Unnamed: 0
int64
0
6.93k
url
stringlengths
41
313
title
stringlengths
3
153
author
stringclasses
256 values
category
stringclasses
371 values
date
stringlengths
17
23
content
stringlengths
3
89.6k
tags
stringlengths
6
314
4,600
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7893/t%C9%99qval%C4%B1-k%C3%B6l%C9%99.html
Təqvalı kölə
umud600
Düşündürücü hekayələr
2 dekabr 2011, 22:04
Bir bəy hamama getmək istədi. Köləsinə:-Sunqur, oyan, başını yastıqdan qaldır,-deyə səsləndi.-Tası, dəsmalı hazırla, hamama gedək.Sunqur dərhal tası, dəsmalı aldı, bəylə birgə yola düşdü.Yolda bir məscid var idi. Sunqurun qulağına azan səsi gəldi.Sunqur namaza çox bağlı idi.-Mənim ey quluna lütf edən bəyim!-dedi. -Sən bu dükanda bir az otur, səbr et, mən də məscidə gedim, namaz qılım.Sunqur məscidə girdi. Bir az sonra namaz qurtardı, dua edildi. Camaat da, imam da məsciddən çıxdılar.Sunqur gün çıxan vaxta qədər məsciddə qaldı. Bəy onu xeyli gözlədi. Sonra " Ey Sunqur! Niyə çıxmırsan?" deyə səslədi.O da:-Ey mənim hünərli bəyim, məni buraxmır, -cavabını verdi.-Ey üzü nurlu ağam, bir az da səbr et! İndi gəlirəm. Məni gözlədiyini bilirəm, unutmadım.Bəy 7 dəfə səsləndi  və gözlədi. Nəhayət, Sunqurun davranışından bezdi.Sunurun cavabı hər dəfə"Ey möhtərəm bəyim, məni buraxmır ki, çölə çıxım" sözü idi.Bəy"Məsciddə heç kim qalmadı, səni kim buraxmır? Səni orada kim tutub-saxlayır?" deyə soruşdu.-Səni məscidə girməyə qoymayan, çöldə saxlayan məni də məsciddə saxlayır, çölə çıxmağa qoymur.Sənə bu tərəfə addım atmağa izin verməyən mənim də çölə addım atmağıma mane olur.
['düşündürücü hekayə', 'azan səsi', 'namaz']
4,601
https://kayzen.az/blog/poeziya/7892/yol%C3%BCst%C3%BC-s%C3%B6hb%C9%99t.html
Yolüstü söhbət
umud600
Poeziya
2 dekabr 2011, 21:20
- Görən yenə Şuşanın bal dadırmı havası? - Tərtərin nəğməsinə görən kim qulaq asır? - El gedəndən Həkəri necə boğur hirsini? - Yazılı daşlarımız kimə verir dərsini? - Bizləri unutdumu görən Göyçə, Zəngəzur? - Təbriz niyə danışmır, Ərdəbil niyə susur? - Bu ehkam dağılanda qatmazlar ki aranı? - Nə qədər vaxt gərəkdi sağaldaq bu yaranı? …Hər sözün başı sual, hər sualın sonu qəm, Bu qəmlərin ardından qəmsiz səhər görürəm! Deyirsən bitəcəkmi bu ağrılar? - Bitəcək! Ömrümüz o günlərə yetəcəkmi? - Yetəcək! Ovacağıq Şuşada düşmənlərin burnunu, Erməni kimdi türkün sındıra qürurunu?! Bu da rusun fitvası? bu da bir sirdi olub, Yoxsa o bizi yensin? Hansı əsrdə olub? Bu köç geri dönəcək, səfərdən dönən kimi, Dağlar da dikələcək ruhumuz dinən kimi! Qurulacaq Qarabağ əzəlkindən daha şən! Bərdədən Göyçəyəcən!.. Sağalacaq yaralar olsa nə qədər dərin, Belini dikəldəcək qocaman Xudafərin. Ağdamın ağ damları, Qızılgül hasarları, Kəlbəcər yaylaqları, Ala göllər üstündə Sazın coşan çağları. Hər bulağın üstündə uzanan məclisimiz, İşıqlı dağınacan işıq saçan izimiz, Türbələr, qurbangahlar, Didərgin ruhlarımız, Sərvətimiz, varımız... Üç çadırlı obadan min evli kəndlərəcən, Kağız üstə yarımçıq cızılan bəndlərəcən, İlxıların atından sürünün itinəcən, Həkəri balığından Murovun südünəcən Hər şey dönəcək geri, tutacaq öz yerini, Elimiz unudacaq bu sınıq günlərini. Dağlara ruh gələcək - Şikəstədən, Muğamdan, Farsın, rusun əlini üzəcəyəm yaxamdan... Başını dikəldəcək yurdumda əlli milyon! Bu birlik türküsünü qitələr eşidəcək. Gəncədən Naxçıvana, Naxçıvandan Qəzvinə Əngəlsiz, maniəsiz yollarım çəkiləcək... Sümüyə dirənibsə əsarət bıçaqları, Qapımın ağzındadır, demək, xoşbəxt çağlarım! Tarix qatarlarını saxlamaz öz yolundan Kiminsə doğuluşu, kiminsə öləcəyi, Azərbaycan içində sınmazdır diqqətlə bax! Xalqın ruhu bütövsə –bütövdür gələcəyi!Sabir Rüstəmxanlı
['Sabir rüstəmxanlı', 'Qarabağ']
4,602
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7873/g%C3%BCnah%C4%B1n-qoxusu.html
Günahın qoxusu
umud600
Düşündürücü hekayələr
1 dekabr 2011, 21:17
Hindistanda bir dəstə yoldaş birlikdə gəzməyə çıxmışdı. Yolları bir Allah dostunun yanından keçirdi. Bu mübarək şəxs onlara bu nəsihəti verdi: - Qarşınıza fil balaları çıxa bilər. Nə qədər ac olsanız da, məbada onları kəsib ətlərini yeməyin! Əgər yesəniz, anaları sizi məhv edər! Həmin yoldaşlar söhbətdən sonra yenidən yola düşürllər. Uzun-uzadı səyahətdən sonra bərk acırlar. Bir az sonra qarşılarına bir fil balası çıxır. Allah dostunun verdiyi nəsihətə qulaq asmayıb fil balasını kəsir, ətini də yeyirlər. Onlardan biri Allah dostunun nəsihətinə qulaq asır və bu ətdən bir tikə belə yemir. Qarınları doyan bu insanlar fil əti yeməyən yoldaşlarına yazıqları gələrək baxırlar. Gecə yatdıqları anda ana fil gəlir və balasını tapa bilməyəndə dəli kimi olur. Yuxuya gedən bu yoldaşların bir-bir ağzını iyləyir. Balasının iyini aldığı hər ağız sahibini xortumu ilə tutaraq parçalayır. Balasının ətini yeməyən şəxsi də belinə mindirib gedəcəyi yerə aparır. Fil ətinin özünəməxsus qoxusu olduğu kimi, hər günahın da bir növ qoxusu var. İnsan dünyasını dəyişəndə mələklər o qoxulardan kimin nə günahı varsa anlayarlar. Günahdan uzaq olmuş insan pis qoxudan uzaq olduğu üçün dərhal bəlli olar. Bu səbəbdən də bütün gözəlliklərin mərkəzi olan Cənnətə aparılar.
['Düşündürücü hekayə', 'fil balası', 'qoxu']
4,603
https://kayzen.az/blog/moda/2954/cins-paltar.html
Cins paltar
burla xatun
Moda dünyası
1 dekabr 2011, 00:33
Dar cinslərdən tutmuş enli cinslərədək hamısı bu gün dəbdədir. Hər bir hava şəraitindən, bütün dəb şıltaqlıqlarından asılı olmayaraq qarderobumuzda cins həmişə yuxarı asılqandadır. Niyə? Əsr yarımdır, bu geyim növünə sevgi azalmır. Niyə? Əvvəla, əfsanəvi dərəcədə universal geyimdir. İkincisi əyinə ideal oturan cinslər yaxın dost kimi səni heç vaxt, heç yerdə darda qoymaz. Belə cinslərin bu gün əsas 5 növü mövcuddur: 1. Dar skinny cinslər 2. Düz cinslər 3. Enli cinslər 4. ultra-ceqqinslər 5. Boyfriend jeans Sözsüz dar skinny cinslər zəmanəmizin əsas qəhrəman geyimidir. Belə cinsləri tufli və yay ayaqqabılarla ayaqda çox gözəl gürünür, hətta bir qədər cəlbedici görünür. Bu dəbin gözəlliyini, yaraşığını görmək istəyirsinizsə Viktoriya Bekhemin və yaxud Keyt Mossun stilinə nəzər salın. Belə cinslər bədənin qamətindən asılı olaraq kişisayağı dar pencəklə yaxşı görünür. Düz cinslər isə, bütün dövrlərdə klassik geyim forması olaraq qalır. Belə cinslər istəhilən vaxt klassik şalvarları əvəz edə bilər. Belə şalvarlarla tək köynək və istənilən ayaqqabı da geyinmək olar. Üstünlüyü bir də ondadır ki, belə cins şalvarlar ayaqları ilk baxışdan uzunsov göstərir. Enli cinslər bizi 60-cı illərin hippi xatirələrinə aparır. Bu illərdə klyoş-cinslər çox dəbdə idi. Əsas aksessuarları qolbaq, təbii dəridən olan çantalar, platformalı ayaqqabılar olan cinslər bu gün də dəlicəsinə dəbdədir. Ceqqins — illərin dəbdə inqilabi kəşfdir. Bu ad cins leqqins və adi cinslərin birləşməsindən hazırlanıb. Belə cinsləri Lindsi Lohan kolleksiyasında tanış olmaq olar. Belə cinslərlə dükan, bazara getmək olar. Ceqqinsləri ultra qısa donla və yaxud uzun köynəklə geyinmək olar. Boyfriend jeans. Belə geyimli cinsləri xanımlar çox sevir. Kişisayağı, düz, enli-geniş cinslər bu gün daha çox dəbdədir. Belə geyimlər kətan, pambıq maykalarla və kişi aksessuarları :şlyapa, botinka ilə yaraşıqlı görsənir. Bəstəboy qızlar belə cinsləri geyinəndə çox ehtiyatlı olmalıdır. Çünki boyfriend cinslər xanımların ayaqlarını qısa, boyunu isə daha bəstə göstərir. Denim (cins parça) çoxdandır ki, təkcə şalvar tikilən material deyil. Hazırda istənilən geyim növünü, hətta aksesuarları denimdən hazırlamaq mümkündür. Yubka Cins yubka dəbə ötən əsrin 70-ci illərində gəlib. 80-90-cı illərdə cins yubkanı bütün dünyada qarderobun qeyri-rəsmi geyim növü kimi geyinməyə başladılar. O zaman yubkanın uzunluğu dizə qədər, forması isə düz olurdu. Həmçinin diskotekalarda çox məşhur olan mini-variantlar da var idi. Özünə cins yubka almaq istəyən xanım bir neçə kriteriyə əməl etməlidir: onun forması bədən quruluşuna uyğun gəlməlidir. Hətta nazik denim belə kifayət qədər bərk parçadır, ona görə də artıq çəkinizi örtəcək silkələnən yubka əldə edə bilməyəcəksiniz. Cins yubka həmişə omba hissədə tam oturur, onu həqiqətən vurğulamaq istədiynizi yaxşı düşünün. Paltar Cins paltar qarderobun must-have (mütləq olmalı) geyim növləri arasındadır. Dizaynerlər cins donu hündürdaban platforma və çoxlu zəncir bəzək əşyaları ilə uyğunlaşdırmağı məsləhət görürlər. Cins sarafan səyahətdə, istirahətdə və sadəcə şopinq zamanı köməyinizə çatacaq. O, rahatdır, hərəkətlərinizi məhdudlaşdırmır. Qarderobun sadə predmeti sayılan cins paltarlar yay və payızda çox aktualdır. Ötən il kantri üslubunda tikilən donlar, hazırda hippi üslubuna uyğunlaşdırılır. Jaket Bu mövsüm 70-ci illərdə olduğu kimi cins jaketlər çox dəbdədir. Onun populyarlığı onunla izah olunur ki, belə jaketi demək olar, hər şeylə uyğunlaşdırmaq olar — sadə ağ topla, şalvar və uzun romantik ətəklə, hər şey seçilən modeldən asılıdır. Cins jaket rahat, praktik və yüngüldür. Onu həm cins şalvarla, həm də istənilən başqa geyimlə uyğunlaşdırmaq olar. Jaket geyiminizi tamamlayacaq, yay və narın payız yağışından qoruyacaq. Şalvar Bu ilin lideri boyfriends jeans, yəni kişi şalvarı üslubunda olan cinslərdir. Belə cinslərin fasonu kişi cinslərinə maksimal dərəcədə uyğunlaşdırılıb. Adətən düz formada olub, hərəkəti məhdudlaşdırmır, bədən ölçülərini vurğulamır. Belə cinslər, adətən ətəyi qatlanmış formada, bosonojka və nazikdaban tuflilərlə geyilir. Yay istirahətində onları səndəl və sadə topla, payızda isə pencək və batilyonla geyinmək olar. Beləliklə hər zövgə uyğun cins var. Zövgünüzə uyğun seçin, geyinin. Qarderobunuzdan cinslər heç vaxt əksik olmasın. Həmçinin bax: Qadın şalvarları haqqında
['cins paltar', 'cins geyimlər', 'cins', 'stil']
4,604
https://kayzen.az/blog/Silen_ce/7871/allah-b%C3%B6y%C3%BCkd%C3%BCr.html
ALLAH BÖYÜKDÜR...
Silen_ce
Bloq: Silen_ce
30 noyabr 2011, 21:44
Bir gün okeanda yol alan bir gəmi qəzaya düşərək batır. Gəmidən sağ xilas olan adamı, dalğalar kiçik, kimsəsiz bir adaya qədər sürüyür.Adam ilk günlər özünü qurtarmasını üçün ALLAHa yalvardı və kömək taparam ümidiylə üfüqə baxdı. Amma nə gələn oldu, nə gedən.Daha sonra küləkdən, yağışdan və zərərli heyvanlardan qorunmaq üçün ağac budaqlarından və yarpaqlardan bir daxma tikdi. Sahildə tapdığı, gəmidən arta qalan konserv, kompas kimi əşyaları bu daxmaya qoydu.Günlər həmişə eyni şəkildə keçirdi. Balıq ovlayır, bişirib yeyir və üfüqü müşahidə edir, özünü qurtarması üçün ALLAHa dua edirdi. Bir gün şirin su gətirmək üçün yürüyüşə çixdı və geri döndüyündə daxmasının alovlar içində yandığını gördü. Tüstü, rəqs edə edə göyə yüksəlirdi. Başına gələ biləcək ən pis şey idi bu.Kədər və hirs içində dondu qaldı. İndi bu kimsəsiz adada, başını soxa biləcəyi bir daxma belə qalmamışdı. "ALLAHım, bunu mənə necə edə bildin?" deyə fəryad etdi. O gecəni kədər və üzüntü içində keçirdi. O qədər dua etdiyi halda, başına bu hadisə gəldiyi üçün ALLAHa sitəm etdi.Ertəsi səhər erkən saatlarda, adaya yaxınlaşmaqda olan bir gəminin fit səsiylə oyandı!Əldən düşmüş adam özünü qurtaranlardan soruşdu: "Mənim burada olduğumu necə anladınız?"Cavab onu həm çaşdırdı, həm də utandırdı:"Tüstülə verdiyiniz işarəni gördük!"Bəzən başımıza gələn pis hadisələr ALLAHın bizə bir lütfü ola bilər..Odur ki,hər şeyə səbr edib, şükr etmək lazımdır..Hər işdə bir xeyir var..Bizim üçün ən yaxşısın ALLAH bilir...
['Allah böyükdür']
4,605
https://kayzen.az/blog/Ferid_Zeynalli/7868/xanim-z%C9%99hraya-aid-g%C3%B6z%C9%99l-%C5%9Feir.html
Xanim Zəhraya aid gözəl şeir
Ferid_Zeynalli
Bloq: Ferid_Zeynalli
30 noyabr 2011, 17:56
Səni sordum çiçəklərin şahına, Qızılgül boynunu bükdü ağladı. Lalə səcdə qıldı haqq dərgahına, Yasəmən göz yaşı tökdü ağladı. Nərgiz nalə çəkdi qan yaş tükərək, Sünbül ey, vay dedi içinə çəkərək. Süsən məsum-məsum boyun bükərək, Döndü Gülustana baxdı ağladı. Rehan olmaz dedi belə bir zülüm, Gül dedi kaş mənə gələydi ölüm. Sizə necə qıydı o qanlı zalım, Mismardan qızıl qan axdı ağladı. Od vurulan qapı din qapsıydı, Ümmətə Rəhmətin son qapısıydı. Oysa onlar üçün kin qapısıydı, Zülüm ərşi əlaya çıxdı ağladı. Bir çiçək misalı solunca Zəhra, Qapı arxasında qalınca Zəhra  Zalım zərbəsiylə ölüncə Zəhra, Alinin güşəsi çökdü ağladı....(((((((
['İslam']
4,606
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7867/%C3%A7%C3%BCr%C3%BCk-almalar.html
Çürük almalar
umud600
Düşündürücü hekayələr
30 noyabr 2011, 14:47
Atı ilə səyahət edən bir şəxs yatan birinin açıq qalmış ağzına bir ilanın girdiyini gördü. Atını sürətlə çapdı, amma həmin şəxsə çata bilmədi. Gəlib çatanda isə ilan tam olaraq onun ağzına girmişdi. Dərhal onu oyandırdı. Onun kefi pozulmuş və narahat olmuşdu. Ancaq itiriləcək vaxt da yox idi. Onu zorla, hətta sürüyərək bir alma ağacının altına gətirdi. Ağacdan tökülmüş çürük almaları zorla ona yedizdirdi. O, atlının əlindəki toppuzun qorxusundan hər istədiyini məcburən edirdi. Zorla yediyi almalardan sonra sıra qaçmağa gəlmişdi. Yenə təhdid edərək " indi sıra qaçmağa gəldi. Haydı, dayanma! " dedi. O, can qorxusu ilə qaçmağa başladı. Təbii ki, bu əsnada ürəyi bulandı və qusdu. Sanki içi çölünə dönmüş, mədəsindəkilər olduğu kimi çölə çıxmışdı. O şəxs qusmağı içində nəhəng bir ilanın da olduğunu görüncə birdən sevindi. O ana qədər hirsləndiyi və lənət oxuduğu atlıya min kərə təşəkkür etdi. Mövlana yatan şəxsi qəflət yuxusunda olanlara bənzədir. Xəbərdar edən atlı isə peyğəmbərlər və vəlilərdir. İlan hər zaman pisliyi əmr edən nəfsdir. Atlının o şəxsi döyməsi, çürük alma yedizdirməsi və qaçdırması isə irşad edənin insan üçün tətbiq etdiyi tərbiyə üsuludur. Bütün bu səylərin sonunda ağızdan ilanın çıxması isə nəfsin hakimiyyətindən qurtulmaqdır. Bütün bu çətin və acı işlərə nə üçün ehtiyac var? Bu suala cavab olaraq Mövlananın bir cümləsi kifayətdir: - Kal noxudun bişməsi üçün qaynar suya atılması lazımdır. Mövlana kal noxudun yetkinləşmə hekayəsini belə anladır: - Bax! Noxud qazanda atəşin təsiri ilə necə yuxarıya doğru sıçramağa başlayar. Qaynayarkən daima yuxarı çıxar, fəryad edər, yüzlərcə coşqunluq göstərər: " Niyə məni atəşə atıb qaynadırsan? Məni satın aldın, nə üçün məni bu hallara qoyursan? " deyər. Noxudu bişirən qadın da çömçə ilə vurub deyər ki,: " Səni qaynadıram, amma bu mənə nifrət etməyin üçün deyil, dadlanmağın üçündür. Qida halına gəlməyin, cana qarışmağın üçündür. Yəni bu atəş imtahanı səni xor görmək üçün deyil. Baxçada sular içdin, yaşıl və təzə hala gəldin. O su içməyin bu atəşə düşməyin üçündür. Allahın rəhməti qəzəbindən irəlidir. Onun rəhməti ilə sən imtahana düşərsən ".
['Düşündürücü hekayə', 'Mövlana', 'nəfs']
4,607
https://kayzen.az/blog/maraqli-faktlar/7866/rokfeller-nec%C9%99-yax%C5%9F%C4%B1la%C5%9Fd%C4%B1.html
Rokfeller necə yaxşılaşdı?
umud600
Maraqlı faktlar
30 noyabr 2011, 10:01
Con Davison Rokfeller 43 yaşında ikən dünyanın ən böyük inhisarını - " Standart Oyl Kompani" -ni yaratdı.Lakin 53 yaşında ikən əsəb gərginliyi keçirib zəiflədi və mədə xəstəliyinə tutularaq, saçları vıə kirpikləri töküldü. Başı saçsız və qorxulu görünüşdə olduğu üçün parik taxmaq məcburiyyətində qalmışdı. Dünyada ən varlı insan olmasına baxmayaraq, hətta dilənçinin də imtina edəcəyi pəhriz yeməkləri ilə yaşayırdı. Rokfelleri bu vəziyyətə salan nə idi? Pula elə bağlanmışdı ki, ticarətdə gəlir etdiyi zaman rəqs edir, şapkasını yerə atıb, ətrafında hərəkət edirdi. Lakin pul itirdiyi zaman xəstələnirdi. Bir dəfə Qreyt Leksin üzərindən 40 min dollar dəyərində buğda aparmışdı. Çox bahalı hesab etdiyinə görə 150 dollarlıq sığortanı qəbul etməmişdi.Həmin gecə Eria gölü üzərində müdhiş fırtına qopdu. Rokfeller, yüklədiyi ərzağı itirməkdən o qədər qorxurdu ki, o biri gün səhər şəriki Corc Qardner otağa gəldiyi zaman, onu otağında o başa, bu başa gəzdiyini gördü. Qardnerə: " Tez ol, əgər gec deyilsə, sığortanı imzalayıb - imzalamamağı aydınlaşdıraq" - dedi. Qardner tez bir zamanda şəhərə endi və sığortanı imzaladı. Lakin ofisə qayıtdığı zaman, Rokfeller daha əsəbi halda idi. Çünki həmin anda bir teleqraf almış və yükün fırtınadan xilas olaraq heç bir zərər çəkmədən lazımi yerə çatdığını öyrənmişdi. 150 dolları boş yerə xərcləmişdi. Bu səbəbdən xəstələnmiş və evə gedib yatmışdı. Halbuki onun gəliri minlərlə dollar idi. Lakin 150 dollar səbəbilə sanki həyatının sonu idi. Heç kim onu sevmirdi. Hətta onun qardaşı da ona nifrət edirdi. Şəxsi həyatı təhlükə altında idi. Artıq şəkilləri hər yerdə ticarət həyatənda məğlub olan rəqibləri tərəfindən ayaq altına atılırdı. Belə ki, bütün bunlara görə səhhəti pisləşmişdi. Nəhayət həkimlər onu şok vəziyyətinə salacaq xəbəri bildirdilər. Artıq iki yoldan birini seçməli idi: Ya pulunu və məyusluqlarını, ya da həyatını... Bu haldan çıxmayacağı təqdirdə öləcəyini bildirdilər. Rokfeller, həkimlərin tövsiyəsi ilə işindən imtina etdi və özünə diqqət etmək fürsəti əldə etdi. Başqa insanlar haqqında da düşünməyə başladı. Yəni ilk dəfə nə qədər gəlir əldə edəcəyini bir yerə qoyub, pulu ilə bəşəriyyətə necə xidmət edəcəyi ilə maraqlanmağa başladı. Ən əvvəl məbədlərə pul göndərməyə başladı. Miçiqan gölünün ətrafında kiçik bir kollecin pul çatışmamazlığı səbəbilə bağlanma təhlükəsi olduğunu öyrəndikdə, milyonlarından bir qismini sərf edərək, onu bugünkü Çikaqo universiteti halına gətirdi. Zəncilərə kömək etməyə çalışırdı. Tuskeqi adlı zənci kollecinə də böyük məbləğdə yardım etdi. Çəngəl qurdu adlanan mikroblara qarşı aparılan mübarizəyə qoşuldu. Həmin mikrob haqqında mütəxəssis olan Çarlz həmin xəstəlikdən bir xəstəni xilas edəcəyini, lakin bunun pulunu kimin verəcəyini dediyi zaman, pulu Rokfeller ödədi. Bu xəstəliyə qarşı milyonlarla dollar sərf edərək, böyük bir təhlükənin qarşısını aldı. Belə ki, bütün bunlardan sonra Con Rokfeller, insan haqqında düşündüyü və onların mənafeyi naminə çalışdığı üçün, zehnində və qəlbində rahatlıq tapdı. Bəli, nəhayət razı və xoşbəxt oldu. 53 yaşında pul hərisi Rokfeller, ölümlə üz-üzə qaldığı zaman, insanlar haqqında düşünüb xeyriyyəçilik məqsədilə pul xərcləməyə başladıqda, həyatı dəyişdi və 98 yaşına qədər yaşadı.
['Rokfeller', 'pul hərisi']
4,608
https://kayzen.az/blog/fotosessiya/7865/%C5%9Fokoladdan-haz%C4%B1rlanm%C4%B1%C5%9F-heyk%C9%99ll%C9%99r.html
Şokoladdan hazırlanmış heykəllər
BaKiNeC
Fotosessiya
30 noyabr 2011, 09:15
ABŞ-ın Texas ştatındakı San-Antonio şəhərində yaşayan aşpaz Deniel Kidl əsl şokolad ustasıdır.O, şokoladdan müxtəlif fiqurlar və heykəllər hazırlamağı çox sevir.Şokolad həvəskarları üçün xüsusi olaraq ) Səhər tezdən baxmağı məsləhət görmürəm ))
['Şokoladdan hazırlanmış heykəllər', 'şokolad heykəlləri']
4,609
https://kayzen.az/blog/umud600/7864/itiril%C9%99nl%C9%99r.html
İtirilənlər
umud600
Bloq: umud600
30 noyabr 2011, 00:31
Bir gün insan vergülü itirdi; o zaman çətin cümlələrdən qorxdu və sadə ifadələrdən istifadə etməyə başladı. Cümlələri sadələşən kimi düşüncələri də bəsitləşdi. Başqa bir gün isə nida işarəsini itirdi. Alçaq səslə, səs tonunu dəyişdirmədən danışmağa başladı. O, artıq heç nəyə əsəbiləşmir, heç nəyə də sevinmirdi. Həm də heç nə onda ən kiçik bir həyəcan da yaratmırdı. Bir müddət sonra isə sual işarəsini itirdi və daha sual vermədi. Artıq heç nə onun üçün maraqlı deyildi... Nə kainatla, nə dünya ilə, nə də özü ilə maraqlanmırdı. Bir neçə il keçdikdən sonra iki nöqtə işarəsini də itirdi və davranışının səbəblərini başqalarına izah etməkdən imtina etdi. Ömrünün sonuna doğru isə onun əlində yalnız dırnaq işarəsi qalmışdı. Özünə məxsus olan heç bir düşüncə və fikri yox idi, yalnız başqalarının düşüncələrini təkrar edirdi. Ən axırdakı nöqtəyə gələndə isə düşünməyi və oxumağı tamamilə unutmuş bir vəziyyətdə idi. Ey insan! sən özünü niyə kiçik zərrə sanırsan? Halbuki səndə aləmlər vardır və içində hər şey yazılıdır. Lakin qaranlıqlar və pərdələr qoymur ki, öz içindəkiləri oxuyasan! Burax bu bədbinliyi ki, sıxıntılarından qurtula biləsən. Dünyanın gözəlliklərini görə-görə sevinməmək mümkünmü? Unutma ki, hər kədərin bir sevinci vardır. Bil ki, sənin kədərinin ən yaxşı dərmanı səbrdir. Səbr sənə zəhər kimi görünə bilər, fəqət səbri olmayanlar nə qədər də yoxsuldurlar. Ey Adəm oğlu! özünü hər şey barədə sağlam düşünməyə öyrəşdir, ruhunla danış. Bu ki, sənin başlıca qabiliyyətindir, həm də ən böyük ibadətindir. Düşün ki, daxilindəki həqiqətləri də aşkar edə biləsən. Bil ki, həyatın çox qısa, vaxtınsa məhduddur. Odur ki, dəyərli kitabları oxu ki oxuduğundan da bəhrələnə biləsən. Oxuduğun dəyərli kitablar səni kamilləşdirəcəkdir. Axtardığın hər şeyi özündə tapacaqsan. Sən ki, danışa bilirsən, bu da sənin ən böyük üstünlüyündür. Unutma ki, insan dünyadan böyükdür, ancaq Yaradan ondan da böyükdür.
['insan', 'qabiliyyət', 'düşüncə']
4,610
https://kayzen.az/blog/Nail%C9%99_Qasarayeva/7848/%C9%99n-murdar-yer.html
Ən murdar yer
Nailə_Qasarayeva
Bloq: Nailə Qasarayeva
28 noyabr 2011, 22:36
Bir filosof öz var-dövləti, şan şöhrəti ilə fəxr edən bir varlının evində imiş, söhbət vaxtı tüpürməyi gəlir, sağa -sola baxır, münasib bir yer tapmadığı üçün ağzının yığılmış tüpürcəyini ev sahibinin üzünə tüpürür. Orada olanlar məlamət və məzəmmətə başlayırlar. Filosof deyir: -Ədəb və nəzakət qaydaları tələb edir ki, tüpürcək ən çirkin və ən murdar yerə tüpürülsün, mən də nə qədər ətrafıma göz gəzdirdimsə, nadanlıqda şöhrət tapmış bu kişinin üzündən  daha murdar və çirkin yer tapmadım. (Əxlaqi Nasiri) Var-dövlət yığmaqdır  kimin adəti, Doğruluq gözləmə sən ondan qəti. (Ə.X.Dəhləvi) Pulu hər şeyə qadir hesab edən adamlar, özləri üçün hər şeyə qadirdilər. Pul ağıllı adamlar üçün vasitə, axmaq adamlar üçün məqsəddir.
['nadanlıq', 'var-dövlət', 'pul']
4,611
https://kayzen.az/blog/maraqli-faktlar/7831/aydak%C4%B1-%C3%A7a%C4%9F%C4%B1r%C4%B1%C5%9F.html
Aydakı çağırış
umud600
Maraqlı faktlar
28 noyabr 2011, 17:10
1969-cu il, 16 iyul, saat 9:31 Florida ştatının isti və boğucu havasına baxmayaraq 55 ölkədən 3493 müxbir və 1 milyona yaxın insan bir neçə kilometrlik məsafədən zərif bir raketin kosmosa qalxmasını gözləyirdi. Lakin bu hadisə ilə maraqlanan adamların sayı yalnız bununla bitmirdi. Yer üzünün müxtəlif bölgələrində olan milyonlarla insanın diqqəti bu raketə yönəlmişdi. Belə bir həyacana səbəb olan və bəlkə də dünya xəlq ediləndən bəri ən çox maraq doğuran bu hadisə nədir? Bu sualın cavabını kosmik raketlər sahəsində mütəxəssis olan Berner fon Braunun dilindən dinləyək: " İndiyə qədər Aya gerçəkləşdirdiyimiz insansız uçuşlar bizə çoxlu yeni məlumatlar vermişdi. Lakin Nil Armstronqun Ayın səthində atdığı ilk addımlar bəşər tarixinin yüksəlişində yeni pillələr təşkil edəcəkdir". Bəli, insan övladı həyatın beşiyi olan bu planetdən ayrılacaq və ilk dəfə başqa bir torpağa ayaq basacaqdı. Saat 9:32" Apollon-11" kosmik gəmisinin güclü saturn mühərriklərindən püskürən alov və duman Aya ilk dəfə ayaq basan və içində astronavtların ( Nil Armstronq, Edvin Oldrin və Mayk Kollinz ) olduğu raketi bu dünyadan ayırır. " Apollon-11 " kosmik gəmisi Yerdən qalxandan tam 102 saat 47 dəqiqə sonra ehmalca Ayın üzərinə düşür və Nil Armstronq 9 pilləli nərdivanı enərək Aya ilk dəfə ayaq basan insan olmaq şərəfinə nail olur. Lakin Armstronqun 14 ildən sonra gəlib yetişəcəyi məqam ona Aya ayaq basmağın verdiyi şərəf hissindən daha böyük bir şərəf gətirəcəkdi. Bəli, aradan 14 il keçir və 1983-cü ilin fevral ayı gəlir. Armstronq bir konfransda çıxış etmək üçün ilk dəfə olaraq bir müsəlman ölkəsinə- Misirə gedir. Konfransın sonuna yaxın bir vaxtda Armstronqun sanki sehrlənibmiş kimi oturduğu yerə yapəşdığını  və donub qaldığını görürlər. O, pəncərələrdən içəri süzülən bir səsi dinləyirdi və üzünün ifadəsindən də açıq görünürdü ki, o bu səsi sanki əvvəllər də dinləyib. Armstronq bu səsin nə səs olduğunu soruşanda  yanındakı adamlar onun azan səsi olduğunu bildirib" Bu səs Allahın qüdrətini kainata elan edən və biz insanları qurtuluşa səsləyən ilahi bir dəvətdir" deyə söyləyirlər. Armstronqun bundan sonra dediyi sözlərdən adamın tükləri ürpəşir: - Bu səs Aya ilk ayaq basdığım zaman eşitdiyim və tüklərimi ürpədən səsdir. Əvvəlcə qulaqlarımın uğuldadığını güman etdim, lakin sonradan bu səsi yenidən eşitdiyim zaman heyrətlənib titrəmişdim. Konfrans salonunda heç kimin səsi gəlmir və hamı azan səsini dinləyirdi. Armstronqun ruhunda qopan fırtına azanın bitməsinə qədər davam edən qısa bir müddət ərzində onun İslam dinini seçməsinə səbəb olacaqdı. Aya yüksəlməklə insan övladına aid ilk addımları atan Armstronq eyni zamanda mənəvi yüksəlişin də ilk addımlarını atmış oldu.
['Apollon-11', 'Nil armstronq', 'ayda azan səsi']
4,612
https://kayzen.az/blog/marketinq/7804/reklam-i%C5%9Fi-az%C9%99rbaycanda.html
Reklam işi Azərbaycanda
Azərbaycan
Marketinq
28 noyabr 2011, 15:39
Reklamçıların indi hər bir istehlakçının “beyni” üçün vuruşduğu dövrdə yaşayırıq. Əslində Azərbaycanda reklam bumu ötən əsrin 90-cı illərində başladı və insanlar illərlə informasiya qıtlığında yaşadıqları üçün bu reklamlar onlar üçün bir növ “qida” mənbəyi rolunu oynadı. Həmən dövrdə hansısa reklamda səslənənlər hətta dillər əzbərinə çevrilirdi. Küçələrə vurulmuş reklam lövhələri isə diqqətlə izlənirdi. Sonralar məlumat mənbələrinin sayı artdıqca insanlar daha az reklamları yadda saxlamağa və nəzər yetirməyə başladı. Əvvəllər televiziya, qəzet və radio mənbələri var idisə, indi küçədə hər addımbaşı yerləşdirilmiş bilbordlar, İnternetdə banerlər, magazalarda asılan plakatlar, evlərə və hətta ofislərimizə göndərilən kitabcalardan, belə demək mümkünsə, təngə gəlirik. Bizim üçün yeni olan reklamın bu və ya digər dərəcədə bazarı formalaşmaqla ənənələri yaranıb. Reklam işini nəzərdən keçirəndə demək olar ki, bu sahədə reklam verən, reklam vasitəsi və istehlakçı arasında dairə qapanmadığından bizdə reklam mədəniyyəti tam formalaşmayıb. Reklamı harda izləyərlər? Televiziya əsas reklam mənbəyimiz olaraq qalır. Demək olar ki, reklam izləyənlərin yarısı televiziyanın imkanlarından bəhrələnir. Və bunların da müəyyən hissəsi burada nümayiş etdirilən reklamlara etibar edir. Maraqlısı da odur ki, TV reklamı çox cüzi faiz insanı reklam olunan məhsuldan istifadə etməyə həvəsləndirir. Deməli, televiziyada gedən reklamlara hələ də etibar yoxdur və onların yalan olduqlarını hesab edənlər var...Məşhurluğuna görə ikinci yerdə küçədə yerləşdirilən reklam şitləri (bilboard) və magazalardakı plakatlar durur. Lakin əgər 5 nəfər küçə reklamlarına fikir verirsə onlardan yalnız biri həmin yerlərdə gördüklərinə inanır. Radio reklamı diqqəti cəlb etməsinə görə reytinqin üçüncü pilləsində saymaq olar. Burada da reklamı izləyənlərlə, ona inananlar arasında ciddi faizli fərq var. Son dövrlərdə daha geniş yayılmış avtobusların üzərində olan reklamlar isə yeni məlumat mənbəyidir. İnsanların avtobuslarda olan reklamları görmələrinə baxmayaraq, demək olar ki, nəqliyyatda reklamı söhbət mövzusuna çevirib, reklam olunan məhsula maraq göstərən yoxdur. Bir faktı xatırladım. Mətbuat aləminə qədəm qoyan bir qəzetin marşrut avtobuslarına böyük həcmli reklamı yerləşdirilmişdi. Lakin reklam effekt vermədi və qəzet də uğursuzluğa düçar oldu. Avtobuslarda reklam yerləşdirənlərin düşünməklərinə dəyər… Bunun ardınca isə metro stansiyalarında, qəzet və jurnallarda reklam, İnternetdə reklam və sairlərini göstərmək olar. Reklam və inam Görəsən, biz niyə reklamlara etibar etmirik? Hələ də çoxluq bu fikirdədir ki, reklam malın keyfiyyətli olmasına zəmanət verən göstərici deyil. Bəlkə ona görə ki, bu gün pul verib keyfiyyətsiz nəsnəni də reklam etmək olar. Amma əslində reklam şəffaflığın sinonimi olmalıdır. Hər hansı bir mal reklam edilirsə, demək, o, bazarda öz yerini tutur və hansı malın reklamı yoxdursa, ondan ehtiyat etmək lazım gəlməlidir. Bilməliyik ki, mal səhiyyə nəzarətindən, ekspertlərin rəyindən keçərək reklam olunur. Tutaq ki, bir telekanal qənd sexlərindəki antisanitariyadan qalmaqallı verilişi ekrana çıxarır və üstündən az keçməmiş bu sexlərin malı elə həmən telekanaldaca reklam olunur. Halbuki həmən verlişə qədər heç həmən sexlər o telekanala reklam vermirdilər. Küçə reklamlarında isə istehlakçıya düzgün informasiya verilmir. Burada “ən”, “təkcə”, “yalnız” kimi qeyri-dəqiq terminlərdən geniş istifadə olunur. Eyni ərzaq məhsulu istehsal elən müxtəlif şirkətlərin hər biri özü-özlüyündə, məsələn, ”ən yaxşı" və ya “ən dadlı” sözünü işlədir. Burada da istehlakçıda çaşqınlıq yaranır. Yaddan çıxarmaq olmaz ki, “ən yaxşı”, “ən dadlı” və digər bu kimi sözləri yalnız və yalnız tamaşaçı, istehlakçı deyə bilər. Ümumiyyətlə isə kreditli mal alışı ilə bağlı olan reklamların əksəriyyətində məlumatlar bilərəkdən tam verilmir. Deyilən ünvana yollanan alıcı isə şərtlərin heç də sərfəli olduğunu görmür. Reklamını göstər,deyim kimsən Reklamın əhəmiyyəti əmtəə və xidmətlərin mövcudluğunu geniş auditoriyaya çatdırmaqdır. Reklam pullu fəaliyyət növüdür, həm də incəsənətin bir çox elementlərindən istifadə baxımından mədəniyyət aktıdır. Lakin informasiya vasitələrində yayımlanan reklamların əksəriyyəti xarici reklamların dilimizə tərcümə edilmiş formasıdır və bu reklamları təkrar-təkrar o qədər verirlər ki, əslində izləyicilərdə həmin məhsula qarşı mənfi rəy formalaşır. Yerli reklam bazarına əcnəbi reklam çarxlarının buraxılması milli reklamçılığa da böyük zərbə vurur. Yəni hər hansı şirkət Ukraynada reklam hazırlayarkən bilir ki, heç bir xərc çəkmədən reklamlarını bizdə nümayiş etdirmək imkanına malik olacaq. Həmin şirkət Azərbaycanda hansısa reklam şirkətində sifariş vermədən televiziya kanallarından birində reklamını yayımlamaq imkanı qazanır. Beləliklə də öz məhsulunu Azərbaycan bazarına gətirən şirkət ikinci dəfə reklam çəkmək problemi ilə üzləşmir. Belə reklamlar isə auditoriyanı qıcıqlandırmaqdan başqa heç bir rol oynamır. Ən azı qüsurlu tərçümə reklam işinə olub-qalan inamımızı da sarsıdır. Ümumiyyətlə, bizdə reklam mətnləri qədər fantaziyadan və yaradıcılıq elementlərindən uzaq, şablonluq üzərində qurulmuş heç nə təsəvvür etmirəm. Bunun üzərinə dilimizin bərbad günə qoyulmasını da konkret faktlarla əlavə etmək olar. Fantaziya yox, mətn yox Xarici ölkələrdən götürülən reklamlar elə tərcümə edilir ki, bilmirsən, bu uşaq səsidi, kişi səsidi, yoxsa qadın? Demək olar ki, bütün telekanallarda diş məcunları (guya həkim ancaq bunu məsləhət bilir), şampunlar, kompyuterlər, özəl səhiyyə xidməti tam eyni mətn, eyni üsulda reklam edilir. Səhiyyə reklamları, elə bil orada işləyən həkimlər haqqında sənədli filmdir, iclasa toplaşıblar. Digər mallar isə reklamdan çox elana bənzər təqdim edilir, əladır, filan ünvanda və sairə. Xüsusilə şadlıq evlərinin şablon reklamı elə bil toy videoçuları tərəfindən çəkilir. Əvvəlcə dəbdəbəli bina görünür, sonra bəy-gəlin taxtı, sonra mətbəx təqdim edilir. Məgər toy mərasimi ilə bağlı fantaziyamız işləmir? Əksinə, belə evlərin reklamında mətbəx imkanları təqdim edildikcə adam toya atmalı olduğu paranı fikirləşib kanalı dəyişmək istəyir. Daha bir fakt. Nədənsə yerli reklamlarımızda hətta xarici malı övlad-valideyn, qayınana-kürəkən çəkişməsi fonunda reklam edirlər. Bu, bəsitliyin, reklam ciddiyyətinin elementar məişət səviyyəsinə endirilməsidir. Biz hələ reklama çəkilən aktyor və müğənnilərimizin bu işdə səmərəsizliyindən də söhbət aça bilərdik. Amma yəqin ki, reklam bazarı formalaşdıqca bu səmərəsizliyə son veriləcək.   Yaradıcılıqdan keçməyən reklamlar Səmərəli reklam üçün yaxşı rejissor, ssenarist, keyfiyyətli avadanlıq və səs operatoru tələb olunur. Rejissorlarımız reklamların yüksək səviyyəli olmamasını lazımi texniki avadanlıqların yoxluğu ilə əlaqələndirirlər. Amma hər bir problemi texniki avadanlığın olmaması ilə əlaqələndirmək də düzgün deyil. Ciddi tələblərlə yanaşma məqsəd olaraq seçilməlidir. Bu gün reklam bazarı pis-yaxşı inkişaf edir. İndi institutlarda reklam fakültəsi açılıb. Gənclər hazırda bu işə çox maraq göstərirlər. Reklamla məşğul olmaq o demək deyil ki, təkcə küçədə bilboard qoyasan. Bu iş yaxşı rəssam, dizayner istəyir. Bu gün Azərbaycandakı böyük şirkətlərdə yaxşı marketoloqlara, piar işləri görən yaxşı menecerlərə ehtiyac var. Bunlar çox vacib və incə işlərdir. Çünki milli reklamımız həm də mədəniyyətimizin xidmətçisi olmalıdır. Müəllif: Sabutay Mənbə: Mədəniyyət qəzeti Həmçinin bax: Reklam işinin əlifbası
['reklam', 'Azərbaycanda reklam', 'reklam problemləri', 'reklamlar']
4,613
https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/7830/ya%C5%9Fl%C4%B1-adam-v%C9%99-iki-qad%C4%B1n.html
Yaşlı adam və iki qadın
umud600
İslami Hekayətlər
28 noyabr 2011, 00:41
Həzrəti İbrahim ( ə.s.) uzun müddət görmədiyi oğlu Həzrəti İsmayıla baş çəkmək üçün Məkkəyə getməyə qərar verdi. Məkkədə yaşayan Həzrəti İsmayıl ( ə.s. ) oranın camaatı tərəfindən çox sevilirdi. Həzrəti İbrahim Məkkəyə gələndə rastına çıxan ilk adamdan oğlunun evini soruşdu. Adam evin yerini dedi. Həzrəti İbrahim adamın dediyi evə çatdı, qapını döydü, içəridən qaşqabaqlı bir xanım çıxdı. Bu xanım Həzrəti İsmayılın həyat yoldaşı idi. Ancaq çox yolagetməz bir insandı. O, əsla Həzrəti İsmayıla layiq bir xanım deyildi. Həzrəti İsmayıl həyat yoldaşının yaxşı insan olması üçün səbrlə çalışmış, amma bir nəticəsi olmamışdı. Qozbeli qəbir düzəldər. Həzrəti İsmayılın da səbr etməkdən başqa əlacı yox idi. Həzrəti İbrahim qapıda duran qadına: - İsmayıl evdə deyilmi?- dedi. Qadın sərt səslə: - İsmayıl evdə yoxdur. Ruzimizi qazanmağa getdi- dedi. Həzrəti İbrahim qadından soruşdu: - Vəziyyətiniz necədir, dolanışığınız yaxşıdırmı? Qadın vəziyyətlərindən şikayətlənərək dedi: - Çox ağırdır, bir təhər dolanırıq. Bundan sonra Həzrəti İbrahim: - İsmayıl gələndə ona salamımı söylə. Həm də ona xatırlat ki, qapısının eşiyini dəyişdirsin, - dedi və Məkkədən çıxıb getdi. Həzrəti İsmayıl evə gələndə evdəki gözəl qoxudan atasının gəldiyini hiss etdi. Çox həyacanlandı. Ancaq evdə həyat yoldaşından başqa heç kim yox idi. Xanımından soruşdu: - Bu gün evimizə gələn olubmu? Qadın: - Bəli, yaşlı, bir adam gəldi. Səni soruşdu. Mən də evdə olmadığını dedim. Sonra necə dolandığımızı soruşdu. Mən də çətin vəziyyətdə olduğumuzu və bir təhər dolandığımızı dedim. Hə, bir də ayrılıb gedərkən " Həyat yoldaşına de ki, qapısının eşiyini dəyişdirsin" - dedi. Həzrəti İsmayıl atasının ona verdiyi ismarıcı anladı. Atasının bu sözlərindən həyat yoldaşının yaxşı insan olmadığını və ondan ayrılmasının xeyirli bir qərar olacağını başa düşdü. Onsuz da xanımı ilə arasındakı problemlər dözülməz idi. Bu işi uzatmağın mənası yoxdu. Bundan sonra Həzrəti İsmayıl həyat yoldaşından boşanıb başqa bir xanımla evləndi. Aradan xeyli vaxt keçmişdi. Həzrəti İbrahim yenidən oğluna baş çəkməyə qərar verdi. Məkkəyə gəldi və oğlunun evinə getdi. Qapını döydü. Bu dəfə qarşısına başqa bir xanım çıxdı. Həzrəti İbrahim: - İsmayıl evdə deyilmi? Onunla görüşmək istəyirəm, - dedi. Qadın: - İsmayıl evdə yoxdur, əmi. Mən xanımıyam. Bazara ruzimizi qazanmağa getdi,- dedi. Qadının hal və hərəkətləri Həzrəti İbrahimin diqqətindən yayınmadı. Sonra soruşdu: - Qızım, vəziyyətiniz necədir? Dolana bilirsinizmi? Qadın: - Rəbbimizə şükürlər olsun. Bolluq və bərəkət içindəyik. Verdiyi nemətlərin şükründə acizik,- deyə cavab verdi və sözlərinə belə davam etdi: - Yol gəlmisiniz. Sizə yemək gətirim. Həm aclığınız getsin, həm də bir az dincəlin. Həzrəti İsmayılın xanımı qarşısındakı adamın qayınatası olduğunu bilmirdi. Evdən yemək gətirdi. Həzrəti İbrahim yeməyi yedi və dua etdi. Ardından da qadına bunları dedi: - Allah razı olsun, qızım. Çox oturmayacağam. Həyat yoldaşın gələndə ona de ki, qapısının eşiyinə sahib olsun, onunla xoş rəftar etsin. Daha sonra Həzrəti İbrahim yola düşdü. Bir neçə saat keçməmişdi ki, Həzrəti İsmayıl evinə gəldi. Hələ qapıdan içəriyə girməmişdi ki, həyətdə gözəl bir qoxu hiss etdi. Bu qoxu atasına aid idi. Tez xanımından: - Bu gün evə gələn oldumu? - deyə soruşdu. Xanımı: - Bəli, bir yaşlı adam gəldi. Səni soruşdu. Mən də evdə olmadığını dedim. Daha sonra bir çətinliyimiz olub - olmadığını soruşdu. Mən də rahat və bolluq içində yaşadığımızı dedim. Yemək verdim. Çıxarkən də " Həyat yoldaşına salam söylə. Qapısının eşiyinə sahib olsun, onu xoş tutsun",- dedi. Bu sözlə nə demək istədiyini başa düşmədim. Səncə, nə demək istəmişdi? Həzrəti İsmayıl: - Xanım! O yaşlı adam mənim atamdır. Qapının eşiyi də sənsən. Mənə səni razı etməyimi, səninlə yaxşı davranmağımı, səni incitməməyimi tövsiyə etmişdir. Demək ki, atam səni bəyənmiş və səndən razı qalmışdır.
['Hz.İbrahim', 'Hz.İsmayıl. davranış']
4,614
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7807/zavall%C4%B1-q%C4%B1zc%C4%B1%C4%9Faz.html
Zavallı qızcığaz
umud600
Düşündürücü hekayələr
27 noyabr 2011, 13:49
O gün çox isti idi. Həmişəkindən də isti. Göydən od yağırdı sanki... Bir kişi və bir qız uşağı... Qızcığazın iki yaşı olar bəlkə də. Bəlkə də heç olmaz. Bütün uşaqlar kimi şirindir o da... Bir məchulluğa doğru gedirdilər. Atası dartır əllərindən tez-tez. Ağrıyır əlləri. Ürkək baxışlarla atasına baxır. Görəsən günahı nədir? Atası onu hara aparır? Axşam anası çox ağlamışdı, niyə görəsən? Hər dəfə hıçqırıq səsinə oyananda anası ona şəfqətlə baxıb oxşamışdı yaşlı gözləri ilə... Kim bilir, nə baş verirdi? Halbuki " bazara gedirik " deyə çıxmışdılar evdən. Anası ağlayır, atası isə qəzəblənirdi. Bu cür də bazara getmək olmaz ki?... Getdilər, getdilər. Nəhayət, kimsəsiz bir yerə çatdılar. Qız atasının əlindən çıxıb, ətrafdakı kiçik daşları yığmağa başladı. Bu da onun üçün bir oyun idi yəqin ki... Atası tələsik bir çuxur qazmağa başladı. Zavallı qızcığaz nə baş verəcəyindən xəbərsiz maraqla ona baxırdı. Ata artıq xeyli qazmışdı. Balaca qız maraqla çuxurun yanına gəldi. Atası beli kənara qoyub, çuxurdan çıxdı. Göz-gözə gəldilər. Ancaq ata tez gözlərini çəkdi. Bu körpə və məsum gözlərə baxmağa cəsarəti yox idi çünki... Adətlər belə tələb edirdi və mərhəmətə yer yox idi bu adətlərdə. Buna görə də baxa bilmirdi qızının gözlərinə. Hər yerdə gücü ilə öyünən bu adamın kiçik bir qızın, həm də öz qızının gözlərinə baxmağa cəsarəti çatmırdı. Haqq nahaqq qarşısında güclüdür həmişə... Bir az da geciksə, bəlkə də, əli " soyuya " bilərdi. Odur ki, işi bitirib tez qayıtmalı idi daşürəkli dostlarının yanına. Qızının əlindən tutub, bir göz qırpımında çuxurun içinə atdı. Sonra da tələsik üstünü torpaqla örtməyə başladı. Qızcığaz bir tərəfdən ağlayır, bir tərəfdən də " Ata, atacan ", -deyib çuxurdan çıxmağa çalışırdı. Ancaq bacarmadı. Bir azdan səsi kəsildi qızcığazın. Günahı isə qız doğulmaq idi onun!... O bütün bunları danışdıqdan sonra hönkür-hönkür ağlamağa başladı. Ağladı, ağladı. Yanındakılar da ağladılar. Sonra gözlərindəki o dərin kədərlə: " İndi, belə atanı necə bağışlamaq olar?"- deyə soruşdu. Yanındakı adam isə " Allah bilməyərək etdiyiniz və sonra da peşman olduğunuz hər şeyi bağışlayar", - deyərək, az da olsa, ona təsəlli verməyə çalışdı... Olmuş bir hadisəni hekayəyə çevirib sizə çatdırmaq istədik, əzizlərimiz! Yəqin soruşacaqsınız ki, harada baş verib bu hadisə? Nə fərqi var? Əsas odur ki, belə hadisələr bu gün də baş verir. Həm də xəstəxanalarımızda, doğum evlərində, qadın məsləhətxanalarında. Bəlkə də bir az başqa cür, ancaq hər gün baş verir bu hadisə...Həmçinin bax:Körpənin günahı nədir?
['Qatil ata', 'böyük günah']
4,615
https://kayzen.az/blog/Azerbaycan-kinosu/7806/b%C9%99xt-%C3%BCz%C3%BCy%C3%BC-filmi.html
"Bəxt üzüyü" filmi
Azərbaycan
Azərbaycan kinosu
27 noyabr 2011, 12:37
Vaqif Səmədoğlunun eyniadlı pyesi əsasında çəkilmiş «Bəxt üzüyü» filmi 1991-ci ildə çəkilmişdir. Çoxlarının qınadığı sadə süjet xəttinə malik filmin uğuru obrazların dəqiq xarakterizə olunmasındadır. Filmdəki hadisələr natural fonda, sərbəst formada, səmimi və təbii ifa maneralarına əsasən canlandırılır. Hadisələrin tamaşaçı ilə sanki həmsöhbətmiş kimi, sadə insanların özlərinə məxsus psixologiyası, dili ilə şərh olunması onların dünyaya olan baxış tərzini məzhəkədən kənar səmimi qəbul etməmizə imkan yaradır. Günün reallıqları, insanların anormal sosial durumu sivil dünyadakı qeyri-bərabərsizlik filmin qəhrəmanlarının həyat şəraitinin əsasını təşkil edir. Filmdə anlaşılmaz insan xislətinin dərinliyində yatan iblis xislətinə xəfifcə istehza, müdrik bir qınaq da var. İnsanların bir-birinə biganəliyi, XX əsrdə belə mövcud olan mövhumatçılığı (Söylünün yaxasından dua asması), savadsızlığı (Moşunun xoşbəxtlik sözünə günlərlə qafiyə axtarması), çağdaş həyat tərzini tənəzzülə aparan amil kimi filmdə tənqid atəşinə tutulur. İlk baxışda bütün bu sadalananlar filmin komediya motivi kimi nəzərə çarpsa da, hadisələrin axarında xüsusi bir ciddilik var. Məsələn, işsizliyin məngənəsində əzilən personajlar (Sara, Hüseyn, Zırpı və b.) həyatın gözəlliyini, şirinliyini doya-doya yaşamaqdansa, sadəcə, yaşamağa məhkum varlıqlardır. Sara həyatını başqalarının yataq dəstini yumaqla, Zırpı (Muxtar Manıyev) isə ətrafındakıların cahilliklərini, mənasız həyat tərzi sürmələrini seyr etməklə, işsiz Moşu bədbəxt həyatda xoşbəxtliyə qafiyə axtarmaqla, uşaq evinə atılan Hüseyn isə sərxoşluqla qurur. Filmdəki ziddiyyətlərin kəskinləşmə səbəbi də burdan yaranır. Onların sosial durumları, daxillərində qaynayan aqressiyaları Saranın (Gülşad Baxşıyeva) bir sözünə görə bir-birilərini didmələrinə əsas verir. Əslində, biz bu biganəliyi filmin ilkin mərhələsində görürük. Özlərini bir ailə adlandırıb mehriban görünməyə çalışan insanların daxili mənliksizlikləri ağacın dibinə su tökmək istəməməkləri ilə məlum olur. Lal təbiətin gözəlliyinə səbəb olmayan şəxs yanındakı varlığın dirçəlişinə, ümumilikdə həyatın nizamlanmasında qətiyyən maraqlı ola bilməz. Filmdə bəşəri mövzular səslənməsə də, qlobal problemlərin əsasını təşkil edən biganəlik, əxlaqsızlıq filmin hər kadrında bizi təəccübləndirir, düşündürür. Hər gün ac Zırpının dolu stol ətrafına yığışıb qaqqıldaşan iş adamlarını seyr etməsi isə sosial bərabərsizlikdən xəbər verir. Həyatın nataraz küncündəki şən mənzərəni seyr etməyə məcbur olan Zırpının düşüncəli baxışlarını əks etdirən kadrlarda “biri yeyər, biri baxar, qiyamət ondan qopar” kəlamını görməmək mümkün deyil. Bu mənada “Bəxt üzüyü”nə ürəkdən gülmək olmur. İlk baxışda gülməli personajların xarici görünüşü, intellekt səviyyəsi, dünyagörüşləridir. Bir bağda cəmlənən prototiplərin simasında, dar çərçivədəki cahil cəmiyyətin cılız xüsusiyyətləri əks olunan kadrlarda komediya ilə faciənin müştərək ciddiliyini təşkil edən əsas amil müasir vətəndaş anlayışında heç bir tərəqqinin görünməməsidir. Filmin kulminasiya nöqtəsində ağlı kəsəndən ailəsinin acı həyat fəlsəfəsi ilə tərbiyələnən azyaşlı qızın gecənin qaranlığında evdən çıxıb ağacın dibində yatması göstərilir. Əri Hüseynin sərxoşluğundan, bivecliyindən bitib-tükənən Sara qızının itməsini zənn edərək dəli kimi onu axtarmağa başlayır. Tapdıqdan sonra isə balasını qucaqlayan ananın kadrda xoşbəxt simasından həyatının nikbin faciəsi oxunur. Sara başa düşür ki, bu son deyil. Onu yaşamağa ruhlandıracaq, hər bir əziyyətə tab gətirə biləcək bir qüvvə, övlad sevgisi var. “Bəxt üzüyü”nün mahiyyəti də burda açılır. “Bəxt üzüyü”nü bu mənada nikbin komediya adlandırmaq olmaz. Müasirlərini əks etdirən filmlər zamanında öz sözünü demiş olur. Bu film də obrazların xarakterləri vasitəsilə cəmiyyətdəki mövcud reallıqları, XIX əsrdə azadlığa, tərəqqiyə can atan qadınların mənəvi köləliyini, passivliyini, sosial mövqeyini qınaq obyektinə çevirir. Komediya janrının qanunlarına dərindən bələd olan aktyor ansamblı pyesin ekran variantını doğru səciyyələndirərək hadisələrin emosional şərhinə nail olmuşlar. Filmin sərbəst naturada çəkilməsi isə mizanı, filmin ümumi ideyasını bayağılıqdan xilas etmiş olur. Bağ evində olan yarımçıq tikililər öz həyatlarına, mədəni inkişaflarına biganə insanların xarakterlərini tamamlayır, qrotesk vəziyyətlərin başlanğıcına rəvac verir. Məsələn, sərxoş Hüseyn daim yarımçıq binanın dibində yatır, qatıq satan tez-tez alçaq hasardan boylanaraq, vaxtının çoxunu həyətdəkilərin qəribəliklərini seyr etməyə sərf edir və s. Bunlar gülməli olmasa belə, cəmiyyətin qeyri-normal xüsusiyyəti kimi hadisələrin təsviri fonunda qınanılır. Qeyri-normal münasibətləri ilə cəmiyyəti qıcıqlandıran mənfi ünsürlər bu gün də tez-tez rastlaşdığımız müasirlərimizdir. Onların hər bir kiçik xüsusiyyətlərinin ümumi baxış formasındakı (kinoda) təhlili, tənqidi isə ictimai rəy yaradır, insanları qismən də olsa silkələyib düşünməyə vadar edir. Film-tamaşa kimi qəbul etdiyimiz “Bəxt üzüyü”ndə rejissor, mahir epizodik rollar ifaçısı olan Ramiz Əzizbəyli filmdə özü baş rola çəkilə bilərdi. Kiçik rollarla yaddaqalan xarakterik simalı aktyorun prototipləri məhz hadisələrin ardıcıllığına stimul verir. Filmin qəhrəmanı Söylü qaçarkən təsadüfi (?!) tipajı itələyib yıxır. Personajın əlində qırılan araq şüşəsinə baxaraq “neylədin ağəz” deməsi ilə sanki hər addımda ayağa dolaşan sərxoşların həyatdakı rolu müəyyənləşir. Müxtəlif təhlil vasitələrinə əsaslansaq, filmdə zəif məqamlar tapmaq olar. Lakin hadisələrin mahiyyət etibarilə dövrünün nəbzini tutması, müasirlərini dəqiq, eyni zamanda komik nüanslarla xarakterizə etməsi bizi “Bəxt üzüyü”ndən küsdürmür, bezdirmir. Müəllif: Şəhla BürcƏliyeva, kinoşünas Mənbə: Mədəniyyət qəzeti
['Bəxt üzüyü', 'Azərbaycan kinosu']
4,616
https://kayzen.az/blog/ORIGINAL/7802/feysbukda-s%C9%99hif%C9%99-admin-olmaq.html
Feysbukda səhifə admin olmaq...
ORIGINAL
Bloq: ORIGINAL
27 noyabr 2011, 03:02
Şəxsi bloqumda 1 ildən artıq feysbuk səhifə idarəçiliyindən çıxardığım bəzi nəticlərə əsasən bir yazı yazmaq qərara aldım.İstəyənlə buyurub oxuya bilər ;) Bəziləri elə bilirlərki,feysbukda səhifə admini olmaq kimi asan bir şey yoxdur. Düşünürlər ki,admin olduqda onun-bunun xahişiylə istədiyin paylaşımı edə bilərsən,səhifədə kimi gəldi ban edə bilərsən,ürəyin istədiyin şərhi silə bilər və özünə xoş gələn kimi davrana bilərsən. Amma bilmirlər ki,-səhifə admini olmaq hər üzv sayı artıdıqca bir o qədər yükün altına girməkdir;-səhifə admini olmaq hansısa yazını paylaşmamışdan qabaq yüz ölçüb bir biçməkdir;-səhifə admini olmaq paylaşım etməmişdən qabaq  "görəsən bu yazıya neçə like və şərh gələr" düşüncəsiylə alışıb yanmaqdır;-səhifə admini olmaq hər reklam eliyib üzvləri bezdirməmişdən qabaq özü-özünü qınamaqdır; -səhifə admini olmaq səhifənin üzvlərinin sayını artırmaqçun müxtəlif yollar aramaqdı;-səhifə admini olmaq hər yerindən duranın açdığı səhifənin şərhlərdə olan reklamını böyük səbr ilə bir-bir silməkdir;-səhifə admini olmaq günün yarısından çoxunu idarə etdiyin səhifədə keçirmək və səhifənə uyğun hansı paylaşımlar etmək haqqında düşünməkdir;Və nəhayət səhifə admini olmaq səhifəyə üzv olan bütün üzvləri razı salmaqdır..!ALLAH  da sizdən razı olsun İNŞALLAH. Müəllif:AzərP.S.Onsuzda bilirəm ki,feysbukda çoxsu səhifə adminlərinin və ümumiyyətlə maraqlı paylaşım edən insanların birinci mənbəsi kayzen.az saytdır.Və elə həmin insanlar da elə  bu yazını da "görəsən copy-paste edib paylaşmağa yarıyar?" düşüncəsilə bu cümləyə qədər oxuyub çıxdı :) Əgər yarıyarsa halal xoşun,copy-paste et.Amma heç olmasa axırda mənbə kayzen.az və müəllif adını yazmağı unutma.Yaxşımı?Sağolun :)
['facebook', 'facebook səhifə', 'admin', 'idarəçilik']
4,617
https://kayzen.az/blog/kisiler/7801/v%C9%99-m%C9%99n-yetim-qalm%C4%B1%C5%9Fam-qad%C4%B1ndan-yetim.html
Və mən yetim qalmışam-qadından yetim...
Silen_ce
Kişilər
27 noyabr 2011, 02:15
Sən öləndə kim olacaq gözlərini bağlayan ? Qardaşmı olacaq, yadmı olacaq ? Bu dünyada bəlkə sənə ən çox ağlayan, Ən çox ağlatdığın qadın olacaq ?! Ramiz Rövşən Məzarının baş ucunda oturmuşam... Çoxdan oturmuşam. Soyuqdur. Donmuşam deyəsən. Tərpənmək istəmirəm. Başdaşındakı şəklinə baxıram. Gülümsəyirsən, amma bəbəklərinə hopub bədbəxtliyin. Bu şəkli mən çəkmişdim. Fotoaparat hədiyyə olunan gün. Mənim səndən milyon dəfə çox dəyər verdiyim qadınlardan biri bağışlamışdı onu. Çox sevinirdin-çünki ilk dəfə idi sənə “gəl, şəklini çəkim” demişdim. Yüyürüb saçlarını qaydaya saldın, paltarını dəyişdin. Mən isə qışqırdım: “Tez ol! Yoxsa çəkməyəcəm”. Bu sevinci də sənə çox gördüm. Gözlərin doldu. Vecimə də olmadı. Şəklini çəkdim. Sən bilmədin niyə. Sadəcə gülümsədin-axı şəkil çəkəndə hamı gülümsəyir. Necə mənasızdır. Fotoaparatı qurdalamaq üçün çəkdiyim o şəklin surətini çıxartdırıb gətirincə min dəfə yalvartdım səni...Külək əsir. Evə getmək istəmirəm. Səndən daha çox vaxt ayırdığım, uğrunda sağa-sola pul xərclədiklərimi də daha görmək istəmirəm, başımın tacı...Başımın tacı?! Görəsən bunu son dəfə nə vaxt demişəm sənə?Deyəsən heç vaxt... Bunu demək üçün ölmənimi gözlədim?! Amma sən çox dedin...Səni həmişə ən axırıncı yerə qoydum. Məndən “böyüklərə” deyə bilmədiklərimi sənə dedim, üzünə tüpürmək istədiyim əclaflara vura bilmədiyim şillələri sənə vurdum, bütün günü süni təbəssümlə, hamıya xoş gəlim deyə üzümə taxdığım “mədəni insan” maskasını təkcə sənin önündə çıxartdım. Düçar olduğum uğursuzluqların acığını səndən çıxdım, adını “kişini kişi eləyən arvadıdır” qoydum. Həmkarlarımın ayağımın altını qazımasının, vəzifəsi məndən üstün olanların təhqir və hədələrini udub-udub evdə sənin üstünə qusdum. Adını “ərkim çatır” qoydum. Kişiliyimi təkcə sənə sübut etməyə çalışdım. Vuran əlimin, deyən dilimin olduğunu qüdrətli, ağıllı, sözükeçən olduğumu təkcə sənin yanında göstərə bildim. Sənə gözəl sözlər deməyi çoxdan tərgitdim, adını “bu, əttökənlikdir” qoydum. Amma internetdə, işdə, orda-burda qadınlara bol-bol xoş söz dedim. Nömrəsini oğlan adı ilə qeyd etdiklərimə gecə tualetə girib, romantik sms-lər yazdım. Sonra onların başqalarının maşınından boylanan başlarını gördüm. Adını “xəyanət” qoydum. Məndən əvvəl üzü onlarla üz görmüşlərdən vəfa umdum. İçdim, içdim... Evə gələndə sənin mehriban üzünü gördüm. Ürəyim birtəhər oldu. Varlığına şükr etdim-gizlincə. Səhəri gün isə unutdum. Ehtiyaclarını qorxa-qorxa dedin. Hər şeyə deyindim. Göz yaşların yanaqlarını islatmağa başlayanda “bayquş, yenə də başladın” dedim. Əl qaldırdım sənə. Hönkür-hönkür ağlatdım səni. Ağlamağı da çox gördüm. “Başımı yeyən” bu qadını qarşıma çıxartdığı üçün Allaha üsyan etdim. Evə getmək istəmirəm... En böyük qəbirstanlıq evimizdədir. O evin hər şeyi sən imişsən. Qabları yumaq-faciə imiş. Oğlumuzun çoxlu suallarına cavab verməkkk... Əzizimmmm...Mən isə elə bilirdim təkcə çörək qazanan əziyyət çəkir!! Evə gələndə mənim yorğunluğumu sən çıxarırdın, bəs sənin qayğına kim qaldı, ay yazıq??!!Dünən ən sevdiyim köynəyimi yumaq istədim. Nə qədər əzyiyyət çəkdim, ləkəsi getmədi. Ütü isə lap zülm imiş. Heç vaxt sənin səliqəylə ütülədiyin köynəkləri geyinəndə minnətdar olmadım. Onlara başqa qadınların ətirini, kirşanını hopduranda vicdanım sızlamadı, sadəcə beynimdə növbəti yalanın mətnini düşündüm. Sən bunu bildin, amma üzümə vurmadın...Sevdiyim yeməkləri bişirməkdən heç yorulmadın. Mənsə təşəkkür etməyi ağlımdan belə keçirmədim. Həmişə yedim, doydum və sadəcə gəyirdim. Əllərinə qurban olum, həyatımın dəyəri! Kaş sağ olaydın, bir quru çörəyi gətirib qoyardın qabağıma. Milyon dəfə əllərindən öpüb “çox sağ ol” deyərdim....Yatağıma girmək istəmirəm gecələr. O yataq sənə qadınlığını unutdurdu. Həmişə təkcə özümün nə istədiyim mənim üçün vacib oldu. Sənin nə hiss etdiyi heç ağlıma da gətirmədim. Ya arxamı çevirib yatdım, ya da “başım ağrıdı”.Mən səninlə bəyənmədənmi evlənmişdim? Yoxxx. Oğlumuzu dünyaya gətirəndən sonra sallanan qarnından diksinənə qədər səni bəyəndim. Sən gündüzləri ayaqlarını divanın altına keçirib, yerdə uzanaraq idman etdin ki, formaya düşəsən, xoşuma gələsən. Mən isə səni ələ salıb, mənliyini qırdım. Sən diqqətimi çəkmək üçün tv-dəki qadın proqramlarından öyrəndiklərini etdin, mən səni lağa qoydum. Sən bunlara necə dözdünnn?? Niyə dözdün? İt kimi peşmanam. Kaş indi olaydın yanımda. Yerdə diz üstə çöküb oğlumuzu bətnində daşıyarkən damarları partlamış o ayaqlarından öpərdim. Mənə övlad bəxş etdiyin üçün milyon dəfə sənə təşəkkür edərdim... Oğlumuz...Onun hər əziyyətini sən çəkdin. Əlində işlərin bir-birinə qarışanda, yemək ocaqda yananda, uşaq durmadan ağlayanda ancaq qışqırmağı bildim. Sənə kömək etməyi, qızarmış kotleti tavada çevirməyi, ya da balamızın qusub-batırdığı köynəyini dəyişməyi yaxınıma belə buraxmadım. Adını qoydum “mən kişiyəm”. Gecələri səhərə qədər oğlumuz ağladı, sən yatmadın, mən isə “kəs də o ...... səsini” dedim. Amma başqa vaxt ağız dolusu “Mənim oğlum!” dedim. Çiyinlərimdə oturub günahlarımı yazan mələk ağırlıq edir, torpağa basılır... Kaş torpağa girəydim elə indi. Sənin yanında uzanaydım, illərlə sığal çəkmədiyim saçlarını tumarlayardım. Aman Allah, yəni bu, doğurdan mümkün deyil?!!! Bu saniyə səni görməsəm, dəli olacam! Kaş bu, bir yuxu olaydı, sən sağ çıxaydın o dəhşətli qəzadan. Niyə mən düşünmədim ki, yoxluğun bu boyda boşluq yaradar həyatımda? Bəlkə də varlığının doldurduğu yerin böyüklüyü hiss etmədiyim üçün. Kaş sağlığında bunları dərk edəydim... İndi çox gecdir. İçimdə- vicdansız ürəyimin boşluğunda külək uluyur…Və mən yetim qalmışam-qadından yetim...C.NəzəroğluHəmçinin bax:Qara paltarlı qadın (Ramiz Rövşənin şeiri)Qadın susmağı öyrənir
['kişi-qadın münasibətləri', 'ər-arvad', 'insan taleyi', 'bədbəxt insanın taleyi', 'ailə həyatı', 'ailə problemləri']
4,618
https://kayzen.az/blog/aforizmler/7795/hikm%C9%99t-d%C9%99nizi.html
Hikmət dənizi
umud600
Hikmət dənizi və aforizmlər
27 noyabr 2011, 01:09
* Əgər istəyirsən ki, ürəyin güzgü kimi saf və təmiz olsun, oradan 10 ünsürü: acgözlüyü, ikiüzlülüyü, paxıllığı, söyüş söyməyi, qəzəbi, təkəbbürü, qanunsuzluğu, riyakarlığı, kini və yalanı çıxar at. ( Ömər Osmanoğlu, 12-ci əsrdə yaşamış məşhur türk təbibi )* Şöhrətə can atan şəxs ziyafətlərdən, naz-nemətdən və qadınlardan kənar gəzməlidir.* Düşməndən gizlətdiyin sirri, dostuna da söyləmə.* Uşağı bütə döndərmək olmaz, böyüdükdən sonra o, qurbanlar tələb edər.* Başqasının sözlərini təkrar etmək, hələ bu sözlərin mənasını başa düşmək demək deyil.* Dörd şey vardır ki, dörd şeydən doymaz: göz baxmaqdan, yer yağışdan, qadın kişidən, alim bilikdən. * Göz yaşları ilə ağlanmamış qəm-qüssə daxili orqanları ağlamağa məcbur edir.*  Gecələrini ibadətlə keçirib yatmayan neçə-neçə adam vardır ki, onların qazandığı şey yalnız yuxusuzluqdur; neçə-neçə oruc tutan vardır ki, qazandığı yalnız aclıq və susuzluqdur.   ( Hz. Muhamməd s.ə.v. )*Gözəl deyilmiş bütün sözlər, kim tərəfindən söylənməsindən asılı olmayaraq hamıya məxsusdur. Beləcə də hər bir həqiqəti özümüzünkü hesab edə bilərik.* Qorxu - bədbəxtlik gözlənişidir. Qorxuya aiddir: dəhşət, cəsarətsizlik, utancaqlıq, sarsıntı, hürkü. Dəhşət - adamın əzalarını qurudan qorxudur. Utancaqlıq - rüsvay olmaq qorxusudur. Cəsarətsizlik -  əməli, hərəkəti həyata keçirmək qorxusudur. Sarsıntı - vərdiş etmədiyin təsəvvürdən yaranan qorxudur. Hürkü - dilin tutulduğu qorxudur. Əzablar - məchulluq qarşısındakı qorxudur.* Bir müdrik xəstələnib ölüm yatağına düşür. Oğlunu çağırıb deyir: - Sənə iki vəsiyyətim var, oğul! Çalış, mən öləndən sonra onlara əməl elə. Birincisi, kimə nə vəd eləsən mütləq yerinə yetir! İkincisi də budur ki, heç kimə heç vaxt vəd vermə!* Ağıllı adam ağıllı adamla həmişə razılaşır, axmaq isə nə ağıllı ilə, nə də ağılsızla razılaşır. Necə ki, bütün düz xətlər bir-birinə uyğun gəlir, əyri xətlər isə nə bir-biri ilə, nə də düz xətlərlə uyğunlaşır.   ( Aristotel )
['aforizmlər', 'hikmətli sözlər']
4,619
https://kayzen.az/blog/poeziya/7800/fel-haqq%C4%B1nda-m%C9%99h%C9%99bb%C9%99t-%C5%9Feiri-%7C-qism%C9%99t-r%C3%BCst%C9%99mov.html
"Fel" haqqında məhəbbət şeiri | Qismət Rüstəmov
Nailə_Rzayeva
Poeziya
26 noyabr 2011, 23:01
Məncə dilimizin əsas qüvvəsi, Əvəzlik, say, isim, sifət deyildir. Mənimçün ən əziz nitq hissəsi, Feldir, çünki "sevmək" feldir. İsimsiz, sifətsiz dil də dil deyil, Sayı, əvəzliyi heç danmaq olmaz. Fel-hərəkətdir,Sevmək də fel, Deməli sevgilim dayanmaq olmaz. İsimdə adın var, sayda bircəsən Əvəzlik səninlə əvəzsiz qalar. Sifətdə zərifsən,gözəl, incəsən Feli də öyrənsən lap əla olar. İsimin, sifətin, sayın öz yeri Bizlərə lazımdır əvəzləyən də. Hər şeyi bilirsən sevməkdən qeyri, Dərsdənmi qaçmısan feli keçəndə?! Ay mənə naz edib qəlbimi qıran,Razıyam arada yalan da denən.Bir sevmək felini mənə hər zaman,Təsdiqdə, indiki zamanda denən... Müəllif: Qismət Rüstəmov
['Qismət Rüstəmov']
4,620
https://kayzen.az/blog/maraqli-faktlar/7794/dair%C9%99-effekti.html
Dairə effekti
umud600
Maraqlı faktlar
25 noyabr 2011, 21:49
Günlərin bir günü qədim Yunan filosofu Anaksimen öz şagirdi ilə pöhrəlikdə gəzişərək söhbət edərkən, şagirdi ondan soruşmuşdur:" Ustad, nə üçün sən tez-tez şübhə və tərəddüdlərə qapılırsan? Axı sən uzun bir həyat yaşamısan, müdriklərdən təlim almısan və bununla belə sənin üçün bu qədər anlaşılmaz məsələlər qalıb?" Anaksimen çəliyi ilə yerdə iki dairə çəkir: biri böyük, biri kiçik və deyir:" Sənin biliklərin bu kiçik dairədir, mənimki isə böyük. Bu dairədən kənarda qalan nə varsa- məchulluqdur, kiçik dairə məchulluqla az təmasdadır. Sənin biliyinin dairəsi böyüdükcə onun məchulluqla sərhədi bir o qədər çox genişlənir. Deməli, gələcəkdə nə qədər çox yeni şey öyrənsən, bir o qədər aydın olmayan məsələlər, suallar ortaya çıxacaq.
['Dairə effekti', 'bilik dairəsi']
4,621
https://kayzen.az/blog/azerbaycan/7793/%C3%BCmid-s%C9%99n%C9%99dir-ancaq-,az%C9%99rbaycan-%C9%99sg%C9%99ri!-%7C-qabil.html
Ümid sənədir ancaq ,Azərbaycan əsgəri! | Qabil
bahar
Azərbaycan
25 noyabr 2011, 12:49
Uzanır danışıqlar,imzalanır sənədlər.Xəritədə aləmə göstərilir sərhədlər.Səsimizə səs verir dünya başbilənləri;Ümid sənədir ancaq,Azərbaycan əsgəri!Dəyirmi masalarda izi var dirsəklərin,Ağla sığan söhbəti,sözü var dəstəklərin.Yardım bağlamasında özü var dəstəklərin,Lap ləl-cəvahir olsun hər yardımın dəyəri.Ümid sənədir ancaq,Azərbaycan əsgəri!!!!Diplomat cənabların hər biri hörmətlidir.Bu məqamda ölkəmə təşrifi qiymətlidir.Səyi təqdirə layiq ,rəyi  ədalətlidir.Gözdən-nəzərdən salan kimdir ki,bu işləri?Ümid sənədir ancaq,Azərbaycan əsgəri!!!!İşğal altında qalır torpağımız-daşımız,Nələr görmür gözümüz,nələr çəkmir başımız....Qarışıb bir-birinə baharımız-qışımız.Çadır göstərmək olub hər çatana peşəmiz.Sərgi olmasın deyə bu Mil-Muğan düzləri,Ümid sənədir ancaq,Azərbaycan əsgəri!!!!Ali qonaqlar gəlir dünyanın hər yerindən.Ürək yanır,göz dolur Şəhid qəbirlərindən.Düşünüb daşınıram,özlüyümdə dərindən;İntiqam ala bilməz,məzarları bəzəyən ehtiram çiçəkləri Ümid sənədir ancaq,Azərbaycan əsgəri!!!!Söhbətlər çözələnir,bir şey görünmür hələ,Heyyətlər təzələnir,bir şey görünmür hələ.Müddətlər təzələnir, bir şey görünmür hələ.Açılmır ki,açılmır düyünü bu torpağın.Qov alışa bilərmi,od saçmasa çaxmağın?İldırımlardan belə umma bu zərrələri,Ümid sənədir ancaq,Azərbaycan əsgəri!!!! Sülhə qurban kəsərəm ,mən də qan istəmirəm!Təzə-tər qərənfilli xiyaban istəmirəm!Tükənir səbrim fəqət,sazişlər,Qətnamələr,bəyanatlar kifayət!Ziyafətlər kifayət!Ziyafət dumanında nəzakətlər kifayət!Yurdsuzlara yurd olan biyaban istəmirəm!Yellənsin sülh bayrağı!Bu bayrağa kəm baxan,Həm baxmayan,həm baxanBədgüman istəmirəm!Sevindirsin milləti qoy sülhün şad xəbəri,Ümid sənədir ancaq,Azərbaycan əsgəri!!!!
['Poeziya', 'şair Qabil', 'əsgər', 'Azərbaycan əsgəri']
4,622
https://kayzen.az/blog/erzaq/5096/%C5%9Fokolad-ham%C4%B1n%C4%B1n-sevimlisi.html
Şokolad-hamının sevimlisi
nilufer
Ərzaqlar
25 noyabr 2011, 00:33
Şokolad parçasının orqanizmin tonusunu qaldırdığını və əhval-ruhiyyəsinin yüksəltdiyini çoxları bilir. Lakin onu ehtiyatla seçmək lazımdır. Belə ki, heç də bütün şokoladlar xeyirli deyil. Şokolad nədir? Şokolad - kakao-yağı əsasında hazırlanan qənnadı məmulatıdır. Kakao-poroşok deyil, məhz yağ şokolada ətir və dad verir. Şokoladın b.e.ə. Meksika körfəzi sahillərində yaranması hesab edilir. Orada yaşayan hindu tayfaları yabanı bitən kakao ağaclarını yetişdirməyə başlamış və sonra onun məhsulundan içki hazırlamağa başlamışlar. Bu içki olduqca acı olurdu, üstəlik ona bir sıra ədviyyatlar da əlavə olunurdu. Bunu təsdiq edən faktlardan biri də Mərkəzi Amerikada aparılan qazıntılar zamanı tapılan, içrəsində şokolad hazırlanması güman edilən qab olmuşdur. Müasir şokoladın tərkibinə daxil olanlar 4 əsas komponentdən ibarət olmalıdır: kakao yağı, kakao tozu, şəkər tozu, lesitin. Bahalı növlərində daha çox yağ olur. Şokoladın tərkibində marixuana və kofeinin təsirini xatırladan maddələr var. Təəccüblü deyil ki, o, əhval-ruhiyyəni yüksəldir və ondan imtina etmək çətindir. Lakin yadda saxlayın ki, uşaqların həddindən artıq şokolad qəbul etməsi yolverilməzdir. Alimlər aşkar etmişlər ki, şokoladın tərkibindəki bəzi komponentlər şəkərlə birlikdə ağrını azaltmaq qabiliyyətinə malikdirlər. Onun tərkibində flavonoidlərlə var ki, onlara üzümdə, çaxırda rast gəlinir: ürək və damarlar üçün faydalıdır. Şokoladın tərkibində olan teobromin bir çox heyvanlar üçün zəhərlidir. İtlər, pişiklər, xüsusilə atlar və tutuquşular buna daha həssasdırlar. İnsanın teobromindən zəhərlənməsi baş vermir, çünki o orqanizmdə tez metobolizm olur. Şokoladın tərkibində kakao tozu nə qədər çox olarsa, o bir o qədər ətirli, acı olar və bu cür şokolad daha yüksək qiymətləndirilir. Tünd şokolad damarların elastikliyini artıran hüceyrələrin fəaliyyəti üçün vacibdir. Şokoladın aşağıdakı növlərinə təsadüf edilir: Desert üçün şokolad, acı-şirin şokolad , adi şokolad, ağ şokolad, qənnadı plitkaları, şirin plitka, diabetik şokolad. Sonuncunun tərkibində mannit, ksilit, sorbit olur. Hər bir məhsulun qablaşdırılması üzərində onun tərkibindəki bütün komponentlərin tam siyahısı olmalıdır. Düzgün qaydada hazırlanmış şokolad saxtadan nə ilə fərqlənir? Həqiqi şokolad sınır və dartılmır. Əgər şokoladın kiçik bir parçasını ağıza qoysaq, o ani olaraq əriyəcək. Çünki kakao yağı +32 dərəcə temperaturda əriyir. Lakin şokolada kakao yağı əvəzinə digər yağlar qatılırsa, bu zaman fərqli hal müşahidə olunur. Şokolad plitkasını ələ götürməklə deformasiya olduğunu və ya üzərində olan ərimə izlərini təyin etmək olar. Şokoladın tərkibindəki kakao 50%-dən artıq olduqda onu acı, 40%-dən çox olduqda isə qara adlandırırlar. Südlü şokoladın tərkibində 35-40% kakao və təbii vanilin miqdarı kifayət qədər olduqda yaxşı hesab olunur. Görünüşünə görə rəngi həmcins, üzəri hamar və parlaq olmalıdır. Etiketində məhsul haqqında informasiya (tərkib, kütlə, istehsalçının ünvanı və s.) dövlət dilində yazılmalıdır. Şokoladın qiyməti də əhəmiyyət kəsb edən məsələlərdən sayılır. Belə ki, onun qiyməti digər firmaların anoloji məhsullarının qiymətindən çox ucuzdursa və tərkibi də yazılmayıbsa, belə məhsulun keyfiyyətinə inanmaq çətindir. Konservantlar isə şokoladın tərkibinin 5%-ə qədəri miqdarında ola bilər. Bütün konservantların adları (sorbin turşusu, kalsium sorbit və digərləri) məhsulun etiketində göstərilməlidir. Əgər bütün bunların əvəzinə «əlavələr» sözü yazılırsa, o zaman ehtiyatlı olun. İstehsal tarixini və realizasiyanı yoxlamaq: xarici istehsalçılar il ərzində istifadəyə təminat verirlər. Yerli istehsalçıların çoxu isə 3-6 ay ərzində istifadə etməyi məsləhət görürlər. Şokolad-zərif məhsuldur, o digər qoxuları yox edir, öz ətrini də tez itirir, havanın temperaturuna və nəmliyinə qarşı çox həssasdır. Soyuducuda uzun müddət saxladıqda üzəri ağ ərplə örtülmüş olur. AB ölkələrində qəbul edilən şokoladın üçdə biri Britaniyalıların payına düşür. Belə ki, onlar ötən il rekord həddə şokolad qəbul etmişlər – hər insanın payına 24 funt düşmüşdür ki, bu da bütün şokolad bazarının 30%-ni təşkil edir. Maraqlı: 1674-cü ildə Vyanada Yepiskop İoann maye şokolad qəbul etməyi günah hesab etmiş, onu ehtirasları gücləndirən vasitə adlandırmışdır. Təxminən həmin vaxtlar isə Almaniyada şokoladı apteklərdən ümumi qüvvətləndirici vasitə kimi alırdılar. Müəllif: Səmədzadə Aytən Mənbə: İqtisadiyyat qəzeti
['şokolad']
4,623
https://kayzen.az/blog/turizm/7760/havay-adalar%C4%B1.html
Havay adaları
nilufer
Turizm
25 noyabr 2011, 00:31
Havay adaları dünyanın ən gözəl yerlərindən biridir. Sakit okeanda yerləşən bu ada insanı özünə valeh edən incini xatırladır. Burada bir neçə gün dincəlmək insanın yaddaşında əbədi həkk olunur və o bunu ömrünün sonuna kimi unuda bilmir. Sakit okeanın düz mərkəzində yerləşən Havay adaları 17 min kvadratkilometrlik ərazini əhatə edən 8 böyük və 12 kiçik adadan ibarətdir Bu adalardan ən böyüyü Havay adasıdır. Onun ərazisi 11 minkvadrat kilometrdir. Bölgənin bütün iri adaları - Havay, Kaxulavi, Oaxu, Maui və Kauai təpələrdən, dağlardan və ilboyu yamyaşıl olan meşəliklərdən ibarətdir. Havay adalarının şimal-qərbindəki atollalar sualtı vulkanik qayaların davamıdırlar. Bu vulkanlar həssas vulkanlardan hesab edilirlər və onlarda tez-tez püskürmə müşahidə olunur. Onu da deyək ki, Havay adaları 1778-ci ildə ingilis dəniz səyyahı Ceyms Kuk tərəfindən kəşf edilib. Kuk adalara admiral Sandviçin adını verdi. Havay adaları uzun müddət bu adla tanındı və indinin özündə belə adalar iki adla tanınır. 1850-ci ildə Havay adalarının paytaxtı Oaxu adasında yerləşən Honolulu oldu. Havay adalarının əhalisinin 80 faizi Honoluluda yaşayır. 1898-ci ildə Havay adaları ABŞ tərəfindən işğal edildi. 1959-cu ildə isə adalar rəsmi şəkildə ABŞ-ın 50-ci ştatı elan edildi. İqlimi Havay adaları tropik iqlim qurşağındadır. Burada yayda havanın temperaturu 29-32 dərəcə, qışda isə 18-21 dərəcə olur. Çox təsadüfi hallarda qışda havanın temperaturu 16 dərəcəyədək enir. Düzdür, qışda nadir hallarda dağlarda qar da yağır, ancaq tez də əriyir. Havay adalarında ən çox yağıntı qış aylarında düşür. Burada qış aylarında oktyabr-aprel aylarında tez-tez yağışlar yağır. May-sentyabr ayları Havay adalarında yay mövsümü hesab edilir. Havay adalarına özünəməxsusluq verən bir cəhət də iyun ayından noyabra kimi bölgədə hökmranlıq edən qasırğalardır. Amma Meksika sahillərindən başlayan qasırğa Havay adalarına çatana kimi dağıdıcı gücünü itirir. Əhalisi 2007-ci ilə olan məlumata görə, Havay adalarının əhalisi 1 milyon 283,4 min nəfərdir. Adada yaşayan əhalinin milli tərkibi də rəngarəngdir. Əhalinin 25 faizini Avropadan gələnlərin varisləri - portuqaliyalılar, ispanlar və digərləri təşkil edir. Havaylılar ümumi əhalinin 22, yaponlar 15, filippinlilər 11, çinlilər isə 3 faizini təşkil edirlər. Adanın rəsmi dövlət dili isə havay və ingilis dilləridir. Havay adalarında ABŞ-ın Perl Harbor hərbi dəniz bazası yerləşir. 1941-ci ildə Yaponiya Havay adalarına hücum edərək buradakı ABŞ hərbi dəniz donanmasını darmadağın etdi. ABŞ hər il bu kədərli hadisəni adada xüsusi anma mərasimi keçirməklə yad edir. Vulkanlar Havay adalarında Yer kürəsinin iki ən aktiv vulkanı fəaliyyət göstərir. Mauna-Loa adlanan birinci vulkan dünyada ən hündür vulkanlardan biri hesab edilir. O, dəniz səthindən 4169 metr hündürlükdə püskürür. Dənizin dibindən ölçdükdə isə Mauna-Loa vulkanının hündürlüyü 10 min metrdən yüksəkdir və bu səviyyəyə görə o, dünyanın ən hündür zirvəsi olan Everstdən də ucadır. Mauna-Lova vulkanı 4,5 ildən bir püskürür. İkinci ən aktiv vulkan olan Kilaueanın hündürlüyü 1247 metrdir. Amma, Kilauea vulkanı Mauna-Loa ilə müqayisədə hər il püskürür. Havay vulkanları püskürərkən okean sahillərinə qədər sel axınını xatırladan böyük qızmar lava axınları əmələ gəlir. Bu axınlar dənizə tökülərək bir andaca soyuyur və ərimiş şüşəvari material əmələ gətirir. Nəticədə sahilboyu yüzlərlə metr uzanan sahədə sanki gözoxşayan şüşəvari bir xalı sərilib. Bu qeyri-adi gözəlliyi qoruyub saxlamaq və onu tədqiq etmək məqsədi ilə hələ 1916-cı ildə Havay adalarında Vulkan Milli Parkı yaradıldı. Park 93 min hektar ərazini əhatə edir. Parkın yaradılmasından məqsəd bura gələn turistlərin diqqətini Havay adalarının əsrarəngiz özəlliklərinə cəlb etməkdir. Parkın ərazisinin yarıdan çoxu, Mauna-Loa və Kilauea rütubətli tropik meşələrlə, müxtəlif növ bitkilərlə zəngindir. Parkda dünyada mövcud olan 2500 bitki növü var. Bundan əlavə, parkın ərazisində hazırda dünyada nəsli kəsilmiş onlarla bitki növu qorunaraq saxlanılır. Milli parkın ərazisində həmçinin oxia, maman, akasiya ağacları, tropik iqlimə xas olan otlar, ekzotik kollar var. Ancaq insanı daha çox təəccübləndirən parkın mərkəzində vulkan lavaları ilə əhatələnmiş Kau səhrasıdır. Bu səhranı tropik rütubətli iqlimin hökm sürdüyü ərazidə canlı möcüzə hesab edirlər. Qızıl çimərliklər Havay adaları dənizin boynundan asılan bir incini, başa qoyulan gözəl bir tacı xatırladır. Burada çoxlu sayda çimərliklər fəaliyyət göstərir. Qızılı qumlu, özünəməxsus müalicəvi əhəmiyyətə malik olan çimərliklər ilboyu turistlərlə aşıb-daşır. Adada ekzotik bitkilər, ilin bütün fəsillərində yamyaşıl olan dağlar, qeyri-adi təsir bağışlayan dərin yarğanlar, sərt qayalıqlar, məhsuldar vadilər insanı maqnit kimi özünə cəlb edir. Günəş şüaları altında Havay adalarının qızılı qumlu çimərlikləri ətrafa qəribə bir rəngarənglik bəxş edir. Bu ecazkar gözəlliyə daha bir gözəlliyi isə dəniz dalğalarının özü ilə sahilə daşıdığı ağappaq köpüklər gətirir.   Havay adaları öz təbii gözəlliyinə görə dünyanın 10 ən məşhur turist bölgələrindən biri hesab edilir. Burada istirahət etmək və dincəlmək üçün bütün şərait mövcuddur. İnsan Havay adalarının əsrarəngiz guşələrində özünü olduqca rahat və sərbəst hiss edir. Havay adaları turistlər üçün ən ideal bir mərkəzdir. Tropik meşələri gəzmək, vəhşi təbiətin qoynunda olmaq, gecələri ocaq başında, səyyar və rahat çadırlarda keçirmək adamda nağıllar dünyasına səyahət etmək təsiri bağışlayır. Adaların şimal hissəsində dərin yarğanlar üstünlük təşkil edir. Burada kiçik çaylar axır və onlar yarğanlardan tökülərək şəlalələr əmələ gətirir. Şəlalələr yarğanlardan uçan quşları xatırladır. Onlar elə bil havada rəqs edirlər. Bu rəqs isə sirli, təbiətin özünün bəstələdiyi bir musiqiyə çevrilərək insanı tamam başqa bir aləmə aparır. Havay adalarında turistləri cəlb edən tarixi, mədəni abidələr də az deyil. Onlardan biri də ölkənin paytaxtı Honoluludakı məşhur İolani kral sarayıdır. Bu saray hər gün turistlərlə dolu olur. Kavaiaxao adasındakı qədim dəniz mərkəzi və kilsə də turistlərin sevə-sevə ziyarət etdikləri yerlərdəndir. Müəllif: Əziz Mustafa Mənbə: Zaman qəzeti
['Havay adaları', 'turizm', 'tropik ada']
4,624
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7791/imza.html
İmza
Arzt
Düşündürücü hekayələr
24 noyabr 2011, 21:14
Barbara Smitin supermarket işçiləri ilə söhbətindən təqribən üç ay sonra telefonu zəng çaldı. Zəng edən adamın adı Coni idi və onun söhbətə getdiyi supermarketdə kassada müştərilərə torbalarını doldurmaqda kömək edirdi. Daun sindromu da olduğunu əlavə etdikdən sonra isə o: - Barbara xanım, söhbətiniz çox xoşuma gəldi, - dedi. Çünki Coni bu söhbətdən sonra evə getmiş və atasından ona kompyuteri öyrətməyi xahiş etmişdi. İlk işi isə atası ilə birlikdə kompyuterdə üçsütunlu bir cədvəl düzəltmək olmuşdu... İndi Coni evə gedəndə bir "hikmətli söz" tapır, sonra bu "hikmətli söz"ü kompyuterdə yazır, sonra bu "hikmətli söz"dən bir neçə nüsxə çıxarır, sonra hər "hikmətli söz"ün arxasına öz adını yazır və ertəsi gün müştərilərin torbalarını dolduranda hər torbaya bir "hikmətli söz" qoyur. Və beləcə gördüyü işə öz "imzasını" atır... Bu söhbətdən bir neçə ay sonra marketin müdiri mənə zəng vurdu. Elə ilk sözündən: - Barbara xanım, bu gün marketdə baş verənləri danışsam, inanmayacaqsınız, - dedi və sonra da əlavə etdi: - Səhər marketə gedəndə Coninin kassasının qarşısındakı növbə o birilərindən ən azı üç dəfə çox idi. İstər - istəməz vəziyyətə müdaxilə etməyi qərara aldım və az qala qışqıra - qışqıra: "Daha çox kassa açın. Daha çox müştəri yola salın!" - dedim. Ancaq müştərilər: "Yox! Biz Coninin kassasında gözləmək istəyirik. Çünki onun "hikmətli sözlər"indən almaq istəyirik!" - dedilər. Müdirin dediyinə görə, hətta bir dəfə bir qadın onun yanına gəlmiş və: "Əvvəllər marketə həftədə bir dəfə gəlirdim. Ancaq indi hər gün gəlirəm. Çünki Coninin "hikmətli sözlər"indən almaq istəyirəm". - demişdi. Sözünün sonunda isə müdir məndən: - İndi marketdəki ən məhşur adam kimdir, bilirsinizmi? - deyə soruşdu. Əlbəttə ki, bu, Coni idi... Aradan üç ay keçdi və marketin müdiri mənə yenə zəng vurdu: - Siz və Coni marketimizdə böyük bir inqilab etdiniz. İndi çiçək şöbəsindəki sapı qırılmış çiçəklərdən kiçik buket düzəldir və yaşlı qadınların, ya da kiçik qızların yaxalarına taxırlar. Ət şöbəsindəki bir işçimiz isə "Snupi" (cizgi filmi qəhrəmanıdır) həvəskarı imiş. Hər gün özü ilə evindən bir dəstə "Snupi" şəkil gətirir və hər ət paketinin üzərinə bir "Snupi" şəkli yapışdırır.Həm biz, həm də müştərilərimiz əylənirik... P.S. "Əgər sizdən küçələri süpürməyi tələb etsələr, Mikelancelonun şəkil çəkdiyi, Bethovenin musiqi bəstələdiyi, ya da Şekspirin şeir yazdığı kimi süpürün. O qədər gözəl süpürün ki, göydəkilər də, yerdəkilər də, hamı: "Burda işini çox gözəl görən böyük bir süpürgəçi yaşayırdı", - desinlər... Müəllif: Martin Lüter Kinq Mənbə: Ailəm jurnalı Həmçinin bax: Uğur əldə et!
['düşündürücü hekayələr']
4,625
https://kayzen.az/blog/diplomatiya/5910/diplomatik-imtiyaz-v%C9%99-immunitet.html
Diplomatik imtiyaz və immunitet
rokfeller
Diplomatiya
24 noyabr 2011, 19:44
Diplomatların cəmiyyətdə imtiyazlı mövqeləri ənənəvidir və səbəb təkcə onların peşəsinə bəslənən davamlı hörmət hissində deyil, həm də ondadır ki, dövlət təmsilçiləri yalnız işlədikləri dövlət tərəfindən edilə biləcək hüquqi, fiziki yaxud mənəvi təzyiqdən tam azad şəraitdə öz funksiyalarını qənaətbəxş yerinə yetirə bilərlər. Əksər sülhsevər hüquqi dövlətlərdə diplomatlara verilən imtiyaz və immunitetlər o dərəcədə mənasız və gərəksiz görünə bilər ki, bu, qəbul edən ölkənin əhalisinin böyük narazılığına səbəb ola bilər, ancaq müstəsna şəraitlərdə və ayrı-ayrı dövlətlərdə yalnız qarşılıqlı imtiyaz və immunitetlərin rəsmi şəkildə tanınması diplomatik münasibətlərin saxlanmasına imkan verir. İmtiyazlar və immunitetlər həm diplomatik missiyaya, onun funksiyalarına, həm də ayrıca götürülmüş bir adama tətbiq olunur. Diplomatik missiyalara verilən imtiyazlar və immunitetlər BMT imtiyazları və immunitetləri haqqında 1946-cı il Konvensiyasına uyğun olaraq BMT-yə və onun funksiyalarına da tətbiq olunur, hərçənd Konvensiyanın tətbiq olunması müxtəlif dövlətlərdə müxtəlif şəkildə baş verir. Aşağıda verilən mətn diplomatik münasibətlər haqqında BMT üzvlərinin böyük əksəriyyəti tərəfindən qəbul edilən 1961-ci il Vyana Konvensiyasında yer alan fikirlərin qısa şərhidir və onda beynəlxalq səviyyədə razılaşdırılmış müasir diplomatik hüquq kodeksi əks olunmuşdur. Nümayəndəliyin imtiyazları və immunitetləri Binaların, onlarla bitişik ərazilərin və əmlakın toxunulmazlığı və immuniteti Nümayəndəliyin binası və ərazisi və missiya başçısının şəxsi iqamətgahı toxunulmazdır; istifadə edilən binalarla münasibətdə bu toxunulmazlığa eləcə də missiyanın diplomatik, inzibati və texniki heyətinin üzvləri - onların qəbul edən dövlətin vətəndaşları və daimi sakinləri olmamaları şərti ilə malikdirlər. Qəbul edən dövlətin nümayəndələri belə binalara və onlara bitişik ərazilərə missiya başçısının razılığı olmadan girə bilməzlər; qəbul edən tərəf belə binalara və ərazilərə zorla girilməməsi yaxud ziyan vurulmaması və missiyada qayda-qanun pozuntusunun və ya onun nüfuzuna xələl gətirən istənilən hərəkətin qarşısını almaq üçün bütün zəruri tədbirlərin görüləcəyinə zəmanət verməyə borcludur. Missiyaya məxsus bina, bitişik ərazi və içindəkilərlə, eləcə də nəqliyyat vasitələri axtarışdan, müsadirədən, həbs qoyulmasından yaxud məhkəmənin hökmünün icra olunmasından immunitetə malikdirlər. Diplomatik, inzibati və texniki heyətə məxsus nəqliyyat oxşar immunitetdən istifadə edir və yalnız yol hərəkətinin pozulmasına aid müxtəlif ölkələrdə tətbiq edilən xüsusi əsasnamələrdə istisnalara yol verilir. Bu cür pozuntular baş verdikdə diplomatlarla adətən qəbul edən ölkənin vətəndaşları kimi davranırlar, ancaq onlar cəza çəkmirlər və bu pozuntu haqqında missiya başçısına məlumat verilir. Yazıların, sənədlərin, korrespondensiyanın və arxivlərin toxunulmazlığı Missiyanın yazıları, sənədləri, korrespondensiyası və arxivləri harada olursa-olsun, istənilən vaxt toxunulmazdır. Ünsiyyət üsullarının azadlığı və toxunulmazlığı Diplomatik missiya bütün xidməti məsələlər üzrə azad ünsiyyət etmək və bunun üçün olduğu ölkədə istənilən ləvazimatdan istifadə etmək hüququna malikdir. Missiya öz hökuməti ilə, harada olmalarından asılı olmayaraq istənilən hökumət missiyası və konsulluğu ilə ünsiyyətdə olmaq üçün, kuryerlər və kodlaşdırılmış yaxud şifrələnmiş məlumatlar da daxil olmaqla, istənilən üsuldan istifadə edə bilər. Ancaq simsiz rabitə vasitəsi yalnız qəbul edən ölkə hökumətinin razılığı ilə quraşdırıla və istifadə oluna bilər. Diplomatik poçt (çanta, kisə, çamadan) Bu, yalnız xidməti sənədlər yaxud xidməti istifadə üçün əşyalar yığılmış, diplomatik poçt kimi aydın nişanı olan möhürlənmiş çanta yaxud konteynerdir. Diplomatik poçt adətən içindəkilərin əhəmiyyətinə görə iki növə bölünür: müşayiət olunan və müşayiət olunmayan. Diplomatik poçt toxunulmazdır: o açıla yaxud həbs oluna bilməz; onun tez göndərilməsi üçün istənilən imkan istifadə olunmalıdır. Diplomatik poçt diplomatik kuryer tərəfindən daşına bilər ki, bu kuryer gəldiyi yaxud öz vəzifələrini yerinə yetirdiyi dövlət tərəfindən mühafizə edilmək hüququna malikdir. Onun şəxsi toxunulmazlığı var və heç bir formada saxlanıla yaxud həbs oluna bilməz. Diplomatik kuryer adətən XİN xidmətçisi olur; o, hər gedişində öz nazirliyi yaxud missiya başçısı tərəfindən lazımi sənədlərlə təmin olunmalıdır ki, bu sənədlərdə onun statusu təsdiqini tapmalı və diplomatik poçtu təşkil edən baqaj yerlərinin sayını göstərilməlidir. Daimi diplomatik kuryerin olmadığı yerlərdə dövlət yaxud missiya ayrıca bir adam, daha tez-tez başqa səbəblərdən səfər edən müvafiq qurumun xidmətçisini, xüsusi səfər üçün diplomatik kuryer kimi təyin edə bilər. O, belə olan halda, nazirlik və ya missiya başçısı tərəfindən zəruri sənədlərlə təmin edilir, bundan başqa, o, daimi diplomatik kuryerin malik olduğu eyni immunitetə və şəxsi toxunulmazlığa təhvil aldığı diplomatik poçtun onunla olduğu bütün müddətdə malik olur. Adi şəraitlərdə diplomatik poçt təyyarə ekipajının komandirinə tapşırıla bilər, bir şərtilə ki, o yalnız xidməti keçid vasitəsilə ölkəyə gəlsin yaxud onu tərk etsin. Müvafiq missiyanın üzvü diplomatik poçtu ekipaj komandirinin əlinə tapşırmaq, eləcə də diplomatik poçtu ondan təhvil almaq hüququna malikdir. Ekipaj komandiri diplomatik poçtu təşkil edən baqaj yerlərinin sayını təsdiq edən sənədlərlə təchiz edilməlidir, ancaq onun özü diplomatik kuryer hesab edilmir. Dövlət və onun diplomatik missiyası arasında əlaqə üçüncü dövlətdən keçməklə saxlanırsa, aralıq dövlət qəbul edən dövlətin verdiyi eyni toxunulmazlığı təmin etməlidir. Üçüncü ölkədən tranzitlə keçən zaman, diplomatik poçt diplomatik kuryerin özü kimi toxunulmazdır. Bununla belə diplomatik kuryerlərin müvafiq vizanı almaları zəruridir. Vergilərdən azad edilmə Diplomatik missiya missiyanın xüsusi mülkiyyəti olan yaxud icarə edilən binalarına və ərazilərinə aidiyyəti olan bütün dövlət, regional, bələdiyyə vergilərindən və rüsumlarından azad edilmişdir və yalnız xüsusi xidmətlərə (məsələn: su, elektrik və zibilin yığışdırılmasına) görə ödənişlər istisnalıq təşkil edir. Bu azad edilmə missiya başçısı yaxud onun hökuməti ilə müqavilə bağlayan şəxslərə şamil edilmir; bu səbəbdən iqamətgah və missiya ilə bağlı istənilən ödəniş və rüsumlara görə missiya başçısının yaxud onun hökumətinin cavabdehlik daşıdığı adətən müqavilədə qabaqcadan şərtləşdirilir. Diplomatik missiya eləcə də missiyanın adi fəaliyyət prosesində aldığı istənilən mükafatdan və məbləğdən tutulası vergi və rüsumlardan azad edilir. İdxalat hüququ və gömrük rüsumlarından azad edilmə Diplomatik missiya xidməti istifadə üçün şeylər idxal etmək hüququna malikdir və mövcud qanunlara müvafiq olaraq bu şeylər gömrük rüsumundan və başqa belə rüsumlardan azad edilir. Ancaq missiya, məsələn, saxlanma və daşınma kimi öz əmlakının idxalatı ilə bağlı olan əlavə xidmətlərin haqqının ödənilməsindən azad edilmir. Rüsumsuz gətirilən mallar qəbul edən dövlətin ərazisində satıla və yayıla bilməz və yalnız dövlətin özünün qoyduğu qaydalarda istisnalara yol verilə bilər. Xarici işlər nazirliyinin müstəsna hüququdur. Şəxsi imtiyazlar və immunitetlər Əsas müddəalar Tam diplomatik immunitetlər və imtiyazlar (a) diplomatlara və (b) onlarla birlikdə yaşayan onların ailə üzvlərinə, - onların diplomatın xidmət etdiyi ölkənin vətəndaşları yaxud daimi sakinləri olmaması şərti ilə tətbiq olunur. "Ailə" termininin izahı müxtəlif dövlətlərdə bir-birindən fərqlənir, adətən ona arvad və diplomatın həddi-buluğa çatmamış uşaqları şamil olunur. Dul yaxud subay və ya arvadının müşayiət etmədiyi diplomat anasını yaxud bacısını öz ailəsinə daxil etmək hüququ - onların onunla birlikdə yaşamaları şərti ilə - ala bilər; diplomatın qanun üzrə cavabdeh olduğu oğulları və qızları, eləcə də dul qalmış analar bu kateqoriyaya daxildir. Məhdudlaşdırılmış diplomatik immunitetlər və imtiyazlar missiya heyətinin üç kateqoriyadan, - işlədikləri ölkənin vətəndaşları və ya daimi sakinlərindən ibarət olan üzvlərinə verilir; inzibati və ya texniki heyətin üzvlərinə; missiya üzvlərinin şəxsi xidmətçilərinə. Diplomat üçün immunitetə malik olmanın əks tərəfi, onun xidmət etdiyi ölkə ərazisində qazanc (şəxsi mənfəət) götürmək məqsədi ilə istənilən peşəkar yaxud ticarət fəaliyyəti yerinə yetirməsinə qoyulan qadağadır. Adətən (ancaq bu hər yerdə qayda deyil) diplomatik missiya üzvləri qəbul edən dövlət tərəfindən diplomatik vəsiqələrlə təmin edilirlər. Onlarda sahibinin imzası ilə fotoşəkil, eləcə də qəbul edən ölkənin öz xidmətçilərinin xeyri üçün, ancaq təqdim edən şəxsin imtiyazları, güzəştləri və immunitetləri nəzərə alınmaqla əlavə edilməsini lazım bildiyi göstərişlər yerləşdirilir. Diplomata və onun ailə üzvlərinə qəbul edən dövlət tərəfindən verilən immunitet, onları öz dövlətinin yurisdiksiyasından azad etmir. İmmunitetlərin qüvvədə qalma müddəti Şəxsi imtiyazlar və immunitetlər missiya üzvünün qəbul edən ölkəyə öz vəzifəsini tutmaq üçün gəldiyi andan, əgər o artıq ölkədədirsə, müvafiq nazirliyi məlumatlandırdığı andan etibarən tətbiq edilir. İmtiyazlar və immunitetlər missiya üzvü öz işini başa çatdıraraq ölkəni tərk etdikdə yaxud (əgər o, ölkəni dərhal tərk etmirsə) müəyyən bir müddət ərzində (məsələn, Birləşmiş Krallıqda bu müddət 4-6 həftədir) qüvvədən düşür, ancaq vəzifə borclarını yerinə yetirmə prosesində etdiyi hərəkətlərə görə hüquqi məsuliyyətdən immunitetə zaman məhdudiyyəti qoyulmur. Xüsusi şəxs qismində edilən istənilən hərəkətə görə hüquqi məsuliyyətdən immunitet öz qüvvəsini diplomatik işin başa çatdırılması ilə bitirir. Missiya əməkdaşının ölümü baş verdikdə onun ailə üzvləri əvvəllər verilmiş imtiyaz və immunitetlərdən, - onların ölkəni tərk etmələri üçün kifayət edən müddətdə istifadə etməkdə davam edirlər. Tam imtiyazlar və immunitetlər Şəxsi toxunulmazlıq və himayə Bütün diplomatlar, eynilə də onların ailə üzvləri, onların qəbul edən ölkənin vətəndaşları və ya daimi sakinləri olmamaları şərti ilə, şəxsi toxunulmazlıq hüququna malikdirlər. Əcnəbi diplomatik missiyanın xidmətçilərini qəbul edən dövlət haradan baş verməsindən asılı olmayaraq fiziki zorakılıqdan və şərəf-ləyaqətlərinə və azadlıqlarına edilən qəsdlərdən onların zəmanətli qorunmalarını təmin etməyə borcludur. Cinayət məsuliyyətindən immunitet Diplomat, eləcə də onunla birlikdə yaşayan onun ailə üzvləri (onların qəbul edən ölkənin vətəndaşları və ya daimi sakinləri olmamaları şərti ilə) qəbul edən dövlətin qanunları üzrə cinayət məsuliyyətindən immunitetə malikdirlər. Mülki və inzibati məsuliyyətdən immunitet Diplomat, eləcə də onunla birlikdə yaşayan onun ailə üzvləri (onların qəbul edən ölkənin vətəndaşları və ya daimi sakinləri olmamaları şərti ilə) qəbul edən dövlətin qanunları üzrə mülki və inzibati məsuliyyətindən immunitetə malikdirlər və yalnız aşağıdakı istisnalıqlar mövcuddur: a) qəbul edən ölkədə yerləşən xüsusi mülkiyyətə aid daşınmaz əmlaka münasibətdə edilən (məsələn, mülkiyyət və ya sahiblik hüququnun bəyan edilməsi kimi) hərəkətlər, bu hərəkətlərin onun xidmətçisi olduğu ölkənin adından və missiyanın məqsədləri üçün edildiyi hallar istisna edilməklə; b) onun xidmətçisi olduğu ölkənin adından deyil, xüsusi bir şəxs kimi icraçı, sərəncamçı, varis kimi əlaqəli olduğu vərəsəliklə bağlı hərəkətlər; c) öz xidməti fəaliyyətindən savayı qəbul edən ölkədə həyata keçirilən istənilən peşə yaxud ticarət fəaliyyətinə aidiyyəti olan hərəkətlər. Bu məhdudiyyət eləcə də diplomatın arvadına və ailəsinə tətbiq edilir. Diplomatik immunitetdən məhrum edilmə Hüquqi məsuliyyətdən müdafiəyə malik olan şəxsin immuniteti onun ölkəsinin hökuməti tərəfindən ləğv edilə bilər. Qanun üzrə mülki və inzibati təqiblərə qarşı immunitetdən imtina etmə şəxsin məhkəməyə məruz qoyulmasına izn vermək deməkdir: məhkəmə qərarının qüvvəyə minməsindən öncə, immunitetdən ikinci, xüsusi imtina etmə tələb edilir. Qarşılıqlı iddialar Əgər hüquqi fəaliyyət diplomatik immunitetdən istifadə edən şəxs tərəfindən başlanılmışsa, onun başlıca iddia ilə bilavasitə bağlantısı olan istənilən qarşılıqlı iddiaya münasibətdə, yurisdiksiyadan immunitet haqqında bəyan etmək hüququ yoxdur. Korrespondensiyanın toxunulmazlığı Diplomatın və onun ailə üzvlərinin şəxsi və xidməti sənədləri, yazışmaları (onların qəbul edən ölkənin vətəndaşları və ya daimi sakinləri olmamaları şərti ilə) toxunulmazdır. Əmlakın toxunulmazlığı Diplomatın və onun ailə üzvlərinin əmlakı (onların qəbul edən ölkənin vətəndaşları və ya daimi sakinləri olmamaları şərti ilə) toxunulmazdır. İctimai mükəlləfiyyətlərdən azad edilmə Diplomat və onun onunla birlikdə yaşayan ailə üzvləri (onların qəbul edən ölkənin vətəndaşları və ya daimi sakinləri olmamaları şərti ilə) bütün fərdi və ictimai işlərdən və daşınan və daşınmaz əmlakın rekvizisiyası, hərbi kontribusiya və məhkəmədə prisyajnılar qismində iştirak etmək kimi hərbi mükəlləfiyyətlərdən azad edilir. Şahid kimi çıxış etmə mükəlləfiyyətlərdən azad edilmə Diplomat, eləcə də onun onunla birlikdə yaşayan ailə üzvləri (onların qəbul edən ölkənin vətəndaşları və ya daimi sakinləri olmamaları şərti ilə), şahid qismində ifadə verməyə borclu deyillər və əgər onlar bunu edirlərsə, çox vaxt - ədalət məhkəməsinə yardım etmək qaydasında edirlər. Dövlət vergilərindən və yerli vergilərdən azad edilmə Diplomat, eləcə də onun onunla birlikdə yaşayan ailə üzvləri (onların qəbul edən ölkənin vətəndaşları və ya daimi sakinləri olmamaları şərti ilə), bəzi istisnalarla, daşınan və daşınmaz əmlaklar üçün bütün vergi və rüsumlardan, eləcə də dövlət, regional və bələdiyyə vergilərindən azad edilirlər. Bu istisnalar aşağıdakılardır: a) Adətən malların yaxud xidmətlərinin qiymətinə əlavə edilmiş vasitəli vergilər, məsələn, əlavə edilmiş qiymətə qoyulan vergi (hərçənd bəzi hallarda belə vergilərin ödənilməsi qarşılıqlı razılaşmaya görə yaxud qəbul edən ölkədə istehsal edilən malların satışının dəstəklənməsi məqsədi ilə baş verir). b) Qəbul edən ölkənin ərazisində yerləşən daşınmayan xüsusi əmlaka qoyulan vergi və rüsumlar, belə əmlakın idarə edilməsinin göndərən dövlət adından həyata keçirildiyi və missiyanın məqsədlərinə xidmət etdiyi hallar istisna edilməklə. c) Qəbul edən dövlət tərəfindən alınan və Vyana konvensiyasının 39-cu maddəsində nəzərdə tutulan, mirasa görə vergilər. Ümumiyyətlə desək, onun qəbul edən dövlətin ərazisində yerləşməsi xidməti funksiyaların yerinə yetirilməsi ilə izah edildikdə və sahibi qəbul edən dövlətin rezidenti yaxud vətəndaşı olmadıqda, daşınan şəxsi əmlaka görə belə vergilər alınmır. d) Qəbul edən dövlətdə əldə edilən şəxsi gəlirlərə görə vergi və rüsumlar və bu ölkədə ticarət sahibkarlığına görə alınan vergilər. e) Göstərilmiş əlavə xidmətlərə görə alınan rüsumlar. (Birləşmiş Krallıqların praktikasında bu rüsumlar yollar, küçə işıqları, zibilin yığışdırılması kimi diplomatın birbaşa yararlandığı xidmətlərə aid olan yerli tariflərin və vergilərin demək olar ki, dörddə birini əhatə edir.) f) Daşınmayan mülkiyyətə münasibətdə xidməti yaxud protokol xərclərinin, borc iltizamlarının və gerb rüsumlarının qeydiyyatı, ödənilməsi (missiyanın ərazisinə aid şəxsi ərazi kimi bəyan edilən daşınmayan mülkiyyət istisna edilməklə, belə hallarda xərclər və borclar yalnız əlavə göstərilən xidmətlərə görə alınır). Gömrük rüsumlarından azad edilmə Diplomat, eləcə də onun onunla birlikdə yaşayan ailə üzvləri (onların qəbul edən ölkənin vətəndaşları və ya daimi sakinləri olmamaları şərti ilə), evi saxlamaqdan ötrü zəruri olan əşyalar daxil olmaqla, şəxsi istifadə üçün şeylər idxal etmək (yerli qaydalara uyğun şəkildə, bu qaydalar diplomatik imtiyazlara toxunmalı deyil) hüququna malikdirlər. Bu şeylər gömrük və idxalla bağlı digər vergilərdən azad edilir, ancaq, məsələn, saxlanma, daşınma kimi əlavə xidmətlərlə bağlı rüsumlardan azad edilmir. Diplomatlar və onların ailə üzvləri gömrüksüz gətirilən və sonradan satılan yaxud sahiblərinin onlardan başqa üsulla qurtulduqları şeylərə qəbul edən ölkə tərəfindən irəli sürülən bütün tələbləri yerinə yetirməyə borcludurlar. Sosial təminat üzrə tələblərdən azad edilmə Diplomat, eləcə də onun onunla birlikdə yaşayan ailə üzvləri (onların qəbul edən ölkənin vətəndaşları və ya daimi sakinləri olmamaları şərti ilə), sosial təminat üzrə qəbul edən dövlətin qanunvericiliyinin tələblərindən azad edilirlər. Eləcə də diplomatın yanında qulluqda olan şəxsi xidmətçilər də, onların qəbul edən ölkənin, - öz dövlətinin sosial müdafiəsinə ehtiyacı olanlar kateqoriyasına düşən vətəndaşları və ya rezidentləri olmamaları şərti ilə, bu tələblərdən azad edilirlər. Diplomat işə götürdüyü və sosial müdafiə üzrə tələblərdən azad edilməyən istənilən şəxsə münasibətdə sosial təminat qaydalarına tabe olmağa borcludur. Bəzi ölkələrdə diplomata, əgər o bunu arzu edirsə, sosial təminat sistemində iştirak etməyə izn verilə bilər, digər ölkələrdə onun mövqeyi qəbul edən dövlətlə onun öz dövləti arasında mövcud olan razılaşma ilə qabaqcadan nəzərdə tutula bilər. Şəxsi baqajın yoxlanmasından azad edilmə Diplomat, eləcə də onun onunla birlikdə yaşayan ailə üzvləri (onların qəbul edən ölkənin vətəndaşları və ya daimi sakinləri olmamaları şərti ilə), baqajda immunitetə malik olmayan yaxud qeyri-qanuni gətirilən-aparılan şeylər olmadığının təsdiqlənməsi üçün ciddi əsaslar istisna edilməklə, şəxsi baqajlarının yoxlanılmasından azad edilirlər. Belə olan halda yoxlama diplomatın yaxud onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə aparılır. Bir yerdən başqa yerə getmə azadlığı Diplomatik missiyanın bütün üzvləri xidmət etdikləri ölkənin ərazisində, milli təhlükəsizlik səbəbi ilə gediş-gəliş məhdudlaşdırılan yerlər istisna edilməklə, məhdudiyyətlərsiz azad bir yerdən başqa yerə getmə hüququna malikdirlər. Bu qaydaya həmişə riayət edilmir və bəzi ölkələr səfər üçün xüsusi zonalarla diplomatların azadlıqlarını məhdudlaşdırırlar; belə hallarda qarşılıqlı məhdudlaşdırma siyasəti həyata keçirilir. Üçüncü ölkədən keçib getmə Diplomatlar, eləcə də, onlarla birlikdə yaxud ayrıca səfər edən onların ailə üzvləri, bütün zəruri vizalara malik olmaları şərti ilə, üçüncü ölkədən keçərək xidmət yerinə yaxud geriyə gedən zaman, onların təhlükəsizliklərinin təmin edilməsi üçün zəruri olan toxunulmazlıq hüququndan və başqa immunitetlərdən istifadə edirlər. Diplomatlar, onların səfərlərinin məqsədini izah edən öz nazirliyinin məktubu (yaxşı olardı ki, üçüncü ölkənin yaxud ölkələrin dilində) ilə yaxud ölkənin diplomatik yaxud konsul nümayəndəsi tərəfindən verilən diplomatik viza ilə təchiz edilməlidirlər. Adətən diplomatik baqaj yoxlanılmalı deyil və hökumət orqanlarının bunu etmələri üçün yetərincə mötəbər əsasları olmalıdır. Diplomatların cavab öhdəlikləri Dövlət tərəfindən imtiyazların və immunitetlərin verilməsi bu imtiyazları alan şəxsin məsuliyyətliliyinin və vicdanlılığının yüksək səviyyəsini nəzərdə tutur. Diplomat qəbul edən dövlətin daxili işlərinə qarışa bilməz; xidməti binaları onların birbaşa və təhkim edilmiş funksiyalarından başqa məqsədlərə istifadə edə bilməz; hüquqi məsuliyyətə münasibətdə yol-nəqliyyat hadisələri, sürətin artırılması, maşın saxlama qaydalarının pozulması kimi hallarda qanunları gözləməməklə öz immunitetindən şəxsi mənfəəti üçün istifadə etməli deyildir. Diplomatik pasportlar Diplomatik pasportlar əksər dövlətlər tərəfindən özlərinin diplomatik immunitet hüququna malik olan vətəndaşlarına verilir, bəzi dövlətlərdə isə yüksək mövqe sahibi olan şəxslərə də diplomatik pasportlar verilir. Birləşmiş Krallıqda diplomatik pasportların ciddi nəzarətdə saxlanan əsaslarla və yalnız diplomatlara onların xaricdəki briyaniya diplomatik missiyalarında fəaliyyətləri dövründə verilməsi təcrübəsi işlədilir. Adətən pasportlar immunitetlərin mövcudluğunun təsdiqi kimi deyil (bu prima facie funksiyasını diplomatik korpusun Siyahıları yerinə yetirir), yalnız vəzifənin təsdiqi kimi başa düşülür; bununla belə onlar vacib sənədlərdir. Bu məqsədlər üçün isə qəbul edən tərəf vəsiqələr verə bilər. Beynəlxalq təşkilatların nümayəndələri Bəzi hallarda rezidentlər (bəzən isə qeyri-rezidentlər də) ölkələrin beynəlxalq təşkilatlardakı nümayəndələri diplomatik imtiyazlara bənzər imtiyaz və immunitetlər hüququna sahib olurlar. BMT-nin və onun ixtisaslaşdırılmış təsisatlarının nümayəndələri imtiyazlar və immunitetlər haqqında BMT konvensiyasına və BMT ixtisaslaşdırılmış təsisatlarına aid bənzər konvensiyaya uyğun olaraq adətən imtiyaz və immunitetlərin geniş spektrini almış olurlar. Bu təşkilatların yüksək xidmətçilərinin az bir qismi, qəbul edən ölkənin vətəndaşları yaxud rezidentləri olmamaları şərti ilə, diplomatik imtiyaz və immunitetlərin bütün növlərindən istifadə etmək hüququna malik olurlar; bu təşkilatların qalan əməkdaşları məhdud imtiyaz və immunitetlərdən istifadə edirlər. Başqa təşkilatlara gəldikdə isə, imtiyazlar və immunitetlər haqqında məsələlər adətən təşkilatın nizamnaməsinə yaxud, qəbul edən ölkə və beynəlxalq təşkilat arasında, onun bu ölkədə yerləşməsinə qədər bağlanan müqaviləyə daxil edilir. Xüsusi qaydalar belə təşkilatların çoxsaylı olduğu İsveçrədə və ABŞ-da istifadə olunur. Səfər edən diplomatik missiya üzvləri Hansısa bir dövlətdə diplomat kimi akkreditə edilməyən, ancaq kvazidiplomatik yaxud nümayəndəlik funksiyaları yerinə yetirən əcnəbi dövlət nümayəndələrinə imtiyazlar və immunitetlər vermək adi hal sayılır. Bu kateqoriyaya rəsmi və ya qeyri-rəsmi görüşə gələn dövlət başçıları, konfranslara yaxud konqreslərə gələn arbitraj məhkəməsinin üzvləri və hökumət nümayəndələri daxildir. Qəbul edən dövlətin razılığı ilə göndərilən belə xüsusi missiyalara imtiyaz və immunitetlərin verilməsi haqqında məsələlərin nizama salınması üçün xüsusi missiyalar haqqında Nyu-York konvensiyası mövcuddur. Məhdud imtiyazlar və immunitetlər Nümayəndəliyin qeyri diplomatik, xidmət etdiyi ölkənin nümayəndəsi və nə də rezidenti olmayan heyəti Missiyanın inzibati və texniki heyətinin üzvlərinin, eləcə də onların onlarla birlikdə yaşayan ailə üzvlərinin (onların qəbul edən ölkənin vətəndaşları yaxud rezidentləri olmamaları şərti ilə), aşağıdakı güzəşt və imtiyazlara malik olmaq hüquqları var: a) diplomatlara verilən bütün immunitetlərə - mülki və inzibati məsuliyyətdən immunitetin xidməti fəaliyyətdən kənarda törədilən hərəkətlərə tətbiq edilməsi istisna edilməklə; b) bütün diplomatik imtiyazlara, - onların şəxsi baqajlarının yoxlanılmasından azad edilmələri istisna edilməklə. Gömrük rüsumlarından azad edilmə onların xidməti fəaliyyət üçün ölkəyə gələn zaman gətirdikləri şeylərlə məhdudlaşdırılır, eləcə də onlar üçüncü ölkədən keçərək xidmət yerinə gedən zaman imtiyazlara və immunitetlərə malik olmurlar, ancaq belə ölkələr onların gedişlərinə mane olmamağa borcludurlar. Missiyanın xidmətçi heyətinin qəbul edən ölkənin vətəndaşları yaxud rezidentləri olmayan üzvləri onların xidməti fəaliyyətləri dövründə edilən hərəkətlərə görə immunitetə malikdirlər; onların öz xidmətləri müqabilində aldıqları əmək haqlarından vergi və rüsumlar ödəməkdən azaddırlar; qəbul edən ölkənin sosial təminat üzrə tələbləri onlara şamil edilmir, çünki onların öz dövlətlərinin sosial müdafiəsindən istifadə etdikləri nəzərdə tutulur. Missiyanın diplomatik heyəti üzvlərinin qəbul edən ölkənin vətəndaşları yaxud rezidentləri olmayan şəxsi xidmətçiləri onların öz xidmətləri müqabilində aldıqları əmək haqlarından vergi və rüsumlar ödəməkdən azaddırlar, ancaq qəbul edən ölkənin onlara verməyi gərəkli hesab edə biləcəyindən savayı heç bir başqa imtiyaz və immunitet hüquqları yoxdur; imtiyazların verilməsi elə həyata keçirilməlidir ki, onlar missiyanın funksiyalarını yerinə yetirməsinə əngəl törətməsinlər. Missiyanın qəbul edən ölkənin vətəndaşları yaxud rezidentləri olan diplomatları və digər üzvləri Qəbul edən ölkənin vətəndaşları yaxud rezidentləri olan diplomatların yalnız hüquqi məsuliyyətdən immunitetləri və öz funksiyalarını yerinə yetirmə prosesində etdikləri rəsmi hərəkətlərə münasibətdə şəxsi toxunulmazlıq hüquqları vardır, hərçənd bəzi ölkələrdə onlara ayrı imtiyazlar da verilə bilər. Missiyanın qeyri-diplomatik heyətinin qəbul edən ölkənin vətəndaşları yaxud rezidentləri olan digər üzvləri və şəxsi xidmətçilər yalnız qəbul edən tərəfin məqbul saydığı imtiyaz və immunitetlərdən istifadə edirlər. Bununla belə, bu kateqoriyadan olan şəxslərə tətbiq edilən istənilən məhdudiyyət missiyanın öz funksiyalarını yerinə yetirməsinə mane olmamalıdır. Müəllif Ralf Corc Felthem Mənbə Diplomatın stolüstü kitabı
['diplomat']
4,626
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7785/s%C9%99n%C9%99-mail-im-var.html
Sənə "mail"im var!
Arzt
Düşündürücü hekayələr
24 noyabr 2011, 17:52
O, yeniliklərin (xüsusilə də, texniki yeniliklərin) "geri qalmayanlarından" biri idi. Hətta, bəzən "irəli gedənlərindən" biri olduğunu belə demek olardı. Harda bir texniki yenilik olsa, onu hamıdan əvvəl öyrənməyə çalışar, bunun onun üçün lazım olub - olmadığını, hətta lazım olsa belə, nə qədər lazım olduğunu düşünməzdi. Ən yeni ixtiralar, ən yeni kəşflər, ən yeni icadlar...O, bu işlərin adamı idi. Hətta, buna görə dostları ona "texniki adam" adını qoymuşdular. Hətta yaşadığı ölkənin "internet" deyilən yeni bir kəşflə tanış olduğu ilk illərdə də bu yeni kəşf ilə ilk tanış olanlardan biri də o idi. O, özünü internetə o qədər "həsr etmişdi" ki, işdən gələr - gəlməz kompyuterin qarşısında oturur, ailəsinə - uşağına baxmamış kompyuterə "baxırdı". Təbii ki, hamıdan əvvəl bu işdən həyat yoldaşı narahat olmuşdu. Hətta, bəzən: "Mənim günüm kompyuterdir", - deyə dərdini rəfiqələri ilə bölüşürdü. Gün keçdikcə o, rəfiqələrindən də buna oxşar şikayətlər eşitməyə başladı. Bir neçə dəfə həyat yoldaşından özünü internetə həddindən artıq "həsr edib - etmədiyini" düşünməyi xahiş etsə də, bir nəticə olmadı. Həyat yoldaşı isə dərhaı internet vasitəsilə dünyaya necə "açılmasından", hətta az qala dünyanı necə "fəth etməsindən" danışdı. Halbuki həyat yoldaşının internet xəyaları ilə həyat hıqiqətləri arasında bir uçurum var idi. Ancaq nə yazıq ki, o hələ də bunu dərk edə biləcək bir vəziyyətdə deyildi. Ona görə də qadın "sirrini" öz içində saxlamaqla kifayətlənirdi.Bu vəziyyət təkcə onu yox, uşaqları da narahat edirdi. Evin ən kiçiyi nə vaxt oynamaq üçün atasının qucağında oturmaq istəsə, hər dəfə: "Xanım, zəhmət olmasa, bu uşağı götür. İndi çox vacib bir adamla yazışıram".- sözləri eşidilirdi. Evin kiçiyinin bütün bu baş verənlərdən xəbəri yox idi, ancaq eyni şeyi böyük oğlanla ortancıl oğlan haqqında demək olmazdı. Bir sözlə, onlar da ən azı anaları qədər bu vəziyyətdən narahat idilər. Nəhayət, bir gün böyük oğlan dözə bilmədi və artıq neçə aydır yarım saat belə olsa, söhbət edə bilmədiyi atası ilə onun başa düşəcəyi bir dildə danışmağı qərara aldı. O axşam atası kompyuteri açıb internetə girəndə ekranda böyük oğlunun adını gördü. Oğlu "Sənə bir "mail"im var!" deyə "e-mail" göndərmişdi. Ata bu "e-mail"i açmağa belə ehtiyac duymadı. Çünki hər şey onsuz da məlum idi. Xəcalət dolu bir ifadə ilə kompyuteri bağladı, qaralmış ekranın qarşısında bir neçə dəqiqə oturdu və nəhayət, çoxdan atmalı olduğu o doğru addımı atdı. O axşam da və o axşamdan sonra da...O, yenə də internetdən "ayrılmadı", ancaq bir daha həyat yoldaşının ağzından "günü" sözünü eşidən olmadı... Mənbə: Ailəm jurnalı
['ailə', 'ailə münasibətləri']
4,627
https://kayzen.az/blog/din/6491/ibtidai-dini-d%C3%BCnyag%C3%B6r%C3%BC%C5%9Fl%C9%99r.html
İbtidai dini dünyagörüşlər
luminat
Din və teologiya
23 noyabr 2011, 22:07
İnsanlar bəşər formalaşdığı dövrdən başlayaraq özləri ətraf aləm, kainat haqqında məlumat və təsəvvürlərə malik idilər. Və bu təsəvvürlər onların şüurunda müxtəlif formalarda özünü biruzə verirdi. Xüsusilə ağıllı insan- Homosapiens yarandıqdan sonra (üst paleolit) insanların, ətraf aləmin, canlıların mövcudluğu onların həyatında baş verən hadisələrin səbəbləri haqqında biliklər əldə etməyə çalışırdılar. Məhz bu səbəbdən elmi biliklər, dini idiologiya və mifologiya formalaşmağa başlamışdır. Elmi biliklər insanların real həyatlarında müşahidə etdikləri hadisələr haqqında reallığa uyğun gələn təsəvvürlərlərini əhatə edirdi. MİFOLOGİYA gerçəklikdə mövcud olan cansız əşyaların, canlılar aləminin, həmçinin insanların özlərinin yaranması haqqında müxtəlif təsəvvürlərini əhatə edirdi. DİN- insanların real aləmdə baş verən hadisələri real dərk etməmək qabiliyyəti ilə bağlı yaranır. Dinin yaranması insanların təbiət qüvvələri qarşısında acizliyi ilə bağlı idi. Təsadüfi deyildir ki, insan mədəniyyətinin ilkin hissəsini məhz dini idiologiya təşkil edir. İnsanlar kainatda baş verən hadisələri izah edə bilmədiklərindən onları fövqaltəbiiqüvvələrlə bağlayırdılar. Ümumiyyətlə ibtidai icma quruluşunda dini ideologiyanın müxtəlif formaları mövcud olmuşdur. Dinin yaranması haqqında etnoqlogiyada da müxtəlif təlimlər mövcuddur. Hələ XIX əsrin sonlarında təkamül təliminin görkəmli nümayəndəsi Eduard Taylor dinin yaranmasını ruhlara inamın formalaşması ilə bağlayırdı. XIX əsrin sonu XX əsrin əvvəllərində Qərbdə dinin yaranmasında müxtəlif canlı varlıqlara inamın yaranması ilə əlaqələndirilirdi. Bəzi tədqiqatçılar dinin yaranmasını müxtəlif ayinlərin icra olunması ilə əlaqələndirilir. İbtidai dini inam formaları – totemizm, animizm, fetişizm, magiya, şamançılıq, əcdadlara inam və müxtəlif qeyri-müəyyən fövqaltəbii qüvvələrə inamlardan ibarətdir. Totemizm- Şimal-qərbi Amerika qəbilələrinin dilindən –ot-otem- sözündən (hindu və objivve qəbilələrinin dilində) götürülmüş, onun nəsli mənasını verir. Totemizm Avstraliya aborigenləri, şimal qərbi Amerika hinduları arasında geniş yayılmışdır. Totemistik inamlar insanları bu və ya digər canlılarla, daha çox heyvanlarla yaxınlığını ifadə edən inam formasıdır. Ayrı-ayrı nəsillər öz törəyişlərini bu və ya digər heyvanlarla vağlayır, onu müqəddəs hesab edirdilər. Əksər hallarda bu heyvanların ovlanması, ərzaq kimi istifadə olunması qadağan olunurdu. Bir çox hallarda totemizmin forması bu və ya digər canlının insanların həyatında müstəsna əhəmiyyəti ilə əlaqədar olmuşdur. Yaxud da bu canlıların müəyyən bioloji xüsusiyyətləri bu icmalarda yüksək qiymətləndirilmişdir. Totemistik inamların qalıqları sonrakı dövrlərdə də mövcud olmuşdur. Məsələn: müasir dövrdə də ayrı-ayrı heyvanların ovlanması qadağandır və s. FETİŞİZM- Portuqalca –fetiş- sözündən götürülmüşdür. Tərcüməsi talisman, müqəddəs əşya deməkdir. Fetişizm daha çox Tropik və Cənubi Afrikada yayılmışdır. Lakin dünyanın bütün xalqlarında fetişizmə inam mövcuddur. Fetişizmin əsas mahiyyəti canzız əşyaların müqəddəsləşdirilməsi, onlara fövqaltəbii qüvvə kimi baxılmasıdır. ANİMİZM- latınca- ruh- deməkdir. Animizm insanların kainatda mövcud olan canlı və cansız aləminin 2 substansiyadan yəni maddi və mənəvi substansiyadan ibarət olmasına inamla bağlı idi. Animizm real gerçəklikdə mövcud olan predmetlərin, ayrı-ayrı canlıların bmənəvi varlıqlar – ruhlar tərəfindən idarə olunması ilə əlaqələndirilir. Animizt demək olar ki, digər ibtidai təlimlərin mövcud olduğu cəmiyyətlərdə də vardır. Animistik inamlar insanların öz həyatlarını dəyişdirmək üçün bu və ya digər fövqaltəbii qüvvələrdən –ruhdan kömək istəməsi ilə bağlıdır. MAGİYA – Yunanca –cadu- deməkdir. Maqiya ibtidai dini inam formaları içərisində insanların fövqaltəbii gücə malik olduğunu göstərən inam formasıdır. Bəzi tədqiqatçılar madiyanı ibtidai dinin forması belə hesab etmirdilər. Onu bu və ya digər cəmiyyətlərin həyat tərzi kimi qələmə verirdilər. Belə ki, magik görüşlər insanlarla bağlı olmayan fövqaltəbii qüvvələri qəbul etmirlər. Magiyanı əsasən 2 yerə bölürdülər. Müalicəedici-ağ magiya, zərərverici-qara magiya. ŞAMANÇILIQ- Yakut dilində özündən çıxan, dünyanı unudan deməkdir. Şamanizm əsasən Sibirdə və Şimali Amerika hinduları arasında geniş yayılmışdır. Bu dini təlim yalnız ayrı-ayrı insanların fövqaltəbii gücə malik olduğuna inamla bağlıdır. Bunları şaman adlandırırdılar. Şamanlar cəmiyyətin həyatında müstəsna yer tutan, hamının çəkindiyi insanlar idilər. Şamanlar həqiqətən də özlərinin müəyyən cəhətlərinə görə bu və ya digər dərəcədə digərlərindən fərqlənirdi.Onların xarici görünüşləri də başqalarından fərqli oluprdu. Onlar xırda parçalardan tikilmiş paltar geyirdilər. Əsas alətləri tütək və qaval idi. Onları ruhlarla əlaqə yaradan adamlar kimi hesab edirdilər. Şamanların ruhlarla əlaqəyə girmək üçün icra etdikləri ayinlər –qamlamaq- adlanırdı. Buy akut dilində rəqs etmək deməkdir. Tarixi ədəbiyyatlarda şamanların bu ayinləri icra etdikləri zaman həqiqətən də psixoloji cəhətdən tərkidünya vəziyyətinə gəlmələri müşahidə edilir. Bəzən bu onların ölümü ilə də nəticələnmişdir. Ümumiyyətlə bu təsəvvürlərin hər birinin yaranması ibtidai icma cəmiyyətində formalaşmışdır. Lakin dinlərin tam təşkilatlanması sinifli cəmiyyətlər dövrünə təsadüf edir. Müəllif: Həvilova Fəxriyyə Həvil qızı Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası Həmçinin bax: Dinin mənşəyi haqqında fikirlər
['ibtidai icma dövrü', 'dinin mənşəyi']
4,628
https://kayzen.az/blog/issoc/7778/avropa-v%C9%99-biz-%7C-rafiq-ta%C4%9F%C4%B1.html
“Avropa və biz” | Rafiq Tağı
Muza
islam və cəmiyyət
23 noyabr 2011, 16:55
Avropa coğrafi məkan kimi də yox, mənəvi-əxlaqi areallıq baxımından, bəşəriyyəti həmişə düşündürüb. Çünki Avropa dəyərləri əslində bütün bəşəriyyətin uğurudur və heç də avropalıların təkəbbürünə səbəb olmamalıdır. Hərçənd əfsus, bu təkəbbür vaxt-bivaxt özünü göstərir, hətta cisimləşərək faşizm timsalında, ya militarizələşmiş aqressiv millət tərzində ortaya çıxır.Əlbəttə, faşizm Avropanın bağışlanmaz səhvi idi.Azadlıq və humanizm ideyaları, sən demə, Avropada yaranmış, yalnız burada işlək və realdır. Mənəvi postulatları bu ideyalarla üst-üstə düşdüyündəndi ki, xristianlıq Avropada oturuşmuş hala gəlib. Başqa heç bir din Avropada yeriməz, intişar tapa bilməz. Avropa başqa dinlərin, o cümlədən islamın yalançı humanist ideyalarını həmişə rədd edib və edir. İslamda əxlaq hoqqabazlıqdır; ondakı humanizm inandırıcı deyil. İslam humanizmi meyarları hətta əzbərlədiyimiz-öyrəşdiyimiz dialektik materialist tənqidlərə də tab gətirmir. İslam Şərq despotizmi tipindədir və yalnız despotizmin modifikasiyalarından biri sayıla bilər. İslam Avropada heç vaxt mənəvi imperativə çevrilməz; buna qadir deyil. Onu Ottoman imperatorluğunun çiyinlərində bütün Avropada tabut kimi gəzdirdilərsə də, qoymağa yer tapmadılar. Yenə gətirib Şərqdə – üzü qibləyə yerləşdirdilər. İsa Peyğəmbərə tapınan kəs heç vaxt Məhəmməd Peyğəmbərə burun silməz. İsa Peyğəmbərlə müqayisədə müharibə fətvalarının atası Məhəmməd Peyğəmbər, sadəcə, qorxunc bir məxluqdur. İslam Avropada olsa-olsa xırda demoqrafik addımlarla irəliləyər. Bəlkə elə də ölkə olar ki, orada islamı tək-tək fiziki şəxslər, ya inkoqnito yaşayan terroristlər təmsil edər.Avropa Şərqin əlindən çıxmış imkanıdır. Şərq insan azadlığını dərk etmədi, yaxud bunu istəmədi. Şərqdə insan azadlığı bir problem olaraq ən axırıncı yerlərdə sürünür. İctimai-sosial azadlıqları əlindən alınmış insana qaranlıq islam təriqətləri səviyyəsində illüzor xoşbəxtliklər vəd edilir. Fəlakətlərlə süslü cənnət yolu sosial bataqlıqlardan çıxış yolu kimi göstərilir. İslam Şərq ölkə strukturlarında riyakar iş prinsipləri doğurmuşdur. Tabular sistemi Şərqi büsbütün fiaskoya uğradır, ondakı olan-qalan işıqlı ictimai ideya və fikirləri də yararsız hala salır. Baxın, islam dünyasında din alimliyi bu tabuların ancaq çoxaldılması və onların getdikcə təkmilləşdirilməsindən ibarətdir.Qərb həmişə dialektik, Şərq isə metafizik durumdadır. Şərq metafizik ictimai durumunda ancaq yalançı tərəqqi görüntüləri mümkündür. Qərbin irəli sıçrayışları fonunda Şərq geriyə hoppanırmış kimi görsənir.Azərbaycanın dünyəvi dövlət quruculuğundakı bütün cəhdləri Avropa təsirindəndir. Bu səmimi cəhdlərində Azərbaycan xalqı Avropa ailəsinin həqiqi üzvü olduğunu tam sübut edir. Islam ölkələriylə dövləti münasibətlərimizsə darıxdırıcı və candərdidir, diplomatikcə-saxtakarcadır. Düşünər insanlarımız tərəfindən islam Azərbaycanda məcburi-zəruri bir Şərq əlaməti, zor qalığı olaraq qavranılır. Tarix boyu, ən azı ən yeni tariximizdə, Azərbaycan dövlət başçılarının islama “səmimi” münasibətləri də əksərən qeyri-səmimi “taxt-tac” maraqlarından irəli gəlib. Onlar üçün müsəlmanlar daim aşılması vacib əngəllər sırasında olub və sadəcə, seçici təbəqəsi kimi əhəmiyyət kəsb edib.Mən nə qədər Roma Papasıyamsa, Azərbaycan dövlət başçıları da bir o qədər müsəlman olublar.Azərbaycan türkü hətta İrandakı qatı şiə-islam rejimində belə avropalı olaraq qalır. Fikir verin, Güneydən mühacirətimiz də əsasən Avropayadır. Bu psixoloji özünütanıma sübutsuz-izahsız özü hər şeyi deyir; ondan maksimum bəhrələnmək gərək. Açığı, xarakterindəki Şərq ünsürləri mahiyyətcə avropalı olan azərbaycanlıda yabançı bir şey, mən deyərdim, qüsur kimi gözə girir.Şərqliliyi azərbaycanlının dəyərlər sisteminə heç nə əlavə etmir.Rusiya da özünü Qərbdən ayırmaq istəmədi; Qərbdən mütəmadi hərbi təcavüzlərə məruz qalsa belə. I Pyotr gah nala, gah mıxa vurmadan, sözünü inamla və qəti dedi. Onun Avropanı Rusiyaya calaq cəhdləri tam baş tutub. Rus mədəniyyəti, rus ədəbiyyatı büsbütün Avropanın yetirməsidir. Dünya dövlətlərinin hamısı, axtarsan, bu, ya digər dərəcədə azadlıq interpretasiyalarıyla məşğuldur. Onlarda insan haqları problemi Avropanı düşünərəkdən, onun nümunəsində müzakirəyə qoyulur. Çünki yalnız Avropa dəyərləri qaçılmaz tərəqqi faktorudur. İnsan haqları bir ictimai Avropa ixtirasıdır və yalnız Avropa modelində məqbuldur.Avropa mədəniyyəti bəşər xislətindəki vəhşilikləri rəf etməyi bacarıb. Cinayətlər minimuma endirilib; artıq bu yaşam amilinə ehtiyac qalmayıb. İnsan Avropa məkanında ilk öncə özünə qalib gəlib, Şərdən maksimum uzaqlaşa, Xeyirə maksimum yaxınlaşa bilib. Keçməyinə Avropa da qanlı inqilablardan keçib, lakin artıq təcrübələnərək hamıdan əvvəl, yenə ilk olaraq özü onlara yox deyir.İnqilablardan imtina Qərbin Şərqdən üstünlüyüdür.Yalnız sosial-siyasi inqilablara ehtiyac qalmayan cəmiyyətlər gözəldir.Yeri gəlmişkən, Amerika və Cənub-Şərqi Asiyadakı elmi-texniki sıçrayışlar da Avropa elminin törəməsidir. Avropa olmasaydı, dünya bəlkə hələ yenə bu qənaətdə olacaqdı ki, Günəş Yer ətrafında fırlanır. Şərq bəlkə yenə elə hesab edəcəkdi ki, Yer öküz üzərində bərqərardır.Avropa ağrılı mənəvi-etik, tarixi-fəlsəfi araşdırmalarını artıq yekunlaşdırmış, onları lazımi-layiqli, faydalı kondisiyaya çatdırmağı bacarmışdır. Bu gün Avropa insanı çoxəsrlik axtarış və düşüncələrinin bəhrəsini görməkdədir. Çünki bu axtarış və düşüncələr həmişə daha çox praktik yönlü, realistik və məntiqli olmuşdur. İnsanın real həyatı yalnız məntiqi əməllərlə var olur. Qeyri-məntiqilik ağıldan kəsirlik və gərəksizlikdir. Məntiq ağlın ən vacib atributudur. Şərq insanının düşüncələri sanki yaşam üçün deyil; bilmək olmur da nə üçündür. Avropa filosofu Şərq filosofu kimi oyunbazlıq etmir, özünü sufiliyə, yaxud gicliyə-səfehliyə vurmur. Bəli, Şərq filosofu təmizcənə aktyordur, onun bütün fəaliyyəti ideya adına uydurmalarla miniatür naxışlıdır. Şərq filosofu söz demək xatirinə söz deyir. Məqsəd-yol ya məlum deyil, ya da hədsiz mücərrəddir. Hər halda, məram insanın ağzını axirətə dirəməkdir. Şərq filosoflarının məktəbi islamdaxili məhdud düşüncələr sistemidir. Şərq filosofu olsa-olsa islam missioneri rolundadır. Demək gərək, islamla bağlılıq filosof üçün hələ heç də fəzilət deyil.F. Nitsşe yaradıcılığı məhz dindən uzaqlığında gözəl idi. Fyodor Dostoyevskidəsə dinlə bağlılıq nə qədər cazibədar görünürsə də, bu onda vacib deyildi. Xristianlıqdan kənar Dostoyevski daha maraqlı, daha fundamental olacaqdı.…Şərq-Qərb müqayisəli təhlilləri əksərən qısqanclıq və dözümsüzlüklə, bəzən də şiddətli basqı və təpkilərlə qarşılanır. Qəflətən qurtardığım bu yazı da bütün basqı və təpkilər göz önünə gətirilərək yazıldı. Üstəlik, deyirəm: hələ ardı var.2006, oktyabrRafiq Tağı
['Şərq və Qərb', 'Rafiq Tağı']
4,629
https://kayzen.az/blog/fotosessiya/7775/%C9%99n-qeyri-adi-meyv%C9%99l%C9%99r.html
Ən qeyri-adi meyvələr
BaKiNeC
Fotosessiya
23 noyabr 2011, 11:51
Müxtəlif ölkələrdə çoxumuza tanış olmayan ən qeyri-adi meyvələrə rast gəlmək mümkündür.
['Ən qeyri-adi meyvələr', 'qəribə meyvələr']
4,630
https://kayzen.az/blog/%C3%B6lk%C9%99l%C9%99r/6509/m%C9%99%C4%9Frib-v%C9%99-liviya-xalqlar%C4%B1.html
Məğrib və Liviya xalqları
luminat
Ölkələr
23 noyabr 2011, 00:44
Məğrib ölkələri və Liviya şimali Afrikanın qərb hissəsində yerləşir. Öz relyef şəraitinə görə bu vilayət dağlıq ərazidə yerləşir və Atlas dağ massivləri öz təsirinibütün vilayətdə göstərir. Əlcəzair, Tunis ərazilərindəgeniş əkinçilik vadisi mövcuddur. Buranın yumşaq iqlimi, bol sulu çayları var. Məğrib ərəbcə günbatan deməkdir. Buraya Mərakeş, Əlcəzair, Tunis və Liviya əraziləri aiddir. E.ə. I minilliyin başlanğıcında Finikiyalılar Aralıq dənizi sahillərində öz koloniyalarına yaratmışdılar. Ən qədim Utika koloniyası indiki Tunisin şimalında yerləşir. Digər koloniya Karfagen koloniyasıidi ki, qısa bir müddət ərzində o bütün qonşu koloniyaları özünə tabe edərək, güclü bir dövlətə çevrilmişdi. Korfagen şəhəri e.ə 814-cü ildə salınmışdı. E.ə. 241-238-ci illərdə I Pun müharibəsindən sonra Karfagendə qulların və Liviya qəbilələrinin böyük bir üsyanı olmuşdur. Karfagenlə mübarizə gedişində yaranmış qəbilə ittifaqları bu ərazidə Numidiya və Mavritaniya çarlıqlarının yaranmasına səbəb olmuşdur. Sonralar  eramızın ilk əsrlərində Numidiya və Mavritaniyanın Roma işğalçıları ilə mübarizəsi başlayır. YI əsrdə şimali Afrika Bizansın əlinə keçir. VII əsrdə ərəblər Bizans işğalçılarını Afrikadan qovub çıxarırlar. Və bununla da Məğrib ölkələri tarixində böyük bir iz qoymuş olur. XIX-XX əsrlərdə Məğrib ölkələri Qərb kapitalistlərinin müstəmləkə işğallarına məruz qaldılar. 1871-ci ildə fransızlar bütün Əlcəzairi işğal edirlər. Bundan sonra 1881-ci ildə Fransa Tunisin işğalını surətləndirir. Tunis ordusu tezliklə məğlubiyyətə üğradıldı. Tunis üzərində Fransız qəyyumluğu elan edilir. Məğrib ölkələri arasında yalnız Mərakeş (paytaxtı Rabat şəhəridir) uzun müddət öz istiqlaliyyətini saxlamışdır. Mərakeşi işğal etmək üçün beş dövlətin : Fransa,   İngiltərə, Almaniya, İspaniya və İtaliyanın mənafeyləri toqquşurdu. Fransa ilə İspaniya arasında bağlanmış 1912-ci il sazişinə əsasən Mərakeşin şimal hissələri İspaniyanın qəyyumluğuna çevrildi. II Dünya müharibəsindən sonra Məğrib ölkələri bir-birinin ardınca öz müstəqilliklərini elan etdilər. 1951-ci ildə Liviya, 1956-cı ildə Tunis və Mərakeş, 1962-ci ildə Əlcəzair müstəqil oldu. Məğrib və Liviya ölkələrinin əhalisi başlıca olaraqərəb və bərbər dillərində danışırlar.Mərakeş əhalisi 32,7 mln nəfərdir. Ərəblər və bərbərlər əhalinin 97 %-ni təşkil edir. Əhalinin böyük əksəriyyəti oturaq əkinçiliklə məşğul olur. Hazırda ərəb və bərbərlər arasında qaynayıb qarışma prosesi gedir. Belə ki, Mərakeş əhalisinin 4–də bir hissəsi bərbə olsa da, bərbər dillərində onların yalnız 13% danışır. Dövlət dili- ərəb, fransız, ispan, bərbər dilləridir. Əhalisi sünnü müsəlmanlardır -98,7 %. Əlcəzair bir-birindən fərqlənən iki hissəyə apyrılır. Paytaxtı Əlcəzair şəhəridir. I. Məğribin Aralıq dənizi sahillərində yerləşən hissə, II cənub hissəsidir ki, bu yerlər Saxaranın yarım səhra və səhra rayonlarıdır. Ölkə əhalisinin 90%-dən çoxu şimalda məskunlaşmışdır. Əlcəzairin əhalisi 32,5 mln.nəfərdir. 80%-ni ərəblər, 19%-ni isə bərbərlər təşkil edirlər. Onların əksəriyyəti oturaq əhalidir. Tunis- Məğribin şərq hissəsitndə yerləşir. O, inzibati cəhətdən 19 əyalətə bölünür. Əhalisi 10 milyondan çoxdur. Əhalinin tərkibi  98% ərəblərdən, 1% avropalılardan və bərbərlərdən ibarətdir. Burada bərbərlər başqa  Məğrib ölkələrinə nisbətən azlıq təşkil edirlər – 80 min nəfər. Tunis ərəbləri müsəlman sünnülərdir. Liviyanın paytaxtı Tripoli şəhəridir. Əhalisi 5,7 mln. nəfərdir. Məğrib ölkələri arasında köçərilərin sayına görə Liviya II yeri tutur – 1 mln nəfər. Kirenaike vilayətində yaşayan əhalinin 70 %-i köçərilərdir.   Ərəb və bərbərlər əhalinin 97%-ni , yunan, italyan, pakistanlılar, misirlilər, türklər, hindlilər əhalinin 3 %-ni təşkil edirlər. Burada habelə çad qrupundan olan hauslar 10 min, saxara qrupundan olan tubular 5 min, Avropa mənşəli əhali 40 min. Dövlət dili ərəb dilidir. Dinləri islamdır. Əhalinin 97% sünnüdür. Kirenaike vilayətində mərəbütlərin və səaditlərin qəbilə konfederasiyaları mövcuddur. Bunlar mənşə etibarilə YII əsrdə islam dinini qəbul edən bərbərlərdir. Səaditlər isə XI əsrdə buraya köçüb gəlmiş bəni-süleym adlı ərəb qəbilələrinin nəsillərindəndir. Xalis bərbər qəbilələrinə misal olaraq çevrə, modşəfrə, nəfus, suayə və s. göstərmək olar. Bütün Məğrib ölkələri və Liviyanın iqtisadiyyatının əsasını əkinçilik və maldarlıq təşkil edir. Əsas taxıl bitkiləri buğda və arpadır. Avropa mənşəli əhali qarğıdalı və vələmir də becərirlər. Məğribin ərəb-bərbər əkinçilik təsərrüfatının öz xüsusiyyətləri vardır. Əsas əkinçilik rayonu sahil zolağı və Atlas dağlarının vadi bölgəsidir. Burada su mənbələrinin çoxluğu, bol yağışlar və mülayim iqlim əkinçiliyin və maldarlığın inkişafına müsbət təsir göstərir. Quraqlıq dövründə süni suvarmadan istifadə edilir. Ərəb-bərbərlər həm də təcrübəli bağbanlardır. Dəniz sahillərində onlar üzüm, sitrus meyvələri, əncir Tunisdə zeytun becərilir. Kənd təsərrüfatı texnikası olduqca geridə qalmışdır. Qədim vaxtlardan indiyə qədər xışdan, toxadan və kirkirədən istifadə olunur. Məğribin şimalında əkinçiliklə yanaşı maldarlıq da inkişaf etmişdir. Cənub rayonlarında köçəri və yarımköçəri maldarlıq təsərrüfatı yayılmışdır. Şimali Afrikanın kənd əhalisi dulusçuluqla, həsirçiliklə məşğul olurlar. Maldar əhali yun emal edir, yun parçalar toxuyur, xalçaçılıqla məşğul olurdular. Məğrib şəhərlərində dəmirçilik, zərgərlik, dulusçuluqvə s. sənətkarlıq sahələri inkişaf etmişdir. Məğrib evləri əsasən bir mərtəbəli , yastı dam örtüklü çiy kərpicdən tikilmiş evlərdir.  Bu cür evləri adətən ərəb tipli evlər adlandırırlar. Köçərilərin evi felic adlanan çadırlardan ibarətdir. Çadırlar dəvə yunundan və keçi qəzilindən toxunurdu. Hər bir çadır kiçik monoqam ailə üçün nəzərdə tutulurdu. Məğriblilərin mili geyim kompleksinə pambıq parçadan tikilmiş köynək və şalvarlar daxil idi. Köynəyin üstündən burnus adlanan bürüncək salırdılar. Burnus müxtəlif rəngli və keyfiyyətli parça materiallarından hazırlanırdı. Bəzən ona naxışlar da vurulurdu. Avropa müstəmləkə rejimi Məğrib ölkələrinin xammalını daşıyıb aparmaq üçün  bütün ölkə boyu dəmir və şosse yolları çəkmişdir. Dəniz kənarı ilə şərqdən qərbə doğru uzanan bu əsas dəmir yolundan ölkənin içərilərinə doğru , cənub istiqamətində 3 xətt ayrılır. Ölkənin ucqarlarını şosse yolları əsas dəmir yolları ilə əlaqələndirilir. Burada yaşayan əhali islam dininə qulluq etməklə yanaşı Quranda şərh olunmuş allah və peyğəmbərdən başqa digər müqəddəslərə pərəstiş edirdilər. Müsəlman etiqadlarını islama qədər geniş yayılmış bir çox magik adətlər tamamlayır. Sufizm ilə bağlı olan bir çox təriqətlər Məğrib ölkələrində bu günə qədər davam etməkdədir. Müəllif: Həvilova Fəxriyyə Həvil qızı Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası
['Məğrib', 'Liviya']
4,631
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7774/g%C3%B6z-ayd%C4%B1nl%C4%B1%C4%9F%C4%B1.html
Göz aydınlığı
umud600
Düşündürücü hekayələr
23 noyabr 2011, 00:38
May ayının 25-i idi. Ülvi bir azdan 9-cu sinfi qurtaracaqdı. Amma hələ qabaqda buraxılış imtahanları var idi. Ülvini rahat buraxmayan imtahanlar deyil, başqa şey idi... Sinif yoldaşları hər il olduğu kimi bu il də imtahanlardan sonra yaşadıqları kənddə gəzintiyə çıxmağa qərara almışdılar. Sinif nümayəndəsi bütün şagirdlərə, o cümlədən Ülviyə də 10 manat pul gətirməyi tapşırmışdı. Bu il də keçən illərdəki kimi" Mənə evdən icazə vermirlər" deyə bilmirdi. Çünki artıq böyük bir kişi olmuşdu. Atasının isə buna imkanı yox idi... Axşam yeməyindən sonra Zahid kişi oğlunun fikirli olduğunu görüb soruşdu: - Oğlum, sənə nə olub? Niyə kefsizsən? - Bir az başım ağrıyır, keçib gedər... Ertəsi gün Ülvi yuxudan çox tez oyanmışdı. Əl-üzünü yumaq üçün həyətə düşdü. Qonşuları Fatimə xala da həyəti süpürürdü. Bu zaman çöldən maşın səsi eşitdi.Ülvi maraq üçün küçə qapısını açıb yola çıxdı. Taksi sürücüsü Fuadın maşını idi. Maşından bir əsgər düşdü. Bu ki qonşuları Xəyal idi, əsgərlikdən gəlirdi. Ülvi tez qapıdan içəri girdi və :" Gözünüz aydın, Fatimə xala, Xəyal əsgərlikdən gəldi" - deyərək Xəyalın anasına gözaydınlığı verdi. Demə anasıgilin Xəyalın bu gün gələcəyindən xəbərləri yox idi... Axşam Ülvi dərslərinə hazırlaşırdı. Bu zaman həyətdən qonşuları Fatimə xala Ülviyə səsləndi. Ülvi həyətə düşdü. Fatimə xala əlindəki bağlamanı ona uzadaraq: - Ülvi, bunu al,  sənin muştuluq payındır -dedi. Ülvi əvvəlcə almaq istəmədi, amma Fatimə xalanın israrından sonra daha bir söz demədi. Əlindəki bağlama ilə evə qalxdı. Bağlamanı anasına verdi. Anası: -Bu nədir? oğlum -deyə soruşdu. - Fatimə xalanı muştuluqlamışdım, o verdi. Anası bağlamanı açdı; bir şokolad qutusu və 10 manat pul.- Al bu pulu, oğlum, sənin işin düzəldi. Bu il sən də gəzintiyə gedə biləcəksən. Ülvinin gözləri dolmuşdu....
['məktəb illəri']
4,632
https://kayzen.az/blog/poeziya/7772/d%C3%BCnyadan-%7C-b%C9%99hm%C9%99n-v%C9%99t%C9%99no%C4%9Flu.html
Dünyadan | Bəhmən Vətənoğlu
Shabnam_Ilham
Poeziya
22 noyabr 2011, 19:02
Bir-birimizdən küsmək nə lazım,Yaxşılıq yaxşıdı, pislik nə lazım.Bunu demədimi atalar bizə,Gələr bəd əməldən xətalar bizə!Qoysan bu dünyada yaxşı əməllər,Ruhuna min rəhmət söyləyər ellər.Bəhmən, nə qazandıq hədər dünyadan?Hərə bir dərd ilə gedər dünyadan!Niyə dağıdırsan, niyə ay insan,Axı dünyanı sən yaratmamısan!Səhv dedim, insandan törəsən də sən,Əməlinə görə insan deyilsən.Verib alim, şair, ədib bu dünya?!Udmağa havanı bu verib sənə,Susuz yaşayammazdın, su verib sənə! Sənə qida verib min-min neməti,Yoxsa danırsanmı bu həqiqəti!?Xəyala dalmısan gözəlliyindən,Öpüb ayağını səhərin şehi,Darayıb saçını sabahın mehi!Qarşında bənövşə boynu bükülü,Oxşayıb gözünü çiçəyi, gülü.Suları səslənib aylı gecələr,Qəlbini oxşayıb xoş düşüncələr.Sən tifil, bu isə ana dünyadı,Niyə dağıdırsan, niyə ay insan,Axı dünyanı sən yaratmamısan.
['şeir']
4,633
https://kayzen.az/blog/aforizmler/7771/x%C9%99yal-haqq%C4%B1nda-aforizml%C9%99r.html
Xəyal haqqında aforizmlər
umud600
Hikmət dənizi və aforizmlər
22 noyabr 2011, 14:23
* Xəyal canlandırır, ağıl müqayisə edir, zövq bəyənib seçir, istedad icra edir.   ( Qaston Levis: Fransız yazıçısı )* Ən böyük işlər böyük xəyallar qurmaq xüsusiyyəti olan insanlarla başlamışdır.   ( Naməlum )* Siz var olan şeyləri görür və belə deyirsiniz:" Nə üçün? ". Amma mən olmayan şeyləri xəyal edir və deyirəm:" Nə üçün olmasın?".   ( Bernard Şou )* Xəyallarınızı qovmayın. Çünki onlar getsələr, siz bəlkə də qalarsınız, lakin artıq yaşamazsınız.   ( Mark Tven: Amerika yazıçısı )* Elm bütün nailiyyətlərinə görə xəyala borcludur.   ( Ralf Emerson: Amerika filosofu )* İnsan zəkası "acgözdür": o, yerində sakit dura bilmir, daim irəliyə - ona məlum olmayan ənginliklərə can atır və onu bu yürüşdən heç nə saxlaya bilməz.   ( Frensis Bekon: İngilis alimi )* Xəyal gerçəklikdən qüdrətlidir, o hər şeyi canlandıra bilir.   ( Anatol Frans: Fransız yazıçısı ) * Elmdə cəsarətli fikirlər öndə gedən döyüşçülər kimidir - onlar həlak olsalar da, qələbəni təmin edirlər.   ( Höte: Alman mütəfəkkiri )* Xəyal ağlın ayaqlarıdır. Əgər onu cilovlamasaq, ağıl yanlış yolla aparar.   ( Xun Tszi-En: Çin yazıçısı )* Xəyalına çox güc vermə! O, çox qorxunc mənzərələr yarada bilər.   ( Pifaqor )* Layihə gələcəyin qaralamasıdır. Bəzən gələcək yüzlərlə qaralama tələb edir.   ( Jül Renar: Fransız yazıçısı )* İnsanın ən böyük dostu da, ən böyük düşməni də onun öz təxəyyülüdür. ( Arturo Qraf: İtalyan alimi )* Kimlərə meydan oxumaz ki, insan təkbaşına düşündüyü zaman...   ( Jan de Lafonten: Fransız şairi )* Boş yerə xəyala qapılmaq ömrü hədər verməkdən başqa bir şey deyil.   ( Alfred Kapus: Fransız yazıçısı )
['aforizmlər']
4,634
https://kayzen.az/blog/imtahan/7770/fonetika-testl%C9%99ri-2.html
Fonetika testləri -2
ayxansevda
Testlər
22 noyabr 2011, 13:08
1. Hansı sözlər hecalara düzgün ayrılmayıb? a) A-lı-cı-la-rı-mız, o-xu-duq-la-rı-mız b) Sev- dik-lə-ri-mız-dir, o-dun-çu-lar c) Ma-ar-if-çi-lər, və-tən-sev-ər-lər d) Na-mə-lum, mü-şa-hi-də e) Mu-si-qi-şü-nas, mü-ka-li-mə 2. Vurğunun yerini dəyişməklə mənası dəyişən söz hansıdır? a) Saydır b) Oxdur c) Dərddir d) Bağdır e) Lakin 3. Hansı sözdə nöqtələrin yerinə y yazılmalıdır? a) Külə…dən b) Çiçə…lər c) Idra…ımız d) Mələ…im e) Ürə…siz 4. Hansı fikir doğru deyil? a) Ahəng qanunu eynicinsli saitlər arasında gözlənilir b) Səs uzanması sözün ilk hecasında da ola bilər c) Mürəkkəb sözlərdə ahəng qanunun pozulur d) Simfoniya, ambulans, qumbara və gümbəz sözlərinin yazılışı düzgündür. e) Hecalanma zamanı şəkilçi parçalanaraq müxtəlif hecalara düşə bilər. 5. Sözlərdənbiri vurğusu əvvələ düşən, milli, sadə sözdür. a) Ağdaş b) Tabel c) Bayaq d) Inam e) Elat 6. Sözlərin birində vurğu işarəsi düzgün qoyulmayıb. 1) silahda'ş 2) Sici'liya 3) sentne'r 4) pana'ma 5) mona'stır 7. “Monarxiya” sözünün fonetik təhlilinə aid ola bilməz. a) Vurğusu son hecaya düşür. b) Ahəng qanunu pozulub. c) Bir dodaqlanan, üç dodaqlanmayan sait işlənib. d) Bir kar samit var. e) Bir cingiltili samitin kar qarşılığı var. 8. Ahəng qanunu pozulmuş sözlərin birində səs uzanması birinci hecadadır: a) Cinayət b) Mənəvi c) Kabus d) Məşuq e) ədalət 9. Birində səs uzanması yoxdur. a) Yekun b) Qadir c) Siyasət d) Sitayış e) Tövbə 10. Hansı sözdə eyni hərf iki müxtəlif səsi ifadə etmir? a) Qoruq b) Hüquq c) Külək d) Kənddən e) Şəffaf 11. “Qalın saitlər” söz birləşməsində qalın sözünü hansı sözlə əvəz etsək məna dəyişməz? a) Dilarxası b) Dilönü c) Gen d) Dar e) Dodaqlanan 12. Tələffüzü düzgün verilməyən sözü seçin: a) [lentva:ri] b) [rüşeyimsiz] c) [ka:perativ] d) [bərbatcasına] e) [mə:dəniyət] 13. Biri düz yazılmışdır: a) Kinematoqraf b) Kineteatr c) Kinerejissor d) Kinefilm e) Kinekomediya 14. Sözlərdən birinin yazılışı düz, tələffüzü səhv verilib: a) Nanə [na:nə] b) Pansion [pansiyon] c) Etinasız [etina:sız] d) Pıqqıltı [pık'qıltı] e) Zooloji [za:loji] 15. Sözlərdən birinin yazılışı səhvdir: a) Karnaval b) Doğramac c) Başısoyuq d) Arxioloji e) Süxur 16. Hansı sözün tələffüz şəkli səhv göstərilib: a) [o:xalamax] b) [xoşbaxlıx] c) [si:ma:sız] d) [bosdan] e) [k'lub] 17. Sətirdən sətirə keçirmək baxımından biri fərqlidir. a) 100% b) Ilan c) 3 sot d) DQT e) Ailə 18. Səsuzanmasına görə uyğunlaşdıraraq yazın: 1. Simasız 2. Səadət 3. Sakin a) Xasiyətnamə b) Müalicə c) Bəli d) Xariqüladə e) Heca 19. Biri defislə yazılmır. a) Dəymə-düşər b) Gündən-günə c) Bəzək-düzək d) Tör-töküntü e) Stəkan-zir 20. Pauza, raund, şüa, sauna, …… nöqtələrin yerinə müvafiq, uyğun gələn sözü yazın: a) Müasir b) Sual c) Dayıoğlu d) Səadət e) Iaşə
['Azərbaycan dilinin fonetikası', 'fonetika testləri']
4,635
https://kayzen.az/blog/cahandar/7769/bir-%C3%BCmid.html
Bir ümid
cahandar
Bloq: cahandar
22 noyabr 2011, 00:27
Sakit və hüzünlü bir gecə. Səssizlikdir. Bütün uşaqlar öz yataqlarında uzanıb yatır. Bir balaca oğlandan başqa. Gecənin hüzünlü olmasının səbəbkarı. İçini çəkə- çəkə ağlayır. Əlini ağzına tutub ki, səsini eşidib oyanmasınlar. Göz yaşları kipriklərindən damla- damla axırdı. O qədər ağlamışdı ki, gözləri və yanaqları qızarmışdı.Yastığını qucağına alıb bərk- bərk qucaqlamışdı. Başını sığallayacaq bir əl, onu bağrına basacaq bir qucaq belə yox idi. Gözlərini çöldəki qapıdan çəkmirdi. Elə bil kimisə gözləyirdi. Kimsə hər an qapını aça bilərdi.Ayın işığı otağa dolmuşdu. Balaca nə qədər səssiz olmağa çalışsa da yenədə hıçqırıq səsi otaqda aydın eşidilirdi. Uşaqlardan biri başını qaldırıb onu pəncərənin yanında ağlayan gördü. Eyni yaşda olardılar. Adyalını götürüb onun yanına getdi. Yarısını onun çiyninə yarısını da öz çiyninə atdı. Balaca əlləri ilə onun gözlərini sildi və yanağından öpdü. «Ağlama İlkin. Səni də bir gün aparacaqlar. Heç mənim onlardan xoşum gəlmədi. Onlar sənə yaxşı baxmayacaqdılar. Həm sən getsəydin mən tək qalacam axı.» İlkin dostuna baxdı. Onu bərk bərk qucaqladı. Hüzünlü gecədə iki balaca dost bir-birilərini qucaqlayıb ağlayırdılar. İlkinə ən çox təsir edən 7 yaşında olmağına baxmayaraq ona «Böyüyüb. Bizə beləsi lazım deyil, balaca uşaq istəyirik. » sözü oldu. Axı o hələ balaca idi, ana quzusu idi. Ürəyindəki ümidi qırdılar. Düşünürdü ki, əgər böyüyübsə onu heç kim heç vaxt övladlığa götürməyəcək.- İlkin ağlama. Gəl gedək yataq.- Yyoxx iss-təmirr-əm- Yaxşı onda ağlama.- Ya-xşı.- Kefini pozma. Sənə bir sirr deyim amma heç kimə demə. O gələn əslində ana deyildi.- Necə? Axı dedi- lər ki, biri-mizin an- ası olacaq.- Yox. Mən bilirəm ana necə olur.- Nee-cə olur?- Bax ana çoooox gözəl olur. Uzun saçları olur. Üzündə də xalı olur.- Xa-lı?- Hə xal. Bax burda. Hər ikisi gülüşdülər.- Bəs sə nə bilirsən ki, o ana deyil? Axı o da gözəl idi.- Nolsun amma saçı uzun deyil idi. Yanağında da xalı yox idi. Həm də gülmürdü.- Gül-mürdü.- Hə. Ana uşağa baxanda həmişə gülür. Bax belə gülür.Yenə hər ikisi güldü. Vasif İlkinin kefini azacıq da olsa düzəltmişdi. Hər ikisi də bu gün gələnlərin mənfi xüsusiyyətlərini deyib, özlərinə təsəlli verirdilər. Vasif yenədə ananın necə olduğunu təsvir edirdi. Əslində öz anasını təsvir edirdi. Buraya tərk ediləndə 3 yaşı var idi. Yaddaşında anasının siması uzun saçlı, gülümsəyən və yanağında xal olan qadın idi.- O gəlsə sən onu tanıyacaqsan?- Əlbətdəki, özü də o bizim ikimizidə aparacaq burdan.- Bəs nə vaxt gələcək?- Bilmirəm. Amma gələcək. Bax o qapıdan girəcək.Hər ikisi çöldəki, qapıya baxırdılar. İlkin artıq ağlamırdı. Əksinə həyəcanlı idi. Nə də olsa qəlbində ümid doğmuşdu. Uzun saçlı, yanağında xalı, gülən ana bir gün bu qapıdan girəcəkdi...Müəllif:Şəbnəm Hümbətova
['ibrətamiz hekayə']
4,636
https://kayzen.az/blog/Az%C9%99rbaycan-dili/7768/fonetika-testl%C9%99ri.html
Fonetika testləri
ayxansevda
Azərbaycan dili
21 noyabr 2011, 19:48
1. Hansı xüsusiyyətlər sait səslərə aiddir? 1. Maneəli tələffüz olunur 2. Heca əmələ gətirmir 3. Uzun tələffüz olunur 4. Küylü olur 5. Heca yaradır 2. Hansı sözdə beş səs var? a) Xaos b) təbiət c) müasir d) teatr e) Səidə 3. Hansı sözdə yazıda işarəsi olmayan səs işlənib? a) Səkkiz b) məktub c) qatıq d) tələffüz e) bərk 4. Hansı samit qoşalığında tələffüz fərqi əmələ gətirmir? a) Kk b) qq c) tt d) yy e) ff 5. Hansı sözdə eyni hərf müxtəlif səsləri ifadə edir? a) Kələk b) təklif c) güclü d) təqsir e) lampa 6. Hansı söz birləşməsinin birinci tərəfinin son cingiltili samiti kar tələffüz olunur? a) Kənd adamı b) Külək qasırğası c) Zavod müdiri d) Qənd alan e) Hicran yarası 7. Birində sait qoşalığı tələffüzdə fərq yaratmır? a) Təbiət b) Bədii c) Bəraət d) Müəyyən e) Bioloq 8. Hansı fikir doğru deyil? A) Eyni sait qoşalığında səs uzanması tələffüzdə fərq əmələ gətirə bilər B) Beş samit səsin qarşılığı yoxdur C) Səs uzanması Avropa mənşəli sözlərdə də olur D) Səs uzanması ilə vurğu heç zaman üst-üstə düşmür E) Eynicinsli sait qoşalığı olan sözlərin hamısı tələffüzü fərqli olan sözlərdir 9. Hansı sözdə səsdüşümü, səs uzanması, səsdəyişimi və səsartımı fonetik hadisələrin hamısı var? a) Təəccüblə b) Dovğa c) Arifanə d) Qabiliyyət e) Səadət 10. Sözlərdən birində qalın, açıq və dodaqlanmayan saitin ahəngi gözlənilib. a) Qarabağlar b) Orduxan c) Odunçuluq d) Vətənsevərlər e) Qoruqdakılar 11. Hansı sözün yazılışı düz tələffüzü səhvdir? a) Mütəxəssis – ( mütəxəsis) b) Müsaidə — ( müsa:yidə) c) Namünasib –( na:müna:sib) d) Müsdəsna – (müstəsna) e) Monoloji – ( manaloji) 12. Hansı sözün yazılışı səhvdir a) Miniatur b) Saymazlıq c) iztirab d) motoskilet e) Nəvaziş 13. Nümunədə neçə söz səhv yazılıb? Anadı hər kişiyə öz vətəni Bəsliyib sinəsi üstündə onu a) 1 b) 2 c) 3 d) 4 e) 5 14. Səhv yazılan söz hansıdır? A) Mazıt B) Portret C) Paraşüt D) Vermişel E) Respublika 15. Aşağıdakılardan hansında səs və hərf tərkibi arasında fərq yoxdur? A) Diqqətli B) Ayaqaltı C) Müəyyən D) əvvəlcədən E) qayıqçı 16. “palıdlı” sözünün fonetik təhlili ilə bağlı səhv cavab hansıdır? a) (palıtlı) kimi tələffüz olunur b) Iki kar samit var c) Ancaq qalın saitlər işlənib d) Vurğu son hecaya düşür e) Üç cingiltili samit var 17. “pıçıldaya-pıçıldaya” sözünün fonetik təhlilinə aid deyil 1. Ahəng qanununa tabedir 2. (pıçıldıya-pıçıldıya) kimi tələffüz olunur 3. Dörd sonor samit var 4. Səsuzanması vardır 5. Deyilişi və yazılışı fərqli sözdür 18. “Comərd” sözünün fonetik təhlili ilə bağlı səhv cavab hansıdır? a) Bir fonetik hadisə var b) Ahəng qanunu pozulub c) D- samitinin kar qarşılığı işlənib d) Səs uzanması hadisəsi var e) Vurğu son hecaya düşür 19. Hansı sözdə tələffüzdə heç zaman uzanmayan iki saitin ikisi də verilib? a) Insan b) Sevinc c) Senyor d) Düha e) Şüalı 20. “Tumarlamaq” sözünün fonetik təhlili hansı cavabda düzgün verilib. a) Kar samitlə başlayıb cingilyili samitlə bitir. b) Vurğu üçüncü hecaya düşür c) (l) samiti sonor samitdir, tələffüz olunur. d) Beş cingiltili samit var e) Eynicinsli samit qoşalığına nümunə göstərmək olarCavablar: 1) 3.5 2) c 3) b 4) e 5) a 6)c 7)c 8) d 9) a 10) a 11)b 12)d 13) b 14) a 15) d 16) a 17) 2.4 18) a 19) e 20) e
['Azərbaycan dilinin fonetikası', 'fonetika testləri']
4,637
https://kayzen.az/blog/Nail%C9%99_Qasarayeva/7766/g%C3%B6z%C3%BC-komp%C3%BCterd%C9%99n-qoruma-yollar%C4%B1.html
Gözü kompüterdən qoruma yolları
Nailə_Qasarayeva
Bloq: Nailə Qasarayeva
20 noyabr 2011, 23:06
Dünya əhalisinin əksəriyyəti göz zəifliyindən əziyyət çəkir. Həkimlər bu mövzuda yeni texnologiyaları günahlandırmaqda heç də haqsız deyillər əslində. Kompüter istifadə etməkdən tutmuş telefonlara qədər hər bir modern əşya gözlərimizə düşmən kəsilib. Göz həkimləri kompüterdən istifadəni göz xəstəliklərinin birinci səbəbi kimi göstərir. Gözlərdə quruluq, yanma, qızarma və baş ağrısı kimi simptomlar xəstəliyin əlamətlərindən sayılır. Kompüter niyə gözlərə pis təsir edir? Gözlərimiz anatomik olaraq görmə baxımından hərəkət etməyə və uzaqlığa görə kiçilib-böyüməyə hazır yaradılıb. Monitor arxasında 6-7 saat vaxt keçirən insanın gözləri bu imkanlardan istifadə etmir. Çünki gözləri tək bir nöqtəyə zillənir və nəticədə göz yorulur. Gözlərin sağlamlığını qoruya bilməsi üçün göz qırpmaq çox vacibdir. Kompüter arxasında oturanda isə onları çox gec-gec qırpırıq. Buna görə gözlərdə quruluq yaranır. Göz yorğunluğu və quruluğunun səbəbi budur. Digər bir faktorsa kompüterin ekranındakı görüntülərin real həyatdan fərqliliyidir. Ən yaxşı ekran olsa belə, gözün xarakterindən asılı olaraq real görüntülərin yerini vermir. Bundan başqa, radiasiya da gözün işləmə prinsipinə maneə törədən təsirlərdəndir. Bəs bu təsirləri necə minimuma endirmək olar? 1. Həkimlərin ilk məsləhəti gözlərə istirahətin verilməsi ilə bağlıdır. Ekran qarşısında oturduğunuz hər saatın əvvəlində gözlərinizi bağlayaraq 10 dəqiqəlik fasilə verin. Hətta pəncərədən baxmaq belə gözün normal işləmə mexanizminə qayıtmasını təmin edir. 2. Ekranın yeri və qoyulma forması da gözləriniz üçün çox vacibdir. Çalışın ki, ekran dik formada, yəni sizə paralel olsun. 3. Monitorlar üçün filtr şüşələr gözlərə zərər verən ultrabənövşəyi şüaların qarşısını alır. Bu məhsullardan istifadə çox faydalıdır. 4. Linza taxırsınızsa, gözləriniz daha tez quruyacaq. Bunun qarşısını isə göz damcıları ilə almaq olar. Həkiminizlə məsləhətləşərək ala bilərsiniz. 5. A, B2, E və C vitaminləri, kalsium gözlərin sağlamlığı üçün çox vacibdir. Bundan başqa, kök, pendir, balıq və dənəli meyvələr də gözə çox xeyirlidir. Xüsusilə payız və qış aylarında təzə sıxılmış meyvə, tərəvəz şirələrinə üstünlük verin. Mənbə:  www.xezerxeber.com
['Kompüterdən gözü qoruma yolları']
4,638
https://kayzen.az/blog/karyera/5074/m%C9%99zuniyy%C9%99t.html
Məzuniyyət
nilufer
Karyera və yüksəliş
20 noyabr 2011, 15:50
Son zamanlara qədər  deyirdilər ki, məzuniyyətdən, istirahətdən qayıdan işçi yeni qüvvə ilə işə başlayır. Lakin müşahidələr göstərir ki, bu heç də həmişə belə olmur. Ən yaxşı hallarda belə o, əvvəlki  iş qabiliyyətinə bir neçə günə qayıda bilir. Lakin təcrübəli işçilər bu müddəti azalda bilirlər. Məsələn, işdə olmadıqları zaman işdəki  vəzifələrini yerinə yetirməyə davam edirlər. Məzuniyyətdən dərhal sonra insanın  yeni həyat tərzinə adaptasiyası bir qədər çətin baş tutur. Ətrafdakılar fəallıq, yeni fikirlər, konkret nəticələr gözlədiyi halda, hətta az bir müddət işindən ayrılmış insan birdən-birə işə tam gücü ilə qoşula bilmir. Bəziləri isə belə hesab edirlər ki, işçi vəziyyətinə tez bir zamanda uyğunlaşmaq dərəcəsi işçinin məsuliyyətindən çox asılıdır. Adətən iri kompaniyaların top-menecerləri işə rəhbərlik prosesində pozğunluq yaratmamaq üçün 24 gün dalbadal dincəlmək imkanına malik olmurlar.  Və çox zaman məzuniyyətə hər hansı bir layihəni yerinə yetirəndən sonra çıxmağa qərar verirlər. Bu zaman onlar öz məzuniyyətini yarıda kəsib, 5-7 günlük dincəlirlər. Hətta belə bir vəziyyətdə kompaniyada gedən işlərin gedişi barədə mobil telefonla və elektron poçt vasitəsilə  də məlumatlı olurlar. Aparıcı firmaların yüksək vəzifəli şəxslərindən biri belə qeyd edir ki, məzuniyyət zamanı kiçicik işlərlə məşğul olursansa da, bu,  iş şəraitinə tez qayıtmağa kömək edir. Top-menecerlərə işə qayıtmaq üçün o qədər də vaxt tələb olunmur, onlar iş rejiminə tez adaptasiya ola bilirlər. Orta dərəcəli menecerlərə  isə işə başlamağa nisbətən çox vaxt lazımdır. Bunun üçün birdən-birə  bütünlüklə iş rejiminə qatılmaq o qədər də vacib deyil. Bu zaman yüngül ofis işləri ilə məşğul olmaq, məzuniyyətdən bilavasitə əvvəl görülən işləri yada salmaq daha yaxşı olardı. Bəzilərində yeni ideyalar, çox şeyi dəyişmək istəyi məhz bu dövrdə yaranır. Ona görə də işçini birdən-birə çox yükləmək düzgün deyil, əks halda yeni tapşırıqların öhdəsindən gələ bilməyən işçi məzuniyyətdən sonrakı dövrdə depressiyaya düşərək, işdən çıxmaq haqqında ərizə yazmaq məcburiyyətində qala bilər. Şirkət rəhbərlərinin isə bu barədə düşüncələri başqadır. Məzuniyyətə çıxan işçi öz işlərini həmkarına təhvil verməli və qayıdarkən onları geri almalıdır. Başqa bir təcrübə isə göstərir ki, məzuniyyətdən sonra əhval-ruhiyyənin pis olmaması üçün hər yarım ildə 1 həftə dincəlmək kifayətdir. Məzuniyyətin coğrafiyası İşə götürənin işçiyə ödədiyi  iş günlərinin müddəti Danimarka 31 Avstriya 30 Rusiya 28 Fransa 25 Almaniya 24 Braziliya 22 Böyük Britaniya 20 ABŞ 10 Meksika 6 Mənbə: ümumdünya kadrlar agentliyi. Hewit Associates, 2006 Məcburi  məzuniyyət Bir çox kompaniyalarda ilin axırında işçilərin istifadə etmədiyi məzuniyyət günlərinin sayı hesablanır. Vəziyyət parodoksaldır, müəssisələrə sadəcə olaraq, işçiləri məcburən məzuniyyətə göndərmək mümkün olmur. Məsələn, bəzi müəssisələrdə artıq bilirlər ki, işçilərin 80%  məzuniyyətdən istifadə etmir. Bu zaman qarşıdurma yaranır: işçilər məzuniyyətə çıxmaq və ya məzuniyyəti istifadə etmək istəmirlər. İşə götürənə işçilərin öz istirahətindən imtina etməsi o qədər də sərfəli deyil.Müəssisə üçün bu, maliyyə problemi kimi dəyişilə bilər. Əgər ilin axırına istifadə olunmamış çox günlər qalırsa, kompaniya qanunla kompensasiya kimi bunu işçilərə ödəməlidir.məsələn, müəssisənin ləğv olunması zaman. Əgər məzuniyyət ildən-ilə keçirsə, bu məbləğ böyük ölçülərə çata bilər. Əgər işçi işdən çıxıb getmək istəyirsə, o zaman ona istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ödənilməlidir. Bəzi müəssisələrdə iş verən məzuniyyət haqqını ödəmir,  işçilərə məzuniyyət təqdim etmirsə, Bir çox kompaniyalar bu problemin həllini aşağıdakı kimi etməyi daha məqsədəuyğun  hesab edirlər. Onlar işçini xəbərdar edirlər ki, hətta bir il ərzində o öz məzuniyyətini sərf etməyibsə, bu, onun öz problemidir ilin axırında istifadə olunmamış günlər batacaq. Əslində bu, işçini məzuniyyəti düzgün istifadə etməyə məcbur edəcək. Lakin praktikada həmişə belə olmur. İstifadə olunmamış günlərdən istifadə etmək lazımdır. Bəzi kompaniyalar bu günləri istifadə olunmuş kimi göstərirlər. Qanunvericiliyə zidd olan bu məsələdə işçi tərəfindən  müəssisə məhkəməyə verilə bilər. Ümumiyyətlə, məzuniyyətin «yanması» həm işçiyə, həm də kompaniyaya mənfi təsir edəcək (işçidə professional stress yaradacaq). Bu problemlərlə üzləşməmək üçün işə qəbul olunarkən işçilərə məzuniyyətə çıxmağın vacibliyi  aydınlaşdırılmalıdır. Hər bir işçiyə  məzuniyyət haqqında yaddaş təqdim olunmalıdır. Məsələn, Məzuniyyəti əvvəlcədən planlaşdırın ki, irəlidə yaxşı layihəniz olsun. Bu sizə işdə baş verən stress məqamlarında kömək edər. Məzuniyyət zamanı tamamilə işlə bağlı problemlərdən uzaqlaşın. Bunun üçün özünüzlə mobil telefon götürməyin və ofisə zəng etməyin. Əgər insan məzuniyyətə çıxırsa, deməli, o vaxtını planlaşdıra bilir, səlahiyyətləri bölüşdürə bilir. İşi heç olmasa 2 həftəlik təxirə salmaq fikri yanlışdır. Məzuniyyət əməyin qiymətləndirilməsi, ondan imtina isə əmək haqqından imtina kimi bir şeydir. Hazırladı: S. Aytən Mənbə: İqtisadiyyat qəzeti
['məzuniyyət']
4,639
https://kayzen.az/blog/turizm/7757/%C5%9Fri-lanka-seylon.html
Şri-Lanka (Seylon)
nilufer
Turizm
20 noyabr 2011, 14:06
Şri-Lankada turistlər ilin bütün fəsillərində özlərini bahardakı kimi hiss edirlər. Müxtəlif ağaclar, güllər ara vermədən çiçəkləyir və bar verirlər. Bir də görürsən yanaşı dayanan müxtəlifnövlü meyvə ağaclarından birinin üzərində meyvə yetişib, yeməlidir, digəri isə yenicə çiçəkləyib. Sanki meyvə ağacları bar vermək üçün növbəyə dayanırlar. Bu proses ilboyu təkrar olunur. Məhz bu səbəbdən ətirli Seylon çayı dünyada məşhurdur. Şri-Lankanın əsrarəngiz gözəlliyi ilə bağlı çoxsaylı rəvayətlər mövcuddur. Bu rəvayətlərdən birində deyilir ki, guya Allah ilk insanı Adəm və Həvvanı göydən məhz Şri-Lankada yerə endirib və əfsanəvi Edem bağı da bu adadadır. Hindistan yarımadasının cənubunda ekvatordan 800 km məsafədə, Hind okeanında yerləşən Şri-Lanka (Seylon) dünyanın ən gözəl yerlərindən biri hesab edilir. 65 min 610 kvadrat -kilometr ərazisi olan Şri-Lankanın dörddə üç hissəsi dəniz səviyyəsindən 100 metr yüksəklikdə yerləşir. Ada ilin bütün fəsillərində gözəldir və ona görə də ilboyu turistlərin diqqətini cəlb edir. Dünyanın heç bir ölkəsi Şri-Lanka kimi öz qonaqlarına maraqlı və cəlbedici xidmət göstərə bilmir. Bunun da səbəbləri aydındır. Qızılı qumlu çimərliklər, müasir və insana xoş təəssürat bağışlayan təmiz kurort şəhərləri, cəngəlliklərdə yaşıllıqlar içində şəhərlər, unikal gözəlliyə malik olan arxitektura abidələri, saraylar, məbədlər insanı heyrətə salır. Ada ilin bütün fəsillərində yamyaşıl olur və uzaqdan, xüsusi ilə təyyarədən baxanda adama elə gəlir ki, okenın ortasına yaşıl bir xalı sərilib. Adanın ətrafında okean suları o qədər təmizdir ki, adam əyilərək ondan içdikcə içmək istəyir. Bir sözlə, ada ətrafı okean suları lacivərd kimi bərq vurur və bəzi yerlərdə isə sahilboyu uzanıb gedən kəhrəbanı xatırladır. Yaşıl çay plantasiyaları, palma meşələri, ekzotik və rəngarəng meyvələr, günəş altında bərq vuran hündür şəlalələr, rəngbərəng tutuquşular turistləri maqnit kimi özünə cəlb edir. Ada əhalisinin özünəməxsus qonaqpərvərliyi, adət ənənələri, insanda mahnı təsiri bağışlayan danışıqları, xüsusilə zəngin mətbəxi turistləri addımbaşı heyrətləndirir. Təbiətin gözəlliyi Şri-Lankada turistlər ilin bütün fəsillərində özlərini bahardakı kimi hiss edirlər. Müxtəlif ağaclar, güllər ara vermədən çiçəkləyir və bar verirlər. Bir də görürsən yanaşı dayanan müxtəlifnövlü meyvə ağaclarından birinin üzərində meyvə yetişib, yeməlidir, digəri isə yenicə çiçəkləyib. Sanki meyvə ağacları bar vermək üçün növbəyə dayanırlar. Bu proses ilboyu təkrar olunur. Ona görə də ada ilboyu təzə meyvələrlə boldur. Şri-Lankanın əsrarəngiz gözəlliyi ilə əlaqədar çoxsaylı rəvayətlər mövcuddur. Bu rəvayətlərdən birində deyilir ki, guya Allah ilk insanı Adəm və Həvvanı göydən məhz Şri-Lankada yerə endirib və əfsanəvi Edem bağı da bu adadadır. Yuxarıda qeyd etdiyimiz kimi, ekvator yaxınlığında yerləşməsi nəticəsində adada il boyu havanın hərarəti 26-28 dərəcədən yuxarı və ya aşağı olmur. Adaya ən çox yağıntı may-sentyabr aylarında düşür. Adada ilin bütün dövrlərində yaz fəslinin hiss edilməsi oraya daim çoxsaylı turist axınına səbəb olur. Bununla belə may-sentyabr ayları ilə müqayisədə noyabr-mart ayları turistlərin istirahəti üçün daha əlverişli hesab edilir. Turistlər üçün önəmli faktorlardan biri də sahilboyu uzanan yüzlərlə kilometr məsafədəki çimərliklərdə özlərini evlərindəki kimi rahat və təhlükəsiz hiss etmələridir. Çimərliklər səhərə kimi insanlarla dolu olur və günün 24 saatı ilıq sularda insanlar çimirlər. Gecə uzaqdan baxanda dənizdə çimənlər rəngbərəng gül dəstələrini xatırladırlar. Onlar hərəkət etdikcə dəniz sanki canlı insanlar kimi nəfəs alır. Sənaye və ticarət mərkəzi Dünyanın ən gözəl məkanlarından biri olan Şri- Lanka yalnız təbii gözəlliyi ilə diqqəti cəlb etmir, ada həm də gözəl şəhərləri, iri, məşhur ticarət mərkəzləri ilə də məşhurdur. Axı hər hansı bir turist getdiyi yerdən özü ilə yadigar şey aparmaq, alış-veriş etmək istəyir. Bu baxımdan Şri-Lanka müasir şəhərləri və ticarət mərkəzləri ilə də diqqəti cəlb edir. Şri-Lankanın paytaxtı Kolombo şəhəri ölkənin ən iri sənaye və mədəniyyət mərkəzidir. Şəhərdə ölkənin və dünyanın ən iri şirkətlərinin ofisləri və filialları yerləşir. Kolomboda neft-kimya, toxuculuq, ağac emalı, həmçinin zərgərlik emalı müəssisələri fəaliyyət göstərir. Kolombo dəniz limanı Cənubi Asiyada ən böyük limanlardan biri hesab edilir və dünyada elə bir ölkə yoxdur ki, onun gəmiləri bu limana yan almasınlar. Ona görə də Kolombonun alış-veriş bazarları olduqca zəngin, eyni zamanda ucuzdur. Turistlər bəzi məhsulları burada, demək olar ki, su qiymətinə alırlar. Kolomboda turistlərin diqqətini cəlb edən bir xüsusi faktor da müxtəlif dinlərə və dillərə məxsus xalqlar tərəfindən inşa edilən və arxitektura baxımından olduqca yaraşıqlı olan mülki və ictimai binalardır. Kolombodakı çoxsaylı qədim şərq məbədləri, yaraşıqlı məscid və kilsələrlə müasir göydələnlər qəribə, insanda xoş təəssürat bağışlayan bir ahəng təşkil edir. Kolomboda eyni zamanda turistlərin və ölkəyə gələn qonaqların bütün rahtlığını ən yüksək səviyyədə təmin etməyə qadir olan supermüasir mehmanxanalar, restoranlar, barlar, biznes mərkəzləri mövcuddur. Bir sözlə, Kolomboda insan günün bütün saatlarını yatmadan gəzmək və əylənmək istəyir. Turistlərin sevimli məkanları Kolombodan sonra Şri-Lankanın ikinci ən böyük şəhəri Anuradxapuradır. Bu şəhər çoxlu sayda qədim mədəniyyət, o cümlədən buddist məbədləri və tarixi önəm daşıyan arxitektura abidələri ilə zəngindir. Ona görə də Anuradxapuranı tarixi abidələr şəhəri adlandırırlar. Siqiriya şəhəri isə daha çox bağları, hovuzları və göylərə ucalan fontanları ilə məşhurdur. Siqiriya şəhərinin ətrafındakı 183 metr hündürlüyü olan qayada əfsanəvi çar Kassapın zümrüd freskalarla işlənmiş sarayı var. Bu saray da turistlərin ən çox sevə-sevə ziyarət etdiyi məkanlardandır. Şri-Lankanın adət-ənənələri də onun təbiəti kimi ekzotik təsir bağışlayır. Xüsusilə, adada toy mərasimi qeyri-adi təntənə ilə keçirilir. Gənclərin toyu, nağıllardakı kimi, romantik təşkil edilir və mərasimdə ilk iştirak edən turistə və ya qonağa elə gəlir ki, o əsl min bir gecə nağıllarında təsvir edilənlərin canlı şahididir. Bir sözlə, Şri-Lankaya bir dəfə gələn buraya dəfələrlə gəlmək istəyir. Təsadüfi deyil ki, Şri-Lankada olan məşhur dövlət xadimlərindən biri: “Mən bu ecazkar ölkədə anadan olmadığım üçün təəssüf hissi keçirirəm. Əgər öləndən sonra bir də yenidən anadan olmaq imkanı mənə verilsəydi, onda uca Allahdan mənim üçün Şri-Lankanı seçməsini diləyərdim”,-demişdi. Mənbə: Zaman qəzeti Müəllif: Əziz Mustafa Həmçinin bax: Maldiv adaları
['Şri Lanka', 'Seylon', 'tropik ada', 'turizm', 'ada ölkəsi']
4,640
https://kayzen.az/blog/sevgi/7755/milyon-%C9%99d%C9%99d-q%C4%B1z%C4%B1lg%C3%BCl.html
Milyon ədəd qızılgül
Shabnam_Ilham
Sevgi
20 noyabr 2011, 12:38
Niko və anası kasıb bir daxmada yaşayırlarmış. Hər səhər Niko fırça, boya və kətan götürüb təbiətin qoynuna gedər, gözəl rəsmlər çəkərmiş. Onun getdiyi cığır knyazın evinin yanından keçərmiş. Knyazın ay parçası kimi bir qızı varmış. Eyvandakı qızılgüllərə qulluq edərmiş. Hər səhər onların baxışları toqquşardı. Aralarında dilsiz-ağızsız məhəbbət yaranmışdı… Bir gün Nikonun qoca anası şikayətləndi: — Ay oğul, ürəyimə damıb ki, ölümüm yaxınlaşır. Bir halal süd əmmiş al, toyunuzda iştirak edim, sonra rahatca köç edə bilərəm… Niko bunu gözləyirmiş kimi anasına ürəyinə açdı: — Ana, gözaltım var. Günü bu gün elçiliyə gedə bilərsən. Anası sevindi. Ancaq qızın kim olduğunu biləndə gözlərinə kədər qondu. — Oğul nə danışırsan. Knyaz biz kasıblara qız verməz. Bununla belə, Niko anasını dilə tutdu ki, gedib knyazgilin qapısındakı elçi daşının üstündə otursun. Qadın çar- naçar getdi. Knyazın qulluqçuları cındırından cin hürkən qarını elçi daşının üstündə görəndə onun səhvə yol verdiyini zənn etdilər. Dedilər ki, sədəqə diləmək daşı deyil, sağdakıdır. Qarısa daşı düz seçdiyini, knyazın qızını oğlu Niko üçün istədiyini bildirdi. Bu xəbər knyaza çatanda, o, bərk əsəbiləşdi. Qadını ölüncə döyməyi əmr etdi. Döyülən qarı üç gündən sonra canını tapşırdı. Hadisədən bərk sarsılan Niko bir müddət evdən çıxmadı. Knyaz qızı onun yolunu gözləyə-gözləyə qaldı, bənizi saraldı, xəstə düşdü. Bir müddət də keçdi, Niko evini, bütün əşyalarını, çəkdiyi rəsmləri satıb puluna düz bir milyon ədəd qızılgül aldı. Gecə ikən barını aşıb həmin qızılgülləri knyazın həyətinə, knyaz qızının eyvanının qarşısına düzdü. Knyaz qızı tezdən eyvana çıxanda gözlərinə inanmadı. Bütün həyət qızılgülə bürünmüşdü. Niko isə o gündən qeyb oldu. Öldüsü- qaldısı bilinmədi.   Mənbə: Varis- Sonuncu ölən ümidlərdir
['sevgi hekayəsi', 'Niko Pirosmani']
4,641
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/7754/d%C9%99rdimi-kim%C9%99-deyim.html
Dərdimi kimə deyim...
umud600
Xoşbəxt ailə
20 noyabr 2011, 12:32
Zərifə son günlər çox fikirli idi. Xalidlə yaşadığı problemlərin get-gedə artması onu əməlli-başlı narahat edirdi. Halbuki, nişanlı olanda hansı xəyallarla yaşayırdı. Xalidin evləndikdən sonra dəyişdiyini, onu əvvəlki kimi sevmədiyini düşünürdü. Bu fikir beynini gəmirir və heç cür çıxış yolu tapa bilmirdi. Bu narahatlığı məktəbdə müəllimə yoldaşlarının da gözündən qaçmırdı. Bir gün tarix müəlliməsi Sevil xanım ona yaxınlaşdı. Köhnə bir dost kimi: - Sənə nə olub, Zərifə? Nədənsə çox narahatsan. Yoxsa bir problem var? Dərdini mənimlə bölüşə bilərsən, - dedi. Sevil müəllimə hələ ailə qurmamışdı. Həm də aralarında elə bir səmimiyyət yox idi. Ancaq Zərifə dərdini demək üçün bir adam axtarırdı və o adam qarşısına çıxmışdı. Ürəyində nə var, nə yox hamısını danışdı. Xalidin hərəkətlərindən, kobudluğundan, ailə daxilində sirr olan məsələlərdən danışdılar baş-başa verib. Sevil müəllimə yenə də sanki köhnə bir dost kimi davam etdi: - Zərifə, əgər düzünü bilmək istəyirsənsə, sən çox sadəlövhsən. Yoldaşına çox üz vermisən. Mən sənin yerində olsaydım, çoxdan anamın evinə getmişdim. Onda qədrini yaxşı bilərdi. İstəyirsən, sına. Gör geri qayıtmağın üçün necə yalvaracaq sənə. Ondan sonra bir də səni incitməyə cəsarət etməyəcək... Zərifə bir anlıq duruxdu və " Bəlkə, doğrudan da anamın evinə gedim", - deyə öz-özünə düşündü, - Yox , olmaz. Anamın heç bir şeydən xəbəri yoxdur. Onları da narahat etmiş olaram. Bəs mən? Mən ki, hər gün narahat oluram. Heç kimin də bundan xəbəri yoxdur. Xalid isə istədiyi vaxt istədiyini edir... Görəsən, bir dəfə sınasam necə olar? Bəlkə də, Xalid hərəkətlərinə sərhəd qoyar... Bu qarmaqarışıq hisslərlə havanın necə qaraldığını da bilmədi. Evə gələndə hələ də bir qərar qəbul edə bilməmişdi. Elə bu vaxt qapı döyüldü. Zərifə kefsiz qapını açdı. Xalidin isə kefi yerində idi: - Dondurma aldım, -dedi, - bunları soyuducuya qoy, əriməsin. Yeməkdən sonra yeyərik. Zərifə yüksək bir səslə: - Özün qoy,- deyib otağa keçdi. Xalid yanına gəlib: - Nə olub sənə, Zərifə? Bəlkə, bir dərdin var? İstəyirsən, yemək yeyəndən sonra bir az çıxıb gəzək. Zərifə yavaş-yavaş Sevilin hazırladığı " zəhəri " içirdi. Odur ki: - Dərdim olsa da, bunun sənə dəxli yoxdur,- dedi. Zərifə araya söz düşsün deyə, az qala əlindən gələni edirdi. Nəhayət, Xalid dözə bilməyib: - Zərifə, bir dərdin varsa, de, biz də bilək. Yoxsa sənin nazını çəkmək fikrində deyiləm,-dedi. Bu, elə Zərifənin istədiyi söz idi. Tez paltarını geyib qapıdan çıxdı. Arxasınca da qapını çırpdı. Öz aləmində anasıgilə gedib Xalidə dərs vermək istəyirdi, ancaq nə qədər səhv etdiyini başa düşmürdü... Bir də insan bir qapını çırpanda, o qapıya qayıdacağı günü də düşünməlidir. Həm də Zərifənin dərs aldığı Sevil evli deyildi ki, ailənin nə olduğunu bilsin... Əgər insan dərdini danışmaq istəyirsə, ona doğru yolu göstərə biləcək birinə danışmalıdır. İşləri yoluna qoymağa çalışmalı, daha da çətinə salmamalıdır. Hə, sonra nələr oldu?... Zərifənin anası çox ağıllı, dünyagörmüş bir qadın idi. Qızına nəsihət etdi və ertəsi gün heç bir şey olmamış kimi, evinə göndərdi. Xalidə də zəng edib hər şeyi başa saldı. Beləliklə, məsələni çox da böyütməyə ehtiyac qalmadı...  Bəli, naşı gənclərimiz barışdılar. Ertəsi gün Zərifə məktəbə gedəndə Sevil bütün müəllimə yoldaşlarının yanında ona: - Hə nə oldu, dediklərimbir işə yaradımı? Daha dalaşmırsınız ki?- deyib ürəkdən gülməyə başladı. Sevil bunu zarafat üçün desə də, artıq Zərifə öz payını götürmüşdü...
['ailə münaqişələri']
4,642
https://kayzen.az/blog/jurnalistika/7442/t%C9%99cili-x%C9%99b%C9%99rl%C9%99rin-verilm%C9%99si.html
Təcili xəbərlərin verilməsi
Ferro
Jurnalistika
19 noyabr 2011, 16:27
Təcili xəbərləri çəkərkən operativlik həlledici amil sayılır. Operativ çəkiliş tələb edən olay yerində, adətən, nə reportyorun, nə də operatorun məsləhətləşməyə vaxtı çox qalmır. Reportyor komandası bütün faktları əhatə etmək üçün tez və müstəqil fəaliyyət köstərməlidir. Bu cür olaylardan material hazırlayanlara məsləhətlərimizi diqqətinizə yetiririk. Bu mənada öncədən hər hansı sərt qayda təklif etmək çətindir, ancaq tövsiyələrimizdən faydalanan və sıx əməkdaşlıq şəraitində çalışan reportyor və operator dar macalda yaxşı süjet çəkə bilərlər..Belə süjetdə mətnlə görüntünün uyarlığı da lazımi səviyyədə olacaq. Məsləhətlərimizə əməl edən reportyor, operator (və montajçı) işlərini maksimum çevik və səmərəli təşkil edə bilərlər. 1.KÖKLƏNMƏ PLANI Hər bir reportaj, xüsusən təcili lentə alınmalı olan olaylardan reportajlar köklənmə planından başlanmalıdır. Köklənmə planı deyərkən, olay yerində lentə alınmış dəqiq, statik kadr nəzərdə tutulur. Bu plan olayın harda baş verdiyini seyrçiyə anladır, olay yerindəki müxtəlif obyektlər arasında qarşılıqlı bağlılığı seyrçinin diqqətinə yetirir və olayın miqyası haqqında təsəvvür oyadır. Köklənti planı reportyora imkan verir ki, heç bir əlavə çıxışa vaxt itirmədən birbaşa olayı açıqlasın. Köklənmə planı, adətən, genişbucaqlı obyektivlə çəkilir. Məsələn, süjetdə təyyarə qəzasından söz açılırsa, qəzaya uğrayan təyyarə də, ətrafdakı mənzərə də həmin planda əksini tapmalıdır. Beləliklə, qəza yeri haqqında müəyyən təsəvvür yaranır. Köklənmə planı olay yerindən aparılan bütün reportajlarda olmaya da bilər, ancaq montaj üçün nisbətən əlverişli kadr sayıldığından operator uzunluğu 10 saniyədən az olmayan belə plandan mütləq faydalanmalıdır. 2.İRİ PLAN İri plan seyrçilərdə nisbətən güclü təsir oyatmalıdır.Yanğın haqqında reportaj verirsənsə, binanın tüstülənənpəncərələrindən çıxan alov dilimlərini iri planda göstərmək təsirli vasitələrdən biridir. Hadisə şahidlərinin duyğulu sifətlərini iri planda göstərmək həmişə işə yarayır. Yanğını öz gözü ilə görənlərin narahat sifətini iri planda əks etdirmək montaj zamanı olayın ciddiliyini vurğulamağa imkan verir. həmişə uğur kətirən iri planları sadalamaqla qurtarmaq olmaz, ona görə də özü-özlüyündə olay barədə təsəvvür yaradan belə planlar heç vaxt operatorun diqqətindən yayınmamalıdır. 3.ARA PLANLAR Ara plan göstərilən olayın qısaldılması üçün istifadə edilən klassik üsuldur. Adi bir misalla bunu aydınlaşdıraq.Tutaq ki, küçəni keçən adamı çəkirsiniz. Bütün bu prosesi əvvəldən axıradək çəksəniz, təxminən 20 saniyə vaxtınız gedə bilər. Ancaq küçəkeçmə görüntüsünü 5-6 saniyəyədək sıxlaşdırmaq mümkündür. Məhz bu zaman ara plandan sraydalanırlar. Montaj variantında birinci kadr kimi 20 saniyəlik videoyazıdan götürülmüş ikidəqiqəlik görüntüdən istifadə edə bilərsiniz - məhz adamın küçəni keçməyə başladığı anı. Prosesi sıxlaşdırmaq, qısaltmaq üçün daha sonra ikinci kadrı artırırsınız. Bu zaman başqa bir körüntünü - adamın üz tutub getdiyi yol köstəricisinin 2-3 saniyəlik təsvirini götürürsünüz (yol köstəricisini xeyli göstərmək lazımdır ki, seyrçi onu oxuya bilsin). Bu kadr ara plan adlanır, buna qoşma plan da demək olar, çünki yeriyən adamın görüntüsünə əlavə təsvir qoşur. Üçüncü kadr süjetə yekun vurur. Bu zaman 20 saniyəlik videoyazıdan son 2-3 saniyəni götürür, küçənin o başına keçmiş adamı göstəririk. Bu üç kadr imkan verdi ki, 20 saniyəlik gerçək zamanı 6 saniyəlik ekran zamanına yerləşdirək. Videoyazının eyni kadrlarından da ara planı kimi faydalanmaq mümkündür. Məsələn, küçəni keçən adamın ayaqlarının görüntüsünü iri planda verə bilərik (ikinci kadr). Bu üsul nisbətən mürəkkəbdir, çünki hərəkəti sinxronlaşdırmaq lazım gəlir. Məsələn, birinci kadrın sonunda adamın səkiyə sağ ayağını qoyduğunu körürüksə, ikinci kadr bu sağ ayağın eyni pozisiyada görüntüsünü əks etdirməlidir. Məqsəd - hərəkətin arakəsilməzliyini çatdırmaqdır. Operatora məsləhət görülür ki, daha keyfiyyətli montajı təmin etməkdən ötrü bir neçə (4-5) ara planı çəksin. Yalnız bu halda montaj prosesində hərəkətin fasiləsizliyi təmin edilir. 4. OLAY YERİNİ AÇIQLAYAN İNCƏLİKLƏR Olay yerində çəkilmiş, iri və yaxud orta planlarla göstərilmiş bəzi detallar həmin yer haqqında təsəvvür yarada və hətta ayrıca informativ dəyər daşıya bilər. Yol göstəriciləri, lövhələr və bənzər detallar ara planları üçün çox əlverişlidir. Məsələn, yanğınsöndürən maşınının qapısında yanğın idarəsinin iri planda köstərilən adını oxuyuruqsa, zəruri informasiyanı alırıq və şərhə ehtiyacımız qalmır. 5. PANORAM Panoram çəkilişlər montaj vaxtı imkan yaratmaqdan çox, problem törədir. Səbəb odur ki, statik kadrlarla müqayisədə panoram xeyli ekran vaxtı aparır. Ancaq bəzən panoramsız ötüşmək mümkün olmur. Məsələn, "vertolyot xəstəxananın yaxınlığında qəzaya uğrayıb" qəbilindən süjetlər olay yerinin panoram çəkilişinin göstərilməsindən çox qazanır: həm vertolyotu görürük, həm xəstəxananı və bu obyektlərin qarşılıqlı bağlılığına şübhə etmirik.Hansı panoramı çəkmək üçün operatorun reportyorla məsləhətləşməsi məqsədəuyğundur. 6. OLAY İŞTİRAKÇILARINDAN VƏ ŞAHİDLƏRDƏN MÜSAHİBƏ Olay iştirakçılarından müsahibə almaqla.süjetə insani nəfəs kətiririk. Adətən, olayların emosional yönünü əks etdirməyin ən yaxşı üsulu müsahibədir: "Mümkünsə, öz sözünüzlə deyin görək, körpü uçandan sonra nə oldu?" Tutaq ki, şəhər merinin təmsilçisi olaya daha yaxşı yekun vura, incəliklərə nisbətən çox bələd olduğundan hadisənin önəmlilik dərəcəsini də dəqiq müəyyənləşdirə bilər. O, həmçinin kördüklərimizin çərçivəsində olayın yerini də bilir: "indi xəstəxananın baş həkimi bu xəstəliyin nə dərəcədə ciddi olduğunu aydınlaşdıracaq". 7. HƏLLEDİCİ AN Həlledici an deyiləndə hər hansı süjetə baxandan sonra seyrçinin yadında qalan şeylər nəzərdə tutulur. Məsələn: - yanan evdən çıxarılan balaca uşaq; - kamera önündə ağlayan siyasi xadim; - uçuş zolağında partlayan təyyarə. Əgər bəxtiniz gətiribsə və olay yerində bu cür həlledici anı əks etdirə bilmisinizsə, özünüzü rejissorun yerinə qoyub bu sualları verin: - bu həlledici ana necə yanaşa bilərəm və olayın sonrasına necə keçə bilərəm? - daha hansı ən çox yadda qalan ara planlardan faydalanmaq mümkündür? - bütün süjeti göstərməkdən ötrü daha nə qədər videomaterial lazımdır? - bu süjetdən başqasına məntiqi keçiddən ötrü videomaterialım varmı? Məhz həmin suallara təsdiqləyici cavab tapmaqla həlledici anı əks etdirən kadrlardan faydalanıb yaxşı reportaj hazırlamaq olar. Bunu da yaddan çıxarmaq olmaz ki, olaydan təsirlənən və həlledici səciyyəli kadrları lentə alan reportyor çox vaxt daha ümumi, fon materialını çəkməyi unudur. 8. YEKUN KADR "Əvvəlcə nə danışmaq istərdinizsə onu deyin. Sonra söyləmək istədiyinizi danışın və nəhayət, məhz nə dediyinizi onlara söyləyin!" Pol Uayt, Si-Bi-Es-in keçmiş prezidenti. Öncə diqqətə yetirdiyiniz süjet barədə seyrçiyə qısa məlumat verin; sonra süjeti açıqlayın; daha sonra son cümlə ilə deyilənlərə yekun vurun.Birinci kadr seyrçini nə görəcəksə ona hazırlayır. Sonuncu kadr -süjetin məna və önəmini vurğulamaq üçün daha bir imkandır. Çəkiliş zamanı danışdıqlarınıza nöqtə qoyan yekun kadrı tapmağa çalışın. Məsələn, belə bir şey: dəfələrlə özünüz də futbol reportajlarında görmüsünüz ki, yorğun oyunçular bir-biri ilə danışa-danışa meydanı tərk edirlər. Axırıncı kadrı seçmisinizsə, onu azı 15-20 saniyə çəkin. Bu vaxt reportyora süjetin son cümləsini deməyə və soyadlarınızı söyləməyə kifayət edəcək. Yekun kadr seyrçinin yaddaşında qalmalıdır. Bu kadrı seçməkdə çətinlik çəksəniz, genişbucaqlı obyektivlə lentə alınmış köklənmə planını təkrar göstərin. 9. ƏLAQƏNİ İTİRMƏYİN Təcili informasiya süjeti üzərində çalışarkən reportyor və operator əvvəlcədən necə əlaqə saxlayacaqlarını şərtləşməlidirlər. Axı, adətən, olay yerinə çatandan sonra onlar ayrılmalı olur və bir müddət bir-birindən aralı çalışırlar. Beləliklə, onlar harda və nə zaman körüşəcəklərini, eləcə də ən geci nə vaxt görüşəcəklərini dəqiqləşdirməlidirlər. Vaxtaşırı öz redaktorunuza harda olduğunuzu və süjet üzərində işin necə getdiyini bildirmək lazımdır. Redaktor informasiyanı necə toplamaq və ya dəqiqləşdirməklə bağlı sizə lazımi kömək göstərə bilər, görüşünüzün təşkili ilə məşğul olar və s. Ancaq bundan ötrü o, mütləq sizin yerinizi bilməli, sizinlə necə əlaqə saxlayacağını öyrənməlidir. 10.ÖZ SÜJETİNİZİ AÇIQLAYA BİLƏRSİNİZMİ? Çəkilişdən sonra istər reportyor, istərsə operator bu suala cavab verməlidir: - Süjeti artıq bildiyimiz dərəcədə açıqlamaq üçün zəruri materialın hamısı varımızdırmı? Üzbəüz danışmaq və məsləhətləşmək çox önəmlidir. Başqasının fikrini oxumağı, çətin ki, bacararsınız. Təcili xəbər hazırlayanda özünüzdən heç nə uydurmayın. Siz bir komandada çalışırsınız. Ünsiyyət saxlayın. Bir-birinizə dəstək verin. Unutmayın ki, professional hazırlıq və fərdi keyfiyyətinizin hesabına olayın mənzərəsini tamamlayacaq, ona müxtəlif bucaqlardan baxa biləcəksiniz. Yalnız bu zaman olay barədə söylədikləriniz çox səmərəli olacaq. Mənbə: Televiziya reportajı peşəkarlar üçün praktik vəsait Müəllif: Pol Steynli, Mayami UniversitetiTərcümə etdi: Zeynal Məmmədli
['telejurnalistika']
4,643
https://kayzen.az/blog/letife/3418/axmaqlar-haqq%C4%B1nda-l%C9%99tif%C9%99l%C9%99r.html
Axmaqlar haqqında lətifələr
burla xatun
Lətifələr
19 noyabr 2011, 14:05
İki gizirin başının üstündə vertolyot dayanıb. Biri: - O, niyə dayanıb? - Yəqin, benzini qurtarıb! Kişi yorğun və acıqlı halda evə gəlir: - Arvad, bilirsən, tülkü necə bic heyvandı? - Yox. Niyə belə düşünürsən? - Meşədə gedirdim. Bir tülkü gördüm. Tuşlayıb atdım. Yıxıldı. Götürməyə gedəndə görürəm ki, bizim tuladı...!!! Gizir küçə ilə gedir. Ayağının birində qara, o birində qəhvəyi çəkmə var. Mayor onu saxlayır: - Yoldaş gizir, evə gedib ayaqqabılarınızı dəyişin. - Mümkün deyil, yoldaş mayor, evdəkinin də biri qara, o biri qəhvəyidir. Oğlan bərbərxanaya gəlib deyir ki, saçını dibindən qırxsınlar. Bərbər onun saçını qırxır. Oğlan güzgüyə baxıb deyir: - Xoşuma gəlmədi, kirpi üslubunda qırx. Yük maşını küçədə bir qazı basır. Sürücü avtomobili saxlayıb həyətə girir. Həyətdəki arvada deyir: - Nənə? bu qazı mən basdım, baxın sizinkidirsə, pulunu ödəyim. Arvad qaza baxıb deyir: - Yox, bala, bizim yastı qazımız yoxdu. Hindi çöldə əlində motosikl farası tutub ağlayır. Bir az aralıda əzilmiş motosikl tüstülənir. Ondan soruşurlar: -Nə olub? - Dünən iki ağdərili iki kisə qızıl və on atımı alıb mənə metal at verdi. Yaxşı sürətli atdır, amma bu boyda gözü olsa da (faranı göstərir) heç nə görmürmüş! Gecə yarısı. Ingilisin evi. Telefon zəng çalır. Yuxulu ev yiyəsi telefonu götürür: - Alo! - Bu 11-11-dir? - Yox, 1-1-1-1-dir. - Əminsiniz ki, 11-11 deyil? - Tamamilə. Bu, 1-1-1-1-dir! - Onda bağışlayın ki, gecə yarısı Sizi narahat etdim! - Bir şey deyil, onsuz da durmalıydım. Telefon zəng çalırdı.... - Bu yolla getsəm, vağzalı taparam? - Sən getdin-getmədin, vağzal ordadı! -Alo, Bu, Federal Təhlükəsizlik Xidmətidir? Mən Amerika kəşfiyyatının sənədləri olan portfel tapmışam! - Bəli, FTX-dir. Mane olmayın, qoyun işləyək. Bura sizin üçün tapıntı bürosu deyil. Müəllif: Gülnarə Rəfiq Həmçinin bax: Yəhudilərin haqqında lətifələr
['axmaq', 'səfeh', 'lətifələr']
4,644
https://kayzen.az/blog/stil/3410/g%C3%B6z%C9%99llik-kriteriyas%C4%B1.html
Gözəllik kriteriyası
burla xatun
Yaraşıqlı görünüş, gözəl imic
19 noyabr 2011, 13:56
İnsanların gözəlliyə olan ehtirası sərhədsizdi. Dietaya oturub arıqlayanlara, başına tük əkdirənlərə, arvad paltarı geyib özünü biabır eləyənlərə hamımız birtəhər baxırıq. Bir tarixə ekskurs eləyək, onda görərsiz ki, gözəllik uğrunda necə qurban verənlər olub! Bir az əvvəl kişilər deyinirdi ki, qadınlar şalvarımızı oğurlayıb əyninə keçirib. İndi qadınlar donquldanır ki, kişilər saçını uzadır, sırğa geyinir, hələ bir güllü, rəngbərəng paltarımızı da əlimizdən alıb. Bu, həmişə belə olub. Məsələn, ingilis kraliçası Annanın xalası oğlu Kornberi lordu  Nyu-Yorkda kraliçanı təmsil eləmək şərəfinə layiq görülmüşdü. Qraf ona tapşırılan vəzifəni son dərəcə ciddi qəbul etmişdi.  Assambleyanın açılışında o, brilyantlarla bəzənmiş mavi paltarda, ipək corabda və əlində yelpinclə göründü. Qadın geyimlərinin gözəlliyilə o qədər maraqlanmışdı ki, bəzən küçəyə də qadın paltarında çıxırmış. Bütün ailə, hətta şəhər büdcəsi onun qəribə xobbisinə xərclənirdi. Cibində bir qəpiyi də olmayan arvadı ərinin paltarlarını oğurlayıb geyməklə gözünün odunu öldürürdü. Ona heç kim «mavi» damğası vurmurdu. Parik məsələsinə gələndə isə qadınlar indi-indi onu kişilərin əlindən güclə qopara bilib. Bəstəkar Rossini uşaqlıqda keçirdiyi xəstəlikdən sonra tamam keçəl qalmışdı. Özünün gözəllik haqqında təsəvvürləri parikin üstündən papaq geyməyə ona mane olurdu. Ona görə də soyuqlarda o, bir neçə pariki üst-üstə geyməklə camaatı güldürməyə razıydı. Təki özü özündən razı qalsın. İspan kraliçası İzabella (14-cü əsr) hesab edirdi ki, qadının beli elə balaca olmalıdı ki, 12 yaşlı qız uşağı barmaqlarıyla onu tuta bilsin. Ona görə də qadınların belinin 32,5 sm olması barədə qərar çıxarmışdı. Beli yoğun qadınların var-yoxunu korsetlə sıxıb balacalatmaqdan başqa əlacları olmazdı. Deyilənə görə, on-on beş nəfər elə kraliçanın gözü qabağında keçinibmiş. Amma qanun yerində qaldı. O kraliça Azərbaycana qismət olsaydı, çox ailələr yetim qalardı. Bizdə qadının yaşını ağac kimi belindəki qatlarıyla ölçürlər. Yelizaveta dövründə İngiltərədə ən bahalı mal qənd olduğundan çox şirni yeməkdən qaralmaş və əyilmiş dişlər kübar cəmiyyətində dəbdəbə simvolu idi. Yelizavetanın özü heç vaxt dişlərini sürtməzdi. Bu harasıymış, onları ideal qəhvəyi saxlamaqçün həm kraliça, həm də əyanlar dişlərini xüsusi məlhəmlə boyayarmışlar. Axı o dövrdə diş məcunları reklamları heç kimin başını aparmazdı. Dahi rəssam Salvador Dalinin məşuqələrindən biri xatırlayardı ki, qoca rəssam uzun bığlarını mum və mürəkkəblə burmamış yataq otağından çıxmazdı. Bığlar mütləq Koroğlu bığları kimi yuxarı baxmalıydı. Sevgilisinin hüzuruna gələndən sonra onu bərk-bərk öpər, sonra qadının bığ yerində qoyduğu mürəkkəb izinə baxmaqdan ləzzət alardı. Gözəllik naminə arıqlamaq məsələsi isə təzə bir şey deyil. 19-cu əsrdə Parisdə madam Adett de Lizye adlı kurtizanka çox məşhurlaşmışdı. Onun cəmi 33 kq çəkisi vardı. Yüngül təbiətli bu qadın hər dəfə təzə müştərisini başa salırdı ki, nəyi eləmək olar, nəyi yox. Deyilənə görə, quru yaşılaçalan dəriylə örtülmüş skeletə bənzəyən bu qadın kişilərin sevimlisi idi. Nədənsə o düşünürdü ki, ekzotik görkəmi ona çoxlu pul qazanmaq imkanı verəcək. O, cəmi 27 yaşında vəfat elədi. Ona görə də gözəl olmadığını düşünənlər ürəyini sıxmasın. Burda heç kimi korset geyib arıqlamağa məcbur eləyən olmayacaq. Eşitmiş olarsız, kişilərimiz deyir ki, səhər evdən çıxanda qadının yumşaq yerinə çırtma vurursansa, axşam evə gələndə o, hələ də titrəməlidi. Yoxsa «belə arvad saxlayarlar, ayaqüstə qırxı çıxıb?» sualını verərlər, el-obada biabır olar. Müəllif: Gülnarə Rəfiq Mənbə: Bizim Yol qəzeti
['gözəllik sirləri']
4,645
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/3454/uolt-disney.html
Uolt Disney
burla xatun
Böyük insanlar,şəxsiyyətlər
19 noyabr 2011, 13:52
Elə adlar var ki, onları dilə gətirən kimi insanın üzü gülür. Uolt Disney deyən kimi hamı ən əvvəl əfsanəvi Mikki Mausu, simic Skruc Makdakı xatırlayır və mütləq gülümsəyir. «Disney dünyası» adlanan park hər il 25 milyard gəlir gətirir. Bu günədək Disney parklarına 50 milyon adam gəlib. 200 milyon insan isə heç olmasa bir dəfə Disney filmlərindən birinə tamaşa eləyib. Ben Ladenin terrorçuları «arzular şəhəri»ndə terror aktı keçirməklə, zəmanənin ən qanlı şousunu yaratmaq qorxusuyla bütün Amerikanı hələ də hədələyir. Əlbəttə, indi «Şrek», «Ants adlı qarışqa» cizgi filmlərinin zamanında kim deyə bilər ki, Skruc Makdak Mikki-Mausu sevir. Yəqin ki, yalnız bir-birini kötəkləyən ördəklərə, pişik və siçanlara baxıb, dəbdən düşmüş caz dinləməyi və keçən günləri nostalji ilə yada salmağı sevən yaşlı nəsil… 25 sentlik at haralara apara bilərmiş Çoxuşaqlı, kasıb Disney ailəsi amerikalı ailələrin əksəriyyəti kimi tez-tez qazanc ümidiylə bir şəhərdən o birisinə köçməli olurdu. Uolt üçün qələm, kağız, boya almağa ailənin imkanı yoxuydu. Ona görə 4 yaşlı uşaq öz evlərinin divarını kömürlə çəkdiyi şəkillərlə bəzəyərdi. 3 il sonra şəkilləri qonşulara sata biləcəkdi. İlk dəfə bir at şəklini 25 dollara satır. 40 il sonra həmin cızma-qaralar hərracda ağlagəlməz qiymətə satılacaqdı. 8 yaşından etibarən 6 il ərzində bu uşaq hər gün səhər 4-ün yarısında durub poçtalyonluq edirdi. Çünki atasının qəzetpaylayan firmasında cəmi iki işçi — Uolt və ondan 8 yaş böyük olan qardaşı Roy işləyirdi. Onlar qəzeti otluğa tullayan başqa qəzetpaylayanlardan fərqli olaraq poçtu qapının arasına qoymaqla fərqlənməyə çalışırdılar. Oxucuların səhər yeməyində qəzet oxumasıyçün Uolt hər gün saat dördün yarısı iş başında olmalıydı. Gözünün acısını o, məktəbdə parta dalında oturandan sonra ala bilirdi. Amma insafsız atası uşaqlarını möhkəm döyür, bütün qazandığı pulları əlindən alırdı. Öz zirəkliyi ilə seçilən Disney «şef»indən gizlin ikiqat artıq iş götürür və əlavə qazandığını cibinə qoyurdu. Müharibə dövründə 17 yaşlı Uolt əlinə keçən kaskaları əzib, rəngləyib müharibə trofeyi, suviner kimi sata bilirdi. Köhnə qarajdakı möcüzələr dünyası Dostları, eləcə də Uolt nədənsə əmin idi ki, o, mütləq aktyor olmalıdı. Bu arzusunun ardınca Hollivuda yollandı. Orda kütləvi səhnələrdə kiçicik rollar oynadı. Amma cizgi filmi yaratmaq həvəsi onu rahat yaşamağa qoymurdu. Nəhayət, Roberto əminin qarajını icarəyə götürüb lazımi avadanlığı – rənglər, fırçalar, projektorlar və s. –  borca alıb qardaşı Royu özünə ortaq götürüb «Disney Brothers» studiyasını yaratdı. 3200 dollar ilkin kapitaldan 200 dollarını Roy, 500 dollarını Robert əmi vermişdi. Qalan 2500 dolları isə valideynləri evi girov qoyaraq bankdan götürmüşdülər. Qarajın yaxınlığındakı bir otaqda yaşayırdılar. İlk cizgi filmi — «Alisa möcüzələr adasında» satılandan sonra o, studiyanın adını «Uolt Disney prodakşn» qoyur. Studiya yaranandan sonra ilk 30 ildə Disney qardaşları hər il bankrot olurdu. Hər yeni ideya naminə Disney bütün varidatını ortaya qoyurdu. Əvəzində 8 əsəb tutması, 19 həyat krizisi. İşçilərin yaradıcılıq ideyasının işə düşməsiyçün Disney mükafatlar sistemi tətbiq edirdi. Qəhrəmanın uğurlu bir zarafatı 5 dollar, filmi zənginləşdirəcək ideya isə 100 dollar məbləğində qiymətləndirilirdi. Hər şey siçandan başladı Uşaqlıqda Uolt və Roy «Piter Pen» tamaşasına baxmaqçün daxılı qırıb bütün pullarını biletə xərcləmişdilər. Böyümək istəməyən oğlan haqqında əhvalat Disneyin o qədər xoşuna gəlirdi ki, özü böyüyəndən sonra da nağıllar aləmindən əl çəkə bilmədi. İlk  yaratdığı obrazı dovşan Osvaldı xainliklə əlindən almasaydılar ola bilər ki, acığa düşüb Mikki-Mausu yaratmazdı da. «Mütəxəssis rəyini öyrənib əksini eləyin» deyən Disneyin işlərini tənqidçilər heç vaxt bəyənməzdi. Peşəkarlar onun ideyalarını dəlisovluq sayardı. Çəkilmiş qəhrəmanlarla canlı aktyorları səhnəyə birgə necə çıxarmaq olardı axı! Heç saat yarımlıq da cizgi filmi olar? Onun bioqrafiyasında dönüş nöqtəsini siçan Mikki –Mausu yaratdığı gündən saymaq olar. Disney əvvəl onu Mortimer adlandırmaq istəyirdi. Sonra xanımının xahişiylə adını Mikki qoydu. Ekranda «Şən melodiyalar», qaqqıldayan Donald Dak, ulayan it Pluto, göldən aşsüzəndə su götürən axmaq Qufi yaranmağa başladı. Əsl məşhurluq isə «Ağca və 7 qnom»dan sonra gəldi. O vaxt üçün astronomik xərci – 2 milyon dolları studiya artıq bir ildən sonra iki-üç qatına çıxarmışdı. Disney studiyasında parlaq filmlər hələ çox olacaqdı: «Pinokkio», «Bembi», «Dambo»…. Simfonik əsərləri tərpənən şəkillərlə müşayiət eləmək də Disney fantaziyasının məhsuludu. «101 dalmatin» filmi üzərində işləyən 300 rəssam  3 il ərzində 1 218 750 qələm, 800 qallon (Bu, təxminən 5 tona bərabərdir. Bu qədər rəng 135 evin rənglənməsinə bəs eləyə bilərdi) boya sərf etmişdilər. Cizgi filmlərinin uğuru Disney studiyasının iri Hollivud qədər genişlənməsinə imkan verdi. Nəticə isə çox yüksəkdir: Disney düz 29 «Oskar» mükafatı alıb. «İçində məhəbbət yoxdusa, onu heç kimə verə bilməzsən» Hərdənbir başı işdən ayılan Uolt evlənmək haqqında düşünürdü. Lillian Baunds adlı bir qız studiyada həftəyə 15 dollar əməkhaqqı ilə işə düzəlmişdi. Bu qız tez-tez studiyanın ehtiyaclarını bağlamaq adıyla qazancından imtina da edirdi. Artıq evlənəndən və məşhurlaşandan sonra Disney deyərdi ki, xanımına həddən artıq çox borclu olduğu üçün evlənməkdən başqa yolu qalmayıb. Özünə söz vermişdi ki, 25 yaşı və bankda 10 min dolları olmamış evlənməyəcək. Əlbəttə ki, sözünün üstündə bura bilmədi. Evlənəndə 24 yaşı vardı, cibində isə bir qəpiyi də yoxuydu. Disney bu sözləri deməyi çox sevərdi: «Mənimlə razılaşarsız ki, məhəbbət də ətrafdakı əşyalara çox bənzəyir. Səndə bu yoxdursa ,onu heç kimə verə bilməzsən». Böyümək istəməyən oğlanın ölkəsində Disneyin uşaqlıq xatirələrində Kanzas-Sitidə yerləşən böyük bir imarətin təsvirləri var. Bu imarət o qədər böyük və gözəl idi ki, məhəllənin bütün uşaqları mühafizəçilərin gözündən sivişib içəri keçərək qədim əşyalara, heykəllərə tamaşa eləmək istəyirdi. Bir neçə dəfə uğursuzluğa düçar olandan sonra Disney özünə söz verir ki, böyüyən kimi uşaqların oynaya biləcəyi, böyük bağçası və oyun meydançası olan iri bir imarət tikdirəcək. Bu arzusunu reallaşdırıb Disneylendi tikməkçün ona düz 40 il gözləmək lazım gələcəkdi. Hər dəfə qızlarıyla gəzməyə çıxanda Disney daim düşünürdü ki, Amerikada ailəvi istirahət üçün fərli bir yer yoxdu. Valideynlərin bəyəndiyi yerdə uşaqlar darıxır, uşaqların şənləndiyi yeri valideynlər bəyənmir. Ailənin nağıla düşüb orda birlikdə istirahət eləməsi ideyası 40-cı illərin əvvəlində artıq onun beynində möhkəm yer eləmişdi. 17 milyon dollar dəyərində olan Disneylendin tikilməsiyçün şərik axtarmağın özü 10 il çəkdi. Disneylendi yaratmaq ümidiylə kreditorlarına müraciət edib rədd cavabı alanda Disney əsas düşməninə — televiziyaya üz tutdu. Həftəlik proqramda o, öz filmotekasında olan şedevrləri arşınmalçı kimi ortaya töküb informasiya yayan aləti ailəvi əyləncəyə çevirməklə inqilab eləmiş oldu. Bu proqram Disneylendin tikilməsi haqda hər həftə bütün Amerikaya hesabat verirdi. Disney dünyasının — içində əyləncələri, kurortları, mehmanxanaları, aeroportu olan «sabah»ın planlaşdırılmasına 7 il, reallaşmasına 52 ay sərf edildi. Parkın açılışına 28 min insan toplaşmışdı. 90 min tamaşaçı isə bu mənzərəni evdə televizorda izləyirdi. 53 yaşında Disney milyoner oldu. İlk Disneylend isə onun nəslini milyarderə çevirdi. Disneyin 100 illik yubileyində onun «arzular şəhərində» işçiləri aşpaz papaqları geyərək 100 parça tortu əllərində aparırdı. Bu parçaları birləşdirəndə Uolt Disneyin 9 metrlik portreti alınırdı. Başındakı papağı isə atlas, ipək və 20 karatlıq brilyantla bəzədilmişdi. Bütün bunlar 2 milyona başa gəlmişdi. Buna bənzər şənliklər bütün Disneylendlərdə reallaşdırılmışdı. 20-ci əsrin canlı mifi Əli pula çatandan sonra o, valideynlərinə malikanə alıb bağışlayır. Amma evin qaz boruları çox pis vəziyyətdə olduğundan evdəkilər dəm qazından zəhərlənirlər. Atasını xilas etmək mümkün olsa da, anası vəfat edir. Sonralar neçə illər uzunu o, özünü anasının ölümündə günahkar sayırdı. Axı o, niyə simiclik edib boruları təmir elətdirməmişdi?! Uolt Disney heç vaxt demokratik baxışlarıyla seçilməyib. Bütün ciddi rejissorlar faşizi pisləyəndə Disney yəhudilərə açıq-aydın nifrətini bildirməkdən çəkinməzdi. Deyilənə görə, «3 donuz balası» cizgi filmi yəhudilərin abırsız karikaturasıdır. Yəhudilərçün onun studiyasında yer yoxuydu. Disney onlarla ünsiyyətdən də qaçırdı. İkinci Dünya müharibəsindən sonra o, antisemitliyini sübut eləyən bütün sübutları, məktubları, ssenariləri məhv eləməyə calışmışdı. Artıq «İlin adamı» adını alanda antisemit damğasından tamam qurtulmuşdu, yoxsa bu titulu ala bilməzdi. Uolt Disney FTB ilə əməklaşlıq haqqında, casusları tutmaqda onlara kömək eləmək barədə sənəd imzalamışdı. Arxivdə Disneyin əliylə yazılmış 500 səhifəlik donos materialları da saxlanılır. Analıq, alma piroqu və Disney Bu dünyanın qanunu belədi — xeyir sonda şəri üstələməlidi. Xoşbəxt sonluğu çox sevən Disney öz dünyasını filmlərə çevirdikcə avtomatik olaraq mənəvi cəhətcə təmiz insan reputasiyası  qazanırdı. Əyyaşlığı, günə üç qutu siqaret çəkməsi, aktrisalarla romanları onu gözdən salmırdı. Çünki Disney amerikalılar üçün müqəddəs olan üçlük «Analıq, alma piroqu və Disney» kimi ifadə olunan müqəddəsliyin bir parçasıydı. O, hətta 55 yaşında da kiçik dəmir yoluyla oynayardı. Bu, onun əyləncə imperiyasının modeli idi. Bütün filmlərindən zamana və tarixə aid olan rəqəmlərin hamısını çıxarmışdı. Amma 10 ildən bir unudulmaqdan ehtiyat edərək yeni nəsil üçün cizgi filmləri çəkirdi. Vaxtilə uğursuz olan filmlər də sonradan böyük qazanc gətirərdi. Siçanlar kralı 65 illik yubileyindən iki həftə keçmiş Uolt Disney ağciyər xərçənci xəstəliyindən vəfat etdi. «Mən pis əhvalın nə olduğunu bilmirəm. Mən çox xoşbəxt adamam» deyirdi. Hər dəfə Amerikada prezident seçkiləri olanda seçki qutularından bütün namizədlərin adı silinib Mikki–Mausun adı yazılmış minlərlə vərəqə çıxır. Deməli, hər dəfə seçicilərin 1 faizi ona səs verir. Reyqanın prezident, Şvartsneggerin qubernator seçilməsindən xeyli əvvəl Disneyə Los-Anjelesin meri olmaq təklif edilir. O isə «Nəyə görə? Mən artıq kralam» deyir. Müəllif: Gülnarə RƏFİQ [email protected]
['Uolt Disney']
4,646
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/7748/x%C9%99b%C9%99rsiz-qonaq.html
Xəbərsiz qonaq
umud600
Xoşbəxt ailə
19 noyabr 2011, 00:50
Zərifə axşamüstü evə qayıdanda olduqca yorğun idi. Çox gərgin bir gün keçirmişdi. Gündəlik dərsləri bir yana, üstəlik valideyn iclasında da olmuşdu. Hər valideynlə tək-tək söhbət etdiyi üçün bir tərəfdən başı, bir tərəfdən də çənəsi ağrıyırdı. Tələsik üstünü dəyişdi. Əl-üzünü yudu. " Bəlkə bir az divanda uzanım?"- deyə ürəyindən keçirsə də, " Uzansam, yatıb qalacağam. Bir azdan Xalid də gələcək, gərək yemək hazırlayam ",-deyib fikrindən daşındı. Mətbəxə getdi. Soyuducuda heç bir şey qalmamışdı. " Aman Allah, hələ mən marketə getməliyəm. Görəsən, nə hazırlayım?" - deyə düşünürdü ki, birdən qapı döyüldü:- Vay, vay, deyəsən, Xalid gəldi. Tez gedib qapını açdı. Xalid tələsik içəri girərək:- Salam, - dedi. Nədənsə çox şən görünürdü.- Salam! Xeyir ola, bu gün tez gəlmisən?- Hə, işdən tez çıxdım. Axşama dostlarım gələcək. Bir şey lazımdırsa, gedib ala bilərəm. Zərifənin üzü bozardı: - Dostların gələcək? Elə isə mənim niyə xəbərim yoxdur? Heç olmasa, cib telefonuma zəng vuraydın.- Zərifə uzatma, nə var burda? Dostlarımı hər gün çağırmıram ki? Yaxşı, mənim gözəl xanımım, keç mətbəxə, bir şey hazırla!- Yox, Xalid! Artıq bezmişəm. İşdən yorğun-arğın gəlmişəm. Heç özümə yemək bişirməyə evdə bir şey yoxdur. Üstəlik, məndən xəbərsiz qonaq çağırırsan. Bu dəfə Xalidin üzü bozardı:- Mənə bax, Zərifə! Yoxsa, dostlarımı çağırmaq üçün səndən icazə almalıyam? Çox yorulursansa, işləmə! Bura mənim evimdir. Yəni dostlarımı bir dəfə qonaq çağıra bilmərəm?.. Zərifə qapını çırpıb otaqdan çıxdı. Bu küsülülük, deyəsən, bir müddət davam edəcəkdi. Halbuki, Zərifə belə də davrana bilərdi...- Aman Allah, qonaq çağırmısan? Ancaq evdə heç nə yoxdur. Nə edəcəyik?- Mən tez gedib nə lazımdırsa, alaram. Sən siyahını hazırla.- Mənə bax, Xalid! Təkcə alış-verişlə iş bitmir. Bilirsən ki, çox yorğunam. Dostlarının yanında xəcalət çəkməyəsən deyə, bu dəfə sənin üçün fədakarlıq edəcəyəm. Ancaq sən də mənə kömək edəcəksən. Əslində Zərifə hirslənməkdə haqlı idi. Xaliddən istədiyi yeganə şey qonaqların gəlişini xəbər verməsi idi. Ancaq Xalid onun yorğun olduğunu bilmirdi. Üstəlik, ona kömək etmək üçün evə tez gəlmişdi. Bir də Zərifə qapənə çırpıb getməklə nəyə nail oldu? Bu əsəblə dincəlmək mümkün idimi? Əgər kiçik bir fədakarlıq göstərib mətbəxdə bir şey hazırlasa idi, həm yoldaşının gözündə ucalar, həm də bu qədər narahatlığa ehtiyac qalmazdı... Hamımız səhvə yol veririk. Özümüzə qarşı necə qayğı gözləyiriksə, biz də lazım olanda başqalarına qarşı qayğı göstərməliyik. Ailə səadəti elə bir xəzinədir ki, onun qiymətini bilənlər adi bir qəzəbə qurban verməzlər onu. Əksinə, bu hədəf istiqamətində daim irəli getməyə çalışarlar.
['ailə münasibətləri']
4,647
https://kayzen.az/blog/azerbaycan/5249/mu%C4%9Fam.html
Muğam
Azərbaycan
Azərbaycan
19 noyabr 2011, 00:08
Muğam — Azərbaycan xalqının bədii yaradıcılığının zəngin bir hissəsi, əsrlərdən bəri şifahi şəkildə inkişaf edərək dövrümüzə gəlib çatmış unikal sənət nümunəsi, Şərq xalqlarının şifahi ənənəli professional musiqisi (ənənəvi musiqi) sistemində özünəməxsus janrdır. Dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəyov Yaxın və Orta Şərq xalqlarının 14-cü əsrdə inkişafın zirvə nöqtəsinə çatmış musiqi mədəniyyətini 12 sütunlu və 6 bürclü (qülləli) bir binaya bənzədir. 14-cü əsrin sonuna yaxın baş verən ictimai, iqtisadi və siyasi dəyişikliklərlə əlaqədar olaraq bu binanın divarları çatlayaraq, uçub dağılmış və Üzeyir bəyin təbirincə desək, Şərq xalqlarından hər biri bu musiqi binasının qiymətli parçalarından istifadə edərək, özünün yeni musiqi barigahını tikmişdir. Üzeyir Hacıbəyovun qeyd etdiyi 12 klassik muğam Şərq xalqlarının ümumi yaradıcılığının bəhrəsi olmuşdur. Azərbaycan muğamları məhz orta əsrin bu 12 muğamı əsasında təşəkkül tapıb inkişaf etmişdir. Muğamın yaranması haqda müxtəlif fərziyyələr var. Bəzi alimlərin fikrincə, muğam melodiyalarının meydana gəlməsi orta əsr poeziyası ilə bağlı olmuş və şeirlərin sözlərinin uzadılaraq oxunması muğam reçitasiyasının yaranmasını şərtləndirmişdir. Digər tədqiqatçıların fikrincə, reçitativ üslublu muğam melodiyalarının meydana gəlməsində Quran mətnlərinin uzadılaraq avazla oxunmasının mühüm rolu olmuşdur. Tarixən ilkin olaraq vokal, daha sonra instrumental muğamın meydana gəlməsi şübhəsizdir. Muğamlar — xalq çalğı alətlərinin (tar, kamança) müşayiəti ilə xanəndə tərəfindən, yaxud musiqi alətlərinin birində ifa olunan çoxhissəli kompozisiyalardır. Muğam kanonikləşdirilmiş incəsənət növlərinə aiddir və burada klassik kanon ilə improvizasiya üzvi vəhdət təşkil edir. Muğamdakı improvizasiya ciddi normalaşdırılmışdır və ifaçı bu improvizasiyanı yalnız müəyyən qanunlar çərçivəsində edə bilər. Muğamlardan hər birinin əsasını müəyyən bir lad (məqam, modus) təşkil edir. Muğamdakı şöbə və guşə adlanan bölmələr bunun əsasını təşkil edən ladın müəyyən pillələri ətrafında gəzişmələrdən ibarət melodiyalardan yaranır. Şöbə və guşələrin növbələşməsi müəyyən ladın qanunauyğunluqlarına tabe olduğuna görə ifa zamanı bunların ardıcıllığı pozulmamalıdır. Muğamın hər şöbəsi ladın getdikcə daha yüksək pilləsi ətrafında gəzişdiyinə görə muğamdakı inkişaf dramaturgiyasının ibtidaidən aliyə doğru olduğunu görürük; bu inkişaf maye adlanan nöqtədən başlayaraq muğamın zilinə, kulminasiyasınadək davam edir. Kulminasiyadan sonra sürətli «enmə» mərhələsi və əvvəlki nöqtədə — mayedə yekunlaşma baş verir. Muğamda fazalarla gedən bu inkişafı tədqiqatçılar çox zaman müxtəlif emosional vəziyyətlərdən, əhval-ruhiyyələrdən keçərək zirvəyə ucalması, «ekstatik vəziyyətə çatan ruhun inkişafı, yüksəlişi» (S.Bağırova), «etiraf yolu, həqiqətin ekstatik dərk olunması yolu» (G.Abdullazadə) kimi səciyyələndirirlər. Muğam fəlsəfəsinin sufilik, yəni müxtəlif dərviş təriqətləri və s. ideyalar məcrasında təşəkkül tapıb inkişaf etməsi fikri (G.Abdullazadə) geniş yayılmışdır. Muğama aid olan bütün şöbə, guşə, təsnif, rəng və s. bölmələrin məntiqi qayda üzrə düzülüşündən yaranan böyük kompozisiyalar — dəstgahlar Azərbaycanın şifahi ənənəli professional musiqi sənətinin klassik formasıdır. Muğamların mətni klassik Şərq poeziya janrı olan qəzəllərdən ibarətdir ki, bu janr müstəsna olaraq əruz vəzninə əsaslanır. Muğamlar ən çox Nizami, Füzuli, Vaqif, Seyid Əzim Şirvani, Natəvan, Əliağa Vahid kimi şairlərin qəzəllərinə oxunur. Muğamı yaşadan, bu klassik sənəti nəsildən nəsilə ötürən və inkişaf etdirərək təkmilləşdirənlər — ifaçılar — xanəndə və sazəndələrdir. Muğamın görkəmli ifaçıları olan yaradıcı sənətkarlar müəyyən qanunlar çərçivəsində muğam kompazisiyalarına yeni nəfəs gətirmiş, məzmununu zənginləşdirmişlər. Xanəndə və sazəndə sənətinin inkişafı nəticəsində 19-20-ci əsrlərdə Azərbaycanın muğam sənəti özünün zirvə nöqtəsinə çatmışdır. 19-cu əsrdə Azərbaycanın muğam sənətkarlarının şöhrəti nəinki bütün Qafqazda, həmçinin Türkiyədə, İranda, Orta Asiyada geniş yayılmışdı. Muğam sənətinin inkişafı nəticəsində Azərbaycanın bir sıra yerlərində, o cümlədən Qarabağda, Şirvanda, Bakıda ifaçılıq məktəbləri meydana gəlmişdir. 19-cu əsrdə Şuşada Xarrat Qulunun yaratdığı xanəndəlik məktəbini misal göstərmək olar ki, Azərbaycanın bir çox görkəmli ifaçıları — Hacı Hüsü, Məşədi İsi, Əbdülbağı Zülalov (Bülbülcan), Keçəçioğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu, tarzən Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan) bu məktəbin yetirmələri olmuşlar. Muğam ifaçılığının inkişafında bu məktəblərlə yanaşı Şuşada, Bakıda və Şamaxıda fəaliyyət göstərən «məclislərin» — şair və musiqiçilərin çıxış və sənət haqda söhbətləri, qızğın diskussiyalarla keçən yığıncaqlarının müstəsna rolu olmuşdur. Azərbaycana səfər edən fransız yazıçısı Aleksandr Düma özünün «Qafqaza səyahət»ində belə məclislərdən biri haqqında təəssüratlarını qələmə almışdır.   Əsrlərdən bəri zəngin mədəni ənənələri ilə şöhrət qazanmış Qarabağ torpağı sənətkarlar, şair və yazıçılar, musiqiçilər yurdu kimi Azərbaycandan çox uzaqlarda tanınmış, Qarabağın tacı sayılan Şuşa şəhəri isə «Şərqin konservatoriyası» adlandırılmışdır. Qarabağ muğam ifaçılığı məktəbinin ən görkəmli nümayəndələri içərisində yuxarıda adlarını çəkdiyimiz sənətkarlarla yanaşı Seyid Şuşinski, Məcid Behbudov, Məşədi Cəmil Əmirov, Zülfü Adıgözəlov, İslam Abdullayev, Xan Şuşinski kimi görkəmli musiqiçilər, 20-ci əsrin ikinci yarısında Sara Qədimova, Arif Babayev kimi xanəndələr, Qurban Pirimov, Məşədi Zeynal kimi tarzənlər olmuşdur. Şamaxıda yetişmiş muğam sənətkarları içərisində Mirzə Məhəmmədhəsən, Mehdi, Əbdül Məbud, Şükür, Davud Səfiyarov kimi xanəndələr, Məhəmmədqulu və Hümayi kimi tarzənlər olmuşdur. Bakı məclisinin rəhbəri olan görkəmli musiqiçi Məşədi Məlik Mansurovun İçərişəhərdəki evində toplaşan musiqiçilər içərisində İrandan, Qarabağdan, Şirvandan gələn muğam biliciləri də iştirak edirdi. Məşədi Məlikin oğlanları Mirzə Mansur və Məşədi Süleyman tarzən olmuşlar. Bakı məktəbinin yetişdirmələri arasında tarzən Mirzə Fərəc, Ağa Səid oğlu Ağabala və Seyid Mirbabayev kimi xanəndələri, 20-ci əsrin ortalarında tarzənlərdən Bəhram Mansurovu, Əhməd Bakıxanovu, ifaçılardan Hacıbaba Hüseynovu, bir qədər sonra Əlibaba Məmmədovu qeyd etməliyik. Xanəndə və sazəndələrdən bilik, bacarıq, zövq, böyük emosional və fiziki qüvvə tələb edən dəstgahlar əvvəllər kişi xanəndələr tərəfindən oxunmuşsa, 20-ci əsrdə Həqiqət Rzayeva, Yavər Kələntərli, Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova, Fatma Mehrəliyeva, Zeynəb Xanlarova kimi qadın xanəndələr də mahir dəstgah ifaçıları kimi tanınmışlar. Muğam sənətinin inkişafında yeni mərhələ olan 20-ci əsr həm də Azərbaycan muğamının yeni bədii sistemə daxil olması ilə səciyyələnir. Bir tərəfdən bu janr əvvəlki dövrlərdə olduğu kimi, muğam sənətkarlarının yaradıcılığında yaşayaraq, təkmilləşməkdə davam edir; digər tərəfdən isə milli musiqimizdə yaranmış yeni istiqamət — bəstəkar yaradıcılığı muğamın yeni müstəviyə çıxarılmasını şərtləndirir. Muğamın bəstəkar yaradıcılığına təsiri, buradakı rolundan danışarkən belə bir maraqlı halla qarşılaşırıq ki, ənənənin özü nəinki yeniliyə mane olmur, əksinə, bu yeniləşməyə təkan verir. 20-ci əsrdə dahi Üzeyir Hacıbəyov — Avropa ənənəsinə əsaslanan bəstəkar yaradıcılığının təməlini qoymuşdur. Və muğamın yeni musiqi sisteminə, daha doğrusu, yeni bədii sistemə daxil olması, əsrlərdən bəri Avropa musiqisi məcrasında yaranıb inkişaf edən janrlarla sintezləşdirilməsi də Üzeyir Hacıbəyovdan başlanır. Bəstəkarın ilk əsəri — bütün müsəlman Şərqində ilk opera olan «Leyli və Məcnun»un musiqisi bütünlüklə muğamlardan ibarət idi. Bundan sonra milli bəstəkalıq məktəbimizin nümayəndələri içərisində elə bir sənətkar olmayıb ki, muğamdan bəhrələnməsin, hansı bir müstəvidə isə muğama əsaslanmasın. Məhz Azərbaycan musiqisində Şərqin ənənəvi professional musiqi sənəti ilə Avropanın professional musiqi yaradıcılığının sintezi baş tutmuş və bu qovuşuq zəminində tamamilə yeni bir üslub yaranmışdır. Muğamın Avropa simfonizmi ilə qovuşuğundan yeni janr — simfonik muğam janrı meydana gəlmişdir — bunun yaradıcısı Fikrət Əmirov idi («Şur», «Kürd-Ovşarı», «Gülüstan-Bayatı Şiraz»). İlk dəfə xor muğamını yaradan Cahangir Cahangirov olmuşdur («Azad» operası). Qara Qarayev, Cövdət Hacıyev, Soltan Hacıbəyov, Arif Məlikov, Xəyyam Mirzəzadə, Aqşin Əlizadə, Firəngiz Əlizadə kimi bəstəkarların yaradıcılığında muğamdan irəli gələn bədii prinsiplər ən müasir kompozisiya texnikası ilə, aleatorika və sonoristika ilə, «yeni musiqi»ni səciyyələndirən vasitələrlə üzvi vəhdətdə qovuşur. Azərbaycan bəstəkarları muğam prinsiplərini estrada musiqisinə (Tofiq Quliyev), caz sənətinə (Vaqif Mustafazadə) gətirirlər. Bir sözlə, muğam tamamilə yeni bədii sistemlərə daxil olur. 20-ci əsrdə Azərbaycan musiqisinin parlaq simalarından olan Vaqif Mustafazadə muğam və caz sənətini çarpazlaşdırmış, Azərbaycan cazının özünəməxsusluğunu şərtləndirmişdir. Müəyyən, reqlamentləşdirilmiş qurumlar çərçivəsində melodik modellərin variant şəklində inkişafında improvizə amilinin olması muğam ilə caz arasında bir körpü salınmasını asanlaşdırmışdır. Ümumiyyətlə, 20-ci əsrin ortalarından başlayaraq Qərb dünyasında əvvəllər onun üçün yalnız uzaqdan seyr edilə biləcək bir ekzotik musiqi aləmi olan muğam tipli ənənəvi musiqi növlərinin mahiyyətinə varmaq meyli güclənməyə başlamışdır. Şərq xalqlarının ənənəvi musiqisinin unikal janrları, o cümlədən Azərbaycan muğamının qorunub saxlanması son onilliklərdə ümumdünya miqyasında diqqət mərkəzinə gətirilmişdir. Bu sənət növlərinin müasir elmin nailiyyətləri səviyyəsində tədqiqi və inkişaf etdirilməsilə bağlı problemlər dünyanın ən nüfuzlu musiqiçiləri və alimlərinin qarşılıqlı əməkdaşlığı və fikir mübadiləsi zərurətini yaratmış, 20-ci əsrin 70-ci illərindən başlayaraq keçirilən mötəbər simpozium və konfranslarda müzakirə edilmişdir. Bu gün Azərbaycanın muğam sənətinin inkişafı yolunda dövlət səviyyəsində aparılan böyük işlər, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və dəstəyi sayəsində həyata keçirilən muğam layihələri, 2003-cü ildə Azərbaycan muğamının YUNESKO tərəfindən bəşəriyyətin şifahi ənənəli mənəvi şedevrləri siyahısına daxil edilməsi bu unikal sənət növünün misilsiz bədii dəyərə malik olduğunu, beynəlxalq miqyasda mədəniyyətlərarası əhəmiyyətini bir daha təsdiq edir. Şəhla HƏSƏNOVA,əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, Bakı Musiqi Akademiyasının professoru   MUĞAM OXU Gəl, ey xoşavaz, məclisi şad et, muğam oxu, söz əhli olan yerdə bir ad et, muğam oxu. Tanrı dərgahında nə xoş duadı musiqi, ruhu burda olanları yad et, muğam oxu. Sal Məcnunu səhralara, Fərhadı dağlara, çək nalə, bəlayi-eşqdən dad et, muğam oxu. Öldür Leylini şaqraq səsin zənguləsində, Fərhad üçün Şirintək fəryad et, muğam oxu. Hər hıçqırtından qan-yaşlı bir nəşə boylansın, könülləri yandırıb abad et, muğam oxu. Bir incə sənətdir ki, anlayar onu hər kəs, bu sirri-Xudaya etiqad et, muğam oxu. Fəxrəddintək nə çoxdur musiqi cəfakeşi, bu əhli-ürfanlara imdad et, muğam oxu. Şeirin müəllifi: FƏXRƏDDİN ZİYA (Əliyev Fəxrəddin Mansur oğlu).
['muğam', 'Azərbaycan musiqisi', 'mugam haqqinda']
4,648
https://kayzen.az/blog/kino/5254/%C3%A7arli-%C3%A7aplin-s%C9%99ssiz-kinonun-dahisi.html
Çarli Çaplin - səssiz kinonun dahisi
Azərbaycan
Kino
18 noyabr 2011, 23:57
Kinematoqrafiyada Çaplin dövrü təxminən 50 il davam edib. Karyerasına ən aşağıdan başlayan Çarli artıq 25 yaşında dünya şöhrəti qazanıb. Onun «Qızıl titrətməsi», «Böyük şəhərin işıqları», «Yeni vaxtlar», «Böyük diktator», «Müsyö Verdu», «Rampanın işıqları», «Kral Nyu-Yorkda», «Honq-konqlu qrafinya» kimi humanist, antifaşist filmləri bütün dünyanı fəth edib. Amma o özü həqiqi məhəbbətini ancaq 54 yaşında tapıb. Buna qədər isə ara-sıra «əxlaqsız» həyat tərzində ittiham edilən Çaplin bir neçə dəfə evlənib və boşanıb. Atasını və anasını tez itirən Çaplin hələ uşaq yaşlarından səhnəyə qədəm qoyub. 18 yaşı olanda isə Fred Karnonun pantomima truppasına qəbul edilib və bu truppa ilə 1913-cü ildə ilk dəfə ABŞ-a qastrola gedib. Bir il sonra aktyor «Yaşamaq üçün qazanmaq» filmi ilə ekranda debüt edib. Amma «Balaca avara» obrazı Çaplinin onlarla qısametrajlı filmdə çəkilməsindən sonra yaranıb. Aktyor hamı tərəfindən sevilcək daimi qəhrəmanının obrazını kəşf edib: geniş şalvar, dar pencək, ayağından dəfələrlə böyük, cırıq çəkmələr, qəribə bığlar, yumru şlyapa və əl ağacı. Bu qəhrəman hər filmdə qaçır, yıxılır, döyülür, təhqir olunur, başqalarının üzünə tort çırpır və onun üzünə tort çırpırlar — amma tamaşaçı hər dəfə eyni hərəkətlərə gülür. Çaplin 30-cu illərdə öz kinostudiyasını yaradaraq tammetrajlı filmlər çəkməyə başlayır. O, bu filmlərdə həm aktyor, həm rejissor, həm də ssenari müəllifi kimi çıxış edir. Onun aktyor və rejissor yaradıcılığının zirvəsi 1931-ci ildə çəkdiyi «Böyük şəhərin işıqları» filmi sayılır. Bu film işsiz avaranın kor gülsatan qıza məhəbbətindən danışır. Çaplin öz dövrünün qəhrəmanını yaradaraq bəyan edib ki, ziddiyyətlərdən personaj düzəltmək istəyib: «O, ziyalı manerası olan dilənçidir. Sillə alandan sonra ilk növbədə başındakı yumru şlyapasını düzəldir». Məşhur kinoaktyor Çarli Çaplin 1977-ci il dekabrın 25-də İsveçrənin Veve şəhərindəki evində vəfat edib. 1978-ci il martın 2-də Çarlinin cəsədi qəbirdən çıxarılaraq oğurlanıb. Cinayətkarlar tabutun qaytarılması üçün pul tələb ediblər. Polislər cinayətkarları yaxalayıb və Çaplinin cəsədi həmin il mayın 17-də yenidən basdırılıb. Çaplin 4 dəfə evlənib və onun 11 uşağı olub. Onlardan bəziləri özlərini aktyor kimi sinayıblar. Onların arasında Ceraldina Çaplin daha böyük uğur qazanıb. Çaplin haqqında maraqlı faktlar — Çaplin “Böyük diktator” filmində ələ saldığı Hitlerdən cəmi 4 gün böyükdür. — Çaplinin mavi gözləri olub. — Çaplin solaxay olub. O, hətta skripkanı da sol əli ilə ifa edib. — Çaplinin birinci maşını “Locomobile” şirkətinin istehsal etdiyi 49 min dollar dəyərində Locomobile avtomobili olub. — Çaplinin sevdiyi rəqs tanqo olub. “Böyük şəhərin alovları” filmində Çaplin rinqdə döyüşü tanqo ilə “birləşdirib”. — Çaplin çəkdiyi filmlərdən 10,5 milyon dollara yaxın pul qazanıb. — Çaplin bir dəfə gizli şəkildə onun oxşarlarının müsabiqəsində iştirak edib. Ona ancaq 2-ci yeri veriblər. — Çaplinin filmlərinin çəkilişləri zamanı cəmi bir dəfə bədbəxt hadisə baş verib. “Sakit küçələr” filminin çəkilişi zamanı Çaplin özü zədə alıb. — Çaplinin sevimli komediya aktyoru Benni Hill olub. Benni Hill 1991-ci ildə Çaplinin evini ziyarət edərkən, ona şousunun Çaplin tərəfindən toplanan böyük video kolleksiyası göstərilib. — 20-ci illərdə Çaplinin personajı (“Balaca adam”) Avropada “Şarlo” adı ilə məşhur olub. Həmçinin bax: Çarli Çaplin-komediyanın sehrbazı
['Çarli Çaplin', 'Charles Chaplin', 'carli caplin haqqinda']
4,649
https://kayzen.az/blog/Shabnam_Ilham/7746/baba-p%C3%BCnhan-sizmi-deyim.html
Baba Pünhan - Sizmi deyim?
Shabnam_Ilham
Bloq: Shabnam_Ilham
18 noyabr 2011, 14:07
Sizmi deyim? Sənə mən siz deyərəmsə, özümə biz mi deyim,O böyük Tanrıya sən, bəndəsinə siz mi deyim?Nə qədər ki, özümüzdən özümüz bixəbərik,Özümə mənsiz, əzizim, sənə sənsiz mi deyim?Bilən heç kimliyini dəhrdə bir kim sayılar, Bunu dərk eyləməyən insana aciz mi deyim?Ayaq altında salar iz, deyilən söz havada,Biri vardır, biri yox, iksinə də iz mi deyim?Qara gündən ağaran saqqala, Pünhan, görəsən,Ağaran üz mü deyim, ya gecə-gündüzmü deyim?
['şeir']
4,650
https://kayzen.az/blog/edebiyyat/3729/o-%7C-umberto-eko.html
"O" | Umberto Eko
Muza
Ədəbiyyat
17 noyabr 2011, 21:40
- Işinizdə nə irəliləyiş var, Professor? - General hövsələsini zorla basıb soruşdu. - İrəliləyiş? – Professor verilən sualı təkrarladı. O, cavab verməyə tələsmirdi. - Beş ildi burda - aşağıda işləyirsiz və bu günəcən bir dəfə də olsun sizi narahat eləyən olmayıb. Biz sizə etibar edirik, amma quru sözlərə nə qədər inanmaq olar. Ortaya konkret iş qoymağın vaxtı çatıb. Generalın səsində təhdid hiss olunurdu və Ka yorğun-arğın əlini yelləyərək gülümsündü. - Quşu gözündən vurdunuz, General. Mən bir az da gözləməyi düşünürdüm, amma siz məni qızışdırdınız. Mən işi başa çatdırmışam, O artıq hazırdır, - Professor pıçıltıya keçdi, Günəşə and olsun ki, Onu dünyaya nümayiş etdirməyin vaxtı çatıb. O əlinin işarəsiylə Generalı mağara dəvət etdi. Ka qonağı mağarın ən dərin yerinə apardı. Divarın dar dəliyindən içəri xəfif işıq düşürdü. O, düz, hamar çıxıntı üzərinə qoyulmuşdu. O, formaca badama oxşayırdı: üzərində çoxlu xırda şırımlar vardı və parıldayırdı. - Bu ki... – General özünü itirdi. – Bu ki daşdı. Professorun sıx tüklü qalın qaşları altında gizlənən mavi gözləri bic-bic gülürdü. - Bəli, - o təsdiqlədi. – Daşdı. Amma bu, başqa daşlara bənzəməz. Biz onu təpiklə vurmayacağıq, yaxşı olar ki, onu əlimizə götürək. - Əlimizə? - Bəli, General. Bu daşda elə böyük qüvvə toplanıb ki, bəşəriyyət indiyəcən bunu hətta arzulamağa da cürət etməyib. Milyon adamın qüvvəsi. Baxın... O, əlini daşın üzərinə qoydu; daşı barmaqları arasında sıxıb qaldırdı. O daşı ovcunda elə sıxmışdı ki, enli tərəfi ovcunun içində qalmış, iti ucu isə çölə çıxmışdı. Professorun əlinin hərəkətinə uyğun olaraq daşın iti ucu gah yuxarı, gah aşağı, gah da Generala tərəf yönəlirdi. Professor daşı tutduğu əlini başı üzərindən geriyə apardı və daşın ucu havada xətt cızdı. Sonra onun əli sürətlə yuxarıdan aşağı enib divarın kövrək çıxıntısına çırpıldı. Və... möcüzə baş verdi! – daş çıxıntıya girib çat əmələ gətirdi. Professor vurmaqda davam etdi, çat çökəyə, daha sonra isə dərin oyuğa çevrildi. Zərbələr suxuru əzib toza döndərirdi. Genaral bütün bunları gözünü bərəldib, nəfəsini içinə sıxıb seyr edirdi. - İnanılmazdı, - general ağzının suyunu udub dedi. - Hələ bu nədir ki, - Professor qürurlandı, - bu heç nədir! Hərçənd bunu barmaqlarınızla edə bilməzdiniz. İndi də bura baxın! - Alim küncdən böyük bir hindqozu götürdü: tüklü və bərk bir hindqozu – daş kimi! Və onu generala uzatdı. - Götürün, əllərinizlə sıxıb əzin. - Yaxşı görək, Ka, - Generalın səsi titrədi. – Siz gözəl bilirsiniz ki, bu mümkün deyil. Bizim heç birimiz bunu bacarmarıq... Yalnız dinozavr öz pəncəsinin zərbəsiylə bunun öhdəisndən gələ bilər. Yalnız dinozavr bunun lətini yeyib şirəsini içir... -Yaxşı, indi isə... – Professor cuşa gəldi – indisə baxın! O, hindqozunu götürüb çıxıntının üzərində yaranan çökəyə qöydu. Bu dəfə daşı ayrı cür tutdu: iti ucundan yapışdı, enli tərəfi isə çöldə qaldı. Sonra daşı elə bir qüvvə sərf eləməmiştək hindqozuna vurdu. Hindqozu param-parça oldu, südü çıxıntının üzərinə axdı, çökəyin içində isə qabığının parçaları qaldı, onların da üzərində təzə-tər, ləzzətli, şirəli ağ lət. General həmin üstü lətli qabıq parçalardan birini qapıb acgözlüklə dişinə çəkdi. O heyrət içində daşa, Kaya və hindqozu qabığının parçalarına baxırdı. - And olsun Günəşə, bu, əntiqə bir şeydi. İnsanın gücü birə-yüz artıb. Daha onun heç bir dinozavrdan qorxusu yoxdur. O, qayalara, ağaclara hakimdir. Bu, əlavə bir əl deməkdir. Yox, yox... Yüz əl. -Bunu hardan tapmısız? Ka özündən razı halda gülümsündü. - Mən onu tapmamışam, düzəltmişəm. - Düzəltmisiz? Bununla nə demək istəyirsiz? - Demək istəyirəm ki, bundan əvvəl O mövcud olmayıb. - Sizin ağlınız çaşıb, Ka, - general əsib-coşmağa başladı. – Yəqin ki O göydən düşüb, Onu Günəşin elçisi, səma ruhlarından biri gətirib... Əvvəllər mövcud olmayan bir şeyi necə düzəltmək olar? - Olar! – Ka qətiyyətlə dedi. – Bir daşı götürüb başqa bir daşla onu o qədər döyəcləmək olar ki, lazımi formaya düşsün.  Elə bir forma ki, ələ yatsın. Onda həmin daşın köməyilə çoxlu sayda başqa daşlar düzəltmək olar. Daha iri və daha iti daşlar. Mən də məhz bunu eləmişəm, General! Generalın alnında iri tər damlaları göründü. - Bunu hamıya – bütün Ordaya göstərmək lazımdır, Ka! Bundan sonra bizim kişilərə heç kəs bata bilməyəcək. Başa düşürsüz? İndi biz ayının üstünə gedə bilərik. Ayının caynaqları var, bizim isə Onun kimi silahımız. Heyvan bizi parçalayınca, biz onu parçalayacağıq, nəfəsini kəsib məhv edəcəyik. Biz ilanın başını əzə, tısbağanın qınını deşə... Qadir Günəşi öldürə... insanı öldürə bilərik! Söylədiyi yeni fikrə özü də heyrətlənən General bir az duruxdu, sonra sözünə davam etdi. Baxışları sərtləşdi. - Biz artıq Koammın Ordasına hücum edə bilərik, Ka! İndi onlar bizdən üstün və güclüdürlər, amma bundan sonra biz onlara hökmran olacağıq. Onları axırıncı adamına qədər məhv edəcəyik. - Ka! Ka! – o, Professorun çiyinlərindən tutub silkələməyə başladı. – Bu qələbədir! Ka ehtiyat dolu baxışlarla generala baxırdı, o tərəddüd içində idi. - Elə buna görə də mən öz ixtiramı sizə göstərmək istəmirdim. Mən başa düşürəm ki, dünyanı dəyişəcək müdhiş bir ixtiranın müəllifiyəm. Mən öz məsuliyyətimi dərk edirəm, mən müdhiş dağıdıcı gücə malik bir qüvvənin mənbəni aşkar etmişəm. Bu, indiyəcən yer üzündə heç kəsə məlum olmayan bir mənbədir və elə buna görə də kiminsə bundan xəbərdar olmasını istəmirəm. Əks halda müharibə bir intihar olacaq. Çünki tezliklə Koamm Ordası da belə daşlar düzəltməyi öyrənəcək. Bax onda baş verəcək müharibədə artıq nə qalib, nə də məğlub tərəf olacaq. Bu əşya dinc məqsədlərə, əmək və tərəqqiyə xidmət üçün yaradılan silahdır. Amma indi görürəm ki, o, ölüm saçır. Mən Onu məhv edəcəm. General özündən çıxdı. - Ka, ağlınızı başınıza yığın. Bunların hamısı alimlərə məxsus axmaq ehtiyatlılıqdan başqa bir şey deyil. Siz beş ildi hücrəyə çəkilmisiz və dünyadan bixəbərsiz. Biz sivilizasiyaya doğru gedirik və əgər Koammın Ordası qalib gəlsə, nə sülhdən, nə azadlıqdan, nə də insanlar üçün sevincdən əsər-əlamət qalacaq. Bizim müqəddəs borcumuz öz ixtiramıza sahib çıxmaqdır. Bu o demək deyil ki, biz dərhal ondan istifadə edəcəyik. Vacib olan odur ki, onlar Onun varlığından xəbər tutsunlar. Biz Onu düşmənin gözləri qarşısında nümayiş etdirəcəyik. Sonra isə biz Onun istifadəsini məhdudlaşdıracağıq. Amma Ona sahib olan andan artıq heç kəs bizə hücum etməyə cürət etməyəcək. Amma hələ ki biz yalnız Onlar üçün məzarlar qaza, yeni mağarlar tikə, torpağı malalaya bilərik. Ona sahib olmaq kifayətdir. Onu işlətməyə ehtiyac yoxdur. Bu, müdhiş gücə malik bir silahdır və uzun illər koammçıların qarşısında sədd olacaq. - Yox-yox-yox, - sakitləşməyən Ka israr edirdi, - Elə ki biz Ona sahib olduq, onda artıq bizim qarşımızı artıq heç nə kəsə bilməyəcək. Onu məhv etmək lazımdır. - Siz lap axmaqsız ki... Hərçənd işimizə yarıyırsız! - Generalın hirsindən rəngi ağarmışdı. – Siz düşmənlərimizin dəyirmanına su tökürsüz. Sizin tayınız olan bütün intellektuallar kimi. Dünən bütün insanların birliyindən dəm vuran o aed kimi. Siz Günəşə inanırsız? Ka diksindi… O, başını endirdi. Onun gözləri pırpız qaşları altında xırda və qəmli görünürdü. - Mən bilirdim ki, bunun axırı belə olacaq. Mən koamm təəssübkeşi deyiləm, siz bunu gözəl bilirsiz. Amma Günəş qanunları toplusunun beşinci qaydasına görə, mən ruhların qəzəbinə tuş gəlməmək üçün bu məsələdən imtina edirəm. Nə istəyirsiz düşünün. Amma O bu mağaradan kənara çıxmayacaq. - Mən isə deyirəm çıxacaq! Özü də indi. -Orda, sivilizasiya naminə, xalqın rifahı, Sülh naminə! – general bağırdı. O az əvvəl Kanın etdiyi kimi sağ aliylə daşı qapıb qəzəb, nifrət hissi ilə qüvvətlə professorun başına endirdi. Ka zərbədən yerə çöküb ətrafını qana buladı. General dəhşət içində əlindəki silaha baxırdı. Sonra təkəbbürlə gülümsündü. Bu təbəssümdə qəddarlıq, amansızlıq vardı. - Bu bir… - o pıçıltıyla dedi.
['Umberto Eko']
4,651
https://kayzen.az/blog/poeziya/7740/qad%C4%B1n-%7C-n.h%C9%99s%C9%99nzad%C9%99.html
Qadın | N.Həsənzadə
bahar
Poeziya
16 noyabr 2011, 21:58
Pəncərəm önündə sular çağlayır,Xal düşür gecənin aydınlığına.Qollarım üstündə bir qız ağlayır,İnana bilməyir qadınlığına.Başının örpəyi yana sürüşüb,İçməyib,məst olub.........Səbəbi nəydi?Yerin çəkisizlik qütbünə düşüb,Bu qütbü nə vaxtsa o,keçməliydi.Özü gözlədiyi bir gün gəlibdi,İndi soruşmayın, heç bilməyir o.Qadınlıq qızlığa üstün gəlibdi,Ağlaya-ağlaya gülümsəyir o.Açıb gözlərini indi qalxacaq,Tanımır özünü şirin röyada.Qızlar nə deyəcək ,bilmirəm,ancaqMübarək!Bir qadın artdı dünyada.Bir kişi qayğısı artdı,Mübarək!Bu gecə hər qəlbə nur ələnibdi. Nəqədər qadın var ,o qədər deməkDünyaya qayğılar səpələnibdi.Azalır o bəzən,artır o bəzənSınanır varlığı, yoxluğu üçün.Bəlkə mən, sevirəm dünyanı qəlbən,Qadın təbiətli olduğu üçün.Bəzən bir eyhamla , ya baxış iləNə qədər istəsən söz demək olur.Yalnız bir qadının təbəssümüyləYüz ağlayan olsa,kiritmək olur.Köksündə gizlicə sevən ürəyiGözündə həmişə məlum olubdu.Kişilər önündə cəbrlə deyil,Qadınlar xahişlə məğlub olubdu.O ən müqəddəsdi,ən mədənidi,Bəşər nəslimizə o həyat verir.Qadının sərvəti- öz bədənidi,Onu da kişiyə mükafat verir.Qollarım üstündə bir göz yaşınıBir qərib gülüşü öpürəm hələ.Özü qız saçını,qadın saçınıÜzümə dağıdır öz əllərilə.
['Nəriman Həsənzadə', 'Poeziya', 'qadın']
4,652
https://kayzen.az/blog/Quran/7738/quran-la-s%C3%B6hb%C9%99t.html
QUR'AN-la söhbət...
Ferid_Zeynalli
Quran
16 noyabr 2011, 21:40
Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır. ("Bəqərə" 2)Sən kitabsan?Quran: "Bu, insanlar üçün bir açıqlama, doğru yolu göstərən rəhbər və öyüd-nəsihətdir."(Ali-İmran" 138)Kim tərəfindən nazil olunub?Quran: "(Ya Rəsulum!) Həqiqətən, Quran sənə hikmət sahibi olan, (hər şeyi) bilən Allah tərəfindən təlqin (vəhy təlim) olunur."("Nəml"6)Nə üçün nazil oldun?Quran: "Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir."("Yunis" 57)Kimə nazil oldun?Quran: "Muhəmmədə haqq olaraq nazil oldu" ("Muhəmməd" 2)Peyğəmbərin qarşısında üzərimizə hansı vəzifə düşür?Quran: "Peyğəmbər sizə nə verirsə, onu götürün,nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir."("Həşr" 7)Mənim üçün ən gözəl nümunə kimdir?Quran: "Həqiqətən, Allahın Rəsulu Allaha,qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar)və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!"("Əhzab" 21)Mənə Allahın əzəmətindən danış.Quran: "Əvvəl də, axır da, zahir də, batin də Odur.O, hər şeyi biləndir!" ("Hədid" 3)O haradadır?Quran: "Siz harada olsanız belə, o sizinlədir"("Hədid" 4)Onu özümüz üçün necə sübuta yetirək?Quran: "Sən Allahın rəhmətinə əsər əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirilir" ("Rum" 50)Onunla necə danışaq?Quran: "Mənə ibadət et və məni anmaq üçün namaz qıl" ("Ta-ha" 14)Yaradılışdan məqsəd nədir?Quran: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım" ("Zariyat" 56)İbadətdən məqsəd nədir?Quran: "Sənə yəqin (ölüm) gələnədək Rəbbinə itaət et!" ("Hicr" 99)Şeytan kimdir?Quran: "Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. "("Fatir"6)Şeytanın vəsvəsələrinin müqabilində nə etməliyəm?Quran: "Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın" ("Fussilat" 36)Mənim daxili düşmənim kimdir?Quran: "Nəfs (insana) pis şeylər görməyi əmr edər"("Yusuf" 53)Nəfsimlə necə rəftar etməliyəm?Quran: "Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!"("Şəms" 9)Hara üz tutduğumu bilmək istəyirəm.Quran: "Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğruçalışıb çapalayırsan. Sən Ona qovuşacaqsan"("İnşiqaq" 6)Bunun üçün yol azuqəsinə ehtiyac varmı?Quran: "Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir)."("Bəqərə" 197)Təqvanın nə faydası var?Quran: "Kim Allahdan qorxsa, Allah ona(hər çətinlikdən) bir çıxış yolu əta edər və onatəsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər."("Təlaq" 2-3)
['İslam dini']
4,653
https://kayzen.az/blog/ekoibrahim/7730/wall-e-animasiyas%C4%B1-haqq%C4%B1nda-%C5%9F%C9%99xsi-fikirl%C9%99rim.html
" Wall-E " Animasiyası Haqqında Şəxsi Fikirlərim.
ekoibrahim
Bloq: ekoibrahim
16 noyabr 2011, 11:05
Pixar hansı ki, əsasını Stiv Cobs qoyub, növbəti bir şedevrini yaradıb. Animasiya 2008 - ci ildə çəkilsə də mən gec baxmışam. Filmlər və animasiyalara internetdən yükləyib baxmaq həvəsi məndə yenidir. Pixar studiyasının çəkdiyi animasiyaları səmimi qəbul edirəm. Bəlkə də elə Pixar studiyasının uğurunun kökündə bu durur. Dreamworks studiyası artıq çəkdiyi animasiyaları uğurla izlədə və ya sata bilmir. Ümumiyyətlə belə optimistik və müsbət enerjini hər animasiya velə bilməz. Animasiya bir çox mesajlar ötürür bizə. Əlbəttə balaca uşaqların buna baxb o mesajları başa düşməkləri çətin məsələdir amma mənim kimi yarı uşaq yarı yetkin adam bəzi şeyləri başa düşür.:) Animasiyanın süjet xətti belədir:Insanlar yer planetini o qədər çirkləndiriblər ki, planetimiz yaşanılmaz yerə çevrilib. Məcburiyyətdən yer planetini tərk edib uzun illər kosmosda kosmik gəmidə yaşayırlar. Yer planetini təmizləmək üçün isə bəzi robotlara əmrlər veriblər. Çoxu sıradan çıxsa da sadəcə biri qalıb vicdanlı olaraq öz işini davam etdirir. Animasiya çox dərin mənalıdır. Dediyim kimi sadəcə diqqətlə və müxtəlif nəzər nöqtələrindən baxmaq lazımdır. Məsələn yer planetində təmizlik işləri ilə məşğul olan bu yalnız robotun sadəcə bir tək dostu var ki, o da tarakandır. Bu da şəraitin nə qədər pis olmasına baxmayaraq tarakanların sağ qalacağını deyir. Bunu elm də sübut edib. Tarakanlar hətta radiasiyalı şəraitlərdə belə sağ qalıb həyatlarını davam elətdirirlər. Robotun adı wall-e dir. wall-e təsadüfən bir bitki tapır. Axı yer planeti çox çirklənib. O dərəcədə çirkələnib ki buralarda artıq bitki də bitmir. Filmin vermək istədiyi mesajları və vurğuladığı məqamları aşağıdakı kimi demək istərdim və unutmadan da onu deyim ki, bu film robotlar çərçivəsində çəkilsə də elə bizim özümüzlə əlaqədardır.1) Ekoloji problemlər: Animasiya bizim yer planetini çirkləndirməyə davam etdiyimiz müddətcə hansı fəsadların yaranacağını göstərir. Başa düşürəm insan yaşayır və normal olaraq da öz fəaliyyətləri ilə çirklənməyə səbəb olur. Amma insanlar təbiətin də qayğısına qalmalıdır. Nədə olsa bizim bu planetdən başqa evimiz yoxdur hələki.2) Sevgi: Burdakı sevgi robotlararası sevgidir hansı ki Ayzik Əzimov öz romanında demişdi ki robotlar da sevgi hissini hiss edə bilər ( Fantastikadır əşşi ). wall-e öz adi işlərini görərkən birdən yerə gələn qız robot onun diqqətini cəlb edir və ona vurulur. Qız robotun məqsədi yerdə bitkilərin olub olmadığını öyrənmək olur. Çünki əgər yerdə bitki bitirsə deməli yerdə yaşamaq olar və yerə geri dönmək olar. Beləliklə də sevgi..... 3) Siyasət: Qısaca olaraq tez-tez yer planetində yaşadıqları müddətdə olmuş prezidentin videoları göstərilir. 4) Sağlamlıq: Aydın məsələdir ki bu gün başda ABŞ olmaqla dünyanın bir çox öıkələrində insanlar vaxtlarını televizor və komputer qarşısında keçirirlər. Bu da öz növbəsində passiv həyat tərzinə və piylənməyə səbəb olur. Kosmik gəmidə yaşayan bu insanların xüsusi çarpayıları var. Ona bir dəfə uzanırlar və bir daha durmurlar. Bir yerdən başqa yerə hərəkət edərkən belə çarpayı uça bildiyindən insanlar hərəkət edə bilmir. Idmanı belə uzaqdan idarə olunan robotlar vasitəsiylə edirlər. 5)İstehlak cəmiyyəti: Elə əsas məsələ də budur. Çox maraqlı epizodlar var burda. Hələ bu gün insanların itehlak cəmiyyətində yaşadıqlarını deyən və getdikcə də insanların bundan aslı olduqlarını deyən elm adamları var. Pixar studiyası sanki bu animsaiyası ilə uzun uzun illər sonrası istehlak cəmiyyətini göstərir. Insanlar daim nə isə alıb yeyir daim nə isə istehlak edirlər. Reklam və moda ilə hərəkət edirlər. Hamı bir nəfər kimi. Maraqlıdır. Bu da elə bir şeydir ki, buna bir dəfə düşürsən sonrası isə məlum məsələ... 6)Virtual həyat: İnsanlar demək olar ki, bir biriləri ilə canlı əlaqə saxlamır, sadəcə video əlaqəd ilədanışırlar. Yanaşı duran iki insan belə bir biri ilə kamerayla danışır. Maraqlıdır. Bu animasiyada sosial şəbəkələrin nə kimi fəsadlar törədəcəyini görmək mümkündür.7)Oyanış: Bəli mən bunu belə adlndırardım. İnsanlarn belə həyat tərzi keçirmələri şəxsən məni çox təəsüfləndirir. Amma bir dəqiqə. wall-e bu gəmiyə düşür və onlardan bir ikisini sanki silkələyir. Onlardan bir ikisi axır ki, virtual həyatdan ayrılıb ətraflarını kəşf etməyə və sahib olduqlarını dəyərləndirməyə başlayırlar. Məncə bu gün də bəzi insanların silkələnməyə ehtiyacları var. Ey, oyan ətrafında kos koca dünya var ! :)8)Qayğı: Eva ( Həvva ) adlı, kosmik gəmi tərəfindən göndərilən və bitki axtarışında olan qız robot, bitkini tapan kimi blok olur və bağlı qaba dönərək hərəkətsi vəziyyətdə kosmik gəmini gözləyir. Bu müddətdə isə wall-e onun hər bit qayğısını çəkərək onu evinə aparır. Əvvəlcə eva bunu bilməsə də sonradan öyrənir və çox təsirlənir. Heç kəsdən belə bir şey görməyən Eva ona həmişəlik başlanır. Gələcəkdə insanlar sevgi və qayığıdan sarı çox darıxacaqlar....9)Mənfi qüvvələr: Gəmidə olan və insanlar tərəfindən proqramlanan bəzi robotlar isə insanların yer planetinə geri dönməsini istəmirlər. Verilmək istənən mesaj başqadır. Yəni qoy insanlar həmişə istehlak cəmiyyətində qalsın, daima nə isə alsınlar, bununla da iri markalar gəlir əldə etsin. Amma buna baxmayaraq insan iradəsi və ağlı sayəsində onlara qalib gəlir və evinə geri dönür. Home Sweet Home :)Tək sözlə animasiya baxmağa dəyər və öyrəniləsi şey çoxdur. Stiv Cobs kimi birisinin yaratdığı bu studiya hələ bizlərə çox faydalar verəcək. Hər bir film və animasiyanın sonunda o film və ya animasiyanın üzərində işləyənlərin ad və soyadları sırayla aşağıdan yuxarıya doğru hərəkət edir. Bu animasiyada da belədir amma arxa fonunu çox sevdim. İnsan yerə qayıdır və evini yenidən tikir ! Səbrinizə görə təşəkkürlər.......
['animasiya', 'macera', 'gələcək haqqında təsəvvürlər']
4,654
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7729/ba%C4%9F%C4%B1%C5%9Flaman%C4%B1n-y%C3%BCng%C3%BCll%C3%BCy%C3%BC.html
Bağışlamanın Yüngüllüyü
Shabnam_Ilham
Düşündürücü hekayələr
16 noyabr 2011, 10:30
Bir lisey müəllimi bir gün dərsdə şagirdlərinə belə bir təklif edər: "Bir həyat təcrübəsinə qatılmaq istərsinizmi?" Şagirdlər çox sevdikləri müəllimlərinin bu təklifini tərəddüdsüz qəbul edərlər. "O zaman" deyər müəllim. "Bundan sonra nə desəm edəcəyinizə də söz verin" Şagirdlər bunu da edərlər. "İndi sabahkı tapşırığınıza hazır olun. Sabah hamınız bir plastik torba və beş kilo kartof gətirəcəksiniz!" Şagirdlər , bu işdən heç bir şey anlamamışlar. Amma ertəsi səhər hamısının sıralarını üzərində kartoflar və torbalar hazırdır. Özünə maraqlı gözlərlə baxan şagirdlərinə belə deyər müəllim: "İndi, bu günə qədər bağışlamağı rədd etdiyiniz hər adam üçün bir kartof alın, o adamın adını o kartofun üzərinə yazıb torbanın içinə qoyun." Bəzi şagirdlər torbalarına üç-beş dənə kartof qoyarkən, bəzilərinin torbası az qala haradasa ağızına qədər dolmuşdur. Müəllim, özünə "Yaxşı indi nə olacaq?" deyər kimi baxan şagirdlərinə ikinci şərhini edər: "Bir həftə boyunca hara gedirsinizsə gedin, bu torbaları yanınızda daşıyacaqsınız. Yatdığınız yataqda, mindiyiniz avtobusda, məktəbdəykən sıranızın üstündə- həmişə yanınızda olacaqlar." Aradan bir həftə keçmişdir. Müəllimləri sinifə girər girməz, deyiləni etmiş olan şagirdlər şikayətə başlarlar: "Müəllimim, bu qədər ağır torbanı hər yerə daşımaq çox çətin." "Müəllimim, kartoflar iy verməyə başladı.” Vallah, artıq insanlar qəribə baxırlar mənə ." "Həm sıxıldıq, həm yorulduq?" Müəllim gülümsəyərək şagirdlərinə bu dərsi verər: "Görürsünüz ki, bağışlamayaraq əsl özümüzü cəzalandırırıq. Özümüzü ruhumuzda ağır yüklər daşımağa məhkum edirik. Bağışlamağı qarşımızdakı adama bir lütfkarlıq olaraq düşünürük, halbuki bağışlamaq ən başda özümüzə etdiyimiz bir yaxşılıqdır.”
['düşündürücü hekayələr']
4,655
https://kayzen.az/blog/poeziya/7728/%C3%A7%C4%B1xard%C4%B1n-%C9%99ynimd%C9%99n-bu-adamlar%C4%B1.html
Çıxardın əynimdən bu adamları
Nailə_Rzayeva
Poeziya
15 noyabr 2011, 23:59
Qəzəbim özümə ar gəlir mənim,Mən dağam, zirvəmə qar gəlir mənim,Adamlar əynimə dar gəlir mənim,Çıxardın əynimdən bu adamları...Bilənlər olanı danışmır mənə,Qarışır, guya ki, qarışmır mənə,Adamlar qətiyyən yaraşmır mənə,Çıxardın əynimdən bu adamları... Lal olsan laldılar, karsan kardılar,Fikrimin önündə bir hasardılar,Bunlar nə yapışqan adamlardılar?Çıxardın əynimdən bu adamları...Nə susmaq, nə dinmək istəyirəm mən,Ahıma isinmək istəyirəm mən,Özümü geyinmək istəyirəm mən,Çıxardın əynimdən bu adamları Müəllif: Qismət Rüstəmov
['Qismət Rüstəmov']
4,656
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7715/%C9%99n-yax%C5%9F%C4%B1-zamin-v%C9%99-%C5%9Fahid-allahd%C4%B1r.html
Ən yaxşı zamin və şahid Allahdır
umud600
Düşündürücü hekayələr
15 noyabr 2011, 01:12
Keçmiş zamanlarda dostları tərəfindən çox sevilən, hörmət edilən, əxlaqlı, dürüst bir tacir var idi. Bu halal adam heç kimi aldatmaz, söz verəndə mütləq onu yerinə yetirər, borcu olanda onu tez verməyə çalışardı. Buna görə də onunla birgə iş görmək istəyənlər əsla tərəddüd etməzdilər. Bir dəfə qonşu ölkədən sifariş etdiyi malları almaq üçün tacirə pul lazım idi. Ehtiyacı olan pulu ona verə biləcək tacir dostuna məsələni danışdı. Dostu borc verməkdə heç tərəddüd etmədi. Çünki onu çox yaxşı tanıyırdı. Əvvəllər də ona borc vermişdi və aralarında heç bir problem olmamışdı. Dostu ona pulu verərkən dedi: -Səhv başa düşmə, bir-birimizə güvənirik. Amma yenə də borc verəndə bir nəfərin şahid olması adətdir. İstəyirsən aramızda şahid tutaq. - Şahid olaraq Allah yetər, başqa şahid lazımdırmı? - Yaxşı onda bir zamin göstərə bilərsənmi? Dünyanın min cür halı var. - Sən narahat olma. Zamin olaraq da Allah yetər. Başqa zamin lazım deyil. Dostu haqlı idi. Doğrudur, Allahdan daha yaxşı şahid və zamin, əlbəttə, ola bilməzdi. Onsuz da dostuna güvənirdi. Öz aralarında borcun nə vaxt qaytarılacağı haqda razılığa gəlib ayrıldılar. Tacir yola çıxmaq üçün hazırlaşdı. Onların ölkəsində ticarət səyahətləri gəmi ilə edilirdi. Gəmiyə mindi və qonşu ölkəyə getdi. Çatar-çatmaz mal aldığı yerə getdi, dostundan aldığı borc pulla malı aldı. Bu arada özü ilə gətirdiyi malları da satdı və aldığı borcdan daha çox pul qazandı. Artıq öz ölkəsinə qayıda bilərdi. Amma bir maneə vardı. Yaşadığı ölkəyə səfər edən bir gəmi vardı və o da xarab olmuşdu. Buna görə dəniz səfərləri qeyri-müəyyən bir vaxta qədər təxirə salınmışdı. Aradan bir neçə gün keçdi, amma gəmi hələ də düzəlməmişdi. Nə edəcəkdi? Dostuna olan borcunu ödəmə vaxtı da yaxınlaşırdı. Vaxtında ödəyəcəyinə söz vermişdi. Nə edəcəyini düşünürdü. Birdən gözünə bir kötük sataşdı. O anda ağlına bir fikir gəldi: - Bu kötüyün içini oyum və borc pulu oraya qoyub üstünü örtüm. Bir də dostuma məktub yazıb vəziyyəti başa salım. Daha sonra isə kötüyü dənizə atım. Allah aramızda şahid və zamindir. İnşallah Rəbbim bu kötüyü dostuma çatdırar. Tacir düşündüyü kimi də etdi. Kötüyü dənizə atdı və səmimi qəlbdən Allaha dua edib yalvardı: Rəbbim, Sən də bilirsən ki, dostumdan borc aldım. Dostum məndən şahid və zamin istədi. Mən də " şahid və zamin olaraq allah yetər", dedim. Ancaq gəmi xarab olduğu üçün borcumu vaxtında ödəyə bilməyəcəyəm. Sən mənim zaminim olduğun üçün borcumu Sənə ödəyirəm. Nə olar, ya Rəbbi, sən də bu pulu dostuma çatdır. Dənizə atılan kötük dənizin sularında yırğalana-yırğalana gözdən itdi. Bu əsnada borcu verən adam da hər gün limana gəlir və dostunun gəlib-gəlmədiyini soruşurdu. Sözləşdikləri gün gəlib çatdı. Adam tez limana gəldi. Dostu bu gün mütləq qayıtmalı idi. Çünki elə sözləşmişdilər. Amma nə qədər axtardısa da, dostunu tapmadı. Həm çaşmış, həm də heyrətlənmişdi. Görəsən nə olmuşdu? Dostunun başına bir işmi gəlmişdi? O nə olursa-olsun, sözünə əməl edərdi. Bu düşüncələrlə sahil kənarında gəzərkən ayağına bir şey ilişdi. Əyilib yerə baxdı. Yerdə bir kötük vardı, üstü də azca açılmışdı. Kötüyü götürdü və içinə baxdı. Nə görsə yaxşıdır! İçində bir miqdar pul və məktub vardı. Məktubu tez açıb oxudu və onu dostunun yazdığını başa düşdü. Pulu da götürdü və Rəbbinə şükr etdi. Bir neçə gündən sonra gəmi təmir edildi və tacir də ölkəsinə qayıtdı. Əvvəlcə borc pul aldığı dostunun yanına getdi. Göndərdiyi əmanətin dostuna çatıb-çatmadığını bilmirdi. Dostu başına gələnləri ona danışdıqda ikisinin də Allaha olan sevgi və minnətdarlıq duyğuları bir qat da artdı.
['Borc', 'borcda şahidlik']
4,657
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7717/b%C9%99s-siz-m%C9%99qs%C9%99diniz%C9%99-%C3%A7atmaq-%C3%BC%C3%A7%C3%BCn-n%C9%99-ed%C9%99rdiniz.html
Bəs siz məqsədinizə çatmaq üçün nə edərdiniz?
Nailə_Rzayeva
Düşündürücü hekayələr
15 noyabr 2011, 00:54
Günəşli bir gündə Xinq Şi şagirdləri ilə birgə çayın sahilinə gəzməyə çıxır. Sahil yaxınlığında Xinq Şİ ayaq saxlayıb şagirdlərinə deyir:- Baxın, çay da həyat kimidir, gah durğun, gah coşqun. Həyat kimi daim müxtəlif libaslarda anbaan dəyişir.Şagirdləri diqqətlə çaya baxdılar. Bu zaman müəllim soruşur:-Deyə bilərsinizmi məqsədinizə çatmaq üçün nə edərdiniz?Birinci şagird cavab verdi:- Mən daim axına qarşı mübarizə aparardım və cəsarətlə ona qarşı üzərək məqsədimə çatmağa çalışardım.-Bu yaxşıdır-deyə Xinq Şi dilləndi- lakin sən bir gün çaya qalib gəlmədən batmaq riski ilə üzləşə bilərsən.Sənə bir məsləhətim, axına qarşı üzmədən əvvəl, öyrən,  sənin məqsədin məhz o istiqamətdədirmi?İkinci şagird dedi:-Mən isə bax o yarpaq kimi axın istiqamətində küləklərlə birgə üzərdim və bu yolda təcrübələr qazanardım.- Bu yalnız axının səni məqsədinə doğru apardığı zaman yaxşı ola bilər. Əks halda hara üzməsinin bir o qədər də əhəmiyyəti olmayan məhz o yarpaq kimi olarsan - deyə Xinq Şi qeyd etdi. Üçüncü şagird:- Mən isə daim taktikamı dəyişməklə məqsədimə doğru üzərdim. Gah axına qarşı üzərdim, gah axın istiqamətində... Ən təhlükəli əraziləri keçərdim, bəzən istirahətə dayanardım, sonra yoluma davam edərdim.- Sənin də cavabın yaxşıdır, lakin kifayət qədər müdrik deyil-deyə müəllim  qeyd etdi və evə doğru addımladı.  Şagirdlər isə uzun müddət çaya baxdıqdan sonra müəllimin yanına getdilər:- Müəllim, bəs sizin həyat çayında yolunuz necədir?Xinq Şi ayaq saxladı, şagirdlərinə baxıb gülümsündü:- Mən üzməzdim...- Deməli siz artıq məqsədinizə çatmısınız?-deyə şagirdlər təəccüblə soruşdular- Xeyr- deyə Xinq Şi cavab verdi - axı bütün məqsədlərə yalnız üzərək çatmaq olmaz...Tərcümə: Rzayeva NailəHəmçinin bax:Məqsədsiz olmayin!
['məqsəd', 'məqsədə gedən yol']
4,658
https://kayzen.az/blog/psixologiya/6588/psixofizika.html
Psixofizika
luminat
Psixologiya
14 noyabr 2011, 22:25
Psixofizika haqqında anlayış Mütləq hədd və mütləq həssaslıq Fərqləndirmə həddi və fərqləndirmə həssaslığı Veber və Fexner qanunu Duyğuların ölçülməsi problemi Həddlərin ölçülməsinin klassik metodları Duyğuların qarşılıqlı təsiri: adaptasiya, sinesteziya, sensibilizasiya Psixofizika haqqında anlayış Psixofizika duyğuların xarici qıcıqlandırıcılardan asılılığını və bu asılılığın xarakterinin öyrənilməsi məsələsini ön plana çəkir. Elə bu asılılığın hansı əsas qanunauyğunluqlara tabe olması da psixofizikanın mərkəzi məsələsi hesab olunur. Psixologiya və fizika elmlərinin qovşağında yaranan bu sahənin inkişafında E.Veber və Q.Fexnerin rolu əvəzedilməzdir. Psixofizikanın banisi Qustav Teodor Fexner 1860-cı ildə nəşr olunmuş «Psixofizika elementləri» əsərində psixofizikanın əsas vəzifələrini müəyyən etmişdir. O, 2 cür psixofizikanı fərqləndirirdi: daxili və xarici. Daxili psixofizika ruh və bədən, psixi və fizioloji arasında nisbət məsələsini öyrənməyi qarşısına məqsəd qoyur. Xarici psixofizikanın vəzifəsi isə psixi və fiziki arasında münasibətləri, nisbəti müəyyən etmək, öyrənməkdən ibarətdir. Fexner yalnız xarici psixofizikanı işləmiş, tədqiq etmişdir. Psixofizika – bizim psixoloji təcrübəmizin fiziki enerji ilə tutuşdurulması haqqında elmdir. Bu sahədə işlərin aparılması üçün Fexner əsas psixofiziki qanunu müəyyən etmiş, eksperimental metodları yaratmışdır. Bütün bunlar da yeni, müstəqil bir bilik sahəsinin - psixofizikanın yaranmasını şərtləndirmişdir. Q.Fexnerin məqsədi duyğuları ölçməkdən ibarət idi. Duyğuları yaradan qıcıqlandırıcıların ölçülə bilməsini nəzərə alaraq, o belə hesab edirdi ki, fiziki qıcıqlandırıcıların in­ten­siv­liyini ölçməklə duyğuları ölçmək olar. Beləliklə də, onun tərəfindən psixofiziki ölçmələr aparmaq üçün 3 metod işlənilib hazırlanmışdır. Bu klassik ölçmə  metodları hazırda da istifadə olunur. Fexner tərəfindən psixofizikanın əsasının qoyulması eksperimental psixologiyanın da bünövrəsinin qoyulmasını şərtləndirmişdi. Hal-hazırda psixofizika 2 hissədən ibarətdir: sensor həssaslığın ölçülməsi ilə bağlı və psixofiziki funksiyaların öyrənilməsi ilə bağlı bölmələr. Mütləq hədd və mütləq həssaslıq Psixofizikada aparılan tədqiqatlar göstərdi ki, heç də hər bir qıcıqlandırıcı duyğu oyatmır. Yəni, bu qıcıqlandırıcılar o qədər zəif ola bilər ki, heç bir duyğu yarada bilmək iqtidarında olmaz. Biz adi gözlə ətrafımızdakı  daimi  mikroskopik dəyişiklikləri, xırda toz dənəciklərini görmürük. Duyğu oyatmaq üçün qıcıqlandırıcı minimal intensivliyə malik olmalıdır. Qıcıqlandırıcının bu minimal intensivliyi mütləq hədd adlandırılır. Ən zəif qıcıqlayıcını duyma qabiliyyəti isə mütləq həssaslıq adlanır. Mütləq həssaslıqla duyğunun aşağı mütləq həddi tərs mütənasibdir: E= 1/p burada «E» mütləq həssaslığı, «p» isə mütləq hədd kəmiyyətini bildirir. Yəni, duyğunun aşağı mütləq həddi az olduqca, ona həssaslıq yüksək olur və əksinə. Başqa sözlə, hədd nə qədər aşağıdırsa, həssaslıq da bir o qədər yüksək olur. Mütləq hədd - qıcıqlan­dırıcının ilk dəfə ən zəif duyğu əmələ gətirə bilən ən kiçik kəmiyyətidir. Bu kəmiy­yətdən aşağı olan stimullar duyğu əmələ gətirə bilmir. Mütləq həssaslıq – mütləq həddi, yəni duyğu yarada biləcək ən zəif  qızıqlandırıcını duyma qabiliyyətidir. Adətən analizatorların həs­saslığı yaşayış şəraitinin tələb­lə­ri­nə, fəaliyyətin xarakterinə və s. görə artıb-azala bilir. Eyni növ qıcıqlandırıcı müxtəlif insanlarda və ya eyni bir insanda müxtəlif vaxtlarda, müxtəlif şəraitlərdə fərqli xarakter daşıya bilər. Məsələn: rəssamlarda görmə, dequstatorlarda iybilmə, dadbilmə həssaslığı çox yüksək ola bilər. Yuxarıda qeyd etdiyimiz aşağı mütləq hədlə yanaşı, yuxarı mütləq hədd də mövcuddur. Lakin bu halda, qıcıqlayıcı keyfiyyətcə yeni bir duyğunun əmələ gəlməsinə səbəb olur. Həssaslığın həddlərini əyani göstərmək üçün ədəbiy­yat­larda maraqlı nümunələr gətirirlər[7]. Lakin öncədən qeyd etməyi zəruri hesab edirik ki, bütün bu nümunələr yalnız ideal şəraiti nəzərdə tutur və adi halda onları yoxlamaq demək olar ki, mümkünsüz olur.   DUYĞU MÜƏYYƏN ETMƏ HƏDDI Görmə Eşitmə Dadbilmə Iybilmə Toxunma Aydın, qaranlıq gecədə 45 km-ə yaxın məsafədən görünən şam işığını Sakitlikdə 6 metr məsafədən saatın səsini Təxminən 7,6 litrə qədər olan suda 1 çay qaşığı şəkəri 3 otaqlı mənzildəki havada 1 damcı ətirin iyi Insanın üzərinə 1 sm hündürlükdən düşən arının qanadı Stimul çox zəif olduqda və uyğun cavab reaksiyası doğurmadıqda, onu həddaltı, yuxarı mütləq həddi keçdikdə isə həddüstü adlandırırlar. Əgər qıcığın duyulmasına lazım olandan 50% az vaxt sərf olunubsa, bu «sublimal» stimul hesab olunur.Siqnalın tanınması nəzəriyyəsinə görə, zəif qıcıqlandırı­cı­nın və ya siqnalın tanınması nəinki bu siqnalın gücündən (məsələn, tonun yüksəkliyi), həmçinin bizim psixoloji vəziy­yətimizdən – həyat təcrübəmizdən, gözləmələrimizdən, motiva­siyamızdan və yorğunluq səviyyəmizdən asılıdır. Siqnalın tanınması nəzəriyyəsi bizim nə vaxt və necə zəif qıcıqlandırıcıları (siqnalı) müəyyən etdiyimizi qabaqcadan proqnozlaşdıra bilir. Tədqiqatçılar həqiqətən müəyyən ediblər ki, vahid mütləq hədd mövcud deyil. Yorğun valideyn güclü səslərə əhəmiyyət vermədiyi halda beşikdəki çağanın ən zəif civiltisini belə eşidə bilər. Əgər müharibə şəraitində düşmənin gəldiyini görməsən, bu ölümə gətirib çıxara bilər. Buna görə də, qarovulda duran əsgər gecə postda ən zəif eşidilən səsi duya və o an da güllə aça bilər. Sülh şəraitində, həyat üçün bilavasitə təhlükə olmadığı vaxtlarda, həmin qarovulçunun təhlükəni dərk etməsi üçün daha güclü siqnal lazımdır. Siqnalın tanınması nəzəriyyəsi – vahid mütləq hədd yöxdur, belə bir həddin müəyyən edilməsi əsa­sən insanın təcrübəsi, onun gözlə­mələri, motivasiyası, yor­ğunluq səviyyəsindən asılıdır. Siqnalların tanınması fenomenini tədqiq edən alimlər nəyə görə insanların eyni bir qıcığa müxtəlif cür reaksiya verməsi və eyni bir insanın müxtəlif şəraitlərdə reaksiyala­rının nəyə görə fərqli olmasını anlamağa çalışmışlar. Müəyyən olunmuşdur ki, siqnalların tanınmasındakı bu cür dəyişkənlik həyati əhəmiyyət kəsb edə bilər. Məsələn: insanın üzərinə radarın siqnalını vaxtında müəyyən etmək, gömrükdən qanunsuz şeylərin keçirilməsini və ya kompyüterin displeyində xəstənin həyatı üçün təhlükə yaradan əlamətləri aşkar etmək məsuliyyəti düşürsə, o, bu işlərin öhdəsindən yalnız müəyyən situativ və daxili amilləri nəzərə almaqla gələ bilir.    Çox zəif siqnalların tanınması prosesinin tədqiqi göstərdi ki, 30 dəqiqəlik aktiv işdən sonra insanların sayıqlığı aşağı enir. Lakin bu bir neçə cəhətdən asılıdır: -Tapşırığın tipindən; -Günün vaxtından; -Həmin insanın əvvəllər bu cür tapşırıqları yerinə yetirib yetirməməsindən. Fərqləndirmə həddi və fərqləndirmə həssaslığı Hiss üzvlərimizlə biz nəinki bu və ya digər qıcıqlandırıcının olmasını təsbit edə, həmçinin qıcıqlandırıcıları onların gücü və keyfiyyətinə görə fərqləndirə bilərik. Fərqləndirmə həddi - qı­cıq­landırıcılar arasında du­yula bilinən ən minimal fərqdir. Fərqləndirmə həssaslığı – qıcıqlandırıcılar arasındakı ən minimal fərqi duyma qabiliyyətidir. Eynicinsli qıcıqların qüvvələri arasındakı fərqi biz heç də  həmişə sezə bilmirik. Qıcıqların arasındakı bu fərq yalnız müəyyən həddə çatdıqda onu duyuruq. 300 şamlıq işığa 1 və ya 2 şam əlavə etsək işığın artmasını duymarıq, yalnız 3 şam əlavə etdikdə ilk dəfə bu fərqi, yəni işığın artdığını hiss edirik. Eynicinsli qıcıqlandırıcıların qüvvələri arasındakı güclə duyulan ən az fərqə duyğunun fərqləndirmə həddi deyilir. Fərqləndirmə həddi nə qədər böyükdürsə, fərqləndirmə həssaslığı da bir o qədər az olur və eyni şəkildə əksinə. Eynicinsli qıcıqlandırıcılar arasındakı ən az fərqi duyma qabiliyyətinə isə fərqləndirmə həssaslığı deyilir. Bizim reseptorlarımızın bu cür həm mütləq, həm də fərqləndirmə həssaslığı bir çox şərtlərdən asılı olaraq dəyişən kəmiyyətdir. Fərqləndirmə həssaslığı da bir sıra amillərin təsirilə artıb-azala bilər. Buraya insanın məşğul olduğu fəaliyyət növünün tələbləri ciddi surətdə təsir göstərir. Məsələn: peşəkar dərzilərdə parçaların rəng çalarlarına həssaslıq adi adamlarda olduğundan onlarca dəfə artıq olur. Veber və Fexner qanunu Əgər biz qaranlıq otaqda oturmuşuqsa, harada ki 1 şam yanır, ikinci belə bir şamı yandıranda biz bu fərqi asanlıqla duya biləcəyik. Çünki işıqlanma 2 dəfə artır. Başqa halda əgər biz çoxlu lampalar yanan, gur işıqlandırılmış zaldayıqsa 1 şamın əlavə edilməsi heç bir fərq duyğusu bizdə yaratmayacaq. Eyni məsələni eşitmə ilə bağlı da demək olar. Belə ki, tam sakitlikdə biz asanlıqla ən zəif səsi belə fərqləndirə bilirik. Səs-küydə isə bu səs diqqətdən kənarda qalır. Bu o deməkdir ki, fərqləndirmə həssaslığı mütləq həssaslıqla müqayisədə başqa ölçülərdə ifadə olunmalıdır. Əgər mütləq həssaslıq ilk dəfə duyğu yarada biləcək minimal qıcıqlandırıcının intensivliyində ifadə olunursa, fərqləndirmə həssaslığı təsbit olunanın dəyişikliyi duya bilməsi üçün kifayət edən ilkin fona əlavə olunan nisbi artımda ifadə olunur. 1834-cü ildə Ernst Veber müəyyənləşdirdi ki, iki qıcıqlandırıcının intensivliyi arasında müəyyən nisbət olmalıdır ki, onlar müxtəlif duyğu verə bilsinlər. Bu nisbət Veber qanununda öz əksini tapıb – əsas qıcıqlandırıcıya əlavə qıcıqlandırıcının nisbəti daimi ölçü kimi qəbul edilməlidir: ∆J/J=k J – əsas qıcıqlandırıcı, ∆J – fərqləndirmə həddinin kəmiyyəti və ya əsas qıcıqlandırıcıya əlavə olunan kəmiyyət, k– reseptordan asılı olaraq sabit qalan kəmiyyət. Veber qanununa görə, əlavə qıcıqlandırıcı əsas qıcıqlandırıcıya nisbətən daimi kəmiyyətə malik olmalıdır. Məsələn: əlimizdə 100 q ağırlığında yük varsa, onun artdığını duymaq üçün ən azı 34 q əlavə olunması zəruridir. Ilkin qıcıqlandırıcının kəmiyyəti nə qədər çox olarsa əlavə ediləcək qıcıqlandırıcı da bir o qədər çox olmalıdır. 100 q – 3,4 q 200 q – 6,8 q 300 q – 10,2 q və s. Fərqləndirmə həddi görmə analizatoru üçün 1/100-ə, eşitmə üçün 1/10, toxunma üçün 1/30-ə bərabərdir. Bu yalnız orta qüvvəyə malik olan qıcıqlandırıcılar üçün qanunauyğun haldır. Məsələn, təzyiq duyğusunda güclə sezilə biləcək fərqi duymaq üçün artım təqribən ilkin kütlənin 1/30 olmalıdır. Veber qanununa görə iki duyğu arasındakı fərq bizdə o zaman eynilik təəssüratı yaradır ki, uyğun qıcıqlandırıcılar arasında həndəsi nisbət eynidir. Məsələn: işıqlandırmanın 25 şamdan 50 şama qaldırılması subyektiv olaraq 50 şamdan 100 şama qaldırılma zamanı verilən effekti verir. Fərqləndirmə həssaslığının ölçülməsi imkanı psixoloqlar tərəfindən böyük nailiyyət kimi dəyərləndirilir. Çünki, ilk baxışdan çox subyektiv yaşantı kimi görünən fərqləndirmə duyğusu kəmiyyət analizi üçün mümkün olmuşdur. Buna görə də alman fizioloqu Fexner belə güman edirdi ki, ən zəif fərq­ləndirilə bilinən qıcıqlandı­rı­cı artımını (və ya fərqləndirmə həddini) duyğu vahidi kimi dəyərləndirmək olar. Özünün sonrakı tədqiqatlarında o belə bir fikrə gəlmişdir ki, bu fərqlən­dirmə həddi riyazi for­mulda ifadə oluna bilər. Bu formula görə duyğunun kəmiy­yəti, inten­sivliyi tə’sir edən qıcıqlandırı­cının intensiv­liyinin loqarifminə mütə­nasibdir. Bu formul (Fexner qanunu) psixologiya elmində formalaşan ən dəqiq qanun­lar­dan biridir. Lakin Veber və Fexner qanunu yalnız orta səviyyədə olan qıcıqlandırıcılara aiddir. Qıcıqlandırıcının intensivliyi çox az (həddə yaxınlaşanda) və ya çox yüksək olanda fərqləndirmə həssaslığı kifayət qədər kobud şəkildə özünü göstərir. Fexner öz qanunu haqqında danışarkən bir məsələni də xüsusi olaraq qeyd edirdi ki, qıcıqlandırıcının intensivliyi o zamana kimi artır ki, sonda elə bir kəmiyyətə çatır ki, bundan sonra qıcıqlandırıcının istənilən artımı duyğunun artmasına gətirib çıxarmır. Beləliklə də, alman fiziki Fexner Veberin təcrübələrini davam etdirərək onun artıq təsbit etdiyi qanuna riyazi şəkil vermişdir ki, qıcıqlandırıcının şiddəti həndəsi silsilə ilə artdığı halda, duyğuların intensivliyi ədədi silsilə ilə artır. S=KlogJ+C burada S – duyğuların intensivliyi, J – qıcığın qüvvəsi, K və C – sabitliyi göstərir. Yəni duyğuların intensivliyi qıcıqlandırıcının qüvvəsinin loqarifminə mütənasibdir. Bu psixofizikanın əsas qanunudur. Duyğuların ölçülməsi problemi Psixologiyada duyğuların ölçülməsinin 2 əsas üsulu vardır: Birbaşa öyrənmə metodu (yaxud subyektiv qiymət metodu); Dolayısı yolla öyrənmə metodu(duyğuların mövcudluğunu göstərən əlamətlərin obyektiv qiymətləndirilməsi metodu). Birbaşa öyrənmə metodu (yaxud qıcıqlanmanın sözlü qiymətləndirilməsi metodu) aşağıdakından ibarətdir: Tədqiq edilənə müvafiq qıcıqlandırıcı təqdim olunur. Məsələn: dəriyə toxunma, səs, işıq və s. Bu zaman həmin qıcıqlandırıcılar əvvəlcə minimal intensivliyə malik olur, sonra tədricən gücləndirilir. Yoxlanılan insanın özündən müvafiq duyğunun ilk dəfə nə vaxt yarandığını deməsi tələb olunur. Yəni birbaşa öyrənmə metodunda, subyektin özündən onda müvafiq duyğunun nə zaman yaranmasını söyləməsi gözlənilir. Duyğuların dolayısı yolla və ya obyektiv qiymətləndirilməsi metodu vasitəsilə ölçülməsinə gəldikdə isə, bu, əsasən laborator şəraitdə xüsusi cihazların köməyilə həyata keçirilir. Məlumdur ki, duyğu passiv proses olmayıb, həmişə psixofizioloji dəyişikliklərlə müşayiət olunur və öz təbiətinə görə reflektor xarakter daşıyır. Bu fakta əsaslanaraq, duyğuları müşayiət edən reflektor dəyişmələrdən (damarların sıxılması, dəri-qalvanik refleksin təzahürü, dərinin elektrik müqavimətinin dəyişilməsi, beyinin elektrik fəallığı tezliyinin dəyişilməsi, qıcıqlandırıcı tərəfə gözün dönməsi və s.) onların təzahürünün obyektiv göstəricisi kimi istifadə olunur. Aparılan tədqiqatlar göstərmişdir ki, subyektə duyğu əmələ gətirə bilməyən çox zəif qıcıqlandırıcı ilə təsir etdikdə, qeyd edilən reflektor dəyişmələr müşahidə olunmur. Dəri həssaslığını ölçmək üçün estiziometr adlanan xüsusi cihaz tətbiq olunur. Eşitmə həssaslığını səs generatoru yaxud audiyometrin köməyi ilə ölçürlər. Onlar müxtəlif intensivliyi olan səsləri müəyyən etməyə imkan verir. Görmə həssaslığının intensivliyi qaranlıqda əyləşmiş tətqiq olunanın gözünə müxtəlif intensivlikli işıq şüalarını (lap azdan başlayaraq, get-gedə artırmaqla) verməyə imkan verən cihazlarla ölçülür. Iy və dad duyğuları da eyni müvafiq qaydada ölçülür. Eşitmə həssaslığının aşağı həddi desibellə (səsin intensivlik vahidi), işıq həssaslığının aşağı həddi lyüksla (işığın güc vahidi) və s. ifadə olunur. Həddlərin ölçülməsinin klassik metodları Həddlərin ölçülməsi üçün psixofizikada bir sıra klassik metodlar işlənib hazırlanmışdır. F.E.Müller aşağıdakı 3 əsas metodu ayırd edir: Utanovka metodu (Fexnerə görə orta səhvlər metodu); Sərhədlər metodu (Vundta görə minimal dəyişikliklər metodu); Daimi qıcıqlandırıcılar metodu (Fexnerə görə həqiqi və yalan hallar metodu). Ustanovka və ya orta səhvlər metodunun mahiyyəti bundan ibarətdir ki, tədqiq olunan şəxs qıcıqlandırıcının intensivliyini gah azaldıb, gah da artırmaqla özü bu intensivliyi ümumiyyətlə güclə sezilə biləcək duyğu alanacan (mütləq həddi müəyyən­ləşdi­rərkən) və ya hansısa digər verilən ilkin göstəriciyə əsasən duyğunun əmələ gəlməsinə qədər (fərqləndirmə həddini müəy­yənləşdirərkən) dəyişir. Sərhədlər və ya minimal dəyişikliklər metodu zamanı axtarılan kəmiyyəti (mütləq və ya fərqləndirmə həddini) tapmaq üçün tədqiq olunan şəxsə ardıcıl olaraq tədricən minimal dəyişikliklərlə artan və azalan intensivlikdə qıcıqlandırıcılar təqdim olunur. Bu zaman bir dəfə qıcıqlar azalan intensivliklə (yəni açıq-aydın nəzərə çarpan duyğudan tutmuş azalana doğru), digər halda isə artan intensivlikdə (yəni duyula bilinməyəndən artırılaraq) təqdim olunur. Əgər söhbət mütləq həddin ta­pıl­masından gedirsə, 2 kəmiyyət müəyyən edilir: artan intensiv­likdə təqdim olunan qıcıqlandırıcılardan ilk dəfə duyulan qıcığın kəmiyyəti və azalan intensivlikdə təqdim olunan qıcıqlardan onun ilk dəfə duya bilmədiyi qıcığın kəmiyyəti. Bu 2 göstəricinin orta riyazi göstəricisi məhz mütləq həddin əsl, həqiqi göstəricisi hesab edilir. Məlum məsələdir ki, bu cür ölçmənin və həddin müəyyən­ləşməsinin dəqiqliyi təqdim olunan qıcıqların gücünü daha minimal dəyişikliklə təqdim edərkən, daha da çoxalar. Bunlar mümkün qədər az olmalıdır ki, məhz buradan da metodun adı (minimal dəyişikliklər) götürülmüşdür. Fərqləndirmə həddini minimal dəyişikliklər metodu ilə taparkən isə artıq 2 yox, 4 kəmiyyət tapılır. Daimi qıcıqlandırıcılar və ya həqiqi və yanlış hallar metodunda mütləq və fərqləndirmə həddinin kəmiyyəti artıq bu əvvəlki 2 metodda olduğu kimi birbaşa deyil, tədqiq olunanın kifayət qədər çoxlu sayda müəyyənləşdirdiklərinin statistik işlənilməsi əsasında müəyyən olunur. Metod aşağıdakı kimi həyata keçirilir: Müxtəlif intensivlikdə olan qıcıqlandırıcılar tədqiq olunana qeyri-ardıcıl, kor-təbii şəkildə təqdim olunur. Əgər fərqləndirmə həddini müəyyən etmək tələb olunursa, qıcıqlandırıcılar sabit qıcıqlandırıcı ilə növbəli şəkildə təqdim olunur. Yoxlanılandan dəyişən qıcıqlandırıcının sabit qıcıqlandırıcıdan böyük, kiçik və ya ona bərabər olmasını dəyərləndirmək tələb olunur. Mütləq həddi müəyyən edərkən, tədqiq olunan, sadəcə, ona təqdim olunan qıcığı duyub duymadığını söyləməlidir. Hədd kəmiyyətinin özü səhv və düz cavabların hesablanması, tədqiq olunanın müxtəlif intensivlikdə kor-təbii şəkildə təqdim olunan qıcıqlandırıcıların dəfələrlə qiymətləndirməsi əsasında alınır. Bu metod zamanı bir neçə daimi kəmiyyətə, intensivliyə malik stimuldan istifadə olunur. Fərqləndirmə həddini müəyyən etmək üçün onların hər biri bir neçə dəfə standart stimulla müqayisə edilir. Məsələn sual qoyulur: Bunlardan hansı böyükdür? Nəticədə belə bir cərgə alınır: Istandart – Ibirinci: azdır (a), çoxdur(ç), a,a,a,a,ç,a,ç… Istandart – Iikinci: a,ç,ç,ç,ç,a,ç,… Bu şəkildə davam edir. Ehtimal olunan cavabların sayı tapılır. Fərqləndirmə həddi dəyişən stimulun standarta nisbətən kəmiyyətinin dəyişməsi ilə hesablanır. Yə’ni 50% və 100% düzgün cavablar arasında. Mütləq həddin hesablanmasında isə standart stimul təqdim olunmur, hə və yox cavablarının bərabər sayda kəmiyyəti tapılır. Duyğuların qarşılıqlı təsiri: adaptasiya, sinesteziya, sensibilizasiya Analizatorların mütləq hədd kəmiyyəti ilə müəyyən edilən həssaslığı daimi deyildir. O, bir sıra fizioloji və psixoloji amillərdən asılı olaraq dəyişir. Başqa hiss üzvlərinin qıcıqlanmasının təsiri nəticəsində analizatorun həssaslığının dəyişilməsinə duyğuların qarşılıqlı təsiri deyilir.  Duyğuların qarşılıqlı təsirindən danışarkən, adətən, adaptasiya, sinesteziya və sensibilizasiya təzahürləri haqqında danışılır. Adaptasiya müəyyən qıcıqlandırıcının hansısa bir analizatora uzun müddət, fasiləsiz olaraq təsiri nəticəsində həssaslığın dəyişilməsidir. Qıcıqlayıcı çox zəif olduqda həssaslıq artır, çox güclü olduqda isə həssaslıq azalır Bu hadisə bir sıra duyğularda (görmə, iy, temperatur, toxunma) qüvvətli, eşitmə və ağrı duyğularında isə zəif olur. Məsələn: insan güclü işıqlandırılmış otaqdan qaranlıq otağa keçdikdə ilk anlar heç nə görmür. Bu halda adaptasiya təxminən 10-20 dəqiqə çəkə bilər. Lakin qaranlıqdan işıqlı yerə keçdikdə adaptasiya müddəti bundan xeyli az vaxt tələb edir. Digər halda insan xoşagəlməz iy gələn bir yerə daxil olduqda, ilk anlar həmin iy ona dözülməz olsa da, bir müddətdən sonra, adətən, onda həssaslığın azalması sayəsində iyə qarşı adaptasiya yaranır. Adaptasiya - müəyyən qıcıqlandırıcının hansısa bir analizatora uzun müddət, fasiləsiz olaraq təsiri nəticəsində həssaslığın dəyişilməsidir. Sensibilizasiya - analizatorların qarşılıqlı təsiri və mümarisələr nəticəsində həssaslığın artmasıdır. Sinesteziya - bir hiss orqanının qıcıqlanması zamanı onun üçün spesifik olan duyğu ilə yanaşı digər hiss orqanına uyğun olan duyğunun yaranmasıdır. Adaptasiya bizə özündə informasiya daşıyan dəyişiklik­lərdə diqqətimizi cəmləmək imkanı verir ki, bununla da əhəmiyyətsiz dəyişikliklərə və stimullara diqqət verməməyi şərtləndirir. Məsələn: küçədəki səs-küyə, iylərə və s. Sensibilizasiya adapta­si­yadan 2 cəhətinə görə fərqlənir. Əvvəla, əgər adaptasiya prose­sində həssaslıq öz kəskinliyini artıraraq və ya azaldaraq hər iki tərəfə dəyişirsə, sensibilizasiya prosesində öz kəskinliyini artıraraq yalnız bir tərəfə dəyişir. Digər tərəfdən, adaptasiya zamanı həssaslığın dəyişilməsi ətraf mühit şəraitindən asılı olduğu halda, sensibilizasiya zamanı onlar başlıca olaraq, orqanizmin özünün dəyişməsindən (fizioloji və ya psixoloji) asılı olur. Analizatorların qarşılıqlı təsiri və mümarisələr nəticəsində həssaslığın artmasına sensibilizasiya deyilir. «Sinesteziya» sözü yunan dilindən «synaisthesis» sözündən götürülmüşdür və qarışıq duyğu mənasını verir. Sinesteziya zamanı bir hiss orqanının qıcıqlanması zamanı onun üçün spesifik olan duyğu ilə yanaşı digər hiss orqanına uyğun olan duyğu da yaranır. Başqa sözlə, müxtəlif hiss orqanlarından gələn siqnallar qarışır, sintezləşir. Insan səsi eşitməklə bərabər, onu həm də görür, predmetə toxunmaqla bərabər onun dadını da duyur. Bu təzahürlər bizim dilimizdə də möhkəmlənmişdir. «Acı dil», «şirin səs», «isti rəng» - bütün bunlar sinesteziyanın təzahürüdür (bu həmçinin assosiasiya ilə də əlaqədar ola bilər). Sinesteziyalar olduqca fərdi xarakter daşıyır. Məsələn: aya baxan bir qadında həmişə ağzına paslanmış mismar dadı gəlir. Prinsip etibarilə istənilən duyğu cütlüyündə bu cür sinesteziyalar ola bilər. Ancaq ən çox yayılmış sinesteziya «rəngli eşitmə»dir. Yəni, bu vaxt eşitmə stimullarını qəbul edən insanda görmə (daha dəqiqi, rəng) duyğuları yaranır. Rəngli eşitmə qabiliyyətinə malik insanlar arasında məşhur insanlara, bəstəkarlara, rəssamlara daha çox rast gəlmək olar. Məsələn: Rimski-Korsakov, Skryabin və başqalarının belə sinestetik xüsusiyyətlərə malik olması haqqında elmi ədəbiyyatlarda məlumatlara rast gəlmək olar.
['psixofizika.refleks', 'duyğu', 'sinesteziya', 'sensibilizasiya']
4,659
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7714/corab.html
Corab
yravil
Düşündürücü hekayələr
14 noyabr 2011, 20:43
Çox varlı bir adam ölmünün yaxınlaşdığını hiss edib oğlunu yanına çağırdı və " Öləndə məni corablarımla basdırın " , - deyə vəsiyyət etdi. Oğlu səbəbini bilməsə də, razılaşdı. Sonra adam oğluna bir məktub verib, " Mən öləndən sonra bir çətinə düşsən, bu məktubu açarsan " , - dedi. Vaxt gəldi və adam ruhunu tapşırdı. Qohum - əqrəba yığışdılar. Oğlu isə, " İndi mən onu corabları ilə necə basdırım " , - deyə fikirləşməyə başladı. Bir molla tapıb dərdini ona danışdı. Ancaq molla bu işə heç cür razılıq vermədi. Başqa bir molladan soruşdu. O da " Yox, bu heç cür mümkün deyil " , - deyə etiraz etdi. Oğlü çarəsiz qaldı. Birdən ağlına atasının verdiyi məktub düşdü. Məktubu açıb bu sözləri oxudu: " Oğlum,görürsən ki, bu qədər var-dövlətim olsa da, yanımda bir corab apara bilmirəm. Artıq qalanını sən özün fikirləş " .
['corab', 'hekayə', 'ibrətli hekayə']
4,660
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7713/%C5%9F%C3%BCk%C3%BCrs%C3%BCz-g%C3%BCn%C3%BCm%C3%BCz-olmasin.html
Şükürsüz günümüz olmasin!
yravil
Düşündürücü hekayələr
14 noyabr 2011, 20:32
Qarlı, çovğunlu bir qış günündə evimizin qapısı döyüldü. Qapını açanda qarşımda nimdaş paltarlı, cırıq paltolu iki uşaq vardı. Evdə köhnə qəzet olub olmadığını soruşdular. İşim çox idi. Əvvəl yox demək istədim. Gözüm ayaqlarına sataşdı və susdum. İkisinin də ayağında köhnə ayaqqabı vardı və ayaqları islaqdı. “İçəri girin sizə isti kakao verim!” – dedim. Heç danışmırdılar. Xalçanın üstündə islaq ayaqlarının izi qalmışdı. Kakaonun yanında yağ, mürəbbə, çörək verdim. Onlar sobanın yanında çörəklərini yeyərkən mən də işlərimə davam etmək üçün mətbəxə getdim. Amma bir müddət sonra otaqdakı səssizlik diqqətimi cəlb etdi və başımı otağa doğru uzatdım. Kiçik qız əlindəki fincana baxırdı. Oğlan mənə dönüb, “xanım siz varlısınız?” – deyə soruşdu. “Varlıı? Yox!” - dedim. Qız əlindəki fincanı diqqətlə nəlbəkisinə yerləşdirdi və “sizin fincanlarınız nəlbəkilərinizlə dəstdir” – dedi. Səsindəki aclıq qarın aclığına bənzəmirdi. Sonra uşaqlar qəzetlərini alıb bayırdakı soyuğa çıxdılar. Heç çox sağ ol da demədilər. Amma buna ehtiyac yox idi. Çünki mənə çox şey öyrətdilər. Pişirdiyim yeməyin dadına baxdım. İsti və dadlı idi. Yaşamaq üçün evimiz, həyat yoldaşım, aylıq qazancımız var... Stulları sobanın qarşısından götürüb yerinə qoydum. Uşaqların palçıqlı izləri hələ də xalının üstündə idi. Silmədim. Silməyəcəyəm də. Çünki necə zəngin olduğumu unutmaqdan qorxuram...
['ibrətamiz hekayə', 'hekayə']
4,661
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7711/u%C5%9Faq.html
Uşaq
yravil
Düşündürücü hekayələr
14 noyabr 2011, 20:26
Yeni maşn alıb evinə gəlmiş ata pəncərədən baxdığında 3 yaşlı oğlunun maşının kapotunu gülə-gülə çəkiclə dağıtdığını görür. Çox əsəbi bir şəkildə çölə çıxır və çəkici uşaqdan alıb əsəbindən çəkici oğlunun əllərinə vurmağa başlayır.Bir mÜddət sonra özünə gələn ata uşağı xəstəxanaya catdırır. Həkimlər əllərindən gələni etmələrinə baxmayaraq bir şey edə bilmirler. 3 yaslı oğlan uşağının hər iki əl barmaqlarını kəsməli olurlar. Komadan ayılıb sarğılı əllərini görən uşaq atasına baxıb gülümsəyərək:-Ata yeni maşınıi bərbad vəziyətə saldığım üçün məni bağışla və ardıindan "Barmaqlarım nə vaxt yenidən çıxacaq?" deyə bir sual verir.Öz Övladinin dilindən bu cümləni eşiden ata evə gəlir və intihar edir...
['Uşaq', 'ibrətamiz hekayə']
4,662
https://kayzen.az/blog/yravil/7710/maraqli-deyiml%C9%99r.html
Maraqli deyimlər
yravil
Bloq: yravil
14 noyabr 2011, 20:23
1."Vərdişlərin zənciri eşidilməyəcək qədər yüngül, sonra qırılmayacaq qədər də güclü olarlar". Benjamin Dizraelli 2."Gənclər, qocaların axmaq olduqlarını düşünərlər, amma qocalar gənclərin axmaq olduqlarını bilərlər". Rahibe Terasa 3."Gülümsəmənin pullu dəyəri yoxdur. Satın alınmaz, borc verilməz, dilənilməz, oğurlanmaz amma verilmədikcə heç alınmaz". 4."Hirslilik zəhər, yaxınlıq dərmandır". 5."İnsanlar qırmızı bir gülə doğru qaçarlarkən, çox vaxt ayaqlarının altında əzilən tarla çiçəklərindən xəbərsizdirlər". 6."Quşlar kimi uçmağı, balıqlar kimi üzməyi öyrəndik, lakin bu vaxt çox sadə bir sənəti unutduq. İnsan kimi yaşamağı". Martin Luther 7."Səmimi olmağı vəd edə bilərəm; tərəfsiz olmağı əsla". Goethe 8."Nə qədər bilirsən bil,söylədiklərin qarşındakının anladığı qədərdir". Mevlana 9."Ədəbsizliyin başladığı yerdə, ədəbiyyat bitər". M.Akif Ersoy 10."Ədəbsizliyin başladığı yerdə, ədəbiyyat bitər". M.Akif Ersoy 11."Böyük beyinlər fikirləri, orta beyinlər hadisələri, kiçik beyinlər isə insanlardan danışar". Hyman Rickover 12."Əgər birinə bir şey öyrətsəniz əsla öyrənməz". Bernard Shaw 13."Bir insan hansı limana çatmaq istədiyini bilirsə, onun üçün hər külək uyğundur". Seneca 14."Kapitanın ustalığı dəniz durğunkən aydın olmaz". Zukianos 15."Bəzi kitablar dadılmaq, bəziləri udulmaq və çox azı da həzm edilmək üçündür". Bacon 16.Kitab ruhun dərmanıdır. Yapon atalar sözü 17."Bağışlamaq və unutmaq, yaxşı insanların intiqamıdır". Schiller 18."Ayaqda ölmək, diz üstü yaşamaqdan yaxşıdır". Franklin Roosvelt 19."İnsanlara ən ədalətli şəkildə paylanan nemət ağıldır. Çünki heç kim ağılından şikayətçi deyil". Montaigne 20."Kainatda təsadüfə rast gəlinməz". Sokrat 21."Qüsurumuz nə qədər çoxsa, o qədər qüsur axtararıq". Cenap Şehabettin 22."Oxuya bilsəniz hər insan bir kitabdır". W.Ellery Channing 23."Saxladığın bir sirr sənin əsirindir. Aşkar etsən sən onun əsiri olarsan". Hz.Əli 24."Öl və ol! Bunu bilmirsənsə yazıq bir qonaqsan qaranlıq yer üzündə". Goethe 25."Bir ailə ilə bir krallığı idarə etmə arasında çox böyük bir fərq yoxdur". Montaigne 26."Əsla əxlaq qaydalarını tapdalamayın, çünki qisasını tez alar". Tolstoy 27."Necə baş sayı qədər düşüncə varsa, ürək sayı qədər də sevgi növü vardır". Tolstoy 28."Uduzma təhsildən başqa bir şey deyil". Wendell Philips 29."Ən böyük zəfər, insanın özünə hakim olmasıdır". Platon 30."İnsanlar hər vaxt qəhrəman ola bilməzlər amma, hər vaxt insan ola bilərlər". Benjamin Franklin
['Maraqli deyimlər', 'məntiqli sözlər']
4,663
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/7708/bizimkil%C9%99r,-sizinkil%C9%99r.html
Bizimkilər, sizinkilər...
umud600
Xoşbəxt ailə
14 noyabr 2011, 00:12
Axşam yeməyinə hazırlaşırdılar. Zərifə süfrəni düzəldir, Xalid isə qəzetləri nəzərdən keçirirdi. Bir tərəfdən də Zərifə gülə-gülə məktəbdə uşaqların başına gələn gülməli bir hadisədən danışırdı... Bu vaxt telefon zəng çaldı. Dəstəyi Xalid qaldırdı. Zəng edən bibisi idi. Xeyli söhbət etdilər. Xalid bibisini çox sevirdi. Kəndə gedəndə çox vaxt onun yanında qalırdı. Keçən il bibisi həyat yoldaşını itirmiş, iki övladı ilə tək qalmışdı. Xalid dəstəyi yerə qoyanda bir qədər fikirli idi: - Bibimin öd kisəsi ağrıyır,- dedi,- sabah bura, həkimə gələcək. Mən də evimizə dəvət etdim. Onsuz da getməyə başqa yeri yoxdur. Zərifə birdən-birə duruxdu. Süfrəyə oturdu. Yeməyini yeməyə başladı. Xalid Zərifənin üzündəki ifadəni görəndə artıq sözünün arxasını gətirmədi. Əslində Xalid Zərifənin dilucu da olsa, " Nə olar ki, qoy gəlsin ",- deyəcəyini gözləyirdi. Zərifə isə öz-özünə deyinirdi: - Bir gün bibisi, bir gün dayısı... Evləndiyimiz 6 ay oldu, hələ bir gün də qonaqsız keçirmədik. Yorğan-döşəyimin yunları bir-birinə yapışdı. Daha xəstəxanaya gələn, əsgər yola salan, imtahan verən bizdə lövbər salar. Allah bilir, bu işin sonu harada qurtaracaq. Səssizliyi Xalid pozdu: - Zərifə, səhər dərsin var? - Yoxdur,- dedi qısaca. - Nə oldu, Zərifə? Narahat oldun deyəsən? Qorxma, bibimin sənə ziyanı toxunmaz. Bilirsən ki, çox qoçaq arvaddır. Bir də bu xəstəliklə zarafat eləmək olmaz. - Bilirəm, Xalid! Ancaq belə getsə, deyəsən rayondakı qohumların tək dayanacaq yeri biz olacağıq. Evləndiyimiz 6 ay oldu, ancaq bir həftə də olsun rahatlıq görmədik. - Zərifə, bu nə sözdür? Gələnə necə " gəlmə " demək olar? Onlar bizim canımız, qanımızdır. - Mənim yox, sənin canın, qanındır. Xalid daha heç bir söz demədi. Məsələni böyütmək istəmirdi. Ancaq incikliyi üzündən oxunurdu. Ertəsi gün bibisi gəldi. Xalidin bütün xahişlərinə baxmayaraq, Zərifə bibisinə çox da üz göstərmədi. Bibi isə ağıllı, dünyagörmüş bir qadın idi. O da üzərində çox durmadı. Xəstəliyi o qədər də ağır deyildi. Əməliyyata da ehtiyac yox idi. Ona görə də dərmanlarını alıb rayona qayıtdı. Bu hadisədən bir ay sonra yenə axşam yeməyinə hazırlaşırdılar. Bu vaxt telefon zəng çaldı. Dəstəyi Zərifə qaldırdı. Zəng edən böyük bacısı idi. O da rayonda yaşayırdı. Uşaqlar tətilə çıxmışdılar. Bir həftəliyə Bakıya gəlmək istəyirdilər. Zərifə çox sevindi. Tələsik: - Nə olarki, gəlin! Başımın üstündə yeriniz var,- dedi. Doğrusu, o da bacısı uşaqları üçün çox darıxmışdı. Dəstəyi yerinə qoyanda Xalidin gülərək ona baxdığını gördü. Bir ay əvvəlki hadisəni xatırlayıb utandı. Yanaqları qıpqırmızı olmuşdu... Ancaq Xalid onu utandırmadı. Heç bir kəlmə də danışmadı. Çünki Zərifə dərsini almışdı. Xalid qonaqlarının rahatlığı üçün əlindən gələni etdi. İşlədiyi şirkətin maşınını bir günlüyə götürüb onları meşəyə də apardı. Zərifə hər dəfə yoldaşının evə əlidolu gəldiyini görəndə, onun bibisini xatırladı və xəcalətindən nə edəcəyini bilmədi. Nəhayət, bacısı getdi. O gedəndən sonra Zərifə Xalidə yaxınlaşıb: - Xalid, səndən üzr istəyirəm. Həm də sənə minnətdaram- dedi,- bacıma göstərdiyin diqqət üçün, məni utandırmadığın üçün təşəkkür edirəm. Mən səhv etmişdim. Ancaq dərsimi aldım. Bir daha sənin qohumlarını özümünkülərdən ayırmayacağam. Bacıma göstərdiyin qayğını məni sevdiyin üçün etdiyini anladım. Mən də səni sevdiyimi sübut edəcəyəm... Xalid gülümsədi və:- Bibim bizi rayona dəvət edir. Gedək bir az da bibim səni utandırsın, - dedi. Zərifə gözlərini yerə dikdi.Müəllif: Sümeyra IrmakMənbə: Xoşbəxt bir yuva üçün
['ailə münasibətləri']
4,664
https://kayzen.az/blog/ixtira-k%C9%99%C5%9Ff/7707/tozsoran.html
Tozsoran
yravil
İxtiralar və kəşflər
13 noyabr 2011, 21:02
İlk vakkum tozsorani "Britiş Vakkum kompani"şirkətinin əsasini qoymuş ingilis mühəndisi K.Hubert(1875-1955)tərəfindən 1902-ci ildə icad olunmuşdur.Bu tozsoran çox böyük idi və dörd təkər üzərində yerləşir,ata qoşularaq bir  evdən digərinə aparilirdi.Şirkətin işçiləri tozsoran slanqi pəncərədən sallayaraq xalçalari təmizləyirdilər.Tozsoran o qədər şöhrət qazanmişdi ki,hətta kral 7-ci Eduardin Vest-minster abbatliğinda keçirilən tacqoyma mərasimi üçün salinacaq xalçalari onun vasitəsi ilə təmizləmişdilər. 1908-ci ildə ABŞ alimi Myurrey Spenqler yeni,yüngül vakkum tozsorani patentləşdirdi.Belə tozsoranlarin istehsali ilə Uilyam Huverin firmasi məşğul olmağa başladi.
['tozsoran', 'tozsoranin kəşfi', 'ixtiralar', 'kəşflər']
4,665
https://kayzen.az/blog/poeziya/6195/murad-k%C3%B6hn%C9%99qalan%C4%B1n-%C5%9Feirl%C9%99ri.html
Murad Köhnəqalanın şeirləri
Muza
Poeziya
13 noyabr 2011, 19:34
Menyu Döyməkabab, söyməkabab Əyməkabab, uymakabab Ciyərkabab, xiyarkabab Cigərkabab, digərkabab Şairkabab, anarkabab Nazirkabab, nəzirkabab Deputatkabab, debilkabab Laçınkabab, Şuşakabab Rəiskabab, rəzilkabab Cəbhəkabab, Müsavatkabab AMİPkabab, YAPkabab MTNkabab, BABkabab Demokratkabab, liberalkabab Vətənkabab, gödənkabab Bir də… arnamuskabab. Zoolama Yenə çıxdım şəhərə bir zoohəvəslə. İnsanlar axışır zooehtirasla bir-birinin arxasıyla baxışır zooetirazla, zooehtirasla. Ax, pulum olsaydı borcunu qaytarardım o zookafenin o zooküçədən rahat keçərdim. Ax, heç çaypulum da yoxdu, zoocibim boşdu Bir zoodost çıxsaydı cibində də pul gedib çay içərdik zooçayxanada oturub söyərdik bu zoohökuməti Ax, zootəhqir olunuram mən hər gün Ax oğraş olmadan yaşadım bu qədər Ax, zooməzələndilər mənimlə yetər yəqin ki, Ax necə qaçmaq olar bu zooməmləkətdən Allah insaf versin bu zooğallara! yanvar 2004 Milli Məclis Azəri xalqını əmmamələməlimi yoxsa əmmamələməməlimi…? Bəlkə əllaməliyək Bəlkə əllatliyək Bəlkə əllabələyək Bəlkə əmmaşəlləyək Bəlkə əmmahelləyək Doxsan faiz lehinə, buleyli, On faiz əleyhinə Buleyli Ay buleyli, buleyli, buleyli…! Metro Eskalatorda enərkən uşaqların əlindən tutun uşaqlar da sizin əlinizdən tutsun. Hara getdiyinizi bilirsinizmi? Evdən niyə çıxdınız yadınızdamı? İşsizlik yağır təbəssümünüzdən Metro kömür mədəni deyil siz də şaxtaçı deyilsiniz Yer altında nə işiniz var? Eskalatordan enərkən lampalara əl vurmayın. Çörəkpulu varmı cibinizdə? Eskalatordan enərkən burnunuzun içərsində iməcilik qurmayın keçən qızlara göz vurmayın baxmayın qafiyəli də olsa… Eskalatorda qalxarkən mitinq keçirməyin könlünüzdə polislər baxır Sağında dayanın eskalatorun. Axşam evə kartof almalısan Pulun varmı? Ağır şeylər düşünməyin kövrəkdi eskalatorun rezin kəməri… Təsbeh ilə Əlbir olub bir ayı bir şir ilə bezdirdilər bir sevən orğlanı tənbeh ilə tənbeh ilə tənbeh ilə Əlbir olub həmin ayı o şir ilə tutdurdular o gözəl oğlanı təşbeh ilə təşbeh ilə təşbeh ilə Əlbir olub yenə o ayı o şir ilə öldürdülər həmin o lazımlı oğlanı təsbeh ilə təsbeh ilə təsbeh ilə tənbeh ilə təşbeh ilə təsbeh ilə hamı xorla oxusun: tənbeh ilə tənbeh ilə tənbeh ilə təşbeh ilə təşbeh ilə təşbeh ilə təsbeh ilə təsbeh ilə təsbeh ilə bir də xorla oxuyaq: tənbeh ilə təşbeh ilə təsbeh ilə P.S. də unutmayaq: Əlbir olub həmin o ayı o şir ilə yaşayırlar hələ də… təsbeh ilə Hər şey Sürətnən qocalır hər şey divarın dibində qəlyan çəkən bayatı haqqı! And olsun tramvayın məftilinə and olsun muftasına and olsun şiələrin mollasına sünnilərin müftisinə köhnəlir hər şey yeyilir geyilir dəyişir hər şey deşilir hər şey keçən əsrin poçt qutusunun əziz canıyçün köhnəlir dəyişir hər şey and olsun köhnə məktublara ali məktəblərə and olsun kəsr əməllərinə Nyutonun qanunları haqqı sinif rəhbərimizin canıyçün köhnəlir hər şey and olsun kommunist atamın parlaq əqidəsinə and olsun pioner qalstukuma and olsun orta məktəbə sovxoz üçün yığdığımız üzümlərə özüm ölüm İmam Hüseyn haqqı hər şey elektron sürətilə qocalır partiyamızın tək başıyçün Mendeleyev cədvəlinin cəddi haqqı and olsun Füzulinin şah beytinə köhnəlir qocalır hər şey… Nə deyəsi idim, yadımdan çıxdı. Ziyarət Məkkəyə gedirsən ziyarətə Cəhənnəmə, gedirsən ziyarətə Ziyarət ziyafət deyil Ayağı aç qarnı yalın cocuq var nə qədər zarafat deyil Məkkəyə getmirsən Sən məzhəkəyə gedirsən Mənim ağzım əyilməz Sənin ağlın əyilib Səccadəyə qul olunca Get bir yetimin saçını öp Ərəbin daşını öpüncə Xəritədə Laçını öp! Həmçinin bax: Murad Köhnəqalanın təmsili Oliqarx ilə toqquşma
['Murad Köhnəqala']
4,666
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/7706/s%C3%B6z%C3%BC-zarafatla-dem%C9%99k.html
Sözü zarafatla demək....
umud600
Xoşbəxt ailə
13 noyabr 2011, 15:20
Gözəl bir bazar səhəri...Bakı səmalarından əskik olmayan külək yenə öz vəzifəsini yerinə yertirmək üçün var gücü ilə əsir. Ancaq get-gedə qalxan günəş, deyəsən, küləyi cilovlayaraq bir azdan havaya hərarət gətirəcək... Zərifə səhər yeməyini hazırlamışdı. Xalid gözlərini ovuşdura-ovuşdura mətbəxtə gəldi... - Sənə bir sürprizim var. Bu gün çox gözəl bir yerə aparacağam səni. - Doğrudan? Haradır o elə? - Deyə bilmərəm. Dedim axı, sürprizdir. Səhər yeməyini böyük bir sevinclə yedilər. Artıq Zərifənin səbri daralmağa başlamışdı. Ona görə də tələsik süfrəni yığışdırıb geyinməyə getdi. Xalid televizoru açıb kanallarda gəzməyə başladı. " Necə olsa, qadınların hazırlaşmağı uzun çəkər",- deyə düşündü. Az keçməmiş Zərifə Xalidin də paltarlarını gətirdi. - Dur, sən də hazırlaş. Axşam anam bizə gələcək. Tez gedib, tez də qayıdarıq. Xalid diqqətlə Zərifəyə baxdı... - Bu nə yubkadır geyinmisən? - Nə olub ki, təzə almışam, yoxsa bəyənmədin? - Həm dardır, həm də qısa. Get dəyişdir, yoxsa belə gedə bilmərik! Kosmetikanı da çox vurmusan. Heç olmasa yarısını sil. İtirsəm, səni tapa bilməyəcəyəm. Zərifə yaman pərt olmuşdu. Xalidin qısa paltardan xoşu gəlmədiyini bilirdi. Ancaq belə gözəl bir gündə bu qədər sərt reaksiya verəcəyini gözləmirdi... - Heç nəyi dəyişmirəm. Gediriksə belə gedirik, yoxsa qalıram evdə! - Onda qal! - dedi Xalid və çıxıb getdi... Zərifənin payına isə yenə ağlamaq düşdü... Görəsən kim haqlıdır? Məncə, ikisinin də haqlı olduğu tərəflər var... Hadisəni bir daha nəzərdən keçirək... Xalid özünə görə haqlıdır. Çünki bir kişi üçün ən çətin və ən dözülməz şey bəzənib-düzənmiş xanımını bayırdakı yad baxışlardan qorumaqdır. Təbii ki, qısqanc bir kişi xanımının bu vəziyyətindən narahat olur. Ancaq Xalid bunu xanımına sərt şəkildə söylədiyi üçün haqsızdır. Zərifə də həyat yoldaşı ona belə reaksiya göstərdiyi üçün inciməkdə haqlı ola bilər. Ancaq xüsusilə, həyat yoldaşı qısqanc olan qadınlar dava-dalaşa səbəb olmamaq üçün bir yerə çıxanda daha diqqətli olmalıdırlar. Beləliklə, bu qadın həyat yoldaşı üçün bəzənir. Əgər həyat yoldaşı icazə vermirdisə, Zərifə təkid etməməli idi. Üstəlik, Xalidin icazə vermədiyini bilə-bilə qısa yubka geydiyi üçün mübahisədən ən böyük pay onun oldu. Elə isə, hadisəni yenidən yaşayaq və görək Zərifənin qəlbini qırmadan Xalid bu məsələni necə həll edə bilərdi? Zərifə hazırlaşıb gəldi. Xalid xanımının qısa yubka geyməsinə hirslənsə də, üzə vurmamağa çalışaraq, təmkinlə: -Zərifə, hazırsan?- deyir. - Görürsən ki, hazıram... - Yaxşı, elə isə çantana bir az pambıq, bir az yod, bir az bint qoy, çıxaq. - o nə üçün? - Yolda sənə baxan olsa, dözə bilməyəcəyəm. Təbii ki, onda da dava düşəcək. Bu davada vura da, vurula da bilərəm... Zərifə Xalidin nə demək istədiyini başa düşmüşdü.Səssizcə gedib üstünü dəyişdirdi... Sözü belə zarafatla demək çox vaxt daha faydalı olur. Bir sözü deyərkən insanların qəlbinə toxunmadıqda, arzu etdiyiniz nəticəni əldə etmək də asan olur. Yunus Əmrənin dediyi kimi: Söz ola, kəsə savaşı,Söz ola, kəsdirə başı.Söz ola, ağulu aşıYağ ilə bal edə bir söz...
['ailə münasibətləri']
4,667
https://kayzen.az/blog/maraqli-faktlar/7704/kino-tarixind%C9%99n-30-maraql%C4%B1-fakt.html
Kino tarixindən 30 maraqlı fakt
ORIGINAL
Maraqlı faktlar
13 noyabr 2011, 02:54
· Brus Li o qədər sürətli idi ki, onun hərəkətlərini dəqiq görə bilmək üçün kadrları asta sürətlə verməli olurdular.· Amerikalı aktyor, üçqat Oskar mükafatçısı Cek Nikolson uşaqlıqdan nənəsinin anası, anasının böyük bacısı olduğuna inanaraq böyümüşdü. · Bir dəfə Çarli Çaplin "Çaplinin oxşarları" müsabiqəsində üçüncü olmuşdu. · Silvester Stallone müəyyən dövrdə zooparkda şir qəfəsi təmizləyicisi işləmişdi. · Aktrisa Lillian Entvistl Hollivud yazısının "H" hərfindən tullanaraq intihar etmişdi. · 1916-cı ildə Çarli Çaplin həftədə 10 min dollar qazanırdı, bu isə o vaxta görə rekord göstərici idi. · Merlin Monronun əsl adı Norma Jan Mortenson idi, sonradan onu Norma Jan Beyker adına dəyişmişdi. · Aktyor Con Travoltaya "Çikaqo" (2002) filmində Billi Flann rolu təklif edilmişdi. Lakin rol Riçard Qirə qismət oldu. · Aktrisa Qreys Kelli Monako şahzadəsi ilə evləndiyi üçün onun filmlərinin Monakoda göstərilməsi qadağan edilmişdi. · Aktrisa Elizabet Teylor "Life" jurnalının üz qabığında ən çox çəkilən şəxsdir. · Mikki Mausun yaradıcısı Uolt Disney ilk öncə onun adını Mortimer Mous qoymaq istəyirdi. · Dünyada ən çox işlənən obraz Mikki Mausdur. 7500-dən çox müxtəlif növ firma və ya əşyada ona rast gəlmək olar. · "Xaç atası" ("Godfather") filmində hər ölüm səhnəsindən əvvəl kadrlarda "portağal" görünür. · "Küləklə sovrulanlar" ("Gone With the Wind") filmində dialoqlardan birində "lənətə gələsən" ("damn") sözü işləndiyinə görə filmin produserləri 5000 dollar məbləğində pulla cərimə olunublar. · "Oz ölkəsinin sehirbazı" ("Wizard of Oz") filmində baş rol ifaçısı Cudi Qarlend filmdəki roluna görə həftəyə 35 dollar məvacib aldığı halda, filmdəki iti Toto 135 dollar alırdı. · "Kriminal qiraət" ("Pulp Fiction") filmində bütün saatlar 4:20-ni göstərir. · Oskara namizəd olan ilk animasiya filmi 1991-ci ildə Disneyin "Gözəl və Eybəcər" ("Beauty and the Beast") filmi olub. · Ən uzun Hollivud öpüşü 1941-ci ildə "Sən indi ordudasan" ("You‟re in the Army Now") filmində olub. Bu səhnə 3 dəqiqə, 3 saniyə davam edib. · Alfred Hitçkok "Psix" ("Psycho") filmində bəzi səhnələrdə qan yerinə meyvə sirəsindən istifadə edib. · "Kinq Konq" filmi Adolf Hitlerin ən sevimli kinosu idi. · Stenli Kubrik "Ətriyyatçı" əsərini oxuyub demişdi ki, bu əsərə film çəkilməsi mümkünsüzdür. · "Döyüş klubu" ("Fight club") filminin çəkilişi zamanı Bred Pitin bir neçə dişi sınır. Filmin rejissoru Finçer aktyor dişlərini düzəltsin deyə, çəkilişləri saxlamaq istəyir, lakin Bred dişsizliyin obrazı olan Taylerə uyğun gəldiyini misal göstərərək çəkilişlər bitənə kimi dişsiz də gəzə biləcəyini bildirir və elə də edir. · "Kriminal qiraət" ("Pulp fiction") filmində "fuck" kəlməsi 257 dəfə işlənib. · Tom Henks "Forrest Qamp" filmində bir şərtlə çəkilməyə razı olub. Filmdəki bütün hadisələr tarixi faktlara əsaslanmalıdır.· "Dəmir gödəkçə" ("Full Metal Jacket") filmində kazarmada bölük komandirinin əsgərlərlə tanışlıq dialoqları aktyorlar tərəfindən başdan ayağa improvizə olunaraq çəkilib. · "Səmavi krallıq" ("Kingdom of Heaven") filmindəki obrazına görə aktyor Orlando Blum 9 kq kökəlməli olub. · "Kofe və siqaretlər" filminin üzərində Cim Carmuş 17 il (1986-2003) işləyib. · "Benjamin Buttonu qəribə hekayəsi" ("The curious case of Benjamin Button") filmi ekranlara çıxdıqdan sonra Denni Boyl "Solomon Grundy" filmini çəkməkdən imtina etdi. Çünki ssenarilər oxşar idi. · Məşhur aktyor Həmfri Boqartın şahzadə Diana ilə əlaqələrinin olduğu iddia edilirdi.· Şirli Templ "Oz ölkəsinin sehirbazı" (1937) filmində Doroti rolunu oynamaq üçün sınaqdan keçirilmişdi, lakin rol Cudi Qarlanda qismət oldu.Müəllif:Ferat & Məcid MəcidovMənbə: "Film Fiction" jurnalı
['maraqlı faktlar', 'kino']
4,668
https://kayzen.az/blog/maraqli-faktlar/7703/%C9%99srimizin-%C9%99n-uca-boylu-,-%C9%99n-a%C4%9F%C4%B1r-%C3%A7%C9%99kili,-%C9%99n-%C3%A7ox-u%C5%9Faql%C4%B1-adamlar%C4%B1.html
Əsrimizin ən uca boylu , ən ağır çəkili, ən çox uşaqlı adamları
umud600
Maraqlı faktlar
12 noyabr 2011, 22:54
Əsrimizin ən uca boylu adamları:* Finlandiyalı Katanus - 2 metr 83 santimetr.* Nyu-York sakini  Eda Kamil - 2 metr 81 santimetr.* Amerikalı R. Uodlou - 2 metr 71 santimetr.* Qadın Mariana Vedis - 2 metr 55 santimetr.* Pakistanlı Məhəmməd Alama Cannı - 2 metr 51 santimetr.* Mozambik ölkəsinin sakini Qabrielyu Mondçanı - 2 metr 45,7 santimetr.* Rodeziyalı Milerd Ulkay - 2 metr 13 santimetr. Əsrimizin ən ağır çəkili adamları:* Amerikalı Robert Hüqos - 500 kq * Amerikalı Berman - 483 kq* Nyu-Yorkdan Uolter Hadson - 450 kq* Avstraliyalı Albert Perniç - 399 kq* Amerikalı Pon Hayn - 386 kq Əsrimizin ən çox uşaqlı ailələri:* 55 yaşlı çinli qadın ( Xarbin şəhəri ) - 59 uşaq* Braziliyalı Kar Haubanın ailəsi - 32 uşaq* Fransalı Devodlar ailəsi - 25 uşaq* Argentina sakini Mariya Benita Oliver - 32 uşaq
['maraqlı faktlar']
4,669
https://kayzen.az/blog/umud600/7701/elm-%C3%BCst%C3%BCnd%C3%BCr,-yoxsa-mal.html
Elm üstündür, yoxsa mal?
umud600
Bloq: umud600
12 noyabr 2011, 21:56
On nəfərdən ibarət bir müxalif dəstə Peyğəmbər cənabımızın Hz.Əli haqqında söylədiyi " Mən elmin şəhəriyəm, Əli də bu şəhərin qapısıdır " sözlərini eşidib paxıllıq hissinə qapıldılar. Biri dedi: " Dostlar, Əlidən soruşmaq üçün bir sual düşünək. Əgər hər birimizin verdiyi eyni suala ayrı-ayrı cavablar verə bilsə, doğrudan da, elmin zirvəsində olduğunu qəbul edərik". Onlar Hz.Əlinin hüzuruna gəldilər. Birincisi qarşıya çıxıb sual verdi: - Ey möminlərin əmiri, elm üstündür, yoxsa mal? Hz.Əli cavab verdi: - Heç şübhəsiz, elm hər zaman maldan daha üstündür. Sual verən yenə soruşdu: - Necə sübut edərsən? - Çox sadə. Elm peyğəmbərdən mirasdır, mal isə hökmdarların mirasıdır. İkincisi soruşdu: - Ya Əli, elm daha üstündür, yoxsa mal? - Elm daha önəmlidir, çünki elm sahibini qoruyur, malı isə sahibi qoruyur. Üçüncüsü də eyni sualı verdi. Hz Əli bu dəfə dedi:- Elm daha böyük ləyaqətdir. Çünki mal sahibinin düşmənləri çoxdur, elm sahibinin isə dostları. Dördüncüsünün eyni sualına isə belə cavab verdi: - Elm daha üstündür, çünki malı dağıtdıqca azalır, elmi dağıtdıqca çoxalır. Beşinciyə cavabı belə oldu:- Mal sahibinə " xəsis " deyərlər, elm sahibinə isə hörmətlə xitab edərlər. Altıncıya cavab verdi:- Malı qarətçilərdən qorumaq lazım gəlir, elmi isə qorumağa ehtiyac yoxdur. Yeddinciyə:- Mal qaldıqca qiyməti azalır, elm isə azalmaz. Səkkizinciyə:- Mal sahibi zəngin olması ilə öyünür, hətta ilahlıq davasına qalxır, elm sahibi isə heç vaxt belə bir iddiaya düşmür. Doqquzuncuya:- Mal qəlbi qaraldır, elm isə nurlandırır. Onuncuya:- Mal insanın təbiətini qatılaşdırır, elm isə yumşaqlığa, mərhəmətə yol açır. Bu cavablardan sonra həmin müxalif dəstə Hz. Əliyə itaət etdi.
['Hz. Əli']
4,670
https://kayzen.az/blog/346/7699/q%C4%B1z-qalas%C4%B1-%C9%99r%C9%99-gedir.html
Qız qalası ərə gedir...!?
Nailə_Rzayeva
346 saylı marşrut
12 noyabr 2011, 15:26
Dikdaban geyinmiş göy – dələnlərin, Ayağının altında qalıbdır Bakı...! (Qismət Rüstəmov) Mən yazımı ona görə belə adlandırıram ki, yazdıqlarım oxucuların diqqətini cəlb etsin və onlar fikirləşsin ki, o – haaa yəqin qiyamət məsələsidir. Amma rahatsız olmayın. Mən əhvalatın qısa variantını sizlərə ərz edəcəm. ( Mıs – mıs deyincə, keç Mustafa dayıya... ) Deməli belə... Ey mənim bayram abu – havalı məzlum soydaşlarım, gözünüz aydın. Neçə əsrdir qız qalan Qız Qalamız axır ki, ərə getməyə hazırlaşır. Daha doğrusu, hazırlaşdırılır. Düzdür, Qız qalası “ Subaylıq sultanlıqdır “ – deyib, bakirəliyin kefini çəkmək istəyir. Əmba, atası İçəri Şəhər deyəsən, qızından yaman bezib. Və onun subaylıq daşını Xəzər dənizinin başına çırpmaq əzmindədir. ( Xatırladım ki, Qız qalası və Xəzər dənizi körpəlikdən göbəkkəsdi əməliyyatının qurbanı olmuşdular. Fəqət Bakı meriyası İçəri Şəhərin qulağına bir – iki xoşagəlməz ifadələr pıçıldadıqdan sonra İçəri Şəhər Xəzər dənizini qızının ətrafına həsrət qoymuşdu... Ta o gündən bu günə Xəzər dənizi ancaq İsmayıl YK – nın mahnılarını zümzümə edir... ) Artıq IX əsrə keçir ki, İçəri Şəhər “ Qız qalar qızıla dönər “ şüarını əsas tutub, əlində oynadaraq, qızını evinin küncündə saxlayırdı. Görünür atası haqq dünyasına qovuşmamışdan öncə qızının “ Toy “ unda qol – qanad açıb bir “ Heyvagülü “ rəqsi oynamaq istəyir. Məni qınamayın, deyəsən qızın bəxti həqiqətən açılıb ( sağ əli evdə qalanların başına ). Bakı meri ilə İçəri Şəhər bağlı qapılar arxasında uzun sürən müzakirələrdən sonra belə razılığa gəliblər ki, Qız Qalasını boyu göylərlə əlləşən Göydələn bəyə ərə versinlər. Göydələn bəy özü buralı olmasa da, Azərbaycan ikinci dəfə müstəqillik hədiyyəsini aldıqdan sonra okeanın o tayından – uzaq Amerika obasından kəllə - mayallaq vətənimizə pənah gətirib. Xoş gəlib, səfa gətirib. Gözümüz üstə yeri var. “ Toy “ un yeri məlum olsa da, ( İçəri Şəhər, Qoşa Qala qapısı ) vaxtını Bakı meriyası özü təyin edəcək. İndi səbirsizliklə gözləmək vaxtıdır...! Ay cəmaət, yuxarıda nəql etdiyim əhvalatı nə badə zarafat kimi qəbul edəsiniz ha. Düzdür, əhvalatda zarafatın müəyyən simptonları hiss olunsa da, siz bunu həqiqət kimi qəbul edin.Çünki hər zarafatın içində aksiomasız böyük bir gerçəklik var. Hər tez və ya gec bu əhvalat baş tutmalıdı, mümkünatı yoxdur. İndiysə qayıdaq əhvalatın nəticəsinə. Əgər nə vaxtsa yolunuz Dəniz kənarı parka ( “Bulvar” sözünü işlədənlər 1 manat cərimə olunur ) düşsə və boylanıb Qız Qalasına baxmaq istəyəndə, görsəniz ki, Qız qalası yerində yoxdu, onda heç kövrəlməyin, nə də təəccüblənməyin. Bilin ki, qızımızın xeyir işi var. Bakı meriyası ilə İçəri Şəhər sözü bir yerə qoyub Qız Qalasına “ TOY “ tutublar. Baba Pünhan deyəndə ki, “ Bakının dərdi var, Bakı xəstədir “ – hamı bu işə birtəhər baxırdı. Elə bu dəmdə Söylü xalanın “ Alkaş “ Hüseynin baxtı qara arvadına dediyi sözlər yadıma düşdü: “ Biz tərəflərdə arvadı ildə doğmayan kişiyə camahat bir təhər baxır eee...”. Artıq birtəhər baxan insanlar da Bakının çarəsi tapılmayan dərdə düşdüyünü anlamağa başlayıblar. İndi elə bir vəziyyət yaranıb ki, küləkli Bakı elə bir yolxucu xəstəliyə yoluxub ki, dünyanın bütün huri – qılmanları tökülüşüb gəlsə belə, şəhərin dərdinə heç bir şəfayi – hizmət tapa bilməyəcəklər. Odur ki, “ Kendimiz etdik, kendimiz bulduq “. Gərək bu dərdəçarəni bizim Milli loğ(x)manlar xətim eləsin. Yoxsa böylə getsə, “ karinnoy” Bakımızdan əsər - əlamət belə qalmayacaq. O neft qoxan köhnə Bakımızdan, indi Fransız ətirlərinin qoxusu gəlir. Çay daşları ilə bəzədilmiş təmiz küçələrdə, indi guya ki, Avropa standartlarına cavab verən tozlu asvaltlar həkk olunub. Heç düşünən varmı ki, biz bu minvalla hara gedirik ? Bəlkə də saxta inkişafın nəbzini tuturuq. Başqa ölkələrdə, o cümlədən qonşumuz Gürcüstanda mərkəzi Tiflis şəhərinin köhnə memarlıq üslubunun qorunması haqqında qanun qüvvəyə minirsə, bizdə isə əksinə Bakını çapıb – talayan qüvvələr qanunları minir. Bakının harasında gəldi, mənşəyi bəlli olmayan bir göydələn əkirlər. Haşiyə: Əgər Bakıda yerə mıxlanan 15 – 16 mərtəbəli binalar Göy – dələn adlanırsa, bəs görəsən ABŞ – dakı 100 mərtəbəli binalar necə adlanır ? Sualın cavabını tapanlar Bakı meriyasına müraciət etsinlər. Ay balam, olmaz ki, həmin göydələnlərin yerinə bir şam ağacı basdırasınız. Yoxsa bar verməyən şam ağacları sizə xeyir gətirmir ? Ancaq yerə yıxılan göydələnlər dal cibinizə bolluca bar gətirir. Sonra da ilin axırında kreslolarınızda genəlib, ayağınızı ayağınızın üstünə aşırıb deyərsiniz ki, “ malades “ bizə. Bu ilki məhsuldarlıq əla olub. O məhsuldarlıq gözlərinizi o qədər yumub ki, Bakının seysmik zonada yerləşdiyini belə unutmusunuz. Bəs, qorxmursunuz ki, göyə uzatdığınız o zadlar bir gün yerə gələr və onları başınıza yıxar. Sonra da pəncərədən yox, göydən daş gəldiyini görüb başınızı tutarsınız... Bəzən Bakı meriyasının “ şəhəri gözəlləşdirmək “ adı altında şəhərimizə hücum planı mənə Hitler Almaniyasının SSRİ – yə hücumunu xatırladır. O zaman “ Barbarossa “ planı avtomatik olaraq “ Merbarossa “ planına transformasiya olunur. Düzdü həmin döyüşlərdə “ İldırım sürətli “ Alman maşınlarının planı puça çıxdı. Və Moskva Hitleri yerinə otuzdurdu. Ümid edək ki, Bakı meriyasının da hücum planı baş tutmayacaq. Köhnə Bakımızın yadigarları meriya üzərində qalib gələcək. Əziz Bakı sakinləri, fikirlərimin əğzi – məğzi budur ki, artıq qış yuxusundan oyanmaq vaxtıdır. Gəlin əl - ələ verib Qoşa Qala qapısında “ Bənövşə “ oyunu oynamayaq. Gəlin əl - ələ verib Köhnə Bakımızı göydələn sindromundan azad edək...!!! “ TOY “ UMUZ MÜBARƏK...!!!   Müəllif: Asəf Zeynallı
['Qız qalası', 'göydələnlər', 'Asəf Zeynallı']
4,671
https://kayzen.az/blog/maraqli-faktlar/7696/ilk-d%C9%99f%C9%99.html
İlk dəfə
umud600
Maraqlı faktlar
11 noyabr 2011, 22:31
* İlk dəmir yolu tunelini ingilislər 1826-1830-cu illərdə Liverpul ilə Mançester arasında salmışlar. Bu tunelin layihəsini Corc Stafenson vermişdir.* İlk yazı makinasını 1714-cü ildə İngiltərədə mühəndis Henri Mill yaratmışdır.*Dünyada ilk aptek 8-ci əsrdə Buxara və Bağdadda, 11-ci əsrdə isə Avropada Toledo şəhərində ( İspaniya ) yaradılmışdır.* İlk futbol komandası bir qapıçıdan, bir müdafiəçidən, bir yarımmüdafiəçidən və səkkiz hücumçudan ibarət olmuşdur.* Bizim eradan əvvəl 450-460-cı illərdə yaşamış Yunan tarixçisi Herodot özünün " TARİX " əsərində bitum və asfalt haqqında məlumat  vermişdir.    Slavyan ədəbiyyatında  " asfalt " sözünə 16-cı əsrə aid yazıda təsadüf edilir. İlk asfalt yollar Nyu-Yorkda, Bostonda (1872-1875 ) salınmışdır.* İlk dəfə kağız bizim eranın 105-ci ilində Çində Tsay Lun adlı şəxs tərəfindən yaradılmışdır. Avropaya onu ərəblər gətirmişdir.* 1045-ci ildə dəmirçi Bi Şen yanmış gildən, sonralar ağacdana. qalay və başqa metallardan hərflər hazırlamışdır. * İlk qədim kitab Çində 868-ci ildə yaradılmışdır. Onun müəllifi Bah Tsze olmuşdur.* İlk partlayıcı maddə 13-cü əsrdə Şərq ölkələrində kəşf edilmişdir. Avropada və Rusiyada isə partlayıcı maddə 14-cü əsrə aiddir.*Üz qırxdırmağın əsasını Yunan sərkərdəsi Makedoniyalı İsgəndər qoymuşdur. Müharibə zamanı əlbəyaxa döyüşündə düşmənin əsgərləri onun əsgərlərinin saqqalından yapışıb yerə yıxdığını görən İsgəndər əsgərlərə saqqallarını qırxdırmağı əmr etmişdir.* İlk svetofor dəmir yolunda tətbiq edilmişdir. Lakin müəllifi məlum deyil. 1868-ci ildə ingilis mühəndisi Hayt onu Londonda parlament binasının qarşısında meydana qoymuşdur. SSRİ-də svetofordan 1924-cü ildə Moskvada Kuznetski körpüsündə və Petrovkada istifadə olunmuşdur.* Ədəbiyyatda ilk dəfə " qlobus " sözünə bizim eranın 2-ci əsrində rast gəlirik. Lakin o vaxt qlobusun özü olmamışdır. İlk qlobusu 1492-ci ildə alman geoloqu Bexayon hazırlamışdır. Rusiyada isə ilk qlobus hazırlanmasına 17-ci əsrin sonunda, 18-ci əsrin əvvəlində təsadüf edilir. İlk qlobusun diametri 91,4 sm olub. Onu Pskov şəhərində Karp Maksimov hazırlamışdır. Maksimov bu qlobusu Birinci Pyotra hədiyyə etmişdir.* Sovet alimi Tixomirov 1921-ci ildə ilk dəfə olaraq reaktiv artilleriya silahının yaradılmasını təklif etmişdir. Sonralar Petropavlovski, Langemak, Artemyev, Klfymenova və s. artilleriyanın inkişafında böyük xidmətlər göstərmişlər. İlk dəfə təxəllüslə çıxış edən müəllif eramızdan əvvəl 6-5-ci əsrlərdə yaşamış Yunan komediyaçısı Aristofan olmuşdur.
['tarix', 'xronologiya']
4,672
https://kayzen.az/blog/burcler/7695/stress-v%C9%99-b%C3%BCrcl%C9%99r.html
Stress və bürclər
ayxansevda
Bürclər və onların xüsusiyyətləri
11 noyabr 2011, 20:25
Qoc bürcü (21 mart — 20 aprel) Qoç bürcünə stress və ekstrim demək olar ki, vacibdir. Bu onlar üçün adrenalin mənbəyidir, həmçinin onların gücünü sərgiləmək üçün əla bir haldır. Qoçlar çətin vəziyyətlərdən tez çıxmaq, imkansızlara və zəiflərə kömək etməkdən zövq alırlar. Bu bürcün nümayəndələri sonadək mübarizə aparırlar – həm fiziki, həm də psixoloji.Buğa bürcü (21 aprel — 21 may)Buğa bürcünün nümayəndələri stress halları zamanı özlərinə uzun müddət gələ bilmirlər. Dərt – kədər onları bürüyür. Bu halla buğalar mübarizə belə aparmağı xoşlamırlar, bir kənarda oturub təhlükənin keçməsini gözləyirlər. Buğaların ən böyük silahı – səbrdir. Əkizlər 22 may — 21 iyunƏkizlər bürcü çətinliyə düşən kimi həyacanlanmağa başlayırlar və dərhal stress halına düşürlər. Əkizlər dərhal uzağa qaçmağa çalışırlar, lakin psixoloji stresdən uzağa qaçmaq olmaz. Onlarda güclü streslər, dəliliyə belə gətirib çıxarda bilir. Lakin əkizlərin bir xüsusiyyəti var ki, onlar qaranı ağ kimi qəbul edə bilir və hər şeyin yaxşı olacağına inandıra bilirlər özlərini.Xərçəng 22 iyun -22 iyulXərcəng bürcü stress zamanı hətta xəstələnə bilirlər. Təhlükə zamanı dərhal özlərinə qapanır bu bürclərin nümyəndələri. Talehin zərbələrinə davamlıdır xərçənglər və ailənin bütün zərbələrini öz üzərilərinə götürə bilirlər.Şir 22 iyul- 23 avqustŞir bürcündən olanlar üçün stress qıcıqlandırıcı bir haldır. Bu onlar üçün adrenalin ola bilər, lakin müəyyən həddə qədər. Artıq bu hal onları narahat etməyə başlayanda, bu bürcün nümayəndələri öz xeyirləri naminə satqınlığa gedə bilərlər, alçala bilərlər. Ən əsası odur ki, belə hallarda şirlər tez bir zamanda özlərini təmizə çıxarda bilirlər.Qız 24avqust -23 sentyabrQız bürcünün nümayəndələri stress hallarına həmişə hazırdılar. Onlara görə həyat o qədər də asan deyil. Qızların əsas məqsədi çətinlikəri dəf etməkdir. Stress zamanı bu bürcün nümayəndələri sağlıqlarına ziyan verirlər, həmçinin ətraf insanlar da bundan nəsibini alırlar. Qızlar bütün günahı digər insanlarda görürlər, onlar fikrincə məhz siz səhvə yol verməsəydiniz, belə hallar olmazdıTərəzi 24 sentyabr — 23 oktyabrTərəzi və stress bir birinə zidd olan şeylərdir. Bu hal tərəzilər üçün dözünülməzdir, onlar bu zaman öz psixikalarına cavabdeh belə ola bilmirlər. Onlar dərhal panikaya və təşvişə düşürlər. Burada əlbəttə satqınlığa da yol verənlər olur. Bir çoxları üzlərini itirməsələr də, sağlıqlarına 100% zərər verirlər. Tərəzilər üçün ən yaxşı variant kiminsə arxasında gizlənmək olur.Əqrəb 24 oktyabr — 22 noyabrƏqrəblər acı hisslərlə dolurlar. Bu bürcün nümayəndələri stress halından belə divident götürə bilirlər. Neqativ halda əqrəb insanı “sanca” bilər, pozitiv olduqda isə o, səni xilas belə edə bilər. Bir çox acı xasiyyətli əqrəblər, təhlükə qarşısında “mələyə” dönürlər.Oxatan 23 noyabr — 21 dekabrOxatanlar həmişə mübarizəyə hazırdılar. Lakin qələbə tezliklə əldə olunmasa o, “döyüş zonasından” qaçır və bir çox zaman bunu tək edir. Bu bürcün nümayəndələri bir qayda olaraq, vicdan məsələlərində özlərini azad hiss edirlər.Oğlaq 22 dekabr — 20 yanvarOğlaqlar bütün bürclərə dayanıqlılıq və səbr dərsi verirlər. Oğlaqlar stresə ən çox tab gətirə bilən bürcdürlər. Onlar sanki bütün zərbələrə davamlı bir “dağdırlar”. Onlara həmişə güvənmək olar. Lakin oğlaqlardan incəliyi gözləmək lazım deyil, onlar bir çox zaman ətrafdakıları onlara borclu hiss etmək üçün sevirlər.Dolça 20 yanvar — 19 fevralDolça bürcünün nümayəndələri hər bir stress vəziyyətindən orijinal çıxış yolları tapa bilirlər və yalnız özləri üçün yox. Onları özlərini xilas etməyə çağırmaq mənasızıdır.Balıqlar 20 fevral — 20 martBalıqlar bürclərin ən qəmli nümayəndələridirlər. Onlar stress hallarına həmişə hazırdılar, ağlamaq üçün səbəb axtarırlar. Onlar hətta özgə insanların kədərinə ağlamağa hazırdılar. Balıqlardan kömək gözləmək mənasızdır. 
['bürclərin xasiyyəti', 'stress və bürclər', 'bürclərin mənfilikləri']
4,673
https://kayzen.az/blog/poeziya/7693/d%C9%99li-olma%C4%9F%C4%B1ma-bir-add%C4%B1m-qal%C4%B1b-%7C-z%C9%99limxan-yaqub.html
Dəli olmağıma bir addım qalıb | Zəlimxan Yaqub
Shabnam_Ilham
Poeziya
10 noyabr 2011, 23:31
Bilmirəm heç nəyi, lələ, bilmirəm,Mən kiməm, nəçiyəm, hələ bilmirəm.Getmişəm, özümə gələ bilmirəm,Dəli olmağıma bir addım qalıb.Ömrümün bu yaşda nağılına bax,Nağıldı, ay Allah, nağıl, ona bax!Ağılsız eşqimin ağılına bax,Dəli olmağıma bir addım qalıb.Əl açar, sevgimin əli utanmaz,Xırmanı iş görər, vəli utanmaz.Yiyəsi utanar, dəli utanmaz,Dəli olmağıma bir addım qalıb.Bilmirəm, heç neçə yaşındayam mən,Eşqin iştahında, aşındayam mən.Uçrumun, yarğanın qaşındayam mən,Dəli olmağıma bir addım qalıb.İşarə yıxacaq, him aparacaq, Əlimi saz yeyib, sim aparacaq.Məni evimizə kim aparacaq?Dəli olmağıma bir addım qalıb.Məcnun dərs oxuyub- kitabı Leyli,Məcnun sərxoş olub- şərabı Leyli,Məcnun dərdə düşüb- əzabı Leyli,Dəli olmağıma bir addım qalıb.Gülməsin bu halda məni görənlər,Tər çiçək nədirsə, bilir dərənlər.Ayılın, ay mənə ağıl verənlər,Dəli olmağıma bir addım qalıb.Görüş sevincindi, həsrət ahındı,Sevənlər sevgili bir dərgahındı.Zəlimxan, mən kiməm, hökm Allahındı,Dəli olmağıma bir addım qalıb.Zəlimxan Yaqub
['şeir', 'Zəlimxan Yaqub']
4,674
https://kayzen.az/blog/poeziya/7691/a%C4%9Fla-g%C3%B6zl%C9%99rim-n.k%C9%99s%C9%99m%C9%99nli.html
Ağla gözlərim/N.Kəsəmənli
bahar
Poeziya
10 noyabr 2011, 23:09
Bu dərdin qoynuna özün atıldın,Bəs niyə günəştək birdən tutuldun?Sən gördün,sən sevdin,sən aldadıldın,İndi peşimansan ,ağla ,gözlərim.Fəryadım hər sözə kiriyən deyil,Qəlbimdə yurd salıb,yeriyən deyil,Kədərim gülüşlə əriyən deyil,Ümidsiz gümansan,ağla,gözlərim.  Hərdən bulud kimi boşaldın,doldun,Qəmli baxışınla yollarda qaldın,Sevdin,sevdiyinə peşiman oldun,İndi ah-amansan ,ağla ,gözlərim.Axıb gilə-gilə durulacaqsan,Yollara baxmadan yorulacaqsan.Ağlaya-ağlaya kor olacaqsan,Qara bir dumansan,ağla,gözlərim
['Poeziya', 'Nüsrət Kəsəmənli']
4,675
https://kayzen.az/blog/aforizmler/7690/s%C3%B6z-haqq%C4%B1nda.html
Söz haqqında
umud600
Hikmət dənizi və aforizmlər
10 noyabr 2011, 23:04
Mən gözəl bir süfrə açdım sözdən əhli-aləmə,Onda min zövq artıran hər dürlü nemət düzmüşəm.Kim gəlir-gəlsin- aparsın hər nə istər xatiri,Qurtaran nemət deyil, süfrəmdən olmaz heç nə kəm!    ( Məhəmməd Füzuli: Azərbaycan şairi və mütəfəkkiri )Hər sözün xüsusi bir ölçüsü var,Ölçüsüz söylənən söz qulaq yırtar.Bir söz ki, qaşlara düyün vuracaqGözəl söz olsa da, söyləmə, burax!    ( Nizami )Aristotel " Gözəl söz nədir?" sualına cavab olaraq " Məntiqə uyğun, qulaq asanları inandıran, eyni zamanda heç kəsin xətrinə dəyməyən söz gözəldir" demişdir.   ( Şarl Aleksandr Kalonn: Fransa dövlət xadimi ) Söz dərman kimidir- qədərindəolsa, müalicə edər; qədərini aşsa, öldürər.   ( Viktor Kambon )Söz ilə öldürmək də olar, xilas etmək də. Söz ilə bir ordunu ardınca aparmaq da olar, tək-tənha qalmaq da.   ( İohann Şefler: Alman filosofu)Səmimiyyətlə deyilən söz ürəklərətez yol tapar.   ( jan Labrüer )Söz mənadan asılıdır, məna sözdən hər zaman,Bir-birindən asılıdır, necə ki, cism ilə can.   ( Məhəmməd Füzuli )Budur cahanda mənim ən bəyəndiyim məslək, Sözüm odun kimi olsun, həqiqət olsun tək.   ( Mehmet Arif Ersoy: Türk istiqlal şairi )Deyilən hər söz içindən çıxdığı qəlbin qiyafəsini içində daşıyar.   ( Ataullah İsgəndəri: İslam alimi )
['Aforizmlər', 'Söz']
4,676
https://kayzen.az/blog/maraqli-faktlar/7689/%C9%99n-b%C3%B6y%C3%BCk-v%C9%99-%C9%99n-ki%C3%A7ik.html
Ən böyük və ən kiçik
umud600
Maraqlı faktlar
10 noyabr 2011, 21:23
Dünyanın ən böyük zənglərindən biri 1404-cü ildə Pekində qurulmuş zəngdir. Onun ağırlığı 42 ton, uzunluğu isə 7 m-dir.Ən bahalı minik maşınını ingilis firmalarından biri düzəltmişdir. Bu maşının kabinəsində hərlənən oturacaqları olan televizor və qoz ağacından çarpayı vardır.Dünyada ən böyük kinoekran Hollandiyada qurulmuşdur. Onun ölçüsü 23*17 metrdirDünyada ən böyük kitab cildi " Britaniya parlamentinin 1800-1900-cü illəri aktları " dır. Bu cildlərin çəkisi 31 tondur. Bunu ancaq vərəqləməyə 6 il vaxt lazımdır.Portuqaliyanın Port şəhərində tələbə Viktor Antunen 190 metr uzunluğunda tort hazırlamışdır. Tortun hazırlanmasına 40 saat vaxt və 1350 kq müxtəlif məhsullar sərf olunmuşdur.Fransız mütəxəssisləri metal hissələrdən hazırlanmış 7,3 metr hündürlüyü  və 6,2 metr diametri olan dünyada ən böyük çələng hazırlamışlar. Çələngdə 20 növ çiçəkdən 4000 çiçək, 2000 budaq vardır. Dünyada ən böyük avtomobil yolu Panamerka şossesidir. Onun uzunluğu 27387 kilometrdir. Yol Alyaskadan başlayıb Çilidə qurtarır. Ən enli küçə isə Braziliyanın paytaxtındadır, onun eni 2400 metrdir.Təsəvvürə gətirilə biləcək ən kiçik kitabxana 1900-cü ildə Parisdə Ümumdünya sərgisində nümayiş etdirilmişdir. Hündürlüyü 50 sm, eni 30 sm olan bir kitab şkafına 15000 kitab yerləşdirilmişdi.Ən böyük kitab 17-ci əsrdə nəşr olunmuş və Berlin Dövlət Kitabxanasında saxlanılan coğrafiya atlası sayılır. Bu cildin hündürlüyü 2m, eni 1 m-dir.Dünyada ən böyük qadın ayaqqabısı Yaponiyada hazırlanmışdır. Onun uzunluğu 160 sm, hündürlüyü 60 sm, çəkisi isə 8 kq-dır.Dünyada ən bahalı şəkil Leonardo da Vinçinin " Mona Liza " əsəridir ( 1503-1507 -ci illər). ABŞ mütəxəssisləri bu şəklə 100 000 000 dollar vermişlər.Dünyada ən bahalı kitab isə Amerika muzeylərinin birindən 200 000 dollara alınan Tövratdır.
['ən böyük zəng', 'ən böyük kitab', 'ən uzun tort..']
4,677
https://kayzen.az/blog/aforizmler/7688/t%C9%99nhal%C4%B1q-haqq%C4%B1nda.html
Tənhalıq haqqında
umud600
Hikmət dənizi və aforizmlər
10 noyabr 2011, 20:40
Mən tək olan zaman fikirləriminHər biri yanımda bir adam olur.   ( Bəxtiyar Vahabzadə )Yol yoldaşın sənə tay deyilsə, üstəlik, nadandırsa, onda yola tək çıxmağın yaxşıdır.   ( Françesko Dürante: İtalyan bəstəkarı )İnsanlar körpü salmaq əvəzinə hasar çəkdikləri üçün tənha qalırlar.   ( İsaak Nyuton )Bu dünyada hökmən bir həmdərdiniz olmalıdır: yoxsa məhv olarsınız.   ( Ernest Heminquey: Amerika yazıçısı )Bu dünyada insanı tənhalıq hissi qədər əzən ikinci bir şey yoxdur.   ( Naməlum )Bəzən izdihamların içində belə təkbaşına qaldığımız vaxtlardan daha tənha oluruq.   ( Peyami Səfa: Türk yazıçısı )Sevilməyən bir insan hər yerdə və hər şeydə yalnızdır.   ( Jorj Sand: Fransız yazıçısı ) Həqiqi dostu olmamaq tənhalığın ən pisidir.   ( Frensis Bekon: İngilis alimi )Həqiqi dostunu itirən həqiqətən tənhadır.   ( Bekon )İnsanlar qorxaqların əhatəsində özlərini daha tənha hiss edirlər.   ( Kamyu )Tənhalıq təkcə Allaha yaraşır.   ( Bekon ) P.S. Siçanlar üzərində aparılan eksperiment göstərib ki, qrup halında yaşayanlarla müqayisədə, tənha yaşayan canlıların süd vəzilərində bəd xassəli şişlərin yaranma riski 84 dəfə artıqdır. Qeyd edək ki, alimlər siçanların orqanizm baxımından insanlara çox yaxın olduğunu bildirirlər.Mütəxəssislərin sözlərinə görə, daimi stress vəziyyətində olmaq da xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilir. Bu isə cəmiyyətdən təcrid olunmuş, özünə qarşı laqeydlik hiss edən insanlarda daha çox müşahidə edilir.
['aforizmlər', 'tənhalıq']
4,678
https://kayzen.az/blog/diplomatiya/5909/yaz%C4%B1l%C4%B1-korrespondensiya.html
Yazılı korrespondensiya
rokfeller
Diplomatiya
10 noyabr 2011, 20:36
(a) Üçüncü şəxsdə rəsmi nota Rəsmi nota diplomatik nümayəndəlik və xarici işlər Nazirliyi arasında ənənəvi məktublaşma üsuludur. Nota hamıya bəlli olan beynəlxalq dildə, milli gerblə bəzədilmiş rəsmi blankda, ünvan göstərilməklə çap edilir və aşağıdakı şəkildə başlayır: __________ səfirliyi xarici işlər Nazirliyinə öz dərin ehtiramını bildirir və Sizi _________ haqqında məlumatlandırmaqdan [yaxud] Sizin diqqətinizə _________ çatdırmaqdan şərəf duyur. Sonra notanın məzmunu gəlir və sənəd aşağıdakı formula ilə bitir: Səfirlik fürsətdən istifadə edərək xarici işlər Nazirliyini öz dərin ehtiramından əmin edir. Tarix                   [göndərənin inisialı və səfirliyin möhürü] Bəzi dövlətlərdə (məsələn, Amerika Birləşmiş Ştatlarında) sonuncu nəzakət formulası buraxılır. Rəsmi nota eləcə də diplomatik missiyaların özləri arasında standart ünsiyyət formasıdır. (b) Verbal (imzasız) nota Verbal nota da üçüncü şəxs adından yazılır və adətən rəsmi notanın tərtib olunduğu formada hazırlanır. (c) Birinci şəxs adından rəsmi məktub (şəxsi müraciətnamə. Red. qeydi) Xarici işlər naziri ilə (diplomatik missiya başçısı tərəfindən) yaxud nazirlik təmsilçilərindən kiminləsə (missiyanın diplomatik korpus üzvləri tərəfindən) ünsiyyətin daha az formal üsulu, birinci şəxs adından yazılan məktubdur. O yüksək keyfiyyətli yazı kağızında yuxarısında ünvan, tarix göstərilməklə yazılır və aşağıdakı Missiya başçısından xarici işlər nazirinə Diplomatik nümayəndəlik başçısı adından xarici işlər nazirinə rəsmi məktub, bir qayda olaraq, "Zati-Aliləri", yaxud bəzən sadəcə "Cənab..." sözü ilə başlayır. Sonra gəlir: ...şərəf duyuram Sonda yazılır: Zati-Aliləri, Sizi öz dərin ehtiramımdan əmin etmək üçün, bu imkandan istifadə etmək istərdim. Yaxud Zati-Aliləri, mənim ən xoş diləklərimi yenidən qəbul edin. [Göndərənin adı] Bəzən, Səfir və xarici işlər naziri arasında yaranmış münasibətdən asılı olaraq, məktub "Hörmətli Nazir" sözü ilə başlaya və "Sizin Sadiq" sözü ilə tamamlana bilər. Böyük Britaniyada daha az formal yanaşmaya önəm verilir, çünki burada nə ingilis nazirinə, nə də rəsmi şəxslərin heç birinə "Zati Aliləri" deyə müraciət olunmur. Əgər məktub "Zati-Aliləri" sözü ilə başlayırsa, o sonra da belə ciddi üslubda tamamlanmalıdır, məsələn: "Bizim hökumətimiz Zati-Alinizin təklifi ilə tanış oldu..." Amma belə gedişat cansıxıcı görünə bilər və gərəksiz ehtişamdan yan keçmək üçün ikinci şəxsdə daha adət olunmuş müraciətin (Siz, Sizin) istifadə olunması mümkündür. (d) Rəsmi şəxs - rəsmi şəxsə Bir qayda olaraq, rəsmi şəxslər arasında məktublaşma zamanı "Hörmətli (ünvan sahibinin adı)" müraciəti işlənilir və məktub "Sizin Sadiq (göndərənin adı)" sözləri ilə tamamlanır. (d) Şifahi müsahibələrin yazılı şəkildə verilməsi üsulları Diplomatik missiya başçıları çox vaxt öz hökumətlərindən akkreditasiya edildikləri dövlətin xarici işlər Nazirliyinə protest çatdırmaq yaxud hansısa məsələ üzrə izahat xahiş etmək tapşırığı alırlar. Bunun üçün şəxsən görüşə getmək tələb olunur ki, bu görüş vaxtı diplomat "öz sualını şərh edir" və o, gəlişinin məqsədinə dair heç bir şübhə yeri qoymamaq üçün, nazirlikdə öz qeydlərinin qısa izahını saxlayır. Buna aşağıdakı formada əməl oluna bilər: Yaddaş məktubu (aide-memoire), burada hökumətin nəzər nöqtəsi yaxud hərəkəti izah olunur ya da təklif qeyd olunur. “Aide-memoire" sərlövhəsi yazılır, sonda tarix göstərilir, ancaq ünvan göstərilmir və imza ilə möhür qoyulmur. Yaxud Kağız səhifəsi (bout de papier), burada mətn sərlövhəsiz, imzasız və tarixsiz göstərilir ki, zərurət yaranarsa onun mənşəyini inkar etmək mümkün olsun. Beləliklə, o, yaddaş məktubundan daha az rəsmi səciyyə daşıyır. Diplomatlar konfrans zamanı hansısa ehtiyatla yanaşmaq tələb olunan məsələnin müzakirəyə çıxarılmasını yaxud öz hökumətinin təlimatına əsasən həddən artıq incə və diplomatın tabeliyində olduğu xarici işlər nazirinin özünün toxunmaq istəmədiyi məsələyə görə protest çatdırmağı istəməyə bilərlər. Belə olan halda diplomat həmin məsələni özü müzakirə edə və problemin qeyri-müəyyən şəkildə şərh edildiyi qeyri-rəsmi kağız (non-paper) saxlaya bilər. (e) Notanın yaxud məktubun qəbul edilməməsi Əgər xarici işlər Nazirliyi hesab etsə ki, əcnəbi dövlət hökumətinin müraciətində təhqiramiz səciyyəli mülahizələr var, onda o, hətta bu müraciəti artıq alıb və onunla tanış olubsa belə, onu "qəbul etməkdən boyun qaçıra bilər". Bu cür durumlarda Nazirlik - yaxud nazir özü - müvafiq diplomatik nümayəndəliyin başçısını çağırır və onun hökuməti tərəfindən sənədin qəbul edilmədiyini ona bildirməklə, alınmış sənədi ona geri verir. Müəllif Ralf Corc Felthem Mənbə Diplomatın stolüstü kitabı
['diplomatik sənədlər', 'diplomatik yazışma', 'diplomatik münasibətlər', 'diplomatik sənəd']
4,679
https://kayzen.az/blog/yeni-tarix/7548/fransada-konsulluq-v%C9%99-i-imperiya-d%C3%B6vr%C3%BC.html
Fransada konsulluq və I İmperiya dövrü
luminat
Yeni tarix
9 noyabr 2011, 21:44
Yakobin diktaturası devrildikdən sonra başlanan dövr mövcud tədqiqatlarda Direktoriya dövrü (1794­1799-cü illər) kimi səciyyələnir və bu dövrdə Fransada xarici siyasət məsələləri 5 direktordan birinin səlahiyyətlərinə daxil idi. Lakin xarici siyasətlə bağlı hər hansı qərar ümumi razılığa əsasən qəbul olunurdu. Direktoriyanın hakimiyyətə gəlməsi Fransa ətrafında koalisiya qüvvələrinin fəaliyyətini zəiflətdi. II Yekaterinanın tapşırığı ilə Rusiya donanması Peterburqa qayıtdı və imperatriça bəyan etdi ki, Fransanın ətrafında koalisiya saxlamağa ehtiyac yoxdur.  Direktoriya özü inqilabı məhv edəcək. Doğrudan da, 1794-1795­ci illərdə Direktoriya inqilab dövründə qəbul edilmiş bir sıra qanunları, hətta Yakobin konstitusiyasını ləğv etdi. Fransada irticaçı rejim qurulmağa başladı. 1796-cı ildən etibarən Direktoriyanın özünün də mövqeləri zəiflədi. Çünki ayrı-ayrı sərkərdələrin Qanunverici məclis üzərində hakimiyyəti güclənməkdə idi. Direktoriya vaxtilə Fransanın siyasi həyatında mühüm rol oynamış xadimləri geri qaytarmaqla öz mövqelərini möhkəmləndirməyə çalışırdı. Bunlardan biri də Taleyran idi. 1796-cı ilin iyununda Parisə qayıdan Taleyran Direktoriyanın xarici işlər naziri postunu tutur və çox tezliklə I Napoleonla yaxınlaşmağa müvəffəq olur. Lakin Direktoriya hakimiyyətini heç kimlə bölüşdürməyə hazırlaşmadığına görə, bir sıra siyasi xadimlər, o cümlədən Napoleon Fransadan uzaqlaşdırılır və Misir ekspedisiyasına göndərilir. Məlum olduğu kimi, I koalisiya qüvvələri 1797-ci ilin əvvəlləri üçün sıradan çıxarılmışdı. Bunun nəticəsində 1797-ci il oktyabrın 17-də Kompo Fomino adlanan yerdə Fransa ilə koalisiya qüvvələri arasında sülh müqaviləsi imzalandı. Bununla da I koalisiya dağıldı. Fransa işğal etdiyi bir sıra ərazilərin ( Belçika, Reynsahili) sahibinə çevrildi və qısa müddətə olsa da fasiləəldə etdi. I koalisiya qüvvələrindən yalnız İngiltərə Fransa ilə sülh müqaviləsi imzalamadı və II koalisiyanın yaranması uğrunda siyasi mübarizəyə başladı. II koalisiya tezliklə 1798-ci ilin yazından etibarən formalaşmağa başladı. Onun tərkibindəİngiltərə, Rusiya, Avstriya, İsveç, Türkiyə və Neopolitan krallığı daxil idi. Lakin II koalisiyanın daxilində birlik yox idi və təsadüfi deyildi ki, 1800-cü ilin əvvəllərində dağıldı. 1801-ci ilin fevralında Fransa ilə Avstriya arasında Lyunevill sülh müqaviləsi, 1802-ci ilin martında isə Fransa ilə Ingiltərə arasında Amyen sülh müqaviləsi imzalandı ki, bununla da Napoleonun Avropada işğalları tanındı. Fransanın siyasi həyatında XVIII əsrin 90-cı ilin sonunda baş vermiş hadisələrin əksəriyyəti Taleyranın adı ilə bağlı idi. Taleyran Direktoriyanın içərisində nifaq yaratmağa müvəffəq olmuşdu. Məhz Taleyranın fəaliyyəti nəticəsində Napoleon Fransada baş verən hadisələrdən xəbərdar olmuş, Direktoriyanın nüfuzunun zəifləməsini yeni hakimiyyətin yaradılması üçün şans kimi dəyərləndirmiş və 1799-cu ilin noyabrında 30 minlik qüvvəni Misirdə taleyin ümidinə buraxaraq Fransaya qayıtmışdı. 1799-cu il noyabrın 9-da Parisdəki silahlı qüvvələrin baş komandanı təyin edilən I Napoleon hərbi çevrilişi həyata keçirdi. Qanunverici korpusun iclasları Parisin yaxınlığındakı Sen-Klu şəhərciyinə köçürüldü. Hakimiyyət üç konsula verildi. Birinci həlledici, II və III konsullar isə məşvərətçi səsə malik idi. Icraedici hakimiyyət bütünlüklə, qanunverici və məhkəmə hakimiyyəti isə qismən I konsula məxsus idi. Son dərəcə qısa müddətdə konsulluq dövlətinin konstitusiyası hazırlandı. Hər bir konsulun adı birinci dəfə üçün konstitusiyaya salındı. Konsulların səlahiyyət müddəti 10 il müəyyənləşdirildi və 1793-1795-ci illərdəki konstitusiyada olan demokratik bəndlərin hamısı 1799-cu il konstitusiyasından çıxarıldı. Konsulluq dövrünün xarici işlər naziri isə Taleyran Periqor oldu. Konstitusiyaya görə, 21 yaşına çatmış bütün kişilər seçki hüququna malik olurdu, lakin seçicilər birbaşa deputat yox, deputatlığa namizədləri seçirdilər. Qanunıericilik Senata həvalə olunmuşdu. Onun üzvləri Napoleon tərəfindən təyin olunmuşdu. Bütün nazirlər I konsula tabe idilər. Yeni Konstitusiya plebisit yolu ilə (ümumxalq səsverməsi) təsdiq olunmuşdu. Əslində xalq Napoleona səs verir, onu xilaskar kimi görürüdü. 1802-ci ildə keçirilən yeni plebisit Napoleonu ömürlük I konsul təyin etdi. Napoleon özünə dayaq yaratmaq məqsədilə hələ 1802-ci ildə mühacir-zadəganlara amnistiya verdi. İnqilab illərində ölkədən qaçmış zadəganlar geri qayıtmağa başladı. I Napoleon həvəslə zadəgan titulları paylayırdı. Belə ki, təkcə 1808-1814-cü illər arasında 3600 zadəgan titulu verilmişdi. 1805-ci ildə Napoleon özünü İtaliyanın da kralı elan etdi. Konsulluq və imperiya illərində mərkəzləşmiş bürokratik dövlət aparatı qəti şəkildə bərqarar oldu. İnqilab illərində yaradılmış seçkili idarə orqanları qəti şəkildə aradan qaldırıldı. Perfektura sistemi yaradılmışdı. Deportamentlərin polis idarələrinin başında perfektlər dururdu, departamentlərdəki icra və qanunvericilik funsiyaları onun əlində cəmləşmişdi. Ölkədə tədricən hərbi-bürokratik diktatura qurulur, bütün demokratik təsisatlar ləğv edilirdi. 1800-ci ildə ölkədəki 73 qəzetdən 60-ı bağlanmışdı. Ali və orta təhsil, elm ocaqları nəzarətə götürülürdü, son dərəcə qüvvətli polis aparatı yaradılmışdı. Napoleonun yaxın adamı Buşye polis naziri təyin edilmişdi. XVIII əsrin sornlarından etibarən Fransa sənaye inqilabının başlanması mərhələsinə daxil olmuşdu. 1800-cü ildə Fransa bankı, 1810-cu ildə isə iki şura: ticarət üzrə və fabrik-monufaktura üzrəşuralar yaradılmışdı. 1804-cü ildə vətəndaş kodeksi qəbul olunmuşdu ki, bu da sonradan Napoleon kodeksi adlandırıldı. Kodeks şəxsiyyət toxunulmazlığını, vicdan azadlığını, qanun qarşısında vətəndaşların bərabərliyini, xüsusi mülkiyyət toxunulmazlığını elan edirdi. 1807-ci ildə Cinayət kodeksi, 1811-ci ildə isə Kommersiya kodeksləri qəbul edildi. I Napoleonun hakimiyyəti illərində bonapartizm bərqərar oldu.  Bonopartizm- Napoleon diktaturası burjua dövlətçiliyinin elə xüsusi formasıdır ki. burada burjuaziya siyasi hakimiyyətdə iştirak etməkdən uzaqlaşdırılmışdı. 1800-1801-ci illərdə Napoleonun daxili və xarici siyasəti sahəsində həyata keçirdiyi tədbirlər onun daxili və beynəlxalq mövqelərini xeyli möhkəmləndirdi. 1802-ci ildə plebistit yolu ilə Napoleon Fransanın ömürlük I konsulu təyin olundu. Tədqiqiatçılar Fransanın qələbələrini də, faciəsini də I Napoleonun adı ilə bağlayırlar. O, 1769-cu il avqustun 15-də Korsika adasında doğulmuş, 1821-ci il mayın 5-də isə Müqəddəs Yelena adasında vəfat etmişdi. 24 yaşında – 1793-cü il dekabrın 17-də Tulon şəhərinin azad edilməsində göstərdiyi şücaətə görə, kapitan rütbəsindən briqada generalı rütbəsinə yüksələn Napoleon özünü qısa müddətə həm istedadlı sərkərdə, həm də yaşanmaqda olan hadisələrin mürəkkəbliyindən baş çıxaran siyasətçi və dövlət xadimi kimi göstərə bilmişdi. Myurat, Davu, Lan və Ney kimi istedadlı fransız generalları Napoleon hərb məktəbinin yetirmələri idi. Cənazəsi 1840-cı ildə Parisə gətirilmiş və öz vəsiyyətinəəsasən, Sena çayının sahillərində dəfn edilmişdi. Napoleonun  xarici siyasətində başlıca uğurları Roma Papası ilə razılığa gəlməsi və mühacir zadəganlara amnistiya verməsi olmuşdu. Napoleon 1800-cü ildə Roma Papası ilə diplomatik danışıqlara başladı və 1801-ci ildə onların arasında konkordat imzalandı. Sənədə görə, Napoleon katolik məzhəbini Fransanın dövlət dini elan edirdi, əvəzində Papa müsadirə olunmuş bütün kilsə torpaqlarını yeni sahiblərinin mülkiyyətinə daxil olmasını qəbul edir və onların lənətlənməsi fikrindən imtina edirdi. Roma Papasının dəstəyi ilə Napoleon 1802-ci ildə özünün əbədi konsul seçilməsini reallaşdırmış, 1804­cü ilin mayında isə legitimliyi saxlamaq xatirinə Papanın razılığı iləİmperator titulunu qəbul etmişdi. 1803-cü ildən etibarən Fransa pulları üzərində Napoleonun şəkilləri əks olunurdu, onun ad günü milli bayram elan edilirdi. Napoleon İmperiyanın və konsulluğun sosial dayağını möhkəmləndirmək məqsədi ilə mühacir zadəganların amnistiya almasına imkan yaratdı. 36 min nəfər amnistiya aldı və bir çoxu öz vəzifəsinə qaytarıldı. Bununla belə, I Napoleonun Roma Papası ilə müttəfiqkiyi sonadək davam etmədi. Papa tədricən Napoleonun Avropada hegomonluq niyyətlərini məhdudlaşdırmağa çalışırdı. Buna görə də, I Napoleon 1809-cu ildə Roma Papasının 756-cı ildən bəri olan hakimiyyətinə son qoydu, Papa vilayətini Fransaya ilhaq etdi, bütün kardinalları Parisə köçürdü, Romanı imperiyanın ikinci şəhərinə çevirdi. Cavabında Papa VII Piy Napoleonu kilsədən xaric elan etdi və lənətlədi. Napoleon Papanı əvvəlcə Qrenobla, sonra isə Savona göndərdi ki, Papa burada nəzarət altında yaşamalı idi. Bu vəziyyət imperiyanın sonuna qədər davam etdi. Konsulluq dövründən etibarən Napoleon hakimiyyətinin legitimliyini Avropa dövlətlərinə qəbul etdirmək üçün həm nikah, həm də sülalə ənənələrinə müraciət etmişdi. Lakin İspaniya ilə sülalə müqaviləsini bərpa etmək mümkün olmadı. Əvəzində 1810-cu ildə Jozefinadan ayrılan Napoleon Avstriya şahzadəsi Mariya Luiza ilə evləndi və ondan qanuni varis əldə etdi. Napoleonun Avropa siyasəti güc və siyasətin sintezinə əsaslanırdı. Belə ki, artıq formalaşmış Bonapartizmin əsas xüsusiyyəti daxili və xarici siyasətdə inqilaba qədərki Fransanın mövqelərinin bərpa olunmasına yönəlmişdi. Inqilab dövründə yaranmış bir milyonluq Fransa ordusu Fransanın xarici siyasət uğurlarının başlıca vasitəsi idi. Məhz Napoleonun dövründə fransız respublikası öz mövcudluğunu Avropa dövlətlərinin hamısına qəbul etdirmişdi. Napoleonun xarici siyasətində mərkəzi yerlərdən birini də antifransız koalisiyasına qarşı mübarizə tuturdu. Kompo Fomino sazişindən sonra Avstriya I koalisiyanın üzvləri sırasından çıxarıldı. Lakin Rusiya diplomatiyasının siyasi və iqtisadi yardımı nəticəsində Avstriya çox tezliklə II koalisiyanın üzvləri sırasında göründü. Fransaya qarşı II koalisiyanın yaranması İngiltərənin fəaliyyəti ilə bağlıdır. 1798-ci ildə Napoleonun Misir ekspedisiyasına göndərilməsi İngiltərənin Fransaya qarşı mübarizə planlarına ümid və reallıq gətirmişdi. 1798-ci ilin iyunu üçün İngiltərə  Rusiya və Avstriya ilə olduqca fəal diplomatik danışıqlar aparırdı. I koalisiyadan fərqli olaraq II koalisiyada İngiltərə donanmasının hərbi əməliyyatlarda fəal iştirakı nəzərdə tutulurdu. Müttəfiqlik sazişi əvvəlcə İngiltərə və Rusiya arasında imzalandı. Sonra Avstriya, İsveç və Neapol krallığı bu sazişə qoşuldu. İtalyan knyazlıqlarını sazişə daxil etməkləİngiltərə Fransanın qüvvələrini parçalamağı nəzərdə tuturdu. Bu məqsədləİtalyan knyazlıqlarına maliyyə yardımından vəşantajdan istifadə olunurdu. Türkiyənin II koalisiyaya qoşulması Fransız donanmasının Türkiyə üçün yaratdığı təhlükə ilə bağlı olmuşdu. Lakin Türküyə fəal hərbi əməliyyatlarda iştirak etmədi. Koalisiya iştirakçılarının ayrı-ayrılıqda fəaliyyət göstərməsi və daxili ziddiyyətlərin mövcudluğu 1802-ci ildə II koalisiyanın da dağılmasına səbəb oldu. II koalisiyanın dağılması Napoleonun Avropa üzərində hərbi-siyasi üstünlüyü demək idi. Bu dövrdən etibarən I Napoleon Avropa hegemonluğu iddiasına düşmüşdü. 1803-1805-ci illər arasındakı dövrdə Napoleonun Avropadakı diplomatik uğurları və hərbi qələbələri yalnız İngiltərə və Rusiya tərəfindən etiraf olunmurdu. İmperiya dövrünün əvvəlindən etibarən Taleyranın məsləhəti iləİngiltərənin Avropa kontinentindən təcrid olunması planı hazırlanmağa başlamışdı. Napoleon 1805-ci il Trafalqar döyüşündən sonra xüsusilə açıq şəkildə İngiltərəyə qarşı iqtisadi blokada siyasətini yeritməyə başlamışdı. Bu dövrdə Avropanın cənubu və şimalındakı bir sıra ərazilər Napoleon imperiyasının tərkibinə qatılmış və bu imperiya 72 milyonluq əhalisi olan nəhəng bir dövlətə çevrilmişdi. Halbuki, Avropanın ən böyük ölkəsi olan Rusiyanın 36 milyon nəfər əhalisi var idi. Fransız siyasi xadimlərindən Syulli vaxtilə xəbərdarlıq edirdi ki, dövlət saxlaya biləcəyindən artıq əraziyə malik olduqda hökmən düşmən dövlətlərinin koalisiyası ilə üzləşir və yaranmış vəziyyətdən çıxış yolunu ancaq silah həll edir. Fransanın ərazisinə 1805-ci il üçün yalnız Avstriya və Prussiya, həmçinin Avropanın şimalındakı kiçik knyazlıqlar qatılmamışdı. Fransanın çox sürətlə La-Manş boğazına yaxınlaşması İngiltərəni ciddi şəkildə təhlükəsizlik tədbirləri görməyə vadar edirdi. I Napoleon məhz bu dövrdə “üç dumanlı gecə və, 30 000-lik ordu kifayətdir ki, İngiltərənin taleyi həll olunsun” demişdi. Çox tezlikləİngiltərə III koalisiyanın yaradıcılarından birinə çevrildi. Başlıca diplomatik danışıqlar yenə aralarındakı dərin ziddiyyətə baxmayaraq, Rusiya və İngiltərə arasında gedirdi. İngiltərə yaranmış şəraitdə Rusiyanın Cənubi Qafqaz ekspansiyası ilə barışmalı olmuşdu. İngilis diplomatiyası çalışırdı ki, Rusiyanın hərbi qüvvələri sürətlə öz mövqelərini dəyişərək Avropa sərhədlərinə keçirilsin. Rusiyanın hadisələrə müdaxiləsi xüsusilə rus sərkərdəsi A.Suvorovun 1799-cu ildə And dağlarından keçidi ilə əlaqədar xeyli güclənmişdi və bu Fransanın daimi narahatlıq mənbəyi idi. III koalisiyada Avstriya və Prussiyanın iştirakına imkan verməmək üçün Napoleon əsas diqqəti hərbi sahəyə yönəltməli olmuşdu. Yaranmış şəraitdə ilk növbədə İngiltərə ilə Rusiya arasında yeni koalisiyanın yaradılması ilə bağlı danışıqlar intensivləşdi. Rusiya diplomatiyasının səyləri ilə 1804-cü ilin mart-aprelində Danimarka və Prussiya, ilin sonunda isə Avstriya vəİsveçrə birgə müdafiə haqqında konvensiyalar imzalandı. 1805-ci ilin aprelində Peterburqda analoji konvensiya İngiltərə ilə Rusiya arasında imzalandı. 1805-ci ilin sentyabrında Türkiyə III koalisiyaya qoşuldu və Rusiya ilə müttəfiqlik müqaviləsi imzaladı. Səbəb Fransanın Misirə müdaxiləyə hazırlaşması ilə bağlı idi. Neopolitan krallığının qoşulması ilə bağlı koalisiyanın yaradılması prosesi başa çatdı. Koalisiya qüvvələrinin dislokasiyası I Napoleonu son dərəcə sürətli hərəkət etmək vəzifəsi qarşısında qoydu. Trafalqar döyüşündə (1805, oktyabr) məğlubiyyətinə baxmayaraq, Austerlis döyüşündə (1805. dekabr) müttəfiqləri məğlubiyyətə uğradan I Napoleon III koalisiyanı da dağıtmağa müvəffəq oldu. 1806-cı ilin sentyabrında I Napoleona qarşı IV Koalisiya yaradıldı. Onun tərkibində Prussiya, Rusiya, İngiltərə vəİsveç daxil idi. Avropanın şimalına doğru Fransa qoşunlarının sürətli hərəkəti nəticəsində 1806-cı il noyabrın 19-da Berlin tutuldu. Noyabrın 21-də Napoleon burada 2 tarixi sənəd imzaladı: Müqəddəs Roma imperiyasının buraxılması haqqında dekret. Bu sənədə əsasən 962-ci ildə yaranan və tarixi ədəbiyyata I Reyx adı ilə daxil olan imperiyaya son qoyuldu. Napoleon eyni zamanda özünü həmin imperiyanın varisi kimi apararaq bir sıra öhdəliklər götürdü, o xüsusi ilə parçalanmış alman knyazlıqları ilə bağlı idi. Kontinental blokada siyasəti haqqında dekret imzalandı. Həmin dekretə görə, Avropa kontinentindəki müstəqil və yarımmüstəqil dövlətlərin hamısı İngiltərə ilə siyasi, iqtisadi və ticarət əlaqələrini kəsirdilər. Rusiya yalnız Tilzit sülhündən (1807, iyul) sonra həmin siyasətə qoşulmuşdu. İngiltərə mallarının əsas alıcıları Avropa dövlətləri idi. İngilis mahudu və kanatı Avropa dövlətlərinin hamısının hərbi bazasına daxil idi. Lakin Avropa tarixində qaçaqmalçılıq heç zaman 1806-1809-cu illər arasında olduğu qədər olmamışdı. Ona görə də, Kontinental blokada siyasəti İngiltərə mallarına görünməmiş yüksək qiymət gətirdi. Digər tərəfdən bu siyasət Rusiya tacirlərinə olduqca ağır zərbə endirirdi. Napoleon Rusiyanın başının cənubda hərbi əməliyyatlara qarışmasından məharətlə istifadə edirdi. Məlum olduğu kimi, Avropada dramatik hadisələrin genişləndiyi dövrdə Rusiya cənubda İran (1804-1813) və Türkiyə (1806-1812) ilə müharibələr aparırdı, buna görə də, Avropa siyasətində hərbi əməliyyatlarla yanaşı, diplomatiyaya da ciddi fikir verirdi. Aparılmış hərbi əməliyyatlardakı uğurlara, diplomatik danışıqlardakı üstünlüklərə (xüsusilə Tilsit sülhündən sonra) baxmayaraq, Napoleonun Avropa hegemonluğuna nail olması reallaşmadı. 1807-ci ilin sentyabrında imperatorların Erfrut görüşündən sonra Taleyran Rusiyaya Fransa ilə müttəfiqlik münasibətlərinə girməməyi tövsiyə etmiş, I Aleksandr bunu nəzərə almışdı. IV koalisiyanın hərbi əməliyyatlarda uğursuzluğunu çox tezliklə Rusiyanın Fransaya münasibətdə götürdüyü siyasi xətti dəyişməyə vadar etdi. Nəticələrindən asılı olmayaraq rus və fransız imperatorlarının Erfrut görüşü bunun siyasi təsdiqi idi. Koalisiya iştirakçılarından yalnız İngiltərə ona ayrılmış tale ilə barışmadı və aralarında ciddi ziddiyyətlərin olmasına baxmayaraq Rusiya ilə yaxınlaşmaq üçün müxtəlif faktorlardan istifadə etdi. İngiltərə Türkiyəyə təzyiq göstərərək Cənubi Qafqazdakı hərbi əməliyyatların başa çatmasında müəyyən rol oynadı. İngiltərənin Rusiya ilə danışıqlarının başlıca məqsədi Rusiya hərbi qüvvələrinin pərakəndəliyini aradan qaldırmaq və onları Napoleon Fransasına qarşı yönəltmək idi. Yaranmış şəraitdə 1808-ci ilin sonu 1809-cu ilin əvvəllərində Fransaya qarşı V Koalisiya yarandı. Bu koalisiya Avstriya vəİngiltərə hərbi-siyasi ittifaqına əsaslanırdı. Koalisiya qüvvələri demək olar ki, hərbi əməliyyatlarda iştirak etmirdilər. Bu Avstriyanın ağır məğlubiyyətinin başlıca faktoru idi. 1809-cu ilin oktyabrında Avstriya ilə Fransa arasında Şenbun müqaviləsi imzalandı. V koalisiya dağıldı. Napoleon dönə-dönə qeyd edirdi ki, onun Avropa hegemonluğunun reallaşmasına mane olan Rusiyadır və Rusiyanın aradan qaldırılması üçün Napoleonun siyasi tədbirləri çox tezliklə hərbi təzyiqləəvəzləndi. 1812­ci ilin yazı üçün Rusiya sərhədinə Fransanın 640 min nəfərlik ordusu toplaşmışdı. Halbuki, Rusiyanın hərbi qüvvələri I Aleksandrın komandanlığı altında 3 hissəyə parçalanmış və Rusiyanın qərb sərhədləri boyunca səpələnişdi. Rus ordusunun Baş qərargahına şotland mənşəli Barklay de Tolli başçılıq edirdi. General A.R.Tormasovun ordusu cənub cinahda idi. General Rumyantsevin ordusu isəşimaldan Fransaya qarşı əks cəbhədə yerləşmişdi. Hətta rus qoşunları vahid cəbhədə yerləşsəydi belə, cəmi 230-240 min nəfərlik heyətə malik idi ki, bu da Napoleonun qüvvələri ilə müqayisədə olduqca az idi. Napoleonun Rusiyaya yürüşü 1812-ci ilin iyun-dekabr aylarını əhatə edir. İyulun 24-də Neman çayını keçən fransız qoşunları böyük qələbələr əldə etsələr də üç cəbhəyə bölünmüş rus ordusunun M.İ.Kutuzovun rəhbərliyi altında birləşdirilməsinə mane ola bilmədilər. Borodino döyüşündən sonra rus qoşunlarının əks hücumu başladı. Tədricən I Napoleonun müttəfiqləri ondan uzaqlaşmağa başladılar. 1812-ci il dekabrın sonuna qədər davam edən döyüş əməliyyatlarından sonra Napoleonun Avropa cahangirliyinə meydan verən ordusundan cəmi 3000 nəfərlik dəstə Berezna çayını keçərək Fransaya qayıda bilir. Napoleon ordusunun Rusiyada məğlubiyyəti bütün Avropada mili-azadlıq hərəkatına təkan verdi. M.İ.Kutuzovun rus ordusuna komandanlığından sonra Borodino döyüşündə Rusiya qüvvələri ilə Fransa qüvvələri arasında tarazlıq yarandı və Rusiya Napoleon Fransasına qarşı yeni koalisiyaya rəhbərliyi öz əlinə götürdü. Rusiyanın Avropa yürüşünün başlanmasından sonra ilk növbədə Prussiya hərbi əməliyyatların iştirakçısına çevrildi. 1813-cü ilin yanvar-fevralı üçün Rusiya yeni antifransız koalisiyasının təşkilatçısına çevrildi, VI koalisiya yaradıldı. Onun tərkibinə İngiltərə, Rusiya, İsveç, Avstriya, Prussiya, İspaniya və Portuqaliya daxil idilər. Bu zaman koalisiyanı yaratmaqla Rusiya iki məqsəd güdürdü: − Napoleon ilə mübarizəni sona çatdırmaq üçün hərbi qüvvələrin mərkəzləşməsi və vahid idarəçiliyə nail olmaq; − Napoleon ilə Avropa dövlətlərindən hər hansı biri arasında separat danışıqların və sülhün bağlanmasına imkan verməmək. I Aleksandr hər iki məqsədin reallaşması üçün Varşavada liderlərin görüşünün keçirilməsini planlaşdırırdı. Lakin M.İ.Kutuzovun vəfat etməsi onun planlarını dəyişdi. I Aleksandr şərt kimi I Napoleonla danışıqlara başlamamağı Prussiyanın, Avstriyanın vəİngiltərənin nümayəndələrinə çatdırmışdı. 1814-cü ilin martında Fransaya qarşı qüvvələri vahid komandanlıqda birləşdirmək üçün tərkibinəİngiltərə, Rusiya, İsveç, Prussiya, İspaniya, Portuqaliya və Avstriyanın daxil olduğu Şamon ittifaqı yaradıldı. Bu ittifaqı Rusiyanın əvvəldə qeyd etdiyimiz niyyətləri şərtləndirirdi. Məhz Şamon ittifaqı Napoleona qarşı mübarizəni sona çatdırdı. 1814-cü il martın 31-də müttəfiq qoşunları Parisə daxil oldu. Fransanın cənubunda Napoleon əsir götürüldü və Elba adasına sürgün edildi. 1814-cü il mayın 30-da Fransa ilə I Paris sülh müqaviləsi imzalandı. Müqavilə Fransaya heç bir ağır şərt qoymurdu. Müttəfiqlər gözləmə mövqeyi tutaraq Fransada təkrar qisasçılığın baş qaldırmasının qarşısını almaq istəyirdilər. Lakin koalisiyanın təntənəsi uzun sürmədi. 1815-ci il martın 1-də Napoleon Elba adasını tərk edərək Fransada görünür və hakimiyyətini bərpa edərək müttəfiqlərlə son döyüşə hazırlaşır. Napoleonun aşkarladığı 1815-ci il 3 yanvar gizli sazişi də müttəfiqlərin arasını vura bilmir. 1815-ci il iyunun baş vermiş Vaterloo döyüşündə Napoleon əsir götürülür və Müqəddəs Yelena adasına sürgün olunur. I Paris sülhünün şərtləri Fransanın zərərinə olaraq II Paris sülhü ilə ağırlaşdırılır, ölkənin üzərinə 700 min frank təzminat qoyulur və ciddi nəzarət rejimi yaradılır. Müharibənin nəticələrinin aradan qaldırılması və onun «bəhrələrinin» bölüşdürülməsi üçün Vyanada beynəlxalq konqres çağırılır. Vyana konqresinin qərarları Avropanın ictimai-siyasi həyatında silinməz izlər qoymuşdur. Mövzuya dair suallar Napoleon müharibələri ərəfəsində beynəlxalq münasibətlər. I İmperiyanın İngiltərə və Rusiya siyasəti Fransanın I koalisiya ilə mübarizəsi və beynəlxalq nəticələri Fransanın Avropada hegemonluğu I Napoleonun «kontinental blokada» siyasəti I Napoleonun Avropa dövlətlərinin koalisiyalarına qarşı mübarizəsi Fransa və Papalıq dövləti. I Napoleonun dini siyasəti Fransa-Rusiya müharibəsi və beynəlxalq nəticələri Şomon ittifaqının yaradılması. Napoleon imperiyasının süqutundan sonra beynəlxalq şərait. Ədəbiyyat История Дипломатии. Т.1. М., 1959 История Франции. Т.1. М., 1972 Жилин П.А. ГибельНаполеоновскийармии в России. М., 1974 Манфред А.З. Наполеон Бонапарт. М., 1980 Манфред А.З. Очерки историиФранции XVIII-XIX вв. М., 1961 Нарочницкий А.Л. Об историческом значении континентальной блокады / Новая и новейщая история, М., 1965, №6 Новая история стран Европы и Америки. Первый период. М., 1986 Освободительная война 1813 года противНаполеоновского господства. М., 1965 СобульА. Первая республика .1792-1804. М., 1974 Талейран Ш.М. Мемуары. М., 1959 Троицкий Н.А. Александр I и Наполеон. М., 1994 Туган – Барановский Д.М. Наполеон и республиканцы. Саратов, 1980 Туган – Барановский Д.М. У истков бонапартизма. Происхождение режима Наполеона. Саратов, 1989 Тарла Е.В.Наполеон. Соч., т.7. М., 1959 Müəllif: A.N.Abbasbəyli, S.Z.Yusifzadə Mənbə: BEYNƏLXALQ MÜNASİBƏTLƏR TARİXİ  (ən qədim dövrlərdən XIX yüzilliyin 70-ci illərinin sonuna qədər) dərsliyi,Bakı 2009
['Fransa tarixi', 'Napoleon', 'Avropa tarixi']
4,680
https://kayzen.az/blog/din/7682/ateistl%C9%99r-%C3%BC%C3%A7%C3%BCn-riyazi-s%C3%BCbut.html
Ateistlər üçün riyazi sübut
Old_Baku_
Din və teologiya
9 noyabr 2011, 01:00
İmanlı insanlar Onun varlığını hər zaman hər yerdə görürlər. Misal üçün, evdə elektrik lampası yanırsa, bu, Allahın varlığına işarədir. Çünki Allah metallarda nizamlı quruluş yaratmasaydı və bu quruluşun nəticəsi kimi metal elektronları nizamla hərəkət edib cərəyan yaratmasaydı, heç lampa da yanmazdı. Bununla bərabər, ateistlərin varlığı da inkaredilməzdir. Onları Allah yoluna dəvət etmək üçün elmi isbata ehtiyac duyulur.Biliyin qiymətləndirilməsinin beş ballı xətti modelinə görə, qiymətləndirmə şkalası (xətti) beş bərabər hissəyə bölünür və müvafiq rəqəmlərlə işarə olunur. Hər öyrənci üçün bu xətti "bilir" və ya "bilmir" adlandırılan iki hissəyə bölmək mümkündür. Məsələn, 4 qiyməti ilə təhsil alan tələbə üçün "4" rəqəmindən aşağıdakı (və ya soldakı) hissə "bilir", yuxarıdakı (və ya sağdakı) hissə "bilmir" adlanacaq. Bu hissələri uzunluğuna uyğun olaraq L(bil) və L(bim) işarə edək. "Bilir" hissəsinin "bilmir" hissəsinə nisbətini (yəni L(bil)/L(bim)) "K" hərfi ilə işarə edək və bunu keyfiyyətin faktoru adlandıraq. Bu faktordan qiymətləndirmə kriteriyası kimi istifadə edək.Sxemdən göründüyü kimi L(bil)-in qiyməti "0" ilə "5" arasında dəyişir. Burada "5" qiyməti biliyin ən yüksək (mütləq) səviyyəsidir.Əyrinin A nöqtəsinə uyğun gələn mənimsəmə klassik "3" qiymətinə uyğun gələn mənimsəmədir. Bu nöqtə üçün "bilir" hissəsinin uzunluğu 3, "bilmir" hissəsinin uzunluğu isə 2-dir (5-3=2). Onda biliyin bu mənimsəməsinə uyğun gələn K faktorunun qiyməti 1,5 olar (K=L(bil)/L(bim)=3/2=1,5).B nöqtəsi üçün mənimsəmə 80 faizdir. Yəni mütəxəssis zəruri biliyin 80 faizini bilir, 20 faizini bilmir. Klassik qiymətləndirmə sistemində bu səviyyə "4" qiymətinə uyğundur. Bu nöqtə üçün "bilir" parçasının uzunluğu 4, "bilmir" parçasının uzunluğu isə 1-dir (L(bil)-L(bim)=5-4=1). Bu halda B nöqtəsinə uyğun gələn keyfiyyət faktoru 4-dür (K=4:1=4).Bu minvalla asanlıqla hesablamaq olar ki, "K=19"a uyğun gələn "bilir" parçasının L(bil)-in uzunluğu 4,75, "bilmir" parçasının uzunluğu isə 0,25 olar. Ali təhsil ocaqlarında belə bilik nümayiş etdirən tələbələrə fərqlənmə diplomu verilir. "Bilir" parçasının uzunluğu 4,9 olduğu halda, "bilmir" parçasının uzunluğu 0,1 olar. Bu halda K-nin qiyməti 49-a bərabər olar. hesab etmək olar ki, bu bilik səviyyəsi alimlik (elmlər namizədi) səviyyəsinə uyğun gələn bilik səviyyəsidir.Eynilə göstərmək olar ki, "K=4,95/0,05=99"a uyğun gələn "bilir" parçasının uzunluğu 4,95, "bilmir" parçasının uzunluğu isə 0,05-dir. Yəqin ki, bu səviyyə də elmlər doktoru və ya professor səviyyəsinə uyğun gələr.Misallardan göründüyü kimi, keyfiyyət faktoru (K) artdıqca, "bilir" parçasının uzunluğu artır, "bilmir" parçasının uzunluğu isə azalır. Aydındır ki, dahi alimlər və fövqəlbəşər insanlar üçün K-nın qiyməti qat-qat çox olur. Şübhəsiz ki, peyğəmbərlərin malik olduğu səviyyə, fövqəlbəşər və ya dahi alimlərin səviyyələrindən də qat-qat, hətta müqayisə olunmayacaq qədər yüksək olar.Bu deyilənlərdən bəşəri və ictimai əhəmiyyəti çox böyük olan tarixi bir suala da cavab tapmaq mümkündür. Yuxarıda qeyd edildiyi kimi, K faktoru L(bil)/L(bim) nisbəti ilə müəyyən olunur. L(bil)-in qiyməti 5-ə yaxınlaşdıqca, kəsrin məxrəci, yəni L(bim) 0-a doğru enir. Riyaziyyatdan məlumdur ki, kəsrin məxrəci 0-a yaxınlaşdıqca, onun qiyməti (K) sonsuzluğa uzanır. Bəs onda K-nin sonsuz qiymətinə kim malikdir? Hansı zatın biliyində qüsur yoxdur? Mütləq biliyə kim malikdir? Hər şeyi bilən, görən və eşidən kimdir?Şübhə etmədən söyləmək olar ki, bu mütləq bilik səviyyəsi Yaradanın, Cənabi Haqqın, Allahın malik olduğu bilik səviyyəsidir.K faktorunun başqa bir cəhətini də qeyd etmək əhəmiyyətlidir. İnsan övladı hər gün çoxsaylı qərarlar qəbul edir. Asanlıqla görmək olar ki, K artdıqca qəbul olunan qərarların xətası da azalır. Bu nəticənin həm fərd, həm də ictimaiyyət üçün əhəmiyyəti böyükdür. Bu haqda "Düşüncə tərzi" kitabımın 228-ci səhifəsində yazılmış bir fikirdən istifadə edərək, mövzuya nöqtə qoymaq olar:"İstanilən hadisə ilə bağlı qəbul ediləcək qərarın xətası, həmin hadisə ilə bağlı toplanan informasiyaların həcmindən asılıdır. Məlumat çox olarsa, xəta da az olar. Bu fikri riyazi olaraq belə ifadə etmək mümkündür: qərarın xətası məlumatın xətası ilə mütənasibdir. Mütləq düzgün qərar qəbul etmək Cənabi haqqa məxsusdur. Peyğəmbərlər də min illərin sınağından çıxmış düzgün qərarlar qəbul etmişlər. Fövqəlinsanlar da uzun zaman üçün doğru olan qərarlar qəbul edə biliblər. Müdrik insanların qərarlarının xətası az, cahil insanların qəbul etdikləri qərarların xətası çox olar".Allah bizi cahil insanların xətasından qorusun!
['Faktlar']
4,681
https://kayzen.az/blog/Old_Baku_/7680/big-bang-n%C9%99z%C9%99riyy%C9%99si-b%C3%B6y%C3%BCk-partlay%C4%B1%C5%9F.html
Big Bang Nəzəriyyəsi (Böyük Partlayış)...
Old_Baku_
Bloq: Old Baku
9 noyabr 2011, 00:39
Materialist fəlsəfə, tarixin ən qədim düşüncələrindən biridir və əsas xüsusiyyəti maddəni mütləq varlıq saymasıdır. Bu düşüncəyə görə maddə sonsuzdan bəri vardır və var olan hər şey də maddədən ibarətdir. Materializm əlbəttə ki, Yaradıcıya olan inamı imkansızlaşdırır. Bu məntiqə görə materializm tarixin ən qədim çağlarından bəri hər cür Allah inancına və İlahi dinə qarşı olmuşdur. Sonunda Fred Hoyle,Denis Sciama kimi Materialist alimləri bu nəzəriyyəni qəbul etmək məcburiyyətində qalmışlar.(Səhv başa düşməyin özləri qəbul etmişlər)
['kainat']
4,682
https://kayzen.az/blog/kayzenin-r%C9%99smi-bloqu/7679/sayt-yenilikl%C9%99ri-8-noyabr.html
Sayt yenilikləri-8 noyabr
kayzen
kayzen.az saytının rəsmi bloqu
9 noyabr 2011, 00:34
Havanın havalandığı,qarlı-palçıqlı noyabr günündə Kayzen.az istifadəçilərinə salamlar.Gözlənilənlərin əksinə olaraq sonuncu bir ay ərzində nəinki saytda passivlik müşahidə olundu,əksinə xeyli artım qeydə alındı.Saytımıza hətta Afrikanın uzaq Seneqal elindən də gələnlər oldu: spammerlər bütün istifadəçilərlə tanış olmaq adı ilə məktub göndərib fırıldaqçılıq etmək də istədilər. Spam yazanlara heç bir cavab yazmamaq xahiş olunur. Saytda düşündürücü hekayələr bloqunda hər gün yeni bir məqalə görmək artıq adi bir işdir. Marketinq, tarix ,uğur psixologiyası bloqlarında etdikləri fəallığa görə istifadəçilərə təşəkkür edirik.Yeni bir anonsumuz var: saytımızın yeni açılmış Google+ servisində rəsmi səhifəsi fəaliyyət göstərməyə başladı.
['rəsmi anons']
4,683
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/7673/h%C9%99yat-yolda%C5%9F%C4%B1-se%C3%A7imi.html
Həyat yoldaşı seçimi
Nailə_Qasarayeva
Xoşbəxt ailə
8 noyabr 2011, 23:04
Ailənin müvəffəqiyyətində ən təsirli addım həyat yoldaşı seçimində yetərincə diqqət göstərilməsi və araşdırma aparılmasıdır. Təcrübə göstərir ki, ailədə baş verən bir çox acılıqların səbəbi həmin bu mərhələdəki məlumatsızlıq və qəflətdir. Bəziləri yetərincə araşdırma aparmadan ailə həyatı qurur. Belələri uyğun sahədə səhlənkarlıqlarının acı nəticələrini düşünmədən həyat yoldaşı seçirlər. Qısa bir müddətdən sonra anlayırlar ki, onlar arasında düşüncə və əxlaq baxımından ciddi ziddiyyət mövcuddur. Bəziləri isə həyat yoldaşı seçimində yanlış meyarları əsas götürür və nəticədə üzücü peşmançılığa düçar olurlar. Ailənin müvəffəqiyyəti hər şeydən öncə həyat yoldaşının agahlıqla seçilməsi və bu seçimdə düzgün meyarlardan istifadə olunmasından asılıdır. Hələ ki, ailə həyatı qurmamış və ailə təcrübəsi olmayan bir kəs  bu seçimin nə dərəcədə əhəmiyyətli olduğunu dərk edə bilmir. Ailə qurduqdan sonra isə insan  bu seçimin nə dərəcədə əhəmiyyətli olduğunu anlayır. Evlənmək istəyən şəxs hər şeydən öncə ailə həyatı qurmaqda məqsədin nə olduğunu və ailə həyatından nə istədiyini müəyyənləşdirməlidir. Müəyyənləşdirməlidir ki, məqsəd varlanmaq  və daha çox maddi ləzzət duymaqdır, yoxsa insani  və mənəvi dəyərləri qorumaqla sağlam ailə qurmaq? İnsan  bu suala cavab verməklə öz həyat yolunu müəyyənləşdirir. Həyat yoldaşı seçimi də bu baxışdan asılıdır. Əgər yalnız maddi və zahiri məsələləri meyar götürsək  və bu əsasda seçim aparsaq  ailədən vəfa, səmimiyyət, fədakarlıq və məhəbbət intizarında olmamalıyıq. Məlum məsələdir ki, uyğun dəyərlərə malik olmayan ailənin olmağındansa olmamağı yaxşıdır. Ciddi problemlərə rastlaşmış və qısa bir zamanda dağılan ailələrin əksəri  həmin bu növə aiddir. Yəni bu ailələrin dəyəri gerçək dəyərlər üzərində qurulmamışdır. Təcrübədən məlum olur ki, bəzi gənclər ailə həyatı qurmağı ticarətlə səhv salırlar. Evlənməkdə məqsədi sərvət əldə etmək olanlar da var. Bəziləri də qarşı tərəfin yalnız zahiri gözəlliyini əsas götürür, düşüncə və şəxsiyyəti ilə maraqlanmırlar. Həyat yoldaşı seçimində qarşı tərəfin ictimai mövqeyini, peşəsini əsas götürənlər də var. Bu vaxt təbii ki, zəruri amillər nəzərdən qaçırılır. Bütün bu hallarda müştərək həyatın davamı problemə çevrilir. Ailələrə və ailə qurmaq fikrində olan gənclərə belə bir mühüm nöqtəni xatırlamaq lazım gəlir ki, həyat yoldaşı seçimində gözüyumulu addım atmaqla öz gələcəklərini puça çıxarmasınlar. Çünki bu səhv addımın ardınca bir ömür peşmanlıq gəlir. Mənbə: «GƏNC AİLƏLƏR ÜÇÜN GÖSTƏRİŞLƏR» kitabı.
['ailə həyatı', 'evlənmək', 'evlənmək istəyənlər', 'doğru qərar', 'evlilik qərarı']
4,684
https://kayzen.az/blog/elshad/7666/allahla-insan-aras%C4%B1ndak%C4%B1-dialoq.html
ALLAH`la insan arasındakı dialoq...
elshad
Bloq: elshad
8 noyabr 2011, 20:57
Dedim: Çox tənhayam.Dedi: Mən ki sənə çox yaxınam. ("Bəqərə",186)Dedim: Bilirəm SƏN mənə yaxınsan, amma mən SƏNDƏN uzağam. Kaş ki mən də SƏNƏ yaxın ola biləydim....Dedi: Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində RƏBBİNİ yad et. ("Əraf", 205)Dedim: Bu da SƏNİN köməyini istəyər.Dedi: ALLAHIN sizi bağışlamasını istəməzsinizmi? ("Nur", 22)Dedim: Əlbəttə ki, məni bağışlamağını çox istəyirəm.Dedi: (Elə isə) RƏBBİNİZDƏN bağışlanmağınızı diləyin və ONA tövbə edin. Həqiqətən, RƏBBİM (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir! ("Hud", 90)Dedim: Çox günahkaram, bu qədər günahla mən nə edim?Dedi: Məgər onlar bilmirlər ki, ALLAH qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar. Və ALLAH tövbələri qəbul edəndir, rəhmlidir?! ("Tövbə", 104) Dedim: Dəfələrlə tövbə edib tövbəmi pozdum, artıq üzüm qalmadı.Dedi: Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (ALLAHDIR)! Ondan başqa heç bir ALLAH yoxdur. ("Ğafir", 3)Dedim: Bu qədər günahım var, hansının tövbəsini edim?!Dedi: ALLAH bütün günahları bağışlayandır. ("Zumər", 53)Dedim: Yəni gəlsəm, yenə məni bağışlayarsanmı?Dedi: Axı günahları ALLAHDAN başqa kim bağışlaya bilər? ("Ali-İmran", 135)Dedim: Nə qədər gözəlsən ALLAHIM! Bilmirəm bu sözlərin qarşısında nə üçün içim içimə sığmır və şam kimi yanmağa başlayıram, Səni çox sevirəm.Dedi: Şübhəsiz ki, ALLAH tövbə edənləri və təmizlənənləri sevir. Birdən:“İLAHIM və RƏBBİM, mənim SƏNDƏN başqa kimim var”, -dedim. O da: “ALLAH ÖZ bəndəsinə kifayət deyilmi?” ("Zumər", 36) - dedi.Dedim: SƏN ki məni bu qədər çox sevirsən və mənə qarşı bu qədər həlimsən mən nə edə bilərəm?Dedi: Ey iman gətirənlər! ALLAHI çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin! (Sübh,zohr,esr, sam və isa namazlarını qılın!). Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. (Və ya: mələkləri də Ondan sizin bağışlanmağınızı dilərlər!). ALLAH möminlərə rəhm edəndir! ("Əhzab", 41-43)ALLAHım günahlarımı bağışla İNŞALLAH....
['islam', 'quran ayələri']
4,685
https://kayzen.az/blog/Shabnam_Ilham/7665/bir-mahn%C4%B1-oxuyard%C4%B1m.html
Bir mahnı oxuyardım
Shabnam_Ilham
Bloq: Shabnam_Ilham
8 noyabr 2011, 20:36
Ahmet Altan “Mən öləndə” deyə başlanan cümlələri hamımız eşitmişik, bu cür cümlələrə qulaq asıb sonra da unuduruq, çünki belə cümlələr ancaq onu deyən adam öləndən sonra dəyər qazanır. Ötən axşam Ahmet Kayanın o asi üzü televizorun ekranında görünəndə, deyirdi: “Mən öləndə, heç kəs arxamca “Vətənini sevmirdi” deməsin, mən bu vətəni Ərdəhandan Ədirnəyə qədər sevirəm”. Qarşımda ölmüş bir adam danışırdı. “Mən öləndə”, — deyirdi. “Mən öləndə, heç kəs deməsin ki, vətənini sevmirdi”. Öldüyü günün axşamı heç böyüməyən kök və qəzəbli uşağa bənzər üzüylə qarşıma çıxan adamın, mahnılarına qulaq asan milyonlarla insana vəsiyyəti bu acıqlı cümləydi: “Deməyin vətənini sevmirdi”. Bu vətənin mahnılarını oxuyan bir insan niyə arxasınca “Vətənini sevmirdi” deyiləcəyindən şübhələnirdi ki... Bir gecə mikrofonu götürüb, “Mən kürdcə mahnı oxuyacağam” — deyib, bu məsum cümləyə görə “Vətən xaini” elan edilib, sürgünə göndərilib, təhqirlərə məruz qalıb və gənc yaşında ölmüşdü. Onu ölümə aparan yolun ilk daşı həmin cümləylə qoyulmuşdu: “Kürdcə mahnı oxuyacağam”. Heç kürdcə bilmirdi də, amma qəzəbliydi, uşaq kimiydi, heç nəyi ölçüb-biçməzdi. Mahnılar bəstələməyi, mahnılar oxumağı, içməyi, dostları ilə söhbət etməyi, uşaqlara xas sevimli azadlığının içində heç nəyə diqqət etməyərək danışmağı xoşlayırdı, məsələn belə deyə bilərdi: “Mən bərbərə getmirəm, gedənlərdən də xoşum gəlmir”. Sənətdə səy göstərənlərin çoxu kimi yekə bir uşaq idi və bu ölkədə yaşayan əksər insanlar kimi içində uşaqlığından və gəncliyindən qalma yaralar gəzdirirdi, onu vaxt-bivaxt kütləyə meydan oxumağa qədər aparan yaralar... Özündən çıxaraq “Kürdcə mahnı oxuyacağam” demişdi. Bu sözləri dediyinə görə onu sürgünlərə yolladıq. Yağışların belə tanımadığı şəhərlərin küçələrində tək-tənha gəzməyə məhkum elədik. Tanış bir simayla qarşılamadığı, məlum bir qorxu duymadığı yad küçələrdə gəzdi. Aylarla tənhalığın içində vurnuxa-vurnuxa qaldı. Mahnılarını sevənlərin sevgisinə vərdiş eləmişdi, sevgisiz qaldı. Həmin sevgini axtardı. Hər dəfə bir az da qəzəblənib, onu sevdiyi torpaqlardan bir az daha ayıran nitqlər söylədi. İnsanlar onun aqressiv bir müğənni olduğunu unutmuş, sanki siyasi bir lider kimi söylədiyi hər kəlməsinin altından xətt çəkərək ona başqa bir şəxsi don geyindirməyə başlamışdılar. “Kürdcə mahnı oxuyacağam” cümləsiylə başlayan macəra getdikcə daha kəskin bir vəziyyətə düşürdü. Yüzlərlə mahnı oxuyub, milyonlarla insan o mahnılara qulaq asıb, bu ölkənin insanlarına öz səsiylə kədərlər və sevinclər ərməğan etmiş bir adam “kürdcə mahnı oxumaq” istədiyi üçün “Vətən xaini” kimi iddiam olunmuşdu, etdiyi hər hərəkətdə, dediyi hər sözdə, atdığı hər addımda onun “xainliyini” isbat edən yeni izlər tapmaq üçün arxasınca düşmüşdülər. O geriyə qayıdışı olmayan bir yola itələndiyini görür, qəzəbinə məğlub olaraq o yolda daha sürətlə qaçırdı. Hər dəfə bir az da sürətli, bir az da yeyin idi. Hər dəfə doğulduğu torpaqlardan bir az da qoparıldığını hiss edirdi. Hər dəfə bir az da yaralı və bir az da tənha idi. Qəzəbli nitqlər və mahnılardan sonra yağışları belə yad olan küçələrdə yaşanan hüznlü yürüşlər başlanırdı. Evindən ötəri darıxırdı. Vətənindən darıxırdı. Darıxdığı yerlərə qayıtmayacağını başa düşürdü. Bütün bunları dərd-qəm içində dərk edirdi. Qırx yaşını təzə keçmişdi və “içkisini belə sevmədiyi” diyarda xoşlamadığı bir həyat qurmağa məhkum edilmişdi. Deyirdi ki: “Evim ötəri darıxıram. Eyvanımda ayağı qırıq manqalımı yandırıb dostlarımla araq içmək üçün yamanca darıxmışam”. Amma evinə qayıda bilməzdi, qadağan olunmuşdu. Çünki demişdi: “Kürdcə mahnı oxumaq istəyirəm”. Sonra o dönüş yolunu bir az da kəsəcək dayanacaqlarda axtarmışdı sevgini, özü də qəzəblə axtarmışdı. Bir az da güclü, bir az da özünə güvənən bir cəmiyyətin yetirməsi olsaydı, onun o sərt nitqlərində, yumruğunu havaya qaldıraraq oxuduğu mahnılarda açıq-aşkar hiss edilən o uşaqlara xas tənhalığı və əsəbiliyi həmin cəmiyyət görər və onu təkrarən qoynuna alardı. Amma onun içində doğulduğu cəmiyyət o qədər etibarlı və güclü deyildi. Sözlərdən və mahnılardan qorxan insanların yaşadığı torpaqlarda doğulmuşdu. O insanlara mahnılar, hüznlər, sevinclər ərməğan eləmişdi, amma o insanlar indi onu bağışlamırdı. O, “kürdcə mahnı oxuyacağam” demişdi. Və sürgünlərə göndərilmişdi. Ölkəsini idarə edənlər onu vətən xaini elan edərkən, o da bir vaxt ona pərəstiş edənlərin, dinləyicilərinin, dostlarının, həmvətənlərinə xəyanət edildiyini düşünürdü yəqin. Gedib siyasi iclaslara qatılırdı. Yumruğunu yuxarı qaldıraraq mahnılar oxuyurdu. Hər sözü ilə dönüş yolunu bir az daha kəsdiyi halda, qəzəbini cilovlaya bilmirdi. O müğənni idi. Uşaq kimi idi. Qəzəbli idi. Yaralıydı. Və həyatının sonunda yağışlarını belə tanımadığı şəhərlərdə tənha idi. Dilini bilmədiyi bir şəhərdə həyat yoldaşının və qızının qolları arasında öldü. Tələm-tələsik öldü. Uşaq kimi öldü. Daha əvvəl sürgündə ölənlər kimi tənhalığı ilə qovularaq öldü. Tanımadığı ölkənin torpaqlarında torpağa tapşırıldı. Kürdcə bir mahnı oxumaq istədiyini dediyinə görə, tərk edilərək öldü. Heç kürdcə də bilmirdi. Artıq ayağı qırıq manqalını yandırmayacaq, dostları ilə araq içməyəcək, doğulduğu torpaqları bir də görməyəcək. Bir də mahnı oxumayacaq. Artıq onun kürdcə mahnı oxuması kimi bir təhlükə də yoxdur. Ah, kaş mahnı oxuya bilsəydim. Kürdcə bir mahnı oxuyardım onun üçün. Tənhalıq haqqında, ölüm haqqında bir mahnı. “Mahnı oxuyan uşaqları sevin” deyə bir mahnı. “Mən öləndə heç kəs vətənimi sevmədiyimi deməsin” deyə vəsiyyət edən biri haqqında olan bir mahnı. Kürd dilində mahnı oxuyardım onun üçün. Əgər mahnı oxuya bilsəydim... O, mahnı oxumağı bilirdi. Amma mənim oxumadığım mahnını o da oxumadı. Yağışlarını tanımadığı bir şəhərdə tənha, qəzəbli və qəmli öldü. Oxunulmayan və oxunulmağını gözləyən bir mahnı qaldı. Ola bilsin ki, nə vaxtsa həmin mahnı oxunanda, bəlkə o da bizi bağışlayar. Tərcümə: Fərid HÜSEYN mənbə: kulis.az saytı
['Ahmet Kaya']
4,686
https://kayzen.az/blog/346/7664/n%C3%B6vb%C9%99ti-stansiya-depo.html
Növbəti stansiya “ Depo “
Nailə_Rzayeva
346 saylı marşrut
8 noyabr 2011, 17:51
Yazını oxuyub biləcəksiniz ki, problemlər məngənəsində boğulmamaq üçün yeganə çıxış yolu “ Depo “yadır...!Həzarat, metro deyəndə normal insanın ağlına ilk olaraq stansiyalar, vaqonlar, “ Depo “ və s. gəlir. Gün ərzində milyonlarla insan nəqliyyatın bu növündən istifadə edir. Metro həm sərfəli, həm də rahat və nisbətən təhlükəsiz nəqliyyat növüdür. Nə “ probkası “ olur, nə də “ svetaforu “... Əmbə, yaraşıqlı “ basa – bas “ ı da olur ki, bunun da xəlqimizin mentaliteti baxımından yanaşsaq, öz “ ləzzəti “ var. Bismillah deyib vaqona ayaq basan kimi ekzotik bir məkana – məsələn, “ mehribanıstan “ a düşdüyünü bir anlıq zənn edirsən. Burda hamı mehribandı. Hətta o qədər mehribandı ki, millətimizin heç vaxt gerçəkləşmədiyi BİR OLMAQ arzusu hər bir vaqonda öz gerçəkliyini tapır. Bəli, biz bir yallı rəqsində BİR oluruq, bir də metro vaqonlarında. ...Bizim metromuzu zahirən “ Aeroport yarmarkası “ na oxşatmaq olar. İnsanlar vaqona minməklə bir – birinə minməyi səhv salırlar. Analoji metod yuxarıda adını çəkdiyimiz məkanda da özünü büruzə verir. Ancaq bunların arasında bir fərq var: Biri yerin altında, digəri isə üstündədi. Hərçənd, mahiyyət etibarilə ikisi də eynidir. Nə fərqi var: təki malım getsin... ( sözün hər iki mənasında... ) Bir az da işin estetik yönündən söhbət açaq. A qardaş, inişil qadağan etmədilərmi metro keçidlərində ticarəti ? ! Ə, cəhənnəmə satsınlar “ pulsuz Nar – mobile “ ni, “ odnarazıvıy “ saatları, “ poddelka “ siqaretləri, qadın – kişi – uşaq geyimlərini... adamı hiddətləndirən Ziya Bünyadovun, Lev Tolstoyun, Dostoyevskinin, Mirzə Cəlilin, Axundovun və s. aydınların kitablarının ( “ axşam bazarı “) 1 manata satılmasıdı. Sanki bu insanlar ona görə dahi idilər ki, onların yazdıqları nə vaxtsa, hansısa metro stansiyasında bir dəstə petruşkanın qiymətinə satılsın ( ? ! ) Əslində o kitabları belə dəyər – dəyməzinə satanı ittiham etməyə də haqqımız yoxdu. Adam çörək pulu qazanmaq üçün o ktabı yeri gəlsə, 50 qəpiyə də sata bilər. Bu işdə GÜNAH da qlobal bir anlayışdı – millətin kitaba üz çevirməsi kimi... Bəli, aydın məsələdi və müzakirəyə ehtiyyacı yoxdu ki, metro keçidlərində alver edənlər kiməsə “ dolya “ verir. Onu alan da dövlətin qərarını – zadını hərləmir... Odur ki, “ qıyıqgözlülər “ basıb bütün metro keçidlərini. “ Üçi manat “, “ başi manat “ olan və Çinin üçüncü dünya dövlətləri üçün istehsal etdiyi məhsulları pis də satılmır. Təsəvvür edin ki, bizim alverçilər Çinin “ Quançjou “ metro stansiyasında səslərinin yoğun yerinə salıb deyirlər: “ Gəl mala, qoyma qala “ ... Pəh... o dəqiqə QANUNUN keşiyində duran Çin polisi həmin azəri alverçini elə günə qoyar ki, “ qarabala “ qədim Çin heroqliflərinə oxşayar. ...Sonra deyirik ki, Azərbaycan(ımız) dünyanın ən dinamik inkişafa malik ölkələrindən biridi. Söhbətimizin bu məqamında belə bir qənaətə gəlmək olar ki, şəhərimizə gələn turistləri “ İçəri şəhər “ ə aparıb özümüzü biabr etməkdənsə, metroya aparaq. Əmin olun ki, burada onlar ekzotik bir gəzintinin şahidi olacaqlar. Həm də gözləriylə şahidi olacaqlar ki, azəri xalqı necə də mehribandı, BİRdi. Day gedib orda – burda deməzlər ki, Azərbaycanda təhsilin səviyyəsi aşağıdı, gəncləri “ begemot “ tispirlidi, nə bilim qiymətlər hər saniyə artır və s. və i. Məsələn, həyatından bezmiş həmkarlarımdan biri dəftər – qələmini götürüb yollansa Əhmədov Tağı dayının yanına... Ki, öyrənsin, bəs metro keçidlərində yaranan bu “ bostan “ mənzərəsinin günahı kimdədi, əminəm ki, Əhmədov yoldaş məğrur təbəssümlə təxminən bu janrda bir çıxış edəcək: “ Dövlətimizin inkişafı göz qabağındadı. Xüsusən də metromuz bu istiqamətdə fərqlənir. Pis olsaydı, bu qəddəri insan bütün günü metroda nəəzirdi, nə iti azmışdı ? Deməli, hər şey yaxşıdı ki, evə bazarlıq etmək istəyən insanlar da alver üçün məhz yerin altına – metroya gəlirlər “... Necədi ? Gördüz, T. Əhmədov necə ustalıqla düzəltdi işi ? Əziz oxucu, P. S – i də oxu, bugünlük vay – şüvənimizi bitirək. P. S. Ölkədə baş verən olaylara kompleks şəklində nəzər yetirəndə utandığından metroya qaçmaq istəyirsən ki, heç kəsə görünməyəsən. Çünki ora yerin altıdı... P. P. S. Yerin altındakı “ basa – bas “ ı görəndə isə ürəkbulantısından çölə çıxmaq çarəsi axtarırsan. Qatarla çölə çıxış “ Depo “ yadı. Çıxıb bir az “ qaytarım “, bəlkə yüngülləşdim. Elə həm yerin altına, həm də üstünə “ qaytarmağı “ gəlir adamın... Növbəti stansiya “ Depo “... Müəllif: Asəf Zeynallı Həmçinin bax: Metroda eynək taxmaq?
['metro', 'metro mədəniyyəti', 'Asəf Zeynallı']
4,687
https://kayzen.az/blog/umud600/7657/u%C5%9Faqlar-n%C9%99-%C3%BC%C3%A7%C3%BCn-yalan-dan%C4%B1%C5%9F%C4%B1rlar.html
Uşaqlar nə üçün yalan danışırlar?
umud600
Bloq: umud600
7 noyabr 2011, 23:11
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ölkəmizdə, hətta ən dindar adlanan uşaqlar da çətin vaxtlarında  yalan danışırlar. Bəs nə üçün Amerikalı, Avropalı uşaq yalan danışmır, lakin türk uşağı yalan danışır? Bu sualın cavabı sadədir: Uşaq yalanı ailədən öyrənir. Birbaşa olmasa da, dolayı yolla uşaqlara yalanı bizlər öyrədirik. Telefona cavab verməyə gedən uşağına: " Məni filankəs soruşsa de ki, evdə yoxam" deyən valideyn uşağına dolayı yolla yalanı öyrədir. Həmçinin özünün məktəb illərində imtahanda necə köçürdüyündən, tapdığı yeni köçürmə üsulları ilə müəllimini necə aldatmasından öyünərək danışan ata, uşağı imtahanda köçürməyə  və asan üsuldan istifadə etməyə sövq edir. Yəqin ki, qadınlar arasında tez-tez işlədilən " ağ yalan " sözünü eşitmisiniz. Heç kimə ziyanı olmayan yalana ağ yalan deyirlər. Bir insana yalan deməklə onu aldatmırsınız? Məgər yalanın da ağı və qarası olur? Uşaq diqqəti cəlb etmək üçün yalan danışır Əgər uşaq beş yaşından aşağıdırsa, onun yalan danışmağının məqsədi aldatmaq deyildir. Kifayət qədər sevgi görməyən və ya gördüyü sevgi münasibətindən əmin olmayan, diqqətsizlik görən uşaqlar diqqətləri öz üzərlərinə çəkmək üçün özlərindən nağıllar uydururlar. Həmin uşaqlar döyülmək bahasına da olsa, hər bir üsuldan istifadə edirlər. Dəcəllik edən, yalan danışan uşaqların məqsədi, balideynlərini əsəbiləşdirmək, hövsələdən çıxarmaq deyildir. lakin dəcəllik etmələrinə baxmayaraq, kifayət qədər diqqəti cəlb edə bilmirlər və əgər sevildiklərindən əmin olmasalar bu dəfə daha artıq diqqət çəkmək üçün başqa üsullardan istifadə edirlər. Uşaq etibar qazanmaq üçün yalan danışır Bu, əsasən aşağı siniflərdə rast gəlinən yalan növüdür. Əgər uşaq dərslərində müvəffəqiyyətli deyilsə, məktəbdə  və ailədə onun tənbəlliyi üzünə vurulursa, həmin uşaqda düzəldilməsi çox çətin olan mənfi hisslər inkişaf etməyə başlayır. Özünü qiymətsiz, axmaq və yaramaz kimi qəbul etməyə başlayır. Heç bir uşaq tənbəlliyə və uğursuzluğa düçar olmaq istəməz. Əlbəttə ki, onu uğursuzluğa sövq edən səbəblər vardır. Məsələn, passiv və diqqətində qüsur olan bir uşaq, diqqəti uzun müddət saxlaya bilmədiyinə görə, istəsə də uğur qazana bilməz.Tez-tez diqqəti başqa şeylərə getdiyi üçün sinifdə danışılanları eşitməz. Stulunda rahat oturmaz. Müəllimini və yoldaşlarını narahat edən hərəkətlər edər. Ev tapşırıqlarını lazımi şəkildə yerinə yetirməz. Tənbəllik və uğursuzluq o uşağın günahı deyildir. O müalicə edilməlidir. Passiv uşaqlar uğursuzluqlarını örtmək üçün yalan danışırlar. Uşaq cəzadan xilas olmaq üçün yalan danışır Dürüstlüyü və doğruluğu qarşısında cəzalandırılan uşaq, cəzadan xilas olmaq üçün yalan danışa bilər. Cəzalandırılma yalnız döyülməkdən ibarət detildir. Döymək ən pis ibrət üsuludur və tərbiyəyə heç bir müsbət təsiri yoxdur. Günahını bağışlamaq kimi daim günahlandırılan, özünü müdafiə etməsinə icazə verilməyən, başqaları ilə müqayisə edilən uşaqlar da müəyyən mənada cəzalandırılmış hesab edilir. Əgər imtahandan aldığı aşağı qiyməti dediyi zaman məzəmmət edilib, " Yenə aşağı qiymət almısan, qiymətlərini nə vaxt düzəldəcəksən, nə vaxt oxuyacaqsan?" kimi tənbehlərlə qarşılaşırsa, başqa zəif nöqtələrini deməyəcək, yalan danışacaq. Valideynlər uşaqlarını, fiziki sağlamlıqları ilə maraqlandıqları kimi mənəvi sağlamlıqları ilə də maraqlanmalıdırlar. Ruhi cəhətdən sağlam olmayan bir uşaq , bütün fiziki ehtiyaclarını tam olaraq yerinə yetirsə də, mənəviyyatında qüsurlar olacaq, daxilində hər zaman mənəvi aclıq hiss edəcək.   
['yalan.']
4,688
https://kayzen.az/blog/letife/7656/e-mail-%C3%BCnvan%C4%B1n%C4%B1-d%C9%99qiq-yaz%C4%B1n.html
E-mail ünvanını dəqiq yazın! :)
Silen_ce
Lətifələr
7 noyabr 2011, 20:59
Ər və arvad istirahətə getmək qərarına gəlirlər. Kişi istirahət edəcəkləri yerə bir gün əvvəl gedib, nömrə tutur. Otaqda internetə çıxışı olan kompyuteri görür və həyat yoldaşına məktub yazmaq qərarına gəlir. Lakin bir hərfi səhv yazaraq məktubu səhvən həmin gün ərini itirmiş dul qadının ünvanına göndərir. Dul qadın mailini yoxlamaq üçün kompyuter qarşısına keçir. Poçt qutusunda başsağlığı yazılmış bir neçə məktub və bu başlıqlı bir məktub var idi: "Hələ ki evdə olan həyat yoldaşıma". Oğlu otağa girir və rəngi qaçmış anasını görür. O, monitora baxır və məktubu oxuyur: "Əzizim! Bilirəm ki, sənə yazacağımı düşünmürdün, lakin sən demə burada İnternet var imiş! Onu demək istəyirdim ki, yaxşı gəldim çıxdım. Qeydiyyatdan keçdim. Sənin gəlişinə hazırlaşıram. Ümid edirəm ki, sən də mənim kimi rahat gəlib çıxacaqsan. Səbirsizliklə gözləyirəm! P.S. Bura çox istidir!"
['məktub']
4,689
https://kayzen.az/blog/umud600/7651/qardan-yarad%C4%B1lm%C4%B1%C5%9F-tablolar.html
Qardan yaradılmış tablolar
umud600
Bloq: umud600
7 noyabr 2011, 14:11
Hər bir qar kristalı göy üzündən düşən möhtəşəm bir tablo qədər sənətdir və su zərrələrindən meydana gələn bu tablolar, yenə bir su zərrələrindən yaradılan insan oğlunun yaradanını göstərməyə kifayət edir. Göy üzündən uçuşaraq aşağı enən  qar dənəciklərinin heç biri digərinə bənzəmir və onların hər biri fərqli tablo qədər böyük bir sənət əsəridir.Bütün bunlar səsləri, çöhrələri və ya barmaq izlərini fərqli şəkillərdə yaradan ilahi Qüdrətin qar dənəciklərində olan təcəllası və heç bir hadisədə hətta ən kiçicik bir təsadüfün də olmamasının özünü qar dənəciklərində də göstərən sübutdur. Qarın qalınlığı 50 sm olan bir yerin hər kvadratmetrində bir milyon qar dənəciyi var və hətta bütün bir ölkənin ərazisi qarla tamam örtülsə belə heç bir qar dənəciyi digərinə bənzəməyəcək. Bu həqiqət 1885-ci ildə amerikalı Uilson Bentlinin 50 il ərzində çəkdiyi 6000 fotoşəkildə başlayan çalışmalar nəticəsində tam aydın  və təsbit olmuş və qar dənəciklərinin fotoşəkillərini çəkmək incəsənətin bir sahəsinə çevrilmişdir. Bəli, Allah-Təala hər bir qar dənəciyini digərindən fərqli şəkildə yaratmış və Öz yaradıcı qüdrətinin daha bir möhtəşəm nümunəsini insanların  nəzərinə çatdırmışdır.
['qar kristalları']
4,690
https://kayzen.az/blog/turko-rus/7647/ilk-m%C9%99h%C9%99bb%C9%99t-%C3%B6mr%C3%BCn-proloqudur.html
İLK MƏHƏBBƏT ÖMRÜN PROLOQUDUR
Fəridə
Türk əsilli ruslar
6 noyabr 2011, 21:40
( Anna Axmatovaya həsr olunur) Mənə tatar nənəmin nadir hədiyyələri Və xaçlanmama acı gileyləri vardı (Anna Axmatova) Yenicə açılmış qızıl gül ətirli duyğular, nübar dadlı ilk hiss-həyəcanlar sonrakı bütöv ömrün ilk səhifələridir. Sonu kədərlə bitən romanın sevincli ilk səhifələri kimi... Ömür boyu qəlblərə, gözlərə damla-damla süzüləcək bu röya-nağıl şipşirindir, lakin qərib və kədərlidir. Bu qısa və yarımçıq anlar sakit xəyalların ilğımlı uzaq nöqtəsi kimi sehirli və cazibədardır. Cadu tilsimi və ... Və duyğuların körpəliyini, ibtidasını ömür boyu saxlaya bilən kiçicik, oğrunca yazılmiş ilk sevgi məktublarıdır. Çılğın, dəli, az qala xoşbəxt sevgilərdən illərcə ayrılıb uzaqlaşdıqca ondan yazıq xatirələr qalır. Lakin qısa, ani sevgilərin hekayələri, qalan ömrü yandırıb yaxmağa qadir olan qığılcıma da çevrilə bilər. ...Əsrlərin qovşağında yaşamış rəssam Modilyani 35 yaşın içində öldükdə sevgili qadını Janna Ebütern həmin günün səhəri özünü 6-cı mərtəbədən atıb öldürdü. Ondan sonra yalnız bircə gecə yaşamağa gücü çatmşşdı bu gənc və gözəl qızın. Nə olsun ki, bu böyük rəssam yarımaclıqda yaşayır, üstəlik içir və həşiş çəkirdi. Onların yetim qalan kiçicik qızları böyüdü və atasının - italyan boyakarı və heykəltəraşı Amedeo Modilyaninin bioqrafiyasını yazdı. Anası ilə bir sırada rəssamın həyatında yer tutan qadınları da, onların aşiqanə macəralarını da genış təsvir etdi. Lakin Modilyaninin Anna Axmatova ilə olan sevgisindən yazmağı unutdu. ...Anna toydan sonrakı "ballı ay"ını əri ilə Parisdə keçirməyi hələ qərarlaşdırarkən tale ona öz qəribə, lakin əziz töhfəsini hazırlamışdı. Yox... bu qızıl və cəvahirat dükanından alınan bahalı hədiyyə deyildi. Bu "hədiyyənin" dəyərini heç bir şey ilə ödəmək mümkün deyil. 1910-cu ilin may aymda Parisə gələn Anna Axmatova burada İtaliyadan yenicə gəlmiş bu gənc rəssamla tanış olur və görüşlərin silinməz, pozula bilinməyəcək xatirəsi naminə bir il sonra - 1911-ci ildə təkrar Parisə dönür. Bütün qışı  məktublaşmışdılar.  Hər  ikisi  21  yaşın  içindəydi,  həyat  əllərində  dopdolu  şərab  qədəhləri  kimi  aşıb-daşırdı. Ən məhsuldar ilində 20 şeir yazacaqdı. Bu əmək qələbəsi idi! Axı bunlar əsil incilər idi. Istər alın təri, istər cəvahirat dənələri olsun. Anna hələ çox gənc ikən şöhrətlənmişdi. Onun şeirlərindən tünd şərab kimi dərhal məst olurdular, bunu özü də bilirdi, həm də bu şeirlərdən az olmayan qadın cazibəsinə malik olduğunu da duyurdu. Bu zamandan öz boy-buxunu, eyni zamanda zərif, çiçəkli yaylıq örtdüyü gözəl biçimli başını məğrurcasına sağa-sola döndərə-döndərə yerişi ilə hamını məftun etməyə başlamişdı (28, 11). "Hər aşiqin bir dövranı var" - aşiqliyi 1915-ci ilə təsadüf edən ilahiyyatçı Boris Anrep Bizans mozaikasına aşina olmaqda idi; bu onun hobbisi idi. Axırda onsuz da mozaikaçı rəssam oldu. Sonralar mühacirətdə yaşayırdı. O da Annanı mozaik əks etmişdi. Bu şəkil London Milli Qalereyasında saxlanılmaqdadır. Annanın siması antik görünüşə malik idi; rəssamların diqqətini əbəs yerə cəlb etmirdi. ...Çılpaq qadın şəkillərini çox dərin, az qala izaholunmaz mübhəmliklə, lakin incə, intim cizgilərlə yaradan rəssam Modilyani bu Şərqli gözəlin daxili ətrini duymuşdu. Eyni zamanda cəlbedici Şərqli görünüş, bağişladığı ekzotik təəssüratlar, şahanə soyuq vüqarı ona əsil Şərq şahzadələri görkəmi verirdi. Anna Axmatova bu şahanəliyi ömrü boyu saxlamağa nail olmuşdu. Hətta oğlu tutulduqda 17 ay sərasər türməyə azuqə daşıyıb saatlarla həbsxana qabağında durarkən də, eləcə də aclıq çəkən mühasirə Leninqradından köçürülüb Daşkənddə - evakuasiya şəraitində yaşadıqda belə. Hətta onu ilk dəfə görənlər qibtə və təəccüblə müharibə məhrumiyyətlərinin bu "xoşbəxt" şahzadəsinə baxır, bu yerış və davranışa alışmış şair dostları da ondakı ruha, amiranəliyə, həyat eşqinə heyrət edirdilər. Axı Anna Axmatova bir vaxt Moskvanı cəzalandırıb onu alovun ağzına verən Qızıl Orda hakimi Əhməd xanın (... - 1481) törəməsi olduğunu hər yerdə qürurla söyləməkdə idi. Tarixlərdə söylənən bu "intiqamın" səbəbi o idi ki, rus qaçaqları 1472-ci ildə Saray şəhərini zəbt edib yandırmişdılar. Əhməd xan da (Axmat) qisas almişdı. Saray Şəhərinin dəbdəbəsi qarşısında Moskva kiçik bir şəhər olsa da intiqam intiqam idi. Odur ki, həddi-büluğa yetişəndə öz könlü ilə rəsmi familiyası olan Qorenko soy adından imtina etdi. Ulu babalarının əsil-nəsil adı olan Axmatova familiyasını götürdü və ömrü boyu xan babasından, onun şöhrətindən ayrılmadı (42. 50). 1946-cı ildə partiyanın ədəbiyyat barədə məşum qərarından sonra adı bədnam olmuş Axmatovadan küçədə tanışları da yan keçirdilər. O buna da mərdliklə dözdü (Ali və orta məktəb dərsliklərində öyrədilən bu qərar yalnız 1988-ci ildə dərsliklərdən çıxarıldı). Sovet hakimiyyəti illərinin başlanğıcından ta ölümünə kimi məhrumiyyətlər çəkə-çəkə təkcə vüqarını saxlaya bildi. Öz familiyasını isə "əzəmətli tatar adı" adlandırırdı (татарское, дремучее…) Pravoslav kilsələrində dinin və Rusun əbədi düşməni kimi əsrlərlə lənətlənən Əhməd xanın adı ilə qürurlanırdı. ...Onların görüşlərində elə bil zahirən nə bir hərarət, nə bir dəlilik, çılğınlıq yox idi; sanki qaynar eşq coşmadan soyumuşdu. Yox... qəlblər öz tüğyanında idi. Anna Axmatovanın heç bir hərəkəti aşiq rəssamın nəzərindən yayınmır, o bu qadının hər kiçicik jestində ilahilik, şairanəlik kəşf edirdi. Bir dəfə onun emalatxanasına gələn, lakin onu bağlı görən Anna gətirdiyi qızılgülləri (O görüşlərə həmişə məhəbbət simvolu qızılgüllə gəlirdi) pəncərədən içəriyə ata bilir. Sonradan öz emalatxanasına gəlib qapını açarkən rəssam döşəmədəki qızılgülləri görmüş və əli ilə cibindəki açarını yoxlaya-yoxlaya "qapı bağlı idi, sən içəri necə girmışdin?" - deyə soruşmuşdu. Axmatova da ona: "mən onları pəncərədən atmişdım" - deyə cavab verəndə rəssam heyrətlə: axı onlar elə gözəl qoyulmuşdu ki... deyə vəcdə gəlmişdi. Lakin ömür adlı bu möhtəşəm ağacda hansı zədə yox idi?! Aşiqlərin qəlb odu ilə tumarlanan, nazlanan, öpüşlərə qərq edilən bu əllər sonra oğluna növbələrdə gözləyə-gözləyə Leninqrad türməsinə məhbus bağlaması daşıyacaqdı. ... Onlar ikilikdə Paris parklarında saatlarla, hətta yağış altında, yağan yağişa əhəmiyyət vermədən oturub qala bilirdilər. Belə havalarda Dedonun (Amadeonun) açıb başları üstündə tutduğu iri, möhkəm kişi çətirinin altında bir-birinə sığınmiş buaşiqlərin çox sakit və qayğılı, lakin vurğun görüşləri onların hər ikisini saran ciddi duyğulardan xəbər verirdi. Modilyani bu şahanə xanımı, yeni-yeni yazmağa başlasa da, Rusiyada artıq şair kimi məşhur olan Anna Axmatovam Misir fironlarının xanımlarının libasında çəkirdi; onların çöhrələrini Annaya baxıb yaradırdı. Axmatovanın boyunbağılarını, sinəbəndlərini, ağır bilərziklərini, qədimi bəzəklərini vəcdlə çəkir, təqdir edirdi. Anna sonralar, çox-çox sonralar bu yəhudi gəncində hər şeyin ilahi olduğunu yazacaqdı. Parisi ən çox gecələr gəzməyə çıxırdılar; laübalı şəkildə, azana, yolu itirənəcən gəzirdilər. Qəlbləri və duyğuları ilə həmahəng olan şəhər qəbristanlığında da dolaşırdılar. Bəlkə qəlbən hər ikisi uşaq idi; yaşlı və dərdli uşaq. Modilyaninin Lüksemburq bağında başları üstündə açıb saxladığı iri çətirin altında Avropa ədəbiyyatından bildikləri Şeirləri birlikdə əzbər deyirdilər və bunları hər ikisinin əzbər bildiyinə sevinirdilər. Məhəbbətin dili açılmışdı. Gecə yarıdan keçəndən sonra da yuxulu küçələrdə təkbaşına gəzən Modilyaninin ayaq səslərindən onu tanıyırdı. Bu ayaq səslərinin gəlib onun pəncərəsi altında yavaşıdığım da duyurdu Axmatova; durub pəncərə jalüzünün arasından onu gizlicə, heyran-heyran seyr edirdi. Modilyani öz sənət manerinə sadiq qalaraq 21 yaşlı Annanı da çılpaq çəkirdi. Ah!... Adi vaxtlarda ciddiyyəti, təkəbbürü ilə şahzadələri də ötüb keçən Axmatova bu anda lütfündə, nəvazişlərində, ülfətində necə səxavətli idi. Bir anda mələkə libaslarını soyunub atan qadının şahanə mükafatı idi bu. Qısa görüşlərdən böyük xatirələr qaldı - rəssam çəkdiyi 16 şəkli Axmatovaya bağişladı və xahış etdi ki, o bunların hamısını Peterburqdakı evində assın. Heç vaxt onları divardan almasın. O rica etsə də həyat başqa sürpriz hazırlamaqda idi; həmin şəkillər Sovet hakimiyyətinin ilk illərində Axmatovanın mənzilindən axtarış zamanı aparılıb yoxa çıxdı. Anna Axmatova həmin hadisəni "böyük itki" adlandırırdı. Yalnız bir şəkil qala bildi. Ölümündən azca əvvəl böyük bir kitabı çapa hazırlanırdı. Üstündə Modilyaninin yaratdığı portret verilən bu sonuncu kitabı görmək şairə müyəssər olmadı. "Zamanın qaç.şı" adlı həmin kitab Axmatovanın ölümündən sonar çıxdı. Amedeo Modilyani sərxoşluq, dilənçilik, ağır vərəm xəstəliyinin içində dəli məhəbbətlə sevə bildi. Həm də yaşada bildi, yarada və çəkə bildi. Odur ki, onun ölümündən sonra haqqında yazılmış monoqrafiyaları, tədqiqatları oxuyan Anna Axmatova Modilyaniyə həsr olunmuş bədii filmi - "Monparnas - 19" filmini də, araşdırmaları da hibrid və bayağılıq adlandırırdı. Onun tanıdığı Modilyani daha böyük, daha güclü və daha gözəl idi. ... Amadeo ciyər vərəminə baxmayaraq çəkir, içir və tək-tənha qalan qəmli çılpaq qadın portretləri yaradır; onların yalqızlığını elə bil ölü lüt-üryanlığı, paltarsızlığı ilə də qabarıqlaşdırırdı. Yox, yox, bu indi görməyə və alışmağa başladığımız iyrənc erotik şəkillərdən deyildi. Rəssam çılpaq Venera heykəllərini özünəməxsus vasvasılıqla qoruyurdu. Onun fikrincə, paltar gözəlliyi örtüb saxlaya, bədəndən duyulan gücü, enerjini, bəlkə də ilahiliyi də azalda bilərdi. Paltar bədəndən - ruhdan süzülən səmimiliyi, ehtirası çox riyakarlıqla gizlədib qapada bilərdi. Elə Axmatova da bütün ömrü boyu heç vaxt səadətdən, xoşbəxt məhəbbətdən yaza bilmədi. Amma həmişə, hər zaman Axmatova söhbətlərində, sözündə - danışığında özünəməxsus zahiri sərtlik və soyuq biganəliklə onu anacaqdı. Lakin için-için, yanayana yazacaqdı: "Aramızda hər nə olmuşdusa da, bu bizim həyatımızın, onun çox qısa, mənimsə uzun ömrümün proloqu olmuşdur". Bu uzun ömrün məşuqları da çoxçox idi. Annanın da əsil "Don Juan" siyahısı vardı. Hə... hə... 1925-ci ildə Lujnitskiyə diqtə etmişdi bu siyahını (28, 114). Anna Axmatova 75 il yaşadı; əri Nikolay Qumilyevi sovet repressiyasının ilk illərində itirmişdi (N.Qumilyev prof. Taqantsevin sui-qəsd qrupunun üzvü kimi təqsirli sayılıb 1921-ci ildə güllələnmişdi). Yeganə oğlu gələcək filoloq-tarixçi Lev Qumilyev ilə həmışə ayrı düşdü - gənc oğlu bitib-tükənməyən Stalin düşərgələrində, özü isə xof qarışıq acı peŞimançılıq içində məşəqqətli ömür yaşadı. Onu həyatdan dördüncü infarkt apardı. Hətta təcrübəli yaşlı həkimlər belə təəccüb qalmışdılar: bir ürək nə qədər yara ala bilər?! Bir neçə ay əvvəl "Amedeo Modilyani" xatirə-məqaləsini bitirmışdi. ...Axmatova-Modilyani münasibətləri təkcə qəlb əyləncəsi deyilmış; o bir epizod kimi qısa və ötəri olsa da, ulduz qədər parlaq və sönməz, tarix qədər etibarlı danılmaz faktlardır. Bu məhəbbət tarixçəsi qısa olsa da, belə "qısa" sevgilər bütöv ömrü məhəbbət nuruna boyayıb, hər zaman bu işığı saxlamağa qadirdir. P.S. Bir neçə il əvvəl Istambulda olarkən orada çalişan çoxlu ruslardan biri - xidmətçi qadın mənə çay gətirdi. Onu söhbətə tutdum. Rus dilində əzbər şeir deməyə meylim və xüsusi səriştəm olmasa da, ayrıca əhəmiyyətli faktlara görə əzbər bildiyim parçalar var: Ona Anna Axmatovadan dedim: И снова осень валит Тамерланом, В Арбатских переулках тишина... Özüm bilmədən və istəmədən o qərib qadını ağlatdım. Anna Axmatova yaşayırdı. Nə söz, nə də məhəbbət ölməyəcəkdir.
['Axmatova', 'Modilyani', 'şahanə']
4,691
https://kayzen.az/blog/aforizmler/7646/sokrat.html
Sokrat
Shabnam_Ilham
Hikmət dənizi və aforizmlər
6 noyabr 2011, 21:23
Məşhur yunan filosofu Sokrat (e.ə 469-399) demişdir: -Cahil şəxsin səhvini göstərmə, yoxsa səndən elm öyrənib öz səhvini düzəldər, sonra sənə düşmən olar. *** Filosof Antisfen Sokrata müraciət edərək: - Səni nə məcbur etdi ki, Ksantipp kimi deyingən arvadı aldın?- deyə soruşmuşdur. - Mən istəyirdim ki, Ksantippin deyinməsinə qulaq asa-asa vərdiş edəm, onunla yola getməyi öyrənəm və beləliklə də, başqaları ilə də yola gedə biləm! - deyə Sokrat cavab vermişdir. *** Sokratın haqqında ölüm hökmü verildiyini eşidən dostları onu xilas etmək üçün həbsxanaya gəlmiş və filosofun saxlandığı otaqdan həzin musiqi səsini eşitmişdilər. Yaxına gəldikdə Sokratın arfa çalmaqla məşğul olduğunu görüb: - Sənin edamına hökm verildiyi halda burada oturub musiqi çalırsan? - deyə təəccüb etdikdə o : - Əgər bu gün də çalmasam, bəs nə vaxt çalacağam? Sabah artıq gecdir, əldə olan imkandan ancaq bu gün istifadə edə bilərəm! - demişdir. *** Sokrat özü haqqında çıxarılmış ölüm hökmünü soyuqqanlılıqla qarşılamışdı. Zəhər dolu piyaləni əlinə alaraq dodaqlarına yaxın gətirdikdə qadını Ksantippin ucadan ağlayaraq: - Ərim günahsız olaraq məhv edilir! - dediyini eşidib: - Yoxsa səın istəyirdin ərini müqəssir kimi məhv edəydilər? - deyə ona təskinlik vermişdi. *** Sokrat küçədən keçərkən birisi ona bir təpik vurmuşdu. Filosof buna etina etməyərək keçərkən tanışları: - Nə üçün onun cavabını vermədin? - demişdilər. Sokrat cavabında: - Sizi bir heyvan təpiklə vursaydı, cavab verərdinizmi? - demişdi.
['Sokrat']
4,692
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7641/do%C4%9Fum-g%C3%BCn%C3%BC-h%C9%99diyy%C9%99si.html
Doğum günü hədiyyəsi
Xrizoberil
Düşündürücü hekayələr
6 noyabr 2011, 18:21
Gənc adam bir küçə boyunca irəliləyərkən, ruhunu oxşayan bir qoxuyla diksindi. Payız çoxdan bitmiş, fəsil qışa dönmüşdü. Buna görə də ağaclardan bir qoxu yüksələ bilməzdi. Əlbəttə ki, aylar əvvəl ölən çiçəklərdən də...Adam, yaddaşının ən dərin künclərindən gələn bir siqnalla, özünü bir anda uşaqlıq illərinə çevirən bu əsintini daha yaxşı hiss edə bilmək üçün, dərin bir nəfəs aldı. Eşitdiyi şey, kiçik ikən top oynadıqları çayırın əzildikcə xoş iy verən reyhanlarını, ya da bacısının gəlinliyinə bənzətdiyi albalı çiçəklərinin qoxusunu xatırlatmasına baxmayaraq, onlardan çox gözəl idi.Gənc adam, özünü bildiyi gündən etibarən bütün mənliyini qucaqlayan, lakin litsey illərində birdən itən o qoxunun nə olduğunu anlamaqda gecikmədi.Qoxu, səki kənarında yüksələn bir divarın arxasından gəlmişdi. Adam, heç cür bitmək bilməyən o divar boyunca əvvəl addımlarını sıxlaşdırmağa, dərhal sonra da qaçmağa başladı. Və tarixi bir qapı görüb içəri girdi. Başqa bir aləm idi sanki bura. Hər yeri bir sükunət örtmüşdü. Nə səs-küy vardı, nə də söhbət. Vasvasılıqla hədəfinə yönəldi. Qoxunun gəldiyi yerdə böyük bir sərv vardı. Altında da daşı qırıq bir məzar.Adam yavaşca çöməlib bir fatihə oxudu. Və o məzarın üstündəki otları oxşayarkən:- Hər zamanki dalğınlığım çox gümanki!.. - dedi. Doğum günüm olduğunu yeni xatırladım. Amma sənin o qoxunu unutmaram ana...
['düşündürücü hekayələr']
4,693
https://kayzen.az/blog/jurnalistika/7639/televiziya-v%C9%99-radio-i%C5%9F%C3%A7il%C9%99ri-g%C3%BCn%C3%BC.html
Televiziya və Radio İşçiləri Günü
Xrizoberil
Jurnalistika
6 noyabr 2011, 14:51
Milyonlarla insan hər gün radio və televizorun köməyi ilə dünyanın müxtəlif yerlərində baş vermiş mühüm hadisələrdən xəbər tutur. Səs və görüntülər uzaq məsafələrə xüsusi cihazlar və peyk antenaları vasitəsilə ötürülür. 1895-ci ildə rus fiziki A. S. Popov radioqəbuledici və radioötürücü aparatı icad etmişdir. Avropada isə radionun kəşfi çox vaxt italyan alimi Qulyelmo Markoniyə aid edilir. O vaxtdan radio zəruri rabitə vasitəsinə çevrilmişdir.  Televizorun (yunanca "tele" - uzaqlıq, latınca "vizor" - görmə sözlərindəndir) ixtirası isə bir qədər sonraya - XX əsrin 20-30-cu illərinə təsadüf edir. 1933-cü ildə amerikalı mühəndis rus mənşəli Vladimir Zvorikin televizorun  əsas hissələrindən biri olan ötürücü qurğunu ixtira etdi. 30-cu illərin ortalarından televiziya verilişlərinin yayımı başlandı.  İlk televiziya verilişi 1936-cı ildə Londonda olmuşdur. 1939-cu ildə ABŞ mühəndisləri A. Roze və X. Yoms tərəfindən televiziya ötürücü trubkası (optikon) ixtira edildi. Avropada yalnız 50-ci illərdə televiziya geniş yayılmağa başladı.  Azərbaycanda radionun tarixi XX əsrin 20-ci illərindən başlayır. Bakıda ilk radio qurğusu 1924-cü ildə quraşdırılmışdır. 1926-cı ildə isə ilk radiostansiya fəaliyyətə başlamışdır. Məhz həmin il noyabrın 26-da ilk radio verilişi efirə çıxmışdır. O dövrdə radio verilişlərinin gündəlik efir vaxtı cəmi 2 saat təşkil edirdi. Sonradan bu vaxt 4 saata, daha sonra 6 saata çatdı. Azərbaycanda ilk televiziya verilişi isə 1956-cı il fevralın 14-də efirə çıxmışdır. Azərbaycan müstəqillik  əldə etdikdən sonra müstəqil teleradioşirkətlərin sayı da artmışdır. Hazırda ölkədə dövlət radio və televiziyası ilə yanaşı ANS, Lider, Speys, Azad Azərbaycan, Bürc FM kimi özəl televiziya və radio kanalları müxtəlif məzmunlu verilişlər yayırlar. 2005-ci il avqustun 31-də İctimai Televiziyanın yayıma başlaması Azərbaycan teleməkanını daha da genişləndirmişdir. Azərbaycanda hər il noyabrın 6-sı Radio və Televiziya  İşçilərinin peşə bayramı günü kimi qeyd olunur.Mənbə: Bayramlar və tarixi günlər Müəllif: Əkbər Qocayev
['tarixdə bugün']
4,694
https://kayzen.az/blog/aforizmler/7637/%C3%A7arlz-bukovskid%C9%99n-hikm%C9%99tli-s%C3%B6zl%C9%99r.html
Çarlz Bukovskidən hikmətli sözlər
ORIGINAL
Hikmət dənizi və aforizmlər
6 noyabr 2011, 12:29
Afrikaya dərman göndərməyə qərar vermişdik; lakin hamısının üzərində "tox qarınla" yazırdı.Arxandan vurana hirslənmə, ona güvənib arxanı dönən sənsən. Arxandan danışana da incinmə, onu insan yerinə qoyan yenə sənsən.Dostumsansa yanımda, düşmənimsənsə qarşımda ol. Ortada bir yerdəsənsə; Məndən uzaq ol. Dünyadakı ən saf insan olduğunu iddaa edənlər, əslində şeytana məsləhətçilik edə biləcək ağıldadırlar. Unutmayın.Əgər iki nəfər arasında qalırsınızsa; İkincini seçin. Çünki birincini həqiqətən sevsəydiniz, ikincisi olmazdı.Getdiyində ağlarsan, mahnılarda, filmlərdə, ona-buna, hər şeyə ağlarsan. Ağılın başına gəlincə də boşa xərclədiyin zamana ağlarsan.Hər kəs hər kəsi eyni sevə bilməz dostlarım.. Kimiləri qürurunun çatdığı qədər sevər, kimiləri də ömürünün çatdığı qədər.Həyat fəlsəfəmi soruşdular cavablandırdım.. "Sonsuza qədər yaşayacaqmış kimi düşün, sabah öləcəkmiş kimi yaşa."İnsanlardan nifrət etmirəm. Lakin onlar ətrafımda olmadığında özümü daha yaxşı hiss edirəm. İntellektual - sadə bir şeyi qarışıq söyləyə bilən adamdır; sənətçi isə çətin bir şeyi asan.İnsanların, sənin haqqında nə düşündüklərinə əhəmiyyət verməyərək, ömrünü uzada bilərsən məsələn.Mənim də ürəyim boşdu artıq, Eynilə sizin beyniniz kimi.Saçımı daradım kaş ki, üzümü də daraya bilsəydim.Sadə kişi, bütün qadınlara gözəlsən deməyi seçər. Sadə qadın buna inanır, çətin qadın gülər və keçər. Həyat dəvam edər.Təbii ki bir insanı sevə bilərsiniz, əgər onu kifayət qədər tanımırsınızsa.Ürəyi qırmağa tək bir söz yetər; Amma qırılan ürəyi təmir etməyə nə bir üzr, nə də bir ömür yetər.
['Çarlz Bukovski', 'hikmətli kəlamlar', 'aforizmlər']
4,695
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7633/h%C9%99bsxanada-q%C4%B1l%C4%B1nan-namaz.html
Həbsxanada qılınan namaz
umud600
Düşündürücü hekayələr
5 noyabr 2011, 21:45
Xorasan hakimi Abdullah ibn Tahir çox ədalətli adam idi. Adamları bir çox oğrunu tutmuşdu. Yolda quldurlardan biri qaçdı. O vaxt da heratlı bir dəmirçi Nişapura gəlmişdi. Dəmirçini gecə evə gedərkən yolda səhvən tutdular və digər oğrulara qatıb birlikdə Xorasan hakiminin yanına apardılar. Xorasan hakimi də hamısının zindana atılmasını əmr etdi. Heç bir günahı olmayan dəmirçi həbsxanada dəstəmazalıb namaz qıldı. Əllərini qaldırıb: " Ey Rəbbim, günahsız olduğumu ancaq  Sən bilirsən. Məni bu zindandan ancaq Sən xilas edə bilərsən," -deyə dua etdi. Xorasan hakimi həmin gecə yuxusunda gördü ki, qoldan qüvvətli dörd adam gəlib taxtını tərsinə çevirir. Yuxudan oyanıb dəstəmaz aldı. İki rükət namaz qıldı. Təkrar yuxuya gedən Xorasan hakimi yenə həmin yuxunu görüb hövlank oyandı. Bir məzlumun haqqını tapdaladığını anladı. Tez zindanbaşını çağırtdırıb soruşdu: -Görəsən, bu gecə zindanda məzlum adam qalmayıb ki? Zindanbaşı dedi: -Bunu deyə bilmərəm, ancaq biri durmadan namaz qılıb göz yaşı tökür. -Tez o adamı buraya gətirin! -deyə Xorasan hakimi əmr verdi. Dəmirçini onun hüzuruna gətirdilər. Xorasan hakimi onun halını soruşub vəziyyəti öyrəndi və dedi: - Məni bağışla, haqqını halal et. Bu min gümüş hədiyyəmi də qəbul et. Nə istəyin olsa, yanıma gəl. Dəmirçi cavabında: - Mən haqqımı halal elədim, verdiyiniz hədiyyəni də qəbul etdim. Ancaq işimi, diləyimi səndən istəməyə gəlmərəm. - Nə üçün gəlməzsən? - Çünki mənim kimi bir yoxsula görə sənin kimi bir hakimin taxtını bir neçə dəfə çevirtdirən Sahibimi qoyub diləklərimi başqasına açmaq qulluğa yaraşmaz. Namazlarda etdiyim dualarla məni sıxıntılardan qurtardı. Bir çox muradıma qovuşdurdu. İndi başqasına sığına bilərəmmi?! Rəbbim sonsuz mərhəmət xəzinəsinin qapısını, ehsan süfrəsini hamıya açmışkən başqasının yanına necə gedərəm? Kim istədi, O vermədi? Kim gəldi qapısına, əliboş qayıtdı? İstəməyi bacarmasan, ala bilməzsən. Hüzuruna ədəblə çıxmasan, mərhəmətinə qovuşa bilməzsən.Aqil isən, namazın çün səadət tacıdır, Sən namazı belə bil ki, möminin meracıdır.
['namaz']
4,696
https://kayzen.az/blog/poeziya/7630/qaytar-ana-borcunu-%7C-%C9%99li-k%C9%99rim.html
Qaytar ana borcunu | Əli Kərim
bahar
Poeziya
5 noyabr 2011, 17:57
Bir gözəl,bir sevimli oğul böyütdü ana.O bəd,uğursuz günü-ərinin öldüyünüBildirmədi heç ona.Kədəri dalğa-dalğa doldusa da ürəyəLakin nə saç yolaraq verdi əsən küləyə,Nə şivən etdi ana.Ürəyində ağlayıb,gülmək öyrətdi ona,Dözərək davanın da dərdinə,bəlasına,Öz boğazından kəsib yedirdi balasına....Bir oğul böyütdü ki,gur ,çatmaqaş,gensinə.Bir oğul böyütdü ki,oğul deyirəm sənə:Atlını atdan salıb,küləklərlə ötüşür.Baxışından qızların ürəyinə od düşür.Bir oğul böyütdü ki,oğul məktəb bitirdi,Oğul instituta qızıl medalla girdi.Ana fikirləşdi ki:"Gör neçə aya getdi?!"Ana yuxularında tez -tez Bakıya getdi,Ana məktub yazdı ki:"Yanıltma gümanımı,Pul nədir, pul deyirsən ,göndərərəm canımı".Nə zaman ki,oğlunun getdiyi dörd il oldu,Məktubları kəsildi,gəlmədi tətil oldu,Ananı fikir aldı,ananın əsdi diziAna müqəssir etdi tramvayı,dənizi.O yenə dözdü,durdu...O yolmadı saçını,Səslədi qonşuları Əsmər ,Çiçək bacını.Yenə də azalmadı ürəkdən bala dərdiOnlar oğul vermədi,onlar təsəlli verdi.Məktub məktub dalınca axdı, Bakıya axdıAna da məktubların dalınca baxdı, baxdı....Məktublarsa Bakını dolandı,gəzdi,gəldi,Məktublar əzik-üzük,məktublar bezdi gəldi,Ana yenə də baxdı gah dolama yollara, Gaha da oğul boyuna həsrət qalan qollara.Ana oğul böyütdü gur, çatmaqaş,gensinə,Ana oğul böyütdü,özgəyə qismət oldu.Ana fikirləşdi ki,mən neyləmişəm sənə?Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu?Oğul böyütdümü o,büzmədodaq bir qıza?Oğul böyütdümü o min işvəyə,min naza?Ana bilsəydi əgər böyütməzdi oğlunu,Yox,bunu yandım dedim,yenə atmazdı onu.Bir gözəl,bir sevimli oğul böyütdü ana,Ürəyində ağlayıb,gülmək öyrətdi ona.Oğul!Nədir etdiyin bəs bu haq-say üçün?Qaytar onun ömrünə neçə gecə,neçə gün!Qaytar onun saçının qaralığın geri.Qaytar o dilindəki şirin -şirin sözləri!O sözü,o söhbəti,gülüşü anan verib,Ana dodaqlarından bala dodaqlarına.İndi ondan gen gəzən oğul, ayaqlarınaYerişi anan verib.Qaytarsan o sözləri,sözsüz bir lal olarsan,Qaytarsan o yerişi,yerindəcə qalarsan.Qaytarsan o gülüşü hırıldamazsan daha.Qaytar,qaytar onları,qaytar qoyma sabaha!Sən ki dərd verdin,oğul,sənə gülüş verənə.Oğul demərəm sənə!Deyirəm ki,o boyu,buxunu qaytar geri!Deyirəm ki,varını ,yoxunu qaytar geri!Qaytar onun borcunu,Gülüşünü,adını ,sözünü qaytar geri!Qaytar ana borcunu,O borc sənin özünsən,özünü qaytar geri!Həmçinin bax: Ana məhəbbətinin gücü haqqında
['Poeziya', 'ana']
4,697
https://kayzen.az/blog/umud600/7632/s%C9%99d%C9%99q%C9%99nin-b%C9%99r%C9%99k%C9%99ti.html
Sədəqənin bərəkəti
umud600
Bloq: umud600
5 noyabr 2011, 15:18
Peyğəmbərimiz ( s.ə.v.) belə bir əhvalat danışdı: - Bir gün səhrada yol gedən bir adam səmadakı bir buluddan " Filankəsin bağçasını sula" deyə bir səs eşitdi. Bundan sonra həmin bulud qara daşlı bir yerdə dayanıb oraya yağdı. Yolçu suyun bir yerdə toplandığına heyrətlə baxdı və suyun arxasınca getdi. Suyun axarı ilə gəlib gördü ki, bir adam bellə suyun yolunu ora-bura dəyişərək bağçasını suvarır. Yolçu bağbandan: -Ey Allahın qulu, adın nədir? - deyə soruşdu. Bu adam yolçuya bayaq səhrada buluddan eşitdiyi adı söylədi. Dalınca da adını niyə soruşması ilə maraqlandı. Yolçu: - Mən bayaq bu suyun yağdığı bir qara buluddan sənin adını eşitdim, ona görə soruşdum. Hansı əməlinlə sən belə bir lütfə nail olursan? Bağ sahibi cavab verir: -Bir halda ki, maraqlanırsan, söyləyim. Mən bu bağçanın məhsulunu hesablayaram, Üçdə birini sədəqə olaraq paylayır, üçdə birini ailəmlə yeyir, üçdə birini də toxumluq saxlayıram.
['Sədəqə']
4,698
https://kayzen.az/blog/moda/3228/fusion-moda.html
Fusion-moda
burla xatun
Moda dünyası
5 noyabr 2011, 10:22
Hər dəfə eyni formada, eyni görkəmdə, eyni stildə geyinmək dəbdə monotonluğa gətirib çıxarır. Ən dəbli insanlar öz geyim formalarını gündən-günə dəyişməyə çalışır. Tanınmış modelyer, dizayner, hətta psixoloqlar belə hesab edirlər ki, bu hər bir insanın həyat tərzinə, iş əmsalına və bəzən də xarakterinə təsir edir. Aparılan təcrübələr də göstərir ki, belədə ətrafdakılar da sizi yaxşı qəbul edir. Müxtəlif üslubları, müxtəlif stilləri birləşdirib, geyinərək, insanın öz obrazını da formalaşdırır. Bu mövzuda tanınmış dizayner və modelyerlərin təqdim etdiyi üslublarla sizi tanış edirik: 1) Militari və kantri. Hərbi formalı jaket, trikotaj kardiqan və üstündən də uzun güllü şarf dəbli görsənir. 2) Rok və hippi. İpək köynək, top-mayka və enli kovboy toqqalı cinslə yaxşı uyuşur. 3) Klassika və safari. Qara qolsuz köynək, düz ağ şalvar və üstən də qum rəngli qatlama cibli jaket geyinsəniz, dəbli görsənə bilərsiniz. 4) Etno və denim. Növbəti model: qısa və yaxud uzun naxışlı tunika-don ilə cins jaket və daş-qaşla bəzədilmiş papaq. 5) Romantika və qranj. Toxunma kardiqan, düz biçimli yubka və aksessuar kimi isə şarfdan istifadə etsəniz yaxşı görünərsiz. 6) Retro və müasir geyimlərin qarışığı: toxunma palto,ətəyi qatlanmış formalı cins şalvar, pulover-şarf. Əziz xanımlar, unutmayın, ən dəbli geyim növü rəngarənlik və qeyri-adilikdir. Mənbə: İctimai televiziya
['moda']
4,699
https://kayzen.az/blog/kino/3428/xa%C3%A7-atas%C4%B1.html
Xaç atası
burla xatun
Kino
5 noyabr 2011, 10:22
XX əsrin əvvələrindən dünyanın kino mərkəzinə çevrilən Hollivud sonradan “şedevr” adlandırılacaq və kinematoqrafiyanın gələcək inkişafına əsaslı təsir göstərəcək filmlər istehsal etdi. Əvvəla onu qeyd edim ki, şedevr ifadəsi (fr.hərfi mənası “ən yaxşı iş” “zəhmətin zirvəsi”) incəsənətin hər hansı bir sahəsində, o cümlədən kinematoqrafiyada yaradılan ən möhtəşəm, təkrarolunmaz əsərlərə aid edilir. Odur ki, daşıdığı məna şedevr epitetini filmlərə aid etməyi tələb edir. Bu mənada, dünya kinosunda istisna təşkil edənlərin sayı elə də çox deyil. Belə nadir istisnalardan biri də təbii ki, “Xaç atası” filmidir. Ən önəmli kino hadisələrindən biri sayılan bu möhtəşəm sənət əsəri haqqında kinotənqidçilər çox yazıb, fox fikirlər söyləyib. Amma əsl qiyməti tamaşaçı auditoriyası – özü də hələ filmin ekranlara çıxdığı uzaq 1972–ci ildə vermişdi. Belə 6 milyonluq büdcəyə malik olan “Xaç atası” 250 milyon dollar qazanmışdı. İndi film barədə... Bu sənət əsəri haqqında ilk dəfə eşidən hər bir kəsin özlüyündə bir sıra suallar yaranacaq: filmin yaradılma tarixi, mövzusu, aktyor heyəti barədə ideyaları və s. Və ən əsas sual niyə qeyd-şərtsiz bu filmin şedevr sayılmasıdır. Suallar məlum oldu, indi də cavablar barədə “Xaç atası” film eyniadlı romanın motivləri əsasında çəkilib. Mario Puzonun 1969-cu ildə yazdığı və qısa zamanda bestsellerə çevrilən “Xaç atası” romanında İtaliyanın Siciliya adasından mühacirət edən və Nyu-York şəhərində fəaliyyət göstərən Karleone klanı və onun üzvlərinin həyatı ətraflı şəkildə əks olunub. Bədii əsərin uğuru Hollivud başbilənlərinin diqqətini çəkir. Onlar doğru ehtimal edirlər ki, böyük oxucu kütləsinə malik əsərin ekranlaşdırılması filmin maliyyə uğurunu təmin edəcək. Lakin onlar ehtimal edə bilməzdilər ki, filmin məşhurluğu romanı kölgədə qoyacaq. Filmin çəkilməsi yolunda atılan ilk addım rejissorun təyin edilməsi olur. Hadisələr İtaliya mafiyasından bəhs edəcəyi üçün rejissor kimi bu mühitə yad olmayan italyan mənşəli bir şəxs seçilməli idi və seçildi də. Bu, böyük perspektiv vəd edən Frensis Ford Koppola idi. Bədii əsərin əsasında filmin ssenarisi işlənərkən Koppola Pyuzo ilə birgə çalışdı və romanın filmə ağırlıq gətirəcək hissələrini ixtisar edərək yeni motivlər əlavə etdi. Məqsəd filmin tamaşaçıya maksimal emosional təsirini təmin etmək idi. Kopolla-Pyuzo tandemi isə bu vəzifənin öhdəsindən maksimum gəldi. Ssenarinin yazılması ilə bərabər rollara aktyorların seçilməsi də davam edirdi. Əslən italyan olan Frensis Koppola filmdə də yalnız italyanların çəkilməsinin tərəfdarı idi. Onun fikrincə, Italyanı yalnız ityalyan oynaya bilərdi. Lakin bu fikir filmi maliyyələşdirən studiya tərəfindən narazılıqla qarşılandı. Onlar tanınmış Amerika aktyorlarının da filmə çəkilməsi ilə daha çox tamaşaçı cəlb etmək fikrində idilər. Karleoni klanın başçısı don Vito Karleonu (iki əsas roldan biri) roluna məşhur Hollivud ulduzu Marlon Brando seçilir. Onun üç övladı Santino, Frederikovə Maykl rollarına müvafiq olaraq Ceyms Kaan, Con Kazale və Al Paçino dəvət olunur. Maykl obrazı filmin əsas qəhrəmanı hesab olunurdu və studiya bossları bu rolda tanınmış aktyor (onların arasında – Cek Nikolson, Dastin Hoffman, Alen Delon, Robert Redford və s.) görmək istəyirdilər. Yalnız rejissor Frensis Ford Kopollanın buna qəti etirazından sonra Amerikada italyan ailəsində anadan olan və buna qədər yalnız ikinci dərəcəli filmlərdə rol alan Al Paçino dəvət olunur. Filmdə hadisələr 1945-1955-ci illəri əhatə edir. Ekranlara çıxdığı ilk günlərdən böyük maraqla qarşılanan “Xaç atası” filmi qanqster filmlərin özünəməxsus etalonuna çevrilir. Film həmin il “Oskar” mərasiminin əsas favoriti kimi 11 nominasiya üzrə 3 Oskar əldə etdi. “Ən yaxşı ssenari”, “ən yaxşı aktyor” (Marlon Brando) və ilin “ən yaxşı filmi” nominasiyalarında qalib oldu. “Xaç atası”ndakı dialoqlar, Marlon Brandonun özünəməxsus ustalıqla yaratdı Vito Karleone obrazı və bəstəkar Nino Rotun film üçün bəstələdiyi unudulmaz musiqi filmin şedevr sayılması üçün bəs edəcək atributlardır. Əldə etdiyi uğurların fonunda “Xaç atası”nın 1974 və 1990-cı illərdə növbəti seriyaları çəkilib. Lakin həmin filmlər ilk hissənin əldə etdiyi uğuru təkrarlaya bilmədilər. Müəllif: Vüqar İSMAYILOV Mənbə: 525-ci qəzet UPD. Mario Puzonun 1969-cu ildə çap olunmuş “Xaç atası” romanı onu bütün dünyada məşhurlaşdırdı. Əslən Siciliyalı olan Vito Korleone klanı haqqında yazılmış bu roman indiyə kimi də mafiya haqqında ən yaxşı əsər sayılır. Onun balaca oğlu Maykl professor olmaq istəyir, lakin şərait elə gətirir ki, atasının varisi olur. İkinci Dünya müharibəsindəki döyüşlərdə bərkimiş, savadlı Maykl Karleone qüdrətli mafiya başçısına çevrilir.Kitabı  Samir BULUT tərcümə edib.Bakı, Qanun Nəşriyyatı, 2011
['Xaç atası', 'Godfather']