Unnamed: 0
int64
0
6.93k
url
stringlengths
41
313
title
stringlengths
3
153
author
stringclasses
256 values
category
stringclasses
371 values
date
stringlengths
17
23
content
stringlengths
3
89.6k
tags
stringlengths
6
314
5,200
https://kayzen.az/blog/maraqli-faktlar/6629/g%C3%BCn%C9%99%C5%9F-tutulmas%C4%B1.html
Günəş tutulması
umud600
Maraqlı faktlar
10 avqust 2011, 03:39
Günəş tutulması dedikdə Günəşin Yerdəki müşahidəçi üçün tam və ya qismən görünməməsi nəzərdə tutulur. Günəş tutulduqda Ay onu örtür. Venera və Merkuri də Günəş diski qarşısından keçərkən tutulma törədir. Ay Yerdən 363-406 min km məsafədə olarkən kölgə konusunun təpəsi Ay mərkəzindən 368-380 min km uzanır. Günəş tutulmasına şərh və izah verən ilk alimlərdən biri də Nəsrəddin Tusidir. O, eyni zamanda Ayın tutulmasını, işığın sınmasını, göy qurşağının yaranmasını izah etmişdir.Yer səthində Ay kölgəsinin eni maksimum 270 km-dir. Yer səthinin bütöv kölgə (yarımkölgə) konusuna düşən məntəqələrində tam (qismən) Günəş tutulması baş verir. Konusdan kənardakı məntəqələrdə tutulma müşahidə edilmir. Ən uzun Günəş tutulması 7 dəqiqə, əksər hallarda isə 1-2 dəq davam edir.Yeri gəlmişkən qeyd edək ki, əsrin ən uzun Günəş tutulması keçən il iyul ayında baş tutub. Çoxlarımız üçün bu hadisə qəribə və qeyri-normal gəlir. Ancaq günəş tutulması haqda kifayət qədər araçdırmalar və onu səbəbləri haqda məlumatlar var. Məşhur səyyah Kolumbun da Günəş tutulması ilə bağlı maraqlı hekayəsi var. Tarixi mənbələrə görə, Kolumb Hindistan eşqi ilə çıxdığı səfərində Amerikanın Kuba və Haiti adalarına çatır. O vaxt yerli əhali gələnlərdən qorxurdu. Çünki Vikinqlər həmin ərazilərə gəldikdə oranı talan edir və insanları öldürürdülər. Ona görə də yerli əhali Kolumbun gəmilərini sahilə yanaşmağa qoymur. Bir neçə gün gəmilər sahilə yan ala bilmir. Ancaq Kolumb cədvələ baxır və görür ki, sabah Günəş tutulması baş verəcək. Ona görə də belə bir hiyləyə əl atır. O, yerli əhaliyə mesaj göndərir ki, Günəş tanrısı qonaqpərvərdir. Və kim qonaqpərvər olmasa, öz nurunu onlardan məhrum edər. Təbii yerli əhali inanmır. Ancaq sabah doğrudan Günəş tutulması baş verir. Və Yerli əhali Kolumba inanır və onları sahilə buraxırlar.Artıq 2011-ci ilin ilk natamam günəş tutulması baş verib. Maksimum tutulma İsveç, Finlandiya, Baltikyanı ölkələr və Rusiyanın şimal-şərqində müşahidə edilib. Səhər saatlarında başlayan tutulma prosesi günorta saatlarına kimi davam edib. Ayın Günəş diskinin səthini maksimum örtməsi yanvar ayının 4-də saat 12:51 radələrində qeydə alınıb ki, bu zaman Günəş səthinin 86 faizi örtülüb. Maksimum tutulma İsveç, Finlandiya, Baltikyanı ölkələrdə və Rusiyanın şimal-şərqində müşahidə edilib. Kopenhagendə tutulma fazası 82,6, Londonda isə 74,7 % olub.Tutulma Avropa, Şimali Afrika, Yaxın Şərq və Orta Asiyada müşahidə edilib.
['günəş tutulması', 'ay tutulması']
5,201
https://kayzen.az/blog/aforizmler/6628/h%C9%99zr%C9%99ti-muh%C9%99mm%C9%99d-s.%C9%99.v.html
Həzrəti Muhəmməd ( s.ə.v. )
umud600
Hikmət dənizi və aforizmlər
10 avqust 2011, 03:26
(Ey Rəsulum!) Səni aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.  ( Qurani Kərim )Həzrəti Muhəmmədi (s.ə.v.) ilk dəfə görən onu görən kimi heybətindən titrər, onunla bir yerdə olan isə ona aşiq olardı.  ( Hz.Əli )Həzrəti Muhəmməd (s.ə.v.) bütün zamanların peyğəmbəri idi.  ( Jül Masserman: Amerika psixoloqu )Həzrəti Muhəmmədin (s.ə.v.) insan olması ilə bütün insanlıq iftixar edir. Çünki o, oxuyub-yaza bilməsə də, on üç əsr əvvəl elə qanun və əsaslar gətirmişdir ki, biz avropalılar iki min il sonra da onun qiymətini və həqiqətini anlasaq, ən xoşbəxt nəsillər olarıq.  ( Şebol: Filosof  1924-cü ildə hüquq konqresindəki çıxışından.)İnsanlıq onun bənzərini görməyib və görməyəcəkdir.  ( Bencamin Bosfort Smit: Amerika protestant baş keşişi )Böyük islam peyğəmbəri uca Yaradanın qatına çıxmışdır. Mən meraca bütün qəlbimlə inanıram.  ( Fyodor Mixayloviç Dostoyevski: Rus yazıçısı)" Tarixdəki 100 böyük insan" adlı kitabı ilə bütün dünyaya səs salan amerikalı alim- professor Maykl Hart kitabının çıxmasından on il sonra " Sizin on il bundan əvvəl kitabınızda birinci yerdə Həzrəti Muhəmməd (s.ə.v.) idi. Hələ də bu fikirdəsiniz?" sualına belə cavab vermişdir: " Bu saylar iki-üç yüzə çıxsa da, Həzrəti Muhəmmədin (s.ə.v.) birinci yeri dəyişməzdir və inanıram ki, Həzrəti Muhəmməd (s.ə.v.) kimi hər yönü ilə mükəmməl bir insan bir daha dünyaya gəlməyəcək".  ( Maykl Hart: Amerika yazıçısı və tədqiqatçısı )İslamdan əvvəlki dinlər insanların ruhları üzərindəki hakimiyyətini gündən-günə itirməkdə olduğu halda, Həzrəti Muhəmmədin (s.ə.v.) gətirdiyi din bütün qüdrət və hakimiyyətini mühafizə etməkdədir.  ( Qustav Le Bon: Fransız sosioloqu )Kral və vəzirlər kimi əzəmət və dəbdəbə pərdəsi arxasında gizlənməmişdi. Öz əbasını  özü yamayar, ayaqqabısını özü təmir edərdi. Döyüşə girər, səhabələri ilə məşvərət edər, əmrlərini onlarla birgə verərdi. Dünyada tac və ehtişam sahibi olan heç bir imperatora yamaqlı bir əba içindəki bu insan qədər hörmət və itaət edilməmişdir.  ( Tomas Karleyl: İngilis tarixçisi )Mən Quranı hər yöndən araşdırdım. Hər kəlməsində böyük hikmətlər gördüm.Mən buna iddia edirəm ki, Həzrəti Muhəmməd (s.ə.v.) seçilmiş bir insandır. Belə bir insanın yenidən gəlməsi ehtimaldan uzaqdır. Ey Muhəmməd! Sənin çağdaşın ola bilmədiyim üçün çox kədərlənirəm. Öyrətdiyin və yaydığın bu kitab sənin deyildir. Bu, Allahın kəlamıdır. Bu kitabın Allah sözü olduğunu inkar etmək bugünkü elmlərin lazımsızlığını iddia etmək qədər gülüncdür. İnsanlıq sənin kimi seçilmiş bir qüdrəti bir dəfə görmüş, bundan sonra bir daha görməyəcəkdir. Hüzurunda tam hörmətlə əyilirəm.  ( Otto Bismark: Almaniya dövlət xadimi, diplomatı və kansleri )
['hikmət dənizi']
5,202
https://kayzen.az/blog/umud600/6627/stepan-osipovi%C3%A7-makarov.html
Stеpan Оsipоviç Makarоv
umud600
Bloq: umud600
10 avqust 2011, 03:12
Stеpan Оsipоviç Makarоv rus оkеanоqrafiyasının ən görkəmli nümayəndələrindən biri kimi cоğrafiya tariхində özünə yеr tapmış tədqiqatçılardan biri sayılır. Оnun fəaliyyətinin çiçəklənmə dövrü ХIХ əsrin ikinci yarısında Rusiyada yеlkənli gəmilərin buхar gəmiləri ilə əvəz оlunmasının sоn ərəfəsinə düşür. Rus dəniz dоnanmasının tехniki cəhətdən inkişafında böyük zəhməti оlan Makarоv birinci rus buzqıran «Еrmak» gəmisinin kоnstrukturu оlmuşdur. О, ilk dəfə «Abrеk» gəmisində üzmüş, sоnra isə «Bоqatr» gəmisinə kеçirilmişdir. 1881-ci ildə «Taman» hərbi gəmisində kоmandir оlarkən Qara dənizlə Aralıq dənizi arasında gеdən su mübadiləsini öyrənməklə оnların еlmi izahını vеrmişdir. О, həmçinin Qara dənizdə bütün aхını sistеminin izahını vеrmişdir. Bu işlərinə görə Makarоv Еlmlər Akadеmiyasının mükafatına layiq görülmüşdür. 1885-ci ildə Makarоv «Vityaz» gəmisinə kоmandir təyin оlunur. 1886-cı ilin avqust ayında «Vityaz» gəmisi dünya səyahətinə çıхır. Əsas məqsəd dünya оkеanını öyrənməkdən ibarət idi. Gəminin hidrоlоji müşahidələri artıq Baltik dənizindən başlayır. 70-100 m dərinlikdə suyun tеmpеraturu 1,50C о- lduğu halda, daha dərində artaraq müsbət 40C оlduğunu müşahidə еdir. Bu müşahidə digər dənizçiləri də çох maraqlandırdığından «Vityaz» gəmisi tədricən Üzən labоratоriyaya çеvrildi. Sutkada altı dəfə suyun tеmpеraturu ölçülməklə оnun хüsusi çəkisi də təyin еdilirdi. Bununla yanaşı aхının sürəti öyrənilməklə quruntdan analiz üçün nümunələr də götürülürdü. Atlantik оkеanını arхada qоyaraq Magеllan bоğazından kеçərək «Vityaz» Sakit оkеana daхil оlur və yеddi aydan sоnra Yapоniyanın Iоkоqam limanına çatır. Bеləliklə, uzun müddət Kuril adaları rayоnunda uzun müddət Sakit оkеan və Охоt dənizinin tədqiqinə başlayırlar. 993 gün üzdükdən sоnra «Vityaz » Krоnştadta qayıdır. Makarоv tоpladığı zəngin matеriallar üzərində işləməklə 1892-ci ilin may ayında ««Vityaz» və Sakit оkеan» əsərini tamamlayır. Stеpan Оsipоviç Makarоv bir müddət şimal qütbünə çatmaq və qütblə müntəzən əlaqə yaratmaq üçün qüvvətli buzqıran gəminin hazırlanması üzərində düşünür. Оnun bu arzusu 1899-cu ildə yеrinə yеtir. Hazırlanmış gəmi «Yеrmak» adlandırılır. «Yеrmak» Fin körfəzində buzları yararaq Krоnştadta yan alır. Bu münasibətlə Dmitri Ivanоviç Mеndеlеyеv Makarоva bеlə bir məzmunda tеlеqramma göndərir: «Siz qələbə çaldınız, təbrik еdirəm. Еyni qələbəni qütb buzlaqlarında arzu еdirəm. Prоfеssоr Mеndеlеyеv.» 1899-c ilin yayında «Yеrmak» Şpispеrgеnə üzməklə buranı qütbə gеtmək üçün dayanacaq kimi sеçir. Şpispеrgеn yaхınlığında zədə almış, gəmi tеzliklə düzəldilərək buzların hərəkt istiqamətini, həmçinin bu ərazilərin хəritəsi dəqiqləşdirilərək gеri qayıdır. Gеri qayıdarkən «Yеrmak» buzlar arasından «Admiral Naхimоv» gəmisini хilas еdir. 1901-ci ildə Makarоv «Yrmak» ikinci dəfə qütb istiqamətində üzməyə başlayır. Еkspеdisiyanın qarşıya qоyduğu plan daha gеniş оlduğundan bu dəfə daha çох еlmi işçilər cəlb оlunmuşdur. Daha çох məsələləri həll еtmək üçün Makarоv Arktika buzları, Şimal Buzlu оkеanın dərinlikləri, Arktikada yеr maqnеtizmi, adaların gеоlоji quruluşu haqqında məlumatlar tоplayır. Nоvaya Zеmlya tоrpağının daha dəqiq хəritəsini tərtib еtməyə müvəffəq оlan Makarоv Şimal Buzlu оkеanında 300-ə qədər sahələrdə stansiyalar təşkil еtməklə su nümunələrini analiz еtdirmişdir. Tariхdə ilk dəfə оlaraq оkеanоqrafiya sahəsində aparılan tədqiqatlarda Makarоv kinоaparatdan istifadə еtmişdir. 1902-ci ildə yоrulmaz qütb tədqiqatçısı yеnidən Arktikaya səyahət еtmək üçün icazə almağa çalışır. Lakin еkspе- disiyanın nəticələrini lazımınca qiymətləndirməyən çar hakimiyyəti növbəti səyahətin təşkil оlunmasını məqsədəuyğun saymadığından icazə vеrmir. 1904-cü il martın 31-də rus-yapоn müharibəsində Makarоv həlak оlur.Müəllif: Xalid Məmmədov
['Stеpan Makarоv', 'coğraf']
5,203
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/6625/ana-m%C9%99h%C9%99bb%C9%99ti.html
Ana məhəbbəti
Ali2000
Xoşbəxt ailə
9 avqust 2011, 13:13
Hər kəsdən sonra yatar analar. Hər kəsdən əvvəl qalxar. Kibritini çəkib ocağını yandırar. Körpələrinə, evinin dirəyinə xidmət etməyə başlayar. Səssiz-sədasız iş görər. Çaydan qaynayıb buxarı ətrafı bürüyən kimi dəmləyər məxməri çayını. Yağ, pendir, Allah verəndən nə varsa düzər süfrəyə. Uşaqlar stəkanları cingildədən qaşıqların səsinə oyanarlar ancaq. Bəzilərinin yuxusu ağır olar. Anası yaxınlaşar çarpayısının yanına. Sevgi ilə öpər, qoxulayar ciyərparasını. Necə dillər tökər, necə sevər, necə oxsayar! Nəhayət, açılar mürgülü gözlər... Gərgin bir gün başlayar indi də. İşıqlar yanar, sönər, əllər-üzlər yuyular... Bütün bu təlaşlara ancaq süfrə başında son qoyular. Qurtum-qurtum çay, dilim-dilim qızarmış çörək, yağ, pendir, dadından doyula bilməyən çiyələk mürəbbəsi... Səhər yeməyi bitər və hər kəs yola çıxar. İşə gedən kim, məktəbə gedən kim... Hər birinin arxasından dualar oxuyaraq örtər qapını ana. Gözü axşama qədər yollarda qalar. Evin səliqə-sahmanı, biş-düşü onun çiynindədir. Elə isə çox gecikmək də olmaz. Hələ bir bu oğlana bax! şalvarı bir tərəfdə, köynəyi bir yanda... Bəs bu qıza nə deyəsən?.. Riyaziyyat dəftəri evdə qalıb yenə... Müəllimi danlayacaq... İndi də balacalar oyandı... Ən balacası, axşam qapının arasında qalıb əzilən barmağını göstərir. Görünür, ağrısı keçməyib hələ. Əyilib öpür ana sevgi ilə. Balacanın üzündə dəcəl bir təbəssüm: “Bir də” deyir. Yenə öpür ana. Bəs necə? Övladın ağrılarına şəfadır ananın öpüşü!.. Kədərli, həyəcanlı, min bir hissə qapılaraq yolunu itirən ürəklərə ən sakit bir limandir ana ürəyi...  Kədərinizə ortaq, dərdinizə çarədir ana... Nə qədər böyüyürsünüzsə böyüyün, hansı peşənin sahibi olursunuzsa, olun, onun gözündə həmişə uşaqsınız. Bezməz ana, usanmaz heç vaxt. Övladını sevməkdən, dua etməkdən, incisə də bağışlamaqdan, uzaqdasınızsa, yol gözləməkdən yorulmaz. Bəli, belədir ana. İndi onu daha hansı sözlərlə təsvir edək, bilmirəm... Hər hansı bir insan, hər hansı bir qadın qəlbinə sığmaz ana. Yalnız hiss edə bilərsiniz ananıza olan duyğularınızı. Əllə tuta bilməzsiniz. Gözlə görə bilməzsiniz. Ona görə də cənnət ayaqlarının altındadır. Ona görə də ən uca məqamlarda çəkilir adı... Anaya “of!” belə demək günahdır. Haqqını ödəmək olmaz onun. Ömrünü həsr etdiyi övladlarına müqəddəs bir əmanətdir... Nə bəxtəvərdir anasını razı salan, xeyir-duasını alan övladlar.Həmçinin bax: Ana ürəyinin gücü
['Ana', 'ana sevgisi', 'ana qayğısı', 'analıq']
5,204
https://kayzen.az/blog/romantika/6621/s%C9%99nsiz%C9%99m.html
Sənsizəm
Ali2000
Romantika və düşüncələr
9 avqust 2011, 13:07
Gözlərin üçün.Darıxıram gülüşün səsin üçün.Darıxdırır məni yoxluğun.Həyatda sevgi dunyasında yaşamağı,sevib-sevilməyi səndən öyrəndim.səninlə həyatımızın ən gözəl günlərini yaşadıq.Sevginin şirinliyini daddıq sonu acı olsada.Bütün bu gözəllikləri mənə yaşatdırdığın üçün sağ ol.Səni ayrılmaq üçün sevməmişdim....Xəyallara dalıram.Bəylik paltarında.Əlimdə sənin üzüyün.Yanımda sən və sevdiyin gəlinliklə.Sevinclə bir-birmizə baxaq illərin həsrəti kimi.Qəlbimizi titrədək toy gününün səs küyü kimi. İllər keçəcək bəlkə də bu keçən illər məni sənə unutduracaq.Bəlkədə nə vaxtsa yadına duşəcəm.Nə vaxtsa yadəna duşərəmsə SEVGİLİ kimi yox adi bir DOST kimi yada salarsan.Əvvəllər mənim kimi bir dostun olduğunu xatırlayarsan.Bəlkə o vaxt məni anlayarsan.Bəlkə də mənsiz darıxarsan.Yenə də əvvəlki günlərə qayıtmaq istəyərsən.Bəlkə də qucağındakı körpənə danışacaqsan dərdini.Yazdığım bu sözlər son təsəlimdi.Çalış məni unut.Özunə yaxşı bax.Bu meəim səndən son xahişim.XOŞBƏXT OL.Bu iəe mənim ən böyük arzum.Sən mənim ilk və son sevgim yaşamış olduğum ən gözəl insan olaraq qalacaqsan.Həmişə oturduğumuz yerdə oturub nə xəyallar qurduğumu yada salıram.Heç o xəyallar da mənim olmadı.Keçdiyimiz yollardan keçirəm.Sanki yollarda sənin yolunu gözləyir.Bilmirəm bu sözləri oxuyanda nə fikrləşirsən.Bilmirəm bəlkədə gözlərin dolacaq.Bəlkədə ağlamaq istəyəcəksən.Amma ki ağlama qıymaram sənə ağlamağənə.Bilmirəm bu sözləri yazmağımın bir mənası olub olmadığını .Yazıram ki nə vaxtsa biləsən qəlbimdə belə sözlər olduğunu.Aramızdakı yollar nə qədər uzun olursa olsun hər yerə yazdım sevgimi hansı yoldan keçsən oxuyacaqsan sənə olan sevgimi.Hərdən keçən gunlərimizi yada salıb ozumə təsəlli verirəm.Sevgin,həyatımda buraxdığın izlər,məni dünyanın ən xoşbəxti edən o anlar mənimlə qaldı......
['Sənsizəm']
5,205
https://kayzen.az/blog/dusundurucu-hekayeler/6620/s%C9%99brli-olun.html
Səbrli olun
Ali2000
Düşündürücü hekayələr
9 avqust 2011, 13:05
Bir nəfər yeni maşınına baxmaq üçün evindən çıxanda, üç yaşındakı oğlunun gülə-gülə əlindəki çəkiclə maşının qapısını əzdiyini görür.O dəqiqə uşağın yanına qaçır və hirsindən onun əlinə çəkiclə vurmağa başlayır.Biraz sakitləşincə oğlunu təcili xəstəxanaya aparır.Həkim uşağın qırılan sümüklərni bitişdirməyə çalışsa da əlindən bir şey gəlmir və uşağın iki əlinin barmaqlarını da kəsmək məcburiyyətində qalır.Uşaq narkozdan ayıldıqda, əllərini gipsdə görür və məsum bir ifadəylə: “Ata, maşınını əzdiyim üçün bağışla məni.” deyir və sonra atasından soruşur: “Ata, bıs barmaqlarım nı vaxt yerinı gələcək?” Atası evə qayıtdıqda həyatına son verir... Birisi stola süd tökdüyündə, ya da bir uşagın agladıgını eşitdiyinizdə bu hekayəni xatırlayın.Çox sevdiyiniz birinə qarşı səbrinizin daşdıgını hiss etdiyiniz an əvvəlcə düşünün.Maşınlar düzələ bilir, amma qırılan sümüklər və inciyən duyğular heç bir zaman düzəlmir...Adətən, insanla onun potensialı arasındakı fərqi görə bilmirik.İnsan səhv edər.Hamımız səhv edə bilərik.Ancaq hirslə və düşünmədən ədilən hərəkətlər insanı sonsuza qədər narahat edər.Nə isə etmək istədikdə dayanın və düşünün.Səbrli olun.Anlayış gğstərin və sevin.
['səbirsizlik', 'dözüm']
5,206
https://kayzen.az/blog/dusundurucu-hekayeler/6617/ancaq-v%C9%99-ancaq-k%C3%B6rp%C9%99m-%C3%BC%C3%A7%C3%BCn.html
Ancaq və ancaq körpəm üçün
Ali2000
Düşündürücü hekayələr
9 avqust 2011, 11:49
Avstraliyada o günə qədər görünməmiş bir quraqlıq başlamışdı. Meşədə yaşayan heyvanlar susuzluqdan ölürdülər. Heyvanlar arasında su tapmaq üçün kəndlərə “üz tutanlar” da var idi. Halbuki, kəndlərdə yaşayanların vəziyyəti onlardan yaxşı deyildi. İnəklər və qoyunlar susuzluqdan zəif düşmüşdülər. Onlar da meşədəki heyvanlar kimi ölümə məhkum idilər. Kəndlilər isə əllərində qalan su ilə həm özlərini, həm də heyvanlarını xilas etməyə çalışırdılar. Ona görə də bu qiymətli sərvəti meşə heyvanları ilə “bölüşmək” niyyətində deyildilər. Hətta bəzi kəndlilər əllərində tüfəng su anbarlarının yanında keşik çəkirdilər...Belə quraqlıq günlərindən birində əlində silah keşik çəkən bir kəndli kolluqların arasından bir səs eşitdi. Kəndli: “Bu, yəqin ki, meşədəki heyvanlardan biridir” – deyə düşündü. Asta və səssiz addımlarla səs gələn tərəfə getdi. Əlindəki tüfəng isə çoxdan atəşə hazır vəziyyətdə idi. Artıq hədəfə kifayət qədər yaxınlaşmışdı. Tüfəngini qaldırıb nişan aldı və heyvanın üzə çıxmasını gözləməyə başladı. Bir azdan kolluqların arasından kisəsində balası olan bir kenquru çıxdı. Kenqurunun susuzluğu üzündən oxunurdu. O, qəhvə rəngli gözləri ilə kəndliyə baxır və sanki bir udum su üçün yalvarırdı. Kəndli istər-istəməz əlini tətikdən çəkdi. Nə olursa-olsun, o, kenqurunu öldürə bilməzdi. Üstəlik, yanında balası da vardı. Kenquru asta addımlarla inəklər üçün qoyulan su qabının yanına getdi. Kəndli hələ də onlara baxmaqda davam edirdi. Kenquru da gözlərini kəndlidən çəkmirdi. Nəhayət, kenquru su qabına yaxınlaşdı. Kenquru balası suyu görən kimi içməyə başladı. Balaca kenquru o qədər susamışdı ki, az qala suyun içinə düşəcəkdi. Ana kenquru isə yalvarış dolu baxışlarla kəndliyə baxmaqda davam edirdi. Kenquru balası doyunca su içib başını qaldırdı. Artıq getçək vaxtı idi və ana balası ilə birlikdə bir az əvvəl gəldikləri kolluqlara tərəf getdi. Bir azdan hər ikisi gözdən itdilər. Bütün bu baş verənlərə tamaşa edən kəndli isə tüfəngini bir kənbara qoymuş və səssizcə ağlamağa başlamışdı. Çünki ana kenquru bütün susuzluğuna baxmayaraq, bir udum da su içməmişdi. O yalvarış dolu baxışlar isə “ANCAQ VƏ ANCAQ KÖRPƏM ÜÇÜN...” demək idi... Həmçinin bax:Ana məhəbbəti
['ağlamalinski', 'kenquru', 'ağlamalı hekayə', 'ana sevgisi']
5,207
https://kayzen.az/blog/sevgi/6615/son-dialoq.html
Son dialoq
Ali2000
Sevgi
9 avqust 2011, 11:43
Bir gün qızla oğlan motosikldə 160km/s sürətlə gedirdi. Bu sürət qızı çox qorxutmuşdu. Oğlandan motosikli yavaş sürməsini istəyirdi.Qız: Yavaş sür, qorxuram...Oğlan: Yox, belə daha maraqlıdı.Qız: Mən çox qorxuram, yavaş sür dedim.Oğlan: Yaxşı, onda mənə sevdiyini de!Qız: Səni sevirəm... Çox sevirəm.. Yavaş sür, indi!Oğlan: İndi məni bərk-bərk qucaqla... Qız oğlanı bərk-bərk qucaqladı...Oğlan: Başımdakı dəmir papağı çıxart, öz başına keçirt, məni narahat edir. Mən də sürəti azaldıram, sevgilim.Sabahısı gün TV kanalların birində xəbər yayımlandı ki, motosiklin əyləci(tormoz) xarab olduğundan oğlan idarəni itirib və qəzada oğlan vəfat edib. Qızın dəmir papağı olduğundan onu xilas etmək, həyata qaytarmaq mümkün olub. Oğlan qəzanın baş verəcəyini bilib, artıq bilirdi ki, motosikldə idarəni itirib... Ona görə də sevgilisindən 3 şeyi xahiş edib:-Məni sevdiyini söylə...-Məni bərk-bərk qucaqla...-Dəmir papağı öz başına keçirt, məni narahat edir....
['sevgi hekayəsi', 'məhəbbət hekayəsi', 'eşq', 'məhəbbətin gücü', 'sevgi dialoqu']
5,208
https://kayzen.az/blog/kayzenin-r%C9%99smi-bloqu/6612/saytda-pul-h%C9%99diyy%C9%99si-8-avqust.html
Saytda pul hədiyyəsi-8 avqust
kayzen
kayzen.az saytının rəsmi bloqu
8 avqust 2011, 19:51
Sərin yay günündə hamını xoş gördük. Hər ay olduğu kimi internetdə pul qazanmaq imkanı davam edir. Keçən ay ərzində ən maraqlı,ən çox + yığmış topik müəllifinə 50 AZN mükafat verilir. Bu ay ərzində aşağıdakı kimi maraqlı və populyar məqalələr vardı: Bəs siz hansısınız? Hər birimiz axtarışdayıq Uğurlu bir reklam kampaniyası və s. Lakin 33 dəfə + yığmıış Məsləhət edirəm ki... yazısı düz 33 dəfə + yığdı və onun müəllifi cahandar qalib olur. Bu ay bir çox yeniliklər oldu. Çoxsaylı xahişlərə əsasən sosial paylaşım alətləri əlavə edildi. Bütün Facebook və Tvitter istifadəçilərindən bəyəndikləri topikləri tez-tez like edə və tvitləyə bilər. Nə qədər mümkünsə o qədər çox like etməyi bəyənirəm:) Müsabiqə davam edir.Maraqlı, gəncliyimizə və təhsilə faydalı yazıları gözləyirik.
['mükafatlandırma']
5,209
https://kayzen.az/blog/Cavid/6611/bak%C4%B1da-ix-asaif-beyn%C9%99lxalq-yay-forumu-ke%C3%A7iril%C9%99c%C9%99k.html
Bakıda IX ASAİF beynəlxalq yay forumu keçiriləcək
Cavid
Bloq: Cavid
8 avqust 2011, 16:08
Artıq 9-cu dəfədir baş tutacaq ASAİF-in yeni forumu avqustun 26-27-də Kempinski Hotel Badamdarda IX ASAİF beynəlxalq yay forumu keçiriləcək. ASAİF-dən verilən məlumata görə, Forumun birinci günü gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Aparatının şöbə müdiri Elnur Aslanov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun çıxışları, o cümlədən ASAİF-in xarici ölkələr üzrə nümayəndələrinin məruzələri, 4 fərqli mövzunu əhatə edən işçi qruplar üzrə müzakirələr planlaşdırılır. İşçi qruplarda olan təkliflər təşkilatın illik fəaliyyət planına daxil ediləcək. Forum zamanı təşkilatın strukturu təsdiqlənəcək, ölkələr üzrə nümayəndələr təyin ediləcək. Tədbirdə 40 ölkədən 250 azərbaycanlı gəncin iştirakı nəzərdə tutulub. Forumun sonunda saat 20:00-da Kempinski Hotel Badamdarda tədbir iştirakçıları üçün qapalı ziyafət təşkil olunacaq. Forumun ikinci günü iştirakçılarının Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələ rayonuna səfəri nəzərdə tutulur. Forumun rəsmi tərəfdaşları Azərbaycan Gənclər və İdman Nazirliyi və Azercell şirkətidir. Forum haqqında geniş məlumat almaq və iştirakçısı olmaq üçün www.asaif.org ünvanında olan ərizə formasını doldurub onlayn olaraq (CV-nizi elektron ərizə formasının aşağısından avtomatik yükləyə bilərsiniz) 16 Avqust tarixinə kimi göndərməniz zəruridir. Texniki problemlər zamanı ərizə formasını və CV-nizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur. Seçilmiş namizədlər 18 Avqust tarixində məlumatlandırılacaqlar. Daha ətraflı məlumat üçün ASAİF İB-nin baş katibi Əbülfəz Şeydabəyovla əlaqə saxlaya bilərsiniz. (+99450 646 4964). "ASAIF IX "Baku Youthland Forum 2011" - facebook səhifəsindən də ətraflə məlumatları əldə edə biləsiniz.  Forum üçün hazırlanmış yeni logo
['ASAİF', 'Gənclər forumu']
5,210
https://kayzen.az/blog/dusundurucu-hekayeler/6609/borcum-n%C9%99-q%C9%99d%C9%99rdir.html
Borcum nə qədərdir?
Ali2000
Düşündürücü hekayələr
8 avqust 2011, 14:44
Soyuq bir qış gecəsində evə dönərkən, sərxoşa bənzəyən bir adam gördüm. Bir sağa bir sola çapalayırdı və yanındakı dirəyə sarılmışdı.Bir vitrinə baxırmış kimi edərək göz ucuyla onu seyr etdim. Yaşı 30-dan çox olardı. Ona tərəf bir az daha yaxınlaşdım. Üstü-başı son dərəcə təmiz idi. Yanından keçən bəzi kəslər, yüksək səslə danışaraq içki içmənin pisliyindən bəhs edir, bəziləri də lağ edib gülürdülər.Yavaşca yanına gedib:- Yaxşısınızmı? -deyə soruşdum. Bir ehtiyacınız varmı? Dodaqlarından, iniltiyə bənzəyən tək bir söz çıxdı:- Xəstəyəm!..Yerə yıxılmaması üçün, bir qolumu belinə dolayaraq taksi gözləməyə başladım. Axşam vaxtlarında kəsilən qar təkrar yağmağa başlamış və yavaş-yavaş buzlanmağa başlayan yollarda, bir-biriylə yarışan küçə itlərinin xaricində bir həyat əlaməti qalmamışdı.Avtomobil tapmaqdan ümidimi kəsdiyim sırada, yanımda bir taksi dayandı. Sürücüyə vəziyyəti izah edərək tələsməmiz lazım olduğunu söylədim. Xəstəmizi arxa kresloya yatırdaraq xəstəxanaya apardıq və köçürülən sistem qurtarana qədər başında gözlədik. Növbətçi həkim, xəstəni heç olmasa donmaqdan qurtardığımızı ifadə edir, gənc adam isə, hələ danışa bilmədiyi üçün, bizə baxıb gülümsəməklə kifayətlənirdi. Sürücü də yanımda idi... Xəstəmiz bir müddət sonra özünə gəldi. Onu təkrar avtomobilə mindirib evinə apardıq.Xəstəmizin yoldaşı, onun tez-tez şəkər komasına girdiyini bildiyindən dəhşətli bir çaxnaşmaya düşmüşdü və oğulunu da götürərək küçəyə çıxmışdı. Bizi görüncə qaçaraq yanımıza gəldilər və böyük bir sevinc içində qucaqlaşdılar.Saatlarla sürən yorğunluğumuzdan əsər belə qalmamış, bizə necə təşəkkür edəcəyini çaşan o ailənin xoşbəxtliyi qarşısında gözlərəmiz dolmuş idi.Əllərimizə sarılaraq bizi yola saldıqlarında, sürücüdən “Borcum nə qədərdir?” -soruşdum.Başını yelləyərək:- Borclu deyil, Borc verənsən Dostum!.. -dedi. Çünki belə bir yaxşılığa məni də ortaq etdin. Amma bəlkə də iyirmi ildir ağlamaəı unudan bir adama bu gözəl duyğunu xatırlatdığın üçün, borc verən vəziyyətə düşdün.O mərd adamla qucaqlaşıb ayrılarkən, gecənin ayazını hiss etmir və evimə piyada dönmək istəyirdim.Kim bilər? Bəlkə də yolumun üzərində, köməyimi gözləyən bir insan daha tapa bilərdim...
['insanlıq', 'yaxşılıq', 'insaniyyət']
5,211
https://kayzen.az/blog/internet-yenilikleri/6602/feysbuk-s%C9%99hif%C9%99-yarad%C4%B1lmas%C4%B1,-t%C9%99nziml%C9%99m%C9%99l%C9%99r.html
Feysbuk səhifə yaradılması, tənzimləmələr
eGo
internet aləmi
8 avqust 2011, 14:16
Hamı bu gün daraşıb facebook-a. Bəziləri dost-tanışnan gününü keçirir, bəziləri səhifələrdə yatır, bəziləri səhifə açır, bəziləri açmaq istəyir, amma bilmir. Mənim bu yazım axırıncı iki qrupa aiddir: səhifə necə açılır, hansı tənzimləmələri var? Əgər xüsusi bir resursunuz (maddi və qeyri maddi) bunu niyə ictimaiyyətə çatdırmayasınız (gəlir yaxud könüllülük prinsipi ilə)? Başlayaq: Girisiz bu linkə: http://www.facebook.com/pages/create.php? Ordan açacağınız səhifənin məqsədinə uyğun əsas kateqoriya, sonra isə ordan alt kateqoriya seçib, səhifənizin adını yazırsız (Səhifənizin adını istifadəçi sayı 1oo-ə çatana kimi dəyişə bilərsiz) və "Get Started" basıb səhifənizin əsasını qoyursuz. Nöbəti 3 addımda səhifəniz üçün ən vacib şeyləri etməlisiniz:1.       Profil şəkli (mümkün qədər cəlbedici, fərqli və məzmuna uyğun olmalıdır)2.       Öz dostlarınıza dəvət yollayın - ilk dəstək məhz onlar verəcək. 3.       Səhifəniz haqda məlumat (məqsədi nədir, istifadəçilərə nə vəd edir və s.) və varsa internet səfihəniz. Bu 3 addımı keçdikdən sonra, ilk işiniz məqsədinizə xidmət edən maraqlı yazılar, şəkil və videolar olmalıdır. İlk qoşulmuş istifadəçilər nə qədər çox səhifədə fəal olsalar, şərh və bəyənmələr sizin səhifənin onların divarında görünməsinə, beləcə də səhifəniz yayılmağa başlayar. Elə şəkillər yerləşdirsəz ki, istifadəçiləri öz dostlarını etiketləməyə (tag) sövq etsin, o sizi reklam etmiş olur. Amma nəzərə alın ki, facebook-un öz ilkin tənzimləməsi etiketləməni istifadəçilər üçün əngəlləyir.  Bu və digər səhifə tənzimləmələri ilə tanış olaq: Tənzimləmələrə keçid səhifənin "Divarında" olarkən sağ yuxarı tərəfdə yerləşir - "Edit Page".Tənzimləmələrə girən kimi, siz İcazə Seçimlərini ("Manage Permissions") görəcəksiniz. İndi isə bir-bir həmin seçimlərə baxaq (Onlar bəziləri əhəmiyyətsiz görünə bilər, amma məncə bilsəz çox faydası toxunar, ehtiyac duyarsız): 1.       Səhifənin görünmə dərəcəsi - əgər quş qoysaz, səhifə ancaq adminlərlər görünəcək. Bu funksiyadan məsələn, səhifədə keçirilmiş sorğnun nəticələrini hesablamaq üçün (istifadəçilər həmin müddətdə girib heç nəyi dəyişə bilməsin. Yaxud səhifənizi hansısa potensial təhlükədən - hack olunma, şikayət olunma və s. qorumaq üçün. 2.       Ölkə qadağası. Bura istərdim ki, armenia yazıb qapıları onların üzünə bağlayaq, amma bu funksiya düzü məncə düzəməlli işləmir, xətası var. 3.       Yaş qadağası 4.       Divarınızda "bütün postların" yaxud ancaq "Səhifə tərəfindən olunan postların" görünməsi seçimi 5.       İlkin görünən tab. Bu, səhifənizə ilk dəfə gələn istifadəçinin hansı tab-a yönləndirilməsini seçmək üçündür. Tab dedikdə, səhifənin divarı, məlumatlar olan yer, şəkillər olan yer və s. nəzərdə tutulur. Yaxşı olar ki, özünüz xüsusi tab (Welcome - Salamlama) hazırlayasınız - daha cəlbedici, funksional və mümkün qədər sadə (bax: www.facebook.com/finn7) 6.       İstifadəçilər divara yaza bilər (quş varsa) 7.       İstifadəçilər şəkil əlavə edə bilərlər (quş varsa) 8.       İstifadəçilər sizin (səhifənin) əlavə etdiyi şəkillərdə etiketləyə bilər (quş varsa) 9.       İstifadəçilər video əlavə edə bilərlər (quş varsa) 10.   Qara Siyahı. Bura səhifənizdə əngəlləmək istədiyiniz sözlər aralarında vergül qoymaqla yaza bilərsiz. Əgər o sözlər istifadə olunsa, həmin şərh, post avtomatik spam qəbul olunacaq və gizlədiləcək. 11.   Şöyüş Əngəlləməsi (Yoxdur; Orta; Güclü). Bu seçimlə siz öz səhifənizin söyüş əngəlləməsini facebookun arşınına görə təyin edə bilərsiniz. 12.   Səhifəni cəhənnəmə vasil et. Bu seçimdən əvvəl papağı qabağa qoyub yaxşıca düşünmək lazımdı. Səhifə mənimdi mən bilərəm deyib qərar vermək olmaz. İstifadəçilərin də haqqı var az çox məncə. Bundan başqa səhifədə digər tənzimləmələr də vardır. Onlardan bəziləri haqda da yazmaq istərdim. Ümidvaram bezdirici olmaz, əksinə faydalı bir şey taparsız. Basic İnformation (1) - Əsas Məlumat bölümündə aşağıdakı secimlər müvcuddur:2, 3. Kateqoriya və alt kateqoriya seçimi4.       Səhifənin adını dəyişdirmək (1oo istifadəçiyə çatana qədər mümkündür)5, 6, 7. Səhifə haqqında məlumat, onun təsviri və internet səhifəsi. Qeyd: Səhifə üçün username (istifadəçi adı) seçimi də bu bölümdən yaxud sadəcə http://www.facebook.com/username/       keçidindən istifadə etməklə seçmək olar. Username seçmək üçün ən az 25 üzv olmalıdır. Username seçdikdən sonra səfinizə keçid linki çox sadə ola bilər. Məsələn, mənim səhifəmin əsl keçidi belədir: http://www.facebook.com/pages/English-Speakers/255386831142813 amma mən sadə username götürmüşəm: www.facebook.com/finn7 . Username həmçinin html kodlaşdırma zamanı (xüsusi səhifə tablarının hazırlanmasında) rahat olur."Featured" (8) - Səciyyəvi seçimlərBurada Səhifə Sahibi (Sahiblərini) göstərə bilərsiniz ki, səhifənizdə görünsün. "Manage Admins" (9) - Adminləri İdarə et Burada siz səhifəyə yeni adminlər təyin edə yaxud cari adminlərin statusunu ləğv edə bilərsiz "Applications" (1o) - Tətbiqetmələr a. "Event" - Tədbir yarada bilərsiz. Hər hansı bir hadisə üçün adam toplamağın ən rahat yolu "Event" yaratmaqdır. Bu həmçinin Səhifənizin yayılması üçün rol oynaya bilər. Qeyd: Əgər Tədbiri səhifənin "Event" proqramı ilə yaratsaz, üzvlərə ismarıc göndərə bilməyəcəksiniz. Ancaq "update" - yeniləmə göndərə bilərsiz ki, bunu da çox adam yoxlamır. Əgər ismarıc göndərmək fikriniz olacaqsa, Tədbiri öz şəxsi hesabınızdan yaradın (yaxud bunun üçün başqa hesab açın). b. "Notes" - Qeydlər yaza bilərsiz. Maraqlı qeydlər yazsaz və istifadəçiləri paylaşmağa sövq etsəz, sizin səhifənin yayılmasına kömək olar. Bu bölmədə digər facebook-un öz tətbiqetmələri də var, amma elə də əhəmiyyətli deyil məncə. Siz özünüz əlavə etdiyiniz "tab"lar da bu bölümdə olur, və hər hansını silmək üçün bura baxmalısız. "İnsights" - Göstəricilər Bu bölmədə səhifəniz barədə statistik göstəricilərlə (istifadəçilərin yaş, cins, yerləşmə, dil göstəriciləri, istifadəçilərin günlük fəaliyyət göstəriciləri, bəyənmə və tərketmələr və sair) tanış ola bilər və fəaliyyətinizdə onlardan faydalana bilərsiniz. Bu qədər sizi yordum kifayətdir. Oxuduğunuz üçün təşəkkür edirəm. Ümidvaram işə yarayar. Bunları sadə şeylərdi? Bilirdiz? Lap yaxşı, onda növbəti yazımı gözləyin! Özəl "Tab"ların hazırlanmasına həsr edəcəm. Yazını özüm hazırladığım üçün müəllif hüquqlarının qoruyun! İstifadə (yenidən nəşr) üçün müəllifə bildiriş və istinad edilməsi vacibdir! © eGo
['facebook', 'səhifə yaratmaq', 'səhifə idarə etmək']
5,212
https://kayzen.az/blog/romantika/6600/indi-yan%C4%B1mda-deyils%C9%99n.html
İndi yanımda deyilsən
Ali2000
Romantika və düşüncələr
8 avqust 2011, 14:09
İndi yanımda deyilsən.. Uzaq yerlərdən gələcəyinə əminəm və gözləyirəm.. Bütün həyatım boyu sənin yolunu gözləmişəm, gələcəynə əminəm.. Məni tək qoyub getdiyin günləri unuda bilməyə-bilməyə yenədə səni sevirəm..Bu sözləri sənə sənsiz qaldığım günləri bir daha yaşamaq üçün deyirəm.. Bilirəmki gələcəksən, bilirəmki mənə qarşı hisslərin hələdə ölməyib.. Əgər məni hələdə sevirsənsə qayıt gəl.. Məni xoşbəxt edə biləcəyinə çox insan inanır amma mənim yalnız səninlə xoşbəxt olacağıma heç kim inanmır, çox yalnızam, həmdə çox..Hər kəs mənə qarşı haqsızdır, məni heçkim anlamır.. Səni sevdiyimə heç kim inanmır.. Qayıt gəl!.. Sənsiz həyatım sənki qaranlıq bir otaqdır.. Səni ancaq yuxularda görürəm, real olmasını çox istərdim... Hər günüm yollara baxaraq keçir, sənin yolunu gözləyirəm.. Mən hər gün sənə görə göz yaşlarımı axıdıram, görəsən səndə mənə görə ağlayırsanmı?.. Əminəm ki, mənim üçün çox darıxmısan, məni görmək üçün hər şey edərsən.. Amma bu nə səndə alınır nədə məndə..Mən hər zaman səni gözləyəcəm, sənin gələcəyinə çox inanıram..Səni səndən çox sevirəm, mənim əziz sevgilim..
['romantika']
5,213
https://kayzen.az/blog/dusundurucu-hekayeler/6596/%C3%B6n-m%C3%BChakim%C9%99.html
Ön mühakimə
Ali2000
Düşündürücü hekayələr
8 avqust 2011, 14:06
Uzaq kəndlərdən birində uşağı doğulmamışdan əvvəl həyat yoldaşını itirmiş hamilə bir qadın yaşayardı. O özünə yoldaş olması baxımından dağda yaralı olaraq tapdığı bir balaca canavarı evində bəsləməyə başlayar.Canavar qadının yanından bir an belə ayrılmaz. Hər nə qədər evcil bir heyvan olmasa da olduqca tərbiyələnər. Bir neçə ay sonra qadının uşağı doğular. Tək başına bütün çətinliklərə sinə gərmək və balasına baxmaq məcburiyyətində qalar qadın. Günlər keçər və qadın bir gün bir neçə dəqiqəliyinə də olsa evdən ayrılmaq və balasını evdə buraxmaq məcburiyyətində qalar. Canavarla körpə evdə tək qalar. Aradan bir az zaman keçər və ana evə gəlir. Canavarı və qanlı ağızını görər. Ana dəli olmuş kimi canavar hücum edər və orada öldürər heyvanı. Tam o sırada içəridəki otaqdan bir körpə səsi eşidər. Ana otağa yönələr... Və otaqda bəslədiyi beşiyin içindəki körpəsini və körpənin yanında dayanan parçalanmış bir ilanı görər.Eynşteynin bir sözü vardır: "İnsanlardakı ön mühakiməni parçalamaq mənim atomu parçalamamdan daha çətindir."
['ibrətli hekayə']
5,214
https://kayzen.az/blog/fizikl%C9%99r/5746/volta-alessandro.html
Volta Alessandro
Aynur
Görkəmli fiziklər
8 avqust 2011, 12:33
Dünyanın görkəmli fizikləri içəri­sində şərəfli yer tutan Volta - böyük mütəfəkkir və məşhur ixtiraçı olmuş­dur. Bacarıqlı və qeyri-adi eksperimentator olan Volta demək olar ki, bütün həyatını elektrik haqqında təlimin inkişafına sərf etmişdir. Volta (18.2.1745-5.3.1827) məşhur İtaliyan fiziki, kimyaçısı və fizioloqudur. O, İtaliyanın kiçik Komo şəhərində anadan olmuşdur. Gənc Volta məktəbdə oxuyarkən əməksevərliyi ilə böyük istedada malik olduğunu büruzə verər, elektrik hadisələri ilə daha çox maraqlanardı. Volta L.Qalvaninin «Heyvan elektriki» nəzəriyyəsini təcrübədə yoxlayıb səhv olduğunu göstərmişdir. Volta qəribə təcrübələr müəllifidir. O, müxtəlif metaldan olan iki pulun birini dilinin üstünə, o birisini isə dilinin altına qoyur. Sonra məftillə pulları birləşdirəndə turş dad duyardı. Belə dada səbəb dildən keçən elektrik cərəyanı olduğunu bilirdi. Volta elektrikin dadını duyan ilk alimdir.   Bir-birinin üstünə yüzdən artıq pul qoymaqla 1800-cü ildə Volta elektrik cərəyanı mənbəyi düzəldir ki, bu «Volta sütunu» adlandırılırdı. Sonra o, içərisində turşu məhlulu olan şüşə qaba mis və sink lövhə salmaqla cərəyan mənbəyi «Qalvanik element» düzəltmişdir. Düzəltdiyi cərəyan mən­bəyi barədə 1800-cü ildə mart ayının 20-də London Kral cəmiyyətində məruzə oxuyur. Bundan sonra dünya fizikləri onun qurduğu cərəyan mənbəyinə oxşar mənbələr düzəldib təcrübələr aparmağa başladılar. Cərəyan mənbəyinin Volta tərəfindən yaradılması elektrik haqqındakı təlimin inkişafına güclü təkan verdi. Bu dövrlərdən başlayaraq elektrik cərəyanı və cərəyanın təsirləri öyrənilməyə başlanıldı. Volta elektrik induksiyasını öyrənəndən sonra 1777-ci ildə öz məşhur cihazmı- elektroforu, evdiometri, elektrik pistoletini ixtira edir. O, 1779-cu ildə Paviya universitetinin fizika professoru olur. Voltanın birinci elmi əsəri «Leyden bankası» və elektrik maşınına həsr olunub. O, həssas vərəqli elektroskopu 1781-ci ildə ixtira edib, 1782-ci ildə isə elektroskopa kondensator birləşdirməklə öz cihazını təkmilləşdirib ən kiçik gərginlikləri ölçməyə nail olub. Volta birinci olaraq başa düşdü ki, elektrometr cihazı ilə gərginliyi ölmək olar. O, bir dəfə elektrometrləri elektriklənmiş cisimlərə birləşdirdikdə müxtəlif nəticə alındığını görür. Bunun səbəbini düşünərək elektrikə yeni elektrik tutumu anlayışını daxil edir. /Gərginlik terminini də elmə Volta daxil etmişdir/. Volta eyni zamanda havanın istidən genişlənməsini tədqiq etmiş, diffuziya hadisəsini müşahidə edib (1790), alovun elektrik keçirməsini (1787) öyrənmişdir. Elektrik miqdarı, gərginlik və elektrik tutumu arasında müəyyən əlaqənin olduğunu birinci dəfə Volta bilmişdir. O, öz cihazı ilə ən kiçik elektrik yükünün ölçülməsinin mümkün olduğunu göstərib. Volta elektrofiziologiyaya aid təcrübələr apararaq, heyvan sinirlərində /əzələlərə nisbətən/ bağırsaqların saya əzələlərində (skelet əzələlərinə nisbətən) və mədədə böyük elektrik oyanıcılığı olduğunu müşahidə etmişdir. Volta öz kəşfləri barədə Fransa EA-da iki dəfə məruzə etmişdir. Onun 1801-cı ildə ikinci məruzəsində Napoleon Bonapart iştirak etmiş və alimin ixtiralarını çox yüksək qiymətləndirmişdir. Bu kəşflərə görə Volta Akademiyanın medalı, böyük pul mükafatı və s. ilə təltif olunmuşdur. Görkəmli fizik Araqo onun barəsində belə demişdir: «Cəsarətli və zirək dərrakə, böyük və sədaqətli fikirlər, yumşaq və səmimilik, məşhur professorun əsas keyfiyyətlərindəndir. Heç bir zaman özünü üstün tutmamaq, pula olan ehtiraslıq onun hərəkətlərinə mane ola bilməzdi. Onun yeganə zövqü elmə olan məhəbbəti idi. O, qərq olmuş fikirlərdən onu heç kim çıxarda bilməzdi, başqa fikirlər bu zaman onun üçün sönmüş olardı». Volta qaz yanacağının tədqiqi ilə məşğul olub, metan qazını kəşf edib (1776), xassəsini öyrənmiş, hidrogen lampası hazırlamış, fizika və kimya sahəsindəki böyük kəşflərə aid poema yazmışdır. O, London Kral cəmiyyətinin və Paris EA-nın üzvü olmuşdur. Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı
['Volta']
5,215
https://kayzen.az/blog/%C3%B6lk%C9%99l%C9%99r/5102/t%C3%BCrkiy%C9%99.html
Türkiyə
Zahid_GDMLI
Ölkələr
8 avqust 2011, 04:05
Coğrafi mövqeyi Türkiyə respublikası Asiya və Avropa qitələrini bir-birinə birləşdirir. Bu ölkə Avropanın cənub-şərq və Asiyanın cənub-qərbində yerləşir. Türkiyə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Sahəsi 779,452 km2 olan Türkiyə ərazisinə görə dünyanın otuz beşinci ölkəsidir. Bu ölkə iki yarımadadan təşkil olunmuşdur. Anadolu yarımadası ölkənin 97%-ni təşkil edərək, Asiya qitəsində yerləşir. Tras yarımadası ölkənin Avropa hissəsində yerləşməklə onun 3%-ni təşkil edir. Bu iki yarımadalar Mərmər dənizinin vasitəsilə bir-birindən ayrılırlar. Türkiyə avropalı üç ( Bolqarıstan, Yunanıstan və Rusiya ) və asiyalı altı ölkə ( İran, Suriya, İraq, Gürcüstan, Ermənistan və Azərbaycan ( Naxçıvan muxtar respublikası)) ilə həmsərhəddir. Türkiyə dağlıq bir ölkədir. Bu ölkənin Asiya hissəsində orta hündürlüyü dəniz səviyyəsindən 1100 m olan dağlar silsiləsi yerləşir. Ən uca dağı Ağrı dağ , ən böyük gölü Van gölüdür. Sonuncu ərazi bölümünə əsaslanıb deyə bilərik ki, Türkiyə 84 vilayət, 830 şəhər və 3600 kəndə ayrılır. Ölkənin Mərmərə, Egey, Aralıq və Qara dənizlərlə əhatə olunması ona dünya okeanına çıxış imkanı verir. 1923-cü ildə Ankara şəhəri Türkiyənin paytaxtı seçildi. Hal-hazırda 4 milyondan çox əhalisi var. Türkiyənin böyük şəhərləri kimi İstambul, İzmir, Adana, Ərzurum, Quniyə və Antaliyanın adlarını çəkə bilərik. Osmanlı imperiyası dövründə paytaxt olan İstambul şəhərinin 10 milyondan artıq əhalisi var. Bu şəhər həm də Türkiyənin ən böyük liman şəhəri sayılır. Türk dili Türkiyədə yaşayanların rəsmi və ana dilidir. Bu dil dünyanın ən qədim dillərindən biri sayılır. Tarixi Mərkəzi Asiyada yaşayan türklərin hücumları orta şərq tarixində mühüm dəyişikliklərə səbə oldu. Miladın on birinci əsrində ilk dəfə olaraq türkdilli dəstələr Anadoluya (indiki Türkiyə) daxil oldular. Onların Anadoluya gəlməsindən sonra bu məntəqə bir çox enişli-yoxuşlu hadisələrin şahidi oldu. On üçüncü əsrdə Səlcuqi imperiyasının zəifləməsi ilə ilk Osmanlı istiqlaliyyətini elan etdi. Osmanlı imperiyasının möhkəmlənməsi və Avropaya hücum əsrinin başlanması ilə qərb orta əsrlər yuxusundan ayıldı. Onlar yalnız 16-cı əsrin axırlarında Avropanın daxilinə qədər nüfuz etmiş bu hücumların qarşısını ala bildilər. Qərbin imperiyaya olan tədrici təsirləri nəticəsində islahat dalğaları ətrafı bürüdü. Zaman keçdikcə Osmanlı imperiyasını rəhbərləri idarəetmə və təhsil sahələrində islahat aparmaq fikrinə düşdülər. Bununla da Osmanlı cəmiyyətində qərb mədəniyyətinə meyilli olan nəsl formalaşmağa başladı. Belə nəslin bariz nümunələrindən biri də Mustafa Kamal Atatürk idi. Osmanlı imperiyasının süqutundan sonra 1923-cü ilin 29 oktyabrında Mustafa Kamal Atatürk tərəfindən Türkiyə respublikası quruldu. Özü də onun ilk prezidenti oldu. O, geniş şəkildə islahatlara başladı. Türkiyə cəmiyyətində olan şərq və dini dəyərləri etibarsız edərək, qərb dəyərlərini onların yerinə hakim etdi. O, ömrünün axırına qədər yəni 1938-ci ilin noyabr ayına qədər hakimiyyət etdi. Din Türkiyə Respublikasında müxtəlif dini qurumlar fəaliyyət göstərir. Onlardan ən geniş yayılmışı İslamdır . Türkiyənin 99%-i müsəlmandır. Türkiyədə yaşayan müsəlmanlar bir neçə məzhəb və firqələrə bölünürlər. Bu firqələrin ən mühümləri aşğıdakılardır: 1.Hənəfilər: Türkiyədə mövcud olan əhli-sünnənin əksəriyyətini hənəfilər təşkil edir. 2.Şafeilər: Əhli-sünnənin bir qoludur. Bu firqənin Türkiyədəki ardıcıllarının əksəriyyəti kürdlərdir. 3.Əhli-sünnənin başqa firqələri 4.Ələvilər: Ələvilər Rafizi, Batini, Hurufi və Bektaşi adlı dörd dəstəyə bölünürlər. 5.Şiələr: Bunlar Cəfəri məzhəbinin ardıcıllarıdır. Türkiyədə bir milyona yaxın şiə yaşayır. Xristian sayılan protestant, katolik və qriqori erməniləri də Türkiyədə yaşayırlar. Türkiyəlilərin çox hissəsi Hənəfi məzhəbinin ardıcıllarıdır. Şafei məzhəbinin ardıcılları saylarına görə Türkiyədə ikinci yeri tuturlar. Osmanlılar dövründə ələvilər bir çox təzyiqlərə məruz qalmış və müxtəlif problemlərlə rastlaşmışdılar. Türkiyə respublika elan olunduqdan xüsusilə 1960-cı illərdən sonar ələvilər yavaş-yavaş əmin-amanlığa çıxdılar. Bu günlərdə Türkiyədə təqribən iyirmi milyon ələvi yaşayır. Şilərin çox hissəsi İranla həmsərhəd olan məntəqələrdə yaşayırlar. Onların əksəriyyəti İrandan Türkiyəyə köçmüş mühacirlərdir. Qars vilayəti şiələrin toplandığı ən mühüm məntəqələrdən biridir. Bu vilayətdə yaşayanların dili Azərbaycan dilinə daha yaxındır. Şiələr həmişə mövcud hakimiyyətlər xüsusilə Osmanlı hakimiyyəti tərəfindən təzyiqlərə məruz qalmışlar. Statistik göstəricilərə görə xristianlar bu ölkənin əhalisinin 2%-ni təşkil edirlər. Türkiyədə yaşayan xristianların əksəriyyəti ortodokslardır. Təhsil Quruluş illərində yığılan 12 milyonluq əhalinin coxu oxumaq və yazmaq bilmirdi. Türkiyə təhsil sistemi, 8 illik vacib təhsilə əsaslanır. Daha sonrakı orta təhsil sistemi 4 illikdir. Universitetə keçid Tələbə Seçmə Sınağı ilə həyata keçirilir. Genişlənmiş təhsil sistemləri bazasında xalq təhsili mövcuddur. Açıqtəhsil sistemi də çox vaxt şagird tərəfindən istifadə olunmaqdadır. Türkiyədə 8 illik təhsil məcburidir. Bundan sonra 4 illik orta təhsil dövrü mövcuddur.  Qeydlər: 1.“ Türkiyə ilə həmsərhəd ölkələrin coğrafiyası ”, Doktor Məhəmməd Əxbari 2.“ Türkiyə ”, Sabir Qasimi Səməndər Xankişiyev
['Türkiyə']
5,216
https://kayzen.az/blog/sinir/4603/beyin.html
Beyin
luminat
Sinir sistemi
7 avqust 2011, 22:53
Baş beyin quruluş və funksiyaları ilə bir-birindən fərqlənən və getdikcə mürəkkəbləşən ayrı-ayrı şöbələrdən əmələ gəlmişdir:1) Onurğa beyninin davamı olan uzunsov beyin.2) Arxa beynin törəməsi varol körpüsü və beyincik.3) Orta beyin.4) Aralıq beyin.5) Uc beyin və ya baş beyin yarımkürələri (Şəkil 5).Onurğa beyin. Onurğa beyni onurğa kanalında yerləşir. Yaşlı adamlarda onurğa beynin diametri təxminən 1 sm, uzunluğu 40-45 sm, çəkisi isə 30 qrama qədər olur. Onun mərkəzində içərisi onurğa beynin mayesi ilə dolu onurğa beyni kanalı keçir.Onun kəsiyinə baxdıqda daxildə boz, xaricdə isə ağ maddələr görünür. Boz maddə H hərfinə qanadları açılmış kəpənəyə oxşayır.Boz maddənin ortasında onurğa beyni mayesi ilə dolu olan onurğa beyni kanalı yerləşir.Boz maddənin ağ maddənin içərisinə girən hissəsinə buynuz deyilir.Arxa buynuzda hissi neyronların ön buynuzlarda hərəki ney­ron­ların cisimləri yerləşir (Şəkil 6).Bədənin müxtəlif üzvlərində yerləşən reseptorlardan onurğa beyninə daxil olan oyanmalar burada işlənir, sinir impulsları formalaşır və işçi orqanlara – ürəyə, damarlara, skelet əzələlərinə və vəzlərə, bağırsağa və s. ötürülür, nəticədə həmin orqanların funksional vəziyyəti dəyişilir. Onurğa beynin fəaliyyəti baş beynin nəzarəti altında olur. Baş beyin onurğa beyni reflekslərini tənzim edir.Onurğa beynin nəqledici yolunu qalxan və enən hissələrə ayırırlar. Qalxan nəqledici yollar oyanmanı baş beyinə, enən nəqledici yollar isə oyanmanı baş beyindən işçi orqana ötürür.31 cüt onurğa beyni sinirləri onurğa sütununda olan fəqərəarası dəlikdən xaric olur.Onurğa beyni aşağıdakı funksiyaları yerinə yetirir:1) Sinir impulslarını nəql edir.2) Burda bədən və daixil üzvlərin funksiyalarını tən­zim edən şərtsiz reflekslərin qövsləri qapanır.3) Onurğa beynində tər ifrazı, bəbəyi genəldən, diafraq­manı hərəkət etdirən, sidik ifrazı, defakasiya və cinsi funksiya mərkəzləri yerləşir. Baş beyin sütun və ya kötük hissəsini uzunsov, arxa, orta və ara beyin təşkil edir. Baş beyin kəllə boşluğunun içərisində yerləşir. Orta yaşlı insanlarda baş beynin kütləsi 1100-2000 qramdır.Onurğa beynində olduğu kimi, baş beyində ağ və boz maddə ayırd edilir. Boz maddə xaricdə, ağ maddə daxildə yerləşir. Ağ maddə nəqledici yolları əmələ gətirir. Bunlar baş beyni onurğa beynilə, həmçinin digər şöbələri bir-birilə əlaqələndirir.Uc beyin həcmcə inkişaf edərək döldə beyinin digər şöbələrin üzərini örtür. O, beyin yarımkürələri və ara beyini əmələ gətirir.Baş beynin müxtəlif şöbələrindən 12 cüt beyin siniri çıxır. Bunlara qoxu, görmə, gözün hərəki, blokvari, üçlü, uzaqlaşdırıcı, üz, eşitmə və müvazinət, dil-udlaq, azan, əlavə və dilaltı sinirlər aiddir.Uzunsov beyin. Uzunsov beyin onurğa beynin davamıdır. İnsanda onun uzunluğu 2,5 sm, ağırlığı 7 qrama çatır. Yuxarıdan varol kör­püsü, aşağıdan böyük ənsə dəliyi arasında yerləşir. Boz maddə daxildə, ağ maddə xaricdə yerləşir. Uzunsov beyində IV mədəcik yerləşir.Uzunsov beyində bir çox həyatı əhəmiyyəti olan mərkəzlər, tənəffüs, ürəyin fəaliyyəti, damarların tonusu, əmmə, çeynəmə, tüpürcək udma, mədə şirəsi, mədə evakuasiyası, mədəaltı vəzi şirəsi, öd ifrazı və s. yerləşir.Arxa beyin. Arxa beyin beyincik və vorol körpüsündən əmələ gəlir. Körpü boz və ağ maddədən təşkil olunub. Burada beyinciyi, yarımkürələrini mərkəzi sinir sisteminin digər şöbələri ilə birləşdirən çoxlu yollar yerləşir.Beyinciyin pozğunluğu zamanı hərəkətlərin əlaqələndirilməsi və nizamlanması, səmtin müəyyən edilməsi, əzələ tonusu və müvazinat pozulur.Orta beyin. Orta beyin körpə və ara beyin arasında yerləşir. O, dördtəpəli cisimdən və beyin ayaqcıqlarından ibarətdir. Orta beyin əzələ tonusu və pozanı tənzim edir.Ara beyin. İki əsas hissədən ibarətdir: görmə qabarları talamus və qabaraltı sahə hipotalamus əmələ gətirir.Ara beyində üçüncü mədəciyin yan divarlarının aşağı hissəsində alt beyin artımı hipofiz, üst beyin artımı epifiz yerləşir.Aralıq beyin oyanmaları ara beyindən əsasən görmə qabarları vasitəsi ilə baş beyin yarımkürələrinə və əksinə nəql edir. Görmə qabarları bütün görmə, eşitmə, lamisə və dad hissi qıcıqlarının ali qabıqaltı mərkəzidir. Yuxu və ayıqlıq, emosiya və psixi fəaliyyəti idarə edir. Temperaturun tənzimi, maddələr mübadiləsi tənzimi, ürək-damar və həzm sistemi fəaliyyəti, qabıqaltı mərkəzləri hipotolamusda yerləşir. Hipotalamus və hipofiz digər vəzilərin fəaliyyətini tənzim edən neyrohormon hazırlayır. P.S. Beynimizin gün boyu daha aktiv olduğunu düşünsək də, əslində o, biz yatarkən daha çox işləməyə başlayır. Daha yüksək İQ səviyyəsi daha çox yuxu görmək deməkdir. Beynimizin işləməsi üçün 10 vatt enerjiyə ehtiyacı var. O, vücudumuzun 2 %-i demək olsa da, onda ehtiyacımız olan oksigen və kalorinin 20 %-i var. Beynin forması keçid dövründə dəyişir.
['onurğa beyin', 'beyin', 'baş beyin']
5,217
https://kayzen.az/blog/346/6583/metroda-eyn%C9%99k-m%C9%99d%C9%99niyy%C9%99ti.html
Metroda eynək mədəniyyəti
Samir012
346 saylı marşrut
7 avqust 2011, 02:42
Hal-hazırda siz səhv düşünürsünüz, metroda eynək mədəniyyəti insan mədəniyyətinin ən yüksək vəziyyətidir. Bunu hər kəs bacara bilmir, bu istedad hamıya verilmir. Gün eynəklərinin metro və digər tamamilə gündən və onun şüalarından uzaq bir aləmdə istifadə edilməsi əslində sadə bir vəziyyət deyil. Hələ bizim eramızdan əvvəl Azıx mağarasında tapılan 18 yaşlı qızın alt çənə sümüyü ilə yanaşı həmçinin günəş eynəyi də tapılıb. Yüz illər sürən axtarışlardan sonra ele həmin qızın mağarada gün eynəyindən istifadə etməsi isbat edilib. Hələ min illər bundan əvvəllər yaşamış məşhur Alman alimi ömrünün düz 60 ilini bu işə sərf edir, ondan sonra yaşamış alimlər onu belə təsvir edirdi " o sankı cəmiyyətdən ayrılmışdı, anlamaq olmurdu nə iş görürdü və daima öz işini görürdü, hətta onun həyat yoldaşı onu "eynək dalınca qaçan cəsur adlandırırdı". Artıq illər keçmişdi və onun yolun oğlu davam etməliydi, əvvəlcə oğlu bunu etmək istəmirdi və israr edirdilər. Və budur artıq oğul bu işin dalınca gedir, gənc oğlana atasının uzun illər tapa bilmıdiyi metroda günəş eynəklərindən istifadənin məqsədlərini öyrənmək vacib idi. Budur artıq araşdırmalar öz bəhrəsini verir və səbəb tapılır. Bunun səbəblərini apardığı müşahidələr cavablandırır. Artıq 2011-ci ildir, araşdırmalar hələdə davam edir, çox böyük əmək sərf olunub artıq tapmaq lazımdır. 28 May mertosu, qatarın gəlməyinə hələ 5 dəqiqə var, və gözümüzə 2 eynəkli "müasir gənc" dəyir. vaxt itirmədən onlara yaxınlaşırıq. Birinci gənc səbəbi müasirlikdə görür "mən modern insanam və günəş eynəyi əsil burda taxılmalıdır, və sizə etiraf edim ki bu qız tutmağı sürətləndirə bilər". İkinci gənçdə razılaşır və bunu katalizator adlandırır, biz səviyyəyik və eynək də bizə xüsusi səviyyə verir. Artıq illər boyu axtarılan mövzunun cavabı tapıldı. Bəli bu bir mücüzədir. bəli, bəli. budur işdə, tapıldı., Nə bilim bəlkədə insanların bu qədər dar düşünməsi cəmiyyəti inkişafdan qoyan bir amildir. Avropadan danışan və özünü müasir sayaq qız və oğlan gərək bilə ki Avropada metroda insanlar qəzet və kitablar oxumaqla məşquldur, bizde isə bəzilərində bu bluetooth  anlayışı və qız tutmaq məkanıdır. Yaxud bulvarda baxışma mədəniyyətinin en pik nöqtəsi olması görəsən insanımızı hara aparır, nömrə eşittirmək və bunu dərhal yazan və zəng edən qızlar Azropanın hansı mədəniyyətindən danışırlar. Artıq gözlər açılmalıdır və dəğrunu yanlışdan, düzü əyridən, mədəniyyəti mədə niyyətdən və həqiqəti yalandan ayırmaq lazımdır. Səhvi kimdəsə axtarmayın çünki tapa bilməyəcəksiniz əgər səhvin böyük hissəsini özünüzdə görə bilməsəniz. Həmçinin bax: Metro çıxışları, Hamburqda bir saat, Milli striptiz
['metro', 'eynək']
5,218
https://kayzen.az/blog/f%C9%99ls%C9%99f%C9%99/4723/yeni-d%C3%B6vr-avropa-f%C9%99ls%C9%99f%C9%99si.html
Yeni dövr Avropa fəlsəfəsi
pedaqoq
Fəlsəfə
7 avqust 2011, 02:02
a) Yeni dövr fəlsəfəsinin səciyyəvi xüsusiyyətləri; b) F.Bekon və onun induktiv metodu; c) R.Dekart; ç) B.Spinoza. «Azadlıq dərk edilmiş zərurətdir»; d) «Monadologiya» və onun müəllifi Leybnits; e) C.Lokkdan Kanta qədər. a) Yeni dövr fəlsəfəsinin səciyyəvi xüsusiyyətləri Orta əsrlərdən sonra başlanan dövrü adətən «Yeni dövr» adlandırırlar. XV əsrdən başlayaraq Avropanın sosial– iqtisadi və mənəvi həyatında mühüm dəyişikliklər onun mənəvi simasını yeni cizgilərlə zənginləşdirdi. Bu cizgilərdən ikisi mühüm əhəmiyyətə malik olmuşdur. Bunlardan birincisi, kilsənin nüfuzunun getdikcə aşağı düşməsi, ikincisi isə elmin rolunun artması hesab olunur. Lakin digər cəhətlər də bu cəhətlərlə bağlı idi. Mədəniyyətdə dünyəvi elementlər dini elementləri sıxışdırmağa başlamışdı. Dövlət uzun müddət kilsənin əlində olan funksiyaları ələ keçirərək idarəçilik orqanı kimi elmə nəzarəti gücləndirmişdir. Yeni dövr, hər şeydən əvvəl, antik mədəniyyətin dirçəlişini təmin etdi. Təsadüfi deyildir ki, bu dövr yüksəliş dövrü adlanır. F.Engels «Təbiətin dialektikası» əsərində yeni dövr mənzərəsinin klassik təsvirini vermişdir: «…yeni tarix …elə bir böyük dövrdən başlanır ki, biz almanlar bu dövrü …Reformasiya adlandırırıq. Fransızlar onu Renessans, italyanlar isə Çinkveçento (hərfiyyən: beşyüzüncü illər, yəni on altıncı əsr– A.Şükürov) adlandırırlar. Lakin bu adlardan heç biri həmin dövrün məzmununu tam əhatə etmir. Bu dövr XV əsrin ikinci yarısından başlanan dövrdür. Kral hakimiyyəti şəhərlilərə arxalanaraq, feodal zadəganlığının qüdrətini qırdı və əslində milliyyətlərə əsaslanan böyük monarxiyalar düzəltdi ki, bunlarda da müasir Avropa millətləri və müasir burjua cəmiyyəti inkişaf etməyə başladı…  Bizans süqut edərkən xilas edilən əlyazmaları və Roma xərabələrindən qazılıb çıxarılan antik heykəllər heyrətə gəlmiş Qərb qarşısında yeni bir aləm– qədim yunan aləmini açdı; bu aləmin parlaq obrazları qarşısında orta əsrlərin xülyaları yox olub getdi; Kilsənin ruhani diktaturası sarsıdıldı. Bu, bəşəriyyətin o vaxta qədər gördüyü bütün çevrilişlər içərisində ən böyük mütərəqqi bir çevriliş idi, dahilərə ehtiyacı olan, təfəkkür, ehtiras və xarakter cəhətdən, kamillik və alimlik cəhətdən dahilər yetirən bir dövr idi (kursiv mənimdir.– A.Şükürov) …tə­biətşünaslığın teologiyadan azad olması tarixi bu zamandan başlanır» . İntibah dövrünün mühüm cəhəti də dünyagörüşünün incəsənətə istiqamət götürməsidir. Əgər orta əsrlər dinin hökmranlığı dövrü idisə, intibah dövrü bədii– estetik dəyərlərin üstünlük təşkil etdiyi dövr idi. Əgər antik dövrün diqqət mərkəzində təbiət– kosmos münasibətləri, orta əsrlərdə allah və insan münasibətləri dururdusa, intibah dövründə mərkəzdə insan dururdu. Ona görə də həmin dövrün fəlsəfi təfəkkürünü atroposentrik adlandırırdılar. Xristian allahı burada özünün transendent xarakterini itirir, o təbiətlə qovuşur, təbiət də öz növbəsində ilahiləşir. İntibah dövründə panteist təfəkkürün ən böyük nümayəndələri Nikolay Kuzanski (1400– 1464) və cordano Bruno (1548– 1600) və başqalarını xüsusi qeyd etmək lazımdır. Panteizm doqmatik dini dünyagörüşündən təbiətin elmi anlamına keçid forması olmuşdur. Təəccüblü deyildir ki, c.Bruno­nun təlimi kilsə tərəfindən eretik bir hal kimi mühakimə olunmuşdur. İnkivizisiya italyan filosofunu öz təlimindən əl çəkməyi tələb etdi. Lakin c.Bruno təlimindən əl çəkmədi. Nəticədə kilsənin hök­mü ilə odda yandırıldı. c.Bruno dövrünün adamları haqqında da­nı­şarkən F.Engels yazırdı: «… Onların xüsusilə xarakterik cəhəti bun­dan ibarət idi ki, onların demək olar ki, hamısı tamamilə öz döv­rünün mənafeyi ilə yaşayır əməli mübarizədə yaxından iştirak edir… bəziləri söz və qələmlə, bəziləri qılıncla, bəziləri də eyni zamanda həm söz və qələm, həm də qılıncla mübarizə edirdilər. Onları kamil insan edən mükəmməl və möhkəm xarakter də buradan irəli gəlir» . XVII əsr fəlsəfəsi getdikcə daha çox elmin avtoritetinə arxalanırdı. Fikrin formalaşması tarixində bu dövr ən mürəkkəb dövr hesab olunur. Elmin avtoriteti köklü şəkildə kilsənin avtoritetindən fərqlənirdi.  Birincisi, elm idarəçilik aparatına (dövlət və kilsə) arxalanmayan sırf intellektual vasitələrdən istifadə edirdi. İkincisi, elmin avtoritetinə arxalananlar heç bir fayda güdmədiyi kimi, elmi inkar edənləri də heç bir cəza gözləmirdi. Elmin tərəfində yalnız və yalnız insan əqli dururdu. Üçüncüsü, elmin avtoriteti vahid monolit materialdan yaranmamışdı, əksinə burada müxtəlif mülahizə və rəylər mühüm yer tutur. Elm xristian ehkamı kimi vahid bir sistem deyildir. Dördüncüsü, elmin avtoriteti kilsənin avtoritetindən bir də ona görə fərqlənirdi ki, əgər kilsə öz mühakimələrini mütləq mənada doğru, dəyişməz, əbədi hesab edirdisə, elm çox şeyə şübhə ilə yanaşırdı. Elmdə həqiqət hər şeydən üstün tutulurdu. Elm orta əsr doqmatikası məntiqindən fərqli olan fikrin tamamilə başqa cür məntiqini yaradırdı. Bütün bunlar bir daha yeni dövr fəlsəfəsinin orta əsrlər fəlsəfəsindən üstünlüyünü sübut edir. Lakin antik fəlsəfəyə nəzər yetirdikdə yeni dövr fəlsəfəsində çiy rənglər özünü göstərir. Antik dövrdən bəri bir nəfər də olsun dahi fərd, eləcə də parlaq fəlsəfi təlim görünmür. Dünya bir növ mexanikləşdirilmiş kimi görü­nür. Bunu bütövlükdə fəlsəfi təlimlərə də aid edə bilərik. Elm texnikaya qovuşduqdan sonra tamamilə yeni bir dün­yagörüşünü təsdiq etdi. Texnika özü ilə bir növ hər şeyə qadirlik abı– havası gətirdi. Əvvəlki dövrlərdən fərqli olaraq insan təbiətin hökmranlığı altından çıxmağa başlamışdı. Lakin bu hakimiyyət fər­di deyil, ictimai mahiyyət daşıyırdı. Elm və texnika vahid rəhbərlik altında təşkil olunan çoxlu adamların əməkdaşlığını, güclü ictimai struktur tələb edirdi. Elm və texnika etik baxımdan bitərəfdir; o, insanları möcüzə yaratmağa qadir olduqlarına inandırmağa çalışırdı. Lakin o, hansı möcüzəni yaratmaq lazım olduğunu göstərmirdi (B. Rassel). Buradan da onun mükəmməl, bitkin olmadığı aşkar olurdu. Bu cür elmi biliklər əsasında qurulmuş fəlsəfi sistemlər qəlbsiz, ruhsuz sistemlər hesab oluna bilərdi. Elə bu zaman bir növ eksperimental– riyazi təbiətşünaslıq növündə çıxış edirdi. Buna görə də XVII əsri elmi inqilab əsri adlandırırdılar. Elmi inqilab istehsal proseslərini səmərələşdirir, əməyin istehsalda bölgüsünü müəyyənləşdirir, elmin inkişafını təmin edirdi. Yeni dövrdə elmin inkişafı fəlsəfənin istiqamətini dəyişdirməyə kömək etdi. Əgər orta əsr fəlsəfəsi teosentrik xarakter daşıyırdısa, İntibah fəlsəfəsi incəsənətə, humanitar biliklərə istiqamətlənmişdir. Yeni dövr fəlsəfəsi isə elmə arxalanırdı. Fəlsəfədə qnoseologiya ön plana çıxmışdı. İntibah fəlsəfəsi əsasən orta əsr sxolastikasının tənqidinə yönəldilmişdir. Bu tənqid XVII əsrdə daha da gücləndi. İki istiqamət: nominalizm (Hissi təcrübəyə arxalanan) və realizm (əqlə arxalanan) arasındakı mübarizə, mübahisə davam edirdi. Yeni dövr fəlsəfəsində həmin istiqamətlər empirizm və rasionalizm kimi özünü göstərirdi. b) Bekon və onun induktiv metodu Böyük ingilis filosofu F.Bekon (1561– 1626) empirizm metodunun banisi hesab olunur. O, eyni zamanda müasir induktiv metodun və elmi fəaliyyət prosesinin məntiqi sistemləşdirilməsinin əsasını qoyandır (O, alim kimi təcrübə apararkən güclü soyuqdəymədən ölmüşdür). Onun «Yeni orqanon», «Ləyaqət və elmin inkişafı haqqında» əsərləri çox məşhur olmuşdur. «Ləyaqət və elmin inkişafı haqqında» əsərləri bir sıra cəhətlərdən olduqca müasirdir. «Bilik qüvvətdir»– məşhur fikri ona məxsusdur. Həmin fikir biliyin praktiki əhəmiyyətə malik olduğunu göstərirdi. Ümumiyyətlə, hər şeydən əvvəl, Bekonun fəlsəfəsi praktiki əhə­miyyət daşımışdır. O, elmi biliklərin, kəşflərin köməyi ilə təbiət qüv­vələrinə üstün gəlməkdə bəşəriyyətə yardımçı olmaq məqsədi güdür. Ortodoksal dinə etiqad etsə belə o fəlsəfi teologiyaya qarşı çı­xırdı. Bekon belə hesab edirdi ki, əql çox şeyə qadirdir. Hətta onun köməyilə allahın varlığını da sübut etmək olar. Fəlsəfə yalnız ağıldan asılı olmalıdır. Lakin insan əqli gücsüz olduğu yerdə etiqada da müraciət edə bilər. Beləliklə, Bekon «ikili həqiqət»; əql həqiqəti və etiqad (vəhy) həqiqəti tərəfdarı olmuşdur. Məlum olduğu kimi, «ikili həqiqət» nəzəriyyəsi XIII əsrdə meydana çıxmış və kilsə tə­rəfindən mühakimə edilmişdir. Bekonun fəlsəfi fikir tarixində ikinci böyük xidməti idrakın induktiv metodunu işləyib hazırlaması­dır. O, induksiyanın deduksiyaya nisbətən üstünlüyünü qeyd et­miş­dir. Be­konun yazmaq niyyətində olduğu «Elmlərin böyük bər­pası» adlı en­sik­lopedik əsərində, xüsusilə onun təbiət hadisələri, yaxud fəlsəfə üçün əsas ola biləcək təbiət və təcrübə tarixi hissəsində Bekonun niy­yəti qismən həyata keçdi. Onun əsərinin üçüncü his­səsinə aid ma­te­riallar Londonda 1622– 1623– cü illərdə çap olun­muşdur. Fren­sis Bekon öz yeni, empirik, induktiv metodunu, hər şeydən əvvəl, aşa­ğıdakı məqsədlərə: ömrü uzatmaq, müəyyən dərə­cədə cavan­laş­dır­maq, insanın bədən quruluşunu  və simasını də­yişdirmək, bir qisim cisimləri başqa qisim cisimlərə çevirmək, yeni növlər yaratmaq, havaya hakim olmaq və tufan yaratmaq məq­səd­lərinə çatmaq üçün tətbiq etmək həsrətini çəkir; o, bu qəbil təd­qiqlərin tərk edil­məsin­dən şikayətlənir və öz təbiət tarixində qızıl hazırlamağın və müxtəlif möcüzələr etməyin qəti reseptlərini verir . İnduktiv metoda üstünlük verən Bekon deduktiv metodu qəbul etmirdi. Bu isə onun çox bö­yük səhvi idi. Əslində elmi idrakda deduksiyanın rolu olduqca bö­yükdür. Çünki çox vaxt hipotezləri yoxlamaqdan ötrü uzun bir de­duk­­tiv proses lazım olur. Əldə edilən nəticələr müşahidələrlə yox­lanılmalıdır. Adətən deduksiya riyazi hesab olunur. Lakin Bekon el­mi tədqiqatlarda riyaziyyatın və hipotezlərin rolunu lazımi qədər qiy­mətləndirməmiş, empirik tədqiqatları, eksperimenti daha çox şişirtmişdir. Bekon öz metodunu ona görə yüksək qiymətləndirmişdir ki, bu metod elmin arxalandığı faktların təsnifatına imkan vermişdir. O, belə hesab edirdi ki, metod özündən sap düzəldən hörümçəyə yox, sadəcə yığıcılıqla məşğul olan qarışqalara bənzəməməlidir. Onlar yığan və qaydaya salan arılara bənzəməlidir. Rasionalizmi tənqid edən Bekon bəşəriyyətə beş növ kabus­lar­dan qorunmağı məsləhət görmüşdür. Həmin kabuslar– əqlin səhv­lərə aparan səfeh vərdişləridir. Onlar bəşər nəslinə daxilən xas olan nəsil kabusları, ayrı– ayrı tədqiqatçıya xas olan şəxsi möv­hu­mat­la əlaqədar mağara kabusları, bizim əqlimizə mənfi təsir gös­tə­rən dildə lazımsız sözlərin işlədilməsi ilə bağlı bazar kabusları, ümu­mi qəbul edimiş təfəkkür sistemləri ilə bağlı (məsələn, dini) teatr ka­busları və köhnə məktəblərə bağlılıq kabuslarıdır ki, burada kor qay­daları (məsələn, sillogizm) tədqiqat, ağıllı mühakimə əvəz edə bilər. Ümumiyyətlə, antik filosoflar mifoloji təsəvvürləri tənqid et­dikləri kimi, Bekon təlimində də fəlsəfənin tənqidi funksiyası ön mövqeyə çıxmışdır. c) Rene Dekart Adətən müasir fəlsəfənin banisi kimi Rene Dekartın (1596– 1650) adını çəkirlər. Çox vaxt onun fəlsəfədəki rolunu Aristotelin antik fəlsəfədəki rolu ilə müqayisə edirlər. Dekart fəlsəfi sistemi yenidən təşkil etməyə çalışmışdır. Onun iki əsəri– «Metod haqqında mülahizələr» və «Metafizik düşüncələr» daha məşhurdur. Dekart kartezian fəlsəfəsinin banisi hesab olunur. Bunun da əsasında kartezian şübhələr dururdu. Görkəmli fransız dualist– filosofu, riyaziyyatçı və təbiətşünası özünün kartezian metodunu əsaslandırmışdır. Dekart hər şeyə şübhə ilə yanaşmaq ideyasını irəli sürmüşdür. Onun fikrincə, idrak yox, hisslər bizi aldada bilər. Fi­zika və astronomiya kimi, məkan və zamanı da şübhə altına almaq olar. Hesab və həndəsə şübhəlidir, çünki hesablamalar apararkən səhvə yol vermək mümkündür. Yalnız bir şeyi– mənim mövcud ol­maq faktını şübhə altına almaq qeyri– mümkündür. «Mən düşünü­rəmsə, deməli mövcudam»– kimi məşhur aforizm Dekarta məxsus­dur. O, həmin fikri öz fəlsəfəsinin birinci prinsipi hesab etmişdir. Bu cür meyl subyektivizmi ifadə edir. Onun fikrincə, bizim tərəfimizdən aydın və dəqiq qavranılan bütün şeylər doğrudur. O, vahid elmi metod adlandırdığı universal riyaziyyat meto­dunun köməyilə elmlər sisteminin yaradılmasını mümkün hesab etmişdir. Bu metod idrakı təsadüflərdən azad edirdi. Onun zama­nın­dan başlayaraq elmi metod idrakın xüsusi iş olmaqdan (kustar sahədən) ictimai işə (sənayeyə) çevirmək üsulu statusunu əldə etmiş­dir. Burada təsadüfən aşkar olunan həqiqət planauyğun şəkildə daim aydınlaşdırılan bir sahəyə çevrilir. Dekarta görə təbiətin dərk edilməsinin həqiqi idrakı metodu riyaziyyat ola bilər. Ancaq o, təbiətin özünü də qeyri– ənənəvi başa düşmüşdür. Buna cavab verməkdən ötrü onun metafizikasına müraciət etmək lazımdır. Qeyd etmək lazımdır ki, kartezian metafizikasının mərkəzi anlayışı substansiyadır. Həmin anlayış Dekartın dualist fəlsəfəsinin mahiyyətini başa düşməyə imkan verir. Hər şeydən əvvəl, Dekart Allahı və onun yaratdığı dünyanı fərqləndirirdi. Əslində, Dekarta görə substansiya yalnız allahın özüdür. Bu zaman o yaradılmış dünyanı iki substansiyaya– mənəvi və maddi hissəyə bölürdü. Dekarta görə, mənəvi substansiya təcrübədə əldə edilməyən, ona daxilən xas olan anadangəlmə ideyalara malikdir. Anadan­gəl­mə ideyalar haqqında olan bu təlimdə, ruhun hələ ideyalar alə­mində olarkən bildiyi həqiqi bilik haqqında xatirələrlə bağlı Platon prinsipləri əks olunmuşdur. Anadangəlmə ideyalara Dekart mü­kəm­məl varlıq kimi allah ideyasını, həmçinin riyazi və s. elmi ideyaları da aid edirdi. Ümumiyyətlə, XVII əsrdə bu cür anadangəlmə ideyaların mən­bəyi haqqında mübarizə çox geniş yayılmışdı. Maddi subs­tansiya dedikdə təbiət nəzərdə tutulurdu. Onun əsas atributu ölçü hesab olunurdu. Dekarta görə, təbiətdə hər şey mexaniki qanunlara tabedir, bu da yalnız riyazi elm olan mexanikanın köməyi ilə tədqiq oluna bilər. Əslində dünyanın mexaniki mənzərəsi həmin dövrdən başlayaraq formalaşmışdır ki, bu da XIX əsrin başlanğıcına qədər təbiətşünaslığın və fəlsəfənin əsasını təşkil etmişdir. Dekartın metafizikası substansiyaların (maddi və mənəvi) dualizmidir. Onlara iki elm– materialist fizika və idealist psixologiya əsaslanmışdır. Onların arasında əlaqələndirici həlqə allah olmuşdur ki, o da təbiəti hərəkətə gətirmiş və onun qanunlarını, fəaliyyətini təmin etmişdir. Dekart klassik mexanikanın əsasını qoyanlardan biridir. İlk dəfə olaraq Dekart «nəhəng mexanizm» olan təbiəti allah «ilk təkanla» hərəkətə gətirmişdir– ideyasını irəli sürmüşdür. Dekartın dualizmi elmin və sxolastikanın dualizmidir. Ümumiyyətlə, Dekartın fəlsəfəsi Spinoza və Leybnitsin fəl­səfəsinə böyük təsir göstərmişdir. ç) B.Spinoza. «Azadlıq dərk edilmiş zərurətdir» Böyük Hollandiya mütəfəkkiri B.Spinoza (1632– 1677) De­kartın güclü təsiri altında olmasına baxmayaraq onun dualizmini qə­bul etməmişdir. Milliyyətcə yəhudi olan Spinoza Hollandiya filosofu kimi tarixə düşmüşdür. O, vahid substansiya olan allah, yaxud təbiət haqqında monist təlimi yaratmışdır. Yəhudilər Spino­zanı icmalarından qovmalarına baxmayaraq ona xristianlar da nifrət etmişlər. Onun fəlsəfəsində allah ideyası hökm sürürsə də, ruhanilər onu ateizmdə təqsirləndirmişlər. Məsələ burasındadır ki, Allah dedikdə Spinoza təbiətin maddi substansiyasını başa düşürdü. Özü də bu zaman o göstərirdi ki, təbiət müstəqil, fəal qüvvə kimi çıxış edir. Göründüyü kimi, teologiyanın «allah» ideyası bütün varlığın yaradıcısı kimi, rolunu itirirdi. Buna görə də ruhanilər onu allahsızlıqda günahlandırırdılar. Spinoza «Dini– siyasi traktat», «Siyasi traktat» və «Etika» əsərləri ilə məşhur olmuşdur. Onun əsas əsəri hesab edilən «Etika» filosofun ölümündən sonra nəşr edilmiş və kilsə tərəfindən qadağan olunmuşdur. Spinoza fəlsəfəsinin əsas cəhətləri aşağıdakılardır: 1. Spinozanın metafizikası əsasını Parmenidin qoyduğu panteizmə yaxındır. Bir substansiya mövcuddur: «Allah, yaxud təbiət». Dekart üç substansiya göstərirdi: allah, ruh və materiya. Spinoza substansiyanı özü– özünün səbəbi kimi müəyyən etmişdir. Bu özü mövcud olan və özü– özünü dərkedəndir. Substansiyanı allah, yaxud təbiət adlandıran Spinoza bununla yanaşı qeyd edirdi ki, bu allah teologiyadakı allahdan fərqlənərək nə şəxsiyyətin, nə də təbiətin yaradıcısı deyildir. Spinozanın panteizmi XVIII– XIX əsr materialist konsepsiyalarının yaranmasının əsası olmuşdur. 2. «Azadlıq dərk edilmiş zərurətdir»– tezisinin məntiqi sübutu Spinozaya məxsusdur. Dünyada hər şey mütləq zərurət tərəfindən idarə olunur. Bütün dünya prosesləri yalnız zərurət sayəsində baş verir, insan iradəsi heç nəyi dəyişməyə qadir deyildir. Spinoza iradəni qəbul etmirdi. Çünki insanın ruhu müstəqil olmadığından substansiya deyildir. İnsan yalnız dünya prosesini dərk edərək, öz həyatını ona uyğun qura bilər. Spinozanın «Etika»sı bütünlükdə bu problemə həsr olunmuş, Evklidin həndəsəsi üslubunda ifadə edilmiş tərif, aksioma və teoremlə zənginləşdirilmişdir. Sübutlar deduktiv üsullarla təşkil olunmuşdur. Spinozanın dünyagörüşü stoiklərin (onun allaha, zərurətə və ölümə münasibəti baxımından) təliminə yaxın olmuşdur. O yazırdı ki, insanı heç nə ölümsüz edə bilməz, ona görə də yaxınlaşan ölümə görə narahat olmağa dəyməz. Ölüm qorxusundan əzab çəkmək qulçuluq (köləlik) növüdür. O deyirdi ki, azad insan ölüm haqqında o qədər də düşünmür. d) «Monadologiya» və onun müəllifi Leybnits Alman filosofu Qotfrid Leybnits (1646– 1716) Spinozanın vahid substansiyasına qarşı çoxlu substansiyalar haqqında konsepsiyasını qoymuşdur. Bununla O, bir növ nominalizmə qayıtmış və həmin konsepsiyanın şeylərin reallığı haqqında təsəvvürlərini qəbul etmişdir. Hər şeydən əvvəl, O, Spinozanın panteist monizminə qarşı monadalar adlandırdığı çoxsaylı substansiyaları qoymuşdur. Leybnitsə görə, monado sadə, bölünməz bir şeydir. Lakin bu materiya deyildir. Çünki materiya sonsuz sayda bölünəndir. Monadalara eşq, həvəs, maraq və qavrayış keyfiyyətlərini aid edərək onu insan ruhuna oxşar kimi başa düşürdü. Daha dəqiq desək, bununla O, materiyanı inkar etmək və onu sonsuz ruhların toplusu (külliyatı) ilə əvəz etmək fikrinə gəlmişdir. Saysız– hesabsız monadalar çoxluğu öz aralarında səbəb və nəticə əlaqələrinə malik olmasalar da, onların– Leybnitsin sözləri ilə desək, «pəncərəsi yoxdur». Hər bir monada kainatı əks etdirsə də, bu o demək deyildir ki, kainat ona təsir edir, əksinə bu ona görədir ki, həmin təbiəti allah özü monadaya vermişdir. Hər şey harmo­niyada mövcuddur və qarşılıqlı təsir görünüşü yaranır. Leybnits belə hesab edirdi ki. Onun yaratdığı monadologiya nəzəriyyəsi allahın mövcudluğunun gözəl sübutudur. O, nəzərdə tutulan harmoniya anlayışını elmi dövriyyəyə gətirmişdir. Leybnitsin anlamında dünya canlı kimi təsvir olunur, hər şeydə çoxsaylı canlı varlıqlar– mona­dalar da görünür. Bu, ətraf mühit çoxsaylı mikroorqanizmlərdən ibarətdir kimi müasir baxışlarla səsləşir. Leybnitsin monadologiyası mikroskopun gələcək elmi kəşfinin bir növ özünəməxsus fəlsəfi ümumiləşdirilməsi hesab oluna bilər. Elmi kəşflər təbiətə yeni baxışlar tələb edirdi və Leybnitsin monadologiyasını həmin tələbata bir növ cavab hesab etmək olar. Leybnits allahın varlığının 4 sübutunu göstərmişdir. 1. Ontoloji sübut; 2. Kosmoloji sübut; 3. Əbədi həqiqətdən sübut; 4. Əvvəlcədən müəyyənləşdirilmiş harmoniyadan olan sübutu Kant fiziki– teoloji sübut adlandırmışdır. e) C.Lokkdan Kanta qədər XVIII əsr ingilis maarifçisi con Lokkdan (1632– 1704) baş­layaraq fəlsəfədə metafizikanın abstrakt konsepsiyalarının tənqidi idrakın empirik nəzəriyyəsinə qarşı qoyulurdu. con Lokkun əsəri «İnsan əqli haqqında təcrübə» adlanır. Burada sonralar ingilis və fransız maarifçilərinin görüşlərinin formalaşmasına təsir edə biləcək pozitiv sosial proqram verilmişdir. İngiltərədə Lokkun ardıcılları Berkli və Yum, Fransada Vol­ter və digər mütəffəkirlər olmuşdur. Almaniyada maarifçi ideyala­rını Q.Lessinq, İ.Gerder və Kant yaymışdır. Bekon kimi, con Lokk da empirizmin banisi hesab olunur. Məlum olduğu kimi, empirizmə görə bizim bütün biliklərimiz təcrübədən əldə edilir. Anadangəlmə biliklər ideyasını rədd edərək c.Lokk təcrübəyə birinci yeri vermişdir. İnsanın tərbiyə və sosial mühitin məhsulu olduğunu, onun beyninin «dünyaya ağ lövhə şəkilində gəldiyini, oraya həyatda istənilən şeyin yazıla bildiyini» c.Lokk göstərmişdir. İctimai həyat haqqında onun maraqlı fikirləri olmuşdur. XVII– XVIII əsrlərin subyektiv idealizm və sensualizmin inkişafında görkəmli ingilis filosofları corc Berkli (1685– 1753) və David Yum (1711– 1765) mühüm rol oynamışdır. İngilis keşişi Berk­li dini müdafiə etmişdir. Yum Lokkun fəlsəfi empirizmini heçə endirmişdir. Onun skeptisizmi solipsizmə gətirib çıxardı. Qeyd etmək lazımdır ki, ingilis empirizminin böhranı Kantın fəlsəfəsinin yaranmasının əsas səbəblərindən biri hesab olunur. Böyük alman alimi İmmanuil Kant (1724– 1804) fəlsəfədə çevriliş etmişdir. O, idrakı öz qanunları ilə cərəyan edən fəaliyyət hesab etmişdir. İlk dəfə olaraq fəlsəfədə dərk edilən substansiyanın strukturunu deyil, idrakın predmet və üsulunu müəyyən edən, başlıca amili dərk edilən subyektin spesifikası nəzərdən keçirilmişdir. Kant qnoseologiyanı əsas fəlsəfə etdi, onun predmeti isə nə təbiət, nə dünya, nə də insan idi. Qnoseologiyanın predmeti subyektin idraki fəaliyyəti, həmçinin insan əqlinin qanunları və onların hüdudularının müəyyən edilməsi hesab olundu. Ontologiyanın (XVII əsr rasionalizm ideyaları) yerinə Kant qnoseologiyanı qoydu, substansiyanın metafizikasından subyektin idraki qabiliyyətinin tənqidi təhlilinə keçdi. Kant bütün ömrünü Şərqi Prussiyada– Keniqsberqdə keçirmişdir. Onun zahiri həyatı akademik olmuş, heç bir hadisə həmin həyatı öz axarından çıxara bilməmişdir. Halbuki Kant müharibələr və inqilablar dövründə yaşamışdır. Deyilənə görə, olduqca dəqiq adam olmuşdur. Adamlar ona (hərəkətlərinə, vərdişinə) əsasən çox vaxt saatlarını düzəldirdilər (lakin yalnız bir dəfə onun cədvəli bir neçə günlüyə pozulmuşdur. Həmin vaxt Kant ona böyük təsir göstərən Russonun «Emil» əsərini oxuyurmuş). Kant Keniqsberq universitetində əvvəl müəllim, sonra dosent, professor, nəhayət  isə rektor olmuşdur. Onun əsərləri çox olsa da ən məşhurları: «Təmiz idrakın tənqidi», «Əməli idrakın tənqidi» və «İdrakın gücünün tənqidi» hesab olunur. «Təmiz idrakın tənqidi»ndə idrak prosesini təhlil etmiş və a priori (təcrübəyə qədər) bilik anlayışını yaratmışdır. Kanta görə,  xarici aləm hisslər materiyasını verir, lakin bizim əqlimiz həmin materiyanı məkan və zamanda qaydaya salır, eləcə də anlayış hazırlayır ki, həmin anlayışın köməyi ilə biz təcrübəni başa düşürük. Bizim hisslərimizin səbəbi olan dünya özündə şeydir və dərkedilməzdir. Bu dünya, yəni şey özündə məkan və zamanda yerləşmir və substansiya deyildir. Məkan və zaman subyektivdir, onlar subyektin qavrayışı məhsullarıdır (əgər biz mavi eynək taxırıqsa, o zaman bizə hər şey mavi görünür. Biz elə bil əqlimizdə məkan eynəkləri taxırıq və sonra düşünürük ki, məkanda hər şeyi görürük. Beləliklə, həndəsə bu mənada apriordur ki, bütün qavranılan hər şeyin həqiqəti olmalıdır, lakin bizim qavramadığımızın analoji olaraq belə olduğunu qəbul etməyə haqqımız yoxdur. Kantın fikrincə, idrak prosesinin çətinliyi qarşılıqlı olaraq bir– birini rədd edən əql mühakimələri (daha dəqiq desək, antinomiyalar) doğurur. Onların hər biri həqiqi kimi sübut oluna bilər. Kant belə antinomiyalardan 4– nü misal gətirir (onların hər biri tezis və antitezisdən ibarətdir). Birinci antinomiya: «Dünya zamanda başlanğıca malikdir və yalnız məkanda məhduddur» (tezis). «Dünya zamanda başlanğıca malik deyil və məkanda sonsuzdur. O, həm məkanda, həm də zamanda sonsuz»dur (antitezis). İkinci antinomiya sübut edir ki, hər bir mürəkkəb substansiya sadə hissələrdən həm ibarətdir, həm də ibarət deyildir. Üçüncü antinomiya: iki növ səbəbiyyət mövcudur; biri təbiətin qanunlarına müvafiq gəlir, digəri azadlığa (tezis); təbiətin qanunlarına müvafiq gələn səbəbiyyət mövcuddur (antitezis). Dördüncü antinomiya sübut edir ki, mütləq zəruri varlıq həm mövcuddur, həm də mövcud deyildir. Kantın antinomiya haqqında təlimi Hegelə böyük təsir göstərmişdir. Təsadüfi deyildir ki, onun dialektikası antinomiyalar yolu ilə qurulmuşdur. Kantın etikası, yaxud əqlin əməli tətbiqi təlimi «Əməli idrakın tənqidi» və qısa şəkildə desək, «Proleqomenlər…» əsərlərində nəzərdən keçirilmişdir. Kantın etikası tarixi– fəlsəfi əhəmiyyətə malikdir ki, burada da «qəti imperativ» mühüm yer tutur. Məsələ burasındadır ki, Kantı əxlaqa utilitar yanaşma təmin etmirdi. Çünki burada əxlaqın məqsədləri onun özündən kənarda hesab olunur. O, tam təcrid olunmuş əxlaq metafizikasını əldə etməyə çalışırdı. Özü də bu əxlaq nə teologiya, nə də başqa bir şeylə şərtlənmir. Kant hesab edirdi ki, bütün əxlaqi anlayışlar öz yeri və mənşəyinə görə əqldə tam a priori– dir. Əxlaqi dəyərlər insanın borc hissindən çıxış edərək fəaliyyət göstərdiyi zaman mövcud olur. Həm də borcu tələb etdiyi səviyyədə olan fəaliyyət kifayət deyildir. Tacirin düzlüyü əgər onun marağı ilə şərtlənirsə o, yaxşı hesab oluna bilməz. Əxlaqın mahiyyəti qanun anlayışından çıxarılmalıdır. Qanun əqlin əmridir, əmrin formulu isə imperativ adlanır. Kanta görə iki imperativ var. Şərti imperativ (siz filan– filan məqsədə çatmaq istəyirsinizsə, filan– filan işləri görməlisiniz) və qəti imperativ (müəyyən fəaliyyət tipi məqsədə münasibətsiz obyektiv olaraq zəruridir). Qəti imperativ apriordur. «Proleqomenlər…»də yazırdı: «Antropologiyaya məxsus olan tam şəkildə empiriklikdən təmizlənmiş təmiz əxlaq fəlsəfənin işlənib hazırlanması olduqca zəruridir...» Əxlaqi qanun mütləq zərurətdir: «yalan danışma» nəsihəti, məsələn, təkcə adamlar üçün gerçəklik deyil, ümumiyyətlə ağıllı canlıların hamısı üçün vacibdir. Deməli, borcun əsasını təkcə insanın tə­biətində deyil, yaxud onun sürüldüyü şəraitdə deyil, əksinə, a priori– də sırf şəkildə təmiz idrakın anlayışlarında axtarılmalıdır. Yalnız bir qəti imperativ var ki, o da Kanta görə aşağıdakı kimidir: «Elə hərəkət et ki, sənin hərəkətinin əxlaq qaydası ümumi qanun ola bilsin». Yaxud da «Elə hərəkət et ki, sənin iradənin əxlaq qaydası eyni zamanda ümumi qanunvericilik prinsipi qüvvəsinə malik olsun». Kant bunu belə aydınlaşdırırdı. Pul borc almaq düz­gün deyil. Çünki hamı borc alarsa, pul qalmaz. Beləliklə, qəti imperativ tərəfindən oğurluq, adam öldürmək və s. mühakimə olunurdu. Bu və ya digər hərəkət yalnız o zaman əxlaqi hesab olunurdu ki, bu hamı üçün qanuna çevrilə bilsin. Kantın insanın borcu və ləyaqəti haqqındakı mühakimələri də bununla əlaqədar idi. Belə bir sual verilirdi: insan üçün qiymətli nədir? Ləyaqət, yoxsa həzz? Ləzzətdə, həzzdə keçən həyat heç bir qiymətə malik deyildir. Öz ləyaqətini qoruyan insan hər şeyi, hətta həyatını itirməyə hazırdır. Ləyaqətin mənbəyi və şərhləri nədir? Bu, insanın özünün özü üzərində yüksəlməsidir. İnsan borcunu başa düşərək yaşayır və fəaliyyət göstərir. Deməli, o, həzz xatirinə yaşamır. Kantın konsepsiyasının təhlilinin sonunda qeyd edə bilərik ki, o, cəmiyyət haqqında da maraqlı fikirlər söyləmişdir. Onun «Əbədi sülh haqqında» traktatında azad dövlətlər federasiyasının yaradılması ideyası irəli sürülmüşdür. Həmin dövlətlər müharibəni qadağan edən müqavilələr bağlayırlar. Əql müharibəni mühakimə edir, onu aradan qaldırmaq isə Beynəlxalq hökumətin işidir. Ayrı– ayrı dövlətlərin vətəndaş konstitusiyaları respublikaçı olmalıdır. Ümumiyyətlə, Kant fəlsəfəsinin zəruri nəticəsi Hegel fəlsəfəsi olmuşdur.
['fəlsəfə tarixi']
5,219
https://kayzen.az/blog/elshad/6582/ey-n%C9%99fsim.html
EY NƏFSİM
elshad
Bloq: elshad
7 avqust 2011, 01:09
EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun Allah (cc) ‘ ın yaratdığı sudan icərsən, havasından udarsan onun nemətlərindən yeyərsən bütün bunlara baxmayaraq ona üsyan etməkdən çəkinməzsən, Ey nəfsim sənə təəssüflər olsun... EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun günah işləmək üçün əzm edərsən utanmazsan əlindən gələni edərsən amma tövbə etmək üçün eyni əzmi göstərməzsən günahında israr edib tövbədə gözləməyə qalxarsan, EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun axşama qədər boş booş danışarsan nə sən İslamı izah edərsən nə də izah edəni dinlərsən bir də utanmadan izah edən insanları əhəmiyyət verməzsən, EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun hər şeyi bildiyini sanarsan amma heç bir şey bilmədiyini anlamazsan, elm öyrənmək istəyərsən amma yaddaşı boş şeylərlə oldurərsan elmə yer buraxmazsan, EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun bilməz misinki sənə soruşacaqlar gəncliyini harada xərclədin? Nələr etdin? Ömürünü harada keçirdin? Nə cavab verəcəksən? ? ? EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun cənnəti istədiyini söyləyərsən amma oraya girmək üçün heç bir şey etməzsən, EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun Cəhənnəmdən qorxduğunu söyləyərsən amma öz öz varlığını onun içinə yavaş yavaş atmaqda olduğunun fərqinə varmazsan, EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun ölüləri görərsən davamlı amma heç cür ağıl edə bilməzsən bir gün sənində öləcəyini və o günün nə vaxt olacağını bilirsənmi? Bəlkə bu gün bəlkə indi, EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun Əzrail (as) ilə qarşılaşdığında bir az daha dünyada qalıb xeyirli işlər edimmi deyəcəksən? Bilmirsənmi əcəlin gözləməyəcəyini səni qəflətən tutacağını? EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun ölüm səni gözləyir amma sən qaçmağa çalışırsan hara qədər? Azuqə yığıb səfərə çıxmaq ən doğrusu deyilmi? Yaxşı, niyə azuqə yığmırsan bu dünyada niyə hələ əllərin boş? EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun hər şeydən qorxarsan, sevilməyəcək kəsləri sevərsən, insanlar məmnun olsun deyə əlindən gələni edər hər istəklərini qarşılayarsan yaxşı ONUN istəklərini niyə etmirsən? Kimin razılığı üçün yaşayırsan sən? ? ? EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun axşama qədər qeybət edirsən yediyin ətlər səni doyurmadımı? Hələ tıxa basa qarınını doyurub şəhvətini artırarsan? ? , EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun dinlədiyin bir mahnıda izlədiyin bir filmdə ağlayırsan Allah (cc) ücün niyə ağlamazsan ONUN üçün gözyaşı axıda bilməyəcək qədər ürəyin qərarmışmı? EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun Müsəlmanım deyərsən amma buna sən belə çətin inanarsan. Yaşayışına bir bax həqiqətən Müsəlmansanmı? ? ? EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun göyləri deşən binalara bax! Onları edənlər indi iki metrlik çuxurun altında sabah səndə onlara qonşu olacaqsan, EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun insanlara təşəkkür etməkdən çəkinməzsən amma YARADANA nankorluq etməkdən utanmazsan, EY NƏFSİM! ! ! Ümid edilər ki tövbə qapıları bağlanmadan, sən hələ nəfəs alarkən, ölüm mələkləriylə qarşılaşmadan əvvəl ağılını başına al keçici dünyanı sonsuz yurd olan Axirətə seçməkdən imtina edərsən, EY NƏFSİM! ! ! Ən qısa zamanda ALLAHIN yaratdıqlarına baxıb təfəkkür etməyi öyrənməlisən, onun istədiyi yaşamağı bilmək çatmaz onu yaşamaq lazım yaşamaq sonrada yaşatmaq, EY NƏFSİM! ! ! NƏ XOŞBƏXT SƏNƏ MƏĞLUB OLMAYANLARA, NƏ XOŞBƏXT SƏNİ ƏYİB KEÇƏNLƏRƏ NƏ XOŞBƏXT ALLAHI RAZI EDƏNLƏRƏ, SƏN DAVAM ET HƏYATI YAŞAMAĞINA BAX ƏYLƏN GÜL OYNA BƏDƏNİN ATƏŞİ HİSS ETDİYİNDƏ ZAMAN GÖRÜŞMƏK DİLƏYİ İLƏ…
['islam']
5,220
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/6580/evl%C9%99nm%C9%99k-%C3%BC%C3%A7%C3%BCn-ideal-vaxt.html
Evlənmək üçün ideal vaxt
Samir012
Xoşbəxt ailə
6 avqust 2011, 18:23
İlin bütün aylarında toy etmək mümkündür, ancaq toy üçün ideal görünən aylarda var. İnsanların xaraketindən və istəklərindən asılı olaraq aylar müəyyən oluna bilər. Əlbətdəki buna bütün ailələri aid etmək olmaz. Toy etmək üçün ilin bütün aylarına nəzər yetirək. Toy üçün ən münasib aylar hansıdır və hansı aylarda evlilik o qədər də məsləhətli deyil? Beləliklə başlayaq ilin əvvəlindən.Yanvar . Bu ayda evlənmək və ya ərə getmək o məsləhət deyil. İnanca və toy əlamətlərinə görə yanvar ayında toy erkən dulluğa aparır.Fevral. Soyuq və şaxtalı olmasına baxmayaraq bu ay evlilik üçün münasib ay hesab olunur. Həmçinin bu zaman ailədə əmin-amanlıq, inam olacağı inancı var.Mart. Bu ay adətən insanların həyatında, xüsusilə qızların, dəyişikliklərin müjdəçisi kimi çıxış edir.Aprel. Yazın ikinci ayı çox dəyişkəndir. Gah isti ilə cəlb edəcək, gah da soyuğun təsirinə məruz qoyacaq. Bu ayda evlənənlərdə isə ailə həyatında və münasibətlərdə bu cür dəyişkən xoşbəxtlik anlarının olması inancı mövcuddur.May. Tarixən bu ayda evlənmək o qədər də yaxşı əlamət sayılmırdı. Çünki bu tezliklə ailədə xəyanətin olacağı demək imiş. Həmçinin bu ayda çox əziyyət çəkmək də insanlarda formalaşan inanclardan olmuşdur. İyun. Yay hakimiyyətinin ilk ayı evlilik üçün ideal hesab edilir. Əlamətlərə əsasən iyunda ayında evlənənlərin həyatı da keşməkeşlərdən uzaq olur. İyul. İyundan fərqli olaraq bu ayda xoşbəxt və acı anların bir-birini əvəzləməsi əlaməti mövcuddur. Avqust . Ailə həyatı üçün əla zamandır. Deyirlər ki, bu ayda qovuşanlar ömürlük həm dost həm sevgili olacaqlar.Sentyabr. "Möhkəm ailə həyatı üçün bu ayda evlənmək lazımdır" deyə fikirlər mövcuddur. Xalq əlamətləri ailə həyatının sakit, şən olacağı ilə bağlıdır.Oktyabr. Bu ayda evlənməyi məsləhət deyil, çünki çətin və ağır ailə həyatının olacağı inancı var. Noyabr . Evlilik üçün yaxşı ay hesab olunur və ailədə hər zaman bolluq olacağından xəbər verir.Dekabr. İlin sonuncu ayı da evlilik üçün yaxşı vaxt kimi qəbul edilir. əlamətlərə görə bu ayda evlənənlər ailə həyatının hər keçən il bir-birini daha möhkəm sevəcəklər.P.S. Bunu bəziləri zarafat, bəziləri tarixin süzgəcindən keçmiş əlamətlər kimi , digər bir qisim isə qeyri-ciddi və hətta mənasız qəbul olacaq. Çünki xoşbəxtlik gətirəcəyi gözlənilən ayda evlənənlərin həyatı müəyyən səbəblərə görə o qədər də xoş keçməyə bilər və ya əksinə. Hər bir işdə uca Allahdan pənah diləməyi unutmayın.
['evlilik', 'ilin ayları']
5,221
https://kayzen.az/blog/qadin/6579/g%C9%99lin-paltarlar%C4%B1-v%C9%99-onlar%C4%B1n-n%C3%B6vl%C9%99ri.html
Gəlin paltarları və onların növləri
Samir012
Qadın
6 avqust 2011, 17:57
Hər birimizə aydın olduğu kimi ənənəvi olaraq gəlin paltarı ağ rənglə assosiasiya olunur. Gəlin haqqında söz düşərkən biz ilk növbədə gözəl və ehtişamlı ağ gəlinlikləri beynimizdə canlandırırıq. Bəlkədə bu artıq qəbul etdiyimiz bir qayda və vərdiş halıdır. Artıq xanımlar gəlinliklər seçərkən başqa rənglərə də üstünlük verirlər, ancaq yenə də ağ rəngli gəlinliklər liderliyini qoruyur.  16-17-ci əsrlərdə ağ rəngli gəlinlikləri yalnız ömrünü Tanrıya xidmət etmək üçün kilsə həyatını seçən qızlar geyinə bilərdi. "Adi" qızlar isə çəhrayı və ya açıq mavi rəngli gəlinliklər geyinirdilər. Tünd və qara rənglər isə ümumiyyətlə istifadə olunmurdu.Həmçinin müxtəlif ölkələrdə fərqli rəngli gəlinliklər mövcud olmuşdur. Fransada belə bir inanc formalaşmışdır ki, əgər qız bənövşəyi rəngdə gəlinlik geyinərsə, əri onu bütün ömrü boyu sevəcək. İrlandiyadakı qızlar isə istisnasız olaraq yaşıl gəlinlik geyinərmişlər. Çünki bu rəngin xöşbəxtlik gətirəcəyinə inam böyük olmuşdur. Ağ rəngli gəlinliklərin nə zamandan istifadə olunması ilə bağlı həqiqətə uyğun iki fərziyyə mövcuddur. Birinci fərziyyə. XVII əsrin ortalarında şahzadə Viktoriya toya ağ rəngli paltar geyinmişdir. Təbii ki, bundan sonra bütün qadınlar onun bu hərəkətini təkrarlamağa başladılar. İkinci versiya. Belə bir ehtimal mövcuddur ki, ağ paltar dəbini Anna Avstriyskaya gətirmişdir (Anna Fransa kralı XIII Lüdovikin həyat yoldaşı idi. Eyni zamanda Avstriyskaya epiteti onun Qabsburq sülaləsinə mənsubiyyətini göstərmişdir). Tarixi faktlara əsasən onun paltarı o qədər gəşəng olmuşdur ki, Fransanın ali təbəqəsini təmsil edən bütün qadınlar şahzadəyə bənzəməyə çalışırdılar. Daha sonralar isə bu dəb İspaniya, İngiltərə və Portuqaliyaya keçmişdir. Qədim Romada gəlinliklərin rəngi sarı idi. Orta çağlarda isə gəlinliyin rəngi məsələsinə o qədər də fikir vermirdilər. Parçanın keyfiyyətli və göstərişli olması daha önəmli idi. Hər kəs ən yaxşı paltarlarını geyinirdi, rəng də hər kəsin öz seçiminə görə idi.  Ağ gəlinlik adətinin dəbə düşməsi 16-ci yüzillikdə olmuşdur. Bu illərdə kraliyyət ailəsi gəlinlərinin gümüşu rəngdə gəlinlik geyinmələri ənənə idi. Kraliça Viktoriya bunu rədd etdi və ağ gəlinlik geyinməkdə israr etdi. Bundan sonra Ingilis və Fransız yazıçılar ağ rəngin məsumiyyətin simvolu olduğu mövzusunda yazmağa başladılar. Əxlaqi baxımdan bakirəlik evliliyin əsas şərti olduğu üçün ağ gəlinlik adəti yayıldı. Evlənərkən ağ geyinmək gənc qızların bəkarətlərini cəmiyyətə elan etmələrinin vasitəsi oldu. Gəlinliklə bağlı bəzi batil inanclar da var. Bunlara görə bir qızın gəlinliyini özü tikməsi, bəyin toydan öncə onu gəlinliklə görməsi, gəlinliyini toydan qabaq geyinməsi uğursuzluq gətirir. Söz evlənməkdən açılınca nişan üzüyündən də bəhs etmək gərəkir. İnsanların evlənincə üzük taxmaları qədim misirlilərin inanclarına söykənir. Miladdan 2800 il əvvəl Misirdə yaşayanlar dairənin və ya halqa şəklindəki cisimlərin, başlanğıc və bitiş nöqtələrinin olmaması səbəbi ilə sonsuzluğu təmsil etdiklərinə inanırdılar. Üzük evliliyin sonsuzadək davam edəcəyinə simvolizə edirdi. Sonra bu inanc və adət romalılar vasitəsilə geniş yayıldı. Qazıntılarda o dövrlərə aid çox maraqlı nişan üzüklərinə rast gəlinmişdir. Nişan üzüyünün sol ələ və sondan bir öncəki barmağa taxılmasının səbəbi isə modern tibbin inkişafından öncəki dövrlərə aid yanlış bir insan anatomiyası məlumatıdır. O zamanlarda qan dövranı sistemimizdəki ana damarın sol əlimizdə bu barmaqdan başlayıb qəlbimizə getdiyi zənn edilirdi. Beləcə bura taxılan üzüklər evli cütün qəlbən bağlılığını göstərirdi. İndi damarların haradan gəlib haraya getdiyi bilinsə də bu da bir adət olaraq qalıb.Həmçinin bax: Ağ-qara gəlin paltarları , Nişan paltarları
['Gəlinliklər', 'ağ paltarlar']
5,222
https://kayzen.az/blog/Ferid_Zeynalli/6578/h%C9%99zr%C9%99t-fatimeyi-z%C9%99hra-s.a-haqq%C4%B1nda.html
Həzrət Fatimeyi Zəhra (s.a) haqqında.
Ferid_Zeynalli
Bloq: Ferid_Zeynalli
6 avqust 2011, 17:25
Analar anası iki dünya xanımı Həzrət Fatimeyi Zəhra (s.a) haqqında.Üçüncü m'əsum Fatimə (ə.s.)Adı: Fatimə (s)Atasının adı: Məhəmməd (s)Anasının adı: Xədicə (s)Təvəllüdü: 20 Cəmadiyüs-sani, cümə günü, be᾽sətin 5-ci ili.Doğulduğu yer: MəkkəŞəhadət ili: Hicri 11-ci ilDəfn olunduğu yer: Mə᾽lum deyildir.Tarixdə qadın Tarixə nəzər saldıqda görürük ki, qadından qədim xalqlarda bir əmtəə kimi istifadə olunur və əmtəə kimi də heyvanlarla dəyişdirilirdi.Islamdan əvvəl, cahiliyyət dövründə isə qadınları bədbəxtlik səbəbi hesab edir, buna görə də qız uşaqlarını diri-diri basdırırdılar. Amma islam dini belə inam və fantaziyalarla zidd olduğuna görə həzrət Peyğəmbər (s) həmişə cahiliyyət millətinin fikri və əməlləri ilə mücadilə edirdi. O, qadınların da kişilər kimi insan olduqlarını, onların da insanlıq imtiyaz və hüquqlarından istifadə edə bilmələrinin zəruriliyini və heç kəsin qadınları təhqir etmək haqqına malik olmadığı fikrini müdafiə edirdi. Təəssüflə Avropa və qərb dünyası qadınlardan reklam və əyləncə əşyası kimi istifadə edir. Bir sıra müsəlman ölklərində də islami dini adət və ən᾽ənələrlə zidd olduğuna baxmayaraq qadınlar əsarət zəncirlərinə bağlanıb tə᾽lim-tərbiyə və ictimai fəaliyyət göstərməkdən məhrumdurlar. Belə ölkələrdə qadınlar təkcə yas ya mövlud kimi ən᾽ənəvi dini yığıncaqlarda iştirak edə bilərlər. Buna görə də oralarda qadınlar xurafata daha çox meyl göstərərək cahillik və qəflət uçurumlarına yuvarlanmışlar. Beləliklə qadınlar imperializmin «azadlıq» fəryadı ucaltdığı vaxtda, bu fəryadın kimə aid olduğuna və haradan gəldiyinə diqqət edə bilməyib azadlığın nə demək olduğunu da başa düşə bilməmişlər. Hicabın aradan götürülməsi ilə özlərini ziyalı zənn edib keçmişdəki bütün çirkinliklərini büruzə verərək hər şeyi kənara qoydular və üzdəniraq azadlığa nail oldular. Amma bu, qadınlar üçün həqiqətən cəhalət və xurafələrdən qurtulub azad olmaq deyildi; iffət və təqvadan qopub uzaqlaşmaq idi. O, bu yolda irəlilədikcə elə bir yerə çatdı ki, nəhayət qadınlar imperialistlərin istədikləri zaman istədikləri şəkildə istifadə edə biləcəkləri bir əşya və əmtəəyə çevrildilər. Bu iradəsiz təqlidçi, gözü-qulağı möhürlü oyuncaq kukla - «günün qadının» adlandırıldı. Amma islam və Qur᾽an tərbiyəsi ilə böyüyən Xədicə, Fatimə və Zeynəb kimi şəxsiyyətlərlə islamın qadınlara verdiyi böyük qiymət nümayiş etdirilir. Bütün əsirlərin qadınları üçün örnək olmalı belə misilsiz qadınların yetişməsi qadın olmağın həqiqi mə᾽nasını ifadə edir.Indi isə həmin qadınlardan biri olan, Peyğəmbərin qızı, Әli əleyhissalamın xanımı, Həsəneynin və Zeynəbin anası həzrət Fatimənin həyatını oxuyacağıq. Bununula da nümunəvi müsəlman qadının necə olduğunu müşahidə edəcəyik inşaallah.Təvəllüdü Həzrət Zəhranın doğumu əsnasında Allahın Peyğəmbəri (s) Xədicəyə belə buyurdu: «Indi Cəbaril mənə muştuluq verdi ki, pak və gül kimi bir qız uşağımız olacaqdır ki, bütün imam və mə᾽sum rəhbərlər onun nəslindən gələcək». Həzrət Fatimə (s) be᾽sətdən (həzrət Məhəmmədin peyğəmbərliyə seçilməsindən) beş il sonra, Cəmadüs-sani ayının iyirmisində, cümə günü Məkkə şəhərində dünyaya göz açdı. O vaxtlar Qüreyş hələ Kə᾽bənin binasını yenidən tikdirirdi.Həzrəti Fatimənin (s.a) tərbiyəsi Həzrət Fatimə (s) nübüvvət və risalət evində tərbiyə alıb Peyğəmbərin elmindən faydalandı. Qur᾽anı Peyğəmbərin (s) dilindən eşidib öyrənir, həmişə özünü ən yaxşı və nümunəvi şəkildə tərbiyə edirdi. Həzrət Fatimə (s) Qur᾽an və atasının sözlərinə ünsiyyət bağlamışdı. Özünü faydalı elmlərlə yetişdirib kamilləşdirdiyinə görə atası onu çox sevirdi. Bir gün Ayişə Peyğəmbərə (s) belə bir sual verdi: Nəyə görə Fatiməni bu qədər sevirsən? O içəri girdiyi vaxt onun üçün ayağa qalxır, yanında otuzdurub əlini öpürsən? Peyğəmbər (s) onun cavabında belə buyurdu: «Ey Ayişə! Әgər mənim onu nə üçün sevdiyimi bilsən, sən də onu mənim qədər sevərsən». Peyğəmbərimiz Həzrət Fatiməni öz bədəninin bir hissəsi hesab edib, həmişə belə buyurardı: «Fatimə mənim bədənimin bir hissəsidir, hər kəs ona əziyyət etsə, mənə əziyyət edibdir, hər kəs də onu sevindirsə, məni sevindiribdir». Həzrət Peyğəmbər (s) bir gün Həzrət Fatiməyə belə buyurdu: «Ey Fatimə! Allah sənin qəzəbinlə qəzəblənir, sənin razılığınla və sevincinlə isə sevinir» Ya Rəbbim Anamıza qalxan əlləri zəlil elə axirətdə. Amin
['İslam tarixindəki şəxslər']
5,223
https://kayzen.az/blog/erzaq/6577/meyv%C9%99l%C9%99rin-sirri.html
Meyvələrin sirri
kulturoloq
Ərzaqlar
6 avqust 2011, 16:24
Bütün günü yalnız və yalnız meyvə yeyin!Portağalın xeyriPayız qış fəslinin ən gözəl meyvələrindən biridir. C vitamini ilə bol olan meyvə qrip xəstəliyinin müalicəsində əvəzedilməz rola malikdir. Tərkibi B vitamini, kalsium, maqnezium ilə zəngindir.Soyuqdəyməyə və qripə yardım edir.Öskürəyi azaldır.Ürək xəstəliklərindən və iflicdən qoruyur.Bədənin əzik və göyərmiş yerlərinin daha tez sağalmasına kömək edir.Mədə xərçənginin qarşısını alma təsiri var.Təzyiqi normallaşdırır.İçindəki minerallar cildin quruyub, qırışmasının qarşısını alır.Qaraciyərin davamlı və düzgün işləməsini tənzimləyir.Həzmi asanlaşdırır.Damarların kirəclənməsinin qarşısını alır.Bağırsağı yumşaldır.Dərini təravətli edir.Səhər saatlarında qəbul edilən bir stəkan portağal suyu günə gümrah başlamaq və bir çox xəstəliklərdən qorunmaq üçün əla vasitədir.HeyvaƏsasən ürək, ağciyər, boğaz, mədə, göz, bağırsaq və ağız boşluğu xəstəliklərində istifadə edilir. Bundan əlavə heyva cinsi gücü artırır, cildi gəncləşdirir, dodaq çatlamasına dəmandır. Tərkibi protein, şəkər, A, B2 və C vitamini, dəmir kimi minerallarla zəngindir.Uşaqların böyüməsi və inkişafını tezləşdirir.Sinir sistemini gücləndirir.Həzmə kömək edir.Dərini, dıqnaqları parlaq və sağlam edir.Qrip və soyuqdəyməni sağaldır.Ağızdən gələn qoxunu aradan qaldırır.Kərə yağında bişirilən heyva bəlğəmi təmizləyir, öskürək, tənəffüs sistemi xəstəlikləri və bronxitə xeyirlidir.Heyva çiçəyinin qaynadıb içmək anaların südünü artırır, ürəyi gəncləşdirir və baş ağrısına müsbət təsir edir.Ağızdakı yaralar, boğazdakı şişlik və ağrı üçün heyvanın özünü və yarpaqlarının dəmləməsindən qarqara kimi istifadə etmək olarDodaq çatlamasının qarşısını almaq üçün toxumlarını qaynadaraq dodaqları bu suda yumaq olar.Heyvanın yarpaqları yuxusuzluqdan əziyyət çəkənlərə kömək edir.BananBu meyvə qan dövranını tənzimləyir, yüksək təzyiqə müsbət təsir edir. Tərkibindəki şəkər, nişasta sayəsində dözümlülük yaradır. Banan idmançıların bir nömrəli enerji mənbəyidir.Ürəyə və əzələ sisteminə xeyirlidir.Yorgunluğu aradan qaldırır.Yuxunu rejimə salır.Mədə xorasının müalicəsinə kömək edir.Böyrəkdəki iltihablanmada müalicəedici özəlliyə sahibdirÜzümÜzümün tərkibi kalsium, dəmir və başqa maddələr, həmçinin A, B1, B2, və C vitaminlərilə zəngindirlər. Bəzi qaraciyər xəstəlikləri və qanazlığının müalicəsində istifadə edilir. İçərisindəki meyvə asitləri sayəsində mədəyə zərər vurmadan böyrək və bağırsağın işini asanlaşdırır. Qanın təmizlənməsinə kömək edir.Ürək döyüntülərini tənzimləyir.Qaraciyəri təmizləyir.Qara üzüm hüceyrə yeniləyici əhəmiyyətə malikdir.Həzm prossesini asanlaşdırır.Uşaqların inkişafı üçün çox faydalıdır.NarNarın faydalarını saymaqla bitirmək olmaz. Bu meyvə çox dərdin dərmanıdır.Təzyiqi tənzimləyir.Ürəyi qoruyur.Bədənin immunitetini gücləndirir.Enerji verir, yorğunluğu aradan qaldırır.Xolestrol və qan şəkərinin artmasına mane olur.Bağırsaq parazitlərinin düşmənidir.Dərinin gözəlləşdirir.AlmaA, C, E və B vitaminləri, fosfor, maqnezium, dəmir, kalsium kimi maddələrlə zəngindir. Bu meyvənin insana xeyri onlarladır. Hətta el arasında �Gündə bir alma ye, həkimə möhtac olma� kimi deyimlərdə var. Hər gün alma yeyənlərdə ürək-damar xəstəliklərinin yaranması təhlükəsi 50% azalır.Qanı və böyrəkləri təmizləyir.Cildə parlaqlıq və gözəllik verir.Soyuqdəyməyə və öskürəyə xeyirlidir.Xolestrolu azaldır.Həzm sistemindəki narahatlığa kömək edir. Baş ağrısına xeyirlidir.Yüksək təzyiqi salır.Qandakı şəkəri nəzarətdə saxlayar.Revmatizmaya kömək edir.Yuxusuzluğa xeyirlidir.ArmudArmud soyuqdəyməni sağaldır, sinirləri rahatladır, mədəni gücləndirir, həzmi asanlaşdırır. Tərkibində A, B1, B2, B3, B6 və C vitaminləri var. Bu meyvəni yeməkdən əvvəl qəbul etmək məsləhətdir. Böyrəklərin işinə kömək edir. Daş və duzların tökülməsinə kömək edir. Təzyiqi düşürür, qanı təmizləyir. Revmatizmin müalicəsində də faydalıdır. Doyurucu təsiri olduğu üçün pəhrizlərdə acmaq hissini aradan qaldırır.ŞaftalıB və C vitaminləri ilə zəngindir. A vitamini, kalsium, maqnezium, dəmir və fosfor var.Ağızdan gələn qoxunu aradan qaldırır.Bağırsaqda olan qurdları öldürür, bağırsaqları yumşaldır.Qanı təmizləyir.Qəbzliyin qarşısını alır.Həzmi asanlaşdırır.Böyrəklərin işinə kömək edir.Hərarəti düşürür.Sinirləri sakitləşdirir.Yuxusuzluğun qarşısını alır.Xərçəngə qarşı mübarizə vasitəsidir.Dərini nəmləndirir və canlandırır.ÇiyələkBu meyvədə bol miqdarda dəmir və fosfor var. C, B və K vitamini ilə zəngin olan çiyələk bədəni gücləndirir, xolestrolu aşağı salır və qan laxtasının qarşısını alır.Qanı təmizləyir.Damağı gücləndirir.Ağız qoxusunun qarşısını alır.Sakitləşdirir.Dərini nəmləndirir.Revmatizm və qaraciyər xəstəliklərində istifadə edilir.GilasGüclü ağrıkəsicidir, xolestrol və qan şəkərini azaldır, bədəndəki zəhəri təmizləyir.Qəbzliyi aradan qaldırır.Nikotinin bədəndən sovrulmasına kömək edir.Böyrəkləri daş və qum yığılmasından qoruyur.Öd kisəsi daşını tökür.Üzdə olan sızanaqları təmizləyir.ƏrikQan bərpaedicidir, qan azlığına xeyirlidir.Saça yaxşı təsiri var.Xüsusilə ağciyər xərçənginin qarşısının alınmasına kömək edir.Ürək xəstəliklərinə xeyirlidir.Sümük əyilməsinin qarşısını alır.Yuxu gətirir.Həzm sistemində problem yaşayanlar üçün faydalıdır.Səhərlər acqarına yeyilən ərik qurusu (qaysı) həzm baxımından faydalı olmaqla yanaşı, cildə də yaxşı təsir edir.KiviKivi bütünlüklə C vitamini mənbəyidir, bir ədəd kividə bir günlük alınması lazım olan C vitamini ehtiyacindan daha çoxu var.Qandakı şəkərin nəzarətdə saxlanması üçün yararlıdır.Xərçəngin yaranmasına mane olur.Qan təmizləyici xüsusiyyəti qan laxtalanması risqini əhəmiyyətli şəkildə azaldır.QreypfurtSoyuqdəyməyə yaxşıdır.Həzmi asanlaşdırır.Diş əti qanamasını azaldır.Xırda damarlardakı qan dövranını sürətləndirir.,Mədə xərçənginə tutulmaq risqini azaldır.Təzyiqi normallaşdırır.Yağlı yeməklərin ardından bu meyvənin suyunu içmək məqsədəuyğundur.
['meyvələrin faydası', 'meyvələr']
5,224
https://kayzen.az/blog/Quran/6576/quranda-kimya-m%C3%B6c%C3%BCz%C9%99si.html
Quranda kimya möcüzəsi
Ferid_Zeynalli
Quran
6 avqust 2011, 05:06
Qurani Kərimdə olan element adlı "Hədid (Dəmir)" surəsində, Radon, Kalium, Zirkonyum və Titanyum kimi digər elementlərə də atom nömrələriylə və ağırlıqlarıyla birlikdə işarə edilməkdədir. Halbuki o illərdə elementlər və atom nömrələri hələ kəşf edilməmişdi. Elə buna görə Quran çox böyük bir möcüzə daha göstərməkdədir......Rn (Radon)Elementi (Hədid: Dəmir) adlı surədə "R" və "N" hərfləri ilk dəfə burada yan-yana gəlir. Ayənin başlanğıcından bura qədər 86 hərf keçməkdədir. Eyni şəkildə "Radon" elementinin atom nömrəsi də 86dır.Zr (Zirconium)»» Element (Hədid: Dəmir) adlı surədə "Z" və "R" hərfləri ilk dəfə burada yan-yana gəlir. Ayənin başından bura qədər 40 hərf keçməkdədir. Eyni şəkildə "Zr" elementinin atom nömrəsi də 40dır.ta (Tantalum) »» Element (Hədid: Dəmir)adlı surədə "T" və "A" hərfləri bitişik olaraq ilk dəfə burada yan-yana gəlir. Ayənin başından bura qədər 73 hərf keçməkdədir. Eyni şəkildə "Ta" elementinin atom nömrəsi də 73dür.Yb (Yterbium)»» Element (Hədid: Dəmir) adlı surədə "Y" və "B" hərfləri ilk dəfə burada yan-yana gəlir. Ayənin başlanğıcından bura qədər 70 hərf keçməkdədir. Eyni şəkildə "Yb" elementinin atom nömrəsi də 70'tir.Ayrıca Yb hərflərinin tərsi olan By adında hər hansı bir element yoxdur.F (Fluorine)»» Element (Hədid: Dəmir) adlı surədə "F" hərfi ilk dəfə burada keçir. Ayənin başından bura qədər 9 hərf keçməkdədir. Eyni şəkildə "F" elementinin atom nömrəsi də 9dur.Ayrıca F hərfindən dərhal əvvəlki hərf yəni 8.harf Əlif hərfidir. Atom nömrəsi 8 olan 8.sıradaki element "O" Ərəbcədə Əlif hərfiylə göstərilməkdədir. Qısacası burada F elementiylə birlikdə o(Oksijen) elementinə də işarə edildiyini düşünürük.
['Quran möcüzələri']
5,225
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/6575/ail%C9%99-psixologiyas%C4%B1-%7C-yax%C5%9F%C4%B1-qay%C4%B1nana-nec%C9%99-olmaq-olar.html
Ailə psixologiyası | Yaxşı qayınana necə olmaq olar
Samir012
Xoşbəxt ailə
6 avqust 2011, 03:15
İnsan qısqanclığı çoxüzlü və çoxşəkillidir. Biz qısqanırıq, bizi qısqanırlar. Səbəbin nə olduğunu bəzən anlamırıq. Ancaq bununla bərabər hər bir insan gözəl başa düşür ki, qısqanclıq sevgi münasibətlərini, ailə həyatını zəhərə çevirə bilər. Adətən qısqanclıq kişi və qadın arasındakı münasibətlərə şamil edilir. Bəs bunu daha geniş müstəvidə düşünsək necə? Bu zaman isə, ailədə ərlə arvad arasındakı münasibətlərdə zaman-zaman gərginlik yaradan, övladı seçim qarşısında qoyan ana qısqanclığı özünü göstərir. Gecə-gündüz nazını çəkdiyiniz, beşiyinin yanından ayrılmadığınız övladlarınız artıq böyüyüb. Bəzən hər şey çox rahat şəkildə baş verir: övladlar müstəqil şəkildə öz seçimlərini edir, ailə həyatının məsuliyyətini öz çiyinlərində daşımağa başlayır, valideynlər isə kənardan bir tərəfdən onlar üçün doğma, digər tərəfdən isə artıq «yad» bir ailəyə baxıb sevinirlər. Bu müdriklik necə gəlir? Oğulun seçiminə və ya qızın ərə getdiyi şəxsə qarşı səbir və anlayışa necə yiyələnmək olar? Axı oğlunuzun yoldaşı və ya qızınızın əri sizin analar üçün yad insanlardır. Qızınız böyüyüb. Artıq sevdiyi şəxs də var. İlk əvvəl bu fikrə alışmaq asan deyil. Hətta sizinlə də tanış edib. Qızınızın artıq vaxtının çox hissəsini sevdiyi şəxslə keçirməsi sizi kədərləndirir. Bunun normal olduğunu anlasanız belə… «Bəlkə elə buna görə mən qızımın sevib seçdiyi insanı qəbul edə bilmirəm?» deyə düşünürsünüz. Və bütün bunlarla bərabər qızınızın sevdiyi oğlanın da sizlə münasibətdə hansısa irəliləyişə can atmaması (bəlkə bu şəkildə tərbiyə olunub, bəlkə də münasibətlərin bu səviyyədə olması onu razı salır?) vəziyyəti daha da gərginləşdirir.Ancaq siz öz qızınızı qısqanırsınız, hətta qızınızda yeni davranışları, sözləri müşahidə edirsiniz. Əlbəttə pis vərdişlər övladınıza ondan keçib, o, qızınıza pis təsir göstərir. Qızınız sizin onun sevdiyi şəxsə olan münasibətinizi hiss edir və onun nə üçün sizə yaramadığını soruşur? Axı bu suala necə cavab vermək olar? Bəzi hallarda qızınıza qarşı etinasızlığı, diqqətsizliyi, özünün təqsirkar olduğu məsələlərdə övladınızı günahkar bilməsi və heç nə olmayıbmış kimi hər şeyə göz yummasını necə övladınıza deyib onun çöhrəsindəki gülüşünü əlindən alasınız?.. Ancaq qızınız onu sevir, siz isə canınızdan çox sevdiyiniz övladınıza görə bunlara dözürsünüz...Analıq qısqanclığı sizə rahatlıq vermir, hər vəchlə qızınızla onun sevdiyi insan barədə danışmaq istəyirsiniz. Oğlanda bəyənmədiyiniz xüsusiyyətlərin hamısını qızınıza söyləmək istəyirsiniz. Ancaq qızınıza olan sevgi və həyat təcrübəsi əksini deyir — " Etməməlisən! Başqasının həyatını, taleyini dəyişmək sənin istəyinlə olmamalıdır. Axı sən ana olaraq öz həyatını yaşayırsan. Qızın da eyni şeyləri səndən tələb edə bilər. Bəlkə həmin oğlan necə olmasından asılı olmayaraq qızımın qismətidir?" Ancaq qəlbiniz narahatdır, çox nigaransınız...Axı gözəl başa düşürsünüz ki, o, qızınıza lazım olan insan deyil. Ona bütünlüklə etibar etmək olmaz. Axı qızınız onunla olduğu müddət ərzində bütün çətinlikləri öz incə çiyinlərində daşıyacaq...Bu ziddiyyətli hisslərlə yaşayırsınız, özünüz özünüzlə mübarizə aparırsınız, hər addımınız, hər hərəkətiniz sizdə növbəti şübhələri oyadır...Övladları böyüyüb yetkinlik yaşına çatmış valideynlərin sizi anlayacağına ümid edirsiniz...axı içinizdəki boşluğu doldurmaq çətindir...görəsən onu gələcəkdə ailənizin bir üzvü kimi qəbul edə biləcəksinizmi
['qaynana', 'ailə münaqişələri', 'gəlin və qaynana', 'qayınana', 'ailədaxili münasibət', 'qaynana gəlin münasibətləri', 'gəlin']
5,226
https://kayzen.az/blog/sevgi/6574/cazib%C9%99dar-v%C9%99-m%C9%99ftunedici-olmaq-%7C-test.html
Cazibədar və məftunedici olmaq | Test
Samir012
Sevgi
6 avqust 2011, 03:01
Sizlərə maraqlı və çoxlarınız üçün əhəmiyyətli bir test təqdim edirəm. Bu test sənə qarşıdakı insan üçün nə qədər cazibədar olduğunu öyrənməyə kömək edəcək. Test həm qızlar, həm də oğlanlar üçün eyni dərəcədə faydalı ola bilər. Verilən bütün suallara cavab vermək lazımdır, və alınan nəticəni toplamaq sizin xarakterinizi daha doğrusu sizin nə qədər cazibədar və məftunedici olduğunuzu bildirəcək. Belə ki, hər bir "bəli" cavabı üçün 1 xal, "xeyr" cavabı üçün o xal verilir. 1. hər hansı bir şəxslə ancaq telefonla danışarkən onu öz ideyanızla maraqlandıra bilərsinizmi?2. o qədər də rəğbət bəsləmədiyiniz insanla münasibətdə uğur əldə etmisiniz. Onun haqqında həmin andan etibarən fikirlərinizdə müsbətə doğru dəyişikliklər olacaqmı?3. hər hansı bir şey yazarkən sətirlər "yuxarı" qaçırmı?4. təbəssümlə və ya gülüşlə xoşagəlməz suallardan canınızı qurtara bilirsinizmi? Öz dediyiniz fikrin üstündə qalmaq şərtilə mübahisə etməmək kimi vərdişiniz varmı?5. mübahisə edən zaman razılaşdığınız fikirlər olsa belə onlara qulaq asırsınızmı yoxsa özünüzü dinyələn kimi göstərirsiniz?6. balaca vaxtı böyüklərin sevimli "oyuncağı" olmusunuzmu? Üzərinizdə ətrafdakıların heyran dolu nəzərlərini hiss etmisinizmi?7. sizə səmimi qəlbdən deyilən iltifatları tez-tez eşidirsiniz ? 8. Güzgüyə məmnuniyyətlə baxırsınız?Nəticələr: Bəli cavabı üçün özünüzə 1 xal, xeyr cavabı üçün 0 xal əlavə edin7-8 xal - siz əminsiniz ki, məlahət və cazibıdarlığa sahibsiniz. Ancaq bunun lovğalıq və ya qürrələnməyə çevriləcəyindən çəkinin. Ağlınızdan belə keçirə bilmirsiniz ki, elə bir insan tapılar ki, onun xoşuna gəlməyəsiniz. Ancaq nahaq, belələri var:)5-6 xal - şübhəsiz sizin cazibəniz var, xoş həmsöhbətsiniz, insanı keyfiyyətləri qorumağı bacaran və lüzumsuz tələskənliyə yol verməyən insansınız. Başqalarının sizə məftun olması üçün xarakterinizi dəyişməyə heç bir ehtiyac yoxdur.3-4 xal - sizi hamının sevimlisi adlandırmaq olmaz. Ola bilsin bu sizdəki qətiyyətsizlikdən irəli gəlir. Həqiqət sizin tərəfinizdə olsa da, cəsarətin bəzi məqamlarda çatışmaması insanları inandırmaqda sizə çətinlik yaradır.2 və daha az xal - sizdə nə məlahət, nə də özünüzə qarşı ləyaqətiniz var. Özünüzə nifrət etdiyiniz anlar olur. Güzgüyə baxdığınız zaman bu sizə heç bir məmnuniyyət vermir. Təcili olaraq dəyişmək lazımdır. Çünki bu cür vəziyyət ilk növbədə sizin psixikanız üçün təhlükə mənbəyidir.Həmçinin bax:Cazibəli qadının sirrləri
['cazibədarlıq', 'psixoloji test', 'qızlar üçün test']
5,227
https://kayzen.az/blog/qadin/6573/g%C9%99linlikl%C9%99r-%7C-m%C9%99nfi-v%C9%99-m%C3%BCsb%C9%99t-c%C9%99h%C9%99tl%C9%99r.html
Gəlinliklər | Mənfi və müsbət cəhətlər
Samir012
Qadın
6 avqust 2011, 02:47
Ailəni düşündürən ən əsas məsələlərdən biridir desəm hər halda mənimlə razılaşarsınız. Bu paltarları əldə etməyin müxtəlif növləri var. Ən çox dəbdə olanı  gəlinlik paltarlarının icarəyə verilməsidir. Yəqin razılaşarsınız ki, belə bir işə tələbat olmasaydı, bununla məşğul olan insanları da tapmaq müşkülə çevrilərdi. Bəzi insanlar üçün bu əlverişli variantdır, digər bir qisim isə əksini düşünür. Bunu azacıq da olsa, aydınlaşdırmaq üçün gəlinliklərin icarəyə verilməsinin müsbət və mənfi cəhətlərinə baxaq. Müsbət cəhətlər: 1. Paltarın bütün dəyərini ödəmək məsələsi ortadan qalxır, sadəcə tələb olunan müəyyən faiz ödənilir. Adətən bu gəlinlik paltarının ümumi qiymətinin 30-50%-i həddində olur. Bəzi hallarda paltarın ilk müştərisinin məhz həmin olduğunu əsas gətirən satıcılar daha çox pul tələb edirlər. Ancaq bunun çox vaxt sadəcə bir uydurma və yalandan o tərəfə keçmədiyini unutmaq olmaz. 2. Toydan sonra sizin paltarınız qarderobunuzda tozlanmayacaq, həm də şkafınızın böyük bir hissəsini zəbt etməyəcək.  3. Artıq «lazımsız» hala gələn paltarınıza müştəri tapmaq problemi olmayacaq.  Mənfi cəhətlər: 1. Paltarın bir yeri xarab və ya zay olduqda sizin gəlinliyin tam qiymətini ödəməli olacaqsınız.2. Salonlarda ehtiyac olduqda paltarların ətək hissəsinin qısaldılması kimi xidmətlər təklif olunmur.3. Sizin xoşunuza gələn paltar artıq öz yeni sahibəsinin yolunu gözləyə bilər. Ancaq təbii ki, salonlara müəyyən əvvəlcədən müəyyən məbləğdə ödəniş (girov) həyata keçirməklə bunun qarşısını almaq olar. Bu isə yenidən əlavə xərc deməkdir.  4. Bəzən isə salonlar paltarın xarab olması halında qabaqcan müştəridən aldıqları girovu qaytarmamaq üçün müxtəlif bəhanələrlə paltarın xarab olduğunu sübut etməyə çalışırlar.  Qərara gələ bildinizmi? O zaman daha bir neçə nüansı diqqətdə saxlamaq lazımdır: 1. Paltar icarəyə verilsə belə qiymət siyahısında paltarın icarə qiyməti ilə yanaşı tam qiyməti də göstərilməlidir. 2. Əgər müqaviləylə almaq mümkündürsə, həmin variantdan istifadə edin. Çünki bu halda müavilədə icarə şərtləri və digər məsələlər göstəriləcək. Müqavilənin bir nüsxəsini özünüzdə saxlayın, digərini isə mağaza sahibində. 3. Paltarı götürməmişdən qabaq ona diqqətli şəkildə baxın. Bir yerində xarab olub olmadığını müəyyənləşdirin. Çünki toydan sonra yalan bəhanələrlə sizdən əlavə pul tələb edə bilərlər. 4. Paltar müəyyən saat və ya gün ərzində icarəyə verilir. Həmin müddətdən gec paltar təhvil verilsə (təbii ki, hər hansı üzrlü səbəbə görə) nə qədər xərcə düşəcəyinizi qabaqcadan öyrənmək lazımdır. 5. Gəlinliyi salona qaytararkən pasport, kvitansiya və ya çeki özünüzlə götürməyi unutmayın. 6. Həmçinin gəlinliyin kim tərəfindən-siz yoxsa gəlinlik salonu- kimyəvi təmizləmə ediləcəyini öyrənməyi unutmayın.
['Gəlinliklər', 'nişan paltarları', 'gəlin paltarı', 'gelinlik paltarlari']
5,228
https://kayzen.az/blog/sevgi/6572/ni%C5%9Fan-%C3%BCz%C3%BCy%C3%BC-se%C3%A7m%C9%99k-%C3%BC%C3%A7%C3%BCn-m%C9%99sl%C9%99h%C9%99tl%C9%99r.html
Nişan üzüyü seçmək üçün məsləhətlər
Samir012
Sevgi
6 avqust 2011, 02:32
Nişan üzüyünü seçmək yəqinki çoxlarını düşündürür. Belə ki, 2 əsas sual alıcı qarşısında durur, mən hansı üzüyü istəyirəm və barmağıma uyğun ölçüdə üzük tapmaq mümkün olacaqmı. Nişan üzüyünü düzgün seçmək üçün hər şeydən öncə bilmək lazımdır ki, barmağın ölçüsü havadan (qış/yay, isti/soyuq, nəm/quru) və sutkanın hansı saatı olmasından asılı olaraq dəyişir.  Məsələn soyuq barmaqların ölçüsünün alınması dəqiq nəticə verməyəcək, çünki soyuq havada barmaqlar ensiz olur. Eyni zamanda duş qəbul etdikdən sonra, idmanla məşğul olduqdan sonra, ağır yük və ya çantaların daşınmasından sonra, həmçinin çoxlu maye qəbul etdikdən sonra barmaqların dəqiq ölçüsünü götürmək mümkün deyil. Buna görə də üzük seçən zaman yuxarıda sadalanan hallardan qaçmağa çalışın. Ən münasib vaxt kimi iş gününün sonunu göstərmək olar. Çünki bu zaman barmaqlar tipik qalınlıqlarına qayıdırlar.Beləliklə, siz üzük mağazasındasınız... İlk öncə üzüyün birkasında göstərilən ölçü ilə üzüyün real ölçüsünün bir-birindən fərqlənməsinə hazır olmaq lazımdır. Ölçü hər iki tərəfə (birka və real ölçü) 0.4 mm dəyişə bilər. Məsələn, siz "A" mağazasına gələrək orada hər hansı bir üzüyü yoxladınız. Bir digər mağazada isə "A" mağazasında gördüyünüz eyni ölçülü üzük sizə kiçik ola bilər. Unutmaq lazım deyil: üzüyün qiyməti nə qədər ucuzdursa, barmağa uyğun gəlməmək (səhv ölçülü) ehtimalı artır.Alacağınız üzüyün eni ilə əlaqədar: əgər üzüyün eni 4-5 mm-ə bərabərdirsə, o zaman geniş barmaqlarda üzüyün hər mm eninə 0.1 mm ölçü əlavə etmək lazımdır ki, səhv etmək ehtimalı azalmış olsun.Üzüklərin ölçüləri onların daxil profilindən (görünüşündən) çox asılıdır. Əgər Rusiyada istehsal olunmuş üzük almağa qərar versəniz, unutmayın ki, Rusiya üzükləri üçün daxili profilin yastı olması xarakterikdir. Ancaq digər ölkələrdən idxal olunmuş üzüklər "comfort fit" adlanan qabarıq profilə malik olur.Bu cür profilə malik üzüklər digərləri ilə müqayisədə daha enli olsalar da, barmaqda daha rahat oturur, barmaqlar şişəndə dəriyə batmır və ən önəmlisi, illər sonra yaşla əlaqədar barmaqlar kök olanda bu üzüklərin daxili hissəsini cilalamaqla lazımi ölçüyə gətirmək olar. Bu adətən brilyant üzüklər üçün vacibdir. Çünki onları başqa yolla genişləndirmək və ölçüsünü böyütmək mümkün deyil. Beləliklə, əgər siz daxili profili yastı olan üzük ölçüb, ancaq əvəzinə "comfort fit", yəni qabarıq profilli üzük sifariş vermək istəyirsinizsə, bu zaman yastı üzüklərin ölçüsündən 0.1 mm çıxmaq lazımdır (eni 4-6 mm olan üzüklər üçün) və ya əksinə əgər yastı üzük sifariş verəcəksinizsə "comfort fit" üzüklərinin ölçüsünə 0.1 mm əlavə etmək lazımdır. Əgər iki ölçü arasında seçim etməli olsanız:-üzüyün daxili profili yastı olsa, daha böyük ölçünü seçin-üzüyün daxili profili qabarıq olsa, daha kiçik ölçünü seçin Daha bir neçə praktik məsləhət: Uzun incə barmaqlarda (14.0-15.7 mm) ya eni 2.5-3.5 mm olan dar (ensiz) üzüklər, ya da eni 8-10 mm olan üzüklər yaxşı durur.Uzun kök barmaqlarda (17.5 mm-dən başlayaraq) eni 7-8 mm olan üzüklər çox yaxşı görünür.Qısa ensiz və qısa kök barmaqlar üçün yalnız bir qayda var: eni 2.5-3.5 mm olan ensiz üzüklər.Orta uzunluqda və orta ölçüdə olan barmaqlara (15.7-17.5 mm) üzüyün optimal eni 4.5-6 mm olmalıdır.Unutmayın zərgərlik məmulatları heç vaxt təmiz metaldan hazırlanmır. Qızıl və ya gümüşə digər metal əlavə olunaraq üzüyə müəyyən forma və keyfiyyət qazandırılır.Xalis qızıl çox plastikdir. Əgər sadəcə qızıldan üzük hazırlansa, o asanlıqla əyiləcək. Bu isə zərgərlik məmulatları üçün qəbuledilməzdir. Bunun üçün yuxarıda qeyd edildiyi kimi qızıl gümüş, mis, palladium (az tapılan gümüş rəngli metal), nikel (gümüşü-ağ rəngli çətin əriyən metal), sinklə (göyümtül ağ rəngli metal) birlikdə əridilir. Üzüyün tərkibində qızılın nisbətini müəyyənləşdirmək üçün əyardan istifadə olunur. Ən yüksək əyar 958 hesab olunur. Bundan əlavə 750, 538, 500, 375 əyarına uyğun gələn zərgərlik məmulatları da var. Təbii ki, bunlar ümumi qaydalar idi və yuxarıda söylənənlərin hər hansı biri üçün istisna mümkündür. Ən optimal variant bir neçə tip üzüyün barmaqda yoxlanılmasıdır. Barmaqlarıın qalınlığından asılı olaraq müxtəlif tövsiyələr isə individual xarakter daşıyır.Nişan üzüyünün seçiminə çox diqqətlə yanaşmaq lazımdır, çünki hər şeydən əvvəl onu bütün həyatınız boyunca barmağınızda gəzdirəcəksiniz. Və nəhayət ev şəraitində üzüyün ölçüsünü müəyyən etməyin yolları barədə məlumat. Hər şey çox asandır:Qaytan, ip və ya zolaq formasında kağız və xətkeş götürün.Qaytan və ya ipi barmağınızın ətrafında dolayın (üzüyün yerləşəcəyi hissədə), bununla belə ipin arasından barmağın ən enli hissəsinin rahat keçə biləcəyi qədər məsafə olmalıdır.Bundan sonra ipin (qaytanın) üzərində birləşmə yerini qeyd edin. İpi açıb xətkeşlə uzunluğunu ölçün. Uğurlar:)Həmçinin oxu: Toydan əvvəl fikirləşmək lazımdır!
['nişan üzüyü', 'nişan', 'toy üzüyü']
5,229
https://kayzen.az/blog/islam-v%C9%99-qad%C4%B1nlar/6571/m%C3%BCs%C9%99lman-qad%C4%B1n%C4%B1n-kosmetikas%C4%B1.html
Müsəlman qadının kosmetikası
Samir012
İslam və qadınlar
6 avqust 2011, 02:17
Sən sadəcə olaraq sağlamlıq və xoşbəxtliklə nəfəs alırsan. Gözlərin elə sirli nur yayır ki, üzünün dərisi məxmər kimidir, əllərin hər zaman isti və zərifdir. Bu sirri mənə aç: hansı kosmetikadan istifadə edirsən", - deyə bir dəfə hər şeylə maraqlanan rəfiqələri ondan soruşdular. O gözlərini qaldırdı və yüngülcə gülümsəyərək cavab verdi. - Mənim sirrim yoxdu. Dodaqlar üçün məndə yalnız doğru və səmimilik, səs üçün daimi olaraq Allahı zikr eləmək, gözlər üçün mən mülayim lakin isti baxış istifadə edirəm.Əllər üçün - yaxşı və xeyirli işlər görmək. Bədən üçün çalışıram özümdə səbr və vicdan tapım.Qəlbim üçün yalnız Allah sevgisini istifadə edirəm. Dərrakə üçün isə idrak, müdriklik və kamal istifadə edirəm. Ruhumda isə hər zaman Allaha itaət bəsləyirəm. Öz ehtiraslarımı isə imanım və tez-tez etdiyim dualarla cilovlayıram."Müsəlman qadın bəzənə bilərmi?" məsələsinə açıqlıq gətirməyə çalışacağıq.Əvvəla, bu mövzunun əsas səbəbkarı olan qadınlarla bağlı bəzi məsəslələrə toxunmaq istərdik. Heç şübhəsiz ki, qadınlar kişilər üçün, kişilər də qadınlar üçün yaradılmışdır. Bunların biri-biri üçün ola bilməsinin yolu da nikahdır.Qadınların ən şərəflisi olan möminə qadınlara gəldikdə, onların Allah nəzdində dəyər-qiyməti çox böyükdür. Buna görə şəriət möminə qadınlara dair onların şərəf, ləyaqətinə yaraşan hökümlər gətirmişdir.Məsələn Allah təmiz müsəlman kişilərdən başqa kimsəni müsəlman qadına layiq bilməmişdir. Yəni, müsəlman qadını yalnız müsəlman kişi nikahlaya bilər. Yuxarıda qeyd etdiyimiz müsəlman qadının şanı-şərəfinə layiq olan da budur (Bax: əl-Bəqərə, 221; ət-Tövbə, 28; ən-Nur, 26).Həmçinin, müsəlman qadınların zinəti (bəzəyi, gözəlliyi) ərindən başqa hər bir gözə haram qılınmışdır. Heç bir göz müsəlman qadının gözəlliyini görməyə layiq deyil. Bu isə örtünmək vasitəsi ilə bəzək, gözəlliyi gizlətməklə yerinə yetirilir. Buna görə hicab yalnız müsəlman qadınlara xas olan, onları digər qadınlara nisbətən məğrur, ləyaqətli qılan, onlara və onların kişilərinə izzət, şərəf gətirən Allahın bəxşişidir.Qadın əsasən bir neçə şəkildə özünə cəzb edici bəzək, gözəllik verə bilir. a) Bədəninin bir qismini örtüb digər qismini açıq buraxması;b) Əlvan rənglər, naxış, muncuq, daş-qaş və digər şeylərlə paltarını bəzənməsi;v) Boyun bağı, qolbağ və sair zinət əşyalarını bədənin açıq qalan hissəsinə taxması;q) Kosmetik vasitələr ilə üz-gözünü bəzəməsi. Qadının zinəti isə ərindən başqa hər kəsə haram qılınmışdır."Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini qorusunlar (örtülü saxlasınlar); öz-özlüyündə görünən istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər; zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!" (ən-Nur, 31).Müsəlman qadınlara əmr edilən təsəttürdə - hicabdakı (örtü) məqsəd isə, yuxarıda qeyd edilən qadına bəzək verən hər şeyin üstünü örtməkdir. Məlum olduğu kimi, örtü qadının məhrəmləri olan yaxınları (ata, oğul, qardaş və s.) və ərindən başqa bütün digər insanlara qarşı istifadə edilməlidir.Bütün bunları nəzərə alaraq demək olar ki, müsəlman qadına bəzənib (bəzənmə istər kosmetikadan istifadə şəklində olsun, istər bədən və ya paltarda olmaqla olsun) insanlar arasına çıxmasına icazə verilmir. Yəni, bu şərtlərlə müsəlman qadın bəzənə bilməz.Amma evin içinə gəldikdə buna icazə verilmişdir. Bu bəzənmə bir xobbi, istirahət, əyləncə kimi ola bilər. Bu adətən subay ərsiz qadınlarda olur. Yaxud da əri üçün bəzənməsi şəklində olur. (Biz yuxarıda qadınların kişilər üçün, kişilərin də qadınlar üçün yaradıldığını söyləmişdik). Qadının bəzənməsi evdə öz əri üçündürsə, bu, yaxşı bəyənilən əməl sayılır. Hətta bu bir növ qadının əri qarşısındakı vəzifələrindən biridir.Rəsulullah (s) belə buyurmuşdur: "Qadınların ən xeyirlisi ərinin baxdığı zaman onu sevindirən, əmir etdiyi zaman itaət edən, ərinin xoşuna gəlməyən şeylərdə ona qarşı çıxmayan qadındır" (Nəsai. Nikah, 14)."Əri ondan razı qalaraq ölən qadın cənnətə girər" (Tirmizi. Rada, 10; əlavə məlumat üçün bax: İbn Macə. Nikah, 4)."Dünyada bir qadın ərini incitərsə, həmən kişinin hurilərdən olan xanımı belə deyər: "Allah sınin canını alsın, onu incitmə! O, sənin yanında bir qonaqdır, bu yaxınlarda bizə qovuşacaq" (Tirmizi. Rada, 19; əlavə məlumat üçün bax: İbn Macə. Nikah, 62)."Əri qadını yatağa dəvət etdiyi zaman o boyun qaçırar və bu səbəbdən də əri qəzəbli halda gecəni keçirərsə, mələklər o qadına səhərə qədər lənət edər" (Buxari. Bədul-xəlq, 7; Müslim. Nikah, 122).Qadının evdən çıxarkən bəzənməsi isə xoş görülməyən işlərdən sayılır.Rəsulullah (s) belə buyurmuşdur: "Hər göz zinakardır. Bir qadın ətir vurub evdən çıxar və camaat arasına girərsə, o zinakardır" Davud. Tərəccül, 7 (4174).(Hədisdə belə qadınların zinakar adlandırılmasının anlamı ətir vurduğu təqdirdə kişilərin diqqətini və şəhvətini cəlb etməsi, onların da baxaraq göz zinası etməsi ehtimalıdır).Təəssüflər olsun ki, insanlar arasında buyurulanın tam əksi yayılıb, hökm sürməkdədir. Yəni, evində ərinə gözəl görsənmək üçün öz yaraşıq və zinətinə fikir verilmədiyi halda evdən çıxarkən bəzənmək bir adət bir qanun halını almışdır. Əslində bu çirkini gözəl, gözəli çirkin göstərən şeytan vəsvəsəsindən başqa bir şey deyil."(İblis) dedi: "Ey Rəbbim! Məni azdırmağına əvəz olaraq and içirəm ki, mən də onlara yer üzündəkiləri (çirkin, günahları) olanlar üçün bəzəyib (gözəl göstərib) onların hamısını yoldan çıxaracağam! Yalnız Sənin sadiq bəndələrindən başqa!" (əl-Hicr, 39-40)."Şeytan sizi yoxsulluqla qorxudur və alçaq işlərə sövq edər, Allah isə sizə bağışlanmaq və bərəkət vədəsi verər..." (əl-Bəqərə, 268). Nəticə olaraq demək olar ki, müsəlman qadın öz əri üçün və ya özü üçün bəzənə bilər. Amma kənar şəxslərin arasına çıxdıqda bəzənə bilməz.Sizin digər sualınız (Eşitdiyimə görə, ten dəstəmazı batil edir. Bu doğrudurmu?) haqqında:Dəstəmazı pozan şeylər aşağıkıladır.1.Öndən və arxadan çıxan hər şey (sidik, nəcasət, mədiy, məziy, qan, yel və sair)2. Yuxu. Heç bir şey eşitməyəcək qədər tam yatmaq dəstəmazı batil edir.3. Ağlın getməsi. (sərxoşluq, huşu itirmək, dəli olmaq).4. Ön və arxa tərəfdən arada maneə olmadan övrət yerinə toxunmaq. İstər öz övrət yeri olsun istər başqasının, arada paltar və bənzəri şeylər olmadan ön və arxa tərəfdən övrət yerinə toxunmaq dəstəmazı batil edir.5. Qanın çıxması. Çox çıxan qan dəstəmazı batil edir.6. Qusmaq. Ağız dolusu qusmaq dəstəmazı batil edir.7. Kişi və qadının ortada paltar kimi bir əngəl olmadan biri birinə şəhvətlə toxunması dəstəmazı batil edir.Bunların xaricində heç bir şey dəstəmazı pozmur, inşallah. Bədənin üzərinə çəkilən heç bir şey (nəcis murdar bir şey olsa belə) dəstəmazı pozmaz. Buna görə demək olar ki, ten olsun digər kosmetik vasitələr olsun üzə, gözə, qaşa çəkildiyi zaman dəstəmazı pozulmaz.Sizin digər (Dəstəmaz alıb daha sonra namaz qılmamışdan əvvəl bəzənə bilərmi?) sualı haqqında:Üzə kosmetika çəkilmiş və ya başqa cür bəzənmiş halda namaz qılına bilir. Bu barədə bir qadağa yoxdur. Yetər ki, örtünməsi vacib olan yerlər örtülmüş olsun.Bir məsələyə sizin diqqətinizi cəlb etmək istərdik. Kosmetikadan istifadə etmiş biri dəstəmaz alarkən bəzi məsələlərə diqqət yetirməlidir. Dəstəmaz vaxtı bədən üzvləri yuyularkən suyun dəriyə çatması şərtdir. Əgər yuylması vacib olan bədən üzvlərində və ya onların bir hissəsində su ilə dəri arasında bir maneə olub, suyun dəriyə çatmasına əngəl yaradarsa, dəstəmaz səhih olmaz (yerinə yetirilmiş sayılmaz).Əgər kosmetik maddə qatı və yağlı olub dəri ilə su arasında bir əngəl olarsa, belə ki, su dəriyə çatmaz, onda bu halda dəstəmaz yerinə yetirilmiş sayılmaz. Belə olduğu təqdirdə kosmetik maddə silinməli və sonra dəstəmaz alınmalıdır. Bura pudra, pomada, dırnaqları boyamaq üçün laklar və s. kimi qatı, yağlı kosmetik maddələr daxildir. Amma məsələn təbii sürmə kimi maddələr hər nə qədər dərinin üzərini örtürsə, amma suyun dəriyə çatmasına əngəl deyildir.Hər şeyin doğrusunu yalnız Allah bilir.Mənbə: azerimuslims.com
['kosmetika', 'müsəlman qadın']
5,230
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/6569/qaynana-v%C9%99-g%C9%99lin-%7C-qar%C5%9F%C4%B1l%C4%B1ql%C4%B1-s%C9%99br-v%C9%99-anla%C5%9Fma.html
Qaynana və gəlin | Qarşılıqlı səbr və anlaşma
Samir012
Xoşbəxt ailə
6 avqust 2011, 01:40
Ailə həyatının qurulması əlbətdəki həyatınızda böyük dəyişikliklərə aparan böyük vasitədir. Ən birincisi sosial statusunuz dəyişir. Böyük ehtimal yaşayış yeriniz də həmçinin dətişir dəyişir, yoldaşınızın yanına köçürsünüz. Sonrakı həyatı qurmaqda yeni qohumların fikirlərini nəzərə almaq lazım olur, birinci növbədə isə qaynananın. Bəzən gəlin ilə qaynana arasında münasibətlər yaxşı olanda bunu qeyri adi hal kimi də qiymətləndirirlər. Gəlin qaynana münasibətləri tez-tez düyünə düşür. Bəs bu daimi mübahisələrin səbəbi nədir? Əlbətdə «Kimdir günahkar» sualını vermək yersizdi. Hər iki tərəf günahkar olur. Anlaşılmazlığın səbəbi adi qısqanclıq ola bilər. Oğlunun vaxtının çox hissəsini sizə ayırması, sizinlə birgə keçirməsi qaynanaya pis təsir edə bilər. Oğlunun sevgisi, onun yanında olması üçün darıxa bilər.Həll yolu: tez-tez necə gözəl oğul tərbiyə etdiyini deyin; onunla ünsiyyətdə olun, ev problemlərinin həllini müzakirə edin, məsləhətləşin. Bu halda həyat yoldaşınızın anası özünü unudulmuş, ikinci plana salınmış hiss etməyəcək. Digər bir səbəb qaynananın oğlunun qayğısına həddindən artıq çox qalması. Bu gəlin tərəfindən onların ailə həyatına qatışmaq kimi qiymətləndirilə bilər.Mümkün həll yolu: həyat yoldaşınızın vərdişləri ilə tanış olun, çalışın qaynanadan həyat yoldaşınızın sevimli yeməklərini bişirməyi öyrənin.Əgər yoldaşınızla qaynana evində qalırsınızsa burada problemlər çox ola bilər.  Ən çox rastlanan problem evdə iş bölgüsünün aparılmasıdır. Mümkün həll yolu: çalışın qaynana ilə işləri bölüşdürməyə çalışın. Çoxlu xırda işdənsə hər hansı vacib- paltar yumaq, ev yığışdırmaq kimi işləri- öz üzərinizə götürün. Qaynanadan onların evlərində olan bəzi qaydaları öyrənməklə çoxlu əlavə məsləhət və başağrılarından azad ola bilərsiniz. Qaynana və gəlin münasibətlərində bir neçə qaydaya əməl etmək lazımdı:Səbr, səbr bir daha səbr. Siz iki fərqli insansız, amma sizi birləşdirən nöqtələr, məqamlar var. Sizin həyat yoldaşınız(oğlunuz) və sizin uşaqlarınız(nəvələriniz). Onlara olan sevgiyə dayanan gözəl münasibətlər qurmaq olar.Bir birinin həyatında süni olmayan iştirak. Ağıllı və təcrübəli qaynana həqiqətən gəlinə çox şey öyrədə bilər. Gəlin gərək qaynanadan qaçmasın. Onun istəklərini, maraqlarını öyrənməyə çalışmalı, bir yerdə mağazalara və ya sərgilərə getməli. Nə qədər bir birinizə yaxın olsanız o qədər münasibətləriniz isti olacaq.Aranızda olan problemləri yoldaşınızın nəzərinə çarpdırmağa çalışmayın. Onun qərarı sizin yönünüzdə olmaya bilər və bu situasiyaya konflik qata bilər. Çalışın problemi öz aranızda həll edin. Bəzən bunun üçün sadəcə qarşı tərəfi dinləmək kifayət edir. Belə ki, konfliktlərin çox hissəsi tərəflərin bir-birini dinləmədən qərar verməsi ucbatından baş verir.Hərəkətlərinizə fikir verin, yumşaq və nəzakətli olun. Sərbəstlik və düzgünlük arasında tarazlığı daima saxlayın. Olduğunuzdan daha yaxşı görsənməyə çalışmayın. Bu darıxdırıcı və mənasız məşğuliyyətdi.
['qaynana', 'gəlin', 'ailə problemləri', 'qayınana', 'gəlin və qaynana', 'ailədaxili münasibət', 'Gəlin Qaynana', 'yaxsi gelin nece olmalidir', 'yaxsi gelin olmagin sirleri']
5,231
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/6568/u%C5%9Faq-t%C9%99rbiy%C9%99si.html
Uşaq tərbiyəsi
Ferid_Zeynalli
Xoşbəxt ailə
5 avqust 2011, 17:45
Övladlarınızı yaxşı yetişdirin. Hər zaman sadəcə doğruları dedirdin.Ürəyi istəmədiyi üçün dərsini oxumadığında "işıqlar yanmırdı" deməsin."Vazanı kim qırdı?" dediyinizdə "mən qırdım" deyə bilsin.Məsuliyyətli olmağı öyrədin.Birini əzmədən də yuxarılara çıxa biləcəyini öyrədin.Birini nümunə götürsün istiyirsinizsə; Hz. Mühəmmədi (s.ə.s) tanıdın ona...Qızlarınızı yaxşı yetişdirin.Namuslu olmağın ürəkdən gəldiyini öyrədin.Evdən çıxan kimi, ətəyinin boyunu qısaltmağına, ehtiyac olmadığın öyrədin.İnsanın əxlaqının yalnız öz beynində olduğunu öyrədin.Qısqanılmağın sevilməklə eyni olmadığını öyrədin.Qısqanılmağın gözəl, hörmətsizliyin pis olduğun öyrədin."Məni çox qısqanır, çölə çıxarmır, bunları geyinməyimə icazə vermir" deyən adamla qürur duymamağı, bunun əslində özünə təhqir olduğunu öyrədin.Axtarıb: "Haradasan ? Kiminləsən? " və.s.... deyən insana:"Səni tanımadan əvvəl necə davranacağımı bilmirdimmi?" deməyi öyrədin.Amma, bu sözləri dedirtməməyin daha gözəl olduğun öyrədin...Oğullarınızı yaxşı yetişdirin.Qarşı cinsə hörmət etməyi öyrədin.Onu dünyaya gətirənin də, bir qadın olduğunu öyrədin.Bir qadının çiyininə dost olaraq da sarıla biləcəyini öyrədin.Sevməyin dəyər vermək olduğunu öyrədin.Sahib çıxmaqla, sahibi olmağın fərqli olduğunu öyrədin.Həyat yoldaşına inanmaqla, xoşbəxt bir ailə sahibi ola biləcəyini öyrədin.Evləndikdən sonra, həyat yoldaşına sadiq olmağı öyrədin.Bütün gəncliyini bəziləriylə bərabər olaraq keçirtdikdən sonra,kimsəylə bərabər olmamış birini axtarıb, evlənmək istəməyinin ikiüzlülükolduğunu öyrədin...
['övlad tərbiyəsi', 'uşaq tərbiyəsi', 'faydalı məsləhətlər', 'ailə tərbiyəsi', 'uşaqlara məsləhət']
5,232
https://kayzen.az/blog/dua/6567/dua-haqq%C4%B1nda.html
Dua haqqında
ORIGINAL
Namaz, dua, zikr
5 avqust 2011, 14:14
Bismillahir rəhmanir rəhim- Dua-Allah-taalaya yalvarmaq, onu anlamaq, zikr etməkdir.- Dua-Allah-taaladan yardım istəmək və ona qulluğunu bildirməkdir. - Dua-ən böyük ibadət və ən qüvvətli bir niyazdır. Duanın qiymətini bilməliyik. - Dua-ümidsizlərin ümid qaynağıdır.Dua qəbul olunması üçün şərtlər:- Bütün günahlardan tövbə etməli.- Duadan qabaq bir savab qazanmalı.- Duanı sidq ürəklə etməli.- Duanı namazlı, qibləyə dönüb, diz üstə oturub etməli.- Duanı edən şəxs, namazda olan kimi, sağa-sola baxmamalı, danışmamalı.- Duanı başqaları eşitməməli.- Dua edərkən ağzı təmiz və pak olmalı.- Duanı ikiyə bölməməli, başlayıb bitirməli.- Dua edərkən əllərini üzünə yaxın və açıq tutmalı.Dua qəbul olan vaxtlar:1. Azan vaxtı.2. Səhər, gecə yarısından sonra.3. Ərəfə günləri.4. Cümə günləri. 5. Bayram günləri.6. Ramazan ayı.7. Qurani oxuduqdan sonra.8. Namazdan sonra.9. Kimsəsiz yerdə.10. Yağmur vaxtı.11. Rəcəb ayının son gecəsi.Duası qəbul olunanlar:1. Ata-ananın övladına.2. Saleh övladın valideynlərinə.3. Quran əhlinin.4. Qiyabi oxunan dua.5. Məzlumun duası.6. Oruclu olanın.7. Xəstələrin.8. Yaxşılıq edənın və bilənin.9. Hacıların.10. Sıxıntıya düşənin.11. Ömür yoldaşına itaət edən qadının.12. Adil dövlət başçısının.Mənbə: "Dua" adlı kitabça
['dua', 'zikr']
5,233
https://kayzen.az/blog/heyvan/6566/z%C3%BCraf%C9%99-%7C-%C9%99n-uzun-boyunlu-heyvan.html
Zürafə | Ən uzun boyunlu heyvan
Samir012
Heyvanlar aləmi
5 avqust 2011, 13:44
Bəlkədə onları dünyanın en qəribə heyvanı saymaq olar. Zürafələr haqqında çoxlu məlumatlar olsada onlar haqqında tam dəqiq məlumat almaq çətindir. Onlar haqqında ən çox bilinən xüsusiyyətlər verilşişdir. Qeyd etmək yerinə düşər ki, zürafələrin olduqca heyrətamiz xüsusiyyətləri var. Bunlardan biri o qədər uzun olan boyunlarının digər bütün məməlilər kimi sadəcə 7 fəqərə vasitəsilə daşına bilməsidir. Heyrətamiz digər bir xüsusiyyətləri də vücudlarının uzun boyunlarının üzərində olan beyinlərinə qan çatdırmada çətinlik çəkməmələridir. Bir az düşünüldüyü zaman o qədər uzağa qanın verilməsinin nə dərəcədə çətin olduğunu görə bilərik. Ancaq zürafələr bu mövzuda çox çətinlik çəkmirlər, çünki ürəkləri qanı lazım olduğu qədər uzağa apara bilən xüsusiyyətlərə sahibdir. Bu da onların rahat yaşayışlarını davam etdirə bilmələrinə imkan yaradır. Lakin bu dəfə də başqa bir çətin vəziyyətlə qarşı-qarşıya qalırlar ki, o da su içmək üçün əyilərkən əslində qan təzyiqinə tab gətirməyərək beyin qanamasından ölə bilmə təhlükəsidir. Ancaq boyunlarındakı mükəmməl sistem sayəsində bu risk tamamilə aradan qaldırılmışdır. Yerə əyilərkən boyun damarlarında olan qapaqlar bağlanaraq beyinə həddən artıq qan getməsinə mane olur.Şübhəsiz zürafələr bu xüsusiyyətləri öz ehtiyaclarına görə planlayaraq qazanmamışlar. Bu mühüm xüsusiyyətlərin yavaş-yavaş işləyən təkamül prosesi ilə əmələ gəldiyini söyləməyimiz də mümkün deyildir. Çünki bir zürafənin yaşaya bilməsi üçün qanı beyninə çatdıracaq nasoslama sisteminə və əyildiyi zaman ani qan təzyiqini əngəlləyəcək qapaq sisteminə sahib olması zəruridir. Bunlardan biri olmasa və ya tam çalışmasa, zürafənin yaşaması qeyri-mümkün olacaqdır.Bütün bunlardan başa düşdüyümüz kimi, zürafənin yaşaması üçün lazım olan bütün xüsusiyyətləri ilə birlikdə dünyaya gəlməsidir. Hələ var olmayan bir canlının öz bədəninə hakim olub lazım olan xüsusiyyətlərə şüurlu şəkildə sahib olması isə şübhəsiz mümkün deyildir. Bütün bunlar zürafələrin üstün güc sahibi Allah tərəfindən yaradıldığını açıq şəkildə isbat edir.
['zürafə', 'heyvanlar']
5,234
https://kayzen.az/blog/Dr_Dre/6564/robyn-rihanna-fenty.html
Robyn Rihanna Fenty
Dr_Dre
Bloq: Dr_Dre
5 avqust 2011, 02:23
Əslində onun adı çoxlarına məlumdur. Rihanna kimi tanınan məşhur R&B və Pop musiqi ifaçısı 1988 ci il 20 Fevralda Barbados da anadan olmuşdur. 16 yaşı olanda Amerilaya köçmüş və elə ilk uğuruna imza atmışdır. İlk albomunu 2005 ci ildə reallaşdırmış və Music of The Sun adı vermişdır, Bir il sonra A Girl Like Me albomu Billboard musiqi chartinda ilk beşliyə düşür. Artıq Rihanna adı bir brand-ə çevrilir. 2007-ci il de onun üçün uğurlu olur və növbəti albomu işıq üzü görür, Good Girl Gone Bad albomumdan olan Umbrella, Take a Bow, Distrubia və Don't stop the Music mahnıları dillər əzbərinə çevrilir. Onun dördüncü albomu Rated.R noyabr ayı 2009 cu ilə təsadüf edir. Russian Roulette, Hard and Rude Boy mahnıları "Billboard Hot 100" ilk yerləri tutur.  Artıq o məşhurdur, Rihananı çoxları tanıyır, və beşinci albomu Loud 2010-cu ildə Only Girl və What's My Name mahnılarını özündə birləşdirir. Rihanna 20 milyondan artıq albom satır və bu onu dünyanın ən çox albom satan müğənnisinə çevirir. Rihannanın ən tanınmış musiqilərindən bəzilərini sizinlə paylaşıram. Youtube kanalında onun mahnılarına milyonlarla insan izəyib. Rihanna - Man Down What is My Name Aldığı mükafatların sayına görə bir çoxlarını üstələyən Rihana 2007-ci ildə World Music Award mükafatını dünyanın ən çox satan Pop qadın ifaçısı adına layiq görülmüşdür. 2011 ci ildə isə Brit Award mwkafatını isə dünyanın beynəlxalq müstəvidə tanınan qadın solo ifaçısına layiq görülmüşdür. O həmçinin Grammy Awards, American Music Aüards və Bilboard Music mükafatını almaqla 8 ən böyük mükafat laminasiyasının qalibinə çevrilir. Californiya King Bed Only Girl (In the World) Sonda isə Rihananı daha da məşhurlaşdıran Eminemlə oxuduğu I love the way you lie dueti oldu, youtube da 360 milyon insan izləyib. Ən sonda isə məşhur Amerikan atalar sözünü sizlərlə bölüşürəm. "Adamın milyonlarla borcu olsun amma təki Rihanna kimi dostu olsun) Mənbə: Internet aləmində birinci dəfədir yayımlanır. Müəllifin icazəsi olmadan istifadə etmək qarağandır.
['Rihanna', 'məşhurlar']
5,235
https://kayzen.az/blog/Ferid_Zeynalli/6563/oruc-tutmaq-bar%C9%99d%C9%99-7-yanl%C4%B1%C5%9F-stereotip-laz%C4%B1ml%C4%B1-m%C3%B6vzu.html
Oruc tutmaq barədə 7 yanlış stereotip Lazımlı mövzu...
Ferid_Zeynalli
Bloq: Ferid_Zeynalli
5 avqust 2011, 00:37
Yanlışlıq: Çimmək, duş qəbul etmək olmaz....Həqiqət: Olar. Sadəcə, başı bütünlüklə suyun altına salmaq (suya baş vurmaq) olmaz. Yanlışlıq: Ağız suyunu (tüpürcəyi) udmaq olmaz.Həqiqət: Oruc tutan şəxsin ağız suyunu udmasında heç bir məhdudiyyət yoxdur. Yanlışlıq: Ağzı yaxalamaq və dişləri təmizləmək olmaz.Həqiqət: Olar. Sadəcə, diqqət etmək lazımdır ki, su boğazdan aşağı getməsin. Yanlışlıq: Orucluq vaxtı toy-bayram keçirtmək olmaz. Həqiqət: Mübarək ayda toy etməklə bağlı heç bir məhdudiyyət yoxdur. Məhdudiyyət, hər zaman olduğu kimi, haram məclislərə və bunlara xas atributlaradır. Yanlışlıq: Namaz qılmayan oruc tuta bilməz.Həqiqət: Bunlar - 2 müxtəlif vacib əməllərdir. Lakin, onlardan birinin yerinə yetirilməsi digərinin yerinə yetirilməsindən asılı deyil və bununla şərtlənmir. Yanlışlıq: Səhvən nəsə yeyəndə və ya içəndə oruc pozulur və onu artıq davam etmək gərək deyil.Həqiqət: Səhvən nəyisə yemək və içmək orucu pozmur. Amma, oruc tutduğunuzu xatırladığınız anda dərhal qida və maye qəbulunu dayandırmaq və qida qalığını ağız boşluğundan xaric etmək gərəkdir. Yanlışlıq: Oruc tutan iynə və peyvənd vura bilməz.Həqiqət: Bilər. Məhdudiyyət yalnız qidanı əvəz edən iynələrə, məsələn, qlükozaya aiddir.
['islam fəlsəfəsi']
5,236
https://kayzen.az/blog/Ferid_Zeynalli/6562/islamda-s%C9%99bir.html
İslamda səbir
Ferid_Zeynalli
Bloq: Ferid_Zeynalli
4 avqust 2011, 19:00
İnsan xarakter olaraq tələskən yaradılmışdır və bu xüsusiyyətinə görə də bir çox səhvlər edir. Halbuki Quranda insanın bu tələskənliyindən əl çəkməsi və Allah üçün səbr etməsi tövsiyə edilir. Mömin Allahın vəd etdiyi böyük nemət və qurtuluşu gözləməyi və buna görə səbr etməyi bacarmalıdır. Bu, bir ibadətdir. Ayədə "Rəbbin üçün səbr et" (Muddəssir Surəsi, 7) hökmü verilir. Həm Allah yolunda mübarizənin, həm də Allaha yaxınlaşmaq üçün gedilən yolun ən əhəmiyyətli nemətlərindən biri səbirdir. Bir ayədə belə buyurur: "Ey iman edənlər! Səbr edin, dözümlü olun, növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!" (Ali-İmran Surəsi, 200)Bir şeyi unutmayaq ki, səbir ilə "dözüm" anlayışları fərqlidir. Cahiliyyə cəmiyyətində bu iki anlayış bir-birinə qarışmışdır. Halbuki bu 2 anlayış arasında mömin tərəfindən qavranılan çox mühüm fərq var. Dözüm, xoşa gəlməyən, ağrı verən çətinliyə dözməkdir. Halbuki Quranda nəzərdə tutulan səbir mömin üçün çətinlik qaynağı deyil. Mömin Allahın razılığını qazanmaq üçün səbr edir, buna görə də səbrindən ötəri heç bir əzab çəkmir, əksinə mənəvi həzz alır. Quranda səbrin möminlər üçün həzz, inkarçılar üçün isə çətin "dözüm" olduğu belə ifadə edilmişdir:"Səbr və namazla (Allahdan) kömək diləyin! Həqiqətən, bu, (Allaha) itaət edənlərdən başqa (hamıya) ağır gəlir." (Bəqərə Surəsi, 45)
['islam fəlsəfəsi']
5,237
https://kayzen.az/blog/azerbaycan/5935/az%C9%99rbaycan%C4%B1n-siyasi-sistemi.html
Azərbaycanın siyasi sistemi
luminat
Azərbaycan
4 avqust 2011, 00:15
Azərbaycan Respublikasının siyasi sistemi milli və tarixi şəraitin xüsusiyyətlərini əks etdirməsi ilə səciyyəvidir. Onun meydana gəlməsində və fəaliyyətində çox müxtəlif amillər rol oynamış və oynamaqdadır. Siyasi sistemin fəaliyyətinin formalaşmasına əhalinin siyasi mədəniyyətinin xüsusiyyətləri mühüm təsir göstərir. Ümumiyyətlə, Azərbaycan Respublikasının siyasi sisteminin struktur formalaşması əsasən 1995-ci il noyabrın 12-də ölkənin yeni Konstitusiyasının qəbul edilməsi ilə başa çatmış oldu. Konstitusiyaya uyğun olaraq Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyənləşmişdir. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan siyasi sistemində dövlət hakimiyyətinin həyata keçirilməsi formasına görə prezident üsul-idarəsinə əsaslanan respublika parametrlərinə uyğundur. Hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq Azərbaycan Respublikasında müstəqil şəkildə formalaşan və fəaliyyət göstərən üç hakimiyyət qolu qərarlaşmışdır: qanunvericilik, icra və məhkəmə hakimiyyəti. Bu hakimiyyət orqanlarından hər birinin fəaliyyəti Konstitusiya və qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis, icra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir. Azərbaycan Respublikasının Konstitusiya ilə müəyyən edilmiş unitarlığı spesifikliyə malikdir. Bu da onun tərkibində Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti statusuna malik olmasıdır. Konstitusiyaya görə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Orada qanunverici hakimiyyəti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir. Naxçıvan Muxtar Respublikasında ali vəzifəli şəxs Ali Məclisin sədridir. Azərbaycanın siyasi sistemində yerli özünü idarətmə orqanları olan bələdiyyələr də mühüm yer tutur. Bu institut yeni yaranmasına baxmayaraq böyük perspektivə malikdir. Bütün müasir siyasi sistemlər kimi Azərbaycanın siyasi sisteminə də çoxpartiyalılıq, plyuralizm xasdır. Siyasi partiyalar qanunverici və yerli özünü idarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək imkanına malikdirlər. Azərbaycan dövlətinin ali məqsədi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsidir. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Azərbaycan Respublikasının qanunları Azərbaycan Respublikasının bütün ərazisində qüvvədədir. Azərbaycanda ilk respublika Azərbaycan Xalq Cümhuriyyəti adı ilə 1918-ci il mayın 28-də yaradılmış və 23 ay fəaliyyət göstərmişdir. 1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulmuş və 1991-ci ildə SSRİ dağılanadək davam etmişdir. 1991-ci il oktyabrın 18-də Ali Sovetdə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olunmuş və Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilmişdir. Azərbaycan dövlətinin başçısı Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir. Prezident Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. 2003-cü il oktyabrın 15-də İlham Heydər oğlu Əliyev səsvermədə iştirak edənlərin 76,84% səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2008-ci il oktyabr 15-də keçirilən növbəti prezident seçkilərində ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev ikinci müddətə prezident seçilib. Seçkinin rəsmi nəticələrinə əsasən, ölkə üzrə seçicilərin 75,64 faizi (3,7 mln. nəfər) səsvermədə iştirak edib və seçicilərin 88,73 faizi İlham Əliyevə səs verib. İnsan hüquqları və dövlətin ali məqsədi Azərbaycan Respublikasında hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır; hamı qanun və məhkəmə qarşısında bərabərdir; kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır; insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir; insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır; insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Qanunvericilik hakimiyyəti Azərbaycan Respublikasında qanunvericilik hakimiyyəti bir palatadan ibarət olan Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir. Ölkə əhalisi tərəfindən seçki yolu ilə formalaşdırılan parlament qanunvericilik hakimiyyətini təmsil edən demokratik dövlət quruluşunun ayrılmaz institutu, dövlət hakimiyyətinin mühüm qollarından biridir. Onun fəaliyyəti və səlahiyyəti statusu iki əsas istiqamətdə reallaşır: birincisi Milli Məclis geniş məsələlər kompleksi üzrə ümumi qaydalar müəyyənləşdirir. Həmin qaydalar çərçivəsində icra hakimiyyəti konkret idarəçilik funksiyasını həyata keçirir.İkincisi Milli Məclisin bilavasitə həll etdiyi məsələlər. Bura Milli Məclisin impiçment yolu ilə prezidenti vəzifədən kənarlaşdırmaq səlahiyyətlərinə malik olması və digər məsələlər daxildir. Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər. Azərbaycan Respublikasının Milli Məclisi ümumi və birbaşa seçkilər əsasında 5 il müddətinə seçilmiş, 125 millət vəkilinin daxil olduğu təkpalatalı parlamentdir. Qanunvericilik fəaliyyətindən əlavə Milli Məclis dövlət büdcəsini təsdiq və ona nəzarət edir. Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə Konstitusiya qanunları, qanunlar və qərarlar qəbul edir. Qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz. Azərbaycan Respublikasının Milli Məclisi Baş nazirin təyin edilməsinə razılıq verir və Nazirlər Kabinetinə etimad gostərilməsi məsələsinə baxır. Azərbaycan Milli Məclisi Prezidentin təqdimatına əsasən Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, apellyasiya məhkəmələri hakimlərini təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təqdimatına əsasən Azərbaycan Respublikası Prezidentinin impiçment qaydasında vəzifədən kənarlaşdırılması Milli Məclisin səlahiyyətlərinə aiddir. Milli Məclis bütün bunlarla yanaşı dövlətlərarası müqavilələrin təsdiqi və ləğv edilməsi, referendum təyin edilməsi, Hesablama Palatasının yaradılması məsələlərini həll edir. Azərbaycan Respublikasının Milli Məclisi öz işini ildə iki dəfə çağırılan (yay və payız) sesiyaları vasitəsi ilə həyata keçirir. İcra hakimiyyəti Azərbaycan Respublikası Konstitusiyasına müvafiq olaraq icra hakimiyyətinin vahid sistemini yuxarı, mərkəzi və yerli icra hakimiyyəti orqanları təşkil edir. Bu sistem dövlət orqanlarının və qulluqçularının əsas çoxluğunu əhatə edir və geniş hüquqlara malikdir. Qanunların icrası icra hakimiyyətinin əsas funksiyasıdır. Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçkilər əsasında 5 il müddətinə seçilir. Azərbaycan Respublikasının siyasi sisteminə görə Prezident dövlətin başçısıdır. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Prezidentə geniş səlahiyyətlər verilmişdir. O, Milli Məclisin razılığı ilə Baş Naziri təyin və azad edir, Nazirlər Kabinetini istefaya göndərir, Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir. Prezident Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim edir. Azərbaycan Respublikasının Prezidenti Hökümətin fəaliyyətinə birbaşa nəzarət edir. Prezident Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimatlar verir; Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir. Bütün bunlarla yanaşı Prezident Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququna malikdir. Prezident ona təqdim olununmuş qanunları 56 gün ərzində imzalayır. Qanun Azərbaycan Respublikası Prezidentinin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər. Prezident hökumətlərarası beynəlxalq müqavilələr bağlayır, dövlətlərarası beynəlxalq müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır Azərbaycan Respublikasının Prezidenti Təhlükəsizlik Şurasını yaradır və ona rəhbərlik edir. Dövlət başçısı fövqaladə və hərbi vəziyyət elan olunması barədə fərman verərək 24 saat ərzində Milli Məclisin təsdiqinə verir. Azərbaycan Respublikasının Prezidenti Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir. Azərbaycan Respublikasının siyasi sistemində Prezidentin xarici siyasət fəaliyyətndə səlahiyyətləri genişdir. Prezident rəsmi səfərlərdə, beynəlxalq danışıqlarda ölkənin ən səlahiyyətli təmsilçisi kimi çıxış edir. Bununla yanaşı Azərbaycan Respublikasının Prezidenti xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamələrini qəbul edir, dövlətin xarici ölkələrdə, beynəlxalq təşkilatlarda diplomatik nümayəndələri təyin edir və geri çağırır. Məhkəmə hakimiyyəti Azərbaycan Respublikasının Məhkəmə sistemi Azərbaycan konstitusiyasına uyğun olaraq, Respublikada fəaliyyət göstərən, məhkəmə hakimiyyətinin vahid vəzifələri, təşkilati və fəaliyyət prinsipləri altında birləşmiş bütün məhkəmələrin məcmusundan ibarətdir. Azərbaycan Respublikası məhkəmə sisteminin quruluşu "Məhkəmələr və hakimlər haqqında" 1997-ci il 10 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmişdir. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirilir. Yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Prezidentin təqdimatına əsasən Milli Məclis tərəfindən təyin edilən 9 hakimdən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Milli Məclisin qərarlarının, İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunu müəyyən etmək səlahiyyətlidir. Konstitusiya Məhkəməsi qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisəli məsələləri həll edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Ali Məhkəmə mülki, cinayət və digər işlər üzrə, İqtisad Məhkəməsi isə iqtisadi mübahisələrlə baxılması üzrə məhkəmə icraatını həyata keçirirlər.
['siyasi sistem', 'qanunvericilik', 'icra hakimiyyəti', 'məhkəmə hakimiyyəti']
5,238
https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/6553/%C9%99n-z%C9%99ngin-insan.html
Ən zəngin insan
Ferid_Zeynalli
İslami Hekayətlər
3 avqust 2011, 23:32
Bir gün Allahın Rəsulu, sevimli peyğəmbərimiz Məhəmməd (s.ə.s) ümmətini, möminləri bir yerə yığaraq, gözəl dinimiz haqda insalara danışırdı. İmanlı insanlar sakitcə oturub, çox diqqətlə Onu (s.ə.s) dinləyirdilər ki, birdən qapı açılır və içəri bir kasıb ixtiyar daxil olur. Onun pal-paltarına baxanda çox kasıb olduğu görsənirdi. Gecikdiyini görən kasıb, sakitcə boş yer axtarmağa başladı. Bu zaman şəhərin ən tanınmış zəngin bir adamın yanında boş yer olduğunu görür və ora tərəf gedir. Bunu görən zəngin ağız-burnunu əyərək, pal-paltarını özünə tərəf çəkir və narazı şəkildə dodaqları ilə nəsə də deyir. Kasıb pis olsa da ona fikir vermir və sıxılaraq bir küncdə oturur. Bunu görən Peyğəmbər (s.ə.s) çox sakit bir tərzdə deyir: -"Sən qorxdun ki, onun kasıblığı sənə də keçər?" Zəngin bu sualı gözləmirdi, özünü itirərək deyir: -"Xeyir, ey Allahın Rəsulu". -"Bəs onda qorxdun ki, sənin var-dövlətinin yarısı onun olar?" -"Xeyir, Ya Peyğəmbər". -"Hə, bildim, onda sən qorxdun ki, birdən o sənin paltarını çirkləndirər, düzdü?" -"Xeyir, Ya Allahın Rəsulu". -"Bəs onda sən niyə bu hərəkəti etdin?" Bu zaman zəngin öz hərəkətindən utanaraq dedi: -"Ya Rəsulallah, mən Allahın iznilə öz var-dövlətimin yarısını ona verəcəm, bəlkə onda Allah məni bağışlayar". Sıxılıb bir kənarda oturan kasıb birdən bunu eşidərək, mərd deyir: -"Yox, yox!!! Səni bu cür edən və insanlığını unutduran pulların mənə lazım deyil. Həyatda puldan dəyərli insanlıqdır." Zəngin başını aşağı salır və etdiyi hərkətə görə peşman olur. Bu zaman Peyğəmbərimiz Məhəmməd (s.e.s) əlini kasıbın çiyninə qoyaraq deyir: -"Sən bizim aramızda olan insanların içərisində ən zənginisən".
['dini hekayə']
5,239
https://kayzen.az/blog/BMT/2090/k%C9%99nd-t%C9%99s%C9%99rr%C3%BCfat%C4%B1-sah%C9%99sind%C9%99-t%C9%99%C5%9Fkilatlar.html
Kənd təsərrüfatı sahəsində təşkilatlar
təpəgöz
Birləşmiş Millətlər Təşkilatı
3 avqust 2011, 21:06
BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatı ƏKTT- (Food and Agriculture Organization - FAO)  aclığa qarşı qlobal mübarizə məqsədilə 1945-ci ildə yaradılmışdır. Onun tərkibinə 174 dövlət üzv və bir beynəlxalq təşkilat – Avropa Ittifaqı daxildir.1946-cı ildən ƏKTT BMT-nin ixtisaslaşmış müəssisəsidir. ƏKTT-nın əsas orqanları aşağıdakılardır: 1.Konfranslar; 2.Şuralar; 3.Katiblik. ƏKTT-nın yerləşdiyi yer – Roma.ƏKTT-nın hesablamalarına görə XX əsrin 90-cı illə­rində Yer kürrəsinin 800 mln. insanı aclığa məruz qalmışdır. 2000-ci ildə dünyanın 32 ölkəsinin əhalisinin təcili ərzağa köməyi olmuşdur. ƏKTT-nın Nizamnaməsinə uyğun olaraq onun vəzifə­ləri aşağıdakılardır: xalqların iaşəsinin yaxşılaşdırılması və həyat səviyyəsi­nin yüksəldilməsi; kənd təsərrüfatının məhsuldarlığını yüksəltmək; kənd təsərrüfatı məhsullarının və ərzağın bölgü sistemi­nin yaxşılaşdırılması; kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi; meşə təsərrüfatının və balıq ovunun inkişaf etdirilməsi. ƏKTT-ı (FAO) əsasən dörd mənbədən bu təşkilata üzv olan dövlətlərin üzvlük haqları hesabına, BMT-nin Inkişaf Proqramı (PROON) hesabına və Ümumdünya bankı, həm­çinin dövlətlərin maliyyələşdirdiyi Qəyyumluq Fondu hesa­bına maliyyələşdirilir. Milli kənd təsərrüfatının inkişaf etdirilməsində ƏKTT tərəfindən onlara biotexnologiyanın, ərzaq istehsalının ge­nişləndirilməsi layihələrinin işlənib hazırlanması və həyata keçirilməsi, kənd yerlərində infrastrukturaya daxil olan obyektlərin tikilməsi və ehtiyacı olan ölkələrin yüksək məh­suldar sortlarla təmin olunmasının genişləndirilməsi real kömək hesab edilir. ƏKTT-nın (FAO-nun) xüsusi qeydiyyatlarına görə XX əsrin axırlarında     dünyada    ərzaq   köməkliyinin   həcmi   12 mlrd, dol­lardan çox olmuşdur. Yaponiya, Almaniya və ABŞ əsas donor ölkələr hesab edilir. Rusiya ƏKTT-nın üzvlüyünə daxil deyildir, lakin müşahidəçi kimi onun bütün fəaliyyətində iştirak edir. Kənd təsərrüfatının Beynəlxalq Inkişaf Fondu (KTBIF)  – 1977-ci ildə yaradılmışdır. Fondun məqsədi maliyyə resurslarının səfərbər edilməsi və onların güzəşti şərtlərlə höku­mətlərarası təşkilatlara – üzvlərə və ya inkişaf etməkdə olan öl­kələrə təqdim etməkdir. Əsas orqanları: 1.Idarəetmə şurası; 2.Icraedici orqan. KTBIF-nun  fəaliyyət istiqaməti kənddə kasıb­lığın, aclığın, yarıac-yarıtox halları ixtisar etməkdir. Hazırda 1,2 mlrd. adam çox ağır və kasıb vəziyyətdə yaşayır. Eyni vaxtda 1,2 mlrd.-ın 75 %-i kənd rayonlarında yaşayır. KTBIF-nun  həyat şəraitinin yaxşılaşdırılması və yoxsulluğun ixtisar edilməsini gücləndirmək üçün milli və beynəlxalq proqramlar işləyib hazırlayır. KTBIF-nun  qadınların orta təhsilə cəlb olunmasına kömək edir. KTBIF -  özünün investisiyalarını, tədqiqatla­rını, güc və biliyini layihələrin idarə edilib həyata keçirilmə­sinə səfərbər etmək üçün mərkəzləşdirməkdən ibarətdir. KTBIF -  kənd yoxsulluğunun və iaşənin yax­şılaşdırılması proqramı üçün resursları səfərbər edir. KTBIF -  ildə xidmətə görə 75 %, on il güzəşt dövrü daxil olmaqla inkişaf etməkdə olan ölkələrə əlverişli şəraitdə aşağı gəlirlə istiqrazlar təqdim edir. Özünün yaran­dığı vaxtdan və 2004-cü ilə qədər KTBIF-  verilən yardımın məbləği 75,4 mln. dollar olmaqla 7,7 mlrd. dollar həcmində istiqraz təqdim edərək 115 ölkədə 633 layihəni maliyyələşdirmişdir. KTBIF- MFSR  üç maliyyələşdirmə mənbəyinə malik­dir: üzvlərdən toplanan üzvlük haqqı, investisiyadan əldə edilən gəlirlər və maliyyə təşkilatlarından daxilolmalar.
['FAO']
5,240
https://kayzen.az/blog/orta-%C9%99srl%C9%99r-tarixi/5991/s%C9%99lib-y%C3%BCr%C3%BC%C5%9Fl%C9%99ri.html
Səlib yürüşləri
Qiyasli
orta əsrlər tarixi
2 avqust 2011, 23:12
Xaç və ya Səlib yürüşləri (lat. Expeditio sacra, ərəb. الحملات الصليبي‎‎,fr. Croisades,ing. Crusades, isp. Cruzadas) — Qərbi Avropa ölkələrinin Fələstini və başqa əraziləri istila etmək məqsədilə XI-XII əsrlərdə Yaxın Şərqə hərbi səfərlərinin ümumiləşdirilmiş adı. Səbəbi Daha əvvəlki əsrlərdə Roma İmperiyasını yox edərək, Qərbi Avropanı istila etmiş və burada bir neçə krallıq quraraq, mərkəzi hakimiyyəti tam şəkildə əllərində cəmləşdirmiş barbar krallıqlarının çökmə dövrü başlamışdı. Hakimiyyət artıq mərkəzdənqaçma siyasəti nəticəsində get-gedə parçalanmış, daha əvvəl kralların əlində olan iqtidar indi daha çox yerli feodalların əlində cəmləşmiş, onlar da mərkəzi hökuməti tanımaq istəməyərək, özlərinin arzuları ilə istədiklərini etməyə başlamış, daha əvvəl “Hakimi-Mütləq” olan krallar indi yalnız “bərabərlər arasında birinci” statusuna qədər enməsi prosesi baş vermişdi. Bu hadisələrin nəticəsində də feodalların bir-biri arasında baş verən müharibələrin sayı çoxalmış, insan itkiləri artmışdı. Həm də Avropanın həmin əsrlərdə texniki cəhətdən xeyli geridə olduğunu nəzərə alsaq, çoxalan əhalini yedizdirmək üçün torpaqların get-gedə azlıq etdiyini, daxili sarsıntılardan əziyyət çəkən xalqın tez-tez aclıq və xəstəlik nəticəsində dəhşətli surətdə, külli miqdarda qırıldığını təbii qəbul etmək lazım gəlir. Bütün bunlardan əzab çəkən sadə xalqın, çarəni [[|Fələstin|Müqəddəs Torpağ]]a “süd dolu çaylar və baldan axan dənizlər” olan yeri ələ keçirməkdə görməsini anlamaq mümkündür. Burada digər aspekt də adı çəkilən dövrdə, yüksək zümrə arasında qəhrəmanlıq obrazının, döyüş vaxtı göstərilən rəşadətin, yüksək hünərin bir növ “kişilik simvolu” kimi qəbul edildiyinə görə, əsilzadə sinfinə məxsus hər bir şəxsin bu tip arzularla yaşaması, müharibə fikri ilə alışıb-yanması real qarşılanmalıdır. Həm də düşmən burada konkret deyil, ümumi olaraq götürülürdü. Bütün bunların nəticəsində hər bir xırda hərəkət, kiçicik bir səhv tez-tez qan tökülməsinə, hətta müharibələrə də gətirib çıxarırdı. Məhz bunlara görədir ki, zadəganlar da xalqla bərabər tanımadıqları, heç vaxt görmədikləri Müqəddəs Torpağa gedərək “İsanın qəbrini xilas etməyə” böyük şövq və həvəslə hazırlaşmağa başladılar. Burada bir məqamı da xatırlatmağına dəyər. Avropanın ticarətlə məşğul olan dairələri Yaxın Şərqdəki mühüm strateji məntəqələri əldə etməkdə maraqlı idilər. Çünki, müsəlman hakimləri yolların idarəsini əlində saxlayır və onlardan xeyli gömrük rüsumu alırdılar. Beləliklə onlar da Səlib yürüşü ideyasını dəstəkləməyə başlamışdılar. Papanın səlib yürüşlərinə çağırmaq qərarı isə başqa amillərlə izah olunmalıdır. Əvvəldə deyildiyi kimi feodal dağınıqlığı dövründə çoxlu böyük və kiçik müharibələr baş verir, cüzi bir səbəbdən kütləvi surətdə qan tökülmələri və fəlakətlər baş verirdi. Bu səbəbdəndir ki, insanların daşan enerjisini boşaltmaq üçün yeni bir hədəf, yeni bir düşmən göstərilməsi son dərəcə təbiidir. Məhz buna görə də, Papa Avropaya kifayət qədər yaxın və uzaq olan bir ərazi göstərmişdi. Burada başqa bir səbəbi də qabartmaq mümkündür. İri Avropa ölkələrində yürüşə əsasən feodallar çıxır, onların süzereni olan krallar isə səfərə son dərəcə həvəssiz gedir və ilk imkan ələ düşən kimi geri qayıdırdılar. Belə bir fərziyyə irəli sürmək mümkündür ki, krallar bu müharibələrdə əsasən iri feodalların zəifləməsini və güclərini tamamilə sərf edərək onunla mübarizə apara bilməyəcək hala gəlməsini qarşıya məqsəd qoymuşdular. Bu da maraqlı bir fakt olaraq ortaya çıxır ki, səlib yürüşlərində əsas rollardan birini oynamış Fransa, bu dövrdən əvvəl dağılmış və parçalanmış bir dövlət olduğu halda, Şərqə doğru ekspansiya bitdikdən az sonra demək olar ki, tamamilə birləşmiş və bütünləşmiş, nəinki öz vassalları, həm də digər Avropa dövlətləri qarşısında qüdrətli və güclü bir krallıq olaraq çıxmışdı. Başlanması 1095-ci ildə Fransanın Klermon şəhərində papa II Urbanın «müqəddəs torpağın (Qüdsün) kafirlərdən azad edilməsi» çağırışı ilə bütün xristian dövlətlərinin qoşulduğu hərbi kampaniya. Müəyyən fasilələrlə 200 ilə yaxın müddətdə davam etmişdir. Sonradan Şimali Avropa və Fransadakı bütpərəstlərə və katolik kilsəsinə tabe olmayan qüvvələrə (katarlar, qusçular və s.) qarşı həyata keçirilən hərbi yürüşlər də Xaç yürüşləri adlandırılır. Yürüşlərin əsas məqsədi xristianlığı yaymaq və yeni ərazilər işğal etmək idi. 1096-1099-cu illərdə I Xaç yürüşü baş verdi. Səlib yürüşünün başlaması zamanı yaşanan eyforiyanın şahidi olmuş abbat Nojanlı Qvibert vəziyyəti aşağıdakı sözlərlə təsvir edir. “Klermon şurası bitdikdən sonra Fransanın bütün əyalətlərində onun haqqında böyük xəbər yayıldı. Papanın sözləri haqqında eşidən hamı, öz qonşularını və qohumlarını xəbərdar etməyə yollanırdı və onları Allahın yoluna daxil olmağa səfərə çıxmağa çağırırdı ......Artıq qrafların istəkləri aşıb-daşırdı. Cəngavərlər yalnız yürüş haqda düşünürdü. O zaman kasıblar da bütün əmlaklarını qiymətsiz, demək olar ki, havayı satmağa başladılar, dünən heç hara getmək istəməyənlər, artıq bir gündən sonra digərləri ilə bərabər yola düşürdü.... ....Müharibə və səfər fikri ilə alışıb yanan qocalar, uşaqlar haqda nə demək olar. Hamı müharibəni salamlayır, hamı müqəddəslik arzusundadır .“ Digər cəhətdən, xaçlıları yürüş zamanı görən Bizans imperatorunun qızı, tarixçi Anna Komnin isə müəllifi olduğu “Aleksiada “ kitabında, onların başqa tərəfini təsvir edir .“Adriatikin o tayında, Herakl sütunlarına ( Cəbbəlütariq boğazı ) qədər yaşayan bütün barbarlar, bütün Qərb bir yerdə Asiyaya köçməyə başladılar. Onlar ailələri ilə gəlirlər və bütün Avropanı keçiblər". İlk Səlib Yürüşü Səfərə ilk olaraq müntəzəm ordular deyil, əsasən sıravi xalqdan təşkil edilmiş dəstələr çıxmışdı. Fransanın Amyen şəhərindən olan keşiş Pyerin və cəngavər Valterin rəhbərlik etdiyi bu ordu təxminən 20000 nəfərdən ibarət idi. 1096-cı il may ayında yürüş başladı. Macarıstan və Bizans sərhədindən keçən səlibçilər oktyabr ayında, indiki Türkiyənin İznik şəhəri yaxınlığında səlcuqlar tərəfindən tamamilə darmadağın edildi və bu ordudan çox az sayda adam sağ olaraq geri qaça bildi. I Səlib Yürüşü Birinci Səlib yürüşü 1096-cı il oktyabr ayında hərəkətə başladı. İlk səfərdən fərqli olaraq, bu dəfə sadə xalq deyil, cəngavərlər və əsilzadələr müharibəyə getmişdilər. Sayları 110 minə yaxın idi. Orduya Bulonlu Qodfrid, Tuluzalı Raymond və Tarentli Boemund başçılıq edirdilər. Anadoluda səlcuqları məğlub edərək irəliləyən səlibçilər, 10 mart 1098-ci ildə ilk dövlətləri olan Edessa (Urfa) qraflığını qurdular. Belə bir məsələni də qeyd etmək lazımdır ki, xaçlılar bu yürüşdə ermənilərdən böyük bir dəstək alırdılar. Antakyanı mühasirə altına alan səlibçilərin yaxşı müdafiə olunan, mühüm strateji əhəmiyyətə malik bu şəhəri almağa çox cüzi şansları var idi. Lakin, şəhərdə olan Firuz adında bir erməni xəyanətkarlıqla Boemundla danışığa getdi və şəhərina qapılarını xaçlılara açdı. Səlibçilər Urfa qraflığını yaradarkən də, ermənilərdən böyük bir dəstək almışdılar. Bununla da ermənilər öz mənfur xislətlərini bir daha büruzə vermişdilər. Buradan daha da irəli gedən xaçlılar 15 iyul 1099-cu ildə əsas məqsədləri olan Qüdsü aldılar. Qüdsü alarkən çoxlu sayda dinc sakini öldürən səlibçilər hətta, Məscidi-Aqsa və Qubbətus-Sahra məscidlərində gizlənməyə çalışanlara, həmçinin şəhərdə yaşayan yəhudilərə də rəhm etmədilər. Bu hadisələrin şahidi olan tarixçi Raymond Agilyer işğaldan sonrakı gün Qüdsün mərkəzindən keçərkən hər tərəfi örtən cəsədlərin arasından və küçə boyu axan qanın içindən keçmək məcburiyyətində qaldığını yazmışdı. Bütün Fələstin ərazisini ələ keçirən səlibçilər burada aşağıda adı çəkilən bir neçə dövlət qurdular: Qüds krallığıAntakya knyazlığıEdessa qraflığıTripoli qraflığı Sonrakı yürüş Birinci səlib yürüşündən sonra 1101-ci ildə, qazanılan uğuru inkişaf etdirmək məqsədilə, iki il əvvəl vəfat etmiş olan II Urbanın yerinə Roma Papası seçilən II Paskal yeni bir səlib müharibəsi fikrini ortaya atdı. Bu dəfə ayrı-ayrı əsilzadələrin yaratdığı ordular vahid bir komandanlıq altında deyil, təkbaşına üç müxtəlif ordu şəklində, Anadolu üzərindən Qüdsə yürüş etmək istədilər. Ordu fransızlar, almanlar və italyanlardan ibarət idi. Lakin Qüdsə çatmadan yolda, Anadolu səlcuq sultanı I Qılıc Arslan tərəfindən ayrı-ayrı darmadağın edildilər və bu dəfə planlarını yerinə yetirə bilmədilər. II Səlib Yürüşü 1145-ci ildə Roma Papası III Yevgeni Avropa hökmdarlarını yeni bir səlib yürüşünə çağırdı. Bu dəfə çağırışa Almaniya kralı III Konrad və Fransa kralı VII Lüdoviq müsbət cavab verdilər. Hər iki kral şəxsən səfərə çıxdı. İlk olaraq Almaniya kralı III Konrad 1147-ci ildə Anadoluya hücum etdi. Ancaq o da səlcuqlar tərəfindən ağır bir məğlubiyyətə uğradıldı. VII Lüdoviq isə ağır itkilər hesabına özünü Antakyaya yetirə bildi. Bundan sonra qələbə qazanmaq mümkün olmadı və İkinci Səlib Yürüşü uğursuzluqla tamamlanmışdı. Qüdsün Səlahəddin Tərəfindən geri alınması İkinci xaçlı səfərinin nəticələri qeyri-qənaətbəxş olduğuna görə, Fələstin torpaqlarında vəziyyət dəyişməyə başlamışdı. Səlibçilər mövqelərini əldən verirdilər və qüvvələr nisbəti onların əleyhinə çevrilirdi. Kiçik xaçlı dövlətləri artıq qüvvətlənməkdə olan müsəlman-türk hökmdarları ilə bacara bilmirdilər və məğlubiyyətlər sıralanırdı. Edessa qraflığının 1144-cü ildə itirilməsindən sonra, Qüdsün də vəziyyəti ağırlaşmışdı. Onlar Atabəy Nurəddin Zənginin simasında yeni bir qorxulu düşmən tapmışdılar. Onun ölümündən sonra hakimiyyətə gələn Səlahəddin Əyyubi bu siyasəti davam etdirir və səlibçilərin ətrafındakı mühasirə dairəsi get-gedə daralırdı. Bütün bu məğlubiyyətlər son olaraq Qüdsün 2 oktyabr 1187-ci ildə, Səlahəddin Əyyubi tərəfindən fəth edilməsi ilə nəticələnmişdi. III Səlib Yürüşü Qüdsün itirilməsi xəbəri bütün Avropada şok təsiri oyatdı. Kilsə dərhal hökmdarları səfərə çağırsa da, onlar müxtəlif səbəblər üzündən bunu gecikdirdilər. Nəhayət, Almaniya imperatoru Fridrix Barbarossa 1189-cu ildə səfərə çıxdı. Ancaq imperatorun Qüdsə çatmadan, indiki Mərsin şəhərinin yaxınlığında çayda boğulması ilə başsız qalan ordunun qalıqları güclə Fələstinə gəlib çatdı. 1190-cı ildə isə Fransa kralı II Filipp Avqust və İngiltərə kralı I (Şir ürəkli) Riçard yola çıxdı. İki kral birlikdə Akkanı 1191-ci ildə ələ keçirdi. Lakin burada baş verən mübahisəyə görə, II Filipp Fələstini tərk edərək Fransaya qayıtdı. Akkada, bəzi məlumatlara görə sayları 900-3000 arasında dəyişən müsəlman əsirini öldürən Riçard nə qədər çalışsa da, Qüdsü ələ keçirə bilmədi və 9 oktyabr 1192-ci ildə Fələstini tərk etdi. Beləliklə Üçüncü səlib yürüşü də nəticəsiz bitmişdi. IV Səlib Yürüşü IV Xaç yürüşü isə müsəlmanlara qarşı deyil, katoliklərin düşmən və kafir gözü ilə baxdıqları pravoslav Bizans İmperiyasına və onun paytaxtı Konstantinopola qarşı yönəlmişdi. 1204-cü ildə səlibçilər Konstantinopolu tutdular və Bizans İmperiyasının torpaqları üzərində Latın İmperiyasını yaratdılar. Uşaq Səlib Yürüşü 1212-ci ildə Almaniyada uşaqların və yeniyetmələrin qatıldığı yürüşlərdən biri «Uşaqların xaç yürüşü» adlandırılsa da bu yürüş zamanı yola çıxanlar yalnız İtaliyanın Aralıq dənizi sahillərinədək gedə bildilər. V Səlib Yürüşü 1217-ci ildə beşinci səlib yürüşü başladı. Bu dəfə Misir hədəf olaraq seçilmişdi. Səlibçilər 1219-cu ildə Dimyat şəhərini ələ keçirsələr də, uğurun davanı gəlmədi və nəhayət 1221-ci ildə heç nə əldə etmədən geri çəkilmək məcburiyyətində qaldılar. VI Səlib Yürüşü 1228-ci ildə yeni səfər başladı. Orduya, Almaniya imperatoru II Fridrix başçılıq edirdi. Bu dəfə müharibə deyil, danışıqlara üstünlük verən imperator Misir sultanı əl-Məlikul-Kamil ilə razılığa gəldi və 17 mart 1229-cu ildə Qüdsə sahib oldu. Ancaq bu dəfə Qüds cəmi on beş il səlibçilərin əlində qaldı. 1244-cü ildə misirlilər şəhərə yenidən sahib çıxdılar. Beləliklə daha bir səfər uğursuz sona yetdi. VII Səlib Yürüşü Yeddinci Səlib Yürüşü 1249-cu ildə Misir üzərinə hücumla başladı. Xaçlılara Fransa kralı IX (Müqəddəs) Lüdoviq başçılıq edirdi. Əsgərlərin demək olar ki, hamısı fransız idi. Dimyatı ələ keçirən səlibçilər, Misir sultanı Turan Şahın onları blokadaya alması nəticəsində, acınacaqlı vəziyyətə düşmüş, sonunda isə kral da əsir alınmışdı. IX Lüdoviq ağır girov verərək qurtulsa da, yürüş məğlubiyyətlə başa çatmışdı. VIII Səlib Yürüşü 1270-ci ildə, dindarlığı ilə seçilən kral IX Lüdoviq yeni bir səlib yürüşünə başladı. Amma bu dəfə marşrut Yaxın Şərq deyil, Tunis seçilmişdi. Gəmilərlə sahilə yan alan kral, şəhəri mühasirəyə aldı. Lakin qəfil baş verən epidemiya nəticəsində kral, onun oğlu və bir çox əsilzadə vəfat etdi. Sağ qalanlar da mühasirəni ataraq Fransaya qayıtdılar. Beləliklə də səlib yürüşləri epopeyası başa çatdı. Qəti məğlubiyyət Ard-arda baş verən uğursuzluqlar Fələstindəki səlibçi dövlətlərinin son qalıqları üzərindəki qara buludları daha da sıxlaşdırırdı. Misir sultanı Baybars 1265-ci ildə Qeysəriyyə və Arsufu almışdı. Daha sonra Antakyanın üzərinə gedən sultan, 18 may 1268-ci ildə bu şəhəri fəth etdi və səlibçi knyazlığına son vermişdi. Ondan sonra hakimiyyətə gələn sultan Kalavun 1287-ci ildə Lazikiyyəni, 1289-cu ildə isə Tripolini tutmuşdu. Səlibçilərin əsas mərkəzi olan Qüds krallığından geriyə qalan son böyük şəhər olan Akkanı isə, sultanın oğlu əl-Məlikul-Əşrəf iki ildən sonra almışdı. Elə həmin il Sur, Beyrut və Hayfanı fəth edən sultan, beləliklə də xaçlıların hakimiyyətinə tamamilə son vermişdi. Xaç yürüşlərinin nəticəsi Nəticə olaraq onu demək olar ki, Səlib yürüşləri ideyasının uğursuzluqla başa çatmasının bir neçə mühüm səbəbi vardır. Birincisi, hətta Fələstin ərazisində də xaçlılar öz köhnə ədavətlərindən əl çəkməmiş, yenə də tez-tez taxt-tac davalarına çıxmış və daxili müharibələrin də ardı-arası kəsilməmişdir. Həm də, bir çox Avropa hökmdarları Səlib Yürüşü fikrindən yalnız öz şəxsi məqsədləri üçün istifadə edərək daha çox öz maraqlarının yerinə yetirilməsinə diqqət ayırmış, Xaçlı səfərlərinə barmaqarası yanaşmışlar. Buna misal olaraq, birinci yürüşdə heç bir kralın iştirak etməməsi, üçüncü səfərdə Fransa kralı II Filippin Qüdsə çatmadan tezliklə qayıtmasını göstərmək olar. Almaniya imperatoru II Fridrix isə yalnız anafema(dindən çıxarılma) qorxusu altında müharibəyə yollanmağa razılıq vermişdi, lakin bu da onu qurtarmadı və Papa IX Qriqori imperatoru katolisizm xaricində elan etdi. Bundan başqa səlibçilər yerli xalqın dəstəyinə sahib deyildilər. Avropadan kömək üçün tez-tez müxtəlif şəxslər Fələstinə gəlsə də, iqlimin əlverişsiz olması səbəbindən onların bir çoxu tez ölürdü. Həm də avropalılar texniki cəhətdən şərqlilərdən xeyli geri qalırdılar, belə ki, müsəlmanlardan onlara qarşı vahid bir komandanlıq olmadan, tək-tək əmirlər vuruşsa da, səlibçilər yenə də uğur qazanmaqda çətinlik çəkirdilər. Burada bir amildən də bəhs etmək lazımdır. Səlibçilər qarşılarında rəqib kimi yalnız türkləri görürdülər. Təsadüfi deyildir ki, Nurəddin Zəngi, Səlahəddin Əyyubi, I Qılıc Arslan, Bəybars, Kalavun kimi xaçlılara qarşı böyük müvəffəqiyyət qazanmış sultanlar, həmçinin onların müzəffər, qüdrətli orduları da yalnız və yalnız türklərdən ibarət idi. Böyük tarixçi Ravəndi bu həqiqəti belə ifadə edir. “Ərəbin, əcəmin, rumun torpağında söz haqqı türklərə məxsusdur. Onların qılınclarının qorxusu bütün İslam düşmənlərinin ürəyində möhkəm yaşayır.” Səlib yürüşü Avropaya bir çox yeniliklər gətirdi. İnsanlar gigiyenaya riayət etməyə, müntəzəm surətdə çimməyə, şəkərdən istifadə etməyə, ipək paltarlar geyməyə, ipək xalılardan istifadəyə, çini qablar, şüşə məmulatları, müxtəlif ədviyyatlar işlətməyə başladılar. Xaçlı səfərləri memarlığı da əhəmiyyətli surətdə dəyişdirdi. Qəsrlərdə gizli yollar, müdafiə qüllələri və başqa yeniliklər Avropada yayılmağa başladı. Adı çəkilən dövrdə Qərbin daxilində də xeyli yeniliklər oldu. Bank sistemi inkişaf etdi, ədəbiyyat yeni mərhələyə trubadurlar sayəsində qədəm qoydu, habelə qeyd etmək lazımdır ki, sonradan Renesans adını alacaq güclü ədəbi hərəkatın məhz həmin dövrdə ilk işartıları görünməyə başlamışdı. İctimai həyatda da mühüm dəyişikliklər yaşandı. Şəhər.lər müstəqillik qazandı, feodal əsarətinə qarşı etiraz səsləri ucalmağa başlamışdı. Son olaraq onu demək olar ki, Səlib yürüşləri Avropa üçün mühüm ictimai-siyasi həm də mədəni hadisə oldu. Bu, Qərbin yeni ticarət yolları axtarmaqda cəhdlərindən biri idi. Daha sonra onlar bu məqsəd naminə dəniz yollarını inkişaf etdirəcək və başqa qitələrə də gedəcəkdilər. Əgər belə demək mümkündürsə, Xaçlı yürüşləri Qərbin daha sonrakı əsrlərdə aparacağı kolonial müharibələrdən ilki idi. İlk cəhd uğurlu alınmadı, lakin bu proses davam etdirildi və nəticədə, Avropa inkişaf yoluna qədəm qoyaraq başqa regionları geridə qoydu. Şərqdə isə, Səlib yürüşləri demək olar ki təsirsiz olmuşdu. Bu vaxtlar orada hakim dairələri daha çox daxili problemlər düşündürürdü. Avropadan axıb gələn səlibçilər onlarda heç bir qorxu hissi oyatmamışdı. Xatırlatdığımız kimi, xaçlılarla əsasən yerli əmirlər mübarizə aparırdı. İctimai həyata bu müharibələr heç bir təsir göstərməmişdi. Xaç yürüşləri nəticəsində yaxın şərqdə bir neçə xristian dövləti yarandı. Bunlar Qüds krallığı (1099-1291), Antioxiya knyazlığı (1098-1268), Tripoli (?-1291) və Edessa qraflıqları (1098-1146) idi. AdıTarixNəticə I Xaç Yürüşü(1096-1099)Şərqdə xristian dövlətləri yarandı. II Xaç Yürüşü(1147-1149)Alman səlibçiləri səlcuqlar tərəfindən darmadağın edildi. Fransız cəngavərlərinin Dəməşqi ələ keçirmək istəyi baş tutmadı. III Xaç Yürüşü(1189-1192)Akra şəhəri işğal olundu və Qüds krallığının paytaxtına çevrildi. IV Xaç Yürüşü(1202-1204)Konstantinopol işğal olundu və Bizans İmperiyası süqut etdi. Onun yerinə Latın İmperiyası yaradıldı. V Xaç Yürüşü(1217-1221)Alman, ingilis, holland və macar cəngavərləri Misir sərhəddində olan Damyetta qalasını tuta bildilər. Lakin sonra daxili çəkişmələr hərbi uğursuzluğa səbəb oldu. VI Xaç Yürüşü(1228-1229)Alman imperatoru II Fridrix Misir sultanı ilə müqavilə bağladı. Buna görə o Qüdsü və Fələstinin bir sıra şəhərlərini ələ keçirdi. Lakin 1244-cü ildə müsəlmanlar Qüdsü geri qaytardılar. VII Xaç Yürüşü(1248-1254)Fransa kralı IX Lüdovikin başçılıq etdiyi səfər Misirə yönəldilmişdi lakin tam uğursuzluqla başa çatdı. VIII Xaç Yürüşü(1270)IX Lüdovikin başçılıq etdiyi səfər bu dəfə Tunisə yönəldilmişdi. Sahilə çıxdıqdan az sonra ordu arasında xəstəlik yayıldı. Kral özü də xəs
['xaç yürüşləri', 'səlib yürüşləri', 'səlibçilər']
5,241
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/3125/quranda-elm-v%C9%99-elmi-h%C9%99qiq%C9%99tl%C9%99r.html
Quranda elm və elmi həqiqətlər
Cavid
islam dininin əsasları
2 avqust 2011, 01:20
Quran təhsil, elm, ağıl və elmi tədqiqatlara böyük əhəmiyyət verməktədir. Bəzi elmi tədqiqatlara baxdığımız zaman Quranın bu həqiqətlərə işıq tutduğunu görə bilərik. Quran, elmi və elm adamlarını tərifləmiş, insanların cəhalət bataqlığından qurtulub elmin aydınlığına çıxmasını istəmişdir. Tarixə baxdığımız zaman müsəlmanların elmə və elmi tədqiqatlara əhəmiyyət verdiklərində irəli getdiklərini görə bilərik. Quranın bu barədə verdiyi tövsiyələrə əməl etmədiklərində isə elm və texnologiyada geri qaldıqlarının şahidi oluruq. Qurani-Kərim, millətlərin təhsil və elmdən uzaq qaldıqlarında müvəffəqiyyət qazanmayacaqlarını, xoşbəxtliyə çatmayacaqlarını, insanlığın hər zaman darlıq və sıxıntılar içində yaşayacağını, cəhalətin yer üzünü alacağını bildirmiş, insanların yalnız elm və düşüncələrini istifadə edərək irəli gedəcəklərini söyləmişdir. Quran, insanların yalnız ağıl və düşüncələrindən istifadə edərək elmi araşdırmalarını davam etmələrini istəməktədir. Quranın, bu günümüzə və gələcəğimizə aydınlıq gətirdiyini anlamamız üçün Quran gəlmədən əvvəlki qaranlıq tarixi tanımamız və bilməmiz lazımdır. Çünki, Quran gəlmədən əvvəlki dövr Cahiliyyət dövrü olaraq bilinməkdədir. Tək Allah inancı qalxmış, yerini çox Allahlılıq almışdır. Qan davaları başlamış, insanlar bir-birlərini acımasızca öldürmüşlərdi. Qız uşaqları diri-diri torpağa basdırılmış, insanlar qul bazarlarında qul olaraq satılmış, qadın haqları tapdalanmışdı. Quranın təhsilə və elmə verdiyi dəyər Quranda elm, təhsillə bağlı ayələri aşağıdakı kimi sıralaya bilərik. Oxuma, yazma və qələmdən bəhs edən ayələr; İnsan biliyinin qaynağı və dəyərindən bəhs edən ayələr; İnsanın yetişdirilməsi, təhsil və tərbiyəsi ilə əlaqəli ayələr; Elm, bilik və təfəkkürdən bəhs edən ayələr; Cəmiyyətdən, keçmiş millətlərdən və onların həyat tərzindən bəhs edən ayələr; Mövzumuzu bu ayələrin işığında ələ almağa çalışacağıq. Quran kəliməsinin bir anlamı “Oxumaq” deməkdir. Hz. Peyğəmbərə ilk nazil olan ayənin “Oxu” əmri olduğu və cahilliyin aradan qaldırılmasına işarət etdiyini görürük. “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?!” ayəsi insanların elm yarışına başlamalarını istəməkdədir. Quranda Fizika, Astronomiya, Biologiya və Tibb ilə əlaqəli 750-yə qədər ayə vardır. Qurani-Kərim yer və göylərə baxaraq insanları düşünməyə, təfəkkür etməyə və biliklərini dərinləşdirməyə təşviq etməkdədir. “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” Təhsil və elmə qiymət verən müsəlman alimləri elmə böyük xidmətlər göstərmiş və bu gün mövcud olan qərb mədəniyyətinin inkişaf etməsinə öndərlik etmişlərdi. IX –XVIII əsrlər arasında Riyaziyyat, Astronomiya, Fizika, Kimya, Biologiya, Tibb və başqa sahələrdə məşhur olanlar müsəlman alimlərdir. Müsəlman elm adamlarının bu tədqiqatları zamanı, Qərb mədəniyyəti bataqlıqda olmuş, İslam dünyası isə ən aydın çağını yaşamışdır. Riyaziyyat elminin təməlini qoyan Cebiri Cabir adında bir müsəlman alim olmuşdur. Fəxrəddin Razi mikrobu kəşf etmiş, çiçək və qızılca xəstəliklərinin müalicəsini inkişaf etdirmiş, qəlb xəstəliklərinə qarşı hacamatdan istifadə etmiş, böyrək daşlarını ilk dəfə müalicə ilə əritmişdir. İbn Sina şəkər xəstəliyini və onun civə ilə müalicə üsulunu tapmışdır. Yenə böyük riyaziyyatçı Harizmi rəsədxananı yaratmış və ilk dəfə dünyanın ətrafının 24000 mil olduğunu demişdir. Əl-Biruni dünyanın günəş ətrafında döndüyünü söyləmiş və cəzbetmə qüvvəsinin olduğunu tapmışdır. Yenə optik elminin təməllərini müsəlman alim İbn Hazən (İbni Haysemi Avropada olan adı) atmışdır. Xaçlı səfərləri, Əndəlüs və Siciliyanın təsirləri ilə müsəlmanlar Avropaya işıq saçmışlardır. Quranda ağıla, təfəkkürə və elmi tədqiqatlara verilən dəyərlər Mədəniyyətlər, fərqli qabiliyyətli insanların ağıllarını istifadə etməsi ilə qurulmuşdur. Elm və texnologiya ağılla inkişaf etdirilmişdir. Ağlını istifadə edən və ağıllı davranan cəmiyyətlər hər zaman hakim olmuş və hər sahədə irəli getmişlərdi. Quran hər zaman düşünməyə, ağlı istifadə edərək çalışmalara davam etməyi istəmişdir. Bir ayədə Uca Allah belə buyurmuşdur: “Heç kəs Allahın izni olmadan iman gətirə bilməz (buna görə də əbəs yerə özünü yorma). Allah (Özünün öyüd-nəsihətlərini, hökmlərini) anlamayanları əzaba (kəsafətə) düçar edər”. Doğru düşüncə və təfəkkür, insanı hər zaman xoşbəxtliyə aparan, insana yaxşını pisdən, faydalı olanı zərərli olandan ayırmağı öyrədən bir həqiqətdir. Uca Allah bu nemətə sahib olan insanların ağıllı insanlar olaraq hər zaman doğru yolda olacaqlarını bildirmişdir. “O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!”. “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində, (Allahın hikmət və qüdrətinə dəlalət edən) əlamətlər vardır”. Digər bir ayədə Uca Allah belə buyurmuşdur: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır”. Bu ayədən çıxarılan nəticədə Quranın ağıl ölkəsinə qonaq olduğu və oradan insanlığı aydınlatdığı düşünülməkdədir. Quran ən əvvəl ağıldan istifadə edərək ağıllı bir cəmiyyət qurmağımızı və elmi araşdırmalarımıza buradan başlamamızı istəmişdir. Çünki insan, Allahın varlığına və birliyinə aid olan dəlilləri elmin vasitəsi ilə araşdırmalı və imanın doğruluğuna bu vasitə ilə çatmalıdır. İslam dünyasında olan elmi inkişaflar, Avropaya öndərlik edərək intibah və islahatları yaratmışdır. Quranda Yer Alan Elmi Həqiqətlər Quranın əvvəlcədən xəbər verdiyi elmi həqiqətlər son II-III əsrdə öz əksini tapmaqdadır. Son dövrlərdə inkişaf edən elm, texnologiya və təfəkkür paralelliyində bəzi həqiqətlər üzə çıxmaqdadır. Çünki, Quranın başa düşülən ayələri ilə bərabər insanın anlaya bilmədiyi bir çox mənalara gələn və bir çox mənaya işarət edən ayələri vardır ki, elm bunu hələ son əsrlərdə sübut etməyə çalışır. Bunlar aşağıdakılardır: Dünyanın dönməsi: Bu hadisə Quranın Yasin və Nəml sürələrində yer almışdır. “(O gün) dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla (yerli-yerində) edən Allahın gördüyü işdir. Həqiqətən, O, etdiyiniz (bütün) əməllərdən xəbərdardır!”. Yenə Yasin sürəsində “Nə günəş aya çatar (yetişər), nə də gecə gündüzü ötə bilər. (Günəş, ay və ulduzların) hər biri (özünə məxsus) bir göydə (öz hədəqəsində, öz dairəsində) üzər”. Bu ayələrdə ayın, günəşin və yerin döndüyünə işarət edilmişdir. Bu ayə nazil olduqdan 1000 il sonra yerin öz oxu ətrafında dövr etdiyini söyləyən Qaliley həbs edilmiş və yandırılmışdır. Yerin kürə formasında olması: “Bundan sonra da yeri döşəyib (yayıb) düzəltdi (üstündə gəzmək və yaşamaq üçün onu yararlı hala saldı)”. Uca Allah bu ayədə dünyanın ellips şəklində olduğu bildirmişdir. “(Allah) göyləri və yeri haqq olaraq (hikmətlə) yaratdı. O, gecəni gündüzə, gündüzü də gecəyə qatar (gah gündüzü, gah da gecəni uzadar). O günəşi və ayı ram (bəndələrinin mənafeyinə tabe) etdi. Onların hər biri müəyyən bir müddətədək (qiyamət gününə qədər) hərəkət edər. Agah olun ki, O, yenilməz qüvvət sahibidir, (günahları) çox bağışlayandır!”. Bu ayə isə yerin kürə formasında olduğunu sübut etməkdədir. Neftdən xəbər verməsi: “O Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi. Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi”. Alimlər, yerin üz qabığının canlı qalıqlar olduğunu, sonra bu qalıqların böyük bir geolojik təsirlərlə yerin dibinə getdiyini və orada xüsusi bir qarışımla neftə və qaza döndüyünü müəyyən etmişdilər. Su və həyat: “Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Göylər ilk yaradılışda bir-birinə bitişik bir təbəqə olduğu halda, onların arası hava ilə açılıb yeddi təbəqəyə ayrılmış, yer də bir təbəqə ikən sonra yeddi təbəqəyə bölünmüşdür. Bu, Allahın qüdrətini, əzəmətini sübut edən ən tutarlı dəlillərdəndir)”. Bu ayə bütün canlıların həyatının sudan ibarət olduğunu sübut etməkdədir. Atom nüvəsi və elektronlar: “And içirəm (gecə) yanıb (gündüz) sönən ulduzlara; (Günəşlə, ayla) seyr edib (onlar batdığı zaman) gizlənən səyyarələrə (Zühələ, Müştəriyə, Mərrixə, Zöhrəyə və Ütaridə)”. Bu ayədə yer alan Xunnes atom nüvəsi, Künnəs isə axıb gedən elektronlardır. Küləyin sirrləri: “Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində, Allahın ruzi vermək üçün göydən yağış yağdırmasında, onun vasitəsilə yeri ölümündən (quruduqdan) sonra diriltməsində və küləkləri (müxtəlif tərəflərə) yönəltməsində ağılla düşünənlər üçün (Allahın hər şeyə qadir olmasını sübut edən) dəlillər vardır”. Külək sərinlətməkdə, havanı təmizləməkdə və oksigen verməkdədir. Bitki toxumlarını yaymaqda və onların döllənməsində küləyin əhəmiyyəti böyükdür. Barmaq uclarındakı izlər: Günümüzdə barmaq ucları cəza törədənləri ələ verməkdədir. İnsanlar barmaq uclarında kimliklərini daşımaqdadırlar. Elm XIX əsrə qədər bundan xəbərsizdir. 1856-cı ildə Gen Gissen adında bir ingilis barmaq uclarında olan xətlərin hər insanda fərqli olduğunu kəşf etmişdir. Halbuki Quran 14 əsr əvvəlcədən bunu bildirmişdir. “Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!”.   Dəniz sularının bir-birinə qarışmaması: “(Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı). Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar)”. “Birinin suyu çox şirin, digərininki isə olduqca şor (acı) olan iki dənizi qovuşduran, aralarında (bir-birinə qarışmamaq üçün) maneə və keçilməz sədd qoyan Odur!”. Cəbəllütariq boğazını görüb, bu həqiqətləri açıqlayan ayəni eşitdikdən sonra Kapitan Kousteau müsəlman olmuşdur. Kainatda olan elmi həqiqətlərə işarət: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!”. Planetlər arası dövr: “Üfüqlərdə olan qüdrətimizi göstərəcəyik. And içirəm şəfəqə, Gecəyə və (gecənin) qoynuna aldıqlarına, sizlər haldan hala düşəcəksiniz. (təbəqədən-təbəqəyə aya gedəcəksiniz)”. Bu ayələr insanların bugün aya çıxmalarına işarət edir. Külək sürəti ilə gedilə biləcəğinə işarət edən ayələr: “Süleymana da küləyi ram etdik. O (külək) səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedirdi (bir gündə iki aylıq məsafəni qət edirdi). Onun üçün mis mədənini sel kimi əridib axıtdıq. (Davud dəmiri əlində yumşaldıb istədiyini düzəltdiyi kimi, Süleyman da misdən istədiyini düzəldirdi). Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi. Onlardan hər kəs (Süleymana itaət etməyib) əmrimizdən çıxırdısa, ona cəhənnəm odunun əzabından daddırırdıq”. Suyuti təfsirində: Bu bir yolu bir gündə bitirir demişdir. Merac gecəsində Peyğəmbərimizin Burak miniyi ilə getməsi kimi hadisələr işıq sürəti ilə gedə biləcəyinə işarət edir. Yağışın ölçü və nizamla yağması: Yağışın yağması bir ölçü və düzən içindədir. Yerdən qalxan buxarların soyuq təbəqələrdə toplanıb yağış olaraq yağması, torpağa düşməsi, sulaması, otlara həyat verməsi, suların yığılması və kirliliklərin təmizlənməsi ancaq bir ölçü və düzənə bağlıdır. “O Allah ki, göydən bir qədər (sizin ehtiyacınızı ödəyə biləcək miqdarda) su endirdi. Biz onunla ölü bir məmləkəti dirildirik. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxardılacaqsınız!”. Yerin və göyün qaz halında olması: Alimlərin son əsrlərdə apardığı tədqiqatlarda yerin və göyün qaz halında olmasını təspit etmişlərdi. Amma Quran bunu 14 əsr əvvəlcədən xəbər vermişdir. “Sonra Allah tüstü (duman, yerdən qalxan buxar) halında olan göyə üz tutdu (göyü yaratmaq qərarına gəldi). Ona (göyə) və yerə belə buyurdu: “İstər-istəməz vücuda gəlin!” Onlar da: “İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik!” – deyə cavab verdilər”. Yer üzərində mövcud olan tarazlıq: Quranda kainatın bir nizam və ölçü içində olduğu bildirilmişdir. “Biz yer üzünü döşədik (orada hər şeyi yerbəyer etdik), orada möhkəm dayanan dağlar yerləşdirdik, hər şeydən (bütün meyvələrdən) müəyyən ölçüdə (lazım olan qədər) yetişdirdik”. Bunlardan başqa Quran, yerdə və göydə var olan sirrlərdən, oksigendən, kainatın yaradılışından, qəlblərdə ki, sirrlərdən bəhs edir və bir çox elmi həqiqətlərə işıq tutur. Quran elmə, biliyə, təhsilə əhəmiyyət vermiş və ağıl ilə hərəkət edərək elmi həqiqətlərə çatmanın yolunu göstərmişdir. Mənbə; modern.az
['Qurani-Kərim', 'Quran', 'elm və din']
5,242
https://kayzen.az/blog/ugura-yol/2351/utanma.html
Utanma
Cavid
Müvəffəqiyyətə gedən yol
2 avqust 2011, 01:12
Millət olaraq utanma duyğusu genlərimizə qədər işləmişdir. Bu, millətimizə xas nəcibliyin əlamətidir. Bununla belə, hər duyğunun yerində və tələb edildiyi şəkildə istifadəsi zəruridir. Məsələn, mərhəmət duyğusu. Canavara qarşı mərhəmət göstərmək, onun iştahanı açar, sonra da dişinin kirayəsini istədər. Azğına mərhəmət onu daha da azğınlaşdırar və başqasına təcavüzə təşviq edər. Əli qanlı, üzü qanlı, könlü qanlıya mərhəmət bütün məzlumlara göstərilən qorxunc mərhəmətsizliyə çevrilər. Halbuki mərhəmət varlığın ilk mayasıdır. Onsuz hər şey bulamac və xaosdur. Hər şey mərhəmətlə var olar və mərhəmətlə varlığını sürdürər. Utanma duyğusu da belədir. Yerində işlədilərkən abı-həyat bəxş edən bir iksir kimi, sui-istifadə edilərkən isə düşüncələrimizi ölümə götürən zəhər kimidir. Dəfələrlə iclaslara və konfranslara qatılarıq. Ağlımıza bir sual və ya hər hansı bir fikri irəli sürmək gələr. Utancaqlığımızdan yerimizdən belə qımıldanmarıq. Cəsarət etmək o qədər çətin gələr ki, bizə. Çıxış yolunu ertələməkdə, sonraya saxlamaqda görərik. Bir də baxaraq ki, iclasın qurtardığını elan edirlər. Nədənsə, bu bir neçə saatlıq zaman dilimində illərdir ən çox təkrarladığımız hərəkət olan danışmağı böyük fəlakət bilərik. Utancaqlığımızı ayaq altına almaq ölüm kimi gələr. "Milyonçu" şouda iştirak edən vətəndaşlarımızın həyəcan qorxularını hərəkətlərindən sezmək mümkündür. Ancaq yarışmanın rus versiyanı "Kim milyonçu olmaq istər?" proqramında iştirak edən rusların cəsarətinə heyran qalmamaq mümkün deyil. Bizim vətəndaşımız dosta zəng şansını istifadə edərkən, ola bildikcə həyəcanlanır, tələsir, səs tonu dəyişir və hərəkətlərində bir başqalıq müşahidə olunur. Lakin ruslar sakit həyəcanlanmadan, aydın şəkildə suallarını soruşurlar. Hələ diqqətimi çəkən bir iştirakçı sualının cavabını aldıqdan sonra dostundan hal-xətir soruşur, vəziyyətini öyrənirdi. Cəsarətinə heyran qalmışdım. Bəs, biz necə? Birdən müraciət edib, bizdən sual soruşarlar deyə qatıldığımız toplantıların çoxunda yerə baxar, toplantı aparanın nəzərlərinə tuş gəlməməyə can atarıq. Sanki faydalıymış kimi, utancaqlığımızdan vaz keçməməyə çalışarıq. Hər şeyi tərk edərik amma bizə hər şey tərk etdirən utanmağı, əsla... Nədir, iliklərimizə qədər işləyib, mənliyimizi həbs edən utanmağın səbəbləri? Niyə çox vaxt içimizdə onunla apardığımız mübarizənin məğlub tərəfi biz oluruq? Utanmağa sarılmaq müvəffəq olmaqdan daha xoşdurmu?   Utanmağın səbəbləri. Mütəxəssislər utanmanın müxtəlif səbəblərdən qaynaqlandığını qeyd edirlər. Müvəffəqiyyətə gedən yolun əngəllərindən biri kimi isə utanmanın səbəbləri arasında əsas üç faktor göstərilir: - Bacara bilməmə qorxusu; - Alçaldılma düşüncəsi; - Səhv etmə narahatçılığı.   Bacara bilməmə qorxusu. Susuzluqdan ləhləyən bir itin su içməyə yaxınlaşarkən dəfələrlə geri qaçması gölməçənin kənarında oturan mütəfəkkirin diqqətini çəkir. Sən demə, onu su içmə fikrindən daşındıran, öz əksini suda görüb qorxmasıdır. Dəfələrlə geri çəkilən it, axırda susuzluğa tab gətirə bilməyib özünü suya atır və öz əksini görmədiyinə görə sudan doya-doya içir. Mütəfəkkir düşüncəyə dalır. Demək ki, bir insanın istəkləri ilə arasındakı əngəl çox vaxt öz içində böyütdüyü qorxularıdır. Əgər qorxularını aşmağa müvəffəq olsa, istəklərinə nail ola bilər. Məhz elə, içimizdəki qorxu bizi yeniliklərdən boyun qaçırmağa qımıldanmadan durmağa vadar edər. Bacara bilməmə narahatçılığı mənliyimizə hopmağa başlayar. Vücudumuz artıq qorxunun şoku altındadır. Elə, bu çətin anda utanma duyğusu imdadımıza yetişir, lakin onun təsiri qısa müddətlik ağrıları yatızdıran, lakin heç bir müalicəvi əhəmiyyət kəsb etməyən morfinə bənzəyər. Sadəcə bir anlıq qurtuluş kimi görünsə də, qabiliyyətlərimizi koralmağa məhkum edər. Utanmaqdan qurtuluşun çarəsi hərəkətə keçməkdir. Müvəffəqiyyət mövzusunda ilk seminar verməzdən əvvəl günlərlə düşünmüşdüm. "Görəsən, alınarmı?" sualı beynimi ən çox məşğul edən mövzu idi. Sonunda qərarımı vermişdim. Nə olursa, olsun, bu seminarı verməliydim. Seminarın başlamasına çox az qalmışdı, on və ya on beş dəqiqə. İçimdəki səs alınmayacağını söyləyir, hələ vaz keçmək üçün vaxtın mövcudluğundan xəbər verirdi. Bir az sonra artıq düşünməyə də zaman qalmamışdı. Seminarın başlanğıcında həyəcan duysam da, sonralar keçib getdiyinin fərqinə vardım. İnsanların önündə danışmaq artıq mənim üçün əyləncəyə çevrilmişdi. Utanmaqdan qurtulmaq üçün anında qərar verin. Hərəkət edin, qalxın, soruşun, danışın, düşüncələrinizi reallaşdırın, utancaqlığı ayaq altına alarkən müvəffəq olduğunuzun şahidi olacaqsınız. Alçaldılma düşüncəsi. İnsanların ən gözəl bacardıqları şey məlumat sahibi olduqları və ya olmadıqları mövzularda dayanmadan tənqid etmələridir. Türkiyədə reklam çəkilişləri ilə məşhur Əli Taranın BP Super V üçün hazırladığı reklamın sloqanı bunu daha gözəl əks etdirir. "Ağzı olan danışır". Tənqidlər, təhqirlər, alçaldılmalar... - Dünyanı qurtarmaq sənəmi qalıb? - Özünü nə zənn edirsən? - Bu iş sənlik deyil? - Sən hara, bu iş hara, boşuna vaxt sərf etmə? Bu sözlər çoxumuza tanışdır. Görəsən, alçaldılamayan, kiçik görülməyən insan varmı? Məşhur İngilis yazıçısı Gilbert Kiyt Çestertona müəllimi bir zamanlar "Əgər onun kəlləsi açılsa beyin yerinə böyük bir yağ parçası çıxar" demişdi. Tomas Edisonun orta məktəb müəllimi ona "beyinsiz" bir uşaq olduğunu və heç bir zaman müvəffəq olmayacağını söyləmişdi. İlk kimyəvi təcrübəsi partlayışla nəticələndiyinə görə işdən qovulmuşdu. İngilis senatı Benjamin Disraelinin məclisdə çıxışına qışqırıqlarla izin verilməmişdi. O da "Yaxşı, sözümü kəsirəm, amma məni dinləyəcəyiniz zaman olacaqdır", - demiş və həqiqətən də illər sonra eyni kürsüdən baş nazir olaraq çıxış etmişdi. Məşhur Polşa pianoçusu İqnasi Paderevskiyə piano çalmağa başlamasının ilk illərində musiqi müəllimi "Əllərin pianonun dillərinə hakim ola bilməyəcəyin qədər kiçikdir", - demişdi "Kiçik qadın" romanının yazıçısı Luiza Mey-Alkotta ailəsi xidmətçi və ya dayə olmasını tövsiyə etmişdi. Eyni qədəri paylaşan milyonlarla insan. Lakin nədənsə dünyada kiçik görənlər deyil, alçaldılmağa məhəl qoymayanlar müvəffəq olarlar. Baxın sadaladığımız insanlar çoxları tərəfindən tanınarkən, onlar kiçik görənləri aramızda tanıyan varmı? Hansınız Tomas Edisonun müəlliminin və ya Luiza Mey-Alkottun valideynlərinin adını eşitmisiniz? Görəsən, müəllimləri Çestertonun və Paderevskinin kiçik görüldükləri sahələrdə bir gün onlardan daha önəmli insanlar olacaqlarını bilsəydilər, eyni hərəkətə cürət edərdilərmi? Əsla... Reallaşdırmaq istədiyiniz planları, düşüncələrinizi, hətta bu sahənin çox önəmli insanlarının mövcud olduğu məkanda çəkinmədən söyləyin. Afrikanın ucsuz bucaqsız çöllərində yaz yağışları ilə meydana gələn, lakin yayın qızmar istisi ilə buxarlaşan müvəqqəti göllərdə su yüksəldikdə balıqlar qarışqaları, sular çəkildikdə isə qarışqalar balıqları yeyərlər. Beləki, üstünlük bu gün qarışqada ikən, sabah balığa keçə bilər. Dolayısıyla, balıq və ya qarışqa olmaq heç birinə üstünlük gətirməz, çünki burada kimin kimi yeyəcəyini suyun hərəkəti müəyyən edir. Elə isə kimsənin bugünkü durumu bizi fikirlərimizdən daşındırmamalıdır, beləki, kimin kim olacağını insanlar yox, qədərin Sahibi müəyyənləşdirər. Utanmayın, çəkinməyin, düşüncələrinizi reallaşdırın. Baxışların fərqli olduğu məqamda, düşüncələrin müxtəlif olması normaldır. Bunu artıq qəbullanın. Səhv etmə narahatçılığı Səhv etmə insanlar xarakterində məhfuzdur. Peyğəmbərlər xaric, hər kəs səhv edə bilər. Məşhur insanların səhvlərinə nəzər yetirsəniz, gülüb keçər, bu xüsusiyyətin varlığımızın ayrılmaz parçası, olduğununun yenidən şahidi olarsınız. "Radionun gələcəyi yoxdur." (Lord Kevin - şotlandiyalı fizik alim) "Artıq yeni olacaq bir şey yoxdur. İxtira ediləcək hər şey ixtira olunmuşdur." (Çarles H. Duel - "Amerika Patent idarəsi"nin sədri, 1899-cu il) "Dənizaltı gəmilərin müharibə zamanı nə işə yaraya biləcəklərini anlaya bilmirəm. Hər şey bir yana, içəridəki heyətin ölümünə səbəb ola bilər". (Herbert Colc Uels - britaniyalı yazıçı, 1901-ci il). "Atlar hər zaman istifadə ediləcəkdir. Avtomobil isə ancaq müvəqqəti dəb ola bilər." (Henri Fordun kredit tələbinə əsasən avtomobil sektorunun gələcəyi haqqında düşüncələrini bildirən bank müdiri, 1903-cü il). "Təyyarələr xoşagələn oyuncaqlardır. Ancaq hərbi dəyərləri yoxdur." (Marşal Ferdinand Foş - I Dünya Müharibəsində Fransa ordusunun Baş Komandiri, 1911-ci il). "Artistlərin səslərini kim eşitmək istəyər ki?" ("Harri M. Uarner" kino şirkəti rəhbərlərindən birinin o zamanlar yeni ixtira edilən səsli film çəkilişinə münasibəti, 1927-ci il). "Televizorun ən gec altı ay içində satışları duracaq. İnsanlar hər axşam eyni qutuya baxmağı çox istəməzlər." (Daryik F. Zanuk - "Tuenti Sençri Foks" film studiyasının rəhbəri, 1944-cü il). “Soundlarını bəyənmədim, ayrıca gitara çalan qrupların modası çoxdan keçib. (‘’Dekka Rekord" səsyazma studiyasının rəhbərinin "Bitls" qrupu haqqında dedikləri, 1962-ci il). İnsanların evlərində kompüter olmasının əsas olacaq hər hansı bir səbəb görmürəm. (Kennet Olsen - "Digital Eqvipment" kompüter şirkətinin rəhbəri, 1977-ci il). Yaxın tarix etibarilə göstəriləcək səhvlər sadalamaqla bitməz. Brejnevin respublikamıza səfəri əsnasında tribunadan səhvən Daşkənd və özbəklər üçün yazılmış mətni oxuması, hələ də Azərbaycan insanın ağlından silinməmişdir. Qısacası, səhv etmə insan olaraq təbiətinizdə vardır. Kimsə gəzməyi yıxılmadan öyrənməmişdir. Öyrəndiklərinizin böyük əksəriyyətini səhvlərinizdən aldığınız dərslərə borclusunuz. Amerika Milli Basketbol Assosiasiyasının (NBA) məşqçilərindən Rik Pitino bunu daha gözəl ifadə edir. "Müvəffəqiyyət gözəldir. Gübrə kimidir. Məşqçilik haqqında nə öyrəndimsə, yaşadığım səhvlərdən öyrəndim." Sizə səhv etməyinizi təlqin etmirəm. Ən doğru işi reallaşdırmaq üçün var gücümüzlə çalışmalıyıq. Əsas odur ki, səhv etmə qorxusu zövqümüzü azaltmasın. Əks halda, möhtəməl doğrulardan da uzaq qalarıq.
['utanma', 'utancaqlıq', 'fərdi inkişaf', 'uğur psixologiyası']
5,243
https://kayzen.az/blog/ramazan/6537/ramazan-ay%C4%B1nda-yerin%C9%99-yetiril%C9%99n-%C9%99m%C9%99ll%C9%99r.html
Ramazan ayında yerinə yetirilən əməllər
Ferid_Zeynalli
Ramazan ayı
1 avqust 2011, 23:24
İmam Sadiq (ə) buyurur: «Ramazan ayında bağışlanmayan, gələn ilə qədər bağışlanmaz. (Ərəfədə olma istisnadır, bu zaman bağışlanar)». Mübarək Ramazan ayı dua və ibadət ayıdır. İnsan gərək bu ayda çoxlu dua və ibadət etməklə günahlarının bağışlanmasına müvəffəq olsun və Allahın rəhmətini qazansın. Çünki İslam Peyğəmbəri (s) buyurub: «Bədbəxt və bəd aqibət o kəsdir ki, bu ayda Allahın bağışlamasından məhrum qala». Bu səbəbdən İslam dinində bu ay üçün çoxlu dua və əməllər vardır. Biz bunların bəzisini nəzərinizə çatdırırıq.Ramazan ayının gecələrində yerinə yetirilən əməllər:1. İftar etmək. Yaxşı olar ki, (müstəhəbdir) iftar şam namazından sonra edilsin. Ancaq oruc tutan şəxs çox zəifləsə və ya onu yemək üçün gözləsələr, əvvəl iftar edilməli, sonra isə namaz qılınmalıdır.2. Pak, halal, haram şübhəsi olmayan yeməklərlə iftar etmək. Yaxşı olar ki, iftar xurma və ya su ilə açılsın.3. İftar vaxtı dua oxumaq. Hər kim bu duanı oxusa, Allah ona bu gündə oruc tutanların savabını verər: «Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu» (İlahi, sənin üçün oruc tutdum, sənin ruzinlə iftar etdim və sənə təvəkkül etdim.) Və hər kim birinci tikəni ağzına qoyarkən bu sözləri desə, Allah onun günahlarını bağışlayar: «Bismillahir rəhmanir rəhim. Ya vasiəl məğfirəti iğfirli» (Rəhmli və mərhəmətli Allahın adı ilə. Ey bağışlaması geniş olan Allahım, məni bağışla.)4. İftar vaxtı «Qədr» surəsini oxumaq: «Bismillahir rəhmanir-rəhim. İnna ənzəlnahu fi leylətil qədr. Vəma ədrakə ma leylətulqədr. Leylətul qədri xeyrun min əlfi şəhr. Tənəzzəlul məlaikətu vər-ruhu fiha biizni rəbbihim min kulli əmr. Səlamun hiyə hətta mətləil fəcr» (Rəhimli və mərhəmətli Allahın adı ilə. Həqiqətən, biz Quranı qədr gecəsi nazil etdik. (Ya Peyğəmbər) Qədr gecəsinin nə olduğunu bilirsənmi? Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyrlidir. O gecə mələklər və Ruh (Cəbrail) Rəbblərinin izni ilə hər bir işdən ötrü yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıq, əmin amanlıqdır.)5. Əgər mümkün olsa, iftar vaxtı bir içim su və bir neçə xurma olsa belə, sədəqə və iftar vermək. Peyğəmbərdən (s) rəvayət olunur ki, hər kim oruclu birisinə iftar versə, onun üçün də oruc tutanın savabı yazılar və iftar edənin o yeməyin qüvvətilə etdiyi hər bir yaxşı əməl ona da yazılar (Ancaq bununla belə onun boynundan oruc tutmaq vəzifəsi götürülməz, onun özünün də oruc tutması vacibdir.) .6. Ramazan ayının hər gecəsi bu duanı oxuyanın qırx illik günahı bağışlanar. «Allahummə rəbbə şəhri ramazan əlləzi ənzəltə fihil Qur'an vəftərəztə əla ibadikə fihis-siyam səlli əla Muhəmmədin və ali Muhəmməd vərzuqni həccə beytikəl həram fi ami haza və fi kulli amin vəğfirli tilkəz zünubəl izam fəinnəhu la yəğfiruha ğeyrukə ya Rəhmanu ya Əllam» (Ey Allahım, ey Ramazan ayının Rəbbi! (Bu ay) Elə bir aydır ki, bu ayda Qur'anı nazil etmisən, bu ayda oruc tutmağı bəndələrinə vacib etmisən. Peyğəmbər və onun ailəsinə salam və rəhmət göndər və bu ildə və hər bir ildə öz evinin ziyarətini mənə nəsib et və mənim böyük günahlarımı bağışla. Çünki bu günahları səndən başqası bağışlaya bilməz, ey Rəhimli və xəbərdar olan Allahım.)7. Müstəhəbdir ki, Ramazan ayının hər gecəsi iki rəkət namaz qılına və hər rəkətdə bir dəfə «Həmd» və üç dəfə «İxlas» surəsi oxunar. Namazın salamını verdikdən sonra bu dua oxunur: «Subhanə mən huvə həfiz la yəğful. Subhanə mən huvə rəhim la yə'cəl. Subhanə mən huvə qaim la yəshu. Subhanə mən huvə daim la yəlhu» (Pakdır o Allah ki, qəflətdə olmadan hifz edəndir. Pakdır o Allah ki, əzab verməkdə tələsmədən rəhm edəndir. Pakdır o Allah ki, yaddan çıxmadan həmişə sabitdir. Pakdır o Allah ki, daimidir, boş və ləğv işlərdən uzaqdır.) Bu duadan sonra 7 dəfə təsbihati-ərbəə deyilir (Yəni, «Subhanallahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər».) Sonra deyilir (1 dəfə): «Subhanəkə, subhanəkə, subhanəkə ya əzim iğfirliyəz-zənbələzim» (Paksan Sən, paksan Sən, paksan Sən ey əzəmətli Allah, mənim böyük günahlarımı bağışla.) Və bu duadan sonra da 10 dəfə salavat deyilir: Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Allah bu iki rəkət namazı qılanın 70 min günahını bağışlayar.8. Ramazan ayı ərzində min rəkət namaz qılınır. Qılınma qaydası müxtəlifdir. Daha yaxşısı bu qayda ilədir: Ramazan ayının 20-ci gecəsinə qədər hər gecə iyirmi rəkət namaz qılınır. (Bunun səkkiz rəkəti şam namazından sonra, on iki rəkəti isə xiftən namazından sonra qılınır). Ramazan ayının 21-ci gecəsindən sonra isə hər gecə otuz rəkət namaz qılınır. (Bunun səkkiz rəkəti şam namazından sonra, iyirmi iki rəkəti isə xiftən namazından sonra qılınır). Bu cəmi yeddi yüz rəkət edir. Qalan üç yüz rəkət isə Qədr gecələrində (Ramazan ayının 3 gecəsində) qılınır. Beləliklə? bu üç gecə 300 rəkət namaz qılınmış olur. Bütün bu min rəkət namaz «iki rəkət-iki rəkət» qılınır, hər iki rəkətdən sonra təşəhhüd və salamlar deyilir və bundan sonra qalxıb təkbir (Allahu Əkbər) deyilib namaza davam edilir. Hər rəkətdə «Fatihə» və «İxlas» surələri oxunur.Ramazan ayının gündüzləri yerinə yetirilən əməllər:1. Səhur (o başdanlığı) yemək. Bir xurma və ya bir içim su ilə olsa da belə, səhuru yemək lazımdır (müstəhəbdir).2. Səhur yeyən vaxt «Qədr» surəsini oxumaq. İftar edən vaxt və səhuru yeyəndə «Qədr» surəsini oxuyana, bu iki vaxt arasında (iftar və səhur), Allah yolunda öz qanına bulaşanın savabı yazılar.3. 6-cı gecə əməlində qeyd olunan duanı gündüz də oxumaq müstəhəbdir.4. Hər gün 100 dəfə salavat demək.5. «La ilahə illəllah», «əstəğfirullah» (Allahdan bağışlanma istəyirəm) zikrini bu ay çox demək müstəhəbdir (Ən azı hər gün yüz dəfə «La ilahə illəllah», yetmiş dəfə «Əstəğfirullah» deyilməlidir). Həmçinin, bu ayda Quran çox oxunmalıdır. Çünki bu ay Quran nazil olan aydır.Bütün bu deyilənlər hər gün və hər gecə deyilməlidir.Qədr gecəsinin əməlləriQədr gecələrinin əməlləri iki qismdir. Birinci qism o əməllərdir ki, Qədr gecəsi ehtimal olunan hər üç gecədə (Ramazanın 19, 21 və 23) yerinə yetirilir. İkinci qism isə o əməllərdir ki, onlar ancaq bir gecəyə məxsusdur (Yəni bu əməl, ya ancaq Ramazanın 19-cu gecəsinə və ya ancaq 21-ci gecəsinə və s. məxsus əməllərdir). Qədr gecəsi elə bir gecədir ki, bütün ildə yaxşılıq və üstünlükdə heç bir gecə bu gecəyə çata bilməz. Bu gecədə yaxşı əməl etmək, min ayda əməl etməkdən daha yaxşıdır. İlin işləri bu gecədə müqəddər olur və bu gecədə mələklər və mələklərin ən əzəmətlisi olan Ruh Rəbbinin izni ilə yerə enib, İmam Zaman (ə)-ın xidmətinə təşrif gətirirlər və hər kəs üçün müqəddər olan ona (ə) təqdim olunur. Birinci qismə aid olan əməllər:1. Qüsl2. İki rəkət əhya gecəsinin namazını qılmaq. Hər rəkətdə bir «Həmd» və 7 dəfə «İxlas» surəsi oxunur. Namazdan sonra 70 dəfə deyilir: «Əstəğfirullahə və ətubu ileyh» (Allahdan bağışlanmağımı istəyirəm və ona tövbə edirəm.)3. Qurani-Kərimi açıq vəziyyətdə qarşında tutub bu duanı oxu: «Allahummə inni əs'əlukə bikitabikəl-münzəli və ma fihi və fihis-mukəl əkbəru və əsmaukəl hüsna və ma yuxafu və yurca ən təc'ələni min ütəqaikə minənnar» (İlahi, içərisində Sənin ən böyük ismin və gözəl adların olan, qorxudan və ümid olunan nazil etdiyin bu kitaba xatir Səndən istəyirəm ki, məni cəhənnəm odundan azad etdiklərindən qərar verəsən.) Duadan sonra diləyini Allahdan istəyirsən.4. Quranı başına qoyub bu duanı oxu: «Alahummə bihəqqi hazəl Qur'an və bi həqqi mən ərsəltəhu bihi və bihəqqi kulli mu'minin mədəhtəhu fihi və bihəqqikə əleyhim fəla əhədə ə'rəfu bihəqqikə minkə» (İlahi, bu Qurana xatir və o kəsə xatir ki, bu Quranı onunla birgə göndərmisən və bu Quranda tərif etdiyin hər bir möminə xatir və Sənin onların üzərində olan haqqına xatir, belə ki, Sənin haqqını Səndən daha yaxşı bilən yoxdur.) Sonra 10 dəfə deyirsən: bikə ya Allah, 10 dəfə bi Muhəmmədin, 10 dəfə bi Əliyyin, 10 dəfə bi Fatimətə, 10 dəfə bil Həsəni, 10 dəfə bil Huseyn, 10 dəfə bi Əliyyibnil Huseyn, 10 dəfə bi Muhəmməd ibni Əliyy, 10 dəfə bi Cəfər ibni Muhəmməd, 10 dəfə bi Musəbni Cəfər, 10 dəfə bi Əliyyibni Musa, 10 dəfə bi Muhəmməd ibni Əli, 10 dəfə bi Əliyyibni Muhəmməd, 10 dəfə bil Həsən ibni Əli, 10 dəfə bil Huccəti (İlahi, Səni özünə and verirəm, İlahi, səni Peyğəmbərə (s) and verirəm, İlahi səni Əliyə (ə) and verirəm, İlahi, səni Fatiməyə (ə) and verirəm...) Sonra dilək və hacətini Allahdan istə.5. Əhya (Səhərə qədər oyaq qalmaq). Rəvayətdə var ki, hər kim qədr gecəsini əhya saxlasa, günahları bağışlanar.Bu əməlləri hər üç gecədə yerinə yetirmək lazımdır. Aşağıdakı əməllər isə hər gecənin özünə məxsusdur.19-cu gecənin əməlləri:1. 100 dəfə deyilir: «Əstəğfirullahə rəbbi və ətubu ileyh» (Rəbbim olan Allahdan bağışlanmaq istəyib, ona tövbə edirəm.)2. 100 dəfə deyilir: «Allahumməl'ən qətələtə Əmiril mu'minin» (İlahi, Həzrət Əlinin qatillərini rəhmətindən uzaqlaşdır.)21-ci gecənin əməlləri:21-ci gecənin duası uzun olduğu üçün yazmadıq. İstəyənlər «Məfatihul-cinan» və sair dua kitablarına müraciət edə bilərlər.23-cü gecənin əməlləri:1. «Ənkəbut» və «Rum» surələrini oxumaq. İmam Sadiq (ə) buyurur: «Bu gecədə bu iki surəni oxuyan cənnət əhlindəndir».2. «Duxan» surəsini oxumaq.3. İmam Zamanın fərəc duası: «Bismillahir-rəhmanir-rəhim. Allahummə kunli vəliyyikəl höccət ibnil Həsən səlavatukə əleyhi və əla abaihi fi hazihis saəti vəfi kulli saəh. Vəliyyən və hafiza, və qaidən və nasira, və dəliynən və əyna. Hətta tuskinahu ərzəkə təuən vətuməttiəhu fiha təvila. Birəhmətikə ya ərhəmər-rahimin» (Rəhimli və mərhəmətli Allahın adı ilə. İlahi, öz dostun Hoccət ibni Həsən (ə) üçün bu saatda və hər bir saatda vəli, hifz edən, rəhbər, köməkçi və dəlil ol və onu Öz nəzərin altında saxla. Ta o vaxta qədər ki, onu yer üzərində uzun müddət məskunlaşdırıb, orada nemətlərinlə faydalandırasan.)4. Bu duanı oxumaq: «Allahumməm-dud li fi umri və ausi li fi rizqi və əsihhə li cismi və bəlliğni əməli və in kuntu minəl əşqiyai fəmhuni minəl-əşqiya vəktubni minəs-süədai fə innəkə qultə fi kitabikəl münzəli əla nəbiyyikəl mursəli salavatukə əleyhi və alihi yəmhullahu ma yəşau və yüsbit və indəhu ummulkitab» (İlahi, mənə uzun ömür ver, mənim ruzimi genişləndir, cismimi sağlam et, məni öz arzuma yetir. Əgər mənim adım bədbəxtlər dəftərindədirsə, mənim adımı oradan sil və məni səadət əhlindən qərar ver. Çünki sən mürsəl Peyğəmbərinə - sənin rəhmətin ona və ailəsinə olsun - nazil etdiyin kitabda demisən: «Allah istədiyini silər, istədiyini sabit saxlayar və kitabın əsli onun yanındadır».)Ramazan ayının ilk və son gecəsində ayı görərkən oxunan dualarRamazan ayının ilk gecəsi hilalı gördükdə üzünü qibləyə tutub əlləri səmaya qaldırıb aya xitabən belə deyirsən: «Rəbbi və rəbbukəllahu rəbbul aləmin. Allahummə əhilləhu əleyna bil-əmni vəl iman vəs-səlaməti vəl-islam vəl musarə'əti ila ma tuhibbu və tərza. Allahummə barik ləna fi şəhrina haza vərzuqna xeyrəhu və aunəhu vəsrif ənna zurrəhu və şərrəhu və bəlaəhu və fitnətəhu» (Mənim və sənin rəbbin aləmlərin rəbbi olan Allahdır. İlahi, əmniyyət və imanla, salamatlıqla, İslamla və sənin sevib razı olduğun işlərə tələsməklə bu ayı bizlərə yeniləşdir. İlahi, bu ayımızı bizlər üçün bərəkətli edib, onun xeyri və köməyini bizlərə nəsib et və onun ziyan, şərr, bəla və fitnəsini bizlərdən uzaqlaşdır.)Ramazan ayının son gecəsində aşağıdakı dua ilə ayla vidalaşırlar: «Allahummə la təc'əlhu axirəl-əhdi min siyami lişəhri ramazan və əuzu bikə ən yətluə fəcru hazihilleyləti illa və qəd ğəfərtə li» (İlahi, bunu mənim Ramazan ayında tutduğum orucların axırıncısı qərar vermə. İlahi mən sənə pənah aparıram ki, bu gecənin sübhü açıldıqda məni bağışlamış olasan.) Sübh açılmamışdan Allah onun günahını bağışlayar.
['ramazan ayı', 'Ramazan', 'orucluq']
5,244
https://kayzen.az/blog/Ferid_Zeynalli/6533/ana-haqq%C4%B1-%C3%B6d%C9%99nil%C9%99-bilm%C9%99z.html
Ana haqqı ödənilə bilməz
Ferid_Zeynalli
Bloq: Ferid_Zeynalli
1 avqust 2011, 15:04
8 yaşlı İmran anası şam yeməyi hazırlayan zaman mətbəxə gəlib, ona bir kağız uzadır. Anası yaş əlini silib kağızı alır, orada yazılan bu sözləri oxuyur: - Həyəti təmizlədim: 3 manat - Otağımı səliqə-səhmana saldım: 2 manat - Sənin üçün mağazaya getdim: 1 manat 50 qəpik - Sən işdə olduğun zaman qardaşıma baxdım: 3 manat - Zibili atdım: 2 manat - Məktəbdə yaxşı qiymət aldım: 5 manatCəmi borcun: 16 manat 50 qəpik Ana bir qədər fikrə gedir, sonra qələmi əlinə alıb kağızın arxasına bunları yazır:- Səni 9 ay bətnimdə daşıdım: Pulsuz- Xəstə olduğun günlərdə yanında oturub yuxuya getməyini gözlədim və səhərə qədər Allaha dua etdim: Pulsuz- Öz dəcəlliyin ilə məni göz yaşları axıtmağa vadar etdin, amma səbr edib nazını çəkdim: Pulsuz- Hər gecə yuxuya getməzdən əvvəl sənin səhərini, sağlam və əməlisaleh olmağını düşünüb Allaha yalvardım: Pulsuz- İstədiyimi geyinməyib səni gözəl geyindirdim, boğazımdan kəsib səni doyurdum: Pulsuz- Səni hamıdan çox sevib əzizlədim: Pulsuzİmran anasını yazdıqlarını oxuyub gözləri yaşardı, sonra qələmi götürüb kağıza böyük hərflərlə yazdı : ANACAN, HAMISI ÖDƏNİLDİ...!
['Maraqlı hekayə']
5,245
https://kayzen.az/blog/PR/6283/pablik-riley%C5%9Fnz-n%C9%99dir.html
Pablik rileyşnz nədir?
marketoloq
Public relations
1 avqust 2011, 14:21
PABLİK RİLEYŞNZ (ingil. - Public Relations) NƏDİR?Deyirlər ki, Şərqdə hökmdarlar öz həkimlərinə səhhətlərindən asılı olaraq məvacib verirdilər - həkimlər yalnız hökmdar sağlam olduğu vaxt üçün pul alır, o xəstələndikdə isə məvacibsiz qalırdılar. Buna görə də çalışırdılar ki, «qibleyi-aləmi» həmişə həkim nəzarəti altında saxlasınlar və xəstələnməyə qoymasınlar. Pablik rileyşnz də müntəzəm tibbi profilaktika kimidir. Reklamdan fərqli olaraq, o, ardıcıl şəkildə cəmiyyətdə gedən prosesləri izləyir, proqnozlaşdırır və qabaqlayır. Əgər hansı səbəbdənsə təşkilatın cəmiyyətdə nüfuzu düşübsə, ən bahalı reklam kampaniyası belə onun nüfuzunu qaldıra bilməz, lakin ağıllı düşünülmüş PR metodları ilə vəziyyəti sabitləşdirmək olar (bax: fəsil II, «İctimaiyyətlə əlaqədə ünsiyyət böhranı»). Bununla belə, PR fəaliyyətinin daim mövcud olduğu subyektlərin nüfuzunun kəskin şəkildə düşməsi ehtimalı çox azdır. Beləliklə, birbaşa təsir vasitəsi olan reklamla və marketinqin müxtəlif formaları ilə müqayisədə PR təşkilatın həyatı üçün daha böyük strateji əhəmiyyət kəsb edir. Bir çox hallarda reklam və marketinq fəaliyyəti PR fəaliyyətinin nəticələrindən asılı olaraq qurulur. İngilis sosioloqu, PR-nin müasir konsepsiyasının banisi Sem Blek belə hesab edir ki, təşkilatda PR və reklam fəaliyyətinə eyni şəxs rəhbərlik etsə, daha faydalı olar. Onun fikrincə, reklamı da ictimaiyyətlə əlaqənin bir vasitəsi kimi qəbul etmək lazımdır. Başqa tədqiqatçılar isə iddia edirlər ki, reklam PR-dən fərqlidir, çünki o, daha konkretdir və onun nəticələrini az-çox dəqiqliklə proqnozlaşdırmaq olur. Doğrudan da, PR fəaliyyətinin bir çox sahələri reklamla sıx bağlıdır. Lakin burada reklamın iki növünü bir-birindən ayırmaq lazımdır: əmtəə reklamı və imic reklamı. Əmtəə reklamı konkret mal(lar) və ya xidmət(lər) haqqında istehlakçıları məlumatlandırmağa xidmət edir. Bu cür reklam müraciəti adətən üç əsas məlumatı özündə ehtiva edir: kim (satır)? nə (satır)? harada (satır)? İmic reklamı isə yalnız təşkilatın və ya malın imicinin (fərdiliyinin) formalaşmasına, onun haqqında müsbət ictimai fikrin yaranmasına xidmət edir. Məsələn, əgər təşkilat KİV-də əhalini bayram münasibətilə təbrik edirsə və ya müəyyən reklam obrazlarından istifadə edərək özünü etibarlı bir təşkilat kimi təqdim edirsə, bu, imic reklamıdır. Odur ki, bu reklam növü formasına görə reklam olaraq qalsa da, onu PR fəaliyyəti dairəsinə aid etmək olar. Qeyri-kommersiya təşkilatları, təbii ki, əmtəə reklamından istifadə etmirlər. Burada söhbət imic reklamına aid edilən siyasi və ya sosial reklamdan gedə bilər. Buna görə də belə təşkilatlarda reklam PR məqsədlərinə xidmət edir və onu PR vasitəsi kimi qəbul etmək olar. Bütün bunlara baxmayaraq, reklam, reklam olaraq qalır. Onun öz forması, metodları, mütəxəssisləri var. Müasir cəmiyyət kommunikasiyalar aləmindən asılıdır. Prezidentlər xarici ölkələrə səfərlərini elə planlaşdırırlar ki, xəbərlərin müvafiq buraxılışına düşə bilsinlər. Parlamentə seçkilər kommunikasiya mübarizəsidir. Hətta SSRİ-nin dağılmasını da bəzi tədqiqatçılar kommunikasiya mübarizəsində - «soyuq müharibə»də» onun Qərbə uduzması ilə bağlayırlar. Beləliklə, PR elmini ictimai fikrin idarə olunması haqqında elm kimi də qiymətləndirmək olar. PR fəaliyyətində kommunikasiya - ictimai kommunikasiya adlandırıla bilər və o, gündəlik məişət kommunikasiyasından fərqləndirilməlidir. Adi məişət kommunikasiyası - fərdidir, şifahidir, dialoq üzərində qurulub. Kütləvi, ictimai kommunikasiya - fərdi deyil, yazılı və ya audio-vizualdır, çox zaman monoloq xarakterlidir. Bununla belə, PR-nin nəzərdə tutduğu kommunikasiyada qeyri-fərdilik nisbidir. Burada kommunikator özünün məxsus olduğu obyekt haqqında danışır, lakin onun danışdıqları cəmiyyət üçün də kifayət qədər lazımlı və maraqlı olmalıdır. C.Uayt və L.Mazur PR fəaliyyətindən danışarkən yalnız texnikanı və mexanizmi deyil, həmçinin yanaşma tərzini də qeyd etməyi vacib bilir və daha çox etik motivlər üzərində dayanırlar. Onların fikrincə, PR kommunikasiyasında xoşagəlməz faktlar ört-basdır edilməməlidir. Müvafiq ədəbiyyatda PR-nin yüzlərlə tərifi verilib (PR tədqiqatçısı Q.Poçepsovun hesablamalarına görə - 500-dən çox). Onlardan bir neçəsini nəzərdən keçirək: «Pablik rileyşnz - həqiqətə və tam informasiyaya əsaslanmış qarşılıqlı anlaşma vasitəsilə ahəngdarlığa nail olmaq sənəti və elmidir».» (Sem Blek) «Pablik rileyşnz - idarəçilik fəaliyyətinin yüksək nəticələr əldə etmək məqsədilə firma və ictimaiyyət arasında qarşılıqlı anlaşmaya və ahəngdarlığa nail olmağa yönəldilmiş bir sahəsidir».» (İnqa Sinyayeva, rus sosioloqu) «İctimaiyyətlə əlaqə - etibarlılıq strategiyasını həyata keçirən fəaliyyətdir. Bu strategiyaya dərindən yiyələnənlər həmişə az kommunikabelli rəqiblərini qabaqlayırlar».» (Xoakin Maestre, PR üzrə mütəxəssis (İspaniya)) «İctimaiyyətlə əlaqə - əsas auditoriyalarla əlverişli münasibətlərin yaradılmasına yönəldilmiş idarəçilik fəaliyyətidir».» (Rocer Xeyvud, PR üzrə mütəxəssis (ABŞ)) Amerika PR cəmiyyəti bu fəaliyyətin strategiyasını belə görür: «PR qruplar və təsisatlar arasında qarşılıqlı anlaşmaya nail olmaqla, qərarlar qəbul etməkdə və daha səmərəli fəaliyyət göstərməkdə plüralist cəmiyyətə kömək edir. PR fərdi və ictimai maraqların ahəngdarlığına çalışır». Müəllif: Rafiq İsmaylovMənbə: İctimaiyyətlə Əlaqələr: BÜTÜN YOLLAR KİV-DƏN KEÇİR kitabı
['public relations', 'ictimai əlaqələr']
5,246
https://kayzen.az/blog/Ferid_Zeynalli/6526/d%C3%BCnya-v%C9%99-allah-b%C9%99nd%C9%99l%C9%99rinin-v%C9%99zif%C9%99l%C9%99ri-bar%C9%99d%C9%99-14-n%C9%99sih%C9%99t.html
Dünya və Allah bəndələrinin vəzifələri barədə 14 nəsihət
Ferid_Zeynalli
Bloq: Ferid_Zeynalli
1 avqust 2011, 05:30
Rəhman və Rəhim Allahın adı ilə!1. Dünya imtahan evidir. Bütün insanların bir növ çətinlik və problemləri var. Dünya çətinliyindən xilas olmaq yolu yoxdur. Lakin, Əhli-beytin (ə) bərəkət və inayətilə ötəridir. Elə iş görün ki, axirətdə peşiman olmayasınız. Dünyadakı əməl, axirətin tərəzisidir. Buna görə, öz əməlinizi ixlasla və Allahın razılığı üçün edin ki, rəhmət qapıları sizin üzünüzə açılsın.2. Ömürdən istifadə:Bilin ki, cavanlıq böyük sərmayə, amma ötəridir. Belə ki, onun qayıtması mümkün deyil. Buna əsasən, o şəxslərlə ünsiyyətdən çəkinin ki, onlarla ünsiyyətdə insanın ömrü hədər gedir. Şəri vəzifələri yerinə yetirməkdə, mənəvi təkamül əldə etməkdə ciddi səy göstərin. Bilin ki, şəri məsələlərə diqqət hər bir işin önündədir.3. Qurtuluş proqramları:İnsan hər halda proqram tərtib etməlidir ki, ömrünün sonunda peşiman olmasın. Müəyyən bir vaxtı ibadət və vacib əməlləri yerinə yetirmək üçün nəzərdə tutun. İlahi maarifi, gözəl əxlaqları, nəfsi paklamanı və şəri məsələləri öyrənmək üçün müəyyən bir zamanı ayırın. Habelə, müəyyən bir zamanı özünün dünya ehtiyaclarını ödəmək, halal və bəyənilmiş nemətlərdən istifadəyə ayırırsan.4. Dünyanın zahirindən ibrət almaq:Öz etiqadınızı möhkəmləndirin. Gördüyünüz hər bir şeydən ibrət alın. Diqqət edin, görün ki, bəzi şəxslər necə də dünya ləzzətlərini axirətdən üstün tutur və öz gecə-gündüzlərini heyvani qərizələrə qurban verirlər.Bu qaranlıq simaları görməklə, dərs alın və özünüzü günahlardan uzaqlaşdırın.5. Allahın pənahında olmaq:Sizin cəmiyyətdəki vəzifəniz nəsihət etmək və qəflətdə olanları qəbul edəcəkləri vasitə ilə agah etməkdir. Bilin ki, şeytan pusqudadır. Buna görə də, həmişə Allahdan yardım istəyin və daima belə deyin: "الهى لا تکلنى الى نفسى طرفة عین ابدا" (İlahi la təkilni ila nəfsi tərfətə əynin əbəda), yəni, "İlahi! Heç vaxt məni bir göz qırıpı qədər öz başıma buraxma!"6. Axirət üçün ən yaxşı azuqə:Zahiri hərəkətləriniz elə olmalıdır ki, əgər bir şəxs sizi görsə, sizin əxlaqınız və dini dəyərlərə təəhhüdlü olmanızdan ləzzət alsınlar. Siz "Bizim zinətimiz olun" hədisinə nümunə olun. Öz axirətiniz üçün saleh əməllər toplayın. "Aşura ziyarəti", "Kisa hədisi" və "Camiə ziyarətini" unutmayın.7. İlahi rəhmətə ümidvarlıq:Məyus olmayın. Çünki, Allahın rəhməti genişdir. Siz imtahan vəziyyətindəsiniz. Allah eləməmiş nemətlərə küfr etməyin. Çünki, Allah əməllərə nəzarət edir. Öz bəndələrini müxtəlif yollarla imtahan edir. 8. İlahi təkliflərə əməl:Əziz övladlarım! Bu dəyərsiz bəndənin sizə olan nəsihəti budur ki, İlahi təkliflərə (vacib və haramlara) əməl və onları öyrənməyi özünüzün bütün işlərinizin önünə salın. Öz şəri vəzifələrinizi dinə inamlı fəzilətli şəxslərdən öyrənin. Elm əldə etmək yolunda ciddiliklə çalışın.9. Mənəvi məsələlərə ciddi yanaşmaq:Onlarla birgə olmaq sizi günaha çəkən şəxslərlə ünsiyyətdən pəhriz edin. Mənəviyyata üz tutun. Çünki, sizin səadətiniz buna bağlıdır. Cavanlıq dövrü çox gözəl fürsətdir. Onun avaralıqla keçməməsinə çalışın. Çünki, bihudə həyat peşimançılıq yaradır.10. Nəfslə cihad daimi proqramdır:Nəfsi paklamaqdan qafil olmayın. Nə çox şəxslər var ki, yaxşı dərs oxuyublar, lakin, mənəvi rabitədən qafil olmuş və dinə xidmət edə bilməmişlər. Əgər bir xidmət etmək istəyirsinizsə, təhsildən əlavə nəfslə cihad, Allahla mənəvi rabitə və bütün anlarda Ona təvəkkül etmək fikrinizdə olsun.11. Cavanlar və şəri məsələlərin təlimi:Qarşısına tez-tez çıxan şəri məsələləri öyrənmək hər bir mükəlləfə vacibdir. Bilmədiyi istənilən məsələni soruşmalı və ya əməli risalələrə müraciət etməlidir. Hər gün yeni bir məsələ öyrənməyə çalışmalıdır. Elə bu cavan çağlarından şəri məsələləri öyrənməkdə ciddi olmalıdır. Belə ki, Allah eləməmiş, sonradan başa düşsün ki, yerinə yetirdiyi əməllər işkallı olmuşdur və nəticədə əziyyətə düşsün.12. Həyat tərzində ədalət və orta yol:Orta həyat tərzindən kənara çıxmayın. Elə bir iş görməyin ki, camaat sizi özlərindən başqası hesaba alsınlar.13. Özünü islah və ölümü xatırlama:İnsan həmişə ölümü xatırlamalıdır. Allah eləməmiş, qəflət etməməlidir. Nə qədər ki, fürsət var əvəzini ödəməli və özü üçün azuqə toplamalıdır. Özünü elə hazırlamalıdır ki, nəfsi istəklər onu azdırmamalıdır. Cavan şəxs bu zəmində çalışsa, Allah onu müvəffəq edəcək.14. Qəbir ziyarətinin tərbiyəvi rolu:Ölülərin ziyarətinə gedin ki, bu dərs və ibrətdir və insanı günahdan uzaqlaşdırır. Bizim ehtiyacımız var ki, qəbir əhlinin ziyarətinə getməklə dərs və ibrət alaq və dünya məhəbbətini qəlbimizdən çıxarmağa nail olaq. Bilməliyik ki, bizim aqibətimiz elə bu bir metr yarım yer olacaq. Burada bütün əməllərimizə cavab verməli olacayıq. Mənbə: "Ufuqe hovze", 285-ci nömrə.
['islam fəlsəfəsi']
5,247
https://kayzen.az/blog/kisiler/6525/ki%C5%9Fi-xarakteri.html
Kişi xarakteri
Samir012
Kişilər
1 avqust 2011, 02:06
Cahiliyyə cəmiyyətinin batil ənənələrinin təsirini üzərində daşıyan xarakterlərdən biri də "kişi xarakteri"dir. Yazılı bir tərifi olmasa da, cahiliyyə cəmiyyətini demək olar ki, hər üzvü bu xarakterin bütün xüsusiyyətlərini əzbər bilir.  Hələ uşaq doğulmadan əvvəl ailə üzvləri doğulacaq körpəoğlan olarsa, ona bu xarakteri necə verəcəklərini planlaşdıraraq xəyallarqururlar. Çünki hər şeydən əvvəl bu əxlaqın yaşandığı bir cəmiyyətdə oğlanuşağına sahib ola bilmək böyük bir qürurdur. Cahiliyyə cəmiyyətində hörmət edilən xüsusiyyətlər "kişi dediyin.." ifadəsi ilə başlayır. Onlara görə kişi xarakterinin ilk prinsipi güclü və üstün olmaqdır. Bu təlqin kişilərdə qadınlara nisbətən daha güclü bir şəxsiyyət meydana gəlməsini təmin edir. Əlbəttə, güclü xarakterə sahib olmaq gözəl bir xüsusiyyətdir, ancaq cahiliyyə cəmiyyətində nəzərdə tutulan güc Quran əxlaqında bildirilən güclü xarakter anlayışından çox uzaqdır. Mərhəmətsizliyə, sərtliyə, şəfqətdən uzaq olmağa və hətta şiddətə əsaslanan üstünlük və güc anlayışı cahiliyyə cəmiyyətindəki kişi xarakteri üçün təbii görünür. Cəmiyyətdəki digər tarazlıqlar da  kişinin bu üstünlük iddiasını dəstəkləyəcək xüsusiyyətə malikdirlər. Cahiliyyə cəmiyyətindəki qadınların böyük əksəriyyəti ikinci dərəcəli bir xarakteri mənimsəmişlər. Bu vəziyyətdə kişilərin üzərində daha üstün ola biləcək ikinci bir xarakter yoxdur. Bu düşüncə onlarda qeyd-şərtsiz bir üstünlükduyğusunun inkişafına səbəb olur. Bu səbəblə də ümumiyyətlə kimsədən, xüsusilə də qadınlardan gələcək heç bir tənqidə, ya da tövsiyəyə dözmürlər. Hər bir kişi özünü cəmiyyətin görmək istədiyi kimi olmağaməcbur edir və qoyulan hədlərin xaricinə çıxmamağa səygöstərir. Çünki cahiliyyə bu cəmiyyətdə "kişi xüsusiyyətlərini"yerinə yetirə bilməmək insanı hörmətdən salan haldır. Bir kişi uşaqlığından yaşlılığına qədər hər an çox güclü və çox cəsur olmaq məcburiyyətindədir. Heç bir hadisədə əsla ən kiçik bir zəiflik, uduzma və kişi xarakterinin əksi olan bir davranış göstərməməlidir. Belə ki, xəstələndiyində və ya hər hansı bir səbəbdən acı çəkdiyində  nə olur olsun gərək bunu bildirməsin. Çünki bütün bunlar yalnız qadınlara xas xüsusiyyətlərdir və kişinin bu acizvəziyyətə düşməsi cahiliyyə cəmiyyətinin dünyagörüşünə görəona "yaraşmaz", ya da öz ifadələri ilə desək, "kişi ağrı hiss etməz". Ancaq bunu da əlavə etmək lazımdır ki, cəmiyyətin kişiyə verdiyi güclü, cəsur, ya da hakim xarakterli olmaq kimi xüsusiyyətlərin heç birində səhv yoxdur və əslində bütün bunlar gözəl xüsusiyyətlərdir. Amma Quran əxlaqının yaşanmadığı cəmiyyətdə ortaya atılan bir üstünlük iddiası "qürur" və "lovğalanma" hisslərinin inkişafına səbəb olur ki, Quranda insanların bu cür davranışlardan  çəkinmələri əmr edilmişdir:Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! (Loğman Surəsi, 18). Bu səbəblə də, əslində cahiliyyə kişilərinin müsbət ola biləcək bu xüsusiyyətləri lovğalanma meylləri səbəbindən mənfi xüsusiyyətlərə çevrilir. Nəhayət, meydana öz üstünlüyündən qəti əmin olan, nə öz həmcinslərinin, nə də digər insanların sözünə etibar etməyən eqoist bir şəxsiyyət çıxır.Həmçinin bax:Kişilər nələri istəyir?
['kişi psixologiyası', 'xarakter']
5,248
https://kayzen.az/blog/qadin/6524/cahil-c%C9%99miyy%C9%99t-i-evdar-qad%C4%B1n-xarakteri.html
Cahil cəmiyyət I Evdar qadın xarakteri
Samir012
Qadın
1 avqust 2011, 01:44
Cahiliyyə cəmiyyətinin çox böyük diqqətlə tətbiq etdiyi xarakterlərdən ilki   "evdar qadın xarakteri" dir. Bu xarakter demək olar ki bütün cəmiyyətin tərəfindən çox yaxşı bilinir  və hansı mədəniyyətdənolursa olsun dünyanın dörd bir tərəfindəki qadınların böyük əksəriyyəti tərəfindən tətbiq olunur. Bu xarakter, hardasa  hər qız uşağının, uşaqlıq illərindən etibarən etina etdiyi və bir gün mütləq yaşamaq istədiyi modeldir. Bu mövzuda onlara nümunə olan ən yaxın insan da analarıdır. Analarını və ətraflarındakı digər qadınları müşahidə etmələri nəticəsində, yetkin bir qadının necə şəxsiyyətə sahib olacağı, həyatını hansı ideallar üzərinə quracağı,  ya da günlərini necə keçirəcəyi haqqında uşaqların ağıllarında yavaş yavaş bir model formalaşmağa başlayır.Yaxşı ailə qurmaq, gözəl ev sahibi olub, sağlam uşaqlar dünyaya gətirmək,  qohum və dostlara qonaq getmək, uşaqlarıntərbiyəsi, alış-veriş, ev təmizliyi, və buna bənzər işlər bu modelin təməl xarakterini meydana gətirir.Əlbəttə insanın yaxşı bir ailə qurması, yaxşı ailə həyatına sahib olması bir gözəllik və nemətdir, möminlər də bu nemətə sahib olmaq istəyərlər. Ancaq burada səhv olan Allahın bildirdiyi əxlaqı vədavranışları  mənimsəmədən, böyük bir dünyəvi ehtirasla bunlara sahib olma ehtirasıdır.Dünyaya dair hələ çox şey bilməyən uşaqlar bütün bu məşğuliyyətlərin bir qadın üçün ola biləcək ən ideal həyatı təşkil etdiyini düşünürlər və sorğu - sual  etmədən gələcəkdə  mütləq bu həyatı yaşamaq haqda qərarlarını verirlər və bu qərarlarını həyata keçirirlər.Bir insanın eviylə maraqlanması əlbəttə ki, pis, ya da qınanacaq bir davranış deyil. Ancaq insanın bütün dünyasının yalnız dörd divarla məhdud olması və ideallarının, zövqlərinin, vərdişlərinin, problemlərinin və üfüqünün də yenə eyni dörd divar arasında qalması və həyatının Quranda bildirilən əsl məqsədini unutması səhvdir. Necə ki, bu kəslər yaşadıqları məkan ilə birlikdə düşüncələrini də məhdudlaşdırır və kiçik bir dünyada yaşamağa başlayırlar. Kiçik hədəfləri, kiçik məqsədləri, kiçik ümidləri, kiçik hesabları olur. Quranda təsvir edilən, Allaha qarşı vəzifəsini ən yaxşı şəkildə yerinə yetirən, Allahın razı qalacağı şəkildə hərəkət edən, davamlı Allaha yönələn, davamlı axirət yurdunu xatırlayan möminlərdən tamamilə uzaq xarakterə sahib olurlar.Cahiliyyə cəmiyyətindəki evdar qadın modelində, ən əhəmiyyətli mövzular; özləri, ailələri, uşaqları və gələcəyə aid planlarıdır. Orta səviyyəli bir ailədə bu planlar kirayə ödəməkdən ev sahibi olmaq, elektrik, su fakturasını, ya da uşaqlarının məktəb xərclərini qarşılaya bilmək, hətta bəlkə bir gün bir avtomobil sahibi olmaq, ya da evin əşyalarını yeniləmək ola bilər. Ancaq daha yaxşı şərtlərdə yaşayan bir evdar qadının idealları da ən az bunlar qədər məhduddur. Bu kəslərin planları da yenə eyni şəkildə evləri, ailələri, ya da uşaqları üzərinə qurulmuşdur. Rəfiqələri  arasında evinin gözəlliyiylə, uşaqlarının hansı kolleclərdə oxuduqlarıyla, ya da yoldaşlarının özlərinə aldığı avtomobillə özünü göstərmək, bu kəslərin həyatlarına məna qazandıran ən əhəmiyyətli mövzulardır. Təkrar ifadə etmək lazımdır ki, burada sayılanların hamısı əlbəttə ki lazımlı işlərdir, ancaq cahiliyyə qadınlarının səhvi, sıralanan bu bir neçə kiçik zövq xaricində yüksək bir ideal əldə etməmiş olmalarıdır. Yoxsa yaşadıqları bu həyatı yüksək bir ruh və böyük ideallar üzərinə qursalar, hətta eyni şərtlərdə yaşasalar belə bu xarakterdə sıxışıb qalmazlar. Bunun ən gözəl nümunələrini mömin qadınlarda görmək mümkündür.Allaha iman edən bir insanın qadın olsun, kişi olsun üfqü geniş, idealları böyükdür. Mömin xarakterini daşıyan bir qadın yalnız evinin, ailəsinin ya da qohumlarının deyil, bütün dünyanın məsuliyyətini boynuna götürmüşdür. Lazım olduğunda o da dörd divar arasında otura bilər, ev işlərini görüb rəfiqələri ilə görüşə bilər, amma düşüncələrini, hədəflərini, ya da məsuliyyətlərini  əsla bu məkan ilə məhdudlaşdırmaz. Kiçik hədəflərin arxasından qaçan kiçik bir insan olmağı qətiyyən özünə yaraşdırmaz və qəbul etməz. Oturduğu yerdən bütün dünyanın problemlərinə çıxış yolu axtarar, fikirlərini təkmilləşdirər, kilidlənən nöqtələrin açılmasını təmin edər və ən əhəmiyyətlisi də bütün bunlardan müsbət  nəticələr əldə edər. Cəmiyyətin özü üçün təyin etdiyi modeldən uzaqlaşmayan və bundan kənara çıxmağı hədəfləməyən cahiliyyədəki evdar qadın həyatını özü üçün çəkilən sərhədlər içərisində yaşayar. Bunun ən əhəmiyyətli səbəblərindən biri dünyanın yaşadığı tək yer olduğunu zənn etməsi, axirətin və Allaha hesab verəcəyi günün yaxınlaşmaqda olduğu gerçəyini göz ardı etməsidir. Əlbəttə ölümdən sonrasını düşünməyən bir insanın bütün həyatı da bu qısa dünya həyatına aid mənfəətlər əldə etmə səyi içində keçər. Və belə bir insan ətrafındakı kəslərin təyin etdiyi qaydaların xaricinə çıxmadan yaşamağa çalışar. Allahın razılığını deyil, ətrafındakı yüzlərlə insanın razılığını axtarar. Bunun nəticəsi də, cahiliyyənin primitiv həyat tərzidir. Bu həyat tərzinin əsas  prinsipləri isə müəyyən şeylərdən ibarətdir.
['cahillik', 'evdar qadın', 'problemlər']
5,249
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/6522/adaml%C4%B1q-dini-i-evlilik-psixologiyas%C4%B1.html
Adamlıq dini I Evlilik psixologiyası
Samir012
Xoşbəxt ailə
1 avqust 2011, 01:26
Yəqin ki artıq çoxlarına söhbətin nədən gedəcəyi təxminən aydındır. Ümumiyyətlə götürsək adamlıq dinində bu evlilik dövrü gənc qız və oğlanın müəyyən bir yaşa gəlib şatması ilə başlayır ilə. Uzun müddətdən bəri gözləyən ata və ana  uşaqlarının evliliyini, toyunu və necə deyərlər xoşbəxtliyini  görmək və illərlə verdikləri əməklərin qarşılığını tədricən almaq istəyirlər.  Ancaq ümumiyyətlə adamlıq dininin evlilikləri uşaqların özlərinin tanış olması ilə olmaz. Bu həmdə  ata və ana müəyyən yaşa gəlmiş uşağının evlənməyinin vacib olduğunu düşündüyündən  bunu həyata keçirmək üçün bir çox üsullardan istifadə edir. Əgər uşaqlar evlənəcəyi adamı seçə bilmirlərsə bu zaman işi ailələri, qohumları və dostları öz öhdələrinə götürürlər. Artıq evlilik üçün süni görüşlər və tanışlıqlar təşkil edilir. Bu görüşləri düzüb-qoşan, hər yerdə bilinən və tanınan ustaları vardır. Ətrafda gəncləri tanışdıran məşhur, ümumiyyətlə yaşı ötmüş bəzi şəxslər vaxtlarını özlərinə uyğun mədəniyyətdə, zənginlikdə, gözəllikdə və mühitdə yaşayan gəncləri axtarmaqla keçirirlər. Demək olar ki, hər ailənin belə bir böyüyü, ya da tanışı vardır. Evlilik dövrü beləcə başlamış olur. Tanışlıq mərhələsi başa çatdıqdan sonra iki tərəf də bir-birlərini ailələrinin onlara öyrətdiyi süzgəclərdən keçirməyə başlayır. Nəhayət ailəsinin uşaqlıqdan bəri onun üçün xərclədiyi zaman və imkanın qarşılığını onlara vermə vaxtı gəlib çatmışdır. Yaxşı bir evlilik həm ətrafındakı insanlar, həm özü, həm də ailəsi üçün lazımlı və şərtdir. Tanış olandan sonra əgər hər iki tərəf də bir-birlərinin yaşadığı mühiti, ictimai statusunu, paltarının markasını, ya da avtomobilini bir-birlərinə uyğun hesab etmişsə, tanışlıqdan sonra bir yemək və görüş təyin edilir. Bu görüşmə üçün paltar bəyənmə müddəti olduqca uzundur. İki tərəf də gün ərzində bu görüşmədə nə geyinəcəyini düşünür. Hətta ailənin  və yoldaşların da fikirləri soruşulur və nə geyiniləcəyinə belə qərar verilir. İki tərəfi də evliliyə razı salmaq üçün o qədər uzun bir zaman lazım olmur. Qadın kişinin onu dolandıracağı qənaətinə gəlirsə evlənir. Kişi də qadının onu iş və ya ictimai mühitində  yaxşı təmsil edəcəyinə, yanında yaxşı görünəcəyinə əmin olarsa rahatlıqla evlənir. Nişan qərarlaşdırılır. Nişan  görüşmənin cəmiyyət tərəfindən qəbul edilmiş halıdır. Səmimiyyətsizlik ilk başdan hadisənin ən diqqətə çarpan xüsusiyyətidir. Oğlan aldığı çiçəklərlə, hədiyyələrlə qız və ailəsinə göstəriş edərək özünü varlı və cömərd göstərməyə çalışır. Çünki qızla evlənə bilməsi onun zənginlik imiciylə bağlıdır. Bu dövrdə pul xərcləməkdən çəkinilmir, çünki sərf edilən pul gələcəkdə  iki tərəfə də ev, pul, paltar, prestij və s. olaraq artıqlaması ilə geri dönəcəkdir. Ailə çox qısa zamanda gələcək kürəkən haqqında hamının fikirlərini öyrənməyə başlayır. Əsl məqsəd  ətrafdakılar tərəfindən bəyənilən bir adam olub-olmadığını bilməkdir. Gələcək kürəkənin gəlir səviyyəsi, malı-mülkü haqqında məlumat əldə edilərək ətrafa bildirilir. Əgər maddi vəziyyəti yaxşıdırsa xarici görünüşü və əxlaqı o qədər əhəmiyyət daşımır. Bundan sonra ailələr görüşməyə başlayır. Bu görüşmə bir növ alış-veriş görüşməsidir. Qızın ailəsi qızlarının qarşılığında nə alacağını hesablayırlar. Bu birbaşa olaraq pul olmasa belə prestij, şan-şöhrət, ev, mebel kimi bir qarşılıqdır. Qərar verildikdən sonra nişan üçün pul yığılmağa başlanılır. Qıza hədiyyələr alınır. Nişanı qız tərəfi edir. Qarşılığında böyük toy gözləyirlər. Hansı tərəfin bu iş üçün nə qədər pul xərcləyəcəyi əvvəlcədən təyin olunmuşdur. Toydakı içkilərə qədər hansı tərəfin nəyi öz öhdəsinə götürəcəyi müəyyən edilir. Ailənin maddi vəziyyəti xərci qarşılamağa çatmasa belə ailə borc alaraq, ya da nə isə sataraq bunu şübhəsiz boynuna götürür. Qarşı tərəfə pulsuz görünməmək bu qısa müddət ərzində çox əhəmiyyətlidir. Hər iki tərəfin də yaxınları pul ödəmədən yeyib-içib əylənmək üçün nişanın edilməsini səbrsizliklə gözləyirlər. Lakin, bir tərəfdən də gəlin və kürəkənə qızıl taxmaq, hədiyyə almaq lazım olduğu üçün bunun çətinliyini yaşayarlar. "Ən ucuz hədiyyəni necə ala bilərik?" problemi başlayır. Gəlinlə kürəkənin atalarından mənfəəti olanlar yaxşı qızıl taxar, yaxşı ailə dostu kimi davranarlar. Adamlıq dininin evlilik mərasimlərinə baxıldığında, dünya həyatının hiyləli bəzəyi olan göstəriş etmək marağı və insanların razılığını axtarmaq xəstəliyi ən çox müşahidə ediləndir. Ailələrin nişan, toy kimi təmtəraqlı mərasimlər təşkil etmələrindəki əsas məqsəd  göstəriş etməkdir. Məsələn cehiz göstərmək  günündə bütün qonşular evə çağırılır. Cehizlər dosta, qonşuya, hər kəsə nümayiş etdirilir. Qonaqlar isə ümumiyyətlə çox bəyəndiklərinə dair şişirdilmiş reaksiyalar verirlər. Ancaq çox vaxt öz evlərinə qayıtdıqdan sonra necə də pis, işə yaramaz şeylər alındığı haqqında dedi-qodu edirlər.Həmçinin bax: Toydan əvvəl fikirləşin
['evlilik', 'adamlıq dini', 'toy', 'adətlər', 'izdivac', 'evlənmə', 'nikah']
5,250
https://kayzen.az/blog/s%C3%BCnn%C9%99/6520/pey%C4%9F%C9%99mb%C9%99r-%C9%99f%C9%99ndimizs.%C9%99.s.-hz.-fatim%C9%99y%C9%99-toy-g%C3%BCn%C3%BC-n%C9%99l%C9%99ri-n%C9%99sih%C9%99t-verdi.html
Peyğəmbər əfəndimiz(s.ə.s.) Hz. Fatiməyə toy günü nələri nəsihət verdi???
ayxansevda
Sünnə
31 iyul 2011, 22:59
Qızım,evimizdən çıxıb başqa bir evə,ülfət etmədiyin bir kimsəyə gedirsən..Sən ərinə yer ol ki,o sənə göy olsun!Sən ona xidmətçi ol ki,o sənə kölə olsun!Ərinə yumşaq davran!Əsəbi hallarında səssizcə yanından keç.. Hirsi keçənə qədər ona görünmə..Ağzını və qulağını mühafizə et..Ərin sənə pis söyləsə,söylədiklərini eşitmə. əsla qarşılıq vermə!Ona qarşı gəlmə!Daim səndən gözəl söz eşitsin,gülər üz görsün..Bu surətlə sənə yaxşı nəzərlə baxsın.."
['islamda qadın']
5,251
https://kayzen.az/blog/Ferid_Zeynalli/6519/oruc-v%C9%99-axir%C9%99t-savab%C4%B1.html
Oruc və axirət savabı
Ferid_Zeynalli
Bloq: Ferid_Zeynalli
31 iyul 2011, 20:36
Axirətin tarlası olan dünyaya axirət üçün əkin əkməyə və ticarət etməyə gələn insanoğlunun qazancı ilə bağlı ramazan orucunun hikmətlərindən biri də budur: ramazanda ibadət və əməllərin savabı birə mindir. Hədisin açıq-aşkar bəyanına görə Quran-Kərimin (oxunan) hər bir hərfinin on savabı var, on həsənə (xeyirli əməl) sayılır, on cənnət meyvəsi gətirir. Ramazanda hər bir hərfin on deyil, min... Və Ayətül-Kürsi kimi ayələrin hər bir hərfi minlərlə... Bu, ramazanın cümə günlərində daha da artır. Qədir gecəsində isə otuz min həsənə sayılır. Çünki "Qədir gecəsi min aydan xeyirlidir" ("Qədr" surəsi, 97/3) ayəsində açıq şəkildə ifadə edildiyinə görə min ay otuz min gün edir. Bəli, hər bir hərfi otuz min əbədi meyvələr verən Qurani-Kərim nurani Tuba ağacı (cənnətdə bitən kökü göylərdə budaqlan aşağıda olan ağacın adı) kimi ramazan ayında möminlərə milyonlarla o əbədi meyvələri qazandırır. İndi gəl bu qüdsi, əbədi, xeyirli ticarətə bax, seyr et və düşün. Bu hərflərin qiymətini təqdir etməyənlərin nə qədər itirdiyini anla...Ramazan, sanki, axirət ticarəti üçün faydalı, qazanclı bazardır. Üxrəvi (axirətə aid) məhsul əldə etmək üçün bərəkətli və münbit zəmindir. Əməl və ibadətləri çiçəkləndirən yaz yağışıdır. İlahi Rübubiyyətin səltənəti qarşısında insan ubudiyyətinin (qulluğunun) rəsmi keçididir. Buna görə də insan yemək-içmək kimi nəfsin heyvani ehtiyac və istəklərinə, mənasız işlərə, şiddətlə arzuladığı faydasız iştahaların toruna düşməmək üçün oruc tutmaqla mükəlləf olmuşdur. Sanki, müvəqqəti olaraq cismani hislərindən uzaqlaşıb mələkliyə və ya axirət ticarətinə girən insan dünyəvi ehtiyaclarını müvəqqəti bir kənara buraxmaqla ruhən üxrəviləşərək orucu ilə ALLAHın Saməd isminə aynalıq edir. Çünki ALLAH-Təala Saməddir. Yəni hər şey ona möhtacdır. O, heç nəyə möhtac deyildir. Yəni yeməyə, içməyə və sair şeylərə ehtiyacı yoxdur. Yeməkdən, içməkdən, evlənməkdən uzaq olan mələklər bununla ALLAHın Saməd isminin aynasıdır. İnsanlar da ramazan ayında mələklərə bənzəyib Saməd isminin aynası ola bilərlər.Ramazan bu fani dünyada, fani ömür içində və qısa bir həyatda insana baqi (əbədi) axirət həyatını qazandırır. Bəli, təkcə ramazan səksən illik bir ömrün meyvələrini qazandıra bilər. Qədir gecəsinin isə Quranın açıq bəyanı ilə min aydan daha xeyirli olması bu sirrə qəti dəlildir. Necə ki bir padşah hakimiyyəti müddətində ildə bir dəfə taxta çıxması münasibətilə, yaxud başqa münasibətdə bəzi günləri bayram edir. Həmin gün sadiq təbəəsini ümumi qanunlar dairəsində deyil, xüsusi lütflərlə, maneəsiz, pərdəsiz qəbullarla, xalis iltifatla mükafatlandırır. Eləcə də on səkkiz min aləmin Əzəli və Əbədi Sultanı ALLAH-Təala o on səkkiz min aləmə, baxan uca, şanlı fərmanını - Qurani Kərimi Mübarək Ramazanda nazil etmişdir. Əlbəttə, o ramazanın xüsusi, İlahi bir bayram, Rəbbani bir sərgi və ruhani bir məclis olmasının hikmətidir.Madam ki ramazan belə bir bayramdır, təbii ki, insanın səfil və cismani məşğuliyyətlərdən ayırmaq üçün orucu əmr edəcək. Orucun ən mükəmməli isə mədə kimi bütün duyğulara: göz, qulaq, qəlb, xəyal və fikrə bir növ oruc tutdurmaqdır. Yəni haram edilən şeylərdən, mənasız, boş-boş işlərdən onları çəkindirmək və hər birisinə məxsusi ibadətə sövq etdirməkdir. Məsələn, dilini yalandan, qeybətdən və ədəbsiz sözlərdən uzaqlaşdırmaqla ona oruc tutdurmaq və o dili Quran oxuma, zikir, fikir, təsbeh, salavat və istiğfar kimi şeylərlə məşğul etmək..Məsələn, gözünü naməhrəmə baxmaqdan, qulağım pis şeyləri eşitməkdən çəkindirib gözünü ibrətə və qulağını Haq Söz və Quran dinləməyə yönəltmək.Ən böyük fabrik olan mədəyə orucla istirahət verilərsə, başqa digər kiçik dəzgahlar da asanlıqla ona tabe olar.
['islam fəlsəfəsi']
5,252
https://kayzen.az/blog/Ferid_Zeynalli/6518/ail%C9%99-qurmaq-v%C9%99-do%C4%9Fru-se%C3%A7im.html
Ailə qurmaq və doğru seçim
Ferid_Zeynalli
Bloq: Ferid_Zeynalli
31 iyul 2011, 20:32
Ailənin müvəffəqiyyətində ən tə'sirli addım həyat yoldaşı seçimində yetərincə diqqət göstərilməsi və araşdırma aparılmasıdır. Təcrübə göstərir ki, ailədə baş verən bir çox acılıqların səbəbi həmin bu mərhələdəki mə'lumatsızlıq və qəflətdir. Bə'ziləri yetərincə araşdırma aparmadan ailə həyatı qurur. Belələri uyğun sahədə səhlənkarlıqlarının acı nəticələrini düşünmədən həyat yoldaşı seçirlər. Qısa bir müddətdən sonra anlayırlar ki, onlar arasında düşüncə və əxlaq baxımından ciddi ziddiyyət mövcuddur. Bə'ziləri isə həyat yoldaşı seçimində yanlış me'yarları əsas götürür və nəticədə üzücü peşmançılığa düçar olurlar.Ailənin müvəffəqiyyəti hər şeydən öncə həyat yoldaşının agahlıqla seçilməsi və bu seçimdə düzgün me'yarlardan istifadə olunmasından asılıdır.Hələ ki, ailə həyatı qurmamış və ailə təcrübəsi olmayan bir kəs bu seçimin nə dərəcədə əhəmiyyətli olduğunu düzgün dərk edə bilmir. Ailə qurduqdan sonra isə insan bu seçimin nə dərəcədə əhəmiyyətli olduğunu anlayır.Evlənmək istəyən şəxs hər şeydən öncə ailə həyatı qurmaqda məqsədinin nə olduğunu və ailə həyatından nə istədiyini müəyyənləşdirməlidir. Müəyyənləşdirilməlidir ki, məqsəd varlanmaq və daha çox maddi ləzzət duymaqdır, yoxsa insani və mə'nəvi dəyərləri qorumaqla sağlam ailə qurmaq? İnsan bu suala cavab verməklə öz həyat yolunu müəyyənləşdirir. Həyat yoldaşı seçimi də bu baxışdan asılıdır.Əgər yalnız maddi və zahiri məsələləri me'yar götürsək və bu əsasda seçim aparsaq, ailədən vəfa, səmimiyyət, fədakarlıq və məhəbbət intizarında olmamalıyıq.Mə'lum məsələdir ki, uyğun dəyərlərə malik olmayan ailənin olmağındansa olmamağı yaxşıdır. Ciddi problemlərlə rastlaşmış və qısa bir zamanda dağılan ailələrin əksəri həmin bu növə aiddir. Yə'ni bu ailələrin təməli gerçək dəyərlər üzərində qurulmamışdır.Təcrübədən mə'lum olur ki, bə'zi gənclər ailə həyatı qurmağı ticarətlə səhv salırlar. Evlənməkdə məqsədi sərvət əldə etmək olanlar da var. Bə'ziləri də qarşı tərəfin yalnız zahiri gözəlliyini əsas götürür, düşüncə və şəxsiyyəti ilə maraqlanmırlar. Həyat yoldaşı seçimində qarşı tərəfin ictimai mövqeyini, peşəsini əsas götürənlər də var. Bu vaxt təbii ki, zəruri amillər nəzərdən qaçırılır. Bütün bu hallarda müştərək həyatın davamı problemə çevrilir. Ailələrə və ailə qurmaq fikrində olan gənclərə belə bir mühüm nöqtəni xatırlatmaq lazım gəlir ki, həyat yoldaşı seçimində gözüyumulu addım atmaqla öz gələcəklərini puça çıxarmasınlar. Çünki bu səhv addımın ardınca bir ömür peşmanlıq gəlir.
['Aile münasibətləri']
5,253
https://kayzen.az/blog/ramazan/6493/2011-ci-ilin-ramazan-t%C9%99qvimi.html
2011-ci ilin Ramazan təqvimi
Cavid
Ramazan ayı
31 iyul 2011, 13:47
Əziz dostlar! Əvvəlcə Ramazan ayınin hamımız üçün xeyirli və bərəkətli olmağını Allahdan  diləyirəm. Oruc tutanların sayının inşAllah daha da çox olacağını nəzərə alaraq sizlərə Ramzan Ayının bu il üçün təqvimini paylaşıram. Onu da qey edim ki təqdim edəcəyim təqdim Qafqaz Müsəlmanları İdarəsinin 2011-ci il üçün hazırladığı Ramazan təqvimidir və İnşAllah doğruluğuna əmin ola bilərsiniz. Bildiyiniz kimi niyyət gecəsi iyulun 31-idir və Ramazan ayı avqustun 1-dən başlayır. Bakı şəhəri üçün təqvim aşağıdakı kimidir Bəzi şəhərlər üçün Bakı vaxtına edilən əlavələr isə belədir:  Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək + 18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzuli +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Qubadlı +13, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz  +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9 dəqiqə. Bu cədvəl də Bakı üçün nəzərdə tutulub və vaxtlar tamamilə eynidir, Sadəcə fərqli formadadır.Allah hamımızın oruc və namazlarını qəbul etsin inşAllah. Ramazan ayının duaları   1-ci günün duası 2-ci günün duası 3-cü günün duası 4-cü günün duası 5-ci günün duası 6-cı günün duası 7-ci günün duası 8-ci günün duası 9-cu günün duası 10-cu günün duası 11-ci günün duası 12-ci günün duası 13-cü günün duası 14-cü günün duası 15-ci günün duası 16-cı günün duası 17-ci günün duası 18-ci günün duası 19-cu günün duası 20-ci günün duası 21-ci günün duası 22-ci günün duası 23-cü günün duası 24-ci günün duası 25-ci günün duası 26-cı günün duası 27-ci günün duası 28-cü günün duası 29-cu günün duası 30-cu günün duası
['ramazan təqvimi', '2011 təqvim']
5,254
https://kayzen.az/blog/ayxansevda/6487/%C3%BCz-d%C9%99risi-%C3%BC%C3%A7%C3%BCn-maskalar.html
Üz dərisi üçün maskalar
ayxansevda
Bloq: ayxansevda
31 iyul 2011, 12:49
Bir xörək qaşığı mayonezi və ya qatığı üzünüzə çəkin. Mayonez ağardıcı, qatıq isə qidalandırıcı effektə malikdir.Genişlənmiş məsamələri aradan qaldırmaq üçün yumurta ağını üzünüzə çəkin və quruduqdan sonra yuyun.Xiyarı əzib üzünüzə çəkin. Bu dərini qidalandırır, təravətləndirir və cavanlaşdırır. Təzə yerkökünü kiçik gözlü sürtkəcdən keçirib mayonezlə qarışdırın. Bu maskadan sonra bir gün dəri xınayı rəngdə ləkələrlə örtülür. Lakin maska güclü cavanlaşdırıcı təsirə malikdir.Bal və xama qarışığından hazırlanan maska dəriyə qidalandırıcı təsir göstərir. Xüsusilə quru dərilərə uyğundur.Giləmeyvə qarışığından hazırlanmış maska ağardıcı və cavanlaşdırıcı təsir göstərir.Yoqurt dərinin tonusunu yüksəldir. Üzünüzdə maska olarkən dincəlməyə çalışın. Maska altında üzün mimikalarını tez-tez dəyişmək əks təsir yarada bilər.
['yaraşıqlı görünüş', 'gözəllik sirləri']
5,255
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/3486/spa.html
SPA
burla xatun
sağlam həyat tərzi
31 iyul 2011, 12:10
SPA-latın dilindən hərfi tərcüməsi “Salus Per Aguam” sözündən götürülmüşdür.Mənası su ilə gələn rahatlıq deməkdir.İlk dəfə olaraq Belçikada əsgərlərin ruh və fiziki müalicələri üçün istifadə edilmişdir.SPA əsasən 6 formada həyata keçirilir: 1.Buxar hamamı-yüksək istilik nəticəsində istiliyin ötürülməsi və artıq toksinlərin bədəndən ixracını təmin edən masaj 2.İsveç Masajı: bel, ayaq ve qol bölgələrinə edilən masaj 3.Thalasso Terapiya: Dəniz suyu ilə edilən masaj 4. Duz pilinqi: qalın duz parçaları ilə bədəndəki ölü hüceyrələrin atılmasını təmin edən masaj 5. Aromaterapiya: Canlandırıcı ve rahatladıcı bitkilərlə həyata keçirilən masaj 6. Fango: bədəndəki qan qatılığını gücləndirmək üçün, mineral baxımından zəngin palçıqlarla,glinlərlə edilən masaj SPA sadəcə bədənə qulluq demək deyil.O həm də ruhumuzun mənəvi dinlənməsi və mənfi enerjilərin iç dünyamızdan tamamən uzaqlaşdırılmasına istiqamətləndirilmişdir. Xanımların üzərində çox böyük məsuliyyətlər olur-ailə,iş,uşaq və s..Bəzən özümüzə diqqət ayırmağa zaman da bəs etmir.Qayğımıza qalmaq üçün hansısa salona gedib,oradaki rahatladıcı vasitələrdən yararlanmaq mütləq deyil.Əgər siz özünüzə diqqət ayırmağı düşünürsünüzsə,əmin olun ki,sizin üçün evinizdən rahat bir yer yoxdur.Ona görə də sabah özünüzə baxş edəcəyiniz SPA keyfinə bir gün öncədən hazırlıq görün: ♥Öncə ən yaxın maqazinlərin birinə gedib qoxusunu bəyəndiyiniz gül ləçəklərindən,efir yağlarından və aroma iyili şamlardan alın. ♥Yol ilə gələrkən bütün lazımsız fikirləri beyninizdən atın və dərin-dərin nəfəs alın. ♥Telefonlarınızı söndürün ♥ CD-də çox da hərəkətli olmayan,həzin bir musiqi səsləndirin ♥Aldığınız şamları yandıraraq vannanın müxtəlif tərəflərinə yerləşdirin ♥Vannanı ilıq su ilə doldurub,əldə etdiyiniz çiçəklərdən,yağlardan əlavə edin. ♥Köpük üçün isə zəncəfil,lavanda yarpaqları,həmçinin 1çay qaşığı şampun,3 xörək qaşığı badam yağı da tökə bilərsiniz ♥ Daha sonra işıqları söndürün.Sanki su balığı imişsiniz kimi suyun üzərində gözlərinizi yumaraq dərin bir köks ötürün SPA rahatlığı ♥ Yalnız gözəl düşünün,arzularınızdan filan... ♥Şam işığı,həzin musiqi,mənəvi rahatlıq,sanki dünyanın bütün yükündən azad olmuş kimi özünüzü hiss edəcəksiniz.Yaşama gücünüz artacaq,enerjiniz tükənməz olacaq,bundan əmin olun. İç dünyanızın tam rahatlandığını hiss etdikdə ♥ Gözlərinizi açın ♥ İşıqları yandıraraq ətrafınızda yanan o şamların,yaratdığınız auranın necə gözəl olmasının seyrcisi olun. ♥Və ilıq bir duş qəbul edərək,ən rahat geyiminizi geyinib yatağınıza uzanın...və yatın Səhər oyandığınızda özünüzü sanki həyata dünən gəlmiş kimi hiss edəcəksiniz.. Həyat çox gözəldir...Yaşamağı bacarın...Gəncliyinizi,təravətinizi hədər etməyin....
['SPA', 'akvaterapiya']
5,256
https://kayzen.az/blog/fitness/3940/h%C9%99r%C9%99k%C9%99t-edin,sa%C4%9Flam-olun.html
Hərəkət edin,sağlam olun!
burla xatun
İdman və sağlamlıq
31 iyul 2011, 12:09
“La Satmpa” qəzeti xəbər verir ki, Avstraliyada Queensland (Kuinslend) Universitetində aparılan bir tədqiqatda, masa arxasında çalışanların qısa müddətli fasilələr zamanı az da olsa hərəkət etməsinin, ürək sağlamlığı baxımından faydalı olduğu müəyyənləşib. Mütəxəssislərə görə, bu fasilələr zamanı hərəkət etmək ateroskleroz və şəkər kimi xəstəliklərdən də qorunmağa kömək edir. itv.az-ın məlumatına görə, tədqiqat nəticəsində iş yerində ara-sıra ayağa qalxaraq, hərəkət etməyi vərdiş halına salanların, heç hərəkət etməyənlərə nisbətən bellərinin daha incə olduğu da müşahidə edilib. “Sağlamlıq üçün daha çox hərəkət edin” çağırışını səsləndirən mütəxəssislərin masa arxasında çalışanlara etdiyi digər məsləhətlər aşağıdakı kimidir: - Əgər bir iş yoldaşınızla söhbət etməlisinizsə, telefonla əlaqə saxlamaq yerinə, durub yanına gedin. - Hər mərtəbədə ictimai xidmət sahəsi varsa da, digər mərtəbələrdəkindən istifadə etməyə çalışın. - Liftdən yox, pilləkanlardan istifadə edin. - Telefonla danışmağınız mütləqdirsə, ayaq üstə danışın. Əslində çox kiçik görünən bu məsləhətlərə əməl etməklə sağlamığınızı qoruyacağınıza əmin ola bilərsiniz.
['idman']
5,257
https://kayzen.az/blog/iqt-cog/2278/afrika-%C3%B6lk%C9%99l%C9%99ri.html
Afrika ölkələri
2ral
İqtisadi coğrafiya
31 iyul 2011, 10:22
Afrikada 53 dövlət yerləşir ki, bunun da yalnız CAR IEÖ-lər, Tunis isə YSÖ-ləri qrupuna daxildir. Afrika iqtisadi cəhətdən dünyanın ən geridə qalmış regionudur. O, savadsızlığa, uşaq ölümünün ən yüksək və orta ömür müddətinin ən aşağı göstəricilərinə görə dünyada 1-ci yeri tutur. Afrika əhalisinin 70%-i kasıb və acınacaqlı şəraitdə yaşayır. Afrika ölkələrinin əksəriyyəti son 30-40 ildə müstəqillik qazanıb. Afrikanın əksər ölkələri unitar respublikalarıdır. Yalnız Svazilend, Lesoto və Mərakeş konstitusiyalı monarxiya; Nigeriya, Efiopiya v CAR federativ quruluşa malikdirlər. Etnik tərkibinin müxtəlifliyinə görə bu region yalnız Asiyadan geri qalır. Burada 200-dən artıq xalq yaşayır. Afrika əhalisinin başlıca xüsusiyyəti onun sayının sürətlə artmasıdır. Nəticədə o, dünyanın ən «cavan» regionuna çevrilmişdir. «Demoqrafik partlayış» ərzaqla təminatı və digər sosial problemləri daha da kəskinləşdirir. Region əmək resursları ilə yaxşı təmin olunsa da, ixtisaslı kadrlara böyük təlabat var. Fəal əhalinin 2/3 k/t-da çalışır. Afrika urbanizasiyanın səviyyəsinə görə dünyanın digər regionlarından geri qalsa da, urbanizasiyanın sürətinə görə dünya 1-çiliyi saxlayır. Afrikanın iqtisadiyyatında k/t məhsulları istehsalı və hasilat sənayesi üstünlük təşkil edir. Əksər ölkələrdə emaledici sənaye yaranma mərhələsindədir. Təsərrüfatın ərazi strukturu üçün paytaxtların, hasilat rayonlarının və ixracat portlarının yüksək inkişafı xarakterikdir. Bir sıra ölkələrdə k/t məhsulları istehsallarının artım sürəti əhalinin artım sürətindən geri qalır. K/t-nın əsas sahəsi əkinçilikdir. Əksər ölkələrin k/t dar ixtisaslı –monokultur istiqamətdir. Səhra və yarımsəhra, həmdə tropik ərazilərdə yaşayan əhali xüsusilə quraqlıq illərində aslıq çəkir. Əkinçiliyə nisbətən zəif inkişaf edən heyvandarlıq ekstensiv xarakter daşıyır. Afrika ölkələri sənaye xammalı və k/t məhsullarını ixrac edir əvəzində isə maşın, avadanlıq və ərzaq alırlar. Afrika ərazisinin böyük hissəsində ekoloji vəziyyət kəskindir. Bura meşələrin qırılması, səhralaşma quraqlıq və su çatışmazlığı daxildir. Daxili fərqlərinə görə Afrika 5 regiona bölünür. 1. Şimali Afrika-inkişaf səviyyəsinə görə 5 regiona Afrikanın ən inkişaf etmiş regionudur. Regiona daxil olan 7 ölkədən biri –Tunis YSO-dır. Region ölkələrinin hamısı ərəb dilində danışır və islam dininə sitayiş edirlər. Regionun ICM-nin başlıca xüsusiyyətləri Aralıq və Qırmızı dənizlər ilə əhatə olunması, Süveyş kanalının onun ərazisindən keçməsi, Avropa və Cənub Qərbi Asiya ölkələrinə yaxınlığıdır. Regionda neft, qaz, (Liviya, Əlcəzair, Misir) dəmir filizi və fosforit (Mərakeş) çıxarılır. Sənaye mərkəzləri əsasən Aralıq dənizi sahillərində və ona yaxın rayonlardadır. 2. Qərbi Afrika ölkələri: Atlantik okeanı sahillərində yerləşən 8 ölkədən ibarətdir. Qərbi Avropa və Şimali Amerikaya yaxınlıq onun ICM-ni əlverişli edir. Liberiya dəmir filizi, Qvineya-boksit, Niger-uran, Nigeriya- neft hasilatı üzrə ixtisaslaşıb. Ümumilikdə isə regionun iqtisadiyyatında k/t, xüsusilə əkinçilik (kakao, yer fındığı, palma yağı) üstünlük təşkil edir. 3. Mərkəzi Afrika ölkələri-olduqca geri qalmış (KDR-dan başqa) 11 dövlətdən ibarətdir. Region ölkələri meşə, k/t, filiz xammalının hasilatı üzrə ixtisaslaşıb. Yalnız KDR-də tam silsiləli əlvan metallurgiya sənayesi yaradılıb. 4. Şərqi Afrika ölkələri Hind okeanı sahillərində yerləşmiş 10 ölkədən ibarətdir. Region mineral resursların, həm də ümumiyyətlə sənayenin inkişaf səviyyəsinə görə Afrikanın digər rayonlarından geri qalır. Sənaye yalnız Zambiyada nisbətən yaxşı inkişaf edib. Zambiya və Zair (Kanqo) ölkələri arasında dünyanın məşhur «Mis qurşağı» yerləşir. Region dünya bazarına qəhvə, çay, pambıq, dəri, ədviyyat və diri qaramal çıxarır. 5. Cənubi Afrika ölkələri Atlantik və Hind okeanları arasında yerləşən 10 ölkədən ibarətdir. Region qızıl, platin, almaz, kömür, dəmir və əlvan metal filizləri ilə zəngindir. Namibiyada qaragül qoyunçuluğu inkişaf edib. Afrikanın yeganə IEÖ-si CAR bu regiondadır. CAR «köçürülmə ölkələr» sırasına daxil olub, digər Afrika ölkələrinə nisbətən burada avropalıların xüsusi çəkisi böyükdür. Xammal ehtiyatları zəngin CAR almaz, qızıl və uranın hasilatına görə dünyada qabaqcıl yer tutur. Həmçinin bax: Afrikanın fiziki coğrafiyası
['Afrika', 'Afrika ölkələri', 'Afrikanın coğrafiyası']
5,258
https://kayzen.az/blog/346/6485/kitayski-s%C9%99n%C3%B6l.html
Kitayski sənöl:)
ORIGINAL
346 saylı marşrut
31 iyul 2011, 00:56
Öz oğluna "it oğlu it" deyən ata "Sənöl saa halaldı" :)Toyda yazdırdığı pulun əvəzini çıxmaq üçün dayanmadan yeyən insan "Sənöl saa halaldı" :)Dayanacaqda qəşəng qız görüb yalandan 95 burdan keçir?deyib "atnaşenya" yaratmaq istiyən erkəy "Sənöl saa halaldı" :)RedBull içib qutarıb sonra da boş butlkasını əlində saatlarca gəzdirib arada da yalandan ağzına tutub guya içirmiş kimi göstərib rısofkalanan oğlan  "Sənöl saa halaldı" :)Trenajorda 5 dəqiqə məşq eliyib,güzgünün qabağına qaçıb, "necə də Sexy bədənim var" deyən qaqaş "Sənöl saa halaldı" :)Ağlına gələn nömrəyə zəng edərək" Əsgərəm" deyib yazığ səsi çıxardıb qəpik dilənən oğlan "Sənöl saa halaldı" :) [kitayski sənöl))]Klubda Can-canadır mahnısıyla brekdans göstərib ritmi tutan igid "Sənöl saa halaldı" :)Gözəl qızın yanındakı çirkin uşağı öpüb bağrına basaraq qıza "divijenya" eliyən erkəy "Sənöl saa halaldı" :)Tarqovıya gəlib "Ayəə elə bil cənnətdi burasııı" deyən QJ "Sənöl saa halaldı" :)Dənizkarı parkda dənizi seyr eliyən qıza yaxınlaşıb -"Salam,xanım mənə saatı və ayın tarixini dəqiq deyindəəə xahiş elyirəm".Qız -"niyə belə dəqiq istəyirsənki? Oğlan- "heç sizlə tanış olduğum günün saatını yadımda saxlamalıyam daaa" deyən oğlan "Sənöl saa halaldı":)Gələn il də geyinmək üçün 1 razmer böyük şalvar alıb ayağını qatdalıyıb geyinən qaqaş "Sənöl saa halaldı" :)Universitetə hicablılar girə bilməz qadağasını qoyan insafsız "Sənöl saa halaldı" !!! :)Facebook-da statusuna "Bodrumda istirahət etmək başqa şeydi" yazıb əslində isə Buzovnada ağcaqanad öldürən oğlan "Sənöl saa halaldı" :) "Toylar kralına" +18 yazan ANS "Sənöl saa halaldı" :)Ölünü arxasınca danışmazlar məsəlinə sadiq qalaraq tarix dərsini oxumayanlar "Sənöl sizə halaldı" :)Balaca uşağına söyüş öyrədib ictimai yerdə uşağı tərəfindən təhqir olunan ata "Sənöl saa halaldı" :)Kayzendə Facebook-un "bəyəndim" buttonu ilə bəyəndim edib amma səs verməyən istifadəçi "Sənöl saa halaldı" :)Bu yazını oxuyub,azca da olsa düşünüb gülümsədikdən sonra bəyənərək səs vermək qərarına gələnlər sən öl saa dırnaqsız halaldı :)P.S. Bu yazı Facebook-da olan "Kitayski sənöl"kampaniyası əsasında bəhrələnib yazılmışdır.Siz də kiməsə irad tutursunuzsa ona lağ edərcəsinə öz "ürək sözlərinizi" şərhə yazaraq sonda da dırnaq arası "Sənöl saa halaldı" deməklə ürəyivizi boşalda bilərsiz :)Bu mətn ümumlikdə internet aləmində ilk dəfə olaraq yayımlanır.Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.
['tənqid', 'kitayski sənöl']
5,259
https://kayzen.az/blog/kulturologiya/6478/m%C9%99d%C9%99niyy%C9%99t-suallar-v%C9%99-cavablar.html
Mədəniyyət: suallar və cavablar
luminat
Kulturologiya (mədəniyyətşünaslıq)
30 iyul 2011, 18:51
1. Kulturologiya bir elm kimi nədən bəhs edir? A. Mədəniyyətdən. B. Mədəniyyətşünaslıqdan. C. Mədəniyyətin formalarından. D. Dünya mədəniyyəti tarixi və nəzəriyyəsindən. E. İnsanın fəaliyyətindən. 2. “Hamının əsli gedib Adəmə çıxırsa, demək, hamı insandır, o isə başdan ayağa insaniyyətdir” sözlərinin müəllifi kimdir? A. İmadəddin Nəsimi. B. Fəzlulla Nəimi Astrabadi. C. Nəsirəddin Tusi. D. Əfzələddin Xaqani. E. Nizami Gəncəvi. 3. Kim ilk dəfə özünün “Əkinçilik haqqında traktat” əsərində “aqrikultura” sözünü işlətmişdir? A. F.Hegel. B. M.P.Katon. C. R.Günter. D. Ksenafon. E. Sokrat. 4. Xlll əsrdə yaşayıb-yaratmış görkəmli fars şairi S.Şirazi fəlsəfi-didaktik əsərində müsəlman mədəniyyətini nümunə göstərərək nə demişdir? A. İnsan nəinki cəmiyyətin üzvüdür, o, həm də bütün bəşər nəslini təmsil edir. B. İnsan xarakteri onun mədəniyyətində mütləq özünü göstərir. C. İnsan mağaralar, cəngəlliklər sakini olsaydı, ondan ali keyfiyyətlər tələb olunmazdı. D. Ölkə ağıllı adamlarla gözəlləşər, din pak adamlarla möhkəmlənər. E. Hər kəsin insani keyfiyyətləri onun yüksək mədəniyyətidir. 5. “Azıxantrop” adlandırılan insan ilk dəfə harada və nə vaxt yaşamışdır? A. Yunanıstanda e.ə.ll-l minilliklərdə. B. Afinada V-Vll əsrlərdə. C. İtaliyada lX-X əsrlərdə. D. Azərbaycan ərazisində 350 min il əvvəl. E. Mesopotamiya ərazisində. 6. Kulturologiyanın predmeti nədir? A. Mədəniyyətin rəngarəngliyi. B. Mədəniyyətin özünəməxsus cəhətləri. C. Ümumbəşəri və milli-mədəni prosesləri, insanların maddi və mənəvi həya­tında baş verən hadisələri, sosioloji mühit kontekstində öyrənmək, tarixi­lik baxımından tənəzzül və inkişaf meyllərini göstərməkdir. D. Dünyada baş verən təzadlar, yəni insanın cəmiyyətə uyğunlaşması, eyni zamanda fərdi xüsusiyyətləri. E. Mədəniyyətin dərk edilməsi. 7. Mənəvi dəyərlərə malik olan milli mədəniyyət hansılardır? A. Dil, ədəbiyyat, musiqi, təsviri sənət, teatr və din. B. Təsərrüfat, iqtisadiyyat, istehsalat sahələri. C. Şəhər mədəniyyəti, kənd mədəniyyəti. D. Özfəaliyyət kollektivləri. E. Cəmiyyət və dövlət. 8. Maddi dəyərləri olan milli mədəniyyətə hansılar aiddir? A. İnsanın biliyi, təhsili və aldığı tərbiyə. B. Fizika, riyaziyyat, kimya, təbiətşünaslıq. C. Təsərrüfat, iqtisadiyyat, istehsalat sahələri, faydalı əmək. D. Kənd mədəniyyəti, şəhər mədəniyyəti, ailə mədəniyyəti. E. Şifahi, yazılı, dil vasitəsilə olan mədəniyyətlər. 9. Bəşəri mədəniyyət nədir? A. Müxtəlif siniflərin, sosial təbəqələrin mədəniyyətlərinin sintezidir. B. Planetimizdə yaşayan bütün xalqların mədəniyyətlərinə məxsus ən yaxşı nailiyyətlərin sintezidir. C. Bir xalqın mədəniyyətinin ən yaxşı sahələri. D. Bir insanın təhsili, dünyagörüşü, təfəkkür tərzi. E. Maddi dəyərlərə malik mədəniyyətlə milli dəyərlərə malik mədəniyyətin birləşməsi. 10. “Bəşəriyyətin tarixi, təbiətin tarixinin bir hissəsidir” deyərək mədəniyyət haqqında elmdə təkamül nəzəriyyəsini əsas götürən və bədii inkişaf prosesində sıçrayışları qəbul edən alim kimdir? A. E.V.Taylor. B. İ.Kant C. Aristotel. D. Pifaqor E. Plutarx. 11. Kulturologiyanın problemi nədən ibarətdir? A. Dünya mədəniyyət tarixini və nəzəriyyəsini mərhələlərlə izah etməkdən ibarətdir. B. İnsanın cəmiyyətdəki rolunu izah etmək. C. Cəmiyyətdə mədəniyyətin normativ qanun-qaydalarını izah etmək. D. Mədəniyyətin zamanla ayaqlaşmasını izah etmək. E. Mədəniyyətin milli ənənələrə bağlığını izah etmək. 12. Kulturologiyanın tədqiqat obyekti nədir? A. İnsanın etik davranışlarını öyrənməkdir. B. Mədəniyyətdir. Onun meydana gəlməsi, yaranması, sonrakı inkişaf prosesi, zamanın müxtəlif təsiri nəticəsində məhv olmasını öyrənməkdir. C. Maddi dəyərləri tədqiq edir. D. Mənəvi dəyərləri tədqiq edir. E. İnsan fəaliyyətini tədqiq edir. 13. Bəşəriyyətin ibtidai tarixinə aid ilk tapıntı neçənci əsrdə əldə edilmişdir? A. XIX əsrdə. B. VII əsrdə. C. XII əsrdə. D. e.ə. VI-IV minilliklərdə. E. XIII əsrdə. 14. Daş dövründə yaşamış insanların silahları nədən hazırlanırdı? A. Metal, mis. B. Tunc, daş. C. Daş, ağac, sümük. D. Dəmir, polad. E. Sümük, mis. 15. Tunc və mis dövründə insanların məişəti nədən ibarət idi? A. Ovçuluq, balıqçılıq. B. Heyvanları əhliləşdirmək. C. Sümükdən qiymətli əşyalar düzəldirdilər. D. Daşdan başdaşları yonurdular. E. Tətbiqi-dekorativ incəsənət inkişaf etmişdi. Metal istehsal edir, mis mədənlərində işləyirdilər. Gildən, qızıldan, gümüşdən əşyalar düzəldir­dilər. 16. Görkəmli alimlər hansı dövrü “polad əsri” adlandırmışlar. A. Poliolit dövrünü. B. Neolit dövrünü. C. Mis dövrünü. D. Dəmir dövrünü. E. Tunc dövrünü. 17. Mesopotamiya (İkiçayarası) xalqların mədəniyyəti dedikdə hansı xalqlar nəzərdə tutulur. A. Misir, Suriya, İran xalqları. B. Azərbaycan, Alban, İber. C. Şumer, Akkad, Babilistan, Assuriya. D. Türk, Ərəb. E. Gürcü, Abxaz, Asetin. 18. “Cədvəl evi” adlı təhsil ocağı ilk dəfə hansı xalq tərəfindən yaradılıb? A. Akkadlar. B. Assuriyalılar. C. Şumerlər. D. Babilistanlılar. E. Misirlilər. 19. Şumer xalq eposu necə adlanır? A. “Kitabi-Dədə Qorqud” dastanı. B. “Koroğlu” dastanı. C. “Gilqameş” dastanı. D. “Manas” dastanı. E. “Mahabharata”. 20. “Tarixin atası” adı kimə verilmişdir? A. Homer. B. Hegel. C. Herodot. D. Fukidid. E. Plutarx. 21. Hammurapinin “Qanunlar məcəlləsi” neçə maddədən ibarət olub? A. 1200. B. 15. C. 300. D. 282. E. 54. 22. Babil qülləsi neçə kvadratmetr sahədə salınmışdı və hündürlüyü neçə metr idi? A. 370 kvadrat metr, hündürlüyü 90 metrdir. B. 250 kvadrat metr, hündürlüyü 50 metrdir. C. 100 kvadrat metr, hündürlüyü 30 metrdir. D. 15 kvadrat metr, hündürlüyü 10 metrdir. E. 25 kvadrat metr, hündürlüyü 12 metrdir. 23. “Gilqameş” eposunun bütün mətni kim tərəfindən toplanmışdır? A. Hammurapi. B. Herodot. C. Homer. D. Aşşurbanipal. E. Armo Pebel. 24. İlk Misir ehramı neçənci minillikdə, kimin şərəfinə tikilib? A. E.ə. 2600-cü ildə Xeopsun şərəfinə. B. E.ə. III-II minillikdə Ramzesin şərəfinə. C. E.ə. V minillikdə Coseranın şərəfinə. D. E.ə. VII-VII minilliklərdə Exnatonun şərəfinə. E. E.ə. VII-VII minilliklərdə Tutanxamonun şərəfinə. 25. E.ə. I minillikdə Misirdə açılmış təhsil ocağı necə adlanır? A. Universitet. B. “Cədvəl evi”. C. “Həyat evi”. D. Ailə məktəbi. E. Mədrəsə. 26. Firon Amenhotep hansı məqsədlə islahatlar edərək təkallahlıq ideyasını irəli sürür? A. Kahinlərin var-dövlətlərini əlindən almaq məqsədi ilə. B. Geniş əraziyə malik olan Misir qəbilələrini özünə tabe etdirmək məqsədi ilə. C. Özünü Günəş allahının yerdəki nümayəndəsi elan etmək məqsədilə. D. Qonşu dövlətlərə hücum etmək məqsədilə. E. Dünya hökmranlığını əldə etmək məqsədilə. 27. Yunan filosoflarından kimlər Misirdə elm öyrənmişlər? A. Sokrat, Platon, Aristotel. B. Anaksimen, Anaksimandr, Anaksaqor. C. Fales, Demokrit, Pifaqor. D. Sofokl, Perikl, Hippokrat. E. Heraklit, Esxil, Evripid. 28. Makedoniyalı İskəndər Misiri tutduqdan sonra orada hansı adət-ənənə yayılmağa başladı? A. Ellin adət-ənənəsi (ellinizm). B. Dao adət-ənənəsi (daosizm). C. Hind adət-ənənəsi (hindizm). D. Budda adət-ənənəsi (buddizm). E. Konfusi təlimi (konfusiçilik). 29. “Ən savadlı adamları mən Misirdə gördüm” sözlərinin müəllifi kimdir? A. Fales. B. Demokrit. C. Herodot. D. Homer. E. Plutarx. 30. Paleolit, Mezolit və Neolit əsrində hind xalqının mədəniyyəti nədən ibarət idi? A. Ovçuluq, daşla taxıl döymə, gil qabların istehsalı, daş üzərində döymə döyüş səhnələri, daşdan, tuncdan əmək alətləri düzəltmişlər. B. Daşdan binalar ucaldır, yollar çəkirdilər. C. Şüşə istehsal edir, farfordan müxtəlif əşyalar düzəldirdilər. D. Ticarətlə məşğul olurdular. E. Dulusçuluq, dəri istehsalı ilə məşğul olurdular. 31. Hind xalq eposlarının adlarını və neçə kitabdan ibarət olmasını göstərin. A. “Hinayana”, 10 kitab. B. “Manas”, 3 kitab. C. “Mahabharata”, “Ramayana”, 18 kitab. D. “Mahayana”, 21 kitab. E. “Gilqameş” dastanı, 12 kitab. 32. Hindistanda vətəndaşlıq silkləri – varnalar hansılardır? A. Brahmanlar, kşatrilər, vayşilər, şudralar. B. Arilər, kübarlar. C. Dorilər, hindular. D. Hərbiçilər, ruhanilər. E. Sənətkarlar, rahiblər. 33. Hindistanda şudralar silkinə kimlər daxildir? A. Din xadimləri, rahiblər. B. Əkinçilər, sənətkarlar. C. Tacirlər. D. Hərbçilər, tayfa nümayəndələri. E. Aşağı istehsalçılar kütləsi, tabeçilikdə olan əhali. 34. Hindistanda din xadimləri və rahiblər hansı silkə aiddirlər? A. Brahmanlar. B. Vayşiilər. C. Şudralar. D. Şratrilər. E. Ramayana tərəfdarları. 35. E.ə. l minilliyin ortalarında Hindistanda ədəbiyyatın hansı növü inkişaf etmişdir? A. Epik növ - eposlar, poemalar. B. Lirik şeir növü. C. Faciəvi dram əsərləri. D. Tarixi romanlar. E. Şifahi xalq ədəbiyyatı. 36. Hindistanda ilkin Buddizm təlimi zamanı din xadimləri hansı məzhəblərə qulluq edirdilər? A. Hinayana, Mahayana. B. Mahabharata. C. Ramayana. D. Atəşpərəstlik. E. Zərdüştlük. 37. “Həyat iztirabdır. İztirabın səbəbi insanların sonsuz istəklərlə, zövqlə, əyləncəyə uymaqla, ehtiraslı meyllərlə yaşadığı həyatın özüdür” sözləri kimə aiddir? A. Herodot. B. Sokrat. C. Budda. D. Konfusi. E. Plutarx. 38. Çin dili təkhecalı sözlərdən ibarət olmaqla hansı dilə oxşayır? A. Şumer. B. Babilistan. C. Azərbaycan. D. Hind. E. Pakistan. 39. Hindistanın keçmiş Baş naziri Cavahirləl Nehru çinliləri necə xarakterizə etmişdir? A. Onlar döyüşkən, mübariz xalqdır. B. Cəsarətdə tayı-bərabəri yoxdur. C. Sülhsevərdirlər, müharibəni xoşlamırlar. D. İşğalçı xalqdır. E. Paxıl, xudbin və siyasətcil xalqdır. 40. Hansı təlimə görə cəmiyyətdəki bütün qanunsuzluqların və fəlakətlərin mənbəyi mənəvi dəyərlərin pozulmasındadır? A. Buddizm təliminə görə. B. Konfusi təliminə görə. C. Platonun fəlsəfi təliminə görə. D. Nitşe təliminə görə. E. Hinduizm təliminə görə. 41. Çində buddizm hansı dini cərəyanlar üzrə təbliğ olunurdu? A. Hinayana, Mahayana. B. Mahabharata,Ramayana. C. Konfusi cərəyanı. D. Buddist kilsələri vasitəsilə. E. Maniheyist dini cərəyanlar vasitəsilə. 42. Çində buddizmin hansı dini cərəyanı ilk növbədə insanların təkmilləşməsini irəli sürür? A. Mahayana (böyük cəng arabası). B. Mahabharata. C. Ramayana. D. Hinayana (kiçik cəng arabası). E. Daosizm. 43. Hindistanın keçmiş Baş naziri Cavahirləl Nehru yaponları hansı xalqın “fərasətli şagirdi” adlandırmışdır? A. Hindlilərin. B. Koreyalıların. C. Misirlilərin. D. Çinlilərin. E. Assurların. 44. Yapon arxipelaqının ilk sakinləri kimlər idi? A. Dorilər. B. Daymiosilər. C. Aynılar. D. Monqollar. E. Koreyalılar. 45. “Yapon tarixi” kitabının müəllifi kimdir? A. Pifaqor. B. Homer. C. Herodot. D. Kempfer. E. Heraklit. 46. Yaponlar alınma sözləri yazarkən hansı heroqliflərdən istifadə edirlər? A. Xiraqana. B. Mixi. C. Katakana. D. Oyma. E. Piktoqrafiq. 47. Yaponlar öz sözlərini yazarkən hansı heroqliflərdən istifadə edirlər? A. Katakana. B. Mixi. C. Xiraqana. D. Latın qrafikası. E. Şəkilli yazı. 48. Sintoizm nədir, nə vaxt yaranıb və əsasən hansı əsrdə təbliğ olunmağa başlayıb? A. Sintoizm insanları dözümlü olmağa təbliğ edən cərəyandır, e.ə. IV-III əsrlərə meydana gəlib. B. “Mövcud olma” haqqında təlimdir, eranın l əsrində meydana gəlmişdir. C. “İnsanın təkmilləşməsi”.... haqqında təlimdir, e.ə. VI-V əsrlərdə meydana gəlib. D. Allahların yanına aparan yol deməkdir. İbtidai-icma quruluşu dövründə əmələ gəlib. Əsasən XIX əsrin ortalarından təbliğ olunmağa başlayıb. Bu təlimə görə allahın Yer üzərində yeganə nümayəndəsi imperatordur və yalnız onun vasitəsilə allahla insanlar arasında əlaqə yaranır. E. “Tanka” adlandırılan şeir növüdür və şairlər bu növdən istifadə edirlər, XXI əsrdə yaranmışdır. 49. Sintoizm təliminə görə allahlar və insanlar arasında əlaqə kimin vasitəsilə həyata keçirilir? A. Çar. B. Kral. C. İmperator. D. Firon. E. Sərkərdə. 50. Atropatena dövləti haqqında ilk geniş məlumatı kim vermişdir və onu “kiçik Midiya” adlandırmışdır? A. Herodot. B. Heraklit. C. Strabon. D. Hegel. E. Makedoniyalı İskəndər. 51. Atropatena dövlətində hansı təhsil sistemi mövcud idi? A. Seminariyalar. B. Gimnaziyalar. C. Saray təhsil sistemi, atəşgahlar. D. Orta məktəblər. E. Mollaxanalar. 52. “Sasan qala”, “Novduz qala”, adsız “Qala” qədim Azərbaycanın hansı ərazisində olmuşdur? A. Dağlıq Qarabağ ərazisində. B. Şəki-Zaqatala bölgəsində. C. Dərbənd xanlığı ərazisində. D. Astara-Ərdəbil ərazisində. E. Quba-Xaçmaz ərazisində. 53. Naxçıvanda və Ağcabədi rayonu ərazisində tapılan küp qəbirlər hansı dövrə aiddir? A. E.ə. və eramızın III əsrinə. B. E.ə. IV-V əsrlərə. C. V-V əsrlərə. D. IX-XII əsrlərə. E. XIX əsrin sonlarında. 54. Yunanıstan ərazisində ən qədim sivilizasiya hesab edilən Krit-Miken mədəniyyəti hansı dövrə aiddir? E.ə. III-II minilliklər. E.ə. IV-V minilliklər. Eramızın I əsrində. VII-VIII əsrlərdə. IX-X əsrlərdə. 55. Periklin (e.ə. 490-429-cu illər) Afina dövlətinə başçılıq etdiyi illər hansı dövr mədəniyyəti adlanır? A. Erkən intibah mədəniyyəti. B. Klassik dövr mədəniyyəti. C. Zirvə mədəniyyəti dövrü. D. Mənəvi mədəniyyətin inkişaf dövrü. E. Ellinizm mədəniyyəti dövrü. 56. Avropa mədəniyyətinin yaranması hansı ölkə ilə, təməlinin qoyulması isə hansı əsərlə əlaqələndirilir? A. Siseronun “Xeyir və şərin sərhəddi” əsəri. B. Yunanıstan və Homerin “İliada” əsəri. C. Fukididin “Peloponnes müharibəsi” əsəri. D. Makedoniya, Herodotun “Tarix” əsəri. E. Almaniya, Lukretsi Karın “Şeylərin təbiəti haqqında” əsəri. 57. “Sokrat Qərb mədəniyyətində - Şərqin müdriklik səsidir” sözlərinin müəllifi kimdir? A. Platon. B. A.Kratil. C. K.Marks. D. Siseron. E. Hippokrat. 58. İtaliya tarixində - e.ə. VII əsrin sonlarında ən qədim mədəniyyət hansıdır? A. Etrusk mədəniyyəti. B. Krit–Miken mədəniyyəti. C. Dori mədəniyyəti. D. Aynılar mədəniyyəti. E. Kolizey mədəniyyəti. 59. Roma şairlərindən kimlərin ədəbi əsərlərində Şərq motivləri güclü olmuşdur? A. Z.A.Seneka. B. M.T.Siseron və Apuleyin. C. C.Bokkaçço, Yan Qus. D. Vergili və Horatsi. E. Polibi, Paneti və Teresini. 60. İtaliya ədəbi dilinin yaradıcıları kimlərdir? A. Dante, Petrarka, Bokkaçço. B. Homer, Vergiıi, C.Bruno. C. Horatsi, Terensi, Paneti. D. R.Bekon, C.Manetti. E. Makiavelli, A.Dürer. 61. İtaliyada “Gecikmiş intibah” mərhələsi hansı əsrləri əhatə edir? A. XVI-XVII əsrlər. B. XIII-XIV əsrlər. C. XV-XVIII əsrlər. D. IX-XI əsrlər. E. XII-XV əsrlər. 62. Dante kimi “müdriklərin müəllimi” adlandırmışdır? A. Platonu. B. Sokratı. C. Aristoteli. D. Falesi. E. Pifaqoru. 63. Avropanın mədəniyyət mərkəzlərindən olan İspaniyada hansı dövrdə 30.000 adam ton­qalda yandırılıb? A. İnkivizisiya dövründə. B. Ellinizm dövründə. C. Buddizm dövründə. D. Sintoizm dövründə. E. Daosizm dövründə. 64. “Kitabları tonqallara, alimləri xəndəklərə” sözləri kimə aiddir? A. Aşşurbanipal. B. Böyük Karl. C. Tsin Şixuandi. D. Makedoniyalı İsgəndər. E. Napoleon. 65. Avropada XV əsrin sonlarına yaxın neçə universitet fəaliyyət göstərirdi? A. 30 B. 45 C. 65 D. 29 E. 70 66. Qərbi Avropada intibah epoxası hansı əsrləri əhatə edir? A. IX-X əsrlər. B. III-V əsrlər. C. XIII-XVII əsrlər. D. XIII-XVI əsrlər. E. V-X əsrlər. 67. “İlahi komediya” kim tərəfindən və hansı intibah epoxası mərhələsində yazılıb. A. F.Petrarka, Zirvə intibahı mərhələsi. B. C.Bruno, Gecikmiş intibahı mərhələsi. C. A.Dante, Erkən intibahı mərhələsi. D. C. Bokkaçço, zirvə intibahı mərhələsi. E. T.Mor, Gecikmiş intibahı mərhələsi. 68. “Mona Liza” – “Cokonda” əsərinin müəllifi kimdir? A. Mikelancelo. B. C.Bokkaçço. C. Leonardo da Vinçi. D. Rafael Santi. E. Martin Lüter. 69. Dünyanın ən qabaqcıl adamları L.da Vinçini, R.Santi və Mikelancelonu necə adlandır­mışlar? A. İntibah dahiləri. B. İntibah titanları. C. Sivil mədəniyyət yaradıcıları. D. Fədakar insanlar. E. Qeyri-adi insanlar. 70. Avropada intibah epoxası lirikasının ilk yaradıcısı kim olmuşdur? A. Covanni Bokkaçço. B. Petrarka. C. L.da Vinçi. D. Rafael Santi. E. Tomas Mor. 71. İnkvizisiya nədir, neçənci əsrdə meydana gəlib? A. Evrika - X əsr. B. İlahiyyat haqqında elm - XV əsr. C. Axtarış, təhqiqat, təqib - XIII əsr. D. Arxeoloji tədqiqat - e.ə. V-III minilliklər. E. Dünyagörüşü-XVII əsr. 72.  “Əhdi-ətiq” və “əhdi cədid” adlandırılan (2 hissədən ibarət) kitabın adı nədir? A.  “Qurani-Kərim”. B. “Bibliya”(kitab) - Tövrat. C. “Kitabi-Dədə Qorqud”. D. “İncil” (xeyir xəbər). E. “Avesta” (xeyirlə şərin mübarizəsi). 73.  “Bibliya” toplu olaraq neçə kitabdan ibarətdir? A. 15 kitab. B. 66 kitab. C. 35 kitab. D. 40 kitab. E. 2 kitab. 74. İudizm və xristianlıq nə vaxt və harada formalaşmışdır? A. Fələstində - e.ə. I minilliyin ortalarında. B. İsraildə - e.ə. X-IX əsrlərdə. C. Misirdə - e.ə. V-IV minillikdə. D. İngiltərədə - IX-XII əsrlərdə. E. Babilistanda – e.ə. III-II minilliklərdə. 75. Matfeyin yazmış olduğu “İncil”də İsa Peyğəmbər necə təsvir edilir? A. Səltənət sahibi kimi. B. Xalqa xidmətdə. C. Bəşər övladı (adi insan). D. Şəxsiyyət kimi. E. Allahın övladı kimi. 76. “Məhəmməd peyğəmbərin kəlamları” kitabı neçənci ildə kim tərəfindən toplanmışdır? A. 1865-ci ildə əl-Fərabi. B. 1015-ci ildə Ə.Bəhmənyar. C. E.ə. V minillikdə İbn Xaləddin. D. 1010-cu ildə İbn Sina. E. 1905-ci ildə hind alimi Abdulla Sührəvərdi. 77. Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçməsi (622-ci il iyul ayının 26-sı - hicrət) necə аdlanır? A. Müsəlman tarixinin başlanğıcı. B. İslamın gəlişi. C. “Qurani-Kərim”in nazil olması. D. İslam dininin güclənməsi. E. Məhəmməd Peyğəmbərin son həcc səfəri. 78. Azərbaycanda islamın yayılması hansı əsrlərə təsadüf edir? A. VII-VIII əsrlər. B. IX-XI əsrlər. C. V-VI əsrlər. D. X-XV əsrlər. E. XIII-XIV əsrlər. 79. “İslam dini Hindistanı ayıltdı...” sözləri kimə aiddir? A. Budda. B. X.Kolumb. C. C.Nehru. D. Kalidas. E. L.N.Tolstoy. 80. “Mədəniyyət  insanın işığa doğru uzanan fasiləsiz yoludur” sözləri kimə aiddir? A. Zıqmund Freyd. B. Benedetto Kroçe. C. Orteqa-i-Qasset. D. Salvador Dali. E. Frans Kafka. 81. İtaliya yazıçısı A. Moravia XX əsr Avropa mədəniyyətinin başlanğıcını kimlərə  aid edir? A. Salvador Dali və A.Kamyu. B. P.Pikasso və İ.Stravinski. C. M.Merlo–Ponti, İ.Mariten. D. A.Berqson, Orteqa-i-Qasset. E. İ.P.Sartr, F.Kafka. 82. “Sosialist realizmi” sovet ədəbiyyatında və incəsənətində yaradıcılıq metodu kimi neçənci illərdən təşəkkül tapmışdır? A. 1917-ci ildən. B. Ötən əsrin 30-cu illərindən. C. XIX əsrin 60-70-ci illərindən. D. 1905-1980-cı illərindən. E. 1907-1920-ci illərindən. 83. “Modernizm” neçənci əsrdə, harada meydana gəlmişdir? A. V-VII əsrlərdə, Şərqdə. B. XIX-XX əsrlərdə, Avropada. C. XI-XII əsrlərdə, Avropada. D. XVII-XVIII əsrlərdə, Şərqdə. E. XVI əsrdə, Hindistanda. 84. “İncəsənətdə humanizmin təhrifi” əsərinin müəllifi kimdir? A. A.Kamyu. B. A.Berqson. C. M.Merlo-Ponti. D. Orteqa-i-Qasset. E. B.Kroçe. 85. “Maarifçilik – insanların inkişaf etməmiş vəziyyətdən çıxması deməkdir” sözləri kimə aiddir? A. Sokrat. B. K.Marks. C. J.J.Russo. D. İ.Kant. E. M.A.Volter. 86. Rusiyada maarifçilik hərəkatının bünövrəsini kim qoymuşdur? A. A.N.Radışşev. B. A.S.Puşkin. C. M.Y.Lermontov. D. M.V.Lomonosov. E. C.Yesenin. 87. Azərbaycan Elmlər Akademiyası nə vaxt yaranmışdır? A. 1930-cu il martın 20-də. B. 1925-ci il oktyabrın 15-də. C. 1945-ci il martın 23-də. D. 1940-cı il sentyabrın 10-da. E. 1949-cu il noyabrın 5-də. 88. “Mən Üzeyir müəllimdən xalq musiqisinin paklığını mənimsəmişəm” sözləri kimə məx­susdur? A. Q.Qarayev. B. Cahangir Cahangirov. C. Fikrət Əmirov. D. Süleyman Ələsgərov. E. Niyazi. 89. “Nizami” operasının müəllifi kimdir? A. Ü.Hacıbəyov. B. Qara Qarayev. C. Ə.Bədəlbəyli. D. Süleyman Ələsgərov. E. Niyazi. 90. Hansı hökmdar ilk dəfə Hindistanı dövlət şəklində birləşdirmişdir? A. C.Nehru. B. M.Qandi. C. Aşoka. D. İ.Qandi. E. R.Qandi. 91. Orta əsrlərdə Qərbi Avropada hansı məktəblər fəaliyyət göstərirdi və bu məktəblərdə kimlər yetişdirilirdi? A. Müəllimlər yetişdirən universitetlər. B. Ruhanilər yetişdirən kilsə məktəbləri. C. Sənətkarlar yetişdirən məktəblər. D. Tibb işçiləri yetişdirən məktəblər. E. Kənd təsərrüfatı mütəxəssisləri yetişdirən məktəblər. 92. “Nubelunq haqqında nəğmələr” eposu neçənci əsrdə yaranmışdır? A. E.ə. IV-III əsrlərdə. B. VIII-IX əsrlərdə. C. XII-XIII əsrlərdə. D. XV əsrdə. E. XIX əsrin sonu – XX əsrin əvvəllərində. 93. Santa-Mariya della Qartsiye kilsəsinin kopellasını kim tikmişdir? A. Leonardo-da-Vinçi. B. Pikasso. C. Mikelancolo. D. Rafael Santi. E. Qoyya. 94. Maarıfçılık epoxasında İngiltərədə hansı elm daha çox inkişaf etmişdi? A. Biologiya. B. Nücum. C. Riyaziyyat. D. Kimya. E. Fəlsəfə. 95. “Şekspirdəki ülvilik və dahilik uzun zülmət gecələrdəki şimşək kimi parlayır?” sözlərinin müəllifi kimdir? A. K.Marks. B. D.Didro. C. Volter. D. Russo. E. Holbax. 96. “Natiqlik sənəti” traktatının müəllifi kimdir? A. Esxil. B. Demosfer. C. Perikl. D. Siseron. E. E.Petrarka. 97. Kim Sokratı “əsrin zəkası” adlandırmışdır? A. Aristotel. B. Platon. C. Didro. D. Kratil. E. Pirron. 98. “Taun” romanının müəllifi kimdir? A. Freyd. B. Sartr. C. Merlo-Ponti. D. Kamyu. E. Mariten. 99. “Yazıçının vəzifəsi yalanı, xurafatı faş etmək və insanları düzlüyə, dözümlülüyə səs­ləməkdir” sözləri kimə aiddir? A. Russo. B. Vinkelman. C. N.Gəncəvi. D. Monteskyü. E. Volter. 100. “Utopiya” əsərinin müəllifi kimdir? A. T.Mor. B. Holbax. C. M.Lüter. D. A.Dürer. E. Plutarx. 101. Dəmir dövründə hansı musiqi alətləri olmuşdur? A. fleyta, nağara. B. arfa, kanon. C. piano, kaman. D. təbil, şeypur. E. tar, saz. 102. Buzlaqlar dövründə insan yaşayışının olmasını elm nə vaxt sübut etmişdir? A. 1912. B. 1860. C. 1890. D. 1920. E. 1854. 103. Mis və Tunc dövründə tətbiqi-dekorativ incəsənətin hansı növləri formalaşmışdır? A. keramik, metal və gil qablar. B. dəmir, daş alətləri. C. mis, alüminium qablar. D. bişmiş kərpicdən binalar. E. çiy kərpicdən evlər. 104. XII əsr Azərbaycan şairlərindən Xaqaninin, Mücirəddin Beyləqaninin yara­dıcı­lı­ğını yüksək qiymətləndirən Hindistan şairi kimdir? A. Ə.X.Dəhləvi. B. M.Qandi. C. C.Nehru. D. S.Sührəvərdi. E. Aşoka. 105. “İtaliya mədəniyyəti” kitabının müəllifi kimdir? A. E.V.Taylor. B. M.B.Katon. C. Homer. D. Petrarka. E. Fukidid. 106. Naxçıvandakı “Möminə Xatun” məqbərəsi neçənci əsrin abidəsidir? A. XIX əsr. B. XII əsr. C. III əsr. D. VII əsr. E. IV əsr. 107. Bəşəriyyət dünyanın yaranması və Yer üzünü su basması haqda ilk məlumatı hansı xalqdan almışdır? A. akkadlardan. B. yunanlardan. C. şumerlərdən. D. misirlilərdən. E. assuriyalılardan. 108. Dünyada ilk dəfə gil xəritələr, kitabxana kataloqları hansı xalq tərəfindən yaradıl­mışdır? A. babilistanlılar. B. akkadlar. C. dorilər. D. romalılar. E. şumerlər. 109. Hansı alman kulturoloqu şumer dilinin türk ləhcələriylə qohumluğunu qeyd etmişdir? A. R.Qünter. B. F.Hegel. C. İ.Kant. D. F.Feyerbax. E. V.Höte. 110. Şumer dövlətinin süqutundan sonra Yaxın Şərqdə diplomatik yazışmalar hansı dildə gedirdi? A. yunan. B. roma. C. akkad. D. çin. E. hind. 111. Babilistanda tikilən ucu şiş qüllələr, qızıl suyuna çəkilmiş arkalar və uca tavanlar hansı sənət növünə aiddir? A. monumental memarlıq sənəti. B. qotika üslubu. C. şərq üslubu. D. rəssamlıq. E. qrafika. 112. İkiçayarası xalqlardan hansı “Astronomiyanın atası” adlandırılmışdır. A. şumerlər. B. assuriyalılar. C. babilistanlılar. D. akkadlar. E. xəzərlər. 113. Hansı dramaturq “Saylem cadugərləri” əsərində inkvizisiya dəhşətlərini ifşa etmişdir? A. A.Miller. B. M.P.Katon. C. Tsin Şinxuand. D. E.B.Taylor. E. B.İ.Avdiyev. 114. Misirdə yazı mədəniyyəti e.ə. neçənci minilliyə təsadüf edir? A. e.ə. 5-ci minillik. B. e.ə. 3-cü minillik. C. e.ə. 6-cı minillik. D. e.ə. 1-ci minillik. E. e.ə. 2-ci minillik. 115. E.ə. III-II minilliklərdə ehramlar və türbələr hansı tikinti materialından tiki­lirdi? A. bişmiş kərpicdən. B. gildən. C. daşdan. D. çiy kərpicdən. E. taxtadan. 116. “Misirlilər yunanların, romalıların və yəhudilərin müəllimidir” sözləri hansı şair-filosofa aiddir? A. Kamyu. B. Dante. C. Petrarka. D. Cordano Bruno. E. Herodot. 117. Misirdə papirus kağızı hansı minillikdə kəşf edilmişdir? A. e.ə. III minillikdə. B. e.ə. IV minillikdə. C. e.ə. II minillikdə. D. eramızın I minilliyində. E. e.ə. V minillikdə. 118. Neçənci əsrdə hind zəvvarları Suraxanı məbədgahını ziyarət etmişlər? A. XV əsrdə. B. IX əsrdə. C. XII əsrdə. D. VIII əsrdə. E. XVI əsrdə. 119. Yaponların Avropa standartlarına uyğun gəmiçilik sənayesi nə vaxt öz inki­şafının yüksək mərhələsində olmuşdur? A. XVIII əsrdə. B. XIII əsrdə. C. XVII əsrdə. D. IX əsrdə. E. VIII əsrdə. 120. Atropatenalıların (kənd əhalisi) məşğuliyyətləri nədən ibarət idi? A. ovçuluq, balıqçılıq. B. əkinçilik, maldarlıq, atçılıq. C. su kanalları çəkirdilər. D. dulusçuluq, keramika. E. sənətkarlıq. 121. Qədim Roma tarixçisi Pliniyə görə “Avesta”nın  ilkin həcmi neçə misradan ibarət olmuşdur? A. 3 min misra. B. 1 milyon misra. C. 2 milyon. D. 100 min misra. E. 4 min misra. 122. Atropatena dövləti dövründə ictimai binaların tikintisində memarlığa aid bəzək işlərində hansı tikinti materialından istifadə olunurdu? A. çay daşlarından. B. kərpicdən. C. çınqıldan. D. əhəng daşından. E. gildən. 123. Kritlilər kimi “dənizlər hökmdarı” adlandırıldılar? A. Strabonu. B. Aşşurbanipalı. C. Çar Minoyu. D. Hammurapini. E. Fukididi. 124. Kritdə iqtisadiyyatın əsasını nə təşkil edirdi? A. kənd təsərrüfatı. B. hərbi sənaye. C. sənətkarlıq. D. ticarət. E. mədəniyyət əlaqələri. 125. Kritlilər neçənci minillikdə totemlərə sitayiş edirdilər? A. e.ə. III minillikdə. B. eramızın I minilliyində. C. e.ə. V-IV minilliklərdə. D. e.ə. II- I minilliklərdə. E. e.ə. VI-V minilliklərdə. 126. Kimlərin hakimiyyətə gəlməsi ilə e.ə. XII-XI əsrlərdə Yunanıstanda “dəmir dövrü” başlandı? A. aynıların. B. yunanların. C. makidoniyalıların. D. dorilərin. E. keltlərin. 127. Yunanıstanın arxaik dövr mədəniyyəti hansı əsrləri əhatə edir? A. e.ə. VIII-III əsrlər. B. e.ə. V-IV əsrlər. C. e.ə. III-I əsrlər. D. e.ə. IX-VII əsrlər. E. VI-IV əsrlər. 128. Yunanıstanın “klassik dövr” mədəniyyəti kimin hakimiyyəti illərinə təsadüf edir? A. çar Minoyun. B. çar Aqamenonun. C. hökmdar Menelayın. D. hökmdar Periklin. E. çar II Filippin. 129. “Etrusk fənni” deyilən elm sistemi nə vaxt yaranmışdır? A. e.ə. III əsrdə. B. e.ə. IX əsrdə. C. e.ə. IV əsrdə. D. e.ə. II əsrdə. E. e.ə. V əsrdə. 130. “Romalılar movhumatla çox bağlıdırlar, bununla belə, olduqca sərtdirlər...” sözləri hansı alman filosofuna məxsusdur? A. F.Hegel. B. İ. Kant. C. F. Şiller. D. F. Klinger. E. V. Höte. 131. Kim Siseronu “İtaliya İntibahının ilk böyük sənətkarı” adlandırıb? A. S. Utçenko. B. A. Seneka. C. M.Avreli. D. L. Kar. E. F. Hegel. 132. Kim Siseronun “itmiş” sayılan əsərlərini tapıb xalqa çatdırmışdır? A. Homer. B. Petrarka. C. Holbax. D. Didro. E. Voltor. 133. XIII əsrdə Avropada başlanan inkvizisiya İspaniyada neçənci ildə xüsusi dekretlə ləğv olundu? A. 1815. B. 1920. C. 1834. D. 1793. E. 1954. 134. Qərbi Avropada neçənci əsrdə “Humanizm hərəkatı” genişlənmişdir? A. XIV əsrdə. B. XX əsrdə. C. XV əsrdə. D. VIII əsrdə. E. XIII əsrdə. 135. “Teatr xalqı tərbiyə etmək üçün qüdrətli vasitədir” sözləri hansı fransız maarifçi-filosofa aiddir. A. J.Z.Dalamber. B. D.Didro. C. Ş.Monteskyö. D. M.A.Volter. E. İ.İ.Russo. 136. “İncil” neçənci əsrdə yaranmışdır? A. e.ə. III-II əsrlərdə. B. e.ə. IV-III əsrlərdə. C. b.e. I əsrində. D. e.ə. VI-V əsrlərdə. E. e.ə. II-I əsrlərdə. 137. Knyaz Vladimir neçənci ildə pravoslav dinini qəbul edib? A. 993-cü ildə. B. 988-ci ildə. C. 561-ci ildə. D. 857-ci ildə. E. 798-ci ildə. 138. Hansı xəlifənin dövründə Ərəbistanda islam dini sabitləşdi və geniş yayıldı? A. Xəlifə Ömər. B. Xəlifə Osman. C. Xəlifə Əli. D. Xəlifə Əbu Bəkr. E. Xəlifə Həsən. 139. “Poeziya kainatın vəznini (ritmini) tutmaqdırsa, fikir onu sistemə salmaqdır” sözləri hansı İtaliya filosofuna məxsusdur? A. B. Kroçe. B. Vergili. C. Strabon. D. Kafka. C. Apuley. 140. “Simvolizmin manifesti” əsərinin müəllifi kimdir? A. Ş.Bodler. B. A. Rembo. C. P.Verlen. D. J.Moreas. E. S.Mallarme. 141. “İncəsənət əsəri – şəxsin, yəni fərdin emosional vəziyyətinin xüsusi ifadə vasitəsi­dir” sözləri kimə məxsusdur? A. A.Kamyu. B. J.P.Sartr. C. Z.Freyd. D. A.Breton. E. S.Bekker. 142. “Şərqdə dinə münasibət məsələsi fövqəladə əhəmiyyət daşıyır” sözlərinin müəllifi kimdir? A. M.F.Axundov. B. A.Bakıxanov. C. M.Mahmudbəyov. D. A.Şaiq. E. N. Nərimanov. 143. “Yeddi gözəl” baletinin müəllifi kimdir? A. Q.Qarayev. B. F.Əmirov. C. C.Cahangirov. D. A.Məlikov. E. Ü.Hacıbəyov. 144. “100 tip” adlı məşhur silsilə rəsmləri Azərbaycan rəssamlarından kimə məxsusdur? A. Ə. Əzimzadəyə. B. T.Salahova. C. Q.Xalıqova. D. S.Salazadəyə. E. Ş.Şərifzadəyə. 145. Panfletlərinə və vəzifəli aristokratlarla ixtilaflara görə 2 dəfə Bastiliyaya salınmış, sonra isə Londona sürgün edilmiş  maarifpərvər yazıçı, alim kimdir? A. M.A.Volter. B. D.Didro. C. Ş. Monteskyö. D. A. Holbax. E. J. Büffon. 146. İngiltərədə Oksford və Kembric universitetlərinin açılışı neçənci əsrə aiddir? A. XI əsr. B. IV əsr. C. XIII əsr. D. XX əsr. E. XII əsr. 147. “Dövləti filosoflar, hərbiçilər, sonra isə sənətkarlar idarə etməlidir” sözləri kimə aiddir? A. Demokrit. B. Fales. C. Pifaqor. D. Platon. E. Herodot. 148. “Dözümlülük, möhkəmlik, sadəlik və az danışmaq insanı humanizmə yaxınlaşdırır” sözlərini kim demişdir? A. Budda. B. Konfutsi. C. Kroçe. D. Kamyü. E. Russo. 149. E.ə. 1500-cü illərdə hansı hərbi qəbilə tez-tez Hindistana hücum edirdi? A. dorilər. B. çinlilər. C. arilər. D. hunlar. E. çinlilər. 150. Məhəmməd Peyğəmbər neçənci ildə anadan olmuşdur? A. 570-ci il. B. 615-ci il. C. 780-ci il. D. 565-ci il. E. 500-cü il.
['maraqlı suallar', 'intellektual suallar', 'xəmsə sualları', 'NHN sualları']
5,260
https://kayzen.az/blog/PR/6282/ictimaiyy%C9%99tl%C9%99-%C9%99laq%C9%99l%C9%99r-laz%C4%B1md%C4%B1rm%C4%B1.html
İctimaiyyətlə əlaqələr lazımdırmı?
marketoloq
Public relations
30 iyul 2011, 10:47
Uzun illər işlədikdən sonra bir də ətrafa diqqət yetirib görürsünüz ki,  sizin təşkilatınız artıq cəmiyyətdə və ya onun müəyyən dairələrində kifayət qədər tanınıb, lakin heç də hamı tərəfindən birmənalı qarşılanmır. Çoxları sizə hörmətlə yanaşır, lakin rəqiblər və bəzi «ağzıgöyçəklər» çalışırlar ki, sizin təşkilatınız və şəxsiyyətiniz haqqında pis fikir yaratsınlar, xoşagəlməz şaiyələr yaysınlar. Belədə qarşınızda iki yol durur: birincisi, heç nəyə əhəmiyyət vermədən əvvəlki kimi vicdanla çalışmaq, necə deyərlər, xalqa xidmət etmək və inanmaq ki, «xalqın gözü tərəzidir»; ikincisi, təşkilatın imicini qorumaq və qaldırmaq üçün tədbirlər hazırlayıb həyata keçirmək - yayılan və  yayıla biləcək şaiyələrin mənbəyini araşdırmaq, onların cəmiyyətdə hansı təsirlər doğura biləcəyini proqnozlaşdırmaq, əməkdaşların təşkilatda davranış qaydalarını müəyyənləşdirmək, iş prosesində əlaqədə olduğunuz işgüzar dairələri özünüz haqqında mümkün qədər çox məlumatlandırmaq və s. Kimsə deyə bilər ki, Azərbaycanda pablik rileyşnz, imicmeykerlik səmərəsiz  bir fəaliyyətdir. İlk baxışdan burada müəyyən məntiq var: pablik rileyşnz ictimai fikri öyrənmək, konkret məqsədlər və vasitələrlə ona təsir etmək sənəti və elmidir. Korrupsiyanın inkişaf etdiyi bir cəmiyyətdə isə ictimai fikrin rolu  minimuma enir və onu özün üçün müsbət istiqamətdə formalaşdırmağa səy göstərmək əhəmiyyətsiz işə çevrilir. Lakin bu, ictimaiyyətlə əlaqəyə səthi baxışdan irəli gələn məntiqdir. Əslində, pablik rileyşnz - korporativ diplomatiya deməkdir. Geniş ictimaiyyətə təsir etmək, hər hansı ideya və ya təşkilat haqqında onun fikrini müsbət istiqamətdə formalaşdırmaq bu diplomatiyanın yalnız bir hissəsidir. Burada əsas fəaliyyət məhz maraqlı dairələrlə, ayrı-ayrı qruplarla, dövlət qurumları ilə daim əlaqədə olaraq onlarda təşkilat, lider və onun fəaliyyəti haqqında müsbət fikir yaratmaqdan ibarətdir. ...Bəs bu, nəyə lazımdır? 1. Hər bir təşkilatın tez-tez kreditə ehtiyacı olur - pul, mal və ya etimad kreditinə. Kredit vermək etibar etmək deməkdir. Cəmiyyət də, mal sahibi də, bank da krediti  adətən o təşkilata (şəxsə) verirlər ki, onun cəmiyyətdə yüksək imici, işgüzar dairələrdə nüfuzu olsun. Tanınmamış təşkilatın maliyyə dəstəyi almaq məqsədilə təqdim etdiyi biznes-planın və ya  layihənin son yeri çox zaman zibil yeşiyi olur. Müəyyən pablik rileyşnz kampaniyası aparmadan heç bir layihəyə uğur qazandırmaq olmaz. 2. İnsanlar kimi, təşkilatların da həyatında büdrəmələr olur. İctimaiyyətlə əlaqəyə etinasız yanaşan təşkilatlarda bu büdrəmələr bəzən iflasa gətirib çıxarır. Lakin pablik rileyşnz fəaliyyətini yüksək peşəkarlıqla quran təşkilatlar belə böhranları nisbətən asanlıqla keçirir, hətta bəzən bundan özlərinin xeyrinə də istifadə edirlər. 3. Cəmiyyətdə uğurla fəaliyyət göstərmək üçün onu yaxından tanımaq lazımdır. İnsanları hansı maraqlar birləşdirir, ölkədə bazar iqtisadiyyatı nə dərəcədə inkişaf edib, dövlət məmurlarının cəmiyyətdə rolu və mövqeyi nə dərəcədə güclüdür, korrupsiya hansı səviyyədədir və s. - pablik rileyşnz cəmiyyəti öyrənir, onun hər bir təbəqəsinə təsir üsullarını işləyib hazırlayır. ...kimə lazımdır? İlk baxışdan elə təsəvvür yarana bilər ki, pablik rileyşnz - cəmiyyətin həyatında mühüm rol oynayan iri təşkilatlara xas olan fəaliyyət növüdür. Kiçik təşkilatlar isə özünü və fəaliyyətini tanıtdırmaq üçün reklamın bir neçə sadə formaları ilə də kifayətlənə bilər. Lakin Qərbdə artıq formalaşmış pablik rileyşnz nəzəriyyəsi ictimaiyyətlə əlaqənin bir neçə səviyyəsini qeyd edir: a) təşkilatdaxili əlaqələr; b) maraqlı dairələrlə (vacib auditoriyalarla) əlaqələr; c) dövlət qurumları ilə əlaqələr; d) geniş ictimaiyyətlə əlaqə. İnkişaf etmək və rəqabətə davamlı qalmaq istəyən hər bir təşkilat üçün birinci və ikinci tip əlaqələr vacibdir. İctimaiyyətlə əlaqənin yuxarıda qeyd edilən üçüncü və dördüncü səviyyələri isə, doğrudan da, daha çox iri təşkilatlara xasdır. Çox az təşkilat var ki, cəmiyyətdə onun analoqu olmasın və onun xidmətlərindən hamı qeyd-şərtsiz istifadə etsin. Və çox az layihə var ki, mənfi cəhətləri olmasın və hamı onun sərfəliliyinə inansın. İstər kommersiya təşkilatı olsun, istər qeyri-kommersiya (peşəkar, xeyriyyə), dövlət və ya özəl - hər bir təşkilata fərdilik, şəxsi imic lazımdır. Yeni layihələri uğurla həyata keçirmək baxımından təşkilatın (bəzən isə rəhbərin) imici bir çox hallarda onun maliyyə vəziyyətindən daha böyük rol oynayır. Ola bilər ki, sizin ştatda PR üzrə mütəxəssis saxlamağa imkanınız yoxdur. Lakin bu, o demək deyil ki, siz öz fəaliyyətinizdə ictimaiyyətlə əlaqəyə məhəl qoymamalısınız. Axı təşkilatın daimi ştatında hüquqşünasın olmaması heç də həmin təşkilatda qanun pozuntularına haqq qazandırmır. İstənilən təşkilat rəhbəri fəaliyyəti üçün lazım olan qanunları öyrənməklə yanaşı, həm də cəmiyyətdə imicinin formalaşdırılması və qorunub saxlanılması haqqında düşünməlidir. Müəllif: Rafiq İsmaylov Mənbə: İctimaiyyətlə Əlaqələr: BÜTÜN YOLLAR KİV-DƏN KEÇİR kitabı
['public relations', 'ictimaiyyətlə əlaqələr', 'ictimai əlaqələr']
5,261
https://kayzen.az/blog/Ferid_Zeynalli/6477/c%C9%99nn%C9%99td%C9%99-hans%C4%B1-dild%C9%99-dan%C4%B1%C5%9Faca%C4%9F%C4%B1q.html
Cənnətdə hansı dildə danışacağıq?
Ferid_Zeynalli
Bloq: Ferid_Zeynalli
29 iyul 2011, 23:29
Məhəmməd peyğəmbər (s.a.s) də hədislərdə bildirmişdir ki;- "Cənnət dili Ərəbcədir " - "Ərəb dilini üç şeyə görə sevin: Mən Ərəbəm, Qur'an-ı Kərim Ərəbcədir, Cənnətliklərin dili Ərəbcədir".Axirətdə bütün insanlar Ərəbcəyi danışıb, anlaya biləcəklərmi? - dünyada istifadə etdiyimiz fərqli dillərin qəbirdə soruşulan suallara mane etməz. Dünyada bir dili öyrənmək üçün xeyli vaxt sərf edib öyrənirik. Axirətdə isə bu səbəblərin heç birinə ehtiyac olmadan, Alahın (c.c) dilədiyi anda, istədiyi dil danışıla bilər. Allahın (c.c) qüdrəti üçün çətin heç bir şey yoxdur."OL" deyər və olar.Qəbirdə ruhların dilə ehtiyacları olacaqmı?- ruhların heç bir dilə ehtiyacı yoxdur. Danışma üçün dil olmasa da ruhlar bir-birini anlaya bilir. necə ki yuxuda dilini bilmədiyimiz birini görüb çətinlik çəkmiriksə ruhlar da bir-birini anlayır.
['islam fəlsəfəsi']
5,262
https://kayzen.az/blog/happy/6476/xo%C5%9Fb%C9%99xtliyin-sirri.html
Xoşbəxtliyin Sirri
Ferid_Zeynalli
Xoşbəxtlik üçün
29 iyul 2011, 23:26
Dünyadakı bütün insanlar xoşbəxt olmağa çalışır. Ancaq insanların ümid etdikləri xoşbəxtlik dünyəvi şərtlərə bağlı olan, tamamilə müvəqqəti xoşbəxtlikdir. Davamlı olan həqiqi xoşbəxtliyi isə tam olaraq iman edənlər yaşaya bilərlər. Çünki həqiqi xoşbəxtlik nə insanlara, nə hadisələrə, nə mallara, nə də mövqeyə bağlıdır. Xoşbəxtliyin bir sirri var; o da coşğulu Allah sevgisi və Allaha olan təvəkküldür.İman edən bir insan bu dünyanın həqiqi mahiyyətindən, öz yaradılış məqsədindən, Uca Allahın özünü sınadığından və Ona qulluq etməklə məsul olduğundan xəbərdardır. Bu səbəblə, həyatı boyunca Allahın razılığını, rəhmətini qazanmağa çalışar və möminlərin həqiqi məskəni olan cənnətə girmək üçün səy göstərər.  Xoşbəxtlik isə Uca Allahın əməlisaleh qullarına səmimi iman və sədaqətlərinə görə, həm dünyada həm də cənnətdə verdiyi çox böyük nemətdir. Möminlərin xoşbəxtliyinin və rahatlığının qaynağı yalnız imanlarıdır. Allah səmimi imanlarına qarşılıq olaraq, onların qəlblərinə xoşbəxtlik və rahatlıq verir. Möminlərin maddiyyata bağlı xoşbəxtlik yaşamırlar, Allaha və axirətə imanın gətirdiyi mənəvi xoşbəxtliyi yaşayırlar. Bu anlayışdan uzaq yaşayan insanlar isə iman etmədikcə gerçək xoşbəxtlikdən uzaq qalarlar. Sonsuz güc sahibi Allah, din əxlaqını yaşamamalarına qarşılıq olaraq bu insanların qəlblərini bədbəxt və sıxıntılı edəcəyini bir Quran ayəsində belə bildirmişdir: "Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar." (Ənam Surəsi, 125)
['Allah sevgisi']
5,263
https://kayzen.az/blog/erzaq/3097/k%C9%99l%C9%99m.html
Kələm
Ferro
Ərzaqlar
29 iyul 2011, 12:24
Kələmin vəhşi sortları Aralıq dənizi rayonunda bitir. Burada onu dörd min il bundan əvvəl ilk dəfə mədəniləşdirmişlər. Sonralar bu tərəvəz Atlantik okeanının Avropa sahillərinə qədər yayılmışdır. Kələm sortlarından yarpaq kələmin mədəniləşdirmə tarixi daha qədimdir. Bununla yanaşı gül kələmi və kolrabi də qədim tarixə malikdir. Deməliyik ki, kələm qədim Misirdə tanınan bitki idi. Yunanıstan isə onunla tanışlığa bizim eradan əvvəl başlayıb. Kələmin faydası antik dövrün ədəbiyyatında ətraflı əksini tapmışdır. Orta əsrin bir təbabət kitabında göstərilir ki, kələm «bir çox dərdlərin dərmanıdır» və 6 əsrdir ki, romalılar ondan müalicə vasitəsi kimi istifadə edirlər. Romada, həqiqətən, kələmdən uzun müddət əsasən qida kimi istifadə etmişlər. Burada onun səkkiz-on sortunu əkib becərirdilər. M.Katon yazırdı ki, kələm göyərtilərin başıdır. Onu çiy də, bişmiş də ye. Çiy yesən sirkəyə batır. O, bir möcüzə kimi həzmə kömək edir, mədəni nizama salır... O, kələmdən müalicə üçün nə qədər istifadə etmək barəsində o dövrün məsləhətlərini qeyd edirdi. Əlbəttə, bu fikirlərin çoxunu ciddi qəbul etmək olmaz. Lakin bununla belə bu qeydlər bir daha göstərir ki, xalq arasında kələm o zaman böyük şöhrət tapmışdı. Qərbi Avropada əvvəllər yarpaq kələm yayılıb. Orta əsrlərin axırlarında avropalılar başqa kələm sortlarına da diqqət yetiriblər. Məsələn, İspaniyada gül kələm hələ XII əsrdə məlum olub. Onun vətəni Kipr adasıdır, Avropanın digər ölkələrinə də əsasən buradan (XVI əsr) yayılmışdır. Alman alimi Bok 1661-ci ildə yazırdı: «Kələmin keyfiyyəti və hörmətini təsvir etməyə kimin gücü çatar?» Almaniyada kələmdən faydalı, saf, hamı tərəfindən xoşlanan, həmçinin heyvana da verilən bitki varmı? Kəndli bizim ölkədə şərabsız qala bilər, amma kələmsiz yox. Kələmi qədim Qafqazda, Kolxida vadisində gürcülər VIII-IX əsrlərdən etibarən becərmişlər. XI əsrdə «Kiyev Rus»unda kələm geniş miqyasda yetişdirilirdi. Qeyd edək ki, «kapusta» sözü latınların «kaputium», yəni «baş» sözündən əmələ gəlmişdir. Qədimlərdən, təqribən min il bundan əvvəl Rusiya şəhərlərində ən çox yeyilən duru xörəklərdən biri «şi» adlanırdı. Onun da əsas tərkibini kələm təşkil edirdi. Bu xörəyin kütləviliyi indi də davam etməkdədir. Orta əsrlərdə Rusiyada kələmi duzlamaq çox dəb olub. Duzlu kələmi saxlamaq da o dövrdən qalmışdır. Müasir dövrdə kələm bütün dünyada tərəvəz kimi bol-bol işlənir. Onun tərkibində aşkar edilmiş «V» vitamini mədə yarasının sağalması üçün yaxşı bir vasitədir. Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı
['kələm']
5,264
https://kayzen.az/blog/ekonomiks/1465/6.-vergil%C9%99r-ekonomiksd%C9%99-t%C9%99l%C9%99b-v%C9%99-t%C9%99klif-konteksti.html
6. Vergilər ekonomiksdə (tələb və təklif konteksti)
iqtisadçı
Ekonomiks
29 iyul 2011, 10:42
Vergilər Dövlətin bütün idarələri – ABŞ-ın Vaşinqtondakı federal höku­mətindən və ştatlardakı dövlət orqanlarından başlayıb, kiçik şəhərlərdəki yerli hakimiy­yət orqanlarına kimi – ictimaiyyət üçün lazımi məqsədlər həyata keçirmək məqsədilə lazım olan resursları artırmaq üçün vergilərdən istifadə edirlər. Vergilər iqtisadi siyasətin əsas alətidir. Onların bizim həyatımı­za göstərdiyi təsir müxtəlif və birmənalı deyil. Vergi sisteminin öyrənilməsi bizim bir neçə müraciət edəcəyimiz mövzudur.Bu fəsildə biz vergilərin iqtisadiyyata təsirini öyrənmək sahəsində ilk addımları atırıq. Təsəvvür edin ki, yerli icra hakimiyyəti ildə bir dəfə dondurma bayramı keçirməyi qərara alır. Bu bayramda parad, atəşfəşanlıq və şəhər məmurlarının çıxışları olacaq. Bu tədbiri həyata keçirmək üçün yerli orqanlar dondurma satışına vergi qoymağı qərara alır – 1 pay dondurma üçün 0.50$. Şəhər idarə orqan­larının bu elanı 2 rəqib qrupu “oyatdı”. Milli Dondurma Isteh­salçıları Təşkilatı iddia edir ki, onun üzvləri güclü rəqabət şəraitində yaşamaq uğrunda mübarizə aparırlar və bu da o deməkdir ki, yeni vergini alıcılar ödəməlidirlər. Amerika Dondurma Istehlakçıları Assosiasiyası bəyan edir ki, alıcılar onsuz da güclə dolanırlar və vergini satıcılar ödəməlidirlər. Şəhər meri razılaşma əldə etməyə çalışaraq təklif edir ki, verginin yarısını satıcılar, o biri yarısını isə alıcılar ödəsinlər. Tərəflərin təkliflərini analiz etmək üçün biz sadə, ancaq gizli mənası olan sualı verməliyik: Dövlət əmtəəyə vergi qoyduqda, onun əsas ağırlığı kimin üzərinə düşür? Istehlakçıların, ya istehsalçıların? Və yaxud, əgər alıcılar və satıcılar vergini birgə ödəyirlərsə, onların hər birinin üzərinə düşən yükü (bölgü­nü) nə təyin edir? Yerli orqanlar vergiqoymanın bölgüsünü qanunla təyin edə bilərmi ? Bu merin təklif etdiyi kimi, yoxsa digər fundamental iqtisadi qüvvələrin təsiri ilə formalaşır? Iqtisadçılar əhalinin müxtəlif qrup­larının və istehsalçıların üzə­rinə düşən vergi yükünü öyrənərkən, “Vergi yükünün bölüşdürülməsi” termi­nindən istifadə edirlər. Alıcılara vergi qoyulması və bazarın fəaliyyətinin nəticələri Əvvəlcə biz alıcılardan əmtəə üçün alınan vergilərə nəzər salaq. Fərz edək ki, yerli hakimiyyət orqanları alıcıların 1 pay dondurma üçün dövlətə 0.50$ vergi vermək haqqında qanunu qəbul edirlər. Qəbul olunan yeni vergiyə dondurma alıcılarının və satıcılarının münasibəti necə olacaq? Bu suala cavab vermək üçün biz tələb və təklifin analizinin 3 addımını ataq (IV Fəsil): 1.verginin tələb və təklif əyrilərinə təsir etdiyini həll edirik; 2.əyrilərin səmtini təyin edirik; 3.əyrilərin hərəkətinin bazar tarazlığına göstərdiyi təsiri nəzərdən keçiririk. Aydındır ki, yeni vergi dondurmanın tələbinə də təsir göstərir. Təklif əyrisinə o, təsir etmir. Belə ki dondurmanın istənilən qiymətində şirniyyat təc­hizatçılarının fikrincə, dəlilləri dəyişməzdir. Alıcılar isə bütün hallarda don­dur­ma alarkən, dövlətə vergini (satıcılara isə dondurmanın qiymətini) verməli­dirlər. Beləliklə, yeni vergi dondurmaya olan tələbin əyrisinin dəyişməsinə aparır. Əyrinin istiqamətini təyin etmək heç də çətin deyil. Alıcıların ödə­dik­ləri vergi dondurmaya olan tələbatı azaldır, istənilən qiymətdə isteh­lak­çılara daha az miqdarda dondurma lazım olur. Nəticədə tələbi göstərən əyri şəkil 6.6-da göstərildiyi kimi, sola tərəf hərəkət  edir (və ya müvafiq olaraq aşağı enir). Bizim nəzərdən keçirdiyimiz bu halda əyrinin istiqamətini daha dəqiq təyin edə bilərik. 0.50$ vergisi alıcılardan alındığından, onlar üçün dondur­manın qiyməti bazarda olan qiymətdən 0.50$ artıqdır. Məsələn, əgər dondur­manın bazar qiyməti 2$-sa, alıcılar üçün olan effektiv qiymət 2.50$-dır. Vergi­ləri əlavə etməklə alıcıları dondurmanın ümumi qiyməti maraqlandırır. Əslin­də olduğundan fərqli olaraq, onlar bazar qiymətlərinə uyğun 0.50$ baha­sına, özlərinə lazım olan miqdarda məhsul əldə edirlər. Başqa sözlə, istənilən qiymətdə dondurmaya olan tələbat dəyişməsin deyə, onun bazar qiyməti 0.50$-a azalmalıdır ki, verginin təsirini kompensasiya etsin. Beləliklə, vergi tələbi göstərən əyrini aşağı salır. Verginin miqdarı – 0.50$ qədər D1 vəziyyə­tindən D2 vəziyyətinə düşür. Verginin təsirini analiz etmək üçün dondurma bazarında ilkin ta­raz­lığı yeni ta­razlıq ilə müqayisə edək. Dondurmanın tarazlı qiyməti 3$-dan 2.80$-ə düşür, onun tarazlı miqdarı isə 100-dən 90-a dəyişir (şəkil 6.6). Yeni tarazlıqda sa­­­tıcılar az miqdarda dondurma satdıqları, alıcılar isə daha az pay məhsul əl­də etdikləri üçün verginin qoyulması dondurma bazarının ölçülərini ixtisar edir.  Indi gəlin, verginin qoyulması məsələsinə qayıdaq: faktiki olaraq, vergini kim ödəyir? Dövlət formal olaraq alıcıların ödədikləri vergi şəklində pul əldə edir, ancaq verginin yükü həm alıcıların, həm də satıcıların üzərinə düşür. Ba­zar qiyməti 3$-dan 2.80$-a düşdüyündən, sa­tı­cılar verginin təyin olun­madı­ğı dövrdən 0.20$ az pul əldə edirlər. Beləliklə, verginin qoyulması təchizatçı-fir­maların vəziyyətinə mənfi təsir göstərir. Vergi həddinin müəy­yən­ləş­dirilməsi alıcıların vəziyyətinə də neqativ təsir göstərir. Buradan belə nəticə çıxır: - vergilər bazarın fəaliyyətini “dondururlar”. Əmtəələrə vergilərin qo­yul­ma­sı ona gətirib  çıxarır ki, yeni tarazlıq şəraitində satılmış malların həcmi azalır. -vergi yükü alıcı və satıcıları bir-birindən uzaqlaşdırır.Yeni tarazlıq şərai­tin­də alıcılar əldə etdikləri mallara görə daha böyük məbləğdə pul ödəyirlər, satıcılar isə daha az qazanc əldə edirlər. Satıcılardan alınan vergi və bazarın fəaliyyətinin nəticələri HOW TAXES ON SELLERS AFFECT MARKET OUTCOMES Indi gəlin təchizatçıdan alınan vergini müzakirə edək. Fərz edək ki yerli orqanlar satılan hər 1 pay dondurma üçün 0.50$ vergi təyin edir. Verginin qoyulmasının nəticəsi necə olacaq? Bu zaman vergi ilk növbədə dondurmanın təklifinə təsir göstərəcək. Müm­kün olan hər bir qiymətdə ona olan tələbin həcmi və həmçinin tələbi gös­tə­rən əyrinin vəziyyəti dəyişməz qalır. Satıcılardan alınan vergi dondur­ma­nın satışının xərclərini artırır, bu da mümkün olan qiymətdə malın təklifinin azal­masına aparır və təklifi göstərən əyri sola hərəkət edir (və müvafiq olaraq, yuxarı). Biz əyrinin vəziyyətini daha dəqiq təyin etmək imkanına malikik. Don­durmanın hər bir bazar qiymətində onun səmərəli olan qiyməti vergini ödə­dikdən sonra təchizatçıların əldə etdikləri puldur.Vergi qoyulmamışdan əvvəl 0.50$ az. Məsələn, əgər 1 pay dondurmanın bazar qiyməti 2$-sa, firmalar üçün malın səmərəli qiyməti 1.50$-dir. Bazar qiyməti nə olursa olsun, satıcılar dondurmanı elə satacaqlar ki, guya onun qiyməti əslində olduğundan 0.50$ azdır. Istehsalçıların malı istənilən miqdarda tədarük etmələri üçün bazar qiyməti (vergini kompensasiya etmək üçün) 0.50$ artıq olmalıdır. Beləliklə, (şək.6.7) təklifi göstərən əyri S1 vəziyyətindən S2 vəziyyətinə verginin miqdarı qədər (0.50$) yuxarı hərəkət edir. Bazar ilkin tarazlıq vəziyyətindən yenisi ilə əvəz olunduqda, don­durmanın tarazlı qiyməti 3$-dan 3.30$-a qədər artır. Dondurmanın tarazlı həcmi isə 100 paydan 90 paya qədər azalır. Verginin qoyulması yenə də dondurma bazarının həcminin azalmasına gətirib çıxarır. Həm alıcılar, həm də satıcılar verginin ağırlığını (yükünü) bölüşdürürlər. Bazar qiyməti artdığına görə alıcılar hər paya görə 0.30$ artıq pul ödəyirlər. Satıcılar vergiyə görə artıq pul alırlar, ancaq dondurmanın qiyməti (vergi ödədikdən sonra) 3$-dan 2.80$-a qədər azalır. Şəkil 6.6 və 6.7-nin müqayisəsi zamanı biz qəribə bir nəticəni əldə edirik: vergilər alıcı və satıcılar üçün eynidir. Hər iki halda vergi alıcıların ödədikləri və satıcıların əldə etdikləri qiymətin fərqidir. Alıcıların ödədikləri və satıcıların aldıqları qiymət üçün verginin qədəri, kimdən alınmasından asılı olmayaraq, eynidir. Bütün hallarda vergi tələb və təklifin əyrilərinin vəziyyətini dəyişir və yeni tarazlıqda verginin yükünü həm istehlakçılar, həm də istehsalçılar bölüşdürürlər. Alıcı və satıcı üçün verginin fərqi ondadır ki, pulu dövlətə onlardan hansı ödəyir.    Bu 2 verginin hər mağazada 0.50$ qədərindəki vergini xüsusi qablarda toplamaqla daha asanlıqla başa düşə bilərik. Dövlət alıcılara vergi qoyarkən, onlar hər dəfə 1 pay dondurma alarkən, 0.50$-ı o qablara qoymalıdırlar. Əgər dövlət vergini istehsalçılara qoyarsa, dondurmanın qablara doldurulmasını satıcı öz üzərinə götürür. Bu 0.50$-ın istər birbaşa, istərsə də dolayı yolla alıcı tərəfindən ödənilməsinin fərqi yoxdur. Bazarda yeni tarazlıq vəziyyəti yaranana kimi alıcılar və satıcılar verginin alınma üsulundan asılı olmayaraq, onun yükünü bərabər daşıyırlar. Praktikum Amerika Konqresi əmək haqqının vergi yükünü ədalətli  bölüşdürmək iqtidarındadırmı? CAN CONGRESS DISTRIBUTE THE BURDEN OF A PAYROLL TAX? Maaş alarkən yəqin ki, hiss etmisiniz ki, çıxılan vergiyə görə sizin əlinizə aldığınız məbləğ azdır. Işləyən amerikalının ödədiyi vergilərdən biri də FICA-dır (Federal Sığorta  ödəniş Aktı). Federal hökümət FICA vergisindən alınan gəliri yaşlı amerikalılara göstərilən tibbi xidmətlər proqramına, tibbi və sosial sığortanın maliyyələşməsinə xərcləyir. FICA əmək haqqından tutulan vergi növündən biridir. 1995-ci ildə FICA-nın 1 fəhlənin hesablanmış əmək haqqından tutulan məbləği 15.3% təşkil edirdi. Sizin fikrinizcə, əmək haqqına qoyulan verginin yükünü kim daşıyır: firmalar və ya işçilər? ABŞ Konqresi  müvafiq qanun qəbul edərkən, vergi yükünü bərabər bölüşdürməyə çalışır. Qanuna görə, FICA vergisinin yarısı firmanın gəlirindən, digər yarısı isə işçilərin əmək haqqından tutulur. Əmək haqqından tutulan məbləğ  kompaniyanın işçisinin şəxsi töhfəsidir.  Bizim vergiqoyma üzrə apardığımız analizlər göstərir ki, qanun­vericilər çətin ki, vergi yükünü bərabər bölüşdürə bilirlər. Bu tezisi aydınlaş­dırmaq üçün gəlin, əmək haqqından tutulan vergiyə əmtəəyə qoyulan vergi nöqteyi-nəzərindən baxaq. Burada, əmək əmtəə, əmək haqqı isə onun qiy­mətidir. Əmək haqqına qoyulan verginin əsas xüsusiyyəti işçiyə firma tərə­findən təyin olunan və onun əlinə aldığı əmək haqqı arasındakı orta vəziy­yətdən ibarətdir. Əmək haqqına vergi təyin olunmadıqda, işçilərin aldıqları məbləğ azalır, firmaların ödədikləri pul məbləği isə artır(şəkil 6.8)  Nəticədə, işçilər və firmalar vergi yükünü qanunvericilərin tələb etdikləri nisbətdə bölüşdürmürlər. Qanunvericilər vergini ancaq işçilərdən və ya fir­malardan topladıqda da biz oxşar nəticəni əldə edəcəyik. Bizim nəzərdən keçirdiyimiz nümunə göstərir ki, ictimai diskussiya zamanı vergi yükünün bölünməsi məsələsi nəzərdən qaçır. Qanunvericilər verginin alıcı və ya satıcı tərəfindən ödənilməsini təyin edə bilərlər, lakin onlar vergi yükünün ədalətli bölünməsini təyin etmək imkanında deyillər, çünki o, daha çox tələb və təklif qüvvələrinin nisbətindən asılıdır.
['vergi sistemi']
5,265
https://kayzen.az/blog/Ferid_Zeynalli/6471/m%C9%99n-n%C9%99-%C3%BC%C3%A7%C3%BCn-oruc-tutmal%C4%B1yam-7-s%C9%99b%C9%99b.html
Mən nə üçün oruc tutmalıyam? 7 səbəb
Ferid_Zeynalli
Bloq: Ferid_Zeynalli
29 iyul 2011, 00:18
1 - Çünki bu - mənim Yaradanımın mənə yönəli buyuruşudur. O, məni mənim özümdən yaxşı tanıyır və mənim yalnız xeyrimi istəyir.2 - Çünki bu, məni daha sağlam edir. Oruc mənim orqanizmimin yenilənməsinə səbəb olur və həyat resurslarını səfərbər edir.3 - Çünki, oruc mənim orqanizmimi təravətləndirir. Gün ərzində bədəninim həzm prosesindən tam dincəlməsi orqanizmin fizioloji matrisasının tam bərpasına xidmət edir. 4 - Çünki, oruc mənim iradəmi möhkəmləndirir. Mən, heç kəsin görmədiyi və bilmədiyi bir şəraitdə belə, digər vaxtlarda mənə halal olan nemətlərdən könüllü və şüurlu olaraq imtina edirəm.5 - Çünki, oruc məni daha mərhəmətli olmağa sövq edir. Mən imkansızların halını duymağa başlayıram - o kəslərin ki, yemək istəyirlər, amma yeməyə imkanları yoxdur.6 - Çünki, oruc mənim psixoloji yenilənməyimə xidmət edir. Mənim dayanmağa, düşünməyə, ötüb keçmişləri və gələcəyi yenidən dəyərləndirməyə imkanım olur.7 - Çünki, oruc məni başlıca məramıma - kamil insan olmaq məqamına yaxınlaşdırır. Zira, oruc - vücudi intibahın ən mühüm elementlərindəndir.
['islam fəlsəfəsi']
5,266
https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/6469/m%C3%BCdrik-xan%C4%B1m%C4%B1n-sevgiy%C9%99-aid-cavab%C4%B1.html
Müdrik xanımın sevgiyə aid cavabı
Ferid_Zeynalli
İslami Hekayətlər
28 iyul 2011, 22:29
Bir gün Peyğəmbərimiz (s.ə.s) Hz.Əlidən soruşar:- Ya Əli, Allahı sevirsən?- Bəli, Ya Rəsulum.- Yaxşı məni sevirsən?- Bəli, Ya Rəsulum.- Yaxşı, həyat yoldaşını sevirsənmi?- Bəli,Ya Rəsulum.- Yaxşı bunların hamısını ürəyində necə daşıyırsan?-deyə soruşanda, Hz.Əli bu gözlənilməz sualın qabağında duruxdu və cavab vermədi.-Bunu fikirləşərəm.- deyə Rəsulullahın yanından ayrıldı. Hz.Əli fikirli şəkildə gəzərkən, həyat yoldaşı Hz.Fatimə onun fikirli olduğunu görür və soruşur.- "Nədir bu halın, Ya Əli? Əgər bu düşündüklərin dünya qayğılarına görədirsə, sənə yaraşmaz dünya qayğıları haqda fikirləşmək, yox əgər bu halın ilahi qayğılarına görədirsə, anlat birlikdə həll yolunu tapmağa çalışaq." deyər. Hz.Əli Peyğəmbərimizlə danışdığı dialoqu Hz.Fatiməyə danışmağa başlar. Hz.Fatimə bu halı öyrəndikdən sonra gülümsəməyə başlar və deyər:- Ya Əli, Atama get və de ki,Bir insan Allahı ağlına və ruhuna görə sevər,Peyğəmbərini qəlbi ilə sevər,Həyat yoldaşını nəfəsi ilə sevər,Uşaqlarını isə şəfqəti ilə sevər.....
['dini hekayə']
5,267
https://kayzen.az/blog/dua/6468/quranda-%C5%9Feytandan-qorunmaq-%C3%BC%C3%A7%C3%BCn-oxunan-dualar.html
Quranda şeytandan qorunmaq üçün oxunan dualar
Ferid_Zeynalli
Namaz, dua, zikr
28 iyul 2011, 22:08
Peyğəmbərimiz hər insanın yanında mələk olduğu kimi,şeytanın da olduğunu vurğulamışdır.Quranda şeytandan qorunma yollarının ən yaxşı vasitəsi təmiz ürəklə,qəlbdən oxunan dualardır.Dilucu,boş ürəklə oxunan dualar bir fayda verməz.Quranda cin və şeytanın şərindən qorunmaq üçün ən çox İxlas,Fələk və Nas sürələri oxunur.İxlas surəsi.Bismillahir-rəhmanir-rəhim"Qulhuvəllahu əhəd.Allahussəməd.Ləm yəlid vələm yuləd.Və ləm yəkun ləhu kufuvən əhəd.De o Allah birdir.Allah möhtac deyildir.O nə doğmuş,nə də doğulmuşdur.Onun heç bir tayı-bərabəri yoxdur."Fələq surəsi Bismillahir-rəhmanir-rəhim"Qul əuzu birəbbil fələq.Min şərri ma xələq.Və min şərri ğasiqin iza vəqəb.Və min şərrin-nəffasati fil-uqəd.Və min şərri hasidin iza həsəd.De pənah aparıram sülhün rəbbinə.Yaratdıqlarının şərindən.Zülmətə bürünməkdə olan gecənin şərindən.Düyünlərə üfürən qadınların şərindən.Və bir də paxıllığı tutan zaman paxılın şərindən."Nas surəsiBismillahir-rəhmanir-rəhim"Qul əuzu birəbbinas.Məlikinnas.İlahinna​s.Min şərril -vəsvasil-xənnas.Əlləzu yuvəsvisu fi sudurinnas.Minəl cinnəti vənnasDe pənah aparıram insanların Rəbbinə.İnsanların ixtiyar sahibinə.İnsanların tanrısına.Vəsvəsə verən,qaçıb gizlənən şeytanın şərindən.O şeytan ki,insanların ürəklərinə vəsvəsə salır.İstər cinlərdən olsun,istər şeytanlardan."
['surələr', 'dualar']
5,268
https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/6467/%C9%99m%C9%99ll%C9%99rim%C9%99-g%C3%B6r%C9%99-qorxuram.html
Əməllərimə görə qorxuram...
Ferid_Zeynalli
İslami Hekayətlər
28 iyul 2011, 21:10
Saatın əqrəbləri surətlə irəliləyirdi. Şam azanına bir necə saat qalırdı. Qapının səhərdən acıq olması səbəbindən ev bərk soyumuşdu. Qəribə səssizlik var idi. Bu səssizlik mənə qəbri xatırlatdı. Və məni bərk düşündürdü. Düşündüm ki, vaxt gələcək, bu evdə tək olduğum kimi, qəbirdə də tək olacağam. Necə mənim yaxınlarım məndən uzaqda olduqları, yanımda olmadıqları kimi, bir gün gələcək, qəbirdə də belə olacağam. O zaman da, indiki kimi yalnız Rəbbim mənimlə olacaq. Məni heç zaman tək qoymayan Rəbbim. Məni hər kəsdən daha çox sevən Rəbbim. Daha sonra əməllərimə baxdım. Baxdım gördüm ki, əllərim boşdur, boş. Və pis oldum. Öz-özümə fikirləşdim ki, gələcək günlərimdə elə edim ki, əməllərim yaxşı olsun. Sonra dedim ki, hələ vaxt var qəbrə getməyə. Lakin birdən duruxdum. Ona görə duruxdum ki, bəlkə heç gələcək günlərim yoxdur. Bəlkə heç sabahım da yoxdur. Bəlkə heç bu anımdan sonram yoxdur. Bəlkə bu gün, bu saat, bu an mənim üçün sondur. Əgər bu belədirsə, o zaman mən nə edərəm?! Bu əməllərimlə Rəbbimin qarşısına necə çıxaram?! Dar, qaranlıq, vəhşətlə dolu olan o qəbirdə Rəbbimə necə deyərəm ki, məni tənha qoymasın?! Axı mən bu dünyada özümə qəbir dostu qazanıram. Axı mən öz əməllərimlə qəbrimi nurlu və yaxud vəhşətli edirəm. Bu dünyadakı qəribliyə dözə bilmirəm. Mən dar, qaranlıq qəbirdə bunlara necə dözəcəyəm?! Halbuki, buradakı qəriblik bir müddətlikdir.  Axı mən bu günə kimi necə qəlb sındırmışam, neçə nəfərin qeybətini etmişəm, neçə nəfərin qeybətinə qulaq asmışam, neçə namazımı qəzaya vermişəm, neçə əhdimə vəfa etməmişəm, neçə nəfəri acılamışam, necə nəfərə sui-zənn etmişəm, necə nəfərlə boş yerə mübahisə aparmışam, necə nəfər məndən halallıq istəyib verməmişəm, necə nəfərdən halalıq almamışam, necə... Mövlam Əli (ə) buyurur: "Ey Allah bəndələri! Bağışlanmayan (insan) üçün ölümdən daha ağır qəbirdir. Belə isə qəbrin darlığı, təzyiqi, qaranlığı və tənhalığından qorxun. Allahın öz düşmənini xəbərdar etdiyi darısqal həyat - qəbir əzabıdır". Mən Allahın düşməni deyiləm. Lakin yenə də əməllərimə görə qorxuram. Təsəvvür edin, dar və qaranlıq bir yerə məhkum olunursunuz qalmağa. Vəhşətlə dolu olan bir yerə. Tənhalıqla, qəribliklə, qorxu ilə, əzab ilə dolu olan bir yerə məhkum olunursunuz. Halbuki, mən bu dünyadakı əməllərimlə qəbrimi daha nurlu, daha geniş, daha təravətli edə bilərəm. Mən öz əməllərimlə özümə bu dünyada olarkən dost qazanıram, qəbir dostu. Əməllərimlə ya qəbirdə özümə yaxşı bir dost qazanaram, ya da ki, vəhşət mənim dostum olacaq. Mən belə dost istəmirəm. Bəs siz necə?
['dini hekayə']
5,269
https://kayzen.az/blog/heyvan/6465/australopithecuslar-%7C-n%C9%99sli-k%C9%99silmi%C5%9F-meymunlar.html
Australopithecuslar | Nəsli kəsilmiş meymunlar
Someone
Heyvanlar aləmi
28 iyul 2011, 15:07
Bəlkə hələdə çoxlarına məlum olmayan bu nəsil artıq nəsli kəsilmişdir. Təkamülçülərin müqayisəli iddiasına görə Australopithecuslar əslində elə indiki insanların ən ibtidai əcdadlarıdır. Bunlar üz və kəllə quruluşları bugünkü meymunlara bənzəyən, beyin həcmi müasir meymunlarınkından daha kiçik olan qədim növdür. Ancaq təkamülçülərin iddialarına görə bu varlıqların insanların əcdadı olmasını təmin edən çox mühüm xüsusiyyətləri aşkar olunmuşdur: iki ayaqlı olmaları.  Meymunlarla insanların hərəkət forması tamamilə fərqlənir. İnsanlar həqiqi mənada iki ayaqları ilə dik hərəkət edən yeganə canlılardır. Digər bəzi heyvanlar isə iki ayaqlı olaraq məhdud hərəkət qabiliyyətinə malikdirlər və nəticədə əyrı onurğaya malikdirlər. Təkamülçülərə görə Australopithecus adlı bu canlılar iki ayaqları üzərində əyilmiş halda yerimə qabiliyyətinə malikdirlər. Bu məhdud iki ayaqlı yerimə hərəkəti belə, təkamülçüləri bu canlıların insanın əcdadı olduğu istiqamətində cəsarətləndirməyə kifayət etmişdi.Lakin təkamülçülərin Australopithecusların iki ayaqlı olduqlarına dair iddialarını çürüdən ilk dəlil yenə də təkamülçü tədqiqatçıların özlərindən gəldi. Australopithecusların skeletləri üzərində aparılan təfərrüatlı araşdırma təkamülçülər tərəfindən belə bunların "həddən artıq" meymuna bənzədiyinin qəbul olunmasına yol açmışdı. 1970-ci illərin ortalarında Australopithecus skeletləri üzərində təfərrüatlı anatomik araşdırmalar aparan təkamülçü Charles E. Oxnard Australopithecusların skelet quruluşlarını indiki oranqutanların skeletinə bənzədirdi:Australopithecusların çiyin, bilək, ayaq, dirsək və əlləri kimi anatomik nahiyyələri üzərində aparılmış bir çox müqayisəli anatomik araşdırma mövcuddur. Bütün məlumatlar bunu söyləyir: Bu skeletlərin müasir insana olan yaxınlığı həqiqət olmaya bilər. Bütün skelet parçaları həm insandan, həm də şempanze və qorillalardan fərqlidir. Australopithecuslar qrup olaraq araşdırılarkən özlərinə xas  oranqutan növünə oxşayırlar.Ancaq təkamülçülər üçün əsas utanc qaynağı Australopithecusların iddia edildiyi kimi iki ayaqlı və əyilmiş olaraq yeriyə bilməyəcəklərinin müəyyən edilməsi oldu. İki ayaqlı, ancaq, əyri yeridiyi iddia edilən Australopithecusun belə bir quruluşa sahib olması fiziki olaraq çox səmərəsiz olacaq və çoxlu enerjiyə ehtiyac olacaqdı. Belə ki, 1996-cı ildə kompüter mütəxəssisi Robin Crompton apardığı araşdırmalarda bu cür qarışıq yerişin mümkün olmadığını göstərdi. Cromptonun gəldiyi nəticə bu idi: Bir canlı ya tam dik, ya da dörd ayağı üzərində yeriyə bilər. Bu ikisinin arasında yerimə forması enerji sərfiyyatını həddindən çox artırdığına görə mümkün deyil. Beləliklə, Australopithecusların iddia edildiyi kimi həm əyilmiş, həm də iki ayağı üzərində yeriyə bilməyəcəyi ortaya çıxmış oldu.Australopithecusların iki ayaqlı olmadıqlarına dair bəlkə də ən mühüm işi  1994-cü ildə fosilləşmiş canlılar üzərində iki ayaqlılıq araşdırmaları aparan İngiltərə Liverpool Universiteti, İnsan anatomiyası və hüceyrə biologiyası bölməsinin tədqiqatçısı anatomiya alimi Fred Spoor və qrupu gördü. Qulaq ilbizindəki şüursuz tarazlıq mexanizmindən yola çıxaraq araşdırmalar aparan elm adamları Australopithecusların dəqiq olaraq iki ayaqlı olmadıqlarını müəyyən etdi.  Beləliklə, Australopithecusların insana bənzər olduqlarına dair iddianın sonu gəlmiş oldu.
['Australopithecusl', 'nəsli kəsilmiş meymun']
5,270
https://kayzen.az/blog/heyvan/6464/at%C4%B1n-t%C9%99kam%C3%BCl%C3%BC-%C9%99fsan%C9%99si-v%C9%99-m%C9%99rh%C9%99l%C9%99l%C9%99ri.html
Atın təkamülü əfsanəsi və mərhələləri
Someone
Heyvanlar aləmi
28 iyul 2011, 14:24
Məməlilərin mənşəyi məsələsində mühüm yer tutan başlıq uzun zamandan bər təkamülçü mənbələri baş tacına çevirdikləri "atın təkamülü" əfsanəsidir. Bu, bir əfsanədir, çünki elmi kəşflərə deyil, təxəyyül gücünə əsaslanır. "Atın təkamülü"nü xarakterizə etdiyi iddia edilən sxemlər yaxın dövrə qədər təkamül nəzəriyyəsinə dəlil kimi göstərilən fosil sıralamalarının ən başında gəlirdi. Lakin bu gün bir çox təkamülçü atın təkamülü ssenarisinin əsassızlığını açıq şəkildə qəbul edir.1980-ci ilin noyabrında Çikaqo Təbiət Tarixi Muzeyində 150 təkamülçünün iştirak etdiyi dörd gün davam edən və mərhələli təkamül nəzəriyyəsinin problemlərinin müzakirə edildiyi bir toplantıda nitq söyləyən təkamülçü Boys Rensberqer atın təkamülü ssenarisinin fosil qeydlərində heç bir əsasının olmadığını və atın mərhələli təkamül keçirməsi kimi bir prosesin heç baş vermədiyini belə izah etmişdir:  Təqribən 50 milyon il əvvəl yaşamış dörd dırnaqlı, tülkü böyüklüyündəki canlılardan bu günün daha böyük tək dırnaqlı atına doğru ardıcıl mərhələli dəyişiklik olduğunu irəli sürən məşhur atın təkamülü misalının əsassız olduğu uzun zamandan bəri məlumdur. Mərhələli dəyişiklik əvəzinə hər növün fosilləri tamamilə fərqli şəkildə üzə çıxır, dəyişmədən qalmışdır, sonra da nəsli kəsilmişdir. Ara keçid formalar məlum deyil.Rensberqer dürüst şəkildə atın təkamülü ssenarisindəki bu mühüm müəmmanı dilə gətirərkən əslində bütün nəzəriyyənin fosil qeydlərindəki ən böyük müəmmasını - "ara keçid formaları müəmmasını" gündəmə gətirmişdir.Dr. Nayls Eldric atın təkamülü sxemi haqqında belə deyir:Həyatın mənşəyi haqında hər biri bir-birindən fantastik bir sıra hekayə var. Bunun ən məşhur nümunəsi isə bəlkə 50 il əvvəl uydurulmuş və hələ də alt mərtəbədə duran atın təkamülü sərgisidir. Atın təkamülü yüzlərlə elmi mənbə tərəfindən böyük həqiqət kimi təqdim edilmişdir. Ancaq indi bu cür iddiaları ortaya atan şəxslərin təxminlərinin ancaq fərziyyə olduğunu düşünürəm.Bəs "atın təkamülü" ssenarisi nədir? Bu ssenari Hindistan, Cənubi Amerika, Şimali Amerika və Avropada fərqli zamanlarda yaşamış, fərqli canlı növlərinə aid fosillərin təkamülçülərin təxəyyül gücü sayəsində kiçikdən böyüyə doğru düzülməsiylə əmələ gətirilən sxemlərlə ortaya atılmışdır. Ayrı-ayrı tədqiqatçıların irəli sürdükləri 20-dən çox müxtəlif atın təkamülü sxemi var. Hamısı da bir-birindən fərqlənən bu nəsil ağacları haqqında təkamülçülər arasında da fikir ayrılığı var. Bu ardıcıllıqlardakı yeganə ortaq cəhət 55 milyon il əvvəl Eosen dövründə yaşamış eohippus (hyracotherium) adlı itəbənzər bir canlının atın ilk əcdadı olduğuna inanılmasıdır. Əslində isə atın milyon illər əvvəl nəsli kəsilmiş əcdadı kimi təqdim edilən eohippus hələ də Afrikada yaşayan və atla heç bir əlaqəsi və bənzərliyi olmayan hyrax adlı heyvanın demək olar ki, eynisidir.Atın təkamülü iddiasının əsassızlığı hər keçən gün ortaya çıxan yeni fosil tapıntılarıyla daha açıq şəkildə başa düşülür. Eohippus ilə eyni təbəqədə dövrümüzdə yaşayan at cinslərinin də (equus nevadensis və equus occidentalis) fosillərinin tapıldığı müəyyən edilmişdir.Bu, dövrümüzdəki at ilə onun "əcdadının" eyni zamanda yaşadığını göstərir ki, bu da atın təkamülü adlanan prosesin heç vaxt baş vermədiyinin sübutudur.Təkamülçü yazıçı Qordon R.Teylor darvinizmin açıqlaya bilmədiyi mövzulara toxunduğu "Böyük təkamül müəmması" (The great evolution mystery) adlı kitabında atın təkamülü ardıcıllığı əfsanəsinin əsl mahiyyətini belə izah edir:Darvinizmin bəlkə də ən ciddi zəif cəhəti paleontoloqların böyük təkamül xarakterli dəyişikliklər göstərən qohumluq əlaqələrini və canlıların təkamül ardıcıllıqlarını üzə çıxara bilməmələridir. Atın təkamül ardıcıllığı, əsasən, bu mövzuda həllini tapmış yeganə nümunə kimi göstərilir. Ancaq həqiqət bundan ibarətdir ki, eohippusdan equusa qədər uzanan ardıcıllıq çox əsassızdır. Bu ardıcıllığın getdikcə böyüyən bədən ölçüsünü göstərdiyi iddia edilir, amma əslində ardıcıllığın sonrakı mərhələlərindəki canlıların bəziləri (ardıcıllığın ən başında yerləşən) eohippusdan daha böyük deyil, daha kiçikdirlər. Müxtəlif qaynaqlardan olan növlərin birləşdirilərək inandırıcı ardıcıllıqda ard-arda düzülməsi mümkündür, amma tarixdə həqiqətən bu ardıcıllığı dəstəkləyən heç bir sübut yoxdur.Bütün bu həqiqətlər təkamül nəzəriyyəsinin ən tutarlı dəlillərindən biri kimi təqdim edilən atın təkamülü sxemlərinin heç bir əsası olmayan xəyali ardıcıllıqlar olduğunu ortaya qoyur. Digər növlər kimi, atlar da təkamül əcdadına malik olmadan yaradılmışdırlar.
['təkamül', 'atın inkişafı']
5,271
https://kayzen.az/blog/Ferid_Zeynalli/6463/allah-s%C3%B6z%C3%BC-ba%C5%9Fdan-ba%C5%9Fa-m%C3%B6c%C3%BCz%C9%99dir.html
"Allah" sözü başdan başa möcüzədir !
Ferid_Zeynalli
Bloq: Ferid_Zeynalli
28 iyul 2011, 14:08
İordaniyanın Yərmuk Universitetinin ispaniyalı tələbəsi apardığı araşdırma nəticəsində belə qənaətə gəlib. Sözügedən universitetin Ərəb dili və Ədəbiyyatı fakültəsinin ispaniyalı tələbəsi Elen "Allah" sözünü fonetik təhlil etdiyi zaman maraqlı faktla qarşılaşıb. Apardığı təhlildən sonra o, "Allah" sözünün bir möcüzə olduğunu bildirib. "Ərəb dilində oxuduğum ən gözəl söz "Allah" kəlməsidir. Onun adının tələffüzündə belə, gözəl musiqi vardır. Çünki Onun adının hərflərinin düzülüşü digər bütün adlardan fərqlidir. "Allah" sözünün tələffüzü dodaqlardan deyil, daxildən gəlir və bütün bədəni titrədir" - deyə Elen bildirib. Helen "Allah" sözünün möcüzə olmasını isə belə izah edir:   "Əgər "Allah" kəlməsindən ilk hərf olan "əlif" hərfini çıxsaq, bu zaman söz "Lilləhi" kimi oxunar. Bu isə Quranın aşağıdakı ayəsində belə qeyd edilib: "və lilləhil-əsməul-husnə fəd'uhu bihə" - "Ən gözəl adlar (Əsma əl-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin" (əl-Əraf, 180). Əgər sözdəki birinci və ikinci hərfləri, yəni "əlif" və birinci "ləm" hərflərini ixtisar etsək, bu zaman o, "ləhu" kimi oxunacaqdır. Quranın aşağıdakı ayəsində də "ləhu" sözü ilə Allah nəzərdə tutulub: "Ləhu mə fis-səməvati vəl-ərd" - "Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur" (ən-Nisa, 132). "Əlif" və hər iki "ləm" hərflərini sözdən çıxartsaq, yerdə zəmməli (Ərəb ədəbi dilində qısa "u" saitini bildirir) "hu" hecası qalır. Buna isə "Huvəlləzi lə iləhə illə hu" - "O, Özündən başqa heç bir tanrı olmayan...Allahdır" (əl-Həşr, 22) ayəsini misal göstərmək olar. Sözdəki ilk "ləm" hərfi çıxarıldığı təqdirdə kəlmə "İlah" kimi oxunacaqdır. "Allahu lə iləhə illə hu" - "Allah başqa heç bir tanrı yoxdur" (əl-Bəqərə, 255). Bu ayədə "İlah" kəlməsi ilə Allahın nəzərdə tutulduğu şübhəsizdir. Bu, Yaradanın adında belə, Onun ucalığının dəlillərindəndir" - deyə Elen bildirib.
['maraqlı fakt']
5,272
https://kayzen.az/blog/Quran/6462/qurandan-cinl%C9%99r-haqq%C4%B1nda-ay%C9%99l%C9%99r.html
Qurandan cinlər haqqında ayələr
Ferid_Zeynalli
Quran
28 iyul 2011, 13:57
Cinlər zahiri gözlə görünməyən varlıqlardır.Cinlər gözlə görülməyəcək qədər sürətli varlıqlardır.İnsanlar kimi Allaha qulluq və ibadət üçün yaradılmışlardır.Uca Rəbbimiz:"Mən cinləri və insanları ancaq mənə qulluq etsinlər deyə yaratdım"(Zəriyət 56) hökmü ilə cinlərin həm varlıqlarını həm də vəzifələrini bizə bildirmişdir."Cinlər insanlardan öncə yaranmışlar.Allah Taala onları zəhərli atəşdən yaratmışdır".(Hicri 27,Rəhman 15)Şeytan da cin tayfasındandır.Gözlə görünməyən lakin varlığı dəqiq olan,ağlı qarışmış,tərs,xaraktercə zəif olan insanları yolundan azdırmağa çalışan cinlərə şeytan adı verilir.Əsil adı İblisdir. İblis Rəbbinin buyruğuna uymayan,üsyan edərək yoldan azmış cinlərdir."Biz mələklərə Hz.Adəmə səcdə edin demişdik,iblis istisna olmaqla hamısı səcdə etdilər.O üz çevirdi və kafirlərdən oldu".(Əl-Bəqərə 2.34) Bütun pis əməllərdə adı olan şeytan insanların ən qorxulu düşmənidir.İlk insan Hz.Adəmə görə ilahi hüzurdan qovulan şeytan Allahdan qiyamətə qədər ömür istəmişdir.Allah Taala bu istəyini ona vermiş və İblis insanları yoldan azdıracağına and içmişdir.(Sad 76-85)"Qurani Kərim"də cinlər haqda çoxlu məlumatlar, həmçinin onlardan qorunmaq üçün dualar verilmişdir. Cinlər və şeytanlar insana ölənə qədər vəsvəsə yolu ilə sıxıntı verir,şübhə içinə salar,haqq yolundan və xeyirlərdən uzaqlaşdırmağa çalışar,haramı bəzəyər,pis əməlləri yaxşı göstərər.Lakin Allaha sidq ürəklə dua edəni,inananı Allah cin və şeytanlardan qoruyar.
['Quran ayeleri']
5,273
https://kayzen.az/blog/filosoflar/5733/lao-tsz%C4%B1.html
Lao-Tszı
pedaqoq
Filosoflar
28 iyul 2011, 13:41
Qәdim Çin fәlsәfәsinin әn qüdrәtli nümayәndәsi. Bioqrafiyasından yalnız bu mәlumdur ki, filosof e. ә. VI әsrdә yaşamış, arхivarius işlәmişdir. Rəvayətlərin birindә deyilir ki, guya, anası onu bәtnindә 81 il gәzdirmişdir. Guya, doğulanda onun qızıl üzü, ağappaq saçları varmış. Buna görә dә ona Lao Tszı - yәni «qoca uşaq» adını qoymuşlar. Guya o, bir dәfә Konfutsi ilә görüşmüş vә öz müdrikliyi ilә məşhur filosofu heyrətdə qoymuşdur. Rәvayәtә görә, Lao Tszı 200 ilә qәdәr yaşamış, ömrünün aхırında tәrki-dünya olub Qәrbә tәrәf getmişdir. Sərhəddən keçәndә bütün әsәrlәrini sәrhәd nәzarәtçisinә tapşırıb vә hamısının yandırılmasını хahiş etmişdir. Lao Tszının dünyagörüşü «Dao vә De haqqında elmin әsasları» adlı kitabda toplanmışdır. Bәzi alimlәrin fikrincә, bu kitab e. ә. IV әsrdә bir çoх filosofun fikirlәri әsasında (sözsüz ki, Lao Tszının da) tәrtib edilmişdir. Әsәrin dili çoх yığcam, qәliz vә çәtin anlaşılandır. Onu hәr cür yozmaq, şәrh etmәk mümkündür. Lao Tszıya ğörә, dünyada şәrti olaraq «dao» adlanan ümumi bir başlanğıc, bir әsas var. «Daosizm» termini dә buradan yaranmışdır. Dao bütün şeylәrin әsasında durur, əbədidir, heç zaman dәyişmir, hәr yana vә hәr şeyә nüfuz edir. Onu şәrti vә məcazi olaraq «yol» kimi dә təsəvvür etmәk olar. Vahid, zəruri, bütün varlığın keçib getdiyi «yol»dur. Daha sadə desək, Dao bir növ təbiət vә cəmiyyəti, insan davranışını vә düşüncəsini tənzim vә idarə edən qanun deməkdir. Daosizm ilә Konfutsi fəlsəfəsi bir-birinin әksinәdir. Daosizm hәr yerdə vә hәr şeydə təbiiliyi, təbii qanunları әsas görür. Lao Tszı vә onun böyük ardıcılları olan Yan Çju, Çjuan Tszı, Le Tszıya görә, insanların borcu hәmin təbii qanunları dәrk edib onların ardınca getmәkdir. Ziddiyyətlərin qırılmaz bağlılığı Daosizmin әsas kanonlarından biridir. Lao Tszıya görә, хeyirsiz şәr yoхdur, çirkinlik olmasa gözəllik, alçaqlıq olmasa yüksəklik yoхdur. Filosofa görә, ziddiyyətlər bir-birinә «qayıdır» vә ya çevrilir. «Еy bәdbәхtlik, хoşbәхtliyin әsası sәnsәn. Еy хoşbәхtlik, bәdbәхtliyin әsası sәnsәn». Lao Tszı iddia edirdi ki, hәr hansı inkişaf qapalı dairә şәklindә baş verir vә bütün dәyişikliklәr nәhayәtsiz dәrәcәdә tәkrar olunur. Lao Tszı mədəniyyətin, sivilizasiyanın əleyhinə idi. Onun fikrincә, mədəniyyət qeyri-təbii olduğu üçün mənfi rol oynayır. O, iddia edirdi ki, dövlətin başçısı müdrik adam olmalıdır. Filosof yazır: «Qanunlar vә qərarlar nə qәdәr çoх nәşr olunursa, oğru vә quldur bir o qәdәr çoх olacaqdır». Böyük müdrik Lao Tszının dәrin hәyati fikirlәri dünya fәlsәfi fikir tariхindә dәrin iz buraхmış vә böyük fәlsәfә mәktәbinә çevrilmişdir. Fransız yazıçısı POL KLODЕLİN «Lao Tszının tәrki-dünyası» adlı fәlsәfi novellası var. Böyük Çin filosofunun hәyatının son gününü tәsvir edәn hәmin әsәrdә Lao Tszının dünyagörüşü çoх dəqiq әks edildiyindən daхil etmәyi lazım bildik. «Ömrünün qurtar-qurtarında Lao Tszı payi-piyada gәlib qәrb sәrhәd aşırımının әtәyinә çatdı. O, sabah buradan yoхuşu aşıb dünyanı әbәdilik tәrk edәcәkdi. Lao Tszı öz hörmәtini әrz eləmәk üçün yerli hakimin görüşünә gәldi vә onlar çay içmәklә mәşğul ikәn filosof hökumətin sәrhәd qarovulхanası üçün çoх sәfalı yer seçdiyini qeyd edib dedi: - Мәn ömrüm boyu elә nәhayәtsiz bir düzәnlikdә yaşamışam ki, kәndlinin ayaqlarına yapışan palçıqdan başqa nәmişliyi хatırladan heç nə olmayıb. Әvәzindә hər tәrәfdən şırıltı eşidilәn, dirilik nәfәsi üzümә dәyәn bu dağa sәcdә qılmaq mәnimçin nə qәdәr хoşdur. Doğrudan da tәhti-himayәnizdә yaşayanlar eyni dərəcədə hәm oturaq, hәm də köçәri hәyat sürüb feyzyab olurlar. Onlar yəhər üstә oturub özünü arхayıncasına atın iхtiyarına verәn yolçulara bәnzәyirlәr. - Lakin mən görürəm ki, - rәis sözә başladı - sizi müşayiət edәn bu iki ağır yüklü heyvanı nәzәrә almasaq, özünüz atsız da keçinirsiniz. Filosof dedi: - Мәn bu gün öyrәndim ki, çoх çәtin bir keçid aşmalı olacağam. Heyvanlar onu yüklә çıхa bilmәyәcәklәr. Baх buna görә sizdәn bir şey хahiş etmәk qәrarına gәlmişәm. Еlә düşünmәyin ki, yadellilərin rəğbətini qazanmaq üçün mən bu heyvanları var-dövlәtlә yüklәmişәm. Әfsus ki, bunlar yalnız kitab bağlamalarıdır, әdәbi sәyahәtimin әvvәlindәn indiyә kimi yazdığım kitablar. Daha doğrusu gənclik günlәrimdәn bәri başa vurduğum hәmin mәhdud kağız yoludur ki, ağ varaqlarda qara izlәr buraхa-buraхa atdığım hәr addımı әks etdirmişәm. Әgәr qәt etdiklәri uzun yola ağır yüklәrini dә әlavә etsәk mәnim bu zavallı хidmәtçilәrimin belinin ikiqat olması tәәccüblüdürmü? Әgәr mən bu kitabları özümlә aparsam, gömrükxana işçilәri onları uzun-uzadı eşәlәmәyә başlayacaq vә mən qorхuram ki, burada gecәlәmәyә mәcbur olam. - Bәs mən nə etmәliyәm? - rәis soruşdu. - Еvim çoх kiçikdir, bu qәdәr kitabı tutmaz. - Yoх, qoy cәnabınız lütfәn fırça vә qeyd dәftәri götürüb bu әsәrlәrin yalnız sərlövhələrini siyahıya alsın. Qoy Sizә daş-tәrәzi gətirsinlәr ki, kitabları çәkә bilәsiz, хahiş edirәm vәrәqlәri bir-bir sayasınız, ölçülәrinә görә siyahısını tutub bütün bunları хüsusi bir lövhәcikdә qeydә alasınız vә nәhayәt küləkli günlәrin birindә şam qozalarından vә quru yarpaqlardan yaхşıca bir tonqal qalamağı әmr edib heç bir tәәssüf etmәdәn bütün bu bağlamalardakıları yandırasız. Doğrudan da bir halda ki, nicat yolu, haçansa «dao» adlandırdığım hәmin yol mәni öz qoynuna çağırır, sizcә, ardımca sürünәn onun bu cansız bәnzәyişi ilә necә rәftar etmәliyәm?! Haçansa özü öz gәmilәrini yandıran bir fateh barәsindә eşitmişdim. Мәn isә nәinki gәmilәrimi, öz ömür yolumu yandırıram. Necә? - rәis heyrәtlә qışqırdı. - Bütün bu sözlәrdәn vә sәtirlәrdәn, sizin bütün hiss vә fikirlәrinizdәn heç nə qalmayacaq? Niyә ki, qalmayacaq? - Lao Tszı cavab verdi. - Bir halda ki, sәrlövhәlәr qalır. Bәs ehtiramla taхta lövhәyә yazılmış adlarından başqa ölәn valideynlәrinizdәn nə qalır? Kitablar da onun kimi. Sәrlövhәsini bilәndәn, - ağırlığını әlindә hiss edәndәn, ona hәrtәrәfli diqqәt verәndәn vә arif adam bircә dәfә nәzәr salmaqla bütün dәyәrini tәyin edәndәn sonra yerdə qalanlar nəyә lazımdır? Rәis dedi: - Bütöv bir müdriklik mәktәbini odlayıb yandıran bir imperator da sizin kimi etmişdir. - Dostum Konfutsi әbәs yerә hәmin imperatora tәnә edib. Әslindә әlahәzrәt bununla yalnız bir şey istәyib, istəyib ki, öz yüksək mәnsәbinә layiq qurban vermәklә göylәri şәrәflәndirsin. Мәgәr hava vә tüpürcəkdən toхunan sözlәrimizi yel aparmırmı? Onsuz da öz-özünә pozulub gedәcәk bu yazı qaralamalarını da elәcә külә döndәrmәk daha yaхşı deyilmi? Rәis dedi: - Мәn sizin хahişinizә әmәl edәrәm. Аncaq siz bununla adamların yaddaşında özünüzә çoх solğun bir хatirә qoyacaqsız. Lao Tszı dedi: - Gedәn dostdan nə qalır? Heç dә bütün hәyatı deyil, onun çoх mürәkkәb varlığının hәrtәrәfli tәsviri deyil, nəsә qeyri-müәyyәn bir hadisә, sәsinin bircә qırığı, hәtta sonunu хatırlamadığınız hansı bir ifadәsi vә... bunlar onu diriltmәk üçün kifayәt edirsә, mәndәn dә belәcә. Siz zamanın min-min zərif cizgilərlə öz şəhadətini həkk etdiyi çöhrәmә tamaşa edir, hәlә rәssamları çoх-çoх heyrәtә salacaq müdrikliklə dolu bu möhtəşəm alına heyranlıqla baхırsız. Lakin sabah mən yola çıxarkən әvvәlcә mәnim siluetim vә yerişim, sonra yalnız ağ bir lәkә görünәcәk. Daha sonra isә addım sәslәrimdәn ürkәn qarğaları nәzәr almasaq heç nə. Әgәr sonra qulaq versәniz, nәsә eşidә bilәrsiz - bu ayaqlarımın altından qopub uçuruma gedәn daşların sәsi olacaq. Rәis birdәn әliylә uzağı göstәrib dedi: - Görәsәn keçiddәn zәrif-zәrif sәmayә qalхan o yüngül, ağ tüstü nәdir? Lao Tszı cavab verdi: - Onlar mәnim həsir sәndәllәrimdir ki, daha ehtiyac olmadığına görә yandırıb dağ ruhlarına nәzir verirәm». DАO-DЕ-TS-ZİN fraqmentlər V Göylər vә yerlər humanizm nə olduğunu bilmir vә onlar bütün varlıqlara otlar vә heyvanlar kimi baхırlar. Мüdrik adam humanist olmur vә хalqın təbii hәyatını pozmur. VIII Yüksək lәyaqәt suya bәnzәyir. Su bütün canlılara хeyir verir vә mübarizә aparmır. O insanların olmaq istәmәdiklәri yerlәrdә olur. Buna görә o Daoya bәnzәyir. Hәyat yerin qanunlarına uyğun olmalıdır, ürәk daхili hissiyyatlara, sözlәr hәqiqәtә, ölkәnin idarәçiliyi dincliyә, işlәr imkanlara, hәrәkәt isә vaхta uyğun olmalıdır. XI Kim ki, qabı ağzınacan suyla doldurur vә ülgücü hədsiz dәrәcәdә itiləyir, onları çoх uzun saхlaya bilmәz. Әgәr zal qızıl vә lәl-cavahiratla dolarsa, onu heç kim qoruya bilmәz, әgәr varlılar vә şöhrәtlilәr mәğrursa, bununla özlәrini bәdbәхtliyә düçar edәcәklәr. İş başa çatırsa insan kәnara çәkilmәlidir. Bu tәbii dao qanunudur. XV Qәdimlәrdә müdriklәr әn kiçik şeylәrin dә mahiyyәtini vә sirlәrini bilirdilәr. Аmma bildiklәrini açıb demirdilәr vә buna görә onları tanımaq qeyri-mümkündür. Bu sәbәbdәn dә onlar selә düşmüş adam kimi ürkәk idilәr, qonşularından qorхan adamlar kimi qәtiyyәtsiz idilәr, qonaq kimi tәşәххüslü idilәr, buz üstә yeriyәnlәr kimi ehtiyatlı idilәr, dәrә kimi nәhayәtsiz, bulanıq su kimi bilinmәz idilәr. Çoх şey arzulayaraq onlar nə varsa onunla kifayәtlәnirdilәr vә tәzә heç nə yaratmırdılar. XXIV Kim pәncәlәri üstә qalхarsa, çoх dayana bilmәz. Kim böyük addımlarla yeriyәrsә, çoх da uzağa gedə bilmәz. Kim öz-özünü nümayiş etdirirsə, parlaya bilmәz. Kim özü-özünü tәriflәyirsә, şöhrәtlәnә bilmәz, kim hücum edirsә, uğur qazana bilmәz. XXIX Kim ölkəyə sahib olmaq istəyirsə, görürəm ki, mәqsәdinә çata bilmir. ...Ona görә biri gedirsә, qalanları ardınca yollanır, biri çiçәklәyirsә, o birilәri solur, biri möhkәmlәnirsә, o biri zәiflәyir, biri yaradırsa, o birilәri dağıdır. XXXVI Sıхılan şey genişlәnir. Zәiflәyәn möhkәmlәnir, mәhv edilәn çiçәklәnir. Başqasından nәsә almaq istәyәn mütlәq özününkünü itirәcәk. Bütün bunlar çәtin dәrk edilәn mәsәlәlәrdir. Yumşaq bәrkә, zәif güclüyә qalib gәlir. ХLIV Sәnә nə әzizdir, şöhrәt, yoхsa hәyat? Nə qiymәtlidir, hәyat, yoхsa var-dövlәt? Hansı çәtindir, - әldә etmәk, yoхsa itirmәk? Kim çoх yığsa, çoх da itirәcәk. Kim hәdd gözlәsә, uğursuzluq bilmәz. XLV Böyük mükəmməllik qeyri mükəmməlliyə bәnzәyir, onun hәrәkәtlәri intəhasızdır. Böyük doluluq boşluğa bәnzәyir, onun әmәli tükәnmәzdir. Böyük düzlük әyriliyә bәnzәyir, böyük hazırcavablıq, ağılsızlığa bәnzәyir, böyük natiq pәltәyә bәnzәyir. Hәrәkәt soyuğa qalib gәlir, sakitlik istiliyә qalib gәlir, dinclik dünyada qayda-qanun yaradır. ХLVII Мüdrik saraydan çıхmadan dünyanı dәrk edir. Pәncәrәdәn baхmadan belә tәbii daonu görür. Nə qәdәr çoх gәzsә, o qәdәr az dәrk edәcәk. O, şeylәri görmәdәn onları göstәrir. O, hәrәkәt etmәdәn yaradır. LIII Мәn bilikli olsaydım, böyük yolla gedәrdim. Qorхduğum yeganә şey iş görmәkdir. Böyük yol tamamilә hamardır, amma xalq cığırla getmәyi хoşlayır. LVI Bilәnlәr danışmaz, danışanlar bilmәz. Kim ki, öz arzularından әl çәkir, ehtiraslarından imtina edir, öz hissiyyatını öldürür, öz fikirlәrini dolaşıqlardan tәmizlәyir, öz parlaqlığını azaldır, tәәssüratını cәmlәşdirir. O, dәrinliyin canlı ifadәsidir. Ona bәrabәr olmaq üçün onu özünә yaхınlaşdıra bilmәzsәn, ona etinasızlığını göstәrmәk üçün onu özünә yaхınlaşdıra bilmәzsәn, ondan istifadə etmәk üçün onu özünә yaхınlaşdıra bilmәzsәn, ona zərər vurmaq üçün onu özünә yaхınlaşdıra bilmәzsәn, onu yüksəltmək üçün özünә yaхınlaşdıra bilmәzsәn, onu alçaltmaq üçün özünә yaхınlaşdıra bilmәzsәn. Baх, belә şәхsә ölkәdә hamı hörmәt edir. LVII Ölkә әdalәtlә idarә olunur, müharibə hiylә ilә aparılır. Ölkәni qafillikdə saхlamaqla işğal etmәk olur. Bütün bunları hardan bilirәm? Ondan bilirәm ki, ölkәdә çoхlu lüzumsuz şeylәr olanda xalq pis günә düşür. Camaatda silah çoх olanda ölkәdә iğtişaşlar başlayır. Мahir ustalar çoх olanda nadir әşyalar artır. Qanun vә fәrmanlar çoхalanda oğru vә quldurların da sayı çoхalır... LVIII Hakimiyyət dinc olanda xalq da sadəlövh olur, işgüzar olanda bәdbәхt olur. Еy bәdbәхtlik, хoşbәхtlik sәnin üzәrindә dayanır. Еy bәdbәхtlik, хoşbәхtlik sәnin içindәdir. Kim onların sərhədinin harada olduğunu bilir? LXV Qədimlərdə daoçuluq edənlər хalqı maariflәndirmir, әksinә cәhalәtdә saхlayırdılar. Хalqın biliyi çoх olanda onu idarә etmәk çәtindir. LXVIII Ağıllı sərkərdə davakar olmaz. Bacarıqlı döyüşçü hirslәnmәk nə olduğunu bilmәz. Düşmәnә qalib gәlmәyi bacaran hücum etmir. ӘLАVӘLӘR IIII Әgәr әşyalar qiymәtlәndirilmәsә, oğru da olmaz. XIX Аdamlar alimliyә başlayanda ikiüzlülük meydana gәlir. Dövlәtin içindә hәrc-mәrclik başlananda sədaqətli nökәrlәr meydana çıхır. XXIII Kim adamları tanıyırsa - arifdir, özünü tanıyırsa - ağıllıdır, adamlara qalib gәlirsә - güclüdür, özünә qalib gәlirsә - qüdrәtlidir, biliyi çoхsa - dövlәtlidir, inadkarsa - iradәsi var, tәbiәtini dәyişmirsә - uzunömürlüdür, ölüb unudulmayıbsa - ölmәzdir. LV Kim kamilsә - körpә uşağa bәnzәyir, ilanlar vә zәhәrli hәşәratlar ona toхunmur, vәhşi quşlar onu caynağına alıb aparmır. Onun sümüklәri yumşaq, әzәlәlәri zәifdir. O, çoх hәssasdır, bütün günü qışqırır, ancaq sәsi batmır. LXXVI İnsan doğulanda zərif vә zәif, ölәndәn sonra isә bәrk vә möhkәm olur. Bütün bitkilәr vә canlılar da belәcә. Bәrklik vә möhkәmlik mәhv olmağın, zəiflik vә zəriflik isә hәyatın başlanğıcıdır. LXXVIII Su - dünyada әn yumşaq vә zәif şeydir. Аmma bәrk vә möhkәm şeylәri dağıtmaqda tayı-bәrabәri yoхdur. LХХХI Doğru sözlәr gözәl olmur, gözәl sözlәrә etibar etmәk olmaz. Хeyirхah - yaхşı danışa bilmәz. Yaхşı danışan хeyirхah ola bilmәz. Bilәn sübut elәmәz. Müəllif: Əlisa Nicat Mənbə: 100 böyük filosof
['Lao-Tszı']
5,274
https://kayzen.az/blog/islam-ve-aile/6460/izdivac.html
İzdivac
Ferid_Zeynalli
İslam və Ailə tərbiyəsi
28 iyul 2011, 02:34
Bәşәriyyәtin әn gözәl vә ilаhi hisslәrindәn biri оnun аilә qurmаğа vә övlаd sаhibi оlmаğа mеylidir. İnsаnlаrın аilә fоrmаsındа yаşаyışı tаm tәbiidir. İnsаn еlә bir şәkildә yаrаdılmışdır ki, о fitri vә tәbii şәkildә аilә qurmаğа vә övlаd sаhibi оlmаğа mеyl göstәrir. Bәşәr tаriхinin mütаliәsi göstәrir ki, о yаrаndığı gündәn аilә qurumundа yаşаmışdır. Аilә qurumunu аrаdаn götürmәk istәyәn bütün fәrdlәr uğursuzluğа düçаr оlmuşlаr. Bu istiqаmәtdә nә Әflаtunun, nә dә Mаrksist mәktәbin sәy'lәri bir nәticә vеrmәmişdir. Qәdim dövrdәn әsrimizә gәlib çаtmış vәhşi qәbilәlәrdә bеlә аilә qurumu mövcuddur. Bәşәr tаriхini аçıq gözlә mütаliә еtmiş аlimlәr bеlә bir qәnаәtә gәlmişlәr ki, tаriх bоyu hәyаt yоldаşı sеçimi vә аilә tәşkili kimi әhәmiyyәtli qаydа-qаnun оlmаmışdır. İzdivаcın şәхsi yох, növlә (insаn növü) bаğlı zәrurәt оlmаsı bu hәqiqәtin dәlilidir. Bәli, izdivаcdа mәqsәd bәşәr nәslinin dаvаmıdır Mәşhur Аmеrikа mütәfәkkiri V. Dоrаnt "fәlsәfәnin lәzzәtlәri" kitаbındа yаzır: "Tәbiәt аilә qurumunu müәyyәnlәşdirmişdir ki, kişini qаdının vә qаdını körpәnin хidmәtinә sövq еtsin. Kişilәr tәbiәt е'tibаrı ilә qаdının, qаdınlаr isә tәbiәt е'tibаrı ilә körpәlәrin vә insаn nәslinin хidmәtçisidir. Аlim öz sözünә bеlә dаvаm еdir: "İzdivаc bаğlılığı qаdınlа kişinin sеvgi vә şәhvәt rаbitәsini qаnunilәşdirmәk üçün dеyil, bәşәr nәslinin qоrunmаsı vә dаvаmındа аtа, аnа vә övlаd аrаsındа mövcud оlаn bir bаğlılıqdır." Qаdın vә kişi еlә bir fоrmаdа yаrаdılmışdır ki, оnlаrdаn hеç biri о biri оlmаdаn sәаdәtә çаtıb еhtiyаclаrını ödәyә bilmir. Оnlаrdаn birinin vücudu о birini tаmlаşdırır. Yаlnız bаğlı оlduqlаrı vахt öz istе'dаdlаrını çiçәklәndirib, kаmаlа çаtа bilirlәr. Bаşqа sözlә, qаdın vә kişinin bә'zi istе'dаdlаrı yаlnız аilә qurduqdаn sоnrа yеtәrli hәddә çаtır. İzdivаcdаn bоyun qаçırıb, bu ilаhi sünnәyә әmәl еtmәyәnlәrin vücudundа bir növ хаmlıq qаlır vә vücudlаrının bә'zi yönümlәri çiçәklәnmir. Аilә qurduqdаn sоnrа qаdın vә kişi еşq vә mәhәbbәtlә bir-birinin хidmәtindә durur, hәr biri özünü digәrinin аsаyiş vә rаhаtlığınа hәsr еdir. Sоnrаkı mәrhәlәdә zövcәlәr övlаdlаrının inkişаf vә rifаhı üçün çаlışır vә bu yоllа "yаlnız özü üçün sә'y göstәrmәk vә özündәn bаşqаsını görmәmәk" kimi еqоistliyin sıхıntısındаn bir qәdәr аzаd оlurlаr. Оnlаrın ruhi duyumlаrı vә хüsusiyyәtlәri bu bаğlılıq çәrçivәsindә sığаllаnır vә dахillәrindә üçüncü bir şәхsin hәnirtisi vücudа gәlir. İnsаnın inkişаf vә kаmilliyi üçün ilkin şәrt еqоistlik vә хudbinlikdәn uzаqlаşmаqdır. Övlаdlа bаğlı duyumlаr еqоistlik vә хudbinliklә mübаrizәdә bir növ mәşq оlur
['evlilik', 'izdivac', 'nikah']
5,275
https://kayzen.az/blog/islam-ve-aile/6459/islamda-ail%C9%99-qurma%C4%9F%C4%B1n-%C3%BClvi-m%C9%99qs%C9%99dl%C9%99ri.html
İslamda ailə qurmağın ülvi məqsədləri
Ferid_Zeynalli
İslam və Ailə tərbiyəsi
28 iyul 2011, 01:00
Ailə qurmamış bir gəncin - istər oğlan, istərsə də qız, istər kişi və istərsə də qadın - pak, günahsız qalması, fəsaddan uzaq düşməsi qeyri-mümkün nəzərə-tapır. Milyonlarla insan arasında ailə qurmamış pak, saf, iffətli, özünü günahdan uzaq tutan bir gənc kişi və ya qadın tapmaq olduqca çətindir. Əgər ailə qurmadığı halda pak, günaha mürtəkib olmayan bir gənc tapsaq, onun Allah övliyalarından olduğunu etiraf etməliyik. Ailə qurmadan özünü günahdan qorumaq Yusifə yaraşan bir işdir. Ailə qurmamış kişi və qadın yaşayan ev fəsad və günahdan uzaq deyil. Ərsiz qadın, yaxud arvadsız kişi qərizə və şəhvətlərinin canlandığı bir vaxtda fəsad və günahdan, hətta çox az olsa belə, uzaq olmayacaq.İzdivac ‒ bu ilahi və təbii proses bir çox problemləri asanlaşdıran, cavanların paklığını davam etdirən, ilahi təqvanı və iffəti qoruyan başlıca amildir. Cəmiyyətdə hər hansısa bir ailənin təməl daşı sağlamlıq və aramlıq üzərində qurularsa, qadın və kişi ailə qurmaqla, bir-birinin hüquqlarını pozmayaraq yaşayarlar. Müsəlmanın evinin hansı ölkədə, hansı şəhərdə olmasından asılı olmayaraq, ora Tanrı vəhyinin nuru, əzəmət və ucalıq rəmzi, gecə və gündüz edilən Allah ibadətinin məhsuludur: «(Həmin taxça və çıraq) Allahın tikilib ucaldılmasına və öz adının zikr edilməsinə izn verdiyi o evlərdədir ki, orada səhər-axşam Onu təqdis edib, şəninə təriflər deyərlər»Belə bir ev, bu xüsusiyyətlərə malik olan ailə, Allaha ibadət olunan, Onun hökmü ilə ailə qurulan, bütün ilahi əmrlərə itaət edilən ev mömin evidir. Bəli, Quran ailə qurmağı əmr edir ki, bu yolla qadın və kişinin problemləri yüngülləşsin. Hər ikisi günah və fəsaddan çəkinsinlər və əl-ələ verib, öz evlərini Allahın zikr və ibadət məhəllinə çevirsinlər. Haşiyələr: «Nur» surəsi, ayə 36. Belə bir ailə şəraitində qadın və kişi Haqqın bəndəsi, övladları fəzilət səmərəsi, bütün əməlləri ilahi göstərişlərin göstəricisi və əziz peyğəmbərlərin üslubudur. Mömin qadın digər mömin bir kişi ilə ailə qurduqda hər biri özünü ilahi əmrlərin icrasına borclu bilir. Onlar iki dost, həmkar, həmdəm, sirdaş, iman mənbəyi, iki eşq, məhəbbət sütunu kimi öz həyatlarını hər hansısa bir problemin daxil olmasından qoruyurlar. Hər hansısa bir problem yarandıqda, özlərini itirmədən sadə və asan yol ilə onu həll edirlər. Səbir, dözüm, helm və hövsələ silahı ilə hər bir dərdə əlac tapırlar
['izdivac', 'evlilik']
5,276
https://kayzen.az/blog/orta-%C9%99srl%C9%99r-tarixi/5990/bizans-imperiyas%C4%B1.html
Bizans imperiyası
Qiyasli
orta əsrlər tarixi
27 iyul 2011, 18:57
Bizans İmperiyası və ya ilk dövrlərdə Şərqi Roma İmperiyası (yun. Βασιλεία Ῥωμαίων) - 476-1453-cü illərdə mövcud olmuş dövlət. Dövlətin özünü bizanslılar Romey dövləti, özlərini isə Romey (yun. Ρωμαίοι - Romalı) adlandırırdılar. Bizans adı Bosfor sahilində mövcud olmuş qədim yunan koloniyasını ifadə edirdi və sonradan tarixçilər tərəfindən bu dövlətə şamil edilmişdir. Bizansın paytaxtı həmin koloniyanın yerində İmperator I Konstantinin əmri ilə salınmış Konstantinopol şəhəri olmuşdur. Bizans İmperiyası özünün ən qüdrətli dövrlərini I Yustinianın dövründə yaşamışdır. Daha sonralar, Ərəb və Səlcuq hücumları, eləcə də IV Səlib yürüşü nəticəsində xeyli zəifləmiş və nəhayət, şərqdə yaranmış yeni qüdrətli dövlət - Osmanlı İmperiyası qarşısında tədricən süqut etmişdir. Bizansın süqutundan sonra onun Asiyada qalan torpaqlarında Trabzon İmperiyası (yun. Βασίλειον τῆς Τραπεζοῦντος) yaranmış, lakin onun da mövcudluğuna Sultan Fateh II Mehmet tərəfindən son qoyulmuşdur. 1453-cü ildə Konstantinopolu tutan II Mehmet həm də Qeysəri-Rum titulunu qəbul etməklə özünü Bizans imperatorlarının varisi elan etmişdi. Eyni zamanda Rusiya hökmdarı Moskvanın Böyük Knyazı III İvan son Bizans imperatorunun qardaşı qızı və taxtın nəzəri varisi Sofiya Paleoloq ilə evlənərək Bizans taxtına iddialarını ortaya qoymuş olmuşdu. Əhalisi İmperiyanın torpaqlarında müxtəlif tayfalar və xalqlar: yunanlar, frakiyalılar, illiriyalılar, dakiyalılar, ellinləşdirilmiş kiçik asiya tayfaları, qafqaz xalqları, suriyalılar, kəldanilər, qıbtilər yaşayırdılar. Onların arasında yunanlar hakim mövqedə dururdular və yunan dili imperiyanın rəsmi dili idi. Bizans ordusu Bizansda ordunun təşkili Roma İmperiyasından alınma idi. Lakin IV - VI əsrlərdə bu işdə mühüm dəyişikliklər baş verdi. Əvvəllər torpaq sahibləri orduya silahlı əsgər vermək məcburiyyətində idisə, sonralar onlardan daha tez-tez pul alınmağa başlanırdı. Müxtəlif barbar tayfalarından olan muzdlu əsgərlər orduda getdikcə daha çox rol oynayırdılar. Bizansda bu proses davam edərkən xüsusilə donanma üzvləri hələ də azad əhali arasından seçilməkdə idi. Buna səbəb donanmanın ordu işində daha yüksək mövqedə durması idi. Ordunu piyada qoşun olan Limitaneilər, Komitatenseslər və ordunun əsas hissəsi olan süvari Katafraktlar təşkil edirdi. Hər bir bölməyə tribunlar başçılıq edirdi. İqtisadiyyat Çoxlu təbii limanlarının olması və əlverişli coğrafi şərait Bizansı qüdrətli dəniz dövlətinə çevirmişdi. Xüsusilə Qara Dəniz və Aralıq Dənizini birləşdirən boğazlar üzərində hökmranlıq etməsi Bizansda dənizçiliyin və dəniz ticarətinin inkişafına kömək edirdi. Bizans tacirləri şərqdə Hindistan, Taproban (Seylon) və Çinə, cənubda Aksum Padşahlığına (Efiopiya), habelə Ərəbistana gedib çıxırdılar. İran və Soqdiana ilə quruda ticarət yolları vardı. Bizans sikkələri - qızıl solid - beynəlxalq valyuta rolu oynayırdı. Həmçinin bax: Bizans dövləti erkən orta əsrlərdə
['Bizans']
5,277
https://kayzen.az/blog/u%C4%9Fur/6449/m%C3%BCv%C9%99ff%C9%99qiyy%C9%99t-%C3%BC%C3%A7%C3%BCn-yol-g%C3%B6st%C9%99r%C9%99n-qaydalar.html
Müvəffəqiyyət üçün yol göstərən qaydalar
cahandar
uğur psixologiyası
27 iyul 2011, 14:32
Dırmaşdığınız qaya ilə kərtənkələ qədər bütünləşməlisiz. Alpinist dırmaşmağa başlamadan əvvəl bizim üçün yalnızca bir macərapərəstdir. Dırmaşarkən ona «Bu lap dəlidir ki» deyə bilərik. Zirvəyə çatdığında isə o hamımız üçün yalnız bir qəhrəmandır. Yalnız bir qəhrəman...Alpinistimiz heç bir alət olmadan, alətlər köməyi ilə dırmaşmağa çalışan iki alpinisti keçər. Belə inanılmaz bir uğuru necə bacardı? Tək cavab, Motivasiya sayəsində. Zehini və bədəni həmişə o anla yalnız dırmaşma anıyla bütünləşdi. Dırmaşmaqdan başqa nə xəyal qurdu nə də zirvəyə çata bilməyi düşündü. Dırmaşmağa qərar verdiyindən etibarən, yalnız dırmaşmağı düşündü. Çünki hədəfə çatmaq üçün motivasiya çox əhəmiyyətlidir. Çicəkləri görə bilmirsinizmi?Ətrafınıza bir daha görə bilməyəcək kimi baxın. Bir daha eşitməyəcəkmiş kimi dinləyin. Çünki o zaman, hər vaxt baxıb da görə bilmədiyiniz şeyləri, fərq edib, görüb, duyacaqsınız. «Mən nələrə sahibmişəm» deyə heyrətlənəcəksiniz. Əlinizdəkilərin dəyərini, sahib olduğunuz şeylərin nə qədər üstün olduğunu fərq edin. Çünki sahib olunan şeylərin dəyəri itirilincə aydın olur. İnsan əlindəkilərin dəyərini ən bəsitindən bir çiçəyə, şirin bir gülümsəməylə və xoş bir məsumiyyətlə baxaraq anlaya bilər. O çiçəkdə bütün sirlər, bütün sözlər, bütün gerçəklər gizlidir.Hədəf, titrəməyən bir əl istər.Əgər böyük bir məqsədiniz, hədəfiniz varsa mexaniki zövqlərinizi tərk edəcəksiniz. Belə ki bu mexaniki zövqlər, qayənizə duyduğunuz böyük eşqi adi bir cilvələnmə səviyyəsinə salar. Mexaniki zövqlərin hər dəvətində bir az daha, bir az daha sönmüş olaraq dönərsiniz. İçinizdəki şirin dilə qulaqlarınızı tıxayacaqsınız. Lazım olsa o şirin dili çəkib qoparacaqsınız. Həyatınız, həyat tərziniz, istəklərinizlə eynidir. Hədəf — mükəmməl bir silah, onun nişangahından baxan iti bir göz və titrəməyən bir əl istər.Bilgini mənbəyinə baxaraq kiçik hesab etməyin.İnsan həyatındakı ən təhlükəli məhdudlaşdırma, bilginin qaynağına baxılaraq onu rədd etmə rəftarıdır. Bilgi haqqında onu çatdıranın işinə yarayıb-yaramadığına görə qərar vermək, sizi o bilgidən məhrum edər.. Qıçları yoxdur deyə bir adamdan ünvan soruşmaqdan çəkinməyin. Bəlkə yeriyə bilmir amma oraları ən yaxşı bilən adam o adam ola bilər.İşinizi ən mükəmməl bir şəkildə edin.Nə edirsiz edin ən mükəmməl şəkildə etməyə çalışın. Heç kimin gücü mükəmməl bir işi görməzdən gəlməyə yetməz. Mükəmməl bir iş özünü mükəmməl bir şəkildə qəbul etdirər.İşinizin əhli olun. Bunun üçün heç bir fədakarlıqdan qaçınmayın.İşimizin adsız qəhrəmanı ola bilməliyik.Adsız qəhrəman insanlığa faydalı olacaq hər şeydə özündə bir məsuliyyəti olduğuna inanan, bunun üçün fədakarlığa hazır olan bir insandır. «Mən kömək etməzsəm bu adam öləcək», «Mən kömək etməzsəm bu iş yarım qalacaq» düşüncəsini iliklərimizə işləmiş bir səmimiyyətlə yaşamalıyıq. İşimizin, məqsədimizin, fikirimizin adsız qəhrəmanı ola bilsək qəhrəmanlığa ad ola bilərik.İki insan olmayın.Başqalarının sizdə görmələrini istəmədiyiniz, sizdə olduğunu bilmələrini arzu etmədiyiniz bir davranışı -rəftarı- tək başına olduğunuz zamanlarda da göstərməyin. İnsanların içində başqa cür, tək başına qaldığı zaman başqa cür olan birinin maddi və mənəvi davranışları qüvvətli bir bütünlük sərgiləməz. Elə bir insan bölünmüş birr görüntü verər.Doğrularınız səhvlərinizi yeyər.Həyat sizi səmimi görmək istər. Bir səhvdən sonra dərhal bir doğruya qaçmanız səmimiyyətiniz barəsində onu qane edər. Çünki həyat doğruları çox olanın üzünə gülər. Hər pislikdən sonra bir yaxşılıq, hər səhvdən sonra bir doğru, pisliyin və səhvin ləkələri içində qapqara olmanızı əngəlləyər. Təmizlənməyən hər ləkə, bir sonrakı ilə birlikdə bir az daha böyüyər. Şalvarınızda dörd ləkə varsa, beşincisinin gəlməməsi üçün çox diqqətli olmaya bilərsiz. Səhvləri doğrularından çox olan hər şagird sinifdə qalar.Mənbə: Kisiselbasari.com Həmçinin oxu: Muveffeqiyyet nedir?
['maraqlı']
5,278
https://kayzen.az/blog/ramazan/6448/ramazan-ay%C4%B1na-haz%C4%B1rl%C4%B1q-%C3%BC%C3%A7%C3%BCn-m%C9%99sl%C9%99h%C9%99tl%C9%99r.html
Ramazan ayına hazırlıq üçün məsləhətlər!
Old_Baku_
Ramazan ayı
27 iyul 2011, 09:57
Avqustun 1-dən müqəddəs Ramazan ayı başlayır. Qurani-Kərimin nazil olduğu Ramazanda bir əy müddətində oruc tutulur. Ramazan ayının orucu hər bir həddi-buluğa çatmış, xəstə olmayan müsəlman üçün vacib sayılır. Oruc tutmağın həm də orqanizmə çox böyük faydası var. Xüsusilə son illər aparılan bir çox tədqiqatlarda canlıların uzunömürlülüyünün ən yaxşı metodlarından biri kimi kalorinin azaldılması göstərilir. Buna görə də kalorini azaltmaq birbaşa ömrümüzün uzanmasına xidmət edir və metobolik xəstəlikərə yaxlanmaq riskini azaldır. Unutmayaq ki, oruc tutmaq hər bir müsəlmanın borcu olmaqla yanaşı, sağlamlıq baxımından insanın gündəlik qəbul etdiyi kalori miqdarını azlatmağa xidmət etməlidir. Lakin təəssüf ki, çox vaxt bu belə olmur. Belə ki, səhər yuxudan durmağa tənbəllik edilir, iftarda isə həddindən çox qida qəbul edirik. Bu isə yolverilməzdir. Xüsusilə Ramazan ayı yay fəslinə təsadüf edirsə, daha diqqətli olmaq məsləhətdir. Çünki yayda günlər çox uzun və isti olduğundan lazım olan tədbirləri əvvəlcədən görməsək sağlamlığımızla bağlı ciddi problemlər yaşayaraq. Buna görə də Ramazan ayı başlamadan orucu daha sağlam tutmaq üçün mütəxəssislər orqanizmi hazırlamağı və qida təkibini aşağıdakı şəkildə dəyişməyi məsləhət görürlər: Hər gün səkkiz stəkan su içməyə çalışın. Suya təzə meyvə (çiyələk, alma, limon, nanə) dilimləri əlavə edərək də içə bilərsiniz. Suyu hər zaman görəbiləcəyiniz bir yerə qoyun ki, tez-tez yadınıza düşsün və orqanizminizi lazımi miqdarda maye ilə doyurun. Hər səhər mütləq yemək yeyin. Səhər yeməyində yağı az olan pendir, soyutma yumurta yeməyə və tərkibində suyun miqdarı çox olan tərəvəzlərə, məsələn, pomidor, bibər, xiyara üstünlük verməyə çalışın. Orucdan 1 həftə əvvəl bu rejimə keçsəniz Ramazan ayında tezdən durmağa çalışacaqsınız. Xüsusilə axşam yeməklərini oruca başlamazdan əvvəl az yeməyə çalışın. Axşam menyusunun şorba, tərəvəz yeməyi, qatıq və çörəkdən ibarət olması məsləhətdir. Ramazandan əvvəl axşam yeməklərinizi bu şəkildə yesəniz orqanizminiz belə qidaya öyrəşəcək və iftarda ağır yeməyəcəksiniz. Ətraflı: Ramazanda qidalanma Yatmazdan 3 saat əvvəl qida qəbulunu dayandırın. Buna əməl etsəniz, iftardan sonra da yemək vərdişiniz olmayacaq və daha rahat mədə ilə oruc tutacaqsınız. Çay və kofeni azaldın. Çünki çay və ya kofe orqanizmin suyunu azaldır. Hər gün 45-60 dəqiqə yerimək orqanizminizin müqavimətini artıracaq və özünüzü daha güclü və gümrah hiss edəcəksiniz. Ramazan ayında da hər gün piyada yol getməyə davam edin. İftardan 2 saat sonra ən azı yarım saatlıq gəzinti orqanizm üçün xeyirlidir. Sonda bildirmək istərdik ki, hələ bir neçə il isti yay günlərinə təsadüf edəcək Ramazan ayında hər bir müsəlmandan daha çox səbr və dözüm tələb olunur. Odur ki, bu sinaqdan uğurla çıxmağa çalışaq. Allah oruc və dualarınızı qəbul etsin! Həmçinin bax: Ramazan ayı haqda bunu bilirsinizmi? Mənbə: /İtv/
['ramazan ayı']
5,279
https://kayzen.az/blog/Ferid_Zeynalli/6447/elm-%C3%B6yr%C9%99nm%C9%99k-vacibdirmi.html
ELM ÖYRƏNMƏK VACİBDİRMİ?
Ferid_Zeynalli
Bloq: Ferid_Zeynalli
27 iyul 2011, 02:30
Həzrəti Məhəmməd (s) buyurur: "Elm öyrənmək bütün müsəlmanlara vacibdir"; "Beşikdən qəbrədək elm öyrənin"; "Çində də olmuş olsa, elm öyrənin"; "hikmət möminin itkisidir..."Cəhalət dövrünün insanı "elm faydasız bir şeydir" deyə bilərdi. Amma bu günkü insan elmə biganə qala bilərmi?! Ətrafımıza nəzər salaq: Mexanikləşdirilmiş kənd təsərrüfatı, avtomatlaşdırılmış yüngül və ağır sənaye, kompüterləşdirilmiş tibbi diaqnostika, atom energetikası və s. Əgər "elm faydasız bir şeydir" deyən tapılsa, sadəcə, onu bir neçə gün eləktirik enerjisindən mərhum etmək lazımdır. Qoy, bu insan qaranlıq dynyada cəmi bir neçə gün nəqliyyatsız, rabitəsiz, informasiyasız yaşasın! Onda elmin faydasını yaxşıca anlayar. Amma insanı xoşbəxt etmək üçün onun həyatını elektrikləşdirmək, kompyüterləşdirmək kifayət etmir. Axı onun döyünən qəlbi, daim rahatlıq axtaran ruhu var! Elmi-texniki tərəqqi insanın cisminə rahatlıq yaradır. O isə təkcə cimdən yox, həm də ruhdan təşkil olunub. Ruhən xoşbəxt olmayan insan dünyadan imtina edir, intihara əl atır. Əksinə, ruhən xoşbəxt olan insan elektronikasız da keçinə bilir. Bəs ruhu necə xoşbəxt etməli? Allah-təala Qurani-kərimdə buyurur: "Qəlblər yalnız Allahı xatırlamaqla rahatlanar. "Dini elmlər isə məhz bunu, Allahı xatırlamağı və ona yaxışlaşmağı öyrədir!
['islamda elm']
5,280
https://kayzen.az/blog/Az%C9%99rbaycan-co%C4%9Frafiyas%C4%B1/3319/az%C9%99rbaycan%C4%B1n-faydal%C4%B1-qaz%C4%B1nt%C4%B1lar%C4%B1.html
Azərbaycanın faydalı qazıntıları
Qiyasli
Azərbaycan coğrafiyası
26 iyul 2011, 22:59
Böyük və Kiçik Qafqaz dağ sistemlərinin şərq hissəsini əhatə edən Azərbaycan Respublikasının ərazisi mürəkkəb geoloji quruluşa malik olması, faydalı qazıntıların müxtəlifliyi və rəngarəngliyi ilə fərqlənir. Azərbaycan çox qədim dövrlərdən neft diyarı kimi tanınmışdır. Belə ki, tarixi məlumatlara görə hələ bizim eramızdan əvvəl VII-VI əsrlərdə Abşeron yarımadasında neft çıxarılmışdır.Bununla bərabər, Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntılar zamanı yerli xammallardan hazırlanması birmənalı təsdiq edilmiş əmək alətlərinin və bəzək əşyalarının tapılması bu ərazilərdə hələ eramızdan əvvəl dağ - mədən işlərinin aparıldığını göstərir. Orta əsrlərə aid edilən tarixi mənbələrdə Azərbaycanda mis, qızıl, gümüş, qurğuşun mədənlərinin olması və istismar edilməsi barədə məlumat verilir. Sonradan neftin istifadə dairəsinin genişlənməsi ilə əlaqədar təbii neft təzahürlərinin, neft yataqlarının və Azərbaycanın neftli-qazlı vilayətlərinin geoloji öyrənilməsinə maraq artmış, ərazinin digər faydalı qazıntılara nəzərən perspektivliyinin müəyyən edilməsi bir növ arxa planda qalmışdır. Qeyd olunmalıdır ki, ümumən keçən əsrin 20-ci illərinə qədər Azərbaycan ərazisi geoloji cəhətdən çox zəif  öyrənilmişdir. XIX əsrin 40-cı illərindən XX əsrin 20-ci illərinə qədər alman, rus və qismən yerli sənayeçilər Daşkəsən kobalt, Gədəbəy, Bittibulaq və Balakən mis yataqlarında istismar və axtarış işləri aparmışlar. 1867-1914-cü illər ərzində alman firması «Siemens» tərəfindən Gədəbəy yatağından 56000 ton mis, təqribi hesablamalara görə isə 6,3-12,7 ton qızıl, 120,6-126,1 ton gümüş; Bittibulaq yatağından tərkibində 2% mis olan 16000 ton mis filizi; Daşkəsən kobalt yatağından isə tərkibində 10-18% kobalt olan 608 ton kobalt filizi çıxarılmış və Almaniyaya aparılmışdır. XX əsrin əvvəllərində digər alman firması «Vagau» Balakən rayonu ərazisində əlvan metal yataqlarının axtarışı və istismarı ilə məşğul olmuş, Cixix və Köhnəmədən yataqlarından hasil edilmiş filizləri yerindəcə emal edərək, alınmış misi yerli iş adamlarına satmışdır. 1862-72–ci illərdə Naxçıvan şəhərinin yaxınlığında, Tumbul kəndində selitra istehsal edən zavod fəaliyyət göstərmişdir. XIX əsrin 80-ci illərində Şan Qirem tərəfindən, 1914-cü ildə isə ingilis Atterton tərəfindən Gömür kükürd yatağının (Naxçıvan MR) bazası əsasında kükürd istehsal edən zavod fəaliyyət göstərmişdir. Azərbaycan ərazisinin məqsədyönlü geoloji öyrənilməsinə XX əsrin 30-cu illərindən başlanmış, az vaxtda sənaye əhəmiyyətli bir neçə dəmir, molibden, kobalt, polimetal yataqları aşkar edilmiş və istismara cəlb edilmişlər. Böyük Vətən Müharibəsi illərində geoloji tədqiqat işləri əsasən müdafiə əhəmiyyətli mineral xammal ehtiyatlarının axtarılmasına yönəldilmişdir. Bununla əlaqədar 1939-cu ildə kəşf edilmiş Parağaçay molibden  yatağında istismar işlərinə başlanılmış,  istismar edilən Şimali Daşkəsən yatağında kobalt filizinin çıxarılması sürətləndirilmişdir. Ümumiyyətlə, 1941-45-ci illərdə keçmiş SSRİ-də hasil edilən kobaltın 60%-i Azərbaycanın (Daşkəsən yatağı) payına düşmüşdür. Gədəbəy mədənində mis istehsalı təşkil edilmişdir. O dövrdə Ittifaq üzrə istehsal olunan bütün yanacaq-sürtkü materiallarının 75%-ni verən Azərbaycan neft sənayesinin ehtiyacları üçün qeyri–filiz yataqlarına (barıt, kükürd kolçedanı, kaolin, odadavamlı gil və s.) kəşfiyyat işlərinin aparılması və istifadəyə verilməsi intensiv davam etdirilmişdir. Sonradan Daşkəsən dəmir filizi və Zəylik alunit yatağının istismara cəlb edilməsi ilə Azərbacanda dağ-mədən sənayesinin əsası qoyulmuş oldu.             Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Respublika iqtisadiyyatının mineral-xammaldan istifadəyə əsaslanan bir sıra sahələrinin stabil inkişafını və mineral-xammala artmaqda olan tələbatın ödənilməsini təmin edən etibarlı baza yaradılmışdır.      Keçən əsrin 90-cı illərinədək filiz yataqlarından Daşkəsən dəmir filizi, Zəylik alunit, Gümüşlü, Ağdərə polimetall, Parağaçay molibden filizləri yataqlarında istismar işləri aparılmışdır. Mineral-xammal resursları mürəkkəb təbii məhsul olmaqla cəmiyyətin texniki-iqtisadi və sosial inkişafında olduqca əhəmiyyətli rol oynayır. Bu səbəbdən müasir dövrdə mineral-xammal resurslarının əhəmiyyəti durmadan artmaqdadır.  Yerin təkindəki mineral-xammal ehtiyatları ümumi təbii sərvətlərin tərkib hissəsi olmaqla ölkəmizin iqtisadi və sosial-siyasi müstəqilliyini müəyyənləşdirən əsas amillərdən biridir. Azərbaycan Respublikasının iqtisadi potensialının yüksəldilməsi onun ərazisində kəşfiyyatı başa çatdırılmış müxtəlif faydalı qazıntı yataqlarının   resurslarından səmərəli istifadə olunması, dağ-mədən və emal sənayesi sahələrinin inkişaf etdirilməsi ilə bağlıdır. Sənaye ehtiyatları təsdiq olunmuş və dövlət balansında qeydə alınmış faydalı qazıntı yataqları ilə yanaşı, bir çox filiz təzahürləri üzrə axtarış və geoloji-kəşfiyyat işləri aparılmış, onların ilkin ehtiyatları qiymətləndirilmişdir. Əsas yataqlar haqqında qısa məlumat aşağıda verilir:Azərbaycanda qara metallurgiyaAzərbaycanda əlvan metallurgiya
['faydalı qazıntılar']
5,281
https://kayzen.az/blog/fiqh/6441/hamil%C9%99-qad%C4%B1n-oruc-tuta-bil%C9%99rmi.html
Hamilə qadın oruc tuta bilərmi?
Ferid_Zeynalli
Fiqh (şəriət)
26 iyul 2011, 17:47
Bəzi hamilə xanımlar oruc tutmağın hamiləlikdə qoyduğu mənfi təsirləri hiss edib oruc tutmurlar, digərləri isə, hamiləliyin axırlarında taqətdən düşməklərinə baxmayaraq, Ramazan ayının orucunu tuturlar. Onlardan hansının düzgün qərar verdiyini necə bilmək olar? Rəvayətlərə nəzər saldıqda və hamilə xanımların fiziki durumlarını araşdırdıqda hamilə xanımların doğru qərar verməkləri asanlaşar. Belə ki, hamiləlikdə uşağın və ananın sağlam inkişafına önəm verildiyi üçün İslam məsələnin həllini xanımların öz ixtiyarına qoyur. Həmin rəvayətlərdən bəzisini nəzərinizə çatdırırıq: İmam Cəfər (ə) oruc tutanın və xəstənin həddini bəyan edərək belə buyurub: "Bu onun özundən asılıdır, çünki qadın öz fiziki durumunu digərlərindən daha yaxşı başa düşür". Əba Cəfərdən (ə) rəvayət olunur ki, doğuşuna yaxın olan hamilə qadınlar və südü az olan analar Ramazan ayının orucunu tutmaya bilərlər. Çünki onların oruc tutmağa taqətləri olmur. Sonradan orucun qəzasını tutmalı və sədəqə verməlidirlər". Həmçinin hamiləliyin ilk aylarında da ortaya çıxan bəzi dözülməz hallar, ürək bulanması, sürətlə qidalanmaq hamilədə xəstə hökmünü ortaya çıxarır. Əlbəttə, hər kəsin vəziyyəti fərqli ola bilər. Habelə, hamiləliyin axır vaxtlarında da oruc tutmaq ana üçün dözülməzdir. Çünki uşağın inkişafı axır üç ayda sürətlə artır. Axır iki ayında isə, uşağın çəkisi iki bərabər olur. Bu zaman döl birbaşa ananın qanı ilə qidalandığından, dölün qidaya olan ehtiyacı ananı kifayət qədər yeməyə sövq edir. Belə ki, iştahanın artması səbəbilə mədə fasiləsiz çalışır. Bu vaxt ana az miqdarda, lakin tez-tez yeməlidir. Əgər süd vermək səbəbilə ananın südü azalarsa və bununla da körpənin qidalanmağında problemlər ortaya çıxarsa, onda imam Hadinin (ə) hədisindən istifadə edərək deyə bilərik ki, bu qisim analar oruclarını daha sonra qəza edəcəklər. Hədisin mətni bu cürdür: "Əgər uşaq üçün dayə tutmaq mümkündürsə, dayə tutulmalı və bu halda ana öz orucunu qəza etməməlidir. Bu hal onun üçün mümkün olmazsa, orucunu yeməli və körpəsini əmizdirməlidir. Daha sonra imkan düşəndə orucunun qəzasını tutmalıdır".Hamilə qadının oruc tutmasına dair şəri hökmlər- Əgər hamilə qadın orucun bətnindəki uşağa zərəri olacağından qorxsa, oruc tutmamalı və hər gün üçün fidyə verməlidir. Sonralar orucun qəzasını tutmalıdır. (Ayətullah Xamenei "Şəri suallara cavab", 803 və 806-cı suallar)- Əgər süd verən qadın oruc tutma nəticəsində südünün azalması və ya quruması səbəbilə körpəsinə zərər olacağından qorxsa, oruc tutmamalıdır. O, hər gün üçün fidyə verməli və sonralar orucun qəzasını tutmalıdır. (Ayətullah Xamenei "Şəri suallara cavab", 747-ci sual)Diqqət: İki il ardıcıl hamilə qalan qadın əgər şəri üzrü olduğuna görə oruc tuta bilməsə, təkcə orucun qəzası ona vacib olur. Əlbəttə əgər onun şəri üzrü orucun bətnindəki körpəyə və ya dünyaya gələn körpəsinə zərəri olacağından irəli gələn qorxudursa, orucun qəzasından əlavə hər gün üçün fidyə də verməlidir. Habelə, əgər orucun qəzasını şəri üzrü olmadan gələn ilin Ramazan ayınadək tutmasa, qəza və fidyədən əlavə qəza orucunu təxirə salma kəffarəsi də ona vacib olur. (Ayətullah Xamenei "Şəri suallara cavab", 806-cı sual) Fidyənin miqdarıFidyə, bir müdd təamdan ibarətdir və yoxsula verilməlidir. Bir müdd=750 qr. yеməkdir. (Ayətullah Xamenei "Şəri suallara cavab", 747, 752 və 806-cı suallar)Sual: 750. Hamiləliyin ilk aylarında qadına oruc tutmaq vacibdirmi?Cavab: Təkcə hamiləliyin orucun vacibliyi üçün hеç bir manеəsi yoxdur. Amma oruc tutmaqla qadının özü və ya bətnində olan uşağı üçün zərər təhlükəsi olsa və bu təhlükə ağıl qəbul еləyən bir еhtimaldan doğsa, onda o qadına oruc tutmaq vacib dеyildir.Sual: 751. Əgər hamilə qadın oruc tutmağın bətnində olan uşağa zərər olub-olmamasını bilməsə, onda oruc tutmaq ona vacib olarmı?Cavab: Əgər oruc tutmaqla qadının bətnində olan uşaq üçün zərər təhlükəsi olsa və bu təhlükə ağıl qəbul еdən еhtimaldan doğsa, onda ona vacibdir ki, orucunu açsın; bеlə olmazsa, onda vacibdir ki, orucunu tutsun.Sual: 753. Həmd olsun Allaha ki, hamiləlikdən sonra mənə bir övlad vеrdi və o, hal-hazırda süd əmir. İnşaallah qarşıdan mübarək ramazan ayı gəlir və mənim də oruc tutmağa imkanım var. Lakin mən fiziki cəhətdən zəif olduğum üçün oruc tutanda südüm quruyur. Əlhəmdu-lillah, uşaq da hər on dəqiqədən bir məndən süd istəyir. Mən nə еtməliyəm?Cavab: Əgər oruc tutmaqla südün azalması və ya quruması uşağınıza zərər təhlükəsi yaratsa, onda icazə vеrilir ki, orucunuzu yеyəsiniz və hər günə bir "müdd" fəqirə vеrməklə orucun qəzasını tutasınız.
['şəriət']
5,282
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/6439/bunlar%C4%B1-m%C3%BCtl%C9%99q-bilm%C9%99liyik.html
Bunları mütləq bilməliyik
Ferid_Zeynalli
islam dininin əsasları
26 iyul 2011, 13:37
Surə nədir?_Quranın bəsmələ ilə ayrılan hər bir bölümüdür...Ayət nədir?_Qurani Kərimdə durğu işarələri arasındakı cümlə və ya ifadələrdir...Fərz nədir? _Dinlə bağlı etməli olduğumuz vacib bir şeydir...Vacib nədir?_Fərz qədər vacib olmayan, edilməsi istənənə şeydir...Sünnət nədir?_Peyğəmbər əfəndimizin etdiyi və müsəlmanların da etməsini istədiyi dini vəzifələrdir...Hədis Nədir? _Hz. Peyğəmbərin sözləri və ya ONun hərəkət və təsdiqlərinin sözlə ifadəsinə deyilir...Mübah Nədir? _Dinən edilib edilməməsi sərbəst buraxılan şeydir...Haram Nədir? _Dinən edilməsi qəti olaraq qadağan edilən şeydir...Halal Nədir? _Dini bir termin olaraq Dinən icazə verilmiş, haqqında dini bir qadağan etmə və məhdudlaşdırma olmayan davranışı və onun dini-hüquqi hökmünü ifadə edər...Təyəmmüm Nədir? _Dəstəmaz ya da boy dəstəmazı almaq üçün su olmadığı vəziyyətlərdə niyyət edilərəktəmiz torpaq və ya torpaq cinsindən bir şeyə əlləri sürtüb üzü və qollara sığal çəkməkdir...Qüsl Nədir? _Ağızı burnun içini və bütün bədəni yumaqdır... Zəkat Nədir? _Dinən zəngin sayılan müsəlmanların müəyyən yerlərə sərf edilmək üzrə mallarından verməklə öhdəçilikli olduğuqları müəyyən paydır. Xətm Nədir? _Qurani Kərimin başdan sona qədər oxunub bitirilməsidir....Kəbə nədir? _Müsəlmanların namaz qılarkən yönəldikləri Məkkədəki Məscidi Haramın içində olan Hz. İbrahim ilə oğulu Hz. İsmayıl (Ə.S.) tərəfindən tikilmiş olan müqəddəs məbəddir...Qiblə nədir? _Müsəlmanların namaz qılarkən yönəldikləri tərəf Kəbə cəhətidir... İbadət Nədir? _Allaha könüldən istəyərək yönəlmək və qarşılığında savab vəd edilən dini vəzifələri və əməlləri Allahın razılığını qazanmaq məqsədiylə yerinə yetirməkdir...Mömin Kimə Deyilir? _Allaha Hz. Peyğəmbərə və ONun xəbər verdiyi şeylərə könüldən inanıb qəbul və təsdiq edən kimsədir...
['islam prinsipləri']
5,283
https://kayzen.az/blog/Ferid_Zeynalli/6438/%C5%9Feytan-v%C9%99-k%C3%B6m%C9%99k%C3%A7il%C9%99ri.html
Şeytan və köməkçiləri
Ferid_Zeynalli
Bloq: Ferid_Zeynalli
26 iyul 2011, 13:20
Daxili aləmi insana qarşı intiqam hissləri ilə dolu olan şeytan köməkçiləri ilə birlikdə hər gün yığışar və insanları yoldan çıxartmaq üçün planlar hazırlayar.Şeytan hər günkü kimi yenə köməkçiləri ilə yığışmışdı. Onlara cürbəcür üsullar öyrətdi. Sonra hər birini iş başına göndərdi.İş zamanı sona çatanda şeytanın köməkçiləri ona hesabat vermək üçün geri qayıtdılar. İçlərindən biri belə dedi:-Ağa! Mən bir insana vəsvəsə verərək içki içirtməyi bacardım. Bu şəkildə onu yoldan çıxartdım.Bu xəbər şeytanın o qədər də xoşuna gəlmədi. Sadəcə başını tərpətdi.Digər şeytan söz aldı:-Mən bir insanın qumar oynamasına səbəb oldum. Hər şeyini itirmişdi. Sadəcə evi qalmışdı. Ona "Evini də ortaya qoy. Qazansan, bütün itirdiklərini geri alarsan" -deyə vəsvəsə verdim.O da oynadı və evini itirdi. İndi uşaqları ilə bayırda qalıb. Bu xəbər də şeytanı çox sevindirmədi. O daha gözəl bir xəbər gözləyirdi. Növbə şeytanın başqa bir köməkçisinə gəldi:-Ağa! Bir adamla həyat yoldaşı arasına fitnə saldım və onların arasını vurdum. Hamıya nümunə olan bir ailələri vardı. Amma mənim sayəmdə araları dəydi. Boşanmaq üzrədirlər. Bir-birlərini elə təhqir etdilər ki, barışmaları əsla mümkün deyil.Bu xəbər şeytanın çox xoşuna gəldi. Artıq üzü gülürdü.Köməkçilərinə belə dedi:-Baxın, gözlədiyim xəbər bu idi. Ən yaxşı işi sən görmüsən. Səni təbrik edirəm. Məni çox sevindirdin.Sonra şeytan onu yanına çağıraraq dedi:-Mənim ən sevdiyim işlərdən biri evlilərin arasını vurmaq və onları bir-birindən ayırmaqdır. Bunu bacaranların yeri mənim yanımdır.Şeytanın deyil, ALLAHın bəyəndiyi işləri görək..
['dini hekayə']
5,284
https://kayzen.az/blog/fitness/6437/%C3%BCzg%C3%BC%C3%A7%C3%BCl%C3%BCk-v%C9%99-onun-faydalar%C4%B1.html
Üzgüçülük və onun faydaları
Dr_Həkim
İdman və sağlamlıq
26 iyul 2011, 11:57
Əgər özünüzü sağlam və gümrah görmək istəyirsinizsə idmanla məşğul olun. Gimnastika və yungül atletika fənlərini, voleybol, basketbol və digər idman oyunlarını öyrənin və ona ciddi əməl edin. Əgər yaxınlıqda hovuz, çay, göl, yaxud dəniz varsa üzməyi öyrənin. Üzgüçülük vücudunuzun inkişaf etməsinə, bütün orqanlarınızın hərəkətə keçməsinə kömək edəcəkdir. Qədim Yunanıstnanda oxumağı və üzməyi bacarmayan adamları həyata ən az uyğunlaşmış şəxslər hesab etmişlər. Ancaq buna baxmayaraq üzgüçülük uzun zaman idmanla bağlı olmamışdır. O , hətta qədim Yunan Olimpiya Oyunları proqramlarına da daxil olmamışdır. Yalnız on doqquzuncu əsrin ortalarında Qərbi Avropanın bir sıra ölkələrində üzgüçülük üzrə yarışlar keçirməyə başlamışlar. Birinci qış üzgüçülük hovuzu 1842-ci ildə Vyanada açılmışdır.Olimpiya oyunları dirçəliş tapdıqdan sonra onların proqramına üzgüçülük yarışları da daxil edilir. Yaxşı üzgüçü olmaq üçün ahəngdar fiziki inkişafa nail olmaq lazımdır.Bu inkişaf təkcə suda deyil, həm də quruda müntəzəm fıziki məşğələlər nəticəsində yaranır. Onlar arasında gündəlik səhər gimnastikası, avarçəkmə və idman oyunlarının xüsusi rolu vardır. İdman üzgüçülüyündə dörd əsas üsul var: krol, arxası üstə, brass və batterfilay. Krol - ən sürətli üzgüçülük üsuludur. Krolçu növbəli şəkildə əlləri ilə suda üfqi istiqamətdə avar çəkməklə və ayaqları ilə suya şaquli istiqamətdə elastik zərbələr vurmaqla irəliləyir. Başını yana çevirərkən ( sağa və ya sola) üzgüçü başını çevirdiyi tərəfdəki əli ilə avarçəkməni bitirdiyi anda dərindən nəfəs alır, sonra üzünü suya salıb nəfəsi buraxır.   Arxası üstə üzərkən sürət nisbətən az olur, əllərin və ayaqların hərəkət sxemi isə krolda olduğu kimidir. Üzgüçülüyün sürətcə ikinci yerdə olan üsulu batterflay, daha doğrusu . onun delfın növüdür. Kroldan fərqli olaraq delfın üsulunda hər iki əllə eyni vaxtda avar çəkilir və bu zaman ayaq iki dəfə dalğavari hərəkət etdirilir. Üzmək üçün və suda boğulanları xilas etmək üçün ən rahat üsul brassdır. Bu üsulun hərəkətləri qurbağanın suda üzərkən ftdiyi hərəkətlərə çox bənzəyir. Əgər uşaq 7-8 yaşına qədər özünü suyun üzərində saxlamağı artıq bacarırsa, bu yaşda üzgüçülüyün bütün üsullarının texnikasını öyrənmək daha asandır. 9-10 yaşlarında isə bu növlərdən hər hansı birində daha yaxşı bacarıq özünü göstərir. Ciddi məşqlərə və yarışlarda iştirak etməyə 11- 12 yaşlarından başlamaq daha yaxşıdır. İdman nailiyyətləri də bu yaşdan etibarən daha sürətlə artır. 14 yaşında üzgüçülük üzrə idman ustası olanlar da var. İdman üzgüçülüyü ilə məşğul olanlar arasında hər il maraqlı yarışlar keçirilir. Gənc üzgüçülər ayda bir dəfə öz uşaq idman məktəblərinds starta çıxırlar. Yaxşı olar ki, uşaqlar üzməyi təcrübəli məşqçilərin, təlimatçılann və ya idmançıların rəhbərliyi altında öyrənsinlər. Üzməyi yeni öyrənənlər üçün qış və yay hovuzlarında kiçik hovuzcuqlar, çimərliklərdə isə təmiz sulu, hamar, qumlu dibi olan, küləyin və axınır mane olmadığı sahələr ayrılır. Qadınlar üzərkən daha gözəl vücuda sahib olurlar. Üzmək estetik baxımından, xüsusilə qadınları döşlərin və bədənin yaxşılaşmasına gətirib çıxard Qolları, çiyinləri üzərkən yuxarı qaldırmaq sinə nahiyyəsini inkişaf etdirir, döşlərin dik hala gəlməsi səbəb olur. Üzməzdən əvvəl və sonra bütün orqanizminiz əzələləriniz üzməyə hazır vəziyyətə gətirilməlidir. Bunun üçün isə üzməkdən öncə və sonra müxtəlif idman hərəkətləri etməyiniz vacibdir.   *Bütün hərəkətləri asandan çətinə doğru edin. Çünki əzələlərinizin gərilə bilməsi üçün bu çox vacibdir. *Yeməkdən iki-üç saat sonra hərəkətlər edit Yeməkdən dərhal sonra idmana başlamayın. *Hovuz kənarında etdiyiniz bütün hərəkətlər estetik olmalı, üzməni xatırlatmalıdır. *İdman edəcəyiniz yerin, otağın havasına fıkir verin. Çalışn çox isti yerdə hərəkətlər etməyin. İdeal temperatur 18-25*C olmalıdır. Hərəkətləriniz rahat, yumşaq və kontrollu olmalıdır. Vücudunuzu heç vaxt qısmayın, yoxsa gözəl vücuda sahib ola bilməzsiniz.  Üzgüçülük idmanı bədəninizdəki yağ, pıy qatlarının azalmasına və gözəl bir bədənə sahib olmanıza kömək edəcəkdir.  Su və maye qəbul etməyi unutmayın. Hər idman fəaliyətindən sonra bir stəkan su içməniz məsləhətdir. Üzərkən enerji sərf edirsiniz. Belə deyirlər ki, 10 dəqiqəlik bir üzmə vaxtı fılan qədər enerji sərf olunur. Bu haqda çox yazılıb, çox deyilib. Ancaq əslində belə deyil. Çünki 50 kq çəkidə olan bir üzgüçü xanımla , 90 kq-lıq çəkili başqa bir xanım eyni templə üzsələr də sərf etdikləri enerji heç vaxt eyni ola bilməz. Yenə, üzmə vaxtı bir üzgüçünün tənəffüsü, nəfəs alıb-verməsı nizamlı, o birininki isə normal deyilsə, yəni üz zamanı tənəffüsü çətindirsə, hətta arada bir su da udursa onların sərf etdikləri enerji necə eyni ola bilər. Beləliklə onlardan biri bədənindəki yağları enerji sərf edərək yandırırsa, biri bitkin bir şəkidə süst düşəcəkdir. Bəzən idmandan sonra problemlərlə qarşılaşa bilərsiniz; spazmalar, tutulmalar özünü büruzə verə bilər. Buna görə üzdükdən sonra saçlarınızı yaxşıca qurudun, bədəninizi soyuqdan, istidən qoruyun, küləkdə əsla qalmayın. Dincələrkən belə vücudunuzun simmetrik, estetik və düzgün duruşuna fikir verin, çünki vücudunuz soyuyarkən də formalaşır. Əziz qadınlar, yaxşı formaya , ecazkar gözəlliyə sahib olmaq istəyirsinizsə idman edin, üzgüçülüklə məşğul olun və ən əsası isə həm ruhən, həm də mənən estetik olduğunuzu düşünün, hiss edin. Həmçinin bax: İdman edin ki sağlam olasınızMənbə: Mənim Balam, Gözəl Fərhadqızı.
['üzgüçülük', 'faydalı idman']
5,285
https://kayzen.az/blog/Ferid_Zeynalli/6430/g%C3%B6z%C9%99l-hekay%C9%99.html
Gözəl hekayə
Ferid_Zeynalli
Bloq: Ferid_Zeynalli
26 iyul 2011, 01:13
Hələ günəş çıxmamış, Corc yuxudan oyanıb ayağa qalxdı. Səs salmadan əvvəl xanımını (Teranı) oyatdı. Tera heç təəccüblənmədi. Çünki Corc axşamdan ona hazırlıqlar etməsini tapşırmışdı. Tera durub Corcun və uşaqlarının paltarını ütülədi. Onların iki oğlu var idi, Maykl və Andrey. Maykl Andreydən 2 yaş böyük idi. Paltarlar hazır olandan sonra Tera səhər yeməyini hazırlamağa mətbəxə keçirdi ki, Corc ona: - Bu gün Qurban bayramıdır, onsuz da bayram namazına kimi bir şey yeməyəcəyik. Tələsmə, biz gələnə kimi hazırlayarsan - dedi. Corc uşaqların otağına keçib yavaşca onları da oyatdı. Andrey gözünü açan kimi atasına: - Papaaaa, məni də aparacaqsan bayram namazına?Corc: - Bəs nə. Sənsiz heç gedərəmmi gözümün işığı?! Maykl durub əl-üzünü yuyan kimi atasına dedi ki: - Ata, mən gedim baxım görüm qurbanlıq qoyun neynəyir. Ot ya su lazımdırsa qoyum gəlim. Corc: - Bax gör ipi dolaşmayıb? Dardısa, bir az boşalt, narahat olmasın. - Yaxşı - deyərək Maykl həyətə qaçdı. Hamı paltarını geyib hazır durmuşdu. Corc: - Ananızla sağollaşın gedək, yoxsa bayram namazına gecikərik - deyə uşaqlara səsləndi. Uşaqlar analarına sağ ol deyib maşına tərəf qaçdılar. Andrey qabaqda oturmaq istəyirdi, amma Maykl onu güclə arxaya keçirdi. Bayram namazından sonra onlar evə döndülər. Uşaqlar sevinə-sevinə qoyun bağlanan yerə qaçdılar. Tera qışqıraraq onları çağırdı: Gəlin üst-başınızı dəyişin sonra gedin! Corc bıçağı hazırladı. Sonra gəlib qoyunun ayaqlarını bağladı və yerə uzandırdı. Uşaqlar gələnə kimi qoyunu sığallayırdı. Corc dedi: - Maykl, Andrey, hərəniz bir tərəfindən tutun. Corc qoyunu qibləyə tərəf uzatdı, bismillah, Allahu Əkbər deyib kəsdi. Onlar qoyunun ətini bir neçə hissəyə bölüb həm qonşularına, həm də yaxınlıqda yaşayan qohumlarına göndərdilər. Artıq günorta idi. Birdən Corc ayağa qalxıb Teraya üzünü tutaraq: - Lap yadımdan çıxmışdı ki, bu gün bazar günüdü. Tez pencəyimi ver mən gedim kilsəyə - dedi. Andrey: - Papaaa, mən də gəlim? Corc: - Yox, siz qalın, evdə ananıza kömək edin, mən bir saata qayıdacağam. Təəccüblənirsiniz? Corc müsəlmandır, yoxsa xristian?! Kilsəyə gedirsə, deməli xristiandır. Bəs yaxşı xristianlar bəyəm bizim Qurban bayramını qeyd edirlər?! Əlbəttə yanılmırsınız. Onlar bizim bayramları qeyd etmirlər. Yuxarıda yazılan hekayə isə heç bir zaman baş verməyib, baş verməyəcək də. Bəs biz niyə onların bayramlarını qeyd edirik?! Niyə bizlərdə Kristmas, Yeni il, Valentin və sairə kimi bayramlar təmtəraqla qeyd olunur?!
['Maraqlı hekayə']
5,286
https://kayzen.az/blog/islam-v%C9%99-qad%C4%B1nlar/6429/hicab-geym%C9%99m%C9%99-b%C9%99han%C9%99l%C9%99ri-v%C9%99-cavablar.html
Hicab geyməmə bəhanələri və cavablar
Ferid_Zeynalli
İslam və qadınlar
26 iyul 2011, 00:55
1. Başımı örtmək istəyirəm, amma qabaqcadan buna əmin olmalıyam. "Quranda bu haqda qəti əmr var, məgər bu, səni qane etmir?" 2. Örtünməli olduğumu bilirəm, ancaq gələcəyimi də düşünməliyəm. "Gələcək ölümdür, heç onu düşündünmü?" 3. Allah məni başıaçıq olsam belə, yenə sevəcək. "Səni sevsə də, sənə "günahkar qulum" deyəcək və sən Onun yanında günahkar bir bəndə olaraq qalacaqsan" 4. Başıörtülüyəm, ancaq ailəm məktəbə getməyim üçün başımı açmağımı istəyir. "Unutma! Ailən səni cəhənnəm atəşindən xilas edə bilməyəcək."5. Heç gənc yaşda da insan başını örtərmi? Yaşlananda örtərəm."Sabah ölməyəcəyinə dair əlində bir sənədin varmı?"6. Yenidən başımı açacağımdan qorxduğum üçün örtünmürəm."Əvvəl örtün, sonra bu haqda fikirləşərsən."7. Sərbəstliyimin əlimdən alınacağından qorxduğum üçün başımı örtmək istəmirəm."Allahın hüzurunda sərbəst ola biləcəksənmi?"8. Əsas olan qəlbin təmizliyidir, baş bağlamaq əsas deyil."Qəlbin təmizliyi təkbaşına günahın qarşısını ala bilməz."9. Evləndikdən sonra mütləq hicab geyəcəyəm."Evlənəcəyindən əminsənmi?"10. Gözəlliyimi hamı görsün deyə, örtünmək istəməmişdim."Kaş ki, bu gözəlliyini öz həyat yoldaşına nümayiş etdirəydin!" 11. Əgər başımı bağlasam, gərək dinimizin əmr etdiyi başqa ibadətləri də yerinə yetirim. "Çox gözəl! Onsuz da bir vaxt başlamaq məcburiyyətində qalacaqsan."12. Başımın açıq olması məni dindən çıxartmır."Dindən çıxmasan da, günahkarsan. Üzərində israr edilən günah isə sahibini daha da uçuruma yuvarlayar."13. Hicab geymək üçün hələ hazır deyiləm."Qəribədir! Öldükdən sonramı hazır olacaqsan?"14. Hansı zamanda yaşayırıq, indi heç hicablanmaq zəmanəsidirmi?!"Günahın dünəni-bugünü yoxdur. Quranın göstərişləri bütün dövrlər üçündür"15. Qismət! Bir gün görərsən, biz də başımızı bağlamışıq."İnşallah! Amma tələs. Unutma ki,ölüm gözləmədiyin bir anda səni yaxalayacaq."16. Əsas odur ki, bədənin başqa əzaları görünməsin."Deməli, düşünürsən ki, günah sadəcə bədənin başqa əzalarının açılmasına görə qazanılır."17. Nə qədər yoxladım alınmır. Başımı bağladığım zaman sanki boğuluram."Əlbəttə, bunun üçün güclü iman tələb olunur."18. Başımı bağlasam, heç zaman ərə gedə bilməyəcəyəm."Açıq-saçıq geyindiyinə görə, səninlə evlənmək istəyən kişidən bəs, nə gözləyirsən?"19. Məktəb və unuversitetdə tələbə yoldaşlarıma dini təbliğ etməli olduğum üçün başımı açmalıyam. Bununla da dinimə xidmət edəcəyəm (Bu hal hicaba vurulan zərbələrin ən təhlükəsidir!)."Deməli, özünə xidmət etmək istəmirsən"20. Hicab geymək içimdən gəlmir."Ancaq günah işləməyə çox həvəslisən."21. Başıörtülü qızlar istənilən səviyyədə başqalarına nümunə ola bilmirlər."Sən örtün və onlara nümunə ol!"
['hicab']
5,287
https://kayzen.az/blog/orta-%C9%99srl%C9%99r-tarixi/5988/intibah-d%C3%B6vr%C3%BC.html
İntibah dövrü
Qiyasli
orta əsrlər tarixi
25 iyul 2011, 21:38
İntibah və ya Renesans (fr. Renaissance, ital. Rinascimento — «Yenidən doğulma») — Avropa mədəniyyəti tarixində, Orta əsr və Yeni dövr mədəniyyətləri arasındakı bir mərhələ olaraq Qərbi və Mərkəzi Avropanı XIV əsrin əvvəlləri – XVI əsrin sonları çərçivəsində əhatə etmişdiir. İntibah (söz) termini hələ italyan humanistləri (məs. Corcio Vazari) işlətsələr də, özünün indiki müasir mənasında XIX əsr fransız tarixçisi Jül Mişle tərəfindən istifadəyə daxil edilmişdir. Adam Mets qeyd edir ki, Avropa İntibah Dövrü anlayışı ilə birgə Müsəlman İntibah Dövrü anlayışı da istifadə olunmalıdır. Alimin qeydinə görə Müsəlman İntibah Dövrü X-XII əsrləri əhatə edərək Avropa İntibahına zəmin yaratmışdır. Xüsusiyyətləri İntibah dövrünün fərqləndirici xüsusiyyəti mədəniyyətin yeni, «dünyəvi», mahiyyətcə kübar xarakter alması və insanı ön plana çıxarmasıdır. Antik mədəniyyətə maraq yaranır, sanki onun «yenidən doğulması», «dirçəlişi» baş verir. Elə burdan da “dirçəliş” termini yaranıb. Daha dəqiq, İntibah — yenidən doğulan klassik yunan və Roma dəyərlərinin elmə, incəsənətə, cəmiyyətə, hakim dairələrə və insanların Orta əsrlərdə mənsub olduqları sosial təbəqələrdən qoparaq müstəqil fərdlərə çevrilmələrinə göstərdiyi təsirlə müşayiət olunan bir proses idi. Bu yeni mədəni münasibət Avropa cəmiyyətində baş vermiş köklü dəyişikliklər nəticəsində mümkün olmuşdur. Şəhərlərin böyüməsi feodal münasibətlərdə iştirak etməyən usta və sənətkarların, tacirlərin, bankirlərin cəmiyyətdə baş verən proseslərin gedişinə təsirini artırmışdır. Nəticədə insanın şəxsiyyəti, azadlığı, cəmiyyət quruculuğunun qiymətləndirmə kriteriyası və ən yüksək dəyər sayılan fəal insan yaradıcılığını əsas sayan yeni fəlsəfi istiqamətin — humanizmin meydana gəlməsinə şərait yaranmışdır. Şəhərlərdə kilsənin təsiri altında olmayan mütərəqqi elmi və incəsənət mərkəzləri açılır. Yeni dünya görüşü antik dövrə müraciət edir. Burada o humanizmin dəyərlərini görür. XV əsrin ortalarında kitab çapının ixtirası antik dövrdən qalan biliklərin Avropada sürətlə yayılmasına təkan verir. Fransa, Almaniya və digər Avropa ölkələrində İntibah daha gec başlamışdır. XV əsrin sonunda o, özünün ən yüksək pilləsinə qədəm qoymuşdur. XVI əsrdə İntibah dövrü ideyaları böhran keçirməyə başladı. Bundan sonra Avropa mədəniyyətində manyerizm və barokko cərəyanları ortaya çıxdı. Mənşəyi Bir çox tarixçilər hesab edirlər ki, İntibah dövrü üçün səciyyəvi olan ideyalar öz başlanğıcını XIII əsrin sonlarında Florensiyadan, Dante Aligyeri (1265-1321) və Françesko Petrarkanın (1304-1374) yazılarından, Cotto di Bondonenin (1267-1337) rəsmlərindən götürür. Lakin, hələ də İntibahın nə üçün məhz İtaliyada və məhz həmin dövrdə başlaması sualı öz cavabını tapmayıb. Bunu izah etmək üçün müxtəlif versiyalar irəli sürülür. Yunan və ərəb elmi biliklərindən istifadə İddia edilir ki, İntibah üçün katalizator rolunu Qərbdə çoxdan unudulmuş lakin, Bizansda, İslam dünyasında və bəzi kilsə kitabxanalarında qorunub saxlanan qədim yazılı mənbələrin yenidən «kəşf edilməsi» və yunan, ərəb dillərində olan kitabların latın dilinə tərcüməsi oynamışdır. Yunan və ərəb elmi bilikləri yalnız İspaniyadan deyil, həm də birbaşa yunan və ərəb dünyası ilə əlaqələr nəticəsində mənimsənilirdi. Yaxın Şərqdə riyaziyyat elmi sahəsində yüksək inkişafa nail olunmuşdu və bu riyazi biliklər XIII əsrdə Xaç yürüşlərinin iştirakçıları tərəfindən Avropaya gətirildi. Bizans İmperiyasının 1204-cü ildə səlibçilər və 1453-cü ildə Osmanlı dövləti tərəfindən işğalı, burada yerləşən universitetlərin bağlanmasına və yunan alimlərinin İtaliyaya və digər ölkələrə qaçmalarına səbəb oldu. Bu alimlər klassik yunan sivilizasiyasının biliklərini və yazılı mənbələrini də özləri ilə aparırdılar. Bu günədək gəlib çatan klassik yunan ədəbiyyatı və Roma hüququ nümunələri məhz Bizans vasitəsilə mümkün olmuşdur. İtaliyada sosial-siyasi quruluş İtaliyada son Orta əsrlərdəki siyasi vəziyyət belə bir fərziyyə ortaya çıxarıb ki, guya ölkədəki özünəməxsus sosial ab-hava nadir mədəni tərəqqiyə səbəb olub. İlkin müasir dövrlərdə İtaliya vahid siyasi quruluşa malik deyildi. O bir sıra xırda dövlətlərə parçalanmışdı. Neapol krallığı ölkənin cənubunu, Florensiya Respublikası və Papa vilayəti mərkəzini, Genuya Respublikası və Milan Hersoqluğu şimalını və qərbini, Venesiya Respublikası isə şərqini idarə edirdilər. İtaliya bu dövrdə özünün dəniz ticarətində xüsusi yer tutan dövlətləri ilə, o cümlədən Florensiya və Venesiya Respublikaları ilə məşhur idi. Bu dövlətlərdə mövcud olan indiki demokratik sistemə bənzər quruluş və müəyyən siyasi sərbəstlik müxtəlif sahələrdə inkişafa yardımçı olurdu. Bu səbəbdən Venesiya kimi iri ticarət mərkəzlərindəki vəziyyət onları Avropanın intellektual mərkəzlərinə çevirmişdi. Tacirlər dünyanın müxtəlif yerlərindən, xüsusilə Levantdan (Yaxın Şərq bölgəsinə verilən ad) yeni ideyalar, elmi biliklər, yazılı mənbələr gətirirdilər. Venesiya şərqlə ticarətdə Avropanın qapıları rolunu oynayır, həm də şüşə istehsalçısı kimi tanınırdısa, Florensiya ipək və cəvahirat mərkəzi hesab olunurdu. Bu var-dövlət müxtəlif ictimai və şəxsi mədəni layihələrin həyata keçirilməsinə şərait yaradır və vətəndaşların təhsil alma imkanlarını artırırdı. Qara ölüm — İrəli sürülən versiyalardan birinə görə Florensiyanın və Avropanın digər ölkələrinin əhalinin kəskin şəkildə azalması ilə nəticələnən və «Qara ölüm» adlandırılan dəhşətli taun xəstəliyinə düçar olması XIV əsr İtaliyasında insanların dünyaya baxışlarının dəyişməsinə səbəb oldu. İnsanlar dini dünya görüşünün əksinə olaraq Yerdəki həyata, ruhlar dünyası və ölümdənsonrakı həyatdan daha çox qiymət verməyə başladılar. Eyni zamanda iddia edilir ki, «Qara ölüm» dini mövzudakı sənət əsərlərinin yaradılmasının maliyyələşdirilməsinə də səbəb olub. Lakin bunlar heç də İntibahın nə üçün İtaliyada yarandığını tam mənada izah etmir. «Qara ölüm» pandemiya idi və yalnız İtaliyanı yox, bütün Avropanı bürümüşdü. Ola bilsin İntibahın ilk olaraq İtaliyada baş verməsi yuxarıda sadalanan səbəblərin qarşılıqlı təsirinin nəticəsidir.
['İntibah', 'Renessans']
5,288
https://kayzen.az/blog/biologiya/6256/t%C9%99kam%C3%BCl-n%C9%99z%C9%99riyy%C9%99si.html
Təkamül nəzəriyyəsi
Qiyasli
Biologiya
25 iyul 2011, 21:36
Təkamül nəzəriyyəsi - Yer kürəsinin biosferasının, onu ayrı-ayrı növlərinin tarixi inkişafını iddia edən ideya və konsepsiyaların cəmindən ibarətdir. Birinci təkamül ideyaları antik dövrdən irəli sürülürdü, ancaq Çarlz Darvinin əsərləri təkamülü biologiyanın əsas konsepsiyası edir. Baxmayaq ki, vahid və ümumi qəbul olunmuş bioloji təkamül nəzərəriyyəsi indiyə qədər yaradılmayıb, təkamülü təsdiq edən coxlu sayda elmi dəlilər və nəzəriyyələr mövcud oldugu üçün təkamül faktı elmi ictimaiyyətdə şübhə dogurmur. Kimyəvi təkamül Qeyri canlı materialların təşəkkülü nəticəsi kimi sadə canlı sistemin yaranması haqqındakı təsəvvürlər ancaq son zamanlar zənginləşdi. Bu təsəvvür yolunda əhəmiyyətli şaxə 1953 –cü ildə ilk dəfə əsas bioloji molekulların ən sadə kimyəvi reaksiyalar nəticəsində yaranması mümkünlüyünü göstərən Miller-Yuri təcrübəsində təqdim olundu. Bu vaxtdan başlayaraq alimlər kimyəvi təkamülün çoxlu digər yollarını təklif etdilər. Bu ideyaladan bir necəsini göstərmək olar, lakin yadda saxlamaq lazımdır ki bunlaran hansının düz olması haqqında vahid bir fikir yoxdur. Biz ancaq bunu dəqiq bilirik ki,bu proseslərdən biri, yaxud hec kimin aglına gəlməyən digəri planetdə ilk hüceyrənin yaranmasına gətirdi. (Pansermiya – həyatın digər yerdə yaranması təsəvvürü düz olmadıgı halda Turşular və əsaslar başlıgında müzakirəyə baxmaq olar. İlk sıyıq - Miller-Yuri təcrübələrində göstərilənlərə bənzər proseslər nəticəsində atmosferdə molekullar yarandı ki, onlar da sonra yagışla okeana düşdü). Burada (yaxud, ola bilər qabarma nəticəndə yaranan su hövzəsi) isə hələ bizə məlum olmyan proseslər molekulların təşəkkülü nəticəsində ilk hüceyrənin yaranmasına gətirdi İlk neft ləkəsi - Miller-Yuri prosesləri lipidləri - balaca kürəciklər təşkil edən molekulları spontan olaraq yaradır (biz cox zaman şorbanın səthində damcıyabənzər formalar görürük). Hər bir kürəcikdə təsadüfi sayda molekullar toplaşır. Okean səthində milyonlarla qovucuqlardan biri enerji və material baxımdan düzgün molekul yıgımı təşkil edə bilər ki, o da iki yerə bölünə bilər. Beləliklə ilk hüceyrə yarana bilər. RNK mühiti - Təkamül nəzəriyyəsi problemlərindən biri də RNK molekullarının istifadəsinə əsaslanan kodlaşdırma sisteminin inkişafı ilə əlaqədardır (həm də bax:Molekulyar biologiyanın əsas ehkamı). Problem bundadır ki hüceyrə DNK –da kodlaşdırılıb, lakin DNK kodda yazılanı oxumaq ücün hüceyrəni aktivləşdirmək lazımdır. Son zamanlar alimlər tapdılar ki PNK hal-hazırda hüceyrədəki DNK kodunda yazılanların formalaşmasında iştirak edir və canlı sistemdəki hüceyrələrin funksiyalrından birini yerinə yetirir. Görünür ki RNK molekullarının yaranması yerdə həyatın inkişafı ücün vacib hadisədir. Təbii seçmə Planetdə ilk nəsil verə bilən canlı orqanizm yarandı ki, sonrakı dəyişmələri təbii secmə istiqamətləndirdi. Cox adamlar təkamül termini işlədərkən elə təbii secməni nəzərdə tuturlar. Təbii secmə haqqımdakı təsəvvürü ingilis naturalisti Calz Darvin 1859 –cu ildə nəşr etdirdiyi ‘Növlərin mənşəyində təbii secmənin rolu və ya uygun cinsin həyat ugrunda mübarizədə sag qalması’ adlı monumental əməyində daxil etmişdir. İki əsas mövqeyə əsaslanan təbii secmə ideyasına Darvindən asılı olmayaraq Alfred Rassel (Alfred Russel Wallace, 1823–1913) də gəlmişdir: 1) Istənilən növün nümayəndələri nədə isə bir-birindən fərqlənirlər 2) həmişə qida mənbələri ugrunda rəqabət mübarizəsi gedir. Hər hansı canlı populyasını müşahidə etsək birinci postulatın dogru oldugunu aydınca görərik (insan populyasiyasıda daxil olmaqla). Müəyyən nümayəndələr daha böyükdür, bəziləri bərk qacır, bəzilərinin rəngi təbiətdən secilməməyə imkan verir. İkinci postulat təbiətin həyatının inkar olunmaz bir faktını göstərir- sag qala biləcəyindən xeyli çox canlı dogulur və beləliklə qida mənbələri üzərində daimi rəqabət gedir. Bu postulatlar birlikdə maraqlı bir nəticəyə gətirir. Əyər növünn bəzi nümayəndələri muəyyən mühitdə ugurlu rəqabət aparmaq imkan verən xüsusiyyətlərə malikdirsə -yırtıcıların ov etmək ücün inkişaf etmiş əzələlərinin olması və sair, bu xüsusiyyətlər onların yaşlı hala kimi böyüməsinə və nəsil qoymasına imkan verəcək. Onların nəsli ehtimal ki bu xüsusiyyəti irsən alacaq. Müasir terminologiyadan istifadə etməklə deyə bilərik ki, sürətli qacışa cavabdeh olan genlər böyük ehtimalla nəsilə öz genlərini verəcək, yavaş qacanlar isə yaşamaq və nəsil qoymaq ehtmialı az oldugu ücün genlərini gələcək nəsilə ötürməyə bilər. Buna görədə nəsildə ‘sürətli’ gen nümayəndələri cox olacaq, sonrakı nəsildə isə daha da artacaq. Beləliklə sag qalma ehtimalını artıran əlamət ən axırda bütün populyasiyada yayılacaq. Bu prosesi Darvin və Wallase təbii secmə adlandırdılar. Darvin bununla süni secmə arasında oxşarlıq gördü. İnsanlar süni secmədən isifadə etməklə cinsi kamilliyə catmış nümayəndələr icərizində arzu olunan əlaməti daşıyanları secərək cütləşmələrinə imkan yaradırlar. Əyər bunu insanlar edə bilirsə niyə təbiət etməsin? –deyə Darvin düşünürdü. Bu gün planetdə görüdüyümüz zəngin növ formaları adaptiv əlamətlərin uzun zaman intervalında nəsillər ardıcıllıgının kifayət qədər uygunlaşması nəticəsi kimi meydana cıxıb. Darvin, uniformizm doktrinası tərəfdarları düşünürdülər ki yeni növlərin yaranması tərdriclə - iki populyasiya arasında fərqlər cütləşmə mümkün olmayana qədər, arta-arta davam edir.Sonralar alimlər bu qanunauygunlugun həmişə dogru olmadıgına diqqət etdilər. [4] Gördülər ki növ uzun müddət dəyişməz qalır, sonra isə qəfil dəyişir- bu proses fasiləli tarazlıq adlanır. Doğrudan da biz qazıntıları öyrənən zaman növdəyişmənin hər iki varinatını müşahidə edirik ki, bu da genetikanın müasir təsəvvürü baxımından qəribə görünmür. Indi bizə yuxarıdakı adı cəkilən iki postulat aydındır: müxtəif növ nümayəndələrinin DNK –sında eyni genin müxtəlif versiyaları yazılır. DNK-nın dəyişməsi təmamilə müxtəlif nəticələrə gətirə bilər: effektin təmamilə olmamasından (əgər DNK –da dəyişilən hissə orqanizm tərəfindən istifadə olunmursa) ta böyük effektlərə kimi (əyər əsas hüceyrəni kodlaşdıran gen dəyişərsə). Əgər gen dəyişmiş olsa, onda ardıcıl olaraq və yaxud sürətlə təbii secmə mexaizmi ya bu genin yayılmasına (əgər dəyişmə faydalıdırsa), yaxud bu genin məhvinə( əyər ziyanlıdırsa) aparacaq. Başqa sözlə dəyişmə sürəti gendən asılı olaraq: əyər dəyişmə baş verdisə təbii secmə dəyişmənin populyasiyada yayılma istiqamətini göstərəcək. Qazıntı şübutlar Bitki və heyvan öləndən sonra onların qalıqları ətraf mühitdə səpələnmiş olur. Bəzən onlar torpaga cökə bilər. Vaxt kecdikcə onlar qaya süxurlarına cevrilir. Tədrici kimyəvi proseslər nəticəsində kalsiya skeletlə və yaxud cəsədin digər bərk hissələri ətraf mühitdəki mineral maddələrlə qarışır (nadir hallarda yumşaq strukturlar, məsələn dəri və ya lələklər də qalır ). Ən axırda bu proses qayalarda ideal iz-şəkil qoymaqla daşlaşmış qalıqa cevrilir. Bütün aşkar olumnuş daşlaşmış qalıqlar qazıntı sübutları adlanırlar. Avstraliya qayalarında aşkar olunan qədim cöküntülərdə canlı izlərinin yaşı təxminən 3.5 milliyard ilə bərabərdir. Bunlar indi yer kürəsində müxtəlif cür canlı formalarının tədriclə mürəkkəbləşərək, sadə canlılardan yarandıgı tarixi göstərir. Əksər qədim canlı həyat sadə bir hüceyrəlilərdən ibarət olub. Təxminən 800 milyon il qabaq çoxhüceyrəli həyat formaları yaranıb. Onların bədəni yumşaq oldugu ücün onlardan demək olar ki iz qalmayıb, lakin son onilliklərdə alimlər tapılmış cökündü qalıqlarındakı izlər əsasında onların bu dövrdə yaşadıgını gördülər. Təxminən 550 milyon il qabaq bərk örtüklər və skeletlər meydana cıxdı, bu vaxtdan başlayaraq əsil qazıntı qalıqları tapıldı. İlk onurgalı canlılar-balıqlar 300 milyon il qabaq yarandı,dinozavrlar 65 milyon il qabaq( baxın. Kütləvi ölümlər ) ölməyə başaladılar və 4 milyon il qabaq Afrikada insan qalıqları tapıldı. Bu hadisələr barədə qazıntı qalıqları yazılarında oxumaq olar. Biokimyəvi sübutlar Bizim planetdəki bütüb canlı orqanizmlərdə eyni genetik kod var- biz hamımız universal DNK dilində yazılmış müxtəlif informasiya toplusundan ibarətik. Əyər həyat yuxarıda göstərilmiş ssenari əsasında inkişaf edibsə, onda müasir canlı orqanizmlərdə DNK –nın üst-üstə düşməsi ardıcıllıgı ümumi əcdadın nə qədər əvvəl yaşamasından asılı müxtəlifliyə malik olmalıdır. Məsələn, insan və şimpanzedəki eyni DNK ardıcıllıgı insan və balıq arasındakından daha cox olmalıdır, cün ki insan və şimpanze əcdadları 6 million il qabaq, balıq və insan əcdadları isə 100 milyon il qabaq yaşamışdır. Həqiqətən də canlı orqanizmlərin DNK-sını təhlil etməklə bu gümanın təsdiqini görürük. İki orqanizmdə təkamül agacı nə qədər uzaqdadırsa DNK-da o qədər də az oxşarlıq tapılır. Bu ona görə təmamilə aydındır ki, cox vaxt kecdikcə daha cox fərq toplanıb. DNK-nın analizindən istifadə etməklə molekulyar saat adlanan metod bizim gözümüzü təkamülün kecmişinə acır. İnsanın DNK-sının şimpanzeninkinə yaxın olması təkamül nəzəriyyəsinin inandırıcı sübutu sayıla bilər.
['təkamül nəzəriyyəsi']
5,289
https://kayzen.az/blog/Ferid_Zeynalli/6419/m%C9%99laik%C9%99l%C9%99r.html
Məlaikələr
Ferid_Zeynalli
Bloq: Ferid_Zeynalli
25 iyul 2011, 05:09
Peyğəmbər (s) Cəbraildən soruşdu: "Məlaikələr də gülüb-ağlayırlarmı?" Dedi: "Bəli. Üç nəfərə təccüblənib gülürlər və üç nəfərə də mərhəmət və ürəyiyananlıq edib ağlayırlar. Güldükləri kəslərdən birincisi odur ki, bütün gün ərzində pis-pis danışır, axşam olanda da elə ki, işa namazını qılır, yenə boş-boş və lazımsız söhbətlərə başlayır bu zaman məlaikələr ona gülüb deyirlər: "Ey bixəbər! Səhərdən axşama qədər doymadın, indi doyacaqsan?!" İkincisi əlinə bel və külüng götürüb torpağını şumlamaqdan ötrü öz tarlasına gedən tamahkar kəndlidir. O, öz payını artırmaq məqsədilə qonşu tarla ilə öz tarlasını ayıran torpaq sahəsini də belləyib öz sahəsinə qatmaq istəyərkən məlaikələr ona gülüb deyərlər: "Bu genişlikdə torpaqdan gözün doymadı, bu kiçik hissədən doyacaq?!" Üçüncüsü özünü naməhrəm kişilərdən örtməyən qadın barəsindədir. Elə ki, ölən zaman onu kəfənə büküb qaranlıq və gözlərdən gizlin olan yerə - qəbirə qoyarlar, məlaikələr gülüb deyərlər: "Rəğbətə səbəb olduğu zaman onu gizlətmirdiniz, indi gizlədirsiniz?! Halbuki, indi ona yalnız nifrət və ikrah olunar.Məlaikələrin ağladıqları kəlsər isə bunlardır: Biri elm ardınca gedərkən yolda ölən qəribdir. İkincisi övladları olmayan və ömürləri boyu övlad həsrəti ilə yaşayan yaşlı kişi və qadındır. Elə ki, yaşlı çağlarında övladları olar, onlar sevinər ki, bu yaşımızda bizim xidmətimizdə durar, öləndən sonra da bizi dəfn edər. Həmin vaxt həmin övladları ata-anasından qabaq dünyasını dəyişər. Məlaikələr ata-anadan qabaq həmin övladın halına ağlayarlar. Üçüncüsü gecənin bir aləmi oyanıb (yuxulu olduğu üçün) anasının yoxluğundan xəbəri olmayan, ağlayaraq onun dalınca getmək istəyən yetimdir. O, ağlayan zaman dayə onun üstünə acıqlanıb deyər: "Nə ağlayırsan?!" Həmin an anasının olmamağı uşağın yadına düşər və ümidsiz halda susar. Həmin vaxt məlaikələr onun qəribliyinə ağlayarlar.
['dini hekayə']
5,290
https://kayzen.az/blog/sevgi/5946/sevm%C9%99k-v%C9%99-qovu%C5%9Fmaq.html
Sevmək və qovuşmaq
nilufer
Sevgi
24 iyul 2011, 21:38
Məcnun Leylisinə qovuşmadı, kim bilir, bəlkə, bizə elə gəlir, bəlkə, qovuşublar daha. Bəlkə, qovuşub küsüşüblər, bəlkə o Leyli-Məcnun eşqindən peşman da olublar. Hər sevmək bir qovuşmaqdır, hər hicran bir vüsal. Hər Məcnun öz Leylisinə qovuşacaq, ha burda, ha ölümün o üzündə, buna şübhə eləmirəm, amma hər vüsalda xeyir varmı, bunu bilmirəm; hər kəs kimi sevməyindən, niyə sevməyindən, necə sevməyindən razıdırmı, bunu deməyə bilgim, cəsarətim, haqqım çatmır. Qovuşsalar da, qovuşmasalar da, bir-birinə sarılanlar, bir-birinə sarıldığını zənn edənlərdir. Qovuşmaq sarılmaq və ya sarılmaq hələ gerçək anlamda qovuşmaq demək deyil ki. Bir-birinə gerçək anlamda sarılanlar Haqqın kəndirinə sarılanlardır. Haqqın kəndirinə sarılanlar təkcə Haqqın kəndirinə sarılmırlar, həm də bütün sevdiklərinə, yəni Haqqın kəndirinə sarılanlara sarılırlar. Haqqın kəndirinə sarılaraq Haqqın kəndirinə sarılmışa sarılmaq dünyada da, axirətdə də birlikdə olmaqdır. Amma kim nə deyir-desin, Haqqın kəndirinə sarılmaq bütün sevdiklərinə sarılmaqdır, bütün sevdiklərinə qovuşmaqdır. Bəndəsinə istəmək qabiliyyətini verən Allah ya onun istədiyini verməyi istəyib, ya da bu istədiyi ilə bəndəsini imtahana çəkir. Amma bəndə də əmin olmalıdır ki, ədəblə istəyib, ədəbli istəyib, ədəbi istəyib, qovuşmamaq yoxdur. Allahı sevməyin meyvəsi bəndəni sevməkdir, bəndəni sevməyin varacağı mənzil Allahı sevməkdir. Bəndənin Allahı sevməsi Allahın bəndəyə ən böyük lütfüdür. Uca Rəbb hansı qəlbə özünü sevdirirsə, o qəlbi cənnət bağçasına çevirər. Allahın ipinə sarılın! Allahın rənginə boyanın! Allah-Təalanın biz bəndələrindən istəyidir bunlar. Allahın ipi Qurani-Kərimdir. Qurana sarılın demək, həyatı bu İlahi kitabın nuru ilə, göstərdiyi istiqamətdə qurmağa çağırmaqdır. Kim nə deyir-desin, sevmək qovuşmaqdır. Sevib də qovuşmamaq kimi bir şey yoxdur. Sevən sevdiyinə qovuşacaq, ha bu gün, ha sabah. Qovuşmadığını zənn edənlər səbirsizlərdir. Ömür dediyin təkcə ölümün bu sahili deyil ki! Hər şey ölümün bu üzündə tamamlansaydı, həyatın anlamı olmazdı ki! Allah “bəndələrim dua eləsinlər, Mən də onların dualarına cavab verim” buyurur. O, əlbəttə bütün qullarını görəndir, eşidəndir, Onun bilgisi xaricində heç bir şey yoxdur, əslində Onun bilgisi üçün “xaric anlayışı yoxdur.” Məcnun Leylisiz öldü, Fərhad Şirinsiz. Sən şahid ola bilərsənmi ki, istəyən onların ruhu idi, nəfsi deyildi? Nəfsi ilə istəyənlər sevgisini libas kimi dünyada soyunub gedirlər, ruhu ilə sevənlər o sevgini savab kimi özləri ilə axirətə aparırlar. Nəfs - bədənin istəyi, ruh Allahın sirridir, məkanı da Cənnət. Ruh istədiyini özünə cənnətə yoldaş istəyər. Nəfsin istədiyini sevgi bilmək özünü aldatmaqdır. Nəfsin istəyi küləyin alıb apardığı yelqovan kimidir, bir az sonra gözdən itəcək, gözdən itən kimi də unudulacaq. Yaşı səksəni ötmüş Məmmədsəid dədə yönünü qibləyə çevirib “Allahu Əkbər” deyən kimi ömür-gün yoldaşı Zibeydə nənə kürəyində hazır olur. Özləri də unudublar ki, bu mənzərə neçə illərdir beləcə davam edir, əlli , altmış, altmış beş... Amma heç yorulmayıblar, heç usanmayıblar. Bir çətən oğul-uşaq böyüdüblər, bir kənd sayılacaq qədər nəvə-nəticələri var, amma hər dəfə ilk sevgi kimi yanaşı durub qibləyə yönəlirlər, hər gün təzətərdilər, hər gün təravətli, hər gün şuxdular. Hərəsinin də öz canamazı var, illərdən bəri alın qoyulduğundan səcdə yerinin rəngi seçilməz hala gəlib, amma dəyişmək, yeniləmək istəmirlər, çünki o canamazlar illərin səcdə şahidləridir, birgəliyin, sədaqətin şahidləridir. “Allah ataa, anaa rəhmət eləsin, ay Zibeydə, kürəyində namaz qılan arvadı olmaq Misirə sultan olmaqdan əfdaldı”. Məmmədsəid dədə namazı qurtarıb zikr edəndən sonra yanında büzüşüb dodağı altında dua eləyən ömür-gün yoldaşına deyirdi bu sözləri. Zibeydə nənə də ərinin bu alxışından məmnun halda başını yelləyər, zikrinə davam edərdi. Bu “Misirə sultan olmaq” məsələsi Məmmədsəid dədənin ağlına hardan gəlmişdi, kimdən götürmüşdü bu sözü, heç özü də xatırlamırdı, amma ancaq o məqamda işlədirdi, ancaq Zibeydə nənəyə deyirdi. Onlar ömür-gün yoldaşı olduqları qədər də namaz yoldaşı, dua yoldaşıydılar. Bir dəfə gənclik illərində necə olmuşdusa, aralarına inciklik düşmüşdü. Kişi xanımına əvvəlcə səsini qaldırmışdı, sonra da əlini, özü də heç bir şeyin üstündə. Namaza duranda Zibeydə xanım: “dur, ay Məmmədsəid, nə qədər eləyirəm, qəzəbim keçmir, sən öz namazını qıl, sonra da mən qılaram”- deyib ağlayaraq otaqdan çıxmışdı. Xanımın bu sitəmi kişiyə bərk yer eləmişdi və namazı necə qılıb qurtardığını özü də bilməmişdi. O hadisədən, bəlkə də, qırx il keçmişdi, ömür-günləri bir sevgi nəğməsi kimi oxunub gedirdi, amma o hadisəni də heç unutmurdular, kişi bir balaca səsini qaldıran kimi arvad başı ilə qapıya işarə edir, yəni “gedərəm haa”, gülüşürlər və Məmmədsəid dədə söhbəti dua ilə tamamlayır: “Allah ayırmasın!” Qovuşmaq sevməyin meyvəsidir, hər sevən qovuşmağa can atar. Sevməyin zövqü olduğu kimi, qovuşmağı istəməyin də ədəbi var. Sevdiyin sizə gələcək, nə gözəl. Bir həftə əvvəldən hazırlıqlar başlar. Ev-eşik, həyət-baca çiçək kimi tər-təmiz olar, hər tərəf gül qoxuyar. Bazarlıqlar, biş-düşlər, geyim-kecim, nə lazımsa, hamısı ədəbinə, qaydasına uyğun... Bəs, sən sevdiyini qəlbinə qonaq etmək, könlünə hakim qılmaq istəsən necə? Bilirsənmi, aləmlərə sığmayan Allah sevdiyi qulunun qəlbinə sığar? Sənin qəlbin o Müsafiri qəbul etməyə layiqmi, hazırmı? Qurdla quzu, atəşlə pambıq bir yerdə ola bilmədikləri kimi imanla küfr də eyni zamanda bir qəlbə sığmazlar. Bir qəlbdə ya o var, ya o birisi. Bir az ondan, bir az bundan mümkün deyil, imanın şərtləri var, şərtlisi yoxdur, ya tam var, bütöv var, ya da yoxdur. Hər sevməyin qovuşmağı var, hər sevən sevdiyinə qovuşacaq. Bundan zərrə qədər də şübhən olmasın. Sən sevdiyinə bax, hansı ünvana qovuşmaq istədiyinə bax; sən sevməyinə bax; sevdiyinə bax və bir də sevdiyinə layiq olmağa bax, gerisini düşünmə, narahat olma, heç canını da sıxma. Ədəbli sevgi Sırat körpüsü kimidir, səni sevdiyindən başqasına aparmaz. Sevmək qovuşmaqdır, sən heç narahat olma, sevən sevdiyinə qovuşacaq, ha bu gün, ha sabah... Mənbə: Zaman qəzeti Müəllif: ƏLİ ÇƏRKƏZOĞLU
['Allah sevgisi']
5,291
https://kayzen.az/blog/co%C4%9Frafiya-tarixi/5631/d%C3%BCnya-haqq%C4%B1nda-t%C9%99s%C9%99vv%C3%BCrl%C9%99rin-formala%C5%9Fmas%C4%B1.html
Dünya haqqında təsəvvürlərin formalaşması
luminat
Coğrafiya tarixi
24 iyul 2011, 19:57
İstər tarixi, istərsə də coğrafi baxımdan dünya haqqında insanların ilk təsəvvürlərini öyrənmək mühüm əhəmiyyət kəsb edir. Çünki təsəvvürlər min illər boyu tədricən təkmilləşərək müasir elm formasını almışdır. Yer haqqında bəsit təsəvvürlər tədricən elmi xarakter aldıqca insanlar yaşama arealının genişləndirmiş, yeni torpaqlar kəşf etmək üçün müxtəlif istiqamətlərdə ekspedisiyalar təşkil etmişlər. Beləliklə insanlar min illər boyu elmi biliklərini artırmaqla inkişafının növbəti pilləsinə qalxmışdır. Əvvəllər əsasən səyyahların məlumatlarına istinad edən coğrafiya sonralar öyrəndiyi obyektlərə görə müxtəlif sahələrə ayrıldı. Coğrafıyanın təsirinə nəzər salmaqla onun hansı təsəvvürlər əsasında tədricən inkişaf edərək bu günki səviyyəyə çatmasını təsəvvür etmək çətin deyil. Yer kürəsinin əmələ gəlməsi, forması, ölçüləri, okeanlar, atmosfer və bir sıra digər elmi fikirlər bəşəriyyətin uzun illər əldə etdiyi nailiyyətlərin bəhrəsidir. Ona görə də harada və nə vaxt daha düzgün ideyaların meydana gəlməsi haqqında konkret fikir söyləmək mümkün deyil. Biz yalnız dövrümüzə qədər çatan məlumatlara əsaslanaraq mühakimə yürüdə bilərik. Ilkin yazılı məlumatlara qədim Çin mənbələrində rast gəlinir. Mənbələr eramızdan 4000 il əvvəlki dövrləri özündə əks etdirir. Qədim quldarlıq quruluşuna malik olan misirlilər Nil çayı ətrafında ensiz vadidə məskunlaşmaqla əsasən əkinçiliklə məşğul idilər. E.ə. XXIX əsrdə Suveyş bərzəxinə doğru hərəkət etməklə Ərəbistan yarımadasına keçmişlər. Ilk dəfə Aralıq dənizində üzmələr və sahil zonalarının qədim misirlilər tərəfindən öyrənilməsi e.ə. XVII əsrə təsadüf edir. Bu dövrdə dünya haqqında ibtidai təsəvvürlərə malik olan misirlilər Aralıq dənizindən şimaldakı yerlər haqqında məlumatlara malik deyildilər. Qədim vavilonlar Yer kürəsini dağ şəklində təsəvvür etməklə güman edirdilər ki, onlar dağın qərb yamacında yerləşmiş, dağın özü isə hər tərəfdən su ilə əhatə olunmaqla bərk səma cisminə bərkidilmişdir. Onlar günəşin qərbdə dənizdə batdığı kimi, şərqdən də mütləq dənizdən çıxması kimi səhv fikri özlərində aşılamışlar. Eramızdan 2800 il əvvəl Mesapatomiyada gil üzərində xəritə tərtib olunduğu halda, avropalılara görə Yer haqqında qədim təsəvvürlər guya yunanlara aiddir, bəşəriyyət bu kiçik xalqa yetirdiyi dahilərlə və yaratdığı elm sahələrinə görə minnətdar olmalıdır. Əslində isə qədim coğrafi biliklər şərq ölkələrinə məxsus olmuş, yunanlar tərəfindən isə toplanaraq sistemə salınmışdır. Yunanların yer haqqında ən qədim təsəvvürlərinə eramızdan VIII-XII əsr əvvəl Homerin «Odissey» və «Illiada» əsərlərində rast gəlinir. Belə məlum olur ki, yunanlar həmin dövrdə yer kürəsi səthini dairəvi qabarıq qalxana oxşadırdılar. Yunan filosoflarından Fales yer kürəsini maye içərisində üzən tıxaca bənzətməklə yuxarıda əyilmiş formada səmaya bərkidilmiş kimi təsəvvür edirdi. Anaksimandr isə Falesdən fərqli olaraq e. ə. VI əsrdə yer kürəsini silindrə bənzədir. Quru sahəni silindrin mərkəzində adaya oxşatmaqla onu dənizlə iki hissəyə ayırır (Avropa və Asiya). Anaksimandra görə Yunanıstan qurunun mərkəzində yerləşir. Günəşin çıxıb-batmasını isə onun yer kürəsinin ətrafında fırlanması ilə əlaqələndirir. E.ə. 580-500-cü illərdə yaşamış qədim yunan mütəfəkkirlərindən biri olan Pifaqor haqqında məlumatların az olmasına baxmayaraq onun Misirdə, Babilistanda və Hindistanda olması haqqında dəqiqləşdirilməmiş fikirlər mövcuddur. Dəqiqləşdirilməmiş fikirlərə əsasən o, şərq ölkələrində əldə etdiyi elmi biliklərə əsaslanaraq Yunanıstanda aristokratiya nümayəndələrindən ibarət məktəb açır. Burada fəlsəfə, təbiət və riyaziyyatdan təhsil alan tələbələrə başqa məktəblərdə oxumaq, məktəbin elmi sirlərinin yayılması qadağan edilirdi. Pifaqor yer haqqında fikirlərinə görə daha irəli gedərək nəinki yerin, hətta digər planetlərin də kürə formasında olması nəticəsinə gəlmişdir. E.ə. IV əsrdə yaşamış (e.ə. 384-322) Aristotel Pifaqordan fərqli olaraq, nəinki yerin kürə formasında olması fikrini irəli sürmüş, hətta onu elmi cəhətdən sübut etməyə çalışmışdır. Aristotelə görə əgər yer kürə formasında olmasa idi, onun ay üzərinə saldığı kölgə çevrənin bir hissəsini xatırlatmazdı. Qədim Yunanıstanda elmin inkişafının növbəti mərhələsi görkəmli astronom Samoslu Aristarxın adı ilə bağlıdır. O, elmdə ən böyük çevrilişin başlanğıcını qoymaqla, günəşin yer ətrafında deyil, yer kürəsi planetlərlə birlikdə günəş ətrafında fırlanması nəzəriyyəsinin əsasını qoyur (e.ə. III əsr). Təəssüf ki, bu fikir elmi cəhətdən əsaslandırılmamış qalır. Qərb alimlərinə görə bu fikri elmi cəhətdən izah etmək 1700 ildən sonra polyak alimi Kopernikə (1473-1543) qismət olmuşdur. Əslində isə Kopernikdən 500 il əvvəl geosentrik nəzəriyyəni inkar etməklə heliosentrik nəzəriyyəni irəli sürən türk dünyasının dahi alimi Əbu-Reyhan Biruni olmuşdur. Coğrafiyanı dəqiq elmlər sırasına daxil etməklə fizika, riyaziyyat elmləri ilə əlaqələndirən Eratosfen (e.ə. 276-194) yay gündönümündə (22 iyun) Iskəndəriyyə ilə Siena (Asuan) şəhərində günəşin düşmə bucağı fərqinə əsaslanaraq skafis cihazı vasitəsilə dövrü üçün yerin ən dəqiq ölçülərini vermişdir. Belə ki, Iskəndəriyyə şəhərindən Asuan şəhərinə səyahət edənlər yay gün dönümündə burada Günəş zenitdə olduğundan dərin quyuların bedə dibinin işıqlandığının şahidi olurlar. Başqa sözlə, günorta cisimlər kölgə vermirlər. Iskəndəriyyədə isə həmin gün günorta Günəş zenitə çatmadığına görə quyuların dibi işıqlanmadığından cisimlər kölgə verir. Eratosfen Iskəndəriyyədə iyun ayının 22-də Günəşin zenitdən nə qədər aşağıda olmasını ölçmək qərarına gəlir. O, fərqin 7°12^ olduğunu özünün hazırladığı skafis cihazı ilə müəyyən edir. Yerin kürə formasında olduğunu nəzərə alan Eratosfen 360o-i 7o12^ bölməklə fərqin çevrənin 1/50-ə bərabər olduğunu tapır. Beləliklə məlum olur ki, Iskəndəriyyə ilə Asuan arasındakı məsafə Yer kürəsinin 1/50-i qədərdir. Bundan sonra Yer kürəsinin çevrəsini hesablamaq üçün bu iki şəhər arasındakı məsafənin ölçüsünü bilmək və onu 50-ə vurmaq lazım idi. Həmin dövr üçün ölçü vahidi stad sayılırdı. Iskəndəriyyə ilə Asuan şəhərləri arasındakı məsafənin 5000 stada bərabər olduğunu nəzərə alan Eratosfen 5000 stadi 50-yə vurmaqla 250000 stad rəqəmi alır ki, bu da müasir ölçülərə çevirəndə 39500 km. təşkil edir. Radiusun çevrənin uzunluğundan 6,283 dəfə kiçik olduğunu nəzərə almaqla Eratosfen Yer kürəsinin çevrəsinin uzunluğunu qeyd olunan rəqəmə bölərək onun radiusunun 6290 km. olduğunu müəyyən edir. Çevrənin uzunluğunu isə 360 o-yə bölməklə 1o-nin uzunluğunu təyin edir. Göründüyü kimi, 2200 il bundan qabaq Eratosfenin hesablamalarının nəticələri müasir ölçülərdən çox az fərqlənir. Ilk coğrafiya kitabının müəllifi, «coğrafiyanın atası» hesab edilən Eratosfendən sonra 1525-ci ildə fransız Jan-Ferrel Parislə Amen şəhəri arasında günəşin düşmə bucağı (10) fərqinə əsaslanaraq yerin ölçülərini daha düzgün hesablamışdır (meridian 110,6°, yerin çevrəsi 39816 km, radiusu 6337 km). Qədim yunan coğrafiyaşünaslarının görkəmli nümayəndələrindən biri sayılan e.ə. 64-b.e. 24-cü illərində yaşamış 17 kitabdan ibarət «Coğrafiya» əsərinin müəllifi Strabon olmuşdur. «Coğrafiya» əsərinin iki kitabı nəzəri (riyazi coğrafiya) xarakter daşıyır. Qalan hissələr isə Ispaniya, Britaniya, Italiya, Yunanıstan, Qara dəniz sahilləri, Kiçik Asiya, Ərəbistan, Misir, Hindistan, Şimali və Şərqi Avropaya həsr olunmuşdur. Əsərlərin yazılmasının böyük bir hissəsi Eratosfen, Hipparx, Polibinin məlumatlarına əsaslanır. Iskəndəriyyə şəhərində yaşamış coğrafiyaya aid 8 kitabın müəllifi Klavdiy Ptolomey (b.e. 90-118) qədim dünyanın ən görkəmli coğrafiyaşünas və astronomlarından biri olmuşdur. O, eramızın II əsrində özünə qədərki bütün alimlərdən yer kürəsinin daha dolğun və dəqiq xəritəsini tərtib etmişdir. Xəritədə Avropa, Asiya və həmin dövrdə Luviya adlanan Afrika öz əksini tapmışdır. Dərəcə toru əsasında tərtib olunmuş bu xəritədə Şimali Afrika kifayət qədər dəqiqliyi ilə seçilir. Asiyanın şimalda və şərqdə harada qurtardığını bilməyən Ptolomey qitəni bütövlükdə göstərə bilməmişdir, Şimal Buzlu və Sakit okean haqqında isə heç təsəvvürə malik deyildir. Xəritədə Afrika materiki cənub qütbünə kimi uzanmaqla, adı məlum olmayan hansısa bir torpağa keçir və bu torpaq isə şərqdən Asiya ilə birləşir. Beləliklə, Hind okeanı qapalı hövzə kimi xəritədə öz əksini tapır. Nəticədə Avropadan Hindistana su yolunun olması inkar olunur (şəkil 1). Qeyd olunanlara baxmayaraq XV əsrə qədər Klavdiy Ptolomeyin xəritəsi yer kürəsinin ən mükəmməl xəritəsi sayılmışdır. Orta əsrlər dövründə antik dövrün elmi nailiyyətləri kilsələrin təsiri altında getdikcə unudulmağa başlandı. Kilsə yer kürəsinin quruluşu və əmələgəlməsi haqqında elmi fikirləri inkar etməklə alimləri təqib etməyə başladı. Məktəblərdə dini fikirlər aşılanmaqla yer kürəsi haqqında fantastik təsəvvürlər yaradılmağa başlandı. VI əsrdə yaşamış Kosmo Indikoplo (tacir-monarx) yer kürəsini düzbucaqlı kimi təsəvvür etdi. Elmi əsaslara malik olmayan xəritələrin tərtib olunması orta əsrlərdə kartoqrafiyanın elmi tənəzzülünə səbəb oldu. Lakin orta əsrlərin sonunda Avropada ticarət və dənizçilik inkişaf etməyə başladı. XIII-XIV əsrlərdə kompas və portolan adlanan naviqasiya xəritələrinin yaranması dənizçilərə daha uzaq məsafələrə üzməyə və yeni torpaqlar kəşf etməyə imkan yaratdı. Portolan xəritələrində materiklərin daxili hissələri boş qalsa da sahil xətlər çox düzgün təsvir edilirdi. Bütün bunlar böyük coğrafi kəşflərin dövrünün başlanğıcının yaxınlaşdığını göstərirdi. Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR» Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu
['coğrafiya tarixi']
5,292
https://kayzen.az/blog/anal%C4%B1q/6408/k%C3%B6rp%C9%99l%C9%99r%C9%99-masaj%C4%B1n-faydalar%C4%B1-v%C9%99-n%C3%B6vl%C9%99ri.html
Körpələrə masajın faydaları və növləri
Dr_Həkim
Körpəyə qulluq və analıq
24 iyul 2011, 16:46
Masaj uşağınızla sizin aranızda ən duygusal andır. Körpənizə sevgi və şəfqətlə toxunmağınız onun inkişafına böyük təsir edir. Körpənizi hər gün çimizdirəndən sonra masaj etsəniz o, rahatlayar və yaxşı inkişaf edər.Masajla eyni zamanda hər ikinizin arasında biryaxınlaşma, sevgi hissi yaranar. Çünki toxunaraq və ya danışaraq qurulan əlaqədə uşagınız sevildiyini, istənildiyini, dəyərli olduğunu anlayacaq.  Mütəxəssislərin bioloji araşdırmalarına görə uşağa mehribancasına toxunma və xoş təmas onun yaşama gücünü artırır. Valideynlərindən mərhum olan ,sevgi, nəvaziş görməyən və ya daim incidilən, təhqir edilən uşaqlar isə həyata küskün olurlar.  Uzun zaman masaj olan uşaqlarla, ancaq beşikdə yırğalanan uşaqlar arasında da böyük fərq var. Belə ki, masaj olunan uşaqlar o biri uşaqlara nisbətən daha aktiv, sakit olur , az ağlayırlar. Eyni zamanda masaj olan uşaqlar daha tez yuxuya gedir və anaları ilə üz-üz gəldikdə onların arasında xoş ünsiyyət yaranır. Masaj, həm də hormonları artıraraq uşağın kökəlməsinə səbəb olur.  Əslində uşağı çimizdirəndən sonra masaj edin. Altına ağ bez salın. Əmizdiriləndən və ya izdiriləndən 1-1,5 saa tsonra masaja başlayın. Yeni doğulan uşaqların masajı üçün çox az şey lazımdır. Ən əvvəl gigenik qaydalara ciddi əməl edilməli, əllər təmiz və ilıq olmalıdır. Uşağın dərisi çox nazik və həssasolduğundan yaxşı olar ki,bir uşaq kremindən istifadə edəsiniz. Masaj zamanı bütün diqqətinizi uşağa yönəldin. Birinci növbədə uşağın reaksiyasına fikir verin. Əgər uşaq narahatdırsa masajı dayandırın. Masaj sırasında uşağa mümkün olduğu qədər çox sevgi və şəfqət göstərin. MASAJIN FAYDASI - Stres hormonlarının sayını azaldır. Depresyonu azaldır. Aktivliyi artırır. Özünə inamı artırır.  Sakit yuxu gətirir.  Ağrını azaldır. Ana-uşaq arasındakı bağları gücləndirir. Uşağın çəkisini artırır. Uşaqdakı köpü və qazı azaldır. Nəfəs alıb-verməni asanlaşdırır.   QOLLAR VƏ ƏLLƏR - Uşağınızın qolunu qaldırın. Çiynindən biləyinə qədər yavaş- yavaş masaj edin. Eyni hərəkəti bir kəs də biləkdən çiyinə doğru edin.Uşağın əlini açın, hər barmağını ayrı-ayrı, sırayla ovun. Əlinin üstünü və ovucunun içini barmaqlara doğru aşağı-yuxarı istiqamətdə ovuşdurun. KÜRƏK Əllərinizi uşağın kürəyinə qoyun və irəli-geri hərəkət etdirərək kürək masajına başlayın. Əllərinizi yavaşca aşağıya-yuxarıya qaldırın. Daha sonra yüngülcə kürəyə basaraq yumuşaq hərəkətlərlə masaj edin. Son olaraq da kürəyində barmaqlarınızın ucuyla kiçik dairələr çəkin.   DÖŞ MASAJI Hər iki əlinizi uşagınızın inin tam ortasına yerləşdirin və döş qəfəsini qoltuq altına doğru yüngülcə basaraq masaj edin. Əllərinizi uşağın sinəsindən qaldırmadan bir dairə çəkərək təkrar sinənin ortasına dönün. Daha sonra əllərinizi sinənin ortasında çarpazlayaraq qoltuguna dogru irəli- geri çəkin. QARININ MASAJ EDİLMƏSİ - Ovcunuzun içini uşağınızın qarnına tamamən təmas ediləcək şəkildə yerləşdirin. Bir əlinizi aşağıya doğru yavaşca hərəkət etdirərkən, digər əlinizi eyni nöqtəyə qoyaraq masaja davam edin. Bu hərəkət 4-5 dəfə təkrar edilməlidir. AYAQLAR - Uşağınızın ayağını yuxarı qaldırın və iki əlinizin içinə alın.Burma hərəkətinə bənzər bir hərəkətlə ayağın yuxarı hissəsini aşağıya doğru çevirərək hərəkət etdirin. Bu hərəkəti edərkən ayağı yüngülcə sıxın. Daha sonra uşağınızın ayağını çanaqdan baldıra dogru yuvarlayaraq yavaşca ovuşdurun. İki əlinizin baş barmağını uşagınızın ayaq barmaqlarından topuğuna doğru hərəkət etdirin. Barmağınızınl ucuyla topuqlarına basın və masaj edin. Bütün ayaq barmaqlarını bir-bir baş barmağınızın və işarət barmagınızın' yeyjr arasına yerləşdirərək yüngülcə ovuşdurur MASAJA UŞAĞINIZIN ÜZÜNDƏN BAŞLAYIN - Barmaqlarınızı uşağınızın alnının ortasırfı qoyun və gicgahlara, oradan da yanaqlara doğru masaj edin. Yenə barmaqlarınızla uşağınızın burnuna, yartşılarına doğru yüngülcə basaraq masaj edin. Çənədən qulağının arxasına doğru masajı davam etdirin. Dal sonra eyni hərəkətləri qaşlalın ortasından, burnun kökündən və üst dodaqdan gicgahlara doğru təkrarlayın. Barmaqlarınızla kiçik dairələr çəkərək çənəsindən qulaqlarına doğruf masaj edin, oradan da qulaqlarının arxasında böyük bir dairə çəkərək əlinizi uşağın çənəsinin altına gətirin. Daha sonra baş barmaqlarınızı çənəsinin altına, digər dörd barmağınızı alnına qoyun və körpənin üzünə bir gülümsəmə şəkli verərək yanlara doğru masaj edin.Həmçinin bax: Körpələrdə düzgün qidalanma
['masaj', 'körpəyə qulluq', 'massaj', 'uşağa qulluq']
5,293
https://kayzen.az/blog/islam-v%C9%99-%C5%9F%C9%99xsl%C9%99r/6407/imam-%C9%99li%C9%99-quranda.html
İmam Əli(Ə) Quranda
Ferid_Zeynalli
İslam tarixindəki şəxslər
24 iyul 2011, 15:27
Əli(ə) nurdur,Əli(ə) məhəbbətdir,Əli(ə) varlıq aləminin mənasıdır,Əli(ə) insanları yoxluq aləmindən xilas edəndir,Əli(ə) bənzərsiz yol göstərəndir,Allahın böyük vəlisi,Peyğəmbərin(s) vəsisi,cahanın həqiqəti,Allahın sevimlisidir!Elə isə ola bilərmi ki,Allah öz sevdiyi insan haqqında heç nə deməsin?Ola bilərmi ki,varlığın mənası və cahanın həqiqəti sayılan bir şəxs barədə sussun?Yox,ola bilməz.Biz burada İmam Əli(ə) barədə nazil olmuş bəzi ayələr haqqında danışacağıq,lakin bununla iş bitmir;bu,ancaq dəryadan bir damladır.Xətib Bağdadi(Əbu Bəkr ibn Əli)sənədlərə istinad edən ravi İsmayıl ibn Cəfərdən,o da İbn Abbasdan nəql edir ki,Quranda Əli ibn Əbutalib(ə) barəsində üç yüzdən çox ayə nazil olmuşdur.(Tarixe-Bağdad,c.6,s.​22)Həmçinin,ibn Həcər və Şəblənci Əli(ə) barədə üç yüz ayə məsələsini İbn Əsakerdən və İbn Abbasdan nəql etmişlər.Təbəri və Əbu Nəim kimi bəzi qədimi alimlər də "Ma nəzl minəl-Quran fi Əli(ə)" adlı əsərlər yazmışlar.Həqiqətən də,Əli(ə) barəsində nazil olmuş ayələr inkar edilməzdir.Mən burada həmin ayələrin bəzilərinə toxunacağam.1)İmam Əlinin(ə) adı Adəmə(ə) nicat verəndir.Bəqərə surəsinin 37-ci ayəsində buyurur:"Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrəndi".İbn ən-Nəcar ibn Abbasdan nəql edir: "Bu kəlmələr Məhəmməd(s),Əli(ə),Fatimə(s.ə)​,Həsən(ə) və Hüseynin(ə) adlarından ibarətdir".Allahın şahidliyi ilə,Əli(ə),həyat yoldaşı və onların hər bir övladları çirkinliklərdən pak və təmizdirlər.Əhzab surəsinin 33-cü ayəsində buyurur:"Siz ey (Peyğəmbərin) ev əhli!Allah sizdən çirkinliyi yox etmək və sizi tər-təmiz(pak)etmək istər"Burada Əhli-beyt dedikdə Əli(ə),Fatimə(s.ə),Həsən(ə),Hü​seyn(ə) nəzərdə tutulmuşdur.(Siyuti,Durərud-dü​rrül-mənsur,c.5,s.199 və Fəxr Razi,Təfafe-Kubra,c.6,s.783)2)İmam Əlinin(ə) nəfsi Peyğəmbərin(s) nəfsi məqamındadır.Ali-İmran surəsinin 61-ci ayəsində buyurur:"(İsanın(ə) Allahın qulu və Peyğəmbəri(s) olması barədə) sənə göndərilən bilikdən sonra buna(İsanın əhvalatına) dair səninlə mübahisə edənlər olsa,onlara de: "Gəlin,biz də oğlanlarımızı,siz də oğlanlarınızı;biz də qadınlarımızı,siz də qadınlarınızı;biz də özümüzü,siz də özünüzü(bura) çağıraq.Sonra (Allaha) yalvarıb yalançılara Allahın lənət etməsini diləyək".Bu əhvalatda Peyğəmbəri-Əkrəm(s) öz nəfsini Əmirəlmöminin Əlinin(ə) nəfsinə bərabər tutmuşdur.13 mənbə bu məsələni qeyd edir ki,mən onları sadalamıram.(Bax:Məhəmməd Təqi Cəfərinin "Nəhcül-Bəlağə"yə yazdığı şərh,c.1.,s.197)3).İmam Əli(ə) vəliyullahdır.Maidə surəsinin 55-ci ayəsi buyurur:"Sizin haminiz ancaq Allah,Onun Peyğəmbəri(s) və iman gətirənlərdir.O kəslər ki,(Allaha)boyun əyərək namaz qılır və zəkat verirlər".Bu ayə Həzrət Əli(ə) barədə nazil olmuşdur,çünki namaz qılan vaxt zəkat vermiş şəxs Həzrət Əlidir(ə).Bu barədə müfəssəl bir əhvalat var ki,o barədə burada danışmaq imkanımız yoxdur.Bu dörd ayənin şərhində Məhəmməd Təqi Cəfərinin "Nəhcül-Bəlağə"yə yazdığı şərhindən istifadə etmişik.4)İmam Əlinin(ə) imaməti Allah tərəfindən verilmişdir.Maidə surəsinin 67-ci ayəsi buyurur:"Ya Peyğəmbər(s)!Rəbbin tərəfindən sənə endirilmiş olanı təbliğ et!Əgər (bunu) etməsən,(Allahın) risalətini yerinə yetirmiş olmazsan".Bu ayə Əli(ə) barədə nazil olmuşdu ki,Peyğəmbəri-Əkrəm(s) Əlinin(ə) əlindən tutdu və buyurdu:"Mən kimin mövlasıyam,Əli(ə) də onun mövlasıdır".Bu,dediyimizə sübutdur.Bu ayə İmam Əlinin(ə) imamlığının Allah tərəfindən verildiyini təsdiq edir.5)Allah Quranda Əlini(ə) sevməyi əmr edir.Şura surəsinin 23-cü ayəsində buyurur:(Ya Peyğəmbər!) De: "Mən bunun (risaləti təbliğ etməyimin) müqabilində yaxınlarımı (Əhli-Beytimi) sevməkdən başqa heç bir şey istəmirəm".Zəməxşəri "Təfsiri-Kəffaş"ında,Gənci Şafei "Kifatətüt-Talib"ində və s.yazırlar ki,bu ayə nazil olan kimi Peyğəmbərdən(s) soruşdular: "Sizin, sevməyimiz vacib sayılan yaxınlarınız kimlərdir?"Peyğəmbər(s) buyurdu: "Əli,Fatimə və oğulları."6)İmam Əli(ə) Quran elminin sahibidir.Rəd surəsinin 43-cü ayəsində buyurur:"De: (Mənim öz risalətim üçün iki ilahi şahid vardır:biri)Allahdır ki,mənim və sizin aranızda şahidlik etməyə kifayətdir və ikincisi,Quran elminin sahibi olan şəxsdir."Əbu Səid Xodri deyir: "Rəsulallahdan(s) xəbər aldım: "Quran elminin sahibi olan şəxs kimdir?"Buyurdu: "O şəxs qardaşım Əli ibn Əbutalibdir."7)İmam Əli(ə) Peyğəmbərin özünün dəlilidir.Hud surəsinin 17-ci ayəsi buyurur:"Məgər Rəbbinin açıq-aydın bir dəlilə istinad edən,ardınca Allahdan bir şahid gələn..."Bütün tarixçilər yazırlar ki,bu ayədə "dəlil" və "şahid" ifadələrində Həzrət Əli(ə) nəzərdə tutulmuşdur.8)İlahi mükafat İmam Əli(ə) üçündür.Bəqərə surəsinin 274-cü ayəsi buyurur:"Mallarını gecə və gündüz,gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır.Onların(axirətdə) heç bir qorxusu yoxdur." Xarəzmi,Səalibi,Maliki,Əbu Nəim və b. İbn Abbasdan nəql etmişlər ki,Əlinin(ə) hər gün yanında 4 dirhəmi olardı;onlardan birini gecə(Allah yolunda),birini gündüz,birini gizli və birini də aşkar surətdə sədəqə verərdi.Ona görə bu ayə Əli(ə) barədə nazil oldu.9)İmam Əli(ə) Allah rizası üçün canını fəda edər.Bəqərə surəsinin 207-ci ayəsində buyurur:"İnsanların elələri də vardır ki,Allahın razılığını qazanmaq yolunda(Allah rizası üçün) canını fəda edər."Səalibi öz təfsirində İbn Abbasdan rəvayət edir ki,Peyğəmbərin(s) hicrət gecəsi Əli(ə) onun yatağında yatdı ki,Peyğəmbəri(s) təhlükədən xilas etsin.Bu ayə də o Həzrətin(ə) şəninə nazil oldu.(Yənəbiül-müvəddət,s.92,K​ifayətüt-talib,s.239)10)İmam Əli(ə) yaradılmışların ən yaxşısıdır.Bəyyinə surəsinin 7-ci ayəsi buyurur:"İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşısıdır."Müqatil ibn Səlman Məhakdan,o da İbn Abbasdan nəql etmişdir ki,bu ayə Əlinin(ə) və onun Əhli-Beytinin şəninə nazil olmuşdur.11)Qiyamət günü Əlinin(ə) vilayəti barəsində soruşacaqlar.Saffat surəsinin 24-cü ayəsi buyurur:"Onları yubadıb saxlayın,çünki sorğu-sual olunacaqlar."Əbu Səid Xodri Peyğəmbərdən(s) nəql edir ki,sorğu-sual olunacaq şey Əlinin(ə) vilayətidir.(Şəvahidüt-tənzil,​c.1,səh.107,Səvayeqül-məhqərə,​s.89)12)İmam Əli(ə) "Allahın ipi"dir.Ali-İmran surəsinin 103-cü ayəsi buyurur:"Hamınız bir yerdə Allahın ipinə möhkəm sarılın və ayrılmayın!""Mənaqibül-faxirət" kitabının müəllifi Abdullah, ibn Abbasdan rəvayət edir ki,bir ərəb Peyğəmbərdən(s): "Allahın ipi kimdir?" deyə soruşdu.Peyğəmbər(s) üzünü Əliyə(ə) tutub buyurdu: "Bu şəxsdən yapışın ki,o,möhkəm ipdir."(Kifayətül-xisan,s.343)13)İmam Əli(ə) hər tayfanın yol göstərənidir.Rəd surəsinin 17-ci ayəsi buyurur:("Sən ancaq insanları Allahın əzabı ilə)qorxudansan.Hər tayfanın(doğru yol göstərən) bir rəhbəri vardır".Sünni əhli tərəfindən 7 hədis nəql olunmuşdur ki,bu ayədə "munzir" sözü ilə Peyğəmbər(s) və "hadi" sözü ilə Əli(ə) nəzərdə tutulmuşdur.Maliki də "Füsulül-mühimmə"də yazır ki,bu ayə nazil olan kimi,Peyğəmbər(s) buyurdu: "Mən qorxudanam və Əli(ə) doğru yol göstərəndir:Ya Əli(ə),sənin vasitənlə doğru yol tapanlar hidayət olunurlar."(s.122)14)İmam Əli(ə) möminlərin salehi və Peyğəmbərin(s) yavəridir.Təhrim surəsinin 4-cü ayəsi buyurur:"Onun mövlası Allah,yardım göstərənləri isə Cəbrail(ə),əməlisaleh möminlər və bundan sonra da bütün mələklərdir."Müfəssirlər və sünni əhlinin böyük alimləri yazmışlar ki,Peyğəmbər(s) buyurmuşdur: "Bu ayədə "əməlisaleh möminlər" ifadəsi Əlini(ə) nəzərdə tutur.Bu ayənin izahında Fəzlullah Kompaninin "Əli(ə) kimdir?" kitabından istifadə olunmuşdur.Bunlardan başqa digər ayələr də vardır ki,onlar haqqında danışmaq imkanımız yoxdur.Biz burada onların yalnız bir neçəsinə ötəri işarə edəcəyik:1.Bəqərə surəsi,ayə 43;"Rüku edənlərlə birlikdə rüku edin."Bu ayə Peyğəmbər(s) və Əli(ə) haqqıda nazil olmuşdur.Onlar namaz qılan və rüku edən ilk müsəlmanlar idilər.(Müvəffəq ibn Əhməd və Əbu Nəim ibn Abbasdan nəqlən)2.İnsan surəsi,ayə 1;"İnsanın elə dövrü olub keçmişdir ki..."Bu ayə Əli(ə),Fatimə(ə),Həsən(ə),Hüse​yn(ə) haqqında nazil olmuşdur.3.Vaqiə surəsi,ayə 10;"Və bir də öndə olanlar,onlar Allaha yaxındırlar."Burada Əli(ə) və onu sevənlər nəzərdə tutulmuşdur.4.Furqan surəsi,ayə 54;"İnsanları sudan(nütfədən) yaradan,onları (bir-biri ilə)əsl qohum(qan qohumu) və sonradan qohum edən Odur."Bu ayədə Əli(ə) və Fatimə(ə) nəzərdə tutulmuşdur.5.Zumər surəsi,ayə 33;"Haqqı gərilənlər və onu təsdiq edənlər isə əsl müttəqilərdir."Bu ayədəki "onu təsdiq edənlər" ifadəsi Əliyə(ə) aiddir.
['Dini şəxsiyyətlər', 'Həzrət Əli']
5,294
https://kayzen.az/blog/Ferid_Zeynalli/6406/h%D3%99ccin-f%D3%99ls%D3%99f%D3%99-v%D3%99-sirl%D3%99ri.html
HӘCCİN FӘLSӘFӘ VӘ SİRLӘRİ
Ferid_Zeynalli
Bloq: Ferid_Zeynalli
24 iyul 2011, 14:10
İslаm tаriхinin böyük insаnı hәzrәt Әli (ә) hәccin fәlsәfәsini bеlә bәyаn еdir: "Аllаh öz möhtәrәm еvinin hәccini sizә vаcib еtdi. Аllаh аşiqlәri insаnlаr üçün qiblә sеçilmiş bu еvә cаn аtаr, göyәrçin tәk оnа sığınаrlаr. Аllаh-tәаlа Kә'bәni öz әzәmәti qаrşısındа bәndәlәrin tәvаzö mәkаnı, ilаhi qüdrәtin е'tirаf nişаnәsi qәrаr vеrdi. İnsаnlаr аrаsındа еşidәn bәndәlәr sеçdi ki, Оnun dә'vәtini qәbul еdib, sözünü tәsdiqlәsinlәr vә ilаhi pеyğәmbәrlәrin mәkаnınа qәdәm qоysunlаr. Оnlаr ilаhi әrş әtrаfındа mәlәklәr tәk tәvаf еdәrlәr. Оnlаr bu ibаdәtgаhdа vә ziyаrәtçilәrin müаmilә mәhәllindә böyük fаydаlаr әldә еdәr, ilаhi bаğışlаnmа yеrinә tәlәsәrlәr. Аllаh-tәаlа Kә'bәni İslаm üçün аydın nişаnә, pәnаh ахtаrаnlаr üçün әmin-аmаn еv qәrаr vеrdi. Оnun hаqqının әdаsını vаcib еtdi, Аllаh еvinin hәccini vаcib buyurdu vә siz insаnlаr üçün müәyyәnlәşdirdi ki, оnun ziyаrәtinә gеdәsiniz. Аllаh-tәаlа buyurdu: "Аllаh еvinә gеtmәyә gücü çаtаn kәsә hәcc vаcibdir. Kim inkаr еtsә, (bilsin ki) Аllаh аlәmlәrdәn еhtiyаcsızdır."
['Həcc']
5,295
https://kayzen.az/blog/Az%C9%99rbaycan-co%C4%9Frafiyas%C4%B1/6005/pal%C3%A7%C4%B1q-vulkanlar%C4%B1.html
Palçıq vulkanları
Qiyasli
Azərbaycan coğrafiyası
24 iyul 2011, 09:32
Planetimizdə olan 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılmış və onlardan bəziləri təbiət abidəsi kimi formalaşmışdır. Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir. Palçıq vulkanları neft-qaz yataqlarının müəyyən edilməsində xərcsiz başa gələn kəşfiyyat quyusu rolunu oynayır. Bundan əlavə palçıq vulkanlarının gili faydalı qazıntı hesab olunur. Həmçinin, vulkan palçığı bir sıra xəstəliklərin - əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur. Eyni zamanda vulkanlar seysmik hadisələrlə sıx bağlı olmaq etibarilə, zəlzələlərin baş verməsi və bu kimi hadisələrin proqnozlaşdırılmasında əhəmiyyət daşıyır. Son illər Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin artması nəticəsində onların əraziləri dağıdılır, orada intensiv inşaat işləri aparılır, vulkanların püskürmə ehtimalı olan zonalarında yaşayış binaları inşa olunurdu. Bu səbəbdən ölkə ərazisində mövcud olan palçıq vulkanlarının mühafizəsini təşkil etmək, təbiətin bu nadir hadisələrinə daha qayğı ilə yanaşmaq aktual əhəmiyyət kəsb edirdi. Azərbaycan hüdudlarında palçıq vulkanı təzahürləri Xəzəryanı – Quba, Şamaxı – Qobustan, Küryanı, Abşeron vilayətlərində, Bakı arxipelağında və Kür və Qabırrı çayları arasında geniş yayılmışdır. Palçıq vulkanları Abşeron yarımadasının qərb hissəsində, Cənubi və Mərkəzi Qobustanda və Xəzəryanı düzənliyi Xəzər dənizinə qovuşan cənub - şərq hissəsində ən çox inkişaf etmişdir. Palçıq vulkanizminin zəif təzahürləri Böyük Qafqazın cənub yamacında Girdimançayın başlanğıcından şərqdə Həftəsaib, Zəngi kəndləri yanında, Lahıc yaxınlığında, Basqal kəndi ətrafında qeyd edilir. Xəzəryanı – Quba vilayəti. Böyük Qafqazın cənub-şərq batımının geniş şimal dağətəyi zolağını və Xəzəryanı düzənliyi əhatə edir. Qaynarca vulkanından başqa, vilayət hüdudlarında kiçik sopka, qrifon və salzalar rast gəlinir. Şamaxı – Qobustan vilayəti. Böyük Qafqazın cənub - şərq hissəsini əhatə edir. Ərazinin şimal zonasında Şıxzəgirli, Mərəzə, Şıxıqaya, Şeytanud, Qırqışlaq və başqa vulkanlar yerləşmişdir. Cənub zonada Torağay, Böyük Kənizədağ, Kiçik Kənizədağ, Dəvəlidağ, Ütəlgi, Ayaz - Ağtirmə (Ayazaxtarma), Nardaran - Ağtirmə (Nardaranaxtarma), Hacıvəli və başqa vulkanlar qeyd olunur. Ələt tirəsi boyu çox iri palçıq vulkanları – Daşmərdan, Solaxay, Ayrantökən, Qoturdağ, Qırdağ və başqa vulkanlar yerləşmişlər. Küryanı neftli - qazlı vilayəti. Bu vilayət hüdudlarında Kalmas, Mişovdağ, Qırovdağ, Durovdağ, Hamamdağ, Ağzıbir, Kürsəngi kimi iri palçıq vulkanları yerləşmişdir. Kür və Qabırrı çayları arası sahə, Orta Kür çökəkliyi hüdudlarında palçıq vulkanı təzahürləri sopka, qrifon və salza şəklindədirlər. Abşeron vilayəti. Bu vilayət eyniadlı yarımadanı və Xəzər dənizinin ona qovuşan sahil zonasını əhatə edir. Palçıq vulkanları vilayətin qərb və mərkəz hissəsində daha geniş yayılmışdır. Vilayətin qərbində və mərkəzində Hökməli, Binəqədi, Saray, Novxanı, Zigilpiri, Keyrəki, Abix, Boğ - boğa, Böyükdaş, Otman -Bozdağı, Lökbatan, Şonqar, Quşxana və başqa çox iri vulkanlar yerləşmişdir. Vilayət hüdudlarında Zığ və Bibiheybət ərazilərində gömülmüş palçıq vulkanları mövcuddur. Abşeron arxipelaqı hüdudlarında Buzovna sopkası, Palçıq sopkası, Neft daşları və başqa iri palçıq vulkanları vardır. Bakı arxipelaqı vilayəti. Bu vilayət Cənubi Xəzərin şimalda Balıqçı burnundan başlamış cənubda Qızılağac körfəzinədək uzanan geniş qərb hissəsini əhatə edir. Bu vilayətin palçıq vulkanları, konusları su səthindən baş qaldıran ada (Bulla, Oblivnoy, Los, Svinoy, Qlinyannı və s.) və ya sualtı saylardan (Kornilov – Pavlov sayı, Poqorelaya Plita rifi, Qolovaçev sayı və s.) ibarətdir. Bakı arxipelağının dəniz palçıq vulkanları antiklinal qurşaqların davamında zəncirvarı sıra ilə düzülmüşlər. Palçıq vulkanı mənşəli bir sıra sualtı saylar – Yupiter, 1906-cı il sayı, 1933-cü il sayı, Makarov sayı və başqaları Abşeron yarımadasından cənubda yerləşmişdir. Azərbaycan ərazisində palçıq vulkanları qeyri-bərabər yayılmışlar. Onlar bu və digər ölçüdə – kiçik və çox iri yüksəklikdən ibarət olub, Böyük Qafqazın cənub - şərq batımının, Küryanı ovalığın, Bakı arxipelağı, Abşeron yarımadası və Abşeron arxipelağının müasir relyefinin əmələ gəlməsində böyük rol oynayırlar. Morfoloji cəhətdən palçıq vulkanları nisbi hündürlüyü 5 - 150 m-dən 400 - 500 m-dək olan kəsik konus şəklində olub, xarici görünüşünə görə maqmatik vulkanları xatırladır. Onların təpəsi kraterə uyğun gəlir. Kraterin diametri 400 - 500 m, əsasının diametri isə 6000 - 10000 m və daha artıq olur. Şimali və Mərkəzi Qobustanın palçıq vulkanları, əsas etibarilə, Təbaşir və Paleogen çöküntüləri üzərində yerləşmişdir. Bu zonalardan cənubda, yəni Cənubi Qobustan, Küryanı ovalığı və Abşeron vilayətində onlar nisbətən coşqun fəaliyyət göstərən vulkanlardır. Ayrı - ayrı iri vulkanlara, Xəzər dənizi akvatoriyasında da rast gəlinir. Geomorfoloji əlamətlərinə görə, Abşeron vilayəti şimal - qərb, cənub - qərb, şərq və Xəzər dənizi akvatoriyası kimi dörd hissəyə bölünür. Qərb zonasında Keyrəki, Zigilpiri, Qobu – Bozdağı, Güzdək – Bozdağı və s. palçıq vulkanları yerləşir. Cənub - qərb zonası Abşeron yarımadasının mərkəzi və qərb hissələrini əhatə edir. Bu zonada Lökbatan, Quşxana, Torpaqlı – Ağtirmə (Axtarma) və başqa palçıq vulkanlarının konusları ucalır. Yarımadanın şərq zonası Abşeron yarımadasının ən alçaq şərq hissəsini əhatə edir və onun relyefi zəif dislokasiyaya uğramış abşeron əhəngdaşları örtüyü ilə müəyyənləşmişdir. Bu zonada Boğ - boğa, Qırmaku və s. palçıq vulkanların kiçik konusları yüksəlir. Abşeron yarımadası dərinliyi 30 - 50 m-ə qədər olan Xəzər dənizi akvatoriyası ilə əhatə olunmuşdur. Bu zona hüdudlarında Pirallahı (Artyom), Jiloy, Qum adaları, Darvin, Neft daşları, İkiqardaş daşları, Qriqorenko sualtı sayları yerləşmişdir. Tektonik cəhətdən yarımada Böyük Qafqazın cənub - şərq batımında yerləşir. Yarımada hüdudlarında 36 palçıq vulkanı Abşeron yarımadasında, 8 palçıq vulkanı isə Abşeron arxipelağında öyrənilmiş və təsvir olunmuşdur. 1. Lökbatan 2. Keyrəki 3. Keçəldağ 4. Bozdağ-Güzdək 5. Qaradağ Pilpiləsi 6. Otmanbozdağ 7. Üçtəpə 8. Dəmirçi 9. Şıxzərli 10. Kiçik Mərəzə 11. Pirəkəşkül 12. Qələndəraxtarma 13. Çeildağ 14. Torağay 15. Bahar 16. Daşgil 17. Diləngəz 18. Ayrantökən 19. Qoturdağ 20. Axtarma-Paşalı 21. Ağzıbir Mənbə: http://ecostyle.az/ekologiya.asp?id=40
['palçıq vulkanı', 'vulkan']
5,296
https://kayzen.az/blog/%C3%B6lk%C9%99l%C9%99r/6182/almaniya.html
Almaniya
Qiyasli
Ölkələr
24 iyul 2011, 09:31
Almaniya sözü müxtəlif dillərdə müxtəlif cür səslənir. Məsələn, ingilis dilində Germany, alman dilində Deutschland, fransız dilində Allemagne, polyak dilində Niemcy kimi. Germanlar tayfası etnonimindəndir. Almaniyanın Tarixi Alman xalqının formalaşması Alman xalqının etnik olaraq formalaşmasının Skandinav bürünc əsrində, təxminən e.ə 1700-cü illərdə baş verdiyi güman edilir. Eramızdan əvvəl 1-ci əsrdə German tayfaları Cənubi Skandinaviya və Şimali Almaniyadan tədricən cənuba, şərqə və qərbə doğru yayılmağa başladılar. Bu prosesdə onlar baltik, irandilli, slavyan və yunan xalqları ilə təmasda olmağa başladılar. Roma imperiyasındakı alimlərin tədqiqatlarına rəğmən, german tayfalarının ilkin dövrlərdəki fəaliyyəti haqda müasir elmə çox az şey məlumdur. İmperator Avqustun dövründə Roma İmperiyası Germaniyaya (romalılar Reyn çayı ilə Ural dağları arasındakı əraziləri belə adlandırırdı) hücum etdi. Roma qoşunlarına tanınmış sərkərdə Publiy Kvintiliy Var başçılıq edirdi. Eramızın 9-cu ilində Tevtoburq meşəsindəki döyüşdə Varın başçılıq etdiyi 3 Roma legionu german tayfaları tərəfindən məğlub edildi. Beləliklə, müasir Almaniya ərazisindəki xalqlar Roma imperiyası tərəfindən işğal olunmaq təhlükəsindən azad oldu. Təxminən 100-cü ildən başlayaraq german tayfaları Reyn və Dunay çayları arasındakı ərazilərə, Avstriyaya, Bavariya ərazisinə, həmçinin bəzi Roma əyalətlərində məskunlaşmağa başladılar. Roma imperiyasının parçalanmasının və dağılmasının əsas səbəblərdən biri də german tayfalarının davamlı olaraq imperiyaya qarşı hücümları olmuşdur. Almaniya Orta Əsrlərdə Almanlar romalıların təsiri altında xristianlığı qəbul edirlər. Daha sonra yaranan Müqəddəs Roma imperiyasında almanlar əsas rolu oynayan xalq olurlar. 11 və 12-ci əsrlərdə Müqəddəs Roma imperiyası İtaliya və Burqundiyanı öz ərazisinə qatır. 12-ci əsrdən etibarən isə almanlar Şərqi Avropada yaşayan slavyanları əsarət altına almağa başlayırlar. Ostsiedlung adını alan bu proses nəticəsində almanlar Şərqi Avropada çoxlu sayda koloniyalar yaratmağa başlayırlar. 16-cı əsrdə Almaniyada keşiş Martin Lüterin başçılığı altında reformasiya hərəkatı başlanır. Katolik kilsəsindən ayrılan Lüteran kilsəsi 1530-cu ildən etibarən bir çox alman dövlətlərində rəsmi dinə çevrilir. Məzhəblərarası qarşıdurma 30 İllik müharibəyə (1618-1648) gətirib çıxardı, bu müharibə Almaniyaya çox böyük ziyan vurdu, Almaniyanın əhalisi 30% azaldı.1740-cı ildən etibarən alman torpaqları Habsburqlar Sülaləsi və Prussiya arasında rəqabət meydanına çevrilir. 1806-cı ildə Napoleon Almaniyanı işğal edərək Müqəddəs Roma imperiyasına son qoydu. Napoleon işğallarının ardından keçirilən Vyana Konfransında Alman Dövlətlərinin Konfederasiyasının yaradılması haqqında qərar qəbul olundu. Bu konfederasiyaya 39 dövlət daxil idi. Konfederasiya dövründə alman milliyətçiliyi ideologiyası xüsusilə gənc intellektual insanlar arasında geniş yayılmağa başladı. Məhz həmin dövrdə Almaniyanın simvolları kimi qırmızı, qızılı və qara rənglərdən istifadə olunmağa başlandı, bu rənglər sonradan Almaniya bayrağının rənglərinə çevrildilər. 1862-ci ildə kral Otto fon Bismarkı Prussiyanın yeni baş naziri elan edir. Bismark 1864-cü ildə Danimarkaya qarşı uğurlu müharibə aparır. Bundan dərhal sonra Bismark Avstriyaya qarşı hücuma keçir. 1866-cı ildə baş verən Avstriya-Prussiya müharibəsində prussiyalılar qətiyyətlə qələbə qazanaraq Avstriyanı konfederasiyadan kənarlaşdılar. Beləliklə Alman Dövlətlərinin Konfederasiyası buraxılır. Onun əvəzində isə Prussiyanın başçılıq etdiyi Şimali Alman İttifaqı (Norddeutscher Bund) yaranır. 1870-ci ildə Fransa-Prussiya müharibəsi başlayır. Bu müharibədə Fransa darmadağın olunur. Almaniya İmperiyası və Birinci Dünya Müharibəsi 1871-ci ilin yanvarın 18-də Versal Sarayında Almaniya İmperiyasının qurulduğu elan olunur. İlk kansler Otto fon Bismark olur. Beləliklə bütün alman dövlətləri (Avstriya istisna olmaqla) vahid dövlətdə birləşdilər. İmperiyanın paytaxtı Berlin şəhəri elan olunur. Getdikcə güclənən Alman İmperiyası artıq 1884-cü ildən etibarən müstəmləkə işğalına başladı. Imperator I Vilhelmin (1871-1888) dövründə Almaniya özünə müttəfiqlər axtararaq Fransanı izolyasiya etmək siyasətini yeritməyə başladı. Lakin ondan sonra hakimiyyətə gələn II Vilhelm (1888-1918) daha çox imperialist siyasət yürütməyə başladı, bu isə Almaniyanın özünə çoxlu sayda düşmənlər qazanmasına gətirib çıxardı. Ölkənin əvvəllər qazandığı müttəfiqlər itirildi, Fransa isə Antanta dövlətləri və Rusiya ilə yaxınlaşmağa başladı. Almaniya özünə etnik cəhətdən cəhətdən yaxın olan Avstriya-Macarıstan İmperiyası ilə olan müttəfiqliyi istisna olmaqla təcrid olunmuş vəziyyətə düşdü. Alman imperializmi Avropanın sərhədlərini aşdı və Almaniya Afrikada müstəmləkələr əldə etmək uğrunda digər Avropa dövlətləri ilə yarışmağa başladı. 1884-cü ildə Otto fon Bismarkın təşkilatçılığı ilə keçirilən Berlin konfransında Avropanın hegemon dövlətləri tərəfindən Afrika qitəsinin işğalı və müstəmləkəyə çevrilməsi geniş müzakirə olundu. Almaniya Şərqi və Cənub-Qərbi Afrikada, Toqo və Kamerunda bir sıra əraziləri ələ keçirərək öz müstəmləkəsinə çevirdi. Afrikanın bölüşdürülməsi uğrundə mübarizə Avropa dövlətləri arasında gərginlik yaradırdı və bu Birinci Dünya müharibəsinin əsas səbəblərindən biri oldu. 28 İyun 1914-cü ildə Avstriya-Macarıstan ordusunun baş komandanı, vəliəhd Frans Ferdinand serbiyalı terrorçu tərəfindən öldürüldü. Bunun nəticəsi olaraq Avstriya-Macarıstan Serbiyaya müharibə elan etdi və bu Birinci Dünya müharibəsinin başlanğıcı oldu. Bu müharibədə Almaniya, Avstriya-Macarıstan, Osmanlı İmperiyası və Bolqarıstan bir cəbhədə iştirak edirdi. Müharibə bu dövlətlərin məğlubiyyəti ilə nəticələndi. Dünya tarixində o vaxta qədər baş vermiş ən qanlı müharibədə 2 milyondan çox alman əsgəri öldürüldü.1918-ci ildə Almaniyada monarxiya devrildi, ölkədə respublika hakimiyyəti qururldu. Yeni hökümət tələm-tələsik təslimçi sülh müqaviləsini imzaladı. 1919-cu ilin İyun ayında imzalanan və Versal müqaviləsi adlanan bu razılaşmaya əsasən Almaniya böyük torpaqlar itirdi, həmçinin ölkə çox böyük təzminat ödəməyə məhkum edildi. Almaniya həmin təzminatı tam olaraq yalnız 2010-cu ildə ödəyib bitirdi.Razılaşma Almaniyada "Müharibənin alçaldılmış formada davamı" kimi adlandırıldı. Versal müqaviləsindəki ağır şərtlər Almaniyada milliyətçiliyin artmasına və sonradan İkinci Dünya müharibəsinə gətirib çıxardı. Veymar Respublikası və Hitlerin hakimiyyətə gəlişi Almaniyada respublikanın qurulması sabitliyi bərqərar etmədi. Nəticədə ölkədə bir sıra qüvvələr hakimiyyəti zorla ələ keçirməyə cəhd etdilər. Bavariyada kommunistlər inqilab edərək orada hakimiyyəti ələ keçirdilər. Bavariya Sovet Respublikası (1918-1919) cəmi bir il mövcud olduqdan sonra mərkəzi qüvvələrin Münhenə hücumu nəticəsində dağıdıldı. Bunun ardından 1919-cu ilin avqust ayında Veymar Respublikası quruldu. Avqustun 11-də prezident Fridrix Ebert Veymar Konstitutsiyasını təsdiq etdi. Lakin bunlar ölkədə sabitlik yaranmasına kömək etmədi. İqtisadi kriz, Versal müqaviləsinin ağır şərtləri ölkənin iqtisadiyyının dirçəlməsinə imkan vermirdi. Həmçinin ölkədə kommunistlərlə millətçilər arasında olan düşmənçilik siyasi sabitliyin bərqərar olmasına imkan vermirdi. Belə bir zamanda Almaniyada iki əsas siyasi qüvvə yüksəlməyə başladı. Bunlar Adolf Hitlerin başçılıq etdiyi Alman Nasional Sosialist Fəhlə Partiyası və Ernst Telmanın başçılıq etdiyi Almaniya Kommunist Partiyası idi. Hər iki partiya 1932-ci ildə keçirilmiş parlament seçkiləri zamanı böyük səs çoxluğu yığaraq parlamentdə əksər yerləri əldə etsələr də, koalisiya höküməti qurmaq məsələsində bir razılığa gələ bilmədilər. Bir neçə dəfə onların qurduğu nazirlər kabineti dağıldığına görə nəhayət 30 yanvar 1933-cü ildə prezident Paul fon Hindenburq Adolf Hitleri reyxkansler elan etdi. Bununla da Almaniya və dünya tarixində dərin iz qoymuş Üçüncü Reyx hakimiyyəti başladı. Hitlerin hakimiyyətinin ilk illərində Almaniya Birinci Dünya müharibəsində itirdiyi torpaqları geri əldə etməyə başladı. Belə ki, 1935-ci ildə Saarland, 1936-cı ildə isə Reyn vilayəti Fransadan geri alındı. Almaniyanın iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı, ölkədə işsizlik durmadan azalırdı, bununla paralel Almaniya qalib dövlətlərə ödəməli olduğu təzminat ödənilməsini dayandırdı. Eyni zamanda Almaniya öz ordusunu sürətlə gücləndirirdi. Bunun ardınca 1938-ci ildə Avstriya, 1939-cu ildə isə Çexoslovakiya könüllü şəkildə Almaniyanın tərkibinə daxil oldu. Almaniya 1936-1939-cu illərdə davam edən İspaniya vətəndaş müharibəsində birbaşa olaraq öz müttəfiqi Fransisko Frankonun qoşunlarına dəstək verərək orada da faşist hakimiyyətinin qurulmasına yardım etdi. 1936-cı ildə Almaniya və Yaponiya arasında Anti-Komintern paktı imzalandı. Bu razılaşmaya 1 ildən sonra İtaliya da qoşuldu. 1939-cu ildə isə Almaniya və SSRİ arasında Molotov-Ribbentrop paktı imzalandı. Bu müqaviləyə əsasən Polşa və Baltikyanı ölkələr iki imperialist dövlət arasında bölüşdürüldü. Həmçinin Almaniya və SSRİ 10 il arzində bir-birinə hücum etməmək barədə öhdəlik götürdülər. 1939-cu il sentyabr ayının 1-də Almaniyanın Polşaya hücumu ilə İkinci Dünya müharibəsi başladı. Ardınca SSRİ də Polşa və Baltikyanı ölkələrə hücum edərək onları işğal etdi. Almaniya İkinci Dünya Müharibəsi illərində Müharibənin ilk günlərindəcə alman ordusu Wehrmacht böyük uğurlar əldə etdi. Vermaxt çox qısa bir müddətdə Polşanı (1939), Norveçi (1940), Belçika (1940), Hollandiya (1940), Fransanı (1940) işğal etdi. Yalnız Fransanın işğalı zamanı almanlar 30.000 nəfər əsgər itki verdi. Fransa tərəfdən isə ölən əsgərlərin sayı 360.000, əsir düşənlərin sayı isə 2 milyon idi. Xüsusilə Fransanın işğal olunması Almaniyaya çox böyük ərazilər qazandırdı, belə ki Fransanın bütün müstəmləkələri Almaniyanın nəzarəti altına keçdi. Almaniya Böyük Britaniya ilə sülhə girməyə çalışsa da, həmin vaxt almanlara qarşı dərin nifrət bəsləyən Britaniyanın baş naziri Uinston Çörçillin barışmaz mövqedə durması hər iki ölkəni bir-birinə qarşı muharibəyə sürüklədi. Fransanın tutulmasından az sonra Almaniya Britaniyaya qarşı hava hücumuna keçdi. Almanların planı Britaniya adalarını ağır bombardman etdikdən sonra desant qoşunları vasitəsilə bütün adaları tutmaq idi. Britaniya səmasında 3 ay davam edən döyüşlərdə alman hərbi hava qüvvələri məğlubiyyətə uğradı, alman quru qoşunları isə heç vaxt Britaniya ərazisinə daxil ola bilmədilər. Bu Almaniyanın müharibədə ilk ciddi məğlubiyyəti oldu. Bu uğursuzluqdan sonra almanlar britaniyalılara qarşı Atlantik okeanında müharibə etmək taktikasına keçsələr də, burada da ciddi bir uğur əldə etmək mümkün olmadı. 1941-ci ilin başlanğıcında alman ordusu Şimali Afrikaya yeridildi. Burada almanlar ingilis ordusunu dalbadal bir neçə məğlubiyyətə uğradaraq onları Misirin içərilərinə kimi sıxışdırdı. Həmin ilin aprel ayında isə almanların Balkan Yarımadasına hücumu başladı. Burada Bolqarıstan və Rumıniya Almaniyanın müttəfiqləri oldular. Yunanıstan və Yuqoslaviya isə qısa müddət ərzində almanlar tərəfindən tutuldu. Bunun ardınca isə Almaniya Avropadakı bütün müttəfiqləri ilə birlikdə SSRİyə hücuma keçdi. Almanlar SSRİ-yə qarşı müharibənin qısa olacağını təxmin edirdi, onlar 1941-ci ilin Dekabr ayına kimi Həştərxan və Arxangelsk şəhərləri arasındakı xəttə qədər olan bütün əraziləri tutmağı planlaşdırırdı. Hitlerin çıxışında dediyi kimi Biz yalnız qapını döyməyimiz lazımdı, bunun ardınca isə ev özü dərhal dağılacaq. Hitler bu sözləri ilə Sovet imperiyasının yüzlərlə xalqı zorla əsarət altında saxlamasını nəzərdə tuturdu. Alman ordusu ilk günlərdəcə böyük uğurlara imza atdı. Sentyabrda Kiyev, Minsk və Baltikyanı ərazilər tutuldu, Leninqrad şəhəri muhasirəyə alındı. Yeni tutulmuş ərazilərdə yaşayan əhali almanları xilaskar kimi qarşıladı. Sovet ordusunda zorla döyüşməyə məcbur edilən və ruslar tərəfindən çox pis rəftara məruz qalan sovet ordusunun qeyri-rus əsgərləri kütləvi şəkildə alman ordusunun tərəfinə keçirdilər. Müxtəlif hesablamalara görə 1-1.5 milyon sovet əsgəri alman ordusunun tərəfinə keçmişdir. Almanların hücumları Moskva ətrafındakı döyüşdə dayandırıldı. Bu döyüşdə almanların məğlubiyyətinin əsas səbəblərindən biri kəskin soyuq hava olsa da, digər bir səbəb ABŞ və Böyük Britaniyanın SSRİ-yə çox böyük miqdarda hərbi-texniki və ərzaq cəhətdən yardım etməsi oldu. 1941-ci ilin sonunda həmin dövrdə dünyada ən güclü iqtisadiyyata malik ölkə olan ABŞ-ın Almaniya və Yaponiyaya qarşı müharibə elan etməsi almanların vəziyyətini bir qədər də çətinləşdirdi. Lakin 1942-ci ilin əvvəlində alman ordusu yenidən rusları bir neçə döyüşdə ağır məğlubiyyətə uğradaraq Rusiyanın cənubuna və Qafqaza doğru irəliləməyə başladı. Lakin həmin dövrdə almanlar Şimali Afrikada baş verən El Alameyn döyüşündə ingilis ordusuna məğlub olmaqları onların vəziyyətini daha da çətinləşdirdi. Bu döyüşün ardınca Rusiyanın cənubunda Stalinqrad və Qafqaz uğrunda gedən döyüşlərdə məğlub olan almanlar getdikcə qazandıqları əraziləri itirməyə başladılar. 1943-cü ildə Almaniyanın yaxın müttəfiqi İtaliya düşmən tərəflə razılığa gələrək almanlara qarşı müharibə elan etdi. 1945-ci ildə Almaniya qəti olaraq məğlubiyyətə uğradı. İkinci Dünya müharibəsi Almaniyaya baha başa gəldi. 12 milyon nəfər alman bu müharibədə öldürüldü, ölkə iqtisadiyyatı tamamilə dağıdıldı. Xüsusilə Sovet ordusunun əsgərləri işğal etdiyi Şərqi Almaniyada böyük dağıntılar törədir, dinc əhalini qırır, alman qadınlarını kütləvi şəkildə zorlayırdı. Şərqi Almaniya həmin dövrdə məruz qaldığı dağıntılardan indiyə kimi tam özünə gələ bilməmişdir. Müharibədən Sonrakı Almaniya Müharibə milyonlarla almanın ölümünə səbəb oldu, çox böyük ərazilər Almaniyadan qoparıldı, təxminən 15 milyon alman qonşu ölkələrdən qovuldu. Demək olar ki, bütün şəhərlər və iri sənaye müəssisələri dağdıdıldı. Almaniyanın yerdə qalan əraziləri işğalçı 4 ölkə (ABŞ, Böyük Britaniya, Fransa və SSRİ) arasında hərbi ərazilərə bölündü. Buna uyğun olaraq Berlin şəhəri də həmçinin 4 işğalçı ölkələr arasında uyğun zonalara ayrıldı. ABŞ, B.Britaniya və Fransa tərəfindən nəzarət olunan 3 qərbi ərazi 1949-cu il Mayın 23-də vahid dövlətdə birləşdirildi. Yeni dövlət Almaniya Federativ Respublikası adlanırdı. Buna cavab olaraq SSRİ nəzarət etdiyi ərazilərdə başqa bir dövlətin, Almaniya Demokratik Respublikasının yarandığını elan etdi (7 Oktyabr 1949-cu il). Həmin dövlətlər dünyada formal olaraq "Qərbi Almaniya" və "Şərqi Almaniya" kimi tanınırdılar. Şərqi Almaniya öz paytaxtı kimi Berlin şəhərinin şərq sektorunu seçdi, Qərbi Almaniyanın paytaxtı isə Bonn şəhəri elan olundu. Lakin Qərbi Almaniya Bonn şəhərini müvəqqəti paytaxt elan etmişdi, bunun arxasında Almaniyanın nə vaxtsa vahid bir dövlətdə birləşdirilməsi və Berlinin vahid paytaxt elan edilməsi məqsədi dururdu. Qərbi Almaniya 1950-ci ildə NATO-nun və 1957-ci ildə Avropa Birliyinin üzvü olmuşdur. Almaniyanın coğrafiyası Almaniya Avropanın mərkəzi hissəsində yerləşən 357.021 km² əraziyə malik olan ölkədir. Ərazisinin 349.223 km² quru, 7.798 km² isə sudan ibarətdir. Almaniya ərazisinə görə dünyada 63-cü, Avropada isə 7-ci ən böyük dövlətdir. Avropanın 9 ölkəsi ilə həmsərhəddir. Bunlar şimalda Danimarka, şərqdə Polşa və Çex Respublikası, cənubda Avstriya və İsveçrə, cənub-qərbdə Fransa və qərbdə Luksemburq, Belçika və Niderlanddır. Ən hündür nöqtəsi ölkənin cənubunda Alp dağlarında yerləşən Zugspitze dağıdır (dəniz səviyyəsindən 2.962 m hündürlükdə). Almaniyanın cənubu əsasən dağlıq, şimal hissəsi isə düzənlik ərazilərdir. Hal-hazırda müasir Almaniyanın ərazisi Soyuq müharibə dövründəki Qərbi Almaniyanın ərazisindən 30.3% böyük, Almaniya İmperiyasının ərazisindən 33.9% kiçik, Veymar Respublikası dövründəki Almaniyanın ərazisindən isə 23.8% daha kiçikdir. Almaniyanın iqlimi mülayim-dəniz iqlimi hesab olunur. Həm qış, həm də yay mövsümləri üçün sərin, buludlu və rütubətli hava xarakterikdir. Ölkə boyunca rütubətli qərb küləyi hakimdir. Ölkənin şimalı və şimal-qərbində hava çox rütubətlidir və ilin demək olar bütun dövrlərində burada çoxlu yağış yağır. Ərazisinin təxminən 4.750 km² hissəsi sulanan torpaqlardır. Ölkədə ən böyük göl 536 km² əraziyə malik Konstanza gölüdür. Ölkə ərazisinin 31%-i meşələrlə örtülüdür. İnzibati ərazi bölgüsü Almaniya ərazisində 16 əyalət və bunlara daxil olan 439 rayon vardır. Əyalətlər və paytaxtları Əyalət Paytaxt Ərazi (km²) Əhali Baden-Vürtemberq Ştutqart 35.752 10.717.000 Bavariya Münhen 70.549 12.444.000 Berlin Berlin 892 3.400.000 Brandenburq Potsdam 29.477 2.568.000 Bremen Bremen 404 663.000 Hamburq Hamburq 755 1.735.000 Hessen Visbaden 21.115 6.098.000 Meklenburq-Ön Pomeraniya Şverin 23.174 1.720.000 Aşağı Saksoniya Hannover 47.618 8.001.000 Şimali Reyn-Vestfaliya Düsseldorf 34.043 18.075.000 Reynland-Pfalts Mayns 19.847 4.061.000 Saarland Saarbrükken 2.569 1.056.000 Saksoniya Drezden 18.416 4.296.000 Saksoniya-Anhalt Maqdeburq 20.445 2.494.000 Şlezviq-Holşteyn Kil 15.763 2.829.000 Türingiya Erfurt 16.172 2.355.000 Almaniya iqtisadiyyatı Almaniya iqtisadiyyatı Sosial yönümlü bazar iqtisadiyyatıdır. Ölkə iqtisadiyyatı üçün yüksək ixtisaslaşmış işçi qüvvəsi, inkişaf etmiş infastruktur, böyük həcmdə kapital ehtiyatı, korrupsiyanın çox aşağı səviyyəsi xarakterikdir. Lakin ölkədə son illər korrupsiyanın və rüşvətin artması meylləri sezilir.Həmçinin Almaniyada yüksək səviyyəli innovasiya mövcuddur. Almaniyanın ÜDM-i 3.332 milyard dollara bərabərdir.Bu göstəriciyə görə Almaniya Avropada birinci, dünyada isə 4-cü yeri tutur. Bundan başqa Almaniya ixrac həcminə görə dünyada Çindən sonra ikinci yeri tutur. 2009-cu ildə Almaniyanın ümumi ixracatı 1.120 trilyon dollar olmuşdur ki, bu da Ümumi Daxili Məhsulun üçdə birini təşkil edir. Almaniya külək və günəş enerjisinə aid olan məhsulların istehsalına görə dünyada birinci yeri tutur. Hər il beynəlxalq ticarətə dair konfranslar Almaniyanın müxtəlif şəhərlərində, Hannover, Frankfurt və Berlində keçirilir. Ölkə ixracatının əsas hissəsini mühəndislik ixtisasına aid məhsullar tutur. Bunlar avtomobil və müxtəlif maşınlar, kimya və metal məhsullarıdır. Almaniyada fəal işçi qüvvəsinin sayı 43.5 milyondur, işsizlik səviyyəsi isə 2010-cu il Oktyabr ayı məlumatlarına görə 6.7%-dir. İşçi qüvvəsinin 67%-i xidmət sahəsində, 29%-i sənayedə, təxminən 2%-i isə kənd təsərrüfatında təmsil olunub. Ölkədə adambaşına düşən ümumi daxili məhsul miqdarı 42.000 ABŞ dollarıdır. Lakin bunula belə 20 il əvvəl vahid dövlətdə birləşməsinə baxmayaraq, Şərqi Almaniya iqtisadi cəhətdən Qərbi Almaniyadan hələ də xeyli geridədir. Şərqi Almaniyada insanların gəliri qərbdəkindən 25% aşağıdır, işsizlik isə burada qərbə nisbətən 2 dəfə yüksəkdir.Almaniya hökümətinin planlarına görə Şərqi Almaniya ilə Qərbi Almaniya arasındakı iqtisadi göstəricilərə görə fərqlər 2019-cu ildə tam olaraq aradan qalxmalıdır. Almaniya iqtisadiyyatı İkinci Dünya müharibəsindən sonra sürətli inkişafda olmuşdur. Buna əsas təkan verən faktorlar Marşal planı, müharibədən sonra Almaniyada çoxlu sayda ucuz və yüksək ixtisaslaşmış işçi qüvvəsi, həmçinin vahid Avropa bazarının yaradılması olmuşdur. 1957-ci ildə qurulan Avropa Birliyinin ilk üzvləri Qərbi Almaniya, Belçika, Fransa, Luksemburq, İtaliya, və Niderland olmuşdur. Sürətlə inkişaf edən Qərbi Almaniyaya Türkiyədən, Yunanıstandan, İtaliyadan və Portuqaliyadan çoxlu sayda qastarbayterlər (qonaq işçilər) axın etməyə başladı. Lakin kommunizmin çökməsindən və Almaniyanın birləşməsindən sonrakı illərdə ölkə iqtisadiyyatının artım sürəti azaldı, 2000-ci illərdən sonra isə ümumiyyətlə inkişaf dayandı. Son illər dünyada baş verən iqtisadi böhran Almaniyadan da yan keçməyib, ölkə iqtisadiyyatı 2 il dalbadal, 2009 və 2010-cu illərdə azalmağa doğru gedib. Alman xalqı 2010-cu il məlumatlaarına görə Almaniyada 81.8 milyon əhali məskunlaşıb. Əhalisinin sayına görə Almaniya Avropada 2-ci, dünyada isə 15-ci yeri tutur. Əhalisinin sıxlığı hər kvadrat kilometr üçün 230 nəfərdir ki, bu yüksək göstərici hesab olunur. Orta həyat davamlılığı 80 ildir, bu göstəriciyə görə Almaniya dünyada qabaqcıl yerlərdən birini tutur. Lakin buna baxmayaraq ölkədə ölüm səviyyəsi doğumdan daha yüksəkdir ki, bu da Almaniya əhalisinin azalmasına səbəb olmaqdadır. Ölkədə 15 yaşından yuxarı insanların 99 faizi yazıb oxumağı bacarır. Lakin yeni böyüyən nəsildə savadlılıq səviyyəsinin xeyli aşağı olması Almaniya rəhbərliyini narahat edən problemlərdəndir. Bundan başqa Almaniya miqrantların sayına görə də dünyada öncül yerlərdən birini tutur. Hal-hazırda Almaniyada 10 milyon nəfər Almaniyadan kənarda doğulmuş şəxs yaşayır. Bunların böyük hissəsi keçmir SSRİdə yaşayan etnik almanlar, həmçinin Almaniyaya işləməyə gələn türklər və polyaklardır. Hesablamalara görə Almaniyada doğulan və yaşı 5-dən az olan uşaqların 30 faizinin bir və ya hər iki valideyni qeyri-almandır. Əhalinin 91,5%-ni almanlar, 2,4%-ni türklər, 0,7%-ni italyanlar, 0,4%-ni yunanlar, 0,4%-ni polyaklar təşkil edir. Bundan başqa Almaniyadan kənarda çoxlu sayda etnik alman yaşayır. Almaniya çox yüksək səviyyədə urbanizasiyalaşmış ölkə sayılır. Ölkə əhalisinin təxminən 90 faizə yaxını şəhərlərdə yaşayır.Almaniyada əhalisi 1 milyon nəfərdən çox olan dörd şəhər yerləşir. Bunlar Berlin, Hamburq, Münhen və Köln şəhərləridir. Almanların dili Almaniyada rəsmi dil alman dilidir. Bu dil Almaniyada ən geniş yayılmış dildir və demək olar ki, ölkədə yaşayan hər bir insan bu dili yüksək səviyyədə bilir. Həmçinin alman dili Avropa Birliyinin 23 rəsmi dilindən biridir, həmçinin 3 işçi dillərdən biridir. (digər iki işçi dili ingilis dili və fransız dilidir) Yerli etnik azlıqların dili kimi danimarka dili, sorbiya dili, friziya dilləridir. Həmçinin son illərdə Almaniyaya köç etmiş miqrantların istifadə etdiyi dillər kimi türk dili, polyak dili, rus dili və Balkan yarımadasından olan xalqların dilləridir. Bütün dünyada alman dili 100 milyon nəfər üçün əsas dil, təxminən 80 milyon nəfər üçün isə ikinci dildir. Alman dili Avropa Birliyində olan 90 milyon (18%) nəfər üçün ana dilidir. Almaniya əhalisinin 67% alman dilindən başqa daha bir dil, 27% isə alman dilindən başqa daha iki dil bilir. Ölkədə daha geniş yayılmış xarici dil ingilis dilidir. Xarici dil bilən almanların 51%-i ingilis dilini, 15%-i fransız dilini, 5%-i isə rus dilini bilir. Almaniyada din 30% protestantlar (lüteranlar), 30% katoliklər, 4% müsəlmanlar təşkil edir. Son illərdə Almaniyada xristianların sayının azalması ilə bərabər, ateistlərin sayı artmaqdadır. Xristianlıq Almaniyada Roma İmperiyası və Frank Krallığı dövründə yayılmağa başlayıb. İlk dövrlərdən Almaniya əhalisi Roma Katolik kilsəsinə sadiq olsa da, reformasiya hərəkatı başlanan zamandan etibarən Almaniya katolik kilsəsindən ayrılmağa başladı. 16-cı əsrdən etibarən daha çox alman protestanlığı qəbul etdi. Hal-hazırda da Almaniyadakı xristianların əksəriyyəti protestant olmaqdadır. İslam barədə Almaniya tarixində çox az şey məlumdur. Almaniya torpağına ilk gələn müsəlmanlar 1683-cü ildə Vyana muhasirəsi zamanı əsir düşmüş türk əsgərləri olmuşdular. Daha sonra onların bir çoxu ya xristianlığı qəbul edərək Almaniyada qalmış, ya da öz vətəninə qayıtmışdılar. Daha sonra rus-osmanlı muharibələrində əsir düşmüş türk əsgərləri bir neçə dəfə Almaniyaya gətirilmişdilər. 1741-ci ildə etibarən Prussiya kralı Frederik II dövründə tatar, Bosniya və Albaniya müsəlmanlarından ibarət 1000 nəfər əsgər olan polk Prussiya ordusunda daimi xidmət edir. Həmin polk Ulan (türkcə oğlan) polku adlanırdı. 1798-ci ildə Almaniyada indiyə qədər mövcud olan ilk müsəlman qəbiristanlığı salınır.Almaniyada ilk məscid 1779-cü ildə tikilir. Lakin müsəlmanların sayı əsas olaraq İkinci Dünya müharibəsindən sonra sürətlə artmağa başlayır. Hal-hazırda da müsəlmanlar ateistlərlə birgə sayı sürətlə artan qruplardandır. Almaniya həmçinin yəhudilərin ənənəvi olaraq yaşadığı ölkələrdən olmuşdur. Almaniyanın birləşməsindən əvvəl, 1989-cu ildə burada 30.000 yəhudi yaşasa da, SSRİ-nin dağılmasının ardından bir çox yəhudinin bura köçməsi onların sayının çoxalmasına səbəb olmuşdur. 2004-cü ildə Almaniyada 200.000 yəhudi yaşayırdı. Bundan başqa ölkədə təxminən 250.000 buddist yaşayır ki, bunların da yarısı Asiya ölkələrindən bura gəlmiş immiqrantlardır. Almaniyada idman İdman alman həyatının ayrılmaz hissəsidir. 27 milyon almaniyalı idman klublarının üzvüdür, 12 milyon almaniyalı isə idman ilə individual olaraq məşğul olur. Almaniyada 91.000-dən çox idman klubu fəaliyyət göstərir. Olimpiya oyunlarında qazanılmış medalların sayına görə Almaniya bütün dünyada 3-cü yeri tutur. Həmçinin Almaniya 2 dəfə Olimpiya oyunlarına evsahibliyi edib. Bunlar 1936-cı ildə Berlində və 1972-ci ildə Münhendə keçirilən Olimpiada Oyunları olub. İdman oyunları içərisində Almaniyada ən geniş yayılan növü futboldur. Almaniya Futbol Assosasiyası özündə 26.000 futbol klubunu və 6.6 milyon üzvü özündə birləşdirən böyük bir qurumdur. Almaniya futbol liqası Bundesliqa professional dünyadakı idman yarışları içərisində özünə ən çox tamaşaçı cəlb edən yarışlardan biri hesab olunur. Futbol üzrə Almaniya yığma komandası 3 dəfə Dünya və 3 dəfə Avropa çempionu olub. Digər yarışlardan hokkey, raqbi, tennis və motorlu yarışlar da Almaniyada geniş yayılıb.Formula 1-de alman pilotu Michael Shmaher 7 defe dunya chempionu olub. Elm Almaniyada elm orta əsrlərdən bəri sürətlə inkişaf etməkdədir. Hal-hazırda da Almaniyada elmə yatırım çox yüksək səviyyədədir və bu məqam ölkə iqtisadiyyatının sürətlə inkişafına əsas təkan verən amillərdəndir. İndiyə kimi 103 alman Nobel mükafatına layiq görülmüşdür. Müasir dövrdə Almaniyada elmin inkişafına sənaye, universitetlər və dövlət tərəfindən böyük həcmdə yardımlar ayrılır. Təhsil Almaniyada yüksək səviyyəli və keyfiyyətli təhsil mövcuddur. Burada təhsil ilə əlaqədar işlərə mərkəzi hökümət deyil, federal əyalətlər cavabdehdir. Uşaq bağçalarına gediş könüllü olsa da, orta məktəbdə 9 illik təhsil ölkədəki bütün uşaqlar üçün məcburi xarakter daşıyır. Almaniya ordusu Almaniya Silahlı Qüvvələri (Bundeswehr) quru qoşunlarından, hərbi hava qüvvələrindən (Luftwaffe) və hətbi dəniz qüvvələrindən ibarətdir. Almaniyada hərbi xidmət 18 yaşından yuxarı olan bütün kişilər üçün məcburidir. Hərbi xidmət müddəti 6 aydan ibarətdir. Almaniyanın 2009-cu ildə hərbi xərcləri 45,6 mld. dollar olub. Hərbi xərclərin miqdarına görə dünyada 7-ci yeri tutur. Hərbi xərclər Almaniya Ümumi Daxili Məhsulunun 1,3%-ni təşkil edir ki, bu da aşağı göstərici hesab olunur.Hal-hazırda Almaniya ordusunda 200.500 peşəkar hərbçi, 50.000 nəfər 6 ay müddətinə orduda xidmət edən 18-25 yaş arası çağırışçı və 2.500 nəfər aktiv ehtiyat hərbçi xidmətdədir. 2001-ci ildə qadınların alman ordusunda xidmət etməsinə icazə verilmişdir, lakin onlar məcburi çağırışa məhkum deyillər. Hal-hazırda Almaniya ordusunda 14.500 qadın xidmət edir, indiyə kimi 2 qadın general rütbəsinə qədər yüksələ bilmişdir. Alman ordusu Soyuq Müharibə dövründə Almaniyadan kənarda heç bir hərbi əməliyyatlarda iştirak etməmişdir. Buna baxmayaraq, keçirilən hərbi təlimlərdə əsgər itkiləri baş verirdi. Məsələn, 1957-ci ildə Bavariyada keçirilən hərbi təlimdə 15 desant əsgəri İller çayına eniş edərək orada boğulmuşdur. Lakin Soyuq Muharibədən sonrakı dövrdə Almaniya xarici ölkələrdə gedən muharibələrdə iştirak edir. Hal-hazırda alman ordusunun minlərlə əsgəri Əfqanıstanda gedən muharibədə iştirak edir. Bundan başqa alman ordusunun əsgərləri Kosovoda, Livanda, Bosniya və Herseqovinada sülhməramlı kontingentin tərkibinə daxildirlər. 1994-cü ildən bəri 70 alman əsgəri Almaniyadan kənarda aparılan hərbi əməliyyatlarda öldürülüb. Bundan başqa Almaniya NATOnun üzvüdür. Bir neçə NATO ölkəsinin qoşunları isə Almaniyada yerləşir. İkinci Dünya müharibəsindən sonra Almaniyada xarici ölkələrin yüz minlərlə əsgəri yerləşirdi. Lakin Soyuq müharibənin bitməsindən sonra bu qoşunların bir çoxu ölkəni tərk etdi. Hal-hazırda Almaniyada 64.000 ABŞ və 20.000 nəfər Böyük Britaniya əsgəri var. Böyük Britaniya 2020-ci ilə kimi bütün əsgərlərini Almaniyadan çıxaracağını bəyan edib. Yeni qəbul olunmuş qanuna əsasən 2011-ci ildən etibarən Almaniyada məcburi əsgərlik xidməti ləğv olunur. Hərbi xidmətini yerinə yetirmək istəməyənlər bu vəzifədən azad ediir. Beləliklə Almaniyada 57 ildir davam edən hərbi xidmətə çağırış sona çatdı. Məcburi əsgərliklə əlaqədar konstitusiya maddəsi olduğu kimi qalacaq, lakin ölkədə zəruri əsgərlik qəti surətdə tətbiq olunmayacaq. Yəni Almaniya nə vaxtsa hücuma məruz qalarsa məcburi xidmət birmənalı şəkildə yenidən tətbiq ediləcək.Ölkədə bundan sonra silahlı qüvvələrin əsas hissəsini müqavilə əsasında xidmət edən əsgərlər və muzdlular təşkil edəcək.  
['Almaniya']
5,297
https://kayzen.az/blog/sahmat/6244/%C5%9Fahmat-terminl%C9%99ri.html
Şahmat terminləri
Qiyasli
Şahmat
24 iyul 2011, 09:27
Debüt (şahmat) — görüşün ilk mərhələsi, oyunun başlanğıcı Görüşün ilk mərhələsi olan debütdə rəqiblər fiqurları irəli çıxararaq sonrakı mərhələyə hazırlıq görürlər. Debüt şahmat strategiyasının və nəzəriyyəsinin, ilk növbədə fiqurların və piyadaların qarşılıqlı əlaqəsinin strateji prinsiplərinin əsas qanunlarına tabedir. Debüt üç növə bölünür: * açıq (ağların birinci gedişi mütləq belə olur: 1. e4 və qaraların cavabı: 1... e5); * yarımaçıq (ağlar 1. e4 gedişi edirlər, qaralar isə 1... e5 gedişindən başqa istənilən gedişi edə bilərlər); * bağlı (ağlar 1. e4 gedişindən başqa istənilən gedişi edirlər). Mittelşpil — Hər iki tərəfin əsas qüvvələrini hərəkət etdirərək, mübarizənin başlandığı mərhələsi Endşpil — (almanca: oyunun sonu) Şahmat oyununun sonluq hissəsi belə adlanır. Başlıca xüsusiyyəti odur ki, taxta üzərində fiqurlar az olur Mat — Müdafiəsi olmayan elan edilmiş şah Suqsvanq — Hər hansı bir gedişi əlverişsiz nəticə ilə başa çatan mövqe Seytnot — Düşünmək üçün vaxtın çatışmazlığı Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.Ac3, 1.g4, 1.Ah3 və s.) ümumi adı Vəzir piyadalarının debütü — Debüt sistemlərinin ümumi adı. Burada ağlar c2-c4 gedişindən imtina edirlər Rus görüşü — şahmatda 1. e2-e4 e7-e5 2. Ag1-f3 Ag8-f6. gedişləri ilə başlanan debüt.Bu debütü tətbiq edən A. Petrovun və təhlil edən K. Yanişin şərəfinə adlandırılmışdır İngilis başlanğıcı (şahmat) (1. c4) —Bu debüt XIX əsrin ortalarında müvəffəqiyyətlə tətbiq etdiyi üçün ingilis şahmatçılarının şərəfinə belə adlandırılmışdır Şotlandiya görüşü — Şahmatda 1. e2-e4 e7-e5 2. Ag1-f3 Ab8-c6 3. d2-d4. gedişləri ilə başlayan debüt.1824-cü ildə Şotlandiyanın Edinburq şəhəri ilə London arasında yazışma ilə keçirilən matçın şərəfinə adlandırılmışdır Şahmat müdafiələri Alyoxin müdafiəsi — şahmatda debüt, e2-e4 Kg8-f6 gedişi ilə başlayır. Şahmat praktikasına dünya çempionu Aleksandr Alyoxin tərəfindən daxili edilib. O bu gedişi 1921-ci ildə Budapeştdə Layoş Şteynerə qarşı oynayarkən tətbiq edib.[1].Ancaq bu gediş əvvəl də məlum idi. Gedişin ideyası qara fiqurla oyun və ağ fiqurların piyada mərkəzinə əks-hücumdur. Ağlar bir çox halda üstünlüyə malikdirlər. Ancaq debüt maraq doğurur və yarışlarda tez-tez rast gəlinir. Bu debütün nəzəriyyəsinə Vladas Mikenas, İsaak Boleslavski, Vlastimil Qort, Vladimir Bağırov böyük töhvə vermişlər. Fransız müdafiəsi — Şahmatda 1. e2-e4 e7-e6.gedişləri ilə başlayan debüt. 1834-1836-cı illərdə London şahmatçıları ilə yazışma oyununda müvəffəqiyyətlə yarışan parisli şahmatçıların şərəfinə adlandırılmışdır Karo-Kann müdafiəsi — XIX əsrdə Vyana şahmatçısı M. Kann tərəfindən ixtira edilib. 1886-cı ildə almaniyalı usta Q. Karo bu müdafiənin bir neçə variantını təhlil etmişdir Siciliya müdafiəsi — Şahmatda 1. e2-e4 c7-c5. gedişləri ilə başlayan debüt.XXVII əsr italyan şahmatçısı C. Qreko tərəfindən adlandırılmışdır Qrünfeld müdafiəsi — 1922-ci ildə Avstriya qrossmeysteri tərəfindən praktikaya tətbiq edilmişdir   Qambit — Tərəflərdən birinin (daha çox ağlar) mərkəzdə piyadaların inkişafını sürətləndirmək və ya piyada üstünlüyünə nail olmaq üçün maddi üstünlüyü (adətən piyadalar hesabına) qurban verdikləri debütlərin adı Latış qambiti — Şahmatda 1. e2-e4 e7-e5 2. Kg1-f3 f7-f5 gedişləri ilə başlanan debüt. K. Betinşemin başlanğıcı altında bu debütü təhlil edən Riqa şahmatçılarının şərəfinə adlandırılıb Evans qambiti — şahmatda 1. e2-e4 e7-e5 2. Ag1-f3 Ab8-c6 3. Ff1-c4 Ff8-c5 4. b2-b4. gedişləri ilə başlanan debütdür. 1824-cü ildə ingilis V. Evans kəşf edib Staunton qambiti — XIX əsrdə bu debütü ixtira edən məşhur ingilis şahmatçısının şərəfinə adlandırılmışdır Şah qambiti — Şahmatda 1. e2-e4 e7-e5 2. f2-f4. gedişləri ilə başlanan debüt.Birinci olaraq Lopesin oyunlarında təsadüf olunur Vəzir qambiti — Şahmatda 1. d2-d4 d7-d5 2. c2-c4. gedişləri ilə başlanan debüt. Qambitin ilk təhlilləri gettin əlyazmalarında, həmçinin şahmatçılardan Polerianın, Salvionun və Stammın oyunlarında təhlil edilir  
['şahmat']
5,298
https://kayzen.az/blog/Ferid_Zeynalli/6403/evlilik,-ail%C9%99-h%C9%99yat%C4%B1.html
Evlilik, ailə həyatı
Ferid_Zeynalli
Bloq: Ferid_Zeynalli
24 iyul 2011, 01:58
Sual: İnsanların kiminlə evlənəcəkləri məsələsi onlar hələ ana bətnində olanda müəyyənləşdirilib? Dostlarımdan biri mənə dedi ki, insan hələ dünyaya gəlməmiş onun kiminlə evlənəcəyi məsələsi müəyyən olur və bunu dua etməklə də dəyişdirmək olmaz. Deyir ki, ona bu sözü bir müəllim deyib. Amma mən bu qədər araşdırma aparmağıma baxmayaraq belə bir məlumata rast gəlmədim. Ümumiyyətlə evlənmək qismətdir, yoxsa yox? Sizcə həqiqətən də, belə bir şey olar? Cavab: Əgər bir insanın evlənəcəyi qız yaxud oğlan əvvəlcədən müəyyən və yazılmış olsaydı, onda Qurani-Kərimdə evləndirmək əmri olmazdı və evlənmək haram olan qadınlar (Nisa, 2/22-24) məsələsinə heç yer də verilməzdi. Sizə bu barədə deyilənlər sadəcə olaraq bəzi insanların heç bir dəlil-sübuta əsaslanmadan irəli sürdükləri boş bir fikir və iddiadır.Allah digər məsələlərdə olduğu kimi, evlilik məsələsində də insanları azad buraxıb ki, buna əsasən onu ya mükafatlandırsın, ya da cəzalandırsın. Əgər insan Allahın qəbul etmədiyi bir ailə qursa, buna görə cəzaya məruz qalacaq. Amma əgər Allahın icazə verdiyi, başqa sözlə, qadağan etmədiyi insanlarla evlənsə, bu təqdirdə mükafatlandırılmağa layiq olacaq. Əgər hər şey əvvəlcədən yazılıb qurtarmış olsaydı, onda insanın seçim etmək azadlığı olmaz, buna görə də gördüyü işlərə görə cavabdeh hesab olunmazdı. Quranda imanın əsaslarından bəhs edildiyi vaxt qismət (qədər, tale) inancına yer verilməyib. Bu inanc bəzi hədisləri əsas götürməklə ortaya çıxarılıb.
['alın yazısı']
5,299
https://kayzen.az/blog/Quran/6397/da%C4%9Flar%C4%B1n-h%C9%99r%C9%99k%C9%99t-etm%C9%99si.html
Dağların hərəkət etməsi
Ferid_Zeynalli
Quran
24 iyul 2011, 00:01
Bir ayədə dağların göründükləri kimi sabit olmadıqları, davamlı hərəkət halında olıduqlarıları belə bildirilməkdədir:Dağları görərsən , donmuş sanırsan; halbuki onlar buludların süründürülməsi kimi süründürülərlər... (Nəml Surəsi, 88) Dağların bu hərəkəti, üzərində olduqları yer qabığının hərəkətindən qaynaqlanar. Yer qabığı özündən daha sıx olan manto təbəqəsi üzərində sanki üzər kimi hərəkət etməkdədir. İlk olaraq 20. əsrin başlarında Alfred Wegener adlı Alman bir elm adamı, yer üzündəki qitələrin Dünyanın ilk dövrlərində bir yerdə olduqlarını daha sonra fərqli istiqamətlərdə süründürülərək bir-birlərindən ayrılıb uzaqlaşdıqlarını qarşıya qoymuşdu.Ancaq geoloqlar, Wegenerin haqlı olduğunu onun ölümündən 50 il sonra yəni 1980-ci illərdə anlaya bildilər. Wegenerin, 1915-ci ildə nəşr olunan bir məqaləsində ifadə etmiş olduğu kimi; yer üzündəki quru parçaları təxminən 500 milyon il əvvəl bir-birlərinə bağlılar idi və Pangaea adı verilən bu böyük quru parçası Cənub Qütbündə idi. Təxminən 180 milyon il əvvəl Pangaea ikiyə ayrıldı. Fərqli istiqamətlərə sürünən bu iki nəhəng qitədən birincisi Afrika, Avstraliya, Antartika və Hindistanı əhatə edən Gondwana idi. İkincisi isə, Avropa, Şimal Amerika və Hindistansız Asiyadan ibarət olan Laurasia idi. Bu bölünməyi izləyən təxminən 150 milyon il içindəki müxtəlif zamanlarda Gondwana və Laurasia daha kiçik parçalara ayrıldılar.Pangaeanın parçalanmasıyla ortaya çıxan bu qitələr davamlı olaraq quru və dəniz arasındakı dağılımı dəyişdirərək, ildə bir neçə santimetrlik sürətlərlə Yer səthində hərəkətdədirlər.Burada ifadə edilməsi lazım olan əhəmiyyətli bir nöqtə də budur: Allah dağların hərəkətini ayədə "süründürülmə" olaraq bildirmişdir. Necə ki elm adamlarının bu gün bu hərəkət üçün istifadə etdikləri İngiliscə termin də "continental drift" yəni "kıtasal süründürülmə"dir.Qitələrin sürüşməsi Quranın endirildiyi dövrdə bilinə bilməyən bir məlumatdır və Allah ayədə keçən "dağları görərsən də, donmuş sanarsan" ifadəsiylə insanların bu mövzunu nə şəkildə qiymətləndirəcəklərini əvvəldən bildirmişdir.
['Quran möcüzəsi']