəticəsində yeni ədəbi janrlar almağa cəhd edirdilər. Çağımıza qədər aktual olan tarixi detektiv, intellektual-kulturoloci detektiv, siyasi detektiv, mistik detektiv, fantastik detektiv janrları Umberto Eko, Orxan Pamuk, Milorad Paviç, Xaruki Murakami, Frederik Forsayt kimi yazıçıların səyi nəticəsində məhz dediyimiz dövrdə yaranıb. Və fəxrlə deyə bilərik ki, həmyerlimiz, xalq yazıçısı Çingiz Abdullayev də məhz bu yeni janrlardan birinin, yəni siyasi detektivin yaradıcılarındandır.
Baxmayaraq ki, ondan əvvəl də bəzi yazıçılar, məsələn, Frederik Forsayt, Eduard Topol və s. siyasi detektivlər qələmə almışdılar, lakin onların təsvir etdiyi hadisələr konkret bir ölkə hüdudlarında baş verirdisə, Çingiz Abdullayev Cənub-şərqi Asiyadan tutmuş Latın Amerikasınacan bütün dünyanı əhatə edən "Mavi mələklər" romanını yazmaqla dünya detektiv ədəbiyyatında yeni, "qlobal siyasi detektiv" janrının əsasını qoydu və bütün dünyada bu janrın klassiki kimi şöhrət qazandı.
"Siyasi detektiv" ədəbi janr kimi
İstənilən janr sənətkarın ədəbi düşüncəsi, fəlsəfəsi, ideyaları, bir sözlə özünüifadəsi üçün formadır və bu forma nə qədər gözəl işlənsə, əsərin cazi-bəsini bir az da artırmış olar. Bu baxımdan detektiv əsərlərin hansı məntiqlə işlənməsi onların oxucu kütləsi tərəfindən qəbul olunmasında böyük rol oynayır. Detektiv janrının qlobal siyasətlə sintezində də bütün bu şərtlərə dəqiq riayət olunmalıdır. Ümumiyyətlə, bütün ədəbi janrların öz incəlikləri olduğu kimi, siyasi detektivlərin də müəyyən kriteriləri vardır. Bu üslubda yazmaq istəyən yazıçı ilk növbədə güclü məntiqi təfəkkürə və dünyada baş verən ictimai-siyasi proseslər barədə külli miqdarda səhih informasiyaya malik olmalıdır. Yalnız bundan sonra yazıçının bədii təxəyyülü işə düşür, zahirən hamımızın gördüyü hadisələrin görünməyən tərəflərini bizə açır. İctimai prosesləri bir aysberqə bənzətsək, biz onların yalnız cüzi bir hissəsini seyr edə bilirik və siyasi detektiv yazan yazıçı bu aysberqin görünməyən hissəsini elə təsvir etməlidir ki, oxucuda bu təsvirlərin həqiqiliyinə zərrə qədər də şübhə qalmasın. O əsərləri ən uğurlu siyasi detektiv hesab etmək olar ki, oxucu mütaliədən sonra elə bilsin ki, bütün bunlar yazıçı təxəyyülü yox, siyasi hadisələrin ən gərgin nöqtələrində fəaliyyət göstərmiş bir insanın xatirələridir. Yəni hər hansı bir siyasi detektiv başdan-başa sənədli əsər kimi qəbul olunmasa, deməli, yazıçı istədiyinə nail olmayıb. Ç.Abdullayev məhz bu sahədə uğurlar qazanıb. Minlərlə oxucu səmimi qəlbdən inanır ki, o, yazdığı bütün hadisələri öz şəxsi praktikasından götürüb: Ç.Abdullayev Qorbaçovun həyatını xilas edib; Ç.Abdullayev Rusiyada itmiş nüvə raketlərini tapıb; Ç. Abdullayev Siciliya mafiyasına ən sarsıdıcı zərbələrdən birini endirib və s və i. Bir sözlə, son iyirmi ildə dünyada baş verən demək olar ki, bütün əhəmiyyətli siyasi hadisələr onun iştirakı olmadan ötüşməyib. Hətta doxsanıncı illərin əvvəllərində belə bir şayiə gəzirdi ki, Ç.Abdullayev adlı adam ümumiyyətlə yoxdur, bütün bu romanları isə gizli təxəllüslə SSRİ DTK-sının yüksək vəzifəli bir əməkdaşı yazır. Əlbəttə ki, bütün bunlar oxucunu inandıra bilməyin göstəricisi hesab oluna bilər. Bəs, görəsən, yazıçı buna necə nail olur? Necə olur ki, minlərlə insan hamımızın gözü qarşısında baş verən hadisələrin pərdəarxasını məhz yazıçının təsvir etdiyi kimi qəbul edir? Əlbəttə ki, bunun da müəyyən üsulları var. Külli miqdarda siyasi-ictimai informasiyaya malik olan yazıçı ilk növbədə dünyada baş verən hansı hadisələrin geniş kütlələrin diqqətini daha çox cəlb etdiyini bilməlidir. Bundan sonra yazıçı öz qəhrəmanını bu hadi-sələrə elə daxil etməli, yaxud hamının tanıdığı siyasi xadimləri öz uydurduğu hadisələrə elə cəlb etməlidir ki, oxucuda zərrə qədər də şübhə yaratmasın, reallıqla uydurma arasındakı sərhəd itsin, reallığın harada bitdiyi, təxəyyülün harada başlandığı qətiyyən hiss olunmasın. Bu zaman təsvir olunan bütün hadisələr məntiqi cəhətdən o qədər dəqiq işlənməlidir ki, heç kim bu hadisələrin yazıçının təsvir etdiyi kimi baş verdiyinin mümkün-süzlüyünü sübut edə bilməsin. Hal-hazırda siyasi detektiv tələb olunan ədəbi janr olduğundan dünyada bu sahədə qələm sınayanların sayı çoxdur, lakin bu tipli bir çox əsərlər heç də istənilən təsirə malik olmur, bir çox yazıçılar diqqətli oxucunu öz yalanına inandırmağa çətinlik çəkir. Bu cür əsərlərin uğursuzluğunun səbəbi hadisələrin təsvirində ya həddən artıq dəqiqlikdir ki, bu da onları bədii əsərdən çox sadəcə sənədli romanlara bənzədir, ya da yazıçının təxəyyülünün ifrata varmasıdır ki, bu zaman oxucu əsəri sadəcə uydurma kimi qəbul edir. Ç.Abdullayevin siyasi detektivləri bu baxımdan bütün dünyada örnək kimi qəbul edilir və bir çoxları üçün etalon xarakteri daşıyır. Onun "Mavi mələklər", "İnsan ovu", "Qanın üç rəngi", "Əfsanə hüququ" və s. romanları çağdaş siyasi detektiv janrının zirvələridir. Gerçəkliklə fantaziyanın məntiqi şəkildə uzlaşması və bir-birini tamamlaması, dünyada baş verən ictimai-siyasi hadisələr barədə səhih informasiyalar, bir çox hallarda öz təsdiqini tapan siyasi proqnozlar, hamının tanıdığı dövlət xadimlərinin təsvirində heç bir komplekslərə qapılmamaq - bütün bunlar Ç.Abdullayevin siyasi detektivlərinin üstün cəhətlərindəndir. Onun detektivlərində artıq heç nə yoxdur, əsərin ümumi ideyasının açılmasına xidmət edən bütün kriminalistik faktlar, siyasi informasiyalar, obrazların psixoloci xarakteristikaları deduktiv düşüncənin istiqaməti üzrə elə virtuozcasına yerləşdirilir ki, hətta ilk baxışdan əhəmiyyətsiz görünən kiçik bir faktı, xırda bir detalı çıxarsan, deduktiv düşüncələrin zənciri qırılacaq, əsərin bütün strukturu bir göz qırpımında dağılacaq. Ç.Abdulayevin siyasi detektivlərin bir özünəməxsus cəhəti var: qlobal siyasi hadisələrin konkret insan talelərində əks olunması, dünya əhəmiyyətli siyasi oyunlardan adi bəşəri duyğulara virtuozcasına keçidlər. Bəzən əhəmiyyətli siyasi bir hadisənin ən gərgin məqamında yazıçı hiss olunmadan oxucunu qlobal siyasətdən çıxarıb qəhrəmanların daxili dünyasına salır, onların keçirdiyi hissləri, psixoloci sarsıntıları, fikir və düşüncələri təsvir edir. İnsan faktoru Ç.Abdullayev yaradıcılığında böyük önəm daşıyır, konkret bir insan taleyi, bəzən qlobal əhəmiyyətli siyasi hadisələrdən daha çox qabardılır, nəzərə çarpdırılır. Yazıçı demək istəyir ki, hər hansı bir siyasi hadisə nə qədər əhəmiyyətli, mühüm olsa da, insan faktoru ondan qat-qat əhəmiyyətlidir, konkret insanların taleyini sındırmaqla hansısa absurd ümumbəşəri səadətə, xöşbəxtliyə nail olmaq mümkün deyil, heç bir qlobal əhəmiyyətə malik planlar, hətta ən "xırda" adamların da taleyini nəzərə almadan həyata keçirilə bilməz.
Çingiz Abdullayevin qəhrəmanları
Ç.Abdullayev dünya ədəbiyyatında siyasi detektivin banilərindən sayılsa da, detektivin təkcə bu janrında yox, mistik və fantastik detektiv janrlarını çıxmaq şərtiylə bütün detektiv üslublarında eyni dərəcədə uğurlu əsərlər yazıb. Yazıçının qələminin məhsulu olan "cəhənnəmdən keçid", "Geri dönməmək", "Öz dünyanı yarat" kimi ekşnlər, "İnanılmaz qətl", "Atlantika üzərində ölüm", "Xammurapinin məcəlləsi", "Unudulmuş yuxu", "Yalnız özününkülər" kimi klassik hermetik, "Professionalların oyunları", "Profes-sionalların qaydaları", "Günəş altında zülmət" kimi casus, "Döyüşçünün yolu" kimi kulturoloci, "Məhkumların cənnəti" kimi psixoloci, "Eramızın əvvəlindəki sui-qəsd" kimi tarixi detektivlər və başqa rəngarəng üslublu detektiv romanlar göstərir ki, Ç.Abdullayev bu janrın bütün növlərində öz sələflərindən heç bir cəhətdən geri qalmayan əsərlər yaratmağa qadirdir. Buna görə də onun yaradıcılığını araşdırarkən yalnız siyasi detektivlərlə kifayətlənmək düzgün olmaz. Yazıçının qələmindən çıxan bədii obrazların şərhinə keçməzdən əvvəl bir nüansı da qeyd etmək yerinə düşər. Son zamanlar bütün incəsənət sahə-lərində olduğu kimi, detektiv ədəbiyyatında da heç bir bədii tələblərə cavab verməyən, janrın incəliklərindən uzaq olan, oxucunu yalnız əyləndirmək məqsədi daşıyan əsərlər, ələlxüsus, romanlar çoxalıb və bir çox hallarda geniş oxucu kütləsi yaxşını pisdən seçməkdə çətinlik çəkir, kitab bazarını zibilləyən belə əsərləri də əsl detektiv kimi qəbul edir. Çox sevindirici haldır ki, Ç.Abdullayev bütün dünya üzrə barmaqla sayılan bir neçə yazıçıdan biridir ki, detektivin hansı janrında yazmasından asılı olmayaraq yuxarıda haqqında danışdığımız bütün klassik qayda-qanunlara ciddi-cəhdlə riayət edir, mütəxəssislərin diliylə desək, "janrın saflığını, təmizliyini saxlayır, xalturaya qətiyyən yol vermir". Məhz bu mənada, bütün dünyada detektiv ədəbiyyatı üzrə mütəxəssislər onu klassik detektiv ənənələrinin son daşıyıcılarından bir hesab edirlər. Ç.Abdullayevin adı çəkilən kimi onun yaratdığı obrazlardan ilk olaraq Dronqo yada düşür. Və bu adı ilk dəfə eşidənlərin hamısında təbii bir sual yaranır: bu nə addır, mənası nədir? Həqiqətən də Dronqo insan qulağının öyrəşmədiyi adlardandır və nahaq yerə bir çoxları müxtəlif lüğətləri eşələyib bunun hansı xarici dilə aid olduğunu öyrənməyə çalışırlar. Təbii ki, bunun heç bir nəticəsi olmayıb, çünki Dronqo hər hansı bir xalqa məxsus insan adı deyil. Dronqo quş adıdır. Ç.Abdullayev ilk romanı olan "Mavi mələklər"də öz qəhrəmanının dilindən bu ləqəbin mənasını izah edir - Dronqo təbiətdə çox az rast gəlinən kiçik bir quşun adıdır. Bu quşun bir fərqli cəhəti də başqa quşların səslərini böyük müvəffəqiyyətlə imitasiya etməyi bacarmasındadır. Bəli, bəli, o, təbiətin yaratdığı xırda, lakin dahi imitatordur. Və Ç.Abdullayevin diqqətini çəkən də yəqin ki, onun məhz bu xüsusiyyəti olub. Professional kəşfiyyatçı, əvəzolunmaz ekspert və səhih deduktiv düşüncə tərzinə malik olan Dronqonun müvəffəqiyyət qazanma-sının əsas amili başqa insanların fikir və düşüncələrini öz içində düzgün imitasiya etməklə onların niyyət və məqsədlərini düzgün anlamasıdır. Təbii ki, bu cür keyfiyyətlərə sahib olan ədəbi qəhrəman üçün belə bir ləqəb düşün-mək çox uğurlu bir ədəbi tapıntı hesab oluna bilər. Əlbəttə, Ç.Abdullayev öz qəhrəmanına ləqəb kimi adi bir insan adı da fikirləşə bilərdi, lakin yazıçı öz qəhrəmanının adını heç bir konkret millətə aid etməməklə onun bütün dün-yanın vətəndaşı olduğunu bir az da qabarıq nəzərə çatdırmışdı ki, bu da qlobal tarixi detektiv janrının tələbləriylə tam üst-üstə düşür. Beləliklə, Dronqonun nə adı, nə də fəaliyyəti heç bir sərhədlə məhdudlaşmır, bütün dünyanı əhatə edir. Dronqo barədə ilk romanda onun yalnız hansısa cənub ölkəsindən olduğu barədə dumanlı məlumatlar verilir. Yalnız son roman-larında Ç.Abdullayev açıq şəkildə bildirir ki, Dronqo əslən bakılıdır, vali-deynləri hələ də bu şəhərdə yaşayır, hətta onun Bakıdakı ünvanını da yazır - Xaqani 25 (Əlbəttə, çoxları bilir ki, bu ünvanda Azərbaycan Yazıçılar Birliyi yerləşir və maraqlısı odur ki, bura mütəmadi olaraq Dronqonun ünvanına yazılmış məktublar gəlir). Məncə, bu da qabaqcadan düşünülmüş və oxucuların psixologiyasına təsir edən bir addımdır. Əgər Ç.Abdullayev elə ilk romanlarından yazsaydı ki, onun qəhrəmanı azərbaycanlıdır, adı da, tutalım, Məmmədquludur, yəqin ki, dünya oxucuları bunu birmənalı qarşılamayacaqdı. Geridə qalmış sayılan hansısa uzaq müsəlman ölkəsinin nümayəndəsinin qlobal siyasi problemlərin həllində belə yaxından iştirak etməsinə yəqin ki, o vaxt avropa-lılar inanmazdı və Ç.Abdullayevin əsərləri istənilən uğuru qazanmazdı ( hətta Moskvada ilk romanları nəşr edilən vaxt Ç.Abdullayevə dəfələrlə təklif etmişdilər ki, özünə nəsə qərblilərə xas bir ədəbi təxəllüs götürsün, yoxsa bu sırf şərqli adı ilə qlobal tarixi detektivlər heç üst-üstə düşmür. Lakin yazıçı təbii ki, bu şərti qəbul etməmişdi). Onun üçün də yazıçı başqa yolla getdi, öz qəhrəmanına rəmzi bir ləqəb düşünməklə oxucuların marağını bir qədər də qıcıqlandırdı və yalnız öz qəhrəmanını oxuculara sevdirəndən sonra onun kimliyini, hansı millətə mənsub olduğunu açıqlamağa başladı. Beləliklə, bütün dünyanın siyasi problemlərinin həllində yaxından iştirak edən bir azərbaycanlı ekspert-analitik obrazı yaranmış oldu. Onu da qeyd edim ki, Ç.Abdullayev Dronqonun hansı millətin nümayəndəsi olduğunu açıqlasa da, onun konkret olaraq adını, soyadını hələ də gizli saxlayır. Yəqin ki, yazıçının sadiq oxucuları nə vaxtsa bu barədə də müəyyən informasiyalar alacaqlar. Dronqo obrazının milyonlarla oxucu tərəfindən sevilməsinin bir səbəbi də öz sələfi olan detektiv qəhrəmanlarının bir çox müsbət keyfiy-yətlərini özündə birləşdirməsidir. Şerlok Holmsun qüsursuz detuktiv düşüncəsi, Komissar Meqrenin melanxolizmi, Erkül Puaronun zərif centlmenliyi, Danni Boydun ironiyası, Peri Meysonun cazibədarlığı, Ceyms Bondun cəsarəti - Ç.Abdullayev öz qəhrəmanını yaradanda ifrata varmamaq prinsipiylə bütün bu keyfiyyətlərdən çox gözəl şəkildə istifadə etməyi bacarıb. Lakin bu o demək deyil ki, Dronqo obrazında özünəməxsus heç nə yoxdur, bu sadəcə qurama bir obrazdır. Bəli, Dronqo bütün adıçəkilən qəhrəmanlara oxşayır, amma eyni zamanda onların heç birinə oxşamır. Bütün dediyimiz keyfiyyətlər Dronqonun psixoloji obrazında yalnız xırda cizgilərdir və onu oxuculara sevdirməkdən ötrü yardımçı rol oynayır. Bu personacın ən maraqlı keyfiyyəti isə ümumi ilə xüsusini, qlobol ilə məhəlli psixoloji məfhumları özündə üzvi şəkildə birləşdirməsidir. Bəli, Dronqo bütün dünyanın vətəndaşıdır, amma eyni zamanda coğrafi baxımdan kiçik də olsa, həmişə ürəyinin başında gəzdirdiyi, xəyalən heç vaxt ayrılmadığı bir vətəni də var - Azərbaycan. Romanlarının birində Ç.Abdullayev Dronqo haqqında xarakterik olan belə bir cümlə işlədir: "Onun özü Moskvada, həyat yoldaşı Romada, valideynləri isə Bakıda yaşayır." Qütbləşməyə, radikallığa öyrəşdiyimiz bir zamanda yazıçı sübut etməyə çalışır ki, qloballaşma ilə milli adət-ənənə, beynəlmiləlçiliklə millətçilik, keçmişlə gələcək heç də bir-birinə zidd məfhumlar deyil, ağıllı insan bunların hamısını öz içində ideal şəkildə birləşdirə bilər, bunun üçün isə sadəcə sevgi hissi lazımdır, nifrətlə heç nəyi həll etmək olmaz, bir qütbə çəkilmək heç də yaxşı nəticələr vermir. İnsan öz keçmişiylə bərabər gələcəyini də, vətəniylə bərabər bütün dünyanı da, milli-mədəni irsiylə bərabər bütün dünya mədəniyyətini də eyni cür sevməlidir. Əgər insanlar öz daxilindəki sevgi hissini bu cür bərabər şəkildə bölə bilsələr, real həyatda rastlaşdığımız bir çox problemlər öz həllini asanlıqla tapmış olar. Dronqo üçün xarakterik olan və bütün romanlar boyu zaman-zaman özünü büruzə verən hisslərdən biri də acı bir nostalji duyğusudur. Düzdü, Azərbaycanda bir çoxları bunu tama başqa cür yozurlar, Ç.Abdullayevin bir vaxt "vahid vətənimiz" olan SSRİ-nin dağılmasına gecə-gündüz təəssüf-ləndiyini, ölkəmizin müstəqilliyini hardasa mənfi qarşıladığını yazırlar. Əlbəttə ki, bütün bunlar səthi müşahidələrin, ilkin təəssüratların nəticəsidir. Dronqo obrazının mahiyyətinə vardıqda isə açıq-aşkar hiss olunur ki, yazıçını ən çox təəssüfləndirən heç də sadəcə hansısa bir imperiyanın məhvi deyil. Sadəcə, müəyyən ideyalar dünyasında yaşayan və öz xalqının xöş-bəxtliyi naminə bütün varlığındın, hətta lazım gələrsə, öz həyatından belə keçməyə hazır olan, məhz belə fədakarlıq ruhunda böyüyən bir insan dün-yanın indiki ideyasızlıq, mənəvi boşluq vəziyyətində yaşamağa çətinlik çəkir. İrəlidə sadəcə məchul bir qaranlıqdır, onun üçün də Dronqonun, eləcə də eyni hisslərlə yaşayan minlərlə insanın öz daxili mənəvi tələbatını ödəmək üçün keçmişə boylanmaqdan başqa əlacı qalmayıb. Beləliklə, qeyri-şüuri olaraq keçmiş ideallaşdırılır, sovet dövrünün mənfi keyfiyyətləri yavaş-yavaş yaddaşdan silinir, müsbət keyfiyyətləri isə bir az da qabarıq nəzərə çarpmağa başlayır. Əlbəttə ki, Dronqo bəzi fanatik kommunistlər kimi gülləni başına çaxıb özünü öldürmür: yenə də yaşayır; öz sahəsi üzrə fəaliyyət göstərir; bəzən hətta özünü təhlükə qarşısında qoyur. Onun ailəsi də var. Lakin bütün bu işləri hansısa ali ideyalar naminə yox, sadəcə başqa cür yaşaya bilmədiyinə görə edir. O, zaman keçdikcə melanxolikləşir, bədbinləşir, lakin bütün bunlara baxmayaraq, Ç.Abdullayevin səyi nəticəsində yenə də əvvəlki cazibədarlıqını saxlayır, yenə də minlərlə oxucunu özünə valeh edə bilir. Ümumiyyətlə, Dronqo o qədər geniş, dolğun bir obrazdır ki, onun haqqında ayrıca bir araşdırma yazmaq da olar, lakin bu yazının həcmi imkan vermədiyinə görə, dediklərimlə kifayətlənmək istəyirəm.
Ç.Abdullayev Dronqodan başqa çoxlu sayda maraqlı ədəbi personaclar yaradıb. Bunların içində ən çox nəzərə çarpanlar "Qadın qisası", "Qadınlar sükunəti saxlayır" və daha bir neçə detektiv romanın qəhrəmanı olan qadın-xəfiyyə Marina Çernışova və "Mənim gözəl alibim", "Saturnun etirafı", "Üçüncü variant" romanlarının qəhrəmanı, Əfqanıstan müharibəsin-də bir qolunu itirmiş əlil qatildir. Son dövrlərdə Rusiyada Aleksandra Marinina, Tatyana Polyakova, Marina Daşkova kimi qadın detektiv yazıçıları meydana çıxsalar da, Marina Çernışova obrazıyla yaxından tanış olanda görürsən ki, Ç.Abdullayev xəfiyyə-qadın psixologiyasını adı çəkilən qadın yazıçılardan daha yaxşı aça bilib, belə təhlükəli bir peşə seçmiş qadının daxili yaşantılarını bədii mətnə daha ustalıqla gətirib. Təkqol qatil obrazını yazıçı Sovet reciminin bizə qoyduğu miras kimi təqdim edir və məncə, o, Dronqonun müəyyən mənada əksi olan obrazdır. Bəli, minlərlə insan bu recimin ideologiyası uğrunda fədakarlıq etdilər, amma indi onlar artıq heç kimə lazım deyillər. Kimlərsə Dronqo kimi yaşamağa nail olsalar da, bəziləri bunu bacarmadı, əvəzində onları lazımsız bir alət kimi sındırıb bir kənara atan cəmiyyətə yönələn nifrəti cinayət aləminə gətirdilər. Ç.Abdullayevin qəhrəmanı adi muzdlu qatil deyil, o hər bir hərəkətiylə, kimi öldürməsindən asılı olmayaraq sadəcə daxilindəki intiqam tələbatını ödəməyə çalışır. Lakin yenə də təskinlik tapmır, zaman keçdikcə qəlbindəki qəzəb hissi bir zamanlar nümunəvi sovet əsgəri olan bu əlil insanı vəhşi bir heyvana çevirir - o öldürməkdən həzz almağa başlayır, öz həyatını bunsuz təsəvvür etmir. Sosial kataklizmlər cəmiyyəti mişar kimi kəsib doğradığı zaman belə insanlar ətrafa səpələnən lazımsız taxta yonqarına bənzəyir. Sadəcə, bir kibrit atəşi kifayətdir ki, onlar böyük bir yanğının başlanmasına təkan versin. Bütün bunlara baxmayaraq, yazıçı yenə də belə insanlara haqq qazandırmır, sadəcə, onları başa düşməyə və onları bu vəziyyətə salan tarixi şəraitin təkrarlanmaması üçün əlindən gələni etməyə çalışır.
Yekun
Detektiv janrının demək olar ki, bütün imkanlarından istifadə etməsinə, janrın bütün istiqamətlərində maraqlı əsərlər yazmasına baxmayaraq son bir neçə Ç.Abdullayevin yaradıcılğında klassik hermetik detektivlərə qayıdış tendensiyası müşahidə olunur. "Yalnız özününkülər", "Hammurapinin məcəlləsi", "Yol verilən günahkarlıq" və son vaxtlar yazdığı daha bir neçə romanda yazıçı yenə də kiçik məkanda baş verən cinayətləri təsvir edir. Əlbəttə, bunlar nə qədər hermetik olsalar da, bir çox xüsusiy-yətlərinə görə yüz il əvvəl yazılmış klassik detektivlərdən fərqlənirlər. Lakin fakt faktlığında qalır: Ç.Abdullayev, zənnimcə, yaradıcılığının birinci dövrəsini başa vurub başlanğıc nöqtəyə qayıdır. Yəqin ki, o, bir azdan yara-dıcılığının həm forma, həm də məzmun baxımından əvvəlkindən fərqlənən ikinci dövrəsinə qədəm qoyacaq, yenə də onlarla maraqlı detektiv əsərlərlə dünyanın bütün ölklərərindəki oxucularını sevindirəcək. Ümumiyyətlə Ç.Abdullayevin əsərlərini ayrı-ayrılıqda təhlil etməklə onu anlamaq çətin olar. Onun yaradıcılığına vahid bir orqanizm kimi yanaşmaq lazımdır. Təsadüfi deyil ki, yazıçının özü də romanlarını "Kriminal komediya" sikli adı altında birləşdirib.
Həmçinin bax: Toy əhvalatı-Çingiz Abdullayevin maraqlı hekayəsi
Müəllif: yazıçı,qəzəlxan,ədəbi tənqidçi İlqar Fəhmi
| ['detektiv', 'Çingiz Abdullayev', 'ədəbi tənqid', 'Dronqo', 'detektiv janrı'] |
4,750 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/7521/2-d%C3%BC%C5%9F%C3%BCnd%C3%BCr%C3%BCc%C3%BC-hekay%C9%99.html | 2 düşündürücü hekayə | ORIGINAL | Düşündürücü hekayələr | 26 okyabr 2011, 19:13 |
- Mən bir şeyi başa düşmürəm: kasıbın yanına kömək üçün gedirsən, o xoşhallıqla səni qarşılayır və bacardığı qədər kömək edir. Varlının yanına gedirsən - o sanki heç kimi görmür. Doğrudandamı, bütün bunlar ancaq pulun təsirindəndir? - Pəncərədən bax, sən orada nə görürsən? - Uşaqlı bir qadın, bazara doğru gedən avtobus... - Lap yaxşı. İndi isə güzgüyə bax. Bəs güzgüdə nə görürsən? - Eh, orda nə görə bilərəm ki?! Əlbəttə yalnız özümü! - Bax məsələ də bundadır. Pəncərə də, güzgü də şüşədən hazırlanıb. Lakin şüşəyə bir az gümüş əlavə etmək kifayətdir ki, sən ancaq özünü görəsən.
Qoca adam, çətinliklə zənbildə daşıdığı südü çadır dirəkləri arasından keçirməyə çalışarkən: -Süüd ...!, deyə qışqırırdı. Qoca, hələ sözünü tamamlamamışdı ki, çadırından çıxan hirsli bir adam: -Sən deyəsən ağlını itirmisən!-deyə qışqırdı. Biz yaralılarımızla məşğul olarkən, sən pul qazanma sevdasındasan. Yaşlı adamın gözləri dolmuşdu. Yumşaq bir səslə: -Bu zəlzələdə dörd nəvəmi itirdim övladım, dedi. Onların içdikiləri südü digər balalarmıza hədiyyə etmək istəyirdim,səhv etmişəm?! Bu olmuş hadisəni danışanlar, "qoca adama qışqıran o adamın ağlayışını və ona sarılaraq üzr diləyişini heç unutmarıq" deyirlər... Mənbə: "Okunmaya Değer Hikayeler" səhifəsiTərcümə və redaktə etdi: Musalı Azər
| ['düşündürücü hekayələr', 'ibrətamiz hekayə'] |
4,751 | https://kayzen.az/blog/fotosessiya/7520/%C9%99n-q%C9%99rib%C9%99-pullar.html | Ən qəribə pullar | BaKiNeC | Fotosessiya | 26 okyabr 2011, 16:29 |
Numizmatika dünyada ən populyar hobbilərdən birinə çevriləndən sonra bütün ölkələrin mərkəzi bankları yubiley pulları buraxmağa başlayıblar
| ['Ən qəribə pullar', 'pullar'] |
4,752 | https://kayzen.az/blog/fotosessiya/7519/g%C3%B6z%C9%99l-v%C9%99-q%C9%99rib%C9%99-pill%C9%99kanlar.html | Gözəl və qəribə pilləkanlar | BaKiNeC | Fotosessiya | 26 okyabr 2011, 11:04 | ['Gözəl və qəribə pilləkanlar', 'pilləkanlar'] |
|
4,753 | https://kayzen.az/blog/fotosessiya/7518/%C9%99n-qeyri-adi-sabunlar.html | Ən qeyri-adi sabunlar | BaKiNeC | Fotosessiya | 26 okyabr 2011, 10:24 | ['qeyri-adi sabunlar'] |
|
4,754 | https://kayzen.az/blog/biologiya/3337/mendel-qanunu.html | Mendel qanunu | Qiyasli | Biologiya | 26 okyabr 2011, 00:37 |
Mendel qanunu Qreqor Iohann Mendelin təcrübə və tədqiqatlarına əsaslanan orqanizmlərin irsi əlamətlərinin nəsildən-nəsilə ötürülməsi prinsiplərini izah edən klassik genetikanın əsasını təşkil edən, irsiliyin malekulyar mexanizmlərini və «təmiz qamet hipotezini» izah edən qanun. Mendel qanununun məğzi ondan ibarət idi ki, hər bir canlı orqanizm irsi əlamətləri daşıyan, hal-hazırda gen adlandırılan əsas hissəciklərə malikdirlər. Bu hissəciklər vasitəsilə irsi xasiyyət və əlamətlər nəsildən-nəsilə ötürülmüş olur. Yaranma tarixiIX əsrin ortalarında (O.Sarje, Ş Noden) dominantlıq halı haqqında ilk təsəvvürlər meydana çıxmış olur. Çox vaxt birinci nəsil hibridləri bir-birilərinə və valideynlərin biri ilə (əlamət dominantlıq təşkil etdiyi üçün) oxşar olurlar. Resessiv olan və ya üzə çıxmayan əlamətlər itməyərək hibridlərin bibr-biri ilə çarpazlaşdırılmasından yaranan nəsildə üzə çıxa bilir. C. Qoss göstərmişdir ki, öz-özünə tozlanmada ikinci nəsil hibridlərində dominant əlamətlər iki cür: parçalanan və parçalanmayan ola bilirlər. Lakin tədqiqatçıların heç biri öz müşahidələrini nəzəri cəhətdən qiymətləndirə bilməmişdirlər. Növbəti iki biologiya imtahanından kəsilən Qreqor Yohan Mendel Avqustin monastrında abbatlıq etməyə başlamışdır. Bitkilərin müxtəlif əlamətləri onda böyük maraq yaradaraq 1856-1863 illərdə monastrın baxçasında noxud bitkisi üzərində bəzi tədqiqatlar apararaq irsi əlamətlərin qanunauyğunluğunu izah edən günümüzdə «Mendel qanunu» kimi tanınan qanununun izahını vermiş olur. 8 mart 1865 ci ildə Mendel öz təcrübə və tədqiqatlarının nəticələri haqqında Brno təbiətşünaslar cəmiyyətinə hesabat verir. Onun tədqiqatları cəmiyyətin işləri ilə birlikdə «Calaq bitkiləri üzərində təcrübələr» başlığı altında dərc olunur. Brno təbiətşünaslar cəmiyyətinin jurnalı prestij və bir o qədər də məhşur deyildir. Bu qəbildən olan dərclərə yalnız mərkəzi kitabxanalarda rast gəlmək mümkün idi. 1884 cü ildə Mendelin vəfatından sonra onun bu tədqiqatları unudulur və məhşurlaşa bilmir. 1900 ci ildən başlayaraq holland Huqo De Friz, alman Karl Korrens və avstriyalı Erix fon Çermak bir-birilərindən müstəqil şəkildə nəbati tədqiqatlar apararkən Mendelin məqaləsinə rast gəlirlər və anlayırlar ki, onların apardıqları tədqiqatlar Mendelin nəticələri ilə tam üs-üstə düşür. Beləliklə Mendelin dərci sağlığında ala bilmədiyi qiymətini alaraq və yayılaraq dünyanın 120 universitetinin kitabxanasına yetişmiş olur.Metod və tədqiqatlarMendel əlamət və xasiyyətlərin nəsildən-nəsilə ötürüldüyünü öyrənmişdir.Menel öz təcrübə metodunu onun təqiq etdiyi sortun iki toxumunun: hamar və kələkötür (qırışıq) alternativ olan əlamətləri üzərində qurmuşdur. Tədqiqatın bu düşünülmüş dar (əlamətlər) çərçivəsi irsiyyətin ümumi qanunauyğunluğunun əldə edilməsində əsas amil olmuşdur.Mendel ehtimal nəzəriyyəsinə əsaslanaraq planlı və əhatəli eksperiment aparmışdır. O, 34 noxud sortundan 22 «təmiz» (əlamət parçalanması müşahidə olunmayan öz-özünə tozlanan və öyrənilmiş) sortları seçmişdir. Sonra o, sortları süni şəkildə hibridləşdirərək alınan sortları öz aralarında calaşdıraraq 7 əlamətin irsi keçiriciliyini təxminən 20 000 ikinci nəsil hibridləri arasında öyrənmişdir. Eksperimentin uğuru bir də onda idi ki, noxud bitkisi təbi olaraq öz-özünə tozlanır və süni hibridləşməyə asand tabe olur.Mendel ilk dəfə biologiyada məlumatların analizi üçün dəqiq saylı metodlardan istifadə etmişdir. O, anlayırdi ki, təsadüfi xətaları kənarlaşdırmaq üçün böyük sayda calaşdırmalar aparılması labüddür.Hibridlərdə valideynlərindən birinin əlamətinin üzə çıxmasını dominantlıq halı adlandırmışdır.«Allel genli, müxtəlif əlamətli fərdlərin çarpazlaşdırılmasından alınan birinci nəsil hibridlərin fenotipi dominant əlamətlərlə xarakterizə olunaraq, genotip baxımından heteroziqotdurlar.»Mendelin bu qanunu «Dominantlıq qanunu» kimi də tanınır.Dominantlıq halıQırmızı-çəhrayı çiçəkli və ağ çiçəkli noxud bitkisini bir-biriləri ilə çarpazlaşdırarkən Mendel görür ki, sonrakı nəsil noxud bitkisinin çiçəkləri qırmızı-çəhrayı rəngdə olub arasında bir dənə də olsun ağ çiçəkli noxud bitkisinə rast gəlinməmişdir. O, digər əlamətləri seçərək təcrübəni dəfələrlə təkrar etmiş: sarı noxud yaşıl noxudla carpazlaşdırıldıqda sonrakı nəsil toxumları sarı rəngli, hamar və qırışıq noxudlar çarpazlaşdırıldıqdan alınan nəsil toxumları hamar, hündürboylu və alçaqboylu noxud bitkilərinin çarpazlaşmasından alınan nəsil isə hündürboylu olmuşdur. Bu nəticələrə əsaslanaraq Mendel belə qərara gəlir ki, birinci nəsil hibridləri nəzərdə tutulmuş əlamət üzrə oxşardırlar. Valideynlərin birindən alınmış bu əlamət qüvvətlidir — dominantdır və alternativ zəif — resessiv əlaməti üstələmiş olur.Yarımdominantlıq və kodominantlıqBəzi rəqib və ya əks əlamətlər özlərini tam deyil yarımçıq büruzə verirlər. Buna yarımdominantlıq deyilir. Məsələn, lat. Linaria bitkisinin qırmızımtılçəhrayı çiçəklisini ağ çiçəkli ilə çarpazlaşdırdıqda birinci nəsil hibridləri ağımtılçəhrayı rəngli çiçəklərə malik olurlar. Andaluziya qara rəngli toyuğunu ağ rənglisi ilə çarpazlaşdırdıqda birinci nəsil fərdləri boz rəngli olurlar. Yarımdominant heteroziqotlar resessiv və dominant homoziqotlar arası ortaq əlamətlərə malik olurlar. Yarımdominantlıqdan fərqli olaraq kodominantlıq zamanı heteroziqot əlamətlər eyni dərəcəli (qarışıq) olur. Kodominantlığa tipik nümunə kimi insanın qan qrupunun irsən ötürülməsini göstərmək olar. Insanda qan qrupunun əlamətlərini daşıyan A və B genləri dominant, 0 isə ressesivdir. Bu sistemə əsasən 00 I, AA və A0 II, BB və B0 III, AB isə IV qan qrupunu müəyyən edir. Bütün AA (I qrup) və BB (III qrup) genotiplərindən törənən insanlar AB (IV qrup) genotiplidirlər. Onların fenotipləri valideyin fenotipləri arasında aralıq təşkil etmir, çünki eritrositlərin səthində hər iki A və B aqlütinogeni mövcuddur. Yarımdominantlıq və kodominantlıq halları Mendel qanununu bir qədər dəyişmiş olur:«Allel genli, müxtəlif əlamətli fərdlərin çarpazlaşdırılmasından alınan birinci nəsil hibridləri bu hallarda: dominantlıq halında dominant əlamətlə və ya kodominantlıq halında isə qarışıq (aralıq) əlamətlə oxşardırlar.»Əlamətlərin parçalanması qanunuƏlamətlərin parçalanması qanunu və ya Mendelin II qanunu«Monohibrid çarpazlaşma zamanı alınmış ikinci nəsil hibridləri arasında fenotip əlamətlər 3:1 nisbətində: 3/4 dominant, 1/4 resessiv olmaqla parçalanır.»İki təmiz ya allel fərdin çarpazlaşmasına monohibrid çarpazlaşma deyilir. heteroziqot fərdlərin çarpazlaşmasından törənən fərdlərin bir hissəsi dominant, digər hissəsi isə resessiv əlamətlərin daşıyıcısıdırlar. Resessiv əlamətlər birinci nəsil hibridlərində itməyərək, gizlin qalaraq ikinci nəsil hibridlərində üzə çıxırlar. Əlamətlərin parçalanması fenotip üzrə 3:1 nisbətində və genotip üzrə 1:2:1 nisbətində olması aşağıdakı şəraitdən aslıdır:Çoxsaylı çarpazlaşdırma öyrənildikdəA və a allel tərkibli qametlər bərabər saylı və eyni həyat qabiliyyətli olduqdaMüxtəlif allelli qametlər bir-biriləri ilə eyni ehtimalda qarışırlar.Müxtəlif genotipli ziqotlar bərabər həyat qabiliyyətlidirlər.İrsiyyət qanununa görəHər bir diploid fərd ya orqanizm əlamətə cavabdeh genin bir cüt allelinə malikdir; bunlardan biri ata, digəri isə anadan götürülmüş olur.İrsi faktorlar nəsildən-nəsilə cinsiyyət hüceyrələri vasitəsi ilə ötürülür. Qamet formalaşdıqda, hər birinə ancaq hər cütdən bir allel düşmüş olur. (O qamet təmiz sayılır ki, ikinci allelə malik olmur.)Mənbə: Vikipediya
| ['Mendel'] |
4,755 | https://kayzen.az/blog/informatika/7472/informasiya-sisteml%C9%99ri-v%C9%99-texnologiyalar%C4%B1.html | İnformasiya sistemləri və texnologiyaları | Samir012 | İnformatika | 25 okyabr 2011, 23:05 |
İstənilən məsələdə qarşıya çıxan problemlərin təhlil edilməsində, qərarın qəbul edilməsində, əməliyyatlara nəzarətdə, yəni məhsulun yaranmasında və xidmətində informasiya lazımdır. İnformasiya termini latınca informatio -izah etmə, aydınlaşdırma, başa salma, hər hansı faktı, hadisəni, əlaməti ifadə etməkdir. Bu ümumi elmi anlayış olub, adamlar arasında məlumatlar mübadiləsi, qurğular, adamlar, canlı və cansızlar arasında siqnalların mubadiləsini özündə birləşdirir. İnformasiya - adam, əşya, fakt, hadisə, əlamətə təsnif olunma formasından asılı olmayaraq proseslər haqqında məlumatdır. Bu termin altında idarəetmə məsələsinin həlli üçün məlumatların anlaşılması və işlənməsi başa düşülür. Məlumatlar təşkilatda və ondan kənarda baş verən hadisələri özündə əks etdirir.
İnformasiya geniş mənada isə dünyanın müxtəlif yerlərində baş verən prosessləri bir məlumat kimi müəyyən edir. İnformasiyanı öyrənən zaman insan fəaliyyətinin müxtəlif sahələrində onun yaranması, dəyişdirilməsi və istifadə olunması qanunauyğunluqları nəzərə alınmalıdır.
Sistem dedikdə isə, vahid məqsəd üçün istifadə edilən bir-biri ilə əlaqəli olan elementlər toplusu başa düşülür. Sistemlər bir-birindən tərkibinə və yaradıldığı əsas məqsədlərə görə fərqlənirlər.
İnformatikada isə "sistem" anlayışı çox genişdir və bir çox mənalar daşıyır. O, daha çox texniki vasitə və proqramlar toplusunda tətbiq olunur. Kompyuterin aparat hissəsi də bir sistemdir. Həmçinin, konkret tətbiqi məsələlərin həlli üçün istifadə edilən proqramlar, sənədləşmə fəaliyyətlərinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş proqramlar toplusu da sistem adlanır.
"Sistem" anlayışına "informasiya" anlayışının əlavə olunması onun yaradılma məqsədini və fəaliyyətinin əsas mahiyyətini əks etdirir. İnformasiya sistemləri istənilən sahədə qərar qəbul edilməsi prosesinə lazım olan informasiyanın yığılması, saxlanması, emalı, axtarışı və ötürülməsini təmin edir. Onlar problemlərin təhlil olunması və yeni məhsul istehsal edilməsinə kömək edir.
İnformasiya sistemi - qarşıya qoyulmuş məqsədə nail olmaq üçün informasiyanın saxlanması, işlənməsi və ötürülməsində istifadə edilən vasitə, insan qüvvəsinin və metodların qarşılıqlı əlaqələrinin məcmusudur. Müasir anlamda "informasiya sistemi" məlumatın emal olunmasında əsas texniki vasitə kimi fərdi kompyuterin istifadə olunmasını nəzərdə tutur. Böyük təşkilatlarda informasiya sisteminin texniki bazasına fərdi kompyuterdən əlavə MEYNFREYM, ya da Super EHM daxil oluna bilər.
Kompyuterlər və informasiya sistemləri arasında fərqi bilmək vacibdir. İxtisaslaşmış proqram vasitələri ilə təchiz olunmuş kompyuterlər informasiya sistemləri üçün texniki baza və alətdir. İnformasiya sistemləri kompyuterlərlə və telekommunikasiyalarla qarşılıqlı əlaqədə olan insansız təsəvvür edilə bilməz.
İnformasiya sistemlərinin istifadəsinə qarşı yanaşmanın dəyişməsi
İlk informasiya sistemləri 50-ci illərdə yaranmışdır. Bu zaman onlardan maaşların hesablanmasında istifadə edilirdi və əməliyyatlar elektromexaniki mühasibat hesablama maşınlarında aparılırdı. Bu, xərclərin və sənədlərin hazırlanması vaxtına qənaət etməyə imkan verirdi.
60-cı illərdə informasiya sistemlərinə münasibətin dəyişməsi müşahidə olunur. İnformasiya sistemlərindən alınan informasiya dövrü hesablaşmalarda bir çox parametrlərlə istifadə edilirdi. Bunun üçün təşkilatlarda artıq əvvəlki kimi yalnız maaş hesablamasında və hesab sənədlərinin emal olunmasında istifadə olunan deyil, daha geniş təyinatlı kompyuter avadanlıqlarına tələbat yaranırdı.
70-ci illər - 80-ci illərin əvvəllərində informasiya sistemləri qərar qəbuletmə prosesinə dəstək təmin edən, onu sürətləndirən və əsasən, rəhbər işçilər üçün nəzərdə tutulan nəzarət sistemləri kimi qəbul olunurdu.
80-ci illərin sonlarında informasiya sistemlərindən istifadə konsepsiyası yenidən dəyişir. Onlar artıq informasiyanın strateji mənbəyinə çevrilir və istənilən növ təşkilatlarda bütün səviyyələrdə istifadə edilir. Bu dövrdə informasiya sistemləri lazım olan informasiyanı vaxtında təmin edərək, təşkilatlara öz fəaliyyətlərində uğur qazandırır, həmçinin, yeni xidmətlər və məhsulların istehsalı, yeni satış bazarlarının tapılması, etibarlı partnyorların tapılması və s. fəaliyyətlərdə yardımçı olur.
İnformasiya sistemlərində əməliyyatlar
Müxtəlif məqsədlər üçün nəzərdə tutulan informasiya sistemlərinin fəaliyyətini təmin edən prosesləri aşağıdakı bloklardan ibarət olan sxem şəklində təsvir etmək olar:
daxili və ya xarici mənbədən informasiyanın daxil edilməsi;
daxil olmuş informasiyanın emalı və münasib şəkildə nümayişi;
istehlakçılara nümayiş etmək və ya digər sistemə göndərilməsi üçün informasiyanın çıxarılması;
əks əlaqə - həmin təşkilatın işçiləri tərəfindən giriş informasiyasının düzəlişi üçün yenidən emal edilən informasiyadır.
Hal-hazırda informasiya sistemləri kompyuter texnikası vasitəsilə realizə olunmuş sistemə dəyişilmişdir.
İnformasiya sistemlərini başa düşmək üçün onun həll etdiyi məsələnin mahiyyətini və onun qoşulduğu təşkilat proseslərini anlamaq lazımdır. Kompyuter informasiya sistemlərinin imkanlarını müəyyən edərkən qərar qəbul etməni saxlamaq üçün aşağıdakılar nəzərə alınmalıdır:
həll edilən idarə məsələlərinin quruluşu
idarəetmənin iyerarxiyasının səviyyəsi
həll edilən məsələnin biznesin bu və ya digər sahələrinə aid olması
istifadə edilən informasiya texnologiyalarının görünüşü.
Kompyuter informasiya sisteminin işinin texnologiyası mütəxəssisin kompyutersiz sahəni başa düşməsi üçün əlverişlidir və professional fəaliyyətlərdə və onların idarəedilməsində müvəffəqiyyətlə istifadə oluna bilər.
İnformasiya sistemlərinin tətbiqindən nə gözləmək olar?
İnformasiya sistemlərinin tətbiqi aşağıdakılara səbəb olar:
riyazi metodlar və intellektual sistemlərin və s. tətbiqi sayəsində idarə məsələlərinin həllində daha da səmərəli nəticələrin alınmasına
işin avtomatlaşdırılması nəticəsində işçilərin hərəkətsiz işdən azad edilməsinə
informasiyanın dəqiqliyinin təmin edilməsinə
kağız daşıyıcılarının maqnit disk və lentlərlə əvəz olunmasına, bu da infromasiyanın kompyuterdə işlənməsinin daha da səmərələşməsinə və kağızda sənədlərin həcminin azalmasına gətirib çıxarır
firmada sənəd dövriyyəsinin və informasiya axınının strukturunun təkmilləşməsinə
məhsul və xidmətlər istehsalına xərclərin azaldılmasına
istehlakçılara daha səmərəli xidmətlərin təklifinə
yeni bazar yerlərinin axtarıb tapılmasına
intehlakçı və mal satanlara edilən güzəştlər və xidmətlər sayəsində onların firmaya bağlanmasına.
İnfromasiya sistemlərində idarəetmənin strukturunun rolu
İstənilən təşkilat üçün informasiya sistemlərinin yaradılması və istifadəsi aşağıdakı məsələlərin həllinə istiqamətlənib.
1. İnformasiya sistemlərinin strukturu, onun funksional təyinatı təşkilatın məqsədlərinə müvafiq olmalıdır. Məsələn, ticarət firmasında - effektli biznes; dövlət müəssisələrində - sosial və iqtisadi məsələlərin həlli üçün.
2. İnformasiya sistemləri insanlar tərəfindən idarə edilməlidir, onlar tərəfindən başa düşülməli və sosialoji və əxlaqi prinsiplər əsasında istifadə edilməlidir.
3. Dəqiq, etibarlı, vaxtlı və sistemləşdirilmiş informasiya istehsalı.
İnformasiya sisteminin yaradılmasını bina tikintisi ilə müqayisə etmək olar. Kərpiclər, mismarlar, sement və digər bir yerə toplanmış tikinti materialları hələ bina demək deyildir. Binanı tikmək üçün layihə, yer quruluşu, tikinti və s. lazımdır.
Analoji olaraq informasiya sisteminin qurulması və istifadəsi üçün əvvəlcə strukturunu, təşkilatın siyasət və funksiyalarını, idarəetmənin və qəbul edilmiş qərarların məqsədini, kompyuter texnologiyalarından istifadənin mümkünlüyünü bilmək lazımdır. İnformasiya sistemləri təşkilatın bir hissəsini təşkil edir, istənilən təşkilatın açar elementləri isə - idarəetmənin orqan və strukturu, standart üsullar, heyətdir.Müəllif: Zamirə İlqar
| ['informasiya sistemləri', 'İT'] |
4,756 | https://kayzen.az/blog/umud600/7517/n%C9%99-az-%C5%9F%C3%BCk%C3%BCr-edirsiniz.html | Nə az şükür edirsiniz! | umud600 | Bloq: umud600 | 25 okyabr 2011, 23:05 |
Hamınız trilyonersiniz. "Mən də?"-deyirsinizsə, " Bəli! Siz də!" Sizə verilən nemətlərə bir az diqqətlə nəzər yetirsəniz və onlar haqqında düşünsəniz, nağıllardakı Əli Babanın dəfinələrindən daha qiymətli xəzinəyə malik olduğunuzu heyrətlə görəcəksiniz. İki gözünüzü bir milyard dollara satarsınız? Bəs əllərinizi, qulaqlarınızı necə? Hansı xəzinəyə gözlərinizi dəyişərsiniz? Dünyanın bütün qızıllarını, pullarını, neftini sizə versələr və sizdən beyninizi istəsələr, verərdiniz? Verərsiniz, elə deyilmi? Nə, xeyr? Yoxsa, siz də "xeyr" deyirsiniz? Bəs yaxşı, heç bir orqanınızı dünya malına dəyişmirsiniz. Onda necə düşünə bilirsiniz ki, varlı deyilsiniz? Əfsuslar olsun ki, əksər insanlar nə qədər varlı olduqlarının fərqinə varmırlar. Bu nemətlərin qədrini bilib, nemətləri verənə layiqincə şükür edirsinizmi? İnsan həmişə əlində olmayanı düşünür, əlində olana isə məhəl qoymur. Şükür üçün bu qədər nemət azdırmı? NİYƏ şükür əvəzinə həmişə şikayət edirik? Rəbbimiz bu halımıza yaxşı bələddir və bizə dəfələrlə:" Nə az şükür edirsiniz?" ("Mülk " surəsi, 67-23 ) -deyə xatırladır. Elə isə dünyanın bütün xəzinələrindən qiymətli olan bu orqanlarımız üçün layiqincə şükür etməyə çalışaq. Təbii ki, hər nemətin öz şükrü var. Bu nemətlərin şükrü isə onları yaxşı, doğru, halal yolda, Allah üçün işlətməkdir. Tanrı bizi şükür edənlərdən qərar versin. AMİN !
| ['Nə az şükür edirsiniz'] |
4,757 | https://kayzen.az/blog/Az%C9%99rbaycan-tarixi/7508/bir-qalan%C4%B1n-sirri-q%C4%B1z-qalas%C4%B1.html | Bir qalanın sirri: Qız qalası | BaKiNeC | Azərbaycan tarixi | 25 okyabr 2011, 11:40 |
Qız qalası - Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir. Qala qədim İçərişəhərin cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidədir. Uca qülləşəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq sirləri çoxdur. Hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə YUNESKO-nun (UNESCO) Ümumdünya irsi siyahısına salınmışdır.Qalanın adının etimologiyası ilə bağlı müxtəlif fikirlər olsa da, onlardan ən çox üstündə dayanılanı qalanın qızla bağlı əfsanəyə (bəzi müəlliflərə görə Bakı xanının qızı) əsasən Qız qalası adlandırılmasıdır. Əfsanəyə görə qardaşı (bəzi mənbələrdə hökmdar atası) tərəfindən qalada saxlanan qız bu əzaba dözməyərək özünü qalanın başından ataraq Xəzər dənizinin sularına qərq etmişdir. Qalanın adının digər yozumunna görə isə heç vaxt düşmənlər tərəfindən fəth edilmədiyindən qala xalq arasında bakirəlik rəmzi kimi Qız qalası adlandırılmışdır. Digər versiyaya görə isə qala əvvəllər “Göz qalası” adlandırılmış, zaman keçdikcə isə bu ad xalq deyimində dəyişərək “Qız qalası” şəklini almışdır.Tikilmə vaxtı ətrafında mübahisələrin heyrətləndirici böyük zaman intervalı çərçivəsində aparılması baxımından memarlıq tarixində Qız qalası ilə müqayisə edilə biləcək abidə yoxdur. Belə ki, abidənin yaşının Şumer dövründən başladığını iddia edən mütəxəssislər də var, XII əsrdə tikildiyini sübut etməyə çalışanlar da. Burda zaman fərqi, tikilmə tarixi bilinməyən başqa abidələrdə olduğu kimi, bir neçə il deyil, hətta bir neçə əsr də deyil, 3000 ildən artıqdır. Qala divarları üzərindəki bir kitabədə ərəb dilində bu sözlər yazılmışdır: “Davudun oğlu Məsudun qülləsi”.Bəzi tədqiqatçılar bu şəxsin Qız qalasını tikdirən feodal hakim olduğunu ehtimal edirlər. Lakin bu cür lokanik məzmunlu kitabələrdə, adətən, memarların adının qeyd edildiyi nəzərə alınsa, Davudun oğlu Məsudun Qız qalasını inşa edən memar olduğunu söyləmək mümkündür. Kitabənin yazı üslubu və xətti XII əsr yazısına yaxın olduğuna görə Qız qalasının məhz bu dövrdə tikildiyi ehtimal edilir. Digər tərəfdən bir çox alimlərin fikrinə görə Kufi yazılarından X-XII əsrlərdə istifadə olunduğu üçün Qala (üst qatı) həmin əsrlərdə inşa olunub. Lakin, bəzi alimlər bu fikirlərin səhv olduğunu iddia edirlər.Qız qalasının ilkin olaraq hansı məqsədlərlə inşa edilməsi məsələsi müəyyən edilməsə də, abidənin Bakının müdafiə sisteminə daxil olduğu və Şirvanşahların ən möhkəm qalalarından olan Bakı qalasının baş qülləsi rolunu oynadığı mütəxəssislər tərəfindən qəbul edilmişdir. Qız qalasının tikilmə tarixi kimi funksiyası barədə də irəli sürülən mülahizələrin bir çoxu inandırıcı arqumentlərə söykəndiyi halda, fərziyyə və uydurmadan irəli getməyəni də var.Qız qalasının zikkuratın Abşeron variantı, atəşpərəstlik məbədi, sükut qülləsi, göz qülləsi, rəsədxana, passiv müdafiə tikilisi və s. olması haqqında ziddiyyətli fikirlər irəli sürülmüşdür. Abidənin quruluşuna əsaslanaraq onun tarixini qədim dövrlərə çəkib aparan tədqiqatçılar qalanın Zərdüşt dövrü - Zərdüşt daxması, atəşpərəstlik məbədi, Mitra və Anahita ilahələri ilə əlaqədar tikili olduğunu söyləyirlər. Bu tədqiqatçıların ehtimalına görə atəşgah məbədi olan Qız qalası e.ə. VIII-VII əsrlərdə Kaspiana və Midiyanın bürclü məbədlərinin təsiri ilə Xəzər dənizi sahilində, təbii yanan atəşlərin arasında məhz qədim od şəhəri “Atəşi Baquan”da tikilə bilərdi. Bir çox alimlərin fikirlərinə görə, Qız qalasının Çıraqqala müdafiə qalasına bənzərliyini əsas götürüb onun Gilgilçay müdafiə sisteminə aid olduğunu da söyləmək olar. Qız qalasının Şimal-Şərqi Albaniyanın müdafiə qalalarındakı memarlıq elementləri ilə oxşarlığını qeyd edərək onu eramızın V-VI əsrlərinə aid edən mütəxəssislər də vardır.
Tarixdən məlumdur ki, Qafqaz Albaniyasının cənub şəhərlərindən sayılan Bakı Sasanilərin təsiri altında idi. Ehtimal etmək olar ki, Qız qalası Sasani imperiyasının şimaldakı mərzbanlığında, məhz Albaniya ərazisində tikdirdikləri müdafiə sisteminə daxil idi. Qız qalasının Abşerondakı müdafiə tipli möhtəşəm qalalara (Mərdəkan, Ramana, Şüvəlan, Nardaran qalaları) bənzərliyini də qeyd etmək olar. Ucalığı və xarici görkəmi ilə Abşeronun, eləcə də bütün Azərbaycanın müdafiə qüllələri içərisində tayı olmayan Qız qalası, daha çox planının bənzərsiz biçimi ilə diqqəti cəlb edir.Bu bənzərsizliyi dairəvi qülləyə bitişik çıxıntı əmələ gətirmişdir. Tədqiqatçılar çıxıntını gah kontrfors - dayaq divarı, gah dalğaqıran, gah da gizli xəzinə yeri saymışlar. Qız qalası nəhəng qaya üzərində tikilmişdir. Qüllənin çıxıntısı bir az alçaqdır. Çıxıntının uca və qalın daş kütləsi qüllənin çevrəsinə toxunandır. Sanki çıxıntı burularaq qüllə silindrinə çevrilir. Kənardan və yuxarıdan baxdıqda isə bina “9” şəklli effekt verir.Qız qalasının görkəmində dinclik və gərginlik üzvi şəkildə birləşərək yenilməzlik, alınmazlıq rəmzi yaratmışdır. Qız qalası dahi sənətkar bacarığının güclü bədiilik dərəcəsinə yüksəltdiyi, əzəmət simvoluna çevirdiyi sadəlik nümunəsidir. Qalanın cənub və cənub-şərq tərəflərini, xüsusilə dənizi nəzarət altında saxlamaq üçün mazğallar düzəldilmişdir. Bunlar qalanın içərisinə təmiz hava daxil olmaq işinə də xidmət etmişdir. 1962-1963-cü illərdə qalanın birinci mərtəbəsinin döşəməsində arxeoloji qazıntı işləri aparılmışdır. 5 m dərinliyə qədər davam etdirilən həmin qazıntı nəticəsində məlum olmuşdur ki, abidənin bünövrəsi dəniz tərəfə enişli olan nəhəng bir qayanın üzərində tikilmişdir. Buradan belə bir nəticəyə gəlmək olur ki, abidəyə dəniz tərəfdən bitişik olan kontrfors həmin enişin qarşısında qala üçün əsas dayaq rolunu oynamışdır.1964-cü ildə qalada tədqiqat işləri aparılan zaman bünövrədən 14 m hündürlükdə içəriyə doğru uzanan böyük ağac tirlərin olduğu müəyyən olunmuşdur. Onların nə məqsədlə istifadə edilməsi məlum deyil. Ola bilsin bu tirlər kontrforsun içində gizli bir tikinti ilə əlaqədardır və ya zəlzələyə qarşı amortizasiya rolunu oynamışdır. Dəqiq hesablama əsasında müəyyən edilmişdir ki, qalanın divarının eni bünövrə hissədə 5 metrdirsə, yuxarı hissəsində təqribən 4,5 mertdir.Qız qalasının maraqlı cəhətlərdən biri də onun içərisində qayadan ovulub düzəldilmiş su quyusu olmasıdır. Diametri 0,7 m olan bu quyu qalanın cənub-şərq divarının içindədir. Su quyusunda qazıntı işləri aparılmışdır. Quyudan tapılan maddi-mədəniyyət qalıqları buradan XII əsrdən başlayaraq istifadə olunduğunu göstərir. Hesablamalar nəticəsində məlum olmuşdur ki, quyunun dəniz suyunun səviyyəsi ilə heç bir əlaqəsi yoxdur. Quyunun suyu kimyəvi analiz olunmuş, onun içmək üçün tam yararlı olması müəyyənləşdirilmişdir. Quyunun ağız hissəsi qalanın üçüncü mərtəbəsinin döşəməsi səviyyəsindən başlayıb divar boyu aşağıya doğru 13 m davam edir. Quyunun təhlükəsizliyini təmin etmək üçün onu qala divarı içərisində gizlətmişlər. Onun şimal və cənub divarında enib-qalxmaq üçün 10-12 sm dərinlikdə ayaq yerləri vardır. Quyunun 12 m dərinliyində divar genişlənir.Qız qalası və Şirvanşahlar Sarayı arasında gizli yeraltı yolun məhz su quyusunun aşağı hissəsindən başlanması ehtimal olunur. 1982-ci ildə İçərişəhərin şərq tərəfində aparılan genişmiqyaslı arxeoloji qazıntılar nəticəsində aşkar edilən ilk yeraltı yol orta əsrlərdə Bakının mərkəzi ticarət küçəsi sayılan Şamaxı Qala qapısından başlayıb Salyan darvazasına doğru gedən baş küçənin şərq tərəfində şimal-cənub istiqamətində yerləşir. Maraqlıdır ki, yolun xətti XIV əsrdə tikilmiş Multani karvansarasının altından keçərək Qız qalasına doğru gedir.Mənbə : www.milli.azP.S Saytda Qız Qalası haqqında məlumat olduğu üçün bir az da mən bəzi əlavələrin edilməsini istədim.İnanıram ki, kimsə bunu mənə təkrar yazı kimi irad tutmaz.Çünki bəzi çatışmayan məlumatları da daxil etməyi lazım bildim.Əvvəlcədən hər kəsə öz dərin minnətdarlığımı bildirirəm.ALLAH hər kəsdən razı olsun.AMİN.
| ['qız qalası', 'tarixi abidələr'] |
4,758 | https://kayzen.az/blog/aforizmler/7507/var-d%C3%B6vl%C9%99t-haqq%C4%B1nda-aforizml%C9%99r.html | Var-dövlət haqqında aforizmlər | umud600 | Hikmət dənizi və aforizmlər | 25 okyabr 2011, 01:07 |
Milyonları axtaranlar nadir hallarda taparlar, ancaq axtarmayanlar əsla tapmazlar. ( Onore de Balzak )Varlanmaq üçün iki şey lazımdır: işləmək və qənaət etmək. ( Bencamin Franklin )Pullu insanlar üç cürdür: pulunun köləsi olanlar, pulunun dostu olanlar və pulunun ağası olanlar. ( Deyl Karnegi: Amerika psixoloqu )Əgər bir nəfər" Mənim üçün pul mühüm deyil, prinsiplər mühümdür" deyirsə, bilin ki, onun üçün mühüm olan puldur. ( Kin Hubbard: Amerika filosofu )Pulların səpildiyi yerdə təmizliyə riayət etmək çox çətindir. ( Eduard Servus: Rus ədəbiyyatşünası )Var-dövlət qayğılarımızı azaltmır, sadəcə olaraq bir qayğını digəri ilə əvəz edir. ( Epikür: Qədim Yunan filosofu )Pul həqiqi zənginlik deyildir. O, sadəcə, ehtiyacları ödəmək üçün bir vasitə olduğuna görə dəyərlidir. ( Litsi Seneka: Qədim Roma filosofu )İki cür insan- bir çox kasıb, bir də çox varlı- pulun qədrini bilməz. ( Ernst Toller: Alman şairi )
Pul sənə xidmət etmirsə, onda sən ona xidmət etməli olursan. ( Frensis Bekon: İngilis alimi )Var dövlətə çox inanma, bir gün əldən gedər. ( Əhməd Yəsəvi: Türk alimi )
| ['aforizmlər'] |
4,759 | https://kayzen.az/blog/sevgi/7506/e%C5%9Fq-budur.html | Eşq budur! | Xrizoberil | Sevgi | 24 okyabr 2011, 22:49 |
Elə təsadüflər vardır ki...Bir avtobus dayanacağında paketlərlə gözləyərkən, rastlaşırsınız birdən..."- Bu o..." deyə içiniz titrəyər. Bir zamanlar ürəyinizi yaxan aşiq, sallanmış göbəyi, ağarmış saçlarıyla qarşınızdadır... iki əlində iki uşaq...- Necəsən?- yaxşıyam... Bəs sən?...- Qızın xeyli böyüyüb... Mənim də var 10 yaşında...- Anan, atan?...- Atamı itirdik. Anam xəstədir...- Xoşbəxtsənmi? Səssizlik...- Telefonumu verim, axtararsan bəlkə...İki yanaqda iki günahsız busə; biri köhnə sevgiliyə, digəri onunla birlikdə itib gedən keçmişə..."- Kim idi o əmi ana?.."Ürəyinizdə səbəbsiz bir iç çəkmə və ağılınızda cavabsız bir sual:"Görəsən?.."* * *Aliyə ilə Ramazanın eşq hekayəsində buna bənzər bir hüzn gizli idi.Hərçənd əhvalatları, əvvəl haqlı olaraq bir "tibb rüsvayçılığı" olaraq əks olundu "Milliyyət"in başlığına... Ancaq Ayşegül Aydoğanın sonrakı xəbəri ən az ilki qədər qəmli idi:Polis məmuru Ramazan Bəy, müəllimə Aliyə Xanıma 1954-cü ildə Karabükdə evlənmə təklif etmiş. Anasına baxmaq məcburiyyətində olduğundan qəbul edə bilməyir Aliyə... Bir başqasıyla evlənir Ramazan... Üç uşağı olmuş, ancaq Aliyəni hər zaman ağılında, qəlbində saxlamış. Gün gəlmiş, həyat yoldaşı süd vəzinin xərçənginə məğlub olur. Ailəsi "3 uşaqla bir başına baş edə bilməzsən, evlən" deyə israr edir. O da "İllər əvvəl bir sevgilim vardı, evlənsəm onunla evlənərəm" deyir. 17 il sonra gəncliyinin Karabükünə dönür və Aliyənin izinə düşür.
Müəlliməlik etdiyi məktəbdə tapır onu... Müdirin otağında gözləməyə başlayır. Aliyə otağa girib də keçmiş sevgisini qarşısında görüncə heyrətdən otaqdan qaçır. 17 il əvvəlki təklifi yeniləyir Ramazan:"- Bəli" deyir bu dəfə Aliyə müəllimə...* * *28 il evli qalmış, İkinci baharı yaşamışlar.Məlum, ikinci bahar, "son"bahardır. Orada eşq, həyatla cilvələşməkdən çox, həyat deyilən əziyyətə, çiləyə birlikdə sinəgərməkdir.71 illik yorğun ürəyi ağrımağa başlayır bir gün Aliyənin...Ramazan bir təcili yardımla xəstəxanaya yetişdirir yoldaşını... Qəbul etməmişlər, pulları yox deyə... Sonra bir başqasına... yenə rədd edilmişlər...Aliyə xanım ölümün eşiyində eşidirmiş Ramazan beyin çırpınışlarını; "Allahım bunlar nə edir" deyə ürpərirmiş.Ramazan bəysə "ilk göz ağrım gedir" deyə sızlanırmış için-için... "Ona bir şey olsa mən nə edərəm?.."Sonunda Ramazan Beyin qardaşı oğullarının puluyla bir xüsusi xəstəxanaya yatırda bilmişlər...Aliyə xanım yataqda; Ramazan Bəy başında... sağ əli yoldaşının ovucunda...* * *Bütün Dünya dərgisində vardır; uşaqlardan "Eşq nədir" deyə soruşmuşlar. Belə demiş dəcəllərdən biri:"Nənəm belağrısından xəstə olmuşdu. Əyilə bilmədiyi üçün ayaqlarına lak çəkə bilmirdi. Babam davamlı əlləri titrəməsinə baxmayaraq nənəmin ayaqlarına lak çəkirdi. Məncə, EŞQ BUDUR".Mənbə: Milliyyət qəzəti (Can Dündar)
| ['sevgi'] |
4,760 | https://kayzen.az/blog/islam-v%C9%99-qad%C4%B1nlar/7505/hicab-taxmaq-g%C3%BCnahd%C4%B1r.html | Hicab taxmaq günahdır? | cahandar | İslam və qadınlar | 24 okyabr 2011, 22:36 |
Bu gün əziz oxucularımla cəmiyyətdə mövcud olan və çoxlarının diqqətindən kənarda qalan bir problemi bölüşmək istəyirəm. Söhbət Hicabdan gedir. Azad demokratik öklədə yaşamağımıza baxmayaraq, bugün hicablılara qarşı münasibət fərqlidi. Mən buna ayrıseçkilik də deyərdim. Bu ayrıseçkiliyi həm cəmiyyətin hicablılar haqqında düşüncə tərzi, həm də onlara qarşı münasibətində müşahidə etmək olar.Məsələn, 19 May 2010-cu il tarixdə Heydər Əliyev adına İdman və Konsert kompleksində keçirilən ümumdünya Qida Sənayesi sərgisinin ilk günündə 2 hicablı xanıma sərgiyə girmək qadağan edilmişdir. Nə səbəbə? Məlumdur ki, cəmiyyətdə yazılı və yazılı olmayan qanunlar mövcuddur. Yazılı qanunları pozan qanunla məsuliyyətə cəlb edilir, yazılmayan qanunları pozanlar isə cəmiyyət tərəfindən tənqid edilir.Məsələn, teatrda geniş kütlə arasında və ya oxu zalında ucadan danışmaq, qışqırmaq; ictimai yerlərdə öpüşmək və s. Bəs hicabda gəzməklə, izahlı desək örtülü gəzməklə bu qanunlardan hansını pozuruq? İnsan özünü örtülü olduğu zaman mənəvi cəhətdən daha rahat hiss edirsə niyə ona mane oluruq?
Mənim rəfiqəm işsizdir. Səbəbi hicablı olmasıdır. Hicab onun işləyib özünü təmin etməsinə mane olur. Bu ədalətlidir? Hicablı xanımları işə götümək istəməyən iş adamları! "Sizin ofisə yaraşıqlı aksesuar lazımdı, yoxsa ki, çalışqan işçi?"Və yaxud, bəzi insanların geriləmiş təfəkkürünə nəzər salaq...Rəfiqlərimdən birinin fikrini bölüşmək istəyirəm sizinlə... "X" xanımın fikrincə, hicablılar qəddar olurlar, çünki avtobusda 2 dəfə hicablı xanımın hamilə xanıma və yaşlı qadına yer vermədiyinin şahidi olub. Bu da mənim məntiqli hesab etdiyim rəfiqəmin məntiqsiz fikri... Eləsinə qalsa, bir çox kişilər və hicabsız xanımların adı qara dəftərə, qəddarlar siyahısına düşməlidir.
Başqa bir misal. Bu səhər avtobusda 2 gənc xanım (yaşıdlarım) məni başdan ayağa süzüb istehza ilə gülürdülər. Mən də borclu qalmadım. Qarşılıqlı səmimi gülümsəmə ilə avtobusu düşəcəyim dayanacaqda tərk etdim. Həmin 2 xanımın sual dolu baxışlarını geridə, avtobusda buraxdım...məğrur-məğrur işlədiyim bunaya doğru addımladım...Təbəssüm hələ də üzümü tərk etməmişdi...Axı nə deyəydim onlara?...Onlar məni onsuz da anlamayacaqdılar...Həmin an bir şeyi düşündüm...Hicab mənim seçimimdi...Hər kəs öz seçimində sərbəstdi...
Müəllif:Günel.
| ['hicab'] |
4,761 | https://kayzen.az/blog/poeziya/7502/n%C9%99-var.-firudin-%C9%99dal%C9%99t.html | Nə var?.. / Firudin Ədalət | Xrizoberil | Poeziya | 24 okyabr 2011, 20:29 |
Dünyanı dərk edib, duymaq çətindir, Dünyanın işini yozmağa nə var? Həyatdan zövq alıb doymaq çətindir, Həyatı zay edib pozmağa nə var? Dostluqda, mərdlikdə dayanmaq gərək, Düşmən hiyləsindən qorunmaq gərək. Qurdu qurd gözündən tanımaq gərək, Tülkünü, çaqqalı görməyə nə var?
Çətinliyə düşən küsmə dünyadan, əlini bir yolluq üzmə dünyadan, əl çəkmə dünyadan, bezmə dünyadan, "Dünya beşgünlükdür" deməyə nə var? Azad vətənimdə azad bir quşam Mən hələ nə görüb, nə yaşamışam? Vətəni özümə ana sanmışam Ədalət- vətənçün ölməyə nə var?
| ['poeziya'] |
4,762 | https://kayzen.az/blog/Hagverdiyev/7499/x%C9%99yan%C9%99t%C9%99-%C5%9Fahid-g%C3%BCl.html | Xəyanətə şahid gül | Hagverdiyev | Bloq: Hagverdiyev | 24 okyabr 2011, 17:06 |
Aysellə Tural nişanlandıqdan sonra tez-tez görüşərdilər. Tural hər görüşdə Ayselə ətirli qızılgül hədiyə edərdi. Qızılgül Ayselin ən çox xoşladığı gül idi.Gənc qız sevgilisinin ona bağışladığı gülü doyunca iyləyər, sonra da nazlana-nazlana üzünü Turalın dodaqlarına yaxınlaşdırıb deyərdi:– Əzizim niyə bədxərclik edirsən... Güllər indi çox bahadır axı?!Tural da nişanlısının üzündən öpüb deyərdi:– Aysel, toyumuz olsun, mən səni gül-çiçək içində saxlayacağam!Aysel özünü göyün yeddinci qatında hiss edərdi. Gündən-günə Turala qarşı məhəbbəti daha da artardı...Bir gün bədbəxtlik baş verdi. Görüşə gələrkən Ayseli maşın vurdu...Dörd saat reanimasiyada qaldıqdan sonra həkimlər müalicənin xeyri olmadığını dedilər.Əlində qızılgül xəstəxananın koridorunda gözləyən Tural bu xəbərdən şoka düşdü. Həkimlərə yalvarıb onu Ayselin yanına buraxmalarını xahiş etdi. Ona bir neçə dəqiqəliyə icazə verdilər.Tural xəstə çarpayısında halsız uzanmış Ayselə yaxınlaşdı:– Aysel məni eşidirsən?Aysel göz qapaqlarını zorla aralayıb Turala baxdı. Üzünə təbəssüm gəldi.– Tural, nə yaxşı gəlmisən...Çox darıxırdım.. Ən çox sevdiyim gülü də gətirmisən, – deyə titrəyən əli ilə Turalın əlindəki gülü aldı.– Əzizim darıxma, hər şey yaxşı olacaq!...– Tural, yaxşı ki, toyumuz olmayıb, yoxsa sən də bədbəxt olardın...
– Elə danışma, Aysel! Mən sənin yoxluğuna dözə bilmərəm, – Turalın gözləri doldu.– Tural, mən gedirəm... Sənin həyatın hələ qabaqdadır...– Yox, Aysel məni tərk etmə... Yalvarıram sənə!– Tural, bir xahişim var... Söz ver ki, yerə salmayacaqsan!Tural söz verdi.– Tural, mən öləndən sonra hərdən bu güllərdən gətirib mənim qəbrimin üstünə qoy!... Onda ruhum şad olar...– Sən nə danışırsan, Aysel?!...– Hə, Tural, mən deyən kimi et!... Çox xahiş edirəm! – Ayselin üzündə bir yazıqlıq ifadəsi yarandı. Biçarə qız başını qaldırıb əlindəki gülü iyləmək istədi, lakin bacarmadı... Qəfildən bədənini əsməcə tutdu, əli boşaldı, gül əlindən üstünə düşdü, bədəni donub qaldı... Gözləri yumuldu.Tural qışqırıb həkimləri köməyə çağırdı. Lakin artıq gec idi...Aysel torpağa tapşırıldı...Bu hadisədən bir-iki ay keçmişdi. Tural əlində qızılgül addımlayırdı. Çox həyəcanlı idi. Ancaq o, qəbiristanlığa yox, təzə tanış olduğu qızla görüşə tələsirdi...Həmçinin bax:Doğurdan da olmuş secgi hekayəsi Müəllif: Vüqar Haqverdiyev
| ['xəyanət'] |
4,763 | https://kayzen.az/blog/harware/7498/hp-%7C-qarajdan-u%C4%9Fura-uzanan-yol.html | HP | Qarajdan uğura uzanan yol | Samir012 | kompüter və hardware | 24 okyabr 2011, 16:14 |
HP şirkətinin əsası kiçik bir qarajda qoyulub
Hewlett Packard (HP) Şirkəti ABŞ-da yerləşən məişət elektronikası korporasiyasıdır. HP dünyada ən böyük texnologiya şirkətidir və təxminən dünyanın hər bir ölkəsində fəaliyyət göstərir. Şirkət hesablama texnikası, müəssisə serverləri, müxtəlif diapazonlu printer məhsulları, fərdi kompyuter, noutbuk və netbuk, eləcə də kompyuter tipli telefonlar, məişət elektronikası, proqram təminatı istehsalı ilə məşğuldur.
HP satış baxımdan dünyada ən böyük texnologiya satıcısıdır. Bu göstərici üzrə Dell şirkəti ilə rəqabət aparır. HP həmçinin 2008-ci ildə 6-cı ən böyük proqram tərtibçisi seçilmişdir.
Uzun müddət dünyanın ən iri kompyuter təchizatçılarının siyahısında HP şirkəti öz lider mövqeyini təxminən 20,5 faizlə qoruyub saxlamağı bacarmışdı.
HP şirkətinin təməlçiləri Vilyam Hyulet və Devid Pakkard 1939-cu ildə yaratdıqları şirkətin XXI əsrdə hansı nailiyyətlər əldə edəcəyini çətin ki, təsəvvür edirdilər. Hər şey Stenford Universitetində başlamışdır. Məhz burada radioelektronika fakültəsində təhsil alan Hyulet və Pakkard arasında dostluq münasibətləri yaranmışdır. Deyilənlərə görə bu köhnə tanışların yeni dostluq münasibətləri Stenford Universitetinin tanınmış alimlərindən olan Fred Terman tərəfindən aparılan radioelektronika üzrə mühazirədə baş vermişdir. Yenicə əsası qoyulmuş dostluq münasibəti zaman keçdikcə daha da möhkəmlənir və onlar yeni ideya ətrafında sıx birləşməyə başlayırlar. Maraqların ümumiliyi HP şirkətinin yaranmasında təkanverici rol oynayır. İki gəncin böyük ideyası və bunun üçün potensial da mövcud idi, amma bu ideyanı həyata keçirmək üçün onlara məkan lazım idi.
QARAJ SƏRGÜZƏŞTLƏRİÇox keçmir ki, bütün çətinliklərə baxmayaraq, mövcud ideyanın həyata keçirilməsi üçün məkan da tapılır. Təşəbbüsü həyata keçirmək üçün iki dostun xırda detallara fikir verməməsi HP şirkətinin, belə demək mümkünsə, ilk ofisi kimi məhz bir maşın qarajını seçməsindən məlum olur. Bəli, dünyanın ən nəhəng informasiya texnologiyaları şirkətinin həyat hekayəsi məhz bir qarajda başlayır. Məlumat üçün bildirim ki, tarixi qarajın ölçüləri 3,6 x 5,5 metr olub və bura yalnız bir maşın və az sayda ehtiyat hissələri yerləşib. 30-cu illərin sonlarında qarajda HP-nin istehsal sahələri və konstruktor bürosu yerləşib. 2000-ci ildə HP şirkəti Addison Avenyu-da yerləşən evi qarajla birlikdə 1,7 milyon dollara alır. Məhz bu qarajda Vilyam Hyulet və Devid Pakkard özlərinin məşhur "Qarajın 10 qaydası"-nı müəyyən etmişdilər. Bu qaydalar biznes aləmində hər bir iş adamı üçün və ya buna can atan hər bir şəxs üçün lazım olan qanun olmuşdur.
Hewlett-Packard şirkətinin ilkin kapitalı cəmisi 538 ABŞ dolları təşkil etmişdir.
HP şirkətinin ilk məhsulu HP 200A adlanan tonlu generator olmuşdur. Bu yenilik öz maya dəyəri, kiçik ölçülərinə və texniki xüsusiyyətlərinə görə öz analoqlarını üstələyirdi. Bu məhsulu realizə etməyə keçmiş mühazirəçi Fred Terman kömək edib. Rəqib şirkətlər 200 dollarlıq bir o qədər də möhkəm olmayan generator satanda HP 54.40 dollara nümunəvi 200A-nı sataraq bütün sərhədləri aşmağı bacardı.
Uolt Disney studiyasına "Fantaziya" filminin çəkilişlərində səsli effektlərin toplanılması üçün kompakt stansiyalar tələb olunurdu. Məhz onlara Fred Terman HP-nin ilk məhsulunu təklif etdi və studiya dərhal səkkiz tonlu generator aldı. Beləcə HP imperiyasının tarixi başladı.
İkinci dünya müharibəsi şirkətin mövqeyini daha da möhkəmlətdi. Amerikanın müxtəlif ştatlarında zavodlar tikildi. Müharibə dövründə təməlçilər arasındakı narazılıqlara baxmayaraq müharibədən sonra şirkət yenidən birləşdi və yeni uğurlar əldə olundu.
Həmtəsisçi Devid Pakkard və onların dostu olan Billi Deyv "HP-nin xüsusi yolu" olduğunu və bu yolun onları uğura apardığını qeyd edirlər. "Biz insanlara etibar və hörmət edirik. Nailiyyətin və əldə etdiyimiz ən yüksək töhfələrdə belə vahid fikir ətrafında birləşirik. Eləcə də, biz elastikliyi və innovasiyanı stimmullaşdırırıq". TARİXİ HADİSƏLƏR 1959-cu il - şirkət Cenevrədə ilk Avropa nümayəndəliyini açdı və Qərbi Almaniyada ilk xarici istehsalına başladı.
60-cı illərin əvvəlləri - Hewlett-Packard-ın yüksək inkişaf dövrü hesab edilir. Şirkət ilk dəfə olaraq "Fortune" jurnalında ABŞ-ın 500 ən nəhəng şirkətlər sırasına daxil oldu.
1966-cı il - "Hewlett-Packard Laboratoriyası" təşkil olundu və bu, elektronika üzrə aparılan araşdırmaların dünyada ən mühüm mərkəzlərindən birinə çevrildi.
1968-ci il - HP SSRİ-yə gəlir.
1972-ci il - Şirkət HP 300 istifadəçiləri üçün ilk mini kompyuteri buraxır.
1980-cı il - Hewlett-Packard HP-85 adlı ilk personal kompyuterin istehsalına başladı.
1984-cü il - Kompyuterlər üçün birinci çap printerləri istehsal olundu.
1999-cu il - Ölçü cihazları, sənaye avadanlığı və optika ilə məşğul olan bölmə Agilent Technologies şirkətinə ayrıldı.
2001-ci il - Hewlett-Packard "Compaq"ı aldı.
İlkin HP loqosu və Hewlett-Packard şirkəti bir müddət ticarət markası kimi qeydə alınmayıb. Təqdim olunan sənədlərdə əsas səbəb kimi, əvvəllər belə bir ticarət markasının mövcudluğu göstərilib. Nəhayət, 1954-cü ildə ticarət markası qeydiyyata alınıb. Şirkətin ilk müştərilərindən biri Uolt Disney şirkəti olub. Adıçəkilən şirkət 200A generatorundan teatrlarda istifadə edib.
Şirkət çeşidli xidmətlər göstərib. Sənaye və kənd təsərrüfatı elektron məhsulların istehsalı ilə məşğul olmaqla geniş diapazonlu fəaliyyəti ilə seçilib.
SİLİKON VADİSİNİN SİMVOLİK BANİSİHP Silikon vadisinin simvolik banisi kimi tanınır. HP 1960-cı ildə daxili istifadə üçün hər şeydən əvvəl yarımkeçirici qurğularını inkişaf etdirdi. Alətlər və kalkulyatorlar bu qurğulardan istifadə edən məhsulların bəziləri idi.
HP 1960-cı illərdə Sony şirkəti ilə əməkdaşlıq etməyə başlayır, elə həmin dövrlərdə bir neçə yüksək keyfiyyətli məhsulu inkişaf etdirmək üçün Yaponiyada bir sıra işlər görür. Belə ki, HP və Yokogawa Japan birgə müəssisə (Yokogawa Hewlett Packard) formalaşdırdılar.
1986-cı ildə HP HP.com domeni adını qeydə aldı. Qeyd edim ki, HP dünyada iki hərfli domenə malik olan çox az sayda şirkətlərdən biridir.
HP onlayn satış üçün müstəqil filial hpshopping.com-u açaraq istehlakçılara doğru önəmli bir addım atmış oldu.
1998-ci ildə HP bazar üçün iş stolları, portativ kompyuterlər və server bazarında əsas oyunçu qismində çıxış etməyə başlayıb. 1999-cu ilin iyulunda, HP-nin baş icraçı direktoru Dou Cons sənaye indeksində şirkətin birinci qadın baş icraçı direktoru kimi Karli Fiorinanı şirkətə rəhbər təyin edib. O, Vilyam Hyulet və Devid Pakkardın HP-sində radikal dəyişiklik etmək niyyətində olsa da qarajda olan ruh yüksəkliyini geri qaytarmağı da əsas meyar kimi götürüb. Fiorina öz proqramının strateji istiqamətini Ümumdünya İqtisadi Forumun jurnalında "HP - irəliyə yol" müsahibəsində açıqlamışdı. Fiorinanın qənaətincə, onun gəlişinə qədər şirkət nəhəng, lakin tələb olunmayan potensiala malik idi. "Şirkət tərəfindən əldə olunan ən böyük nailiyyət sifarişçilər tərəfindən şirkətə göstərilən etibardır", deyə o bildirib. Elmi və texniki nöqteyi-nəzərdən şirkət internet dövrünə hazırdır. Buna əyani sübut kimi iki əsas seqmentə bölünən: korporativ (35 milyard dollar illik gəlir) və istehlak (15 milyard dollar illik gəlir) biznesin bölgüsüdür. Kompyuter və printerlər isə internet iqtisadiyyatının tələblərinə cavab verir.
Belə iddialı çıxışlarına baxmayaraq, Karli Fiorina HP kimi nəhəng şirkətin ağırlığını zərif çiyinlərində saxlaya bilmədi. Onun şirkətə rəhbərlik etdiyi dövrdə HP-nin gəlirləri və istehsalı aşağı düşdü, hətta iki dəfə azaldı. Bunu nəzərə alaraq, HP-nin idarə heyəti 2005-ci ildə Fiorinadan tutduğu postu tərk etməyi xahiş edir. İllər ötdükcə HP-nin uğurları yüksələn xətt üzrə davam edir.
Ötən il HP şirkəti uzun müddət ərzində şirkətin inkişafına yardım edəcək İT sahəsi üzrə yeni strategiya hazırlayıb.
Transformasiya nəticəsində HP şirkəti İT üzrə istismar xərclərini təxminən iki dəfə azaltmış, həmçinin daha səmərəli biznes-həllərini qəbul etmək üçün rəhbərliyə təqdim edilən məlumatların keyfiyyətini artırmış və biznes-proseslərin fasiləsizliyini təmin edən, o cümlədən şirkətin gələcək inkişafına xidmət edən etibarlı və istifadə üçün asan olan İT infrastrukturu yaratmışdır.
"HP-nin İT-infrastrukturunun transformasiyası sadəcə İT-bölüm çərçivəsindəki texnoloji təşəbbüs kimi deyil, məhz bütün şirkətdə reallaşdırılan kompleks biznes-strategiya kimi həyata keçirilmişdir. HP AZƏRBAYCANDA Dünyanın 170-dən çox ölkəsində fəaliyyət göstərən HP şirkətinin 2004-cü ildə Azərbaycanda da nümayəndəliyi fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı gündən etibarən şirkət ölkəmizdə informasiya texnologiyaları sahəsi üzrə həyata keçirilən bir sıra layihələrdə uğurla iştirak edir. Şirkət tərəfindən Azərbaycan bazarına çıxarılan məhsullar və həllər portfelinə printerlər, fərdi kompyuterlər, proqram təminatı, İT-həllər və xidmətlər daxildir. Bununla HP həm istehlakçıların, həm də şirkətlərin İT ilə bağlı işini maksimal şəkildə rahat və asan edir.
Qeyd edək ki, "HP"-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyovdur.
Müəllif: Z.İlqar
| ['hp', 'kompüter'] |
4,764 | https://kayzen.az/blog/cahandar/7497/yalan%C4%B1-a%C5%9Fkar-ed%C9%99k.html | Yalanı aşkar edək | cahandar | Bloq: cahandar | 24 okyabr 2011, 14:27 |
Əl Gizlətməkİnsan yalan danışdığında əllərini arxasına, ciblərinə, ya da stolun altına gizlətməyə meyl göstərər. Gedərkən də sevgilinizin sizdən bir addım geridə qalması, danışdığınız mövzudan narahat olduğunu göstərən bir hərəkətdir...Burun QaşımaqBurun qaşıma ağ yalanların klassik işarəsidir. Ayrıca sevgiliniz sizdən gerçəkləri gizlədərkən böyük bir ehtimalla gözlərinə, qulaqlarına, dodaqlarına toxunur, çünki insanlar gerçəyi söyləmədiyi zamanlarda əlləriylə üzlərinə toxunur...Göz HərəkətləriSevgilinizə cavabını bildiyiniz sualları verin, cavabın alın, məsələn; "nə yemişdin?" ya da "maşınını harda saxladın?" cavabını düşünərkən gözlərinin hara getdiyini izləyin gözlərinin doğru söylərkənki hərəkətini beyninizə həkk edin, çünkü sevgilinizin gözləri hər doğru cavabda eyni hərəkəti edəcək, amma yalan danışırsa mütləq bu hərəkət fərqliləşəcək...Aşağı BaxmaqBir çox insan yalan danışdıqdan sonra özünü günahkar hiss edir, bu səbəblə fərqində olmadan qarşısındakının düşündüklərinə nəzarət etmək üçün, gözlərini yuxarıdan aşağıya endirir. Sevgiliniz bir şey izah edərkən eynilə belə edirsə yalan danışır ola bilər...Öskürmək
Əgər sevgilinizdən harada olduğunu soruşduğunuzda öksürməyə başlayarsa, bu yaxşı işarə deyil yalandan öskürmə klassik aldatma texnikasıdır. Bədən yalana etiraz etməyə şalışır, öskürmək hekayə uydurmaq üçün zaman qazanma şansını artırar...Sürətli DanışmaqSevgiliniz nə qədər sürətli danışsa yalan danışdığından o qədər çox şübhələnə bilərsiniz. İnsanlar sürətli danışdıqlarında, yalanlarının ortaya çıxmayacağını düşünürlər...Nəfəs alıb VerməkYalan danışan birinin rahat nəfəs alamadığını əsla unutmayın, təzyiq altında olduğu zaman qarınından nəfəs almağı buraxıb, sinəsindən nəfəs alar...Gülmək
Bir çox insan yalan danışdığında, ilk başda rahatlayar bunun təsiri səsinə də əks olunar, yüksək səslə danışar və daha şən olar və şişirdilmiş bir gülmə içinə girər...
Mənbə:Tac.az
Sizcə yazdıqlarım bir Sevgilinin yalanlarını ortaya çıxara bilərmi?FİKİRLƏRİNİZ...
| ['sevgi testi'] |
4,765 | https://kayzen.az/blog/cahandar/7496/yalan-dan%C4%B1%C5%9Fma.html | Yalan danışma. | cahandar | Bloq: cahandar | 24 okyabr 2011, 14:22 |
Sözlərin ən pisi yalandır.. (Həzrəti Əli əleyhissalam)Xoşumuza gələn yalanları ovuc dolusu uduruq,lakin acı hıqiqətləri qurtum-qurtum içirik..(Deni didro)Yalançı-ALLAHA qarşı üsyan edən,lakin insanlardan qorxan bir axmaqdır..(Frensis Bekon)Yağ ayran içində gizli olduğu kimi,doğruluğun cövhərində də yalan gizlidir..(Cəlaləddin Rumi)Oğlum! Yalan danışma.Çünki yalan sərçə əti kimi dadlıdır..Onu tutan şəxs,hətta balacasını da kəbab edir..(Həzrəti Loğman) (ə)Yalan ilə qurulan yuvanın səadəti də yalandır..(Məhəmməd Fizuli)Yalan söyləmək -yalan söylədiyin adamın üstünlüyünü qəbul etmək deməkdir..(Samuel Batler)Düz sözə yalan qatmaq qızıla başqa metal qatmağa bənzəyir:möhkəmliyi artsa da,qiymətdən düşür..(Frensis Bekon)Bir dəfə müəllimimimdən soruşdum: "Xalqın məhəbbətini qazanmaq üçün nə etməliyəm?".O dedi: "Yalan danışmamalı,dilinlə heç kəsi yaralamamılsan"..(Ernest Bakler)
Dünyada insanı ən çox utandıran şey yalanının üzə çıxmasıdır..(Frensis Bekon)Yalan zəiflərin daldalanacaq yeri və sığınacağıdır..(Frensis Bekon)Var doğru yazmağa madam ki imkan,Neçin gəlsin gərək ortaya yalan?!Sözün qiymətini saldı yalanlar,Doğrunu danışan hörmətli olar..(Nizami Gəncəvi)Fəlakət yalançılıqda olduğu kimi,nicat da doğruluqdadır..(Abbasqulu ağa Bakıxanov)Yalana qulaq asan olmasa,yalan danışan da olmaz..(Ceyms Bitti)Özünə də yalan satan insan bir müddətdən sonra doğru ilə yalanı bir-birindən ayırmaz..(Fyodor Mixayloviç Dosteyevski)İnsan yanılanda bunu hamı görür,yalan danışanda isə bunu çox az adam görə bilir..(İohann Volfqanq Höte)
İblisin başqa bir adı da yalandır..(Viktor Mari Hüqo)
Mənbə:Tac.az
| ['yalan'] |
4,766 | https://kayzen.az/blog/psixologiya/6587/duy%C4%9Fu-v%C9%99-qavray%C4%B1%C5%9F.html | Duyğu və qavrayış | luminat | Psixologiya | 23 okyabr 2011, 19:06 |
Duyğu və qavrayış haqqında anlayış.
Duyğu və qavrayışın müqayisəli təhlili. Duyğuların fizioloji əsası: analizatorun quruluşu
Duyğuların insan həyatında rolu və onların öyrənilməsinin əhəmiyyəti
Duyğuların reseptor nəzəriyyəsi. C.Müllerin spesifik enerji qanunu.
Reflektor nəzəriyyə.
Duyğular həm xarici aləm hadisələri, həm də orqanizmin daxilində baş verən proseslər barədə informasiya verir və bizi əhatə edən predmetlərin keyfiyyət və xarakteristikalarını dərk etməyə zəmin yaradır. Məsələn, «soyuq», «şirin», «qırmızı» və s. haqqında təsəvvürlərimiz duyğudur. Digər psixi proseslərə, məsələn, hafizə, təfəkkür, təxəyyül və s. işlənilmək üçün materialı duyğu və qavrayış verir. Duyub, qavramadığımız hər hansısa bir şeyi yadda saxlamaq, üzərində düşünmək qeyri-mümkündür. Duyğu - indiki anda bilavasitə reseptorlara təsir edən cisim və hadisələrin ayrı-ayrı keyfiyyət və xassələrinin beyində əks olunmasından ibarət psixi prosesdir. Qavrayış isə, cisim və hadisələrin bütün keyfiyyət və xassələri ilə beyində tamlıqla əks olunmasından ibarət bir psixi prosesdir.
Duyğu - indiki anda bilavasitə reseptorlara təsir edən cisim və hadisələrin ayrı-ayrı keyfiyyət və xassələrinin beyində əks olunmasından ibarət psixi prosesdir. Qavrayış - cisim və hadi-sələrin bütün keyfiyyət və xassələri ilə beyində tamlıqla əks olunmasından ibarət psixi prosesdir.
Qavrayış sensor sistemlərdən gələn informasiyaların sistemləşdirilməsi, interpretasiyası və onların dərk edilməsini özündə ehtiva edir. Deməli, duyğu surətlərində cismin yalnız müəyyən keyfiyyətləri əks olunur. Qavrayış surəti isə onun tam bir predmetə aid olduğunu əks etdirir. Duyğu ayrı-ayrı keyfiyyətlər səviyyəsində informasiyaların ilkin işlənilmə prosesidir. Bu səviyyədə informasiyaların işlənilməsi sensor adlanır. Burada duyğu yaradan təzahür haqqında tam təsəvvür olmur. Yəni, duyğu – qavrayış səviyyəsində formalaşan psixi obrazın sadəcə ilkin materialıdır. Informasiyaların işlənilməsinin bu cür 2 səviyyəsinin ayırd edilməsi – sensor və perseptiv proseslər – əsasən mücərrəd, abstrakt xarakter daşıyır. Onları əslində biri-birindən ayırmaq çox çətindir. Psixoloqlar duyğu və qavrayış prosesləri arasında zəif bir sərhəd çəkirlər.
Duyğu və qavrayışın müqayisəli təhlili. Duyğuların fizioloji əsası: analizatorun quruluşu
Duyğu və qavrayış proseslərinin bir-biriylə bağlılığı və onlar arasındakı əlaqə barəsində təsəvvür yaratmaq üçün hər iki prosesin oxşar və fərqli cəhətlərinin izah olunması məqsədəuyğun olardı. Belə ki, həm duyğu, həm də qavrayış obyektiv reallığın hiss orqanlarına bilavasitə təsiri nəticəsində hissi inikasdır. Lakin duyğu predmet və yaxud təzahürün ayrılıqda hansısa bir keyfiyyətinin (iyi, dadı, səsi, isti-soyuqluğu və s.) inikasıdırsa, qavrayış həmin təzahürün bütün keyfiyyətləri ilə ümumilikdə hissi şəkildə dərk olunmasıdır. Məhz bu cəhət də qavrayışı, duyğudan fərqli olaraq, təfəkkür prosesləri ilə əlaqələndirir.
Analizator - duyğunun əmələ gəlməsi üçün zəruri olan anatomik-fizioloji apparatdır.
Duyğu və qavrayış üçün ümumi cəhət odur ki, cisim və hadisə bilavasitə hiss üzvlərinə təsir edir, hər ikisi real gerçəkliyin subyektiv surətidir. Bunlar mexanizm etibarilə də bir-birinə tamamilə yaxındır. Belə ki, istər duyğu, istərsə də qavrayış prosesində analizatorun fəaliyyət halına gəlməsi zəruridir. Əks təqdirdə nə xarici, nə də daxili aləmdən gələn qıcıqlayıcılar əks etdirilə bilməz. Analizator 3 hissədən ibarətdir:
Xarici qıcığı qəbul edən səth –reseptor: göz, qulaq, dəri və s.;
Mərkəzəqaçan – afferent sinir və mərkəzdənqaçan – efferent sinir;
Analizatorun beyin nahiyəsi (qabıqaltı və qabıq şöbələri).
Duyğu və qavrayışın baş verməsi üçün bütün analizatorun bir tam kimi işləməsi lazımdır. Analizatorun hər-hansısa bir hissəsində problem olduqda, duyğu yaranmır.
Reseptor – qıcıqlandırıcıları resepsiya etmək (mənimsəmək, qəbul etmək) üçün uyğunlaşmış orqandır. Reseptorlar istənilən qıcıqlandırıcıları deyil, hər bir reseptor müəyyən bir qıcığı qəbul etməyə uyğunlaşır. Məsələn: Tanqoreseptorlar – toxunmanı; Qustoreseptorlar – dadla bağlı qıcıqları; Stiboreseptorlar – iylə bağlı; Fonoreseptorlar – səsi; Fotoreseptorlar – işığı resepsiya etmək üçün uyğunlaşır.
Görmə analizatoru işığı, eşitmə analizatoru səsi və s. əks etdirməyə uyğunlaşmış olur. Bir analizator sistemi başqa hərəkət formaları barədə məlumat vermir. Duyğunun bu keyfiyyəti monomodallıq adlanır. Qavrayış surətləri üçünsə, polimodallıq xasdır. Yəni, onlar bir neçə analizatorun birgə fəaliyyəti sayəsində baş verir. Çünki qavrayışın əsasında analizatorlararası əlaqə durur. Duyğu surətində cismin yalnız müəyyən keyfiyyətləri əks olunduğu halda, qavrayış onun tam bir predmetə aid olmasını əks etdirir. Qavrayış duyğuya nisbətən daha mürəkkəb idrak prosesidir. Onun tərkibinə duyğularla yanaşı, insanın keçmiş təcrübəsi də daxildir. Eyni zamanda, qavrayış prosesi daha mürəkkəb idrak prosesləri – nitq, təfəkkur və başqaları ilə də üzvü surətdə bağlıdır.
Duyğuların insan həyatında rolu və onların öyrənilməsinin əhəmiyyəti
Duyğular bizim ətraf mühit və öz daxili mühitimiz, bədənimiz haqqında olan bütün biliklərimizin əsas mənbəyini təşkil edir. Ətraf aləmin bütün təzahürlərini – səsləri, rəngləri, iyləri, temperaturu, dadı, ağrını və s. biz duyğular vasitəsilə əks etdiririk. Bu yeganə kanaldır ki, buradan ətraf aləmdəki təzahürlər və orqanizmin daxili vəziyyəti haqqında informasiyalar beyinə gedib çatır və insana ətraf aləmdə, eləcə də, öz bədənində bələdləşməyə şərait yaradır. Insan üçün ətraf aləm haqqında daima məlumat almaq zəruridir. Orqanizmin ətraf mühitə uyğunlaşması üçün orqanizmlə mühit arasında mütləq daimi bir məlumat, informasiya mübadiləsi mövcud olmalıdır. Məlumatla həddindən artıq yüklənmə və məlumatın çatışmazlığı (sensor təcrid) orqanizmdə ciddi funksional pozuntular yaradır. Bu baxımdan, son illərdə sensor təcridlə bağlı çoxsaylı tədqiqatlar aparılmışdır.
Sensor təcrid - insan orqanizminin ətrafındakı çoxlu sayda qıcıqlandırıcıların təsirindən məhrum edilməsidir.
Elm aləmində sensor təcridlə bağlı ən məhşur eksperiment 1956-cı ildə Amerikanın Mak-Gill Universitetində Geron və onun əməkdaşları tərəfindən aparılmışdır. Alimlər könüllülərə gündə 20 dollar müqabilində xüsusi düzəldilmiş, təcrid olunmuş kameralarda mümkün qədər çox qalmağı təklif etmişlər. Onlar taxt üzərində uzanıb əllərini uzun karton boru içərisində (toxunma duyğusunun qarşısını almaq üçün) saxlamalı idilər. Gözlərinə işığı tamamilə bulanıq, cüzi keçirən eynəklər taxılmış, eşitmə duyğusunun qıcıqlandırıcılarının qarşısını almaq üçün isə kondisioner və ya ventilyatorun daimi, kəsilməyən səsindən istifadə etmişlər. Müəyyən vaxtlarda tədqiq olunanları yedizdirir, içizdirir və lazım olduqda öz gigiyenası ilə məşğul olmaq üçün şərait yaradırdılar. Lakin onlardan tələb olunurdu ki, qalan vaxtı maksimum dərəcədə tərpənməz qalsınlar. Üzərində eksperiment aparılan şəxslərin əksəriyyəti eksperimentin əvvəlində tam əmin idilər ki, bu pul qazanmağın ən asan üsuludur, hələ üstəlik, uzunmuddətli rahat istirahətdir. Təcridin ilk saatlarında bu, elə həqiqətən də, belə idi. Lakin bədən istirahət etdikdən sonra, situasiya elə şəkil aldı ki, onlar bu şəraitə 2-3 gündən artıq dözüş gətirə bilmədilər. Yalnız çox az adam 2-3 gündən artıq dözə bildi, amma bu da 6 gündən artıq olmadı. Bəs situasiya nəyə görə bu qədər dözülməz idi? Bu suala aydınlıq gətirmək üçün eksperimentdə iştirak edən insanların yaşadıqları hisslərə diqqət yetirək: əvvəlcə, onlar öz şəxsi problemlərində, gündəlik qayğıları və işləri üzərində düşünməyə başlasalar da, bir müddətdən sonra, ümumiyyətlə, nə isə haqqında fikirləşmək iqtidarında olmamışlar. Bu cür sensor təcrid vəziyyətinin uzanması onlarda müxtəlif hallüsinasiyaların yaranmasını stimullaşdırmışdır. Belə ki, tədqiq olunanların 80%-i görmə hallüsinasiyalarının olmasını söyləmişlər. Maraqlıdır ki, tədqiqat zamanı təcridlik kamerasında və ondan kənarda yoxlanılanları psixoloji testlərdən keçirmişlər. Məlum olmuşdur ki, onlardan əksəriyyəti kameralarda adi riyazi misalları yerinə yetirə bilməmiş, çoxunda isə hafizədə müxtəlif xarakterli pozuntular əmələ gəlmişdir. Lakin kameradan çıxdıqdan az sonra tədqiq olunanlar həmişəki əqli qabiliyyətlərini bərpa edə bilmişlər. Bu eksperiment alimləri belə qənaətə gətirdi ki, xaricdən qıcıqlandırıcıların olmaması, sensor təcridlik orqanizmin, qısa müddətə də olsa, funksional pozuntularına gətirib çıxarır. 1923-cü ildə I.P.Pavlov da travma nəticəsində bütün hissiyat orqanlarından yalnız gözü və qulağı fəaliyyət göstərən xəstənin gözünü bağlayıb, qulağını tıxayan kimi o dəqiqə yuxulamasını müşahidə etmişdir. Bunun da nəticəsində I.P.Pavlov belə nəticəyə gəlmişdir ki, baş beyin yarımkürələri qabığının normal fəaliyyət göstərməsi üçün ətraf mühitdən müəyyən stimul axınının olması zəruridir. Afferent impulsların zəifləməsi və ya işləməməsi ləngimənin yaranmasına gətirib çıxarır. Məşhur rus həkimi S.P.Botkinin (1832-1889) də analoji müşahidələri olmuşdur. Xəstə yalnız bir gözü ilə görməkdən və əlinin kiçik bir hissəsindəki toxunma hissindən başqa bütün həssaslıq növlərini itirmişdir. Xəstə gözünü örtdükdə və əlinin həmin hissəsinə heç kəs toxunmadıqda yatmışdır. Elmi ədəbiyyatlarda həmçinin surdokameralarla bağlı aparılan tədqiqatlar haqqında da çox geniş məlumatlar var. Bu kameradakı xüsusi avadanlıqlar lazımi fizioloji-gigiyenik rejimi saxlamağa, tədqiq olunanın üzərində fasiləsiz müşahidə aparmağa, həmçinin yoxlanılanın fizioloji və psixoloji göstəricilərini obyektiv qeydə almağa şərait yaradır. Surdokameralardakı eksperimentlər də göstərdi ki, yoxlanılanlarda xarici impulsların zəifləməsi hallüsinasiyaların yaranmasını şərtləndirir. Tədqiqatçıların fikrinə görə, sensor təcrid şəraitində yaranan bu hallüsinasiyalar şəxsiyyətin deqradasiyasına gətirib çıxara bilər. Eyni zamanda çoxsaylı tədqiqatlar göstərir ki, uşaq vaxtı informasiya axınının karlıq və korluqla əlaqədar pozulması psixi inkişafda da kəskin pozuntular yaradır. A.A.Kroqius yazırdı ki[5], korluq insanda nə qədər tez baş verirsə bir o qədər də bütün psixi inkişafda güclü əks olunur. Anadangəlmə kar-korları və ya karları, korları toxunmanın köməyilə sensor sistemdəki problemləri kompensasiya edən xüsusi üsullara öyrətməsələr, onların psixi inkişafı haqqında söhbət belə gedə bilməz. Bu və ya bu kimi digər faktlar insanda duyğulara olan tələbatın nə qədər güclü olduğunu diqqətə çapdırır. Duyğu və qavrayışın öyrənilməsi praktik baxımdan sensor-perseptiv sistemdə pozuntuları olan insanların aşkara çıxarılması və onların müalicə edilməsi üçün alimlərə bilik və bacarıqların aşılanması baxımından da çox əhəmiyyətlidir. Məsələn, eşitməni öyrənən psixoloqlar eşitmənin xarakterik zəifləməsini güclü səs-küyün uzunmuddətli təsiri ilə bağlayırlar. Beləliklə də, duyğular ətraf aləm və bizim özümüz haqqında biliklərimizin mənbəyi olduğuna görə insanın həyat və fəaliyyətindəki rolunu danmaq, qiymətləndirməmək olmaz.
Duyğuların reseptor nəzəriyyəsi. I.Müllerin spesifik enerji qanunu.
Elmi ədəbiyyatlarda hiss orqanları reseptor anlayışı ilə ifadə olunur.
XIX əsrdə belə bir fikir hökm sürürdü ki, duyğuları yaradan yeganə, əsas apparat hiss orqanlarının (reseptor) özüdür. Bu cür «reseptor» yanaşma hiss orqanlarını duyğuların yeganə və müstəqil bir orqanı kimi qəbul edir, duyğuların özünü isə bu və ya digər reseptorun qıcıqlanmasının ilkin anı kimi qəbul edirdi.
Cohannes Peter Myüller (1801-1858) Alman alimi, müasir fiziologiyanın, mü- qayisəli anatomiya və embriologiyanın əsasını qoyanlardan biri olmuşdur. Onun əsas tədqiqatları mərkəzi sinir sisteminin və hiss orqanlarının öyrənilməsinə həsr olunmuşdur. Myüller hiss orqanlarının fiziologiyası sahəsində «spesifik enerji» konsepsiyasına əsaslanırdı ki, bu ideyaya görə, ətraf aləmin qavranılması zamanı insanda yaranan duyğular obyektiv mövcud olan reallığın inikası olmayıb, hiss orqanlarının özünün daxili xüsusiyyətlərinin təzahürüdür.
Həmin dövrdə belə bir təsəvvür formalaşmışdır ki, hiss orqanı (reseptor) təsir edən qıcıqlara passiv cavab verir və bu passiv cavab da həmin hiss orqanlarında yaranan müvafiq duyğunun özüdür. Bu konsepsiya duyğuların reseptor nəzəriyyəsi adlanır. Bu nəzəriyyəyə görə, duyğu passiv proses kimi aktiv proses olan hərəkətə qarşı qoyulur. «Reseptor» konsepsiya subyektiv-idealist fəlsəfəyə əsaslanırdı. Subyektiv–idealist fəlsəfə də, öz növbəsində, bu konsepsiyadan öz mövqeyini müdafiə etmək üçün istifadə edirdi. Reseptor konsepsiya üçün xarakterik cəhət odur ki, bu nəzəriyyəyə görə, duyğuların spesifik keyfiyyəti reseptorların və ötürücü sinir yollarının xüsusiyyəti ilə müəyyən olunur. Bu fikir C.Myüller tərəfindən «hiss orqanlarının spesifik enerjisi» nəzəriyyəsi kimi formalaşdırılmışdır. Myüller bu nəzəriyyəni özünün «Insan fiziologiyası üzrə kurs» əsərində aşağıdakı tezislərdə ifadə etmişdir: «Eyni bir xarici səbəb (qıcıqlandırıcı) müxtəlif hiss orqanlarında həmin orqanların təbiətinə uyğun olaraq müxtəlif, fərqli duyğular yaradır»; «Biz öz hiss orqanlarımızın vəziyyəti ilə yaradılan duyğularımızdan başqa kənar, xarici səbəblərdən yaranan hər-hansı bir duyğumuzun olduğunu deyə bilmərik»; «Duyğu hər bir hiss orqanına xas olub, bir çox, həm xarici, həm də daxili təsirlərlə yarana bilir»; «Duyğularımız bizim şüurumuza xarici predmetlərin xüsusiyyətlərini və vəziyyətlərini deyil, hiss orqanlarımızın xüsusiyyət və vəziyyətini çatdırır. Elə bu xüsusiyyətlər də müxtəlif hiss orqanları üçün fərqli xarakter daşıyır». Bu tezislərdən çıxış edərək Myüller belə bir nəticə çıxarır: Duyğularımız bizə xarici aləm cisimləri, bizə təsir edən predmetlərin keyfiyyətləri haqqında məlumat verə bilmir. Çünki hər bir hiss orqanı kənar təsirlərə öz spesifik enerjisi ilə cavab verir. Bu nəzəriyyəyə görə, hiss üzvü (göz, qulaq, burun, dəri, dil) ətraf aləmin təsirini əks etdirmir, ətraf mühitdəki real proseslər haqqında informasiya vermir, o, yalnız özündəki prosesləri hərəkətə gətirmək üçün ətraf mühitdən gələn təsirlərdən bir növ təkan alır. Myüllerə görə, hər bir hiss üzvü ətraf mühitdən gələn istənilən təsirlə qıcıqlanan özünün «spesifik enerjisinə» malikdir. Məsələn, gözə istər işıqla, istər elektrik cərəyanı ilə, istərsə də təzyiqlə təsir etdikdə işıq duyğusu alınır və yaxud qulağa həm elektrik cərəyanı, həm də mexaniki qıcıqlandırıcı ilə təsir etsək səs duyğusu yaranacaqdır. Buna görə də, duyğular qıcıqlandırıcıların keyfiyyətindən deyil, həmin qıcıqlandırıcıların təsir etdiyi hiss üzvlərinin spesifik enerjisindən asılıdır. Başqa sözlə, bu o deməkdir ki, hiss orqanları bizi ətraf aləmlə bağlamır, əksinə, ondan uzaqlaşdırır. Buradan da asanlıqla görmək olar ki, bu nəzəriyyə son nəticədə o fikrə gətirib çıxarır ki, insan obyektiv aləmi qavraya, dərk edə bilməz və yeganə reallıq varsa, o da subyektiv proseslərdir. Bütün bu fikirlər subyektiv idealizm fəlsəfəsinin əsasında dayanır. Subyektiv idealizm də göstərirdi ki, insan yalnız özü-özünü dərk edə bilər və özündən başqa nəyinsə mövcud olması haqda onun əlində heç bir sübutu, əsası yoxdur. Myüllerin gətirdiyi faktlar əslində düzgün olsa da ümumi əhəmiyyət kəsb etmir. Əvvəla, heç də bütün qıcıqlandırıcılar elektrik cərəyanı və ya mexaniki qıcıqlandırıcılar kimi universal olmur. Səs, iy və başqa qıcıqlandırıcılar gözə təsir etməklə görmə duyğusu yaratmır. Eləcə də, işıq və iy də eşitmə duyğusu yarada bilməz. Ikincisi, eyni hiss orqanına təsir edən müxtəlif qıcıqlandırıcılar tərəfindən yaradılan duyğular keyfiyyət etibarilə eyni olmur. Məsələn, mexaniki zərbə və ya elektrik cərəyanı qulağa təsir etdikdə kobud eşitmə duyğusu yaradır ki, bunu səs dalğalarının yaratdığı eşitmə duyğularının zənginlikləri ilə müqayisə etmək olmaz. Sonralar da duyğu haqqında konkret bir elmi fikirlərin olmaması bu subyektiv-idealist fikrin geniş təbliğinə şərait yaratmışdır. Reseptor nəzəriyyə baxımından bunu, doğrudan da, rədd etmək olmazdı. Hazırda bu cür reseptor nəzəriyyə əksər tədqiqatçılar tərəfindən qəbul edilmir. Çünki onlar duyğunu aktiv proses kimi qəbul edirlər. Elə məhz bu fikir də digər nəzəriyyənin – duyğuların reflektor nəzəriyyəsinin əsasında dayanır.
Duyğuların reflektor nəzəriyyəsi
Ümumiyyətlə faktlar göstərir ki, duyğular fizioloji baxımdan heç də passiv proses olmayıb, öz tərkibində həmişə hərəki komponentləri olan bir prosesdir. Belə ki, Amerika psixoloqu Neff tərəfindən aparılan müşahidələr göstərmişdir ki, əgər mikroskop altında iynə ilə qıcıqlandırılan dərinin həmin sahəsini müşahidə etsək görə bilərik ki, duyğunun yaranması anı dərinin bu sahəsinin reflektor hərəki reaksiyası ilə müşayiət olunur. Sonralar da çoxlu sayda aparılan tədqiqatlar göstərdi ki, hər bir duyğunun tərkibində hərəki komponentlər olur ki, bəzi vaxtlarda bu hərəki komponentlər vegetativ reaksiya kimi (damarların yığılması, dəri-qalvanik refleksi və s.), bəzi vaxtlarda isə əzələ reaksiyası kimi (gözün hərəkəti, əlin hərəkəti, əlin hərəki reaksiyası və s.) özünü göstərir. Məlum olmuşdur ki, predmetlərin tanınmasını və ya fərqləndirilməsini şərtləndirən mürəkkəb duyğular ümumiyyətlə aktiv hərəkətlər olmadan yarana bilməz. Məsələn, gözüyumulu predmeti fərqləndirmək üçün mütləq onu aktiv şəkildə əllə hərtərəfli yoxlamaq lazımdır. Hətta predmetlərin hamar və ya kələ-kötür olması, böyüklüyü və s. yalnız duyan əlin həmin predmetlər üzərində aktiv hərəkəti zamanı qavranılır. Əlin passiv şəkildə predmetin üzərində saxlanıldığı vaxt alınan duyğu qeyri-təkmil sayılır. Eyniilə bu qanunauyğunluq görmə qavrayışında da müəyyən olunub. Hələ I.M.Seçenov göstərirdi ki, predmeti görmə vasitəsilə qavramaq üçün gözün aktiv hərəkəti lazımdır. Son dövrlərdə aparılmış tədqiqatlar da sübut edir ki, görmə qavrayışı, doğurdan da, yalnız gözün aktiv hərəkətləri sayəsində mümkün olur. Hansı ki, bəzən bu hərəkətlər iri, bəzən isə mikrohərəkətlər kimi özünü göstərir. Eşitmə duyğusu da həm eşitmə aparatının, həm də onunla bağlı olan səs aparatının hərəki komponentlərinin yaxından iştirakı ilə həyata keçirilir. Bütün bu deyilənlər göstərir ki, duyğular heç də passiv proses olmayıb, aktiv xarakter daşıyır. Həmçinin, hərəki komponentlərin duyğularda iştirakı müxtəlif səviyyədə ola bilər. Yəni, bəzən elementar reflektor proses kimi (məsələn: damarların sıxılması və ya əzələ gərginliyi zamanı), bəzən isə mürəkkəb aktiv reseptor fəaliyyət prosesi kimi (məsələn: predmetin aktiv əllənməsi və ya mürəkkəb təsvirə baxan zaman) özünü göstəirir. Bütün bu proseslərin aktiv xarakter daşımasının göstərilməsi duyğuların reflektor nəzəriyyəsinin əsasını təşkil edir. Ümumiyyətlə, duyğuların passiv deyil, öz tərkibində hərəki elementləri ehtiva edən aktiv bir proses olması ilə bağlı faktlar yalnız I.M.Seçenov və I.P.Pavlovun reflektor nəzəriyyəsi baxımından izah oluna bilərdi. Hələ I.M.Seçenov idealist mövqedə duran alimlərin əksinə olaraq, hiss orqanlarının baş beyinin analitik bir aparatı olmasını qeyd edirdi. Seçenovun bu cür hiss orqanları ilə baş beyinin vəhdət təşkil etməsi ilə bağlı ideyaları onun baş beyinin fəaliyyətinin reflektor təbiəti ilə bağlı materialist fikirləri ilə birbaşa əlaqəli idi. I.P.Pavlovun ali sinir sisteminin fəaliyyəti ilə bağlı nəzəriyyəsi isə, hiss orqanlarının müstəqil olması və onların beyinin reflektor fəaliyyətindən asılı olmaması ilə bağlı fikirlərə birdəfəlik son qoyur. Pavlovun təlimi hiss orqanlarının spesifik enerjisi ilə bağlı idealist tezisi də kökündən dağıdır.
I.P.Pavlov (1849- 1936) – rus fizioloqu, akademik, Nobel mükafatı laureatı, ali sinir fəaliyyətinin fiziologiyası sahəsinin və həzm sisteminin nizamlanması prosesləri haqqında təsəvvürlərin banisidir.
Pavlova qədərki hiss orqanlarının fiziologiyası özünün mərkəzi və yeganə anlayışı kimi reseptor anlayışını götürürdü. Onları yalnız hiss orqanlarının quruluşu və funksiyası maraqlandırırdı. Məsələn: görməni öyrənərkən daxili və xarici örtüyün quruluşu, funksiyası öyrənilir, çox az səviyyədə diqqət, görmə sinirlərinə, onların baş beyin yarımkürələrinə gedən yollarına yetirilirsə də, mərkəzəqaçan sinirdə nöqtə qoyulurdu və görmənin fiziologiyası baş beyinin fiziologiyasından bununla ayrılırdı.
I.M.Seçenov (1829-1905) – Rus fizioloqu «Baş beyinin refleksləri» əsərində (1963) psixi fəaliyyətin reflektor təbiətə malik olduğunu və bütün psixi təzahürlərin əsasında fizioloji proseslərin durduğunu əsaslandırmışdır.
I.P.Pavlovun apardığı tədqiqatlara qədər fiziologiya sahəsində yalnız baş beyin yarımkürələrinin ayrı-ayrı hissələ-rinin funksiyaları öyrənilirdi və orqanizmin tamlığı haqqında tə-səvvür belə yox idi. Buna görə də hiss orqanları ilə baş beyinin əlaqəsi qeyri-aydın qalır, baş beyin fiziologiyası sahəsində aparılan tədqiqatlardan alınan mühüm faktlar, yəni baş beyinin böyük yarımkürələri qabığının müəyyən hissələrinin operativ kəsilib götürülməsi, ekstripasiyası ilə bağlı faktlar izah oluna bilinmirdi. Bu faktlarla müəyyən olundu ki, gözün və göz sinirlərinin saxlanılmasına baxmayaraq, heyvanlarda böyük yarımkürələrin ənsə hissəsi kəsilib götürüldükdə görmə qabiliyyəti itirilir. Həmçinin heyvanlarda gicgah hissə zədələndikdə, kəsilib götürüldükdə, eşitmə orqanının və eşitmə sinirlərinin saxlanılmasına baxmayaraq, eşitməyə qabilliyin itirildiyi də aşkar olunmuşdu. Bu kimi heyvanlar üzərində aparılan eksperimental faktlar klinik sahədə, yəni sinir sisteminin üzvi xəstəlikləri sahəsində alınan faktlarla uyğunluq təşkil edirdi. Təbabət sahəsində belə faktlar artıq çox-çox qabaqlardan məlum idi. Beyinin müxtəlif sahələrinin zədələnməsi, silkələnməsi, damar xəstəlikləri zamanı müxtəlif duyğu orqanlarında fərqli dərəcədə pozuntular yaranırdı. Məsələn, beyin qabığının ənsə hissəsi zədələndikdə insanın görməsi kəskin şəkildə pozulur(xüsusən də, rəngli görmə, predmetlərin qavranılması, tanınması və s.). Bu cür xəstəliklər gözün və ya göz sinirinin zədələnməsi nəticəsində yaranan adi korluqdan fərqli olaraq «psixi» və ya «ruhi» korluq adlandırılırdı. Lakin bu cür faktlar elmi şəkildə izah olunmurdu. Hiss orqanlarının fəaliyyətində baş beyin qabığının rolu ilk dəfə olaraq dəqiq şəkildə I.P.Pavlov və onun analizatorlar haqqında təlimində göstərilmişdir. Pavlov analizator anlayışını aşağıdakı kimi müəyyən etmişdir: «Analizator xarici, qabuledici aparatdan başlayıb beyində qurtaran mürəkkəb sinir mexanizmidir». Bu cür mürəkkəb mexanizmə aiddir:
Xaricdən gələn enerjini sinir prosesinə çevirən reseptor;
Beyinlə əlaqəni təmin edən ötürücü yollar, sinirlər;
Analizatorun beyin hissəsi və ya baş beyin böyük yarımkürələri qabığının qəbuledici mərkəzləri.
Yalnız analizatorun beyin hissəsi ilə vəhdətdə reseptor ətraf aləmin mürəkkəbliyini duya bilər. Analizatorun beyin hissəsinin özünün də mexanizmi vardır. O aşağıdakılardan ibarətdir:
Beyində olan əsas qəbuledici mərkəz və ya analizatorun beyin sonluğundakı nüvəsi;
Baş beyin qabığında səpələnmiş həmin analizatorun elementləri.
Pavlova qədər alimlər beyində olan qəbuledici mərkəzin yalnız müəyyən sahədə cəmlənən hüceyrələrdən təşkil olunduğunu (proyeksiya zonası) qeyd edirdilər. Heyvanların ali sinir fəaliyyətini öyrənərkən, məşhur şərti refleks metodunun sayəsində I.P.Pavlov beyin qabığına yayılmış qəbuledici beyin hüceyrələrinin olduğunu aşkar etmişdir və onu analizatorun dağınıq elementləri adlandırmışdır. Analizatorun dağınıq elementləri analizatorun beyindəki nüvəsinin kənarında yerləşir və digər analizatorların nüvələri ilə yaxın, qarışıq olan sahələrə açılır. Beləliklə, məlum olmuşdur ki: a) Beyin qabığının özündə müxtəlif analizator nüvələri arasında hüceyrə əlaqəsi var; b) Ayrıca götürülmüş duyğu aktında baş beyin qabığının əksər hissəsinin iştirakı var. Təcrübələr göstərmişdir ki, itdə hər iki yarımkürənin ənsə hissəsi kəsilib götürüldükdə (yəni görmənin beyindəki qəbuledici mərkəzi) o, həqiqətən predmetləri görə bilməmişdir. Lakin elə həmin it işıqlanmanın səviyyəsini (işıqdan qaranlığa keçəndə) fərqləndirə bilmiş, hətta əşyaların sadə formalarına da reaksiya vermişdir. Yəni belə nəticəyə gəlmək olar ki, görmə analizatorunun nüvəsinin dağılmasına baxmayaraq işığı ayırd etməyə ümumi qabiliyyətin saxlanılması həmin analizatorun beyin qabığının digər sahələrində dağınıq elementlərin qalması ilə izah oluna bilər. Itdə gicgah hissəsinin (eşitmə analizatorunun qəbuledici mərkəzi) kəsilib götürülməsindən sonra o, mürəkkəb səsləri ayırd edə bilmirsə də, bir səsi başqasından (tonu tondan) ayırd edə bilir. Həmin itdə bələdləşmə refleksi saxlanılır. Yəni bunun da izahı dağınıq elementlərin saxlanılması ilə əlaqədardır. Tədqiqatlar və aparılmış təcrübələr göstərmişdir ki, analizatorun nüvəsi xarici təsirlərin ən incə və ali analizini (məsələn: görmə, eşitmə) həyata keçirir. Dağınıq elementlər isə analizatorun həmin nüvəsindən nə qədər uzaqda yerləşirsə, bir o qədər də beyin yarımkürələri tərəfindən xarici təsirlərin kobud və ümumi təhlili aparılır. Bir məqamı qeyd etmək lazımdır ki, hiss orqanı reseptor olmaqla bərabər, həm də effektordur. Yəni, reseptor və beyin arasında nəinki birtərəfli (mərkəzəqaçan), həm də ikitərəfli (mərkəzdənqaçan) əlaqə mövcuddur. Bu cür fikir bizi duyğunu bütöv bir reflektor bir proses kimi nəzərdən keçirməyə vadar edir. Məsələn: görmə duyğusu gözdən başladığı kimi gözdə də qurtarır. Əks əlaqə prinsipi I.M.Seçenov tərəfindən açılmışdır. Burada əsas əhəmiyyətli cəhət, idrak fəaliyyətində əzələnin rolunun müəyyənləşməsindən ibarətdir. Seçenov göstərmişdir ki[3], «mürəkkəb duyğuların yaranmasında daima hiss orqanlarının əzələ-hərəki aparatı iştirak edir. Bunlar da beyinin duyan hissəsi ilə xarici reaksiyanı təmin edən effektorlardır». Beləliklə, duyğu psixoloji baxımdan ən sadə psixi proses olsa da, fizioloji baxımdan mürəkkəb xarakter kəsb edir.
| ['duyğu', 'qavrayış'] |
4,767 | https://kayzen.az/blog/aforizmler/7476/yalan-haqq%C4%B1nda-aforizml%C9%99r.html | Yalan haqqında aforizmlər | umud600 | Hikmət dənizi və aforizmlər | 23 okyabr 2011, 14:29 |
"Üç yalanın günahı adəm oğlunun adına yazılmaz: savaş vaxtı deyilən yalan, çünki savaş məharəti hiylədən ibarətdir: zövcəsinin könlünü almaq üçün adamın dilinə gətirdiyi yalan: bir də iki küsülünün arasını düzəltmək üçün deyilən yalan." ( Həzrəti Muhəmməd s.ə.v. )
Yalan, ola bilsin, bir problemi həll edə bilər, amma özüylə daha yüz problem gətirər. ( Uilyam Porter: Amerika yazıçısı )
Düz sözə yalan qatmaq qızıla başqa metal qatmağa bənzəyir: möhkəmliyi artsa da, qiymətdən düşür. ( Frensis Bekon: İngilis alimi )
Yalan zəiflərin daldalanacaq yeri və sığınacağıdır. ( Frensis Bekon )
Yalançının cəzası insanların ona inanmaması deyil, onun heç kəsə inanmamasıdır. ( Bernard Şou )
Hər kəsi bir dəfə, bəzilərini isə hər zaman aldada bilərsiniz. Lakin hər kəsi hər zaman aldada bilməzsiniz. ( Avraam Linkoln )
Yalanın qüdrəti onun sürətlə yayılmasındadır. ( Nazim Hikmət: Türk şairi )
Ən qorxulu yalanlar gecələr uydurulur. ( Robert Stivenson: İngilis yazıçısı )
Üç növ yalançı var: xam yalançı, and içən yalançı və heç vaxt yalan söyləmədiyini iddia edən yalançı. ( Nikola Sebastyan Şamfor: Fransız yazıçısı )
Yalanın ən böyük düşməni həqiqətdir. ( İmmanuel Kant: Alman filosofu )
İnsan yanılanda bunu hamı görür, yalan danışanda isə bunu çox az adam görə bilir. ( İohann Volfanq Höte: Alman mütəfəkkiri )
Var doğru yazmağa madam ki, imkan,
Neçin gəlsin gərək ortaya yalan?!
Sözün qiymətini saldı yalanlar,
Doğrunu danışan hörmətli olar. ( Nizami Gəncəvi )
| ['aforizmlər', 'yalan'] |
4,768 | https://kayzen.az/blog/maraqli-faktlar/7469/tarixi-%C5%9F%C9%99xsl%C9%99r-bar%C9%99d%C9%99-qalmaqall%C4%B1-faktlar.html | Tarixi şəxslər barədə qalmaqallı faktlar | yravil | Maraqlı faktlar | 22 okyabr 2011, 20:45 |
Uinston Çörçil
Məşhur siyasətçi, Böyük Britaniyanın Baş naziri olmuş Uinston Çörçil bir natiq və dövlət xadimi kimi o qədər məşhurlaşmışdı ki, “BBC” 2002-ci ildə onu Britaniyanın ən görkəmli şəxsi elan etmişdi. Çörçil öz bəlağətli nitqləri ilə insanların rəğbətini qazana bilirdi, ancaq bir çoxları onun mənfi cəhətlərini bilmirdi. Çörçilin çoxlarına məlum olmayan aforizmləri:
“Mən daha ali və güclü bir irqin gəlib, Amerika hindularının və ya Avstraliyanın qaradərili əhalisinin torpağını işğal etməsini və onlara edilənləri böyük səhv kimi qəbul etmirəm”.
“Mən qazdan istifadə edilməsinin əleyhinə olan vasvasılılığı başa düşə bilmirəm. Qətiyyətlə deyə bilərəm ki, qeyri-sivil qəbilələrə qarşı zəhərli qazdan istifadə olunmasının tərəfdarıyam”.
Adolf Hitler
Son illərdə Nasist Almaniyasının füreri olmuş Hitlerə məxsus sənədlər üzərində aparılan araşdırmalardan məlum olub ki, o, 1934-cü ildə Almaniyanın kansleri olan zaman 6.3 dollar həcmində vergidən yayınıb. Amma Hitlerin bəxti gətirib və ona borclarını bağışlayıblar. Deyilənə görə, o təkcə “Mein Kampf”ın satışından 1.2 milyon reixmarks qazanıb, ancaq buna görə ödəməli olduğu 600.000 reixmarksı da ödəməkdən yayınıb. Ona vergi borclarını bağışlayan rəsmilərə Hitler hər ay 2000 rexmarks “bəxşiş verirdi”.
Mahatma Qandi
36 yaşında olarkən Qandi evli olmasına baxmayaraq, sitayiş etdiyi dinin qanunlarına uyğun olaraq, müdrikləşmək üçün cinsi əlaqəyə girməməyi qərara almışdı. Amma o qocaldıqca sekslə daha çox maraqlanmağa başlayıb, hətta iş o yerə çatıb ki, seks onun ən çox danışdığı mövzu olub (ikincisi dinc mübarizə idi). O, öz iradəsini gücləndirmək və daha da müdrikləşmək üçün gənc qadınlara çılpaq vəziyyətdə yatırdı. Bu qadınlardan biri olan Manunun həyat yoldaşı Kanu Qandi isə onun qohumu idi. Qandinin stenoqrafçısı onun Manu ilə çılpaq halda yatan şəklini gördükdən sonra vəzifəsindən istefa vermişdi.
Corc Vaşinqton
Amerikanın tarix kitablarında ABŞ-ın 1-ci prezidenti olmuş Corc Voşinqtonun özünün istəməməsinə baxmayaraq, ordu komandanı seçilməsindən, hətta onun bu vəzifəyə görə əmək haqqı almaqdan imtina etməsindən bəhs edilir. İnsanların onun prezident olmasını istəməsinin əsas səbəbi kimi, Vaşinqtonun çox dürüst olması, insanların ona güvənməsi və heyran olması göstərilir, onun ölkədə ən çox inanılan, hörmət edilən insan olması iddia edilir. Amma faktlar göstərir ki, Vaşinqton xərclərini ödəmək üçün dövlətdən hesab tələb etmişdi. Buna görə ona əməkhaqqı kimi ildə 12000 dollar ödənilməsi qərara alınmışdı, amma onun aldığı pul bundan dəfələrlə çox idi. Ağıllı adam olan Vaşinqton eyni taktikanı prezident seçiləndə də işlətmək istəmişdi, ancaq bu dəfə onun təklifi rədd edilmiş və ona illik 25.000 dollar əməkhaqqı təyin edilmişdi.
Vaşinqton barədə daha bir skandal fakt onun öz bağçasında marixuana becərməsi barədədir.
Martin Lüter Kinq
Protestant reformasiyasını başladan məşhur keşiş Martin Lüter Kinq katolik kilsəsinin zülmünə qarşı çıxdığına görə, həmişə qəhrəman kimi tanınıb. Ancaq bir çox insan onun dəhşətli dərəcədə yəhudi əleyhdarı olduğunu və bunu gizlətmədiyini bilmir. 1543-cü ildə o “Yəhudilər və onların yalanları haqqında” adlı bir yazı yazır və bu yazısında o, yəhudilərin pul, insan hüquqları, dini təlim, təhsildən məhrum edilmələrini, torpaqda işləməyə məcbur edilmələrini və ya Almaniyadan qovulmalarını, hətta öldürülmələrini məsləhət görür.
Tomas Cefferson
ABŞ-ın məşhur prezidentlərindən biri olan Cefferson deyirdi: “Ağların qaradərililərlə cinsi əlaqəyə girməsi deqredasiyaya səbəb olur. Ki, buna da heç bir vətənsevər razı ola bilməz”. O, belə fikirləri təbliğ etməsinə baxmayaraq, öz qulu Selli Heminqsdən bir neçə uşaq sahibi idi. Cefferson bunu inkar etsə də, bu yaxınlarda aparılan DNT testi nəticəsində uşaqlardan ən azı birinin atasının Cefferson olduğu məlum olub.
Albert Eynşteyn
Eynşteyn 20-ci əsrin ən böyük zəkalarından biri sayılır. Bir çox adam onun skripka vurğunu olduğunu və onun karyerasına patent ofisində mirzə kimi başladığını bilir. Ancaq bir çox insanın onun hər iki həyat yoldaşına dəfələrlə xəyanət etməsindən xəbəri yoxdur. Birinci həyat yoldaşından ayrıldıqdan sonra, o öz qohumu Elza ilə evlənmişdi. Bundan qısa müddət sonra isə, o, öz katibəsi Beti Neuman ilə eşq macərası yaşayıb. Yerusəlimdəki İvrit universitetində saxlanılan məktublarında onun Elza ilə evli olduğu vaxt, başqa 6 qadınla münasibətinin olmasından bəhs edilir.
Elvis Presli
Əfsanəvi müğənni, roknrol ulduzu Elvis şəxsi və ictimai həyatdakı uğurları ilə yanaşı, onun gözdən düşməsinə səbəb olan bir sıra xüsusiyyətlərə malik idi. Elvisin məşğul olmaq istədiyi sahələrdən biri də aktyorluq idi. O növbəti Ceyms Din olmaq istəyirdi və nəticədə Ceyms Dinin böyük fanatına çevrilmişdi. O, Ceyms Din və Natali Vudun baş rolda oynadığı “Səbəbsiz üsyan” filminin bütün sözlərini əzbər bilirdi. Hətta Ceymsə yaxın olmaq üçün Elvis Natali ilə münasibətə girmişdi. Onunla ayrıldıqdan sonra Natali bacısına demişdi: “O mahnı oxuya bilir, ancaq bundan başqa heç nə bacarmır”. Ceymsə yaxınlaşmaq üçün Elvis həm də onun ən yaxın dostlarından biri olan Nik Adamsla dostluq etməyə başlamışdı. Onun ölümündən sonra Adamsın həm Ceyms, həm də Elvislə cinsi əlaqəyə girməsi barədə şayiələr yayılıb.
Endryu Conson
ABŞ-da Linkolnun prezidentliyi dövründə vitse prezident olmuş Endryu Consonun aristokratiyaya qarşı güclü nifrəti var idi. Endryu vitse prezident seçilən zamanı dumanlı gözlərlə, viski iyi verə-verə İncili öpür və çıxıb gedir. Amerikanın məşhur qəzeti “Nevv York Times” Endryunun bu hərəkətinə cavabında “Tanrı Linkolnu qorusun” yazmışdı. Ancaq tarixdən də bəlli olduğu kimi “Tanrı Linkolnu qorumadı” (Linkoln sui-qəsd nəticəsində öldürülmüşdü) və Endryu Concon prezident seçildi. Onun prezidentliyi o qədər bərbad idi ki, konqres onun haqqında impiçment tələb etmişdi. Konqres yalnız ikinci cəhddə istəyinə nail olmuşdu.
Papa IX Piy
1858-ci ilin 23 iyununda o vaxtkı Papa vilayətinin bir hissəsi olan Bolonyada yaşayan yəhudi ailəsinə polis basqın edir və 8 uşaqdan biri olan Edqardonu götürərək Romaya aparır. Polisə bunu etməyi o zamanki Roma Papası IX Piy tapşırmışdı. Romada Edqardon 14 yaşlı katolik qulluqçu olan qız tərəfindən xaç suyuna salınır. Valideynlərinə bir neçə həftə Edqardonu görməyə icazə vermirlər. Mortara ailəsi öz uşaqlarını geri istəyir, ancaq kilsə onlara yalnız dinlərini dəyişib katolik olduqdan sonra uşağı geri ala biləcəklərini deyir, onlar isə dinini dəyişməkdən imtina edirlər. Beynəlxalq etirazlara baxmayaraq, Papa Edqardonu buraxmır və sonda Edqardon da keşiş olur.
| ['tarixi şəxslər barədə qalmaqallı faktlar', 'maraqli faktlar', 'qalmaqalli faktlar'] |
4,769 | https://kayzen.az/blog/Hagverdiyev/7468/i%C5%9Fd%C9%99-s%C4%B1%C4%9Fortalanma%C4%9F%C4%B1n-%C9%99h%C9%99miyy%C9%99ti.html | İşdə sığortalanmağın əhəmiyyəti | Hagverdiyev | Bloq: Hagverdiyev | 22 okyabr 2011, 19:18 |
Bu ildən əmək müəssisələrində işəgötürənlər işçilərlə icbari sığorta müqaviləsinin bağlanmasını mütləq qaydada təmin etməlidirlər. Əks halda onlara qarşı «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununa əsasən müəyyən sanksiyalar tətbiq edilə bilər.
İş yerlərində əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsizlik texnikasına əməl edilməsi, işçilərin sağlamlığının qorunması, əməkdaşların qayğısına qalınması artıq zamanın tələbidir. Ona görə də icbari sığorta haqqında Qanunun işçilərin sosial müdafiəsinin gücləndirilməsi, əməklə məşğul olan hər bir kəsin mənafeyinin qorunması baxımından çox mühüm əhəmiyyətə malikdir.
Sirr deyil ki, bəzi işəgötürənlər sahibkarlığı ağalıq etmək kimi başa düşərək, öz obyektlərində çalışanların əməyinə qul əməyi kimi baxır, işçilərin əmək hüquqları ilə hesablaşmır, əməkdaşların təhlükəsizliyinin, sağlamlığının qorunmasının təmin edilməsi barədə ümumiyyətlə düşünmürlər. Bu da ondan irəli gəlir ki, işsiz adamlar nəyin bahasına olursa-olsun pullu iş tapıb öz ailəsini dolandırmaq barədə düşünürlər. Sağlamlıqlarını təhlükə altına ataraq heç bir müqavilə bağlamadan ən ağır və səhhətə ziyanlı işlərdə belə işləməyə razı olurlar. Səhhətlərində bir problem yarananda və ya iş qabiliyyətini itirdikdə isə, sahibkar tərəfdən heç bir maddi kompensasiya verilmədən işdən azad edilirlər. Ortada heç bir hüquqi sənəd olmadığı üçün, peşə fəaliyyəti zamanı aldığı xəsarətə görə işçinin sahibkardan maddi yardım tələb etməyə hüququ olmur, yalnız məhkəməyə müraciət etsə, onda bəlkə işəgötürəndən hansısa bir məbləği ala bilər. Məhkəmə çəkişmələri də o qədər uzun və yorucu olur ki, zərər çəkənin üstəlik əsəbləri də korlanır.
Yuxarıda qeyd olunan neqativ halların qarşısını almaq məqsədilə icbari sığorta haqqında Qanun həm dövlət, həm də özəl sektorlarında işəgötürənlərin öhdəsinə böyük məsuliyyət və vəzifələr qoyur. Onlar əmək müqaviləsi ilə bərabər əməkdaşlarla icbari sığorta müqaviləsinin də bağlanılmasını təmin etməli, sığortaçıya müəyyən edilmiş məbləğdə sığorta haqqını da ödəməlidir. Sığorta tarifləri Nazirlər Kabinetinin qərarı ilə işçilərin risk qruplarından asılı olaraq müəyyən edilmişdir. Ən aşağı riskli hesab olunan qrup üzrə sığorta tarifləri əməkhaqqının 0,2%-i, ən yuxarı risk qrupu üçün 2%-i qədər müəyyən edilib. Əslində, bu tariflər elə də yüksək deyildir, əgər sahibkar işçilərə məvacib təyin edərkən avtomatik olaraq ödəyəcəyi sığorta haqqını da nəzərə alsa, həmin sığorta haqqı işəgötürənin büdcəsinə ziyan gətirməz. Məsələn, bir işçi üçün ayda 300 manat xərc nəzərdə tutan sahibkar, işçiyə 295 manat maaş yazıb yerdə qalan 5 manatı isə sığorta haqqı kimi ödəyə bilər. İcbari sığorta müqaviləsi bağlandıqdan sonra işəgötürən özü xeyli üstünlüklər qazanır. Belə ki, əmək prosesi zamanı baş verə biləcək hər hansı bir sığorta hadisəsi zamanı işçiyə dəyən ziyanın maddi cəhətdən kompensasiya edilməsi sahibkarın deyil, sığortaçının öhdəsinə düşür. Ona görə də sığorta hadisəsi baş verəndə işçi ilə işəgötürən arasında əvvəlki kimi narazıçılıqlar yaranmır, iş gedib məhkəməyə kimi çıxmır. Əksinə işəgötürən belə situasiyalarda zərər çəkənin hüquq və mənafelərini sığortaçı qarşısında müdafiə edə bilər.
Qanuna əsasən işəgötürən işçilərə öncədən onların hüquq və vəzifələrini, habelə icbari sığortanın şərtlərini və qaydalarını izah etməli, işçilərin ilkin və vaxtaşırı icbari tibbi müayinədən keçirilməsini təmin etməlidir. Bütün görülən tədbirlərə baxmayaraq sığorta hadisəsi baş verərsə, işəgötürən bu barədə 3 iş günü ərzində sığortaçıya məlumat verməlidir ki, xəsarət almış işçi ona dəyən zərərə görə vaxtında kompensasiya ala bilsin, həm də, zəruri olduqda sığortaçı sığorta hadisəsini isti-isti araşdıra bilsin. Sığorta hadisəsi zamanı əməyin mühafizəsi qaydalarına və əməyin mühafizəsinə dair təlimatlara riayət etmədiyi üzə çıxdıqda sığorta olunan kompensasiyadan məhrum oluna bilər.
İcbari sığortanın əsas üstünlüklərindən biri onun mənəvi əhəmiyyətidir. Sığortası olan işçi əmək prosesində bədbəxt hadisə nəticəsində xəsarət alarsa və ya peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirərsə, onda o, maddi yardım üçün kiməsə ağız açmalı olmur, kimsənin yanında özünü xəcalətli hiss edib mənəvi əzab çəkmir. Sığorta hadisəsinin dərəcəsindən asılı olaraq sığortaçıdan maddi kompensasiya alaraq öz sağlamlığının bərpası ilə məşğul olur. Sığorta olunanların bir sıra hüquqları da vardır ki, onlardan vaxtlı-vaxtında istifadə etmək işçilər üçün çox xeyirli ola bilər. Belə ki, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürənin hesabına ilkin və vaxtaşırı icbari tibbi müayinələrdən keçə, həm də istehsalatdan ayrılmadan və ya ayrılmaqla təhlükəsiz əmək metodlarına, əməyin mühafizəsi qaydalarına dair ödənişsiz təlim ala bilərlər. Bütün bunlar isə, təbii ki, işin keyfiyyətini müsbət təsir göstərir.
Sonda onu qeyd edim ki, hər hansı bir müəssisədə, təşkilatda sığorta hadisəsinin baş verməsi heç kim üçün arzuolunan hal deyildir, ona görə də ümid etmək olar ki, İcbari sığorta haqqında Qanun ölkəmizdə sağlam və normal iş şəraiti formalaşdırmaqla istehsalatda baş verən bədbəxt hadisələrin, bu hadisələr nəticəsində xəsarət alanların sayını xeyli azaldacaq, işəgötürənlərin işçilərə qarşı qayğı və məsuliyyətini daha da artıracaqdır. Vüqar Haqverdiyev
| ['sığorta', 'işəgötürən', 'müqavilə'] |
4,770 | https://kayzen.az/blog/cahandar/7467/siqareti-t%C9%99rgitm%C9%99k%C3%A7%C3%BCn-bir-ne%C3%A7%C9%99-vacib-m%C9%99sl%C9%99h%C9%99t.html | Siqareti tərgitməkçün bir neçə vacib məsləhət. | cahandar | Bloq: cahandar | 22 okyabr 2011, 01:38 |
~~ Siqareti tərgitmək üçün gün və vaxt təyin edin,məsələn bu sətirləri oxuduqdan 1 həftə sonra "öz istəyinizə uyğun gün və vaxtı seçin.Yadda saxlayın ki,siqaret heç bir problemin həllinə kömək etmir,siqareti tərgitmək isə sizə heç bir yeni problem yaratmayacaq və ya əvvəlki problemlərinizi ağırlaşdırmayacaq.
~~ Unutmayın ki,heç bir problem və ya xoşagəlməz hadisə siqaretə yenidən başlamaq üçün səbəb (bəhanə) olmamalıdır.
~~ Siqareti tərgitməzdən əvvəl və bir qədər sonra bu məsləhətlər haqda mümkün qədər tez-tez fikirləşin.
~~ Hər hansı bir çətinliyi dəf etməyin ən yaxşı yolu onu tamamilə dərk etməkdir.
| ['Məsləhət.'] |
4,771 | https://kayzen.az/blog/tibbi-yard%C4%B1m/7457/n%C9%99bzin-itm%C9%99si-zaman%C4%B1-ilk-tibbi-yard%C4%B1m.html | Nəbzin itməsi zamanı ilk tibbi yardım. | cahandar | Tibbi yardım | 22 okyabr 2011, 01:01 |
İnsan şüursuz haldadır.Soruşun:«Halınız pisdir?»
1.Havanın gəlməsinə imkan yaradın.
Xəstəni arxası üstə uzandırın.Xəstənin başını arxa tərəfə yönəldib,alt çənəsini qaldırın.Əmin olun ki,xəstənin ağız boşluğu boşdur və dili tənəffüsə mane olmur.Xəstənin tənəffüsünə baxın,qulaq asın,hiss edin.Əgər tənəffüs yoxdursa və ya tənəffüsün olmasına şübhəniz varsa,süni tənəffüs verməyə başlayın(ağızdan ağıza).Boynun və ya kürəyin zədələnməsindən şübhəniz varsa,başı tərpətmədən açıq alt çənəni qaldırın.
2. iki dəfə asta-asta tam dərin nəfəs verin.
Zərərçəkmişin burnunu sıxıb tutun,alt çənəsini qaldırın,başını arxaya yönəldin.Dərindən nəfəs alıb ağzınızı zərəçəkmişin ağzına qısın,iki dəfə tam nəfəs verin(hər dəfə 1-1.5 saniyə) .Verdiyiniz nəfəsdən döş qəfəsi qalxıb enməlidir.
Diqqət: Döş qəfəsinin qalxıb enməməsinə fikir verin.Döş qəfəsi qalxıb enmirsə süni tənəffüs verməyi bir daha təkrar edin.Döş qəfəsi təkrar hərəkət etmirsə ,deməli tənəffüs yolları keçilməzdir (3-cü bəndə müraciət edin) və ya nəbzi yoxlayın (5-ci bənd).
3.Xarici cism boğazda və ya tənəffüs yolunda.
Ayaqlarımızı zərərçəkmişin üstündən aşırıb,diz üstündə dayanın.Əllərinizi üst-üstə qoyub zərərçəkmişin göbəyi ilə qabırğalarının arasına dirəyin.Barmaqlarınızı zərərçəkmişin başı tərəfə istiqamətləndirin.6-10 dəfə qarına kəskin təkan verin.Ağzını açın,dilini və alt çənəsini baş barmağınızla sıxın,qalan barmaqlarınızla dilini tutub tarım çəkin.
Xarici cismi çıxartmaq məqsədi ilə şəhadət barmağınızı asta-asta bacardığınızca dərin ,dilin kökünə yaxın salın və xarici cismi çıxardın.
4.Təkrar iki dəfə asta-asta tam dərin nəfəs verin.
Başı arxaya tərəf yönəldin.Alt çənəni qaldırın.Burnu sıxıb tutun.Ağzınızı zərərçəkmişin ağzına qısıb asta-asta 2 tam dərin nəfəs verin.Döş qəfəsinin hərəkət etməsinə nəzarət edin.Ehtiyac olarsa 3-cü bənddəki hərəkətləri təkrar edin.Nəbzi yoxlayın.
5.Boyunda olan döyüntü ilə nəbzini yoxlayın.
2-3 barmağınızı birləşdirib boynun yan tərəfinə hulqumdan bir az yuxarı qoyun.10 saniyə müddətində nəbzi izləyin.Nəbz döyünürsə süni tənəffüs verməyi avam edin(iki tam dərin nəfəs,sonra hər 5 saniyədən bir nəfəs).Nəbz döyünmürsə 6-cı bəndə müraciət edin.Təcili yardım çağırmağı unutmayın.
6.Əllərinizi arxa tərəfi ilə üst-üstə qoyub xəstənin döş qəfəsinin ortasına qoyun.
Döş sümüyünü düzgün müəyyənləşdirmək üçün iki döş giləsinin arasında düz xətt təsəvvür edin.Əllərinizi xəttin altına ortadan qoyun.
Diqqət: Əlinizi döş sümüyünün qurtaracağından 1-2 barmaq yuxarı qoyun.
qollarınızı bükmədən dik xətt istiqamətində döş qəfəsini 15 dəfə hər 9-11 saniyədən bir basın.Təkanlar arasında döş qəfəsi tam boşalmalıdır,əllərinizi döş qəfəsindən çəkməyin.80 dan 100-ə qədər təkan verin.
7. 2 dəfə tam nəfəs verin.
Zərərçəkmişin başını dala atın.Alt çənəsini qaldırın.Burnunu sıxıb tutun.Ağzınızı zərərçəkmişin ağzına qısın,asta-asta iki tam nəfəs verin.
8. Döş qəfəsinə 15 dəfə təzyiq göstərin,sonra iki dəfə nəfəs verin.
Nəbzin itməsi ilə bərabər tənəffüs dayanıbsa döş qəfəsinə hər 15 təkandan sonra 2 dəfə nəfəs vermək lazımdır.Bir daha nəbzin döyünməsini boynun yan tərəfində yoxlayın.Əgər nəbz döyünür ,tənəffüs isə yoxdursa ,hər 5 saniyədən bir nəfəs verin(dəqiqədə 12 nəfəs.)Nəbz döyünürsə 15 təkan 2 nəfəs dövrəsini davam edin.
Mənbə: Təcili tibbi yardım materiallarından toplanmış.
| ['Təcili tibbi yardım'] |
4,772 | https://kayzen.az/blog/aforizmler/7466/musiqi-haqq%C4%B1nda-aforizml%C9%99r.html | Musiqi haqqında aforizmlər | umud600 | Hikmət dənizi və aforizmlər | 22 okyabr 2011, 00:25 |
Muğam bir xəzinədir, açarıdır duyğular,Muğamda sevinc də var, muğamda kədər də var.Muğam mənim xalqımın misilsiz kamalıdır,Tarixidir, eşqidir, arzusu, amalıdır. Tar səsinə qulaq as, Bu səs elin nəfəsi,Bu səs gözlərdən axan yaşların damcı səsi.Bu səs sükuta dalmış göyü də dinləndirir,Ulduzlar da bu səsin önündə baş endirir. ( Bəxtiyar Vahabzadə )
Ruhumu riqqətə gətirən musiqi bənzərsiz çiçəklərin açdığı və alaq otlarının cücərə bilmədiyi bir diyara oxşayır; təəssüf ki, bunu anlayan insanlar çox azdır. ( Lüdviq van Bethoven: Alman bəstəkarı )
Bir millətin xarakterini bilmək istəyirsinizsə, o millətin musiqisini dinləyin. (Konfutsi)O insan ki, içində musiqi duyğusu yoxdur və qəlbi səslərlə riqqətə gəlmir, onun hissləri gecə kimi qaranlıqdır. (Uilyam Şekspir )İfadənin etibarlı bir mənbəyə söykənməsi danışanın düşüncəsinə qanad verdiyi kimi, musiqi də duyğulara qanad verir. (İohann Volfanq Höte: Alman mütəfəkkiri )Musiqinin əsl gücü insanı bəstəkarın xəyal dünyasına aparmasıdır. (Lüdviq van Bethoven)Duyğularımı şerlərlə anlada bilmərəm, çünki şair deyiləm;özümü kölgə və işıqlarla ifadə edə bilmərəm, çünki rəssam deyiləm;düşüncələrimi hərəkətlərlə də ifadə edə bilmərəm, çünki rəqqas deyiləm.Lakin bunların hamısını musiqi ilə edə bilərəm. (Amadey Volfanq Mosart: Avstriya bəstəkarı)
| ['aforizmlər'] |
4,773 | https://kayzen.az/blog/aforizmler/7465/yax%C5%9F%C4%B1l%C4%B1q-haqq%C4%B1nda-aforizml%C9%99r.html | Yaxşılıq haqqında aforizmlər | umud600 | Hikmət dənizi və aforizmlər | 21 okyabr 2011, 23:46 |
Əlbəttə, mən deyə bilmərəm ki, hər şey başqa cür olsa, hər şey yaxşı olacaq, ancaq deyə bilərəm ki, hər şey yaxşı olsa, hər şey başqa cür olacaq. ( Georq Lixtenberq: Alman alimi )İnsan hər gecə yatmazdan əvvəl özünə sual verməlidir: " Bu gün nə pislik etdim, nə danışdım, nə düşündüm, nələri anladım və hansı yaxşılıqları etdim?" ( Korneliya Parker: Amerika yazıçısı )Vəhşi heyvan tələ ilə, insan oğlu yaxşılıqla ovlanar. ( Sədi Şirazi )Gələcəyimiz üçün ən yaxşı sərmayə etdiyimiz yaxşılıqlardır. ( Uilyam Şekspir )Yaxşılıq insanlıq sənətidir. ( Nizami Gəncəvi )Yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir. ( Henri Devid Toqo: Amerika filosofu )Bir dana minlərlə inək arasında necə gəlib anasını tapırsa, insanın etdiyi yaxşılıq və pisliklər də gec-tez gəlib onu tapır. ( " Kəlilə və Dimnə"dən
Əsl yaxşılıq odur ki, gizlində də aşkarda gördüyün işi görəsən. ( hƏZRƏTİ Muhəmməd s.ə.v. )Sizə baş verəcək hər bir yaxşılıq Allahdan, hər bir pislik isə özünüzdəndir. ( Qurani Kərim: Nisa surəsi )
| ['aforizm'] |
4,774 | https://kayzen.az/blog/xaricdetehsil/6754/fransan%C4%B1n-ali-t%C9%99hsil-sistemi.html | Fransanın ali təhsil sistemi | Samir012 | Xaricdə təhsil | 21 okyabr 2011, 23:42 |
Fransanın ali təhsil sistemi sürətli və çevikdir. Universiteti bitirərkən ya konkret universitetin nüfuzundan asılı olmayaraq bütün ölkədə tanınan və eyni dəyərə malik olan milli diplomlar verilir, ya da xüsusilə Fransadan kənarda istifadə etmək niyyətində olanlar üçün xüsusi "daxili diplomlar" verilir ki, bunlara o qədər də üstünlük verilmir. Fransada 70-ə yaxın dövlət universiteti, 300-ə yaxın ali məktəb və tədqiqat mərkəzləri mövcuddur. Onların tərkibinə 800 "fakültə", yəni öz növbəsində "institutlar"ı (qayda olaraq, monofənli), "məktəblər"i (müəyyən istiqamətdə mütəxəssislər hazırlamaq üçün multifənli) və "laboratoriyalar"ı (elmi araşdırma keçirmək üçün) birləşdirilən Unites de Formation et de Recherche (U.F.R.) adlı struktur bölmə daxildir.
Kiçik universitetlər üçün fənnin müxtəlifliyi və təhsilin ilk dövründə tələbələrin çoxlu olması xarakterikdir. Universitetlər böyük əyalətlərdəki şəhərlərdə - Lilya, Tuluza, Liona, Eks-an-Provay-sa, Bordo, Qrenoblyada bir qayda olaraq daha qısa ixtisaslaşdırma ilə fərqlənir, burada 2-ci və 3-cü hissənin tələbələri daha çoxdur. Nəhayət, fransız tələbələrinin 1/4-nin toplaşdığı Parisin ətrafında demək olar ki, nə lazımdı hər şeyi tapmaq olar. İstər fakültə, istər proqram, istərsə də ixtisaslaşdırma olsun.
Fransanın əksər milli ali məktəblərində tədris fransız dilində aparılır.
Fransada ali təhsil sistemi qəbul olma metoduna görə 2 əsas struktura bölünür:
- Universitetlərə "oriyentasiya" ali məktəbləri kimi baxılır.
- İnstitutlar və ali məktəblərə / «grandes ecoles» isə "ixtisaslaşdırma" ali məktəbi kimi. İnstitutlarda və ali məktəblərdə buraxılış müsabiqəsindən (imtahan) ibarət olan və ya qəbul komissiyasına təqdim olunan sənədlərə görə seçim sistemi fəaliyyət göstərir.
Ali dövlət idarələri, böyük müəssisələr, tədris sahələri üçün kadrlar hazırlayan - Ali məktəblər (Grandes Ecoles) xüsusilə nüfuzu olan məktəblərdir. Ali məktəblər texniki - mühəndis, pedaqoji və ticarət sahələrinə ayrılır, harda ki, namizəd dosyesinə baxılır, müsabiqə və seçim imtahanları xüsusilə ciddi formada keçirilir.
Təhsil proqramları
Fransada 3 səviyyəli təhsil sistemi fəaliyyət göstərir.
Bakalavr. Birinci dövr iki il üçün hesablanıb və ümumi (DEUG) və ya elmi-texniki (DEUST) universitet təhsilli diplom almaq üçün imtahanla tamamlanır. Çoxları məhz bu pillədə dayanırlar, çünki, belə sənəd yaxşı iş tapmaq üçün şərait yaradır.
Magistratura. İkinci dövr universitetdə ilk iki ildə alınan biliyin artırılması və dərinləşdirilməsi üçün nəzərdə tutulub. Bir ildən sonra - lisenziyalı diplom (licence), 2 ildən sonra - magistr diplomu (maitrise), 3 ildən sonra isə - mühəndis diplomu verilir. Hər 3 diplom milli tanınmış diplomlardır. Boş yerlərin sayından asılı olaraq tələbələrin 2-ci dövrünə qəbul sənədlərin müsabiqəsi yolu ilə, hərdən isə buraxılış testlərinin nəticələrinə görə həyata keçirilir. İkinci dövrün bütün etaplarını aşağıdakı ardıcıllıqla keçmək olar: lisenziat - magistr - mühəndis və ya birdəfəlik ikiillik ya da üçillik kursa qəbul olmaq.
Doktorantura. 3-cü dövr seçilmiş peşənin daha dərindən öyrənilməsini təklif edir və sərbəst elmi işlə müşayiət olunur, hansı ki, bu işə iddialı olanlar proqrama daxil olmasına qədər bu mövzunun dürüst və qısaca ifadə olunmasına borcludurlar. Bu mərhələni müvəffəqiyyətlə keçənlərə (DESS) xüsusi ali təhsil haqqında diplom və ya əsaslı təhsil (DEA) diplomu verilir.
Universitetin 2-ci və 3-cü dövrünə daxil olmaq üçün seçilmiş məktəbə bilavasitə yazmaq lazımdır. Bu həmçinin, ali mühəndis məktəblərinə, mühəndis universitetlərinə və s. aiddir.
Fransa ali məktəblərinə daxil olarkən ümumi tələblər
Mütləq fransız dilini bilmək (TCF üzrə minimum - 699 baldan 350). DALF və ya DELF B2 fransız dili diplomuna malik olan namizədlər bu testdən azad olacaqlar. Namizədlərin hazırlanması məqsədilə seçimə (TCF) görə dil üzrə testin keçirilməsinə, Fransada bakalavra (TCF - DAP) yazılmaq üçün vacib testə, Almata və Astana şəhərlərinin Fransa İttifaqı təklif etdiyi TCF, TCF-DAP, DALF, DELF verilməsi üçün namizədlərə hazırlıq kurslarından keçmək təkidlə məsləhət görülür.
Mühəndis ixtisasına daxil olanlar mütləq ali məktəbin son kurslarını oxumalıdır və ya onların bakalavr diplomu olmalıdır. Fransanın universitetlərinə ərizələrin verilmə müddətləri
Bir qayda olaraq, hər il universitetdə təhsil 1 sentyabrda başlayır və 30 iyunda və ya mütləq təcrübə (əsasən magistr təhsilinin 2-ci kurs tələbələri üçün) keçdiyi halda gələn ilin 30 sentyabrında bitir.
Bakalavr, magistratura, doktorantura proqramları üzrə ərizələrin verilmə müddətləri - təxminən yanvarın 30-a kimidir
| ['Fransada təhsil'] |
4,775 | https://kayzen.az/blog/yravil/7464/h%C9%99yat-%C3%A7ox-q%C9%99rib%C9%99dir.html | Həyat çox qəribədir | yravil | Bloq: yravil | 21 okyabr 2011, 18:34 |
HƏYAT ÇOX QƏRİBƏDİR-hörmətə layiq olanlar ayaq altında tapdanarkən,layiq olmayanlar əl üstündə saxlanılır.HƏYAT ÇOX QƏRİBƏDİR-vicdansızlar çoxaldıqca,vicdanlılar ortada əzilir.HƏYAT ÇOX QƏRİBƏDİR-ədalətsizliyin baş alib getdiyini bilə-bilə hamı susur...HƏYAT ÇOX QƏRİBƏDİR-bir tərəfdə bir tikə çörək üçün dua edib,yardım gözləyənlər,digər tərəfdə hər şeyə sahib olduqlarına baxmayaraq yenə də öz həyatindan narazı olanlar.HƏYAT ÇOX QƏRİBƏDİR-bəzi ailələr uşaq həsrəti ilə məhv olarkən,bəziləri boş-boş səbəblərə görə öz doğma övladlarını küçələrə və ya "Körpələr evi"nə atır.HƏYAT ÇOX QƏRİBƏDİR-anaların gecə-gündüz yatmayıb,onları necə əzab-əziyyətlə böyütdüklərini bilə-bilə bəzi nankor övladlar havadan-sudan səbəblərə görə belə ana qatili olmaqdan çəkinmirlər.HƏYAT ÇOX QƏRİBƏDİR-kimisi yeməyə belə çörək tapmadığı halda,neməti başa düşməyən "yekəqarınlar" qonaq qarşılamaq üçün önündəki çörəyi ayaqlıyıb keçirlər.HƏYAT ÇOX QƏRİBƏDİR-Azərbaycanda "hörmət" deyəndə ilk ağla gələn pul olur.HƏYAT ÇOX QƏRİBƏDİR-bəzi kişilər ailəsini dolandırmaq,övladlarına xoşbəxt bir gələcək verə bilmək üçün gecə-gündüz işləyib,dəridən-qabıqdan çıxarkən,bəziləri öz xoşbəxtliklərini içkiyə qurban verirlər.HƏYAT ÇOX QƏRİBƏDİR-cinayətkarlar küçələrdə X-5 sürərkən,mə`sumların azadlıqları əlindən alınır.
HƏYAT ÇOX QƏRİBƏDİR-pul artdıqca,insanlıq azalır,bə`zən də unudulur,ölür.HƏYAT ÇOX QƏRİBƏDİR-"papanın balaları"əsgərliyini sərhəddən çox uzaqlarda çəkərkən(saxladılanlardan danışmaq belə istəmirəm),ata-ananın gözünün ağı-qarası olan bircə oğulları ən sərhəd bölgələrə yerləşdirilir.HƏYAT ÇOX QƏRİBƏDİR- naşükürlər sahib olduqlarına şükür etmək əvəzinə,başqasının mal-mülkünə göz dikirlər.HƏYAT ÇOX QƏRİBƏDİR-ölməsi gərəkən insanlar "xan" kimi yaşarkən,hələ yaşamalı olanlar kiminsə səhlənkarlığına görə vaxtsız ölümə gedirlər.HƏYAT ÇOX QƏRİBƏDİR-bəzi insanlar öz sevgilərini göstərə bilmək üçün əllərindən gələnin ən yaxşısını etməyə çalışarkən,bəziləri sevildiklərini bilə-bilə sevgilərini başqa insanlarda axtarrlar.HƏYAT ÇOX QƏRİBƏDİR- bəziləri Allah yaratdığı kimi qalmaq əvəzinə,təbii gözəlliklərini yox etmək üçün plastik əməliyyatlara minlərlə pul sərf eləyirlər.HƏYAT ÇOX QƏRİBƏDİR-bəziləri yaşamaq üçün bir şans daha istəyərkən,bəziləri həyatlarını məhv etmək üçün bir an belə düşünmürlər.HƏYAT ÇOX QƏRİBƏDİR-həmişə "MƏN"deyənlər belə zamanı gələndə "YALNIZ SƏN"deyirlərEy həyat sən nə qəribəsən.
| ['həyat'] |
4,776 | https://kayzen.az/blog/sevgi/7462/virtual-sevgi.html | Virtual sevgi | Samir012 | Sevgi | 21 okyabr 2011, 17:40 |
Mütəxəssislər bəyan edir: Əsl sevgi üçün zaman və məkan fərqi yoxdur.Mentalitetə zidd sayılsa da dini inanclara əməl edilirsə virtual sevgi haram sayılmır.
Bu gün sosial həyatın bütün sahələrinə sirayət edən yeni texnologiyalar mənəviyyat məsələlərinə də təsirsiz ötüşməyib. Qloballaşan dünyada mənəviyyatın belə virtuallaşması artıq heç kimdə təəccüb doğurmur. Demək ki, yeni texnologiyalar tək yeni termin və yeni inqilabi dəyişikliklərlə yadda qalmır, onlar həm də yeni hisslərin fomalaşmasına zəmin yaradır.Bununla belə bir qədər dəqiqləşdirsək görərik ki, məhz mənəviyyat və hisslər mövzusunda yeni texnologiyalar mahiyyəti deyil, formanı dəyişir. Elə gəlin sevgi məsələlərində yeni texnologiyaların rolunu təhlil etməyə çalışaq. Müasir texnologiyalar olmadan belə, ta qədimdən sevgi, nikah mövcud olub. Bu gün də bu mövhum və adətlər mövcuddur. Amma bu gün çoxları fikirləşir ki, bu gün sevgi süniləşib. Çünki, yeni texnologiyalar insani hissləri kölgədə qoyub. Mütəxəssislər isə bunun əksini sübut etməyə çalışır. Psixoloqların qənaətincə, adətən insanlar arzularına çatanda hər şey onlar üçün adiləşir. Bəli, əvvəllər sevgini tərənnüm və ya bəyan etmək üçün vasitələr az idi. Sevgisini izhar etməkdə çətinlik çəkən gənc isə daha qabarıq hisslərlə yaşayırdı. İndi isə vəziyyət tamamilə başqadır. Bu gün informasiya cəmiyyəti əsrində yaşayırıq. Dünyada milyonlarla mobil telefon və internet istifadəçisi var. Bütün bunlar sevgini tərənnüm etmək üçün texniki vasitələrdir. Əvvəlki dövrlərdən fərqli olaraq indi tanışlıq üçün məkan çoxdur. Artıq təkcə real həyatda deyil, telefonda, virtual aləmdə-internetdə özünə dost-tanış tapmaq mümkündür.
Kaliforniya Universitetinin professoru, psixoloq Hensi Kaliş öz tədqiqatını internetin ailə qurmağa və ilk sevgi hisslərinin yaranmasında necə rol oynamasına həsr edib. Neçə illərdir ilk sevgi hisslərinin yenidən yaranma fenomenini tədqiq edən psixoloq bu qənaətə gəlib ki, birinci məhəbbəti yaşayan adamlar yenidən sevə bilərlər. Onun fikrincə, məhz internet bu cür cütlüyün yaranmasına kömək edə bilər: "Əksər kişi və qadınlar "sevgi bir dəfə olur" - deyə bu cür saytların olmadığı vaxtlarda növbəti məhəbbətlərini axtarmaq fikrinə düşməyiblər. Amma internetin bu tip xidmətləri yaranandan sonra insanlar keçmiş macəralarının qəhrəmanlarını axtarmağa başlayıblar. Çünki bu, asan və dəbdə olan bir işdir. Həm də bu, insanların istədiyi anda münasibətləri qıra bilmək baxımından sərfəlidir".
Psixoloqun tədqiqatlarına görə, bir-birini internet vasitəsilə tapan hər beş nəfərdən dördü dərhal nikaha girmək qərarına gəlməyib. Onlar sonradan ya həmişəlik ayrılıb, ya da dostluqlarını uzun müddət davam etdiriblər. Bəziləri isə uzun sürən münasibətdən, hətta bir neçə il ər-arvad kimi yaşadıqdan sonra nikaha girmək qərarı veriblər: "İlk məhəbbət münasibətlərin qurulmasında böyük rol oynayır. O adam ki, bu hissləri yaşayıb, o hissləri sonradan da yaşaya bilər. Vay o gündən ki, insan bu hisslərdən məhrum ola! Hazırkı məqamda ilk məhəbbət bu emosional qalanın yeganə açarıdır. Məhz bu cür münasibətlər stabil davam edərək gənclərin şəxsiyyətinin formalaşmasına kömək edir".
Son vaxtlar azərbaycanlı gənclər arasında da söhbətləşmək imkanı yaradan bəzi internet saytlarına meyil güclənib. Bir qədər kobud desək, internet istifadəçisi olan gənclərimiz virtual məkanda müxtəlif niklə ("nick" ingiliscə ləqəb, təxəllüs, ayama) çatlaşırlar ("chat" ingiliscə boşboğazlıq etmək deməkdir).
Son vaxtlar çoxlu sayda tanışlıq imkanı verən saytların yarandığını və gənclərimizdə onlara olan marağı nəzərə alıb bu mövzuya müraciət etməli olduq. İndi gənclər internet saytların müxtəlif ünsiyyət vasitələri ilə-çat, forum, MSN, İCQ, Agent, Facebook və s. əlaqə qururlar. Söhbət məkanı-çat bir çoxları üçün əyləncə, bir çoxları üçün vaxt öldürmək, bəziləri üçün isə tanışlıq ünvanıdır. Bakıdakı əyləncə saytlarının administratorları çatda tanış olub ailə həyatı quran, özünə səmimi dost tapanların olduğunu istisna etmirlər. Gənclərdə internet və mobil telefon vasitəsi ilə tanışlığa heç də yaşlı nəslin nümayəndləri kimi pis baxmırlar. Virtual sevgi axtarışında olan gənclərlə yanaşı, virtual məkanda karyera imkanlarını genişləndirməyə, dostlarının sayını çoxaltmağa, hətta intellektual səviyyələrini artırmağa, ölkədə və dünyada baş verən hadisələrə, yeniliklərə rəy bildirməyə görə yeni texnologiyaların geniş imkanlarından istifadə edən gənclərimiz də az deyil. Bir qrup psixoloqlar virtual sahədə tanışlığın tənbəllikdən irəli gəldiyini bildirir. Onların qənaətincə, bu zaman insanlar komplekslərindən gizlənirlər. Çünki belə söhbət etmək daha asandır. Müəyyən utancaqlıq və hisslərdən azad olurlar. Belə ünsiyyət forması həm də bir növ boşluğu doldurur. Yəni insanlarda ünsiyyət tələbatı var və həmin boşluğu doldurmaq üçün internetə üz tutur. İnternetdə istənilən vaxt özünün ya da başqasının adıyla rahat ünsiyyət qurmaq olur.
Virtual sevgiyə üstünlük verənlər bu qənaətdədirlər ki, virtual məkanda sənin xarici görünüşünü yox, məhz özünü sevirlər. Bundan başqa, şəbəkədə öz tələblərinizi və istəklərinizi açıq-aydın bildirə, deməli ünsiyyətdə olduğunuz adamdan nə gözlədiyinizi gizlətmədən açıqlaya bilərsiniz. Qarşı tərəflə istənilən mövzunu on-line müzakirə edə, istədiyinizi deyə bilərsiniz, bununla belə, onun üçün sirr olaraq qala da bilərsiniz.
Əvvəllər ünsiyyət yalnız quru yazılarla kifayətlənirdisə, indi mikrofon və veb kamera sayəsində həmsöhbətinizi həm eşidə, həm də görə bilərsiniz. Bu, az da olsa, real ünsiyyəti əvəz edir.
İnternet evdən bayıra çıxmadan dünyanın istənilən nöqtəsində yaşayan insanlarla ünsiyyət qurmaq imkanı verir. Xaricilərlə və ya xaricdə yaşayan həmyerlilərlə danışmaq çox maraqlıdır. İnternet xarici vətəndaşla ailə qurmaq və ya xarici dili təkmilləşdirmək istəyənlər üçün çox geniş imkanlar yaradır.
Münasibətlərinizi tədricən, tələsmədən qura bilərsiniz. Üstəlik, real həyatdakından fərqli olaraq, virtual aləmdə lazımı anda ani qərar vermə riski olmur. Monitor arxasında oturarkən sizin həmişə düşünməyə, fikirlərinizi analiz etməyə, nə yazmaq istədiyinizə qərar verməyə vaxtınız və imkanınız genişdir. Bütün bunlarla yanaşı, bir faktı da diqqətə çatdırmaq istərdim ki, islam dininin şərtləri pozulmayacaqsa, ən əsası ortada bir-birlərini aldatma olmayacaqsa, internet nikahları ilə evlənmək labüd hesab edilir.
Maraqldır ki, bu gün sosial şəbəkələri yeni dəb, bəlkə də internetin yeni siması kimi qiymətləndirirlər. İnsanlar iş yerlərində, evdə, yolda bu şəbəkələrə daxil olur, öz fikirləri və gördüklərini bir-biri ilə bölüşür, yazışırlar. Bununla da onlar öz ünsiyyət tələbatlarını ödəyirlər.
Statistikaya əsasən, Azərbaycanda ən çox baxılan internet səhifələri də məhz sosial şəbəkələrdir (Odnoklassniki.ru, Facebook.com). Hər gün bu saytlara yüz minlərlə abunəçi daxil olur. Əlbəttə ki, ilk baxışdan bu, adi haldır və təəccübləndirici heç bir şey görünmür. Lakin, məsələnin kökünə baxsaq, çox maraqlı məqamlar ortaya çıxır.
Ən önəmli məsələ sosial şəbəkələrin peyda olmasından sonra, internet ünsiyyətində baş vermiş inqilabdır. Bir neçə il öncə internetdə ünsiyyət - müxtəlif çatlar, forumlar, e-mail yazışmaları və s. kimi üsullarla həyata keçirilirdisə, hazırda sosial şəbəkələr vasitəsilə ünsiyyət daha populyardır.
Əvvəllər internet istifadəçiləri öz fantaziyalarının məhsulu olan virtual personajlardan istifadə edirdilər. Bu personajın öz təxəllüsü (nickname), xasiyyəti, fərqli həyat tərzi var idi. Personaj real həyatdakı insanların virtual dünyada təmsilçisi idi.
İnternet istifadəçisinin real həyatda kim olduğu, nə ilə məşğul olması məxfilik pərdəsi altında gizlənirdi.
Sosial şəbəkələrin yaranması isə internet istifadəçilərindən real həyatdakı kimliklərini internetə köçürmələrini tələb etdi.
Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da internet istifadəçiləri bu dəbli tendesiyaya qoşularaq özləri haqqında tam məlumatı cəsarətlə internetə köçürdülər. İnternet istifadəçiləri real şəkillərini, harada yaşadıqlarını, maraqlarını, iş yerlərini, öz dost siyahılarını könüllü surətdə yüz milyonluq internet auditoriyasına təqdim etdilər. İnternet səhifəsində dostlar siyahısı, şəkillər, fərdi həyatdan məlumatlar gündən-günə artmaqda davam edir. Amma bu məqamlarda da diqqətli olmaq məqsədəuyğundur.
Bu yaxınlarda ABŞ prezidenti Barak Obama gənc tələbələrlə görüşündə sosial şəbəkələrdən istifadə edərkən daha seçkin olmalarını tövsiyə edib. Onun sözlərinə görə, internetə yüklənmiş faylların məzmunu bir müddət sonra gənclərin karyera və ya təhsil əldə etmələrində mane ola bilər.
Bir sözlə, hər bir istifadəçi hər hansı məlumatı internet aləminin məhsuluna çevirməzdən öncə yaxşı-yaxşı düşünməli, düzgün qərar verməlidir. Bu, sevgi belə olsa.Müəllif: Zamirə İlqar
| ['sevgi', 'virtual dünya'] |
4,777 | https://kayzen.az/blog/bahar/7460/m%C3%BCbarizim.html | Mübarizim | bahar | Bloq: bahar | 21 okyabr 2011, 17:30 |
Divan tutdun ,dağıtdın, düşmənin halayını,
Yerlə yeksan eylədin taxtını,alayını.
Yaxşı verdin dərsini,yaxşı aldı payını.
Vətənin cəsur oğlu,igid,ər Mübarizim,
Müzəffər Mübarizim!
Yaman aşmışdı həddin,qudurmuş,nankor oğlu,
Qanına qəltan oldu neçə gorbagor oğlu.
Gəldi gözüm önünə Nəbi,Babək ,Koroğlu.
Qartal kimi şığıyan qorxmaz,nər Mübarizim,
Müzəffər Mübarizim!
Torpaq,yurd sevgisiylə vətənin qulu oldun,
Düşmənin başı üstə ələnən dolu oldun.
Bu gün minlərlə gəncin mübariz yolu oldun,
Qarşını kəsəmmədi fitnə,şər,Mübarizim,
Müzəffər Mübarizim!
Dilimizin əzbəri,kəlməmiz,sözümüz sən,
Çarpan ürəyimiz sən,bu görən gözümüz sən.
Qəlbimizin təpəri,qorumuz,közümüz sən,
Qorxu bilməz,yenilməz bir əsgər , Mübarizim,
Müzəffər Mübarizim!
Neçə vaxtdı boğurdu səni qeyrət,səni ar.
O gün qəhrəmanlığı dünyaya eylədin car,
Dönüb ziyarətgaha yurd yerin Biləsuvar.
Səcdənə gəlir hər kənd, hər şəhər Mübarizim,
Müzəffər Mübarizim!
Tərəfində dayandın hər an haqqın , düzlüyün.
Çoxuna örnək oldu dözümün, dönməzliyin.
Ölümünlə həkk oldu tarixə ölməzliyin,
Unutmaz ər oğlunu bu bəşər,Mübarizim,
Müzəffər Mübarizim!
Müəllif:Asif Asiman
Mənbə:"Müqəddəsliyə aparan yol" kitabı
| ['Poeziya', 'qəhrəman', 'ədəbiyyat'] |
4,778 | https://kayzen.az/blog/elektron-biznes/7458/elektron-maliyy%C9%99-m%C9%99nb%C9%99l%C9%99ri.html | Elektron maliyyə mənbələri | Samir012 | elektron biznes | 20 okyabr 2011, 22:11 |
Statistik məlumatlara görə dünyanın ən inkişaf etmiş ölkələrində ən böyük gəlirlər informasiya texnologiyalarından (İT) əldə edilir. Daha böyük gəlirlər isə, internet üzərindən həyata keçirilən reklamlar vasitəsi ilə əldə edilir. Buna əyani misal olaraq, dünyada informasiya-kommunikasiya texnologiayaları sektorunda ən çox gəliri olan şirkət kimi tanınan Google korporasiyasını göstərmək olar. Bu şirkətin yaranma tarixinə qısa nəzər salsaq görərik ki, Google fəaliyyətə başlayanda genişmiqyaslı layihələr həyata keçirmək üçün investisiya yatırmaq iqtidarında olmayıb. Sadə dildə desək, dünyanın nəhəng İT şirkəti hər şeyi sıfırdan başlayıb. Amma çox keçmir şirkət internet üzərindən reklam yaymaqla məşğul olur ki, bu da uğurlu fəaliyyətin başlanğıcı olur. Bildiyimiz kimi, bütün dünyaya öz gəlirləri ilə meydan oxuyan Microsoft şirkəti də bir İT korporasiyasıdır. Hətta Microsoft-un rəhbəri Bill Qeyts dünyanın ən zəngin adamıdır. Bütün bunları sadalamaqda məqsədimiz internet vasitəsi ilə pul qazanmağın mahiyyətini açmaqdır. Artıq bu bir aksiomadır ki, internetin inkişafı insanlar üçün yeni imkanlar açır. Texnologiyalar əsrində elə asan pul qazanmağın da ünvanı internetdir. İnternet vasitəsi ilə evdən çıxmadan pul qazanmaq mümkündür
Artıq evdən çıxmadan pul qazanmaq dünyanın bir çox ölkələrində adət halını alıb. Mühasiblərdən tutmuş, tərcüməçi və sadəcə şəbəkə marketinqi ilə məşğul olanlaradək evdə iş görənlərin sayı artır. Mütəxəssislər bu prossesin getdikcə genişlənəcəyini bildirirlər.
Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun sözlərinə görə, bəzi şirkətlər var ki, öz məhsullarını satış mərkəzləri vasitəsi ilə deyil, daha çox şəbəkələr vasitəsi ilə yaymağa üstünlük verirlər.
Xüsusilə internetin geniş yayılması indiyədək mümkün olmayan bəzi işləri də evdən çıxmadan görməyə imkan verir. İşədüzəltmə firmalarına evdə mühasibat işləri aparanlar da müraciət edir. Eyni vaxtda bir neçə şirkətin sənədləri ilə məşğul olan belə mühasiblər həftədə 1-2 saat işləməklə ayda hər şirkətdən 150-250 manata qədər pul alırlar. S.Məmmədov hesab edir ki, evdə yaxşı pul qazanmaq olur: «Elə işlər var ki, evdən çıxmadan 1000-1500-2500-3000 manat qazanmaq olur. Məsələn, hüquqşünaslar, mühasibat işi. Bu insanlar sifariş yerinə yetirirlər, evlərində kompyuterin arxasında tədqiqatlarını aparırlar. Məhsulunu da on-line göndərir». Evdə işin üstün cəhətlərinə gəlincə, əvvəla işə getmək üçün yolpulu və vaxt itirmirsən, evdar qadınlar paralel olaraq ev işlərini yerinə yetirə bilir, adi adamlar isə işi sadəcə rahat görürlər. Bu üsul firmalara da sərf eləyir, işçi az olduğuna görə, belələri nisbətən kiçik, yəni ucuz ofislə kifayətlənirlər, qənaət olunan pul isə işçinin maaşına əlavə olunur.
Məlumat üçün bildirək ki, indi dünyada 100 milyonlarla insan evdə işlə məşğul olur.
Çox istəyən azdan da olar Bu məsələnin digər tərəfi, necə deyərlər, internetin imkanlarından istifadə etməklə halal pul qazanmağın yolu. Amma son zamanlar internet vasitəsi ilə, lotereya oyunlarının keçirilməsi, malların alqı-satqısı prossesləri geniş vüsət alıb. Məlumdur ki, hazırda bir çox ölkələrdə internet mağaza və ya Elektron Ticarət sistemi inkişaf edib. Yəni istənilən istehsalçının istehsal etdiyi məhsulu istehlakçıya virtual şəkildə satmaq imkanı var. Dünyanın istənilən yerindən sifariş verməklə istədiyin məhsulu əldə etmək mümkündür. Elektron Ticarət sistemi dünyada uğurla sınaqdan çıxmış sistem hesab edilir. Hətta hesablamalar göstərir ki, virtual mağazalar ənənəvi mağazalardan daha çox gəlir gətirmək qabiliyyətinə malikdir. Bundan başqa, fiziki şəxsin belə ən adi sayılan sayt yaratmaqla da gəlir əldə etməsi mümkündür. Məsələn, son zamanlar, "Google" reklamları adı altında bir çox saytlarda müxtəlif reklamlarla rastlaşırıq və hər birimizin az da olsa marağına səbəb olur. Bu, GoogleAdSence sistemi vasitəsi ilə həyata keçirilir. Həmin sistemə qoşulmaq üçün heç bir sayta məhdudiyyət qoyulmur. Bu sistemdə qeydiyyatdan keçən hər bir sayt, bloq və sosial şəbəkə Google-un reklamlarını yerləşdirmək hüququ qazanır. Reklam yerlərində hansı reklamın yerləşdirilməsi isə, Google-un öz istəyindən asılıdır. İnternet-resursu ziyarət edənlər həmin reklamın üzərinə kliklədikdə sayt sahibinin hesabına pul yığılmağa başlayır. Reklam üzərinə daha çox klikləmək daha çox pul əldə edilməsi mənasına gəlir.
Amma asan yolla pul qazanmaq istəyərkən, fırıldağın da qurbanı olmamaq üçün diqqət etmək lazımdır. Çünki, sizin kimi digərləri də asan yolla pul qazanmaq niyyətindədir. Bunlar internet fırıldaqçılarıdır. Müşahidələr göstərir ki, son zamanlar belə fırıldaqların sayı artıb.
Mütəxəssislər bildirir ki, elektron əqdlər bağlamazdan əvvəl qanunla müəyyən edilmiş bütün tədbirlər görülməli, o cümlədən Elektron ticarət haqqında Qanuna uyğun olaraq, satış, xidmət və ya iş görmək təklif edən hüquqi şəxsin adı, dövlət qeydiyyatı, təşkilati-hüquqi forması, ünvanı və ya fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, əlaqə məlumatları (telefon, faks, internet və elektron poçt ünvanı), vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və s. məlumatların mötəbərliyi mütləq qaydada yoxlanılmalı, şübhə doğuran məqamlarda pul köçürmələri həyata keçirilməməlidir.
Qeyd olunanlardan belə bir nəticəyə gəlmək mümkündür ki, asan yolla olsa belə, hər şeyin başında insan əməyi və zəkası dayanmalıdır. Sənə aid olmayan, necə deyərlər, göydən düşmə fürsətdən yararlanmağın sonu uduzmaqdır. Müəllif: Zamirə İlqar
| ['İnternet', 'maliyyə', 'pul', 'Google', 'elektron kommersiya'] |
4,779 | https://kayzen.az/blog/biologiya/6258/klonla%C5%9Fd%C4%B1rma.html | Klonlaşdırma | Qiyasli | Biologiya | 20 okyabr 2011, 21:26 |
Klon - yunan sözü olub, «budaq», «gövdə» mənalarını verir və hər şeydən əvvəl vegetativ çoxalmanı nəzərdə tutur. 4 min ildən çoxdur ki, kənd təsərrüfatında qələm vasitəsilə klonlaşdırma edilir. Bitkilər toxumlama zamanı, zoğ təbəqələşməsində toxumalar totipotent (istənilən toxumanın yaranmasını təmin edə bilən) xüsusiyyətlərini itirmirlər. Yəni nüvədəki bütün genetik informasiyanı realizə etmək bacarığını qoruyurlar. Buna görə də, demək olar ki, istənilən bitki toxumu təbəqələşmə zamanı yeni orqanizmə başlanğıc verə bilər. Bitki toxumalarının bu xüsusiyyəti bir çox genetika və seleksiya metodlarının əsasını təşkil edir.
Klonlaşdrmanın tarixi
Ötən əsrin 70-ci illərinin sonunda alimlər suda-quruda yaşayan canlılar üzərində apardıqları təcrübələri məməlilərə (siçan, qoyun) tətbiq etdilər. 80-ci illərdə isə tədqiqatçılar qoyunun rüşeymində nüvə inkişafının 16 toxumalıq mərhələsində totipotentliyin saxlandığını müəyyənləşdirdilər.
1989-cu ildə Smit və Yan Uilmut əvvəlcə 16 toxumalı embrionu, daha sonra isə ilkin blastositləri qoyun yumurtalıqlarının mayalanmamış nüvələrinə transplantasiya etdilər. Birinci halda fenotipi öz donorları ilə uyğunluq təşkil edən iki dişi quzu alındı. İkinci halda bütünlüklə formalaşmış quzulardan biri doğuş zamanı tələf oldu.
1997-ci ildə Yan Uilmut süd vəzisi toxumasından alınan donor nüvəsindən istifadə etməklə klonlaşdırılmış canlı – sonradan «Dolli» adlandırılan dişi quzu əldə edir. «Dolli» inkişaf etmiş məməlinin somatik (bədən) toxumaları vasitəsilə əldə edilən ilk klonal heyvandır. Onun nüvə donoru finndorsetinin (orijinalının) süd vəzisinin yetişdirilmiş toxuması idi. «Dolli» fenotipik baxımdan bu növlü qoyunlardan fərqlənməsə də, bətninə köçürülən qoyuna qətiyyən bənzəmirdi. Uğurlu nəticəyə baxmayaraq, onun ömrü qısa oldu. Altı ildən sonra - 2002-ci ildə «Dolli»də artritin inkişafı qeydə alındı. Alimlərin fikrincə, bu, klonlaşdırmanın yaratdığı gen mutasiyalarının (dəyişikliklərin) nəticəsi ola bilərdi. Artritdən başqa, «Dolli» həm də normal inkişafdan geri qalırdı. Həmin ilin fevralında ağciyərlərindəki xəstəliyin sürətlə artdığını görən həkimlər onu dərmanların köməyi ilə əbədi yatırdılar...
Klonlaşdırma və süni mayalanmanın fərqi
Bəzən klonlaşdırma süni mayalanma ilə səhv salınır. Bu, doğru deyildir. Süni mayalandırma dişi yumurtahüceyrənin erkək toxumu (spermatozoid) ilə mayalanmasıdır. Klonlaşdırma isə dişi yumurtahüceyrənin haploid nüvəsini kənarlaşdırılaraq başqa bir orqanizmin diploid nüvəsinin bu yumurtahüceyrəyə yeridilməsidir. Bunun nəticəsində elə bir fərd meydana gəlir ki, o, diploid nüvəsini götürdüyümüz orqanizmlə tamamilə oxşar olur. Əvvəllər belə hal ancaq əkizlərdə müşahidə olunurdusa, klonlaşdırma zamanı bu, qanunauyğunluq kimi özünü göstərir. Məsələ burasındadır ki, diploid nüvəsi yumurtahüceyrənin daxilinə düşən kimi özünü normal halda yumurtanın mayalanmasından alınan ziqot kimi aparır və bölünür. Bölünmənin bütün mərhələləri normal ziqotda olduğu kimi gedir. Nəticədə, yaranan yeni orqanizm diploid nüvəsi götürülən orqanizmə genotip cəhətdən tam oxşayır. Növləri
Klonlaşdırmanı iki hissəyə ayırmaq olar: terapevtik və reproduktiv. Terapevtik klonlaşdırma - 14 günlük (2 həftəlik) rüşeymin inkişafının dayandırılması yolu ilə bu rüşeymin differensasiya etməmiş sütun hüceyrələrinin əldə olunmasıdır. Bu əməliyyat o məqsədlə aparılır ki, rüşeym hüceyrələri tam differensasiya etmədiyindən onu insan orqanizminin hər hansı orqanının xəstə və ya ölmüş hüceyrələri ilə əvəz etmək olar. Çünki sütun hüceyrələri orqanizmin hər hansı hüceyrəsinə çevrilə bilər. Bu üsulla müalicəsi çətin olan bir çox xəstəliklərə qarşı (qastrit, infarkt, Parkenson xəstəliyi, ürək, qaraciyər, sümük, qan və s.) mübarizə aparmaq olar. Reproduktiv klonlaşdırmanın terapevtik klonlaşdırmadan fərqi ondadır ki, bu zaman rüşeymin inkişafı dayandırılmır. Belə olan halda, rüşeym inkişaf edərək dölə çevrilir və o da öz növbəsində yeni fərd şəklində təzahür edir.
Klon yaratmağa hüquqi baxış
Hüquqi baxımdan əgər insan rüşeyminin inkişafı süni surətdə dayandırılsa, bu gələcəkdə insan olacaq bu rüşeymə qarşı qəsd hesab olunmur, çünki insan hələ dünyaya gəlməyib və deməli o, fiziki şəxs sayıla bilməz. Amma eyni hərəkət insan hüququnun tapdalanması və etik cəhətdən cinayət kimi qəbul edilir. Bundan başqa dünyaya gələn klonun aqibəti onun kimə məxsus olması da mübahisəlidir. Əgər yumurtahüceyrə bir şəxsə, ona yeridilən diploid nüvəsi başqa şəxsə, həmin rüşeymin inkişaf etdiyi mühit (uşaqlıq) üçüncü şəxsə (surroqat ana) məxsusdursa, onda dünyaya gələcək insana hər üç səxsin iddiası ola bilər və hər üç şəxs bu insanın (klonun) valideyni sayıla bilər. Başqa bir hal: əgər tənha qadın ailə qurmadan övladının olmasını istəyirsə və bunun üçün öz yumurtahüceyrəsini elə öz diploid nüvəsi ilə «mayalandıraraq» özünə tam oxşayan insan alırsa, onda belə bir sual meydana çıxır ki, bu insanın atası kimdir?
Bir çoxları əkizləri qəbul edə biliriksə, klonu niyə qəbul etməyək kimi iddiayla çıxış edirlər. Qeyd etmək lazımdır ki, əkizlərlə klon arasında iki əsas fərq var. Birincisi, əkizlərin yaranması çox nadir halda baş verir. İkincisi, əkiz tay əvvəllər mövcud olmayan genetik kompozisiyanın dublundan yaranır. Lakin klonlaşdırmada mövcud olan insanın genetik kompozisiyası əsas götürülür və eyni genli insan «istehsal» edilir. Əkizlər isə məlum olmayan genetik təbiətə malikdirlər. Onların hər biri nadir və qiymətli şəxsiyyətlərdir.
Klonun orjinalından hansı xüsusiyyətləri ilə fərqləndiyini söyləmək çətindir, çünki muqayisə üçün belə imkan yoxdur. Ancaq heyvan klonları üzərində aparılan müşahidə və tədqiqatlar onu göstərir ki, klon heyvanların immun sistemi zəif olur, tez xəstələnir, tez qocalır və təbii ki, tez də məhv olurlar.
Bir şeyi unutmaq olmaz ki, klon bir canlının kserokopiyası və yaxud bənzəri deyil, sadəcə, identik əkizidir, nüsxəsidir. Klon öz orijinalından yaşca kiçik olur və onu orijinalı ilə səhv salmaq mümkün deyil. Bundan başqa, gələcəkdə hazırlanması mümkün olacağı təqdirdə, klon və orijinal insan müxtəlif barmaq izlərinə malik olacaq. Üstəlik, klon öz orijinalın yaddaşından heç nə mənimsəməyəcək.
Klonlaşdırmanın gələcəkdə nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq çətindir. Çünki burada variant müxtəlifliyi çoxdur. Bir fikri unutmaq olmaz: elm elə bir məfhumdur ki, insanın ondan necə istifadə etməsindən asılı olaraq, bəşəriyyəti xilas və yaxud məhv edə bilər. Ona görə də, bu məsələdə çox ehtiyatlı olmaq lazımdır. Əks halda bu, çox ağır fəsadlarla nəticələnə bilər.
Klonlaşdırma beynəlxalq müstəvidə
Klonlaşdırmanı qadağan edən ölkə və təşkilatlar Avropa Şurası - İnsanın klonlaşdırılmasını qadağan edən protokol (1998) Almaniya - Cinayət Məcəlləsində maddə (5 il həbs) Fransa - Cinayət Məcəlləsində maddə (20 il həbs) ABŞ - İnsan klonunun yaradılmasına müvəqqəti qadağa (2003) BMT - İnsan klonunun yaradılmasını qadağan edən qanunlar qəbul etmək barədə üzv ölkələrə çağırış (2005)
Klonlaşdırmaya dini baxış
Klonlaşdırma dünya miqyasında təkcə hüquqi-etik baxımdan deyil, dini tərəfdən də müzakirə edilən və birmənalı qarşılanmayan problemdir. Məlumat üçün bildirək ki, səmavi din rəsmiləri klonlaşdırmanı “Tanrının işinə müdaxilə” kimi qiymətləndirmiş, mühafizəkar dairələr isə sərt tənqidlərlə qarşılayaraq belə tibbi eksperimentlərin keçirilməsinin yolverilməzliyini önə çəkilmişlər. Məsələn, Vatikan tərəfindən səsləndirilən ümumi fikir belədir ki, əgər, həqiqətən də, tibbi təcrübələr insan embrionunun yetişdirilməsindən ibarətdirsə, bu tədqiqatlar “məzəmmət olunmalıdırlar”. Bu səpgili iradları, həmçinin Rus Pravoslav Kilsəsinin Moskva Patriarxlığının mövqeyində də görmək mümkündür. Patriarxlığın nümayəndəsi Antoni İlyin qeyd edir ki, klonlaşdırma ilə məşğul olan və yaxud ondan bu və ya digər tibbi səbəblə istifadə edən provaslavları dindən çıxarılma təhlükəsi gözləyir. Lakin qeyri-mühafizəkar bəzi din adamları (məsələn, protestantlıqda) isə müəyyən normalar çərçivəsində, əsasən sağlamlığın qorunması naminə klonlaşdırmanın mümkünlüyünü irəli sürmüşlər.
İslam və klonlaşdırma
Bəs görəsən, İslamın klonlaşdırmağa münasibəti necədir? İslamşünas alimlər bu barədə nə düşünür? Qeyd edək ki, məsələyə şəriət ehkamları prizmasından yanaşma müxtəlif aspektlərdən özünü göstərmişdir. Mühafizəkar alimlərin mövqeyi ondan ibarətdir ki, klonlaşdırma, Allah-Təalanın yaratdığı xilqətdə dəyişiklik etmək, onun fitrəti ilə oynamaq mənasına gəlir ki, bu da dini anlamda yolverilməzdir.
İslamın elmə və onun inkişafına yüksək dəyər verdiyini qeyd edən bəzi alimlər isə dinin qəti qadağa qoyduğu məsələlərin xaricində, yalnız heyvanların klonlaşdırmasına müəyyən şərtlər çərçivəsində icazə vermişlər. Bu şərtləri onlar iki qismə bölmüşlər: a) heyvan klonlaşdırılması insanlara sağlamlıq baxımdan xeyir gətirməli, yaxud xeyri ziyanından çox olmalıdır; b) heyvanlara tibbi təcrübə zamanı xətər yetirilməməlidir, yəni heyvanlar şikəst edilməməli və onlarla qəddarcasına davranılmamalıdır.
Son zamanlar isə İslam dünyasında bəzi alimlər, hətta insan klonlaşdırmağın şəriətlə mümkün olduğunu irəli sürmüşlər. Məsələn, Əl-Əzhər Universitetinin Şəriət fakültəsinin müqayisəli fiqh kafedrasının müəllimi professor Məhəmməd Rafət Osman klonlaşdırma problemi ilə bağlı apardığı tədqiqatlar nəticəsində bu fikrə gəlmişdir. O, özünün“Şəriət ehkamları işığında klonlaşdırmağa münasibət” kitabında qeyd edir ki, insan klonlaşdırılması yalnız çıxılmaz vəziyyətlərdə və müəyyən şərtlərlə edilə bilər. Professor klonlaşdırmağın altı formasını təqdim edir və bunlardan ancaq ikisinin şəriətin icazə verdiyi meyarlara uyğunluğunu bildirir. Dördünü isə o, şəri ehkamlara tərs düşdüyünü vurğulayaraq onları belə açıqlayır:
1. Bir qadının müəyyən hüceyrəsi tərkibindəki DNT molekulları ilə birgə digər qadının nüvəsi çıxarılmış yumurta hüceyrəsinə yerləşdirilir. Sonra əmələ gələn embrion uşaqlıqda mayalandırılır. Bu isə İslamın şəri ehkamları ilə ziddiyyət təşkil edir. Çünki analoji olaraq şəriətdə eyni cinsin nümayəndələri arasında intim əlaqə qadağan olunmuşdur. Əgər belə əlaqə qadağandırsa, onda eynicinsli mayalanma üsulu da məqbul hesab edilmir; 2. Qadının DNT tərkibli müəyyən hüceyrəsi, elə öz yumurta hüceyrəsinə yerləşdirilir. Birinci bənddəki kimi, eyni səbəblərə görə bu da şəri ehkama uyğun gəlmir; 3. Qadağaya, həmçinin, heyvan mənşəli DNT tərkibli hüceyrənin qadının yumurta hüceyrəsinə yerləşdirilməsi də aiddir; 4. Kişinin müəyyən hüceyrəsi onun qanuni həyat yoldaşı olmayan qadının yumurta hüceyrəsinə yerləşdirilir ki, bu da şəriət baxımından düzgün sayılmır. Çünki belə mayalanmadan dünyaya gələn insan, evlilik xaricində dünyaya gələn insan kimidir. Bu isə qohumluq tellərinin və genealoji əlaqənin itirilməsi deməkdir.
Şəriətin icazə verdiyi meyarlara uyğun olan iki klonlaşdırma metodunun elmi açıqlaması isə belə təqdim olunur: 1. Kişinin genetik informasiyalarını özündə saxlayan hüceyrəsi, qanuni həyat yoldaşı olan qadının yumurta hüceyrəsinə yerləşdirilir. Bir şərtlə ki, hüceyrə ölmüş insandan götürülməsin. Əgər müəyyənləşsə ki, bu metodla əqli və fiziki cəhətdən qüsurlu uşaqlar dünyaya gəlir, onda bu üsul da şəriət baxımdan qadağan edilməlidir. 2. Süni mayalandırma üsulu ilə əkizlərin dünyaya gətirilməsinə cəhd etmək, yəni bir hüceyrənin daha sonra eyni genetik informasiyanın daşıyıcıları olan bir çox hüceyrəyə parçalanmasını təmin etmək. Bunun da şəri baxımdan qadağan olunmadığı bildirilir. Lakin burada da kənar təsirlərin olduğu aşkarlansa, belə əməliyyatlara icazə verilməməlidir.
Bundan başqa, tibbi məqsədlərlə ürək, böyrək, ciyər və s. insan orqanlarının yetişdirilməsinin mümkün olub-olmamasından bəhs edilirsə, şəriət sağlamlığın vacibliyi prinsipindən çıxış edərək belə klonlaşdırmanın lazımlığını, hətta Allah dərgahında savab əməl sayılacağını bildirir. Ümumiyyətlə, klonlaşdırma yeni canlının heç nədən yaradılması anlamına gəlməməlidir. Çünki bu əməliyyat Uca Allahın yaratdığı mövcud canlılar üzərində və Onun qoyduğu bioloji qanunlar çərçivəsində aparılır. Əgər bəşər övladı Onun qoyduğu qanunları burda da pozursa, deməli, qarşılaşacağı fəlakətlərin məsuliyyətini özündə axtarmalıdır.
Mənbə * Müəllif: Əliheydər Zülfüqar, Azər İlyaslı - "Cəmiyyət və Din" qəzeti
| ['klonlaşdırma'] |
4,780 | https://kayzen.az/blog/informatika/7456/qwerty-nec%C9%99-yaran%C4%B1b.html | "QWERTY" necə yaranıb? | Samir012 | İnformatika | 20 okyabr 2011, 15:27 |
Yəqin ki, kompyuterə yaxşı bələd olanlar söhbətin nədən getdiyini başa düşdülər. Belə ki, "QWERTY" kompyuterin klaviaturasında yazı klavişlərinin birinci sırasında duran ilk 6 hərfin birləşməsindən əmələ gələn addır.
Klaviaturada hərflərin niyə məhz belə ardıcıllıqla düzülməsinin səbəbi isə ola bilsin çoxlarına bəlli deyil.
Ona görə də məlumat verək ki, "QWERTY" düzülüşü, ilk dəfə, vaxtı ilə yazarların çox sevimlisi olan mexaniki yazı maşınının klaviaturasında qurulmuş və bu tərtibatın meydana çıxmasının maraqlı tarixçəsi vardır.1714-cü ildə mexaniki maşınla kağız üzərinə hərflərin köçürülməsi metodunu kəşf etdiyinə görə Britaniya kraliçası Annanın icazəsi ilə Henri Mill adlı mühəndisə patent verildi. Beləliklə, sanki, yazı yazmaq üçün mexaniki qurğu yaratmaq ideyası reallaşdı. Lakin, Mill bu ideyanı nəzəriyyədən praktikaya tətbiq edə bilmədi və belə uğursuzluq digər ixtiraçıların da başına gəldi. XIX əsrin altmışıncı illərinə kimi həll olunmamış qalan bu problemi vaxtı ilə Amerikanın Vinskonsin ştatında qəzet redaktoru işləmiş Kristofer Şouls həll etdi.
Maraqlıdır ki, Kristofer Şouls yazı qurğusunu nəşriyyatda işləyəndə yox, Miluoki portunun gömrükxana rəisi vəzifəsində olarkən kəşf etmişdir.
Yeni işində Şouls jurnalist fəaliyyətini dayandırmalı olsa da, o, əvvəllər pero, ya qələmlə məqalə yazanda, yaxud hansı isə yazının üzünü köçürəndə nə qədər əziyyət çəkdiyini unuda bilmirdi. Kristofer hələ o zamanlar yazı işini yüngülləşdirən bir metodun mümkünlüyünə inanırdı, lakin onu tapmağa vaxt ayıra bilmirdi.
Təzə vəzifəsində Şoulsun işinin elə də ağır olmaması və boş vaxtının çox qalması ona yenidən yazı prosesini asanlaşdıran metod axtarmağa imkan verdi.
Asudə vaxtlarında yerli emalatxanaların birində çalışan Şouls və onun kompanyonu Karlos Qlidden bir müddətdən sonra kitab səhifələrini ardıcıl nömrələyən aparat ixtira edirlər. Məhz bu sadə qurğudan yazı maşını öz başlanğıcını alır.
İlk yazı makinası Morze əlifbasını yazmaq üçün istifadə edilən köhnə teleqraf açarından və linglərdən yığılmışdı.
Şouls linglərinin ucuna literləri elə bərkidir ki, linglər hərəkətə gələndə bu dəmir hərflər kopirkaya dəyərək onun altındakı kağıza həmin hərfin surətini salırdı.
Şouls 1867-ci ildə öz ixtirasına patent alır və onun istehsalı altı il sonra iri silah kompaniyası olan "Reminqton Rend" firması tərəfindən həyata keçirilir.
İlk yazı maşınlarının bəzi qüsurları var idi. Belə ki, klavişlərlə hərəkətə gələn hərflər barabanın altında yerləşdiyi üçün çap olunan mətni hər dəfə barabanı qaldırmaqla görmək olurdu.
Makinaların bir qüsuru da onların çox baha olması idi. Bununla belə, yazı maşınlarının ilk istifadəçiləri onlardan razı idilər.
İstifadəçilər arasında Mark Tven təxəllüsü ilə yazan keçmiş mətbəə işçisi Semyuel Klemens də var idi.
Yazı maşını Tveni o qədər məftun etmişdi ki, o, bu qurğuların istehsalına 300 min dollar pul qoyur. Lakin, biznes özünü doğrultmur və yazıçı tamamilə, müflis olur.
Qeyd etmək lazımdır ki, Şouls ilk dəfə makinada müəyyən faktorları nəzərə almayaraq hərfləri "ABCDEF..." əlifba sırası ilə düzmüşdü. Ona görə də maşından istifadə zamanı literli linglər tez-tez bir-birlərinə dolaşır, sürətli yazıda isə ilişmələr daha da artaraq yazı prosesini pozurdu.
Bu səbəbdən Kristofer çox işlənən hərflərin qollarını bir-birlərindən aralı, onların klavişlərini isə şəhadət barmağından uzaqda, makinanın qıraq hissələrində yerləşdirir. Beləliklə, "QWERTY" adlanan bir düzülüş alınır. Belə düzülüş yazı prosesini bir qədər ləngitsə də, əvəzində rahat çap etmək imkanı verdi. Maraqlıdır ki, Şoulsun yaratdığı "QWERTY" bu günə kimi dəyişməz olaraq qalmışdır.
Mütəxəssislər bu düzülüşü bir neçə dəfə dəyişməyə cəhd etsələr də, onların ideyaları qəbul edilməmişdir, halbuki, onların arasında daha səmərəli tərtibat da olmuşdur. Məsələn, 1932-ci ildə Vaşinqton Statistika Universitetinin professoru Avqust Dvorakın yığdığı klaviatura sürətli yazı baxımından daha əlverişli idi. Dvorak tez-tez işlədilən hərfləri barmaqların başlanğıc vəziyyətində durduğu klaviaturanın orta sırasına elə düzür ki, yalnız bir cərgədən istifadə etməklə üç minə qədər ən çox istifadə edilən ingilis sözlərini çap etmək olurdu. Halbuki, QWERTY-nin orta sırası cəmi yüz söz yazmağa imkan verir. Lakin, bununla belə, istifadəçilərin QWERTY-yə olan rəğbəti və ona bərk öyrəşməsi digər tərtibatların meydana çıxmasına imkan vermir.
QWERTY-yə olan bağlılıq o qədər güclü olur ki, hətta sonradan meydana çıxan kompyuterlərin klaviaturalarını da həmin üslubda yığmağa başlayırlar.
İlk əvvəl kompyuterlərə verilənlər əvvəlcədən xüsusi maşınlarda emal olunmuş perfokartlar, maqnit lentləri vasitəsilə daxil edilirdi. Bu həm əziyyətli, həm də çox vaxt aparan iş idi. Bu səbəbdən hesablayıcı maşınlar təkmilləşdirildikcə onlara verilənlərin giriş və çıxışını rahat təmin edən bir qurğunun yaradılması artıq zərurətə çevrilirdi.
Klaviaturanın meydana çıxması hərflərdən rəqəmlərə qədər istənilən simvolu kompyuterə bircə toxunuşla daxil edilməsinə yol açdı.
Müasir klaviaturaların çoxu öz başlanğıcını, İBM kompaniyasının XT modelindən götürüb.
Kompyuterdə hər qurğunun, o cümlədən klaviaturanın klavişlərini də istənilən düzülüşdə proqramlaşdırmaq mümkün olmasına baxmayaraq İBM şirkəti öz modelində makina klavişlərinin standart naborunu olduğu kimi saxlayaraq "QWERTY" düzülüşünə üstünlük vermişdir.
Belə addım makinaya adət etmiş istifadəçilərin kompyuterdə çaşmaması üçün atılmışdır.
İlk İBM klaviaturası 83 düyməli olsa da 1987-ci ildə klaviaturanın toxunacaqlarının sayı artırılaraq 101-ə çatdırıldı. Bu zaman kursoru idarə edən klavişlər ayrıca bloka yığıldı. Funksional düymələrə "F11" və "F12" toxunacaqları da əlavə edilərək onları yuxarı sırada, Ctrl və Alt düymələri isə klaviaturanın hər iki tərəfinə yerləşdirildi. Beləliklə, «IBM Enhanced 101 Key Keyboard» standartı yaradıldı. Bu gün isə standart klaviaturalardan fərqli olaraq əlavə funksiyalı klaviaturalar da istehsal edilir. Onların bəzilərində kalkulyator, saat, bəziləri isə sıyırmalı olur. İstifadəçinin individual xüsusiyyətlərindən asılı olaraq, onun rahatlığı üçün sağ və sol tərəfləri müxtəlif bucaqlara əyilə bilər. Hazırda, kompyuterə qoşulmadan, məsafədən idarə edən klaviaturalar artıq dəbə gəlir.
Klaviatura kompyuterdə müəyyən əməliyyatları aparmaqla yanaşı, həm də mətn yığımı üçün də çox əlverişli şərait yaratdı. Onun kompyuterlə əlaqələndirici mikroprosessoru vardır. Ani olaraq iki klavişi basmaqla latın əlifbasından istənilən şriftə keçmək mümkündür. Klaviaturadan simvolun daxil edilməsi ekranda kursorun dayandığı nöqtəyə təsadüf edir. Verilənləri daxil etməkdən əlavə klaviatura kompyuterə komandalar göndərməklə idarəetmə funksiyasına da malikdir. Kompyuter proqramının növündən asılı olaraq klaviaturanın hər klavişi kompyuterə müxtəlif simvol kodu ötürə bilər. Klaviaturanın kompyuterə ötürdüyü hər simvolu başa düşmək üçün xüsusi ASCII (American Standart Code for Information Interchange - İnformasiya Mübadiləsi üçün Amerika Standart Kodları ) kodlar cədvəlindən istifadə olunur. Klavişi basan kimi klaviatura prosessora kəsilmə siqnalı göndərir və prosessoru məcbur edir ki, həmin siqnalı emal edən proqrama keçsin. Klaviatura öz yaddaşında hansı klavişin basıldığını yadda saxlayır. Adətən yaddaşda 20-yə qədər basılmış düymə yadda qalır. Prosessor hər siqnalı alan kimi həmin informasiya klaviaturanın yaddaşından silinir. Klaviatura tək basılmanı deyil, həm də klavişin buraxılmasını da prosessora göndərir. Beləliklə, kompyuter bilir ki, klaviş sıxılıb və ya buraxılıb. Bu xüsusiyyət digər registrə keçmək üçün istifadə edilir. Bundan əlavə əgər klaviş müəyyən vaxtdan çox basılı saxlanılırsa, onda klaviatura bu klavişin yenidən basılmasını generasiya edir.
1995-ci illərdən başlayaraq "Microsoft" şirkətinin hazırladığı kompyuter ofis və nəşriyyat proqramları yazarların zəhmətini xeyli yüngülləşdirməyə başladı. Kompyuterdə çap etməyin makinadan əsas üstünlüyü onda oldu ki, yazı yazarkən buraxılan hərf səhvlərini düzəltmək çox asan olur və həm də mətni tam hazırlayıb qurtarana kimi kağızdan istifadə olunmur. Yazı maşınında isə bir səhvə görə bütöv səhifəni cırıb atıb, təzəsini yazmalı olurdun. Bunlardan əlavə, kompyuterdə hazır mətni sonsuz sayda kopiya və printerdə çap etmək, fayl şəklində diskdə, fləşdə və yaxud internet vasitəsilə istənilən yerə göndərmək mümkündür.
Qeyd etmək lazımdır ki, respublikamızda latın əlifbası işlədildiyi üçün biz də öz iradəmizdən asılı olmayaraq "QWERTY", daha doğrusu "W" hərifini "Ü"-yə dəyişməklə "QÜERTY" düzülüşündən istifadə edirik. Zənnimcə, tam əminliklə demək olmaz ki, "QÜERTY" tərtibatı Azərbaycan dili üçün tam əlverişlidir. Təcrübə göstərir ki, əksər sözlərin yazılışında, ya sağ əlin barmaqları çox işləyir, ya da ki, sol əlin. Yəqin ki, bu qüsur "QWERTY"-nin İngilis dili üçün nəzərdə tutulması ilə bağlıdır. Ona görə də gələcəkdə ana dilimizdə sürətli yazını təmin edən optimal klaviaturanın hazırlanması daha məqsədəuyğun olardı. Yoxsa, biz də zaman keçdikcə "QWERTY"-yə tam öyrəşib başqa tərtibatları qəbul etməyəcəyik. Vərdişi tərgitmək, vərdiş etməkdən daha çətin olur.
Vüqar Haqverdiyev
Azərbaycan Milli Elmlər Akademiyası
| ['klaviatura', 'qwerty', 'informatika'] |
4,781 | https://kayzen.az/blog/jurnalistika/7440/televiziya-reportaj%C4%B1.html | Televiziya reportajı | Ferro | Jurnalistika | 20 okyabr 2011, 14:16 |
1.1. İCTİMAİ ÇIXARLARIN GÜDÜLMƏSİ
ABŞ-ın radio verilişləri haqqında 1927-ci il tarixli Federal Qanunu radioyayımı təşkilatlarının missiyasını "cəmiyyətin çıxarlarına, onun tələbat və ya ehtiyaclarına" xidmət kimi müəyyənləşdirir. Bu təməl məqsəd ABŞ-da yayıma lisenziya verilərkən həlledici müddəalardan biri kimi indi də qüvvədə qalıb. Bir çox telestansiyalardan ötrü televiziya xəbərlərinin hazırlanması və ötürülməsi onların gündəlik fəaliyyətinin başlıca funksiyasıdır. Televiziya xəbərləri informasiya istehlakçılarının müxtəlif və plüralist auditoriyasına -sizin tamaşaçılara yönəlməlidir. Bir telereportyor kimi sizin vəzifəniz öz dinləyicilərinizə məntiqli və faydalı informasiya çatdırmaqdır. Bu informasiya aşağıdakı tələblərə cavab verməlidir:
- birincisi, həmin informasiya ona görə gərəkli sayılmalıdır ki, onu eşidənlər özünü yaxşıca məlumatlandırılmış hiss etsinlər; - ikincisi, o informasiya seyrçilərin istəklərinə uyğun gəlməlidir.
1.2. DƏQİQLİK - SEYRÇİLƏRLƏ PARTNYORLUQ MÜNASİBƏTİDİR
Seyrçinin etibarını qazanmaq və sizə loyal olan bir auditoriya formalaşdırarkən özünüzə inam oyatmağı bacarmalısınız. Reportaj dəqiq və əsaslı olmalıdır. Yalnız bu cür öz seyrçinizlə partnyorluq münasibəti yarada bilərsiniz. Seyrçilərin etibarını qazanmaq üçün reportyor yalnızyoxlanılmış faktlarla kifayətlənməyə borcludur. Beləliklə, sizin vəzisrəniz işıqlandırılan mövzuya birbaşa dəxli olan önəmli faktların toplanılması və informasiya qaynağı köstərilməklə, o faktların seyrçinizə çatdırılmasıdır. Seyrçilərin etibarını qorumaq üçün reportyor faktların toplanılmasına və açıqlanmasına qərəzsiz yanaşmağa borcludur.Publikanın etibarını qazanmış informasiya xidmətləri dedi-qoduya yer vermir. Belə xidmətlər heç vaxt demir ki, daha nələr ola bilərdi. Seyrçilər çox vaxt həqiqətə uyğun olmayan dedi-qodulara güvənə, guya baş vermiş olaylara inana bilməzlər. Çünki bu cür "olaylar" çox zaman ekranda göründüyü şəkildə baş vermir.
1.3. MATERİALIN İFADƏ AYDINLIĞI
Reportyor materialı aydın və ağlabatan şəkildə açıqlamalıdır ki, seyrçilər də onu qavraya bilsinlər. Bu son dərəcə vacib tələbdir. Aydınlıq yoxdursa, telereportajın ybaşqa özəllikləri mənasını itirir. Deməli, televiziya reportajları o dərəcədə aydın yazılmalı, çəkilməli və göstərilməlidir ki, seyrçiniz ilk baxışdan onları qavraya bilsin. Bir telejurnalist kimi öz seyrçinizə, adətən, yalnız bir dəsrə üz tutmaq imkanınız var. Seyrçilərin çox vaxt sizin süjetlərə təkrar baxmaq imkanı olmur. Beləliklə, aydın, dəqiq üslub və məntiqi montaj həlledici tələblərdir. Müəllif şərhi dəqiq, aydın və möhkəm strukturlu olmalıdır. Reportyorun sözlüyü dəqiq olmalı, seyrçiyə asanlıqla çatmalıdır. Vurğulanma dəqiqliyi gözlənilməlidir. Süjetin temporitmi elə olmalıdır ki, seyrçi məzmunu izləyə bilsin və diqqəti yayınmasın. Süjetin intonasiyası onun məzmununa uyğun kəlməlidir. Səs sırası və görüntü süjetin məzmununu dolğunlaşdırmalıdır, əks halda, həmin süjet çətin qavranacaq.Bütün bu elementlərin - ssenarinin, şərhin, materialın verilmə tərzinin, intonasiyanın, temporitmin, səs sırasının və körüntünün ustalıqla uzlaşdırılması televiziya reportajının bütövlüyünü təmin edir. Bu elementlərdən hər hansı biri materialın ruhuna uyğun gəlmirsə, reportaj yanlış qavrana bilər. Telejurnalistin quruluş vermək bacarığı olmalıdır. Bu bacarıq hər süjetin efirə hazırlanması zamanı qaçılmazdır. Jurnalist məharətinə yiyələnmək fakt və videomaterialların toplanması və çeşidlənməsi üçün zəruridir. Jurnalistin hekayəçilik bacarığı da olmalıdır. Bu, efir materialını seyrçilərə yetirməkdən ötrü vacib keyfiyyətdir.
1.4. MONTAJ
Videomontaj ən önəmli görüntünü seçməyə və vaxtı sıxmağa imkan verir. Biz tək-tək hallarda olayları başdan-ayağa göstəririk, yoxsa xəbər buraxılışları bir neçə dəqiqə deyil, saatlarja sürə bilərdi. Videomontaj prinsipcə mətn redaktəsinə bənzəyir. Dövri mətbuatda çalışan jurnalist müsahibə alarkən müsahibəverənin mətni müsahibin söylədiyi ardıcıllıqla yazılmaya da bilər. Eyni hal TV-də də mümkündür. Telejurnalist süjetin məntiqi ardıcıllığını doğruldan şəkildə kadrları və səs materialını seçib yerləşdirir. hər iki halda reportyorlar təhkiyəni daha da yaxşılaşdırmaq üçün faktları və deyilənləri yenidən sıralayır və yenidən qruplaşdırır. Montaj zamanı (eynən mətn redaktəsi kimi) seyrçini (oxucunu) yanlış səmtə yönəltməməkdən ötrü maksimum səy göstərmək vacibdir. Məsələn, künə yekun vuran xəbər buraxılışını hazırlayırsınızsa və tutalım, künorta buraxılışında yarım dəqiqəlik qeyri-dəqiq material efirə gedibsə, həmin materialın zaman və şəraitini dəqiqləşdirərək seyrçinizi yanlış qənaətdən qurtarmalısınız.
Bu qaydaları yadda saxlayın: - siz olay yerində bütün seyrçiləri təmsil edirsiniz; - - sizin vəzifəniz olayı olduğu kimi seyrçiyə çatdırmaq, baş verənlər haqda qısaldılmış məlumatı yetirməkdir; - - sizin fikrinizcə, efirə hazırlanmış materialda bəzi vacib elementlərin yeri körünürsə və material olayı doğru və dəqiq əks etdirmirsə, bu çatışmazlıqları aradan qaldırmaq üçün bütün zəruri tədbirləri görməlisiniz. Sizin işi peşəkar görüb-görməməyinizi çox vaxt dar macalda operativ material hazırlamaq qabiliyyətinizlə ölçürlər. Materialınızın efirə hazır olmadığını hiss edirsinizsə (əvvəl-axır, belə hallar olur), prodüserə bildirin ki, bu vəziyyətdə materialı efirə vermək olmaz. Ona da çalışmalısınız ki, məlumatı veriliş başlamadan xeyli əvvəl prodüserə çatdırasınız. Əks halda, o, materialı əvəz edə bilməyəcək.
1.5. QARŞILIQLI FƏALİYYƏT VƏ QARŞILIQLI ANLAŞMA
Operativ jurnalistikanın hər hansı başqa sahəsindən daha çox məhz televiziya jurnalistikasında reportyorlar öz həmkarları ilə vahid kollektivdə birgə çalışmağı öyrənməlidirlər. Reportyorlar, operatorlar, redaktorlar və prodüserlər səmərəli ünsiyyət vərdişlərinə yiyələnməlidirlər. Bu, olayı uğurlu işıqlandırmaq və veriliş hazırlamaqdan ötrü lazımdır. Reportyor və operatorlar informasiya toplamaq prosesinin bütün yönlərini əlaqələndirmək üçün süjetin çəkildiyi yerdə aravermədən peşəkar dialoq aparmalıdırlar. Reportyor, operator, prodüser, quruluşçu rejissor və hətta inzibatçılar materialın esrirə verildiyi zaman ünsiyyət saxlamağı və bir-birini ruhlandırmağı bacarmalıdırlar.
1.6. MƏSULİYYƏT
Materialın efirə hazırlanması və köstərilməsi xəbərlər redaksiyasının ayrı-ayrı əməkdaşlarının (eləcə də, telestudiyanın digər bölmələrində çalışan quruluşçuların, mühəndislərin və b.) boynuna düşür. Ancaq son nəticədə insrormasiya və faktları bilavasitə toplayan insan kimi yalnız reportyor göstərilən materialın dəqiqliyinə, doğru-dürüstlüyünə və çatımlı olmasına cavabdehdir. Məhz reportyor təminat verməlidir ki, efirə gedən materialda olaylar ölçü-biçili və dəqiq əks etdirilib.
1.7. PEŞƏKARLIQ PRİNSİPLƏRİ
Peşəkar xəbər agentliklərinin çoxunda: - dəqiqlik operativlikdən yüksək qiymətləndirilir; - ədalət sensasiyadan daha üstün sayılır; - olayların ölçü-biçili təsviri materialı vermək bacarığından üstün qiymətləndirilir.
Mənbə: Televiziya reportajı peşəkarlar üçün praktik vəsait Müəllif: Pol Steynli, Mayami UniversitetiTərcümə etdi: Zeynal Məmmədli
| ['reportaj'] |
4,782 | https://kayzen.az/blog/aforizmler/7455/qorxaql%C4%B1q-haqq%C4%B1nda-aforizml%C9%99r.html | Qorxaqlıq haqqında aforizmlər | umud600 | Hikmət dənizi və aforizmlər | 19 okyabr 2011, 22:47 |
İnsanların çoxu itirməkdən qorxduğu üçün sevməkdən qorxur,Düşünməkdən qorxur - məsuliyyət hiss etdiyi üçün,Danışmaqdan qorxur - tənqid edilməkdən qorxduğu üçün,Qocalmaqdan qorxur - gəncliyinin qiymətini bilmədiyi üçün,Unudulmaqdan qorxur - dünyaya bir şey vermədiyi üçün,Ölməkdən qorxur - yaşamağı bacarmadığı üçün. ( Uilyam Şekspir )
Bizim qorxularımız düşmənlər üçün cəsarət mənbəyidir. ( Tomas Mann: Alman yazıçısı )Hörmət olan yerdə qorxu da olar, amma qorxu olan yerdə hörmət olmaz. (Platon: Yunan filosofu )Təhlükə qüdrəti imtahan edir. ( Muhəmməd İqbal: Hindistan mütəfəkkiri )Qorxunun qulu olmaq köləliyin ən dəhşətli növüdür. (Bernard Şou)Təhlükə qorxusu təhlükənin özündən min dəfə qorxuludur. (Daniel Defo: İngilis yazıçısı)
| ['aforizmlər'] |
4,783 | https://kayzen.az/blog/umud600/7450/adamlar%C4%B1n-xo%C5%9Funa-g%C9%99lm%C9%99yin-6-%C3%BCsulu.html | Adamların xoşuna gəlməyin 6 üsulu | umud600 | Bloq: umud600 | 18 okyabr 2011, 23:49 |
-Adamlara səmimi maraq göstərin;-Gülümsəyin;-Yadınızda saxlayın ki, insan üçün öz adı çox şirin səslənir;
-Dinləməyi bacarın, özləri barədə danışdırmağa həvəsləndirin;-Söhbəti həmsöhbətinizin maraq dairəsində aparın;-Onlara əhəmiyyətli adam kimi yanaşın və bunu səmimi qəlbdən edin.
| ['6 üsul'] |
4,784 | https://kayzen.az/blog/kino/5613/u%C5%9Faq-filml%C9%99ri.html | Uşaq filmləri | Azərbaycan | Kino | 18 okyabr 2011, 23:05 |
Deyirlər, uşaqlar həmişə həqiqəti danışırlar. Uşaqlar aktyorluq etməyi böyüklərdən yaxşı bacarırlar. Böyüklər nə qədər dahiyanə oyun nümayiş etdirsələr də, şərtilik məfhumunu heç vaxt unutmurlar - uşaqlardan fərqli olaraq. Oyun vaxtı uşaq üçün reallıq və oyun arasındakı sərhəd şəffaflaşır. Uşaq böyüyün gülmədiyi hadisələrə, sözlərə gülür. Meksikada hər il qeyd edilən ölülər bayramında yalnız uşaqlar skelet formasında hazırlanmış şirniyyatı yeyə bilərlər. Uşaqlar üçün ölüm də oyundur. İncəsənətin ən mühüm mövzularından olan - kütlə içində tənhalıq uşaq mövzusunun vasitəsi ilə göstəriləndə daha kəskin xarakter alır. Eyzenşteynin "İvan Qroznı" filmində Qroznı özünü yetim adlandırır. Çaplinin "Balaca" filmində isə qəhrəmana qoşulmuş uşağın ata-anası var, lakin o yetimdir. Paradoksal haldır ki, uşağın qəddar dünyada tək qalması daha çox komediyaların əsas süjet xəttini təşkil edir. Kinoda qəddar uşaqlara da rast gəlmək mümkündür. İvan Qroznı öz qəddarlığının səbəblərini uşaqlığında axtarır. Aydındır ki, bu mövzu əsasını Freyddən götürür.Dünya kinematoqrafiyasında uşaqlarla bağlı işlənən daha bir mövzu uşağın özünü böyüyə oxşatmasıdır. Bu, filmlərdə, adətən öz həllini poetik formada tapır və bir qayda olaraq, məhəbbət üçbucağında yaş fərqi ilə göstərilir. Böyüyün uşağa bənzəməyi isə həmişə acınacaqlıdır. Klassik filmlərdə özünü uşaq kimi aparan qəhrəmanların yanında, onlara qarşı cırtdan adamlar-liliputlar qoyulur. XX əsrin uşaqları daxilən uşaqlıqlarını itirərək daha çox liliputlara çevriliblər. Klassikada- Fellininin, Viskontinin filmlərində uşaq həm də tarixi yaddaşın daşıyıcısıdır. Məsələn, Fellininin "Roma" filmində tarixi məhz uşaqlar öyrənir. Onlar Sezarın keçdiyi yollardan keçirlər. Bir tərəfdən uşağın yaddaşı yoxdur. O, gələcəyi simvolizə edir. Digər tərəfdən böyüklər üçün uşaqlar keçmişin rəmzidir, biz onlara baxanda özümüzü, keçmişimizi görürük. Uşaqlar yalnız rejissorların, kinonu yaradanların ideyalarını çatdırmaq üçün vasitə deyil. Onlar üçün də filmlər çəkilir, elə uşaqların öz iştirakı ilə. Hollivudda- bütün dünya kinematoqrafiyasına bir əsrə yaxındır, öz qaydalarını, prinsiplərini diktə edən kinoşəhərdə istehsal edilən filmlər janrından, kateqoriyasından asılı olmayaraq birinci növbədə gəlir gətirməlidir. Uşaq filmləri də istisna deyil. Amerikan uşaq filmlərində süjet xətti adətən, atalar və oğullar, valideyn-övlad münasibətləri, yaşlı nəsillə gənc nəsil arasındakı ziddiyyətlər üzərində qurulur. Belə filmlərdə bir qayda olaraq, övladlar (yaşlarından asılı olmayaraq) öz valideynlərini qəbul etmirlər. Övladlar daima evlərində, ailələrində hökm sürən vəziyyətdən narazıdırlar, valideynlərinə qarşı çıxırlar, onlardan utanır və onları inkar edirlər. Həmçinin hesab edirlər ki, həyatlarında-məktəbdə, küçədə, dostları arasında qarşılarına çıxan bütün çətinliklərin, qalmaqalların birinci günahkarı valideynlərdir. Maraqlısı odur ki, belə filmlərdə qiyamçı uşaqlar nüfuzlu insan qismində yalnız öz valideynlərini yox, evdən kənarda bu qəhrəmanların yaşca onlardan xeyli böyük, onlara məsləhət verən, finalda haqq yoluna, ailəyə qaytaran dostları var. Bu şəxs qonşu küçədəki antik əşyalar satılan kiçik dükanın sahibi və ya üstünə dən tökərək göyərçinləri yemləyən bomj da ola bilər, böyük şəhərdə, mərkəzdə yaşayan və hərdənbir balaca qəhrəmanın ailəsini ziyarətə gələn yaxın qohum da. ("Evdə tək " trilogiyası, "Çətin uşaq", "Şahzadənin gündəliyindən"). Filmlərin əksəriyyətində dostların xarakterləri də, demək olar ki, eynidir. Adətən, onların nə ailələri, nə övladları, nə başqa bu tip bağlantıları var. Müstəqil filmlərdə müəlliflər bu mövzunun daha radikal yozumunu göstərir. Məsələn, Robert Rodriqesin "Fakültə" filmində olduğu kimi. Amerikanın kiçik şəhərlərinin birində məktəbə yad planetli virus düşür. Bütün müəllimlər virusa yoluxaraq, əcaib, dəhşətli məxluqlara çevrilirlər. Adi adamların içində onları seçmək, tanımaq mümkün deyil. Virusdan xilas olmağın bircə çarəsi var-narkotika. Yəqin ki, Hollivudda istər müstəqil, istər kommersiya filmlərində məhz bu mövzunun üstün mövqedə dayanmasının əsas səbəbi ABŞ-ın illərlə öz əhalisinə, eləcə də bütün dünyaya yedirtdiyi "amerikan arzusu" ideyası ilə əlaqədardır. Amerikada arzuların reallaşması məcburidir. Əgər kimsə arzusuna çatmayıb, yarı yolda qalıbsa, bütün məsuliyyət onun öz üzərindədir. Bu tendensiya yalnız uşaq filmlərinin deyil, ümumiyyətlə, bütün Amerika kinosunun əsasında dayanır. Uşaq filmlərinin qəhrəmanları da təkcə ona görə valideynlərinə qarşı çıxmırlar ki, tamamilə fərqli arzularla yaşayırlar. Sadəcə, onlar artıq təhtəlşüurlarına keçmiş amerikan arzusunun əslində sabun köpüyündən başqa bir şey olmadığını bilirlər. Nə qədər mübarizə aparsalar da, valideynlərinin qazandıqlarından daha artığına nail ola bilməyəcəklər. Belə nəticə ilə barışmaq, onu qəbul etməksə hər şeyin sonu deməkdir. Demokratik final - ata oğulla razılaşır
Fransız, ingilis uşaq filmlərində də uşaqlar qiyamçı kimi təsvir olunurlar. Onların da qiyamlarının məqsədi böyüklərdən bir addım irəli gedə bilməkdir. Lakin Hollivud filmlərindən fərqli olaraq, Avropa uşaq filmlərində böyüklər, yaşlı nəsil mühüm yer tutmur. Filmlərdə böyüklər var, hərdənbir öz sözlərini deyir, öz iradələrini yeridirlər. Ancaq onlar amerikalılarda olduğu kimi, əks cəbhənin nümayəndələri deyillər. Uşaqlar böyüklərlə, demək olar ki, eyni hüquqlara malikdir. Onların problemləri də oxşardır. Valideyn-övlad münasibətləri daha demokratik xarakter daşıyır. Uşaqlar öz hərəkətlərinə qarşı böyüklərin hər hansı neqativ reaksiyasını çox təbii qarşılayırlar və adətən, qulaqardına vururlar. Böyük, təbii ki, etiraz etməlidir. Yoxsa böyük olmazdı. ("Bum 1-2", "Mən Sezaram" və s.). Avropa filmləri valideynlərin uşaqların fikirlərinə, etdiklərinə münasibəti ilə də fərqlənir. Əgər Amerika filmlərində final "yolunu azmış oğulun ata evinə qayıtması" prinsipinə uyğun çözülürsə, Avropa filmlərində əks proses baş verir. Finalda valideyn övladın düşüncələri ilə razılaşır və ya öz narazılığını bildirsə də, köməyini də əsirgəmir. "Billi Eliot" filmində kiçik oğlunun balerin olmaq arzusu ilə heç cür razılaşmaq istəməyən, onu gah zorla, gah da dilə tutmaqla fikrindən daşındırmağa çalışan ata finalda Billini balet məktəbinə şəxsən aparır. Üstəlik imtahanın cavabını ləngidən müəllimlərlə davaya çıxır. "Mən Sezaram" filmində isə evdən qaçmaq istəyən 10 yaşlı Sezar atasının başını qatmaq üçün onunla söhbət etməyə başlayır. Onu oğluna lazımınca diqqət ayırmamaqda günahlandırır. Oğlunun ittihamlarını çox ciddi qarşılayan ata sonda günaşırı Sezarı qarşısında oturdub onunla "kişi kimi" söhbət eləməyə çalışır. Rus uşaq filmləri həm Avropa, həm Amerika filmlərindən köklü surətdə fərqlənir. Yəqin ki, mənim yaşıdlarım "Müqəvva", "Kənar şəxslərin daxil olması qadağandır", "Bir daha məhəbbət haqqında" və adı yadımda qalmayan bir çox başqa filmləri yaxşı xatırlayırlar. Nəinki xatırlayırlar, hətta bu gün uşaqlıqdakı kimi eyni maraqla baxırlar. 70-80-ci illərdə çəkilmiş rus uşaq filmləri sadəcə uşaqlar üçün nəzərdə tutulmurdu. Sadaladığım filmlərin müəllifləri- rejissorlar, ssenaristlər cəmiyyətdəki senzuradan keçməyən nöqsanları, mövcud quruluşu, ölkədəki təbəqələşməni, bir sözlə, dilə gətirilməsi böyüklərə qadağan olunmuş hər şeyi uşaqların vasitəsi ilə çatdırırdılar. Belə filmlərin ən yaxşı nümunəsi rejissor Rolan Bıkovun iki hissəli "Müqəvva" filmidir. Bu filmin süjetini postsovet məkanda, bəlkə də, hamı əzbər bilir. Amma çoxları bilmir ki, söhbət gedən dövrdə Sovet İttifaqının bəzi respublikalarında bu filmin nümayişinə qadağa qoyulmuşdu. Simferopol şəhərinin rəhbərləri isə rejissoru həbsə atmaqla hədələmişdilər. "Müqəvva" və digər filmlərdə ön plana daha çox uşaqların bir-birinə münasibəti çəkilirdi. Bu filmlərin bəzilərində böyüklər daha çox gülüş və tənqid hədəfidirlər ("Kənar şəxslərin daxil olması qadağandır"), ("Bir daha məhəbbət haqqında", "Mənim ölümümdə Klava K. günahkardır"). Son illərdə Rusiyada yenidən uşaq filmləri yaranmağa başlayıb. Lakin bu filmlər sırf Hollivud kommersiya filmlərinin prinsipləri əsasında çəkilir.
Bizdə isə… Azərbaycan kinematoqrafiyasında uşaq filmləri sayca çox azdır- "Şir evdən getdi", "Asif, Vasif, Ağasif", "Mən mahnı qoşuram", "Sehrli xalat" və s. Yuxarıda haqqında danışdığımız digər ölkələrin filmlərində olduğu kimi, onların arasında bir ümumi tendensiya tapmaq çətindir. Adıçəkilən filmlərin əsasında sovet tərbiyəsinin təbliği dayanır. Mövzu baxımından Şamil Mahmudbəyovun "Şərikli çörək" filmi öz dramatikliyi ilə seçilir. Yəqin ki, milli kinomuzda uşaq filmlərinin az çəkilməsinin və mövzu pərakəndəliyinin əsas səbəbi yerli rejissorların uşaqlarla işləməkdə çətinlik çəkməsindədir. Müəllif:İntiqamMənbə: Mədəniyyət qəzeti
| ['kino', 'kinoşünaslıq'] |
4,785 | https://kayzen.az/blog/d%C9%99rmanlar/7448/aspirin-%7C-x%C9%99r%C3%A7%C9%99ng-x%C9%99st%C9%99liyin%C9%99-qar%C5%9F%C4%B1.html | Aspirin | Xərçəng xəstəliyinə qarşı | Dr_Həkim | dərmanlar | 18 okyabr 2011, 15:57 |
Aspirin qeyri adi faydası olan preparatdır. Aspirin dünyada ən çox istifadə olunan dərmandır. Yeni araşdırmaların nəticələrindən aydın olub ki, ən aşağı dozada, 80 milliqram aspirin ölümlə nəticələnən xərçəng xəstəliyinin bəzi formalarının qarşısını ala bilir.
Aspirin preparatı üzrə araşdırmalar 25 000 insan üzərində aparılıb. Ürək xəstəliyinin qarşısını almaq üçün həmin insanlara hər gün aşağı dozalı aspirin verilib. Araşdırmalar zamanı aspirinin digər təsirləri də aşkar edilib. Bunlardan biri aspirinin bəzi xərçəng formalarını azltması olub. Bu sahədə aparılan bir sıra araşdırmalardan birində Britaniyadakı Oksford universitetindən həkim Piter Rozveld iştirak edib. Doktor Rozvelt deyib ki, 5, 6, 7 il aspirin qəbul edən insanlarda xərçəng xəstəliyi riskinin 25 faizə qədər azaldığı müəyyən edilib.
Başqa sözlə, azı 4 il müddətində aşağı dozalı aspirin qəbul edən 1000 insandan 23-ü xərçəng xəstəliyindən dünyasını dəyişib. Araşdırmalar hər gün aşağı dozalı aspirin qəbul etməyən 1000 insandan 30-nun öldüyünü göstərib ki, bu da müqayisədə daha çoxdur. Bu dərman əsasən bağırsaq və ağ ciyər xərçənginin qarşısının alımnasında müsbət rol oynayıb.
Həkimlər aspirin preparatının müsbət təsirləri olduğu kimi mənfi təsirlərinin də olduğunu deyirlər. Vaşinqton Xəstəxanalar Mərkəzindən xərçəng xəstəliyi üzrə mütəxəssis doctor Elmir Hoerta hər kəsin istədiyi vaxt, özbaşına aspirin qəbuil etməsinin əleyhinədir. "Bir qrup insan aspirinin yan təsirlərinə daha həssasdır. Onlarda qastrit və mədə yarası əmələ gəlir ki, bu da qanaxmaya səbəb olur" - deyə, o bildirir.
Doktor Hoerta aspirinin istənilən vaxt qənbul edilməməsinin başqa səbəblərinin də olduğunu deyir. O, aspirinin digər dərmanlar qəbul edən insanlara pis təsir edə biləcəyini deyir və əsasən də artıq xərçəng xəstəliyinə tutulmuş insanların həkimin məsləhəti olmadan bu preparatı qəbul etməyi məsləhət görmür.
Mənbə: Amerikanın səsi radiosu, müəllif: Narmina Barber
| ['aspirin', 'dərman', 'xərçəng xəstəliyi'] |
4,786 | https://kayzen.az/blog/Az%C9%99rbaycan-tarixi/7435/18-oktyabr-d%C3%B6vl%C9%99t-m%C3%BCst%C9%99qillik-g%C3%BCn%C3%BC.html | 18 oktyabr - Dövlət müstəqillik günü | Xrizoberil | Azərbaycan tarixi | 17 okyabr 2011, 22:05 |
Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. 1991-ci il... Meydanlar kükrəyirdi. Azadlığın yaxınlaşdığını duyan xalq öz əzəli və əbədi arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirməküçün hər şeyə hazır idi. Bu xalq artıq meydan hərəkatında bərkimiş, Yanvar qırğınını görmüşdü. İmperiyanın tankları da artıq azadlığa gedən yolun qarşısını kəsməyə qadir deyildi. Özünün istiqlal mübarizəsində neçə-neçə şəhid və qurbanlar vermiş Azərbaycan addım-addım, inadla müstəqilliyə doğru gedirdi. 1991-ci ilin bir payız günü uzun-uzadı qızğın müzakirələrdən sonra "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu. Bir tərəfdən imperiyanın dağılmağa başlaması, digər tərəfdən xalqın artmaqda olan təzyiqi respublikanın hakim dairələrini manevr etmək məcburiyyətində qoymuşdu. Yuxarılarda belə hesab edirdilər ki, bu sənədin qəbul edilməsi xalqı sakitləşdirəcək, hakimiyyətin ömrünü uzatmağa imkan verəcəkdir. Ona görə də təsadüfi deyildi ki, "Konstitusiya Aktı" ilkin mərhələdə yalnız quru kağız olaraq qalır, Azərbaycan yenə də Moskvadan idarə edilir, rejim Kremlin dediyi ilə oturub dururdu. Lakin indi bunlar arxada qalmışdır. Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir söz yazılmışdı: "Siz "Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktı"na tərəfdarsınızmı?" Səsvermə hüququ olanların 95%-i dən çoxu referendumda iştirak etdi. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı. Müstəqilliyi elan edilmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikasını ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dövlətlər tanıdılar. Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə (2 mart 1992) onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlandı.
Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səbatsız, səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. "Əsrin müqaviləsi" çərçivəsində reallaşan "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri artıq neftimizi dünya bazarına çıxarmaq əzmindədir. Bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm də xalqımızın daha firavan yaşamasında mühüm rol oynayacaqdır.mənbə: Bayramlar və tarixi günlər müəllif: Əkbər Qocayev
| ['tarixi günlər'] |
4,787 | https://kayzen.az/blog/ginekologiya/7426/qeys%C9%99riyy%C9%99-%C9%99m%C9%99liyyat%C4%B1.html | Qeysəriyyə əməliyyatı | Dr_Həkim | ginekologiya | 17 okyabr 2011, 20:29 |
Həyat ildırım sürətilə dəyişir. Elm bir yerdə dayanmayıb daim inkişafdadır. Elmi-texniki tərəqqi sayəsində biz bir çox əvvəllər mövcud olmuş problemləri, xəstəlikləri unutmuşuq. Ətrafımızda çox böyük dəyişikliklər baş verməkdədir. Amma ən əsası dəyişməz qalır - biz sevməkdə, ümid etməkdə, nəsil artırmaqda, uşaq tərbiyə etməkdə davam edirik ...Bizim üçün bu dünyada uşağın dünyaya gəlməsi ən təəccüblü, qəribə və vacib hadisə olaraq qalacaq.Hamiləlik - bu, xəstəlik deyil, bəzi həkimlərin fikrinin əksinə olaraq. Lakin buna baxmayaraq, həyatın bu dövrü qadın orqanizminə əlavə tələblər qoyur, hansılar ki, bu periodu daha həssas edir. Doğum prosesi də xəstəlik deyil, adi fizioloji prosesdir, uşağın dünyaya gəlməsi ilə nəticələnir. Amma o, orqanizm üçün böyük stress hesab olunur və bəzən həm anaya, həm də uşağa tibbi yardım tələb edir.Həkimlər arasında ən düzgün, təhlükəsiz və ağrısız doğuş üsulu haqqında ümumi fikir yoxdur, xüsusilə sağlam və hamiləliyi normal keçən qadınlarda.Qeysəriyyə əməliyyatı nədir? Onun üstünlükləri və riski... Qeysəriyyə əməliyyatı cərrahi operasiya olub, uşağın ana qarnından çıxarılma üsulu ilə dünyaya gəlməsi üsuludur. Bu üsulun ancaq o halda elmi əsası var - nə zaman ki, ana özü təbii doğuş yolları ilə uşağı azad edə bilmir.Kesar cərrahi əməliyyat olsa da, bəzi hallarda doğuşun təbii yolla getməsindən üstün hesab edilir. Amma heç zaman unutmayın, ümumilikdə götürdükdə, təbii doğuş həm ana, həm də uşaq üçün ən təhlükəsiz üsul olaraq qalır. Hətta ana əvvəl bir və ya bir neçə Kesar əməliyyatı keçiribsə də.İlk baxışdan Kesar əməliyyatı uşaq azad olmasının tez və asan üsuludur. Digər cərrahi əməliyyatlarla müqayisədə o, daha təhlükəsizdir. Kesar üsulu ilə doğuş təbii doğuşdan bir qədər asan, tez və dəqiq proqnozludur. Operasiya narkoz altında aparıldığından ağrısızdır. Həmçinin həkim doğuşu bu üsulla həyata keçirəndə daha çox əmək haqqı alır. Bütün bunlar Kesar əməliyyatını daha cəlbedici edir, həm qadınlar, həm də həkimlər (akuşer-ginekoloqlar) üçün.
Daha dəqiq və qərəzsiz elmi araşdırma Kesar əməliyyatlarının bir çox böyük çatışmazlıqlarını aşkara çıxarır. Ona görə də bu operasiya o zaman məsləhət görülür ki, təbii doğuş təhlükəli və ya bəzi tibbi göstərişlər baxımından mümkün deyil. Kesar əməliyyatı anesteziya (narkoz), infeksion və qanaxma (qanitirmə) kimi ciddi problemlər riskini yüksəldir. Uzunmüddətli hospitalizasiyaya ehtiyac yaranır. Əməliyyatdan təxminən bir həftə sonra ağrılar hiss olunur, halsızlıq meydana çıxır. Bütün bunlar isə uşağa qulluğu çətinləşirdirir, daha çox antibiotik, ağrikəsici tələb olunur. Qanköçürmə ehtimalı yarana bilər. Düzdür, yuxaridakı mənfi hallar təbii doğuş zamanı da mümkündür, ancaq Kesar operasiyası zamanı daha tez-tez müşahidə olunur. İşə çıxmaq və ev işlərini görə bilmək daha uzun müddətə mümkün olur. Təbii doğuşla müqayisədə maliyyə xərcləri daha çox olur.Kesar əməliyyatı ilə doğulan uşaqlarda tənəffüs və bədən hərarətinin tənzimlənməsi ilə bağlı tez-tez problemlərə rast gəlinir. Bu problemlər sancılar başlamamış Kesar olunan qadınların uşaqlarında xüsusilə çox müşahidə olunur. Bu risklər hətta çətin və daha uzunmüddətli doğuş prosesinə məruz qalan uşaqlarda Kesarla doğulanlardan az olur. Qərar qəbul edərkən siz və həkiminiz bütün çatışmazlıqları və üstünlükləri müqayisə etməli, yüz ölçüb bir biçməlisiniz. Tibbdə Kesar əməliyyatına konkret göstərişlər və əks göstərişlər var. Onlar daha çox spesifik, ginekoloqlar üçün olduğundan, onları sadalamağı lüzum bilmirik. Kesar əməliyyatına göstəriş riskləri o vaxt üstələyir ki, doğuş təbii yollarla mümkün deyil və ya ana və doğulacaq uşağın həyatı üçün təhlükəlidir!Müəllif: Arif NuriHəmçınin bax: Kesar əməliyyatı (qeysər kəsiyi)
| ['hamiləlik', 'qeysəriyyə', 'doğuş', 'Kesar əməliyyatı', 'Kesar kəsiyi', 'qeysər əməliyyatı'] |
4,788 | https://kayzen.az/blog/karyera/7434/m%C3%BCsahib%C9%99-zaman%C4%B1-ed%C9%99c%C9%99kl%C9%99riniz.html | Müsahibə zamanı edəcəkləriniz | Zahid_GDMLI | Karyera və yüksəliş | 17 okyabr 2011, 15:52 |
- Müsahibə götürənlərin adlarını öyrənməli və sual soruşarkən adlarını söyləməklə xitab etmək lazımdır.- Müsahibəyə başlamazdan öncə şirkət və elan olunmuş iş haqqında məlumat verilməsini xahiş edin.- Müsahibə əsnasında icazə alaraq, öncədən hazırladığınız işlə bağlı sualları soruşmaq müsbət fikir oyada bilər.- Müsahibə zamanı lazım olan məlumatları qeydə almağınız proses boyunca sizə daim kömək ola bilər.- Tələblərdə xarici dil varsa, müsahibənin bir qisminin və ya tam hissəsinin xarici dildə keçəcəyini unutmayın.- Müsahibə zaman soyuqqanlı və rahat olmalısınız.- Görüşdüyünüz insanlarla yaxşı əhval-ruhiyədə davranmalı və müsbət enerji verməlisiniz. - Müsahibə zaman hər hansı bir içki götürməməyiniz məsləhətdir. Diqqətinizi görüşə cəmləyin.- Özünüzü çox müvəffəqiyyətli bir adam olaraq görün və bu istiqamətdə motivasiya olun.- Özünüzə güvənməyiniz bədən dilinizdən(*) müəyyən olunmalıdır.- Güclü xüsusiyyətlərinizi, bacarıqlarınızı və maraqlarınızı ön plana çıxarın.- Qarşı tərəf danışarkən sizə faydalı məlumatlar təqdim edəcəyi üçün müsahibinizin sözünü kəsməyin.- Müsahibə zamanı öz haqqınızda danışdıqlarınız daha öncədən təqdim etdiyiniz CV ilə üst-üstə düşməlidir.- Qərarlı olmalı, kariera hədəflərinizi dəqiq olaraq şərh etməlisiniz.
- Gələcəklə əlaqədar, sirr olmayan planlarınızı açıq şəkildə ortaya qoymalısınız.- Bədən dilinizə, mimika və jestlərinizə diqqət yetirməlisiniz.- Bu işi və şirkəti niyə seçdiyinizi izah etməlisiniz.- Təhsil həyatınızdakı müvəffəqiyyətlərinizi və ictimai fəaliyyətinizi danışmalısınız.- İş həyatınızda məsul olduğunuz layihələr və ya etdiyiniz fərqliliklərdən bəhs etməniz faydalı olacaqdır.- Müsahibəni istiqamətli və konkret olaraq yürütməli, subyektiv yanaşmadan uzaq durmalısınız.- Müsahibə zamanının məhdud, qarşı tərəfinsə razı salmanızın vacib olduğunu əsla unutmayın.- Onlara sizi niyə seçməli olduqlarını izah etməlisiniz.- Bu günə qədər əldə etdiyiniz mükafatlar və ya təhsil dərəcələriniz varsa, mütləq qeyd etməlisiniz.- İlk müsahibələrdə əmək haqqı mövzusuna toxunmayın, əgər qarşı tərəf soruşarsa ortalama bir rəqəm söyləyin və bu mövzuda firmanın əmək haqqı siyasətini daha öncədən öyrənin(müraciət etməmişdən qabaq).Mənbə:fuadoglu.comHəmşinin bax: CV necə yazılmalı?
| ['iş görüşməsi', 'intervyu', 'Müsahibə', 'iş tapmaq'] |
4,789 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/7433/stanford-universitetinin-hekay%C9%99si.html | Stanford universitetinin hekayəsi | Zahid_GDMLI | Düşündürücü hekayələr | 17 okyabr 2011, 15:30 |
Kobud və solğun görünüşlü yaşlılar Boston qatarından enib utancaq bir şəkildə rektor olan binanın dəhlizinə çatdılar. Katibə masadan cəld qalxaraq onların qarşısını kəsdi. Əzilmiş geyimdə və yöndəmsiz halda olan bu kəndlilərin Harvard kimi universitetdə nə işləri ola bilərdi?
Qoca astaca rektoru görmək istədiklərini söylədi. Lakin bu mümkün deyildi. Rektorun o gün onlara sərf edəcək saniyəsi belə yox idi. Yaşlı qadın çəkinərək gözləyəcəklərini söylədi. Katibə bir söz demədən masasına geri döndü. Necə olsa da bir müddət sonra səbrləri tükənib gedəcəklərdi. Saatlar keçdi, yaşlılar gözləməyə davam edirdi. Katibə vəziyyəti belə görərək rektora müraciət etməli oldu. "Bir neçə dəqiqə görüşəsiniz bəlkə, yoxsa getmək niyyətləri yoxdur." - deyərək rektoru razı salmağa çalışdı. Gənc rektor istəksiz şəkildə qapını açdı. Katibənin təsvir etdiyi səhnə kefini pozmuşdu. Zatən yoxsul təbəqə, kobud kəndlilər xoşuna gəlmirdi. Onun kimi adamın ofisinə gəlməyə necə cəsarət edə bilərlər axı. Üz-gözünü turşutmuş, əsəbləri gərginləşmişdi.Yaşlı qadın gözləmədən mətləbə keçdi. Harvardda təhsil alan oğullarını bir il əvvəl qəzada itirmişdilər. Övladlarının bu universitetdən çox məmnun qaldıqlarını söyləyən ana universitet daxilində olan bir yerdə oğullarına abidə ucaltmaları üçün icazə istəyirdi.Rektor bu təsiredici danışıqdan duyğulanmaq əvəzinə daha da hirsləndi. "Biz Harvardda təhsil alan və sonra ölən hər kəs üçün bir abidə tikməli olsaq bura qəbirstanlığa çevrilər." - sərt bir səslə yaşlı qadına səsləndi. "Yox.. Yox.. Abidə deyil... Bəlkə Harvarda bir bina tikə bilərik" - deyərək yaşlı qadın səsini ucaltdı. Rektor əzilmiş geyimlərinə nifrətlə baxaraq, "Binamı?" - deyərək təkrarladı. "Siz bir binanı tikmək üçün nə qədər pul lazım olduğunu düşündünüzmü? Sadəcə son tikdirdiyimiz binanın məsrəfi 7 milyon dollara başa gəlmişdir." - deyə fikrini tamamladı.Mübahisənin bitdiyini düşünən rektor artıq bu yaşlılardan canını qurtaracağını təxmin elədi. Yaşlı qadın səssizcə yoldaşına baxdı: "Universitet inşaatına başlamaq üçün lazım olan pul bu qədərdirmi? Belədirsə biz niyə öz universitetimizi yaratmırıq?".
Rektorun üzündə təəccüb doğuran bir ifadə göründü. Qoca başıyla təsdiqlədi. Cənab və xanım Leland Stanford çölə çıxdılar. Şərqi Kaliforniyaya Palo Altoya gəldilər. Və Harvardın qəbul etmədiyi oğulları için onun adını əbədiyyən daşıyacaq universiteti qurdular.Amerikanın ən önəmli universitetlərindən biri məhz STANFORD Universitetidir.Qapınıza qədər gəlib, sizinlə görüşmək istəyən ən adi insanları rədd etmədən öncə bir daha düşünmənizi arzulayıram.
Müəllif: Cəlalə Osmanlı
Həmçının bax: Stenford Universiteti
| ['Stanford', 'harvard'] |
4,790 | https://kayzen.az/blog/kitab/7431/kitab-allah%C4%B1-%7C-elman-mustafayev.html | "Kitab Allahı" | Elman Mustafayev | Samir012 | Kitablar və mütaliə | 17 okyabr 2011, 15:07 |
Heydər Əliyevin sözünü kəsən, DİN mayorunun rütbəsini sökdürən, Orxan Pamuku təəccübləndirən — Elman Mustafayev
Hələ sentyabr ayında işdə həmkarlarım arasında kiçik bir sorğu keçirib, ölkənin maraqlı adamlarının siyahısını hazırlamışdım. İndiki zəmanədə nə qədər təəccüblü görünsə də, özünə yemək əvəzinə axırıncı pulunu kitab almağa xərcləyən həmkarım Vəfa xanım (bəlkə bu tərifə görə, mənə yenə kitab bağışladı) çox getdiyi bir ünvanda — Qız Qalasının düz yanındakı kitab mağazasında gördüyü həm müdir, həm satıcı, həm də maraqlı həmsöhbət olan Elman Mustafayevin adını çəkdi. «Niyə də yox», dedim. Həm də əlavə etdim ki, Elman müəllim mənim dostumun dayısıdır. Amma «operativ»liyimi nəzərə alsaq, Qız Qalasının yanına getməyim bir xeyli uzandı. İki aydan sonra, noyabrda təsadüfən həmin dostum Zaur Şəkidən Bakıya gəldi. Özü də məndən xahiş elədi ki, dayımın yanına getmək istəyirəm, məni ora apar. Bax, bu lap yerinə düşdü.Zaurla birgə getdik də, Elman müəllimin bir çayını içdik də, müsahibə üçün razılığını aldım da… Demişdim axı, operativ işləyirəm. Yenə aradan bir ay keçdi və nəhayət, Qız Qalasının yanındakı kitab mağazasına getmək mənə nəsib oldu. Guya bir saatlıq getmişdim. Bir də ayıldım ki, bizim söhbətimiz və Elman müəllimin əla likörünün dadı mənə vaxtı unutdurub. Düz dörd saatdan artıq Azərbaycanın və bəlkə də Qafqazın yeganə ən çox təcrübəli KİTAB ADAMI (seçdirmə mənimdir — E.X.) ilə həmsöhbət olmuşam. Uzun-uzadı yazmadan, söhbətimizin yadımda qalan ən maraqlı məqamlarını Sizə də danışacağam.
Qısa haşiyə:
Elman Mustafayev 1940-cı ildə Şəki şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini elə doğma şəhərdə alıb. Uşaqlıqdan ailədə müxtəlif istiqamətlərə yönləndirilsə də, kitaba olan həvəsi Elman Mustafayevi Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kitabxanaçılıq fakültəsinə gətirib. Burada o, «Kitab-əmtəəşünaslıq və biblioqrafiya» ixtisası üzrə təhsil alıb. Ali təhsilə qədər həyatında saymaqla qurtarmayan peşələrlə məşğul olub. Qısaca onu deyim ki, musiqi və aşpazlıq sahəsində daha irəli gedib. Belə ki, o, tar sinfini bitirib və tam aşpaz ixtisasına yiyələnib. Hətta, restoran müdiri olub. Dediyinə görə, günü bu gün getdiyi toylarda kabablara baxanda iştahası qaçır. Mərc gəlir ki, heç bir aşpaz kababın hər tikəsində neçə qram ət, neçə qram sümük olmalıdır, onu dəqiq bilmir. Nə başağrısı edim, gündə sovet dövrü üçün böyük pul sayılan 50 rublluq qazancı olan restoran işindən iyrənir. Elə buna görə də, Litvanın Kaunas şəhərində hərbi xidməti çəkib, Azərbaycana qayıdan kimi kitaba bağlılığını rəsmiləşdirir.
60-cı illərin Bakısı
üçün burnunun ucu göynəyir Elman Mustafayevin. «Bakının heç bir dövrü elə mədəni, elə yüksək səviyyədə olmayıb», deyir. «Tələbə vaxtı indiki Nizami (o vaxtkı Torqovı) küçəsində gəzməkdən gözəl nə ola bilərdi» deyən qəhrəmanımın danışdıqca gözləri gülür. 1967-ci ildən kitabla başlayan işi bu günədək davam edir. Hazırda Fəvvarələr Meydanında olan Prezident Kitabxanasının yerində o vaxtlar Tədris-pedaqoji kitab mağazası var imiş. Düz 13 il həmin mağazaya rəhbərlik edib. Kitaba olan diqqəti, işini yüksək peşəkarlıqla görməsi ölkə rəhbərliyinin diqqətini çəkib.
80-ci ildə «Kitab Evi»
istifadəyə verilib Bakıda. Təbii ki, bu sahədə təcrübəsi olan Elman Mustafayev Mərkəzi Komitənin təşəbbüsü ilə Azərbaycan SSR-də ən böyük kitab alqı-satqısını təşkil edən təşkilata rəhbər təyin edilib. 18-35 yaş arası, xüsusi görünüşü, ünsiyyət bacarığı, xarici dil bilən xanımlar Bakının mərkəzində olan Kitab Evinə işə qəbul olunub. Kitab Evinin açılışı vaxtı respublikaya rəhbərlik edən Heydər Əliyev Bakıda yox imiş. Ona görə, açılışa Kamran Bağırov gəlib. Amma 1981-ci ilin iyununda Heydər Əliyev Kitab Evinə baş çəkib. Fəaliyyətə başladığının heç bir ili tamam olmadan bütün Sovet respublikalarında məşhurlaşan Kitab Evinin bacarıqlı rəhbəri və kollektivi Heydər Əliyevi qarşılayıblar. Həmsöhbətim həmin görüşü belə xatırlayır: «Heydər Əliyevin kitaba olan marağını artıq bilirdim. Onun Kitab Evinə gəlişi isə sırf öz istəyi idi. Adətən, rəhbərlər harasa gedəndə, o müəssisə haqqında ona ətraflı, dolğun məlumat verilir. Heydər Əliyev də Kitab Evinə gəldi, bütün şöbələri gəzdi, xeyli suallar verdi və bizim konfrans zalında görüşümüz başladı. Mən gördüm ki, Heydər Əliyevə bizim fəaliyyətimiz haqqında düz-əməlli məlumat verilməyib. Qeyri-ixtiyari onun sözünü kəsdim. Kitab Evinin əsas işi, xarici əlaqələri, alqı-satqısı haqqında geniş məlumat verdim. Mən Heydər Əliyevin sözünü kəsəndə bütün zalda uğultu qopdu. Hamı nəfəsini çəkib, ona və mənə baxırdı ki, görəsən nə olacaq? Çünki dövlət televiziyası çəkiliş aparırdı. Amma Heydər Əliyev görəndə ki, mən işimiz haqqında daha müfəssəl məlumat verirəm, onda gülümsündü. Zaldakıların da ürəkləri yerinə qayıtdı. Çoxu elə bilirdi ki, bu mənim axırımdır. Heydər Əliyev isə işini sevən adamı qiymətləndirməyi bacarırdı. Mən düz 5 il onun şəxsi kitabxanasına kitablar seçmişəm. Təxminən bilirdim ki, nəyi oxuyacaq və ya nə onunçün maraqlı olacaq. Ən maraqlısı isə o idi ki, mənim Heydər Əliyevə göndərdiyim kitabları o özü vərəqləyib, seçirdi. Amma Kamran Bağırov üçün kitabın nə olduğunu bilməyən köməkçiləri seçirdilər deyə, çoxu Kitab Evinə qaytarılırdı.»
5 ilin uğurları və badalaqları
xatırlandıqca, yada növbəti hadisələr düşür. Nələr olmayıb ki, 5 il Kitab Evinə rəhbərlik etdiyi vaxtda? Dəfələrlə SSRİ miqyasında keçirilən kitab yarmarkaları və sərgilərində Azərbaycan nümayəndə heyətinə başçılıq etməsini (adının çəkilməsini istəmədi) həzm edə bilməyən komitə rəhbəri bəzən Moskvadakı hesabatlara da Elman Mustafayevi (bu sahənin adamı olmadığı üçün) göndərirmiş. Hətta bir dəfə SSRİ kitab ticarəti və poliqrafiya işləri komitəsinin sədri Safronov özü Bakıdan yazılan donoslar haqqında iyrənərək danışıb: «Safronov Bakıya gəlmişdi. O, mənim işlərimi çox bəyənirdi. Məsəlçün, Kitab Evində bütün SSRİ-də ilk dəfə olan informasiya mərkəzi yaratmışdım. Bu nə idi; dörd dildə danışmağı bilən əməkdaşlarımız istər Kitab Evinə gələnlərə, istərsə də zəng edənlərə Bakının bütün kitab mağazalarında və kitabxanalarında olan kitablar haqqında məlumat verirdilər. Bu, alverçi xislətli digər mağaza rəhbərlərinin və kitabxana müdirlərinin xoşuna gəlmirdi. Çünki onlara şəffaf işləmək sərf etmirdi. Piştaxta altından baha qiymətə tapılmayan kitablardan satırdılar. İnformasiya mərkəzi də hesabat istəyəndə, bu onların işlərinə mane olurdu. Yəni, bu sistemi Safronov ilk dəfə Bakıda Kitab Evində görəndə, çox təəccübləndi. Dedi ki, Moskvada, Leninqradda (indiki Sankt-Peterburq) belə sistem yoxdur, qayıdan kimi mütləq yaradacağam. O mənə Moskvaya, ya da Leninqrada getməyi təklif etdi. Dedim ki, yox, bura Vətəndir, işimi burada görəndə daha çox rahatlıq tapıram. Safronov hirsləndi ki, „əşi, bəsdi sən Allah, gördüm Vətənini. Bir həftədir Bakıdayam, ancaq səndən qeybət edirlər, ancaq səndən donos verirlər mənə. Gəl, səni aparım mərkəzə. İki otaqlı evə söz verə bilmərəm, amma Moskvanın ən yaxşı yerində bir otaqlı evə söz verirəm. İşin də göz qabağında, burada qalsan işləməyə imkan verməyəcəklər.“ O, nə qədər desə də, mən fikrimdən dönmədim. Zaman göstərdi ki, Safronov haqlı imiş. Özüm uzaqlaşdım Kitab Evindən. Bir-birinin ardınca ərizələr yazdım ki, işdən çıxıram. O vaxtlar da komitə rəhbərliyi özbaşına çıxara bilməzdi. Moskvadan it kimi qorxurdular. Safronovun mənə münasibətini də gözəl bilirdilər. Dedim ki, Qız Qalasının yanındakı kitab mağazasını verin, gedirəm ora. Düz 5 il — yaranandan rəhbərlik etdiyim Kitab Evindən məni iyrəndirdilər».
Paqonu sökülən mayor
haqqında heç vaxt danışmamışam, deyən Elman müəllim, mağazaya gələn gənclərin suallarını cavablandırdıqdan sonra söhbətini davam edir: «Kitab Evinin direktoru olanda, nazirlərdə, komitə sədrlərində bir xidməti maşın vardısa, məndə ikisi vardı. Yəni Kitab Evinin rəhbəri müəyyən məqamlarda onlardan da hörmətli idi. Mənim işim SSRİ miqyaslı iş idi, onlarınkı Azərbaycandaxili iş idi. Bir dəfə anbara Moskvadan çoxlu kitablar gəlmişdi. Özüm də fəhlə paltarı geyinib, uşaqlara kitab daşımağa kömək edirdim. İşi sevdiyimdən, kabinetdə oturmurdum. Toz-torpağın içində işlədiyim yerdə bir milis (polis) mayoru yaxınlaşdı. Özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edib, vəsiqəsini də göstərdi. Dedi ki, mənim uşaqlarıma 3 komplekt kitab ver. Mən də dedim ki, qardaş, 1 komplekt istəsən kömək edərdim, amma 3 komplekt verə bilmərəm. Həm də bu mayorun özünü yuxarıdan aparması, guya vəzifəsi ilə təzyiq eləmək istəməsi xoşuma gəlmədi. Bir az keçdi, sözünü yenə təkrarladı. Deyəndə ki, mümkün deyil, qayıtdı ki, dedim axı, mən kiməm. Əlimdəki kitabları yerə qoyub, düz qabağında dayandım. Sakitcə soruşdum ki, kimsən? Dedi, belə şeyin üstündə bilirsən adamın şalvarın çıxardıb, neynərlər? Bu vaxt yaxınlıqdakı fəhlələr, hamısı xətrimi çox istədiyiklərindən bizə yaxınlaşdılar. Bir işarəmlə təpiyin altına salıb əzişdirərdilər. Fəhlələrdən biri stulun bir ayağını qırıb, mayoru onunla döymək istəyirdi. İşarə etdim ki, lazım deyil, qayıdın işinizlə məşğul olun! Yuxarı, kabinetimə çıxıb, Daxili İşlər Nazirliyində Xüsusi Əməliyyat İdarəsinin rəisi polkovnik İbrahimova zəng elədim. Dedim ki, sizin filan adlı bir mayor gəlib burada şalvarımı çıxartmaqla hədələyir, məndən 3 komplekt məktəbli kitabı istəyir. İbrahimov məni çoxdan tanıyırdı, dərhal dedi ki, oradadırsa, deyin tez mənim yanıma gəlsin. Aşağı düşdüm, gördüm doğrudan da orada məni gözləyir. Sakitcə dedim ki, sizi polkovnik İbrahimov yanına çağırır. Rəngi ağappaq kağız kimi oldu. Yerində quruyub qaldı. Tərpənə bilmirdi. Yenə etinasız dedim ki, burada vaxt itirməyin, yoldaş mayor, gedin, sizi gözləyirlər. Nə isə, bu mayor getdi və təxminən 15 dəqiqədən sonra İbrahimov zəng elədi. Üzrxahlıq edib dedi ki, bəs həmin mayorun hərəkəti haqqında nazirə məruzə elədim. Nazir onun paqonlarını özü sökdü. Sən demə, bu, həmin mayorun növbəti belə əməliymiş. Öz cəzasını çəkdi, həmişəlik milis sistemindən tərxis olundu. Demək istəyirəm ki, mən də onun tayı olub, yekə-yekə danışardım. Yaxud fəhlələrə işarə edərdim ki, döyün bunu. Ya özüm əlbəyaxa olardım. Nəyə lazımdır axı belə yersiz təzyiqlər, vəzifəylə öyünmək?»
Kikabidzenin pasport oğurluğu
yadına düşəndə gülməkdən uğunub getdi. Həmsöhbətim deyir ki, Kitab Evində direktor olanda müntəzəm olaraq, Azərbaycanın və SSRİ-nin ən məşhur simaları ilə görüşlər təşkil edib. Yazıçılar, ictimai xadimlər, aktyorlar, müğənnilər və digər maraqlı peşə sahibləri ilə Kitab Evində baş tutan görüşlər həm də dövlət televiziyası ilə göstərilir, qəzetlərdə, jurnallarda geniş məqalələr yazılırmış (Hətta uşaqlar üçün ayrıca görüşlər təşkil edilərək, onlara nağıl oxunur, kitablar hədiyyə edilirmiş...). Bir dəfə Vaxtanq Kikabidze Bakıya gələndə onu Kitab Evində görüşə razı salıb: «Biləndə ki, Kikabidze Bakıdadır, daimi Oxucularımızı onunla görüşdürmək istədim. Güc-bəla ilə Kikabidzeni razı saldım. Çox yaxşı görüş keçdi. Nəzərdə tutulan vaxtdan da artıq oldu. Görüşdən sonra Kikabidzeni öz kabinetimdə çay süfrəsinə dəvət etdim. Bu vaxt bir işçim mənə yaxınlaşıb dedi ki, bəs, Elman müəllim Kikabidze mənim pasportumu götürüb vermir. Güldüm ki, sənin pasportun onda nə gəzir? O da gözəl bir xanım idi. Utandı, qızardı, heç nə deyə bilmədi. Çay içdiyimiz yerdə birdən qayıtdım ki, yoldaş Kikabidze, zəhmət olmasa, bizim əməkdaşımızın pasportunu qaytarın. Gülməkdən öldü. O da mən deyən sözü dedi ki, Sizin işçinin pasportu məndə nə gəzir? Amma sonra qaytardı. Bu da şəhərdə yayılmışdı ki, Kikabidze Bakıda pasport oğurlayıb».
Kimlər olmayıb ki, alıcılarım
deməyə əsası olan Elman Mustafayev Vəxtiyar Vahabzadəni, Nəriman Həsənzadəni (həm də müəllimi olub), Rövşən Cavadovu, Orxan Pamuku xatırlayır. Onların hər biri haqqında maraqlı söhbətlər edir. Orxan Pamuk Bakıya gələndə Qız Qalasının yanındakı kitab mağazasına da baş çəkib: «Adətən, məşhur simalar bura gələndə, özümü elə aparıram ki, guya tanımıram. İstəyirəm ki, sərbəst hansısa kitaba baxsınlar. Orxan Pamuk bura gələndə bütün bölmələrə baxdı. Bir xeyli söhbət etdik. Bir neçə saat ərzində elə maraqla danışdıq ki, təəccübünü gizlədə bilmədi. Dedi ki, sizin kimi hərtərəfli biliyə malik kitab adamlarına bütün dünyada nadir hallarda rast gəlmək olar. Bakı haqqında kitablarla daha çox maraqlanırdı deyə, şəhərin tarixindən bəhs edən bir neçə kitab seçdi. Mən də bir neçəsini bağışladım. Onunla söhbət mənim özümə də ləzzət elədi. Geniş biliyə malik adamla ünsiyyət çox rahat olur».
«Book kafe» anlayışı
bütün dünyada var, deyən peşəkar mütəxəssis təəssüfünü gizlədə bilmir. "İndiki zəmanədə kimin ağlına nə gəlirsə onu da edir", deməklə, bu mövzuda danışmağı yersiz bilir: «Bilirsiz, indi elə zəmanədir ki, hamı ağlına gələni edir. „Book-kafe“yə yenilik deyənlər bəlkə heç anadan olmamışdılar mən Yuqoslaviyada onu görəndə. Dünya praktikasında bu çoxdan var. Amma necə, hansı formada? İnsanlar kitab mağazasına gəlirlər və bir növ istirahət etmək üçün ona çay, kofe, sərinləşdirici içki təklif edilir. Yəni kitab alacaq insan tələsmədən, vərəqləyə-vərəqləyə seçim edə bilsin. Bir növ dincini alsın. Daha bunun üçün ayrıca pul ödəməsin. Çay, ya kofe içmək istəyən onsuz da hansısa kafeyə gedəcək. Amma sən onları ona görə təklif edirsən ki, məhz insanlara xoş üzlə, yaxşı qulluqla kitab sata biləsən. Yaxşı yadımdadır, 70-ci illərdə Allahın İranında kitab mağazasına girəndə bizi elə qarşıladılar ki, dedik, görəsən bura haradır? Gözəl çay dəstgahı açdılar. Özü də pulsuz. Biz də elə-belə baxmağa getdiyimiz halda adama bir neçə kitab aldıq. Yoxsa indi kimlərsə kitab kölgəsində pul qazanmaq xatirinə bu addımı atırsa, vay o ölkənin halına. Bir dəfə elə bu mağazaya bir neçə fransız gəlmişdi. Kitablara baxdılar, ordan-burdan söhbət etdik. Götürdüm bir çay dəmləyib, bunlara çay süzdüm. Sağollaşıb getdilər. Səhəri gün onlardan biri gəlib, 50 manatdan da çox dəyərində bir qalaq kitab aldı. Dedi ki, dünən bizimlə elə rəftar elədiniz ki, başqa yerdən kitab almaq istəmədik» (Həmsöhbətim xaricdən — Almaniya, Fransa, ABŞ, Yaponiya, Avstraliya və digər ölkələrdən gələn müxtəlif peşə sahibi müştəriləri haqqında olduqca maraqlı söhbətlər etdi. Amma yazının həcmini nəzərə alıb, o söhbətləri ixtisar etdim. Qonaqlardan jurnalist olanlar Elman Mustafayev haqqında öz ölkələrində böyük məqalələr yazıblar. Jurnalları, qəzetləri Bakıya da göndəriblər. ABŞ-da nəşr olunan «Azerbaijan İnternational» jurnalından Betti Bler Tokioda Elman Mustafayev haqqında yazı oxuyanda necə sevindiyini özü ona danışıb.)
Kitab yox, kartof-soğan satanlar
çoxalıb Bakıda sözlərini əsəbi deyir Elman Mustafayev. Onun sözlərinə görə, adlarını kitab satmaq üzrə bilici qoyub, özlərini ictimaiyyətə kitaba can yandıran kimi sırıyanlar kitabın düşmənləridir: «Qanı qiymətinə kitablar satırlar. Onlar kitabdan daha çox, katrof-soğan satanlara oxşayırlar. Kitaba can yandırsalar, belə eləməzlər. Kitab mağazalarında işləyənlərin səviyyəsi dəhşətli dərəcədə aşağıdır. Çünki o mağazaları açanlar özləri kitabın nə olduğunu bilmirlər. Kitab satmaq ən çətin peşələrdən biridir. Hər adam kitab sata bilməz ki...»
Kitab mükafatı
haqqında danışanda dəhşətə gəldi. Başını bulamaqla kifayətləndi Kitab Allahı. Elman Mustafayev kitabla bağlı mükafatların bütün digər mükafatlardan çətin olduğunu deyir: "Ömründə kitabın nə olduğunu bilməyən, alverçiliyə yeni başlayan insan hansı haqla kitab mükafatı təşkil edir? Bir neçə kitab mağazası açmaq olar, orada kitabla bərabər yeyib-içmək də satmaq olar, amma kitabla belə davranmaq olmaz! Bir kitab oxuyub, onun haqqında normal diskussiya apara bilməyən özünü mütəxəssis kimi qələmə verir. İndi kimi dindirirsən, deyir nəşriyyatım var. Nəşriyyat necə olmalıdır, naşir hansı işləri görməlidir — heç bir anlayışı yoxdur. Buraxılan kitablara baxıb təəssüf etməkdən başqa nə çarəm var? İnsanlar özləri diqqətli olmalıdırlar ki, «kartof-soğan» satanların tələsinə düşməsinlər. Onlara özlərini reklam lazımdı, pul qazanmaq lazımdı, daha kitaba hörmətdən danışıb, heç olmasa camaatı özlərinə güldürməsinlər".
70 ilin 43-ünü kitablara həsr edən Elman Mustafayevlə söhbətin sonunda başa düşdüm ki, indi camaatın gözünə kül üfürüb, «biz görüşlər təşkil edirik», «biz uşaqlara nağıllar oxuyuruq», «biz kitaba sevgini qaytarmaq üçün tədbirlər keçiririk», «biz „book-kafe“ yeniliyi etmişik», «biz mükafat veririk» kimi rəngli nağıllar danışanlar hamısı gülünc günə qaldı. Səbəbi yəqin ki, yazını oxuyanların hamısına bəlli oldu. Sən demə «bu yeniliklər» çox da uzaq olmayan keçmişimizdə, elə Bakıdaca baş verib. Sadəcə indiki «kitab dəllalları» o vaxtlar ya uşaq, ya da sərgərdan həyat sürən gənclər olduqlarından ictimai həyatda baş verənlərdən xəbərsiz olublar. Onlar heç Kitab Allahını tanımırlar!
Mənbə: «Xural» qəzeti
| ['kitab', 'Elman Mustafayev', 'kitab evi'] |
4,791 | https://kayzen.az/blog/psixologiya/7429/gizli-istedad%C4%B1n%C4%B1z-var.html | Gizli istedadınız var? | yravil | Psixologiya | 17 okyabr 2011, 13:29 |
Psixoloqlar iddia edir ki, hər uşaq dahidir. Vunderkind heç də qeyri-adi bir insan deyil, sadəcə, bəzi valideynlər övladının hər bir bacarığını görür və buna önəm verir, bəziləri isə əksinə, ona gülür və əhəmiyyət vermir. Nəticə etibarilə ailədə qayğı görən uşaqlar dahi olur, diqqətsizliklə üzləşənlər isə təslim olur və onlarda kompleks yaranmağa başlayır. İstedadı inkişaf etdirmədikcə o, yaddan çıxır, yada düşəndə isə artıq müəyyən yaşa çatmış insanlar utanmağa başlayır. Bəs sizin gizli istedadınız var? Onlar sizə yardım edir, yoxsa mane olur? Bu suallara test vasitəsilə cavab tapmağa çalışın.1.Yuxuda tez-tez uçursunuz?a)heç vaxtb)altı aydanbirc)həmişə2.Evdə işlə məşğul olduqda, eyni zamandaa)evdəkilərə hirslənirsinizb)soyuq şirə içirsinizc)rəqs edir və mahnı oxuyursunuz3.Yeni paltar geyinmək sizdə nə qədər vaxt aparır?a)bir neçə dəqiqəb)təxminən yarım saatc)nə qədər vaxt tələb edirsə, o qədər4.Hansı güllərə üstünlük verirsiniz?a)çəmən güllərinəb)qərənfil və lalələrəc)qızılgüllərə5.Sizə baxanda xoşunuza gəlir?a)xeyr, mənə elə gəlir ki, xarici görünüşümdə nə isə çatışmırb)mənim üçün önəmli deyilc)bəli, mən hətta yerişimi və duruşumu dəyişirəm6.Əgər bayram masasına birinci oturursunuzsa, hansı yeri seçirsiniz?a)qıraqda bir yerb)mətbəxə qaçmaq üçün rahat yerc)tam ortada ki, məni hər kəs görsün
7.Özünüzə baxmağı xoşlayırsınız?a)bir azb)xoşlayıram, amma vaxtım yoxdurc)çox sevirəm, işim olsa belə, salona getməyi unutmuram8.İldə neçə dəfə tədbirlərə gedirsiniz?a)birdən çox deyilb)iki-beşarasıc)beşdən çox9.İşgüzar görüşdə özünüzü necə aparırsınız?a)gözə girməməyə çalışıramb)sual veriləndə cavab verirəmc)hər zaman öz fikrimi bildirməyə çalışıram10.Sevdiyiniz saç düzümü?a)düz saçlarb)hər zamankı saç düzümümc)dağınıq, hündür, qeyri-adi saç düzümüYekun:Hər “A” variantı üçün 1,“B” variantı üçün 2 və“C” variantı üçün 3 bal ayırın. Sonra üst-üstə gəlin.10-16: Təəssüf! Ya sizin gizli bacarıqlarınız yoxdur, ya da onlar çox dərindədir. Rahat yaşayın və edə biləcəyiniz işlərdən çox üzərinizə götürməyin.17-23: Ola bilsin gizli istedadınız var, lakin bunu ya özünüzə, ya da başqalarına bildirmirsiniz.24-30: Sizin istedadınız göz qabağındadır. Çox yaxında o, üzə çıxıcaq və həyatınızı tamamilə dəyişəcək.
| ['psixologiya'] |
4,792 | https://kayzen.az/blog/qadin/7425/g%C3%BCnahs%C4%B1z-fahi%C5%9F%C9%99.html | Günahsız fahişə | Samir012 | Qadın | 16 okyabr 2011, 18:45 |
Bu günləri çox ağır keçirirəm. Sanki bir zaman mənim üçün müqəddəs, əvəzolunmaz olan hər şey mənasını itirməkdədir. Telefon zənglərinə cavab verməyə də əlim gəlmir. Çünki bilirəm ki, yenə də kimsə hansısa xırda problemini böyük dərdə çevirərək üstümə gələcək. Ya da...
Bunları fikirləşə-fikirləşə iş telefonuna zəng gəlir. Götürmək istəmirəm. Ya kimsə səhv düşüb, ya da yenə məndən nəsə soruşacaqlar......Telefon isə susmaq bilmir. Dəstəyi götürüb yerə qoymaq istəsəm də, fikrimdən vaz keçirəm. Daha bir zəng və yenə də dəstəyə yaxınlaşmağa ərinirəm. Deyəsən bu telefon mənim lap əsəblərimlə oynadı.
Nəhayət, dəstəyi götürüb kefsiz bir şəkildə «alo» deyirəm. Qarşı tərəfdən həzin və həzin olduğu qədər də kövrək bir səslə «Laləgilin evidir?» deyə bir xanım soruşur. Acıqlı-acıqlı «xeyr» cavabını verib dəstəyi yerə qoyuram.
Telefon yenə zəng çalır və artıq bu dəfə daha sərt cavab vermək istəyirəm. Amma bu səsdəki həzinlik, bəlkə də yazıqlıq məni fikrimdən daşındırır. Ondan hansı nömrəni yığdığını soruşanda duruxur. Sağollaşmaq istəsə də, kim olduğunu soruşuram. Amma dillənmir.
Onun «bəs siz kimsiniz, bilmək olar?» deyə soruşması isə məni lap təbdən çıxarır. Qıza çox kobud cavablar verirəm. Amma sanki danlanmağa öyrənibmiş kimi bir cavab vermir...
Artıq 3-4 gündür ki, o, eyni vaxtlarda heç bir səbəb olmadan zəng edir və biz danışırıq. Bu minvalla davam edən «tanışlığımız» mənə 17 yaşlı bir qızın taleyini açır.
Artıq özümə virtual dost kimi qəbul etdiyim Reyhan 11 yaşında ikən öz bibisinin həyat yoldaşı tərəfindən təcavüzə məruz qalıb. Amma bunu nə az, nə çox, düz 4 il gizlətmək qərarına gəlir. Amma günlərin birində tanışlarından birinin onun anasına «Reyhana dəymə ha, o mənim gəlinimdir» deməsi hər şeyin üstünü açır.
Bunları ondan eşidə-eşidə qızın dəli olduğunu düşünməyə başlamışam. Amma danışdıqları bir qızın özünə ata biləcəyi böhtan qədər yüngül deyil.
— Bibimin yoldaşının hətta lap kiçik yaşlarımdan mənə necə baxması yadımdadır. Amma heç ağlıma da gəlməzdi ki, nə vaxtsa o məni zorlayacaq. Günlərin birində bizə zəng elədi və atamla işi olduğunu söylədi. Dedim ki, atam evdə yoxdur. Sonra isə anamı soruşdu və mən onun da evdə olmadığını deyəndə dəstəyi yerə atdı. Təxminən bir saatdan sonra qapı döyüldü. O idi. Artıq onun nə fikirlə gəldiyini başa düşməyə başlayırdım. Amma… Gec idi.
Anama isə bu sirrimi məcburiyyətdən açdım. Çünki o, həmin tanışımızın məni oğlu üçün bəyəndəyini deyəndə, heç vaxt ərə gedə bilməyəcəyimi bildirdim. Çünki bakirəliyini itirmiş birinin hansısa oğlanın namusunu ləkələməsini istəmirdim.
...Amma zaman Reyhanı elə dəyişir ki… Ailədə ona qarşı olan sərt münasibət, xüsusən qardaşının verdiyi əzablar 15 yaşlı Reyhanı fahişəliyə sürükləyir.
O, danışa-danışa özümün bütün dərdlərimi unutmuşam və diqqətimi Reyhanın danışdıqlarına yönəltmişəm.
— Evimizdə özümü kimsəsiz hiss edirdim. Bu söhbət yayılandan sonra isə kişilərin mənə maraq göstərdiyini başa düşdüm. Bu heç xoşuma gəlmirdi. Evdə mənə olan münasibət isə getdikcə pisləşirdi. Hətta bəzən günlərlə ac qalırdım. Bəlkə də dediklərim bəhanə kimi görünə bilər. Amma məni fahişəliyə sürükləyən də doğmalarımın münasibətiydi. Beləcə, mənim araqlı, siqaretli, məşuqlu günlərim başladı. Bəzən atamdan da böyük yaşda olan kişilərlə yatmalı olurdum. Çünki bu artıq mənim həyat tərzim idi...
...Günlərin birində Reyhanın mobil telefonuna zəng vurmaq qərarına gəldim. Nömrəsinə zəng çatmırdı. Təxminən bir gündən sonra məcbur olub ev telefonlarına zəng vurdum. Amma «dostum» da mənə qardaşının zəngə görə problem yaradacağını demişdi. Dediyinə görə, Qaçay heç də onun fahişə olmağına qarşı olduğu üçün bu qədər sərt deyil. Sadəcə, bacısının ona daha yaxın ola biləcək, müdafiə edəcək insanlarla yatmasını istəyir. Yəni o istəyir ki, bacısıyla yatan insan həm də onun maddi və mənəvi müdafiəçisinə çevrilsin. Reyhan isə bununla razılaşmır.
Ev telefonuna zəng edirəm və dəstəyi qalın səsli bir oğlan qaldırır. Özümü itirmədən Reyhanı soruşuram. Bərk hirslənir. Uzun-uzadı çək-çevirdən sonra canımı qurtarıram. Amma əlim dinc dayanmır və götürüb yenidən həmin nömrəni yığıram. Telefonu götürən Reyhandır, ağlayır. Nə olduğunu soruşuram. Heç nə demir. Dəstəyi yenidən Qaçay götürür və çox sərt şəkildə «bu fahişə hamilədir, başa düşürsən, hamilə» deyərək üstümə qışqırır.
— Bir az mədəni ol, bacın haqqında danışırsan.
— Fahişədir də, bunun başqa adı var?
— Nə bilirsən?
— Özü deyir. Hələ bir de görüm, sən kimsən?
— Reyhanın dostu...
Qaçay sözlərimi dinləmədən dəstəyi yerə atır.
Səhəri gün Reyhanla telefon danışığımızda mənə hər şeyi danışır. Sən demə, qardaşının təhriki ilə onun dostuyla yatıb və hamilə qalıb. İndi isə qardaşı uşağın tələf olunmasını istəmir.
— Evdə dustaq həyatı yaşayıram. Məni bir dəqiqə də nəzarətsiz buraxmırlar. Atam rəhmətə getdiyindən, anam da qorxusundan onun sözünü deyir. Deyir ki, sən o uşağı doğmasan, özüm səni zorlayacağam. Çünki həmin insan imkanlı olduğundan Qaçay istəyir ki, mən həmin uşağı doğum.
Beləcə, Reyhanla virtual dostluğumuz davam edir. Mən vəziyyətdən çıxmaq üçün ona bir neçə yol təklif etsəm də, qardaşından qorxduğunu deyərək qəbul eləmir. Amma uşağı da dünyaya gətirmək istəmir.
Doğrusu, düşünürəm ki, danışılanlar ya yalandır, ya da mən hansısa qruplaşmanın hədəfdə olan növbəti qurbanıyam. Elə ona görə də bir müddət Reyhanla bütün əlaqələri kəsirəm. Əlaqələrimi kəssəm də, canımda bir həyəcan, bir qorxu var. Çünki hətta telefonda olsa belə, Reyhanın şəxsi həyatıyla bağlı həddən artıq açıq söhbətlərimiz olub. Beləcə, düşüncələrim məni bir neçə gün öncə yazığım gələn 17 yaşlı qadından uzaqlaşdırır.
Artıq 3 aydır ki, nə Reyhana nə zəng edirəm, nə də onun zənglərinə cavab verirəm...
...Günlərin biri, keçmiş dostumun kefini soruşmaq üçün mobil telefonuna zəng vururam. Uzun çağrılardan sonra ortayaşlı bir qadın ağlaya-ağlaya cavab verir. Telefona kənar səs-küy də gəlir. Deyəsən anasıdır. Maraqlıdır, bəs niyə ağlayır? Qadından nə üçün ağladığını soruşuram.
— Axır ki, dincəldiniz. Köpəy uşağı, sizin hamınızın nömrənizi polisə verəcəyəm, bassınlar qoduxluğa. Gül kimi balamı yoldan çıxardınız. İndi rahat olun. Allah sizin ananıza da mənim kimi dağ çəksin.
— Ay xala, nə baş verib ki?
— Nə olacaq, 2 gün əvvəl evdə olmamışıq. Reyhanı evdə tək qoyub, qapıları da bağlayıb getmişdik. Gəlib gördük ki, damarlarını kəsib. Həkimə çatdıranda artıq keçinmişdi.
Danışılanları yuxu kimi qəbul edirəm. O vaxt Reyhanın mənə verdiyi başqa bir nömrəni də yığıram ki, bəlkə mənimlə zarafat edir. Rəfiqəsi cavab verir. Eşitdiklərimi ona danışıram və hər şeyi təsdiqləyir.
— Bilirsən, qardaş qardaşlıq etməyəndə, ana qızına belə yanaşanda başqa cür ola da bilməzdi. Reyhanı dəfələrlə mən də belə şeylərdən çəkindirmişəm. Amma Qaçay bacısını fahişəliyə sürükləyib var-dövlət qazanmaqdan ötrü onun axırına çıxdı. Bədbəxt mənə deyirdi ki, artıq hər şeyi arxada qoyub ibadət etmək istəyir. Amma nə yazıq ki, belə qardaşların əclaflığı qızlarımızı fahişəliyə sürükləyir, axırına çıxır.P.S. Fahişələr də insandırMənbə:«Xural» qəzeti / İntiqam Valehoğlu
| ['fahişə həyatı', 'insan taleyi', 'Məsum', 'günahsız fahişə'] |
4,793 | https://kayzen.az/blog/internet-yenilikleri/7423/html-%C5%9F%C9%99kil-kodla%C5%9Fd%C4%B1rma-facebook-s%C9%99hif%C9%99l%C9%99rd%C9%99-istifad%C9%99-oluna-bil%C9%99r.html | html şəkil kodlaşdırma (Facebook Səhifələrdə istifadə oluna bilər) | eGo | internet aləmi | 16 okyabr 2011, 13:52 |
Əvvəlki yazılarımı oxumusuzsa və tətbiq etmisizsə, davam edə bilərik. Sual oluna bilər ki, hazır tətbiqetmələr (application) varkən, nəyimə lazımdı bu qatmaqarışıq kodlar/teqlər? Nəzərə alın ki, o tətbiqetmələr öz reklamlarını yerləşdirir, gec yüklənir və imkanlar məhduddur. Amma html kodlaşdırma ilə istədiyiniz şeyi istədiyiniz kimi edə bilərsiz, həm də istifadəsi rahat olar.
Beləliklə səhifəniz üçün mətn yazmağı öyrəndikdən sonra maraqlı şəkil və ya animasiya qoymaq maraqlı olar yəqin ki.Mətləbə keçməzdən qabaq əvvəlki yazılara keçid verim:
1.Facebook-da səhifələrin yaradılması, və tənzimləmələr: oxumaq üçün bu keçidi izləyin2.Facebook səhifələrdə html tab (əlavə vərəq) yaradılması: oxumaq üçün bu keçidi izləyin3.Facebook səhifələrdə html yazı kodlaşdırmaları: oxumaq üçün bu keçidi izləyin
Bunun üçün bizə şəkil teqi, internetə yüklənmiş şəklin linki kifayətdi.
Şəkli internetdən tapmısınızsa sadəcə onun keçidini (link) köçürmək kifayətdir. Məsələn sizə qürub (gün batması) şəkli yerləşdirmək lazımdı. Bunun üçün
a) google images-də sunset yazın axtarın,
b) bəyəndiyiniz şəkli yeni pəncərədə açın (tam ölçüdə olması üçün)c) şəklin üzərində mousun sağ düyməsini basın,d) “copy image URL” basın və beləliklə həmin şəkil birbaşa keçidi kopyalamış olursunuz.
Məsələn: http://farm4.static.flickr.com/3030/2850469904_f5b1a1c7d4.jpg
Əgər şəkli öz komputerinizdən yükləmək istəyirsinizsə, onda şəkil hostinq (image hosting) saytlarından istifadə edə bilərsiniz. Məsələn, http://imageshack.us/ saytından istifadə edə bilərsiniz.
Sayta girdikdə belə bir pəncərə görəcəksiniz. Aşağıdakı addımları atın:
1. Browse basıb komputerinizdən şəkli seçin2. Şəklin ölçüsünü dəyişə bilərsiniz (məsləhətdi ki, şəklin əvvəlcədən istədiyiniz ölçüdə hazırlayasınız və burada “ölçünü dəyişmə - Do not resize” seçəsiniz)3. Upload now basın, şəkil yüklənəcək. Amma səhifəni bağlamayın, keçidi köçürmək lazımdır.
Şəkil yükləndikdən sonra avtomatik belə bir yeni pəncərə açılacaq.
İmageshack-da qeydiyyatdan keçməsəz bibaşa keçid (direct link) götürə bilməzsiniz. Salamatı qeydiyyatdan keçin, ya da Azərbaycan qaydası fırıldaq edin:
4. Html Code yazlan yerin qarşısındakı xanaya basın və avtomatik ordakı yazılar seçiləcək, sadəcə kopyala basın (ctrl + C). Köçürülmüş yazı müxtəlif teqlər, dəyərlər, keçidlərdən ibarətdi. Amma bu teqləri istədiyimiz kimi dəyişə bilərik (əks halda şəklinizlə bərabər imagehack-a keçid də vermiş olacaqsınız). O yazıdan (<img src=') yazısından sonra (http –dən .jpg-yə qədər işarələyib köçürün. Bu sizin şəkilə birbaşa keçid olacaq. (Məsələn:
<a target='_blank' title='ImageShack - Image And Video Hosting' href='http://imageshack.us/photo/my-images/851/imageshackry.jpg/'><img src=”h ttp://img851.imageshack.us/img851/383/imageshackry.jpg” border='0'/></a>
Uploaded with <a target='_blank' href='http://imageshack.us'>ImageShack.us</a>)
Şəklin keçidi əlimizdə olduqdan sonra rahat teqimizi yaza bilərik. Şəkil teqi ən sadə şəkildə bu cür olacaq <img src=”Şəklə keçid”/>
Məsələn bünü yoxlaya bilərsiniz:
<img src=”http://farm4.static.flickr.com/3030/2850469904_f5b1a1c7d4.jpg”/>
Şəkil teqi daxilində bir çox əlavə parametrlər vermək olar. Məsələn aşağıdakılar maraqlı ola bilər:
1. Şəklin eni (width): width=”dəyər”
Bir qayda olaraq bütün ölçülər rəqəmlə piksellərdə verilir. Amma rəqəmdən sonra piksel yazmaq da olar (520px) yazmamaq da (520). Facebook-da tab-ların eni 520px olur. Yəni maksimum bu ölçünü seçə bilərsiniz.
2. Şəklin hündürlüyü (height): height=”dəyər”
3. Sərhəd xətti (border): border=”dəyər”
Sərhəd dəyəri rəqəmlə pixellərdə verilir. Qara rəngdə görünür.
4. Şəklin titulu (title): title=”Mənim şəklim”
Bu yazı ancaq mausu şəklin üzərinə gətirdikdə görünür.
5. Alternativ yazı: alt=”Mənim şəklim”
Bu yazı şəkil yüklənə bilmədiyi halda şəklin yerində gürünür.
6. Şəklin yerini dəyişmək (align): align=”center”, yaxud: left, right, middle, top, bottom.
Bundan başqa şəkil daxilində kliklənə bilən ərazilər filan qoymaq olur ki, bunlar bir balaca qəliz söhbətdi, girişməyək.
Şəkilə klik-keçid qoymaq olar, yəni şəklin üzərinə basanda hansısa bir səhifəni açsın. Bünün üçün keçid teqindən istifadə etmək lazımdır. Əslində bu teqlə istənilən bir yazıdan, şəkildən və sairdən keçid qoymaq olar. Keçid teqi: <a href=”keçid”> Keçid üçün məzmun (mətn, şəkil və s.) </a>
Bu cür keçidi şəklə qoymaq üçün şəkil teqini tamamilə keçid teqinin məzmun yerində yazmaq lazımdır. Yəni <a href=”keçid”> <img src=”şəkil keçidi”/> </a>
Bütün öyrəndikərimizi tətbiq edib belə bir kodlaşdırma edək:
<a href="http://www.facebook.com/finn7">
<img src="http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/167171_119349074805334_115567505183491_142128_2034708_n.jpg" width="400" height="370" align="center" border="2" title="Click to visit my page on FB" alt="English Speakers page" /> </a>
Bu kodlar bir az qəliz görünsə də hissələrə böldükdə çox sadədir. Köçürəndə ola bilsin dırnaqları yenidən yazmalı olasız. Çünki bəzən format dəyişilir, və kod işləmir.
Hələlik bu qədər.
Yazını özüm hazırladığım üçün müəllif hüquqlarını qoruyun!
İstifadə (yenidən nəşr) üçün müəllifə bildiriş və istinad edilməsi vacibdir! © eGo
| ['html şəkil', 'facebook', 'tab', 'Xoş gəlmisiniz'] |
4,794 | https://kayzen.az/blog/DrELM/7422/ondinin-l%C9%99n%C9%99ti.html | Ondin'in lənəti | DrELM | Bloq: DrELM | 16 okyabr 2011, 13:27 |
Deməli, əsatirə görə, dəniz tanrısı Poseydonun qızı – Ondin bir oğlana aşiq olur. Oğlanla bir olmaq üçün öz ölümsüzlüyündən vaz keçirərək adi bir insana çevrilir. Onlar evlənirlər, lakin bir müddət sonra oğlan Ondinə xəyanət edir. Poseydon bundan xəbər tutur və qızının qırılmış qəlbinin qisasını almaq üçün oğlanı lənətləyir. Lənətə görə oğlan tənəfüsünü iradi olaraq alıb-verməli idi. Təbii ki, yuxuda heç birimiz necə nəfəs aldığımızı bilmirik. O oğlan da axırı dözməyərək yuxuya gedir, nəfəsi dayanıb ölür.Tibbdə bu lənətə çox bənzəyən anadangəlmə mərkəzi hipoventilyasyon sindromu(CCHS) və ya qısaca hipoventilyasyon sindromu deyilən xəstəlik var. Bildiyimiz ki, beyində tənəffüsün 4 mərkəzi var və bunların biri qeyri-iradi (daimi) tənəffüs almağımız üçün yaradılıb. Əgər bu mərkəz "işləməsə" hipoventilyason sindromu yaranır. Bu xəstələr nəfəslərini bizdən fərqli olaraq fikirləşərək aldıqları üçün yuxuda nəfəsləri dayanır. Onları süni tənəffüs aparatına qoşmasalar ya oksigensizlikdən ya da yuxusuzluqdan ölürlər.
Bu əsatir haqda hətta kino da çəkilib.
| ['ondin', 'poseydon', 'lənət', 'anadangəlmə mərkəzi hipoventilyasyon sindromu', 'tənəffüs dayanması', 'yuxu'] |
4,795 | https://kayzen.az/blog/psixologiya/7421/psixologiya-testi.html | Psixologiya testi | yravil | Psixologiya | 16 okyabr 2011, 10:56 |
Maraqlı psixoloji testdə aşağıdakı sualları oxuyun və mənzərəni gözünüzdə canlandırmağa çalışın. Sualları cavabını çox düşünmədən, ağılınıza ilk gəldiyi kimi bir kağıza yazın.Psixoloji Test» Meşənin içində gedirsiniz. Yanınızda kim var?» Meşənin içində gedirsiniz. Bir heyvan gördünüz. Nə cür bir heyvandır?» Heyvan ilə aranızda necə bir qarşılaşma yaşanar?» Meşənin içində bir az da gedirsiniz. Birdən bir açıqlığa çıxırsınız və qarşınızda xəyalınızdakı ev dayanır. Bu evi təsvir edin.» Xəyalınızdakı evin ətrafında hasar varmı?» Evin içinə girirsiniz. Yemək otağına gedirsiniz və yemək masasını görürsünüz. Masanın üstündə və ətrafında nə olduğunu təsvir edin.» Arxa qapıdan çölə çıxırsınız. Otların üzərində bir qab görürsünüz. Qab necədir? (dulusçuluq, şüşə, kağız, dəmir və s.)?» Qabın vəziyyəti necədir? (qırık, möhkəm, köhnə, yeni). Qab ilə nə edirsiniz?» Evin kənarına doğru gedirsiniz və özünüzü su kənarında tapırsınız. Necə yerdir? (göl, çay, okean vs.)» Suyun qarşısına necə keçirsiniz? Sizinlə gedən adam həyatınızdakı ən əhəmiyyətli adamdır.
Cavablar:Heyvanın böyüklüyü fərdi problemlərinizi nə qədər böyük gördüyünüzü təmsil edir.Heyvan ilə aranızda keçən qarşılaşmanın şiddəti, problemləriniz ilə necə bacardığınızı göstərir. (Passiv, aqressiv).Xəyalınızdakı evin böyüklüyü problemlərinizi həll etmək üçün nə qədər istəkli olduğunuzu işarələyir.Evin ətrafında heç hasar olmaması açıq bir insan olduğunuzu göstərir. İnsanlar hər zaman evinizə qonaq gələ bilərlər. Hasarların olması bir az daha bağlı bir xarakteri göstərir. İnsanların əvvəl zəng edərək gəlməsini seçərsiniz.Əgər cavabınızın içində, yemək, insanlar ya da çiçəklər yoxdursa, ümumiyyətlə bədbəxt bir insansınız.Qab nə qədər dayanıqlı bir vəsaitdən hazırlanıbsa, 1. sualdakı yoldaşınız ilə olan əlaqəniz də o qədər dayanıqlıdır. Məsələn: kağız və şüşə dayanıqlı deyil, amma metal ya da plastik dayanıqlıdır.Qab ilə nə etdiyiniz, 1. sualdakı yoldaşınıza qarşı rəftarınızı bildirir. Məsələn qab misdən hazırlanmış və içi su dolu evə daşıyırsınızsa, bu sizin yoldaşınıza dəyər verdiyinizi göstərər və əlaqənizin möhkəm təməllərə söykəndiyini işarələyər. Halbuki qab dulusçuluqdan hazırlanmış və qırıq isə, sizdə parçaları evdən uzağa atırsınızsa, bu adam ilə əlaqənizdə problemlər olduğunu və onu uzaqlaşdırmağa çalışdığınızı göstərir.Suyun böyüklüyü sizin ****** istəyinizi işarələyir.Suyun qarşısına keçərkən nə qədər islandığınız seks həyatınızın nə qədər əhəmiyyətli olduğunu göstərir.Həmçinin bax: Maraqlı psixoloji test
| ['psixoloji test'] |
4,796 | https://kayzen.az/blog/aforizmler/7419/qalibiyy%C9%99t-haqq%C4%B1nda-aforizml%C9%99r.html | Qalibiyyət haqqında aforizmlər | umud600 | Hikmət dənizi və aforizmlər | 16 okyabr 2011, 00:19 |
Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? ( Qurani Kərim )Başqalarına qalib gələn qüvvətlidir, özünə qalib gələn isə əzəmətlidir. ( Lao Tszi: Çin mütəfəkkiri )Cəsarət insanı zəfərə, qərarsızlıq təhlükəyə, qorxaqlıq isə ölümə aparır. ( Yavuz Sultan Səlim: Osmanlı hökmdarı )Ya qələbə çalmağı, ya da qaliblərlə dostluq etməyi bacarın. ( Fokion: Qədim Yunan sərkərdəsi )Hər qələbəni qələbə, hər məğlubiyyəti də məğlubiyyət saymaq olmaz. (Napoleon Bonapart)Qaliblərin yaraları tez sağalır. ( Benedikt Spinoza: Holland filosofu )Zəfər zəfər deyildir, yenilən yenildiyini qəbul etməsə. ( Mattias Kladudius: Alman şairi )
Ən qorxulu an zəfər anıdır. ( Napoleon Bonapart )Bəzi ideallar o qədər dəyərlidir ki, o yolda məğlub olmaq belə zəfər sayılır. ( Naməlum )Dəmir maqnitə aşiqdir-daim ona tərəf qaçar. Zəfər də səbrə aşiqdir və o da daim ona tərəf qaçar. ( Şəhabəddin Sührəverdi: Azəbbaycan filosofu )Ən böyük zəfər insanın özünə qalib gəlməsidir. ( Platon: Qədim Yunan filosofu )Həqiqi zəfər qan tökülmədən qazanılan zəfərdir. ( Pittak: Qədim Yunan mütəfəkkiri )Zəfərə əlavə ediləcək yeganə bəzək- təvazökarlıqdır. ( Şarl Pino Düklo: Fransız tarixçisi )
| ['aforizmlər'] |
4,797 | https://kayzen.az/blog/maraqli-faktlar/7418/tarixin-%C9%99n-b%C3%B6y%C3%BCk-terror-aktlar%C4%B1.html | Tarixin ən böyük terror aktları | Samir012 | Maraqlı faktlar | 15 okyabr 2011, 23:25 |
Artıq dünyanın müxtəlif guşələrində terror, partlayış, girov götürmə halları barədə xəbər eşitmək bir növ adiləşib.Hətta xəbər agentlikləri bir-iki nəfərin ölümü ilə nəticələnən terror aktını ciddi bir hadisə hesab etmir. Lakin elə terror aktları olub ki, üstündən 10 illər keçsə də dünya tarixindəki rolunu qoruyub saxlaya bilib. Terror dedikdə siyasi məqsəd güdərək mülki şəxsləri hədəfə alan şiddət, zorakılıq halları nəzərdə tutulur. Bəri başdan qeyd edək ki, statistika rəsmi məlumatlara əsasən tərtib edilib. Qeyri rəsmi məlumatlar və faktiki vəziyyət fərqli ola bilər. 2001-ci il, ABŞ. Ölüm, xəsarət və maddi ziyana görə Nyu Yorkdakı 11 sentyabr hadisələri terror aktları arasında şəriksiz liderdir. Yaxın tarixdə baş vermiş bu hadisədən çox danışıldığı üçün uzun-uzadı söhbət açmaq yersiz olardı. Sadəcə onu demək kifayətdir ki, terror aktları nəticəsində 2976 nəfər həlak olub, 6000 nəfər xəsarət alıb. Maddi ziyan isə 100 milyonlarla dollarla ölçülür. Dünya Ticarət Mərkəzinin təqribən 2 milyon tonluq uçqunlarının yaratdığı toz qatı 3 ay çəkilməyib. Ərimiş metal kütləsi binanın zirzəmisini doldurub. Ərazini təmizləmək üçün minlərlə insan 8 ay fasiləsiz işləyib.23 oktyabr 1983, Livan. "Mercedes Unimog" markalı su daşıyan avtomobil səhər saat 6 radələrində Beyrut aeroportu yaxınlığında yerləşmiş Amerika bazasına tərəf irəliləyir. Avtomobili tanıyan əsgərlər qapını açırlar. Avtomobil heç bir maneə olmadan 3 nəzarət buraxılış məntəqəsini keçir və qadağan olunmuş əraziyə - tikanlı məftillərlə əhatə olunmuş kazarmaya tərəf yönəlir. Əsgərlər atəş açsa da artıq gec idi. Sürücü avtomobili 400 amerikan əsgərinin yatdığı kazarmaya çırpır. Təqribən 20 saniyə sonra fransız sülhməramlılarına qarşı da eyni tip hücum təşkil edilir. Aksiya nəticəsində 241 amerikan və 60-dan çox fransız əsgər məhv olur - ümumilikdə 309 nəfər. Hadisə zamanı 75 nəfər də yaralanır. Bu hadisə amerikan vətəndaşlarına qarşı ölkədən kənarda baş verən ən böyük hücumdur. Fransada həmin gün matəm elan olunur, hadisə geniş əks səda doğurur. Hücumu İranın təhriki ilə Hizbullah və Pasdaranın (Sepahe pasdarane enqelabe islami - İslam inqilabı keşikçiləri Korpusu) birgə təşkil etdiyi iddia edilir. Xilasetmə işlərinə cəlb olunan əsgərlər də Hizbullah snayperlərinə tuş gəlirlər. Bununla da qurbanlarının sayı artır.Cənub qonşumuz İran özü də terrordan əziyyət çəkmişlər sırasındadır. Bu ölkədə ən böyük terror aktı 19 avqust 1978-ci ildə törədilib.Şah rejimi ölkədə vəziyyətin böhran həddinə çatdığını görərək 1979-cu ilin iyulunda tam demokratik seçkilər keçirəcəyinə söz verib kütləni bir qədər sakitləşdirir. Lakin bu vəziyyət bir il sonra İranda hakimiyyətə gələcək mollalara sərf etmirdi. Hər nə yolla olsa xalqı şahdan narazı salmaq lazım idi. Nəhayət islam pərdəsi altında gizlənənlərin köməyinə terror çatır. Mollalar niyyət vasitəyə bəraət qazandırır prinsipi ilə hərəkət edərək Abadan şəhərindəki Reks kinoteatrını hədəf alırlar. Film nümayişi zamanı qapılar çöldən möhkəm bağlanır və binaya əvvəlcədən yerləşdirilmiş kerosin çəlləklərinə od vurulur. Hadisə zamanı heç kəs çölə çıxa bilmir. Əksəri qadın və uşaq olan 477 tamaşaçı yanaraq və ya boğularaq həyatını itirir. Yanğınsöndürənlər hadisə yerinə gəldikdə artıq gec idi."nouvelobs.com"un xəbərinə görə, hadisədən bir-neçə saat sonra İmam Xomeyni belə bir bəyanat yayır: "İnsanlığa və islama zidd olan bu davranışın şahın rəqibləri ilə heç bir aidiyyəti yoxdur".Şahın zamanında başlanan istintaq qrupu hadisədə İmam Xomeyninin təşkil etməsi versiyasını irəli sürür. Xomeyni o zaman İraqda mühacirətdə idi. Hökumət onu gətirsə belə Ayətullah titulu olduğu üçün onu heç bir məsuliyyətə cəlb etmək mümkün olmayacaqdı. Digər tərəfdən imamın bu cinayətdə adının hallanması şah rejiminin süqutunu sürətləndirə bilərdi. Bu səbəbdən də Xomeyni versiyası arxivə qoyuldu. İstintaqa ifadə verənlərdən biri isə hadisə zamanı mollalardan birinin qapıları çöldən bağlamasını, digər 2 nəfərin isə içəridə kerosin bidonlarına od vurduğunu bildirdi. Bu üç nəfərdən isə yalnız biri güclü yanıq xəsarəti ilə qurtula bilib.İslam inqilabının qələbəsindən sonra bu cinayət yenidən gündəmə gəlir. Bu dəfə də islam məhkəməsi bütün günahı Hüseyn Təkbəlizadə adlı fəhlənin üzərinə qoyur. Məhkəmə "tamaşa"sında o, bu terroru Savakın (şahın siyasi polisi, Gestapo ilə müqayisə edilə bilər) göstərişi ilə törətdiyini bildirdi. Prosesdən sonra Təkbəlizadə dərhal edam olunur və iş bağlanır. Artıq inqilabçılar istəklərinə çatmışdı.Fransada mühacir həyatı yaşayan Cavad Bişetab isə hadisənin ideya müəllifi kimi İmam Camini göstərir. Bişetaba görə Abadan şəhərinin imamı olan Cami kerosin bidonlarının teatra gətirilməsini də təşkil edib.Bəs bu sözdə islam keşikçilərini qeyri islami davranışa vadar edən nə idi? Bişetab qoyduğu sualın cavabını belə verir: "Neft sənayesi işçilərini tətilə təhrik edərək şah rejimini çökdürmək".Mühacir sosioloq Ramin Kamranın təbirincə, mollalar bu yanğınla "İranda Reyxstaqın yandırılması" planını gerçəkləşdirdilər. Bundan sonrası isə əksər azərbaycanlıya və Azərbaycan vətəndaşına məlumdur. Lakin heç bir sosioloq bu işdə inqilab rəhbərinin əli olduğunu istisna etmir."iran-resist.org"-un xəbərinə görə, hadisələri qəlyan çəkən bir molla kurasiya edib. Fələstin Azadlıq Təşkilatının üzvlərindən biri bu şəxsin indiki ali dini lider Xamneyi olduğunu iddia edir.
2001-ci il 10 avqust, Anqola. Fransa beynəlxalq radiosunun (RFİ) xəbərinə görə, UNİTA silahlı qruplaşmasının sərnişin qatarını atəşə tutması nəticəsində 259 nəfər həlak olur, 160 nəfər yaralanır. 1975-də müstəqillik əldə edən Anqolanın tarixində bu ən qanlı hadisə kimi düşür. Bir-neçə həftəyə danışıqlara başlamağı qərara alan hökumət və UNİTA bu hadisədən öz məqsədləri üçün istifadəyə çalışır. Din xadimləri araya girərək həm dövləti, həm də hərbi qruplaşmanı danışığa təhrik etsə də artıq gec idi. 1975-dən bəri ölkədə davam edən çəkişmələr nəticəsində neft və almazla zəngin olan bu ölkənin 1 milyon vətəndaşı həyatını itirib, yüz minlərlə insan isə tərki vətən olub. 22 iyun 1985, Kanada. Vankuver hava limanında Sinqh adlı bir nəfər baqajını "Canadian Pacific Airlines"-ın (CP) Tornto reysi üçün qeydiyyata saldırır və xahiş edir ki baqaj Toronto-Bombey reysinə transfer edilsin. Özü isə təyyarəyə minmir. Təyyarə Torontoya enərkən Sinqhin verdiyi baqajda partlayış olur. Nəticədə 2 işçi həlak olur, 4 nəfər yaralanır.Saat 20.37-də göyərtəsində Avstraliya imperatriçəsi olan təyyarə havaya qalxır. Sinqh isə 38-ci yerə bilet alsa da sərnişinlərin arasında yox idi. 07.15-də "Air İndia"ya ya məxsus təyyarə İrlandiyanın radarlarından itir və partlayış səsi gəlir. Təyyarənin qalıqları İrlandiya sahillərindən 250 km aralıda 2000 metr dərinlikdə aşkar edilir. Terror aktı nəticəsində 307 sərnişin və 19 heyət üzvü həlak olur. Bu hadisə Kanada vətəndaşlarına qarşı törədilən ən böyük hücum idi. Həlak olanların 280-i kanadalı olub. Hadisəni törədən hind mənşəli Kanada vətəndaşı Talwinder Singh Parmar isə 2005-ci ildə Pencabda polislə atışma zamanı öldürülür. Məhkəmə prosesi davam edir.21 dekabr 1988, Lokerbi hücumu. London Nyu-York reysi ilə uçan təyyarə havaya qalxdıqdan 30 dəqiqə sonra Lokerbi qəsəbəsi üzərində partlayır. Hadisə zamanı 270 nəfər, o cümlədən 11 qəsəbə sakini həlak olur. Hadisədə əvvəl İran təqsirləndirilsə də, sonradan Liviya məsuliyyəti üzərinə götürür. Hadisədə təqsirləndirilən Liviya vətəndaşlarından biri - Abdelbaset Ali Mohmed Al Megrahi sərbəst buraxılır, Al Amin Khalifa Fhimah isə ömürlük həbsə məhkum edilir. 2009-da o səhhəti ilə əlaqədar olaraq azad edilir və vətənində qəhrəman kimi qarşılanır. Liviya isə hadisə qurbanlarının hər birinin ailəsinə 100 000 dollar yardım edir. BMT isə Qəddafi rejiminə tətbiq etdiyi sanksiyaları ləğv edir.14 avqust 2007, İraq. Ölkənin şimalındakı Qahtaniyyə və Cəzirə şəhərlərində baş verən seriya hücumlar nəticəsində, amerikan mənbələrinə görə 796 nəfər həlak olub. İraq Qırmızı Xaçı isə 1500-dən çox insanın öldüyünü bildirib. Bu hadisə böyüklüyünə görə yalnız 11 sentyabr faciəsindən geri qalır. Kürdləri hədəf alan bu terrora səbəb kimi 1 həftə əvvəl islamı qəbul etmiş 17 yaşlı qızın (Doaa Khalil Assouad) öz əşirəti tərəfindən daşqalaq edilməsi olub. İraq polisi isə bu hadisədən xəbər tutsa da sözdə "namus cinayəti"nə baş qoşmayıb. Qız alçaldılmaq üçün it cəsədi ilə birlikdə basdırılıb. 26-29 noyabr 2008, Hindistan. "France-Presse"in xəbərinə görə, Bombeydə ard-arda baş verən terror hücumları zamanı 173 nəfər həlak olub, 312 nəfər yaralanıb. Hadisəni törədən terrorçuların əksəriyyəti öldürülüb, cəmi 1 nəfər sağ ələ keçib. Terrorun sifarişçisi kimi tutulan 10 nəfərdən doqquzu Pakistanda yaxalanıb. Digər bir nəfərin isə məhkəməsi Dehlidə davam edir. 1 sentyabr 2004, Rusiya. Şimali Osetiyanın Beslan şəhər 1 saylı orta məktəbinin şagirdləri yeni dərs ilində həyatlarının faciəli şəkildə itirəcəklərini düşünmürdülər. Nə valideynlər, nə də şagirdlər və pedaqoji kollektiv Qafqazın qan içində olduğunu unudaraq dərs sevinci yaşayırdılar. Lakin... saat 9.30-da 30 nəfər terrorçu məktəbi mühasirəyə alır. Müqavimət göstərmək istəyən 5 polis isə hadisənin ilk qurbanı olur. Beləcə məktəbin içində 1500 nəfər əsir alınır. Onlardan yalnız 30-u qarışıqlıqdan istifadə edərək aradan çıxa bilir... Hadisənin 3-cü günü içəridə baş verən partlayışdan sonra xüsusi təyinatlı qüvvələr hücuma keçir. Şahidlərin dediyinə görə, rus snayper belində şəhid kəməri olan terrorçuya atəş açıb və bu səbəbdən də partlayış baş verib. Bundan sonra hərbi texnikanın iştirakı ilə baş verən döyüşdə 31 (32) terrorçu, 331 mülki şəxs, 8 polis və 11 əsgər həlak olur. Hadisədə ümumilikdə 334 nəfər həlak olur, 800-dən çox insan yaralanır. 6 sentyabrda prezident Putin matəm elan edir.17 may 2005-ci ildə isə yeganə sağ qalan terrorçu Nurpaşa Kulayev hakim qarşısına çıxarılır. Heç bir vəkil onu müdafiə etmək istəmir. Yerli əhali isə onun linç edilməsini tələb edir. Məhkəmənin hökmü ilə Kulayevə güllələnmə cəzası kəsilsə də, Rusiyada həmin il ölüm hökmünə moratorium qoyulduğu üçün cəza ömürlük həbslə əvəz edilir. Bu hadisə həm də rus xüsusi təyinatlı qüvvələrinin qeyri-peşəkar davranışını nümayiş etdirdi - halbuki Rusiya rəhbərliyi bu faktı etiraf etmək istəmir.1999-cu il 4 - 16 sentyabr Rusiya. Bu seriya terror aktları tarixə "Rusiyada yaşayış binalarında partlayış" kimi keçib. Buynaksk, Volqodonsk və Moskvada yaşayış evlərinin zirzəmilərində törədilən partlayışlar nəticəsində 307 mülki şəxs həlak olub, 1700-dən çoxu yaralanıb. Hadisədə Əmir Xattabın qruplaşması və əl-Qaidə ilə əlaqəsi olan dağıstanlı silahlılar təqsirli bilinib. Həbs edilən şəxslər isə 3 ildən 24 ilədək azadlıqdan məhrum edilib.Son sözİslam dini terror, ekstremizm, fitnə-fəsad və insan həyatına qarşı bütün təhdidləri lənətləyir. Buna görə də hər hansı qrupun din pərdəsi altında terror həyata keçirməsi dini gözdən salmaq və din düşmənçiliyindən qeyri bir şey deyil. "Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!" (Ən-Nisa 4/93)"Hər kim əmin-amanlıq əhdinə alınan bir kəsi öldürsə, cənnətin iyini hiss etməyəcəkdir". Məhəmməd peyğəmbər (SAV)"...bu cür sui-qəsd partlayışlarını edən insanlar özlərinə zülm etmişlər və bu əməlləri onların cəhənnəm oduna girməsini vacib edir. Bundan Allaha sığınırıq. Həmçinin bu insan şəhid deyildir". (Şeyx Useymin, Səudiyyə Ərəbistanı).Müəllif: Vüqar Ələsgərov/lent.az
| ['terror', '11 Sentyabr'] |
4,798 | https://kayzen.az/blog/aforizmler/7417/t%C9%99rif-haqq%C4%B1nda-aforizml%C9%99r.html | Tərif haqqında aforizmlər | umud600 | Hikmət dənizi və aforizmlər | 15 okyabr 2011, 22:55 |
Tərif əsl fikirlərini gizlədənlərin söylədikləri yalandır. ( Platon) Pis əməl sahibi təriflənəndə ərş titrəyər, Allah qəzəblənər. ( Hz.Əli ə.s. )Qızıl və brilyantda olduğu kimi, tərifin dəyəri də az olmasındadır. ( Samuel Conson: İngilis şairi )Bizi nə qədər tərifləsələr də, özümüz haqqında bizə yeni bir şey öyrətmiş olmazlar. ( Fransua de Laroşfuko: Fransız yazıçısı )
Əgər insanların sənin haqqında yaxşı düşünməklərini istəyirsənsə, özün haqda çox danışma. ( Blez Paskal )
Hamını tərifləyən insan, əslində, heç kəsi tərifləmir. ( Naməlum )İnsanlar sizdən onları tənqid etməyinizi istəsələr də, əslində, istədikləri onları tərifləməyinizdir. ( Somerset Moqam: İngilis yazıçısı )Qəhrəmanlıqlarından davamlı olaraq danışan qəhrəmanlar, nəhayət, qorxaqları belə bezdirir. ( Ralf Valdo Emerson: Amerika filosofu )Tərif - ondan zövq alanları korlamaqdan başqa bir işə yaramaz. ( Jan Jak Russo: Fransız filosofu )Tərifin ən yaxşısı yaxşı insanların söylədikləri tərifdir. ( Beydəba: Qədim Hind filosofu )
| ['aforizmlər'] |
4,799 | https://kayzen.az/blog/maraqli-faktlar/7416/t%C9%99b%C9%99ss%C3%BCm-simvolu.html | <<Təbəssüm simvolu>> | AykaJackson | Maraqlı faktlar | 15 okyabr 2011, 22:20 |
Saatlara aid bütün reklam çarxlarına, afişalara diqqət yetirsəniz görəcəksinizki saatdakı əqrəblər hamıda 10:10-u göstərir. Səbəb: Saatların 10:10 olduğunda oxların düzülüşündən yaranmış forma,hamımızın smayllardan tanıdığı, və tez-tez işlətdiyimiz bu ) gülüş simvolunu xatırladır. <<Təbəssüm simvolu>>Marketoloqlar və brend-menecerlərinın dediyinə görə, oxların bu formanı alması şüuraltı psixologiyaya təsir edir. Reklama baxdığı zaman heç kimdə ruh düşkünlüyü yaranmayacaq. Əgər oxlar 16:40-ı göstərsə idi
bu zaman kədərli təsvir yaranardı. Belə çıxır ki saat gülümsəyir və auditoriyaya pozitiv enerji ötürürBu zaman belə bir sual meydana gəlir: Nəyə görə 14:50 yox məhz 10:10.? Axı 14:50 -də də oxlar təbəssüm formasını alır. Marketoloqlar bu sualı belə cavablandırırlar: Pozitiv və enerjili vaxt daha çox Səhər olur, nahardan sonra yox.Həmdə oxların bu formada düzülüşündə saatın loqotipi, əlavə siferblatlar və bəzəkləri daha aydın görünüür.
| ['Reklamın sirləri'] |