Unnamed: 0
int64
0
6.93k
url
stringlengths
41
313
title
stringlengths
3
153
author
stringclasses
256 values
category
stringclasses
371 values
date
stringlengths
17
23
content
stringlengths
3
89.6k
tags
stringlengths
6
314
5,400
https://kayzen.az/blog/cahandar/6223/xan%C4%B1mlara-m%C9%99sl%C9%99h%C9%99t.html
Xanımlara məsləhət!
cahandar
Bloq: cahandar
12 iyul 2011, 18:29
Yaşadıqımız zəmanədə mənim üçün xüsusən təəssüf hissi yaradan bir səbəb var.Bu xanimlarımızın nigaha girdikdən sonra özlərinə az diqqət etmələri,artıq çəki yığmaqla yanaşı xarici görkəmdə yaşla bağlı yaranan dəyişikliklərə biganə yanaşmalarıdır.Bu,bildiyim çərçivədə insanların əksər qisminin qiciq aldığı və nəzərə çarpacaq dərəcədə sinirləndiyi mövzudur.Axı nə üçün Azərbaycan qadınları gözəl əxlaqa,görünüşə sahibləndiyi bir vaxtda ailə qurub övlada sahib olduqdan sonra xarici görkəminə önəm vermədən ancaq ev işləri ilə məşqul olur,evdarlıq edir lakin kobud vurğulasam "özünə baxmır".Bu acinacaqli haldır.Çünki bəylərimizin xanimlarına xəyanəti,zamanla evliliyin 3-4 il vaxt intervalından sonra başqa səmtə yönəlmələrinin qlobal səbəbi əksərən budur. Xanimlarımızı daha gözəl,daha incə,daha nəzakətli,həyat yoldaşı ilə daha nəzakətli,diqqətli,və özünə baxımlı olmaqa çağırıram.Qoy onlar övlad sahibi olduqdan sonra sevgilərini həyat yoldaşından qısıb övladlarına verməsinlər.necə deyərlər hər kəsin öz yeri var. Xanımlarımıza sorğu keçirdim,əksəriyyət "mənim üçün əsas övladdir,onu ya balamı seçim qarşısında balamı seçərəm"dedilər.Lakin anlamırlar ki,bucür fikrə malik olmaq onları səhv yönləndirər.Çünki,axı ata ya ana olmadıqdan sonra övlad qanadı qırıq quşa bənzər.məsləhətim,bu düşüncələrdən uzaq olub AİLƏ HƏYATINI sağlam sürdürsünlər.Özlərinə güzgü qarşısında daha çox vaxt ayırsınlar!!!Övladlarını saqlam düşüncəli,cəmiyyətimizə xeyirli övlad yetişdirməklə yanaşı,ailəsinin sonadək sağlam,bütöv qalmasına nail olsunlar ki,boşanmanin,xəyanətin sayı azalsın!!Yekun-Xanımlar ailə qurur ev geyimlərinə,saçlarının(demək olar ki saçlarını daramadan yığır),dərisinin,görünüşünün fərqinə varmır.Buna xüsusən diqqət etsinlər! Müəllif--Cahandar Həsənli. Mənbə-İnternet aləmində ilk dəfə yayımlanır.
['qadın gözəlliyi']
5,401
https://kayzen.az/blog/maraqli-faktlar/6222/q%C4%B1z%C4%B1llar-haqq%C4%B1nda-maraql%C4%B1-faktlar.html
Qızıllar haqqında maraqlı faktlar
Fianda
Maraqlı faktlar
12 iyul 2011, 14:02
Bəşər tarixi boyu istifadə olunan qızılların 90 faizi 1848-ci ildən sonra tapılıb. ABŞ-da tapılan ilk qızıl külçə 7.7 kiloqram ağırlığında olub. Bu, 1799-cu ildə Şimali Korolinada baş verib. Yer kürəsinin qabığı təşkil edən hər milyard daşdan biri qızıldan ibarətdir. 1848-ci ildən Kaliforniya ərazisində ilk dəfə qızıl tapılanda o hələ Meksika ərazisi idi. Ən çox qızıl istehlakçısı olan ölkə Hindistandır. İllik 936 ton. Bu qədər qızıldan hər hindliyə qızıl üzük düzəltmək olar. ABŞ-da hər il nişan üzüklərinə 17 ton qızıl sərf edilir. Kibrit qutusu boyda qızılı tennis kortu boyda sahəyə yaymaq olar. Tipik müasir qızıl külçəsi 11 kiloqramdan bir az çoxdur. 1849-cu ildə insanların kütləvi qızıl axtarması zamanı, Kaliforniyada unun qiyməti 70 dollar, bir stəkan su 100 dollar idi. İnsan orqanizmində 0,2 milliqram qızıl var. Ən böyük qızıl külçə Avstraliyada tapılıb. Onun çəkisi 27 kiloqram olub.
['qızıl']
5,402
https://kayzen.az/blog/dusundurucu-hekayeler/6220/telefon-z%C9%99ngi.html
Telefon zəngi
Old_Baku_
Düşündürücü hekayələr
12 iyul 2011, 12:59
Gecənin səssizliyi onun narahatlığını daha da artırırdı. Balkona çıxaraq, şəhəri seyr etməyə başladı. Şəhər qara örtüyə bürünmüşdü. Tək-tük evlərdə yanan lampalar şəhəri işıqlandırmağa kifayət etmirdi. Birdən gözləri ulduzlara sataşdı. O, bir cəvahir qədər parlaq olan və gözqamaşdırıcı ulduzları seyr edərək fikrə daldı... Üç ay əvvəl yenə belə gecələrdən biri idi. O zaman gecənin sükutunu bir telefon zəngi pozmuşdu. O vaxt hər şey öz axarında gedirdi. Həyatında heç bir çətinlik hiss etmədən ömür sürmüşdü. Onun üçün hər şey qatarın relslər üzərində getməsi qədər asan olmuşdu: təhsili, peşəsi, evliliyi, uşaq sahibi olması və s. O, əbədi bir həyatın şıltaq və ərköyün uşağı idi. Ta ki telefon zəngi gələnə qədər... Ağır addımlarla telefonun yanına getdi. Səbəbini bilmədiyi bir narahatlıq qəfildən onu bürüdü. Dəstəyi qaldırarkən rahatlığın son pərdəsini bağladığını hiss edirmiş kimi ağır hərəkət edirdi. Dəstəyin o biri ucundakı adamın səsi gözlədiyinin əksinə təlaş içərisində və hüznlü olmayan bir səs idi. Həmin səs ona adını və soyadını təsdiqlətdi. O, ancaq: "bəli mənəm", - deyə bildi. Artıq maraqla qorxu hissləri bir-birinə qarışmışdı. Gecənin bu vədində tanımadığı bir kəs onun haqqında olan bütün şeyləri bilir, ona aid məlumatları təsdiq elətdirirdi: - İzmirdə anadan olubsunuz, deyilmi? - Bəli. - 1971-ci ildə, deyilmi? - Bəli. - Orta məktəbi və litseyi İzmirdəmi bitiribsiniz? - Bəli... Sual verənin o qədər nüfuzedici səs tonu və diksiyası var idi ki, qəhrəmanımız nə üçün bunları soruşduğunu və nə baş verdiyini öyrənməyə cürət edə bilmədi. O, danışığın sonunu maraqla gözləyir, vaxtı qısaltmaq üçün dəstəyin o biri ucundakı naməlum şəxsin suallarına əvvəlki kimi kəkələmədən cavab verirdi. Zəng edən şəxs onu ümumi məlumatlarla yanaşı, ona evləndiyi tarixə qədər şəxsi informasiyanı da təsdiqlətmişdi. Qəhrəmanımız sualların yekunlaşmaq üzrə olduğunu bilirdi. Çünki zəng edən şəxs artıq bu il baş verənləri soruşmağa başlamışdı. Telefondakı səs bir müddət susduqdan sonra sonuncu sualı verdi: - Dünən bir avtomobil alıbsınız, deyilmi? - Bəli. - Fikrimcə, artıq sizi yaxından tanıdığımızı və bir telefon "xəstəsi" olmadığımızı başa düşdünüz. İndiyə qədər haqqınızda verdiyimiz məlumatlarda hər hansı bir qeyri-dəqiqlik var idimi? - Xeyr. - Diqqətlə qulaq asın, bu, sizə bir xəbərdarlıq zəngidir. Verəcəyimiz məlumatı necə əldə etdiyimizi sizə deməyəcəyik. Ancaq sizin adınız bir terror qruplaşmasının qara siyahısındadır. Siyahıda min nəfərin adı var. Biz siyahıdakı şəxslərin qətlə yetiriləcəkləri günün qeyd olunduğu sənədi ələ keçirmişik. Ancaq qatillərin işləri püşk üsulu ilə bölünür. Biz isə bütün qatilləri ələ keçirə bilməmişik. Onları ələ keçirəcəyimizə inanırıq, ancaq hər ehtimala qarşı bu məlumatı sizinlə də bölüşmək məcburiyyəti hiss etdik. Bunu bilməyə sizin haqqınız var. Əlimizdəki siyahıya görə siz üç ay sonra, yəni, mart ayının 3-də öldürüləcəksiniz. Əldəttə ki, bu, sizi öldürməli olan qatili həbs edə bilmədiyimiz təqdirdə baş verəcək. Bununla bağlı hər hansı bir yeni bir şey baş versə, sizi məlumatlandıracağıq. Ancaq xüsusi bir qurum olduğumuz üçün sizin bizi tapmağınız qeyri-mümkündür. Unutmayın, üç ay sonra... Unutmayın 3 mart...Gecəniz xeyrə qalsın... Telefon zəng çaldığı qədər qəribə bir tərzdə də bağlanmışdı. Danışıq başa çatmışdı. O, beynini didib-parçalayan milyonlarla sualdan birini belə soruşa bilməmişdi. Birdən sanki nəfəsi kəsildi. Dəstəyi tutan əlinin taqətdən düşdüyünü hiss etdi. Getdikcə sürətlənən ürək döyüntülərinin səsi və beynindəki yüzlərlə səs sanki bir-birilə bəhsə girmişcəsinə hayqırtı qoparırdı. O, qorxudan daha çox təəccüb hissi keçirirdi. Çünki heç bu barədə fikirləşməmişdi. Ölüm onun planında heç vaxt olmamışdı, ola da bilməzdi. Güclü, sağlam və varlı idi. Nə üçün ölməli idi ki? Kresloya oturduğu zaman yuxusunun qaçdığı gecələrdə nə etdiyini xatırladı. Televizoru yandırdı. İki il boyu maraqla seyr etdiyi teleserialın son bölümü təkrar nümayiş etdirilirdi. Həmin vaxt qonaq getdiyinə görə, serialın sonuncu hissəsinə baxa bilməmişdi. Ancaq heyhat... Artıq onun üçün bu teleserial nə qədər də əhəmiyyətsiz, ölüm həqiqəti qarşısında nə qədər bəsit və ucuz görünürdü. Hər axşam ən azı dörd saatını bu mənasız işlərə ayıraraqmı xərcləmişdi? Bunu fikirləşdiyi zaman özünü daha pis hiss etdi... Masanın üzərində uzun illər abunə olduğu jurnalları götürdü, qoydu. Moda, dizayn, hobbi, şou-biznes, idman və s. jurnallarını nəzərdən keçirtdi. Uzun illər başqalarının həyatlarını izləyərək və oxuyaraq, vaxtını nə qədər fövtə verdiyini fikirləşdi. Özünü ağıllı hesab edirdi, ancaq səhv etdiyini dərk etməsi üçün ölümün gəlməsini gözləmişdi. Uşaqlarının otağına getdi. Yatırdılar. Sonuncu dəfə onları nə vaxt öpmüşdü? Sonuncu dəfə nə vaxt onların gözlərinə baxmışdı? Xatırlaya bilmədi. Həmişə çox məşğul idi. Başqaları üçün xərclədiyi vaxtını öz övladlarından əsirgəmişdi. Bunları fikirləşdikcə onları öpməyə belə utandı. Daim şux olan bədəni çökmüşdü və o, başıaşağı vəziyyətdə otağı tərk etdi. Sonra yataq otağına gedərək, hiss və qorxularını həyat yoldaşı ilə paylaşmaq istədi. Həyat yoldaşı çoxdan yatmışdı.Ona baxdı. Baxdıqca da onunla çətinliklər, mübahisələr və görüləsi işlərdən başqa heç bir şeyi bölüşmədiyini xatırladı. Aralarında olan münasibətlər soyumuş və onlar daha çox mübahisə etmişdilər. Daim bir-birilərinin fikir və istəklərinə qarşı çıxmaqla ömürlərini keçirirdilər. Evlilik onlar üçün bir mübarizə səhnəsinə çevrilmişdi. Artıq dil tapa bilmir, bir çox məsələdə razılığa gəlmirdilər. Onları bir-birilərini gözəl hiss və duyğular bağlamırdı. Evlilikləri yalnız maddi ehtiyacları ödəmək üçün olan birliyə çevrilmişdi. Uzun illər sonra həyat yoldaşı ilə elə bu hissləri bölüşə biləcəkdimi? Bunları fikirləşdikcə, ölmədən, həyat yoldaşını itirdiyini, onun sevgisini qazanmaq üçün heç bir iş görmədiyini dərk etdi. Əslində həyatını ölməkdən qabaq itirdiyini başa düşdü. Bu, ona daha çox ağır gəlirdi. Bir anlıq gözləri parıldadı. Bu qədər ümidsiz olmamalı idi. Axı o müsəlman idi. Deməli, ölümdən sonra həyatın olduğuna inanırdı. Ölüm hər şeyin sonu demək deyildi. Əksinə ölüm başlanğıc idi. Ancaq... Gözləri parıldadığı kimi tez də söndü. İslam dininə inanırdı, ancaq dinə ayıracaq vaxtı heç olmamışdı. Təqaüddə olsaydı, bəlkə, namaz qıla bilərdi. İş tempinin aşağı düşməsindən qorxaraq və çox sevdiyi siqaretindən ayrılmaq çətin olar deyə oruc tutmamışdı. Həcc mövsümü də geridə qalmışdı. O, tuta biləcəyi budaqları bir-bir qırmışdı. Bəhanə uydura bilmirdi. Rəbbinə nə deyəcəkdi? Xəstə deyildi, məhbus deyildi, cahil deyildi. Öz-özünə: "Axı necə olub ki, bunları düşünməmişəm?" - deyə soruşdu. Susdu. Gözyaşları yanaqlarına süzülərkən maraq və qorxu hissinin tərk etdiyi bədənini əzab və peşmanlıq hissi bürümüşdü. Ulduzlu və sakit bir gecə idi... O, üç ay bundan əvvəli fikirləşirdi. Üç ay əvvəl ona zəng edən şəxs bir daha ona zəng etməmişdi. Ertəsi gün isə mart ayının 3-ü idi. Gözlənilən gün gəlib çatmışdı. Əgər üç ay əvvəl olsaydı, polis idarəsinə müraciət edər və həmin günün başa çatmasını gözləyərdi. İndi isə bundan narahat deyildi. O, əvvəllər baş vermiş və aradan qaldıra bilmədiyinə inandığı xəta və günahlarına görə narahatlıq keçirirdi. Ölüm qorxusu artıq onu tərk etmiş, yerini üç aydır ki, yenidən tanıdığı və çox sevdiyi rəbbinə qarşı böyük bir üzrxahlıq tutmuşdu. Bu üç ay sanki həyatını yolunaqoyma imtahanı olmuşdu. Həyat yoldaşı ilə münasibətləri qaydasında idi, gözəl idi. Əvvəllər mübahisə mövzusuna çevirdiyi şeylərin nə qədər kiçik və əhəmiyyətsiz olduğunu dərk etmişdi. Uşaqları ilə maraqlanmış, onlara həyatları boyu faydalanacaqları nəsihətlər vermişdi. Artıq ailə üzvləri yenidən bir arada olmaq üçün axşamın düşməsini səbirsizliklə gözləyirdilər. Yemək masasında başlayan söhbət yuxusuz gecələrə qədər davam edirdi. Həmişə təxirə saldığı bir işi görmüş - Qurani-Kərimi oxumağı öyrənmişdi. Oxuduğu hər bir kəlmə ilə illərin pərçimləndirdiyi "sıxıntı" mismarları və tərəddüdlər bir-bir çıxarılmışdı. Quranı oxuduqca illərlə nəfsi ilə həyatını nə qədər çətinləşdirdiyini dərk etmişdi... Üşüdü. Balkondan içəri daxil oldu. Gecə namazını qılmaq üçün səccadəsini açdı. Bəlkə də bu, onun son namazı idi. Əzrayılın nəfəsini kürəyində hiss edərək, rəbbinə sığındı. Səcdəyə getdiyi zaman xeyli ağladı. Namazı bitirdiyi zaman salam verərkən həyatının bəlkə də bu son günündə üzündə təslim olmanın rahatlığı var idi. Telefon zəng çaldı. Gecənin səssizliyi, rahatlığı və bədənindəki təslimçilik hissi sarsıldı. Yerində donub qaldı. Yenə gecə yarıdan ötmüşdü. Telefon susmaq bilmirdi. Yerindən qalxmadı. Telefondakı səsin eyni səs olmasından, "Qatillər həbs edildi" deyilcəyindən və əvvəlki həyatına qayıda biləcəyindən qorxdu. Eyni həyat tərzinin, narahatlıqların, başıboşluğun yenidən başlanmasından qorxdu. Qərar verdi: bilmək istəmirdi. Artıq rəbbinin əmr etdiyi kimi gələn hər günü ölə biləcəyi gün, qıldığı hər namazı son namazı imişcəsinə qəbul edəcək və hər bir kəsə sanki sabah öləcəkmiş kimi sevgi ilə baxacaqdı. Telefon uzun-uzun zəng çaldı... Ayağa qalxdı, telefonun şnurunu çıxartdı. Saatını səhər namazının vaxtına quraraq və uşaqlarını öpərək sevdiyi həyat yoldaşının yanına uzandı. Sahib olduğu nemətlərə görə rəbbinə şükür edərək, gecənin qollarına rahatlanmış bədənini buraxdı...
['düşündürücü hekayələr']
5,403
https://kayzen.az/blog/Old_Baku_/6219/r%C9%99bbin-v%C9%99-s%C9%99n.html
Rəbbin və Sən!!!
Old_Baku_
Bloq: Old Baku
12 iyul 2011, 12:40
O, varkən tənhalıq quruca kəlmədir. Nə qədərki Ona yaxınsan, tənha deyilsən. Ondan uzaqlaşmağın səni həqiqi tənhalığa sürükləyər. Unutma! Sənə şəfqət bəsləyən rəbbin var. Sən sahibsiz deyilsən. O, səni və başqalarını  şəfqətlə tərbiyə edir. Hər kəsi mərhəmətinin ağuşunda bəsləyir. O, səni sevdiyi üçün yaratdı. Səni sevərək yaratdı. O, sənin var olmağından xoşhaldır. Sənin varlığın Ona yük deyil. Bir fikirləş: böyük bir alovdan kiçik bir zərrə ayrılsa, nə əskilər? Yaşamağın Ona ağırlıq etməz. Səni bəsləmək, böyütmək Ona çətin deyil. Səndən yalnız və yalnız verdiklərinə təşəkkür etməni istəyir. Bununla O, səni verəcəyi sonsuz və əbədi nemətlərlə müjdələyir. Sən Ona nankorluq etsən də, üzərindən qüdrət əlini çəkmir. Sən Onu untsan da, O, səndən küsmür. Yalnız və yalnız xatırlamağını istəyir. Gözləyir. Səbrlə gözləyir... Anadan olduğun gün... Dünyaya gəldiyin gün  hamı üçün adi bir gün idi. Sən yox idin. Yox olduğunu özün belə bilmirdin. Dünyaya gəlməsəydin belə, heç kim yoxluğunu düşünməyəcəydi.  Səni nə  gözləyən olacaqdı, nə də həsrətini çəkən. Valideynlərin belə sənin yoxluğundan təsirlənməyəcəkdilər. Sən yoxsan deyə, heç kim qəm-qüssəyə batmayacaqdı. İstəsən, dünya "tarixini" doğulduğun gündən qabaqkı və sonrakı olmaqla iki yerə böl. Dünyaya gəlmədən qabaq səni heç kim xatırlamadığı halda rəbbin səni yada saldı. Sənin mövcudluğunu ilk əvvəl O sevdi. Sən yoxluğunun fərqində  olmadığın bir vaxtda, O, sənin mövcud olmanı istədi. Başqaları səni doğulduğun gündən sonar xatırladılar.  Əks təqdirdə sən heç kimin yadınadüşmürdün. O, səni yada saldı. Ən çox unudulmaq  kədərə qərq edir bizi. Bəzən elə olur ki, öz-özümüzə: "Yox olum, amma unudulmayım", - deyə fikirləşirik. Unudulmaq heç olmaqdan ağır gəlir bizə. Yəni, hər bir ağrı-acıya dözən ürəyimiz unudulmağın dəhşətinə tab gətirə bilmir. Məhz bu anda daxilimizdə bir səs baş qaldırır: "Sənin bu dünyadakı mövcudluğunun səbəbkarı - o Uca Rəbb unutqan deyildir!" Çox vaxt müasir maddi və mənəvi vasitələr ruhun yaralarına məlhəm olmur, qəm-qüssəni, sıxıntını rəf etmir. Halbuki rəbbin səndən unutduğun şeyləri xatırlayaraq, yaralarını sağaltmanı səndən istəyir. Bəli, Onun yolu xatırlamaq yoludur. Elə isə sən həmişə Onun xatirindəsən. ONU UNUTMA!
['islam']
5,404
https://kayzen.az/blog/s%C3%BCnn%C9%99/6218/s%C3%BCnn%C9%99ni-nec%C9%99-ba%C5%9Fa-d%C3%BC%C5%9Fm%C9%99li.html
Sünnəni necə başa düşməli?
Old_Baku_
Sünnə
12 iyul 2011, 12:29
Sünnə həm də tamamlayıcı metoddur; bu metoda görə, iman biliklə, vəhy də ağılla tamamlanır ki, Allah təalanın da dediyi kimi "Nur üzərində nur"  olsunlar. Bu metoda görə, qanunvericilik təlim-tərbiyə ilə tamamlanır. Təlim-tərbiyə yaradır, təsis edir, istiqamətləndirir. Qanunvericilik isə qoruyur, təhkim edir, islah edir, cəzalandırır. Qanunvericilik tərbiyə, tərbiyə də qanunvericilik olmadan bir iş görə bilməz. Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) tərbiyəyə və qanunvericiliyə eyni gözlə baxmışdır. Bu metoda görə, güc hüquqla, hakimiyyət Quranla, dövlət dəvətlə tamamlanır. Allah Quranla çağırmadığını hakimiyyətlə çağırır. Kimi ki, hüquq qorumur, ona güc arxa çıxır. Dəvətə mane olanları dövlət tərbiyə edir. Hər məqamın öz hökmü var, - səhvə yol vermək olmaz. Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) həm Quran, həm də hökmdar idi; həm dəvətçi, həm də dövlət idi; o, insanlara həm namaz qıldırır, həm də onlara döyüşlərdə sərkərdəlik edirdi; o, küsülü və düşmən tərəfləri barışdıran hakim idi; müharibədə də, dinc zamanlarda da insanlara rəhbərlik edirdi; israiloğullarından bu məsələdə fərqlənirdi. Məlumdur ki,tarixin müxtəlif mərhələlərində israiloğullarını dəvətlə məşğul olan peyğəmbər, dövləti əlində tutan hökmdar idarə etmişdir. Quranda buyurulur ki, israiloğullarının peyğəmbəri onlara deyir: "Allah Talutu sizə padşah göndərdi..." (əl-Bəqərə, 247). Peyğəmbərimiz İsa peyğəmbərə istinadən xristianların iddia etdikləri kimi, "Din Allahın, dövlət isə qeysərindir" - zehniyyətində deyildi. Allah ona öyrədirdi ki, belə desin: "De: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!" (əl-Ənam, 162-163). Beləliklə, o, ümməti idarə edir, həyatın bütün sahələrinə nizam verirdi. Özü də Kitaba və Tərəziyə əsaslanaraq! Kim Kitaba və Tərəziyə qarşı çıxsaydı, sərt dəmirlə tərbiyə kötəyi yeyərdi. Allah bu haqda buyurur: "And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlara birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər. Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də nazil etdik ki, Allah (Özünü) görmədən Ona (onun dininə) və peyğəmbərlərinə kömək göstərənləri bəlli etsin..." (əl-Hədid, 25). İbn Teymiyyə deyib: "İnsanlara yol göstərən bir kitab, mədədkar dəmir mütləq və mütləq lazımdır. Allah təala da buyurur: "Rəbbinin sənə bir rəhbər, bir mədədkar olması kifayət edər!" (əl-Furqan, 31). Bu metoda görə, rəhbərlik və xalq bir-birini tamamlayır. Rəhbər mələk deyil ki, səmada yaşasın; o, adi insandır, yer üzündə yaşayır. Rəhbər rahiblər kimi monastıra çəkilib xalqdan uzaq olmamalı, pis günündə də, yaxşı günündə də onun yanında olmalıdır. Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) məhz belə edərdi! O, böhran zamanlarında ac qalanların ilki, tox olanların sonuncusu idi; savaş meydanlarında qoşunun başında, namazlarda səflərin əvvəlində durardı. Əxlaqda müsəlmanlara nümunə idi. Peyğəmbəri görmək istəyənlər onun məscidinə gələr, ancaq onu səhabələrindən fərqləndirə bilməz və daima soruşardılar ki: "Hansınız Məhəmmədsiniz?" Allahın rəsulu məscid inşasında iştirak edər, hamı kimi o da daş daşıyar, palçıq qatardı. Hətta bəzi səhabələr demişdilər: Peyğəmbər işlədiyi halda biz otursaq, Bu, bizim zəlalətimiz olmazmı?! Bu metoda görə, möminlər bir-birini tamamlayırlar. Tamamlayırlar ki, arzu olunan cəmiyyətlərini qurub ideal ümməti formalaşdırsınlar. Tamamlayırlar ki, islamı dünyaya tanıtsınlar. Onlar hamılıqda bu vəzifədən məsuldurlar. Bunun üçün bir-birini tamamlamalı, həmrəy olmalıdır. Hər bir kəs bacardığı qədər öz ixtisasına uyğun olaraq bu missiyanı yerinə yetirməlidir; Alim elmindən, varlı malından, hakim hökmündən istifadə edərək Allahın dinini yer üzündə ucaltmalıdır. Təbii ki, kimin nəyə imkanı çatır, onu da etməlidir. Allah bir insanı bacardığından artıq yükləməz. Möminlər başqa insanların hamisi olmaqla yanaşı, qadınlı, kişili bir-birlərinə də dostyana davranmalıdırlar. Allah təala bu haqda buyurur: "Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (ət-Tövbə, 71). Sünnə real metoddur Sünnə, həm də real metod olub insanlara qeyri-adi məxluq kimi baxmır. Bu metoda görə, insanlar qanadları olan mələklər deyillər. Onlar yeyən, bazarlarda gəzən, instinkt və şəhvət hissləri olan varlıqlardır. İnsanların mənəvi ehtiyac və tələbatları da var; onlar mənəvi rahatlıq, yüksək əxlaq axtarışındadırlar. İnsanın təbiətində həm torpağa, həm də Allaha çəkən xüsusiyyətlər var. Axı o, torpaqdan yaradılıb, Allahın nəfəsi də ona üfürülüb. Təbiidir ki, insan həm ucala, həm enə, həm irəliləyə, həm büdrəyə, həm doğru yolu tuta, həm yolundan aza, həm asi, həm də tövbəkar ola bilər. Bəzi səhabələr özlərini münafiq sayardılar. Çünki evdə başqa cür olurdular, Peyğəmbərin yanında bir başqa. Bir gün bu səhabələrdən biri - Hənzələ evindən çıxır Peyğəmbərin yanına tələsir ki, düşdüyü bu haləti ona danışsın. Yol boyu hey deyirdi: "Hənzələ münafiqdir, Hənzələ münafiqdir". Peyğəmbərin yanına çatır başına gələnləri ona danışaraq deyir ki: "Ey Allahın rəsulu, sənin yanında olarkən qəlbim riqqətə gəlir, gözlərim yaşarır, rəbbimi xatırlayıram, axirəti gözüm önünə gətirirəm. Elə ki, evə getdim, hər şey tərsinə olur; uşaqlarımla oynaşıram, zövcəmlə də həmçinin. Hər şeyi unuduram". Peyğəmbər ona cavabında deyir: "Ey Hənzələ, əgər siz mənim yanımda ikən olduğunuz halətdə daima olsaydınız, mələklər sizlərə əllə salam verərdilər. Ancaq, ey Hənzələ, bu halət yanı-sıra olur"[1]. Bununla da Peyğəmbər təsdiqləmiş olurdu ki, insan həm təmiz və saf, həm də qafil ola bilir. Bir insanın öz həyatını həm rəbbinə, həm də özünə, həm dünyasına, həm də axirətinə ayırmağında bir qəbahət yoxdur. Belə bir deyim var ki: "Bir saatını qəlbinə, bir saatını da Rəbbinə ayır!" Peyğəmbərin sünnəsi insanın zəifliyini nəzərə alaraq, mübahların sayını çoxaltmış, haramların dairəsini isə daraltmışdır. Əbu Dərda rəvayət edir ki, bir dəfə Allahın rəsulu (Allahın xeyir-duası və salamı olsun!): "Allahın öz kitabında halal bildiyi şey halal, haram saydığı şey də haramdır. Danışmadığı şeylər isə bir lütfkarlıqdır. Allahın lütfünü qəbul edin və (bilin ki,) O, heç nəyi yaddan çıxartmayıb"[2], - dedi və bu ayəni oxudu: "...Rəbbin unudan deyildir..."[3] Peyğəmbərin sünnəsi insanın zəifliyini nəzərə almış, qadağalarda zərurəti qabağa çəkmişdir. Həmçinin, bu Sünnə insanın ehtiyaclarına laqeydliklə baxmamış, zəruri və ehtiyac anında bəzi haram əməlləri mübah qılmışdır. Məgər Peyğəmbər qotur xəstəliyindən şikayətlənən iki nəfərə ipək paltar geyinməyi icazə verməmişdi?! Sünnə insan reallığından çıxış edərək, günah etdiyi zaman onun zəifliyini nəzərə alır. Bu səbəbdən tövbə qapılarını qapamamış, əksinə, onları günahkarların üzünə taybatay açmışdır. Açmışdır ki, tövbə edib ondan bağışlanma diləsin. Hədislərin birində oxuyuruq: "Allah gecələr əlini açar ki, gündüzlər günah işləyənin tövbəsini qəbul etsin. Gündüzlər də əlini açar ki, gecələr günah işləyənin tövbəsini qəbul etsin. Bu, günəş qərbdən çıxanadək davam edəcəkdir"[4]. Digər bir hədisdə isə deyilir: "Məhəmmədin canı Əlində olana and olsun ki, əgər günah işləməsəniz, bağışlanma diləməsəniz, Allah sizi (dünyadan) aparar, yerinizə başqalarını gətirər. Onlar günah edib bağışlanma diləyərlər, O da onları bağışlayar"[5]. Sünnədə insanların fərqli xüsusiyyətləri, müxtəlif halətləri nəzərə alınıb. Bu baxımdan Peyğəmbər bir neçə şəxs tərəfindən verilmiş eyni sualı müxtəlif şəkillərdə cavablandırardı. O bilirdi ki, insanlar psixoloji, fiziki, zehni, maddi baxımdan eyni deyillər. Odur ki, qocalarla qoca, uşaqlarla uşaq, gənclərlə gənc... kimi davranardı. İnsanlara çıxılmaz hallarda bir çox imtiyaz tanıyardı, onların vəziyyətlərini diqqətlə qiymətləndirərdi. Peyğəmbərimiz xalqların adətlərini, onların arasındakı fərqləri nəzərə alardı. Məsələn, həbəşlərə icazə vermişdi ki, bayram günü məscidində çalıb oynasınlar. Həmçinin, yaşının azlığını nəzərə alaraq Həzrəti Aişəyə özünün arxasında durub onlara tamaşa etmək icazəsi vermişdi. Eləcə, Allahın rəsulu istirahətə və əyləncəyə olan ehtiyacı nəzərə alaraq toylarda əylənməni və kənar şəxslərin iştirakını dini baxımdan məqbul saymışdı Mənbə: [1] Hədisi İmam Müslim və başqaları rəvayət edib. [2] Hədisi Hakim (2/375) rəvayət etmiş və səhih saymışdır. İmam Zəhəbi də Hakimin rəyi ilə razılaşır. "əl-Məcmə" kitabında (cild I, səh. 171) Heysəmi yazır: "Hədisi Bəzzar və "əl-Kəbir" kitabında Təbərani rəvayət edib. İstinadı "həsən", raviləri də mötəbərdirlər". [3] "Məryəm" surəsi, 64-cü ayə. [4] Hədisi Əbu Musaya istinadən İmam Müslim və İmam Əhməd rəvayət etmişdir. [5] Hədisi İmam Müslim rəvayət edib. [6] Bax: Yusif əl-Qərdavi. Müsəlman cəmiyyətinin xüsusiyyətləri, "Əyləncə və incəsənət" fəsli; Yusif əl-Qərdavi. İslam və incəsənət.
['sünnə']
5,405
https://kayzen.az/blog/intellekt/6205/informatika-testl%C9%99ri.html
İnformatika testləri
luminat
İntellekt və təhsil
12 iyul 2011, 09:48
1.Hansı yaddaş qurğuları daxili yaddaşdır?A)əməli yaddaş qurğusu,keş yaddaşıB)sərt disk,əməli yaddaş qurğusu,elastik diskC)daimi yaddaş qurğusu,elastik diskD)elastik disk,sərt diskE)keş yaddaşı,elastik disk 2. Dot – matrix hansı qurğunun xüsusiyyətidir? A) Printer B) Klaviatura C)Monitor D)CD-ROM E)Mikroprosessor 2. Mətn faylları hansıdır? A)Doc, txt, lex B)Com,exe,bat C) Bmp, com, rtf D)doc,exe, bat E)xls,exe,bat 3.Aşağıdaki variantların hansında göstərilənlərin hamısı kompüterin texniki vasitələridir ? A) Klaviatura, Printer,Monitor,Maus B)Word,Access,Internet,WordPad C)Excel,CD-ROM,NotePad,Maus D)Windows,Anakart,Monitor,Word E)Scaner,Maus,Paint,Photoshop 4.EXE faylının genişlənməsi göstərir ki bu fayl: A)İcra edilən fayldır B)sistem faylıdır C)Əmrlər faylıdır D)a və c E)Heç biri 5.İcra edilən fayl hansı genişlənməyə malikdir? A)EXE B)BAS C)EXE və BAS D)BAT,TXT E)COM,DAT 6.Verilənlər bazası idarəetmə sistemlərində məlumatlar hansı formatda saxlanılır? A)Cədvəl formatında B)Mətn və səs formatında C)qrafik formatında D)səs formatında E)qrafik və səs formatında 7.Multimedia proqramlarının xüsusiyyətlərinə daxildir: A)Mətn,qrafik,səs,video məlumatlarından təşkil olunur B)yalnız mətn və qrafik məlumatlardan təşkil olunur C)yalnız qrafik və səs məlumatlarından təşkil olunur D)Yalnız səs məlumatlarından təşkil olunur E)Yalnız video məlumatlarından təşkil olunur 8.Mətn redaktoru nədir? A)Mətn sənədlərinin hazırlanması üçün istifadə olunan tətbiqi proqram B)Mühasibat məsələlərinin avtomatlaşdırılması üçün istifadə edilən tətbiqi proqram təminatı C)Qrafiklərin çəkilməsi üçün istifadə olunan tətbiqi proqram təminatı D)Cədvəl yaradılması üçün istifadə olunan tətbiqi proqram təminatı E)Heç biri 9.Hansıları elektron poçt ünvanlarıdır? A)[email protected], protocol [email protected], [email protected] B)www.yahoo.com , www.facebook.com/Kayzen.azl, [email protected] C)kataloq.net, www.hotmail.com, www.kayzen.az D)www.system.tex, www.word.temp.ru, www.qafqaz.edu.az E)yahoo.com, www.altavista.com, rambler.ru 10.İnternetə qoşulmaq üçün hansı qurğudan istifadə edilir? A)Modem B)Monitor C)TV kart (TV adapter) D)Şəbəkə kartı (Network adapter) E)Ekran kartı (Video adapter) 11.Skaner nə üçündür? A)Şəkil oxutdurmaq B)Yazı yazmaq C)Proqram yazmaq D)Çap etmək E)Mətni ekrana vermək 12.CD və DVD disklərinin əsaə fərqləri nələrdir? A)Disk həcmlərində B)Disk qalınlıqlarında C)Disklərin diametrlərində D)Hər iksi eynidir E)Rənglərində 13.İnformasiyanı daxil edən qurğunun adı nədir? A)Klaviatura B)Plotter C)Printer,Klaviatura D)skaner,plotter E)Monitor,printer 14.CD-ROM….? A)Maqnit yaddaşdır B)Yarımkeçirici yaddaşdır C)Yaddaş registridir D)Perfolentdir E)Heç biri 15.Windows-dan çıxmaq üçün hansı əmr seçilir? A)Start\ShutDown B)Start\Run C)Start\Documents D)Start\AllPrograms E)Start\Search 16.Notepad,WordPad,Clock,Calculator proqramlarını işlətmək üçün hansı menyu istifadə olunur? A)Start\All Programs\Accessories B)Start\All Programs\Microsoft Office C)Start\Documents D)Srat\Start Up E)Start\Control Panel 17.Fayllar və qovluqlar üzərində müxtəlif əməliyyatlar aparmaq üçün hansı proqram oəncərəsindən istifadə olunur? A)Windows Explorer B)Winword C)Paint D)Internet Explorer E)Excel 18.My Computer pəncərəsi nə üçün lazımdır? A)Fayl sistemini idarə etmək üçün B)Lazımsız obyektləri ləğv etmək üçün C)obyektlərin yerini dəyişdirmək üçün D)Proqramları işlətmək üçün E)Mətn daxil etmək üçün 19.Xanaları formatlaşdırmaq üçün Excel-də hansı əmr seçilir? A)”Format” menyusundan “Cells” əmri B)”Format”menyusundan “Column” əmri C)”Format”menyusundan “Row” əmri D)”Format”menyusundan “Sheet” əmri E) b və c 20.Variantlardan hansı e-mail ünvanıdır? A)[email protected] B)www.qafqaz.edu.az C)yahoo.com D)www.rambler.ru E)admin.qafqaz.edu.az 21.Variantlardan hansı axtarış sistemi deyil? A)www.kayzen.az B)www.alta-vista.com C)www.yahoo.com D)www.rambler.ru E)Heç biri 22.Modem nədir? A)Texniki qurğu B)Poçt proqramı C)Şəbəkə protokolu D)İnternet serveri E)Proqram 23.e-poçtun vəzifəsi nədir? A)Müxtəlif kompüter sistemləri arasında informasiya mübadiləsi aparmaq B)İnternet səhifələrinə baxmaq C)Proqramlara baxmaq D)Qrafik məlumatlarla işləmək E)Heç biri 24.Kompüter viruslarından müdafiə üçün səmərəli vasitə nədir? A)antivirus proqramları B)texniki vasitələr C)təşkilati tədbirlər D)kompüterin söndürülməsi E)virus proqramları 25.Aşağıdakılardan hansıları sabit yaddaş qurğularıdır? A)DVD,CD,Disket B)RAM,HDD,Disket C)RAM,BIOS,Disket D)Mikroprosessor,HDD,CD E)Heç biri 26.Kompüterdə hansı sənədlər daha çox virusa yoluxa bilər? A)video fayllar B)qrafik fayllar C)proqram və sənədlər D)səs faylları E)heç biri 27.Standart CD-ROM diskinin informasiya həcmi nə qədərdir? A)700MB B)650KB C)4GB D)1QB E)1500MB 28.Aşağıdakı mühakimələrdən hansı doğrudur? A)Klaviatura giriş qurğusudur B)Printer kodlaşdırma qurğusudur C)Monitor giriş qurğusudur D)CD-ROM giriş qurğusudur E)Mikropresessor çıxış qurğusudur 29.Aşağıdakı mühakimələrdən hansı doğrudur? A)Monitor çıxış qurğusudur B)Klaviatura giriş\çıxış qurğusudur C)Printer giriş\çıxış qurğusudur D)CD-ROM giriş qurğusudur E)Mikroprosessor giriş\çıxış qurğusudur 30.Qeqobaytbayt neçə baytdır? A)230 B)220 C)2 D)210 E)240 31.Yaxın məsafədə (100-150 m)yerləşən kompüterlər arasında əlaqə yaratmaq üçün əsasən hansı texniki vasitədən istifadə edilir? A)Şəbəkə kartı (Network adapter) B)Modem C)Səs kartı (Video adapter) D)TV kart (TV adapter) E)Ekran kartı 32.Lokal şəbəkə qurmaq üçün nələr lazımdır? A)Şəbəkə kartı,Kabel,HUB B)Modem,Kabel,HUB C)Şəbəkə kartı,Modem,Hub D)Kabel,Printer,Skaner,HUB E)Modem,Kabel,Monitor 33.Aşağıdakılardan hansıları əməliyyat sistemləridir? A)UNIX,Windows,OS\2,LINUX B)MS-DOS,Windows,Macintosh,Word,LINUX C)Windows,Word,Paint,Excel D)LINUX,Access,MS-DOS,Norton Commander E)UNIX,CorelDraw,Paint,MS-DOS 34.MS Access-də blanklar (Formalar) hansı obyektlər əsasında hazırlanır? A)Tables və Queries B)Queries və Reports C)Forms və Reports D)Reports və Queries E)Forms və Reports 35.MS Access-də məlumatları çapa hazılamaq üçün “Database” pəncərəsinin “Objects”sahəsindən hansı parametr seçilir? A)Reports B)Tables C)Queries D)Forms E)Pages 36.MS-də Access-də verilənlər bazası yaradılması üçün nələr zəruridir? A)sahənin,adı,tipi,uzunluğu B)sahənin qiyməti C)sahənin yaradılma tarixi D)sahənin xüsusiyyətləri E)c və d 37.Multimedia vasitələrinə aşağıdakı qurğular aitdir? A)CD-ROM ,səsucaldıcı,videokart,səs kartı B)mikroprosessor,monitor C)modem,video,kart D)klaviatura,modem,CD-ROM E)klaviatura,şəbəkə,kartı monitor 38.40K yazısında “K”hərfi nəyi ifadə edir? A)kilobayt B)kiloqram C)kalori D)bayt E)katod 39.Hansı tip kompüterlər daha çox istifadə olunur? A)Fərdi kompüterlər B)super kompüterlər C)mikro kompüterlər D)ixtisaslaşmış kompüterlər E)heç biri 40.Kompüter verilənləri müvəqqəti saxlamaq üçün hansı yaddaşdan istifadə edir? A)RAM B)ROM C)EPROM D)EEPROM E)EROM 41.Məntiqi dəyişənin qiyməti hansı ola bilər? A)doğru və ya yalan B)ixtiyari ədəd C)ixtiyari mətn D)cədvəl E)ixtiyari işarə 42.Pentium 190 Mhz,IV 1.5 Ghz,Celeron 233 Mhz,Pentium III 750 Mhz mikropresossorları hansı firmaya məxsusdur? A)IBM B)Motorolla C)Compac D)Intel E)AMD 43.Aşağıdakı variantların hansında göstərilənlərin hamısı proqramlardır (software)? A)NotePad,WordPad,Microsoft Word B)WordPad,Microsoft Word,Monitor C)RAM,Microsoft Word,Calculator D)HDD,CD-ROM,Microsoft Access E)CD-ROM,WordPad,WordArt,Maus 44.Kompüterə giriş şifrəsi harada qoyulur? A)BIOS-da B) Internet Explorer-də C)Monitorda D)Control Panel-də E)Mikroprosessorda 45.Geqobayt = ? A)1024Mb B)1000000Kb C)1000Kb D)1000Byte E)1024Kb 46.Periferiya qurğulari hansılardır? A)printer,plotter,skaner B)monitor,əməli yaddaş,mikroprosessor C)mikroprosessor,printer,plotter D)klaviatura,əməli yaddas,monitor E)HUB,disket,skaner 47.Hesab məntiq əməliyyatlarini icra edir... A)prosessor B)əməli yaddas qurğusu C)idarəetmə qurğusu D)giriş/cixiş portlari E)klaviatura 48.Aşaqidakilardan hansi daha cox yaddas tələb edir? A)qrafik B)videosurət C)səs D)mətn E)b və d 49.Windows Explorer-də faylları köçurmək uçun nə etmək lazımdır? A)Fayl uzərində sol duyməni bir dəfə sıxmaq B)Shift duyməsi sıxılmıs vəziyyətdə faylı digər qovluq uzərində surukləyib buraxmaq C)Ctrl duyməsi sıxılmıs vəziyyətdə faylı digər qovluq uzərinə surukləyib buraxmaq D)Fayl uzərində sol duyməni 2dəfə sıxmaq E)Fayl uzərində sağ duyməni 2dəfə sıxmaq 50.Bir kilobayt informasiya bərabərdir... A)1024bayta B)1000bayta C)1000sıfır və birlərə D)1000simvola E)1024sıfır və birlərə 51.Bir meqabayt informasiya bərabərdir... A)1024 kilobayta B)1milyon bayta C)1milyard bayta D)1024bayta E)1024bitə   52.Bir  qeqabayt informasiya bərabərdir... A)1024meqabayta B)1000meqabayta C)1milyon bayta D)1milyard bayta E)1024kilobayta 53.Bir bayt vasitəsilə kodlaşdirmaq olar... A)hər hansi bir yığımdan olan simvolu B)böyuk olmayan tam ədəd C)butun cavablar doğrudur D)təsvirin bir və ya bir neçə nöqtəsi haqqında informasiyanı E)bir cumləni 54.Komputerin əsas qurğulari:əsas yaddaş,xarici yaddaş,giriş/cixiş qurğusu.Daha bir qurğunu əlavə edin: A)prosessor B)kseroks C)çevirici D)kommutator E)faksimil aparatı 55.Aşağıdakı qurğulardan hansı kompüterin əsas tərkib hissəsi deyil? A)kseroks B)prosessor C)əsas yaddaş D)xarici yaddaş E)monitor 56.Kompüterin əməli yaddaşı nəzərdə tutulub........ A)emal olunan verilənlərin və proqramların qısa müddətli saxlanılması üçün B)verilənlərin daimi saxlanılması üçün C)proqramların daimi saxlanılması üçün D)bütün cavablar doğrudur E)hesab-məntiq əməliyyatlarının yerinə yetirilməsi üçün 57.İstifadəçi üçün əsas yaddaşın vacib xarakteristikası........ A)baytla tutumu B)tələb olunan güc vatla C)santimetrlə fiziki ölçüsü D)1 saniyədə icra olunan əməliyyatların sayı E)çəkisi qramla 58.Kompüter proqramı həmin anda icra oluna bilər əgər proqram..... A)əsas yaddaşdadirsa B)maqnit diskindədirsə C)bütün cavablar doğrudur D)yığcam diskdədirsə E)diskdə 59.Proqramın yüklənməsi.......... A)proqramın xarici yaddaşdan əsas (əməli)yaddaşa köçürülməsidir B)proqramın əsas (əməli)yaddaşdan xarici yaddaşa köçürülməsidir C)proqramın disketdən sərt diskə köçürülməsidir D)proqramın mətninin klaviaturadan daxil edilməsidir E)proqramın mətninin çap edilməsidir 60.Əməli yaddaşın tutumu ölçülür.............. A)baytla B)faylla C)proqramla D)əmrlə E)hamısı doğrudur 61.Kompüterin prosessoru nəzərdə tutulmuşdur............ A)proqrama uyğun verilənlərin emalının icra olunması üçün B)proqramların müvəqqəti saxlanılması C)emal olunan verilənlərin və proqramın müvəqqəti saxlanılması üçün D)emal olunan verilənlərin daimi saxlanılması üçün E)bütün cavablar doğrudur 62.Prosessorun əsas xarakteristikası........ A)1 saniyədə icra olunan sadə əməliyyatların (əmrlərin)sayı B)istifadə olunan əsas yaddaşın tutumu C)istifadə olunan xarici yaddaşın tutumu D)istifadə olunan güc E)prosessorun qabarit ölçüləri 63.Kompüterin xarici yaddaşı nəzədə tutulub....... A)yalnız verilənlərin uzunmüddətli saxlanması üçün B)verilənlərin və proqramların uzun müddətli saxlanması üçün C)yalnız proqramların uzun müddət saxlanılması üçün D)emal olunan verilənlərin müvəqqəti saxlanılması üçün E)verilənlərin emalı üçün 64.Hansı qurğular informasiyanın uzunmüddətli saxlamaq üçün istifadə olunmur: A)xarici yaddaş B)sərt maqnit diskləri C)disketlər D)kompakt disk (CD-ROM) E)maqnit lentləri 65.Xrici yaddaşın ən çox yayılmış tipi........... A)sərt maqnit diskləri B)lazer maqnit-diskləri C)perfokartlar D)maqnit lentləri E)maqnit barabanları 66.Ən çox istifadə edilən disketlərin (elastik maqnit diskinin)tutumu A)1.44 Mbayt B)1 Mbayt C)1.5 Mbayt D)1 Gbayt E)2 Mbayt 67.Sərt maqnit diskləri fərqlənirlər........ A)informasiya yazılması və oxunması imkanları B)saxlanılması informasiyanın böyük həcmdə olması C)bütün cavablar doğrudur D)informasiyanın yüksək sürətlə emal olunması E)informasiyanın qısa müddətli saxlanılması 68.İnformasiyanı kompüterə daxil edən əsas qurğular :klaviatura,maus.Daha hansıdır? A)skaner B)ham;s; do]rudur C)printer D)monitor E)kseroks 69.Aşağıdakıların hansı giriş qurğusu deyil? A)monitor B)klaviatura C)skaner D)maus E)mikrofon 70.Skaner........... A)mətn və qrafik informasiyanı avtomatik daxil etmək üçündür B)qrafik informasiyanı daxil etmək üçündür C)kompüterləri bir-biri ilə əlaqələndirmək üçündür D)informasiyanı çap etmək üçündür E)lazer printerin alternativ adıdır 71.Skanerdən başqa təsviri kompüterə daxil edir........... A)rəqəmli kamera B)printer C)monitor D)kseroks E)klaviatura 72.İnformasiyanın əsas çıxış qurğuları: monitor,modem,plotter.Daha hansı? A)printer B)skaner C)mikrofon D)klaviatura E)maus 73.Aşağıdakı qurğulardan hansı çıxış qurğusu deyil? A)klaviatura B)printer C)monitor D)skaner E)modem 74.Modem......... A)kompüterləri telefon xətti vasitəsilə əlaqələndirmək üçündür B) kompüterləri elektrik kabelləri vasitəsilə əlaqələndirmək üçündür C)kompüteri skanerlə əlaqələndirmək üçündür D) kompüteri printerlə əlaqələndirmək üçündür E)bütün cavablar doğrudur 75.Modemin əsas xarakteristikası... A)1saniyədə öturulən bitlərin sayı B)informasiyanın baytlarla ölçusu C)saniyədə icra olunan əmrlərin sayı D)qabarit ölçuləri E)daxili və ya xarici modem olması 76.Hansi parametrlər komputer ucun vacib sayılır? A)butun cavablar doğrudur B)əsas (əməli) yaddaşin tutumu C)prosessorun işləmə surəti D)ekran adapterinin yaddaş tutumu E)keş yaddaşinin tutumu 77.Proqram təminatının ən əsas istifadə olunan komponentləri... A)əmaliyyat sistemləri B)mətn redaktoru C)proqram hazirlama sistemləri D)elektron cədvəllər E)qrafik redaktorlar 78.Komputerin işini idarə edən əsas vasitə hansıdır? A)əməliyyat sistemi B)mətn redaktoru C)proqram hazirlama sistemi D)elektrpn cədvəl E)butun cavablar doğrudur 79.Əməliyyat sistemi... A)istifadeçi ilə komputerin avadanlıqlarını qarsılıqlı əlaqələndirən proqramlar yığımıdır B)komputerin xususi qurğusudur C)muhasibat hesabatları avtomatlaşdırma proqramıdır D)komputer oyun proqramıdır E)mətn redaktorudur 80.Əməliyyat sistemi lazimdir... A)butun cavablar doğrudur B)diskdəki faylları idarə etmək ucun C)tətbiqi proqramları icra etmək ucun D)əsas yaddaşin idarə edilməsi ucun E)xarici qurğuların idarə edilməsi ucun 81.Əməliyyat sisteminin idarə olunması A)butun cavablar doğrudur B)əmrlərin klaviaturadan daxil edilməsi ilə(əmrlər rejimi) C)Norton Commander kimi menyu,funksional duymələr,mausdan istifadə edən proqram örtukləri ilə D)maus və şərti işarələrdən istifadə edən çoxpəncərəli qrafik əlaqələrlə E)əmrlər faylının idarə olunması ilə 82.MS-DOS əməliyyat sisteminin əmrlərlə idarə olunma rejimi həyata kecirilir.. A)xususi əmrlərin klaviaturadan daxil edilməsi ilə B)menyudan əmrlərin klaviatura vasitəsilə secilməsilə C)klaviaturanın funksional və idarəedici duymələrindən istifadə etməklə D)menyudan əmrlərin mausdan istifadə etməklə seçilməsilə E)qrafik işarələrdən istifadə etməklə 83.MS-DOS əməliyyat sisteminin əmrlərlə idarə etmə rejimi ucun xarakterikdir.. A)butun cavablar doğrudur B)komputerin imkanlarina olan minimal tələblər C)əmrin duzgun yazilişlarini bilmək D)əmrlər klaviaturadan daxil edildiyi uçun qarşiliqli əlaqənin aşağı surətli olması E)sadə proqram təminatı 84.Fayl.. A)informasiyanın xarici yaddaşda saxlanması vahididir B)əsas yaddaşda olan proqramdır C)cari vaxtda emal olunan informasiyadır D)əməliyyat sisteminin xususi proqramıdır E)butun cavablar doğrudur 85.İstənilən informasiya xarici yaddaşda aşağıdakı formada saxlanılır A)fayl B)proqram C)qovluq D)sənəd E)cədvəl 86.Faylda saxlanılır.. A)butun cavablar doğrudur B)mətn informasiyası C)qrafik informasiya D)audio informasiya E)kodlaşdırılmış icra olunan proqram 87.MS-DOS faylının adında ola bilər.. A)8-ə qədər latın hərf və rəqəmlər B)istənilən sayda latın hərfləri və rəqəmlər C)istənilən işarə və simvollar D)16-ya latın hərf və rəqəmləri E)qrafik işarələr 88.EXE fayl genişlənməsi istifadə edilir… A)icra olunan fayllar ucun B)mətn fayllar ucun C)umumiyyətlə istifadə edilmir D)qrafik fayllar ucun E)ixtiyari fayllar ucun 89.Aşağıdakılardan hansi duzgun yazılmış MS-DOS fayl adıdır... A)fax1.doc B)text.data C)prog.2.com D)my prog.exe E)sened 1.txt 90.Hər hansi bir proqramı icra etmə ucun hansı fayl secilməlidir? A)prog.exe B)prog_exe C)prog.dat D)prog.txt.dat E)programa 91.Kataloq.. A)muəyyən əlamətlərinə gorə qruplaşdırılmış fayllar və alt kataloqlar yığımıdır B)100dən artıq olmayan fayllar yığımıdır C)10-dan artıq olmayan alt kataloqlar yığımıdır D)əsas yaddaşda saxlanılan istənilən verilənlər yığımıdır E)simvollar yığımıdır 92.MS-DOS əməliyyat sistemində duzgun kataloq adı hansıdır? A)catalog1 B)catalog//1 C)catalog new D)cat.doc.new E)catalog1.193.Disk yaddaşında kataloq ağacı... A)”kataloq-alt kataloq-alt kataloqun alt kataloqu”prinsipi ilə əlaqələndirilmiş kataloqlar yığımıdır B)bir birilə əlaqəsi olmayan ixtiyari kataloqlar yiğimidir C)bir birilə ixtiyari formada əlaqələndirilmiş kataloqlar yiğimidir D)”kataloq-kataloq”prinsipi ilə əlaqələndirilmiş kataloqların xətti ardıcıllığıdır E)butun cavablar doğrudur 94.”kataloqlar ağacında fəal gedən yol”anlayışı nəyi bildirir? A)bir birilə əlaqəli olmayan kataloqların ixtiyari ardıcıllığıdır B)əsas kataloqdan kecərək kataloq və alt kataloqlar ardıcıllığıdır C)(ana) kataloq D)ixtiyari kataloq və alt kataloqlar ardıcıllığıdır E)hər hansı bir fayl adları yığımıdır 95.DIR kataloqu SUBDIR,o da oz novbəsində SUBSUBDIR alt kataloqunu saxlayırsa,onda bu aşağıdakı kimi yazılır.. A)DIR/SUBDIR/SUBSUBDIR B)DIR.SUBDIR.SUBSUBDIR C)SUBSUBDIR/SUBDIR/DIR D)DIR/SUBDIR/SUBSUBDIR E)SUBSUBDIR/SUBDIR/DIR 96.Muxtəlif disk qurğuları ucun hansı adlardan istifadə edilir? A)butun cavablar doğrudur B)C:və D:-sərt disk suruculəri C)A və B;-elastik disk suruculəri D)R:,S:,W:-şəbəkə diskləri E)E:-CD-ROM 97.Faylın tam adının yazılışı hansıdır? A)C:/DIR1/DIR2/text.txt B)A/DIR1/file.com C)B:/DIR1/DIR2 D)D://DIR.MY//doc.txt E)butun cavablar səhvdir 98.İki faylın adı eyni ola bilərmi? A)olar,əgər onlar muxtəlif kataloqlarda olarlarsa B)olar,heç bir məhdudiyyət yoxdur C)heç bir halda olmaz D)olar,adları və genişlənmələri eyni olarsa E)olar,genişlənmələri eyni olarsa 99.Kataloqlar uzərində hansı əməliyyatı aparmaq olmaz? A)miqyaslaşdırmaq B)koçurmək C)baxmaq D)yenisini yaratmaq E)silmək 100.Fayllar uzərində icra olunan əməliyyatlar hansılardır? A)koçurmək,silmək,miqyaslaşdırmaq,baxmaq B)yenisini yaratmaq,koçurmək,birləşdirmək,adını dəyişdirmək,silmək C)yenisini yaratmaq,adını dəyişdirmək,silmək,birləşdidmək,miqyaslaşdırmaq D)yenisini yaratmaq,koçurmək,baxmaq,çevirmək,miqyaslaşdırmaq E)miqyaslaşdırmaq,silmək,baxmaq,adını dəyişdirmək  
['test sualları', 'informatika sualları']
5,406
https://kayzen.az/blog/cahandar/6217/s%C9%99mimiyy%C9%99t.html
Səmimiyyət!!!
cahandar
Bloq: cahandar
12 iyul 2011, 02:03
Səmimiyyət,bu söz,bu məvhum zəmanəmizdə çoxlarına yaddır.İnsanlarin faizi baxımından əksəriyyət bu sözü eşidəndə və yaxudsəmimi insana rastlayanda "avamdır" deyə düşünürlər.Halbuki keçmiş zamanlarda bu "avamlar" saf insanlardan olurdu və avam deyərək deyil,saf ləqəbiylə qiymətləndirilərdilər. Bəli,hərkəsin subyektiv fikirləri vardir.Əksəriyyət tamamilə razi və yaxud da əksinə,mənimlə razi olmaya bilər.Ancaq səmimi insanlar əhatəsində olmaq hər kəsin arzusudur.Səmimi olanı aramaq lazım deyil o insan gözlərindən taninir,bundan da anlaşılmazsa ünsiyyətdə olmaq kifayətdir.Bu tip insanlar həm UCA YARADANIMIZIN sevimli qulu olur həm də mənəvi dəyərlərə malik olmaqla yanaşı ruhu qidalanar psixoloji baxımdan saqlam olar. Səmimi olaq ki qarşımıza belələri çıxsın. Atalar nahaqdan deməyiblər "Nə tökərsən aşına o çıxar qaşığına!!!".... müəllif cahandar
['səmimiyyət']
5,407
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/6216/fridrix-nits%C5%9Fe.html
Fridrix Nitsşe
Niyaz
Böyük insanlar,şəxsiyyətlər
11 iyul 2011, 20:01
"Müqəddəs olmaqdansa axmaq olmaq yaxşıdır" Qarımış qızların əhatəsində 15 oktyabr 1844-cü ildə anadan olan Fridrix Vilhelm Nitsşenin atası Prussiya kralı Fridrix Nitsşeyə sonsuz sədaqətli idi. Buna görə də oğlunun adını Fridrix Nitsşe qoydular. Nitsşe 5 yaşı olanda atası beyin qurumasından vəfat etdi. Nitsşenin uşaqlığı Naumburq şəhərində dul anası və qarımış bibilərinin əhatəsində keçdi. Taleləri qaralmış bu qadınların həyatı sonralar Nitsşe fəlsəfəsinin pessimizminə təsir edəcəkdi. 13 yaşında oxuduğu məktəbdə Nitsşenin  ləqəbi çox yaxşı oxuduğuna görə "keşiş" idi. Amma kəskin zəkasının  inancına vurduğu zərbələr getdikcə daha da güclənirdi. Beləcə 18 yaşında Nitsşe artıq bir dindardan artıq bir şübhəçi idi. Amma o, bu barədə heç kimə heç nə demirdi, Nitsşe susqun idi. Və ömrünün axırına kimi belə yaşadı. Keşişlikdən filosofluğa Amma Nitsşe 19 yaşında keşiş olmaq üçün Bonn universitetinə girdi. Əlbəttə ki, ailədəki qadınlar əvvəlcədən  onun həyatını planlaşdırmışdılar. Lakin Nitsşe bu planı tezliklə pozdu. Şüursuz bir üsyan hissi onun içini gəmirməyə başlamışdı. Bonna gəldikdən sonra tezliklə universitet gəncliyinə qoşuldu, içki içməyə başladı hətta dueldə vuruşub yaralandı da. Bu vaxt artıq "Allah ölmüşdü". Pritonların ağrılı xatirəsi Tətildə evə qayıdan Nitsşe artıq dini ayinlərinə icra etmir, kilsəyə getmirdi. Evdən isə Nitsşe Bonna yox Leypsiqə qayıtdı. Klassik filologiya üzrə təhsil almaq üçün. Bu zaman Nitsşe 21 yaşlı bir gənc idi. Leypsiqdə baş verən iki hadisə onun sonrakı həyatına böyük təsir edir. Belə ki, pritonlara ayaq açan Nitsşe burda frengi adlı zöhrəvi xəstəliyə tutulur. Daha sonra bu xəstəlik Nitsşenin yazılarında iz qoyacaqdı. O, "Zərdüşt belə söyləmişdi" əsərində yazırdı: "Qadının yanına gedirsən? Eləysə qırmancını unutma".  Deyilənə görə bu hadisədən sonra Nitsşe  heç zaman qadınlarla olmadı. Və Şopenhauer Həyatını dəyişən sonrakı hadisə isə onun Şopenhaueri  "Dünya iradə və təsəvvür kimi" əsəriylə tanımasıdır. Bu zaman  hər kəsin unutduğu Şopenhauer yenicə vəfat eləmişdi. Şopenhauerin interpretasiyaya açıq üslubu və öldürücü  pessimizmi Nitsşeyə dərindən təsir edir. Nitsşe yazırdı: "Burada hər sətir imtina, vazkeçmə,  acı gerçəkliklə barışmaq qışqırığı idi; dünyanı, yəni həyatın  və insan təbiətinin qorxunc bir möhtəşəmliklə görüldüyü aynaya baxdım... Burda səhhət və mərəzə, sürgünü və sığınacağı, cənnəti və cəhənnəmi gördüm". Nitsşe bu sözləri Şopenhauer haqqında yazıb. Şopenhaueri oxuyandan sonra Nitsşenin inandığı bir tərəfə dursun, inana biləcəyi heç bir şeyi qalmamışdı. Şopenhauer bədbinliyi ona güc verirdi. Öz təbiətinə uyğun olmasa da artıq özü qarşısında dürüst və hamı qarşısında güclü olmaq istəyirdi. İrəliyə gedən yol Şopenhauerdən keçirdi. Hələlik Nitsşenin öz fəlsəfəsi haqqında olan yeganə  durulmuş ideyası  Güc İradəsi idi. Topçu zabiti filosof 1867-ci ildə bir illik topçu zabit kimi hərbidə olan Nitsşe Leypsiqə qayıdır. Leypsiq universitetindəki professor Nitsşeyə son qırx ildə yetişdirdiyi ən böyük tələbə kimi baxmağa başlamışdı. Lakin Nitsşe gün getdikcə klassik filologiyadan soyumağa başlamışdı. Çünki ona görə filologiya həyatın acı və təcili cavab tələb edən sualları qarşısında yumşaq desək biganə idi. Nitsşeyə görə filologiya "bir axmaq tərəfindən dölləndirilən fəlsəfə tanrıçasının eybəcər balası" idi. Vaqner dönəmi Amma Nitsşe nə eləmək lazım olduğöunu da anlamış deyildi. Hətta kimya öyrənmək üçün Parisə getmək haqqında fikirləşməyə də başlayır. Lakin qəfildən çox gizli şəkildə məşhur bəstəkar Riçard Vaqnerlə tanış olur. Vaqner siyasi düşüncələri, inqilabi fəaliyyətinə görə 20 il bundan əvvəl bura sürgün olunmuşdu. Daha  sonra isə Vaqner öz görüşlərini dəyişdirdiş  və  sürgün qərarı ləğv edilmişdi. Qəribədir ki, Nitsşenin atası yaşında olan Vaqner ona dəhşətli dərəcədə bənzəyirdi də. İndiyənə qədər heç bir məşhur şəxsi yaxından tanınmayan Nitsşeyə Vaqner çox böyük təsir edir. Tezliklə Vaqnerin də Şopenhauer heyranı olduğu ortaya çıxır. Vaqner isə öz növbəsində dahi olaraq gördüyü Nitsşenin ona bəslədiyi heyranlıqdan vəcdə gələrək Nitsşeyə öz içini tökür. Nitsşe operaları qədər qəribə və qeyri-adi olan bu böyük bəstəkardan çox şey öyrəndi. Filologiya elminə xüsusi münasibətinə baxmayaraq Nitsşe Bazel universitetin klassik filologiya kafedrasında professorluq təklifini qəbul etdi. Bu zaman Nitsşe 24 yaşındaydı və bu yaşda professor olmaq unikal bir uğur sayılırdı.  1869-cu ilin aprelindən universitetdə çalışmağa başlayan Nitsşe filologiyadan əlavə fəlsəfədən də mühazirələr oxumağa başladı. Onun bu illərdə beynində bir düşüncə vardı: klassik filologiyanı fəlsəfə ilə birləşdirərək yaşadığı sivilizasiyanın zəif nöqtələrini aşkarlamaq. Qısa müddətdə sonra Nitsşe universitetin ulduzuna çevrildi. O dövrdə Avropa intibahını bir dövr olaraq müəyyənləşdirən Burxardla tanış oldu. O Bazel professorları içində Nitsşenin ruhuna ən yaxın adam idi. Böyük ehtimalla Nitsşenin həyatında sayğı duyduğu yeganə şəxs də o idi. Bazel şəhəri Vaqnerin lüks villası yerləşən Tribsxen şəhərindən yüz kilometr aralı idi. Nitsşe Bazelə gəldikdən sonra həftə sonlarını bu villada keçirtməyə başladı. Vaqnerin həyatı ancaq musiqi, siyasətlə və sevgi ilə məhdudlaşmırdı. O elə düşünürdü ki, həyat ona bütün həzzlərini  axıra qədər yaşamaq üçün verilib. Vaqnerin bu cür həyat eşqi onun bəzən pulsuz olmağına qədər davam edirdi. Amma Bavariya knyazı II Lüdviq Vaqnerə xəzinəsindən böyük pullar axıdırdı. Çünki Vaqnerin insanları inandırmaq qabiliyyəti onun musiqisi qədər böyük və möhtəşəm  idi. Nitsşe qısa bir müddət içində bu baş gicəlləndirici atmosferin və boğucu salonların içərisində şüursuz fantaziyalara daldı. Müharibə gerçəkləri 1870-ci ilin iyulunda Almaniya ilə Fransa arasında müharibə başladı. Almanlar üçün bu savaş  Napaleonun intiqamını almaq və Almaniyanı Avropanın hegemon dövlətinə çevirmək demək idi. Nitsşe könüllü olaraq  tibb xidməti daxilində müharibədə yer alır. Müharibə Nitsşenin düşüncələrində ciddi dəyişiklik yaradır. Nitsşe anlayır ki, insanın ən güclü həyat instinkti yaşamaq istəyi, həyatda qalmaq arzusu deyil, tam tərsinə hakimiyyət, müharibə, güclü olmaq istəyidir. Mübarizə zəiflərin kəşfidir. İnsanın həyat instinkti ən güclü olmaq istəyidir, həyatda qalmaq istəyi yox. Sonralar Nitsşe bu düşüncəni fərdi planda işlədi, lakin bu fikrin militarist qaynağını heç zaman da inkar etmədi. Bismark fransızları məğlub edərkən Nitsşe hər gün bir az daha qətiyyətlə müharibə dəhşətini anlayırdı. Vorthdakı döyüş  meydanı saysız-hesabsız cəsəd qalıqları ilə dolu idi, havada isə artıq çürüməyə üz qoymuş cəsədlərin ağır qoxusu hakim idi. Nitsşe altı yaralı əsgəri sülh dövründə heyvan daşınan vaqonlarla iki günlük səfərlə xəstəxanaya aparmalı olur. Qolları, ayaqları güllə yaraları ilə dolu olan və yaralı yerləri çürüməyə başlamış əsgərlərin bütün qayğısını çəkən Karsrueyə çatanda özü də xəstəxanaya düşür. O, dizenteriya və difteriyaya mübtəladır. Silahdan qələmə Bütün olanlara baxmayaraq Nitsşe Bazelə qayıdır. Mühazirələrini deyir və "Tragediyanın doğuşu"nu yazmağa başlayır. Yunan mədəniyyətini analiz edən bu əsərdə Nitsşe Apollonu səliqəli, düzənli həyat tərzinin qarşısına Dionisin ehtiraslı, coşğun həyatsevərliyini qoyur. Nitsşeyə görə Yujnan Tregediyası bu iki düşüncənin birləşməsindən ortaya çıxmış və sonunda Sokratın rasionalizmi tərəfindən məhv edilmişdir. Bu yanaşma Yunan fəlsəfəsi üçün tamamilə yeni idi. Nitsşe sonra yazdıqlarında da bu Dionisçi fəlsəfəni davam elətdirəcəkdi. Şopenhauerlə ayrılmaq vaxtı gəlmişdi. Nitsşe bundan sonra Ustadının iradəni  buddistcə (heç bir şey istəməmək, ehtirassız olmaq) şərh etməyinə qarşı olacaqdı. Nitsşe dionisçi düşüncəni xristianlığın da  qarşısına çıxardacaqdı.  1879-cu ildə Nitsşenin səhhəti pisləşdi. Buna  Bazel universitetindən ayrıldı. Universitet ona pensiya kəsdi və həkim də ona mülayim iqlimli yerlərdə yaşamağı tövsiyə etdi. Nitsşe İtaliyanı, Fransasının şimalını, İsveçrəni gəzdi. Özünü yaxşı hiss etdiyi bir yer axtarırdı. Nitsşe bu zaman 35 yaşında idi. Deyilənə görə o tibb fakultələrində keçirilən bütün xəstəliklərdən əziyət çəkirdi. Nitsşe yarıkor idi. Doktor ondan  kitab oxumamasını xahiş etdi. Şiddətli baş ağrılarından əziyyət çəkirdi. Bəzən bu ağrılara görə günlərlə yataqdan qalxa bilmirdi. İksirlərdən, dərmanlardan, həblərdən, müxtəlif odekalalonlan ibarət olan kolleksiyası olduqca zəngin idi. Buna baxmayaraq o Fövqəlinsan fəlsəfəsini yarada bildi. Fövqəlinsan ilk dəfə "Zərdüşt belə söyləmiş"də ortaya çıxdı. Bu əsər uzun bir şeir idi. Amma hədsiz dərəcədə cazibəli və bəzəkli eyni dərəcədə də ciddi idi bu şeir. Dostoyevski ya da Herman Hesse kimi Zərdüşt də ilk növbədə gənclərə ünvanlanıb. Bu əsər həyatı dəyişdirir. Özü də bu dəyişik hər zaman  mənfi  planda da deyil. Əsərdəki sərsəmləmələr o dəqiqə gözə dəyir. Amma geriyə qalanlar oxucunu oxucunu əsərin əsas xəttinə qaytarırı. Bu əsərin  fəlsəfə yükü çox azdır,  bəlkə də heç yoxdur. Məhəbbət üçbucağı Nitsşe səyahətlərində dostu Paul Riinin vasitəsi ilə 21 yaşındakı rus qızı Lu Salome ilə tanış olur. Nitsşe Riinin də iştirakı ilə bəzən isə ikisi bir yerdə Salome ilə gəzintilərə çıxır və fəlsəfi inamının qıza da sirayət eləməyə çağırır. Misal üçün, Nitsşe Salomeyə deyirdi ki, Zərdüşt heç bir zaman doğulmayacaq oğludur. Doğulmamaq Zərdüşt üçün kifayət qədər şanslı idi, sadəcə belə bir adla yaşamağın çətinliyinə görə deyil. Salome, Rii və Nitsşe bu gün düşünülməsi çox çətin olan cinsəl piramidaya düşürlər. Çünki bu gün cinsəl açıdan saf olacaq heç kim qalmayıb. Əvvəllər hər üçü özlərini fəlsəfəyə həsr etmək arzusunda olur. Daha sonra Nitsşe və Rii bir-birlərindən xəbərsiz Salomeyə aşiq olurlar. Nitsşe daha dərinə gedərək məhəbbətini Salomeyə çatdırması üçün Riidən xahiş də edir. Bu xahiş Nitsşenin XIX əsrin ən böyük psixoloqu olmaq şərəfini də əlindən almır. Luzerndə çəkilən bir foto bu üçbucağı təsvir edir. 38 və 33 yaşında iki bakirə kişi at arabasına söykənib. Arabada isə əlində qırmanc olan 21 yaşında cismanı gözəlliyin ən cazibədar çağında olan bir qadın. Nitsşe bu fotonu çəkdirərkən "Qadının yanına gedəndə qırmancını unutma" sözlərini unutmalı idi. Əlbəttə ki, belə bir münasibətin sonu olmamalı idi. Bir müddət sonra üçü də bir-birindən ayrıldı. Bu Nitsşeyə çox pis təsir etdi. Bu günlərdə gündəliyinə yazmışdı: "Bu axşam dəli olana qədər morfi çəkəcəyəm". Daha sonra evlənən Salomenin uşağını salır. Zərdüşt beləcə dünyaya gəlmir. Əlbəttə ki, uşağın atası Nitsşe deyildi. Lui Salome dövrünün ən populyar və məşhur qadınlarından oldu. Çox sevdiyi əri-alman professorunun soyadını qəbul edən Lui Salome şair Mariya Rilke və Ziqmund Freydin üzərində də ağır təsir buraxdı. Dağlar arasındakı tənhalıq Nitsşe qışlarını keçirtdiyi Nitsa, Turin, Romada yayları isə İsveçrənin Engadin vilayətində Sils Maria adlı kənddə keçirirdi. Bu gün də Sils Maria çox gözəl bir yer kimi qalır. Nitsşenin qaldığı daha doğrusu dərman qalaqladığı evləri hələ də görmək mümkündür. Burda dağlar göllərin arxasından İtaliya ilə isveçrəni ayırır. Nitsşe bu dağlara dırmaşır, sakit və hamar bir yer taparaq oturur və qeyd dəftərini yaza-yaza doldururdu. Əsərlərində bu yerlərin atmosferi, heybətli mənzərələri, tənhalıq duyğusu da əks olunub. "Buzlar içində könüllü yaşamaqdır fəlsəfə" cümləsi kimi. Nitsşeni anlamaq üçün bu dağları da  bir az gəzmək lazımdır. Ucuz kafelərin dahi müştərisi Nitsşe tək yaşayır, ucuzu otaqlar kirayələyir, fasilə vermədən yazır, kasıb restoranlarda yemək yeyir və bir tərəfdən də dözülməz baş ağrılarını sakitləşdirmək üçün dərmanlar qəbul edirdi. Bu ağır vəziyyətinə baxmayaraq hər il daha gözəl kitablar yazırdı. Sabahın alatoranı, Şən və elm, Yaxşı və Pisin o tayında kimi əsərləri Qərb mədəniyyəti, onun dəyərləri, psixologiyası, ruhunun kəskin tənqid olunduğu əsərlərdir. Aydın üslubu, çılğınılığı ilə bu əsərlər Nitsşe fəlsəfəsinin əsas xəttlərini meydana çıxartdı. Nitsşedən yüz il əvvəl metafizika ciddi zərbələrə məruz qalsa da Nitsşe zamanında belə bir zərurət yenidən meydana çıxmışdı. Çünki idealist alman fəlsəfəsi metafizik ölülərin arasından yenidən dirilmişdi. Nitsşe fəlsəfəsinin əsas cəhəti onun həqiqət kimi qəbul edilən dəyərlərin, təsəvvürlərin mərhəmətsiz bir şəkildə dağıdılmasıdır. Bu səyin nəticəsində müqəddəs olan hər şey dağılırdı. Lakin taleyin acıqlı ironiyası ondadır ki, bu fəlsəfə bu gün də dağıdıcıdıdır, deməli o tabular hələ də qorunur, hələ də taxtdadır. Bu qədər əzab heç zaman çəkilmədi Səksəninci illərdə Nitsşe çalışmalarını böyük və əzici bir tənhalıq içində tanınmayan və oxunmayan bir yazar kimi davam elətdirir. Dəhşətli tənhalığı və və qəbul olunmaması Nitsşeni  bəzən dözülməz depressiyalara salır. Amma artıq 1888-ci ildə Georq Brandes Kopenhagen universitetində Nitsşe fəlsəfəsindən dərs deməyə başlayır. Bir az geciksə belə. Nitsşe böyük bir filosof idi və özü də bunun fərqində idi. Dünyanın isə bunu bilməməsi imkansızdı. Ekko-Homo əsərində Nitsşe yazırdı:"Buna oxşayan bir şey heç bir zaman yazılmadı, hiss edilmədi, və bu qədər əzabı indiyə qədər heç kim çəkmədi". Bu tənqidi və inamı aşan bir ifadə idi. Bu sözləri "Niyə bu qədər dahiyəm?", "Nəyə görə mən alın yazısıyam" adlı fəsillər izləyir. Bu fəsillərdə Nitsşe spirtin əleyhinədir, yağı çıxardılmış kakaonu tərifləyir və özünün tapdığı ifrazat sistemini təklif edir. Zərdüştün təmtəraqlı və dumanlı üslubu bu əsərdə paranoyaya çevrilməktədir. Fayton atına sevgi etirafı 1889-cu ilin sonunda Nitsşeni ruhi vəziyyəti daha da pisləşdi. Bu zaman İtaliyada olan Nitsşe Turində küçə ilə gedərkən qəfildən yıxılır. Vəziyyəti pisləşir. Bu zaman bir az əvvəl qırmanc yemiş fayton atının boynuna sarılır. Ağlamağa başlayır. Onu qaldığı otelə aparırlar. Nitsşe ordan Cosima Vaqnerə "Səni sevirəm, Ariadna", İtaliya Kralına "Sevgili Umbertom.. bütün antisemitləri məhv edəcəm"  sözlərini çıaqca ilə yollayır. Burxarda da açıqa yollayır, "Dionis" imzası ilə. Burxard bir dostuna deyir, o da Nitsşeni Turindən aparır. Nitsşe: Mən də yaxşı kitablar yazmadımmı? Nitsşenin səhhəti ciddi böhrana düşdü. O bir daha sağlamlığına qovuşa bilməyəcəkdi. Vəziyyəti günümüzün tibbi imkanları ilə belə yaxşılaşdırıla bilməzdi. Gərgin zehni əmək, tənhalıq və çəkdiyi acılar ən çox da sifilis. Bu xəstəlik beyin iflicinə səbəb olan ücüncü mərhələyə çatır. Sanatoriyada yatandan sonra anasının yanına gedir. Nitsşe artıq çox sakit idi, heç danışmır, büzülüb bir yerdə qalırdı. Bəzən yaxşılaşır, keçmişi xatırlaya bilirdi. Bir dəfə hardasa kitab gördü və dedi ki, "Mən də yaxşı kitablar yazmadımmı?". Təhrifin  gətirdiyi məşhurluq Anası 1897-ci ildə vəfat edəndə ona bacısı Elizabet Förster  baxmağa başladı. Nitsşeyə baxası sonuncu adam o idi. Bacısı məşhur bir yəhudi düşməni Bernard Försterlə evli idi. Nitsşe onun düşüncələrinə görə bəyənmirdi. Förster Yeni Almaniya adlı bir koloniya qurmaq üçün bir çox alman ailələrini aldadıb Paraqvaya aparmış və axırda kəndliləri aldadıb özü də intihar etmişdi. Bu gün Paraqvayda o almanları görmək mümkündür. Elizabet Almaniyaya qayıdıb qardaşına baxmağa başladı. O, Nitsşenin haqqı olan şöhrətini ona vermək istəyirdi. Nitsşeni də yanına alıb Höte və Şillerin yaşadığı şəhər kimi məşhur olan Veymara köçür. Sonra isə Nitsşenin çap olunmamış əsərlərinin üzərində təhriflər etməyə başladı. Onun əlavələri əsasən yəhudi düşmənliyi və Nitsşenin tərifiylə bağlı idi. Bu təhriflərlə Nitsşenin "Güc iradəsi" adlı əsəri dərc olunur. Daha sonralar Nitsşenin ən böyük araşdırmaçılarından biri olan Valter Kaufman Elizabetin etdiyi əlavələri peşəkarlıqla ayırd edərək bu əsəri sonralar yenidən çap etdirir. Nitsşenin üslubu və təfəkkürü buna imkan yaradır. Hitlerə əl öpdürən əlavələr Nitsşe proqnozunu dəqiq təsvir etdiyi XX əsrin başlarına qədər yaşadı. Böyük bığlı, kədərli, üzgün və kim olduğunu bilməyən Nitsşe 25 oktyabr  1900-cu ildə öldü. Ölümü ərəfəsində Nitsşenin əsərləri populyarlaşmağa başladı. XX əsrin mütəfəkkirlərindən Freyd, Rilke, Onil, Bernard Şou, Konrad üzərində təsir buraxan Nitsşe Elizabetin köməyi ilə Nasist Filosofuna çevrildi. Hitler Veymarda Nitsşe Arxivinin qarşısında Elizabet Försterin əlini öpərək ona təşəkkür etdi. Nitsşe "alman romantikası" haqda yazırdı ki, alman irqini ali irq etmək istəyindən çox uzağam. Müqəddəslikdənsə axmaqlıq yaxşıdır Nitsşe bir gün dahi elan olunacağını əlbəttə ki, bilirdi. Amma dünyanın onu necə dəyərləndirəcəyini müəyyən edə bilmirdi və "bir gün müqəddəs elan olumağından çox qorxurdu". Hətta "müqəddəs olmaqdansa axmaq olmağı seçəcəyini" də yazırdı.
['Böyük insanlar', 'şəxsiyyətlər']
5,408
https://kayzen.az/blog/azerbaycan/6213/az%C9%99rbaycan-kinosu.html
Azərbaycan kinosu
kulturoloq
Azərbaycan
11 iyul 2011, 14:23
İlkin dövr Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi.   1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Peterburqdan rejissor Boris Svetlov dəvət olunmuşdur. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynamışdır. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə "Təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi. 1920-ci illər 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorların milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçirirdi. O zamanlar AFKİ-nin nəzdində Bakıda "Təyyarə", "Edison", "Milyon", "Ladya", "Mədənçi" və s.kinoteatrlar da var idi.   1924-cü ildə AFKİ ikiseriyalı "Qız Qalası əfsanəsi" (rejissor V.V. Vallyuzek) adlı bədii filmi ekranlara çıxardı. Etnoqrafik cəhətdən maraqlı olan bu filmdə müəlliflər Şərq ekzotikasından qaça bilməmişdilər.   Azərbaycanda milli rejissor və aktyor kadrları hazırlamaq üçün 1925 ildə Ş.Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edildi. C.Cabbarlı, M.Mikayılov, Ə.Tahirov və başqaları burada oxumuşdular. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək məqsədilə Bakıya V.İ.Pudovkin, İ.A.Sevçenko, N.M.Şenqelaya, M.E.Çiaureli kimi məşhur kinorejissorları, eləcə də Q.M.Lemdeq, V.R. Lemke, A.V.Qalperin, İ.S.Frolov, Ə.M.Feldman, L.L.Kosmatov, V.M.Şneyder və başqa kinooperatorlar dəvət olunmuş, C.Cabbarlı, A.M.Şərifzadə və başqaları kino yaradıcılığı işinə cəlb edilmişdilər.   AFKİ sonralar "Azdövlətkino" (1926-1930), "Azərkino" (1930-1933), "Azfilm" (1933), "Azdövlətsənayesi" (1934), "Azərfilm" (1935-1940), "Bakı kinostudiyası" (1941-1959) kimi adlar daşımışdır, 1961-ci ildən C.Cabbarlı adına "Azərdaycanfilm" kinostudiyası adlanır.   Xurafat və cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı ötən əsrin 20-ci illərində Azərbaycan kinosunun əsas mövzusu idi. "Bismillah" (1925, rejissorlar A.M.Şərifzadə, A.Valovo), "Vulkan üzərində ev" (1929, rejissor A.İ.Bek-Nazarov, "Ermənikino" ilə birqə), "Hacı Qara" (1929, rejissor A.M.Şərifzadə) kimi kino əsərləri, eləcə də öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan qadını obrazını bədii və real şəkildə ifadə edən "Sevil" (1929, rejissor A.İ.Bek-Nazarov) həmin dövrdə yaradılmış uğurlu filmlərdəndir.     XX əsrin 20-ci illərində Bakıda yerli operatorlar və xarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından, neft mədənlərindən bəhs edən kinoxronikalar və sənədli filmlər çəkilirdi. 1920 ildə "Bakıda 9 qızıl Ordunun rəsmi keçidi" adlı ilk xronika kinojurnalı çəkilmişdir. Həmin il "Şərq xalqlarının birinci qurultayı" xronika filmi də yaradıldı. Sonrakı illərdə müəyyən hadisələrlə bağlı kinoreportajlar hazırlandı: "Sovet Azərbaycanının 3-cü ildönümü" (1923), "Suraxanı neft mədənlərində yanğın" (1923) "Nəriman Nərimanovun dəfni" (1925), "M.Frunzenin Bakıya gəlməsi" (1925) və s. sənədli filmlərlə yanaşı, elmi-kütləvi filmlərin də istehsalına başlanıldı.   1925-ci ildə rejissor A.M.Şərifzadə respublikanın mədəni və iqtisadi həyatından bəhs edən "Azərbaycana səyahət" filminin çəkilişini başa çatdırdı. 20-ci illərdə Azərbaycan kinosunda tarixi-sənədli filmlərlə yanaşı, tamaşaçıları gənc respublikanın təsərrüfat və mədəni həyatındakı nailiyyətləri ilə tanış edən "Azərbaycan ekranı" kinojurnalı (ildə 4-5 nömrə) buraxılmağa başlandı. Bu illər Azərbaycan sənədli kinosunda M.Mikayılov, A.A.Litvinov, A.A.Makovski kimi istedadlı rejissorlar, V.P.Lemke, A.Valovoy, A.Tolçan, İ.S.Tartakovski, İ.S.Monakov kimi operatorlar çalışırdılar. 30 illərdə bu sahədə B.V.Pumyanski, S.Bədəlov, V.Yeremeyev, Ə.Həsənov, Ə.Ələkbərov və b. fəaliyyətə başladılar. Bu sənətkarların filmlərində ilk beşilliklərdə resublikanın həyatı, kolxoz quruculuğu, mədəniyyət sahəsindəki uğurlar, neft sənayesinin yeni texnika ilə təchiz və s. əksini tapmışdı. Sənədli filmin imkanları daxilində bitkin insan obrazı yaradılması sahəsindəki cəhdlər o dövrun bədii nailiyyətlərindəndir. 1930 - 40-cı illər 30-cu illərin əvvələrində mövzusu müasir həyatdan alınmış, məişəti bədii şəkildə təsvir edən, eləcə də tarixi-inqilabi mövzulu filmlər çəkilirdi: "Lətif", "İsmət" (1930, 1934, rejissor M.Mikayılov), "Almaz" və "Yeni horizont" (1936, 1940, rejissorlar A.Quliyev, Q.M.Braqinski), "Bakılılar" (1938, rejissor V.V.Turin), "Kəndlilər" (1940, rejissor S.Mərdanov) və s. Azərbaycan kinosu 1935-1988-ci illərdə. Səsli dövr 1935-ci ildə "Azərfilm"in Moskvanın "Mejraypromfilm" kinostudiyası ilə birqə yaratdığı "Mavi dənizin sahilində" (rejissor B.V.Barnet) bədii filmi ilə Azərbaycanda səsli kino əsərlərinin istehsalına başlanıldı. Filmdə baş rollarda görkəmli sovet kinoaktyorları L.N.Sverdlin, N.A.Kryuçkov, V.A.Kuzmina və başqaları çəkilmişlər. 1936-1941-ci illərdə ekranlara 10-dan çox səsli film buraxılmışdır.   İkinci dünya müharibəsi illərində qəhrəman döyüşçülər Kamal Qasımov və Bəxtiyar Kərimova həsr olunmuş "Vətən oğlu" və "Bəxtiyar" (1941,1942, rejissor A.Quliyev) kinonovellaları, M.F.Axundovun həyat və fəaliyyətinə dair "Səbuhi" (1942, rejissorlar A.İ.Bek-Nazarov, R.Təhmasib), vahid süjet xətti ilə bağlı üç kinonovelladan ibarət "Bir ailə" (1943, rejissorlar Q.V.Aleksandrov, R.Təhmasib, M.Mikayılov), müharibə dövründə dənizçilərin göstərdikləri igidliklərə həsr olunmuş "Sualtı qayıq T-9" (1943, rejissor A.İvanov) bədii filmləri çəkilmişdir.     1945-ci ildə Ü.Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası yenidən ekranlaşdırıldı. Rejissorlar R.Təhmasib və N.Leşşenko milli koloriti və xalq yumorunu saxlamaqla parlaq realist kinokomediya yarada bilmişdilər. Film keçmiş SSRİ-də, eləcə də dünyanın bir çox ölkəsində uğurla nümayiş etdirilmişdir. "Arşın mal alan" filminə görə rejissorlar R.Təhmasib və N.Leşşenko, bəstəkar Ü.Hacıbəyov, aktyorlardan R.Behbudov, L.Bədirbəyli, Ə.Hüseynzadə, M.Kələntərli və L.Abdullayev 1946-cı ildə SSRİ Dövlət mükafatına layiq görüldülər. Azərbaycan kinosu 1950-ci illərdə 1940-cı illərin sonu 50-ci illərin əvvəllərində "Bakı kinostudiyası"nın əsas istiqaməti bədii-sənədli və publisistik filmlərin çəkilməsinə yönəldilmiş, bu dövrdə yalnız "Fətəli xan" (1947, rejissor V.İ.Dziqan, 1959 ildə ekrana buraxılmışdır) və "Bakının işıqları" (1950, rejissorlar İ.V.Xeyfits, A.Q.Zarxi və R.Təhmasib) bədii filmləri çəkilmişdir.   50-ci illərdə ekranda fəhlə və kolxozçuların, müxtəlif peşə sahiblərinin əməyi və həyatı öz əksini tapdı ("Qızmar günəş altında" (1957, rejissor L.Səfərov), "Qara daşlar" (1958, rejissor A.Quliyev), "Kölgələr sürünür" (1958, rejissorlar İ.Əfəndiyev və Ş.Şeyxov), "Onun böyük ürəyi" (1959, rejissor Ə.İbrahimov), "Həqiqi dost" (1959, T.Tağızadə), "Onu bağışlamaq olarmı?" (1960, rejissor R.Təhmasib), "Bizim küçə" (1961, rejissor Ə.Atakişiyev), "Böyük dayaq" (1962, rejissor H.İsmayılov), "Telefonçu qız", "Belə ada da vardır" (1962, 1963, rejissor H.Seyidbəyli), "Ögey ana" (1959, rejissor H.İsmayılov).   "Bakı kinostudiyası"nda müxtəlif mövzularda filmlər yaradılmışdır. 1957-ci ildə çəkilmiş "Bir məhəlləli iki oğlan" (rejissorlar Ə.İbrahimov və İ.V.Qurin, operatorlar M.M.Pilixina və R.Ocaqov, bəstəkar Q.Qarayev) filmi Şərq ölkələrindən birində xalqın azadlıq və demokratiya uğrunda mübarizəsindən bəhs edir.   Cəsur partizan Mehdi Hüseynzadəyə həsr edilmiş "Uzaq sahillərdə" (1958, rejissorT.Tağızadə) filmi isə Azərbaycanın, eləcə də keçmiş sovet kinosunun nailiyyətlərindəndir. Azərbaycan kinosu 60-cı illərdə 60-cı illərin əvvələrindən Azərbaycanda rəngli filmlərin çəkilişi genişləndirildi. "Koroğlu" (1960, rejissor H.Seyidzadə) bədii filmi Azərbaycan genişekranlı rəngli kinosunun ilk nümunəsidir. "Səhər" (1961, rejissor A.Quliyev) filmi Bakıda 1905-1907-ci illər inqilabı hadisələrindən söhbət açır. "Mahnı belə yaranır" (1959,rejissorlar R.Təhmasib və M.Mikayılov) filmi Dağıstanın xalq şairi Süleyman Stalskiyə həsr edilmişdir. "Məhəbbət dastanı" (1961,rejissor L.Səfərov) "Leyli və Məcnun" mövzuları əsasında çəkilmişdir.   "Arşın mal alan" filmindən etibarən Azərbaycan kinosunda musiqili komediya janrına meyl güclənmişdi. "Görüş" (1955, rejissor T.Tağızadə), "Sevimli mahnı" ("Bəxtiyar", 1955, rejissor L.Səfərov, baş rolda R.Behbudov), "O olmasın, bu olsun" (1965, rejissor H.Seyidzadə), "Romeo mənim qonşumdur" (1963, rejissor Ş.Mahmudbəyov), "Əhməd haradadır?" (1964, rejissor A.İsgəndərov), "Ulduz" (1964, rejissor A.Quliyev), "Arşın mal alan" (1965, rejissor T.Tağızadə), "Qaynana" (1978, rejissor H.Seyidzadə) və s. filmlərdə bu ənənə davam etdirilmişdir. Azərbaycan kinosu 70-ci illərdə 70-ci illərdə "Uşaqlığın son gecəsi", "Gün keçdi" (1969,1971,rejissor A.Babayev), "Baş müsahibə", "Var olun, qızlar" (1971,1973, rejissor E.Quliyev), "Həyat bizi sınayır" (1971, rejissor Ş.Mahmudbəyov), "Xoşbəxtlik qayğıları" (1976, H.Seyidbəyli) və s. filmləri göstəmək olar. 70-ci illərin sonralarında və 80-cı illərdə Azərbaycan kinosunda mənəvi-əxlaqi problemlərə diqqət daha da artmışdır. Ssenariçi R.İbrahimbəyovla rejissor R.Ocaqovun filmlərində mürəkkəb psixoloji vəziyyətlər, əsl insan ləyaqəti ilə əlaqədar müşahidələr, xudbinlik, sərtlik, mərhəmətsizliyə qarşı etiraz kimi mövzulara meyl güclüdür (("İstintaq", 1979,14-cü Ümumittifaq kinofestivalının baş mükafatı, Düşənbə,1980; SSRİ Dövlət Mükafatı ,1981), "Bağlı qapı" (1981), "Park" (1983), "Özgə həyat"(1987), "Ölsəm, bağışla" (1988)). Həmin mövzular "De ki, məni sevirsən" (1977, rejissor M.İbrahimbəyov), "Bizi bağışlayın" (1979, rejissor A.Babayev), "Gümüşü furqon" (1982) , "Şeytan göz qabağında" (1987, rejissor Q.Mirqasımov, 21-ci Ümumittifaq kinofesti valının mükafatı, Bakı,1988), "Anın strukturu", "İşgüzar səfər" (1982, rejissor R.İsmayılov), "Babamın babasının babası", "Bağ mövsümü" (1985, rejissor T.Tağızadə), "İlıq dənizdə buz parçası" (1983, rejissor Y.S.Qusman), "Gümüş göl əfsanəsi", "Burulğan", "Təxribat" (1984, 1986, 1989, rejissor E.Quliyev) filmlərində yeni cəhətlərdən açılmışdır. "Yaramaz" 1988, rejissor V.Mustafayev) filmində xarakter deformasiyası müasir bədii ifadə vasitələri, satirik boyalarla təsvir edilmişdir. Film ölkəmizdə və xaricdə böyük maraq doğurmuşdur. Azərbaycan kinosunda tarixi-inqilabi janr 60-80-ci illərdə tarixi-inqilabi janrda bir sıra maraqlı, orijinal filmlər çəkilmişdir. "Mosfilm" kinostudiyası ilə birgə yaradılmış N.Nərimanovun fəaliyyətindən bəhs edən "Ulduzlar sönmür" (1971, rejissor Ə.İbrahimov) filmi bu baxımdan diqqətəlayiqdir. S.Vurğunun "Komsomol poeması"nın motivləri üzrə çəkilmiş "Yeddi oğul istərəm" (1970, rejissor T.Tağızadə; Azərbaycan Lenin komsomolu mükafatı , 1970) filmi 20-ci illərin komsomolçularına həsr olunmuşdur. Yüksək ideyalılıq, vətəndaşlıq motivləri ilə kinematoqrafiyanın ifadə vasitələrinin uyarlığı, gözəl aktyor oyunu bu filmin mühüm məziyyətlərindəndir. "Səmt küləyi" (1973, rejissor E.Quliyev) filmi Azərbaycan kinosunun tarixində xarici ölkə (Çexoslovakiya) studiyası ilə birgə yaradılmış ilk əsərdir, "Axırıncı aşırım" (1971, rejissor K.Rüstəmbəyov), "Qatır Məmməd" (1974, rejissor R.Ocaqov) filmlərində sovet hakimiyyətinin ilk illərində Azərbaycan kəndində gedən sinfi mübarizədən bəhs olunur. "Sevinc buxtası" (1977, rejissor A.Babayev; Azərbaycan SSR Dövlət Mükafatı, 1978), "O birigün gecə yarısı" (1981, rejissor A.Babayev; Azərbaycan SSR Dövlət Mükafatı, 1986), "Atları yəhərləyin" (1983, rejissor H.Turabov, Azərbaycan SSR Dövlət Mükafatı, 1986), "İşarəni dənizdən gözləyin" (1986, rejissor C.Mirzəyev) filmləri də tarixi mövzulardadır. "Nəsimi" (1973, rejissor H.Seyidbəyli, 7-ci Ümumittifaq kinofestivalının ən yaxşı tarixi film üçün mükafatı, 1975) filmində feodal dünyasının haqsızlıqlarına qarşı çıxan şairin həyatı və o dövrün sosial və əxlaqi problemləri əksini tapmışdır. "Dədə Qorqud" (1975, rejissor T.Tağızadə) filmi poetikliyi ilə fərqlənir. "Babək" (1979, rejissor E.Quliyev) filmində IX əsr Azərbaycan sərkərdəsi Babəkin başçılığı ilə Xilafətə qarşı xalqın mübarizəsi təsvir edilmişdir. "Nizami" (1982, rejissor E.Quliyev) filmində N.Gəncəvinin, "Qəm pəncərəsi" (1986, rejissor Anar) filmində isə C.Məmmmədquluzadənin obrazı canlandırılmışdır. Azərbaycan Bədii televiziya filmlərindən "Ad günü" (1977, rejissor R.Ocaqov,8-ci Ümumittifaq televiziya filmlər fevralının 1-ci mükafatı, Bakı, 1979, Azərbaycan SSR Dövlət mükafatı, 1980) xüsusilə fərqlənir. "Dantenin yubileyi", "Təkcə adanı özünlə apara bilməzsən", "Ötən ilin son gecəsi" (1978, 1980, 1983, rejissor G.Əzimzadə) "Bilmək istəyirəm" (1980, rejissor Q.Mirqasımov) və s. bədii filmlər də Azərbaycan Televiziyasının istehsalıdır. "Üzeyir Hacıbəyov. Uzun ömrün akkordları" (1981, rejissor Anar) televiziya filmi geniş arxiv materialları əsasında yaradılmışdır. Bəzi filmlərdə İkinci Dünya müharibəsi mövzusu əksini tapmışdır: "Bizim Cəbiş müəllim" (1970, rejissor H.Seyidbəyli), "Bakıda küləklər əsir" (1974, rejissor M.Dadaşov), "Tütək səsi" (1975, rejissor R.Ocaqov) və s. "Şərikli çörək" (1969, rejissor Ş.Mahmudbəyov; Azərbaycan SSR Dövlət mükafatı, 1969) filmində müharibənin son aylarında Bakının həyatı xüsusi səmimiliklə təsvir olunur. Rejissor R.İsmayılovun "Mən sizi həyatımdan artıq sevirdim" (1985) filmi Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr edilmişdir. Azərbaycan kinosunda uşaq filmlərinin istehsalına da mühüm əhəmiyyət verilir: ("Bir qalanın sirri", "Sehrli xalat", "Qərib cinlər ölkəsində" (1959, 1964, 1987, rejissor Ə.Atakişiyev), "Şirin evdən getməsi" (1978, rejissor R.İsmayılov), "Mən mahnı qoşuram", "Əzablı yollarla", "Musiqi müəllimi" (1979, 1982, 1983, rejissor T.İsmayılov), "Gəmi saatının sirri" (1982, rejissor R.Şabanov), "İsmayıl bəyin mücrüsü" (1983, rejissor G.Əzimzadə) və s.) 1989-cu ildə ilk fantastik Azərbaycan bədii filmi ("Əlaqə", rejissor Ç.Zeynalov) yaradılmışdır
['Azərbaycan kino sənəti']
5,409
https://kayzen.az/blog/islam-ve-aile/6212/valideynl%C9%99r%C9%99-ita%C9%99t.html
Valideynlərə itaət
Old_Baku_
İslam və Ailə tərbiyəsi
11 iyul 2011, 13:07
İslam dini övladların valideynlərinə qarşı yumşaq davranmalarına,  xoş və itaətkar münasibət göstərmələrinə böyük önəm vermişdir.     İslamın bəxş etdiyi ədəb-ərkan normaları Qərbdə fərqli başlıqlar altında işlədilir. Məsələn,  analara,  qoca və yaşlılara qayğı və s.  Qurani-Kərim  açıq-aşkar olaraq möminlərə öz valideynlərinin qayğısına qalmalarını əmr edir:   "Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!" (Nisa,  36) "Rəbbin yalnız ona ibadət etməyi və valideynlərinə yaxşılıq etməyi əmr edir". Ayədəki   ihsan (yaxşılıq) sözü  tövhid kəlməsindən sonra işlədilmişdir. Bu da onlara sayğını, qayğını, və yaxşılıq etməyi zəruri edir. Alimlərdən Qurtubi (r) Allahın bu kəlamında keçən  "valideynlərə yaxşılıq"  barəsində belə deyir: "Onlara yaxşılıq etmə onları qorumaq, mühafizə etmək və qulluqlarında durmaqdır"     Yaxşılığın növləri Valideynə xidmətin növləri çoxdur. Vəziyyətə və ehtiyaca görə dəyərləndirilir. Bunların bəzilərinə toxunaq:     1.Onlarla xoş davranmaq, davamlı xoş münasibətdə olmaq və onlarla gözəl danışmaq valideynlərin ən vacib haqlarına daxildir. Ayədə ifadə edildiyi kimi, onlara yaxşılıq etmək zəruridir. Buraya söz, hərəkət, almaq, vermək, dinləmək, qadağalar və s. daxildir. Dünya ilə bağlı bütün  işlərdə valideynə itaət vardır. Amma iş günah , Allahın qanunlarının pozulmasına yönələrsə,  "Allaha asilikdə məxluqa itaət yoxdur" prinsipinə əsaslanmaq lazımdır.  2.Valideynin sözlərindən bezib "of" deməsi əvəzinə onlara könüldə itaət daha faydalıdır. Təkəbbür göstərmədən, şəfqət əllərini onların üzərində saxlamaq və hörmət göstərmək daha xoşdur.     3.Sözlərini kəsməmək, səslərindən yüksəyə səs qaldırmamaq, onlarla mübahisə etməmək, yalan danışmamaq, onları incidən hərəkət etməmək, söz söyləməmək. alçaldıcı münasibət göstərməmək lazımdır.     4.Onlara təşəkkür Allaha şükür və duadır. Allah buyurub: "Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: "Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!" - de."(İsra, 24) Onları özündən, zövcəndən və övladından üstün tut.     5.Ana öz övladını aylarla bətnində daşıması, yorğunluğu, şəfqəti, əmizdirməsi, yuxusuz gecələri ilə əziyyətlərə qatlaşır. Onlarla gözəl danışmaq, davranmaq, qohumlarına hörmət göstərmək lazımdır. Quran belə buyurur: "Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!"  (Loğman, 14) Bir hədisdə belə deyilir: "Allah sizə analarınızın üzünə ağ olmağı haram etmişdir."     6.Onlara yaxşılıq istəklərini və tələblərini yerinə yetirməkdir. Müsəlman olmasalar belə dünya ilə bağlı bütün işlərinə əməl edilməlidir. Allah buyurur: "Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et)." (Loğman, 15) 7.Onlara diqqət göstərmək, xüsusən də yaşlandıqları zaman onlara qayğı ilə yanaşmaq, onları sevindirmək, hər pislikdən onları qorumağa çalışmaq və ehtiyac olduqları hər şeyi onlara vermək lazımdır.     8.Onlara pul xərcləmək. Bunu Allah belə izah edir: "(Ya Rəsulum!) Səndən (Allah yolunda) nə verəcəkləri haqqında soruşanlara söylə: "(Malınızdan) verəcəyiniz şey ata-anaya, (yoxsul) qohumlara, yetimlərə, miskinlərə və (pulu qurtaran) müsafirə (yolçulara) məxsusdur". Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir."(Bəqərə,  215) Peyğəmbərin (s) bir hədisində xala anaya bənzədilir: "Xala ana kimidir" Əgər ana vəfat etmişsə xala onu əvəz etməyə çalışar. Ona da ana kimi münasibət olmalıdır.    9.Səfərə çıxanda onların razılığını, iznini almaq lazımdır. Fərz əməllərdə (məsələn, həcc kimi) buna ehtiyac yoxdur Qurtubi fətvasında deyir: "Əgər cihad fərzi - ayin deyilsə daha yaxşıdır ki, onların izni olmadan cihad etməyəsən."     10.Vəfat etdikdən sonra onlara dua etmək, dostlarına yaxşılıq etmək və vəsiyyətlərinə əməl etmək.     Valideynə yaxşılığın fəzilətləri Şəri qaynaqlar, valideynlərə yaxşı davranmağı xeyrin açarı kimi izah edir. Onlardan bəzilərinə baxaq:     1.Cənnətə girmə səbəbidir. Əbu Hureyrə (r.a.)  rəvayət edir ki, Allah rəsulu buyurur: "Burnu yerlə sürünsün, burnu yerlə sürünsün, burnu yerlə sürlsün," Səhabələr soruşdu: "Kimin ya Rəsulullah?" "Allah rəsulu buyurdu: "Valideynləri qocalıb ikisi ilə və ya biri ilə yaşayan və cənnəti qazanmayannın"(Müslim, Tirmizi)     2.Əbu Əbdürrəhman Abdullah ibn Məsud (Allah ondan razı olsun!)  rəvayət edir ki, bir dəfə Peyğəmbərdən (Salləllahu aləyhi və səlləm) soruşdum: «Allah üçün ən sevimli əməl hansıdır?» Peyğəmbər dedi: «Vaxtında qılınan namaz». Sonra daha hansı əməlin xeyirli olduğunu soruşdum. Cavab verdi ki, «Valideynlərlə mehriban rəftar etmə». Daha hansı əməlin Allah üçün sevimli olduğunu soruşduqda «Allah yolunda cihad» deyə cavab verdi».     3.Valideynlərə yaxşılıq, onlara qayğı Allah yolunda cihaddan öncə gəlir. Abdullah ibn Əmr ibn Asdan (Allah ondan razı olsun!) rəvayət olunur ki, bir kişi Rəsulullahın (Salləllahu aləyhi və səlləm) yanına gələrək dedi: «Ya Peyğəmbər, Allahın savabını diləyərək səninlə cihada getmək istəyirəm». Peyğəmbər soruşdu: «Valideynlərindən sağ olanı varmı?» Kişi : «Hər ikisi sağdır» - deyə cavab verdi. Peyğəmbər yenidən sual etdi: «Allahın savabını qazanmaq istəyirsənmi?» O, da «Bəli» - deyə cavab verdi. Rəsulullah da cavabında: «Elə isə valideynlərinin yanına qayıt, onların qayğısına qal»- deyə buyurdu (Müslim).     4.Allahın rizası valideynlərin rizasındadır. Abdullah ibn Əmr ibn As Allah rəsulundan rəvayət edir ki, "Rəbbin razılığı valideynin razılığındadır, qəzəbi də valideynin qəzəbindədir" (Tirmizi. İbn Hibban və Hakim səhih olduğunu bildirmişlər)     5.Valideynə yaxşılıq hüznə, kədərə qarşı qalxan rolunu oynayır. Biz buna mağarada olan üç nəfərin hekayəsində görürük. O üç nəfərdən biri də valideyninə itaət edən, zövcəsindən və uşaqlarından daha çox böyüklərinə xidmət göstərmişdi.     Valideynin üzünə ağ olmağın təhlükəsi. Valideynə edilən yaxşılığın əksinə asilik (üzünə ağ olmaq) deyirlər. Əbu Məhəmməd Cübeyr ibn Mütim (r) Allah rəsulundan  rəvayət edir ki, "Valideynləri ilə əlaqəni kəsən cənnətə girməz" (Buxari, Müslim).     Üzə ağ olmaq, asilik etmək, onlara xidmət göstərməmək və s. böyük günahlardandır. Allah rəsulunun ittifaqla qəbul edilən bir hədisində deyilir: "Sizə ən böyük günahı xəbər verimmi?" Biz də: "Buyur, ey Allahın rəsulu" - dedik. Buyurdu: "Allaha şərik qoşmaq, valideynin üzünə ağ olmaq" və bu sözü söyləyərkən uzanmışdı. Oturaraq əlavə etdi: "Yalandan şahidlik etmək". axırıncını o qədər təkrarladı ki, dayanmasını istədik." Alimlərin ittifaqı ilə valideynə itaət fərzdir. Onlara hörmətsizlik, itaətsizlik böyük günahlardandır. Əbu Bəkrə (r.a.) (Əbu Bəkirlə qarışdırmayın) belə rəvayət edir: "Allah rəsulu (s) buyurdu: "Allah hər günahın cəza vaxtını Qiyamətə qədər təxirə salar. Ancaq valideynə itaətsizlikdən bundan istisnadır. Allah ona ölümündən öncə dünyada cəzasını verər." (Təbərani)   Ölümdən sonrakı yaxşılıq Valideynə xidmət o, sağ ikən olmalı və öldükdən sonra da davam etməlidir. Bu, onların dost-tanışlarını ziyarət etməklə olur.  Bənu  Sələmə qəbiləsindən bir kişi Allah rəsulunun yanına gələrək:  "Valideynlərimin vəfatından sonra onlara yaxşılıq edə bilərəmmi?" -  deyə soruşdu. Allah rəsulu belə dedi: "Ölərkən üzərində namaz qılmaq, bağışlanmasını diləmək, vəsiyyətlərinə halallar dairəsində əməl etmək, qohumlarını ziyarət edib dostlarının halını soruşmaqla valideynlərinə yaxşılıq et" dedi". (Əbu Davud, Beyhəqi).     Vəfatlarından sonra onlara dua etmək çox önəmlidir. İmam Əhməd deyir ki, "Kim fərz namazlarında gündə beş dəfə onlara dua etsə, onlara  xidmət etmiş kimi olar. Daha yaxşısı sədəqə vermək və onu valideyn adına niyyət etməkdir."  Valideynlərə aid şəri hökmlər Valideynə qisas hökmü tətbiq edilməz, övladın onu söyməsi və əlaqəni kəsməsi caiz (doğru, icazə verilən) deyil. Ata oğlunun malından ehtiyacı olduğu qədər günah işlərə sərf etməmə şərti ilə götürə bilər. Başqalarının ehtiyacını ödəmək üçün isə götürə bilməz. Əgər ata ilə ananın haqları qarşılaşarsa əvvəlcə ananın haqları ödənər. Bir hədisdə üç dəfə "anana, anana, anana sonra atana" deyilir. (Buxari, Müslim) Qadın ərə gedərkən həyat yoldaşının haqqı ata haqqından önə keçər.
['islam']
5,410
https://kayzen.az/blog/s%C3%BCnn%C9%99/6211/%C9%99f%C9%99ndimiz-v%C9%99-u%C5%9Faqlar.html
Əfəndimiz və uşaqlar
Old_Baku_
Sünnə
11 iyul 2011, 12:52
Uşaqlar bu dünya həyatının gözəlliyi və zinətidirlər. Quranda deyilir: "...övladlar dünya həyatının bərbəzəyidir" (əl-Kəhf, 46).Düzgün tərbiyə ilə boya-başa çatdırmaq isə onları Allah qatında  qiymətli edər. Həmişə "övladlarımız bizim gələcəyimizdir", "onları indi necə yetişdirsək və əsaslarını necə qoysaq, gələcəyimiz o cür olacaq" kimi sözlər eşidirik. Uşaq dünyaya gələrkən tər-təmiz və Allahın verdiyi fitrət üzrə olur. Sonra ona valideynləri, valideynlərindən sonra qohumları, getdiyi yerlər, ətraf mühit və dost-tanışlar  təsir göstərir. Uşaqlıq illəri insanın ən əsas və ən həssas mərhələsidir. Bu dəfə mən  uşaqlıq mərhələsinin əhəmiyyətindən və tərbiyəsindən deyil, peyğəmbərimiz Məhəmmədin (s) uşaqlarla rəftarı haqqında yazmaq istəyirəm. Uşaqlı ailələr uşaqlar haqqında bir söz deyir, müəllim və həkimlər başqa məsləhətlər verir, pedaqoq və psixoloqlar tamam fərqli tövsiyələr edirlər. Bəs görəsən, İslam ümmətinin banisi və müsəlmanlarını idealı və nümunəsi sayılan Məhəmməd (s) uşaqlarla necə rəftar edib?!  "Allahın Elçisi sizlərə - Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir" (əl-Əhzab, 21). Peyğəmbər (s) heç bir zaman uşaqlara qəzəblənməz, onlara qışqırmaz və uşaqlara görə narahatlıq hissi keçirməzdi. Səhv etmiş olsalar belə onlara diqqətlə doğrunu öyrədər və aydın bir dillə    başa salardı. Düzgün bir iş görsələr tərifləyər, sonra da  onlar üçün Allaha dua edərdi. Əbu Hüreyrə (r) rəvayət edir ki,  "Biz Peyğəmbərlə (s) işa namazını qılırdıq. Rəsulullah səcdəyə gedəndə Həsən və Hüseyn onun (s) belinə tullandılar. Peyğəmbər səcdədən başını qaldıranda onları yavaşca belindən götürdü və yerə qoydu. Səcdəyə gedən kimi yenə də onlar  Allah rəsulunun (s) belinə çıxırdılar. Bu minvalla Peyğəmbər namazını bitirdi (İmam Əhməd rəvayət edib). Ümmü Xalid (r) deyir ki, "Atamla Rəsulullahın (s) yanına getməmişdik . Mən balaca idim və əynimdə sarı köynək (paltar) var idi. Rəsulullah (s): "Gözəldi, gözəldi" dedi" (Buxari). Möhsinin qızı Ümmü Qeys Rəsulullahın (s) yanında gələndə kiçik oğlunu da özü ilə  gətirmişdi. Rəsulullah (s) onu qucağına aldı, uşaq da Rəsulullahın (s) üstünə etdi. O (s) su istədi və sudan bir az (sidik tökülən yerə) töküb islatdı. Əbu Hüreyrə (r) Rəsulullahın Həsən və Hüseynlə oynamağını belə rəvayət edir: "Qulaqlarımla eşidib gözlərimlə gördüm ki, Rəsulullah iki əli ilə Həsən və Hüseynin əllərini ovucuna alıb və onların ayaqlarını öz (s) ayaqlarının üstünə qoyub belə dedi: "Qalx, qalx". Uşaq da qalxa-qalxa gəlib iki ayağını da Rəsulullahın (s) sinəsinə qoydu. Peyğəmbərimiz (s) uşaqlarla oynamağı xoşlayardı. İmam Əhməd, İbn Macə və Buxari rəvayət edirlər ki, Yala bir Murra (r) belə deyib: "Rəsulullahla (s) yeməyə dəvət olunduğumuz yerə gedirdik.  Yolda Əlinin oğlu Hüseyni (r) oynayan gördük. Rəsulullah (s) yeyin addımlayaraq əllərini açıb onu (r) götürmək istədi. Uşaq isə ora-bura qaçmağa başladı, Rəsulullah da (s) Hüseynin (r) dalınca qaçaraq onu güldürürdü və birdən onu (r) tutdu. Bir əli ilə boynundan,  bir əli ilə də başından tutdu, bağrına basdı. Yanımıza gəlib belə dedi: "Hüseyn məndəndir, mən də Hüseyndənəm". Bir dəfə Əqra ibn Habis Rəsulullahın (s) yanına gəlir və görür ki, Rəsulullah (s) Əlinin (r) oğlu Hüseyni öpür və deyir: "Siz (uşaqlarınızı) öpürsünüz?" Rəsulullah (s)": "Bəli" deyə cavab verir. Əqra 10 uşağınln olmasına baxmayaraq  heç birini bircə dəfə də öpmədiyini deyir.  Bu zaman Rəsulullah (s) ona buyurur: "Kim lütfkarlıq göstərməzsə, ona mərhəmət olunmaz". Peyğəmbərimiz (s) uşaqlara o qədər diqqət göstərirdi ki, ibadət edərkən belə onlara laqeyd yanaşmırdı. Siz bunu təsəvvür edə bilərsinizmi?! Əbu Qətadə deyir ki, Rəsulullah (s) qucağında qızının qızı (nəvəsi) Əmaməni tutaraq namaz qılırdı.  Rükuya gedəndə onu yerə qoyur, sonra ayağa qiyam üçün qalxanda yenə götürürdü. Rəsulullah (s) camaata namaz qıldırarkən bir uşağın ağlamasını eşitsə idi  anasına əziyyət verməsin deyə namazını erkən bitirərdi (tezləşdirərdi). Bir gün Rəsulullah (s) minbərdə dayanıb xütbə deyirdi. Bu zaman Həsən və Hüseyn əyinlərində qırmızı köynək içəriyə daxil oldular. Rəsulullah (s) minbərdən enib onları götürüb yanına gətirib otuzdurdu. Sonra belə dedi: "Allah təala və rəsulu düzgün buyurub:  "Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız (sizin üçün) ancaq bir imtahandır. Ən böyük mükafat (Cənnət) isə Allah dərgahındadır!" Gördüm ki, bu iki uşaq ora-bura gəzişirlər, səbr edə bilmədim, söhbətimi kəsib düşüb onları götürdüm." Sonra Rəsulullah (s) xütbəsinə davam etdi. Peyğəmbərimiz (s) uşaqları çox əziz tutardı, onlarla çox mülayim davranar və həmişə oynadardı. Bəs görəsən, onların təliminə necə yanaşırdı? Buxari və Müslim rəvayət edirər ki, Ömər ibn əbu Sələmə deyib: "Balaca uşaq idim və Peyğəmbərimizin (s) qucağında oturmuşdum, (qarşımızdakı yemək) qabında əlimi o tərəf bu tərəfə uzadırdım. Rəsulullah (s) mənə belə dedi; " Allahın adını çək, sağ əlinlə və öz qarşından ye!" Bir dəfə Peyğəmbərimizin (s) nəvəsi Hüseyn (r) bir xurmanı yemək istəyirdi. Bu xurma isə sədəqə verilən xurmalardan idi. Rəsulullah bunu görən kimi dedi: "Kix-kix (olmaz deməkdir),  bizlərə (bizim ailəyə) sədəqə halal deyil!" Həmçinin, Buxari rəvayət edir ki, Rəsulullah (s) Həsən və Hüseynin üzərinə həmişə belə oxuyardı; "Sizin ikinizdən də Allah şeytanı və bəlanı, pis gözü uzaq etməsini Allahın sözləri ilə istəyirəm". Həmçinin Peyğəmbərimiz (s) uşaqlar böyüdükdən sonra da onları boş buraxmaz, onlarla maraqlanar və gəncliklərini xeyirli keçirtsinlər deyə onlara yol göstərərdi. Allah bizləri Peyğəmbərimizi (s) bir nümunə götürüb onun yolu ilə getməyimizə müvəffəq etsin!
['islam']
5,411
https://kayzen.az/blog/ramazan/6210/ramazan-ay%C4%B1n%C4%B1n-f%C9%99zil%C9%99tl%C9%99ri.html
Ramazan ayının fəzilətləri
Old_Baku_
Ramazan ayı
11 iyul 2011, 12:43
Peyğəmbər (s) Ramazan ayının fəziləti haqqında buyurub: "Ramazan ayı mübarək bir aydır. Allah təala sizə Ramazan ayını fərz etdi. O ayda lütf, mərhəmət qapıları açılar, cəhənnəm qapıları bağlanar, şeytanlar zəncirə vurular. O ayda bir gecə var ki, min aydan daha xeyrlidir. O gecənin xeyrindən məhrum olan bütün xeyirlərdən məhrum olmuş kimidir" (Nəsai). "Ramazan ayı girdikdə "Xeyir əhli xeyir üçün çalış, şər əhli pisliklərdən əl çək" deyilər" (Nəsai). "Ramazan bərəkət ayıdır. Allah bu ayda günahları bağışlayar, duaları qəbul edər" (Təbərani)."Ramazan girdikdə Allah mələklərə möminlərə dua etməyi əmr edər" (Deyləmi). "Fərz namaz sonrakı namaza qədər, cümə namazı sonrakı cümə namazına qədər, Ramazan ayı da o biri Ramazan ayına qədər olan günahlara kəffarə olar" (Təbərani). "Ard-arda üç gün oruc tuta bilən kəs Ramazan orucunu tutmalıdır" (Əbu Nuaym)."Bu aya Ramazan deyilməsinin səbəbi günahları əritməsidir" (Mənsur)."Ramazan ayının əvvəli lütf (mərhəmət), ortası bağışlanma (məğfirət), sonu isə cəhənnəmdən qurtuluşdur." (Əbu əd-Dunyə) "İslam şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və həcc etməkdir" (Müslim)."Allah təalanın gözlərin görmədiyi, qulaqların eşitmədiyi və heç kimin xəyalına gətirə bilmədiyi zəngin süfrəsi ancaq oruclular üçündür" (Təbərani).     İmam Rəbbani  də belə deyib: "Mübarək Ramazan çox şərəfli bir aydır. Bu ayda yerinə yetirilən nafilə namazlar, zikr, sədəqə və bütün nafilə ibadətlərə verilən əcr başqa aylarda yerinə yetirilən fərzlər kimidir. Bu ayda yerinə yetirilən bir fərz başqa aylardakı yetmiş fərz kimidir. Bu ayda bir orucluya iftar verənin günahları bağışlanar və o, cəhənnəmdən qurtilar.  O oruclunun əcri qədər o şəxsə də əcr verilər və bundan dolayı oruclunun əcrindən də heç bir şey azalmaz. Bu ayda əmri altında olanların işlərini asanlaşdıran, onların ibadət etməsinə şərait yaradan əmirlər, başçılar da əfv edilib cəhənnəmdən azad olunarlar. Ramazan ayında Peyğəmbərimiz (s) əsirləri azad edər, hər istənilən şeyi verərdi. Bu ayda ibadət və gözəl şəkildə buyurulanlara əməl edənlərə bütün il boyu bu işləri görmək nəsib olar. Bu aya hörmətsizlik edən bütün il boyu günahdan qurtula bilməz. İnsan oğlu bu ayın verdiyi fürsətdən faydalanmalı, bacardığı qədər ibadət etməli, Allahın razı olduğu işləri görməli və ondan axirəti qazanmaq üçün istifadə etməlidir. Quranı-Kərim Ramazan ayında nazil olub. Qədr gecəsi bu aydadır. Ramazanda iftarı tez etmək sahuru gecikdirmək sünnətdir. İftarda tələsmək və sahuru gecikdirmək bəlkə də insanın aciz olduğunu, yeyib içməyə və bir sözlə hər şeyə möhtac olduğunu göstərir. İbadət etmək də elə bu deməkdir. Xurma ilə iftar  etmək, təravih namazı qılmaq, Quran oxumaq əsas sünnətlərdəndir. Bu ayda hər gecə cəhənnəmə girməli olan minlərlə müsəlman əfv olunur. Alah təala bu mübarək ayda Onun şəninə layiq şəkildə qulluq etməyi və bizim üçün seçdiyi yolla getməyi hər bir müsəlmana nəsib etsin! ". "Ramazan ayında ailənizin xərcliyini artırın! Bu ayda xərclənən hər şey Allah yolunda xərclənmiş kimidir" (Təbərani). "Oruclunun sükutu təsbih, yuxusu ibadət, duası məqbul, əməlinə verilən əcr isə qat-qatdır" (Deyləmi)."Oruclu ikən ədəbsiz danışmayın! Bir kimsə sizə sataşarsa, "mən orucluyam" deyin" (Buxari). Ramazanda oruc tutmaq çoxlu savab qazandırar. Əsassız yerə orucu tərk etmək böyük günahdır. Bir hədisdə deyilir: "Bir əsas olmadan Ramazanda bir gün oruc tutmayan bunun yerinə bütün il boyu oruc tutsa, Ramazandakı o günün əcrini qazana bilməz" (Tirmizi).
['ramazan ayı']
5,412
https://kayzen.az/blog/s%C3%BCnn%C9%99/6209/pey%C4%9F%C9%99mb%C9%99rimizin-iftar-v%C9%99-sahuru.html
Peyğəmbərimizin iftar və sahuru
Old_Baku_
Sünnə
11 iyul 2011, 12:35
Rəsulullah (s) shabələrinə iftar yeməyi verdiyi kimi, vaxtaşırı dəvət edildiyi iftar süfrələrinə gedir, bəzən sahurda da onlarla birlikdə olurdu. Ənəsin (r) rəvayət etdiyinə görə, Hz. Peyğəmbər (s) dəvət edildiyi iftar süfrələrində belə dua edərdi: "Oruc tutanlar oruclarını sizdə açsınlar, yeməyinizi yaxşı insanlar yesin, ətrafınıza mələklər ensin!"Abdullah ibn Zübeyrin rəvayətinə görə, bir iftar qonaqlığından sonra Allahın rəsulu (s) ev sahibinə xitabən buyurdu: "Oruclular evinizdə oruclarını açdılar. Yaxşı kimsələr yeməyinizi yedilər. Mələklər də  Allahdan bağışlanmanızı dilədilər".Hakim ibn Amrın bildirdiyinə görə, Peyğəmbərimiz (s) yemək yediyində heç bir zaman başqasının qabağından yeməzdi. Hz. Ömər (r) yeməklə bağlı: " Mədə dolusu yeməkdən çəkinin. Çünki çox yemək bədənin gözəllik və sağlamığına zərər verər, bədəndə müxtəlif xəstəlikılərin yaranmasına səbəb olar və eyni zamanda insanın ibadətində tənbəlləşməsini meydana gətirər. Qaydasınca yeyin-için ki, sağlam olasınız və kisəniz israfdan uzaq olsun" - deyərək yeməklə bağlı möminlərə tövsiyə etmişdir.Digər ümmətlərin orucundan fərqli olaraq İslamdakı orucda sahur vardır. Peyğəmbər (s) sahur haqqında buyurub: "Sahur Allahın sizə verdiyi bir bərəkətdir. Onu əldən buraxmayın". Rəsulullah (s) sahura qalxmaqla yanaşı, oruclu ikən yatmağı (qəylulə) da tövsiyə etmişdir. Bu yolla oruc tutarkən çətinlik çəkməyəcəyimizi buyurmuşdur.Peyğəmbər (s) vaxt girər-girməz iftar etməyi tövsiyə edərkən buyurub: "Orucunuzu xurma ilə açın, çünki bunda  bərəkət vardır. Xurma olmazsa, su ilə açın, çünki su təmizdir". Hz. Məhəmməd (s) Mədinəyə hicrət etdikdən sonra Peyğəmbər məscidi inşa edilmiş, yanında da İslam tarixində ilk məktəb  olan Süffə tikilmişdir. Burada qalanlara Əshabi- Süffə, yəni Süffə əhli deyilirdi. Oxuma və yazma səviyyəsinin aşağı olduğu bir dövrdə bu məktəbin açılması İslamın elmə verdiyi əhəmiyyətin bir nümunəsidir. Süffədə qalan səhabələrin dərs yeri kimi Məsciddən istifadə etdikləri, iaşə və digər ehtiyaclarının isə Peyğəmbər (s) və onun məsləkdaşları tərəfindən təmin olunduğu məlumdur. Rəsulullah və səhabələri onlara tez-tez iftar və sahur yeməyi verərdilər.  
['islam']
5,413
https://kayzen.az/blog/optimist/6200/i%C3%A7inizd%C9%99-bu-3-%C5%9Feyi-da%C5%9F%C4%B1y%C4%B1rs%C4%B1n%C4%B1zsa,h%C9%99yat-g%C3%B6z%C9%99ldir.html
İçinizdə bu 3 şeyi daşıyırsınızsa,həyat gözəldir :)
ORIGINAL
Hər şey gözəldir
9 iyul 2011, 22:10
-Kənd sakinləri quraqlıq olduğuna görə yağmur duasına çıxmışdılar.Bütün kənd əhalisi toplanmışdı.İçlərindən sadəcə birində çətir varıydı...  Bu İNANC dır.-Atalar uşaqlarını havaya tullayır,uşaqlar gülməkdən özündən gedir.Yerə düşə biləcəyini ağıllarına belə gətirməzlər.Çunki ataları onu tutacaqdır.Bu GÜVƏN dir. -Yatağıımıza girərkən sabah oyanıb yaşamağa dair təminatımız yoxdur.Amma yenə də ertəsi günə dair planlar qururuq.Bu ÜMİD dir. "Və bu üçü varsa içinizdə;həyat doğurdan da gözəldir:)..." Müəllif:Üstün Dökmen Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.  
['hər şey gözəldir']
5,414
https://kayzen.az/blog/s%C3%BCnn%C9%99/6193/pey%C4%9F%C9%99mb%C9%99r-%C9%99f%C9%99ndimizin-b%C9%99zi-keyfiyy%C9%99tl%C9%99ri.html
Peyğəmbər Əfəndimizin bəzi keyfiyyətləri
Old_Baku_
Sünnə
9 iyul 2011, 20:37
Uca Allah Qurani-Kərimin "əl-Qələm" surəsinin 4-cü ayəsində peyğəmbərimizin (s) əxlaqı haqqında belə buyurur: "Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!". Bir hədisdə Peyğəmbərin (s) dilindən deyilir: "Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim". Bu haqda belə bir hədis rəvayət olunur: "Bir gün Peyğəmbər (s) səhər namazını qılmaq üçün evindən çıxır. Hava soyuq idi. Yolda ənsardan olan bir qadın Peyğəmbəri (s) görür. Həmin qadın Peyğəmbər üçün məxmərdən bir əba tikmişdi. Qadın Peyğəmbəri (s) görən kimi tez yaxınlaşıb əbanı ona verir. Peyğəmbər bu hədiyyəyə görə çox şad olur və onu geyinir.  Yolda ənsardan olan bir kişi Peyğəmbəri (s) görür və deyir: "Əynindəki nə gözəl əbadır, ey Allahın rəsulu!" Rəsulullah tez əynindəki əbanı çıxararaq, həmin adama hədiyyə edir".  Başqa bir hədisdə isə belə rəvayət olunur: "Hüneyn döyüşündə Peyəmbərə (s) xeyli miqdarda qənimət çatır. Bu zaman kafirlərdən bir nəfər qənimətin çoxluğundan heyrətlənir və Peyğəmbərə (s) yaxınlaşaraq deyir: "Bu nədir belə!". Peyğəmbər (s) soruşur: "Nədir, təəccübləndin?".  Kafir: "Bəli"- deyə cavab verir. Peyğəmbər (s) də ona: "Götür. Bunlar sənindir"- deyir. Kafir Peyğəmbərə tərəf çevrilərək soruşur: "Ey Məhəmməd, mənə sədəqəmi veririsən?"  Peyğəmbər (s) həmin adamdan bundan təəccübləndiyini xəbər alanda o, yenə də: "Hə" - cavabını verir. Rəsullulah (s) təkrarən deyir: "Əgər veriklərimi götürsən, hamısı sənin olacaq". Həmin şəxs qənimətləri toplayıb tələsik öz qəbiləsinin yanına gəlir və səslənir: "Ey insanlar! İslama gəlin. İndi insanların ən xeyirlisinin yanından gəlirəm. Məhəmməd bugün elə bir qənimət əta etdi ki, burada olanlar heç bir zaman kasıblıqdan qorxmayacaqlar".  Peyğəmbərin (s) əhdə vəfalılığı: "Məkkədə Əsmə əbu əl-Bəxtəri ibn Hişam adlı bir kişi var idi. Həmin şəxs kafir olmasına baxmayaraq, Haşim oğullarının baykot edilməsi haqqında imzalanmış razılaşmanın mətnini cırmış, müqaviləni pozmuşdu. Bir gün Peyğəmbər (s) səhabələrinə belə dedi: "Kim döyüşdə Əbu əl-Bəxtəri ibn Haşimi görərsə, onu öldürməsin". Bu, Rəsulullahın müqaviləni pozduğuna görə ona göstərdiyi vəfakarlığı idi. Peyğəmbərin (s) şücaəti: bir gün bir bədəvi Qüreyşin adlı sanlı şəxslərinin yanına gələrək, Əbu Cəhlin ondan aldığı pulu geri qaytarması üçün onlardan xahiş edir. Lakin onlar razılıq vermir, kişini Peyğəmbərin (s) yanına göndərib istehza ilə deyirlər: "O, Əbu Cəhlin dostudur. Sənə pulu geri almaqda kömək edər". Kişi Peyğəmbərin (s) yanına gəlir və deyir: "Mənim Əbu Cəhldə pulum var. Qüreyşlilər sənin onu Əbu Cəhldən geri ala biləcəyini söyləyib məni sənin yanına göndərdilər". Peyğəmbər (s) həmin adama: "Bəli, sənin pulunu ondan alacağam"- deyərək, onunla Əbu Cəhlin yanına yollanır və ondan soruşur: "Bu adamın səndə pulumu var?" Əbu Cəhl: "Bəli"- deyərək cavab verir. Rəsulullah (s) Əbu Cəhldən həmin adamın pulunu qaytarmasını itələb edir.  Əbu Cəhl tez-tələsik həmin kişinin pulunu gətirib qaytarır. Peyğəmbərin (s)  lütflarlığı: bir dəfə bir kişi titrək halda Peyğəmbərin (s) yanına gəlir. İlk dəfə idi ki, Peyğəmbəri görürdü. Peyğəmbər (s) ona belə deyir: "Özünü ələ al, mən mələk deyiləm. Mən də Allahın bir bəndəsiyəm. Hamı kimi yemək yeyir, hamı kimi gəzib dolaşıram". Bir gün bir qadın Peyğəmbərin (s) yanına gəlib deyir: "Ey Allahın rəsulu, mənim bazarda bir az  yüküm var. İstəyirəm mənimlə bazara  gedib onu evimə aparasan. Peyğəmbər isə ona belə deyir: "Sən oraya hansı yoldan getmək istəyirsən? Hansı yolu göstərsən, mən də o yoldan gedərəm". Peyğəmbərin (s) sözündə düz olması: Məlumdur ki, ilk vəhy endiyi zaman Peyğəmbər (s) Səfa təpəsinə qalxaraq, insanlara belə səslənmişdi: "Ey insanlar! Əgər bu dağın arxasında bir qoşunun dayandığını və sizə hüçum etməyə hazırlaşdığını desəm, mənə inanarsınızmı?" İnsanlar bir ağızdan: "Bəli. Biz səndən bu vaxta qədər heç bir yalan söz eşitməmişik. Sən hər zaman doğru danışan və etibarlı bir insan olmuşsan" - demişdilər. Peyğəmbər (s) də onlara bəyan etmişdi: "Elə isə mən sizi şiddətli əzabdan xəbərdar etmək üçün göndərilən bir peyğəmbərəm". Peyğəmbər (s) Məkkədə ən doğru insan idi. Onu "sadiq əl-əmin" (hər zaman doğru danışan, etibar sahibi) adlandırırdılar. Kafirlər belə, bir yerə getdikləri zaman öz pullarını onun yanında əmanət saxlayırdılar. Onlar onun nə qədər dürüst bir insan olduğunu yaxşı bilirdilər.  Peyğəmbərin (s)bağışlama əxlaqı: Peyğəmbər (s) Məkkəni fəth etdiyi zaman oranın sakinlərinə belə demişdi: "İndi sizə nə edəcəyimi düşünürsünüz, elə deyilmi?".  Daha sonra isə onlara buyurdu: "Hamınız azadsınız".  Rəsulullahın (s) şəfaəti: Qiyamət günü Peyğəmbər gəlib Ərşin altında səcdəyə qapılacaq və Allaha o vaxta qədər heç kimin etmədiyi bir şəkildə həmd edəcək, "Allahım! Ümmətim! Allahım! Ümmətim!" - deyərək Ona dua edəcəkdir.  Allah da öz peyğəmbərinə belə buyuracaqdır: "Ey Məhəmməd! Başını qaldır. İstədiyini söylə, o, sənə veriləcəkdir. İstədiyinə şəfaət et, ki, şəfaət görsün"
['islam']
5,415
https://kayzen.az/blog/sidik-ifrazat/497/b%C3%B6yr%C9%99k-qan-d%C3%B6vran%C4%B1.html
Böyrək qan dövranı
Arzt
Sidik-cinsiyyət sistemi
9 iyul 2011, 20:36
Bədən çəkisinin 1/200 hissəsini təşkil edən böyrəklərdən bir dəqiqə ərzində ürək tərəfindən bədənə vurulan qanın 1/4 hissəsi keçir (dəqiqədə 1 l və ya gün ərzində 1500 l). Beləliklə, böyrək qan təchizatı başqa üzvlərin qan təchizatından xeyli intensivdir. Misal üçün, 100 q toxumaya düşən qan dövranı böyrəkdə 430 ml/dəq, ürəkdə 66, qaraciyərdə 57, baş beyində 53 ml/dəq-dir. Böyrək arteriyası (a.renalis) qarın aortasından ayrılır, nisbətən böyük damar olub, diametri 9 mm-ə qədərdir. Böyrək qapısına girəndən sonra o bir neçə pay, sonra payarası arteriyalara (aa.interlobares), sonra qövsvari arteriyalara (aa.arcuatae) bölünür ki, bunlar da paycıqarası arteriyalara və onun dalınca yumaqcıqların gətirici arteriyalarına (vaz afferens) bölünürlər. Gətirici yumaqcıq arteriyası yumaqcıq kapsuluna daxil olandan sonra yumaqcıq kapilyarlarına bölünürlər və sonra yenidən birləşərək çıxarıcı arteriyanı (vaz efferens) əmələ gətirirlər. Yumacıq kapsulundan çixandan sonra çıxarıcı arteriya yenidən kapilyarlara bölünür, proksimal və distal kanalcıqların ərtafında tor kimi hörülərək onları qidalandırırlar və həmçinin sidik əmələgətirmə prosesində iştirak edir. Beləliklə, paycıqarası arteriyalar iki dəfə kapilyarlara bölünmüş olurlar. Böyrəklərin kapilyar sisteminin prinsipial xüsusiyyəti fərqli olduğu üçün "möcüzəli tor" adı almışdır. Payarası arteriyalar bir - biri ilə çoxlu anastamoz vasitəsi ilə birləşirlər ki, bunların da mühüm kompensator rolu vardır. Kanalcıqyanı kapilyar torun əmələ gəlməsində Lyudviq arteriolasının əhəmiyyətli rolu vardır, bu da paycıqarası arteriyadan və ya yumaqcığın gətirici arteriyasından ayrılır. Əgər yumaqcıq tələf olarsa, Lyudviq arteriolasının hesabına kanalcıqların ekstraqlomerulyar qan təchizatı təmin olunur. Kanalcıqətrafı arterial kapilyar tor vena kapilyarlarına keçir. Onlar da birləşərək böyrəyin fibroz kapsulasının altında yerləşən ulduzvari venaları əmələ gətirir. Bu venalardan paycıqarası vena başlanğıc götürür və qövs venalarına, bunlar da payarası arteriyanın yanında yerləşən eyni adlı venalara tökülürlər. Payarası venalar birləşərək böyrək venalarını əmələ gətirir ki, bu da aşağı boş venaya tökülür. J.Truetaya görə böyrəklərdə iki qan dövranı mövcuddur: böyük – qabıq və kiçik – yukstamedulyar və buna uyğun olaraq iki növ nefron: qabıq və yuksta medulyar. Normada böyrək qabıq qan dövranı 85 – 90 %, yukstamedulyar qan dövranı 10 – 15 % təşkil edir. Böyrəklərin qabıq qan dövranını payarası arteriyalar və onlar arasındakı anastamozlar, Lyudviq arteriolası, gətirici və çıxarıcı yumaqcıq arteriolaları, qabıq nefronların yumaqcıq kapilyarları, kanalcıqətrafı arterial və venoz kapilyarları, payarası venalar təşkil edirlər. Böyrəklərin yukstamedulyar qan dövranı payarası arteriyanın və venasının proksimal hissələri, yukstamedulyar yumaqcıqların gətirici və çıxarıcı arteriolaları, yumaqcıq kapilyarları, piramidlərin (arterial və venoz ) düz damarlarından ibarətdir. Qabıq və yukstamedulyar nefronlar arasında əhəmiyyətli fərq vardır. Qabıq nefronların yumaqcıqları qabıq maddədə yerləşir. Gətirici arteriolanın diametri çıxarıcı arteriolanın diametrindən 1/3 qədər çoxdur. Henle ilgəyi qısadır, böyrəyin beyin maddəsinə yukstamedulyar nefronlarda olduğu kimi çox dərinə getmir. Yukstamedulyar nefronların yumaqcığı qabıq maddədə yerləşçməsinə baxmayaraq, beyin maddə ilə sərhədə yaxın olur. Bu yumaqcıqlarda, kortikal nefronlardan fərqli olaraq, gətirici və çıxarıcı arteriolaların diametri bərabər olur. Çıxarıcı arteriola yumaqcıqdan çıxandan sonra kapilyarlara bölünmür, amma piramidlərin zirvəsinə doğru gedərək məməciyə çatana qədər bir neçə düz damarlar əmələ gətirir, sonra ilgək əmələ gətirərək bunlar geri dönür və qabıq maddəyə artıq venoz kapilyar kimi qayıdır. Venoz və arterial düz damarlar, gətirici və çıxarıcı arteriola arasında çoxlu anastamoz vardır. Yukstamedulyar nefronların Henle ilgəyi böyrəyin beyin maddəsinin dərin qatlarına gedir, piramidlərin zirvəsinə çatır. Yukstamedulyar nefronların düz damarları Henle ilgəyinin enən və qalxan hissələri ilə yanaşı yerləşir, bu da böyrəyin əks hərəkıt – dönmə - artma sisteminin əhəmiyyətli elementi olub, sidiyin osmotik qatılaşması və durulaşması prosesində əhəmiyyətli rol oynayır. Fizioloji halda böyrək qan dövranının 85 – 90 % böyük dövranla (qabıq dövranı), amma bəzi patoloji vəziyyətlərdə qanın əsas hissəsi kiçik və ya qısa dövranla hərəkət edir. Belə halda yukstamedulyar qan dövranı özünəməxsus şunt rolunu görür. Bu zaman qanın çox hissəsi qabıq yox, beyin maddə ilə hərəkət edir və maddənin işemiyası, hətta nekrozu baş verə bilər. Bu zaman yukstamedulyar düz damarlar genişlənir və venadan axan venoz qan arterial qana bənzəyir. Buna görə yukstamedulyar yumaqcıqlar təkcə filtrasiya aparatı yox, həm də böyrəyin drenaj sistemi rolunu oynayır. Müəllif: Mehman AğayevKitab: Nefrologiya  
['sidik-ifrazat sistemi', 'böyrəklər', 'urologiya']
5,416
https://kayzen.az/blog/Old_Baku_/6191/sabah-ed%C9%99rs%C9%99n.html
Sabah edərsən
Old_Baku_
Bloq: Old Baku
9 iyul 2011, 20:23
Hər dəfə xeyr işlərə başlamağa qərar versək, qarşımızda bu işə mane olacaq bir çox əngəllərə rastlaşırıq. Kiməsə xeyirxahlıq etmək təşəbbüsündə olduğumuz zaman, həmin əngəllər səbəbindən təşəbbüsümüz nəticəsiz qalır. Sanki içimizdə "sabah edərsən", "hələ vaxta var" kimi hisslər bizi bu xeyir işlərdən uzaqlaşdırır. Uca rəbbimizin rızası üçün bir işə başlamaq istədiyimiz zaman bu hiss bizi öz çıxılmaz bataqlığında boğur. Düşünürəm ki, günümüxdə hər kəs "sabah edərsən" hissinin onların həyatında buraxdığı acı izləri asanlıqla görə bilər. Neçə-neçə xeyir iş, neçə-neçə haqq söz sabaha buraxıldığı üçün edilməmiş, söylənilməmişdir. Nəfsin xoşlandığı şeylərin dərhal edilməsini istəyən şeytan, həqiqiət və xeyir işlərdə hər zaman "sabah edərsən" düşüncəsi ilə insana vəsvəsə vermişdir. Həyatımıza nəzər salsaq, "sabah edərsən", " bir azdan edərəm" kimi düşüncələrin nəticəsini görmək bizə elə də çətin olmayacaq. Kim bilir? Şeytanın "bir azdan qalxarsan", " hələ vaxta var, bir az da yat" kimi ifadələrlə bizə vəsvəsə verib və bunun nəticəsində qəzaya buraxdığımız səhər namazlarımızın sayı, görəsən nə qədərdir?  "Bir azdan qılaram" deyib sonra tez-tələsik son dəqiqədə qıldığımız namazların sayı, görəsən nə qədərdir? Namazla bağlı bu misallar şeytanın xeyir və haqq qarşısındakı "sabah edərəm" vəsvəsəsi haqqındadaır. Edilməsi vacib olan digər xeyir işlərimizi də belə "sabahlar" arasına aid etdiyimizi düşünsək, bunların sayını hesablamaq olduqca çətin olar. Belə təxirə salmaların nəticələrini təkcə öz dünyamızda müşahidə etmirik. Allaha ibadəti "sabah edərəm" düşüncəsi ilə təxirə salan, ancaq sabah olmadan dünyadan köçən bir çox insan vardır. Bir çoxları üç gün yaşayacağı haqda əlində bir zəmanət olmadığı halda, yaşlılıq vaxtını gözləyirlər. Bir çox xanım da "gələcəkdə hicab geyərəm" düşüncəsi ilə bu gün örtüksüz gəzir. Allaha ibadəti lazımi şəkildə yerinə yetirən bəzi insanlar da "sən hələ gəncsən, gələcəkdə edərsən" kimi boş sözlərlə öyüd-nəsihət verirlər. Unutmayaq ki, ölümün yaşı yoxdur. Həyat evinin nə vaxt viran qalacağına dair heç kim zəmanət kağızına sahib deyil. Bir dəqiqə sonra ölmək yüz il yaşamaqdan daha inandırıcıdır. Şeytanın "sabah"ı bitməz. Hər dəfə Allaha ibadəti düşündükdə, qəlbimiz iman və ibadət hissi ilə alışıb yandıqda şeytan dərhal "sabah" fikrini qəlbimizə təlqin edər. Qəribədir, Allaha ibadəti yerinə yetirmək üçün təşəbbüs etdiyimiz zaman qarşımızda minlərlə "sabahlar" sərən şeytan şər işlərdə bu "sabahlar"ı yadımıza salmır?! Bizi qəflət yuxusunda qərq edən, duyğularımızı dünyanın fani nemətlərində puç edən şeytan bu işlərin birini də sabaha saxlamaz. Bir dəfə də olsun bizə: "Bu gün Quran oxu, sabah televizor seyr edərsən" - deməyib; bir dəfə olsun: "Bu gün malik olduqların üçün şükür et, şikayətini sabah edərsən" - deməyib. Çünki şeytan əlimizdə olan yeganə vaxtın indiki vaxt olduğunu çox gözəl bilir; bunu bildiyi üçün Allaha ibadəti "sabah"a təxirə salmamız üçün bizi aldadır. Allaha ibadət üçün verilmiş hazır zamanı əlimizdən alaraq, ondan istifadə etməməyimiz üçün əlindən gələni edir. Bununla da biz asanlıqla qəflət, səfalət və zəlalət çuxuruna yuvarlanırıq. Məhəmməd peyğəmbər (s): "İşlərini "sabah edərəm", "hələ vaxta var" - deyərək, qəflətə dalanlar cəhənnəmə vasil oldular"- dediyi zaman bizi şeytanın bu tələsinə düşməmək üçün ehtiyatlı olmağa çağırıb.
['islam']
5,417
https://kayzen.az/blog/dusundurucu-hekayeler/6190/qeyri-adi-g%C3%B6r%C3%BC%C5%9F.html
Qeyri-adi görüş
ORIGINAL
Düşündürücü hekayələr
9 iyul 2011, 16:14
Xahiş olunur ürəyi zəif olanlar "Ardı" yazısına basaraq mətni tam oxumasın və şəkilə baxmasın! 08.07.1972... Amerika təyyarəsi Vyetnamda bir dəstə uşağın sığındığı bir məbədə 4 napalm bombası atdı. Sağ qalan uşaqlaar alovlar içərisində qışqıra-qışqıra qaçmağa başladılar. Bu vaxt amerikalı fotomüxbir Nik Ut orada idi və ona Pulitser Mükafatını gətirən məşhur fotoşəklini çəkdi. Çox keçmədi ki, bu şəkil (həm də bu şəkildəki çılpaq balaca qız) Vyetnam Müharibəsinin simvoluna çevrildi. Bu şəkil həm də Amerikanı dünya ictimaiyyəti qarşısında "məhkum edirdi". 1982-ci ildə hollandiyalı bir jurnalist o qızı axtarmağı qərara aldı. Və uzun axtarışlardan sonra o qızı tapdı. Bu qız Kim Fuk idi. O, bütün bədəni yandığı üçün Sayqonda 14 ay xəstəxanada yatmış, yanan yerlərin yarısından çoxunda üçüncü dərəcəli yanıq olduğu üçün həkimlər ondan ümidlərini üzmüşdülər. Kim Fuk dözülməz ağrılar çəkir, hətta bəzən bu ağrılardan huşunu itirirdi. Ən dəhşətlisi isə çənəsi ilə sinəsi bir-birinə yapşmış, sol əli sümüyünə kimi yanmışdı.İllər sonra Kim Fuk Kanadaya köçdü. Onda onun 34 yaşı var idi. Üstəlik o, Kanadaya tək yox, həyat yoldaşı və oğlu ilə köçmüşdü. Astma və şəkərdən əziyyət çəkir, tez tez miqren sancıları keçirirdi. Hələ də bədənində sağalmamış yaralar var idi. 1996-cı ildə Vaşinqtonda Vyetnam Müharibəsinin xatirəsinə bir mərasim keçirildi. Bu mərasimdə Kim Fuk da var idi. Nəhayət, söz Kim Fuka çatdı. Çıxışının sonunda o: "Əgər o bombaları atan pilotla üz-üzə gəlsə idim, yəqin ki, ona "Artıq keçmişi dəyişdirə bilmərik" deyərdim. Deyərdim və sonra da əlavə edərdim: " Keçmişi dəyişdirə bilmərik, ancaq gələcəyi dəyişdirə bilərik. Həm də sülhə xidmət etmək üçün..."Kim Fuk zaldan çıxmaq istəyirdi ki, kimsə ona bir kağız verdi və əli ilə kağızı göndərən adamı göstərdi. Kim Fuk istər istəməz kağızı göndərən adama baxdı. Onun əli-ayağı titrəyir və dəhşətli baxışlarla Kim Fuka baxırdı. Sonra Kim Fuk əlindəki kağızı oxudu. Kağızda: "Kim! O pilot mənəm!" sözləri yazılmışdı.Bəli, o, 8 iyun 1972-ci ildə Vyetnamdakı məbədə napalm bombası atan təyyarənin pilotu Con Plammer idi. Müharibədən sonra uzun illər özünə gələ bilməmiş və o kiçik qızın şəklini cibində gəzdirmişdi. Kim bir anlıq pilota baxdı və sonra qollarını açaraq ona doğru qaçdı... Sizcə hansının yarası daha dərin idi?Mənbə: "Ailəm" jurnalıHəmçinin bax: İnsanlıq dərsi
['düşündürücü hekayələr', 'Vyetnam müharibəsi', 'həyatın içindən', 'vicdan əzabı']
5,418
https://kayzen.az/blog/346/3488/milli-striptiz.html
Milli striptiz
burla xatun
346 saylı marşrut
9 iyul 2011, 16:00
Çılpaq qalmış millət indi nə istəyir? Biz oxuyub oynayan millətik. Biz Qərb, ya Şərq küləyinin gətirdiyi yenilikləri tezcənə özümüzküləşdirə bilən millətik. Simfonik musiqi, caz-muğam yaratdığımız azartla azərbaycanca rep deyirik, xarici ritmləri dingildəyirik, göbək atırıq, yeri gəlsə striptiz də oynayarıq. Niyə də olmasın? Striptizçi o şəxsə deyilir ki, oynaya-oynaya var-yoxunu soyunub onu hərisliklə marıtlayanın üstünə tullayır. Var-yox isə çox qəliz məsələdi. Çünki söyəndə ilk öncə adamın var-yoxunu söyürlər. Belə canfəşanlıq əvəzində striptizçinin cibinə 5-10 manat pul gəlir. Striptiz bir elə çətin şey deyil. Utanmaq olmasa oynamağa nə var ki. Yad mədəniyyətdir deyib, dodaq büzüb eləməyin. Bizim uzunəsrlik striptiz oynamaq təcrübəmiz var. Ən vacib ilk ştrix- Striptizçini adi rəqqasədən ayıran əlamət onun nikelli, hamar və parıldayan borudan yapışmasıdır. Elə bil əlini üzən kimi düz-dünya başına dolanacaq, davam gətirməyib yerə çökəcək. Bizim neft borularından yapışdığımız hərisliklə o, bu borunun o yan, bu yanına o qədər keçir ki, həmin hərəkəti şvabrayla da təkrar eləsəydi hamı biləcək ki, ürəyindən nə keçirmiş. Bu millətin neft boruları olmasaydı vermək, bölüşmək kimi insani və anadangəlmə instinktti reallaşmamış qalardı. Biz borumuzdan əl çəkə bilmərik. Yalnız onunla yollar, körpülər tikəcəyik, məktəblər, evlər salacağıq, azad, firavan olacağıq. Əlimizdə neft borusuyla oynamağa bir gör e…, nə vaxtdan başlamışıq. Əli pulnan oynayan nə qədər adam bizə çəpik çalıb. Növbəti jest – Striptiz rəqsinin duzu, istiotu ondadır ki, əynindən çıxardığını, yaxşı olar ki, bir-iki dəfə başın üstə fırlayıb (yəni «Qadam-balam getsin» deyib, ya da başa duz, üzərrik çevirən kimi) tolazlayırsan. Haramı düşdü, sonrası nə oldu – nə fərqi? Guya olmasaydı dolanmazdım?  Bir az çılpaq qalmaq eyibdimi? Zəngəzuru, Qarabağı başımıza dolandırıb tolazladıq, getdi Ermənistana düşdü. Rəssam və musiqiçiləri Türkiyə tərəfə atmışıq. Türklər bizim «artığımızı» yerdən qaldırıb süfrəsinin başında oturtmaqdan utanmaz. Sağlam, cavan kişiləri Rusiyada axtarın, gözəl qadınları Dubayda. Özünə hörmət eləyən, biliyindən arxayın adamlar Amerikada, Avropadadı. Heç kim yerdə qalmayıb. «Qan yaddaşı», «səs yaddaşı», «babların irsi» adlananlar alt paltarın bədəndə buraxdığı iz kimi çox çəkməz, keçib gedər. Daha bir çox vacib ştrix -  Əgər striptizçiyə pul verən olmasa onun bu boyda həngamə qoparmağı gülünc olardı. Millətə sponsorluq eləyənlərə indi investor deyirlər. Pul verən əskinasları striptizçinin əlinə verəsi olsa, yaxud ondan da pis, kassaya köçürməli olsa əlini heç cibinə salmaz. Pul mütləq tumanbağıya, ya da daha pikant yerlərə dürtülməlidi. Pul verənin marağı da bundadı. Sonuncu jest – İnvestorlarımız bizimlə o qədər doğmalaşıb ki, bəzən bir-biriylə itələşirlər ki, əlini cibinə kim salacaq. Lap dilimizi də, ləhcəmizi də bilirlər. Striptizin  sonunda çılpaq rəqqas pul verənin hüzurunda durmalıdı ki, başına dolandırıb tolazladıqlarının haqqını ala bilsin. - Bəri gəl, görüm, bir az da… Bıy, başıma xeyir, əynində bir şey qalmayıb ki?! Pulu hara dürtüşdürəjiyik, qadası?! Müəllif: Gülnarə RƏFİQ, [email protected]Mənbə: Bizim Yol qəzeti
['striptiz']
5,419
https://kayzen.az/blog/evdarliq/3495/%C3%BCt%C3%BCl%C9%99m%C9%99k-biclikl%C9%99ri.html
Ütüləmək biclikləri
burla xatun
Evdarlıq
9 iyul 2011, 15:58
Ütü eləmədən əvvəl hər bir parçanı çəkib düzəldin. Ütü masasının yaxınında həm ütülənmiş həm də ütülənməmiş əşyalar üçün yer ayırın, beləcə gedib gələrək vaxt itirməzsiniz. Ütüləmə: Başlanğıc Ütü masasını uyğun yüksəklikdə qurun. İstər oturun, istər ayaqda durun. İstiliyi düzgün düzəldin. İstiliyi hər paltarin materialına görə düzəldin.Ortadan başlayıb kənara doğru ütüləyin.Möhkəm basdirmağa ehtiyac yoxdur, özəlliklə buxar istifadə edərkən, çünki işi görən buxarın gücüdür ağırliq deyil. Bəzi anlara diqqət edin: Bütün ipəklikləri tərsindən ütüləyin.İşlənmiş ipəklər nəmliykən ütülənməli, amma spreylənməməli, çünki ləkələr əmələ gələ bilər.Həm ipəklər quruykən ütülənməməlidir. İşlənməli parçalar və sintetik dərilər tərsindən ütülənməlidir. Köynək ütüləmək Hər zaman yuxarı aşağı ütüləməyi unutmayın. Çünki dairəsəl hərəkətlər paltara zərər verə bilər. 1. Yaxa: Yaxanı alt bölümündən başlayaraq, uclarına doğru çalışıb sonra ortaya geri dönün. 2. Çiyin. Boyun bölgəsi: Boyun bölgəsini ütünün dar ucu üzərinə keçirərək düzləşdirin və çiyindən arxa bölümün ortasina doğru ütüləyin. Digər tərəfdə bu işləmi təkrar edin. 3. Qol ağzı.(bilək hissəni): Əvvəl iç bölümünü sonra isə çöl bölümünü ütüləyin. 4. Qollar: Hər iki qolu bilək hissədən başlayaraq ütüləyin, sonra arxa bölümünü. 5. Bədən: Köynək bədənini. Önün bir bölümünü, sonra digərinə davam edərək ütüləyin. 6. Sonda isə bütün köynək ütüləndikdən sonra yaxanın üst bölümünə bir daha basdırın. Şalvar ütüləmək. Aşağıdakı addımlar izlənərsə şalvar ütüləmək daha asan olar. 1. Ciblər: Cibləri ütü masasına yerləşdirin və ütüləyin. 2. Bel bölümü: Bel bölümünü alın və ütü masasına geçirin. Sonra şalvarın üst bölümünü ütüləyərək, özünüzdən uzaqlaşdıraraq döndürün. 3. Ayaq hissəsi.( İç): Şalvarı düz Masaya yerləşdirin, ayaqlar üst - üstə. Indi iç tikişləri hər bir ayağa qarşılıq biçimdə düzəldin və alt ayağın iç bölümü, üst ayağı yuxarı qatlayaraq ütüləyin. Digər tərəf üçün şalvarı çevirin və eyni işi təkrar edin. 4. Ayaq hissəsi:(çöl) İç tikişləri bir birinə uyğun biçimdə tutub, hər bir ayağın çölünü ütüləyin. Qat düzəltmək üçün buxar püskürtmə özəlliyindən istifadə edin. Bəzi parçaları ütüləyərkən cox basdırmaq parlamalarına gətirib çıxardır. Bunu əngəlləmək üçün yaş cunadan istifadə edə bilərsiniz. Eləcə də şalvarları ütüləyərkən.
['ütüləmək']
5,420
https://kayzen.az/blog/xaricdetehsil/5202/stenford-universiteti.html
Stenford Universiteti
luminat
Xaricdə təhsil
8 iyul 2011, 22:59
Stenford Universiteti (Leland Stanford Junior University - Kiçik Leyland Stenford adına  universitet) Palo-Alto şəhəri yaxınlığında,Silikon vadisinin mərkəzində, Kaliforniya ştatında yerləşir. Bu universiteti Silikon vadisinin sərvəti adlandırırlar. Universitet ABŞ-ın və bütün dünyanın ən nüfuzlu ali təhsilmüəssisələrindən biridir. Universitetin tərkibində Stenford neyroiqtisadiyyat yay məktəbi yaradılıb. Amerika alimləri kəşflərinin əksəriyyəti, həmçinin elm və texnikanın ən qabaqcıl sahələri üzrə -biomühəndislikdən başlayaraq ən yeni kompüter texnologiyaları və kosmik tədqiqatlara,genetika, mədəni antropologiyaya qədər bu universitetin institut və laboratoriyalarında həyata keçirilir. Yerləşir: ABŞ, Kaliforniya ştatı Yaranma tarixi: 1891-ci il Tipi: Özəl Prezidenti: Con L.Hennessi İşçi heyəti: 1878 nəfər Tələbələrin sayı: 6812 nəfər Aspirantların sayı: 8328 nəfər Rəsmi saytı: www.stanford.edu Tarixi Universitetin yaradıcıları dəmiryolu maqnat ıLeyland Stenford və onun həyat yoldaşı Ceyndir.Leyland Stenford Kaliforniyanın ən varlı biznesmenlərindən biri olub. O, Respublikaçılar Partiyasının üzvü kimi öncə Kaliforniya ştatının xəzinədarı, sonradan isə qubernatoru vəzifəsində çalışıb. L.Stenford Vətəndaş müharibəsi(1861-1865) dövründə prezident A. Linkolnun fəa ltərəfdaşı, "Central Pacifik Railroad" kampaniyasının yaradıcılarından biri kimi tanınıb. 1884-cü ildə Stenford ailəsinin Avropaya səyahəti  zamanı onların azyaşlı oğlu Leyland  yatalaq xəstəliyinə yoluxaraq Florensiyada vəfatedir. Dərd-qəm içində olan həyat yoldaşına Ceyndeyir: "Leyland, artıq Kaliforniyanın bütün uşaqları bizim övladlarımız olacaqlar!" Beləcə gənc ailə doğma ştatlarında savadlılığın inkişafına kömək etmək qərarına gəlir. Onlar Amerikanın bir neçə ali təhsil ocaqlarını-Yel,Kornell, Harvard, Massaçusets universitetlərini gəzərək  üç layihədən hansını həyata keçirmək haqqında düşünürdülər: Palo-Altoda universitet,San-Fransiskoda təhsil kompleksi və muzey, yoxsa texniki məktəb yaratmaq. Harvard Universitetinin prezidenti çarlz Eliot universitet yaratmağı məsləhət görür. Leyland bu məqsəd üçün nə qədər vəsait lazım olması ilə maraqlananda, Eliot həmin dövr üçün çox  böyük bir məbləğ olan 5 milyon dolların gərəkli olduğunu qeyd edir. Leylandın "Bacararıqmı" sualına Ceyn başı ilə"Hə" cavabı verir. Stenfordlar başqa ali təhsil müəssisələrindən fərqli olaraq, birgə təhsil almaq imkanı verən(o vaxtlar universitetlərdə təkcə kişilər oxuyurdular), dünyəvi (başqalarının müxtəlifdini cərəyanlarla bağlılığı vardı) universitet yaratmaq niyyətində idilər. Universitetin  məqsədini mədəni və faydalı vətəndaşlarhazırlamaqda görən Stenford 1885-ci ilin noyabrında öz ideyalarını "Təsis yardımı"("Foundining Grant") adlanan sənədə həkk edir və bununla da universitetin  nizamnaməsinin əsasını qoyur. Leyland universitetə belə bir şüarfikirləşir: "Qoy azadlıq yeli əssin!" Hazırlıq işlərinə, tikintiyə və işçi heyətinin toplanmasına 6 il vaxt sərf olunur. Bu işlərdə Stenforda İndiana Universitetinin gənc professoru Devid Cordan fəal kömək edir. Məhz buna görə də Leyland onu 1 oktyabr 1891-ci ildə açılmış Kiçik Leyland Stenford adına universitetə prezident təyin edir. İlk vaxtlarda burada 559 tələbə (qızlı-oğlanlı) və 15 müəllim var idi. Alman modelinə uyğun tikilmiş universitet həm bakalavr, həm də magistr hazırlayır, tədris tədqiqatlarla birləşdirilirdi.1893-cü ildə senator Stenford vəfat edir. Təşkilat işlərilə bağlı universitetdə araşdırmalar aparılır. İqtisadi böhran ailənin maddi durumuna ziyan vurur.Vəfat etmiş yoldaşının səlahiyyətlərini icra edən Ceyn nəinki universiteti bağlamaqdan imtina edir, hətta şəxsi xərclərini xeyli azaldaraq təhsil ocağına himayəçilik edir.Devid Cordan da bacardığı qədər universitetin inkişafına çalışır. Tanınmış professorlar təzə yaranan əyalət universitetində işləmək istəmirdilər. Cordan cavan, təcrübəsiz, lakin istedadlı və qabaqcıl müəllimləri bu ali təhsil ocağına cəlb edir. Universitetin əsas binasını, kimya laboratoriyasını, möhtəşəm memorial kilsəsini (Memorial Church) tikdirir. Prezident vəsaiti məharətlə paylaşdıraraq demək olar ki, Stenfordların bütün arzularını həyata keçirir. 1903-cü ildə Ceyn Stenford maliyyə hüquqlarını universitetin Qəyyumlar Şurasına təhvil verir. Ceyn Stenford 1905-ci ildə vəfat edir.18 aprel 1906-cı ildə güclü zəlzələ universitetin binalarının yarısını uçurur və külli miqdarda ziyan vurur. Cordan cidd-cəhdlə bərpa işlərinə başlayır və buna müvəffəq olur. Amerikanın qərbində, eləcə də bütün ölkədə Stenford Universitetinin nüfuzu qalxmışdı, məzunlar öz doğma universitetlərini (alma mater) ABŞ-da yetərincə məşhurlaşdırmışdılar. Bu da dağılmış korpusların bərpasında həm dövlət, həm də qeyri-dövlət yardımlarının alınmasına imkan verirdi. 1913-cü ildə Cordan borcunu yerinə yetirərək təqaüdə çıxır, bu zaman Stenford Universiteti artıq yerində möhkəm qərarlaşmışdı.Rey Uilburun prezidentliyi dövründə universitet sürətlə inkişaf edir. Kafedralar bütöv bir fakültə-məktəblərə çevrilir. II Dünya müharibəsindən öncə burada yeni laboratoriyalar, tədqiqat kompleksləri tikilir. Müharibə illərində isə demək olar ki, universitet öz elmi-texniki tərəqqi dövrünü yaşayır. Stenford alimləri, həmçinin universitetin özü "Manhetten layihəsi"ndə fəal iştirak ediblər.1934-cü ildə məzunlardan ibarət Stenford Assosiasiyası yaradılır. Onun məqsədi təhsil müəssisəsi və elmi proqramların həyata keçirilməsi üçün vəsait toplamaqdan ibarət olur. Beləcə, Stenford öz gəlir mənbələrini genişləndirir. Stenford Universitetinin çox böyük ərazisi var. Maliyyə böhranı ilə üzləşərkən universitet torpaqlarını sata bilməzdi, çünki Leyland Stenford öz vəsiyyətnaməsində bunu qadağan etmişdi. Torpaqları icarəyə vermək barədə isə vəsiyyətnamədə heç nə yazılmamışdı. Rəhbərlik bundan istifadə edərək torpaqları yüksək texnologiyalara malik şirkətlərə uzunmüddətli icarəyə verir və Silikon vadisi adlanan Stenford sənaye parkı yaradılır. 1951-ci ildə "Varian Associates" kampaniyası universitetlə müqavilə imzalayır və 1953-cü ildə parkda ilk binada məskunlaşır. Onun ardınca Eastman Kodak, General Electric, Preformed Line Products, Admiral Corporation, Shockley Transistor Laboratory of Beckman Instruments, Lockheed, Hewlett-Packard və s. şirkətlər də Stenford sənaye parkına köçür. Bu dahiyanə ideya nəticəsində universitet külli miqdarda gəlir əldə edir. 40-60-cı illərdə Uolles Sterlinqin prezidentliyi dövründə Stenford ABŞ-ın ən nüfuzlu ali məktəblərindən birinə çevrilir və onu artıq heç kim əyalət universiteti adlandırmır. Soyuq müharibə dövründə ali məktəb əsaslı surətdə hərbi istehsala cəlb edilir, külli miqdarda federal subsidiyalar verilir. Stenfordun elektronika sahəsi üzrə nüfuzu danılmazdır. 60-cı illərin əvvəllərində universitet "Ford Fondation"dan 100 milyon dəyərində qrant alır, buna qədər hələ heç bir Amerika ali məktəbi belə ambisiyalı layihəyə qol qoymamışdı.90-cı illərin ortalarında Stenfordda kiçik qruplarda tədrisi, tələbə və müəllimlərin sıx təmasını nəzərdə tutan Stanford Introductory Studies (SIS) -Stenfordun İlkin Tədqiqatları Proqramı qəbul olunub. Həmçinin bakalavr hazırlayan üç məktəb-fakültədə -Yer elmləri, Mühəndislik, Bəşəriyyət və Təbiət elmləri məktəblərində cavan müəllim heyəti üçün xüsusi tədqiqat qrantları sistemi (Research Grants for Junior Fakulty) tətbiq olunub. StenfordUniversitetinin məşhur məzunları Herbert Huver ABŞ-ın 31-ci prezidenti Yukio Hatoyama Yaponiyanın sabiq Baş naziri Kondoliza Rays ABŞ-ın sabiq dövlət katibi Uilyam Şokli Amerika alimi, Nobel mükafatı laureatı Con Steynbek Yazıçı, Nobel mükafatı laureatı Sergey Brin və Lerri Peyc "Google" saytının yaradıcıları Len Bosak və Sendi Lerner "Cisco Systems" şirkətinin yaradıcıları Devid Filo və Cerri Yanq Yahoo! saytının yaradıcıları Kempbell Duqlas Amerika Botanika Cəmiyyətinin prezidenti, botanik Stanford University bu gün Stenford Universitetinin kampusu 3 310 hektarlıq ərazidə, kiçik təpələrin arasında yerləşən düzənlikdə salınıb. Kampusun landşaftını Nyu-York mərkəzi parkının yaradıcısı dizayner Frederik Lo Olmsted tərtib edib. Riçardson neoromantikası və ispan müstəmləkəsi üslubunda inşa edilmiş, tağlarla bəzədilmiş binalar kampusa xüsusi gözəllik verir. Qızıl fonda işlənmiş rəngarəng mozaikalı memorial kilsə kampusun ürəyi hesab olunur. Mavi səma altında yaşıllıqda yerləşən qırmızı tavanlı, qum daşından tikilmiş binalar, güllər, palmalar, hətta o tərəf-bu tərəfə qaçan sincablar burada əsrarəngiz bir mənzərə yaradır. Kampusun ərazisində 7 məktəb: Bəşəriyyət və Elmlər Məktəbi (School of Humanities and Sciences), Mühəndislik Məktəbi (School of Engineering), Yer Elmləri Məktəbi (School of Earth Sciences), Təhsil Məktəbi (School of Education), Biznes Məktəbi (Graduate School of Business), Hüquq Məktəbi (Stanford Law School) və Tibb Məktəbi (Stanford University School of Medicine); Stanford Tədqiqat Parkı (Stanford Research Park), Stanford Tibb Mərkəzi (Stanford University Medical Center) və müxtəlif tibb məntəqələri, Stanford Ticarət Mərkəzi (Stanford Shopping Center); Huver adına Müharibə, İnqilab və Sülh İnstitutu (Hoover Institution on War, Revolution and Peace), Frimen Spoqli adına Beynəlxalq Tədqiqatlar İnstitutu (Freeman Spogli Institute for International Studies), Stanford Center - İntensiv Dil Təlim İnstitutu; 8 milyon cilddən çox kitaba malik olan 20 kitabxana, tələbə yataqxanaları, idman kompleksləri, parklar və s. yerləşir.  Tədris prosesi ABŞ-ın digər ali məktəbləri kimi Stenford Universiteti də yüksək səviyyəli, hərtərəfli hazırlıqlı şəxsiyyətlər yetişdirir. Amerika mütəxəssislərinin fikrincə, bu cür yanaşma seçilmiş sahələrin daha yaxşı mənimsənilməsinə və tələbənin bütün həyatı boyu təhsilini artırmasına, karyeralarında əldə etdikləri bilikləri daha effektli istifadəsinə imkan yaradır.Hər tələbə öz şəxsi maraq və məqsədinə uyğun fərdi tədris planı hazırlayır. Tələbə, həmçinin universitet və fakültənin də savadlılıq, ingilis dilində lazımi sənədləşmə qaydalarını düzgün şərh etmə, xarici dil bilmə tələblərini nəzərə almalıdır. ümumi tələblər 9 tədris kursundan ibarətdir: mədəniyyət, ideyalar, insani dəyərlər (3 kurs); təbii elmlər, tətbiqi elmlər və texnika (3 kurs); humanitar və ictimai elmlər (2 kurs); dünya mədəniyyəti, Amerika mədəniyyəti (1-3 kurs). Hər bir tələbə seçdiyi ixtisas fənlərindən əlavə mütləq bu kursları keçməlidir.Bu gün Stenford Universiteti sürətlə inkişaf edən beynəlxalq təhsil mərkəzinə çevrilib. Burada 15 000-dən çox tələbə təhsil alır, onların 6 812-ni bakalavrlar, 8328-ni aspirantlar, 51%-ni qadın, 55%-ni əcnəbi tələbələr təşkil edir. Əcnəbilər üçün Stenford, ilk növbədə, prestijli biznes təhsili (MBA) verən ali təhsil ocağıdır. Stenford dünyaya 17 Nobel mükafatçısı bəxş edib. Stenford, sözün əsl mənasında, Silikon Vadisinin tükənməz sərvətidir.Həmçinin bax:Kolumbiya Universieti haqqında Hazırladı: Lamiyə ƏLİYEVA
['Stenford Universiteti']
5,421
https://kayzen.az/blog/qan-damar/5077/hipertoniya.html
Hipertoniya
nilufer
Qan-damar sistemi
8 iyul 2011, 09:51
Hipertoniya təbabətin ciddi problemi olaraq qalır. Bu həm adi haldır, eyni zamanda orqanizm üçün ağır vəziyyətdir. Arterial təzyiqin kütləvi surətdə ölçülməsi zamanı müayinə olunanların təxminən 20-30%-də a/t-in yüksək olması aşkar olunur. Qan təzyiqinin artması ilə insanın xarici mühitə uyğunlaşması arasında müəyyən əlaqə mövcuddur. İnsan xarici mühitə uyğunlaşa bilirsə, onda özünü güclü, enerjili, bacarıqlı hesab edir, əhval-ruhiyyəsi nikbin olur. Əksinə, əgər insan, onu əhatə edən mühitə uyğunlaşa bilmirsə, bu zaman orqanizmdə müxtəlif pozğunluqlar əmələ gəlir ki, onlardan daha tez-tez təsadüf olunanı hipertoniyadır. İnsanı əhatə edən xoşagəlməz hallar, hadisələr artdıqca hipertoniya da inkişaf edir, ürəyin, böyrəklərin patologiyasını müşayiət edən faktora çevrilir. Hipertoniya xəstəliyinin əsas səbəbləri sinir gərginliyi və psixi travmalardır ki, bu da arterial tonusun tənzimi mexanizmlərinin pozulmasına gətirib çıxarır. Hipertoniyanın yaranmasında irsi-ailəvi amil də rol oynayır. Tibbi ədəbiyyatlarda a/t-in artmasına gətirib çıxaran mexanizmlər araşdırılır. Təsdiq olunmuşdur ki, qan dövranında ən böyük yük xırda qan damarlarının-arteriolların üzərinə düşür. Hipertoniya zamanı arteriolların tonusu yüksəlir. Erkən mərhələdə arteriollar fasilələrlə daralır, yuxu zamanı isə boşalır, yəni a/t normaya qayıdır. Lakin bu hal dəfələrlə təkrar olunduqca artıq arteriollar normal tonusunu bərpa edə bilmir və nəticədə daralırlar, hətta istirahət zamanı da qan təzyiqi normaya enmir. Erkən yazda əhatəmizdə olan insanlarda (nəinki yaşlı, eləcə də orta nəslin nümayəndələrində) a/t-in daha çox qalxıb-enməsinin onların narahatlığına səbəb olmasını nəzərə alaraq bu haqda oxuculara geniş məlumat vermək istəyirik. Arterial təzyiq A/t qanın hidrostatik təzyiqinin yüksəlməsidir. Hazırda qeyri-rəsmi məlumatlara görə insanların hər 3-5-dən biri bu problemdən əziyyət çəkir. Ürək əzələsinin yığılaraq (sistola), qanı aortaya (ürəkdən çıxan ən iri arteriyaya) ötürməsi zaman yaranan təzyiq –sistolik, miokardın boşalması zaman qanın damarlara olan təzyiqi- diastolik adlanır. Onlar arasındakı fərq isə nəbz təzyiqi adlanır. Hazırda normal a/t sağlam adamlarda -100-130/70-80, nəbz təzyiqi-40 olaraq qəbul edilir. Əgər a/t 130-140/80-90 qalxarsa, bu «normal qalxma» hesab olunur. Bu halda fərdi xüsusiyyət, həyat tərzi, məşğuliyyət nəzərə alınmalıdır. A/t-in yüksəlməsi yaşla, fiziki, emosional gərginliklə və s. əlaqədar baş verə bilər. Lakin mütəmadi olaraq fiziki əməklə, idmanla məşğul olanlarda a/t 100-90/60-50 qədər enə bilər. Uşaqlarda a/t- 8+2.a –burada a-uşağın illəridir. Kimə hipertoniya diaqnozunu qoymaq olar? A/t-in 140/90-dan yuxarı olması, heç olmasa 2 dəfə həkim tərəfindən müəyyən edilərsə bu halda hipertoniya diaqnozu qoyulur. Arterial təzyiq neçə cür olur? A/t mənşəyinə görə 2 cür ola bilər: A/t-in essensial- və ya 1-cili olaraq yüksəlməsi (xəstələrin 4-dən 3-də bu formaya rast gəlinir). A/t-in simtomatik və ya 2-cili olaraq yüksəlməsi-böyrək, endokrin pozğunluqlar və digər xəstəliklər nəticəsində əmələ gəlir. A/t-in yüksəlməsinin səbəbi nədir? Təbabətin aktual problemlərindən biri olmasına baxmayaraq, 1-cili hipertoniyanın səbəbləri dəqiq məlum deyil. Adətən mütəxəssislər bu xəstəliyin səbəblərini bir sıra amillərlə əlaqələndirirlər: -İrsi meyllik, piylənmə, duzlu yeməklərin qəbul edilməsi, uzun müddətli psixoemosional gərginlik v s. Əslində xəstəlik tədricən inkişaf edir: əvvəlcə baş ağrıları, baş gicəllənmə, ürək döyünmə, zəiflik, qulaqda küy, qulaqların tutulması, vaxtaşırı a/t-in qalxıb-enməsi. Tez-tez əl və ayaq barmaqlarının keyləşməsi, yuxu pozğunluğu, göz önündə nöqtələr, yorğunluq, a/t-in yüksəlməsi daimiləşir, damarlarda sklerotik dəyişikliklər əmələ gəlir. Bu hal bir neçə il davam edir. Kordioloqlar hipertoniyanın aşağıdakı mərhələlərini ayırd edirlər: I- mərhələ-140160/90-100; II- mərhələ-160-180/100-110; III-mərhələ-180/110 və daha yüksək. 2-cili hipertoniya sərbəst xəstəlik deyil, hansısa bir pozğunluq nəticəsində baş verir. Deməli, buradan belə nəticə çıxır ki, ondan yaxa qurtarmaq üçün əsas xəstəliyi müalicə etmək lazımdır. 2-cili hipertoniyanın 1 neçə forması var: -Böyrək forması- böyrək arteriyalarının daralması nəticəsində böyrəyə qanın az daxil olması. Bu zaman böyrəkdə a/t-i qaldıran maddə sintez olunur. Böyrək damarlarının daralması, onların aterosklerozu, hematoma və ya şişlə əzilməsi, anadangəlmə qüsur, iltihab, mübadilə xəstəlikləri nəticəsində əmələ gələ bilər. -Endokrin forma- endokrin vəzilərin (qalxanvari, qalxanətrafı) xəstəlikləri nəticəsində meydana çıxır. -Hemodinamik forma- aortanın daralması nəticəsində əmələ gəlir. -Neyrogen forma- sinir sistemində əmələ gələn şişlər, insult, travma, kəllədaxili hipertenziya və s. zaman müşahidə olunur. -Dərman mənşəli forma- qeyri-steroid iltihab əleyhinə dərmanlar, efedrin, sinir sisteminin bəzi stimulyatorları, oral kontraseptivlərin qəbulu nəticəsində yaranır. Hipertoniyanın əmələ gəlməsinə hansı risk faktorları təsir edir? İrsi meyllik, yaş (kişilərdə -35-50 yaşlarında, qadınlarda isə menopauzadan sonra), stress (bu zaman əmələ gələn adrenalin hormonu ürək döyünmələrini artırır), alkoqol, ateroskleroz (xolesterinin damar divarında toplanması, damarların daralması a/t-i qaldırır (bunun əksi də mümkündür)), siqaret çəkilməsi, duzun artıqlığı (mayenin saxlanmasına səbəb olur), hərəkətsizlik, piylənmə. Əgər sizdə bu risk amillərinin ən azı 2-si varsa, onda vaxt itirmədən profilaktik tədbirlərə başlayın. Hipertoniyanın müalicə və profilaktikası haqqında gələn sayımızda. Hipertoniyanın müalicə və profilaktikası Məlumdur ki, hər bir xəstəliyin profilaktikası onun müalicəsindən daha asandır. Hipertoniyanın profilaktikası üçün aşağıdakılar edilməlidir: -spirtli içkilərin qəbulu qadağan olunmalıdır (xüsusilə dərman qəbul edərkən), gecələr işləmək, 7 saatdan az yatmaq, başqalarına (məsələn, tanışlara) kömək edən dərmanları həkim məsləhəti olmadan sınaqdan keçirmək düzgün deyil. Bundan başqa, Yeməkdə duzdan istifadə məhdudlaşdırılmalı, göyərti, meyvə-tərəvəz kaliumla zəngin (üzüm, qaysı və s.) qidalar qəbul edilməli, zülal tərkibli qidalara aludə olunmamalıdır. Qidalanma mütəmadi olmalı, artıq çəki ilə mübarizə aparılmalı, hər xırda şeydən ötrü əsəbiləşməmək, daim hərəkətdə olmaq, arterial təzyiqi ölçmək. Xəstəliyin erkən mərhələsində onun inkişafının qarşısını almaq mümkündür. Lakin xəstəlik ağırlaşarsa, əlavə olaraq dərman preparatları təyin edilir. Hazırda hipertoniyanın müalicəsində müxtəlif növ dərman preparatlarından istifadə olunur. Müasir kordiologiyada son zamanlar arterial hipertoniyanın müalicəsində təzyiqi tez endirmək və effektli nəticə almaq üçün 2-3 dərman preparatından istifadə edilir. Əlbəttə, hər bir xəstəyə fərdi yanaşılmalı və həkim-mütəxəssis tərəfindən müalicə kursu təyin edilməlidir. Bunlardan əlavə, hipertoniya əleyhinə bitkilərlə müalicə mövcuddur. Dərman bitkiləri ilə arterial təzyiqi endirmək yalnız xəstəliyin erkən mərhələsində mümkündür. Digər hallarda isə fitoterapiya yalnız əlavə müalicə kimi effektlidir. Hipertoniyanın müalicəsində daha çox yemişan, damotu, pişikotu və digər bitkilərdən istifadə olunur. Yemişanla müalicənin hipertoniyalı xəstələrə müsbət təsiri damar genəldici, spazmolitik, damar divarının elastikliyini artırması ilə bağlıdır. Hər ay istənilən 3 qarışığı qəbul edin, sonra 2 həftəlik fasilə edin, sonra yenidən kursu təkrar edin. Vəziyyət yaxşılaşarkən dəmləmələri yazda və payızda qəbul edin. -5 x/q damotu, 2 x/q yemişan, itburnu, gəvən, 1 x/q limonlu nanə, tozağacı, 1 ç/q gəcəvər, pişikotu 3 x/q yığıntı üzərinə 1 litr qaynar su tökün, gecəni qalsın, süzün, gündə 3-4 dəfə ½ stəkan yeməkdən 20 dəqiqə əvvəl için. -2 x/q yemişan, damotu, tozağacı yarpaqları. 1x/q yığıntı üzərinə 1 stəkan isti su tökülür, gündə 3-4 dəfə ½ stəkan yeməkdən 20 dəqiqə əvvəl için. -2x/q solmazçiçək, pişikotu, qırxbuğum, 1x/q damotu, yemişan çiçəkləri və toxumları, murdarça qabığı, 1x/q yığıntı üzərinə 1 stəkan qaynar su tökün, soyudun, süzün, səhər və axşam qəbul edin. -1x/q güləvər çiçəkləri, yemişan, quşarmudu, solmazçiçək, pişikotu kökləri. 1 stəkan qaynar su tökün, 2 saat saxlayın,gündə 3 dəfə ½ stəkan yeməkdən sonra qəbul edin. Bir stəkan çuğundur şirəsi, bir stəkan kök şirəsi, bir stəkan xren və ya turp (sürtgəcdən keçirilmiş xreni suda 36 saat saxlayırlar), ğir limonun şirəsi və bir stəkan balı qarışdırırlar. Gündə 2-3 dəfə bir x/q yeməkdən bir saat əvvəl qəbul etmək məsləhət görülür. Hipertoniyalı xəstələrin qidalanmasında 10 №-li pəhriz stolu seçilir. Hipertoniyalı xəstələr üçün rasionun əsasını aşağıdakılar təşkil etməlidir: Yağsız ət, qaynanmış balıq, yağsız kolbasa, süd və süd məhsulları, yağsız kəsmik, pendir, yulaf, qarabaşaq və ya buğda sıyığı, tərəvəz, meyvə, həftədə 1-2 dəfə yağsız ət şorbası, bitki yağı əlavə edilmiş tərəvəz salatlar, pomidor, xiyar, kartof, kalium və maqneziumla zəngin olan qidalar qəbul etmək məsləhət görülür. Qəti qadağandır:tünd çay, qəhvə, kakao, alkoqollu içkilər, kəskin duzlu qəlyanaltılar, konservlər, ət-balıq bulyonları, hisə verilmiş məhsullar, qaraciyər, böyrək və s. ət məhsulları, yağlı ət. Gün ərzində 1 litr maye qəbulu ilə kifayətlənin (itburnu dəmləməsi qəbul etmək daha yaxşıdır). Gündə 5-6 dəfə yemək yeyin. Hazırladı: S. Aytən Mənbə: İqtisadiyyat qəzeti Həmçinin bax:Hipertoniyanı müalicə etmək Ürək problemləri
['hipertoniya', 'ürək xəstəliyi']
5,422
https://kayzen.az/blog/dua/6174/zikir-v%C9%99-onun-m%C3%B6c%C3%BCz%C9%99si.html
Zikir və onun möcüzəsi
Old_Baku_
Namaz, dua, zikr
7 iyul 2011, 19:40
İnsanların iman etməsi üçün Allahın möcüzələri bu gün də davam etməkdədir. Bunu görmək üçün sadəcə olaraq insanların özlərini və ətraf təbiəti ağlın gözü ilə müşahidə etmələri lazımdır. Küveytli elm adamı dr. Yusuf Bədr Qərb ölkələrində qeyri-müsəlman alimlərin apardığı və özünün də iştirak etdiyi tədqiqatlarda su molekullarının üzərində deyilən söz səbəbi ilə müxtəlif formalar aldığını öyrənmişdir.Belə ki, suyun fiziki xassəsi ona deyilən sözün təsiri ilə dəyişməkdədir. Elmi təcrübələr zamanı sübut olunmuşdur ki, suya söylənilən xoş və sevgi dolu sözlərdən sonra su molekulları gözəl bir formaya düşür. Əksinə, nifrət və qəzəb bildirən sözlər nəticəsində isə qarışıq və qorxulu şəkil aldığı görülmüşdür. Bundan sonra isə suya Quran ayələri oxunmuş bu zaman su molekullarının daha gözəl və ecazkar şəkil aldığı müşahidə olunmuşdur. Araşdırma aparan alimlər bu zaman suyun fiziki xassəsinin də dəyişdiyini isbatlamışlar. Beləliklə, nəzərə alsaq ki insan orqanizminin 70% sudan ibarətdir, bu zaman Quran oxumanın və zikr etmənin nə qədər faydalı olduğunu təsəvvür etmək asandır. Bildiyimiz kimi hər bir işə başladıqda "Bismilləhir-Rəhmanir-Rəhim" demək İslamın buyurduğu ədəblərdəndir. Yemək yeyərkən, su içərkən bu kəlmə ilə başlamaq əsas sünnətlərdəndir. Bu zaman yediyimiz maddənin və içdiyimiz suyun fiziki xassəsi dəyişərək tərkibindəki mikroblar inşallah məhv olar. Əlbəttə ki, bu elmi araşdırmanın nəticəsidir. Bundan başqa dinimizdə gündəlik həyatda hər bir işə başlarkən xüsusi oxunan dualar mövcuddur. Hətta mömin öz xanımına yaxınlaşdıqda belə cinsi münasibətdən əvvə! oxunacaq dua vardır: "Allahım, bizi şeytandan və şeytanın bizə verdiyi uşaqdan uzaqlaşdır" Yuxarıda dediyimiz elmi nəticəni və insanın nədən yarandığını nəzərə aldıqda bu duanın elmi faydası məlum olur. Bundan əlavə, Rəsululah (s) bizlərə hündürə qalxdıqda "Allahu Əkbər", yüksəklikdən endikdə isə "Sübhanallah" deməyi tövsiyə etmişdir. Beləliklə qalxma, enmə kimi insan bədənində fiziki dəyişikliklər yaradan hərəkətlər zamanı bu zikrlərin necə əhəmiyyətli olduğu bizə aydın olmaqdadır.Möminlər xəstələndikləri və ya hər hansı bir orqanları ağrıdığı vaxt ruqyə edərlər. Yəni şəfa niyyəti ilə suyun üzərinə xüsusi ayə və duaları oxuyub içərlər. Bu əməl Rəsulullahın sünnəti ilə sabitdir. Beləliklə elm də bir daha Rəsutullahın bu mübarək tövsiyəsinin məğzini izah etməkdədir.Beləcə Allah-tala öz ayələrini (yəni dəlil və sübutlarını) həmişə qullarına göstərməkdədir. Bu hal qiyamətə qədər belə davam edəcəkdir. İnsanlıq əsrlər, qərinələr keçdikcə yen-yeni elmi nailiyyətlər əldə etməkdədir. Ancaq bütün bu irəliləyişlər sadəcə Onun varlığının bir dəlil olmadan ötəyə getməz.
['islam']
5,423
https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/6173/namaz%C4%B1-gecikdir%C9%99nl%C9%99r-%C3%BC%C3%A7%C3%BCn-ibr%C9%99tamiz-hekay%C9%99.html
Namazı gecikdirənlər üçün ibrətamiz hekayə
Old_Baku_
İslami Hekayətlər
7 iyul 2011, 19:18
Nənəmin bir zamanlar mənə  dediyi bu sözləri yadıma salanda utanıram: "Heç namazı  da gecikdirərlər?" Nənəmin yaşı yetmişi adlasa da, azan səsini eşidən kimi dərhal yerindən qalxar, dərhal dəstəmazını alar və namazını qılardı. Ancaq mən hələ də nəfsimə qalib gələ bilmirdim. Hər zaman namaza gec qalxar, ya da vaxtında qılmazdım. Bu səbəbdən namazı tez-tələsik qılmalı olurdum. Hər gün bu vəziyyətlə qarşılaşırdım. Günlərin bir günü yerimdən qalxdım. Saata baxdım. Şam namazını yenə də gecikdirmişdim. Yatsı azanının verilməsinə isə hələ 15 dəqiqə qalmışdır. Peşman bir şəkildə: "Yenə də namazı gecikdirdim", - deyə öz-özümə gileyləndim.  Tez bir zamanda dəstəmazımı aldım, tələsik otağıma daxil olub məcburən tələsik şəkildə namazımı qıldım. Namazdan sonra dua edərkən nənəm yadıma düşdü. "Məni yenə belə görsəydi, əsəbləşərdi", - deyə peşmançılıq hissi keçirirdim. Bir dəfə dərsdən gəlib yenə  də eyni tərzdə namazımı qıldım. Həmin gün  çox yorulmuşdum. Namazı bitirdikdən sonra dualarımı edib, bir az fikrə daldım. Fikrə dala-dala necə yuxuya getdiyimi belə hiss etməmişdim. Gördüyüm yuxunu yadıma salanda, indi də gözlərim yaşarır, etdiyim səhvləri düzəltmək üçün hədər verdiyim günlərin geri qayıtması üçün Rəbbimə dua edirəm.  Yuxuda qiyamət qopmuşdu. Bütün insanlar məhşər ayağına yollanmışdırlar. Hər tərəf insanlarla dolu idi. Kimi yerindəcə donub qalmış, kimi  də  dəhşətlə ətrafına nəzər salırdı. Bəziləir sağa-sola qaçır, bəzi insanlar isə diz çökmüş və  əlləri başlarının arasında nəyi isə gözləyirdilər. Sanki ürəyim yerindən çıxacaqmış kimi təlaşdan döyünürdü. Həyatda ikən qiyamət, sorğu-sual və hesab tərəzisi haqda çox şey eşitmişdim. Ancaq həmin günün bu qədər qorxunc və dəhşətli olacağını düşünməmişdim. Sorğu-sual davam edirdi. Bu an adımı çəkdilər. Qorxu və həyəcanla sağıma-soluma baxdım. Həmin izdiham sanki yarılmış, qarşımda geniş bir yol açılmışdı. Bu zaman iki nəfər qollarımın arasına girdi. Məni o izdiham arasında harasa aparırdılar. Məni bir yerə gətirdilər. Bu zaman həmin iki mələk mənim yanımdan uzaqlaşdılar. Başıaşağı şəkildə dayanmışdım. Bütün həyatım bir film kimi gözlərimin qarşısından keçib-keçirdi. Həyatıma baxa-baxa Allah şükür etdim. Çünki yaşadığım müddət ərzində savab işlər görmüşdüm. Malımı Allah yolunda xərcləmişdim . Haramlardan uzaq durmuşdum. Allahın dininə dəvət etmişdim. Namazlarımı qılmışdım, orucumu turmuşdum, vacib əməllərimi bacardıqca yerinə yetirməyə çalışmışdım. Bütün bunlar məhşər ayağında mənə bir film kimi göstərilirdi. Bunlara baxdıqca gözümdən yaş axır, Rəbbim üçün etdiklərimin yenə də az olduğunu düşünürdüm. Etdiklərimin  mənə cənnət qazandırmayacağını fikirləşdirdim.  O zaman yalnız məni yaradanın rəhmətini düşünürdüm. Hesabım davam etdikcə alnımdan tər axır, tir-tir əsirdim. Gözlərimi əməllərimin tərəzisindən çəkmirdim. Nəhayət adımın çəkildiyini eşitdim. Ayaqüstə durmağa taqətim qalmamışdı. Həyəcandan gözlərim bağlanmış, nəticənin nə olacağını həsrətlə gözləyirdim. Birdən o izdihamın içindən bir uğultu yüksəldi. Adımın cəhənnəmliklər arasında olduğunu eşitdikdə dizlərim sanki qırıldı. Dəhşətdən yerimdəcə donub qaldım. "Yox, bu ola bilməz. Mən həyatım boyu Allaha xidmət etmişəm", - deyə qışqırdım. Sağa-sola qaçırdım. Bu zaman iki mələk əllərimdən tutdu. İzdihamı yararaq məni səsindən qulaqların batacağı cəhənnəm oduna yaxınlaşdırırdılar. Əllərindən xilas olmaq üçün o tərəf, bu tərəfə vurnuxur, kimdənsə kömək umurdum. Ağlaya-ağlaya: "Etdiklərim... Əməllərim...Namazlarım", - deyə çığırırdım. Mələklər isə məni durmadan cəhənnəmə sürükləyirdilər. Məni alovun kənarına gətirdilər. Bu zaman qıldığım namazları xatırladım. "Onlar da  məni bu əzabdan xilas etməyəcəklər", - deyə göz yaşlarımı saxlaya bilmirdim. Cəhənnəm çuxurunun yanına yaxınlaşdıqda alovun istisi üzümü sanki bişirirdi. Sonucu dəfə dönüb geriyə baxdım. Artıq ümidim qalmamışdı. Göz yaşlarım qurumuşdu. Başımı aşağı əydim. Sanki iki bükülüm oldum. Qollarımı sıxan barmaqlar açıldı. Mələklərdən biri məni alovun içinə itələdi. Birdən özümü havada, sürətlə aşağı enən hiss etdim. Bu zaman bir əlin mənə tərəf uzandığını gördüm. Məni tutub yuxarı çəkdi. Başımı qaldırıb, yuxarı baxdıqda yaşlı bir qoca gördüm. Mən artıq xilas olmuşdum.Ondan kim olduğunu soruşduqda mənə belə dedi: "Mən sənin namazlarınam". Ondan niyə bu qədər gecikdiyini, son anda məni xilas etdiyin soruşdum. O isə başını aşağı sallayaraq qəmgin-qəmgin mənə belə dedi: "Sən  məni dünyada ikən gecikdirib sona saxlamırdınmı?! Yəqin ki, bütün bunları yaxşı xatırlayırsan". Bu zaman yuxudan ayıldım. Tər-qan içində idim. Çöldən gələn səsə diqqətlə  qulaq asdım. Yatsı azanı verilirdi. Dərhal yerimdən qalxıb, dəstəmaz almağa qaçdım...
['ibrətli hekayə']
5,424
https://kayzen.az/blog/Old_Baku_/6172/allah-kiml%C9%99ri-sevm%C9%99z.html
Allah kimləri sevməz?
Old_Baku_
Bloq: Old Baku
7 iyul 2011, 16:08
1)Allah yer üzündə fitnə-fəsad törədənləri, pozğunluq yayanları sevməz: "(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli (islam cəmiyyətini) məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz!" (əl-Bəqərə, 205). "Yəhudilər dedilər: "Allahın əli bağlıdır!" Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lənətə gəldilər. (Və ya dedikləri sözə görə onların öz əlləri bağlansın və lənətə gəlsinlər!) Xeyr, Allahın əlləri açıqdır. (O, kərimdir, səxavətlidir), istədiyi kimi lütf (və ehsan) edər. Rəbbindən sənə nazil edilən (Quran) onlardan bir çoxunun yalnız küfrünü və azğınlığını artırar. Biz onların arasında qiyamət gününə qədər davam edəcək düşmənçilik və kin saldıq. Onlar müharibə alovu yandırdıqca Allah onu söndürər. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışarlar. Allah isə fitnə-fəsad törədənləri sevməz!" (əl-Maidə, 64). "Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma. (O maldan qismətinin ancaq bir kəfən olduğunu bil. Pulunu mənasız yerə sağa-sola səpələmə; səhhətinin, sərvətinin, gəncliyinin qədrini bil. Sabah səni Allahın əzabından qurtara biləcək yaxşı əməllər et). Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından yoxsullara, qohum-əqrəbaya xərcləməklə) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!" (əl-Qəsəs, 77).  2)Allah israf edənləri sevməz: "Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz!" (əl-Ənam, 141). "Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!" (əl-Əraf, 31). 3)Allah günahkarları və kafirləri sevməz: "(Allah) iman gətirib saleh əməl edənlərə Öz lütfündən (Öz kərəmindən) mükafat versin. Şübhəsiz ki, (Allah) kafirləri sevməz!" (ər-Rum, 45). "Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!" (əl-Bəqərə, 276). "Söylə: "Allaha və Peyğəmbərə (Onun Peyğəmbərinə) itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri (haqdan üz çevirənləri) sevməz!"" (Ali-İmran, 32). 4)Allah zülm edənləri sevməz: "İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını tamamilə verəcəkdir. Allah zülm edənləri sevməz!" (Ali-İmran, 57). "Əgər siz (Uhud müharibəsində) yara aldınızsa, o biri (kafir) dəstə də (Bədr müharibəsində) o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz!" (Ali-İmran, 140). "Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz!" (əş-Şura, 40). 5)Allah həddi aşanları sevməz: "(Ey möminlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!" (əl-Bəqərə, 190). "Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz!" (əl-Maidə, 87). "Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz!" (əl-Əraf, 55). 6)Allah xainlik edənləri sevməz: "(Bir-birinə) xəyanət edən şəxslərdən ötrü mübahisə etmə! Şübhəsiz ki, Allah günaha batmış xaini sevməz!" (ən-Nisa, 107) "Əgər (əhd bağladığın) bir tayfanın sənə xəyanət edə biləcəyindən qorxsan, (döyüşə başlamazdan əvvəl) onlarla olan əhdini pozduğunu açıq-aydın (mərdi-mərdanə) özlərinə elan et. Çünki Allah xainləri sevməz!" (əl-Ənfal, 58). "Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah, həqiqətən, heç bir xaini, nankoru sevməz!" (əl-Həcc, 38). 7)Allah dünya malı ilə qürrələnən insanları sevməz: "Həqiqətən, Qarun Musa qövmündən (Musanın əmisi oğlu) idi. Onlara (İsrail oğullarına) qarşı (zülm etməkdə, Musanın üzünə ağ olmaqda və özünü yuxarı tutmaqda) həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik. Qövmü ona belə dedi: "(Malına qürrələnib) sevinmə. Şübhəsiz ki, Allah (malına qürrələnib) sevinənləri sevməz!" (əl-Qəsəs, 76). 8)Allah özünü bəyənən təkəbbürlü insanları sevməz: "Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!" (əl-Hədid, 23). "Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!" (Loğman, 18). "Şübhəsiz ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir. Allah təkəbbür edənləri sevməz!" (ən-Nəhl, 23). "Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!" (ən-Nisa, 36). 9)Allah ucadan pis söz söyləyənləri sevməz: "Allah pis sözün açıq (ucadan) deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah (hər şeyi) eşidəndir, biləndir!" (ən-Nisa, 148).
['islam']
5,425
https://kayzen.az/blog/ekstremal-v%C9%99ziyy%C9%99t/4994/stress%C9%99-qalib-g%C9%99lm%C9%99k.html
Stressə qalib gəlmək
nilufer
ekstremal vəziyyətlər
7 iyul 2011, 13:51
Stress nə deməkdir? İnsanın gündəlik həyatında qarşılaşdığı maddi və mənəvi problemlər qarşısında acizliyi və ya gözlənilməyən, fərdin gücü çatmayan gərginliklərin yaşanılması onun daxili tarazlığının pozulmasına - stresin yaranmasına səbəb olur. Belə olan halda insan hər hansı bir vəziyyətdən çıxış yolunu tapmaqda acizlik çəkir və nəticədə səhhətində ciddi problemlərlə üzləşir. Stress bəzən özündən asılı olmayan səbəblər üzündən də yaranır. Məsələn, müharibə şəraitində yaşayan, faciə ilə üzləşən insanlar yaşından asılı olmayaraq stresin ən ağır forması ilə üzləşdilər. Onların yaddaşında yaşadıqları faciələr, başlarına gələn müsibətlər daim canlanacaq və ömürləri boyu onlara əzab verəcək, incidəcək. Stresin nisbətən yüngül, "həzm olunan" formaları işdə və ya ailədə yaranan çətinliklərlə bağlı da meydana çıxır. Bəzən yaşından asılı olmayaraq uşaqlar da heç kimə aça bilmədikləri problemləri ilə də stresə məruz qala bilərlər. Saatlarla qəddar süjetli filmlərə tamaşa etmək, internetdən aralanmamaq stresə keçən nevroz xəstəliyinin yaranmasına səbəb olur. Hadisələr nəzarətdən çıxanda, situasiya idarə olunmayanda insan buraxdığı səhvlərin əsirinə çevrilir, vəziyyətdən çıxış yolunu axtarmaqda acizlik çəkir. Bu vəziyyətdə insanın ruhu fiziki bədəninə sığışmır, rahatlığını itirir, onu öz məngənəsində boğan çətinliklərin quluna çevirir. Bunun arxasınca insult, infarkt və ya ciddi əsəb pozuntuları ilə müşayiət olunan digər xəstəliklər yaranır. Eyni zamanda, unutmayaq ki, müasir dünyada baş verən qlobal ekoloji fəlakətlər və iqtisadi tənəzzül də insanların sağlıq durumuna mənfi təsir edir. Əlbəttə, belə hallarda həkimə müraciət etmək, yaranmış problemləri vaxtında aradan qaldırmaq lazımdır.Lakin hər bir insan yaşından, vəzifəsindən və ictimai mövqeyindən asılı olmayaraq streslə bağlı ümumi biliklərdən faydalanmalı, çətinlikləri sərbəst aşmaq gücünə qadir olmalıdır. Bəziləri hər hansı problem baş verən kimi əl-ayağa düşür, narahat olur ki, görən bu nədən baş verir. Əslində, vəziyyəti araşdıranda görəcəksiniz ki, çətinliyin səbəbi buraxdığınız səhvlərlə bağlıdır. İnsanın birinci vəzifəsi maneələri aşmaq, çətinlikləri dəf etməkdir. İslam fəlsəfəsində ən dəyərli məqamlardan biri insanın dünyada əsas missiyasının bütün fəlsəfələrdən və dinlərdən fərqli izahı ilə bağlıdır. Dünya bizim üçün əyləncə kimi yaradılmayıb və hər bir fərd aktiv həyat mövqeyindən çıxış etməli, çalışmalıdır: "Biz sizi yaratdıq və çəkə bildiyiniz qədər yüklə yüklədik". Həyatınızda nə baş verirsə-versin, nə olursa-olsun, bunu bəla kimi, sizə çəkə bildiyinizdən artıq yüklənən cəza kimi qəbul etmək olmaz. Ən çətin məqamda belə gülümsəməyi bacarmaq və heç olmasa özünüzə "Mən bu sınaqlardan uğurla keçməliyəm" deməyiniz və bir də buna inanmağınız vacibdir. Çalışın ki, ruhunuzla ətrafınız arasında harmoniya yaradasınız. Evinizə, ailənizə, vətəninizə, insanlara sevgi bəsləyin. Biz bir-birimizə arxalananda, güvənəndə və bu birliyi içimizdə, əməlimizdə yaşadanda güclü oluruq. Ailədə çəkişmələr olanda, kollektivdə ümumi maraqlar qrup maraqları qarşısında dəyərdən düşəndə və nəhayət, insan özü konkret məqamda hansı dəqiq addımları atacağını bilməyəndə stress qalib gələ bilər. Ona görə də daim yaxşılıqlara can atmaq, əsəbləri və ətrafla ünsiyyəti qorumaq vacibdir. Düzgün qidanın seçilməsi, vacib məqamlarda dietin gözlənilməsi də stresin qarşısını müəyyən qədər alır. Artıq çəki də insanı aciz salır, iradəsini zəiflədir, bir çox xəstəliklərin baş qaldırmasına səbəb olur. Maşın yollarından uzaqda, təmiz havada, gözəl parklarda və yaşıllıqlar içində gəzinti, dənizdə və ya hovuzda üzmək əsəblərə toxtaqlıq gətirir, orqanizmdə maddələr mübadiləsinin düzgün getməsinə kömək edir. Sağlam bədəndə sağlam ruh olar. Onda yaranmış çətinliklərin mahiyyətini və mənbəyini düzgün qiymətləndirməyi, çıxış yollarını asanlıqla tapmağı və sinirləri vaxtında sakitləşdirməyi bacarırsan. Bir də gərək heç kimin pisliyini istəməyəsən. Xəbislikdən uzaq olasan. Yaxşılıqlar etmək və başqalarına da yaxşılıqlar arzulamaq, kin-küdurət bəsləməmək, hər çətinlikdə düşmən axtarmamaq da stresləri özünüzdən uzaq etməkdə sizə yardımçı ola bilər. Müəllif: Bahadur İMANQULİYEV Mənbə: "Azərbaycan"UPD. Alman alimləri heyvanlar üzərində apardıqları təcrübə nəticəsində müəyyən ediblər ki, həyatın erkən cağlarında yaşanan stress orqanizmdə genlərin işini dəyişdirir və bu, canlıların sonrakı həyatında, rəftarında aradan qalxmayan mənfi izlər buraxır. Təcrübə zamanı alimlər yeni doğulmuş siçanları ilk 10 gün ərzində sutkada 3 saat analarından ayırıblar. Heyvanlar analarından ayrılsalar da, elə rejim seçilib ki, onların qidalanmasında problem yaşanmasın. Ayrılıq dövründə siçovullar ac qalmayıb. Bununla belə, canlılar analarından ayrıldıqları üçün stress keçiriblər və həyəcan onlarda molekulyar səviyyədə dəyişiklik törədib. Həyatlarının cəmi ilk 10 gününü analarından 3 saat ayrı keçirən canlılar eksperimentin sonrakı dövründə, hətta iki il sonra belə növbəti stress anlarına digərlərinə - körpə ikən psixoloji travma almayan yaşıdlarına nisbətən daha ağrılı, ağır reaksiya veriblər. Onlarda hətta yaddaş zəifliyi də müşahidə olunub. "Nature Neuroscience" jurnalında dərc edilmiş elmi təcrübənin müəlliflərinin rəyinə görə, alınan nəticələri insanlara da şamil etmək mümkündür.
['stress']
5,426
https://kayzen.az/blog/Old_Baku_/6170/h%C9%99cc-m%C3%BCq%C9%99dd%C9%99s-torpaqlar.html
Həcc-Müqəddəs Torpaqlar
Old_Baku_
Bloq: Old Baku
6 iyul 2011, 23:51
İslamın bütün ibadətləri kimi həcc də dərin hikmət və fəzilətləri əhatə etdirir. Bu ibadəti edəcək şəxslər üçün əsl lazım olan bunları bilməkdir. Çünki həccin zahiri hökm və üsullarını fiqh kitablarından öyrənmək mümkündür. Ancaq onun məna və hikmətlərini dərk etmək hər hacıya müyəssər olmur. Bu yöndə mömin qardaşlarımızı məlumatlandırmaq üçün böyük İslam mütəfəkkiri Əli Şəriətinin "Həcc" adlı kitabından əhəmiyyətli yerləri nəzərlərinizə çatdıracam. Müəllif kitabında bəzi yerlərdə təmsil, təşbih (oxşatma, bənzətmə) ifadə edən cümlələrdən istifadə etmişdir. Allahla qarşılaşmaq, Allahı görmək, həcci bir tamaşaya bənzətmək kimi. Oxuculardan bunu nəzərə almalarını xahiş edirik. Həcc təcrübəsi mənə nələr öyrətdi? Şəxs əvvəlcə "həcc nə deməkdir?" deyə sual verməlidir. Həcc təməldə şəxsin Allaha doğru yüksəlməsidir. Adəmin yaradılış fəlsəfəsinin simvolik bir tamaşasıdır. Bir az da açıqlayacaq olsaq həcc ibadəti bir çox şeyin eyni anda nümayiş etdirilməsidir, bir "yaradılış tamaşası", bir "tarix tamaşası", "birlik tamaşası", "İslami nizam tamaşası" və bir "ümmət tamaşa"sıdır. Bu tamaşada bu ünsürlər vardır: Allah bu səhnənin yönəticisidir. Rol alan şəxslərin hərəkətləri tamaşanın motividir. Adəm, İbrahim, Həcər və şeytan bu tamaşada əsas rollardır. Səhnələr Məscidülhəram, əl-Haram bölgəsi, Səfa və Mərva təpələriarası, Ərəfat, Məş'ər və Minadır. Əhəmiyyətli simvollar Kəbə, Səfa, Mərva, gündüz, gecə, günün işığı, günəşin batması və qurbandır. Səhnə geyimi və qrim ehram, həlq və təqsirdir (saçın qırxdırılması və kəsilməsi). Sonda bu tamaşadakı rolların tək bir oyunçusu var: Sən! Kişi və qadın, gənc və ya qoca, qara və ya ağ kim olursan ol, bu tamaşanın ən mühüm xüsusiyyəti sənsən. Allahla şeytan arasındakı qarşılaşmada Adəm, İbrahim və Həcərin rolu sənin tərəfindən oynanılır. Qısacası sən fərd olaraq "tamaşa"nın qəhrəmanısan. Hər il dünyanın dörd bir tərəfindən gələn müsəlmanlar bu böyük "tamaşa"da yer almağa təşviq edilirlər. Hər kəs burada bərabər qəbul edilir. Heç bir irq, cins və sosial status ayrı-seçkiliyi qoyulmaz. İslamın hökmüncə ümum bir, bir də ümumdur. Bir şəxsi öldürən bütün insanlığı öldürmüş kimidir. Bir şəxsə həyat verən də bütün insanlığa həyat verən kimidir (əl-Maidə 32). Bəli, İslam düşmənləri İslama qarşı başlatdıqları hücumlan davam etdirirlər. İslamın insanı ona xas haqq və dəyərlərlə təchiz edilmiş bir fərd olaraq qəbul etdiyini inkar edərək hücum edirlər Bu şəraitdə həcc məfhumu da az əhəmiyyətli olan ibadət səviyyəsinə endirilmişdir (Müəllifin bu sözü bu gün də keçərlidir. Belə ki, İslamı anlamayanların və ya müsəlmanları öz dinlərindən uzaqlaşdırmaq istəyənlərin "həcc nəyə lazımdır, ondansa burada bir acın qanını doydur" sözlərini bu gün də eşidə bilərik Unutmamalıyıq ki, insanlara xərcləmək, sədəqə vermək savab əməldir. Ancaq bu, Allahın hər hansı bir hökmünün aradan qaldırılması ilə olmamalıdır - R. Vəkilov). Mən həcdən nə öyrəndim? (Burada "mən" mənaca çox "kiçik", "həcc" isə çox "böyük"dür). Bı hadisədə nəyi nə qədər görə bildim? Oxuyacağımız sətirlər bu suallara cavab vermək üçün etdiyim aciz cəhdlərin məhsuludur. Məqsədim heç də oxuyucuya həcc boyunca nələr edilməsinin gərəkdiyini anlatmaq deyildir. Bunlar fiqh kitablarından da öyrənilə bilər. Ancaq oxuyucularla paylaşmaq istədiyin həcc boyunca məndə olan hisslər və bu həcdən anladıqlarımdır. Fikrimcə mənim bu hisslərim həcc ibadətinin müsəlmanlara nə üçün fərz olduğunu anlamağınıza yardım edəcək və ya ən azından həcc üzərində düşünməyə sövq edəcəkdir. Həcc haram aylardan olan Zülhiccə ayında edilir. Məkkə torpağı asudəlik və mənəvi sakitliklə doludur. Bu səhra qorxu nifrət və müharibənin yerinə sülh və təhlükəsizliklə tanınır. Burada xalqın Allahla qarşılaşmağa sərbəst olduğu bir ibadət havası hakimdir. "İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq yoldan yollanan hər cür arıq (yorğun-arğın) dəvələr üstündə (süvari olaraq) gəlsinlər" (əl-Həcc, 27). Sən ey palçıq, Allahın ruhunu axtar və onun ardınca get! Dəvətini qəbul et. Onu "görmək" üçün evini tərk et. O, səni gözləyir. İnsan varlığında qayə Allahın ruhuna yaxınlaşmaq olmadıqca cəfəngiyyatdan başqa bir şey deyil. Sən, səni Allahdan uzaqlaşdıran ehtiyaclarından və doymaq bilməyən arzularından sıyrıl. Həccə gedən sonsuz insan köçünə qarış, Qadir Allahı "gör". Həcc üçün evindən çıxmadan öncə bütün borcların ödənməlidir. Yaxınlarına və dostlarına duyduğun bütün nifrət, kin və hirs yox olmalıdır. İçində bir arzu doğmalı! Bütün bu jestlər bir gün hamının başına gələcək ölümə hazırlanma sınağıdır. Bu hərəkətlər həm şəxsin vicdanı həm də malı baxımından təmizlənməsinin zəmanətidir. Vidanın son anları və insanın gələcəyi simvolizə edilir. Artıq sonsuzluğa qatılmaq üçün azadsan. "Gözün, qulağın və qəlbin əməllərinə ən yaxşı şahidlər olduğu" o gün, Allahın məhkəməsində "heç bir şey edə bilməyəcəyin" yenidən diriliş günündə bütün əzaların etdiyin əməllərə görə cavab verəcəkdir (əl-İsra, 36). Sən və bədəninin hər bir əzası əməllərinizdən məsulsunuz. Bu "əməl diyarında" ikən "hesab diyarına" hazırlaş. Ölmədən əvvəl ölümü hiss et. Həccə get. Həcc əzəli və əbədi, tayı və oxşarı olmayan, Hakimi-Mütləq olan Allaha dönüşü təmsil edir. Ona dönüş mükəmməlliyə, gözəlliyə, bilgiyə, qüvvətə, həqiqətə tərəf qərarlı bir hərəkətin rəmzidir. Sən bu sonsuzluğa gedən yolunda Allaha heç zaman yaxınlaşmayacaqsan. O, səni doğru yola yönəldəndir, sənin çatacağın deyildir. Ey insan! Bütün mələklər sənə səcdə etdi. Halın bu ikən zamanla və sosial təsirlərlə çox dəyişdin. Allahdan başqa digər bir kimsəyə ibadət etməmək üzrə verdiyin sözə əməl etmədin. Əksinə, bəzisi insanlardan olan tağutların köləsi oldun."Şübhəsiz ki, müttəqilər (axirətdə) cənnət bağlarında və çaylar kənarında, (Heç bir yersiz söhbətə və günaha təhrik olunmayan) haqq məclisində, qadir hökmdarın (Allahın) hüzurunda olacaqlar!" (əl-Qəmər, 54-55). İndi başqalarına itaət, özünə bağlılıq, zülm, cəhalət, məqsədsizlik, qorxaqlıq, tənbəllik kimi keyfiyyətlər sənin xislətinə çevrildi. Bu həyat sənə heyvani xüsusiyyətləri qazandırdı. Artıq, sən bir "canavar", "tülkü", "siçan" və ya bir "qoyun" kimisən (Burada canavar insanlardakı despotizm və yırtıcılıq istəyinin (fironluğun), tülkü hiyləgərliyin, siçan xəsisliyin, qoyun isə zülmə boyun əymənin rəmzidir - R. Vakilov). Ey insan! Mənşəyinə dön. Həccə get və səni ən yaxşı məxluq olaraq yaradan ən yaxşı Dostu ziyarət et. O, səni görmək üçün gözləyir. Qüvvət saraylarını, sərvət xəzinələrini və sapdırıcı məbədləri tərk et. Çobanı qurd olan bu sürüdən ayrıl. Allahın evini və ya insanların evini görməyə gedən Miqatdakı topluluğa qatıl.  
['Həcc']
5,427
https://kayzen.az/blog/Old_Baku_/6169/d%C3%BC%C5%9F%C3%BCnc%C9%99-t%C9%99rzi.html
Düşüncə tərzi
Old_Baku_
Bloq: Old Baku
6 iyul 2011, 23:43
Düşünmə insan həyatında çox böyük və əvəzsiz rola malik bir amildir. Hər birimiz müəyyən düşüncəyə malikik və hər birimizin  düşüncə tərzi dünyanı dərk etməkdə mühüm rol oynayır. Yaşadığımız cəmiyyətdə, ətrafımızda, yaxınlamızda, dostlarımızda, sevdiklərimizdə, hətta özümüzdə belə yanlış, xətalı, bəzi hallarda isə təhlükəli düşüncənin olması mümkündür. Məhz bu yazını qələmə almaqda məqsədim düşüncə məfhumunu araşdırmaq, təhlil etmək, onun mənfi və müsbət tərəflərini öyrənmək və düşüncə tərzini həyatda fayda verəcək səmtə yönləndirməkdir. Əvvəlcə, gəlin, ümumiyyətlə, düşünmənin nə olduğunu aydınlaşdıraq. Hər an bizim ətrafımızda, sosial və ya fiziki mühitdə özümüzdən asılı olaraq və ya qeyri-iradi müəyyən proseslər baş verir. İnsan beyni müxtəlif duyğu orqanları vasitəsilə bu hadisələri dərk edir. Bu da insan beynində müəyyən inikasın yaranmasına səbəb olur. Daha sonra isə insan öz əqli ilə bu inikasdan müəyyən təhlillər edir və düşüncə tərzini formalaşadırır. Nəticə etibarı ilə isə düşüncə tərzimizin təsiri ilə xarakterimiz formalaşır.  Bu baxımdan xarakterimizin düşüncə tərzimizin məhsulu olduğunu söyləyə bilərik. Ümumi olaraq götürsək, düşünmə fikirlərimizi şüurlu şəkildə idarə etməyimizdir. Düşünmə ictimai mühitin təkanverici qüvvəsidir.  Bəşər tarixində baş vermiş bütün qlobal proseslər, hadisələr, dəyişikliklər, kəşflər  və ixtiralar, ictimai inkişaf mərhələləri məhz insan düşüncəsinin təsiri nəticəsində baş vermişdir. İnsanı düşüncəsiz adlandırmaq yanlışdır. Düşüncə səhv, xətalı, dar ola bilər. Əgər səhv düşüncəni düşüncəsizlik adlandırsaq, demək ki, düşüncəsizlik özü də bir düşüncə tərzidir. Bütün dövrlərdə insanların əməli fəaliyyətlərinə təsir onların düşüncə tərzinin dəyişdirilməsi nəticəsində baş vermişdir. İslamdan əvvəlki dövr ilə İslamın gəldiyi dövrü müqayisə etsək, maraqlı məqamlara rast gələrik. İslamdan əvvəlki  dövr ərəb cəmiyyətinə nəzər yetirsək, görərik ki, o dövr ərəblərin düşüncə tərzi onlara bütlərə ibadət etməyi, faizi, zinanı və s. bir həyat norması kimi göstərirdi.  Bu insanın düşüncə tərzinə görə qadın ən aşağı varlıq hesab olunur və qız övladı diri-diri basdırılırdı. Lakin İslam dini birbaşa  şəri hökmlərin toplusu olaraq insanlara göndərilmədi. Uca Allah öz dinini göndərərkən hər şeydən qabaq insanların qəblərinə və düşüncələrinə xitab etdi. Bütlərə ibadət etməyin, faizin, zinanın yanlış olduğunu, pis bir əməl olduğunu göstərdi. İnsanları zülmətdən nura, yəni küfrdən imana çıxaran yolu göstərdi. Əslində küfr və iman iki müxtəlif və ziddiyyətli düşüncə tərzinin bariz nümunəsidir. Küfr düşüncə insanı Allaha asiliyə aparırsa, imani düşüncə insanı Allaha təslimiyyətə çağırır. Uca Allah insanların düşüncə tərzini dəyişməklə onlarda möhkəm bir əqidənin əsasını qoymuşdur. Göründüyü kimi, məhz Yaradan belə insanlara doğru yolu ilk öncə onların düşüncə tərzini dəyişməklə göstərmişdir. Hər zaman cəmiyyətdə müxtəlif düşüncələr mövcud olur. Tez-tez  bu və ya digər insanın dar və ya geniş düşüncəyə sahib olduğu haqqında eşidirik. Ümumilikdə dar və ya geniş düşünmə birbaşa insanın fəaliyyəti və dünyaya, hadisələrə baxışı və təhlil etməsi ilə əlaqədardır. Nədir, dar və geniş düşünmə? İnsanın başına gələn bir çox problem, həmçinin, xeyir onun düşüncəsi ilə bilavasitə əlaqədardır. İnsan sosial varlıqdır. Cəmiyyət içərisində yaşayır, fəaliyyət göstərir, insanlarla daim əlaqə və ünsiyyət prosesində olur.  Eyni zamanda ətrafında baş verənlərə müəyyən reaksiya vermək zərurəti ilə üzləşir və ya verməməklə laqeydlik nümayiş etdirir. Qeyd edək ki, ətrafda baş verən proseslərə laqeyd olub-olmamağın özü də düşüncənin bir növüdür. Ətrafımızda baş verənləri bir kub şəklində təsəvvür edək. Bir çox insan kubun çoxtərəfli olduğunu unudaraq, onun bir tərəfində durub baş vermiş hadisə haqqında fikir yürütməklə kifayətlənirlər. Halbuki bu amil insanlar arasında ən çox anlaşılmazlıqlara səbəb olma və ictimai münasibətləri zədələmə məziyyətinə sahibdir. Əfsuslar olsun ki, yaşadığımız cəmiyyətdə dar düşünmə faktorları xüsusilə genişdir.  İnsanlar bir-birinin fikrinə hörmətlə yanaşmır, öz fikrinin haqlı olduğu halda, digər fikrin də haqlı ola bilmə ehtimalını nəinki qəbul etmir, həmçinin, bununla barışmırlar. Tanınmış amerikalı sosioloq Steven Kovey  insanların cəmiyyətdə öz ətrafına təsirlilik gücündən danışarkən düşüncə tərzinə görə insanları iki qrupa bölür: reaktiv insanlar və proaktiv insanlar. Reaktiv düşüncəli insanlar mövcud duruma qarşı daim tənqidi yanaşan, başına gələn çətinliklərin, problemlərin səbəbini və həll yollarını kənarda axtaran insanlardır. Bir çoxlarımız, özümüz belə fərqində olmadan məhz bu cür düşüncəyə sahib olduğumuzu hiss etmirik. Reaktiv düşüncəli insanlar tez-tez "kaş belə olaydı", "bunu daha yaxşi edə bilsəydim", "həyat yoldaşım daha anlayışlı olsaydı", "müdirim daha az tələbkar olsaydı" kimi ifadələrə mürəciət edirlər. Bu cür düşüncəli insanlarda pessimizm hallarına rast gəlmək mümkündür. Həyatdan tez  yorulmaq halları, insanlara qarşı anlayışsızlıq, öhdəsinə götürdüyü işdən çox tez və asanlıqla soyuma, sona kimi aparıb başa çatdırmama və ya könülsüz olaraq icraetmə  halları bu cür düşüncəli insanlara xarakterikdir. Onlar hadisələrə yanaşmasında qeyri-dəqiq olur, məsuliyyəti başqalarında axtarır, bununla da özlərini sığortalamağa çalışırlar. Proaktiv düşüncəli insanlar isə geniş düşüncəli insanların ən bariz nümunəsidirlər. Bu tip düşüncəyə malik insanlar hər zaman özlərini kontrol etməyə və özlərini içəridən islah etməyə üstünlük verir, öz daxili səslərinə qulaq asar, məsələnin həll yollarında ətrafdakıların nə edəcəklərini deyil, özlərinin hansı töhfəni verə biləcəklərini, hansı səmərəli addımlar ata biləcəklərini düşünürlər. Bu tip düşüncə sahibi insanlar hər zaman özlərinə inam hissinə sahib olmaqla yanaşı, ətrafdakılara da müsbət enerji verirlər. Bu tip insanlar "edə bilərəm", "bacararam", "həyat yoldaşımla daha gözəl münasibət yarada bilərəm", "işdə tapşırıqları daha dəqiq yerinə yetirə bilərəm", "təhsilimdə ən yaxşılardan biri ola bilərəm", "insanlarla daha gözəl şəkildə ünsiyyət qura bilərəm" kimi söz və ifadələrə üstünlük verirlər. Dar düşünmə insanın məhsuldarlıq qabiliyyətini aşağı salır, sosial əlaqələrinin zəifləməsinə səbəb olur, ünsiyyət prosesində bir sıra problemlər yaradır. Təbii ki, bununla da razılaşmaq lazımdır ki, insanın dünyagörüşü, informasiya genişliyi onun düşüncə tərzinin inkişafında çox mühüm əhəmiyyət kəsb edir. Düşüncələrimizi düzgün istiqamətləndirmək istəyiriksə, həyata geniş baxmaq, müxtəlif prizmalardan təhlil etmək istəyiriksə, o zaman çoxlu sayda informasiyaya malik olmamız, insanlarla  sosial əlaqələrimizi hər zaman gücləndirməyimiz, hər zaman yeni məlumat, elm axtarışında olmağımız labüd şərtdir. İnsan düşüncələrinin ağasıdır, onların düzgün səmtə yönəltmək, dar və ya geniş düşünmək də onun öz əlindədir. Həyatımız müxtəlif rəngarəng hadisələrlə zəngindir. Bu həyatda bu  vaxta qədər hər birimiz bir çox yanlışlığa yol vermişik. Lakin xoşbəxt olmaq, daha gözəl yaşamaq, daha gözəl düşünmək, insanlara öz düşüncələrimiz və düşüncələrimizin əməli fəaliyyətimizə olan təsiri ilə daha çox təsir etmək, onları sevmək və sevindirmək, yaxınlarımıza, ətrafımıza gözəllik və sevinc bəxş etmək və onları da gözəl və geniş şəkildə düşünməyə vadar etmək bizim öz əlimizdədir. Həqiqi düşünmə və düşündürmə, həm özünü, həm də düşündürdüyünü  xilas edə biləcək, problemlər qarşısında dayanıqlı olmağa yardımçı olacaq ən təsirli qüvvələrdəndir. Seçim öz əlimizdədir. Dərindən düşünüb həyatımızı islah etmək, yoxsa ola biləcəyimizdən daha azı ilə kifayətlənmək? Əgər dəyişmək istəyiriksə, o zaman səmimi şəkildə özümüzə etiraf etməliyik: "Bu gün belə olmağımızın səbəbi dünən etdiyimiz seçimlərdir. Demək, başqa seçimlər etməliyik". Gəlin, bu haqda düşünək  
['insan və cəmiyyət']
5,428
https://kayzen.az/blog/kitab/6168/m%C3%BCtali%C9%99.html
Mütaliə
Old_Baku_
Kitablar və mütaliə
6 iyul 2011, 23:30
İnsan zəkasının inkişafında müstəsna rol oynayan mütaliə eyni zamanda onun mənəvi inkişafı, digər insanlarla müasibəti, gündəlik hadisələrə baxış tərzi, qərarların verilməsi və s. məsələlərdə də mühüm rol oynayan əsas amillərdən biridir. Qədim zamanlardan bəri oxuma-yazma bilənlər digərlərindən fərqlənmiş, sayılıb-seçilən olmuşdur. Bu da onların mədəni səviyyələrindən qaynaqlanmışdır. Bu səviyyəni isə onun mənəvi zənginliyi və bu zənginliyi ona qazandıran oxuması, elmi olmuşdur. Cəmiyyətdə oxuma-yazma bilənlərin sayı nə qədər çox olduqca o cəmiyyət daha çox inkişaf səviyyəsinə malik olmuş, digər cəmiyyətlərlə təması zamanı öz dəyərləri ilə seçilmişdir. İnkişaf səviyyəsi aşağı olan cəmiyyətlərin geri qalmasının təməl səbəblərindən biri maariflənmənin zəif olması, oxuma-yazma bilməyənlərin sayının çox olmasıdır. Çox vaxt da bu cür cəmiyyətlərdə olanların çoxu oxumaq və digər faydalı işlər yerinə yararsız işlərlə məşğul olaraq vaxtlarının böyük qismini hədər etməklə məşğul olurlar.Sahib olduqları məlumatların yarıdan çoxunu oxumaqla əldə edən insan hər zaman yuxarda qeyd olunmuş avantajların bir çoxuna sahib olmaqla bunlardan məharətli şəkildə istifadə etmiş, düşüncə, bacarıq və iş baxımından digərlərindən də fərqlənmişdir. Oxuyaraq bir çox şeyin əslini öyrənən insanda eyni zamanda özünə inam olur, qətiyyətsizlikdən uzaq olur. Çox kitab oxuyan insan zəngin söz ehtiyatına sahib olmağın təsiri ilə gözəl nitq qabiliyyətinə malik olur, danışarkən hikmət dolu sözlərlə insanların ürəyinə asanlıqla yol tapa bilir. Bu da insanlarla münasibətini mükəmməlləşdirir, ictimaiyyətdə aktiv rol oynayan birinə çevirir. Zəngin söz ehtiyatına sahib olmağın başqa bir xüsusiyyəti isə sahibinə daha geniş düşünmə imkanı verməsidir.Mütaliə üçün vaxt məsələsi əsas əhəmiyyət kəsb edən amildir. Nədənsə asudə vaxtının demək olar ki çoxunu mənasız şeylərə sərf edən insan həmin vaxtın hər gün bir saatını mütaliəyə ayırmır. İşdən evə dönərkən evdə olan boş zamanı adətən televiziya verilişlərinə baxmaqla keçirən insan bu vaxtınının heç olmasa bir saatını kitab oxumağa ayırsa, bir çox  müsbət keyfiyyətlər qazanmaqla yanaşı vaxtını dəyərləndirmiş olar. Ya da internet klublarda, kompüter arxasında, kafelərdə, əyləncə məkanlarında və başqa yerlərdə vaxtlarını keçirən gənclər bu vaxtlarının üçdə birini kitabxanalarda keçirsələr və kitab oxumağa ayrısalar cəmiyyətin ümumi düşüncə səviyyəsi yüksələr və geri qalan cəmiyyətlər sırasında olmaqdan qurtulmuş olar. Kitab oxumağı alışqanlıq halına gətirmiş insanlar bunun üçün xüsusi vaxt ayırmaz hər fürsəti dəyərləndirərlər. Yol gedərkən, birini gözləyərkən, səyahətə çıxarkən və mümkün olan hər vəziyyətdə oxuyacağı kitabı yanından ayırmazlar. Kitab oxuma alışqanlığı insanda tərbiyəvi bir xüsusiyyətdir. Bir çox məsələ kimi bu da insanda kiçik yaşlarından, hətta, bəzi alimlərə görə ana bətnindəykən başlar. Uşaqlar anlamasalar belə valideyinlərin onların yanında uca səslə kitab oxuduqda, körpə yaşından kitablara sevgi yaranır. Xüsusən də zehninin ən intensiv dövrü sayılan üç-altı yaşlar arasında bunu etmək, təqdirə layiq bir addımdır. Yuxarıda sadəcə kitab oxumağın üstün cəhətlərindən yazıldı, bir də oxunmadığı təqdirdə ola biləcək gerilikdən bəhs edildi. Bunlarla yanaşı bir də mütaliə üçün səhv seçimin yaratdığı fəsadlar vardır, ki bu oxucuda fikir qarışıqlığına yol açır, onu ümidsizliyə sövq edir və hər şeyə şübhəylə yanaşan birinə çevirir. Bundan əlavə pis vərdişlərin yaranmasına səbəb olur. Heç bir elmi əsası olmayan, şübhələrlə, yalan və böhtanlarla dolu əsərlər şübhəsiz ki, oxucusunda mənfi nəticələrə yol açır. Bunun üçün də oxunacaq kitabı seçərkən diqqətli olmaq lazımdır. Bu sahədə təcrübəsi olanların məsləhitinə baş vurulmalıdır. Hikmətli, asan başa düşülən və oxunduğunda adamı yormayan kitablara üstünlük verilməlidir.Kitabları oxunması baxımından üç qrupda ələ almaq olar. Birincisi stolüstü kitablardır. Bunlar bir dəfə oxunaraq tərk edilən deyllər. Dönə-dönə mütaliə edilərlər. Qida kimidirlər, hər zaman onlara ehtiyac vardır. Quran yeganə kitabdır ki, şüurlu müsəlmanlar hər an Ona baş vurur, qiraətini tərk etmir, qiraətindən heç bir zaman bezmirlər. Bu cür kitablar bir də müəyyən sahələrdə yazılmış əsərlər ola bilər ki, hər sahənin mütəxəsisləri tərəfindən stolüstü kitab kimi qəbul edilirlər. Ikincisi elmi-tədqiqat əsərləridir. Bunlara da lüğətlər, ensklopediyalar, hər hansı bir elm sahəsinə aid yazılmış kitablar, terminoloji əsərlər və s. dir. Bu tip kitablar da dərman kimidir. Ehtiyac duyulduğu zaman baş vurulur bu cür kitablara. Üçüncüsü də ümumi deyə biləcəyimiz, mədəniyyət, fikir, tarix, ədəbi və s. sahələrlə bağlı olan kitablar, əsərlərdir. Bunlar elmi tədqiqat obyekti olmaqla yanaşı həvəskarlar tərəfindən çox vaxt oxunur. Bu cür kitablar adətən ən çox müraciət olunan kitablar olur.Oxuyanın mənəvi inkişafına fayda verəcək kitablar eyni zamanda onun vəsvəsəyə qapılmasını və ümidsizliyə düşməsinin qarşısını alır. Bu cür kitablar oxuyaraq özünü yetişdirmiş biri təmiz bir zehniyyətə sahib olduğu üçün doğru ilə yanlışı, pislə yaxşını çox keçmədən asanlıqla anlayar. Unudulmamalıdır ki, kitablar fikir müharibəsinin silahlarıdır. Oxuyan və oxuduğunu yaxşı dəyərləndirməyi bacaran insan hər zaman öndədir, fərqlidir, mübahisə və müzakirə bacarığı yaxşı olan biridir...  
['mütaliə']
5,429
https://kayzen.az/blog/Old_Baku_/6167/m%C3%BCalic%C9%99-yoxsa-t%C9%99v%C9%99kk%C3%BCl.html
Müalicə yoxsa Təvəkkül?
Old_Baku_
Bloq: Old Baku
6 iyul 2011, 23:22
Çox vaxt hər birimizi maraqlandıran bir məsələ ilə üz-üzə qalırıq. Bizi yaradan, var edən aləmlərin Rəbbi həyatımızın bütün incəliklərini bilərək, nə vaxt öləcəyimizi, hansı xəstəliklərə düçar olacağımızı əvvəlcədən təqdir etmişdir. Ömrümüzün hər baharında rast gəldiyimiz xəstəliklər, dərdlər Onun bəzən seçdiyi qullarını imtahana çəkmək, bəzən etdiyimiz səhvlərə görə bu dünyadakı cəzalandırılmağımız v.s. ifadə edir. Müasir dövrdə insanların qüsurlu doğulmasının, yaradılışlarındakı qüsurlu hallarını tədqiq edən alimlər əgər islam əxlaqı üzərindədirlərsə qüsurluluğu insanın özünə aid edirlər. Yəni insan olaraq özümüz özümüzü təhlükəyə atmışıq, genimizi, şəklimizi dəyişdirmişik. Necə ki, aləmlərin Rəbbi "öz əlimizlə özümüzü təhlükəyə atmamağı" buyurur. Bu insanın Allahın haram buyurduğu şeyləri yeməklə, qadağan olunmuş içkiləri içməklə həm öz bədənini, həm də özlərindən sonra gələn nəsillərinin cılızlaşmasına, əlilləşməsinə səbəb olmuşdur. Bir də qüsurlu yaradılış həmin bəndənin Allah qatında daha da üstün olmasına, digər insanların isə ona baxıb daima şükür etməsini təmin etməlidir. Bütün ehtiyacları qarşılanmış naşükür bəndələrimiz var ki, qüsursuz bədən quruluşlarını, Rəbbimizin verdiyi ən böyük nemətlərdən olan can sağlığını dəyərsiz bir şey bilib belə də olmalı olduğunu fikirləşirlər. Halbuki adicə bir dişimiz ağrayarkən çəkdiyimiz ağrılar, sancılar o qədər bizi narahat edir ki, həmin ağrılarımız qurtarandan sonra elə rahatlıq tapırıq, sanki bu ağrımız ömür boyu vardır. Halbuki həmin sancı bizi bir neçə gün narahat etmişdi, bir neçə gün əvvəl heç yox idi. Bu sağlıq və qüsurluluq nemətinə imanlı insanların verəcəyi cavabdır. Amma imanında zəiflik olanların deyəcəyi "Ay Allah, bu bəndəni niyə bu şəkildə yaratmısan, daha gözəl şəkildə, qüsursuz  yarada bilməzdinmi?!" şikayətidir. Sanki yaradandan çox sevir yaratdığını... Bu mənada bəlkə də məsələnin bir çox izah yolları ola bilər.Bizi maraqlandıran isə xəstələnərkən müalicə almağımızın, həkimlərə müraciət edib onlardan kömək istəməyimizin Allaha olan təvəkkülümüzə zərəri varmı? Yəni sadəcə dualarımızı çoxaldaraq, ibadətlərimizdə Allahdan kömək istəyib, xəstəliyimizin ortadan qalxmasını istəyib, ona sonsuz ümidlərlə bel bağlasaq dərdimizə əlac olmaz mı!?Düzünü desək aləmlərin Rəbbi hər şeyə qadirdir, onun bir şeyi var etməsi sadəcə istəməsinə bağlıdır:"Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: "Ol!" deməkdir. O da dərhal olar." (Yasin 36/82) Dərdi verən odursa, dəvanı da verən odur. Allah rəsulu (s) "Hər bir dərdin dərmanı vardır" dediyi hədis də bunu ifadə edir. O, müxtəlif dövrlərdə məhz insanların azğınlığına görə müalicəsi imkansız, dövr keçdikcə isə olduqca adi xəstəliyə çevrilən dərdlərlə insanları imtahana çəkmişdir. Məsələn, əgər 4-5 əsr bundan əvvəl vəba xəstəliyi minlərlə insanın ölməsinə səbəb olmuşdursa, artıq vəba adi xroniki xəstəliklər sırasındadır. Çünki onun dəvası, müalicəsi tapılmışdır. Amma xərçəng xəstəliyi ilə bağlı bunu iddia etmək mümkün deyil, nə qədər də onun əleyhinə müalicə metodları, zəiflədən antibiotiklər tapılsa da, o xəstəlikdən xilas olanlar demək olar ki, yoxdur. Amma bu xəstəliyin də müalicəsinin tapılması müəyyən vaxt tələb edir, çünki Rəbbimiz bizi altından çıxa bilməyəcəyimiz yüklə yükləməmişdir: "Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir." (Bəqərə 2/286)Bütün bunlar elə Allaha təvəkkülün içindədir. Necə ki, peyğəmbərimizin (s) yanına gələn bədəvi dəvəsini açıb çöldə buraxır və onun evinə daxil olur. Allah rəsulu (s) bədəvidən dəvəni ne etdiyini soruşur, o da: - Ey Allahın rəsulu çöldə buraxıb, Allaha təvəkkül etdim.- Yox, düzgün etmirsən, əvvəl dəvəni bağlamalı idin, onun azuqəsini qoyub rahatlayıb sonra Allaha təvəkkül etməliydin.Deməli əsl təvəkkülün ölçüsü də budur. Nemət yoxluğunda, xəstəliyə düçar olanda ancaq dualara sarılıb bütün müalicələri tərk etmək deyil, müalicə tədbirlərini aldıqdan sonra, Allaha pənah gətirmək, ondan bu dərdi aradan qaldırmağı istəmək. Amma nə qədər istədiyimiz həkimləri tapa bilirik!? Ən böyük problemimiz burada ortaya çıxır. Pula satılıb tərkibini bilmədiyi dərmanları pul qarşılığında, rüşvətə aldanaraq satan həkimlərimizə müalicəmizi etibar etmək bəzən o qədər mümkünsüz olur ki, xəstələrimiz həkimə getdikdən sonra öləcəklərini ya da xəstəliklərinə bütün büdcələrinin qurtarandan sonra diaqnoz qoyulacağından qorxurlar. Məsələni əhatə edən bir lətifədə:"Qocalıb əldən düşən bir adam həkimin yanına gəlir ki, bəs mənim belim ağrıyır, qolum zəifləyib, ayaqlarım məni götürmək istəmir v.s. şikayətlənir. Həkim, yaxşı, bunun əlacını bilirəm narahat olma. Sənə bir torpaq vannası metodu deyəcəm onu qəbul etmək lazımdır. Bir iki həftə qəbul et yəqin ki, düzələrsən! Kişi bir iki həftə həkimin dediyi kimi torpaq vannası qəbul edir, onun yanına gəlir. Həkimə yenə şikayətlənməyə başlayır ki:- Ay həkim, dediyin kimi torpaq vannası qəbul etdim, amma heç bir xeyri olmadı indi nə edim?  - Rəhmətliyin nəvəsi beş on il ömrün qalıb səni müalicə etmək üçün demədim eee, torpaq vannasını səni torpağa alışdırmaq üçün dedim, deyir.Hardasa təsəlli yerimiz var ki, həmin həkim heç olmasa yaşı keçən xəstəyə belə bir müalicə metodu deyir. Amma həqiqətən iman həqiqəti ilə dolu, Allah qorxusu ilə əhatələnən həkimlərimizə ehtiyacımız var ki, ən böyük nemətimiz olan can sağlığımızı onlara etibar edək. Yoxsa harda istehsal olunduğu bilinməyən dərmanın satılması təklif olunan kiçik pul qarşılığında:"Vallah, elə şeyə and verdirirsən ki, heç cür sənin dediyindən çıxammıram" deyən həkimlərimizdən Allah qorusun...Allah həkimlərimizi Hipokrat deyil Onun andına sadiq olub şəxsiyyəti, milləti, mənəviyyatı və əxlaqı adına vaxtını, elmini və imkanlarını sərf edənlərdən etsin... Amin.   
['islam']
5,430
https://kayzen.az/blog/Old_Baku_/6166/hz.%C3%B6m%C9%99rin-quran-haqq%C4%B1nda-t%C3%B6vsiy%C9%99si.html
Hz.Ömərin Quran haqqında tövsiyəsi
Old_Baku_
Bloq: Old Baku
6 iyul 2011, 22:54
"Mərhəmətli və bağışlayan Allahın adı ilə! Allahın qulu Ömərdən, Abdullah ibni Qeysə və onun yanında olan Quran hafizlərinə və həyatlarını bu kitabla səhmana salanlara salam olsun. Bu Quran sizlər üçün savab, şərəf və zəngin bir xəzinədir. Ona tabe olun. Əsla onu özünüzə tabe etməyin. Kim Quranı özünə tabe edərsə, o, həmin insanı göydən yerə çırpar. Həmin şəxs cəhənnəm oduna düşər. Hər kim Qurana bağlanarsa, Quran onu Firdous cənnətinə çatdırar. Çalışın ki, Quran hər zaman sizin üçün şəfaətçi olsun, əsla sizin düşməninizə çevrilməsin. Bilin ki, Quranın şəfaət etdiyi şəxs cənnətə, düşmən olduğu kəs isə alova yuvarlanar. Quran hidayət çırağı, elm tumurcuğudur. Allahın qatından gələn kitabların ən təzəsidir. Allah kar qulaqları, kor gözləri, pərdəli qəlbləri onunla açır. Bilin ki, bir qul gecə vaxtı qalxıb dişlərini təmizləyib, gözəl bir şəkildə dəstəmaz alsa, daha sonra namaz qılıb, Quran oxumağa başlasa, Allah o insana belə xitab edər: "Oxu! Oxu! Bu tərtəmiz və gül qoxan ağzınla oxu!". Diqqətli olsun! Namaza qalxaraq Quran oxumaq gizli bir xəzinə və ortaya qoyulmuş bir xeyir süfrəsidir. Bacardığınız qədər Quranı namazda oxumağa çalışın. Namaz qaranlığa qalib gələn bir aydınlıq, zəkat yol göstərən bir rəhbər, səbr insana rahatlıqverən bir işıq, oruc qalxan, Quran isə lehinizə və əleyhinizə olan bir dəlildir. Qurana hörmət etdin, ona qarşı etinasız olmayın. Allah Qurana hörmət edən şəxsi şərəfləndirər, hörmətsizlik edəni isə rəzil edər. Quranı oxuyub, əzbərləyən, ona əməl edən və mənasını başa düşənin Allah qatında bir duası qəbul olmuş deməkdir. İstədiyi təqdirdə Allah duasının qarşılığını dərhal bu dünyada ona verər, istəməzsə, Allah onu axirət gününə saxlayar. Bunu da bilin ki, iman edənlər və yalnız Allaha güvənənlər üçün Onun qatında olan mükafatlar daha xeyirli və əbədidir".  Zəkəriyyə Xandəhləvinin “Səhabə həyatı” kitabından.
['islam']
5,431
https://kayzen.az/blog/fal/6162/aylara-g%C3%B6r%C9%99-xasiyy%C9%99t.html
Aylara görə xasiyyət
Fianda
Qoroskop
6 iyul 2011, 18:54
Yanvar Hirsli və ciddi biridir. Öyrənməyi və öyrətməyi sevir. Ağıllı və planlı iş görür. Duyarlı və dərin hissləri olan biridir. Romantikdir, uşaqları sevir, tez qısqanandır. Fevral Dəyişkəndir. Özünə güvəni yoxdur. Düzgündür, inadkardır. Xəyallarının ardından gedən, inanclara inanandır. Mart Utancaqdır. Diqqət mərkəzində olmağı sevir. Tez hirslənəndir. Güvəniləcək adamdır. İntiqamçıdır. Çox dəyişkəndir. Aprel Aktiv və enerji doludur. Təsəlli verməyi sevir. Cəsurdur. Sevgisini tez etiraf edəndir. Yaddaşı güclüdür. Baş ağrıları tez-tez olandır. May Anlayışlıdır. Ədəbiyyat və sənətlə maraqlanır. Evdə oturmağı sevmir. Uşaqları sevmir. Xəyalpərəstdir. Tez sakitləşəndir. İyun Eyni anda bir neçə şey haqda düşünür. Şirin dildir, həssasdır. Şən insandır. Çox danışandır. Qərar verməyi bacarmır. İyul Yaxşı sirdaşdır. Kin saxlamağı bacarmır. Yalnızlığı sevir. Tez öyrənəndir. Dost acısı çəkməyi bacarmaz. Çətinlikləri sevir. Avqust Zarafatcıldır. Qorxusuzdur. Liderlik etmək istəyir. Romantikdir. Yol göstərməyi sevir. Diqqətli və tədbirlidir. Sentyabr Güvənilən biridir. Elmə fikir verən biridir. İdmanı sevir. Hisslərini özündə saxlayır. İnsanların eyiblərini üzlərinəə vurmağı sevir. Ünsiyyətdə seçicidir. Oktyabr Hamı ilə söhbəti bacarır. Dostlarına çox fikir verir. Tez küsüb, tez barışır. Romantikdir. Ətrafının təsiri altına düşəndir. Özünə güvəni yoxdur. Noyabr Çalışqandır. Yaxşı başçı olur. İradəsi güclüdür. Sürprizləri sevir. Hamını olduğu kimi qəbul edir. Sirr saxlamağı bilir. Dekabr Səbirsizdir. Dostlarına bağlıdır. Hirsi tez soyuyur. Zarafatcıldır. Sevildiyini hiss etmək istəyir. Birlikdə vaxt keçirməyi sevir.  
['xasiyyət']
5,432
https://kayzen.az/blog/stil/6161/hans%C4%B1-%C9%99tri-sevirs%C9%99n.html
Hansı ətri sevirsən?
Fianda
Yaraşıqlı görünüş, gözəl imic
6 iyul 2011, 17:19
Deyirlər, ətirlər insan xarakterinin danışan dilidir. Qoxu öz sahibi haqqında təsəvvür olduğundan da çox məlumaq verə bilər. Əlbəttə ki, burada sarımsaq, siqaret və ya tər iyindən yox, istifadə etdiyimiz müxtəlif ətirlərin rayihələrindən gedir. Çiçək ətirli: qızılgül, zambaq, jasmin, qardeniya... Bu cür ətirlərdən istifadə edənlər mülayim, ünsiyyətcil və mehriban insanlardır. Sadiq dost və asanlıqla etibar ediləcək işçidir. Ancaq onların yaxın dostları azdır. Belələri qeyri-adi, gözəl və əntiq əşyaları çox xoşlayır, hətta kolleksiya da yığırlar. Səs-küylü yerləri sevmirlər, evdə oturub, sakit atmosferdə dincəlmək onlar üçün daha münasibdir. Ağac ətirli: səndəl, sidr ağacı... Ağac qoxulu ətirləri sevənlər çox savadlı olub, alicənablıqları və yüksək dünyagörüşləri ilə seçilirlər. Klassik üslubu sevirlər. Yüksək səviyyəli işləri xoşlayır, bütün mövzularda danışmağı bacarırlar. Onlar ehtiyatlı və yaxşılıqsevəndirlər. Ən çətin hallarda belə özlərini idarə etməyi bacarırlar. Təbiət ətirli: ot, bambuk,saman, mamır... Belələri sağlamlıqlarının qeydinə qalırlar, idmanla məşğul olmağı, vaxtlarını təbiət qoynunda keçirməyi xoşlayırlar. Onlar bütün qidaların təzəsini sevir, dondurulmuş ərzaqlardan uzaq olurlar. Belə qoxuları xoşlayan çox vaxt vegeterianlar olur. Onlar enerjili, ağıllı və problemlərini asanlıqla həll etməyi bacarandırlar. Şərq ətirli: vanil, ənbər, ədviyyat... Bu cür ətirləri sevənlər adət-ənənələrə bağlı insanlardır. Xırda aksesuarlar yığmağı sevirlər. Onlar böyük kütlə arasında çantalarındakı aksesuarlarından tanımaq olar. Şəxsi həyatları da ciddi olur. Bir dəfə sevir və ömürlərinin sonuna kimi də həyat yoldaşlarına sadiq qalırlar. Sitrus ətirli: mandalin, limon, qreypfrut... Onlar yaxşı təşkilatçıdırlar. İşlərinə bağlı olub, nizam-intizamı sevəndirlər. İş həmişə şəxsi həyatdan öndə gedir. Tez hirslənir, özlərindən çıxırlar. Çətin işdən asanlıqla çıxmağı bacarırlar. Sevgidə hökmranlıq etməyi xoşlayırlar. Xəyanət və inamsıslıq onları özündən çıxarır. Meyvə ətirli: qarağat, moruq, şaftalı, qarpız, yemiş... Belələri romantikanı sevmir.Onlar üçün həyatın əsl mənası səs-küylü məclislərdə olmaq, əylənməkdir. Özlərinə tez dost tapırlar. Yaxın dostlarına kömək etməyi xoşlayırlar. Buna görə də onlara etibar etmək olar. Onların hobbisi qısa sevgi macaralarıdır. Dəniz ətirli: yağış, ləpə, külək... Belələri qapalı şəraitdə olmağı xoşlamırlar. Sakit təbiətli, dənizi sevəndirlər. Çox dəbli aksesuarları sevmirlər, amma həmişə diqqət mərkəzində olurlar. Rahat geyimlərə üstünlük verirlər.Münaqişələrdən uzaq olmağa çalışırlar. Avanqard stilli əşyaları xoşlayırlar. Sevgidə azad olsalar da tez-tez xəyanətlə üzləşirlər. Soyuq ətirli: təmiz hava, buz... Soyuq qoxuları sevənlər əsl kollektiv adamıdırlar. İstirahəti sevmirlər. Dəb yenilikləri ilə maraqlanır, müasir incəsənəti xoşlayırlar. Ev işlərini sevmir, bunu havayı vaxt itkisi hesab edirlər. Kafedə, restoranda yeməyə üstünlük verirlər. Tanışları çox olsa da dostları azdır. Özlərindən razı olub, ətrafdakı insanları həmişə özlərindən aşağı səviyyədə görürlər.  
['Ətir', 'xarakter']
5,433
https://kayzen.az/blog/Old_Baku_/6156/kiml%C9%99r-aldand%C4%B1.html
Kimlər aldandı!!
Old_Baku_
Bloq: Old Baku
5 iyul 2011, 18:47
Cəhənnəmə düşə biləcəyini güman etməyən dindar aldandı! "Və (o zaman) Allahdan onlara güman etmədikləri (gözləmədikləri əzab) görünəcəkdir" (əz-Zumər, 47). - Cənnətə düşəcəyini zənn edən kəs aldandı! "Yoxsa Allah içərinizdən cihad edənləri (düşmənlə vuruşanları) və (əziyyətə) səbr edənləri bilib (bəlliləşdirib bir-birindən) ayırd etməmişdən qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz?" (Ali-İmran-142). - Ölüm yoxmuş kimi yaşayan dünyapərəst insan aldandı! "Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq" (ən-Nisa, 78). - Etdiyi ibadətə güvənən abid (çox ibadət edən şəxs) aldandı! "O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar!" (əz-Zilzal, 6). - İnsanlara haqqı tövsiyə etdiyi halda özünü unudan möizəçi aldandı! "Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz?" (əl-Bəqərə, 44). - Rəbbini unudub öz nəfsinə qulluq edən kəs aldandı! "(Ya Rəsulum!) Nəfsini özünə tanrı edəni gördünmü? Onun vəkili (zamini) sənmi olacaqsan? (Onu bəd əməllərdən sənmi çəkindirib saxlayacaqsan? O özü haqqı axtarıb tapmalı, ona qail olmalıdır!) Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və ya (ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar. (Heyvan heyvanlığı ilə öz mənfəətini bilib ona zərər gətirən bir işi görməz. Bunlar isə nə xeyirlərini, nə də zərərlərini anlayarlar)" (əl-Furqan, 43-44). - Allahın mərhəmətinin böyüklüyünə güvənib özünü əmin-amanlıqda hesab edən günahkar insan aldandı! "Yaxud (o məmləkətlərin əhalisi) Allahın onları dolaşdırıb bəla toruna salmayacağına (naz-nemət içində yaşadıqları halda qəflətən onlara əzab gondərməyəcəyinə) əmin idilərmi? Allahın (bu yolla) dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz!" (əl-Əraf, 99); "Şeytan sizi Allaha arxayın edib (Allah Öz bəndələrinə mehribandır, onların hamısını bağışlayacaq, günahlarından keçəcək deyə) tovlamasın!" (Loğman, 33). - Xeyir əməl sahibi olduğunu zənn edən özündənrazı insan aldandı! "O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər" (əl-Kəhf, 104). - Belə demək mümkünsə - namazsızlar aldandı! "Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar; Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər): "Sizi Səqərə (Cəhənnəmə) salan nədir?" Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik" (əl-Muddəssir, 40-43). - "Mən bu qədər günaha batdıqdan sonra nicat tapa bilmərəm", - deyərək Allahdan ümidini üzən insan aldandı! "(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!" (əz-Zumər, 53). - "Əgər Allah istəməsəydi, günahkar olardımmı?!" - deyərək, günahlarını qədərə həvalə edən şəxs aldandı! "(Elə edin ki, sonradan) bir kəs: "Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən (Allahın hökmlərinə, Qurana, Peyğəmbərə və möminlərə) istehza edirdim!" - deməsin. Yaxud: "Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım!" - söyləməsin" (əz-Zumər, 56-57). - "Qəlbim təmizdir", - deyən, ancaq ibadət etməyən şəxs aldandı! "And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə) ki, İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir? Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!)" (əl-Əsr, 1-3). - "İman pul gətirmir. İndiki dövrdə hər şey pulun başındadır!" - deyən əldənbərk varlı aldandı! "Budur, siz (mal-dövlətinizin yalnız qırxda birini) Allah yolunda sərf etməyə çağırılan kimsələrsiniz. Bununla belə içərinizdə xəsislik edən də vardır. Hər kəs xəsislik etsə, ancaq özünə qarşı xəsislik etmiş olar. (Bunun zərəri yalnız özünə toxunar). Allah zəngin, siz isə yoxsulsunuz (Allah sizə möhtac deyildir, siz Ona möhtacsınız" (Muhəmməd, 38). - "İndiki zəmanədə belə şey olarmı?" - deyən cahil insan aldandı! "Allahın sözlərini (peyğəmbərlərə verdiyi vədləri) dəyişə biləcək heç bir kimsə yoxdur!" (əl-Ənam, 34); "Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun sözlərini heç kəs dəyişdirə bilməz. (Allahdan) başqa heç bir sığınacaq tapa bilməzsən! (Pənah yalnız Allahadır!)" (əl-Kəhf, 27). - "Görəcəksiniz, dindar şxslərdən əvvəl biz necə cənnətə girəcəyik", - deyən nadan aldandı! "Sizə nə olmuşdur, necə mühakimə yürüdürsünüz? Heç düşünürsünüz?! Yoxsa sizin açıq-aşkar bir dəliliniz vardır?! Əgər doğru danışırsınızsa, kitabınızı gətirin!" (əs-Saffat, 154-157). - "Həm ondan, həm də bundan lazımdır", - deyən bixəbər aldandı! "Onlar (əvvəl etdikləri) yaxşı bir əməllə (sonradan etdikləri) pis bir əməli bir-birinə qarışdırmışlar" (ət-Tövbə, 102). - "Belə dərin məsələlər "mənlik deyil"", -deyən "ağıllı" aldandı! "Onlar dünya həyatının zahirini (ticarət və əkinçilik işlərini, məişət məsələlərini) bilirlər, axirətdən isə xəbərsizdirlər" (ər-Rum, 7). - "Mənim etdiyim nədir ki? Başqaları elə günahlar edir ki!" - deyən günahkar aldandı! "Onların etdikləri əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Onların əməlləri barəsində sizdən sorğu-sual olunmaz" (əl-Bəqərə, 134). - "Mənim atam hacıdır (seyiddir, alimdir, kərbəlayidir...)", - deyən övlad aldandı! "Kim yaxşı bir iş görsə, xeyiri özünə, kim də bir pislik etsə, zərəri özünə olar! Sonra siz öz Rəbbinizə doğru qaytarılacaqsınız" (əl-Casiyə, 15); "O gün dostun dosta heç bir faydası olmaz, onlara kömək də edilməz! (Heç kəs heç kəsdən Allahın əzabını dəf edə bilməz!)" (əd-Duxan, 41). - "Mən qeybət etmirəm. Həqiqəti deyirəm. Kiminsə arxasınca danışmıram ki! Burda olsa özünə də deyərdim", - deyən insan aldandı! "Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!" (əl-Hucurat, 12). - "Günah etmişiksə, biz etmişik. Günahımızın cəzasını da çəkərik", - deyən zavallı insan aldandı! "Həqiqətən, əgər Rəbbinin əzabından az bir şey onlara toxunsa, onlar mütləq: "Vay halımıza! Biz, doğrudan da, zalım olmuşuq (Allaha şərik qoşmaqla, küfr etməklə özümüz özümüzə zülm etmişik)" - deyəcəklər" (əl-Ənbiya, 46); "Üzləri odda (o tərəf-bu tərəfə) çevrildiyi (haldan-hala düşdüyü) gün onlar: "Kaş Allaha müti olaydıq, Peyğəmbərə itaət edəydik!" - deyəcəklər" (əl-Əhzab, 66); "Belə ki, saat (qiyamət vaxtı) qəflətən başlarının üstünü aldığı zaman onlar günahlarını dallarında daşıyaraq deyəcəklər: "Dünyadakı təqsirlərimizə görə vay halımıza!" (əl-Ənam, 31). Kaş bilsəydin, daha neçə-neçə insanlar aldandı... Sən ALDANMA! "Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?" (əl-Ənam, 32); "Ey insanlar! Şübhəsiz ki, Allahın (qiyamət barəsindəki) vədi haqdır. Dünya həyatı sizi aldatmasın. O tovlayan (Şeytan) da sizi tovlayıb yoldan çıxartmasın!" (Fatir, 5).  
['islam']
5,434
https://kayzen.az/blog/Old_Baku_/6155/%C3%BCmm%C9%99ti-%C3%BC%C3%A7%C3%BCn-a%C4%9Flayan-pey%C4%9F%C9%99mb%C9%99r.html
Ümməti üçün ağlayan peyğəmbər
Old_Baku_
Bloq: Old Baku
5 iyul 2011, 18:43
"İbn Əmr ibn As (r) belə nəql edir: "Bir gün Peyğəmbərin (s) yanında idik. Peyğəmbər (s) Hz. İbrahim (Ona salam olsun!) haqda nazil olan ayəni oxumağa başladı: "Ey Rəbbim! Onlar (bütlər), həqiqətən, çox insanı (haqq yoldan) azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, (bilsin ki, tövbə edəcəyi təqdirdə) Sən (günahları) bağışlayansan, (bəndələrinə) rəhm edənsən!" (İbrahim, 36). Daha sonra Allahın rəsulu, Hz.İsanın (Ona salam olsun!) Qurandakı bu sözlərini oxudu: "Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən" (İstədiyin bəndəyə əzab verməyə, istədiyini bağışlamağa və hər hansı bir məsələni həkimanə həll etməyə qadir olan ancaq Sənsən!)" (əl-Maidə, 118). Bunun ardından  Peyğəmbər (s) əllərini açdı: "Rəbbim! Ümmətimi qoru, ümmətimə rəhm et! Ey Rəbbim, ümmətimə yazığın gəlsin!" - deyə dua etdi və ağlamağa başladı. Allah təala Peyğəmbərin (s) nə üçün ağladığını bildiyi halda,   onun dilindən eşidilsin deyə, Hz. Cəbrayıla (Ona salam olsun!) gedib peyğəmbərinin ağlamağının səbəbini soruşmağı əmr etdi: - Cəbrayıl, Məhəmmədin yanına get və nə üçün ağladığını ona sual et! Cəbrayıl (Ona salam olsun!) Peyğəmbərin yanına getdi və ondan ağlamağının səbəbini soruşdu. Rəsulullah (s) ona ümmətindən dolayı narahat olduğu üçün ağladığını dedi. Ümmətinin əzaba düçara ola biləcəyini düşünərək narahat olduğunu və bu səbəbdən ağladığını söylədi. Halbuki Hər şeydən xəbərdar olan Uca Allah onun ağlamağının səbəbini bilirdi. Hz. Cəbrayıl bu cavabı Allah təalaya çatdırınca Allah ona buyurdu: - Cəbrayıl, Məhəmmədin yanına get  və ona belə de: "Rəbbin ümmətin barəsində səni razı edəcək və  sən əsla üzməyəcək və sən də razı qalacaqsan! Get və belə dediyimi ona danış!"  (Müslim  
['islam']
5,435
https://kayzen.az/blog/Old_Baku_/6154/%C5%9Feytan%C4%B1n-c%C9%99vab%C4%B1.html
Şeytanın cəvabı
Old_Baku_
Bloq: Old Baku
5 iyul 2011, 18:38
  Keçmiş zamanlarda bir nəfər Ərəbistan çöllərində təkbaşına uzaq bir səfərə çıxıbmış. Şeytan onu yolundan azdırmaq üçün təğyiri-libas olub insan qiyafəsində onun qarşısına çıxır və deyir: - Salam, ey dost. Görürəm, təkbaşına harasa səfər edirsən. İstəyirsənsə, sənə yol-yoldaşı olaram. Mənim də yolum sən getdiyin cəhətədir. Həmin şəxs çox sevinir və şeytanın təklifini qəbul edir. Bu minvalla iki yoldaşı uzun-uzadı yollarına davam edirlər. Nəhayət qaş qaralır, axşam düşür. Birdən şeytan yoldaşına deyir: - Mən səninlə dostluq etmək istəmirəm! Adam bunun səbəbini soruşduqda Şeytan dillənir: - Səhərdən səni müşahidə edirəm. Səni bir dəfə də olsun namaz qılan görmədim. Mən insan qiyafəsinə girmiş şeytanam. Səni yolundan azdırmaq üçün belə etdim. Baxdım ki, səni azdırmağa ehtiyac yoxmuş. Mən Allaha yalnız bir dəfə səcdə etməyib Ona asi oldum. Bu əməlimə görə də Allah məni qiyamətə qədər lənətlədi. Sən isə gündə beş dəfə Allaha səcdə etməyə tənbəllik edirsən. Ona görə də səninlə olmağımla bir daha Allahın lənətinə düçar olmaqdan qorxuram və səninlə dostluq etməkdən imtina edirəm. Sənin vəziyyətin mənimkindən betərmişki!
['düşündürücü hekayələr']
5,436
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/6146/k%C9%99limeyi-%C5%9F%C9%99had%C9%99tin-%C9%99sas-m%C9%99nas%C4%B1.html
Kəlimeyi-Şəhadətin əsas mənası
Old_Baku_
islam dininin əsasları
4 iyul 2011, 19:26
İslam ilə əlaqəli anlaşılmazlıqlardan biri də kəlimeyi-şəhadət məsələsində özünü göstərməkdədir. Bilindiyi kimi riyaziyyatda bir misalı həll edərkən düsturlardan birini yanlış tətbiq etsəniz cavab da səhv olacaqdır. Kəlimeyi-şəhadət İslamın düsturudur. İlk mərhələdə bunu doğrulasaq, nəyə necə şahidlik etdiyimizi də doğru anlamış və doğru yaşamış olarıq. Kəlimeyi-Şəhadət məna olaraq nə deməkdir?"Mən şahidlik edirəm ki, Allahdan başqa ilah yoxdur. Və mən yenə də şahidlik edirəm ki, hz. Muhamməd (s) onun qulu və elçisidir."Məlum olduğu kimi, günümüzdə bir insan müsəlman olmaq istədiyi zaman ona bəzi məsələləri təlqin etdikdən sonra kəlimeyi-şəhadət söylədilir. Beləcə o şəxs İslama daxil edilmiş olur.Əvvəlcə kəlimeyi-şəhadətin həqiqətdə nə mənaya gəldiyini anlamağa çalışaq:İlah - itaət edilən, sığınılan və razı edilməyə çalışılan varlıq deməkdir. Buna görə şəhadət kəliməsinin ilk cümləsinə bir daha diqqət verək: "Şahidlik edirəm ki, Allahdan başqa ilah (itaət ediləcək, sığınılacaq və razı ediləcək) yoxdur və tanımıram"  Bu Allahdan başqasına itaət etməməyi və sadəcə onun əmr və yasaqlarına tabe olaraq yaşamağı vacib edir. Bu halda kəlimeyi-şəhadət gətirmək insanlara bunu elan etməkdir: Ey insanlar! Artıq mən Allahdan başqasına itaət etməyəcəyimə şahidlik edəcəyəm. Siz də mənim həyatımda Allahdan başqasına aid qayda və qanunların olmadığını görəcəksiniz. Yəni buradakı şəhadət sözlü deyil əməlidir. İkinci cümləyə gəlincə:"Və yenə şahidlik edirəm ki, hz, Muhamməd (s) Onun qulu və elçisidir." Elçi - bir xəbəri birindən alıb başqasına çatdıran şəxsdir. Hökmdarlar fərman yazıb elçilərinə verər və istədikləri kimsələrə göndərərlər. Beləliklə, hökmdara gedən yolu ən yaxşı bilən o elçidir. Eynən bunun kimi, peyğəmbərlər də Allah ilə insanlar arasında elçilərdir. Allahdan aldıqlarını isanlara çatdırırlar. Yuxarıdakı misalda elçi necə hökmdara gedən yolu ən yaxşı bilən şəxsdirsə, Allaha gedən, Onun razı olduğu yolu ən yaxşı bilən də peyğəmbərlərdir. Elə isə bu çağırışın ünvanlandığı insanlardan Allaha getmək, Allahı razı etmək istəyən olsa ilk yerinə yetidikləri şey peyğəmbərləri örnək (öndər) qəbul edib onun kimi inanıb yaşamaqdır.Hz. Rəsulunun (s) Allahın qulu və elçisi olduğuna şahidlik edənlər də hz. Peyğəmbərin (s) gətirdiklərinin hamısını qəbul edib ona paralel yaşamağa çalışanlardır.Bu mənada "hz. Muhamməd (s) Allahın qulu və elçisi olduğuna şahidlik edirəm" deyənlər həqiqətdə bunu söyləməkdədirlər:Ey insanlar! Mənim üçün məni Allaha götürəcək tək öndər hz. Muhamməddir (s). Mən Allaha itaət edərkən onun qulu və elçisi kimi itaət etməyə çalışacağam. O mənim üçün nümunədir." Allah belə buyurmaqdadır:  "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!" (Əhzab 21) Səhabələr şəhadəti belə anlamış və belə yaşamışdır. Yoxsa bu gün olduğu kimi, ancaq dilində kəlimeyi-şəhadəti söylə və ömür boyu həyatını dəyişdirmədən yaşa - xeyr! Belə bir anlayış İslamın ruhuna ziddir. Sənin həyat tərzin elə olmalıdır ki, sən dilinlə "mən müsəlmanam" deməsən belə, sənin həyatına qıraqdan nəzər yetirənlər "müsəlmandır" desinlər. Bax, Şəhadət budur. Sadəcə söylənilən deyil, eyni zamanda yaşanan bir həyatdır. Əks-təqdirdə bir mənası omaz.Bu mövzunu daha dəqiq formada aydınlaşdıran kiçik bir hekayəni nəzərinizə çatdıraq:Kəlimeyi-şəhadət gətirməklə özünü müsəlman zənn edən Avaropa ölkələrindəki səfirlərdən birinə bir xristian dostu yaxınlaşaraq deyir: "Sizin dininiz mənim çox xoşuma gəlir. Amma, gündə beş dəfə namaz qıla bilməməkdən qorxuram." "Müsəlman" səfir də buna cavabında deyir ki, "Sənin düşündüyünə bir bax. Sən kəlimeyui-şəhadət gətir müsəlmanam de. Namaz qılmasan da olar. Bax, mən də namaz qılmıram, ancaq müsəlmanam." Bu dəfə də xristiyan belə deyir. "Dostum, mən ildə bir dəfə tutulan orucu tərk etməkdən də qorxuram" Səfir cavabında: " Boş ver. Sən müsəlmanam de, oruc tutmasan da olar" - deyə cavab verir. Xristiyan beləcə zina etmək, içki, donuz əti yeməmək kimi bir neçə xüsusları da zikr edir. Səfir də hər dəfə " Bu olmasa da olar, sən kəlimeyi-şəhadət gətir" - deyir. Xristian ən sonda: "Mən elə müsəlmanammış, xəbərim yoxmuş ki...Əziz dostum, sənlə aramızda nə fərq var ki!?" - deyə heyrətini bildirir.Bəli, şəhadət gətirmək gətirməyənlərdən fərqli olmaqdır. Gəlin şəhadəti belə anlayıb bu şüurla yenidən kəlimeyi-şəhadəti bir daha yenidə təkrar edək: "Əşhədu ən lə iləhə illəllah. Və əşhədu ənnə Muhammədən abduhu və rasuluh"  
['islam']
5,437
https://kayzen.az/blog/azerbaycan/5246/at%C9%99%C5%9Fgah.html
Atəşgah
Azərbaycan
Azərbaycan
4 iyul 2011, 19:26
Alovun küləklə “oynadığı” yer Tarixi mənbələrdə yazıldığına görə, "Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi, sönməz alovların yerində inşa edilmiş müqədəs ziyarətgahdır. Məbədin ən erkən tikilişi təqribən eramızın 1713-cü ilinə aid edilir. Mərkəzi məbəd-səcdəgah isə 1810-cu ildə hindistanlı tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir.Atəşgah dənizdən azacıq aralı, Abşeron yarımadasındakı Suraxanı kəndinin cənub-şərq qurtaracağında, neft mədənlərinin yaxınlığında yerləşir. Hazırda bu məkan hər tərəfdən neft buruqları ilə əhatə olunub. Abidənin tikildiyi yerin relyefi düzənlikdir. Tarixçilərin yazdığına görə, hücrələr və ibadətgah XVII-XIX əsrlər ərzində, müxtəlif vaxtlarda tikilmişdir. Hücrələr XVII əsrin sonlarında ümumi hasara alınmışdır. Belə güman olunur ki, "Atəşgah" Bakıya gələrək burada məskunlaşan və əslən şimali Hindistandan olan sinkhlər təriqətinə mənsub hind icması tərəfindən inşa edilmişdir. Atəşgahın orta əsr karvansaralarını xatırladan konstruksiyası planda qapalı beşguşə formasında olub, vaxtilə zəvvarlara xidmət üçün istifadə edilən 24 hücrədən və bir otaqdan ibarətdir. Qapalı beşguşəli divarların əmələ gətirdiyi həyətin ortasında rotonda şəklində ibadətgah var. Məbədin ortasındakı quyudan çıxan təbii qaz (metan) bir vaxtlar gecə-gündüz zəbanə çəkərək yanarmış. Atəşgah inşa edilərkən məbədin gümbəzinin dörd küncü üzərində də içərisində yanan qazın şölə saçdıgı daş piyalələr quraşdırılıb. Klassik dördbucaqlı formasında olan Od Məbədinin özü isə hər tərəfdən açıq olan giriş qapıları ilə əhatələnib. Məbədin Balaxanı kəndi istiqamətində olan şimal divarındakı tağın üstündə hind dilində kitabə quraşdırılmışdır. Digər hücrələrin girişi üzərində də hind əlifbası ilə həkk olunmuş belə kitabələr vardır. İyirmi belə kitabədən yalnız biri farscadır. Məbədin şimal-şərq tərəfdə, hazırda içərisi tamamilə daşla doldurulmuş dördkünc çala vardır. Vaxtilə burada ölmüş hindlilərin cəsədlərinin "müqəddəs od"da yandırıldıgı güman olunur.Atəşgahın cənub-şərq tərəfində daşla doldurulmuş daha bir quyu da var. Tədqiqatçılar bunun su quyusu olduğunu zənn edirlər. Ümumilikdə isə Suraxanı "Atəşgah"ı əsas məbədin özündən, hind guşənişinlərinin hücrələrindən və zəvvarlar üçün otaqlardan ibarətdir. Bəzi tarixçilərin qənaətinə görə, Atəşgahı hindlilərin planı əsasında yerli ustalar tikmişlər. İslamaqədərki şərq memarlığının mövcud elementləri və stilistikası ilə o qədər də uyuşmayan Atəşgah bütün dövrlərdə səyyahların, yazıçıların, rəssamların, alimlərin nəzər-diqqətini xüsusilə cəlb edib. Maraqlı cəhət orasındadır ki, bu Od Məbədi kimyaçı-alim Mendeleyevi, məşhur rus rəssamı Vereşşaqini, fransız yazıçısı Aleksandr Dümanı (ata), Nobel qardaşlarını, Cəvahirləl Nehrunu, İndira Qandini, dünyaşöhrətli kinorejissor Rac Kapuru, şərqşünas-alim Dornu və bir çox məşhur şəxsiyyətləri də özünə cəlb edib. Suraxanı Atəşgahında gördüklərindən çox heyrətlənən Düma özünün «Qafqaz səfəri» adlı əsərində bu Od Məbədini olduqca emosional və heyrətamiz bir qələmlə təsvir etmişdir. O, bu barədə belə yazıb: «Bakıdan atəşpərəstlərin müqəddəs məbədi Atəşgaha gedəndə yolun yarıdan çoxu dəniz qırağı ilə uzanırdı. Mənzil başına çatmağımız iki saat çəkdi. Təpəliyə qalxdıqda qarşıda təsəvvürə gəlməyən qəribə bir mənzərə açıldı. Atəşgah dövrəsindəki binalar, tüstü və alov sovuran yüzlərlə irili-xırdalı ağaclar ovuc içi kimi görünürdü. Külək əsdikcə yanan alovun dilləri sanki qəribə rəqslər edir, gah bulaq kimi qaynayır, gah dalğa tək yan-yörəyə hücum edib şahə qalxır, gah da gözlənilmədən ucalırdı. Elə bir təsəvvür yaranırdı ki, guya külək alovla oynayır, onlar bir-birinə sarılır, sonra bir-birilə əlbəyaxa olurlar. Külək nə qədər cəhd edirdisə, odu, alovu söndürə bilmirdi». Hind atəşpərəstləri VII əsrdə İslam dininin təşəkkül tapması və yayılması ilə əlaqədar başlanan və üç yüz il davam edən ərəb ekspansiyası dövründə Zərdüştiliyə sarsıdıcı zərbə vurulur. Atəşpərəstlər təqib olunur, atəşgahlar dagıdılır. Güman olunur ki, indiki Atəşgahın yerində qərar tutmuş qədim Od Məbədi də məhz ərəb istilası dövründə dağıdılıb. XV əsrdən sonra Hindistanla yaranan iqtisadi və mədəni əlaqələrin inkişafı nəticəsində hindli atəşpərəstlər yenidən Abşerona gələrək, Suraxanı Atəşgahını bərpa edirlər. Orta əsr mənbələrindəki məlumatlara görə, XVIII əsrdə atəşpərəst varlı hind tacirləri Suraxanıda, islamaqədərki qədim Atəşgahın yerində indiki Od Məbədini və hindli zəvvarlar üçün hücrələr tikdirirlər.Atəşpərəst, guşənişin hindlilər oda səcdə edir, tərki-dünya (asket) həyat tərzi sürərək, ruhlarını xilas etmək üçün cismani bədənlərini tələf etməyə çalışırdılar. Atəşgahdakı kitabələrin məzmunudan da aydın olur ki, Suraxanı atəşpərəstləri hind mənşəli olmuşlar. Atəşgahın özünün ən yüksək tərəqqisinə XVIII əsrdə çatmışdır. Maraqlıdır ki, indiki hücrələr də elə həmin vaxtda ümumi hasara alınmışdır. Tarixi qaynaqlardan aydın olur ki, dünya müsəlmanları üçün müqəddəs Məkkə və Həcc ziyarəti nə deməkdirsə, bir vaxtlar Suraxanı Atəşgahı da atəşpərəstlərin həyatinda həmin rolu oynayıb. Tədqiqatçı-alim Şardenin məlumatına görə, XVIII əsrin 60-cı illərində Suraxanı Od Məbədinə əsasən hindli atəşpərəstlərlə yanaşı, həm də yaxın və Orta Şərqdən, İrandan. Əfqanıstandan da atəşpərəst parslar ziyarətə gəlirdilər. Atəşgahın 8 saylı hücrəsindəki farsca tərtib olunmuş kitabədən aydın olur ki, 1745-ci ildə iranlı zərdüştilər od məbədinin daimi ziyarətçilərindən olublar. 1950-ci ildə isə hind alimi Maxapxaputra Unvala Atəşgahdakı 16 kitabəni, o cümlədən farsca yazılmış kitabəni özünün təklif etdiyi üsulla oxumuş və abidənin fotoşəkillərini çəkərək onları müxtəlif mətbuat vasitələrində dərc etdirmişdir. Suraxanı Atəşgahının beş kitabəsi tarixçi-alim V.Sısoyev tərəfindən Hindistana göndərilmiş və orada oxunmuşdur. Həmin kitabələr ingilis dilindən rus dilinə tərcümə olunaraq 1946-cı ildə dərc edimişdir. İngiltərə səyyahı Cekson Atəşgahda 18 kitabəni qeyd etmişdir. Onlardan on beşi ithafdır. İlk kitabə 1713-cü ilə, sonuncu 1827-ci ilə aiddir. Rəsmi məlumatlara görə, Atəşgahda yaşayan hindlilərin çoxu Hindistanın şimalından -Lahordan, Tenessirimadan, Kaçbudidən, Multandan və digər yerlərdən gəlirmişlər.Onlar öz aralarında hind dilində danışırmışlar. Həmvətənlərinin - hind tacirlərinin pul yardımından istifadə edən hindlilər günlərini rahatcasına müqəddəs odu sakit-sakit seyr etməklə keçirirmişlər. İbadət işlərinə isə brəhmənlər rəhbərlik edirmiş. 1860-cı ildə akademik B.Dorn Atəşgahda olmuşdur. Bu zaman məbəddə beş hindli var idi. Yerli Bakı sakinlərindən biri B.Dorna məlumat vermişdir ki, hindlilər dörd təriqətə bölünmüşdülər: birinci təriqətin ardıcılları ölülərini odda yandırırdılar(atəşilər), ikincilər onların külünü küləyə sovururdular (badilər), üçüncülər külü suya axıdırdılar (abilər), dördüncülər meyitləri torpağa basdırırdılar (xakilər). 1880-cı ildə Atəşgahda tək qalmış sonuncu hindli də Abşerunu tərk edərərk öz vətəninə- Hindistana qayıdır. Məbədin möcüzələri Bəzi araşdırmaçıların qənaətinə görə, Od Məbədinin tikintisi eradan əvvələ aiddir. Hazırda dünyada yalnız iki yerdə - Şimali Hindistanda və Azərbaycanda belə bir atəşgah mövcuddur. Atəşpərəstlərin ən ali sitayiş və ibadət məbədi - ziyarətgahı isə məhz Azərbaycandakı Suraxanı Atəşgahıdır. Dünyanın ən qədim ziyarətgahlarından olan Suraxanı Atəşgahına girəndə adama elə gəlir ki, buradan qədim ruhların səsi gəlir. Mərhum ekstrasens Etibar Elkin deyirmiş ki, bura Azərbaycanda ən müqəddəs yerdir və oranı çoxsaylı ruhlar qoruyur. Söhbətlərdən aydın olur ki, Atəşgahın hücrələrinə girən hər bir turist bu məkandakı qəribəlikləri, daha doğrusu, möcüzələri açıq-aşkar hiss edə bilər. Məsələn 12 hücrəyə girərkən buradan Atəşgahın həyətindəki dördkünc tikilinin qübbəsində yanan alova baxdıqda olduqca qəribə mənzərənin şahidi olursan. Bu zaman adama elə gəlir ki, alovun bir addımlıgında dayanmısan. Yaxud 18-ci hücrəyə girib burada bir qədər dayandıqdan sonra qəribə səslər eşidirsən. Adama elə gəlir ki, kimlərsə söhbət edirlər. Qarışıq səslər açıq-aydın eşidilir, lakin onların nə danışdıqları başa düşülmür. Yerli sakinlərdən birinin sözlərinə görə, Atəşgaha girən hər bir kəs buradakı ab-havanın fərqini duyur. Həyətdəki hər bir hücrədə isə vaxtilə barada yaşamış və dünyasını dəyişmiş atəşpərəstlərin qeyri-adi təsirə malik aurasını duymaq mümkündür. Vaxtilə ölmüş atəşpərəstlərin yandırıldığı vannayabənzər daş çuxur isə bu gün də ziyarətə gələnlərdə qeyri-adi duyğular yaradır. Mütəxəssislərin sözlərinə görə, duyğusal və emosional insanlar Atəşgahı ziyarət edərkən bir sıra izaholumnaz qəribəliklərin şahidi olurlar. Söhbətlərdən aydın olur ki, bu Od Məbədinin həyətində adi ev heyvanları da özlərini qəribə aparırlar. Deyilənlərə görə, bir dəfə Atəşgaha gələn qonaqlardan biri hücrələri gəzərkən qapının ağzında hardansa bir pişik peyda olur. Bu adi, hər gün rastlaşdığımız ev heyvanı ziyarətçiyə olduqca qəribə və dəhşətli nəzərlərlə baxaraq anlaşılmaz səslər çıxarmağa başlayır. Sonra isə qonagın üstünə atılmaq istəyimiş kimi dala-dala çəkilərək qəfildən yox olur. Özünü itirmiş qonaq ömründə belə səslər çıxaran pişiyə rast gəlmədiyini söyləyir və bunun Atəşgahdakı ruhlarla bağlı olduğunu bildirir. Tarixə hörmət, keçmişə qayğı... Heç də təsadüfi deyil ki, dünyanın unikal turizm guşələrindən olan Abşeron yarımadası və bu məkandakı qədim tarixə malik maddi-mədəniyyət abidələri Azərbaycana gələn hər bir əcnəbi qonaqda xalqımızın zəngin keçmişi və təkrarsız mədəniyyəti barədə güclü təəssürat yaradır. Bu baxımdan respublika prezidenti İlham Əliyevin 19 dekabr 2007-ci ildə Suraxanıdakı Atəşgah ərazisinin “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu elan edilməsi ilə bağlı imzaladığı sərəncam mühüm əhəmiyyət kəsb edir. Sözügedən dövlət sənədinin preambula hissəsində deyilir: “Qədim əsrlərdən bəri Azərbaycanda yanan təbii əbədi odlar insanların dini etiqadlarına güclü təsir göstərmiş və oda sitayiş etmək inancı yaratmışdır. İnsanların məbəd kimi qəbul etdiyi yerlərdən biri də Bakı şəhəri Suraxanı rayonunda indiki Atəşgah məbədinin ərazisi olmuşdur. XVII-XVIII əsrlərdə qədim atəşpərəstlər məbədinin qalıqları üzərində, təbii qazın çıxdığı əbədi məşəlin yerində inşa edilmiş bu məbəd 26 hücrədən və mərkəzi səcdəgahdan ibarətdir. Hazırda Atəşgah məbədi “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarixi-memarlıq qoruq-muzeyinin filialı kimi fəaliyyət göstərir, lakin onun özünəməxsusluğu, unikallığı və YUNESKO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilməsi “Atəşgah məbədi” abidəsinin müstəqil fəaliyyəti və mühafizəsinə zərurət yaradır”.Bu sərəncam həm də ulu tariximizə hörmət, zəngin keçmişimizə qayğının təzahürüdür. Hazırda sahəsi 1368 kvadrat metr, yaxud 0,14 hektar olan «Atəşgah» 1972-ci ildən muzey kimi fəaliyyət göstərsə də 1975-ci ildə bərpa edildikdən sonra Dövlət Tarix-Arxitektura Muzey-Qoruğunun filialına çevrilmişdir. Əvvəllər olduğu kimi buraya yenə də hər il yüzlərlə turist gəlir. Onların arasında müxtəlif dinlərin nümayəndələri də var. Bu insanların əksəriyyətini Atəşgaha gətirən heç də turist marağı deyildir. Onlar bu müqəddəs məkana - Od Məbədinə öz ulu əcdadları kimi həm də ziyarətə gəlir, oda, atəşə, xeyirxah ruhlara dualar oxuyurlar. Novruz bayramlarında isə bura gələn müsəlmanlar həm də qurbanlar kəsirlər. Suraxanı Atəşgahı unikal şedevr və milli maddi sərvət kimi bu gün də qədim din olan zərdüştiliyin ardıcılları haqqında ən müfəssəl məlumat verən, bütün yer üzündəki iki nadir atəşgahdan birincisi olaraq qalmaqdadır. Mənbə: Mədəniyyət qəzeti Müəllif: C. Tağıyev  
['atəşgah', 'tarixi abidələr']
5,438
https://kayzen.az/blog/Old_Baku_/6145/10-faydas%C4%B1z-x%C3%BCsus.html
10 faydasız xüsus
Old_Baku_
Bloq: Old Baku
4 iyul 2011, 19:24
Sizə təqdim etdiyim bu kiçik məqalə böyük İslam alimi İbnul-Qayyim əl-Cevziyyənin (691- 728 h.) müsəlmanın qəlb və ruh tərbiyəsinə dair qələmə aldığı əl-Fəvaid adlı kitabından alınmışdır.  Bir çox faydalı əsərlərin müəllifi olan İbn Qayyim hədis, fiqh, üsul və qrammatika üzrə söz sahibi olan dəyərli alimlərdəndir. Mədəniyyətimizin əsas qaynaqları olan bu alimlərin əsərlərini oxumaq və həyatlarını öyrənmək müsəlman kimi dəyərlərimizə hörmətin göstəricisidir.. Faydasız on xüsus.On ədəd xüsus vardır ki, zay olmuşdur və insana heç bir fayda verməz: 1.Əməl edilməyən elm.2.İxlassız və boş-boşuna, nəzarətsiz görülən əməl.3.İnfaq (Allah üçün xərcləmə) edilməyən mal. Necəki, insan bu dünyada yığdığı maldan faydalanmaz, eləcə də axirətdə də bu malı ona fayda verməz.4.Allaha məhəbbətdən, Ona qarşı şövq duymaqdan və Onu özünə dost qılmaqdan uzaq olan qəlb.5.Ona itaət və ibadətdən uzaqlaşmış bədən.6.Əsl Sevgilinin (Rəbbimizin) rizasına və əmrlərinə uymayan sevgi. 7.Boşa keçirilən ya da xeyir və Allaha yaxınlıq hasil etməkdən uzaq olan vaxt.8.Faydasız və boş şeylər üzərində cərəyan edən fikir.9.Səni Allaha yaxınlaşdırmayan və dünyanı islah etməyə səbəb olmayan xidmət.10.Nəfsini və Allahı tanımadığın halda Ona qorxu və ümid bəsləməyin. Bu zikr edilən ziyanlardan daha böyük iki ziyan vardır: 1.Qəlbin zay olması.2.Vaxtın zay olması. (Yəni itirilərək məhv edilməsi.) Qəlbin zay olması; dünyanı axirətin önünə keçirməkdir. Vaxtın zay edilməsi isə tuli-əməldir (tuli-əməl - yəni, hər hansı bir əhəmiyyətli işi sonraya, sabaha saxlamaq). Beləliklə fəsad ümumilikdə həvaya (nəfsə) tabe olma və tuli-əməldə tomlanmış olmaqdadır. Və islah da öz növbəsində hidayətə tabe olma və Allahla qarşçılaşacağı o günə  hazırlıq görmə ilə meydana gəlməkdədir.Həqiqətən Allah mu'indir (yardım istəniləndir).Heyrət ediləcək bir məsələ var. İnsanın bir ehtiyacı olduğu zaman uişdə diləyini yerinə yetirilməsi üçün Allaha yönəlməkdədir. Cəhalət və üsyan ölümündən qəlbin dirilməsi üçün də, şəhvət və şübhə xəstəliyindən sağalmaq üçün də Ona dua edər. Ancaq o zaman ki, qəlb artıq ölmüşdür ümumilikdə ölmüşdür bütün bu üsyanını şüur etməz. Eynən ölülərin heç nəyi hiss etmədiyi kimi.    
['islam']
5,439
https://kayzen.az/blog/dusundurucu-hekayeler/6144/heyr%C9%99tamiz-cavab.html
Heyrətamiz cavab
ORIGINAL
Düşündürücü hekayələr
4 iyul 2011, 18:08
Uimbildonun-un ilk əfsanəvi zənci çempionu Artur Aşe ölümcül bir xəstəliyə tutulmuşdu. Bir gün onu sevənlərdən biri soruşdu: -"ALLAH belə bir xəstəlik üçün niyə məhz sizi seçdi?" Artur Aşe cavab verdi: -"Bütün dünyada 50 milyon uşaq tennis oynamağı öyrənir. 500 mini peşakar tennisçi olur. 50 mini yarışlarda iştirak edir. 5 mini böyük turnirlərə vəsiqə alır, 50-si Uimbldona qədər gedib çatır, 4-ü yarımfinala, 2-si finala qədər yüksəlir... Əlimdə çempionluq kubokunu tutanda (yaxşı günümdə) Allahdan “niyə məhz mən?” deyə soruşmadım, bu gün ağrılar içində qıvrıldığım bir vaxtda (pis günümdə) necə soruşa bilərəm?"
['düşündürücü hekayələr', 'heyratamiz cavab', 'həyatın içindən']
5,440
https://kayzen.az/blog/aforizmler/6143/iki-%C5%9Fey.html
İki şey
Old_Baku_
Hikmət dənizi və aforizmlər
4 iyul 2011, 16:07
İki şey dəyərsiz insanın xüsusiyyətidir:1- Şikayət etmək2- Dedi-qodu İki şey həlli mümükünsüz kimi görünən problemi həll edər:1-Baxış tərzini dəyişmək2-Qarşısındakının yerinə özünü qoymaqİki şey həyatda səhv addım atmağın qarşısını alar:1-Şəxsləri və hadisələri ağlın süzgəcindən keçirmək2-Kiminsə haqqını yeməkdən çəkinmək İki şey insanı gözdən salar: 1-Demaqoqluq2-Özünü öymək İki şey insanı dəqiq olmağa sövq edər:1-İradəyə hakim olmaq2-Ətrafa uyğunlaşa bilmək xüsusiyyəti İki şey insanın daha da dəyərli olmasına kömək edər:Natiqlik sənətini daha dərindən öyrənməkBaşa düşərək sürətli oxumaq İki şey insanın irəliləməsinə mane olar:1-Qərarsızlıq2-Cəsarətsizlik İki şey hər zaman boş yerə zəhmət çəkməməyinə kömək edər:1-Qabiliyyət2- Sevdiyin işin arxasınca getmək İki şey uğurun açarıdır:1-Ustalardan ustalığı öyrənmək2-Düşüncələrini saf-çürük etmək İki şey uğuru xoşbəxtliklə birgə əldə etməyinə zəmin yaradar: 1-Niyyətin saf olması2-Mənəvi paklıq İki şey səni milyonlarla insandan ayırar:1-Problemin deyil, onun həlli yollarının iştirakçısı olmaq2-Həyata və hər şeyə fərqli baxış tərzi ilə baxmaq İki sey tərəqqiyə mane olar:1-İfratçılıq2-Baş verən fəlakətlər qarşısında sınmaq İki şey problemin həllini tezləşdirər:1-Təbəssüm2-Susmaq İki şeyin dəyəri itirildiyi zaman bilinər:1-Ana2-Ata İki şeyi geri qaytarmaq mümkün deyil:1-İtirilən zaman2-Deyilən söz İki şey həqiq sondur:1-Cənnət2-Cəhənnəm İki şey üçün mübarizəyə dəyər:1-Sevgi2-Elm İki şey həyatta mühüm olan hər şey üçündür:1-Nəfəs ala bilmək2-Nəfəs verə bilməkHəmçinin bax:dörd şey
['insan və onun hisləri']
5,441
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/6142/%C5%9F%C3%BCkr%C9%99-d%C9%99v%C9%99t.html
Şükrə dəvət
Old_Baku_
islam dininin əsasları
4 iyul 2011, 15:52
İnsan övladı yaradılış etibarı ilə nəfs, iradə, düşüncə v.s. bu kimi xüsusiyyətləri ilə bütün varlıqlardan fərqləndirilmişdir. Bu fərqlilik özü ilə yanaşı ona yer üzündə üstünlük verir. Bütün məxluqatdan üstün olma imkanı:"(Ey Rəsulum!) Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam", - dedikdə (mələklər): "Biz sənə şükr etdiyimiz, şəninə təriflər dediyimiz və səni müqəddəs tutduğumuz halda, sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?"- dedilər. (Allah onlara:)"Mən bildiyim şeyi siz bilmirsiniz!" - buyurdu." Bu üstünlüyü ən şərəfli varlığına verən Aləmlərin Rəbbi mələklərin verdiyi sualın həqiqətini  əlbəttə ki bilirdi, fərqli təfsirlərə görə bu sual mələklərin əvvəlcədən onlardan fərqli varlıqların yaradılış etibarı ilə üsyankar, nifaq törədən olduğundan qaynaqlanırdı. Həmçinin yeni yaradılan, Aləmlərin rəbbinin yer üzərindəki xəlifəsi məsum deyildi, nurdan da yaradılmamışdı. Müxtəlif rəngləri, müxtəlif xüsusiyyətləri özündə daşıyan torpaqdan yaradılmışdı. Torpaq da əkin, münbit, şoran, qəhvəyi, sarı, boz olduğu kimi bu xüsusiyyətlər də ona keçmişdir. "İnsanı (Adəmi) saxsı kimi (toxunduqda səs çıxardan) quru palçıqdan yaratdı. Xəlifəlik - aləmlərin rəbbinin yer üzərindəki xəlifələyi nurdan yaranan mələklərə verilmədiyi halda torpaqdan yaranan insana verildi. Ən üstün kərəm sahibi haqqımız olmayan ən üstün vəzifəni bizə verir, əvəzində isə ona heç bir tanrını, tanrılaşdırılmış hər hansı bir şeyi şərik qoşmamağı, kəlimeyi şəhadət gətirərək dininə girməyi, heç bir məcburiyyət olmadan dinini seçməyi amma seçdikdən sonra həqiqətən dininə sahib çıxmağı istəyir. "Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Tağutu (Şeytanı və ya bütləri) inkar edib, Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olar. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!" Qismətimizə yazılan uzun faydasız və yaxud qısa yadda qalan ömrümüzdən ibadətlərimiz bəlkə də üst-üstə toplansa gündə bir saatımız, ildə bir ayımızı, illik gəlirimizdən az bir qismini, doğru, dürüst, sadiq olmağı, sözündə durmağı, qürurlu və yeganə şükr sahibinə qulluq etməklə bütün yalançı qulluqlardan azadedir bizi. Şükrə şükrlə, yaxşılığa yaxşılıqla, hörmətə hörmətlə qarşılıq verildiyi halda nədənsə hər şeyimizi yaradan, qüsursuz xilqətimizi, gözümüzün nuru övladlarımızı, hər şeydən çox sevdiyimiz mülkü bizə verən rəbbimizə layiq şəkildə nə üzərimizdə olan vəzifəsini, nə də dininə özümüzü mənsub edərək həyatımızı ona layiq yaşamaq istəmirik. Çox vaxt da ən tutarsız təsəllimiz qəlb təmizliyi, "özümüz təyin etdiyimiz" vaxt bolluğu, ildə bir dəfə bir yetimi sevindərməyimiz, ya da bir aydan bir ziyarətgahda 5 və ya 10 dəqiqə etdiyimiz dualar olur. Qəribədir, insan övladı özü inanmadığına özünü inandıraraq olduğu kimi yaşamağa deyil, yaşadığı kimi olmağa çalışır. İddiasını da Allaha olan imansız sevgisi, inancsız müsəlmanlığı və əməlsiz ibadətləri ilə sübut etməyə çalışır. Halbuki hər şeyin sübutu var Rəbbimiz buyurduğu kimi:"(Ey Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" İstəyimiz minnətimizlə qulluq borcunu zəiflədən yaxud da bunun fərqinə varmayan insanları nəfislərini silkələmək deyil, ancaq bunu özləri də nə vaxtsa etməli və həyatda olan ən böyük borclarının fərqinə varmalı olduğunu bildirməkdi. Nə isə mən davam edirəm özüm də daxil olmaqla hər birinizə qulluq minnəti qoymağa. Eybi yox minnət günahı qazanmağa razıyam nəticəsi xeyirli olacaqsa, özünüz dediyiz kimi günahı mənim boynuma. Beləcə həyatımızın qısa olduğundan, vaxtımızın azlığından şikayətlənirik çox vaxt. İddia edirik ki, hələ vaxtım yoxdur, inşallah müsəlmanam, amma həqiqi müsəlman olmağa 3 və ya 4 ildən sonra başlayacam. Hətta özümüzü hər şeyə hazır bildiyimiz halda ən pak əməllərə, ruhumuzun təmizlənməsinə, mənəviyyatımızın yüksəldilməsini nəfsimizi hazır bilmirik. "40"dan sonra psixologiyası ilə ömrümüzü davam etdiririk, gündə vaxt yoxluğundan şikayət edərək saatlarla baxdığımız verlişlərlə, seriallarla, həyatımızı istədiyi kimi idarə edən şou biznes xəbərləri v.s.-lərlə. Bir dəqiqəsini belə qaçırmırıq gəncliyimizi, düşüncəmizi yaşanmayan qərb, Braziliya adətlərinə bağlayan kinoların, ya da idman, əyləncəvi oyunların. Maraqlıdır o an, bəhanəmiz haqda fikirləşirik, yəqin onda da bir bəhanə tapırıq özümüzə. (Nə olduğunu bilmək istərdim?)İllərin çətinliyinə qatlanan nəfsimiz bəzən gün ərzində bir saatlıq namaz kimi peyğəmbərimizin gözünün nuru adlandırdığı ibadəti yerinə yetirməyə çətinlik çəkir. Həqiqətənmi çətindir səni Yaradana səcdə edərək, hər səcdə ilə Onun nəzdində yüksəlmək, yoxsa həqiqətən çətindir namazda qiyama durmaqla bütün əzəmətli dağlardan da Allah qatında ucalmaq, yoxsa hər rəkatınla onun rəhmətini qazanmaq və ya hər namazınla cənnətinə daha da yaxınlaşmaq. Yoxsa cənnətimiz dünyamızdır deyirsiniz, bəlkə artıq özünüzü cənnəti qazananlardan hesab edirsiniz hər bir halda "ürəyi təmizlik" psixologiyasının banisi kimi bunu iddia edə bilərsiniz. Allah rəsulunun (s.a.s.) qəlbi belə sizinki qədər təmiz olmadı ki, ibadətdən azad ediləydi, gündüzü orucla gecəsi namazda keçməyəydi. "Hz.Aişədən rəvayət olunan hədisi şərifə görə Peyğəmbər Əfəndimiz (s.a.v.) gecə boyunca ayaqları şişənə kimi namaz qılardı. Bir dəfə ona niyə görə belə edirsən, məgər Allah sənin keçmiş və gələcək günahlarını bağışlamamışdır? sualını verdim. Allah rəsulu da: Ey Aişə şükr edən qul olmayım?" cavabını verdi." Allah rəsulu (s.a.s.) qulluğun ölçüsünü bu şəkildə ifadə edir. Yaradana şükr edən bəndə olmayımmı, adına və adıma yaraşan qulluq etməyimmi, ona olan yaxınlığımı daha da artırıb, həqiqi sevgisini qazanmayımmı!? Yox deyənlərə verilən cavab əlbəttə hər kəs özünə yaraşanı və özünə yaraşdırdığını qazanar, cavabı verilər. Gəlin dəyərli müsəlmanlar,Allaha şükrümüzü namazla bildirək. "Allahım sənə şükr olsun" kəlməsi ilə kifayətlənməyək.Yoxsa Allah bizim namazımıza,dualarımıza,oruclarımıza ehtiyacımı var.Əlbəttə ki, deyil.Əksinə bizim onun şəfaətinə,mərhəmətinə ehtiyacımız var.Çünki biz həmişə nəyəsə ehtiyacı olan məxluqlarıq.
['islam']
5,442
https://kayzen.az/blog/Old_Baku_/6141/bid%C9%99t-n%C9%99dir.html
Bidət nədir?
Old_Baku_
Bloq: Old Baku
4 iyul 2011, 15:17
Bütün sosial cəmiyyətlər və ideologiyalar zaman keçdikcə yeniliyə və dəyişikliyə ehtiyac hiss etmişdir. Lakin İslamın yeniliyə baxışı birmənalı olmamışdır. İslam terminologiyasında yenilik "bidət" adı ilə ifadə olunmuş və üzərində geniş mülahizələr aparılmışdır. Lakin buna baxmayaraq çox zaman bu məsələ doğru anlaşılmamış, şəriətin məqsədi düzgün başa düşülməmişdir. Bu barədə əsas diqqət çəkən yanlışlıq dinlə əlaqəsi olmayan şeylərin bidət sayılması, bunun nəticəsi olaraq da elmə, texnologiyaya biganə yanaşılmasıdır. Bu məqalədə çatdırmaq istədiyim əsas məsələ də bundan ibarət olacaq.İslam dinində başlıca inanc əsasları açıqlanmış, Müsəlmanların ibadət həyatları ilə bağlı mükəlləfiyyətləri ayrı ayrılıqda bildirilmişdir. "Bu gün sizin üçün dininizi kamala yetişdirdim" (Maidə 5/3) ayəsi də bunu isbat edir. Bu onu göstərir ki, o gündən sonra dinə edilən hər hansı bir əlavə və əskiltmə dinin təhrif edilməsi kimi qiymətləndiriləcəkdir. Quranın Yəhudilik və Xristianlığın bu dinlərə edilən yaxşı və pis niyyətli bəşəri müdaxilələr nəticəsində pozulduğunu dönə-dönə bildirməsi də bu məqsədə yönəlmiş bir xəbərdarlıqdır.Ərəb dilində hərfi mənası icad etmək, inşa etmək, ortaya qoymaq mənasındakı "bd'a" kökündən əmələ gələn bidət, "əvvəllər bənzəri olmadığı halda sonradan ortaya çıxan" mənasına gəlir. Bidət sözünün bu mənası Qurani-Kərimdə də yer almışdır (Əl-Əhqaf 46/9; Əl-Hədid 57/27). Eyni zamanda Allanın gözəl isimlərindən biri də Bədi'dir. Termin olaraq isə bidət sözü Peyğəmbərin (s.a.s) vəfatından sonra ortaya çıxan, şəri bir dəlilə əsaslanmayan əqidə, ibadət, fikir və davranışların hamısına verilən bir addır.Bidətin tərifi ilə bağlı İslam alimləri iki fərqli görüşə sahibdirlər. Bir qrup bidəti geniş çərçivədə ələ almış və bidət "Peyğəmbər (s.a.s)-dən sonra ortaya çıxan hər şeydir" demişdir. Bidət sözünün əsl mahiyyətinə görə deyil, hərfi mənasına əsasən söylənmiş bu tərifə görə nəinki dini xarakterli fikir və davranışlar, həmçinin müsəlmanların gündəlik sosial həyatları ilə bağlı olan və sonradan ortaya çıxan hər cür yeni fikir, düşüncə, davranış və adətlər də bidət hesab olunmuşdur. Başda İmam Şafii olmaqla Nəvəvi, İzzəddin b. Abdussalam, Malikilərdən Şəhabəddin əl-Karafi, Zürqani, Hənəfilərdən İbn Abidin, Hənbəlilərdən Əbu əl-Fərəc, İbn əl-Cövzi, Zahirilərdən İbn Hazm bidəti bu şəkildə qəbul edən alimlərdilər. Bu alimlər öz görüşlərini Peyğəmbər (s.a.s) və Səhabələrdən nəql edilən bəzi xəbərlərə əsaslandırırlar. Məsələn, Müslim, Nəsai, İbn Macə kimi mühəddislərin nəql etdiyi bir rəvayətdə Peyğəmbərin (s.a.s) "Kim  məndən sonra İslamda gözəl bir yol açarsa, ona həm açdığı yolun savabı həm də savabları azaldılmamaq şərtilə o yolda gedənlərin savabı verilər. Kim də pis bir yol açarsa, ona həm bu əməlinin günahı həm də o yolda gedənlərin günahı yüklənər." Başqa bir rəvayətdə isə Hz. Ömər camaatla təravih namazı qılanları gördüyü zaman "Bu nə gözəl bir bidətdir." demişdir (Buxari, Təravih, 1; əl-Muvatta, Ramazan, 3).Bidət sonradan ortaya çıxan hər şeydir desək və bu məsələyə "hər bidət dalalətdir, hər dalalət də cəhənnəmlikdir" (Müslim, Cuma, 43; Əbu Davud, Sünnət, 6) prinsipi ilə yanaşsaq o zaman Müsəlmanların həyatı həddindən artıq çətinləşər və yaşanılması çox çətin olan bir hal alar. Məhz bunu düşünən alimlər bidəti yaxşı bidət (bidəti-həsənə) və pis bidət (bidəti-seyyiə) deyə iki hissəyə ayırmışlar. Bu ayırıma görə Quranı bir müshəfdə toplamaq, təravih namazını camaatla qılmaq, hədis kitabları yazmaq, minarə və mədrəsə inşa etmək yaxşı bidətə, qəbirlərin üzərində türbə tikmək və oralarda şam yandırmaq isə pis bidətə misal olaraq göstərilə bilər. Bu görüşə görə Peyğəmbərin (s.a.s) hədislərində tənqid və rədd olunan bidətlər məhz həmin pis bidətlərdir. Bundan başqa Şafii fəqihlərindən İzzəddin b. Abdussalam daha da irəli gedərək bidəti mükəlləfin fellərinə uyğun olaraq vacib, məndub, mübah, məkruh və haram olmaqla beş qismə bölmüşdür. Bidəti məhdud çərçivədə ələ alan digər bir qrup alimlərə görə bidət "Hz. Peyğəmbərdən sonra ortaya çıxan, dinlə əlaqəli olub əlavə və ya əksiltmə mahiyyətində olan hər şeydir". Bu görüşdə olan alimlərə misal olaraq Malikilərdən başda İmam Malik olmaqla Turtuşi, Şatibi, Hənəfilərdən Bədrəddin əl-Ayni, Birqivi, Şafiilərdən Beyhaqi, İbn Həcər əl-Əsqalani, İbn Həcər əl-Heytəmi, Hənbəlilərdən Taqiyuddin b. Teymiyyə və İbn Rəcəb göstərilə bilər. Bu görüşə görə hər hansı bir adət, alət və davranış bidət ola bilməsi üçün dinə qatılması-dini mahiyyətdə olması, iman və ibadətlər çərçivəsində olması lazımdır. Yəni dinlə əlaqəsi və dini mahiyyəti olmayan şeylər bidət sayılmaz. Məsələn, bir insanın vücudunu inkişaf etdirmək üçün hər səhər müəyyən qədər qaçması, sonra bir yerdə dayanıb müəyyən hərəkətlər etməsi caizdir. Bunlar Hz. Peyğəmbər dövründə edilməmiş olsa belə bidət deyildir. Ancaq həmin hərəkətlər ibadət olsun deyə edilər və ya ibadət sayılarsa bidət olar və caiz olmaqdan çıxar. Çünki İslamda ibadətlərin yeri, zamanı və şəkli açıq aydın bildirilmişdir. Heç kimin bunları dəyişdirmə, artırma və əskiltmə səlahiyyəti yoxdur. Bu görüşə görə örf və adət olan davranışlar bidət sayılmamışdır.Bu arada bidət haqqındakı görüşləri və bu haqda yazdığı əl-İ'tisam adlı əsəri ilə diqqət çəkən Şatibi bidəti "sonradan ortaya çıxan dini görünüşlü yol" kimi tərif etmişdir. Şatibiyə görə insanlar bu yola Allaha daha çox qulluq etmək istədikləri üçün düşürlər. Dini olaraq görülməyən və dini olaraq tələqqi edilməyən xüsuslar bidət sayılmaz. Məsələn, bir insanın halal olan bir şeyi özünə qadağan etməsi bidət deyil, ancaq bu qadağanı özü üçün dindarlıq hesab etməsi bidətdir. Bu baxımdan bidətin yaxşı və ya pis olaraq qiymətləndirilməsi doğru olmaz. Çünki yaxşı bidət deyə bir şey yoxdur. Yaxşı bidət deyə adlandırılan şeylər əslində bidət olmayan şeylərdir. Buna əsasən Şatibi, İzzəddin b. Abdussalamın bidəti beş qismə ayırmasına qarşı çıxmışdır. Şatibiyə görə şər'i əsası olmayan bir hərəkət və davranış bidət sayılmayacağı kimi, hər bidət pisdir, yaxşı bidət sayılan şeylər isə əslində bidət deyil. Bidəti dar çərçivədə ələ alanlar görüşlərini "İşlərin ən çirkini sonradan ortaya çıxardılanlardır" (Müslim, Cuma, 43), "Sonradan ortaya çıxardılan hər şey bidətdir." (Nəsai, 'İdeyn, 22; İbn Macə, Müqəddimə, 7) və "Hər bidət dalalətdir" (Müslim, Cuma, 43; Əbu Davud, Sünnət, 6) kimi hədislərin hərfi mənalarına deyil, ifadə etdiyi mənalara əsaslandırmışlar. Dəlil olaraq digər qrupun istifadə etdiyi hədisləri də öz görüşlərinə uyğun olacaq şəkildə izah etmişlər. Məsələn , onlara görə digər qrupun istifadə etdiyi "Kim İslamda gözəl bir yol açarsa..." hədisi əslində "Kim İslamda gözəl bir yolu (yəni Sünnəti) ihya edərsə..." anlamındadır. Hz. Ömərin təravih namazını camaatla qılanları gördüyü zaman söylədiyi "Nə gözəl bir bidətdir" sözündəki bidət kəlməsi isə termin olaraq deyil,  hərfi mənada istifadə olunmuşdur.Fikrimcə ikinci görüş daha doğru və daha məqsədəuyğundur.. İlk olaraq onu qeyd edə bilərik ki, bidətə birinci qrup alimlərin nəzəri ilə baxsaq, bu məsələ həddindən artıq çətinləşər. Ona görə ki, problemin əhatə dairəsi genişləndikcə onun içindən çıxmaq da çətinləşir. Yəni problem nə qədər az olarsa onu aradan qaldırmaq da bir o qədər asan olar. Digər bir səbəb isə ondan ibarətdir ki, bidətin əhatə dairəsi bu qədər genişləndiyi zaman Müsəlmanlar bu məsələdə bir qarmaqarışıqlıq içərisinə düşmüş olarlar. Məhz buna görədir ki, bəzən mikrofonla azan vermək və ya xütbə oxumaq bidət sayılmışdır. Bu zaman yaxşı bidət və pis bidət məsələsi işə düşür. Burada da yenə problem yaranır. Birinin yaxşı bidət dediyi bir şeyə digər birisi pis bidət deyir. Məsələyə bu nöqteyi-nəzərdən baxdığımız zaman belə bir məntiqi nəticə çıxır ortaya: Peyğəmbərdən (s.a.s) sonra ortaya çıxan hər şey bidətdirsə, o zaman Peyğəmbərdən (s.a.s) sonra dünyaya gələn insanlar da bidətdir. Bu halda mömin insanlara yaxşı bidət, kafir insanlara isə pis bidətmi deyəcəyik? Əlbəttə ki, bu absurddur. Ona görə də məsələni dini mövzular çərçivəsində ələ almaq və o cür də başa düşmək lazımdır. Buna görə bidət müzakirəsi dini mahiyyəti olan şeylər üzərində aparılmalıdır. Buraya qədər qeyd etdiklərim bidətin əsl mahiyyəti ilə bağlı olan əsas məsələlər idi. Bir az daha irəli gedərək bidətin yaranma səbəblərini bilməyimizdə də fayda vardır. Belə ki, bidətin yaranmasının bir çox səbəbləri vardır. İslamın qısa müddət ərzində müxtəlif sosial və mədəni xarakterə sahib olan millətlər arasında yayılmasını başlıca səbəb olaraq göstərə bilərik. Belə ki, bu cəmiyyətlərin bəzi xüsusiyyətləri İslamla qarışmış və başqa bir formaya düşmüşdür. Digər tərəfdən isə bəzi islami hökmlərin həmin cəmiyyətlər tərəfindən düzgün anlaşılmaması da bidətlərin İslam aləminə ayaq açması üçün bir zəmin təşkil etmişdir. İslam toplumunun digər toplumlarla yaxın münasibətdə olması və bunun nəticəsi olaraq o toplumlara məxsus olan bir sıra yanlış fikir və davranışların İslama sızması da bu səbəblər arasında qeyd oluna bilər. Eyni zamanda bir sıra xurafatların və köhnə dinlərin qalıntılarının bu dinin saflığını pozmaq üçün bilərəkdən İslama qatışdırılması da başqa bir səbəbdir. Amma buna baxmayaraq bir sıra bidətlər ortaya çıxmışsa da, bu bidətlər İslamın ana prinsiplərini zədələyə bilməmiş, asanlıqla müəyyən edilərək zərərsizləşdirilmişdir.
['islam']
5,443
https://kayzen.az/blog/marstrat/2482/7.1-m%C3%BC%C5%9Ft%C9%99ril%C9%99r-haqq%C4%B1nda-n%C9%99yi-bilm%C9%99k-laz%C4%B1md%C4%B1r.html
7.1 Müştərilər haqqında nəyi bilmək lazımdır?
marketoloq
Marketinq strategiyaları
4 iyul 2011, 09:56
Müştərilər haqqında lazımi informasiyanı ümumiyyətlə cari və gələcəyə aid informasiyalara bölmək olar. Mövcud müştərilərlə bağlı əsas suallar: 1) Bazarda əsas məqsədli müştərilər kimlərdir? 2) Onlar üçün dəyərli nədir? 3) Onlarla necə yaxınlaşmaq olar? 4) Onlara xidməti necə yaxşı­laşdırmaq olar? O ki qaldı gələcək informasiyalara, bilməyimiz vacibdir: 1) Müştərilər, onların ehtiyacları və tələbatları necə dəyişəcək? 2) Yeni hansı müştəriləri cəlb etmək lazımdır? 3) Biz bunu necə etməliyik? 7.1.1 Mövcud müştərilər haqqında informasiyalar Mövcud müştərilərin müəyyənləşdirilməsi çıxış nöqtəsidir. Cavab həmişə aydın deyil, çünki müəyyən məhsul və ya xidmətin alınması və istifadə edilməsində müxtəlif şəxslər iştirak edə bilər. Müştərilər və istehlakçılar – bunlar həmişə eyni insanlar deyillər. Müştəriləri müəyyənləşdirməyə imkan verən metod alışla bağlı bir çox situasiyalarda həyata keçirilən beş əsas rola əsaslanır. Çox vaxt bu rollardan bir neçəsini və ya hamısını eyni bir insan həyata keçirə bilər, lakin, ayrı-ayrılıqda hər bir rolun vacibliyinin qəbulu, məqsədli müştərilərə daha dəqiq istiqamətlənmiş marketinq fəaliyyəti istiqamətində faydalı addım ola bilər. Bu rollar aşağıda təsvir olunmuşdur: Təşəbbüskar. Bu, müştərinin tələbatının həlli istiqamətinin axtarılmasına sürükləyən şəxsdir. Şokolad batonunun alışı halında təşəbbüskar şəxsi yemək tələbatını dərk edən  acmış uşaq ola bilər. Supermarketdə tezliklə satılacaq müəyyən məhsul xəttinə təkrar sifarişlə bağlı təşəbbüskar mal ehtiyatlarına nəzarətə etməyə məsul olan şəxs və ya hətta sifarişlərin avtomatlaşdırılmış işlənmə sistemi də ola bilər. Şəkil. 7.1. Kimdir müştəri? Nüfuzlu şəxslər. Nüfuzlu şəxslər – onlar, alış qərarına təsir gös­tərə bilən insanlardır. Ola bilsin ki, uşaq şokolad batonunun alınması məqsədilə onun axtarılmasının təşəbbüskarı ola bilər, lakin, valideynlər faktiki olaraq hansı məhsulun alınacağına ciddi təsir göstərə bilirlər (nəğd pul vəsaitlərinə nəzarət edərək). Super­marketdə alıcılar sifarişlərə ciddi təsir göstərirlər, çünki, mağa­zada tələb olunan məhsullar ən çox ehtimal edilən sifarişlərdir. Qərar qəbul edən şəxslər. Təşəbbüskarların və nüfuzlu şəxslərin fikirlərini nəzərə alan müəyyən şəxslər, faktiki olaraq, hansı məhsulun və ya xidmətin alınacağına dair qərar verirlər. Şokolad batonu halında bu rol təşəbbüskara və ya nüfuzlu şəxsə aid ola bilər. Supermarketdə, qərar qəbul edən şəxs qismində, alışa aid olan brendlərin spesifikasiyasını tərtib edən, sifarişlərin həcmini müəyyənləşdirən və s. işlərlə məşğul olan merçandayzerlər çıxış edə bilər. Alıcı. Alıcı – məhsulu və ya xidməti faktiki əldə edən şəxsdir. O, məhsul və ya xidməti almaq üçün pul ödəyir. Bu şokolad batonunu alan valideyn və ya uşaq ola bilər. Sənaye alışı sahəsində, o, adətən, müxtəlif amilləri nəzərə alaraq qərar qəbuluna təsir göstərən, nəhayət, pulla maksimal mümkün dəyəri əldə etməyə çalışaraq sifarişləri yerləşdirən peşəkar şəxsdir. İstifadəçi. Nəhayət, məhsulun və ya xidmətin son istehlakçısı rolun­da təklifdən istifadə edən şəxs çıxış edir. Şokolad batonu si­tua­siyasında, bu, uşaq olacaq.  Supermarket misalında isə - super­marketin müştəriləri. Alışla bağlı istənilən situasiyada alışa və istehlaka təsir göstərən bütün ehtimal edilən şəxslər dəqiq şəkildə təsəvvür edilməlidir. Əgər müxtəlif şəxslər müxtəlif roldadırlarsa, onda, onların hər birinə xüsusi marketinq yanaşmasınının tətbiq edilməsi lazım gələ bilər. Bu şəxslərdən hər biri alış və istehlak prosesində müxtəlif faydalılıq əldə etməyə cəhd göstərə bilərlər. Əgər müxtəlif rolları eyni bir fərd yerinə yetirirsə, onda, həmin anda fərdin alış/istehlak prosesinin hansı mərhələsində olmasından asılı olaraq müxtəlif yanaşmalar faydalı ola bilər (şəkil 7.2). Bu kitabın əsas mövzusu ondan ibarətdir ki, əksər bazarlar seq­ment­ləşdirilmişdir; başqa sözlə, müxtəlif müştəri qrupları müxtəlif faydalılıq tələb etdikləri vaxt, onlar, bütövlükdə analoji məhsul və ya xid­mət istehlak edir və ya alırlar. Müxtəlif müştərilərin kimlər olduğunu və onların hansı rol oynadıqlarını müəyyən edərək, onlar, üçün nəyin dəyərli olduğu məsləsinə baxmaq olar. Yuxarıda təsvir edilən qərar qəbul etmək hüququna malik (DMU) hər bir təsərrüfat vahidi nümayəndələri üçün alışın müxtəlif aspektləri əhəmiyyətli ola bilər. Misal üçün, uşağın şokolad batonu alması situasiyasında müxtəlif fay­dalılıqlar aşkar edilə bilər. Uşaq / təşəbbüskar / qərar qəbul edən şəxs / is­tehlakçı xoş hisslər keçirir və toqqasının altını bərkidir. Valideyn / nü­fuzlu şəxs uşağı qida məhsulu seçməyə yönəltdiyinə və pula görə yüksək dəyərlilik əldə etdiyinə görə həzz alır. Sənaye alışı situasiyasında isə, deyək ki, traktor alışı zamanı, istifadəçi (sürücü) rahatlığa və idarəetmənin asanlığına can atdığı halda, qərar qəbul edən şəxs (yüksək rəhbərlik) iqtisadi məhsuldarlığı daha vacib hesab edir, alıcı isə (təchizat şöbəsinin əməkdaşı), ehtimal ki, səmərəli alışlarda öz qabiliyyətini nümayiş etdir­mək naminə istəyər ki, sövdələşməni topdansatış partiyalarla bağlan­ma­sına nail olsun. Aydındır ki, qərarın qəbuluna təsir göstərən hər bir şəxsin əhəmiyyətini qiymətləndirmək, həmçinin, proses gedişində onların hər birindən alınan fay­danı bilmək lazımdır. Şəkil 7.2 Müştərilərin dərki - əsas suallar Hər bir təsir göstərən şəxsi motivləşdirən amillər müəyyən­ləş­dirildikdən  sonra, diqqət onları hansı şəkildə təchizatçıya yaxın­laş­dır­mağa verilir. Əlavə faydalılıqlı təklif üsullarını öyrənmək olar (daha yaxşı hissi duyğular, qidalandırıcı dəyərliliyin artırılması, pulla əldə edilən daha yüksək dəyər). Buraya “əlavə” məhsul formasında məhsula xidmət təklifin genişləndirilməsi də aid ola bilər.   Sənaye alıcıları üçün yaxınlaşma üsulu, həm alıcılar, həm də təc­hizatçılar üçün dəyərliliyi artıran qarşılıqlı faydalı alyansların yaradılması ilə bağlıdır. Yapon müəssisələrinə, istehsal məqsədləri üçün lazımi keyfiyyətli material – yarımfabrikatlarının fasiləsizliyini “anında” təmin edən təchizatçılarla yaxınlaşma xarakterikdir. Daha keyfiyyətli xidmət münasibətlərin möhkəmlənməsinə səbəb olur və müştərilərə təchizatçılarını təyişməyə imkan vermir. ABŞ-da apa­rılan tədqiqatlar göstərdi ki, uğursuz sövdələşmələrin 20 faizdən azı qeyri-kafi məhsuldan, 20 faizi isə yüksək (nisbətən) qiymətlərdən şərtlənib. Sövdələşmədən imtinanın əsas səbəbi pis xidmətdir – 40 faizdən çox halda. 7.1.2 Gələcək müştərilər haqqında informasiya Yuxarıda sadaladığımız problemlər mövcud müştərilərlə bağlıdır. Bununla belə kompaniyaların gələcəyi üçün bu müştərilərin necə dəyişəcəyi vacibdir. Müştərilərin təhlili üçün lazım olan iki əhəmiyyətli dəyişiklik tipi mövcuddur. Birinci tip dəyişikliklər mövcud müştərilərin arzularının, tələ­bat­larının və gözləntilərinin dəyişməsidir. Rəqabət intensivləşdikcə müş­tərilər üçün təklif assortimenti genişlənir. Təkliflərin çoxluğu tələbat və gözləntilərin artmasına səbəb ola bilər. Belə tip dəyişikliyin öhdəsindən gəlməyin yeganə yolu daimi təkmilləşmədən keçir (va yaxud “Kaizen” yapon metodu). “Hi-fi” sinif aparatları bazarında kompakt – disk səsləndiricisi kimi ayrı-ayrı əhəmiyyətli yeniliklərlə bərabər məhsulun daimi tək­mil­ləşməsi həm səsin keyfiyyətli emalı, həm də avadanlığın portativliyi ilə bağlı müştərilərin gözləntilərini stimullaşdırır. 1980-cı illərdə və ya hətta 1990-cı illərdə məşhur olan məhsulları təklif edən 2000-ci illərin isteh­salçısı müəyyən edəcək ki, onun müştəriləri artıq qaçmış və rəqiblərin təkliflərinə üstünlük vermişlər. İkinci tip dəyişikliklər potensial olaraq daha cazibədar məqsəd müştəriləri kimi meydana gələn yeni alıcılarla bağlıdır. Müəyyən zaman anında cazibədar olmayan seqmentlər gələcəkdə daha cəlbedici ola bilər­lər. Sosial, mədəni və iqtisadi dəyişikliklər həyat səviyyəsinə təsir gös­tər­dikcə, onlar həm də məhsula və xidmətə olan tələbdən də yan ötüşmürlər. Misal üçün, indi, sağlamlığa və ekoloji təmiz qida məhsuluna, idman və fəal istirahət üçün xidmət və ləvazimatlara tələb yüksəlmişdiyinə görə, yəqin ki, 1980-cı illərdə daha az cazibədar olan bazarlar indi çiçəklənirlər. Təşkilatın öz müştərilərini təhli etmək üçün istifadə etdiyi əsas me­todlara marketinq tədqiqatı (müştərilər haqqında lazımi informasiyanın yı­ğılması) və bazarın modelləşdirilməsi (əldə edilmiş məlumatlardan nəticə çıxarmağa imkan verir) aiddir.  Bu üsulların hər biri aşağıda nəzərdən keçirilir.
['müştəri', 'istehlakçı']
5,444
https://kayzen.az/blog/ayxansevda/6135/qidalar%C4%B1n-h%C9%99zm-m%C3%BCdd%C9%99ti.html
Qidaların həzm müddəti
ayxansevda
Bloq: ayxansevda
3 iyul 2011, 16:46
Sağlam bir həyat üçün yediklərimizin həzm müddətini bilmək əsasdır. Əgər yediyimiz hər hansı bir qidanın həzm müddətini bilsək o zaman yeməkdən sonra planlaşdırdığımız idman hərəkətlərini və ya yatmağı bu müddətə uyğun şəkildə planlaşdırarıq. Beləliklə də həzm və ya digər hər hansı bir sağlamlıq problemi ilə rastlaşma ehtimalımız olmaz.Bəzi gündəlik istifadə etdiyimiz qidaların həzm müddəti tədqiqatlar nəticəsində aşağıdakı kimi göstərilmişdir.- Çay, kofe, enerji içkiləri və idmançılar üçün hazırlanmış xüsusi içkilərin həzm müddəti bir saatdır.- Proteinlə zəngin olan süd, qatıq, ağ çörək, banan, taxıl məhsulları, balıq və düyü kimi qida məhsullarının həzm müddəti iki saatdır. - Qara çörək, tort, piroq kimi şirniyyat məhsulları, yumurta, qırmızı ət (qoyun və ya mal əti) toyuq, kartof kimi məhsullar üç saat müddətinə həzm olunur.- Kolbasa, sosiska, dana ətinin qızartması, kimi məhsulları dörd saata həzm olunur.- Fındıq və fıstıq, qoz kimi məhsullar 5 saatda göbələk, qovurma və qaz əti kimi məhsullar isə 6-7 saat müdətinə həzm olunurlar.
['həzm sistemi']
5,445
https://kayzen.az/blog/stil/6133/ya%C4%9Fl%C4%B1-sa%C3%A7lar.html
Yağlı saçlar
ayxansevda
Yaraşıqlı görünüş, gözəl imic
3 iyul 2011, 16:36
Xalq arasında çirkli saçın əslində daha faydalı olduğu deyilir.Guya saçdakı yağ nisbəti onun xarici görünüşünə parlaqlıq qatır. Ancaq parlaq saç ilə yağlı saç arasında çox incə bir xəttin olduğu da həqiqətdir. Bəs yağlı saç nədir və necə meydana gəlir? Əslində "yağlı saç" deyə bir anlayış yoxdur. Yağlı olan dərinin özüdür.Belə ki, saçları düz şəxslərdə dəridən ifraz olunan yağ gün ərzində sürətlə yayıldığı halda buruq saçlılarda bu müddət daha yavaş irəliləyir. Buna görə də istifadə ediləcək şampun çox diqqətli seçilməlidir. Həddindən artıq yağlı saçları yuyarkən şampunu iki dəfə tətbiq etmək lazım ola bilər. Bundan başqa, yağlı saçlara sahib olan qadınların saçlarını necə düzəltdikləri də çox əhəmiyyətlidir. Çünki saçı tez-tez fırçalamaq və daramaq yağlanmağı sürətləndirir. Eyni zamanda saçların mümkün olduğu qədər az yığılmasında da fayda var. Saç mütəxəssislərinin fikrinə görə, yağlı saçlara sahib olan qadınlar qısa saç kəsiminə üstünlük verməlidirlər.Digər bir fikrə görə, yağ alına təmas edərək sızanaqların yaranmasına da səbəb ola bilər. Yağlanma xarici görünüşə təsir edən bir problem kimi görünsə də, əslində başqa problemlərin də başlanğıcı sayılır. Saçın həddən artıq yağlanmasının qarşısı alınmazsa, bu, tüklərin tökülməsinə, hətta kəpək və seboreik eqzamanın yaranmasına səbəb ola bilər.
['saçlara qulluq']
5,446
https://kayzen.az/blog/dieta/6132/daim-formada-qalmaq-ist%C9%99y%C9%99nl%C9%99r-%C3%BC%C3%A7%C3%BCn.html
Daim formada qalmaq istəyənlər üçün
ayxansevda
Dietologiya
3 iyul 2011, 16:35
Yay fəslinin ən böyük problemlərindən biri artıq çəkidir. Artıq çəkidən azad olmaq üçün saysız hesabsız pəhrizlər, hərəkətlər, idman və s. var. Ancaq bütün bunları yerinə yetirmək uzun müddət vaxt və səbr tələb edir. Artıq çəkidən azad olmaq üçün vaxtında görülən kiçik tədbirlər isə sizi bu problemdən azad edə və hər fəslin, xüsusilə yayın kefini çıxarmağa imkan verə bilər. Bu addımlar sayəsində siz daima formada qala biləcəksiniz.1.Porsiyaları kiçildinQadağan olunan şeylər insanları cəlb edir. Özünüzə qadağalar qoymaq yerinə hər şeydən az-az dadın. Bununla da sizdə məhrumiyyət duyğusu yaranmayacaq və artıq çəkidən azad olmaq üçün stimul yaranacaq.2. Çayı və qəhvəni şəkərsiz içinHər gün 5 qənd istifadə etdiyinizi hesablasaq, 100 kalori enerji qəbul etdiyinizi görəcəksiniz. Hər gün 100 kaloridən əl çəkərək ayda 3, ildə isə 36 min 500 kaloridən azad ola bilərsiniz. Bu isə ilin sonunda 5 kq arıqlamaq deməkdir.3. Salatların yağına diqqətYeməklərdən əlavə salatlarda istifadə etdiyiniz yağa diqqət edin. Gündə 1 qaşıqdan artıq zeytun yağı istifadə etməməyə çalışın. Yağdakı kalorini azaltmaq üçün sirkə və ya ədviyyatlardan istifadə etmək olar.4. Paxlalı qidalarHəftədə ən azı 1-2 dəfə mərcimək, quru lobya, noxud kimi qidalar qəbul etməyə çalışın. Adıçəkilən qidalardan siz ancaq suda bişirmək yolu ilə salatlarda da istifadə edə bilərsiniz. Proteinlə zəngin paxlalılar bağırsağın fəaliyyətini tənzimləyir.5. Doymuş yağSüd məhsulları alarkən onların az yağlı olanları seçməyə çalışın. Bununla gün ərzində alınan kalorinin miqdarını azaltmaq sizin öz əlinizdə olacaq.6. Spirtli içkini azaldın Spirtli içkiyə meyillisinizsə, şəraba üstünlük verin. Araq, viski kimi spirtli içkilərdə spirt 45-50 faiz olsa da, şərabda bu, 12-15 faizdir. 1 qram yağda 9, içkidə isə 7 kalori var.7. Səhər yeməyini dəyişinEyni tipli qidalanmayın. Fərqli dadları sınayın. Bəzən səhərlər meyvə və yoqurt, bəzən pendir-çörək, bəzən isə yumurta, yulaf, süd kimi qidalar qəbul etməyə çalışın.8.Yumurta yeyin1 yumurtanın sarısı ilə 3 yumurtanın ağını qarışdırın. Bununla da daha az yağ və xolesterol, daha çox protein və kalsium qəbul edə bilərsiniz.9. Aclığı ayırınAclıq fiziki və duyğusal olur. Cəsarətli olun və onları ayırmağa çalışın. Duyğusal aclıq daha çox gecə vaxtı müşahidə edilir. Bir az ehtiyatlı olmağa çalışın.10. Kalori hesablamayınKalori hesablamaq yerinə sağlam qidalar yeməyə çalışın. Hər dəfə yeməkdə 5 əsas qida qrupunun nümunələrinin olmasına diqqət edin. Bunlar süd-yoqurt, ət-balıq-toyuq, çörək və un məhsulları, tərəvəz və meyvədən ibarətdir.11. Düşüncəni dəyişinHəyat tərzinizi və düşüncənizi yeniləyin. Sağlam qidalanmağı həyatınızın bir hissəsi halına gətirin.12. "Ya həmişə, ya heç vaxt" deməyin. Bəzən pəhriziniz siz istəmədən belə pozula bilər. Ancaq "artıq pəhriz pozuldu" deyə onu dayandırmayın. Növbəti gündən pəhrizə və ya sağlam qidalanma rejiminə davam edin.
['sağlam həyat tərzi', 'düzgün qidalanma', 'qidalanma']
5,447
https://kayzen.az/blog/filosoflar/5722/budda.html
Budda
pedaqoq
Filosoflar
3 iyul 2011, 15:55
Rәvayәtә görә, Buddizmin banisi miladdan qabaq VI әsrdә Hindistanın şimalında, Himalay dağları әtәyindә doğulub yaşamış Qautama Sakiya Мunidir. O, kiçik Sakiya ölkәsinin şahzadәsi olub. Uşaq ikәn anası ölmüş, atası ikinci dәfә evlәnsә dә, Qautama öz şәхsi sarayında qayğısız böyüyüb boya-başa çatmışdır. Аncaq gәnc yaşında ikәn bir gün tәsadüfәn rast gәldiyi qoca, хәstә, ölüm sәhnәsi vә nәhayәt, yoхsul brahman onun dünyagörüşünü büsbütün dәyişir. Sәrvәt, cah-cәlal içindә yaşayan gәnc Qautama görür ki, dünyada ağır хәstәliklәr varmış, iztirablı qocalıq varmış vә nәhayәt, çarәsiz ölüm varmış... O dәrk edir ki, dünyanın firavanlığı ötәri vә tәsadüfi imiş. Yoхsul brahman isә ona bütün bunlardan хilas olmağın yolunu göstәrir. Uzun düşüncәlәrdәn sonra Qautama 26 yaşında ikәn tәzә doğulan oğlunu, gözәl, sevimli qadınını vә gәlәcәk taхt-tacını atıb tәrki-dünya olur. Gecә yarısı хәlvәti saraydan çıхıb kimsәsiz bir yerә çәkilir. Hәmin gündәn üzünü göyә tutub oturur. Аylarla, illәrlә әzab-әziyyәt dolu asket hәyatı keçirir. Nәhayәt, bir gün çәkdiyi әzab-әziyyәtlәr müqabilindә mükafatlanır, Qautamanın zәkasına işıq düşür vә o, həyatın ilahi, müqәddәs hikmәtini dәrk edir. Qautama dönüb Budda (yәni nurlanmış, dәrk etmiş) olur. Bundan sonra onun çoхlu şagirdlәri, ardıcılları, müridlәri yaranır vә onlar buddizmi qonşu Çin, Seylon, Nepal, Tibet, Yaponiya vә Cənubi-Şәrqi Аsiya ölkәlәrinә yayırlar. Buddizmә görә, hәyatda iki şey var: sәbәb vә nәticә. Nәticә iztirabdır. Sәbәb isә hәyat sevinclәrinә, dünya nemәtlәrinә bağlılıqdır. İnsanın borcu, vәzifәsi iztirabdan хilas olmaqdır. Buna nail olmaq üçün naz-nemәtdən, sәrvәt vә mәnfi emosiyalardan-paхıllıqdan, хəbislikdәn, kin-küdurәtdәn, mәrdimazarlıqdan, yalançılıqdan, ikiüzlülükdən, хәbәrçilikdәn tәmizlәnmәk lazımdır. Bütün bunlara nail olan kәs hökmәn әzabsız, iztirabsız, dәrdsiz-qəmsiz yaşayacaqdır. Buddizmin әsas kanonları şagirdlәri ilә müsahibә şәklindә yazılmış üç kitabda toplanmışdır. «Vinaya-pitaka», «Sutta-pitaka», «Аbхidхamma-pitaka». Birinci kitab özünü necә aparmaq, necә yaşamaq qaydası barәdәdir, ikinci kitabda nәsihәt vә pritçalar toplanıb, üçüncüsü isә hind fәlsәfәsi problemlәrindәn bәhs edir. Hәr üç kitab qәdim pali dilindә yazılıb. Bu әsәrlәr dünyanın әksər dillәrinә tәrcümә olunub, dәfəlәrlә nəşr olunmuşdur. Rәvayәtә görә, Budda 40 illik peyğәmbәrlikdәn sonra saysız-hesabsız şagirdlәrinin vә zәvvarların məhәbbәti әhatәsindә 80 yaşında vәfat edib. Мüәyyәn pessimizminә vә tәrki-dünyalığına baхmayaraq insanı mәnәvi saflığa çağırdığı üçün buddizm başqa dini fәlsәfi görüşlәrә nisbәtәn daha çoх yayılmışdır. Budda ölümündәn sonra ilahilәşdirilmiş, Hindistanda vә Şәrqi Аsiya ölkәlәrindә onun şәrәfinә minlәrlә mәbәdlәr tikilmiş, yüzlәrlә monumental heykәli yaradılmışdır. Keçәn әsrin II yarısından sonra buddizm хüsusilә intişar tapmış, onun hәyatına vә dini fәlsәfi traktatlarına onlarla yüzlәrlә tәdqiqat vә şәrhlәr yazılmışdır. Tәsadüfi deyil ki, 25 әsr bundan әvvəl böyük hind müdrikinin öz şagirdinә müraciәtlә dediyi sözlәr indi dә mәna gücünü vә emosional qüdrәtini itirmәyib. Buddanın fikirləri * * * Аnanda, özün özünә çıraq ol! Özün özünә istinadgah, özün özünә sığınacaq ol! * * * Nәşә odu sönәndә, nifrәt odu sönәndә, təkəbbür odu sönәndә ürәkdә ilahi dinclik bәrqәrar olur. * * * Doğulmaq - iztirab, qocalıq - iztirab, хәstәlik - iztirab, ölüm - iztirab, хoşuna gәlmәyәnlә evlənmək - iztirab, хoşladığından ayrılmaq - iztirab, arzuladığını almamaq - iztirab, bir sözlә, varlığa bağlılıq - iztirabdır. * * * İztirabları öldürmәyin hәqiqi yolu budur: düz görmәk, doğru düşünmәk, düz danışmaq, düz hәrәkәt etmәk, düz yaşamaq, düz çalışmaq, diqqәtini düz toplamaq vә fikrini düz cәmlәşdirmәk. * * * Qadın tәbiәtәn bilikli olur, kişi kitablardan öyrәnir. * * * Payız buludları kimi boş yerә guruldamağın nә mәnası?! Böyük şәхsiyyәt nәyi bәyәnib, nәyi bәyәnmәdiyini heç zaman bildirmәz. * * * Bülbül vә tutuquşu öz günahları ucbatından qәfәsә düşür. Leylәk isә әsirlik nә olduğunu bilmәz. Susmaq - firavanlığın açarıdır. * * * Böyük çaydan keçmәkdәn, sәndәn güclü adamla düşmənçilikdən vә qara camaatla mübahisәdәn qorх! * * * Böyük zәka sahiblәri üç şeydәn birinin qurbanı olurlar: ya ehtiyac içindә yaşayır, ya gәnc ikәn ölür, ya da dünyadan sonsuz köçurlәr. “МАYTRİ-UPАNİŞАD”DАN BİR PАRÇА DÜNYАNIN FАNİLİYİ HАQQINDА Briхadratхa adlı bir hakim, «dünya fanidir» düşünәrәk hakimiyyәti oğluna tapşırıb meşәyә, tәnhalığa çәkildi vә nicat tapdı. O, özünü әn yüksәk Tanasyaya tәslim etdi. Üzü günәşә oturdu, әllәrini göyә açıb belәcә dayandı. Мin gün başa çatandan sonra Аtmanın bilicisi, tüstüsüz alov kimi parlaq şәfәq saçan möhtәşәm Şakanya ona yaхınlaşdı. O, keçmiş hökmdara dedi: «Qalх, qalх ayağa, dünyada nә arzulayırsansa, birini de». Onun qarşısında ikiqat әyilmiş hökmdar dedi: «Мәn Аtmanı tanımıram, biz eşitmişdik ki, siz ağamız, Аtmanın әsl tәbiәtinә bәlәdsiz. Onun barәsindә bizә danışın». Şakanya ona dedi: «Bu çoх qәdim әhvalatdır, bu suala cavab vermәk çәtindir. İkşvaki övladı, başqa bir arzunu söylә». Hökmdar başını onun ayaqlarına sürtüb bu qatхanı хatırlatdı. «Аğamız, bu üfunətli fani bәndәdә, bu sümük, dәri, әzәlә, ilik, әt, toхum, qan, selik, göz yaşı, ifrazat, nәcis, sidik, yel, öd, tüpürcәk yığnağında hansı arzunun yerinә yetmәsindәn hәzz almaq olar? Bu ehtirasla, qәzәblә, tamahla, yanılma, qorхu, ümidsizlik, paхıllıq, sevdiyinlә ayrılma, sevmәdiyinlә bağlanma, aclıq, susuzluq, qocalıq, ölüm, хәstәlik, kәdәr vә buna bәnzәr şeylәrlә çulğalanmış bәdәndә hansı arzudan hәzz almaq olar? Vә bütün bunları biz, bu ağcaqanad vә mığmığalar kimi tәlәf olan, bu otlar vә ağaclar kimi yığın-yığın boy atan vә mәhv olan insanlara baхıb görürük... Lakin hәlә bunlar nәdir ki? Ахı başqa alimәnsәblәr, qüvvәtli oхatanlar, döyüşçülәr vә döyüş arabaçıları - öz bütün qohum әqrәbalarının gözü qabağında әzәmәt vә sərvətdən imtina edib bu dünyadan o dünyaya köçdülәr. Lakin hәlә onlar nәdir ki? Ахı daha alinәsәblәr mövcuddur. Biz qәndәharların, asurların, yakşeylәrin, bхutların, pişaçeylәrin, unıreylәrin mәhvinin şahidi oluruq. Lakin onlar da nәdir ki? Dәnizlәr quruyur, dağlar uçulur, qütb ulduzları enir, ulduzları saхlayan sәma iplәri qırılır, yer boşalır, allahlar öz mәskәnini tәrk edir. Bu qorхunc hәyat dövranında hansı arzunun hәzzindən danışmaq olar? Ахı arzudan hәzz alanlar da doyub dönә-dönә ilkinә, әzәlinә qayıtmağa mәcbur olur. Nicat ver mәnә! Bu hәyat dövranında mәn suyu qurumuş quyudakı qurbağa kimiyәm. Sәn ağamız, bizim nicat yolumuzsan, nicat yolumuz! Müəllif: Əlisa Nicat Mənbə: 100 böyük filosof
['Budda']
5,448
https://kayzen.az/blog/LOR/3009/angina.html
Angina
Dr_Həkim
Qulaq,burun,boğaz
3 iyul 2011, 12:50
Kəskin tonzillit və ya angina badamcıqların iltihabına deyilir. Badamcıqlar ağız və burun vasitəsilə orqanizmə daxil olan mikrobların qarşısını alaraq baryer rolunu oynayır. Bakterial kəskin tonzillit əsasən streptokokklar tərəfindən törədilən, qripdən və kəskin respirator virus infeksiyasından sonra üçüncü yerdə duran geniş yayılmış bir xəstəlikdir. Böyüklər arasında bu xəstəliyə 5%, uşaqlar arasında isə 6%-dən çox rast gəlinir. Payız və yaz aylarında xəstələnmə hallarının artması xarakterikdir. Anginanın növləri və səbəbləri Qeyd olunduğu kimi xəstəliyin əmələ gəlməsində streptokokk bakteriyaları əsas rol oynayır. Bir çox alimlərə görə angina zamanı badamcıqlardan götürülmüş yaxmada 80% hallarda bu bakteriyalar tapılır. Ümumi və yerli müqaviməti zəifləmiş orqanizmin yoluxması xaricdən, yəni hava-damcı yolu və qida ilə, yaxud da daxildən baş verir. Xarici mühit faktorlarından temperatur, rütubət, çirkli hava və digər orqanlarda olan xroniki infeksiyalar da şərait yaradan faktorlar hesab olunur. Bununla yanaşı badamcıqların travması, uşaqların konstitusional tipi və sinir sisteminin vəziyyətini də bu faktorlara aid etmək olar. Anginanın simptomları Kəskin ümumi zəiflik, boğazda qıcıqlanma, udqunmanın ağrılı olması, ağrının qonşu orqanlara yayılması, temperaturun qalxması (38-400C), baş ağrıları, iştahanın azalması, limfa vəzilərinin böyüməsi və s. xarakterik simptomlardandır. Xüsusilə uşaqlarda çeynəmənin ağrılı olması, yeməkdən imtina və ağız suyunun çoxalması kimi əlamətlər müşahidə oluna bilər. Kəskin tonzillitlərin növündən asılı olaraq xəstəlik özünü həm yüngül, həm də ağır formada göstərə bilər. Xəstəlik adətən 6-8 gün davam edir. Anginanın diaqnostikası Xəstəliyi klinik və laborator müayinələrə, eləcə də yuxarıda göstərilən əlamətlərin kəskin olaraq başlamasına əsasən təyin etmək olar. Xəstəliyin növünü və buna uyğun olaraq da müalicəni təyin etmək üçün qulaq-burun-boğaz həkimi xəstəyə baxış keçirməli, lazım gəldikdə müvafiq müayinələri aparmalıdır. Anginanın müalicəsi Əsasən belə xəstələr ev şəraitində, lakin yaxşı olar ki, təcrid olunmuş şəkildə müalicə olunmalıdır. Ağır hallarda müalicə xəstəxananın infeksion şöbəsində aparılmalıdır. İlk gündən 7-8 günlük ciddi yataq rejimi gözlənilməlidir. Buna həm xəstəliyin ağırlaşmalara səbəb olmasının qarşısını almaq, həm də onun xroniki hala keçməsini önləmək üçün əməl olunmalıdır. Dərman preparatlarından antibiotiklər (7-10 gün) və antihistamin preparatlarının kurs müalicəsi aparılır, yerli olaraq qarqara, inhalyasiya, temperatur olarsa hərarətsalıcı və ağrıkəsici dərmanlardan istifadə olunur. Əgər xəstəlik xroniki hala keçərsə və il ərzində bir neçə dəfə təkrarlanaraq xəstəyə əziyyət verərsə, tonzillektomiya əməliyyatı aparılmalıdır. Lakin bunun üçün xəstəliyin bir qədər sakitləşməsini gözləmək lazımdır. Bundan başqa, tonzillitin qabağı vaxtında alınmazsa, bir sıra ağırlaşmalara (peritonzilyar və udlaqətrafı abses və s.), hətta sepsis kimi ciddi problemlərə gətirib çıxara bilər.
['angina']
5,449
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/5974/ail%C9%99-probleml%C9%99ri-v%C9%99-onlar%C4%B1n-s%C9%99b%C9%99bl%C9%99ri.html
Ailə problemləri və onların səbəbləri
Someone
Xoşbəxt ailə
3 iyul 2011, 02:29
Yəqin ki qadınların çoxu bir neçə il nikahda olarkən heç də hər şeyin onların istədiyi şəkildə getmədiyini və daxilən nəyinsə onları bezdirdiyini seziblər. Amma ola bilər ki, bu ərəfədə ailənizdə uşaq peyda olur və bütün diqqət onun üzərində cəmlənir. Uşaqlar səadətdir! Əsl səadət! Amma uşaqlar da böyümə xüsusiyyətinə malikdirlər. Onlar böyüyürlər, amma siz yox. Və nəhayət övladlarınızı irəlidə sərbəst həyatın gözlədiyini başa düşərək, diqqətinizi onun üzərindən bir az da olsa çəkdikdə görürsünüz ki, tək qalmışsınız. Xeyr, sözün əsl mənasındakı tənhalıq deyil bu. Ər var axı! Bəli, o var.Amma birdən siz anlayırsınız ki, artıq neçə ildir onunla ayrı-ayrı çarpayılarda yatırsınız və sizin cinsi həyatınız o qədər boşalıb ki, hətta onun nə vaxtsa mövcud olduğunu belə qəbul etmək çətinləşir sizin üçün. Birdən güzgüdəki əksinizi gördükdə artıq cavan bir qız olmadığınızı və saçlarınızın ağarmağa başlaması ilə əlaqədar hər ay onların rənglənməli olduğunu görürsünüz. Ancaq kiminsə qocalığına baxmayaraq, saçları hələ ağarmayıb. Amma sizin ağarıb. Hətta üzünüz belə əvvəlki kimi təravətli deyil.Siz öz işinizi, məişət həyatı isə öz işini görür. Lakin aydın məsələdir ki, siz yalnız yaxşılıq etmək istəmisiz və zaman-zaman özünüz haqda unudub hər kəsin qayğısına qalmısınız. Amma siz təəssüflənmirsiniz və əgər həyatınıza yenidən başlamış olsaydınız həmin kişidən, həmin mənzildən, həmin ailədən başlardınız. Mən bilmirəm, ərim mənə xəyanət edir  yoxsa yox. O, yaxşı insandır. Ancaq bizim aramızda heç vaxt mənəvi yaxınlıq olmayıb. Daha doğrusu biz məişət nöqteyi-nəzərindən yaxınıq. Biz uşaq baxımından, bütün maddi məsələlər baxımından, mənzilin təmiri, yeni maşının alınması baxımından çox yaxınıq. Lakin biz heç vaxt mənəvi cəhətdən yaxın olmamışıq. Bəlkə də ona görə ki, biz çox fərqli insanlarıq. Mən öz daxili qəribəliklərimlə bir az romantik qadınam. Amma o, rasional insandır və heç vaxt məni başa düşməyib. Mən də heç vaxt məcbur etməmişəm. Yox, deməli yox.  Və budur müəyyən zamandan sonra mən dönüb öz həyatıma baxdıqda küncdə dayanmış bu tənha çarpayını görürəm. Soyuq çarpayı mənə hər şey üçün təşəkkürdür. Maraqlısı da odur ki, bu məni tam qane edir, mən ikinəfərlik çarpayıda yatmaq istəmirəm. İstəmirəm, onunla istəmirəm. Ona qarşı əsəb, kin yoxdur. Sadəcə olaraq onda mənə, məndə də ona qarşı bir biganəlik var.Bizim ailə həyatımız həmişəki kimi ailə olaraq davam edir. Biz ailəyik, möhkəm ailə. Mən onu heç bir şeyə dəyişmərəm, onu da hər şey qane edir. Elə məni də. Yalnız hərdən bu ayrılmış çarpayılar insanın boğazında bir yığın kədər kimi hiss olunur. Ona görə ki, nə vaxtsa onlar yox idi, bir tək böyük çarpayı var idi, hansında ki, mən və o yatırdıq və heç vaxt darıxmırdıq.  Amma indi... indi ailə həyatının dəbdəbəli mələfələrində hər şey yenidir.
['ailə problemləri', 'ayrılıq']
5,450
https://kayzen.az/blog/azerbaycan/5248/bak%C4%B1-%C5%9F%C9%99h%C9%99ri.html
Bakı şəhəri
Azərbaycan
Azərbaycan
2 iyul 2011, 23:12
Bakı haqqında ilk məlumata eramızdan 3500 il əvvələ aid edilən, Misir fironu I Menesanın dövründə yazılmış "Ölülər Kitabı” adlı tarixi mənbədə rast gəlinir. Bakının adı antik dövrün tarixçisi Herodotun “Tarix” kitabında da çəkilir. Şərq alimlərinin, Avropa səyyahlarının və islamşünaslarının Bakı haqqında məlumatları da elmi cəhətdən maraq doğurur. Abşeronun bu günümüzədək gəlib çatmış qədim abidələri isə tədqiqatçıların zaman-zaman istinad etdikləri qiymətli maddi-mədəniyyət nümunələridir. Bakının keşməkeşlərlə, mübarizələrlə dolu keçmişindən danışarkən eramizdan əvvəl I əsrdə, Roma imperatoru Pompeyin və Lukullun Azərbaycana hərbi yürüşlərini xatırlamamaq mümkün deyildir. Qədim romalıların Bakı ətrafında məskunlaşaraq uzun müddət bu yerləri işğal altında saxlamaları barədə müxtəlif mənbələrdə olduqca maraqlı materiallar mövcuddur. Qobustandakı qayaüstü yazılar da qeyd olunan tarixi faktları təsdiqləyir. Dünya arxivlərinin bir çoxunda Azərbaycanla bağlı qaynaqlarda Bakı haqqında da kifayət qədər informasiyaya rast gəlmək olar. Bu məlumatlarda romalı işğalçıların Bakının ətrafında saldıqları hərbi düşərgələr və koloniyalar təsvir olunur. Roma imperatoru Avqust Qay Oktavianın göstərişi ilə Qobustandakı qaya daşı üzərində latın əlifbası ilə yazılmış mətn də deyilənləri təsdiqləyir. Müxtəlif vaxtlarda bu ərazidə aparılan arxeoloji qazıntı işlərinin nəticələri bir daha sübut edir ki, Bakı tarixin bütün dövrlərində və mərhələlərində yaşayış məntəqəsi olmuşdur. Ərazidə tapılan V-VII əsrlərə aid Sasani dəfinəsi isə o dövrdə Bakının inkişaf etmiş böyük ticarət məntəqəsi, Şərqin məşhur şəhərlərindən biri olduğunu göstərir. Əldə olan orta əsr yazılı mənbələrində Bakının adının “Bağavan” və ya “Atəşi Baquan” şəklində işlədildiyini də görmək olar. Erkən orta əsrlərə aid qaynaqlarda Bakının iqtisadiyyatının əsasını neft və duz təşkil etdiyi barədə məlumatlara rast gəlinir. Bakı və Abşeron bölgəsində becərilən boyaqotu və zəfəran bitkisinin bütün Şərqdə və Avropa ölkələrində məşhur olduğu bildirilir. Bakının orta əsrlərdə Şərqin iri şəhərlərindən biri olmasını, iqtisadiyyatinda neft və duzun əsas yer tutmasını X əsrdə yaşamış ərəb səyyahı Əbu Düləfinin də təsdiq edir ki, hələ 1100 il əvvəl Bakıdakı iki neft mənbəyindən ildə təqribən 720 min dirhəm gəlir götürülürmüş. Feodal münasibətlərinin, ticarət və sənətkarlığın inkişafı şəhərin tərəqqi etməsinə imkan yaradirdi. Bakı Şərq və Qərb ölkələri arasındakı ticarətdə mühüm əhəmiyyətə malik idi. Bakıya slavyan, Bizans, Çin, İraq, Suriya, Genuya, Venesiya, İran, Hindistan tacirləri gəlirdi. Eləcə də Bakıdan həmin ölkələrə neft ixrac olunurdu.   Yollar burda kəsişir... X əsrin sonu və XI əsrin əvvəllərində Abbasilər xilafətinin tənəzzülü ilə əlaqədar bir sıra vilayətlərin və ölkələrin hakimləri, o cümlədən Şirvanşahlar müstəqillik əldə edirlər. Bakının inkişafı da məhz bu vaxtdan etibarən başlayır. X əsrin sonlarında Şirvanşahlar şəhərin inkişafında mühüm rol oynayan irimiqyaslı quruculuq işləri həyata keçirirlər.Sonrakı əsrlərdə isə Bakı tədricən Şərqin inkişaf etmiş şəhərləri sırasına yüksəlməyə başlayır. Şirvanşah I Xəlilüllahın dövründə (1417-62) Bakıda mühüm tikinti işləri aparıldı. Şirvanşahlar sarayı kompleksi də məhz bu dövrün yadigarlarındandır. Təsadüfi deyil ki, Bakı artıq X əsrdən başlayaraq, həm də dünyanın məşhur liman şəhərlərindən birinə çevrilir. XI əsrin əvvəllərində Bakı tərəqqi dövrünü yaşıyır. XII- XIII əsrlərdə isə Şirvanşahlar şəhərdə bir sıra binalar tikdirərək şəhərin müdafiə qüdrətinin möhkəmləndirilməsi qayğısına qalırlar. XII əsrin birinci yarısında şəhərin qala divarları tikilir. O dövrün müdafiə sisteminə daxil olan Qız qalası isə Bakının qüdrət və güc rəmzinə çevrilir. XII əsrin 30-cu illərində monqollar Azərbaycana hücum edərək bir çox şəhərləri işğal edirlər. Bu zaman böyük yoldan kənarda yerləşən Bakı isə, görünür, elə bu səbəbdən də başqa şəhərlərə nisbətən daha az zərər çəkmişdir. Qədim karvansaralar Bakı bütün zamanlarda Şərqlə Qərb arasında körpü rolunu oynamış, müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda, təmas xəttində yerləşən unikal bir məkan kimi dünyanın diqqət mərkəzində olmuşdur. Təsadüfi deyil ki, Bakı bu gün də bir müsəlman-islam şəhəri olmaqla yanaşı, həm də müxtəlif xalqların, müxtəlif zamanlarda yaratdıqları tarixi adidələr şəhəridir. Bakı dünyanın bütün dinlərinə və xalqlarına böyük hörmətlə yanaşan, beynəlmiləl və tolerant bir şəhər olması ilə də fərqlənir. Bu şəhərdə müsəlman məscidləri ilə yanaşı, qədim hind atəşpərəstlərinin Od Məbədinə, alman kirxasına, yəhudi sinaqoquna, xristian pravoslav və ya katolik kilsəsinə də böyük hörmətlə yanaşılır, digər xalqların dini etiqadlarına ehtiram göstərilir. Bu həqiqəti XIX əsrin böyük şairi Hacı Seyid Əzim Şirvani oğlu Cəfərə yazdığı vəsiyyətində belə qələmə alıb: Demə, «ol kafər, bu müsəlmandır», Hər kimin elmi var, o insandır... Müxtəlif dinlərə sitayiş edən, müxtəlif ölkə və iqlimlərdən gəlmiş tacirlərin, səyyahların, alimlərin bir araya gəldikləri qədim Bakı, həm də tarixən böyük bir mədəniyyətin — İslam mədəniyyətinin beşiyi olub. Bu şəhərə təşrif gətirən hər bir əcnəbi, buradan təkcə var-dövlət, sərvət yox, həm də mədəniyyət və elm aparıb. Bura ticarətə gələnlər, həm də ziyarət sahibi olublar. Ziyarətə gələnlər isə ticarətdən bəhrələniblər. XIV əsrdən başlayaraq Bakıdan Şərq ölkələrinə, Qızıl Ordaya, Moskva knyazlığına, Avropaya müxtəlif çeşiddə mallar, xüsusən ipək, xalça, atlas, duz, neft və sair ixrac edilirdi. Bakıdan Həştərxana, Orta Asiyaya və Xəzərsahili dövlətlərə də mal daşınırdı. 1350-1370-cı illərdə Bakının iqtisadi və siyasi qüdrətinin yüksəlməsi xeyli dərəcədə bu şəhərin dəniz sahilində yerləşməsi ilə əlaqədardır. O dövrün yazılı mənbələrində Xəzər dənizinin adı bəzən “Bakı dənizi” də adlanırdı, Bu barədə məlumata 1375-ci ildə, katalon dilində hazırlanmış atlasda rast gəlinir. Bakı, dünyanın uzaq-yaxın ölkələrindən təşrif gətirmiş tacirlərin, sənətkarların, dəllalların, işbazların, səyyahların, zəvvarların üz-üzə gəldikləri, alış-veriş etdikləri, ünsiyyətdə olduqları beynəlmiləl bir məkan olub. Bakıda indiyədək qalan tarixi-memarliq abidələri, o cümlədən, — “Buxara karvansarası” (XIVəsr), Qız Qalası yaxinliğındakı “Multan karvansarası” (XIV-XVI əsrlər), “Hind karvansarası” (XV əsr), “Rus karvansarası” (XVI əsr) və digər karvansaralar Şərq və Qərb ölkələri ilə geniş ticarət əlaqələrinin mövcudluğunu sübut edir. Şirvanşahlar Saray Kompleksi də bu dövrdə tikilmişdir. Tolerantlıq Bakıda ticarətin, sənətkarlığın inkişaf etməsinə, iqtisadi və mədəni həyatın yüksəlməsinə nəinki mane olmayıb, əksinə, bu şəhərə əlvan rənglər və çalarlar gətirib. Dünyanın ilk neft paytaxtı... Bakı haqqında danışarkən neftdən söz açmamaq mümkünsüzdür. Neft Uca Tanrının bu torpağa bəxş etdyi ən bol və şöhrətli təbii sərvətdir. Qədim zamanlardan çağdaş zəmanəmizədək Bakı neftinin şöhrəti dillər əzbəri olmuş, dünyanın diqqətini özünə cəlb etmişdir. Bakının “qara qızıl” adlandırılan nefti, zəngin təbii sərvətləri, geosiyası cəhətdən əlverişli məkanda yerləşməsi, habelə Xəzər dənizi sahillərində mühüm hərbi — strateji əhəmiyyətə malik olması XVIII əsrin əvvəllərindən başlayaraq, Rusiyanın diqqətini cəlb edirdi. Bu məkana yiyələnməyə çalışan I Pyotr xüsusi hərbi dəniz ekspedisiyası yaradaraq, 1723-cü il iyunun 26-da Bakıya ordu yeridir. Lakin burda möhkəmlənə bilmir, geri qayıtmalı olur. Bakı yenidən İranın hakimiyyəti altına keçir. Bu zamandan etibarən Azərbaycanda bir sıra xanlıqlar, o cümlədən Bakı xanlığı yaranır. Bakının feodal inkişafı XVII əsrin sonlarınadək davam etmişdir. Bundan sonra nəinki təkcə Azərbaycanda, eləcə də bütün Ön Asiya ölkələrində mövcud olan şəhər həyatının tənəzzülü müşahidə edilir. XVIII əsrin II yarısında Bakıda şəhər həyatının və ticarətin bir qədər dirçəlməsi müşahidə olunur. Bakı xanlığı 1806-cı ildə çarizm tərəfindən işğal olunduqdan sonra Bakıda kapitalist münasibətlərinin inkişaf dövrü başlanır. Tarixi mənbələrdən məlum olur ki, 1807-ci ildə Bakıda 500 ev, 3000-ə yaxın əhali olub. 1813-cü ildə Rusiya ilə İran arasında bağlanmış “Gülüstan müqaviləsi” isə vahid Azərbaycanı iki yerə parçalayır. Bakı da daxil olmaqla, Şimali Azərbaycan Rusiyaya birləşdirilir. Bundan sonra Bakı, əsasən neft sənayesi mərkəzinə çevrilir. 1848-ci ildə Bakıda ilk neft quyusu qazılır. 1863-cü ildə Suraxanıda ağ neft zavodu tikilir. 1869-cu ildə isə mexaniki üsulla ilk dəfə olaraq ərazidə neft-qaz çıxarılmasına başlanmışdır. 1859-cu il mayın 29-30-da Bakıdan 120 kilometr qərbdə yerləşən və o vaxta kimi quberniya mərkəzi olan Şamaxı şəhərində güclü zəlzələ baş verir. Bundan sonra Quberniya mərkəzi Bakıya köçürülür və Bakı paytaxta çevrilir. Az qala hər qarış torpağında neft qaynayan Abşeronda XIX əsrin sonlarından sənaye üsulu ilə qazılan neft quyularının sayı artır. Rusiya və Avropa ölkələrindən «qara qızıl»ın işığına üz tutan xarici iş adamlarının sayı ildən-ilə artır, şəhər ətrafında yeni neft zavodları tikilirdi. XX əsrin əvvəllərində neft sənayesinin sürətli inkişafı Bakının sosial-iqtisadi və mədəni həyatına böyük təkan verdi. Bakıda ilk istirahət parkı salındı, teatr binası tikildi, şəhərin mərkəzindəki evlərə elektrik işığı çəkildi. Rusiya, İtaliya və Polşadan dəvət olunmuş memarların layihələri əsasında qotika və barokko üslubunda müasir binalar inşa olunmağa başladı.
['Bakı', 'Bakı şəhəri', 'Bakının tarixi', 'Bakı seherinin tarixi']
5,451
https://kayzen.az/blog/edebiyyat/3743/iblisl%C9%99-s%C3%B6vd%C9%99l%C9%99%C5%9Fm%C9%99-%7C-mark-tven.html
İblislə sövdələşmə | Mark Tven
Muza
Ədəbiyyat
2 iyul 2011, 22:10
Belə bir şəraitdə qəlbimi İblisə satmaq qərarına gəldim – polad səhmlərinin məzənnəsi düşmüş, digər səhmlərin də vəziyyəti ürəkaçan deyildi, etibarlı müəssisələr də iflasa uğrayırdılar. Nə qədər ki, əlimdə bir miqdar sərvətim var, tez bir zamanda onu dövriyyəyə buraxıb kapital toplamaq lazım idi. Çox yubanmadan yerli dəllallardan biri cənab N.-ə təklif edilən məhsulun və onun hansı vəziyyətdə olmasını ətraflı təsvir edən məktub yolladım. İblislə görüş gecikmədən tez bir zamanda təşkil edildi. Müqavilə bağlandığı təqdirdə dəllal 2,5 % komisyon haqqı alacaqdı.Düşüncələrə dalmış vəziyyətdə qaranlıq otaqda əyləşib İblisin yolunu gözləyirdim. Elə sükut hökm sürürdü  ki, milçək uçsaydı vızıltısı eşidilərdi. Budur, uzaqdan güclə eşidilən qalın kilsə zənglərinin səsi gecəyarısının düşməsindən xəbər verir: bom-m, bom-m. Ayağa qalxıb daxilən özümü qonağın qulaqbatırıcı gurultu və kükürd iyi ilə müşaiyət edilən gəlişinə hazırlayıram. Lakin nə gurultu qopdu, nə də kükürd iyi gəldi. Bağlı qapının arasından sakitcə içəri keçən müasir görünüşlü İblis səhnədə görməyə adət etdiyimiz görkəmdə idi – hündür, qədd-qamətli, yüngül yerişli, əynində bədəni saran triko, böyründə şpaqa, çiyinlərə atılmış enli qısa plaş, üzərinə başı aşağı əyilmiş lələk sancılan qoçaqcasına şaxı sındırılmış şlyapa, ağıllı üzündə incə mefistofelvari istehzalı təbəssüm. Ancaq nə od tutub yanır, nə də tunc kimi qıpqırmızı rəngdəydi, qətiyyən! Nəsə möhkəm  közərdilmiş məşələ, dirəyə, ya da kölgə kimi yaşıl çalara malik bəyaz alov rəngli sütuna bənzəyirdi. O, ayın  buludsuz səmada yüksəkdə durduğu zaman tropik dənizinin ləpələrlə örtülmüş səthi kimi gümüşü şölə saçırdı. İblis sol əlini şpaqanın qəbzəsinə qoyub, sağ əli ilə də şlyapasını çıxardı və yüngül hərəkətlə havada yarımdairə cızıb nəzakətlə  məni salamladı. Biz əyləşdik. Ah, o,  möcüzəvi şöləsi ilə necə də  göz oxşayırdı,  yeni rəng seçimi ona necə də yaraşırdı! O, deyəsən, işığından aydınlanan üzümdə heyranlığımı oxudu, ancaq tükünü belə tərpətmədi. Görünür, onunla bu sayaq sövdələşmələr aparan xristianlarda qoyduğu təsirlərə çoxdan öyrəşmişdi. …Yarım saat ərzində isti punş qədəhlərinin boşaldılması, hava haqqında söhbətlər, tez-tez tərəfimdən atılan atmacalar  və qonağımın : “ Xeyr, bu qiymətə çox güman ki, imkanım çatmayacaq” tipli cavabları utancaqlığımı dəf etməyə yardımçı oldu. Özümü tamamilə ələ aldım, hətta məni dinc qoymayan, maraqlandıran suallara cavab axtarmağa cəsarət etdim. Öncə onun təsəvvürümüzdəki görkəmi ilə uyğunsuzluğunu təəccüblə qeyd edib nədən hazırlandığını soruşdum. İblis sualımdan incimədi, səmimi və sadə bir cavab verdi: - Radiumdan. - Aha, bəs belə de! Onda hər şey aydındır! – ucadan dedim. Həqiqətən də bu cür göz oxşayan işığa heç yerdə  rast gəlməmişdim. Cansız, soyuq elektriklə müqayisəyə belə gəlməzdir. - Deməli, əlahəzrət, sizin çəkiniz hardasa… hardasa… - Mənim boyum altı fut bir düymdur, ətdən-qandan təşkil olunsaydım iki yüz on beş funt çəkim olardı. Ancaq radium da digər metallar kimi ağırdır, deməli, bu hesabla doqquz yüz funtdan artıq olaram. Acgözlüklə gözlərimi ona zillədim: var-dövlətə bax! Gör, nə qədər radium ehtiyatı var! Doqquz yüz funt, – deyək, hər funta üç milyon, – bu eləyir… bu eləyir… Və bu an qızışmış beynimdə hiyləgər fikir doğdu. İblis qəhqəhə çəkdi: - Mən sizin fikrinizi oxudum! İblisin özünü oğurlayıb səhmdar cəmiyyət yaratmaq, əsas kapitalın dəyərini üç dəfə aşan – hərəsi on milyard dollar dəyərində səhmlər çıxarıb dünya bazarını doldurmaq. Necə də yaradıcı! Necə də orijinal! Yanaqlarım elə pörtdü ki, ətrafımızı saran gümüşü  işıq moruq rəngli dumana çevrildi -  o dumana ki, qürub çağı günbəzləri, Florensiyanın qalalarını bürüyür və tamaşası ürəyi məstedici sevinclə doldurur. İblisin mənə rəhmi gəldi, qəlbimə toxtaqlıq verərək tam ciddiyyətlə, səmimi şəkildə danışmağa başladı. Belə ki, azacıq da olsa sakitləşib göstərdiyi alicənablığa görə minnətdarlıq etdim. Cavabında dedi: - Xoş  sözləriniz hədər getmədi. Lütfkarlığınıza eyni addım atmaqla qarşılıq verirəm. Bilirsiniz, uzun əsrlər boyu yazıq, bədbəxt insan nəsli içərisində yeganə şəxssiniz ki, necə  bir qiymətli xammaldan hazırlandığımı dərk edirsiniz. Təvazökarlıqla gözlərimi aşağı dikdim, ancaq içimdə tərifin verdiyi həzzdən dərimə sığmırdım. - Bəli, siz, ilk olaraq anladınız, – İblis davam edirdi. – Bütün orta əsrlər ərzində mən xristian qəlblərini ağla sığmayan qiymətə alırdım. Bir gecəyə körpülər salır, kilsələr ucaldırdım, demək olar ki, hər dəfəsində ruhani rütbəli şəxslə sövdələşmədə aldadılır, ayağıma papış tikilirdi – bunu tarix təsdiq edir. Ancaq zaman-zaman vicdanlı insanların hesabına uduzduqlarımı geri qaytarırdım – bunu özüm təsdiq edirəm. Lakin heç kəs bu günəcən başa düşmədi ki, həqiqətən nəyin hesabına varlanmaq olar. Siz birincisiniz! Mən yenidən qədəhi doldurub ona bir siqar təklif etdim. O, uzun müddət siqarı nəzərdən keçirib soruşdu: - Buna nə  qədər pul xərcləyirsiniz? - Bir ədədinə  iki sent. Əgər qutu ilə alırsansa ucuz başa gəlir. O siqarı diqqətlə nəzərdən keçirə-keçirə qeydlərini pıçıldayır, görünür, nəyisə anlamağa çalışırdı. - Tünd rəngli, nahamar, xırçıltılı, qeyri-düzgün formalı, ağac qabığı kimi qırışıq, bəzi yerlərdə quru yarpaq möhkəmcə sarınır, – bir sözlə, bazar günü səhərlər cəhənnəmdə hər bir otağın qapısının önünə qoyulan başmaqların yanmış dərisini xatırladır. İblis ata yurdu yadına düşər-düşməz dərindən ah çəkdi. Bir dəqiqə susqunluqdan sonra ədəblə xahiş etdi: - Zəhmət olmasa, məharətlə düzəldilmiş bu qurğu barədə mənə məlumat verin. - Bu ixtiranın sahibi  məşhur italiyalı dövlət xadimi Kamillo Kavurdur. Bir dəfə başı çalışmalara bərk qarışdığı yerdə siqarı yandırıb kənara qoyur və yadından çıxarır. Siqar mürəkkəb qabına düşüb islanır. Bunu görən Kavur qurutmaq üçün onu sobanın yanına qoyur. Yenidən yandırıb çəkəndə, hiss edir ki, siqar xüsusi bir dad qazanıb. Onda o… - Bəs o, məlumat verib ki, siqarın əvvəlki dadı necə olub? - Deyəsən, yox. Hər ehtimala qarşı o, ölkənin baş kimyaçısını  çağırıb yeni dadın nə cür yarandığını aydınlaşdırmağı tapşırır. Kimyaçı lazımı araşdırmaları aparıb sonda yekun nəticəyə gəlir – siqar xüsusi dad verən dəmir kuporos və sirkə birləşməsidir, bu da hər bir mürəkkəbin tərkib hissəsini təşkil edir. Kavur ölkə maliyyəsinin artımının qayğıkeşi qismində yeni növ siqarların yaradılmasına əmr verir. O gündən etibarən bu növ siqarlar satışa çıxarılmamışdan öncə mürəkkəb fabrikində emal edilir ki, təsiri qəribə şəkildə həm mürəkkəb, həm də siqarlarda özünü göstərir. Əlahəzrət, “Kavur” növünün  yaranma tarixini danışdım, bunlar hamısı həqiqətdir, zərrə qədər də uydurma yoxdur. İblis hədiyyəni qəbul edib şəhadət barmağı ilə siqarın ucuna toxundu. Təmasdan siqarın ucu alışdı və tüstüləməyə başladı. Ancaq çəkmədi, yəqin fikrindən vaz keçdi. Siqarı masanın üzərinə qoyub fövqəladə nəzakətlə müraciət etdi: - İzninizlə, hədiyyənizi Volter üçün saxlayım. Son dərəcə sevinib qürur duydum: eybi yox, qoy, bu cür cüzi, əhəmiyyətsiz şey vasitəsilə böyük insanla aramızda bağlılıq qurulsun. Qoy, adımın qulağına yetişməsi bu cür xırda səbəbdən asılı olsun (xatırlanmağım barədə isə qətiyyən şübhə etmirdim). Tələsik əlliyə yaxın siqar çıxarıb İblisə təqdim etməyə çalışdım ki, onları digər vəfat etmiş dahilərə paylasın – Höteyə, Homerə, Sokrata, Konfutsiyə, – lakin İblis hədiyyəmdən imtina etdi, izah kimi həmin insanlarla heç bir əlaqəsinin olmadığını vurğuladı. Davamında yenidən keçmiş haqda xatirələrə qapıldı, nəhayət bir qədər sonra dilləndi: - O zaman heç kəs radium barədə eşitməmişdi. Eşitsəydilər belə guya nə edəcəkdilər? Bəşəriyyət iyirmi milyon il ərzində, ta ki, yeni dövrü müjdələyən XIX əsr – maşın və buxar əsri qapını döyənə qədər radiumun mövcudluğundan xəbərsiz yaşayıb. Fəqət yeni əsr bir neçə il öncə meydana daxil olub. XIX əsr möhtəşəm əsr olub, ancaq onun əzəməti XX əsrlə müqayisədə uşaq əyləncəsindən başqa bir şey deyil. Nə üçün belə düşündüyünü soruşdum, məni başa saldı: - İş də ondadır ki, enerji çox bahadır, hər bir şey də enerji vasitəsilə hərəkət edir – paraxodlar, lokomotivlər, istisnasız olaraq hər şey. Kömür – budur yeganə əngəl! Kömürü əldə etmək gərəkir, onsuz nə buxar mövcuddur, nə də elektrik, həmçinin itkilər də böyükdür: kömür yandırıldıqdan sonra qalıq saxlamır. Radium – bax, bu başqa məsələ! Mənim doqquz yüz funt çəkimlə bütün dünyanı qızdıra, işıqla təmin edə, gəmilərə, dəzgahlara, dəmir yollarına enerji verə bilərik, əvəzində beş funt radium da bizə bəs edər. O zaman… - Əzizim, götürün, bu da qəlbim, ləngimədən şirkətin əsasını qoyaq! İblis yaşımı soruşdu. Altmış səkkizinci ilimə qədəm qoyduğumu öyrənib nəzakətlə təklifimdən yayındı, ehtimal ki, özünün aşkar üstünlüyünü gözə çarpdırmamaq qərarına gəldi. Sonra radiumu tərifləməyə davam etdi: onda toplanmış hərarət öz çəkisini iyirmi dörd dəfə aşan buz parçasını sutka ərzində əritməyə qadirdir, nəticədə miqdarı zərrə qədər də azalmır. Cəhd edin, bu otağa iki-üç saniyəlik bir funt radium yerləşdirin –cəhənnəmin nəfəsi dəymiş kimi hər şey otaqda kömürə dönəcək, adamdan isə bir ovuc kül qalacaq… Mən onun sözünü kəsdim: - Amma, əlahəzrət… siz – yəni doqquz yüz funt radium indi otaqdasız, buna baxmayaraq azacıq da olsa isti deyil, əksinə, otaqda mülayim hava hökm sürür. Tamam çaşıb qalmışam. - E-e-e, gördüyünüz kimi, – tərəddüdlə danışmağa başladı, – bu bir sirrdir, lakin bu sirri sizə aça bilərəm, çünki, əvvəl-axır burnunu hər yerə soxan, sırtıq kimyaçılar tapıb öyrənəcəklər. Xəbərdar olmamış deyilsiniz, xanım Küri artıq öz yazısında radiumdan bəhs edib; bilirsiniz, o, radiumun sirrlərini açmaqdan ötrü gecə-gündüz necə çalışır? O, deyir: “Tərkibinə radium daxil olan maddələr özbaşına işıq saçırlar”, – fikir verin, işıq almaq üçün kömürdən söz belə açılmır, o, deyir: “Radium dolu şüşə qab öz-özünə elektriklə yüklənir”, – diqqət edin, elektriki almaq üçün nə bir kömür, nə bir sudan danışır: “Radium özbaşına hədsiz miqdarda istilik ayırma qabiliyyətinə malikdir”, – görürsünüz, dünyadakı bütün maşınları hərəkətə gətirmək üçün heç bir kömürə ehtiyac qalmır. Küri radioaktiv maddələrin axtarışında dağ boyda uran filizini ələyərək üçünü aşkarlayıb onlara ad vermişdir: vismut birləşmələriylə qatılaşmış birinciyə – polonium, bariuma oxşar digərinə – radium, üçüncüsünə aktinium. O, deyir: “İndi poloniumu vismutdan ayırmaq zamanı gəlib, ən çətin çalışmalardan biri də budur. Biz uzun illərdir bunun üzərində çalışırıq”. Fikir verin hələ – uzun illərdir! Bax, hamısı belə çalışır bu dəlilərin, bunlar elm adamlarıdır – arayıb-axtarır, əlləşib vuruşurlar. Təsərrüfatıma bir-iki nəfər belə təşəbbüskarları cəlb edə bilsəydim xeyli qənaət etmiş olardım. Fikir verin – uzun illərdi! Belələri geri addım atmır. Səbrli, inamlı, ümidvar, inadkar – bu zümrə hamısı belədir, əcdadları Kolumb və digərləri kimi. Radiumu almaqla bu qadın planetinizdə yeni dövrün başlanğıcını müəyyən etdi, var-dövlətinizi artırdı, beləliklə Kolumb və onun kimilərin cərgəsinə yazdı adını. Poloniumu vismutdan ayırmaq məqsədi qoydu qabağına. Məqsədinə çatmaqla sizcə nəyə nail olacaq? - Bu haqda təsəvvürüm belə yoxdu. - O, insanın qüdrətini daha da möhkəmləndirəcək, önündə geniş imkanlar açmağa yardımçı olacaqdır. Mən indi fikrimi aydınlaşdıracam, çünki nə siz, nə də xanım Küri öz yaxınlaşan kəşfinin əzəmətini təsəvvür etmək iqtidarında deyil. - Bütün diqqətim sizdədir, ey əlahəzrət! - Vismutdan ayrılan saf polonium radiumu idarə edib onun dağıdıcı təsirlərinin qarşısını alan, ram edən, itaətdə saxlayıb bəşəriyyətə xidmətə sövq edəcək yeganə maddədir. Əlinizi dərimə toxundurun. Nə hiss edirsiniz? - İncə, ipək yumşaqlığı, şəffaf, jelatin lenti kimi nazik, həqiqətən çox gözəldir! - Bu elə haqqında danışdığımız poloniumdur ki var. Bütün əlavə hissələrim radiumdandır. Əgər örtüyümü çıxarsam Yer tüstü və alova bürünüb külə dönər, Ay isə yun kimi didilib kainat boyu səpələnərdi. Qorxudan dilimi udmuş, aramsız titrəyirdim. - Artıq sizə hər şey aydın olmalıdır, – o, davam edirdi. – İçimi atəş qovurur, dözülməz əzablar çəkirəm və əbədiyyən bu əzablara məhkumam. Ancaq sizin və dünyanızın qorxmağa heç bir əsası yoxdur, siz poloniumla qorunursunuz. İstilik gücdür, enerjidir, ancaq düzgün idarə edildiyi zaman xeyli faydası toxuna bilər. Hələ radium üzərində hakimiyyətiniz yoxdur, lakin nə zaman ki, polonium əhliləşdirmə qamçısını əlinizə verdi, onda radium tabeçiliyinizə keçəcək. Mən daxilimdəki enerjini lazım bildiyim – kiçik-böyük miqdarda azad edə bilirəm. İstəsəm qadın saatlarının mexanizmini hərəkətə gətirə, yaxud dünyanı məhv etməyi bacararam. Yadınızdadır, necə bir toxunuşla siqarı alışdırmışdım? - Bəli, yadımdadır. - Təsəvvür edin, o an azad olmuş enerjinin zərrəsi nə qədər kiçik idi! Sizə məlumdur ki, aləmdə hər şey çevik, hərəkətli molekullardan ibarətdir. Tamamilə hər şey – mebel, daşlar, dəmir, atlar, insanlar, – bir sözlə, bütün mövcudat. - Bəli, məlumdur. - Sizə məlumdurmu, molekullar bir-birindən çəki və ölçülərinə görə fərqlənir, fəqət aralarında bir böyüyü yoxdur ki, mikroskop altında görünsün? - Bəli, məlumdur. - Bilirsinizmi, molekullar minə yaxın sərbəst, daim hərəkətdə olan atom adlı xırda hissəciklərdən ibarətdir? - Bəli, bilirəm. - Onu da bilirsinizmi, son günlərə qədər elmə məlum olan ən kiçik atom hidrogen atomu sayılırdı ki, digər maddələrin quruluşuna sərf edilən atomlardan min dəfə az saya malikdir? - Bilirəm. - Deməli belə, müsbət yüklü radium atomu hidrogen atomundan beş min dəfə kiçikdir. Bu təsvirəgəlməz atom elektron adlanır. Sizə və əcdadlarınıza uzun illik bağlılığım o qədər böyükdür ki, indiyə qədər heç bir alimə əyan olmayan sirri açıqlamaq qərarına gəlmişəm – işıldaquşların sirrini! Qulaqlarınızı dörd açın: bu böcəklərdə işıq saçmanı təkcə bir polonium atomundan asılı elektron təmin edir. - Sir, mən mat qalmışam. Dünya alimləri dəyərli məlumatınıza görə sizə hədsiz dərəcədə minnətdar olacaqlar, çünki onlar iki yüz ildir ki, bunun üzərində baş sındırırlar. Bircə təsəvvür edin! Sən demə, yay gecələrini rəngarəng edən əyləncəli işıltılar gözlə görünməyən atomdan beş min dəfə kiçik elektronların işidir! - Bir şeyi də unutmayın, – İblis davam etdi, – bu yeganə haldır ki, radium, həmçinin polonium saf, təmizlənmiş, qatqısız şəkildə təbiətdə mövcud olur. Məhz ikisinin birgə varlığı qəribə olduğu qədər zövqverici təsiri yaradır. Təsəvvür edin, qoruyucu polonium örtüyü yırtılıb, o zaman radiumdan qopan ani qığılcım böcəyi buxara çevirər. Bu köhnə hektoqraf sizə çox lazımdır? - Xeyr, əlahəzrət, heç mənim də deyil. - Elə isə gözünüzün önündə onu məhv edəcəm. Sizin o… adı nə idi? Hə, Kavurunuzu yandırmaq üçün bir elektronun enerjisini sərf etdim. Bu da bir işıldaquşda mövcud olan enerjiyə bərabərdir. İndi iyirmi min elektronun enerjisini buraxacam. Qonağım əli ilə iri hektoqrafa toxunar-toxunmaz cihaz top mərmisi kimi parça-parça oldu, ondan əsər-əlamət də qalmadı. Üç dəqiqə ərzində otağın tavanından qığılcımlardan yayılan qatı çəhrayı duman asıldı. Tüstünün arasında İblisin bədəni aydın görünmürdü. Sonra tüstü-duman çəkildi, yenidən parlaq və zərif ay işığı səpələnməyə başladı. İblis dedi: - Əmin oldunuz? İyirmi min işıldaquşda saxlanılan radium avtomobil motorunu əbədiyyən enerji ilə təmin etməyə qadirdir. Əlavə olaraq, heç bir itkisiz, bu yanacaq tükənməzdir. Sözarası vurğuladı ki: – Bizim tərəflərdə yalnız radiumdan istifadə edirik. Heyrətdən ağzım açıla qaldı, təbii olaraq maraq hissi bürüdü məni, çünki qohum və yaxın insanlardan bir çoxu o tərəflərdə məskunlaşmışdı. Uşaqlıqda mənə təlqin olunmuşdu ki, cəhənnəmdə yanacaq əvəzinə kömür və kükürddən istifadə edilir. İblis fikirmi oxuyub cavab verdi: - Kömür və kükürd – düzdür, rəvayətə görə belədir. Ancaq bu böyük yanılmadır. Ən pis halda kömür və kükürdlə keçinmək olardı, lakin bu növ yanacaqda xeyli çatışmazlıqlar var: çirkliliyi çoxdur, yandırılan zaman o qədər də istilik vemir – bazar günləri ümumiyyətlə tələb olunan istiliyi almaq olmazdı. Həm də haradan tapasan bu miqdarda kömür və kükürdü, bütün dünyanın ehtiyatları əbədiyyətin yarısına belə çatmaz. Radium olmasaydı hal-hazırda mövcud olan cəhənnəmin izi-tozu da qalmazdı. - Niyə? - Ruhları başqa növ dəriylə təmin etməyə ehtiyac yaranardı. Nəticədə bir göz qırpımında alışıb cəhənnəm əzabından azad olardılar. Bir saat belə davam gətirməzdilər. Burada başa düşülməməli nə var? - İzahınızdan sonra başa düşdüm. Əvvəl elə bilirdim cəhənnəm atəşinin yanacağı insanların öz bədənidir, hətta Sikstin kapellasının freskalar, kitabdakı şəkillərdə də bu cür təsvir edilib. -  Bəli, günahkarlar həyatdakı görkəmlərindən fərqlənmirlər. Ancaq bu öz bədənləri deyil, əgər olsaydı hektoqrafınızın gününə düşərdi: yaylım atəşi, partlayış, qığılcım topası və heç nə yoxdur! Belə təqdirdə insanları cəhənnəmdə əbədi əzaba məhkum etmək məntiqsiz görünərdi. İnanın, radium mükəmməl məmulatdır. - Bəəlii, indi hər şey aydındır, – gələcək narahatlıqların intizarı ilə yerimdə qurdalandım.- Tamamilə haqlısınız. - Əlbəttə, haqlıyam. Mənim arxamda çox böyük təcrübə var. Boş-boşuna çənəmi yormayım, özünüz ora düşəndə hər şeyi gözlərinizlə görəcəksiniz. O, yəqin elə düşünürdü maraqdan alışıb yanıram, ancaq məni yaxşı tanımırdı. Fikrə gedib bir dəqiqədən sonra dilləndi: - Mən sizin varlanmağınıza yardım etmək qərarına gəldim. Bu sözlərdən ürəyimdə sevinc oyandı. Ona minnətdarlıq edib diqqətlə qulaq kəsildim. - Siz, ola bilər, bilirsiniz Yeni Zelandiyada ölmüş moa quşlarının sümükləri harada yerləşir? Orada bu sümüklər yüzlərlə, minlərlədir, qalıqlardan iyirmi fut hündürlüyündə dağ əmələ gəlib. Bilirsinizmi, buz dövründə yer üzündə yaşayan mamontların dişlərini haradan tapırlar? Lena çayı mənsəbinin yaxınlığında bir-iki akr sahədə onların sayı hesaba gəlmir. Oradan artıq beş əsrdir Çin karvanları qiymətli yüklə geri dönür. Ölkənizin cənubundakı fosfat yataqlarından xəbəriniz varmı? Onlar qalın laylar şəklində neçə mil geniş ərazidə yerləşir və dünyada nəsli kəsilmiş nəhəng heyvanların qəbiristanlığından başqa bir şey deyil. Dünyanın hər bir nöqtəsində bu qəbiristanlıqlardan tapmaq olar. Maraqlıdır, bu heyvanları hansı instinkt idarə edirdi ki, ölüm yaxınlaşan zaman hamısı bir yerə yığışıb məhv olmuşdular? Bu təbiətin böyük sirridir, hətta elm də cavab tapmaqda acizdir. Artıq neçə milyon ildir ki, işıldaquşların qəbiristanlıqları mövcuddur. İçimdə sevindirici ümidlərlə ağzıaçıq dinləyirdim. İblis ağzımı bağlamağıma işarə etdi: - Bu qəbiristanlıq Kordilyerin qarlı qollarından birində – oturduğumuz otağın yarısı qədər olan kasaşəkilli dərinlikdə yerləşir və bu kasa ağzınacan nə ilə dolsa yaxşıdır? Saf işıldaquş radiumu – cəhənnəm od-alovuyla! Bax budur, neçə minilliklərdir ki, saysız-hesabsız işıldaquşlar hər gün ölümlərinin arxasınca bu yerə uçub gəlir və hər bir işıldaquş özü ilə qiymətli hədiyyə gətirir – özünün yeganə ölməz hissəciyi, saf radium elektronunu. Burada toplanmış enerji ehtiyatı dünyanı işığa qərq etmək, əsrin sonuna kimi bütün nəqliyyat vasitələrini, mühərrikləri yanacaqla təmin etməyə kifayət edər. Dünyanın bütün pulunu bir yerə yığsan da bu xəzinənin qiymətini ödəməz. Beləliklə, bu gündən siz mənim, radium isə sizindir. Xanım Küri saf poloniumu əldə etdikdən sonra, ondan özünüz üçün örtük hazırlayıb xəzinənin arxasınca yola düşün! Minnətdarlıqla dolu sözlərimi ağzımda qoydu, məni qaranlıq otaqda tək buraxıb qəflətən yoxa çıxdı. Radium dolu quyunu havadakı işıltılara əsasən tapacağam. Qoy, bu dahi qadın poloniumu vismutdan ayırsın, o zaman əvəzedilməz xəzinə mənim idarəm altına keçəcəkdir. Artıq səhmlər satışa çıxarılıb. Mark Tvenə müraciət edin. Tərcümə: Emin Bakuvi
['İblis', 'Mark Tven']
5,452
https://kayzen.az/blog/issoc/6120/dost-nec%C9%99-olmal%C4%B1d%C4%B1r.html
Dost necə olmalıdır?
Old_Baku_
islam və cəmiyyət
2 iyul 2011, 13:01
Rəhman və Rəhim Allahın adı ilə! Hamımızın ağız dolusu "dostum" deyib danışdığımız anlar var. Hamımız "dostum" deyəndə kimisə nəzərdə tuturuq. Bu həyatda hər bir insanın doğma olmayan, lakin çox yaxın, sirdaş saydığı bir dostu var. Həzrəti Əli bin Əbu Talib (r.a) buyurub ki: "Dostunu həddindən artıq çox sevmə, çünki bir gün düşmənin ola bilər. Düşməninə həddindən artıq kin, nifrət bəsləmə, çünki bir gün dostun ola bilər." Həqiqətən də, bir çoxlarımız illər boyu dost saydığımız bir insandan bəzən xəyanət görürük və aramızdakı əlaqə düşmənçiliyə çevrilir. Bu günümüzdə, bir müsəlman kimi biz seçdiyimiz dostlarımızı nəzərdən keçirmirik. Niyə və kimi dost saydığımızın səbəbini də bilmirik. Səbəbi olsa da belə, adi və dünyəvi səbəblər olur. Lakin dost və yoldaş seçməyin də öz ədəbləri və öz qaydaları var. Bu ədəblərə riayət edilərək dost seçilən şəxs də gələcəkdə düşmənə çevrilməz. Ən birincisi biz özümüzə dost seçdiyimiz şəxsi Allahın razılığı üçün seçməliyik. Bu əlaqəni Allaha xoş gedən və Onu razı salan halda davam etdirməyi düşünməliyik və niyyət etməliyik. Seçdiyimiz dost dini dəyərləri və əxlaqı gözəl olmalıdır ki, həm Allah qarşısında,  həm də insanlar qarşısında rüsvay olmayaq. Peyğəmbərimiz (s.a.s) buyurub ki; "Hər kəs özünə dost seçdiyi şəxsin dinindəndir. Hər biriniz seçdiyi dostuna diqqətlə baxsin.". Dost ağıllı,dərrakəli və başa düşən olmalıdır. Hər şeydə ədalətlə davranan və mədəniyyətsizlikdən uzaq olmalıdır. Dost dostun eybini hər zaman örtməli, biruzə verməməli, başqalarından gizlətməlidir. Dost bizə hər zaman öyüd-nəsihət və məsləhət verməlidir. Öyüd-nəsihətində isə yumşaq və xoş rəftar etməlidir. Yaxud biz dostumuza nəsihət veririksə, bunu can-başla dinləməlidir, bunu səmimi qəbul etməlidir. Bilmədən və qəsd etmədən əziyyət vermişiksə, buna səbr etməyi bacarmalıdır. Dostluğun ən əsas şərtlərindən biri də vəfalı olmaqdır. Nə baş verirsə versin, dost dosta qarşı hər zaman vəfalı yanaşmalıdır. Dostumuz daim bizimlə görüşməli və ya bizi ziyarət etməlidir. Görüşlər və ziyarətlər isə heç bir dünya mənfəəti naminə həyata keçirilməməlidir. Bir müddət xəbər almadıqda narahat olmalı və bizi axtarıb tapmalıdır. Biz səfərdə olsaq, ailəmizlə əlaqədə olmalı və qayğısına qalmalıdır. Dost sənə qarşı həmişə gülərüz və xoş olmalıdır. Xəstələndiyin zaman həmişə sənə baş çəkməlidir, halınla maraqlanmalı və kömək əlini uzatmalıdır. Sənin dostun, yalnız sənin yaxşı cəhətindən danışmalı və hamıya yaxşılıqlarını bildirməlidir. Dostun özünə məsləhət gördüyü və ən çox istədiyi şeyi eynilə sənə də arzu etməlidir. Bilmədiyin şey varsa, bunu sənə çatdırmalı və ya öyrətməlidir. Sənin haqqında bir pislik eşitsə, araşdırmalı, aydınlaşdırmalı və həmişə səni müdafiə etməlidir. Darlığa düşərsənsə bir an da sənə qarşı paxıl davranmamalıdır. Sənə lazım olan bir şey dostuna da lazımdırsa, sənə verməyi bacarmalıdır. Dəvət etdiyin məclislərdən və münasibətlərdən qalmamalıdır. Daim özünə dua edərkən, sənə də dua etməlidir. Hər bir vəziyyətdə və hadisədə sənə üzürlü bir səbəb tapmalı, çox tənqid etməməli və töhmətdən uzaq durmalıdır. Yaxud bir üzürlü səbəb gətirərsənsə, bunu tərəddütsüz qəbul etməlidir. Kiçik səhvlərin olarsa, buna göz yummalı, sərt davranmamalıdır. Yaxud bir yaxşılıq edibsə, mütləq səndən əvəzini gösləməməlidir. Dost dostla heç bir zaman istehza etməməlidir, ona qarşı sərt davranmamalı, təvazökar olmalı, təkəbbürlükdən uzaq olmalıdır. Mübahisəli halları uzatmamalı, mübahisəli məsələləri ortaya atmamalı, hətta dostu haqqına heç bir zaman pis zənn etməməlidir. Dost dostun sirrini ölənə kimi gizlətməlidir. Ona bir şeyi vəd edibsə, bunu heç bir zaman unutmamalıdır, yaxud xilaf çıxmamalıdır. Dost dostundan azca da olsa yaxşılıq görübsə, bunu küçümsəmək deyil, əksinə minnətdarlıq bildirməlidir. Dost dostun düşməniylə sıx əlaqəyə girməməlidir. Dost dostun həmişə yaxşılığını istəməli, onu həvəsləndirməli və irəli getməyinə dəstək olmalıdır. Qardaşım və bacım, insan özünə məhz bu cür dost seçməlidir. Bu sifətləri özündə cəm edən bir dost səni özüylə cənnətə aparacaq və Allah həmişə sizdən razı qalacaq. Həmçinin sən də dostuna qarşı həmişə bu cür olmalısan. Yuxarıda sadalanan sifətlər və xasiyyətlər eynilə səndə olmalıdır.Allah bizə həmişə düzgün və doğru dost seçməkdə yardımçı olsun! Allah dost saydığımız pis insanları bizdən uzaq etsin, əsl dostluğa layiq olan və tanımadığımız insanları qarşımıza çıxarsın! Allah hər şeyi xalis olaraq ONUN üçün etməyə bizi müvəffəq etsin!
['dostluq']
5,453
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/6119/b%C9%99%C5%9F%C9%99r-%C3%B6vlad%C4%B1na-veril%C9%99n-iztirablar.html
Bəşər övladına verilən iztirablar
Old_Baku_
islam dininin əsasları
2 iyul 2011, 12:52
Bütün bəşəriyyət kef-ləzzət və ağrı-acı qanununa məhkumdur. İnsanlar dünya əziyyətləri və iztirablarından elə zəifləyə bilərlər ki, nankorluq dərəcəsinə  belə çatarlar. Bəzən də nemət və mənfəətlərin çoxluğundan  asi olarlar. Mömin bəndə isə nə qədər zəifləsə də, bəlalara düçar olsa da nankorluq etməz, nemətlərin çoxluğundan da yolunu azmaz. Mömin bəndə ömrü boyu imtahanların bitməyəcəyini bilməlidir. Allah təala onun imanını və Rəbbinə olan sevgisini həm naz-nemət, həm də müsibət imtahanları ilə sınağa çəkir. Hər şeyi bizə verən Rəbbimizi sevərək Onun sınaqlarından keçməyimiz həyatımızı imansızların həyatından  fərqləndirir.Ağrı və acılar, insanın zəifliyini üzə çıxarır, mömin isə ağıllıdır, o Rəbbinin qapısına üz tutur və Ondan məlhəm diləyir və bilir ki, Allahın mərhəməti sonsuzdur. Doğrudan da mömin bəndə ürəyindən keçən hər bir istəyin Allaha bəlli olduğunu bildiyi təqdirdə bəs nə üçün  Ona üz tutmadan əvvəl başqalarına ağız açır, başqa yollar axtarır?!Zərrəcikdən tutmuş Yer kürəsinə qədər bizə məlum olan hər şey  Allahın izni ilə hərəkət edir. Mömin həyatında baş verən hər şeyin Allahın təqdiri ilə olduğunu daim xatırlamalıdır. Ona görə də olanlara həm şükr, həm həmd, həm səbir,  həm də təvəkkül etməlidir. Bəlalar çoxaldıqca, müsibətlər ağırlaşdıqca mömin də Allaha duasını çoxaltmalıdır. Ona daha çox yalvarmalı, acizliyini bacardıqca daha qabarıq göstərməlidir. Peyğəmbərimiz də (s) başına gələcək şeylərdən və bəlalardan qorxduğu zaman  müəyyən duaları edərdi, məsələn, "Allahın qəzəbindən (Onun) mükəmməl sözlərinə sığınıram",  "Allahın yaratdıqlarının şərindən (Onun) mükəmməl sözlərinə sığınıram", "Onun qullarının şərrindən, şeytanların vəsvəsəsindən və mənə yaxın gəlmələrindən Allaha sığınıram".Eyni zamanda Rəsulullah (s) bu kimi duaları səhabələrinə də öyrədərdi. Zeyd ibn Sabit (r) rəvayət edir ki, "Gecələr yata bilmədiyimdən Peyğəmbərə (s) şikayət etdim.  Buyurdu: "De ki, "Allahım, ulduzlar üzə çıxdılar (səmanı bürüdülər), gözlər yumuldu və sakitləşdi, Sən isə əbədi, əzəlisən ( Həyy və Qəyyum), səni nə yuxu, nə də mürgü bürüməz. Ey Həyy, ey Qəyyum, gecəmi sakitləşdir və gözlərimə yuxu ver!". Mən bunları dedim və Allah təala mənim başıma gələn bu əziyyəti yox etdi". İnsan hətta yuxuya belə möhtacdır, yorulub yerinə girsə belə yatmaya bilir. İnsanlara yuxunu qarşılıqsız bəxş edən, onların ruhunu bir anlıq alan,  batareya kimi onlara yenidən enerji verib canlandıran, sonra ruhlarını geri verib, səhər yenidən həyata buraxan Allah deyilmi? Peyğəmbər (s) ən ağla gəlməyən şeylərdən, yuxusuzluqdan və sair kimi əziyyət verici işlərdən Allaha güvənməyi bizə öyrədib. Hər şey edən O deyilmi?! Halımızın hər bir anından xəbərdar olan deyilmi?! Eyni zamanda öz lütfü və kərəmi ilə "Məndən istəyin, verim" deyən də Odur!Bizdən kim əlinə zəmanət alıb ki, həyatı boyu xoş, firavan və əziyyətsiz yaşayacaq?! Allahın ən sevimli bəndəsi, bəşəriyyətin seçilmiş ulduzu və peyğəmbərlərin tacı Məhəmməd (s) belə, elə bəlalara düçar olub ki, ağılsız və səfeh insanlar onun (s) həyatını oxusalar elə bilərlər ki, Allah ona (s) pis insan olduğundan bu qədər işgəncələr verib. Halbuki Məhəmməd (s) kimi şəxsiyyət yer üzünə ayaq basmayıb və basmayacaq da. Çünki başına gələn bəlalar onu insanlığın və bəşəriyyətin kamillik zirvəsinə qədər yüksəltmişdi. Peyğəmbər (s) uşaqlığında yetim olmuş, nə atasını xatırlamış, nə də anasını doyunca görə bilmişdi. Həyat məktəbinin hikmətlərindən və dərslərindən xəbərsiz idi. Hamının gördüyü kimi lazımi qayğı görməmişdi. Lakin Allah təala ona (s) Öz qayğısını göstərdi, həyatı öyrədib, doğru yola yönəltdi. Çox yoxsul bir həyata başladı. Çobanlıq edərək əziyyətlərə qatlandı, amma üzünün suyunu axıdıb bir kimsəyə əl açmadı. Allah təala onu (s) kasıblıqdan qurtardı. Uca Rəbb  Öz nemətini  Duha surəsində belə anladır: "Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! Sənin şaşqın vəziyyətdə tapıb yol göstərmədimi?! Səni yoxsul ikən tapıb dövlətli etmədimi?! "Ən çox sevdiyi həyat yoldaşı Xədicəni (r) itirdi. Oğullarının da vəfatını öz gözləriylə gördü. Sonra sevdiyi Aişəyə (r) bəzi münafiqlər şər ataraq  yalandan ləkələyirlər. Bu daxili əzabla Peyğəmbər bir ay gəzir, nəhayət vəhy gəlir. Onu himayəsinə götürmüş əmisi Əbu Talib iman gətirmədən həyatdan köçür. Əmisinin cəhənnəmdə olacağını bilən Peyğəmbər çox acıyır. Bir tərəfdən, o biri əmisi Əbu Ləhəb onun (s) başına oyunlar gətirir. Əmisi Həmzəni (r) savaşda vəhşicəsinə öldürürlər. Ona (s) iman gətirənləri incidir və yurdlarından qovurlar, sonda Peyğəmbərin (s) özü də Mədinəyə çıxıb gedir. Onlara 2-3 il iqtisadi embarqo tətbiq edirlər. Səhranın ortasında aclıq illəri keçirir. Taif şəhərinə dəvətə gedərkən döyülüb, daşlanıb qan içində qovulur. Peyğəmbərin başına gələn bəlaları saymaqla bitməz. Onun (s) həyatını oxumaq lazımdır. Allah ən sevimli bəndəsini bu qədər sınaqlardan keçirir, lakin Peyğəmbər bircə dəfə də şikayətlənmir, əksinə əlini açıb Allaha "Əgər mənə qəzəbli deyilsənsə, heç nə vecimə deyil" deyir. Allah təala Peyğəmbərə (s) əl-İnşirah surəsində belə müraciət edir: "(Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin köksünü (qəlbini) açıb genişlətmədikmi?! (Allahın öz lütfü ilə köksünü açıb genişlətdiyi kimsənin qəlbinə Şeytan vəsvəsə sala bilməz. O, qüdsiyyət kəsb edər, vəhy qəbul etməyə layiq olar!) Ağır yükünü səndən götürmədikmi?! (Elə bir yük ki) sənin belini bükürdü. Sənin ad-sanını (şan-şöhrətini) ucaltmadıqmı?!"  
['islam']
5,454
https://kayzen.az/blog/Old_Baku_/6118/%C5%9Feytan%C4%B1n-hiyl%C9%99g%C9%99r-planlar%C4%B1.html
Şeytanın hiyləgər planları
Old_Baku_
Bloq: Old Baku
2 iyul 2011, 12:45
Müsəlmanlar həyat tərzləri dəyişdirilərək necə kölələşdirilirlər? Bir gün şeytanın insan cinsindən olan ortaqları bütün dostlarını beynəlxalq konfransda iştirak etməyə dəvət edirlər. Konfransı açıq elan edən aparıcı sözünə belə başlayır: "Biz uzun əsrlərdir ki, İslam orduları ilə dəfələrlə müharibə meydanlarında döyüşmüşük. Ancaq onları heç bir vasitə ilə dinlərindən döndərə, məscidə getməsinə mane ola, onların Quranı oxumalarının və həqiqətləri öyrənmələrinin qarşısını ala bilməmişik. Bununla yanaşı, müsəlmanların Allah və onun elçisi ilə sağlam əlaqələr yaratmasına da qarşı çıxa bilməmişik. Müsəlmanlar Allah ilə münasibət qurduqları zaman onların üzərindəki gücümüzü itiririk". Konfrans iştirakçıları vəziyyətin həqətən çox çətin olduğunu bildirərək soruşurlar: "Bəs o zaman nə etməli?" Bu zaman iştirakçılardan biri deyir: "Qoyun müsəlmanlar məscidlərə getsinlər. Ancaq biz onların vaxtlarını və həyat tərzlərini hiyləgər bir şəkildə oğurlayaq və diqqətlərini yayındıraq. Əgər bunu edə bilsək, o zaman onlar gün boyu Allah və elçisi ilə əhəmiyyətli əlaqəni qura bilməyəcəklər". Konfransda iştirak edən digər şəxslər ondan soruşurlar: "Bəs biz buna necə nail ola bilərik?" Həmin şəxs deyir: "Müsəlmanların beyinlərini həyatın əhəmiyyətsiz detalları ilə mütəmadi olaraq məşğul edin, qulaqlarına fısıldayın: "Xərcləyin, xərcləyin, xərcləyin. Borc alın, borc alın, borc alın"... Qadınlarını saatlarla işləməyə razı salın! Kişilərin həftədə 6-7 gün, gündə 10-12 saat olmaqla işləmələri, beləliklə də həyatlarında boşluq qalmaması üçün planlar qurun! Onların övladları ilə vaxt keçirmələrinə mane olun! Həmçinin, müsəlmanların yedikləri və içdikləri ilə oynayın. Onları öz adamlarınız tərəfindən istehsal edilmiş hazır qidaları qəbul etmələri üçün reklam bombardmanına məruz qoyun ki, İslam dinində nə qədər qadağan edilmiş qida növü varsa, həmin qidaları istənilən yolla hiyləgər bir şəkildə gündəlik rasiona daxil edin. Bunu elə həyata keçirmək lazımdır ki, müsəlmanlar ana bətnindən məzara qədər bədənləri üçün sizin istehsal etdiyiniz məhsullardan başqa bir məhsul tapa bilməsinlər. Əgər bunu edə bilsəniz, bir müddət sonra onların imanları və dinlə əlaqələri zəifləyəcəkdir. Onların həyat tərzlərini alçaldın və pisləyin. Onları kölə halına salacaq və əmrinizə tabe olacaq yeni həyat tərzini müasir bir həyat tərzi kimi onlara təbliğ edin. Xüsusilə qadınların baş örtüyü adlanan geyimlə əlaqəsini kəsin. Çılpaqlığın, açıq-saçıqlığın müasir həyatın vacib şərti olduğunu müxtəlif təsiredici reklamlarla beyinlərə həkk etdirin. Lazım gələrsə İslam ölkələrindəki sadiq və nüfuzlu dostlarınızı köməyə çağırın. Müsəlmanlara evlərində belə, dinclik tapmalarına icazə verməyin! Fikirləri o qədər məşğul olsun ki, qəlblərinin səsinə qulaq verə bilməsinlər! Öz nəfslərini sorğu-suala çəkməsinlər. Bunu həyata keçirə bilsəniz, fikirləri dumanlanacaq, Allah və elçisi ilə əlaqələri qopacaqdır". "Bravo, əhsən, əla ideyadır" - deyə dostları onu alqışlayır. "Dayanın, bu, hələ son deyil" - deyə həmin şəxs sözlərinə davam edir: "Çayxanalarda, həkim müayinəsində, kafelərdə stolları açıq-saçıq qəzet və jurnallarla doldurun! Zehnlərini 24 saat xəbər bombardmanına məruz qoyun! Qoy, onlar avtomobil idarə etdikləri zaman belə, düşünməsinlər. İnternetdən istifadə edənlərin ünvanlarına sifariş kataloqları, mərclər, çəkilişlər və boş ümidlərlə doldurun! Qəzet və telekanalları zərif şəkildə hazırlanmış gözəl qız modelləri ilə doldurun ki, ərləri xarici gözəlliyin mühüm olduğuna inansınlar və xanımlarından xoşları gəlməsin! Qadınların axşam çağı ərləri ilə maraqlana bilməyəcək qədər çox yorulmasını təmin edin! Əgər qadnlar kişilərin ehtiyacı olan sevgini onlara bəxş edə bilməsələr, o zaman kişilər bu sevgini başqa yerdə axtaracaqlar! Övladlarına namazın əhəmiyyətini başa salmalarına mane olmaq üçün onlara mənasız hekayə kitablarını tövsiyə edin! Təbiət qoynuna çıxıb Allahın yaratma sifətini müşahidə etmələrini əngəlləmək üçün onları qapalı məkanlarda məşğul edin. Kompüter oyunlarına, əyləncə parklarına, sərgilərə, idman oyunlarına, konsertlərə, kinoteatrlara və s. yerlərə aparın. Unutmayın ki, bizim işimiz fitnə çıxarmaqdır. Onları islam dostluğu və gözəl söhbət məclisləri əvəzinə dedi-qoduları və qonaqlıqlara təşviq edin! Bax, bizim planımız budur! Qoy, futbol onların həyatlarının mərkəzində dayansın. Müsəlmanları elə hala salın ki, onlar futbolçuların, müğənnilərin və mankenlərin adlarını uşaqlarına əzbərlətməyi mərifət hesab etsinlər! Ancaq nə badə İslamın şərtlərinə maraq göstərsinlər!" Dostları həmin şəxsi hiyləgərcəsinə hazırlanan bu plan üçün atəşli şəkildə alqışladılar. Konfrans iştirakçıları ölkələrinə geri dönərkən müsəlmanları daha çox məşğul edəcəklərinə, Allaha, elçisinə və ailələrinə daha az vaxt ayırdacaqlarına söz vermişdilər. Sizcə onlar buna nail ola bildilərmi?  
['islam']
5,455
https://kayzen.az/blog/s%C3%BCnn%C9%99/6117/%C9%99f%C9%99ndimiz-s.a.v.-kimi-dua-ed%C9%99k.html
Əfəndimiz (s.a.v.) kimi dua edək!
Old_Baku_
Sünnə
2 iyul 2011, 12:40
Peyğəmbərimizin (s) ibadət həyatı özünəməxsus gözəlliyi, ülviliyi ilə seçilmişdir. Səhabələr hər bir şeydə, o cümlədən ibadət həyatında da ona (s) oxşamağa çalışardılar. Allahın rəsulu, dua xüsusunda da səhabələri və onlardan sonra gələn nəsillər üçün nümunə olmuşdur. Demək olar ki, onun (s) etdiyi bütün dualar bizə gəlib çatıb. Həmin duaların bəziləri: Allahım, mənə doğru yol göstər, öz fəzilətindən mənə də  bəxş et, lütfünü əsirgəmə və mənə  bərəkət nazil et! Allahım, mən acizəm, mənə güc ver. Mən zəlil bir adamam, Sən məni gücləndir. Mən kasıbam, məni varlı et, ey rəhimlilərin Rəhimlisi! Allahım, mən Sənin qulunam, qulun və kənizinin oğluyam. Taleyim Sənin əlindədir. Mənim üçün qoyduğun hökm keçərlidir, haqqımdakı qəzavü-qədərin ədalətlidir. Sənə aid olan, Sənin özünə verdiyin ad və ya kitabında endirdiyin yaxud xəlq etdiklərindən hər hansısa birinə bildirdiyin, dərgahında - qeyb aləmində özünə aid etdiyin bir adla Səndən Quranın qəlbimin baharı,  üzüntümün cilası, qəm və kədərimin aradan qaldırılması üçün vəsilə olmasını istəyirəm. Allahım, Mən Sənin pak, gözəl və mübarək, uca dərgahında Sənə  sevimli olan, onunla dua edildiyi zamann  dərhal cavab verdiyin, onunla Səndən istənildiyi zaman dərhal verdiyin, onunla rəhmin tələb olunduğu zaman mərhəmətini əsirgəmədiyin, onunla Səndən nicat  istənildiyi  zaman nicat verdiyin adınla Səndən istəyirəm. Allahım, mənim üçün dilədiyin hər şeyin sonunun  xoş olmasını Səndən istəyirəm. Sənin mərhəmətini diləyirəm, ey mərhəmətlilərin Mərhəmətlisi! Allahım, cəhənnəm və qəbir əzabından, Məsih Dəccalın, həyat və ölümün fitnəsindən Sənə sığınıram. Allahım, cənnəti, cənnətə  aparacaq  söz və əməlləri Səndən diləyir, cəhənnəmdən, cəhənnəmə aparacaq söz və hərəkətlərdən Sənə sığınıram. Allahım, indi və gələcəkdə bildiyim və bilmədiyim bütün yaxşılıqları Səndən diləyir, indi və gələcəkdə bildiyim və bilmədiyim söz və davranışlardan Sənə sığınıram. Allahım, qulun və rəsulun Məhəmmədin Səndən istədiyi xeyir və yaxşılıqları Səndən istəyir, onun sənə sığınıb uzaqlaşdığı hər bir şeydən Sənə sığınıram. Allahım, Qurani-Kərim hörmətinə mənə rəhm et, onu mənə iman, nur, hidayət və lütf vəsiləsi et! Allahım, Qurani-Kərimdən unutduğum bir şey olarsa, onu mənə xatırlat, başa düşmədiyim bir şey olarsa başa duşməyimə kömək et! Gecə-gündüz Quran oxumağı mənə nəsib edib onu lehimə şahid eylə, ey aləmlərin rəbbi! Allahım, peyğəmbərin Məhəmmədin, dostun İbrahimin, sirdaşın Musanın, kəlmə və ruhundan olan İsanın, Musaya endirdiyin Tövratın, İsaya endirdiyin İncilin, Davuda endirdiyin Zəburun, Məhəmmədə endirdiyin Quranın, bütün peyğəmbərlərinə verdiyin vəhyın, yaratdıqların üzərində qəza və qədərin, səndən istədiklərində verdiyin kəslərin, kasıb etdiyin varlılar və varlı etdiyin kasıbların, hidayət verdiyin şəxslərin, Musaya bildirdiklərinin, üzərində qullarının ruzisini böldüyün Yerin, sakit saxladığın hərəkətsiz dağların, əzəmətli ərşini daşıtdığın  adlarının, Qurani-Kərimdə  nazil etdiyin Əhəd, Səməd, Tahir adlarının, gündüzləri işıqlandırıb gecələri qaranlıq edən adın, böyük əzəmətinin və nurlu simanın hörmətinə qüdrətin və qüvvətinlə Qurani-Kərimi oxuyub başa düşməyi və onu bütün  varlığıma sirayət etdirməni və bütün davranışlarımın ona uyğun olmasını Səndən istəyirəm. Güc və qüdrət ancaq Səndədir, ey rəhimlilərin Rəhimlisi! Allahım, bildiyimiz və bilmədiyimiz bütün yaxşılıqları bizə nəsib et, bildiyimiz və bilmədiyimiz bütün pisliklərdən bizi qoru, hər bir işimizin sonunu xeyirli edib bizi dünya və axirət əzabından qoru! Bizi dostlarınla dostluq, düşmənlərinlə düşmənlik edib səbr və şükür edənlərdən et! Ey Əbədi və Əzəli olan Allahım! Bütün işlərimi yoluna qoymağını,  bir an olsun belə, məni başı-başına buraxmamanı mərhəmətinə sığınaraq Səndən istəyirəm. Allahım, qulağıma və gözümə sağlıq ver! Küfrə düşməkdən, kasıblıq və qəbir əzabından, zülm etmək və zülm olunmaqdan Sənə sığınıram. Ey rəbbim! Bizə dünyada və axirətdə gözəl şeylər nəsib eylə, bizi cəhənnəm əzbından qoru. Ey rəbbim! Faydasısız elmdən, qəbul olunmayacaq ibadətdən və duadan, acizlik və tənbəllikdən, qorxaqlıq və xəsislikdən, hər cür xəstəlik, gecə və gündüz üz verəcək pisliklərdən, narahatlıqdan, pis dost və xeyirsiz qonşudan sənə sığınıram  
['islam']
5,456
https://kayzen.az/blog/s%C3%BCnn%C9%99/6116/k%C3%BCfr%C9%99-yol-verm%C9%99y%C9%99k.html
Küfrə yol verməyək
Old_Baku_
Sünnə
2 iyul 2011, 12:36
Allah-təala barəsində layiq olmadığı sözlər söyləmək. Məsələn, bir kəs bir iş gördüyü zaman: "Allah bilir ki, mən bunu etməmişəm", yaxud da görmədiyi bir iş haqqında: "Allah şahiddir ki, mən bunu etmişəm" demək; Bu cür sözləri işlətmək Allahı cahilliklə günahlandırmaqdır. - "Allah ağıllıdır, şüurludur, yaxşı fikirləşir" demək; Bu cür ifadələr işlədən şəxs Allahı məxluqlara bənzətmiş olur. - Peyğəmbərləri alçaldıcı sözlər söyləmək, onlarla istehza etmək; Məsələn, Adəm peyğəmbəri nəzərdə tutaraq: "İlk insan vəhşi idi" demək; Digər tərəfdən, bir övliyanı peyğəmbərdən üstün tutmaq, "Əgər peyğəmbərin dediyi doğrudursa, o zaman biz xilas olduq" demək; Bununla yanaşı, bir kəsə: "Öküz əleyhissəlam" demək; "Yalnız Quran, ondan başqa qaynaq tanımıram, Qurandan başqa mənbəyə ehtiyac yoxdur", "Peyğəmbər poçtalyondur, vəzifəsini yerinə yetirmişdir", "peyğəmbərimizdən sonra rəsul gələ bilməz, amma nəbi gələ bilər" kimi sözlər küfrdür. Yəni, bu cür ifadələr işlədən və bu cür sözlərə inanan insan kafir olar. - Peyğəmbərimizdən (s) sonra başqa bir peyğəmbərin gələcəyini düşünmək; - Mələkləri alçaldıcı sözlər söyləmək. Məsələn: "Sənin baxışın Əzrailin baxışı kimidir", "Cəbrayıl belə, desə inanmaram", "Bu ibadətin savabını yaza bilən mələk yoxdur" demək; Həmçinin, "Övladlarınızı yaxşı tərbiyə etməsəniz zəbani olarlar" demək küfrə səbəb olur. - İslam alimlərinin sözlərinə, fiqh kitablarına və fitvalarına riayət etmək əvəzinə təhqir etmək; Məsələn: "Əbu Hənifənin qiyası doğru deyildir" demək; - Axirətdə baş verəcək şeylərlə istehza edərək: "Mən cənnəti istəmirəm, cəhənnəmi istəyirəm. Çünki bütün nataşalar (yəqin ki, oxucu məqalənin türk dilindən tərcümə edildiyini nəzərə alaraq "nataşa" sözünün osmanlı türkləri arasında hansı mənada işlədildiyini başa düşəcəkdir) oradadır" demək; - Allahın əmr və qadağalarına, yəni Qurani-Kərimdə və hədislərdə açıq şəkildə bildirilən və islam alimlərinin kitabları ilə hər tərəfə yayılmış, inanılması vacib olan dini əsaslardan birinə inanmamaq, bəyənməmək və ya bunlara əhəmiyyət verməmək. Məsələn: "Mən görmədiyim üçün cinlərə və nəzərə inanmıram" demək; - Qəti haram olduğu məlum olan bir şeyi yeyib içən zaman Allahın adını anmaq; Məsələn: şərab içərkən və ya donuz əti yeyərkən "Bəsmələ" çəkmək küfrdür. - Qurani-Kərimi mahnı kimi oxuyana  qəsdən "Nə gözəl oxuyur" demək; - Kafirlərin ibadət məqsədilə yerinə yetirdikləri və kafirlik əlaməti olan, habelə İslamı inkar etmək və inanmamaq əlaməti olan, həmçinin təhqir edilməsi vacib olan şeyləri etmək və onlardan istifadə etmək; Bunlardan məşhur olanları bilməyərək və ya zarafat olsun deyə və ya hər kəsi güldürmək üçün etmək də küfrdür. Məsələn, zünnar adlanan rahib qurşağını bağlamaq küfrdür. - Yunan filosofları kimi "Dünya əzəli və əbədidir" demək; - İslam dinini islam düşüncəsi adlandırmaq; Belə ki, İslam bir düşüncə sistemi deyildir. İlahi əmr və qadağalara düşüncə deməkdən çəkinilməlidir! Din mənasında işlədilən "islam düşüncəsi" və "islam nəzəriyyəsi" kimi ifadələr olan kitablar çox zərərlidir. - Kafirlərin dini ayinlərini və bayramlarını bəyənmək; Məsələn: zərurət olmadan bir xristianı Noel bayramı münasibətilə təbrik etmək, Novruz bayramında yumurta boyamaq, kilsə ayinlərində zövq almaq niyyəti ilə iştirak etmək; - "Yəhudi və xristianlardan Allaha inananlar cənnətə gedəcəkdir" demək; - Möcüzəni və kəraməti inkar etmək; - Məşhur bir harama halal, halala isə haram demək; Məsələn: "Donuz yağı halal, sirkə, üzüm suyu haramdır" demək; - Ayəni, bəsmələni, hər hansı bir peyğəmbərin və ya adı yazılan kağızı qəsdən tualetə atmaq, müsəlmanın ağzını söymək. - Həcc, namaz, oruc kimi ibadətlərin şəklində şübhə etmək; Məsələn: "Görəsən, namaz belə qılınır?" demək; - "Bir parça ət yemək dini elmləri öyrənməkdən yaxşıdır" demək; Burada dini elmlərlə rişxənd edildiyi üçün küfr var. - "Bir müddət sonra xristian olacağam" - deyə fikirlərşmək; Bir qadın xristianla evlənməyə qərar verdiyi andan etibarən kafir olur; Bir kişi də ateist bir qadınla evlənməyə qərar verdiyi andan etibarən kafir olur; - Ağır bir xəstəliyə düçar olduğu zaman: "Allahım, mənim canımı al. Lap istəsən kafir olaraq al" demək; - "Allahım, övladımı əlimdən aldın, əlindən başqa nə gəlirsə onu da et" demək; - Dırnağı uzun olana: "dırnaq kəsmək Sünnədəndir" deyildiyi zaman "Sünnə olsun da, nə olsun ki?" deyərsə kafir olar. Bu şəxs dırnağını kəsmədiyi üçün deyil, Sünnəyə əhəmiyyət vermədiyi və bəyənmədiyi üçün kafir olur. - "İnşallah, maşallah deməklə qarın doymaz, maşallahla inşallahla iş olmaz və ya namaz qılmaq qarın doyurmaz" demək; Bunları söyləməklə dinimizin əmri bəyənilməmiş və onunla istehza edilmiş oluruq. İnşallah "Allahın izni ilə" deməkdir. Allahın izni olmadan heç bir şey mümkün deyildir. Ona görə xeyir və şər Allahdandır deyərək iman gətirmək vacibdir. Xeyir kimi şərrin də Allahdan olduğuna inanmamaq isə küfürdür. - Dostuna və ya sevgilisinə: "Sən mənə Allahdan da Peyğəmbərdən də daha sevimlisən demək; - İslam alimlərini lənətləmək və pisləmək də küfrə aparıb çıxarda bilir. - Küfrə razı olmaq küfrdür. Müsəlman olmaq istəyən şəxsə "Əlimdəki işi bitirib gəlirəm" deyərək onun müsəlman olmasını gecikdirmək; "Bir dəfə bir qadın zəng edib məndən gördüyü yuxunun yozulmasını xahiş edir. Mən ona: "Biz yuxu yozmuruq" demədim. "Əvvəlcə, qulaq asım" - deyə fikirləşdim. O danışdı, mən isə qulaq asdım. Qadın erməni idi. Qadından yuxuda Quranı öyrənməsi tələb edilmişdi. Mən: "Dərhal müsəlman olmaq vacibdir" dedim. "Müsəlman olmaq üçün haraya getmək lazımdır?" - deyə soruşduqda, mən "Heç bir yerə getməyə ehtiyac yoxdur, dərhal kəlimeyi-şəhadəti söyləmək kifayətdir" - deyə cavab verdim. Mən dedikdən sonra o da mənim dediklərimi təkrar etdi və müsəlman oldu. Əgər onun müsəlman olmadan əvvəl müftülüyü axtarmağa çalışması ilə müsəlman olmasını gecikdirsəydim bunun yükü çox ağır olardı. Mən isə ona müsəlman olduqdan sonra artıq istədiyin yerə gedə biləcəyini dedim. "Mənə müsəlmanlığı öyrədən bir kitab tövsiyə et" dedi. Mən də ona bir kitab göndərdim". -  Bir şəxsin kafir deyə çağırıldığı zaman o şəxsin bunu qəbul etmiş kimi hərəkət etməsi və ya söz söyləməsi küfrə səbəbdir. Kafirə hörmət olsun deyə "əfəndim" demək, hörmət məqsədilə rahibin və ya papanın əlini öpmək müsəlmanı küfrə aparar. Bir müsəlmana kafir deyən kəs də kafir olar. - Avropadakı şəhərlərdən heyrətlənərək "Xristianlar müsəlmanlardan daha xeyirlidir" demək küfrdür. - Bir şəxs asqırdıqda yanındakı: "Allah sənə rəhmət etsin" deyər, bir başqası isə "Elə demə, onun rəhmətə ehtiyacı yoxdur" desə son sözü deyən kafir olar. - Aişə anamıza namussuz demək; (İffətli, cənnətlik və möminlərin anası olduğu Quran ayələri ilə sabitdir). - Həzrəti Əbu Bəkr və digər səhabələri söymək lənətləmək küfrə səbəb olacaq əməllərdəndir. 34- Əshabdan birini kafirlikdə ittiham etmək; Çünki Qurani-Kərimdə bütün səhabələrin cənnətlik olduğu bildirilmişdir. Onlardan biri kafir adlandırıdığı təqdirdə Qurana inanılmamış olar. - "Məzlum olaraq öldürülən kafir cənnətə daxil olar" demək küfrdür. -  Axtardığı hədisi tapa bilmədikdə hədis kitabını və ya "Bu Quranla əməl etmirsiniz, mən də onu yerə atıram" deyərək müshəfi yerə atmaq küfrdür. - Haram puldan savab ummaq; Məsələn, bir qadın fahişəlikdən qazandığı pulla qurban kəsdiyi zaman bundan savab umarsa, küfrə daxil olar. Savab ummadan kəsdiyi təqdirdə isə küfr işləmiş olmaz. - Allaha məkan isnad etmək; Məsələn, xristianlar kimi "Allah göydə oturur" demək küfrdür. Həmçinin, Allahı nəzərdə tuttaraq "Göylərdən bir səs gəldi, Allah göydən bizə baxır" demək də küfrdür. Çünki bu cür sözlərlə Allaha məkan isnad edilir. Dünya, planetlər, cənnət və cəhənnəm əzəli deyildir, sonradan yaradılmışdır, məxluqdur. Yer və göylər yox ikən də Allah var idi. İslam alimləri Allah hər zaman və hər yerdə əbədi olaraq hazır və nazırdır demənin caiz olduğunu bildiriblər. Ancaq Allah üçün zaman və məkan asılılığı olmadığı üçün bu söz məcaz kimi işlədilir. Bu baxımdan "Allah zamansız və məkansızdır, heç bir yerdə deyil, hər zaman hazırdır" demək caizdir. "Miftah əl-Cənnə" (Cənnətin açarı) adlı kitabda: "Bir kəs "Allahdan xali (boş) yer yoxdursa və ya Allah göydədir mən də buna şahidəm" deyərsə Allaha məkan isnad etdiyi üçün kafir olar deyilir. Çünki Allaha məkan isnad etmiş olar. Halbuki Allah məkandan uzaqdır.. - "Namaz qılmıram, ancaq qəlbim təmizdir" demək; Burada namaza əhəmiyyət verilmir, bu isə küfürdür. Namaz qılmayan insan həmişə haram iş görür deməkdir. Haram iş görənin isə qəlbi təmiz olmaz. - Bir müsəlmanı alçaltmaq məqsədilə ona "Allahlıqdır" demək; - "Anan-atan qarabuğdayıdır, sən necə sarışın olubsan?" - deyən şəxsə qəsdən "Mən istehsal xətasıyam" demək; Belə deməklə yaradıcının səhv iş gördüyünü iddia etmiş olur. - "O xəsislərin Allahıdır" demək küfrdür. - Ölümə, əcələ "vaxtsız gəldi" "amansızlığın, zülmün əli" demək küfrdür. Çünki əcəl Allahın əmri ilə gəlir, Allahın əmrini və ya Əzrayıl əleyhissəlamın vəzifəsini zülm kimi göstərmək küfürdür. Yuxarıda sadalanan bütün sözlər küfrə səbəb olan sözlərdir. Küfrə səbəb olan hər hansı bir sözü qəsdən söyləyən şəxsin imanı yoxdur. Çünki hər müsəlmanın dini üçün bilməsi vacib olan şeyləri öyrənməsi fərzdir. Tövbə üçün yalnız kəlimeyi-şəhadət kifayət olmayıb küfrə səbəb olan şeydən də tövbə etməsi lazımdır. Bir sözlə, insan küfrə düşüb kafir ola bilər. Mən küfr olan sözlərdən bəzilərini yuxarıda qeyd etdim. Unutmayaq ki, iman nə qədər qiymətlidirsə, bir söz ucbatından kafir olmaq da o qədər mənfi haldır. Biz müsəlman olaraq bu xüsuslara xüsusi diqqətlə yanaşmalıyıq.  
['islam']
5,457
https://kayzen.az/blog/h%C9%99zm/6111/assit-n%C9%99dir.html
Assit nədir?
ayxansevda
həzm sistemi
1 iyul 2011, 22:50
Assit (hidroperiteneum, qarın boşluğunda maye) qarın boşluğuna mayenin toplanmasıdır. Assit sözü yunan sözü olan askos sözündən götürülüb kisə mənasını verir. Normal insanlarda qarın boşluğunda maye olmur və ya çox az miqdarda olur. Məsələn, qadınlarda menisturasiya tskilindən aslı olaraq qarın boşluğunda 20 ml-ə qədər maye ola bilər. Odur ki, qarın boşluğunda mayenin çox olması hər hansı bir patoloji prosesin mövcud olması şübhəsi yaradır.SəbəbləriQarın boşluğunda maye toplanmasının əsas səbəbləri aşağıda göstərilmişdir:Peritonit - Bakterial mənşəli peritonitlər - Vərəm mənşəli peritonitlərPortal hipertenziya - İntrahepatik - qaraciyər daxili blok - məsələn, qaraciyər şişləri, sirroz, xroniki hepatitlər və s. - Prehepatik blok - qaraciyər önu blok - məsələn, qapı venasının trombozu, dalaq venasının trombozu, Qapı venasının sıxılması (pankreas, mədə və ya öd kisəsi şişi tərəfindən) - Posthepatik blok - qaraciyər sonrası blok - məsələn, Badd-Kiari-Sindromu, aşağı boş venanın trombozuÜrək və perikard xəstəlikləri - məsələn, sağ ürək çatışmamazlığı, perikarditHipoproteinemiya - qanda zülalın azalması- məsələn, nefrotik sindromBədxassəli şişlər - məsələn, periton karsinozuDıgər səbəblər - Mədəaltı vəzinin sisti - Pankreatitlər - Meigs Sindromu (xoş xassəli yumurtalıq şişləri) - TravmaMüayinə PlanıAssiti olan xəstələrə həkim aşağıdakı müayinələri təklif edə bilər: - Qarının ultrasəs müayinəsi - Rentgen - Qanın ümumi analizi - Qanın laxtalanma qabiliyyəti - Qanın biokimyəvi analizı (Bilirubin və qalıq azot daxil olmaqla) - Qanın seroloji müayinəsi (xərçəng markerləri də daxil olmaqla) - Assitik mayenin sitoloji və hematoloji müayinəsiYuxarıda göstərilən müayinələr tam diaqnoz üçün yetərsiz olarsa digər müayinələr də təklif edilə bilər: - Kompüter Tomoqrafiyası - Ginekoloji müayinələr - Endoskopiya
['tibb', 'xəstəlik']
5,458
https://kayzen.az/blog/ayxansevda/6110/k%C3%B6rp%C9%99nin-sa%C4%9Flam-inki%C5%9Faf%C4%B1-%C3%BC%C3%A7%C3%BCn-yuxu-rejimi-vacibdir.html
Körpənin sağlam inkişafı üçün yuxu rejimi vacibdir
ayxansevda
Bloq: ayxansevda
1 iyul 2011, 22:45
Ailənin gələcək davamçısı sayılan məsum, kövrək körpənin qayğısını çəkmək, onu fiziki-mənəvi baxımdan sağlam, gözəl böyütmək hər bir valideynin arzusu, borcudur. Körpəni doğru-düzgün qidalanmasına, geyiminə diqqət yetirməklə yanaşı, onun yuxusuna da fikir vermək lazımdır.Körpə baxımının, bəlkə də, ən çətin tərəflərindən biri onun yuxusunu nizamlamaq, daha doğrusu, rejimə salmaqdır. Körpənin inkişafı üçün harada, hansı tərəfə yatması, yuxu müddətinin nə qədər olması çox əhəmiyyətlidir. Körpəni doğru yuxu vərdişlərinə erkən vaxtlardan alışdırmaq vacibdir. Çünki onlar günün çox hissəsini yuxuda keçirirlər.İlk aylarda körpənin yatağını yaxınınıza qoya, sonra isə öz otağına apara bilərsiniz. Körpənin yataq dəsti yatağa uyğun ölçüdə, sərt və asan təmizlənən olmalıdır. Yatarkən körpənin nəfəs almasına mane olan yorğan, yastıq, yataq örtüsü varsa, yataqda saxlamayın. Körpəni kürəyi üstə yatırdın. Otağın temperaturu 18-20 dərəcə olsa, kifayətdir. Adyalı onun üzərinə çiyninə qədər elə çəkmək lazımdır ki, üzünü örtməsin.Körpə südəmərdirsə, qidalanan zaman yuxuya getsə, astaca götürüb yuxulu halda yatağına uzadın, üstünü örtüb, dərin yuxuya getməsini gözləyin.Onu da deyək ki, yeni doğulan körpə günün 17 saatını yuxuda keçirir (gündüz 8, gecə 9 saata qədər). İkiaylıq körpədə bu 3-4 saat gündüz, 12 saat gecə olmaqla, 15-16 saat olur.
['pediatriya']
5,459
https://kayzen.az/blog/ayxansevda/6109/banan-insult-riskini-azald%C4%B1r.html
Banan insult riskini azaldır
ayxansevda
Bloq: ayxansevda
1 iyul 2011, 22:43
Alimlər təcrübə nəticəsində belə qənaətə gəliblər.Gündə 3 ədəd banan yemək insult riskini azaldır. "Daily Mail" qəzetinin verdiyi məlumata görə, bu qənaətə ingilis və italiyalı alimlər gəliblər. Alimlər bananın tərkibində olan kaliumun insan orqanizmində qan təzyiqinin artmasına mane olduğunu müəyyənləşdiriblər. Jurnal həmçinin Amerika Kardioloqları Kollecinin 200 mindən çox insanın üzərində apardığı 11 beynəlxalq təcrübənin nəticəsini hesabatında dərc edib. Hesabatda alimlər insult riskini 21 faiz azaltmaq üçün insan orqanizminə gün ərzində 1600 milli qram kaliumun daxil olmasının vacibliyini vurğulayıblar. Bir bananda isə 500 milli qram kalium mövcuddur ki, bu da orqanizmdə su balansını qoruyaraq ürək ritmini normallaşdırmağa kömək edir. İnsan orqanizmində kalium metalının çatışmaması isə sonda əzələ-sinir və ürək-damar sisteminin sıradan çıxmasına gətirib çıxarır.Xatırladaq ki, kalium metalı sitrus meyvələri, yaşıl tərəvəzlərin, bananın, yerkökünün, sarımsağın, qara quşüzümünün, pomidorun, balığın və süd məhsulların tərkibində mövcuddur.
['sağlam qida']
5,460
https://kayzen.az/blog/issoc/6108/n%C9%99-olsun,-q%C9%99lbim-ki,-t%C9%99mizdir.html
Nə olsun, qəlbim ki, təmizdir!
Old_Baku_
islam və cəmiyyət
1 iyul 2011, 21:27
Tez-tez belə bir söz eşidirik:  "Nə olsun, qəlbim ki,  təmizdir!"... Siz belə bir şey eşitdiyiniz zaman onu söyləyənlərə cavab olaraq "Qəlbləri təmizləyən ibadətdir!" deyin. Özü də bunu heç çəkinmədən söyləyin! Hələ bu harasıdır! Cəmiyyətimizdə bəzən elə ifadələrə  (məsələn, "Mən namaz qılan bir çox insandan daha yaxşıyam" və s.) ifadələrə rast gəlirik ki, insan onlar qarşısında susmaya bilmir. Bu cür ifadələr axmaqlığın son həddində namazın fərz olduğunu unudaraq deyilən acı kəlmələrdir... Əslində bu, bir az da bizdən qaynaqlanır. Minarəni oğurlayan onu gizlətməyə çalışdığı kimi biz də, çox təəssüf ki, bu cür faydasız şeylərə baş vurur, bəhanələr uydururuq. Xahiş edirəm, səhv başa düşməyin. Məqsədim əxlaqı cılızlaşdırmaq deyil. "Qəlbim təmizdir" deyərək ibadəti tərk edənlərə bir-iki kəlmə söz demək istəyirəm. Mən əxlaqın iman və ibadətin yarısı olduğunun fərqinə varıram. Unutmayaq ki, Peyğəmbəri (s) peyğəmbər edən onun yüksək əxlaqı və ibadəti idi. Deməli, əxlaqın ucalmasına səbəb ibadətdir. Allaha qarşı borcunu yerinə yetirməyən, ona təşəkkür etməyi özünə çox bilən insanın qəlbi necə  təmiz ola bilər?! Həyat nə qəribədir? Anamız Hz. Aişədən "Biz haçan yaxşı, xeyirxah hesab edilə bilərik?"  soruşulduğu zaman "Pis olduğumuzu hiss etdiyimiz zaman" deyər, "Nə zaman pis olduğumuzu dərk edərik?" deyə soruşulduqda isə "Yaxşı olduğumuzu zənn etdiyimiz zaman" cavabını verərdi. Bu misal qeyd etdiyimiz problemə - "Mən yaxşıyam"  deyənlərə çox mükəmməl bir cavabdır. Bəli, biz müsəlmanıq və ətrafımız bizi dindar kimi tanıyır. Üzərimizdə tər-təmiz bir paltar - dindarlıq sifəti var. Əgər o, tər-təmiz, ağappaq paltarda kiçik bir ləkə olsa "göz çıxarar". Biz nəzərlər altındayıq. Gəlin, İslamın yüksək əxlaqını əhatəmizdə olanlara, müsəlman olmayanlara və sonradan İslama daxil olmalarına vəsilə olacaq şəxslərə göstərək. Əgər biz İslam əxlaqını və imanın həqiqətini öz əməllərimizlə nümayiş etdirsək, digər dinlərin mənsubları da, təbii ki, İslama meyl edəcəklər. Bəlkə də Yer kürəsinin bir çox dövləti İslamla şərəflənəcəkdir. Bəli, bizim əxlaqımız Peyğəmbərin (s) əxlaqına bənzəməlidir. Çünki, onun əxlaqı Quran əxlaqı idi. Quranın göstərdiyi əxlaq isə Rəbbin istədiyi kimi olmaqdır: "Ey nəfsim! Səni Yaradanın istədiyi kimi bir qul olmaq istəməzsənmi?" Bəzi insanlardan "Namaz qılırsanmı?", "Oruc tutursanmı?" - deyə soruşduğumuzda  "Xeyr"  cavabını verir və bunun müqabilində isə "Bizim qəlbimiz təmizdir, bizim heç kimin malında, namusumda gözümüz yoxdur" deyirlər. Sizcə "Qəlbim təmizdir" demək kifayətdirmi? Bir şeyi yadda saxlamaq lazımdır: insan heç bir şey etməməklə məsuliyyətdən yaxa qurtara bilməz. Tutaq ki, siz avtobus sürücüsüsünüz. Yol sola doğrulduqda sükanı sola, sağa doğrulduqda sağa hərlətmək, yol bitdikdə və ya qarşınıza maneə çıxdıqda isə dayanmaq zəruridir. Əgər sürücü kimi "mənim qəlbim təmizdir" deyərək heç bir şey etməsəniz, ya birbaşa divara toqquşacaqsınız, yaxud da avtobusu qəzaya uğradıb birbaşa cəhənnəmə vasil olacaqsınız. P.S. a) "Qəlbim təmizdir" deyərək ibadət etməyən müsəlmanlar nəzərə almalıdırlar ki, onların qəlbi Peyğəmbərin (s) qəlbindən təmiz deyildir. Ancaq Peyğəmbər (s) heç vaxt bundan istifadə edərək ibadətdən imtina etməmişdir. b) Allah təala Quranda ibadəti (namaz qılmaq, oruc tutmaq və s.) əmr etdikdə insanların qəlblərinin təmiz olub-olmaması kimi şərt qoymayıb. İlahi əmr hamıya şamildir. "Qəlbim təmizdir" deyənlər özləri bilmədən Allahın iradəsinə qarşı çıxdıqlarını heç düşünürlərmi?
['islam']
5,461
https://kayzen.az/blog/daily-problems/6107/seriallar%C4%B1n-h%C9%99yat%C4%B1m%C4%B1zdak%C4%B1-rolu.html
Serialların həyatımızdakı rolu
Old_Baku_
Gündəlik həyatın çətinlikləri
1 iyul 2011, 21:21
Gündəlik həyatımızın vazkeçilməz şeylərindən olan seriallar ən az saat yarım vaxtımızı alır. Balaca uşaqlardan tutmuş yaşlılara qədər hər kəsin vaxt ayırdığı seriallarsız həyatımızı təsəvvür etmək hardasa qeyri-mümkün hala çevrilib. Hər nə qədər serial deyərkən qadınlar yada düşsə də kişilərin də baxmadığı mənasına gəlmir. Gün ərzində ard-arda bir neçə serial izləyərək vaxtımızın böyük hissəsini onlara həsr etmiş oluruq. İçlərindən nadirən bir iki serialın ibrətamiz olduğunu qeyd etmək mümkün olsa da böyük əksəriyyəti çox təəssüf ki, cəmiyyətdə xoşagəlməyən ənənələrin və ya "yeni cəmiyyət"in formalaşmasına səbəb olmaqdadır. İbrətamiz olanları belə yenə də təəssüflə qeyd etmək istəyirəm ki, seyr edənlər ibrət almaq üçün izləmir. Misal üçün bir serialda insanların sənətlərini sevmələri, onu insanlara xidmət etmək üçün, onları xilas etmək üçün seçmələri təlqin olunur. Bir digərində vətən, millət, bayraq və dövlət sevgisi aşılanmaqdadır. İzləyicilər orda vurğulanan məsələlərə yiyələnmək əvəzinə mafiya qurmaq ya da pul qazanmaq sevdasına düşməkdədirlər. Seriallara baxanların çox hissəsi də uşaqlar və yeniyetmələrdir. Uşaqlarımız seriallarla böyüyür, orda olanları yaşamağa cəhd edirlər. Valideyinlərin fəxrlə mənim övladım filan serialın qəhrəmanına bənzəyir deyərək öyünməsinin az şahidi olmuruq gündəlik həyatımızda. Yaxud filan serialın qəhrəmanını təqlid edərək mafiya babası olma sevdasına düşən gənclərin sayı az deyil. Hərəkətlərində, davranışlarında, geyimində serial qəhrəmanlarını təqlid edənlər, cəmiyyətin ruhuna, adət- ənənəsinə zidd hərəkət etməklə özləri ilə yaşadığı cəmiyyət və cəmiyyətin reallıqları arasına divar hörmüş olurlar. Şüur altımıza yeritdiyi lüks həyata düşkünlük, orda olan həyat tərzinə heyranlıq, orda yaşananları yaşamaq istəyi, "qəhrəmanlar"ı təqlid etmək, onlar kimi yaşamaq, onlar kimi olmaq istəyi bizi xəyallarla yaşayan bir kütləyə çevirməkdədir. Bu xəyallar ki, yaşanan həqiqətlərlə bir-birinə ziddir. Aralarındaki uçurum doldurulmayacaq şəkildə dərin və böyükdür. Qurduğu xəyalları yaşaya bilməyənlər zaman keçdikcə məyus olur, bədbinliyə qapılaraq hüzünlü bir kütləni təşkil etməyə başlayır. Elə qızlarımız var ki, seriallardakı həyatı arzulaya -arzulaya ailə həyatı qurmağa da gecikirlər. Fərdiləşmə hissi getdikcə çoxalmaqda, eyni zamanda serialları idxal etdiyimiz ölkələrin adət-ənənələrinin sürətlə yayılmasına yol açmaqdadır. Bununla da ənənəvi dəyərlər aşınmaya uğramaqdadır. Dəyərləri aşınmış bir cəmiyyət də digər cəmiyyətlər içərisində əriyib yox olmağa məhkumdur.  Seriallarda olan sevgi macəraları, adət-ənənəmizə görə çirkin hesab edilən, qadağan olunmuş münasibətlər getdikcə şüur altına hopur. Ilk başlarda hər nə qədər bunu rədd etsək də getdikcə bunlar adiləşir və adiləşdikcə də yaşanır hala gəlir.Qadınlarını aldadan kişilər, kişilərini aldadan qadınlar topluluğu formalaşır. Yada küçədə-parkda sevişən, hər gün sevgili dəyişən yeniyetmələr nəsli meydana gəlir. Seriala baxaraq özünü dünyanın sahibi zənn etmə abu-havasına girən, filankəs (filan serialın qəhrəmanı) belə etdi deyə mən də edirəm deyənlərin də şahidi oluruq bəzən. Bütün bunlar bu günümü yaşayım, gerisi boş şeydir şüurunu formalaşdırmaqla yanaşı yuxarda qeyd olunan reallıqlarla, qurulan xəyallar arasındakı uçurumun dərinləşməsini sürətləndirir. Eyni zamanda seriallar depressiv və şizofrenik halların çoxaldığı nəsilin formalaşmasına xitmət edir. Bir sözlə seriallar yeni erroziyaya uğramış cəmiyyət inşa etmək üçün hazırlanmış mühəndis rolunu oynayırlar. Həmçinin bax: Seriallar haqqında Serial xəstəliyi
['insan və cəmiyyət', 'serial']
5,462
https://kayzen.az/blog/ramazan/6104/orucun-sosial-faydas%C4%B1.html
Orucun sosial faydası
Old_Baku_
Ramazan ayı
1 iyul 2011, 21:07
Müvəqqəti də  olsa varlı insanlara kasıblığın necə olduğunu xatırladan oruc, sosial ədalət düşüncəsinin zehinlərdə və qəlblərdə  həkk olunmasına vəsilə olan bir ibadətdir. Çünkü həm hər istədiyini yeyə bilən varlı birisi, həm də   çox çətin bir vəziyyətdə yaşayan kasıb insan  oruc tutduqları zaman fiziki olaraq eyni hissləri yaşayırlar. Varlı bir mömini həm fiziki, həm də mənəvi cəhətdən kasıblığın sərhədlərinə çəkən oruc bununla köməyə  möhtac insanların  ağrı-acılarını praktiki olaraq həmin insana hiss etdirir. Bununla da oruc insanlarda yardımlaşma duyğularını daha da canlandırır. Bəzilərinin ac, bəzilərinin isə tox yaşadığı, varlı ilə kasıb arasında qısqanclıq və düşmənçiliyin hakim olduğu bu günümüzdə, cəmiyyətdə əmin-amanlığın və nizam-intizamın bərqərar olması üçün orucun oynadığı sosial rol olduqca böyükdür. Bu səbəbdən də oruc tutan müsəlmanlar Ramazan ayında daha cömərd olur, iftar vaxtı evlərinə qonaq dəvət edərək süfrələrində  başqa insanların, xüsusilə kasıbların olmasına şərait yaradırlar. Digər bir tərəfdən, Ramazan və orucun sosial atmosferindən təsirlənən müsəlmanlar öz mallarından kasıbların haqqı olaraq qəbul etdikləri fitrə sədəqəsini də verməkdən böyük fərəh hissi keçirirlər. Qohum-əqrəbalarına, hətta tanımadıqları insanlara belə bu baxımdan maddi cəhətdən kömək edir, sədəqə paylayırlar. Məlumdur ki, hər bir dövlət öz xalqını gələcəkdə baş verməsi ehtimal olunan mühariblərə hazırlayır. Bu səbəbdən hər bir ölkənin özünün hərbi sistemi vardır. Belə ki, ölkədə yaşayan gənclər hərbi xidmətə çağrılaraq baş verə biləcək müharibəyə hazırlaşdırılır və müharibənin çətin şərtlərinə öyrəşdirilir. Məlumdur ki, müharibə baş verdiyi an insanlar aclıq, susuzluq və başqa çətinliklərlə qarşılaşa bilirlər. Beləliklə, oruc, bütün insanları gələcəkdə baş verəcək müharibə, təbii fəlakət və oxşar hadisələrdə çox çətin şərtlərə öyrəşdirir. Həmçinin, orucun şəhvani arzulara necə hakim olmaq və cəmiyyət əxlaqının sahmana salmaq istiqamətindəki təsirinə toxunmaq yerinə düşərdi. Məlumdur ki, insan instinktiv olaraq əks cinsə meyl edir. Lakin bu istəklər ictimai qaydaları və ümumi əxlaqi dəyərləri zədələyəcək səviyyəyə çatarsa, bu, cəmiyyətdə bir çox problemə və anarxiyaya səbəb olur. Dövrümüzün gəncliyi bütün bu hissləri ən rəzil və murder bir şəkildə yaşayır. Baxdığımız zaman ailə düşüncəsinin təməldən yıxıldığının, ailə qurmağın əsas məqsədlərindən biri olan nəsilartırma şüurunun, demək olar ki, yox olduğunun, sağlam və örnək nəsil əvəzinə yalnız heyvani hisslərdən başqa bir şey düşünməyən gəncliyin möbcudluğunu görə bilərik. Qız və qadınlar kişilərin cinsi arzularına hər bir yöndən xitab edərək onları özlərinin və şəhvani istəklərinin əsirinə çevirmiş, kişilər də qadınları öz arzu və istəklərinə uyğun gələn bir maşın, bir əyləncə vasitəsinə çevirmişlər. Ər və arvadın yataqda etdiklərini utanmadan kücələrdə edən və bununla da heyvanlaşan belə insanlar, demək olar ki, hər təfəri bürüyüb. Bir neçə nəsil sonra bu əxlaqsızlığın nəticəsinin necə olacağı insanın tüklərini ürpədən bir sualdır. Unutmaq lazım deyil ki, qarşısı alınmayacağı təqdirdə bütün bunlar atalıq və analıq düşüncəsinin tarixin arxivinə atılacağına, hər cür əxlaqsızlığın sənət kimi qəbul ediləcəyinə, küçələrdə qız və oğlanların, hətta homoseksualların belə bir-biri ilə açıq şəkildə cinsi münasibətdə olacaqlarına və bununla da bir çox cəmiyyətin əxlaqsızlıq böhranında boğulmasına səbəb olacaqdır. Məhz oruc bütün bu hisslərin tənzimlənməsinə və Allahın haramlarına yaxınlaşmamağa  şərait yaradır. Hətta insan oruclu halda ikən xanımı ilə  yatmaqdan uzaq duracaq, başqalarının xanımına baxmaqdan özünü qoruyacaq, pis düşüncə və sözlərdən uzaqlaşacaq, şəhvani hisslərini nəzarət altına alacaq, zinaya və əxlaqsızlığa sürükləyən hər yoldan çəkinməyə çalışacaqdır. Peyğəmbərimiz (s) orucun əxlaq, xüsusilə cəmiyyət əxlaqı nöqteyi-nəzərindən əhəmiyyətini bir hədisində belə bildirib: "Ey gənclər! Kimin evlənməyə imkanı çatırsa, evlənsin. Çünkü evlənmək gözü haramdan daha çox qoruyar və insan iffətli edər. Evlənə bilməyənlər isə oruc tutsun. Çünkü oruc onun üçün bir qalxandır ". Bununla da  oruc tutan kəs həm öz əxlaqına sahib çıxacaq, həm də cəmiyyətin əxlaqidəyərlərinə xələl gətirməyəcəkdir. Az yeyən insanın qəlbi saf, incə və həssas olur. Qəlbin Haqqa bağlılığı  artır. Çox yemək isə qəlbi sərtləşdirir, nurunu söndürür. Bir hədisində peyğəmbərimiz (s) belə buyurub: "Çox yeməklə qəlbinizi öldürməyin. Artıq su əkini məhv etdiyi kimi, çox yemək də qəlbi öldürər". Həmçinin, az yemək insanda qürur hissini aradan qaldırır. Unutmamalıyıq ki, nəfs aclıqla qırıldığı qədər, heç bir şeylə qırılmır. İnsan ac ikən üz verəcək bəlaları unutmaz. Az yemək insana təmbəllik, süstlük və axmaqlıq verən çox yatmağı aradan qaldırır. Çox yeyən insan qafil olar. Qafil olan insan isə hər zaman zərər içində olub peşmanlıq çəkər. Peyğəmbərimiz (s) buyurub: "Adəmoğlu mədəsindən daha zərərli qab doldurmamışdır. Belini dik tutacaq qədər bir loxma yeməsi ona kifayətdir". Hz. İsanın (Ona salam olsun!) belə dediyi rəvayət edilir: "Mədənizi boş saxlayın, çox yeməyin. Ola bilsin ki, qəlbinizlə Rəbbinizi görə biləsiniz". Az yeməyə  vərdiş edən insan az mala da qənaət edər. Sadə bir həyat tərzi sürər, dərdi-qəmi az olar. Həm özü, həm içində yaşadığı cəmiyyət israfdan, iqtisadi böhrandan, bədxərclikdən xilas olar. Hətta Hindistanın Milli qəhrəmanı Mahatma Qandi müsəlman olmadığı halda İslamda olduğu kimi oruc tutar, mühüm qərarlar verməzdən  əvvəl və ya dua edəcəyi mühüm bir hadisə baş  verdiyi bir vaxda orucu tərk etməzdi. Orucun faydalarını, müsəlmanlara təsirini ətrafındakılara danışardı. Möminlər o kəslərdir ki, onlar hər şeyiAllaha ibadət və itaət üçün edirlər. Bütün bu sadaladıqlarımız oruc tutmaqda əsas qayə deyildir. Əsas qayə Allahın əmrlərinə sarılmaqdır. Bütün bu sadaladıqlarımız daha yaxşı dərk edilərsə, o zaman ibadətlər daha da zövqlə yerinə yetiriləcəkdir. Bunlar möminlərin imanını artıracaq  hikmətlərdir. Kafirlərin də ağıllarını işlədərək İslam dinini seçmələri, dünya və axirətlərini xilas etmələri üçün ən gözəl fürsətdir. İslamda ibadət dünyada bəzi faydalar verdiyi üçün deyil, Allaha itaət və ibadət etmək, Onun əmir və qadağalarına tabe olmaq və Allahın rızasını qazanmaq üçün edilir. Unutmamalıyıq ki, təkcə oruc ibadəti deyil, İslamın hər bir əmr və qadağasına tabe olmaq insana hələ dünyada ikən saysız-hesabsız faydalar verə bilər. Bu dünyəvi faydalar axirətdəki sonsuz nemətlərin sadəcə behidir.
['Oruc tutmaq', 'oruc', 'ibadət']
5,463
https://kayzen.az/blog/Old_Baku_/6103/f%C9%99l%C9%99stind%C9%99-kabus-d%C9%99vam-edir.html
Fələstində Kabus Dəvam Edir.
Old_Baku_
Bloq: Old Baku
1 iyul 2011, 21:04
"Yaxın Şərqdə barışıq" və "ərəb-İsrail sülh razılaşması" anlayışları artıq çoxdandır ki, üzlərdə inam və ümiddən çox, təbəssüm doğurur. 17 il ərzində beynəlxalq ictimaiyyətin guya səy göstərməsinə baxmayaraq, Yaxın Şərqdə sülh prosesi çox dərin dalana dirənib və tərəflərdən heç biri - nə münaqişə, nə də vasitəçilik edənlər onu oradan çıxarmağa hazırlaşmır. Sülh prosesi artıq çoxdandır ki, adını sülh danışıqları prosesinə dəyişib ki, bu da öz növbəsində danışıqlar xatirinə aparılır.Burada sual yaranır: indi iki dövlətin - Fələstin və İsrailin birgə mövcud olduğu müqəddəs torpaqda sülh kimə lazımdır? Əgər lazımdırsa, onda bunun üçün nə edilir?Siyasətdə istənilən ölkə hər şeydən əvvəl öz maraqlarını güdür və artıq sonradan öz qonşularının və ya din və millət qardaşlarının halına yanır. Məsələn, ərəb ölkələrinin timsalında olduğu kimi. Belə yanaşma kifayət qədər məntiqlidir, yalnız bəzən hesab edilir ki, bu və ya digər tərəf müəyyən beynəlxalq imic qazandısa, o zaman ümumilikdə sərbəst heç bir addım belə ata bilməyən qonşu dövlətin problemlərinin həlli ilə məşğul olmalıdır. Belə vəziyyət indi mötədil FƏTH administrasiyasının İsraillə sülh danışıqlarının aparılmasını özünün daha uğurlu ərəb qonşularının, məsələn, Misir və İordaniyanın üzərinə qoyduğu Fələstin cəbhəsində yaranıb. Onlar da öz növbəsində bütün nəzərlərini Ağ Ev administrasiyasına yönəldiblər. İsrail bu "sıradan çıxmış telefondan" heç nəyin əldə olunmayacağını anlayaraq, hərdən öz Qərb müttəfiqlərinə şərtlərinin tam yerinə yetiriləcəyi təqdirdə, fələstinlilərlə sənədi elə günü sabah imzalaya biləcəyini xatırladaraq istədiyi kimi hərəkət edir. Bununla yanaşı, bütün tərəflər bu piar-kampaniyada əslində öz şəxsi maraqlarının qorunması üçün iştirak etdiklərini unutmurlar.İsrail Baş nazirinin yəhudi yaşayış məntqələrinin tikintisinin davam etdirilməsi ilə bağlı bəyanatı fonunda Qahirədə keçirilən Ərəb Dövlətləri Liqasının son sammiti, ərəb ölkələri, o cümlədən Fələstin administrasiyasının sülh prosesinin pozulmasını necə əsaslandırmağı bacarmadıqlarını açıq-aydın göstərib və buna görə ABŞ administrasiyasına vaxt çərçivəsinin müəyyənləşdirilməsi tələbi ilə müraciət ediblər.Sülh prosesinin durğunluğu ərəb dünyasındakı ciddi daxili siyasi dəyişikliklərə, xüsusilə də Misirdə və İranın nüvə məsələsi ilə bağlı artmaqda olan gərginliklə eyni vaxtda gedir. İsrail həmişə olduğu kimi, daha sərfəli vəziyyətdə qalıb: yəhudi məskənlərinin tikintisini demək olar bir il donduraraq Qüdslə bağlı hiyləyə əl atıb. Əgər əvvəllər yüzlərlə məskunlaşma bloku Qərb sahili boyunca səpələnməli idisə, indi onlar Qüdsün şərq hissəsində cəmləşib. İsrail və ABŞ on aylıq moratoriumun nəticə verməyəcəyini bilirdilər, lakin eyni zamanda, hamını "balıq olmayanda, xərçəng də balıqdır" deyiminə inandırırdılar. Vaşinqton İsrailin məskunlaşma fəaliyyətinin bir qisminin dondurulması ilə razılaşmağa məcbur olub, əks halda, obyektiv və baş vasitəçi imicini itirərdi. İsrail və ABŞ arasında möhkəm və açıq müttəfiqliyin qorunması İranla qarşıdurmada başlıca rol oynayır. On ay ərzində ərəb ölkələri sülh prosesini dalandan çıxarmaq üçün yeni heç nə təklif edə bilməyiblər. Ən azı öna görə ki, Fələstin problemi artıq xarici siyasət kursunun prioritetlərinə daxil deyil. Sülh prosesinin Qahirədə başlıca mövzu olacağının bəyan edilməsinə baxmayaraq, Ərəb Dövlətləri Liqasının sammiti əsasən ərəb rejimlərini narahat edən iki başlıca problemə həsr edildi: Misirdə inqilabın başvermə imkanı, "Müsəlman qardaşları" kimi antiqərb və dini partiyaların hakimiyyətə gəlişi; müharibə olacağı təqdirdə, İran körfəzinin ərəb monarxiyalarının Tehrana hücüm üçün əsas hədəfə çevrilməsi.Ərəb dünyası və siyasətinin mərkəzi olan Misirin dini qruplaşmaların əlinə keçməsi təhlükəsi qərb KİV-də Misir Prezidenti Hüsnü Mübarəkin sağalmaz xəstəliyə tutulması ilə bağlı dərc edilən məqalədən sonra daha da artıb. Gələn il ölkədə prezident seçkiləri keçirilməlidir, halbuki analitiklər hesab edirlər ki, dövlət rəhbəri çox güman Mübarəkin böyük oğlu Camal olacaq. Bununla belə, "Qardaşların" və islahatçı Məhəmməd əl-Baradeyinin imkanları da az deyil. Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) keçmiş rəhbəri əl-Baradeyi İranın nüvə proqramına öz loyal yanaşması və Misir cəmiyyətinin demokratikləşdirilməsinin zəruriliyi ilə narahatlıq doğurur. Onun tərəfdarları olan "Müsəlman qardaşları" həm Misirdə, həm də xaricdə geniş populyarlığa malikdir və qonşu Qəzzada Fələstinin hakim HƏMAS qruplaşması ilə çox sıx münasibətlər saxlayırlar. Seçkilərdə əl-Baradeyinin və ya "Qardaşların" qələbə çalması digər ərəb rejimlərini, xüsusilə də monarxiyaları təhlükə altında qoya bilər və kütləvi inqilab fəaliyyəti üçün presedent ola bilər.Digər başağrıdıcı amil İranın nüvə proqramıdır: ərəb ölkələri maliyyə vəziyyətinin və ABŞ ilə münasibətlərin yaxşı olmasına baxmayaraq, Qərbin iqtisadi sanksiyaları altında olan İranın nüvə potensialı üzrə çatdığı səviyyəyə hələ ki çatmayıblar. Ərəb dövlətlərinin və Türkiyənin regionu nüvəsiz zonaya çevirmək barədə çağırışlarına baxmayaraq, Yaxın Şərqdə nüvə birinciliyi üzrə gizli yarış artıq başlayıb. Məsələn, ABŞ tərəfindən dəstəklənən İordaniya AES-in tikintisi üçün kifayət qədər uranın olduğunu artıq bəyan edib. Bununla belə, Türkiyədə isə Rusiya mütəxəssislərinin Aralıq dənizinin Mersin limanı yaxınlığında layihələşdirdikləri ilk atom elektrik stansiyasının tikintisi haqqında qanun qüvvəyə minib.Bundan başqa, ərəb dünyasının liderləri Ankaranın regionda artan təsirindən narazıdırlar. Ərəblər regionda ikinci Osmanlı hegemonluğuna imkan verə bilməzlər və çox güman ki, kömək etmək əvəzinə, türklərin "arabasının təkərinə" mane olurlar. Türkiyə - hər şeydən əvvəl indiyədək İsraillə rəsmi surətdə hərbi razılaşması olan NATO-nun müsəlman üzvüdür və istənilən diplomatik qələbənin hamısı ona aid olacaq, ərəb dövlətlərinin payına isə heç nə düşməyəcək. Bundan başqa, Türkiyə İrandan fərqli olaraq, sünni ölkəsidir. Əgər Tehranın təsiri əsasən "Hizbullah" kimi şiə qruplaşmaları arasında yayılırsa, Ankara Misir və İordaniya kimi sünni ölkələrini də təsir zonasına daxil edə bilər. Regionda liderliyi qorumaq üçün gedən mübarizə Fələstin-İsrail sülh prosesini ərəb dünyasının xarici siyasətinin prioritetləri siyahısında birinci yerdən sıxışdırıb çıxarıb. İsraillə dialoqda ərəblərin şərti ona görə qoyulur ki, hamıya Fələstin dövlətinin yaradılmasının hələ də əlçatmaz olmasını izah etsinlər və buna İsrailin ərəb sülh təşəbbüsünün müddəaları ilə razı olmamasını bəhanə gətirirlər. Ərəb ölkələri birbaşa danışıqların bərpa edilməsinə yalnız bircə səbəbdən razı olublar: onların əvəzində təklif etməyə bir şeyləri yoxdur və növbəti imtina amerikalıları qəzəbləndirə bilər.
['dünya']
5,464
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/6102/dinimizd%C9%99-elmin-yeri.html
Dinimizdə elmin yeri
Old_Baku_
islam dininin əsasları
1 iyul 2011, 20:50
Elm insan həyatında ən mühüm vasitələrdən biridir. Allah Təalanın bizə vermiş olduğu bu nemət sağlam düşüncəmizin, doğru mübarizə şəklimizin,  sağlam əqidəmizin təşəkkülündə əsas rol oynayır. Bu səbəbdən Allah (a.c.) Qurani Kərimdə ilk olaraq "oxu" əmri ilə başlamışdır. Allah  Rəsuluna (s.a.v.) ilk nazil olan ayələr buna dəlalət edir:   ''(Ya Peyğəmbər! Qur'ani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! O, insanı laxtalanmış qandan yaratdı. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana   bilmədiklərini öyrətdi." (Alaq, 1-5) Ayələrdən göründüyü kimi Rəbbimiz tövhid pozulmasının, insanlar arasında zinanın, faizin, bir çox pisliklərin yayılmış olduğu bir ortamda "oxu" əmri ilə insanları haramları halaldan, pisi yaxşıdan ayırmağa çağırmışdır. Allahın adı ilə oxumaq və oxuyaraq yaradılışımızın fərqinə varmaq, varlığımızı dərk edərək üzərimizdə olan haqq sahiblərinə haqqlarını vermək. Məhz bu baxımdan, bəs dinimizdə elm dedikdə nə nəzərdə tutulur? Elmlər dini və dünyəvi olaraq bölünməlidirmi? Bu gün müsəlmanlar hansı elmləri öyrənməlidirlər? Və bu kimi suallara Allahın izni ilə cavab verməyə çalışacağıq...                                                      İslam aləminin qızıl əsrlərinə baxdıqda alimlərimizin mühəddis, müfəssir, fəlsəfəçi olması ilə yanaşı həm də təbabət, riyaziyyat, astronomiya v.s. elmləri də bildiklərini görürük. Bu belə bir nəticəyə gəlməyə imkan verir ki, əvvəlki dövrlərdə alimlərimiz dini və dünyəvi elm deyə elmləri ayırmazdılar. Yəni elmləri Allahın adı ilə və Allah rizası üçün öyrənərdilər. Əsl olan öyrənilən elmin hansı yöndə istifadə olunmasıdır. Yəni bir müsəlman öyrəndiyi fəlsəfə ilə Allahın yoxluğunu ortaya qoymağa çalışanlara qarşı mübarizə apararsa, bir astronomiya alimi öyrəndiyini ulduzların kəşfi, kainatdakı möhtəşəmliyi və ya digər möcüzəvi hesablamaları ortaya qoymağa çalışarsa, bir kimyagər yiyələndiyi elmlə maddələrdəki kimyəvi mürəkkəbliyi tanrının da nələrə qadir olduğuna gətirib çıxararsa əlbəttə Allah rizası üçün vaxtını və elmini sərf edər. Dini və dünyəvi elm ayrılması isə planlı şəkildə dini dövlətdən ayırmağı, müsəlmanları isə yalnız məscidlərə və mədrəsələrə bağlamaqdan başqa bir şeyi güdmürdü. Çox heyf bu məqsədi güdənlər də məqsədlərinə nail oldular! Bu gün islam dünyası verən əl deyil, alan əl funksiyasındadırlar. Peyğəmbərimiz (s.a.v.) də buyurduğu kimi "Verən əl alan əldən üstündür" dilənçiyə verilən pul misalı kimi verilən bu hədis bu gün istehsal edən ölkələrin, həmin istehsal olunan malları alan ölkələrə verdikləri mallar üçün də  uyğundur. Nə qədər ki, müsəlmanlar Avropada,  ABŞ-dan, Yaponiyadan, Çindən v.s. ölkələrdən müxtəlif məhsulları alaraq hazıra nazir olacaqsa, almaqda asılı olduğumuz kimi, siyasətimizdə də asılı olacağıq. Bu inkişafı əldə etmək üçün isə Allahın əmrlərinə tam təslimiyyətlə boyun əyərək, onun ayələrini və peyğəmbərimizin hədislərini doğru anlayıb, hər bir sahədə tətbiq etmək lazımdır! Böyük islam alimi İ. Qəzzali öz dövründə müsəlmanların fiqhi öyrənməsini qadağan etmişdir. Xüsusilə qadınlara təbabəti öyrənməyi təşviq etmişdir. Alimin belə bir təşviqi fiqhin ehtiyac olmayan elm olmasına görə deyil, müsəlmanların ancaq buna meyl etməsindən və müsəlman qadınların yəhudi həkimlərin yanında müalicə almasından qaynaqlanırdı! Eyni hadisə günümüzə də daşınmalıdır. Çünki  hamımızın  hər bir sahəni mükəmməl bilməyə deyil öz sahəmizdə mahir olub, o məharəti həyatda tətbiq etməyimiz lazımdır...                                                                                                      Peyğəmbərimizdən də elmin və alimin dəyəri barəsində bir çox hədislər rəvayət olunmuşdur. Bunlardan biri "Kim elm tələbi ilə evdən çıxarsa o, evinə qayıdana kimi Allah yolundadır" (Tirmizi/Elm) hədisi şərifidir. Hədisdən göründüyü kimi elm tələbəsi elm yolunda Allah üçün axtarışlar edərsə, o axtarışı səbəbi ilə Allah yolundadır. Müasir islam alimlərindən Mustafa İslam oğlu isə "Əshabi Suffani" islam tarixində ilk universitetə bənzədir. İlk təhsil ocağı kimi peyğəmbərimiz buradakı əshabələri döyüşlərə aparmaz, elm tələbəsi kimi yetişdirərək qövmlərə dəvət, insanlara islamı öyrətmək üçün göndərərdi. Bundan əlavə  Rasulullah (s.a.v.) kadr mövhumuna da xüsusi yer ayıraraq yetişmiş kadrları yaşlarına görə deyil bilik və iş bacarıqlarına görə qiymətləndirər və yönləndirərdi. Bir sözlə əmanət sahibinə əmanətini verərdi Allah (a.c.) əmrinə uyğun olaraq: "Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla (belə bir tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, görəndir!" (Nisa 4/58)                                                                           İslamda elmin təriflərindən biri də belədir "elm yaşanarsa elmdir, əgər yaşanmazsa sadəcə yük kimidir!". Bu təsnif elmin də üzərimizdə haqqının olduğunu ortaya qoyur. Allah Təala Qurani Kərimdə buyurduğu kimi:  "Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər (Tövrata yükləndikdən sonra onu daşımayanlar, Tövrata iman gətirdikdən, onu oxuyub öyrəndikdən sonra hökmlərini lazımınca yerinə yetirməyənlər) belində çoxlu kitab daşıyan (lakin onların içində nə yazıldığını bilməyən, onlardan faydalanmağı bacarmayan) ulağa bənzərlər. (Muhamməd (a.s.) həqiqi peyğəmbər olmasına dair) Allahın ayələrini yalan sayanlar barədə çəkilən məsəl necə də pisdir! Allah zalım (kafir) qövmü doğru yola yönəltməz!" (Cuma 62/5)  Bir çox ayəni tarixə bağlayıb, həmin insanlara aid olduğunu iddia edib, yalnız yəhudiləri içinə aldığını iddia etməyək. Doğrudur yəhudilər Tövrat göndərildikdən sonra ona əməl etmədiklərinə görə "kitab yüklü ulaq" adlandırılır, amma, biz də Quran göndərildikdən sonra ona əməl etməsək nəyə bənzədiləcəyimizin fərqinə varmaq o qədər də çətin deyil! Bu mənada elm də əgər oxunaraq, öyrənilərək həyata keçirilmədən qalarsa, yükdən başqa bir şey olmaz və yük sahibinə xeyir vermədiyi kimi heç kəsə də xeyir verməz... Necə ki, xüsusilə də böyüklərimiz arasında yayılan "dediyimi et, etdiyimi etmə " anlayışına çevrilər.  Elm alimlərin ölümü ilə ortadan qalxar. Peyğəmbərimiz (s.a.s.) hədislərin birində belə buyurur: "Allah Təala elmi insanların hafizələrindən silib unutdurmaq yoluyla deyil, ancaq alimləri öldürüb ortadan qaldırmaq sürəti ilə alar. Nəticədə ortada heç bir alim qalmaz və insanlar bir qisim cahilləri özlərinə lider seçərlər. Onlara bəzi məsələlər soruşular, onlar da bilmədikləri halda fətva verərlər. Nəticədə həm özləri azar, həm də insanları azdırarlar." (Buxari Elm 34, Muslim Elm)  Hədisdən gördüyümüz kimi Allah rəsulu alimin dəyərini belə ifadə edərək, alimsiz dövrün gələcəyini və bu vaxt insanların elmsiz alimləri idarəçiliyə gətirəcəyindən 14 əsr bundan əvvəl danışmışdır. Bu gün də başımıza gələn bir çox faciə, müsibətlərin bundan qaynaqlandığının fərqinə varmaq məncə çətin deyil! Bundan başqa xüsusilə xalqımız arasında məşhur olan bir hədis üzərində durmaq istərdim:                                                                       "Bir saat elm oxumaq, 60 il ibadətdən üstündür" hədisi şərifindən danışsaq, bunu iki cür izah etmək olar. Bir tərəf hədisin bir saat elmin 60 il ibadətdən üstün olduğunu iddia edərək ibadəti tərk edərək "ancaq oxumaq lazımdır" çünki elm ibadətdən üstündür iddia edir. Hədisdə keçən 60 il ibadət nafilə ibadət barəsindədir. Yəni fərz namaz, oruc, zəkat v.s. ibadətlərin yerini heç bir şey verə bilməz! Qəsd olunan Allah yolunda elmə sərf olunan vaxtın sünnət, nafilə ibadətlərə sərf olunacaq vaxtdan nə qədər fəzilətli olduğunu bildirmək üçün istifadə olunmuşdur. Digər tərəf isə bu hədisin əsilsiz olduğunu iddia edərək boş şeydir və ya o bir saat elm ancaq Quran və hədisləri oxumaqdan ibarətdir iddia edir. Doğrudur islam dünyasını ilk yüksəldən Quran və Sünnət olduğu kimi son yüksəldən də o iki əmanət olacaq inşallah. Amma unutmayaq ki, hədis və Qurani Kərim bir siyasət, informatika, kimya, fizika, müasir texnologiyaları əhatə edən kitablar deyil insanları hidayətə, doğru yola götürən və insanlara sağlam düşüncəni aşılayaraq sağlam mübarizəni, əxlaqı, əqidəni öyrədən kitablardır... Əslində bir saat elm Allah rızası üçün sərf edilərək öyrənilən və yaşanan hər bir elm ola bilər. Tərcüməsini başa düşmədiyimiz bir saatlıq Quran oxunuşu, üzərində düşünmədən keçdiyimiz peyğəmbər kəlamları o bir saatı dərk edərək müsəlmanlara xeyir verəcək bir kimyəvi, bioloji, fiziki kəşfə sərf olunacaq vaxtdan üstün ola bilməz. Xüsusilə də ölülərimizə oxuduğumuz Quran surə və ayələrindən üstündür. Ən doğrusunu Allah bilir...                                Elmdən danışarkən elm əhlinin də vəsflərindən danışmalıyıq. Elm əhli "ağac bar verərkən başını aşağı əydiyi kimi" elmləndikcə də başını aşağı əyərək, daha təvazökar olmalı, təkəbbürə varmalı deyil. Çünki böyüklük, təkəbbür yalnız Allaha yaraşar. Çünki onun elmi və mülkü hər şeyi əhatə etmişdir. Bizim elmimiz isə məhdud olub ən qısa müddətdə baş verənləri əhatə edir. Gələcəyə bağlı düşüncə və qərarlarımız isə zənnlərdən başqa bir şey deyil. Bu mənada dinimizdə məzhəb alimlərinin dilindən onların təvazökarlığına dair misallara baxaq. Əbu Hənifə (r.) belə buyurmuşdur:  "Bu Numan bin Sabitin rəyidir. Çıxara bildiyimiz rəylərin ən gözəli budur. Kim bundan daha gözəlini irəli sürərsə doğruya daha yaxın olan odur" alimin sözündən də görünür ki, onun məzhəb davası və ya insanları ancaq mən dediyim doğrudur deyə çağırışı yoxdur!  İmam Şafi (r.) həyatda ən çox istifadə etdiyi söz "bilmirəm" idi. Onun bilmirəm sözü isə bilməməzliyindən deyil, suallara verəcəyi cavabdan daşıyacağı məsuliyyətdən qaynaqlanırdı. Haqqında 40 nəfər elm əhli razılıq verəndən sonra insanlara şəri məsələlərdə fətvalar vermişdir.                                                                İmam Cəfər Əs Sadiq (r.a.) "Düşünmədən əməl edən xırman eşşəyinə bənzər" deyir. İmam Cəfərin sözündən də aydın olur ki, o, özü də kor-koranə təqlidə, dindəki təəssübkeşliyə qarşı çıxır. Düşünmədən əməl edən insanı isə xırmanda fırlanan və düşünməyə belə vaxtı olmayan ulağa bənzədir! İmam Malik isə "Mən bir bəşərəm. Bəzən xəta, bəzən də doğru qərar verərəm. Bu səbəblə mənim rəy və ictihadımı tədqiq edin. Kitab və sünnətə uyğun görsəniz qəbul edin, uyğun olmazsa rədd edin" islamla şərəflənmiş alimin öz fikirlərinə verdiyi dəyər bu şəkildə olmalıdır. Çünki elm əhli elmin haqqını verərək, hər zaman Rəbbi qarşısında aciz olduğunu bilməlidir. Bu acizlik onu qürurlanmamağa, təkəbbürə varmamağa  sövq etməlidir! Gətirilən misallardan çıxaracağımız nəticə məzhəb alimlərinin etmədiyi məzhəb davasını etməmək, bizə qoyulan mirasa sahib çıxmaq, 5-10 kitab oxuduqdan sonra təkəbbürə vararaq böyük alimlərə, əshabə nəslinə dil uzadıb lənət etməmək, onları təhqir etməməkdir və elmimiz artdıqca qürurlanmamaqdır...
['islam və elm']
5,465
https://kayzen.az/blog/islam-v%C9%99-qad%C4%B1nlar/6088/hicab-qada%C4%9Fas%C4%B1.html
Hicab qadağası
Old_Baku_
İslam və qadınlar
1 iyul 2011, 16:35
Avropanın bir çox ölkələrindən və Türkiyədən sonra islam simvollarına qarşı Azərbaycan cəmiyyətində də açıq mübarizə başladı. Bəli, Azərbaycan cəmiyyətində, yəni o cəmiyyətdə ki, əhalisinin doxsan faizindən çoxunun müsəlman olduğu etiraf edilir. Məhz o cəmiyyətdə ki, ölkə prezidenti öz prezidentlik fəaliyyətinə başlayanda Konstitusiya ilə yanaşı İslam dinin müqəddəs kitabına, yəni Qurana da and içir. Maraqlıdır ki, islam dininin əsas atributlarından biri olan hicaba qarşı açıq-aşkar mübarizə "dünyəvilik" pərdəsi altında aparılır. Hicaba qoyulan qadağaların arxasında hansı məkrli siyasətin dayandığını başa düşmək üçün hər şeydən əvvəl 1) hicabın hansı mahiyyət daşıdığını, 2) hicaba qoyulan qadağaların vicdan azadlığına nə dərəcədə təhdid olduğunu, 3) kimlərin və nə üçün hicabdan qorxduqlarını, 4) hicabın dünyəviliyə təhlükə olub-olmadığını, 5) milli özünəməxsusluqla hicabın bağlılığını, 6) hicaba qadağaların qoyulması ilə qloballaşma prosesinin əlaqəsini və sair araşdırmağa çalışaq.Qeyd edək ki, Azərbaycanda hicaba qarşı mübarizə öz formasına və mahiyyətinə görə digər ölkələrindəkindən xeyli fərqlənir. Belə ki, Fransada hicaba qadağanın qoyulması "ibtidai və orta məktəblərdə bütün dini atributların qadağan edilməsi" adı altında aparılırdı. Lakin hamıya bəlli idi ki, bu qadağanın əsas məqsədi İslam dininin əsas atributlarından biri olan hicaba qarşıdır. İnsan hüquqlarına açıq-aşkar zidd olan bu qadağa, Fransanın müsəlman əhalisini cəmiyyətdən təcrid etməklə bərabər, təhsil almaq imkanlarını da xeyli məhdudlaşdırırdı. Lakin Fransa hökuməti, heç olmazsa, vəziyyətdən müəyyən qədər çıxış yolu da qoyurdu. Belə ki, müsəlman məktəblərinin açılması və ya "məsafədən təhsil" imkanları müəyyən qədər saxlanılırdı.Əhalisinin əksər hissəsinin müsəlman olduğu iddia edildiyi Azərbaycanda hicaba qadağanın qoyulması qəribə şəraitdə baş verdi. Birincisi, bu qadağa heç bir qanunla və ya yazılı sərəncamla müşayiət olunmadı. Təhsil naziri tərəfindən şifahi tərzdə verilən bir göstəriş, yerlərdə bütün məktəb rəhbərlərini, parlamentdə isə xeyli sayda deputatları hərəkətə gətirdi. Birincilər hicablı qızları məktəbə buraxmadılar, ikincilər isə "dünyəvilik" prizmasından belə hüquq pozuntusuna haqq qazandırmağa çalışdılar. Azərbaycan cəmiyyətində hicaba qoyulan qadağaya Milli Məclis üzvləri, siyasilər və ictimai təşkilatlar tərəfindən verilən qiymətlər Azərbaycan cəmiyyətində vahid bir ideoloji xəttin olmadığını bir daha nümayiş etdirdi."Dünyəvilik" yolunu tutduğunu bəyan edən cəmiyyətlərdə vaxtaşırı mübahisə predmetinə çevrilən hicab nədir? Dini inanclı insanların baş örtüyü olan hicab nə üçün Fransa və Azərbaycan kimi müxtəlif özünəməxsusluğu olan ölkələrdə hakimiyyətə qorxu yaradır?Qeyd edək ki, islamda nəinki qadınlar üçün, həm də kişilər üçün geyim məhdudiyyəti nəzərdə tutulub. Qadınlar üz və əlindən başqa bədəninin bütün hissələrini, kişilər isə ən azı beldən dizinə qədər olan hissələri örtməlidirlər. Bu geyim formaları min dörd yüz ildir ki, insanların bir-biri ilə və ümumilikdə cəmiyyətlə münasibətini nizamlayır. Bu geyim formalarına qoyulan tələblərin əsas mahiyyəti ondan ibarətdir ki, onlar digərlərin nəzər-diqqətini özünə cəlb etməsin və insanda özünə qarşı ciddi münasibət yaratsın. Başqa sözlə desək, ətrafdakı insanların hüquqlarına təcavüz etməsin. Qeyd edək ki, bəşəriyyət yaranandan bu günə qədər istənilən ölkədə, istənilən cəmiyyətdə insanların geyiminə rəsmi və ya qeyri-rəsmi məhdudiyyətlər qoyulub. Belə məhdudiyyətlər özünü demokratik adlandıran istənilən ölkədə bu gün də mövcuddur.Pedaqoji nöqteyi-nəzərdən şagirdlərin vahid geyim formalarının müəyyənləşməsinin kökündə də məhz tədris prosesində diqqətin yayınmaması və yüksək keyfiyyətli tədrisin təmin edilməsi məqsədi durur. Başqa sözlə desək, Azərbaycan Respublikasının Təhsil Qanununun 14.10. maddəsi ilə müəyyən edilən geyim forması tədrisin əsas məqsədinə xidmət etməlidir və tədris prosesində maraqlı tərəflərlə müzakirə edilməlidir. Qeyd edək ki, təhsil nazirinin öz müsahibələrində istinad etdiyi bu maddədə, baş örtüyünə məhdudiyyət qoyan heç bir ifadə yoxdur. Belə ki, bu qanuna əsasən "...bütün təhsil muəssisələrində təhsil alanların geyim formaları təhsil muəssisəsinin nizamnaməsi ilə muəyyən edilir".İslamdan az-çox xəbəri olan istənilən şəxs bilir ki, müəyyən yaş həddindən sonra qızların baş örtüyündən istifadə etməsi və ya islam adətinə uyğun geyim forması seçməsi onun hüquqlarının nəinki məhdudlaşdırılması, əksinə təmin edilməsidir. Dini ayinlərə ardıcıl riayət etməyən, lakin özünü müsəlman adlandıran milyonlarla qadın var ki, baş örtüyündən istifadə etmir. Lakin onların böyük əksəriyyəti, xüsusilə Azərbaycan cəmiyyətində təsdiq edə bilərlər ki, belə geyimlərin istifadə edilməsi onların hüquqlarının kişilərlə müqayisədə məhdudlaşdırılması deyil.  Danılmaz faktdır ki, dünyanın əksər ölkələrində, xüsusilə Qərb ölkələrində, eləcə də Türkiyə və Azərbaycan kimi ölkələrdə hicablı qadınların işlə təminatında ciddi məhdudiyyətlər olduğu üçün inanclı qadınların əksər hissəsi hicabdan istifadə etmək imkanında deyillər. Başqa sözlə desək, hicab qadınların hüququnu məhdudlaşdırmır, hicablı qadınların hüququnu hakimiyyət məhdudlaşdırır. İşlə təminatda hicablı qadınlara məhdudiyyətlərin yaradılması, təhsil müəssisələrində onların sıxışdırılması artıq adi hüquq pozuntusu çərçivəsindən çıxıb, ciddi siyasi problemə çevrilib. Hicablı qadınların işlə təminatı üçün hətta ilkin müsahibə mərhələsində hicabın çıxarılması tələb kimi qoyulur.Bütün bunlar bir daha sübut edir ki, müsəlman qadınların və qızların istifadə etdiyi hicab islam əxlaqının və dini inancın göstəricisidirsə, islam mədəniyyətinə düşmən kəsilən qüvvələr üçün siyasi və iqtisadi təzyiq vasitəsidir. Hicaba qoyulan qadağa fundamental insan hüququnun pozulması kimi cəmiyyətin eyni hüquqlu vətəndaşlarının siyasi və iqtisadi sıxışdırılmasıdır və ciddi siyasi diskriminasiyadır. Təəssüf ki, ona qoyulan qadağanın aradan qaldırılması özünü dünyəvi hesab edən vətəndaşların ciddi müqaviməti ilə üzləşir. Belə bir hadisə Türkiyədə hicaba qoyulan qadağanın aradan qaldırılmasında müşayiət olunmuşdu. Öz dini inanclarına görə, hicab geyinən qadın və qızların vicdan azadlıqlarının simvolu öz hakimiyyətlərini itirməkdən qorxan siyasilər üçün "dini seçim" statusundan "siyasi seçim" statusuna transformasiya edilir. Bu kimin günahıdır? Öz dininə sadiq olan və həyatını dini inanclar əsasında quran sadə müsəlman vətəndaşların, yoxsa cəmiyyəti siyasi qarşıdurmalara sürükləməklə öz hakimiyyətini təmin etməyə cəhd göstərən siyasi qrupların?Azərbaycanın təhsil müəssisələrində hicaba qadağanın qoyulması Azərbaycan KİV-lərində də müzakirə edilməkdədir. Müsahibələrdə diqqəti cəlb edən əsas məqam ondan ibarətdir ki, mövcud problemin nədən ibarət olduğu ciddi şəkildə gizlədilir. Başqa sözlə desək, adi vətəndaşların vicdan azadlığının kobud şəkildə pozulmasının arxasında hansı siyasi məqsədlərin dayandığı pərdələnir. "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı APA-ya verdiyi müsahibədə bildirib ki, "...orta məktəblərdə qızların hicab taxması məsələsi Azərbaycanın inkişafının qarşısının alınmasını istəyən, o cümlədən xarici ölkələrin sifarişini yerinə yetirən insanların gündəmə daşıdığı məsələdir. Azərbaycan qadını hicabdan 100 il əvvəl qurtulub". Başqa sözlə desək, Tənzilə xanım elə hesab edir ki, hicab inkişafı ləngidir. Onun fikrincə, ümumiyyətlə türk qadını hicab və çadra taxmayıb və kəlağayıdan baş örtüyü kimi istifadə ediblər. Mən əminəm ki, Azərbaycan məktəblərində nəinki hicaba, ümumiyyətlə hər cür baş örtüyünə, o cümlədən kəlağayıya da qadağa qoyulduğunu Tənzilə xanım bilir.İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların bu məsələdə seyrçi mövqe tutması, bəzi hallarda isə təhsil nazirinin şifahi verdiyi göstərişi dəstəkləməsi qətiyyən başa düşülən deyil. Belə ki, Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə APA-ya bildirib ki, valideynləri tərəfindən azyaşlı qızların məktəbə hicabla göndərilməsi qadın hüquqlarının pozulması deməkdir. O qeyd edib ki, 17 yaşına çatan qadın hicabla bağlı mövqeyini müəyyənləşdirə bilər. Çünki artıq müstəqildir. Məktəblərdə isə hicabdan istifadənin əleyhinəyəm. İslamı dərk edəndən sonra qız hicab bağlaya bilər. Həmçinin azyaşlı qıza öz istəyi olmadan hicab taxdırmaq hüquq pozuntusudur". Əgər məsələni milli və dini aspektdən yalnız hüquq aspektinə keçirsək, hüquq müdafiəçisi "hicablılığın" məcbur edilməsini hüquq pozuntusu kimi qeyd edəndə haqlıdır. Lakin "hicabsızlığı" tələb edəndə qətiyyən haqlı deyil. Çünki "hicabsızlığın" tələb edilməsi də eyni dərəcədə hüquq pozuntusudur.Təəssüf edirəm ki, hicaba qarşı media hücumları dünyəviliyin müdafiəsi pərdəsi altında aparılır. Halbuki, dünyəviliyin ən əsas göstəriciləri tolerantlıq, plüralizm və insan hüquqlarına hörmətdir. Məsələn, APA-nın rəhbəri Vüsalə Mahirqızı Lent.az saytında qeyd edir ki, "hicabı orta məktəbə daşımaq istəyənlər dünyəvi dövlətin təməl prinsiplərinə, millətin məhək daşına zərbə endirməyə çalışırlar". Maraqlıdır, görəsən Vüsalə xanım dövlətin hansı "təməl prinsipini" və "millətin məhək daşını" nəzərdə tutur? Əgər təməl prinsipi kimi dünyəviliyi nəzərdə tutursa, Azərbaycanda din dövlətdən ayrıdır və hicablı şəxslərin, xüsusilə də şagirdlərin öz dini inancları əsasında qərar qəbuletmə proseduruna təsir etmək imkanı yoxdur. Bəs belə hicablılar hansı təhlükə mənbəyidir ki, ondan təcili qorunmağı Vüsalə xanım təklif edir. Məhz Vüsalə xanımın yada saldığı Azərbaycan Konstitusiyasında vicdan azadlığı təsbit edilib. Doğrudanmı hicab Konstitusiyada təsbit edilən dövlət quruluşuna bu dərəcədə təhlükə yaradır?Vüsalə xanım etiraf edir ki, "universitet tələbəsi, dövlət qurumunun çalışanı, özəl və sivil quruluşlarda hər kəs istədiyi geyim formasında görünə bilir", lakin o, belə geyimin orta məktəblərdə olmasına etiraz edir. Vüsalə xanımın məntiqinə görə, Təhsil qanununun 14.10-cu maddəsi, yəni "Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində təhsil alanların geyim formaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir" ifadəsi elə hicaba qadağa deməkdir. Vüsalə xanın demir ki, bu nizamnamələr təhsildə maraqlı tərəflərin birgə müzakirəsi əsasında formalaşmalı və Konstitusiyada təsbit edilən azadlıqları, o cümlədən vicdan azadlığını məhdudlaşdırmamalıdır. O deyir ki, "əslində bu qanunla istər orta, istərsə də ali məktəbin müəyyənləşdirdiyi geyim formasında hicab yoxdursa, ora belə geyimdə daxil olmaq olmaz". Başqa sözlə desək, itənilən geyimlə girmək olar, yalnız hicabla - Vüsalə xanımım təbirincə desək, "millətin məhək daşına" "zidd olan hicabla" girmək olmaz. Vüsalə xanımın məntiqinə görə, istənilən məktəbin müəyyən etdiyi qaydalar həm Azərbaycan Konstitusiyasının, həm də insan hüquqları ilə bağlı beynəlxalq konvensiyaların tələblərindən güclüdür.Vüsalə xanımım yazısında bir məqam da diqqətçəkəndir. O yazır: "Əgər indi hicab qadağasının əleyhinə olanları doğrudan da Azərbaycanın gələcək nəslinin İslam fəlsəfəsini, dinin mahiyyətini öyrənməsi maraqlandırırsa, onda yanaşma başqa cür olmalı idi. Onda bu adamlar dünyəvi təhsil çərçivəsində övladlarına İslamı, onun fəlsəfəsini, İslam əxlaqı və yaşam tərzinin öyrədilməsini tələb etməliydilər". Hörmətli Vüsalə xanım, bir daha qeyd edim ki, dünyəvi təhsil dinin öyrənilməsini qadağa etmir. Digər tərəfdən, əgər bu gün Azərbaycan məktəblərində Azərbaycan xalqının milli mənəvi özünəməxsusluğunun əsas daşıyıcısı olan İslam dini öyrənilmirsə, bu Azərbaycan təhsilinin ən çatışmaz cəhətidir. Əgər Azərbaycan vətəndaşları Azərbaycan dövlətindən bunu tələb edə bilmirlərsə və yaxud təhsil sistemində qərar qəbulu prosesinə təsir göstərə bilmirlərsə, bu, cəmiyyətin demokratik idarəetmədən nə dərəcədə məhrum olması deməkdir. Vüsalə xanımın məntiqinə görə, hələ ki, şagirdlər İslam dini və fəlsəfəsi ilə tanış deyillər, onların geyim formasını valideyn yox, təhsil naziri özü müəyyənləşdirəcək. Azərbaycan məktəblərində hicaba qadağa qoyulmasına heç bir arqumentli cavab tapmayan Milli Məclis üzvləri İslamda "yenilik" etməyə də cəhd göstərirlər. Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova "İslamın Azərbaycan modeli"-nin hicabsız olduğunu iddia edir. APA-ya verdiyi müsahibədə Rəbiyyət xanım qeyd edib ki, "Azərbaycanda nənələrimiz, analarımız kəlağayı və yaylıq örtərdilər. Bu gün Azərbaycana təqdim olunan o yad model - qara örtük islamın Azərbaycan modelinə tamamilə yaddır". Tənzilə xanım kimi Rəbiyyət xanım da yəqin xəbərsizdir ki, məktəblərə nəinki hicabla, heç kəlağayı və yaylıqla da qoymurlar. Təəssüf ki, Rəbiyyət xanım da dünyəvilik prinsipini əsas gətirərək, vicdan azadlığı kimi fundamental insan hüququnun pozulmasına beləcə haqq qazandırır. Yəni problem baş örtüyünün nədən və necə olmasından ibarət deyil, ümumiyyətlə onun olması ilə bağlı yaranan qorxu hissidir. Bəs bu qorxu hissinin mahiyyətində nə durur? Azərbaycan cəmiyyətində dünyəviliyə təhdid, yoxsa İslam inancının güclənməsi ilə ictimai müqavimətin və haqsızlığa qarşı mübarizə əzminin artması ethimalı?
['hicab']
5,466
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/6086/%C3%BC%C3%A7-ay.html
Üç ay
Old_Baku_
islam dininin əsasları
1 iyul 2011, 16:15
"Üç ay" dedikdə qəməri aylardan olan Rəcəb, Şaban və Ramazan ayları nəzərdə tutulur. Bu gün üç aydan ikincisi olan Şaban ayına qədəm qoyuruq. Adətən bir-sıra islam ölkələrində bu aylara digərlərinə nəzərən daha çox üstünlük verilir. Dünyanın bir çox ölkəsində müsəlmanlar qeyd olunan aylarda daha çox oruc tutur, Allaha daha çox yaxınlaşmağa, Uca Yaradana daha çox ibadət etməyə səy göstərirlər. Hətta bəzi müsəlmanlar bu üç aydan ikisini - Rəcəb və Şaban aylarını "kəffarət" və savab niyyəti ilə tamamilə oruc tutaraq keçirməyə çalışırlar. Buna Ramazan ayı da əlavə edildikdə ard-arda düz üç ay oruc tutulmuş olur ki, bu da "üç ayı oruc tutmaq" adlanır.Tarixə və peyğəmbərimizin (s) hədislərinə nəzər saldığımız zaman bu ayların digərlərindən daha üstün və fəzilətli olduğu məlum olur. Belə ki, "üç ayın" ilki olan Rəcəb ayı hələ İslam gəlməmişdən əvvəl ərəblərin "haram aylar" kimi qəbul etdiyi dörd ayın dördüncüsü idi. "Haram aylar" ifadəsindəki "haram" kəlməsi "hörmət" və "ehtirama layiq olmaq" mənasını daşıyır. Bu dörd ayın hörmətinə xüsusilə müharibədən uzaq durulması qədimdən bəri məlum dini hökm idi və ərəblər İbrahim peyğəmbərin (Ona salam olsun!) dövründən bəri bu qaydaya riayət edirdilər. Rəcəb ayı öz fəzilətini məhz "haram ay" olmasından alır. Qurani-Kərimin əl-Bəqərə surəsində "Haram ayda vuruşmaq böyük günahdır" buyurularaq bu qadağa vurğulanmışdır. Məhz bu xüsusiyyətlər nəzərə alınaraq, islam alimləri Rəcəb ayında nafilə (əlavə, sünnə) oruc tutmaq və digər nafilə ibadətləri yerinə yetirməyin fəzilətli olduğu bildirmişlər. Ancaq burada bir məsələni xüsusilə qeyd etməkdə fayda vardır. Belə ki, Peyğəmbərin (s) bu ayı tamamilə oruc tutaraq keçirdiyi barədə hədis kitablarında heç bir məlumata rast gəlinməməklə yanaşı, Rəcəb ayının fəzilətinə dair də heç bir hədis rəvayət edilməmişdir. Həmçinin, alimlər bəzi kitablarda qeyd olunmuş və Rəcəb ayının fəzilətinə dair xalq arasında yayılmış bir çox hədisin uydurma olduğunu təsbit etmişlər. Məsələn, müsəlmanlar arasında yayılmış: "Rəcəb Allahın, Şaban mənim, Ramazan isə bütün ümmətin ayıdır" hədisi hədis alimlərinin nəzərində etibarsız, deməli zəif hədisdir. Bununla yanaşı, Rəcəb ayının fəzilətinə dair: "Əgər bir şəxs bu ayda filan qədər namaz qılarsa onun üçün bu qədər, filan qədər tövbə-istiğfar edərsə Allah qatında onun üçün bu qədər savab vardır" şəklində rəvayət edilən hədislərə gəlincə, bu cür hədislər uydurma və heç bir əsası olmayan sözlərdir.Mübarək üç aydan ikincisi Şaban ayıdır. Bu ay qəməri ayların səkkizincisi olub Rəsulullahın (s) Ramazan ayından sonra ən çox oruc tutduğu aydır. Peyğəmbərin (s) Şaban və Ramazan aylarından başqa bir-birinin ardınca iki ay oruc tutmadığı barədə səhih hədislər nəql edilmişdir. Həmçinin, Buxari və Müslimin hədis kitablarında qeyd etdiyi bir hədisdən Peyğəmbərin (s) Ramazandan başqa heç bir ayı bütövlüklə oruclu keçirmədiyi məlum olur. Ancaq bu mövzudakı hədislərlə yanaşı, ən çox Şaban ayında oruc tutduğunu və bu ayın çox hissəsini oruclu keçirdiyini göstərən səhih hədislər mövcuddur. Peyğəmbərin (s) Şaban ayı haqqında belə buyurduğu rəvayət edilmişdir: "O, Rəcəblə Ramazan arasında insanların qafil olduqları (qiymətini və dəyərini bilmədikləri) bir aydır. O ayda əməllər Allaha yüksəldilər. Ona görə mən də əməlimin oruclu olduğum halda Allaha təqdim olunmasını sevirəm və o ayda oruc tuturam". Mübarək üç ayın sonuncusu isə Ramazandır. Ramazan ayının dəyəri və qiyməti Quranın ayələrində və Sünnədə açıq şəkildə bəyan edilmişdir. Belə ki, Qurani-Kərim bu ayı tərifləmiş, Ramazan ayında olan və 1000 aydan xeyirli olan "Qədr gecəsi" üçün ayrıca surə nazil olmuşdur. Habelə, Peyğəmbərin (s) hədislərində Ramazan orucunu yalnız Allah üçün tutanın keçmiş günahlarının bağışlanacağı və bu ayı ibadətlə keçirənlərin saysız-hesabsız savab qazanacağı vurğulanmışdır. Bütün bəşəriyyəti hidayətə yönəltmək üçün Quranın məhz Ramazanda nazil olması və bu mübarək ayın Quran ayı kimi bilinməsi onun dəyəri üçün başqa sözlər söyləməyə ehtiyac buraxmır.=Ölkəmizdə də bir çox müsəlman "üç ay" adlandırılan Rəcəb, Şaban və Ramazan aylarında oruc tutmağa, ibadətə daha çox vaxt sərf etməyə çalışır. Səhih hədis kitablarında Rəcəb ayından yalnız Rəsulullahın (s) həmin ayda ümrə edib-etmədiyi münasibəti ilə bəhs edilə bilər. Şaban ayı isə Peyğəmbərin (s) Ramazandan sonra ən çox oruc tutduğu və belə demək mümkünsə, Ramazana hazırlaşdığı aydır. Burada bir məsələni vurğulamaq istərdim. Belə ki, bir-sıra müsəlmanlar bu üç ay başladıqda oruc tutmağa başlayır və Şaban ayından etibarən tutduqları orucun sayını artırırlar. Bu məsələ barəsində demək lazımdır ki, peyğəmbərimizin (s) sünnəsinə əməl edərək Şaban ayının bəzi günlərində oruc tutmaq təbii ki, gözəl bir əməldir. Ancaq üç ayı ard-arda oruc tutmaq Sünnəyə uyğun deyildir. Rəcəb və Şabanın çox hissəsini oruc tutaraq keçirən şəxsin oruc tutmanın fərz olduğu Ramazan ayına şövqlə daxil olması çətinləşər. Buna görə Şabanın 15-dən sonra orucun azaldılması və ya tərk edilməsi tövsiyə edilmişdir.Nəticə olaraq demək lazımdır ki, biz müsəlmanlar bu üç ayı fürsət bilməli və yerinə yetirəcəyimiz nafilə ibadət və gözəl əməllərlə Allaha daha da yaxınlaşmalıyıq. Fikrimizcə, namaz və orucdan əlavə dərindən düşünərək, nə üçün yaradıldığımızı fikirləşərək, əməllərimizə fikir verməli, xeyir iş görmək üçün yarışmalı, əxlaqi keyfiyyətlərimizin kamilləşməsinə çalışmalıyıq.
['İslam']
5,467
https://kayzen.az/blog/ramazan/6085/m%C3%BCbar%C9%99k-ramazan-ay%C4%B1.html
Mübarək Ramazan ayı
Old_Baku_
Ramazan ayı
1 iyul 2011, 16:06
Qurani-Kərimdə orucla əlaqədar hökmlərin izah edildiyi ayələr Bəqərə surəsinin 183, 184, 185, 186 və 187-ci ayələridir. Həmin ayələr oxunduqda bəzi məfhumların ön plana çıxması müşahidə edilir. Elə bu yazıda da həmin ayələrdə Ramazan ayının müsəlmanlara necə deyərlər, təqdim etdiyi "fürsətlər" kimi qiymətləndirilən təqva, Quran, şükür və dua məfhumları təhlil ediləcəkdir. 1) TƏQVA VƏ RAMAZAN Allah Təala Qurani-Kərimdə orucun qayəsini belə bildirir: Ey iman gətirənlər, oruc sizdən əvvəlkilərə vacib qılındığı kimi qorunasınız deyə sizə də vacib edildi (Bəqərə, 2/183). Bu tərcümə-məalda altından xətt çəkilən hissə ayənin Ərəbcə mətnindəki (لعلكم تتقون - ləalləkum təttəquun) ifadəsinin mənasıdır. Buradakı təttəquun feli təqva (تقوى) sözündən törəyib. Belə olan halda, ifadənin mənası "təqvalı olasınız deyə" olur. Təqva qorunmaq deməkdir. Bəs nədən qorunmaq? Günahlar, haramlar və şirkə düşüb Allaha şərik qoşmaqdan... Qısa desək, təqva özünü hər növ pis əmələ qarşı qorumaqdır. İnsana bu cür təqva ruhunu aşılamağın yollarından biri də orucdur. Həm də qeyd edək ki, bizim dilimizə Fars dilindəki ruzə sözündən keçən oruc sözünün Ərəb dilindəki ekvivalenti də savm/siyamdır. Bu da öz növbəsində tutmaq mənası daşıyır: Özünü tutmaq, özünü saxlamaq. Başqa sözlə, oruclu olduğu halda özünü yemək, içmək və cinsi əlaqədən saxlamaq. Oruc tutan bir müsəlman özünü eyni zamanda Allahın qadağan etdiyi digər şeylərdən də qoruduğu vaxt orucun hədəfinə, yəni, təqvaya çatır. Ramazan ayında oruc tutmağın qayə və məqsədi budur; insanı təqvaya çatdırmaq, onu təqva şüuruyla əhatə etmək. Həzrəti Muhəmməd (ə. s.) bu təqva çağırışının Ramazan ayı boyu hər gecə bəndələrə təkrar edildiyini bildirib: Ramazan ayının ilk gecəsi daxil olduqda şeytan və cinlərin üsyankarları zəncirə vurular. Cəhənnəmin qapıları bağlanar; heç biri açılmaz. Cənnətin qapıları açılar; heç biri bağlanmaz. Və bir çağırışcı belə səslənər: "Ey xeyir istəyən (xeyir əməl etməyə) yönəl! Ey şər istəklisi, özünü saxla! (Çünki) Allahın qoruduğu kimsələr var". Bu, Ramazan ayı boyu hər gecə yerinə yetirilər (Tirmizi, Savm, 1; İbn Macə, Siyam, 2). Oruc bu baxımdan sadəcə olaraq ac-susuz qalmaq, pəhriz saxlamaq deyil. Allah Ramazanda insanın özünü digər vaxtlarda olmadığı qədər "saxlamağını" gözləyir. Necə deyərlər, ona "indiyədək olmasa da, heç olmasa bundan sonra" mənasında bir fürsət verir, onun orucu pisliklərə qarşı sipər etməyini gözləyir. Peyğəmbərimiz həzrəti Muhəmməd (ə. s.) də orucun bu cəhətini vurğulamışdır: Oruc bir qalxandır. Oruc tutan şəxs pis söz deməsin. Onunla dava-dalaş etmək istəyənə: "Mən orucluyam, mən orucam", - desin və dalaşmasın (Buxari, Savm, 2; Müslim, Siyam, 164). İnsan bunu bacarmadıqdan, yəni, özünü saxlaya bilmədikdən sonra orucun qayəsi olan təqvaya necə çatacaq? Peyğəmbər (ə. s.) belə buyurur: Allahın yalan danışmaq və yalanla iş görməyi tərk etməyənin yemək-içməyi tərk etməyinə və ac qalmağına ehtiyacı yoxdur (Buxari, Savm, 8; Tirmizi, Savm, 16)! Elə oruc tutan insanlar var ki, qazancları sadəcə olaraq aclıq və susuzluq çəkməkdir (İbn Macə, Siyam, 21). Oruc ayələrinə başlarkən təqvanı vurğulayan Allah bu ayələri bitirdikdə bir daha eyni şeyi vurğulayır. Bununla da oruc-təqva münasibətində heç bir qaranlıq məqam və anlaşmazlıq qalmır: ...Bunlar Allahın hədləridir. Aman onları aşmayın! Beləcə Allah çəkinib qorunsunlar deyə  (لعلهم يتقون) insanlara ayələrini yaxşı-yaxşı izah edir (Bəqərə, 2/187). Belə olan halda, başa düşülür ki, Ramazanın verdiyi ilk fürsət təqvadır. Bu, qətiyyən əldən verilməməli olan bir fürsətdir. Biz nə olursa olsun, bu fürsətdən istifadə etməli, onu düzgün qiymətləndirməli, varlığımıza təqva qazandırmalıyıq. 2) QURAN VƏ RAMAZAN Ramazanı ramazan edən dəyər Qurandır. Bunu aşağıdakı ayədən də yaxşı başa düşmək olar: Ramazan elə bir aydır ki, insanlara yol göstərən, doğrunun dəlillərini ehtiva edən və doğrunu səhvdən (haqqı batildən) ayıran Quran o ayda endirilmişdir (Bəqərə, 2/185). Bu ayə nə məna verir? Siz dostlarınıza xoşladığınız, bəyəndiyiniz bir şeydən danışanda sözünüzə həmin şeyin ən yaxşı cəhəti ilə başlayarsınız. Əgər havasını çox bəyənmisinizsə, "mən bu il bir yerə istirahətə getmişdim. Havası o qədər gözəl idi ki..." deyərsiniz. Yaxud da sözünüzə o yerin sizin üçün həqiqətən də, gözəl olan mənzərəsindən və ya sakitliyindən başlayarsınız. Qısa desək, həmin yeri sizin üçün bir də gedilib görüləsi edən şey nədirsə, onu ön plana çıxararsınız. Allah Təala da Ramazan ayını bizə bu cür təqdim edir: Ramazan elə bir aydır ki, o ayda Quran nazil edilib. Əgər belə demək mümkündürsə, Rəbbimiz: "Nə olursa, olsun, Ramazanı Quranla keçirin", - deyir. Bu, "əgər siz möhtəşəm bir Ramazan ayı keçirmək istəyirsinizsə, bunu Quransız edə bilməzsiniz" deməkdir. Çünki Quransız bir Ramazan dadsız-duzsuz bir yeməyə bənzəyir: O yeməyi yeyərsiniz, amma ləzzət almazsınız. Elə isə buradan belə bir nəticə çıxır: Bundan əvvəlki Ramazanları Quransız keçirmişiksə və Allah bizə bir fürsət də veribsə, bu il Ramazanı başqa cür keçirməliyik: Quranlı bir Ramazan. Biz Ramazanda başqa vaxtlarda olmadığı qədər Qurana vaxt ayırmalı və onunla öz aramızdakı münasibətlərə yenidən nəzər salmalıyıq. Onlar Quranı düşünmürlərmi? Yoxsa onların qəlblərinin üzərində kilidlərimi var (Muhəmməd, 47/24)? Biz bu xəbərdarlığı nəzərə alıb oxuduğumuz Quranı anlamağa, anladığımızı da öz həyatımıza tətbiq etməyə böyük diqqət yetirməliyik. Belə ki, indiyədək məqsədimiz hər Ramazanda bir xətmi başa vurmaq idiysə, bu, bu Ramazan ayında başqa cür olmalıdır. "Oxuduğumu anlamağa çalışmalıyam", - deyərək özümüzə bir proqram tərtib etməliyik. Hər gün bir neçə ayə və ya 1 səhifə, yaxud 5, 10, 15 səhifə... Əgər bacarırsa, insan hər gün bir cüzü tərcümə-məalıyla birlikdə oxumalıdır. Necə olursa, olsun, fikir verməli olduğumuz əsl cəhət Quranı qəlbimizdə kök salması üçün ağır-ağır və aramla oxumaqdır. Çünki Allah Təala Quranı bu məqsədlə hissə-hissə endirmişdir: Kafirlər: "Quran ona bir dəfədə cəm formada endirilməli deyildi?", - dedilər. Biz onu sənin qəlbinə yaxşı-yaxşı yerləşdirmək üçün belə etdik (hissə-hissə endirdik) və onu tək-tək (tərtillə) oxuduq (Furqan, 25/32). Nəticə etibarilə Bu Ramazan ayında Qurana - kitabımıza başqa vaxtlarda ayıra bilmədiyimiz qədər vaxt ayırmalıyıq. Bu da Ramazanın bizə verdiyi ikinci bir fürsətdir. 3) ŞÜKÜR VƏ RAMAZAN Ramazan ayının bir o qədər də dilə gətirilməyən və tamamilə başqa olan daha bir xüsusiyyəti də var. Belə ki, Ramazan oruc və Quran ayı olmaqla yanaşı, eyni zamanda bir şükür ayıdır. Allah Təala orucla əlaqədar ayələrin davamında belə buyurur: Ramazan elə bir aydır ki, insanlara yol göstərən, doğrunun dəlillərini ehtiva edən və doğrunu səhvdən (haqqı batildən) ayıran Quran o ayda endirilmişdir... Allah sizə asanlıq diləyir, çətinlik diləmir. Bir də o sayı tamamlamağınızı və sizə göstərdiyi doğru yol üzrə Ona təkbir gətirməyinizi istəyir. Bəlkə, şükr edəsiniz (Bəqərə, 2/185). Şükür təşəkkür deməkdir. Qədr-qiymət bilmək, bəndə olduğunu yada salmaqdır. Aciz olduğunun, Allah qarşısında verən deyil, alan əl olduğunun, ruziya möhtac olduğunun fərqinə varmaq deməkdir. Bir Ramazana da çatdırdığı üçün, bir daha fürsət verdiyi üçün, bu sevinci bir də yaşatdığı üçün Allaha təşəkkürün ifadəsidir. Ramazanın - orucun başqa bir hədəfi də bəndələrə şükür şüurunu aşılamaqdan ibarətdir. Şükür bir sevincin xaricdə əks olunmasıdır. Ramazan kimi bir nemətə qərq olan möminə yaraşan bir təşəkkürdür. İnsana ibadət etmək əmr olunduğu kimi şükr etmək də əmr edilmişdir: Xeyr! Yalnız Allaha ibadət et və şükredənlərdən ol (Zumər, 39/66). Təəssüf ki, bu əmri çox az insan yerinə yetirir. ...Allah insanlara çox ehsan etmişdir. Lakin insanların əksəriyyəti şükr etməz (Yunus, 10/60; Nəml, 27/73). Şükür etməyin ziddi küfrani-nemətdir. Yəni, nankorluq etmək, özünü nemətlərin qarşısında görməməzliyə vurmaqdır. Allaha şükür etməyən Ona qarşı nankorluq edir. Şübhəsiz ki, biz insana doğru yolu göstərdik. Bundan sonra istər şükür etsin, istərsə nankorluq (İnsan, 76/3). Artıq Məni xatırlayın, mən də sizi xatırlayım. Mənə şükür edin, nankorluq etməyin (Bəqərə, 2/152). Bəndə şükür etdiyi vaxt Allah bundan necə deyərlər, məmnun olur, bəndəsinə verdiyi nemətləri daha da artırır. Lakin nankorluq etməyin cəzası da çox pisdir: Əgər şükür etsəniz, əlbəttə, sizə (nemətimi) artıracağam və əgər nankorluq etsəniz, heç şübhəsiz, əzabım çox şiddətlidir (İbrahim, 14/7). Əgər nankorluq etsəniz, bilin ki, Allah sizdən müstəğnidir; heç kimə və heç bir şeyə ehtiyacı yoxdur, amma bəndələrinin inkara düşməyinə razı olmaz. Əgər şükür etsəniz, bundan məmnun olur (Zumər, 39/7). Siz şükür edib iman gətirdikdən sonra Allah sizi nə üçün cəzalandırsın ki? Allah şükür edənlərin mükafatını bol-bol verir və hər şeyi haqqı ilə bilir (Nisa, 4/147). Şükür etməyən insan şeytanın hesabına işləyən insandır. Çünki şeytan Allahın hüzurundan qovulduğu və Qiyamətə qədər yaşamaq icazəsi aldığı vaxt Allaha belə demişdi: "Elə isə", - dedi: "Sən məni azğınlığa məhkum etdiyin üçün mən də onlara nəzarət etməkdən ötrü Sənin doğru yolunun üstündə pusqu qurub oturacağam". "Sonra onların gah qabaqlarından, gah arxalarından, gah sağlarından, gah da sollarından dürtüləcəyəm; vəsvəsəyə salıb pusqu quracağam. Sən görəcəksən ki, onların bir çoxu şükür edən bəndələr deyillər" (Əraf, 7/16-17). Budur, Ramazan ayı şükür etməyənlərə, edə bilməyənlərə təzə bir imkandır. Allah Təala növbənöv nemətlərilə yanaşı bizə şükür edək deyə Ramazan nemətini də bəxş edib. Elə isə bu Ramazan digər ramazanlardan bu cəhəti baxımından da fərqli olmalıdır. Həyatımızda Quranla birlikdə şükür etməyə də lazımi yeri ayırdığımız vaxt təqvalı bəndələrdən olmağa bir addım da yaxınlaşırıq. 4) DUA VƏ RAMAZAN Oruc tutmaq və hökmlərinə dair 4-cü ayənin (Bəqərə surəsi, 183, 184, 185 və 187-ci ayələr) arasında yer tutan dua ilə əlaqədar olan ayənin mənasına diqqət yetirmək lazımdır: Bəndələrim məni səndən soruşsalar, Mən onlara yaxınam. Dua edib məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da mənim çağırışıma cavab versinlər. Mənə güvənsinlər (iman gətirsinlər). Bəlkə, kamilləşərlər (doğru yolu taparlar) (Bəqərə, 2/186). Belə çıxır ki, oruc tutmaqla dua etmək arasında sıx bir əlaqə var. Elə ki, orucluyuq, Quran oxuyur, şükür də edirik. Yəni, yuxarıdakı ayədə Allahın bizdən istədiyi kimi Ona cavab verir, Onun istədiklərini edirik. Eyni zamanda şəkk-şübhəsiz Ona güvənirik. Belə olan halda, növbə bizdədir: Əllərimizi açıb Ondan istəyək. Necə deyərlər, biz də Ondan cavab (əvəz) gözləyək. Ona yalvara-yalvara, için-için dua edək. Onun istədiyi kimi: "Rəbbinizə yalvara-yalvara və gizlicə dua edin. Çünki O, həddi aşanları sevməz" (Əraf, 7/55). Duanın səmimiyyəti onun gizliliyindədir. Buna xüsusi diqqət yetirmək lazımdır. Əbu Musa (r. a.) rəvayət edir: "Bir səfərə (Xeybər səfərinə) çıxmışdıq. Camaat (yolda bir müddət) uca səslə təkbir gətirməyə başladı. Peyğəmbər (ə. s.) buna müdaxilə etdi: "Nəfslərinizə qarşı mərhəmətli olun. Çünki siz kar olan birinə xitab etmirsiniz, sizin xitab etdiyiniz qeyb də deyil. Siz görən, eşidən, (harada olursanız, olun) sizinlə olan bir Zata - Allaha xitab edirsiniz. Sizin dua etdiyiniz Zat sizin hər birinizə miniyinin boynundan daha yaxındır" (Buxari, Dəavat, 50, 67, Cihad, 131, Məğazi, 38, Qədər, 7, Tövhid, 9; Müslim, Zikr, 44; Tirmizi, Dəavat, 3, 59; Əbu Davud, Səlat, 361). Oruc tutanın duasının iftar edənə qədər rədd edilməyən dualardan olduğunu peyğəmbərimiz (ə. s.) də müjdələyib (Tirmizi, Dəavat, 146). Deməli, dua da yuxarıda sadalanan təqva, Quran və şükür kimi fövtə verilməməli olan fürsətlərin bir digərini təşkil edir. Odur ki, biz Ramazan ayında bu fürsəti tapmayacaqmış kimi çoxlu-çoxlu dua etməliyik. Buraya qədər deyilənləri xülasə etsək, aşağıdakı nəticələrə gələ bilərik: Ramazan sadəcə olaraq ac qalmaqdan ibarət deyil. Ramazan insana müəyyən şeylər qazandırmaq üçün var. Bunların birincisi təqvadır. İnsan oruc tutduğu vaxt özünü hər növ pislikdən uzaq tutmaq üçün mübariz olmalıdır. Orucun qayəsi sıravi müsəlmanı müttəqi (təqvalı) müsəlman etməkdir. Odur ki, oruc ibadəti bu məsələ nəzərdən qaçırılmadan yerinə yetirilməlidir. İkinci olaraq Quranla münasibətlər nəzərdən keçirilməli, əgər bu məsələdə nöqsanlar varsa aradan qaldırılmalıdır. Ramazanı ramazan edən dəyər olan Quran müsəlmanın gündəliyində başqa vaxtlarda olduğundan daha çox yer tutmalıdır. Bunun üçün səhur vaxtlarını hazır tikə kimi qəbul etmək mümkündür. Həmin vaxtda həm bədən dincəlmiş olur, həm də zehin bərraq və tərtəmiz olur. Elə isə Quranla iç-içə qalmağın əsl vaxtıdır. Bu imkan qətiyyən əldən verilməməlidir... Və şükürlə dua... Bu Ramazan ayında bunlara da geniş yer ayırmalıyıq. Bu, nə vaxtımızı alar, nə dilimizi yorar, nə də işimizə mane olar! Nəticə olaraq qeyd edək ki, tamamilə başqa cür, fərqli bir Ramazan üçün artıq hazırlaşmaq vaxtıdır. Bu sükunət və rahatlığı Rəbbimizin istədiyi kimi yaşayanlara dünyada bayram, axirətdə də cənnət vardır. Səhl ibn Səd (r. a.) nəql edir: "Rəsulullah (ə. s.) buyurdu ki, cənnətdə Rəyyan deyilən bir qapı var. O qapıdan ancaq oruclular girər. Oruclular girdilərmi, artıq o qapı bağlanır. Daha heç kim oradan girə bilməz" (Buxari, Savm, 4, Bədul-Xalq, 9; Müslim, Siyam, 166 (1152); Nəsai, Siyam, 43; Tirmizi, Savm, 55). Allah Təala bizə Ramazan ayını çox gözəl keçirməyi, axırında da bayram keçirməyi qismət eləsin
['ramazan ayı', 'Ramazan']
5,468
https://kayzen.az/blog/dua/6084/dua-r%C9%99hm%C9%99t-qap%C4%B1lar%C4%B1n-a%C3%A7ar%C4%B1.html
Dua-Rəhmət qapıların açarı
Old_Baku_
Namaz, dua, zikr
1 iyul 2011, 16:02
Biz bu dünyaya imtahan edilmək üçün göndərilmişik. İmtahanın səbəbi isə hər şey ola bilər. Bir neçə gün əvvəl 14 ildir ailəli olan bir dostum evlilik təcrübələrindən danışarkən: "Bax - dedi, - mənim nə vaxt həyat yoldaşımla bir problemim olsa, Allaha təvəkkül edir və belə deyirəm: Allahım! Sənin yaratdığın hər şeydə bir hikmət vardır. Hər halda yenə də bir səhv etmiş, yenə də haradasa Səninlə olan münasibətlərimi lazımi səviyyəyə qaldıra və ya lazımi səviyyədə qoruya bilməmişəm. Məndən istədiyini Sənə verə bilmədim. Sən də məni yoldaşımla imtahan edirsən. Nə olar, Allahım! Qəlblərimizi təmizlə, günahlarımızı bağışla!"İlk baxışda ağıl və məntiqin qəbul etməyəcəyi bir yanaşma tərzidir, dinimiz baxımından isə olduqca təsirlidir.Dostumun belə bir yanaşma tərzi, İslami cəhətdən fərqli bir vəziyyət ortaya qoyur. Çünki Quranın açıq və aşkar bəyanına görə, biz bu dünyaya imtahan edilmək üçün göndərilmişik. Hər şeylə imtahan oluna bilərik. Sağlıqdan xəstəliyə, varlıqdan yoxluğa, xöşbəxtlikdən bədbəxtliyə qədər hər şey bir növ imtahandır. Hətta yaxınlarımız belə! Başda öz nəfsimiz olmaqla həyat yoldaşımız, övladlarımız, dostumuz, düşmənimiz imtahan səbəbi ola bilər. Quranın: "Biz, sizi bir-birinizlə imtahan edirik" (Ənam, 6/53) deyərkən yaxın dairəni nəzərdə tutduğu açıq deyildirmi?İkinci olaraq; insanın Allaha olan imanının, güvən və etimadının, Allaha yaxınlığının ona qazandıracağı axirətə aid səmərələrlə birlikdə, dünyəvi faydaları da unudulmamalıdır. Əslində, hər şeyin Allahın istəyi ilə olduğunu bildiyimiz halda, özümüzü determinist (şərtə bağlı) anlayışların təsirindən qurtara bilmirik. Səbəblər taxtında hərəkət etməyi gözümüzdə çox böyüdür və bəlkə də, buna görə dünyəvi istəklərimizin tam əksi ilə qarşılaşmalı oluruq. "Əlimdən gəldiyini əsirgəmədiyim, lazım olan şeyləri etdiyim halda niyə olmur; niyə belə mənfi nəticələrlə qarşılaşıram?" - deyərək heyfsilənir və qismətimizə (qədərimizə) qarşı gəlirik. Halbuki, mömin mənəvi gərginliyi ilə, Allaha olan iman, etiqad və güvəni ilə hadisələrə digər insanlardan fərqli yanaşmalıdır. Allah unudulduqda, bəzən ala-yarımçıq yerinə yetirdiyimiz səbəblər də nəticə vermir. Quranın bu bəyanı bu xüsusu açıq-aşkar ortaya qoyur: "Kim Allaha qarşı gəlməkdən çəkinərsə, Allah ona bu sıxıntıdan çıxış qapıları açar (qurtarar)". Yəni insan Ondan layiqincə qorxar, təqva hissi ilə ikiqat olar, Onunla olan münasibətlərini lazımi səviyyəyə çatdırarsa, Allah da ona, dünya və axirətə aid sıxıntılardan qurtulmasını təmin edəcək çıxış yolları göstərər. Ona heç ummadığı yerdən ruzi göndərər. Çünki hər şey Allahın əlindədir. Yeri gəlmişkən, Allah insana heç düşünmədiyi, təsəvvürünə belə gətirmədiyi iş imkanları nəsib edə bilər. Niyə? Çünki o şəxs Allaha etibar edib, Ona güvənmişdir. Elə isə; "Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir" (Talaq, 65/3).Seyyid Kutub, bu ayənin izahında bütün bu nəticələrin ortaya çixmasını təqva duyğusunun kamilliyi ilə əlaqələndirir və deyir: "Heç şübhə yoxdur ki, bu ümumi bir qaydadır, daimi bir həqiqətdir. Fəqət bu qaydanın burada boşanmanın hökmləri ilə əlaqələndirilərək xatırladılması, xüsusilə, bu məsələdə müttəqilərin (təqva sahiblərinin), Allahdan qorxduqları zaman bu hökmləri ciddi-cəhdlə həyata keçirəcəklərinə, tətbiq edəcəklərinə işarə etmək məqsədi daşıyır. Bununla bağlı olaraq, şüur və vicdan mexanizmindən daha həssas, daha diqqətli bir nəzarət ola bilməz. Allah qorxusundan və vicdandan başqa heç bir şey də bunun qarşısına keçə bilməz və burada da güdülən məqsəd, qəlbdə Allahın iradəsi və təqdiri ilə bağlı iman əsasına söykənən doğru bir düşüncə formalaşdırmaqdır.Bu, ümumi bir qayda olduğuna görə, ər-arvad arasında problemlər yarananda problemin bu mövzudakı əskikliklərdən qaynaqlanmasmı düşünməli və imanı yeniləyirmiş kimi vicdan mexanizmini hərəkətə gətirməli, hər zamandakından daha çox Allaha sığınıb dualarla yalvarmalıyıq.Nəhayət, duaya yönəlməli... Dostum bu əsnada dua etdiyini deyirdi. Nə deyirdi duasında: "Nə olar, Allahım! Qəlblərimizi təmizlə, günahlarımızı bağışla!" İslam dinində "bi zahiril- qayb" (dua edilənin olmadığı yerdə, eşitməyəcəyi şəkildə) edilən dua məqbuldur. Hədisin ifadəsi ilə, birisinin olmadığı yerdə ona edilən duada mələklər də iştirak edər və "Mislini də ona ver, Allahım"[1][1] deyərlər. İnsanın haqlı və ya haqsız yerə həyat yoldaşına qarşı hirsli, küskün olduğu, onunla danışmadığı hallarda hisslərinə qalib gələrək, yoldaşınaa onun olmadığı yerdə dua etməsi, onun nəfsinə qalib gəlməsinin əlamətidir. Üstəlik bu vəziyyət qəlblərin təmizlənməsi adına mələklərin duasına vəsilə olur. Məncə, mələklərin duasına Allahın necə cavab verəcəyini izah etmək artıqdır. Necə ki, mən dostumdan: "Bəs, nəticə necə olur?" deyə soruşanda aldığım cavab da bunu göstərir. Dostum deyir ki: "Axşam evə qayıtdıqda, nə görsəm yaxşıdır? Elə bil ki, dünən, ondan əvvəlki gün mübahisə eləyən, küsən, inciyən biz deyildik. Yoldaşım məni hər zamankından daha çox hörmət və məhəbbətlə qarşılayır. Başa düşürəm ki, Allah dualarımı qəbul etmiş, yoldaşımın qəlbini yumşaltmışdır. Gərəksiz, yersiz, mənasız mübahisələrin səbəb olduğu ab-hava bir anda evimizdən silinmiş, evdə gül qoxulu cənnət havası əsməyə başlamışdı".Gördüyünüz kimi, hər şey Allahın əlində, onun sonsuz qüdrət və idarəsində. Dərd, problem düzgün müəyyən olunduqda dərman da asan tapılır. Həyatın təbii axarı içində, yoldaşınızla aranızda bir problem yaşadığınızda bunun həlli üçün bu yolu sınaqdan keçirməyə necə, razısınızmı?..
['dualar']
5,469
https://kayzen.az/blog/dusundurucu-hekayeler/6083/bir-birind%C9%99n-maraql%C4%B1-hekay%C9%99l%C9%99r.html
Bir-birindən maraqlı hekayələr
Old_Baku_
Düşündürücü hekayələr
1 iyul 2011, 15:49
Həyatınıza yön verəcək ibrətli hekayələr. Hökümdarın başmağıBelə rəvayət edirlər ki, böyük bir məmləkətə başçılıq edən bir hökümdar var imiş. Bir gün hökümdar qərara gəlir ki, piyada uzun bir səfərə çıxısın. Belə də edir. Məmləkətini qarışbaqarış gəzir. Geri qayıtdıqdan sonra  görür ki, daş-qalaqlı yolda gəzməkdən ayağı şişib. O saat belə bir qərar çıxarır ki, ölkəsinin bütün yolları dəri ilə döşədilsin. Lakin  vəzirlərindən biri ona bundan daha gözəl və faydalı məsləhət verir. Hökümdara tövsiyə edir ki, bütün məmləkəti dəriyə bürüməkdənsə, sadəcə ayağına geyindiyi çarığın altına dəri tikmək daha məqsədə uyğundur. Bu hekayədən götürəcəyimiz ibrət odur ki, əgər dünyada xoşbəxt yaşamaq istəyirsənsə, bir dəfəyə bütün dünyanı dəyişməyə çəhd göstərmə. Dəyişikliyə özündən başla. Bundan sonra dünyanı dəyişməklə məşğul ol. Elan yazılan lövhə və kor insanBir gün kor kişi bir imarətgahın kandarında papağını qarşısına qoyub digər tərəfinə isə "Mən koram. Xahiş edirəm mənə kömək edin", -sözləri yazılmış bir lövhə qoyub oturubmuş. Həmin an onun yanından bir nəfər keçir. Dayanan kor kişinin qarşısındakı papağın içinə baxanda görür ki, orada çox az miqdarda pul var. Həmin şəxs cibindən bir miqdar çıxarır və onun papağına qoyur. Daha sonra kor kişidən icazə almadan onun qarşısındakı lövhəni götürüb, ora başqa bir cümlə yazdıqdan sonra onu yerinə qoyub, yoluna davam edir. Bir müddət sonra kor kişi hiss edir ki, papağı yavaş-yavaş pulla dolmağa başlayır. Hiss edir ki, bu, lövhədə yazılan yazı ilə bağlıdır. Kor yoldan keçən bir nəfəri saxlayıb, ondan lövhədə nə yazıldığını soruşur. Həmin adam ona yazılan bu sözləri oxuyur: "Artıq bahar ayı gəlmişdir. Ancaq biz, onun gözəlliyini görə bilmirik".Bu hekayə bizlərə sanki bunu deyir: "İşlərin istədiyin kimi getmirsə, sahib olduğun digər vasitələrdən də istifadə et". Qartalın arzusuHündür bir dağın təpəsində bir qartal yaşıyırmış. O, öz yuvasını bir ağacın üzərində salır. Bundan sonra isə dörd yumurta qoyur. Günlərin birində baş verən dəhşətli zəlzələ yuvadakı yumurtalardan birini bir toyuq yuvasına salır. Toyuq qərara gəlir ki, bu qartal yumurtasını qorusun və ona qayğı göstərsin. Belə də edir. Günlərin birində həmin yumurtadan gözəl bir qartal balası çıxır. Ancaq bu qartal toyuqların içində böyüdüyü üçün özünü toyuq hesab edir. Bir gün toyuqlarlar birgə sahədə dənləyərkən, göydə bir dəstə qartalın uçduğunu görür. Bu vaxt o, digər qartallar kimi göylərə uçmağı arzulayır. Bu anda ətrafda gəzişən digər toyuqların istehzalı gülüşləri ilə qarşılaşır. Toyuqlar ona belə deyirlər: "Heç də uçmağı arzulama. Sən toyuqdan başqa bir şey deyilsən. Heç bir zaman da o qartallar kimi hündürdə uça bilməyəcəksən". Bundan sonra qartal balası hündürdə uçmaq arzusundan əl çəkir. Onu qəm-kədər bürüyür. Toyuqlar kimi uzun yaşadıqdan sonra, ölür. Bu hekayədən necə ibrət ala bilərik? Unutma, əgər sən hal-hazırda yaşadığın mənfi düşüncələrə ilişib qalsan, onların əsirinə çevriləcəksən. Bu, sənin içində olduğun mənfi düşüncələrə inamından qaynaqlanacaq. Əgər qartalsansa, uğur səmasında hər zaman ucalarda olmağı arzu et. Arzularının səsinə qulaq as. Toyuqların sözünə (Ətrafındakıların sənin arzularını məsxərəyə qoymağa imkan vermə) əsla qulaq asma. Yadda saxla ki, istədiklərini reallaşdırmaq gücü və enerjisi səndə mövcuddur. Təbii ki, Allahın istəyi və iradəsi çərçivəsində arzuların yerinə yetə bilər. Bil ki, şəxsiyyətinə və arzularına şəxsi baxışın sənin uğurunu təyin edir. Səni müvəffəqiyyətsizliyə düçar olmaqdan xilas edir. Nəfsini hər zaman cilalamağa çalış. Özünə hörmət və düşüncələrin səni başqalarının yanında hörmətli edəcək. Bu, səni uğura aparacaq yoldur. Sənin şəxsiyyətini və qabiliyyətini gücləndirəcək insanlarla dostluq et. Qandinin ayaqqabısıƏgər sənin ayaqqabının bir tayı hündür bir yerdən düşsə, yaxudda yoxa çıxsa, digər tayını nə edərdin? Bu hekayəni diqqətlə oxuyun. Bir gün Mahatma Qandi qatara çatmaq üçün sürətlə qaçır. Qatar sürətini artırdığı bir vaxtda, o, qatara qalxır.  Bu anda ayağındakı ayaqqabının bir tayı relslərin üzərinə düşür. Artıq ayaqqabını götürə bilməyəcəyini bilən Qandi, ayağındakı digər ayaqqabını da qatardan atır. Bunu görən dostları, təəccüblənərək ondan niyə belə etdiyini soruşurlar. Qandi isə dahiyanə şəkildə onlara cavab verir: "Düşündüm ki, ayaqqabımın birini saldımsa, onu hər hansısa bir kasıb tapa bilər. Əgər birini tapsa, ona heç bir fayda verməyəcək. Mənə də ayağımda olan cüt heç bir fayda verməyəcək. Ona görə də, hər iksini də atdım ki, onları tapan kasıb bir insan hər ikisindən faydalana bilsin". Bundan alacağımız ibrət budur ki, əlimizdən çıxan hər hansısa bir nemət, başqasının əlinə keçəcək. Bu da ona xoşbəxtlik gətirə bilər. Gəlin biz də onun sevinci ilə sevinək, əlimizdən çıxan nemətlərə üzülməyək.  
['ibrətli hekayə', 'ibrət dərsi', 'düşündürücü hekayə', 'Maraqlı hekayə']
5,470
https://kayzen.az/blog/islam-v%C9%99-qad%C4%B1nlar/6082/hicab-n%C9%99-%C3%BC%C3%A7%C3%BCnd%C3%BCr.html
Hicab nə üçündür?
Old_Baku_
İslam və qadınlar
1 iyul 2011, 15:41
Baş örtüyü ilə bağlı xeyli müddətdir bilənlər, bilmədiyini bilənlər, bilmədiyini bilməyənlər, bildiyini zənn edənlər, bilmədiyi halda bilgili kimi görünməyə çalışanlar və həddini bilməyən hərşeyşünaslar yazırlar, danışırlar. İnsan heç nə bilməsə də, heç olmasa həddini bilməlidir. Bunu səmimi olaraq bilmək, öyrənmək istəyənlərin fikrinə əsasən belə bir yazı yazmaq qərarına gəldim. Çünki cavab, bilmək istəyənin haqqıdır. Bu haqqı isə haqqı olmayanların əhatə dairəsində saxlamaq haqlılara haqsızlıq olar. Olduğunu göstərmək, "mən də varam" demək istəyənlər, qonşudan geri qalmamaq fikri ilə həyatlarını sürüyənlər, ziyalı, modern, hansısa klassikin əsrimizdəki davamçısı olduğu iddiasında olanlar və sairlər elə hey bu haqda cızma-qara edirlər. Amma evin su təchizatı xarab olanda qəssab çağırmayan, dişi ağrıyanda ginekoloqa getməyən bu insanlar dinlə bağlı məsələdə dərhal "ustad", "şeyx" olub çıxır qarşımıza. Bəli, hər sahənin ixtisas sahəsi olduğu kimi bu sahə də peşəkarlıq tələb edir. Dərman alarkən hansı maddədən nə qədər istifadə edildiyini əczaçıdan soruşmayanlar, satıcının dediyinə qeyd-şərtsiz əməl edənlər dini məsələdə dərhal "alim" olurlar. Bu məsələləri heç olmasa biləndən soruşsaq, daha məntiqli olmazmı? Hər iki cavabı bir kənara qoyub keçək əsas mətləbə... Baş örtüyü nədir? Dinlərdə, xüsusilə də vəhyə əsaslanan dinlərdə bu məsələyə münasibət necədir? Birinci olaraq, baş örtüyünün Allahın əmri olması ilə bağlı məsələyə müraciət edək. İlahi dinlərdə baş örtüyü Əlimizdə mövcud olan yazılı Tövratda (Elohim) bununla bağlı buyruq olmadığı halda Rabbinik rəvayətlərdə belə deyilir: "İsrail qızlarına başı açıq çöldə gəzmək yaraşmaz", "Arvadının saçlarını göstərməsinə icazə verən kişiyə lənət olsun"... "Başı açıq ailəli bir qadının olduğu məclisdə dua və ibadət etmək qadağandır". Tövratda isə bütün hörmətə layiq və nüfuzlu qadınların başı örtülü olduğu qeyd edilir. İshaq peyğəmbərin həyat yoldaşı, Yəqub peyğəmbərin anası Rəhil, Yusuf və Musa peyğəmbərlərin anaları və sair başı örtülü olaraq təsvir edilir. Hazırda hasidim yəhudi camaatının qadınlarının hamısı pariklə gəzirlər. Yəhudilikdə baş örtüyü əsasən iffət kimi qəbul edilib. Xristianlığın müqəddəs kitabı olan İncildə belə buyurulur: "Mən Məsihdən nümunə götürdüyüm kimi siz də məndən nümunə götürün... Başıaçıq dua, yaxud peyğəmbərlik edən hər qadın da öz başını şərəfsiz edir. Belə qadınla saçları qırxılmış qadın arasında fərq yoxdur. Əgər qadın başını örtmürsə, qoy saçlarını qısa kəssin. Amma əgər qadın üçün saçını qısa kəsməsi, yaxud qırxması ayıbdırsa, qoy başını örtsün. Özünüz qərara gəlin, Allaha başıaçıq dua etmək qadına yaraşarmı?" ("Korinflilərə birinci məktubu", 11/5-6). İslamda baş örtüyü İndi isə İslamın baş örtüyü ilə bağlı mövqeyinə nəzər salaq. Bildiyimiz və bildiyinizi güman etdiyimiz kimi, İslam dininin əsası Qurani-Kərim və bu kitabı insanlara çatdıran Peyğəmbərin hədisləridir. Qurani-Kərimdə Uca Allah belə buyurur: "Ey iman gətirənlər! ...Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun. Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər..." ("Əhzab" surəsi, 33/53). "Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!" ("Əhzab" surəsi, 33/59). Hicrətin 4-cü ilində gələn bu ayə konkret olaraq peyğəmbərin həyat yoldaşları ilə əlaqəli olaraq göndərilib. Buradakı "pərdə arxasından" olan kəlmə hicab termini ilə məşhur olub. Həmin il başqa ayələrlə bütün mömin qadınlara baş örtüyü əmr edilib. Allah belə buyurur: "Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini (zinadan) qorusunlar. Bu onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır! Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar; öz özlüyündə görünən istisna olmaqla, zinətlərini göstrəməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər..." ("Nur" surəsi, 24/30-31). Quranda baş örtüyü, yoxsa sinə örtüyü? Bilirəm çox absurd sualdır. Amma cavab verilməli məqamlar olduğu üçün belə sərlövhəni seçdim. Bəzi adamlar Qurana tabe olmağın əvəzinə, Quranı özlərinə tabe etdirməyə çalışırlar. Bu çalışmaların nəticəsində də ziddiyyətlər ortaya çıxır. Belələri bu ziddiyyətlər burulğanında qərq olub tarixin vərəqlənməyəcək səhifələrinə urcah olurlar. İndi məsələyə bu prizmadan yanaşaq. Dilçi olduğu halda, özünü dinçi kimi qələmə verərək Quranı tərcümə edən şəxs mövzu ilə əlaqəli yazdığı yazıda belə deyir: "Ənənəvi izahlarda həmin sözü baş örtüyü kimi qələmə verib yazırlar ki, qadınlar baş örtüklərini bağlayıb salmalıdırlar sinələrinin üstünə. Halbuki həmin sözün nə "baş", nə də "saç" sözü ilə əlaqəsi yoxdur. Qadınlara xitabən başınızı, yaxud saçlarınızı örtün deyə müqəddəs Oxuda bir əmrə rast gəlinmir də ki, bunu fərz əməllər sırasına aid edəsən..." Bəli, maraqlı və çaşdırıcı izahdır. Çünki məntiqli kimi göründüyü halda, tamamilə ziddiyyətlər ehtiva edən cümlə quruluşudur. Lüğətə müraciət edilərsə, ərəb dilində qadınların istifadə etdiyi örtüklərlə bağlı bunları görmək olar: 1. Burqa (burku): Bütün üzü örtər, 2. Niqab: gözün birini açaraq bağlanan örtükdür. 3. Lifam: Burunun üstünü və gözləri görünən örtükdür. 4. Lisam: Ağzın üstündən etibarən örtülən örtükdür. 5. Xımar: Üz istisna olmaqla, boyunu tamamilə örtən örtükdür və Quranda əmr edilən örtük budur. 6. Nasif: Böyük şərfə oxşayan örtükdür. 7. Miknəə: nasifdən daha böyükdür və belin aşağısına qədər uzanan baş örtüyüdür. 8. Cilbab: Üz istisna olmaqla başdan ayağa hər tərəfi örtən örtükdür. Bunlar lüğətlərdə baş örtüyü ilə əlaqəli olan sözlərdir. Məntiqdən danışdığı halda məntiqsiz cümlələr işlədənə mən də başqa sual vermək istəyirəm: "Bu qədər sözün hansında baş sözü keçir?" "Nur" surəsindəki ayədə qeyd edilən "xımar" sözü lüğətdə birmənalı olaraq başla əlaqəlidir. Spirtli içki ilə bağlı qadağa da Quranda eyni kökdən, yəni "xamr" sözündən törəyib. İkisi arasındakı müştərək nöqtə "baş"la əlaqəli olmasıdır. Məsələn, "küfr" də "örtmək" deməkdir. Amma başa, yaxud ağıla deyil, ürəyə nisbət edildiyi üçün fərqli kökdən istifadə edilib. Eyni sualı bir də təkrarlayıram. Bunun içində "baş" sözü varmı? Yuxarıda sadaladığım başörtüyü ilə bağlı sözlərin hansında "baş" sözü var? Buna heç ehtiyac da yoxdur. Ana dilimizdə də belədir. Yaylıq, kəlağayı, yaşmaq, örpək və sair sözlərində "baş" sözü əlavə olunubmu? Çünki hamı bilir ki, kəlağayı, yaylıq baş örtmək üçündür, ayağa geyinmək üçün deyil. Ərəb dilində "nələyn", "xuffətəyn", "cəvrabəyn" da ayağa geyinmək üçündür və heç birində "ayaq" sözü qeyd edilmir. Burada "ayaq" sözü keçmir demək nə qədər məntiqlidirsə, yuxarıdakı sözlərdə "baş" sözünün keçməməsi də o dərəcə məntiqlidir və deyənin məntiqini göstərir. Baş örtüyü Allahın əmridir! Məntiqdən bəhs edərək məntiqsiz iddia ortaya atan şəxs yazır: "Burada söhbət yalnız qadın köksünün, sinəsinin örtülməsi zərurətindən gedə bilər ki, müsəlman olsun, ya qeyrimüsəlman, bütün mədəni millətlər içində buna əməl etməyən yoxdur..." Buna əməl etməyən yoxdursa, Quran onda niyə desin ki, sinələrinizi örtün. Yaxşı eyni məntiqlə biz də soruşaq, "xımar" sözünün içində hanı "sinə" sözü? Bir cümlədə bir neçə ziddiyyət ancaq bu qədər ola bilər. Heç demə, ərəb dilindəki "xımar" sözü qadının sinəsini örtmək üçün imiş. Heç demə, baş örtüyü ilə bağlı Quran ayəsi gələnə kimi qadınlar namazlarını sinələri açıq qılırlarmış... Halbuki bu məntiq təxəyyülü olduğu halda, real məntiqi olmayanlar unudurlar ki, namaz əmri baş örtüyü əmrindən əvvəl, hicrətdən əvvəl əmr edilib. Bu iddialara cəhalət deyilir. Cəhalət elmlər namizədi, elmlər doktoru olmaq deyil, cəhalət həddini bilməməkdir. Həddini bilməyərək bu iddiaları ortaya atanlar da cahildir... İndi gələk ayədə qeyd edilən "cəyb" sözünə... Bu söz lüğətdə "qopuq, cırıq, kəsilmiş" mənalarına gəlir. Dilimizdə də istifadə etdiyimiz "cib" sözü də "açıq yerlər, yaxanın və qolun açıq yeri", xülasə bir barmağın paltarın içinə girəcəyi bütün açıq yerlərinə deyilir. Elə isə Allahın "Nur" surəsinin 31-ci ayəsindəki əmri necədir və nəyi nəzərdə tutur? Cavabı sadədir: İslamdan əvvəlki dövrdə aksesuar kimi başın üstündən belə atılan örtüyü, bütün boyunu və gərdanlığı da əhatə edəcək tərzdə örtməyi nəzərdə tutur. Bəli, bu əmr Allahı kitabına tabe olanlar, Allaha təslim olanlar üçündür
['hicab']
5,471
https://kayzen.az/blog/islam-v%C9%99-qad%C4%B1nlar/6081/qad%C4%B1n%C4%B1n-d%C3%B6y%C3%BClm%C9%99si.html
Qadının döyülməsi
Old_Baku_
İslam və qadınlar
1 iyul 2011, 15:30
Allah Təala müəyyən şərtlər daxilində təqdirdə ərin arvadını döyməsinə icazə verib. Bu şərtlər ayələrlə və peyğəmbərimizin (ə) sözləri ilə açıqlanmışdır. Allah Təala belə buyurur: «Kişilər qadınların başlarında olurlar. Bu, Allahın birinə digərindən artığını verməsi və mallarından xərcləmələri səbəbilədir. Yaxşı qadınlar, boyun əyənlər və Allahın qorumasına qarşılıq təklikdə ikən özlərini qoruyanlardır. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara gəlincə onlara öyüd verin, yataqlarında tək buraxın və onları döyün. Əgər sizə itaət edərlərsə, onlara qarşı başqa bir yol aramayın. Allah ucadır, böyükdür.» (Nisa, 34)Ayənin hissələrinə təkrar baxaq: I. «Yaxşı qadınlar, boyun əyənlər və Allahın qorumasına qarşılıq təklikdə özlərini qoruyanlardır.» «Boyun əyən qadınlar» mənasına gələn «qaanitaat» kəlməsi aşağıdakı ayədə «qaanituun» şəklində kişilər üçün də işlənmişdir. «Müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, boyun əyən kişilər və boyun əyən qadınlar...» (Əhzab, 35) «Boyun əyən kişilər və boyun əyən qadınlar» Allaha boyun əyənlərdir. Bir ayə digərini açıqladığı üçün Nisa 34-dəki «boyun əyən qadınlar» da Allaha boyun əyən qadınlar olur. Bu ayəni «Ərinə boyun əyən qadınlar» deyə anlamaq Əhzab 35-dəki kişiləri də «qadınlarına boyun əyən kişilər» deyə anlamağa məcbur edər. Bu da ailə daxili münasibətlərdə qaydaları yoldaşların qoyması olur ki, qarmaqarışıqlığa və özbaşınalığa yol açar. Ər-arvadın Allahın qoyduğu qaydalara əməl etmələri isə, ailənin bütövlüyünü təmin etmiş olur. ıı. «Allahın qorumasına qarşılıq təklikdə özlərini qoruyanlar» hökmü Allahın o qadınları qoruduğunu göstərir. Allahın qoruması nədir, deyə baxınca qadınlar üçün qoruma divarları qurulduğu görülür. Aşağıdakı ayələr bunlardan bəziləridir: a - «Qadınlarınızdan fahişəlik edənlərə qarşı içinizdən dörd şahid gətirin, əgər şahidlik edərlərsə, onları evlərdə saxlayın. Bu ölüm canlarını alıncaya, ya da Allah onlara bir yol açıncaya qədər belə getsin.» (Nisa, 15) b - «İffətli qadınlara zina suçu atan, sonra dörd şahid gətirməyənlərə səksən dəyənək vurun; əbədiyyən onların şahidliyini qəbul etməyin. Onlar yoldan çıxmış kəslərdir.» (Nur, 4) c - «Arvadlarına zina suçu atan və özlərindən başqa şahidləri olmayanlardan birinin şahidliyi doğru söylədiyinə dair dörd dəfə Allahı şahid tutması ilə olur. Beşincisində, əgər yalan söyləyirsə Allahın lənətinə düçar olmağı diləyər. Qadından o əzabı (əl-azab) aparacaq olan bu şəkildə dörd dəfə şahidlik etməsidir: Allah şahiddir, ərim yalan söyləyir. Beşincisində, əgər doğru söyləyirsə, Allahın qəzəbinə uğramağı diləyir.» (Nur, 6-9) d - «(Peyğəmbərin qadını haqqında) o yalanı uyduranlar içinizdən bir güruhdur. Bunu özünüz üçün pis sanmayın, o sizin üçün xeyirli olmuşdur. O kəslərdən hər birinə qazandığı günah qarşılığı cəza vardır, içlərindən başçılıq edənə isə böyük bir əzab vardır. Onu eşitdiyiniz zaman kişi və qadın möminlərin özlərindən hüsnü-zəndə olub da: bu apaçıq bir iftiradır, demələri lazım deyildimi? Dörd şahid gətirsəydilər? Madam, o şahidləri gətirmədilər, elə isə onlar Allah qatında yalançıdırlar.» (Nur, 11-13) Görüldüyü kimi zina suçunu isbat üçün dörd şahid şərti və dörd şahid gətirməyənlərin iftiraçı sayılıb cəzalandırılması ilə bağlı hökmlərin hamısı qadınlar üçündür. Bu onların necə qorunduğunu göstərməkdədir. Amma pis qadın bu qorumanı davranışlarına örtük kimi istifadə edə bilər. Bax, Allah Təala, özünün onları qorumasına qarşılıq olaraq onların da təklikdə özlərini qorumalarını istəmişdir. Bu məsələdə kişilərlə bağlı bir qoruma yoxdur. Fiqh kitablarında bu mövzuda kişilərlə bağlı hökmlərin hamısı qadınlarla bağlı hökmlərə qiyaslanaraq olmuşdur. ııı. «(Nüşuzundan xavf etdiyiniz) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara gəlincə, onlara öyüd verin...» Nüşuz dik olmaqdır. Torpağın dikəlmiş yerinə nəşz, qadının baş qaldırmasına və gözünü başqasına dikməsinə nüşuz deyilir. Bu ayələrə görə Qurandakı nüşuz gözü başqasına dikmək mənasını verir: «Mömin kişilərə söylə: Gözlərini çevirsinlər, məhrəm yerlərini qorusunlar... Mömin qadınlara da söylə: Gözlərini çevirsinlər, iffətlərini qorusunlar...» (Nur, 30-31) «Əgər qadın ərinin nüşuzundan və ya üz çevirməsindən xavf edərsə aralarında anlaşma etmələrində bir günah yoxdur. Anlaşmaq yaxşıdır. Nəfslər qısqanclığa hazırdır. Əgər yaxşı davranır və özünüzü qoruyursanız bilin ki, Allah etdiyiniz şeyin iç üzünü bilir.» (Nisa, 128) Xavf: zənnə və ya biliyə dayalı bir əlamətdən dolayı pis gözləmə içində olmaqdır.1 «Nüşuzundan xavf etdiyiniz qadınlara gəlincə...» ayəsindəki xavf də ya zənnə və ya biliyə dayalı qorxudur. Ərinin istəmədiyi bir kişini evə gətirən qadın haqqında zənnə dayalı olaraq onun gözünü başqasına dikməsi qorxusu ortaya çıxar. Bax, bu nöqtədə əri ona öyüd verir, dinləməzsə onu yataqda tək buraxır, yenə dinləməzsə onu döyər. Bu davranışından vaz keçərsə, artıq ona qarşı başqa bir yol axtarmaz. Əslində Peyğəmbərimiz (s.a.s) əbədi evlənmə yasağı olmayan qadınlarla baş-başa qalmağı yasaqlamışdır. Ütbə bin Əmirin bildirdiyinə görə Allahın Elçisi (ə) belə demişdir: «Nəbadə qadınların yanına girməyin.» Ənsardan biri: «Ey Allahın Elçisi, ərin kişi qohumları barəsində nə deyirsən?» O (ə) dedi: «Ərin qohumu ölüm olur.»2 Onun (ə) bir sözü də belədir: «Nəbadə bir kişi bir qadınla baş-başa qalmasın, yanında məhrəmi varsa başqa.» Bir adam qalxdı və dedi ki, arvadım həcc üçün yola çıxdı. Mən də bu savaş üçün əsgərliyə yazıldım. Rəsulullah (ə) dedi: «Dön və arvadınla birgə həcc et.»3 Biliyə dayalı qorxu ilə bağlı olaraq Peyğəmbərimiz (s.a.s) belə buyurur: «Qadınlar mövzusunda söz dinləsəniz yaxşı olar, bərabərinizdə özlərini sizin üçün qoruyan kəslərdir.4 Onlar üzərində başqa bir şeyə sahib deyilsiniz, açıq bir fahişəlik etmiş olaraq gələrlərsə başqa. Onu edərlərsə yataqlarında tək buraxın və onları döyün. Əgər sizə boyun əyərlərsə onlara qarşı başqa bir yol axtarmayın. Sizin qadınlarınız üzərində haqqınız, qadınlarınızın sizin üzərinizdə haqqları vardır. Sizin arvadlarınız üzərindəki haqqınız istəmədiyiniz adamlara sərginizi çiynətməmələri, onları evinizə soxmamalarıdır. Baxın, onların sizdəki haqqları onları geyindirmək və yedirtmək halında yaxşı davranmanızdır.»5 Qadın aralarında əbədi evlənmə yasağı olmayan bir kişi ilə baş-başa qala bilməz. Ərinin istəmədiyi bir kəsi evinə alması da yasaqdır. Yoxsa ərinin içinə şübhə düşər, Peyğəmbərimiz (ə) bununla bağlı olaraq belə buyurur: «Qadınlar haqqında Allahdan qorxun. Onları Allaha əmanət olaraq aldınız. Onlarla cinsi münasibətdə olmanız sizə Allahın əmri ilə halal oldu. Sizin onlar üzərindəki haqqınız, istəmədiyiniz bir adama sərginizi çiynətməmələridir. Əgər belə edərlərsə onları bəlli olmayacaq şəkildə döyün. Onların sizin üzərinizdəki haqları örfə uyğun olaraq onları yedirməyiniz və geyindirmənizdir.»6 «Bəlli olmayacaq şəkildə döymək» zərbə izi olmayacaq şəkildə döyməkdir. Bu qadının çölə qarşı çətin hala düşməsinin qarşısını alır. Demək arvadının fahişəlik etdiyi açıq bəlli olan ər onu yatağında tək qoymaq və döymək haqqına sahibdir. Ayədə ərin arvadına öyüd verməsindən söz edilərkən hədislərdə bundan bəhs edilməməsi, biliyə dayalı qorxu ilə zənnə dayalı qorxu arasındakı fərqi göstərməkdədir. Baş-başa qalan hər kişi və qadın arasında cinsi münasibətlər olmaya bilər. Bu səbəblə arada bir fərqin olması lazımdır. Hər iki halda da qadın davranışlarını düzəldərsə əri başqa bir yola baş vurmaz. Zinanın təsbiti halında ər hadisəni istəsə örtər, istəsə məhkəməyə verər. Məhkəmədə suçu isbatlasa arvadı bundan dolayı həm etibarını itirər, həm də 100 dəyənək yeyər. Hadisəni yalnız ər görmüş olur da dörd şahidlə isbat edə bilməzsə məhkəmədə lian olunaraq evliliyə son qoyula bilər. Lianda qadının özünü qorumasına imkan verilir. Amma gərək lian, gərəksə günahın şahidlə isbatı qadın üçün də, ailə üçün də köhnə olur. Bu səbəblə kişi hadisəni məhkəməyə verməyə bilər. Belə zaman arvadını boşaması da uyğun olmaya bilər. Bu halda qadının günahını kimsəyə söyləyə bilməz. Çünki söyləyib dörd şahidlə isbat edə bilməzsə ya iftira cəzasına, ya da lian etmək məcburiyyətində olar. Həm günahın örtülməsi, həm kişinin rahatlanması, həm də qadının cəzasız qalmaması üçün ərin arvadını bir müddət yataqda tək qoymasına və əli ilə onu yüngülvarı döyməsinə izn verilmişdir
['gender']
5,472
https://kayzen.az/blog/f%C9%99ls%C9%99f%C9%99/4811/elm.html
Elm
pedaqoq
Fəlsəfə
1 iyul 2011, 14:19
a) Elmin sosial funksiyası İctimai şüurun formalarından biri olan elmin inkişafı idrakın uğur qazanmasında yaxından iştirak edir. Əslində müasir həyatı və insanın mədəniyyətini elmsiz təsəvvür etmək olmaz. Elm– biliyin ali forması olub, canlı və cansız təbiətin bütün hadisələrini, adamların maddi və mənəvi fəaliyyətini əhatə edir. Elmin köməyi ilə nəinki tarixin nəticələri qiymətləndirilir, cari hadisələr təhlil edilir və eyni zamanda gələcək proqnozlaşdırılır. Elm sözü biliksizliyə əks olan biliyi ifadə edir. Biliksizlik isə, məlum olduğu kimi, bu və ya digər hadisə, proses və şeylər haqqında məlumatsızlıq deməkdir. Hər bir elm öz predmet və metoduna malikdir. Predmet dedikdə nəyin tədqiq olunduğu, metod dedikdə isə həmin tədqiqatın hansı üsullarla aparıldığı başa düşülür. Elm ictimai inkişafın nəticəsidir. Yarandığı gündən insanın fəaiyyəti ilə qırılmaz surətdə əlaqədar olmuşdur. Elm bir tərəfdən, daima insan fəaliyyətinin təsiri altında olmuş, digər tərəfdən isə həmin fəaliyyətə fəal təsir göstərmişdir. Elm dünyagörüşünün yaranıb inkişaf etməsinə hərtərəfli şərait yaratmışdır. Onun əsas vəzifəsi ictimai tələbatın ödənilməsidir. Elmin meydana gəlməsinin tarixi ən qədim dövrlərə gedib çıxır. Onun tarixinin və inkişaf qanunauyğunluqlarının öyrənilməsi ilə xüsusi elmi fənn olan elmşünaslıq məşğul olur. Ayrı– ayrı elmlərin rüşeymləri bizim dövrə qədər müşahidə olunsa da, özünün müasir formasında bu bizə XVI– XVII əsrlərdən məlum olur. Təsadüfi deyildir ki, N.Kopernikin «Səma cisimlərinin dövr etməsi haqqında» əsəri çapdan çıxdığı (1543) dövrdən İ.Nyutonun «Natur fəlsəfəsinin riyazi başlanğıcı» əsərinin meydana gəldiyi (1687) dövrə qədərki zaman kəsiyini «elmi inqilab» dövrü adlandırırlar. Bu dövrdə güclü intellektual hərəkət başlanıb. Ümumiyyətlə, elmin inkişaf tarixi haqqında F.Engelsin maraqlı fikirlərinə nəzər yetirmək vacibdir. Qədim zamandan Evklid və Ptolemeyin günəş sistemi, ərəblərdə onluq hesab sistemi, cəbrin əsasları, rəqəmlərin indiki şəkili və əlkimya irs qalmışdı. Orta əsrlərdə dinin hakim mövqe tutduğu bir vəziyyətdə labüd olaraq ən elementar təbiətşünaslıq– yer və səma cisimlərinin mexanikası və bununla birlikdə ona xidmət edən riyazi metodların kəşfi və təkmilləşdirilməsi birinci yer tutdu. Burada böyük işlər görüldü. Həmin dövrün Nyutonun və Linneyin adları ilə bağlı olan son çağında elm sahələri müəyyən mənada başa çatmışdı. Ən mühüm riyazi metodlar: analitik həndəsə başlıca olaraq Dekart tərəfindən, loqarifm Neper tərəfindən, differensial və inteqral hesablar Leybnits və bəlkə Nyuton tərəfindən əsas etibarı ilə müəyyən edilmişdi. Başlıca qanunları həmişəlik olaraq aydınlaşdırılmış bərk cismlərin mexanikası haqqında da eyni sözləri demək olar. Nəhayət, Kepler günəş sistemi astronomiyasında planetlərin hərəkət qanunlarını kəşf etdi, Nyuton isə bu qanunları materiyanın ümumi hərəkət qanunları nöqteyi– nəzərindən ifadə etdi. Təbiətşünaslığın başqa sahələri, hətta ilkin şəkildə belə mükəmməllikdən uzaqda idi. Maye və qaz halında olan cisimlərin mexanikası yalnız göstərilən dövrün sonlarına doğru xeyli əhəmiyyətli dərəcədə işlənmişdi. Astronomiyanın əməli tələbləri sayəsində son dərəcə müvəffəqiyyət qazanmış optika istisna olmaqla, sözün əsl mənasında fizika hələ ən birinci, ilk inkişaf pillələrindən kənara çıxmamışdı. Kimya flogiston nəzəriyyəsi vasitəsilə əlkimyadan yenicə azad olmuşdu. Geologiya hələ mineralogiyanın rüşeym mərhələsindən yüksəyə qalxmamışdı, buna görə də paleontologiya hələ heç mövcud ola bilməzdi. Nəhayət, biologiya sahəsində, başlıca olaraq, həm botanika və zoologiyaya, həm də anatomiyaya və əsl fiziologiyaya aid son dərəcə çoxlu material toplamaq və həmin materialı ilk dəfə sistemə salmaqla yenicə məşğul olurdular. Həyat formalarını bir– birilə müqayisə etməkdən, onarın coğrafi cəhətdən yer üzünə səpələnməsini, varlıqları üçün lazım gələn iqlim şəraitini və başqa bu kimi məsələləri öyrənməkdən hələ heç danışıq da ola bilməzdi. Linneyin sayəsində yalnız botanika və zoologiya da formalaşmış, demək olar başa çatmışdı. Alimlərin, xüsusilə təbiətşünasların ciddi cəhdləri sayəsində dünyanın siması dəyişir, onun elmi mənzərəsi yaranır. Kainatın sonsuzluğu haqqında təsəvvürlər təsdiq olunur. Yerin digər planetlərlə birlikdə mövcud olması qəbul edilir. Dünyanın surətinin təkamülü ilə insanın obrazı da dəyişir, yeni dünyagörüşü tipləri formalaşır. Lakin elm də yerində saymır. Yeni nəzəriyyələrin yaranması və qanunların kəşfi nəticəsində tədqiqat imkanları genişlənir və təbiətin izahı asanlaşır. Eksperiment– həqiqi biliklərin alınmasının mühüm vasitəsi daha geniş yayılır. Elm çərçivəsidə biliyin prinsipcə yeni tipləri formalaşır ki, onlar da öz növbəsində, alimlərin kollektiv əməkdaşlığına əsaslanır. Alimlər mürəkkəb və çoxşaxəli elmi tədqiqatlar sistemi yaradan xüsusi dildən istifadə edirlər. Elmin etiqaddan və fəlsəfədən ayrılaraq öz avtonomiyasını əldə etmək üçün çoxsaylı cəhdləri nəzərə çarpacaq dərəcədə uğurlar qazanmaqda idi. Nəzəriyyə və praktikanı, elm və texnikanı birləşdirən daha təsirli yeni idrak üsulu yaranmağa başlamışdır. Alim– eksperimentator ön plana çıxır. Elm özü də monastır və universitet divarları hüdudundan kənara çıxır. Elmin nailiyyətləri və özü intellektual qabiliyyətlərin əlaqəsi kimi daha çox vətəndaşların xidmətinə keçə bilir. İnsan haqqında elmi təsəvvürlərə, elmi axtarışların xüsusiyyətləri və elmin təbiəti haqqında, elm və cəmiyyətin, elm və fəlsəfənin, elmi bilik və etiqadın münasibəti haqqında biliklərə maraq artır. Hazırda elm üzvi formada özünə rasional maddi amilləri daxil edən ictimai fəaliyyətin mürəkkəb və rəngarəng forması olmuşdur. Bütün bunlara axmayaraq, elmə dünya haqqında bilik sistemi kimi baxmaq lazımdır. Bu zaman elmi biliyin obyekti rolunda təbiətdə və cəmiyyətdə baş verən bütün hadisə və proseslər çıxış edir. Deməli, elm praktikanın ən yüksək, bütün gerçəklik hadisələrini əhatə edə bilən ümumiləşdirilməsidir, baş verən hadisələrin, proseslərin, təbiətin, cəmiyyətin və təfəkkür qanunlarının mahiyyəti haqqında abstrakt– məntiqi formada həqiqi bilik verir. Şərti olaraq elmin strukturunu üç hissəyə bölmək olar. Birincisi, elmə empirik biliklər, həm də təkcə təhlil və ümumiləşdirmə məqsədilə adi şüurdan götürülən empirik biliklər deyil, həmçinin elmin xüsusi olaraq təcrübə yolu ilə– müşahidə və eksperiment vasitəsilə əldə etdiyi empirik bilikləri daxildir. İkincisi, elm nəzəri bilik sahəsidir. Nəzəriyyə bütövlükdə götü­rülən faktları izah etməli, empirik materialda qanunların fəaliyyətini kəşf etməli, bu qanunları vahid sistem halına salmalıdır. Elmin hər bir sahəsində faktların toplanması prosesi gec– tez biliklər siste­mi olaraq nəzəriyyənin yaradılmasına gətirib çıxarır, bu da həmin bilik sahəsinin, sözün əsl mənasında, elmə çevrilməsinin ən düzgün əlamətidir. Nəzəri sistem olaraq elmin özəyi hadisələrin obyektiv cəhətdən zəruri, mühüm əlaqələrini əks etdirən elm qanunlarıdır. Elmdə fərziyyələr də nəzəriyyə sahəsinə aiddir, fərziyyələr olmadan elm in­kişaf edə bilməz və bu fərziyyələr təcrübədə yoxlanılarkən ya rədd edi­lir, ya da yanılmalardan təmizlənir, böyüyüb nəzəriyyələrə çevrilir. Nəhayət, üçüncüsü, nəzəriyyənin bilavasitə davam etdirildiyi və başa çatdırıldığı elmi dünyagörüşü xarakterli fəlsəfi əsaslar və nəticələr elmin ayrılmaz komponentidir. Elmi nəzəriyyə müxtəlif dərəcədə ən ümumi ola bilər və bu dərəcə nə qədər yüksək olarsa, həmin nəzəriyyə fəlsəfəyə bir o qədər yaxın olur. Təəccüblü deyildir ki, təbiətşünaslığın ən mühüm sintetik nəzəriyyələri aydın surətdə özünü göstərən fəlsəfi xarakteri ilə fərqlənir. Elmdə əməli fəaliyyətin başlıca xüsusiyyətləri bundan ibarətdir ki, o, biliklər əldə etmək, nəzəriyyəni inkişaf etdirmək işinə tabedir. Əlbəttə, təkcə elmdə deyil, insan fəaliyyətinin hər bir sahəsində də maddi amillə mənəvi amil bir– biri ilə çulğalaşmışlar, buna görə də həmin amillərdən hər biri nəzərdən keçirilərkən bunların qar­şılıqlı təsir dialektikası hesaba alınmalıdır. Məsələn, mənəvi cəhət olmadan ictimai şüurun heç bir sahəsi mövcud deyildir. Bu, xü­susilə elmə aiddir, elm çox zaman «elmi praktika» adlandırılan tam bir sıra xüsusi əməli fəaliyyət formalarından (eksperiment, müşahidə) istifadə edir. Lakin «elmi praktika»nın mövcud olması elmi hər şeydən əvvəl və başlıca olaraq cəmiyyətin mənəvi həyat hadisəsi, ictimai şüurun xüsusi forması hesab etmək əleyhinə bir dəlil ola bilməz. b) Praktiki tələbat və elmin inikşafı Elmin mahiyətinin anlaşılmasında onun yaranmasının zəruri amilərinin bütün tarixi sübut edir ki, müasir dövrə qədər insanın ən mühüm vəzifəsi mövcudluq– yaşamaq uğrunda mübarizədir. Bunu sadələşdirsək deməliyik ki, bunların içərisində insanın ətraf mühitdən istifadə etməsi, xüsusilə yemək, paltar, mənzil və s. tələbatlarının ödənilməsi həmişə ön planda durmuşdur. Buraya daha mükəm­məl əmək alətlərinin yaradılması da daxildir. Bəşəriyyət təbii və sosial hadisələri proqnozlaşdırmaq, öz xeyri üçün onlara təsir göstərmək arzusu ilə böyük işlər görmüşlər. Ona görə də insanlar qarşıya qoyduqları vəzifələri yerinə yetirməkdən ötrü səbəb– nəticə əlaqələrini, yaxud da təbiət və cəmiyyətdə mövcud olan qanunları öyrənmək zərurəti qarşısında qalmışdır. Yalnız bu tələbatlara görə elm yarana bilmişdir. Deməli, elmin mövcud olduğu artıq ilk mərhələdə elm əməli tələbata, hər şeydən əvvəl, istehsalın tələbatına cavab olaraq meydana gəlmişdir. Astronomiyanın, riyaziyyatın və mexanikanın yaranması suvarma, dəniz səyahəti, iri ictimai qurğular, ehramlar, məbədlər və s. inşa edilməsi tələbatından irəli gəlmişdir. Təsadüfi deyildir ki, F.Engels «elmlərin meydana gəlməsi və inkişafı lap əvvəldən istehsalla bağlıdır»– fikrini söyləmişdir. Ümumiyyətlə, kapitalizmdən əvvəlki cəmiyyətlərdə elmin inkişafı çox ləng getmişdir. Bu da təsadüfi deyildir. İstehsalın durğun vəziyyətdə olması bunun ən böyük səbəbi hesab olunur. Bu, o deməkdir ki, əkinçilikdə, heyvandarlıqda, sənətdə, tikintidə əsas istehsal prosesləri primitiv əmək alətləri olan əl alətlərinin köməyi ilə və əvvəlki nəsillərdən miras qalan ənənəvi empirik biliklər zəminində aparılırdı. cəmiyyətin idarə edilməsində elmdən yenə də çox kiçik miqyasda istifadə olunurdu, hərçənd ki, hesab ticarət və vergi yığmaq üçün lazım idi, adət hüququnun kodifikasiyası ilə birlikdə meydana gələn hüquq elmi Romada çox yüksək dərəcəyə çatmışdı, antik dövrün siyasi və fəlsəfi traktatları isə sosial meyl üçün mühüm vasitə və müxtəlif sosial qüvvələrin siyasi mübarizəsində bir alət idi. Elmin inkişaf tarixində ikinci mərhələ Avropada müasir təcrübi təbiətşünaslığın meydana gəldiyi və eyni zamanda ictimai– siyasi elmlərin və fəlsəfənin coşğun surətdə yüksəldiyi XV əsrdən başlanır. Marksizm klassiklərinə görə, bu dönüşün əsas səbəbi feo­dalizm içərisində yeni ictimai ukladın burjua ictimai ukladının ya­ran­ması olmuşdur. F.Engels yazırdı: «Orta əsrin qaranlıq gecəsin­dən sonra birdən elmlər gözlənilməz bir qüvvə ilə yenidən yaranıb ecazkar bir sürətlə inkişaf etməyə başladısa,– bu möcüzə ilə biz yenə də istehsala borcluyuq». Elmin inkişafında və onun ictimai rolunun dəyişməsində üçün­cü mərhələ XX əsrdə başlanmışdır. Bu mərhələ üçün nəinki elmi tərəqqinin daha da sürətlənməsi, həm də elm ilə praktikanın qarşılıqlı nisbətinin əhəmiyyətli dərəcədə dəyişilməsi səciyyəvidir. İndi elmin inkişafı praktikanın inqilabiləşdirilməsi üçün, yeni isteh­sal sahələri yaradılması üçün başlanğıc nöqtəsi olur. Elmin sosial rolunun artması cəmiyyət inkişafının mühüm qanunauyğunluğudur. Bununla bərabər elmin inkişafının öz daxili məntiqi, öz daxili qa­nunauyğunluqları vardır. Bu, o deməkdir ki, elm praktiki tələbata nisbətdə nisbi müstəqilliyə malikdir. Bu, özünü ən çox proqnostik, qabaqgörmə və s. funksiyalarda göstərir. Bir sözlə, elm ən pres­pek­tivli istiqamət olub bəşəriyyətə xidmət edən çox vacib sahələrdən biridir. c) Elmi bilik və dini etiqad Məlum olduğu kimi, həm elm, həm də din hər ikisi ictimai şüu­run müstəqil formalarıdır. Uzun müddət elmlə dini qarşı– qarşı­ya qoyaraq zorla «düşmən» obrazı yaratmağa cəhd etmişlər. Əl­bət­tə bu düzgün deyildi. Ümumiyyətlə, bəşəriyyətin bütün mənəvi tarixi boyu elm və din mühüm yer tutmuş, bir– biri ilə mübarizə aparmaqla yanaşı, həmçinin əməkdaşlıq da etmişlər. Hər bir təhsilli insana məlumdur ki, öz sahəsində ən nəhəng kəşf edən alim, yaxud dahi heç vaxt axıra qədər dindar olaraq qalmamışdır. Lakin, eyni zamanda, ruhanilər arasında alimlərin, böyük kəşflər edən adamların sayı da az olma­mışdır. Nikolay Kopernikin, cordano Brunonun adlarını çəkmək kifayətdir. Bütün bunlara baxmayaraq, həm dinə, həm də elmə bu günkü kriteriyalardan deyil, tarixi mövqelərdən baxmaq lazımdır. Məlumdur ki, yüz və min illər boyu elm bir sistem kimi, demək olar ki, mövcud olmamışdır. Yarım dini, sonra isə dini etiqadlar çox vaxt ümumi dünyagörüşü rolunda çıxış edərək adamların dünyanı qavraması işinə xidmət etmişdir. İnsanlar xristianlıq vasitəsilə onları maraqlandıran suallara cavab axtarmışlar. Bu, onlara həm də mövcudluqlarını dərk etməyə kömək etmişdir. Beləliklə, tarix sübut etmişdir ki, elm və din yarandıqdan sonra yanaşı mövcud olmuş, əməkdaşlıq etmiş, bəzən də bir– birilə ölüm– dirim mübari­zəsinə girmişdir. Hətta orta əsrlərdə hər şey xristianlığın hakimiy­yəti altında olduğu, elmin təqib edildiyi bir dövrdə belə elm inkişaf etməyində davam edirdi. Təsadüfi deyildir ki, yeni fəlsəfənin ba­niləri olan böyük italyanlarla birlikdə təbiəti tədqiq edənlərdə ink­vizisiya tonqalları və zindanlarında öz qurbanlarını verdi. Xarak­terikdir ki, təbiətin sərbəst öyrənilməsini təqib etməkdə protes­tantlar katolikləri ötüb keçmişdilər. Servet qan dövranını kəşf etməyə lap yaxınlaşdığı bir zamanda Kalvin onu yandırtdı, həm də məcbur etdi ki, onu diri– diri iki saat od üstündə qovursunlar; inkivizisiya isə cordano Brunonu heç olmazsa sadəcə tonqalda yandırmaqla kifayətlənmişdi. Papanın bullasını yandıran Lüterin bu hərəkətini sanki təkrar edən və təbiətin tədqiqinin müstəqilliyini bildirən inqilabi bir hadisə Kopernikin ölməz əsərinin nəşr olunmasından ibarət idi. Kopernik bu əsərində təbiət məsələlərində kilsə nüfuzuna qorxa– qorxa və necə deyərlər, ancaq ölüm yatağında ikən, meydan oxumuşdu. Təbi­ət­şünaslığın teologiyadan azad olması tarixi bu zamandan başlanır, hərçənd bunların bir– birinə qarşı ayrı– ayrı iddiaları bizim günlərə qədər aydınlaşırılmaqda davam edir və bəzi adamların başında hələ indi də aydınlaşdırılıb başa çatdırılmamışdır. Lakin bu zamandan etibarən elmlər də nəhəng addımlarla inkişaf etmiş, belə demək mümkünsə, öz başlanğıcı nöqtəsindən olan məsafənin (zaman daxi­lində) kvadratı nisbətində qüvvətlənmişdir (F.Engels). Bütün bun­lara baxmayaraq elm və din hər ikisi insana yardımçı rolunu oynayır. Nə qədər paradoksal olur– olsun, onların hər ikisi ətraf aləmi dərk etməyə, yerdə mövcudluğunun mənasını anlamağa, ölməzliyə ümid bəsləməyə kömək edir. Məlum olduğu kimi, xristianlıq yarandığı gündən onun dokt­rinal qaydaları Allahın təbiəti, təcəssüm, mənası, insanın taleyində qəzavü– qədərin rolu, tarixin esxatoloji istiqaməti və s. məsələlərə daha çox diqqət yetirmişdir. Elm özü də bu suallara cavab verməyə çalışmışdır. Lakin o, bu cavabı maddi dünyanın tədqiqatı gedişində, rasional təhlilin gücü çatan faktlara əsaslanaraq tapmağa çalış­mışdır. Elm və din arasında olan ziddiyyətlər onların getdikcə daha çox müstəqil olmasına imkan vermişdi. Nəticədə elm və din öz mahiyyəti etibarilə bir– birinə əks hadisələrə çevrilmişdir. Din gerçəkliyin çox vaxt yanlış, təhrif olunmuş inikasını verdiyi halda, bütövlükdə götürülən elm təbiət və cəmiyyətin həqiqi inikasını verir. Elmin inkişafı prosesində meydana çıxan yalnış fərziyyə və nəzəriy­yələr məsələnin mahiyyətini dəyişdirmir, çünki elmdə yanılmaq həqiqətin yaradıcılıqla axtarılmamasının məhsuludur. Elm insan zəka­sının ən yüksək məhsulu olub, onun qüvvə və qüdrətinin tə­cəssümüdür. Elmə nisbətən din daha əvvəl pratikanın ən aşağı inkişaf səviyyəsində, təbiət və ictimai qüvvələrin insan üzərində hökmran olduğu bir vaxtda meydana gəlmişdir, o zaman insanlar bu qüvvələri dərk edib, özlərinə tabe etmək iqtidarında deyildirlər. Elmin meydana gəlməsi isə, əksinə, insan praktikasının malik olduğu qüdrətin biavasitə artması nəticəsidir. Elmin inkişafı, təbiət və cəmiyyətin kor– koranə qüvvələri üzərində insanların hökmran­lığının artması bir– birilə qarşılıqlı surətdə əlaqədardır. Buna görə də elmlə dinin bir- birinə əks olduğunu nəzərə alaraq elmə belə bir tərif vermək olar: elm praktikanı ümumiləşdirən, ondan  alınan və onunla yoxlanılan obyektiv surətdə həqiqi bilik sistemidir. Bütün bunlara baxmayaraq, dinin bəşər fikri və mənəviyyatı tarixində oynadığı mühüm rolu danmaq qeyri– mümkündür. Din– in­san mənəviyyatının zənginləşməsinə, əxlaq, xeyir və şər, real dünya və axirət ideyasının özünə məxsus şəkildə həll edilməsinə ça­lışmışdır. İnsanın insanlar və Allah qarşısıda məsuliyyətli olmasına çalışmışdır. ç) Elmin əxlaqi- etik problemləri Elmi fəaliyyətdə mühüm prinsiplər sırasında zəruri riayət edilməli məsələlərdən biri də etik normaların qorunmasıdır. Bu, elmin cəmiyyətdəki yerinə yetirdiyi xüsusi rolu ilə əlaqədardır. Əl­bəttə, söhbət «aldatma», «yalan danışma», yaxınlarınla məsləhətləş (bölüşdür) tipli məlum fikirlərdən getmir. Prinsipcə bu etik qaydalar universal normalar hesab olunur. Onu yaradanların arzusuna görə adamlar bir– birilə qarşılıqlı münasibətlərində həmin göstərişləri əsas tutmalıdır. Deməli, həmin prinsiplər insan fəaliyyətinin bütün sahələrinə, o cümlədən elm sahəsinə də tətbiq olunmalıdır. Elmin yarandığı anından müasir dövrə qədər hər bir həqiqi alimin başı üzərində «Damokl qılıncı» kimi onun fəaliyyətinin nəti­cələrindən istifadə edilməsi məsələsi durur. Belə bir təsəvvür yaranır ki, «zərər vurma» adlı məşhur Hippokrat fikri tam şəkildə nəinki hə­kimlərə, həmçinin bütün alimlərə də aid edilməlidir. İnsan fəaliy­yətinin qiymətləndirilməsinin mənəvi aspekti hələ Sokratın zama­nın­dan da qabaq məlum idi (bax: Bilqamıs dastanı, Dədə Qorqud). Sokrat belə hesab edirdi ki, insan təbiətən xeyir işlər görməyə cəhd edir. O, Xeyiri Şərdən ayırmadığı halda, şər bədxah iş görür. Tarixdə elmə zidd fikir söyləyən alimlər də olmuşdur. Məsələn, J.J.Russo elmi biliklərin sürətlə inkişafı ilə bağlı yaranan ifrat optimizmdən çəkinərək belə bir fikir söyləmişdir ki, elmin inkişafı cəmiyyətdə mənəviyyatın yüksəlişinə aparmır. Elmə özünün kəskin münasibətini fransız yazıçısı Fransua Şatobrian (1768– 1848) da bildirmişdir. O, tam açıq və aydın şəkildə elan etmişdir ki, dağı­dıcılıq ideyası elmin səciyyəvi xüsusiyyətidir. Elmi tədqiqatların nəticələrindən istifadə edilməsi ilə əlaqədar meydana çıxan narahatçılıq və bu problemlə bağlı alimlərin özlə­rinin etik mövqeləri mühüm rol oynayır. Başqalarına nisbətən alimlərə elmin təkcə yaradıcılıq deyil, həm də dağıdıcılıq qabiliyyəti yaxşı məlumdur. Xüsusilə XX əsrdə elmin nailiyyətlərindən dağıdıcılıq məqsədi üçün istifadə edilməsi insanları birici növbədə humanist alimləri daha çox narahat edir. Məlumdur ki, nüvə reaksiyası nəzəri cəhətdən əsaslandırıldıqdan sonra dünyanın tanınmış alimləri, o cümlədən Albert Eynşteyn (1879– 1955) həmin kəşfin praktiki tətbiqinin faciəvi nəticələrini dərindən başa düşdülər. Lakin bu kəşfin faciəsini başa düşən, prinsipcə həmin fakta qarşı   çıxan alimlər eyni zamanda Amerika prezidentinin Atom bombası yaratmasına da xeyir– dua vermişlər. Bəşəriyyət üçün atom– hidrogen silahının nə dərəcədə dəhşətli təhlükə  olduğunu xatırlamağa ehtiyac yoxdur. Əslində tarixdə ilk dəfə olaraq elmin köməyi ilə elə bir silah yaradılmışdır ki, onun vasitəsilə nəinki bəşəriyyəti, eləcə də onun məskun olduğu mühiti də məhv etmək mümkündür. Bununla yanaşı, XX əsrin II yarısında elmdə gen mühən­dis­li­yi, hüceyrə səviyyəsində biotexnologiya sahələrində kəşflər edildi ki, bunun sayəsində insanın gen kodlarının dəyişməsi təhlükəsi, Homo sapiens– ə rsixo– trop təsir perspektivi təhlükəsi yarandı. Əgər sadə dil­də desək, gen və psixikaya yönəldilən təsirin köməyi ilə insanı biorobota çevirərək, onu verilmiş proqram üzrə hərəkət etməyə məc­bur etmək olar. Bəzi alimlərin qeyd etdiyi kimi, elmin köməyi ilə hazırda keçmişdə mövcud olmayan həyat forması və biorobot tipi yaratmaq olar. Bu isə həyatın inkişafının çox milyonlu təkamül mər­hələrinə son qoyar və müasir insanın və onun mövcud olduğu mühitin yox olmasına gətirib çıxara bilər. Bu hadisə baş verərsə, insanı nə göz­lədiyini Amerika «dəhşət»li filmləri aydın şəkildə göstərir. Orada yaradılan vampir və monstrlar cəmiyyətdə hər şeyi «ida­rə edirlər». İnsan haqqında elmin inkişafı bu sahədə edilən kəşflər belə bir məsələni kəskinliklə qarşıya qoyur ki, elmi axtarışlar azaldığı ilə yanaşı, alimlərin öz fəaliyyətlərinə görə məsuliyyət daşıması zəruri olsun. Bu vəzifə özündə çoxlu «X»ləri birləşdirir və olduqca mürəkkəbdir. Onlardan bəzilərini qeyd etməyi vacib hesab edirik. Hər şeydən əvvəl, çox vaxt müxtəlif səbəblər ucbatından elmi kəşflərin yaradıcı, yaxud dağıdıcı nəticələrini tam şəkildə qiymətləndirmək heç də həmişə mümkün olmur. Bununla yanaşı, həmin kəşf tezliklə mütəxəssislərə məlum olur və onun haqqında susmaq çətinləşir. İkinci cəhət alimin şəxsi əqidəsi ilə bağlıdır. Elə də olur ki, tədqiqatçı illərlə, hətta on illərlə bu və ya digər problemin tədqiqi ilə məşğul olur. Nəhayət o, lazımi nəticələri əldə edir ki, onun sayəsində həmin alimi digər məşhur alimlər cərgəsinə qoşmaq olar. Lakin O, kəşfin nəticələrindən ehtiyat edərək həmin kəşfi başqalarından gizlətmək, hətta həmin kəşf haqqında informasiyanın yayılmaması üçün «susmağa məcburdur». O da məlumdur ki, digər bir alim ondan gec də olsa, həmin nəticəni əldə edə bilər, hamıya bildirər və elmi prioritetini elan edə bilər. Nəhayət, alimin yaşayıb, işlədiyi ictimai quruluşu da unutmaq olmaz. Məlum olduğu kimi, başqa dövlətləri özünə tabe etmək istəyən, hətta dünya ağalığı fikrinə düşən dövlətdə etik normalara riayət etmək fövqəladə dərəcədə çətindir. Lakin problemin mürəkkəbliyinə baxmayaraq etik norma və tələbatların qorunması vacibdir. Burada başlıca cəhət alimlərdə şəxsi məsuliyyət hissinin formalaşdırılmasının vacibliyidir. cəmiyyətdə və hər bir alimdə elmi problematikanın həllinin və alınan nəticələrin bəşəriyyətə ziyan və xeyri baxımdan nə verəcəyinə görə məsuliyyət hissi əsas keyfiyyət hesab olunmalıdır.
['elm']
5,473
https://kayzen.az/blog/dua/6060/istixar%C9%99-n%C9%99dir.html
İstixarə nədir?
Old_Baku_
Namaz, dua, zikr
30 iyun 2011, 17:12
İstixarə etməyin mənası görülməsi planlaşdırılan bir işin Allah yanında xeyirli olduğu kimi, başqa sözlə, ən yaxşı şəkildə həyata keçməsini istəmək deməkdir. İstixarə etmək, yaxud ən yaxşı olanı arzulamaq bir duadır. Allah necə dua etmək lazım olduğunu Qurani-Kərimdə öyrətmiş, peyğəmbərimiz (s. a. v.) də öz növbəsində bunu tətbiq etməklə bizə nümunə olmuşdur. Belə ki, Quranda buyurulur: "Ey iman edənlər! Səbr və namazla Allahdan kömək diləyin. Şübhəsiz ki, Allah səbr edənlərlədir" (Bəqərə, 2/153). Cabirin (r. a.) belə dediyi nəql edilib: "Peyğəmbər (s. a. v.) bütün işlərində sanki Qurani-Kərimdən bir surə öyrədirmiş kimi istixarəni də öyrədib belə deyirdi: "Sizin aranızdan bir nəfər bir iş görməyə niyyət etdiyi vaxt vacib namazdan başqa 2 rükət nafilə namaz qılsın və belə dua etsin: Allahım! Səndən - Sənin elm və qüdrətindən xeyir umuram. Sənin böyük lütfündən istəyirəm. Şübhəsiz ki, Sənin gücün hər şeyə çatır; mənim gücüm isə çatmır. Sən bilənsən, mən bilmərəm. Sən bütün gizli olanları bilənsən. Allahım! Əgər bu işin mənim dinim, həyatım və işimin nəticəsi, yaxud dünya və ya axirətimin nəticəsi baxımından mənim üçün xeyirli (yaxşı) olduğunu bilsən, o işi mənim üçün təqdir et. Onu asanlaşdır və onu mənə mübarək qıl. Əgər bu işin mənim dinim, həyatım və işimin nəticəsi, yaxud dünya və ya axirətimin nəticəsi baxımından mənim üçün şər (pis) olduğunu bilsən, onu məndən, məni də ondan uzaq et. Harada olursa olsun, mənim üçün xeyirli olanı təqdir et. Sonra da məni bu xeyirdən məmnun et". Maliki fəqihlərindən biri olan İbnul-Həcc Əl-Əbdəri istixarənin bundan ibarət olduğunu, əlavə olaraq bir işarə almaq məqsədilə bir şəxsin özünün və yaxud başqa bir şəxsin onun adına yuxu görmək üçün yatmağının və gün və şəxs adlarından uğur gözləmək kimi şeylərlə məşğul olmağının bidət olduğunu bildirib. Qeyd edək ki, yuxuda ağ və yaxud yaşıl rəng görməyi xeyrə (yaxşıya), qara və ya qırmızı rəng görməyi isə şərə (pisə) yozmağın hər hansı bir dini əsası yoxdur. Çünki istixarə etmək (xeyirli olanı istəmək) bir duadır və bunun yuxu ilə heç bir əlaqəsi yoxdur. İstixarə məsələsi şəxsi bir məsələdir. Bu, insanın bir məsələyə dair lazımi qədər tədqiqat aparıb məsləhətləşmələrini tamamladıqdan sonra həmin məsələnin ən xeyirlisi haqqında Allaha dua etməsindən ibarətdir. İnsan istixarə etdikdən sonra yenə azaddır. Belə ki, o, əgər bir işi istəsə görər, istəməsə, görməz. İstixarənin nəticəsi məcburi deyil
['istixarə']
5,474
https://kayzen.az/blog/fiqh/6059/%C3%B6l%C3%BCy%C9%99-quran-tap%C5%9F%C4%B1rmaq.html
Ölüyə Quran tapşırmaq
Old_Baku_
Fiqh (şəriət)
30 iyun 2011, 17:02
Ölən insanın ardınca oxunan Quranın ölüyə heç bir təsiri yoxdur. Bu məsələ ilə əlaqədar heç bir dini dəlil - ayə və ya hədis də yoxdur. Lakin Allah Təala tövsiyə edir ki, bizdən əvvəlki müsəlman qardaşlarımız üçün xeyir-dua edək. Peyğəmbərimiz Muhəmməd (s. a. v.) də bununla bağlı olaraq həyata keçirdiyi işlərlə bizə nümunə olub. Allah belə buyurur: "Onlardan sonra gələnlər: "Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirən qardaşlarımızı bağışla; bizim qəlbimizdə möminlərə qarşı kin qoyma. Rəbbimiz! Şübhəsiz ki, sən şəfqətlisən, mərhəmətlisən", - deyərlər". (Həşr, 59/10) Bizə məsləhət görülür ki, qıldığımız hər bir namazın axırında bu duanı oxuyaq: "Rəbbimiz! Haqq-hesab günü məni, anamı, atamı və bütün möminləri bağışla". (İbrahim, 14/41) Əbu Üseyd Malik ibn Rəbia əs-Səidi (r. a.) nəql edir ki, bir gün biz peyğəmbərin yanında oturmuşduq. Sələmə oğulları qəbiləsindən bir nəfər gəlib peyğəmbərdən belə bir sual soruşdu: "Ey Allahın elçisi! Anamla atam öləndən sonra onlara nə kimi bir yaxşılıq edə bilərəm?". Rəsulullah (s. a. v.) cavab verdi: "Bəli, onlar üçün Allaha dua edib günahlarının bağışlanmağını diləyə bilərsən. Vəsiyyətlərini yerinə yetirə bilərsən. Qohum-əqrəbasına dayaq olar və dostları ilə də yaxşı rəftar edərsən". (Əbu Davud, Ədəb, 120; İbn Macə, Ədəb, 2) Unutmamaq lazımdır ki, Qurani-Kərim ölülərə yox, dirilərə nazil edilmiş bir kitabdır. Yasin surəsinin 69 və 70-ci ayələrində belə deyilir: "Biz ona şeir öyrətmədik. Ona yaraşmaz da. O sadəcə olaraq bir öyüd-nəsihət və açıq-aşkar bir Qurandır. Diri olanı xəbərdar etmək üçün. Nankorlara verilən o əzab sözü həyata keçəcək". Yuxarıda da qeyd etdiyim kimi, Quran oxuyub savabını ölülərə bağışlamaqla əlaqədar nə bir ayə var, nə də hədis. Quranın savabı ancaq onu başa düşərək oxuyan və həyata keçirməyə çalışan şəxsə aid olur. Lakin ölən şəxs sağ olduğu vaxt başqa bir nəfərə Quran oxumağı öyrədibsə və yaxud öyrənməyinə səbəbkarlıq edibsə, onun öyrətdiyi adam hər Quran oxuyanda həmin şəxsə də savab yazılır. Bu da öz növbəsində gözəl bir əmələ səbəb olmağın savabıdır
['islam']
5,475
https://kayzen.az/blog/ekonomiks/1427/4.-t%C9%99l%C9%99b-v%C9%99-t%C9%99klif.html
4. Tələb və təklif
iqtisadçı
Ekonomiks
30 iyun 2011, 14:33
Tələb və təklif (SUPPLY AND DEMAND TOGETHER) Biz tələb və təklifi ayrılıqda təhlil etdik. Indi isə onları birləşdirək və onların qarşılıqlı fəaliyyətinin satılmış əmtəələrin miqdarını və qiymətlərini necə müəyyən etdiyinə baxaq. Tarazlıq(EQUILIBRIUM) Şəkil 4.7.-də bazar tələb və bazar təklif əyriləri birləşdirilmişdir. Gö­rün­düyü kimi, onlar ancaq bir nöqtədə kəsişirlər ki, bu da bazar tarazlığı adlandırılır. Iki əyrinin kəsişdiyi nöqtədəki qiymət tarazlıq qiyməti, tələb olunan əmtəənin miqdarı isə tarazlıq həcmi adlanır. Bizim misalda tarazlıq qiyməti 8 dollar, tarazlıq həcmi isə 7 stəkan dondurma təşkil edir. «Tarazlıq» sözünün lüğəvi mənası «müxtəlif istiqamətli qüvvələrin bəra­bərləşdiyi vəziyyət» kimi başa düşülür. Bu tərif bazar tarazlığını da əks etdirir. Tarazlı qiymətdə alıcıların istədikləri və əldə etmək imkanına malik olduqları əmtəələrin miqdarı satıcıların istədikləri və satmaq imkanına malik olduqları əmtəələrin miqdarına uyğun gəlir. Bəzən tarazlıq qiymətini xalis bazar qiyməti adlandırırlar, ona görə ki, o, bazarda bütün iştirak­çıların tələbatını ödəyir; alıcı almaq istədiklərinin hamısını alır, satıcılar isə satmaq istədikləri bütün əmtəələri reallaşdırır. Alıcıların və satıcıların hərəkəti təbii olaraq bazarda tələb və təklifin tarazlığı­na doğru aparır. Bu müddəanın düzgünlüyünə əmin olmaq üçün əmtəə­­nin ba­­­­zar qiymətinin tarazlıq qiymətinə uyğun gəlmədikdə nə baş ver­diyinə baxaq. Fərz edək ki, əmtəənin bazar qiyməti tarazlıq qiymətindən yük­sək­dir (şəkil 4.8. (a) qrafiki). 1 stəkan dondurmanın qiyməti 2,50 doll. Olduq­da, əmtəə təklifinin həcmi (10 stəkan) tələbin həcmini keçir (4 stəkan). Nəticədə məhsul artıqlığı yaranır: qoyulmuş qiymət satıcılara istə­dikləri dondurmanın hamısını satmağa imkan vermir. Bu vəziyyət artıq təklif adlanır. Dondurma satıcıları istədikləri qədər dondurmanı reallaşdıra bil­mə­dikləri üçün soyu­ducuda hazır məhsulun artıq hissəsinin yığılıb qall­ma­sının şahidi olurlar. Onlar təklifin artıqlığına qiymətlərin aşağı salınması ilə cavab verir və bazarda tarazlıq vəziyyəti yaranana qədər bu vəziyyəti davam etdirirlər. Indi isə müəyyənləşmiş bazar qiyməti (1 stəkanın qiyməti 1,50 doll.) tarazlıq qiymətindən aşağı olduğu hala baxaq. Ödənilməmiş bazar tələbi bu zaman 4.8. cədvəlinin (b) qrafikində əks olunmuşdur. Belə ki, 1,50 doll. bazar qiyməti tarazlıq qiymətindən aşağı olduğundan, tələbin həcmi (10 stəkan) təklifin həcmini (4 stəkan) keçir. Madam ki, çoxsaylı alıcılar məhdud miq­darda dondurmanı almaq istəyirlər, bu çatışmazlıqdan istifadə edən satıcılar qiyməti qaldırırlar. Hər iki halda qiymətin dəyişməsi tələb və təklifin tarazlığına doğru bazarı hərəkətə gətirir. Müəyyənləşmiş bazar qiyməti (1,5 doll.) tarazlıq qiymətindən aşağı olduqda, əmtəəyə olan tələb təklifdən çox olur. Bu halda bazarda əmtəə çatışmazlığı yaranır: alıcıların cari qiymətə istədikləri qədər əmtəə almaq imkanı olmur. Alıcılar istədikləri qədər dondurma ala bilmək üçün dondurma çatışmadığından uzun növbələrə dayanırlar və ödənilməmiş tələb yaranır. Çoxsaylı alıcı kütləsi məhdud miqdarda əmtəə dalınca qaçır, sa­tıcılar isə təklifin səviyyəsini saxlayaraq, qiymətləri yüksəltməklə ödə­nilməli tələbə cavab verirlər. Elə ki, qiymət qalxır, bazarın tarazlığa doğru hərəkəti başlayır. Beləliklə, çoxlu satıcı və alıcıların birgə fəaliyyəti avtomatik olaraq əm­təə­­nin bazar qiymətini tarazlıq qiymətinə doğru hərəkətə gətirir. Elə ki, bazar­da tarazlıq yaranır, alıcı və satıcıları razılıq hissi bürüyür, qiymətə aşağıdan və yuxarıdan təzyiq yox olur. Tarazlığın yaranma sürəti bazarda qiymətlərin dəyişməsi tezliyindən asılı olur. Əksər azad bazarlarda qiymət tarazlığa meyl etdiyindən, təklif artıqlığı və ödənilməmiş tələb müvəq­qə­tidir. Çünki qiymət aydındır ki, tarazlıq səviyyəsinə cəhd edir. Bu fenomen hər şeyi əhatə etdiyindən, bəzən onu tələb və təklif qanunu adlandırırlar. Hər bir əmtəənin qiyməti elə bir səviyyəyə çatır ki, əmtəə təklifi və ona olan tələb bərabərləşir.
['tarazlıq nöqtəsi', 'equilibrium']
5,476
https://kayzen.az/blog/s%C3%BCnn%C9%99/6058/%C9%99f%C9%99ndimizin-s.a.v.-%C5%9F%C9%99fq%C9%99ti-v%C9%99-m%C9%99rh%C9%99m%C9%99ti.html
Əfəndimizin (s.a.v.) şəfqəti və mərhəməti
Old_Baku_
Sünnə
30 iyun 2011, 13:12
Allah Rəsulunun rəhmət və şəvqəti də Onun fətanətinin bir ölçüsünü təşkil edir.Onun şəfqət və rəhmətində,eyni zamanda möhtəşəm bir qavrayışın ayrı bir dərinliyi saxlanmışdır.Bəli,Əfəndimiz (s.a.v.) Cənabi-Haqqın rəhm və mərhəmətinin yer üzündəki tək nümayəndəsi olaraq bu iki mübarək  sifətin təsirindən bir iksir kimi istifadə etmiş və bütün könüllərdə taxt qurmuşdur.Onsuz da şəfqət,mərhəmət,yumşaqlıq,ürəkdən və səmimi olmaq qədər insanı cəmiyyətlərə qəbul etdirən ikinci bir səbəb yoxdur.Bəli,Allah Rəsulu iç incəliyi,fövqəladə qabiliyyəti və zehin açıqlığı ilə,mərhəmət və şəfqəti fətanətinin ayrı bir ölçüsü kimi çox yaxşı qiymətləndirmişdir.Bunu da Onun peyğəmbərliyinin başqa bir dəlili hesab etmək olar. Allah (c.c.) Onu bütün aləmlərə mərhəmət təcəssümü  olaraq göndərmişdir.Quranda onun haqqında belə buyrulur: "(Ta Ha 20/1-2), (Ey Rəsulum!) Sənə Quranı çətinlik çəkəsən deyə endirmədik." Bəli,O tərtəmiz Haqq mərhəmətini əks etdirir.Sanki O,çöl ortasında bir su mənməyi,bir kövsər hovuzudur.Qabını  əlinə alıb gələn hər kəs o hovuzun başına çatdığı zaman həm qabını doldurmuş,həm də doyunca içmişdir.Bəli,O,mərhəməti çərçivəsində hər kəsə açıq bir kövsər qaynağı kimidir..Kim istəyirsə,Ondan istifadə edə bilər. Hz.Məhəmməd Mustafa (s.a.v.), bütün insanlığı və bütün varlığı içinə alan bir sevgi ilə insanları qucaqlamışdır. "Sən bağışlama yolunu tut,yaxşı işlər görməyi əmr et və cahillərə fikir vermə." (Əraf  7/199) Bu ayə ilə Cənabi-Haqq Ona əfv və dözüm yolunu tutmasını buyururdu.Rəvayətə görə bu ayə nazil olunca Cəbrayil (ə) gəldi.Əfəndimiz: - Ey Cəbrayil bu ayənin mənası nədir?-deyə soruşdu.Cəbrayil: - Soruşum,-dedi və getdi.Biraz sonra gəldi və: - Ey Məhəmməd! Allah-Təala sənə səninlə qohumluq əlaqəsini kəsəni ziyarət etməyini,səni məhrum edənə verməyini,sənə zülm edəni bağışlamağı əmr edir,-dedi.(Təbəri,6/154) Ancaq Onun bu böyük şəfqəti və dərin mərhəməti,bu məsələləri istismar edənlərin sevgi və şəfqət anlayışlarında olduğu kimi,yalnız bir düşüncəolaraq və kitab səhifələrində qalmamışdı.Əksinə,ən qısa zamanda həyata təbiq edilmiş və bütün dərinlikləriylə təmsil edilmişdir.Bu mənada Əfəndimizin tətbiq edilməyən heç bir düşüncəsi yoxdur.O,təmamilə bir dinamizm insanıdır.   O,bəzən ağlayan bir uşaq görsə,oturar,,onunla ağlar,inləyən ananın iztirabını vicdanında duyardı.Bəli,yenə Əbu Hüreyrənin rəvayət etdiyi bir hədis  və Onun dillərə dəstan şəfqəti: "Mən namaza durur və onu uzun qılmaq istəyirəm.Sonra bir uşağın ağlamağını eşidirəm.Anasının ona duyacağı həyəcanı bildiyim üçün dərhal namazı sürətli qılıb bitirirəm".(Buhari,1/250;Müslim,1/342;Ebu Davud,1/269) Hələ,Onun Öz uşaqlarına qarşı şəfqəti təmamilə fərqli idi.Çox vaxt oğlu İbrahimin süd əmdiyi ailənin yanına gələr,onu qucağına alar və uzun müddət əzizləyərdi.Vəfat etdiyi zaman da İbrahimin ardından gözyaşları tökmüşdü.(Müslim,22/630)   Allah Rəsulu,qohumlarına qarşı olduğu kimi,yaxın-uzaq dostlarına da dərin məhəbbət və mərhəmət duyğusu bəsləyərdi.   O,yalnız insanlara deyil,heyvanlara qarşı da şəfqətli idi.Bir qadının aclığa məhkum etdiyi bir pişik üzündən cəhənnəmə girdiyini xəbər vermiş;(Müslim,4/2023) o biri tərəfdə əxlaqsız bir qadının susuzluqdan əldən düşmüş bir itə si içirməsi ilə cənnətə girdiyini müjdələmişdir.(Buhari,3/1206)   Allah Rəsulu,daşıdığı qılıncın ucuyla cənnətə gedən yolları açırdı.Bu da Onun aləmlərə mərhəmət təcəssümü  olmasının ayrı bir ölçüsü........   Əfəndimizin şəfqəti və mərhəməti axirət günündə üzərimizə olsun.Amin!  
['Məhəmməd peyğəmbər']
5,477
https://kayzen.az/blog/Old_Baku_/6056/zina-g%C3%BCnahlar%C4%B1n-anas%C4%B1.html
Zina-günahların anası
Old_Baku_
Bloq: Old Baku
30 iyun 2011, 13:05
Ailə cəmiyyətin nüvəsidir.Buna görə də,İslam dini ailə yuvasına çox böyük əhəmiyyət verir.Çünki sağlam bədənli və ruhlu nəsillər ailə içərisində yetişir. Ailə bir sevgi  vəşəfqət ocağıdır.Ailədə yetişən  uşaqlarına ürəyi məhəbbətlə dolu olur. Bu qədər əhəmiyyətli olan ailə üçün ən böyük təhlükə zinadır.Zina həm ailənin qurulmasına mane olur,həm də qurulmuş ailələri dağıdır. Zinanın əxlaqi,ictimai,səhiyyə və hüquqi cəhətlərdən bir çox zərəri vardır. Zina yolu ilə doğulan uşaqlar böyük problemlərlə qarşılaşır.Heç kimin uşaqları problemlərlə məruz qoymağa haqqı yoxdur. İslam dini insanların şərəfinə,şəxsiyyətinə,abrına və cımiyyət içindəki hörmətinin saxlanılmasına böyük əhəmiyyət vermişd333-Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Tövratda belə yazılmışdır ki, Allah buyurur:  Mən qatillərin qatili, zina edənləri fəqir və pərişan edən Allaham! Kafi /5/554. *** 334-İmam Sadiq əleyhissalam buyurur:  Zina edənin altı xüsusiyyəti vardır ki, üçü dünyaya və üçü də axirətə şamil olur. Dünyaya aid olanlar abırsızlıq, fəqirlik və ömrün qısalması, axirətə aid olanlarsa Allahın qəzəbinə düçar olmaq, hesabın çətinliyi və əbədi olaraq cəhənnəm əzabında qalmaqdır. Kafi /5/541. *** 335-Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Ey camaat, zina etməyin, (əks halda) qadınlarınız da zina edəcəkdir (hər günah etsən, ona müvafiq cəza görəcəksən). Kafi /5/554. *** 336-Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Hər kəs haram yolla qadınla qol-boyun olsa, şeytanla birlikdə atəşdən olan zəncirlə bağlanıb cəhənnəmə atılacaqdır. Mən layəhzuruhul-fəqih /4/14. *** 337-Həzrəti İmam Sadiq əleyhissalam buyurur:  İnsan hər hansı bir yolla (qanunsuz yolla) inzal etsə (məni, sperma xaric etsə) zina hökmündədir. Kafi /5/54. *** 338-Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Məl'undur, məl'undur o kəs ki, heyvanlarla cinsi yaxınlıq edə. Kafi /2/270. *** 339-Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Qadınların bir-biri ilə (cinsi ehtirasla) bir yatağa girməsi zinadır. Kənzul-ümmal /5/316.
['zina', 'zinakarlıq']
5,478
https://kayzen.az/blog/sidik-ifrazat/6054/b%C3%B6yr%C9%99k-da%C5%9F%C4%B1na-s%C9%99b%C9%99b-olan-qida-m%C9%99hsullar%C4%B1.html
Böyrək daşına səbəb olan qida məhsulları
ayxansevda
Sidik-cinsiyyət sistemi
29 iyun 2011, 22:41
Böyrək daşları böyrəkdə və böyrək ətrafı nahiyələrdə şiddətli ağrılara səbəb olur. Böyrəkdə daşın əlamətləri əsasən sidikdə yanma, qanama, ürək bulanması və qusma kimi hallardır.Günümüzdə bir çox insanın əziyyət çəkdiyi bu xəstəliyə yediyimiz qidaların səbəb olduğunu bilirdinizmi ?Böyrəkdə əmələ gələn daşın növünə görə onun hansı qida məhsulundan yarandığını bilmək mümkündür.Daşların yaranmasına əsasən aşağıdakı qida məhsulları səbəb ola bilər:- Həddən artıq proteinli qida məhsulları- Duzlu qidalar - Şokolad- Bəzi göyərtilər- Həddən artıq çay və kofe digər bir səbəb kimi isə gün ərzində az su içməkdir. Normal bir insan gün ərzində 10-12 stəkan su içməlidir.
['urologiya', 'böyrəklər']
5,479
https://kayzen.az/blog/sidik-ifrazat/6053/d%C9%99yi%C5%9F%C9%99n-sidik-r%C9%99ngl%C9%99ri-x%C9%99st%C9%99likl%C9%99rd%C9%99n-x%C9%99b%C9%99r-verir.html
Dəyişən sidik rəngləri xəstəliklərdən xəbər verir
ayxansevda
Sidik-cinsiyyət sistemi
29 iyun 2011, 22:36
Sidik qəbul etdiyimiz qida maddələrinin böyrəkdə yığılıb qalan maye formasıdır. Sidik orqanizmdə ehtiyac olandan çox olan və orqanizmə ziyanlı olan mayelərdir. Beləliklə demək olar ki, sidiyin tərkibi su, ölü qan hüceyrələri və digər bu kimi tullantılardan ibarətdir.Sidiyin ən önəmli xüsusiyyətlərindən biri də onun rəngidir. Normal rəngi solğun sarı rəng olan sidiyin rəngi dəyişir ki, bu da bir çox xəstəliklərin göstəricisidir. Bəzən yediyimiz qidalar da onun rənginin dəyişməsinə səbəb ola bilər lakin əksər vaxtlar yaranan sağlamlıq problemləri sidiyin rənginə təsir edir.Sidik aşağıdakı rənglərdə ola bilər.- Sarı rəngdə - bu rəng sizin orqanizminizdə maye çatışmamazlığından xəbər verir. - Tünd sarı - bu rəng böyrəklərdə problem olmasına və ya sarılıq xəstəliyinə işarədir, qəti qərara gəlmək üçün həkim məsləhətinə ehtiyac var.- Turuncu rəng - orqanizmdə C vitamininin çoxluğu sidiyi turuncu rəngə çevirə bilər.- Bulanıq qəhvəyi rəng - bu rəng ciddi sağlamlıq problemindən xəbər verir belə ki, bu rəng qara ciyər problemi, hepatit, dəri xərçəngi kimi ciddi xəstəliklərin xəbərçisidir ki, bu zaman həkimə muraciət təxirəsalınmazdır.- Qırmızı rəng və ya qanlı sidik - bu zaman sidik ya qırmızı olur və ya sidikdə qan damcılar görünür ki, əsas səbəb kimi böyrək daşlarını göstərmək mümkündür ki, həmçinin bu vaxt da həkimə muraciət təxirəsalınmazdır.
['urologiya']
5,480
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/6052/televiziya,-u%C5%9Faq-v%C9%99-%C3%BCnsiyy%C9%99t.html
Televiziya, uşaq və ünsiyyət
ayxansevda
Xoşbəxt ailə
29 iyun 2011, 22:30
Analar, ev işlərini çatdırmaq, ya da ağlayan uşağı susdurmaq üçün, ən əsan yol olaraq uşağı televiziya qarşısında oturmağı seçirlər. Beləcə, rahat-rahat qab-qacağımı yuyur, evimi silir süpürürəm deyə bildirirlər.Atalar isə, çox gərgin və yorucu keçən gündən sonra yemək yeyib, xəbərləri və futbol oyunlarını izləməyi seçirlər.Çox vaxt da, evdə bir dənə televiziya olması problem olur. Ata idman oyunları, ana serialları, uşaqlar da sevdikləri cigi filmləri izləmək istədikləri üçün mübahisə edirlər. Bu vəziyyətdə hamının otağına bir televiziya alınması, problemi həll etmənin ən asan yolu olaraq düşünülür. Axşamlar hamı öz otağına çəkilərək, istədiyi proqramı seyr etsə problemin həll ediləcəyi sanılır. Bu vəziyyətdə problem həll olunmuş kimi görünsə də, əslində ailə daxilində ünsiyyətin aradan qalxmış olması, çox ciddi bir problem olaraq qarşımıza çıxacaq.Ailə üzvlərinin toplana bildiyi axşam saatlarında vaxtın çoxunun televiziya qarşısında keçməsi ailə daxili ünsiyyətinə böyük zərbə vurur. Halbuki bütün ailə fərdlərinin toplanması, lazım olan bu saatlar qiymətli zamanlardır. Bir-birimizin hal-əhvalını soruşmaq, günümüzün necə keçdiyini danışmaq, problemlərimizi paylaşmaq qısası bir-birimizə dəyər verdiyimizi hiss etdirmək lazımdır. Bu saatlar xüsusilə uşaqlarımızın bizdə gözlədiyi maraq və sevgini onlara verə biləcəyimiz əhəmiyyətli vaxtlardır.Uşaqlarımızın televiziya qarşısında çox vaxt keçirmələrini istəmiriksə, əvvəlcə valideyn olaraq, onlara bu mövzuda nümunə olmalıyıq. Hər şeydən əvvəl onlarla birlikdə vaxt keçirməyə diqqət göstərməliyik. Məsələn; birlikdə oyun oynamaq, şəkil çəkmək, nağıl və ya hekayə kitabı oxumaq, yazı yazmaq, söhbət etmək uşaqlarımızla edə biləcəyimiz fəaliyyətlər olaraq sıralana bilər. Bütün bu fəaliyyətləri ana və atasıyla birlikdə edən uşaq, televiziyanı izləməyi unudaraq, ağılına belə gətirməyəcək.Uşağın televiziyanı izləməsinə mane törətmək üçün qadağa qoymaq istəsəniz, bu iş daha çox inadlkarlığa aparacaq, faydası da olmayacaq. Qadağa qoymaq ya da cəza vermək yerinə birlikdə ediləcək alternativ fəaliyyətlər uşaqları onsuz da televiziyadan uzaqlaşdıracaq. Buradakı məqsəd, uşaqları tamamilə televiziyadan uzaqlaşdırmaq, heç izlətməmək deyil. Məqsəd, mümkün olduğu qədər uşaqları televiziyanın mənfi təsirlərindən uzaq tutmaqdır. Çünki bilirik ki, televiziyanın uşaqlar üzərində çox ciddi təsirləri var. Məsələn, təcavüzkar davranış göstərən uşaqlar xüsusilə şiddət tətbiq olunan proqramları seyr etməyi seçirlər. Bu proqramlarda iştirak edən qəhrəmanları özlərinə nümunə götürərək, bunu gündəlik həyatlarında da əks etdirirlər.Uşağın televiziya qarşısında saatlarla qalaraq, vaxtını boşa xərcləməyi, tamamilə televiziyanın əsiri halına gəlməyi, uşağın ictimailəşməsinə də mane olur. Televiziya kanallarının çox olması, hər evdə birdən çox televiziya olması, valideynlərin də televiziya qarşısında əsir olmaları, əlbəttə uşaqların televiziya izləmələrini adət halına gətirəcək. Televiziya izləmək tamamilə qadağan edilə bilməyəcəyinə görə, bu halda televiziyanı şüurlu istifadə etmə yoluna müraciət etməliyik. Ancaq bu şəkildə televiziyanın mənfi təsirlərindən xilas olaraq məhsuldar istifadə edilməsini təmin etmiş olarıq.Hər şeydən əvvəl, model olaraq ana və atanın, televiziya izləyərkən seçici və diqqətli olmalıdır. Məsələn, xəbərləri izlərkən, kriminallıq olan görüntülərin uşaqlarla birlikdə izlənilməməsinə, ya da yemək saatlarında televiziya izlənilməməsinə diqqət göstərilməlidir. Uşaqların ictimai və əxlaqi inkişaflarına təsir edəcək proqramlar seçilməlidir. Uşaqlar uzun müddət televiziya qarşısında tək buraxılmamalı, izlədikləri filmlərə nəzarət edilməlidir.Hətta bəzən bir neçə həftə bir iki gün "televiziyaya baxmama günü" seçilərək, o günü birlikdə alternativ fəaliyyətlə məşğul olmaq olar. Fəaliyyət olmasa belə qarşılıqlı bir-birini dinləmək uşağınıza dəyər verdiyinizi göstərəcək və sağlam ünsiyyət qurmanızı təmin edəcək. Uşaqların inkişafına müsbət təsir edəcək, təlimatçı, məlumatlandırıcı proqramları izləmələrini təmin edərək, məhdud və şüurlu şəkildə istifadə edib televiziyanı müsbət hala gətirə bilərik.
['xoşbəxt ailə']
5,481
https://kayzen.az/blog/letife/6051/g%C3%BClm%C9%99li-statuslar.html
Gülməli statuslar
ORIGINAL
Lətifələr
29 iyun 2011, 21:57
Ən böyük icad copy-paste prinsipidi məncə,elə burda da çoxsu ondan istifadə edir.Ən böyük icad copy-paste prinsipidi məncə,elə burda da çoxsu ondan istifadə edir.Ən böyük icad copy-paste prinsipidi məncə,elə burda da çoxsu ondan istifadə edir. Ev telefonu ilə danışarkən “hardasan?” sualını verən insanlar məncə seçilmiş insanlardır. Mən heyvanları çox sevirəm.Məsələn,yolda it görəndə hürkməsin deyə yolumu dəyişdirirəm.Bax belə insanam! Hakimlik sınağından keçmədiyinə görə ağlıyan tanışıma “göz yaşlarına belə hakim olmursan” dedim.Artıq tanış deyilik. Ya ümidsizsiniz,ya ümid sizsiniz, Ya səviyyəsizsiniz,ya səviyyə sizsiniz! Həkim “qorxduqlarının üzərinə getməlisən” deyincə,məhlədə Xeyrulla dayının üstünə qaçdım,ağzımı burnumu əzdi. Avtobusa minəndə günəşin hansı tərəfə gələcəyini hesablayıb digər tərəfdə oturanlar,Eynşteyndən daha zəkalıdılar məncə. “Özüm ölüm,rusca bilsəyədimaa,nə qədər rus qızı tutardımee” deyən qaqaş: Ana dilin Azərbaycanca nə qədər azərbaycanlı qızı tuta bildin? Bu həyatda “bilmirəm” kəlməsi olmasaydı,nə edərdik bilmirəmeee. Məndən sizə məsləhət:Gənclikdə buraxdığınız səhvləri Nərimanovda buraxmayın! Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır. Həmçinin bax:Gülməli yazılar
['lətifələr', 'gülməli yazılar']
5,482
https://kayzen.az/blog/issoc/6049/g%C9%99nclik-v%C9%99-islam.html
Gənclik və İslam
Old_Baku_
islam və cəmiyyət
29 iyun 2011, 18:42
Xüsusilə son illərdə pozitiv anlayışlar insanı inanclardan və axirət bilgisindən uzaqlaşdırmışdır. Dunyəviləşən insanın əlindən tutub Rəbbiylə görüşdürülməsi və təkrar ona axirət bilgisinin verilməsi zəruridir. Bütün çirkinliklərin təməlində inamsızlıq durur. Xüsusilə də axirət məlumatından uzaqlaşan insanlar, daha asan pislik edirlər və günah işləyirlər.Dünyəviləşmə gün keçdikçə artmaqda, insan zövq ardınca qaçmaqda və sadəcə özünü təmin etməyi düşünməkdədir. Dünyəviləşən zəmanəmizin insanı nəfsini təmin üçün hər bir yola baş vurur. Zövq mədəniyyəti, insanlar arasındakı əlaqələri bir mücadilə zəminində ələ almaqdadır. Bugünün gəncliyinə baxdığımız zaman azğın bir hirs və böyük bir həvəs içərisində dünyaya bağlanmaqdadırlar.Xüsusilə zəngin ailə uşaqları satanizm və ateizm kimi azdırıcı yollarla özlərinin xoşbəxtliklərini axtarırlar.Bugünün gənc nəsillərində ideal yoxdur. Çünki yanlış müasirlik gənclərin idealsız yetişmələrinə səbəblərdən biridir.İslam dini gəncliyə və gənclərin yetişməsinə çox böyük önəm vermişdir. Çünki, gənclər bir millətin gələcəyinin təminatıdır. Bugünün gəncləri sabahın böyükləri deməkdir. Gənclərini yaxşı yetişdirən millətlərin gələcəyi daima aydınlıq olar.Gənclərin imanlı yetişdirilməsi İslamın gələcəyi baxımından da çox önəmlidir. Gənclik böyük bir inanc boşluğu içindədir. Bildiyimiz kimi insan bədən və ruhdan meydana gələn bir varlıqdır.Bədənin həyatı davam etdirməyi üçün yeməyə, içməyə və dincəlməyə ehtiyacı varsa, insan ruhunun da bir qidaya ehtiyacı vardır.O qida da dindir. İman və ibadətlə insan ruhu təmin edilməzsə, o zaman bir boşluq yaranır və insan o boşluğu daha fərqli tərəflərdən doldurmağa çalışır.Sağlam bir din təhsili almış, Yaradanını, Kitabını və Peyğəmbərini tanıyan iman və ibadət sevgisiylə böyüyən gənclər, heç vaxt yollarını azmazlar. Gənclik çağları, insanın qanının qaynadığı hərəkətli bir çağlarıdır.Bu illərdə insan, hisləri, duyğuları hakim olduğu üçün dəqiq düşünmədən tələsik qərar verir. Bu zaman gənclərin asanlıqla səhv etmək və xətalarla rastlaşmaq ehtimalı vardır. Gənçlərimizi iman və ibadət sevgisiylə yetişdirməliyik. Çünki, iman və ibadət sevgisiylə yetişən gənclər, gənclik dönəmlərini sıxıntısız və problemsiz keçirirlər.Demək ki, gənclik dönəmini sıxıntısız və problemsiz keçirə bilmək üçün uşaqlıq illərində lazım olan dini bilginin verilməsi və gənclərə ibadətin vacib olduğu çatdırılmalıdır. Peyğəmbər (s): "Uşaqlarınıza, onlar yeddi yaşına çatdıqda namaz qılmağı əmr edin." buyurmuşdur.Uşaqlara yeddi yaşında namazı əmr etməkdə məqsəd, namazı və digər ibadətləri öyrətmək və onları gənclik çağlarına hazırlamaqdır. Uşaqları gənc yaşlarında satanizm və ateizm kimi bir çox azğın qruplardan uzaq tutmaq istəyiriksə, onları kiçik yaşlarindan etibarən dinlərini öyrənmələri üçün lazımi din təhsilini gözəl şəkildə öyrətməliyik.Əks halda dini təhsildən uzaq olaraq yetişən gənclər, mənəvi böhran içinə düşməkdə və ruhlarındakı boşluğu, günümüzdə bir çox gəncin etdiyi kimi azğın quruplaşmaların içində doldurmağa çalışırlar.Əgər gənclər, yetərli dini bilgiləri almayıb və dinin gözəl olduğunu başa düşməyibsə, əxlaqi məsələlərdə də problemləri olur.Zina, oğurluq , anarxiya və terror kimi cəmiyyətin rahatlığını alt- üst edən pis hərəkətlər meydana cıxır. Fəqət namaz qılan və oruç tutan, dini ibadətlərini qaydasıyla yerinə yetirən gənclər yalan, qiybət, iftira, hiylə, aldatma, içki, qumar, narkomaniya, əxlaqsızlıq və oğurluq kimi haramlardan, pis söz və kobud davranışlardan uzaq olurlar. Namaz, Allahı yad etmək üçün qılınır. Allahı yad etmək əlbətdə ən böyük ibadətdir. Allahı düşünərək namaz qılmaq, insan ruhunu təsirləndirər, onu yaxşılıqlara tərəf yönəldər, əxlaqını düzəldir.İslam dini evlilikdən kənar münasibətləri tamamilə qadağan etmiş və haram buyurmuşdur: "Zinaya yaxınlaşmayın, çünki zina son dərəcə çirkin bir iş və çox pis bir yoldur." (İsra 17/32)Hz. Peyğəmbər (s) də gəncləri zina və əxlaqsızlıqdan qorumaq üçün onlara bunu tövsiyə etmişdir: "Gənclər, sizdən gücü çatan evlənsin. Çünki evlənmək, gözü harama qarşı qoruyar, namusunu, iffətini mühafizə edər.Evlənməyə gücü yetməyən də oruc tutsun, çünki oruç şəhvəti qırar." Təəssüf ki, günümüzdə gənclər, bir qisim film, gəzet, jurnal, televizor və bəzi vasitələrə əxlaqi və mənəvi dəyərləri zədələyici şəkildə yetişdirilməkdədirlər.Məsələn: Mediyada tez-tez gündəmə gətirilən və normal evlilik yerinə, birlikdə yaşamaq, birdən artıq insanla birlikdə olmaq, gecə kulubları, ailədən uzaqlaşan gənclərin sərbəstliyi, geyim tərzləri, çılpaq görüntülər, erotik və ədəbsiz məzmunlu filmlər gənclərin əxlaqı və mənəvi dəyərlərinə təsir edir və gənclər bu sahələrə yönləndirilirlər. Bu təsir və yönəlmələr ilə ailələrindən qaçan, uşaqlarını atan əxlaqsızlıq və narkomaniya bataqlığına düşən gənç qızlara rast gəlirik.Nəticə olaraq deyə bilirik ki, insan hayatında gənçlik çox dəyərli bir zamandır. Bu zamana laqeyid olmaq və yaxşı dəyərləndirməmək daha sonrakı illərin sıxıntılı keçməsinə səbəb ola bilər.
['islam']
5,483
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/6048/%C5%9Feytan-v%C9%99-n%C9%99fs%C9%99-uymayaq.html
Şeytan və Nəfsə uymayaq
Old_Baku_
islam dininin əsasları
29 iyun 2011, 18:23
Ümumi mənada şeytan insan, cin və hevyanların ağzın və şərli olanlarına verilən bir addır. (1) İsfahani, əl-Müfrədat, s. 383) Şeytan və mələk sözü bir-birinin ziddi olaraq Quranda tək və cəmdə eyni sayda, 88 dəfə keçməkdədir. İblis, yaxud da şeytan mələklərə yaxın bir qrupdan, cin tayfasındandır. Quran iblisin Adəmə səcdə emriylə sınandıqda lovğalıq və qısqanclıq duyğularıyla bu əmrdən boyun qaçırdığından və imtahanı keçə bilməməsindən danışır. Həmçinin Qurani-Kərimdə şeytani duyğuların və nəfsani təmayüllərin insan qəlbinə olan təsirindən söz açılır. İnsan oğlunun yaradılış sirrindəki hikmət qulluq, qulluğun ilk şərti imandır. İmanın mərkəzi isə qəlbdir. İnsanın qəlbi iman üçün qoruyucu qala kimidir. Şeytansa o qalaya yol tapıb orada fəsad çıxarmağa çalışan azğın düşməndir. Qalanı düşməndən qorumaq üçün qapılarını möhkəmlətmək və qala gədiklərini bağlamaqla mümkün olduğu kimi insanın da iman qalasını qoruması şeytanın qəlbə giriş yollarını yaxşı bilməsi və bu yolları bağlaması ilə mümkündür. İmam Qəzaliyə görə şeytanın insan qəlbinə nüfuz etdiyi qapı və gədikləri belə sadalamaq mümkündür: 1- Şeytanın ilk və ən güclü nüfuz yeri qəzəb və şəhvətdir. Qəzəb, yəni hirs ağlı yox edər. Ağıl gücünü itirdiyi zaman da şeytan hücuma keçər. Şəhvət iradə gücünü zəiflədərək şeytanın yolunu açar. Bu səbəblə şeytan insan oğlunu qəzəb, kin və şəhvətin qalib olduğu zamanlarda daha asan aldadır. Halal loğma ilə də olsa mədəni ağzınacan doldurmaq şəhvəti artırdığı üçün şeytana güc verir. Çünki çox yemək insana namaz və zikrə qarşı ağırlıq və tənbəllik verir. Hirs və şəhvət insanı düşmənlərə qarşı kinlə aşağılayıcı tövrlərə sürükləyir. Bu da şeytanın bəndənin əməlinə şərik olması deməkdir. 2- Şeytanın insanı tələyə saldığı digər iki qapı həsəd və ehtirasdır. Şeytanı həlaka sürükləyən xüsus da həsəd olmuşdu. Adəmi cənnətdən çıxaransa orada əbədi qalma ehtirası idi. İnsan qəlbinə şeytanın girdiyini xəbər verən bəsirət nurudur. Ehtiras və həsəd bəsirəti kor edər. İnsan görməkdən məhrum olunca, şeytan ona nüfuz edərək arzusuna çatmağı gözəl göstərir. 3- Şeytanın qəlbə açılan qapılarından biri dünya nemətləriylə bəzənmə təmayülüdür. Şeytan insanda bu xəstəliyin olduğunu gördüyü zaman dünya cazibəsindən istifadə edərək onun üçün tələlər qurmağa başlayar. 4- Şeytanın qəlbə nüfuz yollarından biri də tamahkarlıq duyğusudur. Qəlbə qalib gələn bu duyğu tamah edilən şeyləri əldə etmək üçün insanı riya və hiyləyə sövq edər. riya və hiylə qəlbi də, əməli də pozar. 5- Şeytanın istifadəetdiyi yollardan biri də tələskənlikdir. Təmkin, düşünərək qərar vermək və işin sonunu nəzərə almaq insanın yoldan çıxmaq ehtimallarını azaldır. İnsandakı tələskənlik duyğusunun şeytani, təmkin duyğusunun rəhmani olduğunu dərk edən kəsin qəlbində təfəkkür və təzəkkür üfüqləri açılır və bəsirət nuru səhv qərar verməyi əngəlləyir. 6- Şeytanın qəlbə olan başqa bir yolu da yoxsulluq qorxusu və xəsislikdir. Bu duyğu insanı infaqdan yayındırır, mal toplamağa dəvət edir. Qızıl və gümüş kimi dünyəvi şeylərlə məşğul olmağa yönəldir. Halbuki ehtiyacdan artıq dünya malı şeytanın icra mərkəzidir. (bax. İhyayi-ulumid-din, Qahirə, ts, s. 30-39) Allah-Təala Allaha və axirət gününə inanmadan mallarını riyakarlıq üçün sərf etmək yerinə Allah üçün verənlərdən olmağa təşviq etməkdə və şeytan ilə yoldaşlığı pis bir yoldaşlıq olaraq dəyərləndirməkdədir. (bax. ən-Nisa, 38-39) Qəlb ovçusu olan şeytan hiddət, şəhvət, ehtiras, pul sevgisi, vəzifə arzusu kimi yemlər ataraq başımıza gətirəcəyi fəlakətləri planlaşdırır. Ovçunun çəpdiyi yemə aldanmayan quş canını qurtardığı kimi şeytanın səpdiyi yemlərə aldanmayan bəndə də həqiqət səhrasından qidalanar, qol-qanadı bağlanmaz, hür və azad olar. Şeytanın qurduğu günah tələsindən bir dəfə xilas olmağın şükrü bir dahao tələnin olduğu bölgəyə girməmək, hətta həndəvərinə belə yaxınlaşmamaqdır. Şeytanın vəsvəsə verərək qəlbi fəsada uğratması sadəcə şəhvət və dünya sevgisi baxımından deyildir. Şeytan müxtəlif yollardan istifadə edərək insandan intiqam almaq sövdasına qapılmışdır. Çünki şeytan Quranın bəyanına görə Allahın onu Adəmə görə yoldan çıxardığını söyləyir və Allahın sirati-müstəqiminə oturaraq insanların önlərindən, arxalarından, sağlarından və sollarından gələrək aldatmaq üçün Allahdan izin istəyir. (əl-Əraf, 16-17) Allah onun bu istəyinə belə cavab verir: "Onlardan kimi bacarırsansa, səsinlə (vəsvəsənlə) yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları harama, ziyana sövq etməklə) mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) vədlər ver. Şeytan (ona uyanlara) yalnız yalan vəd verər! Doğrusu, Mənim (mömin) bəndələrim üzərində sənin heç bir hökmün ola bilməz. Rəbbinin vəkil olması (sənin şərindən və vəsvəsəndən onları qoruması) kifayət edər!" (əl-İsra, 64-65) İnsanı şeytanın tələsinə salan xüsus Allahın zikrindən qəflətdir. Allah qafilə şeytanı ürcah edər. Şeytan onu doğru yoldan azdırdığı halda insan özünün doğru yolda olduğunu sanar. Şeytana dost olan belə insan ilahi hüzura gəldikdə şeytanın nə pis yoldaş olduğunu anlayar və: "Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib arası qədər məsafə olaydı" (əz-Zuxruf, 36-38) -deyər, amma iş-işdən keçmişdir. Şeytan insanın yaxasını buraxmaz. Hərəylə bir cür məşğuldur. Hətta cənnətdə də şeytanın məkr və hiyləsindən aman yoxdur. Necə ki, Adəm və Həvva şeytanın tələsinə düşərək cənnətdən uzaqlaşdırıldılar. Bu baxımdan "şeytan mənə heç nə edə bilməz" iddiasıyla qürrələnmək tamamilə boşboğazlıqdır. Necə ki, Qurani-Kərimdə Allah-Təala Peyğəmbərimizdən əvvəlki bütün peyğəmbərlərin dilək və dualarına şeytanın müdaxilə etməyə çalışdığını bildirməkdədir. (bax. əl-Həcc, 52) Elə bu qəbildən olmalıdır ki, Peyğəmbərimiz də: "Bəzən qəlbimə elə fikirlər gəlir ki, gündə yüz dəfə istiğfar edirəm." -buyurmuşdur. (Əhməd b. Hənbəl, Müsnəd, IV s. 211) Əməlin Allah üçün deyil, başqaları üçün işlənməsini tətikləyən nəfs və şeytan insan qəlbindəki tövhid əqidəsinə zərər verməkdədir. Güclü, həqiqi bir imanın azlığı və az olmasına rəğmən şeytanın təcavüzünə məruz qalması insanın işini çətinləşdirər. Nəfs və şeytanın eyni şey olub-olmaması hər zaman mübahisə obyektinə çevrilmişdir. Bir həqiqət var ki, hər ikisi insanı şərə dəvət etməkdə şərikdirlər. Ancaq şeytan xaricdən və fərqli bir şəxsiyyət halında insanı pisliyə yönəldən şərr elçisi, nəfs isə xaricdən gələn bu dəvətə insanın daxilindən dəstək verən və onun ardınca düşən pislik duyğusudur. İnsanı daxildən azdıran nəfsdir. Bəndəyə hegemonluq edən nəfs başqalarını azdırıcı olduqda şeytana çevrilir. Şeytan daha ümumi, nəfs isə şəxsidir. Hər nəfsin şeytani bir tərəfi vardır, lakin hər şeytanı nəfs kimi qələmə vermək imkansızdır. Hər kəsin daxilində pisliyə çağıran səs onun özü üçün nəfs, başqaları üçün şeytandır. Ayə və hədislərdən anlaşılan məna budur. Mövlana məsələni belə izah edir: "Şeytan ilə nəfs əzəldən bəri əlbir olduqları üçün şeytan Adəmə düşmən oldu, həsəd apardı. Onun həqiqətini görə bilməyən şeytan torpaqdan yaradılmış bu varlıqdan hürküb qaçdı. Mələk isə Adəmin nur halındakı ruhunu gördü və onun qarşısında əyildi." Dünyada əməl işləyən insan anbarına buğda dolduran əkinçi kimidir. Ancaq anbara girən siçandan və onun hiyləsindən xəbərsiz olarsa fərqində olmadan anbarı boşalar və əliboş qalar. İnsan oğlu da əməlinə şərik olmaq istəyən şeytana və nəfsinə qarşı əlini və qəlbini açarsa əməlləri boşa gedər. Qəlbi nəfsin və şeytanın əlinə keçər. Bununla da dünyası və axirəti ziyana uğrayar. Belə bir aqibətdən Allaha sığınırıq. Allah Prof.Dr.Hasan Kamil Yılmazdan razı olsun.Çünki bizi və islam əhlini belə maraqlı bilgilərlə bilgiləndirdiyi üçün! Prof. Dr. Hasan Kamil YILMAZ
['islam']
5,484
https://kayzen.az/blog/s%C3%BCnn%C9%99/6047/%C9%99f%C9%99ndimizin-s.a.v.-dan%C4%B1%C5%9F%C4%B1q-t%C9%99rzi,g%C3%BCl%C3%BC%C5%9F%C3%BC-v%C9%99-t%C9%99b%C9%99ss%C3%BCm%C3%BC.html
Əfəndimizin (s.a.v.) Danışıq tərzi,gülüşü və təbəssümü
Old_Baku_
Sünnə
29 iyun 2011, 17:42
Əfəndimizin danışıq tərzi son dərəcə şirin və könül oxşayan idi.Sözü bircə-bircə deyər,hər cümləsi dinləyənlər tərəfindən yaxşı başa düşülsün deyə ayrı-ayrı olardı.Vurğulamaq istədiyi bir sözü üç dəfə söyləmə adəti var idi.Danışanda çox vaxt gözlərini göy üzünə tutardı.Səsi gur idi.Ümmü Haninin (r.a) belə dediyi rəvayət edilmişdir: "Həzrəti Peyğəmbər (s.a.v) Kəbədə Qurani-Kərim oxuyanda,biz də evlərimizdə yataqlarımız üzərində uzanıb onu dinləyərdik." Aişə anamız Onun (s.a.v.) danışma tərzini izah edərkən: " O danışarkən sizin kimi danışmazdı.Onu dinləyən kim olursa-olsun,sanki,danışdıqlarını əzbərləyərdi," -deyə buyururdu.Hətta Əfəndimiz danışdığı zaman sözlərinin hərflərini belə saymaq mümkün idi.Bu "ağır danışardı" mənasına gəlməsin.Çünki bizim ağır danışıqlarımız dinləyənlərə yorğunluq verə bilər.Amma Əfəndimizin kəlmələri bircə-bircə ifadə etməklə danışması,anladığımız mənada bir ağır-ağır danışma tərzi deyildi.Yaxşıca başa düşülsün deyə,vurğuladığı sözü üç dəfə təkrar edərdi. Uzun bir hədistə,Hind İbn Halə bir gün Hz.Həsən (r.a) ondan: "Hz.Peyğəmbər (s.a.v.) necə danışardı?" deyyə soruşanda O,belə cəvab vermişdi: "Həmişə Allahın (c.c) hüzurunda dayanırmış kimi çox vaxt səssiz durardı.Onun əhli-dünya kimi istirahəti olmazdı,susma zamanı danışma zamanına görə daha uzun idi,lazım olmadığı zaman danışmağı sevməzdi.Sözə başlayanda bismillah deyərdi,qurtaranda da.Bir neçə məqsədini çox qısa və yığcam ifadələrlə izah edərdi,cevami-ül-kəlim idi.Məramı nə idisə,onu da qədərincə ifadə edərdi.Hər nemətə həmd və şükürlə qarşılıq verərdi.Bir şeyə işarə edəcəksə barmağıyla deyil mübarək əlləri ilə işarə edə rdi.Kiməsə hirslənsə,onun üstünə qışqırmaq kimi başa düşülən yüksək səslə danışmaz,əksinə şəfqətlə,mülayimliklə qarşılıq verərdi.Sevindirici bir xəbər eşitdiyi zaman,təvəzökarlıqla  göz qapaqlarını bağlayar,sevincini göstərməzdi.Sultani-Ənbiya Əfəndimiz gülməyi həmişə təbəssüm idi.Təbəssüm anında inci dənələri kimi tərtəmiz mübarək dişləri ortaya çıxardı.
['peyğəmbər', 'Məhəmməd peyğəmbər']
5,485
https://kayzen.az/blog/Old_Baku_/6046/islam-dininin-x%C3%BClas%C9%99si.html
İslam Dininin Xülasəsi
Old_Baku_
Bloq: Old Baku
29 iyun 2011, 17:06
İnsan  ruh və bədəndən ibarətdir.Onu digər canlılardan ayıran məhz budur. İnsanın xöşbəxtliyi həm ruhun,həmdə bədənin ehtiyaclarının kifayət qədər təmin olunması ilə mümkündür. Bəzi anlayışlar insanların maddi ehtiyaclarına böyük əhəmiyyət verirlər.Ancaq ruhun ehtiyaclarını gözardı edirlər. Buna müvafiq olaraq,bəzi inanc və ideologiyalar da həyatın mənəvi cəhətinə böyük üstünlük  verərək,onun maddi cəhətini nəzərə almamışdır. Hər iki anlayış da bəşəriyyətə arzu etdiyi hüzuru təmin edə bilməmişdi.Bəşəriyyətin axtardığı yalnız isanın həm maddi , həmdə mənəvi cəhətlərin nəzərə alan,onun heç bir tərəfinə səhlənkar yanaşmayan,maddi və mənəvi cəhətlər arasındakı tarazlığı mühafizə edən bir sistem təmin edə bilər. Bir həqiqətdir ki,İslam dini bu tarazlığı qoruya bilən ən gözəl prinsiplərə malikdir.Çünki İslam dini bütöv bir həyat tərzidir.İnsan varlığının bütün cəhətlərinə,həyatın hər sahəsinə müraciət edən bir dindir.Həyatı təmamilə əhatə edir. Bütün bəşəriyyətə xitab edən bu son haqq din rəng,dil,irq və millət ayırd etmədən hər kəsi insan olduğu üçün bərabər görür. İslam Qiyamətə qədər bəşəriyyətin tabe olması lazım gələn haqq bir din olduğu üçün orijinallığını saxlayır.Ona görə ki, bu dinin əsas qaynağı olan Qurani-Kərim nece endirilmişdirsə, o şəkildə də mühafizə olunmuş olan yeganə ilahi kitabdır. Qurani-Kərimin insan ağlını və zəkasını funksiyasız qoymaq kimi bir məqsədi yoxdur.Əksinə O,bir çox ayədə insanlardan ağıllarından istifadə etmələrini,zəkalarını çalışdırmalarını istəyir.Kainatın bir möcüzə şəklindəki nizam-intizamına,gözəlliyinə,insanın öz yaradılışına,heyvanlara,bitkilərə,göy üzünə və s, baxaraq fikirləşmələrini də Qurani-Kərim insanlara tövsiyə edir.Bu şəkildə ağlını işlədə bilən,keçəri həvəslərə aludə olmamış saf və təmiz insanların da mütləq həqiqəti başa düşəcəyi Qurani-Kərimdə vurğulanır. İslmın ortaya qoyduğu təməl prinsiplərin və hökmlərin insanın dünyada və axirətdəki  səadətni təmin etməkdən başqa bir məqsədi yoxdur. Əslində İslam Uca Allahin (c.c) ilk insan və ilk peyğəmbər Hz.Adəmdən (ə) son peyğəmbər olan Əfəndimiz Məhəmməd Mustafa (s.a.v.) qədər insanların xöşbəxtliyini təmin etmək məqsədilə göndərdiyi haqq dinlərin ümumi adıdır. Hz.Məhəmməd (s.a.v.) Peyğəmbəri olaraq göndərildikdən sonra haqq dinin əsas prinsiplərini yenidən və ən mükəmməl bir şəkildə insanlara çatdırmış və beləliklə də İslam axırıncı haqq dinin xüsusi adı kimi müəyyənləşmişdir. İnsanlar tərəfindən orijinallığı qoruna bilmədiyi üçün öz təmizliyini itirmiş olan və əvvəlki peyğəmbərlərə aid edilən haqq dinlərin əsas müraciətnaməsi (qayəsi),son Peyğəmbər Hz.Məhəmməd Mustafa (s.a.v.) göndərildikdən sonra,İslam diniylə dəvam etdirilmişdir. Ona görə ki,ən axırıncı haqq din olaraq göndərilən İslam haqq dinlərin kamala çatmış formasıdır. İslam dininə yeni qədəm qoymuş şəxslərin birinci mərhələdə zərurət hiss etdikləri əsas biliklər mövzusundakı ehtiyacı qarşılamaq məqsədilə hazırladığım bu  məlumatları sizə faydalı olacağına ümid edirəm.
['islam']
5,486
https://kayzen.az/blog/Old_Baku_/6045/islam-%C9%99xlaq%C4%B1.html
Islam əxlaqı
Old_Baku_
Bloq: Old Baku
29 iyun 2011, 14:08
Qeyd etdiyim kimi,İslam dini qədər gözəl əxlaqa əhəmiyyət verən başqa bir din və ya düşüncə sistemi göstərmək mümkün deyildir.Belə ki,Əfəndimiz (s.a.v.) buyurmuşdur: "İslam gözəl əxlaqdır". Həzrəti Peyğəmbərin gözəl əxlaqı təşviq edən bir çox sözü vardır. "Möminlərdən ən kamil imana malik olanı əxlaqı ən gözəl olanıdır". "İçinizdən ən çox sevdiklərim və qiyamət günü mənə ən yaxın olanlarınız əxlaqı gözəl olanlarınızdır." Bu göstərilənlər əxlaq haqqındakı hədislərdən sadəcə ikisidir. Qurani-Kərimdə ədalət, əhdə vəfa, bağışlama, təvəzökarlıq,ata-anaya itaət,sevgi,qardaşlıq,sülh,etibar,dürüstlük,birlik,bərabərlik,yaxşılıq,ehsan,ismət,əliaçıqlıq,mərhəmət,insaf,şirindillik,gülərüzlük,tamizqəlblik kimi gözəl əxlaqı xislətləri təşviq edən və zülm,haqsızlıq,riyakarlıq,xudpəsənlik,qeybət,kin,bədgümanlıq,israf,özbaşınalıq və s. Kimi xüsusiyyətləri isə tənqid edən çoxlui ayənin yer alması,Quranda əxlaqa nə qədər böyük əhəmiyyət verildiyini göstəriri. Əfəndimizin (s.a.v.) gözəl əxlaqı təşviq edən və pis xüsusuiyyətləri tənqid edən hədisləri isə bir kitab qədərdir.O, bu sözləri yalnız söyləməklə qalmış,özü şəxsən əxlaqlı yaşayaraq insanlara nümunə olmuş və onlara gözəl əxlaqı öyrətmişdir.Buna görə də onun əxlaqı İslam əxlaqının ən bariz nümunəsidir.Məhz bu səbəblə Əfəndimizin gözəl əxlaqından burada az olsada danışmaq istədim.Çünki O,həqiqətən  ən gözəl nümunədir. Peyğəmbərimiz gülərüzlü,nazik təbiətli,incə və həssas ruhlu idi.Daş ürəkli,sərt və qırıcıə deyildi.Ağzından sərt və qaba bir söz qətiyyən çıxmazdı.Başqalarını tənqid etməz,heç kimin ayıbını üzünə vurmazdı.Səhv və xoşuna gəlməyən bir hərəkət gördüyü zaman "İçinizdən bəziləri belə-belə hərəkət edirlər",-deyə bunları edənlərin kim olduğunu demədən və heç kimi incitmədən səhvlərini düzəldərdi.Heç kimin sözünü kəsməz,sözü qurtarana qədər gözləyərdi.Mübahisə etməyi sevməz,sözü sona qədər uzatmazdı.Yəni uzun sözün qısası (Son dərəcə iffətli və həyalı idi)
['islam fəlsəfəsi']
5,487
https://kayzen.az/blog/Old_Baku_/6044/islam-dini.html
İslam dini
Old_Baku_
Bloq: Old Baku
29 iyun 2011, 14:06
Müsəlmanlar dünya əhalisnin təxminən dörddə bir hissəsini təşkil edir.İslamiyyət dövrümüzdə artıq beş qitəyə yayılmışdır.İslam dininin dünya mədəniyyətinə böyük xidmətləri olmuşdur.İslamı hərtərəfli öyrənmək üçün, bu dini müxtəlif cəhətlərdən tanıdan mötəbər əsərlərlə müraciət etmək lazımdır.Məqsəd İslam dininin etiqad,ibadət və əxlaq əsaslarıyla əlaqədar çox qısa məlumat verərək müəyyən bir fikir yaratmaq istəyirəm. Islam "İslam" ərəbcə bir sözdür. "Sülh" mənasını bildirən "silm(səlm)" kəlməsindən əmələ gəlmişdir.Lüğətdə itaət etmə,boyun əymə mənalarını verir.Heç bir məcburiyyət olmadan səmimi-qəlbdən Allaha itaət etmək,Ona təslim olmaq,əmr və qadağalarına qeyd-şərtsiz baş əymək deməkdir. İslam uca Allahın son Peyğəmbər olan Hz.Məhəmməd (s.a.v.) vəhy yoluyla bildirdiyi,onun da insanlara çatdırdığı şeylərin hamısını qəbul edərək onları yaşamaq,sözləri və işləriylə onları qəbul etdiyini göstərmək,Allaha (c.c) və Rəsuluna (s.a.v.) itaət etmək deməkdir. Müsəlman İslam dininin qaydalarına əməl edən,İslamın qaydalarını həyata keçırən bir insandır.
['Islam']
5,488
https://kayzen.az/blog/filosoflar/3608/sinoplu-diogen.html
Sinoplu Diogen
burla xatun
Filosoflar
29 iyun 2011, 10:49
Qədim Yunanıstanın ən tanınmış adamlarından bir Sinoplu Diogendir. Onun yaşadığı dövr böyük şəxsiyyətlərlə zəngin olsa da, Diogen onların içində itib-batmayıb. O, qəribə yaşayış tərzi, qeyri-adi fəlsəfəsi, tikanlı sözləri, gerçək və adına yazılan əfsanə və rəvayətlərlə bu gün də məşhurdur. Ən məşhur əməli isə gündüz əlində çıraq ADAM axtarmasıdır.Ata nəsihəti faydasız olmaz?Sinoplu Diogen eramızdan əvvəl 400-cü ildə Sinop şəhərində anadan olub. Bu şəhər hazırda Türkiyə ərazisindədir. Diogenin həyatının bir çox aspektinə işıq salan çoxlu lətifə və rəvayətlər var. Bunların böyük bir qismi, deyilənə görə, sadəcə, onun ayağına yazılır – uydurmadır. Deyirlər ki, Diogenin atası Gikesey puldəyişən olub. Onların sikkə sexləri də varmış. Bir dəfə atası Diogenə təklif edir ki, saxta pul kəsib köşklərində işə keçirsinlər. Guya bundan dilxor olan Diogen Delfi məbədinə gedib ki, kahinlərdən məsləhət alsın. Kahin ona belə deyir: «Uğur qazanmaq üçün sən dəyərləri yenidən qiymətləndirməlisən». Gənc Diogen bunu müsbət cavab kimi anlayır və ata-oğul başlayırlar saxta pul kəsməyə. Tezliklə onların bu işinin üstü açılır və hər ikisini həbs edirlər. Atası elə türmədəcə dünyasını dəyişir. Diogen özü isə bir müddət sonra azadlığa buraxılsa da, rüsvayçı şəkildə şəhərdən qovulur. Beləliklə, uzun illər davam edən bu didərginlik Diogeni Afinaya gətirib çıxarır. Kahinin dedikləri düz imiş. Sadəcə, gənc və perspektivli vücud onu düzgün başa düşməyib. Burada o, yeni bir şəxsə çevrilir. Sonralar Diogen özünün nihilist fəlsəfi görüşləri ilə həyat və mənəviyyatla bağlı dəyərlərə tamam yeni qiymət verəcəkdi. Kahin də bunu nəzərdə tuturmuş, Diogen bunu sonralar anlayacaqdı. Amma həbsdən əvvəl dəyər deyəndə ağlına ilk gələn pul, sikkə olmuşdu.Diogen və AntisfenDiogen öz vətənindən qovulandan sonra Afinaya gəlib. Burada o, Sokratın dinləyiciləri Platon, Aristipp, Antisfen, Evklidin söhbətlərini eşidib. Uzun götür-qoydan sonra Antisfenin şagirdi olmaq qərarına gəlir. Amma ustad filosof heç kəsi şagirdliyə qəbul etmirmiş. Diogen inad göstərir. Antisfen bir dəfə ağacını əlinə alıb, «bu saat cəhənnəm olmasan, sümüklərini sındıraram» deyə zopanı yelləyəndə Diogen başını onun qabağına uzadıb deyir: «Vur, amma məni qovmaq üçün sənə lazım olan möhkəm ağac tapa bilməzsən. Mən səndən nəsə öyrənməmiş burdan əl çəkən deyiləm». Bu vaxtdan Diogen onun şagirdi olur. Bir müddət sonra Diogen Antisfendən savayı filosofların hamısına nifrət eləməyə başlyıb. O, öz müəllimi ilə də yola getməyib. Antisfeni yetərincə sərt olmamaqda qınayıb və döyüş borusu ilə müqayisə edib: səsi çoxdur, amma özü özünü eşitmir. Antisfen isə onun iradlarını səbrlə dinləyirmiş, çünki Diogenin xarakteri ona ləzzət verirmiş.«Ağ it məktəbi»Antisfen və tələbələrinin toplandığı məktəbin adı Kinosorq imiş. Bu isə ağ İt deməkdir. Onlara kiniklər deyirdilər. Kinik utanmaz, abırsız anlamına gəlir. «Sinizm» sözü də buradan yaranıb. Şərqdə sufilər arasında da bu tip davrananlar olub. Məlamətilik adlanan sufi təriqəti mənsubları isə özləri qəsdən xalqın gözündən düşməyə çalışardılar. Kiniklər fəlsəfi məktəbi yunan fəlsəfəsində həyatda bütün maddi nemətləri inkar etməyi təbliğ edirdi. Var-dövlət, həzz, əxlaq qanunları və s. Diogen bu cür həyat tərzini qəbul edənlərin ən seçilən nümayəndəsi olub. Hətta Antisfenin özü ondan daha yumşaq və daha az ifrata varan idi.Diogenin «evi»Geniş yayılmış fikirdir ki, Diogen çəlləkdə yaşayıb. Uzun əsrlər Diogenin rəsmini çəkənlər də onu çəlləkdə təsvir ediblər. Amma araşdırıcılar deyir ki, bizim anladığımız çəllək qədim yunanlara məlum olmayıb. Diogenin yaşayış evi gildən olan qab – pifos imiş. O dövrlə bağlı arxeoloji qazıntılar zamanı məhz belə qablar tapılıb. Yumurta şəklində olan adi pifoslar 1,5-2 metr hündürlüyündə olurdu. Onları evin içində yerə basdırar, içinə, adətən, dən yığardılar. Diogen öz «ev»ini şəhər meydanında qoyubmuş. Orada həm yaşayar, həm də insanlara «necə azad olmağı» öyrədərmiş. Canını bərkitmək üçün yayda qaynar qumla üstünü örtər, qışda isə qarla örtülmüş heykəlləri qucaqlayırmış. Hamıya acı nifrətlə yanaşarmış. Deyirmiş ki, Evklidin tələbələri yox, zəhər tuluqları var. Platon özünün natiqlik qabiliyyəti ilə yox, boşboğazlığı ilə seçilir. Dionis bayramındakı yarışlar axmaqlar üçün möcüzədir. Demaqoqlar isə qara camaata yaltaqlıq edir. Bundan başqa, deyirmiş ki, idarəçiləri, həkim və filosofları görəndə adama elə gəlir ki, insan məxluqların ən ağıllısıdır. Yuxuyozanları, falçıları və onlara inananları, bir də şöhrət və var-dövlətindən lovğalananları görəndə isə düşünürsən ki, heç nə insandan axmaq ola bilməz.İsgəndərlə görüşüDiogenin Makedoniyalı İsgəndər və onun atası Filipplə qarşılaşması haqda rəvayətlər var. Deyilənə görə, bir dəfə Diogeni tutub Filippin yanına aparırlar. Çox lakionik söhbətləri olur. Filipp ondan soruşur: — Nə işlə məşğulsan? — Sənin acgözlüklərini seyr edirəm. İsgəndərlə görüşü haqda isə müxtəlif versiyalar var. Onlardan biri belədir. Gənc despot Şimali Frakiyada bir sıra uğurlar qazanandan sonra Mərkəzi Yunanıstana gəlir. Çoxlu yunan məşhurları – filosoflar, heykəltəraşlar, şairlər ona mədh oxumaqda yarışa girirlər. İsgəndər Korinf şəhərinin yaxınlığındakı Kraniya şəhərciyinə gələndə xəbər tutur ki, Diogen buradadır. Bu vaxt Diogenin qalmaqallı şöhrəti bütün Yunanıstana yayılıbmış. Gənc çar isə hər şeylə maraqlanan, dövlətin varlığını inkar edən, o vaxtın «allah»larının heç birinə inanmayan, ailəni şər hesab edən, «azad cəmiyyətdə arvadlar və uşaqlar ümumi olmalıdır» kimi cəfəng fikirlər irəli sürən qəribə adamla görüşmək qərarına gəlir. Bununla o düşünürdü ki, sərsəri filosofun qara camaat arasındakı böyük hörməti siyasi karyerası üçün faydalı olar. İsgəndər istəyir ki, özü ilə müəllimi Aristoteli də götürsün. Amma Aristotel qəti etiraz edir və bu görüşü İsgəndərə də məsləhət görmür: «Diogenlə görüşməyin heç bir faydası olmaz, o, çarı alçalda bilər. Hamıya bəllidir ki, onun başı işləmir, heç nəyə, heç kəsə hörməti yoxdur». Amma İsgəndər onu dinləmir və düşünür ki, bu qədər ərazini istila edən, gələcəkdə bütün dünyanı tutmağı düşünən hökmdarla söz güləşdirməyə kim cəsarət edər? O, əsgərlərin müşayiəti ilə Diogenin yaşadığı çəlləyin yanına gəlir. Diogen bu vaxt bayıra çıxıb özünü günə verirmiş.   Özünü təqdim edən İsgəndər ondan nə istədiyini soruşur. Diogen cavab verir: «Günün qabağını tutubsan, bir az kənara çəkil». Guya Diogenin belə saymazyanalığı onu qəzəbləndirir və əlini qılıncına uzadır. Başqa bir versiyada isə deyilir ki, İsgəndər vəziyyətdən ustalıqla çıxır: «Vallah, mən İsgəndər olmasaydım, mütləq Diogen olardım» deyir və ona çoxlu hədiyyə göndərir.Diogenin qəribəlikləriÇox vaxt şəhər bazarının artığını yeyirdi. Cırıq plaş geyinərdi. Ondan həm yorğan, həm də döşək kimi istifadə edərdi. Ayaqyalın gəzərdi. Pul verərdilər ki, şagirdi olsunlar, qəbul eləmirdi. O hər şeyə nifrətlə yanaşardı: hakimiyyətə, rəhbərlik eləməyə, pula və insanların axmaq illüziyalarına… Amma camaat arasında böyük hörmət sahibi idi. Qadınlara nifrət edərdi, amma onlara yazığı da gələrdi. Bəzən gecənin tən yarısı ən gözəl qadınlar gizlicə, sifətini gizlədib Afina meydanına gələr və gil pifosda yaşayan çirkli kişi ilə dərdləşərdilər. Nə qədər acıdil olsa da, bir-iki parç şərabdan sonra çox şən və xoşbəxt olan adamla məhəbbət mübadiləsi etmək qadınlar üçün xoş imiş. O həmin qadınlardan pul almağa utanmazdı, amma heç vaxt başqalarının yanında öyünməzdi ki, qonaqları filankəslər olub.İt DiogenÖzünə «it Diogen» deyərmiş. Bir dəfə soruşurlar: «Özünə it deyirsən. Hansı cinsdənsən?» O, belə cavab verib: «Ac olanda Malta iti, tox olanda Molos cinsi» (təəssüf ki, fərqlərini bilmirik — müəllif). Platonla araları sərin olub. Bir dəfə onu «Sokratın ağıldankəm variantı» adlandıran Platon qonaqlıq verirmiş. Diogen evə girən kimi xalçanı tapdamağa başlayır. Səbəbini soruşanda deiyr: «Platonun lovğalığını ayaqlayıram». Platon isə ona deyir: «Səni buna lovğalığın təhrik edir». «Kosmopolit» sözünü də ilk dəfə Diogen işlədib. Ona sual verəndə ki, özünü Afina vətəndaşı hesab edirsənmi? Belə cavab verib: «Mən bu və ya digər şəhər və ya dövlətin yox, kosmosun vətəndaşıyam». Başı tam keçəl olub. Uzun saqqal saxlayarmış. Beli bükülmüş, bir az donqarfason,  əynində əski-təsək. Donqar olduğundan baxışları acıqlı, əlində hər zaman yuxarı hissəsi düyünlü və haça əl ağacı olarmış. Bu haçaya yolçu Diogen öz dağarcığını asarmış.Rəvayətlər Aristipp və Diogen Bir dəfə filosof Aristipp bazardan keçirmiş. Bu vaxt Diogen artıq qalan tərəvəzləri təmizləyib yeyirmiş. Aristipp Diogenə deyir: - Əgər adamlarla dil tapmağı bacarsaydın, tərəvəzlərin artığı ilə qidalanmalı olmazdın. Diogen isə ona deyir: - Əgər sən bunlarla qidalanmağı bacarsaydın, tiranların sarayında sürünməli olmazdın. Gövhərin keçməyən yerdə, Satma, qardaş, kərəm eyləBir dəfə Diogen şəhər meydanında fəlsəfi mövzuda moizə eləməyə başlayır. Heç kəs ona qulaq asmır. Bunu görən Diogen quş kimi cikkildəməyə başalyır. Ətrafa tezcə xeyli avara toplanır və maraqla onu dinləməyə başlayırlar. — Baxın, afinalılar, budur sizin ağlınızın qiyməti – deyə Diogen onlara irad tutur – sizin üçün ağıllı söhbətlər edəndə, qızıl xırdalayanda dinləmədiniz, ağılsız quş kimi cikkildəyən kimi ağzınızı ayırıb dinləməyə başladınız.Axmaq sizsiniz Bir dəfə Diogen bir heykəlin qabağında durub sədəqə istəyirmiş. Ondan soruşurlar:  — Niyə belə axmaq işlə məşğul olursan? Heykəl də sədəqə verər? Diogen deyir: — Axmaq sizsiniz. Özümü rədd cavabına alışdırıram. Mən məşq edirəm ki, adamlar mənə sədəqə verməyəndə ruhdan düşməyim.Başqa yer tapmadımBir dəfə çox varlı əyanlardan biri Diogeni evinə qonaq çağırır. Ev çox cah-cəlallı imiş. Hər tərəfə xalı-xalça döşənibmiş. Diogenin plebey vərdişlərini bilən ev sahibi ondan xahiş edir ki, yerə tüpürməsin. Diogen o dəqiqə onun üzünə tüpürür. Əyanın özünü itirdiyini görən Diogen deyir: -Bağışla, bu evdə sənin üzündən başqa tüpürməli bir yer tapmadım.ÖlümüBöyük filosof eramızdan əvvəl 13 iyun 323-cü ildə vəfat edib. Deyirlər ki, ölümünə səbəb çiy osminoq (səkkizayaqlı ilbiz) yeməsi olub. Nəticədə vəba xəstəliyinə tutulub. Bir başqa variantda nəfəs dayanmasından dünyasını dəyişdiyi deyilir. Diogenə çoxlu mis abidələr ucaldıblar. Bunlardan biri onun vətənində – Sinopdadır. İt şəklində olan abidənin üzərincə bu epitafi yazılıb:Zaman daşı da, bürüncü də yeyir, Amma sənin sözlərin, Diogen, əbədi yaşayacaq. Axı sən bizə aza qane olmağı öyrətmisən, Və xoşbəxtliyə gedən yolu göstərmisən! Müəllif: Vasif Sadıqlı, «Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri, tanınmış jurnalist Mənbə: “Bizim Yol” qəzetində çıxmış “Korifeylərin portreti” layihəsi çərçivəsindəki yazı
['Diogen', 'filosof']
5,489
https://kayzen.az/blog/pediatriya/6042/k%C3%B6rp%C9%99nin-%C3%A7%C9%99kisin%C9%99-yox,-boyuna-fikir-verin.html
Körpənin çəkisinə yox, boyuna fikir verin
ayxansevda
Pediatriya
29 iyun 2011, 10:13
"Kök körpə yaxşıdır, sağlamdır!" Cəmiyyətdə az qala hamı bu fikirdə olsa da, mütəxəssislər uşağın sağlam olduğunun göstəricisinin çəki deyil, boy olduğunu düşünür. Pediatrlar bildirir ki, körpələrin kök olmasına baxmayaraq, boy uzanma inkişafı aşağı olan uşaqda müxtəlif xəstəliklərin baş verə bilər.Qeyd edək ki, anadangəlmə ürək, ağciyər, böyrək xəstəliyi olan uşaqlarda boy uzanması çox yavaş inkişaf edir. Xüsusilə də ilk 2 yaşlarındakı uşaqların böyümə cədvəlinə görə boyları qısadırsa bu cür xəstəliklərin olacağı ehtimalı böyükdür. Ən gec 4 yaşından etibarən böyümə sürəti düzgün olmalıdır. Yeni doğulan körpənin boyunun təxminən 50 sm olduğunu ifadə edən mütəxəssislər bildiri ki, körpələrin ilk 3 ayda 8, ikinci 3 ayda 8 sm, üç və dördüncü 3 ayda isə 4 sm uzanmalıdır. Mütəxəssislərin fikrincə, uşaqda hər hansı bir dövrdə böyümə sürətinin təyin olunmasında ideal plan uşağı minimum 6 ay izləməkdir. Qısa boylu uşaqlarda əgər uşağın xüsusi məhdudlaşdırıcı bir vəziyyəti yoxdursa, onda uşağa kalsium, dəmir və zəngin qidalar verilməlidir. Ən ideal qida qaynağı isə süd və süd məhsullarıdır. Həftədə bir neçə gün qırmızı və ağ ət, balıq yeyilməlidir. Çərəzlərdən (qoz, fındıq, badam), ərik, qara quru və təzə üzüm mütləq uşağa yedirilməlidir. Tünd yaşıl yarpaqlı tərəvəzlər və parlaq rəngli meyvələrdən istifadə etmək uşağın sağlamlığı üçün çox faydalıdır.
['pediatriya']
5,490
https://kayzen.az/blog/pediatriya/6041/anan%C4%B1n-yoxlu%C4%9Fu-k%C3%B6rp%C9%99d%C9%99-stress-yarad%C4%B1r.html
Ananın yoxluğu körpədə stress yaradır!
ayxansevda
Pediatriya
29 iyun 2011, 10:10
Ananın yoxluğu körpədə stress yaradır!Alimərin fikrincə, körpə dünyaya gəldikdən sonra qida və sığınacaq ehtiyacları ilə təmin edilməsinə baxmayaraq, uşaqlarda yenə stress müşahidə oluna bilər. Körpəni depressiyaya salacaq ən vacib səbəb isə onun anadan məhrum edilməsidir. İlk altı ay ərzində ananın körpədən ayrılması, onda üç ayrı əlamət üzrə müşahidə ediləcək. Qeyd edək ki, körpənin birinci dövrünün etiraz dövrü olduğunu söyləyən mütəxəssislər, bu dövrdə uşağın davamlı ağladığını və yanına kiminsə yaxınlaşdığı zaman susduğunu, ancaq yaxınlaşan adamın anası olmadığı zaman, yenidən ağlamaya başladığını bildirir.Xatırladaq ki, ana və körpə arasında fövqəladə bir ruh bağlılığının mövcudluğunu və bunun uşaqların beyin və bədən inkişafı üçün mühüm olduğunu bildirən alimlər, sevgi və diqqət görən uşaqların beyinlərində sevgi kanallarının açıldığı qənaətindədir.
['pediatriya']
5,491
https://kayzen.az/blog/sevgi/5970/ayr%C4%B1l%C4%B1q-m%C9%99ktubu.html
Ayrılıq məktubu
Someone
Sevgi
29 iyun 2011, 01:23
Sən getdin. Özündən sonra bir dəhşətli qaranlıq, bir zindan yalnızlığı, ağır bir boşluğu geridə qoydun. Getdin və dönməyəcəksən bir daha. Haqlısan gedişində, bu eşqi bitirməkdə haqlısan. Bir söz belə söyləmədim. Üzünə baxa bilmədim. Qarşında ağlamadım. Əridim, tükəndim, məhv oldum. Sonsuzluqda bir insan necə olar.səsi, nəfəsi necə duyular? Əlvida eşqim. Əlvida sevgilim. Sən özünü heç belə lazımsız, belə dəyərsiz, belə tənha hiss etdinmi? Ayrılıq ölüm qədər acı və soyuqdur. Aynalara baxıram. Aynada gördüyüm mən deyiləm. Gözlərim cəhənnəm atəşi kimidir.dodaqlarım möhürlənib. Əllərim titrəyir. Ürəyim qızğın dəmirlərlə dağlandı. Yoxluğunun qarşılığı çox ağırdır, sevgilim. Sevinclərim, xəyallarım, ümidlərim, rəngli dünyam, əlvida. Əlvida həyat. Həyatın mənası, əlvida. Heç kim yoxluğunun fərqində deyil. Sənsiz nə vəziyyətdə olduğumu heç kim bilmir. İtib gedən bir məhəbbətin kədərini başa düşmürlər. Dünənə qədər xoşbəxtliyin ən uca zirvəsində idim, ayaqlarımın altından sürüşüb gedirdi torpaq, dənizlərin, ovaların üstündən uçurdum. Günəş qədər yaxın idi mənə eşq. Günəş qədər isti və parlaq. Tərk etdin birdən-birə qanadlarım kəsildi. Sürətlə dəydim yerə, boşluğun içindəyəm, artıq heç bir şeyəm. Ancaq bir vaxtlar dünyanın ən zəngin adamı idim. Bütün çiçəklər bizim üçün gül açardı, bizim üçün dadlanırdı meyvələr, əkinlər bizim üçün bərəkətli, sular bizim üçün çağlayardı. İndi toz-duman içində qızğın bir çöldəyəm. İstiqamətimi, yolumu itirdim. Küləklərə tərk etdim gövdəmi, sürünürəm. Sən mənsiz necəsən, bilmirəm. Rahatsanmı, xoşbəxtsənmi, məni bu qədər tez unudarsanmı? Birdən-birə necə keçmişə çevrilə bilərsən? Dünənə qədər gözlərindən eşqi içdiyim, dodaqlarında qəlbimi əritdiyim, uğrunda bıçaqlar çəkib dünyaya meydan oxuduğum ey sevgili haradasan? Kiminləsən? Kimlərləsən? Kimlərlə oyanış könül əyləndirirsən? Mən burada, tərk edib getdiyin yerdəyəm. Əlvida eşqim. Əlvida yeganə sevgilim.Əlvida sevgilim! Əlvida sənə.
['ayrılıq', 'get']
5,492
https://kayzen.az/blog/s%C3%BCnn%C9%99/6033/%C9%99f%C9%99ndimizin-s%C3%BCfr%C9%99si-v%C9%99-yem%C9%99k-m%C9%99d%C9%99niyy%C9%99ti-nec%C9%99-idi.html
Əfəndimizin süfrəsi və yemək mədəniyyəti necə idi?
Old_Baku_
Sünnə
28 iyun 2011, 21:35
Əfəndimizin (s.a.v.) həyatında dəbdəbəli  bir süfrəsi heç olmamışdır.Yanında həmişə xidmət edən Həzrəti Ənəs (r.a) Əfəndimizin süfrəsini belə təsfir edir: "Rəsulullah (s.a.v.) taxtadan düzəldilmiş sini və ya masa kimi ayaqlı süfrələr  üzərində kiçik və ayrı qablarda yemək yedilər.Kəpəyi unundan təmiz ayrılmış çörəkdə yemədilər.Qatadəyə: "Nə üzərində yemək yeyərdilər?"-deyə soruşdum.Qatadə:"Yumru dəridən düzəldilmiş süfrələr üzərində,"-dedi. Əfəndimizin (s.a.v.) evində göz oxşayan süfrələr heç olmamışdır.O dünya həyatını axirət üçün sərmayə görmüş,həyatını həmişə bu istiqamətdə devam etdirmişdir.Əslində bu hadisədə ümmətinə irşad və rəhbərlik də vardır.Dünyaya və dünya malına qarşı ehtiraslı davrananlara həmişə iradını bildirərdi.Bu mənada Səhihi-Buxarinin "Kitabul-Ətimə" hissəsində izah edildiyinə görə,Həzrəti Peyğəmbər (s.a.v.) həyatı boyunca saf buğda unundan bişirilmiş bir çörəyi yemək bir yana, o çörəyin üzünü də görməmişdi. Bəzi yeməkləri çox sevərdi.Sirkə,baldan hazırlanmış şirniyyatı,zeytun yağı və bəzi tərəvəz yemekləri xoşuna gələrdi.Bir dəfə Ümmü Haninin (r.a.) evinə getmiş və : - Yeməyə nə isə var?-deyə soruşmuşdu. - Sirkə var,-deyə Ümmü Hani cavab vermişdi. - Sirkə olan evdə heç bir şeyə yox cavabı verilməz,-buyurmuşdu. Ərəbistanda bir yemək növü vardır.Bu yeməyin adı "His"dir.Kərə yağına pendir və xurma qatılaraq hazırlanır.Hz.Peyğəmbər (s.a.v.) bu yeməyi də çox sevərdi. Bir dəfə Hz.Həsən (r.a.) ilə Abdullah İbn Abbas,Ümmü Sələmənin yanına gedərək: - Bu gün bizə Hz.Peyğəmbərin (s.a.v.) ən sevdiyi yeməyi bişir deyirlər. - Yaxşı,siz o yeməyi sevəcəksiniz?-deyə soruşdu Ümmü Sələmə. Onlar da israr edincə Ummü Sələmə arpa ununu ələyərək qazana tökdü və ocağa qoydu və: - Bu Hz.Peyğəmbərin (s.a.v.) ən sevdiyi yemək idi,- buyurdu. Hz.Peyğəmbər (s.a.v.) ət növlərindən qoyun,keçi,toyuq,dəvə,dovşan və balıq əti yemişdir. Əfəndimiz (s.a.v.), Safiyyə (r.a.) ilə evlənəndə toy yeməyi kimi yalnız xurma və qovrulmuş un şorbası ikram etmişdi.Qarpızı xurma ilə yeyərdi.Xiyarı sevərdi.Bir gün Müavviz İbn Afranın qızı xurma ilə xiyar gətirmişdi.Bəzən çörəklə xurma yediyi də olardı. Soyuq suyu çox sevərdi.Bəzən saf  süd içərdi.Bəzən də içinə biraz su qarışdıraraq içərdi. Süfrəyə gələn  yeməyi bəyənməzsə,əlini uzatmazdı.Amma heç bir zaman yeməyə pis deməzdi.Önündəki yeməyə əlini salıb əliylə qarışdırmazdı.Başqalarını da bundan daşındırmağa çalışardı.Heç bir zaman bir yerə söykənərək və ya yastığa söykənərək yemək yeməzdi. Mənbə:Şəmail görünüş və davranışları ilə Ən Gözəl İnsan Peyğəmbərimiz (sav) kitabından. Bu mətn internet aləində ilk dəfə olaraq yayımlanır.
['Məhəmməd peyğəmbər', 'peyğəmbər']
5,493
https://kayzen.az/blog/s%C3%BCnn%C9%99/6022/%C9%99f%C9%99ndimizin-insanlarla-m%C3%BCnasib%C9%99ti.html
Əfəndimizin insanlarla münasibəti
Old_Baku_
Sünnə
28 iyun 2011, 17:18
İnsanlığa ən gözəl nümunə olan Əfəndimiz həyatın hər sahəsində olduğu kimi,ictimai həyatda əlaqələrdə də bir "Üsveyi-hasənə" yəni (ən gözəl nümunə) idi.Hz.Peyğəmbər Əfəndimiz (s.a.v.) təklif edəcəyi hər mövzunu əvvəlcə özü şəxsən həyatına tətbiq etmişdir.Eyni zamanda Allahın razı olduğu həyat tərzini insanlara öyrətmək mövzusunu da əsla ehmal etməmişdir. Peyğəmbərimiz insanlara çox dəyər verər,insanlarla iç-içə yaşayar,sıravi bir insan kimi həyatını devam etdirərdi.İnsanlarla qarşılaşdığı zaman ilk salam verən özü olardı;müsafihə yəni (əl verib görüşmə),hal əhval tutardı.Deyilənləri diqqətlə dinləyər,həmsöhbəti sözünü bitirmədikcə üzünü ondan çevirməzdi.Ənəs b. Malik Peyğəmbərimizin bu xüsusiyyətini belə ifadə edir: "Hz.Peyğəmbər biri ilə qarşılaşıb danışmağa başlayınca,o şəxs üzünü çevirmədikcə əsla üzünü çevirməzdi.Biri ilə qarşılaşıb əlini tutunca,həmin adam əlini buraxmadıqca əlini çəkməzdi.Səhabələri  ilə oturarkən ayaqlarını qəti uzatmazdı". Peyğəmbərimiz,insana hər şeydən əvvəl insan olduğu üçün dəyər verərdi.Bunun ən gözəl nümunələrindən biri bu şəkildə rəvayət edilir:Bir gün Əfəndimiz səhabədən bir qrupla oturarkən yanlarından bir cenazə keçmiş və Əfəndimiz (s.a.v.) cənazəni görüncə ayağa qalxmışdı.Yanındakılar onun bir musəlman cənazəsi olmadığını,Yəhudi cənazəsi olduğunu söyləyərək,ayağa qalxmağa ehtiyac olmadığını bildirmişdi.Bunun qarşılığında Hz.Peyğəmbərimiz (s.a.v.): "Müsəlman deyilsə,insan da deyilmi?" cəvabını vermişdi. O,insana verdiyi əhəmiyyətin bir göstəricisi olaraq , ölülərin arxasınca pis söz danışmağı və qəbirlərin üzərinə oturmağı qadağan etmişdir. Əfəndimiz (s.a.v.) səhabələrinin dərdləriylə maraqlanar,onlarla olan əlaqəsini kəsməzdi.Ümumi məsələlərlə yanaşı xırda məsələlərə də laqeyd yanaşmamış və insanların ən kiçik dərdləri ilə də maraqlanmışdır. Hz.Peyğəmbərimiz (s.a.v.) özü Müsəlmanların dərdləriylə maraqlandığı kimi,Müsəlmanlara da bunu tövsiyə etmişdir.Bu mövzuda belə buyurmuşdur: "Kim bir Müsəlmanın dünyadakı sıxıntılarından birini aradan qaldırsa,Allah (c.c) da onu qiyamət günü çətinliklərindən birini aradan qaldırar". Peyğəmbər əfəndimiz (s.a.v.) daima təbəssüm edər və gülərüz olardı.O heç vaxt qəhqəhə çəkib gülməmişdi.Onun gülüşü,təbəssüm şəklində olmuşdu.Mövzu ilə əlaqədar Cərir b. Abdullah buyurmuşdur: "Rəsulullah (s.a.v.), müsəlman olduğum gündən bəri yanına girməyimə əngəl olmadı.Məni görüb,üzümə təbəssüm etmədiyi an da olmadı." Rəsulullah (s.a.v.), özü gülər üzlü olduğu kimi, səhabələrini də belə olmağa təşviq etmişdir: "Qardaşının üzünə gülümsədiyinə görə sənə sədəqə düşər", "Heç bir yaxşılığı dəyərsiz hesb etmə.Hətta qardaşını gülər üzlə qarşılamağı belə" Əziz müsəlmanlar sizdə bunu belə qəbul edib,gülər üzlü olmağı heç vaxt ihmal etməyin.Gülər üzlü olun ki,Allah (c.c) da sizə mərhəmətli olsun.Allahın mərhəməti üzərimizə olsun.Amin!
['Məhəmməd peyğəmbər']
5,494
https://kayzen.az/blog/s%C3%BCnn%C9%99/6021/pey%C4%9F%C9%99mb%C9%99rimizin-s.a.v.-geyim-t%C9%99rzi.html
Peyğəmbərimizin (s.a.v.) geyim tərzi
Old_Baku_
Sünnə
28 iyun 2011, 16:23
Hz.Peyğəmbər (s.a.v.) həmişə eyni cür paltar geyinməzdi.Ümumiyyətlə,geyindiyi paltar , köynək və şalvarı əvəz edən bir paltar idi.Corab geyinmə adəti yox idi.Amma Nəcaşinin göndərdiyi qara corabı geyinmişdi.Rəvayətə diqqət edildiyində,o corabın  dəridən olduğu anlaşılır.Sarığının ucu bəzən mübarək sinəsinə,bəzən də çiyinlərinin arasına düşərdi.Sarığı çox vaxt qara rəngdə olardı.Sarığının altında başına qoyduğu təkkə olardı.Ucu şiş təkkədən heç vaxt istifadə etməzdi.Bizi müşriklərdən fərqli göstərən,sarığın altına təkkə taxmağımızdır-deyə buyururdu. Peyğəmbərimizin "kamis"deyilən qiyafətdən xoşu gəlirdi.Kamis başdan aşağıya qədər uzanan bir köynəkdir."Rida " və "izar" kimi iki parça olmalıyıb  bütün vücudu örtdüyünə görə,Peyğəmbərimizin bu qiyafətdən xoşu gəldiyi rəvayət edilir.Kamisəsasən pamblq parçadan tikilir.Peyğəmbərimizin köynəyinin qolları biləyinə qədər uzanardı. Ən çox xətli parçalardan tikilmiş geyimləri sevərdi.Ərəbcə bunun adı "Xibarə"dir.Xibarə adı verilən bu parça Yəmənə məxsus yaşıl rəngli bir parçadır.Cənnət əhlinin geyinəcəyi libaslar yaşıl rəngli olduğuna görə,Kainatın Əfəndisi  yaşıl rəngi paltarı çox sevirdi.Bəzən də Şam  əntarisi (kişilərin geyindiyi uzun,düz üst paltarı) geyinirdi.Qolları çox dar olduğundan dəstamaz alanda qollarını çirmələmək çətin olurdu.Bunun üçün qollarını  çıxarmaq məcburriyyətində qalırdı. Peyğəmbərimiz təzə bir paltar geyinəndə o paltar üçün Allaha (c.c) dua edərdi.Bir sarıq taxsa:"Allaha həmd olsun ki,sarığı bizə nəsib etdi," Bir köynək geyinsə:"Allaha həmd olsun ki,köynəyi bizə libas etdi," və ya bir rida(yun parça) üçün "Allaha  həmd olsun ki,ribanı bizə libas etdi",şəklində dua edərdi. Rəvayətlərdə bildirdiyinə görə,Hz.Peyğəmbər (s.a.v.) qırmızı paltar da geyinmişdi.Qırmızı,al rəng mənasına gəldiyindən hədisçilərin çoxu bu ümumi  anlamı qəbul etmişlər.Amma İbn Qayyım ,Hz.Peyğəmbərin (s.a.v.) heç vaxt qırmızı paltar geyinmədiyini və kişilərin də qırmızı paltar geyinməklərini uyğun görmədiyini bildirmişdir.Fərqli rəvayətlərdən  anlaşılır ki,Hz.Peyğəmbər (s.a.v.) qara,qırmızı,yaşıl,sarı-qısaca desək hər rəng paltar geyinmişdir.Ancaq ən çox sevdiyi ağ rəng paltar idi. Əfəndimizin (s.a.v.) dəbdəbədən heç xoşu gəlməzdi.Ancaq bəzən dəyərli və gözəl görünən libaslar geyinirdi.Abdullah İbn Abbas (r.a) Həruriyyəyə elçi gedəndə Yəmənin ən qiymətli parçalarından tikilmiş bir paltar geyinib gedir.Həruriyyə: -Ey İbn Abbas,bu nə paltardır geyinmisən?-deyəndə İbn Abbas: -Bu geyimimə qarşımı çıxırsan?-Mən Peyğəmbəri (s.a.v.) ən gözəl libaslar içində gördüm-deyə cəvab verdi. Düşündüm ki Əfəndimizin (s.a.v.) geyim tərzi sizə maraqlı olar onun üçün bu mövzuya toxundum.Əslində hər bir müsəlman peyğəmbərini yaxından tanımalı onun haqqında bilmədiklərini öyrənməlidir.Əfəndimizin (s.a.v.) şəfaəti üzərimizə olsun.
['Məhəmməd peyğəmbər', 'peyğəmbər']
5,495
https://kayzen.az/blog/Old_Baku_/6020/axir%C9%99t%C9%99-inanmaq.html
Axirətə inanmaq
Old_Baku_
Bloq: Old Baku
28 iyun 2011, 15:16
Vəl yəvmil  ahiri: Axirət gününə inandım,deməkdir.Bu zamanın başlanğıcı,insanın öldüyü gündür.Qiyamətin sonuna qədərdir.Son gün deyilməsi,arxasından gecə gəlmədiyi üçündür.Yaxud dünyadan sonra gəldiyi üçündür.Qiyamətin nə zaman qopacağı bildirilmədi.Fəqəd,Peyğəmbərimiz (s.a.v.) bir çox əlamətləri xəbər verdi.Hz.Mehdi (r.a) gələcək.İsa (ə) göydən şəma inəcək.Dəccal çıxacaq.Yəcüc və Məcüc adlı kimsələr hər yeri qatışdıracaq.Günəş qərbdən doğacaq.Böyük zəlzələlər olacaq.Din bilgiləri unudulacaq.Fisk,pislik çoxalacaq.Göylər və dağlar parçalanacaq.Günəş və Ay qaralacaq.Bunlar qiyamətin böyük əlamətləridir.    Qəbr sualı vardır.Qəbrdə,Münkər və Nəkir mələklərinə cəvab olaraq bunları ezbərləməlidir və uşaqlara da əzbərlətməlidir: (Rəbbim Allah (c.c) Peyğəmbərim Məhəmməd Mustafa (s.a.v),dinim İslam,kitabım Qurani kərim,qibləm Kəbə.Hansı məzhəbə qulluq edirsinizsə bidə o.Qiyamət günü hər kəs diriləcək.Məhşər yerində toplanacaq.Salihlərin əməl dəftərləri sağında,salih olmayanların əməl dəftərləri isə solundan və ya arxa tərəflərindən veriləcək.Şirkdən, küfrdən başqa hər günahı Allah (c.c) əfv edəcək,dilərsə kiçik günah üçünsə əzab edəcəkdir.   Əməllərin dartılması üçün (Mizan) vardır.(Sirat körpüsü),Allahın (c.c) əmri ilə Cəhənnəm üzərinə qurulur.Məhəmməd Mustafa (s.a.v.) əfəndimizə məxsus olan (Kəvsər hovuzu) vardır.   (Şəfaat)  haqdır.Tövbəsiz ölən möminlərin kiçik və böyük günahlarının əfv edilməsi üçün Peyğəmbərlər,Vəlilər,salihlər,alimlər,mələklər,səhidlər və Allah (c.c) izin verdikləri şəfaat edəcək və qəbul ediləcəkdir.   (Cənnət və Cəhənnəm) indi vardır.Cənnət,yeddi qat üstündədir.Cəhənnəm,hər şeyin altındadır.Cənnətin səkkiz qapısı vardır.Hər qapıdan bir Cənnətə girilir.Cəhənnəm yeddi təbəqədir.Birinci təbəqədən yeddinci təbəqəyə doğru əzablar şiddətlənir.
['islam fəlsəfəsi']
5,496
https://kayzen.az/blog/dua/6019/namaz.html
Namaz
Old_Baku_
Namaz, dua, zikr
28 iyun 2011, 14:34
Adəm (ə) bəri,hər dində bir vaxt namaz vardı.Hamısının qıldığı bir araya gələrək,Məhəmməd (s.a.v.) inananlara fərz edildi.Namaz qılmaq, imanın şərti deyildir.Fəqəd,namazın fərz olduğuna inanmaq ,imanın şərtidir. Namaz,dinin dirəyidir.Namazını dəvamlı,doğru və tam olaraq qılan kimsə,dinini qurmuş,İslam Binasını ayaqda durdurmuş olur.Namazı qılmayan,dinini və İslam binasını yixmış olur.Əfəndimiz (s.a.v.) buyurdu ki, (Dinimizin başı namazdır).Başsız insan olmadığı kimi,namazsız da, din olmaz. Namaz,İslam dinində imandan sonra ilk fərz edilən əmrdir.Allah (c.c),qullarının yalnız ona ibadət etmələri üçün namazı fərz etdi.Müqəddəs kitabımızda yüzdən çox ayətdə (Namaz qılın!) buyrulmağdadır.Hədis-i şərifdə, "Allah (c.c), hərgün beş vaxt qılmağı fərz etdi.Qiymət verərək və şərtlərinə uyaraq,hərgün beş vaxt namaz qılanı Cənnət ilə mükafatlandıracağına  söz verdi." Namaz,dinimizdə edilməsi əmr edilən bütün ibadətlərin ən qiymətlisidir.Bir hədis-i şərifdə,(Namaz qılmayanın İslamdan nəsibi yoxdur!) buyruldu.Yenə bir hədis-i şərifdə (Mömin ilə kafiri ayıran fərq,namazdır) buyruldu.Yəni mömin namaz qılar,kafir qılmaz.Münafiqlər isə bəzən qılar,bəzən qılmaz.Münafiqlər,Cəhənnəmdə cox acı əzab görəcəkdir.Peyğəmbər əfəndimiz (s.a.v.) buyurdu ki: (Namaz qılmayanlar,qiyamət günü,Allahı (c.c) əsəbi olaraq görəcəkdirlər.) Namaz qılmaq,Allahın (c.c) böyüklüyünü  düşünərək,onun qarşısında öz acizliyivi başa düçməkdir.Bunu anlayan kimsə,həmişə yaxşılıq edər.Heç vaxt pislik etməz.Hər gün beş dəfə,Rəbbinin hüzurunda olduğunu niyət edən  kimsənin qəlbi ixlas ilə dolar.Namazda edilməsi əmr olunan hər hərəkət,qəlbə və bədənə faydası toxunmaqdadır. Camilərdə cəmaat ilə namaz qılmaq,müsəlmanların qəlblərini bir birinə bağlar.Aralarında sevgi yaradar,qardaş olduqlarını başa düşməklərini sağlar.Böyüklər balacalara mərhəmətli olar.Balacalarda böyüklərə sayqılı olar.Sağlamlar,xəstələri məsciddə görməyincə evlərində axtararlar. Namaz insanları,çirkin,pis və qadağan olunmuş şeylərdən çəkindirər.Günahlara kəfarət olar.Hədis-i şərifdə,(Beş vaxt namaz,sizdən birinizin qapısında axan nəhr kimidir.Bİr kimsə,o nəhrdə hər gün beş dəfə girib yıxansa,üzərində kir qalmayacağı kimi,beş vaxt namaz qılanlarında,belə kiçik günahları əfv olunar) buyuruldu. Əfəndimiz (s.a.v.) buyurduki:Ey ümmət və Əshabım! Ədasına təmamilə riayət olunan namaz,rəbbimizin bəyəndiyi bütün əməllərin ən üstünüdür.Peyğəmbərlərin sünnətidir.Mələklərin sevdiyidir.Marifətin yerin və göyün nurudur.Bədənin qüvvətidir.Rızkların bərəkətidir.Duanın qəbulu üçün vasitədir.Mələk-ul-məvtə (yəni ölüm mələyinə),şəfaətçıdır.Qəbrdə işıq,Münkər və Nəkirə cəvabdır.Qiyamət günündə üzərinə kölgədir.Cəhənnəm alovu ilə senin aranda bir sipərdir.Sirat körpüsünu ildırım kimi geçiricidir.Cənnətdə başına tacdır.Allah (c.c) möminlərə namazdan önəmli bir ibadət verməmişdir.Zira mələklərin kimi dəvamlı qiyamda,kimi rükuda,kimi səcdədə,kimi də təşəhhüddədir.Bunların hamısını bir rəkat namazda toplayıb,möminlərə hədiyyə verdi.Zira namaz,imanın başı dinin dırəyi,islamın kavli(sözü),möminlərin miracıdır.Göyün nuru və Cəhənnəmdən qurtarıcıdır. Bir gün Hz.Əli (r.a) ikindi namazı geçmişdi.Üzüntüsündən özünü bir təpədən aşağı atdı.İnləyə inləyə ağlayıb,fəryad etdi.Peyğəmbərimiz Məhəmməd Mustafa (s.a.v.) onun bu durumundan xəbər alinca, əshabı ilə bərabər Hz.Əli (r.a) yanına gəldilər.Halını görüncə,kainatın əfəndisi olan peyğəmbərimiz (s.a.v.) ağlamağa başladı.Dua etdi.Günəş təkrar yüksəldi.Rəsulullah (s.a.v.) əfəndimiz: (Ya Əli! Başını qaldır,günəş hələ görünür) buyurdu.Hz.Əli (r.a) buna çox sevindi və namazını qıldı.Hz.Əbu Bəkr siddiq (r.a) bir gecə,çox ibadət etdiyindən,gecə sonunda yatıb.Vitr namazı gecti.Sübh namazında,əfəndimizi izləyərək,məscid qapısında hüzuruna gəlib,fəryad etdi.( Ya Rəsulullah imdadıma yetiş,vitr namazı geçti) deyə ağlayaraq yalvardı.Əfəndimiz də ağlamağa başladı.Bunun üzərinə Cəbrail (ə) gəlib,(Ya Rəsulullah! Siddiqə söylə ki, Allah (c.c) onu əfv elədi) dedi. Yəni dəyərli müsəlmanlar İslam dininin önəmli isimləri namazın vaxtını qaçırdığı üçün bu qədər fəryad edirsə,bizlər heç namaz qılmaya-qılmaya feryad etmiriksə Allah (c.c) bizim günahımızdan keçsin.Qəlbimizə hidayət,gözümüzə nur versinki doğruları görərək,Allaha sığınaq.Amin!
['namaz', 'namazın faydası']
5,497
https://kayzen.az/blog/pediatriya/6018/i%C5%9Ftahs%C4%B1z-u%C5%9Fa%C4%9F%C4%B1-yedirm%C9%99yin-6-asan-yolu.html
İştahsız uşağı yedirməyin 6 asan yolu
ayxansevda
Pediatriya
28 iyun 2011, 13:44
Əgər uşağınız iştahsızdırsa, nə yedirəcəyinizi bilmirsinizsə, sizə iştahsız uşağınıza yemək yedirəcək 6 əhəmiyyətli yolu təqdim edirik. Bir çox valideynlər uşaqlarının iştahsızlığından şikayətlənirlər. Bəs uşağınızın iştahını açmaq, daha çox yeməsini təmin etmək üçün nə etməliyik?1. Axşam yeməyini erkən saatda yedirin: Bir çox uşaq günortadan sonra məktəbdən evə gəldikdə, təxminən saat 3-ə kimi acır. Bu vaxt uşaqlarınız üçün ən yaxşı yemək saatı ola bilər. Axşam da yüngül yemək yeyə bilər. Əgər uşağınız məktəbdə günorta yeməyində çox yeyibsə bu doğrudur. Ancaq günorta yeməyində qarınını doyurubsa, məktəbdən gələnə kimi heç nə yedirməyin. Axşam yeməyində daha çox acmasını gözləyin.2. Az-az yedirin: Uşağınıza bir az yediyiniz yeməkdən və bir az da sevdiyi yeməkdən az-az yedirin. Məsələn, toyuq sevirsə bir az toyuq, bir az da tərəvəz yeməyi verin. Tərəvəz yeməyini bitirsə toyuğunu da yeyə biləcəyini söyləyin. 3. Daha kiçik boşqabda yeməyini təqdim edin: Ümumiyyətlə qablarımıza ehtiyacımızdan çox yemək tökürük. Lakin, iştahsız uşaqlar üçün bu vəziyyət daha pisdir. İştahı olmayan uşaqlarınıza daha kiçik qablarda yeməklərini verin. Beləcə, yemək yediyərərkən "döyüşü" sona çatdırarsınız.4. İlk dəfə yediyi yeməklərdə səbirli olun: Bəzən uşaqlar özlərinə təqdim edilən yeməyi sevmirlər və ya yeni bir yeməyi sınamaqdan çəkinirlər. Əgər uşağınıza yeni bir yemək verirsinizsə, yeməkdən bir iki parça verin.5. Bir dəfə yemək yerinə başqa şeylər yeməsinə icazə verin: Həftədə bir dəfə yemək yerinə tort, buterbrod, ya da bir kasa popkorn yeməsinə icazə verin. Bunun nə qədər və hansı gün olacağını özü təyin etsin.6. Oyun ilə yemək verin: Bir çox uşaq oyunları sevir. Buna görə də axşam yeməyində uşağınızla yaşına uyğun olaraq oyun oynamağı təcrübədən keçirin.
['körpəyə qulluq', 'uşaq tərbiyəsi']
5,498
https://kayzen.az/blog/t%C9%99n%C9%99ff%C3%BCs/6017/metallokoniozlar.html
Metallokoniozlar
ayxansevda
tənəffüs sistemi
28 iyun 2011, 13:37
Metallokoniozlar - peşə ilə bağlı ağ ciyər xəstəlikləridirlər, bəzi metal tozlarının nəfəs yoluna düşməsi ilə şərtlənirlər: berillioz - berillium tozları, sideroz - dəmir tozları, alüminoz - alliminium tozları, baritoz - barium tozlarının törətdiyi xəstəliklərdir və s. Ən xoşxassəli gedişat metallokoniozlarda olur, onlar üçün ağ ciyərdə birləşdirici toxumaların azacıq şaxələnməsi ilə rengenokontrast tozların (dəmir, qalay, barium) ağ ciyərdə toplanması xarakterikdir. Əgər bu metal tozlarının təsiri aradan götürülərsə, bu pnevmokoniozlar inkişaf etmirlər; ağ ciyərin rehtgenokontrast tozlardan öz-özünə təmizlənməsi nəticəsində prosesin geriyə dönməsi mümkündür. Bəzi metallokoniozlarda xəstənin orqanizminə zəhərləyici və allergen təsiri üstünlük təşkil edən tozlarda (berillium, kobalt və s.), bəzən gedişatı ağir olur.
['xəstəliklər']
5,499
https://kayzen.az/blog/t%C9%99n%C9%99ff%C3%BCs/6016/pnevmoskleroz.html
Pnevmoskleroz
ayxansevda
tənəffüs sistemi
28 iyun 2011, 13:35
Pnevmoskleroz - sərt birləşdirici toxumanın ağ ciyər bronxlarında, damarlarda və ağ ciyər alveollarını əhatə edən toxumalarda - alveollarda şaxələnməsidir.Pnevmoskleroz müxtəlif ağ ciyər xəstəliklərinin son mərhələsi kimi təzahür edir (xroniki bronxit, ağ ciyər vərəmi və s.). Pnevmosklerozun bəzi formaları uzun müddət ağ ciyərə kömür, silisium, filiz, asbest və digər toz növlərinin düşməsi nəticəsində inkişaf edirlər.Pnevmosklerozun səbəbi toksik maddələr, məsələn, azot oksidi, xlor, kükürd anhidriti olan atmosferdə təkrar və ya birdəfəlik uzunmüddətli olmaq, həmçinin, boğucu qazlarla zəhərlənmə (fosgen, difosgen, xlorpikrin və s.) ola bilər. Uzunmüddət siqaret çəkmək qanunauyğun olaraq xroniki bronxitin və pnevmosklerozun inkişafına gətirir. Çox vaxt pnevmoskleroz alkoqola həddən artıq alüdə olanlarda inkişaf edir. Bu onunla izah olunur ki, spirt buxarı bronx və alveol divarlarına qıcıqlandırıcı təsir göstərir.Simptomlar və gedişat Simptomlar və gedişat əsas xəstəlikdən asılıdır və onun ağırlaşmalarında həm də pnevmoskleroz inkişaf edir. Tədricən ağ ciyərin tənəffüs səthi azalır, emfizema inkişaf edir, bronxoektazlar əmələ gəlməklə ağ ciyər toxumalarının yenidən qurulması başlayır, ağ ciyər hipertenziyası formalaşmaqla məhdud sahədə qan dövranının çətinləşməsi olur. Bütövlükdə bu dəyişiklikləri pnevmosirroz adlandırır. Pnevmosklerozun kliniki təsviri (pnevmosirroz), beləliklə, ağırlaşma əlamətləri ilə müəyyən olunur: emfizema, destruksiya və s. Profilaktika Peşə ilə bağlı zərərlər və havanın tərkibində olan toksik maddələrlə əlaqənin kəsilməsi əsas xəstəliyin müalicəsinə, pnevmosklerozun qarşısının alınmasına və yavaşımasına kömək edir. Xroniki alkoqolizmin, siqaretə alüdəçiliyin müalicəsi və profilaktikası böyük əhəmiyyət kəsb edir. Xəstənin fiziki aktivliyi baş vermiş ürək və tənəffüs çatışmazlığı dərəcəsi ilə müəyyən olunur. Azacıq gərgin işdə təngnəfəsliyin yaranması fiziki aktivliyin məhdudlaşması siqnalıdır, bədən tərbiyəsinin ağır növlərindən imtina deməkdir, yalnız tənəffüs gimnastikası, ehtiyatla bədəni möhkəmləndirmək, açıq havada uzunmüddətli gəzintilər, əlbəttə ki, xeyirlidir. Peşə xəstəliklərində pnevmosklerozun profilaktikasında əsas rolu respiratorlar, qazmaların effektiv ventilyasiyası, yonma və şüşə sexlərində ventilyasiya və s. oynayırlar. Xəstəlik əlamətləri müəyyən olunduqda zərərli tozlarla bağlı olmayan digər işə keçmək lazımdır.
['xəstəliklər', 'tənəffüs sistemi', 'ağciyər xəstəliyi']