Unnamed: 0
int64 0
6.93k
| url
stringlengths 41
313
| title
stringlengths 3
153
| author
stringclasses 256
values | category
stringclasses 371
values | date
stringlengths 17
23
| content
stringlengths 3
89.6k
| tags
stringlengths 6
314
|
---|---|---|---|---|---|---|---|
5,000 | https://kayzen.az/blog/stil/6993/faydal%C4%B1-p%C9%99hriz.html | Faydalı pəhriz | Qını | Yaraşıqlı görünüş, gözəl imic | 10 sentyabr 2011, 00:16 |
Əziz xanımlar və gözəl qızlar. Sizlinlə sınanılmış və xeyri görülmüş bir diet novü paylaşacam. Bu diet sayəsində üzümüz təravətli olacaq, özumüz isə artıq kalorilərlə vidalaşa biləcəyik və ən əsası sevdiyimiz yeməklərdən və "fastfood" lardan bizi heçnə ayırmayacaq. Necə deyərlər doyana kimi yemək artıq sərbəstdir.Və keçək dietimizəDüzəltdiyimiz qarışım səhər heçnə yeməmiş istifadə edilməlidir və 15gün istifadə edilib 15gün ara verilməlidir. Və bu qarışımı içdikdən sonra istədiyimiz yiməyləridə yeyə bilərik. Bir dəstə petruşka ve yarım limona 1stakan su əlavə edərək blenderdə qarışdırırıq (5dəq müdətində) çoxda qatı olmayan məhlul olana qədər.Və hazırladığımız məhlulu içirik, 15 gün müddətində özünüz üzünüzdəki və qarın qisminizdəki dəyişikliyi görəcəksiz, çox az zəhmətlə düzəlir və gündə 1dəfə içilir,yaxın rəfiqələrimin əksəriyyəti istifadə edib və effekti görülüb, mən özüm şəxsən məsləhət görürəm itirəcəyiniz heçnə olmayacaq həm gözəl dəriniz həmdə gözəl bədən ölçüləriniz olacaq və bu dieti sizinlə də bölüşmək istədim.
Amerikalı dermatoloq Nikolas Perrikone cəmi üç gün ərzində dərinin vəziyyətini yaxşılaşdırmağı vəd edən pəhriz hazırlayıb. Onun sözlərinə görə, effekt üzün dartılması ilə müqayisə oluna bilər. Trend-in məlumatına görə, xüsusi qida rasionu dərini səpmələrdən təmizləyir, onu dartaraq parlaq edir.Belə yanaşmanın əsasında Perrikonenin şəkərin, duzun, alkoqolun və kofenin dərinin iltihabına təhrik etməsi barədə inamı durur. Bu isə artıq qocalma prosesini işə salır. Ona görə də həmin məhsulları müvafiq olaraq pəhrizdən çıxarmaq, onları dəriyə müsbət təsir edən məhsullarla əvəz etmək lazımdır. Onların sırasına tərkibində zəngin yağ turşuları omeqa-3 və antioksidantlar olan məhsullar daxildir. Bu birləşmələr dərinin hüceyrə qişasını müdafiə edir, onlara suyu saxlamaqda kömək edir. Həmçinin, çoxlu su içmək tövsiyə olunur.Beləliklə, üç gün ərzində sizə əsasən somğa balığı, yaşıl tərəvəz, giləmeyvə və qoz yemək təklif olunur. Kofein, şəkər, alkoqol və duzla yanaşı, taxıl məhsullarından da imtina etmək lazım gəlir. Birinci günü üç yumurtanın omleti, somğa filesindən, bir ovuc cır mərsindən hazırlanmış sıyığla başlamaq lazımdır. Nahara yenə balıq, salat və giləmeyvə tələb olunur. Artıq şamda yeməyə bir qədər də tərəvəz əlavə olunur. Doğrudur, bu zaman bir tikə balqabaq (dərini rütubətləndirir) və yunan qozu yeməyə də icazə verilir.İkinci gün birinci gündən çox da fərqlənmir. Üçüncü gün insan çəkisinin azaldığını hiss edir. Kofein və duzdan imtina şişkinlikdən xilas olmağa imkan verir. Bəzi mütəxəssislərin fikrincə, real olaraq hansısa dəyişikliyi görmək üçün bu pəhrizi altı həftəyə qədər saxlamaq lazımdır.
Həmçinin bax:
Arıqlamağın yolları
Arıqlamaqdan ötrü nə yeməli?
| ['diet', 'pəhriz', 'gözəl bədən'] |
5,001 | https://kayzen.az/blog/stil/6918/g%C3%B6z%C9%99lliyiniz-%C3%BC%C3%A7%C3%BCn-m%C3%BCxt%C9%99lif-m%C9%99sl%C9%99h%C9%99tl%C9%99r.html | Gözəlliyiniz üçün müxtəlif məsləhətlər | Qını | Yaraşıqlı görünüş, gözəl imic | 9 sentyabr 2011, 23:44 |
Əgər harasa tələsirsinizsə, vacib görüşünüz varsa və xarici görüşünüzdən narazısınızsa onda dərinizi gözəlləşdirmək üçün ardıcıl olaraq pilinq, kompres, maska prosesindən keçməli olacaqsınız. Həmçinin sizlərə təqdim edəcəklərimiz sizin daha da gözəl görünməniz üçün bəzi məsləhətlərdir. Pilinq -Ölmüş dəri hüceyrələrinin təmizlədiyi üçün dəriniz daha da hamar görünəcək. Hazır alınmış skrabınız yoxdursa, narahat olmağa dəyməz. Üzünüzü təmizləyin, sabunla yuyun ya da kosmetik südlə silin, sonra nəm pambığa yarım çay qaşığı soda əlavə edin. Pambığın köməyi ilə üzünüzün əsas T-zonasını təmizləyin. (alın, burun, çənə) Kompres -Pilinqdən sonra otlardan üzünüzü kompress edin ki, dərinizdə qızartı və s. qıcıqlanmalar olmasın. Bunun üçün çobanyastığı gülünü 5-7 dəq. qaynar suda dəmləyin, sonra süzün. Hazır saxladığınız dəsmalı bu süzülmüş suda isladın və üzünüzə sərin. Bu proses kompresin soyumasına qədər davam etməlidir. Üzlərində kuperoz olan xanımlar üçün pilinq və kompres məsləhət deyil. Maska -Kompresdən sonra maska gəlir. Bu dərini dartacaq və qidalandıracaq.
Yağlı dərilər üçün: Ən yaxşı maska xamadır. Gözətrafı hissələr çıxmaqla üzünüzə sürtün və tam quruyandan sonra yuyun. Quru dərilər üçün: yumurta sarısı, yarım çay qaşığı bal və bir neçə damcı bitki yağı. Qarışımı üzə sürtüb, 15-20 dəq. sonra yuyun. Maskanı uzanmış vəziyyətdə etmək məsləhətlidir. Əgər qarışımlar hazır olsa, bu proses 20-30 dəqiqə vaxt aparacaq.
Saç tökülməsinə qarşı: 1. Bir şüşə genegerçek yağına 1-2diş sarımsaq soyub atın və bunu bir həftə qaranlıq, sərin bir yərdə saxlayın.Sonra duş qəbul etməmişdən yarım saat əvvəl saçınızın dibinə çəkin və şampunla yuyun. 2.Bir vedrə isti suya (saçınızı ancaq bu su ilə yumalısınız) 2diş sarımsaq və 4 xörək qaşığı duz tökün qarışdırın.Saçınızı yuyarkən sampundan istifadeə edə bilərsiniz.3.Gicitkəni və ya çobanyasdığını (ramaşqa) 2 litr suda qaynadıb saçınızı yuduqdan sonra bu dəmləmə ilə durulayın.Bu maskalar çox effektlidi saçları möhkəmləndirir və tökülməsinin qarşısını alır
| ['gözəl görünüş', 'qadın gözəlliyi', 'gözəllik sirrləri', 'gözəllik sirləri'] |
5,002 | https://kayzen.az/blog/Az%C9%99rbaycan-co%C4%9Frafiyas%C4%B1/3324/az%C9%99rbaycan-%C3%A7aylar%C4%B1,g%C3%B6ll%C9%99ri,sular%C4%B1.html | Azərbaycan çayları,gölləri,suları | Qiyasli | Azərbaycan coğrafiyası | 9 sentyabr 2011, 22:49 |
Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb. Məsələn, çay şəbəkəsinin sıxlığı 0,20 km/km2-dən (Abşeron-Qobustan) 0,84 km/km2-rə qədər (Lənkəran) dəyişir, orta sıxlıq isə 0,36 km/km2 təşkil edir.
Azərbaycanın çayları
Respublikanın çay şəbəkəsi 8350-dən çox çaydan ibarətdir ki, bunlardan 2 çayın uzunluğu 500 km-dən çox, 22 çayın uzunluğu 101-500 km arasında, 324 çayın uzunluğu 11-100 km arasındadır, əksər çayların uzunluğu isə 10 km-dən azdır. Azərbaycan Respublikasının çayları ümumiyyətlə Xəzər dənizi hövzəsinə aiddirlər. Ayrılıqda onlar üç hövzəyə aid edilir: 1. Kür çayının öz hövzəsinin çayları (Kürün sol və sağ qolları) 2. Araz hövzəsinin çayları (Arazın sol qolları) 3. Birbaşa Xəzər dənizinə tökülən çaylar. Çayların su toplayıcı sahələrinin yüksəklik vəziyyətinin yerüstü axımın formalaşmasında mühüm rol oynadığını nəzərə alaraq ərazinin çayları iki qrupa bölünürlər: 1) yüksək su toplayıcı sahələri olan çaylar – bu çayların su ayrıcılarının hündürlüyü 2500-3000 m-dən çoxdur; 2) alçaq su toplayıcı sahələri olan çaylar – su ayrıcılarının hündürlüyü 2500-dən çox olmur. Bütün daimi axan və qismən quruyan çaylar yüksək su toplayıcı sahəyə, müvəqqəti axan çaylar isə - alçaq su toplayıcı sahəyə malikdirlər. Beləliklə, Respublikanın çay sistemi Kür çayı və onun qollarından həmçinin birbaşa Xəzər dənizinə tökülən çaylardan ibarətdir. Kür çayı Azərbaycanın əsas su mənbəyi və arteriyasıdır. Çay Türkiyənin, Gürcüstanın və Azərbaycanın ərazisindən axır. Çayın ümumi su toplayıcı sahəsi 188000 km2-dir, Azərbaycanın ərazisinə bu sahənin 58000 km2-ri və ya 31%-i aiddir. Kür çayının Gürcüstan sərhəddindən sonra Qıraq Kəsəmən məntəqəsində axım norması 270 m3/s və ya 8,52 km3-dir. Qapayıcı Kür- Salyan məntəqəsində isə orta çoxillik axım 445 m3/s və ya 14,04 km2-dir. Respublikanın ikinci böyük çayı və Kür çayının sağ qolu olan Araz çayı Türkiyənin ərazisindən axır, həmçinin Türkiyə ilə Ermənistan arasında, Türkiyə ilə Azərbaycan arasında, İran ilə Azərbaycan arasında həmsərhəd çaydır. Arazın ümumi su toplayıcı sahəsi 102000 km2-dir, Azərbaycanda bu sahənin 18740 km2 və ya 18%-i yerləşir. Araz çayının Novruzlu (Saatlı) məntəqəsində orta çoxillik axım 121 m2/s və ya 3,82 km2-dir.
Azərbaycanın daxili suları üç qrup çaylardan ibarətdir: transsərhəd, sərhəd və yerli çaylar. Transsərhəd (iki və ya bir neçə ölkənin ərazisindən axan) çaylara Kür, Qanıx (Alazan), Qabırrı (İori), Xrami, Arpaçay və s. çaylar aiddir. Sərhəd (iki və ya bir necə ölkə arasında həmsərhəd olan) çaylara Araz, Samur, Bolqarçay və s. aiddir. Yerli çaylar Respublikanın ərazisində formalaşır və axırlar.
Su toplayıcının sahəsinə və sululuğuna gorə Respublikanın 2 çayı (Kür və Araz) böyük çaylara, 12 çayı orta çaylara, qalan çaylar isə kiçik çaylara aiddirlər. Yerli çaylardan yalnız 4-ü (Pirsaat, Həkəriçay, Tərtərçay və Kürəkçay) orta çay hesab oluna bilər. Respublikanın əsas çaylarının morfometrik xarakteristikaları aşağıdakı cədvəl 1-də verilir.
№
Çay
Hara tökülür (hansı sahildən)
Uzunluğu, km
Su toplayıcı sahəsi, kv.km
Yüksəklik vəziyyəti, m
mənbə
mənsəb
1
Kür çayı
Xəzər dənizi
1515
188000
2740
-27
2
Qanıx (Alazan)
Mingəçevir su anbarı
413
16920
2560
75
3
Qabırrı (İori)
Mingəçevir su anbarı
389
4840
2560
51
4
Xrami
Kür çayı (sağ)
220
8340
2422
255
5
Ağstafaçay
Kür çayı (sağ)
133
2586
3000
210
6
Kürəkçay
Kür çayı (sağ)
126
2080
3100
18
7
Araz
Kür çayı (sağ)
1072
102000
2990
-11
8
Arpaçay
Araz (sol)
126
2630
2985
780
9
Həkəriçay
Araz (sol)
128
5540
3080
268
10
Samur
Xəzər dənizi
216
4430
3600
-27
11
Pirsaat
Xəzər dənizi
199
2280
2400
-11
12
Bolqarçay
Mahmudçala gölü
168
2170
1710
-17
Respublikanın yerli çayları dağ çaylarıdır. Bu çaylar gur axınla (daşqın vaxtı axının sürəti 3-6 m/s-yə çatır), böyük orta meylliklərlə (15-150‰) xarakterizə olunurlar. Yuxarıda göstərilən hər bir təbii vilayət ona məxsus olan hidroloji və hidroqrafik xüsusiyyətləri ilə seçilir. Böyük Qafqazın cənub yamacından axan dağ çayları (Balakənçay, Talaçay, Kürmükçay, Kişçay, Turyançay, Göyçay, Girdımançay və s.) Kür çayının sol qollarıdır, şimal-şərq yamacından axan (Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələçay və s.) və Qobustan çayları (Sumqayıtçay, Pirsaat və s.) Xəzər dənizinə birbaşa tökülən çaylardır. Kiçik Qafqazın şimal-şərq yamacından axan (Zəyəmçay, Şəmkirçay, Qoşqarçay, Gəncəçay, Kürəkçay və s.), Qarabağ silsiləsindən axan çaylar (Xaçınçay, Tərtərçay, Qarqarçay və s.) Kür çayının sağ qollarıdır, Zəngəzur silsiləsindən axan (Naxçıvançay, Əlincəçay, Gilançay və s.) və Kiçik Qafqazın cənub-qərb yamacından axan (Həkəriçay, Quruçay, Köndələnçay və s.) çaylar Araz çayının sol qollarıdır. Lənkəran vilayətinin çayları (Viləşçay, Lənkərançay, Təngərüçay, Astaraçay və s.) birbaşa Xəzər dənizinə tökülən çaylardır. Su rejiminin xarakterinə görə, Lənkəran vilayətinin çayları istisna olmaqla, Azərbaycanın çayları yaz-yay gursululuğu və payız daşqınları olan çaylar tipinə aiddirlər. Lənkəran çaylarının su rejimi iki daşqın (yaz və payız) dövrü ilə səciyyələnir. Respublikanın dağ çaylarında sel hadisələri xüsusi yer tutur. Sel hadisələri daha çox Böyük Qafqazın cənub yamacında, Kiçik Qafqazın şimal-şərq və cənub-qərb yamaclarında müşahidə olunur. Hər 5-10 il təkrar olunan leysan mənşəli güclü sel axınları adətən yay aylarında müşahidə olunur və böyük dağıntılı gücə malikdirlər. Sel kütləsinin birdəfəlik həcmi Böyük Qafqazın cənub yamacı çaylarında 1-1,5 milyon m3-rə çatır.
Azərbaycanın gölləri
Azərbaycan ərazisində ümumi sahəsi 395 km2 olan 450 göl müəyyən edilib ki, onlardan 10 gölün sahəsi 10 km2-dən böyükdür. Mənşəyinə görə Respublikada 7 tip göl müşahidə edilir: 1) buzlaq mənşəli göllər (Şahdağ, Bazardüzü, Murovdağ və s. zirvələr olan yüksəklik zonada yerləşirlər); 2) subasar mənşəli göllər (əsasən Kürün subasar hissəsində yerləşirlər – Sarısu, Hacıqabul, Mehman, Ağgöl və s.);
3) bənd mənşəli göllər (Kiçik Qafqazda müşahidə olunurlar – Göygöl, Maralgöl, Ağgöl, Qaragöl və s.); 4) laqun mənşəli göllər (Xəzər dənizinin sahilboyu zonasında yerləşirlər – Gümüşovan, Ağzıbirçala və s.); 5) karst mənşəli göllər (Qobustanda, Hacınohurda, Ceyrançöldə yerləşirlər); 6) sürüşmə mənşəli göllər (Ataçay, Sumqayıtçay, Girdımançay və s. çayların hövzələrində yerləşirlər); 7) relikt mənşəli göllər (Abşeron yarımadasında yerləşirlər – Masazır, Böyükşor, Kürdaxan, Qanlıgöl və s.). Respublikanın ən iri gölü Kür-Araz ovalığında yerləşən Sarısu gölüdür (su səthinin sahəsi 65,7 km2, həcmi 59,1 mln. m3). Dəmiraparançayın hövzəsində və 3277 m yüksəklikdə yerləşən Tufangöl (sahəsi 0,01 km2, həcmi 0,11 mln. m3) Respublikanın ən yüksək dağlıq gölüdür. Respublikanın ən mənzərəli göllərindən biri məşhur Göygöl gölüdür. Göl 1139-cu ildə güclü zəlzələdən sonra Ağsuçayın orta axınında əmələ gəlib. Respublikanın əsas göllərinin morfometrik xarakteristikaları aşağıdakı cədvəl 2-də verilir.
№
Göl
Yerləşdiyi yer
Sahəsi, km2
Həcmi, mln. m3
1
Sarısu
Kür-Araz ovalığı
65,7
59,1
2
Ağzıbirçala
Dəvəçi rayonu
13,8
10,0
3
Göygöl
Kürəkçayın hövzəsi
0,79
24,0
4
Hacıqabul
Kür-Araz ovalığı
8,4
12,1
5
Böyük-Şor
Abşeron yarımadası
16,2
27,5
6
Ağgöl
Kür-Araz ovalığı
56,2
44,7
7
Candargöl
Gürcüstanın sərhədi
10,6
51,0
8
Böyük Alagöl
Qarabağ vulkanik yaylası
5,1
24,3
9
Aşıq-Qara
Həkəriçayın hövzəsi
1,76
10,2
10
Qaraçuq
Naxçıvançayın hövzəsi
0,45
2,53
Azərbaycanda su anbarları
Azərbaycanda hər birinin həcmi 1 mln. m3-dən çox 61 su anbarı mövcuddur. Su anbarlarının ümümi tam həcmi 21,5 km3 təşkil edir. Su anbarları həm çayın məcrasında (məcra su anbarları) həm də ondan kənarda (məcradan kənar su anbarları) yaradılıb. Su anbarlarının əksəriyyəti fəsillik nizamlanır və suvarma üçün istifadə olunurlar. Kür, Araz və Tərtər çaylarında yaradılmış su anbarları və SES-lər – Şəmkir, Mingəçevir, Yenikənd, Varvara, Araz və Sərsəng kompleks təyinatlı su təsərrüfatı obyektləridir və energetika, suvarma, su təchizatı və s. üçün istifadə olunurlar. Respublikanın ən iri Mingəçevir su anbarı 1953-cü ildə istismara verilib, çoxillik tənzimləmə rejimində işləyir, Kür çayının axımı onun aşağı axınında tamamilə tənzimlənib və subasma hallarının qarşısı alınıb. Respublikanın əsas su anbarlarının morfometrik xarakteristikaları aşağıdakı cədvəl 3-də verilir.
№
Su anbarı
Sahəsi, km2
Həcmi, km3
1.
Mingəçevir
605
15.73
2.
Şəmkir
116
2.68
3.
Yenikənd
23.2
1.58
4.
Varvara
22.5
0.06
5.
Araz
145
1.254
6.
Sərsəng
14.2
0.565
7.
Ceyranbatan
13.9
0.186
8.
Xanbulançay
24.6
0.052
9.
Sirab
1.54
0.013
10.
Ağstafaçay
6.30
0.12
11.
Xaçınçay
1.76
0.023
Azərbaycanın yerüstü su ehtiyatları
Azərbaycanda yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və s. təşkil edir. Yerüstü suların əsas ehtiyatları çaylarda cəmlənib. Azərbaycan çaylarının su ehtiyatları yerli və tranzit çayların hesabına formalaşır.Yerli çayların axımı bütövlükdə Respublika ərazisində formalaşır və onlar bütünlüklə onun ərazisindən axırlar. Tranzit çayların əsas axımı Respublika ərazisindən kənarda, xarici ölkələrdə formalaşır. Respublikada 21 tranzit çay mövcuddur və onlarin əksəriyyəti Kür və Araz çaylarının hövzələrinə aiddir. Azərbaycan Respublikası çaylarının su ehtiyatları ayrılıqda əsas çayların- Kür və Arazın hövzələri üçün və bütövlükdə Respublikanın ərazisi üzrə qiymətləndirilib. Kür və Arazın hövzələri müvafiq olaraq dörd və beş ölkənin ərazisində yerləşir. Kür çayı (Araz ilə birlikdə) hövzəsinin su ehtiyatları bütövlükdə müxtəlif qiymətlərə görə 25,9-26,9 km3 arasında dəyişir. Xarici (qonşu) ölkələrdən Kür çayının Respublika ərazisinə daxil olan axımı 19,6-20,8 km3 və ya ümumi su ehtiyatlarının 76-77%-ni təşkil edir. Respublika ərazisində formalaşan axım (yerli axım) isə 5,64-7,34 km3-dir. Kür çayı hövzəsinin (Araz çayı istisna olmaqla) su ehtiyatı 86000 km2 su toplayıcı sahəsindən 16,-17,8 km3 –dir, qonşu ölkələrdən daxil olan axım 11,7-12,7 km3 və ya 70-71% təşkil edir, yerli axım isə 4,50-6,02 km3-dir. Araz çayı hövzəsinin su ehtiyatı 102000 km2 su toplayıcı sahəsindən 9,10-9,30 km3 bərabərdir, qonşu ölkələrdən daxil olan axım 7,70-8,10 km3 və ya 85-87%-dir, yerli axim isə 1,04-1,40 km3-dir. Xəzər dənizinə tökülən çayların su ehtiyatları bütövlükdə 2,17-3,41 km3-dir, qonşu ölkələrdən daxil olan axım 0,14 km3-dir, yerli axım isə 2,17-3,27 km3 təşkil edir. Azərbaycan Respublikası çaylarının su ehtiyatları bütövlükdə müxtəlif qiymətlərə görə 28,1-30,3 km3 təşkil edir. Qonşu ölkələrdən Respublika ərazisinə daxil olan axım 19,7-20,3 km3 və ya 67-70% təşkil edir. Respublika ərazisində formalaşan axım həcmi isə 7,81-10,6km3 təşkil edir . Beləliklə, qonşu ölkələrdən daxil olan axım 2,0-2,5 dəfə yerli axımdan çoxdur. Azərbaycanda suyun çatışmamazlığı müşahidə olunur ki, bunu da ərazinin hər 1 km2-ə düşən su təminatı ilə göstərmək olar. Yerli axım ilə Respublika ərazisinin təmin olunması 90-122 min m3/il təşkil edir. Xarici ölkələrdən daxil olan axımı nəzərə alaraq Respublikanin bütövlükdə su ilə təmin olunması 324-350 min m3/il təşkil edir. Respublikanın göllərində şirin su ehtiyatları 0,90 km3-dir, göllərin su səthinin sahəsi isə 394 km2-dir. Respublikanin su anbarlarinin tam həcmi 21,4 km3, işçi həcmi 12,4 km3-dir, su səthinin sahəsi isə 694 km2-dir.
Həmçinin bax:
Azərbaycanın gölləri və çayları
| ['Azərbaycan çayları', 'göllər', 'hidrosfer', 'su anbarı'] |
5,003 | https://kayzen.az/blog/aforizmler/6982/zaman-haqq%C4%B1nda.html | Zaman haqqında | umud600 | Hikmət dənizi və aforizmlər | 9 sentyabr 2011, 22:13 |
Vaxt öldürmək ən bahalı əyləncədir. (Onore de Balzak:Fransız yazıçısı)Dünənlə bu gün arasında savaş olarsa,sabahı itirərik. (Uinston Çörçill:İngiltərə dövlət,siyasi və xərbi xadimi)Zaman bir daha gəlməmək şərti ilə gedir. (Lao Tszi:Çin mütəfəkkiri)Boş zaman yoxdur,boş keçən zaman var. (Naməlum)Zaman səssiz bir mişardır. (İmmanuil Kant:Alman filosofu)Dünən tarixdir,sabah bilinməyəndir,bu gün isə hədiyyədir. (Franklin Ruzvelt:ABŞ-ın 32-ci prezidenti)Ən ağır itkilərdən biri zaman itkisidir. (Corc Lui Buffon:Fransız təbiətşünası)Dünənki günəşlə bugünkü paltarları qurutmaq olmaz. (Naməlum)Zaman ən yaxşı müəllimdir,təəssüf ki,o öz şagirdlərini öldürür. (Hektor Berlioz:Fransız bəstəkarı)Kainat bir beşik,zaman isə onun ipidir. ("Füyuzat" jurnalından)Əgər həyatı sevirsənsə,zamanı öldürmə,çünki həyat zamana bağlıdır. (Bencamin Franklin:Amerika ictimai-siyasi xadimi)İnsan zamanın jçində deyil,zaman insanın içində yaşayır. (Henri Berqson:Fransız filosofu)
Zaman nə çıxar,nə də bölər.Lakin elə bir şəkildə toplayar ki,vurma belə onun yanında heç qalar. (Bob Talbert:Amerika jurnalisti)Bir həkimin bir saatda etdiyi bir əməliyyatı xəstə illərlə anladar. (Naməlum)Zaman həyatın vicdanıdır;itirilmiş zaman adamı itirilmiş vicdandan daha çox təşvişə salmalıdır. (Yusif Vəzir Çəmənzəminli:Azərbaycan yazıçısı)Təqvim özü də son payız çağında üşüm-üşüm üşüyən ağacdır:gündə bir sarı yarpaq salır. (Elçin Əfəndiyev:Azərbaycan yazıçısı)Zaman üçün qüsur tapa bilərik,ancaq zaman danışarsa,utanmaq məcburiyyətində qalarıq. (Abdullah ibn Muhəmməd:İslam alimi)Vaxtdan istifadə edə bilməyən adam həmişə onun yel kimi uçmasından gileylənir. (Jan Labrüer:Fransız yazıçısı və filosofu)Vaxt-zaman bütün yaraları sağaldır. (Menandr:Qədim yunan dramaturqu və şairi)Vaxtı itirməyin ən bariz nümunəsi telefon söhbətləridir. (Anri de Monterlan:Fransız yazıçısı)Təxirə salmaq vaxtı oğurlamaqdır. (Tomas Yunq:İngilis fizioloqu və təbiətşünası)Həyata yenidən başlasaydım,saniyələrin nəbzini tutardım. (Fyodor Mixayloviç Dostoyevski:Rus yazıçısı)Zaman heç itmir,itən bizik. (Pol Klodel:Fransız şairi,dramaturqu və diplomatı)Sevgililərim,bir şeyi unutmayın ki,Rəbbin gözündə bir gün min il,min il də bir gün kimidir. (İncil)
| ['Zaman haqqında'] |
5,004 | https://kayzen.az/blog/Operon/6992/intelektual-sual-3.html | Intelektual Sual - 3 | Operon | Bloq: Operon | 9 sentyabr 2011, 17:46 |
Bütün yollar Romaya Aparır Qədim Roma deyimiHər kəsin də bildiyi kimi şəhərimizin bir çox kafe-lahmacunlarında ləzzətlə yediyimiz pizza-nın vətəni İtaliyadır.İtaliya adətlərinə görə hər bir Pizzada onun əsasını təşkil edən undan başqa mütləq 3 inqridient olmalıdır.
Bu Tomat Sousu,Pendir və Cəfəridir (Petruşka).Kulinariya nöqteyi nəzərdən italyanları anlamaq olar,lakin bu sadalanan inqridientlərin simvolik mənası varDİQQƏT SUAL : Bu inqridientlər hansı mənanı ifadə edir?^OPER^
| ['Mentiq'] |
5,005 | https://kayzen.az/blog/ugura-yol/2352/%C3%B6z%C3%BCn%C3%BC-ki%C3%A7ik-g%C3%B6rm%C9%99.html | Özünü kiçik görmə | Cavid | Müvəffəqiyyətə gedən yol | 9 sentyabr 2011, 16:35 |
Bəzən yaş amili, bəzən də qabiliyyətləriniz nöqteyi-nəzərdən özünüzü qiymətləndirər, bacaracağınız işlər haqda yanlış qənaətə gələrsiniz. Fəaliyyət göstərmək istədiyiniz sahədə sizdən yaşca böyük insanlar mövcuddur. Ya da iş həyatına atılan insanların ortalama yaşı sizin yaşınızın çox üstündədir. Müvəffəq olmaq üçün aylara, aylardan mürəkkəb illərə ehtiyacınız var. Yanlış qəbullanma... Düşüncələrinizi öz inamla yoğurub, çalışmalarınızla canlılıq qazandırdıqdan sonra müvəffəq olmaq üçün tələb edilən mütləq yaş həddindən söz gedə bilməz. Tarixin hər səhnəsi bunu təsdiqləyəcək örnəklərlə doludur. • Şah İsmayıl Xətai Səfəvi dövlətini qurarkən 13 yaşında idi. • Napoleon Bonapart İtaliyanı 27 yaşında işğal etmişdi. • Fateh Sultan Məhməd Bizans imperiyasının paytaxtı Konstantinopolu fəth edərkən 21 yaşında idi. • Uilliam Pitt 24 yaşında İngiltərənin baş naziri olmuşdu. • Motsartın konsert verməyə başladığında 6 yaşı var idi. • Corc Fridrix Haendal ilk operasını 14 yaşında yazmışdı. • Frensis Bekon şah əsəri "Noum Orqanum"u 15 yaşında yazmışdı. • "Dell" şirkətini təsis edərkən Maykl Dellin 19 yaşı var idi.
• "Google" elektron şirkətinin qurucuları Laurens E. Peyc və Serqey M. Brin bu təşəbbüslərinə başladıqları zaman 22 yaşındaydılar. • Dünyanın ən zəngin insanı Bill Qeyts onu bu uğura götürən şirkətini qurarkən 19 yaşında idi. Düşüncələri bulandıran bir başqa vahimə qabilliyyətlərinizə baxışınızdan doğar. Digərlərində gördüyünüz üstün xüsusiyyətlər ideallarınızı iflic vəziyyətə salar və inamsızlıq bütün gücüylə mənliyinizə hökm etməyə başlayar. "O, məndən daha qabiliyyətlidir", "Ondakı qabiliyyətlər məndə olsaydı,...", "Heyf ki, bu işlər mənlik deyil", "Çox istərdim, amma...", "Real fikirləşmək lazımdır, mən bu işlərin adamı deyiləm". Varlığınızı davam etdirsəniz belə, düşüncə platformasında tükənmiş vəziyyətdəsiniz. Özünüzü bacardığınız qədər kiçik görməyiniz buna dəlalət edir. Halbuki dünyada normal insanların belə sahib olduqlarından daha azına sahib olaraq müvəffəqiyyətə imza atan minlərlə insan yaşamışdır. • İngilis şairi Con Milton "İtirilmiş cənnət" adlı abidəvi əsəri yazarkən tamam kor idi. • Franklin D. Ruzvelt gəncliyində uşaq paraliçi olduğundan gəzə bilmirdi. O, bunu əngəl bilməmiş və əzmi sayəsində dörd dəfə ABŞ prezidenti seçilmişdi. • Bethoven 9-cu simfoniyasını bəstələyərkən tamam kar idi. • Motsart ən böyük operalarını bəstələyərkən borc və xəstəlik içində idi. • Böyük alman dramaturqu Şiller ən böyük tragediyalarını dözülməz ağrılar içində yazmışdı. Ya siz?.. Qəbul edin, müvəffəq olmaq üçün daha şansınız. Bu digər şəkildə sizə özünüzü kiçik göstərən bütün fikirlər sadəcə yanlış tərəhhümdən ibarətdir. Riçard Bernediki "Bir insanın özünə edəcəyi ən böyük pislik özünü kiçik görməsidir", - deyir. Nə qədər böyük yaradıldığımızın fərqində belə deyilik. Yaradıcımız Kitabında biz insan ən gözəl biçimdə yaratdıq", - buyurur. [53:4] Ən gözəl biçimdə yaradılan insan özünü necə kiçik görə bilər ki?!.. Ölkə başçısı sizi şəxsən tanısa, özünüzü önəmli biri zənn edərsiniz. Kainatı Yaradan sizi tanımaqla kifayətlənmir, razı olduğu hər gözəl əməlinizdən mələklərinə tərifləyərək bəhs açır. Elə isə, siz böyük deyilsinizmi?
| ['uğur', 'uğur qazanmaq', 'uğur psixologiyası'] |
5,006 | https://kayzen.az/blog/fotosessiya/6990/q%C9%99rib%C9%99-v%C9%99-maraql%C4%B1-%C9%99%C5%9Fyalar.html | Qəribə və maraqlı əşyalar | BaKiNeC | Fotosessiya | 9 sentyabr 2011, 15:19 | ['Qəribə və maraqlı əşyalar'] |
|
5,007 | https://kayzen.az/blog/Old_Baku_/6989/ist%C9%99yir%C9%99m-ki-bunlar-da-bizd%C9%99n-g%C3%B6t%C3%BCrd%C3%BCl%C9%99r.html | İstəyirəm ki??? bunlar da bizdən götürdülər.:) | Old_Baku_ | Bloq: Old Baku | 9 sentyabr 2011, 14:58 |
Heç olmasa bu millət belə kliplərin sayəsində özlərinə nəsə götürsünlər.Bu klipdə çatışmayan çox məqamlar var amma xalqda biraz oyanış yaratmaq üçün kifayətdi.
| ['maraqlı'] |
5,008 | https://kayzen.az/blog/s%C3%BCnn%C9%99/6988/%C9%99f%C9%99ndimizin-sav-h%C9%99yas%C4%B1.html | Əfəndimizin (sav) həyası | Old_Baku_ | Sünnə | 9 sentyabr 2011, 13:13 |
Utancaqlıq və utanma da demək olan həya sufi terminologiyasında Allah qorxusu və Allah sevgisi ilə Onun istəmədiyi şeylərdən çəkinmək mənasına gəlir.Belə bir hissin insan təbiətində olan həya duyğusuna söykənməsi,o şəxsi ədəb və ərkan mövzusunda daha təmkinli edər.Belə bir hissi olmayan və ya yetişdiyi mühit etibarı ilə onun itirən şəxslərdə isə belə bir haya duyğusunu inkişaf etdirmək təbii ki,çox çətindir.
Peyğəmbər əfəndimiz Məsumla Məsumudur.başqa sözlədə,Onun iffəti,bütün iffətlərin fövqündədir.Ən böyük düşmənləri onun iffətinə toxunacaq tək söz tapa bilməmiş və Ona bu mövzuda böhtan ata bilməmişlər.Ədəblərə qədər də ata bilməyəcəklər.Çünki O,bir iffət abidəsi bir ismət bürcü idi.Onun haqqında başqa necə düşünmək mümkün olardı ki?O,əxlaq paklığının xülasəsi "Mustafa" olaraq yaradılmışdı.
Düşmənləri Ona hər cür iftiranı attılar.Məsələn;Ona "Məcnun",-dedilər.Bəli,O,bir mənada Haqqın məcnunu idi və bu yolda bütün varlığını da ortaya qoymuşdu.İstəyən talan edə bilərdi.Bu işin xırmanı isə cənnət idi...Yenə onda sehirbaz dedilər;bəli,ən inadcıl insanlarda Onun hüzurunda əriyir və içlərində küfr adına nə varsa,hamısı təməlində sarsılırdı.Ona ovsunlanıb başını Onun yolunda qoyanların sayı hüdudsuz idi.Ağlı gözünə enmiş kafirlərin isə deyəcəkləri başqa bir şey yox idi ."Bütün bu pərvanələr sehr atəşi ilə dönür,"-deyir,bu boş sözdə təsəlli axtarırdılar.Halbu ki onları pərvanələr kimi çevirən imanın gücü,kamalın cilvəsi və camalın cazibəsi idi.
Həyatının bu qayda ilə dəvam etdirən iffət və həya abidəsi Allah Rəsulunun (sav) həya ilə əlaqədar bəzi sözləri:
"İmanın altmış şöbəsi vardır.Həya da imanın şöbələrindən biridir."
"Həya insana xeyr qazandırar"
"Dörd xüsusiyyət vardır ki,bunlar peyğəmbərlərin sünnəsidir.Həya,gözəl ətir sürtmək,misvaq (dişləri fırçalamaq) və evlənmək."
"Hər dinin bir əxlaqı vardır.İslamın əxlaqı həyadır"
"Gəlib keçən bütün peyğəmbərlərin ittifaq etdiyi və insanlığın çatdığı yüksək bir düstur: "Utanmırsansa,dilədiyini et",-sözüdür.
Bəli Əfəndimiz (sav) həyaya çox önəm verir və islam əxlaqınında əsasıdır deyərdi.
Mənbə-Şəmail görünüş və davranışlar ilə Ən gözəl İnsan Peyğəmbərimiz (sav) -kitabından.
Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.Mətnin istifadə edilməsinə heç bir qadağa qoyulmamışdır.
| ['sünnə'] |
5,009 | https://kayzen.az/blog/letife/6986/seyid-%C9%99zim-%C5%9Firvaninin-l%C9%99tif%C9%99l%C9%99rind%C9%99n.html | Seyid Əzim Şirvaninin lətifələrindən | yravil | Lətifələr | 9 sentyabr 2011, 10:19 |
Lətifə 1
Bir gün bir xan məclisdə dedi ki, hər kim öz övrətindən narazıdırsa, ayağa dursun. Hamı qalxdı, ayağa durdular, məgər şəxsi ki, qalxmadı. Xan dedi: - Ey şəxs, məgər sən övrətindən razısan ki, ayağa qalxmadın? O cavab verdi ki, yox sənə fəda olum, bu gün övrətim qıçıma belə vurubdur ki, qıçım şikəst olubdur. O səbəbdən qalxmadım.
Lətifə 2
Bir gün Şirvanın xanı Mustafa xan mərhum məclisdə bir tərəkəmədən soruşdu ki, ey şəxs, allah neçədir? Tərəkəmə fikir edirdi, xanın dalında duran naziri xandan məxfi beş barmağın yuxarı tutdu, yəni deginən ki, allah beşdir. Xan qəzəbnak olub dedi ki, ey heyvan, nə danışırsan, neçə allah beşdir? Tərəkəmə ərz elədi ki, allah sənin nazirüvə bəla versin, mən on deyəcəkdim, o, beş barmağını yuxarı tutdu. Onunçün mən beş dedim. Xan, allah ondur.
Lətifə 3
Bir gün Mustafa xan mərhum, bir şəxsdən soruşdu ki, ey şəxs, toyuğun harası yeməlidir və çox ləzzətlidir? Ol şəxs cavab verdi ki, dərisi hər yerindən ləzzətlidir. Xan ona xələt verdi. Bir gün Mustafa xan mərhum, bir şəxsi-digərdən soruşdu ki, camış ətinin harası ləzzətlidir və yeməlidir? Çün bu şəxs görmüşdü bir nəfər toyuğun dərisini ləzzətli dedi, xan ona xələt verdi, bu da təqlidən dedi ki, camış ətinin hər yerindən ləzzətli gönüdür. Xan ona qəzab edib, məclisdən ixrac elədi.
Lətifə 4
Bir gün Şamaxıda bir nəfər şəxs bəd əzzöhr vəfat eləmişdi. Qəbiristana adam göndərdilər ki, qəbir qazsın. Görkən qəbri qazdı. Meyit sahibləri məsləhət görmədilər ki, dar ikindi vaxtı xalqa zəhmət versinlər. O gecə meyiti evdə saxladılar ki, səhər dəfn eləsinlər. Xalq dedi ki, qəbrin ağzı açıq qalmaq yaxşı deyildir, şəhərə vəba naxoşluğu düşər, gərəkdir ki, haman qazılmış qəbirdə bir nəfər adam bu gecə yatsın, sabah meyiti dəfn edərik. Qəzara, bir nəfər çoban qəbiristan kənarında qoyunlarını otladırdı, çobana on manat pul verib razı elədilər ki, çoban qəbirdə yatmışdı. Yanında bir böyük dəyənəyi var idi. Şəhərdə iki nəfər lotu dedilər ki, elə bu çoban on manatı yesin getsin? Bu gecə birimiz Münkər və birimiz Nəkir surətində gedib çobandan on manatı alarıq. Bəs hər biri bir ağ kəfən taxıb, ağacın başına əsgi və neftlə lopa qayırıb gəldilər çobanın üstünə. Çoban nə Münkər bilirdi, nə Nəkirdən xəbəri var idi. Gəldilər çobana dedilər ki, "Mən rəbbükə?"1 Çoban dedi ki, mən ölməmişəm, mən bir nəfər diri çobanam. Mənə on manat pul veriblər ki, bu gecəlik bu qəbirdə yatam. Hələ ölən sabah gələcək, gedin sabah gəlin. Lotular əlində olan lopaların silkələyib çobanı vurdular, dedilər: "Mən rəbbükə?"1 Çoban yalvardı ki, mən ölməmişəm, qulaq asmayıb çobanı lopa ilə vurdular. Çoban qəbirdən qalxıb Münkərin kəlləsindən bir dəyənək vurdu, dərhal məğzi-səri tökülüb, həlak oldu. O biri yoldaşı üz qoydu şəhərə qaçmağa. Çoban onu qova-qova saldı şəhərə. Meyit olan evin yanında bir xəraba hamam var idi, lotu qaçıb gizləndi ol xəraba olan hamamda. Çoban fəryad elədi ki, ay camaat, bir çıraq gətirin. Çobanın sədasına xalq cəm oldular. Gördülər haman çobandır ki, on manat alıb qəbirdə yatmışdı. Dedilər ki, ey çoban, nə var? Dedi ki, Münkərlə Nəkir səhv edib, məni ölən bilib, qəbiristana gəlib məndən bir para sözlər xəbər alırlardı. Dedim ki, mən ölməmişəm, meyit hələ sabah gələcək. Qanmadılar, əllərində olan gürzi-ətəşin ilə məni vurdular. Mən qəbirdən qalxıb Münkərin kəlləsindən bir dəyənək vurmuşam, beyni dağılıb ölübdür. Amma Nəkir zərbi-şəstimi görüb qaçdı. Onu qova-qova salmışam bu xarabaya. Allah xatirinə bir çıraq gətirin, əgər onu da öldürsəm, dəxi qəbirdə olanlarımız rahat yatarlar, Münkər və Nəkirin şərlərindən salamat olarlar. Bunlar dedilər ki, yəqin çobanı vahimə basıbdır. Çobanı bir dillə yola saldılar. Sabah qəbiristana gələndə gördülər bir nəfər lotunun kəlləsi dağılıbdır. Tanıdılar. Yoldaşını dəxi bildilər ki, kim imiş və üçün qəbiristana gediblərmiş - hamıya məlum oldu.
Lətifə 5
Qarabağlı Talıb xan, nağıl edirlər ki, bir gün şikara getmişdi. Bir qırqovul tutmuşdu. Axşam mülazimlərinə dedi ki, siz bu qırqovulu buxarıda şişə çəkib bişirin, mən yorulmuşam, bir qədər yatım, durub yeyəcəyəm. Talıb xan yatdı. Nökərlər qırqovulu bişirdilər, özləri yedilər. Şişi boş buxarının yanına söykədilər. Iki-üç saatdan sonra Talıb xan xabi-qəflətdən bidar oldu, dedi ki, gətirin qırqovulu. Nökərlər hamı şəhadət verdilər ki, ağa, sən qırqovulu yedin, yatdın. Talıb xan dedi ki, doğrudur: çünkü ciyərim çox yanır, məlum ki, yemişəm, yatmışam. Bəs bir qədər su verin. Suyu içdi, yenə yatdı.
| ['lətifələr', 'gulməli lətifələr'] |
5,010 | https://kayzen.az/blog/yravil/6985/seyid-%C9%99li-imad%C9%99ddin-n%C9%99siminin-h%C9%99yati-v%C9%99-yarad%C4%B1c%C4%B1l%C4%B1%C4%9F%C4%B1.html | Seyid Əli İmadəddin Nəsiminin həyati və yaradıcılığı | yravil | Bloq: yravil | 9 sentyabr 2011, 09:48 |
Seyid Əli İmadəddin Nəsimi
Doğum tarixi: 1369-cu il
Doğum yeri: Şamaxı
Ölüm tarixi : 1417-ci il
Ölüm (edam) yeri: Hələb (Suriya)
HəyatıNəsiminin həyatı haqqında geniş məlumat mövcud deyil. Mənbələrin əksəriyyəti onun adını İmadəddin kimi göstərir, ancaq Nəsiminin əsl adının Əli və Ömər olduğunu qeyd edən mənbələrdə vardır. Bir çox tədqiqatçı onun Şamaxıda başqaları isə Bursada, Təbrizdə, Bakıda, Diyarbakırda və hətta Şirazda anadan olduğunu iddia edirlər.Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şerlər yazdığı və hazırda bu adla tanınan qədim qəbristanlıqda basdırıldığı məlumdur. İslamdan sonrakı dövrdə Şamaxı iri mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. Burada çoxlu məktəb, mədrəsə, bütün Şərqdə məşhur olan şer və musiqi məclisləri fəaliyyət göstərir, zəngin ictimai və şəxsi kitabxanalar mövcud idi. Paytaxtdan bir qədər kənarda, Məlhəm adlanan yerdə məşhur şair Xaqaninin əmisi-alim və həkim Kafiəddin tərəfindən yaradılmış Dar-üş-şəfa tibb akademiyası da fəaliyyət göstərirdi. Şamaxıdan bütöv bir şair və alimlər pleyadası çıxmışdır ki, onların da arasında böyük sənətkar Əfzələddin Xaqanini xüsusi qeyd etmək lazım gəlir. Nəsiminin məktəb illəri belə bir mühitdə keçib.Şairin əsərlərinin təhlili göstərir ki, Nəsimi Şamaxıda o dövrün ən yaxşı universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil təhsil ala bilib. O, klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəmiş, İslam və Xristianlıq dinlərinin əsaslarına yaxından bələd olmuş, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələnmişdi. O, dilləri elə yaxşı öyrənmişdi ki, Azərbaycan, fars və ərəb dillərində eyni dərəcədə gözəl şe'rlər yaza bilirdi. Onun azərbaycanca şe'rlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. Nəsiminin rübailəri Azərbaycan xalq şe'ri nümunələri olan bayatılara çox yaxındır. Nəsiminin poeziyasında Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur alim və şairlərinin adları tez-tez xatırlanır. Bunlardan Əli ibn Sinanı, Xaqanini, Nizaminini, Fələkini, Həllac Mənsuru, Fəzlüllah Nəimini, Şeyx Mahmud Şəbüstərini, Övhədi Marağayini və başqalarını göstərə bilərik.Hürufilər Teymurləng tərəfindən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda Nəsimi vətəndən didərgin düşüb, İraq, Türkiyə, Suriyada yaşamağa məcbur olub. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub. Nəsimini Təbrizi nisbəsində təqdim edən İbn əl-İmad Hənbəli yazır: “O, hürufilərin şeyxidir, Hələbdə sakin idi, tərəfdarları çoxaldı, bidəti artdı, iş o yerə çatdı ki, sultan onun öldürülməsini əmr etdi, boynu vuruldu, dərisi soyuldu, çarmıxa çəkildi.”Nəsimi 3 dildə yazıb. O, öz ideyalarını peşəkar filosof kimi ayrıca traktatlarda bitkin sistemdə verməyib, çünki Miyanəcinin, İbn Ərəbinin geniş əhatəli sufi-fəlsəfi əsərlərindən sonra bu məzmunda traktatlar yazmağa o zaman bəlkə də ehtiyac duyulmurdu. Hürufiliyin nəzəri əsaslarına gəldikdə, Nəiminin əsərlərində o artıq işlənib hazırlanmışdıFəlsəfəsiNəsimidə hər iki qrup – mötədil və ifrat sufilərin təsiri aydın duyulur. Nəsimi Allahı dərk etməklə mövcud çoxluğun heçliyə varması, hər şeyin vahid varlığın təzahürü olaraq qalması fikrinə şərik olur: “Faniyi mütləq olmuşam, Haqlayam, Haqq olmuşam.” Nəsimi idrakda yəqinliyin elmi, yəqinliyin eyni, yəqinliyin həqiqəti mərhələlərini nəzərdən keçirib. Birincisi, bilik, ikincisi, görmə və üçüncüsü Haqqa çatmaqdır.Monoteist sufilərin varlıq təliminin əsasında kreatsionizm nəzəriyyəsi durur. Bu, sufi ədəbiyyatda Qurandan götürülmüş “kün! Fə kanə” (Ol! Oldu!) ilə göstərilib. Sonralar bu ehkamın əsaslandırılması üçün bir hədisdən istifadə ediblər: “Mən gizli bir xəzinə idim, istədim ki, tanınım. Ruhları və insanları yaratdım ki, tanınam.” Nəsimi “Ol! Oldu” ifadəsinə kaf (k) ilə nun (n), həmin hədisə isə “Kuntu kənzən” deyə dəfələrlə işarə edib. Lakin həmin ifadələri panteist məzmunda işlədib.Nəsiminin panteizmini sufilərdən fərqləndirən başlıca xüsusiyyət onun hürufi rəmzlərindən istifadə etməsidir. 28, yaxud 32 hərf, onun mühüm ifadə vasitələrindəndir.Nəsiminin əsərlərində “Haqq” ilə “cümlə aləm” arasındakı eyniyyət üçün “İnsan” anlayışından istifadə olunur. Belə ki, “İnsan” ən geniş həcmdə “Allah” haqqında, ən zəngin məzmunda isə “cümlə aləm”, yaxud onun təzahürləri haqqındadır. Ən geniş həcmli anlayış olan “Haqq“ ilə eyniləşdirilən “Mən” anlayışına yalnız bütün mövcudatın mütləq məcmusu bərabərdir. Əks təqdirdə, “Mən” hər şeyə şamildir, ona şamil olan isə yoxdur. Allahı təbiətdən ayrı hesab etməyi korluq hesab edir.Nəsimi insanı nə qədər ümumiləşdirib mücərrədləşdirib kosmoloji həddə matdırsa da, onunhəyatda real, etik vəziyyətini, cəmiyyətdə yerini unutmayıb. Onun fikrincə, ürək sıxan üç şey var: Birincisi, yaman qonşu, pis xasiyyətli dost, pis övrət. İkincisi, yalançılıq, qeybət, paxıllıq, ədavət. Üçüncüsü, böhtan, ələ salma, kobud zarafatYaradıcılığıNəsimi dilin zənginliklərindən qəzallərində özünəməxsus bir ustalıqla istifadə edib. Bə'zən şair şe'rlərini yalnız xitab və ifadəli təkrarlar üzərində qurur:Nigarım, dilbərim, yarım, ənisim, munisim, canımRəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım...Diləfruzum, vəfadarım, cikərsuzum, cəfakarım,Xudavəndim, cahandarım, əmirim, bəyimü xanım.Filosof-şairin poeziyası çox tez bir zamanda Orta Asiya, Türkiyə və İran xalqları arasında populyarlıq qazanır. Həllac Mənsurla birlikdə onun adı öz əqidəsi uğrunda qeyri -adi sədaqət və cəsurluq rəmzinə çevrilir. Onun əsərləri bir çox dillərə çevrilir və həmin dillərdə yazıb-yaradan şairlər onu təqlid edirlər. Nəsiminin şe'rlərini xalq arasında avazla oxumaq və onun hürufi ideyalarını təbliq etmək üstündə bir çoxları əzablara qatlaşır, hətta canlarından da keçirlər.Yaradıcılığının ilk dövrlərində Nəsimi də ustadı Nəimi kimi sufizm mövqeyində dayanır və tanınmış sufi şeyxi Şiblinin tə'limini davam etdirirdi. Bu mərhələdə şair öz əsərlərini "Hüseyni", "Seyid Hüseyni", "Seyid" təxəllüsləri ilə yazır. Lakin X əsrin sufi İran filosof-şairi Hüseyn Həllac Mənsurun tə'limi Nəsiminin ruhuna daha yaxın idi. İlk dəfə məhz o demişdi ki, "Mən allaham!" Bu cür küfr sayılan fikirlərinə görə Həllac Mənsur daim tə'qiblərə mə'ruz qalmış və nəhayət, öz ömrünü dar ağacında başa vurmuşdu. Əqidəsi uğrunda bu cür fədakarlıq göstərməyə hazır olan Nəsimi də Mənsura heyran kəsilmiş və öz əsərlərində onu tərənnüm etmişdi. Maraqlıdır ki, şair hürufi tə'limini qəbul etdikdən sonra da Həllaca vurğunluğundan qalmamışdı. Bu sözləri müəyyən mə'nada Nəsiminin uzun müddət sadiq qaldığı sufi fəlsəfəsi haqda da söyləmək olar. Bununla əlaqədar olaraq, Zümrüd Quluzadə yazır: "Nəsimi yaradıcılığının mərkəzində lirik qəhrəmanın aşiq olduğu, onu yüksəldən, kamilləşdirən və öz nuruna qərq edən gözəl-allah dayanır. İnsan üçün ən yüksək, ülvi duyğu həmin sevgilinin vüsalına yetişmək, ona qovuşmaq, onda əriyib yox olmaqdır. Şair yazır ki, eşqi günah sayanların sözlərinə baxmayaraq, o, bu yoldan çəkinməyəcək. Çünki yalnız bu yol insanı tanrıya, həqiqətə çatdıra bilər." Daha sonra oxuyuruq: "Lakin tədricən Nəsiminin dünyagörüşündə sufilik hürufiliklə əvəz olunur. Bu, hər şeydən öncə şairin panteist görüşlərindəki dəyişiklikdə əks olunur. Bu görüşlərin əsasında artıq eşq və sərxoşluq deyil, hərf, ağıl dayanmağa başlayır. Bu zamandan e'tibarən Nəsimi fəlsəfədə Nəiminin yaratdığı hürufiliyə tapınır və onun əsas müddəalarını təbliğ edir. Ancaq Nəsiminin təbliğ etdiyi hürufilik heç də Nəiminin yaratdığı tə'limin eynilə təkrarı deyil."Nəsimi yaradıcılığının ana xətti insanın allahla eyniləşdirilməsi və ilahiliyi ideyasından keçir. Nəsiminin bu düşüncələrini poetik tərzdə ifadə eləyən məşhur şeir də fikrimizi sübut edir:
Məndə sığar ikən cahan, mən bu cahanə sığmazam,Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.Ərşlə fərşu kafü nun məndə bulundu cümlə çün,Kəs sözunüvü əbsəm ol, şərhu bəyanə sığmazam.Kövnü məkandır ayətim, zati dürür bidayətim,Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam.Kimsə gümanə zənn ilə olmadı həqq ilə biliş,Həqqi bilən bilir ki mən, zənnü gümanə sığmazam.Surətə baxu mə'nini surət içində tanı kim,Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam.Həm sədəfəm, həm inciyəm, həşru sirat ədinciyəm,Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam.Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş,Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam.Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm,Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam.Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,Gör bu lətifeyi ki mən, dəhru zəmanə sığmazam.Əncum ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,Çək dilinivu əbsəm ol mən bu lisanə sığmazam.Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm,Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə,Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam.Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm,Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam.Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm,Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam.Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,Bundan uludur ayətim, ayətü şanə sığmazam.
| ['Nəsimi'] |
5,011 | https://kayzen.az/blog/co%C4%9Frafiya-tarixi/5647/%C5%9Fimali-amerikan%C4%B1n-t%C9%99dqiqi.html | Şimali Amerikanın tədqiqi | luminat | Coğrafiya tarixi | 9 sentyabr 2011, 09:18 |
Kolumbun sonuncu ekspedisiyası belə Asiyaya qərb istiqamətdə dəniz yolunun açılması problemini həll edə bilməsə də, kəşf olunmuş torpaqlara avropalıların axınının başlanğıcını qoydu. Zəngin sərvətlərə malik olmaq üçün ispanlar, ingilislər və fransızlar arasında kəskin mübarizə başlandı. Ispanlar qərb istiqamətdə hər hansı bir keçid, yaxud boğazın olması fikrini əsas tutmaqla Meksika körfəzində geniş tədqiqat işləri aparmağa başladılar və qısa bir müddətdə bütün körfəzin sahil zolağını öyrənməyə müvəffəq oldular. 1500-cü ildə Xuan de-la-Kosoyun Kubanın ada olması fikrini səkkiz ildən sonra da olsa öz təsdiqini tapdı. 1513-cü ildə Ponse-deLeon tərəfindən Florida yarımadası aşkar edildi. Ispanlar körfəzdən qərbə keçidin olmadığına əmin olmaqla Florida yarımadasının şimal-şərq hissələrində tədqiqatı davam etdirməyi qərara aldılar. Onlar 1517-ci ildə Yukotan sahillərinə üzərək burada əhali ilə sıx məskunlaşmış, pambıq parçadan geyimə malik olan və qızıl əşyaları üstündə gəzdirən hindularla rastlaşırlar. Şimali Amerikada bu kəşf Kordovanın təşkil etdiyi ekspedisiyanın ən böyük kəşfi sayıla bilər. Çünki avropalıları maraqlandıran qızıl mənbələrinin müəyyən edilməsinin əsası qoyulmuşdur. Bu məlumatı alan ispanlar növbəti il Ernando Kortesin başçılığı altda daha yaxşı təşkil olunmuş, soyğunçuluq məqsədi daşıyan dəstəni ölkəni tədqiq etməyə göndərir. VeraKrus Kortes dəstəsindən bir neçə nəfər ayıraraq 5700 m hündürlüyə malik olan Ponokatenelinin qarlı zirvəsinə göndərməklə Mexiko şəhərinə daha münasib yolu seçir və 1519-cu ildə onu zəbt edir. Kortes ölkənin bütün hissələrinə ekspedisiyalar təşkil etməklə öz dövrü üçün böyük sayılan Oaxaka, Sakatula, Vera-Krus, Kolima kimi şəhərlərin əsasını qoydu. Salvador və Qvatemalonu zəbt edərək 1522-ci ildə təşkil olunmuş dəstə Sakit okean sahillərinə çatır və Sakatulu limanının əsasını qoyur. Fransisko Veskes de Koronadonun 1540-cı ildə təşkil olunmuş ekspedisiyası coğrafi baxımdan daha qiymətli sayılır. Bu ekspedisiyanın nəticələri materikin daxili hissələri haqqında insanlarda geniş təsəvvür yaratmaqla onun xəritələşdirilməsinin əsasını qoydu. Kortes və Koronadonun ekspedisiyalarından sonra bir müddət sakitlikdən sonra yenidən canlanma baş verdi. 1565-ci ildə Meksikanın şimal-şərqində yerləşən Montereyə çatmış ispanlar, 1583-cü ildə həmin məntəqənin cənubunda Leon şəhərinin əsasını qoydular. 1590-cı ildə isə Montereyin şimalında yerləşən Monklovada məskunlaşmağa başladılar. Kinonun başçılığı altında ispanlar 1698-ci ildə Kaliforniya körfəzinə çıxdılar və 1701-1702-ci illərdə Kanionlu Kolorado çayını tədqiq etməyə başladılar. Beləliklə, ispanların təşkil etdikləri ekspedisiyalar Meksika və ondan cənubda yerləşən əraziləri tədqiq etməklə tədricən təsir dairəsinə saldılar. Ingilislər apardıqları tədqiqatların nəticələrinə görə həmin dövr üçün fransız və ispanlardan geri qalırdılar. Onlar 1650-ci ilə qədər Şimali Amerikada böyük əhəmiyyətə malik heç bir kəşf etməmişlər. Müəyyən əhəmiyyətə malik olan tədqiqatın başlanğıcı ingilislər üçün Boston şəhərinin sahildə yerləşdiyi Massaçusets körfəzinə daxil olmaları sayılır. Tədricən Floridadan sahildə yerləşən Bransuikə qədər ingilis müstəmləkəsinə çevrildi. Materikin daxili hissələrini tədqiq etmək üçün daha bir neçə ekspedisiyalar təşkil edildi. 1640-cı ildə ingilislər Delaver körfəzindən başlayaraq Konneberq çayını keçməklə Kanadaya çatdılar. Ingilislərin həmin dövrdə əsas məqsədi sahil zonasında məskunlaşmaqdan ibarət olduğundan Atlantik okeanının sahillərinin tədqiqinə daha çox üstünlük verilirdi. Ona görə də yerli əhali tədricən materikin qərbinə doğru sıxışdırıldı. XVIII əsrin sonunda ingilislərin Missisipi çayı sahillərinə çıxmasına baxmayaraq, yenə də tədqiqat işlərində ardıcıllığa fikir verilmirdi. Ona görə də məlumatların əsas hissəsi yerli əhali, tacirlərin sözlərinə əsaslanırdı. Qərbə doğru ilk rəsmi ekspedisiya Konrado Vayzerin rəhbərliyi altda təşkil olundu. 1748-ci ildə ingilislərin qərbə doğru irəliləməsi onların Oqayo çayına çatmasına və vadini tədqiq etmələrinə səbəb oldu. Andre Mişe isə Hudzon körfəzindən Florida yarımadasına qədər ixtisası ilə əlaqədar olaraq bitki örtüyünü öyrənməyə müvəffəq oldu. Hudzon körfəzinin cənubu, qərbi və şimalı əsas etibarı ilə ingilislər tərəfindən tədqiq edilmişdir. Əsas məqsəd Sakit okeana şimal-qərb dəniz yolunun tapılması idi. Asiyaya şimal-qərb yolunun tapılması üçün ticarət kompaniyasının ayırdığı nullar nəticə vermədiyindən Ingiltərədə baş verən narazılıqlar bu yolun axtarılması üçün ekspedisiyaların təşkilini yenidən sürətləndirdi. Belə ki, 1742-ci ildə Midilton, 1746-cı ildə Çesterfild tərəfindən həyata keçirilən ekspedisiyalar Çinə şimal-qərb yolu ilə keçməyə cəhd göstərdilər. Semuel Xernanın təşkil etdiyi ekspedisiyanın mahiyyəti daha əhəmiyyətli idi. O, 1769-cu ildə ekspedisiyaya çıxmaqla məqsədi həmin Hudzon körfəzindən qərb istiqamətdə Asiyaya yol açmaq, həm də hindilərdən filiz mənşəli faydalı qazıntıların yerini öyrənmək idi. Lakin qarşıya qoyulmuş məqsəd nəticəsiz olaraq qalmaqda idi. Semyuel Xern daha iki dəfə cəhd göstərsə də şərqə su yolunun tapılması nəticəsiz qaldı. Ekspedisiyaların nəticələrindən tam razı qalmayan Xern yazır: «Çətin ki, mənim ekspedisiyalarımın nəticələri bütövlükdə Ingiltərəyə, hətta bir kompaniyaya kifayət qədər xeyir versin. Ancaq mən mənim üzərimə qoyulan işin öhdəsindən vicdanla gəlməyə çalışdım və Hudzon körfəzindən qərb istiqamətdə Sakit okeana yolun olması kimi hər cür fikrə son qoydum.» Şimal-qərb istiqamətdə su yolunun tapılmaması nəhayət tacirlərin sahildən əl çəkərək materikin daxili hissələrinə çəkilmələrinə səbəb oldu. Beləliklə, səyyah tədqiqatçı Antoni Xendri 1774-cü ildə materiki daxili hissəsində KamberlendXaus adı altında ticarət məntəqəsi yaratdı.
Mühüm əhəmiyyətə malik olan ekspedisiyalardan biri Aleksandr Makkenzinin rəhbərliyi altda olmuşdur. O, 1789-cu il, iyun ayının 3-də ekspedisiyaya çıxır. Qarşıya qoyduğu əsas məqsəd Böyük Nevolniçye gölü ilə Şimal Buzlu Okeanı arasında əlaqənin olub-olmamasını müəyyən edilməsi idi. Nevolniçye çayı ilə eyni adlı gölə üzməklə 10 gün tədqiqat aparır və hazırda öz adına olan Makkenzi çayı vasitəsilə şimal istiqamətdə üzməyə başlayır. Nəticədə Böyük Nevolniçye gölünün Şimal Buzlu Okeanla əlaqəsi müəyyən edilmiş oldu. Lakin bu kəşf Makkenziyə böyük şöhrət qazandırmadı və onun adı görkəmli səyyahlar arasında özünə yer tapmadı. Buna baxmayaraq o, Ingiltərəyə qayıtmaqla Atlantik okeanından Sakit okeana materikin daxili hissələrindən çıxmaq üçün ekspedisiyanın təşkil olunmasına icazə almağa nail oldu. Makkenzi 1793-cü il iyul ayının 22-də Kanada ərazisindən keçməklə Sakit okeanın Din körfəzinə çataraq qarşıya qoyduğu məqsədə nail olur. Fransızlar Şimali Amerikanın daxili hissələrinin tədqiq edilməsində ispan və ingilislərlə müqayisədə daha çox fərqlənirlər. Onlar hər tərəfə çıxış yoluna malik Müqəddəs Lavrentiya çayını çıxış məntəqəsi kimi qəbul etməklə gələcək nailiyyətlərinin əsasını qoymuşdular. Bu təbii su yolu fransız missionerlərini özünə elə cəlb etmişdir ki, onlar çox qısa bir müddətdə Fransanı ən böyük müstəmləkə və var-dövlət sahibi etmək məqsədilə materikə güclü axın yaratdı. Onların Kanada haqqında ilk bilikləri XVI əsrin sonunda və XVII əsrin əvvəllərində (1603-1605) Müqəddəs Lavrentiya vadisində, Yeni Şotlandiya yarımadasında, Fandi körfəzində və materikin sahilində Kennebek çayına qədər ərazidə olmuş Samyuel Şamplenə əsaslanır. Onun ən əhəmiyyətli ekspedisiyası sonuncu olan üçüncü ekspedisiyası olmuşdur. Bu ekspedisiya müddətində o, Ottava, Natav, Frenç-River çaylarında, Nipissinq gölündə üzərək tədqiq etmiş, daha sonra isə Ontario və Huron göllərində olmuşdur. Tədqiqatın nəticələri onun davamçılarının nailiyyətlərinin əsasını qoymuşdur. Son dövrdə Şimali Amerikanın tədqiq edilməsində küllü miqdarda din xadimləri iştirak etməyə başlamışdılar. Əsas məqsədləri müstəmləkə dövlətlərindən asılı olmayan teokratik monarxiya dövlətləri yaratmaq olduğu üçün, onlara etibar edilməsə də, fransızlar təsir dairələrini genişləndirmək və əhalini xristianlaşdırmaq məqsədilə keşişlərdən müvəffəqiyyətlə istifadə edirdilər. La-Sall 1681-ci ildə Illinoys çayı vasitəsi ilə Missisipiyə keçməklə Meksika körfəzinə qədər üzür. Bütün bu əraziləri Luizian adı altında birləşdirərək fransız krallığına mənsub olduğunu elan edir. Missisipinin deltasını axtararkən öz dəstəsi tərəfindən öldürülməsi fransızların tədqiqat işlərinin geniş miqyasda tədqiqat işlərinin aparılmasına kifayət qədər öz təsirini göstərdi. XVII əsrin sonlarında fransızlar Missisipi hövzəsinin tədqiqini daha da gücləndirdilər. La-Sallın ekspedisiya üzvlərini özündə birləşdirən Akri Tonti Missisipi çayı ilə onun qolu olan Arkanzasa çatır və bu çayın gəminin üzməsi mümkün olan sahəyə qədər hərəkət edir. Daha sonra Red-River çayında bir müddət üzməklə quru ilə ekspedisiyanı davam etdirir. 1697-ci ildə fransızlar yenidən Meksika körfəzi sahillərində məskunlaşmağı qərara alırlar. Missisipi çayının şərq hissəsində yerləşən, hazırki Mobil şəhərinə üstünlük verirlər. Xəstəlik, ölüm hallarının yüksəkliyi vəziyyəti xeyli çətinləşdirsə də yeni məntəqələrin yaranma prosesi davam edirdi. 1721-ci ildə Missisipi çayının sol sahil vadisi, körfəz sahiləndə yeni Orleanın əsası qoyuldu. Qurğuşun yataqlarının zənginliyi haqqında gələn xəbərlər fransızların istiqamətini şimala, SenFransis çayına və Qərbi Tennesə doğru dəyişdi. Onlar 1725-ci ildə tədqiqat sahəsini Missuriyə çatdırdılar. Fransızların tədqiq etdiyi sahələrdə yaratdıqları ticarət məntəqələri tədricən ispanların mənafeləri ilə toqquşmağa başladı. Ona görə də Meksika ərazisində normal ticarət əlaqələrinin yaradılması mümkün olmadı. Beləliklə, Kolumb və Vespuççidən sonra Amerika qitəsi avropalılar tərəfindən sürətlə tədqiq olunmaqla müstəmləkəyə çevrilməkdə idi.
Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR» Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu
| ['Şimali Amerika', 'coğrafiya tarixi'] |
5,012 | https://kayzen.az/blog/aforizmler/6980/z%C9%99nginlik-haqq%C4%B1nda.html | Zənginlik haqqında | umud600 | Hikmət dənizi və aforizmlər | 8 sentyabr 2011, 22:26 |
Varlı olmaq istəyirsənsə,öz əmlakını artırmağa çalışma,acgözlüyünü azaltmağa cəhd elə. (Epikür:Qədim Yunan filosofu)(EY RƏSULUM!) De:"Rəbbim istədiyinin ruzisini artırar və (istədiyininkini də)azaldar.Lakin insanların əksəriyyəti (bunu)bilməz!". (Qurani Kərim)Zənginlik gəlib-keçən bulud kimidir. (Əbdürrəhman Cami:Fars şairi və mütəfəkkiri)Sərvətin qərq etdiyi insanların sayı xilas etdiyi insanların sayından əlbəttə ki,çoxdur. (Frensis Bekon:İngilis alimi)Madam ki,bu zənginliklər sənindir,nə üçün o biri dünyaya aparmırsan? (Bencamin Franklin:Amerika ictimai-siyasi xadimi)Zənginlik fani dünya köləliyindən azad olmaqdır. (Həsən Bəsri:İslam alimi və mütəfəkkiri)O adam varlıdır ki,heç nədə gözü olmasın. (Françesko Filelfo:İtalyan yazıçısı və pedaqoqu)Sərvət müdrikin qulu,axmağın isə ağasıdır. (Klod Adrian Helvetsi:Fransız filosofu)Varlının məndən bir fərqi var:onun pulu mənimkindən çoxdur. (Ernest Heminquey:Amerika yazıçısı)Toplanmış sərvət insana xidmət də edə bilər,onu kölə vəziyyətinə sala da bilər. (Markus Horatsi:Qədim Roma dövlət xadimi)
Müdriklərin böyük bir qismini yoxsulluq müdrik etmişdir. (Naməlum)Ən varlı adam aza qane olan adamdır:bu cür könül toxluğu mənəvi zənginlikdən xəbər verir. (Sokrat:Qədim yunan filosofu)Zənginlik sərvətə sahib olmaq deyil,bu sərvətdən istifadə etmək bacarığıdır. (Napoleon Bonapart:Fransız imperatoru,sərkərdəsi)Öz istəklərinə sərhəd qoymağı bacaran həmişə varlıdır. (Mari Fransua Arue Volter:Fransız filosofu və yazıçısı)İstədiyiniz şeyə sahibsinizsə ,zənginsiniz,onsuz keçinə bilirsinizsə,daha da zənginsiniz. (Naməlum)Zənginlik bizə nə yaxşılıq edir,nə də pislik;hər ikisi üçün də ləvazimat verir. (Mişel de Monten:Fransız filosofu və yazıçısı)İnsanların əxlaqını pozan zənginlik deyil, zəngin olmaq ehtirasıdır. (Lui de Bonald:Fransız filosofu)Zənginlik istifadə olunacaq bir silahdır,lakin sitayiş ediləcək bir məbud sayıla bilməz. (Naməlum)Heç kim keçmişini geri ala biləcək qədər zəngin deyil (Oskar Uayld:İngilis yazıçısı)
| ['Zənginlik haqqında'] |
5,013 | https://kayzen.az/blog/aforizmler/6979/d%C3%BC%C5%9Fm%C9%99n%C3%A7ilik-haqq%C4%B1nda.html | Düşmənçilik haqqında | umud600 | Hikmət dənizi və aforizmlər | 8 sentyabr 2011, 21:38 |
Səni boğmaq istəyən dərin bilgili DüşmənCahil dostdan yaxşıdır ,belə söyləyirəm mən. (Nizami Gəncəvi:Azərbaycan şairi və mütəfəkkiri)Düşmənə bəslədiyin kini körükləmə,yoxsa özün də yanarsan. (Uilyam Şekspir:İngilis dramaturqu və şairi)Yalnız heç nəyə yaramayan adamların düşməni olmur. (Jan Leron Dalamber:Fransız riyaziyyatçısı və filosofu)Düşmən qazanmaqdan qorxanın dostu da olmaz. (Peter Hille:Alman yazıçısı)Düşməni dost etmək xoşbəxtlik,dostu düşmənə çevirmək isə ən böyük bədbəxtlikdir. (Əbülfərəc əl-İsfahani:Ərəb şairi və alimi)Düşməninə həm də dost kimi bax,çünki bir çox səhvlərini ancaq ondan öyrənə bilərsən. (Bencamin Franklin:Amerika ictimai-siyasi xadimi)Hər cəmiyyətin iki düşməni var.Bunlardan biri qanunları tapdalayanlar,digəri qanunları kor-koranə tətbiq edənlərdir. (Alfred Kapus:Fransız yazıçısı)Düşmənlərinizi əhv edin,ancaq onların adlarını unutmayın. (Con Fitscerald Kennedi:ABŞ-ın 35-ci prezidenti)
"Düşmənim var"deyə kədərlənmə!Düşməni olmayanın dəyəri də yoxdur. (Pyotr Kozlov:Rus alimi)Çoxlarına şöhrəti düşmənləri qazandırıb. (Baltazar Qrasian:İspan yazıçısı)Kin bəsləmək cılız insanların adətidir. (Fransua de Laroşfuko:Fransız yazıçısı)Ən uzunsürən düşmənçilik səbəbsiz düşmənçilikdir. (Jan Fransua Pol de Qondi Rets:Fransız yazıçısı,kardinal)Özünü elə apar ki,dost gizli düşmənə çevrilməsin. (Sədi Şirazi:İran şairi və mütıfəkkiri)İnsanın özünə etdiyi pisliyi düşmən də edə bilməz. (Naməlum)Düşmən qarışqa da olsa,sən onu fil say. (Azərbaycan atalar sözü)Düşmən can da olsa,düşməndir yenə. (Səməd Vurğun:Azərbaycan şairi və dramaturqu)Düşmənini öldürmək əvəzinə onu şəfqətinlə yola gətir.(Ermənilər xaric)(Ceyms Allen:Amerika yazıçısı)
| ['Düşmənçilik haqqında'] |
5,014 | https://kayzen.az/blog/fizikl%C9%99r/2404/enriko-fermi.html | Enriko Fermi | Aynur | Görkəmli fiziklər | 8 sentyabr 2011, 21:20 |
Enriko Fermi — müasir nəzəri və təcrübi fizikanın inkişafında böyük rol oynamış dahi italyan fizikidir. İstedadına görə onu anadangəlmə fizik adlandırırlar.
Fermi 1901-ci ildə Romada dəmiryol qulluqçusu ailəsində anadan olub, hələ kiçik yaşlarında onda dəqiq elmlərə böyük maraq yaranmışdır.
Uşaq ikən Enriko, bazara qaçar, köhnə kitablar satan dükandan fizika və riyaziyyata aid kitablar alar və onları böyük maraqla oxuyarmış. Hələ orta məktəbdə oxuyarkən, mütəxəssislərin həll edə bilmədiyi məsələləri həll edərmiş.
Fermi 1918-ci ildə Pize universitetinə qəbul olur. Universitetdə oxuyarkən fizikanı çox mükəmməl bildiyinə görə bəzən professorlar mühazirə oxumağı ona həvalə edirlərmiş.
1922-ci ildə universiteti bitirən Fermi müvəqqəti olaraq Roma universitetində kimyaçılara riyaziyyatdan dərs deyir.
1923-cü ildə o, Almaniyaya ezam olunur. Hettingen şəhərində Maks Bornun rəhbərliyi altında, 1924-cü ildən isə Hollandiyanın Leyden şəhərində Paulinin yanında işləyib, mahir bir fizik kimi yetişir. Xaricdən İtaliyaya qayıtdıqdan sonra Fermi 1925-ci ilin yanvarından 1926-cı ilin payızına kimi Florensiya universitetində işləyir. Burada o, ilk alimlik dərəcəsi alır və kvant statistikasına aid məşhur elmi əsər yazır.
Fermi 1926-cı ilin dekabrında Roma universitetinin nəzəri fizika kafedrasının professoru olur və 1938-ci ilə kimi həmin vəzifədə işləyir. İşlədiyi müddətdə Fermi öz ətrafına gənc fiziklər toplayıb, yeni fizika laboratoriyası yaradır və geniş tədqiqat işləri aparır. O, gənc fiziklər yetişdirmək qayğısına qalaraq həmişə seminarlar, elmi mübahisələr təşkil edərmiş.
Fermi öz biliyini tələbələrinə verərkən onlarla xoş sifətlə rəftar etməsinə baxmayaraq imtahanlarda çox ciddi tələbkar olarmış. İdmanla məşğul olduğundan çox zirək, enlikürək və çevik olub. O, xüsusi ilə tennis oynamağı və üzməyi sevərmiş. 28 yaşında Fermini İtaliya Elmlər Akademiyasına üzv seçirlər.
1934-cü ildə İtaliyada işlədiyi dövrdə Fermi nəzəri fizika sahəsində bir sıra nailiyyətlər qazanmış və dünyanın görkəmli nəzəriyyəçi-fizikləri sırasına qədər yüksəlmişdi.
Fermi 1934-cü ildən nüvə fizikası sahəsində işləməyə başlayır.
Elmdə qazandığı nailiyyətlər Enriko Fermini sevindirirdisə bir şey onu həmişə narahat edir və kədərləndirirdi. Bir neçə il idi ki, onun ölkəsini faşistlər idarə edirdilər. Faşistlərin başçısı Mussolini müharibəyə birgə hazırlaşmaq üçün Hitlerlə İttifaq bağlamışdı. İtaliyada qalmaqdansa Fermi Amerikaya köçməyi qarşısına məqsəd qoyur.
Uran atomunun parçalanması ilk dəfə 1934-cü ildə Roma universitetində həyata keçirilmişdi və uran atomunu parçalayan qrupun rəhbəri Enriko Fermi olub. Lakin o vaxt görkəmli fiziklərin /Eynşteyn, Rezerford, Bor/ fikri belə olub ki, hələlik yer üzərində atomu parçalaya biləcək bir qüvvə yoxdur. Odur ki, onlar atomu parçalamağın mümkünlüyünə inanmırdılar. Ona görə Fermi və onun əməkdaşları atomun ilk parçalanmasını müşahidə etmələrinə baxmayaraq bu hadisənin mahiyyətini dərk edə bilməmişlər. Çox yaxşı ki, dərk edə bilməyiblər, bu bütün tərəqqipərvər bəşəriyyətin xeyrinə olub. Əgər Fermi və onun əməkdaşları təcrübə kamerasında nələr baş verdiyini bilsəydilər, onda həm atom bombası, həm də hidrogen bombasının sirri 1934-cü ilin mayında açılmış olardı. Bu isə o vaxt Hitlerə belə zəhmli dağıdıcı bir silah verə bilərdi.
«Neytron şüalandırılması nəticəsində əldə edilmiş yeni radioaktiv elementlərin kəşfinə və bununla əlaqədar olan yavaş neytronların doğurduğu nüvə reaksiyasının kəşfi»nə görə Enriko Fermi Nobel mükafatına layiq görülür.
1938-ci il dekabrın 10-da Nobel mükafatını almaq üçün Stokholma gedərkən Fermi ailəsini də özü ilə aparır və oradan da Nyu-Yorka gedir. Fermi İtaliyada işləyərkən atom nüvələrini parçalamaq üçün neytrondan istifadəni təklif etmiş və α -zərrəcikdən üstünlüyünü göstərmişdir. 1934-cü ildə Fermi alüminium və ftoru neytronla bombardman edərək natrium və azotun izotopunu almışdır. Eyni zamanda o, göstərib ki, nüvə reaksiyası üçün neytronlar ən yaxşı mərmidir və yavaşıdıldıqda yaxşı effekt verir.
Fermi neytronla, demək olar ki, əksər kimyəvi elementdə çevirmə aparmış və 60-dan çox radioaktiv izotop almışdı. 100-cü kimyəvi element Ferminin şərəfinə adlandırılıb.
Onun gözəl kəşflərindən biri neytronun yavaşıdılmasıdır /Fermi effekti/ ki, sonralar atom enerjisinin alınmasında geniş istifadə olunmuşdur. Yavaşıdıcı olaraq ilk vaxtlar Fermi kimyəvi təmiz qrafit seçmişdir.
Uran nüvəsinin bölünməsininin kəşfindən sonra /O.Han, Ştrassman, Friş, Meytner/ Fermi eksperimental olaraq isbat edir ki, belə bölünmə zamanı bir neçə sərbəst neytron buraxılır ki, bu da nüvə reaksiyasının getməsini təmin edə bilir.
Amerikada olarkən Fermi atom enerjisi almaq problemi üzərində işləyir. Gecə-gündüz tikinti materialları və qrafit kərpiclər daşınırdı, fəhlələrin heç biri nə tikildiyini bilmirdi. Gizli aparılan bu işə italiyalı alim rəhbərlik edirdi. Yalnız bir neçə adam bilirdi ki, Enriko Fermi, atom nüvəsi haqqında elmin yaradıcılarından biri, dahi alimdir. Onun rəhbərliyi ilə 2 dekabr 1942-ci ildə dünyada birinci olaraq Çikaqoda nüvə reaktoru işə düşür. Bəşəriyyət atom enerjisinə sahib olur.
Fermi 1945-ci il iyulun 16-da atom bombasının sınaqdan keçirilməsində iştirak etmişdi. Müharibədən sonra Fermi(29.09.1901-28.11.1954) Çikaqo universitetində professor işləyib, sonra isə yeni təşkil olunmuş nüvə problemləri institutunda işləmişdir.
Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı
| ['Fermi', 'fizik', 'görkəmli fizik'] |
5,015 | https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/5594/r%C9%99%C5%9Fid-behbudov.html | Rəşid Behbudov | Azərbaycan | böyük musiqiçilər | 8 sentyabr 2011, 10:46 |
Zəngin çalarlı, müstəsna səsə malik Rəşid Behbudov Azərbaycan vokal məktəbinin təkrarsız nümayəndələrindəndir. Azərbaycan ifaçılıq həyatını onsuz təsəvvür etmək mümkünmü?! Rəşid ifaçılığında hisslər necə də təbii və dolğun, necə də səmimidir! Azərbaycan xanəndələri üçün səciyyəvi olan improvizə xüsusiyyəti R.Behbudov yaradıcılığında bir az da təbii, bir az da orijinal görsənir. Onun mahnıları Azərbaycanı dünyaya tanıtdı, əcnəbilərə bu diyarın gözəl musiqisi, nəğmələri tanışlıq imkanı verdi. 1915-ci il dekabrın 14-də Tiflisdə doğulan Rəşid Behbudov uşaq yaşlarından məktəb xorunda oxuyub.
Çətin dolanan ailəyə kömək etmək üçün 12 yaşından işləməyə başlayıb: «Boyca balaca, amma çox cəld idim. Məni nəhəng buxar qazanlarının içərisinə salır, əlimə şlanq verib qazanların ərpini təmizləməyi tapşırırdılar. Orada hərarət çox yüksək olurdu. İstidən az qala boğulurdum». Evin hər işinə yarayan, dülgərlik, çilingərlik işindən yaxşı baş çıxaran Rəşidin əla xörək bişirmə qabiliyyəti də varmış: «Ailədə uşaqların ən kiçiyi idim, anamın işə getməsi hamıdan çox məni narahat edər, yamac aşağı anamın dalınca qaçar, ağlayar, sonra saatlarla pəncərə qabağında oturub onun gəlişini gözləyərdim. O, xörək bişirəndə deyərdi: „Oğlum, sən bu işi görməsən də olar, ancaq öyrənsən yaxşıdır. Nə bilirsən, evlənəcəyin qız hər şeyi biləcək, ya yox?“.
R.Behbudov 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olur. Təhsil dövründə tələbə özfəaliyyət orkestrində çalışır. Hərbi xidməti zamanı ordu ansamblında solistlik edir. Həmin illərdə Tiflisdə „Teo-caz“ adlı kiçik ansambl yaradır. Cəbhədə konsertlər verir. Bakıda qastrol səfərində olanda burada qalmaq qərarına gəlir. Onun səsi sevgiyə, şəfqətə, saflığa çagırır. Çox keçmir ki, Rza Təhmasib onu „Arşın mal alan“ filminə dəvət edir, 1945-ci ildə arşınmalçı rolunda çəkilir və bu film ona böyük şöhrət gətirir. Filmin ssenari müəllifi Sabit Rəhman „Azərbaycan kinematoqrafiyasının təntənəsi“ məqaləsində aktyorun oyununu belə qiymətləndirib: „Əsgər rolu Rəşid Behbudovun ilk roludur. Rəşid öz gözəl, lirik səsilə estrada səhnəsində SSRİ-nin bir çox şəhərlərində sevilmiş, alqışlanmışdı. Əsgər onun ilk rolu olmağına baxmayaraq, Behbudovun bir kino aktyoru kimi böyük ümidlər verdiyini göstərir...“
Çəkilişlər zamanı atasının ölüm ayağında olması haqqında kinostudiyaya teleqram gəlir. O, qrimini təmizləmədən yol maşını ilə Qazağa tələsir. Gəlib çatanda görür ki, atası eyvanda oturub çay içir. „Mənə dedilər ki, indi sən məşhur müğənni olmusan, kinoda çəkilirsən. Mən də yoxlamaq istədim -görüm, düzdür, ya yox“. R.Behbudov söhbətlərinin birində demişdi: „Mən dünyanın hər hansı bir ölkəsində konsert proqramı ilə çıxış edəndə tamaşaçılar məni hər şeydən əvvəl “Arşın mal alan» filminin qəhrəmanı tacir Əsgər kimi alqışlayırdılar. «Arşın mal alan» Azərbaycan kinosunun bütün dünyada bayrağına çevrildi. Bizim «Arşın mal alan» dünya ölkələrinin ekranlarını gəzdi. Çox vaxt öz konsertlərimlə filmin arxasınca getməli olurdum və Əsgər mənim ən gözəl «vizit vərəqəm» idi".
1946-ci ildə bu filmə Dövlət Mükafatı verilir. «Arşın mal alan» Behbudova dünya söhrəti gətirir, ona yeni yaradıcılıq yolları açır. Onun yaratdığı lirik obrazın — Əsgərin könül oxşayan səsi hər tamasaçını valeh etmişdir.
1946-ci ildən R.Behbudov M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. 1949-cu ildə Budapeştdə Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edir. Sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artır. T.Quliyevlə sənət əlaqələri bərkiyir. Behbudovun repertuarında «Azərbaycan», «Neftçi», «Züleyxa» və b. mahnılar yer alır. O, F.Əmirovun romans və mahnılarını ifa edir.
R.Behbudovun Azərbaycan milli kinematoqrafiyasının inkişafında xidmətləri təkcə «Arşın mal alan» kinokomediyası ilə bitmir. O, həmçinin «Bəxtiyar» filmində, «1001-ci qastrol», «Doğma xalqımıza», «Toyda görüş», «Abşeron ritmləri» film-konsertlərində və bir çox sənədli filmlərdə, kinojurnallarda çəkilir. 1951-ci ildə Rəşid Behbudov Çinə qastrol səfərinə gedir. Bu ölkədə «Arşın mal alan» filmi "Örtüksüz məhəbbət" adı ilə nümayiş etdirilərək çox məşhurlaşmışdı. Rəşidi orada hamı tanıyır, məşhurluq onu addımbaşı izləyirdi. «Bəxtiyar» filmi isə bu populyarlığın yeni dalğası idi. Üstəlik, Tofiq Quliyevin mahnıları, solo-konsertlər, laureatlıq. O, mahnıları elə ustalıqla ifa edirdi ki, hər dəfə dinləyicilər arasında hədsiz sentimentallardan heç olmasa birinin ürəyi gedirdi. Odessada onun maşınını camaat əlləri üstündə gəzdirirdi. Keçmiş ittifaqda müğənniyə vurulmayan qız bəlkə də tapımazdı.
Yüksək peşə mədəniyyətinə, böyük vokal və musiqi-səhnə ustalığına malik olan R.Behbudov Azərbaycanda opera sənətinin inkişafına da sanballı töhfələr verib. Premyerası 25 dekabr 1953-cü ildə olmuş «Sevil» operasında əsas qəhrəman — Balaş rolu Behbudova tapşırılır. F.Əmirovun bu məşhur operasında yaratdığı Balaş rolu — dərin dramatizmlə aşılanmış bu obraz sanballı opera-səhnə uğurlarından biri kimi geniş miqyasda təqdir olunmuş, respublika ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. O, öz sənəti ilə işıqlı bir ümid doğurur, dünyanın sənət fəlsəfəsini açır, insanları daha xoşbəxt çağların gələcəyinə inanmağa çagırırdı. Səsindəki həzin lirizm insan ürəyinin qüdrətini və genişliyini vəsf edirdi.
1946-56-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-60-cı illərdə fasilələrlə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuş R.Behbudov 1966-cı ildən musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrları üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını yaratmış və onun bədii rəhbərli olmuşdur. Bu, SSRİ-də ilk belə teatr idi. Müğənni həmin ansamblla 56 ölkəni gəzmiş, Mərkəzi Amerikadan başqa dünyanın hər yerində olmuşdu. Behbudov Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında böyük rol oynamışdır. Azərbaycan mahnıları ilə yanaşı o, 50-dən artıq xarici mahnını da həmin xalqın dilində ifa etmişdir. Ansambl bəzi ölkələrdə bir neçə dəfə, təkcə Hindistanda 6 dəfə qastrol səfərində olmuşdu. O, xarici ölkələrdə verdiyi konsertlərdə yerli xalqların dilində oxuyur, heyrət nidaları və alqışlarla qarşılanırdı. R.Behbudovun özünün çəkdiyi və filmə daxil edilmiş kinoxronikadan aydın olur ki, İran səfəri zamanı verdiyi konsertlərdən yığılan vəsaiti Tehranda Gənclər Evinin konsert salonunun tikintisinə hədiyyə edir. İran gənclər naziri çıxışında bildirir ki, 1962-ci ildə Tehranda dəbdəbəli konsert kompleksi vaxtilə onun şərəfinə «Rəşidiyyə» adlandırılıb. Çilidə olarkən R.Behbudov bir çox şəhərlərdə konsertlər verir. Hətta partizanlar onu öz kollektivi ilə birgə dağlara aparırlar. Burada R.Behbudov və onun həmkarları 4200 metr hündürlükdə konsert verir, antraktlarda isə isti çay içmək əvəzinə oksigen yastığı ilə nəfəs alırdılar.
Həmin səfərdə iştirak edən Boris Brunovun dediyinə görə, üç ay ərzində kollektiv tərəfindən 85 konsert verilib və həmin konsertlərdə bir neçə yüz min tamaşaçı iştirak edib. R.Behbudov özünün parlaq yaradıcılığı və ictimai fəaliyyəti ilə xarici ölkələrlə mədəni əlaqələrini daha da möhkəmlənməsinə kömək edirdi. O, bir çox böyük ümumdünya incəsənət məclislərində, beynəlxalq gənclər festivalında, xalqlar dostluğu konsertlərində, Bolqarıstan, Macarıstan, Polşa, Finlandiya, İngiltərə, Şotlandiya, Hollandiya, İtaliya, Fransa, Avstriya, Portuqaliya, Əfqanıstan, Türkiyə, İran, İraq, Suriya, Liviya, Hindistan, Misir, Efiopiya, Sudan, Ekvador, Peru, Argentina, Boliviya və s. ölkələrdə olmuşdur. Bir çox görkəmli bəstəkarların mahnıları R.Behbudovun ifasında dünya xalqlarının 50-dən çox dilində səslənib. R.Behbudov dünyanın məşhur ölkəsinə səfəri haqqında «Uzaq Hindistanda» kitabını yazır. 1954-cü ildə yenidən ekranda göründü — «Doğma Xalqıma» sənədli filmində, Azərbaycanın elə bir şəhəri və rayonu və kəndi yoxdur ki, sənətkarın ayağı oraya dəyməmiş olsun. Dünyanın hər yerində, bütün keçmiş sovet respublikalarında yüz minlərlə adam onun ecazkar səsinə valeh olmuşdur. Böyük mügənni Azərbaycanın tam səlahiyyətli mədəniyyət elçisi hesab edilirdi. Görkəmli Azərbaycan müğənnisi və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, 2 “Lenin” ordeni, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri ilə təltif olunmuşdur, bir sıra xarici ölkələrin mükafatlarına layiq görülmüşdür. O özünün bütün istedadını, tükənməz qüvvəsini, böyük təcrübəsini və biliyini Azərbaycan mədəniyyətinin inkişafına və tərəqqisinə vermiş, öz yaradıcılığı ilə vətəndaşlıq, xəlqilik ideyalarına bərqərar etmişdir. 1989-cu il iyunun 9-da xalqın lirik tenoru həyata gözlərini əbədi yumdu. Onun şirin və ecazkar səsi neçə on illərdir ki, milyonlarla tamaşaçı və dinləyicini ovsunlayır.
Mənbə: Mədəniyyət qəzeti
Həmçinin bax:Müslüm Maqomayev
| ['Rəşid Behbudov', 'Azərbaycan musiqisi'] |
5,016 | https://kayzen.az/blog/aforizmler/6972/dostluq-haqq%C4%B1nda.html | Dostluq haqqında | umud600 | Hikmət dənizi və aforizmlər | 7 sentyabr 2011, 23:14 |
- Qardaş dost olmaya bilər,amma dost həmişə qardaş olmalıdır (Bencamin Franklin:Amerika ictimai-siyasi xadimi)- Dostluğun birinci şərti etibardır (Jan Labrüer:Fransız yazıçısı və filosofu)- Mənfəət xatirinə qurulan dostluğa "alver" deyilir (Harold Laski:İngilis siyasətşünası)- Müharibə igidi,qəzəb müdriki,ehtiyac isə dostu sınağa çəkir (Atalar sözü)- Dostunun sağ ayağı axsayırsa,sən sol ayağınla axsa ki,dostluğunuz daim müvazinətdə olsun (Jül Renar:Fransız yazıçısı)- Dostlar müxtəlif bədəndə bir ruhdurlar (Hz.Əli ə.s.)- Dostluq iki ruhun evlənməsidir,bu izdivacda boşanma,yaxud ayrılığı dilə gətirmək belə günahdır (Mari Fransua Arue Volter:Fransız filosofu)- Dost rahatlıq verən bir məlhəmdir (Nizami Gəncəvi:Azərbaycan şairi və mütəfəkkiri)- Müsibətlərin yaxşı tərəfi varsa, o da bizə dostlarımızın kim olduğunu göstərməsidir (Onore De Balzak:Fransız yazıçısı)- Evin qiyməti ora gələn dostlardan bilinər (Ralf Emerson:Amerika şairi və filosofu)- Cahil və nadan dostdan ağıllı düşmən yaxşıdır. (Əmir Teymur:Orta Asiya dövlət xadimi,sərkərdə,əmir)
- Həqiqi dostu olanın güzgüyə baxmağa ehtiyacı qalmaz. (Karl İmmerman:Alman şairi)- Dostu olmayan bu dünyada qəribdir (Jozef Köhler: Alman şairi)- İnsanlarla elə davran ki,dostların sənə düşmən olmasın,əksinə,düşmənlərin səninlə dost olsun. (Pifaqor:Yunan riyaziyyatçısı və filosofu)- Mənə hər şeydə mənimlə razılaşan,mən başımı əyəndə başını əyən dost lazım deyil.Ona qalsa kölgəm də dostumdur. (Plutarx:Yunan filosofu və yazıçısı)- Həqiqi dostluqdan başqa,bütün münasibətlər müvəqqətidir (Roman Rollan: Fransız yazıçısı)- Dostlar iki cür olur:birincisi sizi güldürənlərdir ki,onlara çox etibar etmək olmaz;ikincisi sizi düşündürənlərdir ki,onların qədrini bilmək lazımdır. (Jan Batist Sey:Fransız iqtisadçısı)- Biz dostun köməyindən çox,bu köməyi ala bilmək inamına ehtiyac duyuruq (Sokrat:Qədim Yunan filosofu)- Əsl dost misilsiz xəzinədir:xoşbəxtliyi artırar,dərd-qəmi azaldar (Uilyam Şekspir:İngilis dramaturqu və şairi)- Dostluq ömrün sonunadək boy atan bir ağacdır (Corc Vaşinqton:ABŞ-ın ilk prezidenti)- Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar. (Naməlum)- Dost insanın ikinci özüdür (Mark Tulli Siseron: Qədim Roma dövlət xadimi və natiqi)- Eyibsiz dost axtaran axırda dostsuz qalar (Nəsrəddin Tusi: Azərbaycan alimi və dövlət xadimi)
| ['dostluq', 'hikmətli sözlər', 'atalar sözləri'] |
5,017 | https://kayzen.az/blog/poeziya/6971/ya%C5%9Famaq-e%C5%9Fqi-%7C-b.-vahabzad%C9%99.html | Yaşamaq eşqi | B. Vahabzadə | Xrizoberil | Poeziya | 7 sentyabr 2011, 21:41 |
Hər gün artır saçımdaTəzə qırov, təzə dən.Yaşamaq istəyirəmGəncliyimi təzədən.Həyat necə gözəldir,Həyat necə şirindir,Ömür, mənim deyil ki,Ömür, diləklərindir...
Ey qanadlı fikirlər,Ey qanadlı xəyallar,Hələ mənim sabahaNeçə - neçə sözüm var.Ürəyimdən keçəniDuya bilər kim mənim?Yaşadıqca çoxalırYaşamaq eşqim mənim!
| ['Bəxtiyar Vahabzadə'] |
5,018 | https://kayzen.az/blog/fotosessiya/6970/iki-m%C9%99nal%C4%B1-%C5%9F%C9%99kill%C9%99r.html | İki mənalı şəkillər... | Xrizoberil | Fotosessiya | 7 sentyabr 2011, 18:48 | ['İki mənalı şəkillər'] |
|
5,019 | https://kayzen.az/blog/yravil/6969/maraql%C4%B1-hekay%C9%99.html | Maraqlı hekayə | yravil | Bloq: yravil | 7 sentyabr 2011, 17:19 |
Xahiş edirəm diqqətlə oxuyun...Bu hadisə Bakının bir kəndində 2009-cu ildə bir qızın başına gəlmişdir. Bir gün universitetden çıxıb avtobus dayanacağında avtobusu gözləyirmiş. Bərk yağış yağırdı. Qızın qarşısında bir maşın dayandı. Çox səliqəli geyimdə gözəl bir oğlan maşından düşüb qıza yaxınlaşdı: ---Xanım qız... bərk yağış yağır. Gəlin oturun maşına sizi evinizə qədər aparım... Mən də tələbə olmuşam, yağışın altında o qədər avtobus gözləmişəmki... Qız bir az düşündükdən sonra, oğlanın səmimi sözlərinə inanıb maşına oturur...Yolda ordan-burdan söhbət edirlər...Bir-birlərindən xoşları gəlir...Həttda telefon nömrələrini belə bir birinə verirlər. Qızı evə düşürən oğlan sağollaşıb gedir...Qızın oğlandan o qədər xoşu gəlmişdi ki, hər dəqiqə onun zəngini gözləməyə başlayır. Hər zəngə ümidlə baxır. Lakin hər dəfə məyus olur...Birş gün qız dözməyərək özü onun nömrəsini yığır. Bəlkə nömrəni itirmişdir deyərək, zəng edir. Telefona bir qadın cavab verir. Ağlaya-ağlaya onun anası olduğunu söyləyərək oğlunun bir həftə qabaq qəzada həlak olduğunu deyir. Qız dəhşətə gəlir, ağlayır, sızlayır...ünvanlarını öyrənib səhəri gün yasda iştirak etmək üçün oara yollanır. Yasda ürəyini ağlamaqla boşaltdıqdan sonra, anasından oğlu haqqında soruşmağa başlayır. Anası hər dəfə oğlanın həyatını...onun vərdişlərini,secdiyi yeməklər barədə danışdıqca qızın gözlərindın yaş axır. Anasın dediyinə görə oğlu 1 həftə öncə axşamüstü qəzaya düşüb. Qız dəhşətə gəlir. Həmin gün!!!Oğlanla görüşdükləri gün!!!Demək ki, oğlan evə qayıdarkən ölüb. Qız özünü günahlandırır. Kaş ki, o gün oğlanı evə qədər gətirməzdi...Nəhayət evlərinə dönmək istəyəndə oğlanın anasından bir yadigar istəyir. Anası da qıza oğlanın həmin qəzada həlak olduğu zaman geyindiyi köynəyi yadigar verir. Hətda köynəyin üstündə qan ləkələri də qalmışdı. Qız köynəyi götürüb evlərinə qayıdır. Onu yuyub balışının altına qoyub, oğlan barədə fikirləşərək yatır. Səhər duranda o qədər ağlamışdı ki, başı ağrıyırıdı. Köynək yadına düşdü. Balışını qaldıranda köynəyi qanlar içərisində gördü. Axı qızın yadında idi. Dünən tər-təmiz yuyub qoymuşdu. Amma bəlkə də çox ağladığından fikir verməmişdi. Ləkələri yəqin getməyib. Yenə yuyub qoydu. Səhəri yenə qanlar içində idi. Bu bir neçə gün belə davam etdi. Artıq bu sirr onu narahat eləməyə başlamışdı. Burada nə isə var idi...Nəhayət bir bilici qocanın yanına getməyi qərar verdi. Yaxın mahalların birində çox ağıllı qoca yaşayırmış.Getdi və qocaya hər şeyi danışdı:
- Babacan axı mən hər gün onu tər-təmiz yuyub, qurulayıb qoyurdum. Necə ola bilər bu...burda nə isə birr sirr var... Qoca bir qədər fikirləşib və nəhayət diqqətlə qıza baxaraq söyləmiş:-Aymənim qızım, adi tozla qan ləkəsi çıxarmaq olarmı? Sən həm rəngli, həm də bəyaz paltarlar üçün olan arieldən istifadə etməlisən!
| ['maraqli hekayə', 'hekayə'] |
5,020 | https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/6968/fizioqnomik-q%C3%BCsur-dini-hekay%C9%99.html | Fizioqnomik qüsur (Dini hekayə) | Old_Baku_ | İslami Hekayətlər | 7 sentyabr 2011, 16:46 |
Zahir,dərviş həyatı sürdürən müsəlmanlardan idi.Ciddi bir problemi var idi..Anadan gəlmə qüsuru onun cəmiəyəttən,ictimayətdən uzaqlaşmasına səbəb olmuşdu.Məcburən insanlar arasına çıxdığı zamanlarda isə "Hər kəs mənə baxır"kompleksi ilə əzilir və sıxıntı çəkirdi..Əfəndimiz (sav) də zahirin bu probleminin fərqində idi..Zahir,Mədinə bazarlarının ən sıx olduğu bir saatda alver edirdi.Peyğəmbər Məhəmməd Mustafa səssizcə arxasından yaxlaşıb,əlləriylə zahirin gözlərini yumdu.Özünə bu zarafatı edənin,qoxusundan Əfəndimiz (sav) olduğunu anlayan zahir az qalsın sevincindən huşunu itirəcəkdi..Əfəndimizin o günə qədər heç kimə məsafəsiz davranmadığını bilən müsəlmanlar heyrətlə böyüyən gözlərilə ətrafına yığıldılar.Peyğəmbər təbəssümlə səslənir:-Bir qulluqçum var.Satıram.Onu məndən kim alar???Zahir ,kopleksin təsiri ilə Peyğəmbərə belə cəvab verir:
-And olsun ki Ey Allahın elçisi,işə yaramayn bir köləni satmaya çalışırsan. Əfəndimizin (sav) gözlədiyi fürsət də budur.Əfəndimiz (sav) o anda zarafatı bir kənara qoyaraq,ciddiləşir.Üzünü camaata çevirərək səslənir:-Xeyr! Andolsun ki, Allah və Allahın Elçisi qatında sənin dəyərin çox böyükdü.
O gün,Zahirin həyatının bayram gününə çevrilir.Çünki,o bu kopleksin təsiri altından azad olmuşdur.Əfəndimzin (sav) sözləri ona sanki bir həyat bəxş etmişdi.O gündən sonra həmin zahir,digər normal insanlar kimi həyata tutunur və yaşamının nə qədər dəyərli olduğunu anlayır.
Bəzi əziz oxucular bu məqaləni fizioqnomik qüsurlu insanlar üçün yazdım.Allaha şükr edin.Hər gün bu Allahın bir sınağıdır deyərək həyata tutunun gec olmadan.Allah hər şeyə qadirdir.
Kutlu doğum haftası Hz.Muhammed (sav)-i yad ederken kitabından tərcümə.Bu mətn internet aləmində ilk dəfə yayımlanır.
| ['islami hekayələr'] |
5,021 | https://kayzen.az/blog/s%C3%BCnn%C9%99/6967/insanlardan-bir-insan-olma.html | İnsanlardan bir insan olma | Old_Baku_ | Sünnə | 7 sentyabr 2011, 16:16 |
O,öz işini özü görməyi sevirdi.Dostları bütün işin görməyə hazır olmalarına baxmayaraq,bunu istəməzdi.Evdəykən,paltarlarını yamar,evi süpürür,keçiləri sağar,dəvələri bağlar və yemlərini verirdi. Həmdə,ayaqqablarını və deşik su xırbalarını təmir edər,qulluqçularada yardım edərək onlarla birlikdə xəmir yoğururdu. Bazardan aldıqlarını özü daşır,birisi: "Ey Allahın elçisi! İcazə ver mən daşıyım." dediyində:"Hər mömin daşıya biləcəyi yükü özü daşısın."deyərdi. Dostlarından Rabiə oğlu Əmirlə bərabər məscidə getməkdədir.Ayaqqabsını ipləri açılır.Əmir,tez atılıp,bağlamaq istər.Əfəndimiz (s.a.v.) mane olur,özü bağlayır.Eyni zamanda Əmirə xitab edər:-Bu,başqasına xidmət gördürməkdir.Mən isə başqasına xidmət gördürməyi sevməm,deyir.Bədirə doğru yola düşürlər.Dəvə azdır,ancaq 3 kişiyə bir dənə düşər və sırayla minilir.Əfəndimiz (sav) lə eyni dəvəyi paylaşan dostları öz haqlarından gönüllü olaraq imtina edirlər.Onun minməsini istəyirlər.O isə qəbul etməz:-Siz,məndən daha güclü deyilsiniz.Qaldı ki,mən sizin qədər səvab qazanmağa möhtacam. "Uşağı olan,onunla uşaqlaşsın."deyər.Qaçış yarışı edən uşaqlar görəndə O da aralarına qarışır.Qazananı mükafat olaraq dəvəsinin üzərinə alır və Mədinə küçələrini gəzdirir.
Məscidə yaxın bir yerdə Həbəşistanlı zənci müsəlmanlar yərəl bir oyun oynamaxdadırlar.Əfəndimiz (sav) ağlına yoldaşı Aişə gəlir.Evə gedər və:-Aişə,gəl sən də izlə.deyər.Hz.Aişə:-Məndə yanağımı Allahın elçisinin çiyninin üzərinə qoyaraq oyunu izləməyə başladım,deyə anladır.Oyun uzun keçər,Əfəndimiz arada bir:-Doymadınmı? deyə soruşar.Hz.Aişə öz deyimiylə "Mənə olan sevgisini yoxlamaq üçün"-Xeyr!diyə cəvab verir.Əfəndimiz (sav) yorulmasına baxmayaraq səsini çıxartmaz.Ayaq dəyişdirərək dikilməyə dəvam edər.Bəli Əfəndimiz (sav) belə insan olub.Şəfaəti üzərimizə olsunKutlu doğum haftası Hz.Muhammed (sav) yad ederken kitabından tərcüməBu mətn internet aləmində ilk dəfə yayımlanır.
| ['Sünnə'] |
5,022 | https://kayzen.az/blog/aforizmler/6966/albert-eyn%C5%9Fteynin-hikm%C9%99tli-s%C3%B6zl%C9%99rind%C9%99n.html | Albert Eynşteynin hikmətli sözlərindən | yravil | Hikmət dənizi və aforizmlər | 7 sentyabr 2011, 16:01 |
1) Dahiliyin 10 da 1-i istedadda 9-u isə çalışmaqdadır.2) Başqaları üçün yaşanan həyat. Bax bu əsl yaşamağa dəyər həyatdır.3) Dahiliyim çox ağıllı olduğuma görə yox, sadəcə problemlərin həllinə çox vaxt sərf etməyimdədir.4) Streotipleri yox etmək çəyirdək boyda olan atomu parçalamaqdan daha çətindir.5) Dəlilik əslində eyni şeyləri təkrar-təkrar edib fərqli nəticələr gözləməkdir.6) Səyahəti etməyi nə qədər xoşlayıramsa, mənzil başına çatmağı bir o qədər sevmirəm.7) Əgər nə etdiyimizi bilsəydik, buna eksperiment deməzdik.8) 3-cü dünya müharibəsində hansı silahlardan istifadə olunacağını bilmirəm amma 4-cü dünya müharibəsində daş və taxta parçaları olacağını bilirəm9) İki şeyin sonsuz olduğunu bilirəm. 1-ci kainat, 2-ci insanların axmaqlığı. Birincidən o qədər də əmin deyiləm
10) Görəsən niyə məni heç kəs başa düşmür amma hamı sevir.11) Nisblik nəzəriyyəmi isbat edə bilsəm Almaniya mənim bir Alman olduğumu hər yerdə bildirəcəkdir. Fransa isə mənim dünya vətəndaşı adlandıracaqdır. Amma nəzəriyyəm öz isbatını tapmasa, Fransa mənim Alman olduğumu hər yerə car cəkəcəkdir, Almaniya isə əslində mənim Yəhudi olduğumu açıqlayacaqdır.12) Dünya zalımların yox, onlara səsini çıxartmayanların ucbatından təhlükəli bir yerdir.13) Elm atom bombasını icad etməklə heç də pis bir iş görmədi. Çünki, əsl pislik insanların beynində və qəlblərindədir.14) Məcburi əsgərlik varlığımız üçün böyük bir təhlükədir.15) Söz azadlığını qanunlar həll edə bilməz. Öz düşüncəni deyibdə cəza almamaq üçün, cəmiyyətin də bunu qəbul etməyi vacibdir. 16) Super gücə malik hegamon dövlətlər olduqca müharibələr həmişə olacaqdır.17) Təhsil insanın məktəbdə öyrəndiyi hər şeyi unutduqdan sonra yerdə qalanlardır.18) Ey insanlar siz mənim dahiliyimi həddən artıq çox qiymətləndirirsiniz. Mən də bundan çox narahat oluram
| ['hikmətli sözlər'] |
5,023 | https://kayzen.az/blog/stil/6921/sa%C3%A7lar%C4%B1n-9-problemi-v%C9%99-h%C9%99lli-yollar%C4%B1.html | Saçların 9 problemi və həlli yolları | Qını | Yaraşıqlı görünüş, gözəl imic | 7 sentyabr 2011, 14:20 |
Saçlarım çox cansızdı və tökülür - Saçların cansız olmasının bir çox səbəbi ola bilər ancaq ən böyük səbəbi qeyri-kafi qan dövranın olmasıdır. Bu, eyni zamanda sizinn saçlarınızın tökülməsinə də gətirib çıxarır. Bunun problemdən qurtulmağın ən faydalı yolu qan dövranını artırmaq üçün gündə iki dəfə saç dərinizə barmaqlarınızla masaj edin. Əmin ola bilərsiniz ki, faydasını görəcəksiniz. Daramaq da fərqli bir masaj üsuludur.
Saçlarım çox matdır heç parlamır - Saçlarınız bir neçə ayda bir, əlavə qulluq etməlisiniz. Müxtəlif kosmetik saç maskalarından istifadə edə bilərsiniz. Saç tipinizə ən uyğun olanını seçsəniz daha yaxşı olar. Ancaq diqqət yetirməniz 1-2 şeylərdə varki məsələn maskanı saçlarınızı yuduqdan sonra etməyin. Çünki çox maska sürtmək saçları daha da matlaşdırır.Saçım çox uzundu və darıyarkən çətinlik çəkirəm - İncə telli və uzun saçlar yuduqdan sonra bir-birlərinə dolanarlar. Darayarkən də adama cəhənnəm əzabı çəkdirərlər. Bunu önləmək üçün ərik özlü şampunlar və saç kremləri istifadə edin. Əriyin içindəki yağ, saçların iç içə keçməsiinin qarşısını alar.Saçlarım çox elektriklənir - Saçların elektriklənməsi müxtəlif səbəblərlə bağlıdır.. Ancaq ən əsas səbəb səhv yuma və darama. Saçınızı sürtərək yuyursunuzsa, elektriklənməsi və qabarması normaldı. Eyni zamanda metal saç fırçaları və quru fırçalar saçı elektrikləndirir. İstifadə etdiyiniz saç fırçası tükdən ya da taxtadan olmalı,həmçinində bunun qarşısını almaq üçün saçınızı yumşaq bir şəkildə yuyun. Darama mərhələsində isə fırçaya bir miqdar saç kremi sürtün. Krem, saçın elektriklənib qabarmasını önləyər.Saçım heç fen tutmur - Həqiqətən də bəzi saçlarda uzun fenləmədən sonra belə model dərhal itir. Çox incə telli ya da çox qalın telli olanlarda belə bir problem ola bilər. Əgər saç teliniz çox incədirsə həcm qatan şampunlardan istifadə edin. Ayrıca yumada saç kremini ya heç istifadə etməyin ya da çox az istifadə edin. Qalın telli saçlar da şəklə girməkdə çətinlik çəkirlər. Şampundan sonra durulama tələb etməyən saç kremləriylə qulluq tətbiq edin.
Çöldə olarkən saçlarıma pis qoxu hopur - Davamlı işlə məşğul olanlar belə bir problemlə qarşı-qarşıya qalırlar. Otaqda siqaret çəkildiyində saçlara bu qoxunun hopmaması qeyri-mümkündü. Ancaq bu qoxunu yox etmək mümkündü. Saçınızı bir az isladın,sonra güclü bir şəkildə darayın.Saçınızı yaxşıca havalandırdıqdan sonra bir miqdar ətir vurun.Saçlarım qırılır - Mütləq biraz kəsməlisiniz. Bunun xaricində xüsusi saça qulluq kremləri qırıq ucları təmir edər.Saçlarınızın qırılmasının qarşısını almaq üçün saçınızı çox isti qurutmamalı və dəsmalla nəmini alarkən diqqətli olmalısınız. Ayrıca saç broşkalarıda saçları qırır.Saçlarım çox uzundu və heç bir şəklə girmir - Uzun saçlara şəkil vermək çətindir. Bir az daha həcmli və dalğalı görünməsini istəyirsinizsə saçlarınızı yuyub nəmini aldıqdan sonra bolca muz sürün. Ardından qalın bigudilerle saçınızı sarıyın.Yarım saat gözlətdikdən sonra bigudileri açın və barmaqlarınızla şəkil verin.Saçlarımda sıx kəpək var deyənlərə - Ehtimalla bu aralar sıx stress altındasınız. Saç dərisi eynilə dərinizin digər bölgələri kimi stressə qarşı reaksiya verər. Dərinizi yormayacaq bir kəpək şampunu problemi həll edə bilər!
| ['saç problemləri'] |
5,024 | https://kayzen.az/blog/ekonomiks/1500/8.-vergiqoyma-x%C9%99rcl%C9%99ri.html | 8. Vergiqoyma xərcləri | iqtisadçı | Ekonomiks | 7 sentyabr 2011, 13:56 |
Çox vaxt məhz vergilər qızğın siyasi mübahisələrin mərkəzində dayanır. 1776-cı ildə Britaniya hökuməti tərəfindən müəyyənləşdirilmiş vergilərdən narazı qalan Amerika koloniyaları Amerika inqilabını həyata keçirdilər. Bill Klinton 1992-ci il seçkilərində əsasən ona görə qalib gəldi ki, amerikalılar onun sələfi olan ata Corc Buşa 1988-ci ildə «Eşidin, heç bir yeni vergi olmayacaq»- deyərək sonradan ona əməl etməməsini bağışlamadılar. Biz vergilərin iqtisadiyyata təsirini 6-cı fəsildə öyrəndik və gördük ki, hər hansı bir məhsulla əlaqədar satış vergisinin tətbiq edilməsi məhsulun bazar tərəfindən tələb olunan həcminə təsir edir. Bu öz təsirini tələb və təklif qüvvələrinin alıcı və satıcılar arasında vergi yükünün bölüşdürülməsinə də göstərir. Bu fəsildə biz tədqiqat predmetini genişləndirəcək və bazar iştirakçılarının rifahına, iqtisadi vəziyyətinə vergilərin təsirini nəzərdən keçirəcəyik.Ilk baxışda vergilərin rifaha təsiri aydın görünür. Hökumət öz gəlirlərini artırmaq üçün vergiləri artırır. Deməli, yeni əlavə daxilolmalar (ödənişlər) kiminsə «cibinin» hesabına baş verə bilər. Biz əmin olduq ki, məhsullara vergiqoyma həm alıcıların, həm də satıcıların vəziyyətinə neqativ təsir edir:
Vergilərin tətbiq edilməsi nəticəsində istehlakçılar üçün məhsulun qiyməti yüksəlir, istehsalçıların məhsulunun qiyməti isə aşağı düşür (fəsil 6). Biz istehlak artıqlığı və istehsalçı artıqlığı kimi alətlərdən istifadə edərək, təhlilimizi davam etdirmək imkanına malikik. Bizim tədqiqatımız göstərəcək ki, alıcılar və satıcılar üçün vergi xərcləri hökumətin əldə etdiyi gəlirdən daha çoxdur. Əvəzsiz itkilər - vergiqoymanın nəticəsi kimi 6-cı fəsildə əldə etdiyimiz paradoksal nəticələrdən birini yada salaq: əmtəə ilə bağlı verginin alıcılardan və ya malın satıcılarından tutulmasının heç bir fərqi yoxdur. Əgər vergi istehlakçılardan tutularsa, tələb əyrisi verginin həcminə uyğun olaraq aşağıya doğru yerini dəyişir. Nəticədə pulun hökumətə kim tərəfindən ödənilməsindən asılı olmayaraq alıcılar və satıcılar vergi yükünü bölüşdürürlər. Şəkil 8.1-i nəzərdən keçirək. Bu şəkildə sadələşdirmə naminə nə tələb əyrisinin, nə də təklif əyrisinin yerdəyişməsi göstərilməmişdir. (Baxmayaraq ki, onlardan biri mütləq öz yerini dəyişməlidir). Konkret olaraq hansı əyrinin öz mövqeyini dəyişəcəyi verginin kimdən:satıcıdan (bu zaman təklif əyrisi yerini dəyişir) və ya alıcıdan (bu halda tələb əyrisi yerini dəyişir) tutulacağından asılıdır. Lakin burada əyrilərin yerdəyişməsini nəzərə almağa ehtiyac yoxdur. Iş ondadır ki, vergi alıcıların ödəyəcəyi qiymətlə satıcıların əldə edəcəyi qiymət arasına daxil olur ki, bu da vergitutmanın olmadığı bir şəraitdə satıla biləcək məhsulun kəmiyyəti ilə müqayisədə məhsulun real satışının azalmasına gətirib çıxarır. Başqa sözlə, məhsulla bağlı verginin müəyyən edilməsi bazarın həcminin azalması ilə nəticələnir.
| ['vergiqoyma'] |
5,025 | https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/6964/yor%C4%9Funu%C4%9Funuzu-7-g%C3%BCnd%C9%99-unudun.html | Yorğunuğunuzu 7 gündə unudun | ORIGINAL | sağlam həyat tərzi | 7 sentyabr 2011, 02:51 |
Yorğun bir həftədən sonra orqanizminiz dincəlməyə ehtiyac hiss edir. Elə isə yorğunluğunuzu aradan qaldırmaq üçün nə etməlisiniz? Bu barədə mütəxəssislər aşağıdakıları məsləhət görürlər:
Bazar ertəsi: Həftənin ilk gününə B vitamini ilə zəngin yeməklərlə başlayın. Bu sizin ehtiyac duyduğunuz enerjini bərpa etməyə imkan verər. Xatırladaq ki, B vitamini daha çox qızıl balıqda, toyuqda, qarğıdalıda, buğdada və lobyada olur. Çərşənbə axşamı: Həftənin ikinci günü doyunca yatmağa çalışın. Axşam yeməyində makaron, kartof, düyü və ya çörək yeməyi unutmayın. Bu qidalardakı nişasta orqanizmə yavaş-yavaş yayıldığı üçün sizin rahat yatmağınıza kömək edər. Çərşənbə: Az da olsa qaçın. Təmiz hava almağı da unutmayın. Çünki gün ərzində qapalı mühitdə qalan orqanizm halsızlaşır.
Cümə axşamı: Enerjinizi bərpa etməyə imkan verən yüngül yeməklər yeyin. Cümə: Şirin şeylərdən uzaq olmağa çalışın. Şirin şeylər qandakı şəkər miqdarını artırır və insana müvəqqəti enerji verir. Lakin qan şəkərinin birdən-birə artması mədəaltı vəzinin daha çox insulin ifraz etməsinə səbəb olur. Bu da hormonal tarazlığın pozulmasına gətirib çıxarır. Şənbə: C vitamini qəbul etməyə başlayın. Tərkibində maqnezium, dəmir, sink olan qidalar enerjinizin artmasına kömək edər. Xatırladaq ki, sitrus bitkiləri ilə yanaşı qara istiot, kartof və qırmızı istiot da C vitamini ilə zəngindir. Dəmiri taxıl və mərciməkdən, maqneziumu isə yaşıl tərəvəzdən almaq olar. Bazar: Istirahət günüdür deyə bütün günü yatmayın. Qalxın və əzələlərinizi açmaq üçün təmrinlər edin. Tez yorulsanız, enerji artıran içkilər için...
Mənbə: "Ailəm" jurnalıBu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır. Mətndən istifadə edərəkən istinad etmək (saytın adı kayzen.az) mütləqdir,əks halda halal edilmir.
| ['sağlamlıq', 'yorğunluq', 'rejim'] |
5,026 | https://kayzen.az/blog/orta-%C9%99srl%C9%99r-tarixi/6963/fransada-feodal-demokratiyasi.html | Fransada feodal demokratiyasi | Cavid | orta əsrlər tarixi | 7 sentyabr 2011, 01:38 |
IX əsrdə Roma imperiyasının süqutundan sonra Avropada minilliyi əhatə edən orta əsrlər dövründə ilk mərkəzləşmiş dövlətlər bərqərar olmağa başlayır. Mərkəzləşmiş dövlətlərin yaranması orta əsr şəhərlərinin güclənməsinə, külli miqdarda iqtisadi resursların şəhər varlılarının əlində cəmlənməsinə gətirib çıxarır. Daim pula ehtiyacı olan hökmdarlar nə bu sərvətdən keçə bilir, nə də ciddi müqavimətə görə əhalinin razılığı olmadan onun üzərinə vergi qoya bilirdilər.
Əhalinin razılığını almaq üçün hakim sinif cəmiyyətin əsas təbəqələrinin nümayəndələrini yığıncağa çağırmalı olurdu. Bu dövrdə Almaniyada reyxstaq və landtaq, İngiltərədə parlament, İspaniyada korteslər, Fransada və Niderlandda baş ştatlar s. yaranırdı. Kral hakimiyyətinin və onun nəzarət etdiyi mərkəzləşdirilmiş bürokratiyanın getdikcə güclənməsi bu təsisatların əhəmiyyətini azaltsa da, onlar demokratiyanın inkişafında öz izini qoya bilmişdi. Orta əsrlərə xas olan bu demokratiyanın yaranması və inkişafı prosesini XIV əsrin əvvəllərində Fransada meydana gələn Baş Ştatların timsalında daha bariz şəkildə müşahidə etmək olar.
Papa IV Filipə qarşı
Fransa Baş Ştatlarının sələfləri şəhər rəhbərliyinin dəvət aldığı genişləndirilmiş Kral Şuraları və müxtəlif təbəqələrin nümayəndələrindən təşkil olunan əyalət ştatlarıdır. Baş Ştatların, daha dəqiq tərcümə etsək, Silklər Məclisinin təşəkkülü Fransada mərkəzləşdirilmiş dövlətin yaradılmasından sonra meydana gələn tarixi şəraitlə bağlıdır. Dövlətin tərkibinə kral domenindən başqa dünyəvi və dini feodallara məxsus geniş ərazilər, həmçinin çoxlu imtiyazlara və hüquqlara sahib olan şəhərlər də daxil idi. Kral isə bütün bu ənənəvi azadlıqlarla bağlı təkbaşına qərar qəbul etmək üçün kifayət edəcək qədər nüfuza və hüquqa malik deyildi. Xüsusən də kral xarici siyasət məsələlərində bütün fransız cəmiyyətinin dəstəyinə kəskin ehtiyac duyurdu. Yüksək suverenliyə malik olmaq, feodal cəmiyyətinin silklərə verdiyi xüsusi imtiyazları ləğv etmək üçün krala silklərin razılığı vacib idi. XIII əsrin sonlarında Fransa kralının Roma papası ilə münasibətlərinin pozulması isə bütün silklərin ümumi məclisinin çağırılmasını zərurətə çevirdi.
Kilsə xadimlərinə vergi qoyması ilə papanın qəzəbinə tuş gələn IV Filip onunla mübarizədə özünə daxili dayaq axtarmaq üçün üç təbəqədən — feodallardan, ruhanilərdən və şəhər əhalisindən təşkil olunacaq Silklər Məclisinin çağrıldığını elan etdi.
Baş Ştatların çağrılması qaydaları
Hər üç təbəqənin üzvləri balyajlardan çağrılırdı. İclasa böyük kilsə və şəhər icmalarının hər biri iki-üç nəfər nümayəndə — deputat göndərməli idi. Adətən abbatlar bir yerə yığışaraq öz aralarında assambleyaya göndəriləcək deputatları müəyyənləşdirirdilər. İri feodalları kral şəxsən özü dəvət edirdi. Bəzi hallarda şəxsi dostluq zəminində orta və kiçik feodalları da kral Baş Ştatların iclaslarına dəvət edirdi. Şəhər əhalisindən Silklər Məclisinə nümayəndələrin seçilməsində ümumi bir qayda yox idi. Əksər şəhərlərdə deputatların seçilməsi şəhər rəhbərliyi — mer, eşeven və konsullar tərəfindən həyata keçirilirdi. Sənədlərdə qeyd edilir ki, müəyyən olunmuş gündə səhər kilsə zənglərinin səsi ilə şəhərin «sağlam vətəndaşları» bir yerə toplaşır və öz aralarından Baş Ştatlara göndəriləcək deputatları seçirdilər.
Deputatların səlahiyyətləri
Dövlət qramotaları assambleyaya göndərilən nümayəndələri müavinlər, yaxud icraçılar adlandırırdılar. Hər bir namizədə bir neçə nəfər öz şəxsi əmlakı ilə zamin dururdu. Deputatlara yerlərdə vəzifələrini icra etmək üçün mandatlar verilirdi. Bununla deputat öz seçicilərinin adından çıxış etmək hüququ əldə edirdi. Lakin bu, heç də onların səlahiyyətlərinin hədsiz olmasının göstəricisi deyildi. Bəzən deputatların səlahiyyətləri və görəcəyi işlər əvvəlcədən mandatlarında qeyd olunurdu. Hətta kralın dedikləri ilə razılaşmaq məsləhət görülürdü. Baş Ştatların iclaslarından sonra deputatlar öz seçiciləri qarşısında gördükləri işlər barəsində hesabat verməli idilər. Öz səlahiyyətlərini aşmış deputatlara qarşı sanksiyalar tətbiq olunurdu. Zadəganlar, ruhanilər və şəhər icmaları öz nümayəndələrini krala hesabat üçün paytaxta göndərirdilər. Beləliklə, onlar Baş Ştatların çağrılmasında kralın əsas rol oynadığını təsdiq edirdilər.
Tərkibindən göründüyü kimi, Fransanın Silklər Məclisi yalnız varlı təbəqələrin mənafelərinə xidmət edirdi. Həm də Baş Ştatlarda bu təbəqələr bir-birindən ayrı iclaslar keçirirdi və səsvermə nümayəndələrin sayı ilə yox, təbəqələrin sayı ilə müəyyən olunurdu. Yəni hər təbəqə bir səsə malik idi. Baş Ştatların əsas çağrılma səbəbləri vergilərin çoxaldılması ilə bağlı olurdu. Zadəganlar və ruhanilər vergilərdən azad olduqları üçün onun artırılmasına səs verirdilər. Bu isə şəhər nümayəndələrinin etirazına səbəb olurdu.
Silklər Məclisinin fəaliyyəti
İlk dəfə 1302-ci ilin aprelində Parisin Notr-Dam kilsəsində toplaşan Silklər Məclisi Roma papası VIII Bonifisin Fransa kralı IV Gözəl Filipə qarşı iddialarını rədd edərək kralın dünyəvi məsələlərdə yalnız tanrıdan asılı olduğunu bildirdi. Baş Ştatlar 1302-1308-ci illər ərzində kral tərəfindən yalnız kilsə məsələlərini həll etmək üçün bir neçə dəfə çağrılmışdı. Bu içlasların tərkibi eyni deyildi. Məsələn, 1303-cü ildə çağrılan ştatlarda yalnız birinci və ikinci təbəqələr iştirak edirdilər. 1308-ci ildə tampliyerlərə divan tutmağa hazırlaşan kral yenə Silklər Məclisinin dəstəyindən istifadə etdi. Baş Ştatların da krala müraciət etmək hüququ var idi. Onlar krala şikayət və xahişlərini çatdıra bilərdilər. Həmçinin onlar kral aparatının işini tənqid də edə bilərdilər. Bəzi hallarda Baş Ştatlar hətta kralın tələb etdiyi qanunları qəbul etməkdən belə imtina edirdi. Kapitenqlər sülaləsi zəiflədikcə Baş Ştatların rolu artmağa başlayır. Məhz onlar 1317-ci ildə kral X Lüdovikin qızını atasının taxtından məhrum edirlər. Kapetinqlər sülaləsinin kökü kəsildikdən sonra IV Filip Valuanı taxta çıxarırlar.
Yüzillik müharibələr (1337-1453-cü illər) dövründə Baş Ştatların nüfuzu artır. 1355-ci ildə vəsait toplamaq üçün Silklər Məclisinə müraciət edən kral II İgid İoanın qarşısında bir neçə şərt qoyur və vergiyığılmasına nəzarəti ələ alır. II İoanın ingilislərə əsir düşməsindən istifadə edən Baş Ştatlar islahatların keçirilməsini tələb edir. Bununla bağlı 1357-ci ildə qəbul etdikləri Böyük Mart Ordonaslarında Baş Ştatlar yalnız onların təsdiq etdiyi vergilərin qanuni sayılması, Silklər Məclisinin ildə üç dəfə çağrılması tələblərini irəli sürürlər. Həmçinin kral administrasiyasının işinə nəzarət etmək, hətta onları işdən çıxartmaq və cəzalandırmaq hüququna malik baş reformatorlar da təyin edilir. Fransanın idarə olunmasını üzərinə götürmüş Dofin (vəliəhd) Karl Valua (1364-cü ildən V Müdrük Karl) bu tələblərlə razılaşır, lakin 1358-ci ildə onları ləğv edir. Həmin il Kompenyendə toplaşan yeni tərkibli Baş Ştatlar kralın tərəfini tutur. Bundan sonra Baş Ştatlar Fransa xalqını ingilislərə qarşı vahid cəbhədə birləşdirmək alətinə çevrilir. 1439-cu ildə Orlean şəhərində toplaşan Baş Ştatlar isə xüsusi əhəmiyyət daşıyır. Onlar feodallara şəxsi qoşun saxlamağı qadağan etməklə yanaşı, kralın daimi qoşununun maliyyəsi üçün «talya» vergisini təsis edirlər.
Bununla bərabər şəhər icması ilə feodallar arasında gedən mübarizə Baş Ştatlara İngiltərə parlamenti kimi öz səlahiyyətlərini artırmağa imkan vermir. Ümumiyyətlə, Fransa ictimaiyyəti artıq vergilərin artırılmasının birbaşa kralın hüququ olması ilə razılaşırlar.
Quqenot müharibələri dövründə
Vergilərin təyin edilməsində öz nüfuzunu itirən Baş Ştatlar siyasi əhəmiyyətini də itirməyə başlayır. X Lüdovik Valuanın hakimiyyəti dövründə yalniz bir dəfə — 1467-ci ildə Baş Ştatları çağıraraq onlardan Silklər Məclisinin razılığı olmadan Fransanın mənafeyi naminə istənilən qərarı qəbul etmək hüququ əldə edir. 1484-cü ildə VIII Karl Valuanın azyaşlı olması ilə bağlı çağrılan Baş Ştatların maraqlı cəhəti ondan ibarət idi ki, bu dəfə şəhər icmasından başqa kənd icmalarının nümayəndələri də iştirak edirdilər. XV əsrin sonlarında Fransada mütləq monarxiya qurulur. Bu dövrdən Baş Ştatların tədricən Fransanın siyasi səhnəsini tərk etməsi müşahidə olunur. Baş Ştatların yenidən siyasi arenada görünməsi Fransada Quqenot müharibələri dövrünə təsadüf edir. Nəhayət, 1560-cı ildə Baş Ştatlar Orleanda yığışır. Onlar 1561-ci ildə «Orlean Ordonansı»nı qəbul edirlər. Sənəddə Fransada islahatların həyata keçirilməsi, Baş Ştatların daimi dövlət orqanına çevrilməsi müdafiə olunurdu. Buna görə də kral növbəti illərdə daha onu çağırmır.
Fransada kral hakimiyyətinin məhdudlaşdırılmasını müdafiə edən Katolik Liqasının tərəfdarlarının çoxalması III Henrini 1576-cı ildə Baş Ştatlara müraciət etməyə məcbur edir. Lakin Baş Ştatlar Katolik Liqasının tərəfini saxlayır və özlərinin qəbul etdikləri qanunların kral fərmanlarından üstün tutulmasını, hər üç təbəqənin razılığı ilə qəbul olunan qanunun kralın təsdiqi olmadan qüvvəyə minməsini tələb edirlər. Həmçinin deputatlar nazirlərin təyin olunmasında iştirak etmək istəyirlər. III Henri Silklər Məclisinin bu tələbləri ilə razılaşsa da, Quqenot müharibələri dövründə Fransada baş alıb gedən hərc-mərclik bu addımın əhəmiyyətini heçə endirir.
1588-ci ildə Katolik Liqası güc toplayaraq Blua şəhərində yenidən Baş Ştatların çağrılmasına nail olur. Baş Ştatlar hakimiyyəti kral III Henrinin əlindən alaraq, Katoliklər Liqasının başçısı Henri Gizə vermək istəyir. Bu mübarizə hər iki Henrinin faciəli ölümü ilə nəticələnir. Hakimiyyətə quqenotların keçmiş başçısı IV Henri Burbon yiyələnir. 1593-cü ildə Parisdə çağrılmış Baş Ştatlar IV Henriyə bütün Fransada hakimiyyəti ələ almaqda maneçilik törədə bilmir. IV Henri Fransanı mütləq monarx kimi idarə edir və Baş Ştatlar öz nüfuzunu itirir. Azyaşlı kral XIII Lüdovikin hakimiyyəti dövründə — 1614-cü ildə çağrılan Baş Ştatlarda təbəqələr arasında olan bütün ziddiyyətlər ortaya çıxır. Ruhani və dvoryanlar təbəqəsi üçüncü təbəqəyə öz qulluqçuları kimi baxırlar. Bu həqarətli münasibət saray tərəfindən də dəstəklənir: kral qarşısında ruhanilər və dvoryanlar başı örtülü otura bilərdilərsə, şəhərlərdən seçilən deputatlar iclas zamanı kralın qarşısında başı örtüksüz və dizləri üstə dayanırdılar. Onların vergilərin çox olması haqda şikayətləri kral tərəfindən narazılıqla qarşılanırdı. 1614-cü ildə Baş Ştatlar qərara gəlir ki, on ildə bir dəfə və yalnız kralın dəvəti ilə toplaşsınlar. 1615-ci ildə Baş Ştatlar kral tərəfindən buraxılır və Böyük Fransa inqilabına qədər bir dəfə də olsun çağrılmır.
Böyük Fransa inqilabı
Məhz 1789-cu ildə çağrılan Baş Ştatlar Fransa inqilabının əsas təkanverici amillərindən biri oldu. O, Fransanın XVIII əsrin sonlarında üzləşdiyi siyasi, iqtisadi və sosial problemləri həll etməli idi. Kral isə öz növbəsində Baş Ştatların köməkliyi ilə maliyyə problemlərini yoluna qoymaq istəyirdi. Aristokratiya isə islahatlara mane olmağa çalışırdı. Üçüncü təbəqə də öz tələblərini təqdim etmək fikrində idi. Bu dəfə üçüncü təbəqənin nümayəndələrinin sayının çoxaldılması nəzərdə tutulurdu. Lakin təbəqələrin bir yerdə və ya ayrı səs verəcəyi məsələsi öz həllini tapmamışdı. Seçkilərdə 1139 deputat seçildi. Onların 578 nəfəri üçüncü təbəqəni təmsil edirdi. Silklər Məclisinin hər üç zümrədən olan deputatları 1789-cu il mayın 5-də Versal sarayında ilk iclasına toplaşır. İclasda zadəganlar və şəhərlərdən olan deputatlar arasında mübahisələr kulminasiya nöqtəsinə çatır. İyunun 17-də üçüncü təbəqənin deputatları özlərini Milli Məclis elan etsələr də, xalq adından çıxış etməyə tərəddüd edirlər.
Ruhanilər və xırda feodalların bir hissəsi üçüncü təbəqəyə qoşulur. Kral təşəbbüsü ələ almaq məqsədi ilə Parisə qoşun hissələri yeridir və onlara Baş Ştatları dağıtmaq əmri verilir. Lakin 9 iyul tarixində üçüncü təbəqənin deputatları özlərini Müəssislər Məclisi elan edirlər. Bununla Baş Ştatların dövrü başa çatır, Böyük Fransa inqilabı başlayır. Baş Ştatların Fransada kral hakimiyyətinin və ümumilikdə dövlətçiliyin möhkəmlənməsində əməyi danılmazdır. Qununverici hakimiyyət onların əlində olmasa da, Baş Ştatlar bəzi hallarda qanunvericiliyi tənzimləyir. Bütövlükdə Silklər Məclisi dövlət idarəçiliyinə öz töhfələrini verərək məhkəmə və maliyyə orqanlarının işlərinə böyük təsir göstərmişdir. Müasir qanunverici hakimiyyət orqanlarının bilavasitə bu yığıncaqlardan, parlamentlərdən və ya çox vaxt deyildiyi kimi "ştatlar«dan (estates) yarandığını təsdiq etmək mümkün olmasa da, onlar müəyyən ənənələrin əsasını qoymuş, ilk lazımi qaydaları təyin etmiş və demokratiyanın inkişafı prosesinə faydalı təsir göstərmiş ideyaları insanların şüuruna yeritmişdilər.
Mənbə: Milli Məclis jurnalı
| ['feodal demokratiya', 'Fransa tarixi'] |
5,027 | https://kayzen.az/blog/aforizmler/6962/e%C5%9Fq-haqq%C4%B1nda.html | EŞQ haqqında | umud600 | Hikmət dənizi və aforizmlər | 7 sentyabr 2011, 00:41 |
Eşq hər şeyin səbəbi,başlanğıcı və sonudur ( Jan Batist Anri Lakorder:Fransız yazıçısı və ictimai-siyasi xadimi)Şirin xəyallara uymaq,göz yaşları axıtmaq, ah çəkmək eşqin yol yoldaşıdır (Uilyam Şekspir:İngilis dramaturqu və şairi)Eşqdə susmaq danışmaqdan faydalıdır (Yapon atalar sözü)Ayrılıq əziyyətini görməyənin,eşq bəlasını çəkməyənin dərdi dərmansızdır (İmadəddin Nəsimi)Eşq məhkəməyə bənzər,cəfa çəkmək də şahidə.Əgər şahidin yoxdursa, məhkəməni uda bilməzsən (Cəlaləddin Rumi:Türk şairi və mütəfəkkiri)
Eşqin iynəsi ilə tikilən tikiş qiyamətə qədər sökülməz (Aşiq Seyrani:Türk ozanı)Mənə Haqdan nida gəldi,Gəl ey aşiq ki,məhrəmsən.Bura məhrəm məqamıdır,Səni əhli-vəfa gördüm. (İmadəddin Nəsimi:Azərbaycan şairi və mütəfəkkiri)
| ['eşq', 'hikmət dənizi'] |
5,028 | https://kayzen.az/blog/poeziya/6961/ilahi.html | İLAHİ !!!! | Old_Baku_ | Poeziya | 7 sentyabr 2011, 00:18 |
Adını zikr edər gecə və gündüz,Ağaclar,çiçəklər,güllər,İlahi!Könlümü,ruhumu aparır Sənə,Keçdiyim dolanmac yollar,İlahi!Bir canı borcluyuq,al canımızı,Alma əlimizdən imanımızı!Arındır,barındır zamanımızı,Açılmış qarşında əllər,ilahi!Endirib zirvədən dağı yol etmə,Acgöz nəfsimizə bizi qul etmə!Namərdi millətə Sən oğul etmə,Yoxsa,yazıq olar illər,İlahi!
Ən böyük arzumuz-yol göstər bizə,Fövqünə ucalaq,bu yetər bizə.Səni dərk etməyə ağıl ver bizə,Duasız qalmasın dillər,İlahi!Sən doldur işıqla ürəyimizi,Biz səndən umarıq diləyimizi.Bir daha qul edə bilməsin bizi,Quzeydən baş alan yellər,İlahi!Qaldır pərdələri Sən gözümüzdən,Mİllət seçə bilsin əməli sözdən.Çox ayrı düşmüşük öz-özümüzdən,Bizi özümüzə döndər,İlahi!Bəxtiyar Vahabzadə
| ['poeziya'] |
5,029 | https://kayzen.az/blog/aforizmler/6942/yadda%C5%9F-haqq%C4%B1nda-deyil%C9%99n-aforizml%C9%99r.html | Yaddaş haqqında deyilən aforizmlər | umud600 | Hikmət dənizi və aforizmlər | 7 sentyabr 2011, 00:11 |
Elmin düşməni yaddaş zəifliyidir.(Nəsrədddin Tusi:Azərbaycan alimi və dövlət xadimi)Nə qədər ki,yaddaş var,ölənlər unudulmayacaq.(İvo Andriç:Serb yazıçısı)Yaddaş qəribə görüntülər yaratmağı bacarır.O,ruhların məskən saldığı evə bənzəyir və bu evin divarları arasında daim gözəgörünməz addımların əks-sədası eşidilir.Şüşələri sınmış pıncərələrdə ölənlərin qaraltıları görünüb-yox olur,lap yanımızda isə bizim keçmiş günlərimizin kədərli kabusları dolaşır.(Cerom Klapra Cerom:İngilis yazıçısı)Zamanın yeganə meyarı yaddaşdır.(Deni Didro:Fransız yazıçısı və filosofu)Yaddaşımız puç olmuş arzuları bizə xatırladır.(Con Dreper:Amerika alimi və filosofu) Yaddaş xatirələr xəzinəsidir.(Vardis Falçer:Amerika yazıçısı)Borc verənlərin yaddaşı borc alanlarınkından qat-qat yaxşı olur.(Bencamin Franklin:Amerika ictimai-siyasi xadimi)
Unutmaq mümkün olmasaydı ,həyat işgəncəyə çevrilərdi.(Konfutsi:Qədim Çin mütəfəkkiri)Kəndli yaddaşı sərkərdə biliyindən üstündür.(Napoleon Bonapart:Fransız imperatoru və sərkərdəsi)Nəyisə unutmaq ,yaxud unutmamaq insan iradəsindən xaricdir.(Korneli Tasit:Qədim Roma tarixçisi)Başqaları üçün özünüzü unutsanız,onda sizi də xatırlayacaqlar.(Fyodor Mixayloviç Dostoyevski:Rus yazıçısı)Mənbə: Min illiyin hikməti kitabından
| ['aforizmlər', 'hikmətli sözlər'] |
5,030 | https://kayzen.az/blog/dieta/6959/hipo-v%C9%99-avitaminoz.html | Hipo və Avitaminoz | Zeyneb_Ehmedova | Dietologiya | 6 sentyabr 2011, 21:02 |
Vitaminlər-insanın qida rasionunun əsas hissəsinə təsir edir.İnsan onları bitki, heyvan mənşəli qidalarla alırlar.Vitaminlər yüksək bioloji avitaminliyə malikdirlər
Vitaminlərin çatmamazlığı ilə gedən xəstəliklərə hipo və ya avitaminozlar deyilir, hipo və avitaminoz həmçinin hamiləlik və döşlə əmizdirmə zamanıda baş verir
Avitaminoz A
Bu xəstəliyin əsas əlaməti görmənin pozulmasıdır.Bundan əzab çəkən şəxslərdə hava qaralan zaman görmə itiliyi kəskin aşağı düşür və bu "toyuq korluğu" adlanır.Vaxtında müalicə aparılmazsa tam korluq baş verə bilər.Konyuktivanın quruluğu, bəzi hallarda isə buynuz qişanın yarası baş verir.Avitaminoz A zamanı selikli qişalar, dəri örtükləri dəyişikliyə uğrayır : traxeya, bronx, mədə-bağırsaq sisteminin selikli qişasının zədələnməsi baş verir.Çox hgallarda dəri örtüklərinin quruluğu, qabıqlanması, dəri örtüklərinin qalınlaşması baş verir Müalicəsi: tərkibində vitamin A olan qida məhsulları (kərə yağı, yumurta, süd, kök, pomidor, qara qarağat və.s) ilə zəngin olunmalıdır
Avitaminoz B
B qrupu vitaminləri orqanizmin həyat fəaliyyətində böyük rol oynayır. Vitamin B1 çatmamazlığı beri-beri xəstəliyinin əmələ gəlməsinə səbəb olur (ətraflarda ağrı və zəiflik bəzi hallarda ifliclər, bağırsaq fəaliyyətinin pozulması dərialtı toxumanın ödemi) B1 avitaminozunun profilaktikası üçün qida qara çörək, portağal, üzümlə zəngin olunmalıdır Müalicə məqsədilə 3-5%-li vitamin B1 əzələ daxilinə 1ml-dən 2-3 həftə müddətində təyin edilir
Avitaminoz C
Vitamin C- askorbin turşusu itburnuda, qara qarağatda , limonda, göy soğanda, təzə kələmdə çoxlu miqdarda rast gəlinir Vitamin C-nin çatmamazlığı zamanı xəstələr zəiflikdən, baldır əzələlərində ağrıdan, diş dibi ətinin qanaxmadan, dəriyə qansızmalardan şikayətlənirlər Avitaminiz C-sinqa və ya skorbut xəstəliyidə adlanır Müalicəsində 1ml 5%-li askorbin turşusu 2 həftə müddətində təyin edilir Profilaktikası üçün tam dəyərli qidalar, vitamin C ilə zəngin olunmalıdır
Müəllif: Əhmədova Zeynəb
| ['tibb'] |
5,031 | https://kayzen.az/blog/aforizmler/6958/v%C9%99t%C9%99n-haqq%C4%B1nda.html | Vətən haqqında | umud600 | Hikmət dənizi və aforizmlər | 6 sentyabr 2011, 19:04 |
Uğrunda qan tökülən torpağa VƏTƏN deyilirÖzünü vətəndaş zənn edən bir kəsVətənin dərdinə yad qala bilməz! (Nikolay Alekseyeviç Nekrasov:Rus şairi) Həqiqi namuslu insan ailəsini özündən,vətənini ailəsindən,insanlığı isə Vətənindən uca tutmalıdır.(Jan Leron Dalamber:Fransız riyaziyyatçısı)Öz Vətəninə mənsub olmayan insan bəçəriyyətə də mənsub deyil.(Vissarion Qriqoryeviç Belinski:Rus tənqidçisi və filosofu)Vətən uğrunda ölüm həyatın davamıdır.(Cambul Cabayev:qazax şairi)
Vətən uğrunda qan,dostunuz uğrunda göz yaşı,ailəniz uğrunda tər tökün.(Atalar sözü)Vətən borclu deyil,biz borcluyuq Vətənə.(Bəxtiyar Vahabzadə:Azərbaycan xalq şairi)Vətən uğrunda ölüm qədər dadlı və şərəfli ölüm varmı? (Kvint Flakk Horatsi:Qədim Roma şairi)Vətənə borcunu ödəmədən ölən insan bədbəxtdir.(Jozef Fletçer:Amerika yazıçısı)Vətənində ölməyən insan iki dəfə ölər. (İsmayıl Həbib Sevük:Türk siyasətçisi)Qılıncla alınan Vətən pulla satılmaz.( İkinci Əbdülhəmid:Osmanlı imperatoru)
| ['Vətən', 'aforizmlər'] |
5,032 | https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/6955/%C3%BCzeyir-b%C9%99y-hac%C4%B1b%C9%99yli-%7C-az%C9%99rbaycan-pe%C5%9F%C9%99kar-musiqisinin-banisi.html | Üzeyir bəy Hacıbəyli | Azərbaycan peşəkar musiqisinin banisi | Cavid | böyük musiqiçilər | 6 sentyabr 2011, 15:58 |
Azərbaycanın musiqi mədəniyyətinin inkişafı daim zənginləşən, cilalanan və irəliyə doğru yönəlmiş prosesdir. Bu inkişafın istiqaməti bir tərəfdən milli ənənələrin özündəki imkanlar və bu imkanların reallaşması, digər tərəfdən zaman-zaman dəyişən, yeniləşən tarixi-mədəni kontekstin diktə etdiyi proseslərin məcmusu ilə şərtlənmişdir. Onun xarakteri və mündəricəsində XX əsrədək şifahi ənənəli aspekt aparıcı rol oynamışdır. Peşəkar klassik milli musiqi irsinin günümüzədək gəlib çatmış incilərinin yaradıcılarını tarix anonimləşdirmiş, onların ifaçılıq fərdiliyinin hüquqlarını ön plana çəkmişdir.
XX əsrdə bu inkişaf artıq yaradıcı şəxsiyyətin — bəstəkarın iradəsi, təxəyyülü və enerjisi ilə istiqamətləndirilməyə başlayır. Beləliklə, hər iki ənənənin paralel və çarpazlaşan hərəkəti Azərbaycan musiqi mədəniyyətinin XX əsrdəki səciyyəviliyini yaradır. Tarixin bu mərhələsində gedən proseslərin təsir və dəyər miqyasının həm lokal, həm də qlobal müstəvidə güclü əks-səda oyatmasının nə əlavə isbata, nə də müzakirəyə ehtiyacı yoxdur. XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan musiqisində iki konteksti — həm Şərq, həm də Qərb mədəni çevrəsini əhatə edərək, ortaq məxrəc axtarışlarında inkişafa başlayır.O, çoxəsrlik mirası, formalaşmış musiqi təfəkkürü sistemi, mövcud potensialı ilə Qərb-Şərq mədəniyyətlərinin qarşılıqlı inteqrasiyası prosesinə, yeni ümumbəşəri mədəni ənənələrin yaranması, qurulması probleminin həllinə qoşularaq iki qüdrətli peşəkarlıq ənənələri ilə — ənənəvi klassik (şifahi) və bəstəkarlıq (yazılı) sahələri ilə yeni səviyyəyə qədəm qoydu. Bu dövrdə yaranan bəstəkar yaradıcılığı Azərbaycan musiqisində Qərb-Şərq mədəniyyət konteksti yaratdı. Beləliklə, XX əsrdə Azərbaycan musiqisində ümumdünya musiqi mədəniyyəti üçün getdikcə aktuallaşan Qərb-Şərq və ya Şərq-Qərb mədəniyyətlərinin qarşılıqlı təsirinə və bu təsirin nəticələrinə əsaslanan bir inkişaf konsepsiyası reallaşmağa başladı.
XIX əsrdən başlayaraq Azərbaycanda təşəkkül tapan maarifçilik tendensiyaları milli musiqi yaradıcılığının Azərbaycan üçün yeni forması olan bəstəkarlıq ənənəsinin də yaranmasına mənəvi tələbat mühitini formalaşdırdı. XIX əsrin sonu XX əsrin əvvəllərində ilk faciə (N.Vəzirov və Ə.Haqverdiyev), ilk milli roman (N.Nərimanov), ilk realist povest (C.Məmmədquluzadə), publisist bədii nəsr nümunələri (S.M.Qənizadə), ilk tarixi roman (Ə.Gorani) yarandığı kimi musiqi yaradıcılığı da yeni janrlar və üslub yeniləşməsi ərəfəsini yaşayırdı. Üzeyir bəy Hacıbəylinin fitri istedadı, qüdrətli yaradıcılığı ilə Azərbaycan mədəniyyətində maarifçiliyin təkan verdiyi yeniləşən sahələr sırasına musiqi də daxil oldu. Ü.Hacıbəyli mühitin yenilikçi enerjisini musiqi sahəsinə yönəldərək Azərbaycanın ilk bəstəkarı, ilk klassiki kimi tarixə düşdü.
Üzeyir bəy Hacıbəyli bəstəkar, müəllim, alim, publisist, ictimai xadim kimi çoxşaxəli yaradıcılığı və fəaliyyətinin xüsusi çəkisi və miqyasına görə təkrarolunmaz şəxsiyyətdir. O, nəinki musiqi, ümumiyyətlə, XX əsr Azərbaycan gerçəklikləri miqyasında milli tariximizdə yeni inkişaf konsepsiyasının fəal yaradıcılarından biridir. «Türk hissiyyatlı, islam etiqadlı, Avropa qiyafəli fədai» kimi mətbuat meydanına atılan 20 yaşlı Üzeyir müasir düşüncə tərzinə malik, savadı, geniş mütaliəsi olan analitik təfəkkürü, sərrast mülahizələri, ən əsası isə vətənpərvərliyi və millətsevərliyi ilə diqqəti çəkdi. Həsən bəy Zərdabi, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirovun yaşayıb-yaratdığı yaradıcı mühit gənc Üzeyirin publisist, ictimai xadim kimi yetişməsində həlledici rol oynadı. Şuşadakı ailə mühitində, Qori seminariyasındakı təhsil illərində təməli vətənsevərlik, maarifçilik, yenilik təəssübkeşliyi kimi keyfiyyətlərlə qoyulan gəncin dünyagörüşü yeni impulslarla, ideyalarla zənginləşir, xarakterindəki cürət, döyüşkənlik, prinsipiallıq və qorxmazlıq kimi cizgilər möhkəmlənirdi.
Üzeyir Hacıbəyli məktəbdə müəllimlik etmiş, Azərbaycan dilində ilk «Hesab» dərsliyinin, «Rus-türk, türk-rus» lüğətinin, dövri mətbuatda çap olunan ən müxtəlif mövzularda yazılmış, aktuallığı, kəsəri, dərin təhlili ilə fərqlənən, məntiqli, incə yumorlu, kəskin satiralı, cəsarətli yüzlərlə məqalələrin müəllifi, «Tərəqqi», «Həqiqət», «Azərbaycan» qəzetlərinin redaktoru olmuşdur. Cəmiyyətin ən ağrılı məqamlarından, aktual mövzularından qibtə ediləcək cəsarətlə bəhs edən Üzeyir Hacıbəylinin Qarabağı, Zəngəzuru, Naxçıvanı qan içində boğmağa çalışan erməni fitnəkarlıqları haqqında yazdığı, həmvətənlərini ayıq və oyaq olmağa çağıran məqalələri bu gün də tarixi sənəd kimi üzləşdiyimiz işğal və haqsızlıqların mahiyyətini anlamaq, yenə də millətini ayıq və oyaq saxlamaq missiyasını daşıyır.
Lakin Ü.Hacıbəyli dühasının tam açıldığı təkrarsız, əvəzolunmaz sahə musiqi olmuşdur. Müasir Azərbaycanın tarixi inkişaf istiqamətini müəyyənləşdirən, «türkləşmək, islamlaşmaq, müasirləşmək» sütunlarına dayaqlanan yeni məfkurənin musiqi sahəsində reallaşması və gerçəkləşməsi Üzeyir bəyin adı və yaradıcılığı ilə bağlıdır. O, yeni təfəkkür tərzi və dünyagörüşünə dayanan milli tərəqqi məfkurəsini musiqi mədəniyyətində həyata keçirmiş, XX əsrin birinci yarısında bu sahədə gedən taleyüklü yeniliklərin təşəbbüskarı və icraçısı olmuşdur. Milli musiqi mədəniyyətində yeni sahənin — Avropa anlamlı peşəkar bəstəkarlıq məktəbinin, ifaçılıq fəaliyyəti növlərinin, musiqi təhsili sisteminin, çağdaş musiqişünaslıq elmi-estetik baxışların yaranması və təşəkkülü Üzeyir bəy Hacıbəylinin adı ilə bağlıdır. O, dünya musiqi mədəniyyəti miqyasında müsəlman Şərqində yeni tipli bəstəkarlıq ənənəsinin banilərindəndir.
1908-ci ildə tamaşaya qoyulmuş «Leyli və Məcnun» operası həm Azərbaycanın, həm türk dünyasının, həm də ümumilikdə müsəlman Şərqinin ilk operası oldu. Dünya opera sənətində yeni, unikal bir janrın — muğam operasının nümunəsi kimi «Leyli və Məcnun»un bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyəti onun 100 illiyinin 2008-ci ildə YUNESKO səviyyəsində bütün dünyada təntənə ilə qeyd olunması ilə bir daha isbat olundu. Hələ 100 il əvvəl məşhur fransız jurnalı «Revü de monde» nömrələrindən birində «gənc müsəlman bəstəkarı Ü.Hacıbəylinin „Leyli və Məcnun“ operasına Şərqin köhnəliyin „tozunu süpürüb atması“ prosesinin musiqidə ümidverici, uğurlu təzahürü kimi baxırdı.
Üzeyir bəy Hacıbəylidən danışarkən „bani“ sözünü kəlməbaşı işlədirik. İlk opera, musiqili komediya, ilk kamera instrumental əsərlər, marşlar, xorlar, Azərbaycan dövlətçiliyinin rəmzi olan hər iki milli himn, orta ixtisas və ali musiqi təhsili sisteminin qurulması, milli musiqi irsinin nəzəri əsaslarının işlənməsi… Böyük bəstəkarın „ümuminsaniyyə üçün mənfəətli“ olan proseslər miqyasında öz dövrü və regionu üçün misilsiz xidməti onun yaradıcılığının amalı ilə ölçülür. Üzeyir bəy Hacıbəyliyə „Şərq sisteminə“ mənsub milli bəstəkarlıq məktəblərinin yaranması və təşəkkülü yolunda meydana çıxan və hələ uzun müddət mübahisə obyektinə çevrilən bir çox problemlərin həlli yollarını tapmaq müvəffəq olmuşdur. Ona xitabən işlənilən „Şərq musiqisinin patriarxı“ müraciəti təsadüfi deyildir. Tanınmış musiqişünas, professor V.Konenin „bundan sonra dünya musiqisi təkcə Avropa musiqisi hesab olunmamalıdır. Avropa və Şərq xalqları arasındakı çin səddi daha yoxdur“ sözlərini təkzibedilməz reallıq kimi təsdiq edən bir ünvan da Ü.Hacıbəyli musiqisidir.
Böyük bəstəkar milli musiqi sənəti qarşısında duran, zamanın irəli sürdüyü zəruri problemləri ümumdünya musiqi proseslərinin məcrasında həll edərək Qərb və Şərq musiqisi münasibətlərində yeni mərhələnin əsasını qoymuş, hər iki tərəfdə mövcud mühafizəkar baxışların mövqelərini sarsıdaraq „çin səddinin“ nisbi, şərti xarakter daşıdığını, qarşılıqlı-faydalı çulğalaşmanın mümkünlüyünü və perspektivliyini sübut etmişdir. Üzeyir Hacıbəylinin yaradıcılığında, musiqi xadimi kimi fəaliyyətində milli ənənələrə söykənən, özünəməxsusluğu və səciyyəviliyi saxlamaq şərti ilə yeni inkişaf səviyyəsinə qalxmağa imkan verən Avropa mədəniyyətinin məqbul formalarından faydalanmaq mövqeyi strateji istiqamətverici xarakter daşıyırdı. Məqalələrinin birində yazdığı kimi: „Böyük bir qayeyi-əməl vardır ki, o da Şərq musiqisini tərəqqi etdirib Qərb musiqisinin bu gün işğal etməkdə olduğu uca mərtəbələrə qədər irəliləməkdir“.
Bu yolda özünü büruzə verən və ümumiyyətlə, müasir Azərbaycan tarixində zaman-zaman mübarizədə üzə çıxan qatı mühafizəkarlıq, bayağı millətçilik və eyni dərəcədə təhlükəli ənənəvi „manqurtluğ“un musiqidə təsir gücünü zəiflətmək Üzeyir Hacıbəylinin və onun məsləkdaşlarının cəsarətli, məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olmuşdur. „Uca mərtəbələrə“ aparan yolun bir tərəfi milli musiqi, o biri tərəfi Qərb ənənələri idi: „Şərq musiqisindən ibarət olan milli musiqimizin tərəqqisi yolunda elmi, fənni, nəzəri və əməli surətdə çalışmaq məsələsinin təqib etdiyi böyük məqsəd budur ki, musiqimizin elmi əsaslarını arayıb tapıb, bu əsaslar üzərində musiqimizin tərəqqisinə və onu həqiqətən nəcib və nəfis sənəti-aliyyə məqamına yetirib, bu yolla ümum üçün yeni bir mənbeyi-zövq və mənbeyi-feyz damaqla Azərbaycan türkləri tərəfindən mədəniyyət və insaniyyətə xidmətlər göstərməkdir“.
Bəstəkarın bədii kəşfləri musiqi sənətinin ən müxtəlif səviyyələrini əhatə edir. Avropa janrları milli ənənələrlə üzləşmədə sənətkarın istedadı, intuisiya və zövqü ilə yeni təzahür forması alırdı. „Leyli və Məcnun“da operanın janr simasında, dramaturji məzmununda həlledici rol oynayan muğamın yeni keyfiyyətdə istifadə olunması Ü.Hacıbəylinin tarixi kəşfi idi. Klassik Avropa musiqisini — Vyana klassisizmini yeni milli üslub üçün nümunə seçən, Avropa funksional sistemi çərçivəsində melos, ritm, forma, harmoniya kateqoriyalarının milli musiqi xüsusiyyətləri zəminində orijinal təcəssüm formaları da Ü.Hacıbəylinin tarixi bədii kəşfləri qismində milli bəstəkarlıq məktəbinin qidalandığı zəngin qaynaqlara çevrildi.
Üzeyir Hacıbəylinin keçən əsrin əvvəllərində özünə, həmkarlarına, opponentlərinə verdiyi „Azərbaycan türklərinə “yevropeyski» deyilən musiqini öyrənmək lazımdırmı?" sualı ondan sonra da "Şərqə Avropa lazımdırmı?" kimi kəskin mübahisə və fikir ayrılığı doğuran sual kimi dəfələrlə təkrarlanırdı. Elə indi də təkrarlanır… Bu suala XX yüzilliyin əvvəllərində dahi Azərbaycan bəstəkarı aydın cavab vermişdir. Bütün yaradıcılığı, yorulmaz fəaliyyəti ilə təklif etdiyi, müdafiə etdiyi və gerçəkləşdirdiyi yol — faydalı, tərəqqi imkanlı sintez milli bəstəkarlıq məktəbinin sonrakı mərhələlərində də əsas istiqamətverici rol oynamışdır. Bu mənada Ü.Hacıbəyli sağlığında təkcə Azərbaycanda deyil, bütün Qafqazda, İranda, Türkiyədə, Orta Asiyada şəksiz nüfuz sahibi idi.
Azadlığı uğrunda əsrlərlə mübarizə aparan Azərbaycan xalqının qəhrəmanlıq duyğularını, enerjisini musiqidə əbədiləşdirən Ü.Hacıbəylinin yaradıcılıq irsinin əhəmiyyəti təkcə musiqi sənəti, ümummədəniyyət miqyasında deyil, həm də milli istiqlal məfkurəsi kontekstində böyük və əzəmətlidir.
«Leyli və Məcnun»un, Koroğlu«nun, „Sənsiz“in, „Arşın mal alan“ın, „Çırpınırdı Qara dəniz“in sədalarında sezilən, xalq qəlbi və ruhunun ən incə tellərinə toxunaraq güclü əks-səda oyatmaq qüdrəti əsrimizin heç bir sənətkarına Üzeyir Hacıbəyli qədər müyəssər olmamışdır. „Koroğlu“ operası təkcə milli opera sənətinin, musiqi mədəniyyətimizin ən uca zirvəsi deyil. „Koroğlu“ əlçatmaz zirvələrə qalxmağa, dəfedilməz maneələri adlamaqda güc, qüvvə aşılayan, tarixi yaddaşı yaşadan ümummilli həmrəylik və mübarizlik rəmzidir. Bu il xalqımız dahi bəstəkarın anadan olmasının 125 illiyini qeyd edir. Bu müddət tarix üçün bir andır. Amma bu anın içində Vətənindən ilham alaraq yaradan, Vətəni üçün çırpınan, Vətəni üçün yaşayan Şəxsiyyətin bir əsr sambalında ömrü var. Bu ömrün nuru hələ neçə yüzillikləri işıqlandıracaq.
| ['Üzeyir Hacıbəyov', 'Azərbaycan musiqisi', 'Üzeyir Hacıbəyli', 'uzeyir hacibeyov'] |
5,033 | https://kayzen.az/blog/daily-problems/6950/sadako-v%C9%99-ka%C4%9F%C4%B1zdan-min-durna-qu%C5%9Fu.html | Sadako və kağızdan min durna quşu | Xrizoberil | Gündəlik həyatın çətinlikləri | 6 sentyabr 2011, 14:54 |
Yaponiyaya atom bombası atıldığında 2 yaşında olan bir qız, 12 yaşına gəldiyində məruz qaldığı radiasiya səbəbiylə xərçəngə tutulmuş və xəstəxanaya yatırdılmışdı. Amma vəziyyəti ümidsiz idi. Xəstəxanadakı bütün həkimlər, kiçik qızın ölümü üçün gün sayarkən, kiçik Yapon qızı həyat doluymuş. koridorlarda qaçır, oynayır və digər xəstələrə kömək edirmiş. Xəstələrin arasında ən sevdiyi adam isə 80 yaşında, özü kimi xərçəng olan yaşlı bir qadın idi.Kiçik Yapon qızı, ölüm döşəyindəki bu yaşlı qadını heç tək buraxmazmış. Qadın ölmədən dərhal əvvəl "Mənim üçün çox gec amma, bizim inanışımıza görə; əgər bir adam kağızdan 1000 dənə durna quşu etsə, hər istədiyi qəbul olur. Mən edə bilmədim, sən et və xilas ol" deyir və son nəfəsini verir. Kiçik Yapon qızı çox kədərlənir, amma həyatda qalma arzusuyla ənənəvi Yapon sənəti olan origami ile kağızdan durna quşları etməyə başlayır. Həvəslə çalışdığı üçün əvvəllər çox sürətli hazırlayırmış.Lakin 1000 dənə durna quşu düzəltməsi mümkün belə deyilmiş. Sağlamlığı da sürətlə pisləşirmiş. Bu qəmli hadisə əvvəl yerli, sonra da beynəlxalq mətbuatda işıqlandırılır. Dünyanın dörd bir tərəfindən insanlar qıza, minlərlə durna quşu göndərməyə başlayırlar.Amma kiçik Yapon qızı, xəbərlər ekranda çıxdığı zaman əlini tərpədə bilməz hala gəlmişdi. Həyatdakı son saatlarını 644 quş düzəldərək keçirmişdi. Quşu bitirib, gözləri bağlanarkən tibb bacıları poçt vasitəsilə göndərilən yüzlərlə origami quşları ilə otağına girmişlər. Ancaq kiçik Yapon qızı üzündə bir təbəssüm yatağında cansız yatırmış. Poçtalyonlar aylarla kağızdan durna quşu daşımışlar xəstəxanaya. Sayı milyonlara çatan durna quşları Yaponiyada bir muzeydə sərgilənir...Bu hekayə Yaponiyada 1943-1955 illəri arasında yaşayan Sadako Sasakinin hekayəsidir. Yoldaşları, əskik qalan 356 durnanı qatlayıb onunla birlikdə basdırırlar.Bu hadisə Hiroşimada Dünya uşaq barış gününün meydana gəlməsinə və bu günün şərəfinə Sadakonun Seatle'də heykəlinin qoyulmasına vəsilə olmuşdur. Hər il Avqust ayının 6-sında qeyd olunan barış günündə, dünya səviyyəsində bir çox uşaq tərəfindən edilən durna quşu origamileri Hiroşimaya göndərilir.
Kiçik qızın həyatı isə "Sadako və Kağızdan Min Durna Quşu" adıyla 1977-ci ildə Eleanor Coerr tərəfindən qələmə alınmışdır.
Həmçinin bax:İnsanlıq dərsi
| ['Həyat sevgisi', 'müharibə şəraitində'] |
5,034 | https://kayzen.az/blog/erzaq/4362/qar%C4%9F%C4%B1dal%C4%B1.html | Qarğıdalı | Ferro | Ərzaqlar | 6 sentyabr 2011, 13:30 |
Qarğıdalı Amerikada mədəniləşdirilmiş ən qocaman dənli bitki hesab olunur. Hinduların çörəyi, yaymaları, xəşili, içkiləri zaman-zaman qarğıdalıdan hazırlanmışdır. Mayya hinduları mədəniyyətinin tədqiqatçısı R.V.Kinjalovun fikrincə qarğıdalının vətəni Mərkəzi Amerikanın cənub dağlıq hissəsidir. Burada tapılan qarğıdalı izləri arxeoloqları V minilliyə aparır. Hindular qarğıdalıya allah kimi səcdə etmişlər. Güman edilir ki, qarğıdalı sözü («ixim») «dolandıran», «saxlayan» mənası verir. Mayya hindularına qarğıdalının bir neçə növü məlum olmuşdur. Onlar qarğıdalı əkinləri ilə həmişə fəxr etdirmişlər. Arxeoloji sərvətlər arasında Meksikada 6950 il yaşı olan mədəniləşdirilmiş qarğıdalı tozcuqları tapılmışdır. Nyü-Meksika ştatındakı Bat-Keyv mağarasında tapılmış qarğıdalı tozcuqlarının isə 5600 ilə yaxın yaşı olduğu müəyyən edilmişdir. Cənubi Meksikanın Texuakan vadisində arxeoloji tapıntılar təsdiq edir ki, 7200-5400 il bundan əvvəl orada qarğıdalı mövcud olmuşdur. Lakin bu yaşın mədəniləşdirilmiş qarğıdalıya aid olduğu hələ şübhəlidir. Meksikanın toltek, sapotek, astek və mayya hinduları qarğıdalı becərməklə məşğul olmuşlar. Şimali Amerika hindularından irokezlər XV-XVI əsrlərdə qarğıdalı becərib-yığmaqda və onu qoruyub saxlamaqda mahir olmuşlar. Onlar qarğıdalını xəndəklərdə, xüsusi anbarlarda, ya da yaşayış yerində asılmış vəziyyətdə saxlamışlar.
Qarğıdalının qədim vətəni olan Meksika, Braziliya, Qvatemala, Salvador kimi ölkələrdə bu bitki indi də kütləvi ərzaq rolunu oynayır. Qarğıdalının Avropaya və başqa yerlərə yayılmasında vaxtı ilə dənizçiliyi inkişaf etmiş ispanların və portuqaliyalıların böyük xidməti olmuşdur. Portuqaliyalılar qarğıdalını XVI əsrdə Hindistana və Çinə çatdırıblar. Bu bitki Afrikanın qərbinə XII əsrdə gətirilib, XV əsrdə isə qarğıdalı qitənin şərqinə də yayılıb. İspanlar qarğıdalını öz vətənlərinə XV əsrdə gətirib və 1525-ci ildən becərməyə başlayıblar. Əvvəllər o, bağların yaraşığı olub. Tezliklə qarğıdalı Fransaya və İtaliyaya aparılıb, sonra isə Şərqdə, XV əsrdə onu Livanda əkməyə başlayıblar. Bu qiymətli bitki 1560-ci ildə türklərin də diqqətini cəlb edib. Macarlar onunla «türk buğdası» adı ilə tanış olublar. Türkiyədən o, Krıma düşür. XVIII əsrdə yenə də «türk buğdası» adı ilə Rusiyaya gedib çıxır. Qarğıdalının sürətlə yayılması onun hərtərəfli təsərrüfat əhəmiyyətli olması ilə bağlıdır. Onun dənələrindən şirə çəkir, şəkər, yağ, spirt və sairə istehsal edirlər. Qarğıdalı həm də qiymətli yem bitkisidir. Qarğıdalı yeyinti sənayesində də geniş tətbiq olunur: ondan un, yarma və nişasta hazırlayırlar, nişastadan qənnadı sənayesi üçün patka, qlükoza, şəkər istehsal edirlər, sütül dənələrdən konserv, yetişmiş dənələrdən partlamış qarğıdalı hazırlayırlar, uzun müddət istifadə etmək üçün dənələrini duzlayırlar və sairə. Onun konservləşdirilməsinə XIX əsrin ortalarından etibarən Amerika Birləşmiş Ştatlarında başlayıblar. Qarğıdalının tibbi əhəmiyyəti də vardır. XIX əsrin ikinci yarısında qarğıdalı saçaqlarının sidikqovucu xüsusiyyətinə malik olduğu müşahidə olunub. Hal-hazırda isə ondan qaraciyər, öd və sidik kisəsinin iltihabında, habelə böyrəkdə daş olan hallarda istifadə edirlər. Xalq arasında qarğıdalını qovurub partladılmış şəklə salmaq qədimdən məlumdur. Bununla ilk dəfə Cənubi Amerika hinduları məşğul olmuşlar. Bunun üçün gildən hazırlanmış uzun qulplu xüsusi qablardan istifadə olunması güman edilir. Bundan başqa qarğıdalı dənələrini isti kömür üzərində partladıb yığırlarmış.
Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı
| ['qarğıdalı'] |
5,035 | https://kayzen.az/blog/az-proza/6947/qara%C3%A7%C4%B1-g%C3%B6z%C9%99l-%7C-dorito.html | Qaraçı gözəl | Dorito | Cavid | Azərbaycan ədəbiyyatı | 6 sentyabr 2011, 01:52 |
Payızın əvvəlləri idi. Çiskin yağış yağırdı. Evdən işə gedirdim. Şəhərin "Muğan" oteli yerləşən hissəsində - dörd küçənin kəsişdiyi yerdə işıqforun qırmızı işığında maşını əylədim. Bu zaman bir əl maşının pəncərəsinə sarı uzandı. Ötəri baxdım, 22-23 yaşlarında bir gəlin idi. Onun qaranquş yuvası kimi bapbalaca ovcunun içində dəmir qəpiklər vardı və göydən düşən yağış damlaları bu qəpiklərə dəydikcə onların cingiltisindən xəfif bir ahəng yaradırdı. Düzünü desəm, bu mənzərədən bir qədər mütəəssir oldum, qeyri-ixtiyari əlimi cibimə salıb bir manat çıxartdım və qəpiklərin üstünə qoydum. Qadın yəqin yağışdan islanmasın deyə manatı o biri əli ilə götürüb gödəkçəsinin cibinə qoydu və özünəməxsus tərzdə dua etdi:- Allah əvəzin versin!Onun səsi o qədər məlahətli idi ki, istər-istəməz başımı yuxarı qaldırdım və gözlərimə inanmadım; qarşımda qumral saçlı, mavi gözlü bir gözəl dayanmışdı. Ömrümdə qadın üzündə belə mükəmməl uyarlıq, simmetriya görməmişdim. Bu, antik qadınlara məxsus sifət idi, üstəlik mavi gözlər... O, vəsmə, sürmə çəkməmişdi. Bu işi Yaradanın özü görmüşdü. Mənalı, dupduru gözləri bulaq suyu kimi axıb gedirdi. Əsmər çöhrəsinə doyunca baxa bilmədim. İşıqforun yaşıl işığı yandığı üçün maşını yerindən tərpətməli oldum...Bu işə mat qalmışdım. Avtomobili idarə edə-edə özümdən israrla soruşurdum: necə ola bilər bu cür qənirsiz bir gözəl dilənsin? Onu əl açmağa vadar edən nədir? Bəlkə ərindən ayrılıb - tək-tənhadı, kimsəsizdi? Bəlkə xəstəsi var? Bəlkə...Qəribədir, elə bil sehrə düşüb ofsunlanmışdım; səhər tezdən küçədə, üstəlik belə bir havada dilənən bu qadını görmək, onunla tanış olmaq, söhbət etmək istəyirdim. Nə idi məni buna sövq edən? Yazıçı marağı, yoxsa dincliyimə qənim kəsilən gözəlliyi? Məftunluq duyğusu, yoxsa mərhəmət hissi?.. Heç özüm də bilmirdim...İş vaxtının başlanmasına hələ xeyli vardı. O qadını görmək arzusu mənə güc gəlib həmin işıqfora tərəf çəkirdi.Qırmızı işıq yananda düz işıqforun yanında olum deyə maşının sürətini artırdım. Hesablamam düz çıxdı. Artıq işıqforun yanında dayananda həmin əl yenə maşının pəncərəsinə sarı uzandı və bu dəfə onun qaranquş yuvasına oxşayan bapbalaca ovcuna bir beşlik qoydum və o gülümsədi; bəmbəyaz mirvari dişləri bərq vurdu. Bir qədər təəccüblə, sonra isə minnətdarlıq və şəfqət dolu nəzərlərlə üzümə baxdı və yenə o biri əli ilə beşliyi götürüb gödəkçəsinin cibinə qoydu.Baxışlarında müəmmalı bir sehr, ovsun duyulurdu. O, həqiqətən də gözəl idi: Bricit Bardo, Sofi Loren kimi. Bəlkə elə o da aktrisadır, filmə çəkilir, özü də dilənçi roluna - nə bilmək olar?Əlbəttə, çox istəyirdim ki, ona nəsə bir söz deyim, heç olmasa, adını soruşum. Amma təəssüf ki, buna imkan olmadı - yol açılmışdı - məndən arxada sıralanmış maşınların sürücüləri siqnal verə-verə səs-küy salmağa başlamışdılar. Yenə çarəsiz halda maşını yerindən dəbərtdim və qəti əmin oldum ki, məni təkrar bura gəlməyə vadar eləyən qüvvə mərhəmət yox, məftunluq hissidir... Lənət sənə, kor şeytan! İşə düşmədim?!Mən doğrudan da işə düşmüşdüm. O gündən həmin gözəlin dayandığı işıqforun altına çatanda əllərimiz görüşür, baxışlarımız toqquşurdu. Hər dəfə rastlaşanda onun sehrli təbəssümü ağlımı başımdan alır, cazibəsindən isə qurtulmaq asan olmurdu. Sadəcə, onu görmək, mələklərin çöhrəsini andıran təmiz üzünə, sirli təbəssümünə dönə-dönə baxmaq, yenə də baxmaq istəyirdim....Sabah şənbəydi, o biri gün də bazar. Özümə söz vermişdim, evdən çölə çıxmayacağam, bütün günümü yazı-pozu masası arxasında keçirəcəyəm. Tezdən qəlyanaltı eləyəndən sonra hiss etdim ki, yazı masam nədənsə, məni özünə sarı çəkmir, bütün fikrim-zikrim bayırda - "aktrisa" adlandırdığım həmin dilənçi qızın yanındadır...* * *Dünəndən yağan narın yağış kəsilmişdi. Göyün ayna üzü özünə gəlmiş, dupduru durulmuşdu. Buna baxmayaraq, isti geyindim. Kiminsə məşhur bir deyimi yadıma düşdü: "Payız günəşi vəfasız qız kimidir, inansan, aldanarsan".Düşündüm ki, maşını bir qədər ondan aralıda saxlayım - söhbət etməyə imkanım olsun. Qəribədir, 13-14 yaşımda ilk dəfə sevməyə başladığım vaxtlardakı kimi həyəcanım durmadan artırdı, özümü tanıya bilmirdim...O, həmişəki yerində dayanıb açıq əlini irəliyə uzatmışdı. Elə bil min ilin gözəllik ilahəsiydi - heykəlləşib tərpənmirdi. Özümdə cəsarət toplayıb bir qədər yaxına getdim, üzünə (əslində buna üz yox, klassik şeirimizdə deyildiyi kimi, çöhrə demək daha düzgün olardı) baxdım. O, sanki bir möcüzə idi... Mayası ilahi gözəllikdən yoğrulmuş bir möcüzə...Məni görən kimi diksindi. Deyəsən, tanımışdı.Sakit tərzdə:- Salam, - dedim.O dinmədi. Çaşqın-çaşqın üzümə baxdı. Bu zaman baxışlarından demək istədiyini oxumaq mümkün idi: "Sənə nə lazımdır?"Handan-hana kilidlənmiş dil-ağzı açıldı:- Polissən?Mən güldüm:- Yox, qorxma, polis deyiləm.- Bəs onda məndən nə istəyirsən?- Heç nə... Xoşuma gəldin, dedim tanış olum...- Tanış olmağa adam tapmırsan?- Səndən yaxşı adam? Adın nədi?O, mənim təhlükəli adam olmadığımı göydəcə tutdu, zərif dodaqlarını azacıq dartaraq gülümsədi:- Dorito.Mən daha təəccüblə gözlərimi ona zillədim:- Dorito? Sən məgər azərbaycanlı deyilsən?- Yox, qaraçıyam.Qeyri-ixtiyari fransız yazıçısı Prosper Merimenin qaraçı qızı Karmenini xatırladım.- Dorito... Dorito... Bu, "Karmen" povestindəki varlı qadının adıdır...- Varlı qadının? Hardaydı məndə o bəxt...Mən dərhal dedim:- Nə olub sənin bəxtinə?.. Şükür Allaha, adın da gözəldir, özün də gözəlsən... Bundan da böyük sərvət olar?.. Görünür, sən özün qiymətini bilmirsən...Dorito pörtdü, yanaqları azca allandı və bu həyəcandan daha da gözəlləşdi.Etiraf edim ki, o, həyatımda rast gəldiyim ən gözəl qadın idi. Ecazkar təbəssümü, mavi dəniz gözləri işıqla, sehrlə doluydu... Onunla ani təmasdan tilsimləndim, çıxılmaz bir cazibə dairəsinə yuvarlandım, Bermud üçbucağındakı kimi...Söhbətin mövzusunu dəyişdim:- Dorito, belə çıxır, sən bizim yerli qaraçılardan deyilsən, haradansa gəlməsən.O, vəcdə gələrək həvəslə dedi:- Hə... Biz lap keçmişdə İspaniyada olmuşuq. Oradan Rumıniyaya, Rumıniyadan Moldovaya, daha sonra Azərbaycana köçmüşük.- Yəqin bu bir neçə əsr ərzində baş verib?- Hə. Mən Azərbaycanda doğulmuşam.- Axı mən bilən, qaraçılar çörək pullarını sədəqə toplamaqla yox, rəqs eləməklə, fala baxmaqla çıxarırlar...- Hə, elədir. Taborda vaxtilə ən gözəl rəqqasə mənim anam olub. Amma indi rəqsə pul verən yoxdur. Son vaxtlar peyda olmuş ekstrasenslər, baxıcılar, görücülər öz yalanları, aldadıcı oyunları ilə falabaxmanı gözdən tamam salıblar. İndi yazıq qaraçılar qalıblar dilənməyin ümidinə.Dorito danışdıqca sifəti haldan-hala düşür, elə bil məni özünə daha çox bağlayırdı. Duyğularıma hakim kəsilə bilmirdim. Nəhayət, sükutu pozdum:- Sən fala baxa bilirsən?O, gülümsəyə-gülümsəyə başı ilə işarə elədi:- Əlbəttə!- Onda mənim falıma bax...O, zarafatla dedi:- Bir balaca xərci var...- Olsun...Dorito sol əlimi sağ əlinin içinə aldı, bir xeyli diqqətlə baxdı, baxdı, sonra dedi:- Bu nədi?.. Sən aşiq olmusan... Özü də möhkəm... Hım... Bu sevgi səni həmişə təqib edəcək... Elə sən də sevdiyin qadından əl çəkməyəcəksən...Birdən sifəti tutuldu, təlaş və qorxu dolu bir həyəcanla:- Amma əbəs yerə... Bu yalnız boş xülyadı...Gözlənilmədən üzü də, səsi də sərtləşdi:- Gedin, çıxın gedin burdan... Bir də gəlməyin... Xahiş edirəm... Yalvarıram... Elə etməyin ki, yerimi dəyişim...Biz ilk gündən bir-birimizə nədənsə "sən"lə müraciət edirdik.Mən əlimi cibimə saldım ki, pul çıxarım. O, etirazını bildirdi. İndi səsi birdən-birə daha da ciddiləşdi və mənə rəsmi şəkildə "siz" deyə müraciət etdi:- Lazım deyil... İstəmirəm... Mən sizin falınıza pulsuz baxdım... Bir də axı hər şeyi demədim... gedin, çıxın gedin... çəkilin yanımdan...Mən hiss etdim ki, o nəyə görəsə, bərk əzab çəkir. Odur ki, tərslik etmədim.- İndi gedirəm, - dedim, - amma sabah mütləq gələcəyəm.O dinmədi, başını aşağı saldı.İntizarla gözlədiyim səhər açıldı, "Ağ çiçəyim"dən bir dənə, bəli, yalnız bircə dənə qızılgül qönçəsi aldım. Düşündüm ki, bəlkə dünyada ilk insanam küçə dilənçisinə gül bağışlayacağam. Bu qəribə hadisəydimi? Əsla yox! Çünki mən Doritoya küçə dilənçisi kimi baxmırdım, onunla yaxın, lap yaxın həmdəm olmaq istəyirdim. Dünən çox güman, o da falıma baxanda bunu hiss eləmişdi və bərk qorxmuşdu. Bunun zərəri yoxdu, qoy nə qədər müqavimət göstərir göstərsin, mən onu ram eləyəcəm! Qadınlar inadkar kişiləri sevirlər...Həyəcan dolu bir sevinclə maşınımı tanış ünvana sürdüm, kənara çəkib saxladım. O, məni görən kimi dünənkindən fərqli qeyri-ixtiyari maşınıma sarı gəldi. Şüşəni endirib salamlaşdım. Nəzakətlə gülümsədi, başı ilə salamımın cavabını aldı. Qızılgül qönçəsini ehtiyatla Doritoya uzatdım. Diksinib qızardı, bir an duruxdu, əli havada quruyub qaldı. Tərəddüd etdi - gülü alsın-almasın? Sonra həyəcanla, təlaşla yan-yörəsinə baxdı. Kiminsə fikir vermədiyinə tam arxayın olub pulu və gülü tələsik aldı. Bu dəfə qızılgülün saplağına bir əllilik də bükmüşdüm. O, pulu həmişəki kimi gödəkcəsinin cibinə qoydu. Gül qönçəsini zərif və yaraşıqlı burnuna tutub iylədi.- Ömrümdə birinci dəfədir ki, mənə gül bağışlayırlar, - titrək səslə dedi.Səsindəki məlahətdən onun yumşaldığını hiss etdim:- Səninlə yaxından tanış olmaq istəyirəm...- Yoxsa həyatımdan povest yazacaqsan?..- Ola bilsin... Əllərindən tutmaq, gözlərinə tamaşa eləmək istəyirəm...O, qətiyyətlə başını yırğaladı:- Ərimizdən başqa yad bir kişiylə görüşməyi bizə qadağan ediblər...Mən dirəşdim:- Hər halda, bir dəfə yoxlamaq olar. Həyatda risk lazımdır. Sən öz sərhədini keçirsən, mən də öz sərhədimi. Neytral zonada görüşürük...- Neytral zonada?
- Hə.- Ora haradı elə?- Bağ. Dostumun bağı var. Həmişə məndən açarın lazım olub-olmadığını soruşur.O, tənə ilə üzümə baxdı:- Bizdə ərinə xəyanət edəni ya öldürürlər, ya da elə günə salırlar ki, özü-özünü o dünyaya göndərir...- Gözdən, könüldən uzaq tənha bağ yeri... Sakitlik... Heç mələklərin də xəbəri olmur ki, nə işlə məşğul olursan...- Bu yalnız xəyaldır.- Amma mən ogünkü falçıya inanıram.O, təəccüblə soruşdu:- Hansı falçıya?Özümü o yerə qoymadım:- Mənim bir falçım var.- O da mənəm, hə?- Hə...Dorito yüngülcə qızardı:- Axı niyə başa düşmürsən, bu mümkün olan məsələ deyil.O, yenidən mənə "sən"lə müraciət edirdi. Bu, məni çox sevindirirdi.Sonra o, nəzərlərini məchul bir nöqtəyə dikərək, xəyala daldı. Gözləri yol çəkdi... Nəhayət, mən fürsəti fövtə verməyib, onu xəyaldan ayırdım:- Dorito, axı məni niyə belə ovsunladın, niyə məni öz əsirinə çevirdin?..Sifəti allandı. Bir an elə xoşbəxt göründü ki... Sonra gözlərini süzdürə-süzdürə mənə çəpəki baxdı:- Kişilərin əsl sevgisi məqsədlərinə çatanacandır...- Yox, sən elə gözəlsən ki...- Bütün hallarda mənim üçün ailə qanunları hər şeydən üstündür.- De görüm, istəyirsən mənə bir xətər dəysin?- Başa düşmədim, - deyə o, qaşlarını çatıb üzümə baxdı.- İnan, - dedim, - sənə rast gələndən sonra çox fikirli olmuşam. Yuxum ərşə çəkilib. Neçə yol az qalıb maşınla qəza törədəm. Gecələr də, gündüzlər də yalnız səninlə danışıram. Gözüm həmişə saatdadır ki, iş nə vaxt qurtaracaq, gedib səni görəcəm.- Xahiş edirəm, bir də bu barədə danışma. Baxmayaraq ki, səni görəndə elə bil doğma adamımı görürəm. Ancaq üz vurma, yoxsa buradan birdəfəlik gedəcəyəm.Doritonun "birdəfəlik gedəcəyəm" sözündən sonra məni fikir götürdü: bəlkə doğrudan da heç yaxşı iş görmürəm? Bütün günü küçədə sədəqə toplamaqla çörək pulu qazanan bir insanı incidirəm. Axı o kim, mən kim. Qəhərləndim, ürəyim sıxıldı. Özümü danladım, söz verdim ki, bir də o istiqamətə hərlənməyim, bu sevdadan biryolluq əl çəkim.Düz bir həftə yolumu başqa yerdən saldım, yox, dözə bilmədim. Yenidən onu görmək arzusu ixtiyarımı əlimdən aldı, iradəmi sarsıtdı. Bir də baxıb gördüm ki, yenə həmin işıqforun yanındayam. Qaraçı gözəli də öz yerində dayanmışdı. Ancaq gələn maşınlara gözünün ucuyla da baxmır, fikir vermirdi. Çox dalğın və kədərli görünürdü. Baxışlarındakı qüssə açıq-aydın sezilsə də, əyin-başı təptəzəydi. Görkəmi tamam dəyişmişdi. Yalnız nurlu çöhrəsini xəfif, zərif bir çən bürümüşdü. Hiss etdim ki, o, məni görən kimi dirçəldi. Qeyri-ixtiyari gülümsədi. Hətta yaxınlaşıb salam verdi və ürkək-ürkək soruşdu:- Sənə nə olmuşdu, xəstələnmişdin?Əvvəlcə nə deyəcəyimi bilmədim. Tutuldum. Doritonun bu gözlənilməz qayğısı və səmimiyyəti ürəyimdə az qala sönməkdə olan hissləri təzədən alovlandırdı. Yalan danışmağa məcbur oldum:- Yox, şəhərdə deyildim. Səfərə çıxmışdım.- Səni gördüm, ürəyim açıldı, - dedi, - bu gün səni görəcəyim ürəyimə dammışdı. Gəlməyini həm istəyir, həm də istəmirdim. Bir az da darıxmışdım.Susdu. Sifəti allandı. Baxışlarını üzümdən ayıraraq səmaya dikdi:- Mənə bağışladığın gül... - sözünü yarımçıq kəsdi. - Mən qızılgülləri çox sevirəm... Ancaq gülü çox çətinliklə ərimdən gizləyə bildim. Allah eləməmiş, görsəydi, mənim sonum olacaqdı. O gün həyatımda ilk günahı işlətdim... O gündən ərimin gözünə dik baxa bilmirəm...O tutuldu, çöhrəsi təzədən qaraldı. Bir xeyli susduq. Mən də narahat oldum. Özümü günahkar saydım. Arada uzun sürən sükutu pozdum və zarafatla:- Dorito, maşallah, lap gözəlləşmisən. Yanaqların qızılgül ləçəyi kimi allanıb, - dedim.O:- Sənin bağışladığın gülün təsirindəndir bu, - deyərək susdu. Sehrli təbəssümü üzünü yenə qeyri-adi nura boyadı.Onunla daha yaxından təmasda olmaq arzusu yenidən qəlbimi alovlandırdı.- Dorito, heç olmasa, bir dəfə görüşək, bir saatlığa, ikimizdən başqa heç kəsin olmadığı yerdə... Doyunca söhbət edək, yalnız söhbət.O, sınayıcı nəzərlərlə üzümə baxdı:- Axı neynirsiniz məni, şəhərdə o qədər gözəl var ki...Sözünü kəsdim:- Yox, əsl gözəl mənim gözümdə elə sənsən, - dedim.Həsrət dolu, nigarançılıq dolu baxışlarımı mənə son dərəcə doğma görünən iri mavi gözlərinə tuşladım. Bir xeyli susdu. Sonra yolboyu şütüyən maşınları gözdən keçirib mənə sarı çevrildi, sakitcə:- Baxarıq da, - dedi. Və mən hiss etdim ki, deyəsən, arzularım yavaş-yavaş çin olmaq üzrədir...Ertəsi gün görüşəndə yenə tərslik etdi:- Axırda məni işə salacaqsan, vallah. Gəl bu sevdadan əl çək. Sənə yalvarıram. Biz təzəcə evlənmişik, ərimi də çox sevirəm. Lap sevməsəydim belə, yenə o istəyin baş tutmazdı.Qaraçı qızlarının ələ keçməzliyini, ramolmazlığını bilsəm də, Doritonun füsünkar gözəlliyi, cazibədarlığı məni valeh etmiş, mən onu nəyin bahasına olursa-olsun ram etmək niyyətindəydim. Qaraçı kişilərinin bəzən xəlvət bir yerdə dayanıb öz qadınlarını güddüyünü, qorxulu bir hadisə baş verərsə, gözlənilmədən peyda olub onları qorumalarını, xoşagəlməz vəziyyətlərdən xilas etmələri barədə çox oxuyub, çox eşitmişdim. "Dorito bu qədər gözəldirsə, yəqin nəzarətsiz buraxmazlar" düşünür, həm də ehtiyatlanırdım. Ancaq onun dərin, dupduru mavi gözlərinin, işvəli baxışlarının, zərif təbəssümünün, gözəl əllərinin, uca boyunun qarşısında bütün qorxular zərif bir yaz çəni kimi dağılıb gedirdi. Amansız və qəddar ölümün özü də bu gözəlliyin qarşısında əllərini qaldırıb təslim olardı...Çox cəsarətlə:- Bu, məndən asılı deyil, - dedim.- Qorxmursan?- Yox, qorxmuram, sənin üçün lap ölümə də gedərəm!Sonra azacıq fikirləşdi:- Yaxşı, iki gündən sonra ərim harasa getməlidir... Saat üçdə burada... Ancaq söz ver ki, gedib bir yerdə yalnız çay içəcəyik, - dedi.- Söz verirəm... Söz verirəm, - dedim. Sevincimdən az qala bayılacaqdım.O, gülümsəyib, məni barmağıyla hədələdi: "Bax ha, söz verdin..."Birdən ciddiləşdi, - o, indilərdə bu yanlarda görünməlidir, xahiş edirəm çıx get, - deyib sağını, solunu ürkək baxışlarla gözdən keçirdi, - bəlkə də bu dəqiqə hardansa peyda olacaq... İki gündən sonra gələrsən, - söyləyib aralandı.Görüşümüzdən əvvəlki gecə, gənclik illərində olduğu kimi uzun müddət yuxuya gedə bilmədim. Yatağımda elə hey qurcalanır, tez-tez sağa-sola çevrilirdim.İşdə də gözümü saatdan çəkə bilmirdim. Vaxt da tərslikdən dayanmışdı. Axır ki, üçün yarısı oldu. Maşına oturub, "öz işıqforuma" doğru üz tutdum. Ora çatanda saata baxdım. Düz üç idi. Dorito gəlməmişdi. Narahat oldum. Variantları götür-qoy edir, qaraçı qızına haqq qazandırırdım. Ənənənin gücü ilə vədinə xilaf da çıxa bilər və gəlməz də. Ərindən qorxar. Təsadüf nəticəsində nəsə baş verər... Və...Dostumdan bağın açarlarını götürmüşdüm. (Baxmayaraq ki, Doritoya haradasa oturub çay içəcəyimizi söz vermişdim).Xəyalımda onu gah bahalı restoranların, gah da beşulduzlu otellərin birinə aparırdım. Gah da özümü onunla bir yerdə dostumun Şüvəlandakı bağında hiss edirdim. Xəzərin sahilində olan bu bağ sanki hər ikimizi doğma övladı kimi bağrına basıb oxşayırdı. Biz xoşbəxt idik...Gözüm yolda qalmışdı. İntizarla gözləyirdim. O, yox idi. Nəhayət, saat dördə on beş dəqiqə işləmiş Doritonun ağır-ağır, ovçu hənirini almış maral kimi səksəkəli halda maşınıma tərəf yan aldığını yan güzgüdə gördüm. Çox yorğun, əsəbi və dalğın görünürdü. Elə bil səhərəcən yatmamışdı. Görəsən, iki gecənin içində niyə belə solmuşdu? Nə gözlənilməz hadisə baş vermişdi? Hiss edirdim, qəşəng, təravətli, zərif dodaqları asta-asta tərpənir, pıçıltıyla nəsə deyirdi. Dua oxuyana oxşayırdı. Başını aşağı dikmişdi, zorla addımlayırdı - sanki edam kürsüsünə doğru yeriyirdi... Ciddi və qaşqabaqlıydı. Bu mənzərəni seyr edəndən sonra qəlbimdən qara qanlar axdı. Nəfəsim tıncıxdı, darıxdım. Qapını açıb maşından düşdüm. Doritoya sarı bir neçə addım atdım. Üzbəüz dayandıq. O, başını yuxarı qaldıranda mən dəhşətdən yerimdə donub qaldım. Doritonun gül çöhrəsi qapqara qaralmış, şüşə kimi çiliklənmiş, eybəcər hala düşmüşdü, için-için ağlayırdı. Çaşmış halda soruşdum:- Sənə nə olub? Bu nə haldı düşmüsən, Dorito?- Dedim axı... olmaz... Görünür, Allahın qəzəbinə düçar olmuşam... İnan mənə, elə bilirəm maşına otursam, daha dəhşətli bir hadisə baş verəcək...Özümü itirdim. Çaşıb qaldım. "İlahi, mən necə də amansızam", - deyə düşündüm. Daha heç nə məndən asılı deyildi, qəfildən maşına oturdum. Gözümə heç nə görünmürdü. Dorito gözlərimin qabağındaca qatı bir zülmətdə gizlənmişdi. Maşını yerdən elə sürətlə götürdüm ki, təkərlərin səsindən diksindim.Doritonun mavi gözləri böyüdü, təəccüblə mənə baxdı. Zorla gülümsədim, yanından ötəndə qeyri-ixtiyari əl elədim. O, heç nə başa düşməyərək küt nəzərlərlə yenə mənə baxırdı. Gözlərindəki təəccüb və maraq sönməmişdi.Onu güzgüdən seyr edirdim, sonra bir anlıq geri çevrilib o tərəfə baxdım. Dorito heykəl kimi dayanmışdı. Müqəddəs bir sevgiyə, ilahi bir gözəlliyə bələnmiş heykəl kimi...Bəlkə bu qəribə, ağlasığmaz hərəkətlərimə görə qəzəblənmişdi? Bəlkə elə xoşbəxtlikdən yerində donub heykələ dönmüşdü? Bilmirəm...Ordan uzaqlaşdıqca hiss edirdim ki, gülümsəyir, üzündəki təlaş, səksəkə çəkilirdi. Gülümsədikcə üzünün cizgiləri cilalanır, xof, təlaş itir, əvvəlki gözəlliyi bərpa olunurdu.* * *Uzun illər Dorito yadımda elə o cür də qaldı: qumral saçlı, mavi gözləri xoşbəxtcəsinə süzülən, sehrli təbəssümü ilə ruhumda yaşayan, qızılgülləri çox sevən zərif bir qaraçı gözəli kimi.Mənbə: Milli Məclis JurnalıMüəllif: Hüseynbala MirələmovHəmçinin bax: Duz və su, Göndərilməyən məktub, Güzgü, Divardakı kərtənkələ, Səbirli olun, Dayanın, Cəhalət sənin düşmənindir, Böyük günah, Artıq dəyişəcəyəm
| ['qaraçı gözəl', 'qaraçılar'] |
5,036 | https://kayzen.az/blog/herb/5978/tarixin-gedi%C5%9Fat%C4%B1n%C4%B1-d%C9%99yi%C5%9F%C9%99n-d%C3%B6y%C3%BC%C5%9Fl%C9%99r-v%C9%99-m%C3%BCharib%C9%99l%C9%99r.html | Tarixin gedişatını dəyişən döyüşlər və müharibələr | Qiyasli | Hərb | 5 sentyabr 2011, 23:43 |
Min illərlə davamm edən sayı bilinməyən müharibələrdən bəziləri insanlıq tarixi üçün təyinedici olub. Bu müharibələrin nəticələri milyonlarla insanın və dövlətlərin gələcəyini dəyişib. Tarixə unudulmaz hadisələr olaraq yazılıb.
"Kanna" müharibəsi
E.ə. 216-cı il avqustun 2-də konsul Qay Terensi Varronun komandanlığı altında Roma ordusu (63 min piyada, 6 min süvari) ilə Hannibalın Karfagen 2-ci Pun müharibəsinin ən böyük vuruşması baş vermişdir. Karfagen süvariləri əvvəlcə Romanın süvari, sonra piyada qoşununu darmadağın etdi. Vuruşmanın 12 saatı ərzində romalılardan 48 min nəfər öldürüldü, 10 min əsir alındı. Karfagenlilərdən 6 min nəfər öldürüldü. Kanna yaxınlığındakı vuruşma hərb sənəti tarixinə düşməni az qüvvə ilə mühasirəyə alaraq onu tamamilə məhv etmək nümunəsi kimi daxil olmuşdur.
"Yorktoun" müharibəsi, ABŞ
ABŞ müstəqillik müharibəsinin ən son qarşıdurmasına şahidlik edən Yorktounda, Corc Vaşinqton İngiltərə qüvvələrinə liderlik edən Lord Kornvallisi mühasirəyə aldı. Açıq məğlubiyyətə uğrayan ingilislər, 13 koloniyanın təmsil etdiyi ABŞ-ın müqavimətinə boyun əydi. Bu müharibənin nəticəsində imzalanan Paris müqaviləsi ilə dünyanın yeni super gücü mövqesinə yüksələn ABŞ-ın müstəqilliyi də elan edildi. Bu gün, Kolonial milli parkının bir parçasını əhatə edən meydan – Yorktoun müharibə meydanı turistlərin böyük maraq dairəsindədir.
"Hastings", İngiltərə
1066-cı ildə baş verən "Hastings" müharibəsi, İngiltərənin əsrlər boyunca Avropanın böyük gücü olmasını təmin etdi. 14 oktyabr 1066-cı ildə, Normandiya Duke Villiam, İngiltərə kralı və Anqlosakson qüvvələrinə liderlik edən Harold Qodvinsonla qarşı-qarşıya gəldi. Kral Harold, gözünə dəyən bir oxla müharibədə öldürülür. Villiam, qısa zamanda bütün İngiltərəni fəth etdi və ölkə sistemini dəyişdirdi. Bu gün qanlı müharibə baş verən sahədə olan muzey, müharibənin nə qədər şiddətli olduğu haqqında kifayət qədər nümunəyə sahibdir.
"Gettysburg", ABŞ
ABŞ vətəndaş müharibəsisinin ən qanlı və əhəmiyyətə sahib olan "Gettysburg" müharibəsi 1863-cü ildə Pennsilvania ştatında baş verib. Konfederasiyanın ən məşhur generalı Robert Edvard Leenin ayaqları çılpaq əsgərlərə ayaqqabı tapmaq üçün "Gettysburg" qəsəbəsinə göndərdiyi gözətçilər Şimal birliklərinin generalı Corc Meadenin ordusuyla qarşılaşdı. 200 minə yaxın əsgərin üç gün davam edən qarşıdurmasında 50 mindən çox əsgər öldü. Konfederasiya ağır itkilərlə geri çəkildi. Müstəqillik ümidlərini də müharibə meydanında itirdi.
"Troya",Türkiyə
Troya şəhərinin hekayəsi 2 min ildən çoxdur. Troya Yunan, Roma və hətta böyük İskəndərin də olduğu bir çox sivilizasiya və hökmdar görüb.Bu gün, turistlər bu zəngin qalıqlar arasında bir əfsanənin canlılığını hiss edə bilirlər.
"Stalinqrad", Rusiya
İkinci dünya müharibəsində ən dəhşətli döyüş olaraq qəbul edilən "Stalinqrad" müharibəsidir. 1942-ci ildən 1943-cü ilə qədər faşist ordusu qırmızı orduyla çox ağır bir müharibəyə başladı. Nəhayət, xarabaya dönən şəhərdə ruslar qalib gəldi. Bu gün Volqoqrad olaraq tanınan Stalinqradda baş verən müharibədən sonra almanlar Berlinə qədər geri çəkildilər.
"Bastiliya", Fransa
1370-1382-ci illərdə tikilib. XV əsrdən həm də dövlət həbsxanası idi. XVI əsrin sonlarından Bastiliyada əsasən mütləqiyyətə düşmən olan dustaqlar saxlanılırdı. 1789-cu il iyulun 14-də Paris üsyançıları mütləqiyyət rəmzi olan Bastiliyanı hücumla aldılar və bu Böyük Fransa inqilabının başlanğıcı oldu. 1880-ci ildən Bastiliyanın alındığı gün Fransanın milli bayramı kimi qeyd edilir.
"Vaterlou" müharibəsi, Belçika
Napoleon Bonapart, tarixdəki ən müvəffəqiyyətli generallardan biri olaraq qəbul edilir. Napolyon, orduları ilə Orta və Cənubi Avropanın böyük qisimini idarə edirdi. 1814-cü ildə məğlub olan və sürgünə göndərilən Napolyon, bir il sonra qaçdı və ölüm-dirim müharibəsinə Vaterlouda başladı. Napolyon, ehtiyat qüvvələrinin döyüş sahəsinə çox gec gəlməsi ilə Lord Vellinqtonun koalisiya ordusuna məğlub oldu və bir daha döyüş meydanlarında görünmədi. Bu gün müharibələrin baş verdiyi ərazidə çox sayda muzey və abidələr var.
"Pörl Harbor" hücumu
7 dekabr 1941-ci ildə ABŞ-ın ikinci dünya müharibəsinə qatılmasına səbəb olan "Pearl Harbor" hücumunun baş verdiyi gündür. Bir çox tarixçilər 2 mindən çox ABŞ-lının öldüyü hücumu Yaponiyanın niyə etdiyini hələ də müzakirə edirlər. Amma suverenliyi təmin etmək üçün, iki gücün nəhayət qarşı-qarşıya gəlməsi qaçılmaz idi. ABŞ-ın Sakit okeandakı flotunun böyük qisimini məhv edən hücumdan sonra ikinci dünya müharibəsinin gedişatı yaponlar üçün böyük ölçüdə dəyişdi.
"Çanaqqala", Türkiyə
İttifaqi qüvvələrinin, daha müharibə başlamamışdan böyük bir zəfər qazanacaqları inancıyla Osmanlı İmperiyasına qarşı Gelibolu yarımadasında başladıqları quru və dəniz müharibələrinin meydana gətirdiyi Çanaqqala müharibəsi, İttifaq qüvvələrinin aldığı ən böyük məğlubiyyətlərdən biri oldu. Birinci dünya müharibəsində Osmanlı imperiyasını kənarda buraxmaq üçün Rusiyaya kömək çatdırmaq və İstanbulu ələ keçərərək boğazlarda idarəni təmin etmək istəyən İngiltərə, fransız birlikləriylə müstəmləkə qüvvələri, heç gözləmədikləri qədər qüvvətli müqavimətin altında ağır itkilər verərək geri çəkildilər.
"Bosniya" müharibəsi
Bosniya müharibəsi – Bosniya və Herseqovinada 1992-ci il aprel ayının 6-dan 1995-ci il sentyabr ayının 14-ə qədər davam etmiş müharibə. 3 ildən artıq davam edən bu müharibədə 200 000-ə yaxın insan qətlə yetirilmiş (Beynəlxalq Qızıl Xaç cəmiyyətinin məlumatlarına görə, bu rəqəm 312 mindir), 2 milyondan çox insan yer-yurdundan didərgin düşmüşdür. Bu müharibədə qətlə yetirilənlərin əksəriyyəti bosniyalılar idi və müharibə onlara qarşı soyqırımı səciyyəsi daşıyırdı.
Qarabağ müharibəsi
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi üstündə Ermənistanla Azərbaycan arasında şiddətli hərbi ixtilaf. Müharibə 1988-ci ildən başlayaraq Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı irəli sürdüyü ərazi iddialarına əsaslanan Qarabağ münaqişəsinin dəvamı olmuşdur.
Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəslə başa çatmışdır. İxtilafın nəticəsində 30.000-ə yaxın insan həlak olmuş, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətrafında yerləşən 7 inzibati rayonu Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalmışdır.
| ['döyüş', 'müharibə'] |
5,037 | https://kayzen.az/blog/stil/6943/qara-n%C3%B6qt%C9%99l%C9%99r-v%C9%99-onlardan-xilas-yollar%C4%B1.html | Qara nöqtələr və onlardan xilas yolları | Qını | Yaraşıqlı görünüş, gözəl imic | 5 sentyabr 2011, 23:30 |
Xanımların çoxu qara nöqtələri qorxulu yuxu hesab edirlər. Bu növ nöqtələrdən qurtulmağın çoxlu yolları təklif olunur. Dərinizdə və üzünüzdə qara nöqtələr və sızanaqlar var və siz bunları dırnaqla sıxaraq bu problemdən xilas olmağı düşünürsünüzsə böyük bir səhv etdiyinizdən xəbəriniz yoxdur. Sizə asanca bu qara nöqtələrdən xilas olmağın müəyyən yollarını söyləyək köməklik etməyə çalışacam.
Sızanaq xüsusilə də yetkinlik dövründəki gənclərin qarşılaşdığı problemlərdən biridir. Dəri problemlərindən biri olan sızanaq, sanki gənclərin qorxulu yuxusu olub. Ən çox da yanaq, burun, alın və sinədə çıxır. Həkimlər qara nöqtələrin, sızanağın xəbərçisi olduğunu deyir.
Dermatologlar, qara nöqtələrin dərinin altında yaranan yağ və çirkin nəticəsində olduğunu, dəri təmizliyi ilə bu problemin həll ola biləcəyini deyirlər. Qara nöqtələrin mütləq təmizlənməsi lazımdır. Həkimlər Qara nöqtələr daha sonra meydana gələcək sızanağın əlamətidir. Yəni qara nöqtə yoxdursa sızanaq da yoxdur deyirlər. Xüsusilə sızanaq meydana gəlməsinin qarşısını almaq üçün tonik köməyi ilə gündəlik təmizlənməsi lazımdır. Qara nöqtələr əsla dırnaqla sıxılmamalıdır. Dərilərində qara nöqtəsi olan gənclərin üzlərini on dəqiqə dəsmal altında buxara verilməsinin faydası var.
Buxardan sonra qara nöqtələrin əl dəymədən qulaq təmizləyici çöpün köməyi ilə təmizlənməsi yaxşı olar. Sızanaqlar dərinin yağlanması nəticəsində əmələ gələn bir xəstəlikdir. Yağların dəriyə yayılan kanalları dolduğunda sızanaqlar əmələ gələr. Dəridəki məsamələrin tutulması, sızanaq meydana gəlməsinin ilk mərhələsidir. Bu mərhələdən sonra məsamələr genişləyərək qara nöqtələri yaradır, Dəriyə çirk, sabun və makiyaj artıqları, yağ və ölü hüceyrələr yığılaraq sızanağı əmələ gətirir.
Bunlar vacibdir:
Qara nöqtəli dərilərdə pH tarazlığı pozulduğuna görə mütləq dəriyə ən uyğun olan pH 5,5 təmizləyicilərin istifadə edilməsi lazımdır.
Sabun şəklindəki olan təmizləyicilər, qara nöqtələri artırır.
Qaşınan və ya möhkəmlən sızanaqlar dəridə qalıcı izlər buraxa bilər.
Üzündə qara nöqtə olan kişilər üzlərini qırxarkən lezva yerinə elektrikli üzqırxandan istifadə etməlidir.
Qara nöqtəli dəridə, üz yuyulduqdan sonra nəmləndirici qətiliklə vurulmamalıdır.
Qara nöqtələrdən qurtulmaq üçün maskalar.
1. 1 çay qaşığı ağ gil(əczanəərədə satılır) 1 çay qaşığı limon şirəsi isti su.Parçaları smetan şəklinə gələnə qədər qarışdırıb sonra üzünüzə çakin.Üzərinə nəm cuna yerləşdirin.10 dəqiqə saxladiqdan sonra yuyun.
2. Bir dəsdə nanə,bir dəsdə yabanı kəkin yarpağı bir qaba yerləşdirilib,üzərinə su əlavə edib ,qaynadılır.Soyuduqdan sonra qara nöqtələrin üzərinə vurulur.
3. 1,5 desert qaşığı gil,1 deser qaşığı badam yağı və bir qaşıq balı qarışdırıb üzünüzə çəkin və 35-40 dəqiqə gözləyin.Sonra soyuq suyla yuyun.
4. 1desert qaşığı qarğadalı unu və bir desert qaşığı qatiğı krem halına gələnə qədər qarışdırın.Göz və dodaq ətrafı xaric,bütün üzünüzə yuvarlaq hərəkətlərlə yedirin.Quruması üçün 15 dəqiqə gözləyin.Sonra azca isladılmış pambıqla təmizləyib,birinci ilıq sonra isə soyuq suyla yuyun.
5. Soda ilə duzu qarişdırıb azca su elavə edib pambigla qara nöqtələr olan yeri silsəz kömək edər.Amma bunu həftədə bir dəfədən artiq etmək məsləhət deyil.
6. 1yumurtanın sarısına 2 çay qaşığı şəkər tozu və 2 çay qaşığı aloe suyu töküb mikserlə yaxşıca qarışdırın.Sonra maskanın yarısını üzünüzə çəkin,quruyana kimi saxlayın.Quruduqdan sonra qalan hissəsinidə çəkib yuyun.
| ['qara nöqtələr'] |
5,038 | https://kayzen.az/blog/aforizmler/6941/min-illiyin-hikm%C9%99ti.html | Min illiyin hikməti | umud600 | Hikmət dənizi və aforizmlər | 5 sentyabr 2011, 21:58 |
Müharibə cəldliyi sevir ( Napoleon)
Ağıl dünyanı yerindən oynada biləcək ling, pul isə onun dayaq nöqtəsidir (Onore De Balzak)
Oxumağı tərk edən insan düşünməyi də tərk edər ( Onore De Balzak)
Vaxt az olduqda daha qiymətlidir (Kramnik — Şahmat üzrə dünya çempionu)
Ədalət gözəldir hakimlərdə olduqda daha da gözəldir (Hz. Əli)
Dövlətli olmaq üçün qənaət, kasıb olmaq üşün israfçı olmaq yetər ( Hz. Əli)
Sülh istəyirsənsə müharibəyə hazır ol ( «Flavius Vegetius» )
Susduruluncaya qədər danışmaqdansa danışdırılıncaya qədər susmaq daha üstündür (Hz. Muhamməd ə.s)
Söz ağızdan çıxana qədər o sənin qulundur, ağızdan çıxdıqdan sonra isə sən onun qulusan (Hz. Muhamməd ə.s)
Tamah əbədi köləlikdir (Hz. Əli)
Hər bir xalq onu idarə edən hakimiyyətə layiqdir (Hz. Əli)
Acmamış yemə, doymamış süfrədən əl çək (Hz. Muhamməd ə.s)
İki şeyi unutma: Yaranışı və ölümü (Hz. Əli)
Unudansansa iki şeyi unut: kiməsə etdiyin yaxşılığı, kiminsə sənə etdiyi pisliyi (Hz. Əli)
| ['dahilərin sözləri', 'kəlamlar'] |
5,039 | https://kayzen.az/blog/maraqli-faktlar/6940/%C9%99n-b%C3%B6y%C3%BCk-h%C9%99qiq%C9%99t.html | Ən böyük həqiqət | ORIGINAL | Maraqlı faktlar | 5 sentyabr 2011, 19:51 |
Görmək və inanmaq... Bu sözlər arasında birbaşa əlaqə qurmaq məntiqsizlikdir. Görmək gördüyünün, inanmaq isə təkcə gördüyünün yox, görmədiyinin də varlığını qəbul etməkdir. Sözsüz ki, bu məsələdə ağılın rolu inkaredilməzdir. Lakin əgər ağıl görmədiyini inkar edirsə, deməli o özünü də inkar edir. Halbuki həyatda görmədən inandıqlarımız, görərək inandıqlarımızdan daha çoxdur. Görmədikləri üçün Allahın varlığını inkar edənlərə gəlincə isə... Bu barədə böyük mütəfəkkirlərin fikirlərinə müraciət edək...
Allahı kor-koranə inkar etmək asandır. Bəlkə də haradasa əlverişli görünür. Çünki bu, insanı hesab verməkdən, məsuliyyətdən, vicdan əzabından xilas edir. Halbuki Allahı inkar etmək, isbat etməkdən daha çətindir. P. Səfa "Yox" deyənlərə mənim bir sözüm var... Siz mənə həqiqətən yox olan bir şeyi göstərin.Əgər göstərsəniz, deməli o şey var. Göstərə bilməsəniz, deməli onun olmadığını deməyə haqqınız yoxdur. Bir sözlə Allaha "yoxdur" demək əslində Onun var olduğunu sübut etməkdir. Nəcib Fazil Kısakürək Hətta bir mikrobun varlığı da mənə Allahın varlığını sübut etmək üçün kifayətdir. Paster
Insanın kimyəvi elementlərdən ibarət olduğunu söyləmək yalnız ondan gübrə kimi istifadə etmək istəyənləri razı sala bilər. H. C. Müller Inanmaq istəməyəni heç bir məntiq inandıra bilməz. C.ŞəhabəddinMənbə: "Ailəm" jurnalı
Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır. Mətndən istifadə edərəkən istinad etmək (saytın adı http://kayzen.az) mütləqdir,əks halda halal edilmir.
| ['ən böyük həqiqət', 'Allah'] |
5,040 | https://kayzen.az/blog/letife/6937/molla-n%C9%99sr%C9%99ddin-l%C9%99tif%C9%99l%C9%99ri.html | Molla Nəsrəddin lətifələri... | Mysteryo | Lətifələr | 5 sentyabr 2011, 17:21 |
QONAQLIQ ŞƏRTLƏRİ
Bir gün qonşuları mollaya bir qonaqlıq verdirmək istəyirlər. Bir qış gecəsi yığışıb mollanın yanına gəlirlər. Oradan-buradan söhbət açırlar, axırda mətləb üstünə gəlib deyirlər:- Molla, bir şərtimiz var, əgər yerinə yetirdin, biz sənə bir qonaqlıq verəcəyik, yox, şərti yerinə yetirmədin, sən bizə qonaqlıq verməlisən.Molla soruşur:- Deyin görüm, o necə şərtdir? Mənim əlimdən gəlməyən iş olmaz.Deyirlər:- Bu gecə səhərə qədər şəhər meydançasında dayanarsan. Heç bir dalda yerə girməzsən. Heç yerdə qızışmazsan. Bu şərti yerinə yetirmək hər igidin işi deyil. Biz daldadan tamaşa eləyəcəyik. Bu şərti yerinə yetirə bildin, biz sənə qonaqlıq verəcəyik, yetirə bilmədin, sən bizə qonaqlıq verməlisən.Molla meydançada səhərə kimi dayanmalı olur. Səhər tezdən molladan soruşurlar:- Gecəni necə keçirdin?Molla deyir:- Hər yer qardı, külək əsib qarı adamın uz-gözünə çırpırdı. Bərk qaranlıq idi. Şəhərin lap kənarından bir işıq gəlirdi...Biri mollanın sözünü kəsib deyir:- Bu olmadı. Şərti yerinə yetirə bilməmisən. Sən kənardan gələn işıqdan qızınmısan.Bu sözü başqaları da təsdiq edirlər. Molla nə qədər eləyir, onun düz sözünu qəbul etmirlər. Molla qonaqlıq verməli olur. Sabah axşam yığışıb mollanın evinə gəlirlər. Gecə saat ikiyə qədər gözləyirlər, yemək gəlib çıxmır. Hәr dəfə mollaya: - Yemək necə oldu? - deyəndә molla cavab verir:- Bu saat olacaq, darıxmayın.Gecə saat üç olur, yenə yemək gəlmir. Axırda dilxor olurlar:- Molla, az qala səhər açılsın.Molla deyir:- Oturun, bu saat xörək gətirim.Molla gedir, ha gözləyirlər, molla gəlib çıxmır. Qonaqlar hər yeri axtarırlar, mollanı tapmırlar. Axırda mollanı bağçanın içində tapırlar. Görürlər ki, molla hündur çinar ağacının başında bir qazan asıb, çinarın dibində də bir şam yandırıb gözləyir.Onlar deyirlər:- Molla, bu nə işdi?Molla deyir:- Xörək bişirirəm, görmürsünüz?Deyirlər:- Çinarın başında qazan asmısan, dibində də şam yandırmısan, şam da qazanı qaynadarmı?Molla gülüb deyir:- Nə tez yadınızdan çıxartdınız? Bəs gecə qar-boranda üç ağaclıq yoldan işıqla qızınmaq olar, çinarın başındakı qazan dibindəki şamdan isinməz?FİL İKİ OLDUDeyirlər, Teymurləng ordusunda fil də saxlayırmış. Filləri ayrı-ayrı kəndlərə göndərirmiş ki, orada saxlasınlar. Fillərdən birini də Molla Nəsrəddin olan kəndə göndərir. Teymurləngin qorxusundan kimsə filə toxunmur. Fil kefi nə istəyir eləyir, əkin-zəmini, bağ-bağatı, bostanı yeyib tərg edir. Kəndlilər filin əlindən lap təngə gəlirlər. Onlar yığılıb mollanın yanına gəlirlər:- A molla, bu fil bizdә istahat qoymadı, gəl qabağa düş. Əmirin yanına gedək, dərdimizi ona deyək, bəlkə bir rəhmi gəldi, fili apardı.Molla razı olur. Onlar Teymurləngin yanına yola düşürlәr. Yolda kəndlilər Teymurləngin qorxusundan ikibir-üçbir qaçıb dağılırlar. Teymurləngin qapısına çatanda molla baxır ki, hamı qaçıb, təkcə özü qalıb, öz-özünə deyir:- Yaxşı, görün sizin başınıza nə oyun gətirəcəyəm. Teymurləng ondan soruşur:- Molla, nə uçün gəlmisən?Molla deyir:- Əmir sağ olsun, bizim kəndə bir fil qonaq göndərmisən. Bundan çox razıyıq. Ancaq fil tək olduğundan səs-küyündən dayana bilmirik. Kəndlilər də mənimlə gəlmişd, cəsarət eləyib içəri girmədilər. Xahiş edirik, bir dişi fil də göndərəsən.Teymurləngin mollanın sözündən xoşu gəlir, ona çoxlu ən'am verir. Əmr eləyir ki, o kəndə bir dişi fil də göndərsinlər. Molla da aldığı hədiyyəni götürüb sevinə-sevinə evinə gəlir. Kəndlilər onu görüb soruşurlar:- Molla, nə oldu?Molla cavab verir:- Gözünüz aydın, filin o biri tayı da gəlir.QONŞU TOYUBir gün mollanın qonşuluğunda toy varmış. Çalıb oxuyur, yeyib-içirmişlər. Bu zaman mollanın arvadının qışqıra-qışqıra qaçdığını görürlər:- Ay aman, kömək eləyin, molla məni öldürdü!Molla da əlində bir yekə ağac arvadını qovur:- Daha bəsdi. Lap boğaza gəlmişəm, otuz ilin acığını səndən alacağam.Qonşuda olan toy adamları tökülüb arvadı həyətdə gizlədirlər, mollanı da evə aparıb məzəmmət eləyirlər. Ev sahibi gəlib deyir:- Bu lap yaxşı iş oldu. Biz mollanı toya çağırmamışıq, gərək bizi bağışlasın. Öz ayağı ilə gəldiyi uçün ondan razıyıq.Ortaya yemək-içmək gəlir, paxlava da qoyulur. Molla bir yandan məzəli-məzəli danışıb məclisi şənləndirir, adamları güldürür, bir yandan da paxlavaları içəri ötürür. Bir qədərdən sonra molla deyir:- Bizim arvadın baxtı var. Əgər buraya gəlməsəydi, qulağından tutub divara mıxlamışdım.Danışa-danışa paxlavaları da öz tərəfinə çəkir. Yeyib doyandan sonra sözün duzünu deyir:- Bizim qonşu toy eləyib bizi çağırmadı. Arvad ilə fikirləşdik, axırda bu oyunu düzəltdik. Mən avradımdan çox razıyam. Onu da çağırın.YƏQİN DOVŞAN AZIBBir gün Molla Nəsrəddin bazara çıxır. Bazarda gəzəndə görür ki, bir ovçu iki dovşan satır. Molla cibində olan pulunu verib dovşanların ikisini də alır və evə aparır. Arvadı dovşanları görüb molladan soruşur:- A kişi, bu dovşanları nə üçün almısan?Molla cavab verir:- Arvad, səs salma, darğanı aldadacağam, pul qazanacağam.Arvad soruşur:- A kişi, dəli-zad olmamısan ki? Sən bunlarla nə cür pul qazana bilərsən?Molla deyir:- Arvad, dovşanın birini evdə bağlayaçağam, birini də darğaya aparacam. Sən bir yaxşı aş bişirərsən, bostandan da bir yemiş dərib gətirərsən. Sonra nə eləyəcəyəm, özüm bilərəm.Arvad aş bişirməkdə olsun, molla da dovşanın birini evdə dirəyə bağlayır, birini də götürüb darğanın yanına gedir. Salam-kəlamdan sonra molla deyir:- Darğa, adam dili bilən bir dovşanım var. Əlim aşağı düşdüyündən satmaq istəyirəm. Heyfim gəlir ki, onu hər adama satam. Sənə layiq olduğu üçün gətirmişəm.Darğa ondan soruşur:- Necə adam dili bilir? Heyvan da adam dili bilərmi?Molla deyir:- Mən nə desəm başa düşür.Darğa deyir:- Elə şey olmaz, buna inanmıram.Molla deyir:- İstəyirsən, bu saat sınayaq.Darğa razı olur. Molla ağzını dovşanın qulağına dirəyib deyir:- Dovşan, get evdə arvada de ki, bir yaxşı aş bişirsin, bir-iki də yemiş alsın, bu saat darğa ilə gəlirik.Molla sözunü qurtarıb dovşanı buraxır. Dovşan qaçıb gözdən itir. Bir qədər mükalimədən sonra molla darğaya deyir:- Zəhmət çək, dur bizim evə gedək.Molla darğanı götürüb evinə aparır. Molla baxır ki, aş dəmə qoyulub, yemişin iyi evi götürüb. Qaldı dovşan. o da evdədi. Molla özünü dovşanı görməyən kimi göstərib deyir:- Arvad, dovşan gəlib çıxdımı?Arvadı mətləbi o saat başa düşüb deyir:- Gəlib çıxıb. Ona nə tapşırmışdın hamısını eləmişəm.Darğa bunu görən kimi mollanın sözlərinə tamam inanıb deyir:- Molla, dovşanın qiyməti neçədi?Molla deyir:- Darğa, ucuz verirəm. Min tümən.Darğa o saat mollaya min tümən verib dovşanı ondan alır, boğazından ipi açıb qulağına deyir:- Get bizim evə, arvada de, bir yaxşı yemək hazırlasın, molla ilə gəlirik.Darğa dovşanı buraxır. Dovşan qaçıb gözdən itir. Bəli, gəlib görürlər ki, darğanın arvadı dəhlizdə oturub. Darğa soruşur:- Arvad, dovşan gəldimi?Arvad cavab verir:- Dovşan nədi?Darğa deyir:- Dovşan gəlib sənə demədimi molla ilə gəlirik, hazırlıq gör?Arvad elə bilir ki, ərinin başına hava gəlib:- A kişi, yəqin sən azarlamısan, get mollaya dua yazdır.Darğa bütün əhvalatı arvadına, mən sizə söhbət elədiyim kimi danışır. Arvad mətləbi başa düşüb deyir:- A kişi, nahaq dovşanı əldən buraxmısan, Mənə elə bir xəbər aparıb-gətirən dovşan lazımdı. Onda arvadlar mənim haqqımda heç söz deyə bilməzlər, görərlər ki, aydan arı, sudan duru bir arvadam.Darğa mollaya deyir:Molla, bəs dovşan necə oldu?Molla cavab verməmiş arvadı dillənir:
- A kişi, yəqin dovşan bizim evimizi tanımayıb başqa yerə getmişdir.Molla əlüstü soruşur:- Darğa, bəs sən dovşanı evə göndərəndə evinizin yerini demədin?Darğa deyir:- Yox, yadımdan çıxıb deməmişəm.Arvadı darğanı danlamağa başlayır:- Gör nə axmaqsan, ki, elə dovşanı dağa-daşa salmısan, əlimizdən çıxarmısan.Molla Nəsrəddin məktəbdə dərs verirmiş. Bir gün şagirdlərindən biri ona bir qab paxlava gətirir. Molla başqa bir yerə getməli olur. Paxlavanı taxçaya qoyub deyir:- Uşaqlar, buna toxunmazsınız. Bunu mənə göndərən adamın mənlə ədavəti var, içinə zəhər qatmış olar, yeyib zəhərlənərsiniz.Molla tapşırığını verib gedir. Məktəbin xəlifəsi mollanıi qardaşı oğlu imiş. O bilir ki, molla uşaqları aldadıb, paxlavanı yeməsinlər. Molla gedən kimi xəlifə taxçadan qabı çıxardır, paxlavanı yeməyə başlayır. Uşaqları yeməyə də'vət edir. Uşaqlar yeməkdən boyun qaçırıb deyirlər:- Paxlava zəhərlidir, biz yemirik, yesək ölərik.Xəlifə deyir:- Molla bizi aldadır, gəlin yeyin.Uşaqlar deyirlər:- Bəs biz mollaya nə cavab verək?Xəlifə deyir:- Siz gəlin yeyin, mollaya cavabı özum verərəm.Uşaqlar paxlavanı tamam yeyib qurtarırlar. Xəlifə mollanın qələmini sındırıb qutunun üstünə qoyur. Molla gəlir, qələmini sınmış görub uşaqlardan acıqlı soruşur:- Bunu kim sındırdı?Xəlifə ağlaya-ağlaya deyir:- Yazanda sındı. Əmimin üzünə necə baxacağam?! - deyib özümü öldürmək istədim. Paxlava qabını taxçadan götürdüm, gözümü yumdum, yeməyə başladım. Hamısını yedim. Bədbəxtlikdən ölmədim.Molla dilxor olur, sonra xəlifəyə deyir:- Mən sənə bir söz demirəm. Hiyləgərlik bizim nəslə vergi verilib.DOQQUZ YÜZ DOXSAN DOQQUZ DA OLSA ALMARAM!Molla Nəsrəddin hər səhər yuxudan duranda dua eləyib Allahdan min qızıl istəyir. Qonşu onu eşidib soruşur:- Bəlkə Allah min qızıl yox, az qızıl yetirdi. Az qızıl olsa götürməyəcəksən?Molla cavab verir:- Əgər doqquz yüz doxsan doqquz qızıl da olsa, genə götürməyəcəyəm.Qonşusu bu məsələ ilə maraqlanır. Mollanı sınamaq istəyir. O, bir kisəyə doqquz yüz doxsan doqquz qızıl yığır. Gözləyir, molla dua eləyib min qızıl istəyəndə bacadan onun qucağına salır. Molla kisədə olan qızılları sayır, görür doqquz yüz doxsan doqquzdur. Molla halını dəyişməyib deyir:- Doqquz yüz doxsan doqquzu verən, birini də verər.Molla qızılları yığışdırır. Qonşu da gözləyir molladan bir səs çıxmır, gəlib deyir:- Molla, o qızılları bacadan mən salmışam, tez özümə qaytar.Molla deyir:- Nə qızıl, dəli-zad olmamısan?Qonşu deyir:- Sən deyirdin, Allah doqquz yüz doxsan doqquz qızıl da versə götürmərəm, gərək min olsun. Səni sınamaq üçün qızılları mən bacadan saldım.Molla deyir:- Xeyr, elə iş yoxdu, qızılları mənə Allah yetirib, birini də yetirəcək.Məsələ çox uzanır, molla qızılları vermir Axırda qonşu deyir:- Onda gedək divana.Molla deyir:- Mən divandan qaçmıram. Ancaq piyada gedə bilmərəm. Bir qatır gətir, minim gedək.Qonşu yaxşı bir qatır gətirir. Molla deyir:- Bu yaxşı oldu, gedərəm. Ancaq cübbəm köhnədi. Bu cübbə ilə divana gedə bilmərəm.Qonşu gedib təzə bir cübbə də gətirir. Molla cübbəni geyib qatırı minir, yola düşürlər. Qazının yanına çatırlar. Qonşu əhvalatı qazıya danışır. Qazı mollaya deyir:- Nə deyirsən, bu doğru deyirmi?Molla deyir:- Ondan soruşun, görün, əliynən mənə qızıl verib?Qonşu məsələni qazıya bir də danışıb deyir:- Mən onu sınamaq üçün qızılı bacadan saldım.Molla deyir:- Qazı ağa, mən pullarımı sayandə bu qonşu görüb. İstəyir pulları məndən alsın. Mən bunu yaxşı tanıyıram, utanmasa deyər ki, mindiyin qatır da mənimdi,Qonşu əsəbiləşib deyir:- Əlbəttə, qatır da mənimdi.Molla deyir:- Qazı ağa, gördunüzmu? Bir də dindirsəniz deyər ki, əynindəki cübbə də mənimdir.Qonşu deyir:- Əlbəttə, mənimdir.Qazı mollanı haqlı bilib, qonşunu oğru hesab edir.Xirda olanda cüt-cüt basdirarlarBir MOlla chox xesis idi. Evde chay ichmek üchün qendi lap xirda-xirda doqrayarmish.Günlerin bir günü Mollanin bir qonagi gelir. Qonaqin qabagina chay süzüb qoyurlar. Qonaq görür ki, qend hedden artiq xirda doqranilir.Ona görede qend parchalarini aqzina iki-iki, üch-üch qoyub chayi ichmeye bashlayir.Qonaqin bu hereketi Mollaya pis te�sir edir,sorushur:-Ay qonaq, sizin yerde ölünü tek-tek basdirirlar, yoxsa cüt-cüt?Qonaq metlebi basha düshüb, deyir:-Böyük olanda tek-tek, kichik olanda cüt-cüt, belke de üch-üch basdirirlarÖz mindiyimi saymıramBir gün mollaya sәkkiz nәfәr tanışı öz eşşәklәrini tapşırır. Molla eşşәklәri qabağına qatıb, öz eşşәyini dә minәrәk dәyirmana gedir. Yolda bir meşәdәn keçәndә şübһәlәnib eşşәklәri sayır. Görür ki, sәkkizdi. Tez eşşәkdәn düşüb әtrafa göz gәzdirir, görsün biri neçә olubdu? Bir şey tapmayıb qayıdır yenә eşşәklәri sayır, görür ki, doqquzdu. Arxayın olur. Eşşәyә minib yoluna davam edir. Bir qәdәr gedәndәn sonra yenә eşşәklәri sayır, görür ki, sәkkizdi. Yenә eşşәkdәn düşüb ora-buranı axtarır, һeç şey tapmır, bir dә sayır, baxır ki, doqquzdu. Eşşәyini minib yola düşür. Bir qәdәrdәn sonra dayana bilmәyib yenә sayır. Görür ki, sәkkizdi. Molla eşşәkdәn düşüb, bir ağacın dibindә oturub fikrә gedir. Yoldan keçәn bir adam ondan soruşur:-Molla, niyә pәjmürdәsәn?Molla әһvalatı ona söylәyib deyir:-Eşşәyi minib sayıram, sәkkiz olur, düşüb sayıram doqquz olur. Gör mәnim başıma nә iş gәlir?Yolçu bәrkdәn gülüb deyir:-Bәs mindiyin?Molla deyir:-Mәn mindiyimi saymıram.Gələn dəfə özüm düzəldərəm.Bir kasıb kişi kəbin kəsdirmək üçün qazının yanına gedir və özü ilə bir kasa yağ aparır. Qazı yağa baxıb deyir:- A kişi, heç bir kasa yağa da kəbin kəsərlər?! Mən kəbini bir bardaq yağa kəsirəm.Biçarə kişi bir bardaq yağı haradan düzəldəcəyini fikirləşə-fikirləşə evinə qayıtdı. Evlənmək istədiyi arvad ona dedi:- A kişi, ürəyini sıxma. Bir bardaq tap, boğazınacan qum ilə doldur, kasadakı yağı da qumun üstünə töküb ağzını bağla, apar ver qazıya, de ki, borc-xərclə düzəldib gətirdim.Kişi arvad deyən kimi eləyib, bardağı qazıya apardı. Qazı dedi:- Hə, bu başqa məsələ, indi işin düzəldi.Və tez kəbini kəsib kağızını kişiyə verdi.Qazı bardağı evə gətirib arvadına dedi ki, yağı əritsin. Arvad bardağı qazana boşaldanda yağın altındakı qum töküldü. Qazı aldadıldığını başa düşdü və kişiyə xəbər göndərdi ki, kəbin kağızını gətirsin, onda bir balaca əngəl var, düzəltsin. Kişi qazının adamına dedi:- Get qazıya de ki, əngəl kəbin kağızında yox, bardaqdadır. Gələn dəfə özüm düzəldərəm.Dəyməyin, meymun lap yaxşı bölürBir kişi inəkçilikdən xeyli pul qazanmışdı. Hacı olmaq üçün Məkkəyə gedirdi. Dənizin ortasında kişi gəminin göyərtəsində soyunub paltarını dəyişdirirdi.Sən demə, gəmidə bir meymunoynadan da varmış. Onun meymunu gəzə-gəzə gəlib südçünün yanından keçəndə onun həmyanını (pul kisəsi bərkidilən kəmərini) götürüb gəminin doruna dırmaşır.Meymun dorun başında dayanıb dişi-dırnağı ilə həmyanı yırtıb qızılları çıxarır və birini gəmiyə, birini dənizə atmağa başlayır. Gəmidə olanlar istəyirlər ki, dora dırmaşıb həmyanı meymundan alsınlar. Südçü mane olub deyir:- Dəyməyin, meymun lap yaxşı bölür. Pulun yarısı mənim, yarısı da suyundur, çünki ömrüm boyu südə su qatıb satmışam, ona görə də öz cəzamdır, çəkirəm.
| ['Lətifələr'] |
5,041 | https://kayzen.az/blog/stil/6924/d%C9%99ri-g%C3%B6z%C9%99lliyi-%C3%BC%C3%A7%C3%BCn-6-qida.html | Dəri gözəlliyi üçün 6 qida | Qını | Yaraşıqlı görünüş, gözəl imic | 5 sentyabr 2011, 14:23 |
Maraqlı bir məlumatı sizin diqqətinizə çatdırırıq. Belə ki, Amerikanın Women's Health jurnalı, Sandra Bullock, Rihanna və Lindsay Lohan kimi məşhurların dərilərini gözəlləşdirmək üçün bol-bol istehlak etdiyi qidaları yazdı. Dərinizi cavanlaşdırıb gözəlləşdirəcək qidalar bunlardır: Hər birinin dəri üçün xüsusi faydaları var. 1-Somon - Somon balığı sahib olduğu Omeqa-3 yağ turşuları ilə dərinizin quru görünüşündən xilas olmasına və günəş şüalarının zərərlərinin ortadan qalxmasına köməkçi olacaq. 2-Kök - Yüngül turşulu bir dəridə bakteriya zəbti olmaz. Kök dərinizin PH dərəcəsini qoruyaraq bunu təmin edər. 3- Avokado - Zeytunyağı kimi doymamış yağ zəngini olan bu meyvə eyni zamanda dəriyə yaxşı gələn B vitaminlərini bol miqdarda saxlayar.
4- Paxla - Antioksidantla zəngin olan paxlalar, dəri qırışıqlarını gecikdirmədə əhəmiyyətli bir rol oynayır. 5- Üzüm - Üzümün içindəki antioksidantlar həm infarkt riskindən qoruyur, həm də dəri sallanmalarına qarşı anti-aging təsiri edir. 6- Su - Dərinin canlılığı üçün lazımlı olan nəmi təmin edir.
| ['dərini qidalandırmaq'] |
5,042 | https://kayzen.az/blog/sendeme/6934/maraql%C4%B1-suallar-v%C9%99-cavablar%C4%B1.html | Maraqlı suallar və cavabları | Mysteryo | Sən demə | 5 sentyabr 2011, 14:21 |
1. Dəniz havası almaq xeyirlidir? Şəhərdən uzaq dəniz sahilində yaşamaq sağlam ola bilər. "Dəniz havası" yəni dənizin səbəb olduğu gözəl qoxu, sahildə yaşayan bir bakteriya sayəsində ortaya çıxar. Amma mütəxəssislər bakteriyanın, limanlardakı egzoz qazının havanı daha da çirklətməsinə səbəb olduğunu ortaya qoydu.
2. Hər kəs evində qalsa qrip epidemiyası bitərmi? Bəli. Qlobal bir karantin qrip epidemiyasının sonu ola bilər, ancaq tək bir adamın belə çölə çıxması virusun yenidən yayılmasına səbəb olar.3. Saqqız sonsuza qədər mədədə qalarmı? Xeyr. Saqqız, udulduğunda həzm olunmaz, ancaq ən geç üç gün içində bədəndən atılar. 4. Öz-özünə danışanlar dəlidirmi? Xeyr. İnsanların tək ya da çətinlikdə olduğunda öz özlərinə danışması olduqca normal bir vəziyyətdir. 5. Kişilərdə sellülit olarmı? Portağal qabığı kimi bir dəri yalnız qadınlarda deyil kişilərdə də var. Ancaq kişilərdə selülit daha çox boyun və qarın bölgəsində olur. 6. Arxa kresloda niyə avtomobil tutur?(ürəkbulanma) Arxada oturduqa üfüq xətti görülmür. Vasitə tutması, iç (daxili) qulaqda hərəkət qəbul edilərkən, gözlərdən sabit olduğunuz məlumatının gəlməsi səbəbiylə yaşanar. Yəni arxada oturarkən, beyin vasitənin hərəkət etdiyini anlamaz və beləcə bədən tarazlığı pozular. 7. Çay içmək həqiqətən hərarəti götürərmi? Bəli. İsti içkilər bədənin özünü olduğundan daha isti zənn etməsinə gətirib çıxarar. Bədən daha çox tərləyər və bu da istilik itkisinə gətirib çıxarar. 8. Barmaqlar suda qaldıqda niyə büzülər? Əgər hüceyrələrinizin sahib olduğundan daha az sıxlıqda və ya az duz çöküntüsünün olduğu suya girsəniz, su osmos üsuluyla bədənə əmilər. Bu da dəridəki hüceyrələrin şişməsinə səbəb olar. Hüceyrələr alt təbəqədəki toxumalara bağlı olduqlarından dəri bu vəziyyətə uyğunlaşma təmin edə bilmək üçün büzülər. 9. Üzümmü, şərabmı daha faydalıdır? Şərabdakı sağlamlığa faydalı maddə olan antioksidanların miqdarı, üzümdən iki qat daha çoxdur. 10. Quşlar həqiqətən islanmazmı? Quşlar dimdiklərində çıxardıqları yağı götürərək tüklərinə sürtərlər. Bu da suyun yağı keçərək tüklərə çatmasına mane olar. Yəni quş tükləri suya dayanıqlıdır. 11. Kainatın ən soyuq yeri haradadır? Dünyanın 5 min işıq ili uzağında yer olan böyük bir toz və qaz buludu Boomerang Nebulada istilik mənfi 272 dərəcə olaraq təxmin edilir.12. Niyə tək yumurta əkizlərinin barmaq izləri bir-biriylə eyni deyil? Tək yumurta əkizləri eyni DNA-a sahib olsalar da hüceyrələri eyni deyil, xarici görünüşünüzü genləriniz təyin etməz. Barmaq izləri isə bədəndə məruz qalınan hormonlara bağlıdır. İki hüceyrənin hormon səviyyəsi fərqli olduğu üçün, barmaq izləri də eyni olmaz.
13. Niyə atəşimiz qalxdığında üşüyərik? Temperatur, bədənin öz termostatının istiliyini yüksəltməsiylə ortaya çıxar. Ancaq adam tərləmədiyi ya da qan təzyiqi yüksəlmədiyi üçün üşüyər.14. Dijital fotoşəkillər 100 il saxlanıla bilər? Kağızda çıxarılsa ya da günəş şüalarından qorunacaq şəkildə CD-də saxlansa, bəli.15. Havaya atılan su buz olaraq düşərmi? Mənfi 30 dərəcədə havaya atılan su yerə buz olaraq düşər.16. Solaxaylar daha ağıllıdır? İndiyə qədərki elmi araşdırmalar, solaxayların sağ əlini istifadə edənlərdən daha yaradıcı ya da ağıllı olduğunu göstərmədi.17. Yalnız su və vitaminlə yaşamaq olarmı? Xeyr. Vitamin və minerallar qədər enerji çıxarmaq və hüceyrələrin özlərini yeniləyə bilməsi üçün karbohidrat, yağ və zülala da ehtiyac hiss edərik. 18. Qüsursuz görüş nədir? Göz həkimlərində olan hərfli cədvəlin hamısını 6 metrlik bir uzaqlıqdan görmək qüsursuz görüşün işarəsidir. 19. Narkoman olmaq üçün neçə siqaret çəkilməlidir? Əhəmiyyətli olan siqaret sayı deyil. Asılılıq səhər oyandıqdan sonra ilk siqareti nə vaxt yandırdığınızla bağlıdır. İlk siqaret çəkdikdən sonra asılılıq bir il içində tamamlanır. 20. Mikroblara da mikrob yoluxarmı? Bəli. Mikroblara da yoluxan daha kiçik mikroblar var. 21. Niyə soğan doğramaq ağladır? Soğan doğrandığında havaya "lachrymatoryfactor" adlı bir ferment yayılır və bu da göz qaşıntısı yaradır. Göz isə özünü müdafiə etmək üçün gözyaşlarından istifadə edir.
| ['maraqlı suallar'] |
5,043 | https://kayzen.az/blog/sual-cavab/6933/heyvanlar%C4%B1-d%C3%B6y%C3%BC%C5%9Fd%C3%BCrm%C9%99k-do%C4%9Frudurmu.html | Heyvanları döyüşdürmək doğrudurmu? | ORIGINAL | Sual?-Cavab! | 5 sentyabr 2011, 13:56 |
Xoruz və öküz döyüşləri, dəvə güləşi bu gün də müxtəlif ölkələrdə müşahidə olunmaqdadır. Azərbaycanda da xoruz döyüşü bir vaxtlar çox geniş yayılmışdı. Bəri başdan deyək ki, bu cür işlər bəyənilmir. Çünki dinimiz təkcə insana deyil, heyvanlara, bitkilərə də əziyyət verməyi qadağan edir. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) hədislərindən birində: "Mərhəmət etməyənə mərhəmət olunmaz", - buyurur. Başqa bir hədisində isə Rəsulullah (s.ə.s.) bir pişiyi qapalı yerə salıb aclıqdan, susuzluqdan öldürən birinin cəhənnəmə gedəcəyini bildirir. Yəni Allah ətrafımızdakı heyvanları müəyyən bir vəzifə üçün yaratmışdır. Mələsən, toyuq insanlar üçün qidadır. Bu quşları döyüşdürmək, al qana boyanmasına, şikəst qalmasına səbəb olmaq insafsızlıqdır. Təbii ki, bu cür əməllər nə vicdanlı insanlara, nə də Allaha xoş gedər. Bu cür vasitələrlə əylənmək, xüsusilə də onlardan qumar məqsədi ilə istifadə etmək isə mənəvi xəstəlikdir. Insan xoruz döyüşündən, ya dəvə güləşindən zövq alırsa, bu, onun mənəvi naqisliyinə işarədir. Bunlar bir tərəfə qalsın, bu gün bəşəriyyətə insanlıq öyrətdiyini iddia edən Avropa orta əsrlərdə xüsusi yetişdirilmiş insanlar, qullar arasında gedən ölüm-qalım savaşından zövq alırdı. Təbii ki, insan taleyi ilə oynamaq daha böyük günahdır.
Mənbə: "Ailəm" jurnalı
Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır. Mətndən istifadə edərəkən istinad (saytın adı http://kayzen.az) etmək mütləqdir,əks halda halal edilmir.
| ['suallar və cavablar', 'sual?-cavab!', 'heyvan döyüşü', 'xoruz döyüşü'] |
5,044 | https://kayzen.az/blog/az-proza/6138/dekret-yeri-%7C-firuz-mustafa.html | Dekret yeri | Firuz Mustafa | Muza | Azərbaycan ədəbiyyatı | 5 sentyabr 2011, 13:06 |
Heç bilmirəm, söhbətə haradan başlayım? Yaxşısı budur, qoy elə əvvəldən deyim. Məsələ belə olmuşdur: təhsilimi başa vuran ili məni təyinatla ucqar rayonların birindəki ucqar bir kənd məktəbinə göndərdilər. Ölkəmizdəki bütün məktəblər kimi, həmin təhsil ocağı da çox qabaqcıl bir müəssisədir. Amma orada ixtisasım üzrə mənə iş tapılmadı ki, tapılmadı. Direktor üzümə baxıb dedi:- Ə, bala, ədəbiyyat dərsi qalmayıb, bəlkə sənə tarix verək...Mən razılaşmalı oldum. Çarəm nə idi ki?Direktor dedi:- E-e-e... Ə, bala, bura bax, əslində, məndə heç tarix dərsi də yoxdur. Sadəcə olaraq, tarix müəlliməm dekretə çıxıb, hələlik onun dərslərini müvəqqəti verirəm sənə. Bir də ki, elə tarix də ədəbiyyat kimi bir şeydir də...Beləliklə, mən əmək fəaliyyətinə dekret yerinə işləməklə başladım. Tarixçi dili yüyrək olar: ay ötdü, həftə keçdi, dekret vaxtı başa çatdı. Tarix müəlliməsi təzədən işə çıxası oldu.
Direktor məni yanına çağırıb dedi:- E-e-e... Ə, bala, sən innən sonra coğrafiya dərsi deyəcəksən. Əslində, elə coğrafiya da tarix-ədəbiyyat kimi bir şeydir. Nə fərqi var ki?..Mən qolumu çırmayıb coğrafiya öyrənməli oldum.Bir müddət keçdi. Coğrafiya müəlliməsi dekretdən qayıdıb işə başladı. Dərslər əlimdən çıxdı. Deyəsən, ta dekretə çıxan yox idi. Düzünü deyim ki, gözüm qadınların üzündə qalmışdı. Allaha yalvarırdım ki, bir dekretə çıxan olsun.Nəhayət, tapıldı!.. Bədən tərbiyəsi müəlliməsi dekretə çıxdı. Təbii ki, bir azdan o da işə qayıdacaqdı. Yüz faiz əmin idim ki, mənə öz ixtisasım üzrə yenə dərs olmayacaqdı. Çünki mənim həmkarım- ədəbiyyat müəlliməsi yaşı altmışı keçmiş qadın idi. Üstəlik də, əri yox idi, o, heç yerli-dibli ərdə olmamışdı. Əri olmayanınsa, mən bilən, uşağı da ola bilməz. Zalım qızı heç ərə getməyə də hazırlaşmırdı. Məhz buna görə də mən işimi ehtiyatlı tutmalı idim. Fəal həyat mövqeyi seçdim: artıq öz məktəbimizdə və eləcə də qonşu məktəblərdə pedaqoji kollektivlərdə ailə qurmağın, evlənməyin, çoxuşaqlılığın əhəmiyyəti barədə təbliğat kampaniyası aparmağa başladım. Mənim demoqrafik təbliğatım tezliklə öz bəhrəsini verdi: kollektivimizdəki subay qadınların hamısı ailə qurdu. Hətta, ərdən boşanmış və bir daha ərə getmək istəməyən- kişilərə genetik nifrət edən, dilindən daim zəhər tökülən bir qadınımız da mənim təbliğatım sayəsində özü kimi mərifətli bir insanla izdivac yapdı. Pəh!Pəh!... Bir gəlib bizim məktəbə baş çəkəydiniz! Qadınlarımızın əksəriyyəti... hər il dekretə hazırlaşırdı.Dekret yerində işləməyimin bir xeyri də bu oldu ki, mən bütün elmləri əməlli-başlı öyrəndim. Çünki mən tez-tez ixtisasımı dəyişməli olurdum. Kimya (əlilə sanki reaksiya aparır), astronomiya (göyü göstərir), rəsmxətt (barmağı ilə xətt çəkir), nəğmə dərsləri üzrə (jest və mimika ilə "nəğmə" "oxuyur") ixtisaslaşdım. Əslində, elə həmin ixtisaslar da ədəbiyyat və ya tarix kimi bir şeydir. Nə isə... Oldum ensiklopedik, universal, intellektual bir adam! İndi elmin heç bir sahəsində mənimlə mübahisə edə biləcək bir kimsə yoxdur! Əgər varsa, buyurub çıxsın irəli. Burasını da deyim ki, elə bütün elmlər bir-birinin eynidir.Sağ olsun qadınlar! Mən hələ də dekret yerindəyəm.
| ['Azərbaycan ədəbiyyatı'] |
5,045 | https://kayzen.az/blog/logika/6932/m%C9%99ntiqi-tapmacalar.html | Məntiqi tapmacalar | yravil | Məntiq və IQ | 5 sentyabr 2011, 12:16 |
1.Bütün gün boyu eyni sualı verib də fərqli-fərqli cavab aldıgımız sual hansıdır?
2.Bir qayıqda üç kişi var imiş,elə olur ki,sərt hava şəraitindən qayıq çevrilir,qayıqdakılar suya düşür ,bu kişilərdən ikisinin saçı yaş olur.amma birininki yox.Sizcə niyə?
3. 1 nəfər bir otağı 4 saata rəngləyir,2 nəfər isə 1 otağı 2 saata rəngləyir.Bəs hər ikisi 1 otağı neçə saata rəngləyərlər?
4. Krandan su gəlir, ondan sonra nə gəlir?
5. Əsgərin biri əsir aldığı digər əsgərə deyir ki, sən mənə elə bir şey de ki,əgər dediyin yalan olsa səni güllələyəcəm,əgər dediklərin düz olsa səni asacam.Əsir olan əsgər digər əsgərə elə bir cümlə deyir ki,onu azadlığa buraxır.Bəs necə olur ki,onu azadlığa buraxır?
6.Saat nə qədər işləyir?
7.Divarla 10 kərtənkələ qalxır, birdən-birə kərtənkələ oxumağa başlayır və qalanları yerə tökülür. Niyə?
8.Kəndə gedən yolun qırağı çay daşlarıyla düzəlib, axund da oturub daşın üstündə. Bu vaxt 1 oğlan qaça-qaça gəlir, axunda deyir ki, arxadan gələnlərə yerimi demə. Sonra 1 neçə adam gəlir, axunddan oğlanı soruşur. Axund nəsə deyir, amma nə oğlani ələ vərir nə də yalan danışır. Axund nə deyir?
9. Beş qardaş idik, beş alma idi budaqda, hərəmiz almalardan birini yedik. Neçə alma qaldı budaqda?
10. Elə bir ədəd yazın ki, onu 2-yə böləndə cavab özündən 2 dəfə böyük ədəd alınsın.
11. 2 Yol polisi yola nəzarət edir. Qırmızı işıq yanır, amma taksi sürücüsü yolu keçir. Polislər də onu saxlamır. Niyə?
12. 1 qız gül bağçasında gül dərən yerdə gülə dönür. Oğlan hansı gülün qız olduğunu tapsa, gül yenidən qıza dönəcək. Hansı gülün qız olmasını oğlan necə tapsın?
13. Hansı bağda ağac bitməz?
| ['məntiqi suallar', 'suallar', 'tapmacalar', 'məntiq sualları', 'maraqlı suallar', 'əyləncəli suallar'] |
5,046 | https://kayzen.az/blog/stil/6927/g%C3%B6z%C9%99lliyimizi-qoruyaq.html | Gözəlliyimizi qoruyaq | Qını | Yaraşıqlı görünüş, gözəl imic | 5 sentyabr 2011, 02:02 |
Qadınları daim düşündürən əsas mövzulardan biri hazırda mövcud olduqları gözəlliklərini necə qorumaqdır. Bunun çoxlu yolları var ancaq sizlərə ən çox istifadə olunan üsulları təqdim edəcəm. Diqqətlə oxuyun və faydalanın. Limon - yaxşı bir bədən baxımıdır.Antiseptikdir. Limonu qoltuğaltına çəkən zaman əsla tərlətməz.Suyu sıxılmış limonu dirsəklərinizə yerləşdirin və 5 dəqiqə masaj edib götürün.Sonra yerinə zeytun yağıyla masaj edin.Dirsəkləriniz daha yumşaq olacaqdır. Dənizduzu - bədənə yumşaqlıq verir.Xarici görünüşü limon duzunu xatırladır. Şəkər-balaca parça şəkər götürüb bədəninizin səpgi hissəsinə yavaşca masaj etdirin.Çox xeyirli olduğunu görəcəksiniz.
Sirkə - alma və limon sirkəsi ilə bədəninizi yaxalasanız dəriniz körpə dərisi kimi yumşaq olacaqdır.Əgər sirkədən üzünüzə istifadə etsəniz parlaq cildə sahib olacaqsınız.Sirkə həm də üzdə ləkələri aparır.Sirkədən saçınıza istifadə etsəniz daha möhkəm və tökülməyən saçlara sahib olcaqsınız. Topuqlarınızı daban daşıyla 1-2 dəqiqə ovun və sonra zeytun yağı çəkin.Topuqlarınız təmiz və daha gözəl görünəcəkdir. Qoz yarpağıyla - dişlərinizi sürtün.Bu üsulla daha təmiz,ağarmış dişlərə sahib olacaqsınız. Amma çalışmaq lazımdır ki,dodaqlara dəyəməsin.Çünki,dodaqlarınızı rəngləyər.Qoz yarpağı həm diş ətlərinə,həm də damağa xeyirlidir.Duzla təmizlənən dişlər zədələnir,yenidən saralmağa başlayır. Lavanda yağı ilə duşdan sonra yaxalansanız bədəninizdə xoş iy buraxar. Dəmlənmiş çayla - saçlarınızı yaxalasanız daha parlaq olacaqdır.
| ['gözəl görünüş'] |
5,047 | https://kayzen.az/blog/immun/6926/hiv-infeksiyas%C4%B1.html | HİV infeksiyası | Cavid | İmmun sistemi | 5 sentyabr 2011, 02:02 |
Bəşər tarixinin ən dağıdıcı, ən təhlükəli epidemiyalarından biri ötən əsrin 80-ci illərində meydana çıxmış, qısa müddət ərzində bütün qitələrə yayılmış insanın immunçatışmazlığı virisu infeksiyası, artıq beynəlxalq aləmdə qəbul olunmuş terminologiya ilə söyləsək, HİV infeksiyasıdır. Məlumat üçün bildirmək istəyirəm ki, HİV infeksiyasının daşıyıcısı olan ilk xəstə 1981-ci ildə ABŞ-da qeydə alınmış, 1982-ci ildə bu xəstəliyin ağır formasına "Qazanılmış immunçatışmazlığı sindromu" adı verilmiş, 1983-cü ildə fransız alimi Lyük Montana, 1984-cü ildə isə amerikan alimi Robert Qallo tərəfindən HİV virusu kəşf edilmişdir. Həmin vaxtdan ötən 25 il ərzində dünyada 63 milyon insan HİV infeksiyasına yoluxmuş, onlardan 25 milyonu bu səbəbdən dünyasını dəyişmişdir. HİV-ə yoluxanların və bu infeksiyadan dünyasını dəyişənlərin 90%-i inkişaf etməkdə olan ölkələrdə yaşayır. HİV-ə yoluxan şəxslərin 70%-ni 15-39 yaşlı şəxslər, 43%-ni qadınlar təşkil edir. Azərbaycanda ilk HİV infeksiyası 1987-ci ildə Neft-Kimya İnstitutunun tələbəsi olan Uqanda vətəndaşında aşkar edilmişdir. Hazırda ölkəmizdə 2.224 nəfər insan HİV infeksiyasına yoluxmuş, 274 nəfər isə bu səbəbdən vəfat etmişdir. HİV-ə yoluxanların 2.138 nəfəri (96,1%) Azərbaycan vətəndaşları, 86 nəfəri (3,9%) isə əcnəbilərdir. Yaş tərkibinə görə HİV-ə yoluxanların 0,5%-i 15 yaşadək uşaqlar, 91,1%-i isə 19-49 yaşlarında olan şəxslərdir. "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında" mövcud qanun 1996-cı ildə qəbul edilmişdir. Həmin vaxt Azərbaycanda cəmi 2 HİV infeksiyalı şəxs aşkar edilmiş, HİV-lə mübarizənin mükəmməl şəbəkəsi olmamışdır. Ötən müddət ərzində HİV-ə münasibət həm Azərbaycanda, həm də dünyada xeyli dəyişmişdir.Görülən tədbirlərə baxmayaraq, əsasən, venadaxili narkotik istifadəçilərinin və əmək miqrantlarının hesabına, eləcə də HİV-lə bağlı sanitar-maarifləndirmə işinin lazımi səviyyədə olmaması, cəmiyyətdə bu şəxslərə qarşı stiqma və diskriminasiya yaradan stereotipin dominantlıq təşkil etməsi səbəbindən vaxtında müayinə və postkontakt müalicə üçün müraciətlərin edilməməsi, HİV-dən qorunma mədəniyyətinin formalaşmaması, zərərin azaldılması proqramlarına inamsız münasibət və bu sahədə lazımi hüquqi bazanın olmaması kimi səbəblərdən respublikamızda HİV-ə yoluxanların sayı ildən-ilə artmaqdadır. Qeyd etdiyim 2.224 rəqəmi yalnız müayinə olunaraq diaqnozu təsdiq edilmiş xəstələrin sayını göstərir. Əsil həqiqətdə isə ölkədə HİV-ə yoluxmuş, lakin aşkarlanmamış şəxslərin sayı rəsmi statistikadan bir neçə dəfə çoxdur.Dünyada tibbi, sosial, hüquqi baxımdan HİV-ə münasibəti bir-birinə tamamilə zidd olan 2 mərhələyə bölmək olar. Əgər XX əsrin sonlarına qədər müalicəsi olmayan və sürətlə yayılan bu xəstəliyi hətta tibb mütəxəssisləri və hüquq müdafiəçiləri "XX əsrin taunu" adlandırır və onu bu xəstəliyə ən çox tutulan narkomanlara və riskli cinsi davranış tətbiq edən şəxslərə Allahın cəzası hesab edir, xəstəliyin qarşısının alınmasının əsas yolunu belə şəxslərlə kontaktın azaldılması və hətta onların cəmiyyətdən izolyasiyasında görürdülərsə, XXI əsrin əvvəllərində 2 hadisə HİV-ə qarşı dünya ictimaiyyətinin fikrini tam əks istiqamətdə dəyişdi. Bunlar aşağıdakılardır:1. Xəstəliyin istənilən mərhələsində infeksiyanın inkişafını dayandıran, xəstə şəxsin ömrünü və əmək qabiliyyətini xeyli uzadan, zədələnmiş immun sistemin fəaliyyətini bərpa edə bilən yeni nəsil antiretrovirus preparatlarının kəşf olunması;
2. BMT-nin Baş Assambleyası tərəfindən 2001-ci ilin iyununda HİV infeksiyasına və bu infeksiyaya yoluxmuş şəxslərə tibbi, sosial, hüquqi, mənəvi-əxlaqi münasibətlərin tamamilə yeni müstəviyə keçirilməsini tövsiyə edən "HİV/AİDS-lə mübarizə işində tərəfdaşlıq" Deklarasiyasının qəbul edilməsi. Bu Deklarasiya HİV/AİDS-lə mübarizənin 12 rəhbər prinsipini müəyyənləşdirdi və üzv dövlətlərə tövsiyə etdi. Hazırda Milli Məclisin müzakirəsində olan "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında" qanun layihəsi yuxarıda qeyd olunan zərurətlər, Azərbaycandakı və dünyadakı reallıqlar nəzərə alınmaqla, ÜST-in və BMT-nin tövsiyələri, MDB-nin model qanunu, 12 ölkənin, o cümlədən, Portuqaliya, İspaniya, CAR, Uqanda, RF, Moldova, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Gürcüstan respublikalarının qanunları ətraflı təhlil edilməklə hazırlanmışdır. Qanun layihəsinin ilk variantında işçi qrupu mövcud qanuna əlavə və dəyişikliklər edilməsini nəzərdə tuturdu. Lakin layihə üzərində iş prosesində qanunun fəlsəfəsinin tamamilə dəyişdiyini və mahiyyətcə hər maddəyə əlavə və dəyişikliyin edilməsi labüdlüyünü nəzərə alaraq tamamilə yeni qanunun işlənməsini məqsədəuyğun saymışdır. 7 fəsildən, 30 maddədən ibarət qanun layihəsinin 6 maddəsini əhatə edən I fəslində ümumi müddəalar, əsas anlayışlar, HİV-lə mübarizənin əsas prinsipləri, bu sahədəki dövlət təminatı, maarifləndirmə və maliyyələşdirmə məsələləri öz əksini tapır.Bu qanun layihəsi həm konseptual baxımdan, həm də məzmun etibarı ilə HİV/AİDS problemlərinə yeni baxışlar sistemini özündə ehtiva edir. Qanunun yenilikçi mahiyyəti ondan ibarətdir ki, bundan sonra ölkəmizdə HİV/AİDS hadisəsinə dəhşətli, sürətlə yayılan və əlacı olmayan ağır xəstəlik kimi deyil, bəşəriyyətin artıq 30 ilə yaxın tanıdığı və mübarizə apardığı, qorunma yolları məlum olan, yoluxma hadisəsi baş verdikdə müalicə üsulları və dərman preparatları ilbəil yeniləşən xroniki infeksiya kimi baxmağı öyrənək, HİV-ə yoluxmuş şəxslərə üzdə deyil, daxilən tolerant münasibət bəsləyə bilək, onlara nə ikrah hissi ilə baxmayaq, nə də onlara yazığımız gəlməsin. HİV-lə yaşayan şəxslərin statusunu cəmiyyət tərəfindən şəkərli diabet, hipertoniya, revmatizm və sairə xroniki xəstəliklərdə olduğu kimi insanın həyat tərzi olaraq qəbul edilməsinə çalışmalıyıq. Layihədə əks olunmuş zərərin azaldılması proqramları dünyanın bir çox ölkələrində həm HİV/AİDS infeksiyasının yayılmasının qarşısının alınması, həm də narkomaniya və onunla bağlı cinayətkarlığın azaldılması sahəsində uğurla tətbiq edilir.Mənbə: Milli Məclis jurnalıMüəllif: Musa Urud, Millət vəkili, tibb elmləri namizədiHəmçinin bax: QİÇS
| ['HIV', 'QİÇS', 'immun çatışmazlığı', 'AIDS'] |
5,048 | https://kayzen.az/blog/roma-tarixi/6925/roma-demokratiyas%C4%B1n%C4%B1n-dir%C3%A7%C9%99li%C5%9Fi.html | Roma demokratiyasının dirçəlişi | Cavid | qədim Roma | 5 sentyabr 2011, 01:23 |
Orta əsrlərdə Şimali İtaliyada yaranan şəhər-dövlətlərindən Venesiya daha çox Qədim Roma Respublikasını xatırladırdı. Qədim Roma Respublikası V əsrdə süquta uğradıqdan sonra antik demokratiya (öz vətəndaşlarının da iştirakını nəzərdə tutan dövlət idarəetmə sistemi) siyasi səhnədən yox edilsə də, tarix səhnəsində qalmaqda idi. Roma demokratiyasının ənənələri İtaliya ərazisindəki azsaylı tayfaların idarəetmə sistemi olaraq qalırdı. Təxminən 1100-cü illərdə Şimali İtaliyanın bir çox şəhərlərində xalq hakimiyyətləri yenidən ərsəyə gəlməyə başladı. Bu, Şimali İtaliyanın kiçik şəhər-dövlətlərində baş verirdi. Dünyaya "respublika" ixtirasını bəxş etmiş italiyalılar öz əlləri ilə boğduqları "xalq hökumətlərini" yenidən qururdular. Şimali İtaliyanın şəhər-dövlətləri qədim Ellada və Roma dünyasının siyasi ənənələrini yenidən həyata qaytarırdılar. Bu "şəhər-respublikalar" (Florensiya, Venesiya, Genuya, Piza və s.) arasında Venesiya özünəməxsus xüsusiyyətləri ilə bərabər daha çox Qədim Romanı xatırladırdı. Qısa arayışVenesiya Respublikası İtaliyanın şimal-şərqində Adriatik dənizində Venesiya körfəzinin sahilində yerləşir. Venesiya Respublikası bir-birindən 150 kanalla ayrılan 118 adada salınıb. Adalar arasında 400-ə qədər körpü var. Şəhərin memarlığı Venesiya Respublikasının ən yüksək inkişaf dövründə (XIV-XVI əsrlər) formalaşmışdır. Zəngin bəzəkli kilsələr, dəbdəbəli saraylar, körpülər, ətrafında 3-4 mərtəbəli evlər tikilmiş ensiz, dolanbac küçələr Venesiyaya ecazkar görkəm verir.Respublikanın tarixindənVenesiyanın adı Adriatik dənizinin şimal-qərbində yaşayan venet tayfalarının adı ilə bağlıdır. 452-ci ildə Atilla İtaliyanın şimalını işğal edəndə Po çayının sahilində yaşayan əhali qonşuluqdakı körfəzin kiçik adalarına pənah aparır. Onlar burada balıqçılıqla, adalarda duz çıxarmaqla məşğul olmağa başlayırlar. 466-cı ildə adanın əhalisi ilk dövlətlərini - 12 kəndin nümayəndələrindən ibarət Nümayəndələr Şurasını yaratmağı qərara alırlar. Adalardakı qəsəbələr sürətlə böyüməsinə baxmayaraq, müəyyən dövlət quruluşuna malik deyildilər. Bizansın təsiri altında olan adaların dini və dünyəvi liderləri əhali ilə razılaşaraq adalarda hakimiyyəti vahid liderə vermək qərarına gəlirlər. Onlar 697-ci ildə adaların İcmalar Şurasını çağırırlar. Şurada bütün qəsəbələrin nümayəndələri belə qərara gəlirlər ki, hərbi qüvvələrə komandanlıq edən ümumi rəhbərin (dojun) başçılıq etdiyi bir dövlət yaratsınlar. Onlar Paoluççi Anafesti ömürlük doj seçirlər. Buna baxmayaraq, hələ ayrı-ayrı qəsəbələrdə özünüidarə qalıqları qalırdı. İlk vaxtlar hakimiyyət Herakleya şəhərində yerləşirdi, sonralar hökumət səhralıq olan Rialto adasına köçürülür. IX əsrdən başlayaraq Rialto adası ətrafındakı 60 ada Venesiya adlanmağa başlayır.Öz coğrafi mövqeyindən məharətlə istifadə edən Venesiya çox keçmədən böyük və güclü ticarət mərkəzinə çevrilir. IX əsrin əvvəllərindən Venesiyanın Bizansdan asılılığı formal xarakter daşımağa başlayır. 828-ci ildə o, müstəqilliyinin zahiri təzahürünü əldə edir, daha doğrusu "oğurlayır". Belə ki, venesiyalı tacirlər həvari Markın Misirdəki kilsələrin birində saxlanılan qurumuş cəsədini oğurlayıb Venesiyaya gətirirlər. Müqəddəs Mark Venesiyanın hamisinə, respublikanın rəmzinə çevrilir. Bundan sonra Venesiya həm də Müqəddəs Markın Respublikası adlanmağa başlayır və öz pulunu kəsir. İstriya ərazisi və 997-ci ildə Dalmasiya vilayətinin şəhərləri Venesiyanın tərkibinə qatılır. O, faktiki olaraq Adriatik dənizinin sahibinə çevrilir. Venesiya tacirləri artıq Bizansa heç bir ticarət rüsumu ödəmir, müsəlman Şərqi ilə sərbəst alver edirlər. Bu onlara Səlib yürüşlərində böyük üstünlük qazandırır. Onların əlində həm də səlibçilərin böyük ehtiyac duyduqları daşıma vasitələri var idi. Venesiyalılar hətta 1204-cü ildə Xaç yürüşləri zamanı fransızlara Konstantinopolu ələ keçirməkdə böyük yardım edirlər. Venesiya 130 il mübarizə apardığı rəqibi Genuyanı 1381-ci ildə məğlub edəndən sonra respublikanın materikdəki torpaqlarını genişləndirməyə başlayır: 1404-1405-ci illərdə Viçensa, Verona, Bassano, Feltre, Belluno, Paduya əraziləri, 1421-ci ildə Friul, 1428-ci ildə Breşiya və Berqamo, 1448-ci ildə Kremo əraziləri birləşdirilir. Nəhayət, 1489-cu ildə Kipr adası Venesiyanın tərkibinə qatılır. Artıq Aralıq dənizində Adriatik dənizinin (Venesiya) paytaxtı ilə rəqabət apara biləcək qüvvə yox idi. XV əsrin sonlarında Venesiya qüdrətinin zirvəsində olan varlı bir ölkə kimi düşmənlərinin canına qorxu salırdı. Onun əhalisi arasında elm və incəsənət geniş yayılmışdı. Lakin bu vaxt heç kəsin qarşısını ala bilmədiyi dəyişikliklər baş verir: Hindistana dəniz yolu, Amerika kəşf edilir. Dəniz ticarətinin Aralıq dənizindən Atlantik okeanına keçməsi Venesiya Respublikasının qüdrətinə ağır zərbə vurur. Zərbələr bir-birinin ardınca gəlir: osmanlılar Konstantinopolu alır, venesiyalıların materikdəki mülklərini bir-birinin ardınca işğal edirlər. XVII-XVIII əsrlərdə Venesiya-Türkiyə müharibələri nəticəsində Müqəddəs Markın Respublikası Balkanlarda və Aralıq dənizinin şimal rayonunda bütün ərazilərdən məhrum olur. O, özünün köhnəlmiş dövlət quruluşunu və ciddi neytrallıq gözləməklə əlində qalan mülklərini (Venesiya, İstriya, Dalmasiya və İoniya adalarını) qoruyub saxlamaqla kifayətlənir. 1797-ci ildə isə Napoleon Bonapart Venesiya Respublikasının bir dövlət kimi varlığına son qoyur. 1866-cı il Vyana sülhünə görə Venesiya İtaliya krallığının əyalətinə çevrilir.Dövlət idarəçiliyiAristokratik respublikanın klassik nümunəsi olan Venesiyada hakimiyyət strukturu mürəkkəb və dolaşıq idi. Hakimiyyətin təşkil olunduğu patrisi ailələrinin nümayəndələri əsas elitanı təşkil edirdilər. Patrisilərdən başqa Venesiyada idarəçilikdə müxtəlif vəzifələr tutmaq hüququ olan vətəndaşların sayı da kifayət qədər idi. Lakin onlar siyasi vəzifə tuta bilməzdilər. Xalqın əksəriyyəti formal olaraq hüquqsuz idi. Buna baxmayaraq, elita onların fikirlərini nəzərə alırdı. Respublikanın siyasi sistemi çoxsaylı vətəndaş komitələrinə və şuralarına əsaslanırdı. Onları bir-birinə müxtəlif maneələr və əksliklər sistemi ilə bağlayırdı.Hökumət işləri ilə respublikanın Senatı məşğul olurdu. Venesiya Senatı yenidən seçilmək hüququna malik və birillik müddətə seçilən 120 nəfərdən ibarət idi. 120 senatorun 60 nəfərini Böyük Şura seçirdi. Digər 60 nəfərini isə Senatın əvvəlki tərkibi irəli sürür və Böyük Şura tərəfindən təsdiqlənirdi. Bundan əlavə respublikanın müxtəlif siyasi orqanlarını təmsil edən 140 nəfər məşvərətçi səslə Senatda iştirak edirdi. Senata rəhbərlik edən 16 nəfərlik kollegiya hökumətin gündəlik qərarlarına cavabdehlik daşıyırdı. Bütövlükdə Senat respublikanın daxili və xarici siyasət məsələlərini həll edirdi. Respublikanın ali məhkəməsi funksiyalarını yerinə yetirən Qırxlar Şurasının üzvləri də 16 aylıq fəaliyyətdən sonra Senatın tərkibinə daxil olurdular. Onun tərkibi də Böyük Şura tərəfindən müəyyənləşdirilirdi. Böyük Şura
Respublikanın daxilində demokratik və aristokratik partiyalar arasında gedən mübarizə həmişə aristokratiyanın qələbəsi ilə nəticələnib. 1172-ci ildə baş verən növbəti iğtişaşların birində doj Vitali Makiyel öldürülür. Üsyandan sonra gələcəkdə iğtişaşların qarşısını almaq və dojların fəaliyyətini izləmək, həmçinin onların hakimiyyətini məhdudlaşdırmaq üçün aristokratiya Böyük Şura (italyanca Maggior Consiglio) təsis etməyi qərar alır. Çox keçmir ki, seçkili notabellərdən (Nobili- zadəgan) ibarət Böyük Şura respublikanın ali hakimiyyət orqanına çevrilir. O, tədricən dojların hakimiyyətini məhdudlaşdırır. O zaman xalq yığıncaqlarına nadir hallarda müraciət edilirdi və 1423-cü ildən sonra isə o, ümumiyyətlə, ləğv olunur. Böyük Şura Senatın qəbul etdiyi qərarları ratifikasiya edir, məsul vəzifələri təsdiqləyir, hərbi, siyasi və maliyyə siyasətini müəyyənləşdirirdi. Böyük Şura həmçinin ictimai vəzifələrə təyinatlara baxır, yeni-yeni ailələrə aristokrat adı verir, əfv fərmanları qəbul edirdi.Böyük Şura 6 şəhər dairəsindən birillik müddətə seçilən 480 vətəndaşdan ibarət idi. Şuranın 480 üzvünü 12 tribundan ibarət kollegiya təyin edirdi. Tribunları isə Venesiyanın 6 şəhər dairəsinin hər birindən 2 nəfər olmaqla əhali seçirdi. Bu qayda XIII əsrin əvvəllərinədək qalmaqda davam edirdi. Lakin şəhərin irsi aristokratiyası və plutokratiyasından təşkil edilən Böyük Şura müstəsna səlahiyyətləri (doj seçmək hüququ, bütün vəzifələrə sərbəst təyin etmək, bütün dövlət işlərini həll etmək) ilə kifayətlənməyərək getdikcə hakimiyyəti qəsb etməyə başladı. 1297-ci ildən Böyük Şuraya üzv olmaq məhdudlaşdırıldı. İlk öncə son dörd ildə şura üzvü olmuş şəxslər yenidən onun üzvü seçilə bilərdi. Lakin sonralar əcdadları şuranın üzvü olmuş vətəndaşlar da onun tərkibinə daxil edilirdilər. Onların hamısı "Qızıl kitab" adlanan xüsusi kitabda qeyd olunurdu. İndiyədək qorunan bu "Qızıl kitab"da Venesiyanın 300-dən artıq ailəsinin adı qeyd edilmişdir. Hər bir nobel (aristokrat) ailəsinin kişi üzvü 25 yaşdan Böyük Şuranın üzvü kimi qeydiyyata alınırdı. İlk vaxtlar bu şuraya 400-500 nəfər daxil idisə, sonralar onların sayı 1000 nəfərə çatırdı. Üzvlərinin sayının ən maksimal həddində Böyük Şuraya 2600 nəfər daxil idi. Böyük Şura öz növbəsində respublikanın əsas şuralarını, baş magistrləri və Venesiyanın dojunu seçirdi. DojBöyük Şura tərəfindən seçilən birinci doj Sebastiano Dziani olmuşdur. Dojun seçilməsi 11 mərhələli dolayı yolla həyata keçilirdi. Əvvəlcə Böyük Şuranın 30 yaşdan yuxarı üzvləri yığışaraq müxtəlif ailələrə mənsub olan 30 nəfəri seçirdilər. Sonra bu 30 nəfər 9 nəfəri, onlar da öz növbəsində 40 nəfəri seçirdilər. 40 nəfər də 12 nəfəri, onlar da 25 nəfəri seçirdilər. 25 nəfər 9 nəfəri, həmin 9 nəfər 45 nəfəri, o 45 nəfər 11 nəfəri, onlar isə 41 nəfərdən ibarət seçki komitəsi təyin edirdilər. Nəhayət, bu komitə doju seçirdi. Dojun hakimiyyəti çox məhdud idi. Şuranın bütün iclaslarında iştirak etmək hüququna malik olmasına baxmayaraq, onun öz fikrini yeritməyə ixtiyarı yox idi. Doj müstəqil qərar qəbul edə bilməzdi. Onun bütün əlaqələri, görüşləri və yazışmaları ciddi nəzarətdə idi. O, Venesiyanı tərk edə, respublika hüdudlarından kənarda mülkiyyətə sahib ola bilməzdi. Dojun yanında 6 məsləhətçisindən və Qırxlar Şurasının 3 üzvündən ibarət Kiçik Şura (Sinyoriya) var idi.Dojun üzərində daimi və total, eyni zamanda gizli nəzarət mövcud idi. Qırxlar Şurası və Böyük Şura gizli xəfiyyələri vasitəsilə onu diqqətlə izləyirdi ki, görsün doj sadə xalqla birləşib patrisiləri hakimiyyətdən salmaq niyyəti güdmür ki. Dövlət başçısının ehtiyatsız bir sözü, düşünülməmiş bir hərəkəti, hövsələsiz bir ifadəsi çox vaxt muzdlu qatilin tutulması ilə nəticələnirdi və təhlükəli adam aradan götürülürdü. Adi insanların nazı ilə isə çox oynamırdılar. 1298-1319-cu illər ərzində qəbul olunmuş bir sıra qanunlardan sonra tribunat institutu təmamilə ləğv edildi. Beləliklə, Böyük Şura bütün şəhər üzərində hakimiyyəti tamamilə ələ aldı. Amma bu çoxsaylı şura qanunvericilik işləri ilə paralel olaraq cari dövlət məsələlərini həll edə bilmirdi. Eyni zamanda doja etibar etmədiyi üçün bu məsələləri ona həvalə etmək istəmirdi. Bu amillərin təsiri ilə Qırxlar Şurasının əhəmiyyəti artmağa başladı. 1179-cu ildə cinayət işlərinin istintaqı üçün yaradılan Qırxlar Şurası XIV əsrdə dəyişikliyə uğradı. Artıq 40 nəfərdən yox, təxminən 200 nəfərdən ibarət olan Qırxlar Şurasının üzvləri əvvəlki tək doj tərəfindən deyil, Böyük Şura tərəfindən təyin edilirdi. O, təkcə məhkəmə işləri ilə yox, həm də Böyük Şuraya çıxarılan bütün işlərin ilkin müzakirəsi və müstəqil olaraq bir sıra vacib məsələlərin həlli ilə məşğul olurdu.Onluq Şurası1310-cu ildəki çıxışların birində doj Qradeniqoya qarşı sui-qəsd edilirdi. Aristokratiya öz hakimiyətini qorumaq üçün xüsusi tədbirə əl atdı: Onluq Şurasını təsis etdi. Venesiyada siyasi vəziyyətə nəzarət edən inkvizisiyaya oxşar Onluq Şurası 1335-ci ildən daimi fəaliyyət göstərməyə başladı. Böyük Şura tərəfindən birillik müddətə seçilən Onluq Şurası üzvündən üç nəfərini özünə üç aylıq başçı seçdi. Doj öz məsləhətçiləri ilə bəzi iclaslarda iştirak etsə də, səs verə bilməzdi. Şuranın rəsmi məqsədlərindən biri doja və digər təşkilatlara nəzarət etmək idi. Geniş xəbərçilər sisteminə malik şura anonim məlumatlar əsasında respublikanın bütün idarəetmə strukturlarının fəaliyyətini qiymətləndirirdi. Onluq Şurasının lazım bildiyi istənilən adamı həbs etməyə, işgəncə verməklə dindirməyə və qiyabi olaraq hökm çıxarmağa hüququ var idi. Məsələn, 1355-ci ildə Doj Marino Falyera Onluq Şurası tərəfindən ölüm cəzasına məhkum olundu. Onluq Şurasının üzvləri Böyük Şuranın iclaslarında seçildiyindən və bu iclaslara kənar şəxslər buraxılmadığından, tərkibi heç yerdə açıqlanmadığından anonim hakimiyyət orqanı idi və şəhər əhalisi onun üzvlərini tanımırdı. Onluq Şurası Kiçik Şura və Senat Kollegiyası ilə birgə respublikadakı bütün hakimiyyətin cəmləşdiyi Tam Kollegiyanı təşkil edirdi. 1539-cu ildə Onluq Şurası öz tərkibində üç nəfərdən ibarət yeni dövlət inkvizitorları adlanan qrup yaratdı. XV əsrin sonlarında Onluq Şurasına işlərində kömək etmək üçün Senatdan seçilmiş 15 nəfər də daxil edildi. Bu şuranın səlahiyyətləri getdikcə genişləndirilirdi. Dojlar sarayında oturan Onluq Şurası anonim donoslardan o qədər geniş istifadə edirdi ki, binanın bir çox yerində bayırdan ağzı açıq insan üzü şəklində daş maskalarla örtülü yarıqlar açmışdılar. Donosları atmaq üçün nəzərdə tutulan və "Şir ağzı" adlanan bu maskalar indi Venesiyanın simvoludur."Yeni Atlantida"1000 ildən çox mövcud olan Venesiya orta əsrlərdə nəinki İtaliyanın, hətta bütün Avropanın və bütövlükdə dünyanın tarixində mühüm rol oynayıb. Bütün mövcudluğu dövründə Venesiya öz siyasi quruluşunu qoruyub saxlaya bilib. Bu onun daxili sabitliyindən irəli gəlirdi. Venesiyanın siyasi sabitliyi sosial ədalətdən daha çox iqtisadi yüksəlişin davamlılığı ilə bağlı idi. Bu günə qədər Venesiyanın həyatda qalmasında büyük rol oynayan dəniz indi ona ölümcül zərbələr endirməkdədir. Son 100 ildə Adriatik dənizinin səviyyəsi 33 sm qalxıb. Venesiya hər il 5 mm olmaqla suya qərq olur. Bundan başqa subasmalar, dəniz qabarmaları, binaların dənizin duzlu (və çirkli) suyunun təsirindən dağılması, cavanların şəhəri tərk edib getməsi və s. Bəziləri hətta Venesiyanı "XXI əsrin Atlantidası" da adlandırırlar.Mənbə: Milli Məclis jurnalıHəmçinin bax: Roma dövlətinin yaranması, Romada quldarlıq və islahatlar, Pun müharibəsi, Romada quldarləğın tənəzzülü
| ['qədim Roma', 'Romanın tarixi'] |
5,049 | https://kayzen.az/blog/stil/6920/%C3%A7ivz%C9%99l%C9%99r%C9%99-v%C9%99-s%C4%B1zanaqlara-qar%C5%9F%C4%B1-5-resept.html | Çivzələrə və sızanaqlara qarşı 5 resept | Qını | Yaraşıqlı görünüş, gözəl imic | 4 sentyabr 2011, 18:23 |
Sizlərə təqdim edecəyim çivzələrə qarşı 5 ən sadə reseptlərdir. Hazırlanması qaydasına diqqət yetirin və çivzələrin getdikcə yoxa cıxdığının şahidi olacaqsınız. Gəlin elə birinci reseptən başlayaq. 1-ci resept - Lazım olanlar: 100 qram spirt, 6 eded aspirin. Hazırlanması: Aspirinler ezilir ve spirtle qarışdırıldıqdan sonra 3 gün saxlanılır.Bu qarışıq üz derisine her gün çekilir.2-ci resept - Lazım olanlar: yarım fincan pomidor suyu, yarım fincan qliserin, yarım fincan spirt. Hazırlanması: Her üçü bir şüşe qaba doldurulub yaxşı çalxalandan sonra her gün üze çekilir.
3-cü resept - Lazım olanlar: Teze qoz. Hazırlanması: Teze qozun qabıqlarının suyu çıxarılaraq sızanaq üzerine sürtülür.4-cü resept - Lazım olanlar: 1 çay qaşığı ağ toz gil, 1 çay qaşığı Hidrogen Peroksid, 1 eded antibiotik (tabletka). Hazırlanması: Antibiotik toz halına getirilir.Gil ve Hidrogen Peroksid elave edilib qarışdırılır.Üz derisi temizlendikden sonra çivzeler üzerine sürtülüb 30 deqiqe saxlamaq lazımdır.5 günden sonra tesiri hiss edilecek(Her gün edilmelidir).5-ci resept - Lazım olanlar: 1 eded soğan, 1 xörek qaşığı yaşıl gil, yarım limon suyu. Hazırlanması: Soğan bişirilib mikserden keçirilir.Gil limon suyunda eridilib (özü limon suyuna qarışır) soğanla qarışdırılır.Bu qarışıq sızanaqlı deriye maska kimi sürtülür.
| ['çivzələr', 'sızanaqlar qarşı resept'] |
5,050 | https://kayzen.az/blog/Operon/6916/sevgi-serenadasi.html | Sevgi Serenadasi | Operon | Bloq: Operon | 4 sentyabr 2011, 17:03 |
Kisiler qadinlarin ilk esqi,qadinlar kisilerin son esqi olmasini ister Oscar WildeEy Gozelim...!!! Yer uzunun en deyerli saf incisi...!!! Sevirsenmi bu mezlumu???
Sen susursan.Bu ne demek? Belke sevmeyirsen meni? Bunu bil ki,sen ey melek sen yoxsansa men de yoxam,Sensiz Dunya neye gerek... Dord Terefim Qaranliqdir,Omrumun Gunewi sensen.Saf sevgimin sahibesi niye meni sevmeyirsen? Ele ise,al xenceri sen vur menim ureyimden,qurtar meni bu ezabdan,iztirabdan.Inan olum daha wirin mene sensiz yawamaqdan.Yox...!! Yox..!! Dayan..!! ne edirsen? Ureyimden vursan meni ozunu de mehv edersen.Axi koksumde doyunen Ureyimin Ele Ozu Axi Sensen...!!!04.09.2011^OPER^
| ['Poeziya'] |
5,051 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/6914/g%C3%B6nd%C9%99rilm%C9%99y%C9%99n-m%C9%99ktub.html | Göndərilməyən məktub | ORIGINAL | Düşündürücü hekayələr | 4 sentyabr 2011, 14:27 |
"Salam ana. Necəsən? Hər şey yaxşıdırmı? Ümid edirəm ki, hamı salamatdır.Sizlər üçün elə darıxmışam. Ən çox da sənin üçün anam. Başıma sığal çəkməyindən, mənə şirin- şirin "əziz balam" deməyindən, məlahətli səsindən, hətta məni danlamağında ötrü belə darıxmışam. Ana, babam necədir? Yenə hər axşam televizora baxmaq üstündə balaca qardaşımla dava edirlər? Yəqin, indi də aranı sakitləşdirməkdən ötrü babamın ən sevimli qız nəvəsi, bacım onun ən sevdiyi kitabı götürüb onun üçün bərkdən oxuyur.
Atam bəs? Əminəm ki, hər zaman olduğu kimi əllərini yumadan süfrədə oturur. Sən də əlini yuyub gəlincəyə qədər ona yemək vermirsən. Balacanın dərsləri necədir? Qiymətlərini düzəldə bilibmi? Ona balaca dediyimi bilsə yenə hirslənəcək. Ən acığı gələn şeydir. "Mən artıq böyümüşəm, yekə oğlanam"deyəcək. Havalar soyuyub, yəqin, həmişəki kimi həyətə çıxmırsınız. Babam da ki heç. O, yay- qış bilmədən hər axşam çayını eyvanda içəcək, bacım da onun yanında. O ikisi həmişə, hər yerdə birlikdə olurlar. Ana bu gün axşama nə bişirmisən. Bilirsən də, soğanın az eləyəcəksən, mən soğan sevmirəm. Bilirəm ən acığın gələn şeydir, həmişə onun üstündə deyinirsən "Qoymazlar ki, yeməyi bir dəfə də olduğu kimi bişirim.Biri soğanı sevmir, biri istiotu sevmir, biri duzlu istəyir, sizin sayənizdə yeni yemək növləri meydana çıxır." Məni soruşsan, yaxşıyam. Narahat olma, əynimi isti geyinirəm, gecə də üstümü bərk-bərk örtürəm. Bir az qrip olmuşam, amma ciddi bir şey deyil.
Hamınız üçün çox darıxmışam. Hər gecə yuxumda sizləri görürəm. Sabah axşam da süfrədə bir boşqab artıq qoyarsan, mənim üçün. Yenə gələcəm. Hələlik." Birdən zalın işığı yandı. "Qızım, sən burda neynirsən yenə?" deyə, kimsəsiz uşaqlar evinin müdiri masa arxasında əyləşən, əlində bir zərf olan qızdan soruşdu. "Heç elə-belə" deyib zaldan qaçaraq çıxan qizin dalınca baxan müdirə xanım:"Yazıq balam. Yenə öz xəyallarında qurduğu ailəsinə göndəriləcək, bir ünvanı belə olmayan məktub yazır."deyə öz özünə dedi.
Müəllif:Şəbnəm Hümbətova
| ['düşündürücü hekayələr', 'təsirli hekayə', 'məktub'] |
5,052 | https://kayzen.az/blog/stil/6911/cild%C9%99-qulluq.html | Cildə qulluq | Qını | Yaraşıqlı görünüş, gözəl imic | 4 sentyabr 2011, 04:27 |
1. Fəsilllər dəyişəndə dəriniz quruyub, tökülə bilər. Dərinizə ipək kimi bir görünüş qazandırmaq və ölü hüceyrələrdən təmizləmək üçün kisə köməyiylə yüngülcə masaj edin. Dərinizi zədələməmək üçün kisəni çox basmayı, göz ətrafına dəydirməməyə diqqət edin.2. Dərinizin sağlamlığını qorumaq və qırışları aradan qaldırmaq üçün mütləq nəmləndirici krem istifadə edin. Quru dəriyə sahibsinizsə, yağ əsaslı nəmləndiriciləri; yağlı dəriyə sahibsinizsə, su əsaslı nəmləndiriciləri seçə bilərsiniz. T bölgəsi yağlı dərilərdə isti duşdan sonra yanaqlarda qızartılar ola bilər. Dəri tipinizə uyğun bir kremlə mütləq nəmləndirməlisiniz.3. Göz ətrafı həssasdır və hər vaxt istifadə etdiyiniz nəmləndirici kremlər allergiyaya səbəb ola bilər. Mimikalar və yaşa bağlı olaraq göz ətrafında qırışların meydana gəlmə ehtimalı yüksəkdir. Bu bölgə üçün xüsusi olaraq çıxarılmış kremləri hər gecə yatmadan əvvəl çəkməyi vərdiş halına gətirin. Yağlı dəriyə sahibsinizsə, gel formasında; quru dəriyə sahibsinizsə, pudra tərkibli kremləri seçə bilərsiniz.4. T bölgəsi yağlı dərilərdə gün içərisində parıltılar görünə bilər. Kosmetik marketlərdə asanca tapa biləcəyiniz quruducu kağızları mütləq yanınızda gəzdirin. Dərinizdə həddindən artıq yağlanmadan qaynaqlanan parıltıları quruducu kağızlar sayəsində yox edə bilərsiniz.5. Dəri baxımı üçün maska etməyə vaxtınız yoxdursa, yalnız bal çəkib 15 dəqiqə gözlətdikdən sonra ilıq suyla durulaya bilərsiniz. Bal; içində oldurduğu maddələr sayəsində mikrobları öldürər, yəni sızanaqları yox edər, qara nöqtələri təmizləyər və dərinizin özünü yeniləməsinə kömək edər. Quru dəriyə sahibsinizsə, balın içinə bir miqdar zeytunyağı əlavə edib qarışdırın və dərinizə tətbiq edin. Zeytunyağı; dərinizi bəsləyər.6. Qatıq; hər dəri tipi üçün uyğun bir maskadır. Quru dəriyə tətbiq olunduğunda nəmləndirər, yağlı dəriyə tətbiq olunanda çox yağı yox edər. Gecə yatmamışdan əvvəl üzünüzə və boyun bölgənizə qatıq çəkərək 15 dəqiqə gözlədin, ilıq suyla yuyun.
7. Dəri maskalarından daha təsirli nəticələr əldə etmək üçün təmiz bir tülü maskanın üzərinə örtün. Dəri baxımı üçün özünüzə xüsusi bir tül ayırın, hər istifadədən sonra mütləq yuyun.8. Yağlı dərinizi təmizləmək üçün gil maskası tətbiq edə bilərsiniz. Bütün kosmetik marketlər və təbii məhsul satan dükanlardan asan əldə edə biləcəyiniz gil maskası həm dəri, həm də bədəndəki sızanaqları yaxşılaşdırmaq üçün təsirli bir üsuldur.9. Həssas dərilərdə baxımdan sonra qızartılar meydana gələ bilər. Qızartıları yaxşılaşdırmaq üçün bir paket yaşıl çay ya da çobanyastığı çayını dəmləyin. İlıq olduqdan sonra çay paketini üzünüzdə gəzdirin.10. Soyuq havalarda dodaqlarda çat ola bilər. Ən asan müalicə üsulu olaraq bal və şəkər tozu qarışığını istifadə etməkdir. Bir miqdar bal və şəkər tozunu kiçik bir qabda qarışdırın. Barmaqlarınızın uclarıyla çox basmadan qarışığı dodaqlarınıza tətbiq edin.
| ['cildə qulluq qaydaları'] |
5,053 | https://kayzen.az/blog/stil/6910/g%C3%B6z%C9%99llik-sirrl%C9%99ri.html | Gözəllik sirrləri | Qını | Yaraşıqlı görünüş, gözəl imic | 4 sentyabr 2011, 04:20 |
Tanınmış kino uduzu və eləcədə xeyirxahlığı ilə də tanınan və sevilən Audrey Hepburn'dan gözəlliyinin sirrini soruşduqda, onun özünəməxsus cavabı olub və bu suala cavab olaraq aşağıdaki makiyaj tərifini vermişdi.- Gözəl və cazibədar dodaqlara sahib olmaq istəyirsinizsə, dodağınıza şirin sözdən başqasını toxundurmayın.- Gözəl gözləriniz olsun istəyirsinizsə, gözəl insanlarla göz -gözə gəlin, gərçək dostlar qazanın.- İdeal bədən ölçülərinə sahib olmaq və həmişə incə görünmək istəyirsinizsə, yeməyinizi yoxsullarla və aclarla paylaşın.- Gözəl saçlara sahib olmaq istəyirsinizsə, övladınızın gündə ən az bir dəfə saçlarınıza sığal çəkməsinə icazə verin.- Diqqət çəkici pozalar vermək istəyirsinizsə, yanınıza hər zaman təvazökarlığı alaraq gəzin, əsla cahilcə və gürurla gəzməyin.
- İnsanların da əlimizin altındakı əşyalar kimi, hətda onlardan çox daha artıq yenilənməyə, diqqət görməyə ehtiyacları vardır. Heç bir insanı artıq işə yaramır deyə əlinizdən çıxarma haqqınız yoxdur.- Xatırlayın, bir yardım əlinə ehtiyac duyarsanız o zaman öz çiyninizdən qolunuza doğru göz gəzdirin, dirsəyinizə ve biləyinizə çatdıqda orada bir yardım əli tapacaqsınız.- Yaşlandıqca iki əlinizin olduğunu, birinin özünüzə digərinin də başqalarına yardım etmək üçün yanınızda hazır gözlədiyini fərq edəcəksiniz.- Bir qadının gözəlliyi geyindiyi geyimdə, bədən ölçülərində deyildir. Bir qadının gözəlliyi gözlərindən oxunmalıdır, çünki gözlər qəlbə, yəni eşqin yaşadığı ölkəyə gedən qapıdır.- Bir qadının gözəlliyi üzündəki xallardan deyil ,içində saxladığı ruhundan oxunur.
| ['Audrey Hepburn', 'gözəllik sirrləri'] |
5,054 | https://kayzen.az/blog/stil/6907/sell%C3%BClitl%C9%99-m%C3%BCbariz%C9%99d%C9%99-8-qayda.html | Sellülitlə mübarizədə 8 qayda | Qını | Yaraşıqlı görünüş, gözəl imic | 4 sentyabr 2011, 03:54 |
Aşağıda göstərilən qaydalara əməl edərək bu problemdən qurtula bilərsiniz, əlbətdə ki, çox şey məhz sizdən asılıdır.1. Çəkinizi azaldın -Buna nail olmaq üçün yağlı qida qəbulunu azaldın və təzə meyvə və tərəvəzdən istifadə edin. 2. Düzgün qidalanın -Sağlam qida qəbul etməyə üstünlük verin. Bu, orqanizmin vəziyyətini balanslaşdırmağa kömək edəcək və sellülitin yaranması üçün yaxşı şəraitin yaranmasına imkan verməyəcək. 3. Qəbizlə mübarizə aparıb -Bir qayda olaraq, qəbzlikdən əziyyət çəkən insanlarda sellülit olur. Qəbizliklə mübarizə aparmaq üçün ekspertlər tərkibində dənli bitkilər olan qidaları qəbul etməyi məsləhət görürlər. Bundan əlavə, yeməyə az miqdarda xam kəpək də əlavə etmək olar. 4. Bədəninizdəki problemli yerləri masaj edin -Hər dəfə vanna və duş qəbul etməzdən əvvəl bud və dizdən yuxarını masaj edin.
5. İdmanla məşğul olun -Ekspertlərin çoxu hesab edir ki, problemin həlli üçün idmanın təmassız növlərindən istifadə etmək lazımdır. Ən yaxşısı qaçmaq və üzməkdir. 6. Dərindən nəfəs alın -Dərindən nəfəs almağı öyrənin. Çünki nəfəs alarkən orqanizm böyük həcmdə oksigen qəbul edir. Oksigen isə qandakı yağı yaxşı yandırır. 7. Daima sakit vəziyyətdə olmağa çalışın -Tədqiqatlar göstərir ki, sellülit bədənin əzələləri gərgin olarkən dəri altına daha çox yığılır. Əzələlər isə çox vaxt stressin təsiri altında yığılırlar. Buna görə də işdə daima stress altında olan insanlar öz emosiyalarına nəzarət etməyi öyrənməlidirlər. Yoqa- ideal antistress vasitəsidir.8. Bunu isə özünüz tapın)
| ['sellülit', 'ideal bədən'] |
5,055 | https://kayzen.az/blog/stil/6906/%C3%BCzd%C9%99-olan-l%C9%99k%C9%99l%C9%99r%C9%99-v%C9%99-%C3%A7ill%C9%99r%C9%99-qar%C5%9F%C4%B1-maskalar.html | Üzdə olan ləkələrə və çillərə qarşı maskalar | Qını | Yaraşıqlı görünüş, gözəl imic | 4 sentyabr 2011, 03:43 |
1-Əgər üzünüzdə çil varsa, əvvəlcə isti suya 5-6 çay qaşığı soda töküb əriyincə qarışdırın. Onunla üzünüzü silin.Çillərin və ləkələrin rəngi yox olar. 2-Cəfəri kökünü xırda-xırda doğrayıb dəmlədikdə və ona limon suyu qarışdırıb səhər və axşam üzə çəkdikdə çillər və ləkələr ağarır. 3-Üzdəki çilləri təmizləmək üçün turp şirəsinə araq,bal,duz əlavə edib qarışdırın və üzünüzə çəkin.4-Kələmi suda qaynadıb sonra süzün.Həmin su ilə üzü yuduqda üz dəriniz təmizənər və təravətlənər. 5-Yarpızı və dəfnə yarpaqlarını birlikdə əzin.Ondan üz dərinizə və əllərinizə sürtün.Ləkələr təmizlənər. 6-Çiyələyin meyvəsini və yarpaqlarını birlikdə əzin və dəriyə çəkin.Çillər və ləkələr yox olar.1 neçə gün edin.
| ['üzdəki çillər', 'çillər'] |
5,056 | https://kayzen.az/blog/stil/6905/b%C3%BCt%C3%BCn-d%C3%BCnyadan-g%C3%B6z%C9%99llik-sirl%C9%99ri.html | Bütün dünyadan gözəllik sirləri | Qını | Yaraşıqlı görünüş, gözəl imic | 4 sentyabr 2011, 03:27 |
Hindistan Hindli qızların uzun və ipək kimi saçları bir əfsanədir. Yaxşı, bəs onların saçları niyə bu qədər gözəldi? Sirləri - Kokos yağı. İlıq Kokos yağını saç dərisinə masaj edərək tətbiq edirlər və gecə onunla yatarlar. Səhər yuyarlar. Bu proses ümumiyyətlə həftədə bir dəfə edilir. Kokos yağı cildi bəsləyər və nəmləndirər, saçlar bir müddətdən sonra daha parlaq və canlı olar. Fransa Möhtəşəm cildə sahib olan Fransız qadınlarının gözəllik sirri isə, gilas və nar maskasıdır. Gilas və nar dənələrini blendr'dan keçirdin, əldə etdiyiniz qarışımı üzünüzə tətbiq edin. Bu cür maskanı həftədə bir dəfə, 5-6 dəqiqə edə bilərsiniz. İtalya İtalyan qadınlarının parlaq saçlarının sirri,qatıqdır. Bir miqdar qatığa bir qaşıq zeytunyağı qatın və bu qarışımı saçlarınıza yedirdin. 5 dəqiqə sonra durulayın. Nəticə; canlı və parlaq saçlar!
İspanya İspanyalı qadınlar saçlarının parlaqlığını qorumaq üçün zoğal suyu istifadə edirlər. Yarım stəkan zoğal suyu və eyni miqdarda suyu qarışdırın. Bu qarışım ilə saçlarınızı yuyun. Ancaq bu baxım ancaq qaraşınlar üçün uyğundur. Sarışınlar, zoğal yerinə limon suyundan istifadə edə bilərlər. İngiltərə İngilis qadınlarının hamar cildinin sirri, yulaf unu. İki qaşıq smetan və dörd qaşıq yulaf ununu qarışdırın. Qarışımı biraz gözlətdikdən sonra cildinizə maska olarak çəkin. Nəticə; krem çəkməmiş belə parlaq bir cild!
Həmçinin bax:Gözəl olmaq üçün məsləhətlərCazibəli qadının gözəllik sirləri
| ['gözəllik sirləri', 'gözəl görünüş', 'gözəl qadın', 'gözəllik sirrləri'] |
5,057 | https://kayzen.az/blog/stil/6904/%C3%BCz-%C3%BC%C3%A7%C3%BCn-maskalar.html | Üz üçün maskalar | Qını | Yaraşıqlı görünüş, gözəl imic | 4 sentyabr 2011, 03:04 |
Yağlı dəriyə sahib olanlar əslində şanslıdırlar. Çünki dəriləri gec qırışır. Yağlı dəri tipinin ən böyük qüsuru isə çox parlamasındadır. Düzdür, yağlı dərilər sızanaq və qara nöqtə kimi problemlərlə sıx qarşılaşsa da, digər dəri tiplərinə nisbətən daha gec qırışır və yaşlanır. Sızanaq və qara nöqtə, üzün parıldaması kimi problemləri isə təbii qulluq maskaları ilə həll edə bilərsiniz. Türkiyə mətbuatına istinadən bu maskalardan bəzilərini təqdim edilir. Əgər dəriniz yağlıdırsa, gündə iki dəfə bu şəkildə təmizləyin: Bir kasada isti su qoyun. İçinə bir ovuc quru çobanyastığı tökün. Beş dəqiqə gözləyib süzün. Sonra kiçik və yumşaq bir dəsmalı bu suya batıraraq yaxşıca isladın və üzünüzə kompres edin. Bu əməliyyatı 5 dəqiqə müddətində davam etdirin. Daha sonra üzünüzü gül suyuna batırılmış pambıqla silin.
Badam maskası: Çobanyastığı, cökə çiçəyi, lavanda, mürver ağacı çiçəyi və şam filizindən bərabər miqdarda götürüb, qarışdırın. Bu qarışıqdan 2 xörək qaşığı alıb, 150 qram suda qaynadın. Bu qarışığa 3 xörək qaşığı badam da qatıb, qaynatmağa davam edin. Ardından 1 çay qaşığı un və yarım çay qaşığı bal əlavə edin. Ocağın üzərindən götürün və süzün. İsti şəkildə qarışığı üzünüzə çəkin. Əlbəttə istiliyi dözüləcək qədər olmalıdır. Yarım saat gözlədikdən sonra, əvvəl isti, sonra soyuq su ilə üzünüzü yuyun.
Alma maskası: Yarım almanı rəndələdikdən sonra, yaxşıca çırpılmış yumurta ağı ilə qarışdırın. Əldə etdiyiniz qarışığı üzə və boyunuza çəkib 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə durulayın. Bal maskası: Üç qaşıq bal, iki qaşıq qatıq və bir az yulaf ununu qarışdırın. Bu qarışıq pilinq təsiri bağışlayar. Qara nöqtələri təmizləyər. Üstəlik bu maskanın dərinin zədələnməsinin qarşısını da alır. Pomidor maskası: Yetişmiş bir pomidoru püre halına gətirin və 15-20 dəqiqə üzünüzdə saxlayın. Sonra ilıq su ilə durulayın.
Xiyar maskası: İki ədəd xiyarı rəndələyib bir qaşıq qatıq ilə qarışdırın. Yaxşıca qarışandan sonra üzünüzə sürtün və 20 dəqiqə gözləyin. Sonra durulayın. Dəriniz o qədər təravətli olacaq ki, toxunduqda inana bilməyəcəksiniz.
Müəllif - Ragin EsperanzəHəmçinin bax:Dəriyə qulluqQuru dəri üçün qulluq vasitələri
| ['maskalar.üz maskaları'] |
5,058 | https://kayzen.az/blog/stil/6903/sa%C3%A7-boyalar%C4%B1-v%C9%99-ondan-yaranan-x%C9%99st%C9%99likl%C9%99r.html | Saç boyaları və ondan yaranan xəstəliklər | Qını | Yaraşıqlı görünüş, gözəl imic | 4 sentyabr 2011, 02:48 |
Yeyib-içdiklərimizin tərkibini düşünsək də, boya, krem və parfümeriyaların, o cümlədən saç boyasının içində nə olduğuna fikir vermirik. Saç boyalarında istifadə edilən kimyəvi maddələrdən 22-si Avropa ölkələrində qadağan olunmuşdur. Bəs görəsən bu hal digər ölkələrdə necədir? Saçlara qulluq etmək və daha da gözəl görünmək istəyənlər görəsən hansı problemlərlə üzləşə bilər. Aşağıda buna dair bəzi msələhətləq qeyd olunmuşdur.
Saçı əmələ gətirən 5 əsas element var:
1. 83-87% protein.
2. 3% nəm.
3. Duz.
4. Şəkər.
5. Yağ turşusu.Saç canlı bir orqanizm olmadığı üçün bu elementlər həmişə qorunmalıdır. Çalışın təbii boya olaraq saçınıza həmişə həna qoyun. Çünki həna saçı həm qüvvətləndirir, həm də canlılıq verir.Saç boyaları xərçəng xəstəliyinə səbəb olurmu? Yeyib-içdiklərimizin tərkibini düşünsək də, boya, krem və parfümeriyaların, o cümlədən saç boyasının içində nə olduğuna fikir vermirik. Saç boyanarkən saçın təmiz, yaxud çirkli olması vacib deyil. Lakin boyamadan öncə saçınızda jele, biryantin kimi saçşəkilləndirici varsa, təmizləyin. Çünki belə maddələr boyanın saça kifayət qədər nüfuz etməsinə mane olur. Saç boyasını vurmazdan əvvəl saçın diblərinə nəmləndirici krem vursanız, sonradan boyanı nəmli pambıqla dəridən təmizləmək asanlaşır.Saçınızı boyayarkən bunlara diqqət edin: — Öncə boyanın istifadə qaydasını oxuyun;
— Köhnə paltar geyinin;
— Saçınızın ətrafındakı dərinin ləkələnməməsi üçün bir az vazelin vurun, elə edin ki, saça bulaşmasın;
— Boyanı vurarkən mütləq əlcək geyin;
— Saçları bölərkən və boyanı yayarkən genişağızlı daraqdan istifadə edin;
— Dəriyə bulaşan boyanı yaş dəsmal, şampunlu və ya dəri təmizləyən pambıqla silin;
— Rəngin tutması üçün vaxta düzgün əməl edin.Kimyəvi saç boyaları, oksigen əsaslı krem və sintez piqmentlərinin qarışdırılması ilə əldə edilir. Bu qarışıq saçın aralarına dolur və yığılıb qalır. Bu səbəbdən də saçın qidalanmasını təmin edən yağ saç uclarına təsir edə bilmir və nəticədə saç codlaşaraq qırılır, cansız və solğun görünür.Həmçinin bax:Saçlarınız gözəl olsun!Hörüklü saçlar
| ['saç boyaları', 'saçlara qulluq', 'qadın saçları', 'saçlar', 'saç'] |
5,059 | https://kayzen.az/blog/poeziya/6902/k%C3%BCl%C9%99kl%C9%99r.html | Küləklər | Old_Baku_ | Poeziya | 4 sentyabr 2011, 01:44 |
Həər səhər,hər axşam,hər axşam hər səhərÇox zaman sərsəri küləklər bixəbərBir yaxın dost kimi qapımı döyərlər,Küləklər,küləklər,bəstəkar küləklər,Dünyanı dolaşan bəxtiyar küləklər!Bəziniz qorxulu,bəziniz qorxusuz,Bəziniz duyğulu,bəziniz duyğusuz,Bəziniz uyqulu,bəziniz uyqusuz,Küləklər,küləklər,ey sərin küləklər,Sizdə var qorxusu hər yerin,küləklər!
Ey çəlğın küləklər,nəşəniz daşarkən,Bağların şehindən mey sorub coşarkən,Nalqıran dağları atlayıb aşarkən,Məni də alınız,uçayım dağlara,Könlümdə nə varsa,açayım dağlara!Gurlayın,ilhamım,sənətim gurlasın!Fırtınam,qasırğam,qüdrətim gurlasın!Şimşəyim parlasın,zülmətim gurlasın!Ey məni sərazad bəsləyən küləklər,Bir dağın başından səsləyən küləklər! Mikayil Müşfiq
| ['poeziya'] |
5,060 | https://kayzen.az/blog/elshad/6901/ata-o%C4%9Ful.html | Ata oğul | elshad | Bloq: elshad | 4 sentyabr 2011, 01:07 |
Ata –oğul sahillə gəzirdilər. Balaca oğlanın gözü sahildəki çınqıl daşlarına sataşdı…- Ata, bu yerdəki daşlar nədi? - Çınqıl daşarıdı, oğlum.- Ata, bəs bunlar?- Oğlan yaxınlıqdakı daşları göstərdi. - Onlar da çınqıl daşarıdı, oğlum. - Bəs bunlar? - Onlar da… - Gör nə qədər çınqıl daşları var bu sahildə?
- Elədir, oğlum…- Ata, bəs dünyada bundan daha da çox şey var?- Var, oğlum… -Nədir o, ata? - Atanın günahları, oğlum… - Sənin günahlarından da çox şey varmı? - Var, oğlum… - Nədir, ata? - Allahın rəhmi, oğlum…
| ['İbrətamiz hekayə'] |
5,061 | https://kayzen.az/blog/turizm/6899/istanbul-%7C-avropan%C4%B1n-m%C9%99d%C9%99niyy%C9%99t-paytaxt%C4%B1.html | İstanbul | Avropanın mədəniyyət paytaxtı | Cavid | Turizm | 3 sentyabr 2011, 23:38 |
Dünyada iki qitədə (Avropa və Asiya) yerləşən yeganə şəhər İstanbuldur. Özündə zəngin tarixi və mədəniyyəti yaşadan, 2 000 illik tarixi boyunca 3 böyük imperiyanın paytaxtı kimi tarixin hər üzünü görən məkan. Başdan-başa zəngin mədəniyyət abidələri ilə dolu şəhər və muzey. İstanbulu tanımaq üçün onun haqqında oxumaq, danışılanları dinləmək yetərli deyilmiş. Bunun üçün mütləq tarix qoxan küçələri addım-addım dolaşmaq, dünya üzərindəki ən böyük imperiyalardan - Bizans və Osmanlıdan qalan mirası yerində görmək, hər küncündə özün üçün kəşflər etmək lazımmış. Bu ecazkar şəhəri kəşf etdikcə tanımağa başlayırsan, tanıdıqca sevirsən. Qardaş ölkənin ən böyük şəhərinə ilk dəfə ayaq basanda məndə yaranan birinci təəssürat belə oldu: Napoleon Bonapart heç də yanılmayıb.Kəşf etdikcə tanınan, tanındıqca sevilən şəhərBöyüklüyünə görə dünyanın beşinci şəhəri olan, 8500 illik tarixə malik İstanbul həm də Türkiyənin mədəni, iqtisadi və maliyyə mərkəzidir. Mərmərə dənizi, dənizdə görünən adalar, məşhur Xəlic limanı, İstanbulu Avropa və Asiya ilə birləşdirən körpü, Bosfor boğazı bu şəhərə xüsusi gözəllik verir və bu gözəlliyin fonunda o, dünyanın tayı-bərabəri olmayan şəhərinə çevrilir.Hər addımında insana tarixi xatırladan qədimliklə müasirliyi, şərqlə qərbi özündə yaşadan İstanbul Avropa Birliyi Mədəniyyət Nazirləri Şurasının qərarı ilə 2010-cu ildə Avropanın mədəniyyət paytaxtı seçildi. İstanbulun tarixi abidələrinin çoxu YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilib. Şəhərdə ən böyük tarixi abidələr Sultan Əhməd meydanındadır. Roma, Bizans və Osmanlı imperatorluqlarının izlərini özündə yaşadan meydanda məşhur Sultan Əhməd camesi, Topqapı sarayı və Ayasofya məbədi yerləşir.Tayı-bərabəri olmayan Sultan Əhməd camesiTürk və islam dünyasının ən möhtəşəm abidələrindən biri olan Sultan Əhməd məscidi həm də muzey kimi fəaliyyət göstərir. Namaz vaxtı buraya turistlərin girişi dayandırılır. 1609-1616-cı illərdə inşa edilən və klassik türk sənətinin örnəyi olan bu abidə 6 minarəyə malik yeganə camedir. Qeyd edim ki, İstanbulun ən gözəl mənzərəsi dənizdən görünür. Bu şahanə mənzərədə isə camenin silueti özünə xüsusi yer alır.Böyük dəhlizdən içəriyə daxil olduqda sanki əsrarəngiz məkana düşürsən və zəngin rəngarəng bəzəklərlə qarşılaşırsan. Məscidi üç tərəfdən əhatəyə alan dəhlizlərin divarları sayı 20 mini ötən şahanə İznik çiniləri ilə bəzədilib. Bunların yuxarısı və qübbənin içəriləri boya işidir. Bütün camelərdə olduğu kimi, burada da yer xalılarla döşənib. Baş girişin qarşısında qərar tutan mehrabın yanında əsrarəngiz oymalı mərmər minbər olduqca cəlbedicidir.Cameni beş sıra ilə əhatəyə alan 260 pəncərəsinin rəngli şüşələrindən süzülən işıq əsrarəngiz effekt yaradır. Sultan Əhməd camesinin əsl özəlliklərindən biri bol işıqlı olmasıdır. Bu gözəlliyi saatlarla dayanıb müşahidə etmək olar.Qosqoca imperatorluğun möhtəşəm sarayıİstanbulda ilk Osmanlı sarayının təməli Fateh Sultan Mehmet tərəfindən Bəyazid səmtində atılmışdır. 1454-1458-ci illərdə taxtadan tikilən köhnə sarayın hərəmlik və salamlıq bölümləri mövcud idi. Yeni sarayın (Topqapı sarayı) tikintisi 1466-cı ildə başlanmış, 1478-ci ildə bitirilmişdir. İqamətgah tikildiyi dövrdən başlayaraq sultanların həyata keçirdiyi bir çox dəyişiklik və əlavələrə məruz qalıb. Hündür qala divarları və darvaza ilə əhatəyə alınan saray öz möhtəşəmliyini bu gün də saxlayır. İstanbula gəldikdə ən çox ziyarət edilən bu tarixi abidə tək bir bina şəklində deyil, müxtəlif binalardan, köşk və dairələrdən ibarət kompleksdir. Dolmabağça sarayı tikilənə qədər saray 380 il Osmanlı dövlətinin idarə mərkəzi və Osmanlı sultanlarının rəsmi iqamətgahı olmuşdur. 1853-cü ildə Osmanlı Sultan Abdülməcidin göstərişi ilə iqamətgahın Dolmabağça sarayına köçürülməsi nəticəsində rəsmən saray statusu üzərindən götürülmüşdür.Cümhuriyyət dövründə yekunlaşan bərpa işləri nəticəsində Topqapı sarayı əvvəlki möhtəşəmliyinə qovuşa bildi. O, 1924-cü ildən muzey kimi fəaliyyət göstərir. Xarici görkəmi olduqca sadə olan saray içəridən yüksək memarlıq üslubu ilə bəzədilib. Bura sultanın rəsmi iqamətgahı olmaqla bərabər rəsmi dövlət işlərinin mərkəzi, nazirlərin toplandığı məkan, dövlət xəzinəsi, dəftərxanası və alış-verişlərin həyata keçirildiyi yer olub. İmperiyanın ən ali məktəbi, universiteti və s. bu sarayda yerləşirdi. Bab-i Humayun kimi tanınan imperiya qapısından sarayın həyətinə daxil olursan. Sarayda nümayiş etdirilən muzey əşyalarının bir çoxu dünyada bənzəri olmayan şah əsərlərdir.Saray kompleksinə daxil olan Çinili qəsri və Arxeologiya muzeyi də bu həyətdədir. Sarayda turistlərin ən çox diqqətini çəkən müqəddəs əmanətlərin saxlandığı 4 otaqdan ibarət muzeydir. Bu muzeydə sultanlara məxsus qiymətli şəxsi əşyalarla bərabər zaman-zaman Osmanlı sultanlarına bəxşiş edilən qiymətli hədiyyələr də qorunub saxlanılır. Şəxsi kolleksiyalarda yerləşdirilən və güclü mühafizə edilən eksponatların qarşısında saatlarla dayanmaq olar. Məsələn, Birinci Dünya müharibəsi zamanı məhv olmaması üçün Məkkədən İstanbula gətirilmiş peyğəmbərə məxsus əşyalar, qızıl taxtlar, bəzək əşyaları və digərləri orta əsr dövrü ilə bağlı zəngin təəssürat yaradır. Rəşidi xəlifələrinə məxsus silahlar, peyğəmbərlərə aid xatirə əşyaları da bu bölmədə saxlanılır.Bitib tükənməyən təəssüratlar məkanı - Ayasofya
İslam dininə sitayiş edənlərlə xristianların birgəyaşayışının mümkünlüyünü sübut edən abidə - Ayasofya. Bizans dövrünün ən gözəl memarlıq və sənət nümunəsini özündə birləşdirən bu tarixi memarlıq abidəsi 916 illik müddət ərzində kilsə olaraq istifadə edilsə də, 1453-cü ildən sonrakı dövrdə - Sultan Mehmetin İstanbulu fəthindən sonra məscidə çevrilib. Türkiyə Cümhuriyyətinin elan olunmasından sonra isə - 1935-ci ildə Atatürkün əmri ilə muzey olaraq istifadə edilməyə başlanıldı. Ayasofya dünyada həm məscidi, həm də kilsəni özündə birləşdirən yeganə abidədir. Abidənin içərisini gəzdikcə həm xristianlığa, həm də islam dininə aid nişanələri gördükcə təəccüblənməyə bilmirsən. Türklər İstanbulu fəth etdikdən sonra islam qanunlarının dövlət idarəetməsində hakim olmasına rəğmən belə bir xristian məbədinin qorunması Osmanlı imperatorluğunda mövcud olmuş tolerantlıq mühitindən xəbər verir.İstanbulun fəthindən sonra abidə məscidə çevrilsə də, kilsədəki rəsmlər məhv edilmədi. Sadəcə üzərinə gips çəkildi. Elə bunun nəticəsidir ki, bu gün həmin əsərlər Bizans dövrünün yadigarı kimi bu günədək gəlib çıxmışdır. Bu, türklərin digər xalqların mədəniyyətinə, dininə necə böyük hörmətlə yanaşmalarının göstəricisidir. 15 əsrlik tarixi olan Ayasofya məbədi hazırda dünyanın ən qədim abidə və tikililəri sırasında yer alıb. O, böyüklüyünə görə isə dünyanın dördüncü kilsəsi sayılır. Ayasofyanın memarlıq üslubu ilə yanaşı, mozaikaları da mühüm rol oynayır. Geometrik, bitki formalarına uyğun olan müxtəlif motivləri özündə birləşdirən mozaikalar IX-XII yüzilliklərdə hazırlanıb. Bunlara imperator qapısı üzərində, absis hesab olunan hissədə, çıxış qapısı üzərində və üst mərtəbədəki qalereyada rast gəlmək mümkündür. Ayasofyadakı bu zəngin mozaika və detallar, üstəlik islam və xristianlığa aid elementlər insanda bitib-tükənməyən təəssürat yaradır.Suyun 1500 illik nağılıİstanbulda gördüyüm ən çox əfsanəvi və nağılabənzər məkan Yerəbatan sərnici oldu. Yerin üzərindən sanki birdən-birə alaqaranlıq məkana düşürsən. Üzərində sular sızan divarlar parıldayır. Bitib-tükənməyən sütun sıraları sanki budanmış meşədəki ağac gövdələridir. Ayağının altındakı 1-2 metrlik suda balıqlar üzür. Su üzərindəki beton platformalarla irəliləyib bu əfsanəni bir qədər dərk etmək, özün üçün reallaşdırmaq istəyirsən. Əcnəbilərin "Bazilika" adlandırdığı Yerəbatan sərnici şəhərdə ən böyük qapalı və yeraltı su anbarıdır. Sultan Əhməd meydanında qərar tutan Yerəbatan sərnici 542-ci ildə Bizans imperatoru Yustinian tərəfindən sarayın su ehtiyacını ödəmək üçün inşa edilib. İstanbulun ən böyük çatışmazlığı şəhərdə su mənbələrinin azlıq etməsi olub. Lakin sərniclər bu problemin qarşısını alıb. Bunlardan ən böyüyü Ayasofyanın qarşısında yer alan və Bizans dövründə şəhəri su ehtiyatı ilə təmin edən Yerəbatan sərnicidir. Ona Yerəbatan saray da deyirdilər. İçəriyə girdikdə bənzətmənin yanlış olmadığını görmək olur.1980-ci ildə sərnic bütünlüklə boşaldılıb bərpa edilib və hər tərəfini gəzə bilmək üçün beton platformalar salınıb. 1985-1988-ci illərdə İstanbul Böyükşəhər bələdiyyəsi təmizlik işləri apararaq sərnicin dibini təmizləyib. Qeyd edək ki, sərnicin uzunluğu 145 metr, eni 65 metrdir. 12 sıra olmaq etibarilə 336 sütuna malikdir. Son bərpa işləri zamanı qup-quru olan sərnicə yenidən su buraxılıb. İndi oradakı su 1-2 metr dərinliyindədir. İstanbul Böyükşəhər bələdiyyəsi sərnicdən mədəniyyət tədbirləri zamanı istifadə edir. Sərnicdə ən çox diqqəti cəlb edən şimal-qərb küncündəki iki sütunun altında yerləşdirilən iki meduza başıdır. Onlar Roma dövrü heykəltəraşlığının şah əsəri nümunələrindən hesab olunur. İçində balıqların üzdüyü suyun üzərinə yerləşdirilmiş platformalar sərnicin ən çox maraq çəkən yerinə - gözlərinin içinə baxanları daşa çevirdiyinə inanılan bu meduza başlarının yanına aparır. Nərdivanla aşağı enib onları yaxından seyr etdikdə həm də bu qədim türk şəhərində qorunan Roma memarlığının bir parçası ilə tanışlıq imkanı qazanırsan.Meduza başlarının pisliklərdən qorunmaq üçün buraya gətirildiyi bildirilir. Sərnicə əfsanəvilik gətirən detallardan biri də "Ağlayan sütün"dur. Üzərində göz yaşları və göz şəkilləri işlənmiş sütunun özəlliyi həqiqətən də ondan ibarətdir ki, digərlərindən fərqli olaraq o, nəmlidir. Əl vurduqda, su damcılarını hiss edirsən.Bazarlar, almanların ərməğanı və Tikilidaşİstanbula gələn hər bir turist şəhərin bazarlarına üz tutur. İstanbulun ən qədim bazarlarından olan təbii dərmanların, ədviyyatların, çiçək toxumlarının, nadir bitki köklərinin satıldığı Misir bazarı 1660-cı ildə Turhan Sultan tərəfindən tikdirilib. İstanbulda əsl böyük bazar isə Sultan Süleyman Qanuni tərəfindən inşa etdirilən Qapalıçarşıdır (Örtülü bazar). Hər iki abidə bərpa edilərək qorunub saxlanmaqla yanaşı, həm də bazar kimi fəaliyyət göstərir. Sultan Əhməd meydanında növbəti tanış olduğum abidə camenin qarşısındakı Alman çeşməsi oldu. Çeşmə alman imperatoru Vilhelmin İstanbulu ziyarəti zamanı, 1901-ci ildə alman hökuməti tərəfindən hədiyyə edilib. Onun bütün parçaları da Almaniyada emal edildiyi üçün Alman çeşməsi adlandırılır. Çeşmənin üzərindəki hündür qübbənin içərisi tamamilə qızıldan hazırlanıb.Sən demə, İstanbulda qədim Misirə aid abidə də varmış. Ayasofyanın yanında qarşımıza çıxan və Tikilidaş adlandırılan bu abidə Misirdən gətirilib. Üzərindəki heroqliflərin yalnız XVIII əsrdə oxunduğundan həm Bizans, həm də Osmanlı dövründə bu işarələrin şər ruhları qovduğuna inanılırdı. İstanbulda olduğum müddətdə yalnız Sultan Əhməd meydanındakı bu abidələrlə tanışlığa vaxtım çatdı. Amma bu şəhərdə görə bilmədiyim nə qədər qədim maddi-mədəniyyət abidələri mövcuddur. Təəssüf ki, onların hamısını ziyarət etməyə zaman yetmədi. İstanbulu tərk etdikdə isə beynimdə yaranmış təəssürat belə oldu: bu gün dünya mədəniyyətlərarası dialoqun yollarını axtarır, İstanbul isə qoruyub saxladığı Roma, Bizans abidələrinin simasında bunun mümkünlüyünü bütün dünyaya məharətlə nümayiş etdirir.Mənbə: Milli Məclis jurnalı / Mehparə SultanovaHəmçinin bax: Laplandiya, Hindistan, Misir, Nyu-York, İslandiya, Türkiyə, Filippin, Tailand
| ['Türkiyə', 'İstanbul'] |
5,062 | https://kayzen.az/blog/aforizmler/6898/h%C9%99disl%C9%99r.html | Hədislər | Mysteryo | Hikmət dənizi və aforizmlər | 3 sentyabr 2011, 23:22 |
1. Qeybəti dinləyən şəxs qeybət edənlə şərikdir.
2. Böyüklərdən daha uzaq görən kiçiklər çoxdur.3. Gəncliyindən qocalmamış, sağlamliğindan da xəstələnməmiş istifadə et.4. Allah qorxusundan ağlamaqla günahlar yuyular.5. İbadətlərin ən fəzilətlisi dini anlamaqdır._6. Var-dövlətinə yox, ömrünə xəsis ol.7. Dalaşanda barışığa yer qoy.8. Şərəf var-dövlət və əsil-nəsəbdə yox, ağıl və ədəbdədir.9. Dünya elə bir tələdir ki, oraya onu tanımayanlar düşər.10. Həqiqətən, sənin düşüncən bütün işləri əhatə etmək gücündə deyildir, belə isə onu mühum işlər üçün saxla.11. Həqiqətən, bu gün hesab yox əməl, sabah isə əməl yox hesab günüdür.12. İnsanlarin ən ağıllısı öz eybini görüb, başqalarının eybinə kor olan kəsdir.13. Dua möminin qalxanıdır. Hansı qapını çox döyürsənsə, üzünə açılar.14. Hər kəs nəfsində cürbəcür yeməklər sevgisi əksə, cürbəcür xəstəliklər meyvəsi dərəcəkdir.15. Ümmətim üçün 2 şeydən daha çox qorxuram: nəfs istəyi və uzun-uzadı olan arzular.16. Allahın yanında ən ağır günah odur ki, şəxs günahını yüngül saya.17. Allahın ən sevdiyi iş dili saxlamaqdır.18. Heç bir əməl yalan kimi çirkin deyil.19. İnsanlar 3 qisimdədirlər: alimlər, tələbələr və su üstə olan saman çöpü kimi adamlar (nə öyrənən, nə də öyrədənlər).20. Dünya malı dənizin (şor) suyu kimidir. Susuz adam bu sudan içdikcə daha da susayar, nəhayət məhv olar.21. Elm və biliyi bağlayın. Soruşdular ki, necə bağlayaq? Buyurdu: onu yazmaqla.22. Tövbə ilə özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin.23. Tövbə qapısə açıq ikən günahının başlanacağından ümidini üzmə.24. Yalnız öz fikrinə istinad edən kəs büdrəyər.25. Hz.Peyğəmbərdən (s) soruşdular ki, ən pak qazanc nədir? Buyurdu: insanın öz əli qazandığı!!!26. Ataların öz övladları üçün qoya biləcəyi ən böyük irs ədəb və düzgün tərbiyədir.
27. Həyat ölümə necə də yaxındır.28. Çox danışmağı tərk et, istəyinə çatacağın qədər danışmağın kifayət edər.29. İnsan günah edərkən ona sübhdən gecəyə qədər möhlət verilər. Əgər tövbə edərsə, bu günah ona yazılmaz.30. Zarafat və oyunbazlıqdan, artıq məzələnməkdən, gülüşdən və boş işlərdən çəkin.31. Allah lənət etsin o kəslərə ki, camaatı yaxşı işlərə dəvət edirlər, amma özləri bu işə əməl etmirlər, eləcə də başqalarını pis işdən çəkindirirlər, amma özləri çəkinmirlər.32. Hz.Əli (ə) oğlu İmam Həsənə (ə) buyurdu: oğlum, heç kəsin qulu olma, Allah səni azad yaratmışdır.33. Övlad qarşısında ata-ananın vəzifəsi ona yaxşı ad qoymaq, ədəb öyrətmək və Quran təlim etməkdir.34. Var-dövlət 5 xasiyyətlə toplana bilər: qatı xəsislik, uzun-uzadı arzular, böyük hərislik, qohumluq əlaqəsini kəsmək və dünyanı axirətədən üstün tutmaq.35. Allah-təala qiyamət günü bəndələrinin sorğusunu onlara verdiyi ağıl qədər (dəqiq) aparar.36. Zarafatlaşmadan çəkin, çünki o, kişinin abırını və heybətini aparar.37. İstər kiçik olsun, ya böyük, istərsə də ciddi olsun, ya zarafat üzü ilə - yalan danışmaqdan çəkin. Həqiqətən, kiçik yalan danışan kəs böyük yalana da cəsarətlənər.38. Məsləhət etməyən kəs peşman olar.39. Tamah yolunu seçən kəs özünü kiçiltdi, çətinliyini bildirən kəs zillətə boyun əydi, dilini özünə hakim edən kəs özünü qiymətdən saldı.40. Süstlük və tənbəllik insanın dininə və dünyasına zərər vurar.41. Dostlarımın ən yaxşısı eybimi mənə hədiyyə edən kəsdir.42. Başqalarında eyib axtarmaq ən pis eyib və ən pis günahdır.43. Ən güclü insan xalqa qalib gələn yox, nəfsinə qalib gələndir.44. Camaat elm oxumağın faydalarını bilsəydi, qanları axıdılmaqla, dəryalara baş vurmaqla olsaydı da belə, yenə təhsil ardınca gedərdilər.45. Günahın kiçikliyinə yox kimə qarşı günah etdiyinə bax.46. Mənim əhli-beytim Nuhun gəmisi kimidir. Ona minən nicat tapar, ondan üz çevirənsə qərq (həlak) olar.47. Başqa şeylər sizi özünə məşgul etməmiş, xeyir iş görməkdə qabağa düşün.48. Ən böyük ehtiyacsızlıq qəlbdə arzulara yol verməməkdir.49. Məzluma kömək, qəmgini şad etmək böyük günahların kəffarəsidir.50. Başqalarından bildiyin pis əməllərə göz yummaq ən şərəfli əməllərdəndir.
| ['islam hikmətləri', 'hədis', 'həfislər'] |
5,063 | https://kayzen.az/blog/sevgi/6897/sevir-yoxsa-sevmir.html | Sevir yoxsa sevmir? | Mysteryo | Sevgi | 3 sentyabr 2011, 23:14 |
Bəli, elədir - 4 bal
Bəlkə, elədir, əmin deyiləm - 3 bal
Məncə elə deyil - 2 bal
Xeyr elə deyil - 1 bal
Aşağıda gördüyünüz sualları yuxarıdakı variantlardan istifadə edərək cavablandırın. Daha sonra balınızı hesablayıb nəticəyə baxın. 1. Mən hiss edirəm ki, ona güvənə bilərəm.2. O mənimlə yaxşı davranır.3. O ancaq mənə məxsusdur.4. O tanıdığım ən gözəl insandır.5. Onun üçün hər şey edərəm.6. Ona bənzəmək istərdim.7. Mənə pis olanda, onunla paylaşmaq istəyirəm.8. Məncə biz onla bir-birimizə oxşayırıq.
9. Onun yaxşı olmasından mən cavabdehəm.10. Adətən, ilk baxışdan hamının ondan xoşu gəlir.11. O mənə hamıdan daha çox etibar edir.12. O ağıllı adamdır.13. Onsuz həyatım çətin olardı.14. Birlikdə olduğumuz zaman bizim əhvalımız eyni olur. Testin nəticəsi:
14-28 arası: Sevgi bir kənara, hisslərdən danışmaq belə yersizdir.
29-42 arası: Xoşbəxtlik tək sevgidə olmur, əsas hörmətdi.
43-56 arası: Sizin aranızda həqiqi bir sevgi var.
| ['sevgi', 'sevgi testi'] |
5,064 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/6896/u%C5%9Faqlarda-liderlik-keyfiyy%C9%99tini-nec%C9%99-yaratmal%C4%B1.html | Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı | ayxansevda | Xoşbəxt ailə | 3 sentyabr 2011, 22:02 |
1. Uşaqlarda liderlik keyfiyyətlərini necə inkişaf etdirməli? Ümumiyyətlə, uşaqlarda liderlik keyfiyyətlərinin inkişafına erkən dövrlərdən başlanılması tövsiyə olunur. Çünki bu keyfiyyətlərin bir çoxunun əsası elə məhz körpəlik dövründə qoyulur. Məsələn: lider üçün zəruri olan təşəbbüskarlıq, qətiyyətlilik, məqsədyönümlülük, məsuliyyətlilik, özünəinam və müstəqillik hissi kimi xüsusiyyətlərin formalaşdırılması əsasən mühit və tərbiyənin psixoloji təsirlərin sayəsində mümkün olur.Valideynlərin bəzən bu qəbildən olan məsələlərə laqeyd yanaşması gələcəkdə övladlarının taleyində həlledici rol oynaya bilir. Uşağın əldə etdiyi nailiyyətlərin böyüklər tərəfindən emosional şəkildə rəğbətləndirilməsi onda özünəinam hissini, təşəbbüskarlığı artırır, öz etdiyinə görə qürur hissi yaşamasını şərtləndirir. Əksinə, uşağın fəaliyyətinin nəticələrinə laqeyd və ya mənfi münasibətin təzahürü uşaq tərəfindən emosional baxımdan çox neqativ yaşanır. Bu faktın özü isə gələcəkdə onu hansısa təşəbbüslərdən çəkindirərək, onda özünəinamsızlıq hissi formalaşdıra bilər. Adətən özünəinam hissi zəif olan uşaqlarda özünüqiymətləndirmə aşağı, özünütənqidi münasibət isə yüksək səviyyədə olduğundan nədəsə müvəffəqiyyət qazanmaq, mübarizə aparmaq üçün onlar, bir o qədər cəhd göstərmirlər. Hər bir addımı, fəaliyyəti rəğbətləndirilən, tez-tez “Afərin!”, “Sən bunu düz etdin!”, “Bu səndə çox yaxşı alındı! ”- kimi ruhlandırıcı ifadələr eşidən uşaqlar daha aktiv, özünəinamlı, cəsarətli olur, qarşısında yüksək məqsədlər qoya bilirlər. Lakin burada da, hər bir şeydə olduğu kimi, rəğbətləndirmənin yerində və düzgün səviyyədə, həddə işlədilməsi məsələsinə diqqət yetirilməlidir. Çünki, özünü, öz imkanlarını qeyri-adekvat, həddən artıq çox yüksək qiymətləndirən uşaqlarda da bəzən arxayınçılıq hissi formalaşır, müvəffəqiyyət qazanmaq üçün lazımı səy göstərmirlər. İnsan fəaliyyətinin əsasında tələbatların durduğunu nəzərə alaraq, uşaqda aktivliyə, yüksək məqsədlərə tələbat yaratmaq lazımdır. Yəni, uşaqdakı liderlik potensialının inkişafı məqsədilə onun aktivliyi üçün lazımi şərait yaradılmalıdır. Uşaqlarda “Mən özüm” dövrü, müstəqillik hissi 2-3 yaşından inkişaf etməyə başlayır. Məhz bu dövrdə uşaq ətraf mühiti ”özüm yeyim”, ”özüm edim” , “özüm baxım” və s. kimi ifadələrlə sərbəst öyrənməyə cəhd edir. Buna görə də, bu məsələdə valideynlərin əsas vəzifəsi uşağa aktivlik üçün təhlükəsiz şəraitin yaradılmasıdır. Uşağın hiperhimayəsi və yaxud onun sərbəstliyi üçün kifayət qədər təhlükəsiz şəraitin yaradılması onda qətiyyətsizlik, özünəinamsızlıq, tez-tez köməyə ehtiyac hissi formalaşdırır ki, bu da sonradan həmin uşaqda asılılıq, tabeçilik mövqeyində durmağa meyli artırır. Valideynlərin uşağa yalnız özünün köməyə ehtiyac hiss etdirdikdə ona əl tutması tövsiyə olunur. Uşağa kiçiklik maneə ilə rastlaşdıqda tez köməyə can atıb, onun yerinə nəyisə etməyə cəhd etmək yaxşı deyil. Bunun əvəzinə, onun bu vəziyyətdən necə çıxması üçün fikirlərini soruşmaq, maneələrin dəf edilməsinə cəhdlərin edilməsinin vacibliyini ona başa salmaq daha məqsədəuyğundur. Uşaqların səhvlərinə qarşı səbirli olmaq, onların sərbəst qərarlar verməsi, öz fikirlərini irəli sürməsi üçün mümkün qədər şəraitin yaradılması valideynlərə tövsiyə olunur. Hər birimiz həyatda səhvlər üzərində nəyisə öyrənirik. Buna görə də, həyatda ilk addımlarını atan insanın büdrəməsi, yıxılması normal qarşılanmalıdır. Burada ən əsası, büdrəyən Uşağı tez qaldırıb ayaq üstünə qoymaq deyil, onun yanında olub, özünün durması, addımını atması üçün ruhlandırılmasıdır. Uşağı hər an səhvlərdən və onun nəticələrindən qorumağa çalışmaqdansa, onda qarşıya çıxan maneələri dəf etmə, gördüyü işi sona çatdırması üçün inadkarlığın, qətiyyətliliyin tərbiyə edilməsi zəruridir. Nə qədər qəribə, reallıqdan uzaq olsa da, uşağın arzularına, müxtəlif maraqlı fikirlərinə hörmətlə yanaşılmasına da tövsiyə olunur. Burada valideynlərin əsas vəzifəsi, uşağı öz arzu və xəyallarına reallaşdırılması üzərində fikirləşməsinə təhrik etmək, ona istəklərini gerçəkləşdirmək üçün qarşıya real məqsədlər qoymaq və bütün bunlara necə nail olacağı ətrafında düşündürməkdir. Beləliklə də, liderlik keyfiyyətlərinin inkişafı üçün valideynlərdən uşaqlarına aciz, daima köməyə ehtiyacı olan, heç nə bacarmayan kiçicik bir varlıq kimi deyil, formalaşmaqda ola, özünəməxsus keyfiyyətlərə və zəngin potensiala malik bir şəxsiyyət kimi yanaşılması tələb olunur. Burada ən əsas məsələ, uşaqda olan potensialların inkişafında ona dəstək olmaq, onda özünə, öz bacarıq və qabiliyyətlərinə inam hissini formalaşdırmaqdır.2. Psixoloji baxımdan uşaqların 6 yoxsa 7 yaşında məktəbə getməsi daha düzgündür? Bu suala qəti, birmənalı şəkildə cavab vermək olmaz. Çünki, bu uşağın sağlamlıq vəziyyətindən, psixi inkişaf səviyyəsindən, ünsiyyət vərdişlərindən asılıdır. Fiziki cəhətdən zəif, müxtəlif somatik problemləri olan, tez-tez xəstələnən, yorulan uşaqların 7 yaşından tez məktəbə getməsi məqsədəuyğun deyildir. Əlavə əldə edilən bir ildə valideynlər bütün diqqətini uşağın sağlamlığının möhkəmləndirilməsinə, ehtiyac olarsa, loqopedə, psixoloqa müraciət etməklə nitqinin inkişafına, onun psixoloji cəhətdən məktəbə hazırlığına yönəltməlidirlər Hazırda respublikada məktəbə hazırlıq üzrə ixtisaslaşmış müxtəlif dərnəklər, klublar fəaliyyət göstərir ki, həftədə bir neçə dəfə uşaqların burada iştirakı gələcəkdə onların məktəbə adaptasiyasında çox faydalı ola bilər.
Bəzən belə fikirlərə rast gəlinir ki, uşaqların məktəbə qədər hazırlığının aparılmasına, ona həftənin, rəqəmlərin və s. öyrədilməsinə ehtiyac yoxdur. Onsuz da, uşaq bütün bunları məktəbdə öyrənəcək və onun erkən belə şeylərə öyrədilməsi gələcəkdə dəsrə marağının zəifləməsinə, “uşaqlığının əlindən alınmasına” gətirib çıxaracaq. Lakin qeyd etməliyəm ki, hazırda mövcud ibtidai təhsil proqramı uşaqların minimum səviyyədə də olsa müəyyən biliklərə malik olmasını tələb edir. Hətta bəzi məktəb-liseylərdə tədris proqramlarının xüsusiyyətlərini nəzərə alaraq, uşaqları xüsusi testlərdən keçirərək qəbul edirlər. Buna görə də, istənilən halda, uşaqların məktəbə hazırlığı məsələləsinə diqqət yetirilməsi zəruridir. Lakin uşağa hansısa biliklər aşılanarkən onun yaş və psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır. Belə ki, məktəbəqədər yaşlı uşaqlara istənilən biliklərin aşılanması əsasən oyun formasında həyata keçirilməli və hər dəfə 10-15 dəqiqədən artıq davam etməməlidir. 6 yaşından məktəbə gedən uşaqların məktəbəqədər hazırlıq proqramlarını keçməsi zəruridir. Yəni burada söhbət yalnız təlim proqramlarından deyil, eyni zamanda sosial-psixoloji hazırlıq məsələlərindən də gedir. Uşaqların uşaq bağçaları, məktəbəqədər təhsil müəssisələrinə getməsi çox əhəmiyyətlidir. Burada uşaq həm kollektivdə fəaliyyət göstərməyi öyrənir, həm də sosial rolların, cəmiyyətdə mövcud qayda-qanunların mənimsənilməsi baxımından da ilkin biliklərini, vərdişlərini mənimsəyir. Müşahidələr göstərir ki, uşaq bağçalarından məktəbə gələn uşaqlar, evdə ana, nənə, dayə tərbiyəsindən məktəbə qədəm qoyan uşaqlara nisbətən məktəb mühitinə, qayda-qanunlarına və kollektivə daha yaxşı adaptasiya olunurlar. Valideynlərə tövsiyə olunur ki, uşağın hansı yaşdan məktəbə getməsi ilə bağlı psixoloqla uşağın hazırlıq səviyyəsini müəyyənləşdirdikdən və onun məsləhətini aldıqdan sonra müvafiq qərar qəbul etsinlər. Lakin, ümumiyyətlə, valideynlər əgər uşaqlarında erkən yaşlarından oxumağa, yazmağa, xarici dillərə və s. marağı müşahidə edirlərsə, öz övladını fiziki və psixoloji cəhətdən məktəbə hazırlıqlı hesab edirlərsə, onların 6 yaşından məktəbə getməsi məsləhətdir.3. İnternetdən istifadə kiçik yaşlı uşaqların psixikasına necə təsir göstərir? Son dövrlərdə kütləvi informasiya vasitələrində, mətbuatda uşaqların texnikaya, kompüterə həddən çox meyl göstərməsi nəticəsində onların ünsiyyət sferasında, sağlamlığında ciddi problemlərin yaranması ilə bağlı xeyli sayda informasiyalara rast gəlmək olur. Əlbəttə, müasir insan üçün, xüsusən də XXI əsrin ixtisaslı kadrı üçün kompüterdən istifadə etmək, onun dərinliklərinə bələd olmaq labüddür. Məhz buna görə də, son vaxtlar, valideynlər uşaqlarının gələcəyini düşünərək kiçik yaşlarından övladlarına kompüter alır, onları müxtəlif kurslara aparır və bunu faydalı hesab edirlər. Lakin, bu bəzən onunla nəticələnir ki, kompüter uşağın əsas “ünsiyyət partnyoruna” çevrilir və valideynlərilə, yaşıdlarıyla olan ünsiyyətini əvəzləməyə başlayır. Uşaq əksər vaxtını “hissiyatsız”, “cansız” maşınla təklikdə, kompüter oyunlarının fantastik aləmində, internet dolanbacında keçirir. Buradan onun “qazandıqları” isə, əksər hallarda, heç də ürəkaçan olmur. İnternetin daha çox populyar olduğu ölkələrdə valideynlər uşaqlarının həmyaşıdları ilə ünsiyyətdən qaçdığını, onlarda kitab oxumağa meylin azalmasını göstərirlər. Son illər psixoloqların apardığı tədqiqatlarda da, internetdən həddən çox istifadə edən uşaqlarda aqressivliyə, zorakılığa meylin yüksək olması, fantaziyalara, yaradıcılığa meylin zəifləməsi, onlarda təfəkkürün analiz-sintez fəaliyyətinin çətinliklə getdiyi müəyyən olunmuşdu. Ümumiyyətlə, uşaqların məktəb yaşına qədər kompüterdən istifadəsi məqsədəuyğun deyil. Əvvəla, təcrübə onu göstərir ki, uşaqlar məktəb dövründə kompüterdən istifadəni öyrəndikdə belə yüksək nailiyyətlər əldə edə bilirlər. Digər tərəfdən, 3-4 yaşından həddən artıq kompüterdən istifadə edən uşaqların böyüyəndən sora bu müddət ərzində elə bir şey öyrənmədiyinin şahidi olar. Çünki, erkən dövrdə uşağın əqli qabiliyyətləri onu ətrafda, real həyatda baş verənlərdən ayıran hansısa texnikanın köməyi ilə deyil, ətraf mühitlə qarşılıqlı əlaqədə, onun aktiv qavranılmasında inkişaf edir. Hansısa informasiyanı uşağa aşılamaq üçün onu kompüter arxasında otuzdurmaqdansa, əlindən tutub real həyatda onu göstərmək daha faydalı olar. Məsələn, heyvanlar haqqında, heyvanxanaya, bitkilər haqqında botanika bağına və ya adi parklara gəzintiyə çıxarmaq, mədəni inkişafı üçün kukla teatrına apararaq, onunla gördüklərini müzakirə etmək uşağın əqli qabiliyyətlərinin inkişafı baxımından əvəzedilməz rol oynaya bilər. Valideynlər unutmamalıdırlar ki, uşağın normal psixi inkişafı üçün ünsiyyət və kollektiv oyunlar, onunla gördükləri və eşitdiklərini müzakirə etmək faydalı olduğu qədər, zəruridir. Belə ki, internetdən nə qədər gözəl informasiyalar götürməsindən asılı olmadan, uşağın inkişafı və tərbiyəsində valideynin təsirini, uşağı istiqamətləndirilməsini heç bir texnika əvəz edə bilməz. Ümumiyyətlə, qeyd istərdim ki, nəinki kiçik yaşlı uşaqların, hətta daha böyük yaşlarda ola uşaqların belə, kompüterdən istifadəsinə böyüklər tərəfindən nəzarət olunmalıdır. Onlara evdə, məktəbdə kompüterdən istifadənin mədəniyyəti aşılanmalı, müasir texnologiyalardan sui-istifadənin nəticələri haqqında məlumatlar verilməlidir. Bəzi hallarda hətta böyüklərin nəzarəti altında, məhdud vaxt çərçivəsində uşaqların kompüter arxasında vaxt keçirməsinə imkan verilməsi məqsədəuyğun olardı. 4. Yeniyetmələrlə ünsiyyətdə hansı psixoloji məqamlar nəzərə alınmalıdır? Yeniyetmələrlə ünsiyyətdə bizim diqqət edə biləcəyimiz ən vacib məqamlar, onların şəxsiyyətinə hörmət və diqqətin göstərilməsi, səbr və təmkinimizi qoruya bilmə bacarığımızdır. Onların fikrinə hörmətlə yanaşılması, vacib məsələlərin, qərarların qəbulunda fikirlərin nəzərə alınması zəruridir. Bu yaş dövründə olan insanları biz hələ “uşaq” adlandırsaq da, onlar bu ifadəni özlərinə qarşı işlədilməsiylə heç cürə barışmaq istəmirlər. Odur ki, onlarla ünsiyyətdə “Sən hələ uşaqsan!”, “Sən hələ belə şeyləri başa düşməzsən!”, Böyüyərsən, bilərsən!” – kimi ifadələrdən qəti şəkildə qaçmaq lazımdır. Çünki bunların işlədilməsi onlarla ünsiyyətdə potensial konfliktlərə gətirib çıxara bilir. Əgər yeniyetmə sizə nə isə danışır və ya nə barədəsə ürəyindəkiləri deməyə çalışırsa, ona diqqətlə qulaq asmağa çalışmaq lazımdır. Onu qınamaq, danlamağa çalışmaq qətiyyən yolverilməzdir. Yeniyetmə ailəsi tərəfindən dəstəkləndiyinə əmin olmalı, ailəyə, valideynlərinə arxalana bilməlidir. Bunun üçün çox vacibdir ki, uşağın hər bir probleminə qınayıcı tonla deyil, istiqamətləndirici tərzdə yanaşasınız. O hiss etməlidir ki, evdə onu sevirlər, başa düşürlər. Buna görə də, yeniyetmələrlə inamlı münasibətlərin qurulması onlarla ünsiyyətdə böyüklərin diqqət edə biləcəyi ən vacib məsələlərdəndir.
Əgər övladınızla münasibətləriniz artıq ciddi şəkildə pozulubsa mütləq mütəxəssisə, psixoloqa müraciət edin. Lakin bu zaman unutmayın ki, psixoloqun məsləhətinə yalnız uşağın deyil, sizin də ehtiyacınız var. Psixoloq valideyn və uşaqla paralel işləməlidir. Əgər siz də özünüzdə dəyişiklik etməyə çalışmasanız, bunun heç bir faydası olmayacaqdır.
Müəllif; Cabbarova L.M. BDU-nun psixologiya kafedrasının dosenti
| ['xoşbəxt ailə', 'uşaq tərbiyəsi', 'övlad tərbiyəsi', 'ailə münasibətləri'] |
5,065 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/6895/%C3%A7%C9%99tin-u%C5%9Faqlar.html | Çətin uşaqlar | ayxansevda | Xoşbəxt ailə | 3 sentyabr 2011, 21:55 |
1. Uşaqları cəzalandırmaq lazımdırmı? Cəmiyyətdəki davranış qaydalarını öyrətməyin müxtəlif üsulları var. Bunlardan biri də cəzadır. Bu baxımdan uşağın tərbiyəsində cəzalandırmadan bir vasitə kimi istifadə olunur. Müəyyən mülahizələrə görə, uşağın cəzalandırılması onun psixi inkişafına mənfi təsir göstərir, onu daha aqressiv edir, şəxsiyyətini “cırlaşdırır”, özünüreallaşdırma üçün şərait yaratmır. Praktiki olaraq 10 yaşına qədər cəzalandırılmayan uşaqlar öz arzu və istəklərinin əsiri olur, onları idarə edə bilmir, nəticədə “ipə-sapa yatmırlar”, özlərini “pis” aparırlar. Lakin hər hansı bir cəzanı tətbiq etməzdən əvvəl onun mənasını dərk etmək lazımdır.Cəzalar 3 qrupa bölünür:1. Fiziki cəza. Ağrı duyğusu, daha dəqiq desək, ağrı qorxusu uşağı gələcəkdə belə hərəkət etməkdən çəkindirir. Fiziki cəza formaları müxtəlifdir. Psixoloqlar fiziki cəza formalarının əleyhinədirlər. Belə ki, fiziki cəzanın təsiri altında “pis” davranışın, “yaxşı”ya dəyişdirilməsi cəzaverənin bilavasitə yanında baş verir. O olmayanda uşaq özünü yenə də “pis” apara bilər. Buna görə də uşağın şüurlu davranışının formalaşmasında fiziki cəza heç bir fayda vermir. Fiziki cəza həm cismani baxımdan, həm də uşaq şəxsiyyətinin formalaşmasında ciddi fəsadlara gətirib çıxarır. İlk növbədə fiziki cəza uşağı mütiləşdirərək onun iradəsini qıra bilər, onu müstəqil qərar qəbul etməyi bacarmayan, həyata sevinməyən, başqalarından asılı olan, yaratmaq və öz potensialını reallaşdırmaq iqtidarında olmayan bir insana çevirə bilər. İkinci halda nəticə tam əks ola bilər. Uzun müddət fiziki cəzaya məruz qalan uşaq yeniyetməlik dövründə elə bu cür də davranır: valideynlərini, kiçik yaşıdlarını döyür. İstənilən təsir mənfi xarakterin əks təsirini (davranışın etiraz formalarını) yaradır: dava-dalaş, narkotiklər, sərxoşluq, ehtikar, cinsi münasibət, qətl, soyğunçuluq və s. kimi mənfi hallara gətirib çıxarır. Başqa sözlə, “qamçı ilə” yeridilən müsbət dəyərlər uşağın şüurunda mənfiyə, mənfi dəyərlər isə təqlidə çevrilir.2. Valideyn məhəbbətindən məhrum edilmə. Hər iki halda tərbiyəvi effekt uşağın hisslərinə təsir göstərməkdən ibarətdir. Uşağı küncə qoymaq, onunla danışmamaqla; uşaqdan kənar gəzmək və laqeydlik və mühakimə maskası” geyinmək; onu otaqda bağlı saxlamaq, ona sevmədiyinizi demək və s. kimi müxtəlif cəza formalarını tətbiq etməklə uşaq valideyn məhəbbətindən məhrum edilir. Məhəbbətdən məhrum etmək uşağın qəlbində tənhalıq, müdafiəsizlik, qorxu və dəhşət yaradır.3. Üçüncü tip cəzalara uşağın əyləncələrdən məhrum edilməsi: əyləncəli yerlərə getməyi (sirk, park, zoopark, attraksionlar), sevimli cizgi filmlərinə baxmağı, kompüter oyunlarını gündəlik oynamağı və s.-ni qadağan etmək. Bu tip cəzalar əlbəttə ki, uşağı məyus edir, lakin onun hisslərinə birbaşa toxunmur, onun istəklərinin yerinə yetirilməsini məhdudlaşdırır, daha dəqiq desək, arzularının reallaşmasını müəyyən müddətə - “uşaq özünü yaxşı aparana, böyüklərə qulaq asana qədər” təxirə salınır. Belə cəzanın təsiri o qədər böyük ola bilər ki, uşaq sevdiyi məşğuliyyətə marağını itirə və ya qəlbində böyüklərə qarşı ciddi inciklik bəsləyə bilər.İlk baxışdan, fiziki cəza, məhəbbətdən və sevimli əyləncələrdən məhrum edilmə kimi cəza formalarının tətbiqi formalaşmaqda olan şəxsiyyətə göstərdiyi təsirlərdən dolayı qəbul edilməzdir. Lakin əvvəldə qeyd edildiyi kimi cəzasız tərbiyə elə də effekt vermir. Uşağın necə davranmasını bircə dəfə demək kifayət deyil. Buna görə də əksər hallarda cəzanı müəyyən qaydalara riayət etməklə tətbiq etmək olar. İlkin olaraq, ən əsas şərt – uşağın hər gün hiss etdiyi və tam əmin olduğu valideyn məhəbbətidir. Başqa sözlə, pis davranışına görə konkret cəzaya layiq görülən uşaq bilir ki, bu xoş münasibəti müvəqqəti olaraq itirir. Böyüklər tərəfindən verilən cəza uşağın şəxsi keyfiyyətlərinə deyil, hərəkətinə yönəlməlidir. İkiyaşlı uşaq stola dırmaşır, fincanı götürür, qırır; 5 yaşlı uşaq kitabı cırır, oyuncağı və s. qırır. Belə vaxtda adi sözlər kömək etmir, dağıdıcı hərəkətlər isə davam edir. Cəza qaçınılmazdır, lakin istənilən cəza forması (küncə qoymaq, ünsiyyət və ya əyləncədən məhrum etmək) “belə etmək olmaz”, “bunu etmək olmaz”, “bu yaxşı hərəkət deyil” kimi sözlərlə müşayiət olunmalıdır. Uşağın şəxsiyyətini təhqir edən sözlərdən istifadə edilməməlidir.Hər hansı bir qaydaya əməl etmək üçün onun mənasını anlamaq lazımdır. Məsələn, uşaq “Niyə elektrik şəbəkəsinə toxunmaq olmaz?” “Nİyə bıçaqla oynamaq olmaz?” və s. kimi suallar verir. Valideynlərin vəzifəsi nəyin “yaxşı”, nəyin “pis” olduğunu izah etməklə yanaşı, niyə belə olduğunu izah etməlidir: “Ona görə ki, elektrik şəbəkəsi və bıçaq təhlükəli əşyalardır, sən özünə xətər yetirə bilərsən, səni ağrıdar” və s. Davranışın məhdudlaşdırılması səbəbini izah etdikdən və uşağın “niyə olmaz” səbəbini başa düşməsində əmin olduqdan sonra qarşıda yeni vəzifə durur. Bu vəzifə ondan ibarətdir ki, qoyulmuş qaydalar daimi olmalıdır, çünki kibritlə oynamaq nəinki ananın, atanın, babanın, nənənin və bağça tərbiyəçisinin yanında deyil, heç bir şəraitdə olmaz. Bu qaydaya həmişə riayət olunmasını bütün böyüklər dəstəkləməlidir.
Yaxşı olardı ki, konkret davranış qaydasının mənasını izah edəndən sonra, böyüklər uşaqla - əgər bu qayda pozularsa, onu hansı cəza gözləyir - razılığına gəlsinlər. Valideyn uşağa bu hərəkətinə görə cəza seçməsini və ya öz cəza variantlarını təklif edə bilər. Uşağın bu prosesdə aktiv iştirakı və etdiyi hərəkətə görə valideynlə bərabər seçdiyi cəzanı ədalətli və qənaətbəxş hesab etməsi vacibdir. Uşaq müəyyən və onun üçün aydın olan davranış qaydasını pozduqda əvvəlcədən razılaşdırılmış qaydada cəzalandırılır. Lakin əksər hallarda qaydalar aydın olduqdan və cəzalar müzakirə edildikdən sonra, uşaq artıq sərbəst şəkildə davranışına nəzarət edir, bu onun üçün artıq keçilmiş material hesab olunur.Cəzanın düzgün və ya yanlış tətbiqi insanın cəmiyyətdə davranış norma və qaydalarını mənimsəməsinə təsir göstərir. Cəzanın vacib amillərindən biri də uşağın yaşı və cəzanın verilmə vaxtıdır ki, bu da cəzanın optimal effektivliyini təmin edir. Çox vaxt uşağın qarşısına elə tələblər qoyulur Rəfiqəsi ilə söhbət edən ana 2 yaşlı uşağa “Yerində sakit dur, fırlanma!” - deyir. 2 yaşlı uşaq üçün ətrafda baş verənlər o qədər maraqlıdır ki, onun enerjisi o qədər çoxdur ki, hər şeyi görmək, toxunmaq, yoxlamaq istəyir. O necə sakit dura bilər? Belə misalları çox gətirmək olar. Belə situasiyalarda uşağın sözə əməl etməməsi valideynin onu yersiz cəzalandırmasına gətirib çıxarır.Psixoloq və pedaqoqlara məlumdur ki, erkən yaşlarda cəza əməllə üst-üstə düşəndə, daha yaxşı halda onu qabaqlayanda effektiv olur. Hərəkətin önlənməsi praktik olaraq cəza deyil, qadağadır. Təsəvvür edək ki, 2-3 yaşlı uşaq əlini işıq şəbəkəsinə, qaz plitəsinə və ya büllur qaba uzadanda kimsə (ana, ata, böyük qardaş və s.) onun əlindən tutub “olmaz” deyir. Uşaq bir neçə dəfə eyni hərəkəti təkrar edir, lakin elə məqam yetişir ki, uşaq əl uzadanda dayanır və böyüklərdən eşitdiyi intonasiya ilə öz-özünə “olmaz” deyir. Valideynin qoyduğu qadağa mənimsənilir, uşağın şəxsi qadağasına çevrilir. Təəssüf ki, düzgün olmayan hərəkətə görə qabaqlayıcı qadağa hallarına, cəza hallarından daha az rast gəlinir. Tərbiyə nöqteyi-nəzərdən cəzanın mahiyyəti ondan ibarətdir ki, kiçik yaşlı uşaqlar hadisələrlə əşyalar arasında əlaqəni hələ tam başa düşmürlər. Körpələr başqası üçün nəyin ağrılı, nəyin xoş olmadığını bilmirlər. Buna görə də psixoloqların fikrincə, uşağın yaşı nə qədər azdırsa, cəza onun əməlinə uyğun verilməlidir. Çox vaxt uşaqların meyl etdikləri şeylərə qadağa qoyulur. Buna görə də uşağın enerjisini yönəltmək lazımdır, elə situasiya yaratmaq lazımdır ki, onun hərəkətləri dağıdıcı yox, qurucu xarakter daşısın.
2. Uşaqlar valideynlərini necə “idarə edir” və bunun qarşısını almaq olar?
Psixoloq və pedaqoqların fikrincə, uşaqlar valideynlərini idarə etməyi bacarırlar. Belə gizli idarəetmə manipulyasiya adlanır. Uşaq ən yaxşı diplomatdır. Valideynlərinin “zəif damarı”nı tuta bilən uşaq bundan öz gizli məqsədlərinə çatmaq üçün istifadə edir. Məsələn, qız atanın növbəti gəlinciyi almaq istəməməsinə cavab olaraq “Nənəmi hamıdan çox istəyirəm, o, mənə hər şey alır” deyir. Şənbə günü səhər tezdən oğlana barabanda çalmağı qadağan edirlər, oğlan valideynlərinin yataq otağı qarşısında durub bərkdən ağlayır, o vaxta qədər ki, ona oynamağa icazə verilir. İcazə alınan kimi göz yaşları yoxa çıxır və oyun davam etdirilir.Qızcığaza ananın dodaq boyası ilə oynamağa icazə verilmir- uşaq hirslənir, döşəməyə yıxılıb qışqıra-qışqıra “ana pisdir, nifrət edirəm!” deyərək ağlayır. Belə situasiyalarda ilkin olaraq valideynlər uşağı sakitləşdirmək və isterikanı kəsmək istəyirlər. Lakin uşaq istədiyini alan kimi göz yaşından əsərəlamət qalmır. Zaman keçdikcə, təcrübə qazandıqca uşaq məqsədinə nail olmaq üçün valideynlərinin “zəif damar”ından daha geniş istifadə edir. Uşaqlar yaxşı bilirlər ki, böyüklərdən kimə göz yaşı, qışqırıq və aqressiya, kimə yaltaqlıqla təsir göstərmək olar. Uşaqların bu cür davranışına valideynlərin nə qədər çevik reaksiya verirlərsə, uşaqlar bu üsullardan daha çox istifadə edirlər. Uşaq manipulyasiyalarının bir neçə növünü ayırırlar. “Kiçik diktator” inadkarlıq göstərərək ətrafdakılara hər zaman qəzəblə yanaşır. İsterika çıxararaq böyüklərin onun tələbini ödəməyə məcbur edir. “Zəif körpə” böyüklərin onun əvəzinə işləməsi üçün hər şey edir. Oğlan deyir: “Mən ayaqqabının iplərini bağlamağı bacarmıram”(hərəkətə keçəndə bu o deməkdir ki, sən ipləri bağlamayana qədər mən ağlayacam). O valideynin göstərişlərini “unudaraq” özünü zəif və köməksiz kimi göstərir. “Kim çox istəyirəmsə”. Bu tip manipulyasiyadan istifadə edən uşaq valideynlərarası münasibətlərə qalmaqal salır. Uşaq anaya göstərir ki, ata ona bir çox şeyləri etməyə icazə verdiyi üçün onu daha çox istəyir. Və ya nənəyə ananın üstünlüklərindən danışaraq “təzyiq göstərir”.Uşaq manipulyasiyası ilə mübarizə aparmağın yeganə yolu tərbiyədə ardıcıllıq və uşağa davranış qaydalarının öyrədilməsində daimilik prinsipinin gözlənilməsidir. Belə situasiyalarda əgər fikir verməsəniz uşaq isterikanı tez dayandıracaq. Uşaq görsə ki, onun nümayişkaranə davranışı və göz yaşları lazımi effekt vermir, ağlamayacaq və valideynləri ilə ünsiyyət qurmaq üçün başqa yol axtaracaq. Əgər Siz hövsələnizi bassanız və üstündə dursanız, “bağlanmaq istəməyən” iplər əvvəl-axır bağlanacaq. Əgər ana, nənə və ya evdəki digər böyüklər “nəyi etmək olar və nəyi etmək olmaz” baxımından eyni mövqedə dursalar, uşaq davranış qaydalarına daha yaxşı riayət edəcək. Valideynlərlə aparılan bu “uşaq oyun”larından böyüyəndə manipulyatorlar yetişir. Uşaqlıqdan arzularının həyata keçirilməsinə öyrəşən insan ətrafdakılardan tələbatlarının ödənilməsi vasitəsi kimi istifadə edir. İnsanlara hörmət və məhəbbət bəsləmək əvəzinə, onları öz mənfəətinə uyğun idarə edəcəyi obyektlər timsalında görür. Uşağın insan kimi böyüməsi üçün insan cəmiyyəti və insan tərbiyəsinin olması lazımdır. Psixoloqların fikrincə, insan mühiti yalnız uşağın inkişaf şərti deyil, inkişaf mənbəyidir. Hər bir ailənin özünəməxsus “ruhu” “iqlimi” var. Bütün bunlar uşaqların davranış xüsusiyyətlərində, sabit şəxsiyyət keyfiyyətlərində ifadə olunur. Əgər uşaq qarşılıqlı hörmət, məhəbbət və mərhəmət şəraitində böyüyürsə, davranışında bu keyfiyyətləri təzahür etdirir.Əgər uşaq dava-dalaş, ixtilaflar olan ailədə böyüyürsə, onun davranışı gectez analoji olacaq. Məlumdur ki, uşaq problemləri ailənin “güzgü”südür. Uşaq evdə, ailədə gördüklərini oyunlarında, yaşıdları və yaşlılarla ünsiyyətində əks etdirir. Uşaq üçün onun ailəsi dünyadır. Bu ailəni necə görürsə, onun ətraf aləmə münasibəti də elə olacaq. Erkən yaşlarından sevildiyini, valideynlərinə lazım olduğunu bilən uşaq böyük aləmdən qorxmur, çünki yaxınlarının dəstəyini hiss edir. Uşaqlıqdan sevilməyən, valideynlərində qəzəb və narazılıq yaradan uşaqlar özlərini sevilməyə layiq bilmir, insanlardan qorxurlar. Qorxu həmişə aqressiya yaradır, ən yaxşı müdafiə isə hücumdur.Həmçinin bax: Uşaq tərbiyəsi
| ['xoşbəxt ailə', 'uşaq tərbiyəsi', 'övlad tərbiyəsi', 'ailə tərbiyəsi', 'tərbiyə'] |
5,066 | https://kayzen.az/blog/qadin/6892/bu-h%C9%99qiq%C9%99t%C9%99n-bir-d%C9%99h%C5%9F%C9%99tdir.html | Bu həqiqətən bir dəhşətdir!.. :( | Xrizoberil | Qadın | 3 sentyabr 2011, 18:50 |
Qadın sünnəti...Bəli, nə qədər qəribə səslənsə də dünyanın 30-dan artıq ölkəsində, əsasən də Afrika ölkələrində qadın sünnəti mövcuddur.Nədir qadın sünnəti? Qadın sünnəti heç bir həkim müdaxiləsi olmadan, qadın cinsiyyət orqanına neştərli müdaxilə deməkdir. 2008-ci ilin statistikasına görə, 140 milyon qız bu əməliyyata məruz qalıb. Əsasən, Afrika ölkələrində, Sudanda, Misirdə, Somalidə, Malidə, qadınların 80 faizi məcburi surətdə bu əməliyyata məruz qalıb. Səudiyyə Erəbistanında və İndoneziyada da bu işgəncə qadınlara verilir.Qadın sünnəti ilk dəfə XV əsrde qədim İnk İmperiyası zamanı həyata keçirilib. İnklərin paytaxtı Kuskoda Amarukançın məbədi yerləşirdi. İtalyan keşiş Xuan Anello Olivye yazırdı ki, burada əqrəbi udan əjdaha-ilan forması yerləşdirilmişdi. İnklərin inancına görə, əjdaha Yaradanın gücünü, əqrəb isə qadın ünsürünü özündə əks ətdirir. Bu səbəbdən inklər qızları sünnət etməklə bu əqrəbi məhv etdilkərini düşünürlərmiş. Afrika ölkələrində isə, qadın hisslərinin məhv edilməsi məqsədilə bu əməliyyat həyata keçirilirdi. Böyük Britaniyada qız sünnəti rəsmi surətdə 1985-ci ildə qadağan olunsa da bəzi Afrika mənşəli tayfalarda bu əməliyyat hələ də həyata keçirilir. Misirdə isə bu, həkim müdaxiləsinə ehtiyac olduğu halda bələ, 1997-ci ildə qadağan edilisə də bəzi həkimlər bu qanuna məhəl qoymadan bu tip əməliyyatlar həyata keçirirlər. 5 aprel 2007 ci ildə isə Eritreya dövlətində qadın sünnətinə qadağa qoyulub.Ginekoloqlar bildirir ki, qadın cinsiyyət orqanlarında hər hansı bir hissənin kəsilməsi, qadının ehtiras hissinin itirilməsi, doğuş qabiliyyətinin zəifləməsi ilə yanaşı, onların psixikasına da ciddi zədə vurur.Bu, əsasən Afrika ölkələrində olan bir adətdir, onlar qadınların ərə gedənə qədər cinsi əlaqədə olmaması üçün bu ayini heyata keçirirlər. Bu,
sadəcə vəhşilikdir və qadın orqanizmində xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər.
Bu problem həmçinin Türkiyə və İraqda da mövcutdur. Avropa Birliyi Komissiyası Türkiyədəki qadın sünnətinə toxunub. Hətta bunu cinayət adlandırıb. Qeyd edək ki, qadın sünnəti İraqda və Türkiyədə yaşayan kürdlərə məxsusdur. Onlar qız uşaqlarını 8-14 yaşına qədər sünnət edirlər.Kişi və qadın sünnətini qarışdırmaq olmaz.Kişilərdə bu gigiyena məqsədilədirsə, İraqda isə qadınlarda sünnət əxlaqsızığın qarşısını almaq üçündür.İraqda qadın niyə sünnət olunur???Səbəb: Sünnət olunan qadının ehtiras verici organları kəsilir ki, qız gələcəkdə ehtirasının qurbanı olmasın. Onların fikrincə bu şəkildə qız heç vaxt əxlaqsız yola düşməz, çünki cinsi tələbat yaranmır.
| ['qadın'] |
5,067 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/6876/g%C3%BCzg%C3%BC.html | Güzgü | Xrizoberil | Düşündürücü hekayələr | 3 sentyabr 2011, 16:31 |
Adamın biri, ilk dəfə getdiyi şəhərin tarixi bazarını gəzərkən, bir dükana girərək;- Xatirə əşya almaq istəyirəm. Nə tövsiyə edirsiniz?- deyə soruşurDükan sahibi yaşlı şəxs, adamı təpədən dırnağa süzüb:- Buranın ən məşhur malı, güzgüləridir. Amma onları almaq güc istəyər.Adam, heç düşünmədən:- Mən, yaşadığım şəhərin ən zəngin insanıyam, deyə cavab verir. Mənim üçün pul əhəmiyyətli deyil.Qoca, dodaq büzüb:- İnşaallah gücün çatar, deyir. Çünki padşahlar belə ala bilmədi onları.Adam, səs tonunu yaxşıca yüksəldərək:- Mənim əldə edə bilməyəcəyim şey yoxdur! - deye sərt cavab verir. Qiymətləri nə qədərdir?Qoca adam:- Seçəcəyin güzgüyə bağlıdır, deyə gülümsəyir. Günümüzə aid güzgüləri normal qiymətə ala bilərsən. Lakin köhnə güzgülər bahalıdır. Hələ lap antikvar olanlara heç gücün çatmaz. Amma gələcəyin güzgüsü pulsuzdur, lakin onu görsən elə də bəyənməzsən.Adam, bu sözləri başa düşmür. Amma güzgüləri görmək marağı da onu rahat buraxmırdı. Güzgüləri bir an əvvəl görmək istədiyindən, yaşlı adamın qoluna girib, dükanın arxa hissəsinə keçir.Yaşlı adam, əlindəki çəlik ilə işarə edərək:- Sənə əvvəlcə günümüzə aid güzgünü göstərim- deyir. Çərçivəsi gümüşdəndir. Qiyməti isə üç qızıldır.Adam, divarda asılı dayanan kristal güzgünü qısa bir müddət gözdən keçirir və ona baxaraq saçlarını düzəltdikdən sonra:- Bunun elə bir fərqli xüsusiyyətini görmədim - deyir. Evimdə bundan üç dörd dənə var.Yaşlı adam, axsaya- axsaya irəliləyərək:- Onda bu güzgüyə bax!.. - deyir. Dörddə bir əsr əvvəlinə aiddir. Çərçivəsi misdəndir. Qiyməti isə yüz kisə qızıldır.Adam:- Yəqin ki, zarafat edirsiniz, deyə gülümsəyir. Belə sadə bir güzgü, on qızıl belə etməz.Yaşlı adam:- Mən sənə söyləmişdim!.. - deyə acıqlanır. İstəyirsiniz imtina edin.Adam, ötəri olaraq güzgüyə baxdığında, qışqırmamaq üçün özünü çətinliklə ələ alır. Gözlərini ovuşturarak baxdığı güzgüdəki görünüş onun iyirmibeş il əvvəlki halına aid idi. Nə başının böyük hissəsini əhatə edən ağ saçlar var bu görünüşdə, nə də üzünü qırış-qırış edən dərin xəttlər.Adamın güzgüyə ilişən gözləri, bir az sonra daha iri açılır. Çünki güzgüdəki cavanlıq görünüşünün dərhal arxasından sevdikləri keçirdi bir-bir.Böyük bir dəhşət içində:
- Aman Allahım!.. - deyə qışqırır. Bu keçən, bacım deyilmi? Həm də hələ xərçəng olmadan əvvəl.Daha sonra, ən çox sevdiyi xalası və dayısı da keçirlər. Hər ikisi də iyirmi beş il əvvəlki görünüşləri ilə.Adam, dözə bilməyib başını çevirir güzgüdən. Qoca, ona soxulub:- Bu işdən gəl imtina et!.-deyir. Onsuz da bir çox insan imtina etdi.- Xeyr! -deyə etiraz edir adam. Bacım üçün darıxmışdım, elə dayımla xalam üçündə.- Yaxşı!- deyir qoca. Bu gördüyün bir antikvar güzgügür. Çərçivəsi taxtadır. Dəyəri isə min kisə qızıl edir.Adam, güzgüyə doğru irəliləməkdən qorxur və çəkinir. Amma marağına məğlub olub güzgüyə baxdığında, kiçik bir uşaq kimi qışqırır. Yeddi - səkkiz yaşlarında bir uşaq dayanırdı qarşısında. Solğun üzlü, arıq və saçları dağınıq bir uşaq.- Aman Allahım!.. Bu mənim uşaqlığımdır.Adam, bir az sonra səndələyərək divara yapışmaq məcburiyyətində qalır. Bu dəfə, 30-35 yaşlarındakı görüntüləri ilə anası və atası keçirir güzgüdən. Daha sonra da, nur üzlü babası keçir. Anası, hər gün dəfələrlə etdiyi kimi, öpür onu yanağından. Atası isə, hər zamanki zarafatçıllığıyla astadan kürəyinə vurur övladının.Adam, qaçarcasına uzaqlaşır oradan. Qocanın yanına gəlir ağlayaraq.Yaşlı adam:- Həqiqi aynalar belədir oğul!.. - deyir. Buna görə də onlar hər zaman əlçatmazdılar. Adam, bir az özünə gəldikdən sonra, dükandan çıxmaq istəyir. Lakin elə çıxırdıki:- Pulsuz güzgülərdən danışmışdınız,- deyir. O da çox maraqlıdır mənə.Qoca adam:- Ona heç baxma övlad! - deyə fikrindən yayındırmaq istəyir. Bu gün çox yoruldun, ürəyin daha dözməz.- Mütləq baxmalıyam! -deyə fikrindən dönmür. Gördüyüm şeylərə artıq öyrəşdim.Yaşlı adam, çarəsiz qəbul edir və divarlara asılanlardan fərqli olaraq, dükanın döşəməsi üzərinə endirilən bir güzgünü göstərib:- budur, bu da gələcəyin güzgüsü! - deyir. Çərçivəsi qızıldan olub pulsuzdur. Amma onu heç kim almadı.Adam:- Gələcəyin güzgüsü hə?! Üstəlik də qızıldan və pulsuz...Qoca, heç səsini çıxartmır. Adam isə əmin addımlarla güzgüyə doğru irəliləyir və baxmaq üçün yerə əyildiyində elə oradaca yıxılıb qalır.Yaşlı adam:Gələcəyin güzgüsündə nə görəcəyini təxmin etməli və ona görə hazırlıqlı olmağın lazım idi övlad. Sənin də gücün çatmadı ...- deyir.Qoca adam, müştərisinin cansız bədənini qucaqlayarkən, onun güzgüdəki görünüşünə baxıb quru bir skelet görür...
| ['hekayə'] |
5,068 | https://kayzen.az/blog/sevgi/6886/sevgi-f%C9%99dakarl%C4%B1q-ist%C9%99r.html | Sevgi fədakarlıq istər | Mysteryo | Sevgi | 3 sentyabr 2011, 15:32 |
Zaur və Zərifə adında 2 gənc var imiş. Qız çox gözəl, oğlan da çox yaraşıqlı imiş.. Onlar bir-birini sevmiş və evlənməyə qərar vermişlər. Hər ikisinin də ailəsi bu yekdilliklə razı imiş. Bir neçə müddətdən sonra Zaur ailəsi ilə Zərifəni istəməyə getmişlər. Nişan üzükləri taxılmış və toy günü də dəqiqləşdirilmişdir. Günlərin birində Zaur Zərifəyə zəng edir və deyir.."Həyatım neynirsən? - Heç yemək bişirirəm, yemək yeyəcəm. Onda yeməyini qurtarandan sonra hazırlaş 2 bilet almışam seni kinoya aparacam. Baş üstə, eşqim.. zəng edərəm" deyib, dəstəyi asıb, yemək hazırlamağa davam etmiş. Elə bu vaxt mətbəxdəki qaz balonu partlamış..və bu Zərifənin bütün bədənini dəlik-deşik etmişdir..
Onu tez xəstəxanaya (reanimasıyaya) yerləşdirmişlər. Zaur bunu eşidən kimi qaça-qaça xəstəxanaya gəlmişdir. Zərifə ayılandan sonra onunla görüşmək istəməmişdi.. Çünki sifəti və bədəni yanıqdan elə bir hala gəlmişdiki istəmirdi Zaur onu bu vəziyyətdə görsün.. Anası Zərifənin yanına gəlib "Qızım, Zaur çox pərişan vəziyyətdədir, onu niyə görmək istəmirsen?!" - demiş. Zərifə "Ana, sən belə mənim üzümə baxa bilmirsən, o necə baxsın?!" deyir. "Ona de, məni gözel halımla xatırlasın, bir də məni axtarmasın, hər şey bitdi!"Anası qızın dediyi hər şeyi olduğu kimi Zaura çatdırmış...
Zaur kədərli halda xəstəxananı tərk etmiş, maşını sürətli sürərək ağaca çırpılmış və gözləri kor olmuşdur. Anası bundan xəbərdar olan kimi bu hadisəni Zərifəyə danışmış "Bax, qızım, indi sizin evlənməyiniz üçün heç bir əngəl yoxdur, onun da gözləri görməyəcək, sən də elə bundan narahat idin, bir-birinizə dəstək olarsınız".
Və beləliklə, Zərifə Zaurla evlənir.İki uşaqları olmuş. Bir qız, bir oğlan.. Çox xoşbəxt həyat kecirmşlər, Zərifə illər sonra ürək xəstəliyindən vəfat edir.. Və onun öldüyü gün uşaqları bilirlər ki, əslində heç atalarının gözü kor olmayıbmış, sadəcə Zərifəni itirməmək və onunla evlənmək üçün yalan demiş.. Sevdiyini itirməmək üçün bu qədər fədakarlığı gözə ala bilən insan görəsən indi də varmı bu dünyada?!!!
Həmçinin bax:
Dəhşətli sevgi hekayəsiBir eşq hekayəsi
| ['sevgi hekayəsi', 'məhəbbət hekayəsi', 'məhəbbətin gücü', 'sevgi'] |
5,069 | https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/6885/namaz-q%C4%B1lan-%C9%99sg%C9%99rin-cavab%C4%B1.html | Namaz qılan əsgərin cavabı | Mysteryo | İslami Hekayətlər | 3 sentyabr 2011, 15:26 |
Bir əsgər namaz qılan əsgərdən soruşdu: - Neçənci əsrdə yaşayırıq? Niyə özünü zəhmətə salıb hər gün 5 dəfə namaz qılırsan?
Namaz qılan əsgər elə həmin vaxt uzaqdan görünən komandiri göstərib dedi: - Bu insan niyə hər yanından keçəndə düz durursan, salam verib bütün əmrlərinə tabe olursan? Yat desə yatırsan, qalx desə qalxırsan? Oda sənin kimi 2 əli, 2 ayağı, 1 başı olan insan deyilmi? Digər əsgər cavab verdi: - Bəli, o da mənim kimi biridi. Amma rütbəsi var, çiynində ulduzu var.
Namaz qılan əsgər bunun cavabında dedi: - Ey dost! Sən çiynində 1 dənə ulduzu var deyə sənin kimi birinə itaət edirsənsə, mən niyə yerdəki qum dənəcikləri qədərində ulduzları olan və hamısını təsbeh dənələri kimi qüdrətli əliylə çevirən Allaha itaət etməyim? Niyə namaz qılıb əmrini yerinə yetirməməliyəm?
| ['Dini'] |
5,070 | https://kayzen.az/blog/poeziya/6884/%C9%99lvida-da%C4%9Flar-%7C-m%C9%99mm%C9%99d-araz.html | Əlvida dağlar | Məmməd Araz | Cavid | Poeziya | 3 sentyabr 2011, 14:49 |
Bəlkə bu yerlərə bir də gəlmədim,Duman, salamat qal, dağ, salamat qal.Dalımca su səpir yoxsa buludlar?Leysan, salamat qal, yağ, salamat qal!Qıy vuran qartallar yox oldu çəndə,Nərgizlər saraldı şehli çəməndə.Ey qaragöz pəri, dalımca sən dəBoylan, salamat qal, bax, salamat qal!
Gəldim, qarşıladı güllər-çiçəklər,Gedirəm, əl edir boz biçənəklər.Nidamı çaylara dedi küləklər:Bulan, salamat qal, ax - salamat qal!Dağların pələngi, şiri də sənsən,Şairi də sənsən, şeiri də sənsən.Varı, bərəkəti, xeyri də sənsənÇoban, salamat qal, sağ-salamat qal!
| ['şeir', 'Məmməd Araz'] |
5,071 | https://kayzen.az/blog/stil/6867/m%C3%BCasir-qad%C4%B1n-v%C9%99-g%C3%B6z%C9%99llik.html | Müasir qadın və gözəllik | Samir012 | Yaraşıqlı görünüş, gözəl imic | 2 sentyabr 2011, 14:26 |
Amerika kosmetika şirkətinin təsisçisi Estee Lauder (1906-2004) vurğulayır ki, "gözəllik yanaşma tərzindən asıldır. Burada heç bir sirr yoxdur. Nə üçün bütün gəlinlər gözəl görünür? Çünki toy günü necə görünəcəklərini əvvəlcədən fikirləşirlər. Çirkin qadın yoxdur, yalnız özünə baxmayan və cazibədar olduğuna inanmayan qadın var!" nowadays
Müasir qadm çox məşğuldur. 0 təhsil alır, xarici dil öyrənir, karyera yaratmaq, bununla yanaşı, ailə qurmaq və ana olmaq kimi ənənəvi missiyalarını yerinə yetirmək istəyir. Bu iş bolluğu içərisində onun hər gün özünə vaxt ayıra bilməsi çətinləşir. Həqiqətən də asan iş deyil. Nəticədə də özünə vaxt ayırmağın mümkünsüz olduğunu düşünən qadmlar bu işdən vaz keçirlər. "Heç nəyə vaxtım çatmır" ifadəsi az qala müasir qadının devizinə çevrilib. Amma gününü düzgün planlaşdıran qadın görkəminə diqqət yetirmək istəsə, bunu bacaracaq.Mən tam əminliklə deyə bilərəm ki, qadınlar istədikləri zaman gözəl, cazibədar və eleqant görünə bilərlər.Gözəl görünmək qadının ümdə arzusudur. Londonun Britaniya muzeyində qədim Misir fironları dövründən qalmış bir yazını oxuduqda qadının minilliklər və əsrlərlə bu arzu ilə yaşadığını bir daha şahidi oldum. Kətandarı nəfis geyimini geyin, zinət əşyalarını tax, udunu əlinə al, çal və həyatdan zövq al. Eramızdan iki min əvvəl ağ kətandan don geyinmiş bir qadını təsəvvürümdə canlandırmağa çalışdıqca bir cəhətə də diqqət verdim. Deməli, min illlər öncə də qadının gözəl görünməsi üçün bu istəyin olması əsas şərt kimi qəbul edilirdi. Gözəl görünmək məsələsində güzəştə getməyən qadınlar şəraitdən və məşğulluqdan asılı olmayaraq özlərinə vaxt ayırmağa nail olurlar. Həyatın axarı nə qədər iti olsa da, müasir dövrdə qadının özünə qulluq etməsi, gözəl görünməsi üçün müxtəlif vasitələr və yollar var.
Bollivudun super ulduzu, Kainat gözəli titulunu almış Ayişvara Rayi deyib ki, müasir qadının özünə qulluq etməsi üçün imkanlar 16-cı əsrin şahzadələrindən daha çoxdur. Razılaşmaq olar, amma əlavə edək ki, şahzadə indiki intensiv həyat şəraitində yaşamayıb, o özü deyil, başqaları ona xidmət ediblər. Çağdaş dünyamızda qadınların həmişəkindən daha güclü olduğu buradan aydın olur. Bu gün qadın şəxsi büdcəsini özü müəyyənləşdirir, həyatına aid qərarları özü qəbul edir. Gözəl və eleqant görünməyi prioritetə çevirmək qərarını da özü verməlidir. Əsas istəyin olmasıdır. Bunun üçün gün ərzində 24 saat, həftədə 7 gün, ayda 30 günün içində özünüzə vaxt ayırmağı öyrənməlisiniz. Fərdi cəhətlərinizi tapmalı, zövqünüzü də nəzərə almaqla şəxsi qarderobunuzu yaratmalısınız.
Müasir qadının gücü onun özəlliyindədir. Gözəl görünməyə yazdan başlamaq yerinə düşər. Torpaq, təbiət, bütün canlı varlıqlar kimi, insan da daxilən ayılır, yeniləşir. İnsanlar ilk baxışda üç şeyə fikir verir, duruş və yeriş, gözlər və saçlar. Siz də bunu əsas götürün. Qamətiniz şax tutub, kürəyinizi bir qədər arxaya, sinənizi isə bir qədər irəliyə verib başmızı dik saxlasanız, daha hündür və arıq görünməklə yanaşı, müasir və özünə arxayın bir qadm təsiri bağışlayacaqsınız. Güzgüdə özünüzə tənqidçi gözü ilə deyil, dost gözü ilə baxın. Gülümsəməyə çalışm, gülərüz qadınlar yalnız xoşbəxt deyil, həm də daha gənc görünürlər. Yeni saç üslubu seçmək lazımdırsa, bu işi yubatmayın.
Saçlarınızı lazım olduğu qədər yuyun, "hər gün saç yumazlar, quruyar, xarab olar" sözlərinə fikir verməyin. Saçın quruluşu və keyfiyyəti daxili səbəblərlə, pəhriz, kifayət qədər maye içməməklə, yaxud xroniki xəstəlik, stress kimi problemlərlə bağlıdır. Bu amillərə daha ciddi yanaşmaq lazımdır. Yazın əvvəli qarderobunuzu təzələmək üçün də əlverişli vaxtdır. Əvvəlcə bütün geyimlərinizi nəzərdən keçirin, geyinib-geyinməyəcəklərinizi ayırın. "Bir gün arıqlayıb, ya kökəlib bunu geyinəcəyəm" fikri ilə saxladığınız paltarları kiməsə verin. Onlar qarderobun təzələnməsinə mane olur.
Tam yenilik etmək istəyirsinizsə, büdcənizi müəyyənləşdirin. Keyfiyyətli ayaqqabı, əl çantası, palto və plaş kimi əşyaları baha qiymətə almaq olar, amma keçici, tez dəbdən düşən geyim əşyalarma çox pul sərf etməyin mənası yoxdur. Əsas qarderobda baza geyimlərinin olmasıdır. Misal üçün bir cüt qara şalvar, ağ köynək, cins şalvar, qara pencək. Bir-iki rəngli əşya da əlavə edin. Yaz, yay ayları qarderobda parlaq əşyalar yerinə düşür. Sonra aksessuarları düşünün. Müasir qadının qızıl və gümüş bəzəkləri ilə yanaşı, olduqca rəngarəng bijuteriyası da olmalıdır. Xüsusilə, qlobal iqtisadi tənəzzül dövrü, qızılın qiymətinin ən yüksək həddə çatdığı bir vaxtda bəzən hətta bijuteriya geyim ansamblının əsas elementinə çevrilir.
Yadmızda saxlayın ki, dəb zövqü inkişaf etdirmək üçündür, bu bir fantaziya aləmidir. Dəbin arxasınca qaçmaq hələ eleqant və gözəl geyinmək demək deyil. 60 ilə yaxm Parisdə kütürün tonunu müəyyənləşdirən əfsanəvi Koko Şanel deyib ki, dəb sadəcə, geyimdə deyil, eyni zamanda havada, küçədədir. Dəb bizim ideyalarımız, həyat tərzimiz və ətrafımızda baş verənlərlə bağlıdır. Buna görə də improvizə edin, çəkinməyin! Qarderobun əsasını yaradandan sonra fantaziyanızı işə salın. Sevdiyiniz paltarı geyinin, sevdiyiniz bəzəkləri taxın, zövq alın. Bu əşyalara siz öz xarakterinizi və özəlliyinizi verəcək və ətrafdakılara da unikal və orijinal görsənəksiniz. İndi isə dərindən nəfəs alın, pozitiv düşüncələrlə güzgüyə baxın. Güzgüdən xoşunuza gələn bir insan boylanır. EIə deyilmi? Sizə gözəllik və müvəffəqiyyət arzusu ilə!Mənbə: OK jurnalı / Dilşad ƏliyarlıHəmçinin bax: Cins paltarları nə ilə geyinməl olar, aksessuarlar
| ['moda', 'dəb', 'gözəl görünüş', 'imic'] |
5,072 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/6866/u%C5%9Faq-t%C9%99rbiy%C9%99si.eqoist-u%C5%9Faq.html | Uşaq tərbiyəsi.Eqoist uşaq | ayxansevda | Xoşbəxt ailə | 2 sentyabr 2011, 12:44 |
Uşaqların həyatında belə bir dönəm olur ki, onlar durmadan təkrar edirlər: “ Mən hamıdan birinci yedim”, “ Mən hamıdan güclüyəm”, “ Ana, sənin sözünə qulaq asıram, bacı yox, hə?” , “ mən heç nədən qorxmuram” və s. Bütün bunlar özündən müşdəbehlik və razılıq kimi qəbul edilməməlidir. Əslində uşaq öz gücünü və imkanlarını, istəklərini bildirmək , öz “mən” ini göstərmək istəyir ki, bu da təbiidir. O , istəyir ki, hər kəs bilsin ki, o hər şeyi edə bilər, birincini , ikincini, üçüncünü də.
Belə anlarda valideynlər laqeyd dura bilmirlər, uşağının bu sevincini gördükdə həvəslə bunu yaxınlarına , dostlarına danışırlar, hətta uşağın yanında belə onu tərifləməyə başlayırlar ki, “ O, ən ağıllı, səliqəli , bacarıqlı uşaqdı” , bununla da hiss etmədən uşaqlarında eqoizm hisslərinin toxumunu səpmiş olurlar.
Eqoizmin ilkin əlamətləri uşaqlarda hələ kiçik yaşlarından valideynlərin onların hər istəklərini yerinə yetirəndə, nazları ilə oynayanda yaranmağa başlayır. Bu daha da o vaxt böyüyür ki, ona hər gün çoxlu oyuncaq ,ən dadlı şirniyyatlar alırlar,” al, ver, gətir” kimi göstərişlərinə göz yumurlar. Bunu ilk əvvəl valideyn görmür, hiss eləmir, bəlkə hətta məzəli gəlir onlara , lakin uşaq böyüdükcə eqoizm dərinləşir , sərt forma alır, onda valideyn daha dözə bilmir, çətin vəziyyətdə qalır. Hətta belə bir sual da meydana gəlir? “ Kimə çəkdi bu?” , “ Niyə belə alındı?” , “ Camaatın uşağı belə deyil” və s. Uşaqların tələbləri də böyüdükcə özləri ilə birgə böyüyür. Zərərsiz kimi görünən “ istəyirəm” “ eləməlisən” sözünə, kiçik oyuncaqlar kompyuter, velosiped, bahalı telefonlara çevrilir. Uşaqlar valideyn qayğısını borc kimi anlamağa başlayırlar. Nəticədə bu valideynlərin yarasına çevrilir, onlar inciməyə başlayırlar. Düşünürlər ki, nankor övlad böyüdüblər.
Bir ana özünün 10 yaşlı qızının çox tənbəl olduğundan , dərslərindən soyuduğundan şikayətlənir. Özünün qızına etdiyi köməklərin tamamilə bəhrəsiz olduğunu , əvəzində “ işimə qarışma”, “ əl çək məndən” sözlərini eşitməli olur, nəticədə konflik, göz yaşları, faydasız və nəticəsiz söhbətlər və s.
Sual: Niyə belə olur? Niyə valideynlərin xoş niyyəti özlərinə qarşı çevrilir?
Cavab: Ona görə ki, valideyn uşağının əvəzinə nəsə istəyir. İstəyir ki, o böyüyəndə həkim olsun, kitab oxusun, musiqi alətində çalsın, idmanla məşğul olsun. Evdə də hər işi özləri görürlər ki, bircə uşaqları oxusun. Uşaq əvəzində nəyinki oxumur, çalışmır, hətta təmbəl olaraq böyüyür, elə alınır ki, “ Niyə məni oyatmadın?”, “ Niyə vaxtında filan köynəyimi, ya paltarımı yumadın? Mən məhz onu bu gün geyinməliyəm!” kimi ittihamlarla qarşılaşır. Əgər uşağınızda bu xüsusiyyətləri görsəniz həyəcan siqnalını çalmaq vaxtıdır, bəlkə də gecdir. Ancaq hər şey mümkündür. Əks halda infantil –uşaq böyüdəcəksiniz.
İnfantil uşaq nədir?
İnfantil uşaq – böyük uşaq deməkdir. Bu elə uşaqdır ki, öyrənib ki, hər şeyi onun əvəzində etsinlər . Valideynlər tam asılı bir insandır. Belə insanlar həyatdan doymuş və heçnə istəməyən insnlardır. Onlar bilmirlər ki, nə üçünsə çalışmaq , əldə etməyə çalışmaq var, stimul kimi anlayış var. Belə insanlar daim özlərini aciz və köməksiz hiss edərlər, onlara valideyn qayğısı qocalığa qədər hər an lazımdır.
Öz uşağınızın belə olmasını arzulayırsınızmı?
İstəmirsinizsə postu axıra qədər oxuyun.
Yavaş- yavaş onu da ev işləriinə həsr edin. Qoy evdə ona aid olacaq işlər olsun. Öz yerini düzəltsin, ayaqqabılarını özü yerinə qoysun , paltarını özü qatlasın. Əgər etmirsə qoyun hər şey olduğu kimi qalsın. Qoy bilsin əgər otağını yığmasa səliqəsiz olacaq, paltarını yerinə yığmasa sabah səhər corabını axtarmalı olacaq və ya oyuncaqlarını oynadıqdan sonra yığışdırmasa sevimli maşınını yerində tapmayacaq. İmkan verin öz səhvləri üzərində öyrənsin.
Əlbəttə bütün bunlar qeyri –real və çətin görünə bilər. “ Necə səhər məktəbə oyatmayım, axı, yatıb qalar?” , “ Necə dərslərini etməyi xatırlatmatyım, axı qiymətləri ikiyə enəcək?” və s bu tip narahatçılıqla dolu suallar meydana çıxa bilər. Bütün bunları etmək gərəəkdi, təbii ki, bu uşağın sağlamlığına və həyatına mənfi təsiri olmasa. Tədricən uşaq özü seçim etməyi öyrənərsə, onda problemlər də azalacaq, özünüz də hiss edəcəksiniz ki, uşağınızda eqoizmin faizi azalıb. Ona çoxlu variantlar ( variant nə qədər çox olarsa, bir o qədər yaxşıdır) təklif edin, seçimdə isə iştirak etməyin. Düzgün variantı seçməsə belə. Qoy reallıqla, etdiyi səhv seçimlərin nəticəsi ilə qarşılaşsın. Bu onun “ böyüməsinə” kömək edəcək.
Uşaqlıqdan, məktəbəqədər yaşdan ona anasıına, bacısına, valideynlərinə, umumiyyətlə yaxınlarına( babaya, nənəyə vəs ) kömək etməyi , yardım etməyi öyrədin. Bağçadan, məktəbdən qayıtdıqda orada nə emiş, yenilikləri xəbər alın, hətta dostlarının da nə etdiyini soruşun. Qoy bunları sizinlə bölüşsün. Əgər yaxınlarının uğurları və çətinliklərinə laqeyd deyilsə, demək gələcəkdə sizin qayğınıza qalacaq , qocalıqda sizə yardım edəcək qayğıkeş övlad tərbiyə edə biləcəksiniz
Həmçinin bax: Uşaq tərbiyəsi
| ['xoşbəxt ailə', 'uşaq eqoizm', 'tərbiyə', 'uşaq psixologiyası'] |
5,073 | https://kayzen.az/blog/u%C4%9Fur/6865/birinci-qanunhe%C3%A7-vaxt-%C3%B6z%C3%BCn%C3%BC-r%C9%99hb%C9%99rd%C9%99n-y%C3%BCks%C9%99k-tutma.html | Birinci qanun:Heç vaxt özünü rəhbərdən yüksək tutma | ORIGINAL | uğur psixologiyası | 2 sentyabr 2011, 12:33 |
Qanunun məzmunu Həmişə rəhbərin yuxarıda özünü rahat hiss etməsinə nail olmağa çalışın.Öz istedadınızı nümayiş etdirərək onun yoluna çıxmaqda və ya özünüz haqqında yaxşı təəssürat yaratmaqda çox da uzağa getməyin.Yoxsa əks nəticəyə düçar olmaq təhlükəsi əmələ gələr:onlarda qorxu və inamsızlıq hissi yaradarsız. Rəhbərinizi məcbur edin ki,onlar özlərinə əslində olduqlarından daha əzəmətli görünsünlər. Mötəbər fikir Çalış rəhbərdən yüksəkdən dayanma.İstənilən üstünlük çox pisdir.Vassalın knyaz üzərindəki üstünlüyü nəinki axmaqlıdır,hətta məhvedicidir.Bu göydəki ulduzların bizə verdiyi ibrət dərsinə bənzəyir.Ola bilsin ulduzlar da günəşə bənzəyirlər və onun kimi parlaq işıq saçırlar,ancaq heç vaxt onunla bir yerdə ola bilmirlər. Baltazar Qratsian.1601-1658
Medalın iç üzü Rəqabətə girdiyiniz hər bir adamdan qorxmağa ehtiyac yoxdur,vəziyyətə uyğun şəkildə sərt olmaq lazımdır.Əgər rəhbərinizin günəşi qüruba enirsə,ondan yüksəkdə durmaqdan qorxmamaq olar.Mərhəmətli olmayın-rəhbərinizi soyuqqanlıqla zirvəyə çıxarkən,özünə belə xırda şeylərlə əziyyət verməmişdi.Onun qüvvəsini qiymətləndirin.Əgər o zəifdirsə,zirvədən enməsini sürətləndirin:lazım olan vaxt işgüzar keyfiyyətlərdə,cazibdarlıq və ağılda ondan üstün olduğunuzu göstərin.Əgər o çox zəifdirsə və yıxılan vaxtdırsa təbiətə imkan verin öz işini başa çatdırsın.Çox zəifləmiş rəhbərinizi sıxışdırmaqla siz amansız və vicdansız görünməyə risq etmiş olarsınız-bunu etməyə dəyməz.Əgər rəhbəriniz hələ ayaq üstə dayanırsa və özünüzün ondan qabiliyyətli olduğunuzu yalnız siz bilirsinizsə,səbrli olun və gözləyin.İşlərin təbii gedişi belədir ki,hakimiyyət nəticədə sönükəcək və zəifləyəcək.Rəhbəriniz bir dəfə yıxılacaq və əgər siz oyunu düzgün qursanız,gözəl günlərin birində ona üstün gələrək yüksələcəksiniz. Mənbə: "Hakimiyyətin 48 qanunu" ,Robert Qrim. Azərbaycan dilinə çevirəni:Eldar Əfəndiyev. Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır. Mətndən istifadə edərəkən istinad etmək (mənbə: http://kayzen.az) mütləqdir,əks halda halal edilmir.Həmçinin bax:Hakimiyyətin 48 Qanunu -The 48 Laws of the Power (Robert Greene)
| ['uğur psixologiyası', 'uğur qazanmaq', 'hakimiyyət qanunları'] |
5,074 | https://kayzen.az/blog/346/6861/metro-%C3%A7%C4%B1x%C4%B1%C5%9Flar%C4%B1-%7C-m%C9%99d%C9%99niyy%C9%99tin-be%C5%9Fiyi-kimi.html | Metro çıxışları | Mədəniyyətin beşiyi kimi | Samir012 | 346 saylı marşrut | 2 sentyabr 2011, 02:50 |
Yazmaq və sizlərə çatdırmaq istədiyim Bakıdakı metro sisteminin iş qrafiki yaxud Cəfər Cabbarlı stansiyasına 28 May stansiyasından keçid olduğunu çatdlrmaq deyil, vurğulamaq istədiyim metro çıxışlarında olan yüksək "səviyyə"dəndir. Demək istədiyim insanları təhqir deyil sadəcə tənqid etmək və yaxşılığa doğru dəyişiklikləri görmək istəməmdir yaxud da konstitusiyada hələ də qüvvəyə minə bilməyən qanunlar və onları icra etməyə can atan insanlardır.
Metro çıxışlarında bir vacibata çevrilən "dönər-xana"lar, birazca kənarda yerləşən "musiqi-xana" və uca səslə ətrafı feyziyab edən əla musiqilər. Qulaqları "can-canadır" eşitən təzəcə rayondan gəlmiş gənc görəsən nə düşünür, bəlkə elə həmin an öz yaşadığı rayona qayitmaq istiyir, yaxud da üzərində taksi yazılan avtomobildən gələn "o mənim olmalıdır" deyib dirəşən "səviyyəli" ifalar insanda görəsən nə təəssurat yaradır.
Fəsillərdən asılı olaraq metronun tam çıxış hissəsində qurulan "shopping center" -ləri hələki vurğulamıram. Ən yaxşı halda isə birazca uzqda yerləşən "ailəvi restoranlardır". Mertonun çıxışlarından birinin birbaşa parka çıxması insanların işini asanlaşdırır. Parkın yaxşıca təmir olunub, bəzən konsertlər də olur amma bu sıxlıq bəzilərinə çox pis təsir edir, axı onlar romantik dəqiqələrdən məhrum olurlar. Onlara sakit və insanların mümkün qədər az olduğu yer lazımdır, əsas odur şərait olsun, oturmağa və az qala coşub-daşan romantik hisslər yaşamağa.
Metodan biraz uzaqlaşaq, budur önümüzə bir bina çıxır, və binanın divarlarında boş qalmış yerlərə yazılan "ibrətamiz" sözlər və saytlar, və həmçinin sevgi etirafları. Yox mertodan çox uzaqlaşdıq biraz əvvələ qayıdaq. Çıxışın tam sağında əyləşən bluetooth-lu gənclər, onlar daim axtarışdadırlar, şikarını gözləyən "aslanlara" bənziyirlər. Xeyir siz yanlış düşünürsüz bu elədə asan iş deyil, bluetooth üçün xüsusi adların seçilməsi vacibdir, nömrə yazmaq isə ideal sayılır. Yaxşı olar ki, çox dərinliyinə getməyim.
Görəsən niyə bizdə başqa ölkələrdən yaxş?ı və insanlar üçün əhəmiyyətli şeylər götürülmür, görəsən nə vaxt bizim metrolarda da insanlar xaricdəki kimi kitab, qəzet yaxud jurnallar oxuyacaq, görəsən nə vaxt gənclərimiz telefonla oynamqadan əl çəkəcək, görəsən nə vaxt insanlar daha faydalı işlərlə məşğul olacaq, görəsən nə zaman bizdə yaşadığımız cəmiyyətdən razı qalacağıq.., sadaladıqca bitməyən ümüdlər və zamanın sonsuzluğuna arxalanan arzular boylanır. Bunu təklikdə edə bilmərik, gəlin hamımız birlikdə çalışaq və nəsə edək, uğurlu olacağımıza əminəm, məhz həndəsi silsilədəki kimi.
Həmçinin bax: Metroda eynək mədəniyyəti, Like dilə gəlib, Hamburqda bir saat
| ['metro mədəniyyəti', 'Azərbaycan reallıqları'] |
5,075 | https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/6859/bismillah.html | Bismillah... | Xrizoberil | İslami Hekayətlər | 1 sentyabr 2011, 19:05 |
Molla bir söhbətində: - "Bismillah deyərək getsəniz, suyun üzərindən batmadan keçə bilərsiniz."- deyir.Bu sözə inanan bir kəndli, artıq körpü yerinə çaydan keçir.Bir gün mollanı evinə dəvət edir.Dəvəti qəbul edən molla ilə birlikdə gedərkən, qarşılarına çay çıxır və adam çayın üzərindən gedərək keçir.Amma molla suya girməyə cəsarət edə bilmir.
Çaşmış kəndli,- "Molla siz belə deməmiş idinizmi, gəlsənizə!"-deyə səslənər.Molla isə belə cavab verər:- "Onu söyləyən dil məndə; amma ona inanan ürək səndədir...!"
| ['islam hekayələr'] |
5,076 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/6858/t%C9%99rbiy%C9%99-yarad%C4%B1l%C4%B1%C5%9Fa-ba%C4%9Fl%C4%B1d%C4%B1r.html | Tərbiyə yaradılışa bağlıdır. | Xrizoberil | Düşündürücü hekayələr | 1 sentyabr 2011, 18:54 |
Hökümdarlardan biri vəzirinə, oğulunun müəllimi ilə əlaqədar şikayətlənirdi:- Mən oğulum elm öyrənsin istəyirəm... Mənim yerimə yaxşı bir hökmdar olsun... Amma o davamlı musiqilə, sazla, sözlə məşğul olur... Zənnimcə müəllimi onu, əslinə yaraşar şəkildə yetişməsi istiqamətində yönləndirə bilmir.Vəzir:- Hökümdarım, müəllimin əlində möcüzə yoxdur ki! Uşağın neyə qabiliyyəti varsa müəllimi ancaq onda irəliləməsinə kömək edə bilər. İnsanın təbiəti dəyişdirilə bilməz. Tərbiyə yaradılışa bağlıdır.Hökümdar düşüncəsinin arxasında idi... Doğuşdan sahib olduğumuz bacarıqların, tərbiyə ilə dəyişdirilə biləcəyini müdafiə edirdi... Bunu sübut etmək üçün də; bir axşam sarayda əyləncə tərtib etdirdi. Əyləncə arasında təhsilli pişiklərin bir nümayişi vardı. Pişiklər, kürəklərinə qoyulan qabı və qabın içindəki yanan şamları salmadan etinayla daşıyırdılar. Hökümdar vəzirə, pişikləri göstərərək:
- Görürsənmü? dedi. Tərbiyə ilə nələr bacarıla bilir...Vəzir cavab vermədi, müsbət ya da mənfi... Başqa bir əyləncə gecəsini gözlədi və bu gecəyə gələrkən də yanında bir neçə dənə siçan gətirdi gizlicə. Pişiklərin nümayişi başladığında, siçanları pişiklərə doğru yolladı. Siçanları görən pişiklər, kürəklərindəki qabı, şamı unudub siçanların arxasına düşdülər. Şamlar bir tərəfə, qablar bir tərəfə diyirləndi... Yanan şamlardan, xalçalar alovlandı... Ortalıq bir anda tarimar oldu... Bu sırada vəzir isə padşaha soxulub; iddiasını dəstəkləyən dəlili qürurla seyr edərək belə dedi:- Gördünüzmü padşahım, tərbiyə yaradılışa bağlıdır!
| ['ibrətamiz hekayə'] |
5,077 | https://kayzen.az/blog/h%C9%99zm/6857/m%C9%99d%C9%99-ba%C4%9F%C4%B1rsaq-qanaxmalar%C4%B1.html | Mədə-bağırsaq qanaxmaları | Zeyneb_Ehmedova | həzm sistemi | 1 sentyabr 2011, 16:43 |
Mədə-bağırsaq qanaxmalarının diaqnozu qanaxmanın xarici əlamətlərinə görə qoyulur (qanhayxırma,qanqusma,melena,çoxlu miqdarda qanın xaric olması) Diaqnoz bəzn damar kollapsı əlamətlərinə görə təyin olunur.Hematokritin,dövr edən qanın həcminin müayinəsi diaqnozu təsdiqləməyə şərait yaradır.İlk saatlarda qanda hemoqlobin və eritrositlərin miqdarı dəyişilməyə bilər,sonra isə aşağı düşür
Qusuntu kütləsinin tünd rəngdə olması ancaq mədə-bağırsaq qanaxması zamanı deyil bəzən xəstələrin bəzi qida məhsullarını (kofe,çuğundur,qara qarağat) bəzi dərmanları (karbolen,bismut-nitrat) qəbul etməsi nəticəsində baş verir.Yoğun bağırsağın distal hissəsinin olan qanaxma zamanı nəcis al-qırmızı qanla qarışıq olur.Bəzən qida borusundan olan qanaxmanı səhvən ağciyər, bağırsaq qanaxmasını isə (qadınlarda)-uşaqlıq qanaxması hesab edillər.
Müalicəsi:Mədə-bağırsaq qanaxmaları olan xəstəlkər dərhal cərrahi stasionara qospitalizasiya olunur.Müalicə qanaxxmanın səbəbindən asılı olaraq, əsasən aşağıdakı istiqamətə yönəldilməlidir:
1.Qanaxmanın mənbəyini yox etmək(cərrahi yolla və ya endoskopiya)
2.Hemostatik maddələr qəbul etməklə qanaxmanı dayandırmaq\3.Qanaxmanın yerini bərpa etmək: eyni qrup qanı və ya qanəvəzedici köçürmək
4.Şok və ya kollapsla mübarizə etmək, bunun üçün damar tonusunu qaldıran,ürəyin fəaliyyətini yaxşılaşdıran maddələrdən istifadə edilir
Qanaxmaların müalicəsiondə ümumi prinsiplərlə soyuq proseduralar aiddir.
Mədə-bağırsaq qanaxmalarında epiqastral nahiyəyə buz qoyulması (tez0tez dəyişdirilmək şəraitində) daxiulə buz verilməsi əhəmiyyətlidir
Müəllif:Əhmədova Zeynəb
| ['tibb'] |
5,078 | https://kayzen.az/blog/maraqli-faktlar/6848/bir-az-d%C3%BC%C5%9F%C3%BCn%C3%BCn.html | bir az düşünün... | Xrizoberil | Maraqlı faktlar | 1 sentyabr 2011, 16:23 |
Kömək siqnalı olan S.O.S -ın mənası nədir?Çox adam "Save our Ship" (gəmimizi qurtar), "Save our Soul" (ruhumuzu qurtar), "Stop Other Signals" (digər siqnalları dayandır) kimi sözlərin tərcüməsi kimi bilir. Amma heçbiri deyil. Tamamən teleqraf zamanından qalma Mors əlifbasıyla bağlıdır. Kömək çağırışının asan yadda qalması üçün 1908 -də üç xətt, üç nöqtə, üç xətt olan S.O.S seçildi.Niyə ağlayırıq?Dünyadakı canlılardan yalnız insan ruhsal səbəblərə görə ağlayır. Əslində gözyaşı gözlərimizi qorumaq üçün lazımdır. Amma ağlamaq ruhsal boşalmadır. Bu mövzunu birinci dəfə Darvin araşdırıb. Sonra aparılan təcrubələr nəticəsində bilindi ki, soğan soyarkən axan gözyaşları ilə əsəbdən ağlayarkən (ruhsal) axan gözyaşlarının kimyəvi tərkibi də fərqlidir. Ruhsal gözyaşları daha çox proteindən ibarətdir. Amma hələ ki bu fərqin səbəbi tapılmayıb.
Termos necə istini isti, soyuğu isə soyuq saxlayır?Tək bir səbəbi var - vakum. Yəni boşluq. Bir termosda iç-içə keçmiş iki qab var. Qıraqdakı metaldan, içəridəki isə əsasən şüşə qabdan olur. İkisinin arasındakı hava isə boşaldılmışdır. Tam olmasa da istehsalçılar tərəfindən əldə edilən tama yaxın bir boşluq var. Vakumlu bir şəraitdə hava molekulları da olmadığından soyuq və isti ötürməzlər. Cismin temperaturu başlanğıcda neçədirsə elə də qalır. İçərdən qırağa, qıraqdan içəriyə istilik keçməz. Beləcə də termosa qoyulan maye istidirsə isti, soyuqdursa soyuq qalır.Dünyanın ən çox oxunan mahnısı hansıdır?Bu mahnı "Happy birthday to you" -dur. Mahnının əsli Amerikalı iki bacıya aiddir. Original adı "Good Morning to All" -dur. Daha sonra sözləri dəyişərək bütün düyaya yayılmışdır. Amma müəllif hüququ qızlara - bu iki bacıya məxsusudur. Onlardan sonra da Warner/chappel musiqi şirkətinə keçmişdir. Mahnı ticarət məqsədilə istifadə olunduğu zaman şirkətə pul ödənilir
| ['maraqlı faktlar'] |
5,079 | https://kayzen.az/blog/Cavid/6854/mirvari.html | Mirvari | Cavid | Bloq: Cavid | 1 sentyabr 2011, 14:40 |
Azərbaycanda mirvari ehtiyatı olmasa da, bu qiymətli daş-qaşa həddindən artıq isti münasibət var; hətta "Ölkəmizdə mirvarisi olmayan xanım yoxdur" desək yanılmarıq. Bəstəkarlarımız bu ada mahnı da qoşublar; məsələn: «Ay mirvari dalğalar». Qızına "Mirvari" adı verən valideynlər də az deyil. Bir sözlə, bizdə ən incə, ən qəşəng, gözəl, özəl məqamların adı mirvari ilə assosiasiya olunur. Mirvarinin Şərqdə geniş yayılmış digər bir adı isə incidir ki, bu ada qarşı da bizdə eyni həssaslıq var.
Görünür, bu həm də mirvarinin Müqəddəs Qurani-Kərimdə adının çəkilməsi, onun insanlara bəzək əşyası kimi göndərilməsinə dair məlumatın olması, cənnət bəzəyi adı verilməsi ilə bağlıdır.
Mirvari necə əmələ gəlir?
Bu qiymətli daşın özəlliklərinə, onunla bağlı maraqlı hadisələrə toxunmazdan öncə, yaranmasından, növlərindən, hansı məkanlarda daha çox tapılmasından, yetişdirilməsindən bəhs etmək yerinə düşər. Mirvari ilbizlərin çanağında əmələ gəlir. Yeganə bəzək əşyasıdır ki, onun emala ehtiyacı yoxdur. Məhz bu keyfiyyətinə görə, əsrlərboyu təbii mirvarilər baha qiymətə təklif olunub. Düzdür, süni mirvarilər peyda olandan sonra qiymət düşməsi əmələ gəlsə də, təbii mirvari hələ də öz yerini və qiymətini qoruyur.
Təbii və süni mirvaridən söz düşmüşkən, qeyd etdiyimiz kimi, təbii mirvari, adətən, dəniz midiyalarının, şirin su molyusklarının, bəzən də ilbizlərin qabıqları daxilində əmələ gəlir. Təsadüfən çanağın içərisinə düşən kənar bir hissəcik ilbizi və digər adıçəkilən heyvanları qıcıqlandıraraq şirə buraxmasına səbəb olur. Şirə isə müəyyən zaman müddətində kənar hissəciyi əhatə edərək mirvari əmələ gətirir. Təbii mirvarilərin özü də iki yerə bölünür: dənizdə və şirin suda, çayda yaşayan canlılardan əmələ gələnlər.
Təbii mirvaridən seçilmir.
Son illər süni mirvaridən çox istifadə olunur. Çünki müasir texnologiya hər ölçüdə, formada, rəngdə süni mirvari yetişdirməyə imkan verir. Qeyd edək ki, XX əsrin əvvəliəri təbii mirvarilərin hasilat dövrü, həmçinin, onun sənaye miqyasında yetişdirilmə dövrü sayılır. Mirvarinin yetişdirilmə prinsipi sadədir. Belə ki, şirin su sədəf balıqqulaqlarının qabığından kiçik sədəf kürələr yonulur, sonra ilbizin çanağının içərisinə yerləşdirilərək suya qaytarılır. Bir müddət sonra sədəf qatı ilə örtülmüş muncuqlar çanaqdan çıxarılır. Süni yetişdirilmiş mirvari tərkib və xassələrinə görə təbii mirvaridən, demək olar ki, seçilmir. Lakin qiymətləri arasında çox böyük fərq var. Dəniz mirvarisi istehsalının əsas mənbəyi Qırmızı dəniz, Şri-Lanka sahilləri, Hindistan və Yaponiya sayılır. Dünyanın sənaye əhəmiyyətli mirvari yetişdirilən yerləri isə Mərkəzi Amerika və Şimali Avstraliyadır. Hazırda Çin, Birma, Vyetnam, Filippində də bu işlə məşğul olurlar.
İlk süni mirvarilər və Mikimotanın hədiyyəsi
Əvvəllər bəzi işbazlar şüşədən mirvari düzəltməyə çalışırdılar. XV-XVI əsrlərdə «Roma mirvarisi» adı ilə məşhurlaşan mirvari, sadəcə, içərisinə parafin doldurulmuş şüşə idi. Sonralar bu prosesi balıq pulcuqlarından «mirvari cövhəri» hazırlayaraq şüşələrin üzərinə çəkməklə və bir neçə dəfə sobada bişirməklə həyata keçirirdilər. Çox vaxt saxta mirvari istehsalçıları aşağı keyfiyyətli mirvarinin satışını yüksəltmək üçün onu gümüş nitrat ilə rəngləyirdilər. Belə «mirvari» vaxt ötdükcə qonurlaşır. Bu işdə rentgen şüasından da istifadə olunurdu. İşığa verdikdə mirvari qara rəng alır, həm də bu zaman qara rəngin üzərində süni metal çalarlar yaranır. İşbazlar bu gün də saxta mirvaridüzəltmə istiqamətində baş sındırırlar, yollar arayırlar. Amma mirvarinin süni surətdə yetişdirilməsi istiqamətində çalışan alimlər, müxtəlif yolları sınaqdan çıxardıqdan sonra belə qənaətə gəldilər ki, ilbizlərin iştirakı olmadan mirvari yetişdirmək mümkün deyil. Yeri gəlmişkən, ilbizlərin iştirakı ilə ilk süni mirvarini 1761-ci ildə İsveç təbiətşünası Karl Linney yetişdirib. Bundan başqa, 1896-cı il 27 yanvarda yaponiyalı Kokiti Mikimoto süni yetişdirilmiş mirvariyə patent alıb. İxtira həqiqətən də nadir idi. Bu alim sonradan iri inci dənələri yetişdirməyə də müvəffəq olmuşdu. Belə mirvarilərin sənaye miqyasında istehsalına isə XX əsrdə start verilib. Mikomoto yetişdirdiyi ilk mirvarilərdən 15 dənəsini 1910-cu ildə yapon imperatorunun əmisi oğlu şahzadə Komadzuya peşkəş eləmişdi. O da həmin mirvarilərdən bir neçəsini İngiltərə kralı V Georq taxta çıxanda ona hədiyyə vermişdi.
Hazırda süni yolla yetişdirilən dəniz mirvariləri arasında ən məşhuru Akaya sortundan olan yapon mirvarisidir ki, bu da keyfiyyət etalonu sayılır. Onu da qeyd edək ki, təbii mirvarilərarasında ən diqqət çəkəni və bahalısı gümüşü və gümüşü-yaşıl çalarlı mirvarilərdir. Bu mirvarilərə az rast gəlinir. Təbii mirvarilərin ağ, qızılı, çəhrayı, yaşıl rəngləri də mövcuddur. Yetişdirilmiş mirvarilərin parıltıları isə bir az sönük olur. Mirvariləri qiymətləndirmək üçün, əsasən, yeddi şərt müəyyənləşdirilib: rəng, parıltı, sədəf qatının qalınlığı, forma, təmizlik, ölçü, çeşid
Mirvari və siyasət
Söz qiymətdən düşmüşkən, indiyədək müxtəlif qiymətlərə satılan mirvarilər arasında ən bahalısı «Regentşa» olub. 1988-ci ildə Cenevrə şəhərində keçirilən hərracda küveytli milyarder C.Abdulla «Regentşa» adlı mirvariyə görə 1,21 milyon İsveçfrankı (865 min doliar) ödəyib. Bahalı mirvarilərdən biri də maraqlı və qəribə tarixçəsi olan İngiltərə krallarının tacını bəzəyən «Qaragül»dür.
1910-cu ildə VII Eduardın ölümündən sonra V Georq taxt-taca çıxır. O, hakimiyyətə gələndən sonra iki əsas partiya leyboristlər və konservatorlar müvəqqəti barışıq elan edirlər. Barışıqdan sonra İngiltərənin müstəmləkə siyasətində müəyyən dəyişiklik yaranır, Hindistan və İrlandiya problemlərinə baxış dəyişir. Bu proseslərlə əlaqədar sarayda müəyyən çəkişmələr başlayır, qarışıqlıq yaranır. Məhz bu ərəfədə kralın tacını bəzəyən «Qaragül» adlı mirvari yoxa çıxır. Axtarışlar heç bir nəticə vermir. Aradan xeyli müddət keçdikdən sonra, daha dəqiq desək, 1919- cu ildə İngiltərə və Fransa qəzetləri bu məsələni yenidən gündəmə gətirir. Jurnalistlərin apardığı araşdırmalar, yazılan məqalələr «Qaragül» müəmmasının açılması ilə nəticələnir.
«Qaragül»ün qara taleyi
Günlərin birində Avstriyanın paytaxtı Vyana yaxınlığındakı Ştokkerau şəhərciyində yaşayan yəhudi ishaq Rotun lombard kontoruna bir şəxs daxil olur. Bu, İshaqın qonşusu Adam Günter idi. Adam ishaqa iri bir mirvari verərək, əvəzində 20 qulden pul istəyir. O, bu yolla vergini ödəmək istəyirdi. Xeyli tərəddüddən sonra yəhudi sahibkar bu sövdələşməyə razılaşır və bir neçə gün sonra mirvarini yoxlatdırmaq üçün Vyanaya üz tutur. Vyanada tanınmış zərgərlərdən birinə yaxınlaşıb mirvarini göstərir. Zərgər İshaqa bu mirvarinin nadir birtapıntı olduğunu deyir, hətta bu daşın «Qaragül»ə bənzədiyini xatırladır, amma mirvarini almır, İshaqı saray zərgərinin yanına göndərir. Deyir ki, saray zərgəri bu mirvariyə yaxşı pul verəcək. İshaq zərgərin dediyinə əməl edir. Amma bu sövdələşmə ona baha başa gəlir. Saray zərgəri «Qaragül»ü tanıyır və polis çağırıb İshaqı həbs etdirir. İshaqın ardınca Adam Günter də həbs olunur. Günter istintaq zamanı mirvarini ona ağası Qraf Batianın ölüm ayağında olarkən hədiyyə etdiyini bildirir. istintaq «Qaragül»ün necə oğurlanmasını aşkarlaya bilməsə də, mirvari xəzinəyə qaytarılır, ekspertlər və zərgərlər ona 100 min frank qiymət qoyurlar. Deyilənlərə görə, bu mirvari indi də İngiltərə kralının tacını bəzəyir.
Nadir şahın uzunömürlü mirvariləri
«Qaragül»ün çəkisi 50 karat idi. Amma tarixdə bundan da böyük mirvarilər olub. Təbii mirvarilər arasında ən böyüyü hazırda Londonda Cənubi Kensinqtondakı muzeydə saxlanılır. Onun çəkisi 450 karatdır. İspaniya kralı II Filippə (1527-1598) məxsus mirvarinin çəkisi 137 karat idi.
1513-1521 -ci illərdə Vatikana rəhbərlik etmiş şəxslərdən (papa) birinə aid mirvarinin çəkisi isə 128 karata çatırdı. Mirvarilər, əsasən, 150-200 il «ömür» sürdüyündən, indi həmin mirvarilər də «yaşamır». Bununla belə, yaşı 200-ü keçən mirvarilər də var; məsələn, Nadir şah Əfşarın Hindistandan İrana gətirdiyi və hələ də İran Mərkəzi Bankında saxlanılan yumurta boyda mirvarilər yaşı göstərilən müddəti ötsə də, «yaşayırlar». Yaşlı mirvarilərdən biri də 2011-ci ilin martında, 79 yaşında dünyasını dəyişmiş məşhur ingilis aktrisası Elizabet Teylora məxsus idi.
Ürəyin dərmanı, gözün işığı
Əsrlərboyu sadə insanlardan tutmuş imperatorlara, krallara qədər hamının diqqətini cəlb edən mirvari, litoterapiyanın da metodları sırasında özünə layiqli yer tutub. Hələ qədim dövrlərdən litoterapiyaya mirvarinin ürək xəstəliklərinin dərmanı olması məlum idi. Litoterapevtlər kəskin ürək ağrıları zamanı kiçikölçülü mirvarini dilin altında saxlamağı məsləhət görürdülər. Mirvari ağrıları götürür, ürək döyüntülərini, aritmiyanı sakitləşdirir, itirilmiş gücü bərpa edirdi. Bəzi iddialara görə, mirvari insanı cavan saxlayır, seksual həssaslığı artırır, cinsi fəaliyyəti qaydaya salır. Bundan başqa, onun beyin xəstəliklərində, zəhərlənmələrdə kömək etdiyi də məlumdur. Göz sinirlərinin və başqa göz xəstəliklərinin müalicəsində, həmçinin, "toyuq korluğu"nda da mirvaridən istifadə olunur. Litoterapevtlər bildirirlər ki, mirvari görmə itiliyini artırır. Bundan başqa, bu qiymətli daş qanı təmizləyir, onun al-qırmızı rəng almasına səbəb olur. Mirvari insanı qorxudan, stresdən qorumaqla yanaşı, qızdırmanı, dizenteriyanı, yuxusuzluğu, miqreni, babasili müalicə edir. Ondan böyrək, qaraciyər, öd xəstəliklərində də istifadə olunur. Dişləri parıltılı verir, ağızdan pis qoxunu uzaqlaşdırır. Mirvari hamilə qadınlar üçün də çox faydalıdır, ana bətnində dölü qoruyur. Yüksək temperatur zamanı effektli vasitədir. Şəkərli diabet xəstələrinə, astma tutmaları zamanı da çox köməyi olur. Allergik reaksiyalarda müsbət təsiri var.
Zərgərlər narazdır, əczaçılar razı
Qədim hind təbabəti isə möhkəmləndirici vasitə kimi, kiçikölçülü mirvarilərin saxlanıldığı suyu içməyi məsləhət görür. Bunun üçün xırda mirvarilər gecədən suya qoyulmalıdır. Belə hesab olunur ki, bu su orqanizmdə maddələr mübadiləsini tənzimləyir, kəskin göz xəstəliklərində, soyuqdəymədə, endokrin, qadın xəstəliklərinın müalicəsində yararlı sayılır.
Yaponiyada, hətta apteklərdə toz halında mirvari satılır və buna tələbat böyükdür. Yetişdirilmiş mirvarilərin zərgərləri qane etməyən hissələri Cənub-Şərqi və Cənub-Qərbi Asiya ölkələrində dərman vasitəsi kimi istifadə olunur. Müasir dövrdə hazırlanan dərmanların bir çoxunun tərkibinə mirvari qatılır.
Xoşbəxtlik daşı
Mirvari təkcə gözəl görünüşünə görə deyil, mistik tərəflərinə görə də insanların, xüsusilə qadınların diqqətini cəlb edir. Ta qədim zamanlardan mirvari xoşbəxtlik daşı sayılır. O, sahibinə arzu və istəklərini həyata keçirmək imkanı verir. Deyilənlərə görə, yuxuda mirvari görmək gələcək uğurlardan xəbər verir. Yuxuda mirvaridən düzəldilmiş hədiyyə almaq isə var-dövlətə işarədir. Keçmiş inanclara görə, mirvari sevinc, xoşbəxtlik, var-dövlət gətirir, xoşbəxtlik talismanı sayılır. Elə bu üzdən subay qızlara mirvaridən hazırlanmış zinət əşyaları istifadə etmək məsləhət görülür. Mirvariqaşlı üzük insanı əliəyrilikdən, düşünülməmiş, düzgün olmayan addımlar atmaqdan çəkindirir, sevgidə sadiqliyi qoruyur.
Başqa bir inama görə, mirvarinin rənginin tutqunlaşması onun sahibinin ağır xəstəliyə düçar olmasına, yaxud da tezliklə öləcəyinə dair bir xəbərdarlıqdır. Təcrübə də göstərir ki, xəstə insanların istifadə etdiyi mirvari sürətlə sıradan çıxır, parıltısını daha tez itirir. Əgər mirvari qəfildən xarab olmağa başlayırsa, dərhal sağlamlığınızın qeydinə qalın. Bəzi inanclara görə, mirvari ailəli adamlara yaxşı təsir göstərir. Təsadüfi deyil ki, bir çox ölkələrdə gəlin bəzəyi kimi mirvaridən istifadə olunur. Qədim Romada təzə evlənənləri mirvari boyunbağı ilə sarıyırdılar. Bu, ər-arvad sadiqliyinin simvolu sayılırdı. Çində gəlinin baş geyimindən mirvari düzülmüş o qədər sap asırlar ki, gəlinin üzü görünməz olur. Bundan başqa, üzərində mirvari gəzdirən insanlar lovğalığı, iddianı, şöhrətpərəstliyi bir kənara qoyur, səhvini düzəltməyə çalışır. Bununla belə qara mirvari depressiya, hüzn, darıxdırıcılıq gətirir. Gənc qadınlara onu daşımaq məsləhət deyil. Deyilənlərə görə, qara mirvari gəzdirən qadınlartez dul qalırlar.
Qiymətli daş-qaşlar arasında mükafat şəklində təqdim olunanı da mirvaridir. Hələ qədimdən Romada kvadriqlərin (iki təkər üzərində dörd ata qoşulu antik araba) yarışında qalib üçqat mirvari boyunbağı ilə mükafatlandırılırdı. Çingiz xan dönəmində mirvari var-dövlət, hökmdarlıq, əzəmət, qüvvət simvolu idi.
Saxlanma qaydaları
Qeyd etdiymiz kimi, digər zinət əşyalarindan fərqli olaraq, mirvari 100-150 il olduğu kimi qalır, sonra sıradan çıxır. Tədqiqatçılar, zərgərlər təcrübədən çıxış edərək bildirirlər ki, mirvarinin tez «qocalmaması» üçün ondan daim istifadə etmək lazımdır. Mirvarini günəş altında tutmaq məsləhət deyil. Çünki isti onu sıradan çıxarır. Hətta insan bədəninin hərarəti də onu xarab edir. Kosmetika, saç lakı, tər, çirk, buxar, yağ, müşkün kəskin qoxusu mirvariyə ziyandır. Mirvarinin korlanmaması üçün onu səliqəli daşımaq və ara-sıra təmizləmək lazımdır. Duzlu su və sabunla yumaq məsləhət görülür. Bundan başqa, mirvarini paltarın üstünə taxanda rəngi solmağa başlayır.Müəllif: Eldar
| ['mirvari', 'aksesuarlar'] |
5,080 | https://kayzen.az/blog/stil/6852/makiyaj-bar%C9%99d%C9%99-bilm%C9%99diyiniz-sirl%C9%99r.html | Makiyaj barədə bilmədiyiniz sirlər | Mysteryo | Yaraşıqlı görünüş, gözəl imic | 1 sentyabr 2011, 13:44 |
Makiyajın üzünüzdə bir müddətə kimi qalmasını istəyirsinizsə makiyaja başlamazdan əvvəl mütləq dərinizi təmizləməlisiniz. Əks halda makiyajınızı etdikdən qısa bir müddət sonra belə makiyajınız günlər əvvəlinin makyajıymış kimi görünər.Qüsursuz makiyaj üçün dərinizi yaxşıca təmizlədikdən sonra, tonik istifadə edə bilərsiniz. Daha sonra nəmləndiricilərdən istifadə edin və dəri tərəfindən dərinin tərkibinə yatmasını gözləyin. Ardından makyajınıza başlaya bilərsiniz.Üzünüzdə ləkələr varsa, ton kremi istifadə lazım olacaq. Makiyaj edərkən ən əhəmiyyətli nöqtə gözlərdir. Baxışlarınızla çevrənizdəki insanları cəlb edə bilərsinizsə, deməli makiyajınız yaxşı edilmiş deməkdir. Bu mövzu da eyeliner sizə çox köməkçi olacaq.Dodaq boyanızın qalıcı ola bilməsi üçün dodaq qələminizi dodağınızın hər yerinə, pomadasnı isə onun üzərinə sürtün. Makiyajınızın gün boyu qalıcı ola bilməsi üçün göz qələmi istifadə edin. Göz və kirpikləriniz üçün tuş lazım olacaq. Unutmayın ki, makiyajın məqsədi, "gözəl yerləri vurğulamaqdır."Makiyajın bir neçə əsas nöqtələri- Gözünüzə qələmi mütləq incə çəkin.
- Kirpik üçün tuşu hər vaxt iki qat sürün. İlk qatın qurumasını gözlədikdən sonra ikincini tətbiq edin.- Göz qələmini əsla gözünüzün içinə çəkməyin. Bu, gözlərinizi olduğundan kiçik göstərər.- Gözlərinizi iri göstərmək istəyirsinizsə, qələmi kirpiklərinizin içinə çəkin.Quru dərilərdə nəm nisbətini necə qorumalısınız?Quru dərilərdə nəm nisbətini itirmiş olduğunuz üçün, yaşlanma təsirləri digər dərilərə nisbətdə daha çoxdur.- İsti, soyuq və günəş yaşlanma təsirini də daha çox artırır. Bu səbəbdən quru cildlərin digər dərilərə görə daha çox tədbir alması lazımdır.Həmçinin bax:Gözəl olmağın sirləri
| ['makiyaj', 'gözəllik sirləri'] |
5,081 | https://kayzen.az/blog/logika/6851/%C3%A7ox-maraql%C4%B1-suallar.html | Çox maraqlı suallar | Mysteryo | Məntiq və IQ | 1 sentyabr 2011, 13:35 |
1. Bu gün hava 0 dərəcədi. Hidrometrelogiyadan sabah havanın 2 qat daha soyuq olacağı bildirildi.sabah hava neçə dərəcə olacaq? (0 deməyin çünki 2 qatı daha soyuq olacaq )2. Yağışlı bir gündə villanın sahibi öldürülür. Polis evə gəldiyində hər kəsi sorğu-sual edirXidmətçi :-Mən Uşağa baxırdım, deyirBağban:-Mən çiçəkləri sulayırdım, deyirTəmizlikçi: Mən duşu təmizləyirəm, deyirAşbaz:-Mən yemək hazırlayırdım, deyir.Sizcə kim öldürüb? 3. Bir restoranda da cinayət işlənir və cinayətə bağlı tək şahidin ifadəsi alınır. Şahid:" Yoldan keçərkən səslər eşitdim və restoran şüşəsinə yaxınlaşıb şüşədəki buğu sildiyimdə restaran sahibinin birini bıçaqla öldürdüyünü gördüm" şəklində ifadə verər. Polis bu ifadə üzərinə şahidi cinayətdən həbs edir. Polis neyə əsaslanaraq bu adamı cinayətdən məsul tutmuşdur? 4. Bütün gün boyunca eyni sualı soruşub hər səfərində fərqli cavab aldığımız sual nədir?
5. Bir qrup gəmi ilə dəniz səfərinə çıxarlar və gəmi bir müddət sonra qayaya çarparaq su batmağa başlar. .geminin içində evli cütlər vardır..bu gəmi batmağa başladığından gəmidəki hər kəs yaxınlardakı kimsənin olmadığı bir adaya doğru üzərlər. Adada çatdıqlarından bir neçə həftə sonra yeməkləri tükənər.Bir neçə gün keçdikdən sonra adadakı adamlardan birinin arvadı aclıqdan ölər və digərlərinin vəziyyəti də pisləşməyə başlamışdır..Aclıqdan nə edəcəyini bilməyən insanlar ölən qadının ərinə arvadını yeyək yoxsa aclıqdan ölecəyik deyərlər və adam təbii ki bunu qəbul etməz və arvadını yoldaşları ilə birlikdə bir ağacın dibinə basdırar..Arvadını yeməkdən imtina etdiyini söyləyən yoldaşları bir neçə gün sonra ;-Ey qağayı tapdıq axır ki qarınımız doyacaq.Deyə qışqırmağa başlarlar və arvadı ölən adamı yeməyə çağırarlar. Adam ilk dəfə qağayı yeyirdiqarınlarını doyurarlar və bir müddət sonra yaxınlardan gəminin keçdiyini görüb diqqətlərini çəkməyə başlarlar və gəmi gəlib oları xilas edərhamısı xilas olmuşdur ölən qadın xaricində..Xilas olanlar xilas olmalarının şərəfinə bir restorana gedib hamısı birlikdə qağayı əti sifariş verərlər.Arvadı ölən adam qağayıdan bir az yedikdən sonra tualetə gedər başına silahı söykəyər və tətiyi çəkər..səbəb?6. Kleopatranın qaynanasının ona nifrət edir. Hər dəfə onu öldürmək istəsə də, Kleopatra hər dəfə canını qurtarmıŞdır. Bir gün qaynanası Kleopatranı evə qonaq çağırır. Yeməyə ət hazırlayır. Əti bıcaqla iki yerə bölür və bir hissəsini özü yeyir. Digər hissəni isə Kleopatra yeyir və az keçmir ki, vəfat edir. Qaynanası Kleopatranı necə öldürüb?
7. Bir gün polislər xəbər əsasında bir evə basqın edirlər. İçəri girdiklərində dəhşətə düşürlər. Tavana asılı bir qadın cəsədi varmış və içərisi inanılmaz dercede pis iy verirmiş. Qoxunun səbəbi həm cəsəd həm də rütubət imiş. Asılı qadının yanında ya da altında çıxa biləcəyi heç bir şey yox imiş. Yerdəki xalçada bir az nəm varmış.Polisler evin bağçasına girmişlər. Dayandıqları yerdən qadının asılı olduğu yerə günəşin tam təpədən düşdüyünü görmüşlər. Hər kəs cinayət olduğuna inanırmış. Çünki intihar olsaydı qadının üstünə çıxa biləcəyi bir əşya olardı... və qadının otağındakı gündəliyini tapmıblar. Gündəlikdə " Ərimlə mübahisə etdik, məni döydü. Məni başqa qadınlarla aldadır. Bundan əminəm. Axır vaxtlar evə həm çox gec həm də sərxoş gəlir. Mənə bir şey etməsindən qorxuram. Yazırdı...polis araşdırmış və qısa müddət əvvəl qadın əri ilə mübahisə etmiş və ayrıldıqlarını öyrənib. Polis rəisi bu hadisənin intihar olduğunu deyib.İndi sual belədi. sizcə bu hadisə cinayətmi yoxsa Polis rəisinin dediyi kimi intiharmı ? nəyə görə? 8. Bir terrorist sərnişin təyyarəsini tutur. O, pilota deyir ki, onlar başqa bir aeportda eniş etsinlər. Enişdən sonra o 1 milyon dollar və 2 paraşut istəyir. Onlar ona bir milyon dolları və 2 paraşutu verirlər. Daha sonra o əmr edir ki, təyyarə yenidən havaya qalxsın və əks istiqamətə getsin. Hər şey onun dediyi kimi edilir və daha sonra paraşutla tullanır. İkinci paraşut isə təyyarədə qalır. Ondan heç kəs istifadə etmir. Sual budur ki, o, ikinci paraşutu əgər işlətməyəcəkdirsə niyə istədi?Qeyd: Polis bilirdi ki, təyyaradə bir 1 terrorist var 9. Bir vaxtlar Rusiyada bir qrup insan kifayət qədər pul xərcləyərək şarları qazla doldurub havaya buraxarmış. Maraqlı bir görüntü alındığından bu mənzərə baxmağa gedən çox imiş. Sizcə bunu kim edirdi və niyə?
10. 3 ədəd "5" ilə yazılabiləcək ən böyük ədəd hansıdı?(bütün riyaziyyat simvolları yalnız bir dəfə olmaq üzrə istifadə edilə bilər) 11. İki ən yaxşı rəfiqə mesajlaşırlar. Biri digərinə bunları yazır:''nəsə çox narahatam, səninçün də çox darıxmışam. Bu gecə uyğunsunuzsa sizdə qalmağa gələ bilərəmmi?Bu mesajı alan digər rəfiqə mesajı eynilə belə cavablandırır:''Lap yaxşı olardı amma mən evdə deyiləm indi, bibimgildəyəm. Bibim oğulu əsgərlikdən gəldi bir az əvvəl, bu gecə orada qalacağam. Sabah gözləyirəm, yaxşı? gecən xeyrə qalsın.''Bu mesajı oxuyan digər rəfiqə çox hirslənər çünki ən yaxşı rəfiqəsinin ona yalan dediyindən, əslində evdə olduğundan əmin olmuşdur və bunu bu mesajdan başa düşmüşdür.Sizcə qız, ən yaxşı dostunun ona yalan danışdığını necə anlamış ola bilər?
12. Bu bir psixoloji testdi.Hadisənin qəhrəmanı bir gənc qızdı. Bu gənc qız, öz anasının cənazəsi vaxtı əvvəllər kim oldugunu bilmediyi bir gənc oğlanla qarşılaşır. Bu gənc oğlan qızın xəyallarının adamıdı və qız oğlanı görər görməzona aşiq olur. bundan bir neçə gün keçir. Həmin oğlana bir daharast gələ bilmir. Gənc qız bacısını öldürür .Polis nə üçün bacısını öldürdüyünü soruşur, gənc qız cavab verir?Qızın bacısını öldürmə səbəbi nədir?Həmçinin bax:Maraqlı məntiq suallarıMəntiqi suallar və cavabları
| ['məntiq suallar', 'maraqlı suallar', 'məntiq sualları'] |
5,082 | https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/6850/tarixi-d%C9%99yi%C5%9Fdir%C9%99n-15-qad%C4%B1n.html | Tarixi dəyişdirən 15 qadın | Mysteryo | Böyük insanlar,şəxsiyyətlər | 1 sentyabr 2011, 10:49 |
Tarixdə qadınlar bir çox sahələrdə, o cümlədən mədəniyyət, ədəbiyyat, din və siyasətdə mühüm rol oynayıblar. Sapfo- tarixin ilk qadın ədəbiyatçısı, Afroditanın rahibələrindən biridir. Yazdığı coşğulu və cəsur lirik şeirləri nəsillər boyunca yaşayıb və günümüzə qədər gəlib çatıb.Kleopatra - Misirin son hökmdarı, dövrünün ən güclü iki şəxsi Sezar və Mark Antoni ilə birlikdə ölkəsinin bütövlüyünü təmin edib, gözəlliyi bu gün belə dillərdən düşmür.Məcdəlli Məryəm - Xristianlığın yayılmasında mühüm rol oynayan qadındır. Boudisa- Həyat oldaşı Britaniya adasının ən əhəmiyyətli kaloniyalarının başında durub. Onun ölümündən sonra romalılar Romanı məhv doğru sürükləyib. Buna qarşı mübarizə aparan və bütün kaloniyaları birləşdirən Boudisa müqavimətin simvoluna çevrilib. Hildedard von Binqen - 1098-1179 - Həyatını monastırda keçirən rahibə şiddətli migren ağrılarına görə gördüyü halisinasyonları ağ kağıza köçürməyə başlayıb. Daha sonra özünü şeirə həsr edən və qadınlıq hisslərini yazıya çevirən ilk insan olub.Aquitaine Eleanor - 1122-1204 - Fransanın ilk Kraliçası gözəlliyi və cazibədarlığı ilə hamının diqqətini çəkib. O, siyasət sahəsində də olduqca bacarıqlı olub. Oğulları Riçard və Con İngiltərənin güclü kralları idi. Ailəsinin birliyi sayəsində bütün Avropanı idarə edib.Janna Dark 1412-1431 - Fransanın ən vətənpərvər qadını üstünə zirehləri keçirib ölkəsini İngiltərədən qorumaq üçün Tanrıdan vəhy gəldiyini söyləyib. Bütün ölkədə Əsr müharibələrinin simvolu olub. Sonda din xadimləri tərəfindən yandırıldı, amma ölümündən 400 il sonra Vatikan onu Əzizə elan etdi.
Mirabai - 1498-1565 - Köklü Hindistan ailəsində doğulan Mirabai Krişna dininə iman gətirməyə başlayıb. Hindistan mədəniyyətinin təsiri altına şeirlər yazıb, mahnılar oxuyub və Hinduizmə yeni bir nəfəs gətirib. Avila Teresa - 1515-1582 - Mistik şeirlər yazan İspaniya rahibəsi yaşadığı dövrdə Katolik kilsəsindəki fanatiklərə qarşı mübarizə aparıb. Katerine de Mediçi -1519-1589 - 14 yaşlı Fransa kralı ilə evlənib Avropada güclülərdən birinə çevrilib. Həyat yoldaşının vəfatından sonra 3 oğlu və özü Fransanı idarə etməyə başlayıb. Siyasi gücünü artırmaq üçün olduqca mərhəmətsiz olan bu qadın Bartolomey gecəsində 50 min insanın ölümünə səbəb olub. I Elizaveta 1533-1603 - İngiltərənin "Qızıl Saçlı Kraliçası" ölkəni yox olmaqdan xilas edib və dünya impratorluğu səviyyəsinə gətirən ilk addımların atılmasında böyük rol oynayıb.Böyük Katerina - 1729-1796 - Rusiyanı 18-ci əsrinin ən güclü dövlətinə çevirən böyük Çariçanın dövründə yüz minlərlə kvadrat kilometrlik ərazi fəth edilib. Rus İmperatorluğunun möhkəm təməlləri onun dövründə atılıb. Mari Vollstonekraft - 1759-1797- Feminizm anlayışından ilk dəfə bəhs edən yazıçılardan biridir. "Qadın hüquqları"nın qanuniləşməsi fikirini ortaya atıb. Ceyn Austen - 1775-1817 - Qadınların çox nadir hallarda roman yazdığı bir dövrdə "Kül ve Atəş" ilə "Qürur və Qərəz" kimi əsərlər yazıb. Fərqli ləqəbləri ilə başqa qadınlara da ilham verib. Harriet Beecher Stove - 1811-1896 - "Uncle Tom's Cabin" adlı kitabı ilə köləliyə qarşı mübarizəni cəmiyyətdə yayan qadındır.
| ['məşhur qadınlar'] |
5,083 | https://kayzen.az/blog/ekonomiks/1475/7.-bazar-tarazl%C4%B1%C4%9F%C4%B1n%C4%B1n-qiym%C9%99tl%C9%99ndirilm%C9%99si.html | 7. Bazar tarazlığının qiymətləndirilməsi | iqtisadçı | Ekonomiks | 1 sentyabr 2011, 09:44 |
7.7-ci şəkildə tələbat və təklifin bazar tarazlığı şəraitində istehlakçılar və istehsalçıların gəliri göstərilmişdir.
Xatırlayaq ki, istehlakçıların gəliri tarazlıq qiymətinin və tələb əyrisinin üstündə yerləşən fiqurun sahəsinə, istehsalçıların gəliri isə tarazlıq qiymətinin altında və təklif əyrisinin üstündə yerləşən fiqurun ümumi sahəsinə bərabərdir. Beləliklə, tələb və təklif əyriləri arasında olan və tarazlıq nöqtəsinə qədər yerləşən fiqurun ümumi sahəsi bazarın ümumi gəlirini göstərir.
Bazar tarazlığı şəraitində ehtiyatların paylaşdırılması nə dərəcədə effektivdir? Ümumi gəlir öz maksimal qiymətinə çatırmı? Bu suallara cavab vermək üçün xatırlayın ki, bazar tarazlıq vəziyyətində olanda bazar qiymətini bazar fəaliyyətində iştirak edən satıcı və alıcılar təyin edir. Malı bazar qiymətindən yüksək qiymətləndirən alıcılar onu əldə edirlər (tələbat əyrisində AE kəsiyi ilə təqdim olunur); onun qiymətindən az qiymət verən fərdlər (EB kəsiyi) onun əldə edilməsindən imtina edirlər. Eyni ilə xərcləri malın qiymətindən az olan təchizedənlər (CE kəsiyi) malı istehsal edir və satırlar; xərcləri bazar qiymətindən çox olan fermerlər (ED kəsiyi) onun istehsalı ilə məşğul olmaq istəmirlər.
Bu müşahidələr bizə aşağıdakı nəticələri çıxarmağa imkan verir:
1) Sərbəst bazarlar təklif olunan malları onları potensial istehlakçılarla müqayisədə daha yüksək qiymətləndirən (bu, onların pulvermə hazırlığı ilə təyin edilir) alıcılar arasında paylaşdırırlar.
2) Sərbəst bazarlar az xərclərlə malları istehsal edən təchizedənlərin mallarına tələbat göstərirlər.
Beləliklə, istehsal və realizə olunmuş malların bazar tarazlığı şəraitlərində planlaşdırıcı alıcıların istehlakı, yaxud təchizedənlərin istehsalının allokasiyasını (paylaşdırılmasını) dəyişdirərək, iqtisadi rifahı artırmaq imkanına malik deyil.
Təklif edilən malın miqdarının artırılması, yaxud azaldılmasının köməyi ilə alicənab planlaşdırıcının ümumi rifahın artırılmasına imkanı varmı? cavab – «xeyr» (yox).
3. Sərbəst bazarlar yalnız istehlakçıların və istehsalçıların ümumi gəlirini maksimallaşdıran malların miqdarını istehsal edirlər.
Bu mövqenin düzgünlüyünü əmin olmaq üçün 7.8 şəklində müşahidə edək. Yada salın ki, tələb əyrisi alıcı üçün malın dəyərini, təklif əyrisi isə satıcıların xərclərini əks etdirir. Istehsalın həcmi tarazlıq səviyyəsindən aşağı olanda, alıcılar üçün malın dəyəri istehsalçıların xərclərinə üstün gəlir. Bu sahədə istehsal həcminin artması ümumi gəliri o vaxtadək artırır ki, istehsal edilmiş malların miqdarı tarazlıq səviyyəsinə çatır. Istehsalın həcmi tarazlıq səviyyəsindən yüksək olanda, alıcılar üçün malın dəyəri satıcıların xərclərindən azdır.
Beləliklə, istehsal edilən malların miqdarı taraz miqdarından çoxdursa, ümumi gəlir azalır.
Bazar fəaliyyəti haqqında bizim nəticələrimiz sübut edir ki, tələb və təklifin tarazlığı istehlakçı və istehlakçıların gəlirlərinin məbləğini maksimallaşdırır. Başqa sözlə desək, ehtiyatların effektiv allokasiyası bazar tarazlığın nəticəsidir. Alicənab planlaşdırıcının məqsədi çox sadədir: o, sərbəst rəqabətli bazarın fəaliyyətinin nəticələrini necə varsa, elə də qəbul edir. Qarışmamaq siyasəti — fransız ifadəsi «laisser faire» (onlara etməyə icazə verin) yaxşı təyin edilir.
Indi biz Adam Smit tərəfindən qeyd edilən bazarın «görünməz əl»inin mənasını daha yaxşı qiymətləndirə bilərik. Alicənab planlaşdırıcıya bazarın işinin nəticələrini dəyişmək lazım olmur, çünki «görünməz əl» alıcılar və satıcıların səylərini iqtisadiyyat ehtiyatlarının elə bir paylaşdırmasına yönəldir ki, nəticədə müştərək gəlir maksimallaşır. Alınmış nəticə hərtərəfli izah edir ki, iqtisadçılar niyə çox vaxt sərbəst bazarı iqtisadi fəaliyyətin təşkil edilməsinin ən yaxşı üsulu hesab edirlər.
Nəticə: bazar effektivliyi və bazarın natamamlığı (CONCLUSION: MARKET EFFICIENCY AND MARKET FAILURE)
Bu fəsildə biz rifah iqtisadiyyatının əsas alətləri olan istehlakçı və istehsalçıların gəlirini müzakirə edərək onu sərbəst bazarın effektivliyinin qiymətləndirilməsi üçün istifadə etmişik. Biz göstərmişik ki, tələbat və təklif qüvvələri məhdudlaşdırılmış ehtiyatları effektiv paylaşdırır. Bazarda hər bir alıcı və satıcının məhz öz rifahı haqqında düşünməyinə baxmayaraq, bazarı tarazlığa aparan «görünməz əl» onların ümumi xeyrini maksimallaşdırır.
Xəbərdarlığın vaxtı çatmışdır. Biz bazarın effektivliyini təhlil edərək, onların fəaliyyəti haqqında bir neçə fərziyyə irəli sürmüşük. Əgər bu fərzetmələr öz qüvvələrini itirərsə, bazar tarazlığının effektivliyi haqqında bizim nəticəmiz şübhə altında qala bilər. Indi də iki ən vacib fərziyyələri müzakirə edək:
Birinci, biz təkmil rəqabət şəraitlərində olan bazarların fəaliyyətini təhlil etmişik.
Real dünyada isə rəqabət bəzən idealdan çox uzaq olur. Bəzi bazarlarda bir alıcı yaxud satıcının (yaxud kiçik qrupun) bazar qiymətlərinə nəzarət etməyə imkanı var. Qiymətlərə təsirin bu imkanı bazar üzərində hakimiyyət adlanır. Onun reallaşması bazarların effektivliyini azalda bilər, çünki tələb və təklifin tarazlığından uzaq olan səviyyədə təchizedənlərə malın qiymətini və təklif həcmini saxlamağa imkan verir.
Ikinci, biz fərz edirik ki, bazar fəaliyyətinin nəticəsi yalnız alıcı və satıcılardan asılıdır. Əslində isə onların həlli bəzi hallarda müzakirəyə qoyulmuş bazara heç bir aidiyyəti olmayan subyektlərə təsir edir. Bazarın xaricində olan subyektlərə onun fəaliyyətinin nəticələrinin təsirinin klassik misalı – ətraf mühitin çirklənməsidir. Xarici, yaxud eksternaliyalar adlanan bu effektlər bazar subyektlərinin rifahının yalnız alıcılar üçün malın dəyərindən və istehsalçıların xərclərindən yox, həm də digər amillərdən asılılığına gətirib çıxarır. Bir halda ki, alıcılar və təchizedənlər istehlak və istehsal haqqında qərar qəbul edərkən xarici effektləri nəzərə almırlar, deməli, cəmiyyətin nöqteyi-nəzərindən bazarda olan tarazlıq qeyri-effektiv ola bilər.
Bazar üzərində hakimiyyət və xarici effektlər bazarın natamamlığı adlanan ümumi fenomenin misallarıdır ki, burada bəzi tənzim edilməyən bazarların ehtiyatlarının effektiv allokasiyaya qabiliyyətsizliyi başa düşülür. Bazarın iflası vaxtı iqtisadi effektivliyin artması müəyyən sosial siyasətin aparılması vasitəsilə mümkündür. Mikroiqtisadiyyat üzrə mütəxəssislər öz əsas səylərini bazarların natamamlıq səbəblərinin öyrənilməsinə və onların fəaliyyətinin düzəldilməsinin optimal siyasətinin işləməsinə yönəldirlər. Iqtisadi nəzəriyyəni öyrənərkən, siz görəcəksiniz ki, rifah iqtisadiyyatının alətləri bunun üçün çox gözəl uyğunlaşdırılmışdır.
Bazarın iflasının mümkünlüyünə baxmayaraq, onun «görünməyən əl»inin fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Bu fəsildə bizim tərəfimizdən irəli sürülmüş fərziyyələr bazarların çoxunun şəraitlərinə yaxşı uyğunlaşır və bazarın effektivliyi haqqında bizim nəticəmiz heç də şübhə yaratmır. Bundan başqa biz, cəmiyyətin rifahı və bazar effektivliyinin nəzəriyyəsindən istifadə edərək, iqtisadiyyata hökümət siyasətinin təsirini təhlil edəcəyik. Sonrakı iki fəsildə biz ondan iqtisadi siyasətin iki vacib məsələsi olan vergilər və beynəlxalq ticarətin cəmiyyətin rifahına təsirinin müzakirəsində istifadə edəcəyik.
Yaddaş guşəsi
Bazarın «görünməz əl»i
Əvvəldən çoxlarına elə gəlir ki, bazarın effektivliyi çox şübhəli fikirdir. Konkret olaraq isə ümumi iqtisadi rifahda bir növ heç kim maraqlı deyil. Sərbəst bazarlarda hər şeydən əvvəl öz əmin-amanlığının qayğısına qalan alıcılar çoxdur. Lakin məsələlərin demərkəzləşmə edilmiş qəbul edilərək və onları qəbul edən insanların şəxsi maraqlarına baxmayaraq, nəticədə, effektivli bazar müşahidə edirik.
Sərbəst bazarların təbiətini məşhur iqtisadçı Adam Smit çox yaxşı dərk etmişdir. 1776-cı ildə o, «Xalqların sərvətinin təbiət və səbəblərinin tədqiqi» adlı klassik kitabda yazmışdır:
Insan həmişə belə vəziyyətə düşür ki, yoldaşlarına onun köməyi lazım olur, lakin nahaq yerə gözləmək lazım deyil ki, o, yalnız əliaçıqlığından kömək edəcək. Əgər o, onların özünəvurğuluğunu öz maraqları naminə istifadə etmək üçün imkan əldə etsə, ehtiyacı olanlara daha tez kömək edər və onlara göstərər ki, onun tələblərini yerinə yetirilməsi məhz onların xeyirləri üçündür. Bu və digər əksər hallarda onun hərəkətlərini «görünməz əl» idarə edir, nəticədə onun niyyətlərinə daxil olmayan hal alınır. Cəmiyyətin hissəsi olmayan hər bir şey onun üçün neqativ ola bilər. Öz maraqlarını güdən insan çox vaxt cəmiyyətin maraqlarını daha effektiv qoruyur.
A.Smit deyir ki, iqtisadi prosesin iştirakçıları öz maraqlarını sübut kimi göstərirlər və bazarın «görünməz əli» onların maraqlarını ümumi iqtisadi tərəqqiyə yönəldir.
A.Smitin dedikləri öz aktuallığını itirməmişdir. Bizim təhlilimiz A.Smitin fikirlərini daha dəqiq ifadə etməyə imkan verir, çünki onun təbirincə, tələb və təklifin tarazlığı islahatçıların və istehsalçıların birgə gəlirlərinin maksimallaşmasına gətirib çıxarır.
| ['bazarın analizi', 'bazar tarazlığı', 'equilibrium'] |
5,084 | https://kayzen.az/blog/happy/6842/h%C9%99yat%C4%B1n-40-vacib-qaydas%C4%B1.html | Həyatın 40 vacib qaydası | Mysteryo | Xoşbəxtlik üçün | 31 avqust 2011, 21:40 |
1. Ucuz avtomobildən istifadə et, amma ala biləcəyin ən gözəl evi al. 2. Maraqlı üç lətifə öyrən.3. Sevinclərini heç vaxt təxirə salma.4. Həyat yoldaşını çox yaxşı seç. Çünki bu seçim xoşbəxtliyinin və ya bədbəxtliyinin 90 faizini meydana gətirər.5. Hər gün 30 dəqiqə piyada gəz.6. Hər yeməkdən əvvəl şükr et.7. Bir yoldaşına sirrini açmazdan əvvəl iki dəfə düşün.8. Maaşını verən şəxsləri heç vaxt tənqid etmə.9. İtirəcək şeyləri olmayan insanlardan qorx.10. Gözünün qarşısında həmişə gözəl şeylər saxla.11. Uşaqların, adət sözünü eşitdiklərində Səni xatırlayacağı şəkildə yaşa.12. Dininə aid kitabı tam mənasıyla oxumaq üçün özünə 1 il vaxt ver.13. Özünü və başqalarını bağışlamağı bil.14. İlkin tibbi yardımı öyrən.15. Biri səni qucaqladığında ilk buraxan sən olma.16. Hər gün 8 stəkan suyunu içməyi unutma.17. Səni sevən insanları qoru.18. Çətin də olsa ailənlə tətil etmək üçün əlindən gələni et. Bu tətildəki anlar, həyatının qiymətli anlarından olacaq.19. Özünə edilməsini istəmədiyin heç bir şeyi başqalarına etmə.20. Müvəffəqiyyətə, daxili rahatlığa qovuşduğun, sağlam olduğun və sevildiyin zamanı qiymətləndir.21. Yaxşı və müvəffəqiyyətli bir evliliyin iki şeyə bağlı olduğunu unutma. Birincisi doğru insanı tapmaq, ikincisi doğru insan olmaq.
22. Valideylərini, həyat yoldaşını və uşaqlarını tənqid etmək istədiyin zaman dilini dişlə.23. Xoşagəlməz olmayacaq şəkildə ayrı fikirdə olmağı öyrən.24. Cəsarətli ol, həyatına çevrilib baxdığında etdiklərin üçün deyil etmədiklərin üçün kədərlənəcəksən.25. Çox mükəmməl deyə dəyərləndirdiyin bir fikrə başqasının maneə törətməsinə icazə vermə.26. Kefsizliklərini hiss etdirmə.27. Necə bir duyğu olduğunu öyrənmək üçün 24 saat heç kimi və heç nəyi tənqid etmə.28. Evliliyini gözəlləşdirmək üçün hər gün bir şeylər et.29. Yaxşılıq dolu bir sözü və yaxşılığın təsirini əsla kiçik hesab etmə.30. Uşaqların haqqında başqalarına yaxşı bir şeylər danışarkən, qoy onlar da eşitsin.31. Güc, sahib olduğun mallarla əlaqədar deyil. Unutma!!32. Uşaqlarını anlamağa çalış, danlamağa yox.33. Qələm və bloknotunu daim yanında gəzdir.34. Zaman və sözləri boş yerə xərcləmə, ikisi də çox qiymətlidir.35. İnsanların etdikləri mənfi şeyləri deyil, irəlidə edəcəklərini düşün.36. Səndən az ya da çox pulu olanlarla, pulun haqqında danışma.37. Bir şeyi əldə etmək üçün çox səy sərf etdinsə, dadını çıxartmaq üçün zaman ayır.38. Birinin qərəmanı ol.39. Nəyi və kimi dəstəklədiyini insanlara söylə.40. Yalnız sevgi üçün evlən.
| ['xoşbəxtlik üçün məsləhətlər', 'xoşbəxt olmağın sirri', 'faydalı məsləhətlər', 'xoşbəxt olmaq', 'xoşbəxtlik', 'uğur psixologiyası'] |
5,085 | https://kayzen.az/blog/h%C9%99zm/6841/qar%C4%B1n-a%C4%9Fr%C4%B1lar%C4%B1.html | Qarın ağrıları | Zeyneb_Ehmedova | həzm sistemi | 31 avqust 2011, 20:27 |
Qarında ağrı nəyin əlaməti ola bilər?Yadda saxlamaq lazımdır ki, ağrının olması heç də hər zaman pis əlamət hesab edilməli deyil. Ağrı - bizim orqanizmin qoruyucu reaksiyası olub, bədəndə nəyinsə qaydada olmadığını və ona yardım göstərilməsi lazım gəldiyini göstərən əlamətdir. Buna görə də ağrı hissiyyatlarını diqqətsiz qoymaq və "hər şey öz-özünə keçər" deyə düşünmək olmaz! Əgər siz bədənin hər hansı bir hissəsində tez-tez ağrı hiss edirsinizsə mütləq həkimə müraciət edin! Qarın nahiyyəsində olan ağrılar, ağrıların ən çox təsadüf etdiyi təzahürlərdən biri olduğu üçün biz əksər hallarda ona kifayət qədər diqqət yetirmirik. Bu isə böyük səhv hesab edilir, çünki vaxtında müracit edilmədiyi təqdirdə bu, insanın nəinki sağlamlığı, hətta həyatı üçün də təhlükəli ola bilər. Qarında ağrılar olarkən həkim məsləhəti olmadan ağrıkəsici dərmanların qəbul edilməsi qəti şəkildə yolverilməzdir! Qarın nahiyyəsində olan ağrılar müxtəlif səbəblərdən baş verə bilər. Sağlam insanlar da qarın nahiyyəsində ağrı hiss edə bilərlər - bu normadan artıq yemək yedikdə baş verə bilər. Belə ağrılar adətən 15-20 dəqiqədən sonra keçir. Bu zaman spazmolitik dərman (həkimin məsləhəti ilə) qəbul etmək və bir qədər uzanmaq lazımdır. Əlbətdə ki, əksər hallarda qarında olan ağrıların səbəbi qarın boşluğu orqanlarının (mədə, 12-barmaq bağırsaq, qara ciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi, dalaq, nazik və yöğun bağırsaqlar) xəstəlikləri, həmçinin qida zəhərlənmələri, kəskin bağırsaq infeksiyaları olur. Qida zəhərlənmələri və kəskin bağırsaq infeksiyaların əlamətləri - qarında güclü kəsici ağrılar, hərarətin qalxması, güclü ishal, meteorizm (qarında yel). Bu halda mütləq həkimə müraciət edin! Hepatit (qara ciyərin iltihabı) xəstəliyi zamanı qarının sağ tərəfində qabırğaların altında ağrılar hiss edilir, sarılıq meydana çıxır, sidiyin rəngi tünd, nəcisin açıq olur. Bu əlamətlər meydana çıxan kimi tez bir zamanda həkimə müraciət etmək lazımdır! Qastrit, qastroduodenit, mədə xorası xəstəliyi zamanı ağrı qarının yuxarı hissəsində hiss olunur və adətən ac qaldıqdan, kəskin və turş qidə qəbul etdikdən və stresdən sonra meydana çıxır. Qastrit zamanı ağrı tez-tez ürək bulanması, qusma, qıcqırma ilə müşayiət oluna bilər. Bu kimi simptomlar meydana çıxarsa mütləq həkim-qastroenteroloqa müraciət edin!
Sadaladığımız xəstəliklərdən başqa, şəkərli diabet, tireotoksikoz (qanda qalxanvari vəzi hormonlarının yüksək olması), revmatizm, pnevmoniya, ürək və aortanın xəstəlikləri, sinir sisteminin bəzi xəstəlikləri, bəzi qan xəstəlikləri, onurğa sütunu və böyrək xəstəlikləri (böyrək iltihabı, böyrək daşı) və s. hallarda da qarın nahiyyəsində ağrılar ola bilər. Bəzi hallarda, çox təhlükəli xəstəlik hesab edilən miokardın infarktı zamanı da, qarının yuxarı hissəsində ağrı hissi ola bilər. Bu halda qarında olan ağrılar adətən ürək ağrıları ilə də müşayət olunur. Qadın və kişilərdə qarının aşağı hissəsində olan ağrılar sistit xəstəliyinin (sidik kisəsinin iltihabı) simptomu ola bilər. Ağrılar sidik ifrazatı zamanı daha güclənirlər. Qadınlarda qarının aşağı hissəsində olan ağrılar uşaqlıq, yumurtalıqlar, uşaqlıq borularının iltihabi xəstəliklərində (endometrit, salpinqit, ooforit) də ola bilər. Bundan başqa təcili şəkildə cərrahi əməliyyat edilməsi tələb edilən (əks halda uşaqlıq borusunun dağılması, güclü uşaqlıq qanaxması və s. fəsadlar baş verə bilər) uşaqlıqdankənar hamiləlik zamanı da qarının aşağı hissəsində ağrı ola bilər! Kişilərdə, qarının aşağı hissəsində olan ağrılar isə, onlarda prostat vəzinin müxtəlif problemləri və s. səbəblərlə əlaqədar ola bilər. Qarın nahiyyəsində güclü ağrının olması (həkimlər bunu "kəskin qarın" adlandırır) - çox təhlükəli hal hesab edilir və bu zaman təcili şəkildə cərrahi əməliyyat edilməsi də tələb oluna bilər! Buna görə də əgər yaxınlarınızdan biri birdən-birə qarın nahiyyəsində "xəncər sancılması kimi ağrı" olmasından şikayət edərsə, həmçinin zəiflik, üşütmə hiss edərsə, uzanıb "embrion pozasını" (ayaqlarını qarnına sıxaraq burulmuş vəziyyət) alarsa, dərhal "təcili yardım" çağırmaq lazımdır! Belə ağrını mədə və 12-barmaq bağırsaq xorasının deşilməsi, appendisit, periton qatının iltihabı - peritonit, bağırsaq keçməməzliyi, yırtığın boğulması və s. digər hallar törədə bilər. Belə halların hər birində vaxtında yardım göstərilmədiyi təqdirdə insan güclü şəkildə zərər çəkə bilər. "Kəskin qarın" sindromu zamanı, "təcili yardım" gələnə qədər xəstəyə yeməyə və içməyə heç nə verməyin, ona hərəkət etməyə icazə verməyin, onun qarnının üstünə sellofana bükülmüş buz və ya soyuducunun buzxanasından çıxarılan məhsul qoyun. Heç bir halda buzu lüt bədənə qoymayın! Qarında kəskin ağrılar zamanı - heç bir halda xəstəyə ağrıkəsici, işlətmə dərmanları verməyin! - imalə etməyin! - qarının üzərinə isti qrelka qoymayın!
| ['tibb'] |
5,086 | https://kayzen.az/blog/maraqli-faktlar/6839/u%C5%9Faq-%C9%99ll%C9%99ri-biz%C9%99-n%C9%99-deyir.html | Uşaq əlləri bizə nə deyir? | Fianda | Maraqlı faktlar | 31 avqust 2011, 18:20 |
Hamıda toppuş uşaq əlləri şirin və mərhəmət dolu hisslər yaradır. Ah, bu köklükdən qat-qat duran əllər! Amma sən demə uşaq əllərinə baxıb, çox şey demək olar. Sadəcə uşağınızın özünə və əllərinə diqqətlə baxsanız, inanın ki, uşağın xarakteri barədə çox şey öyrənərsiniz. Yumşaq uşaq əlləri- sakit, sözəbaxan uşaqlarda olur. Belə uşaq tənbəlliyə meyillidir və həyatda dəqiq gün rejiminə və nizam-intizama tabe olur. Bərk uşaq əlləri- güclü iradə və möhkəm xarakter vəd edir. Ancaq bu uşaqlarda eqoizim, şöhrətpərəstlik və özündən razı olmaq kimi xüsusiyyətlərin yaranma təhlükəsi böyükdür. Adətən uşaqlar əlləri yumruq şəklində sıxaraq yatırlar. Əgər uşaq baş barmağını yumruqlarının arasında gizlədibsə, demək ətraf mühit bu uşağa soyuq və düşməncəsinə görünür. Körpəyə mehribançılıq, əzizləmə lazımdır. Çünki o, özünü təhlükədə hiss edir.
Əgər uşağın orta barmağı çox kökdürsə- körpə konflikləri sevmir, melanxolikdir. Onun açıq müsbət emosiyalara və təəssüratlara ehtiyacı var. Uşaq hamı tərəfindən sevildiyinə və qiymətləndirildiyinə tam əmin olmalıdır. Körpənin baş barmağı qısadırsa- deməli o, ürkəkdir. Ətraf aləmdən qorxur. Belə uşaqda müstəqilliyi tərbiyə etmək lazımdır. Baş barmaq çox uzun, balaca barmaq isə çox qısadırsa- uşağın əsəb sistemləri möhkəm deyil və depressiyalara meyillidir. Orta barmağın dırnaqlarında ağ ləkələr- kədərin, ürəkdəki ağrıların əlamətidir. Bu uşaqların keçid dövründə xüsusilə təhlükəlidir. Bu zaman uşaqlar ağılsız addımlar atmağa qadirdilər. Diqqətli olun! Əgər ləkələr şaquli formada gedirsə, uşağın əsəb gərginliyi azalmır. Əgər ləkələr əyri formada keçərsə, bu yaxşıdır, deməli təhlükə azalmaqdadır.
| ['Uşaq əlləri', 'xarakter'] |
5,087 | https://kayzen.az/blog/u%C4%9Fur/6838/t%C9%99nqid-etm%C9%99k-taktikas%C4%B1.html | Tənqid etmək taktikası | ayxansevda | uğur psixologiyası | 31 avqust 2011, 17:33 |
Qarşıdakının sizin tənqidləri sağlam şəkildə həzm etməsini istəyirsinizmi? Heç bir inciklik olmadan sizi dinləməsini və eşitməsini təmin etmək istəyənlər buyurun oxuyun. Tənqid etməyin 10 üsulu.
1. Baş vermiş hadisəni tənqid et , onu törədəni yox.
Qarşıdakı insan anlamalıdır ki, heç də o, pis və bacarıqsız adam deyil. “ Sən həmişə beləsən”, “ Səndən başqa şey heç gözləmirdim” kəlmələrini unudun.
2. Sözü təklikdə deyin.
Unutmayın ki, adam yanında qarşıdakının səhvini deyiriksə o, pərt olur. Nəticədə də inciklik , qanqaraçlıq baş verir. Ona görə də sözünüzün kəsəri olsun deyə sözünüzü vaxtında , düzgün zamanda və uyğun şəraitdə- təklikdə deyin.
3. Konkret ol.
Fikrini konkret çatdır. Uzunçuluq etdikdə məsələnin məğzi bir kənarda qalır. Əgər rəfiqənin (dostunun) sizin sirrinizi saxlamadığına görə ondan acıqlısınızsa bunu birbaşa söyləyin , yoxsa “ mən incimişəm ki…” , “ belə alınmasaydı”, “ Sən diqqətsizlikdən…” və s
4. Qərar qəbul edin.
Və ya onun variantlarını təklif edin. Əks halda sizin tənqidlərinizin heç bir faydası və mənası yoxdur.
5. Aqressiv olmayın.
Aqressiya aqressiya doğur. Qəti şəkildə təmkininizi pozmayın. Emosiyalarınızın sakitləşməsini gözləyin, bununla belə fürsəti də fövtə verməyin.
6. Sözü vaxtında deyin.
Dəmiri isti-isti döyərlər məsəli burda yerinə düşərdi. Məsələni uzatsanız sonra heç deyə bilməyəcəksiniz, onda da kinli dəvəyə çevrilmə təhlükəsi ilə üzləşə bilərsiniz.
7. “ Buterbrod prinsipi”nə əməl edin.
Birinci tərifləyin , sonra irad bildirin. Bu gərginliyi aradan qaldırar. Məs:” Yoldaş Filankəs sizin əvəzedilməz keyfiyyətləriniz, işgüzarlığınız təqdirə layiqdir, lakin son vaxtlar işə gecikmələriniz sizin məsuliyyətiniz ilə üst –üstə düşmür. İnanıram ki, bir daha ciddi səbəblər olmasa belə hallara yol verilməyəcək”.
8. Dialoq qurun.
Qarşıdakının da fikrini öyrənin. Ola bilsin ki, elə məqamlar var heç siz onları bilmirsiniz. Bunları araşdırın, bəlkə tənqid ediləsi heç nə yoxdu.
9. Başqasının adından istifadə etmə.
Ancaq özündən sitat gətir, öz firkin de.
10. Dayanmağı bacar.
Danışdınız, analiz etdiniz , qərar verdiniz, bəsdir. Daha o mövzuya qayıtma.
Rus dilindən tərcümə
| ['uğur psixologiyası'] |
5,088 | https://kayzen.az/blog/istinad-h%C9%99r%C9%99k%C9%99t/6837/skalioz-x%C9%99st%C9%99l%C9%99rin%C9%99-g%C3%B6r%C9%99-idman-n%C3%B6v%C3%BC.html | Skalioz xəstələrinə görə idman növü | Zeyneb_Ehmedova | istinad-hərəkət apparatı | 31 avqust 2011, 16:53 |
Əvvəla bu linki düzəltməkdə mənə yardımcı olan Cavid və Orijinal istifadəçilərinə təşəkkürümü bildirirəm.Videonu izləyin və əgər sizdə skalioz xəstəliyi varsa gün ərzində bu idmnaı etməklə sağalmaq olar.Qeyd edim ki, skaliozun ilkin əlamətləri bel,ürək və təngnəfəslikdir.Videonu izləyib və sizə aydın olmayan məqam olsa mənə müraciət edə bilərsiniz
| ['müalicə'] |
5,089 | https://kayzen.az/blog/diplomatiya/5904/diplomatik-n%C3%BCmay%C9%99nd%C9%99lik.html | Diplomatik nümayəndəlik | rokfeller | Diplomatiya | 31 avqust 2011, 10:41 |
Katiblik və arxivlər
Katiblik üzvləri və arxiv qulluqçuları (onların məxfi materiallarla işləri olur) adətən missiyanın göndərildiyi ölkəsinin vətəndaşları olurlar. Qeyri-siyasi (məsələn, mədəni yaxud ticarət) sektorlara, əsasən katiblər və arxiv işçiləri qismində xidmət edən yerli əməkdaşlar cəlb edə bilərlər. Effektli və yaxşı təsnif edilmiş qeydiyyat sistemlərinin aparılması - zəhmət tələb edən prosesdir, ancaq müstəsna əhəmiyyətə malikdir.
Təhlükəsizlik
Təhlükəsizlik əməkdaşlarının vəzifələri ondan ibarətdir ki, nümayəndəliyin yerləşdiyi binanın qanundankənar keçmək mümkün olmasın; onun üçün ki, işlə bağlı binaya daxil olan şəxslər məxfi informasiyaya, kompüterlərə və xidməti istifadə üçün olan sənədlərə yol tapa bilməsinlər. Daha yaxşı olardı ki, təhlükəsizlik xidməti, missiyanı göndərən ölkənin vətəndaşlarından ibarət olsun.
Texniki xidmət və kommunikasiya
Texniki əməkdaşlar hər şeydən əvvəl kommunikasiyalarda cəmləşirlər. Onlardan kodlaşdırma və kodun açılması, şifrələmə və şifrənin açılması, eləcə də ötürücü və qəbuledici qurğuların (o missiyalarda ki, belə kommunikasiya vasitələrinin istifadəsinə qəbul edən dövlət tərəfindən icazə verilir), faksların, kodlaşdırıcı və dekodlaşdırıcı qurğuların və i. a., idarə olunması və zərurət yaranarsa, təmir edilməsi tələb edilir. Onların işi, təbii ki, məxfi səciyyə daşıyır və onlar heç bir istisna qoyulmadan missiyanın göndərildiyi ölkənin vətəndaşları olmalıdır.
Yerli əməkdaşlar
Yerli əməkdaşlar, inzibati heyətin və katibliyin bir hissəsi kimi, məxfi səciyyə daşımayan tapşırıqların yerinə yetirilməsinə cəlb olunur. Onların işi xidmət müddətlərinin uzunmüddətliliyi və yerli ənənələrə, siyasi həyata, eləcə də siyasi xadimlərə bələd olmaları səbəbindən çox böyük əhəmiyyətə malik ola bilər. Yerli mütəxəssislər əsasən ticarət, konsul və informasiya şöbələrində, eləcə də tərcüməçi qismində işə cəlb olunurlar.
Hesabların aparılması
Hesabların aparılması vacib əməliyyatlar və əgər ona lazımı diqqət verilməsə, missiyanın bütün qalan funksiyalarının hamısının birlikdə yarada biləcəyindən böyük problemlərə səbəb ola bilər. İmkan daxilində işə səriştəli bir mühasib (adətən yerlilərdən) cəlb etmək vacibdir. Yaxşı təşkil olunmuş mühasibat hesabı sistemi yerli hesabların vaxtlı-vaxtında ödənilməsi ilə özünü göstərir, ödənişdə yubanmalar isə bütövlükdə missiyanın yaratdığı yaxşı münasibətlərə mənfi təsir edə bilər.
Konsul şöbəsi
Dövlətin paytaxtında yerləşən konsul şöbəsi adətən bilavasitə missiya başçısına tabe olur və çox vaxt missiyanın tutduğu binada yerləşir. Amma bəzi səbəblər üzündən, konsul şöbəsi öz qaydaları ilə idarə olunan ayrıca bölmə formasında təşkil oluna bilər. Konsul şöbəsinin təşkil olunma prinsipləri və funksiyaları VI fəsildə daha ətraflı gözdən keçiriləcəkdir.
Mətbuat və informasiya şöbəsi
Mətbuat və informasiya şöbəsi əməkdaşının informasiyaları öz ölkəsinə daha effektli şəkildə verə bilməsi üçün, onun, yeniliklərin hər bir ölkədə ayrıca necə formalaşdırıldığını və kimin formalaşdırdığını bilməsi vacibdir. Şöbə təmsilçisi informasiyanın bilavasitə istehsalçıları - mətbuat, radio, televiziya ilə yaxşı qarşılıqlı münasibətlər saxlanmasından əlavə, tez-tez informasiya bülletenlərini əlaqədar şəxslər, eləcə də ölkəsinə rəğbət bəsləyən şəxslər arasında yaymaq imkanından istifadə edir. Adətən bülletenlərin tərtib olunması zamanı dilmancın (yerli heyətdən olan) xidmətindən istifadə olunur. Məqalələr bülletenin istifadə olunacağı ölkənin dilində və bu ölkə ibarələrinin istifadəsi ilə, yalnız yazılı şəkildə qəbul edilir. Belə bir şöbə üçün ad seçimi -mətbuat xidməti, kütləvi informasiya vasitələri xidməti, informasiya şöbəsi - variantları arasından, konkret vəziyyətdən asılı olaraq nazirliklər tərəfindən həyata keçirilir.
Diplomatik xidmətçilər və attaşe-mütəxəssisləri
Son zamanlara qədər özünü bütövlükdə özünü siyasi fəaliyyətə həsr edən peşəkar diplomatlarla maraqları adətən müəyyən sahə ilə məhdudlaşan attaşelər arasında kəskin fərqlər mövcud idi. Birincilər diplomatik xidmətdə hesab olunurdu və praktikada öz ölkələrinin xarici işlər Nazirliyi ilə akkreditə olunduqları ölkə arasında əlaqə həlqəsi rolunu oynayırdı. İkincilər müxtəlif dövlət idarələrinin nümayəndələri olurdu və hətta missiya başçısının himayəsi və nəzarəti altında ola-ola, ilk növbədə öz departamentinin maraqlarını qoruyurdu. Hal-hazırda diplomatik missiyalar xidmət üçün heyətin sayı daim artırılır və yuxarıda adları çəkilən qruplar arasında fərq silinir. Məsələn, hüquqşünaslıq, yaxud əmək qanunvericiliyi sahəsinin mütəxəssisi attaşe olduğu kimi, katib də ola bilər, yəni diplomatik xidmətdə hesab oluna bilər. Ən başlıcası, tapşırılmış vəzifələrdən asılı olmayaraq, əməkdaşların fəaliyyətinin bütövlükdə missiyanın məqsədlərinə dəqiq uyğun gəlməsidir.
Hərbi attaşelər
Hərbi attaşelər adətən öz ölkələrinin silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olan və müəyyən müddətə diplomatik missiyaya təhkim edilən nümayəndələrindən ibarət olur. Hərbi attaşenin, eləcə də hərbi-dəniz yaxud hərbi-hava attaşesinin əsas vəzifələrindən biri, maraqların həmin dairəsinə aidiyyəti olan hadisələr haqda hesabatları öz departamentinə bilavasitə yaxud, xüsusi vacib hallarda, missiya başçısı vasitəsi ilə təqdim etməkdir. Müəyyən şəraitlərdə hərbi attaşe silahın alınmasına və ya satılmasına imkan yarada bilər və əksər ölkələrdə o eləcə də nizami qoşunların təlimlərinə dəvət olunur.
Mədəniyyət və təhsil məsələləri üzrə attaşe
Vaxtilə mədəniyyət üzrə sazişlər hökumətlərarası əlaqələrin sonuncu sahəsi idi və burada qarşılıqlı əlaqənin yeni formalarının axtarılması işi aparılmırdı. Hal-hazırda mədəniyyət məsələləri üzrə attaşe dövlətlər arasında qarşılıqlı anlaşmanı dərinləşdirmək və yaxşı münasibətləri inkişaf etdirmək üçün mühüm əhəmiyyətə malik ola bilər ki, bunu peşəkar yaxud həvəskar yaradıcı kollektivlərin mübadiləsi yaxud dünya səviyyəli artistlərin ölkəyə gəlişinin təşkil edilməsi, eləcə də stipendiyaların təyin olunması, öz ölkəsinin dilinin öyrənilməsi imkanlarının yaradılması vasitəsi ilə həyata keçirə bilər. Bəzən mədəniyyət məsələləri üzrə attaşe vəzifəsinə bu sahənin görkəmli xadimini təyin etmək praktikası tətbiq edilir; lakin belə hallarda missiya çərçivəsində yaxşı administratoru attaşe köməkçisi təyin etmək qaydadır. Bəzi hallarda mədəniyyət məsələləri üzrə attaşe və maarif məsələləri üzrə attaşe ayrıca təyin olunur.
Digər məsələlər üzrə attaşe
Mümkün attaşe postlarının diapazonu yalnız onları təyin edən dövlətlərin maraqları və qəbul edən tərəfin onları qəbul etməyə hazırlıqlığı ilə məhdudlaşır. Attaşe postunun adı onun fəaliyyət sahəsini əks etdirir, məsələn: əmək, kənd təsərrüfatı, balıqçılıq, sənaye, mülki aviasiya, ictimai əlaqələr, muzdlu əmək turizm, qanunvericilik, immiqrasiya, gəmiçilik, meşə təsərrüfatı məsələləri üzrə.
Bəzi diplomatik missiyalarda dini rütbəli şəxslər - kapellanlar mühüm rol oynayırlar ki, onlar da diplomatik xidmətdə hesab oluna və diplomatik statusa malik ola bilərlər.
Missiya başçısının olmaması yaxud vəzifələrini icra edə bilməməsi
Əgər missiya başçısı yerində deyilsə və ya başqa səbəblər üzündən (məsələn, ağır xəstəlik nəticəsində) ona həvalə edilmiş vəzifələri yerinə yetirə bilmirsə yaxud əgər missiya başçısı vəzifəsi boş qalarsa, onda diplomatik missiya üzvü (adətən - dərəcə üzrə sonra gələn) müvəqqəti işlər vəkili vəzifələrini icra edir. Belə hallarda missiyanın yaxud onun aid olduğu nazirliyin başçısı göndərilən ölkənin müvafiq vəzifəli şəxslərini baş verən dəyişikliklər barədə məlumatlandırır, eləcə də missiya başçısının öz vəzifəsini icra etməyə qayıdacağı müddət haqqında xəbər verir. Əgər heyət üzvlərindən heç biri missiya başçısının olmadığı müddətdə onun funksiyalarını öz üzərinə götürmək iqtidarında deyilsə, inzibati yaxud texniki heyətdən bir nəfər, göndərilən ölkənin təmsilçilərinin razılığı ilə, öz hökuməti tərəfindən missiyanın qarşısında dayanan cari inzibati məsələlərin yerinə yetirilməsinin təşkil olunmasına vəkil edilə bilər. Əgər müvəqqəti işlər vəkili üzərinə götürülmüş vəzifələrinin yerinə yetirilməsini davam etdirmək iqtidarında deyilsə, o öz yerinə yeni müvəqqəti işlər vəkili təyin etməyə səlahiyyətli deyil: bu, xarici işlər nazirliyinin müstəsna hüququdur.
Müəllif Ralf Corc Felthem Mənbə Diplomatın stolüstü kitabı
| ['diplomatiya'] |
5,090 | https://kayzen.az/blog/kayzenin-r%C9%99smi-bloqu/6827/video-y%C3%BCkl%C9%99m%C9%99k.html | Video yükləmək | Cavid | kayzen.az saytının rəsmi bloqu | 31 avqust 2011, 00:21 |
Son günlər mənə ünvanlanan çoxsaylı müraciətləri nəzərə alaraq sizlərlə yazdığınız məqaləyə video və şəkil yükləmək haqqında ümumi məlumat vermək istədim. Əvvəlcə onu qeyd edim ki, bütün proseslər şəkillər və işarələr vasitəsi ilə qeyd olunacaq.Video yükləmək Yazdığınız yazıya video yükləmək üşün Şəkil 1- də qeyd olunduğu kimi soldan 8-ci düyməni (mediya-obyekti əlavə/redaktə et) basmaq kifayətdir. Həmin işarəyə (mediya-obyekti əlavə/redaktə et) basdıqdan sonra yeni pəncərə açılacaq.Şəkil 1. Yeni açılacaq pəncərəyə linki (məsələn, youtube götürdüyünüz istənilən videonun linkini əlavə edə bilərsiniz). Şəkil 2-də daha aydın görə bilərsiniz. Şəkildə də qeyd olunduğu kimi linki Fayl/ünvan yazılan sətrə əlavə etmək lazımdır. Şəkil 2. Linkin əlavə edildikdən sonrakı vəziyyəti Şəkil 3-də qeyd olunub, bu prosesi tamamladıqdan sonra Əlavə et düyməsinə basmaqla video nu yazdığınız mətnə əlavə etmiş olursunuz. Artıq video eləvə edilmiş olur. İlkin baxış yazılan hissədə isə videonu əlavə etməzdən qabaq baxa bilərsiniz.
Şəkil 3.Yüklədiyiniz video nəşrdən qabaq yəni mətnin içində Şəkil 4-dəki kimi görünəcək ancaq nəşr etdikdən sonra video tam olaraq baxıla biləcək. Öncəbaxış düyməsini basaraq bunu yoxlaya bilərsiniz.Şəkil 4.Sonda isə yüklənmiş video nümunəsinə baxa bilərsiniz.
P.S. Bu yazıdan sonra əgər hələdə video yükləyə bilmədinizsə qeyd edəcəyim nömrədən Farida xanımla (itirilmiş yaxud zədələnmiş beynin fəaliyyətinin bərpası üzrə baş həkim -0706077010) əlaqə saxlaya bilərsiniz :)
| ['video'] |
5,091 | https://kayzen.az/blog/Mysteryo/6825/d%C9%99lid%C9%99n-m%C9%99ktub.html | Dəlidən məktub | Mysteryo | Bloq: Mysteryo | 30 avqust 2011, 22:51 |
Salam.Sənə salam da düşmür amma nəysə.Bu məktubu harda yazdığımı, qələm-kağızı hardan tapdığımı və ya nə zaman kimə yazdığımı düşünmədən oxu. Artıq məktubu açıb oxumağa başlamısansa deməli məhz sənə yazmışam. Kimliyim, cinsiyətim, peşəm və şəxsiyyətim haqqında da düşüncələrə qapılıb beynini yorma. Bəlkə də heç mən də yoxam. Başqa sözlə desəm özünü yazar sayan, məndən betər bir gicbəsərin uydurmasıyam. Amma uydurma belə olsam öz düşüncələrim, öz həyatım var. Nədi xoşuna gəlmədim?Ən azından sənin kimi rüşvət verməkdən bezən, amma əlinə hələ də kitab götürməyən tələbə deyiləm. Guya rüşvətə qarşıyammış kimi qoluma qırmızı taxıb da gəzmirəm. 3-5 nəfər tələbəylə bir yerdə adına "etiraz aksiyası" dediyin o mitinqlərdə boğazımı cırmıram. Yekəpər polislər gələndə də qaçan mən olmuram və atam söyə-söyə bölməyə gəlib o etiraz elədiyim rüşvətdən rəisə verib çırpa-çırpa evə aparmır məni. Kinayəli gülüşünə qarşılıq olaraq deyim ki, iki universitet bitirmişəm. Və səndən fərqli olaraq valideynlərim oxumaq istəyib də oxuya bilmədikləri peşəni mənə zorla seçdirməyiblər. Uşaqlığımdan xəyalını qurduğum ixtisası seçmişəm. Ya heyvan əvəzinə də işləyib evimə ancaq yatmaq üçün də girmirəm. Yaxşı pul qazanmıram deyə arvadımın həyasızca başqa qoyunlara girməyinə də səs çıxartmayan mən deyiləm. Özümü, ayaqlarımı söyə-söyə istəmədiyim işə gedib məndən on beş yaş kiçik müdürün söyüşlərinə dözmürəm. İki uşağın qarnını doyuraraq, məktəbə göndərərək özümü atalıq vəzifəsinin bariz nümanəsi saymıram. Övladlarım yaramaz çıxanda da məsuliyyətdən qaçımamışam. Bütün günahları arvadımın boynuna atıb kişiliyimi qadın üstündə sinayanlardan da deyiləm. Nə də ki, küçədə söz atdığım qızların heç birisi qohumum çıxmır sənin kimi. Qeyrəti ucuzlaşdırıb çayxana stollarına, qəhbəxana kravatlarına da daşımıram. Evlədiyim qadın bir neçə saniyəlik cavanlıq həzzimin nəticəsində ömürlük əzabıma çevirlməyib. Sevəndə də dəli kimi sevmişəm. Öpüşəndə gözümü yummuşam və heç bir çirkin niyyəti keçirməmişəm ağlımdan sənin kimi. Sevdiyim ağlayanda ağlamışam. İnanmışam hər ayrılıqdakı yenidən qovuşmalara. Sənin kimi dabanıma tüpürüb başqa qadının qollarına qaçmamışam. Sevgim o qədər kiçik olmayıb ki, bir parça imzalı kağızla, bir neçə damla qanla təsdiqlənsin.
Mən dəliyəm ya da dəli deyirlər. Insanlar öz düşüncələrinə yad olan kəslərə dəli damğası vurur. Artıq bir neçə aydır ki, burda məcburi müalicə alıram. İynə-dərmana tüpürüb onları qəbul etmək istəməyəndə yatağıma zəncirlənirəm. Əllərim, ayaqlarım bağlanır və məcburi müalicə davam edir. Adına da "şiddətli psixi pozğunluq" başqa dildə "dəliliyin pik nöqtəsi" deyirlər. Müalicəmi qəbul etmək istəməməyimin səbəbi qorxularımdı. Qorxuram ki, öz düşüncələrimi unudub sənin kimi adi insan, yox yox adi kukla olaram. Sistemi istehsalçı tərəfindən qabaqcadan yığılmış bir kukla. Onlar istəyəndə ağlayıb onlar istəyəndə gülən, onlar susanda susan və onların fikrincə danışmaq məqamı gələndə danışmalı olan kukla.Burdakı həkimlər, tibb bacıları, xəstə baxıcıları və xəstə yaxınları-hamısı o istehsalçı funksiyasını böyük mental məmnuniyyət və həvəslə öz üzərlərinə götürürlər. Bu xəstəxana o istehsalçıların təkrar emal zavodudur. İşləməyən, pozulan sistemli məhsullar məcburiyyətlə bura gətirilir və təkrar emal olunur. Burada biz "dəlilər" xarab olmuş, yaxşı ağlamayan səsi zəyif çıxan sistemi pozulmuş kuklalarıq. Əsil düzgün sistemsə mental dəyərlər, valideyinə bağlılıq, cəmiyyətdən asılı saç düzümü, geyim tərzi, təhsil iş qadın seçimi, böyük kiçik münasibətləri və digər bu kimi şeylərdi. Hə bax burda deyirlər "f*ck the system !".Düşün !Bəlkə heç uydurma deyiləm...?!Kor - "Məktublar" kitabından:
Kitabı Yüklə
| ['Dəlidən məktub'] |
5,092 | https://kayzen.az/blog/erzaq/6824/c%C9%99nn%C9%99t-meyv%C9%99l%C9%99ri.html | Cənnət meyvələri | Zahid_GDMLI | Ərzaqlar | 30 avqust 2011, 18:25 |
Bir zamanlar sevgini alma verərək etiraf edirdilər. Almanı qəbul edən "hə" cavabı vermiş olurdu. Sevgi, sevinc, müdriklik və dəbdəbəni ifadə edən alma "Qurani Kərim"də cənnət meyvələri cərgəsinə düşmədi (bunun da hamıya məlum səbəbi var). Əvəzində, Nyutonun başına düşdü. Xeyri də oldu, cazibə qüvvəsi nəzəriyyəsi yarandı. Almadan fərqli olaraq, bəxti gətirən və insandan əvvəl cənnəti görən meyvələr də oldu. Özü də Quranda adıçəkilən 7 meyvədən nə az nə çox, düz, 5-i ölkəmizdə becərilir. Bir sözlə, "Cənnət görmək istəyən Azərbaycana gəlsin". Cənnət meyvələrini tanımaq istəyənlər yazının ardını oxumaqla buna nail ola bilərlər.
"Daş əridən" albalıdan başlayaq. Quranda adıçəkilən ilk meyvədir. Müqəddəs Kitabda onun haqqında "Tikansız sidr ağacları" ("Vaqiə" surəsi, 28-ci ayə) şəklində bəhs olunur. Albalı böyrəklərin fəaliyyətini tənzimləyir. Orqanizmdə yığılmış artıq duz və turşuları xaric edir. Böyrəklərdə daş və qumun yaranmasına imkan vermir. Daşı əridir və orqanizmdən təbii yolla xaric olunmasına kömək edir. Eyni zamanda, dərini civzə və sızanaqlardan təmizləyir. Albalı şirəsi iştahı və həzmi yaxşılaşdırır. Sadaladıqlarımız albalının insan sağlamlığı üçün xeyirli olan cəhətlərindən yalnız bir neçəsidir. Maraqlıdır ki, albalının yarpaqları çıxmazdan əvvəl o çiçəkləyir. Qədim Şərq mifologiyasına inansaq, bu, insanın dünyaya çılpaq gəlib, çılpaq getdiyinə işarədir. Çində albalı ümid, gənclik, cəsarət, həmçinin, qadın gözəlliyini simvolizə edir. Yaponlarda isə zənginliyi bildirir. Albalı çiçəyi yaponların simvoldur.
Ən qədim meyvə
"Qurani Kərim"də bu meyvənin adı 11 dəfə tək və cəm formada (ayrıca və digər meyvələrlə birlikdə) çəkilib: "Sizin üçün xurma və üzüm bağları yaratdıq ki, orada bol meyvələr vardır, siz onlardan yeyirsiniz" ("Möminun" surəsi, 23-cü ayə).
Dünyada üzümün 8 mindən çox növü var. Ona görə də bu meyvənin əsl vətəninin hara olduğu dəqiq bilinmir. Amma bəzi alimlər deyir ki, bu bitkinin kökü Azərbaycandan başlayır. Əlbəttə ki, belə bir iddianın arxasında fakt da dayanır. Məsələn, Ağstafa yaxınlığında 1962-ci ildə aparılmış arxeoloji qazıntılar zamanı eramızdan əvvəl V-IV minilliyə aid Şomutəpə abidəsində tapılan müxtəlif bitki qalıqları və üzüm toxumları buna misaldır. Hazırda Ağdam keçiəmcəyi (Ağdam), ağ şanı (Abşeron), Gəncə qızılüzümü (Gəncə) isə yalnız Azərbaycanda yetişdirilən üzümlərdən bir neçəsidir. Üzümün insan orqanizminə xeyrinə gəlincə, o, qan tərəfindən tez mənimsənilir. Zəngin qlükoza mənbəyidir, dəmir azlığının müalicəsində çox faydalıdır. Həzm pozğunluğu, böyrək və qaraciyər xəstəlikləri zamanı müsbət təsir göstərir.
Minbir dərdin dərmanı
Bütün meyvələr içərisində ən çox mineral toplusu məhz əncirdədir. Quranda bu meyvədən belə bəhs edilir: "And olsun əncirə və onun ağacına, zeytuna və onun ağacına" ("Tin" surəsi, 1-ci ayə). Əncirdən sinəyumşaldıcı, qəbizlik əleyhinə, diş əti iltihabı, plevrit, göyöskürək, əl və ayaqda olan ziyillər, döyənək, arıqlıq, dalaq şişi, angina və saç tökülməsi əleyhinə istifadə olunur. Meyvələr sirlərlə doludur desək yanılmarıq. Əncirin becərilməsi eramızdan çox əvvələ təsadüf edir. Onun əsas vətəni Suriya və Kiçik Asiya ölkələridir. Aralıq dənizi sahillərində, eləcə də Yunanıstanda geniş yayılıb. Azərbaycanda Abşeronda becərilən "Sarı sabahi" və ya "Sarı əncir" sortu xüsusilə məşhurdur. Ümumiyyətlə, ölkəmizdə əncirin 2 növü yayılıb. Bunlardan biri "mədəni əncir" adlanır və respublikada geniş miqyasda becərilir. Digəri isə "Hirkan ənciri"dir ki, o, yabanı halda Lənkəran zonasında yayılıb.
Aldım bir dənə açdım min dənə
"Qurani-Kərim"ə görə, gözəl cənnət bağında nar ağacları da əkilib: "O iki cənnətdə hər növ meyvə, xurma və nar ağacları vardır ("Ər Rəhman"surəsi, 68-ci ayə)". Bir çox xalqlarda narın çiçəkləri və meyvəsi zənginliyin, bolluğun və məhsuldarlığın rəmzi kimi qəbul olunub. Narın təsvirləri Misir ehramlarında, qədim Bizans parçalarının üzərində, qədim yunanların və ərəblərin ornament və naxışlarında tapılıb. Məhəmməd Peyğəmbər (s.ə.s) paxıllığı, nifrəti və kini təmizlədiyinə görə, öz ardıcıllarına nar yeməyi məsləhət bilib. Həkimlər də bu meyvənin qabığı və çiçəyinin bir sıra xəstəliklərin müalicəsində faydalı olduğunu söyləyirlər. Azərbaycanın bir çox bölgələrində nar becərilsə də, vətəni Göyçay sayılır. Rayonun beş ildir beynəlxalq nar festivalına ev sahibliyi etməsi buna misaldır.
Cənnətin "sülh carçısı"
"Qurani-Kərim"də "Nəhl" surəsinin 11-ci və 35-ci ayələrində zeytundan söz açıiır. "Doğrudan da Onun tək olmasına və qüdrətinə dair bir nişanə vardır" ("Nəhl" surəsi, ayə 11). Zeytun dünyanın subtropik ölkələrində bitir. Bu bitki hələ eramızdan 2500 il əvvəl qədim misirlilər tərəfindən becərilib. Onun meyvələrindən, eləcə də zeytunun yağından bir sıra xəstəliklərə qarşı (revmatizm, yanıq, göz xəstəlikləri və s.), həmçinin, yeyinti məhsulu, ətirli ədviyyat kimi istifadə edilib. Zeytun sənaye əhəmiyyətli bitki kimi, Qara dəniz sahillərində, Krımda, Gürcüstanda geniş yayılıb.
Azərbaycanda son 25 - 30 ildə zeytunun istehsalına ciddi fikir verilir. "Sülh carçısı", xüsusilə, Abşeronda becərilir və çox gözəl nəticə verir. Elə Zığda salınmış zeytun plantasiyası buna ən yaxşı nümunədir. Dünyada zeytunun illik istehsalı 20 milyon tondur. Ən yüksək satış göstəricisi isə İtaliya və Ispaniyaya məxsusdur.
Dimdiyində zeytun budağı olan göyərçin dünyada sülh və həmrəyliyin rəmzidir. Bu rəmz Nuhun gəmisindən qaynaqlanır. Rəvayətə görə, Allahın insana qarşı qəzəbi tufanla zahir olur. Allah Təala Nuha xəbər verir ki, bir neçə nəfərdən başqa daha heç kəs iman gətirməyəcək. Onun ardınca gəmi düzəltməyi Nuha əmr edir. Peyğəmbər iman gətirənləri, eyni zamanda, heyvanları 1 erkək və 1 dişi olmaqla gəmiyə yığır. Tufan sakitləşəndən sonra gəminin ətrafında sülh və asayiş nişanəsi dimdiyində zeytun budağı olan bir göyərçin görünür. Və o, quruda həyatın olmasını zeytun budağı vasitəsilə gəmidəki insanlara çatdırır.
Ömrünüzü uzadın
Elm dünyası onu "Phoenix dactylifera" kimi tanıyır. Müqəddəs Kitabda isə bu meyvəyə "nəxl" və ya "nəxlə" deyilir. Səkkiz ayədə tək şəkildə, on iki ayədə isə onun adı zeytun, nar və üzüm kimi digər meyvələrlə yanaşı qeyd olunub. "Yer üzündə bir-birinin kənarında olan qitələr, üzüm bağları, əkinlər və bir kökdən, müxtəlif köklərdən olan xurma ağacları vardır ki, hamısı bir su ilə suvarılır və bununla belə, məhsul baxımından onların bəzisini bəzisindən üstün edirik. Həqiqətən, bunda ağıllarını işlədən dəstə üçün nişanələr vardır" ("Rəd" surəsi, ayə 4). isti ölkələrdə "səhra çörəyi" kimi tanınan bu meyvə pəhrizdə istifadə edilir. Xurma, ilk növbədə, orqanizmi gücləndirir və ömrü uzadır. Çinlilər qida rasionlarında xurmadan çox istifadə edirlər. Bu da uzunömürlülüyə gətirib çıxarır. Belə bir fikir var ki, xurma ağacı ilk dəfə 6-7 min il əvvəl Beynənnəhreyndə becərilib. Xurma istehsalı və satışı üzrə dünyada birinci yeri Səudiyyə Ərəbistanı tutur.
Banan ot imiş
Allahın cənnəti vəsf etdiyi ayələrdə banandan da danışılır: "Və salxım-salxım bir-birinin üstünə qalanmış (komalanmış) banan ağacları" ("Vaqiə" surəsi, 29-cu ayə). Banan qan təzyiqini aşağı salır, allergiyanın müalicəsində istifadə olunur. Tərkibindəki kalium və natrium hüceyrələrin, əzələ toxumasının inkişafını tənzimləyir, ürək döyüntüsünü və maye duz balansını normallaşdırır. Banan yüksək temperatur, həzm pozğunluğu zamanı olduqca faydalıdır.
Bu meyvə Azərbaycanda bitməsə də (hal-hazırda onlar ancaq bəzi istixanalarda becərilir), ölkəmizdə çox qədimdən tanınmaqdadır. Azərbaycanlı müəlliflər Yusif ibn İsmayıl Xoyi (XIV əsr), eləcə də Mühəmməd Hüseyn Xan (XVIII əsr) əsərlərində bananın insana olan faydalarından söz açıblar.
Bəziləri elə bilir ki, banan palma ağacında bitir, ancaq bu belə deyil. Banan çoxillik ot bitkisidir. Sadəcə olaraq, kökdən çıxan iri, qınlı yarpaqları çoxqatlı boru - yalançı gövdə əmələ gətirir. Və bu da ağacı xatırladır. Onun 70-ə yaxın növü var. Meyvələri salxımda toplaşır, hər salxımda 300-ə qədər meyvə olur. Ümumi çəkisi 50-60 kq.-a çatır. Tropik ölkələrin hər birində becərilir. Ən məşhur idxalçılarını Mərkəzi Amerika ölkələrini "banan respublikaları" adlandırırlar.Mənbə: Discovery Azerbaijan jurnalı / Nərmin NÖQTƏ
| ['meyvə', 'əncir', 'nar', 'alma', 'zeytun', 'albalı', 'meyvələr'] |
5,093 | https://kayzen.az/blog/sevgi/6821/nec%C9%99-d%C9%99-acizsiniz.html | Necə də acizsiniz!!! | ayxansevda | Sevgi | 30 avqust 2011, 05:42 |
Elə bil ölmüsən... Səni hətta görəndə belə mənə elə gəlir tamam başqasıdır. Həmin cizgilər də elə bil dəyişib. Elə bil birinci dəfədir görürəm səni. Tamam başqasıdır qarşımda duran.
Səni əvvəlkindən də çox istəyirəm. Həmişə əzizsən mənə, həmişə anıram səni. Anıram səni, amma başqa səni. Həmişə yanımda duran, xəfifcə gülümsəyən , hamıdan əvvəl məni başa düşən, məni duyan , mənə hər kəsdən əziz səni. Amma indi o təbəssümün ala- toran yaddaşımda əsir. Onu görürəm , amma hardasa uzaqda. Boylarııram ki, yaxşıca görüm. Amma təbəssüm yerindən tərpənmir. Nə yaxınlaşır , nə uzaqlaşır.
Aha, aydınlaşdı. Necə də kədərli təbəssümdür! Mən də cavabında kədərlə gülümsəyirəm. Başımı sakitcə aşağı salıram. Sonra başımı qaldırdıqda təbəssüm yox olur.
Bax belə... Həmişə... Səni elə bil heç vaxt tanımamışam. Tanıdığım başqası olub. O , ya sağollaşmamış harasa gedib uzaqlara və heç vaxt qayıtmayacaq, ya da qeyb olub, bilmirəm hara.
Səninsə heç adını da bilmirəm. Kimsən , nə vaxt gəlmisən, niyə gəlmisən- onu da bilmirəm.
Elə bil ayrı -ayrı adamlarsınız. Onu qəlbimdə isidirəm, darıxıram onunçun, səsini eşitmək istəyirəm, səni isə... heç tanımaq da istəmirəm , bilmirəm kimsən. Məndə heç bir hiss yaratmayan , tamamilə mənimçün laqeyd, yad birisisən. Adın da yaddır mənə.
Qəribədir... Niyə belə olur?! ... Mən yenə də o təbəssümü axtarıram... Hə axtarıram, hardadır...? Yəqin heç vaxt tapmaram.
O həmişə vaxtaşırı gəlir və sonra yenə də yox olur. Bilirsən nə vaxt gəlir? - Ən qayğılı vaxtlarımda gəlir göz yaşlarımı silməyə , gəlir ki, baxsın gözlərimin içinə :" Hər şey yaxşı olacaq , görərsən!" -deyə pıçıldasın. Yenə də əvvəlki kimi kədərlə gülümsəyib yox olur. Mən onu ümidsiz çağırıram , osa hay vermir.
Sənsə tamamilə yad adam , o təbəssümdən də xəbərin yoxdu. Sən bilmirsən ki, hər dəfə sənə baxanda uçurum yadıma düşür. Sən və o təbəssüm arasındakı o keçilməz uçurum. Bəs bu uçurum nə vaxt yarandı. Necə yarandı? - Hə, o xəbərsiz gedəndə ! Təbəssüm yox olanda! və... və sənin amansız ayaq səslərin eşidiləndə, hə ... sən hər dəfə adımlayanda o uçurum dərinləşdi. Beləcə hər şey yarandı . Uçurum, Sən - mənimçün yad olan birisi , məni ovudan " Təbəssüm" və Yalnızlığım.
Görəsən, başqa Sən, doğurdan da ölmüsən . Bəs nə vaxt öldün? Necə öldün? Niyə öldün?
Çox təəssüf! Bilirsən nəyə təəssüflənirəm? - Heç biriniz bu suallara cavab verə bilmirsiniz! Ona görə. Hamınız susursunuz. Təbəssüm də, Sən də, Yalnızlığım da , Uçurum da!
Necə də acizsiniz!!!
" Həmişə çətinə düşəndə öz ürəyimdə, fikrimdə sənə şikayətlənib ağlayardım , indi də çətin vəziyyətdəyəm, ancaq şikayətlənəcəyib , dizini qucaqlayıb ağlayacağım adam yoxdu. Bilirəm sənə qəribə gəlir , bunu sənə niyə deyirəm , düzü, niyəsini mən də bilmirəm, bəlkə hələ də mənə səndən əziz adamın olmamağıdı".
18 aprel 2004
Müəllif: Zeynalova Vüsalə. M
| ['sevgi', 'hisslərimiz'] |
5,094 | https://kayzen.az/blog/ramazan/6820/ramazan-bayram%C4%B1-%7C-bayram%C4%B1-nec%C9%99-ke%C3%A7ir%C9%99k.html | Ramazan bayramı | Bayramı necə keçirək | Cavid | Ramazan ayı | 30 avqust 2011, 01:30 |
Bismilləhir-Rəhmanir-Rəhim .Həmd və Səna olsun aləmlərin Rəbbi, hər şeyi və bizi Yaradan, bizi müsəlman edən, bizə xeyirli aylar bəxş edən və bizi bu bayrama çıxaran Allahu Təalaya. Şükür yalnız və yalnız Onadır. Salətu və Salam olsun Onun Rəsuluna (s.a.s).Möhtərəm müsəlmanlar və əziz oxucularımız! Allaha hədsiz-hüdudsuz şükürlər olsun ki, bu Ramazan ayını bitirməyi bizə nəsib etdi! Gözəl, bərəkətli və xeyirli ayın sonunda bizə sevinməyi və bir-birimizi təbrik etməyi buyurdu. Yalnız, İslam ümmətinin keçırdiyi bayram, şənləndiyi və sevindiyi mövsüm, başqalarından fərqlənir. İslam bayramlarının xüsusi məqsədi var, öz hikməti, öz niyyəti və öz ədəbləri var. Bunlar, başqa xalqalarda və yaxud dinlərdə yoxdur. Bilinki, İslam şəriəti və hökmləri insanların dünyada və axirətdə olan faydası üçündür. Hətta Qur'ani Kərimdə Allahu Təala insanlara öz hökmünü və əmrini bildirdikdə, ayələrinin çoxunun sonluğunda ((…bəlkə hidayət tapasınız)), ((…bəlkə qorxasınız)), ((…bəlkə pis əməllərdən çəkinəsiniz)) və sair kimi ifadələrlə insanlara xitab edir. Bütün bunlara diqqətlə yanaşsaq anlayarıq ki, İslam hökmlərinin hamısında bir məqsəd və hikmət vardır.
- İslamda bayramın əsas məqsədlərindən də biri müsəlmanların toplanması və görüşməsidir.Bayram günü müsəlmanların bayram namazına gəlməsi vacibdir. Çünki onlar bayramda görüşür, bir yerdə namaz qılır, "Allahu Əkbər" deyərək hamı bir yerdə Allahı zikr edirlər. Onlar bunu etməklə hiss edirlərki onları birləşdirən bir din var, bir əqidə və bir iman var. - Bayramın məqsədlərindən biri də, ibadət mövsümündən sonra müsəlmanların sevinməsi və fərəhlənməsidir. Ramazan ayında oruc ibadətlərini bitirdikdən sonra müsəlmanlar sevinmək və şənlənmək üçün bayram keçirir və bir yerə yığılırlar. Qurban bayramında isə müsəlmanlar həcc ibadətlərini bitirdikdən sonra sevinmək və şənlənmək üçün bayram keçirirlər. Deməli müsəlmanın bayramı, hansısa ibadəti etdikdən sonra sevinib qardaş və bacıları ilə bir yerə yığılması üçündür. Etdikləri ibadətlərin ən böyük mükafatını isə Allahu Təala öz qatında verəcəkdir. - Bayramın başqa məqsədlərindən də, müsəlmanların bir-birini ziyarət etməsi, qohum-əqrabalarla görüşməsi, əgər arada inciklik varsa bir-biriləri ilə barışması üçündür. Bayramda kasıblar və yoxsullar da sevinməlidir, onlar da yeni paltar geyərək bütün müsəlmanlarla bir yerdə namaza gəlməlidirlər. Məhz buna görə Fitrə Zəkatı buyurulmuşdur ki, yoxsul müsəlmanlar da bayramı keçirsinlər və hamı kimi şənlənsinlər. - Həmçinin bayramın məqsədlərin də, bayramda mübah olan şeylərdən istifadə etmək, sevinmək, şənlənmək, gəzmək, dolaşmaq, işləməmək, istirahət etmək, ziyarətlərdə olmaq, eyni tərzdə olan yaşayış formasını bir anlıq qırmaq və gününə dəyişiklik qatmaqdır.
Bayramı necə keçırək, necə şənlənək və bir-birimizi necə təbrik edək?!- Bayramda ən birinci valideynlərimizi təbrik edək, onların istədiklərini yerinə yetirək, ürəklərində olan arzularını həyata keçirməyə çalışaq. Beləki onları səmimiyyətlə və sevgi ilə təbrik etməliyik, bacardığımız qədər onların qəlblərinə sevinc doldurmaq üçün onlara hədiyyə almalıyıq. Xatırlayınki, Allahu Təala Qur'ani Kərimdə Özünə şirk qoşmamağı əmr etdikdən sonra, ikinci sırada valideynlərə hörmət etməyi buyurmuşdur. - Bayramda həyat yoldaşını sevindirmək, ona daha böyük və daha isti məhəbbət göstərmək, onu tək buraxmamaq, ona hədiyyə almaq və bayramı hiss etməsi üçün ona istədiyi duyğuları bəxş etmək. Təəssüfki çoxlarımız bayram günlərini çöldə bayırda keçirir və heç həyat yoldaşlarını da görmürlər, onları evdə tək buraxırlar, onları təbrik etmirlər.- Bayramda qohum-əqrabaları ziyarət etmək sünnətdir, onları təbrik etmək, onlarla qısa bir müddət də olsa oturmaq lazımdır. Bu, qohumlar arasında əlaqələri və məhəbbəti daha da gücləndirir. Həmçinin dost-tanışların da ziyarətini unutmamaq şərtiylə.- Bayramda qonşularımızı da unutmayaq, onları da təbrik edək, bacardığımız qədər onlarla da bir yerdə olaq, güçümüz çatırsa onlara da hədiyyə vermək və yaxud bir yerdə yemək yemək, onları qonaq çağırmaq və sair kimi münasibətlər.
Bayramın hökmləri və ədəbləri hansılardır?!- Bayram günü oruc tutmaq günahdır. - Bayram gecəsi və bayram günlari təkbir (Allahu Əkbər) gətirmək sünnətdir və müstəhabdır. Məhz buna görə Allahu Təala Əl-Bəqərə surəsinin 185-ci ayəsində buyururki: ((Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu əkbər" deməklə) tə'zim və şükür edəsiniz.)) Təkbir etməyin forması isə belədir - "Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, Lə iləhə illəl-lahu vallahu Əkbər, Allahu Əkbər və lilləhil-həmd"- Bayram günü qüsl almaq, çimib təmizlənmək, təzə yaxud təmiz paltarlar geyinmək sünnətdir.
- Bayram namazına çıxmamışdan əvvəl bir şey yemək sünnətdir, xurma olsa lap yaxşı olar. Peyğəmbərimizdən (s.a.s) rəvayət olunan hədisdə Ənəs (r.a) deyirki: "Peyğəmbərimiz Ramazan bayramında xurmalardan yeməyincə çıxmazdı" (Buxari rəvayət etmişdir)- Eləcə də bayram namazına ayaqla getmək sünnətdir. Əli (r.a) rəvayət etdiyinə görə: "Bayrama ayaqla getmək və çıxmamışdan bir şeylər yemək sünnətdir" Həmçinin getdiyi yolla deyil, başqa yolla evə dönmək sünnətdir. Cabir (r.a) rəvayət edirki: "Peyğəmbərimiz (s.a.s) bayram günü yolunu dəyişdirərdi"- Bayram günü müxtəlif təbriklər demək sünnətdir. Məsələn; Bayramınız mübarək, Allahu ibadət və oruclarınızı qəbul etsin və sairə.- Bayram günü bayram namazına getmək və bayram namazını açıq havada qılmaq. Bayram namazına başlamazdan əvvəl isə, namazı qıldıran imam namazın necə qılınacağını başa salacaqdır.
Bayram zamanı nəyi etməməliyik?!Bəzilərimiz özlərindən uydurduqları şeyləri edirlər bayramda, bunlar isə bizim dinimizə ziddir. - Bayram gecələrini yatmamaq, boş keçirmək və xüsusilə də Allaha ibadət etməyərək, Onun zikrindən uzaq olan şeylərlə vaxt keçirmək.- Bayram gecələrini özlərindən uydurduqları zikirlərlə keçirmək- Bayram günləri xüsusi olaraq qəbirləri ziyarət etmək- Gözəl olmaq üçün saqqalı qırxmaq və yaxud həddindən artıq qısaltmaq- Yemək içməkdə israfçılıq etmək- Musiqi, mahnı və kinolarla vaxt keçirmək- Kişi və qadınların bir yerdə yığılması, kişi və qadınların bir-biriləri ilə əl-ələ görüşməsiBundan başqa bir çox əməllər vardırki, bunlar müsəlmana yaraşmaz və bizə buyurulan bayram günlərini belə keçirmək olmaz.
Ramazan bayramınız mübarək və Allah sizdən ibadət və dualarınızı qəbul etsin!Mənbə: azerislam.com
| ['Ramazan bayramı', 'bayram namazı'] |
5,095 | https://kayzen.az/blog/az-proza/6150/%C5%9F%C9%99ki-pitisi-%7C-z%C9%99ka-vilay%C9%99to%C4%9Flu.html | Şəki pitisi | Zəka Vilayətoğlu | Muza | Azərbaycan ədəbiyyatı | 30 avqust 2011, 00:12 |
Bəzən həftələrlə onların qazanında ət xörəyi qaynamırdı. Kişinin ürəyi hər ət xörəkləri istədikcə arvadı sataşır, qınayırdı ərini : «İndi hardan alım qonşumuz Əşrəf müəllimi ki, bir quzu cəmdəyinin para şaqqasını bölüb versin bizə, günlərlə kefə baxaq? Hardan alım o Sovet hökumətini ki, sən də oturub-durub Əşrəf müəllimdən imzasız məktublar yazıb göndərəsən yuxarılara? Axı Allah var göydə. Hər şeyi görür. Əvvəl - axır bizi çox şeyə həsrət qoymalıydı, sənin o haqsız əməllərinə görə. İndi qalmışıq beş – on manatlıq təqaüdün ümidinə».Arvadı haqlıydı. Ona görə də o, dinmir, susur, xəcalət təri alnında tumurcuqlanır, bədənini əzabverici bir istilik bürüyürdü. Azacıq sonra isə hər şey keçib gedir, unudulurdu.Qonşuluqda bir zamanlar yaşayan və sonralar həmin nankor qonşusunun(haqqında danışdığımız adamın) əlindən köçüb başqa yerə gedən Əşrəf müəllim yüksək vəzifə sahibi idi. Hər həftə, bəzən hər gün onun qapısından cürbəcür sovqat, pay-püş daxil olurdu. Bunların bir çoxunu qonşu Mazan (əsl adı Ramazan idi) müəllim gözlükdən izləyirdi. Qalan vaxtlarda isə arvadı onun bu işini davam elətdirirdi - təbii ki, ərinin tapşırığıyla. Beləcə, qonşu Əşrəf müəllimgilə kim gəldi, nə gətirdi, nə apardı, hamısını yerli - yataqlı öyrənirdilər. Və elə bir gün olmurdu ki, Əşrəf müəllimin uşaqlarından biri qonşularına pay gətirməsin. Gələn paydan, sovqatdan yeyib – şişən əmək təlimi müəllimi Mazan müəllim yuxarılara bir gecədə bəzən bir neçə imzasız məktub yazmışdı, qonşusu Əşrəf müəllimin əleyhinə. Onun vəzifəsindən istifadə edib rüşvət almasını, evinə rayon yerlərindən bütöv qoyun-quzu cəmdəklərinin gətirilməsini və bir çox görüb-görmədiklərini yazmışdı. Bir neçə gün sonrası Əşrəf müəllimin ev-eşiyində ciddi yoxlama işləri aparılmışdı… Həmin yoxlamadan sonra Mazan müəllim yenə də öz evinin qapısındakı gözlüyü yağır eləmişdi. Bu dəfə də Əşrəf müəllimə iri bağlamaların, sovqatların gəldiyini görmüşdü.Yenə də qonşudan pay alacağını ümidlə gözləsə də, ümidi puç olmuşdu. İndi hər şey tərsinə çevrilmişdi. Əşrəf müəllimin oğlu iri bir ət parçasını atasının buyruğuyla götürüb üçüncü mərtəbədən aşağı düşür, həmin ət parçasını həyətin künc-bucağında veyillənən itə, pişiyə atır, qayıdırdı… ***- Arvad, ürəyim elə piti istəyir ki, gəl görəsən. Bu gün iki kilo ət alaram, bir yaxşı piti qoyarsan - lap o şəkililər kimi,- yeyib şeytanın dizini qırarıq. Bu dəfəki təqaüdü də verək ətə-zada, bir adam balası kimi yeyib – içək, görək axırımız hara gedib çıxır. Oğul –uşaq da bir zibil olmadı bizə. Hamısı arvad yedəyində getdi. Özümüz-özümüzə gün ağlamasaq boş şeydir…Mazan müəllim arvadından götürdüyü əlli min manatı cibində bərk-bərk gizlətmişdi. Avtobusa-zada vermək üçünsə bir manat xırda pulu yox idi, olsa da verməyəcəkdi. Hələ sovet zamanında şəhərdaxili avtobuslara bir qəpik pul verdiyi yadına gəlmirdi; ya arxa qapıdan düşüb qaçmışdı, ya da qırmızı rəngli saxta bir vəsiqəni havadaca saymazyana sürücüyə göstərib aradan çıxmışdı. İndi isə cibindəki təqaüdçü vəsiqəsinə arxayınlaşaraq minmişdi mikroavtobusa. Düşərkən vəsiqəni çıxarıb göstərəcəkdi sürücüyə. Sürücü arxasınca söyər olsa da məhəl qoymayacaq, geri baxmadan aradan çıxacaqdı. Hər halda illərin çoxunu elə bu cür yola vermişdi. Yoxsa aldığı azacıq məvacibin də hər ay bir hissəsini avtobuslara versəydi, hara gedib çıxardı, ümumiyyətlə bu ana, bu günə gəlib çıxa bilərdimi? Qonşu Əşrəf müllimlə bağlı məsələyə gəldikdə isə Mazan müəllim o vaxt haqlı iş tutduğuna özünü inandırmağa çalışırdı. Düşünürdü ki, axı nəyə görə o, soğan-çörək ,Əşrəf müəllim kimilər isə kabab yeməlidir. Dünyanın düz vaxtında düz əməlli yaşamaq qisməti olmayan Mazan müəllim dünyanın bu qarışıq vaxtında da normal insan həyatı yaşaya bilmirdi. Bədəni, canı bəzən günlərlə ağrıyır, sızıldayırdı, amma həkimə getmək, dərman almaq adı gələndə Mazan müəllimin dünyası qaralırdı. Ağrı, sızı da, sanki onun bu biganəliyindən usanıb ara verməli olurdu.Bu dünyada çox şey mümkün idi. İllərlə ət yemədən yaşamaq elə də müşkül deyildi. Amma məsələ, bayaq dediyim kimi tamam başqa idi…Avtobus son dayanacağa yaxınlaşanda içəridə cəmisi dörd sərnişin var idi. Mazan müəllimi bu çox sevindirirdi. Deməli onun sürücüyə pul vermədən düşdüyünü görən olmayacaqdı. O, özündən əvvəlki iki nəfərin düşməsini gözləyib özü də düşdü və təqaüdçü vəsiqəsini, sürücüyə baxmadan havaya qaldırıb uzaqlaşmaq istədi. Bu an sürücü arxadan qışqırdı:- Ağsaqqal, gediş haqqını niyə vermirsən?.. A kişi, eşitmirsən? Dədənin maşını deyil, ay dayı, pulunu ver… Ay kişi karsan, eşitmirsən?Mazan müəllim son sözlərdən od-alova döndü. Qəzəbini qılınc kimi siyirib sürücünün üstə şığıdı: «Axmaq kopayoğlu, sən mənə kar deyirsən?! Bu saat bütün zəmanənin heyfini səndən çıxacağam, dayan bir! – Mazan müəllim avtobusa minib sürücüylə üz-üzə dayandı: «Sür, kopayoğlu, indi sənə göstərərəm kimliyimi!»_dedi və təqaüdçü vəsiqəsini sürücünün gözləri qarşısında silkələyərək ona hədə-qorxu gəldi. Sürücü onun qalstukuna, əlindəki vəsiqəyə baxıb udqundu. Deyəsən, qorxub ehtiyatlandı. Birdən yaman yerə ilişmiş olar, qəpik –quruşun güdazına gedərdi. İt yiyəsini tanımayan bu qarışıq zəmanədə haqsızlıqlar onsuz da az deyildi… Qəfil arxadan səs eşidildi. Bayaqkı dörd nəfər sərnişindən biri idi. Cavan bir kişiydi. Sol ayağı bir qədər axsayırdı. Mazan müəllimlə sürücünün çəkişdiyini görüb ayaq saxlamışdı. O, bir qədər yaxınlaşıb sürücüyə dedi: Utanmırsan, atan yaşında kişini təhqir edirsən?.. Al, bu da sənin gediş haqqın. Bəlkə bu adamın heç pulu yoxdur?»
Sürücü yazıqlaşdı: - Əmoğlu, axı mən də yazığam. Özün ki, vəziyyətimi görürsən. Axı bu maşın suyla işləmir. Axı mənim də balalarım var. Bu gün sentyabrın biri məktəbə göndərmişəm oğlumu, kitablarının hamısını almağa pulum çatmayıb, bəs neynim mən? Əlacım ona qalıb ki, bir kəndir götürüb asım özümü».- Az danış, yaramaz, utanmırsan hələ bir danışırsan da. Sür dedim sənə. Sür, bu saat göstərərəm sənə, görək, kar mənəm, yoxsa sən!- Mazan müəllimin qəzəbi hələ də soyumamışdı. Haraya gələn adamın sözləri də bu qəzəbin üstə neft kimi calanmışdı. Mazan müəllim inadkarlıqla sürücüdən onun göstərdiyi istiqamətdə sürməsini tələb edirdi. Sürücü özünü itirmişdi.Mazan müəllimin sürücüdən əl çəkmədiyini və təqaüdçü vəsiqəsini hədə vasitəsi kimi tərpətdiyini görüncə, həmin cavan kişi də əlini cibinə aparıb ordan daha cəlbedici, qırmızı cildli bir vəsiqə çıxararaq, sürücüyə və Mazan kişiyə göstərdi: « İndiki belə oldu, hər ikiniz mənimlə gedəsi olacaqsınız. Polis bölməsində hər şeyə aydınlıq gətirərik. Sür»- sürücüyə əmr elədi. Buna bəndmiş kimi sürücü maşını işə saldı. Bu an Mazan müəllimin əhvalı dəyişdi. Üzündə bir qorxu ifadəsi canlandı. Sakitcə düşüb uzaqlaşmaq istədisə də cavan kişinin qəzəbli baxışları altında mütiləşdi. Onun əlindəki qırmızı vəsiqənin bir ayrı şey dediyini hiss edib susdu. Avtobusun hərəkətə gəldiyini görüncə həmin kişiyə xahişlə «Qardaşoğlu, bəlkə boşlayaq getsin! Bir iş idi oldu də, daha bunu böyütməyin nə mənası var ki! Sən özün də uşaq deyilsən, bilirsən ki, zəmanəmiz xarab olub, bizi yaman günə qoyub. Neylədiyimizi, nə danışdığımızı da bilmirik. Bizi aparıb o, polis bölməsində biabır eləmə, sən Allah!»Sürücü dodaqaltı deyinirdi: «Yaman yerdə axşamlamaq buna deyirlər dəə. Guya ki, nahar eləyib bir tikə çörəyimi zəhərlənəcəkdim… Mərdümazarı axtarmaqnan deyil ki!» Sürücünün bu sözünü Mazan müəllim eşitdisə də yanındakı adama baxıb dinmədi. O adam da sürücüyə bir daha qəzəblə avtobusu sürməsini təkid elədi və onun göstərdiyi istiqamətdə hərəkət edən avtobus az sonra həmin adamın təkidiylə də dayandı. Həmin adam avtobusdan düşərək sürücüylə Mazan müəllimə qəzəblə baxıb:- Düşün!- dedi… - Arxamca gəlin!Mazan müəllimin ayaqları yerimirdi. Kişi donub qalmışdı. Öz-özünə deyinirdi: «Səni lənətə gələsən, a şeytan, bu nə iş idi, düşdüm?! «Az işdən çox iş çıxar» burda deyiblər. Bu tünbətün oğlu sürücü beş manata görə məni nahaqdan işə saldı!.. Yoox, ay Ramazan, sənin özündə də az yoxdur. Bu uzun illər boyunca çox istəsən də xasiyyətini dəyişdirib zamana uyğunlaşdıra bilmədin. Axı sənə qonşun Əşrəf müəllimin nə pisliyi keçmişdi? Yazıq kişi sənin ailəni də öz külfəti kimi saxlamırdımı? Əgər sən düz adam idinsə onun göndərdiyi payı niyə fərəhlə qəbul edir, çox rahatca, öz halal malın kimi aşırırdın, sonra da oturub kişinin əleyhinə yuxarılara şikayət məktubu yazırdın. Əgər, doğrudan da sən halallıq, düzgünlük tərəfdarıydınsa, kişilikdən, vicdandan dəm vururdunsa, niyə yazdığın məktubların altında öz imzanı qoymurdun?.. Sənə hər nə olursa, yenə də azdır. O boyda insafsızlıqdan, çörəkitirənlikdən sonra yenə də gözlükdən qonşunu izləyib, ondan pay umurdun. Amma sənin payın küçə itlərinə atılırdı…» Bunu da öz gözləri ilə görmüşdü Mazan müəllim. Səbrini basa bilməyib bir gün yenə də gözlükdən baxanda qonşunun oğlunun əlində bir iri bağlamayla həyətə düşdüyünü görüncə saymazyana onun arxasınca o da həyətə düşmüşdü. Gördüklərindən çox sarsılmışdı. Qonşunun oğlu təzə quzu ətinin parçalarını sahibsiz itlərə, pişiklərə atır, Mazan müəllimə baxıb, sanki qisasçılıq hissləriylə gülümsəyirdi…Sürücü də özünü danlayırdı. Digər tərəfdən də arxayın idi; elə bir suçu yox idi. Sadəcə, o, öz haqqını tələb eləmişdi. Amma gərək atası yaşında olan bu kişini təhqir eləməyəydi. Bir buna görə onu suçlaya bilərdilər.Nə Mazan müəllimin, nə də sürücünün tanımadığı yad, cavan kişi onları bir qədər özüylə aparıb yol kənarındakı bir yeməkxanaya çıxardı. Sonra qapını açıb gülə-gülə onları içəri dəvət elədi. Keçib bir stol arxasında əyləşdilər. Mazan müəllimlə sürücü hələ də bir şey anlamırdılar. Yad adam hələ də onlara bir söz demirdi və bundan sonra nə etmək istədiyi də bir o qədər bəlli deyildi. Bir azdan o, bir siqaret çıxarıb odlamamışdan əvvəl qonaqlarına da təklif elədi. Kimsənin siqaret istəmədiyini görüncə, ofisiant qadını çağırdı. Qadın ona yaxınlaşanda gülə-gülə dedi: - Ha indi, gözuu yiim, o şəkili aşpaza de ki , bizə üç dənə yaxşı piti versin. Sonra Mazan müəllimdən gülə-gülə soruşdu: - Bilirəm, sürücülərə içki qadağandır, bəlkə biz, adama bir yüz – yüz vuraq?! Mazan müəllim çaşqınlıq içərisində gülümsədi, amma bir söz demədi. Yad adam bunu razılıq əlaməti sanıb ofisiantdan yarım litir araq gətirməsini də xahiş etdi və yalnız bundan sonra üzünü qonaqlarına tutub dedi: «Bu beş günlük dünyada insanların bir- birini didib-parçalamasına dəyərmi , qardaşlar?.. Özü də nəyə görə, nəyin üstündə!.. Hər şeyin tarazlığı, sanki pozulub. İndi nə böyük qanırlar, nə kiçik. Bilmirəm, hər şey pulun hakim qüvvəyə çevrilməsindən irəli gəlib, ya yox!. Hər halda indiki yaşam tərzimiz heç ürəkaçan deyil. Sizinlə bağlı, inanın ki, elə bir qərəzli məqsədim yoxdur. Sadəcə nahar vaxtı olduğundan tək nahar eləmək istəmədim. Həm də istədim ki, barışdıram sizi. Axı nəyə lazımdır bir - birimizə xox gəlməyimiz, kələk gəlməyimiz. Mən özüm Qarabağ müharibəsi əliliyəm. Sol ayağım dizdən aşağı protezdir. Sizə göstərdiyim bu vəsiqə də əlillik vəsiqəmdir, buyurub baxa bilərsiniz. İnsanların bir-birinə olan soyuqluğu, biganəliyi, bir-birini alıb-aldatmağı sarsıdır məni. Axı dərd içində olan bir millətin övladları bu cür olmamalıdırlar!.. Müharibənin od-alovunu görmüş, neçə-neçə ölümlərin dişindən sıyrılıb çıxmış mən,- sonuncu dəfə üstümə qancıq it kimi atılan qorxunc ölümün dişlərində sol ayağımın dizdən aşağısı qopub qaldı,- bu gün həyatdakı nankorluqların, pisliklərin, alçaqlıqların şahidi olduqca müharibədə ölmədiyimə təəssüf edirəm. Burda baş verənlər müharibənin özündən daha dəhşətlidir… Qanınızı qaraltmaq istəmirəm. Amma məni anlayan, dərd qanan bir insanı hər zaman arayır, axtarır, ürəyimi boşaltmaq istəyirəm. Bu həyat məni dar bir köynək kimi sıxır…Mazan müəllimlə sürücü hələ də çaşqınlıqla bir - birinə baxırdılar.Düşdükləri bu qəribə aləmdən hələ də baş aça bilmirdilər.…Sonra başları yeyib-içməyə qarışdı. Arada Mazan müəllim ayaqyoluna getmək bəhanəsilə stoldan qalxdı. Ömründə ilk dəfə iç dünyasına qəribə bir nur, bir paklıq hakim olduğunu hiss edir və özünü bəxtiyar sanırdı. Elə bu hisslər onu ayağa qaldırmışdı. O,ofisiant qadını xəlvətə çağırıb yemək haqlarının nə qədər olduğunu soruşdu və qırx səkkiz min beş yüz manat ödəyib yenidən yoldaşlarının yanına qayıtdı. Təzədən iştahayla yeyib-içməyə başladı. Bu Şəki pitisi, doğrudan da ürəyincə olmuşdu. Əslində, bir az əvvəl baş verənlərdən yaxa qurtarmaq üçün cibindəki son manat pulu da verməyə hazır idi. Amma indi şükür ki, hər şey yaxşılığa doğru gedirdi.…Sürücü, Mazan müəllimi düz yaşadığı binanın yanında düşürüb kefi kök halda yola düzəldi. Mazan müəllimin əhvalı yaxşı idi. Arvadının yanına əliboş qayıtmasına baxmayaraq, elə bil ki, mənən zənginləşmiş, saflaşmış, durulmuşdu. Hər halda ürəyi xoş duyğularla, xoş hisslərlə dopdolu idi və bu ona çox-çox rahatlıq bəxş edirdi. Elə beləcə liftə yaxınlaşaraq düyməni basdı. Sonra nə fikirləşdisə liftin açılmasını gözləmədən pillələri qalxmağa başladı. Ardınca liftin qapıları açılsa da ona minən olmadı. Mazan müəllimin arxasınca çaşqınlıqla baxan bir adam kimi, sanki lift təəccüblə qaşlarını, çiynini dartıb tez də şaqqıltıyla qapılarını bağladı və növbəti sərnişini yorğun-yorğun dayanıb gözləməyə başladı…
| ['hekayə'] |
5,096 | https://kayzen.az/blog/yazar/6342/bernard-%C5%9Fou.html | Bernard Şou | Muza | Yazıçılar | 30 avqust 2011, 00:10 |
Corc Bernard Şou (ing. George Bernard Shaw; 26 iyul 1856 — 2 noyabr 1950) — irland əsilli tanınmış Böyük Britaniya yazıçısı, dramaturq, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1925), Uilyam Şekspirdən sonra ingilis teatrının ən məşhur dramaturqu. İrland dramaturqu və tənqidçisi Corc Bernard Şou Dublində doğulmuşdur. Janr və forma baхımından seçilən 60-dan çoх pyesin müəllifidir. Yaradıcılığında sosial mövzulara daha çoх diqqət yetirmişdir. Bernard Şounun atası əvvəlcə dövlət qulluğunda çalışmışdı. Ardınca uğursuz ticarətə qurşanmış, sonda isə həyatını içki düşkünü kimi başa vurmuşdu. Anası müəyyən istedaddan məhrum olmayan həvəskar musiqiçi idi.
Şou ailəsi əsl-nəcabətli sayılsa da, ehtiyac onlardan yan keçməmişdi. Nəticədə Bernard kilsə məktəbini bitirəndən sonra - 15 yaşından işləməyə başlamışdı. Əslində təhsil ona heç nə verməmişdi. Özünün də etiraf etdiyi kimi daha çoх oхuduğu kitabların –Şekspirin, Dikkensin əsərlərinin, "Min bir gecə" nağıllarının, İncilin təsiri altında formalaşmışdı. Anasının və ailənin dostu, dirijor Con Linin təşviqi ilə erkən yaşlarından musiqi ilə maraqlanmış, fortepiano ifaçılığı sənətinə yiyələnmişdi.
Ərindən boşanıb Londona köçən missis Şounun ardınca 1876-cı ildə Bernard da Britaniya paytaхtına gəlmişdi. Ailəsinin vəziyyətinin ağırlığı və cəmiyyətdəki qeyri-bərabərlik Şounun sosializm ideyaları ilə maraqlanmasına zəmin yaratmışdı. 1884-cü ildə o, ingilis sosialistlərinin Fabian cəmiyyətinə üzv olmuşdu. 27 il bu cəmiyyətin sıralarında çalışan məşhur dramaturq sosial məsələlərlə bağlı bir neçə broşüra yazmış və dəfələrlə Londonun fəhlə rayonlarında mühazirələrlə çıхış etmişdi.
Bədii yaradıcılığının başlanğıcı
O, gələcəyini ədəbiyyatda görürdü. Pedant dəqiqliyi ilə hər gün mütləq beş] səhifə yazırdı. Həm də qəzetlərdə musiqi tənqidçisi kimi məqalələri çap olunurdu. Lakin ilk beş romanından heç birini nəşr etdirə bilmədiyindən çoх vaхt anasının cüzi gəlirlərindən asılı qalırdı.
Dram yaradıcılığına başlamamışdan əvvəl Bernard Şou 1885-1890-cı illərdə Londonun "Uorld", "Star" kimi populyar qəzetlərinin teatr və musiqi tənqidçisi olmuşdu. İngilis şairi U.Oden onu "bəlkə də bütün zamanların ən yaхşı musiqi tənqidçisi" adlandırmışdı.
Teatrşünas kimi guşə apardığı "Saterdey revyu" qəzetində Şou realist dramlar və İbsen yaradıcılığı haqqında məqalələrlə çıхış edirdi. Onun "İbsenizmin mahiyyəti" kitabçası (1891) həmin dövrdə Avropada populyar olan Norveç sənətkarı haqqında ingilis dilində ilk ciddi tədqiqat əsəri idi. Məhz bu əsərin təsiri ilə İbseni ingilis səhnəsində tamaşaya qoyan rejissor T.Qreyn Şounun özünü pyes yazmağa təşviq etmişdi. Lakin müəllifin ilk dram əsərinin – "Dul qadının evi" (1892) pyesinin səhnə taleyi uğurlu olmamışdı. İkinci tamaşadan sonra əsər repertuardan çıхarılmışdı. Sonrakı altı ildə Şou 9 pyes yazsa da, onlara yaхın duran tapılmadı. İngilis fahişələri haqqındakı "Missis Uorrenin peşəsi" pyesi isə, ümumən, senzura qadağası ilə üzləşmişdi.
Şounu dramaturq kimi tanıdan ilk əsəri 1897-ci ildə ABŞ-da tamaşaya qoyulan "Şeytanın şagirdi" pyesi oldu. Müəllif vətəni Britaniyadan əvvəl Amerikada şöhrət qazandı. 1898 -ci ildə o, əsərlərinin iki cildliyini "Хoşa gələn və хoşa gəlməyən pyeslər" adı altında çap etdirmişdi. Bernard Şou Fabian cəmiyyətinin üzvü olan irland sosialisti Şarlotta Peyn Tausendlə ailə qurmuşdu. Onlar yarım əsr birlikdə yaşamışdılar. Ancaq övladları olmamışdı.
"Şeytanın şagirdi"nin ardınca müəllifin 1903-cü ildə "Kandid" pyesi də ABŞ səhnəsində göstərilmişdi. Növbəti ildə isə Londonun Kort teatrında oynanılan "Con Bullun başqa adası" pyesi böyük rəğbətlə qarşılandı. Deyilənə görə tamaşaçıların arasında olan ingilis kralı VII Edvard o qədər gülmüşdü ki, altındakı kreslo sınmışdı.1904-1907-ci illərdə Kort teatrında göstərilən 988 tamaşanın 701-i Bernard Şoununu pyesləri əsasında hazırlanmışdı. Bu əsərlərin sırasına müəllifin "Kandid", "Yaşayarıq, görərik", "İnsan və fövqəlinsan", "Mayor Barbara", "Həkim dilemma qarşısında" kimi biri-birindən fərqli pyesləri daхildi. O, həqiqətən də, qısa müddətdə ürəklərə və beyinlərə hakim kəsilməyi bacarmışdı.
Bernard Şounun populyarlığı
Birinci Dünya müharibəsinin başlanması ilə Şou populyarlığını sürətlə itirdi. Buna yazıçının "Nyu steytsmen" jurnalındakı "Müharibə sağlam ağıl baхımından" adlı böyük oçerki səbəb olmuşdu. Həmin yazıda Şou münasibətləri hərbi yolla aydınlaşdırmağa çağıran İngiltərə və Almaniyanı kəskin tənqid etmiş, beyinləri dumanlanan vətənpərvərləri ələ salmışdı. 1916-cı ildə İrlandiya üsyanını dəstəkləməsi də onu istəməyənlərin sayını artırmışdı. Şounu Dramaturgiya klubunun üzvlüyündən çıхarmışdılar, mətbuatda haqqında kəskin, təhqiramiz yazılar dərc edilirdi.
Şou isə heç nə olmamış kimi yaradıcılığı ilə məşğul idi. Müharibə ərəfəsində yazdığı populyar səhnə əsərlərindən olan "Piqmalion" (1914) pyesində o, zəngin təbəqənin davranış və ədalarını amansızlıqla ələ salmışdı. Sonralar bu pyesin motivləri əsasında bu gün də ABŞ və Avropa səhnələrindən düşməyən "Mənim gözəl ledim" müzikli ( 1956 ) hazırlanmışdı.
Bütün təzyiqlərə baхmayaraq, Şou müharibəyə münasibətdə barışmaz mövqeyindən geri çəkilməmişdi. "Ürəklərin qırıldığı ev" (1921) tragikomediyasında müəllif günahsız insan qanı aхıdılması üçün məsuliyyət daşıyan nəslin mənəvi cəhətdən necə miskinləşdiyini, tənəzzülə uğradığını ustalıqla açıb göstərilmişdi. "Mafusailə doğru" (1922) əsərini isə Şou pyes-diskussiya kimi qələmə almışdı. Ümumiyyətlə, yaradıcılıq həyatının son illərində Şou ənənəvi realizmdən müəyyən qədər uzaqlaşmış, bədii forma və mətn üzərində bir sıra cəsarətli eksperimentlər aparmaqdan çəkinməmişdi.
Siyasi və sosial-mənəvi həyatın satirik mənzərələrini yaradan, dilinin itiliyi və acılığı ilə şöhrət tapan Şou yalnız bir dəfə ədəbi ənənəsinə хilaf çıхmışdı. O, Fransa milli qəhrəmanı Janna d`Arkın simasında yeni mövzu və qəhrəman tapmış, ilk və son faciə əsərini –"Müqəddəs İonna" dramını (1924) yazmışdı.
Nobel mükafatı laureatı
1925-ci ildə Bernard Şou "idealizm və humanizmlə səciyyələnən yaradıcılığına, əksər hallarda müstəsna poetik gözəlliklə müşayiət olunan sirayətedici satirasına görə" Nobel mükafatı laureatı olmuşdu. Şou həyatdakı bir çoх hallar kimi Nobel mükafatına da müəyyən istehza ilə yanaşırdı. Hətta bir dəfə demişdi ki, "dinamiti kəşf etdiyinə görə bəlkə də Alfred Nobelin təqsirindən keçmək olardı. Amma Nobel mükafatını yalnız bəşəriyyətin düşməni olan bir adam təsis edə bilərdi". İstənilən halda, İsveç Akademiyası seçimini etmiş, qərarını vermişdi. İsveç ədəbiyyatşünası Per Halsterm pyeslərinə yazdığı dərin məzmunlu müqəddimələrə görə Bernard Şounu "bizim günlərin Volteri" adlandırmışdı.
Dramaturq isə əvvəlcə mükafatdan imtina etmək istəyirdi. Lakin хanımı Nobel ödülünün onun şəхsində İrlandiyaya verildiyinə inandırandan sonra qərarını dəyişmişdi. Bernard Şou hər cür təmtərağın əleyhdarı olduğundan təqdimat mərasimində iştirakdan boyun qaçırmışdı. Mükafatın pul hissəsini isə İsveç ədəbiyyatını ingilis dilinə tərcümə etmək üçün fondun yaradılmasına ayırmışdı. 1938-ci ildə "Piqmalion" pyesinin motivləri əsasında çəkilən filmə görə Şou həm də Oskar mükafatı almışdı. Beləliklə indiyə qədər o, ədəbiyyat və incəsənət sahəsində hər iki məşhur mükafata layiq görülən yeganə sənət adamı olaraq qalmaqdadır.
Şou yaradıcılığının mühüm hissəsini müəllifin epistolyar irsi təşkil edir. O, uzun və məhsuldar həyatı boyu 250 mindən çoх məktub yazmışdı. Bu məktublarda ciddi ictimai-siyasi məsələlərə, ölkə və dünya miqyasında gedən proseslərə, ədəbiyyat, teatr və sənət məsələlərinə münasibət öz əksini tapmışdı. Bernard Şou yalnız fiziki deyil, əqli uzunömürlülüyü ilə də özünəməхsus rekord qazanmışdı. O, son səhnə əsərini – "Bayandın milyardları" pyesini 92 yaşında tamamlamışdı. Həyatının sonuna qədər bu yorulmaz irlandiyalı bəzən əndazəsini aşan yumor hissini, iti ağlını, ən gözlənilməz fikir və mülahizələrə dərhal və hazırcavablıqla reaksiya vermək bacarığını qoruyub saхlamışdı.
| ['Bernard Şou'] |
5,097 | https://kayzen.az/blog/h%C9%99zm/6818/m%C9%99d%C9%99-v%C9%99-on-iki-barmaq-ba%C4%9F%C4%B1rsa%C4%9F%C4%B1n-xora-x%C9%99st%C9%99liyi.html | Mədə və on iki barmaq bağırsağın xora xəstəliyi | Dr_Həkim | həzm sistemi | 29 avqust 2011, 20:29 |
Xora xəstəliyi mədə və on iki barmaq bağırsağın ən çox rast gəlinən xəstəliyidir. Ahıl və qoca yaşlarda olan pasientlər, xüsusilə qadınlarda mədə xorası, cavan və orta yaşlı şəxslərdə xüsusilə 2 dəfə çox kişilərdə isə on iki barmaq bağırsaq xorası meydana çıxır.
Xora- mədə və on iki barmaq bağırsaq divarının selikli qişadan başlayan dərin qüsurudur. Bir çox mütəxəssislər bu xəstəliyi mədə şirəsinin aqressiv təsiri nəticəsində (ilk növbədə HCL turşusu və pepsin nəticəsində) meydana çıxdığını bildirirlər. Xoranın ölçüləri 0.2 sm-dən 2-3 sm qədər, dərinliyi isə orqan divarının tam enliyində ola bilər.
Yaranma səbəbləri: son dövrlərdə əsas səbəb kimi aşağıdakıları göstərilir:
1. Mədənin hipersekretor funksiyası (HCL turşusunun normadan artıq ifrazı)
2. Helicobacter pylori (H.P.) bakteriyası
3. Davamlı və ya uzunmüddətli qeyri-steroid iltihab əleyhinə preparatların qəbulu (aspirin, ibuprofen və s.)
Simptomları: ən xarakter simptomlardan biri qarın nahiyəsinin yuxarı hissəsində ağrını yaranmasıdır, bu çox vaxt ac olan zaman meydana çıxan ağrılardır (yəni qida qəbulu arasındakı vaxtda). Ağrı gecələr də meydana çıxa bilər və bu zaman pasient məcburi olaraq qalxaraq ya dərman ya da qida qəbul etməli olur ( bu zaman isə ağrı ya HCL sekresiyasının dayanması və ya neytrallaşması hesabına keçir). Ağrı adətən, qida və ya dərman qəbulundan sonra 30 dəqiqə ərzində dayanır. Xəstəlik üçün spesifik olmayan əlamətlərdən isə ürəkbulanma, qida qəbulundan sonra mədədə ağırlıq hissi, mədənin dolma hissi, nadir halda rahatlıq gətirən qusma, iştahanın azalması, bədən kütləsinin azalması, qıcqırmanı göstərmək olar. Əgər bu simptomlar artıq xoranın kəskinləşməsindən sonra meydana çıxıbsa bu çox hallarda ağırlaşmaların verdiyi nəticələrdir.
Xora xəstəliyini ağırlaşmaları. Ağırlamalarına aşağıdakılar aiddir:
1. qanaxma
2. perforasiya (deşilmə)
3. stenoz (mədə və ya on iki barmaq bağırsağın çıxış hissəsinin daralması)
Qanaxma həm mədə, həm də on iki barmaq bağırsaq xorası olan xəstələrdə rast gəlinə bilər. Bəzən qanaxma xəstəliyin yeganə əlaməti kimi meydana çıxır. Əgər pasientdə xroniki qanaxma nahiyəsi qeyd olunursa, bu müəyyən vaxtdan sonra zəiflik, tez yorulma, təngnəfəslik, fiziki gərginlik zamanı ürək döyüntülərinin artması kimi əlamətlə özünü göstərəcək. Xəstənin xarici görünüşünə baxdıqda onda dəri və selikli qişaların avazıması (ağız boşluğu, gözün selikli qişası) nəzərə çarpır. Xoranın qanaxması kəskin və intensiv də ola bilər və bu da xəstənin həyatının təhlükə altında qoya bilər. Bu zaman isə yuxarıda göstərilən əlamətlər qəflətən meydana çıxır və sürətlə artır. Bununla yanaşı, xəstədə duru qara rəngli nəcis müşahidə olunur və ya xəstə qəhvəyə bənzər mədə möhtəviyyatı qusa bilər. Massiv qanaxma zamanı tikə şəklində qanlı qusma da müşahidə oluna bilər.
Perforasiya və ya deşilmə. Əgər xora xəstəliyi müalicə olunmazsa, bu həmin orqanda daha dərin dəyişikliklərə gətirib çıxararaq mədə və ya bağırsaq xəstəliyi daha dəqiq desək mədə və bağırsağın divarını dağıdır və deşir. Bu zaman mədə və ya on iki barmaq bağırsaqda olan qida qarın boşluğuna düşür. Bu zaman qarında kəskin "xəncərəbənzər" ağrı meydana çıxır. Perforasiya xoranın həyati təhlükəli ağırlaşmalarından biridir və təcili cərrahi əməliyyat tələb edən bir haldır. Bəzi hallarda isə xora deşilib qarın boşluğuna yox, yaxınlıqdakı orqana "açıla" bilər, məsələn, mədəaltı vəz və ya piyliyə. Bu prosesin adı penetrasiyadır ( bağlı perforasiya) və bu da öz növbəsində cərrahi müalicə tələb edir.
Mədə və ya on iki barmaq bağırsağın çıxış hissəsinin stenozu. Xoranın sağalma prosesi çapıqlaşma (birləşdirici toxuma ) ilə nəticələndiyindən tez-tez baş verən xoralar bu nahiyələrdə daralma əmələ gətirir. Nəticədə mədədən bağırsağa qidanın keçməsi çətinləşir, bəzən isə ümumiyyətlə keçə bilmir. Adətən, günün ikinci yarısında meydana çıxır və gecə ürəkbulanma və qusma ilə nəticələnir. Qusuntu kütləsində 2-3 sutka əvvəl qəbul olan qida qalıqları görünür. Qusma xəstəyə rahatlıq gətirir. Bağırsağa qidalı maddələrin keçməsi azaldığından xəstənin bədən kütləsi azalmağa başlayır.
Diaqnostika
Xora xəstəliyinin diaqnozunu dəqiqləşdirən ən dəqiq metod endoskopik metoddur (ezofaqoqastroduodenoskopiya). Bu metod vasitəsilə nəinki xoranı görmək, hətta mədənin çıxış nahiyəsindən hissə götürməyə imkan verir (bu nahiyə H.P. bakteriyaların ən çox "sevdiyi" və çoxaldığı nahiyədir). Bu hissə götürüldükdən sonra XELPEL TEST metodu vasitəsilə bakteriyanın olub-olmamasını aşkarlamaq olur. Bundan əlavə, endoskopik müayinə zamanı xoranın yerli müalicəsi də mümkündür (müəyyən dərman preparatlarının yeridilməsi, lazer terapiya, o cümlədən qanaxmamı saxlamaq olar). Rentgen müayinə də xora diaqnozunu dəqiqləşdirmək üçün effektiv müayinədir, amma bəzən bu metod belə bəzən səhvən xora diaqnozunun qoyulmasına və xora olsa belə onun aşkarlamaya bilər.
Müalicəsi
İlk növbədə xəstəyə xüsusi rejim təyin olunmalıdır: qida rejimi (gün ərzində 5-6 dəfə qida qəbulu), ağrıya səbəb olan və ya onu çoxaldan qida məhsullarından imtina etmək (adi və sərt qəhvə, qazlı içkilər, çay, tomat və bəzi digər məhsullar). Siqaret çəkənlərə siqareti dayandırmaq məsləhət görülür, belə ki, artıq sübut olunub ki, siqaret nəinki xoranın sağalmasını gecikdirir (müalicə vaxtını uzadır), həmçinin yeni residiv riskini artırır (xoranın yenidən əmələ gəlməsi). Bundan başqa, xəstələrə qeyri-steroid iltihab əleyhinə preparatların (QSİƏ) qəbulu qadağandır (aspirin, diklofenak və s.).
Dərman terapiyasını həkim təyin edir. Xəstə aparılan müalicədən sonra yenidən müayinə olunmalıdır (ezofaqoqastroduodenoskopiya). Əgər müalicə HP bakteriyasına görə antibiotiklərlə aparılıbsa, mütləq XELPİL TEST vasitəsilə biopsiya aparılmalıdır.
Hansı xəstələrə cərrahi müalicə lazımdır?
Çox hallarda xoranı konservativ (dərman preparatları ilə) müalicə etmək olur, cərrahi metodla isə xoranın ağırlaşmalarına məruz qalan xəstələr (qanaxma, perforasiya və stenozu) müalicə olunurlar.Həmçinin bax: Yoğun bağırsağın polipləri, Qida borusu xəstəlikləri, Öd daşı xəstəlikləri
| ['mədə xorası xəstəliyi', 'on iki barmaq bağırsaq'] |
5,098 | https://kayzen.az/blog/sinir/6817/%C3%BCz-sinirinin-c%C9%99rrahi-b%C9%99rpas%C4%B1.html | Üz sinirinin cərrahi bərpası | Dr_Həkim | Sinir sistemi | 29 avqust 2011, 20:06 |
Statistikaya görə, hər 100000 nəfərdən 25-30-da üz sinirinin zədələnməsinə rast gəlinir. 30-35% hallarda isə bu ağırlaşmaların hesabına olur. Statistika da göstərir ki, bu problem diqqət mərkəzində saxlanılması vacib xəstəliklərdəndir. Üz sinirinin zədələnməsi adətən, üz əzələlərinin iflici ilə müşayiət olunur və xəstəyə əziyyət verir. Üz siniri nevriti anadangəlmə və qazanılma olur.
Qazanılma nevritlər:
- virus infeksiyalarının ağırlaşması nəticəsində
- insultun ağırlaşması nəticəsində
- düzgün aparılmayan cərrahi əməliyyatın ağırlaşması nəticəsində
- doğuş zamanı travma nəticəsində
- soyuq və ya odlu silahla üz sinirin zədələnməsi nəticəsində
Elektromioqrafiya üz siniri nevritinin diaqnostikasında əsas və həlledici müayinə üsuludur. Əgər sinir ölməyibsə, zəif də funksiyasını yerinə yetirirsə bu zaman konservativ müalicə aparılır.
Anadangəlmə nevrit və sinirin tam zədələnməsi hallarında müalicə cərrahidir. Zədələnmiş siniri müalicə etmək üçün sağlam sinirdən istifadə olunur. Əvvəllər bunun üçün çeynəmə əzələlərindən istifadə edilirdi, nəticədə təbii mimikanı əldə etmək olmurdu. Yeni metoda əsasən, sağlam sinirin ayaqcığından götürülərək transplantasiya olunur və zədələnmiş siniri bərpa etmək olur. 9 ay ərzində köçürülən sinir böyüyərək normal fəaliyyətə başlayır. İkinci əməliyyat isə əzələlərin bərpası üçün aparılır.
| ['üz siniri', 'nevritlər'] |
5,099 | https://kayzen.az/blog/turizm/6814/dubay.html | Dubay | Cavid | Turizm | 29 avqust 2011, 19:10 |
Bəlkə də dünyada yeganə şəhərdir ki, onu hamı tanıyır, orada olmağa can atır, kimi alver məqsədilə, kimi də səhralıqda yaradılmış cənnəti görmək niyyəti ilə. Yəqin, söhbətin Dubay şəhərindən getdiyini hiss etdiniz. Daha çox müasir məkan kimi tanınan Dubayın qədim tarixi var. Şəhər yaxınlığındakı bir bataqlıqdan tapılmış manqra ağacının üstündə bu ərazinin 7 min illik tarixi keçmişini göstərən yazı var. Manqra ağacı yeni Dubay inşa edilərkən aşkarlanıb. Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhərlərindən olan Dubaya və eyniadlı əmirliyə 1830-cu ildən bəri əl-Məktum ailəsi başçılıq edir. Şəhər hakimi Şeyx Məhəmməd ibn Rəşid əl-Məktumdur.
Mirvari və neft
Hazırda Yaxın Şərqin ən böyük maliyyə, ticarət və əsas turizm mərkəzi olan Dubay 1940-cı illərə qədər kiçik bir qəsəbə idi. Əhali dənizdən çıxardığı mirvarini ərzaqla dəyişdirərək yaşayışını təmin edirdi. Yaponlardan saxta yolla mirvari düzəltməyi öyrəndikdən sonra, buranın sakinləri daha rahat gəlir əldə etməyə başladılar. Neft tapıldıqdan sonra isə hər şey dəyişdi. Birləşmiş Əmirliklərin digər yerlərində olduğu kimi, Dubayı da nəhəng inşaat dalğası bürüdü. Pula pul deməyən ərəb şeyxləri iddialı tikililərlə dünyanın diqqətini özlərinə çəkməyə başladılar.
Coğrafi mövqeyi və iqlimi
Dubayın 1114 kv.km sahəsi var. Tropik səhra iqliminə sahibdir. 2 milyon 262 min əhalinin, sadəcə, 26%-i köklü ərəblərdir. Yerdə qalanları köçmələrdir. Onların arasında avropalılar və amerikalılar da var. Fars körfəzinin sahilində, paytaxt Əbu-Dabidən şimal-şərqdə yerləşən Dubay dünyanın ən isti şəhərləri siyahısındadır. Təsəvvür edin, qışda orta temperatur +25 dərəcə təşkil edir. Ən soyuq ay yanvardır ki, bu zaman temperatur +19 dərəcə olur. Turistlərin ən çox axını da məhz qış fəslinə təsadüf edir. Dünyanın dörd bir tərəfini soyuq şaxtalar dondurarkən insanlar isinmək, istirahət etmək, eləcə də alış-veriş üçün buraya üz tuturlar.
Fars körfəzi şəhəri iki yerə bölür, Bar-Dubay və Deyru adlanan hissələrə. Hər iki sahilə körfəz boyunca ABRA adlanan ənənəvi qədim ərəb su taksilərindən istifadə etməklə keçmək olar. Söz nəqliyyatdan düşmüşkən, qeyd etmək lazımdır ki, Dubay taksilərinin əksəriyyəti sayğaclıdır. Birləşmiş Əmirliyin digər yerlərində belə sayğaclar yoxdur, qiymət məsələsini bizdəki kimi taksi sürücüsü ilə danışıb həll etmək lazım gəlir.
iqtisadiyyatı
İnkişaf tempinə görə onu yalnız Şanxayla müqayisə edirlər. Honkonq və Sinqapurdan sonra dünyada 3-cü önəmli reeksport mərkəzidir. Uzun əsrlər boyunca Dubay bütün Ərəb yarımadasının ən böyük və əsas ticarət mərkəzi hesab edilib. Bu gün də Dubay dünya miqyasında nəhəng alış-veriş və ticarət mərkəzi kimi diqqət çəkməkdə davam edir. Ənənəvi ərəb bazarlarından tutmuş, son dəb mağazalara qədər hər yerdə qızğın alver gedir. Odur ki, hər il Dubayda ticarət festivalının keçirilməsi ənənə halına çevrilib. Dubay dəbdəbə sevənlərin məkanıdır...
Bürc Xəlifə və ya Bürc Dubay.
Göydələn 2008-ci ildə inşa edilib. Dünyada indiyədək inşa edilmiş ən yüksək binadır. 162 mərtəbəli binanın hündürlüyü 828 metrdir. Binanın sonuncu mərtəbəsinə qalxıb, Dubay panoramını izləmək üçün bir neçə gün əvvəldən 100 dirhəm ödəmək lazımdır. Əgər tez çıxmaq istəyirsinizsə, 400 dirhəm, yəni təxminən, 100 dollar ödəməli olacaqsınız. Binada saniyədə 18 metr sürətlə hərəkət edən 50 lift var. Dörd kateqoriya üzrə yüksəkliyinə, hündürlüyünə, hündür damına və binanın çoxmərtəbəli olmasına görə dünyada birinci hesab edilir. Möhtəşəm tikili 95 km məsafədən belə görünür. Bundan başqa, qüllədəki gözətçi meydançasından yaxın 80 km radiusu izləmək mümkündür. Fövqəladə hallar baş verdikdə, bina sakinlərini 32 dəqiqə ərzində evakuasiya etmək mümkündür. Bina mükəmməl güvənlik sistemi ilə təmin olunub. 73-cü mərtəbədə 20 min qallonluq iki su rezervuarı yerləşdirilib.
Məşhur fantan
Bu fantan Bürc Xəlifənin yaxınlığında yerləşir. Dünyadakı ən böyük musiqili fontandır. Hər axşam saat 18:30- dan etibarən başlayan şounu izləməkdən ötrü şəhər sakinləri və bütün qonaqlar buraya axın edirlər. Fontanın fışqıran suyu 150 metr yüksəkliyə qədər qalxır. Özünü Şərqin inanılmaz nağıl aləmində hiss etməyi arzulayanlar üçün bunu izləməyə dəyər.
İstidə xizək
İddialı inşaatlar bununla bitmir. Dünyanın ən isti şəhərlərindən olan Dubaydakı Qış İdman Kompleksində xizəkçiliklə məşğul olmaq imkanı var. 22,5 min kv.km.-iik sahəsi ilə dünyadakı ən böyük qapalı qış idman-əyləncə mərkəzlərinə meydan oxuyan bu qurğu Yaxın Şərqin ilk Qış İdman Kompleksidir. Süni qar örtüyü ilə təchiz olunan kompleks 3 futbol meydanı böyüklüyündədir. İçəridə temperatur -2, -4 dərəcə arasında dəyişir. Eyni anda bura 1500 ziyarətçi daxil ola bilər. "Moll Emirate" ticarət mər- kəzindəki girişi 50 avro olan bu kompleksə bütün turistlər axın edir.
Akvarium və..
Dubay Ticarət-Əyləncə Mərkəzində, Palma Cumeyra adasındakı "Atlantis" oteldə nəhəng akvariumlar diqqəti çəkir. Son 30 ildə Dubay Əmirliyi görüntüsünü tamamilə dəyişdirib. Möhtəşəm memarlıq layihələri onu ənənəvi Şərq şəhərindən müasir meqapolisə çevirib. Şeyx Zahid Roud şəhərin ən prestijli küçəsidir. Əkiz qüllələr - "Emirates Touers", Dubay Dünya Ticarət Mərkəzi tanınmış ünvanlardandır. Şəhərin əsas rayonları şərq hissədəki Deyra deyilən ticari və Bar-Dubay kimi tanınan tarixi mərkəzdir.
Bastakiya
Bar-Dubayın qədim hissəsi belə adlanır. Şəhər muzeyi ilə sahil buxtası ərazisində Musalla küçəsində yerləşir. Buradakı binaların əksəriyyəti XIX əsrin sonu - XX ərsin əvvəllərində inşa edilib. Vaxtilə ərazidə İrandan gəlmə tacirlər məskən salarmış. Kvartalın adı da elə farsca Bastak kəlməsindən irəli gəlir ki, bu, İranda həmin tacirlərin ol- duğu əyalətin adıdır. Hazırda Bastakiya ərazisində güclü yenidənqurma və restavrasiya işləri gedir.
Bürc əl-Ərəb
Yelkənşəkilli "7 ulduz"lu otelin şöhrəti bütün dünyaya yayılıb. Ərəb dənizinin sahilində, Cümeyra rayonunda yerləşir. Otelin ərazisinə daxil olmaq qadağandır. Sadəcə, müştərilər girə bilərlər. Burada maşınların hitparadı var. 321 metr yüksəkliyi və 56 mərtəbəsi olan otel dünyada ən hündür mehmanxana hesab edilir. O, süni adanın üzərində inşa edilib.
Palma adaları
Üç hissədən ibarət süni adaiar zənciri belə adlanır - Cumeyra, Cəbəl Əli və Deyra. Birinci adada Yaxın Şərqdə ilk monorels nəqliyyat vasitəsi istifadəyə verilib. Bu, Dubayda ən məşhur layihələrdəndir. Sahilboyu 120 km məsafəni əhatə edən bu məkanı daşınmaz əmlak almaq istəyənlərin üz tutduğu ən populyar yer kimi qələmə vermək olar. 1-4 otaqlı mənzillərdən, pentauzlardan, villalar- dan və su üzərindəki evlərdən, çox sayda ticarət və alış- veriş mərkəzlərindən ibarətdir. Bura 7 milyardlıq büdcəsi ilə dünyanı heyrətə salan unikal inşaat layihələrinin siyahısında göstərilir. Sadəcə, avropalılar deyil, MDB məkanından, Hindistandan da gəlib burada ev alanlar var.
Bəzən Dubayı restoran, klub və mağazalarına görə, Fars körfəzinin Parisi adlandırırlar. Kinoteatrlarda Hindistan, Avropa və Amerika istehsalı olan filmləri izləmək mümkündür. Şəhərdə son illərin ən populyartürk teleseriallarının posterlərini də görmək mümkündür.
Qan donduran qadağalar
Ən yaxşı çimərlik Cumeyradır. Giriş pulludur, 5 dirhəm ödəməklə səhər saat 10-dan axşam 10-na qədər sahildə, bəyaz qumsallığın üzərində dənizin və günəşin zövqünü yaşamaq mümkündür. Çimərlikdə paltarsız suya girmək qadağandır. Çimərlik paltarı ilə, sadəcə, hovuzda və dənizdə dolaşmaq olar. Həftənin müəyyən günlərində çimərlik yalnız qadınlar və uşaqlar üçün açıq olur.
Burada bəzi qaydalar var ki, onlara çox ciddi əməl olunmalıdır. Əks təqdirdə, həbs, deportasiyaya qədər müxtəlif cəzalar tətbiq edilir; məsələn, zibil və alkoqolu götürək. Dubay təmiz şəhərdir. küçəyə zibil atmağın cəriməsi 500 dirhəm təşkil edir. Əgər zibili, hətta zibil yeşiyinin yanında yerə atsanız da, eyni cəriməni ödəməli olarsınız. Bütün Birləşmiş Ərəb Əmirlikləri ərazisində, sadəcə, bir neçə nöqtədə xaricilərə spirtli içki satılır. Küçəyə spritli içki ilə çıxmaq polisin müdaxiləsinə səbəb ola bilər. Spirtli içki yalnız bar və restoranlarda otel sakinlərinə, qonaqlara satıla bilər. Sərxoş vəziyyətdə maşın idarə etmək də qaydalara ziddir və o da yüksək miqdarda cərimə və həbslə müşayiət olunur. Əmirlikdə narkotik maddə qəbul edənlər 5 ilə qədər həbs oluna bilər; bu zəhəri ölkəyə gətirənlər isə ölüm cəzası alır. Qadağalarsadəcə bunlarla bitmir. Dubay əhalisinin əksəriyyəti gəlmə olsa da, əhalinin 96% müsəlmandır və hakim din də İslamdır. Bu isə o deməkdir ki, bəzi qaydalara turistlər də əməl etməlidirlər. Məsələn, müsəlman xanım və kişilərin fotolarını çəkmək qadağandır. Yalnız özlərinin razılığı ilə şəkil çəkmək olar. Hərbi-strateji və hökumət binalarının da fotolarının çəkilməsi qadağan- dır. Yerli xanımlara gülmək və onlarla məzələnmək olmaz. Bu qaydaya riayət etməyənləri 60 000 dirhəm məbləğində cərimə gözləyir. Müsəlman xanıma alkoqol və donuz ətindən hazırlanmış yeməklər təklif etmək də qadağandır. Ramazan ayında gün çıxandan-batana qədər ictimai yerlərdə yemək yemək, içki içmək, siqaret çəkmək, saqqız çeynəmək olmaz. Ramazan adətlərinə qarşı istənilən hörmətsizlik, sayğısızlıq cərimə, yaxud həbs cəzasına gətirib çıxara bilər. Qumar oynamaq da qadağa qoyulanlar sırasındadır.Müəllif: Aynur Talbova
| ['Dubay', 'Bürc əl-Ərəb', 'Palma adaları'] |