Unnamed: 0
int64
0
6.93k
url
stringlengths
41
313
title
stringlengths
3
153
author
stringclasses
256 values
category
stringclasses
371 values
date
stringlengths
17
23
content
stringlengths
3
89.6k
tags
stringlengths
6
314
4,800
https://kayzen.az/blog/poeziya/7415/m%C3%BCbariz-ibrahimova-%C5%9Feir-%7C-rusif-h%C3%BCseynov.html
Mübariz İbrahimova şeir | Rusif Hüseynov
ORIGINAL
Poeziya
15 okyabr 2011, 22:19
Halal olsun sənə VƏTƏN çörəyi, Halal olsun sənə xalqın əməyi, Gör necə olarmış igid ürəyi, Yazdın yaddaşlara silinməz bir iz! Qəbrin nurla dolsun sənin MÜBARİZ! Düşmənin gülləsi qırmaz əzmini, İstər yüzü olsun istərsə mini, Qürurla anırıq sənin ismini, Üzün nur, qəlbin saf, ruhun tər təmiz!Qəbrin nurla dolsun sənin MÜBARİZ! Yas tutub Qarabağ, Ağdam, Ağdərə, Quruyub bulaqlar, solub dağ, dərə, Rəhmət diləyirik sənə min kərə, Səninçün ağlayır bu çay, bu dəniz! Qəbrin nurla dolsun sənin MÜBARİZ! Oyatdı millətdə VƏTƏN hissini, Susdurdu, düşmənin kəsdi səsini, Kişi tək ödədi vəzifəsini, Sən bizə örnəksən! Sən şərəfimiz! Qəbrin nurla dolsun sənin MÜBARIZ! Rusif yazsa sənə min cildlik əsər, Bu dastan, bu əsər, yenə az edər, Şeirlə təsəlli tapdım bir qədər, Haqqını ödəməz şeir, əsərimiz! Qəbrin nurla dolsun sənin MÜBARİZ! Hələ unutmadım Ramil, Fəridi Sığmaz yerə göyə qəlbimin dərdi, Hələ ki, sözlərim bura qədərdi, Borcluyuq sizlərə biz hər birimiz! Qəbrin nurla dolsun FƏRİD! MÜBARİZ!Müəllif:Rusif Hüseynov
['Mübariz İbrahimov', 'Rusif hüseynov', 'şəhid', 'poeziya']
4,801
https://kayzen.az/blog/qadin/7414/qad%C4%B1nlarin-ki%C5%9Fil%C9%99rd%C9%99-xo%C5%9Flamad%C4%B1%C4%9F%C4%B1-m%C9%99nfi-c%C9%99h%C9%99tl%C9%99r.html
Qadınlarin kişilərdə xoşlamadığı mənfi cəhətlər
yravil
Qadın
15 okyabr 2011, 21:24
Ən müxtəlif araşdırmalar zərif cinsdə antirəğbət oyadan bir neçə əlaməti müəyyənləşdirməyə imkan verib.Məsələn: Ağ şalvarlılar - Çox xüsusi bir kostyum olmadıqca ağ şalvar geyinməkdən çəkinin. Ağ kostyuma əsla pul verməyin. Xüsusilə yazda geyilən ağ kətan şalvarlar, 80-ci illərin "Miami Vice"-ın vaxtından qalmadır. Ağ şalvar geyənləri qadınlar ilk baxışda rədd edir."Yumurta” dikdaban - Aranızda “yumurta” (oval) dikdaban ayaqqabı geyən varmı? Əgər varsa, o ayaqqabıları dərhal məscidlərin birinin həyətində unudun. Boyunuz sizə görə qısadırsa “buraxın, dağınıq qalsın”. Olduğunuz kimi görünün, özünüzə görə yoldaşlar seçin. Amma əsla dikdaban ayaqqabı geyməyin!Saçı jelelilər - Başına bir qutu jele yaxan və saçları işıqda par-par parıldayan kişilər bütün qadınları iyrəndirir. Çoxlu jele istifadə etməklə siz “qıjı” kontingentinə daxil olmuş sayılırsınız. Saçlarınız hər zaman təmiz olsun, duş qəbul etdikdən sonra da fenlə formaya salın.Rəngli linza - Göz rənginiz nə olursa-olsun onu sevməyə, alışmağa çalışın. Unutmayın, sizə ən çox yaraşan, doğuşdan sahib olduğunuz göz və saç rəngidir. Başqa bir kişidə rəngli göz çox gözəl ola bilər, amma önəmlisi təbii gözəllikdir... Bir də unutmayın, qadınlar orijinal kişilərdən xoşlanar, “ehtiyat hissəyə” müraciət etməyin.Təsbeh - Hələ də təsbeh çəkirsinizsə dərhal onu bir kənara atın. Çox lazımdırsa, təcili olaraq əlinizi əyləndirəcək başqa bir şey tapın. Çünki qadınlar təsbeh çəkən kişilərə çox da yaxşı gözlə baxmır. Hətta heç baxmır.Ucuz ətir - Ümid edirik ki, hələ də ucuz odekolonu ətir yerinə istifadə etmirsiniz. Əgər ətiriniz yoxdursa, odekolon da istifadə etməyinin, belə daha yaxşıdır... Kişilərdəki odekolon mövzusu qadınları rəsmi olaraq eyni qütblü maqnitlər kimi itələyir. Həddən artıq əzələli bədən - Həddən artıq əzələli bədənli kişilər, ə qadınlar bu tip kişilərdən heç xoşlanmırlar. Amma idman salonunda 500 kilo ağırlıqla “bench” press edən kişilər əsla seksual deyil.“Xaşal qarın” - Həddindən artıq əzələli kişilər bəyənilmədiyi kimi, həddindən artıq qarınlı kişilər də bəyənilmir. Önünüzdə balkon kimi dayanan bir qarınla gəzməyi istəməzsiniz hər halda. Əgər qaçırsınızsa və qarnınız sizdən qabaqda getməyə başlamışsa dərhal onun idarəsini ələ alın və yeməyinizə diqqət edin.Tər qoxusu - Qadınlar təmiz kişiləri sevir. Ətir olmasa da bədəni təmiz iy verən kişini qadınlar cazibədar sayırlar. Hər gün duş almanız və dezodorant istifadə etməyiniz məsləhətdir. Tər qoxusundan bu şəkildə xilas ola bilərsiniz, amma görünüş ilə də məşğul olmalısınız. İslanınca rəngi dəyişməyən, yəni tərlədiyiniz zaman sizi ələ verməyəcək geyimlər seçin.Sarı dişlər - Bazarda hər növ diş pastası varkən hələ də sarı dişlərdən şikayətçi olmaq çox pisdir... Unutmayın ki, siz necə qadının gülüşünə diqqət yetirirsinizsə, o da sizin gülüşünüzə diqqət yetirir. Əvvəlcə siqaret çəkirsinizsə, dərhal siqareti atın. Dişlərinizi nizamlı bir şəkildə ağardıcı diş məcunuyla fırçalayın.Ağız qoxusu - Bunu aradan qaldırmaq üçün bir çox üsul var, amma ağız qoxusu sizin fərqində olmadığınız bir mədə narahatlığından, ya da müalicəsi vacib olan çürük bir dişdən yarana bilər. Əvvəlcə bitmək bilməyən bir ağız qoxusu probleminiz varsa, həkimə gedin. Yediklərinizə diqqət yetirin, sevgilinizlə görüşməyə getməzdən əvvəl soğan, sarımsaq kimi iy verən yeməklərdən uzaq durun. Ağız spreyi ya da nanəli saqqız istifadə edin.Şalvarın altından görünən alt paltarı - Müəyyən şalvarlar dəbdədir, ancaq bunların altından geydiyiniz paltarlar da əhəmiyyətlidir. Heç bir qadın şalvarın altından görünən ağ tumanı görmək istəməz. Şalvarı aşağı sürüşdürdükdə çəksəniz alt paltarınız görünməz.Qızıl bijüteriya - Çox zəngin, imkanlı ola bilərsiniz, qızılın rəngini də sevə bilərsiniz, amma qadınların ortaq fikri belədir: “Kişilərə bijüteriya, xüsusilə qızıl bijüteriya yaraşmır”. Barmaq qalınlığında qızıl bir boyunbağı və ya barmağını örtən qızıl üzüklərdən, xüsusilə də qaşlı, cəngavər üzüyü kimi üzük taxan kişilər, qadınlar tərəfindən heç yaxşı qarşılanmır.
['qadınlar']
4,802
https://kayzen.az/blog/kontinent/2204/%C5%9Fimali-amerika.html
Şimali Amerika
2ral
Materiklər və qitələr
15 okyabr 2011, 19:38
Şimali Amerikanın ümumi sahəsi 24,2 mln km2 olub, Şimal və Qərb yarımkürəsində yerləşib. O, qərbdən Sakit, Şərqdən Atlantik, Şimaldan Şimal Buzlu okeanı ilə əhatə olunub.O, cənubda Panama kanalı vasitəsi ilə Cənubi Amerikadan, şimal-qərbdən Berinq boğazı vasitəsi ilə Avrasiya materikindən ayrılır. Uçqar nöqtələri. Şimalda-Mercison burnu, Cənubda-Maryato, qərbdə-Prins-Uels, şərqdə Sent-Çarlz burnu. Sahil xəttləri Şimalda və şərqdə daha çox girintili-çıxıntılı olduğundan çoxlu ada və yarımadaları var. Adaları. Şimalda-Kanada-Arktika arxipelaqı, Qrenlandiya, şərqdə-Nyufaundlend, şərqdə Bermud, Baham, Böyük və Kiçik Antil, qərbdə Aleut. Yarmadalar. Kaliforniya, Alyaska, Labrador, Yukatan, Florida. Cərəyanları. Qolfsrim, Antil, Alyaska, Passatlararası (isti), Kaliforniya, Labrador (soyuq) Körfəzləri. Hudzon, Müqəddəs Lavrenti, Meksika, Fandi, Kaliforniya, Alyaska. Dənizləri. Karib, Sarqass, Baffin, Bofort, Berinq. Kəşfi X əsrdə ilk dəfə normand dənizçiləri (vikinqlər), 1492-çi ildə Kolumb, daha sonra isə A.Vespucci burada olmuşdur. Şm. Amerikanın tədqiqində Hudzon, A.Makkenzi və s. səyyahların da böyük rolu olmuşdur. Şimali Amerikanın relyefi Qədim Lavraziya materikinin bir parçasıdır. Materikin əsas hissəsi Şm.Amerika platforması üzərində olduğundan materikin 2/3-si düzənliklərdən ibarətdir. (əsas şərqdə). Bu düzənliklərin üzəri qədimdə buzlaşmaya məruz qalıb. Materikin şimalındakı düzənliklər Kanada kristallik qalxanının üzərindədəir. Materikin daxili hissələrində Mərkəzi və Böyük düzənliklər yerləşib. Materikin cənub-şərqində səthi çayların gətirdiyi çöküntülərlə örtülü Missisipi ovalığı, cənubunda isə Meksika körfəzinin və Atlantik okeanının sahilboyu ovalıqları yerləşib. Materikin şərqində paleozoy yaşlı Appalaç dağları yerləşib. Bu dağlar qədim olduğundan hündür deyil. Kordilyer dağları — materikin qərbində Sakit okean sahilində yerləşib. Bu dağlar Alp dağəmələgəlmə mərhələsində yarandığından hündürdür. Bu dağlar 2 litosfer tavasının Sakit okean və Şm. Amerika tavalarının toqquşduğu ərazidə yerləşib. Bu dağlar 3 hissədən ibarətdir: 1. Şərqi və ya Qayalı dağlar, 2. Qərb və ya Sakit okean qurşağı, 3. Daxili qurşaq (Böyük hövzə yaylası). Hər tərəfdən dağ silsilələri ilə əhatə olunduğundan bura rütubətli hava kütlələri daxil ola bilmir və nəticədə yarımsəhra landşaftı yaranır. Şm.Amerikanın ən hündür nöqtəsi Kordilyer dağlarının Alyaska silsiləsində yerləşən Mak-Kinli (6193 m) dağıdır. Kordliyer dağlarında tez-tez vulkan və zəlzələlər olur. Burada çoxlu qeyzerlər (Yellouston parkında), çayların açdığı dərin dar dərələr-kanyonlar var. Ən iri kanyon Kolorado çayındadır. Şm.Amerikanın ən alçaq yeri Ölüm dərəsindədir. (-85 m) Vulkanları. Orisaba, Taxumulko, Reynir. Faydalı qazıntılar. Filiz yataqları materikin şimalındakı Kanada qalxanı və Kordilyer dağlarında; yanar faydalı qazıntılar Şm.Amerika platformasının çökmə süxurlarında yayılıb. Appalaç dağları kömür və dəmir filizi ilə zəngindir. Şimali Amerikanın iqlimi Materikin iqliminin platformasında coğrafi mövqeyinin, relyefinin, sahəsinin atmosfer sirkulyasiyasının, okean cərəyanlarının rolu böyükdür. Materikin şimalında və cənubunda dağlar olmadığından şimaldan arktik, cənubdan isə tropik kütlələri əraziyə maneəsiz olaraq daxil olur. Bu iki hava kütləsi materikin daxili hissələrində qarşılaşdıqda tornado adlı güclü küləklərin-qasırğaların yaranmasına səbəb olur. Materikin iqliminin formalaşmasına Şimal Buzlu okeanı və Atlantik okeanları böyük təsir göstərir. Çünki istər şimalda, istərsə də şərqdə hündür dağlar olmadığından bu okeanlar üzərində formalaşan hava kütlələri manesiz olaraq materikin içərisinə daxil olur. Bundan fərqli olaraq materikin qərbindəki Kordilyer dağları Sakit okeandan gələn hava kütlələrinin materikin daxili hissələrinə hərəkət etməsinə mane olur. Kordilyer dağları Sakit okeandan gələn rütubətli havanın qarşısını aldığından materikin qərb sahillərinə daha çox yağıntı düşür. Şm. Amerika ekvatorial iqlim qurşağından başqa bütün 6 iqlim qurşaqlarına malikdir: 1. Arktik qurşaq-qütb dairəsindən şimalda yerləşən və Şimal Buzlu okeanının təsiri altında olan əraziləri əhatə edir. Arktik hava kütlələri hakimdir. Ilboyu soyuq və az yağıntılıdır. 2. Subarktik qurşaq da yayda mülayim, qışda arktik hava kütlələri hakim olduğundan yay sərin, rütubətli; qış soyuq və quru olur. 3. Mülayim qurşaq Şm. Amerikada ən geniş ərazidə yayılıb. 40-600 şm enlikləri arasını əhatə edir. Mülayim hava kütlələri hakimdir. Relyefdəki fərqlər və okeandan uzaqlığı nəticəsində bu qurşaq daxildə 3 iqlim tipi- qərbdə-dəniz, daxili hissədə-kontinental, şərqdə isə mülayim-kontinental iqlim tipii yaranır. 4. Subtropik qurşaqda-okean cərəyanlarının, relyefin, hakim küləklərin təsiri altında 3 iqlim tipi yaranır. Qərbdə-Aralıq dənizi iqlim tipi, daxili hissədə kontinental, şərqdə-musson iqlim tipi yaranıb. 5. Tropik qurşağının 2 tipi var. 1) Kaliforniya yarımadasında (soyuq Kaliforniya cərəyanının təsiri nəticəsində) və Meksika dağlıq yaylasında tropik səhra iqlimi yaranır. 2) Materikin şərqində rütubətli tropik iqlim qurşağı yaranır. Bu iqlim tipinin yaranmasına səbəb isti okean cərəyanları və bu əraziyə okeandan rütubətli passat küləklərinin əsməsidir. 6. Subekvatorial qurşaq materikin ucqar cənubunu əhatə edir. Il boyu isti yay rütubətli, qış quraq olur. Daxili sular Çayları 3 hövzəyə aiddir. I. Atlantik okeanının çayları-Missisipi, Missuri, Ohayo, Reo-Qrande, Müqəddəs Lavrenti və s. Missisipi materikin ən uzun və bol sulu çayıdır. Mənbəyini Yuxarı gölün qərbindəki göl və bataqlıqlardan götürür. Yağış və qar suları ilə qidalanır. Mənsəbində iri delta yaradır. Ən uzun qolları Missuri və Ohayo çaylarıdır. II. Sakit okeanın çayları –daha qısa, sürətli və astanalıdır. Ən iri çayları Kolorado, Kolumbiya və Yukondur. Bu çaylar üzərində iri kanyonlar və SES-lər var. III. Şimal buzlu okeanının çayları əsasən qar suları ilə qidalanır. Ilin çox hissəsi buzla örtülüdür. Ən iri çayı Makkenzidir. Gölləri. Kaynozoyun IV dövründə buzlaşmanın olması və iqlim şəraiti nəticəsində materikin şimalında göl çoxdur. Bu göllərə –Böyük Ayı, Böyük Kölə, Atabaska, Vinnipeq və Böyük Göllər aiddir. Böyük Göllərə 5 göl; Yuxarı, Ontario, Huron, Eri və Miçiqan gölləri daxildir. Bu 5 göl müxtəlif yüksəklikdə pilləvari şəkildə yerləşmiş və Müqəddəs Lavrenti çayı vasitəsi ilə Atlantik okeanı ilə əlaqəlidir. Eri və Ontario gölləri arasında Niaqara şəlaləsi yerləşib (Kanada ilə ABŞ arasında yerləşir. Hündürlüyü 50 m, eni 1100 m-dir) Dünyanın ən iri şirin gölü olan Yuxarı göl bu göllərdən biridir. Materikin daxilində göllər dayaz və duzludur. Məsələn Böyük Duzlu (və ya şor), Yuta və s. Şimali Amerikada təbii zonalar Materikin şimalında enlik, cənub və mərkəz hissəsində isə meridianal istiqamətdə dəyişir. Zonallığın bu çür pozulmasına səbəb relyef və Qolfstrim cərəyanının təsiridir. Materikin düzənlik hissəsində iqlim xüsusiyyətlərindən asılı olaraq aşağıdakı təbii zonalar yaranır: 1. Arktik səhralar zonası-Qrelandiya və Kanada-Arktika arxipelaqının şimal hissəsini tutur. Yay qısa, sərin, qış uzun və sərtdir. Bitkiləri mamır, şibyə, tipik heyvanı ağ ayıdır. 2. Tundra zonası — Subtropik iqlim qurşağında yerləşib. Bataqlıq tundra-qleyli torpaqlarında cırtdan tozağacı və söyüd ağacları bitir. Heyvanları müşk öküzü, karibu (şimal) maralı, ağ kəklik, şimal tülküsü və canavardır. 3. Meşə tundra zonası — iynəyarpaqlı ağaclardan ibarətdir 4. Meşə zonası – materikin 1/3 hissəsini əhatə edir. a) Şimalda iynəyarpaqlı meşələr tayqa adlanır. Torpaqları podzoldur. Bitkiləri ağ və qara şam, bizon otu, heyvanları skuns, ondatra, qunduz, yenot, bizon və s. b) Qarışıq meşələr — Böyük Göllər və Şimali Appalaç dağlarını əhatə edir. Torpaqları cimli-podzal və boz meşə tipidir. c) Enliyarpaq meşə zonası Mərkəzi düzənliyin şərqini və Appalaç dağlarının cənubunu əhatə edir. Torpaqları qonurdur. d) Materikin cənub-şərqində Atlantik okeanı sahilində sarı və qırmız torpaqlar üzərində rütubətli həmşəyaşıl meşələr yayılıb. Sakit okean sahili meşələrində hündürlüyü 100 m, diametri 9 m olan həmişəyaşıl sekvoyya (mamont) ağacı bitir. 5. Meşə-çöl zonası boz meşə və qara torpaqlar üzərində formalaşıb. 6. Çöl zonası –mülayim və subtropik iqlim qurşağının şabalıdı və qara torpaqları üzərində formalaşıb. Şm.Amerikanını çöl zonası preri adlanır və əkinçilikdə geniş istifadə olunur. 7. Yarımsəhra və səhralar –Kordilyer dağlarının daxilini, Kaliforniya yarmadası və Meksika yaylasını əhatə edir. Bu zonanın boz, qonur və acıq şabalıdı torpaqları üzərində kaktus, yovşan və tikanlı şoran bitkilər bitir. 8. Savanna və həmişəyaşıl rütubətli meşələr-materikin cənubunda qırmızı-qonur və sarı torpaqlar üzərində formalaşıb. Əhalisi — 400 mln nəfərdir. Əhali buraya 25-40 min il əvvəl şimal-şərqi Asiyadan Berinq boğazı vasitəsilə gəlib. Onlar monqoloid irqinə mənsub idi. Şm.Amerikanın yerli əhalisi olan hindu, eskimos və aleutların əcdadı da onlardır. Aleutlar Alyaska yarımadası və Aleut adalarında, eskimoslar materikin şimalında və Qrelandiyada yaşayır. Amerika kəşf olunduqdan sonra bura Avropadan ingilis, ispan, fransız və s. Afrikadan zəncilər köçmüşdür. Siyasi xəritəsi. Şm Amerikadakı bütün ölkələrin hamısının dünya okeanına çıxışı var. ABŞ və Kanada materikin IEÖ-ləridir. Şimali Amerikanın təbiəti çox gözəldir(Böyük Kanyon): Həmçinin bax: Şimali Amerikanın tədqiqat tarixi Cənubi Amerika haqqında
['Şimali Amerika', 'simali amerika relyefi', 'Şimali Amerika materiki']
4,803
https://kayzen.az/blog/turk-dili/5810/saitl%C9%99rin-b%C3%B6lg%C3%BCs%C3%BC.html
Saitlərin bölgüsü
Ferro
Türk dili
15 okyabr 2011, 19:14
Türk dilinin saitləri üç prinsipə görə bölünür: 1. Dilin vəziyyətinə görə: a) dilönü və ya incə saitlər: e, i, ö, ü. b) dilarxası və ya qalın saitlər: a, ı, o, u. 2. Dodaqların vəziyyətinə görə: a) dodaqlanan saitlər: o, u, ö, ü. b) dodaqlanmayan saitlər: a, ı, e, i. 3. Ağız boşluğunun vəziyyətinə görə: a) gen və ya açıq saitlər: a, e, o, ö. b) dar və ya qapalı saitlər: ı, i, u, ü. Saitlərin bölgüsünü göstərən cədvəl Dodaqların vəziyyətinə görə Dodaqlanmayan Dodaqlanan Ağız boşluğunun vəziyyətinə görə Gen Dar Gen Dar Dilin vəziyyətinə görə İncə e i ö ü Qalın a I o u Yuxarıdakı cədvəldən istifadə edərək, türk dilindəki saitlərin hər birinin fərqləndirici əlamətlərini qruplaşdırmaq mümkündür: a - qalın, dodaqlanmayan, gen saitdir. e - incə, dodaqlanmayan, gen saitdir. i - incə, dodaqlanmayan, dar saitdir. ı - qalın, dodaqlanmayan, dar saitdir. o - qalın, dodaqlanan, gen saitdir. ö - incə, dodaqlanan, gen saitdir. u - qalın, dodaqlanan, dar saitdir. ü - incə, dodaqlanan, dar saitdir.
['saitlər']
4,804
https://kayzen.az/blog/poeziya/7409/de,-nec%C9%99-bar%C4%B1%C5%9F%C4%B1m-m%C9%99n-bu-zamanla-%7C-ramiz-t%C9%99kani.html
De, necə barışım mən bu zamanla? | Ramiz Təkani
elshad
Poeziya
15 okyabr 2011, 14:10
Ədalət şam kimi əriyir, ALLAHZor haqqı divara diriyir, ALLAHYalan ayaq açıb yeriyir, ALLAHBacara bilmirsən doğru-yalanlaDe, necə barışım mən bu zamanla... Mərdlərin başını namərdlər yiyirŞərə göz vermiyib göz yumur XeyirGədalar özünə şahənşah deyirYaxşılar iş görür pislə, yamanlaDe, necə barışım mən bu zamanla... Ürəklər soyuyub olub buz kimiNamus çeynənilir 1 saqqız kimi10 ilin pozğunun təmiz qız kimiGəlin köçürən var toyla, nişanlaDe, necə barışım mən bu zamanla.......... Bığsız kişiləri el ağsaqqalıElmdən dəm vurur ağıldan kalıPələngə tay olub çaqqal çukqalıQoyunu aşnalıq edir qabanlaDe, necə barışım mən bu zamanla.......... Qeyrət çoxları üçün olub 'qeyri ət'1 milyon qaçqını olan bu millətDözüb səbr eliyir dəhşətdi dəhşətYuya bilmiriksə biz qanı qanlaDe, necə barışım mən bu zamanla.......... 'Ramil Səfərova azadlıq', hanı?Verdik yad əllərə o mərd oğlanıAllah yerə soxsun AzərbaycanıBu həyalı canla, bu həyəcanlaDe, necə barışım mən bu zamanla.......... İndi 1 şüar var, 'yaşasın rüşvət'Başda vəzifədir, ayaqda qeyrətBu yolla hara gedir bu millətYolu kəsmək olmur hətta QURANLADe, necə barışım mən bu zamanla.......... Ata-anasıni oğraşlar bu günQocalar evinə edirsə sürgünQarabağ alınar? Bu qeyri mümkünDünyanı titrədən ahu-fəğanlaDe, necə barışım mən bu zamanla.......... Hər kəs öz xeyrini güdür həyatdaBu işə ALLAH da mat qalıb hətta2 doğma qardaş 1 damın altda1 ocaq yandırır 2 qazanlaDe, necə barışım mən bu zamanla.......... Haqqa yox, nəfsədir indi etiqad1 kimsə yoxsula etmiyir imdadVarlı öz dövlətin çəkdirir, ey dadKasıb öz çəkisin çəkən qapanlaDe, necə barışım mən bu zamanla.......... Varlı süfrəsində olan tox milçəkDurur ac kasıbdan hörmətdə yüksəyPul üçün fağıra hansısa eşşəkƏgər əmr edirsə 'xoruz tək banla'De, necə barışım mən bu zamanla.......... Kasıb nə deyirsə 'əşşşii' deyirlər'Dəlidi, işləmir başı' deyirlərİndi dövlətliyə 'kişi' deyirlərMənlik ölçülürsə dövlətlə, şanlaDe, necə barışım mən bu zamanla.......... Avropa dəbinə olannan köləAr zibil şəklində atılıb çölə Adam xəcalətdən az qalır öləDarbalaq şalvarla, yarıq tumanlaDe, necə barışım mən bu zamanla.......... Mən vəhşi çimərlik gördüm bu yaydaDiqqət! Fahişəxana tikilir aydaAta Maskvada, ana DubaydaOğul parapeddə, qız... Özün anlaDe, necə barışım mən bu zamanla.......... Kişi var ev satıb qız kirəliyirFirminni oteldə can şirəliyirArvad-uşağısa baş girəliyir1 parça çörəklə, 1 baş soğanlaDe, necə barışım mən bu zamanla.......... Arvad var ərinin sözünə baxmırƏr var arvadının üzünə baxmırBu dünya güzgüdə özünə baxmır?!Hanı Nuh peyğəmbər?! Gəlsin tufanlaDe, necə barışım mən bu zamanla.......... Məmurlar firon tək əyləşib taxtdaTorpaq qanununun icrası saxtaKompüter, texnika olan bu vaxtdaKəndli yer şumluyur xışla, kotanlaDe, necə barışım mən bu zamanla.......... Cinayət törədən hakim bizdədiXəstəsin öldürən həkim bizdədiÖzün kəşf etmiyən alim bizdədiBu əsəbi başla, bu dərdli canlaDe, necə barışım mən bu zamanla.......... Cəngi bata-bata batır zatımızYallı yox caz gedir camaatımızMəhv olmaq üzrədi muğamatımızƏgər küsmüşüksə tarla, kamanlaDe, necə barışım mən bu zamanla.......... Şairlər yazmasın sevgi şeirini'Məcnunlar' bulvarda gəzir 'Leylini'Erkəylər erkəyə salır meyliniNigah bağlıyırsa zənan zənanlaDe, necə barışım mən bu zamanla.......... Güldürüb özünə şarlatanlarıBirləşmir dünyanın müsəlmanlarıMənə fitva versin din irfanları2 təriqətlə, 2 azanlaDe, necə barışım mən bu zamanla.......... Azmıdır bu xalqın din işğalçısı?Dələduz mollası, gopçu falçısıHacı pivəsinin istehsalçısıSaziş bağlıyırsa dini dükanlaDe, necə barışım mən bu zamanla.......... Dinlədikcə şeytan çalan havanıEyliyirik haqqa qarşı davanıÇoxu məşhərdəki haqqı-divanıSəhv salır Embavuddakı divanlaDe, necə barışım mən bu zamanla.......... Mən Nəsimi övladıyam, ay arsızSizə qalsa lap dərimi soyarsızKəfənimə qələm vərəq qoyarsızHaqq dünyasın gözdüyürəm gümanlaDe, necə barışım mən bu zamanla.......... Xəyala dalıram 1 an içindəGünahsız əllərim al qan içindəBu şeiri yazmışam zindan içindəMən şair Rüstəməm, az məni danlaBarışan deyiləm mən bu zamanla Həmçinin bax: Azərbaycanlılar  
['zəmanə', 'satira', 'Azərbaycan reallıqları', 'Ramiz Təkani']
4,805
https://kayzen.az/blog/dusundurucu-hekayeler/6380/sevginin-nifr%C9%99t%C9%99-d%C3%B6nd%C3%BCy%C3%BC-an-n%C9%99l%C9%99r-olur.html
Sevginin nifrətə döndüyü an nələr olur?
ayxansevda
Düşündürücü hekayələr
15 okyabr 2011, 04:05
Onlar beş il evli idilər. Allah iki gözəl fidan bəxş etmişdi onlara. Hər şey öz yolunda kimi idi elə bil. Lakin son vaxtlar nəsə soyuqluq hiss etmişdi Aynur. Yoldaşı evə gec gəlir, bəhanə axtarırmış kimi hər şeyi problemə çevirib, söz- söhbət salırdı. O, səbr edib hər şeyə dözürdü. Düşünürdü ki, yəqin işləri düz getmir, axır vaxtlar stress, gərginlik bütün bunlarla əlaqəlidir. O, yoldaşına dəstək olmalı, ona arxa olmalıdır. Çalışırdı ki, ailə daxili əsayişi qorusun, yoldaşı ilə üz- üzə gəlməsin, pərdə götürülməsn. Qəfil zəng hər şeyi dəyişdi. Heç vaxt ağlına gətirmədiyi hadisə onun başına gəlmişdi. Yoldaşının həyatında başqası var idi.Qəfil, anonim zəng qısa və konkret şəkildə " Yoldaşının həyatında başqa qadın var, inanmırsan yoxla" demişdi. Əvvəl inanmadı, düşündü yəqin səhv düşüblər, bu zəng ona ünvanlanmayıb. Sonra son vaxtlar yoldaşının davranışını yadına salınca, yoxlamağı qərara aldı. Aynur ümid edirdi ki, bu anlaşılmazlıqdı, heç cür qəbul edə bilmirdi ki, belə hadisə onun başına gələ bilər. «Bu ola bilməz, heç vaxt iki balası olan ata belə iş tutmaz. Axı, mən də pis adam deyiləm, hər dediyini edirəm, evdə səs qaldırmıram, hörmətini saxlayıram, yox, o, heç vaxt mənə xəyanət edə bilməz». Aman Allah, xəyanət sözünə necə nifrət edirdi. Bu yeddi səsli söz onu necə də hövsələdən çıxarırdı. O, bu sözü nə dostluqda, nə sevgidə, heç bir halda qəbul etmirdi. Amma indi… bu sözü nəyinki qəbul etmək, hətta yaşamaq üçün güc tapmaq lazım idi. Yox, indi o, hər şeyi araşdıracaq və əmin olacaq ki, hər şey öz yolunda, yoldaşı tərtəmiz, vicdanlı, məsuliyyətli bir insandır, belə iş tutmaz. Aynur unudurdu ki, biz insanıq, nəfsimiz var, yalan danışmaq da əlimizdən gəlir. Unudurdu ki, insan hər şeyə qadirdi, sadəlövhcəsinə inanırdı. İnanırdı və bu onun faciəsi idi. Aynur öz dünyasında yaşayırdı. Saf, yalandan uzaq, bu real dünyadan çox fərqli, utopik dünyasında. O, inanırdı ki, pis bir şey onun başına gələ bilməz. lakin şübhə elə acı və qorxulu toxumdur ki, tez boy atır və bütün vücuduna hakim olur. Nəhayət, ürək edə bilmədiyi bir işə başlamağı qət etdi. O, hər şeyi yoxlamalı, araşdırmalı idi. Gecə yoldaşı yatınca onun telefonunu axtardı. Tapa bilmədi. Birdən ağlına gəldi ki, son vaxtlar yoldaşı telefonu yastığının altında gizlədir. Buna gizlətməkdən başqa nə ad vermək olardı ki? Ehmalca telefonu götürdü. şübhəli gələn nömrələri qeyd etdi və onlara bir-bir zəng vurmağa başladı. Bu proses elə də asan deyildi. Onun bütün bədəni tit-tir əsirdi. Ona bir anlıq elə gəldi ki, yer ayağının altından qaçdı, başı fırlandı, əli titrəməyə başladı. Lakin bir neçə zəng hələ heç nə demirdi. O sakitləşdi. Sevinməyə başladı, gözlərində ümid işığı yandı, lakin sonincu nömrəni yığdıqda telefona qadın səsi cavab verdi. O, inana bilmirdi qulaqlarına. Bu ola bilməzdi. Bu qadın kim idi? Necə olmuşdu ki, onun nömrəsi yoldaşının telefonunda ən çox zəng etdiyi nömrələr sırasında olsun? Yəni, anonum zəng həqiqəti ona söyləmişdi? Aman Allah, niyə bunlar onun başına gəldi? Yox, bu həqiqət ola bilməz, burda nəsə bir anlaşılmazlıq var. Aynur, halsız şəkildə divana oturdu. bir müddət düşünmə qabiliyyətini itirdi, gözləri bir boşluğa zillənmişdi, nə edəcəyini, bundan sonra necə yaşayacağını bilmirdi. Ancaq onu bilirdi ki, həyatı alt -üst olmuşdu. Özünü kimsəsisiz, aciz, lazımsız hiss etdi. Hər şeyi aydınlaşdırmaq lazım idi. O hiss edirdi ki, içində nəsə, heç vaxt duymadığı hisslər baş qaldırır. Nəsə anlaşılmaz, ağır, onun nəfəsini kəsən hisslər. O, uyumalı idi. Yatmaq, dincəlmək lazım idi. Belə də etdi. Neçə saat yatdığını bilmədi. Ancaq onu bilirdi ki, heç ayılmaq belə istəmirdi. Sanki ölmək, canını qurtarmaq çıxış yolu idi. Ancaq ölməmişdi və olanları yaşamaq, reallıqla barışmaq, həyatına davam etmək, ayaqları üstə dayanmaq, sınmamaq lazım idi. O, düşünürdü ki, indiyə kimi elə bil yuxuda imiş, balaca uşaq kimi nağıllarda yaşayırmış. Axşam yoldaşı evə gəldikdə onun gözlərinə diqqətlə baxmağa başladı. İndi bu gözlərə məhəbbətlə yox, başqa cür baxırdı. İndi onlara əvvəlki tək qürurla baxmırdı. İndi onlara əvvəlki tək güvənmirdi. Əksinə olmuşdu hər şey. İndi onlara şübhə ilə, yad insana, tanımadığı birisinə baxdığı kimi baxırdı. Qarşıdakı insanın, ona hər zaman hamıdan yaxın olan, bir yastığa baş qoyduğu bu şəxsin kim olduğunu xatırlaya bilmirdi sanki. Belə də olur demək. İnsan bir günə, bir saata da böyüyə bilərmiş. İndi o, anlamışdı ki, indiyə kimi 5 yaşlı qızcığaz imiş. Nə olsun ki, iki uşaq anasıdır. Psixoloji baxımdan elə  balalarından heç də fərqlənmir. İndi isə çox qocalmış, beli bükülmüşdür. Sevgi insanı xöşbəxt etmək qüdrətinə malikdir, amma...bədbəxt etmək qüdrəti var imiş. Xöşbəxtlik çox qısa olur, unudulur, bədbəxtlik isə ömrünün sonuna kimi sənə yoldaşdır. Bütün bunları bir günün içində anlamışdı. O, yatmış, oyandıqda tamam başqa insan kimi durmuşdu. 5 yaşlı qız yatmış 65 yaşlı qarı kimi oyanmışdı. Həyatda güclü olmaq lazımdır, əks halda necə yox olduğunu heç özün də hiss etməyəcəksən. Səni hər kəs unudacaq. İnsanlar unutqan olur. Anonim zəng, telefon nömrəsi barədə yoldaşına hər şeyi danışdı. Təbii ki, o da hər şeyi inkar etdi. Lakin artıq onun üçün heç nəyin fərqi yox idi. Bir günün içində onun gözlərindən qəflət pərdəsi qalxmışdır. İndi onun necə şirin yalan danışdığını görürdü. Əvvəl gözüyumulu ona inanırdı. İndi isə… hər kəlməsinin yalan, ya həqiqət olduğunu necə də aydın görsənirdi. Həyat budur… Niyə də o seçilmiş olmalıydı? Bu həyatda o qədər əziyyət çəkən insan var ki. Niyə o bu insanlardan fərqli olmalı idi? Hansı səbəbə görə? Həyat yalnız yeyib — yatmaqdan ibarət deyil ki. Həmişə onun bəxti gətirməli deyil ki...Bunları düşünə- düşünə sakitcə pəncərəyə yaxınlaşdı və yağışı dinləməyə başladı. İçindəki inam, insanlara və hər kəsə olan inamı bu yağışla birgə yuyulub gedirdi. İçindəki saflıq yox olmuşdu. Artıq o, kinli realistə çevrilmişdi. O, bütün gücünü səfərbər etmiş və indidən sonra necə yaşayacağını düşünürdü. Müəllif: Zeynalova V.M  
['düşündürücü hekayə']
4,806
https://kayzen.az/blog/cahandar/7407/haqs%C4%B1zl%C4%B1q.html
Haqsızlıq
cahandar
Bloq: cahandar
15 okyabr 2011, 02:40
O,haqsızlığa məruz qalmışdı.Onun balaca,kövrək ürəyi daha dözmürdü.Ağlamaq,ağlamaq,yenə də ağlamaq istəyirdı.Bəlkə bu göz yaşları ona olunan haqsızlığı yuyub aparar deyə.Onun gözəl gözləri vardı.Baxanda canlar alan,güləndə qəlb açan,ağlayanda ürək çırpındıran.Gözəl gözlər.Nə olar bu gözlərdən gülüş aksik olmaya......ağlamaya....ağlatmayalar..... Gözlərindən axan hər damla yaş,bir zülmkara bəla aparar.O kövrək ürəkli gözəl hətta zülmkarlarına da,bəla gəlməsinə razı olmazdı.  Həyat çox çətin və qəribədir.Haqsızlar çox,zəif və mömin kəslərə zülmləri ilə qalib gəlməyə  çalışar və əksərən qalib olarlar.Lakin bu doğru düşünülməyib.Çünki bu sadəcə gözlə görünən hissədir.Axır nəticədə haqq,ədalət qalib gələr.Haqqın tərəfdarı Yaradanımız tərəfindən çox sınanar,çətinliklərdən keçər.Şeytana uymazsa,əlbətki,son nəticədə qalib olar.  __  Ey zülmkar,ey zalım,qıyma o gözələ.Axı onun sənə pisliyi dəyməyib.Onun gözəl gözlərinə qıyma daha.Doğru yola gəl,şeytana deyil,Allaha tapın.Günahsız zavallıdan əl çək.Təbəssümünü əlindən aldığın kimi,özünə qaytar.Çəkil yolundan.Xoşbəxtliyinə mane olma daha. Gözlərindən axan yaş, Nə gözəldir o göz-qaş. Axıtdın yavaş-yavaş, Bəsdir daha vətəndaş!!   Sevgisiz insan olmaz, Alçaqda vicdan olmaz, Urəkdə şeytan olmaz, Bəsdir daha vətəndaş!!   Haqsızlıq çox etdiniz, Ona zülüm etdiniz. Qoy yumşalsın qəlniniz, Ağlamasın o göz-qaş.     Müəllif: Cahandar Həsənli. Mənbə:Bu yazı internet aləmində ilk dəfə yayımlanır.müəllifin imzası olmadan yayımlamaq qadağandır.
['romantika']
4,807
https://kayzen.az/blog/aforizmler/7406/s%C9%99hv-haqq%C4%B1nda-aforizml%C9%99r.html
Səhv haqqında aforizmlər
umud600
Hikmət dənizi və aforizmlər
15 okyabr 2011, 00:22
Bilmədən edilən səhv yanlışlıq, qəsdən edilən səhv isə cinayətdir.  ( Bertold Brext: Alman yazıçısı )Başqasının səhvinə dözsək də, öz səhvimizə qarşı amansız olmalıyıq.  ( Sabine Tastu: Fransız şairi )Bəzi adamlar heç vaxt səhvə yol vermirlər, çünki heç nə etmək istəmirlər.  ( İohann Volfanq Höte: ( Alman şairi )Əgər səhv etməsəydim, çox az iş görə bilərdim.  ( Qabriel Onore Marsel: Fransız filosofu )Başqalarının etdiyi xətalara görə qəzəbləndikdə onları yox, özümüzü cəzalandırmış oluruq.  ( İmmanuel Kant: ( Alman filosofu )Səhv etmək eyib deyil, eyib o səhvi təkrarlamaqdır.  ( naməlum )Qəbul edilən bir xəta qazanılmış bir zəfərdir.  ( Naməlum ) Ən böyük xəta xətaların fərqinə varmamaqdır.  ( Tomas Karleyl: Şotland yazıçısı )Xəta etmək bir şey deyil, onu unutmaq pisdir.  ( Konfutsi: Qədim Çin Mütəfəkkiri )Səhvi düzəltməmək ən böyük səhvdir.  ( Konfutsi )Əvvəlcə həqiqəti bilmək lazımdır, həqiqət bilinərsə, səhv də bilinər. Ancaq əvvəlcə səhv bilinərsə, həqiqətə çatmaq olmaz.  ( Əbu Nəsr Muhəmməd əl-Fərabi: Qazaxıstan filosofu )Ən böyük səhv özünün heç vaxt səhv etmədiyini düşünməkdir.  ( Tomas Karleyl )Çalış bu dünyada səhv eyləmə sən,Çox bizim kimilər yanmış səhvindən.  ( Nizami Gəncəvi )
['aforizmlər']
4,808
https://kayzen.az/blog/fotosessiya/7400/2011-ci-ilin-%C9%99n-nadir-avtomobill%C9%99ri.html
2011-ci ilin ən nadir avtomobilləri
BaKiNeC
Fotosessiya
14 okyabr 2011, 15:26
«M PORT» bu il məhdud sayda istehsal olunmuş avtomobillərin reytinqini müəyyənləşdirib.Porsche 911 Turbo S10 ədədBentley Continental Flying Spur10 ədədLamborghini Sesto Elemento20 ədədShelby Cobra50 ədədAudi A1 Diamond Edition57 ədəd 2011 Range Rover Autobiography Limited Edition500 ədədAudi Q7 Halo Edition555 ədəd2012 London Olympics Mini Cooper2012 ədədInfiniti FX Sebastian Vettel EditionSayı açıqlanmırMaserati Granturismo Convertible Cabrio Fendi Special editionSayı açıqlanmır
['ekskluziv maşınlar', 'nadir maşınlar', 'məhdud maşınlar']
4,809
https://kayzen.az/blog/fotosessiya/7399/d%C3%BCnyan%C4%B1n-%C9%99n-m%C3%B6ht%C9%99%C5%9F%C9%99m-g%C3%B6yd%C9%99l%C9%99nl%C9%99ri.html
Dünyanın ən möhtəşəm göydələnləri
BaKiNeC
Fotosessiya
14 okyabr 2011, 14:48
Dünyanın ən nəhəng memarlıq şirkətlərindən olan "Kohn Pedersen Fox Associates" yeni reytinq müəyyənləşdirib.Empire State Building, Nyu-York, ABŞ Hündürlüyü: 437 metrLayihənin dəyəri: 41 milyon dollarÇin Mərkəzi Televiziyasının mənzil-qərargahı (CCTV), Pekin, ÇinHündürlüyü: 234 metr.Layihənin dəyəri: 600 milyon dollar."Commerzbank"ın binası, Frankfurt, AlmaniyaHündürlüyü: 300 metr.Layihənin dəyəri: 414 milyon dollar.Bitexco Financial Tower, Hoşimin, VyetnamHündürlüyü: 262 metrLayihənin dəyəri: 220 milyon dollar.Çin Xalq Bankı (BOC Tower), Honkonq, Çin Hündürlüyü: 305 metrLayihənin dəyəri: 150 milyon dollar Riyad Kingdom Center, Ər-Riyad, Səudiyyə Ərəbistanı Hündürlüyü: 302 metrLayihənin dəyəri: 452 milyon dollar.Grand Lisboa mehmanxana və kazinosu, Makao, Çin Hündürlüyü 261 metrLayihənin dəyəri: 385 milyon dollar.Bəhreyn Ümumdünya Ticarət Mərkəzi (Bahrain World Trade Center), Manama, BəhreynHündürlüyü: 240 metr.Layihənin dəyəri: 150 milyon dollarBurc-Xəlifə (Burj Khalifa), Dubay, Birləşmiş Ərəb ƏmirlikləriHündürlüyü: 828 metrLayihənin dəyəri: 1,5 milyard dollar.Petronas əkizlər qülləsi (Petronas Twin Towers), Kuala-Lumpur, MalayziyaHündürlüyü: 452 metrLayihənin dəyəri: 1,6 milyard dollar.
['Möhtəşəm göydələnlər', 'Hündür binalar']
4,810
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7398/allah%C4%B1n-l%C3%BCtf%C3%BC.html
Allahın lütfü
umud600
Düşündürücü hekayələr
13 okyabr 2011, 23:37
Allahın peyğəmbəri Həzrəti Musa bir gün yenə Həzrəti Cəbrəildən:"Allahdan yer üzünün ən günahkar bəndəsinin kim olduğunu bilmək istəyirəm"-deyə soruşur.Vəhy mələyi Allahdan xəbər gətirir: -Sübh çağı şəhərin giriş qapısında gözlə, qapıdan birinci çıxan şəxs Allahın ən günahkar bəndəsidir. Hz.Musa sübh vaxtı artıq qapının yanında idi. O. səbirsizliklə gözləyirdi.Bu vaxt bir yaşlı qoca kişi, arxasinca da cavan oğlu qapıdan çıxdılar.Hz.Musa yaşlı kişinin halına çox acıdı.Allaha onun günahlarının bağışlanması üçün dua etdi.Sonra da Tur dağına gedib vəhy mələyindən Allahın ən günahsız bəndəsinin kim olduğunu öyrənmək istədi.Vəhy mələyi: -"Ya Musa bu gün şəhərə ən axırıncı girən kəs Allahın ən günahsız bəndəsidir"- dedi. Hz.Musa axşamüstü şəhər qapısına gəldi və gözləməyə başladı. Camaat öz iş-gücündən evinə qayıdırdı. Bu zaman peyğəmbər yaşlı kişini və oğlunu da gördü.Yaşlı kişinin oğlu qabaqda, özü də arxasınca şəhərə daxil oldular. Onlardan sonra daha kimsə gəlmədi.Hz Musa "Allahın günahsız bəndəsi yaşlı kişimi?"-deyə düşündü. Peyğəmbər Tur dağına gedib bu sirri vəhy mələyindən öyrənmək istədi.Hz.Cəbrəil dedi : -" Ya Musa, səhər gördüyün o yaşlı kişi həqiqətən dünyanın ən günahkar bəndəsi idi. Qoca öz oğlu ilə dərya kənarına balıq tutmağa getdilər.Kişi dəryadan bir balıq tutdu.Bu zaman oğlu atasından "Dünyada balıqdan böyük bir şey varmı?"-deyə soruşdu.Atası : -" Oğlum, balıqdan böyük dəryadır ki, onu özündə saxlayır"-dedi. Oğlu: Bəs dəryadan böyük nədir? Atas: Dəryadan böyük yer kürəsidir ki, dəryanı özündə saxlayır. Oğlu: Bəs yer kürəsindən böyük nədir? Atası: Allahın ərşi. Oğlu: Bəs ondan da böyük? Atası: Mənim günahlarımdır, oğlum. Oğlu: "Bəs sənin günahlarından böyük nədir?"-deyə soruşdu.Atası da "Allahın lütfüdür"-dedi. Tövbə qapısı həmişə açıqdır. Allah bağışlayan, rəhm edəndir, oğlum. İnşaallah mənim də tövbəm qəbul olunar. Allah yaşlı kişinin tövbəsini qəbul etdi və günahlarını bağışladı". Hz.Musa səcdəyə getdi və Allaha şükr etdi...
['düşündürücü hekayələr']
4,811
https://kayzen.az/blog/azerbaycan/5109/ramana-k%C9%99ndi.html
Ramana kəndi
Azərbaycan
Azərbaycan
13 okyabr 2011, 23:36
Qədimliyi, tarixi-mədəni zənginliyi ilə seçilən Bakı kəndlərindən biri də Ramanadır. Tarixçilərdən S. Aşurbəyli və S. Vəliyevin fərziyyələrinə görə, Ramana kəndinin adı romalılarla, roman tayfaları ilə (Roma imperiyasının legionları eramızın birinci əsrində Abşeronda olmuşlar) əlaqədardır. Digər fərziyyəyə görə, Ramana sözü iki fars sözünün birləşməsindən əmələ gəlmişdir: rahi - yol, mani - kəsən, kəsişən. Əvvəllər Abşeron kəndlərinin yolları Ramanada kəsişərmiş. Hazırda Ramana kəndini ətrafla əsasən iki yol birləşdirir: Şəhər şossesindən ayrılan yol Muxtarov sahəsindən keçib kəndə qədər uzanır. İkinci yol isə aeroporta gedən yolla birləşir. Sovet hakimiyyətinin ilk illərində Ramana kəndinin ərazisində neft quyuları qazılıb. Bununla əlaqədər kəndin cənub-qərbində (aeroport yolunun kənarında) Yeni Ramana qəsəbəsi inşa edilib, əhalinin bir hissəsi oraya köçürülüb. Kənddə orta məktəb, poçt, ATS və üç məscid fəaliyyət göstərir. Kəndin ortasındakı meydanda Qurban məscidi, hamam, klub, kitabxana, bələdiyyə, icra hakimiyyətinin nümayəndəliyi, ATS və dükanlar yerləşir. Kəndin şərqində daş və çınqıl karxanaları olub. Hazırda daş karxanaları fəaliyyətdədir. Bakının bir çox köhnə tikililərində Ramananın sarıqaya daşından istifadə olunub. Tarixi abidələr Ramana kəndində bir neçə qədim tarixi abidə var. Qərb tərəfdəki yolla kəndə yaxınlaşarkən qaya üzərində inşa edilmiş əzəmətli tikili nəzəri cəlb edir. Bu məşhur Ramana qalasıdır. Eynilə Mərdəkan qalasını xatırladır. Qalanın acınacaqlı tarixi var. Ötən əsrin 30-cu illərində qalanın bir hissəsi, eləcə də qalanın yaxınlığındakı həyətlər, o cümlədən Ramana kəndinin tanınmış tikililərindən olan Bakıxanovların və Hacınskilərin evləri dövlət tərəfindən sökülərək daşları başqa tikintilərdə istifadə edilib. Söküntü işləri zamanı qalanın həyətinə giriş hissəsindəki portalının üzərində olan daş kitabə dağıdılıb. 1950-ci illərdə Qabil adlı kənd sakini öz hesabına qalanı bərpa etməyə başlayıb. Sonra isə qala dövlət tərəfindən bərpa edilib. Bərpa işlərinin layihəsini L. Mamikanov və İ. Revazov tərtib ediblər. XIV əsr abidəsi olan Ramana qalasında “Koroğlu”, “Nəsimi”, “Babək” filmlərindən kadrlar lentə alınıb. Qalanın qarşısında hündür qaya parçası diqqəti cəlb edir. Dahi sənətkarımız Bülbül Koroğlu ariyasını da məhz o qayanın üzərində oxuyub. Ramana qalası turistləri cəlb etmək üçün əlverişli olsa da, hələlik bu yöndə yetərincə təmir-bərpa işi görülməyib. Qala məscidi (Xəlifə Əli məscidi) 1323-1324-cü illərdə sal qaya üzərində inşa edilib. Məscidin ərazisi 1636-cı ildən genişləndirilib. Nəriman məscidi 1898-ci ildə inşa edilib. Məscidin adı onu inşa etdirən şəxsin adı ilə bağlıdır. Qurban məscidi də 1901-ci ildə Qurban adlı kənd sakini tərəfindən inşa edilib. Sovet hakimiyyətinin ilk illərində klub kimi istifadə edilən məscidin mehrabı sökülüb. Məsciddə akustika güclü olduğundan 1937-ci ildə onun günbəzini də söküblər. Sovet hakimiyyətinin süqutundan sonra günbəz yenidən inşa edilib. Yuxarıda qeyd olunan məscidlərdən əlavə, kənddə vaxtilə məhəllə məscidləri də olub. Kənddə üç böyük hamam fəaliyyət göstərib. Onlardan başqa məhəllə və həyət hamamları olub. Meydanda yerləşən Hacı Mövlud hamamı 1899-cu ildə inşa edilib. Kəlbə Baxşəli hamamının isə 1880-ci ildə inşa edildiyi deyilir. Dörd sütunlu portalı olan hamamı 1939-cu ildə söküb yerində neft quyusu qazıblar. Puteyev hamamı neft sənayesinin inkişafı ilə əlaqədar inşa edilib. Hamamda su buxar qazanları vasitəsi ilə qızdırılıb. Kəndin şimal tərəfində dəmir betondan inşa edilmiş maraqlı bir tikili var. Bu tikili dayaqlar üzərində qurulmuş böyük həcmli su anbarıdır. Anbar vaxtilə neft sahibkarları tərəfindən inşa edilib. Kəndin içində 2 ovdan olub. Kəndin Şərq hissəsində Sahib bağı yerləşirmiş. Bağın içində və yaxınlığında qayaya çapılmış 2 ovdan var idi. Əfsuslar olsun ki, bağın sahəsi fərdi evlər tikmək üçün paylandıqdan sonra ovdanlar ləğv edilib. Qədim tikililər, tarixi evlər Kənddə əsasən üç böyük məhəllə var: Qala dibi, Aşağı və Yuxarı məhəllə. Həmin məhəllələr də nəsillərə, tayfalara görə bölünüb. Qala dibi məhəlləsində Bakıxanovların evləri olub. Kəndin qəbiristanlığında Bakıxanovların əcdadlarının üç məzarı var. Neft sahibkarlarından Zəfər və Qurban Babayevlərin kənddəki evində hazırda klub, kitabxana və bələdiyyə idarəsi yerləşir. Ramanada Məmmədxanlılar, Maşılılar, Mollalılar, Məmmədtağılılar, Meybalılar, Eyvazlılar, Rəhimlilər, Ərəblilər, Seyidlilər, Mirzəbəylilər, Qənbərlilər kimi geniş tanınan tayfalar olub. Ramana kəndinin sakinləri, neft sənayesi inkişaf etməmişdən əvvəl əkinçilik və maldarlıqla məşğul olublar. Əkin sahəsinin müəyyən hissəsində pambıq da əkiblər. Qala cinsli qoyun və at saxlayıblar. Ramana Mədəniyyət evinin bədii rəhbəri Şərəf Talıbova mədəni fəaliyyətlərindən söhbət açır: “Burada müxtəlif özfəaliyyət dərnəkləri, instrumental ansambl, uşaq dram dərnəkləri fəaliyyət göstərir. Hər il müxtəlif konsertlər, tamaşalar hazırlayır, geniş şəkildə bayramları qeyd edirik”. Şərəf xanım ənənəvi baxış müsabiqələrində iştirak etdiklərini də dedi. Kənd içində yayılan məzəli əhvalatlar Ramana kəndinin sakinləri arasında bir çox məzəli əhvalatlar yayılıbdır. Onlardan bir neçəsini sakinlər danışıb. Deyilənlərə görə, ramanalı bir kişi mədrəsənin qarşısından keçərkən oğlunun ağlamaq səsini eşidir və oraya daxil olur. Görür ki, molla onun oğlunun ayaqlarını falaqqaya salıb döyür. Ata uşağın ayaqlarını açır və mollanın ayaqlarını falaqqaya salıb onu uşaqlara yaxşıca döydürür. Digər maraqlı hadisə Lenin ilə bağlıdır. 1924-cü ildə Lenin ölərkən “Leninneft” idarəsinin 12-ci mədənində iclasa yığılırlar. Bir neçə çıxışdan sonra, mədəndə işləyən Əliməmməd adında savadsız fəhləyə söz verilir. O bir qədər fikrə getdikən sonra deyir: “Öldü Lenin, çarəmiz nədir? Yaşasın Stalin!” Müəllif: Yeganə Cansail Mənbə: Mədəniyyət qəzeti
['Ramana', 'Abşeron']
4,812
https://kayzen.az/blog/kino/5616/g%C3%BCrc%C3%BC-kinosu.html
Gürcü kinosu
Azərbaycan
Kino
13 okyabr 2011, 23:35
Gürcü kinosunun tarixi Avropa kinosu ilə eyni vaxtdan başlayıb. Tiflisdə ilk kinoseans 16 noyabr 1896-cı ildə keçirilib. İlk nümayişdən sonra Gürcüstanın Kutaisi və bir neçə başqa şəhərlərində də kino mərkəzləri açılıb. 1908-ci ildə Diqxmelov və Amaşukeli gürcü kinosunun ilk eksperimental kadrlarını çəkiblər. Gürcü kinematoqrafiyasının rəsmi yaranma tarixi isə 1912-ci ildən hesablanır. Məhz bu tarixdə rejissor Amaşukelinin «Akakiya Sereteli Raça- Leçkumidə» adlı ilk tammetrajlı sənədli filmi meydana çıxıb. 1916-cı ildə rejissor Çuçunava klassik gürcü ədəbiyyatının nümunəsi əsasında ilk «Kristina» bədii filmini çəkir. Gürcü kinosu elə birinci gündən cəmiyyətin intellektual, elit təbəqəsi ilə sıx əlaqədə inkişaf edirdi. Elə bu cəhət də gürcü kinosunun istiqamətini, prinsiplərini müəyyənləşdirmişdi. Sovet hakimiyyəti dövründə gürcü kinosunun maraqlı nümunələri yaranıb, baxmayaraq ki, rejissorlar tez-tez simvollara, alleqoriyalara müraciət etməli olublar. Yüksək peşəkarlığı sayəsində gürcü filmləri həmişə beynəlxalq kinofestivallarda maraqla qarşılanmışdı. Gürcü rejissorlarının işləri müxtəlif festivallarda mükafatlar qazanıb. Lakin seçilən filmlərin surətləri minimum sayda hazırlanıb. Doğrudur, gürcü rejissorlarının da arasında konformizmi seçənlər, yaradıcılığını sovet ideologiyasının təklif etdiyi prinsiplər üzərində quranlar az olmayıb. Ancaq 60-70-ci illərdə «Yeni gürcü kinosu» fenomenini yaradan yeni rejissorlar nəsli yetişdi. XX əsrin II yarısında kinoya təşrif buyuran yeni kinematoqrafçılar nəsli özləri ilə gürcü kinosuna təzə janrlar və stillər gətirdilər. Həmin dövrün ən görkəmli nümayəndələrindən biri Nikolay Şengelayadır. Ondan başqa, siyahıda Mixail Kalatozişvilinin, Mixail Çiarueli və başqa rejissorların da adları var. 1955-ci ildə Tenqiz Abuladze və Rezo Çxeidze debüt filmləri «Maqdanın eşşəyi» ilə gürcü kinematoqrafiyasında yeni mərhələnin açılışını etdilər. Həmin dövrdə çəkilən filmlər neorealizm estetikasının prinsipləri əsasında qurulurdu. Rejissor R.Çxeidzenin müharibə mövzusunda çəkdiyi «Əsgər atası» filmini postsovet məkanında görməyən yoxdur. Bu filmdə aktyor Serqo Zakariadze oynadığı rolla tipik gürcü obrazını yaratmışdı. (Zakariadze bu roluna görə Kann festivalında «ən yaxşı kişi rolu» nominasiyasının qalibi olub). Uzun illər Zakariadzenin qəhrəmanı bütün sovet kinosunda gürcü mənşəli personajlar üçün etalona çevrilmişdi. Hətta müasir dövrümüzdə də rus kinosu bu etalondan istifadə etməkdədir. Tenqiz Abuladze və Otar İoselianinin filmləri isə gürcü kinematoqrafiyasını dünya kino arenasına çıxartdı. İoselianinin, demək olar ki, bütün filmləri tamaşaçılar və kino tənqidçiləri tərəfindən alqışlandı. 1972-ci ildə Rustaveli adına Tbilisi Teatr İnstitutunda kino fakültəsi açılır. Bir müddət sonra isə teatr institutunun adı dəyişdirilib Tbilisi Teatr və Kino İnstitutu adlandırılır. Kinostudiyalar 80-cı illərdə Gürcüstanın kino industriyası inkişafının pik nöqtəsinə çatdı. İldə 60-a yaxın bədii, sənədli və cizgi filmi istehsal olunurdu. 90-cı illərin əvvəllərində gürcü kino sənayesi sisteminin bünövrəsində «Kvartuli film» kinostudiyası dayanırdı. «Kvartuli film» kinostudiyası özündə «Mematiene» sənədli film studiyasını və «Kvali» və «Orbi» adlı iki animasiya filmləri studiyalarını birləşdirirdi. Lakin bütün lazımi texniki resurslara və materiallara malik olmasına baxmayaraq, kinostudiyanın hökm sürən mövcud sistemi köhnəlmişdi, fəaliyyət imkanlarını itirirdi. 90-cı illərdə «Kvartuli film» kinostudiyası ildə səkkiz bədii, «Mematiane» isə 60-70 sənədli və elmi-kütləvi film istehsalata buraxırdı. «Kvartuli film»dən əlavə «Gürcüfilm» kompaniyası 30 ildir, fəaliyyət göstərir. Bütün bu illər ərzində kompaniya 1200 müxtəlif janrlı filmlər istehsal edib və onların sırasından 100 film müxtəlif kinofestivalların mükafatlarını qazanıb. Kompaniya bədii və video filmlərin istehsalı üçün gərəkli olan texniki avadanlıqla tam təmin edilib. «Gürcü film» kinostudiyasının direktoru, rejissor Revaz Çxeidzenin də müsahibələrində qeyd etdiyi kimi, «Gürcüfilm» hal-hazırda dövlət müəssisəsi deyil və fəaliyyətini səhmdar cəmiyyət qismində davam etdirir. Cəmiyyətin 2800 üzvü var. Bu kontingentə studiyanın Tbilisi, Suxumi, Batumi, Kutaisi şəhərlərindəki kinoteatrlarda çalışan işçilər də daxildir. Yeri gəlmişkən, onu da qeyd edək ki, «Gürcüfilm» Səhmdar Cəmiyyətinin yenidən qurulmasında alman hüquqşünaslarının böyük əməyi var. Onlar layihənin hazırlanmasına iki il vaxi sərf ediblər. «Gürcüfilm» studiyası zəngin filmotekaya malikdir. Burda gürcü kinosunun ən unikal nümunələri qorunub saxlanılır. Təəssüf ki, bir müddət əvvəl studiyaların ərazisindəki birmərtəbəli binalardan birində baş vermiş yanğın zamanı filmotekanın «sərvəti»nin bir hissəsi məhv olub. Onların içində Georgi Şenqeliyanın «Çətir», «Pirosmani», Otar İoselianinin «Bir nəğməkar quş vardı», Mixail Kobaxidzenin «Toy», «Musiqiçilər», İrakli Kvirikadzenin «Musiqiçilər», Teymuraz Babluaninin «Sərçələrin köçü» filmlərinin orijinal variantları da var. Sovet İttifaqı dağılandan sonra digər respublikalarda olduğu kimi gürcü kinematoqrafiyası da ağır iqtisadi və siyasi böhranla üz-üzə qaldı. Aktyorlar və texniki işçilər işdən azad olundu, kinoteatrlar bağlandı. Əhalinin kinoteatrlara getməsi zəiflədi. 90-cı illərdə çəkilən gürcü filmləri həmin dövrdə ölkədə mövcud olan ümidsizlik, qorxu, xaos atmosferini özündə yetərincə əks etdirə bilirdi - A.Çabadzenin «Gecə rəqsi», T. Balbuaninin «Gecə yarısı yolçuları», M.Kalatozişvilinin «Favorit», D. Çinçadzenin «Son həddə», T.Mqeladzenin «Yox, mənim dostum», K.Kikabidzenin «Göl» filmləri belə filmlərdəndir. Ancaq 1995-ci ildən etibarən görüntü dəyişməyə başlayır. Müstəqil studiyalar və kino kompaniyalar açılır. Hazırda Gürcüstandakı kino və video filmlər istehsal edən kompaniyalar alternativ maliyyə mənbələri hesabına fəaliyyət göstərir. Son vaxtlar isə televiziya kanalları da yerli filmlərin istehsalı ilə maraqlanmağa başlayıblar. Məsələn, 2003-cü ildə «IX kanal» telekompaniyası dörd qısametrajlı filmi maliyyələşdirib. «İmedi» teleşirkəti paralel olaraq altı teleserial istehsal edir. «Gürcüstanın müasir tarixi» sənədli serialını «Rustavi 2» telekanalının maliyyə dəstəyi ilə araya-ərsəyə gəlmişdir. Müəllif:İntiqam Mənbə: Mədəniyyət qəzeti
['kinoşünaslıq', 'kinomatoqrafiya']
4,813
https://kayzen.az/blog/yravil/7396/yan%C4%B1ltmaclar.html
Yanıltmaclar
yravil
Bloq: yravil
13 okyabr 2011, 19:25
Yanıltmacaların söylənişi məlumdur ki, çox çətindir.Gəlin bu yanıltmacaları tez bir zamanda deməyə çalışaqDəyirmana girdi it dəyirmançı atdı kötəkHəm kəpək yedi it həm kötək yedi itDəyirmançımı atdı itmi yedi kötək...yat yat yat qovun qarpızda yata yata böyüyər...(Sürətli bi şəkildə oxumağa çalışın)MARAL - NƏ MARALI - ŞİMAL MARALI - NƏ RƏNGİ - KAHVERENGİ - NƏ QƏHVƏSİ - QIRQƏHVƏSİ - NƏ ÇÖLÜ -DAĞ ÇÖLÜ - NƏ DAĞI - AĞRI DAĞI - NƏ AĞRISI - BAŞ AĞRISI -NƏ BAŞI - QUŞ BAŞI - NƏ QUŞU -SÖHBƏT QUŞU - NƏ SÖHBƏTİ - MARAL SÖHBƏTİGül dili bülbül dibi kimi gül dili bülbül dibi kimibülbül gülə gül dedi gül gülmədigetdi bülbül gülə gül bülbülə yar olmadı getdi.Sizin allı ballı qapaqlı bayquşunuz bizim allı ballıqapaqlı bayquşumuza necə allı ballı qapaqlı bayquş demiş...Siz bizim Azərbaycanlaşdırdıqlarımızdansınızmı,yoxsa Azərbaycanlaşdırmadıqlarımızdansınızmı?Ey dibi quru qabığı quru kobud qarağac ,məni gördüncəmi quruduney dibi quru qabığı qara-qara ağac məni görmedinm i qurudunÇağatayda çarmıxa çaxılan çarın çavuşu, palçıqlı çamçağı çaydaçalxalayarkən, çantasından paltarlarını oğurlatdı...Haqqı, haqqıya getmiş, Haqqı. haqqıdan haqqını istəmiş, Haqqı,Haqqının haqqını verməyincə, Haqqı da Haqqının haqqından gəlmiş.Biz onlara dərs verək deyərkən onlar da bizə dərs vermişlər, indi gedib onlarabir dərs daha verək də biz onlara dərs verərkən gəlib bizə dərs vermək nəymiş görsünlər.Yarpağın üstündə bir tırtıl, yarpağı yeyir tikə-tikə, yarpağı yemə murdar xain tırtıl.Bir tarlaya iki kürkü cırıq keçəl kor kirpi dadanmış.Biri kürkü cırıq erkək keçəl kor kirpi digəri kürkü cırıq dişi keçəl kor kirpi. Kürkü cırıq kişi keçəl kor kirpinin kürkünü kürkü cırıq dişi keçəl kor kirpinin kürkünə; kürkü cırıq dişi keçəl kor kirpinin kürkünüdə kürkü cırıq erkək keçəl kor kirpinin kürkünə əlavə etmişlər. Görəsən sarımsaqlasa1 dəmi saxlasaq samanıSarımsaqlamasaq da mi gəlir zamanıSarımsaqlamasaq da gəlirsə zamanıNiyə sarımsaqlayalım o zaman samanı.Adəm mədənə getmiş. Adəm mədəndə badam yemiş.Madam ki Adəm mədəndə badam yemiş, niyə bizə gətirməmiş.Alişlə Memiş məhkəməyə getmiş, məhkəmədə məhkəmələşmişlərmi məhkəmələşməmişlərmi?Bir bərbər bir bərbərə "Ey bərbər, gəl qardaş,biz birlikdə Bərbəristanda bir bərbər dükanı açaq." demiş.Bu şorbanı nanələşdirməlimi də yeməli, nanələşdirməməli də yeməli?Dəyirmana girdi it, dəyirmançıvurdu kötək; həm kötək yeddi it, həm kəpək yeddi it.Dörd dəryanın dərəsini dörd dərgahın dərbəndinə təhvil versələr,dörd dəryadan dörd dərd, dörd dərgahdan dörd nəhəng çıxar.El aləm al dana aldı, aladanalandı dabiz bir ala dana alıb aladanalanamadıq.Göydən bir damla düşdü, şıp mənim alnıma,şıp anamın alnına, şıp mənim alnıma, şıp anamın alnına...İki keçəl kor kirpinin cırıq kürkünü dişikeçəl kor kirpinin cırıq kürkünə əlavə etmişlər.İt iti itələdi, bit iti itələdi, it biti itələdi. Bit getdi, it getdi. İtdi, bitdi, getdi.Qartal qalxar dal sallanar, dal sallanar qartal qalxar.Qırx küp, qırxının da qulpu qırıq küp.Sizin damda var beş boz başlı beş boz ördək, bizim damda var beş boz başlı beş boz ördək. Sizin damdakı beş boz başlı beş boz ördək; bizim damdakı beş boz başlı beş boz ördəyə: "Siz də bizim kimi beş boz başlı beş boz ördəksiniz." demiş.Bu qatığı sarımsaqlayıb saxlasaqmı, sarımsaqlamasaqdamısaxlasaq.
['yaniltmaclar']
4,814
https://kayzen.az/blog/azerbaycan/7395/az%C9%99rbaycan-ad%C4%B1n%C4%B1n-etimologiyas%C4%B1.html
"Azərbaycan" adının etimologiyası
ayxansevda
Azərbaycan
13 okyabr 2011, 18:30
Bir neçə ay əvvəl, "Gülüstan" sarayında ABUC-un "Qızıl qılınc" mükafatının təqdimat mərasimi keçirilirdi. Təqdimatdan sonra görkəmli alim, professor Firidun Ağası oğlu Cəlilovla maraqlı söhbətimiz alındı. Müxtəlif mövzuların üzərindən hərlənib Azərbaycan sözünün üzərində qaldıq. Mən sevgili ölkəmizin adı ilə bağlı irəli sürülən iddialara kəskin etirazımı bildirdim. Azərbaycan adının guya ki, Makedoniyalı İskəndərin bu ərazilər üzrə satrapı olmuş Atropatena adından qaynaqlanmasını heç cür qəbul etmədiyimi bildirdikdə bəy mənimlə razılaşdı və bəzi tarixçilərin bu iddiasını tamamilə əsassız hesab etdi. Sovet tarixçilərinin fərziyyələrinə görə eramızdan əvvəl IV əsrdə Makedoniyalı İskəndər işğal etdiyi əraziləri satraplıqlara bölmüş, idarə olunması üçün öz adamlarını qoymuşdu. Atropat da Azərbaycan üzrə satrap idi. İskəndərin qəfil ölümündən sonra onun satraplıqları özlərini müstəqil dövlət elan etdilər, Atropatena canıyanmış isə hətta ölkənin də adını dəyişib öz adını qoydu. Məlikməmmədin nağılına oxşayır. Bu fikirlər mənə hətta orta məktəb illərindən xoş gəlmirdi. Lap belə tutaq ki, o qoymadı, başqaları hakimi olduğu ölkəni onun adı ilə adlandırmağa başladı. Bəs bu ənənə Atropatın Vətəni və tabe olduğu Makedoniyada vardımı? Olardısa, ölkəsinin adını Aleksandrın (İskəndərin) şərəfinə dəyişərdilər. Amma İskəndər özü ölkəsinin adını öz adına ( Makedoniyalı) qoşmuş, şərafətləndirmiş və məşhurlaşdırmışdı. Deməli, Atropat üçün addəyişmə ənənəsi yox idi. Əgər ölkə hökmdarın və yap belə sülalənin adı ilə adlanması dəbi vardısa, bəs niyə bu dəb Şərqin digər və daha böyük, daha qüdrətli ölkələrində olmamışdı? Ya da ki, əgər bu xalqın öz canında bu xüsusiyyət vardısa, bəs nədən sonra ölkəni daha uzun müddətə buranın hakimi olmuş daha qüdrətli hökmdarların (Eldəgizlərin, Səfəvilərin, Nadir şahın, A.M.Şah Qacarın və sair) adına verməmişdilər? Söhbət əgər bu xalqın yadellilərə daha böyük ehtiramından gedirsə, hülaki, monqol, ərəb mənşəli hökmdarlar da az olmamışdı. Deməli, ölkənin adının Atropatena ilə bağlanması super-cəfəngiyyatdan başqa bir şey deyildi. Atropatdan əvvəl də bu ellərin, obaların hakimliyi, dövləti mövcud olmuşdu. Hələ eramızdan əvvəl, 3-cü minilliyin əvvəllərində, yəni Atropatdan 2 min il əvvəl, Urmiya gölünün cənub və cənub-şərqində elə bizim "A" səsi ilə başlayan qədim Aratda adlı dövlətimiz vardı. Baxmayaraq ki, onun qonşuluğundakı Şummer şəhər dövlətləri də türk mənşəli idi, amma aramızdakı özümüzəməxsus fərqlilik önəmli sayılırdı. Sonra bizim ərazimizdə Lulubi adlı dövlət yarandı. Eləcə də ərazimizdə yaranan daha bir dövlətimiz Kuti adlanırdı. Sual yarana bilər: tafrixin bu məqamında indi sinəsinə döyən ingilisin, rusun, fransızın dövləti vardımı? Sonradan bizim bu dövlətlər tarixin tələblərinə riayət edib böyəlmək, digər əraziləri tutmaq barədə düşünmədi və nəticədə tədricən süquta uğradı və xırda vilayətlərə parçalandı. Bu isə onların zaman-zaman qonşu Assuriya hökmdarlarının hücumlarına məruz qoydu. Nəhayət, yalnız eramızdan əvvəl IX əsrdə bu vilayətlər birləşib Manna dövlətini yaratdılar. E.ə. VIII əsrdə Manna hökmdarı İranzu, ondan sonra isə AZA adlı şəxs oldu. Diqqət verirsinizmi, A-Z-A! Biz Azərbaycan sözünü Azanın adı ilə bağlasaydıq yenə dərd yarı idi. Bu Atropatdan daha münasib mənbə olmazdımı? Amma yox, bizi qondarma həqiqətlər maraqlandırmamalıdır - erməni deyilik ki! Sözün baş və bir neçə səsinin eyni olması heç də həmişə tam ciddi arqument sayıla bilmsəz. Bu lap talış mollası Sərdar Hüseynovun bəzi dünya ölkələrinin və şəhərlərinin adlarında talışca nəsə bir məna verən oxşar hecalar, hərflər tapmasına əsasən anomastika üzrə alimlik etməsindən və dünyanın əksər xalqlarının və yerlərinin adlarının talış dilindən yaranmasını bildirməsini xatırladar. O yenə də, sağ olsun, özünün "İdrakda gizlənən dərketmə" adlı əsərciyəzində heç olmasa oxşar hecalara üstünlük verirdi. Nə qədər məzəli olsa da, "Azərbaycan" sözünün də talışcadan yarandığını və "a" - "üstü örtülmüş", "zər" - "sarı qaz", "boy" - "gəl", "con"- nazlanmaq mənasını verdiyini, yəni "gizlədilmiş sarı qaz, gəl" mənası daşıdığını bildirmişdir. Lakin ölkənin səf-səf düzülüb bir hərbi briqada yarada biləcək qədər sayda olan tarixçi alimlərinin böyük əksəriyyəti nə "Atropatena", nə də "Azərbaycan" sözlərinin hansı mənalar daşıdığını bilmir və bu barədə müzakirələrdə ictimai fəallıq göstərmirlər. Halbuki məhz "Azərbaycan" sözünün obyektiv və dəqiq linqivistik təhlili həqiqətin üzə çıxmasında mühüm rol oynaya bilər. Hörmətli professor Firudin Cəlilov bu sözün etimalogiyasını da çox dəqiq ifadə etdi və onunla razılaşmamaq mümkün deyil. Professor bu sözün Xəzər dənizinin adı ilə bağlı olduğunu bildirdi. Ondan eşitdiklərimə öz əlavələrimi də qoşaraq deyə bilərəm ki, Azərbaycan adının bu açması tam məntiqə və tarixə müvafiqdir. Çünki, ərazisi böyüdükcə və dövrün iqtisadi-siyasi tələblərinə uyğun olaraq regionda dəniz faktoru önə çıxırdı. Xəzərin əsas istifadəçiləri və daha çox sayda sahil sakinləri kimi tarixən onun qərb hissəsində yaşayanlar götürülürdü. Bu dəniz gah onların bir qisminin - qədim kas türk tayfalarının adı ilə Kaspi, ya da bütün qərb sahilli toplumlar dənizin adı ilə ("kas"? "xas" səslənişi) "kasarlar"? "xasarlar"? "xazarlar" kimi tanınırdı. Sonradan buna "boy" sözü də əlavə olundu. 1400 illik tarixi olan Dədə Qorqud dastanında "boy" ifadəsini xatırlayırsınızmı? "Boy" həm də böyük soy kökü mənasını verir. Deməli, "xəzərboylar", yəni "xəzər sahilində yaşayan ellərin sakinləri". Ərəblərin əlavə etdiyi "qan" ifadəsi isə məkan anlayışını bildirir və nəticədə "Xazarbayqan" ifadəsi "Xəzər boyunda yaşayanların yeri" anlayışını formalaşdırır. "X" səsinin tədricən sıradan sıxması, sondakı "q" hərfinin isə "c" ilə əvəzlənməsi dilin fonetik xüsusiyyətlərinə görə dəyişə bilir. İndi də türkmən və qazax ellərində bizim ölkə bəzən "Xazarbaycan" adlanır. Burada yaşayan əsas toplumun "xazarbaycanlılar"? azərbaycanlılar, yəni bu yerin sakinləri adlanması anomastika ilə məşğul olan alimlərin nəzərində tam məntiqə uyğun araşdırma kimi qəbul edilə bilər. Bu adın tədricən daha uzaqlara da şamil olunması hakimiyyətdə "xazarbayqanlılıran" olması ilə bağlıdır. Əlbəttə, o hansı ölkədir ki, onun sakinləri min illərdir məhz indiki kimi adlanır. Buna nə ABŞ, nə İngiltərə, Fransa, Çin, Yaponiya, Rusiya, Almaniya tarixində də rast gəlməzsən. Tarix, zaman, dilin inkişaf qanunları, ölkələrin, xalqların bir-birinə inteqrasiyası təbii ki, çox şeyin dəyişməsinə, inkişafına, qısaldılmasına və ya dildə daha səlis, daha rəvan ifadə uyarlığına səbəb olur. Hansı xalqın, dilin, ölkənin, millətin adının etimalogiyasına, tarixinə nəzər salsan eyni mənzərəni görərsən. Hələ bilmək olmaz ki, daha min ildən sonra bu adlar nə qədər dəyişəcək. Adi "Badi-kubə" adı son minillik ərzində dəyişib "Bakı" olubsa, digər toponimlərin də dəyişə biləcəyinə ağıllı adamlar zərrəcən şübhə etməməlidir. Amma bu dəyişkənlik heç də bu ərazilərdə yaşayanların yeni olmasını, yenicə yaranıb formalaşdığını ifadə edə bilməz. Bəzən insanlar müxtəlif səbəblərdən adını, soyadını dəyişəsi olurlar. Məsələn, məşhur müğənni Murtuza Məmmədovun adının dəyişib Bülbül qoyulması heç də o demək deyil ki, bu kişi yeni adından əvvəl mövcud olmayıb. Eləcə də Xəzərin qərb sahillərində, eləcə də qərbə və cənuba doğru ərazilərdə yaşayan toplumlar necə adlanmaqlarından asılı olmayaraq, yeni deyillər, buraların ən qədim sakinləri kimi çox böyük tarixə, xarakterə, psixologiyaya, milli-mənəvi dəyərlərə, qan yaddaşına malikdirlər. Onların əcdadları qədim türklər olduğu, dili türk dilinin oğuz qrupuna daxil olduğu, oxşar mədəniyyətə və xarakterə malik olduğu üçün onları Azərbaycan türkləri və ya azəri ( "xazari") türkləri də adlandırmaq olar. Lakin azərbaycanlı adlandırmaq daha gözəl. Çünki bu ad minilliklərdən süzülüb gəlmişdir. Bu ad eramızın VII əsrinə məxsus qədim ərəb yazılı mənbələrində də özünü göstərir. Hər halda onu ərəblər uydura bilməzdi və deməli onlara kimi bu ərazinin və burada yaşayan xalqın formalaşmış adı vardı. Ərəblər bunu "Adərbayqan" kimi qeyd etmişlərsə, bu onların dilinin xüsusiyyətlərindən irəli gəlir. Beləliklə də, ortada qədim dövrlərdə su mənbələrinin çox mühüm faktor olmasına görə ölkənin adının Xəzər (Hazar, Azar,..) sözündən qaynaqlandığını daha əsas hesab edə bilərik. Nümunə olaraq, rus xalqının və Rusiya adının onların qədim Ros çayı ətrafında yaşaması ilə əlaqədar olduğunu göstərmək olar. Məqalə "OLAYLAR" qəzetində dərc olunmuşdur Şərhçi: Hafiz Mirzə (yazıçı-publisist)   Başqa yozumlarda: Farsca yozumlar: Atarbadkan (an-tar-bad-kan) “mağlar yurdu”, “atəşpərəstlər ölkəsi” Atarpatqan (atar-büt-qan) “tanrı odunun bulağı”, “od tanrısının yeri” Azərbaykan (azər-baykan) “od evi”, “od qoruyucusu” (Yaqut əl-Həməvi) Adərbadkan (adər-abadqan) “odla abadlaşmış ölkə (yaxud torpaq) Türkcə yozumlar: Azərbayqan (azər-bayqan) “böyüklərin/bayların uca yeri” Adirpati (andir-pat-i) “dağlı-təpəli düzən yer”, “dağ silsiləsi düzəni” Azərbayqan (az-ər-bay-qan) “uğurlu, yaxşıistər Günəş, varlı ata” Azəribayqan (az əri-bayqan?) “azəri yurdu” Azərbiqan (az-ər-bi-qan) “azər boylarının ölkəsi”
['Azərbaycan', 'etimologiya']
4,815
https://kayzen.az/blog/bahar/7393/test.html
Test
bahar
Bloq: bahar
13 okyabr 2011, 12:56
Rəngli test Həyatınızdakı insanları aşağıdakı rənglərlə uyğunlaşdırın (məsələn, qırmızı: Lalə, yaşıl:Vüqar,ağ: Atam.. kimi) Ancaq seçdiyiniz insan adı,o rəngi çox istifadə edən adam deyil,rəngin sizdə oyandırdığı duyğulara ən uyğun adamı yazın.Və əgər mümkündürsə,bir adamı yalnız bir dəfə qeyd edin.Əgər hər hansı bir rəng üçün uyğun adam tapa bilməsəniz,o rəngi boş buraxa bilərsiniz..... 1. Sarı 2. Narıncı 3. Qırmızı 4. Ağ 5. Yaşıl Cavablar: Sarı: Bu adam səni əsla unutmayacaq. Narıncı: Bu adamı əsl dostun olaraq görürsən. Qırmızı: Bu adamı həqiqətən sevirsən. Ağ: Sənə bənzəyən xasiyyəti var. Yaşıl: Həyatın boyunca xatırlayacağın adam.
['psixoloji test', 'psixoloji testlər']
4,816
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7387/s%C9%99n-n%C9%99y%C9%99-g%C3%BCv%C9%99nirs%C9%99n.html
Sən nəyə güvənirsən
umud600
Düşündürücü hekayələr
12 okyabr 2011, 22:48
Böyük övliyalardan olan (8-ci əsr ) Şaqiqi-Bəlxi hər kəsin öz başına çarə axtardığı bir qıtlıq ilində bir varlının köləsinin əl açıb oynamasına şahid olur. Ona yaxınlaşıb soruşur: -Hər kəs qıtlıqdan, aclıqdan şikayət edərkən sən nəyə güvənirsən? Kölə cavab verir: -Hər kəsdən mənə nə? Mənə heç nə olmaz. Ağamın 7-8 kəndi var, hər ehtiyacımız ondan ödənilir. Bu cavab , elə bil, Şaqiqini qəflətdən oyatdı. Çünki o da qıtlıqdan narahat olmuşdu. Kölənin sözlərindən sonra öz-özünə deyir:" Hey Şaqiqi, özünə gəl! Bu kölə insan olan ağasına bu qədər güvənir, özünü bu qədər rahat hiss edir. Axı sən bütün canlılara ruzi verən Allaha inanır və təvəkkül edirsən. Bu, necə təvəkküldür ki, qıtlıqdan qorxursan?"
['düşündürücü hekayələr']
4,817
https://kayzen.az/blog/internet-yenilikleri/7382/html-yaz%C4%B1-kodla%C5%9Fd%C4%B1rmalar%C4%B1-fb-s%C9%99hif%C9%99l%C9%99r-v%C9%99-s.-%C3%BC%C3%A7%C3%BCn.html
html yazı kodlaşdırmaları (FB səhifələr və s. üçün)
eGo
internet aləmi
12 okyabr 2011, 14:27
Bu yazımın əsas mətləbinə keçməzdən öncə əvvəlki yazılarıma keçid verirəm (Onları oxumamısınızsa bu yazı faydasız ola bilər): 1. Facebook-da səhifələrin yaradılması, və tənzimləmələr: oxumaq üçün bu keçidi izləyin 2. Facebook səhifələrdə html tab (əlavə vərəq) yaradılması: oxumaq üçün bu keçidi izləyin Bu və növbəti bir neçə yazımı isə bəzi zəruri html kodlaşdırmalara həsr etmək istəyirəm. Yazılar sırf həvəskar olduğu üçün professional olmayan hər kəs sərbəst yoxlaya bilər. Çox asandı məncə. Beləliklə hazırlaşın “html yazı kodlaşdırmaları” barədə oxuyun və dərhal tətbiq edin ki, rahat, maraqlı və yadda qalan olsun. İşə başlamaq üçün sizə lazımdı fb-də “static html tab” (salamatı budu, sonradan ölçü filan tənzimləməli olmursan) yaxud online html redaktorlar (bu keçidə baxa bilərsiniz) yaxud html redaktor proqramlar (məsələn coffecup html editor, amma düzü mən primitiv yolları seçirəm). Html kodlaşdırma teqlərlə aparılır. Hər bir şeyin müxtəli teqləri var. Kodlaşdırma belə bir ardıcıllıqla aparılır: açılış teqi(<nəsə>), məzmun (keçid, yazı və digər teqlər ola bilər), bağlama teqi (</nəsə>). Bəzən 1 teq daxilində açmaq və bağlamaq da mümkündür (məsələn <img src=”məzmun”/> yaxud <br/>). Bütün teqi açdıqda diqqətli olun ki, düzgün şəkildə bağlayasınız. Yoxsa teqlərınız işləməyəcək. Həmçinin teq içində teq açdıqda bağlayarkən açdığınız ardıcıllığı gözləməlisiniz (birinci açılan teq ən axırıncı bağlanır – yazının davamında diqqət yetirərsiniz bunlara). Həmçinin teqlər daxilində müxtəlif dəyərlərdən (ölçü, doğru/yalnış, və s.) istifadə oluna bilər və bunlar həmin dəyərin təyinatı (align, height və s.), = işarəsi və dırnaq işarəsi içində dəyər (“dəyər” yaxud ‘dəyər’) yazılmaqla sıralanır. Aşağıda ən vacib mətn teqlərini verirəm, tətbiq etməklə rahat öyrənə bilərsiz: 1.  Başlıq teqi: <h1> Başılq yazısı </h1> Burada rəqəm başığın ölçüsünü müəyyən edir. 1 ən böyük olmaqla, 6-ya qədər kiçildə bilərsiniz. 2. Paraqraf Teqi: <p> Paraqraf mətni </p>3. Yazını qalın etmək (bold): <b> Qalın yazı </b>4. Yazının altından xətt çəkmək (underline): <u> Altından xətt çəkilmiş yazı </u>5. Yazının meyyli etmək (italic): <i> İtalic yazı </i>6. Bir sətir aşağı düşmək (breakline): <br/> Bu teq klaviaturada “enter” düyməsinə bənzəyir. Yazının istənilən yerində bu teq qoyulduqda “enter”-i bir dəfə basmış olursuz.7.    Yazını istədiymiz boşluqlarla olduğu kimi saxlamaq: <pre> isənilən sayda boşluq və yeni sətir (enter və probel düymələri </pre> Nəzərə alın ki, bu halda yazı formatlanmır və gorkəmsiz olur.8. Font ölçüsü (size), rəngi (color) və tipi (face): <font size=”ölçü, rəqəmlə” color=”rəng, ingiliscə sözlə ingiliscə yaxud kodla” face=”font adı”>     Yazacağınız mətn </font>Məsələn: <font size="14" color="blue" face="chiller" > Menim 14 ölçülü, mavi rengli, Çiller yazım </font> 9. Mərkəzə çəkmə (Center): <center> Mərkəzdə yazı </center>10. Sağa çəkmək (align, heç bir xüsusi teq olmadıqda solda olur): burda bir balaca iş var. Belə ki, başlığı, paraqrafı, şəkli və sairi sağa, sola, mərkəzə      çəkmək üçün “align” kodundan istifadə etmək olar. Bunun üçün açılış teqində əsas teqdən sonra bir boşluq buraxıb align=”right” (sağa) yaxud “left”      (sola), “center” (mərkəzə), “bottom” (aşağıya), “middle” (ortaya), “top” başa. Yazmaq lazımdır. Məsələn: <h1 align=”right”> Sağda Başlıq yazısı </h1>11. Yazının indeksdə-aşağıda (subscript) yazılması: <subscript> İndeks yazı </sub>12. Yazının üstdə (superscript) yazılması: <superscript> Üst yazı </sup> İki və daha artıq teqi birləşdirməyi də yazım, mətn redaktəsini sökün-dağıdın ;) Əgər mən paraqrafın həm qalın həm altından xətt çəkilmiş, həm də meylli olmasını istəyirəmsə bu teqləri ardıcıllıqla düzmək lazımdı. Belə ki, əvvəlcə açılış teqlərini, sonra məzmunu sonra isə bağlama teqlərini yazmaq lazımdır. Məsələn: <p> <b> <i> <u> Mənim bildiyim hər şey :) </u> </i> </b> <p> Bu yazını sağa çəkmək istəsəz paraqraf açılış teqinə aling=”right” əlavə edirik, başqa heç nəyi dəyişmirik. Ümid edirəm maraqlı və faydalı olar. Fikirləriniz, sual və tənqidləriniz maraqlı olardı. Növbəti yazımın html şəkil kodlaşdırmaya aid olmasını nəzərdə tuturam. Yazını özüm hazırladığım üçün müəllif hüquqlarının qoruyun! İstifadə (yenidən nəşr) üçün müəllifə bildiriş və istinad edilməsi vacibdir! © eGo
['facebook səhifə', 'html kodlaşdırma', 'html teqlər', 'səhifə dizaynı']
4,818
https://kayzen.az/blog/logika/7381/beyin-testi.html
Beyin testi
bahar
Məntiq və IQ
12 okyabr 2011, 11:51
Beyin Fırtınası Aşağıdakı sözlərə baxın və sözləri yox, rəngləri deməyə çalışın. SARI MAVİ BƏNÖVŞƏYİ QARA YAŞIL QIRMIZI GÖY YAŞIL MAVİ YAŞIL MAVİ QARA YAŞIL SARI GÖY SAĞ VƏ SOL BEYNİN ÇALIŞMASI SAĞ BEYNİNİZ RƏNGİ SÖYLƏMƏYƏ ÇALIŞARKƏN SOL BEYNİNİZ AVTOMATİK OLARAQ OXUMAĞA ÇALIŞIR.
['psixoloji test', 'psixoloji testlər']
4,819
https://kayzen.az/blog/Azerbaycan-kinosu/5587/rasim-ocaqov.html
Rasim Ocaqov
Azərbaycan
Azərbaycan kinosu
11 okyabr 2011, 23:04
Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinooperatorluq fakültəsində təhsil aldıqdan sonra kinoya olan sevgisini yaradacağı ekran əsərlərində sübut etmək üçün vətənə qayıdır. Kinooperator kimi fəaliyyətə başlayan Rasim Ocaqov, sonralar M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində də oxuyaraq kino təhsilini tamamlayır. O, 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator (“Sən niyə susursan”, “Skripkanın qayıtması”, “Onun böyük ürəyi” və s.), 1973-cü ildən etibarən isə quruluşçu rejissor (“İstintaq”, “Ad günü”, “Ölsəm, bağışla”, “Qatır Məmməd”, “Tütək səsi” və. s.) kimi Azərbaycan kinosunda zəngin yaradıcılıq fəaliyyəti göstərib. Rasim Ocaqovun filmoqrafiyasına (sənədli və bədii janrda) 70-ə yaxın ekran əsəri daxildir. Rasim Ocaqovun həyat hadisələrini, ətrafındakıları kameranın ştativindən dəqiq görüb-göstərmək bacarığı sonralar onun rejissorluq fəaliyyətinə də uğur qazandırdı. Belə ki, o, melodrama (“Ölsəm, bağışla”, “Təhminə”), detektiv (“İstintaq”), komediya (“Həm ziyarət, həm ticarət”) janrlarında, tarixi (“Qatır Məmməd”) və müharibə (“Tütək səsi” və s.) mövzusunda çəkdiyi filmlərin hər birində mövcud hadisələrin ictimai mahiyyətinin bədii təhlilini bacarıqla əks etdirməyə nail olub. R.Ocaqovun yaradıcılığının əsas qayəsi insan mənəviyyatı, psixologiyası, həyatdakı mövqeyini ekranda dəqiq xarakterizə etmək, müasirlərinin mənəvi keyfiyyətlərinin təhlil obyektinə çevirmək idi. O, çəkdiyi filmlərdəki personajları yalnız tamaşaçıya təqdim etmək məqsədi güdmürdü. Müxtəlif fonlu çəkilişləri ilə həm naturanın əhəmiyyətini, dekorasiyaların uyğunluğunu, personajların xarakterik sifətlərində əks olunan hadisələrin dəqiq ünvanını tamaşaçıya çatdırıb, onu kinonun ibrətamiz, dəyərli keyfiyyətlərinə heyran qoyurdu. Rasim Ocaqovun yaradıcılığına müraciət etdikdə sənətkarın insan psixologiyasının, yüksək-mənəvi əxlaqi keyfiyyətlərinin doğru, obyektiv təfsirinə üstünlük verdiyini görürük. O, kino sənətinin keyfiyyət kateqoriyasını bədii və texniki biliyinin vəhdəti sayəsində yüksək formada reallaşdırırdı. Məsələn, psixoloji dram janrında çəkdiyi “İstintaq” filmində monoloqlar və iki nəfərin dialoqlarını əks etdirən kadrların panoramlı və saniyələrlə ölçülən müxtəlif rakurslu çəkilişləri mövzunun məğzini, filmin qayəsini, personajların həyat mövqeyini tamaşaçıya dəqiq çatdırır. Nəticədə güclü dramaturgiya ilə rejissor traktovkasının vəhdətindən mükəmməl ekran əsəri yaranır. Və yaxud “Tütək səsi” filmini götürək. II Dünya müharibəsində Azərbaycanda arxa cəbhədəki insanların maddi və mənəvi durumları filmdə çox qabarıq formada xarakterizə edilib. Rejissorun mükəmməl operatorluq sirlərini bilməsi, faktların dəqiq mizanlarla işləmə üslubu filmin ekran həllinin uzunömürlü olmasına zəmin yaradır. Filmdə müharibənin dəhşətli fəsadlarını insanların məzlum simalarında aydın görmək olur. Rasim Ocaqov həm operator, həm də rejissorluq peşəsində xarakterlər ustası olduğunu çəkdiyi ekran əsərlərində dəfələrlə sübut edib. Bəzi rejissorlar natura çəkilişlərini, bəziləri isə personajları ştativin tədqiqat mənbəyinə çevirirlər. Onun işlədiyi bütün filmlərdə, demək olar ki, boş kadrlar yoxdur. O, dramaturgiyanın bədii məziyyətlərini, mətləbini personajların xarakterlərində cəmləşdirərək əks etdirirdi. Məsələn, rejissoru olduğu “İstintaq”, “Ad günü”, “Təhminə” və s. filmlərdə natura və pavilyonda müxtəlif dekorasiya çəkilişlərindən maraqlı şəkildə istifadə olunsa da, bizi obrazların durumu, hadisələrin ciddiliyi, ümumilikdə dramaturgiyanın əsasları düşündürür. Çünki onun yaradıcılığının ciddiliyi bizə hadisələri tam mənimsəyib düşünməyə, nəticə çıxarmağa imkan yaradır. Ədəbi əsərlərin uğurlu ekran taleyinə rəvac verən bu kimi amillər də kino estetikasının monumentallığını dönə-dönə təsdiq edirdi. Onun bütün filmlərində dramaturq, rejissor, bəstəkar ideyalarının kompleksləşmiş əksi aktyor ifaçılığında özünü aydın göstərib, milyonların rəğbətini qazanıb. Rasim Ocaqovun hər filmi aktyorlar üçün yeni bir məktəb idi. Çünki aktyorlarla fərdi işləmək bacarığı onun filmlərində koloritli üslubda təqdim olunurdu. O, həyatı boyu müasiri olduğu zamanın və insanların mikroaləmini ekranlara məqsədyönlü şəkildə gətirməkdə, filmlərində bədii-estetik dəyərləri yüksək səviyyədə təqdim etməkdə israrlı idi və bunu da edirdi. Onun ekranda yaratdığı personajlar həyatiliyinə, təbiiliyinə görə düşüncələrimizin bir hissəsində kök sala bilirdilər. Rasim Ocaqovun yaradıcılığında xüsusi poetiklik var ki, bu da həyatın gərgin detallarının insan mənəviyyatındakı rolunu dəqiq xarakterizə edərək tamaşaçıya çatdırmasında özünü göstərir. Bu baxımdan rejissorun unudulmaz bəstəkar Emin Sabitoğlu ilə birgə işləri (“Ad günü”, “Ölsəm, bağışla”, “Təhminə” və s.) xüsusilə diqqətəlayiqdir. Bəstəkar musiqiləri bu ekran əsərlərinə xüsusi emosionallıq gətirir. Rasim Ocaqov üçün xarakterik sima vacib şərtlərdən idi. Bu mənada o, psixoloji dramları (“Ölsəm, bağışla”, “Təhminə” və s.) ekranlaşdırmağa daha çox üstünlük verirdi. Rejissorun filmlərində aktyorların yaradıcılığı daha qabarıq göstərilir, fərdi istedadları sayəsində onlar milli kinomuzun simasına (məsələn, Fəxrəddin Manafov) çevrilirdilər. “Tütək səsi”ndə Qılınc Qurban (Yusif Vəliyev), İsfəndiyar kişi (Məmmədrza Şeyxzamanov), “Ad günü”, “Həm ziyarət, həm ticarət”də Mustafa (Hacı İsmayılov) obrazları da bu qəbildəndir. O, monoloqları bol olan psixoloji dramları belə (“Otel otağı”) maraqlı nüanslarla işləyir, qəhrəmanın daxili aləmini tamaşaçıya daha yaxın edirdi. Rasim Ocaqovun filmləri mövzu aktuallığı və texniki qüsursuzluğu ilə seçilir, dəyərli ekran əsərləri kimi tamaşaçılar tərəfindən sevilərək baxılır. 2006-cı il iyulun 12-də dünyasını dəyişən sənətkar bütün yaradıcılığı boyu Azərbaycan kino estetikasının yüksək nümunələrini yaradıb. Bu mənada istedadlı kino xadiminin adı, filmləri kimi daim hörmətlə anılacaq.Rasim Ocaqovun filmləri1. Abidələr danışır (film, 1964)(qısametrajlı sənədli film) 2. Abşeron ritmləri (film, 1970)(tammetrajlı musiqili film) 3. Ad günü (film, 1977)(tammetrajlı bədii film) 4. Alayarımçıq (1984) 5. Arayış (1986) 6. Arzu (1972) 7. Azərbaycan Kinosu-80 (1996) 8. Azərbaycanın Səhnə Ustaları (1965) 9. Bağlı Qapı (1981) 10. Bakı Bu Gün (1958) 11. Bəhrə (1984) 12. Bir Cənub Şəhərində (1969) 13. Bir Məhəllədən İki Nəfər (1957) 14. Bizim Küçə (1961) 15. Cazibə Qüvvəsi (1964)(Kinoalmanax) 16. Çardaş (1973) 17. Çay Daşının Göz Yaşı… (1971) 18. Çexski Unitaz (1985) 19. Çiçək Yağışı (1971) 20. Çıxış Yolu (1984) 21. Dağıstan Konserti (1964) 22. Əlavə İz (1981) 23. Əmək və Qızılgül (1962) 24. Ən Vacib Müsahibə (1971) 25. Ənvər Həsənov. Yeddi Oğuldan Biri (2007) 26. Əsl Dost (1959) 27. Fövqəladə Hadisə (1982) 28. Gözdən Uzaq… (1985) (I) 29. Hami (1981) 30. Heyif Siqnalından (1978) 31. Həm Ziyarət, Həm Ticarət… (1995) 32. Xəbərdarlıq (1984) 33. İcazə (1972) 34. İntizam (1983) 35. İstintaq (film, 1979) 36. Kinorejissor Həsən Seyidbəyli (2002) 37. Konsert Proqramı (1964) 38. Qatır Məmməd (1974) 39. Qətldən Yeddi Gün Sonra (1991) 40. Mastika (1986) 41. Matteo Falkone (1960) 42. Metamarfoza (1983) 43. Məhəbbət Haqqında Əfsanə (1967) 44. Məhəmməd Füzuli (1958) 45. Məhkumlar (2007) 46. Mən ki Gözəl deyildim (1968) 47. "...Mən Salim Olum, Cümlə Cahan Batsa da Batsın..." (1980) 48. Məsələ Yerdə Deyil… (1985) 49. Müşavirə (1971) 50. Onun Böyük Ürəyi (1958) 51. Otel Otağı (1998) 52. Ögeylik (1985) 53. Ölsəm… Bağışla (1989) 54. Ömrün İlk Saatı (1973) 55. Özgə ömür (film, 1987) 56. Özgə Vaxtın Doğma Anları (2002) 57. Park (1984) 58. Rənglərdə Yaşayan Kino (2009) 59. Rəngli Yuxu (1982) 60. Sən Niyə Susursan? (1966) 61. Skripkanın Sərgüzəşti (1972) 62. Süd Dişinin Ağrısı (1987) 63. Şur (1967) 64. Təhminə (1993) 65. Tütək Səsi (1975) 66. Uzaq Sahillərdə (1958) 67. Yolda əhvalat (film, 1960)Müəllif: Şəhla Bürcəliyeva, kinoşünas Mənbə: Mədəniyyət qəzeti
['Rasim Ocaqov', 'rejissor', 'kinorejissor', 'Azərbaycan kino sənəti']
4,820
https://kayzen.az/blog/aforizmler/7377/h%C9%99ya-haqq%C4%B1nda-aforizml%C9%99r.html
Həya haqqında aforizmlər
umud600
Hikmət dənizi və aforizmlər
11 okyabr 2011, 22:31
Həya və iman bir beşikdə iki körpə kimidir.  ( Hz.Muhəmməd (s.ə.v.)Həya gözəldir, lakin qadınlarda olsa, daha gözəl olar.  ( Hz.Əli ə.s.)İnsan özü-özündən həya edə bilsəydi, təkcə gizli qalmış yox, hətta hər kəsin içində açıq şəkildə törədilmiş nə qədər cinayət törədilməmiş olardı.  ( Jan Labrüer: Fransız filosofu )Həya-insani dəyərlərin tamamlayıcısıdır.  ( Sinoplu Diogen: Qədim Yunan filosofu )İnsan nə qədər daha çox şeydən həya edərsə, o qədər şərəf və qürur sahibi olar.  ( Bernard Şou: İngilis yazıçısı ) Həya bütün yaxşılıqların açarıdır.  ( Hz.Əli ə.s. )Həya insan ruhunun əsasıdır. İnsanı insan olaraq mühafizə edən də budur.  ( Nasir Xosrov: İran şairi )Günahlar artdıqca həya azalır. ( İohann Kristof Fridrix Şiller: Alman dramaturqu və şairi )Həyanın zirvəsi insanın özü-özündən həya etməsidir.  ( Hz.Əli ə.s.)
['aforizmlər']
4,821
https://kayzen.az/blog/logika/7375/g%C3%B6rm%C9%99nin-aldad%C4%B1lmas%C4%B1.html
Görmənin aldadılması
yravil
Məntiq və IQ
11 okyabr 2011, 21:26
Səhifə açılan kimi şəkilə yaxşı baxın! Bu qiz hansı tərəfə fırlanır?(Qeyd: ilk anda gördüyünüz tərəf vacibdir. ) Əgər siz qızın saat istiqamətinə tərəf döndüyünü görürsünüzsə, beyninizin sağ tərəfını işlədirsiniz.Əgər digər tərəfə fırlandığını görürsünüzsə, beyninizin sol tərəfini işlədirsiniz. Bəzi insanlar hər iki tərəfə də fırlandığını görürlər. Amma çox insan sadəcə tək bir tərəfə görür.Əgər siz digər tərəfədə görməyə çalışsanız ve görə bilsəz, IQ-nuz 160-ın yuxarıdır,demək olar ki dahi dərəcəsindəsiniz.(Sol beyin, daha çox məntiqi, riyazi, analitik və stratejik mövzularda daha yaxşıdır, sağ beyin dahaçox xəyali mövzular, melodiya və musiqi yaddaşı, incəsənət, şer yazmaq, rəsm və boya işləri və.s.. kimimövzularda daha aktiv rol oynayır.)Həmçinin bax: Məntiqinizi yoxlayın.
['optik illuziya', 'gormənin aldadilmasi']
4,822
https://kayzen.az/blog/qadin/7374/qad%C4%B1n-susma%C4%9F%C4%B1-%C3%B6yr%C9%99nir.html
Qadın susmağı öyrənir...
ORIGINAL
Qadın
11 okyabr 2011, 21:24
Qadın çıxır başqa qadının bətninindən; Həyata ilk qışqırığını edir; Səssizliyi eşidir… Atasının gözlərindəki məyusluq; İlk yaşadığı qarışıqlıq olur. 'Səssizlik oldusa qız doğulub' sözünü öyrənir. Susur! Qadın uşaq olur; Gülməsi, oynaması, Ordan-bura qaçması xor görülür; Əngəllənir… 'Qız xeylağı ciddi olmalıdı' sözünü öyrənir. Susur!   Qadın məktəbə gedir; Oxuma yazma öyrənəcəyi qədər, Qadın olmasına çatacaq qədər. Səbəbini anlaya bilmir; 'Oxuyub  nə olacaqsanki, oxumuş ev qadını?' sözünü öyrənir. Susur! Qadın gənc olur; Gəzməsi, getməsi, danışılır. Söz gəlməsin deyə, şüşədən çölə baxmaz. 'Pis qadın' nə deməkdi öyrənir. Susur! Qadın evlənəcək yaşa gəlir; Ər seçməz; Seçilir. 'Qız xeylağını  boş buraxsan ya halvaçıya ya zurnaçıya gedər sözünü' öyrənir. Susur! Qadın evlənir, Evdə xidmətçi, Mətbəxdə aşbaz, Ərinin yanında qulluqçu olur. 'Yuvanı dişi quş qurar' sözünü öyrənir… Susur!     Qadın aşağılanır, sözü dinlənilmir, 'Ərin vurduğu yerdə, gül bitər' sözünü öyrənir Susur! Qadın ana olur, 'Ərinin uşağının anası olur. Oğlan doğmasa Nə qadınlığını, nə analığını isbatlayır. Oğlan doğur, İlk dəfə alqışlanır… ki; Yenə də ər öyülür. 'Kişi adamın kişi uşağı olur'sözünü öyrənir; Susur! Qadın yaşlanır 'ana' olur; Hörməti o yaşda görür. Danışmaq istəyir; Vaxt gecikiir .. Köçür gedir… Nəhayət; Qadın doğulur, Böyüyür, Yaşayır, Ölür, Və Susur .. Tərcümə etdi:Musalı Azər Mətndən istifadə edərkən (saytlarda,facebook səhifələrində və s.) istinad etmək (saytın adı kayzen.az) mütləqdir,əks halda halal edilmir.
['qadın', 'qadın hüququ', 'cəmiyyət', 'susmaq']
4,823
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7373/nankorluq.html
Nankorluq
yravil
Düşündürücü hekayələr
11 okyabr 2011, 21:23
Neçə illər idi ki, dərzi işləyirdi. Balaca bir tikiş maşını, bir də balaca bir emalatxanası vardı. Gecə-gündüz əlləşib-vuruşur, ancaq qazancı bir qarın çörəyə çatırdı.Soyuq bir qış gecəsində dərziyə dəhşətli bir faciə üz verdi. Elektrik qızdırıcısını söndürməyi unutduğu üçün emalatxanası yandı. Səhər işə gələndə artıq emalatxanadan əsər-əlamət qalmamışdı.İndi necə olursa-olsun bir iş tapmalı idi. Bir xeyli ac-susuz gəzəndən sonra bir bankın qarşısına gəldi. Bankın yaxınlığındakı parkda oturub bir qədər dincəlmək istəyirdi. Elə bu vaxt bankın qarşısında dayanan maşından yaşlı bir adam düşdü. Üz-gözündə bir gərginlik var idi. Hiss olunurdu ki, bərk əsəbidir. Yanındakılara: "Məni rahat buraxın. Bir az tək qalmaq istəyirəm. Bəlkə bir az sakitləşdim" - dedi və bankın qarşısındakı parka üz tutdu.Qoca dərzinin yanından keçədə dərzi qeyri-ixtiyari onun əynindəki paltoya baxdı. Bu yaşı adamın diqqətindən qaçmadı. Ürəyində: "Görəsən, ona necə kömək edə bilərəm?" - deyə fikirləşdi. Dərzinin yanına yaxınlaşıb: "Bu soyuqda parkda niyə oturmusan?" - deyə soruşdu. Sonra da: "Əgər üşüyürsənsə, paltomu sənə verə bilərəm" , - deyə əlavə etdi.Dərzi utana-utana: " Yox, təşəkkür edirəm. Mən sadəcə olaraq paltonuzun sizin əyninizə oturmadığını düşünürdüm. Paltonuz sizi olduğunuzdan çox kök göstərir" ,- dedi. Qoca bu cavabdan çox təəccübləndi və: "Sən bunu haradan bilirsən?" - deyə soruşdu. "Mən dərziyəm" , - deyə adam cavab verdi. Qoca, "Elə isə mənimlə gəl" , - deyərək dərzini öz maşınına mindirdi.Bu hadisə dərzinin həyatında bir dönüş nöqtəsi oldu. Sonra qoca dərziyə emalatxana açmaq üçün bir qədər pul verdi. Qoca özü də bütün paltarlarını bu dərzidən tikdirməyə başladı. Dərzi özünə yeni bir iş yeri tapdığı üçün sevinirdi. Üstəlik, bu onun öz iş yeri idi.Qoca dərzidən öz köməyini əsirgəmir, öz dost-tanışını da onun yanına göndərirdi. Sifarişlər artdıqca dərzinin "imkanları" da artırdı. Beləcə balaca emalatxana əvvəlcə böyük bir moda evinə, sonra isə böyük bir şirkətə çevrildi. Artıq dərzi az qala bütün dünyada məşhurlaşmışdı...Bir gün qoca dərzinin yanına gəldi. Dərzi isə yeni müqavilə bağlamaq üçün səfərə çıxmalı idi. Təyyarənin qalxmasına da az qalmışdı. Bir az söhbətdən sonra qocanın halı pisləşdi. Çox keçməmiş təcili yardım gəldi. Qocanı xəstəxanaya apardılar. Dərzi isə fürsəti əldən vermək istəmirdi. Ona görə də xəstəxanaya qocanın yanına yox, hava limanına üz tutdu.Bir neçə gün sonra qoca artıq özünə gəlmişdi. Təhlükə də xeyli arxada qalmışdı. İnfarkt qocanı sındıra bilməmişdi. Qoca xəstəxanada xeyli yatmalı oldu. Bu müddət ərzində dərzi ona cəmi bircə dəfə zəng etməklə kifayətləndi. Qoca isə dərzinin yolunu gözləyirdi. Dərzinin başı pul qazanmağa o qədər qarışmışdı ki, qocanı yoxlamağa da unutmuşdu.Aradan xeyli vaxt keçmişdi. Dərzi bu dəfə utandığından qocnın yanına gedə bilmirdi.Bu hadisədən sonra dərzinin işləri axsamağa başladı. Əvvəlcə fabrikləri bağladı. Sonra da tamamilə müflisləşdi. İndi onun ümid yeri təkcə balaca emalatxanası idi. Utana-utana qocanın yanına gəldi. O, qocadan harada səhvə yol verdiyini öyrənmək istəyirdi.Qoca dərzidən bərk incisə də, özünü o yerə qoymadı. Üzünü dərziyə tutub. "Sənə bir əhvalat danışacağam. Ona diqqətlə qulaq as. O vaxt səhvini başa düşəcəksən" , - dedi və danışmağa başladı: "Bir vaxtlar kasıb bir odunçu var idi. Bir gün odunçunun daxmasında yanğın baş verdi. Bu yanğın təkcə daxmanı yox, bütün meşəni külə döndərdi. Odur ki, eşşəyi ilə birlikdə baş götürüb o kənddən getdi. Bir meşənin yanından keçəndə kiminsə onu çağırdığını hiss etdi. Başını qaldıranda qarşısında bir bülbül gördü. Bülbül: " Sənin halına acıyıram. İstəyirəm sənə kömək edim. İndi elə bir tilsim edəcəyəm ki, eşşəyin oxumağa başlayacaq. Sən də kənd-kənd, şəhər-şəhər gəzib yaxşı pul qazanacaqsan" , - dedi. Doğrudan da, bülbülün sözlərindən sonra odunçunun eşşəyi oxumağa başladı. Odunçu o şəhər sənin, bu kənd mənim gəzib pul qazanmağa başladı. Eşşəyin oxumağını görmək istəyənlərin sayı-hesabı yox idi. Çox keçmədi ki, odunçu və eşşəyi bütün ölkəyə səs saldı.Bir gün "tamaşaya" tələsən odunçu yolda ondan kömək istəyən bülbülün səsini eşitdi. Bir pişik bülbülü tutub yemək istəyirdi. Odunçu ayaq saxladı. Ancaq " tamaşaya " gecikdiyini xatırlayıb oradan uzaqlaşdı.Nəhayət odunçu " tamaşa " yerinə çatdı. Ancaq bu dəfə eşşəyi mahnı oxumaq əvəzinə anqırmağa başladı. Odunçu " tamaşaya " gələnlərin əlindən özünü güclə qurtardı. O, ancaq indi bülbülün öldüyünü və tilsimin qırıldığını başa düşdü...Mən də sənin bülbülün idim. Ancaq sən məni öldürdün. Tilsim qırıldı və müflis oldun. Kaş ki, dərziliyi bacardığın kimi dostluğu da bacaraydın"...Bu əhvalatı dinləyəndən sonra dərzi çıxıb getdi. Çünki, artıq deməyə heç bir sözü yox idi...
['nankorluq', 'ibrətamiz hekayə']
4,824
https://kayzen.az/blog/sendeme/7370/d%C3%BCz-bildiyimiz-s%C9%99hvl%C9%99r-%7C-g%C3%B6zl%C9%99r-haqq%C4%B1nda.html
"Düz" bildiyimiz səhvlər | Gözlər haqqında
Bakılı
Sən demə
11 okyabr 2011, 14:44
Bəzən düz bildiyimiz məlumatları yoxlamadan əminliyinə illərlə inanırıq. Gözlər haqqında düz bildiyimiz 15 səhv bunlardır: Səhvdir: Eynək və ya linzadan istifadə etmək görmə qabiliyyətinin pisləşməsinin qarşısını alır.Düzdür: Eynək və ya linzadan istifadənin görmə qabiliyyətinin pisləşməsinə heç bir təsiri yoxdur. Onlar sadəcə daha yaxşı görmək üçündür. Səhvdir: Bir insan uzağı və yaxını dəqiq görürsə, deməli gözü sağlamdır.Düzdür: Xüsusilə gənc yaşlarda uzağı və yaxını yaxşı görən insanlarda belə hipermetropiya və astiqmatizm xəstəlikləri olur. Səhvdir: Çox ağlamaq göz yaşın qurudur. Düzdür: Ağlamaq psixoloji haldır və ağlamağın göz yaşına təsiri yoxdur. Səhvdir: Rahatladıcı eynək baş və göz ağrısını azaldır.Düzdür: Rahatladıcı eynək yoxdur. Eynək rəqəmlərlə fərqləndirilir. Eynək daha yaxşı görmək üçün istifadə olunmalıdır. Rahatladıcı eynək adlandırılan eynəklərin hər hansı bir müalicəvi və ya rahatlatma xüsusiyyəti yoxdur. Səhvdir: Duzlu yeməklər gözə mənfi təsir edir.Düzdür: Duz hipertenziya kimi bəzi xəstəliklərə mənfi təsiri ola bilər. Lakin gözün sağlamlığına heç bir mənfi təsiri yoxdur. Səhvdir: Çox yaxından televiziya izləmək və kitab oxumaq gözə ziyandır.Düzdür: Bu kimi halların gözün sağlamlığına mənfi təsiri yoxdur. Lakin bunlar gözün pisləşməsi əlaməti kimi görünə bilər. Səhvdir: Kök yemək görməyi yaxşılaşdırır.Düzdür: Bütün meyvə və tərəvəzlərdə gözə xeyirli olan vitaminlər var. Lakin çoxlu kök yeməyin gözə xüsusi təsiri yoxdur. Səhvdir: Katarakt xəstəliyi sadəcə yaşlılarda olur. Düzdür: Katarakt yaşlılarda daha çox müşahidə olunsa da uşaqlarda, gənclərdə və körpələrdə də olur. Səhvdir: Katarakt xəstəliyi bir gözdən digər gözə keçə bilir.Düzdür: Katarakt bir gözdən digər gözə keçə bilmir. Lakin çox hallarda hər iki gözdə olmaqla müşahidə olunur. Səhvdir: Kompyuterdən uzunmüddətli istifadə gözü pisləşdirir.Düzdür: Kompyuterdən uzunmüddətli istifadə gözü pisləşdirmir. Lakin gözdə olan kiçik qüsurları ortaya çıxarır. Səhvdir: Eynəkdən imtina etmək üçün gözü cızdırmaq.Düzdür: Görmə qüsurlarının müalicəsi üçün tədbiq olunan lazer müalicəsində gözün şəffaf təbəqəsi bəlli hissələrdə incəldilir. Gözün hər hansı bir hissəsi cızılmır. Səhvdir: Körpələr eynək taxmır.Düzdür: Gözün müayinəsi anadan olduqdan sonra keçirilir. Körpələr 3 aylıq dövrdən sonra eynəkdən istifadə edə bilər. Səhvdir: Uşaqlarda olan çəpgözlük böyüdükcə keçir.Düzdür: Uşaqlarda bəzi hallarda çəpgözlük ciddi səviyyədə olur. Onlar dərhal müalicə olunmalıdır. Çəpgözlüyün eynək və lazer vasitəsilə müalicəsi mümkündür. Səhvdir: Katarakt xəstəliyi yenidən yarana bilir.Düzdür: Katarakt yenidən yaranmır. Bəzən bəzi hallar kataraktın yenidən yaranması kimi qəbul edilir. Lakin katarakt yenidən yarana bilməz. Səhvdir: Göz damcısını damcılatdıqdan sonra gözü möhkəm qırpmaq lazımdır.Düzdür: Gözə damcı damcılatdıqdan sonra 1 dəqiqə ərzində gözü yatılan vəziyyətdə bağlamaq lazımdır. Gözün sıx qırpılması damcının təsirini azaldır. Mənbə:ann.az
['göz', 'səhvlər']
4,825
https://kayzen.az/blog/aforizmler/7369/h%C9%99zr%C9%99ti-muh%C9%99mm%C9%99d-s.%C9%99.v.html
Həzrəti Muhəmməd ( s.ə.v. )
umud600
Hikmət dənizi və aforizmlər
11 okyabr 2011, 00:00
(Ey Rəsulum!) Səni aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.  ( Qurani Kərim ) Həzrəti Muhəmmədi (s.ə.v.) ilk dəfə görən onu görən kimi heybətindən titrər, onunla bir yerdə olan isə ona aşiq olardı.  ( Hz.Əli ) Həzrəti Muhəmməd (s.ə.v.) bütün zamanların peyğəmbəri idi.  ( Jül Masserman: Amerika psixoloqu ) Həzrəti Muhəmmədin (s.ə.v.) insan olması ilə bütün insanlıq iftixar edir. Çünki o, oxuyub-yaza bilməsə də, on üç əsr əvvəl elə qanun və əsaslar gətirmişdir ki, biz avropalılar iki min il sonra da onun qiymətini və həqiqətini anlasaq, ən xoşbəxt nəsillər olarıq.  ( Şebol: Filosof  1924-cü ildə hüquq konqresindəki çıxışından.) İnsanlıq onun bənzərini görməyib və görməyəcəkdir.  ( Bencamin Bosfort Smit: Amerika protestant baş keşişi ) Böyük islam peyğəmbəri uca Yaradanın qatına çıxmışdır. Mən meraca bütün qəlbimlə inanıram.  ( Fyodor Mixayloviç Dostoyevski: Rus yazıçısı) " Tarixdəki 100 böyük insan" adlı kitabı ilə bütün dünyaya səs salan amerikalı alim- professor Maykl Hart kitabının çıxmasından on il sonra " Sizin on il bundan əvvəl kitabınızda birinci yerdə Həzrəti Muhəmməd (s.ə.v.) idi. Hələ də bu fikirdəsiniz?" sualına belə cavab vermişdir: " Bu saylar iki-üç yüzə çıxsa da, Həzrəti Muhəmmədin (s.ə.v.) birinci yeri dəyişməzdir və inanıram ki, Həzrəti Muhəmməd (s.ə.v.) kimi hər yönü ilə mükəmməl bir insan bir daha dünyaya gəlməyəcək".  ( Maykl Hart: Amerika yazıçısı və tədqiqatçısı ) İslamdan əvvəlki dinlər insanların ruhları üzərindəki hakimiyyətini gündən-günə itirməkdə olduğu halda, Həzrəti Muhəmmədin (s.ə.v.) gətirdiyi din bütün qüdrət və hakimiyyətini mühafizə etməkdədir.  ( Qustav Le Bon: Fransız sosioloqu ) Kral və vəzirlər kimi əzəmət və dəbdəbə pərdəsi arxasında gizlənməmişdi. Öz əbasını  özü yamayar, ayaqqabısını özü təmir edərdi. Döyüşə girər, səhabələri ilə məşvərət edər, əmrlərini onlarla birgə verərdi. Dünyada tac və ehtişam sahibi olan heç bir imperatora yamaqlı bir əba içindəki bu insan qədər hörmət və itaət edilməmişdir.  ( Tomas Karleyl: İngilis tarixçisi ) Mən Quranı hər yöndən araşdırdım. Hər kəlməsində böyük hikmətlər gördüm.Mən buna iddia edirəm ki, Həzrəti Muhəmməd (s.ə.v.) seçilmiş bir insandır. Belə bir insanın yenidən gəlməsi ehtimaldan uzaqdır. Ey Muhəmməd! Sənin çağdaşın ola bilmədiyim üçün çox kədərlənirəm. Öyrətdiyin və yaydığın bu kitab sənin deyildir. Bu, Allahın kəlamıdır. Bu kitabın Allah sözü olduğunu inkar etmək bugünkü elmlərin lazımsızlığını iddia etmək qədər gülüncdür. İnsanlıq sənin kimi seçilmiş bir qüdrəti bir dəfə görmüş, bundan sonra bir daha görməyəcəkdir. Hüzurunda tam hörmətlə əyilirəm.  ( Otto Bismark: Almaniya dövlət xadimi, diplomatı və kansleri )
['aforizmlər']
4,826
https://kayzen.az/blog/elshad/7368/h%C9%99r-%C5%9Feyin-%C9%99v%C9%99zi-var.html
Hər şeyin əvəzi var
elshad
Bloq: elshad
10 okyabr 2011, 23:01
Şotlandiyada yoxsul bir ailə yaşayardı. Fleming idi adı. Günlərdən bir gün tarlada çalışarkən bir qışqırıq eşitdi. Dərhal səsin gəldiyi yerə qaçdı. Bir də baxdı ki belinə qədər bataqlığa batmış bir uşaq, xilas olmaq üçün çırpınıb dayanır.Uşaqcığaz bir tərəfdən də avazı çıxdığı qədər qışqırırdı. Əkinçi uşağı bataqlıqdan çıxardı və  ölümdən qurtardı. Sabahısı gün Flemingin evinin önünə gələn dəbdəbəli avtomobildən qəşəng geyimli bir aristokrat endi. Əkinçinin qurtardığı uşağın atası olaraq tanıtdı özünü. ‘‘Oğlumu qurtardınız, sizə bunun qarşılığını vermək istəyirəm'' dedi. yoxsul və şərəfli Fleming ‘‘Qəbul edə bilməm!'' deyərək mükafatı geri çevirdi. Tam bu sırada qapıdan cütçünün kiçik oğlu göründü. ‘‘Bu sənin oğlunmu?'' deyə soruşdu aristokrat. Əkinçi qürurla ‘‘Bəli!'' dedi. Aristokrat davam etdi: ‘‘Gəl səninlə bir müqavilə bağlayaq. Oğulunu mənə ver yaxşı bir təhsil almasını təmin edim. Əgər xarakteri atasına bənzəyirsə , irəlidə qürur duyacağın bir adam olar. ‘‘ Bu danışmalar sonunda Flemingin oğulu aristokratın dəstəyi ilə təhsil gördü. Aradan illər keçdi. Cütçü Flemingin oğulu Londondakı St. Mari's Hospital Tibb Fakültəsindən məzun oldu və bütün dünyaya adını penisillini bulan Sir Aleksandr Fleming olaraq eşitdirdi. Bir müddət sonra aristokratin oğulu sətəlcəmə tutuldu. Onu nə qurtardı? Penisillin! Aristokratin adi: Lord Randolp Churchill. Oglunun adi: Sir Winston Churchill. Qurtaran həkim: Əkinçinin oglu Sir Aleksandr Fleming. Pula ehtiyacınız yoxmuş kimi çalışın. Heç acı çəkməmiş kimi sevin. Heç bir şey gözləmədən verin. Qarşılığı necə olsa gələcəkdir.
['maraqlı faktlar']
4,827
https://kayzen.az/blog/kitab/7367/d%C3%BCnyan%C4%B1-d%C9%99yi%C5%9F%C9%99n-10-kitab.html
Dünyanı dəyişən 10 kitab
Bakılı
Kitablar və mütaliə
10 okyabr 2011, 21:35
Kitab müasir dünyanın bir parçasıdır. Hər gün bütün dünyada milyonlarla kitab çap edilir, satılır, müzakirə edilir və s. Amma bəzi kitablar var ki, onlar insanların, xalqların həyatında mühüm rol oynayıb və belə kitablar dünyanı dəyişib. Bu gün sizə dünyanı dəyişə 10 kitabı təqdim edirik. 1. "Quran"  "Quran" İslam dininin müqəddəs kitabıdır. "Quran" müsəlmanlar tərəfindın Allahın sonuncu kitabı olaraq qəbul edilir. 1 milyarddan çox insan islam dininə tapınır və təbii ki, "Quran" dünyanı dəyişən kitablardan biridir. 2. "İncil" Şübhəsiz "İncil" qədər dünyanı dəyişən ikinci kitab tapılmaz. Bu kitab yaranmasından 2 əsr sonra bütün Roma İmperiyasını bütpərəstlikdən xilas edib və imperiya əhalisi xristianlığı qəbul edib. O zamandan bəri xristianlıq dünyanın ən çox tərəfdara sahib dinidir. 3. "Kommunist Manifesti" - Karl Marks və Fridrix Engels  Marks və Engelsin bu traktatı tarixdə ən çox iz qoyan siyasi əsərlərdəndir. Manifest proletariatı burjua ictimai quruluşunu devirməyə və nəticədə bütün insanların bərabər olduğu sinifsiz bir quruluş yaratmağa çağırırdı.  4. "Millətlərin sərvəti" - Adam Smit  Bu kitab müasir dünya iqtisadiyyatı anlayışını formalaşdırıb - azad iqtisadiyyatı və rəqabəti. Kitabda Smit görünməz əl prinsipini irəli sürür, öz marağını güdmənin ümumilikdə cəmiyyətə faydalı olacağını deyir.  5. "Növlərin Mənşəyi" - Çarlz Darvin Kitab növlərin təkamülünün öyrənilməsində əvəzsiz rol oynayıb. Əsərdə növlərin zamanla təbii seçimi və yeni növlərin meydana gəlməsindən bəhs edilir. Bir çox dini inanca zidd olduğuna görə, Darvinin nəzəriyyələri çoxlu mübahisələrə səbəb olub.  6. "Riyaziyyatın prinsipləri" - İsaak Nyuton Nyutonun 1687-ci ildə yazdığı bu əsər müasir fizika və riyaziyyat elmlərinin təməlini qoyub. Kitab 3 cilddən ibarətdir. Burada Nyutonun klassik mexanikanın təməli sayılan sürət qanunu, həmçinin ümumdünya cazibə qanunu haqqında fikirləri yer alır. "Riyaziyyatın prinsipləri" indiyə qədər yazılmış ən əhəmiyyətli elmi əsərlərdən biri sayılır. 7. Qalileyin Dialoqu  Bu kitab əsrlər boyu müzakirə ediləcək "din, yoxsa elm" mübahisələrini başladan kitabdır. Əsər Qalileyin həbs olunmasına və yazıçılıq karyerasına son qoymasına səbəb olub. Həmin dövrdə mübahisələrə səbəb olan isə kitabın elmi təbliğ etməsi yox, Qalileyin Papanı ələ salması idi. 8. "Tarix" - Herodot  "Tarix" qədim dünya haqda biliklərimizin mənbəyi və Qərbdə tarix elminin əsasını qoyub. Herodotun "Tarix" əsəri Qərbdə tarixlə bağlı ilk əsər hesab olunur. Eramızdan əvvəl 440-ci ildə yunanca yazılan "Tarix" Yunan-fars müharibəsindən, V əsrdə Yunanıstanın şəhər-dövlətlərindən bəhs edir. 9. "İkinci cins" - Simon de Bovuar  "İkinci cins" Simon de Bovuarın ən məşhur əsəridir. Bu kitab feminizmin əsas kitablarından sayılır. Kitabda Bovuar qadınlarla tarix boyu "ikinci cins" kimi davranıldığını iddia edir. 10. "Yuxu Yozmaları" - Ziqmund Freyd "Yuxu yozmaları" Freydin psixoanalizə ən böyük töhvəsi hesab olunur. Kitab ilk vaxtlarda çox az satılıb, hətta ilk 600 nüsxənin satılması üçün bir neçə il lazım olub. Freyd kitaba azı səkkiz dəfə yenilik edib. Müəllif: Nərmin Məmmədova/ann.az
['kitab']
4,828
https://kayzen.az/blog/aforizmler/7365/steve-cobsun-deyiml%C9%99ri.html
Steve Cobsun deyimləri
yravil
Hikmət dənizi və aforizmlər
10 okyabr 2011, 21:24
Müştərinizə nə istədiyini soruşub ona görə məhsul çıxara bilməzsiniz, çünki siz onların istədiyini edərkən onlar başqa bir şey istəyəcək. (Steve Jobs)Həyatımızla əlaqədar seçimlər bizə aiddir, buna görə ən yaxşısı olmaq üçün çalışmalıyıq. (Steve Jobs)Qəbiristanlıqdakı ən varlı adam olmaq mənim üçün heç nə ifadə etmir. Mənim üçün əhəmiyyətli, gecə yatağıma uzananda "Bu gün mükəmməl iş gördüm"-deyə bilməkdir. (Steve Jobs)Biz yalnız, əməliyyat sistemlərinə baxdıq və "Bunu daha sadə və daha güclü edə bilərikmi?"-dedik. (Steve Jobs)Həyat qısadır, düşünürəm yalnız öləndə anlayacağıq bunu. (Steve Jobs)Mənim işim insanlara yaxşı davranmaq deyil, onları inkişaf etdirməkdir. (Steve Jobs)Bir proyekt ortaya çıxaranda başlanğıcda səhvlər edə bilərsiniz, əhəmiyyətli olan səhvlərinizi müdafiə etmək yerinə tez bir zamanda düzəldə bilməyə çalışmaqdır. (Steve Jobs) Həyatdakı vaxtınız qısadır, ona görə işə yarayan bir şey etmək üçün xərcləməyiniz çox əhəmiyyətlidir. (Steve Jobs)Mən bir ildə 250 milyon dollar itirməyin nə demək olduğunu bilən insanlardanam, inanın mənə, xarakterinizi gücləndirən bir hadisə budur. (Steve Jobs)40 yaşındaykən dünyanı dəyişdirdiyimizi söyləyirlər, amma dəyişmədi, mən 40 yaşına çatdım və hələ dəyişmədi. Doğuluruq, böyüyürük, uşaqlar gətiririk dünyaya və ölürük. (Steve Jobs)Dünyanı dəyişdirə biləcəyini düşünəcək qədər dəli olan insanlar ancaq dünyanı dəyişdirə biləcək işlər edə bilər. (Steve Jobs)Dizayn gülməli sözdür. Bəzi insanlar düşünür ki, dizayn onun necə göründüyüdür, amma dərinə getsək, necə göründüyü deyil, necə işlədiyidir. (Steve Jobs)Pirat olmağa qərar verdinsə, dəniz qüvvətlərinə qatılmaq məntiqsizdir. (Steve Jobs)Yaradıcılıq, lider olmaq və izləyən olmaq arasındakı fərqdə gizlidir. (Steve Jobs)Keyfiyyətli bir meyar olun. Bəzi insanlar, mükəmməllik gözlənilən bir mühitdə istifadə edilə bilməz. (Steve Jobs)
['Steve Jobs', 'aforizmlər', 'Stiv Cobs']
4,829
https://kayzen.az/blog/u%C4%9Fur/7364/m%C3%BCsb%C9%99t-israr-%C3%BC%C3%A7%C3%BCn-g%C3%B6z%C9%99l-n%C3%BCmun%C9%99.html
Müsbət israr üçün gözəl nümunə
ORIGINAL
uğur psixologiyası
10 okyabr 2011, 18:42
Çində Bambuk ağacının yetişməsi, müsbət israr üçün gözəl bir nümunədir. Çinlilər bu ağacı belə yetişdirir: Əvvəl ağacın toxumu əkilir,sulanır və gübrələnir. Birinci il toxumda hər hansı bir dəyişiklik olmaz. Toxum yenidən sulanıb gübrələnir. Bambuk ağacı ikinci ildə də torpağın xaricinə bəhrə verməz. Üçüncü və dördüncü illərdə hər il edilən əməliyyat təkrar edilərək bambuk toxumu sulanır və gübrələnir. Lakin inadcı toxum bu ildə də bəhrə verməz. Çinlilər böyük bir səbirlə beşinci ildə də bambuka su və gübrə verməyə davam edərlər. Və nəhayət beşinci ilin sonlarına doğru bambuk yaşıllaşmağa başlayır. Və altı həftəyə kimi qısa bir müddətdə təxminən 27 metr hündürlüyə çatır. Çin bambuk ağacı 27 metr hündürlüyə altı həftədə Yoxsa beş ildə çatmışdır? Bu sualın cavabı təbii ki beş ildir. Böyük bir səbrlə və israrla toxum beş il müddətində sulanıb gübrələnnməsəydi ağacın böyüməsindən hətta var olmasından söz edə bilərdikmi? ... Bir müvəffəqiyyətin şərtləri hər vaxt çox sadədir. Bir müddət üçün alışın, Bir müddət dözüm edin, Hər vaxt inanın,Və heç bir zaman geri dönməyin!!!Tərcümə etdi:Musalı Azər Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.Mətndən istifadə edrəkən (saytlarda,facebook səhifələrində və s.) istinad etmək (saytın adı kayzen.az) mütləqdir,əks halda halal edilmir.Həmçinin bax: İsrar et və əzmkar ol!
['uğur psixologiyası', 'səbr etmək', 'müsbət israr', 'əzmkarlıq', 'inadkarlıq']
4,830
https://kayzen.az/blog/turk-dili/5809/t%C3%BCrk-%C9%99lifbas%C4%B1.html
Türk əlifbası
Ferro
Türk dili
10 okyabr 2011, 12:09
Müasir türk əlifbasında 29 hərf var. Bunlardan 8-i sait: a, e, ı, i, o, ö, ü, 21-i isə samitdir: b, c, ç, d, f, g, ğ, h, j, k, l, m, n, p, r, s, ş, t, v, y, z.Əlifbadakı "e" saitinin və "g", "k", "l" samitlərindən hər birinin iki səsi olduğuna görə türk ədəbi dilində 33 danışıq səsi var.Bunlardan əlavə, türk yazısında iki işarədən - "^" (uzatma və ya incəltmə) və " ’ " (apostrof) işarələrindən istifadə edilir (Yeni orfoqrafiya qaydalarına görə birinci işarənin işlədilməsi məcburiyyəti yoxdur).Azərbaycan dilində olan "x" və "ğ" səsləri türk ədəbi dilində yoxdur, lakin Anadolunun bir çox dialektində bu danışıq səsləri də işlədilir.Bunu da qeyd edək ki, müasir türk dilinin orfoqrafiya prinsiplərinə görə əcnəbi onomastik vahidlər - xüsusi isimlər, millətlərarası firma adları, texniki terminlər və s. əsillərinə uyğun şəkildə yazıldığından, türk yazısındakı hərflərin miqdarı əlifbadakından çoxdur. Məs.: New York - Nyu YorkWilhelm Humbolt - Vilhelm HumboltJean Jacgues Rousseau - Jan-Jak RussoMax Müller - Maks MüllerCoca-Cola - Koka-Kola
['əlifba']
4,831
https://kayzen.az/blog/ORIGINAL/7362/sad%C9%99c%C9%99-oxuyun.html
Sadəcə oxuyun
ORIGINAL
Bloq: ORIGINAL
9 okyabr 2011, 21:32
Ata: - Mənim seçdiyim bir qızla evlənməyni istəyirəm Oğul: - Xeyr! Ata: - Qız Bill Qeytsin qızı Oğul: - Onda yaxşı Ata Bill Qeytsəin yanına gedir: Ata: - Qızını Oğlumla evləndirmək istəyirəm. Bill Qeyts: - Xeyr.. Ata: - Amma oğlum Dünya Bankının icraçı direktoru Bill Qeyts: - Onda yaxşı Ata Dünya Bankının başçısının yanına gedir: Ata: - Oğlumu icraçı direktor et! Prezident: - Xeyr. Ata: - Oğlum Bill Qeytsin kürəkənidi Prezident: - Onda yaxşıTərcümə etdi:Musalı Azər
['maraqlı', 'ata və oğul', 'ata']
4,832
https://kayzen.az/blog/maraqli-faktlar/7361/oskar-b%C9%99xtsizl%C9%99ri.html
Oskar bəxtsizləri
ORIGINAL
Maraqlı faktlar
9 okyabr 2011, 20:23
Film tarixinə nəzər yetirdikdə görürsən ki, elə filmlər var ki, çox uğurlu olsalar da ən nüfuzlu film mükafatı sayılan "Oskar"ın hər hansı bir nominasiyasında layiq olduğu mükafatı ala bilməyib. Bu yazıda siz  məhz belə filmlərdən bir neçəsini tanıya biləcəksiniz.  Şouşendən qaçış (The Shawshank Redemption) - Bu filmi Oskarın ən bəxtsiz nominantı adlandıra bilərik. 1994-cü ildə Oskara üç real namizəd var idi: "Forrest Qamp"(Forrest Gump), "Kriminal qiraət"(Pulp Fiction) və "Şouşendən qaçış". Amansız mübarizədə "Forrest Qamp" rəqiblərinə şans vermədi. Bununla belə hər üç film ayrı-ayrı illərdə nominant olsaydılar, mümkün bütün kateqoriyalar üzrə qalib ola bilərdilər.  Yaşıl mil (Green Mile) - Film bütün nominsaiyalarda qalib ola biləcək gücdə idi.Xüsusən rejissor işinə görə. Mənim sağ ayağım (My left foot) - ən yaxşı bioqrafik filmlərdən biri. 1989-cu ildə bu film qalib gəlməli idi! Amma olmadı. Ayılma (Awakening)- Robert De Nironun bəlkə də ən yaxşı rolu idi, amma həmin il o, laureat ola bilmədi. Sıravi Rayanı xilas etmə (Saving Private Ryan) - Hər halda "Aşiq Şekspir" dən qat-qat güclü film idi. Pianoçu (The pianist) - 2000-ci ildə bu film ilin filmi olmalı idi, amma təəsüf ki, laureat Çikaqo filmi oldu. Babil (Babel) - 2006-cı ildə film yeddi nominasiyadan yalnız "soundtrack"inə görə laureat oldu. Fikrimizcə həmin ilin filmi "Dönməzlər" güclü film idi, amma ən azı ən orginal ssenari üzrə film Oskara layiq idi. Benjamin Battonun qeyri adi həyat (The Curious Case of Benjamin Button)- Film həmin il "Xarabalıqdan çıxan milyonçu"-ya rəqib olmasaydı sözsüz ki, üç deyil daha çox Oskar qazanardı. O cümlədən ilin filmi adına belə layiq görülə bilərdi. Dalğaları yararkən (Breaking The Waves) - Emili Uotson ən yaxşı aktrisa nominasiyasında qalib gəlməli idi, amma Frensis Makdormant bunun qarşısını aldı . Frida (Frida) - Salma Hayek Frida obrazında "ən yaxşı aktrisa titulunu" güclü rəqibinə - "Saatlar" filmindən Nikol Kidmana uduzdu. Bir başqa il sözsüz ki, Salma rəqib tanımayacaqdı. Döyüş klubu (Fight Club) - Amerika fiaskosu! Film bir dənə də olsun Oskar qazanmadı. Əvəzində "Amerika sayağı gözəllik" filmi ilin ən yaxşı filmi oldu. Fil adam (Elephant man) - Con Hert yaratdığı obrazı ilə ən real namizəd idi, amma Robert De Niro öz vəhşi öküz obrazı ilə Hertin bu istəyini gözündə qoydu. Film səkkiz nominasiyadan heç birində laureat olmadı. Nyu York bandaları (Gangs of New York) - Ən yaxşı ssenari, dizayn və qrim üzrə qalib gələ bilərdi. Güləşçi (Wrestler) - Ən azı Miki Rurk ən yaxşı aktyor nominasiyasında Oskara layiq idi.Filmin ssenarisi belə sanki Mikinin həyatından bəhs edirdi. Portağal mexanizmi (A Clockwork Orange) - Oskar mükafatının növbəti fiaskosu. Bu film ən yaxşı film, ən yaxşı aktyor, ən yaxşı rejissor, ən orjinal ssenari üzrə açıq aşkar favorit olsada heç birinin laureatı ola bilmədi. Taksist (Taxi Driver) - 1976-cı ildə Taksist filmi rəqibsiz idi. Amma Rokki qalib gəldi. Təmiz düşüncənin əbədi parlaqlığı (Eternal Sunshine spottlessof the mind) - Keyt Uinslet Oskara ikinci dəfə ən real namizəd olsa da yenə də güclü rəqibə məğlub oldu. Bu dəfə Hilari Suonq artıq ikinci dəfə heykəlciyə sahib oldu. Tutsi (Tootsie) - Dastin Hoffman Tutsi obrazıyla Ben Kinqslinin yaratdığı Qandi obrazına rəqib idi. Amma son anda Ben Kinqsli bu nominasiyada da filmə Oskar qazandırdı. Ölü yazarlar dərnəyi (Dead Poets Society)- Gözəl film olsa da fiasko ilə üzləşdi. Robin Uilyams belə Daniel De Luisə qalib gələ bilmədi. Biutiful (Biutiful) - Ən yaxşı aktyor nominasiyasında Xavier Bardem daha güclü idi. Film ən orjinal ssenari üzrədə rəqibsiz idi. Amma bu dəfə də hər şey tərsinə oldu.Mənbə: "Film Fiction" jurnalı
['kino', 'Oskar mükafatı', 'bəxtsizlər', 'maraqlı faktlar']
4,833
https://kayzen.az/blog/elshad/7360/g%C3%B6z%C9%99l-cavablar.html
Gözəl cavablar .
elshad
Bloq: elshad
9 okyabr 2011, 20:10
Sənətdən Anlamaq Picassonun sərgisində, bir qadın, tablolardan birini məşhur rəssama göstərərək;- Mən bu şəkildən heç bir şey anlamadım, deyər.Picasso soruşar:- Siz Çincə bilirsinizmi xanım?Bu suala qadının, xeyr deməsi üzərinə isə Picasso bu cavabı verər:- Amma Çincəni 1 milyarddan çox  insan danışır və anlayır. 50 Qızıl Məşhur xəttatlardan Şövqü Əfəndiyə, rəsmi bir binanın qapısına bir kitabə yazdırmışlar idi. Məşhur xəttata bu yazıdan ötəri on qızıl verdilər. Şövqü Əfəndi, bu pulu qəbul etmədi. Saray Ağası, Şövqü Əfəndiyə: "Bu yazını on dəqiqədə yazdın, on qızıl yetər", dəyincə Xəttat Şövqü əfəndi gülərək: "Xeyr, Ağa həzrətləri mən bu yazını on dəqiqədə deyil, tam əlli ildə yazdım. Əlli qızıl istəyərəm." dedi. Saray Ağası istəyi Padşaha çatdirimca, Padşah: "Ustad diləyində haqlıdır. O əlli sənədə yetişmişdir. Əlli qızıl verin." deyə əmr buyurdu. Qarışqa və Balıqlar Afrikanın ucsuz-bucaqsız torpaqlarında yaz yağmurlarıyla meydana gəlib, yaz istisində yox olan "keçici" göllər vardır. İşdə bu qolların meydana gəlməsinə şahid olan yerlilərin bir sözü : " Göldə sular yüksəlincə balıqlar qarışqaları yeyər, sular çəkilincə də qarışqalar balıqları"Yəni üstünlük bu gün qarışqadadırsa sabah balığa keçə bilir; ya da tam tərsi… Qarışqa ya da balıq olmanın təmin etdiyi üstünlüyə sevinmək özümüzü aldatmaqdan kənar bir məna daşımır, çünki kimin kimi yeməyini gerçəkdə "suyun hərəkəti" təyin edir. Əhəmiyyətli Olan Gözəl yaşamaq. Amerikalı piyanist və bəstəkar Eubie Blake öldüyündə 104 yaşında idi. Blake 102 yaşındaykən televiziyada bir danışıq edirdi. Soruşdular: "102 yaşında olmaq, necə bir duyğu?"Blake cavablandırdı:"Yaşın çox dadı yox. Yaşamanın dadını çıxartmaq gözəl…" Sənət Atəşi Məşhur aktyor Bert Lahra rejissorlar:"Saçların dümağ oldu. Artıq yaşlandın. Kədərlinik bu rolu sənə vərə bilməyəcəyik…" demişlər.Aktyor, özünə güvənən bir üslubla cavab vermiş və rolu almış:"damın qarlı olması evin içində atəş olmadığı mənasını verməz…"
['maraqli cavab', 'Faktlar']
4,834
https://kayzen.az/blog/yravil/7359/erm%C9%99nil%C9%99r-haqq%C4%B1nda-dahil%C9%99rin-dedikl%C9%99ri.html
ermənilər haqqında dahilərin dedikləri
yravil
Bloq: yravil
9 okyabr 2011, 19:09
Əmir Teymur (Fateh-hökmdar): "Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcəkdə ya məni alqışlayacaq, ya da lənətləyəcəklər. " A,S.Puşkin (Dahi rus şairi): "Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən. " Aleksandr Düma (Fransız yazıçısı və səyyah): "Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər. " Qraf De Şole ( Fransız səyyahı): "Ermənilərin yoxsulluq və əzab-əziyyət çəkməsi məndə onlara qarşı böyük rəhm oyatmasına baxmayaraq, onların haramzadalığı, kələkbazlığı o dərəcədə biabırçı, o qədər hiddətləndirici idi ki, mən heç vaxt onlara bağlana bilməzdim. " Adam Mets (İsveç səyyahı): "Dərisi ağ qulların pisi ermənilərdir. Abır-həyaları yoxdur, oğurluqları olduqca məşhurdur. Onlar yalnız dəyənək və qorxu altında yaxşı işləyirlər. " Qobusnamə: "Ermənilərin eybi: bədfel, kündə bədən, oğru, gözügötürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüşsöyən, ürəyi xıltlı, ağasınadüşmənçilikdir. " Tatsit: "Bu xalq (erməni) istər xasiyyətinə, istərsə də coğrafi vəziyyətinə görə qədimdən ikiüzlü və riyakardır. Bunlar daimi romalılara nifrətdən, parfiyalılara isə həsəddən az qala partlayırlar. " Musa Xorenatsi: "İndi olduğu kimi keçmişdə də qədim hayların ağızlardan-ağızlara keçən nəğmələrə həvəsləri olmayıb. Ona görə də kəmağıl, nadan və vəhşi adamlar haqqında danışmaq artıqdır. " An.N.Y.Marr. "Erməni xalqı kimi erməni dili də hibrit (calaq) dilidir. " Jemçuynikov (Yazıçı): "Qışqıra-qışqıra danışmaq bu xalqın xəstəliyidir. Özgə millətləri də özlərinin xeyrinə qışqırmağa, yalan informasiya yaymağa cəlb edə bilirlər. " Olqa Smurova (Yazıçı): "Əgər yuxuda erməni görübsünüzsə, çox ehtiyatlı olun, bilin ki, sizi aldadacaqlar və yaxud, sizə xəyanət edəcəklər. " Alferd Kerte (Alman səyyahı): "Türklərlə iş görəndə sözlə danışmaq kifayətdir, müqavilə bağlamağa da ehtiyac yoxdur... Əgər yunanla iş görmək istəyirsinizsə, mütləq müqavilə bağlayın, erməni ilə belə bir fikriniz olarsa, onda heç bir sənədləşmə aparmağın əhəmiyyəti yoxdur, sadəcə şərə rast gələcəksiniz. Erməni ilə rastlaşmaq təhlükəlidir, onu yuxuda görmək də xeyir gətirmir... " Sədi Şirazi (Məşhur fars şairi): "Erməni yer üzünün ilanı, insanlığın düşmənidir. " Vilson (İngilis səyahətçi): "Ermənilər acgöz və tamahkardır. Onlar istənilən bir cəfəngiyatı böyütmək üzrə abırsız dərəcədə mahirdirlər və yalnız bunları özlərindən başqalarına edirlər. " Adam Mete: "Ermənilər dünyanın ən pis ağ dərili nökərləridir. Onlar şərəfsizdirlər. Onların oğruluqları çox məşhurdur. Onlar yalnız qorxu və kötək altında sakit olurlar.
['ermənilər']
4,835
https://kayzen.az/blog/finance/6484/birja-terminl%C9%99ri.html
Birja terminləri
Əliyev
Xarici ölkələrin maliyyə-kredit sistemi
9 okyabr 2011, 15:17
Çox adam işgüzar xəbərlərdə edilən qeydləri biznes dilini bilmədikləri üçün başa düşmürlər. Öküz? Ayı? Dəvəquşu?!  Bütün bu heyvanxananın pula nə aidiyyatı var?  Bununla belə, onlar üçün yaxşı xəbərlər də var: Uoll-stritin söz ehtiyatı ancaq seçmə maliyyə kollecləri məzunlarının ixtiyarında deyil.   Təəccüblüdür, lakin bu faktdır: bu dildə başa düşülməyən və sirli olan heç nə yoxdur. Bundan başqa, investbankirlər və brokerlərın hər biri uşaq bağçasından bildikləri sözlərdən tez-tez istifadə edirlər. Beləliklə, Uoll-stritin “mal-qara damında” istifadə olunan anlayışlar bunlardır.  Onları öyrənmək heç bir əziyyət tələb etmir. “Birəli it” (A Dog With Fleas) Kinosevərlərə ola bilsin ki, 1987-ci ilin “Uoll-strit” (Wall Street) filmindən olan sitat tanışdır: “Oğlum, bu birəli itdir”. Filmin əsas qəhramanı Qordon Qekko gənc broker Bad Foksa müxtəlif növ maliyyə vəsaitlərinin birinin mahiyyətini belə izah edıirdi.   Qeyri-effektiv alətləri yaxud aktivləri “it” adlandırırlar.   Bazar oyunçuları üçün “it” adətən söyüş kimi qəbul olunur və az oyunçular belə kağızlarla maraqlanırlar. “Dou itləri”  (dogs of the Dow) adı altında bütöv bir bazar nəzəriyyəsi mövcuddur, ona uyğun olaraq  Dow Jones birjasında ən aşağı qiymətləndirilmiş alətləri almağa dəyər; məsələn,  bu Dow Jones Industrial Average (DJIA) indeksi çərçivəsində ən az gəlirli kağızlara aiddir.   Digər nümunə, Dow 30 indeksi çərçivəsində ən az mənfəəti olan kağızları alaraq, investorlar 15 illik perspektivdə 13% gəlir almaq nəzərdə tuturlar. “Ayı” (Bear) “Ayı” termini bazarın müəyyən vəziyyətlərinə aiddir. “Öküzlər” və “ayılar” bəlkə də Uoll-stritdən olan ən məşhur maliyyə terminləridir. “Ayı” bazarı, adətən bədbin əhval-ruhiyyə və neqativ gözləmələrlə dolmuş, ən azı iki ay ərzində 15-20% zəifləyən bazarı adlandırırlar. Belə bazarın ən parlaq nümunəsi, çoxlarının bunun Böyük depressiya səbəbindən törəndiyini hesab edən,1929-cu ildə baş vermiş çox böyük  tənəzzülü idi. Təəssüf ki, 2008-ci ilin göstəriciləri ilə 1929-cu ilin göstəriciləri çox oxşardır. XXI əsrin birinci onilliyinin əvvəlində şişməyə başlamış ciddi bazar və kredit “köpükləri” artıq 2007-ci ildə partladılar. Kredit vəsaiti səviyyəsinin kəskin azalması, bütün dünya üzrə iqtisadiyyatlar və bazarlar üçün neqativ nəticələrə gətirdi.   Bear Sterns və Lehman Brothers kimi zəif şirkətlər maliyyə səhnəsindən yox oldular. Eləcə də bütün dünya ölkələri üzrə birja göstəriciləri əhəmiyyətli dərəcədə enmə yaşadılar.  Hökümətlər bir çox banklara və sığorta şirkətlərinə dünya maliyyə faciəsindən yaxalarını qurtarmaq üçün, yardım və xilas etmə tədbirləri hazırladılar. “Ayı” bazarı şəraitində vahid aydın hərərkət strategiyası mövcud deyil, bundan başqa bir çox mütəxəssislər hesab edirlər ki, zəifləyən bazarlar  normal iqtisadi və biznes-tsikllərin bir hissəsidir. Uzunmüddətli investorlar üçün belə bazar bir çox qiymətli kağızları ucuzlaşmış qiymətlə almağa imkan yaradır. Digər mütəxəssislər “ayı” trendi zamanı qiymətli kağızları satmağa və bazarda dəqiq meyillər bərqərar olmayınca yaxud bazar öz “dibinə” çatmayınca, pul ehtiyatını artırmağı məsləhət görürlər. “Öküz”  (Bull) “Öküz” bazarı adlanan çərçivədə qiymətli kağızların dəyəri inamla artır, fondlara qoyulan investisiyalar isə çoxalır və oyunçuların inamları yüksək səviyyədə olur. 1990-cı illərin əvvəlindən 2000-ci illərin əvvəlinə kimi, ABŞ bazarı “öküz” zamanını yaşayırdı.   Buna xarakterik misal olaraq, Cisco Systems (Nasdaq: CSCO) şirkətinin səhmləridir.  O zaman şirkət internetin sürətlə yayılması dalğasında iri templərlə inkişaf edirdi və onun kağızlarının ümumi gəlirliliyi 1990-cı ildən 2000-ci ilə kimi 75 000% artım təşkil etmişdir.  Cisco kimi, America Online (AOL) şirkətinin səhmlərinin gəlirliliyi isə cəmi yarım il ərzində 480% artım təşkil etmişdir. “Öküz” bazarı şəraitində, sadə investorlar tanınmış invest-qurulardan  heç də az varlanmırlar. “Dəvəquşu”  (Ostrich) “Dəvəquşu” bazar vəziyyətinin onun firavanlığına ziyan vura biləcək şəraitində  fəaliyyətsiz olan investorun ləqəbidir.  Məsələn, Amerikanın qiymətli kağızalr üzrə komissiyası (SEC) hər hansı bir şirkətin yoxlanmasına başladığı halda, bu xəbərlər şirkətin səhmləri üçün əlverişli olmur.   Lakin “dəvəquşular” belə xəbərləri nəzərə almırlar. İnvestorların sadəcə “başlarını quma soxaraq” yaxşı zamanələrə ümid olmaları “dəvəquşu effekti” vəziyyəti adlandırılır. Belə davranış daha çox insanların çox güclü maliyyə stressi keçirdikləri “ayı” zamanələri vaxtı özünü büruzə verir. “Donuz” (Pig) Tamahkarlqları bütün prinsiplərinin və ağıllarının qabağını alan  investorları “donuz” adlanırırlar.Amerukalı invest-quru Cim Kramerin sözlərinə görə, “öküzlər” pul qazanırlar, “ayılar” pul qazanırlar, “donuzlar” isə qırğına gedirlər.  “Donuzlar” üçün ildə 100% dividend kifayət qədər yaxşı hesab olunmur. Nəticədə belə investorlar gəlir əldə etmək ümidi ilə çox səhm almaq üçün borc alırlar yaxud daşınmaz əmlaklarını girov qoyurlar. Bazar kəskin endikdə və əvvəlki mənfəət itirildikdə, “qırğın” başlanır. “Qoyun”  (Sheep) “Qoyun” dəqiq məqsədi və strategiyası olmayan investordur.  O, sadəcə başqalarının məsləhətləri arxasınca gedir və nəticədə çox vaxt yaxşı imkanları əldən verir.  Məsələn, 1990-cı illərdə təyin olunmuş nominalla olan səhmlərə vəsait qoyaraq, “qoyunlar” o zamankı “öküz” bazarının verdiyi qazancları əldən vermişdilər. Digər sözlərlə desək,  “qoyunlar” bazarın lazım olan tərəfində olmasalar, “öküzlər” yaxud “ayılar” tərəfindən yeyiləcəklər. Siz ancaq orada işləmədiyiniz səbəbindən Uoll-strit-in jarqonunu başa duşmədiyinizi düşünməyin.  Əslində bu dil investisiyalardansa, sizə heyvan dünyası haqqında daha çox bilik verə bilər və küçədə yaxud hətta uşaq bağçasında səslənən sözlər maliyyə başçılarının istifadə etdiyi sözlərdən heç nə ilə fərqlənmir. Həmçinin bax: Forex haqqında Mənbə: Uoll-stritdə istifadə olunan terminlər
['Forex', 'birja', 'valyuta bazarı']
4,836
https://kayzen.az/blog/finance/6483/forex-foreks-valyuta-bazar%C4%B1-haqq%C4%B1nda.html
Forex (Foreks) valyuta bazarı haqqında
Əliyev
Xarici ölkələrin maliyyə-kredit sistemi
9 okyabr 2011, 15:16
Foreks bazarında azartlı oyunlar şəxsi maliyyə risklərini əhəmiyyətli dərəcədə artırır. Onun ümumiyyətlə, investisiya prosesi ilə və o cümlədən fond bazarı ilə heç bir əlaqəsi yoxdur. “Foreksçilərin” hakim tezisləri bunlardır: valyuta alverində hər kəs qazana bilər; daim dəyişən valyuta məzənnəsi hesabına gəlir əldə etmək olar. Mühüm əfsanələr dünya kimi qocamandır, lakin camaatı valeh etməkdə davam edirlər. Bu səbəbdən, Foreks haqqında müəyyən həcmdə məlumatlı olmaq faydalı olar. Bunun üçün kitablar buraxılır, şayiələr yayılır, müvəffəqiyyətli olanların adları nümunə kimi deyilir və bəxtınızı sınamaq təklif edilir. Nəticədə sadəlövh vətəndaşlar investisiyalarla məşğul olmağı oyun oynamaqla qarışıq salırlar. Onun əsl siması vətəndaşlar üçün çəkilən gözəl şəkildən çox fərqlənir. “Foreksçılər” öz bizneslərinin əfsanələrlə əvəz edərək bizneslərinin real təfsilatını az açıqlayırlar. Foreksin tarixi “Foreks” beynalxalq valyuta bazarı (Foreign Exchange Market) ABŞ-ın dolların qızıla müəyyən edilmiş məzənnəsini saxlamaqdan imtina etdiyindən sonra 1971-ci ildə yaradılmışdır. Üzən valyuta məzənnələri əsri başlamışdır. Bazarın əsas oyunçuları bütün dünyanın iri bankları olmuşlar. Bu bankların gündəlik valyuta əməliyyatları milyard dollar təşkil edir. Bazarın müəyyən edilmiş ticarət yeri yoxdur, burada telefon vasitəsi ilə yaxud İnternetdə işləyərək iştirak etmək olar. Bazarın gündəlik dövriyyəsi 2-4 trln. dollar təşkil edir. Ən aşağı lot $100 min təşkil edir. Foreks dərhal çox sayda fırıldaqçıları özünə cəlb etdi. İlk fırıldaqçılar 1970-ci illərdə meydana çıxdılar. Onlar valyuta bazarında fantastik imkanları təsvir etməklə müştəriləri aldadırdılar. Foreks bazarının dövriyyəsi və burada məzənnələrin dəyişməsi sürəti əhəmiyyətli üstünlüklər olduğu haldırsa, minimal lotun ölçüsünün 100 min dollar olması isə onun nöqsanlarına aiddir. Dələduzların taktikası da məhz bunun üzərində qurulurdu. Müştəriyə 1:100 nisbətində kredit dəstəyi təklif olunurdu. Depozitə min dollar qoymaqla, müştəri yüz min dollarla əməliyyat aparmaq imkanı əldə edirdi. Valyuta məzənnəsinin daim dəyişməsi hesabına gəlir əldə etmək olar. Ticarətin bütün mənası ucuz alıb baha satmaqdan ibarətdir. Təcrübəsi olmayanlara hər bir real razılaşmaya gəlmək mümkün olan Foreksin üsünlükləri təsvir edilirdi. Sonra müştəriyə aralarında əməliyyat yerinə yetirmək istədiyi iki valyuta seçmək təklif olunur və dəyəri artan valyutanı almaq təklif olunur. Bir qədər vaxtdan sonra bahalaşmış mövqeni sataraq, mənfəəti qeyd etmək olardı. Kredit dəstəyi depoziti girov edərək verilir. Əgər mövqenin bağlanması ilə əlaqədar mümkün zərərin ödənilməsinə depozit artıq azdırsa, margin call (əlavə girov daxil edilməsi tələbi) vəziyyəti əmələ gəlir. Yəni bazarda ticarəti təşkil edən şirkət heç nə ilə risk etmir. Riski ancaq müştəri edir. Misal üçün, müştərinin avro/dollar cütlüyündə yerinə yetirdiyi əməliyyata baxaq. 1,5000avro/dollar məzənnəsi ilə bir saziş üzrə Buy (alqı) əməliyyatını yerinə yetirərək, bir qədər vaxtdan sonra müştəri saziş üzrə 1,5050 məzənnəsi ilə Sell (satış) əməliyyatını yerinə yetirərək bununla 50 bənd qazanmışdır. Ödəmənin haqqı cəmi 1 000 dollar olduğu şərtdə onun əməliyyatı 100 000 ilə keçirdiyini hesab edilirdi. Yəni bu əməliyyatdan onun qazancı 5 deyil, 500 dollardır, yaxud qoyulmuş vəsaitin 50% idi. Əlbəttə ki, müştəri qiymətlərin hərəkət istiqamətini tapmadığı halda o 5 deyil, həmən 500 dolları itirirdi. Müştərilərin cəlb edilməsi üçün təşkilatçılar kredit dəstəyini və real dövrdə alver etmək imkanını fikirləşmişdilər. Müştəriyə uduş perspektivləri maksimal olaraq izah edilirdi. Kredit dəstəyi ilə əlaqədar yüksək risk haqqında ancaq ötəri qeyd edilirdi, müştərinin risklə tanış olduğu barədə mütləq imza atmaq üçün kağızlar verilirdi və sonra ticarət zalına qapılar açılırdı. Təbii ki, müştərilər beynəlxalq səviyyədə olan ticarətdə iştirak etdiklərini düşünürdülər. Lakin təcrübədə heç bir oxşar şirkətin öz oyunçularına kredit verməklə real əməliyyatlar keçirmək üçün kifayət qədər şəxsi kapitalı olmamışdır. Birincisi, müştərilərin sifarişlərinin qarşısı çox vaxt sadəcə kəsilirdi. İkincisi, əməliyyatın “yerinə yetirilməsi” zamanı bir qədər gecikmə vaxtı mövcud idi. Üçüncüsü, şirkət rəsmi olaraq elan edirdi ki monitorda olan məzənnələr real bazar məzənnəsindən bir neçə bənd seçilir, bu fərq təşkilatın gəlirini təşkil edirdi. Yəgin ki, real vəziyyət haqqında həqiqəti ancaq təşkilatçılar bilir, müştərilərin pulları heç vaxt kontordan kənara çıxmırdı. Bütün hesablamalar isə ancaq düzgün istiqamətdə tez hesablamaq qabiliyyətindən asılı idi. Bazarın müasir vəziyyəti Bu gün qızğın oyunçuların xidmətində offşor dilinq şirkətləri var. Bütün əməliyyatlar İnternet vasitəsi ilə həyata keçirilir. Etibarlılığı müzakirə edərək yeni texnologiyalı şirkətlər dilinq şirkətinin hesabına öz pullarını keçirən və bazarda “əməliyyatlara” başlayan adam tərəfindən pulları kontorun hesabından uzağa çıxarılmaması haqqında məlumat vermirlər. Tam kompüterləşmədə hər şey sadədir. Yüzlərlə oyunçular mövqelərini bir birinin qarşısında qoyur, daxili sistem hər əməliyyatdan bir neçə bənd götürməyi unutmadan yüksək sürətlə öz iştirakçılarının pullarının yenidən paylanmasını yerinə yetirir. Real bazarda tək-tək əməliyyatlar yerinə yetirilir. Real banklar arası bazara çıxmaq üçün ən azı bir neçə yüz min dollar tələb olunur, lakin hətta belə lot heç kimi maraqlandırmaya da bilər. Əvvəllər “foreksçilər” öz sxemlərini belə təsvir etməyi xoşlayırdılar: müştəri az məbləğ daxil edir, bu məbləğ əlavə məbləğ ilə əhəmiyyətli dərəcədə artırılır və alınmış kapital real əməliyyatlarda işləməyə başlayır. Şəxsi və borc alınmış vəsaitlər arasında nisbət 1:199-a çata bilər (hər qoyulmuş 1 dolların üstünə 199 dollar əlavə “edilir”). Lakin sonra alverə başlamaq üçün minimal məbləğlər elə rəqəmlərə kimi azaldı ki, artıq əfsanə cəfəngiyyat kimi göründü. Hətta ən geniş kredit dəstəyi ilə simvolik olan 100 dollar əsl Foreks qiymətləndirilməsi ilə dəyəri olmayan 20 minə çevriləcəkdi. Dilinq mərkəzləri buna diqqəti cəlb etməsələr də, real ticarətə olduqca qayğılı münasibətləri var idi. Foreksin təcrübəsi bir qayda olaraq göstərir ki, bir neçə ay yüksək riskli alver etmək oyunçunun kənardan müdaxilə olmadan qoyduğu pulları itirməsinə kifayət edir. “Foreksin xalq üçün” olduğunu təbliğat edənlər yarıməfsanəvi treyderlərin məvəffəqiyyətli olmaları təcrübəsinə istinad edirlər. Lakin əgər məvəffəqiyyət olursa, bu ancaq təsadüfi olaraq və nadir hallarda olur. Bunu misalla izah edək. Aydındır ki: sizə kredit (dəstək) verən broker onun pullarından sizin hətta bir dollar uduzmağınıza imkan verməz. Sizin açdığınız mövqedən daxil etdiyiniz məbləğin 70-80% itirilməsi mümkün olduğu halda “marjin-koll” işə düşür. Yəni, kreditin təminatı üçün sizə əlavə vəsaitin daxil edilməsi təklif edilir yaxud sizin müvqeyiniz şəxsi vəsaitinizin həmin 70-80% miqdarında itkinin qeyd edilməsi ilə bağlanılır. Unutmayın ki, kredit vasitəsinin (dəstəyin) iki tərəfi var və əgər o sizin qazancınızı 100 dəfə artıra bilirsə, beləliklə zərəriniz də 1:100 arta bilər. Deməli sizin vəsaitinizin 70%-ə kimi itirilməsi təhlükəsi ilə margin call-a “çıxarmaq” üçün sizin açdığınız müvqenin dəyərini cəmi 0,7% dəyişmək kifayət edər! Görünür ki, bazarın belə mikron qədər dəyişməsini qabaqcadan bilmək mümkün deyil və heç bir texniki analiz burada kömək edə bilməz. Alverin təşkilatçıları insanların psixoloji xüsusiyyətlərini yaxşı nəzərə alırlar. Adi insan özü üçün iki: uduş əldə etmək və bütün pulları uduzmaq hadisəsini fərqləndirir. Əgər birincisi onun üçün əməyinin yaxud idarə edənin xidmətidirsə, uduzmaq onun üçün təsadüfi haldır. Bu səbəbdən insanlar axırıncı ümidlərinə inanaraq, pul qoyurlar. Bunlar hamısı olan şeylərdir. Bir qədər vaxt müştərilərə işlərin yaxşılaşmasını nümayiş edə bilərlər, sonra isə hər şey yenidən başlayır. Foreksdə bütün maraqlı hadisələr ancaq müştərinin birinci məğlubiyyəti baş verdikdə başlayır. Məhz bu andan o “əsl işə başlayır”. Uduzduqları bütün pulları geri qaytarmaq arzusu əmələ gəlir, xüsusən də udmaq imkanı belə real olduğu halda.. Nəticə Foreksdə və investisiyalarda olan oyunlar, o cümlədən fond bazarındakı oyunlar arasında prinsipial fərqlər vardır. Fond bazarı tənzimlənən və nəzarət oluanandır, burada uduzmaq mümkündür, lakin oğurluğa məruz qalmaq – yoxdur. Fond bazarında uçuşlar da olur, enmələr də. Lakin uzunmüddətli perspektivdə fond bazarı artır. Foreksdə qananmaq ideyası – milyonlarla amillərdən asılı olan qısamüddətli valyuta kursları tərəddüdlərinin tutulmasıdır. Burada təyinatına görə uzunmüddətli strategiyalar real deyil. Və ən başlıcası, kazinoda olduğu kimi, Siz Foreksdə oyunun təşkilatçılarına qarşı, uduşa müvafiq şanslarla oynayırsız. Beləliklə, fikirləşin və özünüz qərar verin: Foreksdə oynamaq, yoxsa oynanamaq... Həmçinin bax: Birja terminleri Mənbə: Foreks valyuta bazarı haqqında əfsanələr və həqiqətlər
['Forex', 'valyuta bazarı', 'birja']
4,837
https://kayzen.az/blog/aforizmler/7356/aforizml%C9%99r.html
Aforizmlər
yravil
Hikmət dənizi və aforizmlər
9 okyabr 2011, 11:37
Böcək olmağı qəbul edənlər, əziləndə şikayət etməməlidirlər.Əgər bir yerdə kiçik insanların böyük kölgələri olursa, orada günəş batır deməkdir.Gerçəyi insanların ölçüləri ilə deyil, insanları gerçəyin ölçüsü ilə tanı.Keçmişə qayıdıb kaşkilərlə yaşamaqdansa, gələcəyə dönüb bəlkələrlə yaşamağı seçərəm.Ümidini itirmiş insanın başqa itirəcək heç bir şeyi yoxdur.Yüksəlmənin ən alçaq forması, zəifləri minərək yüksəlməkdir.Hər vaxt doğrunu söylə. .Ne dediyini xatırlamaq məcburiyyətində qalmazsan ... Əsarət dağlarında gül olmaqdansa, azadlıq dağlarında tikan olmağı seçərdim...Bəla sürüsüylə gəlir. (Çin atalar sözü)Qurduğumuz ən böyük həbsxana içimizdədir. (Çin atalar sözü)Söz ürəkdən çıxarsa ürəyə qədər gedər, dildən çıxarsa qulağı aşa bilməz. (Ərəb Atalar sözü)Doğularkən sən ağladın ətrafındakılar güldü, elə bir həyat yaşa ki öldükdən sonra ətrafındakılar ağlasın sən gül.Bir çox insan xoşbəxtliyi burnunun üstündə unutduğu eynək kimi ətrafda axtarar.Budaq küləyi bağışlamışdır amma, qırılmışdır bir dəfə.
['aforizmlər', 'ibrətli sözlər']
4,838
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7354/maraqli-cavab.html
Maraqli cavab
yravil
Düşündürücü hekayələr
9 okyabr 2011, 11:17
Gəl oğlum qalx lövhəyə,sənə bir sualım var.-Buyurun, soruşun müəllimim- Canlılar neçə yerə bölünür?- Dörd yerə bölünür müəllimim..- Mənə səhv kimi gəldi amma say baxaq- Bitkilər, Heyvanlar, İnsanlar, Uşaqlar - Uşaqlar da insan deyilmi oğlum?- Haqlısınız, o zaman canlılar üç yerə bölünür müəllimim- Yaxşı, indi yenidən say baxaq- Bitkilər, Heyvanlar və Uşaqlar- Oğlum insanlara nə oldu?- Ürəklərində sevgini yetişdirib ,paylaşa bilənlər həmişə uşaq qaldılar, digərləri də heyvanlaşdılar müəllimim...
['maraqli cavab']
4,839
https://kayzen.az/blog/sevgi/7353/acizd%C9%99n-aciz%C9%99-sevgi-m%C9%99ktubu.html
Acizdən acizə sevgi məktubu
cahandar
Sevgi
8 okyabr 2011, 21:29
Mənim sənə yazığım gəlir.Necə də zavallı,necə də acizsən.Sən məni deyil,qəlbimi qazandın.Sevdirdin özünü.Afərin sənə.Səni elə sevdim ki,sənə elə aşiq oldum ki,bu sevgi məni məndən aldı.Çox bacarıqlısan.Sevməkdə,sevdirməkdə..........      Bəs bu "bacarığını" niyə axıradək nümayiş etdirə bilmədin?Niyə?Nişanlısan!!Səni başqasına nişanladılar.Sən...sənsə....sevgimiz uğrunda mübarizə apara bilmədin.Acizcəsinə valıdeyinlərinə tabe oldun.Yəni,sevginin gücü bura qədərmiş?....Nişanlandığından xəbər tutanda nələr çəkdiyimi düşündünmü?Nə acılar çəkdim,yuxusuzluq,göz yaşlarım......Hətta intihara əl atdım.Essensial içdim.......Ancaq məni xilas etdilər.Bir müddət sonra mən də nişanlandım. Sevmirəm onu...nişanlım çox gözəl insandı.Ancaq sevə bilmirəm onu.Sən acizi hələ də sevirəm.Sənə nifət etməyə çox çalışdım.Olmadı.....Daha da çox sevdim.Çünki yalnız səni düşünürəm.Mən xoşbəxt deyiləm.Çünki,sən yoxsan yanımda.Sən də çox güman ki,xoşbəxt deyilsən.Çünki,mənsizsən.Özün seçdiyin mənsizlik.....Nişanlını sevmirsən,o da xoşbəxt olmayacaq.Lakin təsəllim budur ki,mənim nişanlım xoşbəxt hesab edir özünü.Çünki,məni çox sevir,və səni sevdiyimi bilmir.Onunla olduğum üçün çox sevinir.İstəməzdim o da bədbəxt olsun.Səni hələ də sevdiyim üçün özümə çox acıqlıyam.Sən aciz olduğun üçün də sənə acıqlıyam....Məni əldə etməyə çalışmadın.Qovuşmağımız üçün mübarizə aparmadın.Hansı sevgidən danışırdın???Hansı sevgidən danışırsan???         Bu gün sənin toyundur.Ağ gəlinlikdə yanında addımlayan mən deyil,bir başqasıdır.Bu səhnəni görmək kaş mənə nəsib olmayaydı.Təəssüf ki,oldu.....         Sizə baxıram.Qəhər gözlərimi boğduğundan,çox çətin görürəm.Artıq başım gicəllənir və  gözlərim qaralır.Daha görmürəm...Başımın üstündə həkimlər,qohumlarım,nişanlım və hönkür-hönkür ağlayan  sən!!!!Məni xilas edə bilməyəcəklər.Çünki,bu dəfə içdiyim essensial deyil,zəhərdir.Mən bu cür yaşaya bilməzdim.Səni birdəfəlik itirməkdənsə həyatdan həmişəlik getməyi üstün bildim.Sən acizsən,mənsə sənə olan sevgimlə bərabər ölməyi üstün bildim...Buna layiq olmasanda..Əlimdə nişanlıma yazdığım məktub: __  "Əzizim,bağışla.Bağışla məni.Bilirəm,mən indi həyatda yoxam.Sənə böyük əzab verib gedirəm.Səni çox sevirəm,hörmətim sonsuzdur.Ancaq,sevmirəm..Sevgiyə layiqsən,sadəcə qəlbim bütünlüklə başqasına aiddir.Çox çalışdım onu unudam səni,tək səni sevəm.Olmadı.O  "aciz" həyat qarşısında,mənsə sevgim qarşısında aciz idim.Səni də yarı yolda buraxdım ki,həyatına tamamilə girib səni bədbəxt etməyim.Bağışla məni,qəlbini incitdiyim üçün bağışla.Səndən sonda ricam var.O acizə bu sözlərimi çatdır: " Sevgi insanda mənlik istər,mərdlik,sədaqət istər.Aciz insan itirir və peşman olur.Sonrakı peşmançılıq isə fayda vermir.Qoy xoşbəxt olsun.Övladına adımı qoyar.O anda da acizlik etməzsə.Hər zaman övladını çağırdıqda məni xatırlar." Sənə də təşəkkür edirəm.Bilirəm mən də acizəm.Hisslərim,sevgim qarşısında.Nə isə.....Allah keçsin günahımdan......." Imza:ACİZ!!!!!!!! Müəllif: Cahandar Həsənli. Mənbə:Bu yazı internet aləmində ilk dəfə yayımlanır.müəllifin imzası olmadan yayımlamaq qadağandır.
['sevgi məktubu']
4,840
https://kayzen.az/blog/kayzenin-r%C9%99smi-bloqu/7349/r%C9%99smi-anons-8-oktyabr.html
Rəsmi anons-8 oktyabr
kayzen
kayzen.az saytının rəsmi bloqu
8 okyabr 2011, 21:24
Kayzençilər,salam.Həmişə olduğu kimi bu ay a ən maraqlı məqalə müəllifini mükafatlandırmaq davam edir. Sentyabrın 8-dən bu yana çox maraqlı yazılar qoyulub.Amma onların arasında ən çox səs toplayanı bir pritçanı yazmış Nailə Rzayeva oldu. 50 AZN həvəsləndirici müjafat ona verilir.Bu ay kino haqqında topiki ilə sevindirmiş Türkələ 2 nəfərlik bilet də hədiyyə olunur.Qoy kino haqqında icmalını bizimlə paylaşsın.UPD.Saytda son dövrlərdə mikrobloqları ilə bizi sevindirmiş Maksimus və yravil də kinoteatra bilet qazanır.UPD2.Son vaxtlar saytda maraqlı məqalələr yerləşdirmiş Original, Xrizoberil,Gülnar,Bakinec də sabah olacaq kinoseansa bilet əldə edir.UPD3.Ferbara,Silen_ce,Qını,umud600,Bakılı, Zeyneb_Ehmedova, luminat,Zeynal da dəvətlidir. Hazırda daytın istifadəçilərinin üzərinə böyük məsuliyyət düşür.Saytda mükafatlandırmaya cavabdeh olan adam karantində şaqat edərək marş oxuyacağı üzrlü səbəbdən olmayacağı üçün müvəqqəti olaraq dayandırılır.Saytı başsız qoymayın Saytda maraqlı və faydalı kontent yerləşdirməkdə yardım edin,səhvi olanların səhvini göstərin.UPD4.Filmin adı: TəqibBaşlanma tarixi:14:00Zal:1Ölkə: ABŞİl: 2011Rejissor: Con SinqltonBaş rollarda: Teylor Lotner, Lili Kolinz, Alfred Molina, Ceyson Ayzeks.Janr: savaş, triller, drama, detektivBilet hədiyyə olunur: Cavid, luminat, Xrizoberil, Ferbara, Silen_ce. Zeynal, Bakinec, Original, Gülnar, Nailə Rzayeva, Maksimus, yravil, Qını, umud600, Zeynəb Əhmədova,
['rəsmi anons']
4,841
https://kayzen.az/blog/heyvan/7352/canavar.html
Canavar
Xrizoberil
Heyvanlar aləmi
8 okyabr 2011, 21:02
Canavar- canlı təbiətin bir hissəsi olub, ağıllı və cəsarətli yırtıcı heyvandır. Bir çox əsatirlərdə onun faydalı və ziyankar olduğu göstərilir. Hələ min illər bundan əvvəl insanlar əkinçilik və heyvandarlıqla məşğul olmamışdan qabaqcanavarla yaxın əlaqədə olmuşlar. Amerika alimi D. Miç qeyd edir ki, canavar olan ərazidə sığınlar əkiz doğur. Canavar olan qoruqlarda dırnaqlı heyvanlar sürətlə çoxalır. Bəzən çobanlar sürüdə xəstəliklərin baş verməsini canavarda görürlər. Lakin bu fikir düzgün sayılmır. Canavar ən təkmilləşmiş yırtıcıdır. O, maşından, silahlı adamdan və s. asanlıqla qoruna və gizlənə bilir. Bəzən yaxınlıqda olan sürünün hesabına qidalandıqdan sonra daha ona yaxın gəlmir. Canavara qarşı mübarizə hər yerin öz xüsusiyyəti ilə əlaqələndirilir. Qədim türklərin  əcdadı əsatirlərə görə canavar hesab edilir. Çin yazılarında göstərilir ki, 10 yaşlı bir uşağı canavar xilas edir. Sonra dişi canavardan (oğlanın bir növ arvadı) 10 oğlan olur. Bunlar da ayrı-ayrı cinslərin əsasını qoyur. Bunlardan birisi Aşin adlı canavar başlı adam kimi çəkilir, xatirə qorunub saxlanır. Keçmişdə bəzi xalaqlarda qadının doğuşunu yüngülləşdirmək üçün onun boynuna canavar çənəsi bağlayırdılar, qurudulmuş canavar ürəyini əzib suyunu qadına içirdirdilər. Doğulmuş uşağı canavar dərisinə salırdılar. Özbəklər ciblərində canavar dişi gəzdirər və ya paltarlarına tikərdilər. Məxmərək olan adamı canavar dərisinə bükərdilər. Qazaxlar və Kazan tatarları səpgilərə canavar quyruğu sürtərdilər. 19-cu əsrdə Siciliyada at tövləsində canavar pəncəsi saxlayardılar. At xəstələndikdə bu pəncəni onun qulağına sürtərdilər. Bəzi yerlərdə canavarın hətta ölüsünə itaət edirlər. Qədim afinalılar öldürülmüş canavarı dəfn edirdilər. Bir çox xalqlar canavar familiyası götürürdülər. Çukotlular maral yemiş canavara toxunmurlar (belə ehtimal edilir ki, guya qalan maral sürüsünü də yeyər). Yakutlar canavarı qədim ilahi Uluu-Toyon-un oğlu hesab edirdilər. Koryaklar canavarı tundranın və maralların sahibi hesab edirlər. Kamçatkada qadının əkiz doğmasını canavarla əlaqələndirirlər. Belə güman edirdilər ki, kişidən iki uşaq ola bilməz, yəqin ilahi bir qüvvə də var, əkiz doğmaq böyük qəbahət hesab edilirdi. Bizim eradan 3 əsr əvvəl Romanın embleması balalarını əmizdirən dişi canavar olmuşdur. Qədimdən belə hesab edilir ki, vəhşi heyvan, xüsusilə canavardan qida alan uşaqlar qoçaq, davamlı və cəngavər olmuşlar. Hərdənbir tək gəzən qurdlara rast gəlinsə də, ümumiyyətlə bir sürüyə bağlı olaraq yaşayarlar. Bir qurd sürüsü ana, ata və balalarından ibarət olan bir ailədir. Qurdlar iki yaşını doldurana qədər ailələrinin yanında qalarlar. Bir əvvəlki ilin balaları özlərindən kiçik qardaşlarına baxaraq valideynlərə köməkçi olar. Ana və ata, uşaqlarına qarşı daim sərtdir, buna görə sürünün içindəki iyerarxiya müəyyəndir və kimsə nüfuzu sarsıtmağa cəsarət etməz. Qohum olan iki qurdun cütləşməsi heç görülməmişdir. Qurdlar cütləşmək üçün xarici bir qurd tapa bilməzlərsə ömür boyu cütləşməzlər. (Haradasa) heç görülməsə də, itlər və qurdlar hələdə günümüzə qədər aralarında cütləşə bilər və yenə balalaya bilən (sonsuz olmayan) balalar dünyaya gətirə bilərlər. Bəzi köhnə kitablarda bir qurd sürüsünün quruluşu belə təsvir edilir: "… Sürünün başı alfa cütüdür və onların xaricində heç bir üzv cütləşib bala edə bilməz. Sürünün içində hər üzvün fərqli statusu vardır. Sürünün içində ən son sırada, hər kəsin sataşdığı bir «Qara qoyun» vardır. Hərdənbir qurdlardan biri alfa üzvlərinə baş qaldırar və öz statusunu yüksəltmək üçün onunla döyüşər." Qurdlarda hamiləlik təxminən 60 gün davam edir. Ümumiyyətlə 3 ilə 6 (ən az 1, ən çox 14) bala doğurarlar. P.S. ....
['heyvanlar aləmi', 'canavar']
4,842
https://kayzen.az/blog/Ferbara/7347/h%C9%99yat-sevgisi.html
Həyat sevgisi
Ferbara
Bloq: Ferbara
8 okyabr 2011, 13:42
Edamqabağı hakim məhkumdan soruşur: -Sənin yaşamaq üçün səbəbin varmı? Məhkum: -Bəli. Səbəb özüməm. Hakim: -Bunu necə başa düşək? Məhkum: -Çünki məndə bir həyat yaşayır. Hakim: -Elə isə niyə günahsızı qətlə yetirdin? Məhkum: -Onda içimdəki həyat sevgisini anlamamışdım.    
['həyat']
4,843
https://kayzen.az/blog/h%C9%99zm/4911/disbakterioz.html
Disbakterioz
Dr_Həkim
həzm sistemi
8 okyabr 2011, 12:44
Disbakterioz özünü allergiya, aclıq hissi, qıcqırma, diareya, qəbizlik, artıq çəki, baş ağrıları, depressiya və s. kimi əlamət və simptomlarla biruzə verir.Disbakterioz zamanı bağırsaqda Candida cinsindən olan şərti-patogen göbələklər aktiv çoxalmağa başlayır.O, öz maya formasından göbələk formasına çevrilir.Bu formada kökəbənzər uzun substansiyalar inkişaf edir və həzm traktının selikli qişasının daxilinə keçir.Bunun nəticəsində həzm traktı ilə qan damarları arasında sərhəd pozulur və sonadək həzm olunmamış zülallar qana keçərək immun sisteminə təsir göstərir.Göstərilən səbəblər immun sistemini çoxlu miqdarda antitel sintez etməyə vadar edir.Bunun nəticəsində müxtəlif tip allergiyalar inkişaf edir.Belə halda müalicə patogen və şərti-patogen mikroorqanizmlərin eliminasiyası, obliqat mikrofloranın bərpası və nəhayət immun sisteminin güclənməsi istiqamətinə yönəldilməlidir.Bioloji təbabətin tərkib hissəsi olan mikrobioloji təbabət bu halları aradan götürməyə imkan yaradır.Mikrobioloji terapiya həm immum reaksiyaların çatışmazlığı ilə əlaqədar yaranan xəstəliklərin (tənəffüs və həzm sisteminin infeksion və qeyri-infeksion xəstəlikləri), həm də immum reaksiyaların artması ilə əlaqədar yaranan xəstəliklərin (allergiyalar) müvəffəqiyyətli müalicəsində tətbiq olunur.Bu terapiya probiotiklərin köməyi ilə aparılır.Probiotik-tərkibində canlı və ya inaktivləşdirilmiş mikroorqanizmlər, onların komponentləri və ya metabolizm məhsulları olan preparatlardır.Onları həm müalicə, həm də profilaktik məqsədlə istifadə etmək olar.Bu sayımızda “Symbiopharm” firmasının istehsal etdiyi probiotiklərlə tanış olacayıq.Symbiolact comp. Lactobacillus acidophilus, Lactobacillus casei, Lactobacillus lactis, Lactobacillus salivarius, Bifidobacterium bifidum, Bifidobacterium lactis kimi mikroflora ştammlarından təşkil olunmuşdur.Bir paketin tərkibində olan mikroflora 109 KƏV/q aktivliyindədir. Symbiolact comp.-da olan ştammlar həm nazik bağırsaqlara, həm də yoğun bağırsaqlara aiddir.Bifido- və laktobakteriyalar orqanizmi patogen və şərti-patogen mikroorqanizmlərdən qoruyur və bunu bir neçə yolla həyata keçirir.Belə ki, bifido- və laktobakteriyalar öz divarında olan qlikolipidlər hesabına bağırsağın selikli qişası üzərində qoruyucu örtük əmələ gətirirlər.Bağırsaqların dezinfeksiyasını təmin edən H2O2 –in sintezində iştirak edirlər. Bu bakteriyalar qısa zəncirli yağ turşuları və süd turşusu sintez etməklə özləri üçün əlverişli, patogen və şərti-patogen flora üçün qeyri-əlverişli şərait yaradırlar.Symbiolact comp.-un üstünlüklərindən biri də laktoza və qlütein saxlamamasıdır.Hansı ki, bununla heç bir allergik reaksiya törətmir, əksinə allergik xəstəliklərin profilaktikasında tətbiq olunur.Məhz bunun üçün onun təsir spektri daha geniş olur.Symbiolact comp-un tərkibində olan ştammlar antibiotiklərə tolerant olduğu üçün antibiotiklərdən sonra qəbul etməklə onların mənfi təsirlərinin qarşısını almaq olar.Symbiolact comp.həm də ginekologiyada tətbiq edilir.Belə ki,ondan hazırlanan tamponlar uşaqlıq yolunun mikroflorasını balansda saxlayır. Bundan başqa bifido- və laktobakteriyalar vitaminlər (B12, K, fol turşusu) sintezində, su-elektrolit balansını tarazlıqda saxlamaqla, orqanizmin mübadilə və metabolik proseslərdə iştirak edirlər. Symbiolact comp-un paket formada olması onun səyahətdə olarkən belə, xüsusən səyahətçilərin diareyası zamanı istifadəsini asanlaşdırır.3 yaşadək uşaqlara gündə bir dəfə ½ paketi bir qədər suya və ya uşağın qidasına qarışdırmaqla, 3 yaşdan yuxarı uşaqlara və böyüklərə 1 paketi gündə 1-2 dəfə ½ suda həll etməklə əsas yemək vaxtı qəbul edirlər.Mikrobioloji terapiyanın ayrılmaz bölməsi olan immun sistemini aktivləşdirmək üçün “Symbioflor” sırasının preparatlarından olan tibbi probiotiklər istifadə olunur.Symbioflor preparatları və Symbiolact comp.-dan kompleks istifadə etməklə uzunmüddətli immunomodulyasiya effekti almaq olur.Prosymbioflor inaktivləşdirilmiş Esherichia coli və enterococcus faecalis autolizatından ibarətdir.O, inaktivləşdirilmiş bakteriyalardan təşkil olunduğu üçün immun sistemini az stimulə edir və kiçik immun cavab yaradır. Prosymbioflor interleykin-1B və interleykin-6-nı ingibə edir, eyni zamanda interleykin-2 və γ-interferonun sintezini stimulə etməklə dəri və selikli qişalarda yaranan iltihabi proseslərin qarşısını alır.Tərkibində E.coli kimi bakteriyaların autolizatının belə olmasına baxmayaraq dozalanma dəqiq olmalıdır.Yenidoğulmuş və uşaqlara gündə 2 dəfə 1-2 damcı, böyüklərə isə gündə 2 dəfə 5 damcıdan başlayaraq hər gün 1-2 damcı artırmaqla individual tolerantlıq həddinə çatdırmaq lazımdır.Sonra terapiya Symbioflor 1-lə davam etdirilir. Symbioflor 1 məhlulu 1ml-də 1,5-4,5∙107 miqdarında enterococcus faecalis hüceyrə və autolizatı saxlayır.Enterokokklar Jg A sintezində iştirak edir.Bu interleykin-1B və interleykin-6-nın stimulyasiyası ilə həyata keçirilir.Yaranan Jg A bağırsağın selikli qişasının səthini örtərək qoruyucu qat əmələ gətirir.Bütün selikli qişalarla assosiyasiyalaşmış immun sistemlə əlaqəli bütün selikli qişalarda yəni, gözün, yuxarı tənəffüs sistemi yollarının, sidik-cinsiyyət yollarının selikli qişasında Jg A sintezi artır.Bununla bütün orqanizmi patogen mikrofloradan qoruyur.Ona görə Symbioflor 1 tək per os deyil, burun, göz, qulaq damcısı kimi istifadə edilir.Profilaktik məqsədlə Symbioflor 1 Symbiolact comp.la birgə ginekologiyada tampon formasında uşaqlıq yolunda qoruyucu təbəqə yaratmaq məqsədilə və mastitlərin profilaktikasında Symbioflor 1-i giləyə sürtməklə istifadə olunur.2-ci fazada müalicəyə Symbioflor-2 əlavə olunur.Symbioflor-2 1 ml-də 1,5-4,5∙107 miqdarında E.coli bakteriya və autolizatından ibarətdir.Per os qəbulu zamanı bağırsağın selikli qişası üzərində β-defensin hasilatını gücləndirir. β-defensin isə orqanizmin hasil etdiyi təbii “antibiotik”dir. Symbioflor-2-nin təsiri Th1 və Th2 hüceyrələri arasında balans yaradır.Bu da interleykin-1B və interleykin-6 sintezinin stimullaşması və bununla əlaqədar JgA, sJgA,və JgG-nin artması ilə bağlıdır.Symbioflor-2-nin təyini zamanı tərkibində E.coli olduğu üçün dozalanmaya diqqət yetirmək lazımdır. Uşaqlara gündə 2 dəfə 1-2 damcı per os və tədricən gündə 2 dəfə 5 damcıya çatdırmaqla, böyüklərə isə gündə 2 dəfə 5 damcıdan başlayaraq hər gün 1-2 damcı artırmaqla gündə 2 dəfə 15 damcıya çatdırmaq lazımdır.Symbiflor 2-nin qəbulu kəskin xolesistit, kəskin pankreatit, bağırsaq keçməməzliyi, üzülmə, yüksək temperaturla keçən xəstəliklərdə qısa müddətli dayandırılmalıdır, yəni əks göstərişdir.Ümumiyyətlə, Symbioflor preparatlarını qəbul edərkən abdominal ağrı və köp, baş ağrısı, ürəkbulanma, ağızda quruluq kimi əlamətlər baş verərsə narahatçılığa səbəb yoxdur.Sadəcə damcıların sayını 1-2 damcı azaltmaqla əlamətlərin keçməsini gözləmək, sonra yenidən tədricən artırmaqla individual tolerantlıq səviyyəsinə çatdırmaq lazımdır.
['disbakterioz', 'bakteriya']
4,844
https://kayzen.az/blog/az-proza/7266/adam%C4%B1-igid-kimi-%C3%B6lm%C9%99y%C9%99-d%C9%99-qoymurlar-%7C-azad-qarad%C9%99r%C9%99li.html
"Adamı igid kimi ölməyə də qoymurlar" | Azad Qaradərəli
Muza
Azərbaycan ədəbiyyatı
8 okyabr 2011, 00:54
Məni yandıran odu ki, Eltac heç zaman uşaqlığından çıxa bilmədi.Yəni, mənim gözümdə həmişəlik uşaq kimi qaldı.Düzdü, kişiləşmişdi, boy-buxunda lap mənə çatmışdı, bığı da əməlli-başlı onu kişiyə oxşadırdı.Amma bu kişi görkəminin içində, bir uşaq qiyafəsi, uşaq şəkli ürkək-ürkək boylanırdı.Elə bil yeniyetmə oğlana atasının paltarını geyindirmisən, qalıb pencəyin uzun ətəyini, qollarını dartışdıra-dartışdıra.Hələ üzünə bir qorxu, bir vahimə çökmüşdü ki, baxanda ödüm ağzıma gəlirdi. Kaş görəydiniz öləndə necə yalvarırdı mənə.“Əmi, deyəsən axı mən ölürəm. Hə, əmi? Niyə dinmirsən? Boğazım get-gedə quruyur elə bil. Sözlər ağzımdan almaz kimi çıxır e...Bu nədi belə? Dilimi doğrayır elə bil... Əmi, sən ağlayırsan?Hə, də deyirəm də, yəqin mən öləcəm. Əmdostu, sən allah, qoyma əmim ağlasın... “Bir şeyə mat qalmışdım.Bəs rayonda hamının danışanda dili ağzına girməyən o hadisə zamanı bu uşaq nə təhər o odun-alovun içində özünü itirməmişdi.Beş kilometr məsafədən özündən neçə dəfə ağır adamı güllə yağışında sürünə-sürünə nə təhər gətirə bilmişdi?Bunu qoyum, o birini danışım, sizə də başağrısı verirəm, neynim, vallah, dərdli adam söləyən olar deyiblər. (Bu “söləyən” bizim tərəflərdə işlənən sözdü... Nənəm elə belə də deyərdi: süləy it süləyən, dərdli söləyən olar.)Bir dəfə yayda məzunuiyyət götürüb kəndimizə getmişdim.Dedim, bu şəhərin hay-küyündən, nə bilim axı, vur-çatdasınından bir az uzaq olum, həm də kəndimizin sularından bir doyuncan içim.Ata evində qalır, (indi burda anam, bir də qardaşım ailəsiynən yaşayır) anamın darıxdığım səsi, mehri, məhəbbəti ilə özümü ovudur, sanki uşaqlıq illərimə qayıdırdım...Onun dadlı-duzlu yeməkləri məni gəncləşdirir, bədənimə anlaşılmaz bir iksir çökürdü. Bir həftənin tamamında qardaşımgilin mal növbəsi yetişdi.Qardaşım işdə olduğundan mən Eltacla birgə mal növbəsinə yollandım. (Bizdə mal nobatı deyirlər) Tüfəngi də çiynimə salmışdım, hər ehtimala qarşı.Çeşməli pirinin üstündəki Qara quzeyə yayılan mallara baxa-baxa məni nə vaxt yuxu apardığını bilməmişəm. İnəklərin böyrüşməsinə yuxudan hövlnak oyandım.Nə görsəm yaxşıdır? İki canavar hücum çəkib mallara sarı, bir düyəni yıxıblar yerə, Eltac da əlindəki dəyənəklə qışqıra-qışqıra canavarın birinin başına-başına vurur, düyəni əlindən almağa çalışır.İnsafən, dördyaşar-beşyaşar cöngələr də böyürə-böyürə canavarlara hücum çəkirdilər.Mən də tüfəngi götürüb ora qaçdım, amma artıq mən gələnəcən Eltac canavarları qova bilmişdi.Qardaşımgilin Ağbilək adlı iti də səsə hardansa qaçıb gəlmiş, canavarların dalınca hürüb Eltaca köməkçi olmuşdu.Onda hələ on iki yaşında olan bu qaraşın, şüvərək qardaşoğlumu bağrıma basıb öpdüm.Onun sonralar zarafatla “əmim canavarlara tərəf qaçanda tüfəngin qundağını irəli uzatmışdı” deməsi ilə qəhqəhə çəkib gülməyimiz bir olardı.“Əmi, bəs deyirlər indi medsina inkişaf eləyib? Spiddən, bir də rakdan başqa bütün xəstəliklərin əlacı var axı.Hanı bəs? Niyə mənə bir yaxşı iynədən-zaddan vurmurlar? Ölümdən qorxmuram ki. Oy... bu nədi belə, ağzım biçildi ki!Orax, çin otu xırthaxırtnan biçən kimi dilimi-ağzımı biçir nədisə.Uşaq vaxtı ərik dəndiyi udmuşdum, nənəm deyirdi ki, qarnında ərik ağacı bitəcək, nənəm gəlseydi soruşardım, bəlkə o bitib indi qarnımda. Yəni indiyə qalar?Hə də, qol-budağı, qabığı yəqin batır ağzıma-dilimə. Vallah, ağzımdan ərik iyi gəlir, elə bil bu saat ərik yemişəm...Əmi indi ərik olar görəsən?.. Eeee, siz də ağlamayın də...”Nə təhər ağlamayım axı? Gözüm görə-görə qardaşımın igid oğlu ərik kimi saralıb gedir axı!Bu ərik də hardan düşdü ağzımıza? Martın sazağı adamı almaz kimi kəsir, ərik vaxtıdı?Almaz... kəsmək... biçmək... bunların hamısını Eltac salıb mənim ağzıma...“Ay doxtur, deyirəm, sənin qadanı alım, bəs nə təhər eləyək, bu uşağın dili, adamı odsuz-ocaqsız yandıran sözləri qırdı axı bizi...Yəni, doğrudan bunun bir əlacı yoxdu? Bəlkə sataq-savaq nəyimiz varsa, aparaq xaricə, əgər orda müalicə olunarsa?”Yaxşı adamdı həkim. Düz gözümün içinə baxır. İnamsız-inamsız deyir:“Niyə ki? Dedim axı sizə. Buna böyrək köçürülməlidir, ikisi də bir vaxtda sıradan çıxıb.Əvvəl gərək donor tapıla, sonra da həmin böyrəyin qiymətini gərək ödəyəsiniz.Əməliyyat xərci, gedib-gəlmək hamısı bir yerdə aşağı-yuxarı 50-60 minə başa gələcək.”“Axı bizdən də kimsə böyrəyini verə bilər, elə biri mən özüm” – bunu mən deyirəm.“Ola bilər, lakin gərək uyğun olanı olsun, üst-üstə düşsün, yoxlamaq gərəkdir” – bunu da doktor deyib gedir.Vay, nənə, vay! Kəndimizi, kəndimizin inəyini, qoyununu, keçisini, toyuq-cücəsini də satsaq, bu pulu düzəldə bilmərik. Əlac qalır dövlətə.Neft fondunda axı bir o qədər milyonlar yatır. Gedib xahiş eliyəcəyəm, xahiş nədi, tələb eliyəcəyəm ki, pul ayırın uşağı aparaq İsrailə, ya da elə Türkiyəyə......Getdim, hələ rayondan təzə gəlmiş anamı da apardım.Məni yox, anamı qəbul elədilər. Qapının yanı açıq idi, anamın dediklərini eşidirdim. “Oğul, sənin o qələminə qurban olum, ayağımın altında ölüm, bəs biz qəfil xataya düşmüşük, erməniynən döyüşlərdə igid kimi vuruşan balamın balasının böyrəkləri işləmir, dilim-ağzım qurusun, ölüm ayağındadır.Bu uşağın, ay oğul, hünəri bizim irayonda dillərdə dastandı.Atası Əyri qayada könüllü batalyon yığıb düşmanın qabağında duranda bu uşaq da atasına, onun batalyonuna su, çörək daşıyırdı.Düz iki il oğlum düşmənlərə sinə gərdi Əyri qayada. Axırda düşman dov gəldi, oğlumun batolyonunun üstünə urusdarın tankislərini göndərdi.Oğlum düşmanla tək döyüşdü, adamlarını göndərdi ki, kəndin qız-gəlinini çıxartsınlar. Bax, onda indi böyrəkləri işləmiyən bu uşaq qəhrəmanlıq eləmişdi......Mühasirə halqası yavaş-yavaş daralırdı. Məhi gah qranatamiyotdan, gah qraddan atəş açır, düşmənə tək olmadığını göstərmək istəyirdi.Yavaş-yavaş şəvinik çökür, qaranlıqlaşırdı. Komandir aşağıda kənd camaatının köçünün uzaqlaşdığını görüb rahat nəfəs aldı. Şəhid olmuş iki döyüş yoldaşının gözlərini qapadı.Son güllələri avtomatının darağına yerləşdirdi, qradın mərmilərini yoxladı, sızıldayan yaralarını təzədən sarıdı. Hiss elədi ki, gücü yavaş-yavaş tükənir. Yəqin çox qan itirdiyindəndi.Bunları düşünə-düşünə əyilib su qabına baxdı – qabın dibində bir qurtumluq su qalmışdı.Onu başına çəkib göy otların üstünə sərildi və huşunu itirdi... (Məhinin durduğu yüksəkliklə dərənin dibindəki bulağın arası cəmi beş yüz metr olardı. Amma ora enib su içmək, bu yüksəkliyi erməniyə havayı vermək kimi bir şey idi.Üstəlik, gəlib elə buradanca bir az aşağı kəndlərə çəkilən əsgərlərimizi, əsgərlərin köməyi ilə arxaya köçən kəndin əhalisini öz qradlarımızın, toplarımızın mərmiləri ilə göyə sovurardılar.Kim eləsə də, Məhi susuzdan ölər, amma bu yüksəkliyi düşmənə döyüşsüz verməzdi. Əslində, o, burada tək-tənha axıracan döyüşüb kişi kimi ölməyə qalmışdı. )...Oğlan qaranlıq düşən kimi sürünə-sürünə atasının səngərinə girdi.Qaranlıqda ora-bura çovudu, ayağı bir-iki meyidə toxundu, qorxsa da onların üstündən adlayıb atasını tapmaq ümidiylə qəddini əyib əllərini yerə sürtə-sürtə gəzməyə başladı. Birdən əlləri isti bir şeyə toxundu, elə isti ki, köz kimi.Əlini yandırsa da geri çəkmədi. Bu, atasının güllə atmaqdan qızmış avtomatı idi.Hava isti olduğundan hələ soyumamışdı. Bir az o yanda isə atası huşsuz halda uzanmışdı......Atası kök adam deyilsə də, nədənsə çox ağır idi. Ona görə də fasiləsiz sürüyə bilmirdi. Hərdən huşu özünə gələndə qollarını irəli uzadıb özü iməkləmək istəyirdi, amma bir az sonra yenə huşunu itirirdi.Oğlan fəhmlə hiss edirdi ki, yolun yarısını gediblər. Amma özünün də, yəqin ki, elə atasının da susuzdan dil-dodağı pörşələnirdi.Elə bil qulağı su səsi aldı. Diqqətlə dinləyib anladı ki, hardasa yaxında bulaq var. Və yadına düşdü ki, Qarasu deyilən yerə çatıblar.Atasının avtomatını da özüylə götürmüşdü deyin, arxayın idi. Düşmənə rast gəlsələr, heç olmasa bir-ikisini vura biləcək, qana qan edəcəkdi. Belə olanda ölüm də rahat olur deyirlər.Avtomatı götürüb Qarasuya tərəf endi. Bu su qaramadan çıxdığından yaxşı su hesab olunmurdu.Amma indi o və atası sonalamaq hayında deyildilər. Su lazımdı onlara – çatlayan dodaqlarını heç olmasa islatmaq üçün!Dili yansa da özü qabaqcan içmədi, çəkmələrini doldurub qaçdı atasına tərəf. Çəkmənin birini atasının ağzına tutdu.Atası bir qurtum udub dayandı. Əlini güclə qaldırıb oğlunun üzünə sürtdü və güclə eşidiləcək səslə dedi:-Sən get... Tez get...Oğlan o biri çəkmədəki suyu başına çəkib bir az rahatlandı. Atasının ilk dəfə dillənməsi, söz deməsi oğlanı ruhlandırdı.Yenə kişinin ağır qolunu boynuna salıb sürünməyə başladı...Başqa vaxt, yəqin ki, bu ağır adamı o apara bilməzdi. Özü də bu adam başqası olsaydı, heç apara bilməzdi. Kişinin qolu boynunda olanda elə bil onlar yerlərini dəyişirdilər.On altı yaşında oğlan uşağı dönüb ata olurdu, sürüyüb apardığı da elə bil oğluydu......İşıq-işığa onlar kəndlərinin aşağısındakı dəmiryol stansiyasına çatdılar.Oğlan hesablamışdı ki, hələ camaat bu stansiyada olmalıdır.Olmasa da bir şey fikirləşərdi. Təki atası ayılsın, ona yol göstərsin, ya da eləcə bayaqkı kimi əlləri ilə üz-gözünü tumarlasın. Onu lap yüz gün dalında aparsa da, uf deməz.Təki atası yaşasın. Təki...İlk gözünə dəyən dəmiryolçu koması oldu. Əyilə-əyilə ora qaçdı.Heç vaxt sahibsiz olmayan koma boş idi. Demək buralar da düşmən əlindədir.Komada bir termos, bir qutu qənd, bir də xeyli quru lavaş qırıntıları tapdı.Termos isti çayla doluydu. Demək təzə gediblər. Bir az sürəti artırsa, camaata çata biləcəklər.Qənd qabında kəmşirin çay düzəldib atasına verdi.Elə huşsuz vəziyyətdəcə kişi çaydan qurtum-qurtum içdi.Sonra lavaşdan da çaya doğrayıb horra kimi elədi, tökdü kişinin ağzına.Amma yaralı bunu içə bilmədi, ağzından axıb çənəsi aşağı töküldü. Əlacı kəsildi, özü lavaş qırıntılarını ovub ağzına atdı, üstündən də bir az şirin çay içib öz əzablı işini davam etdirməyə başladı.Təxminən bir saat sürünmüşdülər ki, atası gözlərini açdı. Yenə oğlunun üzünü, boyun-boğazını əlləri ilə tumarladı. Sonra göyərmiş dodaqlarını güclə tərpətdi:-Silahı ver...Oğlan atasının silahı istəməsindən o qədər sevindi ki, onun oduna dönmüş əllərini öpməyə başladı, sonra da avtomatı boynundan çıxardıb atasına verdi.Yaralı döyüşçü öz silahını görən kimi bir az dirçəldi, avtomatı yanına sıxdı, sonra oğluna tərəf tuşladı və oğlanın heç vaxt eşitmədiyi səslə dedi:-Bu saat burdan get! Mən sənə komandir kimi əmr eləyirəm! Məni qoy, get!Oğlan əvvəl ona tuşlanmış avtomatdan qorxdu.Amma silahın atasının əlində olmasından ürəklənib qorxuya üstün gəldi və hönkürüb ağladı.-Ata, mən səni bir sutkadır ki, çiynimdə gətirmişəm, indi qoyub gedə bilmərəm axı. Məni bağışla, sənin əmrinə tabe ola bilmərəm, lap vursan da.Kişinin əlləri titrədi, avtomat qucağından yerə düşdü. Son dəfə “ııııı” eləyib gözlərini yumdu. Oğlan əvvəl bir şey başa düşmədi.Atasını qaldırmaq, ona nə isə demək istədi. Sonra qənd qabına bir az çay töküb ağzına apardı və kişinin çayı içə bilməməsindən ( ağzı kilitlənmişdi) başa düşdü atasının keçindiyini.Əvvəl bir az qorxdu da. Amma qabağında uzananın başqası deyil, atası olduğunu anlayıb ürəkləndi.Yadına düşdü ki, ölü öləndə gözünü basırdılar. Ağlamaqdan boğula-boğula atasının xurmayı gözlərini əli ilə qapadı.Başa düşdü ki, ağlamasa, gedə bilməyəcək. Atasının meyidini qucaqlayıb içində hıçqıra-hıçqıra ağladı.Sonra bir qədər də ağırlaşmış meyiti sürüməyə başladı...Amma meyit ağırlaşsa da, oğlanın elə bil gücü artmışdı.O, indi daha rahat sürünə bilirdi....Xəbər yayıldı ki, Məhinin oğlu özü ilə bir meyit də gətirib. Meyiti o qədər sürümüşdü ki, tanınmaz hala düşmüşdü.Özü isə danışmırdı. Nə illah eləsələr də elə gətirdiyi meyitin yanında dayanıb dururdu.Haya nənəsi, bir qədər sonra da mən – ölmüş əmisi gəldim. Məni görən kimi hönkürdü.Sonra da əsdi, əsdi, tappıltı ilə atasının meyitinin yanına sərildi.Qardaşımı dəfn elədik, kənd camaatı qırx gün igid komandirinə yas saxladı. Eltac isə hələ də özünə gəlməmişdi. Sidiyə çıxa bilmir, yeriyəndə də əyilə-əyilə gəzirdi.Həkimlər dedilər ki, böyrəkləri zədələnib, bir qədər müalicə alandan sonra düzələcək.Düzəlməyinə düzəldi, amma düz üstündən on il keçəndən sonra yenə böyrəkləri işləmədi......-Ay oğul, məni çevir balalarının başına, mənim bu igid balama qıyma, kömək ver, gedib xaricdə aperasiya olunsun...Yastıbaş rəis başını anamın stolunun üstünə qoyduğu ərizəyə tərəf əydi, arxasını anama tərəf çevirdi, üzünü pəncərəyə tutub (bunları sonra anam danışdı) dedi:-Vot dak... bizdə könüllülərə, onların evladlarına veriləsi pul yoxu, ay arvad. Sən fikirləş ki, yeddi milyonun hamısının birdən böyrəyi atkaz elədi, onda onların hamısı xaricdəmi müalicə almalıdır? Buna ölkənin pulumu çatar? Çatmaz!Anam yandığından qapıdan çıxa-çıxa dedi:-Gözətdədiyin kola heç sışmıyasan səni! Ölkənin hamısını birdən niqodnı çıxartdı ki, bu sonu qaraöyüt olmuş!Neçə vaxtdı böyrəklərini aparata qoşmuşdular. Artıq dializ deyilən o qurğu da kömək eləmirdi. Böyrəklər təmiz sıradan çıxmışdı.Eltac da sərbəst danışa bilmir, sayıqlayırdı. İndi bütün günü atasıyla dərdləşir, onun son döyüşündən, yaralanmasından danışırdı.Özü də elə danışırdı ki, elə bil aşkarda görürdü onu.“Atamdı də... Saymışdı, düz qırx erməni öldürmüşdü. Axırda məni də vurdu ki, qayıdım... Mən qayıtmadım ha... Atamdı axı, qoymaram orda... Atam deyir ki, ərik əkmişəm, gülləyib, istəsən gəl meyvəsindən ye... Əmi, bəs doxtur gəlmədi?”Bu sətirləri onun cib dəftərindən tapmışam, bəlkə də özü yazıb. Baş daşına yazın bunları:“Mən öləndə ağlamayın, atam eşidər, tərpənər, qəbirdə yaraları qanayar.”O, qəbir daşı düzəldənlərlə sağollaşıb getdi.Ustanın cavan şagirdi ayağa qalxıb qarşısındakı yonulmamış qara mərmərə yumruğunu çırpdı və əlinin əzilməsindənmi, yoxsa eşitdiyi kədərli əhvalatın təsirindənmi inildədi:- Adamı igid kimi ölməyə də qoymurlar!
['qəhrəman', 'igid oğlan', 'şərəfsiz məmur', 'Azad Qaradərəli']
4,845
https://kayzen.az/blog/aforizmler/7338/t%C9%99k%C9%99bb%C3%BCr-haqq%C4%B1nda-aforizml%C9%99r.html
Təkəbbür haqqında aforizmlər
umud600
Hikmət dənizi və aforizmlər
8 okyabr 2011, 00:23
Yer üzündə təkəbbürlə gəzib dolanma.Çünki sən nə yeri yarada bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən.  ( Qurani Kərim )Lovğalıq elə güclü zəhərdir ki, insanın qəlbindəki bütün yaxşılıqları yox edir.  ( Plutarx: Qədim Yunan filosofu )Ağıl üçün ən təhlükəli xəstəlik qürurdur.  ( Aristotel )Lovğalıq tərəqqinin düşmənidir.  ( Üzeyir Hacıbəyli: Azərbaycan bəstəkarı və dramaturqu )Dünyada ən gülünc istək hamının xoşuna gəlməkdir.  ( İohann Volfanq Höte: Alman mütəfəkkiri )İnsanın təriflənəsi bir şeyi olmayanda öz bədbəxtliyi ilə öyünməyə başlayır.  ( Arturo Qraf: İtalyan yazıçısı ) Uçmağı bacarmırsansa, uçurumun qırağında yuva qurma.  ( Fridrix Nitsşe: Alman filosofu )Təkəbbür  axmaqlığın ən bariz nümunəsidir.  ( Samuel Şipman: Amerika yazıçısı ) Birinci addımda lovğalananlar İkinci addımda yıxılacaqlar.   ( Səməd Vurğun ) Şam başından yanar, göz yaşı tökər, Gəldiyi qapıdan o çıxıb gedər.Başınla öyünmə, şama diqqət et,Məhv olur başından ayağa qədər.   ( Məhsəti Gəncəvi: Azərbaycan şairəsi )
['aforizmlər']
4,846
https://kayzen.az/blog/aforizmler/7337/sevgi-haqq%C4%B1nda-aforizml%C9%99r.html
Sevgi haqqında aforizmlər
umud600
Hikmət dənizi və aforizmlər
7 okyabr 2011, 23:56
Məhəbbət keçmişi və gələcəyi tanımayan bir ehtirasdır.  ( Onore de Balzak )Sevmək başqalarının görə bilmədiyi möcüzəni görməkdir.  ( Jan Morias: Yunan şairi )Məhəbbətə müqavimət göstərmək onu yeni silahla təchiz etmək deməkdir.  ( Jorj Sand: Fransız yazıçısı )Sevgi elə bir eynək taxır ki, ondan baxanda kasıblıq zənginlik kimi, od zərrələri isə qızıl və mirvari kimi görünür.  ( Migel de Servantes:İspan yazıçısı )Məhəbbət əbədi bir ehtiyacdır.  ( Səməd Vurğun: Azərbaycan şairi )Sevmədən evlənmək- inanmadan ibadət etmək qədər günahdır.  ( Anton Pavloviç Çexov: Rus yazıçısı ) Amal sevgi uğrunda ölmək deyil, uğrunda ölünəcək sevgi tapmaqdır.  (Uilyam Şekspir)Qəlblər silahla deyil, sevgi ilə fəth edilir.  ( Benedikt Spinoza: Holland filosofu )Sevgi nə qədər böyük olsa, kədəri də o qədər böyük olacaq.  ( Benediki Spinoza )Sevdiyini əldə edə bilməsən də, əldə etdiyini sevməyə çalış.  ( Toma Kornell.  ( Fransız alimi )Sevmək əzab çəkməkdir, sevməmək isə ölmək.  ( Aristotel )
['aforizmlər']
4,847
https://kayzen.az/blog/biologiya/6259/g%C3%B6b%C9%99l%C9%99kl%C9%99r.html
Göbələklər
Qiyasli
Biologiya
7 okyabr 2011, 21:47
Göbələk lat. Fungi - təbiətin canlı amilləri sırasına daxil olan bir canlıdır. Bu canlı əbiətin hər cür şəraitində yaşamağa uyğunlaşmışdır. Onu torpağda , ağacın oduncağı və yarpağı üzərində, çürümüş ərzağın, çörəyin , ölmüş heyvanın və hətta insanın və heyvanın bədənində tapmaq mümkündür. Göbələkləri öyrənən elm mikologiya adlanır. Fərqli mühitlərdə göbələklərin funksiyası müxtəlif olsa da, onları birləşdirən bir neçə amil var: * Göbələklərin əksəriyyəti kök, gövdə və papaqcıqdan ibarətdir. * Onların hamısı sporla çoxalır. * Papağın alt hissəsində sporangilər yerləşir. * Göbələklər çox vaxt tumucuqlanma yolu ilə çoxalır. * Göbələklərin ömrü çox deyil. * Göbələk kölgəsevən canlılardır. Göbələklər torpaqda, xüsusən də onun ölü bitki qalıqları (meşə döşənəyi, töküntülər və s.) ilə zəngin horizontlarında (1 q torpaqda 1 milyona qədər) məskunlaşmış sapaoxşar heterotrof saprofit mikroorqanizmlərdir. Göbələklər üzvi birləşmələrin minerallaşmasında və humuslaşmasında fəal iştirak edir. Bu zaman parçalanma prosesində bir qrup göbələkləri ardıcıl olaraq başqa qrup göbələklər əvəz edə bilər. Göbələklər müxtəlif turşu birləşmələri (limon, oksalat, sirkə və başqa turşuları) sintez edir. Onların ardıcıl fəaliyyəti fulvo turşulu humusun yaranmasına gətirib çıxarır. Göbələklərin bu qabiliyyəti onların mineralları fəal parçalamaq qabiliyyətində də özünü göstərir. Torpaq göbələkləri arasında kənd təsərrüfatı bitkiləri üçün ziyanlı olan və bir sıra xəstəlikləri törədən növlər də geniş yayılmışdır. Düzgün əkin dövriyyəsi mədəni bitkilərdə göbələk xəstəliklərinin inkişafına əngəl törədir. Göbələklərin bir çox növləri ali bitkilərlə simbioz yaradaraq bitkiləri qida maddələri ilə təmin edir. Azərbaycan torpaqlarında mikroorqanizmələrin miqdarı, tərkibi və yayılması torpaqların zonal xüsusiyyətlərindən, onların qranulometrik tərkibindən, humusluluq və mədənilik dərəcəsindən asılıdır. Göbələklərin təsnifatı Göbələklər hər cür mühitdə yaşamağa uyğunlaşmışdır. Göbələklərin böyük bir qismi papazit həyat keçirir .Belə göbələklərdən biri də "Plazmapola - Vitikola "dır. Bu papazit üzüm yarpaqlarının üst hissəsində bitir və günəşin şüalarının yarpağa nüfüz etməsinə mane olur. Parazitin inkişaf etməsi payıza təsadüf edir. Onu yalnız əhəng suyu ilə məhv etmək olar. Daha bir növ parazit isə "Qov" göbələyidir. Bu parazit ağacın oduncağı (gövdəsi) üzərində bitir, onun kökləri ağacın daxili özəyinə yönəlir. O, ağacın daxilindəki şirəni soraraq onun qurumasına səbəb olur. Göbələyin alt hissəsində sporangilər yerləşir. O, tumurcuqlanaraq ağacın bütün ətrafını bürüyür və nəticədə ağacın gövdəsinin sınmasına gətirib çıxarır. Bu parazit daha çox "Çılpaqtoxumlu" bitkilərdə yayılır. Təbiətdə parazit göbələklərdən başqa simbioz həyat sürən göbələklər də var. Belə göbələklər adətən aid olduqları ağacın yanında bitir və onunla "şərikli" həyat keçirir. Məsələn, palıd ağacının yanında palıd ağacı göbələyi , çinar ağacının yanında çınar ağacı göbələyi, şam ağacının yanında yaglı göbələk , küknar ağacının yanında sarı göbələk və s. tapmaq olar . Bu göbələklər əldə etdikləri mineralları ağaca, ağac isə öz növbəsində göbələyə lazimi üzvi maddəni kök vasitəsilə ötürür. Göbələklərin məişətdə rolu Göbələklər təbiətdə olduğu kimi məişətdə də işlədilir.Təbiətdə müxtəlifliyi ilə fərlənən göbələklərdən biri də Maya göbələyidir. Maya göbələyi bəzi güllərin çiçək kasasında bitir və tumurcuqlanma yolu ilə çoxalır. Onların papağı və yaxud kök sistemi olmur. onlar yastı formada olub çiçək tozu ilə qidalanırlar. Bu göbələk pakmaya hazırlanması üçün əlçerişlidir.Onun təkibindəki nişasta xəmirin keyfiyyətli hazırlanmasına kömək edir. Belə ki, onun təkibindəki nişasta unun tərkibinidəki şəkəri yeyir və nəticədə karbon qazı əmələ gəlir. Karbon qazı xəmirin şişməsinə və keyfiyyətli , dadlı olmasına xidmət edir. Maraqlı məlumat Otyeyən heyvanların peyinində olan mikroskopik göbələklərdə öz sporlarını yüksək sürətlə uzaq məsafələrə atmaq xüsusiyyəti var. Mayami və Oksford Universitetindən olan tədqiqatın müəllifləri yüksəksürətli videokameradan (saniyədə 250 kadr çəkə bilən) istifadə ediblər. Tədqiqatın nəticəsində göstərilib ki, saniyədə 25 metr olmaqla göbələklər maksimum sürətlə öz sporlarını 2 metrdən çox məsafəyə atır.
['göbələk']
4,848
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/7335/stalinin-zarafatlar%C4%B1.html
Stalinin zarafatları
umud600
Böyük insanlar,şəxsiyyətlər
7 okyabr 2011, 20:20
Stalin öz ölüm qoxulu zarafatları ilə yaxın əshabələrini şok vəziyyətinə salmağı çox sevirdi. Ona xüsusi ləzzət verən "zarafat" lardan biri erməni Mikoyanla bağlı idi.Gecə ziyafətlərinin ən şirin yerində Stalin qəfildən erməni Mikoyana üzünü tutub deyirdi: Anastas, yaxşı yadıma düşdü. Deyilənə görə, Bakı komissarlarının sayı 26 deyil, 27 olub. Sən bir öyrən bu nə məsələdir?! Bayaqdan " lezqinka " rəqsi ilə diktatoru əyləndirən erməni Mikoyanın yaltaq sifəti ölü rəngi alır, çənəsi sallanırdı.Bu "zarafat" ən müxtəlif variantlarda təkrar olunurdu: Anastas, mən axı sənə demişdim: O satqın 27-ci komissarı tap! Tapdınmı? "Mikoyan hər dəfə yarımcan vəziyyətdə nəsə mızıldayır: " Çalışıram, axtarıram"- deyirdi. Həmçinin baxa bilərsiniz: Stalin haqqında lətifələr Stalinin həyatı
['Böyük insanlar. şəxsiyyətlər']
4,849
https://kayzen.az/blog/f%C9%99ls%C9%99f%C9%99/4761/varl%C4%B1%C4%9F%C4%B1n-%C9%99sas-formalar%C4%B1-v%C9%99-onlar%C4%B1n-qar%C5%9F%C4%B1l%C4%B1ql%C4%B1-t%C9%99sirinin-dialektikas%C4%B1.html
Varlığın əsas formaları və onların qarşılıqlı təsirinin dialektikası
pedaqoq
Fəlsəfə
7 okyabr 2011, 00:25
Dünya gündəlik reallıq kimi və transendental dünya kimi, insa­nın qarşısında bütöv bir hadisə, ümumi vəhdət, özünə çoxsaylı müx­təlif şeyləri, prosesləri, insan fərdlərinin vəziyyətlərini, təbiət ha­disələrini və s. daxil edərək durur. Bu, bizim adlandırdığımız ən ümu­­­mi varlıqdır. Həmin sonsuz, çoxsaylı şeylərin arasında ən ümumi əlaqələri həyata keçirən əsas komponent rolunda təkcə çıxış edir. Onun köməyi olmadan yuxarıda dediklərimiz qeyri– müm­kün­dür. Başqa sözlə desək, dünya çoxsaylı təkcə şeylərlə, hadisələrlə, proseslərlə doludur. Onlar da öz aralarında qarşılıqlı əlaqədədirlər. Bu, təkcə mahiyyətlərin dünyasıdır. Buraya adamları, heyvanları, bit­­kiləri, fiziki prosesləri və s. aid etmək olar. Lakin ən ümumidən və təkcədən çıxış etsək, onda insan şüuru üçün çətinliklər mövcud olacaqdır. Daha dəqiq desək, bu rəngarəng dünyada istiqamət (ori­yen­tir) götürmək mümkün olmayacaqdır. Bununla yanaşı, bu rən­ga­rənglikdə elə təkcələr də vardır ki, bir–birindən fərqlənərək, eyni za­manda ümumi cəhətlərə (bəzən hətta mahiyyət baxımından) ma­lik olurlar. Bu isə daha ümumi və bütöv ümumiləşdirməyə, bir­ləş­dir­mə­­yə imkan verir. Ona görə də bunu çox vaxt xüsusi kimi ifadə edirlər. Göründüyü kimi, varlığın formaları bir– birilə sıx surətdə qarşılıqlı əlaqədədir. Varlığın həmin kateqoriyaları haqqında bir az ətraflı danışsaq görərik ki, ən ümumi– real şeylərin obyektiv surətdə mövcud olan ümumiliyi onların xassələrinin, əlamətlərinin və cəhətlərinin vəhdətində ifadə olunur. Təkcə (və ya ayrıca) dedikdə, təbiətdəki və cəmiyyətdəki şeylər, vaqiələr, proseslər, hadisələr nəzərdə tutulur. Müəyyən ümumiliklə birləşmiş olan başqa, daha ümumi bir qrupa nisbətən götürülən bütöv bir qrup şeylər, hadisələr də təkcə kimi çıxış edə bilər. Ən ümumi və təkcə kateqoriyaları ilə yanaşı olaraq elm xüsusi anlayışını da yaratmışdır ki, bu da təkcə ilə ən ümumi arasında sanki bağlayıcı bir halqadır. Xüsusi, təkcəyə nisbətən, ən ümumidir, ən ümumiyə nisbətən isə təkcədir. Məsələn, buğda təkcədir, taxıl xüsusidir, bitki ən ümumidir. Xüsusi olmaq etibarilə taxıl buğdaya nisbətən ən ümumidir və bitkiyə nisbətən təkcədir. Ən ümumi və onun təkcəyə münasibəti müxtəlif fəlsəfi cərəyanlar tərəfindən müxtəlif surətdə izah olunur. Obyektiv idealizm ən ümumini mütləqləşdirib deyir: ən ümumi təkcədən qabaqdır və onu yaradır. Məsələn, Hegel yazırdı: «Ən ümumi, təkcənin əsası və zəminidir, kökü və substansiyasıdır». Hegelə görə, ümumiyyətlə meyvə və ümumiyyətlə mineral təkcə meyvələrdən və mineralardan asılı olmayaraq və onlardan qabaq mövcuddur. Bəzi filosoflar isə, bunun əksinə olaraq, ən ümuminin obyektivliyini inkar edir və yalnız təkcənin real mövcud olduğunu qəbul edirdilər. Ən ümumi düşünən insanın fəaliyyət nəticəsi kimi götü­rülür. Məsələn, C.Lokk yazırdı: «Ümumi və universal—şeylərin ger­çək mövcudluğuna daxil deyildir, bunu zəka özü işlətmək üçün ixtira edib yaratmışdır və bu ancaq işarələrə, sözlərə və ya ideyalara aiddir». Ən ümumi həqiqətdə mövcud olmayanı və heç bir zaman baş verməyəni ifadə edir. Bu nöqteyi– nəzəri fenomenalistlər və pozitivistlər irəli sürürdülər. İstər obyektiv idealizm, istərsə də fenomenalizm və pozitivizm ən ümumini təkcədən metafizikcəsinə ayırır ki, bu da ya ən ümu­minin yaradıcılıq gücü və qüdrəti haqqında mistik bir təsəvvürə, ya da ən ümumini (o cümlədən təbiət və cəmiyyətin qaunauyğun­luq­la­rını da) insan şüurunun yaradıcılıq nəticəsi kimi götürən subyektiv idealizm baxışına gətirib çıxarır. Dialektik təlimlər isə istər təkcənin, istərsə də ən ümuminin obyektivliyini qəbul etməyə əsaslanır, həm də onlar real surətdə ancaq bir– birilə qırılmaz əlaqədə mövcuddur. Konkret misallarla yuxarıda danışdığımız kateqoriyaları bir də belə müəyyənləşdirə bilərik. Ən ümumi bütövlükdə dünyadır, yə­ni kosmos, təbiət, insan və onun fəaliyyətinin nəticələridir; təkcə– ayrıca götürülmüş insan, heyvan, bitkidir; xüsusi– heyvanların, bit­kilərin, sosial siniflərin və adamlar qrupunun müxtəlif nümayən­də­ləridir. Yuxarıda dediklərimizi nəzərə almaqla insanın varlıq for­malarını aşağıdakı kimi göstərmək olar. – maddi hadisələrin, şeylərin, proseslərin varlığı. Bunları da, öz növbəsində, müxtəlif rəngarəngliyi ilə təbii varlığa və insanın yaratdığı maddi varlığa bölmək olar. – insanın maddi varlığının rahat təhlili üçün insanın təbiətin bir hissəsi kimi cismani mövcudluğuna və insanın düşünən varlıq ki­mi, eyni zamanda sosial-tarixi varlıq kimi, iki hissəyə bölmək olar. – mənəvi varlıq isə fərdləşmiş mənəvilik ilə ümümbəşəri mənəviliyi özündə birləşdirir. Bizim indi təhlilə cəlb etdiyimiz varlıq növlərindən başqa sosial varlıq, yaxud cəmiyyətin varlığı növləri də vardır ki, buna da biz cəmiyyət haqqında təlimi təhlil edərkən yenidən qayıdacağıq. Təbii varlığı izah etməyə keçməzdən əvvəl qeyd etməliyik ki, varlığın birinci və vacib forması olan təbii varlıq haqqında olan insan biliyi insanın praktiki və əqli fəaliyyətinin bütün təcrübəsinə, mədəni bəşəriyyətin bütün mövcudluğu dövründə tətbiqi və nəzəri elmlərin toplanmış, ümumiləşdirilmiş çoxsaylı faktlarına və arqu­mentlərinə əsaslanır. Bütün əldə edilən nəticələr isə müasir elm tərə­findən təsdiq edilir. Təbii (təbiət) varlıq maddiləşmiş, daha dəqiq desək, təbiətin görünən, hiss edilən, toxunulan, və s. vəziyyətidir ki, bu da insandan əvvəl mövcud olmuş, indi mövcuddur və gələcəkdə də mövcud olacaqdır. Bu varlıq formasının ən səciyyəvi xüsusiyyəti onun obyektivliyi və digər varlıq formalarına nisbətən birinciliyidir. Təbiətin obyektivliyi və ilkinliyi (birinciliyi) xarakteri onunla sübut olunur ki, təbiət insanın təzahüründən milyardlarla il əvvəl yaranıb, mövcud olmuşdur. Deməli, onun mövcudluğu insan şüurunun möv­cud olub– olmamasından asılı deyildir. Bundan əlavə, məlum ol­duğu kimi, insanın özü müəyyən inkişaf mərhələlərində onun özü­nün məhsuludur. Təbii varlığın mühüm keyfiyyətlərinin sübutu kimi onu da göstərə bilərik ki, min illər bundan əvvəl olduğu kimi, insan indi də onun mövcudluğunun əsas parametrləri ilə yenə də təbiət­dən, təbiət hadisələrindən asılı olaraq qalmaqdadır. Bununla yana­şı, təbiətin obyektivliyi və birinciliyi bir daha o faktlarla sübut olunur ki, insanın əqli və fiziki vəziyyəti təbii şəraitdən asılıdır. Əgər təbiətdə o qədər mühüm olmayan dəyişikliklər baş verərsə, məsələn, yerdə orta temperaturun bir neçə dərəcə aşağı salınması, havada oksigenin azaldılması birdən– birə 100 milyonlarla adamın yaşa­masını çətinləşdirər. Yaxud daha güclü təbii kataliklizmlər baş ve­rərsə, məsələn, planetimizin iri kometa və ya digər kosmik cisimlərlə toqquşması bütün bəşəriyyətin varlığını güclü təhlükə altına qoya bilər. Nəhayət, təbii, daha dəqiq desək, kosmik varlığın başqa bir keyfiyyəti haqqında danışmamaq qeyri– mümkündür. Məlum oldu­ğu kimi, bəşəriyyət özünün mövcudluğu prosesində addım– addım, özü də dəhşətli dərəcədə çətinliklərlə təbii aləmin sirlərinə yiyələnə bilmişdir. Bu gün də, yəni XXI əsrin əvvəllərində insanı əhatə edən dünyanın səbəb– nəticə əlaqələrini izah edən qanunların kəşf edil­məsinə, insan əqlinin yaratdığı mükəmməl alət və cihazların əldə edilməsinə baxmayaraq yenə də dünya sirrlərlə dolu olaraq qalmaq­dadır. İnsan intellektinin hələ də qavrayacağı problemlərin sayı– hesabı, demək olar ki, yoxdur. Deməli, özünün birinciliyi və ob­yek­tivliyinə görə və yaxud universum bütövlükdə insan intellekti, fikri tərəfindən tam şəkildə qavranıla bilməyəcəkdir. İnsanın yaratdığı, bəzən də «ikinci təbiət» adlandırdığı maddi varlığa gəldikdə isə adamlar tərəfindən gündəlik həyatımızda yara­dılmış predmet– şeylər dünyasından başqa bir şey deyildir. «İkinci təbiət», yaxud «ikinci varlıq» adamların fərdi və xü­susi tələbatlarını ödəməyə xidmət edən şeylər dünyası, predmet– məi­şət və istehsaldır. Qəribə görünsə də deməliyik ki, bu şeylər, yəni varlıq bir dəfə insanlar tərəfindən yaradılır, sonralar isə insandan asılı olmayaraq öz mövcudluğunu davam etdirir. Bu isə minillər de­məkdir. Məsələn, əmək alətləri, hərəkət vasitələri ayrı– ayrı adam­la­rın məişətdə işlətdiyi şeylərə nisbətən daha tez dəyişilir və təkmil­ləşir. Birinci və ikinci təbiət arasındakı qarşılıqlı münasibətlərdə həl­­ledici rol birinciyə məxsusdur, çünki onun iştirakı olmadan «ikin­ci təbiətin» yaradılması, həm də mövcudluğu qeyri– müm­kün­dür. Bununla yanaşı, son yüz ildə daha çox diqqəti cəlb edən bu olub ki, «ikinci təbiət» birincini lokal dağıtmaq qabiliyyətini əldə etmişdir və müasir dövrdə özünü «ekoloji böhran» kimi təqdim et­məkdədir. Bu isə insanın sosial cəhətdən nəzarətsiz və nəticəsini dü­şünmədən həyata keçirdiyi əməllərinin və fəaliyyətinin qanunauy­ğun yekunu hesab oluna bilər. Əlbəttə «İkinci təbiət» kosmik ölçüdə nəzərdə tutulan birinci təbiəti qətiyyən dağıda bilməz. Lakin pla­ne­ti­miz səviyyəsində mövcud olan varlıq məhvedici təsir göstərə bilər. Fikrimizi ümumiləşdirib yekun vursaq deyə bilərik ki, birinci təbiət əbədidir. Onsuz dünyanın mövcudluğunu təsəvvür etmək ol­maz. Bu sistemdə insan keçici hadisədir. İnsanın öz mövcudluğunu təmin etməkdən ötrü yaratdığı, əsasında birinci təbiət durduğu «ikinci təbiət» ayrı– ayrı adamlara münasibətdə əbədi hesab olunsa da, kosmik zaman baxımından müvəqqəti sayılır və tamamilə insanın məkan– zaman varlığından asılı olur. Bizi əhatə edən aləmdə ən xırda «elementar» hissəciklərdən başlayaraq nəhəng planetlərə və ulduz sistemlərinədək hər şey, dəyişir. canlı orqanizmlərdə daim maddələr mübadiləsi əmələ gəlir, həmin orqanizmlər onları əhatə edən mühitin təsirinə cavab verirlər. Yer öz oxu ətrafında fırlanır və Günəşin ətrafında hərəkət edir. Günəş və onun ətrafında hərəkət edən bütün planetlərlə birlikdə kainatda hərəkət edir. Hər bir cisimdə onu təşkil edən atomlar daim hərəkətdədir. Deməli, hərəkət varlığın (materiyanın) təsadüfi vəziy­yəti olmayıb, onun ayrılmaz, ən ümumi, əbədi xassəsidir, onun mövcudluq üsuludur, onun atributudur. Şeylərin mövcudluğu on­ların məhz özlərinə xas olan hərəkətinin nəticəsidir. Günəş sistemi məhz ona görə spesifik maddi obyektdir ki, onu təşkil edən bütün planetlər onların hər birinə xas olan müəyyən bir hərəkətə malikdir. Hərəkətsiz materiya yoxdur və ola da bilməz. Materiya hərə­kətdən ayrılmazdır. Başqa sözlə desək, hərəkət– materiyanın əbədi formasıdır. Hərəkət dedikdə cisimlərin ancaq məkanca, mexaniki yerdəyişməsini deyil, ümumiyyətlə, hər cür dəyişikliyi nəzərdə tutur. Dialektik fəlsəfədə 5 hərəkət formasından söhbət gedir. Bun­lardan birincisi, mexaniki hərəkət formasıdır, cisimlərin bir– birinə nisbətən məkanca yerdəyişməsidir. İkincisi, fizika tərəfindən öyrəni­lən elektromaqnit prosesləri, o cümlədən habelə işıq hadisələri kimi hərəkət formaları qrupudur, qarşılıqlı cazibə təsirləridir, atom daxilində və nüvə daxilində olan proseslərin və hissəciklərin çevril­məsidir. Üçüncüsü, kimyəvi hərəkət formasıdır (kimyəvi proses­lər­dir). Dördüncüsü, bioloji hərəkət formasıdır (üzvi həyatdır). Be­şin­ci­si, ictimai hərəkət formasıdır (ictimai proseslərdir, bəşər cəmiy­yəti­nin tarixidir). Materiyanın varlıq formalarından olan məkan və zamanın özünəməxsus yeri vardır. Biz hər hansı bir obyekti götürsək, o, həmişə bu və ya başqa ölçüyə malikdir, o, ya uzundur, ya qısa, ya enlidir, ya ensiz, ya ucadır, ya alçaq. Uzunluq, en və hündürlük ölçüsü olmayan, bu və ya başqa həcmə malik olmayan bir şey mövcud deyildir. Bizi əhatə edən aləmdəki şeylərin hər biri başqa şeylər içərisindədir, bu və ya başqa yerdədir– bəzilərinə yaxındır, bəzilərinə uzaqdır; bəzilərindən sağadır; bəzilərindən soladır; bəzilərindən yüksəkdir; bəzilərindən aşağıdadır və s. cisimlər ölçüyə malikdir, bu və ya başqa bir yerdədir, bir– birinə nisbətən bu və ya başqa bir cür yerləşmişdir, bu və ya başqa bir xarici formaya malikdir– bunların hamısı belə bir faktı ifadə edir ki, cisimlər məkan daxilində mövcuddur. Beləliklə, məkan– hərəkətdə olan materiyanın mövcudluğunun obyektiv real formsıdır. Məkan anlayışı şeylərin yanaşı mövcudluğunu və bir– birindən aralı olmasını, onların ölçüsünü, onların bir– birinə nisbətən yerləşməsini ifadə edir. Maddi proseslər nəinki məkanca müxtəlif yerlərdə, habelə biri digərindən tez və ya gec baş verir. Proseslər bir– birindən yalnız nə zaman başlanması ilə deyil, habelə nə qədər davam etməsilə də fərqlənir. Maddi proseslərin müəyyən ardıcıllıqla (biri digərindən tez və ya gec) baş verməsi, proseslərin sürəklik etibarilə fərqlənməsi və bir– birindən fərqli fazalara və ya mərhələlərə malik olması,– bütün bunlar o faktı ifadə edir ki, cisimlər zaman daxilində mövcuddur. Beləliklə, zaman– hərəkətdə olan materiyanın mövcudluğunun real formasıdır. Maddi proseslərin başvermə ardıcıllığı, onların müxtəlif mərhələlərinin aralılığı, on­ların sürəkliyi, onların inkişafı materiyanın həmin mövcudluq formasında ifadə olunur. Təsadüfi deyildir ki, köhnə dərsliklərdə göstərilir: «dünyada hərəkətdə olan materiyadan başqa heç bir şey yoxdur və hərəkətdə olan materiya ancaq məkan və zaman daxilində hərəkət edə bilər». Məkan və zaman bir sıra ümumi xas­sələrə malik olsalar da, bununla bərabər həm də bir– birindən xeyli fərqlidir. Ümumi cəhət, birincisi, budur ki, onlar obyektivdir, şüurdan xaricdə və ondan asılı olmayaraq mövcuddur. İkincisi, ma­teriya əbədi mövcud olduğuna görə, məkan və zaman da əbədidir. Onlar həmişə olmuşlar, vardır və olacaqdır, zira materiya başqa cür deyil, ancaq məkan və zaman hüdudsuz və sonsuzdur. Məkan və zamanın fərqindən danışsaq, F.Engelsin qeyd etdiyi kimi, məkan daxilində olmaq– «birinin o biri ilə yanaşı yerləşməsi formasında» mövcud olmaq deməkdir, halbuki zaman daxilində olmaq– «birini o birindən» sonra «ardıcıllığı formasında» mövcud olmaq demək­dir. Məkanın çox ölçüsü var, zamanın bir ölçüsü var. Zaman geri dönməz, zaman bu cəhətdən də məkandan mahiyyətcə fərqlənir. Zaman-olduqca geniş həcmə malik olan kateqoriyadır və çoxlu-çoxlu tətbiqi aspektlərə malikdir. Ona görə də zamanı xarakterizə etməkdən ötəri bir sıra anlayışlar irəli sürülmüşdür ki, onlar da öz növbəsində onun müxtəlif aspektlərini izah edirlər. Bu sivilizasiya və qloballaşma problemlərini nəzərdən keçirilərkən daha çox nəzərə alınmalıdır. Fiziki (obyekti), sosial, subyektiv, bioloji, mifoloji (mifik), sakral, «ox», xətti, nisbi, dünya və s. zaman növləri vardır. Bu anlayışlar içərisində itib batmamaqdan ötəri onları bir az ətraflı surətdə nəzərdən keçirək. 1. Fiziki və yaxud empirik zaman. Fəlsəfədə fiziki zaman obyektiv zaman kimi qəbul edilmişdir. O fiziki aləmdə baş verən prosesləri qeyd etmək üçün nəzərdə tutulmuşdur. Lakin bu o qədərdə asan və sadə deyildir. Prosesləri qeydə almaqdan ötəri efemer zaman vahidi götürülmüşdür. Efemer saniyə 1920-ci ilin 0 yanvarında saat 12-də müəyyən edilmiş tropik ilin 1/31556925,9747 hissəsinə bərbərdir. Efemer zaman-cari zamana bərabərdir. Səma cisimlərini vaxt tənliyinin dəyişilməsindən asılı olmayaraq o öz bərabərliyini saxlayır. Mikrodünyanın öyrənilməsi vaxtı zaman kəsiyini daha dəqiq müəyyənləşdirməyə zərurət yaranmışdır. Nəticədə atom saniyəsi yarandı. Beynəlxalq zaman bürosu 20-ci ildə Fransada yaranmışdır. Büro dəqiq vaxtın müəyyənləşdirilməsi, qorunması və yayılması ilə məşğul olmuşdur. XX əsrdə fizikada yaranmış görünməmiş irələyiş zaman anlayışını çox ölçülü məkanın və nisbi zamanın kordinatlarından biri kimi elmi dövriyyəyə gətirilmişdir. 2. Bizim çoxt vaxt istifadə etdiyimiz zamanın adı ümumdünya (vaxtı) yer kürəsinin öz oxu ətrafında fırlanması ilə əlaqədar müəyyənləşdirilmişdir və ona görə də qeyri-bərabərdir. Bu başlanğıc meridianın orta günəş vaxtıdır. Başlanğıc meridian Qrinviç observatoriyasının meridianı qəbul edilir. 3. Subyektiv zaman. İnsanların dərk etməsilə əlaqədardır və perseptual, eləcə də konseptual zamana bölünür. 4. Hər bir canlı orqanizmin bioloji zamanı fiziki zamandan fərqlənir. Əgər insanın daxili zamanı fiziki zamana nisbətən ləng hərəkət edirsə, o daha çox iş görə bilir, az yorulur və obyektiv zaman mövqeyindən gec qocalır. Əksinə də mümkündür. Fiziki zamandan fərqli olaraq bioloji zaman yalnız bir istiqamətdə hərəkət edir və ona görə də anizatropdur . Anizotrop olduğuna görə bioloji zaman zaman axını digər istiqamətdə olan digər ağıllı varlıqlarla ünsiyyətə girə bilmirik. 5. Sosial zaman. Kollektiv perseptual zaman olub sosial həyatın prosessuallığının dərk edilməsidir. İnsanın mövcudluğunun ölçüsü haqqında təsəvvürləri ifadə edən sosial zamanın bərqərar olması ona gətirib çıxarmışdır ki, «adi» zaman sübhdən qüruba qədər müəyyənləşdirmək zərurətini doğurmuşdur. Sonra təbii tsikllə bağlı olan təqvim ideyası meydana çıxmışdır. Bu çobanlarda ay sistemi, əkinçilərdə isə günəş sisteminin qəbul edilməsinə gətirib çıxarmışdır. Qədim Yunanıstanda su saatlarının (klepsidrı) ixtirası zaman haqqında təsəvvürlərdə təbiətdəki tsikllərə nisbətdə avtoxton olması ideyasına gətirib çıxarmışdır. Bu isə aqrar praktikanın madərşah dövründən şəhər sivilizasiyasının ata dövrünə keçidi şərtləndirmiş və bir mənalı olaraq anizatrop xətti dominanta üstünlük vermişdir. Sosial zaman daha mürəkkəb tsikllərin yaranmasına, (məsələn 60 ilin və «bizim hərəkət dövrümüz» (diamed)) gətirib çıxarmışdır. Bu isə «dünyanın yaranmasından bu günə», «Romanın yaranmasından bu günə, Xristosun doğum günündən» və s. tarixi hesablanmaların əsasını qoymuşdur. Orta əsr mədəniyyətində bizim başa düşdüyümüz, zaman anlayışı olmamışdır. O zaman aksioloji nöqteyi nəzərdən qeyri bərabər əhəmiyyətli müvəqqəti zaman yığımı kimi özünü göstərmişdir . Ancaq XVII-XVIII əsrlərdə ölüm kimi müvəqqətilik anlayışları meydana çıxmışdır. XX əsrin 2-ci yarısında zaman inkişaf edən sistemlərin parametri kimi qəbul edilmişdir. Sosial zamanın həcmi hadisələr bolluğu dərəcəsindən asılı olur. 6. Mifoloji zaman. Bu ilk predmetlər, ilk əmələr və ilk yara­dı­cılıq zamanıdır bu arxetipik obrazların və lakin ruhani qüvələrin mənbəyidir ki, həmin mənbələr təbiətdə qoyulmuş qaydaları qoru­yub saxlayır. O simvolik hadisələrin ardıcıllığını əks etdirir. Həmin hadisələr fiziki zamanda ya yoxdur, yaxudda başqa cür, başqa qaydada özlərini göstərirlər. A.F.Losev «Antik tarix fəlsəfəsi» adlı kitabında mifoloji za­manın geniş xarakteristikasını vermişdir. Burada sivilizasiya proses­ləri üçün mühüm hesab etdiyimiz mifoloji zamanın bəzi xüsusiy­yətlərini (A.F.Losevin şərhində) göstərsək yerinə düşər. 1) Şeylərlə ayrılmazlıq, hətta onlara tabeçilik, çünki zaman özüdə ümumiləşdirilmiş–anlayışdır, deməli o da canlı varlıqdır. 6) Mifoloji zaman hər şeyin hər şeydə olması irinsipini nəzərdə tutur. 8) Zaman axınında səbəb və nəticənin ayrılmazlığı; çünki mifologiyada zaman axının özü özülüyündə bölünməz bütövlükdür, o özü üçün həm səbəb, həm də məqsəddir. 9) Şəxsiyyət hissi qətiyyən yoxdur yaxud da daha dəqiq desək, onun bütövünü heç bir spesifikliyə malik olmayan fərqlənən bir hissəsi kimi başa düşülməsi. Mifoloji zaman yaradıcılıq miflərində əks olunan sakral zamana, hadisələrin sakral zaman prossesi sayılan profan zamana bölünür. Bu zamanla həmçinin yuxu görmə zamanı əlaqədardır. Mifoloji zaman keçmişə «qızıl əsrə» və yaxud da xaos əsrinə üz tutur. Mifoloji zamana daimi olaraq tisiklik zaman qayıtmalı olur, çünki burada geriya deqradasiya ideyası hökm sürür. «Başlanğıc» ideyasından köklü sürətdə fərqlənir. Tsiklin təmin edilməsi üçün korreksiyanı həyata keçirmək lazımdır, daha dəqiq desək, müəyyən işləri görmək, dünyanı çıxış nöqtəsinə qaytarmaq lazımdır. Məsələn, getməkdə olan və eləcə də gəlməkdə olan illərin qovuşuğu gərgin sokral məqamdır ki, bu da dünyanın sonu təh­lükəsi və xaosun başlanması hədələri ilə səciyyələnir. Sakral zaman təhlükəni sovuşdurmaqdan ötəri, daha dəqiq desək müvəqqəti zaman boşluğunu aradan qaldırmaqdan ötəri dünyanın dirçəlişi və yaxud yenidən yaradılması kimi magik ritualı yerinə yetirmək lazımdır. Deməli, yaradıcılıq aktını yenidən təkrar etmək zəruridir. Bu, mənada ritual Milad gününün başlanması və yeni ilin bayram edilməsi ilə başa çatmalıdır. Təqvim bayramlarının sakral günləri kosmoloji rekonstruksiyanı göstərir və mifin keçmiş zamanla indiki yaradılış mif dövrü ilə və yaxud İsanın həyatı ilə əlaqənin yara­dılmasına şərait yaradır Bu cür sakral zaman qaydasının ritmikliyinin pozulması var­lığın sonu əlaməti kimi özünü göstərir. Ona görədə zamana nəzarət kahinlərin və yaxud din xadimlərinin mühüm funksiyası olmuşdur. 7) «Ox» zamanı ideyalar sahəsində və onların institusional əsaslarında baş verən prosesdir ki, bu da bizim eradan əvvəl 800-200 –ci illər arasında baş vermişdir. Bu dövr bir sıra sivilizasiyaları o cümlədən Qədim İsrail, Qədim Yunanıstan, Zərdüşt İranı, Çin, Hindistan və s-ni əhatə edir. Tarixdə kəskin çevrilişlər baş vermiş­dir. Yeni tipli insanlar peyda olmuşdur. Çində, Konfutsi, Lao-tozı yaşamış, İranda Zərdüşt öz təlimini yaymış, Fələstində İliya, İsiyya, İyeremiya kimi peyğəmbərlər fəaliyyət göstərmiş, Yunanıstanda Heraklit, Sokrat, Aristotel kimi filosoflar fəlsəfəni inkişaf etdir­mişlər. Bu hadisələr təqribən eyni zamanda bir-birindən asılı olma­yaraq baş vermişdir. K.Yaspers bu zamanı «Ox» dövrü adlan­dır­mışdır. Bu oxu insanı insan edən yerdə axtarmaq lazımdır. Həmin dövrdə bizim bu gündə işlətdiyimiz əsas kateqoriyalar işlənib ha­zır­lanmışdır. Bu gündə insanların həyatını müəyyən edən dünya dinlərinin əsası qoyulmuşdur. Bütün istiqamətlərdə universallığa keçid baş vermişdir. Bu dövrə qədər dünyadan kənar qaydalardan başqa «dünya» kimi təsəvvür edilirdi. Bu ruhlar və ölülərin sakin olduğu dünyası kimi yerdəki həyatın davamı kimi başa düşülürdü. Bu dünya mifoloji zamanla sıx əlaqədə olmuşdu. Mifoloji zamanda keçmiş, in­di və gələcək arasında əlaqə çox zəif ifadə olunmuşdur. «Ox döv­rünün» yaranmış sivilizasiyalarında dünya və qeyri-dünya qaydala­rının dəqiq ayrılması yüksək transendent, mənəvi və yaxud meta­fizik qaydada bu və qeyri reallıqları hüdudlarından kənarda yerlə­şən nə varsa onun formulə edilməsi ilə müşaiyət olunmuşdur. «Ox dövründə» nə olmuşdursa, xüsusilə, Babilistan, Misir, Hindistan və Çinin ilk sivilizasiyalara «mürgü vuran», hələ də tam şəkildə ayılmayan (Yaspers) kimi qəbul edilir. Dünya tarixi struktur və vahidlik əldə etmişdir. 8. «Ox dövrü» ilə əlaqədar baş verən inqilab xətti zamanın təzahürünə gətirib çıxarmışdır. Qərb sivilizasiyası xətti zamanı İu­deya sivilizasiyasında, İsrailin «Əhdi-ətiqindən» götürmüşdür. Za­manın xətti hesabı arxaik və aqrar sivilizasiyalara xas olan tsiklik zamana nisbətdə irəliyə doğru böyük bir çevriliş hesab olunur. Xətti zaman V əsrdə baş nöqtədə ikiyə bölündü. Allahın təcəs­sümü Deni Malıy xristian xronologiyasının əsasını qoymuşdur. Za­manın hesabı həm müsbət, həm də mənfi əlamətlə Milad günündən başlandı. Hər şey, hər bir hadisə İsaya qədər və İsadan sonra kimi verilirdi. Bu bu prinsipcə olduqca vacib idi. İsadan sonra yaşayan­ların taleyi kardinal surətdə dəyişdi. Onlarda xilas üçün şans meydana gəldi. İsaya qədərki bütpərəstlərdən fərqli olaraq (onlarda xilas olunmağa heç bir şans olmamışdır) xristianların keçmiş və gələcək haqqında təsəvvürləri mükəmməl bir vəziyyətə düşdü. Lakin xristian xronologiyası üçün nəzərdə tutulmuş xətti zaman dünyəvi həyatda da geniş yayılmağa başlandı. Xətti tarixin yaranmasına imkan yarandı. Hadisələrin xətti inkişafının öyrənilməsi və müşa­hidə olunması imkanları artdı. Dövlətə və sivilizasiyaya inkişaf edən sistemlər və proqnozlaşdırılmış hadisələr kimi baxılmağa imkan əldə edildi. Qeyd etmək lazımdır ki, təbii varlıq çərçivəsində unikal və spesifikliyinə görə insan varlığını ayırmaq lazımdır. İnsan bütöv, tam kimi, fiziki, təbii və mənəviliyin vəhdətini ifadə edir. Həm də təbiilik insanın mövcudluğunun ilkin şərti hesab olunur. Lakin insanın daxili mənəvi– psixoloji strukturu tamlığı ilə normal fəallığa malik olmazsa o, mükəmməl deyildir və elə bir vaxt gələ bilər ki, o, hətta təbii varlıq olmaqdan «çıxa bilər». Heç bir başqa şey yaxud təbii varlığın cisimləri belə xüsusiyyətlərə malik deyildir. İnsana digər xüsusiyyətlər də xasdır. Məlum olduğu kimi, sağlam, normal fəaliyyət göstərən bədən əqli fəaliyyətin, sağlam ruhun zəruri şərtidir. Bu barədə xalq arasında belə deyirlər: «sağlam bədəndə sağlam da ruh olar». Lakin ruh özü də insan bədəninin fəaliyyətinə pozitiv təsir göstərə bilər. Bunun üçün tarixdən istənilən qədər nümunə gətirmək olar. İnsanın bir xüsusiyyəti də birinci və ikinci təbiətin spesifik cəhətlərinin əlaqələndirilməsi ilə təzahür edir. Birinci təbiətlə hər şey aydındır, ikinci təbiətlə əlaqədar onda fikirlər və emosiyalar yaranır ki, nəticədə insan ayrıca fikirləşə bilən bir varlıq kimi çıxış edir. Bütün bunlarla yanaşı, insan varlığının fərdiləşmiş mənəvi varlığı ilə ümumbəşəri mənəvi varlıq formalarını xatırlamaq yerinə düşərdi. Mənəvilik anlayışı altında onun bütün mahiyyəti əhatə edilməsi də, insanın fəaliyyətində şüurluluq və təhtəlşüurluluq, mənəviyyat, bədii yaradıcılıq, bilik və s. konkret simvollarda maddiləşir. Fərdiləşmiş mənəvi varlıq, hər şeydən əvvəl, fərdin şüuru, yaxud təhtəlşüur elementləri də daxil edən dərk edilmiş fəaliyyətdir. Belə mənəvi varlıq forması mövcuddur və onu qısa şəkildə olsa da səciyyələn­dirmək vacibdir. Fərdi insan şüuru– hər şeydən əvvəl, baş verən proseslərə olan reaksiya kimi başa düşülməlidir. Şüurun daşıyıcısı insan olduğundan konkret şüur hadisəsi ayrı– ayrı adamların həyat və ölümü ilə yaranır və yox olur. Şüurun fəaliyyəti bədənsiz, fərdin beyin fəaliyyəti və əsəb sistemi olmadan mümkün deyilsə də, onu bütünlükdə yuxarıdakılara aid etmək olmaz. Şüurun fraqmentləri, şübhəsiz insan beyninin müəyyən sahələrində formalaşır. Lakin onlar daimi «qeydiyyat yerinə» malik olmur, hər şeydən əvvəl onlar məkansızdır, şüurun fəaliyyəti prosesində yaranan fikirlər isə ideal qurumlar, yaxud da fərdiləşmiş mənəvi varlıqdır. Şüurun zəruri və tərkib elementi kimi təhtəlşüur, yaxud da dərk edilmiş şüur çıxış edir. Şüurun formalaşmasını sadə formada aşağıdakı kimi təsəvvür etmək olar: 1) hadisələri və prosesləri anlamaq və dərk etmək cəhdi; 2) anlamanın (dərk edilməsi prosesinin) özü 3) nəhayət, bu prosesin başa çatması və fikir yaxud ideyalar növündə nəticənin alınması; Təhtəlşüur bu prosesdə ikinci mərhələdə iştirak edir. Fərdiləşmiş mənəvi varlıq müəyyən dərəcədə (o qədər əhə­miyyətli olmasa da) ən ümumi varlığın təkamülü ilə əlaqədardır. Bu, varlığın nisbi müstəqil formasıdır. Ümumiyyətlə, o mövcuddur və özünü bildirir. Digər formada olan ümumbəşəri mənəvi varlıq, öz növbəsində, nisbətən müstəqil varlıq olsa da, fərdi insan şüuru olmadan mövcud ola bilməz. Ona görə də bu varlıq formalarını vəhdətdə götürüb nəzərdən keçirmək lazımdır. Ümumbəşəri mənəvi varlığın predmet– şey təzahürü rolunda ədəbiyyat, incəsənət əsərləri, istehsal– texniki predmetlər, əxlaqi prin­siplər, ictimai həyatın dövlət və siyasi quruluşu haqqında ide­yalar və s. çıxış edir. Mənəvi varlığın bu forması praktiki olaraq əbədidir, həqiqidir, insan nəslinin mövcudluğu ilə determinə edil­mişdir. Fərdiləşmiş mənəvi varlıq və ümumbəşəri varlıq süni şəkildə yaradılmış olsa da, onlarsız bəşəriyyətin mövcudluğu qeyri–mümkündür. Həmçinin bax: Materiya və varlıq Varlıq fəlsəfədə
['varlıq']
4,850
https://kayzen.az/blog/aforizmler/7330/bismillah-%C4%B1n-simas%C4%B1.html
"Bismillah" ın siması
umud600
Hikmət dənizi və aforizmlər
6 okyabr 2011, 23:07
1. "Bismillah" ilahi rəng göstəricisi, tovhid cəhətinin nişanıdır. İmam Rza(ə) buyurmuşdur: -"Bismillah" insanın özünə Allah bəndəsi nişanı vurmasıdır.2. "Bismillah" tovhid rəmzidir. Bu ad əvəzində başqa adın çəkilməsi küfr rəmzi sayılır. Allah adını başqa adlarla bir tutmaq isə şirk əlamətidir. Nə Allahın adı ilə yanaşı, nə də Onun adının yerinə başqa ad çəkməyək. Allahın təkcə zatı yox, adı da şəriksizdir.3. "Bismillah" davam rəmzidir. Çünki Allah boyasında olmayan hər bir şey fanidir.4. "Bismillah" Allaha eşq və Ona təvəkkül rəmzidir. Rəhman və Rıhim olan kəsə sevgi göstərək, işimizi Ona təvəkküllə başlayaq. Onun adını çəkmək mərhəmətinin cəlb olunması səbəbidir.5. " Bismillah" təkəbbürdən uzaqlaşma və ilahi dərgaha acizliyin izharı rəmzidir.6. " Bismillah" bəndəlik yolunda ilk addımdır. 7. "Bismillah" şeytanın qaçması səbəbidir. Allaha yaxın olan insana şeytan təsirsizdir.8. " Bismillah" işlərin paklıq və sığortalanma səbəbidir.9. " Bismillah" Allahın zikridir. Yəni, " Bismillah" deyən kəs Allahı unutmadığını bəyan edir.10. " Bismillah" insanın məqsədini açıqlayır. İnsan " Bismillah" deyərkən izhar edir ki, Pərvərdigara hədəfim xalq, zalım hakimlər, görüntülər, həvəslər yox, yalnız Sənsən!11. İmam Rza(ə) buyurmuşdur: -"Bismillah" İsmi-Əzəmə gözün qarası ağına yaxın olduğundan da yaxındır.12. Allah öz bəndələri, bəndələr isə öz məbudları ilə sözə " Bismillah" -la başlayırlar.
['hikmət dənizi']
4,851
https://kayzen.az/blog/kitab/7331/oxunmas%C4%B1na-qada%C4%9Fa-qoyulan-kitablar.html
Oxunmasına qadağa qoyulan kitablar
Bakılı
Kitablar və mütaliə
6 okyabr 2011, 23:01
İndi dünyanın ən şedevr əsərləri kimi tanınan, artıq klassikya çevrilmiş bəzi bədii nəsr nümunələrinin bir zamanlar ən alçaldıcı ittihamlara məruz qalaraq qadağan edildiyini bilirsinizmi? Qadağan edilənlər içərisində kimlər yoxdu ki, Mark Tven, Ceyms Coys, Selincer və digərləri. Onların hansı səbəblərdən dolayı qadağan edildiyini biləndə təəccüblənəcəksiniz. Beləliklə, qadağan edilən 10 klassik bədii nəsr nümunəsini sizlərə təqdim edirik. 1. "Uliss" - Ceyms Coys Homerin "İliada" əsərindən təsirlənərək yazılan əsərdə Leopard Blumun Dublində keçirdiyi bir gündən bəhs edilir. Hər iki kitab arasında üstüörtülü və aşkar paralellər var. Kitab nəşr olunan zamandan mübahisələrə və senzuralara məruz qalıb. Kitab Böyük Britaniyada 1930-cu illərə qədər qadağan idi. 2. "Heklberi Finnin macəraları" - Mark Tven Məşhur Amerikalı yazıçı Mark Tvenin bu kitabında gənc qəhrəman Heklberi Finnin və Missisipi çayının ətrafında yaşayan əhalinin həyatından bəhs edilir. Kitab kobud dildə yazıldığına və irqi stereotiplərdən istifadə edildiyinə görə bir çox mübahisələrə səbəb olub və ABŞ-da müəyyən müddət ərzində qadağan edilib. 3. "Kandid" - Volter "Kandid" optimizm nəzəriyyəsinə inanan eyni adlı qəhrəmanın həyatından bəhs edən satirik əsərdir. Həyatda çox çətinliklərlə üzləşən Kandid bu həyat tərzindən əl çəkməli olur. Kitab Volterə həm böyük şöhrət gətirib, həm də böyük skandala səbəb olub. Əsərin gizli çapından dərhal sonra, dini blasfemiyada, siyasi fitnə fəsad törətməkdə ittiham olunub və qadağan edilib. 4. "Ecazkar, yeni dünya" - Oldos Haksli Əsərdə təsvir olunan dünya utopiyadır, insanlar qayğısız, tibb və texnologiya yüksək səviyyədə inkişaf edib. Müharibə və yoxsulluq ləğv edilib və hamı həmişəlik xoşbəxtdir. İroniya isə ondadır ki, xoşbəxtliyə insanların varlığı üçün önəmli olan ailə, mədəniyyət, incəsənət, ədəbiyyat, din və fəlsəfə kimi məhfumların məhv edilməsiylə nail olunub. Kitab dilə, ailəyə və dinə qarşı olması ittihamıyla İrlandiyada qadağan olunub. 5. "1984" - Corc Oruel "1984″ Uinston Smitin totalitar, utopik bir ölkədə məhv olan həyatından bəhs edir. "1984″ dəfələrlə müxtəlif səbəblərə görə tənqid olunub.Kitab çap olunan zaman Amerikada "kommunizm təbliğ" etdiyinə görə və əsərdəki açıq seksual səhnələrə görə tənqid edilib. İroniya isə ondan ibarətdir ki, keçmiş SSRİ-də də "1984″ kommunizmə edilən hücum kimi qiymətləndirilib və qadağan edilib 6. "Çovdarlıqda uçurumdan qoruyan" - Selincer Əsərdə Holden Kolfildin təhsil aldığı "Pensey Prep" kollecindən qovulmasından sonra, Nyu-Yorkda başına gələn hadisələrdən bəhs edilir. "Çovdarlıqda uçurumdan qoruyan" əsərində işlədilən kobud ifadələr və sözlərə, cinsəllik və yeniyetməlik problemlərinin təsvirinə görə mübahisələrə səbəb olub. 7. "Siçanlar və İnsanlar" - Con Steynbek "Siçanlar və İnsanlar" romanı Nobel mükafatlı yazıçı Con Steynbek tərəfindən 1937-ci ildə yazılıb. Əsərdə Corc Milton və Lenni Smolun Böyük Böhran dövründəki faciəvi həyatından danışılır. "Siçanlar və İnsanlar haqda" tez-tez dilinin vulqar olmasına görə senzuraya məruz qalıb. Əsər bir sıra Amerika ictima və məktəb kitabxanalarında və dərs cədvəlində "evtanaziyanı yaymaq", "irqi ayrı-seçkiliyə göz yummaq" və vulqar dilə sahib olması iddialarıyla qadağan olunub. 8. "Tom Dayının daxması" - Biçer Stou "Tom dayının daxması" Amerikalı yazıçı Harriet Biçer Stounun quldarlıq əleyhinə yazdığı məşhur romanıdır. 1852-ci ildə nəşr edilən kitabın Amerikada quldarlığa və Afro-amerikanlara olan münasibətinin dəyişməsində mühüm rolu olub. Əsər çox tərif qazansa da, onu pisləyənlər də az olmayıb. Kitab Amerikanın cənubunda "abolsionist təbliğatı" kimi qiymətləndirilərək qadağan olunub və bir sıra quldarlıq tərəfdarı cənublu yazıçılar əsərə cavab olaraq "Anti-Tom ədəbiyyatı" silsiləsinə daxil olan əsərlər yazıblar. 9. "Milçəklərin Tanrısı" - Uilyam Qoldinq "Milçəklərin Tanrısı" Nobel mükafatı laureatı Uilyam Qondinq tərəfindən yazılmış alleqorik əsərdir. Əsər qəza nəticəsində adaya düşən və burada yaşamağa məcbur olan bir qrup uşağın simasında insan tərəfindən yaradılan sivilizasiyanın məhv olduğunu, insanların həmişəlik vəhşilərə çevrildiyini göstərir. Əsər insanın heyvandan başqa bir şey olmadığını iddia etdiyinə görə və zorakılıq səhnələrinə,vulqar dilinə, irqçilik, qadınların, azlıqların, şikəstlərin və Tanrını alçaldan ifadələrdən istifadə edilməsi iddialarıyla qadağan olunub. 10. "Şeytan ayələri" - Salman Rüşdi İlk dəfə 1988-ci ildə çap edilən əsər qismən Məhəmməd peyğəmbərin həyatından təsirlənərək yazılıb. Bu kitabda Rüşdi bir sıra "Quran" ayələrindən istifadə edərək, dinin bəzi aspektlərini ələ salır. Kitab Birləşmiş Krallıqda müsbət qarşılanmasına baxmayaraq, Ayətulla Xomeyni fətva verib və bütün müsəlmanları Rüşdini öldürməyə çağırıb. Müəllif: Nərmin Məmmədova Çətin oxunan kitablar
['qadağan olunmuş kitablar', 'Mark Tven', 'Ceyms Coys', 'Volter']
4,852
https://kayzen.az/blog/Old_Baku_/7328/dollar-v%C9%99-onun-sirl%C9%99ri.html
DoLLar və onun sirləri
Old_Baku_
Bloq: Old Baku
6 okyabr 2011, 18:53
Zənn edirəm ki, bu video çoxları tərəfindən bəyəniləcək.Həqiqətən çoxumuzun bilmədikləri məlumatlardır.Söhbət hamımızın tanıdığı ABŞ dollarından gedir.Bu video ABŞ dollarının sirlərindən söhbət açır.Məncə çox sözə ehtiyac yoxdu baxmağınız kifayətdi!!
['maraqlı faktlar']
4,853
https://kayzen.az/blog/poeziya/7327/ana-%7C-c%C9%99f%C9%99r-cabbarl%C4%B1.html
Ana | Cəfər Cabbarlı
yravil
Poeziya
6 okyabr 2011, 18:28
Əgər bütün bəşəriyyət əddüvi-canım olaÜrək süqut etməz aldıği mətanətdən.Ricavü xəfvə məkan vermərəm gər alimlərMin il də vəz edələr dəhşəti-qiyamətdən.Pələnglər tuta dövrüm,çəkinmərəm əsla,Və ya ki,vəd edələr dövləti-cahani mənəKi,bir kəsə baş əyib iczimi bəyan eyləyim,Əyilmərəm nə ki yer,versələr cahani mənə.Yanimda gər dura cəllad əlində şəmşiri,Ölüm gucuylə mənə hökm edə-olum təslim,Əyilmərəm yenə haşa!Ölüm nədi ki,onunGücüylə xalqa haqiranə eyləyim təzim?!Cahanda yox elə qüvvə baş əyim ona mən,Fəqət nə  güclü,zəif bir vücud var,yahu,Ki haziram yixilib xaki-payinə hər gün Öpüm ayağini icz ilə.Nədir o?Kimdir o? Ana!Ana!..O adin qarşisinda bir qul təkHəmişə səcdədə olmaq mənə fəxarətdir,Onun əliylə bəla bəhrinə yuvarlansamYenə xəyal edərəm bəzmi-istirahətdir.Əs,ey külək,bağir,ey bəhri-biaman,ləpələn!Atil cahana sən,ey ildirim,aliş,parla!!Gurulda taqi-səmavi,gurulda ,çatla,dağil!Sən,ey günəs,yağişin yağdir,ey bulud ağla!Bunlar mənə əsər eylərmi?Mütləqa yox!Yox!Fəqət ana!O müqəddəs adin qabağinda-O pak bağrina bassin məni,desin lay-lay,Təbəssum oynadaraq titrəyən dodağina.Bütün vücud əsər,ruhum eyləyər pərvaz.Uçar səmalara o,aləmi-xəyalətdə.Yatar,ölər bədənim,nitqdən düşər bir soz:-Ana...Ana...Sənə mən rahibəm itaətdə!.. Cəfər Cabbarlı
['ana', 'Cəfər Cabbarlı']
4,854
https://kayzen.az/blog/maraqli-faktlar/7325/g%C3%BClm%C9%99li-g%C9%99l%C9%99-bil%C9%99r,amma-olmu%C5%9F-hadis%C9%99di.html
Gülməli gələ bilər,amma olmuş hadisədi
ORIGINAL
Maraqlı faktlar
6 okyabr 2011, 15:13
1960-ci ildə Türkiyədə Elazığda dəlixandan 423 dəli qaçaraq küçələr və məhlələrə doluşur.O zaman məşhur həkim Mutemet Bəy xəstəxanın baş həkimiydi.Həkimə "nə edək?"-deyə soruşurlar.Mutemet Bəy: "Mənə bir tütək verin və arxama yapışaraq gəlin" -deyir...Həkim öndə bir neçə şəxs arxasında qatar-qatar oynuyaraq Elazığı dolaşır. Bütün dəlilər bu quyruğa girərək vaqon olur.Xəstəxanaya gəldikdə isə dəlilərin sayı 612 nəfəriydi. Tərcümə:Musalı Azər
['dəli', 'dəlixana', 'maraqlı fakt']
4,855
https://kayzen.az/blog/maraqli-faktlar/7322/ginnesin-rekordlar-kitab%C4%B1-na-d%C3%BC%C5%9F%C9%99n-az%C9%99rbaycanl%C4%B1lar.html
"Ginnesin Rekordlar Kitabı"na düşən azərbaycanlılar
yravil
Maraqlı faktlar
6 okyabr 2011, 13:24
Cəbrayıl rayonunda anadan olmuş, hazırda Belcikada yaşayan Fəxrəddin Vəliyev 2004-cü ildə adı "Ginnesin rekordlar kitabı"na düşmüş ilk azərbaycanlıdır. Həmvətənimiz 5 dəqiqəyə 20 nəfərin kölgəsini (siluetini) cəkməklə bu şərəfə nail olub. F. Vəliyev həyatının 25 ilini qrafika sənətinə və kölgə rəsmləri cəkməyə həsr edib. Onun 1992-ci və 1995-ci illərdə Afinada və İstanbulda fərdi sərgiləri təşkil edilib. Həmyerlimiz 2003-cü ilin dekabr ayında Brüsseldəki məşhur "Belqium" muzeyində Belcika kralicası Fabiolanın rəsmini cəkib. Əsər kralicanın cox xoşuna gəlib və o, həmyerlimizə məktub vasitəsi ilə öz təşəkkürünü bildirib. Vətənimizin Belcikada tanınması sahəsində yorulmadan təbliğat aparan F.Vəliyev həm də bu ölkədə fəaliyyət göstərən Avropa-Azərbaycan diaspor mərkəzinin vitse-prezidentidir.Lənkəran rayonu Aşağı Nüvədi kəndinin sakini Ələsgər Rəhim oğlu Həsənzadə dünyada ilk azyaşlı "Ginnesin Rekord- lar Kitabına" düşən şəxsdir. O, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb enib. Qeyd edək ki, onun adı rekordcuların siyahısına 7 yaşı olanda düşüb.Stanislav Şpanin "Ginnesin Rekordlar Kitabına" planetin ilk gənc professional rəssamı kimi düşübdür. Bakı şəhərində anadan olan Stanislav bir cox beynəlxalq mükafatların sahibdir. Cənubi azərbaycanlı Hüseyn Rezazadə "Ginnesin Rekordlar Kitabına" planetimizin an güclü pəhlivanı kimi daxil olub. 263 kiloqram ağrlığı başı üzərinə qaldıran həmyerlimiz 2004-cü ildə 263.5 kq. ağırlıq qaldırmaqla özünün müəllifi olduğu dünya rekordunu təzələyibdir.Hal hazırda bütün dünyada model olaraq tanınan Muxtar Safarov dünyanın ən böyük cinsi organına sahib kişisidir.Uzunluğuna və qalınlığına görə dünya rekordu Muxtar Safarovun 26-ı yaşı var və hal hazırda Amerikada yaşamasına baxmayaraq tez-tez Bakıda olur.
['azərbaycanlilar', 'ginnes kitabina düşən həmvətənlərimiz']
4,856
https://kayzen.az/blog/maraqli-faktlar/7319/h%C3%B6kmdar-ovu.html
" Hökmdar ovu"
umud600
Maraqlı faktlar
6 okyabr 2011, 11:25
İyirminci yüzillikdə təxminən 70-ə qədər dövlət başçısı sui-qəsd qurbanı olub. Con Kennedi, Raciv Qandi, İndira Qandi, İshak Rabin, Ənvər Sadat və s. Məşhur yazıçı Frederin Forsayt "Çaqqal günü" super romanında Şarl de Qolla qarşı edilən sui-qəsdlərin cüzi bir hissəsini -15-ni təsvir edib. Onun yazdığına görə general öz mühafizəçilərinin sayıqlığı hesabına deyil, ilahi qüvvələrin sayəsində sağ qalıb. Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə Liviya lideri Qəddafiyə nə az, nə çox 49 dəfə sui-qəsd edilib. Lakin bu rekord deyil. Fidel Kastro 51 dəfə, Səddam Hüseyn isə 55 dəfə sui-qəsdə məruz qalıblar. Çilinin hərbçi-hökmdarı Pinoçeti 18 dəfə aradan götürməyə cəhd ediblər; cəhdlərin birində (1986) 46 nəfər iştirak edib, diktatorun maşınına 1500 güllə atılıb. Lakin o, sağ qalıb. 1981-ci ildə sadəlövh Reyqan meydanda ruhi xəstələrdən biri ilə əl tutub görüşmək istəyəndə, iki güllə "yeyib". İş o yerə çatıb ki, 1946-cı ildə Amerika konqresinin qalerkasından prezident Harri Trümenə güllə atıblar, lakin öldürə bilməyiblər. " Ov" davam edir....
['maraqlı faktlar']
4,857
https://kayzen.az/blog/aforizmler/7318/elm-haqq%C4%B1nda-aforizml%C9%99r.html
Elm haqqında aforizmlər
umud600
Hikmət dənizi və aforizmlər
6 okyabr 2011, 09:24
(Ey  Rəsulum! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.  ( Qurani Kərim) Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək.  (Hz.Muhəmməd s.ə.v.) Ağaclar çoxdur, lakin hamısı meyvə vermir. Meyvələr də çoxdur, lakin hamısı dadlı deyil. Elm də çoxdur, lakin hamısı faydalı deyil.  ( Hz.İsa ə.s.) Hər qab içinə bir şey qoyduqca daralır. Ancaq elm qabı istisnadır: o, elm qoyulduqca genişlənir.  ( Hz.Əli ə.s.) Əgər elm ümidlə olsaydı, dünyadakı bütün insanlar alim olardı.  ( Hz.Əli ə.s.) Kim özündən çox bilənlə mübahisə etsə ki, biliyi meydana çıxsın, biliksizliyi ortaya çıxar.  ( Sədi Şirazi) Bütün elmlərin açarı sual işarəsidir.  ( Onore de Balzak: Fransız yazıçısı) Övladım! Vaxtının bir hissəsini elm öyrənməyə ayır! Çünki heç bir şey elmdən usaqlaşmaq kimi insan ömrünü məhv etmir.  ( Loğman: Hikmət sahibi) Bir elmi öyrənmək istədikdə sən Çalış ki hər şeiy kamil biləsən. Kamil bir palançı olsa da insan, Yaxşıdır yarımçıq papaqçılıqdan.  ( Nizami Gəncəvi:Dahi Azərbaycan şairi ) Elmin hüdudları üfüq xəttinə oxşayır: biz ona nə qədər yaxınlaşsaq, o bizdən bir o qədər uzaqlaşır.  ( Pyer Buast: Fransız dilşünası ) Milli vurma cədvəli olmadığı kimi, milli elm də yoxdur; nə millidirsə, o, artıq elm deyil.  ( Anton Pavloviç Çexov: Rus yazıçısı ) Nadanlar elmə həqarətlə baxır, savadsızlar ona heyran olur, müdriklər isə ondan bəhrələnirlər.  ( Frensis Bekon: İngilis alimi ) Elm öyrənmək heç vaxt gec deyil.  (İbn Sina: Şərq filosofu və həkimi ) Elmi çox vaxt biliklə qarışıq salırlar. Bu kobud səhvdir. Elm təkcə bilik deyil, həm də şüurdur.  ( Vasili Osipoviç Klyuçevski: Rus tarixçisi ) Qədimdə insanlar elmi kamilliyə yetmək naminə öyrəndikləri halda, bu gün onu dünyanı fəth etmək naminə öyrənirlər.  (Konfutsi: Qədim Çin mütəfəkkiri ) Elminizə elm əlavə edən şəxs sizin dostunuzdur.  ( Corc Mur: İrland yazıçısı ) Elm hüdudsuz bir okeandır; mən və bəzi dostlarım bu okeandan bir neçə damlanı içmək fürsətini əldən vermədik.  ( İsaak Nyuton: İngilis fiziki və astronomu ) Elm dərkdən başqa bir şey deyildir.  ( Platon: Qədim Yunan filosofu ) Elm ancaq xoşniyyətli insanların əlində olanda fayda verir.  (Sokrat) Elm səbəb, əməl isə nəticədir.  ( Nəsrəddin Tusi: Azərbaycan dramaturqu ) Elm insanın tacı, var-dövlət isə boğazdan sallanan boyunbağıdır.  ( Covanni Viko: İtalyan filosofu ) Elm həm bildiklərinizi, həm də bilmədiklərinizi bildirmək üçündür.  ( Çin atalar sözü ) Vicdansız elm ruhun çöküntüsüdür.  ( Fransua Rable: Fransız yazıçısı ) Elm sahibi olmadığını bilməyin özü də bir növ elm sahibi olmaq deməkdir.  ( Konfutsi: Qədim Çin mütəfəkkiri ) Təbiət insanı zülmətlə dövrələyir və onu daim işığa doğru getməyə məcbur edir. Bu işıq isə elmdir.  ( İohann Volfanq Höte: Alman mütəfəkkiri) Zövqlərin ən gözəli elmdən alınan zövqdür.  ( Samuel Smayls: İngilis yazıçısı ) Elmdə qürur olmaz, olarsa, həqiqətlər yox olar.  ( Henri Kaldervud: İsveç filosofu ) Könlüm elmlərdən qalmadı məhrum, Sonda bildim heç nə deyilmiş məlum.  (Nəsrəddin Tusi: Azərbaycan alimi və dövlət xadimi)
['aforizmlər', 'elm', 'hikmət']
4,858
https://kayzen.az/blog/diplomatiya/5903/xarici-i%C5%9Fl%C9%99r-nazirliyi.html
Xarici İşlər Nazirliyi
rokfeller
Diplomatiya
6 okyabr 2011, 01:17
Bütün ölkələrdə hökumət üzvləri arasında başqa ölkələrlə və beynəlxalq təşkilatlarla münasibətlərə görə cavabdehlik daşıyan bir şəxs var. Onun şəxsi cavabdehliyinin dərəcəsi, eləcə onun titulu kimi, dövlətdən asılıdır: xarici işlər naziri, dövlət katibi (ABŞ-da), əcnəbi işlər və Birlik işləri üzrə dövlət katibi (Böyük Britaniyada) və s. Nazirin vəzifə borclarına öz dövlətinin xarici siyasətinin aparılması və onun beynəlxalq münasibətlərini idarə etmək aiddir. O öz funksiyalarını öz nazirliyinin daimi heyətinin və xaricdəki missiya başçılarının köməyi ilə, eləcə də onun ölkəsində akkreditə olunmuş əcnəbi missiya başçıları vasitəsi ilə həyata keçirir. Nazirliyin tərkibi əhəmiyyətli dərəcədə dövlətdən asılıdır, ancaq nazirliyin yerinə yetirdiyi əsas funksiyalar onun tərkibinə aşağıdakıları daxil olmalı olduğunu nəzərdə tutur: Siyasi şöbə - adətən regional bölmələrə malik olur, məsələn: Latın Amerikası, Avstraliya. Birləşmiş Millətlər Təşkilatı şöbəsi - fəaliyyətinə direktivlərin və məlumatların hazırlanması daxildir. Başqa beynəlxalq və regional təşkilatlar şöbəsi - funksiyalarına qeyri-texniki məlumatların koordinasiyası və hazırlanması daxildir. Müqavilə şöbəsi - hüquq şöbəsi ilə sıx bağlantıda çalışır. Hüquq şöbəsi - iri dövlətlərin nazirliklərində müstəqil şöbə; o adətən bütün beynəlxalq sənədlərlə və bütün beynəlxalq hüquq məsələləri ilə məşğul olur. Böyük olmayan dövlətlər peşəkar yaxud natamam məşğulluqlu akademik müşavirlər təyin edə ya da ümumi Ədliyyə Nazirliyindən məsləhətlər ala bilərlər. Hüquq şöbəsi həm daxili, həm də xarici fəaliyyət məsələləri üzrə konsultasiyalar verə bilər. Bəzi dövlətlərdə beynəlxalq hüquq Şöbəsi Hüquq şöbəsindən asılı olmayan struktur kimi mövcuddur. Sonuncu hüquqi dəstəklə, sərhəd problemləri, vətəndaş qanunvericiliyi, xaricdə əmlak və s. məsələlərlə məşğul olur. Protokol şöbəsi - əcnəbi missiyaların başçıları ilə imtiyazlar, immunitet və rəsmiyyət məsələləri, eləcə də konfransların təşkili, görüşə gələnlərin qəbulu və s. üzrə bütün şəxsi münasibətlərə görə cavabdehdir. Ticarət və iqtisadi münasibətlər şöbəsi Mədəni münasibətlər şöbəsi Tərksilah məsələləri üzrə şöbə Mətbuat, KİV və informasiya Elm şöbəsi Kadrlar şöbəsi Təminat şöbəsi Konsul münasibətləri şöbəsi Administrasiya, kommunikasiya və təhlükəsizlik Arxivlər və kitabxana Əgər dövlət milli əhəmiyyətli problemlərin geniş spektri üzrə sıx beynəlxalq münasibətlər saxlasaydı, onun xarici işlər nazirliyi həddən artıq yüklənmiş olardı və bütün zəruri danışıqları bilavasitə nəzarət altında saxlamağa çalışaraq texniki cəhətdən səthi işləyərdi. Qərbi Avropa ölkələri arasında münasibətlər əks vəziyyət nümunəsidir ki, burada müdafiə, ictimai rifah, səhiyyə, iqtisadi münasibətlər və digərləri ümumi maraq kəsb eləyir və bu sahələrdə fəaliyyətin daimi müzakirəsi ənənəvi xarici işlər Nazirliyi kanalları vasitəsilə olduğundan daha çox, şöbələrin mütəxəssisləri arasında aparılır. Xarici işlər Nazirliyi çox hallarda bilavasitə məsuliyyəti başqa departamentlərə verə bilər, ancaq buna baxmayaraq o əsas idarəni özündə saxlayır və təməl informasiyaya, siyasi tövsiyələrə, şəxsi münasibətlərə, planlaşdırmaya və uçota görə həmişə məsuliyyət daşımalıdır. Onun, əgər o hesab etsə ki, müəyyən bir şöbənin hansısa müəyyən bir maraq arxasınca gedərək ümumi milli maraqları gözdən qaçırmaq qorxusu vardır, həmişə müdaxilə etmək və tədbir görmək yaxud, hər halda, tövsiyələr vermək haqqı olmalıdır. Öz missiyaları ilə münasibətlər Missiya başçısının ilkin vəzifəsi öz nazirinin təlimatına əməl etmək və tələb olunan informasiyanın cavabını bildirməkdir. Lakin ondan, onun rəyincə, dövlətin qəbul etməli olduğu istiqamət təklifi ilə, eləcə də, buna sorğu olub-olmamasından asılı olmayaraq, onun şəxsən mühüm hesab etdiyi informasiyaların təqdim olunmasında şəxsi təşəbbüslər göstərməsi tövsiyə olunur. Nazirlik və missiya başçıları arasında münasibətlər, əhəmiyyətli dərəcədə qarşılıqlı razılaşmalar üzərində qurulub və siyasətin formalaşdırılmasında nazirliyin və ya missiyaların üstünlük dərəcəsi dövlətdən asılı olaraq qərarlaşır və millətin tələblərinə və imkanlarına cavab verir. Müasir texnologiya nazirliyə və missiyaya, beləliklə siyasətin işlənib hazırlanmasında onların səylərini birləşdirərək, demək olar fasiləsiz təmas saxlamağa yardım edir. Əgər siyasi qərarlar başlıca olaraq nazirlik tərəfindən qəbul olunursa və missiyaların vəzifəsi əsasən onların həyata keçirilməsidirsə, heyətin sayca (və çox vaxt - qabiliyyətcə) üstünlüyü yəqin ki, həmişə nazirlikdə olacaq, xaricdə xidmət üçün isə yalnız məhdud saylı əməkdaşlar saxlanacaq. Əgər siyasətin formalaşdırılması prosesinə missiya başçılarının konsultasiyaları güclü təsir edərsə, onda gərəkdir ki, nazirliyin heyəti nisbətən kiçik olsun, xarici mövqeləri isə - yaxşı möhkəmləndirilsin. Heyətin bölüşdürülməsi siyasəti həmçinin diplomatların öz dövlətində xidmət müddəti ilə müqayisədə xaricdə xidmət müddətini müəyyən edir və bunda təkcə fərqli dövlətlərdəki müxtəlif quruluşlar arasında deyil, eləcə də vəzifəli şəxs tipləri arasında gözə çarpan fərq mövcuddur: məsələn, səfirlik katibliyi üçün ölkədə qalmanın standart müddəti üç ya dörd il olduğu halda, ticarət məsələləri üzrə attaşenin yaxud yerli səviyyədə geniş təmaslar saxlaması çox mühüm olan press-attaşenin ölkədə qalma müddəti beş il yaxud daha artıq olarsa, o daha artıq fayda verə bilər. Diplomatın vəzifədə uzun müddətə qalmasının xeyrinə olan arqumentlər aşağıdakılardır: a) onun (yaxud, əlbəttə, onun və ailəsinin) öz işinə gerçəkdən fikrini toplaya bilməsindən öncə, özünün məişətini qaydaya salması üçün vaxt gərəkdir; b) onun xidmət etdiyi ölkəni - onun dilini, tarixini, siyasətini, və milli xüsusiyyətlərini öyrənmək və başa düşmək üçün lazımı imkanı olar; c) onun şəxsi təmaslar və dost münasibətləri düzəltmək üçün vaxtı olar; d) dövlət yol və nəqliyyat xərclərinə qənaət etmiş olar. Diplomatın xaricdə uzun zaman qalmasının əsas çatışmazlığı o ola bilər ki, o yaşadığı və işlədiyi dövlətin problemlərinə emosionallıqla cəlb olunar, qərəzsiz və real fəaliyyət göstərmək və öz dövlətini konsultasiya etmək iqtidarında olmaz. O eləcə də öz doğma ölkəsi ilə emosional bağlantıları itirməyə və onun həyatında baş verən hadisələrdən uzaqlaşmağa meylli olar. Kadrlar şöbəsinin başçısına ən vacib funksiyalardan biri verilmişdir - nazirlikdə kimin, hara və hansı müddətə göndərilməsini müəyyən etmək kimi. Diplomat xaricdə müxtəlif postlarda cürbəcür tipli təzyiqlərə məruz qalır, bəziləri vəziyyətin öhdəsindən gəlməkdə başqalarından daha bacarıqlı olur, buna görə vacibdir ki, post onun fərdi bacarıqlara uyğun olsun. Əcnəbi missiyalarla münasibətlər Xarici işlər nazirliyi (yaxud onun ekvivalenti) - başqa bir dövlətin, onun diplomatik nümayəndəsinin, yaxud beynəlxalq təşkilatın hökumətə bütün məlumat təqdim etmələrini həyata keçirmək üçün bir kanal deməkdir. Əgər sorğu bütövlükdə texniki yaxud hərəkətsiz səciyyə daşıyırsa, nazirlik müvafiq texniki şöbəni əlaqədar missiya yaxud təşkilatla sonrakı yazışmalar aparılması üçün vəkil edə bilər, lakin ilkin müraciət və bütün mühüm məsələlər ənənəvi olaraq nazirliyə ünvanlanır. Təcrübədə Birləşmiş Millətlər Təşkilatının və regional iqtisadi və siyasi təşkilatların yaranması anından beynəlxalq əməkdaşlığın miqyasının və dərəcəsinin sürətlə genişlənməsi ilə eyni zamanda hökumət orqanları tərəfindən onların fəaliyyət sferası daxilində olan beynəlxalq danışıqlara görə XİN-lə müqayisədə daha böyük cavabdehliyi qəbul etmək tendensiyası yaranmışdır. Xarici işlər naziri xidməti vəzifələrini qəbul edərkən, o, yazılı şəkildə bu haqda bütün əcnəbi dövlətlərin diplomatik nümayəndələrini məlumatlandırır və sonradan onların hər birinin gəlişini yaxud (böyük dövlətlərdə) onların hər biri ilə görüşə biləcəyi qəbul təşkil edir. Nazir öz vəzifəsini tərk edərkən, o həmçinin onları müvafiq şəkildə məlumatlandırır və onlara öz davamçısının adını bildirir. Bundan başqa, nazir belə dəyişikliklər haqqında öz dövlətinin xaricdəki nümayəndələrini xəbərdar edir. Diplomatik missiyanın başçısı (əgər o işlər vəkili en titre deyilsə) bir dövlət başçısının başqa dövlət başçısı qarşısında nümayəndəsi olur və hərçənd onun üçün dövlət başçısına, yaxud bir çox ölkələrdə - hökumət başçısına çıxış hüququ tələb etmək həmişə məqsədəuyğun deyil, o, adətlərə və nəzakət qaydalarına uyğun olaraq, iki dövlət arasında xüsusi əhəmiyyətli məsələləri müzakirə etmək məqsədi ilə istənilən vaxt xarici işlər nazirinə müraciət etmək hüququna malikdir. Amma cari məsələlər, bir qayda olaraq, missiya başçısı yaxud missiyanın diplomatik heyətinin üzvü və xarici işlər Nazirliyindəki müvafiq vəzifəli şəxs arasında həll olunur. Xarici işlər naziri başqa hökumətə məlumat göndərmək istəyini bəyan etdikdə, onun iki mümkün təmas vasitəsi vardır: öz dövlətinin müvafiq əcnəbi dövlətdəki diplomatik nümayəndəsi vasitəsi ilə yaxud həmin dövlətinin nazirin öz hökumətindəki nümayəndəsi vasitəsilə. (Bir halda ki, istənilən hökumət - dövlət başçısının alətidir, missiya başçısını haqlı olaraq bir hökumətin başqa bir hökumətdə nümayəndəsi adlandırmaq olar.) Əksər hallarda hökumət rəsmi müraciəti özünün xaricdəki nümayəndəsi vasitəsilə edir, ancaq rəsmi protestlər çox vaxt daha tez bağlantı qurmağın mümkün olduğu əcnəbi nümayəndəyə elan olunur ki, bu da, görünür, daha effektlidir. Bəzən hər iki üsul eyni zamanda istifadə olunur. Xarici işlər naziri missiya başçısını çağıraraq və onunla üz-üzə söhbət edə-edə izahat tələb etdikdə, öz narazılığının dərəcəsini birmənalı olaraq qeyd edir, xüsusən də, görüş üçün seçilmiş vaxtın diplomatın səhər yeməyi yaxud qolf oyunu vaxtı ilə üst-üstə düşdüyü bəlli olarsa. Diplomatik korpusla münasibətlər Bütövlükdə diplomatik korpusa və onun üzvlərinin maraqları təmsil etməyə vəkil edildiyi yaxud vəzifəyə təyin edildiyi ölkənin hökumətinə aid olan məsələlərlə, böyük missiya başçısı (duayen kimi tanınır) və müvafiq nazir yaxud protokol şöbəsinin rəisi məşğul olur. Diplomatik korpusun "duayeni" termini "diplomatik heyətin ştarşınası" termini ilə düz gəlir; ingiliscə danışılan mühitdə adətən "diplomatik heyətin ştarşınası" terminindən istifadə olunur. Starşinanın yaxud duayenin təyin olunması zamanı missiya başçılarının üstünlüyü bu vəzifədə fasiləsiz xidmət dövrünün sürəkliliyinə əsaslanır. Bəzi ölkələrdə (xüsusən Latın Amerikasında) apostol nuntsisi həmişə duayen olur. Praktikada çox vaxt, eləcə də xüsusilə Latın Amerikasında, ordu xidmətçiləri üçün xüsusi əsasnamə yaradılıb: attaşe müdafiə Nazirliyi protokol şöbəsinin xidmətçilərindən təyin olunur. Müəllif Ralf Corc Felthem Mənbə Diplomatın stolüstü kitabı
['Xarici İşlər Nazirliyi']
4,859
https://kayzen.az/blog/aforizmler/7314/%C9%99dal%C9%99t-haqq%C4%B1nda-aforizml%C9%99r.html
Ədalət haqqında aforizmlər
umud600
Hikmət dənizi və aforizmlər
5 okyabr 2011, 23:21
Ədalət gözəldir, lakin əmirlərdə olsa, daha da gözəldir.  (Hz.Muhəmməd s.ə.v. )Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etməyinizi əmr edir.  (Qurani-Kərim)Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir.  (Aristotel: Qədim Yunan filosofu)Bir insan barəsində yol verilmiş ədalətsizlik hamı üçün hədədir.  (Şarl Lui Monteskyo: Fransız filosofu)Ədalət qüvvətli, qüvvətlilər isə ədalətli olmalıdır.  (Blez Paskal: Fransız riyaziyyatçısı)Ən böyük ədalətsizlik adil olmayıb adil adam kimi görünməkdir.  (Platon: Qədim Yunan filosofu)Ədalətin hakim olduğu yerdə silahın yeri yoxdur.  (Jak Amyot: Fransız yazıçısı)Dövlətin xəzinəsi ədalətdir.  ( Konfutsi: Qədim Çin mütəfəkkiri)Qılıncın edə bilmədiyini ədalət edər.  ( Qanuni Sultan Süleyman: Osmanlı hökmdarı) Gücə söykənməyən ədalət aciz, ədalətə söykənməyən güc isə zalımdır.  ( Blez Paskal)Məmləkətlər qılıncla alınır, lakin ədalətlə mühafizə edilir.  (Əmir Teymur: Orta Asiya dövlət xadimi, sərkərdə, əmir)Ədalətin olmadığı yerdə əxlaq da yoxdur.  (Mişel de Monten: Fransız filosofu)Heç bir dəyər ədalət qədər böyük ola bilməz.  ( Josef Addison: İngilis yazıçısı)Pisliyi ədalətlə, yaxşılığı da yaxşılıqla qarşıla.  (Lao Tszi: Çin mütəfəkkiri)Ədalət dəyərli insanların sahib olduqları ən şərəfli tacdır.  ( Mark Tulli Siseron: Qədim Roma dövlət xadimi)Ədalət sözü bərabərlik mənasında deyil. Ədalət hər kəsə ehtiyacı müqabilində nəyinsə verilməsidir. Bərabərlik isə hər kəsin eyni şeyi bərabər şəkildə almasıdır və bu da hər zaman ədalətli deyildir.  ( Naməlum)Ədaləti yüksək bir qanun olaraq qəbul etməyən bir millət bu fəlakətini heç bir uğurla düzəldə bilməz.  ( Naməlum)Ədalət yer üzündə Allahın tərəzisidir.  (Hz.Əli ə.s.)
['ədalət', 'aforizm', 'aforizmlər', 'haqq-ədalət.']
4,860
https://kayzen.az/blog/fotosessiya/7309/d%C3%BCnyan%C4%B1n-%C9%99n-q%C9%99rib%C9%99-v%C9%99-ec%C9%99zkar-binalar%C4%B1.html
Dünyanın ən qəribə və ecəzkar binaları
BaKiNeC
Fotosessiya
5 okyabr 2011, 17:22
Bu qəribə binalarda adi insanlar yaşayır, sərgi salonları və mərkzələri yerləşir, ofislər çalışır
['qəribə abidələr', 'qəribə binalar']
4,861
https://kayzen.az/blog/letife/7302/g%C3%BClm%C9%99li-l%C9%99tif%C9%99l%C9%99r.html
Gülməli lətifələr
yravil
Lətifələr
4 okyabr 2011, 20:21
1. Dərsdə müəllim soruşur:Gözlüklü ilanlar hansı sinifə aiddir?Şagirdlərdən biri cavab verirzəif görənlər sinifinə.2. Müəllim dərsdən çıxandan sonra uşaqlardan soruşur:Uşaqlar nə demək lazımdır?Uşaqlar deyir şükür ALLAHA3. Müəllim elşəndən soruşur böyüyəndə nəçi olmaq istəyirsən?Əlbəttəki memar. Özümə küncü olmayan ev tikəcəmNiyə görə küncü olmayan ev?Bezdirib məni bu künclər.4. Məhkəmədə Hakim - Siz ailə quranda erinizdə dəyərli qiymətli cəhətlər varıydı?Qadın: - əlbəttə amma son qəpiyinəcən xərcləyib qutardıq.5. Şam yeməyində, ata qızından soruşur:-Qızım, bəs niyə nişanlını yeməyə dəvət etmədin?-Ata, o dediki artıq mənim valideyinlərimi görüb. Amma buna baxmayaraq, yenədə məni sevir.6. Gecə yarıdır. 2 killer küçənin başında durub, qurbanların gözləyir. Biri:-Saat neçədir?-Artıq gecə yarını keçib.-Mən artlq narahat olmağa başladım. Bəlkə başına bir iş gəlib?7. -Bilirsən, mən sənin arvadını görəndə sevinirəm.-Nəyə?-Ona ki, o mənim arvadım deyil.8. Xahiş edirəm telefona, atası-vəkil, anası-ekspert olan şagirdin valideyinlərindən biri çağırın.-EVdə yoxdular.-Bəs hardadılar? -Ata türmədə, ana isə morqda.9. Boşanma səhnəsi.-Ərinizdən niyə boşanırsız? O içir? Varkotik qəbul edir?-Yox.-Pul qazanmır? sizi döyür? Uşaqları ilə maraqlanmır?-Yox.-Sizə xəyanət edir?-Yox.-Bəs nədir səbəb?-İş orasındadır ki, bütün bunları o edən zaman, onun sifətini görsəz, sizdə boşanarsız.10. Oğlum, məktubda dediyin kimi sənə 20 dollar göndəririrk. Amma demək istəyirik ki, 20 bir dənə sıfırl yazılır, 2 dənə yox!11. Yağış yağır. Qapı döyülür. Kişi qapını açır. Qaynanasını görür:-Dəli olmusuz, belə yağışda çöldə nə gəzirsiz, gedin evə.12. -Zəhmət olmasa tibbi spirt verin mənə.-Resseptiniz var?-Ehh..resseptim olsaydı, özüm düzəldərdim.13. Generalın nəvəsi dünyaya gəlir. Onun kimə bənzəməsinini öyrənmək üçün, general ora adam göndərir.-Sizə bənzəyir.-Sevindim buna. detallarıyla danış.- O, sizin kimi keçəl, gombuldur, heçnə qanmayır və bütün günü anqırır.14. Bir gun uşaq atasından soruşur:-Ata təzə şey nə deməkdi.Atası deyir:-Təzə şey təyyarə,vertolyot,kosmik gəmi deməkdi.Uşaq sorusur:-Bəs köhnə şey nə deməkdiAtası deyir:-Köhnə şey tramvay,troleybusdu və birdə sənin anan.
['gulməkdən oldurəcək lətifələr', 'lətifələr']
4,862
https://kayzen.az/blog/aforizmler/7301/isg%C9%99nd%C9%99r-v%C9%99-on-m%C3%BCdrik.html
İsgəndər və on müdrik
umud600
Hikmət dənizi və aforizmlər
4 okyabr 2011, 17:36
Makedoniyalı İsgəndər Hindistan yürüşü zamanı Hind racı Sabbanı ona qarşı qiyama təhrik edən 10 nəfər ən fəal himnosofisti əsir alır. Bu adamların öz qısa və dürüst cavabları ilə məşhur olduqlarını eşidib deyir: " Hərənizə bir sual verəcəyəm, kimin cavabı düz olmasa, hamınızı edam edəcəyəm." Sonra onlardan birini hakim seçərək suallara keçir: 1. Kimlər çoxdur-dirilər ya ölülər? -Dirilər, çünki ölülər artıq yoxdur. 2. Ən iri heyvanlar torpaqdadır ya dənizdə? -Dənizdədir, çünki torpaq dənizin bir hissəsidir. 3. Ən hiyləgər heyvan hansıdır? -O heyvan ki, hələ indiyə qədər insan onu tanımır. 4. Nəyə görə Sabbanı xəyanətə təhrik erirdin? -İstəyirdim ya gözəl yaşasın, ya da gözəl ölsün. 5. Gündüz əvvəl olub yoxsa gecə? -Gündüz bir gün əvvəl olub. Sonra da əlavə edir: " Müəmmalı sualın müəmmalı da cavabı olur. " 6. İnsan özünü necə aparmalıdır ki, hamı onu sevsin? -Ən böyük məhəbbətə o kəs layiqdir ki, hamıdan qüdrətli olsa da, heç kimə qorxulu deyil. 7. İnsan necə Allaha çevrilə bilər? -İnsan o vaxt Allaha çevrilə bilər ki, insan üçün qeyri-mümkün olan bir şeyi etsin. 8. Nə güclüdür-həyat yoxsa ölüm? -Həyat! Çünki o bu qədər məşəqqətlərə dözür. 9. İnsan nə vaxtadək yaşamalıdır? -O vaxtacan ki, hələ ölməyin yaşamaqdan daha yaxşı olduğu qənaətinə gəlməyib. Beləliklə, Makedoniyalı İsgəndər bütün cavabları dinləyib axırıncı müdrikə hökm çıxarmağı əmr edir. Müdrik deyir: "Biri o birindən pis cavab verirdi. " İsgəndər daha deməyə söz tapmayıb müdrikləri azad edib zəngin hədiyyələrlə yola salır.
['maraqlı faktlar']
4,863
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7296/xo%C5%9Fb%C9%99xtlik.html
Xoşbəxtlik
tenqo
Düşündürücü hekayələr
3 okyabr 2011, 23:56
Bir dəfə xoşbəxtlik meşə ilə gedir və qəfildən quyuya düşür. Oturub ağlamağa başlayır. Birdən yaxından insan keçdiyini eşidib onu haraylayır: - Ey xeyirxah insan, çıxar məni buradan. - "Əvəzində nə verəcəksən?" - deyə insan soruşur. - Nə istəyirsən? - Dənizə görünüşü olan, ən bahalı, böyük və gözəl bir ev istəyirəm. Xoşbəxtlik onun istəyini yerinə yetirir və insan sevincək onu quyuda qoyub qaçır. Xoşbəxtlik yenə hönkür-hönkür ağlamağa başlayır. Yaxından yenə insan keçdiyini eşidib, haraylayır: - Ey xeyirxah insan, çıxar məni buradan. - "Əvəzində nə verəcəksən?" - deyə bu biri insan da soruşur. - Nə istəyirsən? - Çoxlu, müxtəlif markadan olan bahalı və gözəl maşınlar istəyirəm. Xoşbəxtlik ikinci insanın da istədiyini ona verir, ancaq o da sevinərək qaçıb gedir və xoşbəxtliyi quyudan çıxarmağı unudur. Tamam ümidini itirdiyi bir vaxtda yenə kiminsə keçdiyini eşidir və haraylayır: - Ey xeyirxah insan, çıxar məni buradan, xahiş edirəm. Bu insan onu quyudan çıxarıb yoluna davam edir. Xoşbəxtlik onun dalınca qaçaraq soruşur: - Ey insan, mənə etdiyin köməyin əvəzində nə istəyirsən? - "Mənə heç nə lazım deyil" - deyə insan cavab verir. Xoşbəxtlik bundan sonra onun dalınca gedir və heç vaxt ondan yanından ayrılmır.   Tərcümə etdi: Tengiz Budaqov  
['Hekayə', 'xoşbəxtlik', 'insan']
4,864
https://kayzen.az/blog/maraqli-faktlar/7295/ban-qada%C4%9Fan-olunmu%C5%9F-filml%C9%99r.html
Ban - qadağan olunmuş filmlər
Bakılı
Maraqlı faktlar
3 okyabr 2011, 23:26
Cinsi zorakılıq, ölüm, kütləvi qətl səhnələri ilə dolu olan filmlər çox vaxt tamaşaçılar tərəfindən birmənalı qarşılanmır. Dünyanın bir çox ölkələrində məhz bu səbəblərdən dolayı bəzi qorxu filmləri qadağan edilib. Amma buna baxmayaraq bu tərz filmlərin çoxlu sayda izləyicisi var. Bir çox ölkədə qadağan edilmiş 10 ən məşhur qorxu filminin siyahısı:  1."Qrotesk" Qrotesk ("Grotesque") 2009-cu ildə Yaponiyada çəkilən qorxu filmidir. Film iki gənc cütlüyün küçədə oğurlanmasından və bir ruhi xəstə tərəfindən işgəncələrə məruz qalmasından bəhs edir. Çox kəskin zorakılıq səhnələrinə görə film Böyük Britaniya da daxil olmaqla, bir çox ölkələrdə qadağan edilib. 2."Mikey" 1992-ci ildə təqdim edilən filmə bir çox ölkələrdə qadağa qoyulub və hələ də Britaniyada filmin nümayişinə qadağa var. Ekran əsərində olan işgəncə və ölüm səhnəsi, həmçinin iki uşağın balaca körpəni öldürməsi səhnəsi filmin qadağan olunmasına səbəb olub. Filmdə valideynlərini və dostlarını öldürən 9 yaşlı uşağın hətatından danışılır. 3."Qırxayaq insan 2″ Əgər siz "Qırxayaq insan 2″ ("The Human Centipede 2") haqqında filmə baxmısınızsa, onda onun qadağan olunmasını eşidəndə təəccüblənməzsiniz. Bu filmdə əsas sujet dəli bir hollandiyalı alimin 3 amerikalı turisti oğurlaması və onları bir-birinə tikməsi haqdadır. Film qəddar səhnələrinə görə çox böyük tənqid atəşinə tutulub. 4. "Skum" "Skum" ("Scum") 1970-ci illərdə "British Borstal"dakı gənc cinayətkarların çətin və dəhşətli həyatından bəhs edir. Ekran əsəri ilk baxışda irqçiliyin, zorlamanın, intihar və zorakılıq səhnələrinə görə televiziyada qadağan edilib. Film 1979-cu ildə yenidən çəkilsə də, bu versiyasına da qadağa qoyulub. 5."Serbiya filmi" İspaniya, Norveç və Braziliyada qadağan olunan "Serbiya filmi" ("A Serbian Film") bütün zamanların ən ziddiyyətli filmlərindən biridir. Filmin qadağan olunmasına səbəb kimi uşaq zorlanması, inçest, cinayət və başqaları aiddir. 6. "Anadangəlmə qatillər" "Anadangəlmə qatillər" ("Natural Born Killers") 1994-cü ildə rejissor Oliver Stoun tərəfindən Kventin Tarantinonun yazdığı ssenari əsasında çəkilib. Film İrlandiyada qadağan olunub, ABŞ-da isə yayılmasına qadağa qoyulub. Film qətl hadisəsini tərənnüm etdiyinə görə çoxlu mübahisələrə səbəb olub. 7. "Şeytan öldü" "Şeytan öldü" ("The Evil Dead") 1981-ci ildə çəkilən film 5 kollec tələbəsinin tətildə başına gələnlərdən danışır. Film tənqidçilər tərəfindən müsbət qarşılansa da, qorxu və zorakılıq səhnələrinə görə Finlandiya, Almaniya, İslandiya və İrlandiya da daxil olmaqla bir sıra ölkələrdə qadağan edilib. 8. "Hannibal soyqırımı" "Hannibal soyqırımı" ("Cannibal Holocaust") indiyə kimi 50-dən çox ölkədə qadağan edilmiş İtaliya qorxu filmidir. Film təqdim ediləndən sonra rejissor Rocer Deodata həbs edilib, daha sonra isə azadlığa buraxılıb. Film Amazon meşələrində çəkilib və çəkilişdə yerli tayfaların nümayəndələri iştirak edib. Filmin çəkilişi zamanı 7 heyvan öldürülüb. "Cannibal Holocaust" indiyə kimi çəkilən ən ürəkbulandıran, qorxulu filmlərdən biridir. 9. "Texas kütləvi qırğını" "Texas kütləvi qırğını" ("Texas Chainsaw Massacre") 1974-də ekranlaşdırılan kimi bir çox ölkələrdə birbaşa qadağan olunub. Film silsilə qətllər törədən qatil Ed Geynin cinayətləri əsasında çəkilib. 10. "Ovsunçu" Ovsunçu ("The Exorcist") 1973-cü ildə yayımlanıb. Filmin populyar mədəniyyət üzərində böyük təsiri olub və indiyə kimi bir çoxları tərəfindən ən qorxulu film adlandırılır. Film bir çox şəhərlərdə və ölkələrdə çox qorxulu olduğuna görə, həmçinin dini səbəblərdən dolayı qadağan olunub. "Ovsunçu" şeytan tərəfindən ələ keçirilən gənc qızdan bəhs edir. Digər filmlərdən fərqli olaraq "Ovsunçu" zorakılıq səhnələri ilə yox, psixoloji triller olması və izləyənləri qorxutmaq üçün şüuraltı mesaj verdiyinə görə qadağan olunub. Mənbə:ann.az
['qadağan olunmuş filmlər']
4,865
https://kayzen.az/blog/maraqli-faktlar/7294/anla%C5%9F%C4%B1lmas%C4%B1-%C3%A7%C9%99tin-olan-m%C9%99%C5%9Fhur-%C9%99s%C9%99rl%C9%99r.html
Anlaşılması çətin olan məşhur əsərlər
Bakılı
Maraqlı faktlar
3 okyabr 2011, 23:12
Yaxşı bir kitab və ya poema oxumaq insana zövq verir, hətta bəzən elə kitablar da olur ki, insanın həyatını dəyişir. Amma elə kitablar da var ki, onları oxuyan zaman muəllifin fikirlərini başa düşmək, qavramaq bizə çətin gəlir. Halbuki bu romanların müəllifləri çox məşhur adamlardır və onların kitabları da minlərlə, milyonlarla tirajla satılıb. Sizlərə dünyanın ən çətin oxunan romanlarının siyahısını təqdim edirik:1. "Fineqanın oyanışı" - Ceyms Coys "Fineqanın oyanışı" ("Finnegan's Wake") məşhur irlandiyalı yazıçı, 20-ci əsr ədəbiyyatına yön verən şəxslərdən biri  Ceyms Coys tərəfindən yazılıb. Roman eksperimental üslubuna görə seçilir və indiyə kimi ingilis dilində yazılmış ən çətin əsərlərdən biri hesab olunur. Parisdə 17 il ərzində yazılmış əsər yazıçının ölümündən iki il əvvəl,1939-cu ildə çap edilib. Kitabdakı sözlərin yarısı standart ingilis dilində, digər yarısı isə yazıçının özü tərəfindən yaradılan neologizmlərlər, terminlərdən ibarətdir.  2. "Səs və qəzəb" - Uilyam Folkner "Səs və qəzəb" ("The Sound and the Fury") 1929-cu ildə Nobel mükafatlı amerikalı yazıçı Uilyam Folkner tərəfindən yazılıb. Kitab çap olunduğu ilk dövrlədə uğur qazanmayıb və ancaq Folknerin 6-cı romanı "Ziyarətgah" nəşr olunandan sonra tanınmağa başlayıb. 1998-ci ildə "The Modern Library" nəşriyyatı əsəri 20-ci əsrdə ingilis dilində yazılmış ən yaxşı 100 əsər siyahısına daxil edib. Əsərdə hadisələr "Yoknapatapa" adlı xəyali 3 "Çılpaq qəlyənaltı" - Uilyam Barrouz Bu kitabın yazılması əhvalatı, bəlkə də kitabın özündən daha maraqlıdır. Barrouz Tanqierdə yaşayırdı və heroin aludəçisi idi. Bir gün o yenə narkotik qəbul etdikdən sonra yazı makinasını götürür və səhifələrlə yazı yazır. Sonra isə o yazdıqlarını hissələrə kəsir və təsadüfi ardıcıllıqla yenidən birləşdirir. Nəticəni o dostu Elen Qinqsbergə göndərir və əsər "Çılpaq qəlyənaltı" ("Naked Lunch") çap olunur. Kitab əxlaqsızlığı təbliğ etmək ittihamıyla məhkməyə verilir və ABŞ-ın bir sıra yerlərində pedofillik və uşaq cinayətini təsvirinə görə qadağa qoyulub.   4. "Çöl" - Tomas Eliot "Çöl" ("The Waste Land") 1922-ci ildə Tomas Eliot tərəfindən yazılmış poemadır. Əsər 20-ci əsrin ən önəmli poemalarından biri kimi tanınır. 5 hissədən ibarət olan əsərdə obrazlar, zaman, məkan və dil (ingilis, latın, yunan, alman və sanskrit dili) gözlənilmədən dəyişir. Eliot əsərlərində tez-tez Homer, Sofokl, Virgil, Şekspir, Cefri Couser, Con Vebster, Volt Vitmen kimi ədiblərə eyham vurur. Eliotun yazdığı sətrlərin mənasını izah etmək üçün saysız-hesabsız kitablar yazılıb, vebsaytlar açılıb. Ancaq onlar bu sahədə qismən uğur qazana biliblər.  5 "Qırmızı hərf" - Nateniel Houtorn Nataniel Houtornun şahəsəri hesab olunan "Qırmızı hərf" ("The Scarlet Letter") əsəri 17-ci əsrin puritan şəhəri Bostonda yaşayan Hester Prinnən bəhs edir. Hester evlilikdən kənar doğulmuş bir qızdır. O, kilsə ruhaniləri tərəfindən tutulur və günahının işarəsi olan böyük bir "A" hərfi yazılmış paltar geyinməyə məcbur edilir. Hester isə bütün bunlara baxmayaraq, məğrurluğunu və ləyaqətini qoruyur. Kitabda günah, qanunçuluq kimi mövzulara geniş yer verilib.  6. "Fukonun rəqqası" - Umberto Eko Bir çoxları bu əsəri oxuyub və çaşqınlıq içərisində qalıb. Umberto Eko dövrümüzün ən intellektual adamlarından biri hesab edilir, o vaxtının çoxunu kitabxanalarda keçirib. "Fukonun rəqqası"nı ("Foucault's Pendulum") yazmaqla, o sizin də kitabxanalarda çox vaxt keçirmənizi istəyib. Eko qəsdən kitabı ağır dildə yazdığını etiraf edib. Ancaq əgər sizin ezoterizm nəzəriyyəsi haqqında məlumatınız varsa, kitabı başa düşmək sizinçün xeyli asan olacaq. 7. "QULAQ Arxipelaqı" - Aleksandr Soljenitsin Aleksandr Soljenitsinin SSRİ-dəki əmək dusərgələrindəki təqib, həbs, isgəncələrə məruz qalmış, öldürülmüş dissidentlərdən bəhs edən bu romanı insanda mərhəmət hissi yaratmaya bilmir. Soljenitsinin öz gözləri ilə şahidi olduğu hadisələr və araşdırmaları nəticəsində əldə etdiyi materiallar əsasında yazdığı kitab 3 hissədən ibarətdir. 1958-1968-ci illərdə yazılan əsər 1973-cü ildə qərbdə, 1989-cu ildə isə rəsmi olaraq Sovetlər Birliyində çap olunub. SSRİ-nin süqutu, Rusiya Federasiyasının yaranmasından sonra "Qulaq Arxipelaq" ali məktəblərdə tədris proqramına daxil edilib.  8. "Mobi Dik" - Herman Melvil "Mobi Dik" ("Moby Dick") 1851-ci ildə çap edilib. Roman dünya ədəbiyyatnın incilərindən biri hesab olunur. Əsər "Pequod" gəmisində yaşanan hadisələrdən bəhs edir. Əsər kapitan Ahabın balina Mobi Diki ələ keçirmək uğrunda mübarizəsindən danışsa da, əslində onun motivi, vermək istədiyi mesaj daha dərindir. Əsərdə əsas qəhrəmanın sinif və sosial status, xeyir və şər, Tanrının varlığı kimi düşüncələrinə geniş yer verilib.   9. "Atlas çiyinlərini çəkdi"  - Eyn Rend Eyn Rendin şahəsəri olan "Atlas çiyinlərini çəkdi" ("Atlas Shrugged") əsəri məhsuldar fəhlə sinfinin cəmiyyət tərəfindən istismar olmaqdan imtina etdiyi distopiyadan bəhs edir. Hökumət sənayəyə nəzarəti getdikcə artırdıqca, əhalinin məhsuldar qismi kult lider olan Con Qalta daha çox meyl edir. Kitabda Rendin süurun və fərdi haqqların aliliyini vurğulayan "Obyektvizm" nəzəriyyəsi öz əksini tapıb. Kitab liberallar tərəfindən nifrətlə qarşılanmış, mühafizəkarlar isə əsərdə gizli ateizmin tərənnüm olunduğunu söyləyərək kitabı rədd edirdilər.  10. "Hərb və Sülh" - Lev Tolstoy Tolstoyun "Hərb və Sülh" əsəri indiyə kimi yazılmış ən möhtəşəm bədii əsərlərdən biri hesab olunur. Həmçinin bu əsər insanların çox oxuduğunu iddia etdiyi romanlardan biridir. Çoxları bu əsəri elə "oxumaq" xətrinə oxuyur. Bəs əsəri oxuyanlardan neçəsi onu həqiqətən başa düşür? Tolstoy əsəri çox gözəl dildə yazıb. Amma əsərdə əsas obraz və izləniləsi bir sujet xətti yoxdur. Nəticədə kitab bir neçə kitablar halına bölünə biləcək alt sujetlərdən ibarətdir. Bu isə oxucunu çaşdıra bilir. Müəllif: Nərmin Məmmədova
['məşhur əsərlər', 'hərb və sülh', 'Çöl']
4,866
https://kayzen.az/blog/Zeynal/7291/eurovision-2012-nin-ke%C3%A7irilic%C9%99yi-bina.html
"Eurovision 2012"nin keçirilicəyi bina
Zeynal
Bloq: Zeynal
3 okyabr 2011, 17:35
"Eurovision 2012"nin keçirilicəyi bina
['Eurovision müsabiqəsi', 'bina', 'baku', '2012']
4,867
https://kayzen.az/blog/az-proza/7289/bak%C4%B1-haqq%C4%B1nda-%C5%9Feir-%7C-qism%C9%99t-r%C3%BCst%C9%99mov.html
Bakı haqqında şeir | Qismət Rüstəmov
Silen_ce
Azərbaycan ədəbiyyatı
3 okyabr 2011, 15:23
Bakıya toxundum… əsdi ürəyim,  Toxunmaz olaydım Bakı dəyişib. Geyinib əyninə dekolte geyim, Burnu kiçilibdir, dodağı şişib… Burdan milyardlarla qonaq ötürüb, Indi öz-özünə qonaq, şəhərim. Röyadan düzəlmə burun götürüb, Aygündən silikon dodaq, şəhərim. Qalıb bir sümükdə, bir də dəridə Tarix küçə-küçə, ev-ev sürünür. Izzətlə, Xosenin şəkilləri də Bakıda Bakıdan böyük görünür. Açıb yarıyacan öz sinəsini, Biabır eləyib məni bu şəhər. Kəsib, qayçılayıb gödəkçəsini Geyinib əyninə mini bu şəhər. Nədir səni belə qəfil dəyişən, De, görüb tufanmı qopub içində ? Sən ki, qocaldıqca lap gözəllləşən, Gözəl bir qadınsan şəhər cildində… Götür bu dəsmalı sil o boyanı, Səndən olmayana daha qoyma qol. Tulla geyindiyin o dikdabanı, Bir az balaca ol amma Bakı ol. Hər küçən ,hər evin qürbət kimidir Hüznün, yalqızlığın paytaxtı şəhər. Bəlkə də Bakı bir qədim gəmidir, Dayanıb Bakını gözləyir Xəzər… Şirinlik qalmayıb şirinliyindən, Qadınlar soyunub çıxır şəhərə. Mavi ekranların dərinliyindən, Masmavi “kişilər” axır şəhərə… Axır mavi-mavi bəyaz yalanlar, Utanır, qızarır bəyaz qalanlar, Qırmızı-qırmızı mavi olanlar, Gündə bir boyanı yaxır şəhərə… Bakının yəhəri özündə deyil, Dolanır özgənin atında Bakı. Bir günə Dubayda kökələnlərin, Həm özü, həm cibi “göy” gələnlərin, Dikdaban geyinmiş göydələnlərin, Qalıb ayağının altında Bakı. Bitib iqtidarı, qurtarıb gücü Səsini itirimiş yalquzaq kimi. Dilənçi uşağın pul yığmaq üçün, Asfalta qoyduğu bir papaq kimi- Kimdənsə mərhəmət umur bu şəhər. Çırpmır! üstündəki torpaqdı, gildi Qanmır ki, o əvvəl belə deyildi, Bir Allah bilir ki, son neçə ildi Xəzərdə üzünü yumur bu şəhər Hər tində ümidə bir qəbir qazan, Adama xəcalət çəkdirən şəhər. Şairi acından şeirlər yazan, Mollası villalar tikdirən şəhər Neyləyim sevməyə bilmirəm səni… Bir ömür gözünü yollara dikən, Tənha qadınların möhnəti Bakı. Pullu kişilərə baxıb “ah” çəkən, Pulsuz kişilərin qisməti Bakı...
['Bakı', 'Qismət Rüstəmov', 'Bakı şəhəri']
4,868
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7288/m%C9%99cnun-v%C9%99-qoca-d%C9%99rvi%C5%9F.html
Məcnun və Qoca Dərviş
yravil
Düşündürücü hekayələr
3 okyabr 2011, 13:52
Bir gün Məcnun səhradan keçir.Bu zaman Qoca Dərviş səhrada namaza dururmuş.Məcnun hər şeydən xəbərsiz, sakitcə ordan keçirdi.Bu zaman Məcnunun onun yanından keçdiyini görən Dərviş ayağa durur və Məcnuna deyir: Qoca Dərviş: - Ay kafir, görmürsən namaza dururam, niyə mane olursan? Məcnun: - Mən Leylinin eşqi ilə səni görməyə-görməyə, sən Allahın eşqi ilə məni necə gördün?
['ibrətamiz hekayə']
4,869
https://kayzen.az/blog/aforizmler/7286/susmaq-haqq%C4%B1nda-aforizml%C9%99r.html
Susmaq haqqında aforizmlər
umud600
Hikmət dənizi və aforizmlər
3 okyabr 2011, 11:48
Qəzəbin yeganə dərmanı susmaqdır.   (Sokrat:Yunan filosofu )Ya sus ,ya da susmaqdan üstün bir söz söylə.   (Pifaqor:Yunan riyaziyyatçısı)Susmaq güclülərin gücü,zəiflərin sığınacağıdır.   (Şarl de Qoll:Fransa hərbi və siyasi xadimi)Susmaq alimə yaraşır,cahilin isə eyiblərini ört-basdır edir.   (Hz.Muhəmməd)Hətta başıboş adam da susanda müdrik görünür.   (Hz.Əli ə.s.)Susmaq təkzib edilməsi mümkün olmayan dəlildir.   (Henrix Böll:Alman yazıçısı)Ən yaxşı dinləyici susmağı bacarandır.   (Fletçer Kristian:İngilis yazıçısı) Susmaq o qədər gözəl mövzudur ki,onun haqqında saatlarla danışa bilərəm.   (Uilyam Varner:İngilis şairi)Sükut da bir növ danışmaq sənətidir.   (Uilyam Hezlitt:İngilis publisisti)Susmaq insanı ələ verməyən sadiq bir dostdur.   (Konfutsi:Qədim Çin mütəfəkkiri)Əvvəlcə üç dəfə fikirləş,sonra sus.   (Anri Fransua Renye:Fransız şairi)Həqiqəti söyləyirəm deyə çığır-bağır salmaqdansa,susmaq yaxşıdır.   (Rene Dekart:Fransız filosofu)Bəzən susmaq ən dəhşətli ittiham ola bilər.   (Menandr:Qədim Yunan dramaturqu) Dilin bəlasıdır uzunçu olmaq,Ariflər işidir sükuta dalmaq.      (Nizami Gəncəvi)
['aforizmlər', 'susmaq', 'aforizm']
4,870
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7287/bir-imam%C4%B1n-s%C4%B1na%C4%9F%C4%B1.html
Bir imamın sınağı
Niyaz
Düşündürücü hekayələr
3 okyabr 2011, 11:31
Londondakı məscidə yeni bir imam göndərilmişdi. Adam şəhərə getmək üçün həmişə eyni avtobusa minir və çox vaxt da eyni sürücüyə rast gəlirmiş. Bir gün, bilet alarkən sürücü səhvən 20 qəpik çox vermiş. İmam səhvi oturub da pulunu sayarkən hiss etmişdi. Öz-özünə "20 qəpiyi geri versəmmi sürücüyə?" deyə düşünürmüş. Amma içindən bir səs demiş ki "çox gülünc bir pul və sürücünün umurunda deyil. Avtobus şirkəti çox pul qazanır onsuzda.. Yalnız 20 qəpik onlara bir şey etməz." Bu pulu saxlaya bilərəm deyə düşünmüş, Allahdan gələn bir hədiyyə kimi... Enəcəyi dayanacağa gəlincə, imam qalxmış və fikrini dəyişdirmiş, enmədən əvvəl sürücünün yanına getmiş, 20 qəpiyi geri vermiş və demiş ki: "Pulun üstünü çox verdiniz." Sürücü gülümsəmiş və demiş ki : "Siz məscidin yeni imamısınız deyilmi? Əslində uzun zamandır sizi məscidinizdə ziyarət etmək istəyirdim, islamı öyrənmək üçün. Buna görə bilərək sizə çox pul verdim. Necə reaksiya verəcəyinizi görmək istədim." Enərkən imam artıq qıçlarını hiss etmirmiş, yerə yıxılacaqmış az qala, bir dirəyə yapışmış və özünə gəlməyə çalışmışdı. Gözlərindən yaşlar tökülərək demiş ki: "Allahım az daha İslamı 20 qəpiyə satırdım!. . ."
['düşündürücü hekayələr']
4,871
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7285/d%C3%BCnya-q%C9%99d%C9%99r-s%C9%99d%C9%99q%C9%99-v%C9%99-z%C9%99kat.html
Dünya qədər sədəqə və zəkat
umud600
Düşündürücü hekayələr
3 okyabr 2011, 10:52
Döyüşlərin birində Hz.Əli bir kafirlə vuruşur. Kafir mahir döyüşçü oldduğu üçün döyüş bir qədər uzanır. Nəhayət , Hz.Əli "Ya Allah"deyib kafirə hücum edir və onu götürüb yerə vurur. Sinəsinə çöküb xəncəri çıxarır ki, öldürsün. Bu vaxt kafir Hz.Əlinin üzünə tüpürür. O, bunu Hz.Əlini əsəbiləşdirsin, o da onu tez öldürsün deyə eləmişdi. Hz.Əli dərhal kafirin sinəsindən qalxır. Kafir çaşıb-qalır: -Ya Əli, mən səni əsəbiləşdirmək üçün üzünə tüpürdüm, sən isə məni öldürəcəyin yerdə buraxdın. Niyə belə etdin?-deyə soruşur.Həzrət Əli kafirə belə cavab verir: -Mən səninlə ancaq Allah rizası üçün vuruşurdum. Ancaq hərəkətin qəlbimdə sənə qarşı nifrət oyatdı. Səni öldürsəydim, Allah üçün deyil, nəfsimə həqarətə görə öldürəcəkdim. Buna görə də öldürmədim. Hz.Əlinin bu sözlərinə heyran qalan kafir müsəlman olacağını deyir və Həzrət Əlidən İslam dini haqqında soruşur. Hz.Əli də ona İslamiyyətdən danışır və döyüşçü şəhadət gətirib müsəlman olur. Allah Rusulu belə buyurur: "Sənin vasitənlə bir nəfərin müsəlman olması dünya qədər sədəqə və zəkatdan xeyurlidir".
['düşündürücü hekayə']
4,872
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7284/%C3%A7i%C3%A7%C9%99kl%C9%99r-sevgi-r%C9%99mzidir.html
Çiçəklər sevgi rəmzidir
tenqo
Düşündürücü hekayələr
3 okyabr 2011, 01:40
Böyük bir hökmdarın 3 oğlu olur və onlardan birini varis seçmək istəyir. Bu isə çox çətin olur, çünki hər üçü həm ağıllı, həm də cəsur olur. Üçəm olduqları üçün də yaş fərqləri olmur və bu daha da çətinləşdirir seçimi. Hökmdar müdrik bir şəxslə məsləhətləşir və qərara gəlir. Evə qayıdan kimi oğullarını çağırır yanına və onlara çiçək toxumları verib, bir neçə illik səyahətə çıxacağını söyləyir. Toxumları yaxşı saxlamağı tapşıraraq, səyahətdən qayıdanda toxumları geri istəyəcəyini bildirir. Hökmdar səyahətə çıxır. Birinci oğul nə edəcəyini düşünüb, qərara alır ki, həmin toxumları dəmir seyfdə saxlasın və atası qayıdanda toxumlar olduğu kimi qalacaq. İkinci oğul düşünür ki, əgər mən də onu kimi saxlasam toxumlar xarab olub gedəcək və mağazaya gedib satır toxumları. Atası qayıdanda da həmin pula atasının verdiyi toxumlardan da yaxşısını alıb verəcəyini düşünür. Üçüncü oğul isə bağa gedib toxumları səpir. Üç ildən sonra ata səyahətdən qayıdır və birinci oğul seyfdən toxumları çıxarmaq istəyəndə görür ki, toxumlar iy verir, xarab olub. - "Bu nədir? Məgər mən sənə verdiyim toxumlar belə idi? Mən verdiklərim çiçək aça və gözəl ətir bəxş edə bilirdi, amma sənin saxladıqların üfunətlidir" - deyə ata başını buladı. Oğlan etirazını bildirdi ki, həmin toxumlardı elə, atası isə: - Sən materialistsən! İkinci oğul isə tez qaçır bazara və yeni toxumlar alıb gətirir atasına. Atası baxıb deyir: - Axı bu mən verən toxumlar deyil. Düzdür, sənin fikrin daha yaxşıdır, amma bu, mənim səndə görmək istədiyim xüsusiyyət deyil. Sən psixoloqsan! Ata böyük ümid və həmçinin qorxu ilə yaxınlaşır üçüncü oğluna. Oğlan atasını milyonlarca gül-çiçək bəzəmiş bağa aparır və deyir: - Ata, sənin verdiyin toxumları burada əkmişəm və onlar yetişəndə hamısını sənə qaytaracam. - "Sənsən mənim varisim. Bu cür etmək lazım idi toxumları" - deyib ata fərəhləndi. Tədarükçü həyatı dərk etmir, hesablayan ağıl da itirə bilər həyatı. Ancaq yaradıcı ağıl başa düşə bilər həyatı. Çiçəklərin gözəlliyi də ondadır ki, onlar ehtiyat kimi saxlanıla bilməz. Onlar sevgini simvolizə edir, sevgini isə saxlamaq düz deyil. Təsadüfi deyil ki, bütün əsrlərdə, bütün ölkələrdə, istənilən cəmiyyətdə çiçəklər sevginin rəmzidir. Sevgi də çiçək kimidir, əgər o, sənin qəlbində çiçəklənibsə, onu bölüşmək, paylaşmaq lazımdır. Onu nə qədər çox paylaşırsansa, bir o qədər də sənin qəlbində böyüyəcək. Əgər sən onu bölüşməyə davam edəcəksənsə, gün gələcək, sən əvəzsiz və tükənməyən eşq mənbəyi olacaqsan.   Tərcümə etdi: Tengiz Budaqov
['hekayə', 'sevgi', 'çiçəklər']
4,873
https://kayzen.az/blog/Zeynal/7283/az%C9%99rbaycan-%C5%9F%C9%99hidinin-halvas%C4%B1.html
Azərbaycan şəhidinin halvası
Zeynal
Bloq: Zeynal
3 okyabr 2011, 00:38
Azərbaycan xalqının 20-illlik problemi olan, lakin bu problemi görməzdən gələn Azərbaycan xalqının problemindən danışmaq istəyirik. Hamı 20 ildir Qarabağ probleminin həlli yolunda “çıxış yolu” axtarır. Və indi mən də başlasam çıxış yolları göstərməyə, bu zaman 20-illik problemə görməzdən gələnlərdən birinə çevrilərəm. Azərbaycan xalqına bir neçə sualımız olacaq. Biz Azərbaycan əsgəri üçün halva bişirib, qonşulara paylamışıqmı nə vaxtsa? Bizim böyük problemimiz əldə olan imkanlardan doğru-dürüst istifadə etməməyimiz də deyilmi? Bəlkə problemin həll ola biməməsi bizim milli-mənəvi kökümüzdən gələn və ata-bablarımızın ənənəsi olan yas mərasimini hər gün səngərdə şəhid olan Azərbaycan şəhidləri üçün saxlamamağımızdadır? Hər gün televizordan, virtual aləmdən hər səhər başında saatlarla oturduğumuz sosial şəbəkələrdə oxuduğumuz eşitdiyimiz bu xəbər bizi hərəkətə gətirmir? “Bu gün erməni caniləri ilə atışmada bir əsgərimiz də şəhid oldu”. Əgər bu bizim şəhidimiz deyilsə və ayrı ölkənin şəhididirsə, bu zaman mən Azərbaycan vətəndaşlarını içində özüm də daxil olmaq şərtilə təbrik edirəm. Çünki ayrı bir ölkədə şəhid düşmüş kimi aparırırq özümüzü öz ölkəmizdəki şəhidlərimizə qarşı. Hər bir Azərbaycan xalqının vətəndaşı bu xəbəri eşidəndə əgər özünə sual ünvanlamasa ki, “bu gün mən Azərbaycanın şəhid olmuş və mənim qardaşım, oğlum, əmim üçün nə edim”, bu zaman daha bir neçə 20-illiklərə hazır olaq. Bəli, indi bəzilərinin fikrinə nəhəng fikirlər gəlir. Məsələn, “bunun üçün gərək dövlət səviyyəsində işlər görülsün” fikirləşənlər az deyil. “Əgər tədbir olsa, o zaman mən gedərəm, o tədbirdə əyləşərəm”. “Daha gəlmişəm deyib, bir neçə göz yaşı da tökərəm”. “Amma mən özüm nə edə bilərəm ki?!” sualını verəndən sonra artıq fikirləşirik ki, bəli, bu, iş çox pis işdi. Bəli, gərək şəhid düşməyərdi səngərdə. Amma mənlik deyil... Bəs bir halva çalmaqdamı bizlik deyil? Gəlin ən sadələrindən başlayaq. Bu xəbəri eşidəndə bir qazan halva çalaq. Sonra bu halvanı qablara qoyaq və qonşularımıza paylayaq. “Bu nə münasibətlədir?” sualında mən ən azından deyərdim ki, bu, bu gün şəhid olmuş Azərbaycan şəhidinin halvasıdır. Bəli, mən razıyam bunu bəlkə də bu gün barmaqla sayılası adam edəcək. Amma gəlin bir riyazi hesab aparaq. Bir kəs halva çalıb, beş qonşusuna versə və izah etsə. O, beş qonşudan ikisi bunu fikirləşib o da bu işi görsə, bir zamandan sonra görün nə qədər Azərbaycan şəhidlərinə ən azında gündəmdə olanlara yas saxlayan, onları yad edən tapılacaq? Bəlkə də elə 20-illik mübarizənin, danışıqların heç bir nəticə verməməsi bu xırda mədəniyyətlərin olmamasından qaynaqlanır. Bəlkə xalq istəkdən icraetmə funksiyasına keçid etməməsindən qaynaqlanır? Gəlin bir həqiqəti boynumuza dürüstlüklə alaq. Biz işğal altında olan torpaqlarımızın qaytarılması üçün heç bir iş görməmişik. Biz sadəcə 20 ildir ki, bütün dünyaya “şou” göstərmişik. Çünki artıq məcburi köçkünlər əgər “Dağlıq Qarabağ problemi ətrafında müzakirələr davam edir” cümləsindən bezara gəliblərsə, deməli haradasa bünövrənin daşları düz qoyulmayıb. Bu sadəcə xaricdən faciəyə bir nəzər salmağa bənziyir. 20 ildir ki, biz məhz belə edirik. Bunun belə görülməsi üçün boğazdan yuxarı bəzi bu işi “həll olmasını” istəyən və bunu da ailəsini dolandırmaq üçün edən məmurların ayrılması ilə davam etsək, onda heç tələsməyək, bir neçə 20-illiklər bizi gözləyir deməli. Amma biz xalq olaraq, millət olaraq həqiqətən bu işi istəyiriksə, gəlin o zaman ən azından Azərbaycan şəhidi üçün bir qazan halva çalaq. Və ən azından bir neçə dəqiqəlik işğal altında olan torpaqlarımızı yad edək...
['şəhid', 'Azərbaycan', 'mübariz', 'fərid']
4,874
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7282/qeyb%C9%99t-haqq%C4%B1nda.html
Qeybət haqqında
umud600
Düşündürücü hekayələr
3 okyabr 2011, 00:00
İslam alimlərindən Cüneyd Bağdadi bir məclisdə idi. Bir gənc gəlib: -Allah rizası üçün mənə kömək edin. Mənim köməyə ehtiyacım var,-deyir. Cüneyd Bağdadi baxır ki,gənc sapsağlam bir adamdır."Bu gənc bu halı ilə dilənçilik etməkdən utanmırmı? Nəyə görə işləyib qazanmaq əvəzinə ,dilənçiliklə özünü alçaldır?!"-deyə düşünür. O gecə bir yuxu görür. Yuxusunda məsciddə gördüyü gəncin bədənindən kabab hazırlayıb qabağına qoyurlar və Cüneyd Bağdadiyə :"Bunu yeməlisən!"-deyirlər. Cüneyd Bağdadi:"İnsan əti də yeyilər?"-deyə etiraz edəndə: -Bəs dünən məsciddə necə yeyirdin?İndi də elə yeməlisən,-deyirlər. Cüneyd Bağdadi həzrətləri belə nəql edir: "Öz-özümə :"Deməli ,qeybət etmişəm!"-deyib təlaş içində oyandım.Dəstəmaz alıb iki rükət namaz qıldım.Tövbə -istiğfar etdim.Səhər olunca qeybət etdiyim gənci axtarmağa getdim.Axtardım,axtardım,nəhayət ,Dəclə çayının sahilində tapdım.Oturub vəzəri yeyirdi.Gənc mənim gəldiyimi görüncə başını qaldıraraq : -Ey Cüneyd!Məsciddə mənim haqqımda pis düşündüyün üçün tövbə edib peşman oldunmu?-deyə soruşdu. Mən: Bəli ,-dedim.Həmin gənc mənə: Onda kədərlənmə,get,-deyib bu ayəni oxudu:"Bəndələrinin tövbəsini O qəbul edir ,günahları O bağışlayır və sizin nə etdiyinizi də O bilir!"-deyib("Şura "surəsi ,25ayə) və gözdən itdi".Həmçinin baxın: Qeybət ən böyük günahdır, Qeybət,
['düşündürücü hekayə', 'qeybət']
4,875
https://kayzen.az/blog/qadin/7281/halal-qad%C4%B1n.html
Halal qadın
ORIGINAL
Qadın
2 okyabr 2011, 22:06
Bir ingilis soruşur: -Qadınlarınız niyə yad kişiylə əl sıxışmırlar? Müsəlman cavab verir: -Siz niyə Kraliça Elizabet'lə əl sıxışmırsınız? İngilis: -Hər kəs onunla əl sıxışmaz,sadəcə bəzi müəyyən adamlar. Müsəlman: -BİZİM QADINLARIMIZ DA BİZİM KRALİÇAMIZDIR, VƏ HALALI OLMUYANLARLA ƏL SIXIŞMAZLAR...Tərcümə:Musalı Azər
['qadın', 'müsəlman qadın']
4,876
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7265/t%C9%99k-qollu-%C3%A7empion.html
Tək qollu çempion
ORIGINAL
Düşündürücü hekayələr
2 okyabr 2011, 01:37
Bir çox insan əksik olduğu yönlərini göstərmək istəməz. Əksikliklərini hərkəsdən gizlətmənin daha böyük əksiklik olduğunu başa düşməz. Aşağıdakı hekayəni oxuduğunuzda bir əksikliyin necə üstünlüyə çevrilməsini görəcəksiniz.9 yaşındakı yaponlu uşağın ən böyük xəyalı bir gün çox yaxşı cüdoçu olmaq idi. Çox təssüf ki,avtomobil qəzasında sol qolunu itirir. Həm balaca,həm də ailəsi bundan dolayı çox sarsıntı keçirir. Ailəsi sırf övladları vaxtını yaxşı keçirsin deyə, Yaponların cüdo üzrə ən tanınmış müəllimlərdən birini tutUrlar. Müəllim uşağa tək qolla edə biləcəyi yeganə fırlatma hərəkətini öyrədir. Gecə gündüz uşaqla ancaq bu hərəkəti məşq edirlər. Bir müddət sonra uşaq hərəkəti çox yaxşı və daha sürətli bir şəkildə eləməyə başlayır, amma müəllimi hər gün saatlarca eyni hərəkəti adətə əzbərlədir. Uşaq bu hərəkətdən bezir və başqa hərəkət öyrənmək istədiyini dediyi zaman, müəllimi dünyada bu hərəkəti ən tez onun edə biləcəyi günə qədər məşq etməsini və başqa hərəkət öyrətməyəcəyini deyir. Bir müddət sonra uşaq bu hərəkəti ildırım sürəti ilə eləməyə öyrənir. Uşağın müəllimi artıq bir yarışmaya qatılmanın zamanının gəldiyini deyir. Bu mümkün deyildi. Tək qollu cüdoçu tək hərəkətlə yarışmaya qatılacaq. Uşaq etraz etdikcə müəllimi " Sən öyrəndiyin hərəkəti elə,qalanını fikirləşmə" deyə nəsihət verər. 1 ci tur, 2 ci tur deyərkən uşaq turları rahat şəkildə keçər və finala gəlir. Tək hərəkət bilməklə finala qədər gələn uşağın finladakı rəqibi bölgənin ən yaxşı cüdoçusu olur. Uşaq böyük cüssəli rəqibini görüncə qorxar. Müəllimi yenə də olduqca sakitdir, " Övlad sən bu hərəkətinlə dünyada təksən onu elə bəs edər" deyir. Uşaq rəqibinə öz bildiyi hərəkəti ildırım sürəti ilə edər, rəqib qalxdıqca eyni hərəkəti yenə tətbiq edir. İnanılmaz,olan olmuşdu. Uşaq tək qolla tək hərəkəti sayəsində çempion olmuşdu. Uşaq qalibiyyətin həyəcanı ilə müəllindən soruşar "İnanan bilmirəm mən necə çempion oldum? " Müəllimi yenə də sakit bir halda belə cavab verər. "Bu zəfərin iki sirri var oğlum. Birincisi cüdonun ən çətin hərəkətlərindən birini çox yaxşı eləyə bilməkdir. İkincisi Bu hərəkətə qarşı tək bir qorunma vardır. O da hərəkəti tətbiq edənin sol qolunu tutmaq! " Tərcümə:Şəbnəm Hümbətova
['düşündürücü hekayələr', 'motivasiya', 'uğur psixologiyası']
4,877
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7264/sehirbaz-v%C9%99-qoyunlar-haqq%C4%B1nda-prit%C3%A7a.html
Sehirbaz və qoyunlar haqqında pritça
Nailə_Rzayeva
Düşündürücü hekayələr
2 okyabr 2011, 00:10
Meşə arasında geniş talada böyük sürüsü olan bir sehrbaz yaşayırdı. Hər gün o sürüdən bir qoyun yeyirdi. Lakin qoyunlar sehrbaza çox çətinliklər yaradırdılar, belə ki, onların hər biri meşənin bir tərəfinə qaçır, sehrbaz isə onlardan birini tutmalı, digərlərini isə yenidən sürüdə toplamalı olurdu. Əlbəttə ki, tutulan qoyun öldürüləcəyini hiss etdiyi üçün qışqırmağa başlayır və bu da digər qoyunları qorxudurdu. Vəziyyəti belə görən sehirbaz hiylə işlətmək və qoyunların hər biri ilə təklikdə danışmaq qərarına gəlir. Birinə deyirdi: “ Sən qoyun deyilsən, sən də mənim kimi bir insansan. Qorxmağın üçün heç bir səbəb yoxdur, axı mən yalnız qoyunları yeyirəm, sən isə bu sürüdə yeganə insansan və deməli mənim dostumsan.” Digərinə deyirdi: “ Niyə digər qoyunlar kimi məndən qaçırsan? Axı sən aslansan və heç nədən qorxmamalısan. Mən yalnız qoyunları yeyirəm, sən isə mənim dostumsan” Başqa birinə isə “Sən qoyun deyilsən, sən canavarsan. Hörmət etdiyim canavar. Mən həmişəki kimi hər gün bir qoyun tutub öldürəcəyəm, amma sən canavar olduğun üçün heç bir qorxun olmamalıdır. ” deyirdi Bu minvalla o hər qoyunla təklikdə danışır və hər birinə qoyun olmadığını, digərlərindən fərqləndiyini təlqin etməyə çalışırdı. Bu danışıqlardan sonra qoyunların davranışı dəyişməyə başladı. Onlar artıq qorxmur və meşəyə qaçmırdılar. Və sehirbaz hər dəfə bir qoyunu öldürdüyü halda digərləri özlüyündə “ Aha növbəti qoyun öldü, mən isə sehirbazın ən yaxşı dostu olan “insan”, “şir”, “canavar” və s. heç nədən qorxmamalıyam” deyə düşünürdülər. Hətta öldürdüyü qoyunlar da müqavimət göstərmirdilər. Sehirbaz sadəcə olaraq onlara yaxınlaşır və deyirdi : “Əziz dostum uzun zamandır ki, səninlə heç söhbət etmirik. Gedək evimə, səninlə sürü barədə məsləhətləşmək istəyirəm”. Qoyun isə böyük qürur hissi ilə sehirbazın arxasınca gedirdi. Orada o doğrudan da sürü haqqında soruşur, qurban isə sevinclə ona hər bir məlumatı veridi. Daha sonra isə sehirbaz onu öldürürdü. Bu ani baş verdiyi üçün qurban heç nə hiss etmirdi. Sehirbaz çox razı idi. Hər bir qoyuna özünü yüksək qiymətləndirmə təlqin etmişdi və nəticədə onlar qaçılmaz olmayan ölüm haqqında düşünmür, həyatdan zövq alırdılar. Ən maraqlısı isə odur ki, bəzən onlar sehirbaza digər qoyunları tutmaqda da köməklik edirdilər. Belə ki, sürüdən bir qoyun şübhələnməyə başladıqda özünü insan, şir, canavar hesab edən qoyunlar bu barədə sehirbaza dərhal məlumat verər və o da həmin qoyunu öldürərdi. Beləcə sehirbaz böyük bir sürünü rahatlıqla idarə edirdi. Bax belə bir pritçadır. Bəs siz özünüzü kim hesab edirsiniz-şir, canavar, bəlkə də insan? Tərcümə: Rzayeva Nailə Həmçinin bax: Gözəl hekayələr və Maraqlı pritça
['pritça', 'hekayə', 'təmsil', 'yalan', 'fərqli düşüncə', 'fərqli özünüqiymət']
4,878
https://kayzen.az/blog/ad%C9%99tl%C9%99r/7263/oturub-durmaq-ad%C9%99tl%C9%99ri,-h%C9%99r%C9%99k%C9%99t-v%C9%99-s%C3%BCkut-qaydalar%C4%B1.html
Oturub – durmaq adətləri, hərəkət və sükut qaydaları
Xrizoberil
adət-ənənələr
1 okyabr 2011, 23:16
Çox yüngül yeriyib tələsməməlidir: bu, yüngüllük və yelbeyinliyə dəlalət edər; çox ağır yeriyib ləngiməməlidir: bu, kəsalət və tənbəlliyə dəlalət edər. Təkəbbürlü adamlar kimi  özünü çəkə - çəkə yeriməməli, arvadlar və ədabazlar kimi özünü burcuda - burcuda irəliləməməli, əllərini yanına sıxmamalı və yellədə -yellədə getməməlidir. Bütün hallarda həddi gözləməlidir. Yeriyəndə çox o yan - bu yana baxmamalıdır, bu, gözüaydınıq, huşu yerində olmayanların işidir; həmişə başını aşağı salmamalıdır, bu, qəmli, kədərli və fikri yerində olmayanların işidir.  Minməkdə də orta həddi gözləmək lazımdır. Oturmaqda da belə edilməlidir: ayağını uzatmamalı, ayaqlarını bir-birinin üzərinə aşırmamalı, dizi üstə oturmamalı. Dizi üstə yalnız şah, müəllim, ata- ana və bunlara bərabər adamlar qarşısında oturarlar. Başını dizi üstdə qoymamalı, əlinə dayamamalı, bu, qəm və kədər əlamətidir; boynunu yana əyməməli, saçı və bədəninin başqa üzvü ilə oynamamalı, barmağını ağzı - burnuna soxmamalı, barmaqlarını və bədəninin başqa üzvlərini şaqqıldatmamalıdır. Bərkdən əsnəməməli, camaatın qabağında uzanmamalı, adamların yanında burnunun fırtığını yerə atmamalı, eləcə də tüpürməməli; çox ehtiyac olduqda elə etməlidir ki, camaat səsini eşitməsin, boş əli, ətəyi, qolu ilə ağız - burnunu silməməli, çox tüpürməyi adət etməməlidir. Bir məclisə getdikdə öz yerini bilməli, nə yuxarı, nə də aşağıda oturmamalıdır. Oturan adamın ən böyüyü odursa, harada gəlsə otura bilər, harada otursa, ora məclisin başı hesab edilər. Qərib isə öz yerində oturmasa, başa düşdükdə öz yerinə keçməli, öz yerini tutulmuş görsə, hay - küy qaldırmadan, ürəyinə bir şey salmadan, üsulluca məclisi tərk etməlidir. Camaat arasında əlində və üzündən başqa heç yeri açıq olmamalı, böyüklərinin yanında ayağı yalın, dizi çırmaqlı gözləməməli, heç yerdə, istər təklikdə, istərsə cütlükdə dizdən göbəyə qədər bədəni çılpaq görünməməlidir. Bir adamın hüzurunda yuxulamamalı, dalı üstə də yatmamalı, xüsusilə xoruldayan olsa, çünki dalı üstə yatmaq xorultunun səsini artırar. Camaat arasında yuxu güc gəlsə, durub gəzməli, mümkün deyilsə, bir şey haqqında fikirləşməklə yuxuya qalib gəlməli, mürgüləməməlidir. Əgər camaat içərisində olsa və hamı yatsa, onlara qoşulmalı, ya oradan çıxmalı, yatanlar içində tək oyaq qalmamalı, ümumiyyətlə, elə etməli ki, bir məclisdə heç kəsə yük olmamalıdır. Bu adətlərin bəziləri ona çətin görünsə, öz - özündə fikirləşməlidir ki, bu ədəb üçün sərf edilən zəhmətə, tənbeh və məzəmmətə dözmək ədəbsizlik üzündən baş verə biləcək əzab və məşəqqətdən yüngüldür, onda asan görünər. Mənbə: Nəsirəddin Tusi  "Əxlaqi - Nasiri"
['ədəb', 'mərifət']
4,879
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7261/son-anda.html
Son anda
umud600
Düşündürücü hekayələr
1 okyabr 2011, 20:36
Qiyamət qopmuşdu. Böyük izdiham vardı. Hər tərəf insanla dolu idi. Kimi çaşıb-qalmış, hərəkətsiz halda ətrafına baxır, kimi sağa-sola qaçır, kimisi də diz çöküb əlləri ilə başını tutaraq gözləyirdi. Ürəyi az qala yerindən qopacaqdı.Bədənini buz kimi soyuq tər basmışdı. Həyatda ikən qiyamət,sorğu-sual,misan-tərəzi haqqında çox eşitmişdi. Amma məhşər meydanındakı ürpərti ,qorxu və intizarın bu qədər dəhşətli olacağını hrç düşünməmişdi. Hər kəs öz növbəsini gözləyirdi: vaxtı çatan hesab verməyə çağrılırdı.Bu vaxt onun da adını çəkdilər.Heyrətlə "Mənimi çağırırlar?!"-deyə sağa-sola baxdı.İzdihamın ortasından ona bir yol açılmışdı.Məhşər xidmətçilərindən ikisi qollarına girdi.Camaatın arasından çaşqın baxışlarla gedirdi.Mərkəzi meydana çatanda xidmətçilər yanından ayrıldı.Başını aşağı salmışdı,bütün həyatı gözlərinin qabağından keçirdi.Öz-özünə "Şükürlər olsun,-dedi,-dünyaya gəldiyim evdə həmişə dini yaşayan gözəl insanlar gördüm.Atam ibadətlərinə həssas yanaşar,dostları ilə heç bir dini söhbətdən qalmaz,malını islam yolunda xərcləyərdi.Anam da onun kimi.Mən də həmişə belə oldum.İnsanlara xidmət etməyə çalışdım,onlara Allahdan danışdım.Namazımı qıldım,orucumu tutdum.Bütün fərz ibadətlərini yerinə yetirdim.Haramlardan çəkindim..." Yanaqlarından yaş süzülə-süzülə:"Rəbbimi sevirəm,heç olmasa,sevdiyimi zənn edirəm,"-deyirdi,amma bir tərəfdən də :"Onun üçün nə etsəm,azdır.Cənnəti qazanmağa bəs eləməz.Ancaq yeganə sığınacağım,pənah yerim Allahın mərhəməti və əfvi!"-deyə düşünüürdü. Hesab uzun çəkdi.Sel kimi tər axırdı bədənindən.Gözlərini tərəzinin milinə dikib nəticəni gözləyirdi.Hökm nəticədən sonra  veriləcəkdi.Oradan çıxarıb əvvəlki yerinə gətirdilər.Bir az sonra mələklər məhşər meydanındakı izdihama tərəf döndülər.Əvvəl adı oxundu.Ayaqları titrəyirdi.Ayaq üstə durmağa taqəti qalmamışdı.Gözlərini yumub hökmə qulaq kəsilmişdi. Məhşərdəki kütlədən bir uğultu yüksəldi.Qulaqlarına inanmadı,adı cəhənnəmə gedənlər sırasında çəkilmişdi.Diz çökdü."Ola bilməəəzzzz!"deyə qışqırdı.Sağa-sola vurnuxdu.Mən necə cəhənnəmlik ola bilərəm?Ömrümü Allah yolunda xidmət edən insanlarla keçirdim.Onlarla birlikdə çalışdım.Daima Rəbbimdən danışdım.    Leysan kimi axan göz yaşları titrəyən vücudunu isladırdı.Mələklər qollarından tutub alovları göylərə yüksələn cəhənnəmə doğru çəkməyə başladılar. Çırpınırdı."Bir aman yoxdurmu?Bir kömək edən çıxmayacaqmı?"Kəlmələr qırıq-qırıq çıxırdı."Oruclarım...Oxuduğum "Quran"lar...Namazlar...Heç biri məni xilas etməyəcək?"-deyirdi.Qışqıra-qışqıra yalvarırdı.Alov dilimlərinə az qalmışdı.Başını geriyə çevirdi.Son çırpınışları idi. Rəsulullah"Birinizin qapısından bir çay axsa və hər gün bu çayda beş dəfə yuyunsa,vücudunda kirdən əsər-əlamət qalarmı?Beş vaxt namaz da bunun kimidir.Allah onların sayəsində bütün günahları silər"buyurmamışdımı?Son dəfə "Namazlarım da məni xilas etməyəcək"deyə düşündü",Namazlarım,namazlarım!"deyə hıçqırıqlar içində boğuldu. Mələklər onu dibi görünməyən cəhənnəm çuxurunun başına gətirdilər.Son dəfə dönüb geriyə baxdı.Artıq gözləri qurumuş,ümidləri sönmüşdü.Başını aşağı əyib iki büklüm oldu.Qollarını sıxan barmaqlar boşaldı.Mələklərdən biri onu çuxura itələdi.Birdən özünü boşluqda hiss etdi və alovlara yuvarlandığını gördü.Bir qədər düşmüşdü ki,qolundan bir əl yapışdı.Onu uzun ,ağ saqqallı bir qoca tutmuşdu qollarından.-Siz kimsiniz?-dedi.Qoca gülümsündü:-Mən sənin namazlarınam.-Niyə bu qədər gec gəldiniz?Son anda yetişdiniz.Az qala düşmüşdüm. Qoca acı-acı gülümsəyərək:-Sən də məni ən son anda qılırdın,xatırladınmı?-dedi. Gözlərini açanda yatağı suyun içində idi.Bir içini çəkdi."Əlhəmdulillah,çox şükür ki,yuxu imiş,"-dedi.Sonra çöldən gələn səsə dinşədi.Sübh namazının azanı oxunurdu.Yerindən ox kimi sıçrayıb dəstəmaz almağa qaçdı.
['düşündürücü hekayə', 'ibrət dərsi']
4,880
https://kayzen.az/blog/az-proza/6123/yas%C9%99m%C9%99n-%C9%99tirli-q%C9%99bir-%7C-sabir-az%C9%99ri.html
Yasəmən ətirli qəbir | Sabir Azəri
Muza
Azərbaycan ədəbiyyatı
1 okyabr 2011, 17:10
Dava qasırğa kimi başladı-əvvəlcə heç kimin ağlına gəlməzdi ki, bu, doğrudan da qasırğaya çevriləcək, fəlakət törədəcək, çünki zəif bir dalğa idi: iki qonşu uşağın arasında baş vermişdi, daha doğrusu, onlar tərəfindən yaradılmışdı. Sağ tərəfdəki qonşunun uşağı Rəhmanın səsi həyətlərin ikisini də başına götürmüşdü: - Anaaa! Babaaa, yasəmənimiz çiçəkləyib! Gəlin, baxın, görün nə boyda gül açıb! Rəhmanın anası da, babası da çölə çıxdılar və onun yanına gələndə heyrətlərindən dondular - soldakı qonşunun uşağı Kamran nazik, az qala tamam qurumuş görsənən yasəmən çubuğunu iki araya basdıranda inanmırdılar ki, o bitəcək. Düzdür, əvvəlcə Rəhmanın atası deyinmişdi ki, o niyə ağacı bizim evin arxasına basdırır? Rəhmanın nənəsi acıqlanmışdı ki, a bala, əvvəla, ora boş, istifadəsiz yerdir, o biri yandan da iki arada basdırır; həm də nə pis iş görür ki, yasəməndir, ətri onlara da yayılacaq, bizə də! Bununla da ara sakitləşmişdi. Amma Rəhmanın atası ürəyində, başqa şey fikirləşmişdi; "qoy basdırsın, böyüyüb ərsəyə gətirsin, sonrasına baxarıq." -Maşallah! Maşallah! Kim inanardı ki, bu çəlimsiz pöhrə əmələ gələcək, üstəlik, birinci ilində çiçəkləyəcək! Kamrana halal olsun, bax, əziyyət çəkmək belə şeydir, adamın zəhmətini yerə vurmur. Rəhman kükrədi: - Yox, baba, bu yasəmən bizim evin arxasındadır, deməli, mənimdir. Səsə-küyə yuxudan oyanıb çölə çıxan Kamran da coşdu: - Yox, yasəmən mənimdir. - Mənimdir! - Rəhman ona qıcandı. - Onu sən əkmisən? Bu neçə ayda sən sulamısan? Dibini sən boşaltmısan? Otunu-alafını sən təmizləmisən? Heyvanlar ayaqlamasın, yeməsin deyə ətrafına məftildən hasarı sən çəkmisən, yoxsa mən? Rəhman bu sözlərin qabağında bir anlığa susdu, çünki Kamran haqlıydı, doğrudan da, yasəməni əkən də, ərsəyə gətirən də o idi... Bu arada Rəhmanın atası da peyda oldu və oğlunu doluxsunmuş görəndə kükrədi: - Noolub? Nə mərəkədir qoparmısınız? Uşaq niyə ağlayır? Rəhman hıçqırdı: - Ata, yasəmənimiz çiçəkləyib, Kamran deyir mənimdir. - Kamran qələt eliyir. - Qələti Rəhman eliyir, onu mən... - Kamran sözünü bitirə bilmədi, çünki Rəhmanın atası onu necə itələdisə, uşaq arxası üstə sərildi, amma tez də qalxdı, onun yaxasından yapışıb dartışdırdı.- Yasəmən mənimdir! Mənimdir!- Onun hıçqırığına anası da bayıra çıxdı. Anasını görəndə Kamran Rəhmanın atasının yaxasını bir az da bərk dartışdırdı və köynəyinin alt düymələrini qopartdı. Rəhmanın atası Kamranı əllərini yaxasından qoparıb itələdi. Kamran təzədən yerə sərildi və dodaqları yarıldı. Uşağının ağzını qanlı görən ana irəli şığıdı: - Biqeyrət! Uşağa əl qaldırırsan? Onu tək görmüsünüz? Vicdan Həsənin nəvəsinə əl qaldırırsınız? Vallah, qadınlığımla sizin hamınızı baltalayaram! Dayan, saqqallı biqeyrət, qoy onun atası, babası gəlsin, görüm onlara nə cavab verəcəksiniz! - Atası da gəlsin, babası Həsən də, onun babası da! Mənim heç kəsdən qorxum yoxdur! Mənə də erməni başı kəsən Alış deyərlər! - Sən erməni başı kəsən yox, meyid alverçisi olubsan! Binamus, biqeyrət olubsan! Bizimkilərin meyidini ermənilərdən alıb özümüzünkülərə satıbsan, onalarınkını o tərəfə. - A bala, heç nədən araya dava salmayın, neçə ilin qonşusuyuq! Alış, sən də uşaq davasına qoşulma! - Dədə, bu, uşaq davası deyil, prinsip məsələsidir. Oğlum böyüyür, büyün-sabah evlənəcək. Bəlkə ona burda ev tikdirdim, onda onsuz da bu ağacı kəsdirəsi olacam. - Mənim yasəmənimi heç kim kəsdirə bilməz! - Mən kəsdirim, siz də baxın. - Baxarıq!-Kamran ona yumruğunu göstərdi. - Kəs səsini, küçük! - Küçük sənin oğlundur! - Kamranın anası qapıdakı baltanı götürəndə Alışın anası qışqırıb oğlunu içəri apardı. Alış dartınıb eləmədi... * * * Kamranın atası Teymur işdən yorğun-arğın gəlmişdi, bərk ac olsa da, çörəyini də könülsüz yeyirdi, arvadı bayaqdan nə isə ötürdü, amma Teymur eşitmirdi, onun beynindən bircə fikir keçirdi- yeməyini tez bitirib, çayını içib yerinə girib yatsın, bütün günü daşıdığı daşın, palçığın ağrısı canından çıxsın. Bina qalxdıqca fəhlələrin əzabı daha da artacaq. Çayı içəndən sonra arvadı, yenə nəsə deyəndə Teymurun hövsələsi tamam daraldı. - Bayaqdan ağcaqanad kimi qulağımın dibində nə ötürsən, aydın danış görüm. - Arvadı oğlunun qolundan tutub gətirdi. Teymur oğlunun dodağındakı qurumuş qanı görəndə diksindi- Buna noolub? Yenə yıxılıb? - Arvadı əhvalatı danışdı. - Nəəə? Yəni Alış belə qudurub ki, mənim uşağıma əl qaldırır? Bu dəqiqə gedib onun başını it başı kimi əzəcəm! Teymur da atası kimi sakit adam idi, amma qızanda üzünü görməyəsən! Arvadı qorxuya düşdü, əhvalatı ərinə danışdığına peşiman oldu: - Teymur, qurbanın olum, sən də bir yandan mərəkə qopartma, qonşuluqda ayıbdır. - Bunu o biqeyrət də başa düşməliydi, uşağa əl qaldırmamalıydı. - Teymur, uşaqlar dalaşar da, barışar da... - Bunu o binamus da anlamalıdır! Teymur yerindən necə atıldısa, arvadı əl atıb qolundan tutmağa macal da tapmadı. Teymur qonşu həyətdə bar-bar bağırırdı: - Alış! Çölə çıx, Alış! - Alışın əvəzinə anasıyla atası çıxdı. - Hanı o biqeyrət oğlunuz? Belə qudurub ki, mənim uşağımı vurur, arvadımı hədələyir! Deyin, çölə çıxsın, mənim cavabımı versin! - Teymur, dərdin ürəyimə, bir iş idi oldu, keçdi. Alış da çöldə kiminləsə ağızlaşıbmış, qanı bərk qara gəlmişdi. Alışın atası da oraya girdi. - Bala, neçə ilin qonşusuyuq, lənət şeytana deyin. - Bunu o yaramaz oğluna başa salaydın. - Onun dərsini vermişəm. - Qoy çıxsın, danışaq. - Evdə yoxdu, dərdin ürəyimə, atası itin sözünü dedi, xəcalətindən baş götürüb harasa əkildi. - Bəxti kəsdi ki, evdə olmadı. Alış içəridəydi və bu sözlərin hamısını eşidirdi, Teymurun tərsliyini, qızanda gözü heç nəyi və heç kəsi görmədiyini o da yaxşı bilirdi. Bu söz-söhbəti axşam Vicdan Həsən də bildi. Lakin heç nə demədi, özü kəsdiyi tənbəkidən - hökumət siqaretləri onun yanğısını söndürmür, doyurmurdu- bir üzün eşmə düzəldib axıracan sümürdü.Yalnız bundan sonra başını qaldırıb arvad-uşağın üzünə baxdı və heç kəsin gözləmədiyi bir sual verdi: - Evimizi satıb başqa kəndə, ya da şəhərə köçmək istəyirsiniz? Oğlum, ilk cavabı səndən eşitmək istəyirəm. - Dədə, evimizi niyə satırıq? Bura bizim dədə-baba yurdumuzdur, burda onnarın ruhu var. - Onda qonşularla yola getməliyik. - Qonşu alçaqdırsa? - Yenə yola getməliyik. Unutmayın, İnsanların hamısını Tanrı yaratsa da onların hamısı eyni olmur. Kamran gəlib babasına qısıldı və doluxsunmuş dedi: - O yasəməni mən basdırmışam, baba, nə əzabla böyütmüşəm, indi Alışın oğlu deyir mənimdi. Vicdan Həsən nəvəsin sinəsinə sıxdı. - Sən çox vacib iş görmüsən, mənim balam. Sən artıq bu yaşında çox böyük bir savab qazanmısan. Elə yaşlılar var ki, ömrünün sonunacan belə bir savab iş görmür. O ağacın savabını uca Tanrı həmişəlik sənə bağışlayıb, Alış və ya oğlu nəkarədirlər ki, onu sənin əlindən alalar. Vicdan Həsənin tək sözləri yox, səsinin ahangi də ətrafındakılara qəribə, sehrli sakitlik gətirirdi, kənddə hələ heç kəs onun sözünü kəsməmişdi, əksinə, o danışanda hamı qulaq kəsilirdi. Və bütün kənd üçün bu bir sirr idi. Heç kəsin aça bilmədiyi bir sirr. Kamranın atası kimi, anası da, özü də tamam sakit­ləşmişdilər, hətta anası bu toqquşmanı ərinə danışdığına peşiman olmuşdu. * * * Mayın ortaları idi, ağacların hamısı hələ tamam yaşıllaşmamışdı- nar təzə-təzə çiçəkləyirdi, tutun da yarpaqları bapbalaca idi. Amma baharın qəribə sehri var, lap ilk gəlişindən, ağaclar hələ çılpaq ikən, o qupquru budaqlarından da bir yaşıl ətir duyulur; bəzən yerdə qar qalsa da, torpağın nəfəsi, istisi hiss olunur və bu isti qarın soyuqluğunu, adamın canındakı ağrını-acını unutdurur, Teymur da kürkünü soyunub tut ağacının yan budağının üstünə sərib, odun yarırdı, anası demişdi ki, xəmrəli bişirəcək. Teymur hətta tərləmişdi, baltanı necə zərblə endirdisə, duyunlu kötük paralandı, bir tayı sıçrayıb Alışgil tərəfə uçdu, yerə dəyib diyirlənə-diyirlənə eyvanın altına getdi. Alış səsə diksindi, başqa vaxt olsaydı çıxıb deyişərdi, amma səhərki davanı xatırlayıb, üstəlik də Teymurun əlindəki ağzı ovxarlanıb par-par parıldayan baltanın boz sifətini görüb dinmədi, hətta niyəsə ona elə gəldi ki, Teymur o cür hirsli-hirsli tut kötüyünü yox, onun qol-qıçını doğrayır. Teymur özü pərt oldu, gedib yarmaçanı götürdü və sevindi ki, bunu qonşulardan görən olmadı. Odun yarılıb qurtarmışdı, ocaq çatılıb sac asılmışdı. Teymur közərən ocağa, közərib qızaran saca tamaşa etməyi, təzə bişən xamralının ətrini qoxulamağı, arasına pendir qoyub yeməyi yaman xoşlayırdı. Xüsusən pendir təzə, yağlı olanda, isti çörəyin arasında əriyir, bir ayrı ləzzət verirdi. Ona görə də axşam yeməyini yeni bitirsə də isti xamralı ilə təzə pendirdən doymaq bilmirdi. Alış ürəyində Teymuru söyürdü, çünki o da həyətə çıxmaq istəyirdi, lakin Teymurla üz-üzə gəlməkdən ehtiyat edirdi, "it oğlu it,- deyirdi- elə bil aclıqdan çıxıbdır, keç xarabana, nə qədər tıxırsan, tıx!" Əslində Alışın da ürəyindən isti xamralı ilə pendir keçirdi. Axırda dözməyib o da bir fətiri peçin üstündə isidib pendir dürməyi düzəltdi və iştahla yedi. * * * Kamran axşam çoxlu turşu yediyindən o ki var su içmişdi, gecə neçə dəfə ayılıb bayıra çıxmışdı. İndi də bərk darıxdığından özünü həyətə zorla çatdırdı. Rahatlanandan sonra dala qayıdanda gözü yasəmən ağacına sataşdı. Səhərin alatoranında ağac bir az da balaca görünürdü. Havanı ha qoxuladısa yasəmən ətri hiss etmədi. Bu nədir, özgə vaxtı yasəmən ətri onu dərhal, həm də uzaqdan vururdu. Xüsusən də səhərlər bu ətir daha güclü olurdu. Kamranın gözündən yuxu tökülsə də özünü saxlaya bilməyib getdi, gördüyünə inanmayıb ağacı başdan-ayağa, dönə-dönə əli ilə yoxladı və axtardığını tapmayanda var gücüylə bağırdı: - Ataaa! Teymur da, anası da, hətta kiçik qızı da səksənib çölə yüyürdülər və Kamranı yasəməni qucaqlayıb hıçqıran görəndə qorxuya düşdülər. Üçü də birdən soruşdu: - Noolub, niyə ağlayırsan? Kamran bir az da bərk hönkürdü. - Görmürsünüz? - Nəyi? Ağac ki, yerindədi, daha niyə ağlayırsan? - Görmürsünüz, bircə salxım gülü vardı, onu da qoparıblar! - Necə yəni qoparıblar? Kim qoparıb? Niyə qoparıb? - Ana, mən hardan bilim. Qoparıblar, namərdlər. - Elə bil Kamranın əziz bir adamını öldürmüşdülər, zarıyırdı. - Bəlkə heyvan-zad yeyib. - Ata, görmürsən, salxımı dibdən bıçaqla kəsiblər. - Köpəyuşağı. - Ağzını təmiz saxla, Teymur! Teymur Alışa qanlı-qanlı baxdı. - Deməli, sənin işindi. Deməli, uşağın yasəmənini... - Bu yasəmən təkcə sizin uşağın deyil ki... - Onu Kamran əkib. - Amma bizim evin arxasında əkib, deməli, həm də bizimdir. - Alış, deyəsən, ölümün gəlib. - Hələ bilmək olmaz kimin ölümü gəlib, - Alış pencəyinin döş cibindən bir çörək bıçağı çıxaranda Teymurun arvadı qıyya çəkdi, Teymur dala dönəndə Alış elə bildi ki, qorxub qaçır, bir az da kükrədi və özünü elə göstərdi ki, onun dalınca yüyürəcək... Və ... tez də dayanmalı oldu, çünki Teymur əlində balta qayıdırdı. Teymurun arvadı, indi də onun qabağını kəsib yalvardı. - Teymur, uşaqlıq eləmə, baltanı mənə ver! - Teymur onu necə itələdisə, arvadı səndələdi, amma yıxılmayıb Teymurun ayaqlarına sarıldı! - Qurbanın olum, bizi qana batırma! Yasəməndi, qırıblar, cəhənnəmə qırsınlar. - Ağız, söhbət yasəməndən getmir, bu oğraş, göz görəsi bizə sataşır. Onu birdəfəlik susdurmasam nə o rahatlanacaq, nə də mən. - Yenə Alışa tərəf şığıyanda onun anası da, arvadı da çölə çıxdılar və Alışın başının üstündə balta görəndə şivən qopardılar: - Ay haray, qoymayın, oğlumu öldürürlər! - Ana özünü Teymurla oğlunun arasına atdı. Vicdan Həsən də arxadan özünü yetirib oğluna sillə vurdu, bunu gözləməyən Teymur hirsli-hirsli geri çevriləndə qolu boşaldı, Vicdan Həsən baltanı oğlunun əlindən alıb onu itələyə-itələyə həyətlərinə qaytardı. - Bu nə oyundu açırsan? - Oyunu mən yox, Alış açır, üstümə xəncər boyda bıçaqla gəlmişdi, mən neyləməliydim? - Səbr eləməliydin. Lənət şeytana deməliydin. Hər axmağın hədə- qorxusuna baltayla cavab versən, hər gün qan su yerinə axar. - Səsinin titrəyişindən hiss olunurdu ki, Vicdan Həsən də hirslənibdir, sadəcə olaraq, qəzəbini içində boğur. - Həsən baba, bu nə hərəkətdi, oğlun törədir? Vicdan Həsən çevrilib Alışın arvadına tərs-tərs baxdı, lakin dinmədi. Gəlin bunun mənasını anlamaq əvəzinə elə bildi, kişi qorxdu, bir az da kükrədi: Alış yiyəsizdi ki, oğlun ona balta çəkir? Bunu yazıb polisə versək halı necə olar? Bunu qanır Teymur? Teymur atasının əlindən qopub ona tərəf yeridi. - Məni polislə qorxuzursuz? Gedin, verin, mənim də deməyə sözüm olar. - Nə sözün olacaq, ə? Əli baltalı sən idin, yoxsa mən? - Bə əli bıçaqlı birinci mənim üstümə yeriyən kim idi? - Kəsin səsinizi! Yaramazlar! Neçə ilin qonşuluğunu tapdalayırsınız! Nəinki qonşular, heç Teymurgil də atalarının belə qışqırdığını eşitməmişdi. Hamı susdu, sanki qurbağa gölünə daş atıldı. Amma bu, çox çəkmədi, əvvəlcə arvadlar, sonra uşaqlar, axırda Teymurla Alış təzədən deyindilər. Düzdür, hərə öz həyətinə çəkilmişdi və aralıdan sözləşirdilər. Hamısının da gözü Vicdan Həsəndəydi. O da həyətdə əsəbi-əsəbi var-gəl edirdi. Teymuru əliyalın, xüsusən də atasının yanında dinə bilmədiyini görüb Alış ürəkləndi və ona qıcandı: - Halına baxarsan! Teymur dözməyib, atasını da unudub onun üstünə şığıyanda arvad-uşaq təzədən şivən qopardı. Vicdan Həsən yerdən bir çubuq götürüb oğlunun belini ölçdü. Teymur yerindən tərpənmədi də. Alış isə özünü içəri saldı. Vicdan Həsən oğlunu hələ də çubuqlayırdı: - Yəni belə qudurubsan ki, arvad-uşaq, ağsaqqal da qanmırsan. - Dədə... - Azar dədə, çor dədə...- Qəfildən Vicdan Həsən yıxıldı və başladı çabalamağa, ağzından köpük gəldi. Teymur, anası, Kamran onu qucaqladılar. - Dədə, sənə qurban olum, məni bağışla. Səhv eləmişəm... Qələt eləmişəm... Vicdan Həsən isə artıq tərpənmirdi, gözləri açıq olsa da, şüşə kimi donuq idi. Teymurun anası saçlarını yolurdu: - Evim yıxıldı, ocağım söndü, ay camaat, dağ boyda kişi öldü. Hamı donub qalmışdı, Alışın anasıyla arvadı da qorxudan tir-tir əsirdilər, Alış da qapının ağzında qurumuşdu, istəyirdi Vicdan Həsənə yaxınlaşsın, lakin Teymurdan qorxurdu. Qonşular da yığışdılar. Heç bir saat keçmədi ki, kənd tökülüşüb gəldi. Ağsaqqallar Teymurla, anasıyla məsləhətləşəndən sonra belə qərara aldılar ki, hava isti olduğuna görə meyidi saxlamasınlar, elə bu gün dəfn etsinlər... Vicdan Həsənin cənazəsini qəbiristanlığacan-iki kilometr yolu camaat çiynində gətirdi. Baxmayaraq ki, şofer Həsənpaşa təzəcə aldığı, hələ xeyirə işlənməmiş QAZELini onun üçün gətirmişdi. Hətta ona irad tutan da olmuşdu ki, maşının ilkini xeyirə işlədərlər. Həsənpaşa da cavab vermişdi ki, kəndimizin Vicdanı üçün sürmək özü ən böyük savab qazanmaqdır. Həsənpaşa boş qalmış maşını, odur bax, qəbirstanlığın girəcəyində saxlayıbdır. Yolboyu hamı çalışırdı ki, çiynini Vicdan Həsənin tabutunun altına versin. Teymur yolun yarıdan çoxunu tabutun altından çıxmadı, çiyni, sağ əlinin içi sızıldayırdı, amma yerini heç kəsə vermirdi. Qəfildən bir yüngüllük duydu- cənazə yuxarı qalxdı. Geri çevriləndə gördü ki, arxasındakı hündür boylu Alışdır. Tutuldu, lakin bu, bir an çəkdi, hətta sevindi ki, ona ağır söz demədi. Alış da bundan ürəklənib qəbrin torpaqlanmasında hamıdan çox əlləşdi, qan-tərə batmışdı, amma beli heç kəsə vermirdi, ürəyində "halal xoşun olsun, Həsən baba,-dedi,-Məni bağışla." ...Öz vəsiyyətinə görə Vicdan Həsəni ata-anasının yanında basdırdılar. Artıq onun üstündə torpaqdan, ağzı üstə çevrilmiş qayığa oxşayan təpə yaranmışdı. Molla Vəli son duasını oxuyurdu. Hamı sakit idi, kimin isə lap astadan dediyi sözlər eşidilirdi: - Kəndin Vicdanı öldü. - Ölmədi, öldürdülər. - İndən belə bizim axırımız necə olacaq? Hər şeyin itdiyi, haqqın ayaqlar altına atıldığı bir zamanda doğruyla-yalanı, mərdliklə-namərdliyi bir-birindən kim seçəcək? İkinci adamın dinməməsi qəbrin ətrafındakı adamları Vicdan Həsənin ölümündən betər üzdü, qorxutdu. Qəribəydi ki, bu zaman nazik, titrəyişli bir səs eşidildi: - Vicdan həmişəlik ölə bilməz. Heç vaxt ölə bilməz, o, yenə diriləcək! Hamı bu səsə tərəf çevriləndə mat qaldılar - bu, Vicdan Həsənin nəvəsi Kamran idi. Hamı da sevinirdi ki, nə yaxşı kimsə, uşaq da olsa, bu sözü dedi. Həm də elə inamla dedi ki, hamı sakitləşib qəbiristanlığı tərk etdi. Alışla atası da onların arasındaydı. * * * Kamran tezdən durub yasəmənin dibini qazırdı. Alışın oğlu Rəhman da oyanmışdı və çəkinə-çəkinə Kamrana yaxınlaşdı: - Niyə qazırsan dibini? - Çıxaracam. - Çıxaracaqsan? Niyə ki? - Ürəyim belə istəyir. Bundan sonra rahat olarsınız. - Çıxarma, Kamran. Qoy qalsın. Yasəmənin kökü, saçaqları göründü. Kamran onu torbaya qoyub dalına atdı. - Hara aparırsan? - Aparıb babamın qəbrinin yanında basdıracam. Rəhman da beli götürdü. Kamran bozardı: - Mənə ver. - Yox, mən də gedəcəm. Sən babanın ruhu, qoy mən də gedim. Kamran dinmədi. Onlar yasəməni Vicdan Həsənin baş tərəfində basdırdılar. Düz beş gün sonra bir möcüzə də baş verdi. Vicdan Həsənin qəbrinin yanındakı yasəmən çiçəklədi və iri bir salxıma çevrildi. O gündən o qəbir yasəmən ətirli qəbir adlandı...
['ağsaqqal', 'Sabir Azəri']
4,881
https://kayzen.az/blog/maraqli-faktlar/7260/barmaqlar-haqq%C4%B1nda-maraql%C4%B1-faktlar.html
Barmaqlar haqqında maraqlı faktlar
yravil
Maraqlı faktlar
1 okyabr 2011, 16:25
Barmaqlar haqqında maraqlı faktlar Barmaqlar həyatımız boyunca ən çox istifadə edilən bədən üzvümüzdür. Bəs onlar haqqında nə qədər məlumatımız var? Barmaqlar haqqında bilmədikləriniz. 1. Dünyanın ən böyük əlinə sahib olan insan Çində yaşayır. Lui Huanın sol əlinin başbarmağı 25 sm-dir. Onun işarət barmağının uzunluğu isə 30 sm-ə çatır. 2. Dünyanın ən çox barmağa sahib iki insan Hindistanda yaşayır. 2005-ci ildə doğulan Pranamya Menarianın və 1995-ci il təvəllüdlü Devendra Harnenin 25 barmağı var. 3. Barmaq ucları istilik və toxunma hissiyatı olan yerdir. Bədənin bu nahiyyəsi istilik, nəm, titrəməyə qarşı ən həssas yerdir. 4. Barmaqlarda bir əzələ var. O da barmaq bükümlərini hərəkət etdirir. 5. İnsanın orqanizmində testosteron hormonu nə qədər çoxdursa, üzük barmağı bir o qədər uzun olur. 6. Hind toylarında sol əl uğursuz kimi qiymətləndirildiyi üçün üzük sağ ələ taxılır. 7. Qərbdə isə nişan üzüyü sol ələ taxılır. Çünki sol əlin üzük barmağından birbaşa ürəyə gedən "Venna amoris" yəni "Sevgi damarı" var. 8. Adətən qadınların işarət, kişilərin isə üzük barmağı daha uzun olur. 9. İnsanın ən həssas barmağı işarət barmağıdır. 10. Mütəxəssislərin fikrincə, üzük barmağı uzun olan kişilər daha çox uğur qazanırlar. 11. Üzük barmağı uzun olan uşaqlar saylarla, hesabla bağlı fənlərdə daha uğurludur. 12. Çində üzük barmağı sevgini göstərən əl mimikasıdır. 13. Ən zəif barmaq üzük barmağıdır. Çünki o orta və sərçə barmaq arasında olan əzələni paylaşır. Bunun üçün də bu barmağı təkbaşına hərəkət etdirmək çətindir. 14. Hər əldə 34 əzələ, 48 sinir var. 15. Sadəcə insanlar çeçələ və başbarmağını ovuc içində birləşdirə bilər. 16. Saç və dırnaqlar quruluşuna görə eynidir. Onlar eyni maddədən ibarətdirlər. 17. Hamının barmaq izi fərqlidir. 18. Barmaqlar və ovuç içindəki dəri bənzərsizdir. Çünki bədənin başqa heç bir yerində bu qədər davamlı, həssas və tüksüz dəri yoxdur. 19. Bir dırnağın dibindən uzanması aya yaxın vaxt apara bilər. 20. Dünyada heç barmaq izi olmayan insanlar da var. 21. İnsanların öləndən sonra dırnaq və saçların uzanması barədə deyilənlər yanlışdır. Belə ki, su çatışmazlığı zamanı dəri büzüşür və dırnaq, saç köklərindən aşağı doğru çəkilir. Bu da onların uzanması görünüşünü verir.
['barmaqlar']
4,882
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7257/namaz%C4%B1n-ke%C3%A7ir.html
Namazın keçir
umud600
Düşündürücü hekayələr
1 okyabr 2011, 15:36
İslam böyüklərindən olan Bəyazid Bistami bir gecə yatıb qalır,sübh namazını qıla bilmir.Oyananda artıq günəş çıxmışdı.O qədər iztirab çəkir ki,nə edəcəyini bilmir.Ağlayır,fəryad edir."Allahım,qəflətə düşdüm,məni əfv et!"-deyib sızıldayır.Peyğəmbərimizin "Kim bir namazını qaçırsa,bütün var-dövləti,oğul-uşağı əlindən alınmış kimidir"hədisini xatırladıqca əzabı daha da artır. Bir az keçmiş namazın qəzasını qılır.Sonra başını səcdəyə qoyub Allahdan bağışlanma diləyir.Bu zaman bir səs eşidir: -Ey Bəyazid,bu günahın bağışlandı.Bu peşmançılıq və ağlamağına da yetmiş min nafilə namazı qədər savab yazıldı. Bu eşitdiklərindən ürəyinə su səpildi.Aradan bir neçə ay keçdi.Bir sabah namazı yenə az qala yatıb qalacaqdı.Ancaq bu dəfə namaz vaxtının bitməsinə bir az qalmış şeytan onu oyatdı: Qalxnamazın vaxtı çıxır,-dedi. Bəyazid onun şeytan olduğunu başa düşüb: -Ay lənətlənmiş,sən heç vaxt belə eləməzdin.Hər kəsin namazının keçməsini,qəzaya qalmasını istəyərdin,necə oldu ki,məni oyatdın?-dedi.Şeytan:-Bir neçə ay əvvəl bir namazı keçirdiyinə görə o qədər peşman oldun,ağlayıb fəryad etdin ,inlədin ki,nəinki günahın bağışlandı,hətta yetmiş min namaz savabı da aldın.Ona görə də təkcə bu namazın savabını alasan deyə səni yuxudan oyatdım.
['Düşündürücü hekayələr']
4,883
https://kayzen.az/blog/%C5%9F%C9%99h%C9%99rl%C9%99r/7254/rio-de-janeyro.html
Rio-de-Janeyro
yravil
Şəhərlər
1 okyabr 2011, 13:48
Ümumi məlumatRio-de-Janeyro San Pauludan sonra Braziliyanın ən iri şəhəridir, sahəsi 1260 kvadrat kilometrdir. «Valehedici şəhər» adlanan Rionun 13 milyondan çox əhalisi var. Onlar özlərini «karioka» adlandırır. Rio hər kəsin arzusudur. Şəhər çoxsaylı çimərliklər, müasir məhəllələr və tarixi abidələrlə zəngindir. Bundan əlavə, Rionun mərkəzindən bir neçə dəqiqə uzaqlaşdıqda siz tropik meşələrdə olacaqsınız. Şəhərin qeyri-adi aurası insanı cəlb edir, yaşamaq həvəsi oyadır və buranı tərk etmək istəmirsən. Bura, həmçinin təzadlar şəhəridir. Dağın döşündə şəhərin ən kasıb rayonları yerləşir, onlar favella adlanır. Favellalar kiçik dövlətlət hesab olunur və federal hakimiyyət onların işinə qarışmır. Bəzi favellalarda nə xəstəxana, nə məktəb, nə də adi rahatlıq var. Rio-de-Janeyro Braziliya karnavalı ilə məşhurdur. Şəhərdə çoxsaylı sambo məktəbi var ki, onlar hər il şən və rəngarəng karnavallar keçirir. Rionun həyatında idman, əsasən də futbol böyük rol oynayır. TarixiŞəhərin tarixi XVI əsrdən başlayır. Yanvarın 1-i 1502-ci ildə portuqaliyalı Andre Qonsalviş kiçik köhfəz görür. Lakin o, hesab edir ki, həmin gördüyü buxta əslində, çayın mənsəbidir və onu «Rio» (çay) adlandırır. Portuqaliya sakinləri kəşf etdikləri adalar və materiklərə həmin gün onları qoruyan müqəddəsin adını verirdilər. 1 yanvar tarixinin xüsusi müqəddəsi olmadığından onlar Rio sözünə «de Janeyro», yəni yanvar əlavə edirlər. Buna görə də Rio-de-Janeyro, həmçinin «yanvar çayı» adlanır. 1763-cü ildə Braziliyanın paytaxtı Baiya artıq nüfuzunu itirməyə başlayır və Rio məşhurlaşır. 1808-ci ildə Portuqaliyanın yarısı Napoleonun əlinə keçəndən sonra bütün kral ailəsi Braziliyaya köçür, 1816-cı ildə isə Rio-de-Janeyro Portuqaliya imperiyasının paytaxtına çevrilir. 1872-ci ildə şəhər sakinlərinin sayı 250 minə çatır. 1959-cu ildə şəhər paytaxt statusunu itirir, lakin ölkənin ən görkəmli və gözəl guşələrindən biri olaraq qalır. Burada bir çox şirkətlərin baş ofisləri və Latın Amerikasının ilk hava limanı yerləşir. Görməli yerlərRioya səyahət edəsən və İsanın heykəlini görməyəsən, bu mümkün deyil. Həmin heykəl düz Korkovado dağının təpəsində yerləşir və nəinki Rionun, Braziliyanın əsas abidələrindən biridir. Gündə 300 mindən çox turist onu görməyə gedir, yeri gəlmişkən, oraya ölkənin ən qədim qatarında qalxırlar. Buradan şəhərə gözəl mənzərə açılır. Bu yaxınlarda həmin qatarın 114 yaşı oldu. Şəkər başı dağı Rionun ən yüksək zirvəsidir. Hündürlüyü təxminən 750 metrdir. Oraya çıxmaq yalnız 1912-ci ildə fəaliyyətə başlamış funikulyorla mümkündür. İlk dayanacaq 220 metrlik «Moru da Urka» yaylasında olur. Burada böyük amfiteatr, restoran və dükanlar var. Sonra 750 metrlik zirvəyə qalxıb şəhərin bütün gözəlliklərini seyr edə bilərsiniz. Tijuka şəhərindəki Milli park dünyanın ən iri meşəsidir. Sahəsi 32 kvadrat kilometrdir. Burada siz yalnız tropik iqlimdə rast gəlinən heyvan və bitkiləri görəcəksiniz. Həmçinin Rioda 600 bitki növü olan Botanika bağı, dünyanın ən böyük stadionu Marakanı görə bilərsiniz. ŞopinqBaşqa bir ölkəyə səfər zamanı şopinq etmədən qayıtmaq mümkün deyil. Rio-de-Janeyro dünyanın digər şəhərləri kimi dükan və ticarət mərkəzlərilə zəngindir. Şəhərin mərkəzində bir neçə nəhəng ticarət mərkəzi yerləşir. Onlara Riu-Banku küçələrində və Kopakabana rayonunda rast gəlmək olar. Burada, həmçinin kiçik dükanlar da var, oradan müxtəlif geyimlər, suvenirlər, ev avadanlıqları və digər lazımi əşyalar tapmaq mümkündür. Bütün binaların alt mərtəbələrində dükanlar, kafelər, barlar yerləşir. Şəhər universal mağazalarla da zəngindir: Mesbla, Sirs, Bar-boza Freytas, Kazas Amerikanas, Kazas Pernambukanas və s. Suvenir kimi siz qırmızı ağacdan düzəlmiş əşyalar əldə edə bilərsiniz. Rioda H.Stern cəvahirat dükanlarını gəzmək xanımlara xüsusi zövq verəcək. 1945-ci ildən bu günədək H.Stern dünyanın ən öndə gedən daş-qaş mağazalarından biridir. Daş-qaş sevənlər İpanema rayonuna da baş çəkə bilər. Burada cəvahirat muzeyi yerləşir.  MətbəxBraziliya mətbəxi müxtəlifdir. Özündə ilk baxışdan bir-birinə zidd üç komponenti birləşdirir: Avropa, Afrika və Hindistan kulinar ənənələrini. Ölkədə ən çox populyar xörək qara lobya, ət məhsulları, tərəvəz, un və ədviyyatın qarışığından hazırlanan «feyjoada»dır, həmçinin «tutu» adlı xörəkdə var ki, yanında ət və lobya olan qatı puredir. Bundan əlavə, braziliyalılar «sarapatel» - qızardılmış qaraciyər və «karne-du-sol» ət xörəyinə də üstünlük verirlər. Bəzi yeməklər sırf hind kökü daşıyır və Avropaya heç bir aidiyyatı olmur. Onlarda müxtəlif ədviyyatlardan istifadə edilir. Braziliyalıların özünəməxsus içkiləri var. Onlar içkiləri tropik iqlimdə yetişmiş meyvələrdən hazırlayır. Alkoqol içkilərə gəldikdə isə, ən çox pivə sevilir, sonra rom, araq və «kaşasa» (daha çox cecə arağına bənzəyir) və «kaypirinya» adlanan limon kokteyli. Rionun sakinləri birinci növ şərabları da çox sevir: «Muskat», «Serdolik», «Tavrida», «Sersial», «Tokay», «Massandra» və s. Braziliya milli mətbəxinin daha bir özəlliyi ondan ibarətdir ki, şirniyyatın içinə kartof, kəsmik, bişmiş kələm əlavə edilir.
['Rio-de-Janeyro', 'şəhərlər', 'görməli yerlər']
4,884
https://kayzen.az/blog/paint/7252/salvador-dali-haqq%C4%B1nda.html
Salvador Dali haqqında
Samir012
Məşhur rəsmlər və rəssamlar
1 okyabr 2011, 01:48
Salvador Dali: "Dəlilərlə mənim aramdakı yeganə fərq, onların dəli, mənimsə, dəli olmamağımdır"Məşhur rəssam Salvador Dalinin (1904-1989) uşaqlığı mənəvi travmalarla keçmişdi. 6 yaşında sətəlcəmdən ölən qardaşından 3 il sonra dünyaya göz açmışdı. 1973-cü ildə qardaşını, uşaqlığını bu sözlərlə yada salırdı: "Anadan olan kimi, büt kimi sitayiş edilən bir ölünün ayaq izlərindən iməkləməyə başladım. Məni sevdiklərində belə, əslində onu sevirdilər, bəlkədə məndən daha çox sevirdilər...Bu mənimçün həyatımın böyük bir yarası idi". Valideynlərinin ona qoyduqları ad da qardaşının adıydı - Salvador. Rəssam mərhum qardaşına çox oxşayırdı, sanki onun əkiz tayıydı. Uşaqlığını demək olar ki, ailəsinin diqqətini cəlb etmək üçün sərf eləmişdi. Valideynlərinin yatağının başında İsa peyğəmbərlə yanaşı mərhum qardaşının şəkli varıydı. Və o, qardaşına həmişə qısqanclıqla yanaşırdı. Yeni doğulan bacısı Ana Mariya da onu fəth eləmişdi. Valideynləri heç vaxt Salvadora diqqət göstərmirdi. Onların diqqətini cəlb etməyə çalışmaq, fəqliliyini ifadə etməyə çalışmaq artıq Dalidə xəstəlik kimiydi. 10 yaşında olarkən çəkdiyi rəsm "Xəstə uşaq" da belə ortaya çıxmışdı. Salvadorun istedadı kəşf ediləndən sonra, rəssamlıq kursuna göndərildi. Yaxşı müəllimlərdən dərs aldı, rəssamlığın müxtəlif cərayanlarını dərindən öyrəndi. Sonra böyüdü, tanınmış rəssamlarla, elm adamlarıyla tanış oldu. Amma çılğınlığı, uşaqlığından qalma "xəstəliy"i, diqqətləri cəlb etmək istəyi ona həm böyük problemlər yaratdı, həm də məşhurlaşdırdı. Elə rəssamlıq akademiyasından qovulmağına da səbəb buydu, heç kim onun kaprizlərinə dözə bilmirdi, ərköyün, eqoist hərəkətləri, qarşısına çıxan hər kəsi əsəbləşdirməsi, artıq hamını bezdirmişdi. 1926-cı ildə çətinliklə də olsa yenidən akademiyaya qəbul edildi, amma çox keçməmiş onu bir dəfəlik qovdular. Ən maraqlı hadisələr Dalinin Fransaya, İngiltərəyə getməsiylə baş verdi. O, burda Ziqmund Freydlə, Stefan Sveyqlə, Pikassoyla tanış oldu. Luis Bunyuel, Qarsia Lorkayla dostlaşdı və beləliklə o, dəyişdi. Həm zahiri görünüşü, həm də daxili bütünlüklə dəyişdi. Qadınlar isə o qədər də diqqətini cəlb etmirdi, onlar Daliyə sadəcə "erotik fantaziyaları üçün gərəkli"ydilər. Onun bu fikirlərini dəyişdirən qadın Qala oldu. 1926-cı ildə tanış olduğu Rusiyalı məşhur vəkilin qızı, tanınmış şair Pol Eduardın həyat yoldaşı Qalaya dəlicəsinə vuruldu. Qadın da ona vurulmuşdu. İkisi də dəlisov, riskli, bir an üçün yaşayan adamlarıydı. Təəccüblü deyil ki, bir-iki ay keçməmiş Qala ərini tərk edib Dalinin məşuqəsi olmağa razı oldu. Amma onların arasında böyük bir sevgi varıydı. Bundan sonra Qala Salvadorun sevgilisi, ilham pərisi, modeli, meneceri, bir sözlə hər şeyi olacağıydı. Və ən qəribəsi Salvadorun dəli kimi sevdiyi bu qadın onda yaşca xeyli böyük idi. Amma bir şey də dəqiq idi ki, Salvadorun dəlilikləri heç vaxt tükənməyəcəkdi. Rəssamlığın sürrealist janrında möhtəşəm əsərlər yaradan Dali, incəsənətin demək olar ki, bütün sahələrinə göz dikmişdi. O, heykəltaraşlıqla, fotoqrafiyaya və kinoyla ciddi şəkildə maraqlanırdı. Hətta o, bu sahədə daha da irəli gedərək, amerikalı animasiyaçı Volt Disneylə birgə "Destino" adlı qısametrajlı film hazırlamışdı və bu film "Oskar" mükafatına namizəd olmuşdu. Katalon əsilli Dali 711-ci ildə İspaniyanı fəth etmiş Məğriblilərin nəslindən gəldiyini, "parlaq və gözəgirən hər şeyə olan acgözlüyünü, lüks həyata və şərq geyimlərinə olan marağını" da "ərəb əsilli" olmasıyla izah edirdi. Amma Salvador Dali möhtəşəm əsərləriylə bərabər geydiyi paltarları, qəribə fikirləri, dəlilikləri, ağlasığmaz hərəkətləriylə diqqəti cəlb edirdi. Bu hərəkətlərinin gətirdiyi pis şöhrət, onu geniş kütlələrə tanıtdırmış və əsərlərinə olan marağı artırmışdı. 1982-ci ilin iyununda çox sevdiyi həyat yoldaşı Qalanın vəfatından sonra Salvador Dali həyata olan sevgisini itirdi. Qalanın öldüyü və dəfn edildiyi Pubol Qəsrinə köçərək sakit bir həyat yaşamağa başladı. "Sərçənin quyruğu" adlı son əsərini də, məhz burda çəkdi. Dali 23 yanvar 1989-cu ildə ürək çatışmamazlığından dolayı vəfat etdi və doğulduğu Figeres qəsəbəsində, öz adını daşıyan muzeyin döşəməsinə dəfn edildi. Həmçinin bax: Salvador Dalinin həyatıMüəllif: Cavid Ramazanov
['Salvador Dali', 'sürrealizm', 'rəssam', 'rəssamlar']
4,885
https://kayzen.az/blog/u%C4%9Fur/7244/bu-adam%C4%B1-he%C3%A7-kim-dayand%C4%B1ra-bilm%C9%99z.html
Bu adamı heç kim dayandıra bilməz
ORIGINAL
uğur psixologiyası
30 sentyabr 2011, 21:59
Glenn Cunninghamın 5 yaşında ayaqları dəhşətli bir şəkildə yandıqdan sonra şikəst olmuş və həyatının qalanını əlil arabasına məhkum keçirər düşüncəsi ilə həkimlər tərəfindən öz halına buraxılmışdı. "Bir daha yeriməsi mümkün deyil. Heç şansı yoxdur" demişdilər. Həkimlər ayaqlarını yoxlamışdılar amma Glenin ürəyini diqqətə almamışdılar. O,həkimə qulaq asmadı və yeriməyə çalışdı. Yataqda yata-yata zəif qalan qıpqırmızı ayaqları yara içində idi. Glenn " gələcək həftə, yataqdan qalxacam və yeriyəcəm" dedi. Bunu bacardı. Anası Glenin həyətdə necə yeriməyə başladığını izah etməyə başladı. Hər bir addımda acını yaşayaraq, yavaş yavaş yeriməyə başladı. Əvvəlcə tez-tez yeriməyə başladı daha sonra da qaçmağa. Qaçmağa başladıqdan sonra isə daha qərarlı biri olmuşdu. "Hər zaman yeriyəcəyimə inandım və bacardım. İndi də hər kəsdən daha sürətli qaçacağıma inanıram" .Bunu da bacardı  1934 cü ildə dünya rekordunu qıraraq meydanda da özünü isbat etdi. Madison Sguare Garden'də "Yüz ilin ən bacarıqlı atleti" oldu Tərcümə:Şəbnəm Hümbətova Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır. Mətndən istifadə edərəkən istinad etmək (saytın adı kayzen.az) mütləqdir,əks halda halal edilmir.
['uğur qazanmaq', 'uğur psixologiyası', 'düşündürücü hekayələr']
4,886
https://kayzen.az/blog/Nail%C9%99_Rzayeva/7243/%C3%A7%C9%99tinlikl%C9%99r-st%C9%99kan%C4%B1n%C4%B1n-%C3%A7%C9%99kisi-n%C9%99-q%C9%99d%C9%99r-ola-bil%C9%99r.html
Çətinliklər stəkanının çəkisi nə qədər ola bilər?
Nailə_Rzayeva
Bloq: Nailə Rzayeva
30 sentyabr 2011, 21:04
Professor su ilə dolu stəkanı əlinə alıb irəli uzatdı və öz şagidlərindən soruşdu: - Sizcə bu stəkanın çəkisi nə qədərdir? Auditoriyada birdən canlanma baş verdi. -Təqribi 200qram! Yox, 300qram! Bəlkə də 500-deyə hamı müxtəlif cavablar səsləndirməyə başladı. -Mən həqiqətən də dəqiq çəkini bilmirəm, əslində bunun elə də önəmi yoxdu. Sualım belədir: Əgər mən bu stəkanı əlimdə bir neçə dəqiqə saxlasam, sizcə nə olar? -Heç nə. -Həqiqətən də qorxulu heç nə olmaz-deyə professor bildirdi- Bəs bu stəkanı əlim irəli uzadılmış vəziyyətdə təxminən iki saat saxlasam? -Əliniz ağrımağa başlayar. -Bəs bütün gün? -Əliniz keyləşəcək, ciddi əzələ pozğunluğu baş varəcək və iflic. Hətta xəstəxanaya getmək məcburiyyətində də qala bilərsiniz.-deyə tələbələrdən biri dilləndi -Bəs sizcə bu müddət ərzində stəkanın çəkisi dəyişəcək? -Xeyr -Bəs bunu aradan qaldırmaq üçün nə etmək lazımdır? -Sadəcə stəkanı stola qoyun-bir tələbə gülərək dedi -Düzdür-proffesor sevinclə bildirdi- Həyat çətinlikləri də belədir. Hər hansı bir problem haqqında bir neçə dəqiqə düşündükdə o artıq sənin yanında olur. Bir neçə saat düşün, o artıq səni zəli kimi sormağa başlayar. Bütün günü düşünsən iflic vəziyyətinə düşə bilərsən. Problem haqqında düşünmək olar, amma bu heç nəyi dəyişməyəcək. Onun “çəkisi” azamayacaq. Problemi həll etməyin yeganə yolu addım atıb, hərəkət etməkdir. Ya onu həll et, ya da bir kənara qoy. Qəlbində səni iflic vəziyyətinə sala biləcək daşlar saxlamağın heç bir mənası yoxdur.   Tərcümə: Nailə Rzayeva
['həyat və problemlər...']
4,887
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7240/bax-e%C5%9Fq-budur.html
Bax eşq budur...!
yravil
Düşündürücü hekayələr
30 sentyabr 2011, 17:33
Bir-birini çox sevən bir cüt trafik qəzası keçirirlər və yatalaq olarlar. Eyni otaqda qalırlar, oğlan pəncərə kənarında, sevgilisi isə divar kənarında yatır. Oğlan pəncərədən baxıb çöldə olanları sevgilisinə izah etməklə sevgilisi isə dinləməklə zaman keçirdirlər. Oğlan sevgilisinə çöldə olanları dayanmadan danışırmış və oğlan bu şəkildə sevgilisini darıxmağa qoymurmuş. Əslində elə olduğunu sanır. Qız xəstəliyinin təsiri ilə heç bir şeydən xoşbəxt olmazmım. Oğlan çöldə olanları danışdıqca qız çölə baxmaq istəyirdi. Bu sevgililərdən şok keçirərsə, təcili müdaxilə edilməlidir. Yoxsa xəstə orada öləcək, şok anında xəstəxanadakıları xəbərdar etmək üçün ikisinin də altında düymə var. Əgər biri şoka girərsə digəri düyməyə basaraq müdaxilə edilməsi üçün həkimləri çağıracaq. Və bir gün oğlan yenə çöldə olanları sevə-sevə sevgilisinə danışır. Qız yenə çöldə olan üzü gülər insanları özü görmək istəyir və divar kənarında olduğu üçün də özünü çox bədbəxt sayır. Və tam o anda oğlan şok keçirir, qız tam düyməyə basacaq dayanır və düşünür görəsən düyməni basmasam nə itirərəm ki, onsuz da yatalağıq, bir-birimizə faydamız yoxdu. Xəbərim yox idi, yatmışdım deyərəm, hər kəsə. Həm o ölsə məni pəncərə kənarına qoyarlar deyə düşünər və basmaz düyməyə oğlan ölər qız isə yatdığını və düyməyə basa bilmədiyini çox pis olduğunu deyər. Özünü sevgilisinin yatağına keçirdilməsini onu qoxusunu duymaq istədiyini deyər. Halbuki o çölu izləmək istəyir, xəstəxanadakılar qızı sevgilisinin köhnə yatağına aparar. Qız çölü gördüyü üçün çox xoşbəxtdir, sevgilisinin öldüyünü çoxdan unutmuşdu.Qızı pəncərə kənarına apararlar və çölə çıxarlar, qız otaqda tək qalar çox həyəcanlı bir şəkildə çölü qörmək üçün başını pəncərədən çıxardar. Çölə və gördükləri qarşısında şoka girərək ölər. Qız şüşədən baxdığında çöldə heç bir şey olmadığını yanlızca quru bir divar olduğunu görür. Sevgilisi sırf o darıxmasın deyə quru divara baxaraq günlərcə ona hekayələr danışırdı, əlindən gəldiyi qədər sevgilisi darıxmasın deyə. Ancaq qız bunun mükafatı olaraq sevgilisini öldürdü. BAX SEVGİ BUDUR!
['eşq', 'hekayə', 'ibrətamiz hekayə']
4,888
https://kayzen.az/blog/fotosessiya/7238/adi,-amma-f%C3%BCsunkar-g%C3%B6y%C9%99r%C3%A7inl%C9%99r.html
Adi, amma füsunkar göyərçinlər
BaKiNeC
Fotosessiya
30 sentyabr 2011, 11:50
Təbiətdə göyərçinin yüzlərlə növü və çeşidi var.
['Göyərçinlər']
4,889
https://kayzen.az/blog/PR/6288/dizayn-v%C9%99-imic.html
Dizayn və imic
marketoloq
Public relations
30 sentyabr 2011, 11:43
Dizayn - ünsiyyətin bir hissəsidir. Məlumdur ki, insanın hamıdan çox danışması heç də həmişə onun hamıdan yaxşı  bilməsi demək deyildir. Şirkətin ictimaiyyətlə təmasları təkcə sözün köməyi ilə deyil,  həm də mallar, xidmətlər və təşkilatın zahiri siması vasitəsilə həyata  keçirilir. Dizayn siyasəti kommunikasiya siyasətinin bir  hissəsi kimi nəzərdən keçirilməlidir, çünki dizayn - ünsiyyətdir. Dizaynın əsasında kommunikasiya siyasəti durduqda, problemləri daha asan aradan qaldırmaq olur. Dizayn üzrə xidmətlər reklam agentlikləri və ictimaiyyətlə əlaqə üzrə qurumlarla əməkdaşlıq edən sərbəst rəssamlardan  tutmuş, ixtisaslaşmış nəşriyyat evlərinə qədər çoxsaylı təşkilatlar tərəfindən  təklif edilə bilər. Dizaynın əsas elementlərindən biri ad və emblemdir. Emblem təşkilatın fiziki təqdimatının bir hissəsidir. Buradan  da belə nəticə hasil olur ki, emblem ardıcıl, dayanıqlı və münasib olmalı,  təşkilatın missiyasını, ya da onun inkişafının  perspektivlərini əks etdirməlidir. Əgər şirkətə onun yeni siyasətinə müvafiq emblem lazımdırsa, bu hələ o demək deyil ki, artıq  mövcud olan emblem tamamilə dəyişdirilməlidir. Bəzi şirkətlərin, məsələn, ICI, ya da  SHELL-in emblemi uzun illər ərzində bir qədər dəyişikliyə məruz  qalmışdır. Bəzi məhsullar illərlə aparılan daimi, lakin  hissolunmaz dəyişikliklər sayəsində populyarlığını qorumuşdur: Coca-Cola, Swan  və Oxo-nu buna misal göstərmək olar. Şirkətin emblemi ilə bağlı çıxarılan bütün qərarlar mükəmməl araşdırma və  tədqiqatlara əsaslanmalıdır. Emblemdə hər bir dəyişikliyin edilməsindən ötrü real planın hazırlanması  zəruridir (bəzən ən müdrik qərar hər şeyi «dəyişdirmədən saxlamaq» olur). Bu məqsədlə  şirkətin «miqyasından» və işin həcmindən asılı olaraq, lazımi qədər vəsait ayrılmalı, lakin bundan yalnız zəruri hallarda istifadə edilməlidir. Yeni emblemin yaradılması üçün astronomik məbləğdə vəsait xərcləmək də olar (necə ki, Goldstar öz adını LG Electronics  adı ilə dəyişdirdikdən sonra yeni emblemini ictimaiyyətə tanıtmaq üçün dəyəri  milyon dollarlarla ölçülən geniş bir reklam kampaniyası apardı), lakin  əksər hallarda bu, menecerlərin təkəbbür nümayiş etdirmələrindən başqa  bir şey deyil. Əczaçılıq sənayesinin iki nəhəngi - İngiltərənin Beecham və ABŞ-ın SmithKline Beckman şirkətləri birləşərkən özləri üçün SmithKline Beecham adını seçdilər. PR üzrə mütəxəssislərə   öz vəsaitinə görə Böyük Britaniyada ikinci yerdə gələn bu iri şirkətin yeni imicini yaratmaq üçün altı həftə vaxt verildi. Dizaynerlərin yaradacaqları bu obraz özündə yeni qrupun dinamikliyini və beynəlmiləlçiliyini əks etdirməli idi. SmithKline Beecham-ın imicini yaratmaq üçün Landor firmasının əməkdaşları vahid quruma daxil olmuş hər iki tərəfin rəhbərliyi ilə söhbət etdilər və birləşmiş şirkətin mahiyyətini və dəyərlərini müəyyənləşdirdilər. Hər iki şirkətin işçi heyətinin rəyini öyrənmək və onu yeni istiqamətdə formalaşdırmaq kimi mürəkkəb bir məsələnin həllindən ötrü 300-dək mütəxəssisin cəlb edilməsi tələb  olundu. Bu mütəxəssislər elə proqramlar işləyib hazırlamalı idilər ki, onlar sıravi işçilərin özlərini yeni şirkətin bir parçası kimi hiss etməsinə şərait yaratsın. Beecham vəsaitlərini əczaçılıqla məşğul olmazdan əvvəl öz fəaliyyətinə istehlak mallarının istehsalı ilə başlayan və bazarın təsirinə meylli olan bir şirkət kimi  ad çıxarmışdı. SmithKline-nın isə bütün fəaliyyəti elə başdan yalnız əczaçılıq biznesində cəmləşmişdi. İndi bu iki şirkət birləşərkən qarşılarına əczaçılıq məhsulları və gigiyenik vasitələr istehsalı sahəsində, xüsusən də sürətlə genişlənən patentləşdirilmiş dərmanlar bazarında liderliyi əldən verməmək məqsədi qoymuşdu. Yeni müəssisənin yeni imici də eyni məqsədə xidmət etməli idi. İngiltərənin başqa bir şirkəti - nəhəng pərakəndə satış şəbəkəsinə malik Woolworth Holdings-in rəhbəri Ceffri Malkey şirkətin adının dəyişdiriləcəyini bildirəndə, kütləvi informasiya vasitələrinin heç də hamısı bu addımı təqdir etməmişdi. Bəzi qəzetlər səhmdarları Direktorlar Şurasının bu qərarına qarşı etirazlara səsləyir, digərləri isə şirkət rəhbərlərini «külli miqdarda pulun səmərəsiz xərclənməsində» ittiham edirdilər. Holdinqin adının dəyişdirilməsi səbəbləri isə ilk baxışdan sadə görünürdü. Son beş ildə o, güclü struktur dəyişikliklərinə məruz qalmışdı. Woolworth şəbəkəsi az gəlir gətirirdi və böyük kadr axınına malik idi. Direktorlar Şurası istəyirdi ki, holdinqin adı çəkiləndə, bundan sonra sərmayədarların  təsəvvüründə Woolworth-un «daha çox toplamaq və daha ucuz satmaq» kimi köhnə imici əvəzinə, onun daha dinamik obrazı - B&O özünəxidmət şəbəkəsi və Comet elektrik  malları mağazaları canlansın. Şirkət məsləhətçi Vulf Olinzi dəvət edib, ona yeni layihəni  hazırlamağı tapşırdı. Nəticədə şirkətin yeni simvolu kimi suquzğunu quşunun (Kingfisher - ing.) təsviri ortaya çıxdı. Şuranın fikrincə, bu, «liderliyin, genişlənmənin və yüksəlişin» rəmzi idi. Təəssüf ki, mətbuat cənab Marleyin və onun komandasının tapıntısına mənfi reaksiya verdi. Qəzetlərdən biri şirkəti «boş bir işdən ötrü külli miqdarda pulu havaya sovurmaqda» günahlandırdı. Digər bir qəzet isə suquzğunlarının öz yuvalarını ifrazatla «suvadıqlarını» oxucuların yadına saldı. Bu cür neqativ reaksiyaya baxmayaraq, şirkət öz dediyinin üstündə durdu və dizaynerlər yeni emblemi ərsəyə gətirdilər. Bu elə bir addım idi ki, nəzərdə tutulan genişlənmə proqramına xeyli vüsət verdi. Mətbuatın tənqidinə tuş olmuş Kingfisher qrupuna təskinlik verən o idi ki, digər şirkətlərdə də  analoji dəyişikliklər tez-tez ilk vaxtlar kütləvi informasiya vasitələri tərəfindən pis qarşılanır. Wall Street Journal da birləşmək qərarına gəlmiş Burroughs and Srerry şirkətlərinin 31000 təklif içərisindən seçdiyi Unisys («Yunisis») adını belə bir replika ilə qarşılamışdı: «Əgər Unisys ən yaxşı variant olubsa, onda təsəvvür edin ki, pis variantlar necə səslənirmiş». Addəyişmə cəsarət və inadkarlıq tələb edir. Kingfisher  də Massey-Ferguson  (indi - Varity Corporation), International Harvester (indi - Navistar  International), US Steel (indi - USX Corporation) kimi adını dəyişmiş  neçə-neçə şirkətdən biri idi. Müəyyən şəraitdə şirkətin adının dəyişdirilməsi konsepsiyası yeni deyildir. Yüzilliklər ərzində şirkətlər birləşmə və yenidənqurma nəticəsində öz adlarını dəyişmişlər. Və inadkarlıq öz bəhrəsini verir. Bu gün kimsə ABŞ-ın Exxon neft qrupu haqqında danışanda Standart Oil Company adını, yaxud Böyük Britaniyanın sənaye konqlomeratı olan BTR-dən söz açanda British Tyre&Rubber-i xatırlayırmı? Son illər belə addəyişmələrin sayı kəskin artıb. Bu işdə katalizator rolunu isə bütün dünyanın fond  birjalarını sarmış «birləşmə dalğası» oynayıb. Müəllif: Rafiq İsmaylov Mənbə: İctimaiyyətlə Əlaqələr: BÜTÜN YOLLAR KİV-DƏN KEÇİR kitabı
['public relations', 'dizayn']
4,890
https://kayzen.az/blog/erzaq/4416/kakao.html
Kakao
Ferro
Ərzaqlar
29 sentyabr 2011, 21:10
Kakao ağacının vətəni Meksikadır. Bu ağacın meyvələrindən (dənələrindən) astek hinduları «çokolatl» adlı içki hazırlayırdılar. Onlar əvvəlcə kakao dənələrini qovurur, əzir, toz halına salır və sonra da suya tökərlər. İçki qatı, həm də dadlı olsun deyə ona qarğıdalı unu əlavə edirlər. Beləcə, onlar ilk şokoladı «acı» şəkildə içirdilər. Çünki o vaxtlar Meksika tayfalarına hələ şəkər məlum deyildi. Hinduların iki cür kakao içkisi hazırlamaları məlumdur. Onlardan biri çox sadədir. Beləki, kakao ununu isti suya tökür və ona «kayen» istiotu əlavə edirdilər. Tünd içki alınardı. Astek imperatoru Montesuma üçün isə xüsusi olaraq «çokolatl» adlı içki hazırlanırdı. Bunun üçün kakao dənələrini qovurub sütül qarğıdalı dəniylə birlikdə çəkirdilər. Alınmış kütləyə bal, qaynadılmış aqava ağacı şirəsi və vanil əlavə edirdilər. Belə bir məlumat var ki, Montesuma gün ərzində 50 fincan şokolad içirmiş.Hindular arasında kakao dəni çox qiymətli sayılırdı. Bəzən ticarət zamanı bu dən xırda pul rolunu oynamışdır. Avropaya kakaonu 1520-ci ildə ispanlar gətirir. Çox keçmədən Kadiks şəhərində ilk şokolad fabriki açılır. Şokolad içkisi uzun müddət saray əyanları tərəfindən içilir. XVII əsrin ikinci yarısından etibarən bundan geniş kütlələr də istifadə etməyə başlayırlar. K.Linney 1735-ci ildə kakao ağacına «teobrom», yəni «allahların qidası» adı verir. Bu ağaca belə bir ad verilməsini kakaonu Avropaya gətirmiş ispanların ona hədsiz məhəbbəti ilə bağlayırdılar. Kakao 1606-cı ildə İtaliyaya, sonra isə Avstraliyaya və Fransaya gəlib çıxır. 1700-cü ildə isə kakao Londonu heyrətə gətirir, o, qısa müddət ərzində ingilislərin ən çox xoşladığı içkilərdən birinə çevrilir.1756-cı ildə Almaniyada Avropanın ilk şokolad fabriki işə salınır. 1876-cı ildə şokoladın yeni bir növü hasil edilir. Beləki, onun tərkibinə süd qarışdırılır. Bununla da süd-şokolad sənayesi fəaliyyətə başlayır. Həmin ildə İsveçrədə südün və qəndin kakao ilə qarışdırılması texnologiyası kəşf edilir. Hazırda Cənubi Amerika, Afrika və Asiyanın bir sıra ölkələrində, o cümlədən Venesuela, Meksika, Kuba, Braziliya, Qana, Tailand, Keniya, Şri-Lanka və İndoneziyada kakao istehsal edilir. Statistikaya görə keçən əsrin 70-ci illərində dünyada 750 milyona yaxın kakao ağacının olduğu barədə məlumat var idi.Keçən əsrin sonlarına yaxın dünya üzrə 1 560 000 ton kakao dəni istehsal edilmişdir.   Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı
['kakao']
4,891
https://kayzen.az/blog/stil/7228/hamil%C9%99lik-zaman%C4%B1-%C3%B6z%C3%BCn%C3%BCz%C9%99-daha-yax%C5%9F%C4%B1-qulluq-edin.html
Hamiləlik zamanı özünüzə daha yaxşı qulluq edin
Qını
Yaraşıqlı görünüş, gözəl imic
29 sentyabr 2011, 03:25
Dəri baxımı -Sizin dərinizin hamiləlik zamanı daha sağlam şəkildə nəfəs alması həmişəkindən  çoc daha vacibdi. Elə buna görədə yatmamışdan qabaq makyajınızı təmizləməli, üzünüzə və əllərinizə bəsləyici krem çəkməlisiniz. Bunları etmək sizin dəriniz üçün çox vacibdir. Duş baxımı - Hamiləlik zamanı gundəlik duş qəbul etmək bir alışqanlığa çevrilməlidir. Çünkü bu dönəmdə tər vəzləri adi vəziyyətdən daha cox fəaliyyətdə olurlar. Duş qəbul edərkən suyun istiliyi 37-38 dərəcədən artıq olmamalıdı. Suyun cox istiliyi sağlamlığa ziyan vura bilər. Duş qəbulu vaxtı 15 dəqiqədən artıq olmamalıdı. Əks halda qanama keçirmə risqiniz artacaqdır. Duş qəbul edərkən qapini az maz aciq saxlayin əgər evdə heçkim yoxdursa tamamilə açıq saxlamağınız məsləhətdir.Sinə nahiyəsi baxımı - Hamiləlik zamanı ən çox diqqət etməli oldugumuz sinə nahiyəsidi. Bu dönəmdə döşlərdə çatların yaranmaması üçün ilıq duşdan sonra döşləri nəmləndirici kremlərlə masaj etmək lazımdır. Əks təqdirdə sinəyə çox pis görünüş verən çatların yaranması qaçılmazdır. Sinə çatlamalarının yaranmaması üçün sinə nahiyəsini gündə iki dəfə soyuq suyla yumaq lazımdır. Saç baxımı - Hamiləlik vaxtı saçlara daha yaxşı forma vermək həmışəkindən daha çətin ola bilər. Saçlar parlaqlığını canlılığını itirirlər. Saçların te tez yuyulması və saç dibinə uyğun qulluq göstərilməsi bu problemi həll etməkdə kömək ols bilər.Həmçinin bax: Hamiləlik haqqında, hamiləlikdə düzgün qidalanma
['hamiləlik', 'dərinizə qulluq']
4,892
https://kayzen.az/blog/fotosessiya/7226/zabitl%C9%99r-park%C4%B1.html
Zabitlər parkı
Cavid
Fotosessiya
28 sentyabr 2011, 22:45
Bakıda Zabitlər parkını yəqinki çoxlarınız tanıyırsınız. Bu park bir çox xüsusiyyətlərinə görə digər parklardan daha çox məşhurdur. Zabitlər parkının 4 hektar ərazisi var. Ərazidə çox yaşlı ağaclar və yaşıllıq insanda xoş təəssuratlar yaradır, sakinlərin istirahəti üçün müxtəlif guşələr yaradılıb. Parkın tam ortasında daşdan yonulmuş yeni fəvvarə quraşdırılıb. Sizlərə Zabitlər parkında çəkilən şəkilləri təqdim edirəm. Şəkillərin davamına Qalereya-da baxa bilərsiniz.Həmçinin bax: Qəribə və maraqlı əşyalar, İki mənalı şəkillər Pul necə hazırlanır Dünyanın hər yerindən məscidlər Müəllif: Şəkillərdən istifadə zamanə sayta istinad mütləqdir. Şəkillər müəllif hüquqları ilə qorunur.
['Zabitlər parkı']
4,893
https://kayzen.az/blog/az-proza/7197/t%C9%99ndir-ba%C5%9F%C4%B1ndak%C4%B1-s%C3%B6hb%C9%99tl%C9%99r-%7C-alpay-az%C9%99r.html
Təndir başındakı söhbətlər | Alpay Azər
Muza
Azərbaycan ədəbiyyatı
28 sentyabr 2011, 20:18
Utancaq idim, etiraz eliyə bilmirdim, yay tətili rayonda dincəlirdim deyə, nə nənəmə, nə də babama deyə bilmirdim ki, məni təndir çörəyi, lavaş almağa göndərməsinlər.Birincisi, səhər gedib növbə tutmaq lazımıydı, ikincisi də, çörək bişib müştərilərə verilənə qədər isti təndirin qırağında oturub arvaddarın mənasız qeybətdərinə qulaq asmaq məni əsəbiləşdirirdi: onda ikinci sinifdə oxuyurdum, onnarın nə dediyini, nə istədiklərini başa düşmürdüm....- Zülüüüüş! Ay Zülüüş!! Canın yanmasın ay qız, harda qaldın?!! Xamır qıjqırdı axıııı!!!Təndirdə çörəyi bişirən Sahsənəm arvad iyirmi iki yaşlı ən kiçik qızı Zülfiyyəni çağırırdı.Zülüşün səsi gəlirdi: “Ay maa!!! İndi gəliləm...”, pəltək idi, deyə nə dediyini bəzən tam başa düşmək olmurdu, amma anası qızının pəltəkliyinə öyrəşmişdi, başa düşürdü onu.Üş dəyqə keçməmiş Şahsənəm təzdən qışqırırdı:- Aaaz səni lal qalasan!! Cahmahat səni burda gözdüyür axı!!Başqa bir qarğışında qızına evdə qız qalmağı arzulayırdı. (Deyəsən, başa düşmüşdü ki, pəltək qızının ərə getməsi müşkül məsələdi, ona görə buna heç qarğış da demək olmazdı”).- Sən Allah elə demə, qəşənkcə qızdı, yedəjəy ərə. – bunu isə təndirin qırağında oturub çörək gözdüyən arvaddardan biri Şahsənəmə deyirdi.(Dumannı xatırlayıram, amma Zülüş doğrudan qəşəng qızıydı, sözün düzü sora heç bilmədim ərə getdi ya yox).Təndir başındakı arvaddarın söhbətdərinin əsas mövzusu kiminsə ərə getməsi, kiminsə boşanması, kimin neçə uşağı olması (neçəsinin qız, neçəsinin oğlan), ərinin arvadı işdəməyə qoyub-qoymaması, bir də ki, əlbətdə qaynana-baldız-gəlin, qaynata-gəlin-qaynana, ər-anası-arvadı-qaynanası və bu kimi üç, dörd, beş, bəzən də altıbucaqlı konstruksiyalar daxilində gedən çırpışmalar, boğuşmalar, qab-qacax sındırma və buna oxşuyan hadisələr idi. (“Deyir yengə üş saat gözdüyüf qapiin (yəni qapının) ağzında”, “Gül kimi gəlindi, di gəl qaynanana ilandı”, ya əksinə, “Qaynana uşağın tursuxlarına qədər yuyur, bircə baldızı itdi (ya ilandı), yaşı otuzu keçib, amma evdə qız qalıf hələ də, gəlinə də gün vermir” və sairə).Bu qadınlar üçün gözəl qız, qadın mütləq kök (heç olmasa dolubədənli, matax şey) və enlisifət olmalıydı.- Aaaz yanmış elə gözəldi, sifət deyil e tabaxdı, tabax.Xəmiri yaymaq üçün tabaq sifətin enliliyini xatırladan bir simvol idi. Bu sözləri deyən qadınlardan biri hər iki əlini yanaqlarından aralayıb, o birilərə bir növ tabağın formasını göstərirdi.Vay o olaydı ki, təndir başında toyun, toydan sorakı hadisələrin qiybətini eliyəydilər, üstəlik də, çörək gözləyən arvaddardan kimsə həmən toydan sorakı işdə yengə olaydı, pah, Şahsənəm arvadın sifəti par-par parıldıyırdı.- Eşitdim sən yengə olufsan, sən Allah, – Şahsənəm keçirdi sualına – düzünü de a bajı, qapiin ağzında nə qədər gözlədin? – guya çörək gözdüyən məktəbli uşaqlardan ayıb eliyirdi, pıçıltıyla soruşurdu, ama dediklərini yaxşı eşidirdik.- Bir saat.- Buuy, nə çox? Bir de görüm nə verdilər saa?- Güllü kofta, elə də sən deyən bahalı deyil.- Sağ olsunlar genə, Aslanovgil bu xəsisdiklərinnən bir kofta alıfdılarsa, qeroydular. Zülüüüş!!! Xamır qıjqırdı!! A səni qıjqırasan!! Elə qıjqırmısan da!! - səsini yavaşıdıb - Üşgünnüyünə getmişdiz?- Həəəə.- Çox adammı getmişdi?- Yeddi-səkkiz nəfər olardı.- Bunun nəyi çoxdu ki? Bizim vaxtımızda....Mən də ikinci sinifdə oxuyan şagird, bilmirəm yengənin işi nədir, çoxlu sual verməyi xoşduyan uşax, çörəyi alıb evə girən kimi nənəmdən soruşdum:- Ay nənə, yengə nə deməkdi ki?!- Ə kiri!! Sora bilərsən, indi hələ uşaxsan!- Sora nə vaxtki?- Yekə kişi olanda.Söhbətdərin birində iyirmi iki yaşlı Gülbənizin qırx səkkiz yaşlı Rusetdə alvernən məşğul olan kənddə vaxtilə ən yekə imarət tikdirmiş, Bakıda kvartirası olan kədçiləri Nərmana ərə yetməsini müzakirə edirdilər.- Aaaz eşitdin? Gülbəniz Nərmana ərə yetdi. – Şahsənəm taxtanın üstündə xəmir yoğura-yoğura bu xəbəri yanındakı arvada çatdırdı.- Həəəəə, - Aaz (adı yadımdan çıxıb) dedi, – Şahsənəm xala, bilirsənmi elçilikdə nə olub?- Yox a bajı, - Şahsənəmin qulaxlarını şəklədi – danış görüm.Aaaz da başladı danışmağa:- Deyirlər ki, həmən bu Nərman elçiliyə özü də gedifmiş, qız da o biri otaxdan çıxmırmış, bilmirəm qızın dayısı, Salman bu elçilik məsələsini bilirmiş ya yox, qonaxların yanındaja o biri otaxdakı bajsıqızına deyir ki: “A qızım, utanma çıx bir Nərman dayınnan da görüş”.Təndir başındakı arvadlar qəşş edib getdilər.- Pah – Şahsənəmə bu ləzzət eləmişdi – Əmbə nə deyif ha. Aaaz, Salman itoynadanın biridi, yüz faiz yeznəsinə sataşırmış, qəşəncə bilirmiş ki, elçiliyə gəliflər.Altmış iki yaşlı Şahsənəmin dörd qızı, üç oğlu vardı, Zülüşdən başqa qızdarının hamısını köçürdüb, oğlannarını elə öz kənddərindən, öz qohumlarının qızdarınnan evləndirmişdi, nəvələrdən də boldu.Amma altı ildi evlənmiş, indi Urusyetdə qalan iyirmi səkkiz yaşlı oğlundan yaman narazıydı, çünki altı ildi evlidi, cəmi bir qızı vardı. Oğlundan, gəlinindən giley eliyirdi:- ...Burdaydılar, dörd-beş gün olar gediflər.Əvvəl gədii (yəni gədəni) çağırdım, təh söhbət elədim, dedim a köpəyoğlu, bax, altı ildi evlisən, bir qızın var, bə utanmırsan? Deyir, ay mama, əl çək məndən, lazım olanda uşağ olajax.Deyirəm a gədə, uzağa niyə gedirsən, bir götür özünü rəhmətdik dədənnən müqayisə elə.Sora gəlinin abrını ətəyinə tökmüşəm, gəlin də özümüzünküdü, bajım qızıdı, bizdə nəsillikjə belədi, istəmirik yadın qızı bizim evdə olsun. Həə, gəlinə deyirəm ki, a köpəyqızı, gejələr neyniyirsiz, deyir, ay xala, sən Allah manqa (yəni mənə) belə suallar vermə.Bir də soruşanda deyir bu sualı oğluna ver, mən də deyirəm ki, sən başarıxsızsan, ölüvaysan, sənin başarığın olsaydı indi bir oğlan doğmuşdun.(Şahsənəm əmin idi ki, gəlini başarıxlı olsaydı, oğul nəvəsi dünyaya gələcəkdi).Oğul nəvəsi gözdüyən Şahsənəm axırda oğluna, gəlininə “ultimatum” verib ki, “gələn yayı oğlannarı olmasa, bu evə ayax basmasınlar”, gəlininə isə bərk-bərk tapşırıb ki, “hamilə olsa aparata göstərsin, qız olsa heç ərinə deməmiş uşağı saldırsın, ta oğlan olanacan, sora eybi yoxdu genə bir qız olmasının qorxusu yoxdu”.Yayın istisində başına yun yaylıq (yaylığın altında dəsmal) bağlamış Şahsənəmin bədəninin az qala yarısı təndirin içindədi, əlindəki lavaşyapanla yuxanı qızmış təndirin divarına yapışdırır, elə təndirin içindən, haydı-hayda təzə gələn tanıdığı müştəridən, orta yaşdı bir arvaddan soruşur:- A gəlin, göycəy də gəlinsən, bə niyə boşandın ərinnən?- Qaynanam boşatdırdı, ay xala.- Bə niyə? – başını təndirdən çıxardan kimi sifəti qıp-qırmızı Şahsənəm nəfəsini dərməmiş soruşur.- Xasiyyəti belədi, balaca qaynımı da boşatdırıb təzdən evləndirif.- Neçə il ərdə oldun ki?- Səkkiz il.- Bə atangil neylədi? Siz tərəfdən bir ağsaqqal qabağa düşmədi ki, cavan gəlinsən, nə yaşındı ki, evdə oturasan?- Uşağım olmadı, qaynanam ona görə boşatdırdı.Şahsənəm nəysə demək istədi, hıqqındı, amma sözünü ağzında saxlıya bildi, hamının diqqəti ona yönəldi, təndirin ətrafında oturan arvaddar, boşanmış gəlin də o dəyqə başa düşdülər ki, Şahsənəm az qaldı bunları desin: “Ta denən uşağın olmuyuf, qaynanan yazıx neynəsin?”Amma Şahsənəm gərək heç hıqqınmayaydı, hıqqınmasaydı, onda ordakıların hamısı da olmasa, ən azından yarısının diqqəti yönələcəkdi gəlinə, üzünə deməsələr də, sifətinə baxıb ürəklərində deyəcəkdilər ki, “Qaynanan neynəsin? Səkgiz ildi evli olmusan, əmbə uşağın olmayıb”.Bir az keçmiş Şahsənəm ikinci sualını verdi:- Bə deyillər, qaynanan balaca gədəsini boşatdırıf, düzdümü bu söhbət?....Şahsənəm iyirmi iki yaşlı pəltək qızı Zülüşü qarğısa da, “evdə qız qalajsan” desə də, ümid eliyir ki, çörək almağa gələnlərədən kiminsə yaxınlarından, qohumlarından pəltək, ya gözü çəp fəhlədən-zaddan birinə ərə verəcək: qızını üç dəfə qarğıyanda, üç dəfə də tərifliyir:- Tova, od parçasıdı. Gejdənnən altıda duruf təndiri qalıyır, xamırı qayırır.Bir toyun adamının yeməyini, çayını qayırıf yola sala bilər. ...Bizdə belədi a bajı, rəhmətdik kişi də deyirdi, arvad süpürgədi, harda atdın, orda da qalmalıdı.Üş qız köçürtmüşəm, üçünə də demişəm ki, ər evinə gedən kimi olursuz lal-dinməz, – sağ əliylə ağzını yumur. – Ər evində nə dedilər, deyirsiz baş üstə.Böyük qızımı qaynatası təpəsinə-təpəsinə vurmuşdu, de bir dəfə buna görə bizim rəhmətdik kişi bir söz dedi onnara, hələ qızıma qayıdıf dedi ki, ər evinə getmisən, o evdə qapaz da yeməlisən, təpik də.Elə Zülüşə də belə öyrətmişəm.(Zülüş tabaxsifətdi, elə yəqin anası da ümid eliyir ki, buna görə qızı kiminsə xoşuna gələr, “ərə yedər”).Şahsənəm çörək almağa gələn bütün cavan qızlara iki sual verir, “Ərin varmı?”, “Neçə uşağın var?” Yaşı otuz, otuz beşi keçən arvaddara birbaşa ikinci sualı verirdi...(Nəhayət tragikomik bir söhbət). Təzə müştərilərdən qırx - qırx beş yaş arasında başında yaylıq bir kənd gəlini çörək almağa gəlmişdi. Şahsənəm adını, “hası kətdənsən?” kimi ənənəvi suallarından sonra soruşdu:- Neçə uşağın var, a gəlin?- Ərə yetməmişəm. – deyib yaylığıyla ağzını örtdü, dalısınca – Qız uşağıyam. - dedi.(Bax belə, gəlin dörd arvadın, üç məktəbli uşağın (biri mən) yanında utana-utana, yaşmaqlanıb bu cür etiraf etdi. Utansa da dedi ki, qız uşağıdı, yəqin fikirləşdi ki, tək “ərə yetməmişəm” desə, “qız uşağıyam” faktını əlavə eləməsə, təndirin qırağında oturannar fikirləşərlər ki, bu yaşda ərə yetmiyifsə, yəqin ki, bir kişi olub bunun həyatında, qısası, özünün abırlı gəlin olmasını hamıya əyan etmək istədi).Araya kədərli sükut çökdü, ərli, uşaqlı arvaddar ürəklərində Allaha şükür elədilər, səkkizinci sinifdə oxuyan qonşuluqda qalan Gülbəniz ağzını ayırıb maraqla qız uşağına baxdı.Şahsənəm isə çaşdı, qaşlarını çatdı, udqunandan sonra soruşdu:- Neçə yaşın var ki, sənin?- Qırx beş. – qadın sakitcə cavab verdi, sifətində kədərli ifadə yaranıb bir andaca yox oldu: artıq belə suallara öyrəşmişdi.- Ərə yedəjsən, qadan alım, ərə yedəjsən.Şahsənəm ona arxayınlıqla ürək-dirək verdi, (amma həyəcanlandığı hiss olunurdu), deyəsən qorxuya düşdü ki, Allah eləməmiş, birdən Zülüş də bu yaşa qədər evdə qız qalar.Qadın da mızıldana-mızıldana: “Nə bilim ay xala, neçə ildi elə bu sözləri eşidirəm.” – dedi.Ordan-burdan söhbət elədilər, Şahsənəm qırx beş yaşlı qız uşağının çörəyini qəzetə büküb verəndə yenə arxayanlıqla dedi:- Mən deyirəm, ərə yedəjsən, darıxma, yedəjsən ərə.Qadın çörəyini götürüb ağızucu “sağ ol” deyib getdi.(Bu qadının ərə getməyi müşkül məsələydi: birincisi, yaş məsələsi, ikincisi yaraşıqsız, ensiz, qeyri-tabax sifətində qırışlar vardı, üçüncüsü də arıq idi).Mən o vaxtı ikinci sinifdə oxuyurdum, ürəyimdə bu arvada gülmüşdüm ki, “Gijdi ee bu, qırx beş yaşı var, eşşək boyda arvaddı, amma hamıya yalandan dedi ki, qız uşağıyam”.Hələ az qaldı bu arvadın qiybətini eliyib gülmək üçün eşitdiyim söhbəti evdə nənəmə, babama danışım.......18-19 may 2010, Bakı
['kənd həyatı', 'ərə getmək', 'Alpay Azər']
4,894
https://kayzen.az/blog/dusundurucu-hekayeler/7222/yetim-s%C3%BCfr%C9%99si.html
Yetim süfrəsi
Xrizoberil
Düşündürücü hekayələr
28 sentyabr 2011, 13:24
Gənc adam, bir əczaxanada şagird olaraq işə girmiş, şirin dili və çalışqanlığıyla qısa müddətdə hötmət qazanmışdı. İstənən dərmanları sürətlə hazırlayarkən, bir tərəfdən də müştəriylə söhbət edərdi. Gələnlər həmişə kefsiz insanlar idi. Lakin şagird mütləq bir ortaq nöqtə tapır və onlarla yoldaşlıq qururdu. Orta yaşlı bir xanım olan əczaçı, şagirdindən çox razı idi. Buna görə də aylığına əlavə artım edirdi. Gənc adam, edilən bu artımları qeyri-kafi qəbul etdiyi üçün ən bahalı dərmanlardan gizlicə götürməyə başladı. Bunları əl altından satarsa, kasıblıqdan yavaş-yavaş xilas olacaqdı. Şagirdin kasıb evlərlə əhatəli olan evi, çox keçmədən dəyişməyə başladı. Bir sıra təmir və əlavələrdən sonra təpədən dırnağa rənglənilən ev, damına yerləşdirilən bir peyk antena ilə tamamlanmışdı. Lakin diqqətləri ən çox çəkən şey, evdən gün aşırı yüksələn qızartma qoxuları idi. Məhəllənin bayramdan bayrama ət görən insanları, bu qoxuların küftəyəmi yoxsa kotletəmi aid olduğu mövzusunda düşünür və qoxular artdığında uşaqların qibtə etməməsi üçün, pəncərələri bağlayırdılar. Şagird, həyat yoldaşının yemək mövzusundakı xəbərdarlıqlarına qulaq asmır və xüsusilə bitişik evdə yaşayan uşaqlara köməyə yanaşmırdı. Bu uşaqlar, ataları öldüyündən çətin vəziyyətdə idi. Amma özü də əlbəttəki dövlət deyildi, hər kəsə baxa bilməzdi. O uşaqlara verdiyi bayram cibxərcliyi heç də az sayılmazdı. Kiçik qızına dar gələn, ya da artıq dodaq büzdüyü üçün bir kənara atılan paltarlar da, hesaba alınmalı idi. Hər kəs o qədər versə varlanardılar. Gənc adamın arvadı,ara bir də olsa, yetimlərin anasına yemək göndərirdi. Lakin yoldaşı ət verməyi qadağan etmişdi. Çünki ətin dadını bir dəfə alarlarsa, başqa bir yeməyi bəyənməzdilər. Şagirdin kiçik qızı, tez-tez ət yeməkdən bezdiyi üçün, «orası yağlı, burası sümüklü» dediyi kotletlərə bir dişlək atıb yarımçıq qoyurdu. Ona görə bu qismətlər, qonşu bağçaya gələn pişik və itlər üçün əla bir qonaqlıq idi. Gənc adam, heyvanlara nifrət edərdi. Buna görə də «qonaqlığa» etiraz etmiş, lakin sonunda qızına boyun əymişdi. İtlərin hürməsi, xüsusilə gecələr onu dəli edirdi. Bu səsləri eşidəndə, çox zaman balkona çıxıb onları qovurdu. Yetimlərin anası da həmişə bağçada olardı.Deyəsən bu işdən, qadın da narahat idi deyə düşünürdü. Gənc adam, itləri götürmələri üçün bələdiyyəyə etdiyi şikayətlərdən bir nəticə görməyəndə, problemi tək başına həll etməyə qərar verdi. Və kotlet artıqlarını, əczaxanadan gətirdiyi dərmanlar ilə zəhərlədikdən sonra, bağçaya atdı. Beləliklə problem tam həll ediləcəkdi. Sabahısı gün, yetimlərin öldüyünü eşitdilər. Həkimlər, ananın etirazına baxmayaraq, uşaqların dərman içdiklərini söyləyirdilər...
['yetimlik', 'aclıq', 'yetim uşaq', 'kimsəsiz uşaq']
4,895
https://kayzen.az/blog/edebiyyat/7221/isabel-makondada-ya%C4%9F%C4%B1%C5%9Fa-bax%C4%B1r.html
İsabel Makondada yağışa baxır
BaKiNeC
Ədəbiyyat
28 sentyabr 2011, 12:10
Bazar günü, ibadətdən sonra hava birdən-birə dəyişdi. Gecə bürkü idi. Hətta səhər tezdən heç kəsin ağlına gəlməzdi ki, bu gün yağış yağa bilər. Biz - qadınlar kilsədən çıxıb, çətirləri açmağa macal tapmamış, acı qara yel qopdu və bir anın içində toz-torpağı, mayın quru qar-qabığını silib-süpürüb göyə sovurdu. Yanımda kimsə:- Yağış yağacaq, - dedi.Bunu mən artıq bilirdim. Kilsədən çıxhaçıxda duyduğum qəribə bir soyuqdan bütün bədənim əsdi. Kişilər bir əli sombrerolarında, bir əli üzlərini örtən yaylıqda yaxınlıqdakı evlərə tələsdilər. Sonra selləmə yağış tökdü və bomboz, həlməşik səma lap aşağıda, az qala başımızın üstündə yırğalandı.Günün qalan hissəsini analığımla eyvanda keçirdik. Neçə ay yayın bürküsündən, toz-torpağından əziyyət çəkmiş dibçək güllərinin yağışdan cana gələcəyini fikirləşib sevinirdik . Günortaya yaxın torpağın parıltısı itdi, güllərin və adama gümrahlıq gətirən yağışın qoxusu yumşalmış torpağın, dirçəlmiş bitkilərin ətrinə qarışdı.Nahar vaxtı atam dedi:- Yayda yağış yağırsa, quraqlıq olmayacaq.Analığım ilin yeni fəslinin şüasına oxşayan bir təbəssümlə dedi:- Moizə vaxtı da elə bunu deyirdilər.Atam gülüməsdi və iştahla yeməyə başladı, hətta bir müddət bizimlə eyvanda oturdu, görünür kefi kök idi, gözləri yumulu oturmuşdu, amma yatmamışdı.Yağış bütün günü ara vermədən yağdı, nə gücləndi, nə də zəiflədi - elə bir babda tökdü. Yağışın səsi yeknəsək və sakit idi, elə bil bütün günü qatarda yol gedirdik, amma yağışın duyğularımıza hopduğunu heç birimiz hiss eləmirdik. Bazar ertəsi səhər tezdən patiodan gələn sərt, sümüyə işləyən soyuğu hiss edib, qapını örtəndə yağış artıq öz işini görmüşdü, elə bil yağış içimizə yağırdı, bütün duyğularımız ağzınacan yağışla dolmuşdu və aşıb-daşmağa başlamışdı. Analığımla eyvanda oturub yene bağa baxırdıq. Mayın boz, bərk torpağı bir gecənin içində paltar sabununa oxşayan qara və yapışqanlı palçığa dönmüşdü, gül dibçəklərinin arasıyla bulanıq iti arxlar axırdı.Analığım:- Axır ki, doyunca su işdilər, - dedi.Artıq o gülümsəmirdi, dünənki gümrahlığını yorğun bir ciddilik əvəz etmişdi.- Doydular da sözdü, - cavab verdim. – İşçilərə demək lazımdır ki, gülləri dəhlizə yığsınlar , yağış kəsənəcən orda qalsa yaxşıdı.Belə də elədilər, yağış isə böyüyürdü, bütün ağaclardan da iri bir ağac kimi böyüyürdü. Atam bazar günü dincəldiyi yerdə oturmuşdu, amma yağış barədə bir kəlmə də kəsmədi, elə bircə bunu dedi:- Gecəni çox pis yatmışam, səhərə yaxın belimdəki ağrıdan oyandım.Və beləcə ayaqları stolun üstündə, üzü bağa sarı kirimişcə oturduğu yerdəcə qaldı, yalnız bircə kərə ağzını açıb:- Deyəsən bu yağış heç vaxt kəsməyəcək - dedi.Mən isti ayları xatırladım, avqust ayını, günortanın sonu görünməyən donuqluğunu xatırladım, onda biz çox ləng ötən vaxtın ağırlığı altında can verməkdəydik, paltarımız tərli bədənimizə yapışmışdı, bayırda isə həmin o sonsuz vaxtın boğuq, zəhlətökən uğultusu eşidilirdi. Mən nəm divarlara baxırdım, taxtaların arasındakı deşiklər bir az da böyümüşdü . Kiçik bağımıza, anamdan qalma jasmin kollarına baxırdım, yelləncəkdə oturub yastığa söykənmiş atama, onun yağışın toranında azmış qüssəli gözlərinə baxırdım. Mən təzədən avqust gecələrini, min illər boyu paslı, yağlanmamış oxu ətrafında fırlanan planetin uğultudan savayı, heç nə eşidilməyən möcüzələrlə dolu səssizliyini xatırladım. Qəfildən bütün varlığımı dözülməz bir kədər bürüdü.Bazar ertəsi də yağış ara vermədən yağdı. Sonra mənə elə gəldi ki, bu yağış nə isə başqa cürdür, dünənki yağışdan büsbütün seçilir. Çünki qəlbimdə anlaşılmaz və çox acı hisslər baş qaldırmışdı. Mən axşam eyvanda oturmuşdum, qəfildən yanımda kimsə:- Necə də kədərli yağışdır, - dedi.Mən səs gələn tərəfə baxmasam da başa düşdüm ki, bu Martindir. O, yanımda oturub uzaq, tutqun bir dekabr səhərində ərim olduqdan sonra da dəyişməmiş soyuq və laqeyd bir səslə danışırdı. O vaxtdan beş ay keçmişdi, mən artıq boylu idim və Martin yanımda oturub həmin o laqeyd səslə yağışın ona qüssə gətirdiyindən gileylənirdi.- Amma mənim fikrimcə, yağış qüssəli deyil. Adamı sıxan bu boş bağ, bir də bu bədbəxt ağaclardır ki, heç yerə gedə bilmir.Bunu deyib Martinə baxmaq istədim, ancaq o, artıq yox idi, yerində güclə eşidiləcək bir səs qalmışdı:- Görünür bu yağış ömür – billah bizdən əl çəkməyəcək.Çərşənbə axşamı , səhər tezdən bağda bir inək gördük. Dizəcən palçığın içində, başını aşağı dikib durmuşdu və bu sərt, inadkar donuqluğu ilə gildən yoğrulmuş kiçik təpəyə oxşayırdı. İşçilər on daşa basdılar, ağacla döydülər, ancaq inək yerindən tərpənmədi, ayaqları palçıqda, yekə başına yağış döyə - döyə alınmaz qala kimi dayanıb durmuşdu, heç səsini də çıxarmırdı, amma işçilər də onu dinc buraxmırdılar , axırda atamın səbri tükəndi:- Əl çəkin ondan, - dedi, - özü necə gəlib , elə də çıxıb gedəcək, əl çəkin ondan.Günortadan sonra nəmişlik artdı, rütubətin çoxluğundan nəfəs almaq olmurdu, ürəyimiz sıxılırdı. Sübh çağının təmiz havası çox tez boğanaq bürküyə çevrilirdi. Havanın hərarəti nə çox yuxarı, nə də çox aşağıydı, əsl qızdırma havasıydı. Ayağımız tərləyirdi. Bilmək olmurdu ki, dəri açıq qalanda pisdir, ya paltara toxunanda. Bütün ev nəfəsini qısıb susmuşdu. Biz eyvanda oturmuşduq, artıq nə yağışa baxırdıq, nə suyun səsini dinləyirdik. Dumanda qaralan ağaclardan savayı heç nə görmürdük. Bu çarəsiz, cansıxıcı axşam yuxuda bir adamı görüb ayıldıqdan sonra dodaqlarıda duyduğun dad kimiydi, baş açmaq olmurdu ki, nə tamdı belə. Mən bilirdim ki, bu çərşənbə axşamıdı, ona görə Müqəddəs İyeronim yetimxanasındakı kor, ekiz bacıları xatırladım. Onlar hər həftə bizə mahnı oxumağa gəlirdilər. Yağış şırıltısı içindən mən sanki bacıların acı bir möcüzə duyulan səslə oxuduqları kədərli mahnılarını eşidirdim və düşünürdüm ki, indi onlar yetimxanada oturub səbirsizliklə yağışın kəsməyini gözləyirlər ki, gəlib öz mahnılarını oxusunlar. Bu gün ekizlər gəlməyəcəklər, deyə deyə düşünürdüm, hər çərşənbə axşamı nanə budağı istəməyə gələn dilənçi qızı da görməyəcəyəm.Bu gün yeməklərin qaydası da pozulmuşdu. Günorta analığım hərəmizə bir qab şorba ilə bir tikə kifsənmiş çörək verdi. Bazar ertəsindən bəri heç nə yeməmişdik. Yağış bizi elə ovsunlayıb təbdən çıxarmışdı ki ,təbiətin dəliliyinə müticəsinə tabe olduq. İnək yalnız axşam üstü yerindən tərpəndi, qəfildən onun içindən boğuq bir böyürtü qopdu, ayaqları bir az da zığın içinə batdı. Sonra o təzədən donub yerində qaldı, deyəsən artıq ölmüşdü, yalnız diri olmağa, uzun müddət yağışın altında durmağa vərdiş etdiyi üçün yerə yıxılmırdı, yarım saata qədər beləcə ayaq üstə qaldı, axırda bədəninin ağırlığı bu vərdişi üstələdi , qabaq ayaqları büdrədi, qatlandı, (qaramtıl, işıldayan sağrısını son cəhddə yuxarı qaldırmışdı), tüpürcəkli ağzı palçığın içinə quylandı və inək sanki ölüm mərasiminin ləyaqətini başa düşürmüş kimi bədəninin ağırlığına tabe olaraq ağır-ağır, səssizcə yerə çökdü.- Gör bir başımıaz nələr gəlir, - deyə kimsə arxadan dilləndi.Mən geri qanrılıb astanada durmuş dilənçi qızı gördüm. Yağışa baxmayaraq o, adəti üzrə nanə budağı istəməyə gəlmişdi.Qonaq otağına girəndə divarın yanına çəkilib üstündə mebel qalanmış stolu, içi qab-qacaqla dolu yeşikləri və bir gecədə quraşdırılmış körpücüyü görməsəydim, bəlkə də artıq çərşənbə axşamı bu üzücü dəhşətə birtəhər öyrəşərdim. Lakin qarşımda açılan mənzərə məndə tükürpərdən bir boşluq hiss doğurdu. Bu gecə nə isə baş vermişdi. Ev alt-üst olmuşdu, qurşağacan soyunmuş, şalvarlarını dizəcən qatlamış ayaqyalın işçilər mebeli yemək otağına daşıyırdılar. Onların sifətində, canfəşanlığında yağışa müti bir itaət hiss olunurdu. Mən boş-boşuna otaqları gəzirdim. Mənə elə gəlirdi ki, üstünü mamır, şibyə, yapışqanlı göbələklər basmış sulu-sucaqlı, çox qüssəli bir çəmənəm. Mən qonaq otağında dayanıb bu ürək sıxan mənzərəyə tamaşa eləyirdim ki, analığımın səsini eşitdim: “Qızım, sətəlcəm olarsan”. Baxıb gördüm ki, ayaqlarım suyun içindədi, bütün otağı su basıb, döşəmə suvaşqanlı, durğun su ilə örtülüb.Günorta hava təzəcə işıqlanırdı, saat üçə yaxın isə yağışın aram, yeknəsək və amansız ritmi altında ətrafa yenidən xəstə və erkən bir qaranlıq çökdü. Divar boyu düzülmüş stullarda ayaqlarını yığaraq fağır-fağır əyləşmiş işçilərin lal-dinməzliyindən sakit və kədərli bir alatoranlıq doğdu. Elə bu vaxt küçədən xəbərlər gəlməyə başladı. Onları evə gətirən yox idi - özləri gəlirdilər. Dəqiq, bir - birinə oxşamayan bu xəbərləri sanki lehmə palçıqlı küçələrdən yığıb-yığışdırıb evə gətirirdi. Bazar günü baş vermiş hadisələri yalnız cümə axşamı öyrənə bildik, demə su kilsəinin içinə dolubmuş, kilsə təhlükə altındadı və hər an uça bilər . Axşamüstü kimsə:- Iki gündü qatar köroüdən keçə bilmir, - dedi. – Görünür çay relsləri yuyub aparıb.Sonra eşitdim ki , xəstə bir qadın yorğan – döşəyin içindən yoxa çıxıb, yalnız bu gün tapılıb, meyit patioda suyun içində üzürmüş.Bütün varlığımı dəhşət və ara verməyən yağış sanki məni ovsunlamışdı. Ayaqlarımı altıma yığaraq yelləncək – kresloda oturub gözlərimi qeyri – müəyyən qorxularla dolu, nəm zülmətə dikmişdim. Elə bu vaxt qapının ağzında analığım göründü, başını dik tutaraq əlindəki lampanı qabağa uzatmışdı, elə bil nəyisə axtarırdı . O, çox tanış bir ruha oxşayırdı , lakin bu ruh məndə heç bir qorxu doğurmurdu, çünki onun bu fövqəl-təbiiliyinə mən də şərik idim. Beləcə əlində lampa, başını dik tutaraq suyu şappıldada-şappıldada mənə yaxınlaşdı. - Dua elə ! – dedi.Onun quruyub qaxaca dönmüş sifəti çat-çat idi, elə bil indicə xortlayıb qəbirdən çıxmışdı . Bir əlində lampa, o biri əlində təsbeh qarşımda dayanıb:- Dua eləmək lazımdır, - deyirdi. – Su qəbirləri yuyub aparıb, biçarə ölülər qəbristanlıqda üzürlər.Həmin gecəni səksəkəli yatdım. Gecənin bir aləmində kəskin bir iy məni yuxudan oyatdı – adətən belə iy çürümüş cəsəddən, meyitdən gəlir. Mən yanımda xoruldayan Martini silkələməyə başladım:- Hiss eləyirsən?O yuxulu-yuxulu soruşdu:- Nəyi?- İyi, - dedim, - meyitlər küçələrdə üzürlər.Bu fikir məni dəhşətə gətirdi, lakin Martin arxasını mənə çevirərək xırıltılı və laqeyd səslə:- Sən allah, qoy yataq, - dedi. – Deyəsən səni qara basır.- Cümə axşamı üfunət çəkilib getdi, onunla birlikdə məsafə duyğusu da itdi. Cümə axşamı yox idi, onun yerinə nə isə cismən duyulan, həlməşik, qeyri-müəyyən bir şey vardı ki , gərək onu əlləriylə aralayıb cümə gününə girəydin. Qadınlar və kişilər arasındakı fərq də itib yoxa çıxdı. Atam, analığım, fəhlələr şişib-şişib tuluğa dönmüşdülər, özü də elə bil yerimirdilər, bataqlıqda yırğalanırdılar.Atam dedi:- Mən qayıdanacan yerindən tərpənmə, gəlib hər şeyi danışaram.O , yanımda durub danışsa da, səsi elə bil çox uzaqlardan gəlirdi, səsin özündə də aydınlıq yox idi, sanki bu səsi qulağınla deyil, toxunub dəyməklə qavrayırdın, çünki bütün duyğular yoxa çıxmışdı, yalnız toxunduğuna inana bilərdin.Lakin atam qayıtmadı, o vaxtın içində itib yoxa çıxdı. Gecə düşdükdə analığımı çağırıb xahiş elədim ki, məni yataq otağına aparsın. Gecəni yaxşı yatdım. Ertəsi gün hər şey olduğu kimi qalmışdı; rəngsiz, qoxusuz, hərarətsiz. Yuxudan oyanan kimi qalxıb çarpayıda oturdum və yerimdəcə donub qaldım: elə bil nə isə mənə şüurumun hansısa bir hissəsində hələ oyanmadığını deyirdi. Qəfildən mən yağışın əlindən baş götürüb qaçan qatarın uzun və kədərli fitini eşitdim. Düşündüm ki, yəqin hardasa yağış kəsib. Arxamda kimsə fikrimi oxuyurmuş kimi.- Hardasa ... – dedi.Diksindim: “Kimdi bu?”Dönüb arxaya baxanda analığımı gördüm. O, sümükləri çıxmış əli ilə divarın o tayını göstərirdi.- Eşitdin? - deyə soruşdum.O cavab verdi ki, bəli, eşidib, görünür hardasa yağış kəsib, dəmiryol xəttini təmir ediblər . Sonra səhər yeməyi olan padnosu mənə uzatdı . Yeməkdən sarımsaq və inək yağının iyi gəlirdi. Şorba idi. Özümü itirərək soruşdum ki, saat neçədi. Analığım sakit, yorğun bir səslə:- Üçün yarısı olar, - dedi. – İndicə qatar keçdi, yağışa baxmayaraq yubanmır.Mən təəcübləndim:- Necə üçün yarısı olar? Yəni mən bu qədər yatmışam?Analığım dedi:- Sən lap az yatmısan, indi saat ancaq üç olar.- Bəyəm bu gün cümə günü deyil?Analığım sakit, çox sakit bir səslə:- Bu gün cümə axşamıdır, qızım, - dedi. Vur-tut cümə axşamıdır.Bu yarıyuxulu vəziyyətdə nə qədər qaldığımı bilmirəm, çünki bütün duyğular korlanmışdı, heç nə hiss eləmirdim, yalnız haçandan-haçana qonşu otaqdan səs eşitdim:- Çarpayını öz yerinə qaytara bilərsən.Səsdə yorğunluq yağsa da, bu xəstə deyil, sağalmaqda olan adamın səsi idi. Sonra mən nəyinsə kərpiç döşəmənin üzəriylə süründüyünü eşitdim. Bütün bədənim yay kimi gərilmişdi, yalnız bir müddətdən sonra çarpayıda uzanmış olduğumu başa düşdüm.Yavaş-yavaş özümə gəlirdim: əvvəl sonsuz bir boşluğu, sonra evin titrək və çılğın sükutunu, ətrafımdakı bütün əşyaların hədsiz donuqluğunu hiss etdim. Sonra qəfildən ürəyimin soyuyub buz parçası döndüyünü hiss elədim. “Ölmüşəm, - deyə düşündüm, - ilahi, mən ölmüşəm”! Yatağımdan sıçrayaraq qışqırdım:- Ada, Ada!Yanımdan Martinin laqeyd səsi gəldi:- Səni eşidən olmayacaq - evdə heç kəs yoxdur, hamı çıxıb gedib.Yalnız bundan sonra yağışın artıq kəsdiyini, ətrafa dərin və əsrarəngiz bir sükut çökdüyünü başa düşdüm. Eyvandan ayaq tappıltısı gəldi, aydın, həyat dolu bir səs eşidildi. Sərin meh astaca qapını itələdi, qıfılı çırmaqladı, sonra bərk bir şey şappıltıyla hovuzun içinə düşdü, görünür yetişmiş meyvə idi. Hava da nə isə qaranlıqda durub gülümsəyən canlının varlığından xəbər verirdi.Mən bir-birinə qarışmış günlərin, saatların içində azaraq düşünürdüm: “İlahi, əgər indi məni ötən bazar günü ibadətinə çağırsaydılar, zərrə qədər təccüblənməzdim”.Tərcümə edəni: Natiq Səfərov
['Qabriel Garsia Markes']
4,896
https://kayzen.az/blog/stil/7219/%C3%BCzd%C9%99ki-ki%C3%A7ik-q%C3%BCsurlardan-azad-olma%C4%9F%C4%B1n-sirl%C9%99ri.html
Üzdəki kiçik qüsurlardan azad olmağın sirləri
Qını
Yaraşıqlı görünüş, gözəl imic
28 sentyabr 2011, 02:51
Bu danılmaz bir faktdır ki, hamının xüsusilə qadınların üzündə bəyənmədiyi bir hissə var və bu daim onları düşündürür. Ancaq bu çox böyük problem deyil çünki bütün bu kiçik qüsurları gündəlik istifadə edilən makiyaj vasitələri ilə asanlıqla örtmək olar. Bunları sizlərə təqdim edirik.BurunƏgər sizin burnunuzdan şikayətiniz varsa onda yaxşı olarki diqqəti başqa yerə yönəltməlisiniz. Bunun müxtəlif yolları var. Məsələn, gözlərinizi, dodaq və almacıq sümüklərinizi biruzə verən makiyajdan istifadə etmək olar. Əgər gözünüzün altında qaraltı varsa, bunları örtməyə çalışın. Əks təqdirdə burnunuz daha sivri görünə bilər. Göz makiyajında tuş və boyalardan düzgün istifadə burunun ölçüsünü kiçildə bilər.ÇənəÇox rast gəlinən bir haldır. Əgər çənənizin çıxıq olmasından narazısınızsa, istifadə etdiyiniz pudradan iki ton açığını çənənizə və boynunuza vurmaq lazımdır. Boyuna pudra vurmaqda məqsəd aradakı rəng fərqini hiss etdirməməkdir. Bundan əlavə, gözlərin makiyajını önə çıxarmaqla uzun çənə effektini azaltmaq olar. Canlı dodaq boyalarından istifadə də sizi bu narahatlıqdan qurtara bilər.GözlərGözlər qəlbin aynası olsada yorğun görünən gözlərdən qurtulmaq üçün parıltılı göz boyalarından istifadə edə bilərsiniz. Sonra gözün üst qapaqlarına layner sürün. Gözün yarısına kimi açıq, sonuna doğru isə tünd rəngli boyadan istifadə edin.ÜzƏgər siz yuvarlaq üzə sahibsəniz, almacıq sümüklərinizi bir az arxa plana keçirməlisiniz. Bunun üçün yanaqlarınıza, almacıq sümüklərinizə və çənə altınıza böyük fırça ilə bürünc rəngli allıq sürün. Alnınızı, burnunuzu və çənəninizi daha açıq rəngli pudra ilə vurğulayın. Dodaqlarİncə dodaqları qalın göstərmək üçün açıq tonda dodaq qələmi ilə hiss edilməyəcək şəkildə dodaqlarınızı çərcivəyə alın. Daha sonra çərcivənin içərisini qələmlə boyayın və ya eyni rəngli dodaq boyası sürtün.QaşlarQaşlarınız sözünüzə baxmır və səliqəli dayanmırsa onları fırçalayın. Adi diş fırçası ilə aşağı doğru sallanan qaşlarınızı sərt fırçalamaqla yuxarı qaldırın. Sonra onlara saç jelesi vurun və təkrar fırçalayaraq formaya salın. Əgər siz həmçinin gözəl saçlara maliksinizsə qaşlarınız daha effektiv görünəcək.BoyunBoynunuzun qısa olduğunu düşünürsünüzsə, etməyiniz gərəkən yeganə şey sırğa taxmaqdır. Bu diqqəti boynunuzdan üzünüzə yönəlməsini təmin edəcək.Həmçinin baxın: Arıqlamağın sirləri                       Stilə uyğun geyinmək                       Gözəl görünmək istəyənlər 
['üzdəki qüsurlar', 'yaraşıqlı imic']
4,897
https://kayzen.az/blog/paint/7218/r%C9%99ssamlar%C4%B1n-r%C9%99ssam%C4%B1-pol-sezan.html
Rəssamların rəssamı Pol Sezan
Samir012
Məşhur rəsmlər və rəssamlar
28 sentyabr 2011, 01:39
Pol Sezan (1839 - 1906) həyatının sonuna qədər rəssam kimi qəbul edilməmişdi və dövrünün bir çox sənətşünası tərəfindən "istedadsız" kimi xarakterizə edilmişdi. Fransız post-impersionist rəssam Sezan impersionizmlə kubizm arasında körpü qurmuşdu, onun sənət anlayışı 20-ci əsrə yeni pəncərə açdı.Modern rəssamlığın inkişafında verdiyi töhfələr və sonrakı nəslə olan böyük təsirindən dolayı Pikasso onu "hamımızın atası", Renuar isə "əsrarəngiz şəxsiyyət" adlandırırdı. Həyatı boyunca əsərləri nadir hallarda sərgilənən rəssam çox sakit bir ömür yaşayıb. Sadəcə bir neçə üslubda şəkil çəkirdi. Sağlığında heç vaxt qiymətləndirilməsə də, sonradan dövrünün ən böyük rəssamı kimi qəbul edildi. Ailə Sezanın həyatının böyük bir qismi çox güclü və əzici şəxsiyyəti olan atasının tabeliyi altında keçmişdi. Rəssamlığa olan böyük marağına baxmayaraq, 1856-cı ildə daxil olduğu rəssamlıq akademiyasından çıxmış və atasının əmriylə Hüquq Məktəbinə daxil olmuşdu. İnsanlarla ünsiyyətə girməyi sevməyən və bunu "mən tək başıma qalmaq üçün yaradılmışam" cümləsiylə ifadə edən rəssam sərt, qaba, qəsdən etdiyi kobud davranışlarıyla özünü qoruyan bir qabığa bürünərək yaşayırdı. Həyatında etibar etdiyi yeganə şəxs atasıyla olan gərgin münasibətləri fonunda onu müdafiə edən anası idi. Həyatda uduzdu, sevgidə uduzdu, amma sənətdə uddu Pol Sezan 1869-cu ildə Mariye-Hostens Fikeylə tanış olarkən, şəkillərinə hələ də alıcı tapa bilmədiyindən dolayı, yaşamaq üçün atasının yardımına ehtiyac duyurdu və tez-tez onun təhqirlərinə dözməli olurdu. Sezanın bəzi əsərlərində bəzən gözəl, bəzən adi, bəzən də iri qara gözlü əsmər olaraq görünən Fike yoxsul ailənin qızıydı və Sezandan 11 yaş kiçikiydi. Sezanın 30, Fikenin isə 19 yaşı varıydı. Fike deyingən və dikbaş bir qadınıydı, pul xərcləməyi də çox sevirdi. Fikenin rəssamın əsərlərini tez-tez təhqir etdiyi, buna görə də Sezanın dostlarının ondan xoşu gəlmədiyi məlumdur. Amma qadınlardan çəkinən Sezan, gənc Fikeyə o dərəcədə vurulmuşdu ki, o günə qədər tənha yaşamasına səbəb olan az gəlirini təhlükə altına salmağa risk etmiş, təkcə münasibətini deyil, 1872-ci ildə Fikedən dünyaya gələn oğlunu da atasından gizlətmişdi. Amma gec ya tez, atası bu xəbəri eşidəcəkdi. Sezana verdiyi xərcliyi də yarıya qədər aşağı salacaqdı. "Heç kimi vecinə almadan çalışmaq və güclənmək sənətcinin əsas məqsədidir: geridə qalan hər şey mənasızdır" "Rəsmin əsas elementi olan rəngi cizgilərdə və həqiqi təsvirdə həddindən artıq istifadə etdiyi üçün, yəni "həqiqi bir rəssam deyil,rəngkar" olduğundan dolayı" gördüyü işlər Paris İncəsənət Akademiyası tərəfindən dəfələrlə rədd edilmişdi. Sezan impersionizmdən yola çıxaraq yeni sənəti ifadə edən post-impersionizmin ən böyük ustası olmuşdu. O, eyni zamada 20-ci əsr janrlarının (kubizm, fovizm və abstrakt) təməlini qoyan fərdiyyətçi və yenilikçi bir sənətkarıydı. Modern rəssamlığın ən ciddi nümayəndələri Sezanı özlərinin inkişafında ən önəmli şəxs kimi gördüklərini bildirirdilər. Doğrudan da onun yeni məkan anlayışı və ənənəvi perspektiv qayda-qanunlarını inkar etməsi rəsm anlayışını yeniləmiş, "avtonom" rəsmin və rəsmi geometrik ünsürlərə ayıran yeni növ cərayanların meydana çıxmasına yardım etmişdi. Son Sezanın əsərləri xüsusilə 1907-ci ildə Parisdə açılan "Salon d'Automne" sərgisində hərarətlə qarşılanmış və bu əsərlər XX əsr rəsm əsərlərinin ən önəmli nümunələri adlandırılmışdı. O, sonradan müasir rəssamlığım formalaşmasında mühüm rol oynayan fovlar, kubistlər və abstrakt rəssamlara: yeni nəslə çox ciddi şəkildə təsir etmişdi. Sezan 1906-cı ildə fırtınanın olmasına baxmayaraq çöldə şəkil çəkməkdə davam edərkən halı pisləşmiş və bir həftədən sonra sətəlcəmdən vəfat etmişdi. 20-ci əsr modernistlərinə görə, Sezan modern rəssamlığın atasıdır.Həmçinin bax: Klod Mone-çiçəkləri sevən impressionist rəssam Pol Qoqen-fransız rəssamı Müəllif: Cavid Ramazanov/ ann.az-a istinadən
['Pol Sezan', 'dahi rəssam', 'impressionist rəssam', 'Sezann', 'rəssam']
4,898
https://kayzen.az/blog/maraqli-faktlar/7214/m%C3%BCs%C9%99lmanlar%C4%B1n-20-%C9%99n-b%C3%B6y%C3%BCk-k%C9%99%C5%9Ffi.html
Müsəlmanların 20 ən böyük kəşfi
yravil
Maraqlı faktlar
27 sentyabr 2011, 17:11
Mübarək Ramazan ayını yaşadığımız bir vaxtda bütün dünyada İslama və müsəlman dünyasına olan diqqət artmaqdadır. Dünya mətbuatında yer alan yazılar da bünü sübut edir. Dünyaca məşhur ingilis "The Independent" qəzeti öz sayında müsəlmanların 20 ən böyük kəşfinin siyahısını dərc edib. "Sabah.com.tr" saytının məlumatına görə, qəzet müsəlmanların qəhvə, tibb ləvazimatlarının dizaynı və qələm kəşflərinin bəşəriyyətin yaşayışına necə təsir etdiyini açıqlanıb.Müsəlmanların 20 ən böyük kəşfi:1. QəhvəRəvayətə görə, Cənubi Efiopiyada Xalid adlı bir ərəb çoban qoyunların bir bitkini yedikdən sonra canlanığını görüb. O, həmin bitkidən toplayaraq onu qaynadıb və içib. Bununla da bitkinin istifadəsi başlayıb. Qəhvə Avropaya, daha dəqiq desək, İtaliyanın Venesiya bölgəsinə yalnız 1645-ci ildə gəlib çatıb.2. "Gözün sirri"Qədim yunanlar insan gözündən işıq şüalarının çıxdığını, buna görə də görə bildiyini deyirdilər. X əsrdə isə müsəlman alim İbn Haytam işıq şüalarının insan gözündə əks olunmasını, sınmasını, bunun sayəsində görə bildiyimizi kəşf etmişdi. 3. ŞahmatŞahmatın müasir versiyası ilk dəfə İranda kəşf edilib və bundan sonra Avropaya yayılıb. 4. Uçmaq cəhdiRayt qardaşlarının ilk uçmaq cəhdindən təxminən 1000 il öncə Abbas İbn Firnas adlı bir ərəb "Ulucami" məscidinin minarəsindən taxta qanadlarla uçmağa cəhd edib. Uça bilməyib, amma taxta qanadların yaratdığı paraşüt effekti ilə yerə asta şəkildə enib. 875-ci ildə 70 yaşında ikinci dəfə, bu dəfə ipək və qartal tüklərindən hazırlanmış qanadlarla uçmağa cəhd edib və təxminən 10 dəqiqə havada qalıb.5. Sabun və şampunSabun daha öncələr Qədim Misirdə də olub, amma ərəblər həmin sabuna bitki yağı əlavə etməklə müasir dövrdə istifadə edilən sabunu kəşf ediblər. Şampun da ərəblərin kəşfidir, İngiltərəyə ilk dəfə 1759-da gətirilib.6. MayeMüxtəlif qaynam temperaturu sayəsində mayelərin bir-birindn fərqləndiyii ilk dəfə Cabir İbn Həyyan adlı müsəlman kəşf edib. O, etdiyi təcrübələrdə müasir kimyanın banisi sayılır.7. "Mil sistemi"Düz hərəkəti dönən hərəkətə çevirən mil sistemi ilk dəfə olaraq müsəlman elm adamı Əl-Ciziri tərəfindən kəşf edilib. 8. PaltarÜz və astardan ibarət paltar hazırlanması ilk dəfə Orta Asiyada kəşf edilib. 9. GünbəzGünbəz və bu kimi yumru şəkildə olan tikintiər İslam memarlığının məhsuludur. İngiltərə kralı V Henrinin sarayının memarı da müsəlman olub.10. Cərrah alətləri Bu gün dünyada istifadə olunan bütün cərrah alətlərinin dizaynını Əl-Zəhrəvi hazırlayıb. Onun hazırladığı alətlərdən 200-ə yaxını bu gün də istifadə edilir.11. Külək dəyirmanıKülək dəyirmanı ilk dəfə İranda kəşf edilib, daha sonra ərəb ölkələrində də istifadə edilməyə başlanılıb. Avropada ilk külək dəyirmanları isə bundan 500 il sonra istifadə edilib.12. İynə (tibbi)İlk dəfə olaraq iynədən istifadə də İslam dünyasında baş verib. Çiçək xəstəliyinə qarşı peyvənd Avropada kəşf ediləndən 50 il öncə Osmanlıda tətbiq edilib.13. Mürəkkəbli qələmİlk belə qələm 953-cü ildə Misir Sultanlığında kəşf edilib.14. Alqoritm və TriqonometriyaAlqoritm və Triqonometriya Avropaya İslam dünyasından gedib. 15. 3 növ yeməkİlk dəfə İspaniyanın Kordoba əyalətində müsəlmanlar yemək zamanı 3 növ yemək mədəniyyətini dünyaya çatdırıblar. 16. XalçaXalçanı da Avropaya müsəlmanlar gətirib.17. Çek (sənəd)Müasir banklarda istifadə edilən çeklərin mənşəyi ərəblər tərəfindən istifadə edilən və "sak" adlandırılan kağız olub.18. Dünya və GünəşMüsəlman alimlərindən bir çoxu artıq IX əsrdə Dünyanın Günəş ətrafında fırlandığını deyiblər. Qaliley isə bunu müsəlmnlardan 500 il sonra deyib. Müsəlmanların o vaxtkı hesablamalarına görə, Yer kürəsinin diametri 40 253 km idi (indiki ölçüsündən cəmi 200 km az).19. BarıtƏrəblər barıtı ilk dəfə hərbi məqsədlərlə istifadə ediblər. Xüsusən də Xaç Yürüşləri zamanı müsəlmanlar tərəfindən istifadə edilən roketə bənzəyən silah xristianları dəhşətə gətirmişdi.20. Baxça mədəniyyətiEvlərin həyətində baxça mədəniyyəti, baxça dekorasiyası Avropaya ilk dəfə müsəlmanlar tərəfindən gətirilib.
['musalmanlarin kəşfləri', 'kəsflər', 'maraqli fakt']
4,899
https://kayzen.az/blog/d%C9%99ri-z%C3%B6hr%C9%99vi/7211/cinsi-%C9%99laq%C9%99-vasit%C9%99si-il%C9%99-yoluxan-x%C9%99st%C9%99likl%C9%99r.html
Cinsi əlaqə vasitəsi ilə yoluxan xəstəliklər
Someone
dəri-zöhrəvi xəstəliklər
27 sentyabr 2011, 16:32
Dövrümüzün ən vacib problemlərindən biri olan çox əlaqə, yalnız əlaqələri deyil həyatı da təhdid edir. Dünyada hər il təxminən 330 milyon adam, cinsi təmasla keçən xəstəliklərə tutulur. Bu xəstəliklərin çox sürətli yayılmasının ən əhəmiyyətli səbəbi, indiki vaxtda çox yoldaşlı bir cinsi həyatın sürətlə mənimsənir olması və cinsi əlaqə əsnasında prezervativ istifadə edilməməsidir. Hər hansı bir çətinliyiniz olmasa belə, ən az ildə bir dəfə həkim idarəsindən keçməlisiniz. Xəstəlik ifadə edilərinin ortaya çıxması bəzən aylar, hətta illər müddət bilir. Xüsusilə bu xəstəliklər qadınlarda çox hiyləgər inkişaf edə bilir. Erkən yoxlanıldığında asanlıqla müalicə edilən bəzi xəstəliklər, gecikildiyində ciddi sağlamlıq problemlərinə səbəb ola bilir. Gonore: Tanı və müalicəsində gecikildiyi təqdirdə, sonsuzluq və xarici hamiləlik kimi problemlərə yol aça bilir. Vajinal axıntı, ağrılı sidik, qasıq ağrısı və adət arası qanamalar yoluyla özünü müəyyən edir. Oynaq ağrıları və şişliklər meydana gələ bilir. Nadir olaraq boğaz infeksiyası inkişaf edə bilir. Qadınların 50%ində heç bir əlamət göstərmədən meydana gələ bilir. Klamidya: İnfeksiya çox vaxt heç bir əlamət vermir. Tanı və müalicədə gecikilməsi, xəstəliyin uzun dövrlü təsirlərinin daha ağırlaşmasına gətirib çıxarır. Sonsuzluğa səbəb ola bilir. Hamilə qadınlarda isə erkən doğuma səbəbiyyət verə bilir. Bu bakteriya, ana qarınındakı körpədə korluqla nəticələnə bilən göz iltihablarına və klamidya sətəlcəminə səbəb ola bilir. Genital Herpes: Xalq arasında uçuq deyə bilinən bu infeksiyanın iki tipi var. Ya dodaq ətrafında yaralar meydana gəlməsinə səbəb olur, ya genital bölgədə infeksiya yaradır. Qaşındı və yanma, ağrılı səthi maye qabartıları əlamətləri arasında. Human Papilloma Virusu: Rəhm ağızı xərçənginin baş məsulu olan bu virus, kişilərdə xəstəliyə səbəb olmur. Ancaq kişilər daşıyıcı funksiyası yerinə yetirir. Bəzən prezervativ istifadə etmək belə, bu xəstəlikdən qorunmağı təmin etmir. Cinsi təmas əsnasında kişinin genital bölgəsinin qorunmayan tərəfləri, virusun bulaşmasına imkan tanıyır. Cinsi göndər bulaşan xəstəliklər arasında ən yüksək nisbətdə olan bu xəstəlik, ziyillər və gözlə görülə bilməyən lezyonlarla özünü müəyyən edir. Bunların xaricində, AIDS, Hepatit B, Sifiliz xəstəlikləri də cinsi göndər bulaşan xəstəliklər arasında iştirak edir. Ancaq bu xəstəliklər, cinsi təmas xaricində, idarəsiz qan nəqli, steril ola bilməyən şpris və iynələr, kəsici və dəliçi alətlər yoluyla da bulaşa bilər.
['cinsi əlaqə', 'cinsi xəstəliklər']