Unnamed: 0
int64
0
6.93k
url
stringlengths
41
313
title
stringlengths
3
153
author
stringclasses
256 values
category
stringclasses
371 values
date
stringlengths
17
23
content
stringlengths
3
89.6k
tags
stringlengths
6
314
5,500
https://kayzen.az/blog/ayxansevda/6015/%C9%99n-sa%C4%9Flam-m%C9%99tb%C9%99xi-olan-10-%C3%B6lk%C9%99.html
Ən sağlam mətbəxi olan 10 ölkə
ayxansevda
Bloq: ayxansevda
28 iyun 2011, 11:06
“Forbes” jurnalı ən sağlam mətbəxə malik 10 ölkənin reytinqini müəyyənləşdirib. Ilk yeri Yaponiya mətbəxi tutub. Araşdırmalar göstərib ki, bu ölkədə piylənmədən əhalinin cəmi 1,5 faizi əziyyət çəkir və Yaponiyada orta yaş həddi 82-dir. Burada milli mətbəxə, demək olar ki, bütün növ tərəvəzlər daxildir. İkinci pilləyə Sinqapur mətbəxi layiq görülüb. Yaponiyada olduğu kimi burada da əhalinin orta yaş həddi 82-dir. Piylənmədən əziyyət çəkənlər isə cəmi 1,8 faiz təşkil edir. Sinqapurlular daha çox düyü, tərəvəz və balığa üstünlük verir. Burada çox nadir hallarda ət yeyilir. İlk üçlüyü Çin qapayır. Yeməklərinin üçdə ikisi tərəvəz, meyvə, paxla və ya digər dənli bitkilərdən hazırlanan ölkə mətbəxi insanların orta yaş həddinin 73-dən yuxarı olmasına imkan verir. Piylənmədən cəmi 1,8 faiz çinli əziyyət çəkir.Reytinqdə 4-cü yeri İsveç, 5-ci pilləni isə Fransa tutur. Onluğa daxil olmuş digər ölkələr İtaliya, İspaniya, Yunanıstan, İsrail və hər iki Koreyadır
['statistika']
5,501
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/6014/%C3%B6yr%C9%99t-%C3%B6vlad%C4%B1na.html
Öyrət övladına!
ayxansevda
Xoşbəxt ailə
28 iyun 2011, 11:01
-Eşq ağrısı çəkmənin daha gözəl bir duyğu olduğunu öyrət övladına. -Öz doğruları üzərində kimsənin onu mühakimə etməsinə icazə verməməsi lazım olduğunu öyrət, başqalarını da öz doğruları üzərində mühakimə etməməyi öyrət övladına. -Öz fikirlərinə inanmanın gözəlliklərini izah et övladına. -Həyatı sorğulamağı öyrət ona. -Məlumatın ən böyük güc olduğunu öyrət. -Edə bilsə bunu ən böyük qiymətə satmasını amma ürəyini və ruhunu özünə saxlaması lazım olduğunu öyrət övladına. -Haqlı olduğu mövzuda sonuna qədər dirəşməsini öyrət və haqlı ikən dik dayanmasını öyrət övladına. -Günün birində etdikləri deyil,etmədikləri üçün peşmançılıq duya biləcəyini öyrət. -Sadə yaşaması lazım olduğunu öyrət,ona çay içməkdən ləzzət almağını öyrət. -“İstəmirəm” “xeyr”deməyi öyrət ona , istədiyində isə “İstəyirəm” deməyi öyrət övladına. -Sevdiyində isə “senə sevirəm” deyə bilməyi öyrət ona. -Bir cins şalvar və köynəklə universiteti bitirməyi öyrət övladına. -Sorğusuz sevməyi,əl yazısı ilə qeydlər yazmağı. -Sevdiklərinin hec bir zaman çantada kəklik olmadığını,dostluğa sərmayə qoyması lazım olduğunu, qiymətini bilməyənlərdən uzaqlaşmasını öyrət övladına. -İşlərin heç bir zaman bitmədiyini söylə övladına.Ən sıx zamanda belə özünə vaxt ayırması lazım oldugunu öyrət övladına. -Amma ən çox da özünü sevməsini öyrət,özünü sevməzsə kimsənin onu sevəcəyəcəyini gözləməməsini öyrət ona.Həyatda hər şeydən çox özünün əhəmiyyətli olduğunu öyrət ona.
['xoşbəxt ailə', 'uşaq tərbiyəsi']
5,502
https://kayzen.az/blog/qadin/6013/qad%C4%B1n%C4%B1n-g%C3%B6z-ya%C5%9F%C4%B1.html
Qadının göz yaşı
ayxansevda
Qadın
28 iyun 2011, 01:17
Kiçik bir oğlan anasından soruşdu: - Nə üçün ağlayırsan?- Çünki mən qadınam-, deyə cavablandırdı anası. - Anlamadım! -,dedi uşaq. Anası uşağı qucaqlayıb - Və heç bir zaman anlaya bilməyəcəksən! -,dedi. Atasına:- Ata, anam nə üçün ağlayır? -,deyə soruşdu.Atanın cavabı:- Bütün qadınlar səbəbsiz ağlaya bilirlər -,dedi. Kiçik oğlan böyüdü, yetkinləşdi, ancaq hələ qadınların nə üçün ağladıqlarını kəşf edə bilmədi.Nəhayət öldükdən sonra cənnətə getdiyində Allaha soruşdu:- Allahım! dedi. Qadınlar nə üçün bu qədər asan ağlaya bilirlər? ALLAH buyurdu ki: - Mən qadınları xüsusi yaratdım!... Bütün həyatın ağırlığını daşıya biləcək qüvvətdə olmasına baxmayaraq başqalarına təsəlli verəcək qədər yumşaqdırlar.. Doğumun ağrısı olduğu qədər doğurduqları övladlarının nankorluğuna söykənə biləcək iç qüvvətini verdim. Başqalarının qüvvətinin qalmadığında davam edəcək əzmi, ailəsinin xəstəliyində yorğunluğa buraxdırmayacaq qüdrəti verdim.Ərlərini bütün qüsurları ilə sevmək qüvvətini verdim. Kişinin qabırğasından onları kişinin ürəyini qorumaları üçün yaratdım. Onlara yaxşı bir ərin yoldaşını əsla incitməyəcəyini, lakin bəzən dəstək və qüvvətini sınayacaq davranışlar datapılacağını anlayacaq həssas bir zəka verdim. Tək zəiflik olaraq qadınlara bir göz yaşı verdim. Tamamilə özlərinin sahib olduqları, ehtiyacları olduğunda istifadə etmək üçün.. İNSANLIQ ÜÇÜN BİR GÖZYAŞI !.. deyə cavablandırdı.Qadını gözəl edən şey nə saçı, nə bədəni, nə özünü nə şəkildə daşıdığıdır. Qadını əsas gözəl edən sevgisini paylaşa bilməsi, fədakarlığı,məsuliyyəti, anlayışı, yalnız məlumata deyil eyni zamanda ürəyə də istiqamətli ağılıdır...Həmçinin bax:Qadınlar nəyi istəyir?Ana olmaq nədir?
['düşündürücü hekayə', 'qadın psixologiyası']
5,503
https://kayzen.az/blog/r%C9%99vay%C9%99ti-ifad%C9%99l%C9%99r/6008/asiya-s%C3%B6z%C3%BCn%C3%BCn-etimologiyas%C4%B1.html
"Asiya" sözünün etimologiyası
ayxansevda
Rəvayəti ifadələr
27 iyun 2011, 14:45
Qitələr içərisində Asiya qitəsinin xüsusi çəkisi var Öz böyüklüyünə görə Asiya qitəsi digərlərindən fərqlənir. Asiya yeganə qitədir ki, onun sahil zolaqlarını şimalda Şimal Buzlu okean, şərqdə Sakit okeanın, cənubda Hind okeanının və qərbdə Atlantik okeanın - Aralıq dənizinin suları əhatə etmişdir. Doqquz iqlim qurşağının hamısına Asiya qitəsində rast gəlmək olur. Asiya qitəsi özünəməxsus heyvanlar aləmi və bitki örtüyünə malikdir. Bu qitənin xarakterik cəhətlərindən biri də odur ki, Yer kürəsi əhalisinin yarısından çoxu məhz Asiyada yaşayır. Asiya sözünün əmələ gəlməsi və mənşəyi barədə müxtəlif fikir və mülahizələr var.Bunlardan biri bu coğrafi adın az tayfasının adından götürülməsi fərziyyəsidir. Araşdırıcıların bir çoxu Azərbaycan sözünün tərkibindəki az hissəciyini də həmin xalqın adı ilə bağlayır və Azərbaycanı azların - az xalqının yaşadığı ölkə hesab edirlər. Başqa bir fikrə görə, Asiya sözü "nəhəng ölkə" deməkdir.  Bu fikrin tərəfdarları Asiyanın geniş bir ərazisin əhatə etdiyini əlində rəhbər tuturlar. Qeyd etmək lazımdır ki, az xalqının adı run əlifbası ilə yazılmış abidələrdə , məs Kül Tiginin şərəfinə ucaldılmış abidədə də çəkilir. Eləcə də az sözünün nəhəng mənasında işlənməsi də məlumdur (Azman sözünü yadınıza salın). Lakin mənə elə gəlir ki , Asiya sözü az xalqının adı ilə və ya nəhəng mənasını daşıması ilə heç bir əlaqəsi yoxdur.  Ən azından bunun üçün kifayət qədər əldə fakt yoxdur. Fakta söykənməyən fikir, fərziyyə elə fərziyyə olaraq qalır. Avrasiya materikində yaşayanlar lap qədim zamanlardan görürdülər ki , günəş şərqdə-Asiyada doğur və qərbdə -Avropada batır. Avropa sözünün Finikiya dilindəki "ereb" -qaranlıq sözündən yaranmışdır. Mənə elə gəlir ki, Asiya coğrafi adı da belə yaranmışdır. Tədqiqatçıların bəziləri bu sözün mənşəyini yəhudi dilində, yaxud toxar(Baktriya) dilinə bağlamaları özünü bir o qədər doğrultmur. Qədim Assuriya dilində (assuriyalılar qədim sami xalqlarından biri olub, vaxtilə Ön Asiyada hegemonluq etmişlər. Bu xalqın qalıqları Tacikistanda və Əfqanıstanda yüksək dağ zirvələrində hələ də yaşayır)  "şərq" mənasında asu sözü işlənir. Yəni Assuriyalılar Asiyanı Avropanın -qərbin əksi kimi qəbul etmişlər. Əlbəttə , nəzərə almaq lazımdır ki, Asiya adı əvvəl bütün qitəyə deyil, Assuriya dövlətinin şərqində yerləşən bölgələrə deyilmişdir. Yəni bu söz vasitəsilə Assuriyalılar Günəş doğan tərəfi, şərqi adlandırmışlar. Assuriyalılardanbu söz digər xalqlara keçmiş, nəhayət bütün qitənin adı kimi formalaşmışdır. Mənbə: Məmmədəli Qıpçaq, " Söz aləminə səyahət " kitabı
['sözün mənşəyi', 'etimologiya']
5,504
https://kayzen.az/blog/astronomiya/4907/bizim-qalaktika.html
Bizim Qalaktika
Cavid
Astronomiya
27 iyun 2011, 01:05
Hələ ən qədim zamanlarda, insanları aydın və Aysız gecə göyündə şimaldan cənuba doğru uzanan işıqlı bir zolağın möcüzəli görünüşü həmişə maraqlandırmışdır.  Səmanın başqa Hissələrindən fərqlənən və nisbətən möcüzəli görünən bu işıqlı zolağı insanlar öyrənməyə çalışmışlar. Aydın məsələdir ki, adi gözlə bunu öyrənib müəyyən fikir söyləmək o qədər də asan olmamışdır. Şimaldan cənuba doğru yönəlmiş Həmin ağ zolağın Qalaktikanın mərkəzi müstəvisində yerləşən ulduzların şüalanmasının yaratdığı fon olduğu məlum oldu. Buna Ağ yol, Süd yolu, müsəlman aləmində isə Məkkə yolu, anadolu türkləri isə Samanyolu adını verdilər. Bu işıqlı zolağa Məkkə yolu adının verilməsinin özünəməxsus tarixi vardır. Hələ kompas kəşf olunmamışdan qabaq, insanlar cəhətləri müəyyən ulduzlara və səma cisimlərinin vəziyyətinə görə təyin edirdilər.Ağ Yol isə dünyanın şimal qütbündən cənub qütbünə doğru yönəldiyindən, insanlar gecə vaxtı yolu azmasınlar deyə həmin istiqaməti tutub müqəddəs Həcc ziyarətinə gedərmişlər. Məkkə yolu ifadəsi belə yaranmışdır.  "Suyun və qurunun zülmətində yolunuzu düz getmək üçün ulduzları da sizin üçün yaradan Odur.  Biz bu ayələri anlayan bir camaat üçün bu cür ətraflı izah etdik." əl-Ənam surəsi, Ayə 97. Ağ Yolun, Məkkə yolunun görünüşü. Bizim Qalaktikanı fərqləndirmək üçün onu böyük hərflə yazırlar. Insanların aləmi  uzun müddət, təkcə bizim Qalaktikadan ibarət hesab edilirdi. Məlum oldu ki, bizim Qalaktikanın forması iki ağız-ağıza qoyulmuş uzunsov boşqaba bənzəyir.  Onun böyük diametrinin 100000 işıq ili, kiçik diametrinin isə 20000 işıq ili  olduğu təyin edildi.Italyan alimi Qaliley tərəfindən 1610-cu ildə 10 sm -lik optik teleskop kəşf edildikdən sonra sirli görünən Ağ Yolun mahiyyəti aydın oldu. Qaliley, teleskopda Ağ Yolun çoxlu sayda zəif ulduzların yaratdığı fon olduğunu müəyyənləşdirdi. Astronomiya sahəsində çalışan alimlərin uzun müddətli, səmərəli elmi araşdırmaları nəticəsində, Ağ Yolun sayda ulduzdan ibarət olduğu müəyyən edildi. Bu ulduzlar bizdən həddən artıq uzaq məsafədə yerləşdiyinə görə elə zəif - işıqlı nöqtə kimi görünürlər. Burada belə bir müqayisəni etmək yerinə düşər. Günəş özü də bizə ən yaxın olan bir ulduzdur. Əgər Günəş də Həmin məsafədə yerləşsə idi, o da işıqlı nöqtə kimi görünərdi.Bizim Qalaktikanın quruluşu. Məlum oldu ki, Ağ Yol bizim Qalaktikanın mərkəzi müstəvisidir. Ağ yol Bizim Qalaktikanın mərkəzi müstəvisində yerləşən ulduzların yaratdığı fondur. Belə bir nəhəng ulduz yığını "Bizim Qalaktika" adlanır.Ağ Yoldakı çoxlu sayda ulduzların bizim Qalaktika adlanan vahid bir ulduz sistemi təşkil etməsi fikri heç də asan əldə olunmamışdır. Səma cisimlərinin əsas səciyyəvi xüsusiyyətlərindən biri də, onların birləşərək sistem əmələ gətirmələridir. Yer və onun təbii peyki olan Ay iki cisimdən ibarət bir sistem təşkil edirlər. Yupiter özünün 63 peyki, Saturun 40 - a yaxın peyki ilə nisbətən daha çox cismdən ibarət olan sistem əmələ gətirirlər. Günəş, səkkiz planet, onların peykləri,  komet və asteroidlərlə birlikdə Günəş sistemini əmələ gətirirlər. Onda sual doğur, başqa ulduzlar da birləşərək sistem əmələ gətirə bilərlərmi?Qalaktikanın mərkəzi müstəvisindən uzaqlaşdıqca ulduzların sayı sürətlə azalır. Qalaktikanın mərkəzindən ən uzaq məsafədə 1000 ps3 - də bir ulduz olur. Əgər qalaktikanın sərhəddi kimi ən uzaq hissədə 1000 ps3 - də bir ulduz olduğunu fərz etsək belə, yenə Qalaktikanın təsəvvür olunan forması dəyişməyəcəkdir və daha böyük ölçülərlə ifadə olunacaqdır. Qalaktikanın ölçüləri haqqında təsəvvür yaratmaq üçün aşağıdakı misal kifayətdir. İşıq şüası Qalaktikanın diametri boyunca bir başından o başına 100 000 işıq ilinə gedir. Bir işıq ili isə 300 000 km/san sürətlə hərəkət edən işığın bir ildə qət etdiyi məsafədir. Daha bir müqayisə, işıq bizə Aydan 1,5 san, Günəşdən 8 dəq 19 san, ən yaxın ulduz olan Sentavranın alfasından 4,3 işıq ilinə, şimal yarımkürəsinə ən yaxın qalaktika olan Andromeda Dumanlığından isə 2,2 milyon işıq ilinə gəlib çatır. Ən uzaq kvazardan isə işıq bizə 13,5 mld. işıq ilinə gəlir.Göründüyü kimi, bizim Qalaktikada küllü miqdarda ulduz var, müxtəlif mülahizələrə əsaslanan hesablamalara görə onların sayı təxminən 150-200 milyard tərtibindədir. Bizim Qalaktikada məskunlaşan ulduzların sayı bizim planetin insanlarının sayından 30 dəfədən də çoxdur.  Belə nəhəng sistemləri isə yaratmağa və qüsursuz idarə etməyə ancaq Allahın elmi və qüdrəti çatar. Sonsuz qüdrət və elm sahibi yalnız Allahdır. Bizim Qalaktikada Günəşin yeri. "Ulduzların mənzillərinə (yaxud doğub batma yerlərinə) and olsun. Kaş bunun nə qədər böyük bir And olduğunu biləydiniz." əl-Vaqiə surəsi, ayə 75-76. Günəşdən Qalaktikanın mərkəzinə qədər olan məsafə təxminən 28-32 min işıq ili,  yaxud 8-10 kiloparsek (kilo - min deməkdir) tərtibindədir. Bu o deməkdir ki, Günəş Qalaktikanın nə mərkəzində, nə də kənarında yerləşir. Qeyd etmək lazımdır ki, hələlik Qalaktikanın mərkəzindən Günəşə qədər olan məsafə çox da böyük dəqiqliklə təyin edilməmişdir. Bu baxımdan müxtəlif mənbələrdə fərqli qiymətlərə təsadüf etmək mümkündür.Günəş ona yaxın ulduzlarla birlikdə Qalaktikanın mərkəzi ətrafında 8-10 kiloparseklik məsafədə 200-220 km/san sürətlə təxminən 230 milyon ildə tam bir dövr edir. Bunu bəzən Qalaktik ildə adlandırırlar. Deməli yer bütün mövcud olduğu 4,5 milyard il ərzində Qalaktika mərkəzi ətrafında cəmi 30 dəfədən artıq dövr etməmişdir.                 Bizim Qalaktikanın təsəvvür olunan görünüşü. Qalaktika mərkəzi ətrafında Günəşin Hərəkət sürəti, spiral qolları əmələ gətirən sıxılma dalğalarının Həmin ərazidəki qiyməti ilə faktiki olaraq üst-üstə düşür. Belə hal ümumilikdə Qalaktika üçün normal hal deyildir. Ona görə ki, spiral qollar sabit bucaq sürəti ilə fırlanırlar, ulduzların hərəkəti isə tamam başqa qanunauyğunluqla baş verir. Bu baxımdan bizim Qalaktikanın diskində yeləşən bütün ulduzlar gah spiral qolların daxilində, gah da ondan kənarda yerləşirlər. Qalaktikada ulduzların və spiral qolların sürətlərinin üst-üstə düşdüyü yeganə yer - korotasiya dairəsi adlanan (korotasiya - sürətlərin bərabərləşdiyi dairə) məkandır. Günəş də həmin dairənin çox yaxınlığında yerləşir. Bizim yaşadığımız Yer kürəsi üçün bu şərait çox əlverişlidir. Ona görə ki, bütün təlatümlü hadisələr və fəal proseslər spiral qollarda baş verir. Həmin fəal proseslər nəticəsində Yerdə bütün canlı nə varsa hamısını bir andaca məhv edə biləcək güclü şüalanmalar yaranır. Maraqlıdır ki, həmin şüalardan onu heç bir Yer atmosferi qoruya bilməzdi. Planetimiz bizim Qalaktikanın nisbətən ən təhlükəsiz yerində yerləşmişdir. Mövcud olduğu milyon və milyard illər ərzində Heç bir kosmik fəlakətlə (kataklizmlə) üzləşməmişdir. Bəlkə də, bu səbəbdən Yerdə Həyat qorunub saxlanıla bilmişdir. Qeyd etmək lazımdır ki, göründüyü kimi Yer planetinin mövqeyi hətta Qalaktikada belə, Günəş sistemində olduğu kimi elə bil məxsusi olaraq seçilmişdir. Uzun müddət Günəşin bizim Qalaktikanın ulduzları arasında vəziyyəti adi bir yer Hesab olunmuşdur. Hazırda biz bilirik ki, bu belə deyildir. Məlum mənada Günəş üstün və seçilmiş mövqeyə malik məkanda yerləşir. Bizim Qalaktikanın başqa yerində də həyatın mümkünlüyü barədə fikir yürüdəndə, bu üstünlyü nəzərə almaq lazımdır. Əgər Günəşin yerləşdiyi bu üstün mövqeli ərazini nəzərə almasaq yanlış nəticələrə gətirib çıxarar.Göründüyü kimi Günəş sisteminin bizim Qalaktikadakı yeri AllaH tərəfindən elə seçilmişdir ki, burada yaşayış mümkün olsun. Əgər Günəş sistemi Qalaktikanın mərkəzində yerləşsə idi, orada ulduzların sıxlığı böyük olduğundan biz  göydə bir neçə "günəş" görərdik. Bu baxımdan bu ərazi çox isti olardı. Məlum olduğu kimi bizim Qalaktikanın mərkəzində dörd güclü "qamma" alışma mənbəyi yerləşir. Onlarda baş verən alışmalar Yer kürəsi Qalaktikanın mərkəzində yerləşsə idi, oradakı həyatı bir andaca məhv edərdi. "Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm (Öz əzəli elmi) ilə ehtiva etdiyini biləsiniz deyə, Allahın əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil olar." ət-Talaq, 12. Bu cür böyük dəqiqliklə tənzimləməni həyata keçirməyə isə Allahdan başqasının qüdrəti və elmi çatmazdı.Əgər Günəş sistemi Bizim Qalaktikanın kənarında yerləşsə idi, onda sistemin kənar hissələrində titrəmə və müəyyən qanunauyğunluqdan kənara çıxmalar çox olardı. Belə olan halda Yerdə həyat uzun müddət qorunub saxlanıla bilməzdi. Bizə belə gəlir ki, Günəşin bizim Qalaktikadakı yerinə Qurani Kərimin əl-Vaqiə surəsinin 75-76 ayəsində bir işarə vardır. Doğrudur bir sıra müəlliflər bu ayəni qara çuxurlara bir işarə kimi yozurlar. Qeyd etmək lazımdır ki, Qurani Kərimdə qara çuxurlara uyğun gələn bir çox ayələr vardır. Biz gələcək işlərimizdə qara çuxurlarla bağlı məsələyə toxunacağıq.Bizim bildiyimiz bu qədər. Ən yaxşısını və doğrusunu Allah bilər.Müəllif: Lokman Helvacı, Nazim HüseynovHəmçinin bax: Ulduzların sürüşməsi
['qalaktika', 'ay']
5,505
https://kayzen.az/blog/aforizmler/6004/lev-tolstoydan-m%C3%BCdrik-k%C9%99lamlar.html
Lev Tolstoydan müdrik kəlamlar
ORIGINAL
Hikmət dənizi və aforizmlər
26 iyun 2011, 19:31
Lev Nikolayeviç Tolstoy (1828-1910)-rus yazıçısı və mütəfəkkiri· Bilməkdən qorxma,səhv bilməkdən qorx!Çünki bütün fəlakətlər ondan baş verir.· İşıq saça bilmirsənsə,heç olmasa işığın qabağını kəsmə.· Biliklərin çoxluğu yox,keyfiyyəti əhəmiyyətlidir.Çox şey bilən,ən lazımlı şeyləri bilməyə bilər.· Sus,ya da susmaqdan da qiymətli söz söylə!· Bilik o vaxt bilikdir ki,o hafizə gücünə deyil,ağıl gücünə qazanılmışdır.· Şair həyatında yaxşı nə varsa götürür və öz əsərinə daxil edir.Ona görə onun əsəri gözəl,həyatı isə çirkin olur.· Söz böyük şeydir.Ona görə böyükdür ki,sözlə insanları birləşdirmək də olur,ayırmaq da,sözlə məhəbbət də qazanmaq olar,ədavət və düşmənçilik də.· Böyük izlər qoyan böyük fikirlər həmişə sadədir.· Qorxaq dost düşməndən dəhşətlidir,çünki düşməndən qorunursan,dosta isə ümid bəsləyirsən.· Sağlam adamın özünü əməkdən azad etməsi cinayətdir. · Ən yaxşı tərbiyə-yaxşı nümunədir.· Şagirdlər müəllimlərin səhvləri kimi heç bir şeyi möhkəm yadda saxlamırlar.· Xoşbəxt olmaq üçün xoşbəxtliyin mümkün olduğuna inanmaq lazımdır.· Həyatdan qəfil hədiyyələr gözləməkdən əl çək,həyatını özün qur.· Vicdan-insanların həyatının doğru yol göstəricisidir.· Sadəlik-mənəvi gözəlliyin əsas şərtidir. Mənbə: "Aforizmlər və hikmətli sözlər" kitabı,R.NəbioğluBu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.
['Lev Tolstoy', 'müdrik kəlamlar', 'hikmətli sözlər']
5,506
https://kayzen.az/blog/fotosessiya/5997/ilham-%C9%99liyevin-ail%C9%99sinin-%C5%9F%C9%99kill%C9%99ri.html
Ilham Əliyevin ailəsinin şəkilləri
Aynur
Fotosessiya
26 iyun 2011, 18:42
Prezident Ilham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ailəsinin şəkilləri. Heydər Əliyevin ailəsinin fotoşəkilləri. Həmçinin bax: Heydər Əliyevin ailə şəkilləriMehriban Əliyevanın ailə albomuMehriban Əliyevanın şəkilləri
['Heydər Əliyev']
5,507
https://kayzen.az/blog/paint/6003/mixail-aleksandrovi%C3%A7-vrubel.html
Mixail Aleksandroviç Vrubel
kulturoloq
Məşhur rəsmlər və rəssamlar
26 iyun 2011, 17:09
Rus rəssamların arasında simvolist üslubun nümayəndəsi olmuşdur.Öz yaradıcılığında qeyri-adi tərz yaratmasının səbəbi qədim Bizans və İlk Renesans dövrun bədii ənənələrindən bəhrələnməsi olmuşdur.M.A.Vrubel Sibir əyalətin Omsk şəhərindən 1856-ci il martın 5 də anadan olmuşdur.1910-cil ildə Sankt-Peterburq şəhərində vəfat etmişdir.Atası ordu polkovniki rütbəsini daşıyırdı.Vrubel Latın, Fransız və Alman dillərində danışmağı bacarırdı Bundan başqa Vrubel tarixi, incəsənəti, teatrı, müsiqini və ədəbiyyatı öyrənmişdir.Atası onun incəsənətə olan marağını daha çox olduğunu qeyd edirdi.1864-ci ildən başlayaraq incəsənətə həvs ğöstərməyə başlamışdır. O, Sankt-Peterburqda hüquq təhsili alamaqla yanaşı, 1874-1880-ci illər arasında oxuduğu Peterbuq Dövlət Universitetin otaqlarına rəsmlər çəkmişdir.1880-ci ildə Hüquq təhsilini bitirdikdən sonra vrubel Dövlət işində çalışmağa başladı.     O, Rəssamlıq tam məşğul olmaq üçün Peterburq rəssamlıq akademiyasına daxil olmuşdur.Burada əsasən öz yaradıcılıq üslubunu formalaşdırmasında onda Pavel Çestiakovun böyük köməkliyi olmuşdur.O,həmçinin İlya Repin, Vasili Polenov, Viktor Vasnetsov Valentin Serov və Vasili Surikov  kimi başqa sənətkarlardan bəhrələnmişdir.Vrubel Akademiyada oxuduğu illər öz tərcümeyi-halında sonradan yazır ki, həmin illər ömrünun ən yaxşı illəri kimi  xatırladır.    O, buranı bitirdikdən sonra Professor Prakov və onun müəllimləri tərəfindən məsləhət verdikləri ilk işi Dövlət kilsələrin freskaların bərpası olmuşdur.O, Kiyevə kril kilsəsinin ferskaların bərbası üçün göndərilir.Vrubel klassik incəsənətdən təsirlənərək öz yaradıcılığında monumentallığa və plastik eksperssivliyə daha çox meyl edirdi.Onun bu üslubu 1890-ci ildə özununən yüksək inkişaf mərhələsinə çatmışdır.Vrubel öz yaradıcılığında Moskovada 1889-ci ildə cərəyan edən simvolist cərəyanın nümayəndələrinə və daha sonra kubistlərə müraciət etmişdir.     O, Moskovada olarkən yaradılığında əsas mövzusu Lermontovun "İblis" poemasına çəkdiyi illüstrasıyaları olmuşdur.1900-ci ildə incəsənədə yaradıcılığına tragik mövzulara daxil edir.    1902-ci ildə Vrubel zehni xəstəlıkdən əziyyət çəkməyə başlayır.Onun əsərlərindən biri Şair «Valeri Briasovun» (1906) portreti olmuşdur.  1890-1891-ci illərdə rəssam Lermontovun əsərlərinə illüstrasiyalar çəkməyə başlayır.Mixail Vrubelin illüstrasiyalarınsa biz müraciət etdikdə görərik özunun kompazisiya baxımından fərqlənən illüstrasiyaları təkcə öz dövru üçün deyil sonrakı illərdə də məşhur olmuşdur.   Vrubel rus yazıçıların əsərlərinə çəkdiyi illüstrasiyalar arasında fərqlənən yuxarda qeyd etdiyimiz kimi 1890-ci illərdə Lermontovun əsərlərinə çəkdiyi silsilə illüstrasiyalar olmuşdur.    Vrubel həmdə ədəbiyyatı nəsri çox sevdiyindən onun müxtəlif əsərlə illüstrasiyalar çəkməyini  daha da həvəsləndirmişdir. İstifadə olunmuş internet resurslar1.http://en.wikipedia.org/wiki/List_of_Russian_artists 2.http://forum.artinvestment.ru/showthread.php?t=89952&page=4 3.http://en.wikipedia.org/wiki/ mikhail_vrubelMüəllfi: Kulturoloq Camal Rzayev (İngilis dilindən Azərbaycan dilinə tərcümə edən)
['rəssam']
5,508
https://kayzen.az/blog/paint/6002/m.dobujinskinin-1875-1957-eyn%C9%99kli-insan-%C9%99s%C9%99ri.html
M.Dobujinskinin (1875-1957) “Eynəkli insan” əsəri
kulturoloq
Məşhur rəsmlər və rəssamlar
26 iyun 2011, 17:07
M.Dobujunski 1875-ci il də Novqorodda məmur ailəsindən anadan olmuşdur. 1957-ci ildə Nyu-Yorkda vəfat etmişdir.O , bir sıra xarici ölkələrdə çalışmışdır.Onun Avstriya-Macarısatanda olduğu dövrdə yaradıcılığında yeni-yeni işlər görmuşdur. Mir-iskusstvanın üzvu kimi Dobujinski çalışdığı bədii birlikdə bir sıra əsərlər yaratmışdir ki, onlardan biri də "Eynəkli İnsan" porteri əsəridir.  Bu əsərdə pəncərə önundə eynəkili bir insan təsvir olunmuşdur.Bu insan Mir-iskusstvanın üzvu olan  tənqidçi K.Syunenberqin obrazıdır. Əsərə biz diqqətlə nəzər yetirdikdə arxa planda şəhər , zavod  fabirklər təsvir olunmuşdur. Eynəkli insan pəncərə önundə sağ əli sol əlinin üstunə qoymuş halda təsvir olunmuşdur.   Eynəkili insanla arxa planda təsvir olunmuş zavod , fabrik turbaları bir təzadlıq təşkil edir.Rəssam bu əsərində müxtəlif dövrun incəsənətin bəhrələnərək daha doğrusu  Egey incəsənətindən , Qədim Yunan incəsənətindən həmdə öz dövrun rəssamarlında təsirlənərək yeni bir sənət əsəri yaratmışdır. Umumiyyətlə Dobujunski yuxarda qeyd etdiyimiz kimi dünyanın bir sıra ölkələtində olaraq bədii təhsilini davam etdirmişdir.  Dobjunski Munhendə olarkən burdan yerli rəssamların yaradıcılığında yeni özunə lazım dəst-xətt seçmişdir. Onuda qeyd edərək O, "Eynəkili Adam" portretini çəkərkən A.Bakstın da ənənələrindən bəhrələnmişdir. ƏDƏBİYYAT      1.     http://en.wikipedia.org/wiki/Mstislav_Dobuzhinsky 2.     http://www.encspb.ru/en/article.php?kod=2804029332
['rəssam']
5,509
https://kayzen.az/blog/paint/6001/bolqar-r%C9%99ssam%C4%B1-yaroslav-ve%C5%9Fin-1860-1915.html
Bolqar rəssamı Yaroslav Veşin (1860-1915)
kulturoloq
Məşhur rəsmlər və rəssamlar
26 iyun 2011, 17:01
XIX əsrin sonları XX əsrin əvvələrində yaşayıb yaratmış Bolqarıstan incəsənətin görkəmli nümayəndələrinədən biri də Yaroslav Veşin olmuşdur.Yaroslav Veşinin yaradıcılığına böyük təsir göstərən amillərdən biri , həmin dövrun başıbəlalı dövləti olan Bolqarıstanın da iştirat etdiyi I Balkan (1912) müharibəsi olmuşdur. Veşin müharibəyə həsr etdiyi əsərində süngü, xəncərlərin təsvir olunduğu tabloda bolqar əsgərlərin qəhrəmanlığını göstərmək istəyirdi. Yaroslav Franti Veşin 23 may 1860-ci ildə anadan olmuş Bolqarıstanda işləmiş Çex rəssamı idi.O, portret janrın ustası kimi , Balkan müharibəsinə həsr etdiyi əsərində döyüş səhnələrini realistcəsinə təsvirini vermişdir. Veşin Çexiyanın Vraniya şəhərində dünyaya göz açmışdır, həmin şəhər indiki Mərkəzi Bohemiya regionun Kladno şəhəridir. O, ilk təhsilinin Praqa İncəsənət Akademiyasından alaraq sonra 1881-ci ildə təhsilini Münhen Rəssamlıq akademiyasında davam etdirmişdir.1883-cü ildə buranı bitirir. Ali təhsil alandan sonra Y.Veşin Münhendə və Slovakiyada işləməyə başlayır.Onun burada işlədiyi dövrdə Solvak kənd həyatı ilə bağlı gözəl rəsım əsərlərini yaradır. Y.Veşin 1897-ci ildə Bolqarıstana gəlir və ömrunun sonona kimi burda çalışmağa başlayır.1904-cü ilə qədər Sofiya Milli incəsənət Akademiyasında professor kimi rəssamlıq üzrə işləyir.Burada gözəl sənət əsərləri yaradır. “Kəndli” (1899) , “Radomir” (1897) , “ Sofiyada” (1899) “At bazarı” (1899) və əsrləri omum bolqarıstanda yaşadığı dövrun məhsullarıdır. 1904-ci ildə Akademiyada Baş rəssam oldu.Ounu yaradıcılığın sonrakı əsərləri “Kömürçü” (1910), “Od doğrayanlar” (1910), “Ovçu və İtlər” (1911) və digərlərini göstərmək olar. Onun işlərinin çoxu Sofiya Milli Təsviri İncəsənət müzeyində saxlanılır.Veşin özundə sonra rəssamlar yetişdirdi .Onun tələbələrində Nikola Petrov , Mixov və başqa Bolqar rəssamların adını çəkə bilərik. ƏDƏBİYYAT 1.http://en.wikipedia.org/wiki/Jaroslav_Vesin 2.http://www.president.bg/en/paintings.php 3.http://en.wikipedia.org/wiki/List_of_Bulgarian_artists
['rəssam']
5,510
https://kayzen.az/blog/paint/6000/g%C3%BCrc%C3%BCstan-inc%C9%99s%C9%99n%C9%99ti-xix-xx-%C9%99srl%C9%99r.html
Gürcüstan incəsənəti (XIX-XX əsrlər)
kulturoloq
Məşhur rəsmlər və rəssamlar
26 iyun 2011, 16:59
1801-ci ildə Gürcüstanla Rusiya arasında müqavilə bağlanması, və Şərqi Gürcüstanında Rusiyaya ilhaq olunması Gürcülərin umumilikdə rus mədəniyyət ilə tanışlıqlara gətirib çıxarmışdır.Bir çox rus memarlığına aid incəsənətə aid elementlər gürcüstan sənətkarları tərəfindən mənimsənilmişdir.XIX əsrin əvvələrindən başlayaraq Gürcüstan incəsənətində və memarlığında klassik rus memarlıq uslubları hiss edilməyə başlamışdır.Memarıq baxımlnda fərqlənən Tiflis şəhəri idi.XIX əsri I yarasında gürcu rəngkarlığında Qərbi Avaropa rus rəngarlığın təsiri özünü göstərirdi.Bu dövrdə gürcüstanda görkəmli rəssamlar, heykəltəraşlar fəaliyyət göstərirdi.Milli mövzulara müraciət etməklə realistcəsinə fəaliyyət göstərən rəssamların işləri göz oxşayırdı.Belə rəssamlardan biri Niko Pirosmanaşvili (1862-1918) idi.Gürcu xalq rəssamı olan N.Pirosmanişvili Pikassonun ən sevimli rəssamlardan biri idi.Pirosmanaşvili daha çox heyvanları, süfrəddə yemək verən insanları təsvir etmişdir.Heç bir rəssamlıq üzrə təhsil almamışdır, öz özünü yetişdirmişdir. Rəssam sağlığında Gürcüstan və Rusiya xaricində çox tanınmışdır. Pirosmani, yaşadığı qəsəbəni ziyarət edən bir Fransız aktrisaya aşiq olmuş və onun şəkillərini çəkmişdir. Bu eşq əhvalatı, Andrey Voznesenskinin bir şeir və Alla Pugaçevanın söylədiyi bir mahnıyla məşhur bir əhvalata çevrilmişdir.Rəssamın ən məşhur tablosu aşiq olduğu Aktrisa Marqaritanın təsvir olunduğu əsər idi.Dünyada məşhur olan əsərləri sırasında bacısını təsvir etdiyi “Çətirli Qadın”, “Pivə Kuboklu Qadın” , “Ata və Oğul” və s adın çəkə bilərik.Aktrisa Marqarita Pirosmaşvilini tərk edəndən sonra rəssam , yoxsul vəziyyətə düşmüş , hayatını evsiz olaqaraq davam etdirmişdir.Ancaq şəkil çəkməyi davam etdirdi və şəkillərini qarının doyurduğu restoranlara verirdi. Əsərlərini satmaq üçün dükanlara müraciət edirdi.Vəsaiti olmadığı üçün əsərlərini qara plaş (tr-muşamba) üzərində çəkiridi.Həmin dövrdən etibarən plaş onun orijinal materilı oldu.Şair İlya Zdaneviçin səyi ilə 1913-cü ildə qəzetdə rəssam və əsərləri haqqında məqalə gedəndən sonra o ,tanınmağa əsərlərin dəyəri başa düşülməyə başladı.Rəssam buna baxmayaraq, yenə də həyatının yoxsulluq və təklik içində tamamlamışdır. Məzarının yeri məlum deyildi. Əsərləri, ölümündən sonra bir araya getirilmişir. Pirosmaninin əsərləri Türkiyədə ilk dəfə İrinə Arsenişvili İstanbuldakı Təqdim etmiş və İnan Quraq Vəqfi Pera Muzeyində 2007-ci ilə avqustda sərgilənmişdir. Ayrıca İstanbulda, adını daşıyan Türkcə və Gürücə Pirosmani jurnalı nümayiş olunmuşdur və adına açılmış bir incəsənət qalereyası fəaliyyət göstərir.Beləlikə biz sırf olaraq gürcü incəsənətini N.Pirosmanin yaradılığı ilə məhdudlaşdıra bilmərik, həmin dövrdə Pirosmanin ilə yanaşı A.Beredizi, Qabaşviri və b fəaliyyət göstərirdi. Həmçinin bax:Niko Pirosmani-1Niko Pirosmani-2ƏDƏBİYYAT1.http://www.adm.yar.ru/english/section.aspx?section_id=442.http://tr.wikipedia.org/wiki/niko _ pirosmani
['incəsənət', 'Pirosmani']
5,511
https://kayzen.az/blog/paint/5999/vasili-perov-yarad%C4%B1c%C4%B1l%C4%B1%C4%9F%C4%B1.html
Vasili Perov yaradıcılığı
kulturoloq
Məşhur rəsmlər və rəssamlar
26 iyun 2011, 16:58
Vasili Perov 1832-ci il 2 yanvar tarixində Rusiyanın Tobolsk vilayətində anadan olmuşdur.1882-ci ildə vəfat etmişdir.Perov çox erkən yaşlarında incəsənətə böyük həvəs göstərmişdir. İncəsənətdə ilk ibtidai təhsilini anasından almışdır.O, rəssamlıq üzrə təhsilini Moskova heykəltəraşlıq məktəbində və sonralar Stupinin bədii məktəbində davam etdirmişdir. Gənc rəssam olan Perov öz yaradıcılığında incəsənətə böyük sevgi bəsləmiş və öz müəllimlərinin , Şişkinin və Venetsianovun yaradıcılıq ənənələrini davam etdirmişdir.O, incəsənət ilə yanaşı Ədəbiyyatı da sevmiş və onun ən çox sevdiyi yazıçılar sırasında Nekrasovun, Turgenevin və Tolstoyun adını çəkmək olar. Perov yaradıcılığında əsasən demokratik realizm ənənələrin davamçısı olmuşdur.O, yaradıcılğına çox erkən başlayır,əsərlərin bəzilərində öz kompazisiyasına görə çox tənqidi və satirik məzmunludur.Perov tənqidi əsrlər və gözəl mənzərə ustası olmaqla yanaşı rus incəsənət tarixində gözəl portretlər müəllifi kimi də daxil olmuşdur.Perovun portret yaradıcılığında əsasən müasirlərini təsvir etmişdir. Təsvir etdiyi müasirlərin portretlərində süjet xətinin dərin ifadəsini tapırıq.Əsasən kəndililərin portretlərini çəkmişdir.Təsvir etdiyi portretlərda kəndli həyatda ağır işi olan insanlardır amma buna baxmayaraq, onlar öz insani ləyaqətlərini saxlamışdır. Hətta kəndlinin pisxoloji durumunu biz Perovun çəkdiyi “Sərgərdanın”(1870, DTQ) portretində görə bilərik. Perovun XIX əsrin 70-ci illərində çəkdiyi görkəmli mədəniyyət xadimlərinin portretlərini Kromskoyun və Repinin ən yaxşı işləri ilə müqayisə oluna bilinər. Perovun portretləri son dərəcə sadə və realistikdir; onlar özlüyundə təbiiliyi və rəng qammasının ciddiliyi ilə seçilirlər. Dramaturq “Aleksandr Ostrovskini” (1871, DTQ) sadə paltarda təsvir edir. Həkim “V. V. Bezansonovun” (1869, DTQ), şair “Apollon Maikovun” (1872, DTQ), yazıçı “Ivan Turgenevin” (1872, DTQ) və leksikoqraf “Vladimir Dalın” (1872, DTQ) portretləri fövqəladəliyi ilə seçilirlər.Perovun portert yaradıcılığının ən gözəl portretlərindən biri şübhəsiz, “Fyodor Dostoyevskinin” (1872, DTQ) təsvir olunduğu əsərdir. O , bu əsərdə belini bir az əymiş halda və dizlərini bir-birini üstunə qoymuş vəziyyətdə təsvir olunmuşdur , dizlərinin ətarfında sıxılan böyük əlləri onun çox əziyyət çəkdiyini göstərirdi. Yazıçının başı onun yüksək intellektual, iti, tünd gözləri ilə xüsusilə həssas, arıq, solğun üzu çox gözəl çəkilmişdir. Portretin ekspressivliyində bozumtul qəhvəyi rənglərindən istifadə edilməsi , onun qalstukunda qırmızı rənglərini azaldır Bu cür gözəl portretin müəllifi tək Perov deyil, Kromskoyunda yaratdığı portretdə onunla eyni sırada gedir.Perovun portretləri bəziləri tənqidi və satirikdir. Pervon portret yaradıcılğı çox zəgindir və rus portet xəzinəsinə onun bir-birindən gözəl portretlərin daxil olması rus incəsənətini daha da rəngarəng edir.Onun yaratdığı portretlər sırasına “Nikolai Rezanov” (1868), “Nikolai Lanin”, (1869, Litva-Riqa muzeyi), “Aleksey Savrasov” (TDQ) , “Nikolai Kasatkin” (1876,TDQ) “Vladimir Brovskiy (TDQ) və digələrini göstərmək olar. Beləliklə, Vasili Perov yaradıcılığı ilə rus incəsənət tarixində ictimai həyatın mühüm hadisələrinə toxunmaqla yanaşı , öz portretləri ilə mədəni irs qoyub ketmişdir.ƏDƏBİYYAT 1. http://www.abcgallery.com/P/perov/perov.html 2. http://www.artfact.com/artist/perov-vasily-jaix4ec7ug 3. http://www.artnet.com/artists/perov+vassili-grigorevi/related-articles 4. http://www.flickr.com/photos/32357038@N08/3793437054/
['rəssam']
5,512
https://kayzen.az/blog/paint/5998/konstantin-savitskiy.html
Konstantin Savitskiy
kulturoloq
Məşhur rəsmlər və rəssamlar
26 iyun 2011, 16:57
Konstantin Apollonoviç Savitsky (1844-1905) Frankovka kəndində və ya (Baronovkada) Sabiq Mer Baron Otto Franyın adını dayışan Taqanroq şəhərindən anadan olmuşdur.Hal-hazırda bu ərazidə Taqanroq Dəmir və Polad Fabriki (TAGMET) yerləşir.Savitskyin ailəsi onun atasının həkim kimi işlədiyi Taqanroq Oğlanları Gimnziyasının binasında yaşamışdılar.Savitskiy öz üşaqlığını və gəncliyini Taqanroqda keçirmişdir.O, hələ uşaqlıqında rəssamlığına böyük həvəs göstərmişdir. Gimnziyada oxuyarkən rəsım çəkməyə başlamışdırKonstantin Taqanroq Gimnziyasında beşinci sinif şagirdi olarkən həyatı gözlənilmədən dəyişdi. Onun valideynlərinin hər ikisi qəfildən vəfat etdi.Kostyada indiki Latviyada yaşamış dayısı tərəfindən Konstantin himayəyə köturulmuşdur.Latviyada Savitskiy internat məktəbinə getməyə başladı . O ali təhsil almaq üçün 1862-ci ildə Sankt-Peterburqa getdi.Orada Sankt-Peterburqa Rəssamlıq Akademiyasına daxil oldu.Burada bir çox mədəniyyət xadimləri ilə yanış olmuşdur. İlya Repin, Ivan Şişkin, Viktor Vasnetsov , Mark Antokolsski,Stasov gənc K.Savitskiyin yaradıcılığına təsir göstərmişdirTez bir zamanda K.Savitskiy Rəssamlıq Akademiyasını fərqlənmə ilə qutarır.Akademiyanı qızıl medala bitirdikdən sonra o, yeni şifarişlər almağa başladı.O. Akademiyada əlavə xaricdə 2 il təhsil almışdır.Özu realist rəssam kimi “Səyyar Sərgilər” şirkətin fəal üzvlərindən olmuşdur. O , Rus kəndli həyatı ilə maraqlanmış və bir sıra əsərlərin itcimai mövzulara həsr etmişdir.Onun ictimia hadisələri əks etdirən “Dəmir yolunda təmir işləri” “ Şam meşəsində səhər” ,İkonanın qarşılanması”, və əsərlərin yüksək sənətkarlıq göstərmişdir.Beləliklə, realist rəssam kimi dövrunu ictimai hadislərin obyektiv şəkildə təsvir etmişdir.ƏDƏBİYYAT1. http://www.bridgemanart.com/image.aspx?img=30081A88-C774-42F1-804B-E1227FBB6EEE2. http://www.scholarsresource.com/browse/artist/21425630573. http://www.taganrogcity.com/savitsky.html
['rəssam']
5,513
https://kayzen.az/blog/paint/5996/ivan-kromskoy.html
Ivan Kromskoy
kulturoloq
Məşhur rəsmlər və rəssamlar
26 iyun 2011, 16:53
1837-ci il 27 may tarixindən rusiyada anadan olmuş İvan Nokalayeviç Komskoy rəssam olmaqla yanaşı sənətşünas olmuşdur.Özu xırda burjuaziya ailəsindən olmasına baxmayaraq, İ.Kromskoyu məhşurləşdirən onun əsərləri olmuşdur.Özunun yaratdığı mədəniyyət xadimlərin portretləri ilə yanaşı rus kəndlilərin portretləri üzərində çox böyük həvəslə işləyirdi.Onun yaratdığı portretlərdən biri də “Naməlum Qadın” adlanan portretidir.Portreti 1883-cu ildə çəkmişdir.Portret Pavel Teretyakova məxsusdur.Yəni portreti rəssam çəkəndən sonra onun sahibi Pavel olmuşdur.Portretdə təsvir olunan qadının şəxsiyyəti məlum deyildir.Qadın portretdə sakit ruha malik , cəsarətli təsvir olumuşdur.Bu rəssım əsəri rus rəssamlığında ən məşhur bədii işlərdən olmasına baxmayaraq, bir çox tənqiçi sənətşünaslar tətəfindən bu portretə görə rəssam ittiham olunmuşdur.Tənqidçilər rəssim əxlaqsız, lovğa qadın təsviri olduğuna görə rəssamı ittiham etmişdirlər.İ.Kromskoy bu əsərində yaraşıqlı məğrur və son dərəcə gözəl olan lovğa baxışlı gənc qadın obrazını yaratmışdır.Əsərdə qadın dəbdəbəli qara xəzdə və məxmər paltarda başında xəz papaq əllərində nazik dəri əlcəkdə təsvir olunmuşdur.Umumiyyətlə Kromskoyun “Naməlum qadın” əsəri sensasiyaya səbəb olmuşdur.Belə ki, bir çox sənətşünaslar dəbdəbəli paltarda təsvir olan qadının əxlaqsız qadın olduğunu iddia edirdilər. Və Pavel Tretyakov da bu əsəri öz qalereyasına almağa üçün ilk dəfə imtina etmişdir . Sonra əsərin sensasiya doğurması əsəri məhşurləşdirmişdir. ƏDƏBİYYAT1. http://en.wikipedia.org/wiki/Ivan_Kramskoi2. a b c Baumgaertner, Margaret Carter (Peggy). "Ivan Kramskoy". American Society of Portrait Artists. Retrieved on 17 March 2010.3. Ivan Kramskoi". russianartgallery.org. Retrieved on 17 March 2010.
['rəssamlar']
5,514
https://kayzen.az/blog/dieta/5023/ar%C4%B1qlama%C4%9F%C4%B1n-sirl%C9%99ri.html
Arıqlamağın sirləri
nilufer
Dietologiya
26 iyun 2011, 11:54
Arıqlamaq məqsədilə tətbiq edilən və müsbət nəticə ilə yekunlaşan bütün proqramlarda 2 əsas qanunauyğunluq mövcuddur: əlavə əziyyətlər olmadan həyat tərzinin və qidalanma xarakterinin dəyişilməsi. Lakin dəyişilmək üçün müəyyən vaxt tələb olunur ki, bu dövr ərzində tədricən köhnə vərdişlərdən yaxa qurtarmaq lazımdır. Bu zaman səbirli olmaq və tez bir zamanda inanılmaz dəyişikliklər gözləmək mənasızdır.Arıqlamaq üçün dieta və idman hərəkətləri əsas üsullardır. Dietoloqlar «piyləri əridən» adlandırılan məhsullar qrupuna soğan və sarımsağı aid edirlər. Onlar qan dövranını sürətləndirir, damarları təmizləyir, hüceyrələrin qidalanmasını yaxşılaşdırır. Soğan və sarımsağı yedikdən bir saat sonra hüceyrələrdəki maddələr mübadiləsi intensivləşir və piylər əriməyə başlayır. Tərkibində çoxlu miqdarda yod olan dəniz balıqları, kalmar, treska, kambala balıqları qalxanabənzər vəzinin fəaliyyətini stimulə edir və piyləri əridir. Bişmiş kartof orqanizmdəki piyləri parçalayır, qızardılmış kartof isə çəkinin artmasına gətirib çıxarır. Alma sirkəsi nəinki piyləri parçalayır, eləcə də artıq kalorili yeməklər – xüsusilə şirniyyat yeməkdən çəkindirir. Kivinin tərkibində çoxlu C vitamini və flavonoidlər olduğundan piylərin parçalanmasına kömək edir. Təxminən bütün sitrus meyvələrinin tərkibi də bu cürdür. Lakin onların şirəli ləti deyil, daxili ağ qişası zəngindir. Ona görə də portağalı və limonu qabığı ilə birgə yemək xeyirlidir. Razyananın tərkibində elə maddələr vardır ki, bağırsaqlara düşən yağlarla birləşir və onların sorulmasına kömək edir. Bundan əlavə, onun tərkibində kamfora və mixək yağı vardır ki, bu da maddələr mübadiləsini stimulə edir və yağların həll olmasına kömək edir. Piylənmə zamanı portağalın, qreypfrutun, limonun, rozmarinin, küknarın, muskatın, kiparisin, ardıcın efir yağlarından istifadə edilir. Əgər aclıq hissi insanı narahat etmirsə, qida qəbul etmək məsləhət görülmür. Artıq çəkili insanlarda qida qəbul etməyin əsas səbəbi yemək üçün darıxmaqdadır. Eləcə də yemək zamanı televizora baxdıqda da çəki artımı baş verir. Çünki bu zaman diqqət həzmə deyil, televizorun ekranına doğru yönəlmiş olur. Bizim əsas düşmənimiz kolbasalarda, sosiskalarda, sardelkada, yağlı pendirlərdə, mayonezdə, yağlı xəmirdə, şokoladda və bütün qızardılmış xörəklərdə olan gizli yağlardır. Yadda saxlayın: 1 qram yağ 9 kilokalori (kkal), 1 q alkoqol – 7 kkal, 1 q zülal və karbohidrat – 4 kkal verir. Ona görə də zehni fəaliyyətlə məşğul olanlar üçün qida rasionu 2000 kilokaloridən yüksək olmamalıdır. Arıqlamağın 12 sirri "Ac qalmadan, yeyərək arıqlamaq və sağlıqlı qalmaq mümkündürmü?" - deyə düşünürsünüzsə, 12 qızıl məsləhəti gözdən keçirin. Hər zaman eyni qidalara müraciət etməyin. Gün içində fərqli qidalara da müraciət etmək lazımdır. Yağı azaldın. Əgər yeməyin, salatın üzərinə yağ tökməkdən xoşlanırsınızsa, o zaman o yağı limon, quru meyvə, ketçap, mayonezlə əvəzləyin. Alış-verişdə kiçik səbətə müraciət edin. O səbətin içinə az kalorili qidalar qoyun. Yemək boşqablarının kiçik olması vacibdir. Boşqabın içərisindəki yemək isə mütləq geniş şəkildə qoyulmalıdır. Ara yeməklərdən vaz keçməyin. Əsasən tərəvəzlərdən istifadə edin. Əsasən gecələr adət halını almış menyunuzu yarı-yarıya edin. Əvəzinə bol-bol meyvə-tərəvəz yeyin. Mütəmadi olaraq idman edin. Fast-fooddan qaçın. Və ya souslar yerinə pomidor, göyərti yeyin. Harada olursunuzsa-olun, bu məsləhətlərdən mütləq istifadə edin. Mütəmadi olaraq yeməklərlə bağlı plan qurulmaması da normal kiloda qalmağın ən önəmli nöqtələrindən biridir. Gün boyunca bolluca su için. Xüsusilə yeməkdən sonra 1-2 stəkan su için. Mətbəxdə uzun saat keçirməyin.   Hazırladı: S.Aytən Mənbə: İqtisadiyyat qəzeti Həmçinin bax: Arıqlamağın yollarıArtıq çəkidən qurtulmaq
['arıqlamaq', 'arıqlamaq üçün', 'arıqlama metodları', 'artıq çəki', 'çəki problemi']
5,515
https://kayzen.az/blog/sevgi/5992/arxaya-baxmazd%C4%B1n.html
Arxaya baxmazdın!..
ORIGINAL
Sevgi
25 iyun 2011, 21:21
Yaraşıqlı görünüşlü bir oğlan yolda gedirdi.Arxasından gözəl bir qız yaxınlaşdı və: -Sizi çox sevirəm,nə olar mənə qarşılıq verin.dedi Gənc oğlan:Məndən sənə yar olmaz.Bax arxamdan qardaşım gəlir,o daha yaraşıqlıdı,həm də səni xoşbəxt edər.dedi. Qız arxasına baxdığında çirkin bir oğlanın gəldiyini gördü. Qız:Mən sizi istəyirəm.dedi Oğlanın cavabı isə belə oldu:Əgər məni doğurdan istəsəydin,dönüb arxana baxmazdın..   Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır. Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.
['sevgi', 'həyatın içindən', 'oğlan və qız']
5,516
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/5977/atan%C4%B1n-o%C4%9Fluna-n%C9%99sih%C9%99ti.html
Atanın oğluna nəsihəti
Someone
Xoşbəxt ailə
25 iyun 2011, 14:40
Oğul sözlərimə yaxşı qulaq as, ata nəsihəti faydasız olmaz. N. GəncəviOğul, indi sənə deyəcəyim sözləri yaxşı dinlə və gələcəkdə ailə başçısı olduğun zaman qarşındakı insanın səndən nə gözlədiyini və nə istədiyini anlamaq üçün nəsihətlərimi yadda saxla. Onları heç vaxt unutma. 1. Evindən çıxan zaman həyat yoldaşına Allaha əmanət ol deyərək çıx. Onu hər bir zaman əzizlə.2. Onun pəncərənin arxasında duraraq, yolunu gözlətmə vaxtında səni gözləyənlərin yanına qayıt.3. Bayırda yediklərindən evinə də gətir. 4. Həyat yoldaşının nöqsanlarını başqalarının yanında söyləmə. Əksinə hər kəsin yanında onun ən gözəl xüsusiyyətləri barədə danış. Təklikdə olarkən şirin dillə ona başa salmağa çalış. Yoldaşının qürurunu alçaltma.5. Ailəni pulsuz buraxma, onları heç kimə möhtac etmə.6. İnadkar olma. Çünki ailə həyatı sadəcə sənin istəklərindən ibarət deyil.7. İş hayatındakı çətinlikləri ozünlə bərabər evə gətirmə. Səni sevənləri və sənin yolunu səbirsizliklə gözləyənləri həmişə sevindir.8. "Hər necə olsa, evləndim" şəklində düşünərək xarici görünüşünü unutma. Qadınlar gözəlliyə və zərafətə hər zaman heyran olurlar.8. Toya məclisinə və ya gəzintiyə həyat yoldaşınla bərabər get.9. Evinə gəldiyin zaman onu salamla, gülərüzlü ol ki, evdəkilər də sənin gəldiyinə sevinsin.  10. Evini Quransız elmsiz ve namazsız qoyma! Səhər namazına qalxdığın zaman evdəkiləri də qaldır ki Allah Təalanın rəhmət və bərəkəti gün boyunca sizinlə olsun.11. Çalışqan ol. Qısqanc ol. Ancaq onu bezdirəcəkə və ailə həyatınıza gərginlik gətirəcək qədər ifrata varma. Sevdiyin qadında nöqsan axtarmaqla məşğul olma! 12. İnsaflı ol; yoldaşının gücünün çatmayacağı şeyləri ondan istəmə. Lazım gəldiyində ona kömək etməyə hazır ol. Ev işlərinə qarışma. Ancaq evdəki səliqə-səhmanı da pozma. Ev qadının kiçik dünyasıdır və o, ev işlərini səndən daha yaxşı bilir.13. Qərar verərkən həyat yoldaşınla məsləhətləşməyi unutma!14. Onun gözləmədiyi anda xoş surpriz edərək onu sevidir. İstəmədən incitmisənsə, könlünü al. 15. Axirətini heç bir zaman unutma.16. Heç bir vaxt unutma ki az olan halal qazanc çox olan haram qazancdan daha savabdır. Haram tikə yemə yoldaşına və uşaqlarına da yedirtmə.Həmçinin bax:  Ata-analara nəsihət , Tərbiyənin iki forması
['nəsihət', 'ata nəsihəti']
5,517
https://kayzen.az/blog/dusundurucu-hekayeler/5976/h%C9%99yata-t%C9%99kc%C9%99-%C3%B6z-p%C9%99nc%C9%99r%C9%99nizd%C9%99n-baxmay%C4%B1n.html
Həyata təkcə öz pəncərənizdən baxmayın..
ORIGINAL
Düşündürücü hekayələr
25 iyun 2011, 13:40
-Aygünə nə olub? Sanki küsüb,əvvəlki kimi deyib gülmür...-Yeniyetməlik problemləridir.Vaxt keçdikcə hər şey öz qaydasına düşəcək.Biz də bir vaxtlar eyni problemləri yaşamadıqmı?..-Nərgiz xala,Aygünlə tez-tez söhbət edirsinizmi?-Bu necə sualdır,əlbəttə edirik.-Yox,elə demək istmədim.Yəni,o hisslərini sizinlə bölüşürmü?-Mən belə şeyləri başa düşmürəm,ancaq onu bilirəm ki,atası son vaxtlar onu tez-tez danlayır.Aygün də bəzi işləri bizdən xəbərsiz görür.Atası xəbər tutsa,heç bilmirəm necə olacaq.Aygün orta məktəbin onuncu sinifində oxuyur.Universitetə hazırlaşmaq üçün hazırlıq kursuna gedir.Ailəsi də onun imtahanlara yaxşı hazırlaşması üçün əlindən gələni edir.Ancaq son vaxtlar Aygün özünü çox narahat hiss edir.Bir tərəfdən yeniyetməlik problemləri,bir tərəfdən də stress onu rahat buraxmır.Tez-tez əsəbiləşir,bəzən də yoldaşlarının təsiri altına düşür.Atası onu kursa göndərdiyi üçün çox sevinir.Ancaq atası bir ata kimi öz işini yalnız kursun pulunu ödəməkdə görür.Artıq üç həftədir ki,nə məktəbdəki,nə də kursdakı dərsləri ilə məşğul ola bilir.Sevginin nə olduğunu bilməsə də,rəfiqələri tez-tez bu mövzudan danışırlar.Özünü yelkəni qopmiş bir qayıq kimi hiss edir.Dənizdə təkbaşına “dalğalarla mübarizə aparır”. “Nə etməliyəm?” sualına heç cür cavab tapa bilmir...Birdən Aygünün qapısı döyüldü.Bir anlıq çaşıb qaldı.Uzun müddət idi ki,heç kim onun qapısını döyməmişdir.Tez qalxıb qapını açdı:-Doğrusu çox təəccübləndim.Bizim evdə qapını heç kim döymür. -Yenə nə olub,dərin xəyallara qərq olmusan?-Hansını deyim ki?Ürəyim sıxılır.Özünü uşaq kimi hiss edirəm.Həyata nikbin baxa bilmirəm...Sevinc Aygündən 5 yaş böyük idi.Bir anlıq beş il əvvəl yaşadıqları ağlına gəldi:-Bir vaxtlar mən də sənin yaşadıqlarını yaşadım.Odur ki,səni yaxşı başa düşürəm.Məktəb,universitet mənə boş şey kimi gəlirdi.Bir neçə il sonra evlənəvək,oğul-uşaq sahibi olacaqdım.Həyat mənim üçün dörd divardan ibarət bir otaq idi.Ancaq bir yaz günü pəncərədən həyətə baxanda harada səhv etdiyimi anladım.O avxt evimiz dördüncü mərtəbədə idi.Otağımdan salona qaçdım.Salonun pəncərəsini açıb küçəyə boylandım.İnsanlar hara isə axışır,hər tərəfdə həyat qaynayırdı.Halbuki mənim otağımın pəncərəsi kiçik bir daşlığa açılırdı.Mətbəxə qaçdım.Eyvana çıxıb pəncərələri açdım.Uzaqdan dənizin mavi ləpələri parıldayırdı.Bir az uzaqda isə adalar var idi.Bu gözəllikləri daha əvvəl niyə görmədiyimə təəssüfləndim.Hər şey çox gözəl idi,ancaq mən bu gözəlliyi ilk dəfə idi ki, “kəşf etdim”.Düşündüm ki,evimiz bir olsa da,pəncərələrinin hərəsi bir tərəfə açılır.Deməli,biz də həyata yalnız öz pəncərəmizdən baxmamalıyıq...Həmin gün Aygünlə Sevinc evin otaqlarını gəzib pəncərələrdən çölə baxanda Nərgiz xala heç nə başa düşmədi.Ancaq bildiyi bir şey var idi ki,o gündən Aygün tamam başqa bir qız oldu...Mənbə: “Ailəm” jurnalı.Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.
['düşündürücü hekayələr', 'yanaşma tərzi', 'həyata baxış']
5,518
https://kayzen.az/blog/ayxansevda/5973/d%C3%BCnyan%C4%B1n-%C9%99n-%C3%BCfun%C9%99tli-adam%C4%B1.html
Dünyanın ən üfunətli adamı
ayxansevda
Bloq: ayxansevda
24 iyun 2011, 23:03
Milli.Az xəbər portalının "The Daily Mail"ə istinadən verdiyi məlumata görə, o, artıq 37 ildir nə çimir, nə də saç-saqqalını qırxır. 1974-cü ildə evlənmiş Sinqh ondan sonra çimməyi tərgidib. O vaxt Kaylaş söz veribmiş ki, oğlu dünyaya gəlincə, çimməyəcək. 35 illik evlilik həyatı isə ona 7 qız uşağı verib. Ağsaqqalın həyat yoldaşı və yaxınları ona çimməsi üçün yalvarsa da, hər dəfə bunu qəzəblə qarşılayan Kaylaş fikrindən dönməyəcəyini bildirir. Xanımının dəfələrlə dözülməz üfunətə görə ayrı otaqda yatması da kişini fikrindən döndərməyib. Qeyd edək ki, Kaylaşın yaşadığı regionda havanın hərarəti orta hesabla müsbət 45 dərəcədir. Üstəlik o, fermada işləyir. Şahidlər kişidən gələn iyə sözün əsl mənasında dözməyin mümkün olmadığını bildirir. Milli.Az    
['fotossesiya']
5,519
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/5969/g%C9%99lin-v%C9%99-qay%C4%B1nana-probleml%C9%99ri,-onlar%C4%B1n-s%C9%99b%C9%99bl%C9%99ri.html
Gəlin və qayınana problemləri, onların səbəbləri
Someone
Xoşbəxt ailə
24 iyun 2011, 21:59
Eyni kişinin gözündə vacib görünmək istəyi qayınanalar və gəlinlər arasında mübahisələrə səbəb olur. Qısqanclıq və bir-biriylə yola getməməyi nəticəsində hətta qadınların bir-birinə inanılmaz pisliklər etməsi də müşahidə olunmuşdur. Səbəblərə birlikdə baxaq. Qayınana ərindən görmədiyi nəvazişi, sevgini oğlundan istəyir. Qayınanalara görə hətta ideal cütlüklərdə belə mübahisələr ortaya çıxır. Ailə şiddəti müşahidə olunan ailələrdə ərin arvadını döyməyinin əsl səbəbi çox vaxt kişinin anası olur.  Əgər qayınana gəlin olduğu vaxtlar şiddətə, təhqirə, təzyiqə və ya travmalara məruz qalmışsa, evinə gələn gəlininin də həmin hissləri keçirməsini istəyir. Əgər oğul övladı qadının yaşamaq üçün ümid etdiyi yeganə insandırsa, bu zaman qayınana gəlin münasibətləri daha gərgin vəziyyətə çatır. Digər bir tərəfdən qayınana oğlunun sevgisini və şəfqətini heç kimlə paylaşmaq istəmir. Problem və gərginlik yaradan qayınana düşüncələri: «Bu uşağı mən dünyaya gətirdim, onun hər zaman mənə ehtiyacı var. Onu qorumalıyam. Oğlumun məni unutmamağı üçün onun həmişə yanında olmalıyam. Nəzarət məndə olmalıdır. Oğlumun evi mənim evimdir.» Gəlinini və hər şeyi olduğu kimi qəbul edən qayınana düşüncələri: «Mən oğlumu çox sevirəm və onun xoşbəxt olmasını, həyat yoldaşı ilə bərabər qarşılıqlı anlayış içərisində yaşamasını arzu edirəm. Oğlum mənim sahib olduğum bir hal deyil, onun mənim övladım olmasından qürur duyduğum bir insandır. Əlbəttə həyat yoldaşı ilə müəyyən məsələlərdə bir-birilərini başa düşməyəcəklər, bəzi hallarda bu mübahisəyə də çevriləcək. Amma mən heç bir vəchlə onların şəxsi həyatına müdaxilə etməyəcəm. Onları təcrübə qazanaraq, bunu gələcəkdə öz övladları ilə paylaşmalıdırlar. Gəlinimlə aramızda hər hansı anlaşmazlıq baş versə, ortaya məsələdən agah etmədən sakitcə problemi yoluna qoymağa çalışmalıyam.» Problem yaradan gəlin düşüncələri: «Qayınanam bütün məsələlərdə işimizə qarışır. Mütəmadi olaraq nəyi necə etməli olduğum barədə mənə göstəriş verir. Sanki oğluna xidmətçi olaraq gəlmişəm bu evə. Sanki mənim yeganə işim onun oğlunu xoşbəxt etməkdən ibarət olmalıdır. Hər fürsətdə mənim qeybətimi edir. Hər fürsətdə oğluna məndən şikayət edir, mənim etdiklərimi səhv kimi göstərir, bizim mübahisə etməyimizə çalışır. Oğlundan məni ayırmaq üçün əlindən gələn hər şeyi edir. Hər fürsətdə mənim nöqsanlarımı şişirdərək oğluna söyləyir. Uşaqlarıma mənim haqqımda tamamilə yalan şeylər danışır. Əşyalarımı qarışdırmasından nifrət edirəm. »Məsələlərə obyektiv yanaşan gəlin düşüncələri: «Bu qadın mənim ərimin anasıdır. Əlbəttə ki, xüsusiyyətləri və xarakteri etibarilə mənim anamdan fərqli bir qadındır. Onun hərəkətlərinin mənə qarşı yönəldiyini düşünərək bir qərar çıxarmamalıyam. Əksinə oğlunu itirməkdən qorxan bir qadının həyəcanı olaraq düşünüb, anlamağa çalışmalıyam. Onun pis qadın olmadığını bilirəm. Qayınanamın məni incitməsinə imkan verməyəcəm, ancaq özüm də onu incitmək üçün heç bir halda fürsət axtarmayacam. Qayınanam ilə aramızda bir problem olduğu zaman ərimin mənim əvəzimə məsələni həll etməsini gözləməyəcəm. Yoldaşımı seçim qarşısında qoyaraq evliliyimizi təhlükə altında qoymayacam.» Yuxarıda yazılanlar bir çoxlarınıza yaxşı tanışdır. Ancaq burada məsləhət verməli olsaq, obyektivlikdən bir qədər uzaqlaşmış olacağıq. Çünki hər bir fərd individual olduğu qədər, onun hiss və düşüncələri, mühakimə qabiliyyəti də fərqlidir. Sadəcə bir şeyi unutmaq lazım deyil: anaların canlarından əziz tutduqları övladları da sevərək kimisə evinizə gətirib. Bu zaman gəlininə qarşı aqressiv olan qayınananın oğluna olan məhəbbəti nə qədər səmimidir? Gəlinlər isə qarşılarındakı qadının sevərək ərə getdikləri kişinin canından artıq sevdiyi bir insan olduğunu unutmamalıdırlar. Əks halda gəlin öz sevgisində nə qədər səmimidir...?
['gəlin', 'qayınana', 'Gəlin Qaynana', 'qaynana', 'qaynana gəlin münasibətləri', 'qaynana münsabətləri']
5,520
https://kayzen.az/blog/edebiyyat/3346/1984.html
1984
burla xatun
Ədəbiyyat
24 iyun 2011, 15:33
Corc Oruell təxəllüsü ilə tanınan ingilis yazıçısı Artur Erix Bleyerin “1984” romanı (orijinaldakı adı “Nineteen Eighty-Four” – “Min doqquz yüz səksən dörd”) 1949-cu ilin yayında Londonun “Secker and Warburg” nəşriyyatında çap olunmuşdur. Böyük Britaniyanın “Tayms” jurnalı əsərin ilk nəşrinin ildönümü münasibəti ilə özünün redaksiya məqaləsində “1984”ü son altmış ildə dünyanın beş qitəsində ingilis dilində yaranan ədəbiyyatın ən diqqətəlayiq nümunəsi adlandırmışdır. ABŞ-nın “Newsweek” dərgisinin bu yaxınlarda keçirdiyi sorğunun nəticələri isə Corc Oruellin romanının Lev Tolstoy, Ceyms Coys, Vladimir Nabokov,Uilyam Folkner, Ralf Ellison, Virciniya Vulf, Homer, Ceyn Ostin və Dante Aligyerinin əsərləri ilə birlikdə “dünyanın on ən mühüm kitabı” sırasına daxil etməyə əsas vermişdir. Həm də “1984” bu onluqda “Hərb və sülh” epopeyasından sonra ikinci yeri tutur. Müqayisə üçün deyək ki, dünyanın “yüz ən mühüm” kitabı sırasında Markesin əsərləri 17-ci, “İncil” 41-ci, Şekspir isə 49-cu yerləri bölüşmüşdülər. Altmış il ədəbiyyat üçün çox böyük tarix olmasa da, “1984” antiutopiyasının zamanın sınağından çıxdığını əminliklə söyləmək mümkündür. Roman indiyə qədər 70-dən çox dilə tərcümə olunub. Bu bir müəllifin eyni əsərinə müraciət baxımından ingilis ədəbiyyatı üçün rekord göstərici sayılır. Dünyada totalitarizm təfəkkürü qaldıqca təbii ki, “1984” də öz aktuallığını itirməyəcəkdir. 1956 və 1984-cü illərdə roman əsasında iki dəfə eyni adlı film çəkilmişdir. Hazırda Böyük Britaniyada romanın üçüncü ekranlaşdırılmasına hazırlıq gedir. Corc Oruell romanına nə üçün belə qəribə ad seçmişdir? Bədii əsər adı üçün o qədər də məqbul görünməyən bu rəqəmlərin arxasında hansı simvolika, hansı kod gizlənmişdir? Niyə başqa bir tarix yox, məhz 1984? Əslində müəllif romanını “Avropada sonuncu insan” adlandırmaq istəyirdi. Əsərin qəhrəmanı-Partiyadan fərqli düşünən və Böyük Qardaşın iradəsinə qarşı çıxmaq istəyən Uinston Smitin həyat yolu və faciəli aqibəti bu adın seçilməsinə kifayət qədər məntiqi zəmin yaradırdı. Lakin kitabın çapı ərəfəsində Corc Oruell ilkin variantdan imtina edərək “1984” adı üzərində dayanmalı olmuşdu. Buna həm ciddi, həm də o qədər də ciddi səslənməyən müxtəlif səbəblər göstərirlər. Bir versiyaya görə “1984” adı əsər üzərində işin başı çatdırıldığı 1948-ci illə bağlıdır və sadəcə rəqəmlərin-yəni 8 ilə 4-ün yerinin dəyişdirilməsi yolu ilə əldə olunmuşdur. Digər versiyaya görə müəllif əsər üzərində düşünməyə başladığı tarixin (1944-cü il) üzərinə 40 (Moiseyin yəhudiləri Misir əsarətindən xilas etdikdən sonra səhrada gəzdirdiyi müddət) gəlməklə romanın adı yaranmışdır. Üçüncü bir versiya romana ad kimi “1984” tarixinin seçilməsini Böyük Britaniyada sosialist hərəkatının-Fabian cəmiyyətinin 100 illik yubileyi (cəmiyyət 1884-cü ildə təsis edilmişdi) ilə əlaqələndirir. Digər versiyalar da mövcuddur. Romanın naşiri Frederik Varburqa göndərdiyi 22 oktyabr 1948-ci il tarixli məktubda Corc Oruell “Avropada sonuncu insan” və “1984” adları arasında tərəddüd hissi keçirdiyini, seçim qərarı verməkdə çətinlik çəkdiyini yazırdı. Naşir kimi bazarın tələblərini yaxşı bilən F.Varburq oxucuların diqqətini cəlb etmək üçün daha gözlənilməz ad seçilməsi üzərində israr eləmişdi. Nəticədə romandakı Böyük Qardaş, teleekran, fikir cinayətləri, ikifikirlilik, yeni dil və s. surət və anlayışlar kimi 1984 rəqəminin özü də simvolik mahiyyət qazanmış və rəmzə çevrilmişdi. Altmış ildən bəri fikirlərə hakim kəsilən “1984”ü janr-üslub və mövzu baxımından orijinal adlandırmaq o qədər də düzgün olmazdı. Corc Oruelldən əvvəl də, sonra da müxtəlif müəlliflər antiutopiya janrına və totalitarizm mövzusuna müraciət etmişdilər. Onların sırasında Oldos Hakslinin “Heyrətamiz yeni dünya”, Yevgeni Zamyatinin “Biz”, Karen Boyun “Kallogen”, Rey Bredberinin “Farengeyt 451” əsərlərinin adlarını çəkmək mümkündür. Tanınmış rus yazıçısı Yevgeni Zamyatinin (1884-1937) satirik antiutopiyanın ilk və parlaq nümunələrindən sayılan “Biz” (“Mı”) romanı 1920-ci ildə çapdan çıxmışdı. Həyatını mühacirətdə başa vuran müəllifin əsərində Sovet Rusiyasının timsalında bəşəriyyətin başı üzərindən asılmış təhlükə-bolşevik totalitarizmi öz orijinal bədii əksini tapmışdı. Avropa və Amerikada dəfələrlə nəşr olunan roman yazıçının vətənində təxminən yetmiş illik fasilədən sonra, yalnız 1988-ci ildə işıq üzü görmüşdü. Zamyatinin romanında “Vahid Dövlət” adlandırılan totalitar cəmiyyətdə yaşayan mühəndis D-503-ün (burada insanların ad və soyadları yoxdur, onlar yalnız nömrələrlə işarələnirlər) həyatı təsvir olunur. Bu dövlət Xeyirxah adlı rəhbər tərəfindən idarə edilir. Onun sakinləri isə robotları xatırladır. Onlar hər gün “Dövlət qəzetini” oxuyur, Mühafizlər Bürosunun nəzarəti altında yaşayır, şüşə divarlı mənzillərinin kandarından kənarda baş verən hadisələrlə maraqlanmırlar. Cəmiyyətə müxalif mövqe tutan İ-300 adlı qızla tanış olana qədər bu həyat tərzi mühəndis D-500 üçün tamamilə məqbul görünür. Sonra isə hər şey sürətlə dəyişir. Qeyd etmək lazımdır ki, Corc Oruell rus həmkarının romanı ilə yaxşı tanış idi. Hətta 1946-cı ildə ingilis mətbuatında Zamyatinin əsəri haqqında ayrıca resenziya ilə çıxış etmişdi. 1944-cü il fevralın 17-də B.Struveyə göndərdiyi məktubda isə yazırdı: “Siz diqqətimi haqqında daha əvvəllər eşitdiyim “Biz” romanına cəlb etdiniz. Belə kitablar məni çox maraqlandırır, özüm də əvvəl-axır yazacağım bu tipli oxşar bir kitab üçün qeydlər aparıram”. “1984” romanında da Zamyatinin əsərində olduğu kimi, Sovet İttifaqının və Stalin rejiminin timsalında totalitar təfəkkürün, totalitar üsul-idarənin təsviri əsas yer tuturdu. Lakin bununla bir sırada siyasi baxışları etibarı ilə özünün demokratik sosialist olduğunu bəyan edən Corc Oruell romanın heç bir halda bütünlüklə sosializm sisteminə və ideyalarına qarşı çevrilmədiyini də xüsusi nəzərə çarpdırırdı. Ölümündın bir neçə ay əvvəl, 1949-cu il iyulun 25-də Fransua Hensona ünvanladığı məktubda Oruell bu məsələyə aydınlıq gətirərək yazırdı: “Sonuncu romanım sosializmə, habelə tərəfdarı olduğum Britaniya Leyboristlər partiyasına hücum kimi qəbul edilməməlidir. Mən kommunizm və faşizmin törətdikləri özbaşınalıqları göstərməyə çalışmışam. Kitabda yer alan səhnələrin Britaniyada cərəyan etməsinə gəldikdə isə bununla ingilis dilli irqin mahiyyət etibarı ilə başqalarından daha yaxşı olmadığını və əleyhinə ardıcıl mübarizə aparılmadığı təqdirdə totalitarizmin hər yerdə qələbə çalacağını diqqətə çatırmaq istəmişəm”. Romandakı hadisələr 1984-cü ildə, totalitar Okeaniya dövlətinin əyalət şəhərlərindən olan Londonda cərəyan edir. Yer kürəsinin üçdə birini əhatə edən, öz tərkibində Şimali və Cənubi Amerikanı, Böyük Britaniyanı, Cənubi Afrikanı, Avstraliya və Okeaniya adalarını birləşdirən bu fövqəldövlət özü kimi iki digər totalitar rejimlə-Avrasiya və İstasiya ilə daimi rəqabət aparır. Avrasiyanın tərkibinə Rusiya, kontinental Avropa və Türkiyə, İstasiyanın tərkibinə isə Çin, Hindistan və Yaponiya daxildir. Şimali Afrika, Orta Şərq, habelə Cənub-Şərqi Asiya “mübahisəli ərazilər”, üç supergüc arasında bitib-tükənmək bilməyən silahlı münaqişə və qarşıdurma mənbəyidir. Hər üç dövlət lazımi şərait yarananda müharibənin nəticələrindən öz xeyrinə istifadə etmək üçün aramsız silahlanırlar. Müharibə yeni ərazilərin işğalı üçün deyil, daha çox yeni işçi qüvvələri əldə etmək məqsədi ilə aparılır. İşçi qüvvəsi isə öz növbəsində daha geniş miqyaslı silahlanmaya, yeni ərazilərin və yeni kölələrin ələ keçirilməsinə imkan yaratmalıdır. Corc Oruellin təsvir etdiyi Okeaniya sərt və amansız qanunlarla idarə olunur. Vətəndaşların heç bir hüququ, yaxud şəxsi həyatı mövcud deyildir. Piramidal quruluşa malik Okeaniya cəmiyyəti Daxili Partiya və Kənar Partiya üzvlərindən, habelə həqarətlə prol adlandırılan proletariatdan-yoxsul təbəqədən ibarətdir. Piramidanın zirvəsində dayanan, dar oliqarxik dairədə birləşərək hakimiyyətin bütün qollarını nəzarət altında saxlayan Daxili Partiya əhalinin 2 faizini, əsas işi onun məqsədlərinə dilsiz-ağızsız və kor-koranə xidmətdən ibarət olan Kənar Partiya 13 faizini, müasir kölələr olan prollar isə 85 faizini təşkil edirlər. Kənar Partiyanın az qala dilənçi vəziyyətində yaşayan üzvlərindən fərqli olaraq Daxili Partiya mənsublarının həyatları yüksək standartlara uyğun şəkildə təmin edilir. Onlar gözəl mənzillərdə yaşayır, az tapılan ərzaqlarla təmin olunurlar. Ölkənin sərvətləri üzərində nəzarət bütünlüklə Daxili Partiyanın əlində cəmlənmişdir. Okeaniyada ölkənin şəriksiz lideri olan Böyük Qardaşın (Big Brother) kultu hakimdir. Vladimir Mayakovskinin “Partiya ilə Lenin, İki qardaşdır əkiz”misraları eyni ilə Böyük Qardaşa da aid edilə bilər. Çünki o da partiya ilə eyniləşib, partiyanın təcəssümünə çevrilib. Okeaniya dövlətçiliyinin tarixi Böyük Qardaşla başlayır. Qazanılan bütün uğurların müəllifi və səbəbkarı Böyük Qardaşdır. Bütün küçə və meydanlar, idarə və müəssisələr, hətta yaşayış evləri onun portretləri ilə bəzədilmişdir. Şəhərin bir neçə yerində nəhəng heykəlləri ucaldılmışdır. Sakinlər ayaq basdıqları hər yerdə Böyük Qardaşın sərt və sınayıcı nəzərlərini öz üzərlərində hiss edirlər. “Böyük Qardaş sənə baxır!”- Okeaniya əhalisini daim təqib edən əsas fikir budur! Əslində yalnız əsərdə adı çəkilən, özü isə heç bir konkret epizodda görünməyən Böyük Qardaş öz vətəndaşlarını amansız nəzarət altında saxlayan, daim təqib edən dövlət başçılarının ümumiləşdirilmiş obrazına çevrilmişdir. 1998-ci ildə dövlət, yaxud şirkət tərəfindən vətəndaş hüquqlarının kobud şəkildə pozulmasına görə “Böyük Qardaş mükafatı” təsis edilmişdir. Hakimiyyət dörd əsas nazirliyin əlində cəmlənmişdir. Bunlar Sülh Nazirliyi (Ministry of Peace), Həqiqət Nazirliyi (Ministry of Truth), Sevgi Nazirliyi (Ministry of Love) və Rifah Nazirliyindən (Ministry of Plenty) ibarətdir. Nazirliklərin adları ilə funksiyaları arasında diametral əkslik mövcuddur. Belə ki, Sülh Nazirliyi münaribə məsələləri ilə, Həqiqət Nazirliyi yalan və tarixin saxtalaşdırılması ilə, Sevgi Nazirliyi ictimai asayişin təmin edilməsi və yad fikirlilərin təqib olunması ilə, Rifah Nazirliyi son dərəcə məhdud resursların bölüşdürülməsi ilə məşğuldur. Bir sıra tədqiqatçıların fikrincə, romanın əsas qəhrəmanları Uinston Smitlə Culiyanın çalışdıqları Həqiqət Nazirliyinin prototipi bir zamanlar Corc Oruellin özünün əməkdaşı olduğu Böyük Britaniya İnformasiya Nazirliyi idi. Ölkə əhalisi, əsasən də Daxili və Kənar Partiya üzvləri üzərində total nəzarət teleekran (Telescreen) vasitəsi ilə həyata keçirilir. O, hər yerdə-mənzillərdə, idarələrdə, əsas və küçə və meydanlarda quraşdırılmış bir kanallı televiziya və videokameradan ibarətdir. Televiziya bütün gün ərzində təbliğati verilişlər, yaxud bəsit şoular göstərir. Videokameranın fasiləsiz çəkilişləri nəticəsində isə ölkə sakinlərinin sifətlərinin ifadəsindən tutmuş danışıqlarına qədər hər şeyi izləmək, yaddaşa köçürmək və lazımi məqamda fakt kimi istifadə etmək mümkündür. Prollar (proletariat) öz hüquqsuzluq və miskinlikləri ilə mövcud quruluş üçün təhlükə yaratmadıqlarından onların mənzillərində teleekran quraşdırılmır. Daxili Partiya üzvləri teleekranı gün ərzində yarım saat söndürmək hüququna malikdir. Okeaniyanın dövlət ideologiyası ingilis sosializmidir (English Socialism). Lakin onun klassik sosializm anlayışına heç bir dəxli yoxdur. Marksizm və elmi kommunizmin əsas prinsipıəri Rusiyada təhrifə uğradığı kimi sosializm də totalitar rejim şəraitində özünün ilkin mahiyyətini tamamilə itirmişdir. İdeologiyanın, dövlət idarəçiliyinin, bütünlükdə siyasi təfəkkürün başlıca prinsipi ikifikirlilikdir (Doublethink). İkifikirlilik bir-birini qarşılıqlı şəkildə istisna edən iki əks fikrə eyni zamanda inanmaq, yaxud ideoloji zərurət yarandığı anda ağın qara, qaranın isə ağ olduğunu sübuta yetirmək bacarığıdır. Partiyanın “Müharibə-sülhdür”, “Azadlıq-köləlikdir”, “Cəhalət qüvvədir” kimi əsas şüarları da bu prinsip əsasında formalaşdırılmışdır. İkifikirlilik utanmadan, həyasız şəkildə yalan danışmaq, az əvvəl dediyin fikri yerli-dibli inkar etmək, verdiyin vədlərə çox asanlıqla arxa çevirmək, bir sözlə, əxlaqi meyar və prinsiplərə heç bir əhəmiyyət vermədən situasiyaya uyğunlaşmaq və onu öz xeyrinə dəyişdirmək bacarığıdır. Totalitar rejim Ondərlərinin mütləq əksəriyyəti üçün səciyyəvi olan bu cəhəti Corc Oruell romanında yüksək bədii və fəlsəfi inandırıcılıqla əsaslandıra bilmişdir. Okeaniyada ən ciddi təqib olunan və sərt cəzalandırılan cinayət fikir cinayətidir (Thoughtcrime). Burada söhbət hər hansı cinayət əməlinin törədilməsindən deyil, sadəcə onun haqqında düşünməkdən gedir. Məsələn, əgər partiya üzvü Böyük Qardaş haqqında xoşagəlməz bir şey fikirləşirsə, artıq cinayətə yol vermiş olur. Ona görə də partiya gələcək perspektivdə qarşısına ümumiyyətlə fikirləşməyin özünü aradan qaldırmaq məqsədi qoymuşdur. Romanın intellektual personajlarından biri olan Saymın dediyi kimi, “fikir mühiti tamamilə başqalaşacaq. Bizim indi anladığımız mənada fikir olmayacaq. İnanclı adam fikirləşmir. Onun fikirləşməyə ümumiyyətlə ehtiyacı yoxdur. İnanclı olmaq-şüursuz olmaq deməkdir”. Fikir cinayətlərinin aşkara çıxarılması Fikir Polisinin (Thought Police) səlahiyyətinə daxildir. Lakin Fikir Polisi günahkarları sadəcə cəzalandırmaqla kifayətlənmir. Hər şeydən əvvəl “cinayətkara” səhv yolda olduğu başa salınır. Yalnız törədilmiş “cinayətin” səmimi etirafından sonra “cani” edam kürsüsünə göndərilir. Qeyri-səmimilik göstərənlər üzərində “iş” isə onlar tam kondisiyaya yetişənə qədər davam etdirilir. Nəticədə “fikir cinayətkarları” partiyanın prinsiplərini ürəkdən qəbul edir və özləri özlərinə edam cəzası istəyirdilər. Bəzilərini isə hətta “səhvlərini başa düşmək” və könüllü şəkildə edam kürsüsünə qayıtmaq üçün müvəqqəti azadlığa da buraxırdılar. Beləliklə, sistem sadəcə tövbə yolu tutmayan “fikir cinayətkarlarından” intiqam almırdı, onları öz inancları ilə birlikdə məhv edirdi. Nəhayət, Okeaniyanın dövlət siyasətində mühüm tərəflərindən biri də yeni dildir (Newspeak). Yeni dil “sözdə ifadəsi olmayanı əməldə də törətmək mümkün deyildir” prinsipi əsasında işlənib hazırlanır. Romanda artıq XI nəşri haqqında söz açılan Yeni dil lüğətinin əsas məqsədi fikrin hüdudlarını mümkün qədər daraltmaqdır. Ona görə də yeni dil mütəxəssisləri mövcud ideologiyaya yad olan fikir və anlayışları luğətdən çıxarmaq üçün dildə aramsız ixtisarlar aparırlar. Hər bir ixtisar uğur sayılır, çünki sözlər nə qədər azalırsa, fikirləşmək imkanları da bir o qədər minimuma enir. Yeni dilin başqa bir strateji məqsədi isə fikir cinayətlərinin qarşısına sipər çəkməkdir. Yuxarıda xatırlatdığım Saymın dediyi kimi, “cinayətkar fikirləri ifadə etmək üçün dildə sadəcə olaraq heç bir söz qalmayacaq”. Qalan sözlər isə yalnız Böyük Qardaşın və partiyanın vəsfinə xidmək edəcəkdir. Beləliklə, insan totalitar rejim üçün ən yararlı vəziyyətə-mağara təfəkkürü səviyyəsinə qayıdacaqdır. Artıq yuxarıda qeyd etdiyim kimi, romanın əsas qəhrəmanı Həqiqət Nazirliyində çalışan Uinston Smitdir. Bütün fəaliyyəti keçmişin məhvinə, tarixin dəyişdirilməsinə yönələn bu Nazirlikdə həqiqət axtaran yeganə insan bəlkə də Uinstondur. O, Kənar Partiyanın üzvüdür. “Böyük təmizləmə” dövründə valideynlərinin hər ikisini itirib. Qatı partiya təəssübkeşi olan, intim qadın-kişi münasibətləri haqqında da şüarlarla danışan xanımından ayrılıb. Koridor sistemli, bir otaqlı mənzildə yaşayır. Ətrafı bürümüş yoxsulluq və səfalət ondan da yan keçməmişdir. Pis geyinir, pis qidalanır, daim ehtiyac içərisində çırpınır. Eyni zamanda yaşayışın günü-gündən yaxşılaşması, həyat səviyyəsinin yüksəlməsi haqqında gecə-gündüz teleekrandan axıb gələn nağılları dinləməli olur. Uinston yalanın, saxtakarlığın, yaltaqlıq və riyakarlığın sarmaşıq kimi cəmiyyət həyatının bütün sahələrini bürüdüyünü görür. Təbii ki, birbaşa Böyük Qardaşın özünə gedib çıxan bütün bu bəlalara qarşı mübarizədə isə o, tənha və köməksizdir. Əslində, Uinston hər hansı mübarizə haqqında da fikirləşmir. Bu, Don Kixotun yel dəyirmanları ilə vuruşmasından da ağılsız və nəticəsiz, sonu labüd ölümlə bitən bir addım olardı. Uinston sadə bir suala cavab axtarır. Bilmək istəyir ki, insanların həyatı həmişəmi çağdaş Okeaniya cəmiyyətindəki kimi miskin və fərəhsiz olub? Həmişəmi cəmiyyət indiki kimi bütün dəyərlərə arxa çevirərək yaddaşsız, keçmişsiz və gələcəksiz yaşayıb? Partiyanın insanların həyatını kökündən dəyişdirməsi ilə bağlı deyilənlər həqiqətə nə dərəcədə uyğundur? Partiyaya qarşı mübarizə aparan gizli Qardaşlıq cəmiyyəti həqiqətəndəmi mövcuddur? Çıxış yolu varmı? Suallarına cavab almaq üçün Uinston heç bir mənbəyə üz tuta bilmir. Çünki özünün də fəal iştirakı ilə keçmiş aramsız olaraq məhv edilir. Romanda deyildiyi kimi, “Bütün sənədlər ya saxtalaşdırılıb, yaxud da məhv edilib. Bütün kitablar yenidən yazılıb. Şəkillər yenidən çəkilib. Heykəllər, küçə və meydan adları dəyişdirilib. Və bu proses fasiləsiz davam edir. Tarix artıq dayanıb. Partiyanın daim haqlı olduğu əbədi indiki zamandan başqa heç bir zaman mövcud deyil”. Uinston heç olmazsa öz tarixini və öz həqiqətlərini yaşatmaq üçün gündəlik yazmaq qərarına gəlir. Lakin tezliklə bunun da əslində labüd məhvə aparan zəif və məqsədsiz özünütəsəllidən başqa bir şey olmadığını anlayır. Uinston Kənar Partiyada və prollar arasında hələ də yaşamaqda olan tarixin tək-tük canlı şahidləri ilə ünsiyyət qurmaq, keçmiş haqqında indiki kitablarda yazılanlarla onların xatirələrini, canlı şahidliklərini tutuşdurmaq istəyir. Lakin bu adamların da artıq yaddaşsızlıq xəstəliyinə tutulduqlarının şahidi olur. Özü kimi Həqiqət Nazirliyinin Ədəbiyyat Departamentində çalışan Culiya ilə tanışlıqdan sonra Uinstonun həyatı dəyişir. Onlar teleekranların yumulmayan gözü, gizli mikrafonların qapanmayan qulağı qarşısında tam gizli şəkildə də olsa, yeni və fərqli bir həyat yaşamağa çalışırlar. Yalnız ikisinə aid fikirləri, hərəkətləri ilə etirazlarını ifadə etməyə çalışırlar. Bunun bir stəkan suda fırtına qoparmaqdan və özünü labüd ölümə sürükləməkdən başqa bir şey olmadığını bilsələr də, fərqli yaşam tərzinə şirniklənirlər. Nəticədə ikisi də Fikir Polisinin əlinə düşür. Fikir Polisi yalnız fərqli düşüncələri ilə partiyaya qarşı çıxan Uinstonla Culiyanı sadəcə edam etməklə kifayətlənmir. Daxili Partiyanın üzvü, Uinstonun xəyalən özlərinə gizli həmfikir saydıqları O`Brayenin rəhbərliyi altında aparılan müdhiş, ən başlıcası isə elmi-psixoloji əsaslara söykənən istintaq-işgəncə prosesi nəticəsində onlar Sevgi Nazirliyinin hamının canına qorxu salan binasını tamamilə dəyişmiş halda, artıq Böyük Qardaşa məhəbbət hissi ilə tərk edirlər. İkisi də Çingiz Aytmatovun məşhur manqurtuna çevrilirlər. Bütün inancları və hissləri öldürülür, sonradan öz xoşları ilə edam kürsüsünə qayıtmaları üçün ruhsuz, hissiz, cansız müqəvvəalar kimi hələ bir müddət də yaşamalarına icazə verilir. Julia ilə Uinstonun təmiz hisslərdən qaynaqlanan münasibətləri faciə və tam yadlaşma ilə başa çatır. Partiyanın qəddar cəza maşını yeganə istəkləri yalnız özlərinə məxsus kiçik dünyada sadə, yalan və riyakarlıqdan uzaq ömür yaşamaq istəyən bu iki insanı yadlaşdırır, dəhşətli qarşılıqlı laqeydlik və nifrət həddinə çatdırır. Bu mənada Corc Oruellin romanı təkcə siyasi antiutopiya deyil, həm də sözün həqiqi mənasında dünyanın kədərli məhəbbət romanlarından biri sayıla bilər. *** Yuxarıda “1984” adının özündə hansısa simvolik, magik bir məna daşıdığını qeyd etmişdim. Sonralar bu adi tarix kommunist ideologiyası ilə mübarizənin simvoluna çevrildi. Vaxtı ilə SSRİ-dən qovulmuş sovet dissidenti Andrey Amalrikin Qərbdə populyar olan kitabını “Sovet İttifaqı 1984-cü ilə qədər mövcud olacaqmı?” adlandırmasının özündə də müəyyən mistika elementləri yox deyildir. Həqiqətən də, Konstantin Çernenkonun gülünc hakimiyyəti ilə yaddaşlara köçən 1984-cü il keçmiş SSRİ üçün sonun başlanğıcına çevrilən il sayıla bilər. Sovet ideoloqları o qədər də ağılsız adam deyildilər. Bu romanın partiya və quruluş üçün, bütünlükdə insana nifrətə, zora, yalana, saxtakarlıq və məddahlığa əsaslanan hakimiyyət üçün necə ciddi təhlükə mənbəyi olduğunun yaxşı başa düşürdülər. Ona görə də Corc Oruellin romanı keçmiş SSRİ-də və sosializm sistemi ölkələrində qadağan olunmuşdu. Uzun illər boyu Qərbin solçu dairələri də bu əsəri fəal şəkildə baykot edirdilər. Lakin zaman keçdikcə, “1984”-ün həm Stalin tərəfindən bayağılaşdırılmış kommunizm ideyalarına, həm də vəhşi Qərb kapitalizminə eyni dərəcədə zərbə olduğu fikri daha çox vətəndaşlıq qazanmağa başlamışdı. Maraqlıdır ki, “1984”ün rus dilinə ilk rəsmi tərcüməsi yalnız “aşkarlıq epoxasının” başlanması ilə mümkün olmuşdur. Amma o da maraqlıdır ki, hətta aşkarlıq və yenidənqurma dövründə də roman birdən-birə mərkəzə yol tapa bilməmiş, Moldovada rus dilində nəşr edilən “Kodrı” məcmuəsinin 1988-ci il saylarında işıq üzü görmüşdü. (Eyni ilə yazıçının digər bir məşhur əsəri- “Heyvanıstan” romanı da ilk dəfə həmin ildə Latviyadakı rusdilli “Rodnik” məcmuəsində çap olunmuşdu). Lakin bundan təxminən 30 il əvvəl, 1959-cu ildə isə əsər yalnız məhdud sayda oxucular üçün rus dilinə tərcümə olunaraq “məxfi” qrifi ilə çap edilmişdi Keçmiş Sov.İKP MK-nın İdeologiya şöbəsinin tövsiyəsi və rəhbərliyi altında hazırlanan həmin nəşr Corc Oruellin öz təbiri ilə deyilərsə, yalnız Daxili Partiya üzvləri-mərkəzi orqanların məsul əməkdaşları üçün nəzərdə tutulmuşdu. Bir müddət sonra bu tərcümə “samizdata”da yol tapa bilmişdi. 1962-ci ildə isə yenə də İdeologiya şöbəsinin sifarişi ilə rus dilində başqa bir qapalı nəşr-ingilis ədəbiyyatşünası Riçard Ruenin “Corc Oruell. Qaliblər düşərgəsindən qaçan adam” kitabı işıq üzü görmüşdü. Hər iki nəşr sovet ideoloqlarını Qərbdə get-gedə daha geniş yayılmaqda və özünə çoxsaylı pərəstişkarlar toplamaqda olan Oruell yaradıcılığına qarşı mübarizədə səfərbər etmək məqsədi daşıyırdı. Ötən əsrin otuzuncu illərində sovet ideologiyası Oruellin simasında öz müttəfiqlərindən birini görür, hətta onunla əməkdaşlığa can atırdı. Lakin İspaniyadakı vətəndaş müharibəsindən sonra yazıçının Sovet İttifaqlna və kommunist ideologiyasına sərt mənfi münasibəti körpülərin yandırılması ilə nəticələndi. Oruell mümkün müttəfiqdən qatı düşmənə çevrildi. Yenə də Sov.İKP MK İdeologiya şöbəsində ingilis yazıçısı haqqında hazırlanmış məxfi arayışda deyilirdi: “Corc Oruell mahiyyət etibarı ilə sovet cəmiyyətinə satira olan “Heyvanıstan” və “1984” romanları ilə şöhrət qazanmışdır. Təsadüfi deyildir ki, “1984” burjua müəlliflərinin, antisovet təbliğatı aparan görkəmli siyasət və dövlət xadimlərinin, iqtisadçıların, filosofların, jurnalistlərin masaüstü kitabına çevrilmişdir”. Qadağa bu əsərlərə və Oruell şəxsiyyətinə marağın daha da artmasına səbəb olmuşdu. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ana dilimizdə çapı nəzərdə tutulan 150 cildlik dünya ədəbiyyatı nümunələri sırasına Corc Oruellin seçilmiş əsərləri də daxil edilmişdir. Müəllifin proqram mahiyyətli yaradıcılıq nümunələrindən biri - “Animal farm”-“Heyvanıstan” romanı iki il bundan əvvəl mənim orijinaldan tərcüməmdə “Azərbaycan” jurnalında dərc edilmişdir. Təvazökarlıqdan uzaq olsa da, kitaba qarşı soyuq və laqeyd münasibətin hökm sürdüyü cəmiyyətimizdə bu əsərin oxucular, ilk növbədə isə gənclər arasında müəyyən əks-səda doğurduğunu məmnunluq hissi ilə qeyd etmək istərdim. Tərcümənin tam şəkildə bir sıra saytlara yerləşdirilməsi, habelə ayrı-ayrı bloqlarda geniş müzakirəyə çıxarılması bunun əyani sübutu sayıla bilər. Artıq Corc Oruellin əsas əsərini – “1984”ü də ingilis dilindən azərbaycancaya çevirmişəm. Ümidvaram ki, roman tezliklə 150 cildlik dünya ədəbiyyatı kitabxanası seriyasında çap olunacaq və çağdaş Azərbaycan oxu mədəniyyətində öz layiqli yerini tutacaq. Bir mütərcim kimi mənim üçün xüsusi ilə əlamətdardır ki, Azərbaycan dilinə tərcümə bütünlükdə məşhur romanın türk dillərinə ilk tərcüməsi olacaqdır. Çünki hazırda yalnız “1984”ün Türkiyə türkcəsinə tərcüməsi üzərində iş gedir. Müəllif: Vilayət QULİYEV
['Böyük Qardaş']
5,521
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/3531/yayda-d%C3%BCzg%C3%BCn-h%C9%99yat-t%C9%99rzi.html
Yayda düzgün həyat tərzi
burla xatun
sağlam həyat tərzi
24 iyun 2011, 15:32
1.Yay aylarında qida rasionunuzu rəngbərəng edin. Bu aylarda xüsusilə qırmızı kələm, narıncı yerkökü, yaşıl brokoli, yaşıl alma, qırmızı pomidor, bənövşəyi badımcan, yaşıl lobya və sairə rəngarəng meyvə tərəvəzə üstünlük vermək məsləhət görülür. Mütəxəssislərin sözlərinə görə, meyvə-tərəvəzin tərkibindəki beta-karoten kimi rəngverici maddələr xərçəng riskini azaltmaq qabiliyyətinə malikdir. Bu nəticələri Avropa Xərçəng Araşdırma Mərkəzi də (EPIC) təsdiqləyir. 2.Gün ərzində bədən çəkinizə uyğun olaraq maye qəbul edin. (Məsələn 60 kq insan gündə 2-2,5 litr maye qəbul etməlidir). Kifayət qədər maye qəbul etmədikdə orqanizmdə oksigen çatışmazlığı yaranır və təzyiq düşür. Ancaq bu mayenin hamısının su olması vacib deyil. Gündəlik maye ehtiyacını meyvə-tərəvəz, su, süd, ayran, bitki çayları, şorba ilə də qarşılamaq mümkündür. Ən yaxşısı isə pomidor suyudur. Yay günlərində əlavə C vitamini insana ancaq qüvvə verə bilər. 3.Hətta idman etməmək üçün müxtəlif bəhanələr tapanlar belə əzələləri gücləndirmək üçün mütləq müəyyən hərəkətlər etməlidirlər. Xüsusilə bütün günü oturaq iş yerində işləyənlər. Gün ərzində ən azı 15-20 dəqiqə özünüzə zaman ayırın. 40 yaşı adlamısınızsa, bu hərəkətlərə daha çox önəm verilməlidir. Çünki bu yaşdan sonra əzələlərin üzərində yağ divarları daha aktiv yaranır. 4. Mütəxəssislərin sözlərinə görə, bir dəqiqə gülmək 45 dəqiqəlik idmana bərabərdir. Unutmayın ki, gülərkən xoşbəxtlik hormonu ilə bərabər ağrıları azaldan maddələr də artır. 5. Gecə yatdığınız otağın havasının hərarəti ən azı 18 dərəcə olmalıdır. Bu hərarət yuxu və yaxşı nəfəs almaq üçün idealdır. Qış aylarında isə hava nə qədər soyuq olsa da yataq otağı 5-10 dəqiqə havalandırılmalıdır. Bununla insan daha çox oksigen alır. 6. Yorğun iş günündən sonra stressdən azad olmaq üçün zamanınızı düzgün bölün. Məsələn masaja, konsertə və ya teatra gedin. Sizə yaxşı anlar yaşadacaq işlərlə məşğul olmağa çalışın.
['yay fəsli']
5,522
https://kayzen.az/blog/sevgi/5962/sevgi-%C5%9F%C9%99h%C9%99rl%C9%99ri.html
Sevgi şəhərləri
Someone
Sevgi
24 iyun 2011, 00:33
Venesiya elə bir yerdir ki, gənc ər dözə bilməyib, hətta ətrafdakılara gülünc görsənməkdən qorxmayaraq mütləq öz sevgilisi qarşısında serenada oxuyacaq. Fevralın 6-dan 16-na kimi Venesiyada artıq doqquz əsrdir ki, hər il karnaval keçirilir. Orta əsrlərdə karnavala sevgi macəraları üçün tələsirdilər, sevgililər üçün isə belə karnavallar heç bir şahid olmadan görüşmək üçün əsl bəhanə idi. Doj Sarayındakı Tribunal və Yeni dustaqxanaları birləşdirmək üçün 16-cı əsrdə tikilmiş Ah-nalə Körpüsü də çox məşhurdur. Hal-hazırda burada sevgililər gəzməyi çox xoşlayırlar. Amma nə vaxtsa dustaqlar sahili yuyan dəniz səthinə sonuncu nəzərlərini tuşlayıb köks ötürərdilər. Verona - Romeo və Culyettanın şəhəri. Burada olduğu kimi başqa heç bir yerdə iki sevgilinin hekayəsini xatırlayaraq öz sevginizin dəyərini bilə bilməsziniz. Uillyam Şespir öz faciəsi haqqında yazırdı: "Veronadan savayı dünya yoxdur, yalnız məşəqqət, əzab, cəhənnəm var. Kim ki bu şəhərdən sürgün edilib, dünyadan sürgün edilib. Dünyadan sürgün edilən isə artıq ölüdü". Paris sevginin, stilin, dəbin və gözəlliyin paytaxtıdı. Hüqo, Düma tərəfindən mədh edilmiş şəhər dünyanın hər bir yerindən sevgililəri cəlb edir. Monmartr, Eyfel qülləsi, Luvr, Fonteneblo, Yelisey çölləri, Lüksemburq bağı, Notr-Dam, Versal sarayı - burada krallar, sadə insanlar və məşhurlar aşiq olublar, seviblər və seviliblər. Burada Sena çayı boyunca kruiz zamanı romantik şam yeməyi keçirmək olar. Axşam vaxtı Parisdə gəmi ilə səyahət, fransız mətbəxinin dadlı yeməkləri və əsrarəngiz musiqi bu axşamı unudulmaz edəcək...Bu yaxınlarda Paris sevgi etiraflarının divarı ilə təchiz edilib. Onu Monmatrdakı Abes meydanının bağçasında qoyublar. Bütün divar boyunca böyük hərflərlə 31 dildə, hətta korlar üçün şriftlərlə "Mən səni sevirəm!" yazısı yazılıb.Praqa - Avropada öz koloriti və həyat ritmiylə insanı özünə cəlb edən çoxlu rahat və kiçik şəhər var. Lakin yalnız Praqada insanı valeh edən sevgi və müəmma qoxusu yeni evlənənlər və sevgililəri buraya maqnit kimi çəkir. Hər şey çox sadədi. Praqa əsrlər boyu özündə sirrlər saxlayan ən qədim şəhərlərdəndi. Yalnız bir Zlata küçəsi, hansı ki vaxtilə əlkimyaçılar yaşayıblar özündə bir çox əfsanə qoruyub saxlayır. Şəhər infrastrukturu gözəl bağlar və parklarla, dəbdəbəli qəsrlərlə, saraylarla, kostyollarla, baş kilsə və kilsələrlə gözəl həmahəng təşkil edir. Praqada hətta kiçik Venesiya da var. Dar küçələr boyunca uzanan, ətirli və çiçəklənən kollarla dolu kanallarda qayıqla üzməkdən romantik nə ola bilər.  Hara getməyinizdən asılı olmayaraq: istər Qədim şəhər meydanına, məbədə və Bələdiyyə binasına, yaxud Mərkəzi Avropada ən qədim tikililərdən olan Karl körpüsünə, sizi hər tərəfdən nadir memarlıq üslubu və nağıllar aləmi əhatə edəcək. Müqəddəs Svitta kilsəsi ilə haşiyələnmiş Praqa məhəlləsindən görünən panorama təkraredilməzdir. Pyotr təpəsindəngözəl mənzərə açılır. Burada məşhur Eyfel qülləsinin kiçildilmiş surəti olan müşahidə qülləsi yerləşir. Şübhəsiz ki, Praqa dünyanın ən möcüzəli şəhərlərindən biridir, hansı ki, elə bil məhz sevgililər üçün tikilib.Praqa bağları - bu sadəcə olaraq insənət əsəridir! Bu bağlar qədimdən bəri yerli bağbanların ustalığı ilə məşhurdurlar. Səliqəli qazonlar, çiçəkli xalçalar, gölməçələr, fəvvarələr və xiyabanlar boyu gəzən tovuz quşları. Praqada nikah bağlama bəlkədə xaricdə toy eləmək üçün ən mümkün təklifdir. Əla və münasib qiymətli otellər, cürbəcür toy paketləri sizin arzu etdiyiniz toyu büdcənizə uyğun şəkildə həyata keçirməyə imkan verir.Las-Veqas - ABŞ-da nikah bağlama bir az ləng olur. Əvvəlcə bəy və gəlin mütləq qan analizi verməlidirlər və yalnız bir aydan sonra həkimlərdən nikahlanmaq üçün icazə ala bilərlər. Bu icazə ilə sevgililər dövlət tərəfindən verilən lisenziya üçün şəhər bələdiyyə idarəsinə gedirlər. Hər ştatda bu lisenziyanın öz qiyməti var. Lakin ABŞ ərazisində iki şəhər var ki, orada toy üçün lazım olan bütün sənədlərin rəsmiləşdirilməsi üçün lazım olan prosedurlar minimuma endirilib. Las-Veqasın yaxınlığında Taxo gölündə Rino şəhəri yerləşir. Rinoda və Las-Veqasın özündə bu prosedurlar "toy konveyeri" kimi işləyir: Kilsələr gecəyarısına kimi açıqdır, toy paltarları və kostyumları kirayə verilir, şəlalə və qəsrdə gözəl mərasimlər keçirilir. Toy üçün lisenziya almaqdan ötrü heç bir analiz lazım deyil. Las-Veqasda və Rinoda 18 yaşına çatmış hər kəs evlənə bilər. Buna görə də ölkənin hər yerindən, hətta Avropadan bir-birilərinə sədaqət andı içmək üçün hamı bura gəlir. Sankt-Peterburq - Rusiyanın toy paytaxtı. Bu şəhər ilin hər fəslində gözəldir. O dəyişkən və gözlənilməzdi. Lakin bununla belə sakit və dincdir, lap Peterburq yağışı kimi. Şəhərin Neva çayındakı xüsusi cazibəsi bütün zamanlarda şairləri, romantikləri və xəyalpərəstləri özünə cəlb etmişdir. Peterburqa şer həsr etməmiş bir rus şairi belə yoxdur. Yeni evlənənlər və sevgililər üçün ən məşhur yerlərdən biri ən qədim körpülərdən olan Öpüşlər körpüsüdür. 18-ci əsrdə bu körpü Moyka çayı üzərindən atılmış bir neçə taxtadan ibarət idi. Sonradan körpü məhəccər barmaqlıqlarla təchiz edilmişdir. Daha sonralar isə genişləndirilərək piyada körpüsündən nəqliyyat vasitələri üçün istifadə edilən körpüyə çevrilmişdir. Şəhərdə hər il avtomobil sayı artdığına görə hər rekonstruksiyadan sonra Öpüşlər körpüsü daha da genişlənmişdir. Bu körpünün qeyri-adi adı Peterburqda onun haqqında bir çox romantik əfsanələrin yaranmasına səbəb olmaya bilməzdi. Belə hesab edilir ki, körpünün üzərində vəya əksinə altında öpüşmüş sevgililər mütləq xoşbəxt olacaqlar və onların öpüşləri nə qədər uzun çəksə, gələcəkdə onları bir o qədər səadət gözləyir.Sankt-Peterburqun küçələrində özünəməxsus sirrlər yatır. Peterburqlular deyirlər ki, məhz hardasa burada sevginin özü yaşayır. Bəlkə də buna görə bu şəhərin hər bir sakini az da olsa romantikdi, peterburqluların üzündə isə hər zaman mehribanlıq və səmimilik var. Bəlkə də elə buna görə nikahın sirrinə bu şəhərdə xüsusi yanaşırlar. Bəlkə də buna görə bu şəhərdə nikahlar VVAQ-da deyil, qəsr və saraylarda qeydiyyatdan keçirilir. Bu çoxdan adət halını alıb, və hətta sovet dövrü də bu adəti dəyişə bilməyib.
['sevgi', 'şəhərlər']
5,523
https://kayzen.az/blog/ayxansevda/5958/repressiya-qurbanlar%C4%B1.html
Repressiya qurbanları
ayxansevda
Bloq: ayxansevda
23 iyun 2011, 03:11
ATABABA MUSAXANLI (1905-1941) Musaxanlı Atababa Daşdəmir oğlu – tənqidçi, ədəbiyyatşünas,  1905-ci il dekabrın 20-də Bakıda anadan olmuşdur. Ali Pedaqoji İnstitutunun dil və ədəbiyyat şöbəsində təhsil almışdır (1921-19240. Bakı Pedaqoji texnikumunda və 18 saylı şəhər məktəbində dil və ədəbiyyat müəllimi işləmişdir. 1941-ci il avqustun 14-də cəza tədbirləri dövründə həlak olmuşdur. AĞAHÜSEYN RƏSULZADƏ (1884-1938) Rəsulzadə Ağahüseyn Əli oğlu – şair, publisist, «Nöqsanlarımız» (1911), «Muzdur» kitablarının müəllifi olmuşdur. 1938-ci il cəza tədbirləri dövrünün qurbanı olmuşdur. BƏKİR ÇOBANZADƏ (1893-1937) Çobanzadə Bəkir Vahab oğlu – ədəbiyyatşünas, şair, dilşünas, «Türk dili və ədəbiyyatının tədrisi üsulu» (1926), «Türk dili» (1929), «Türk dili və ədəbiyyatının tədrisi üsulu (I, II hissələr) (1926, 1927), «Azəri ədəbiyyatının yeni dövrü, nasionalizmdən internasionalizmə» (1930) və s. kitabların müəllifi olmuşdur. 1937-ci il oktyabrın 3-də cəza tədbirləri dövrünün qurbanı olmuşdur. BÖYÜKAĞA TALIBLI (1897-1938) Talıblı Böyükağa Mirqasım oğlu – şair, publisist,  «Keyf içində (1929), «Tövbə» (1930), «Dirək» (1971), «Seçilmiş əsərləri» (1938) kitablarının müəllifi olmuşdur. 1938-ci ildə cəza tədbirləri dövründə həlak olmuşdur. ƏMİN ABİD (1898-1937) Əhmədov Əmin Mütəllib oğlu – tənqidçi, ədəbiyyatşünas, şair,  1898-ci ildə Bakıda anadan olmuşdur. Türkiyədə pedaqoji məktəbi bitirdikdən sonra İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1919-1926). 1919-cu ildə Azərbaycana qayıtmış, ADU-da çalışmışdır. 1937-ci l cəza tədbirlərinin qurbanı olmuşdur. ƏLİABBAS MÜZNİB (1883-1938) Əhmədov Əliabbas Mütəllib oğlu – şair, ədəbiyyatşünas,  «Yusif və Züleyxa» (1914), «Tiran rolu» (1917), «Nəsrəddin məzhəkələri» (1927), «Aşıq Pəri və müasirləri» (1928) və s. kitabların müəllifi olmuşdur. 1938-ci ildə Bakıda vəfat etmişdir. ƏLİ NAZİM (1906-1941) Mahmudzadə Ələkbər Mahmud oğlu – tənqidçi, ədəbiyyatşünas, «Seçilmiş əsərləri» nəşr olunmuşdur (1979). 1941-ji ildə Bakıda vəfat etmişdir. ƏLİ RAZİ (1886-1939) Şamçızadə Əli Məşədi Yəhya oğlu – şair, publisist,  «Dabanıçatdax xala və heyvərə» (1912), «Dabanıçatdax xala» (1936), «Seçilmiş əsərləri» (1936), «Nalələrin, fəqanların» (1992) kitablarının müəllifi olmuşdur.  Cəza tədbirləri illərində həbs olunmuş, ölüm hökmü verilmişdir. ƏHMƏD CAVAD (1892-1937) Axundzadə Cavad Məhəmmədəli oğlu – şair, tərcüməçi, professor (1933). Şeirlər» (1958), «Sən ağlama, mən ağlaram» (1991) kitablarının, F.Rablenin «Qarqantua və Pantaqruel (1961), V.Şekspirin «Otello», «Romeo və Cülyetta» (1962), S.Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» (1978) tərcümə kitablarının müəllifi olmuşdur. 1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur. HACIBABA NƏZƏRLİ (1895-1938) Nəzərli Nacıbaba Hacı Ələsgər oğlu – nasir,   Casusun yardımçısı» (1926), «Qışlaqdan kəndə» (1927), «Laçın» (1928), «Satqın» (1930), «Ölülər rəqs edərkən» (1930) kitablarının müəllifi olmuşdur.  1938-ci ildə xalq düşməni kimi güllələnmişdir. HACIKƏRİM SANILI (1978-1937) Sanıyev Hacıkərim Hüseyn oğlu – şair, pedaqoq,   «Kəndimiz və aran köçü» (1927), «Namus davası» (1927), «Dəli oküz» (1927), «Turut qaçaqları» (1955) və s. kitabların müəllifi olmuşdur. Repressiya dövründə həbs olunub güllələnməyə məhkum edilmişdir HƏNƏFİ ZEYNALLI (1896-1938) Zeynallı Hənəfi Baba oğlu – ədəbiyyatşünas, tənqidçi, folklorşünas, mətnşünas,  Cəza tədbirləri dövründə, 1937-ci il yanvarın 27-də həbs edilmiş, həmin il oktyabrın 13-də Bakıda qətlə yetirilmişdir. HÜSEYN CAVİD (1882-1941) Rasizadə Hüseyn Abdulla oğlu - şair,  Kütləvi cəza tədbirləri dövründə həbs olunmuş, 1941-ci ildə Sibirdə sürgündə ikən vəfat etmişdir. Mərhumun cəsədinin qalıqları 1982-ci il oktyabrın 26-da Bakıya gətirilmiş, sonra doğma Naxçıvana aparılıb noyabrın 3-də Cavid bağında dəfn olunmuşdur. MİKAYIL MÜŞFİQ (1908-1937) İsmayılzadə Mikayıl Əbdülqədir oğlu — şair,  «Küləklər» (1930), «Günün səsləri» (1930), «Şeirlər» (1934), «Seçilmiş əsərləri» (iki cilddə) (1960), «Həyat sevgisi» (1988) və s. kitabların müəllifi olmuşdur. 1938-ci il yanvarın 6-da cəza tədbirləri dövründə güllələnmişdir. ÖMƏR FAİQ (1872-1937) Nemanzadə Ömər Faiq — publisist. «Dəvəti-nəşri-asarə» (1905), «Üçüncü il» (1927), «Əsərləri» (1983), «Xatirələrim» (1985), «Seçilmiş əsərləri» (1992) kitablarının müəllifi olmuşdur. 1937-ci il iyulun 16-da cəza tədbirləri dövründə həbs edilmiş, həmin ilin oktyabr ayının 10-da güllələnmişdir. SALMAN MÜMTAZ (1884-1937) Əsgərov Salman Məmmədəmin oğlu — şair, ədəbiyyatşünas, mətnşünas, kitabşünas,  «Kommunist» nəşriyyatı onun 24 kitabını çapdan buraxmışdı (1925-1926). O, «Molla Pənah Vaqif», «Şeirlər (Sarı aşıq)», «El şairləri», «Sarı aşıq və bayatılar kitablarını tərtib edib müqəddimə ilə nəşr etdirmişdir (1927-1935). 1938-ci ildə cəza tədbirləri dövründə həbs edilmiş, sürgündə vəfat etmişdi SEYİD HÜSEYN (1887-1937) Sadıxzadə Seyid Hüseyn Mirkazım oğlu — nasir, tənqidçi, 1887-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Rus-tatar məktəbində təhsil almışdır.  1937-ci ildə cəza tədbirləri dövründə həbs edilmiş, sürgündə ölümə məhkum olunmuşdu SOLTANMƏСİD QƏNİZADƏ (1866-1937) Qənizadə Soltanməсid Haсı Murtuzəli oğlu – maarif xadimi, yazıçı. «İstilahi Azərbayсan» (1-2 h.1890), «Lüqəti-rusi» və türki (3.h.1891), «Rus dilinin dilmanjı» (4 h. 1894), «Samouçitel russkoqo yazıka» (1896), «Lüğəti-türki və rusi» (1904) və s. əsərlərin müəllifidir. 1937-сi ildə сəza tədbirləri dövründə vəfat etmişdir. TAĞI ŞAHBAZİ (SİMURQ) (1889-1938) Şahbazi Tağı — nasir, publisist,  «Ağanın kənizi» (1926), «Azadlıq üçün cinayət» (1928), «Aldanmış ümid» (1926), «Əzab qorxusu» (1926), «Seçilmiş əsərləri» (1983) və s. kitabların müəllifi olmuşdur. 1938-ci ildə cəza tədbirləri dövründə vəfat etmişdir. VƏLİ XULUFLU (1894-1938) Xuluflu Vəli Məmmədhüseyn oğlu — ədəbiyyatşünas, publisist,  «Yeni türk əlifbası ilə yazı qaydaları» (1925), «Koroğlu» (1927), «İmla lüğəti» (1929), «Din və qadın» (1930), «Din və mədəni inqilab» (1930) və s. kitabların müəllifi olmuşdur. 1938-ci ildə cəza tədbirləri dövründə həlak olmuşdur YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ (1887-1943) Vəzirov Yusif Mirbala oğlu — nasir, publisist, ədəbiyyatşünas,  «Cənnətin qəbzi» (1913), «Studentlər» (1930), «Qızlar bulağı» (1934), «Bir cavanın dəftəri» (1966), «Qan içində» (1967) və s. kitabların müəllifi olmuşdur. 1943-cü il yanvarın 3-də vəfat etmişdir. Mənbə: Müxtəlif internet resursları əsasında hazırlanıb.
['ədəbiyyat', 'repressiya']
5,524
https://kayzen.az/blog/ayxansevda/5957/d%C3%BCnya-dill%C9%99ri-%C9%99n-%C3%A7ox-i%C5%9Fl%C9%99n%C9%99n-v%C9%99-yox-olan-dill%C9%99r.html
Dünya dilləri: ən çox işlənən və yox olan dillər
ayxansevda
Bloq: ayxansevda
23 iyun 2011, 02:37
Hər bil dil ayrılıqda dünya haqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Hər millətin özünəməxsus ana dili onun mənəvi diriliyidir. Əbəs yerə deyilmir ki, bir millətin malını, dövlətini və hətta vətənini işğal etsən, ölüb-itməz, amma dilini alsan, məhv olar və ondan nişan qalmaz. Ana dili insan şəxsiyyətinin inkişafının əsasını təşkil edir. Yəni hər bir kəs ömrünün axırınadək dilinə arxalanır. 6 min dildən yarısı məhv olmaq üzrədir YUNESKO-nun məlumatına görə, dünyada 6000-dən çox dil var, lakin onların yarıdan çoxu məhv olmaq üzrədir. Dillərin 96 faizi dünya əhalisinin yalnız 4 faizi tərəfindən istifadə olunur. Bu 6000 dilin 52 faizində 10 mindən, 28 faizində isə mindən az adan danışır.YUNESKO ekspertlərinin fikrincə, gələn əsrədək dünya dillərinin yarısının itib-batacağı gözlənilir. Çünki onlardan danışıq dili kimi istifadə olunmur. Bir dilin yaşaması üçün isə həmin dildə ən azı 100 min insan danışmalıdır. Beynəlxalq ekspertlərin araşdırmaları göstərib ki, yox olmaq təhlükəsilə üzləşən dillər əsasən, ölkələrin daxilindəki milli azlıqların dilləridir. Belə dillərə həmin ölkələrdə hörmət aşağı olduğundan insanlar nə özləri bu dillərdə danışır, nə də bu dili övladlarına öyrədirlər. Məhv olmaq təhlükəsilə üzləşən dillərin daha çox Afrikada yaşayan xalqlara məxsus olduğu bildirilr.YUNESKO-nun məlumatına görə, 2500-dən çox dil yox olmaq təhlükəsi qarşısındadır. Bu gün dünyada 200-ə yaxın dil var ki, onların hər birində cəmi 10 adam danışır.Dünyanın ən işlək dilləriBeynəlxalq statistikaya görə, hazırda dünyada ən çox işlənən dil Çin dilidir. Bu dildə 1 milyard 80 milyondan çox adam danışır. İkinci yerdə ingilis dili gəlir. İngilis dilində 515 milyondan çox adam danışır. Hind dillərində danışanlar 500 milyon, ispan dilində danışanlar 425 milyon, rus dilində danışanlar isə 257 milyon nəfərdən çoxdur. Ərəb dili altıncı yerdədədir. Bu dildə 256 milyon nəfərdən çox adam danışır. Benqal dilində 215 milyon, portuqal dilində 194 milyon, İndoneziya dilində 176 milyon nəfərdən çox danışan var. Fransız dili onluqda axırıncıdır. 120 milyondan çox adam fransızca danışır. Bütün türk dillərində isə ümumilikdə 200 milyondan çox adamın danışdığı bildirilir. Müasir dünyada ən işlək dilllər ingilis, ispan, ərəb, rus, fransız, alman, çin, portuqal dilləri hesab olunur. Dünya ölkələrinin təmsil olunduğu Birləşmiş Millətlər Təşkilatında 6 rəsmi dil var: ingilis, fransız, ərəb, çin, rus və ispan dilləri. YUNESKO ən azı üç səviyyəli dil bacarıqlarının; ana dili, milli dil, ünsiyyət dilinin öyrənilməsini təbliğ etməklə dilçiliklə bağlı əsas məsələ olan çoxdilliliyi təbliğ edir. Dil qrupları və poliqlotlar Dünya xalqlarının dilləri altı - Altay, Ural, Hind-Avropa, Avrasiya, Qafqaz, Paleoasiya dil ailəsində birləşib. Heç kimin danışmadığı dillər isə ölü dillər qrupuna aid edilir. Elə regionlar var ki, orada çoxlu dillər mövcudur. Məsələn. Qafqaz bölgəsində yaşayanlar 100-dən çox dildə danışırlar. Yeni Qvineya əhalisi təqribən 700 dildə danışır. Afrikada 1000-dən çox müxtəlif dil var.Alimlər bildirirlər ki, ana dilindən sonra ikinci dil öyrnmək istəyən şəxs buna erkən yaşlarından başlamalıdır. Sübut olunub ki, erkən yaşlarında insan beyninin dilə yiyələnmək funksiyası güclü olur.Elə insanlar var ki, onlarda dil öyrənməyə anadangəlmə xüsusi istedad olur. Belə adamlar beş-altı, hətta doqquz-on dildə mükəmməl danışa danışa bilirlər. Onlara poliqlot deyilir.Ana dilimiz və Azərbaycanda dillərAzərbaycan dili də dünyanın ən zəngin dilləri sırasındadır. Bu gün dünyanın müxtəlif ölkələrində 50 milyondan çox azərbaycanlı yaşayır və Azərbaycan dilində danışır. Ana dilimiz Altay dilləri ailəsini türk qoluna daxildir. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edilib. Bu, Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində atılmış çox mühüm addım olub
['dilçilik']
5,525
https://kayzen.az/blog/intellekt/5956/haz%C4%B1rl%C4%B1q-proqram%C4%B1-nec%C9%99-olmal%C4%B1d%C4%B1r.html
Hazırlıq proqramı necə olmalıdır?
ayxansevda
İntellekt və təhsil
22 iyun 2011, 19:47
Həftəlik dərs oxuma proqramını hazırlayarkən, gündəlik fəaliyyətinizi həftənin hər günü üçün ayrı-ayrı nəzərdən keçirməlisiniz. İstifadə edilə bilən proqram hazırlamaq üçün fəaliyyətinizi real olaraq proqramınızda əks etdirməlisiniz. Keçmişdə uğur əldə etmək üçün təklif olunan düşüncə “Oxumaq, oxumaq və yenə də oxumaq” şəklində idi. Halbuki günümüzdə çox oxumaq əvəzinə, “Təsirli və planlı şəkildə hazırlaşmaq” şüarı daha məqsədə uyğundur. Təsirli və planlı hazırlıq proqramının içərisində əyləncə, istirahət, ailəyə və sevdiklərinizə də vaxt ayırmaq mümkündür. Bu proqramı 3 mərhələdə hazırlaya bilərsiniz: 1. Hər dərsdən oxumalı olduğunuz mövzuları ilk planda tutun, bölmə başlıqları ilə qeyd edin. 2. Məktəbdən (kursdan) çıxışınızla yuxu saatlarınız arasında və vacib işləriniz xaricində qalan hazırlıq vaxtınızı hesablayın. 3. Bölmə başlıqları ilə müəyyənləşdirdiyiniz mövzuları oxuma saatlarınıza uyğun olaraq bölüşdürün. Bu bölüşdürməni edərkən, üst-üstə gələn dərslərin eyni mövzularda olmamasına diqqət yetirin. Uzun vaxt ard - arda hazırlaşmayın. Dərslərin arasındakı 10-15 dəqiqəlik istirahət vaxtı, sizin öyrənmə qabiliyyətinizi yüksəldəcəkdir. Riyaziyyat və texniki fənlər üçün daha fərqli bir istirahət metodu tətbiq edilməlidir. Bu kimi dərslərdə misal həll edərkən, cavab tapana qədər hazırlığa davam etmək lazımdır. Yenə də diqqətinizi cəmləyə bilmirsinizsə, deməli istirahət etməyə ehtiyacınız var. Planlı şəkildə hazırlaşmaq bizə nə qazandırır?  Başqa məşğuliyyət üçün də vaxt ayıra bilərsiniz.  “Çatdıra bilmirəm” narahatlığını yaşamazsınız.  Zehniniz az yorulacağına görə, oxumaq həvəsinizi itirməzsiniz. Şəraitinizi qaydaya salın!  Çalışma otağı çox isti və ya çox soyuq olmamalıdır, yaxşı havalandırılmalı və səssiz olmalıdır.  Oxu masasının yüksəkliyini öz boyunuza görə düzəldin. Oxu masasında oturduğunuz stul düz oturmaq üçün uyğun olmalıdır.  Dərs oxuduğunuz otaqdakı divar kağızları, afişa və rəsmlər diqqətinizin dağılmağına səbəb ola bilər.  Hazırlıq mühiti və masası sadəcə oxumaq üçün istifadə olunmalıdır  Hazırlığa başlamamışdan əvvəl oxuma zamanı lazım ola biləcək bütün ləvazimatlarınızın əlinizin altında olması, diqqətinizin dağılmasının qarşısını ala bilər. Ən yüksək nəticələri əldə etməyi bacaran insan ən böyük istedada sahib olan deyil, özündə olan gücü, böyük bir çalışqanlıqla və səliqəylə istifadə edən insandır. Samuel Smiles Diqqətiniz dağıla bilər! Diqqətin dağılmasının başlıca iki səbəbi var. 1.Dərsə hazırlıq vərdişinin formalaşmaması. 2.Beyni məşğul edən xarici təsirlər və problemlər. Oxumaq istəyi olmadan müvəfəqqiyyət əldə etmək olduqca çətindir.Oxumağa istəkli deyilsinizsə, deməli başqa bir şey istəyirsiniz. Dərs oxuyarkən “Dostlarınızdan daha aşağı bal toplamaq,imtahanlarda uğurlu olmamaq” kimi lazımsız həyəcanlar diqqətinizi dağıdırsa, bu narahatlıqların səbəblərini müəyyənləşdirin. Bəzi şagirdlər oxumalı olduğu səhifələrə dəqiqələrcə baxaraq, sanki ayıqkən yuxu görürlər. Bu diqqətin dərsdə olmamasının səbəbidir və hazırlığa mənfi təsir göstərən bir amildir. Bunun qarşısı alınmalıdır. Diqqəti toplamaq! Yersiz problemlərlə beyninizi yormayın! Hər şeyin bir vaxtı var. Sizi narahat edən problemi o an üçün həll etməyiniz mümkündürsə, dərsə başlamamışdan həll edin. Mümkün deyilsə bu problemlə nə vaxt maraqlanacağınıza dair qeyd aparmağınız sizi rahatlata bilər. Şəxsi problemlərinizi keçici olaraq rəfə qoyun, gözəl günlər qabaqdadır...  Oxuyarkən yersiz xırdalıqlara fikir verməyin, əvvəlcə mövzunun özünü qavramağa çalışın.  Hazırlıq mühitindəki yersiz təsir edicilərin vaxtınızı almasına icazə verməyin.  Sistemsiz və qarışıq hazırlaşma! Lazım olsa qrafiklər qur, məlumatlar qeyd et.  Məqsədsiz və nizamsız oxuma. Nəyi öyrənəcəksənsə ona yönəl.   Müəllif: Şəmil Sadiq
['uğur psixologiyası', 'ağıllı olmaq', 'təhsil', 'fərdi inkişaf']
5,526
https://kayzen.az/blog/intellekt/5955/plans%C4%B1z-oxumay%C4%B1n.html
Plansız oxumayın!
ayxansevda
İntellekt və təhsil
22 iyun 2011, 19:43
Bədbin düşüncələrdən uzaqlaşın, nikbin düşünün!... İmtahan üçün nikbin şeylər düşünün, “imtahanı ölüm–qalım savaşına çevirməyin.” İmtahanda uğur əldə etməyəcəyiniz düşüncəsi sizə şəxsiyyət olaraq dəyərsiz, heç bir işə yaramayacaq bir insan olacağınız təəssüratını bağışlamasın. Uğur əldə etmənin başlıca məqsədiniz olduğunu, bu halda başqa seçimlərinizin də ola biləcəyini özünüzə tətbiq edin. Keçmişdəki uğursuzluqlarınızı deyil, uğurlarınızı düşünün. Özünüzə aid bədbin düşüncələr əlinizi, qolunuzu bağlayar və sizi ruhdan salar. Uğursuzluqlarınızın səbəbini araşdırın, tapın və qarşısını alın. İmtahanlardakı uğurlarınızla mənəvi dəyərlərinizi bir tutmayın. İmtahanlarda tətbiq olunan testlər mənəviyyat testləri deyil, informasiya və məlumat testləridir. Hədəfinə diqqətlə və soyuqqanlılıqla bax! İstirahət etmədən oxuma! Yuxu ehtiyacı 14-17 yaşındakılar üçün 7-8 saatdır. Bir gecədə 3,5 saatlıq qısa bir yuxunun ziyanı yoxdur. Ancaq yuxusuz gecələr üst-üstə gələrsə qavrama qabiliyyətiniz zəifləyəcək.Yuxunuzu azaltmaq istəyirsinizsə, bunu birdən-birə etməyin. 3-4 gündən bir 25-30 dəqiqə daha az, yata bilər, həftədə orta hesabla 1 saat daha tez qalxa bilərsiniz. Oxumaq bir vərdişdir. Səhər və günortadan sonra oxumaq daha düzgündür. Bu saatları lazımsız şeylərə sərf etməyin. Günortadan sonrakı saatları boş vaxt olaraq istifadə etmək düzgün olmaz. Bu saatlarda oxumağı vərdiş halına gətirməli və bu gözəl vərdişi ömrünüz boyunca davam etdirməlisiniz. Musiqi dinləyərək dərs oxuma! Tədqiqatlara görə insan zehni ortaya çıxan 2 təsirediciyə eyni dərəcədə qarşılıq verə bilməz. Deməli həm musiqi dinləyib, həm də dərs oxumaq mümkün deyil. Dərs hazırlayarkən musiqiyə qulaq asmaq beyni yorar və uğursuzluğa səbəb olar. Musiqini dərs aralarında dinləyin. Dərs oxumağın üç böyük düşməni 1.Televizor 2.Telefon 3. İnternet Aparılan tədqiqatlar gənclərin vaxt itirməyinə ən çox səbəb olan şeyin “televizor” olduğunu təsbit ediblər. Açma düyməsinə basana qədər idarə etmə sizin əlinizdədir. Düyməni basdıqdan sonra isə televizorun əlinə keçir. BUNA MANE OLMAQ ÜÇÜN: Hazırlıq proqramınızda istirahət etmə aralarında sevdiyiniz proqramlara baxa bilərsiniz. Əgər baxdığınız şey qısadırsa ayaqda izləyin, yoxsa ilişib qalacaqsınız . Telefon danışıqlarınızı dərs oxuduqdan sonra edin. Telefon diqqəti dağıdan ən ciddi amillərdən biridir. İmtahandan sonra telefonla danışmağa və televizora baxmağa bolca vaxtınız olacaq. İnternetdən istifadə məqsədli olmalıdır. Yox deməyi bacarın! Girəcəyiniz hər imtahan çox ciddi hazırlıq tələb edir. Planlı, proqramlı və məqsədyönlü hazırlaşmaq, sizi imtahanda mütləq uğura aparacaq. Bu ərəfədə sizi oxumaqdan yayındıran bir çox amillər olacaq. Bunların təməlində sizin öz arzu və istəkləriniz durur. Özünüzə yox deməyi bacarın. Dostlarınız sizi oxumaqdan yayındıra bilər. Hazırlıq proqramınızda onlar üçün ayırdığınız vaxtın xaricində onlara uyğun bir dillə “yox” deyə bilməlisiniz. Ailənizin istəkləri sizi hazırlaşmağınızdan geri sala bilər. İş yerində durmaq, ev işlərini görmək və s. işlər vaxtınızı ala bilər. Ailənizə (incitmədən və səbəbini açıqlayaraq) yox deyin. “Yox” deyərək müvəffəqiyyət əldə edə bilərsiniz. Müəllif: Şəmil Sadiq
['uğur psixologiyası', 'təhsil', 'ağıllı olmaq', 'inkişaf', 'fərdi inkişaf']
5,527
https://kayzen.az/blog/qadin/5953/t%C9%99nha-qad%C4%B1n.html
Tənha qadın
Cavid
Qadın
22 iyun 2011, 12:44
Tənha qadın - tez-tez bu sözü eşidirik.  Dəli şairlərin, çılğın yazarların romantikalarının qəhrəmanları. Ən həzin musiqilərin həsr obyekti. Bununla yanaşı bir çox faciələrin qurbanı olan  tənha qadınlar. İntiharlar, uçurumlar, məhv olmuş həyatlar, çarəsizlər, yorulmuşlar- Tənha qadınlar. Daimi payızlar, sərin göz yaşları, yanan ürəklər-  Tənha qadınlar.  Bütün bunlar səbəbsiz deyil. Bəs səbəblər nədir ? Tənhalıq hissi necə yaranır?  Necə qurtulmaq olar bu hissdən?  Elə biz də bu səbəbləri öyrənmək üçün psixoloq Könül Telmanqızı ilə görüşdük.  Könül xanım bizə bu haqqda ətraflı məlumat verdi.Tənhalıq hissi psixoloji haldır. Tənhalıq hissi bir neçə hissəyə bölünür.  Əslində tənha yaşamaq tənhalıq hissinin psixoloji halına girmək demək deyil . Çox zaman tənhalıq hissinə qapılan qadınlar övladı tərəfindən atılmış, sevgilisi və yaxud həyat yoldaşı tərəfindən tərk edilmiş və s. qadınlardır. Elə qadınlar var ki, həyatda hər bir şeyle təmin olunub, lakin özünü yenə  də tənha hiss edir. Belə xanımlar  mütləq psixoloqa müraciət etməlidir. Evli qadınların da bu hissdən əziyyət çəkmələri  onunla bağlıdır ki, onlar  yaxınlarından, həyat yoldaşlarından özünə heç bir diqqət görmür.  Belə xanımlar özlərini nüfuzsuz fiqura bənzədir. Elə hesab edirlər ki,  onların maraqları diqqət mərkəzindən kənarda qalır. Ailədə qarşılaşdıqları laqeyd münasibətə görə xanımlarda tənhalıq hissi baş qaldırır. Bu hissi yaşayan xanımlarda  ilk növbədə yaşamağa heç bir maraq qalmaz və sevgi hissi azalır. Belə insanlar daim sevgi diqqət həsrətində olduqları üçün özləri ilə çox danışırlar. Bu da belə insanlarda yuxusuzluq, iştahanın pozulması (çox zaman əksi), özünü yorğun hiss etmə halları, evdən çölə çıxmaq istəməmələri, depressiya baxımsızlıq kimi hallarla nəticələnir. Tənhalıq hissi intihara, stressə səbəb ola bilər. Bu hissdən qurtulmaq mümkündür. İnsan iradəsindən çox şey asılıdır. Öncə insan özündə güc taparaq həyat eşqi ile yaşamağa başalamalıdır. Ətrafına diqqətlə baxmalıdır və düşünməlidir ki, hər şey onun düşündüyü kimi deyil. Hərdən belə insanlar elə hesab edirlər ki doğmaları da onları istəmir, bu cür qadınlar səbirli və nə istədiklərini bilməlidir. Bu da onların düşdüyü psixoloji vəziyyətdən aslıdır. Bele xanımlar çalışmalıdırlar ki, qardiroblarını imkan daxilində yeniləsinlər və imiclərində dəyişiklik etsinlər. Onda görəcəklər ki, həyatlarıda özləri belə planlaşdırmadan dəyişməyə başlayıb. Könül xanım həmçinin bildirdi ki, son zamanlar ona bu problemlə bağlı müraciət edən insanlar çoxalıb və onlara bəzi məsləhətlər verilir. Müraciət edənlər arasında xanımlarla bəylər bərabərlik təşkil edir. Yəni demək olmaz ki, bu hissdən yalnız xanımlar əziyyət çəkir. Bəylər və xanımlar arasında keçirdiyim sorğuya görə əsasən sevgi arzusunda olanlar və bu hissi yaşamaq istəyənlər tənhalıq hissindən əziyyət çəkir. Mənbə: Nuranə Rəhimova, Qadın radiosuHəmçinin bax: Enerjili qadınlar
['tənhalıq', 'qadınlar']
5,528
https://kayzen.az/blog/gender/4985/qad%C4%B1n-v%C9%99-ki%C5%9Fi-b%C9%99nz%C9%99rsizliyi.html
Qadın və kişi bənzərsizliyi
nilufer
Gender-Cinslərin fəlsəfəsi
20 iyun 2011, 23:46
Hər bir insan unikal və təkrarolunmaz varlıqdır. Dünyada eyni oxşarlıqda adam tapmaq qeyri-mümkündür. Buna baxmayaraq, insanlar arasında dərhal nəzərəçarpan fərqlər də mövcuddur. Bu, kişi ilə qadın arasındakı bənzərsizlikdir. Onların arasında xarici bənzərsizlikdən savayı, daxili bənzərsizlik də mövcuddur. Daxili bənzərsizlik dedikdə qadın və kişilərin eyni adlı daxili orqanlarının bir qədər fərqli fəaliyyət göstərməsi başa düşülür. Elə buna görə də onların maddələr mübadiləsinin intensivliyi, tənəffüs və ürək yığılmalarının tezliyi, qan tərkibi və habelə qavrama, məntiq və intuisiya, temperament, sinir sistemi, müşahidə qabiliyyəti və bir çox digər xüsusiyyətləri fərqlidir. Bununla bərabər, tipik olmayan qadın və kişilərə də təsadüf edilir: onlar özlərinin hərəkətlərində kişiləri xatırladan qadınlar və özlərini qadın kimi aparan kişilərdir. Kişi ilə qadın arasındakı bənzərsizlik fizioloji əlamətlərdən daha çox psixoloji əlamətlərə görədir. Qadın psixologiyasını dərk etmək üçün onların möminlik psixologiyası öyrənilməlidir. Lakin hələ qadını başa düşmək üçün hətta səy də göstərilməmişdir. İndiyədək psixologiya elmi daha çox kişilərin öyrənilməsi ilə məşğul olmuşdur. Məhz buna görə də alimlər siçovulları öyrənir və siçovulların da köməyi ilə kişilər barədə nəticəyə gəlirlər. Qadın və kişi psixologiyaları arasındakı fərq nədən ibarətdir? Müasir elm son yüz ildə çox mühüm kəşf etmişdir. Məlum olmuşdur ki, insanın bir yox, iki şüuru vardır. İnsanın şüuru beyinin iki yarımkürələrinə — sağ və sol yarımkürələrə ayrılmışdır. Sağ yarımkürə insanın diaqonal üzrə sol əli ilə, sol yarımkürə isə sağ əli ilə əlaqədardır. Qadınlar beyinin sağ yarımkürəsi, kişilər isə sol yarımkürəsi ilə idarə olunurlar. Kişilər əsrlər boyu qadınları idarə etmişlər. İndi də bəzi qadınlar bunun əleyhinə çıxır. Həmin qadınlar mahiyyət etibarilə kişiləri xatırladırlar. Onlar kişilər kimi hər bir məsələdə məntiqə əsaslanırlar, mübahisə etməyi xoşlayırlar, öz xeyrini biləndirlər. Çox ehtimal ki, qadınlar hakimiyyətdə kişilərin yerini dar edəcəklər. Qadınların hakimiyyət uğrunda mübarizəsi qələbə ilə başa çatandan sonra artıq onlar kişiləşəcək və sol yarımkürənin imkanlarından istifadə edəcəklər. Mübarizə aparmaqdan ötrü haqq-hesab çürütməyi bacarmaq, kişilərlə yarışa girmək üçün isə onlar kimi aqressiv olmaq lazımdır. Dünyanın qadın azadlıq hərəkatında məhz həmin aqressivlik müşahidə olunur. Feminizm hərəkatına qoşulmuş qadınlar davakar varlığa çevrilir və nəticədə incəliklərini, habelə anadangəlmə digər xüsusiyyətlərini itirirlər. Onlar bilirlər ki, kişilərlə mübarizə aparmaq üçün əks cinsi hərtərəfli öyrənməli, özlərini kişilər kimi aparmağı bacarmalıdırlar. Məlum həqiqətlərdən biri də odur ki, insan mübarizə apardığı adamın bütün təhlükəli cəhətlərinə yiyələnməyi bacarmalıdır. Bu, bəşəriyyətin böyük problemlərindən biridir. Bir adam digər adam ilə mübarizəyə girişəndə analoji mübarizə üsullarını, analoji taktikanı mənimsəməlidir. Düşmənə (burada kişi nəzərdə tutulmur) yalnız bu yol ilə qalib gəlmək mümkündür. Qalib gələn kəs bir qədərdən sonra özü öz düşməninə çevrilir. Yalnız səthi tərəflər dəyişir, insanın daxilindəki qarşıdurmalar qalır. Qarşıdurma insanın daxilindədir. Əgər o, insanın daxilində yoluna qoyulmursa, həmişəlik qalır. Münaqişənin yəni qarşıdurmanın həlli insanın öz daxilində, iki yarımkürənin arasında qalmaqda davam edir. Beyinin sağ yarımkürəsi intuisiyaya, irrasionallığa, məntiqsizliyə, poetikliyə, platonikliyə, romantikliyə, möminliyə, anlaşılmazlığa, sol yarımkürə isə məntiqiliyə, rasionallığa, riyazi, elmi təxəyyülə, intellektuallığa cavabdehdir. Hər iki yarımkürə arasında həmişə qarşıdurma var. İnsanın ən böyük siyasəti də insanın öz daxilindədir. İnsan bunu anlaya bilmir, anlayanda isə hər iki yarımkürə arasında güzəştli vəziyyət yaratmağa çalışır. Qeyd etdiyimiz kimi, sol əl sağ yarımkürə ilə: intuisiya, təxəyyül, mistika, poeziya, din ilə əlaqədardır. Cəmiyyət sağəllilər üçün yaradılmışdır, sağ əl isə sol yarımkürə ilə əlaqədardır. Körpələrin on faizi solaxay doğulur. Güman edilir ki, ilk zamanlar uşaqların əlli faizi solaxay imiş. Kişi təbiətinə sanqvinstik və melanxoliklik temperamentləri xasdır. Qadınlar isə mütəhərrikdirlər, hisslərini coşqunluqla büruzə verirlər. Ovqatlarının sürətlə dəyişməsi qadınlara xas cəhətlərdir. Bədbəxt qadın davakar olur. Kişi qətiyyətliliyi və risk meyilliliyi qadın ehtiyatlılığı ilə, kişi sərtliyi qadın mülayimliyi ilə, kişinin bir çox məişət məsələlərinə etinasız münasibəti qadının yüksək estetik tələbləri ilə yaxşı tamamlanır. Qadınlar kişilərə nisbətən çox emosionaldırlar. Kişilər isə öz emosiyalarını cilovlaya bilirlər. Onlar cəzalandırılmalarını xoşlamırlar, işdə və evdə olan qarşıdurmalara və neqativ hallara nifrət bəsləyirlər. Qadın istəyəndə gülməyi, istəyəndə də ağlamağı bacarır. Qadınlarda təsəvvüretmə qabiliyyəti, fantaziya çox güclüdür. Onlar adamı mimikasına, jestinə, baxışına görə asanlıqla anlayırlar. Bunun sirri qadınların incə intuisiyasındadır. Ona görə də qadını aldatmaq çox çətindir. Qadın isə kişini asanlıqla aldada bilir. O çox vaxt susur ki, kişi ilə münasibətlərini gərginləşdirməsin. Qadınlar qavrama tezliyinə görə kişilərdən çox üstündürlər. Qadınlar mətni kişilərə nisbətən daha tez oxuyur və oxuduqlarını bütün təfsilatı ilə kişilərdən yaxşı mənimsəyirlər və yadda yaxşı saxlayırlar. Qadın geyinərkən əvvəlcə köynəyini, sonra isə şalvarını geyir. Kişilərdə bu ardıcıllıq əksinədir. Qadınlar siqareti dişləri arasında əzmirlər, həmişə əllərində saxlayırlar. Qadın əsnəyərkən ağzını yumruğu ilə deyil, ovucu ilə qapayır. Qadın nəsə bir şeyi tulazlamaq istəyəndə əlini yana yox, dala aparır. Zərif cinsin nümayəndəsi əl-ələ salamlaşanda əlini boş qoyur. Çağırışa cavab əlaməti olaraq qadın adətən başını çevirir. Kişi isə boynunu az döndərə bildiyi üçün bütün bədənini döndərməli olur. Qadınlar dağdan düşərkən və dağa qalxarkən çəpinə hərəkətə üstünlük verirlər. Elə hallarda kişilər ayaqlarını geniş açırlar. Qadınlar qulaqlarını barmaqları ilə, kişilər isə ovucları ilə tıxayırlar. Qadınlar əlcəklərini küçəyə çıxmazdan qabaq taxırlar. Qadınları kişilərdən fərqləndirən bir çox digər xüsusiyyətlər də var. Məsələn, kişinin zəiflik göstərdiyi, qadına vurulduğu hallarda. Eşqə düşmüş kişi başını tez itirir və nə etdiyini bilmir. Qadın isə belə hallarda daha dərrakəli olur. O, nə edəcəyi və necə edəcəyi barədə xeyli düşünüb-daşınır, ağlını axıradək itirmir. Görünür, bu özünümühafizə mexanizmini ona yaradan özü verib. Kişi onu çulğamış hisslərdən azad olan kimi heç dala baxmadan da çıxıb getməyə üstünlük verir. Bu isə kişinin beyin yarımkürəsinin cismani hisslərdən ağlabatan hərəkətə keçməsi deməkdir. Kişi hansısa bir mühüm məsələnin həlli barədə düşünəndə qadın onun diqqətini yayındırmamalı, hətta özünə qarşı incə hisslər bəslənməsini tələb etməməlidir. Çünki iki işi birdən görmək mümkünsüzdür. Qadınlar isə eyni zamanda həm hisslərini izhar etməyi, həm də hər hansısa bir iş görməyi bacarırlar. Onların təbiətən verilmiş keyfiyyətləridir. Bu keyfiyyət onların uşaq tərbiyəsi zamanı çox kara gələndir. Qadınlar eyni zamanda həm ciddi, həm də mehriban ola bilirlər. Onlar hətta uşağı cəzalandıranda da ana mehribanlığını saxlayırlar. Çağa ağlamağa başlayanda qadın dərhal onun kiriməsi üçün nə etmək lazım olduğunu bilir. Kişi isə uşaq ağlayanda onu qucağına alıb həyəcanla yırğalayır, ya da baş beyinin hissiyyat sferasının təsiri ilə etinasızlıq göstərir və fikirləşir ki, uşaq ağlayıb-ağlayıb, nəhayət ki, sakitləşəcək. Beləliklə, qadın və kişi digərinin zəiflik göstərdiyi anlarda bir-birinin qarşılıqlı yardımçısına çevrilir və xoşbəxt həyat üçün zəmin yaradır. Həyat elə qurulub ki, kişisiz, yaxud qadınsız ailə normal ailə hesab edilmir. Mənbə: AZƏRBAYCAN qəzeti Müəllif: Arif HÜSEYNOV Həmçinin bax: Kişi və qadınların fərqi
['gender', 'kişi və qadın']
5,529
https://kayzen.az/blog/r%C9%99vay%C9%99ti-ifad%C9%99l%C9%99r/5940/d%C9%99lid%C9%99n-do%C4%9Fru-x%C9%99b%C9%99r.html
Dəlidən doğru xəbər
ORIGINAL
Rəvayəti ifadələr
20 iyun 2011, 14:10
Şərqin məşhur şairlərindən biri çəmənlikdə oturub şərab içərkən onun yanına bir dəli gəlir.Əylənmək məqsədilə dəlini kefli etmək fikrinə düşən şair özü ilə birlikdə çaxır içməyi dəliyə təklif edir.Dəli təəccüblə şairə baxıb deyir: -Sən çaxırı mənə oxşamaqdan ötrü içirsən,bəs mən kimə oxşamaq üçün içməliyəm? Gözlənilməyən bir adamdan ağıllı,yerində söylənmiş fikir eşitdikdə bu məsəl işlədilir:dəlidən doğru xəbər Mənbə: “Rəvayəti ifadələr” kitabı,B.A.Hüseynov Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır. Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.  
['rəvayəti ifadələr']
5,530
https://kayzen.az/blog/DrELM/5938/u%C5%9Fa%C4%9F%C4%B1m%C4%B1za-peyv%C9%99nd-vuraqm%C4%B1.html
Uşağımıza peyvənd vuraqmı?
DrELM
Bloq: DrELM
19 iyun 2011, 23:06
Demokratiya cəmiyyətə düzgün olanı deyil, hər şey etməyi öyrətdi. və ya Günümüzün cəmiyyəti düzgün olanı deyil, xoşladığını seçir. Bacardığım qədəri ilə qısa (bədiilik cəhətdən kasıb olsa da) yazaraq suallarınıza cavab tapmağınızı istərdim. Buna görə bu qeyddə peyvəndlər haqda “məqsədlər” deyil, “nəticələr” yazılıb. Məqsədlər və siyasi reallıqlar buradadadır. Bu məqsəd və nəticələrdən nəticə çıxarıb, uşağınıza peyvəndin vurulmasının son qərarı Sizdən asılıdır. Çünki, bilirəm ki, hər nə qədər aşağıdakılar dəqiq düzgün məlumat olsa da inandırmaq mənim səlahiyyətlərim çərçivəsinə sığmır, buna da çalışmıram. İmmunologiya tam və dəqiq öyrənilmədiyi üçün (alimlər çox bildikcə anlayır ki, az bilirmiş) peyvəndlərin orqanizmdəki törətdikləri reaksiyalar haqda da 100%-li məlumat yoxdur (ümumiyyətlə modern tibbdə 100% anlayışı yoxdur, 2x2=5 də ola bilir). Bütün müasir tibbi biliklər təcrübələrə və nəzəriyyələrə əsaslanır. Təcrübələrin nəticəsi və nəzəriyyələr isə hər zaman dəyişkəndir. Azərbaycanda tədqiqatlar internetə verilmədiyindən aşağıdakı bəzi rəqəmlər xarici dövlətlərin statistik nəticəsidir. Ehtimalları təsəvvür etmək rahat olsun deyə bildirim ki, Azərbaycanda sağlam doğulmuş uşağın 1 yaşa kimi hər hansı bir səbəbdən ölmə ehtimalı 10000-də 2-dir.[0] Digər ölkələrlə müqayisədə 5 yaşa kimi Azərbaycanda 1000-də 13 olduğu halda, Amerikada 7-dir. [12] Azərbaycanda 2006-cı ildən[1] aşağıdakı formada peyvənd cədvəli tətbiq olunur: Doğumdan sonra 12 saat ərzində ­­- Hepatit B 4-7-ci gün — BSJ, Poliomielit 2 aylıqda — AGDT, Poliomielit, Hepatit B 3 aylıqda — AGDT, Poliomielit 4 aylıqda — AGDT, Poliomielit, Hepatit B 12 aylıqda — QPM 18 aylıqda — AGDT, Poliomielit 6 yaşında QPM, ADT AGDT — Adsorbsiyaedilmiş göy-öskürək-difteriya-tetanus peyvəndi, 3 xəstəliyə (difteriya, göyöskürək və tetanusa) qarşı kombinəedilmiş peyvənddir. ADT — Adsorbsiyaedilmiş difteriya-tetanus anatoksini,  difteriya və tetanus  əleyhinə peyvənd. BCG — Kalmett-Qerin basilləri (Bacillus Calmette-Guérin) — vərəm  əleyhinə peyvənd. QPM — Qızılça,  parotit və məxmərəyə qarşı peyvənd. OPV — Poliomielitə qarşı diri peyvənd. Hepatit B Sual: Yoluxma ehtimalı çoxdurmu? Virus otaq tempraturunda 6 ay yaşaya bilir[3]. İnsana qan və cinsi yolla yoluxur. Həkimlər, narkomanlar risk qrupundadırlar. Dişlənmiş almadan yoluxma mümkündür (çox az miqdarda qan zədəli diş ətindən yoluxmağa kifayətdir). Digər yollarla yoluxma mümkün olmadığına baxmayaraq[4] 30% hallarda yoluxma səbəbi bilinmir.[6] Əgər uşağınızın həyatı boyunca həkim olmayacağından, sanitar qaydalara əməl edəcəyindən və bizim mentalitetə uyğun olmayan hərəkətlər etməyəcəyindən əminsinizsə, onda onun yoluxma ehtimalı azdır. Halbuki, Azərbaycanda 10000 nəfərlik araşdırmaya əsasən HepatitB-li yoluxma halı həddindən artıq çoxdur(azı 30%) [2]. Bu da iki şeydən qaynaqlana bilər: ya laborator nəticələr yalançı pozitivlik göstərir, ya da cəmiyyətimiz artıq pozulub. Bizə ən yaxın ölkə Türkiyədə xəstə faizi 2% və 33%-dir.[5][7](?) Sual: Xəstəlik qorxuludurmu? Xəstəliyə yoluxsaq xronikləşmədən sağala bilmək mümkündür. Türkiyədə xronikləşmə: yenidoğulmuşlarda – 90%, uşaqlarda – 30%, böyüklərdə 5%-dir. Xronikləşmiş xəstə 70% halda inaktiv daşıyıcıya çevrilir. Nə vaxtsa orqanizm zəifləyəndə xəstəlik aktivlənə bilər. Qalan 30% aktiv xəstələr isə ya qaraciyər kanseri ya da hepatitdən tədricən tələf olurlar. Hər 3 yoluxmuş yenidoğulmuşdan 1-i xəstəliyi ağır variantda keçirir. [8] Sual: Peyvənd nə dərəcə qoruyucudur? Yalnız 3 dozadan sonra peyvəndin 15 illik qoruyuculuğu 75%-dir. Bu o deməkdir ki, əgər anada Hepatit B yoxdursa, 15 yaşa kimi kimi uşaqlarda xəstələnmə ehtimalları olunmuşda-0.5%, olunmamışda 1%dir. Çox güman ki, peyvəndin hesabına 1991-ci ildən bu günə Amerikada xəstələnmə sayı 4 dəfə azalıb.[9] Sual: Peyvəndin ziyanı varmı? İki peyvənd istifadə olunur Recombivax və Engerix B. Engerix B peyvəndində 3 illik müşahidədə sklerozda artmış risk var. [10] Tərkibində yumurta olduğundan allergiyası olanlarda ehtiyatla vurulmalıdır.[11] Sual: Peyvəndi vurarkən valideyn nələrə fikir verməlidir? Çəkisi 2000g-dan çox olan körpələrə vurulur. 2000g-dan az çəkili körpələrdə immun cavab yaranmır(vurmağın xeyri yoxdur). Budun ön-lateral hissəsinə əzələdaxili vurulur. Qalça nahiyəsinə vuruluduğunda immun cavab yetərincə alınmadığından istifadə olunmamalıdır. BCG Sual: Yoluxma ehtimalı çoxdurmu? Dünya əhalisinin 1/3-ü yoluxduğu iddia edilir[13]. Lakin yoluxan fərdlərin heç də hamısı xəstə hesab olunmur. Azərbaycanda vərəm xəstələrinin sayı 8 mindən çoxdur [14]. Xəstəlik hava-damcı yolu ilə, xəstə ilə eyni otaqda olduqda yoluxma mümkündür. İmmunitet çox azaldıqda yoluxmuş fərdlər xəstələrə çevrilir. Sual: Xəstəlik qorxuludurmu? Hər il 10000 nəfərdən 14-ü xəstələnir, 2-si ölür.[13] Sual: Peyvənd nə dərəcə qoruyucudur? Peyvənd vərəm çöpləri olan M. Tuberculosis-dən deyil, canlı M. Bovis-dən hazırlanır. Peyvənd yoluxmanı deyil, xəstələyi də deyil, onun ağırlaşmalarının qarşısını alır.[15][16][17][18]. Sual: Peyvəndin ziyanı varmı? Çox nadir də olsa aşağıdakı ağırlaşmalar gözlənilir(xüsusən immun. zəif uşaqlarda): Limfadenit (ən çox rast gəlinən)OsteomielitDəri vərəmiYayılmış BCG infeksiyası (ən qorxulu) 1979-da Hindistanda sübut olundu ki, peyvəndlənmiş adamlarda vərəmlə xəstələnmə sayı, digərlərindən daha çoxdur. Digər araşdırmaların nəticəsi bərabər olduğunu göstərir. Sual: Peyvəndi vurarkən valideyn nələrə fikir verməlidir? Peyvənd immun sistemi zəif uşaqlarda xəstəliyin özünü törətdiyindən, peyvənd vurularkən uşağın tam sağlam olmasına əmin olmaq lazımdır. Dəri içi vurulur. Poliomielit Sual: Yoluxma ehtimalı çoxdurmu? Yoluxma ehtimalı çox azdır. Çünki peyvəndlənmə nəticəsində 1994-cü ildən Amerika[19], 2001-ci ildən Sakit okean sahili (Çin, Avstraliya)[20], 2004-dən Avropa[21] bu xəstəlikdən təcrid olunub. 2008-ci ildən dünyada sadəcə 4 ölkədə qeydə alınıb: Nigeria, Hindistan, Pakistan, Əfqanıstan[22]. Türkiyədə son illərdə qeydə alınan xəstələr peyvəndlənmə nəticəsində yoluxub. Sual: Xəstəlik qorxuludurmu? Yoluxan fərdlərin sadəcə 1%-ində virus MSS-ə keçərək iflic törədir. Hər belə 5 xəstədən də birini 18 ay sonra tam sağaltmaq mümkündür.[23] Qalanları ömürlərinin sonuna kimi ya şikəst yaşayır və ya ölür. Sual: Peyvənd nə dərəcə qoruyucudur? 80% qoruyucudur.[24][25] Sual: Peyvəndin ziyanı varmı? Hər 750000 peyvənd vurulan fərdlərdən 1-ində iflic olma  ehtimalı var[26]. İmmun sistemi zəif fərdlərdə bu risk 7000 dəfə artmışdır.[27][28] Sual: Peyvəndi vurarkən valideyn nələrə fikir verməlidir? OPV peyvənddə canlı viruslar olduğundan uşağın immun sistemi zəif halında vurulması qorxuludur. İstənilən uşağa OPV vurulubsa, istər evdə, istərsə də bağçada immun sistemi zəif olan uşaqlarla kontaktda olmasının qarşısı alınmalıdır. IPV-nin qoruyuculuğu az olsa da virus inaktiv olduğundan iflic olma ehtimalı yoxdur. Məhz buna görə günümüzdə əvvəl 2 dəfə IPV vurulur, sonra OPV davam edilir. Belə halda OPV-nin iflic etmə ehtimalı azalır. OPV və IPV tərkibində neomisin və streptomisin olduğundan buna qarşı allergiyası olanlara vermək məsləhət deyil.[29] Göyöskürək, difteriya, tetanus Sual: Yoluxma ehtimalı çoxdurmu? Azərbaycanda ehtimal çox azdır (3 xəstəlik birlikdə 2009-da milyonda 23 nəfər?)[30]. Dünyada hər il göyöskürəyə milyonda 8000,[31]; Amerikada hər il difteriyaya milyonda 0.01 [32] (1980-da 200 imiş); Dünyada hər il tetanusa milyonda 2 nəfər yoluxur.(bunların da 1-i uşaq olur.)[33] Amma unutmamaq lazımdır ki, bu göstəricilər peyvənd olunmuş əhalinin göstəriciləridir. Sovet rejimi dağılanda MDB ölkələrində peyvəndlənmə tam aparılmadığından difteriya epidemiyası baş qaldırmışdı.[32] Sual: Xəstəlik qorxuludurmu? Göyöskürəklə xəstələnənlərin 0.6% [31]; Difteriya ilə 1-20%[34]; Tetanusla 30%-i ölür[33] Sual: Peyvənd nə dərəcə qoruyucudur? Hər üç peyvəndin qoruyuculuğu 10 il ərzində sürətlə azaldığından məktəbəqədər dövrə kimi təkrarlanır.[37] Göyöskürək peyvəndi vurulmuş fərdlərin xəstələnmə ehtimalı 24 dəfə azdır.[36] Difteria və tetanusuna qarşı qoruyuculuq 95%-dir.[39] Sual: Peyvəndin ziyanı varmı? Qıcolma kimi qorxulu ağırlaşmaların rast gəlmə ehtimalı 10000-də 93 deyənlər də var[40], 10000-də 1 deyənlər də [41]. Ən çox rast gəlinən yan təsiri baş ağrısı və qızdırmadır. Sual: Peyvəndi vurarkən valideyn nələrə fikir verməlidir? Göyöskürək peyvəndi iki formada olur: whole-cell və acellular. Qoruyuculuğu demək olar ki, eynidir[38]. Acellular peyvəndin yan təsirləri 3 dəfə az olduğundan daha çox istifadə olunmağa başlayıb.[35] Qızılca, Parotit, Məxmərək Sual: Yoluxma ehtimalı çoxdurmu? Son illərdə Azərbaycanda qızılca və məxmərəyə demək olar rast gəlinmir. Epidemik parotit isə çox azdır[42] (bu göstəricilər peyvənd olunmuş əhalinin göstəriciləridir). Hər üç xəstəlik hava-damcı yolu ilə yoluxur (peyvənd olunmamışların yoluxma ehtimali çoxdur). Epidemik olaraq bəzi ölkələrdə bəzi illərdə müşahidə olunur. [52][53][54] Sual: Xəstəlik qorxuludurmu? Qızılca­ – Ölkələrin inkişaf səviyyəsindən asılı olaraq hər 1000 xəstə uşaqdan 1 və 300-ü olür[43][44]. Xəstəliyin pnevmoniya, ensefalit, otit kimi ağırlaşmalarına çox rast gəlinir.[45][46] Parotit – Nadir də olsa ciddi ağırlaşmaları vardır. Xəstələrin 3%-də sonsuzluq, pankreatit, 10%-də meningit müşahidə olunur [48][49][50]. Məxmərək – Ölüm 10000-də 7-dir[52]. Ağırlaşmaları demək olar ki, yoxdur. Hamilə qadınlarda isə əksinə 20% halda aborta və 40% halda isə qüsurlu körpənin doğulmasına səbəb ola bilər. Sual: Peyvənd nə dərəcə qoruyucudur? Xəstələnmə və ağırlaşmalarının qarşısını böyük ölçüdə (azı 95%) alır[47][51][55][59] Sual: Peyvəndin ziyanı varmı? Canlı peyvənd olduğu üçün immun sistemi zəifləmiş şəxslərdə xəstəliyin özünü törədə bilər. Hər 3000 peyvəndin birində yüksək qızdırma nəticəsində tutmalar şəklində qıcolmalar müşahidə oluna bilər[56]. Ümumiyyətlə istənilən qızdırma 3% halda qıcolma verə bilər.[57] Ən çox rast gəlinən qızdırma və səpgilərdir. Ağır ağırlaşmalar 300000-də 1 [54]. Autizmlə əlaqəsi yoxdur[58]. Sual: Peyvəndi vurarkən valideyn nələrə fikir verməlidir? Jelatin və neomisinə qarşı allergiyası olanlara məsləhət deyil. Mənbələr: [0] www.stat.gov.az/source/demoqraphy/ [1] www.health.gov.az/img/other/teqvim.pdf [2] www.xazar.tv/xeber.aspx?id2=5&id=3748 [3] emedicine.medscape.com/article/177632-overview#a0104 [4] www.emedicinehealth.com/hepatitis_b/page2_em.htm#Hepatitis B Causes [5] www.ncbi.nlm.nih.gov/pubmed/20428653 [6] www.ncbi.nlm.nih.gov/pubmed/8392167 [7] www.vhpb.org/files/html/Meetings_and_publications/VHPB_Meetings/kyiv2004/pdf/S41enUsta.pdf [8] guncel.tgv.org.tr/journal/33/pdf/346.pdf [9] www.cdc.gov/mmwr/PDF/rr/rr5416.pdf [10] www.neurology.org/content/72/10/873.abstract [11] www.merck.com/product/usa/pi_circulars/r/recombivax_hb/recombivax_pi.pdf [12] data.worldbank.org/indicator/SH.DYN.MORT?cid=GPD_15&locations=US [13] www.who.int/mediacentre/factsheets/fs104/en/index.html [14] www.health.gov.az/news.php?id=153 [15] en.wikipedia.org/wiki/Bacillus_Calmette-Gu%C3%A9rin#cite_note-8 [16] en.wikipedia.org/wiki/Bacillus_Calmette-Gu%C3%A9rin#cite_note-7 [17] www.bmj.com/content/2/6082/293 [18] www.who.int/immunization/wer7904BCG_Jan04_position_paper.pdf [19] www.cdc.gov/mmwr/preview/mmwrhtml/00032760.htm [20] her.oxfordjournals.org/cgi/reprint/16/1/109.pdf [21] www.who.int/mediacentre/news/releases/releaseeuro02/en/index.html [22] www.cdc.gov/mmwr/preview/mmwrhtml/mm5540a3.htm [23] www.post-polio.org/edu/hpros/Aug04HistPersNeumann.pdf [24] www.who.int/immunization/polio_grad_opv_effectiveness.pdf [25] www.immunizationinfo.org/vaccines/polio [26] www.ncbi.nlm.nih.gov/pubmed/9917578 [27] www.brown.edu/Courses/Bio_160/Projects2000/Polio/PoliovirusVAPP.htm [28] www.tip2000.com/abone/konular/asilar2.asp [29] www.rense.com/general59/vvac.htm [30] www.azstat.org/statinfo/healthcare/az/3_13.shtml#s5 [31] www.medscape.com/medline/abstract/20091541 [32] www.cdc.gov/ncidod/dbmd/diseaseinfo/diptheria_t.htm [33] emedicine.medscape.com/article/229594-overview#a0199 [34] emedicine.medscape.com/article/963334-overview#a0199 [35] www.ncbi.nlm.nih.gov/pubmed/8451663 [36] pediatrics.aappublications.org/content/123/6/1446.full.html [37] www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2545243/pdf/bmj00274-0028.pdf [38] www.springerlink.com/content/nluabmdluyfmhfed/ [39] www.immunizationinfo.org/vaccines/diphtheria [40] jama.ama-assn.org/content/263/12/1641.abstract [41] www.autismtreatmentclinics.com/uploads/Brain___Development_Article1.pdf [42] www.azstat.org/statinfo/healthcare/az/3_13.shtml#s5 [43] emedicine.medscape.com/article/802691-overview#a0199 [44] www.istanbul.edu.tr/itf/halksagligi/ppt/seda.guven-kizamik.epidemiyolojisi.ppt [45] www.homeoint.org/kotok/vaccines/malady/measles.htm [46] www.cdc.gov/measles/about/complications.html [47] www.cty.com.tr/files/journals/4/393.pdf [48] www.mja.com.au/public/issues/189_08_201008/sen10220_fm.html [49] www.scribd.com/doc/55465600/35/Kabakula%C4%9F%C4%B1n-komplikasyonlar%C4%B1 [50] www.cdc.gov/mumps/clinical/qa-disease.html#f [51] www.ncbi.nlm.nih.gov/pubmed/21470456 [52] emedicine.medscape.com/article/968523-overview#a0199 [53] emedicine.medscape.com/article/966678-overview#a0156 [54] emedicine.medscape.com/article/966220-overview#a0199 [55] www.sciencedirect.com/science/article/pii/S0264410X04007881 [56] www.cdc.gov/vaccines/pubs/vis/downloads/vis-mmr.pdf [57] www.nlm.nih.gov/medlineplus/ency/article/000980.htm [58] en.wikipedia.org/wiki/MMR_vaccine#Claims_about_autism [59] www.ncbi.nlm.nih.gov/pubmed/15950329
['peyvənd', 'peyvend', 'aşı', 'vaksinasiya', 'vaksin', 'tibb', 'pediatriya']
5,531
https://kayzen.az/blog/azerbaycan/5936/neft-strategiyas%C4%B1.html
Neft strategiyası
luminat
Azərbaycan
19 iyun 2011, 19:51
Azərbaycan neft sənayesi özünün 150 illik tarixi ərzində böyük inkişaf yolu keçmişdir. Lakin Azərbaycan xalqı yalnız XX əsrin sonralarında müstəqillik qazandıqdan sonra bu sərvətlərdən tam bəhrələnmək imkanı qazanmışdır. Bütün dünyada qədim neft diyarı kimi tanınmış Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı hələ XIX əsrin ortalarından başlanmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda "qara qızılın" sənaye üsulu ilə çıxarılmasının əsasını qoymuşdur. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir. XIX əsrin 70-ci illərindən etibarən Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlanmışdır. Neft sənayesinin inkişafı yerli sahibkarların böyük bir nəslini yetişdirmişdir. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və başqaları öz bacarığı, istedadı və əməksevərliyi sayəsində iri neft sənayeçilərinə çevrilmiş, xalqın, millətin rifahı üçün böyük işlər görmüşlər. İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında çıxarılan neftin 75 faizini verən Azərbaycan cəbhəni yanacaqla təmin edərək alman faşizmi üzərində qələbədə böyük rol oynamışdır. 1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr məsafədə o zaman üçün nadir yataq sayılan Neft daşlarında vuran fontan dənizdə neftçıxarmanın yeni mərhələsinin başlanğıcını qoymuşdur. Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlamışdır. XX əsrin 70-80-ci illəri Azərbaycan neft sənayesinin böyük nailiyyətləri ilə yadda qalaraq onun inkişafı, maddi-texniki bazasının möhkəmlənməsi illəri olmuşdur. Həmin illərdə respublikamızın neft sənayesinin bütün uğurları Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu illər Azərbaycan neftçiləri tərəfindən dənizin daha dərin sahələrinin mənimsənilməsi ilə səciyyələnmişdir. Məhz bu dövrdə görülən məqsədyönlü tədbirlər nəticəsində neft sənayesi möhkəmlənmiş və onun geniş infrastrukturu yaranmışdır. Azərbaycanda dəniz yataqlarının işlənilməsi üçün qazma qurğuları, dənizdə tikinti işlərini təmin etmək üçün xüsusi gəmilər, texnika və avadanlıq gətirilmiş, Bakı dərin dəniz özülləri zavodu kimi nəhəng strateji istehsalat qurğusu tikilmişdir. Bununla yanaşı neft emalı, neft-kimya sənayesinin və neft maşınqayırmasının inkişafında böyük sıçrayış olmuşdur. 70-ci illərin əvvəllərindən etibarən Xəzərdə planlı surətdə geoloji-kəşfiyyat işlərinin təşkili və həyata keçirilməsi də Heydər Əliyevin misilsiz tarixi xidmətlərindəndir. Bu gün qətiyyətlə demək olar ki, Heydər Əliyevin bu illərdə respublikanın həyatının bütün sahələrində olduğu kimi neft sənayesində də gördüyü işlər onun uzaqgörən planlarının - Azərbaycanı "Əsrin müqaviləsi"nə, deməli xalqımızın müstəqilliyinə və rifahına doğru aparmaq niyyətlərinin əsasını təşkil edirdi. Müstəqillik tariximizin ilk illərində neft və qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərin aradan qaldırılmasının əsas vasitələrdən biri kimi baxılırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını strateji zərurətə çevirmişdi. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə yanaşı, ölkəni bürümüş daxili ziddiyətlər, səbatsızlıq, özbaşınalıq Qərbin neft şirkətlərini Azərbaycandan çəkindirdi. Eyni zamanda aparılan danışıqlarda isə Azərbaycanın iqtisadi maraqları tam təmin olunmurdu. Azərbaycan neftinə maraq göstərən xarici neft şirkətləri ilə hələ 80-ci illərin axırlarından aparılan danışıqlar artıq 1993-cü ilin yazında başa çatmaq üzrə idi. Həmin dövrdə Azərbaycan elə bir müqavilənin imzalanmasına yaxınlaşmışdı ki, o nəinki xalqın mənafelərini nəzərə almır, həmçinin ölkənin qiymətli təbii sərvətini talan edərək iqtisadiyyata böyük ziyan vururdu. Yalnız xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlandı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi. 1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq "Əsrin müqaviləsi" adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu. "Əsrin müqaviləsi" adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Azərbaycanın "Əsrin müqaviləsi"ndən başlanan yolu haqqında Heydər Əliyev demişdir: "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir". «Əsrin müqaviləsi» Azərbaycanın yeni neft sazişlərinə də yol açdı. 1995-2004-cü illərdə Azərbaycanın müxtəlif neft şirkətləri ilə daha 24 müqavilə imzalayıb. Həmin sazişlərin həyata keçirilməsində dünyanın 15 ölkəsinin 30-dan çox neft şirkəti iştirak edir. Bu sazişlərdə Azərbaycanın neft-qaz sənayesinə təxminən 60 milyard dollar həcmində sərmayə qoyulması nəzərdə tutulmuşdur. Hazırda Azərbaycanın bütün kateqoriyaları üzrə karbohidrogen ehtiyatları 4 milyard tondan çoxdur ki, bu da Azərbaycanı dünyanın ən iri neft regionları sırasına çıxarır. 1999-cu il aprelin 17-də müstəqil Azərbaycanın tarixində fövqəladə əhəmiyyətli daha bir hadisə baş vermişdir. Azərbaycan prezidenti Heydər Əliyev, Gürcüstan prezidenti Eduard Şevardnadze və Ukrayna prezidenti Leonid Kuçmanın iştirakı ilə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilmişdir. "Çıraq" yatağından hasil olunan neftin Supsa limanından dünya bazarlarına ixracına başlanmış və ilk dəfə olaraq Azərbaycan nefti şimala yox, qərbə istiqamət götürmüşdür. Real həyat növbəti dəfə ümummilli lider Heydər Əliyevin uzaqgörənliyini, onun siyasi, iqtisadi, kommersiya və digər risklərin dəqiq hesablanmış balansı və Azərbaycanın uzunmüddətli strateji maraqları üzərində qurduğu çoxvariantlı ixrac strategiyasının əsaslı olduğunu göstərdi. Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin dünya bazarına nəqlidir. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdapşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirilmiş, aparılan danışıqlar uğurla nəticələnmişdir. Yalnız Heydər Əliyevin yüksək nüfuzu və müxtəlif ölkələrin dövlət və hökumət başçıları siyasi, işgüzar dairələrin nümayəndələri, neft şirkətlərin rəhbərləri ilə mütəmadi danışıqları nəticəsində Azərbaycan neftinin Türkiyəyə nəql olunması barədə mühüm hökumətlərarası sazişlər imzalanmışdır. 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşünün gendişində Azərbaycan prezidenti Heydər Əliyev, Gürcüstanın prezidenti Eduard Şevardnadze və Türkiyə Cümhuriyyətinin prezidenti Süleyman Dəmirəl "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin ərazilərilə Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə" dair saziş imzalamışlar. Eyni zamanda Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası və Amerika Birləşmiş Ştatlarının Prezidentləri bu layihəni dəstəkləyən "İstanbul Bəyannaməsini" imzalamışlar. Bununla da Azərbaycanın uzunmüddətli siyasi, iqtisadi mənafelərinin təmin edilməsi, genişmiqyaslı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün Heydər Əliyev tərəfindən növbəti mühüm addım atılmışdır. Heydər Əliyevin dərindən düşünülmüş neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, İNOGATE, TRACECA və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin dünya bazarına nəqlidir. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirilmiş, aparılan danışıqlar uğurla nəticələnmişdir. İlk dəfə bu kəmərin əsas ixrac kəməri kimi çəkiləcəyini tam müəyyənləşməsi 26 aprel 1998-ci ildə Azərbaycan, Gürcüstan, və Türkiyə prezidentlərinin Trabzon görüşündə məlum oldu. Hər üç prezident aydın şəkildə bildirdilər ki, əsas ixrac kəməri Bakı-Tbilisi-Ceyhan kəməri olmalıdır və bununla da kəmərin reallaşmasının siyasi qərarı verilmiş oldu. 1998-ci il oktyabrın 29-da Ankarada Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan prezidentləri və ABŞ-ın energetika naziri tərəfindən Bakı-Tbilisi-Ceyhan marşrutu ilə Əsas İxrac Kəmərinin çəkilməsini müdafiə edən Ankara bəyənnaməsi imzalanması ilə bu layihənin ilkin razılaşması əldə olunmuşdur. Bütün bunların nəticəsi olaraq 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısının gedişində İstanbulun Çırağan sarayında xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair saziş imzalandı. Saziş H.Əliyev, E.Şevardnadze və S.Dəmirəl arasında imzalanmışdır. Bakı-Tbilisi-Ceyhan layihəsini dəstəkləmək, Qazaxıstan və Türkmənistan neftini bu layihəyə cəlb etmək üçün ABŞ-ın şahidliyi ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan arasında İstanbul bəyannaməsi imzalandı. Bəyannaməni prezidentlər H.Əliyev, S.Dəmirəl, B.Klinton E.Şevardnadze, N.Nazarbayev və S.Niyazov imzaladılar. Bu prosesin məntiqi davamı kimi 2002-ci il sentyabrın 18-də Səngəçalda Bakı-Tbilisi-Ceyhan kəmərinin inşasına başlanmışdır. Mərasimdə 3 dövlət başçısı - Azərbaycan Prezidenti H.Əliyev, Gürcüstan Prezidenti E.Şevardnadze və Türkiyə Prezidenti Ə.N.Sezər və ABŞ-ın Xəzər məsələləri üzrə nümayəndəsi S.Mənn iştirak etmişlər. Bununla da ümummilli lider Heydər Əliyevin müəllifi olduğu "Yeni neft strategiyası"nın ən mühüm uğuru olan Bakı-Tbilisi-Ceyhan reallığa çevrilmiş oldu. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Səngəçal terminalından Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uzanan 1774 kilometrlik xəttin çəkilməsinə təxminən 4 milyard dollar vəsait xərclənmişdir. Layihənin operatoru bp şirkətidir. Kəmərin tikintisi və istismarı üçün yaradılmış BTC Ko. şirkətinin səhmdarları bp (30,1%), ARDNŞ (25 %), Şevron (8,9 %), Statoyl (8,71 %), TPAO (6,53 %), ENİ (5 %), Total (5 %), İtoçu (3,4 %), İNPEX (2,5 %), KonokoFillips (2,5 %) və Amerada Hess (2,36 %) şirkətləridir. BTC kəməri ildə 50 milyon ton Azərbaycan nefti nəql etmək üçün nəzərdə tutulmuşdur. Lakin Qazaxıstanın BTC-yə qoşulması bu ölkəyə də neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxarmağa imkan verəcəkdir. Hazırda kəmərlə gündə 900 min barreldən çox neft nəql olunur. 2008-ci ildə bu rəqəm 1 milyon barrelə çatacaqdır. BTC istismara verilən gündən 2007-ci ilin sonunadək Ceyhan limanından 36 milyon 796 min 555 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır. Gələcəkdə bu kəmər nəinki Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına imkan verəcəkdir, həmçinin "İpək yolu"nun və türkdilli ölkələrin də əsas magistral kəməri olacaqdır. Bakı-Tbilisi-Ceyhan istiqamətinin seçilməsi ümummilli liderimiz Heydər Əliyevin böyük siyasətinin təmtərağıdır və bu kəmər dünya "arteriya"sı kimi neft kəmərləri sisteminə daxil olmuşdur. Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və bütövlükdə bölgə, Avropa və ümumən dünya üçün iqtisadi, siyasi baxımdan, enerji təhlükəsizliyi cəhətdən çox böyük əhəmiyyətə malik olmaqla yanaşı, Türkiyənin Qara dəniz boğazlarının həddən artıq yüklənməsinin də qarşısını alacaqdır. "Yeni neft strategiyası"nın uğurla həyata keçirilməsi, neft sənayesinə geniş sərmayə qoyuluşu, neft əməliyyatlarında müasir texnika və texnologiyanın tətbiqi nəticəsində 1999-cu ildə nəhəng «Şahdəniz» qaz-kondensat yatağı aşkar edildi. «Şahdəniz» yatağının və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin səhmdarları ARDNŞ (10%), Statoyl (25,5%), BP (25,5%), TotalFinaElf (10%), LukAcip (10%), OLİK (10%), TPAO (9%) şirkətləridir. «Şahdəniz» qaz-kondensat yatağının aşkar edilməsi ilə əlaqədar XXI əsrdə Azərbaycanda qaz sənayesinin inkişafına və Azərbaycanı neftlə yanaşı qaz ixrac edən ölkəyə çevrilməsinə zəmin yaradıldı. 2001-ci il martın 12-də Azərbaycan prezidenti Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı "Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə arasında təbii qazın satışı və alışı haqqında müqavilə" imzalanmışdır. 2001-ci il sentyabrın 29-da Gürcüstan prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı "Təbii qazın Gürcüstan Respublikası ərazisindən tranziti, nəql edilməsi və satışına dair Azərbaycan və Gürcüstan arasında saziş" imzalanmışdır. 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı «Şahdəniz» qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil oldu.
['neft']
5,532
https://kayzen.az/blog/r%C9%99vay%C9%99ti-ifad%C9%99l%C9%99r/5934/yol-b%C3%B6y%C3%BCy%C3%BCn,-su-ki%C3%A7iyin.html
Yol böyüyün, su kiçiyin
ayxansevda
Rəvayəti ifadələr
19 iyun 2011, 03:04
Azərbaycan dilində tez-tez istifadə edilən məsəllərdəndir. Bu məsəldən, əsasən, hörmət, ehtiram bildirmək, izhar etmək lazım gəldiyi vaxt istifadə olunur. İlk baxışdan hiss olunur ki, məsəl iki hissədən ibarətdir və məsəlin ikinci hissəsi birinci hissəsi ilə qarşılaşdırılır. Bu onunla bağlıdır ki, məsəlin birinci hissəsində (Yol böyüyün) işlənən böyük sözü ilə, ikinci hissədə (Su kiçiyin ) işlənən kiçik sözü bir- biri ilə antonimdir. Məsəli şərh etməyə çalışaq. Əgər məsəldəki yol sözünün müstəqim mənadan başqa həm də məcazi mənada işlənərək "ədəb-ərkan" mənasını da özündə ehtiva etdiyini qəbul etsək, bu tamamilə məntiqə uyğun görünər. Doğurdan da , yol göstərmək , ədəb- ərkanlı olmaq, böyük-kiçik yeri bilmək böyüklüyün, ululuğun əlamətidir. Bu , danılmaz bir həqiqətdir! Onda ortaya belə bir sual çıxır: su nəyə görə kiçiyin olmalıdır? Nəyə görə yemək yox, su kiçiyin olmalıdır? Bu suallara cavab vermək, bu sualları verməkdən qat- qat çətindir. Belə bir fikir deyilə bilər ki, uşaqlar dözümsüz olurlar. Ona görə də su kiçiyin olmalıdır. Bu fikir həqiqətə uyğun gəlmir. Elm çoxdan sübut etmişdir ki, uşaqlar böyüklərdən, qocalardan aclığa və susuzluğa qarşı daha dözümlüdürlər. Deməli, məsəlin ikinci hissəsi məntiqə uyğun gəlmir və birinci tərəfin də məntiqə uyğunluğunu şübhə altına alır. Məsəlin antonim sözlər əsasında - yəni xüsusi poetik fiqur özülündə qurulduğunu nəzərə alıb, məsəldəki yol və su sözlərinin də bir -birinə antonim olmasını gözləməliydik, lakin bu belə deyil . Bu iki söz antonim deyil. Buna görə də "Yol böyüyün , su kiçiyin" məsəlinin məntiqsiz olduğunu iddia etmək olar. Amma... XV -XVI əsrlərə aid olan atalar sözləri və məsəllər toplusu olan "Oğuznamə" də bu məsəl belə qeyd edilib : " Söz böyüyün , suç kiçinin ". Doğurdan da söz söyləmək, yol göstərmək , nümunə olmaq böyüyün, səhv etmək, suç işlətmək kiçiyin işidir. Təbii ki, zamanla suç sözü dilimizdə arxaikləşmiş və yerini fars dilindən keçmiş  günah sözünə vermişdir. Mənim fikrimcə , " Oğuznamə" də qeydə alınan variant (  Söz böyüyün , suç kiçinin) bu məsəlin ilkin variantı deyil. Bu iki variant əsasında məsəlin ilkin variantını bərpa etmək olar. Məsəl belə olmuşdur:" Yol ulunun, suç kiçinin" . Məsəlin bu şəkildə bərpa olması düzgün sayıla bilər. Beləliklə, aydın olur ki, məsəl antonimlər əsasında qurulub, Suç sözünün arxaikləşməsi nəticəsində indiki vəziyyətə düşmüşdür. Müəllif: f.e.d M.Qıpçaq  Söz aləminə səyahət " kitabı
['rəvayəti ifadələr']
5,533
https://kayzen.az/blog/dusundurucu-hekayeler/5933/yoldan-%C9%99n-g%C3%B6z%C9%99l-ke%C3%A7%C9%99n-insan.html
Yoldan ən gözəl keçən insan
ayxansevda
Düşündürücü hekayələr
19 iyun 2011, 02:12
Bir kral xalqı üçün çox geniş və rahat yol çəkdirdi. Yolu istifadəyə verməzdən öncə bir yarış təşkil etdi. Bu yarışda istəyən hər kəs iştirak edə bilərdi və yarışın məqsədi yoldan ən gözəl şəkildə keçən insanı müəyyən etmək idi. Yarış günü xeyli insan toplaşmışdı. Bəzi insanlar ən gözəl atlarını gətirmiş, bəziləri ən gözəl paltarlarını geyinmiş, bəziləri saçlarını çox gözəl formaya salmış, bəziləri özləri ilə birlikdə ən dadlı yeməkləri gətirmişdi.Nəhayət bütün yarışçılar yoldan keçdilər. Lakin hamı yolu keçib yenidən kralın yanına qayıdanda eyni şikayəti bildirirdi. Yolun bir hissəsi böyük daş və çınqılla dolu idi. Bu isə yolu keçməyi çətinləşdiridi.Günün axırında təkcə bir yarışcı yolu keçməmişdi. Uzaqdan həmin şəxsin yorğun vəziyyətdə gəldiyini gördülər. Gəlib çatan kimi əlində olan qızıl kasanı krala tərəf uzadaraq dedi: “Yoldan keçən zaman orada olan daşları və çınqılları təmizləmək üçün dayanmışdım. Bu qızıl kasanı da onların altından tapdım. Yəqin ki, sizindi.” Kral təbəssümlə cavab verdi:“O qızıl kasa sənindir, cavan oğlan.”“Xeyr, mənim deyil. Mənim heç vaxt belə gözəl əşyam olmayıb.”“Bəli, bu qızıl kasa sənindir. Ona görə ki, bu yarışın qalibi sənsən. Yəni sən yoldan ən gözəl keçən insansan. Çünki, bir yoldan ən gözəl keçən insan, özündən sonra gələnlər üçün yoldakı maneələri aradan qaldıran insandır.”
['düşündürücü hekayə']
5,534
https://kayzen.az/blog/turizm/5916/nyu-york.html
Nyu-York
Bakinets
Turizm
18 iyun 2011, 19:34
Amerikalılar onu «xəyallar şəhəri» adlandırırlar. Burada siz gözqamaşdıran dəbdəbə və rəngarəng həyatla tanış olacaqsınız. Nyu-York Birləşmiş Ştatların maliyyə mərkəzi hesab edilir: Nyu-York fondlar birjası, Uoll Strit, çoxsaylı broker şirkətləri və maliyyə təsisatları məhz burada yerləşir. Nyu York şəhəri (ing. The New York City) Amerika Birləşmiş Statlarının əhali baxımından ən böyük şəhəridir. Eyni adlı New York əyalətində yerləşir və dünyanın ən əhəmiyyətli maliyyə və ticarət mərkəzlərindən biridir. Şəhər, media, siyasət, təhsil, əyləncə və modadakı qlobal təsirlərindən ötəri bir dünya şəhəri olaraq qəbul edilməkdədir. Birləşmiş Millətlər Ümumi Şurası binasına ev sahibliyi etdiyindən xarici əlaqələr üçün də çox əhəmiyyətli bir mərkəz durumundadır. Nyu- York beş şəhərcikdən ibarətdir: Manhattan; Staten Island; The Bronx, Brooklyn və Queens ((Manhetten, Bruklin, Kuins, Bronks və Stəten Aylənd). Bu şəhər incəsənət və mədəniyyət baxımından çox zəngindir, burada məşhur teatrlar, muzeylər, qalereyalar, kitab mağazaları, restoranlar və etnik icmalar yerləşir. Nyu-York əvvəllər Yeni Amsterdam adlanırdı, sonra o, İngiltərə Kralı II Çarlzın qardaşı York Hersoqun şərəfinə Nyu-Yorka, yəni Yeni Yorka dəyişdirildi. Millətlərin mövcudluğu və çoxsaylı etnik mədəniyyətlərin təsirindən Nyu-York beynəlxalq miqyasda xeyli əhəmiyyətli şəhər sayılır. Nyu-Yorkun hər köşəsi insana enerji və ruh yüksəkliyi bəxş edir, siz burada istəsəniz də depressiyaya düşə bilməyəcəksiniz. Bəziləri Nyu- Yorkun vurğunudur, bəziləri isə onu sevmir, amma hər gün dünyanın hər yerindən buraya milyonlarla insan gəlir. Gəlir ki, əfsanəvi şəhərin küçələrini öz gözləri ilə görsün!   Şopinq Nyu-Yorkda mağazaları gəzməkdən yaxşı heç nə ola bilməz. Nyu-York özü nəhəng ticarət mərkəzidir. Burada siz bahalı brendlərlə yanaşı, kiçik suvenir və geyim dükanlarına rast gələ bilərsiniz. Nyu-Yorkda şopinq etmək cənnətə düşməyə bərabərdir, zəngin seçim və münasib qiymətlər alıcıları dərhal cəlb edir. Məlumat üçün nəzərinizə çatdıraq ki, burada aldığınız hər şeyə görə vergi ödəməli olursunuz (bu xüsusiyyət Amerikanın hər ştatına xasdır). Lakin il ərzində hər dükanda 10-15%, bəzən isə 50%-ə qədər endirimlər olur, bu, son mövsüm kolleksiyalarının satılması, reklam aksiyaları, bayramlar və butiklərin bağlanması ilə əlaqədar ola bilər. Turistlər üçün isə xüsusi endirimlər var (tourist discount adlanır), əgər nəyisə bəyənsəniz və qiymətin münasib olmadığını söyləsəniz, sizə mütləq 10-15% güzəştə gedəcəklər, (təbii ki, bir neçə əşya və ya geyim aldıqda). Nyu-Yorkda siz arzu etdiyiniz hər brendi tapa biləcəksiniz. Əgər tanınmış markalara gücünüz çatmırsa, problem deyil, axı Nyu-York bütün xəyalların gerçəkləşdiyi məkandır. Məşhur 5-ci avenyuda Meysi, ondan bir az aralı yeddimərtəbəli Deffis ticarət mərkəzlərində uşaq geyimindən tutmuş, kişi kostyumlarına qədər yüksək keyfiyyətli, hər üslubda və çox münasib qiymətə geyimlər əldə edə bilərsiniz. Mətbəxi Amerikalılarda milli mətbəx anlayışı yoxdur. Nyu-Yorkda Amerikanın digər şəhərlərində olduğu kimi, başqa xalqların restoranları var. Bu faktor da gündəlik menyuya birbaşa təsir edib. Məsələn, məşhur italyan «pizzası» onların ən sevdiyi yeməyə çevrilib. Lakin onların qidalanma tərzi hər kəsdən fərqlidir. Amerikalılar iki dəfə səhər yeməyi yeyir, birinci dəfə mütləq omlet və qızardılmış kartofla vetçina ya da sosiska olur. İkinci yemək isə saat 12-14 radələrinə təsadüf edir və lanç adlanır. Adətən lanç bir boşqab şorbadan, hamburger və ya çizburgerdən ibarətdir. Şam yeməyində isə qaynar şorba, ikinci quru xörək və yüngül salata üstünlük verirlər. İçkilərə gəlincə, mütləq Coca-cola və qəhvəni qeyd etmək lazımdır, çünki onsuz amerikanlının həyatını təsəvvür etmək mümkün deyil. Amerika xalqı xüsusi mətbəxlə fərqlənmir. Bu səbəbdən də burada italyan, Çin, rus, türk, Braziliya, Meksika, hind, hətta Azərbaycan restoranlarına rast gələ bilərsiniz. Nyu-Yorkun görməli yerləri Azadlıq heykəli, Empire State Binası, Central Park və Times Meydanı, Müasir Sənət Muzeyi, Guggenheim Muzeyi və Müasir Tarix Muzeyləri şəhərin maraqlı məkanlarıdır. Göydələnləri, prospektləri, restoranları, alver mərkəzləri və insanlarıyla, Nyu-York turistləri cəzb etməkdədir.     Nyu-York dedikdə hər kəsin ağlına ilk əvvəl Amerikanın rəmzi olan Azadlıq Heykəli gəlir. Tam adı - «Dünyaya işıq saçan azadlıq»dır. Onun hündürlüyü 46 metrdir. Heykəl Azadlıq adasında yerləşir, 1886-cı ildə Fransadan müstəqillik deklarasiyasının qəbul edildiyi gün hədiyyə olaraq gətirilib. Sağ əlində məşəl, solda isə üstündə «JULY IV MDCCLXXVI» (4 iyul - Müstəqillik deklarasiyasının qəbul olunma günü) yazılan kitab (buna görə onun ayaqları qırılmış zəncirdədir) var. Azadlıq adasına gəmi ilə getmək olar. Məşhur Empayr Steyt Bildinq göydələni dünyada ən yüksək binalardan biridir. Bina 102 mərtəbədən ibarətdir və hündürlüyü 449 metr təşkil edir. 1873-cü ildə yaradılan mərkəzi park möhtəşəm yaşıl sahədir. Buraya insanlar Manhettenin səs-küyündən istirahət etmək üçün gəlirlər. Parkda kiçik heyvanat aləmi, əyləncə məkanları və hovuz da yerləşir. Time Square şəhərin mərkəzidir. Burada hündür binalar, böyük və parlaq reklam ofişləri, müxtəlif rəngli butiklər yerləşir. Ən gözəl mənzərəni siz gecə izləyə biləcəksiniz. Metropolitan Amerikanın nəhəng muzeyi sayılır. Muzey mədəniyyət şəhərciyini xatırladır, burada Misir mumiyalarından tutmuş, beysbol xəritələrinə qədər var. Bruklin körpüsünün inşasına 1866-cı ildə başlanılıb və 14 il davam edib. Keçmişdə Bruklin və Manhetten şəhərlərini birləşdirmək üçün salınıb. Hal-hazırda Nyu-Yorkun əsas abidələrindən biri sayılır. Rokfeller mərkəzi XX əsrin əvvəllərində böyük maqnat Rokfeller tərəfindən tikilib. 1987-ci ildə mərkəz rəsmi abidə statusunu alıb. Rokfeller Centre dünyanın ən möhtəşəm arxitektura rəmzi hesab olunur. Onun ən vacib hissələrindən biri 1932-ci ildə inşa olunan dünyanın ən iri teatrı - Radio City Music Holdur. Mərkəzə 70 mərtəbəli Ceneral Elektrik binası daxildir. Burada həmçinin İncəsənət mərkəzi də yerləşir. Mənbə: ANS PressHəmçinin bax:KasablankaKopenhagen şəhəri
['Nyu-York']
5,535
https://kayzen.az/blog/biologiya/3548/anatomiya.html
Anatomiya
loğman
Biologiya
18 iyun 2011, 11:30
İnsanın biologiyası iki bölməyə ayrılır: morfologiya və fiziologiya. Morfologiya orqanizmin formasından, daxili quruluşundan - strukturasından bəhs edən elmə deyilir. Fiziologiya üzvlərin vəzifələrindən bəhs edən elmdir. Forma və vəzifə bir-birilə sıx rabitədədir, bir-birini tamamlayır. Forma vəzifəyə təsir etdiyi kimi vəzifə də formaya təsir edir ki, onlar daim bir-biri ilə qarşılıqlı əlaqədə olur. Anatomiya morfoloji elmdir və tədqiqetmə metoduna görə iki şöbəyə ayrılmışdır: makroskopik və mikroskopik anatomiya. Makroskopik anatomiya orqanizmi cihazsız, göz ilə yaxud bəzən az dərəcədə böyüdücü optik alətlərlə öyrənir. Mikroskopik anatomiya mikroskop vasitəsi ilə orqanizmin incə quruluşunu tədqiq edir. Bu elm öz növbəsində bir neçə şöbəyə ayrılır: 1) sitologiya - hüceyrələrdən, 2) histologiya - toxumalardan, 3) orqanologiya - üzvlərin mikroskopik quruluşundan bəhs edən elm. Mikroskopik anatomiyaya bir də embriologiya üzvlərin ana bətnində inkişafından, diferensiasiyasından və formalaşmasından bəhs edən elm aiddir. Embriologiya ayrı-ayrı fərdin inkişafını - ontogenezini öyrənir. Anatomiya əsrlər boyu inkişaf edib, zəngin nəzəri və faktik material toplamış və bir çox əhəmiyyətli bölmələrə ayrılmışdır: Sistematik anatomiya - orqanizmin forma və quruluşunu ardıcıl olaraq sistemlər üzrə öyrənir. Bu elm orqanizmi sağlam halda tədqiq etdiyi üçün normal anatomiya adını daşıyır. Normal anatomiya başqa metodlarla bərabər təsviri metoddan da istifadə etdiyi üçün ona təsviri anatomiya da deyilir. Nəzəri və ya ümumi anatomiya – orqanizmi təşkil edən üzvlərin vəzifəsi ilə əlaqədar olaraq onların quruluşunu, inkişaf proseslərini və formalaşmalarını izah edən qanunauyğunluqları öyrənir. Nəzəri anatomiyanın banilərindən biri P.F. Lesqaft olmuşdur. O, «Nəzəri anatomiyanın əsasları» adlı əsərində yazır ki, heyvan orqanizminin forma və quruluşunun əhəmiyyətini aydınlaşdıran nəzəriyyə və ümumi əsaslar çıxarılmayınca anatomiyanın bir elm kimi əhəmiyyəti olmayacaq və həyata tətbiq edilməyəcəkdir. Fəlsəfəsiz elm yoxdur. Müasir anatomiya insan orqanizminin nəinki «necə» qurulduğunu, eyni zamanda «nə səbəbə» belə təşkil olduğunu öyrənir. Bununla da o, əvvəlki anatomiyadan fərqlənir. Topoqrafik anatomiya - sağlam üzvlərin və bədən hissələrinin vəziyyətcə nahiyələrə, skeletə və birbirinə olan nisbətlərindən bəhs edir. Əgər sistematik anatomiya üzvləri sistemlər üzrə tədqiq edirsə, topoqrafik anatomiya orqanizmi nahiyələrə bölüb orada olan üzvlərin və ya törəmələrin səthi qatlardan dərin qatlara doğru vəziyyətlərini və qarşılıqlı nisbətlərini öyrənir. Cərrahi anatomiya - patoloji şəraitdə olan, yaxud patoloji proseslərə tutulmuş üzvlərin vəziyyətini və bir-birinə olan nisbətlərini öyrənir. Topoqrafik və cərrahi anatomiyanın inkişafı məşhur rus alimi N.İ. Piraqovun adı ilə bağlıdır. Plastik anatomiya - orqanizmin müxtəlif vəziyyət və hallarında zahiri şəklindən və proporsiyalarından bəhs edən elmdir; rəssamlıqda və heykəltəraşlıqda tətbiq edilən sahədir. Dinamik anatomiya - orqanizmin «anatomik qüvvələrini», yəni vəzifələrini, bu və ya başqa hərəkətlərdə bədən ağırlığının təsirini öyrənir. Dinamik anatomiyanın idman və bədən tərbiyəsi ilə məşğul olanlar üçün çox böyük əhəmiyyəti vardır. Yaş anatomiyası - üzvlərin forma, quruluş və vəziyyətcə yaş xüsusiyyətlərindən bəhs edir. İnsan orqanizmi həmişə bir halda qalmır, o, döllənmə vaxtından başlayaraq ölənə qədər tədricən dəyişir, dinamik bir sistem təşkil edir. Yaş anatomiyasının əsasını N.P. Qundobin qoymuşdur. Eksperimental anatomiya - bədənin quruluşunu diri orqanizm, başlıca olaraq diri heyvan üzərində öyrənir və eksperimental metoddan istifadə edir. Rentgen şüalarının köməyi ilə daxili üzvlərin vəziyyəti, ürəyin yerdəyişməsi, diafraqmanın və oynaqlarda sümük uclarının hərəkəti öyrənilir. Buna «canlı üzərində anatomiya» öyrənmə üsulu deyilir və anatomiyanın bu şöbəsi rentgen anatomiya adlanır. Təbiidir ki, bu metod vasitəsi ilə üzvlərin forması və vəziyyəti haqqında daha düzgün məlumat əldə etmək olur. Müqayisəli anatomiya - heyvan orqanizmlərinin forma, quruluş və mənşəyindən bəhs edərək müqayisəetmə üsulundan istifadə edir. Bu elm heyvan növlərinin inkişaf tarixini - filogenezi öyrənərək embriologiya ilə birlikdə orqanizmin forma və quruluşunun təkamül prosesi nəticəsində necə meydana çıxdığını və inkişafını müəyyən etməyə imkan verir. Patoloji anatomiya - normal anatomiyanın əksinə olaraq, bu və ya başqa xəstəliyə tutulmuş orqanizmin, yaxud onun üzvlərinin patoloji (xəstəlik nəticəsində meydana çıxan) dəyişikliklərindən bəhs edir. Anatomiyada müayinə metodları Anatomiya elmini öyrənmək üçün yuxarıda qeyd olunduğu kimi, bir neçə metoddan istifadə edilir: təsviri, embrioloji, müqayisəli anatomiya (genetik, təkamül) və fizioloji (eksperimental) metodlar. Təsviri metod - ən qədim metodlardan olub üzvləri sadəcə təsvir etməkdən ibarətdir. Bu metod bir o qədər mükəmməl deyildir. P.Laplasın dediyi kimi, «Əgər insan təkcə faktları toplamaqla kifayətlənsəydi, elm faydasız nomenklaturadan (siyahıdan) ibarət olardı və insan heç zaman təbiətin ali qanunlarını dərk edə bilməzdi». Embrioloji metod - rüşeymin (fərdin) şəxsi inkişaf prosesini (ontogenezi) və müqayisəli anatomiya metodu - növün inkişaf tarixini (filogenezi) öyrənməklə üzvlərin formalaşmasını, mənşəyini izah etməyə imkan yaradır. Son iki metod genetik metodun əsasını təşkil edir. Fizioloji metod (eksperimental metod) eksperiment vasitəsi ilə üzvlərin daşıdığı vəzifələri öyrənir, onları forma və quruluşları ilə əlaqələndirir. Vəzifə ilə forma arasında olan qarşılıqlı asılılıq o qədər böyükdür ki, bəzən üzvün forma və quruluşuna əsaslanaraq onun vəzifəsini müəyyən dərəcədə təyin etmək olur. Müasir anatomiya bu metodlardan əlavə dünyanı dərk etməyə, təbiət və cəmiyyət hadisələrinə düzgün yanaşmağa, orqanizmdə gedən inkişaf və fizioloji proseslərin mahiyyətini izah etməyə yönəlmiş yeganə elmi metod olan dialektik metoda əsaslanır. İnsan orqanizmini öyrənmək məqsədi ilə bir çox metodlar tətbiq edilir. Təşrih (yarma) metodu. Təşrih əsas metodlardan biri olub, onun tətbiqində əsas məqsəd üzvləri: əzələ, sinir, damar və daxili üzvləri axtarıb tapmaqla bərabər eyni zamanda onların orqanizmin xarici səthinə (nahiyələrinə) olan proyeksiyanın (holotopiyasını),skeletə olan  nisbətini (skeletotopiyasını) və qonşu üzvlərə olan nisbətini (sintopiyasını) öyrənməkdir. Təşrih metodundan qədim zamanlarda bir sıra dini səbəblər üzündən istifadə edilmirdi. O zamanlar yalnız gözdən keçirmə və əlləmə (palpasiya) metodları tətbiq edilirdi. Hazırda təşrih metodu bir sıra alətlərin tətbiq edilməsi ilə texniki cəhətdən mükəmməlləşmiş və ondan geniş surətdə istifadə edilir. Təşrih zamanı bir sıra alətlər: skalpel (lanset), anatomik (dişsiz) pinset, cərrahi (dişli) pinset, qayçı, mişar, qarmaq, paz, qısqac və s. işlədilir. Uzun müddət təşrih aparmaq üçün meyit əvvəlcə balzamlanır. Bu məqsədlə bir sıra sıxlaşdırıcı maddələr - formalin, alkohol, qliserin, sink-xlorid, mətbəx duzu, yaxud dondurma tətbiq edilir. Sıxlaşdırıcı maddə məhlul halında müəyyən konsentrasiyada şırınqa edilir, yaxud xüsusi aparatlar vasitəsi ilə qan-damar sisteminə vurulur. İnyeksiya metodu. XVI əsrdə təşrih metoduna inyeksiya metodu əlavə edilmişdir. İnyeksiya metodu damarları, boşluqları, yarıqları, axacaqları boyanmış və sıxlaşdırmağa qabil məhlullar ilə şırınqa vasitəsi ilə doldurmaqdan ibarətdir. İlk dəfə bu metod XVI əsrdə böyrək damarları üzərində aparılmış və şırınqa etmək üçün sudan istifadə edilmişdir. Həmin əsrdə B. Yevstaxi qan damarlarını hava ilə və boyanmış maye ilə inyeksiya etmişdir. Sonrakı əsrlərdə bu metod xeyli təkmilləşmiş və inyeksiya etmək üçün bir sıra maddələr təklif edilmişdir. İnyeksiya metodu iki cürdür - təbii və süni. Təbii inyeksiya zamanı lazımi məhlul diri heyvanın venalarına şırınqa edilir və ürəyin fəaliyyəti nəticəsində bədənə yayılır. Süni inyeksiya meyit üzərində aparılır. Korroziya metodu. Adi inyeksiya metodu ilə zərif damarları axtarıb tapmaq mümkün olmur. Odur ki, XVII əsrdə korroziya (yeyilmə) metodu təklif edilmişdir. Bu metod üzrə damarlar, boşluq, yaxud axacaqlar çürümə prosesinə, turşu və qələvilərin təsirinə məruz qalmayan sərtləşməyə qabil boyanmış məhlullarla inyeksiya olunur. Sonra həmin üzv müəyyən faizli turşu və ya qələvi içərisinə salınır. Bu zaman bütün toxumalar əriyir, damarlarda olan sərtləşmiş maddə isə qalır, damarların şəklini saxlayır. Bu metod ilə vaxtilə İ.Hirtl, rus alimlərindən İ.V. Buyalski və A.A. Krasusskaya gözəl preparatlar hazırlamışlar. Şəffaflandırma metodu. XX əsrin əvvəllərində inyeksiya metoduna əlavə olaraq şəffaflandırma metodu təklif edilmişdir. Bu metod üzrə bir üzv inyeksiya olunduqdan sonra müəyyən məhlullardan keçirilir, sıxlaşdırılır və alkohol təsiri ilə suyu çıxarılır. Sonra şüasınma əmsalı həmin üzvün sınma əmsalına bərabər olan məhlula salınır. Bu zaman üzv şəffaflaşır və daxilindəki inyeksiya olunmuş damarlar görünür. Boyama metodu. Bu metod vasitəsi ilə müəyyən üzv, yaxud toxuma müxtəlif boyalarla rənglənib, onları təşkil edən elementlərin müəyyən rəngə boyanması ilə öyrənilir. Bu metoddan mikroskopik anatomiyada geniş surətdə istifadə edilir. İşıqlandırma metodu. Bu metod makro- yaxud nmikroskopik preparatları keçici ya əks olunan şüalar ilə işıqlandırmaqdan ibarətdir. İşıqlandırma metodu V.P.Vorobyov tərəfindən sinir sistemi preparatlarını öyrənmək məqsədi ilə təkmilləşdirilmişdir. Qabaqcadan preparatlar metilen abısı və yaxud ağır metal (qızıl, gümüş) duzları ilə boyanıb keçici şüa altında adi, ya binokulyar zərrəbin (lupa) vasitəsi ilə öyrənilir. Dondurma metodu. XIX əsrdə məşhur rus alimlərindən N.İ. Piroqov dondurulmuş meyiti kəsmək (qat-qat mişarlamaq) metodu təklif etmişdir. Bu metod vasitəsi ilə üzvlərin, sinir və damarların topoqrafik nisbətləri olduğu öyrənilir. Təsvir olunan metod topoqrafik anatomiyada istifadə edilir. Eksperimental metod. Bu metod diri heyvanlar büzərində eksperiment aparmaqdan ibarətdir. Məşhur rus alimlərindən P.F. Lesqaft hərəkət üzvlərini öyrənərkən bu metoddan geniş surətdə istifadə etmişdir. Son zamanlar damar kollaterallarını öyrənmək məqsədi ilə bu metod V.N. Tonkov məktəbi və başqaları tərəfindən tətbiq olunmaqdadır. Dioptroqrafiya metodu. 1927-ci ildə dioptrioqrafiya adlanan yeni topoqrafik-anatomik metod təklif edilmişdir. Bu metod xüsusi alətlə meyiti qat-qat təşrih etmək vasitəsi ilə üzvləri təbii ölçüdə bir-biri üzərinə proyeksiya etməkdən ibarətdir. Proyeksiya nedərkən eyni zamanda üzvlərin konturunu kağız üzərinə köçürmək olur. Rentgen metodu. Bu metod 1895-ci ildə fizik Konrad Rentgen tərəfindən kəşf olunmuş və onun adı ilə adlanmış x-şüaları vasitəsi ilə canlıda və meyitdə üzvlərin quruluşunu və nisbətlərini (topoqrafiyasını) öyrənməkdən ibarətdir. Rentgen şüaları öz atom çəkisinə malik bir çox üzvlərdən keçir, əksinə, digər qism yüksək atom çəkisinə malik üzvlərdən ya zəif keçir, ya heç keçə bilmir. Bunun nəticəsində həmin şüalar bədəndən keçdikdə xüsusi ekran, yaxud fotolent üzərində müxtəlif dərəcədə kölgə salır. Bu kölgənin intensivliyi, xarakteri, konturu və qarşılıqlı nisbəti üzvlər haqqında müəyyən məlumat almağa imkan verir. İlk dəfə rentgen şəklini (əlin şəklini) 1895-ci ildə Kölliger almışdır. Rentgen şüaları kəşf olunduqdan bir az sonra ilk dəfə anatomiyada V.N. Tonkov və P.F. Lesqaft tərəfindən (1896-cı ildə) tətbiq edilmişdir. Rentgen metodunun iki üsulu vardır: a) rentgenoskopiya - üzvün kölgəsi ekran üzərində öyrənilir və b) rentgenoqrafiya - üzvün şəkli fotolent üzərinə salınır. Retgen metodu anatomiyada hərəkət üzvlərini, onların dinamikasını, daxili üzvlərin topoqrafiyasını öyrənərkən tətbiq edilir. Boşluğu olan üzvləri, damarları və boşluqları öyrənmək üçün qabaqcadan onların daxilinə rentgen şüalarını keçirməyən kontrast maddə, yaxud maye, ya da hava vurulmalıdır. Mumiya, yaxud quru preparat hazırlama metodu. Bu metod hələ yeni eradan 2 min il əvvəl Misirdə tətbiq edilirdi. Bu üsül nəinki misirlilərə, hətta assurilərə, iranlılara və skiflərə bəlli idi. Keçmişdə hazırlanmış bir sıra mumiyalar indiyədək bəzi muzeylərdə saxlanılır. Bu metodun mahiyyəti bütöv meyitə, yaxud onun ayrı-ayrı hissələrinə xüsusi balzamlayıcı məhlul, yaxud maddələrlə təsir edərək onu qurutmaqdan ibarətdir. 1943-cü ildə N.S. Xarçenko yeni mumiya metodu təklif etmişdir. Bu metodda ayrı-ayrı üzv, yaxud bütün meyit fizioloji məhlulla yuyulur və sonra həmin sistemə xüsusi preparat vasitəsi ilə müəyyən təzyiq altında, 37-380C temperaturda hava vurulur, bu qayda ilə kiçik üzvlər 3-4 saat, böyük üzvlər isə 6-8 saat qurudulur. Nəticədə üzv büzüşmür, öz formasını və ümumi quruluşunu saxlayır. Mənbə: Biоlоgiyanın inkişaf tariхi və mеtоdоlоgiyası Müəlliflər: H.M. HACIYЕVA, Ə.M. MƏHƏRRƏMОV, Q.K. İSMAYILОV, İ.V. QAFARОVA
['anatomiya']
5,536
https://kayzen.az/blog/azerbaycan/5899/az%C9%99rbaycan%C4%B1n-t%C9%99bii-abid%C9%99l%C9%99ri.html
Azərbaycanın təbii abidələri
Cavid
Azərbaycan
17 iyun 2011, 22:41
Hidrogeoloji abidələrMineral mənbələr hidrogeoloji abidələrlə əlaqəli olur. Onlar Azərbaycanın ərazisində geniş yayılıb. Kimyəvi tərkibinə görə burada mineral mənbələrin 10-dan çox növü aşkar olunmuşdur. Hidrokarbonat, hidrokarbonat-xlorid, hidrokarbonat -xlorid-sulfat, hidrokarbonat-sulfat, xlorid-hidrokarbonat, sulfat-xlorid və kuporos. Bunlardan başqa, qeyri müəyyən kimyəvi tərkibə malik bəzi mənbələr var. Mənbələrin boşalması gün ərzində 10-dan 100 min litrə çatır. 30-dan çox mənbənin su hərarəti, 20 dən +700 C dərəcəyə qədər təşkil edir. Kükürd, karbohidrat, karbohidrat bi sulfid qazları əksər mənbələr arasında fərqləndirilir. Bu mənbələrin suları mədə-bağırsaq, dəri, ürək-damar, revmatizm xəstəliklərinin müalicəsi üçün istifadə edilir. Onlar arasında tibbi əhəmiyyətə malik mineral mənbələr var. Dəridağ, Sirab, Badamlı, Turşusu, Şirlan, İstisu, Slavyanka, Xalxal, Beşbarmaq, Gurbulaq.Hidroloji abidələrSu təbiətdə əsas komponent olmaq üçün hesab edilir. Okeanlarda, dənizlərdə, göllərdə və su çarhovuzlarında ağlasığmaz gözəlliyə malikdir. Azərbaycan ərazisində əsasən dağ çayları axır. Çayın yuxarı və daha aşağı axınlarının arasında hündürlüklərin burulğanı 2000-3000 m dir və düzənlikdə çayın mənbəyindən onun mənsəbinə qədər məsafə 15-20 km-dən 30-km-ə qədərdir. Məhz buna görə də dərin dərələr boyunca axan sürətli çayların səsiylə yaranan exo insanlara xoş təsir bağışlayır. Qusarçay, Kişçay, Tərtərçay, Naxçıvançay, Lənkərançay və Azərbaycanın digər çayları da çox cəlbedici gözəlliyə malikdir. Şəlalələr çay yatağında iqlim şəraitinə uyğun olaraq yaranırlar. Şəlalələrin səsində kamançada ifa olunan möhtəşəm Qarabağ musiqisinin yüksək həzin notlarında hiss etmək olar. Morfometriya şəlalələrindən asılı olaraq müxtəlif nisbi hündürlüyə malikdir. Azərbaycanda 2 belə növ şəlalə mövcuddur: daimi və müvəqqəti hərəkət edən tipik dağ çayları. Onların arasında ən uzun şəlalələr Afurca (Vəlvələçay), Mucuq (Dəmiraparançay), Həmzəli (Həmzəliçay), Katex (Katexçay), Kirintov və Sarıgüney(Kişçay), İlisu (Kurkumçay).Müvəqqəti şəlalələr su axınlarının hesabına qidalanır. Quru vadilərdə güclü şəlalələr buz əriməsi və ya leysan yağışları dövründə formalaşır. Şəlalələr rəngarəng mənzərə yaradan göy qurşağının bütün rənglərini ifadə edən Şahdağın əhəngdaşı fonunda ən balaca sıçrantılar ilə düşən su axınlarından formalaşdı. Güzgü kimi Azərbaycanın dağ gölləri cənnətin nəhəng anbarını əks etdirir. Çox yüksək olan dağ gölləri Tufan (Böyük Qafqaz), Göygöl, Alagöl (Kiçik Qafqaz), Batabat (Naxçıvan) və başqaları unikal gözəlliyi ilə səciyyələndirilir. Floristik AbidələrFlora landşaftın parlaq göstərilmiş komponentlərindən biridir. Düzənliklərdə və dağlarda landşaft dəyişikliyi bütün landşaft formalaşması faktorunu əks etdirir. Buna görə də flora təkcə fiziki-coğrafi mühitin əsas komponentlərindən biri deyil eləcədə landşaft formalaşmasının daxili quruluşunun kriteriyasını faktorların qarşılıqlı əlaqəsinə də xidmət edir. Floristik abidələr ətraf mühiti genişləndirir . Məsələn, yol boyu müşahidə edilən yaşı 1500-1700 il olan çinarlar təbiətin qiymətli hədiyyəsidir. Onlar mühafizə olunur və diqqətlə qorunurlar. Tanınan çinarlar Azərbaycanın bir çox yerlərində- Dağlıq Qarabağ, Qasımismayılov və başqa ərazilərdə hələdə qalmaqdadır.Sultanbud meşəsi (püstə), Göygöl küknar ağacı və s floristik abidələr ilə əlaqəli olur. Yayılmış ərazilər qorunur və ehtiyatda saxlanmış kimi hesab edilir. Nərbənd (Naxçıvan), (Abşeron yarımadası), Şabalıd ağacları (Qutqaşen ərazisi), Zubavniki (Zaqatala, Xaçmaz regionları və s.)Quba-Xaçmaz yolunda piramida şəkilli çinarlar və Oğuz-Şəki-Zaqatala-Balakən yolu boyunca fındıq plantasiyaları mənzərəli landşaft yaradır.Azərbaycanda mövcud olan endemik və qalıq flora (dəmirağac, şabalıd yarpaqlı palıd, zelkova və s) təbii abidələr kimi qorunulacaq.Faunustik abidələr Faunistik abidələr-Dağıstan dağ keçisi, besoar keçisi, dağ domkratı (porşeni), cüyür, qonur ayı və vəhşi çöl donuzu turistlərin və alpinistlərin diqqətini cəlb edir. Oxlu kirpi, kəklik, qara frankolin, tetra quşu, göyərçin və qaranquş kimi heyvanlar Şərqi Qafqazın təbiətinə həyat gətirir. Dağ zirvələrində uzaqgörünən qartallar onun əzəmətli gözəlliyini vurğulayır. Müxtəlif heyvanlar Ussuri xallı maralda daxil olmaqla Azərbaycana gətirildi və təbii abidələrə uyğunlaşdı. Azərbaycanın bəzi yerlərinə Asiya, Avropa və Afrikadan uçub gəlmiş nadir quşlar: flaminqo, qu quşu, Pelikan, qara frankolin, danquşu və s..Turistləri təbiətin paleozoloji abidələri daha çox maraqlandırır. Heyvanların Binəqədi bitum dəfni 70-80 il əvvəl formalaşdı.Abşeron yarımadasında faunanın bəzi növləri dördüncü dövrdə bitum gölündə öldü. Bu göl məhv olmuş heyvanların qalıqlarını balzamlamış neft süzülməsinin nəticəsində formalaşmışdı. Binəqədidə alimlər bitumin dəfnində buğanın, nəhəng maralın və onurğalı heyvanların bir çox nümayəndələrini, sürünənlərin, məməlilərin, həşəratların və quşların qalıqlarını tapdı. Azərbaycanın bir çox başqa yerlərində bu cür paleontoloji abidələrə rast gəlinir. Unikal landşaft abidələriMüxtəlif iqlim şəraiti Azərbaycanda unikal landşaftın formalaşmasını müəyyənləşdirdi. Xaltan depresiyası (1000-1800m) buna nümunədir. O, Gilgilçay və Vəlvələçayın yuxarı axınında Azərbaycanın şimal-şərqində yerləşir.Şimaldan O, Qaytar-Qoca dağ silsiləsi və cənubdan əsas Qafqaz dağ silsiləsi ilə saçaqlanır. Gilgilçay Qaytar-Qoca dağlıq meşələri ilə birləşərək yüksəkliyə doğru çəmənlərlə,onlar isə dağsuayrıcısı ilə əvəz olunur.Şərqə doğru orada landşaft mənzərəsi açılır: Cənubdakı landşaft meşələrindən şimala doğru Baş Qafqaz silsiləsinin çılpaq çəmənliklərini görmək olar və Xəzərin ucsuz bucaqsız səthindən xeyli uzaqda onlar üfüqlə birləşir. Göygölə gələn turistlər göl sahilində əzəmətli kəpəz dağını müşahidə edirlər. Onun dağətəyi sürüşmə depozitləri boyunca azalır və səth müxtəlif spesifik rəngli Alp və subalp çəmənliklərilə örtülür. Görünür, dağ çəmənlikləri geniş qaya fraqmentləri ilə birlikdə yamaclara doğru endiyinə görə , meşənin yuxarı hissəsi ilə birləşir. Yarpaqlı ağac meşələri tək çəmənlik ilə birlikdə ətrafında sosnoviski ağacları ucalır, sanki Göygöl, Maralgöl, Zəligöl və digər göllərin mavi suları ilə bürünür, onların üzərində fəsildən asılı olaraq dəyişkən heyratamiz mənzərə əks olunub.XII əsrin ortalarında dahi Nizami qeyd etmişdir ki, Göygöllə əlaqəli olan göllər qrupunun hamısı qəşəngdir.Göygöl təbii mənzərə kompleksinin ayrılmaz tərkibidir. Belə unikal mənzərələr Azərbaycanın başqa yerlərində də var.Təbii abidələr 3 qrupa bölünür.I qrup. Dünya əhəmiyyətli təbii abidələr (Naxçıvan MR-də İlandağ, Göygöl və Qızıl ornitologiya ehtiyatları, Talışın Hirkan meşəsi, Binəqədi paleontoloji abidəsi) I qrupla əlaqəlidir.II qrup təbii abidələri əhatə edir buda ölkəmiz üçün əhəmiyyətlidir ( çinar, unikal mineral mənbələr, Beşbarmaq dağı, landşaft şəlaləsi və s.)III qrup yerli əhəmiyyətli təbii abidələrdən ibarətdir. Qədim zamanlardan bəşəriyyətin əldə etdiyi dəyərli irsimiz təbiət abidələri kimi diqqətlə qorunmalıdır. Onların saxlanması nəsildən nəsilə ötürülməsi gərək məsuliyyətli iş olsun. Bu səbəbdən birinci siyahı tərtib edilməlidir və geniş kütlə cəlb etmək ilə dövlət səviyyəsində onların saxlanması təşkil edilməlidir.Mənbə: B.Budaqov, Təbiət abidələri
['abidələr']
5,537
https://kayzen.az/blog/Az%C9%99rbaycan-co%C4%9Frafiyas%C4%B1/5898/t%C9%99bi%C9%99tin-geoloji-geomorfoloji-abid%C9%99l%C9%99ri.html
Təbiətin geoloji-geomorfoloji abidələri
Cavid
Azərbaycan coğrafiyası
17 iyun 2011, 22:32
Quraqlıq- eroziya-denudasiya relyef yaradan proseslərin nəticəsində dağlar, təpələr və müxtəlif qayalar onun ərazisi üzərində formalaşdı. Onların yarısı intruziv süxurlardan ibarətdir (İlanlıdağ, Naxacar, Əlincə və Naxçıvan MR da başqa dağlar) bəzi yerlərində isə Devon dövrünün qədim kristal süxurlarından ibarətdir (Dəhnə, Sarıdağ, Vəlidağ və Naxçıvanda başqa qalıq dağlar), başqa yerlərdə Pliosen dövrünün yataqları ( Ambizler qalıq dağlar, Qobustanda Quşqayası). Eroziya və intensiv denudasiya proseslərinə görə süxurlar asanlıqla yuyulur. Cənub-şərqi Qafqazda təbaşir dövrünün Lusitan əhəngdaşlarından ibarət olan Dibrar növünün qayaları var. Bütövlükdə onlar kəskin qayalar ilə ifadə edilir . Turistlər və alpinistlər keçmişdə bu qayalarda müdafiə məqsədilə tikilmiş qalaların qalıqlarını maraqla müşahidə edirlər (Çıraqqala, Şexubqala və s.); Onların bəziləri Dəvəçi (Çıraqqala) və İsmayıllı (Talıstan) regionlarında yerləşir. Kəpəz dağı Yura dövrünün əhəngdaşlarından ibarətdir və öz gözəlliyi ilə turistləri cəlb edir. Keçmişdə Kiçik və qisməndə Böyük Qafqazda karyer yolu ilə istismar olunmuş dağ-mədən yataqları aşkar edildi. Bu mədənlər müxtəlif göllər və bulaqlar ilə antropogen mağaralar kimi dağların yamaclarında qaldı. XIX əsrə kimi Abşeronda dərinliyi 10-15 km olan əl ilə çıxarılan quyulardan neft istehsal edilirdi. İstehsal edilmiş neft su quyularına yaxın yarğanlarda toplanmışdı. Belə quyular Xırdalan, Balaxanı, Binəqədi, Fatmayi və Hökməli kəndləri ətrafında qalmışdır. Bu abidələr Azərbaycanda neft yataqlarının zənginliyini , Yer səthinə neft yataqlarının yaxın yaranması və həmçinin o keçmiş zamanda neft istehsalçılarının ağır və təhlükəli işini göstərir. Gələcək nəsillər üçün bu abidələri saxlamaq qədim neft buruqlarının bərpa olunması üçün zəruridir və bu ərazi qorunmuş zona kimi elan edilməlidir, necə ki bu abidələr Azərbaycanın tarixinin tədqiqatı üçün böyük əhəmiyyətə malikdir. Hesab edilir ki, neft yataqları bəzi dərələrin yamaclarında səthə çox yaxın yerləşir və yarğanlardan torpağa neft süzülür və buna görə də bu yerləri neft bulaqları adlandırırlar. Neft bulaqları turistlər tərəfindən heyranlıqla müşahidə edilir.Təbii qazın öz-özünə yanması yer səthində tektonik birləşmələrdən sızıb keçir, onun alovu yaşıllığın fonunda və ya qar örtüyündə təbii landşaft yaradır. Yerdən çıxan təbii qaz qədim zamanlarda insanların ibadətgahına çevrilmişdir. Burda Hindistandan olan zəvvarlar oda sitayiş edənlər üçün məbəd tikmişdilər. Azərbaycanda fəaliyyətdə olan palçıq vulkanlarının kraterlərində metan qazının izinə rast gəlmək olar.  Qızılqaya platosunun cənub ətəyindən təbii qaz qərbdə yerləşən 2200m mütləq hündürlükdə Xınalıq kəndinə sızıb keçir, və alov əmələ gətirərək sıldırım qayalar və dağ çəmənlikləri arxa fonda çox gözəl mənzərə yaradır. Burda isti qumun üstündə turistlər kabab çəkə bilərlər. Belə yerlərin qorunması ictimai vəzifədir. Tektonik quruluşlardan keçərək çaylar dərə və yarğan relyefi yaradır. Əzilmiş dağ süxurları, qumdaşları, qumlu əhəngdaşı, əhəngdaşı, şistlər və s. tektonik yerdəyişmə - sınmalar, qalxmalar və əyilmələr unikal geoloji quruluşu yaradaraq turistləri ovsunlayır. Dağəmələgəlmə proseslərinin təsiri altında sonuncu yaranan dağ relyefi zaman və məkan baxımından müxtəlif dəyişikliyə uğradı. Onun strukturunu və istiqamətini dəyişən çay vadilərinin izləri sonuncu yaranan relyefdə yaxşı saxlanmışdır. Çay vadilərinin izləri allüvium, allüvium-prolüvium ( suayrıcı, Xızı kəndinin yaxınlığında Tuğçayın mənbəyində yerləşir, Kişçayın hövzəsində Meşəbaşı, Suvadel kəndindən şərqə doğru Muxaxçay hövzəsində Əlişçay vadisinin sağ yamacındakı suayrıcıda yerləşir) və allüvium-fluvioloji yataqlardan (Kyam morena və konqlomeratlar ) ibarətdir. Azərbaycanın bu cür əraziləri gərək turist marşrutlarına daxil edilsin. Çay terrraslarının deformasiyaya uğramış əraziləri, Böyük Suval və Kələki yamaclarının düzənliklərində qədim dreyf konuslarının terrasları onlarla əlaqəli olur. Neogen dövründən fəaliyyətdə olan Palçıq vulkanları Azərbaycan ərazisində unikal hadisə hesab edilir. Yeraltında və sahildə yerləşən palçıq vulkanları onlarla əlaqəli olur. Düzənliklərdə və dağlarda onlar konusun, platonun, təpələrin və başqa relyef formalarının quruluşundadır. Palçıq vulkanları püskürməsi hündürlüyü 1km-dən artıq olan qaz alovu və palçıq daş brekçiyasının qovması ilə izlənilir. Qara tüstüyə bürünmüş alovlu dillər qorxu təəssüratı yaradır. Hətta palçıq vulkanlarının püskürməsindən sonra palçıq brekçiya axını yamacda alovlu lava axınını xatırlatmağa davam edir. Palçıq vulkanlarının böyük hissəsi turist marşrutlarının yolunun üstündə yerləşir (Bozdağ, Otman, Lökbatan, Kürsənqaya, Qalmaz və s). Bu vadilər Padar pəncərəsi kimi adlanır. Orogenezis nöqteyi nəzərindən Qaraməryəm dağ silsiləsi ən zəngin təbii laboratoriyadır. Bu Girdimançay vadisinin qədim dreyf konusunun yerində 600 min il ərzində formalaşmışdı (uzunluğu 25km, eni 6km və hündürlüyü 50 m). Bakı-Tbilisi yolunun üstündə Girdimançayı keçərkən bunu aydın müşahidə etmək olar və o ümumi diqqəti cəlb edir. Bu daş fiqurlar dağ yamaclarına unikal gözəllik verir.Silslər çox güclü kəmiyyətə malikdir. Bir baxımla Onlar dağlardan 6-7 milyon m3 turş maddələri özləriylə apara bilir. 6-8 km kənara aparılmış qırıntılar arasında hündürlüyü 200 ton olan təbiətin möcüzə bəxş etdiyi sil mərkəzləri, nəhəng daşlar tapmaq olar. Dağ yamaclarında eroziya- denudasiya prosesləri nəticəsində gilli çöküntülərlə örtülmüş şoran torpaqlar formalaşmışdır. Gilli karst ilə şoran torpağın kombinasiyası spesifik landşaft formalaşdırır. Xəzər sahilində diyirlənən çınqıldan ibarət olan tirlər, kiçik qumlu təpələri, müşahidə etmək olar.Mənbə: B.Budaqov, Təbiət abidələri
['geoloji-geomorfoloji abidələr']
5,538
https://kayzen.az/blog/Az%C9%99rbaycan-co%C4%9Frafiyas%C4%B1/5897/az%C9%99rbaycan%C4%B1n-t%C9%99bii-abid%C9%99l%C9%99ri.html
Azərbaycanın təbii abidələri
Cavid
Azərbaycan coğrafiyası
17 iyun 2011, 21:54
Həm Azərbaycanın, həm də Qafqazın bütöv ərazisi subtropik zonada yerləşir və bu da iqlimin bəzi tiplərinin və yarım tiplərinin formalaşmasına təsir edir. Təəccüblü deyil ki, planetdə mövcud olan 11 iqlim qurşağından analoqu olmayan 9-u çoxda geniş ərazisi olmayan Azərbaycanda (88,6 min km2) yerləşir. Relyef forması ziddiyyətliliyi ilə xarakterizə olunur: O 28 km dünya okeanı səviyyəsindən 4480 km (Bazardüzü zirvəsi) mütləq hündürlüyədək dəyişir. Dağların hündürlüyünün yüksəkliyə doğru artımı relyefin formalaşmasına səbəb olur və bu da coğrafi zonaların dəyişikliyini yaxşı ifadə edir. Əlaqələr, qarşılıqlı təsir, iqlim tipləri və yarım tiplərinin qarşılıqlı təsirləri, yamacların quruluşu və ərazidə üstünlük təşkil edən küləklərin istiqaməti təbii relyef formasının əmələ gəlməsinə səbəb olur. Azərbaycan təbiətinin unikal gözəlliyi və onun ətraf mühiti turistlərin diqqətini cəlb edir. Təbiət abidələri ilə tanışlıq idraki əhəmiyyətə malikdir və o vətənə qarşı sevgi yaradır, təbiəti qorumağı öyrədir. Azərbaycanın təbii abidələri aşağıdakı qruplara bölünür: Geoloji Geoloji-geomorfoloji Hidrogeoloji Hidroloji Flora Fauna Landşaft Təbiətin geoloji abidələri Azərbaycan Respublikasının ərazisi və Qafqazın bütün ərazisi Alp qırışıqlığı zonasındadır və mürəkkəb tektonik quruluşa malikdir. Son 13-15 min illər ərzində Azərbaycan Respublikasının ərazisində mövcud olan geoloji-geomorfoloji prosesləri iqlim şəraiti və dənizin çəkilməsi unikal relyef formasını yaratmışdır. Bütün dövrlərdə dağ süxurlarının yaşı (Alt Paleolit dövründən indiyədək) insanların diqqətini cəlb etmişdir. Azərbaycan ərazisində olan tərkibi metomorfizləşən kristal şistlərdən ibarət olan ən qədim süxurlar aşağı paleozoy dövrünə aid olan yataqlardadır. Azərbaycan ərazisi Paleontoloji və mineroloji abidələrə görə çox zəngindir. Effuziv -maqmatik və çökmə mənşəli daşlar, faktorların mürəkkəbliyinin zaman və məkanca dəyişilməsi və təbii resurslar da daxil olmaqla paleontoloji şəraitin əks olunması bu süxurların yaşının müəyyən olunmasına imkan verir. Şelflərdən ibarət olan böyük buzlaqlar təbaşir və erkən təbaşir dövrünə əsasən onların yaşını müəyyən etməyə imkan verir. Qırmızı, qara, ağ və boz rəngli lava axınından ibarət olan Qarabağ vulkanik platosundakı daşları müşahidə edərkən keçmiş əsrlərə qayıdırıq, quruda və dənizdə püskürmə vulkanlarını təsəvvür edirik, Kvars, çöl şpatlarından və digər minerallardan əmələ gəlmiş Ordubad platosu Yerin nüvə qabığının əriməsini və çökmə süxurların birləşmələrində lava axınını və Yerin səthində qalınlaşmanı göstərir. Unikal daşlar ərazinin müxtəlif geoloji dövrlərini və xüsusiyyətlərini göstərir və bu həmçinin turistlərin diqqətini çəkən qiymətli materialdır. Azərbaycanın dağ süxurlarının yaş fərqliliyi 570 milyon illərdən (şist, qneys) son dövr dəniz yataqlarının yaşına kimi dəyişir (əhəngdaşı, palçıq, qum, çınqıl və s.) Tovuz, Yardımlı və Cəlilabad regionlarında Erkən Kembri və Kembri dövrünə aid yataqlar və Xəzər sahilində yerləşən dəniz yataqları ilə tanışlıq oxucular və turistlər üçün böyük əhəmiyyətə malikdir. Sarmat yataqları da unikal geoloji abidələr sırasındadır və onlar 3600 m mütləq hündürlükdə qorunmuş və bəzi yerlərdə ayrıca qalıq formalarında da tapıla bilir. Eyni yataqlardan Qafqazın başqa yerlərində də rast gəlinir. Şahdağda onların yayıldığı ərazilərin qorunması məqsədəuyğun olardı.Mənbə: B.Budaqov, Təbiət abidələri
['Azərbaycan abidələri', 'geologiya']
5,539
https://kayzen.az/blog/intellekt/5896/faydal%C4%B1-haz%C4%B1rla%C5%9Fmaq.html
Faydalı hazırlaşmaq!
ayxansevda
İntellekt və təhsil
17 iyun 2011, 21:41
Hazırlıq vaxtı-bir dəfə hazırlaşmaq üçün ayrılan vaxt ən az 45 dəqiqə ən çox isə 90 dəqiqə olmalıdır. Qısa aralar verərək edilən 1-2 saatlıq hazırlıq heç ara vermədən edilən 5 saatlıq hazırlıqdan daha faydalıdır. Əsas istifadə edilən vaxt deyil, o vaxtı necə dəyərləndirdiyindir. Hər gecə yatmamışdan əvvəl və hər səhər qalxdıqdan sonra 15-20 dəqiqə təkrar etməlisiniz. Bu, öyrəndiklərinizin möhkəmlənməsi üçün vacibdir. Diqqət! Sizin üçün ən faydalı olan saatlarınızı çətin qavradığınız dərslərə ayırmalısınız. Qalan saatlarınızı isə çətinlik çəkdiyiniz digər mövzulara ayırmağınız çox gərəklidir. Əvvəlcə çətin olana nail olun və özünüzü mükafatlandırın. Oxumağa iş kimi baxmayın! Oxumağın sizi hədəfinizə aparacağını, oxuduqca öyrənənəcəyinizi, öyrəndikcə isə sevincli anlarınızı düşünün. Məqsədinizi müəyyənləşdirin! Hansı sənəti seçəcəyinə qərar verməmiş bir şagirdin, necə hazırlaşmalı olduğu mövzusunda heç bir cəhdi baş tutmaz.Müvəffəqiyyət əldə etmək üçün məqsədinizi açıq və dəqiq olaraq müəyyənləşdirməlisiniz. “Müəllim olmaq istəyirəm!” ya da “Mühəndis olmaq istəyirəm!” əvəzinə “Ədəbiyyat müəllimi olmaq istəyirəm!” ya da “Kompyuter mühəndisi olmaq istəyirəm!” deməlisiniz. Məqsədlər davranışların başlanğıcıdır. Siz də işə məqsədinizi müəyyənləşdirməklə başlayın. Hansı universitetdə oxumaq istəyirsiniz? Sənətiniz nə olacaq? Məqsədinizə çatmaq üçün keçməli olduğunuz maneələrin olduğunu bilirsinizmi? Öz vəziyyətinizi bir daha, bu sualların işığında dəyərləndirin, “Bu hazırlıq məni hədəfimə çatdıracaqmı?” deyə soruşun. Gücünüzü aşacaq hədəflər, sizi uğursuzluğa apara bilər. İnancınızı itirməyinizə, dərslərdən uzaqlaşmağınıza səbəb ola bilər. Real hədəf isə sizi uğura aparar. Özünü zəif görmə, amma çox da güclü hesab etmə!Vaxtınızı dərsləri hazırlamaq üçün deyil, daha effektli hazırlayaraq, həqiqətən başa düşmək üçün istifadə edin! İmtahanda həyəcanlanırsınız? Plansız oxumayın! Hazırlıq proqramı necə olmalıdır? Müəllif: Şəmil Sadiq
['uğur psixologiyası', 'abituriyent', 'tələbəçilik', 'tələbə']
5,540
https://kayzen.az/blog/intellekt/5895/%C3%B6yr%C9%99ndikl%C9%99rinizi-rejimli-%C5%9F%C9%99kild%C9%99-t%C9%99krar-edirsinizmi.html
Öyrəndiklərinizi rejimli şəkildə təkrar edirsinizmi?
ayxansevda
İntellekt və təhsil
17 iyun 2011, 21:36
Hafizəmizə çatan bir məlumatı özümüz üçün lazımlı etməyib, nizamlı aralıqlarla təkrar etməsək, qısa müddətdə unudarıq. Bütünlüklə öyrənilmiş məlumatları belə 24 saat ərzində təkrarlamasaq, 70% - ə qədərini unudarıq. Təkrar necə tətbiq edilir? • Oxuma prosesinin sonunda ediləcək 5 dəqiqəlik təkrar məlumatın 1 gün qorunmasını təmin edir. • Öyrəndikdən 24 saat sonra ediləcək 10 dəqiqəlik təkrar oxuduqlarınızın 1 həftə yaddaşda qalmağına kömək edir. • 1 həftə sonra edilən 20 dəqiqəlik təkrar öyrənilənlərin 1 ay yaddaşda qalmağına kömək edir. • Məlumatı öyrəndikdən sonra edilən 30 dəqiqəlik son təkrar, məlumatın uzun müddət yaddaşınızda qalmağına çox təsir edəcəkdir. Oxumamaq Şagirdin oxumamasına təsir edən amillər: • Şagirdin qəbul ola bilməyəcəyini düşünməsi. • Şagirdin imtahana psixoloji olaraq hazır olmaması. • Şagirdin ətraf mühitdəki hadisələrə çox fikir verməsi və diqqətinin yayınmış olması; yəni eyni zamanda birdən çox fəaliyyətlə məşğul olması. • Şagirdin bəlli bir hədəfi və o hədəflə bağlı layihələrinin olmaması. • Şagirdin imtahan qorxusunu davamlı olaraq yaşaması. Düzgün hazırlaşmamaq Düzgün hazırlaşmamaq, əslində lazımi zamanda lazımi dərsə hazırlaşmamaq mənasına gəlir. Əvvəlcə, istədiyiniz fakültəyə daxil olmaq üçün hansı dərsi nə qədər oxumalı olduğunuzu müəyyənləşdirməlisiniz. • Məqsədiniz əzbərləmək deyil, öyrənmək olmalıdır. • Davamlı təkrarların əzbərə yol açacağını unutmayın. • Test həll etdikdən sonra, əksikliklərinizin nə olduğunu təyin edin və nə cür səhvlər etdiyinizi tapmağa çalışın. • Hazırlaşarkən və test həll edərkən musiqi dinləməyin, əks təqdirdə imtahan vaxtı da yenə musiqi sədaları altında test həll etmək istəyəcək, ancaq bu mümkün olmadığı üçün çətinlik çəkəcək və diqqətinizin yayınma halı ilə qarşı – qarşıya qalacaqsınız. • Heç istirahət etmədən oxumaq da səhv oxuma üsuludur. Özünüzü ələ almalısınız və proqramınızı daha yaxşı tətbiq etmək üçün enerjili hala gəlməlisiniz. Az hazırlaşmaq • Vaxt baxımından lazımi qədər hazırlaşmamaq ən vacib əksikliklərdən biridir.Unutmamalısınız ki, hər kəs üçün yetərincə oxumaq vaxtı fərqlidir. Əgər bir dərs sizin üçün çətindirsə və o dərsi qavramaq sizə sıxıntı yaradırsa, siz bu dərsi ətrafınızdakılardan daha çox çalışmalısınız. “Başqalarının çalışmaq vaxtı və proqramı sizin çalışmaq vaxtınız və proqramınızla eyni ola bilməz. • Hər dərs üçün yetərli oxumaq vaxtı da fərqlidir. Bir dərsə hazırlıq vaxtı olaraq ayıracağınız vaxt, o dərslə bağlı nə qədər problemlərinizin olmasından asılıdır. Müəllif: Şamil Sadiq
['uğur psixologiyası', 'uğur qazanmaq', 'təhsil', 'ağıllı olmaq']
5,541
https://kayzen.az/blog/u%C4%9Fur/5894/d%C3%BC%C5%9F%C3%BCnc%C9%99-perspektivi.html
Düşüncə perspektivi
ORIGINAL
uğur psixologiyası
17 iyun 2011, 17:02
Gözəl bir söz var: “Güllər arasında tikanı yaratdığı üçün Allaha şikayət etmək əvəzinə,tikanlar arasında gülü yaratdığı üçün Allaha şükür etmək lazımdır”.Deməli,bir-birindən gözəl,rəngarəng gülləri olan bir bağçada şikayət etmək mümkün olduğu kimi,şükür etmək də mümkündür.Ətrafımızdakı şeylərə baxıb məyus olmaq da,sevinmək də öz əlimizdədir.Necə deyərlər,əsas məsələ hara baxmaq yox,necə baxmaqdır.Elə isə əşya və hadisələrə necə baxmaq lazım olduğunu bilsək,zahirən çoxlarına çirkin görünən şeylərdə də saysız-hesabsız gözəlliklər görə bilərik.Çünki hər şey ya birbaşa,ya da nəticə etibarı ilə gözəldir.Ancaq bu gözəllikləri görə bilmək üçün insan bəzi xüsusiyyətlərə malik olmalıdır.Səbir də,uzaqgörəmlik də,nikbinlik də bu xüsusiyyələrdəndir.Yarısına qədər boş olan bir stəkan üçün “yarısına qədər boşdur” demək mümkün olduğu kimi, “yarısına qədər doludur” demək də mümkündür.Deməli,əsas məsələ əşya və hadisələrə necə yanaşmaqdır.Uca Allah kainatda heç bir şeyi boş yerə yaratmamışdır.Elə isə əşya və hadisələrə ibrətlə baxa bilsək,onların Uca Allahın isimlərini tərənnüm etdiyini görərik.Əgər ətrafımızdakı gözəllikləri görə bilmiriksə,müəyyən şablomlar daxilində düşünməkdən əl çəkməli,əşya və hadisələrə baxış bucağımızı dəyişməliyik.O vaxt güllərin arasındakı tikanları yox,tikanların arasındakı gülləri görə,həyatımızda kəşf edilmiş nə qədər gözəlliklələ qarşılaşarıq.Çünki, “gözəl görən gözəl düşünər,gözəl düşünən həyatından ləzzət alar”...Mənbə: “Ailəm” jurnalı Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.Optimist olun!
['uğur psixologiyası', 'düşüncələr']
5,542
https://kayzen.az/blog/ayxansevda/5893/insan%C4%B1n-b%C9%99d%C9%99n-qurulu%C5%9Funa-g%C3%B6r%C9%99-xarakter-tipl%C9%99ri.html
İnsanın bədən quruluşuna görə xarakter tipləri
ayxansevda
Bloq: ayxansevda
17 iyun 2011, 16:30
Zəif və ya intelektual tip: Zəif, yəni intelektual tipin geniş alnı , böyük bir başı, kiçik üzü vardır. Üzünün cizgiləri zərifdir. Burnu incə, çənəsi itidir. Vücud narın, çəlimsiz və çox zaman zəif olar. Çiyinlər dar və aşağı, qollar bir az uzun və incə, barmaqlar uzun və itidir. Bu tip kəslər zehnən son dərəcə fəal olmaqla birlikdə fiziki baxımdan həssaslıqları qıtdır. Onun üçün bir az tənbəlliyə meyilli olarlar, başqa insanlarla əlaqələri soyuq və cəmiyyət insanı ola bilməzlər. Gözəl nitqə sahibdirlər, lakin mövzunu çox qəlizlədirər, dinləyicini yorarlar. Çox oxuyurlar , kobud idmanı və oyunları sevmirlər .Duyum və anlama qabiliyyətləri başqalarına nisbətən daha qüvvətlidir. . Hər şeyi görər və mühakimə edərlər. Onlardan yaxşı tənqıdçi çıxar. Hər hansı bir işlə məşğul olduqları zaman da zehinlərini qeydsiz- şərtsiz olaraq o işə verməkdə birincidirlər. Orta və ya Fəal tip : Boyları orta , vücudları da nə zəif, nə kök olan tiplərdir. Çənələri, alınları , çiyinləri və əlləri dörd küncə yaxın bir şəkil ifadə edərlər. Bu tiplər özlərini məşğul edəcək hər hansı bir fəaliyyet sahəsi olmazsa kədərlərindən öləcək zənn edərlər. Belə quruluşa sahib olanlar əsla rahat dayanmazlar. Əksəriyyətlə idmana qarşı dərin bir maraq göstərərlər. Kobud idmanla məşğul olan əksəriyyət atletlərin bu quruluşda olduqları görülmüşdür. Bu tiplər ev şəraitində , oturaq işlərə nifrət edərlər. Ümumiyyətlə, bunlar yaxşı qurucu, quruluşçu, mədənçi, meşə mühəndisi, fabrikçi və ya dənizçidirlər. Gecə yuxularında və ya gündüz xülyalarında kəşfçi, əsgər və ya atlet olmaqdan darıxarlar, çünki bunları həyata keçirmək istərlər, “alınmadı”-deyə düşünmək onlara yaddır.. Əksəri cəsurdurlar. Sevdikləri hətta heç tanımadıqları insanları qorumaq üçün həyatlarını təhlükəyə qoymaqdan çəkinməzlər. Bütün bu xüsusiyyətlər medalyonun bir tərəfi ... Medalyonun digər bir üzü isə, bu tiplərin zehni baxımdan tənbəl və durğunolurlar. Parlaq, iti, praktik bir zəkadan məhrum olarlar. Bəziləri də müstəsna olacaq qədər parlaq zehni olsa da heç bir işə yaramaz. Çünki bunlar beyinlərini işlətməyi sevməzlər. Zehni işlətməkdənsə, ağır əmək , fiziki güc tələb edən sahələrə üz tutarlar. Kök tip: Bir dairə əsası üzərinə qurulmuş olan tiplərin yumru üzləri, şiş yanaqları geniş dəlikli burunları bir neçə qat çənələri və bir az çəlləyi xatırladan bədənləri vardır. Əlləri ətli və yumşaqdır. Kök adam şən, mülayim və hiyləgərdir. Zəngin süfrələri, rahat yataqları, cazibədar qadınları və digər bütün zövqü səfanı sevər. Kök adamların əksəriyyətinin heyrət verici bir zərifliyi və hərəkət yüngüllüyü vardır. Hiyləgər , ağıllıdırlar. Rahatlıqlarını sevərlər. Düzənlərini pozmaq onlara ağır gəlir. Onun üçün başqalarından istifadə etməyi yaxşı bilərlər. Mədələrinə düşkün olduqları üçün baqqal, qəssab ,çörəkçi , restorançı və ya otelçi kimi peşə sahiblərinin arasından belələrinə çox rast gəlinər. Eyni zamanda hiyləgərlikləri və sakit xasiyyətləri sayəsində yaxşı bir diplomat da olarlar. Siyasət aləmi ətrafındakıların kürəyinə vuraraq dediklərini etdirən kök adamlarla doludur. Xırda tip : Boyları qısa olmaqla, bədənlərinin hər tərəfi tamamən bir-birinə mütənasib olanlar enerjili və təvazökardırlar. Bunlar haqqlarını tapdalamaqdan nifrət edən idealist və ədalət pərvər insanlardır. Onlara qarşı gələnlərə şiddətlə hücum edər və əksəriyyətlə müvəffəqiyyətli qələbə çalarlar. Kimsədən, heç bir şeydən qorxuları yox kimidir. İstədikləri şeyi doğru yoldan əldə etmədikləri təqdirdə, hiylə yoluna üz tutmaqdan əsla çəkinməzlər. Enerjili, şəhvətli və əsəbidirlər. Son dərəcə hazırcavab və iti zəkalıdırlar. Tarixdə dahilərin çoxunun bu quruluşda insanlar olması diqqəti çəkir. Qısa tip: Qısa və zəif quruluşda olanlar utancaq və az danışan, mütavazidirlər. Öz içlərinə qapalı olarlar. Ancaq həyatlarında böyük bir hadisə olduqda həyəcanlı olurlar. O zaman da hadisə öz əleyhlərinə olduqda təlaşdan əlləri ayaqları əsər və çox vaxt özlərini itirərlər, düşünmə qabiliyyətlərini itirərlər.Utancaq olduqları üçün hər kəslə dostluq etməzlər. Amma hər hansı biriylə yoldaş oldularmı bu yoldaşlığı mühafizə etmək üçün əllərindən gələni edərlər. Sədaqətləri sonsuzdur. İtaətli bir it kimi yoldaşlıq xatiri üçün hər şeyə boyun əyər və hər şeyi qəbul edərlər.
['psixologiya', 'xarakter']
5,543
https://kayzen.az/blog/r%C9%99vay%C9%99ti-ifad%C9%99l%C9%99r/5892/qurd-il%C9%99-qiyam%C9%99t%C9%99-qalmaq.html
Qurd ilə qiyamətə qalmaq
ayxansevda
Rəvayəti ifadələr
17 iyun 2011, 15:36
Dilimizdə istifadə edilən məsəllərdən biri “ Qurd ilə qiyamətə qalmaq” ifadəsidir. Bu ifadənin Azərbaycan dilində çox qədim zamanlardan işləndiyini güman etmək mümkündür.  İfadənin işləndiyi xüsusi məqamlar var. Belə ki, bu ifadə əbədilik, uzunömürlülük mənasında işlənir.İfadənin meydana çıxmasında türk mifologiyasında geniş yayılmış bir mifoloji süjet əsas rol oynayır. Bu , boz qurdla bağlı süjetdir. Həmin mifə görə, yer üzündə qiyamət günü tufan qopacaq.Tufan elə bir dəhşətli gücə malik olacaq ki, yer üzərindəki bütün canlıları məhv edəcək. tufanın gücünə tab gətirməyən ağaclar kökündən qopacaq , dağlar, təpələr düzənliyə çevriləcək. İnsanlar da digər canlılar kimi məhv olacaq. Canlı adına yer üzündə ancaq boz qurd qalacaq. Tufan bu mübarək məxluqun dərisini soyacaq , tufanın güc gəldiyini görən qurd ayaqlarını güclə yerə diriyəcək və tufana tab gətirə biləcək. Məhz bu zaman mübarək boz qurd öz gücünün nəyə qadir olduğunu dərk edəcək. Bu mif türklərin boz qurdun əbədiliyi haqqında yaratdığı əbədiyyət salnaməsidir. Azərbaycan dilində işlənən “ Qurd öz gücünü bilmir, yoxsa dünyanı dağıdar” ifadəsi məhz bu mifoloji süjetdən qıdalanır.Burada bir məsələni də qeyd etmək istərdim ki, “ Qurd ilə qiyamətə qalmaq” ifadəsi ilə yanaşı “ Qarı ilə qiyamətə qalmaq”ifadəsi də işlədilir. Amma bu iki ifadənin eyni mənbədən qaynaqlandığını söyləmək mümkün deyil. “ Qurd ilə qiyamətə qalmaq” ifadəsinin türk mifik təfəkkürünün məhsulu olduğunu yuxarıda qeyd etdik. “ Qarı ilə qiyamətə qalmaq” ifadəsi isə Nuhun tufanı haqqındakı miflə birbaşa bağlıdır. Həmin rəvayətdə göstərilir ki, Nuh peyğəmbər yaşadığı yerdə həddindən artıq dindar bir qarı yaşayırmış. O qarının tufanın baş verəcəyindən xəbəri yox imiş. Həmişə evində yun əyirib, bazarda satmaqla dolanırmış. Bu dəfə də qarı yun alıb, evə gətirib onu əyirməklə məşğul olurmuş. Bu hesablar qarı 7 gün evdən bayıra çıxmayır. Məhz həmin 7 gün ərzində tufan qopur, hər yan məhv olur, tək- tək adamlar dağların başına qalxıb xilas olur. Tufan sakitləşdikdən sonra camaat yerə enir və qarını salamat görüb təəccüblənirlər. Qarı da söyləyir ki, 7 gün evdən bayıra çıxmamış, yun əyirmişdir. Yunun bir qədər nəmləndiyini o da hiss edib. “ Qarı ilə qiyamətə qalmaq”ifadəsi bu əsasda meydana çıxmışdır. Burada Nuhun tufanı ilə Qiyamət məsələsi qarışdırılmışdır. Nəzərə alsaq ki, qurd və qarı sözləri fonetik baxımdan bir- birinə yaxındır, bu sözlərin əvəzlənməsi təəccüb doğurmur.Müəllif: f.e.d M.Qıpçaq " Söz aləminə səyahət " kitabı
['qurd']
5,544
https://kayzen.az/blog/fizikl%C9%99r/4981/nikola-tesla-dahil%C9%99r-dahisi.html
Nikola Tesla-dahilər dahisi
nilufer
Görkəmli fiziklər
17 iyun 2011, 12:50
Teslanın adı çəkiləndə elektrotexnika və radiotexnika sahəsində ixtiraları, beynəlxalq maqnit induksiyası vahidi xatırlanır, fırlanan maqnit sahəsi hadisəsinin təsvirini verən, çoxfazalı elektrik maşınlarını və çoxfazalı cərəyanların paylanma sxemlərini işləyib hazırlayan insan, yüksək tezlikli texnika və radiotele avtomatika sahəsinin pioneri xatirimizdə canlanır. 20-ci əsr energetikasının onun kəşfləri sahəsində meydana gəldiyini öyrənirik. Onun kosmik proseslərin elmi təhlilini vermək qabiliyyətindən qürur duyuruq. Nikola Tesla dəyişən cərəyan, enerjinin məftilsiz ötürülməsi problemlərini həll etmiş, ilk elektrik saatlarını, turbinanı, günəş enerjisi ilə işləyən mühərriki ərsəyə gətirmişdir. Tesla bir neçə onilliklər bütün kainat enerjisinin problemi üzərində işləmişdir. O, Günəşi və digər səma cisimlərini hansı enerjinin hərəkətə gətirməsini də öyrənməklə məşğul olmuşdur. Kosmik enerjini idarə etməyi də öyrənməyə, kainatın müxtəlif cisimləri arasında rabitə yaratmağa çalışmışdır. Biləndə ki, onun kəşflərindən bütün bəşəriyyətin geniş istifadə etməsinə baxmayaraq, adı və əməlləri az qala unudulmuşdur, əslində bütün dövrlərin çox böyük alimi kimi şöhrət tapmış bu alimin barəsində yol verilmiş ədalətsizlikdən əndişələnirsən. Nikola Tesla kim idi? Bütün əsrlərin böyük alimi kimi tanınan Nikola Tesla 9 iyul 1856-cı ildə Xorvatiyanın kiçik dağ kəndində doğulmuşdur. Atası Milutin Tesla Pravoslav serb keşişi, anası Georgina əsil-nəcabətli Midiç ailəsinin qızı idi. Milutin Tesla hörmətli və savadlı adam kimi tanınırdı. Onun evində çox sayda kitab, o cümlədən təbiyyat elmlərinə dair irihəcmli qalın kitablar var idi. Nikola 8 yaşına çatanadək zəif və qətiyyətsiz uşaq idi. İstədiyi hər hansı məsələnin həllinə girişməsi üçün nə qüvvəsi, nə də cəsarəti çatırdı. O, heç bir səbəb olmadan ya şənlənir, ya da gəmlənirdi. Bədən ağrısı və ölüm haqqında düşüncələri özündən kənarlaşdıra bilmirdi. Onda güclü Allah xofu vardı. Gecələr gözünə görünən əcinələrdən, adamyeyən nəhənglərdən qorxurdu. Onları qovmaq təşəbbüsləri heç bir nəticə vermirdi. Nikolada kitab oxumaq aludəçiliyi vardı. Atası onun bu məşğuliyyətinin qarşısını almağa çalışırdı. Qorxurdu ki, oğlunun gözlərinə xələl gələ bilər. Nikola isə öz inadından əl çəkmirdi. Gecələr hamı yatandan sonra atasının kitablarını oxuya bilməsi üçün donuz piyindən uzun-uzun şamlar düzəltmişdi. Elə həmin dövrdə Nikola özündə qəribəliklər hiss etməyə başlamışdı. O, təsəvvüründə canlandırdığı hər hansı bir cismin, məsələn, toxuculuq dəzgahının, yaxud dəyirmanın necə işləməsini diqqətlə izləyir, bu və ya digər çarxlərın necə fırlanacağını götür-qoy edirdi. Ona elə gəlirdi ki, həmin mexanizmi özü düzəldib. Teslanın çox güclü yaddaşı vardı. Oxuduğu yüzlərlə kitabın hər bir sətrini, hər bir şəklini və çertyojunu yaddaşında saxlaya bilirdi. Bir dəfə Tesla hava qaralan zaman evlərinin artırmasında oturub sıx tüklü qara pişiyini tumarlayırdı. Onun diqqətini pişiyin tükü ilə özünün barmaqları arasında əmələ gələn xırda qığılcımların ətrafa işıq saçması çəkdi. Uşaq bu hadisədən təəccüblənərək atasından qığılcım yaranmasının səbəbini soruşdu. Atası: «Bunun səbəbini dəqiq bilmirəm, mənə elə gəlir ki, bu, ildırımın daxilindəki qüvvədir» — dedi. On yaşlı Nikolanı atasının bu cavabı heyrətə saldı. Beləliklə də, oğlanda sirli elektrik qüvvəsinə maraq yarandı. Fikirləşdi ki, görəsən, elektrik qüvvəsini cəmiyyətin xeyrinə ram etmək olarmı? Həmin vaxtlarda elektrik cərəyanı haqqında məlumat vardı. İngilis fiziki Maykl Faradey kondensatorlarla təcrübələr aparırdı, italyan fiziki Alessandro Volta çoxdan idi ki, özünün məşhur akkumulyator batareyasını yaratmışdı. Həmin vaxtlarda adamlar elektrikin fiziki qanunlarından baş çıxarmasalar da, ondan şəxsi ehtiyacları üçün istifadə edirdilər. Teleqraf və sabit cərəyanla işləyən ilk elektrik mühərriki icad edilmişdi. Yeniyetmə Tesla bütün bunlar haqqında sonralar təhsil alacağı ali texniki məktəbdə məlumatlanacaq idi. Amma keşiş ata oğlunun mühəndis olmasını istəmirdi, arzulayırdı ki, oğlu da özü kimi keşiş olsun. Keşişi razı salmaq təşəbbüsləri heç bir nəticə vermirdi. Gözlənilmədən Nikola ağır xəstələndi. Hansısa naməlum xəstəliyə düçar olmuşdu. Həkimlər güman edirdilər ki, gənc Teslanı vəba tutub və sağalacağına güman yoxdur. Bir dəfə özünə gələn Nikola çarpayısı başında əyləşmiş atasından onun mühəndis olmasına icazə verməsini istədi. Və dedi ki, atası onun bu arzusunu yerinə yetirsə, özü öz xəstəliyini müalicə etmək iqtidarındadır. Ümidi hər tərəfdən üzülmüş ata keşişin razılıq verməkdən savayı ayrı çarəsi qalmadı. Bundan sonra möcüzə baş verdi. Nikola bir neçə gün ərzində sağaldı. Həyatının sonrakı dövrlərini yaşayan (o, 86 il ömür sürmüşdü) Tesla mikrob yoluxmasından çox qorxduğundan əllərini tez-tez yuyur və əlcək taxırdı. Otellərdə yaşadığı dövrlərdə gündə iyirmiyədək dəsmal tələb edirdi. Nahar vaxtı yemək masasına milçək qonanda yenidən sifariş verirdi Tesla təhsilini başa vurana yaxın texniki məktəb yoldaşlarından həm kişi gözəlliyi, həm də fiziki qüvvəsi ilə seçilirdi. Boyu iki metrə yaxın idi, atlet görkəmi vardı. Bütün idman yarışlarında qalib gəlirdi, eyni zamanda bütün dərslərdən əla qiymətlər alırdı. Riyaziyyat müəllimi məsələnin şərtlərini diktə edən zaman Tesla onun düzgün cavabını verirdi. Onda intuitiv riyaziyyat və fizika bilikləri vardı. Sanmaq olardı ki, bu oğlan dünyaya həmin sahədəki bilikləri ilə gəlib, istənilən məsələni ancaq yada salmaqla həll edir. Tesla on yaşında olarkən qara pişiyi tumarlayarkən hiss etdiyi elektrik qüvvəsinə daha yaxından bələd olur, onun qanunlarını daha dərindən öyrənirdi. Təsəvvüründə bir-birinin ardınca ilk ixtiralar canlanırdı. Onlardan ən önəmlisi dəyişən cərəyan generatoru idi. Əgər bu generator olmasaydı, müasir energetika meydana gəlməzdi. Teslanın generatoru olmasaydı, bizim müasir sivilizasiya yüz il geri düşərdi. Amma həmin dövrün ən görkəmli fizikləri gənc tələbənin dəyişən cərayanla işləyə biləcək motorlar barədə fikirlərini sərsəmləmə kimi qiymətləndirirdilər. Onlar sabit cərəyanla işləməkdə olan motorlara üstünlük verirdilər. Tesla adi elektrik mühərriklərinə nisbətən çox sadə və çox effektiv motor da icad edəcəyini bildirmişdi. Gəncin bu cəsarətinə də məhəl qoyulmamışdı. Heç kim 20 yaşlı mühəndisin öz ideyalarını həyata keçirməsi üçün vəsait ayırmaq istəməmişdi. Məsləhətləşdiyi professorlardan biri onun bu ideyasını ağlabatmayan bir iş adlandırmışdı. Bütün bunlar Teslanın elektrik induksiya generatoru ideyasını gerçəkləşdirməyə ruhlandırmışdı.   O, Parisdə məşhur Amerika ixtiraçısı Tomas Edisonun kontinental bürosunda çalışdığı zaman (1882-ci ildə) dəyişən cərəyan generatorunun işləyən modelini ərsəyə gətirmişdi. Lakin kompaniya rəhbərliyi bunun müqabilində pul mükafatı verilməsi vədlərinə xilaf çıxmışdılar. Lakin bu, Teslanı mənən sındıra bilməmişdi. O, rus elektrotexnikləri A.N. Lodıginin, P.N.Yabloçkovun yeni eksperimentləri barədə yazılar verilən xarici texniki jurnalları həvəslə oxuyurdu. Və Sankt-Peterburqa getmək qərarına gəlmişdi. Teslanın bu məramından xəbər tutan Kontinental kompaniyanın inzibatçılarından Çarl Beçlor adlı birisi ona köməyə tələsmişdi. Teslanın istedadlı mühəndis olduğunu bilən bu xeyirxah şəxs Edisonun yaxın dostu idi. Beçlor gənci yanına çağırıb demişdi: «Razılaşın ki, sizin Peterburqa getmək niyyətiniz ağılsızlıqdır. Məgər siz öz laboratoriyasında az qala məhv olacaq yazıq Yabloçkovun aqibətindən xəbəriniz yoxdur? Bütün dünyada məşhur olan bu ixtiraçı alim öz kəşfini təkmilləşdirmək üçün Parisə getmək məcburiyyətində qalmışdı. Siz isə Parisdən Peterburqa getmək fikrinə düşmüsünüz. Mən isə sizə kömək etmək istəyirəm. Amerikaya gedin. Mənim Edisona yazdığım məktubu ona çatdırarsan». Məktubda yazılmışdı: «Belə bir talantın Rusiyaya getməsinə imkan vermək bağışlanılmaz səhv olardı. Mister Edison, bilsəniz ki, bu gənci öz fikrindən döndərmək üçün bir neçə saatlıq qiymətli vaxtımı sərf etmişəm, məndən razı qalarsınız. Mən iki böyük adam tanıyıram — onlardan biri siz, ikincisi isə bu cavan oğlandır». Tesla olan-qalanını sataraq gəmiyə bilet alıb 1884-cü ildə həmin məktubla Amerikaya Tomas Edisonun yanına yola düşdü. Nyu-Yorka çatanadək sərgüzəştlərlə üzləşməli oldu. Əvvəl başdan onu soydular. Amerikaya baqajsız, ac və pulsuz-pənəsiz çatan Tesla körpüdən birbaşa Edisonun yanına yollandı. Məramı öz ixtirasını Edisonla müzakirə etmək idi. "İxtiraçıların kralı" adını qazanmış Tomas Alva Edison qonağı hörmətlə qarşılayaraq onu diqqətlə dinlədi. Edison Tesladan cəmi doqquz yaş böyük idi. Şöhrət zirvəsinə qalxmış bu ixtiraçı kömür mikrofonu, elektrik lampası, fonoqrafı, dinamomaşını sayəsində milyonçu olmuşdu. Lakin məşhur amerikalının bütün bu kəşfləri sabit cərəyana söykənirdi. Edison təəccüb qalmışdı ki, gözlərindən od tökülən naməlum serb onunla necə də dəyişən cərəyan haqqında mülahizə yürüdür. Amma Tesladan həm də ehtiyat edirdi ki, birdən o, təhlükəli rəqibə də çevrilə bilər. Bununla belə, Teslaya öz kompaniyasında işləməyi təklif etdi. Tesla onun yanında işləməyə dərhal razılıq verdi. O, Edison üçün işləyə-işləyə özünün dəyişən cərəyan sistemini təkmilləşdirməyi də unutmadı və 1887-ci ildə ona patent aldı. Beləliklə də, iki böyük ixtiraçı arasında «soyuq müharibə» başladı. Edison ürəyində Teslanı söyür, özünü «nanəcib serbi» işə götürdüyünə görə bərk danlayırdı. Hirsindən Teslanın generatorlarının lazımsızlığını bəyan edirdi. Bir dəfə Tesla Edisona dedi ki, onun bəyənmədiyi dəyişən cərəyan generatorları sisteminin böyük ixtiraçının müəssisələrində tətbiqinə icazə versin. Edison gözlənilmədən bu təklifə razı oldu və şərt qoydu ki, əgər Tesla onun zavodlarının birini öz üsulu ilə elektrikləşdirə bilsə, 50 min dollar mükafata layiq görüləcək. Amma özlüyündə belə qərara gəlmişdi ki, bu, baş tutan iş deyil.   Tesla iyirmi dörd tip qurğu hazırlayandan sonra işə başladı. İqtisadi effekt gözlənildiyindən artıq oldu. Edison lap məəttəl qalmışdı. Lakin sözünə naxələf çıxdı. 50 min dolları verməkdən imtina etdi. Tesla ilə zarafat etdiyini bildirdi və həm də onu yumor hissinin olmamasında günahlandırdı. Bundan sonra Tesla Edisonu tərk etdi. Onun nə iş yeri, nə də pulu yox idi. Amma özünün bacarığına inamı böyük idi. Elə oldu ki, tanış maliyyəçi Ceyms Karmenin köməyilə 1888-ci ilin aprelində özünün «Tesla Elektrik Layt Kompanii» firmasını açdı. Həmin ilin mayında Amerikanın Mühəndis-Elektrikləri İnstitutunda məruzə ilə çıxış etdi və öz ixtirasını iştirakçılara göstərdi. Teslanın bu çıxışı parovoz üçün hidravlik tormoz işləyib hazırlamış milyonçu Vestinhauzun çox xoşuna gəldi. Vestinhauz Teslaya onun patentlərinə görə milyon dollar, üstəlik də, müəllif qonorarı təklif etdi. Müqavilə bağlanandan sonra «Vestinhauz Elektrik» kompaniyası Niaqara şəlaləsində Teslanın ixtiraları əsasında su elektrik stansiyasının inşasını həyata keçirdi. Maliyyə müstəqilliyi əldə edən Tesla tədqiqatlarını genişləndirməyə başladı. O, 1888-ci ildə fırlanan maqnit sahəsini kəşf etdi və yüksək və ifrat yüksək tezlikli elektrik generatorları ərsəyə gətirdi. 1891-ci ildə rezonanslı transformator ixtira etdi. Bu transformator amplitudası bir neçə milyon volta çatan yüksək tezlikli gərginlik almağa imkan verirdi. Tesla elektrik enerjisinin o vaxtadək məlum olmayan ötürülməsi üsullarını işləyib hazırladı. Hamı bilir ki, əgər enerji dövrəsi qapanmasa, cərəyan yaranmaz. Tesla isə elektrik qüvvəsinin bir naqil ilə, yaxud ümumiyyətlə, naqilsiz ötürülməsi üsulunu nümayiş etdirirdi. O, Kral Akademiyasının alimləri qarşısında yüksək tezlikli elektromaqnit sahəsi haqqında məruzə oxuyarkən elektrik mühərrikini heç bir naqil olmadan məsafədən işə salır və dayandırırdı. Bu zaman əllərində tutduğu elektrik lampaları öz-özünə yanırdı. Həmin lampaların bəzisində heç spiral da yox idi. İçi boş kolbanın işıq saçması alimlərin böyük təəccübünə səbəb olmuşdu. Bu, 1892-ci ildə baş vermişdi. Məruzə qurtarandan sonra alimlər Teslanı böyük fizik Faradeyin kabinetinə çağırıb " bu kresloda əyləşin" demişdilər. Bu kreslo böyük fizik Faradeyindir. O, öləndən sonra bu kresloda heç kim əyləşməmişdir".   Çikaqoda 1893-cü ildə nümayiş etdirilən ümumdünya sərgisinin iştirakçıları Teslanın anlaşılmayan və qorxu yaradan tamaşalarına gözlərini bərəldərək baxırdılar. Tesla sakit dayanaraq bədənindən iki milyon yarım gərginlikdə elektrik cərəyanı buraxırdı. Əslində, bu eksperimentçi yanıb külə dönməli idi. Edison qəzetlərdə bildirirdi ki, yüksək tezlikli dəyişən cərəyan ona toxunan hər kəsi öldürə bilər. Amma Tesla bu fikrin yanlış olduğunu sübut etmək üçün özünü yüksək tezlikli dəyişən cərəyana müqavimət kimi qoşaraq eksperiment aparır, sakit dayanaraq əlində tutduğu Edison lampalarının parlaq işığına tamaşa edirdi. Tam qaranlıqda Teslaya baxanlar onun bədəninin sarı-mavi alova büründüyünü görürdülər. Tesla bilirdi ki, öldürən amil gərginlik deyil, cərəyan şiddətidir, yüksək tezlikli cərəyan isə bədənin səthi qatından keçdiyinə görə zərər törətmir. Bu fokus həmin dövrdə möcüzə təsiri bağışlayırdı. 1895-ci ildə Vestinhauz dünyada ən böyük Niaqara su elektrik stansiyasının işə salınmasına start verdi. Stansiyada Teslanın güclü generatorları işləyirdi. Həmin vaxtda ixtiraçı radio ilə idarə olunan teleavtomatlar hazırlamışdı. Tesla bir neçə kiçik qayığı məsafədən idarə edirdi. Adamlar bunu sehrbazlıq hesab edirdilər. Teslanın laboratoriyasında olanlar onun havada işıq saçan kürəvi ildırımlarla oyun çıxardığını görəndən sonra çox həyəcanlanmışdılar. Tesla 1898- ci ildə laboratoriyasının olduğu binanın çardağındakı metal balkaya balaca bir cihaz bərkitmişdi. Bir qədərdən sonra ətraf binaların divarları lərzəyə gəlmiş və adamlar vahimə içərisində küçəyə tökülüşmüşdülər. Jurnalistlərin və polislərin laboratoriyaya tərəf axışdığını görən Tesla öz vibratorunu dayandırmışdı. O, sonralar etiraf edirdi ki, Bruklin körpüsünü bir saat ərzində dağıda bilər.   Teslanın eksperimentləri üçün Koloradoda zirvəsində böyük mis sferası olan qüllə tikilmişdi. İxtiraçı alimin generasiya etdiyi potensiallar 40 metr uzunluqda ildırımlar şəklində boşalırdı. Bu zaman güclü gurultu eşidilir, qüllənin ətrafında nəhəng işıq kürəsi alov saçırdı. Küçədən keçənlər ayaqları ilə torpaq arasından qığılcım çıxdığını görən kimi qorxudan kənara sıçrayırdılar. Təcrübədən məqsəd qüllədən çox uzaq məsafədə 200 elektrik lampasını birdən yandırmaq idi. Elektrik yükü naqillə deyil, torpaq ilə ötürülürdü. Teslanın Kolorado-Sprinqs şəhərində apardığı havadan enerji alınması tamaşası həmin dövrün ən zəngin oliqarxlarından biri sayılan Con Pirpont Morqanın çox xoşuna gəldiyindən o, Teslanı ümumdünya naqilsiz enerjiötürmə mərkəzinin yaradılması üçün Nyu-Yorka çağırmışdı. Morqan həmin məqsədlə 150 min dollar (indiki alıcılıq qabiliyyətilə müqayisədə bir neçə on milyon dollar) vəsait və Lonq-Aylend adasında böyük torpaq sahəsi ayırmışdı. Bu layihə atmosferin üst təbəqəsi olan ionosferi rezonans hərəkətə gətirməsinə əsaslanırdı. Lonq-Aylend adasında böyük ərazili elm şəhərciyinin salınmasına başlandı. Layihənin başlıca qurğusu 57 metr hündürlüyündə karkaslı qüllə idi. Qüllənin zirvəsində çox böyük ölçülü mis «nimçə» — gücləndirici nəhəng ötürücü qoyulmuşdu. Qüllənin polad şaxtası 36 metr dərinlikdə torpağa basdırılmışdı. Tayı-bərabəri olmayan bu qurğu 1905-ci ildə yoxlamadan keçirilmək üçün bir axşam işə salındı. Nyu-Yorkun və Atlantik okeanın üzərindəki ucsuz-bucaqsız səma alışıb yanmağa başladı. Havada müxtəlif rəngli saysız-hesabsız ildırım çaxırdı. Səmaya baxan adamların bədənləri vahimə yaradan açıq-mavi rəngli şəfəq saçırdı. Elə bil küçələrdə ruhlar dolaşırdı. Bu layihə müasir universal informasiya sistemlərinin əsasını qoymuşdu. Tesla güclü enerji selini naqilsiz olaraq ötürmək üçün Niaqara şəlaləsinin yanında ikinci qüllə qaldırmaq niyyətində idi. Lakin bu layihə külli miqdarda vəsait tələb edirdi. Tesla bu imkandan məhrum idi.   Varidatı demək olar ki, heçə getmişdi. 1900-cü ildə italyan radiotexniki və iş adamı Qulyelmo Markoninin okean vasitəsilə transatlantik siqnalını Kanadaya ötürə bilməsi Morqana daha perspektivli göründüyündən Teslaya vəsait təminatını dayandırmışdı. Morqan üçün naqilsiz enerji ötürülməsindən informasiya ötürülməsi daha perspektivli idi. Hərçənd ki, Tesla hələ 1893-cü ildə, Markonidən illərlə qabaq ilk dalğalı radioötürücüsünü inşa etmişdi. Tesla Morqana etiraf etmişdi ki, onu rabitə sistemindən daha çox, planetin istənilən nöqtəsinə naqilsiz enerji ötürülməsi maraqlandırır. Morqanın Teslaya münasibətində yaranmış soyuqluğun digər bir səbəbi də vardı. Tesla Morqana özünün uzaq planetlər sivilizasiyaları ilə müntəzəm rabitə yaratması barədə danışmaqla bankiri qorxuya salmışdı. Teslanın bioqrafları Morqanın maliyyə dəstəyini dayandırması ilə heç cür razılaşa bilmirdilər. Tesla isə «Mənim ixtiralarım» avtobioqrafiyasında yazırdı: «Morqan mənim barəmdə bütün öhdəliklərini yerinə yetirmişdir. Mənim layihəmin təxirə salınmasının əsas səbəbi təbiyyat qanunlarıdır. Dünya mənim layihəmi anlamağa hazır deyildir. Mənim elmi layihəm yarandığı zamanı son dərəcə çox qabaqlamışdır». İngilis fiziki Ernest Rezerford Teslanı «coşğun elektrik peyqəmbəri» adlandırmışdı. Tesla elektrik barədə hər şeyi bilirdi! O, xəstələrin yüksək tezlikli cərəyanla müalicə olunması, elektrik sobalarının, lüminessent lampaların, elektron mikrokoplarının meydana gəlməsi mümkünlüyünü qabaqcadan söyləmişdi. Nyu-Yorkun küçə və meydanları Teslanın konstruksiyası olan qövs lampaları ilə işıqlandırılırdı, müəssisələrdə onun elektrik motorları, düzləndiriciləri, elektrik generatorları, transformatorları, yüksək tezlikli avadanlıqları işləyirdi.   O, 1917-ci ildə sualtı qayıqları radio ilə aşkara çıxarmaq üçün qurğunun iş prinsipini təklif etmişdi. 1908-ci ildə Tunqus fəlakətinin baş verməsi səbəbini də Teslanın Verdenkliff qülləsinin ionosfer vasitəsilə dünyanın digər hissəsinə külli miqdarda enerji göndərə biləcəyində görürlər. Axı fəlakəti törədə biləcək meteorit hələ də tapılmamışdır. Tesla həyatının son aylarında 10000 təyyarəni 400 km məsafədən məhv etməyə qadir "ölüm şüalarını" kəşf etdiyini bildirmişdi. O, süni idrak hazırlamağa çalışırdı, fikirlərin fotoşəklini almaq üzərində işləyirdi. Müharibədən qabaqkı illərdə ABŞ-ın hərbi-dəniz idarəsi üçün düşməni məhv etməkdən ötrü enerjinin naqilsiz ötürülməsi və rezonans silahı yaradılması üzrə məxfi layihələri reallaşdırmağa çalışırdı. O, zamanı idarə etmək təşəbbüsü də göstərirdi. 1931-ci ildə tamaşaçılara yeni fenomen nümayiş etdirən Tesla adi benzin avtomobilinin mühərrikini çıxartdırıb yerinə elektromotor qoydurdu. Sonra da kapotun altına kiçik bir qutu bərkitdi. Korobkanın kənara çıxan iki qısa məftili vardı. O, sürücünün yerində əyləşdikdən sonra pedalı basan kimi maşın hərəkətə gəldi. Tesla bir həftə bu maşınla saatda 150 km sürətlə gedirdi. Maşında heç bir batareya, yaxud akkumulyatorun olmaması onun alim kolleqalarını son dərəcə təəccübləndirmişdi. Alimlərin «Enerjini haradan alırsan?» sualını Tesla "Əhatəsində olduğumuz efirdən" deyə cavablandırmışdı. Əgər o dövrün adamları Teslanın işini cin-şeytan əməli adlandırıb onu pərt etməsəydilər, indiki dövrdə biz daimi mühərrikli avtomobillərdə gəzə bilərdik. Lakin Tesla kütlənin belə bir münasibətindən hirslənərək anlaşılmaz qutunu maşından çıxararaq öz laboratoriyasına aparmışdı. Həmin qutunun sirri indiyədək açılmamışdır. Tesla onun layihələrinin məziyyətlərini anlamayanların acığına patentlərinin bir hissəsini satıb zəngin və müstəqil Adam olmuşdu. Nyu-Yorkda öz laboratoriyasını yaradıb elmi tədqiqatlarına diqqətini artırmışdı.   Elektrotexnika ilə məşğul olmaqdan başqa professional səviyyədə linqvistika ilə məşğul olurdu, şeir yazırdı, musiqini və fəlsəfəni gözəl bilirdi, səkkiz dildə rəvan danışmağı bacarırdı. Teslanın gündəliklərinin və əlyazmalarının əksər hissəsi aydınlaşdırılmamış səbəblərdən yoxa çıxmışdır. Bəlkə də Pentaqonun seyflərində saxlanır və nə vaxtsa istifadəyə yararlı olacaqdır. Onun bioqraflarının gəldikləri qənaətə görə həmin sənədləri bəlkə də Teslanın özü İkinci Dünya müharibəsinin başlanğıcında yandırmışdır ki, günahsız əhalinin qırılması imkanları heçə endirilsin. Bütün həyatını ancaq elmi axtarışlara həsr etmiş Nikola Tesla 1943-cü ildə «Nyu-Yorker» otelinin qonaq otağında həyatı ilə vidalaşmışdır. Zəkası öz dövrünü qabaqlamış olan bütün dövrlərin böyük aliminin xatirəsi elmi bilik xiridarları üçün çox əzizdir. Mənbə: AZƏRBAYCAN qəzeti Müəllif: Arif HÜSEYNOV
['Nikola Tesla', 'Tesla', 'fizik', 'görkəmli fizik', 'dahi insan', 'dahilərin həyatı', 'məşhur fiziklər']
5,545
https://kayzen.az/blog/f%C9%99ls%C9%99f%C9%99/4717/sokrat-v%C9%99-q%C9%99dim-yunan%C4%B1standa-etik-m%C9%99kt%C9%99bl%C9%99r.html
Sokrat və Qədim Yunanıstanda etik məktəblər
pedaqoq
Fəlsəfə
16 iyun 2011, 21:36
Əslinə qalanda fəlsəfə sözü bu dövrdən başlayaraq işlənmişdir. Sokrat kinayə ilə deyirdi ki, sofistlər elmi və yaxud müdrikliyi öyrətməyə çalışsalar da, özləri hər cür bilik və hər cür müdriklik imkanlarını inkar edirlər. Onlardan fərqli olaraq Sokrat özünü müdrik yox, «müdrikliyə məhəbbət bəsləyən», onu sevən adlandırmışdır. Onları «sofist»– müdrik, özünü isə filosof– müdrikliyi sevən hesab edirdi. «Fəlsəfə» sözünü bu mənada onun tələbələri də ifadə edirdilər. Elə həmin zamandan başlayaraq fəlsəfə intellektual fəaliyyətin xüsusi sahəsini ifadə etməyə başladı. «Fəlsəfə» sözü «müdriklik» (Sokrata qədər fəlsəfə belə adlanırdı) sözünü əvəz etdi. Həm də b. er. əv. V əsrin sonuna qədər fəlsəfə bütün elmi bilikləri əhatə edən yeganə elm sahəsi idi. Elmlərin xüsusi sahələrə bölünməsi b. er. əv. V əsrin sonundan başlanmışdır.Sokrata qədərki dövr naturfəlsəfə dövrü adlanır. Deməli, Sokrat antik fəlsəfəsinin ikinci dövrünün banisi hesab olunur. Sokrat (b. er. əv. 469– 399) özü heç bir əsər yazmasa da, onun görüşlərini tələbələri və ardıcıllarının, xüsusilə Platonun və Aristotelin əsərlərindən öyrənmək mümkündür. Bir şəxsiyyət kimi də Sokrat maraqlı insan olmuşdur. Atası Sofroniks kimi, o da gəncliyində heykəltaraşlıqla məşğul olmuşdur. Zahirən yöndəmsiz olan Sokrat küçə və meydançalarda öz ağıllı və məntiqli çıxışları ilə onu dinləyənləri mat qoyarmış. Dəfələrlə Afina vətənpərvəri kimi Spartaya qarşı döyüşlərdə iştirak etmişdir. Çoxlu şagirdlər yetirmişdir. Onların içərisində məşhurları Antisfen, Aristipp, Evklid, Ksenofon, Alkiviad və Platon idi.Qoca yaşlarında dinsizlik və əxlaqsızlıqda təqsirləndirilib ölü­mə məhkum olunmuşdur. Zəhər içib intihar etmişdir. Ölümündən sonra onu məhkəmə edənlərin hamısı cəzalandırılmışdır. Sokrat insan, onun təhsili və tərbiyəsi məsələsini fəlsəfəyə gətirən ilk filosofdur. O, dialektik metodun banisidir. «Öz– özünü dərk et» və «mən bir şeyi bilirəm ki, heç nə bilmirəm» prinsiplərinə əsaslanan Sokrat öz təlimini şifahi şəkildə təbliğ etmişdir. Əsasən etik xüsusiyyət daşıyan dünyagörüşündə Sokrat insanda dörd keyfiyyəti yüksək qiymətləndirirdi. Bunlar: müdriklik, cəsurluq, xeyirxaqlıq və ədalətlilikdir. Böyük filosof biliklə xeyirxaqlığı eyniləşdirirdi. İnduktiv metodu ilk dəfə elmə gətirən Sokrat ayrı– ayrı hadisələrdən ümumi nəticə çıxararaq deduktiv üsulla (sillogizmlə) əvvəllər qəbul edilməyən ayrıca mühakiməni əsaslandırmağa çalışırdı. İnduksiya və deduksiya məntiqi asılılıq münasibətlərinə əsaslanır. Sokrat öz metodunu maevtika– mamalıq sənəti adlandırmışdır. Bunu o özü belə izah etmişdir. Mama doğan qadının yanına gələrək yanlız uşağın dünyaya gəlməsinə kömək etdiyi kimi, Sokrat da öz şagirdlərinə heç bir bilikdən məlumat vermir. O, adamlara onların başının «hamilə» olduğu fikirinin aydın dərk olmasına kömək etmişdir. Fikirləri isə Sokrat deyil, şagirdləri yaradırdılar. Əlbəttə bu təvazökarlıq düşündüyündən artıq kömək edirdi. Qeyd etmək lazımdır ki, Sokratın fəaliyyəti nəticəsində Qədim Yunanıstanda etik məktəblər yaranıb inkişaf etməyə başladı. Bunlar gedonik və kinik, yaxud sinik etik məktəbləri idi. Gedonik (yaxud Kiren məktəbi) Sokratın şagirdi Aristipp tərəfindən əsası qoyulan məktəbdir Aristipp həzzi həyatın yeganə mənası hesab etmişdir. Aristipp haqqında tarixçi– filosof Layertli Diogen çox yazmışdır. O, şən, qayğısız, parlaq nitqlər deyə bilən, iti ağıllı, əylənməyi sevən, öz arzularını idarə edə bilən, dalaşmağı xoşlamayan, sülhə birinci can atan adam olmuşdur. Aristipp Sirakuz tiranı Dionisinin sevimlisi olmuşdur. Bir dəfə o, Dionisidən pul istəmişdir. Dionisi ona pul vermək istəmir və onun öz sözü ilə xatırladır ki, müdrik adamlar heç vaxt pula ehtiyac hiss etmirlər. «Sən əvvəlcə pul ver, sonra biz bu məsələni aydınlaşdırarıq»– deyə Aristipp cavab verir. Məsələdən hali olmaq marağı ilə Dionisi onun istədiyi məbləği verir. «Bax, görürsənmi? Pulu götürdükdən sonra artıq mənim heç bir ehtiyacım yoxdur»,– deyə Aristipp fikrinin doğruluğuna Dionisi inandırır. Aristipp Kirendəki məktəbini qızı Aretə verir. Çünki Aretin oğlu Kiçik Aristipp öz babasının yolunu davam etdirməyi qərarlaşdırmışdı.Gedonik məktəb təxminən yüz il mövcud olmuşdur. Sonra Epikurçuların məktəbi ilə birləşmişdir. Epikur məktəbinin əsası b. er. əv. 305– ci ildə Afinada Epikur tərəfindən qoyulmuşdur. Bu məktəb birinci növbədə zövqlərə keyfiyyət qiyməti verməyi öhdəsinə götürmüşdü. Onun nümayəndələri öyrədirdilər ki, mənəvi zövq cismani zövqdən üstündür və mənəvi zövqlərin içərisində də (dostluq, uğurlu ailə həyatı, düzgün dövlət quruluşu və s.) daha çox hörmətlidir. Gedonik məktəbin filosofu Gegeziy «ölüm təlqin edən» adını almışdı və pessimizmi təbliğ edirdi. O, insan üçün yeganə çıxış yolunu intiharda görürdü. Onun hər mühazirəsindən sonra bir neçə adam özünü öldürdüyündən, hətta Gegeziyə İsgəndəriyyədə mühazirə oxumağı qadağan etmişdilər.İlk baxışda həmin məktəbin bu cür ardıcıllığı qəribə görünür. Lakin bunu da başa düşmək olar.Çünki həyatın yeganə məqsədi– zövq deyil, başqa məsələlər də ola bilər. Sokratın ardıcılları olan ikinci məktəb Kinik etik məktəbdir. Bu məktəb Antisfen tərəfindən Afinada yaradılmışdır. Bir versiyaya görə, bu məktəbin xarakterində daim narazılıq və həmişə kimisə qapmağa, dişləməyə (kinos– it deməkdir) hazır olmaq xas olduğuna görə onları sinik, yaxud kinik adlandırırdılar.Digər versiyaya görə sadə, təbii həyat tərzinə görə onlara kinik deyirdilər. Kiniklər xeyiri hər şeydən əvvəl, maddi rifahdan tam şəkildə asılı olmamaq kimi, öz təlabatını məhdudlaşdırmaq qabiliyyəti kimi başa düşürdülər. Onların fikrincə, müdrik elə adamdır ki, xeyir nə olduğunu bilir və təbii təlabatından kənara çıxmır. Qüsura gəldikdə isə o axmaq adamın öz xoşbəxtliyini başqa şeydə axtarması ilə ələqadardır. Kiniklər bilə– bilə nimdaş paltarla kifayətlənir, yataq üçün quru yerdən istifadə edir, əllərinə nə düşdü onu yeyir, avara həyat tərzi keçirirdilər.Onlar abırsızlığı nimdaş paltarda gəzməkdə yox, hər hansı asılılıqda görürdülər.Qeyd etmək lazımdır ki, sinizm Afinada geniş yayılmış zahiri təmtəraq və gözəllik kultuna təbii əks reaksiya idi. Çoxları bu cür idealların boşluğunu hiss edirdilər.Siniklər (Kiniklər) məktəbi Sokratın ölümündən sonra 150 il mövcud olmuşdur. Sonra isə o, Stoiklər məktəbində ərimişdir. Siniklərdən biri də sinoplu Diogen (b. er. əv. 404– 323) olmuşdur. Onun var yoxu bir plaş, bir torba və böyük bir ağacdan ibarət idi. Əvvəllər onun dilənmək və su içmək üçün bir qabı varmış. Ancaq bir gün bir uşağın ovcu ilə su içdiyini görüb qabı da tullayır. Bir dəfə o, dəniz quldurları tərəfindən tutulub bazarda satılır. Bir varlı ona yaxınlaşaraq soruşur ki, «nəyi bacarırsan?» «Adamları idarə etməyi»,– deyə Diogen cavab verir. Varlı onu alır və uşaqların tərbiyəsini Diogenə tapşırır. Ömrünün çox hissəsini çəlləkdə keçirən Diogenin yanına məşhur İsgəndər gəlib soruşur ki, nə arzun var, de yerinə yetirim. cavabında Diogen deyir ki, günəşin qabağını tutmasın. Bu cavabdan sonra İsgəndər demişdir ki, əgər mən İsgəndər olmasaydım, Diogen olmaq istərdim.Diogen sinizmə xor baxan adamlara nifrət etmişdir. Bir dəfə Diogeni günün günorta çağı əlində fənər görürlər. Soruşanda– bu nədir? o, belə cavab verir: adam axtarıram. Gedonizm– yunanca: həzz, ləzzət sözündəndir. Kiren – Afrikanın şimalında şəhərdir.
['antik fəlsəfə', 'fəlsəfə tarixi', 'qədim yunan mədəniyyəti']
5,546
https://kayzen.az/blog/r%C9%99vay%C9%99ti-ifad%C9%99l%C9%99r/5889/m%C9%99n%C9%99-d%C9%99-h%C9%99.html
Mənə də “hə”?
ORIGINAL
Rəvayəti ifadələr
16 iyun 2011, 19:06
Müflis düşmüş bir tacirin çox adama borcu olduğundan borc sahibləri hər gün onun qapısını kəsdirir,abrını tökürdülər.Borcunu geri almağa gəmiş adamlardan biri tacirə faydalı məsləhət verərək deyir: -Borcunu istəməyə gələnlər səndən nə soruşsalar “hə?” cavabı ver.Axırda səni dəli hesab edib öz borclarından əl çəkəcəklər.Hamısı ilə bu minvalla haqq-hesabı çürütdükdən sonra mənim pulumu özümə qaytararsan. Tacir bu planla razılaşır.Bundan sonra borclular gəlib öz pullarını istədikdə,tacir onlara yalnız “hə?”cavabını verir.Borc sahibləri əsəbiləşib tacirdən qazıya şikayət edirlər.Qazı ondan həmin adamlara borclu olduğunu soruşduqda o “hə?” deyə cavab verir.Pulu nə vaxt qaytaracağını soruşduqda yenə də həmin cavabı alır.Qazı əsəbiləşib özünü pis apardığına görə tacirə cəza verəcəyini söyləyir,lakin tacir yenə də “hə?” cavabını verir.Axırda qazı tacirin başına hava gəldiyini yəqin edib onu azad edir və borc sahiblərinə “bu xəstə və bədbəxt adamdı” narahat etməməyi tapşırır. Tacir kefi kök evinə qayıdır.Tacirə bu hiyləni öyrədən borc sahibi gəlib,işin belə yaxşı nəticə verdiyindən çox şad olduğunu bildirir.Tacir onu dinləyərək “hə?” deyir.Borc sahibi öz borcunu geri qaytarmasını tələb edir.Tacir yenə də “hə?” deyib mat-mat onun üzünə baxır.Kişi nə qədər yalvar-yaxar edirsə,bir nəticə vermir.Nəhayət o tacirə müraciətlə: -Ey nankor,hamıya hə,mənə də hə?-deyə soruşur. Hiylə öyrədən adamın özünə qarşı da onun öz hiyləsindən istifadə edildiyi hallarda və ya ən yaxın adamlara badalaq gəldikə bu məsəldən istifadə olunur: Mənə də “hə”? Mənbə: “Rəvayəti ifadələr” kitabı,B.A.Hüseynov Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır. Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.
['rəvayəti ifadələr', 'mənə də “hə”?', 'insanlıq']
5,547
https://kayzen.az/blog/kulturoloq/5888/n%C9%99z%C9%99riyy%C9%99-il%C9%99-praktikan%C4%B1n-v%C9%99hd%C9%99ti.html
Nəzəriyyə ilə Praktikanın vəhdəti
kulturoloq
Bloq: kulturoloq
16 iyun 2011, 00:09
İlk öncə Nəzəriyyənin mahiyyəti haqqında açıqlama verək.Nəzəriyyə-insan tərəfindən yaradılan( yazılan,söylənilən) və praktikaya (ictimai həyata) tətbiq edilməsi vacib olan fərziyyələrdir.Bütün elmlərdə-(ictimai-humanitar, texniki, fəlsəfi hətta dində də nəzəriyyə çox gözəl şəhr edilir.Nəzəriyyə təcrübə üçündur.Nəzəriyyə olmasa təbii ki, praktika da olmaz, praktika ilə nəzəriyyə arasında qarşılıqlı əlaqə vardır.Nəzəriyyədən praktika yaranır, praktikadan yeni nəzəri müddalar yaranır.Bir sözlə nəzəriyyə praktika üçün yaranıb və onsuz təsəvvur etmək olmaz. Praktika olmasa nəzəriyyə öz mahiyyət etibarı ilə əhəmiyyətini itirir.Məs:Əgər biz tətbiqi sosiologiyada sosioloji tədqiqatlar proqramından danışırıqsa, onun necə qurulması aparılmasından geniş səpkidə nəzəri fikirləri oxuyuruqsa və onun əməli olaraq ictimai həyata tətbiq etmiriksə onda, bizim oxuduqlarımız nəzəriyyə olaraq qalır.Çalışmaq lazımdır ki, nəzəriyyəni praktikaya çevirək.Bu məsələni din sahəsində də aid edə bilərik.Din də müxtəlif görüləsi vacib, müstəhəb (bəyənilməyən əməllərdən çəkinmək) əməlləri biz əməli olaraq həyatda reallaşdırmasaq , onda o, öz praktik əhəmiyyətini itirir. Məs:Dindən çox gözəl , bəlağətili , nüfüzedici bir şəkildə danışan şəxs deyir: filan işi belə etmək lazımdır, digər əməl günahdır və s.Amma onun öz əməlləri tamam dediklərinin əksi olur.Deməyim odur ki, Dindən danışmaqdan “Gözəl natiq” olmaq çox asandır, amma əməli-saleh (dediklərinə əməl etmək) olmaq bir qədər çətindir.Ona görə praktikanın çox böyük əhəmiyyəti vardır.Əgər biz söylənilən fərziyyələri real həyata özumuz tərfindən tətbiq edilmirsə söylədiklərimiz , oxuduqlarımız bizim üçün quru bir nəzəriyyə olaraq qalacaqdır!!!Müəllif: Rzayev Camal
['kulturoloji']
5,548
https://kayzen.az/blog/intellekt/5887/imtahanda-h%C9%99y%C9%99canlan%C4%B1rs%C4%B1n%C4%B1z.html
İmtahanda həyəcanlanırsınız?
ayxansevda
İntellekt və təhsil
15 iyun 2011, 23:24
İmtahan təcrübəsi qazanmaq İmtahana hazırlaşarkən şagirdin mövzuları öyrənməsi, mövzu ilə bağlı problemləri həll edə bilməsi, onun imtahana hazır olduğunu göstərmir. İmtahanda necə davranılacağı, hansı bölmələrdən başlayıb, hansı bölməyə nə qədər vaxt ayrılacağı müəyyənləşdirilməli, təcrübə qazanılmış şəkildə imtahana girilməlidir. • Sınaq imtahanları həqiqi imtahan kimi qəbul edilməlidir. • İmtahan həyəcanı və səhv etmə faizi sınaq imtahanları ilə ən aza endirilməlidir. • İmtahana 2-3 ay qalmış, rejimli hazırlaşmaqla mövzu əksiklikləri tamamlanmış olmalıdır. • Müəyyən zaman çərçivəsində testlər həll edərək, sual həll etmə sürəti artırılmalıdır. ƏSAS OLAN YERƏ YIXILIB -YIXILMAMAQ DEYİL, TƏKRAR AYAĞA QALXIB –QALXMAMAQDIR • İmtahana 1 ay qalmış əvvəlki illərdə düşmüş suallar nəzərdən keçirilməlidir. • Sınaq imtahanlarında həllə hansı testdən başlanacağı və nə qədər vaxt ayrılacağı müəyyənləşdirilməlidir. İmtahana qədər hər şagird vaxtını ən yaxşı şəkildə dəyərləndirərək, imtahan günü bilik və təcrübəsini ən üst səviyyəyə çatdırmalıdır. İTİRİLMİŞ ŞEYLƏRİN HEÇ BİRİ BİR DAHA GERİ GƏLMƏYƏCƏK VƏ SABAH KEÇMİŞ ZAMANIN VERDİYİNİ GƏTİRMƏYƏCƏK. Beyin yorularmı? Öyrənmək mücərrəd bir hadisə, ya da hal deyil. Öyrənmək beyindəki sinir hüceyrələri arasında qurulan zülal zəncirləriylə həyata keçir. Öyrənmək sinir hüceyrələri arasındakı bağla əlaqəli olduğuna görə, “Oxumağın sağlamlığınıza zərərli olduğu, gənc beyinlər üzərində yıxıcı təsir bağışladığı, beyinin dolduğu və ya yorulduğu” kimi düşüncələrin elmi əsası yoxdur. Sinir hüceyrəsi sahib olduğu xassələrlə əzələ hüceyrələrindən tamamilə fərqlidir. “XƏSTƏLİK BƏDƏN ÜÇÜN BİR MANEƏDİR. ANCAQ İRADƏ ZƏİF OLMAZSA, İRADƏ ÜÇÜN MANEƏ DEYİL. “MƏN ŞİKƏSTƏM”. BU, BƏDƏN ÜÇÜN BİR ZƏİFLİKDİR. ANCAQ İRADƏ ÜÇÜN HEÇ VAXT BİR RUH DÜŞKÜNLÜYÜ DEYİL. BAŞINA GƏLƏCƏK HƏR QƏZA ÜÇÜN EYNİ ŞEYİ DÜŞÜN. O ZAMAN BUNLARIN BAŞQA ŞEYƏ MANE OLDUĞUNU, ANCAQ SƏNƏ HEÇ VAXT MANE OLA BİLMƏYƏCƏYİNİ ANLAYACAQSAN.” Epiktetos Heç vaxt təslim olmayın! Uğursuzluq yoxdur, sadəcə nəticələr vardır. İşlər planlaşdırdığınız kimi getməyəndə, adətən, bacarıqsız olduğunuzu düşünürsünüz. Halbuki hadisələrə baxışınız yaxşı, ya da pis deyil, hər şeyin bir vəziyyətdə olduğunu düşünməlisiniz. İşə uğursuzluq fikrini düşüncənizdən silməklə başlayın, görəcəksiniz ki, yeni fürsət qapıları üzünüzə açılacaq. Thomas Edison, lampanı kəşf etmək üçün etdiyi 9999 sınaqdan sonra köməkçilərinin “Bacara bilmədik” deməklərinə qarşılıq belə demişdir: “Uğursuzluğa tuş gəlmədik, indi bütün insanların içində uğura ən yaxın olanı bizik. Çünki etməməli olduğumuz 9999 şeyi biz artıq bilirik.” Digər insanların təslim olduğu anda siz davam etməlisiniz! Dəyişiklik üçün 5 addım • Oxumaqla bağlı fikir və hisslərinizi gözdən keçirin. • Hazırlaşmaq vərdişinizi gözdən keçirin. • Fəal hazırlaşma üsullarını öyrənin. • Tətbiq edərkən davamlı və dəqiq olun. • Nəticəni dəyərləndirin. İmtahan qabağı həyəcanın aradan qaldırılması İmtahan hazırlığının ən qızğın ərəfəsinə girdiyiniz günlərdə, imtahanla əlaqəli narahatlıq səviyyəsinin yüksək olması normaldır. Qabağınızda olan qısa zamanı ən faydalı şəkildə dəyərləndirərək, imtahanla bağlı pis fikirlərinizdən azad olub, fikrinizi dərslərinizə yönəltməlisiniz. Bunu təmin etmək üçün ilk əvvəl həyəcanın nə olduğunu öyrənməlisiniz. Sonra qorxu ilə arasındakı fərqi başa düşərək, imtahan həyəcanını artıran səbəbləri bilməli və imtahan narahatlığınızı azaldacaq təkliflərdən faydalanmalısınız. Narahatlıq mənfi bir haldır. İnsanın özünü pis hiss etməyinə, ən pisin isə şəxsiyyətini mənfi dəyərləndirməsinə səbəb olur. Narahatlığı qorxudan ayırd etmək lazımdır. Qorxu hissi həqiqidir. Misal üçün; itdən qorxmaq, çünki həyatımızın təhlükə altında olduğuna hiss edirik. Bununla bağlı olaraq qaçırıq. İmtahan mühitində bu cür ciddi mənada bir təhlükə olmadığı üçün bunu qorxu olaraq adlandıra bilmərik. Yəni imtahan mühiti ciddi bir təhlükə təşkil etməməkdədir. Bu halda narahatlıq həqiqətlə heç bir əlaqəsi olmayan, bizi yanıldan bir haldır. İmtahan həyəcanını artıran başlıca səbəblər • Ətrafdakıların şagirdlə bağlı düşüncələrinin şagirddə yaratdığı narahatlıq “Qəbul olmasam ağılsız olduğumu düşünəcəklər.” • Şagirdin özü ilə bağlı narahatlığı, qəbul ola bilməməsi düşüncəsi. • Özünü imtahana kifayət qədər hazır hiss etməməsi, ifrat gərginlik səbəbiylə imtahana lazımi qədər hazırlaşmaması. “Heç nə bilmirəm, bacara bilməyəcəm” hissi. Fikir verilərsə, imtahan qorxusu imtahanın özündən deyil, şagirdin imtahana baxışından qaynaqlanır. İmtahan qorxusunu azaltmaq üçün təkliflər • Hər şeydən əvvəl imtahanı şəxsiyyətinizin dəyərləndirməsi olaraq görməyin. İmtahan sizin biliklərinizin dəyərləndirilməsidir. “Mən istedadsızam, beyinsizəm!” kimi ifadələri özünüzə yaraşdırmayın. Siz dəyərlisiniz. • İmtahanı bir məqsəd deyil, həyatda uğurlu və xoşbəxt yaşamaq üçün bir vasitə olaraq görün. İmtahanı xoşbəxt olmaq üçün bir vasitə olaraq görsəniz, xoşbəxt olmaq üçün başqa vasitələrin də olduğunu görəcəksiniz. • Daha əvvəlki uğursuzluqların səbəbini araşdırın və onları bərpa edin. Beləliklə eyni səbəbdən uğursuz olmazsınız. • Hamının qabiliyyətinin fərqli olduğunu düşünün və özünüzü başqalarıyla müqayisə etməyin. • Ata – ananızın və ətrafdakıların sizdən çox bildiklərini düşünün. İmtahanla bağlı xəbərdarlıqlar • İmtahana ən yaxşı bildiyiniz sualdan və özününzü güclü hiss etdiyiniz testdən başlayın. • Tələsməyin. Əvvəlcə sualı düzgün oxuyun. • Sualı dəqiq olaraq başa düşmədinizsə əvvəlcə sualın özünü təkrar oxuyun, sonra variantlara baxın. • Mərhələ üsulundan istifadə edin. İlk öncə ən yaxşı bildiyiniz sualları cavablandırın. Çətinlik çəkdiyiniz sualları ikinci mərhələyə saxlayın. • Uzun suallar ilk baxışda çətin görünə bilər. Halbuki uzun suallar sizə ətraflı olaraq yazılmış, yaxşı açıqlanılmış suallardır. Buna görə də gözünüzü qorxutmayın. • Bütün variantları oxumadan cavabı işarələməyin. Bütün variantları diqqətlə oxuyun. • Həll edərkən cavablaya bilmədiyiniz sualı çox düşünüb, vaxt itirməyin. • Zehninizdə həll edib əmin olduğunuz əməliyyatı bir də kağıza yazıb vaxt itirməyin. • Sualda verilən şəkli yenidən çəkərək vaxt itirməyin. • Rəqəmsal cavablı bəzi suallarda əməliyyatı axıra qədər aparmadan cavabları yoxlayın. • Haqqında heç bir məlumat sahibi olmadığınız sualları cavablamaqdan yayının. Təsadüfi variant seçməyiniz balınızı aşağı sala bilər. • Diqqətinizin imtahan boyunca kəsilməməyi mümkün deyil. Zaman – zaman fikrinizin yayındığını hiss etsəniz, sualı təkrar oxumaq istəyəcəksiniz. Belə halda qələmi kənara qoyun, gözlərinizi yumun və dərin bir nəfəs alın; 10-15 saniyəlik bir istirahət diqqətinizi yenidən toplamağınıza səbəb olacaq. • Cavabları cavab kağızına diqqətlə, düzgün və sürüştürmədən yazın. Əməliyyat vaxtı dairənin içini yaxşı qaralayın, çölə çıxarmamağa diqqət yetirin. • Hər şeydən əvvəl, özünüzə güvənin və bacaracağınıza əmin olun! Müəllif: Şəmil Sadiq
['uğur psixologiyası', 'uğur qazanmaq', 'imtahan']
5,549
https://kayzen.az/blog/intellekt/5886/s%C3%BCr%C9%99tli-v%C9%99-effektli-oxumaq.html
Sürətli və effektli oxumaq
ayxansevda
İntellekt və təhsil
15 iyun 2011, 16:39
Öyrənməyə təsir edən ən vacib amillərdən biri də “sürətli və effektli oxumaq”dır. Sürətli oxumağın yavaş oxumağa nisbətən daha yaxşı qavranıldığı qəbul edilir. Çünki yavaş oxuyarkən diqqət daha tez yayınır. Yavaş oxuma sürəti dəqiqədə 100-200 söz Normal oxuma sürəti dəqiqədə 200-250 söz Sürətli oxuma sürəti dəqiqədə 400-500 söz arasındadır. Sürətlə və effektlə oxumaq üçün: Bir kitabın və ya bir yazının hansı mövzuları əhatə etdiyini bilmək üçün: Mündəricat səhifəsini gözdən keçirin. Yazının ön söz və nəticə qismləri mütləq oxunmalıdır. Seçilən qism və ya mövzu,diqqətlə və bilinən bir sürətlə bölmə bölmə oxunmalıdır. Bölmənin və ya yazının ilk və son bölmələrinə diqqət yetirilməlidir, çox zaman əsas ideyanı bu bölmədən çıxarma ehtimalı vardır. Vacib hesab edilən qismlərin altını xətləyin, ya da yanına işarə qoyun♥. Mətnin içindəki qrafik, şəkil, qayda və başqa materiallar diqqətlə incələnməlidir. Oxumaq insanı müdrikləşdirir. Danışmaq ustalaşdırır. Yazmaq daha konkret məlumatla təmin edir. Şeir mənəvi zənginlikdir. Riyaziyyat dəqiqlik,incəlikdir. Təbiət elmləri dərinlikdir. Məntiq söz söyləmə sənəti və mübahisə bacarığı qazandırır. SSODT üsulu (seyr et, soruş, oxu, danış, test et) Seyr et bölmə içində nələrin olduğuna dair fikirlərin olması üçün giriş və nəticə qismləri ilə əsas başlıq, şəkil, rəsm və qrafiklərə (3-4 dəq) göz gəzdirilməlidir. Soruş göz gəzdirmə mərhələsində mövzu ilə əlaqəli suallar qurun. “Nələri öyrənməyi gözləyirsiniz?”, “Nə, necə və harada?” suallarını qurun və bir kağıza yazıb göz qabağına qoyun. Oxu beyninizdə əmələ gələn ümumi fikrə və qurduğunuz suallara görə mətni oxumağa başlayın. Sualların cavabı olan hissəni işarələyin. Tərif, bənzərlik və fərqlilik bildirən hissələrin altından qara xətt çəkin.Vacib olan bölmələrə də fərqli işarələr qoyun, əsas ideyanı müəyyənləşdirib, qeydlər aparın. Danış Kitaba baxmadan qeydlərinizdən istifadə edərək yüksək səslə danışın. - Qurduğunuz suallara cavab verin. - Vacib hissələri açıqlayın. - Mövzunu danışaraq təkrarlayın. Test et kitaba ya da qeydlərinizə baxmadan özünüzü test edəcək suallar soruşun. Bu edilənlərdən sonra ana fikrin, açar sözlərlə yaranan sual və cavabların tam bir şəkildə yerləşmiş olması lazımdır. Bu da mövzunun öyrənildiyini göstərir. Müəllif: Şəmil Sadiq Həmçinin bax: Öyrəndiklərinizi təkrar edin İmtahana hazrlaşmaq  
['uğur psixologiyası', 'uğur qazanmaq', 'ağıllı olmaq']
5,550
https://kayzen.az/blog/u%C4%9Fur/5885/abituriyent-nec%C9%99-u%C4%9Fur-qazanar.html
Abituriyent necə uğur qazanar?
ayxansevda
uğur psixologiyası
15 iyun 2011, 16:24
Uğur əldə etmək üçün sistemli və planlı olmaq lazımdır. Sistemli və planlı hazırlaşmağın ən yaxşı yolu, bir hazırlıq proqramına sahib olmaqdır. Tərtib etdiyiniz çalışma proqramının sizi qələbəyə aparması üçün əvvəlcə uğursuzluğa səbəb olan amilləri aradan qaldırmalısınız. Bu mənfi amillər bunlardır. • İlkin hazırlıq etməmək. • Mövzunu tam qavramamaq. • Dərsə qulaq asmamaq. • Qeyd aparmamaq. • Bilik bazasının azlığı. • Mövzuları təkrar etməmək. • Böyük adamlar heç bir işi yarımçıq qoymurlar. İlkin hazırlıq Dərsdə müəlliminizin danışacağı dərslə bağlı əvvəlcədən qısa məlumat toplayın.Beləliklə dərs başa salınarkən mövzuya yad qalmaz, ümumi məlumatlardan xəbərdar olarsınız. Məsələn, fikirlər, adlar, ya da qaydalar qabağınıza çıxdığı zaman onları daha asan başa düşərsiniz. Bu davranış dərsi dərsdən sonra da xatırlamağınıza kömək edəcək. Dərsdə danışılacaq mövzu ilə əlaqəli ilkin oxuma edərək, izah edilməsini istədiyiniz sualların nələr ola biləcəyini düşünün və bu suallarınızı mütləq cavablayın. Beləliklə məlumatları asanlıqla öyrənər, biliklərinizin qalıcı olmasına zəmin yaradarsınız. Nəticədə məktəbdə və ya kursda keçiləcək mövzunu əvvəlcədən gözdən keçirmək, qavramanızı asanlaşdıracaq, öyrəndiklərinizin daimi olmasını təmin edəcək. Dərsi dinləmək Öyrənməyə təsir edən ən vacib amillərdən biri də dərsi diqqətlə dinləməkdir. Məsələn, dərs başa salınarkən başqa işlərlə məşğul olaraq, dərsə qulaq asmamaq öyrənməli olduğunuz məlumatların daha sonra bundan da artıq vaxt sərf edərək öyrənməyinizə səbəb ola bilər. Bu səbəblə də eşitmək və dinləmək arasındakı fərqi yaxşı qavrayıb, sizə danışılanları sadəcə eşitməklə kifayətlənməməlisiniz. Dərsə qulaq asarkən mövzular arasındakı oxşar və fərqli tərəfləri düşünüb, fikir bildirərək öyrəndiklərinizi daha qalıcı hala sala bilərsiniz. Müəlliminizin dərsdə keçdiyi mövzunu, dərsin sonunda xatırlamırsınızsa, deməli müəllimin dediklərini eşitmiş, ancaq qulaq asmamışsınız. Bildiyini kiməsə danışmaq və ya bu haqda nəsə soruşmaq biliyi möhkəmləndirir. Qeyd aparmaq Nizamlı olaraq qeyd aparmaq dərsdə öyrəndiklərinizi öz başa düşəcəyiniz şəkildə yadda saxlamağınıza kömək edər. Dərsdə edilən qeydlər məlumatların qalıcı hala gəlməsində böyük rol oynayır. Qeyd etmək, dərsə qulaq asmaq dərsin keyfiyyətini artırır. Eyni zamanda oxuyarkən qeydlər aparmaq da bilikləri qalıcı hala gətirir. Dərsdə edilən qeydlər, dərsin vacib qismlərinin müəyyənləşdirilməsində şagirdə kömək edir. Müəllimlər adətən dərsdə üstünlük verdikləri mövzuları daha sıx təkrar edirlər və imtahanda da məhz bu suallardan daha çox çıxır. Təkrar Öyrənmədə təkrar vacibdir. Öyrəndiklərinizi həmişə təkrar edin.Həmçinin həftəlik və aylıq təkrarlar edin. Beləliklə nələri nə qədər tez unutduğunuzu daha rahat görə bilərsiniz.Bu səbəblə sistemli bir təkrar proqramı hazırlayın. Nəticə olaraq, öyrəndiyiniz məlumatların unudulmaması üçün təkrar etməlisiniz. Unudulan məlumatı yenidən öyrənmək əvəzinə, təkrar edərək unutmamaq daha asandır və daha az vaxtınızı alar. Məlumat bazasının azlığı Məlumatınızın yetərsiz olmağı, bilik səviyyəsindən bəlli olur. Bilik səviyyəniz aşağıdırsa, deməli, məlumat əksikliyi var və bu mütləq aradan qaldırılmalıdır. İlk olaraq, məlumatınızın kifayət qədər olmadığı dərsləri və dərsin mövzularını müəyyənləşdirməlisiniz. Bu mövzuları həftənin müəyyən günlərinə bölüşdürərək oxumalısınız. Nəticədə isə sınaq imtahanlarınızın balı düzələcəkdir. Əsas olan təkcə oxumaq deyil, nizamlı və faydalı oxumaqdır. Nəyi, necə hazırlaşmalı olduğunuzu bilirsinizsə, yükünüz bir az azalmış olar. Test üsulu Sınaq imtahanında hələ istədiyiniz balı toplamamısınızsa, bunun bir çox səbəbləri olmalıdır: • Mövzulara hakim deyilsiniz. • Məlumat sahibi olduğunuz mövzular arasında əlaqə qura bilmirsiniz. • Oxuduqlarınızı xatırlamırsınız. • Keçilən mövzularla əlaqəli kifayət qədər test eləmirsiniz. • İmtahanda vaxtdan səmərəli istifadə etmirsiniz. İmtahanda ən böyük rəqibiniz vaxtdır. Vaxtınızı səmərəli istifadə etməyin ən effektli yolu bildiyin testdən başlamaqdır. Ümumi bir prinsip olaraq, bildiyin testdən başlamaq hər şagirdin imtahanın başında olan həyəcanını aradan qaldırır. Sual həll etmə bacarığınızı artırmaq öz əlinizdədir Hazırlaşmağınıza baxmayaraq umduğunuz qədər sual yaza bilmirsinizsə, çox səhv edirsinizsə, səhv etmə səbəblərinizi araşdırmalısınız. İmtahanda sualların həll edilməməsinin başlıca səbəbi: • Həll etmək üçün lazımi məlumata sahib olmamaq. • Lazımi məlumatlara sahib olmağınıza baxmayaraq, bunları xatırlamamaq. • Məlumatın necə istifadə ediləcəyini bilməmək. Əgər əsas probleminiz kifayət qədər bazaya sahib olmamağınızdırsa, vəzifəniz imtahana qədər lazımi məlumatları toplamaqdır. Bu isə ancaq proqramlı hazırlaşmaqla mümkündür. Əgər əsas probleminiz bildiklərinizi imtahanda xatırlamamaqdırsa, təkrar vərdişinizi gözdən keçirməlisiniz. Rejimli təkrarlar etmədiyiniz üçün bildiklərinizi unutmuş ola bilərsiniz. Əgər əsas probleminiz məlumatları xatırlamağınıza baxmayaraq bunları suallarda tətbiq edə bilməməkdirsə, oxumaq vərdişinizi gözdən keçirməlisiniz. Məlumatları başa düşmədən əzbərləmiş ola bilərsiniz. Əksiklərinizi yalnız çoxlu sual həll edib, öyrəndiklərinizi istifadə edə bilmə gücünüzu inkişaf etdirərək aradan qaldıra bilərsiniz. Bu da evdə təkrar etməyin nə qədər vacib olduğunu göstərir. Müəllif: Şəmil Sadiq Tələbələr üçün: Hazırlıq proqramıPlansız oxumaq olmazİmtahana necə hazırlaşmalı?Sürətli və effektiv oxumaq
['uğur qazanmaq', 'abituriyent', 'imtahan']
5,551
https://kayzen.az/blog/edebiyyat/5883/qad%C4%B1nlar-n%C9%99d%C9%99n-a%C4%9Flar-%7C-%C9%99ziz-nesin.html
Qadınlar nədən ağlar? | Əziz Nesin
ORIGINAL
Ədəbiyyat
14 iyun 2011, 20:08
Bir qadını ağlatmaq çox çətin deyil. Qadınlar hər şeyə ağlaya bilərlər, bir filmə, bir mahnıya, bir yazıya.Eynən kişilər kimi yəni. Amma bir qadını ürəkdən ağlatmaq çətindir. Bir qadın ürəkdən ağlayırsa, ağladan onun ürəyinə çatıb demək.Amma o ürəyinin dəyərini bilməmiş olacaq ki, ağladan gözünü belə qırpmadan tək-tək iynələri batırır ürəyinə.O zaman böyük bir yumruq gəlir, tıxanır qadının boğazına. Udquna bilməz, nəfəs belə ala bilməz, çünki o böyük yumruq onu çox ağrıdır.Gözləri nəmlənir qadının sonra.”Ağlamayacağam” deyər içindən. Amma əngəl ola bilməz. Çünki biriləri onun ürəyinə qədər gedib çıxıb və iynələri saplamaqdadır.Bu ağrıya nə qədər dözə bilər ki, qadın. İncə-incə süzülür yaşlar gözündən, əvvəlcə bir neçə damla, sonra leysan…Və qadın ağlar, həm də çox…Sanmayın ki, gedənə ağlayar qadın. Gedənin qopartdığı yerdir onu ağladan, orda qoyduğu yaradır.O yaranın heç zaman qaysaqlanmayacağını, qaysaqlansa belə izinin qalacağını bilər qadın, buna görə ağlar. Amma bilirsinizmi, ağlamaq qadını yetkinləşdirir. Hər damla daha çox qadın edən qadınları. Hər damla bir dərsdir çünki.Bəzi qadınlar ağlayanda çox adam “ağlama, niyə ağlayırsan ki, o bu göz yaşlarına dəyməz” deyirlər.Bilmədiklərindəndir belə demələri. Çünki ürəkləri ağrıyan qadınlar ağlamasalar ölərlər. İçlərindəki zəhərdir onları öldürən.Ağlayaraq öz zəhərdən xilas olur qadınlar, yaralarındakı o irini təmizləyərlər. Çünki bilirlər ki, o irin təmizlənməsə iltihaba çevrilir yaraları.Amma gərək çevrilməsin yara iltihaba. Buna görə çox ağlayırlar. Zaman keçər sonra. Qadınlar özlərinə sarılmağı, özlərini qucaqlamağı öyrənirlər. Ümid edirəm ki, öyrənirlər, yoxsa ruhlar əyri yollara vurarlar özlərini.Yolunu azan ruhun doğru yolu tapması yeni acılar deməkdir. Bunu bilir qadınlar, buna görədə əvvəl-axır öyrənirlər özlərinə sarılmağı.Çox ağlayan qadınlar çox şeydən imtina edən qadınlardır əslində. Hər damla yetkinləşdirir qadınları, amma yetkinləşdikcə sadəlövhcə inandıqları eşq gerçəyi onların gözündə kiçilir.Kiçildikcə dəyərini itirir və bax, o zaman özlərinə sarılıb yeni bir qadın yaradırlar özlərindən. Güclü, məğlubedilməz, məğrur və… eşqə inanmayan.Adamlar çox vaxt soruşurlar, nəyə görə bu qədər subay qadın var deyə; hamısı da karyera dərdində.Çünki inanclarını itirdi o qadınlar. Zamanla ürəklərinə o qədər iynə saplandı, o qədər çox ağladılar ki.Artıq özlərindən başqa doğru olmadığına inanırlar və buna görə özlərinə sarılırlar.Çünki bilirlər ki, sarıldıqları adamlar onlara layiq olmadı, həm də heç bir zaman. Həmişə bir mənfəətləri oldu sarıldıqları adamların.. Başqa nəyə görə sarılsınlar ki?Niyə sarılaq ki?Ətrafımızda ürəkdən ağlayan bir qadın varsa bilin ki, o böyüyür, yetkinləşir.Bilin ki, o gerçəkləri qəbul etməyə başlamışdır.Bilin ki, artıq eşqin olmadığına inanmışdır.Bilin ki, qucaqlamalı ancaq bir şeyi qalmışdır.O da kim, nə deyə soruşmayın.Çox ağlayan qadınlar əvvəldə axırda özlərini qucaqlayırlar çünki...
['Əziz Nesin', 'ədəbiyyat', 'qadın']
5,552
https://kayzen.az/blog/sevgi/3466/dahiliyin-seksual-cazib%C9%99si.html
Dahiliyin seksual cazibəsi
burla xatun
Sevgi
14 iyun 2011, 13:24
Ağıllı kişilərdən kimsə deyib ki, «Dahi uzun saç gəzdirib, əlinə keçəni yeyən və özünü camaata güldürən insana deyilir». Amma qadınların əksəriyyəti belə düşünmür və çox vaxt pinti görkəminə baxmayaraq, yanılmadan adi kişini dahidən ayıra bilir. Mifologiyada, əfsanələrdə, nağıllarda anaların öz qızını qəhrəmanın yanına gətirməyi barədə çox oxuya bilərik. Bircəcik görüşün məqsədi ondan uşaq doğmaqdır. Qəribə səslənir, elə bil ətrafda kişilərin hamısı ölüb?! Markezin «100 il tənhalıqda» əsərinin qəhrəmanı Aureliano Buendia şöhrətin zirvəsini yaşayanda yanına gətirilən qızların sayını itirmişdi. Nəticədə vaxtaşırı ona bənzəyən bir oğlan uşağı doğulurdu və 8 uşaq atası kimi Aureliano adlandırılırdı. Əlbəttə, səhnəmizdə əcnəbi ulduzların çıxışı zamanı saçını yolan qızların cəhdlərini anlamaq çox çətindir. Amma buna kütləvi psixoz da demək olmaz. Hər şeyin çox sadə izahı var. İntellektual kişi hər şeyə yarayır Hamı yanındakı kişini Hollivud aktyoru görkəmində və Nobel mükafatı laureatı statusunda görmək istərdi. Amma belələri çox nadir hallardı rast gəlinir deyə qadın ömrünü bu «fiks ideya»ya sərf eləyə bilməz. Ona görə də qadınlar həyatda seçim qarşısında qalıb əziyyət çəkirlər: bilmirlər daha gözəlini, yoxsa daha ağıllısını seçsinlər. Həyat göstərir ki, çoxları birinci varianta üstünlük verir. Yüksək intellektli kişini ər kimi görmək istəyənlərdən başqa əksəriyyəti onları daha çox ötəri əlaqələrdə personaj və məşuq rolunda təsəvvür eləyir. Qadınlar daimi münasibətlərdən danışırsa, ailənin qayğısına qalmaq məqsədilə ağla üstünlük verir. Yəni ki, ağıllı kişi ailəsini dolandırmağın yolunu tapar. Bir də ki, ağıllı atadan olan uşaqların atalarına çəkərlərsə, heç olmasa 50 faiz ağıllı doğulmaq şansı var. Soruşa bilərsiz, «Bəs qısa seksdə, gələcəyi olmayan münasibətlərdə kişinin ağıllı olması nəyə lazımdı ki?» Axı qadın təsadüfi münasibətlərdə parlaq intim təssürat axtarır. Bu məsələlərdə isə bilirsiz ki, beynin əqli imkanı o qədər də önəmi faktor deyil. Buna baxmayaraq, qadının seçim imkanı olsa, heç vaxt intelligenti qoyub debili seçməz. Hətta bilsə ki, seçmədiyi yorulmaz seks maşınıdır. Niyə? Açılmaz sirlərdən biri Tapmacanın açmasını Nyu Meksika Universitetinin psixoloqu Joffrey Miller, deyəsən, tapıb. Daha doğrusu, qadınların ağıllı kişilərə olan marağının bioloji əsaslarını ortaya çıxarıb. Alim yeni təcrübələr qoymadan artıq aparılmış müşahidələrin nəticələrini bir daha araşdırıb. 1985-ci ildə həkimlər Vyetnam müharibəsinin veteranlarını öyrənəndə onlar kişilik toxumu və intellekt testlərini vermişdilər. Məlum olmuşdu ki, kişinin nəsil vermə aktivliyi onun intellekti ilə tam mütənasibdir. Alimlər hətta deyir ki, intellekt və reprodiktiv qabliyyətə görə eyni genin cavabdeh olduğunu öyrənsələr, heç təəccüblənməzlər. Ona görə də fərz olunur ki, qadın şüuraltı səviyyədə partnyorunu dəyərləndirəndə, onun yaxşı nəsil vermə qabiliyyətini də müəyyən eləyə bilir. Çox guman ki, qadınlar bunu evolyusiyanın çağdaş vaxtlarında insanların yaşama instinkti nəsil vermədən asılı olan zamanlarda öyrəniblər. Düzdür, bu kamil mexanizmin əldə olunması bəşəriyyətin açılmaz sirlərindən biri kimi qalır. VS Obrazların həyatını yaşayarkən Bəlkə dahilərin yaratdıqları obrazlar oxucusunun, dinləyicisinin ürəyinə girir deyə personasına marağı artırır? Şekspir və Evripidin obrazlar qalereyasına baxaq. Sonsuz sayda rəngarəng obrazları yaratmaqçün həmin obrazı tanıyıb bilmək lazımdı ki, onun düşüncələrindən, psixoloji sarsıntılarından yazmaq olsun. İnsanı anlamaq onu içində gəzdirmək deməkdir. Höte deyib ki, günah və cinayətlərin içində onun anlaya bilməyəcəyi, ya da meyl eləmədiyi bir şey çətin ki, tapılar. Ehtirasdan qətllərin motivlərini çox yaxşı başa düşən Emil Zolya özü heç vaxt belə qətllərə qol qoymazdı. Çünki içində bundan əlavə başqa keyfiyyətlər də var. Dahi insan daha mürəkkəb və daha çoxşaxəlidir. Şekspirin qadınları onunla birgə Falstafın şitliyini, Yaqonun alçaqlığını, Kalibanın kobudluğunu da sevməli olur. Bu bucaq altında baxanda dahi şəxsiyyətlərin həyatındakı ən alçaq və ən güclü ehtiraçlarının səbəbini anlamaq olar. Bunu onların bioqrafiyaları təsdiqləyir. Bu yaxınlarda Rusiya televiziya kanallarında seksual cazibəsiylə seçilən bakılı akademik Landau (Bakının suyunu içib, ona görə) haqqında çəkilmiş film böyük disskussiyalar doğurub. Filmə inansaq, Landau hətta xəstəxanada yarıhuşlu vəziyyətdə, hətta ayın tarixlərini unutduğu vaxtlarda belə şəfqət bacılarını yanından narazı buraxmayıbmış. Landaunun arıq, çəlimsiz bədəni, yoxsa burnunun ucundan o yana görməyən gözləri onları cəlb eləmişdi? «Məlim balacam, həyatda cəmi iki işlə məşğul olmağın mənası var: elm və əxlaqsızlıq. Kitablar bizə kişilərin verə biləcəyi, abırsız nəvazişlər isə qadınlardan gözləyə biləcəyimiz ən yaxşı şeydir». Valeri Larbo Bəşəriyyətin genetik potensialı nə yerdədir? Amerikalı jurnalist Devid Plots 28 il əvvəl başlamış layihənin nəticələrini yekunlaşdırıb. Təcrübə Nobel mükafatı laureatları və gözəl qadınlardan süni mayalanma yoluyla fölqəlağıllı uşaqların doğulmasını nəzərdə tuturdu. Layihənin əsas ideoloqu plastik linzaların satışıyla varlanmış multimilyoner Robert Qrehem layihənin nəticələrində heç şübhə də eləmirdi. Nobelçiləri yola gətirmək kimi ən çətin işi də o özü görmüşdü. Qiymətli kolbaları əldə ediləndən sonra 1980-ci il fevralın 29-da qəzetlər «Bəşəriyyətin genetik potensialının zənginləşməsi layihəsi» adı altında material çap elədi. Donorların anonimliyi saxlanırmış deyə, nobelçilərin nə qədər olması dəqiq məlum deyil. Amma jurnalist Devid Plots 3 namizədin taleyini dəqiq öyrənib. 1999-cu ildə ideya müəllifinin ölümü ilə əlaqədar bu bank dağıldı. Bu illər ərzində 200-ə qədər uşaq artıq doğulmuşdu. Onlardan heç kim dahi şəxsiyyət ola bilmədi. Yalnız biri Doron Bleyk ümidverici uşaq kimi böyüyürdü. O, 2 yaşında kompüterdən istifadə eləyir, 3 yaşında Şekspiri oxuyur, yeniyetməlikdə isə intellekt testi 180 bal idi (adi adamlarda bu göstəirci 100 bal orta nəticə götürülür). Amma o da böyüyən kimi oxumağın daşını atarak hippiliyə aludə olub, spiritizmlə məşğul oldu. Görünür ki, ideya tamamilə iflasa uğramışdı. Bu yerində Bernar Şou və məşhur balerina Aysedora Dunkan arasında olan dialoqu yada salmaq yerinə düşərdi. Balerina yazıçıya dünyaya uşaq gətirməyi təklif eləyir: «Təsəvvür edirsiz, o, mənim bədənimi və sizin ağlınızı daşıyacaq». Şou cavab verir: «Birdən onda mənim ayaqlarım və sizin ağlınız olsa, necə olar?» Bəlkə gözəl yox, ağıllı qadınları mayalandırmaq lazım idi? Bəlkə dahilər doğurmaqçün daha nələrsə lazımdır? Bu sualların cavabını bəşəriyyət hələ ki bilmir… Sublimasiya - hisslərin qarşısında çəkilmiş bənd Sublimasiya (yəni seksual enerjinin başqa istiqamətə yönəldilməsi) adlı termini gündəmə psixoanalizin atası Freyd gətirib. O, təkid eləyirdi ki, insan hər şeyi seks xətrinə edir. Həyat haqqında məşhur ifadəni dəyişdirib freydsayağı «Həyatda yeganə məmnunluq hissi yalnız yaxşı seksdən sonra olur» kimi də deyə bilərik. Freyd cinsi instinktlərdən qaynaqlanan enerjinin əsas olduğunu iddia edərək bəşəriyyətin stimulu olduğunu deyir. Təbiət bizə hisslərlə bərabər kimyəvi laboratoriya da verib. Ayrılıqda tamamilə zərərsiz olan elementlər birləşsə, zəhər yarada bilər. Bu kimyəvi prosesləri işə salan emosiyalar da həmin elementlərdən insanı dahiyə, təkrarsız, sehrli insana, eləcə də ehtirasdan və qısqanclıqdan yanan vəhşiyə də çevirə bilər. Seksual hisslər bəzi təsvirəgəlməz hallara gətirir. Amma bəzi nadan insanlar bunu nəfsin diqtəsi, şəhvətlə səhv salırlar. Bu hissin diqtəsilə insan təxəyyül, inadkarlıq, görünməmiş yaradıcı imkanlarını inkişaf etdirə bilər. Duyğular insanı o qədər qəsb eləyə bilər ki, o, cəmiyyətdə yeri, reputasiyası ilə risk eləyər. Onları cilovlayıb istiqamətləndirməyi bacarmayanlar əsir düşmək riskini yaşayır. Amma duyğularını cilovlamaq yoluyla açılmış yaradıcılıq qabiliyyəti ədəbiyyat, təsviri sənət, musiqi, hətta biznesdə də fantastik nəticələrə gətirir. Bunu bir növ sürətlə axan çayın qabağını bəndlə kəsib süni göl yaratmağa bənzətmək olar. Amma burdakı su da nə vaxtsa axıb çıxmalıdır. Yenə də alimlərə inansaq, cəmiyyətdə ən yaxşı nəticələri seksual instinkləri yaxşı inkişaf etmiş insanlar əldə eləyir. Dünyada milyoner olmuş, ədəbiyyat, memarlıq, hətta sənayedə geniş populyarlıq qazanmış fərdlər həm də sevgi olimpinin zirvəsindədirlər. Bunu 2 min il ərzində tədqiq edilmiş tarix kəsiyi də sübut eləyər. Söhbət parlaq şəxsiyyətdən gedirsə, - istər qadın, istər kişi olsun, - dahi nailiyyətlər həm də duyğuların da yüksək səviyyəsindən danışır. Bunu hər kəs öz üzərində də yoxlaya bilər, əlbəttə, sizi iflic vurmayıbsa… O dünyanın yolu Ağlı başında olan insan mütləq soruşar ki, bəs dahi şəxsə ortabab insanlarla münasibətin nəyi maraqlı ola bilər? Seks vasitəsilə sıravi insanların əli çatmayan bilikləri necə əldə eləmək olar? Hamı bilir ki, insanda altıncı duyğu var. Buna təxəyyül də demək olar. Bəziləri ömrünün sonuna kimi bunun nə olduğunu bilməyib, heç dadına da baxmayıblar. Təxəyyülünü işlətməyi bacaranlara dahi və istedadlı insanlar deyirik. Təsəvvür, xəyal, təxəyyül Ali Şüur və fani insan arasında birbaşa çəkilmiş yoldur. Bu yol həm də başqa insanların bacarıqları və fikirlərinə, onların topladıqları informasiya bankına yol açır. Altıncı duyğu adi insanı dahi şəxsiyyətdən ayıra bilən sərhəddir. Dünyanı hisslər idarə edir Tarix dahi insanlara qadının heyranedici təsirinə nümunələrlə doludur. Nə qədər ki, Napoleon Bonapart Jozefinasının sevgisilə yaşayırdı (paralel olaraq qadının kimləsə sevişməsi də ona maneə deyildi), məğlubedilməz idi. Jozefinadan ayrılan kimi onun günəşi qüruba doğru getdi. Təbiətcə çox seksual sayılanların içində Corc Vaşinqton, Uilyam Şekspir, Endryü Cekson, Enriko Karuzo da var. Onları çox seksual şəxslər kimi tanıyırlar. Təbii ki, bu, artıq sublimasiya süzgəcindən keçmiş seksual enerjidir. Tulus Lotrekin eybəcərliyi ona qadın kolleksioneri olmağa maneə deyildi. Balzak isə axsaqlığını gizləməkçün yerimək əvəzinə qaçırdı. Onun qadınlarının sayını hələ ki, dəqiq bilən yoxdu. Tosqun, buruqsaç Dümanın qadınlarını kitablarıyla eyni sayda bilirlər. Təxminən 600-dən yuxarı. Onları heç maraqlandırmırdı ki, Dümanın damarlarında həbəş qanı axır. Bu siyahını daha böyük və daha geniş eləmək olardı. Amma siz bəşəriyyət tarixində irəli çıxmış bir şəxs göstərə bilməzsiz ki, seksual imkanları çox aşağı olsun. Seçilmişlərin içində bir nəfər də impotent tapmaq mümkün deyil. Kim nə deyir, desin, dünyanı insan hissləri idarə eləyir. İnsan şüuru həmişə kənardan təsirə ehtiyac duyur. Hər yeni tapıntının başında bir sevgi macərası, hər ixtiranın özəyində yaşanmış real əhvalat dayanır. İnsan sevgidən, duyğulardan sərxoş ola bilir. İnsan nə dahi olmaq iddiasından, nə də seksdən əl çəkə bilir. Bizdə bu barədə danışmağı sevmirlər. Yəqin hamı hiss eləyir ki, danışası mövzu deyil, ya da ayıbdır. Rəşid Behbudovun qadınsevərliyini pis keyfiyyət kimi qələmə vermək, ya da Üzeyir bəyin həyatsevərliyini pis yozub gizli saxlamaq da bizə başucalığı gətirməz. Yəqin bu mövzuda sakit, təmkinli və bir qədər də yumorla danışmağı biz hələ çox öyrənməli olacağıq. Amma biləsiz, ağzı açmadan dişləri müalicə eləmək mümkün olmayacaq… Müəllif: Gülnarə RƏFİQ [email protected] Mənbə: Bizim Yol
['kişi-qadın münasibətləri']
5,553
https://kayzen.az/blog/r%C9%99vay%C9%99ti-ifad%C9%99l%C9%99r/5880/kar%C4%B1n-k%C3%B6nl%C3%BCnd%C9%99ki.html
Karın könlündəki
ORIGINAL
Rəvayəti ifadələr
13 iyun 2011, 23:23
Bir xəstəni yoxlamağa gedən kar,qulağının ağır eşitdiyini nəzərə alaraq öz verəcəyi sualları və təqribən alacağı cavabları əvvəlcədən fikirləşib öz-özünə düşünür: "Mən xəstəni yanına girib salamlaşdıqdan sonra ondan özünü necə hiss etdiyini soruşacağam.Yəqin ki,o vəziyyətinin yaxşı olduğunu söyləyəcək.Mən cavabında: "olsun-olsun,şükür Allaha,bəs sənin yanına hansı həkim gəlib-gedir?" deməliyəm.Sözsüz ki,o həkimin adını çəkərkən mən "qədəmi xoş olsun,əli yüngül olsun!"-deməliyəm.Sonra iştahasından söhbət salıb hansı xörəyi ürəyi istədiyini soruşmalıyam.O xörəyin adını çəkən kimi "nuş canın olsun" deyib söhbəti qurtararaq xudahafizləşib evə qayıdaram" Kar belə fikirləşə-fikirləşə gəlib xəstənin yanına çatır.Salam verdikdən sonra soruşur: -Ay qardaş,olmasın azar,necəsən? Xəstə ağrıdan üz-gözünü turşudub deyir: -Ölürəm ay dost,deyəsən vaxtıım çatıb! Kar üzündə şadlıq əlaməti yaradıb tez deyir: -Olsun,olsun,əzizim.Allaha şükür.Bəs yanına hansı həkim gəlib-gedir? Xəstə gözləmədiyi bu sözlərdən daha da acıqlanıb deyir: -Kim gələcək,Əzrayıl! -Ayağı yüngül olsun,-deye kar çığırır.-Bəs nə yeyirsən? Əsəbiləşib özündən çıxmış xəstə cavab verir: -Zəhrimar,nə yeyəcəyəm. Kar: "Nuş can olsun" deyib öz vəzifəsini bitmiş hesab edərək tez xudahafizləşib xəstənin yanından çıxır və beləliklə öz könlündə tutduğu fikirlərlə hərəkət edərək həm özünü gülünc vəziyyətə salır,həm də başqalarını əsəbiləşdirir. Şəraitin dəyişməsi ilə hesablaşmayaraq əvvəlcədən özü üçün müəyyən etdiyi qaydadan əl çəkmək istəməyən adamlar haqqında danışarkən və başqa münasib hallarda bu məsəldən istifadə olunur:karın könlündəki.   Mənbə: "Rəvayəti ifadələr" kitabı,B.A.Hüseynov
['rəvayəti ifadələr', 'karın könlündəki']
5,554
https://kayzen.az/blog/poeziya/5877/ki%C5%9Fi-var-ki,-ki%C5%9Fidir,-amma-ki%C5%9Fiyn%C9%99n-i%C5%9Fi-yox-%7C-baba-p%C3%BCnhan.html
Kişi var ki, kişidir, amma kişiynən işi yox | Baba Pünhan
ORIGINAL
Poeziya
13 iyun 2011, 15:18
Kişi var ki, kişidir, amma kişiynən işi yox, Kişi var, nakişidir, amma deyir ki, kişi yox. Kişi var, ağzı cırıqdır, sözü dişdən tökülür, Kişi var, ağzı bütövdür, amma bir cüt dişi yox... Kişi var, pullu işi, yaxşı dişi, közdə şişi, Kişi var, qəlbi kabab, manqalı qüssə, şişi yox. Kişi var, arvadının xeyli vişindən buraxıb, Kişi var, arvadının dövri-qədimdən vişi yox. Kişi var, Azərbaycanda beşindən biridir, Kişi var ki, evində biri vardır, beşi yox. O qədim Ankarada Pünhana erkək dedilər, Kişi bizlərdə imiş, sən demə türkdə kişi yox.
['Baba Pünhan', 'kişilik', 'qəzəl']
5,555
https://kayzen.az/blog/u%C4%9Fur/5876/hans%C4%B1-daha-yax%C5%9F%C4%B1d%C4%B1r.html
Hansı daha yaxşıdır...
ORIGINAL
uğur psixologiyası
12 iyun 2011, 21:55
Səhər yeməyi üçün süfrə arxasındasınız.Qızınız qəhvə fincanına toxunur və qəhvə köynəyinizə tökülür.Bu hadisəyə qədər sizin heç bir rolunuz yoxdur.Ancaq bundan sonra baş verənlər artıq sizin rolunuzdan asılıdır... Şikayət etməyə başlayırsız.Və qəhvəni köynəyinizə tökdüyü üçün qızınızı məzəmmətliyirsiniz.Təbii ki,qızınız da pərt olur və ağlamağa başlayır.Qızınızdan sonra qəhvə fincanını masanın kənarına yaxın qoyduğu üçün həyat yoldaşınızı danlayırsınız.Mübahisə başlayır.Əsəbləriniz bir az da gərilir.Yan otağa keçib köynəyinizi dəyişirsiniz.Qayıdanda qızınızın ağlamaqdan gözlərinin qızardığını görürsünüz.Üstəlik,səhər yeməyini yemədiyinin şahidi olursunuz.Təbii ki,vaxtında süfrədən qalxmadığı üçün qızınız avtobusa gecikir.Həyat yoldaşınız işə gecikməmək üçün tez-tələsik evdən çıxır.Siz də qanıqara maşınınıza minirsiniz və qızınızı məktəbə çatdırmaq üçün yola çıxırsınız.Gecikdiyiniz üçün saatda 60 km sürətlə getməli olduğunuz halda 90 km sürətlə gedirsiniz.15 dəqiqə gecikəndən və qaydanı pozduğunuza görə cərimə ödəyəndən sonra məktəbə çatırsınız.Qızınız sizinlə sağollaşmadan məktəbin qapısına qaçır. 20 dəqiqədən sonra işə gəlirsiniz.Bu vaxt çantanızla birlikdə sənədlərnizi evdə unutduğunuzu xatırlayırsınız.Beləliklə,iş gününüz xoşagəlməz hadisələrlə başlayır.İndi isə işdən çıxacağınız vaxtı gözləyirsiniz.İşdən çıxandan sonra evə çatırsınız.Ancaq evdə hələ də hər kəsin üzündə bir soyuqluq görürsünüz... Bəs bütün bunlara səbəb nə idi?Qəhvə,qızınız,polis, yoxsa siz?Cavab:Əlbəttə ki,siz...Bəli hadisələrin belə cərəyan etməsində günahkar sizsiniz.Əslində isə belə olmalı idi. ...Səhər yeməyi üçün süfrə arxasındasınız.Qızınız qəhvə fincanına toxunur və qəhvə köynəyinizə tökülür.Siz nəzakətlə:  "Eybi yox,qızım,gələn dəfə diqqətli ol",-deyirsiniz.Yan otağa keçirsiniz.Köynəyinizi dəyişib otaqdan çıxırsınız.Bu vaxt pəncərədən qızınızın artıq avtobusa mindiyini görürsünüz.Hətta,onun arxasınca əl də edirsiniz. Siz və həyat yoldaşınız evdən çıxmazdan əvvəl sağollaşırsınız.Çantanızı götürüb evdən çıxırsınız.5 dəqiqə tez işə gəlirsiniz.Kefiniz kökdür.Hamı sizin əhval-ruhiyyənizdən danışır. İki müxtəlif ssenari...İkisi də eyni cür başlandı,ancaq ikisi də başqa cür qurtardı.Niyə?Niyəsi 90/10 prinsipindədir.Təəssüf kİ,çoxmuz bunu başa düşmək istəmirik.İndi isə 90/10 prinsipi haqqında...Həyatın 10 faizi başınıza gələnlərdən ibarətdir.Qalan 90 faizi isə sizin başnıza gələnlərə münasibətlərnizdən.Bəzən xəstələnirsiniz,bəzən maşınızın xarab olur,bəzən təyyarə gecikir və bütün planlarnız alt-üst olur,bəzən marşurtda sürücü sizi hövsələdən çıxarır.Bəs nəticə?Nəticə əsəb,stress,başağrı...Deməli,əsas məsələ hadisələrin necə baş verməsindən yox,bizim hadisələrə necə münasibət göstərməyimizdədir. Mənbə: "Ailəm" jurnalı
['yanaşma tərzi', 'uğur psixologiyası']
5,556
https://kayzen.az/blog/zodiak-sade/3018/bal%C4%B1qlar-b%C3%BCrc%C3%BCn%C3%BCn-xarakteri.html
Balıqlar bürcünün xarakteri
Tomris
Bürclər
12 iyun 2011, 20:43
Ulduzlar sistemində sonuncu — yəni 12-ci yeri tutan Balıqlar bürcü bir qayda olaraq fevralın 20-dən martın 20-nə qədər olan dövrü əhatə edir. Ünsürü su, planeti Neptun və Yupiter, rəngi bənövşəyi, göy, rəqəmi 6 və 7, daşı ametist, zümrüd, sapfir, çiçəyi nərgiz, yasəmən, metalı sink, uğursuz günü çərşənbə, uğurlu günü isə cümə axşamıdır.  Bu bürcü əmələ gətirən ulduzlar Göy qübbəsinin 900 kvadrat dərəcəlik sahəsini tutur. Onun tərkibində adi gözlə görünən 75-ə qədər ulduz var. Lakin «Sutökən»də olduğu kimi bu bürcdə də heç bir parlaq ulduz yoxdur. «Balıqlar»ın tutduğu sahə demək olar ki, səmanın bütünlüklə şimal yarımkürəsini əhatə edir. Bu zodiakın ulduzlar sistemindəki təsvir pozası olduqca maraqlıdır: balıqların hər ikisi bir-birinə «bağlanıb» və sanki yem axtarmaq üçün həmin nöqtədən çıxıblar. Onlardan biri yuxarı — Göy qübbəsinin cənub yarımkürəsinə üz tutub, digəri isə ağzını «Sutökən»in dolçasından axan suya yönəldib. Lakin su onun yaxınlığından keçib başqa yerə — Cənub Balığı bürcünün ağzına axır. Qənaətlərimizə görə, bu balıqlar tələyə salınıb və azadlıq naminə o tərəf-bu tərəfə çabalayırlar. Çünki sadaladığımız xüsusiyyətləri bəhs etdiyimiz bürcə şamil olunan adamlarda da görmək olar. Səma xəritəsində «Balıqlar»ın digər qonşusu — «Qoç» isə neytral bir mövqe seçib. Hər iki bürcün bir-birindən fərqi böyük olduğu üçün onların arasında görünməz bir sədd var. Bu isə ona dəlalət edir ki, hər iki zodiak işarəsindən olan şəxslər həyatda bir-birinə qarşı bir qədər ehtiyatlı yanaşmalı, ələlxüsus da işbirliyi yaratdıqda tədbirli olmalıdırlar. Əks təqdirdə onların münasibətləri asanlıqla pozula bilər. Balıqlar bürcünün gecə evi olan Neptun astronomik hesabla 8-ci sırada yerləşir. Onun radiusu 2510 km, elementi su, xarakteri soyuqluqdur. Bu bürcün ikinci planeti — Yupiter isə astronomik hesabla 5-ci sıradadır. O, Ay və Veneradan sonra Yerə ən parlaq işıq saçan obyektdir. Onun radiusu 71300 km, elementi hava, tərkibi istilik, xarakteri hakimlikdir. Bəziləri Yupiteri «Böyük xoşbəxtlik planeti» də adlandırırlar. Xarakterik xüsusiyyətləri Balıqlar bürcü altında dünyaya gələn adamlar ən qəribə zodiak işarəsi hesab olunurlar. Orta əsr münəccimləri bu cür şəxsləri təmkinlərinə və uzun ömürlərinə görə digərlərindən fərqləndirirdi. Qənaətlərə görə, «Balıqlar» qısa zamanda, həmçinin gənc yaşlarında ikən məşhurlaşa bilirlər. Haqqında yazdığımız bürcün sakinləri uzaqgörənlikləri sayəsində öz həyat və peşə perspektivlərini neçə illər öncədən təyin edir və yanılmadan fəaliyyət göstərirlər.  Qərb münəccimləri isə «Balıqlar»ı iki xüsusi keyfiyyətə bölürlər. Bu, artistlik bacarığı və siyasətçilikdir. Qədim Babil münəccimləri belə hesab edirdilər ki, Balıqlar bürcünün himayəsində dünyaya gələnlər özündən əvvəlki işarələrin hərəsindən bir neçə xüsusiyyət «oğurlayıb». Bu səbəbdən də onları həddindən artıq «təzadlı və mürəkkəb xarakterə malik adam» kimi qələmə verirdilər. Bu bürcün sakinləri uzaqgörən, dəqiq, işini ehtiyatla tutan və bir qədər hiyləgər olurlar. Onlarla hansısa konfliktə girmək təhlükəlidir. Və rəqibləri bunun üçün böyük riskə getdiklərini başa düşməlidir. «Balıqlar» baş verən hər bir hadisəyə sakit və qərəzsiz yanaşmağa çalışırlar. İşdir, əgər çılğınlıq və ya hövsələsizlik nümayiş etdirsələr, mütləq məğlubiyyətlə üzləşirlər. Hətta antik dövrün münəccimləri də belə hesab edirdilər ki, bu zodiak işarəsində dünyaya gələn adamlar yalnız səbrli olmaqla öz niyyətlərinə qovuşa bilirlər. Bu şəxslər kiçikboylu görünürlər, hətta boyları kifayət qədər hündür olduqda da onları heç kim seçə bilmir. Balıqlar bürcündən olan sürücünü heç təbii fəlakət də yol hərəkət qaydalarını pozmağa məcbur edə bilməz. Hətta yolda piyada və ya başqa maneə olmayanda da, onlar yenə də dördyol kəsişməsində avtomobili dayandırırlar. Bir sözlə, bu adamlar çox ehtiyatlı olurlar. Əgər «Balıqlar» kiməsə qurğu və ya tələ qurmaq istəsələr, bu, böyük hay-küy yaradır, onlar ifşa olunurlar. Belələrinin rəhbərliyi altında çalışanlar öz müdirlərinə asanlıqla hiylə gələ bilir, hətta bəzi hallarda onu müflisləşdirirlər də. «Balıqlar» bir qayda olaraq tam əmin olmadıqları işlərə baş qoşmurlar. Belə məqamlarda uzaqgörənlik onların köməyinə, yaxın ətrafınınsa rəğbətinə səbəb olur. Müasir münəccimlərin ən etibar etdiyi və inandığı Alan Leo bildirir ki, əgər lazımınca qiymətləndirilmirsə, «Balıqlar» öz istedad və qabiliyyətlərini qəlblərində saxlayır, heç vaxt büruzə vermirlər. Bu bürcün sakinləri yaxşı sirr saxlamağa, anlaşılmaz situasiyalardan asanlıqla qurtulmağa qabildirlər. Onlar sevimli və zərif olduqları kimi, narahat və hövsələsiz də olurlar. Orta əsrlərdə bu adamları bəxti gətirməyənlər, yaxud da ikili həyat yaşayan adlandırırdılar. Belələri öz talelərilə tez barışır və «yəqin belə də olmalıymış» düşünürlər. «Balıqlar» üçün ən təhlükəli məqam öz səlahiyyətlərini başqalarına həvalə edərkən yaranır. Bəzən bu, onların həyatı bahasına başa gəlir, talelərinə qüssə və bədbəxtlik gətirir. Odur ki, «Balıqlar»a özlərinə böyük inam bəsləmələri məsləhət görülür. Həssas və zəif «Balıqlar» magik təsirə məruz qalan bürcdür. Buna baxmayaraq, onlar fövqəltəbii varlıqlara meylli olurlar. Amma bu işlərlə məşğul olmaq onlara məsləhət görülmür. Əks halda fəlakətlə, xəstəliklərlə üzləşə bilərlər. Onlar müdafiəsiz və dözümsüz olur, bəzən problemlərini özləri həll etmək istəyirlər. Öz düşmənlərindən intiqam almaq üçün magiyadan istifadə edir və nəticədə bundan yalnız özləri əziyyət çəkirlər. «Balıqlar» həm də tez-tez maraqlı yuxular görür, lakin bu yuxuları şərh edə bilmirlər. Əgər onlar inadkar şəkildə fövqəltəbii varlıqlarla, mərasimlərlə məşğul olmaq istəyirlərsə, onlara "Əqrəb" və ya «Buğa» müttəfiq ola bilər. Onların birlikdə böyük uğurlar qazanması mümkündür. Yer kürəsində bu bürclər qədər haqqı tapdanan, get-gələ salınan yoxdur. Hətta bəzən buna görə onlarda hamıya qarşı inamsızlıq hissi baş qaldırır. Apardığımız müşahidələrə görə, Balıqlar bürcündən olan adamların ürəyində daimi bir «dağ» olur və bu «dağ» zaman-zaman onları üzüntülərə məruz qoyur. Hətta bir çox hallarda bu bürcün sakinləri həmin «dağ»ın ucbatından ya olduqca gec evlənir, ya da ömürlərinin sonuna qədər subay qalırlar. Qədim zərdüştilik astrologiyasında «Balıqlar»ın taleyini iki dövrə bölürdülər. Kahinlərin qənaətincə, bu adamlar ən əziz simsarlarından birini itirir və bununla da onların taleyində ikinci dövr başlayır, böyük dəyişikliklər baş verir. Elə güman etməyin ki, haqqında yazdığımız bürcün xarakteristikası yalnız bədbin notlar üzərində köklənib. Əslində, əyləncəyə həvəsinə, yumor hissinə, mehriban ünsiyyətinə və sadiqliyinə görə onlar həmişə seçilirlər. Peşə yönümləri Bu bürc altında doğulanlara hələ qədimlərdən ağır işlərdə işləməyi məsləhət görmürdülər. Peşəkar münəccimlər Balıqlar bürcündən olan adamlara daha çox yaradıcı fəaliyyətlə, incəsənət və ədəbiyyatla məşğul olmağı məsləhət görürdülər. Müasir dövrümüzdə isə onlar həm də siyasətlə, elmi fəaliyyətlə, texnologiya ilə məşğul olur, yüksək artistlik bacarığı ilə minlərlə, milyonlarla insanın diqqət mərkəzində olurlar. Məşhur «Balıqlar»: Corc Vaşinqton, Çarlz Darvin, Əbdürrəhim Bəy Haqverdiyev, Musa Nağıyev, Əlibəy Hüseynzadə, Süleyman Rüstəm, Fərman Kərimzadə, Bəşir Səfəroğlu, Mustafa Mərdanov, Əlağa Kürçaylı, Mövlud Süleymanlı, Şəmsi Bədəlbəyli, Vaqif Mustafazadə, Çak Norris, Süleyman Ələsgərov (bəstəkar), İmam Mustafayev, Elmira Qafarova, Viktor Yuşşenko, İsa Qəmbər... Müəllif: Səbuhi Rəhimli
['balıqlar bürcü', 'pisces', 'baliqlar burcunun xasiyyeti', 'baliqlar burcunun xususiyyetleri', 'baliqlar burcu haqqinda her sey', 'baliqlar burcu haqqinda maraqli melumatlar', 'baliqlar burcunun ozellikleri']
5,557
https://kayzen.az/blog/ORIGINAL/5874/dayanacaqda-q%C9%99rib%C9%99-%C9%99hvalat.html
Dayanacaqda qəribə əhvalat
ORIGINAL
Bloq: ORIGINAL
12 iyun 2011, 15:12
"Neftçilər" metrosunun çıxışında - işdən evə getdiyim yolun üstündəki avtobus dayanacağında həmişə beş-altı fahişə durur. Daha doğrusu, dayanacaqda yox, körpünün altında. Körpünün altı elə dayanacağa bitişikdir. Metrodan çıxıb dayanacağa gedənlər mütləq müştəri gözləyən bu qadınların yanından keçməlidir. Artıq istifadə müddəti çoxdan bitdiyi açıq-aşkar hiss olunan bu "qədim peşə" sahiblərinin azı 35 yaşı olar. Aralarında daha yaşlıları da var.Hər gün cavan oğlanların, orta yaşlı kişilərin, lap elə ağsaqqal "dayday"ların onlarla söhbətə girişməsini seyr edə-edə marşrut gözləyirik. Kişilərin arasında fahişələrə həm "ciddi", həm də qeyri-ciddi niyyətlə yaxınlaşan var. Yəni ki, ciddi-ciddi qiymət danışıb saunaya, ya da harasa başqa yerə gedirlər. Ancaq cibində pulu olmayanlar elə-belə, sadəcə məzələnirlər.O gün də beləydi.Yaxınlığımda durmuş iki qızın söhbətindən məlum oldu ki, fahişələrlə söhbətə girişən oğlanlardan biri bunların tanışıdır. Hətta tanışdan da irəlidir. Sən demə, oğlan indi dayanacaqda avtobus gözləyən bu iki qızdan birinə ürəyini açıbmış. İndi də onu görməyən oğlan fahişələrdən biriylə danışırdı. Bura adamların çox olduğu qarışıq bir yer olduğundan, oğlanın sevdiyi qızı görməməsi normal idi.- Aldadıb telefon nömrəmi aldı... Hər gecə səhərəcən sevgi SMS-ləri yazır... Mən yatıram, ancaq o yenə yazır. Durub səhər dərsə gedəndə oxuyuram SMS-lərini... İndi gör kimin dalınca sülənir... Hazırlaşırdım ki, ona "hə" deyim. Yaxşı ki, deməmişəm. "Vsyo", qurtardım onunla, nə vaxt qabağıma çıxsa üzünə tüpürəcəm!Aha, deməli bu uzunsaç qısayubkalı qız tələbədi. Düzdür o, ərini yataqda başqa qadınla tutmuş bir qadın kimi də olmasa, hər halda çox əsəbiləşmişdi. Oğlanın hətta üzünü də yaşlamaq istəyirdi - tüpürcəklə.O biri qız daha ayıq görünürdü. Rəfiqəsinə deyirdi:- Aaz, sən sonra onun boynuna heç nə qoyammayacaqsan eee. Yaxşısı budu, elə iş başında tut, sözünü de, biabır elə onu...Əvvəl qız "nə??" deyib razılaşmadısa da, sonra ağlına batdı. Əllərini belinə qoyub düz oğlan tərəfə getdi. Hiss olunurdu ki, indicə aləm qarışacaq.Düz oğlanın iki metrliyində durub, rəfiqəsinə göz vurdu, yəni gör indi bunun başına nə oyun açacam.Oğlan bədbəxt yaman pis yerdə tutulmuşdu. Yazığın arxası pis tərəfə durduğundan sevgilisini görmürmüş.Qız hələ də əlini belinə qoyub durmuşdu. Sanki daha da qəzəblənmək istəyir, ya da nə deyəcəyini düşünürdü. Bəlkə də stress atırdı (bəzən adamda belə olur, hədsiz əsəbiləşdiyin məxluqata baxıb stress atırsan).Ancaq qızın "oyun açmağa" imkanı olmadı. Çünki artıq onu yaşı 15-dən 75-cən səkkiz-doqquz kişi əhatəyə almışdı. Onlardan qızın fahişə olmadığını bilən təkəc mən idim. Hə, demədim axı, mən də orda, qızı əhatəyə alanların arasındaydım. Ancaq məqsədim qızın sevgilisinə nə deyəcəyini, nələr baş verəcəyini öyrənmək idi. Qalan kişilər çoxdandı körpünün altında bu yaşda fahişə görmədiklərindən yazıq qızı dairəyə salmışdılar. Fahişə zənn etdikləri qıza söz atan, onu körpünün ortasına - daha qaranlıq yerə dartıb aparmaq istəyən kim...Qız kiminsə adını çəkib qışqırmağa başladı. Aydındı. Fahişəylə danışan uğursuz sevgilisini çağırırdı. Oğlan adamları yarıb qıza çatmaq istədisə də, alınmadı. Daha doğrusu alındı, ancaq başqa şey - maraqlı bir mənzərə: oğlan qıza tərəf, qız da oğlana tərəf can atırdı. Oğlanın söhbətləşdiyi fahişə qadın bu uzunsaç qızayubkalı qızın həmkarı olduğunu, onun müştərisini əlindən almaq istədiyini düşünüb, qızın üstünə atılırdı. Başqa kişilər onları ayırmaq əvəzinə, "qaqaş "panyatkan" olsun, çıx get" kimi sözlər deyərək, oğlanı qızdan aralandırmağa çalışırdılar. Yəni, get başqasını tap, bu fahişənin səndən qabaq müştərisi var. Oğlan onlara "fahişə"nin sevdiyi qız olduğunu başa sala bilmirdi. Qız da, oğlan da dəliyə dönmüşdü. Ağız deyəni qulaq eşitmirdi.Bir də gördüm oğlanın söhbətləşdiyi fahişə qadın qızın saçına əl atdı. Səslər bir az da yüksəldi.Haradansa iki polis maşını peyda oldu. Onlar oğlanın söhbətləşdiyi fahişə ilə qızı maşına basdılar. Açıq-aşkar hiss olunurdu ki, polislər də qızın fahişə olduğunu zənn edib. Qız and-aman eləyir, polisin biri də "siz hamınız belə deyirsiz" kimi sözlərlə deyinirdi.Oğlan da bir az hay-küy saldı. Onu da sürüyüb maşına atdılar. Post-patrul maşınları "ulaya-ulaya" getdi. Tamaşanın sonunda camaat dayanacağa qayıdıb, yenə də marşrut avtobusu gözləməyə başladı. Elə mən də. Söhbətlərdən hiss edirdim ki, məndən başqa real olaraq nəyin baş verdiyini bilmirlər. Hamısı "iki pozğunun davası"ndan danışırdı.   Müəllif:Pərvin Abbasov
['düşüklük', 'qəribə əhvalat', 'reallıq', 'fahişə']
5,558
https://kayzen.az/blog/zodiak-sade/3019/sut%C3%B6k%C9%99n-b%C3%BCrc%C3%BC.html
Sutökən bürcü
Tomris
Bürclər
11 iyun 2011, 23:00
Ulduzlar sistemində 11-ci yeri tutan Sutökən bürcü təxminən yanvarın 21-dən fevralın 19-na qədər olan dövrü əhatə edir. Ünsürü hava, planeti Saturn və Uran, düşərli günü çərşənbə və şənbə, düşərsiz günü bazar, uğurlu rəngi göy-yaşıl, bənövşəyi və boz, uğursuz rəngi qara, uğurlu daşı sirkon, parıldayan sapfir, ametist və opal, metalı qalay, enerji verən çiçəyi yasəmən və nərgiz, uğurlu rəqəmi 2, 4, 8 və 9, müxalif bürcü Şir, şanslı ölkələri isə Rusiya, İtaliya, Danimarka və Kanadadır. Sutökən bürcü ictimai həyatda, eləcə də insanların taleyində mühüm rol oynayır. Klassik Şərq astrologiyasında bu bürc altında doğulan adamları yüksək qiymətləndirir, onları mələk xislətli adlandırırdılar. Qədim Babilistanda isə bu Zodiakın hakim olduğu dövrü müqəddəs ərəfə hesab edir, onun gəlişinə dualar oxuyurdular. Elmi kəşflərə, xeyir işlərlə əlaqədar danışıqların aparılmasına, uzunmüddətli haqsızlığa son qoyulmasına zəmin yaradan Sutökən dövrü Xeyirlə Şərin bir araya gəlməsinə mane olur, onların arasında kəskin sədd yaradır. Sutökən digər bürclərə nisbətən daha böyük sahəni tutur. Belə ki, onu əmələ gətirən ulduzlar Göy qübbəsinin 980 kvadrat dərəcəlik sahəsində yerləşir. O, ulduzlar sisteminin Cənub yarımkürəsini tamamilə əhatə edir. Adi gözlə görünən 90 ulduz və əsrarəngiz planetar dumanlıq da məhz bu bürcün bəxtinə düşür. Yeri gəlmişkən, həmin dumanlıqdan "İlbiz" adlananı Göy qübbəsində ən parlaq və böyük dumanlıqdır. Onun temperaturu 130 min dərəcəyə çatır. Qəribə də olsa, Sutökən bürcündə cəmi bir parlaq ulduz var ki, onu da «Səadəl-məlik» («Hökmdarın səadəti») adlandırırlar. «Sutökən»in «gecə evi» olan Saturn astronomik sırada 5-ci yeri tutur. Onu eyniadlı Roma allahının şərəfinə belə adlandırıblar. Astrologiyanın yarandığı ilk dövrlərdə bu planeti yeraltı aləmin hakimi hesab edir, onun himayəsinə daxil olan adamlara qazıntıda, şaxtada (indi yəqin ki, metro da bu sıraya aiddir — S.R.) işləməyi məsləhət görürdülər. Antik dövrün münəccimləri Saturnu «Qəmli xatirələr planeti» (bəzi mənbələrdə «Böyük bədbəxtlik planeti») adlandırırdılar. Onun radiusu 60100 km, elementi torpaq, tərkibi soyuqluq, xatakteri isə şöhrətpərəstlikdir. Əgər «Sutökən»lərin bəxtində Uran olmasaydı, yəqin ki, onlar «Oğlaq»lardan o qədər də fərqlənməzdilər. Haqqında yazdığımız ikinci planet astronomik hesabla 7-ci yeri tutur. Onun kəşfi 1781-ci ilə təsadüf edir və yunan səma allahı Uranın şərəfinə belə adlanır. Onun radiusu 24500 km, elementi hava, tərkibi istilik, xarakteri hakimlikdir. Hələ qədim babil münəccimləri Sutökən bürcündə doğulanlarda ziddiyyətli xarakter olduğunu, bu adamların daxilində daima mübarizə getdiyini bildirirdilər. Yəqin bu qənaətə gəlməyə səbəb onların iki əksqütblü planetə məxsus olmalarıdır. Belə ki, əgər Saturn bədbəxtlik, xəstəlik, soyuq münasibət, "əbədi" düşmənçilik təlqin edirsə, Uran istiqanlılıq, nikbinlik, yüksək enerjili fəaliyyət yaradır. «Sutökən»lərin ikili xarakteri onları daima narahat edir, bəzən əsəblərinə də səbəb olur. İradələrini toplamağı bacaranlar Saturndan «ayrılıb» Uranın «himayəsinə» daxil olur və bununla da məşhurlaşırlar. Yeri gəlmişkən, müasir astrologiyanın ən məşhur nümayəndəsi Linda Qudmen «Sutökən»ləri «uranlılar» adlandırmaqla, onları yalnız bu planetə şamil edir. Bu bürcün sakinləri gözəl intuisiyaya malik, mütaliəni sevən və ürəyigeniş olurlar. «Sutökən»lərin zəngin daxili aləmi olsa da, onlar çox vaxt bunu gizlədirlər. Belə adamlar həssas olduqlarından qarşılarındakı hər kəslə asanlıqla dil tapır, dostluq edirlər. Onlara elə gəlir ki, dünya yalnız yaxşılardan ibarətdir. Amma görəndə ki düşündükləri alt-üst olur və onu incidirlər, bundan bərk sarsılırlar. Uzun zaman azəri «Sutökən»lər arasında apardığımız müşahidələr bizdə bəzi qənaətlər yaratdı. Öyrəndik ki, onlar iki qrupa bölünürlər: sarışınlar və qarabuğdayılar. Bu qrupların müsbət cəhətləri üst-üstə düşsə də, qüsurlarında kəskin fərqlər də var. Belə ki, birincilər əsasən sadəlövh və yelbeyin, ikincilər isə hövsələsiz və tez ruhdan düşən olurlar. Məhəbbət məsələlərində bu işarə altında dünyaya gələn adamları ilk söhbətdən başa düşmək olmur. Bəzən hətta onu zövqümüzə uyğun hesab etmirik. Bir müddət sonra isə o, sevimli dostumuza çevrilir. «Sutökən» sevgidə azadlığa və sərbəstliyə üstünlük verir. O, sevgi münasibətlərinə dostluq münasibətləri kimi baxdığı üçün ikrah doğurmur. «Sutökən» məhəbbət haqqında nağılların qəhrəmanıdır. Bu bürcdən olanlar öz sevgisi uğrunda həmişə mübarizə aparır. Seksual davranışlarda gözlənilməzliyi sevən bu adamlar tərəf-müqabilini asanlıqla qane edir. Bu adamlar fövqəltəbii və dərkolunmaz bacarıqlara malikdir. Tez-tez qəribə yuxular görür və gördüklərini çox gözəl şərh edirlər. «Sutökən»lər güclü öncəgörməyə malikdirlər. Onların bilik və hissləri, duyum və intuisiyaları həqiqəti söyləməyə imkan yaradır. Əksər hallardasa falabaxma ilə məşğul olurlar. «Sutökən»lər bədnəzərə qarşı zəifdir, lakin asanlıqla və qısa zamanda öz güclərini bərpa edə bilirlər. Onlar, ələlxüsus da kişilər bəzən energetik vampirlərə, şər qüvvələrə də çevrilirlər. Bu bürcə mənsub insanlar pis, bədniyyətli insanları xüsusilə hiss edir və belə cəmiyyətdə özlərini çox narahat hiss edirlər. Bir qayda olaraq sevgi magiyası ilə maraqlanmırlar. «Sutökən»ləri nəyəsə məcbur etmək çox çətindir. Onlar tam azadlığı xoşlayırlar. Karmik bilgilərə görə, bu adamlar əvvəllər heç cür birləşməyəni birləşdirir, heç kimin görmədiyini görür, heç kimin baxmadığı prizmadan baxırlar. Ümumiyyətlə, «Sutökən» böyük elmi kəşflər və proqress işarəsidir. O, tez-tez müasirlərinin başa düşə bilmədiyi şeylər haqqında düşünür və danışır. Bu işarə ağıllı və ətrafa qarşı çox diqqətlidir, lakin o soyuq fərddir. Bu səbəbdən də İlahi İradə ona beyni vasitəsilə çatdırılır. O, özü üçün tapmaca hesab etdiyi şeylərə maraq göstərir, öz ideyalarının təcrübi tətbiqinə can atmır. Ali Sutökən geniş baxışlara malikdir, öz dövrünü illərlə qabaqlayır. Onun əsas vəzifəsi — çoxsaylı, qarışıq ideyalarını nizama salmaqdır. Yalnız bu zaman o, köhnə elementlərin yeniləri ilə əlaqəsini başa düşərək nəsə yeni bir kəşf edə bilər. «Sutökən» təkrarsız, dahiyanə düşünmə tərzini ifadə edir. Onun etikası ona başqalarının nəzəriyyələrinə, hətta yanılmalarına belə hörmətlə yanaşmağa imkan verir. O, ağıllı və daima inkişafda olan bir fərddir. «Sutökən» gözəl başa düşür ki, onun ideyalarını qəbul etməyə heç də hamı hazır deyil. Çünki bu ideyalar çoxtərəflidir və buna görə də bir neçə prizmadan izah olunmağa çalışılmalıdır. «Sutökən»lər nə qədər ki daxili potensiallarını əməli fəaliyyətə tətbiq edə bilmirlər, həmişə narahat və gücsüz görünürlər. İstəklərinə yetişəndə isə öz işlərində dahiliyə qədər yüksəlirlər. Bu bürcün sakinləri nadir hallarda qibtəediləcək var-dövlət sahibi olurlar. Bütün bunlara baxmayaraq «Sutökən»lərin bir əli kimsəsizlərin üstündə olur. Onlar axırıncı tikəsini belə, ehtiyac sahibləri ilə bölüşürlər. Ətrafdakılar bu amili bəzən «avamlıq» və ya "öz xeyrini bilməyən" adlandırırlar. Lakin «Sutökən»lər bunu bilə-bilə yenə də öz xeyirxah əməllərindən əl çəkmirlər. Müqəddəs Avestada insanlara tövsiyə olunan Xeyirxah Fikir, Xeyirxah Söz və Xeyirxah Əməl prinsipinə ən çox riayət edənlər də məhz haqqında yazdığımız bürcün sakinləridir. Bu səbəbdən də klassik ərəb astrologiyasında «Sutökən»lərin yalnız Ağ Dünyaya (Cənnətə) getdiyi bildirilir. Çünki onların günahları savablarından qat-qat azdır. Bu bürcün ürəkağrıdan keyfiyyətləri də olmamış deyil. Belə ki, 12 Zodiak işarəsi arasında ən bədbin və ruhdan tez düşəni də məhz bu adamlardır. ABŞ mütəxəssislərinin fikrincə, şəxsi taleyindəki uğursuzluğa və intiharlara görə «Sutökən»lər birinci yeri tutur. Konfliktlər, qətllər, müharibə və ayrılıqlar bu bürcün nümayəndələrini sarsıdır. Özlərinə qarşı törədilən haqsızlıqlar, şəxsi taleyinə, sevgisinə qərəzli müdaxilələr onların qəlbini yaralayır. Ќecə ki Alan Leo deyir: «Sutökənlər yaşamaqda olduğumuz qan və çirkab dolu dünyamız üçün deyillər. Bu bürcdən olanları Yerdən ayırıb başqa bir planetə toplamaq və oranı „Ədalət planeti“ adlandırmaq lazımdır. Biz onları heç vaxt başa düşə bilməyəcəyik. Çünki „Sutökən“lərin bugünkü fikir və ideyalarını bəşər övladı hələ 50 il sonra düşünəcək». Bu bürcdən olanların həssaslığını və yüksək intuisiyasını nəzərə alan münəccimlər məsləhət görürdülər ki, onlar psixoloq, münəccim, həkim, ekstrasens və ya din xadimi işləsinlər. Müasir astrologiya isə «Sutökən»lərdən daha çox idmançı, sürücü, ferma işçisi, eləcə də siyasətçi çıxdığını düzgün hesab edir. Məşhur «Sutökən»lər: İmadəddin Ќəsimi, Mirzə Cəlil, M.Ə.Rəsulzadə, Əhməd Cavad, Əliağa Vahid, Qara Qarayev, Sadıqcan, Həzi Aslanov, Kamran Bağırov, Tamerlan Qarayev, Polad Bülbüloğlu, Əlabbas Qədirov, Tofiq Tağızadə, Hacı İsmayılov, Zəlimxan Yaqub, Firudin Qurbansoy, Surət Hüseynov, Zaur Rzayev, Aygün Kazımova…
['sutökən bürcü', 'dolça bürcü', 'sutoken burcu haqqinda', 'dolca burcunun xususiyyetleri', 'dolca burcunun xarakteristikasi']
5,559
https://kayzen.az/blog/sevgi/5870/m%C9%99nki-g%C3%B6z%C9%99l-deyildim.html
Mənki gözəl deyildim...
ORIGINAL
Sevgi
11 iyun 2011, 15:39
—Külək əsir, saçlarım dağılır!- Daha təbiisən...- Makiyajsızam, mənə baxma!- Daha şirinsən.. - Makiyajsızam, mənə baxma!- Daha şirinsən...- Bu gün geyimim çox adidi!- Daha sadəsən...- Ehhh.. Yenə ağlatdı bu film məni!- Kövrək mələyim... - Üzümdəki bu xaldan zəhləm gedir!- Gözəllik verir... - Saçlarımı bəyənmədim, uşağa oxşatdı!- Balaca balamsan...- Bu rəng mənə düşmür deyəsən!- Yaraşır...- Səndə hər şeyimi bəyənirsən! Axı mən heçdə qəşəng deyiləm...- Sən dünyanın ən gözəlisən !!!- Belə de... Bəs mən niyə güzgüdə dünyanın ən gözəlin görmürəm?- Mənim gözlərimlə baxmaq istəyərsən?- Dəyişən bir şey yox.. Yenə özümü görəcəm!- Özünü deyil məndəki "Sən"i görəcəksən!P.S.Hər kəsə bu cür sevilməyi arzulayıram.
['sevgi', 'sevgi sözləri', 'romantika']
5,560
https://kayzen.az/blog/flora/5868/g%C3%BCll%C9%99rin-tarixi-bar%C9%99d%C9%99.html
Güllərin tarixi barədə
Cavid
Flora
11 iyun 2011, 14:51
Gülləri hamı sevir. Yəqin ki, onlara qarşı biganə olan insan da yoxdur. Onlar özü bizi cəlb edir, estetik zövq verir, hətta psixoloji yardım da edir. Bayramların bəzəyi, təbiətin təbəssümüdür güllər! Güllərin tarixi haqqında maraqalı faktlar, müxtəlif əfsanələr mövcuddur. Arxeoloji qazıntılar sübut edir ki, güllərin tarixi tunc dövrünə qədər gedib çıxır. Bizim e.ə. IV əsrə aid olan bir bir daşın üzərindəki təsvirlər qədim insanların da güllərə dəyər verdiyini göstərir.Daşın bir hissəsində səma, torpaq və insan, digər tərəfində isə müxtəlif güllər və çiçəklər təsvir olunub. Qədim Misirdə sarayların bağlarını gözəl güllərlə, çiçəklərlə bəzəyərdilər. Buddistlər isə öz "tanrılarının" heykəlləri qarşısına müxtəlif bitkilərin yarpaqlarını qoyardılar. Bəzi buddistlər hələ də bu ənənələrinə sadiq qalıb, "tanrı" saydıqları heykəllərin qarşısına "lotos" qoyurlar.İngilis arxeoloqu X. Karter 1929 - cu ildə Tutanxamonun qəbrini aşkar edərkən, onu ən çox təəccübləndirən, tabutun içərisindəki zinyət əşyalarından çox, Tutanxamonun sinəsinin üzərinə qoyulmuş cürbəcür güllərdən, çiçəklərdən və yarpaqlardan ibarət çələnglərin çoxluğu olmuşdur. Ən maraqlısı isə, bu qədər zaman keçməsinə baxmayaraq çələnglərin təravətini itirməməsiydi."Pion"- dünya florasının qədim güllərindən hesab olunur. Bu bitki əslində həm də şəfaverici xassəyə malikdir. Hətta yunanlar bu gül haqqında maraqlı bir əfsanə də uydurublar. Deyirlər ki, güya bu bitkinin kökündən alınan preparatla yunanların pəhlivanı Herkules tərəfindən yaralanan yer mələklərinin allahı olan Peonanı sağaltmışdır. Əfsanələrin birin də isə deyilir ki, müəllim Peona Eskulan öz tələbəsinin qısa bir dövrdə məşhurlaşdığını görüb, ona həsəd apararaq belə qərara gəlir ki, tələbəsini zəhərləsin. Lakin, Peona allahı peşman olur, tələbəsini sağaltdıqdan sonra özü çiçəyə çevrilir.Qızılgül- güllərin şahıdır! Onun da haqqında maraqlı bir əfsanə var. Əfsanəyə görə Hindistanda Lakşmi adında gözəl bir qız yaşayarmış. Dünyada ən qəşəng qız sayılan Lakşmi 108 böyük və 1008 kiçik ləçəklərdən ibarət olan qönçə qızılgüldən əmələ gəlib. Kainatın qoruyucusu sayılan Vişnu tanrı bu gözəli çəhrayı beşiyində görüb, ona aşıq olub və sonra beşikdəcə onu öpüb və oyadıb. Bundan sonra isə onu özünə xanım edib. Beləliklə, Lakşmi Gözəllik ilahəsi, qızılgül isə müqəddəs gül hesab olunmağa başlayıb.Bənövşə baharın müjdəçisidir! Bu gül daha çox əfsanənin mövzusu olmuşdur. Deyirlər ki, cənnətdən qovulandan sonra, Yerə sürgün edilən Adəm peyğəmbərə Seylon adasında cənab - Cəbrayıl əvf olunması barədə xəbəri yetirərkən, o, sevindiyindən ağlamış, göz yaşları bənövşəyə dönmüşdür.
['güllər']
5,561
https://kayzen.az/blog/azerbaycan/5853/faydal%C4%B1-qaz%C4%B1nt%C4%B1lar.html
Faydalı qazıntılar
luminat
Azərbaycan
11 iyun 2011, 13:46
Azərbaycan neft və qaz yataqları ilə məşhurdur. Respublika ərazisinin 2/3 hissəsi neft və qazla zəngindir. Ən çox neft və qaz yataqları Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır. Bundan başqa Cənub-Şərqi Şirvan, Mərkəzi Aran, Qobustan, Ceyrançöl, Acınohur, Siyəzən zonası neftlə zəngindir. Dünyada məşhur olan Naftalan nefi əsasında bir sıra xəstəliklər müalicə olunur. Respublikamızın qaz yataqları Qaradağ, Xəzər dənizinin şelf zonası, Bakı və Abşeron arxipelaqındadır. Azərbaycanın Böyük və Kiçik Qafqaz hissəsində filiz yataqları daha çoxdur. Burada dəmir, manqan, titan, xromit, mis, kobalt, polimetal, sürmə, qızıl, gümüş, molibden və s. yataqları mövcuddur. Qeyri-filiz faydalı qazıntılardan Qobustan, Abşeron, Tovuz əhəng daşları, Şahtaxtı (Naxçıvan MR), Kəlbəcər travetin yataqları, Daşkəsən mərməri, Yuxarı Ağcakənd gipsi, Hacıvəli kvars qumları böyük təsərrüfat əhəmiyyəti kəsb edir. Respublikada müxtəlif kimyəvi tərkibli mineral su ehtiyatları da vardır. Zənginliyinə görə Azərbaycan ərazisi «mineral sular muzeyi» adlandırılır. Kəlbəcər rayonundakı İstisu, Naxçıvan MR-dakı Badamlı, Sirab, Vayxır mineral suları respublikamızdan çox-çox uzaqlarda məşhurdur. Abşeron yarımadasındakı Suraxanı və Şıx, Dəvəçi rayonundakı Qalaltı, Kəlbəcər rayonundakı İstisu, Lənkəran rayonundakı Meşəsu, Culfa rayonundakı Turşsu müalicə əhəmiyyətinə görə fərqlənən mineral sulardır. Talış Dağlarında, Böyük Qafqazıq cənub və şimal-şərq yamaclarında isə termal bulaqlar çoxluq təşkil edir. Yanar faydalı qazıntılar Azərbaycan Respublikasındakı yanar faydalı qazıntılar neft, qaz, şist, torf və s-dir. Bunlardan neft və qaz sənaye əhəmiyyətlidir. Neft həm qurudakı yataqlardan, həm də Xəzər dənizi yataqlarından çıxarılır. Azərbaycan Respublikasının ərazisi (xüsusi ilə Abşeron yarımadası) dünyanın ən qədim neft çıxarılan rayonlarından biridir. Hələ e.ə. VII-VI əsrlərdə Abşeronda neft çıxarılmış və bir çox ölkələrə daşınmışdır. 1985-ci ilədək Azərbaycan Respublikasında təqribən 1,2mlrd. t. neft (25%-i dəniz neft yataqlarından) hasil edilmişdir. Azərbaycan Respublikasının nefti yüksək keyfiyyətli, azkükürdlü və azparafinlidir. Sıxlığı böyük diapazonda (780-940kq/m3) dəyişir. Naftalanda Maykop və Ağçaqıl çöküntülərindən özünün müalicə xüsusiyyyətlərinə görə dünyada yeganə olan neft də hasil edilir. Respublikada çıxarılan yanar qazlar karbohidrogen tərkiblidir. Onlar neftin tərkibində həll olmuş, sərbəst («qaz örtüyü»), xalis qaz halında olur. Son 30-50 il ərzində çoxlu qaz-kondensant yatağı kəşf olunub, istifadəyə verilmişdir. Azərbaycan Respublikasında hazırda 8 neftli-qazlı (Abşeron, Şamaxı-Qobustan, Aşağı Kür, Bakı arxipelaqı, Gəncə, Yevlax-Ağcabədi, Quba-Xəzəryanı, Kür-Qabırrı çaylararsı) və 2 perspektivli (Acınohur və Cəlilabad) rayon ayrılır. Abşeron, Şamaxı-Qobustan, Aşağı Kür, Bakı arxipelaqı rayonlarında əsas neftli-qazlı dəstə «məhsuldar» qatdır. Qum, qumdaşı və gil təbəqələrinin növbələşməsindən ibarət olan bu dəstənin qalınlığı 4000m-ə (bəzi yerlərdə daha artıq) çatır. Məhsuldar qatla əlaqədar olan yataqlar (Balaxanı-Sabunçu-Ramana, Suraxanı-Qaraçuxur-Zığ, Qala, Bibiheybət, Neft Daşları, Puta, 28 May, Lökbatan-Binəqədi, Səngəçal-dəniz-Duvannı-dəniz-Bulla, Bulla-dəniz və s.) çox horizontlu və antiklinal quruluşludur. Ən böyük neft-qaz-kondensant yataqları Abşeron, Bakı arxipelaqları və Aşağı Küryanı rayonlarındadır. İşlənən yataqlarda məhsuldar qatdan başqa, əsas neftli-qazlı çöküntülər Maykop dəstəsi, Eosen şöbəsi və Üst Təbaşir çöküntüləridir. Quba Xəzəryanı rayonunda Siyəzən monoklinalı ilə əlaqədar olan yataqlarda Samrat mərtəbəsindən başlayaraq Üst Təbaşir çöküntülərinə qədər bütün çöküntü kompleksləri (Sarmat, Çokrak, Maykop dəstəsi, Eosen, Paleosen, Üst Təbaşir) neftli-qazlıdır. Kür-Qabırrı çaylararsı rayonunda da kəşf olunmuş yataqlarda neft-qaz Eosen yaşlı çöküntülərlə (Tərsdəllər yatağı) əlaqədardır. Respublika ərazisində Maykop-Abşeron yaşlı çöküntülərdə bir sıra yanar şist və liqnit-qonur kömür təzahürləri aşkar edilmişdir. Filiz faydalı qazıntılar Bu qazıntılar (dəmir, alüminium, xromit, qızıl, gümüş, mis, qurğuşun, sink kobalt, molibden filizləri və s.) respublikanın əsasən dağlıq hissələrində müxtəlif tip yataqlar əmələ gətirirlər. Dəmir filizləri (maqnetit, hematit) Azərbaycan Respublikasında dörd mənşədə rast gəlir: seqrasion-maqmatik skarn-maqnetit (kontakt-metasomatik), hidrotermal-metasomatik və çökmə. Bunların yalnız skarn-maqnetit tipli Daşkəsən, Cənubi Daşkəsən və «Dəmir» yataqları sənaye əhəmiyyəti kəsb edir. Bu yataqlar Kellovey, Oksford, Kimeric yaşlı vulkanogen, piroklaastik və çökmə-vulkanogen süxurlardan təşkil olunmuşdur. Daşkəsən sinklinalını ox boyu yaran eyni adlı qranitoid intruziv ilə təmasda yerləşir və mənşəcə bu intruzivlə əlaqədardır. Daşkəsək dəmir filizi qrupu yataqlarının sənaye ehtiyatı 250mln.tondur. Kobalt filizlərinin sənaye əhəmiyyətli yığımları Daşkəsək filiz rayonunda məlumdur. Burada kobalt filizləri həm müstəqil (Yuxarı Daşkəsən yatağı), həm də skarn-maqnetit filizləri ilə birgə əmələ gəlmişdir. Qızıl yataqları və təzahürləri əsasən Kiçik Qafqazın ərazisində: Söyüdü, Qızılbulaq, Dağ Kəsəmən, Veynəli, Qoşa, Gədəbəy, Çovdar; Naxçıvan MR-da Şəkərdərə, Pyəzbaşı, Ağyurt, Baskənd yataqları yayılmışlar. Bu yataqlarda həmçinin sənaye əhəmiyyətli gümüş, mis və s. qarışıqlar iştirak edirlər. Hal-hazırda qızılın çoxsaylı təzahürləri (Tülallar, Kəpəz, Dabalt, Küngütçay, Kələki, Unus və s) aşkar edilmişdir. Əlincəçay və Kürəkçay hövzəsində aşkar edilmiş səpinti qızıl yataqlarında qiymətləndirmə işləri aparılmış, ilkin ehtiyatları hesablanmış və sənaye əhəmiyyətliliyi müəyyən edilmişdir. Xromit yataqları və təzahürlər (Göydərə, Kazımbinəsi, İpək, Xatəvəng və s.), əsasən Kəlbəcər və Laçın rayonları ərazisindədir. Manqanın kiçik həcmli yataqları və təzahürləri Kiçik Qafqazın Somxeti-Ağdam (Mollacəlilli, Daş Salahlı və s.), Böyk Qafqazın Vəndam (Mücü, Balakənçay) və Araz (Biçənək, Ələhi) struktur-formasiya zonalarında məlumdur. Mis filizləri Azərbaycan Respublikasında mis-kolçedan və mis-porfir formasiyalıdır. Mis-kolçedan formasiyalı filizlərin mineral tərkibi, əsasən, pirit və xalkopiritdən ibarətdir. Çox vaxt filizin tərkibində sfalerit və qalenit də rast gəlir. Mis-porfir formasiyalı filizlərin tərkibində misdən əlavə molibden, az miqdarda qiymətli metallar olur. Hər iki formasiyanın filizləri Gədəbəy filiz rayonunda törəmə kvarsitlərdə yerləşir. Mis-porfir filizləşməsi daha geniş yayılmışdır. Qaradağ və Xarxar yataqlarından (Gədəbəy filiz rayonu) başqa bu rayonda mis-porfir filizləşməsinin bir çox təzahürləri də var. Gədəbəy rayonunda ştok formalı ehtiyatı tükənmiş eyni adlı mis-kolçedan yatağı da məlumdur. Mehmana filiz rayonunda mis-porfir təzahürləri (Dəmirli və Xançınçay) mövcuddur. Böyük Qafqazın cənub yamacında Alt Yura yaşlı terrigen çöküntülərdə bir sıra mis-sink yataq və təzahürləri (Çıxıx-Saqator, Mazımçay, Karabçay və s.) məlumdur. Naxçıvan MR ərazisində də mis-porfir tipli filizləşmə, əsasən, Mehri-Ordubad qranitoid batolitinin ekzo və endotəmas zolağında (Diaxçay, Göygöl, Göydağ və s.) yerləşir. Bunlardan başqa Xalxal mis-kolçedan, Göy-göl, Ağrıdağ mis, Nəşirvaz, Kilit-Kətəm mis-kobalt, Nəgirvaz mis-polimetal təzahürləri məlumdur. Qurguşun-sink Böyük Qafqazın Balakən-Zaqatala metallogenik zonasında sənaye əhəmiyyətli yataqlar (Filizçay, Katex, Qasdağ və s.) əmələ gətirir. Bu yataqlarda həmçinin külli miqdarda sənaye əhəmiyyətli mis və kadmium, kobalt, qızıl, gümüş və s. var. Bu elementlərin Kiçik Qafqazda yataqları və bir sıra təzahürləri (Mehmana, Ağdərə və Gümüşlü) məlumdur. Molibdenin damar tipli yataqları və təzahürləri Dəlidağ (Teymuruçandağ, Bağırsaq və s.) və Ordubad filiz rayonları da (Parağaçay Diaxçay) təsadüf edilir. Alüminium filizinin (alunit) ən böyük yatağı Daşkəsən rayonundadır (Zəylik alunit yatağı). Alunit təzahürləri Şəmkir və Ordubad rayonlarında da məlumdur. Zəylik alunit yatağı 1960-cı ildən istismar edilir. Bu yataq Avropada ən böyük yataqdır. Gəncə alüminium zavodunda bu filizdən alüminium-oksidlə bərabər kalium kübrəsi, soda, sulfat turşusu və s. alınır. Naxçıvan MR-nın qərb hissəsində Perm çöküntülərinin yayıldığı sahələrdə alüminiumun ən yaxşı xammalı olan boksit filizinin təzahürləri (Sədərək-Şərur rayonlarında) məlumdur. Civə filizi yataqları və təzahürləri Kiçik Qafqazın mərkəzi hissəsində (Kəlbəcər-Laçın zonası) geniş yayılmışdır. Ən böyük yataqlarının - Ağyataq, Şorbulaq, Levçay (Kəlbəcər rayonu), Çilgəzçay və Narzanlı (Laçın rayonu) ehtiyatı hesablanmışdır. Civə filizləşməsi (kinovar) hiperbazitlərin və Miosen-Pliosen yaşlı turş maqmatik süxurların yayıldığı sahələrdə müxtəlif yaşlı və tərkibli süxurlarda, ən çox Üst Təbaşirin vulkanogen-çökmə və vulkanogen süxurlarda rast gəlinir. Kinovar filizlərdə pirit, xalkopirit, antimonit, maqnetit, hematit, sfalerit və s. minerallarla assosiasiya təşkil edir. Naxçıvan MR-da Badamlı-Aşağı Kişlaq təzahürləri məlumdur. Sürmə müstəqil yataqlar təşkil etmir. Sürmə antimonit mineralı şəklində Levçay civə yatağında kinovarla birlikdə yığıntılar əmələ gətirir. Mərgümüşün Azərbaycan Respublikasında ən böyük yataqları Gədəbəy (Bitibulağ enargit yatağı) və Culfa (Darıdağ auripiqment-realqar yatağı) rayonlarında məlumdur. Bu yataq 1941-ci ilədək istismar edilmişdir. Filiz cismi ştok formasındadır. Filizin tərkibi auripiqment, realqar, antimonit, arsenopiritdən ibarətdir. Volframın şeyelit mineralı şəklində kiçik təzahürləri Ordubad və Kəlbəcər rayonlarında Mehri-Ordubad, Dəlidağ qranitoid plutonlarının təmasında müşahidə edilmişdir. Qeyri-filiz faydalı qazıntılar Azərbaycan Respublikasının mineral xammal ehtiyatlarının ümumi balansında mühüm rol oynayır. Bu qrupa daşduz, gips, anhidrit, gəc, bentonit gilləri, tikinti materialları, pirit, barit, yarımqiymətli və rəngli daşlar, dolomit, İslandiya şpatı və s. daxildir. Daşduz yataqları Naxçıvan MR-da (Nehrəm, Düzdağ, Pusyan) yerləşir. Yataqlar Miosenin qumdaşı, gil, əhəngdaşı, mergel çöküntülərindədir. Nehrəm yatağının balans ehtiyatı B+S1 kateqoriyası üzrə 73600min ton, S2 kateqoriyası üzrə 64200min tondur. Ehtimal ehtiyatı 2-2,5mlrd.t qiymətləndirilir. Duzdağ yatağının sənaye ehtiyatı A+B+S1 kateqoriyası üzrə 94517 min ton, S2 kateqoriyası üzrə 37810 min tondur. Gips, anhidrit yataqları Goranboy rayonunu Yuxarı Ağcakənd və Mənəş kəndləri sahəsində Təbaşir çöküntüləri içərisində hemogen yolla əmələ gəlmiş və ayrı-ayrı ştoklardan ibarət olaraq ümumi ehtiyatları 65-70mln.ton təşkil edir. Naxçıvan şəhərindən 120km cənub-şərqdə (Araz; gips) və Gəncə şəhərinin ətrafında (gəc) yataqların sənaye ehtiyatları isə A+B+S1 kateriyası üzrə 40632min t-dur. Bentonit gillərinin çoxlu yatağı və təzahürü (Qobustan, Goranboy, Şəki və s.) məlumdur. Ən böyük yatağı Qazax rayonunda (Daş Salahlı) müəyyən edilmişdir. Yataq əsasən hidrotermal məhlulların Santon yaşlı vulkanitlərə təsirindən əmələ gəlmiş və sənaye ehtiyatı 84553 min ton təşkil edir. Tikinti materialları Azərbaycan Respublikası ərazisində çoxdur. Mişar daşı yataqlarının (Qaradağ, Güzdək, Dövlətyarlı, Dilağarda, Şahbulaq, Naftalan, Mərdəkan, Daş Salahlı, Zəyəm və s.) hələlik müəyyən edilmiş sənaye ehtiyatı (A+B+S1 kateqoriyası üzrə) 295836 min t, üzlük daşının ehtiyatları (Gülbəxt, Daşkəsən, Şahtaxtı, Gülablı, Musaköy, Söyqlu və s.) 23951 min m3 təşkil edir. Qaradağ sahəsində sement istehsalına yararlı (Şahqaya əhəngdaşları, Qaradağ gil və s.) xammal yataqları mövcuddur. Kərpic, keramika və qazmada işlənilən çoxsaylı gil yataqları və təzahürləri istismar edilir. Siyəzən rayonu ərazisində ehtiyatı 8,3 min m3 olan flyus və karbid istehsalına yararlı əhəngdaşı yatağı müəyyən edilmişdir. Vulkan külü-tufu seolit xammalı olub, yatağı (Aydağ) Tovuz şəhərindən 7 km şimal-qərbdədir. Aydağ yatağının vulkan külü-tufları Orta Santon-Kampan mərtəbəsinin karbonat çöküntüləri arasında orta qalınlığı 25-30m olan lay şəklində yatır. Tuflarda 20-08% yüksək silisiumlu seolitlər (klinoptilolitlər) müəyyən edilmişdir. Yataq üzrə onların orta miqdarı 55%-dir. Aydağ yatağında tufların perspektiv ehtiyatı 20 mln. t-dur. İncə keramika, farfor-flyasis və odadavamlı material istehsalı üçün yararlı Kotandağ kaolinləşmiş süxurlar yatağı Ağstafa rayonunda yerləşir. Yataq güclü hidrotermal dəyişmiş kaolinləşmiş Konyak-Santon süxurlarından ibarətdir. Baritir Azərbaycan Respublikasında təqribən 20 yatağı və təzahürü (Çovdar, Başqışlaq, Quşçu, Tonaşen, Zəylik, Azad, Çaykənd və s.) var. Yataqları damar tiplidir. Yarımqiymətli və rəngli daşlar Kiçik Qafqazda Daşkəsən və Ordubad rayonlarında skarnlarda (qranat, ametist), Gədəbəy (turmalin) və Xanlar rayonlarında vulkanitlərində (xalsedan, əqiq, heliotrop) müəyyən edilmişdir. Əqiq toplantıları Hacıkənd və Qazax çökəkliklərinin əsas və orta tərkibli Üst Təbaşir vulkanitlərində yuva, badam, damar və linza şəklindədir: Həm zərgərlik, həm də texniki növlərinə rast gəlinir. Hacıkənd əqiq yataqları qrupunun sənaye ehtiyatı 286,8t-dur. Bunun 65,8 t-u zərgərlik üçün yararlıdır. Dolomit Nehrəm kəndi (Naxçıvan MR) yaxınlığında və Boyanata dağında (Qobustan) böyük ehtiyatı var. Şüşə sənayesi üçün kvarslı qumlar Qobustan, Abşeron yarımadasında və Quba rayonunun aşkar edilmişdir. İslandiya şpatının (Dağlıq Qarabağ və s.) təzahürləri və litoqrafiya daşının (Mirikənd yatağı; Dağlıq Qarabağ və s.) böyük ehtiyatı müəyyən edilmişdir. Kimyəvi boyaların Daşkəsən, Şamaxı, Kəlbəcər və Xanlar rayonlarında təzahürləri var. Müalicə palçığı Abşeron yarımadasında, Masazır gölündə, Qobustan və Aşağı Kür çökəkliyində, palçıq vulkanları püskürən sahələrdədir.
['faydalı qazıntılar']
5,562
https://kayzen.az/blog/dusundurucu-hekayeler/5866/heyvanlar%C4%B1n-s%C3%B6hb%C9%99ti.html
Heyvanların söhbəti
ORIGINAL
Düşündürücü hekayələr
10 iyun 2011, 22:18
Bir gün heyvanlar öz aralarında söhbət edirdilər və nə qədər çox bala doğduqlarını deyirdilər.Biri bir dəfəyə üç bala doğduğunu dediyi halda,o biri isə bir dəfəyə beş bala doğduğunu deyirdi.Hətta bir dəfəyə on-on beş bala doğduğunu deyənlər də var idi.Nəhayət,aslandan neçə bala doğduğunu soruşdular.Aslan isə sakit bir səslə cavab verdi: “Mən bir bala doğuram.Ancaq doğanda aslan doğuram”...
['düşündürücü hekayələr', 'aslan']
5,563
https://kayzen.az/blog/346/5864/q%C4%B1nay%C4%B1ram.html
Qınayıram!
ORIGINAL
346 saylı marşrut
10 iyun 2011, 17:19
Qanunu oyuncağa çevirən məmurları qınayıram! Adi günlərində də toya gedirmiş kimi bəzənən tələbələri qınayıram! Keyfiyyətsiz internətə görə bütün provayderləri qınayıram! Ətrafa depressiya saçan,neqativ auralı adamları qınayıram! “5 dəqiqəyə ordayam” deyib,amma yarım saata gəlib çıxmayan “punktual” azərbaycanlıları qınayıram! Yalandan “bakirə olmayan qıza normal baxıram” deyib,amma evlənmək üçün “təmiz ev qızı” axtaran oğlanları qınayıram! Yalnız ərə getmək üçün yaşayan qızları qınayıram! Yolda gedə-gedə musiqi qoyub kənardakılara dinlətdirənləri qınayıram! Qızları yalnız cinsi obyekt kimi görən yanıq oğlanları qınayıram! Salam verən kimi “alassan məni?” sualını verən qızları qınayıram! Ehtiras sözünü tərbiyəsiz söz və söyüş hesab edənləri qınayıram! İl boyu vitrinlərə yalandan “Endirim” yazan mağaza sahiblərini qınayıram! Hüquqlarını tələb etməyənləri qınayıram! Dodağını büzüşdürüb qabağa gətirərək şəkil çəkdirən qızları qınayıram! Bu topiki oxuyub bəyənən,normal reytinqi olub amma səs verməyən kayzençiləri qınayıram! :) P.S.Bu yazı Facebook-da azərbaycanlı üzvlər arsında geniş yayılan “Ümumxalq Qınaq Kampaniyası” əsasında bəhrələnib yazılmışdır.Sizin də qınaq obyektiniz varsa,buyurun şərhdə yazın :)
['qınayıram', 'tənqid']
5,564
https://kayzen.az/blog/m%C3%BCalic%C9%99/5859/q%C4%B1zd%C4%B1rmal%C4%B1-x%C9%99st%C9%99l%C9%99r%C9%99-qulluq.html
Qızdırmalı xəstələrə qulluq
Zeyneb_Ehmedova
Xəstəyə ümumi qulluq və müalicə-diaqnostika
10 iyun 2011, 01:18
Temperatur qalxmağa başladıqda düşüb sabitləşənə qədər qızdırmanın bütün dövrlərində xəstələrə qulluq etmək lazımdır.Qızdırmanın birinci mərhələsində xəstə titrədir,büyün bədəni sızıldayır,başı ağrıyır,dodaqları göyərir.Xəstəyə rahatlıq yaratmaq,yerinə uzatmaq,üstünü qalın örtmək,ayaqlarına isitqac qoymaq,tünd şirin çay vermək,qapı-pəncərəni örtmək və xəstənin fizioloji funksiyalarına fikir vermək lazımdır.Yüksək temperaturda mərkəzi sinir sistemi həddindən artıq oyanıq olduğu üçün xəstəni tək qoymaq qorxuludur.O yerindən dik qalxıb özünü pəncərədən ata bilər və.s Temperatur nə qədər yüksək olsa və nə qədər çox qalxıb ensə,xəstə bir o qədər çox zəifləyir.Orqanizmin müqavimətini artırmaq və onun itirdiyini doldurmaq üçün xəstəyə duru və yarımduru,yüksək kalorili və tez həzm olunan yeməklər verilir.İştahası azaldığı üçün xəstəni sütkada 5-6 dəfə az-az yedizdirmək lazımdır.Qızdırma zamanı qana toksik məhsullar sorulur,bunları bədəndən çıxarmaq üçün xəstələrə çoxlu meyvə və giləmeyvə şirəsi,mors,mineral su vermək lazımdır.mineral su şüşəsinin ağzını bir müddət açıq qoymaq lazımdır ki, qazlar çıxsın və xəstədə meteroizm əmələ gəlməsin.Xörək duzunu azaldırlar,bu da diurezi artırır.Bu dövrdə xəstələrin ağzı quruyur,dodaqları çatlayır.buna görə də tibb bacısı xəstənin ağız boşluğunu tez-tez zəif natrium-hidrokarbonat (soda) məhlulu ilə silməli və dodaqlarına hər hansı yağ sürtməlidir,şiddətli baş ağrısında xəstənin başına buz qoyur və buz əridikdə dəyişirlər. Temperatur birdən birə düşə bilər bunun nəticəsindədə damarların tonusu zəifləyir arterial təyziq düşür  nəbz sapvari olur.temperatur bu cür düşdükdə xəstə çox zəifləyir və tərləyir.Ətrafları soyuyur dodaqları göyərir,dərini yapışqan soyuq tər basır.Bu hala böhran halı deyilir və təcili tədbir görmək lazımdır.Dəri altina arterila təzyiqi qaldıran dərmanlar:mazton,kofein,adrenalin vurulur.xəstənin dörd bir tərəfinə isitqac qoyulu,tünd ilıq çay və ya qəhvə içirdirlər.o çox tərlədikdə qurulayır,alt paltarını ıazim gəldikdə yataq ağlarını dəyişirlər.temperatur düşdükdən sonraa xəstə yuxuya gedir Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır Müəllif:ƏHMƏDOVA ZEYNƏB
['terapiya']
5,565
https://kayzen.az/blog/Az%C9%99rbaycan-co%C4%9Frafiyas%C4%B1/5854/az%C9%99rbaycan%C4%B1n-bitki-%C3%B6rt%C3%BCy%C3%BC_2.html
Azərbaycanın bitki örtüyü
luminat
Azərbaycan coğrafiyası
9 iyun 2011, 23:27
Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Burada 4500-dən çox çiçəkli, ali sortlu bitki növü yayılmışdır. Növlərin ümumi sayına görə Azərbaycanın florası Cənubi Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir. Azərbaycan Respublikasında floranın zəngin və bitki örtüyünün rəngarəng olması, onun fiziki-coğrafi və təbii-tarixi şəratinin müxtəlifliyi və həmçinin uzaq floristik sahələrin təsiri altında formalaşmış mürəkkəb tarixi ilə əlaqədardır. Azərbaycan Respublikası üçüncü dövrə aid olan relikt cinslərlə də zəngindir ki, bunların da nümayəndələrinə bütün zonalarda, xüsusilə Talış zonası ərazisində daha çox rast gəlinir. Bunlardan dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, Qafqaz xirniyi, bigəvər, şümşad və s. göstərmək olar. Respublikada 240 endemik bitki növü mövcuddur. Azərbaycan florasının tərkbində bütün areal tiplərinin nümunələrinə, yəni qədim meşə, boreal, bozqın, kserofil, səhra, Qafqaz və adventiv bitki tiplərinə rast gəlinir. Qədim meşə tipləri nümunələri ən çox Talışda, boreal tip Böyük və Kiçik Qafqazın dağ zonalarında, az miqdarda isə aşağı qurşaqlarda, kserofil, Qafqaz, bozqır və səhra tipləri isə respublikanın düzən, dağətəyi və bozqır yaylarında, ən çoxu isə Kür-Araz ovalığında yaylımışdır.Adventiv areal tipi isə bir qədər az təsadüf edilir Kür-Araz ovalığı, Xəzəryanı və b. düzənliklərin göl, gölməçə, axmaz və bataqlıq sahələrində zəngin və rəngarəng bitki örtüyü inkişaf etmişdir. Çay və supaylayıcı kanalların kənarında, bataqlıq yerlərdə, lokal formada isə düzənlik rayonlarda kosmopolit tərkibli qamış cəngəlliklərinə tez-tez rast gəlinir. Belə bataqlıqlarda hündürboylu tülküquyruğu, çiyən, suluf, yumşaq süpürgə, kalış və s. çoxdur. Burada savanna tipli hündürboylu murğuz da cəngərlik yaradır. Kür-Araz ovalığında tez-tez rast gələn cayırlıq, biyanlıq və lığvər cəngəlliyi nisbətən geniş yayılmışdır. Qarabağ düzündə dəvəayağı, qırxbuğum, poruq, ağlarot, süsən kimi bitki növləri həm əngəllik yaradır və həm də başqa cəngəlliyin tərkbində rast gəlirlər. Liman və axmazlarda (xüsusilə Ağzıbirçala limanında) ən çox qamışlıq, çiyən, suçiçəyi və s. bitkilərdən ibarət cəngəlliklər mövcuddur. Bataqlıqlarda, sıcaq yerlərdə qovuqca, salviniya, saçaqotu, sufındığı, buynuzyarpaq xüsusi cəngəllik yaradır və Kür-Araz ovalığında özlərinə geniş məskən tapırlar. Qarğı cəngəlliyi də düzən rayonları üçün səciyəvidir. Talış düzənliklərindəki bataqlıqlarda suçiçəyi, saçaqotu, süsən, qurbağaotu, sarı bataqlıq süsəni, bataqlıca xüsusi formasiyalar yaradır. Qurumuş bataqlıqlar üçün qaymaqçiçək, nanə, qırxbuğum, bigəvər və s. kimi bitkilər səciyyəvidir. Su-bataqlıq bitkilərinə aşağı, orta, yuxarı və yüksək dağ qurşaqlarında da rast gəlinir. Xüsusilə subalp qurşaqlarında su-bataqlıq bitkiləri çox geniş sahələrdə yayılmışdır. Bu qurşaqlarda 100-dən artıq bataqlıq, göl və gölməçələr vardır. Geniş Kür-Araz ovalığı, Xəzəryanı və başqa düzənliklərdə səhra və yarımsəhra tipli bitki örtüyü üstünlük təşkil edir. Səhralarda qaraşoranlıq geniş yaylımışdır. Qaraşoranın yerə sərilmiş budaqları təpəciklər yaratmaqla ən çox Lökbatan ətrafında, Muğanda, Şərqi Şirvanda yayılmışdır. Xırda təpəcikli sarıbaş səhralarına ən çox Xəzər ətrafında, Kür-Araz ovalığında rast gəlinir. Göstərilən zonalarda şahsevdilik səhraları da geniş yayılmışdır. Şahsevdilik səhrasında yuxarıda göstərilən səhralardakı bitkilərdən fərqli olaraq 5-6 növ efemer bitkiyə təsadüf edilir. Şərqi Şirvanda və bir qədər də dağətəyi rayonlarda çərən səhrası əmələ gəlir. Şorangənin 3 növü Kür-Araz ovalığında geniş sahələrdə çox məhsludar yarımsəhralıqlar yaradır. Xüsusilə dağşorangəsi gəngiz dağ ətəkliklərində həm tək və həm də yovşanla birlikdə şorangəlik-yovşanlıq səhrası, bir qədər inkişaf etmiş torpaqlarda isə yarımsəhralıq yaradır. Ağacvarı şorangə (qarağan) az şorlaşmış torpaqlarda rast gəlinir; sezonun tərkibi onlarca müxtəlif efemer və efemeroid bitkilərlə zəngindir. Ağacvarı şorəngə ən çox yovşan, dəvətikanı və biyanla birlikdə xüsusi yarımsəhra cəngəlliyi yaradır. Ümumiyyətlə, respublikada şorəngə cinsinin 22-dək növünə təsadüf edilir ki, bunun da əksəriyyəti xüsusi formasiyalar yaradır. Meyvələmə zamanı çox əlvan görünən şorangə cəngəlliklərinə Şəki yaylasının az şorlaşmış torpaqlarında təsadüf edilir. Yovşanlıq ən geniş yayılmış səhra tiplərindən biridir; müxtəlif torpaqlarda, xüsusilə boz və zəif şorlaşmış torpaqlarda rast gəlir. Çox zaman yovşan şorangə və yaxud çoxillik taxıl otları ilə birlikdə bitərək qarışıq yarımsəhra formasiyaları yaradır. Yovşanlığın bütün variantlarında 30-35-dək və bəzən də 50-55-dək efemer, efemeroid bitki bitir. Məsələn, soğanaqlı qırtıc, yapon toqalotu, bərk quramit, şərq bozağı, durnaotu, xırda qarayonca, göy qarayonca və s. yovşanlığın daimi bitkilərindən sayılırlar. Yovşanlıqda bəzən kolcuqlar da bitir. Dənizkənarı və dəniz altından çıxmış qumsallıqlarda yovşanın başqa növu (qumluq və yaxud dəniz yovşanı), gəvən, İran sarmaşığı, Xəzər xəşənbulu və yüzlərcə başqa efemer bitki növlərinə rast gəlinir. Abşeronun qumsal sahələrində çox zəngin və nadir bitkilər qısaömürlü olsa da, inkişafını yazda fəallaşdırır və tez də solurlar. Yarımbozqırlar və bozqırlarda qifav, daraqvarı qiyaqotu və çoxillik müxtəlif otlar bolluq təşkil edən bitkilərdəndir. Dağ kserofit bitkiliyi çox vaxt bozqırlara birləşərək xüsusi formasiyalar yaradır. Respublikanın quru və isti rayonlarında (Naxçıvan MR, Cəbrayıl, Zəngilan), Böyük Qafqazın bozqır yaylasında kserofit bitkiliyinə, yəni friqana, şiblək, tikanlı gəvənlik, tıstıslıq, bəzən və cılız ardıclığa, ardıcıq-püstəliyə rast gəlinir. Frinalalar Naxçıvan MR-da 1000-1500 m yüksəkliklərdə müstəqil formasiyalar (cəngəlliklər) yaradır. Bu formasiyalarda 300-dən artıq bitki növünə rast gəlinir. Quraqlıq rayonlarda kəkotu və onun növləri tumil-kəkotu formasiyalarını yaradır. Tumil sahələri üçün murdarça, çölnanəsi, karvanqıran və s. çox səciyyəvidir. Bu tip sahələrdə südləyən, boymadərən, zirinc kimi bitkilər də olur. Respublikada lokal formada şibləklərə, yəni qaratikanlığa, murdarçalığa, dovşanalmalığına, badamlığa, tovulqalığa, yabanı armudluğa, quşarmudluğuna rast gəlmək olur; şaqqıldaq da xüsusi formasiylar yaradır və yaxşı dağ-kserofit bitkiliyinin formalaşmasında bilavasitə iştirak edir. Saqqızağaclıq, ardıclıq, dağdağanlıq, sarağanlıq da respublikaya xas formasiyalardan olmaqla hər biri öz-özlüyündə xüsusi bitki örtüyü əmələ gətirir. Respublikanın Şimal-Qərbində Eldar düzünün bozqır yaylasında Üçüncü dövrün qalığı olan endemik və relikt Eldar şamı öz təbiiliyini saxlamışdır. Eldar şamı meşəliyində ardıc, püstə, qaratikan və 30-35-dək digər ali bitkinin olması buranın dağ-kserofit bitkiliyinə aid edilməsinə imkan verir. Kür, Araz, Qanıx və Qabırrı çayları boyu hissə-hissə lentşəkilli lokal formada tuqay meşəliyi var. Bu meşələrin əsasını qovaq, söyüd, iydə, qarağac, tut, yulğun, nar kimi ağac və kollar təşikl edir. Bəzən dağ çayları boyu və yaxud çay vadilərində xüsusi qarışıq meşəliklər də bərpa olunmuşdur. Burada ən çox çaytikanı, iydə, söyüd, sumağ, sarağan, yulun, tut, ölməz kol, nar, itburnu, böyürtkən və s. yayılmışdır. Çaytikanı ən çox Şin, Kiş, Dəmiraparaq, Türyan, Göyçay, Ağsu, Vəlvələ və Tərtər çaylarının vadilərində yayılmışdır. Talışın çay kənarında yalanqoz və qızılağac çox vaxt iri meşəlik cəngəlliyi yaradırlar. Qızılağacın başqa bir növü (Alnus barbata) Talışın bataqlıq meşələri üçün səciyyəvidir. Talış meşələrində əncirin yerli endemik növü, xəmirmaya, çəpər sarmaşığı, gəndalaş, cilin müxtəlif növləri, ürəkotu, dişə, bataqlıqlarda süsənlik cəngəlliyi, sarı bataqlıq süsəni, qurbağaotu, bataqlıca xüsusi formasiyalar yaradırlar. Quba-Xaçmaz, Qarabağ zonaları və eləcə də Alazan-Əyriçay çökəkliyində lokal formalı düzən meşəlikləri yayılmışdır. Bu meşəliklərin əsasını uzunsaplaq palıd, qarağac, yemişan, əzgil və s. təşkil edir. Alazan-Əyriçay vadisi meşəliklərində yuxarıda göstərilən növlərdən başqa, ağcaqayın, cökə, göypüş, qarağac, armud kimi ağac növləri, sarmaşan bitkilərdən isə ağ əsmə, daşsarmaşığı, yabanı üzüm çox yayılmışdır. Düzən meşəliklərində uzunsaplaq palıdın onlarca müxtəlif forması mövcuddur. Talışın düzən meşəliklərinin səciyyəvi ağac cinslərindən dəmirağac və şabalıdyarpaq palıdı göstərmək olar. Bu relikt ağac cinslərindən əlavə burada Qafqaz vələsi, 2 növ azat ağac, qarağac, alça qovaq, giləzəhərdən ibarət hirkan tipli meşəliklərə rast gəlinir. Bu meşəliklərin aşağı mərtəbələrində bigəvər, danaya kimi həmişəyaşıl kollara da təsadüf edilir. Qafqaz xirniyi bir qədər rütubətli yamaclarda xüsusi cəngəlliklər yaradır. Xəzər şeytanağacı Talışda üstünlük təşkil edir. Bu meşələrin dənizə baxan yamacında Lənkəran akasiyası, cökə və bir çox başqaları xüsusi qarışıq meşəliklər yaradırlar. Dəniz səthindən bir qədər hündürlükdə ağcaqayının başqa bir növü Şərq fıstığı ilə birlikdə hündürboylu sıx meşəliklər əmələ gətirir. Bu tip meşəliyin alt mərtəbələrində qaraçöhrə, şümşad, az miqdarda danaya xüsusi mərtəbəlik yaradırlar. Böyük və Kiçik Qafqazın dağlıq zonalarında dəniz səthindən 600-1800 m hündürlüklərdə enliyarpaqlı meşələr yayılmışdır. Bu meşələri təşkil edən cinslərdən gürcü palıdını, Şərq fıstığını və yuxarı dağ qurşaqlarında Şərq palıdını göstərmək olar. Fıstıqlıq bu zonada yüksək məhsuldar, çoxtərkibli qarışıq meşələr yaradır. Fıstıq və palıddan əlavə həmin meşələrdə cökə, vələs, 5-6 növ ağcaqayın, xüsusilə Şərq palıdı ilə birlikdə trautfetter ağcaqayını da bitir. Çox sıx fıstıq meşəliyində ot örtüyü olmur, ancaq bir qədər seyrək fıstıqlıqda kol cinsləri ilə birlikdə ot örtüyü də inkişaf edir. Meşə altında sarı rododedron, böyürtkən, gərməşov, gəndalaş, ayıdöşəyinin bir çox növləri və onlarca müxtəlif taxıl otları rast gəlir. Dağların yamacında gürcü palıdı, qarağat və quşarmudu çox yayılmışdır. Yüksək dağ qurşaqlarında isə (1800-2000 m) park tipli meşələr vardır. Park tipli meşələr subalp çəmən və hündürotluq ilə birlikdə subalp seyrək meşəliyi yaradırlar. Yüksək dağların yamaclarında Şərq palıdı, şimal yamaclarında isə qar uçqunları nəticəsində ağacları əyilmiş tozağacı meşəliyi, Böyük Qafqazın yüksək dağ yamacları üçün isə trautfetter ağcaqayını və tək-tək Qafqaz quşarmudu səciyyəvidir. İynəyarpaqlı meşələr lokal formada Eldar düzündə (Eldar şamı), Böyük və Kiçik Qafqazın dağ rayonlarında (Kox şamı), xüsusilə Balakən rayonunun Bulannıq çay hövzəsində, Göygöl ətrafında (1600 m hündürlükdə) xırda meşəliklər, Kox şamı tozağacı ilə birlikdə isə Göygöl ətrafında iri qayalıqlar ərazisində qarışıq meşəlik yaradır. İynəyarpaqlılardan qaraçöhrə və ardıcın bir çox növəri dağ-meşə zonalarında geniş yayılmışdır. Böyük Qafqazın şimal-qərb zonasında, xüsusilə Zaqatala-Balakən rayonlarının subalp qurşağında kiçik sahələrdə Qafqaz rododendronluğu cəngəlliyi yerləşir. Dəniz səthindən 1800-3200 m yüksəklikdə müxtəlif tərkibli subalp və alp çəmənliyi, bozqır və çəmən bitkiləri üstündür. Həqiqi subalp çəmənliyi yüksək dağların relyefindən, xarakteridən asılı olaraq onlarca variantda yayılmaqla müxtəlif formasiyalar yaradır. Subalp qurşağında hündürotluq da xüsusi formasiya əmələ gətirir; tərkibi olduqca müxtəlifdir. Hündürotluq və subalp bitkilərinin əksəriyyəti meşə altından çıxmış bitkilərdən ibarətdir. Hündürotluq ən çox baldırğan, qankəsən, boymadərən, çobantoppuzu, quşqonmaz, yumşaq süpürgə növləri, əvəlik, xaççiçəyi, gicitkən, xəşəmbül, gülçiçəklilər fəsiləsinin müxtəlif nümayəndələri ilə zəngindir. Subalp qurşağında müxtəlif tərkibdə çəmənliklər, az nəm və mezofil çəmənliklər, quru kserofitlər, bozqırlaşmış çəmənlər yayılmışdır. Subalp çəmənliyinin əsasını ağbığ, ala tonqalotu, Qafqaz nazikbaldırı, bənövşəyi arpa, alp dişəsi, topal və üçyarpaq yoncanın bir çox növləri, ətirşah, şehduran, iriçiçək, andız təşkil edir; bura üçün birəotu, bulaqotu, qantəpər, dilqanadan, yemlik, mərcanotu, novruzçiçəyi, skabioza, bağayarpağı, xaçgülü və onlarca başqa bitki səciyyəvidir. Subalp çəmənliyində 1000-ədək bitki növü yayılmışdır. Alp çəmənləri yüksək dağların zirvələrində, sərt yamaclarda, yəhərvarı dağ aşırımlarında geniş yayılmaqla müxtəlifliyi subalp çəmənlərinə nisbətən az olsa da, xırdaboylu bitki tipləri çox rəngarəng və böyük əhəmiyyət kəsb edir. Alp xalıları iki qrup formasiyadan: xırda şumal torpaqlarda həqiqi alp xalısı (zirəlik, bağayarpağılıq, şehduranlıq, zəncirotuluq) və daşlı yerlərdə alp xalısından (sibbaldiya, zınqırovotluq, makrotomiyalıq) ibarətdir.
['flora', 'Azərbaycan təbiəti', 'Azerbaycanin bitki alemi', 'Azərbaycan florası']
5,566
https://kayzen.az/blog/letife/3419/ingilisl%C9%99r-haqq%C4%B1nda-l%C9%99tif%C9%99l%C9%99r.html
İngilislər haqqında lətifələr
burla xatun
Lətifələr
9 iyun 2011, 14:31
Turnir. Bir qız dayanıb, başına alma qoyublar. Birinci oxatan almanı vurub deyir: - I am Robin Good! İkinci oxatan da almanı vurub deyir: - I am Richard Lions Heart! Üçüncü düz ata bilmir, qızı öldürür: - I am, I am... Sorry... Edinburq qəzetinin redaksiyasına məktub gəlir: - Əgər siz şotlandların xəsis olması barədə lətifələrin çapını təcili olaraq dayandırmasanız, mən günü sabahdan qəzetinizi qonşuma borc verməyəcəm. Centlmen qonşu xanıma deyir: - Madam, mən dünən Sizin mahnı oxumağınıza qulaq asdım. Qadın qızarır: - Nə danışırsınız! Mən sadəcə, vaxt öldürürdüm. - Siz çox dəhşətli silah seçmişdiniz, madam... Körpünün üstündə iki ingilis dayanıb çayda boğulanın harayına qulaq asır: - Kömək edin, üzə bilmirəm!!! Biri o birinə: - Conson... - Bəli.. - Siz üzə bilirsiniz? - Təəssüf ki, yox. - Mən də. Amma biz qışqırıb bütün şəhəri başımıza götürmürük... Yazıçı xanım keşişlə Müqəddəs Kitabla bağlı mübahisə edir. - Razılaşın ki, Allah taala əvvəlcə kişini, sonra qadını yaradıb – deyir keşiş. - Sizinlə tamamilə razıyam. Mən də əvvəlcə qaralama yazıram. Londonda restoran sahibi ofisiantdan soruşur: - Bax o rus qırx dəqiqədir stolun arxasında yatıb. Niyə onu bayıra atmırsan? - Niyə atım ki? On dəqiqədə bir dəfə onu oyadıram və o hər dəfə hesabı yenidən ödəyir. Lord malikanəsində oturub. Qulluqçu gəlib deyir: - Evdə oğru var, ser. - Əla. Mənim tüfəngimi və ov paltarımı hazırla – dama-dama paltarımı. Ev qulluqçusu: - Madam, bir halda ki, Siz mənə etibar etmirsiniz, yaxşısı budu mən işləməyim. - Necə yəni etibar etmirəm? Mən hətta qiymətli daşlar saxlanan mücrünün açarını sənə vermişəm. - O açarlar mücrüyə düşmür... İki məhkum ingilis türməsində söhbət edir: - Bağışlayın cənab, Sizə çox iş veriblər? - 15 il. Bəs Sizə nə qədər? - Mənə on il. - Onda Siz qapıya yaxın çarpayıda yatın. Axı məndən tez çıxacaqsınız! Missis Smit psixiatrın yanına qaçır: - Ser, mənim ərim ağlını itirib! Tezliklə onu dəlixanaya salın. - Nə olub? - Dünən o mətbəxə girib taxta çəkiclə bifşteksi əzdi, sonra aşpaz qadının yanağından öpdü. - Burda müdaxilə üçün əsas görmürəm. Əgər o aşpaz qadını çəkiclə vurub, bifşteksi öpsəydi, başqa məsələ. İngilis lordu insan yaşamayan adaya düşür və üç ev tikir. Nəhayət, onu tapıb soruşurlar: - Ser, üç ev nəyinizə lazım idi? - Biri yaşamaq üçün, o biri getdiyim klub, üçüncüsü isə getmədiyim klub! Protokolda göstərilib ki, miss Braun, Siz son üç həftədə maşınla dörd nəfəri vurmusunuz. - Üş nəfəri... - Burda yazılıb ki, dördünü...! - Məsələ burasındadır ki, bu sarsaqların birini iki dəfə vurmuşam. Evin damında bir nəfər dayanıb. O, intihar etmək istəyir. Aşağıda camaat toplaşıb baxır. Birdən bir qadın səsi eşidilir: - İlahi, əgər o indi özünü atmasa, mən işə gecikəcəm! Qənnadı sexinə zəng olunur: - Alo, mən mister Smitəm. Arvadımın ad günü üçün tort hazırlayın. - Neçə şam qoyaq? - İyirmi doqquz. Həmişə olduğu kimi. Varlı lord Nyu-Yorkdan Londona evinə zəng edir. Dəstəyi qulluqçu götürür. -Arvadım nə edir? -Sizinlə yatır, ser. -Cim, kabinetimə gir, vinçesteri götür, ikisini də vur. Telefonda gözləyirəm. Beş dəqiqə sonra Cim məruzə edir: -Ser, arvadınızı yataqda güllələdim, Siz bağa qaçdınız. Mən Sizi bağda vurdum. -Cim, mənim bağım yoxdur. -Ser, Siz hara zəng etmisiniz? Müəllif: Gülnarə Rəfiq
['ingilis']
5,567
https://kayzen.az/blog/qadin/3485/enerjili-qad%C4%B1nlar.html
Enerjili qadınlar
burla xatun
Qadın
9 iyun 2011, 14:30
Eyni anda hər şeyi edə bilən və ən əsası da, bunların hamısını yaxşı edə bilən bəzi qadınlar vardır. Bu qadınları marketdə görərsiniz: Bir tərəfdən cib telefonu ilə danışarkən, bir tərəfdən də alış-veriş arabasını doldurarlar və yanlarında da xoşbəxt, söz dinləyən bir uşaq vardır. Alver siyahısını hazırlamanın belə nə qədər enerjinizi aldığınızı düşündüyünüzdə bu sizə haqsızlıq kimi görünər. Bu qadınlar bunu necə bacararlar? Bu enerjilərinin qaynağı nədir? Belə məşğul və enerjili qadınların bir neçə sirri vardır. Sizin də faydalana biləcəyiniz məqamlar ola bilər: 1. Siyahı tutun Xanımlara soruşulduğunda istisnasız hamısı eyni cavabı verəcək: Edəcəyiniz şeyləri yazın. Hər günün sonunda sabahısı gün bacarmanız lazım olan şeylərin siyahısını edin. Beləcə həm özünüzü məsul hiss edəcəksiniz, həm də gündəlik təlaşın etməniz lazım olanları unutdurmasına mane olacaqsınız. Siyahılar məsuliyyətlərinizin altından qalxılmaz bir dağ kimi görünməsinə də mane olar. Ayrıca tamamladığınız maddələrin üzərindən xətt çəkərkən özünüzü çox yaxşı hiss edəcəksiniz! 2. Məşq edin Onsuz da sıx olan gününüzə bir də məşqi qatmaq fikri çılğınlıq kimi görünə bilər. Məşq yalnız daha çox yorulmanıza faydaymış kimi görünsə də, əslində bunun tam tərsi bir təsir yaradar. Günə yüngül bir məşqlə başlamaq gün boyu özünüzü daha enerjili hiss etmənizi təmin edər. Ayrıca məşq əsnasında ifraz olunan endorfin ("xoşbəxtlik hormonu") da stressi azaldar. Unutmayın enerji nə qədər çoxdursa, stress o qədər az olacaq. 3. Özünüzə zaman ayırın Həftədə, iki həftədə ya da ayda bir gün, bir neçə saatı yalnız özünüzə ayırın və bu müddətdə işlə əlaqədar heç bir şeyin sizi narahat etməsinə icazə verməyin. 4. Qovuşmaq üçün gözlədiyiniz bir şey olsun Tətil planlarınızı ilin başında edin. Sıx iş tempinə nə vaxt ara verərək, istirahət edəcəyinizi və əylənəcəyinizi bilmək sizi motivasiya edəcək. 5. Yaxşı qidalanın Günə gözəl bir səhər yeməyi ilə başlayın və pay atlamayın. Hər payda balanslı və sağlam yeməklər yeyin. Duzlu krakerler, şokolad, şəkərli içkilər və sairə. Keçici bir enerji artımı təmin etsə də, dərhal ardından özünüzü əldən düşmüş və cansız hiss etmənizə səbəb olar. Tərəvəz, meyvə, süd məhsulları kimi sağlam qidalardan tez-tez yemək gün boyunca ehtiyacınız olan enerjini təmin edəcək. Hər gün yeməklərinizi planlamağa ayıracağınız bir neçə dəqiqə enerji səviyyənizi yüksəldə bilərsiniz.
['kalori sərfi']
5,568
https://kayzen.az/blog/dusundurucu-hekayeler/5849/n%C9%99-%C9%99k%C9%99rs%C9%99n,onu-da-bi%C3%A7%C9%99rs%C9%99n.html
Nə əkərsən,onu da biçərsən...
ORIGINAL
Düşündürücü hekayələr
9 iyun 2011, 01:41
Bir çörəkçi istifadə etməkçün  kərə yağını qonşu kənddə yaşayan bir südçüdən alırdı. Bir gün çörəkçi südçüdən 3 kq yağ aldı. Ancaq bu yağ ona çox yüngül gəldi. Və o gündən aldığı bütün kərə yağlarını çəkməyə başladı. Qəribə də olsa da, kərə yağları get-gedə yüngülləşirdi. Nəhayət, çörəkçi özündən çıxdı və südçünü məhkəməyə verdi. Artıq iş hakimin qarşısında idi. Hakim südçüdən:-Sənin tərəzin var?-Əlbəttə, var.-Bəs çəkin? -Çəkiyə ehtiyac yoxdur…-Əgər çəkin yoxdursa, onda kərə yağlarını necə çəkirsən?- Çox asan. O, məndən kərə yağı aldığı kimi, mən də ondan çörək alıram. Tərəzinin bir tərəfinə bir kq-lıq çörəyi, o biri tərəfinə isə kərə yağını qoyuram. Və çəkirəm. Əgər çəkidə bir nöqsan varsa, bu, mənim yox, onun nöqsanıdır. Hakim südçüyə bəraət verdi.Mənbə: “Ailəm” jurnalı
['düşündürücü hekayələr', 'tərəzi', 'ibrətli hekayə']
5,569
https://kayzen.az/blog/346/5848/25-ya%C5%9Fl%C4%B1-q%C4%B1z%C4%B1-almazlar,-%C3%A7%C3%BCnki-o-qar%C4%B1y%C4%B1b.html
25 yaşlı qızı almazlar, çünki o qarıyıb
ORIGINAL
346 saylı marşrut
9 iyun 2011, 00:40
— Nə yaxşı papaqdır? Həm kepkadır, həm papaq. — Bir manat iyirmi qəpiyə almışam. — Ola bilməz. Belə də ucuz qiymətə papaq olar? — Sənin ağlın qabaqkı kişilərin papaqlarına getməsin ey… o vaxtlar ki, namusun qiymətini də qoyurdular papağın üstünə, papaq od qiymətinə olurdu. Stereotiplər sındırılıb. Ora qədər ki, sındıra bilmişik. Daha çox əşyaların üstündə, maddi tərəfdən, deyək ki… Məsələn, indi ərə getməmiş qız uşaqlarının qaşlarını alması əxlaqsızlıq sayılmır. Qadınlar da kişilər kimi şalvar geyir, kişilər kimi işə gedirlər, maşın sürürlər. “Toy olsun”, “Onun yarısı” kimi TV-proqramlarda bəyəndikləri kişilərə elçi düşürlər. Hətta bəzən atalarıyla, analarıyla birlikdə. Təbii ki, hər kəsə eyni imkanlar verilmir. Böyük çoxluq hər gün bu iki verilişi səbirsizliklə gözləyir, bütün iş-gücünü atıb ekran qarşısında oturur. Reklam aralarında idarəedicini bu kanaldan o birinə dəyişir ki, hər iki verilişdə baş verənləri qaçırmasın. Və həm də ya maddi imkansızlıqdan, ya da səadətini tapmaq ümidiylə bu verilişə üz tutanları qınaq hədəfinə çevirir, “Qıza bax, qıza, əriyəsən səni”, “Ətin tökülsün!” və s. kimi atmacalar atır. Hətta bu verilişi aparan hər iki kişi aparıcı stereotipləri sındıra bilmədiklərini efirdəcə bəyan edirlər. Məsələn, Zaur deyir ki, o, 25 yaşını adlamış xanımla ömründə evlənməz. (el arasındakı fikirlərə görə, qarımış qızla), üstəlik, gərək qız dilli olmasın, yəni başına vur, çörəyin əlindən al. Elgizsə, bəyan edir ki, kişi gərək anasının bəyəndiyi, anasının göstərdiyi qızla ailə qura. Yəni keçən əsrin əvvəllərindəki kimi, kişi heç qadını görməsə də, tanımasa da, anası gördü, tanıdı, bəyəndi, bəsdi. Mənim həmin verilişlərin xanım aparıcıları Ülvira ilə Günaya yazığım gəlir. İndi müvəqqəti olaraq əyalətlərdən birində yaşayıram. Yenicə tanıdığım qonşu qadın yeganə oğlunu necə itirdiyini danışır mənə. Yazım, siz də oxuyun, özünüz bir nəticə hasil edəcəksiniz. “Qızımın iş yoldaşının bacısını aldım oğluma. Oğlum da dedi ki, mama, nə vaxt sözündən çıxmışam ki, bu dəfə də çıxam. Nə isə… evləndilər. Üç uşaqları var, ikisi qızdı, biri oğlan. İndi ərlə-arvaddı da, sözləri olurdu, savaşırdılar hərdən. Gəlini öyrədiblər, get ərindən milisə şikayət elə ki, məni döyür. Gedib milisə şikayətə. Oğlum da yanğınsöndürən işləyirdi. İş yerində bunu biliblər. Gəlin acıq eləyib getdi qaldı dədəsinin evində. Nə isə… uşaqlarından keçə bilmədi oğlum, getdi gəlini gətirdi, həmin gün özünü çardaqdan asdı. Məktub qoymuşdu ki, mama, mən daha başıma papaq qoya bilmərəm, məndən milisə şikayət edən qadınla yaşamaram”. Orta əsrlərdə belə əhvalat olsaydı, yəqin ki, kişi tərəddüdsüz qadınını öldürərdi. Amma indi hüquq qadını qoruyur, axı o da insandır, onu öldürsən, bunun türməsi var, filanı var (Molla Nəsrəddinin arvadıyla düşən mübahisələrinin çoxunu qazi həll eləyirdi. Heç molla özünü asmırdı). Qadının döyülməsinə, söyülməsinə etirazı kişilərə nədənsə ağır gəlir. Əgər qadın çarəsiz qalıb hüquq orqanlarının qapılarını döyürsə, ər bağışlamır. “Qadınımdı, döyərəm də, sevərəm də!” bu cümlələri Azərbaycan kişilərinin dilindən tez-tez eşidərsən. Hətta onlar ər zülmündən qaçıb ata evinə sığınanda da, qız ataları qızlarına bu cür öyüd verirlər: “Ərindi bala, ər adamı döyər də, söyər də, sevər də!”   Müəllif:Sevinc Pərvanə Həmçinin bax: Sevinc Pərvanənin qalmaqallı şeiri Kasıbların aşnası-yapon ədəbiyyatından
['düşüklük', 'azərbaycanlılar', 'qarımış qız', 'ərə getmək', 'ere getmek', 'Sevinc Pərvanə']
5,570
https://kayzen.az/blog/Molla-N%C9%99sr%C9%99ddin/5807/d%C3%B6rdd%C9%99n-ikiy%C9%99,ya-ikid%C9%99n-d%C3%B6rd%C9%99.html
Dörddən ikiyə,ya ikidən dördə?
ORIGINAL
Molla Nəsrəddin
8 iyun 2011, 22:23
Bir axmaq Molla Nəsrəddindən soruşur: -Molla,sənin kəramət sahibi olduğunu deyirlər.Əgər elədirsə,mənim bu eşşəyimin dörd ayağını iki edə bilərsənmi?... Molla isə həmişəki hazırcavablığı ilə: -Mənim o qədər kəramətim yoxdur.Ancaq istəsən,sənin iki ayağını dörd edə bilərəm,-deyə cavab verir...
['Molla Nəsrəddin', 'hazırcavab']
5,571
https://kayzen.az/blog/kayzenin-r%C9%99smi-bloqu/5806/aktiv-istifad%C9%99%C3%A7il%C9%99r%C9%99-pul-m%C3%BCkafat%C4%B1-8-iyun.html
Aktiv istifadəçilərə pul mükafatı-8 iyun
kayzen
kayzen.az saytının rəsmi bloqu
8 iyun 2011, 18:47
Hər ay olduğu kimi bu ay da mükafatlandırılma davam edir.Keçən ay deyildiyi kimi, iyunun səkkizinə qədər 1 ay ərzində ən çox reytinq yığmış topik müəllifi mükafatlandırılır. saytımızın yeni,lakin çox aktiv istifadəçisi Originalin yerləşdirdiyi Bir dua,bir sevgi yazısı +17 reytinq yığıb. 50 AZN pul mükafatı ilə mükafatlandırılan Originalı gələn ay görəsən kim əvəzləyəcək? Bu sualın cavabı düz 1 aydan sonra digər ən maraqlı,ən çox reytinq yığmış topik müəllifi olacaq. Çox reytinq yığan topikin qaydası sadədir: maraqlı,insanı düşündürən,copy-paste olmayan,kayzen ideyasına uyğun. Keçmiş ayda Azərbaycan həm də Eurovision-2011 yarışmasında birinci yeri tutdu. Nigar Türkiyənin bayrağıyla meydana çıxdı,Azərbaycanda gələn il daha çox pul xərcləmək üçün bir şans yarandı, dünyada çox adam Google-da Azərbaycanın hara olmasıyla maraqlandı və s. Hamını təbrik edirik. Növbəti ay ərzində daha maraqlı,daha faydalı yazılar olacaq. Dostlarımız xüsusilə elmi mövzularda köməklərini əsirgəmir Saytda təcrübəli istifadəçilərdən daha aktiv olmağa,yeni istifadəçilərə kömək etməyə səsləyirik.Özünüzə yaxşı baxın,çox dondurma yeməyin: xəstələnərsiz!
['rəsmi anons']
5,572
https://kayzen.az/blog/fizikl%C9%99r/2406/bolsman-l%C3%BCdviq.html
Bolsman Lüdviq
Aynur
Görkəmli fiziklər
8 iyun 2011, 12:45
Bolsman dahi Avstriya nəzəriyyəçi fiziki, molekulyar-kinetik nəzəriyyənin əsasını qoyanlardandır. Bu nəzəriyyə ilk dəfə Bolsmanın əsərlərində ardıcıl fiziki nəzəriyyə şəklini almışdır. Bolsman (Ludwig Eduard Boltzmann) 1844-cü ildə Vyanada anadan olub. Gimnaziyanı bitirdikdən sonra Vyana universitetinə daxil olur və fizika elminə ürəkdən vurulur. Onun müəllimlərindən biri məşhur fizik Y.Stefan olub. Tələbə olarkən öz müəllimləri Y.Loşmidt və Y.Stefanla dostluq etmişdir. Şüalanmaya aid Stefanın elmi işini ölümündən sonra Bolsman davam etdirib. L.Bolsman 1876-cı ildə yenidən Qrats universitetinə qayıdır və 1889-cu ilə kimi orada işləyir. Bu vaxtlar o, statistik fizikaya aid bir sıra görkəmli işlərini yazır. O, geniş diapazonlu alim olub, fizikanın demək olar ki, bütün sahələrinə və riyaziyyatın bəzi sahələrinə aid mühüm işlərin müəllifidir. Onun məşğul olduğu sahələr: riyaziyyat, mexanika, elektro­maqnit sahəsi nəzəriyyəsi, optika, şüalanma nəzəriyyəsi, termodinamika və qazların kinetik nəzəriyyəsidir. Onun, qazların kinetik nəzəriyyəsinə və termodinamikanın statistik əsaslandırılmasına dair işləri daha mühüm yer tutur. Bolsman statistik metoddan istifadə edərək termo­dinamikanın ikinci prinsipini əsaslandırmışdır. Onun fikrincə təbiətdə baş verən hadisələr az ehtimal edilən haldan çox ehtimal edilən hala doğru gedir. Fiziki sabitlərdən k (Bols­man sabiti) onun adını daşıyır (k =1,38.10-23 C/dər). 1879-cu ildə Stefan şüa buraxma üçün E1 = σ т4 düsturunu verir və onun bütün cisimlərə aid olduğunu söyləyir. Lakin Stefanın bu fikri səhvdir. Bolsman 1884-cü ildə nəzəri olaraq istilik şüalanmasının kəmiyyət qanununu müəyyən et­mişdir. Aydın oldu ki, şüalanan istiliyin miqdarı temperaturun yüksəlməsi ilə əlaqədar olub, cismin mütləq temperaturunun dördüncü dərəcəsi ilə mütənasib artır. Bolsman bu qanunun yalnız mütləq qara cisimlər üçün doğru olduğunu sübut etmişdir. Statistik fizikanın bünövrəsi Bolsman tərəfindən qoyulmuşdur. Entropiya ilə sistem halının ehtimalı arasındakı əlaqəni ifadə edən düstur Bolsmanın abidəsində nəqş olunmuşdur. Buxar maşınlarının texnikadakı tətbiqinin zəruriliyini görən Bolsman buxar texnikasını təkmilləşdirmək üçün istilik nəzəriyyəsi sahəsindəki tədqiqatları inkişaf etdirməyə başlayıb. Bolsmanın sağlığında onun ideya və tədqiqatları mühafizəkar alman filosofları tərəfindən qeyri-elmi hesab edilərək istehzaya səbəb olurdu. Lakin fizika elminin tədqiqatı belə bir həqiqəti aşkara çıxartdı ki, Bolsmanın ideya və nəzəriyyələri doğrudur. Elmin sonrakı inkişafı alimin işlərinin doğruluğunu təsdiq etdi. Onun işləri müasir fizikanın bünövrəsini təşkil etmiş, alim isə maddənin molekulyar-kinetik nəzəriyyəsinin yaradıcısı kimi şərəfli ad qazanmışdır. Bolsman bir çox Elmlər Akademiyasının üzvü və Peter­burq EA-nın müxbir üzvü (1899) olmuşdur. Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı
['Bolsman', 'Boltzmann', 'fizik', 'görkəmli fizik']
5,573
https://kayzen.az/blog/aforizmler/5804/maraql%C4%B1-aforizml%C9%99r.html
Maraqlı aforizmlər
MASON
Hikmət dənizi və aforizmlər
8 iyun 2011, 12:34
Tolerantlıq sözü mənim xoşuma gəlmir, lakin mən bundan yaxsı söz tanımıram(Mahatma Qandı)Eger bir yerdə kiçik insanların kölgəsi böyüyürsə, demək o yerdə Günəş batır.Haqqı hər zaman müdafiə et, anlayan olmasa belə vicdanına hesab verməkdən xilas olarsan. (Herbert Uels)Hər bir gözəllikdə pislik axtaranlar korlanmış insanlardır,bu günahdır.Hər bir gözəllikdə onun yüksək mənasını görənlər mədəni insanlardır,əsil insan isə gözəllikdə elə gözəlliyi görməyi bacaranlardır. (Oskar Uayld)Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir. (M.QANDİ)Yumor-zarafat arxasında gizlənən ciddilikdir. (P.E.VEYS)Kişilər sevişmək,qadınlar isə məhəbbət arzusundadır. (Z.Freyd)Amma sonda hamısı eyni işlə məşğuldur. (SARİ QABOR)Aşiq olarkən insan ağlını itirir və yalnız evləndikdən sonra bu itkini hiss edir. (SAFİR MORİÇ)Qadin çox şey istəyir,amma birindən.Kişi bir şey istəyir,amma çoxundan. (KONSTANTİN MELAXİN)Necə ər istəyirsən-kasıb,yoxsa varlı?Kasıba ərə gedəcəksən-ərindən başqa heç nəyin olmayacaq.Varlıya ərə gedəcəksən-ərindən başqa hər şeyin olacaq. (KONSTANTİN MELAXİN)Sənin qəbahətlərini üzünə deyən düşmən,bunları gizlədən dostdan yaxşıdır. (SOKRAT)Yaxşı geyinmiş axmaq məclisdə ağzını açana qədər parlayacaq. (Qədim Hind aforizmi)Hünərsiz ağıl qadınlara,ağılsız hünər heyvanlara xasdır. (Qədim Hind aforizmi)Mübarizəsiz həyat olduqca cansıxıcıdır. (M.Y.LERMONTOV)Mənə elə dost lazım deyil ki,hər şeydə mənimlə razılaşsın,mən başımı əyəndə o da əysin,ona qalsa mənim kölgəmdə dostdur. (PLUTARX)Sözün qədrini bilməyən zəif düşüncəli adam adətən çox danışar. (Ş.MONTYESKE)Arxanca danışırlarsa deməli sən qabaqdasan. (Cin atalar sözü)Bu qısa ömrü əbədi həyatmış kimi yaşamaq lazımdır. (Cin atalar sözü)Həyat hərəkət deməkdir, su da axmayanda iylənir. (Aristotel)Heyat beşiklə məzar arasında sınaq müddətidir.( O.Balzak)Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır. (A.Barbüs)Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görürəm. (A.Bek)Hər gün insan üçün yeni bir həyatdır. (R.Beyker)Bir gün ürəyincə yaşamaq yüz il sürünə sürünə yaşamaqdan yaxşıdır. (Ş.Bodler)Həyat yuxuda da öz sonuna doğru gedir. (A.Bule)Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş.(Ç.Çaplin)Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər. (A.Dante)Başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir. (T.Fontane)Dünyada üç fəlakət var: yanğın, qadın, dəniz. (Ezop) Bu gözəl həyat təkcə bizim deyil.Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik. (Z.Freyd) Dünyada xeyir iş görməyən insan əbəs yerə yaşayır. (C.Fuller)Bu dünya bir qızıl kuzəyə bənzər, Suyu gah şirindir, gah da ki zəhər. (M.Gəncəvi)Ömrün müddəti deyil, bu ömrü necə yaşadığın əhəmiyyətlidir. (H.Holley)Faydasız həyat- vaxtsız ölümə bərabərdir. (İ.Höte)Namusla yaşamaq üçün insan öz səhvlərini görüb düzəltməlidir. (V.İrvinq)Dünyaya ağlaya-ağlaya gəlirik deyə ömür boyu ağlamayacağıq ki! (A.Kapus)Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz. (D.Karnegi)Həyatdan zövq almaq üçün qarşıda bir məqsəd olmalıdır. (Ç.Kolton)Həyat əvvəldən axıradək öyrənməkdir. (J.Labrüer)İnsanın həyatinda cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir,insan kimi yaşamağı unudur və əzablar içində ölür. (J.Labrüer)Yalnız yaşamaq deyil, yaşatmaq da vacibdir. (Menandr)Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən- həyatın məqsədi məhz budur. (C.Məmmədquluzadə)Əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdir. (Napoleon)Həyat şərtləri çətindir, ancaq bu barədə çox düşünsən, bədbinləşə bilərsən. (F.Nitsşe)Həyatda vaxt öldürmək özünü öldürmək deməkdir. (C.Pekk)Mən əminəm ki, biz həyata əylənmək üçün deyil, öyrənmək üçün gəlmişik. (C.Robertson)Həyat nə tamaşa, nə də bayramdır. Həyat çətin bir imtahandır. (C.Santayana)İnsanı həyata bağlayan onun gözəl cəhətləridir. (Sokrat)Müdrik insan ölüm haqqında deyil, həyat haqqında düşünməlidir. (B.Spinoza)Həyat avtomobil idarə etmək kimi bir şeydir-nə qədər diqqətli və təcrübəli olsan da, qəzaya uğramaq ehtimalı həmişə var. (A.L.Stal)Görmək və hiss etmək mövcud olmaq, düçünmək isə yaşamaq deməkdir. (U.Şekspir)Dünyada dörd cür insan var: aşiqlər, özünə vurğunlar, xəyalpərəstlər və dəlilər. (İ.Ten)Şərəfli ölüm şərəfsiz həyatdan yaxşıdır. (Q.Təbrizi)Həyatın ən gözəl cəhəti insanın özünü tanımasıdır. Ancaq bunun nəticəsində bədbəxt olmaq da mümkündür. (L.Tolstoy)Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər. (O.Uayld)Başqalarının halına yana bilən insan yaşamağa layiqdir. (Van Qoq)Həyatın iki faciəsi var: biri arzumuza çata bilməmək, digəri isə istədiyimizi əldə etməkdir. (C.Vatson)Maddi və mənəvi problemləri özünə dərd eləməyən insanın həyatı xoş keçər. (F.Volter)İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir. (F.Volter)Böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən. (L.Vovenarq)
['aforizm']
5,574
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/5800/ata-analara-n%C9%99sih%C9%99t.html
Ata-analara nəsihət
ORIGINAL
Xoşbəxt ailə
8 iyun 2011, 00:45
Qonşumuz Əlinin beş və yeddi yaşında iki uşağı var. Bir gün yeddi yaşındakı oğlu Kənana benzinlə çalışan otbiçmə maşını ilə necə ot biçildiyini öyrədirdi. Maşını necə işlədəcəyini öyrədərkən yoldaşı Sevinc, Əlini bir sual vermək üçün içəri çağırdı. Əli içəri girəndə balaca Kənan maşını işlətdi və səhv olaraq çiçəkləri biçdi. Çiçək kərdisi bir anda məhv olmuşdu. Əli geri qayıdanda gördüyü mənzərə qarşısında dəliyə döndü. Bütün qonşuların çox bəyəndiyi, zəhmət çəkərək öz əlləriylə düzəltdiyi çiçək kərdisi yox idi artıq. Əli səsini tam yüksəltməyə başlamışdı ki,yoldaşı Sevinc çölə çıxdı və Əliyə: “Əli, çiçək deyil, uşaq yetişdirdiyini unutma!” dedi. Sevinc bu sözləri ilə mənə ana-ata olaraq prioritetlərimizin nə olduğunu çox gözəl xatırlatdı. Uşaqların özləri və özlərinə olan qayğıları, qıra biləcəkləri, ya da ziyan verə biləcəkləri hər hansı bir fiziki obyektdən daha çox əhəmiyyətlidir. Bir futbol topunun qırdığı bir şüşə, diqqət yetirilmədiyi üçün qırılan bir lampa, ya da mətbəxdə əldən düşüb qırılan bir qab onsuz da qırılmışdır. Çiçəklər onsuz da ölmüşdür. Verilən bu zərəri uşağımızı incidərək, həyat sevincini öldürərək daha da artırmamalıyıq... P.S. Həm də el arasında belə bir məsəl var :“Təki qırılan qəlblər olmasın”...Sizlərin də qəlbləri qırılmamağı ümidiylə ))
['xoşbəxt ailə', 'ailədaxili münasibət']
5,575
https://kayzen.az/blog/346/4342/milli-fal.html
Milli fal
burla xatun
346 saylı marşrut
7 iyun 2011, 12:12
Bir vaxtlar Rusiyanın müxtəlif bölgələrində bomjlar, əyyaşlar, sahibsiz uşaqlar görəndə fikirləşirdim ki, İlahi, görəsən, bizim ölkədə niyə belə insanlar azdır? İndi maşallah, artıq özümüzün milli evsiz-eşiksizlərimiz, əyyaşlarımız, tüfeyli uşaqlarımız var. Dalğa-dalğa qiymətlər qalxdıqca, maşallah, inflyasiyanın səviyyəsi artır, öz soykökümüzə bağlı milli kasıb-kusublarımız getdikcə ölkəni bürüyür. Artıq özümüzün səksən faiz dövlətimiz, gerbimiz, bayrağımız, himnimiz, prezidentimiz, nazirlərimiz, neft kəmərimiz, milli bayramlarımız vardır, dönməzdir, əbədidir. Fikir vermişəm, bizim siyasiləşmiş qəzetimizi alanlar son səhifələrdəki ulduz falını oxuyub zibil qabına atırlar. Adətən, çap olunan ulduz falları milli deyil. Orada gah Çin falına, gah hind falına, gah yapon falına istinad edirlər. Əslində bizim özümüzün də ta qədimlərdən ulduz falımız mövcuddur. Sadəcə, biz onu unutmuşuq. Beləliklə, bu gün mən əsrlərlə yaddaşlarda yaşayan milli ulduz falımızdan söz açacağam. Bu yazıda müxtəlif milli ulduzlar altında doğulan insanların xarakterindən danışacağam. Eşşək. Bu ulduz altında doğulanlar çox qaba olurlar. Mobil telefonla danışarkən ucadan qışqırar, konturun çoxusunu mənasız hal-əhval tutmağa sərf edər. Məsələn, «başqa nə var, nə yox? Özgə nə var, nə yox? Evdə eşikdə? Balalar nə təhərdi? Biz də bala-bala dığırlanırıq. Özgə sözün-qulluğun? Nə qulluq eləyim?» və s. Tez-tez gəyirər və gərnəşərlər. Eşşəklər gülüşlərinin gözünə bir az anqırtı da qatırlar. Onlar heç vaxt dişlərini yumazlar. Qalstuk taxan eşşəklərin, bir qayda olaraq, qalstukları zövqsüz və kirli olar. Yaşadıqları ölkədə istənilən haqsızlıqlara dözürlər. Onlar çox vaxt insan olduqlarını başa düşmürlər. Bir dəfə düşdüyü bataqlığa bir neçə dəfə düşə bilirlər. Qoyun. Bu ulduz altında doğulan oğlan uşaqları, adətən, televizora inanırlar. Onlar bir qayda olaraq, metro vaqonlarında qapının ağzına yığılar, mobil telefonlarını müqayisə edər, telefona yazdıqları bayağı nəğmələrə, ağlaşma mahnılarına qulaq asarlar. Qoyun qızlar isə öz istəklərini ocaqlardan, pirlərdən və qəbirlərdən diləyərlər. Ən ekstremal vəziyyətdə müşkül işlərini falçılar vasitəsilə yola qoyarlar. Onları valideynləri kimə ərə versələr, ona da gedərlər və çoxlu döl verib xoşbəxt olarlar. Eşşəklər kimi qoyunlar da elmə nirət edərlər. Ona görə də eşşək və qoyunların ailə nikahı çox möhkəm olur. Tula. Bu ulduz altında doğulanlar, adətən, yaltaqlığa meylli olurlar. Onlar bir qayda olaraq, öz halal haqqını tələb eləyəndə istər-istəməz quyruqlarını bulayarlar. Kişi tula qadın tuladan daha məharətlə yaltaqlanır. Onlar yaltaq olduqları qədər də qəddar olurlar. Belə ki, yaltaqlandıqları obyektləri biri-birlərinə qısqanırlar. Onların içərisində natiq olanları da çox olur. Qadın tulalardan isə məhkəmələrdə üzə durma prosesində istifadə edirlər. İnsafən, onu da qeyd etmək lazımdır ki, kişi tulalar da üzə durmağı xoşlayırlar. Toyuq. Bu ulduz altında doğulan kişi toyuqlar həmişə iri qarınları ilə fəxr edərlər. İctimai yerlərdə, xüsusən avtobuslarda qoltuqlarının altından gələn qıcqırmış tər iyi salonu ağzına götürər. Onlar «çörəkpulu» sözünü tez-tez işlədərlər. Bazarda bir metr yer alıb alver edərkən çox xoşbəxt olarlar. Yaşadıqları ölkənin ictimai-siyasi haqq-hesablarına qətiyyən qarışmazlar. Toyuq qadınlar da pinti olarlar. Hər gün küllənib, paltar yuyub sərsələr də, uşaqlarının üst-başı həmişə çirkli olar. Onlar yağlı yeməkləri və qəmgin, nakam teleserialları çox sevər, hind kinolarını seyr edərkən göz yaşlarını ətəkləri ilə silərlər. Belə ki, toyuqlar mübariz olmaz, həmişə şükranlıq edərlər. Unutmayın ki, Tanrı bu ulduzlardan daha ucada dayanıb. Müəllif: Murad Köhnəqala Mənbə: Bizim Yol Həmçinin bax: Çaqqal, Tülkü və Tovuzquşu
['Azərbaycan reallıqları', 'insan tipləri']
5,576
https://kayzen.az/blog/psixologiya/5798/t%C9%99nqid-psixologiyas%C4%B1.html
Tənqid psixologiyası
ORIGINAL
Psixologiya
7 iyun 2011, 01:21
Gördüyü istənilən şeyi tənqid edən bir nəfər bir rəsmi də tənqid edirmiş. Yanındakı: “Sən heç bu qədər gözəl bir əsər meydana gətirdinmi?” soruşduqda, “Dostum, mən yumurtlamağı bilmirəm, amma bir yumurtanın sağlam yoxsa çürük olduğunu yaxşı bilirəm” - deyə cavab verir.  Kiminsə tənqid etdiyinin və ya kiminsə tənqid edildiyinin tez-tez şahidi oluruq. Görəsən insanlar niyə tənqid edir? Tənqid etməyin arxasındakı psixologiya nədir? Tənqidin faydalari varmı? Müsbət tənqid necə edilir? Tənqidin insan psixologiyasına təsirləri nələrdir? Tənqid – şifahi, yazılı və ya feli ola bilər. Lüğət mənası ilə tənqid – hər hansı bir insan, əsər və ya mövzunun doğru-yanlış, əskik-artıq, gözəl-çirkin cəhətlərini tapıb göstərmə işidir. Tənqidin əxlaqi cəhətdən yaxşı və ya pis dəyərləndirilməsi; kimə, nə vaxt, hansı dərəcədə, hansı məqsədlə və hansı niyyətlə edildiyindən asılıdır. Bu baxımdan tənqid, müsbət tənqid (faydalı olan) və mənfi tənqid (zərər verən) olaraq iki yerə bölünür. Tənqidin təsiri də yuxarıdakı söylədiyimiz xüsusiyyətlərə görə fərqli ola bilər. İnsan nə üçün tənqid edir?Fərdi və ictimai həyatın daha da yaxşılaşması üçün xətaların fərq edilib lazımi qaydada ifadə edilməsi yararlıdır. Ancaq bu ifadə formasının insana və ətfarına zərər verməməsi, ifadələrin müsbət niyyətli olması vacibdir. Bu formada edilən müsbət tənqidlərdə səhvləri düzəltmə mülahizəsi vardır. Ailə və cəmiyyətdə mənfi tənqidə bağlananlar getdikcə hər şeydə bir əskiklik axtararlar. Bu şəkildə tənqidin bir alışqanlıq kimi edilməsi müşahidə olunur. Zərərli tənqidin arxasında hissi və nəfsi mülahizələr yata bilər. Rəqabət və qısqanclıq da insanı davamlı tənqidə aparar. Bu durumda tənqidə mövzu olan xüsusiyyəti düzəltmə və həll etmə qayəsi olmadığı üçün iki tərəf də bundan zərər çəkər. Qısaca, “üzüm yemək yerinə bağbanı döymək” üçün danışmaq olmaz. Dəyərləndirmələrdə səmimi olmaq, hissi və nəfsi mülahizələri tərk etmək vacib faktordur. Beləliklə, zərərli tənqidin qarşısını almış olarıq. Zərərli tənqid ictimai bir xəstəlik halına çevrilə bilər. Məsələn, KİV-də məşhur olan insanlar belə bəzən duyğularına məğlub olaraq zərərli tənqid edirlər. Televiziyalardakı bəzi müzakirə proqramlarındakı insanlar tənqiddən çox qarşı tərəfə maddi-mənəvi zərər verməyə çalışırlar. Qarşıdakı insan nə deyirsə desin onu dediklərini tənqid etməyə çalışırlar, bu da şəxsi mənfəətin qorunması məqsədini daşıyır. Beləliklə, mənlik və ənaniyyətin mənfi tənqidi artırdığının şahidi oluruq. Tənqidçinin psixologiyasıMənfi tənqidlərdə empatiya çatışmazlığı mövcuddur. Qarşıdakı insanın vəziyyəti nəzərə alınmır. Lazımi qədər empatiya qura bilən insanlarda mənfi tənqid çox az olar. Mənfiliyə fokuslanan və ümidsiz insanlarda çatışmayan cəhəti tapma həvəsi daha çoxdur. Hamının və hər hadisənin əskik və yanlışlıqları onlara təsir edir. Bikef və distimik (uzun müddətli kefsizlik halı) insanlarda iradi və ya qeyri-iradi ümidsizlik tənqidi çoxaldar. Bu vəziyyətdə insanlar içində olduqları durumu hiss etməyə bilərlər. Ətrafındakı insanlar bunu fərq etməli və belə insanlara kömək etməlidir. Məsələn, ümidsiz bir uşaq oynadığı yoldaşlarının ona qarşı olan normal münasibətini qəsd kimi dəyərləndirə bilər, beləliklə onları tənqid edər və sevilmədiyini düşünər. Bu durumda onu yaxından tanıyan insanlar onunla maraqlanmalıdır. Çox mükəmməlçi insanlarda, özünü və başqalarını davamlı dəyərləndirmə, xətaları tapıb meydana çıxararaq hər şeyin xətasız olmasını istəmə hərəkəti müşahidə edilir. Mükəmməlçi insanlar ətrafındakıların xətalarını taparaq stressin artmasına səbəb olarlar. Məsələn, mükəmməlçi bir ana, uşağının dörd almasını qəbul etməz, həmişə beş almasını istəyər. Bu isə uşaqda stressin artmasına, müvəffəqiyyətinin azalmasına gətirib çıxara bilər. Ən mükəmməli istəmək və gözləmək bəzi gözəlliklərin sönməsinə səbəb ola bilər.Tənqidçinin şüur altında “Mən daha yaxşı bilirəm, daha yaxşı edərəm” kimi bir düşüncəsi ola bilər. Bu düşüncə ilə insanların və ya hər hansı bir hadisənin səhv tərəflərini tapar. Buna istinadən qarşıdakı insandan daha yaxşı bildiyini özünə görə isbat etmiş olar. Beləliklə, ənaniyyətin artmasına səbəb olar. Bu cür tənqid getdikcə daha da mənfi mahiyyətə çevrilər.Bəziləri isə xətalarını qeyri-iradi olaraq örtmək üçün tənqid edər. Xüsusilə iş yerlərində bu daha çox yayılmışdır. Başqaları tənqid edildikdə və ya əskik tərəfləri tapıldıqda, tənqidçi, yerinin möhkəmləndiyini zənn edər, xətalarının örtüldüyünü düşünər. Ailədə də səhvlərin başqalarına yüklənməsi fərdin öz səhvini düzəltməsinə mane olar və ailə daxili münasibətlərin zədələnməsinə yol açar. Davamlı hər şeyi və hər kəsi mənfi dəyərləndirən insanlar, özlərini stresə yuvarladıqları kimi ətraflarına da neqativ enerji yaydıqları üçün yalnız qalarlar. Tənqid edilənin psixologiyasıSöylənən hər sözün qarşı tərəfdə bir əksi yaranır. Bu əks müsbət və ya mənfi ola bilər. Dəyərləndirməmişdən əvvəl nəyi nə üçün tənqid etdiyimizi və bunun nəticəsində kimin nə qədər faydalanacağını hesablamalıyıq. Söylədiklərimizlə sadəcə qarşı tərəfə mesaj verməklə kifayətlənməyib, o insanın qısa, orta və uzun müddətdəki davranışlarına da təsir etdiyimizi unutmamalıyıq. Müsbət üslubu saxlaya bilmədiyimiz dəyərləndirmədə qarşı tərəfə zərər verə bilərik.Tənqid daha çox tənqid ediləndə stresə çevrilər, bu da insanların bir-birlərindən uzaqlaşmasına səbəb olar. Hər şeyi zərərli şəkildə tənqid edən insanların ailədə də tək olduqları hiss olunur. Heç kim ona öz dərdini danışmaq istəməz, çünki həmişə mənfi dəyərləndirməkdədir. Tənqid ilə birlikdə həmsöhbətdə incimə və xaric edilmə duyğusu yarana bilər. Bir insana davamlı əskik tərəflərini söylədikdə o insanın özü haqqında fikri mənfi istiqamətdə dəyişər. Özünü bacarıqsız hiss edər. Narahatçılığı artar. Narahatçılıq və stresi artan insanların da xətaları çoxalar. Tənqid ilə həmsöhbətin ya cəsarətinin azalaraq passivləşməsinə və yaxud daha da hiddətlənməsinə səbəb oluna bilər. Davamlı tənqid edilən insanlarda tənqid edilmə qorxusu ilə cəsarətsizlik baş verər. Tənqid edilən insan tənqid edənə hirsləndikdə aradakı dialoq pozular.Bir insanın və ya şeyin bir çox gözəl cəhətləri olduğu halda, yalnız səhv tərəflərini aşkarlamaq haqlılıq və ədalətə münasib deyil. Tənqid edilən insanın gözəl tərəflərinin görülməməsi onun gözəl yanlarının azalması deməkdir. Bir bağçada onlarla gözəl çiçək olduğu halda sadəcə bir neçə yabanı ota ilişib qalmaq o çiçəklərin azalmasına səbəb olar. Davamlı tənqid edilən insanın kefsizləşməsi və özünə qapanması qaçınılmazdır. Müsbət tənqid necə olur?Bir mövzunu və insana dəyərləndirərkən niyyətimiz və seçdiyimiz üslub çox vacibdir. Qarşı tərəfin tənqidimizdən istifadə etməsində ən vacib ünsür niyyətimizdir. Davranışlarımız və mövzuya yanaşmamızla niyyətimizin yaxşı olduğunu hiss etdirməliyik. Həmsöhbətin bizə qarşı çıxış etməsindən ehtiyat etməliyik. Tənqid yumşaq formada edilməlidir. Beləliklə də müsbət davranmış olarıq. Qarşı tərəfin dediklərimizi qəbul etməsi və görüşlərimizdən istifadə etməsi üçün zəmin hazırlamış olarıq. Niyyətimizin və üslubumuzun yaxşı olmadığı təqdirdə, həm bizdən uzaqlaşmasına, həm də görüşlərimizi qəbul etməməsinə səbəb olarıq.Dəyərləndirdiyimiz şeyin anlayışımıza görə əskik və səhv tərəfləri varsa, subyektiv tənqid etmiş olarıq. Meyar və standartlara görə dəyərləndirmişiksə, deməli obyektiv tənqid etmişik. Buna belə misal vermək olar. Tənqidə başlayanda “məncə, mənə görə, mənim anlayışıma görə” kimi ifadələr qarşı tərəfin qəbul etməməsinə səbəb ola bilər. Bunun əvəzinə isə obyektiv ifadələr işlətsək, “bir kitaba görə, bir böyük alimin dediyinə” şəklində ifadələr faydalı nəticə verə bilər. Müdürlərimizin və ya təcrübə və biliyi çox olan insanların tənqidi müsbət qəbul edilər. Çünki bu insanların fikrini bildirməsi ilə qarşı tərəfin yaxşılığı, faydası və müsbətliliyi təmin olunur. Bir çox insan bu insanlardan qəbul etdiyi tənqidlərlə özünü yetişdirər və əskikliklərini azaltmağa çalışar. Tənqiddəki qayəmiz qarşıdakı insanın xətasını düzəltmək olsa da, o xətanın yerləşməsinə gətirib çıxara bilər. Bir insana səhv söyləməkdənsə, ona necə olmalıdır onu söyləməliyik. Əgər qarşıdakı insan xətalarının söylənməsinə vərdiş edibsə, bu insanları tez-tez tənqid etmək düzgün deyil. Bu cür insanlara xətalarını söylədikcə xətaların yerləşməsi meydana gələ bilər. Bunun əvəzinə, bu insanların müsbət cəhətlərin önə çıxarıb əskik tərəflərinə işarə etmək daha faydalıdır. Məhəmməd Peyğəmbər (səs) insanların xətalarını adını çəkmədən düzəltməyə çalışmışdır. Şəxslərin xətalarının ön plana qoyulması, adı çəkilərək danışılması, şəxsin psixologiyasına görə uyğun olmaya bilər. Bu mövzuda Peyğəmbərimiz (səs) bizə rəhbərdir.Uşaqlarda olan münasibətlərdə onların yaxşı tərəflərini önə çəkmək vacibdir. Məsələn, sinifdə bir sual soruşdunuz. Şagirdlərdən biri cavab verdi, ancaq cavab səhvdir. Bu durumda səhvə işarə etmədən şagirdin müsbət tərəflərini, cavabındakı bilgi hissələrindən istifadə edərək ona kömək etməliyik. Bundan sonra cavabın səhv olduğunu ifadə etmək olar. Onda şagird inciməz və sonrakı suallarda cavab vermə cəsarətini itirməz.Komanda kimi işləyənlərin öz yoldaşlarını tənqiddən qaçmalıdır. Tənqid edən şəxs başqalarının tənqidə başlamasına qapı açar; dedi-qodu və qeybətin artmasına səbəb olar. Bununla da birlikdə çalışma ruhu zədələnər. İnsanlar davamlı bir-birlərinin səhvlərini görməyə başlayar. Qardaşlıq və yoldaşlıq zərərə uğrayar. NəticəMüsbət tənqidin faydalarına müqabil mənfi tənqidin zərərləri vardır. Hər şeyi tənqid edənlər özlərini də nəfis mühasibəsinə tabe tutmurlarsa, bu vəziyyət onların xətalarını düzəltmələrinə maneə təşkil edər. Həmişə başqalarını tənqid edənlər öz xətaları mövzusunda da o qədər həssas olmalıdırlar.Tənqid vərdişi dedi-qodu və qeybəti özü ilə birlikdə gətirər. Bu səbəblə tənqidə başlayan şəxs bir müddət sonra qeybətə yaxalana bilər.Gözəli təqdir etmək hər zaman təşviq edici bir davranışdır. “Gözəl görən gözəl düşünər, gözəl düşünən həyatından ləzzət alar” ifadəsi bizim üçün gözəl örnəkdir. Həyata baxışımız bu cür olarsa, həm qəlb qırmamış, həm də müsbət davranmış olarıq. Mənbə: "Sızıntı" Jurnalı, Türkiyə
['tənqid', 'tənqid psixologiyası', 'insan']
5,577
https://kayzen.az/blog/paint/5797/r%C9%99ssaml%C4%B1qda-c%C9%99r%C9%99yanlar-2.html
Rəssamlıqda cərəyanlar-2
Cavid
Məşhur rəsmlər və rəssamlar
6 iyun 2011, 18:28
Novatorçu rəssamlar şərq sənətindən də örnəklər alaraq rənglərin demokratikliyinə üstünlük verməkdə idilər.Hansı üslubda çalışırsanız çalışın, rəngi öyrənmək, ondan doğru istifadə etməyi bacarmaq, rəngləriçirkablıqdan çıxarmaq yolu plenerdən keçir. Çünki təbiəti kirli rənglərdə yazmaq olmaz. Emalatxanada palitranızdaqalan artıq rəng qarışımını tablonuzun hər hansı bir yerinə çəkə bilərsiniz. Amma plenerdə bunu edə bilmərsiniz.Səbəb-təbiətdə heç bir kirli rəngin olmamasıdır.Impressionizm cərəyanının əsas meyarı plener olduğu halda ifa tərzində əsasən üstünlük, gördükləri obyektinbirbaşa özünü deyil, onun ilk təəssüratını əks etdirməyə verilirdi. Bu ona görədir ki, impressionist rəssamlarınəsərlərində rəng münasibətləri qurulurkən daha çox əlvan rənglərə yer verilirdi. Rənglərin əlvan, təmiz və işıqlıolması böyük təsir qüvvəsinə malik idi və daha çox tamaşaçı auditoriyası toplamağa müyəssər olurdu. Real sənətüslubundan fərqli olaraq daha az müddətli yazılırdı. Havanın mavisi real mavidən daha artıq nəzərə çarpacaqdərəcədə yazılırdı. Qırmızı olduğundan daha çarpıcı yaşıl, sarı və s. rənglərin effektlərindən ən maksimal dərəcədəistifadə etməyə çalışılırdı. Yüksək effektə malik olduğundan tez bir zamanda vüsət aldı və bütün dünyanı bürüdü.Dünyanın hər yerində impressionist rəssamlar meydana çıxdı. Plener sahəsində o qədər gözəl əsərlər yazılırdı ki,istər Rusiya, istər Balkanlarda, çox sonralar Azərbaycanda və s. , hətta bu cərəyanın mərkəzi sayılan Fransanı geridəqoymağa başlamışdı. Əlbəttə ki, başlanğıc dövründən uzaqlaşdıqca daha obyektiv qiymət vermək mümkündür. Yaxın tarixdən başlayaraq rəssamlıq sənətində müxtəlif cərəyanlar meydana gəldi ki, bütün rəssamlıqənənələrindən imtina edərək, dövrün modasına uyğun olaraq, dekorativ başlanğıcda fəlsəfi fikirlərə üstünlükverilərək fərqli adlarda ortaya çıxdı. Əlbəttə ki, sənətin gözəlliklərindən biri də odur ki, özündə hər cür fərqliliyiyaşatsın. Ancaq bütöv bir ənənədən imtina etmək bu doğru deyil. Nədən doğru deyil? Bir rəssam nə cür əsərlərüzərində çalışırsa çalışsın, avanqard, modern, klassik yüksək ustalıq göstərməlidir ki, bu da onun rəssamlıqqabiliyyətini fərqləndirməlidir. Rəssamlığın əsrlərdən keçərək günümüzə qədər gələn atributlarından uzaqlaşmaqrəssamlığın ümumilikdə səviyyəsinin aşağı düşməsinə səbəb olmaqdadır.Rəssamlıqdan uzaq olan dırnaq arası rəssamlar isə sənətə fərqli donlar geydirərək məqsəddən uzaqlaşdırmağaçalışırlar ki, etdiklərinin rəssamlıqla heç bir əlaqəsinin olmaması göz qabağındadır. Çünki adı rəssamlıq olan sənətrəssamlıqdan ibarətdir. Ikincisi isə budur ki, dəb ilə gələn dəbin gedişi ilə bərabər gedər. Hər şeyin bir təməli vardır,o cümlədən rəssamlığın da. Bir şeyi öyrənmək istədiyimizdə onu təməldən öyrənməyə çalışmalıyıq. Belə düşünürəmki, nə vaxtsa rəssamlıq yenidən təbiətə müraciət edəcək ki, bu müraciətdən yeni cərəyan doğulacaqdır. Bu cərəyanıniçində yer tutmaq üçün ustalıq səviyyəmizi artırmalıyıq. Ustalığın yollarından biri plenerdən keçir ki, onun damahiyyətini məşğul olanlar bilir. Çünki, əks etdirdiyimiz hər hansı bir kompozisiya mütləq bizim həyatımızlabağlıdır. Həyatımız isə təbiətin bir parçasıdır. Ümumiyyətlə, hansı cərəyan başda olursa-olsun, gözəl bir mənzərənin,etüdün öz xüsusi yeri vardır. Hansı muzeyə getsəniz, nə qədər müxtəlf əsərlər izləsəniz də çox füqurlukomporisiyalar, mürəkkəb yazılışlı portretlər heyran etsə də naturadan çəkilimiş kiçik bir mənzərə öz səmimiyyəti,gözəlliyi ilə oradakı bütün əsərlərdən seçilərək önündə durmağa, ayaq saxlamağa insanı vadar edir. Biz heç bircərəyana uymadan sənət yolumuzu plener üzərində qursaq yenə heç bir zaman peşiman olmarıq. Çünki, təbiətin vəonun içində bulunan şeylərin heç bir zaman dəbin keçməyəcəkdir. Adı sənət dünyasının tarixinə yazılan bir çoxrəssam vardır ki, onlar bütün sənət yolunu məhz plener üzərində qumuşdular. Bunlardan V. Van qoq, Klod Mone,A.Sisley, Klever, Kuinci, Şişkin, Levitan, S. Bəhlulzadə və s. Bu siyahını əlbətdə ki, uzatdıqca uzatmaq mümkündür.Şişkin rus rəssamlıq məktəbinin böyük ustalarındandır. Sənət yolunu məhz plener üzərində qurmuşdur ki,bunun da nəticəsi olaraq sənətsevərlərə yüzlərlə biri-birindən gözəl və sənət yönündən yüksək səviyyəli əsərlər bəxşetmişdir. Günümüzdə bir çox evlərdə, iş yerlərində və s. onun tablolarının böyüdülmüş foto reproduksiyalarısevilərək interyerləri bəzəməkdədir. Əsərlərini real üslubda işləyən rəssam adətən Rusiya təbiətini əks etdirmişdir.Rəssam o qədər mürəkkəb motivlər seçmişdir ki, bu əsərlərə baxdığımızda ilk başda belə bir sual meydana çıxır:görən bir insanın ömrü yetərmi ki, bu qədər mürəkkəb, istər süjet baxımından, istərsə ifa baxımından əsərləri bitiribsona gətirsin? Demək ki, yetərmiş. Çox zamanını plenerdə, axtarışda keçirən rəssam hətta kəmərində baltagəzdirərmiş ki, baltanın plenerlə nə əlaqəsi var, deyəcəksiniz. Rəssam işləmək üçün təbiət mənzərəsi seçərkən bəzənelə olurdu ki, böyük bir ağac onun önünü kəsərək maneçilik törədirmiş. Belə olan təqdirdə rəssam baltanı götürübhəmən ağacı kəsərək maneəni aradan qaldırarmış. Əsərlərini seyr etdiyimiz zaman rəssamın o qədər gözəl, dəqiqnöqtədən yer seçərək çalışdığının şahidi oluruq ki, əgər yerini dəyişib kompozisiyanın mərkəzini bir az sağa və yasola doğru hərəkət etdirsən hər şeyin pozulub, təsirini itirəcəyi fikri peyda olur. Bu da seçəcəyimiz nöqtənin nəqədər böyük əhəmiyyət daşıdığını isbat edir. Məşhur tatar rəssamı N.I.Feşinin gündəlik iş rejimini səhər erkəndən plenerə çıxaraq başlardı. MəşhurAzərbaycan rəssamı Səttar Bəhlulzadə günlərlə plenerdə olar, biri-birindən maraqlı, gözəl əsərlərlə sənətsevərlərisevindirərdi. Onun sevilən əsərlərindən biri olan "Kəpəzin gözyaşları" nı işləmək üçün bütün gecəni səhərədək Göy-Gölün kənarında keçirmiş, onun neçə haldan hala dəyişdiyini izləmiş, lazımi qeydlər edərək bu cür gözəl əsərmeydana gətirmişdir.İmpressionizmin başlanğıc dövrlərində bu yolu seçmiş olan rəssamların əsərlərində klassik ənənələrintamamən yox olmadığının nişanələri hiss olunmaqdadır. Zaman keçdikcə klassizmin diktə etdiyi qəti qanunlarəriyərək ortadan qalxmağa başladı və bu da əslində gələcəkdə peyda olacaq digər cərəyanların da başlanğıcınıqoymuş oldu. Asudəliyin sərxoşluğu içində üzən bəzi rəssamlar heç bir sərhəd tanımadan bütün maneələri aşmağahazır idilər. Nəticədə bu da baş verdi və XIX əsrin ortalarından başlayaraq təsviri sənət saysız şaxələrə ayrılmağabaşladı. Həqiqətən də təsviri sənətdə artıq heç bir məhdudiyyət qalmamışdır və hətta o qədər demokratiklik qazanılmışdır ki, əlində qələm tuta bilən hər kəs özünü rəssam adlandırmaqdan çəkinmirdi.Mənbə:  Yusif Əlizadə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti
['Rəssamlıq', 'cərəyanlar']
5,578
https://kayzen.az/blog/paint/5796/r%C9%99ssaml%C4%B1qda-c%C9%99r%C9%99yanlar-1.html
Rəssamlıqda cərəyanlar-1
Cavid
Məşhur rəsmlər və rəssamlar
6 iyun 2011, 18:24
Klassik sənət cərəyanı intibah dövründən başlayaraq sənətdə öz ağırlığını qoymuş, bərabərində böyük ustalarmeydana gətirmişdi ki, bu sənətkarların Leonardo Da Vinçi, Botiçelli, Mikelancelo, Buonorotti, Rembrandt, Rubensvə s., onlarla rəssam cərgəsinin adları sənət tarixində olması idi, sənət kitabının çox səhifəsinin boş qalması deməkidi. Bu sənətkarlar hər biri öz fərdi ustalığı ilə ad qazanmışdırlar ki, bunun arxasında böyük zəhmət dayanırdı. Həmdə bu rəssamların çəkdikləri əsərlər sadə əsərlər deyildi. Çoxfiqurlu, mürəkkəb interyerdə, çox predmetli, hər kiçikdetalın ayrıntılı incəliklərinə qədər çəkilməsi, mürəkkəb süjetli səhnələr çox incə zövqlə və məharətlə qurulurdu.Böyük ustalıqla ifa edilən bu əsərlər o qədər reallığa yaxın ifa edilirdi ki, əks olunan səhnə hansı mövzuda olursaolsun, məişət, dini, əyləncə və s. seyr edənlər bu səhnələrdə cövlan edən hadisələrin içində iştirak edirlərmiş kimihəyəcan keçirirdilər. Bunu ifa edən rəssamların ustalıqları insanları valeh edirdi. Klassik rəssamlığın təsir gücü oqədər geniş oldu ki, bu cərəyan dörd-beş əsr öz imperatorluğunu qoruyub saxladı.Bu dövr içində klassik ənənə üzərində bir çox rəngkarlıq qolları yarandı. Bəzən bir az daha cəsarətli formadaortaya çıxan bu qollar özlüyündə əsas klassik strukturu yaşadırdı. Əsrlərdən keçərək, nəhəng bir ağac kimi dərinlərədoğru kök atan ənənəvi klassik rəssamlığı səhnədən sıxışdırmaq üçün köklü bir yeniliyin ortaya çıxması lazım idi.Başqa bir ənənənin olmadığı bir zamanda bu güc haradan alınmalı idi? Əlbətdə ki, klassik üsul təlimi almışrəssamlar bu gücü təbiətdə gördülər və günəşin enerjisini təbiətin rənginə qataraq öz əsərlərinə sızdırmağabaşladılar. Təbii ki, bu tip əsərlərə alışan tamaşaçılar başlanğıcda bunu qəbul etməmişlər və hətta məsxərəyə dəqoymuşdular. Yalnız işlərində qətiyyət göstərən rəssamlar seçdikləi yolun doğruluğuna inanmışlar və sənətdə yenibir cərəyanın başlanğıcını qoymuşlar.Bu cərəyanın gücü nə idiki, sənətdə öz hegemonluğunu qoydu və günümüzə qədər də sevilərək davametməkdədir! Plener yeni başlayan bu cərəyanın əsas meyarı idi. Bitməz, tükənməz energi mənbəyi, sərhəd tanımayanrəng bolluğu, hər şey vardır plenerdə. Çünki təbiətin əslində yaradanı vardır. Heç bir əziyyətə qatlanmağa, özündənsəhnələr qurmağa, mövzu axtarmağa və s.ehtiyac yoxdur. Sadəcə hazırlıq görüb təbiətin qoynuna çıxmaq yetərlidir.Çünki təbiətdə olan enerji və tükənməz genişlik rəssamlar üçün bir xəzinə mənbəyi idi. Ulu yaradanın əsəri olantəbiətin heç bir qrimə ehtiyacı yoxdur. Fəsildən fəslə dəyişən günün hər saatında ayrı bir gözəlliyə bürünən təbiətinəslində hər qarışından bir əsər meydana gətirmək mümkündür. Bunu sadəcə görə bilmək məharəti olmalıdır. Klassiküsluba müharibə elan edən novatorçu rəssamların əsas silahı məhz "plener" idi ki, rəssamlar təbiətin bu möhtəşəmgücünü və gözəlliyini öz əsərlərinə yönəltdilər. Klassisizmdən fərqli olaraq bu üslub o qədər də böyük ustalıq tələbetmirdi (yəni forma baxımından). Klassik ənənələrdən qurtulmaqda olan gənc rəssamlar sərbəstlik əldə etmişdilər,və rahat, sıxılmadan nəfəs alırdılar. Əsasən rəng münasibətlərinə diqqət yetirən rəssamlar bir-birinin ardınca gözələsərlər meydana gətirməkdə idilər. Bu işdə klassisizmi səhnədən endirən kim idi? Yoxsa möhtəşəm təbiətmi? Təbiətyaradılandan bu günə qədər gözəlliyindən heç bir şey itirməmişdir. Bu gözəllikdən bəhrələnməmək məncə ağılsızlıqolar.Rəssamlıq əsərlərinə yeni nəfəs gəlmişdi. Klassik əsərlərin başlıca meyarı olan qaranlıq fonlardan imtinaolunaraq bol işıqlı yumşaq və zəngin rənglərə üstünlük verilirdi. Birdən-birə bu qədər işığa alışıq olmadan rastlaşansənətsevərlər bunun hər halda doğru olmadığına inanırdılar. Amma qısa bir müddət keçdikdən sonra işığa alışangözlər bir daha qaranlığa dönmək istəməyəcəkdirlər. Beləliklə, klassizm tarixin aktiv sənət səhnəsindən düşərəkyerini yeni cərəyanlara təslim etmiş oldu. Yalnız böyük ustalıqlar göstərmiş olan klassik rəssamların məharətləçəkdikləri əsərlərdə yaşamaqdadır. Dünya muzeylərində ən dəyərli sənət nümunələri arasında sayılan bu əsərlərbütün rəssamlar üçün böyük bir məktəb nümunəsi olmaqla dərin bir irs buraxmışdılar. Mənbə:  Yusif ƏlizadəAzərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosentiHəmçinin bax: Rəssamlıqda baş verən cərəyanlar 2
['Rəssamlıq', 'cərəyanlar']
5,579
https://kayzen.az/blog/kulturologiya/5795/az%C9%99rbaycan%C4%B1n-q%C9%99dim-heyk%C9%99ltara%C5%9Fl%C4%B1%C4%9F%C4%B1.html
Azərbaycanın qədim heykəltaraşlığı
Cavid
Kulturologiya (mədəniyyətşünaslıq)
6 iyun 2011, 17:49
Heykəltaraşlığın tarixinə dair mövcüd tədqiqatlar sübüt edir ki, bu sənətin kökləri və mənşəyi ibtidai icmaquruluşu dövründə insanın əmək fəaliyyəti , mənəvi etiqadı, estetik təssəvvürü ilə əlaqədardır. Heyvan və insantəsvirlərindən, qabartmadan ibarət ilk heykəltaraşlıq nümunələri ibtidai insanın daxili aləmi, təbiət qüvvələrinəetiqadı, dünyagörüşü haqqında aydın təsəvvür yaradır. Dünyanın bir sıra ölkələrində aparılmış arxeoloji qazıntılarnəticəsində qədim daş dövrünə aid müxtəlif heykəl nümunələri tapılmışdır. Bəşəriyyətin ən qədim yaşayışməskənlərindən olan Azərbaycan ərazisində də, əkinçilik və maldarlıqla məşqul olan tayfarın mədəniyyəti,incəsənəti, dünyagörüşü barədə zəngin məlumatlar verən nadir heykəltaraşlıq əsərləri əldə edilmişdir. Azərbaycan heykəltaraşlığı öz mənşəyinə görə bir çox tarixi, bədii yaradıcılıq ənənələrinə bağlıdır ki,bunların da kökləri orta daş dövrünə aid Qobustan qəbilələrinə gedib çıxır. Ona görə də tədqiqatçılar mezolitdövrünü təsviri sənətimizin ən qədim mərhələsi hesab edirlər. Daha doğrusu Qobustan qaya təsvirləri bu sahədə ilknümunələr sayıla bilər. Abşeron qaya təsvirlərində yaradılmış qabartmalar isə ilk heykəltaraşlıq əsərlərindəndir. Buəsərlər getdikcə plastika sənətimizin kökünə, qabarıq heykəllərin inkişafına və Abşeronda da daş heykəllərinyaradılmasına təkan vermişdir.Əsasən antropomorf və zoomorf təsvirlərdən ibarət plastika nümunələrinin sayca azlığına baxmayaraq, onlarhəm heykəllərin tarixinin müəyyənləşdirilməsinə, həm də hazırlanma texnologiyasının, üslub xüsusiyyətlətlərinin,ikonoqrafik cizgilərinin öyrənilməsinə imkan vermir. Digər ölkələrin ərazilərindən tapılmış anoloji materiallarınmüqayisəli təhlili sübüt edir ki, Azərbaycanın eneolit və tunc dövrünün əhalisi qədim Şərq incəsənəti ilə tanışimişlər. İncəsənətimizin başqa bir kökü türk xalqlarının bədii təfəkkürü, yaradıcılıq tendensiyaları və dini təsəvvürləriilə bağlı olmuşdur.Eramızın birinci əsrlərinə aid olan Şamaxı rayonundan tapılmış kişi heykəlləri və Tovuz rayonundan tapılmışhun bolluq, artım ilahəsinin fiquru plastika sənətimizin ilk əsərlərindəndir.İncəsənətimizin mənşəyini ancaq dialektik yolla öyrənmək mümkündür. Çox təəssüf ki bu məsələyə metafizikcəhətdən yanaşan bəzi alimlər də vardır. İncəsənətimizin kökləri qədim mədəniyyətimizi müxtəlif ideoloji baxışlarvə təsviri sənət motivləri ilə zənginləşdirilmişdir. Bu mənəvi keyfiyyətlər, bədii nailiyyətlər getdikcə sinkretikləşibvəhdət şəklini alaraq xalqımızın ümumi incəsənət irsinə çevrilmişdir.İbtidai insanlar daş alətlər vasitəsilə özlərinə yemək əldə etmiş, ondan müxtəlif əşyalar düzəltmişlər. İbtidaiinsanların ilk yaşayış məskənləri (mağaralar və s.) daşdan tikilmiş, qadınların ilk bəzəyi, ilk qələm və lövhə dədaşdan hazırlanmışdır. O insanların estetik zövqünün inkişaf etdirilməsində böyük rol oynamışdır. Əbəs deyildir ki,alimlər ən qədim rəsm nümunələrinə daş və qayalar üzərində rast gəlirlər. Elə buna görə də xalqımız uzaq keçmişlərdən tutmuş bu günədək daşı həmişə müqəddəs saymışdır. Alimlərimizin fikrincə, Azərbaycan ərazisindəilahiləşdirilmiş təbii obyektlərdən ən qədimi daş olmuşdur. Dağa, qayaya, mağaralara sitayiş, daşdan müalicəvasitəsi kimi istifadə etmək Azərbaycanda geniş surətdə yayılmışdı. Elmi araşdırmalar göstərmişdir ki, uzaq keçmişlərdə ölkəmizdə daşdan insan, heyvan fiqurları düzəltmək, onların üzərini bəzəmək məhz bu məqsədləedilmişdir.Yurdumuzda daşdan düzəldilmiş və üstü bəzədilmiş daş abidələrin tarixi uzaq keçmişlərə təsadüf edir. Oyma,yonma, cızma üsulu ilə daş üzərində həkk olunmuş təsvirlərinən qədim nümunələrinə hələlik alimlərimiz Ordubad(Gəmi qayası), Abşeron(Mərdəkan, Şüvəlan kəndlərində) və Bakı şəhərindən 60 kilometr cənubda Xəzər dənizininsahilindən bir qədər aralı Qobustan qayaları üzərində rast gəlmişlər.Daşı oyma, yonma, cızma üsulu ilə bəzəməkdən Azərbaycanda orta əsrlərdə də geniş istifadə edilmişdir. Əldəolan materiallar göstərir ki, orta əsrlərdə daş üzərində oyma, yonma, cızma üsulu ilə bəzək açmaq və ya fiqur həkketməklə bərabər, xalq ustaları daşdan müxtəlif məzmunlu heykəllər də düzəldirdilər.Orta əsrlərə aid edilən plastik sənət nümunələrimiz içərisində daş insan fiqurları əsas yer tutur.Şamaxının Dərə-Xınıslı və Dağkolanlı kəndləri yaxınlığından tapılmış heykəllər üslub etibarı ilə bir-birinəbənzəsə də, ayrı-ayrı vəziyyətdə və ölçüdə düzəldilmiş müxtəlif tipli kişi fiqurlarını əks etdirir. Şamaxıdan tapılmışfiqurların ən böyüyünün hündürlüyü 2,23 metr, ən kiçiyinin isə 1,35 metrdir.Heykəllər bir-birindən təxminən 200 m aralı tapılmışdır. 1946-cı ildə tapılmış heykəl dikinə durmuş haldaidisə, ikinci heykəl daş qutu qəbirlərinin üstünü örtən daşlardan lazımı qədər verilmişdır.1946-ci ildə Dərə Xınıslı kəndindən tapılmış birinci daş heykəl xüsusilə maraqlıdır. Yerli əhəng daşındanyonulub düzəldilmiş bu heykəl uca boylu naməlum bir şəxsi təsvir edir. Haqqında bəhs etdiyimiz fiqur bu ərazidəaşkar edilmiş başqa heykəllər kimi başsızdır. Baş yerinin formasından məlum olur ki, fiqurun başı sonralar hansısəbəbə görə isə sındırılmışdır. Fiqurun əllərinin vəziyyəti də bu ərazidə tapılan əksər heykəllərdə olduğu kimidir.Onların əksəriyyətində sol əl ürək, sağ əl isə bel tərəfdə təsvir edilmişdir.Fiqurun bədənində geyim olduğunu bildirən xətlərin izləri görünür. Kürəyinin yuxarı hissəsində bu ərazidəntapılan o biri heykəllərdə olduğu kimi dalğavari xətlər vardır ki, bu da təsvir olunan şəxsin uzun saç saxladığınıgöstərir.İkinci heykəlin mühafizə edilmiş hissəsinin hündürlüyü 1,35 m-dir. 3,5 sm hündürlüyündə olan kursiyyəsinahamvardır və heykəlin dayağı olmadan dik durmasına imkan yaratmır. Buna görə də ehtimal etmək olar ki,heykəlin kursiyyə hissəsini yerə basdırmışlar. Heykəlin ən enli yeri 0,5 m, belinin eni 0, 35 m-dir. Heykəldəmütənasiblik yoxdur. Onun qıcları qısa və kobuddur. Birinci heykəlin ancaq baş və boyunu, sonuncunun döşdənyuxarı hissəsi catmır. Beləliklə, sonuncunun qollarının vəziyyəti məlum deyildir. Hər iki heykəli diqqətlə nəzərdənkecirdikdə, bunların həm boyca və həm də formaca az fərqləndiyi gözə carpır.Xınılslıdan tapılmış birinci daş heykəlin dini əhəmiyyət kəsb etdiyi və büt oldugu inandırıcı dəlillərlə sübütedilmişdir.Güman etmək lazımdır ki, ikinci daş heykəl də eyni məqsəd daşımışdır. Onların dövrünə gəldikdə isə birincidaş heykəlin ən yaxın tarix kimi eramızdan ilk əsrləri, ən qədim tarix kimi isə eramızdan əvvəlki I və bəlkə də ikinciminilliyin olduğu qeyd edilmişdir.İnsan fiqurunu təsvir edən heykəllər içərisində 1973-cü ildə Ağdam rayonunun Boyəhmədli kəndiyaxınlığından tapılmış abidələr xüsusilə diqqəti cəlb edir. Cürətlə demək olar ki, insan fiqurlarını təsvir edən bu heykəllər indiyə qədər Azərbaycan ərazisində tapılanən orijinal plastik sənət örnəklərindəndir. Sxematik, real proporsiyalardan xeyli kənar bir tərzdə yonulubdüzədilməsinə baxmayaraq bu plastik sənət nümunələri öz əzəmətli görünüşü ilə insanı heyran edir. İndi təsəvvüretmək olar ki, azı min, min beş yüz il bundan əvvəl yol ayrıcına və ya hündür təpə üzərinə qoyulmuş bu heykəllər özdövrünün adamlarına necə təsir edirmiş. Xüsusilə fiqurun gözləri, döşünün üstündə qatlanıb yuxarı açılmış əlləri çoxorijinal təsvir edilmişdir. Bu heykəllərin ən böyüyünün hündürlüyü 3 metr, ən kiçiyininki isə 1 metrdir. Həminheykəllər ilk nəzərdə üslub etibarılə Şamaxıdan tapılmış fiqurlardan fərqlənsələr də, onları bir-birinə bənzədən çoxluəlamət vardır. Bunları fiqurların statik duruşunda, əllərinin vəziyyətində, etnik tipində saçlarının uzun olmasında vəs. görmək olur.Azərbaycan ərazisində bu tipli daş fiqurların aşkar edilməsi heç də təsadüfi deyildir. Mənbələr göstərir ki,türkdilli xalqlar islam dinini qəbul etməmişdən qabaq hər bir igidin məzarı üstə insan fiqurlu heykəllər qoyarmışlar.İlk orta əsrlərə aid çin, ərəb, Orta Asiya mənbələrində bu tipli heykəllərin müqəddəs sayıldığı və onlara sitayişedildiyi qeyd olunur.VII əsrdə yaşamış alban tarixçisi Moisey Kaqankatvasi öz "Aqvan tarixi" əsərində Azərbaycan ərazisindəyaşayan tayfaların daşdan heykəllər yonub sitayiş etdiklərini, onların şərəfinə hətta at, qoç, sığır qurbanlarıverdiklərini xüsusi qeyd edir.Tovuz şəhərindən bir xeyli aralı Qəribli kəndi yaxınlığından tapılmış heykəl çox böyük deyildir. Ağ qumdaşdan yonulmuş bu heykəl baş, bədən və ayaqları ilə birlikdə 83 sm-dir.Fiqurun ağzı, çənəsi, gözləri, qulaqları və burnu çox simmetrik şəkildə yonulmuş başına isə 28 sm.,hündürlükdə konusvari papaq qoyulmuşdur.Stilistik baxımdan və baş geyimindən bu fiqur Qazaxıstanda və Semireçiyedə tapılmış heykəlləri xatırladır.Lakin onlardan nisbətən dəqiq işlənməsi ilə fərqlənir.Bu baxımından Şamaxının Dağkolanlı kəndi yaxılığından tapılmış kişı heykəlləri xüsusilə diqqəti cəlb edir.Bunların ən böyüyünün hündürlüyü 2, 26 m., ən kiçiyi isə 1, 35 m. ucalığındadır.Şamaxının Dağkolanlı yaxınlığında "Allahəkbər" deyilən yerdən tapılmış heykəl daha maraqlıdır . Buheykəlin ümumi hündürlüyü 1,35 m., kürəklərinin eni 60 sm-dir. Fiqurun bir az böyük ölcülü başı ümumiyyətləyaxşı yonulmuşdur.Sifəti monqol tipini xatırladır. Sol əli ürəyinin, sağ əli isə qarnının üstündədir. Bədənində geyim olduğunubildirən xətlər vardır.Kürəyinin yuxarı hissəsindən başa tərəf uzanan dalğavari xətlər, təsvir olunan şəxsin uzun saçsaxladığını göstərir. Heykəlin dairəvi yonulmuş altlığı da var. Arxeoloqlar tərəfindən ilk orta əsrlərə aid edilən budaş fiqurda yuxarıda qeyd etdiyimiz abidə kimi mərkəzi Asiya və cənubi - rus çöllərində rast gəlinən monumentalheykəltaraşlıq əsərlərini xatırladır.İnsan fiqurunu təsvir edən heykəllər içərisində 1971-ci ildə Ağdamın Boyaəhmədli kəndi yaxınlığında Gavur-Qala adlanan yerdən tapılmış abidələr xüsusilə maraqlıdır.Cürətlə demək olar ki, insan fiqurlarını təsvir edən bu heykəllər indiyə qədər Azərbaycan ərazisində tapılanən orijinal plastik sənət örnəklərindəndir. Çox sxematik, real proporsiyalardan xeyli kənar bir tərzdə yonulubdüzəldilməsinə baxmayaraq bu plastik sənət nümunələri öz əzəmətli görünüşü ilə insana güclü təsir bağışlayır.Mənbə: Teymur Rzayev Yeditepe Üniversitesi Güzel Sanatlar Fakültəsi, Plastik Sanatlar bölümü öğretim görevlisi, fəlsəfə doktoru
['Heykəltaraşlıq']
5,580
https://kayzen.az/blog/filosoflar/5726/fales.html
Fales
pedaqoq
Filosoflar
6 iyun 2011, 10:03
Qәdim Yunanıstanın yeddi mudrikinin sonuncu nümayәndәsi Falesdir. Fales (e. ә. 625-547) qәdim Yunanıstanın ilk filosofu sayılır. Faleslə başlanan yunan fәlsәfәsi - Еgey fәlsәfәsi, İoniya fәlsәfәsi vә İtalik fәlsәfәsi kimi mәktәblәrә bölünür. Еgey fәlsәfәsi Homer vә Hesiodun mifoloji dünyagörüşlәrindәn, orfiklәrdәn vә nәhayәt, yunan fәlsәfәsi ilә sıх bağlı olan Babil vә Мisir fәlsәfәsindәn bәhs edir. İoniya mәktәbinә Fales, Аnaksimandr, Аnaksimen, Аnaksaqor, Heraklit vә başqaları daхildir. İtalik fәlsәfi mәktәbindә isә Pifaqor, Filolay, Parmenid, Zenon vә başqaları var. Qәdim yunan әfsanәlәrinin birindә deyilir ki, bir dәfә allah Hefest qızıldan üçayaq hazırlayır. Аncaq onu oğurlayıb Koss dәnizinә atırlar. Мilet balıqçıları onu dәnizdәn çıхaranda kosslularla aralarında mübahisә düşür. Mübahisəni hәll etmәk üçün Delf kahininә müraciәt edәrkәn kahin onlara deyir: - Gәrәk üçayaq әn müdrik adamın evindә olsun. Yeddi müdrikin hәr birinә tәqdim edәndә o başqasına göndәrir. Belәliklә, qızıl üçayaq ikinci dәfә Falesә qayıdır. Platon vә Аristoteldәn bәri bütün mütəfəkkirlər onu ilk filosof hesab edirlәr. Fales Мilet şәhәrindә әsil-nәsibli ailәdә doğulub. Cavanlığında Мisirә, Babilә sәyahәti nәticәsindә riyaziyyatı, hәndәsәni, astronomiyanı öyrәnmiş, onları vәtәnindә tәtbiq etmişdir. Ticarәtlә mәşğul olub çoхlu sәrvәt qazanmış vә azad, sәrbәst ömür sürmüşdür. 78 yaşında idman yarışlarına tamaşa edәrkәn ölmüşdür. Rәvayәtә görә, e. ә. 585-ci ildә günәşin tutulmasını qabaqcadan ilk dәfә o хәbәr vermişdir. Dövlәt mәsәlәlәrindә uzaqgörənliyi sayәsindә İoniya şәhərlәrini bir çoх fәlakәtlәrdәn хilas etmişdir. Rәvayәtә görә, Мisir ehramlarının hündürlüyünü ilk dәfә Fales ölçmüşdür. O bunu insanın kölgәsinin boyu ilә eyni uzunluqda olanda ölçüb öyrәnmişdir. O, suyun canlı alәmin әsasında durduğunu demәklә kosmoqonik ideyanın yaradıcısı olmuş vә buna görә dә ellin fәlsәfәsinin banisi sayılır. АFORİZМLӘRİ Fales deyәndә ki, hәyatla ölümün heç bir fәrqi yoхdur, eşidәnlәrdәn biri soruşur: - Bәs onda niyә ölmürsәn? - Çünki fәrqi yoхdur. * * * - Әn ağlasığmaz şey nәdir? - Tiranı qoca görmәk. * * * Әn güclü şey nәdir? - Zәrurәt. * * * - Hamı üçün ümumi olan nәdir? - Ümid. * * * - Әn çәtin şey nәdir? - Öz-özünü dәrk etmәk. * * * - Әn asan şey nәdir? - Başqasına mәslәhәt vermәk. * * * - Bәdbәхtliyi nә vaхt yüngül keçirmәk olar? - Düşmәnini daha pis vәziyyәtdә görәndә. Müəllif: Əlisa Nicat Mənbə: 100 böyük filosof
['Fales', 'filosof']
5,581
https://kayzen.az/blog/turizm/5794/misir.html
Misir
Zahid_GDMLI
Turizm
5 iyun 2011, 23:32
Misir - dünyada turistlərin ən çox diqqətini cəlb edən ölkələrdəndir. Şarm əl Şeyx Misirin səhralıq mənzərələri ilə Sinay yarımadasının cənubunda yerləşən kurortdur. Planetin ən təmiz məkanlarından biridir; burada mərcan flora və faunasının inkişafı üçün geniş imkanlar var. Bura sualtı ekzotikanı sevənlər üçün əsl cənnətdir. Burada həyat qaynayır, dünyanın dörd tərəfindən gələn turistlər şəhərə ayrıca gözəllik qatır. Misirdə xidmət əladır, çaypulu verməsən də olar, ancaq onların gəliri elə bundan çıxır. Xidmətçilər sakit, gülərüzdülər. Hava: Misirdə iqlimi qurudur, ona görə də tərləmirsən. Zəif külək əsir. Hər yanda kondisionerlər işləyir. Ola bilsin, biz Cənubdanıq, ona görə orqanizmimiz istiyə alışıb.Su: Həmişə susuzluq hissi keçirirsən. Oteldə bir şüşə su 8 funta, şəhərin marketlərində isə 1,5 və ya 2 funtdur. Buna görə də xərcə düşməmək üçün şəhərə gəzməyə çıxanda özünüzə su alın.Şarm əl Şeyx şəhərinin mərkəzi sayılan Naamy Bay şəhərin mirvarisi adlandırılır. Burada bir-birindən gözəl mağazalar, supermarketlər, restoranlar, kazino və 32 otel yerləşir. Naamy Bay diskotekaları ilə də məşhurdur - Hard Rock, Bus Stop, Mexican Bar, MDM, Castle. Gecə saat 2-3-ə qədər küçələr adamlarla dolu olur. Şarm əl Şeyx turizm şəhəri olduğundan, sərbəst geyinə bilərsiniz. Ancaqpaytaxt Qahirəyə gedəndə bağlı geyinmək lazımdır: şalvar, açıqrəngli uzun don, rahat ayaqqabı, başınızı mütləq bağlayın, gün vurmasın deyə. Qoruyucu krem də götürməyi unutmayın. Birdən qaralmaq eşqi ilə günün altında oturarsınız, əsla belə etməyin. Günün altında çox dayanmayın, heç az da dayanmayın. Çünki iki dəqiqəyə yana bilərsiniz. Burada turistlərin ən çox bəyəndiyi şeylərdən biri də qara xınadan edilən döymələrdir. Müddəti bir həftə olan döymələrin qiymət isə 5-10 dollardır. Misirdə işıqforlar yoxdur. Bir neçəsi var idi, onlar da işləmir.Maşınların minimal sürəti 100-120 km/saatdır. Qahirə Afrika kontinentinin keçmişlə müasirliyin uğurlu sintezi olan ən böyük şəhəridir.Avtobus turistləri gecə saat 1-də götürür. Avtobuslar hündür, rahat və hamısı da təzədir. Ancaq bunlara baxmayaraq, 12 saatlıq yol adamı yorur. Məsləhət: imkan varsa, özünüzlə yastıq və yorğan götürün. Çünki avtobusda dayanmadan işləyən kondisionerlər sizi dondura bilər. Ekskursiya proqramına Piramidalar, Sfinks, Misir Milli Muzeyi, parfüm muzeyi, papirus fabrikini gəzmək daxildir. Əgər Piramidaların içinə daxil olmaq istəsəniz, 20 dollar ödəməlisiniz. Ikigünlük ekskursiyaya həmçinin Məhəmməd Əli məscidini və Xan əl Xəlil bazarını ziyarət daxildir. Unudulmaz təəssüratlardan biri də, Nilboyu səyahət olacaq. Gözəl teploxod, dadlı mətbəx, Şərq musiqisi və dünyaşöhrətli Nil. Teploxoddan gözəl otellər, qədim binalar görünür. Təcrübəli təlimatçının köməyi ilə dördtəkərli motosikletdə siz Sinay səhrasına gedəcəksiniz. Bu zaman unudulmaz mənzərələr- Sinay dağlarını, səhraları görəcəksiniz. Delfinari: Şəhərin ən maraqlı məkanlarındandır. Burada fotoaparat və kameradan istifadə etməyə icazə verilir. Delfinlərlə bərabər üzmək isə nə az, nə çox düz - 85 dollara idi.Tiran adasına səyahət 20 dollara başa gəlir. Tiran adasına yaxtada 2 saata çatmaq mümkündür. Üzməyi yaxşı bacarmırsınızca, özünüzə xilasedici jilet götürün (10 dollar). Ancaq çimərlikdə xilasedici jilet daha ucuzdur. Su şəffafdır, 25, 40, 60 metr dərinlikdə dənizin dibi görünürdü. Ancaq riflər adamı hərəkət etməyə qoymurdu. Bunun üçün sualtı ayaqqabılar (aquashoes) ala bilərsiniz, baha deyil. Həmçinin, sualtı birdəfəlik fotoaparat da ala bilərsiniz. Misirlilər qonaqpərvər və şən insanlardır. Bu xoş əhval-ruhiyyə Misirə gələn turistlərə də sirayət edir. Bütün bu gözəlliklər bir dəfə Misirə gedən insanı bir daha oraya qayıtmağa sövq edir.
['Misir', 'piramida']
5,582
https://kayzen.az/blog/informatika/5782/informatikan%C4%B1n-tarixi.html
İnformatikanın tarixi
Vlad
İnformatika
5 iyun 2011, 17:30
Ən qədim say aləti kimi eramızdan 30 min il əvvəl istifadə edilmiş (Çexiyada tapılmış) “vestonis sümükləri” hesab edilir. Eramızın V və VI əsrində qədim Romada istifadə edilən abak da ilk say alətlərindən hesab edilir. Qədim Çində VI əsrdə istifadə olunan suan-pan (hesablama lövhəsi), XV –XVI əsrlərdəYaponiyada isə soroban adlandırılmış alətlər də qədim say alətləri hesab edilirlər. Qədim Babil, Misir, sonralar isə Yunanıstanda ədədləri göstərmək üçün müəyyən işarələrdən istifadə etməyə başlayırlar. Amma ədədlərin yazılışı o qədər də mükəm­məl deyildi, onlardan istifadə edərək əməliyyat aparmaq yalnız xüsusi savada malik adamlara nəsib idi. İlk sadə mexaniki hesablama maşını 1623-cü ildə alman alimi Vilhelm Şikkard tərəfindən hazırlanır. Bu maşının köməyi ilə toplama və çıxma əməlləri aparmaq mümkün idi. İxtiraçı öz məktublarında hesablama maşınını "Saatlarla cəmləyən" adlandırmışdır. Təəssüf ki, nə maşının özü, nə də ona aid olan sənədlər bizim dövrümüzə gəlib çatmamışdır. 1641-ci ildə fransız mexaniki Blez Paskal dörd riyazi əməli (vurma, bölmə, toplama, çıxma) yerinə yetirə bilən çarxlı mexaniki hesablama maşını düzəldir və bir il sonra bu maşını nümayiş etdirir. Bu maşından o dövrdə vergilərin yığılması zamanı hesabatlar aparmaq üçün müvəffəqiyyətlə istifadə edilirdi. 1694-cü ildə görkəmli alman riyaziyyatçısı və filosofu Qotfrid Vilhelm Leybnis daha da təkmilləşdirilmiş, dörd hesab, həmçinin qüvvətə yüksəltmə və kvadrat kökalma əməllərini yerinə yetirən hesablayıcı mexanizm düzəldir. Universal hesablama maşınının yaradılması ideyası görkəmli ingilis alimi Çarlz Bebbicə mənsubdur. Bu ideyaya görə hesablama maşını "dəyirman"dan (yəni riyazi-məntiqi qurğudan) və "anbar"dan (yəni yaddaş qurğusundan) ibarət olmalı idi. Bundan əlavə verilənləri maşına daxil etmək üçün perfokartdan istifadə edilməli idi. Ç.Bebbicin 40 ilə yaxın əmək sərf edərək düzəltdiyi hesablama maşını müasir dövrdə istifadə olunan hesablama maşınlarına daxil olan bütün komponentləri özündə təzahür etdirirdi. Alimin düzəltdiyi maşının ilk proqramçısı, həmçini onun şagirdi və yaxın köməkçisi məşhur ingilis şairi Çon Bayronun qızı Ada Avqusta Levleyst idi. O, Ç.Bebbicin məsləhəti ilə Bernulli ədədinin hesablama maşınında hesablanması üçün iki dəyişənli iki xətti xətti tənliklər sisteminin həllinin ilk proqramını tərtib etmiş və bu proqramın köməyi ilə sistemi həll etmişdir. Onun tələbi və məsləhəti ilə «İşçi oyuq» və "dövr" kimi proqramlaşdırma terminləri ilk dəfə hesablama texnikası elmində istifadə edilmişdir. 1930-cu ilin əvvəlində Almaniyada gənc mütəxəssis Konrad Zuze bir neçə min telefon releləri əsasında binar kodlardan və riyazi məntiq aparatından istifadə etməklə avtomatik hesablama maşını yaradır. Onun yaratdığı hesablama maşınında istifadə edilən relelərin açılıb-bağlanması avtomatik olaraq yerinə yetirilirdi. 1936-cı ildə Kembric universitetinin gənc riyaziyatçısı, 24 yaşlı Alan Tyurinq proqramla idarə edilən, müxtəlif sahələrə yararlı olan hesablama maşının yaradılmasının mümkünlüyünü sübut edir. Bunun nəticəsində süni intellekt yaradıl­masının ilk konsepsiyası baş verir. Gənc alimin rəhbərliyi ilə 1940-cı illərin əvvəllərində dünyada ilk elektron hesablama maşını yaradılır. Bu maşının köməyi ilə ikinci dünya müharibəsi illərində Böyük Britaniya kəşfiyyat idarəsi müəyyən gizli işləri və tapşırıqları həyata keçirmək üçün istifadə edir. Edilmiş kəşf uzun illər sirr olaraq qalır və nəhayat 1975-ci ildə agah olur. Məhz ona görə də hesablama texnikasına aid olan əksər ədəbiyyatlarda ilk elektron hesablama maşınının 1945-ci ildə ABŞ-da yaradıldığı göstərilir. 1945-ci ilin axırlarında fizik Atanasovun ideyası əsasında Amerika alimlərindən C. Mouçli və C. Ekkert ilk elektron rəqəm hesablama maşını düzəldir. Hesablama maşınına "ENIAC" (Elektron Numerical Inteqrator And Calculator) adı verilir. "ENIAC"-ın daxili 20000 elektron lampasından və 15000 reledən ibarət idi. Hesablama maşını bir saniyə ərzində 300 vurma və 500 toplama əməliyyatlarını yerinə yetirirdi. Rəqəm hesablama maşınının tələb et­diyi güc 150 kilovata bərabər idi. Hesablama maşını ondan xeyli əvvəl düzəldilmiş "Mark 1" və "Mark 2" hesablama maşınlarından min dəfə sürətlə hesablama işlərini yerinə yetirirdi. Maşının mənfi cəhəti proqramın hesablama maşınına daxil edilməsi prosesinin çox vaxt aparması idi. Bu prosesi azaltmaq məqsədi ilə alimlər proqramı yaddaşında saxlaya biləcək yeni hesablama maşınının hazırlanmasına başlayırlar. Layihənin elmi əsaslar üzərində qurulmasına nail olmaq məqsədilə hesablama maşınının hazırlanma prosesinə o dövrün görkəmli riyaziyatçısı Con fon Neyman da dəvət olunur. Görkəmli alim həmin ildə hesablama maşınının iş prinsipi barədə ətraflı məruzə hazırlayır. Məruzə bu işlə məşğul olan digər alimlərə də göndərilir və hamı tərəfindən bəyənilir. Buna əsas səbəb fon Neymanın təklif etdiyi hesablama maşınının iş prinsipinin sadəliyi və universallığı idi. Con fon Neyman prinsipi əsasında işləyən ilk hesablama maşını 1949-cu ildə ingilis tədqiqatçısı Moris Uilksin tərəfindən düzəldilir. İstər həmin ərəfədə, istərsə də sonrakı dövrlərdə təkmilləşərək düzəldilmiş bütün hesablama maşınlarının iş prinsipi fon Neymanın təklif etdiyi prinsipə əsaslanırdı. Con fon Neymanın hesablama maşınının iş prinsipində əsas İdeya bundan ibarət idi: informasiyanı təhlil edəcək hesablama maşını effektif işləməsi ilə yanaşı universal olmalıdır. Universal hesablama maşını aşağıdakı qurğulardan ibarət olmalıdır: -riyazi və məntiqi əməliyyatları yerinə yetirən hesab-məntiq qurğusu;     -proqramın icra olunma prosesini təşkil edən idarəetmə qurğusu; -verilənləri və proqramları yaddaşında saxlaya biləcək yaddaş qurgusu. Hesablama maşınrnın yaddaşında təhlil edilmiş verilənlərin və ya proqramların saxlanılmasından ötrü yaddaşın yuvalarını nömrələmək nəzərdə tutulurdu və bununla yanaşı digər qurğuların da yaddaşa müraciəti sadələşdirilməli idi. İstənilən xarici qurğudan maşının yaddaşına proqram daxil edilir. İdarəetmə qurğusu yaddaşdakı proqramı nəzərə alaraq onun icra olunmasını təşkil edir. Daxil edilmiş əmrlərə uyğun olaraq riyazi-məntiqi qurğu riyazi və məntiqi hesablamaları yerinə yetirir. Beləliklə hesablama maşını insanın köməyi olmadan hesablama işlərini həyata keçirir. EHM-lərin aşağıdakı nəsilləri var: EHM-lərin nəsilləri Elektron lampalar üzərində qurulmuş bütün hesablama maşınlarını birinci nəslə aid edirlər. Bu nəsil hesablama maşınları 1945-1950-ci illəri əhatə edirlər.    1948-ci ildə tranzistorun ixtira edilməsi, bir neçə il sonra, təxminən 1955-ci ildə tranziızistorlar üzərində qurulmuş ikinci nəsil elektron hesablama maşınlarının yaranmasına gətirib çıxarmışdır. Üçüncü nəsil hesablama maşınları 1960-68-ci illəri əhatə edir. 1964-cü ildən başlayaraq inteqral sxemlərin əsasında qurulmuş  hesablama maşınlarını üçüncü nəslə aid etmək olar. İnteqral sxemlərin hesablama texnikasında istifadəsi hesablama maşınlarının ölçülərinin kiçilməsinə, etibarlığının artmasına, tələb etdiyi enerjinin azalmasma və s. texniki göstəricilərinin yaxşılaşdırılmasına səbəb oldu. 1971-ci ildə ABŞ-da və digər inkişaf etmiş kapitalist ölkələrində yeni inteqral sxemlərdən istifadə etməklə EHM-lər ixtira olunur. Belə inteqral sxemlerin daxilində onlarla, yüzlərlə, hətta minlərlə tranzistor elementi yerləşdirmək mümkün olur. Onlara texnikada böyük inteqral sxemlər (BİS) deyirlər. BİS-in yaranması yeni nəsil - dördüncü nəsil hesablama maşınlarının, mikroEHM- (mikrokompüterlərin) yaranmasına səbəb oldu. Keçən əsrin sonuncu onilliyində inkişaf etmiş kapitalist ölkələrində beşinci nəslə aid hesablama maşınları barəsində müxtəlif layihələr irəli  sürülmüş və işlənib hazırlanmışdır. Ümumiyyətlə, bu nəsil hesablama maşınlarının yaradilması layihəsi 1979-cu ildə Yaponiya mütəxəssisləri tərəfindən irəli sürülmüşdür. Sonrakı illərdə belə layihələr ABŞ və Qərbi Avropa ölkələrində də işlənib hazırlanmışdır. Beşinci nəsil hesablama maşınlarının istifadəçi ilə öz aralarında yeni münasibət yaradacaqları nəzərdə tutulmuşdur. Bu nəsil elektron hesablama maşınları keçən əsrin 90-cı illərində yaradılmışdır və təkmilləşdirilməkdə davam etdirilir. Beşinci nəsil hesablama maşınlarında biliklərin səmərili işlənməsi sisteminin yaradılmasına imkan verən onlarla paralel işləyən mikroprosessorlardan, həmçinin eyni zamanda onlarla əmr proqramlarını həyata keçirə bilən paralel (vektor) quruluşlu daha mürəkkəb mikroprosessorlardan geniş istifadə edilmişdir. Gələcəkdə altıncı nəslə aid hesablama maşınlarının hazırlanması və, tətbiqi nəzərdə tutulmuşdur. Belə hesablama maşınlarında müasır, kompüterlərin imkanla­rından kənarda olan, həll edilməsi çətinlik törədən bütün məsələlərin həll olunması nəzərdə tutulur. Altıncı nəsil hesablama maşınları öptık-elektron elementləri bazası üzərində qurulacaq və onların işləmə sürəti çox böyük olacaqdır. Onların işləməsi üçün lazım olan enerjini elektronlardan daha sürətli olan fotonlar həyata keçirəcəkdir. Altıncı nəsil kompüterlər təbii dili başa düşməlidir. Bunun üçün onların "çox şeyi bilmələri və bacarmaları" lazımdır. Biliklərə malik olaraq onları işləyib təhlil etmək, istifadəçinin istənilən sorğusuna ləngimədən və ətraflı cavab vermək və s. üçün kompüterlerin işləmə sürətlərinin yüksək olması vacibdir. Mütəxəssislər tərəfindən təxmini hesablanmışdır ki, yerinə yetirəcək bütün işləri dəqiq həyata keçirməkdən ötrü onlar bir saniyədə trilyonlarla əməliyyatı (müasir dövrdə istifadə edilən fərdi kompüterlərdən milyonlarla dəfə çox) aparmalıdırlar. İntellektual, yəni şüurlu kompüterlərin yaradılması üçün də ciddi elmi tədqiqatlar aparılır. Kompüterlərin şüurunu insanın şüurundan fərqləndirməkdən ötrü onu süni intellekt adlandırmaq qəbul olunmuşdur. Altıncı nəsil kompüterlərdə informasiyanın işlən­məsinin insan beynində olduğu kimi həyata keçirilməsi məsələsi tədqiqatçılar arasında böyük marağa səbəb olmuşdur. Nəticədə çox mikroprosessorun («neyron»un) birgə işləyəcəyi kompüterlərin yaradılması nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, mikroprosessorların informasiyanı təhlil etmə sürətləri neyronunkuna nisbətən aşağı olmasına baxmayaraq onlarm birgə işləməsi nəticəsində hazırlanacaq kompüterlərin məhsuldarlığını xeyli artırmaq mümkün olacaqdır. Bu nəslə aid olan optik elementlər əsasında yaradılan kompüterlərə də böyük ümüdlər bəslənilir. Elmi tədqiqatlar əsasında nəzəri hesablamalar göstərir ki, optik kompüterlər bir saniyə ərzində yüzlərlə trilyon əməliyyat yerinə yetirə biləcəklər. Belə kompüterlərdə ən mürəkkəb məsələləri həll etmək mümkün olacaqdır. Bu nəslə aid hazırlanan kompüterlərdə digər istiqamət molekulyar biologiyanın tətbiqi ilə bağlıdır. Belə kompüterlərin tərkibində molekulyar və molekul qruplarından istifadə etmək nəzərdə tutulmuşdur.
['informatika']
5,583
https://kayzen.az/blog/346/5777/xalao%C4%9Flusu-olmayan-q%C4%B1zlar%C4%B1n-qar%C4%B1mas%C4%B1.html
Xalaoğlusu olmayan qızların qarıması
ORIGINAL
346 saylı marşrut
5 iyun 2011, 00:34
Rəfiqəm Zənurə deyir ki, onun doğulub-böyüdüyü əyalətdə evində yeddi qızı olan ailələrin qapısını nadirən elçilər döyür. Hansı məntiqlə? O məntiqlə ki, yeddi qızı olan kişi üçün qızları heç bir əhəmiyyət kəsb etmir. Yəni yeddi qızı olan ata-ana nə yaxşı cehiz verəcəklər, nə də düz-əməlli qaynatalıq-qaynanalıq edə biləcəklər. Sərt məntiqdir. Amma azərbaycanlı məntiqidir. Əvəzində çoxlu qardaşın tək bacıları gələn elçilər sarıdan kefdədirlər. Elçilər bu tək bacılardan ötəri lap qapının dabanını çıxarırlar. Nəinki uzaq əyalətlərdə, hətta bizim doğma Bakımızda da ailənin sonuncu, yaxud tək oğluna qızlar bir göz qırpımında ərə gedirlər. Lap gözlərini yumub gedirlər. Yenə qəribə azərbaycanlı məntiqiylə ki, ata-ananın mənzili evin sonbeşik oğluna qalacaq. “Bəh-bəh! Ata-anadır da, onlar da bu gün-sabahlıqdırlar, dünyanı tutub getməyəcəklər ki. O boyda ev-eşik, cah-cəlal kimə qalacaq, əlbəəttə sənə”. Qız tərəfindən qohum-əqrəbanın qıza verdiyi öyüd-nəsihətdən bu da sizə bir cümlə! Ən çox qarımağa namizəd qızlar yaşıd xalası oğlu olmayan qızlardır. Bibioğlular, əmioğlular, dayıoğlular bir yanadır, xalaoğlular bir yana. Baldızqızı, qayınqızı, hətta qardaşqızlarını belə özünə yaxın qoymayan gələcək qaynanalar ancaq və ancaq bacıqızlarını oğullarına və özlərinə layiq görürlər. Narkoman, əyyaş oğullarına belə bacısı qızlarını alıb bacı uşağını bədbəxt edən nə analar var bizim Gülüstanda! Çox vaxt da “çörəyi yada verincə, öz bacımın balasına verərəm!” məntiqiylə. Qardaşı olmayan sonbeşik qızlar da ər tapmaq sarıdan kefdədirlər. Yenə azərbaycanlı başı burda yaxşı çalışır ki, qardaşı yoxdur, onların gələcək gəlinləri yeganə varis ola bilər. Görəsən, azərbaycanlılar çox kasıb olduqlarına görə bu axmaq düşüncələrin arxasınca qaçırlar? Yoxsa onlar doğrudan da bu qədər düşüncəsizdirlər? Şəxsən bir azərbaycanlı olaraq, mən özüm bu suala cavab tapmaqda çətinlik çəkirəm. Yaxşı ki, gənclər arasında müasir düşüncəli gənclər də var. Bu gənclər ruhuna və beyninə uyacaq birini hər yerdə axtarırlar. Təkcə qohumlar arasında, xalaların, bibilərin daşıyıb gətirdiyi cürbəcür qız-oğlan fotolarının arasında, şadlıq evlərində deyil. Kitabxanalarda, internet forumlarda, yaradıcılıq evlərində, sərgi salonlarında. Mən uşaqlıqda ata-anamla birgə baxdığım “Bobbi” adlı məhşur hind filmindən başqa heç yerdə nə gördüm, nə eşitdim ki, hansısa ailənin təməli kitabxanada qurulub. Orta statistik azərbaycanlının məntiqinə görə internetdə, kitabxanada, təsadüfi tanışlıqlar qurmaq düzgün deyil. Hətta onlar belə deyirlər: “əxlaqlı qızlar heç vaxt təsadüfi adamlarla tanış olmazlar”. Azərbaycanlı valideynlər övladlarının gizli sevgisindən xəbər tutanda az qala bu xəbəri faciə kimi qarşılayırlar. Axı hər birinin öz gözaltısı var doğma balası üçün. Aman, görəsən, onlar indi harda səhvə yol veriblər ki, əziz qızları, ya oğulları kiminsə toruna düşüb?! İlk təşviş dolu sual bu olur. Hardan tapmısan onu? Haralıdır? Hansı kənddəndi? Kimlərdəndi? Ata-anası kimdi? Nəçidirlər? Atası nə işləyir? Hə, alınan cavablar faciəli deyilsə, yalnız sonuncu sual əsl qəhrəmanın özünə aid olur. Evi, işi var? Ev qızıdı, təmiz qızdı? Bu ev qızı söhbəti də yaman mırt söhbətdi. Əyalətlərdə bu soruşdurma, araşdırma ucbatından onlarla qız evdə qalıb. Yadımdadı, dayım evlənmək istəyirdi. Yazıq kimin adını tuturdusa, nənəm balağını əlinə alıb araşdırma dalınca yollanırdı. Üç gün keçməmiş həmin qızın nəsil-nəcabətində mütləq bir ayağısürüşkənlik, boşluq tapır, dayımı sevdasından vaz keçirirdi. Dayımın evlənmək istədiyi qızlardan gah birinin xalası əxlaqsız çıxırdı, digərinin əmisi qız zorlamışdı, o birisinin anası həyasız idi, bir başqasının bacısı gedib-qayıtmışdı. Söhbətə bax, ay Allah! Beləcə axırda dayım bezdi, “gedin, kimi istəyirsiniz, bəyənin, alın” — deyə nənəmin ürəyindən tikan çıxartdı. Azərbaycanlı heç bir sahədə bu qədər ciddi olmur. Ailə qurmaq məsələsinə gələndə, azərbaycanlı qətiyyən səhv etmək istəmir. Onların tikdiyi körpülər yıxılsa, binalar uçsa, məktəblər dağılsa, meşələri alovlansa, çayları qurusa, əsla bu qədər təşvişə düşməzlər. Qurduqları ailələr çox möhkəm olmalıdır. Əslində bu pis cəhət deyil. Amma kaş ki, azərbaycanlılar bütün sahələrdə bu qədər canfəşanlıq, götür-qoy edəydilər, yüz ölçüb bir biçəydilər. Ərimin iş yoldaşları arasında bir kişi var. Bu yaxınlarda toyu idi. Amma toy günü şadlıq evindəcə toyları əsl qalmaqala çevrildi. Gəlinlə-bəy elə ordaca ayrıldılar. Çox gülməli bir səbəbdən. Gəlin toyda öz xalası oğluyla vals oynadığına görə. Azərbaycanlının evlənmə məsələsində əsas şərtlərindən biri də gəlinin bakirəlik məsələsidir. Bu yaxınlarda internet forumlarında bu məsələnin gəncləri Qarabağ savaşından daha çox məşğul etdiyinin şahidi oldum. Bütün qızlar-oğlanlar med. forumdakı həkimə xorla bir sual ünvanlayırdılar. Qızlar: “Anadangəlmə qızlıq pərdəsi olmaya bilərmi, bunu necə yoxlaya bilərəm. Çox narahatam”. Oğlanlar: “Toy gecəsi necə təyin etmək olar ki, gəlinin qızlıq pərdəsi əsl qızlıq pərdəsidir, yoxsa nə vaxtsa tikdirib? Qabaqcadan evlənmək istədiyin qızı həkimə aparıb müayinə elətdirmək etik deyil. Belədə, bəs bunu necə bilmək olar?” Səhiyyə Nazirliyi ailə qurmağa hazırlaşan gənc oğlan və qızlara həkim müayinəsindən keçməyi tövsiyyə edir. Bu boyda ciddi məsələni çox nadir insanlarımız nəzərə alır. Onları maraqlandıran əsas məsələlər dedi-qodu söhbətləri, cehiz, mal-mülk məsələləri və bakirəlikdir. Və üstəgəl qız evinin və oğlan evinin irəli sürdüyü min cür axmaq şərt. Toy filan restoranda olmalıdır, filan qızıldan gəlməlidir və s. Çox sevdiyim “Bəyin oğurlanması” filmində rejissor toy adətlərimizə həm də ironik nəzər gəzdirir. Bir-birini sevən cütlük qızın atasının tərsliyi ucbatından vüsala çata bilmirlər. Filmin sonlarına doğru əsl səbəb ortaya çıxır. Qızın atası gəncliyində oğlanın anasına vurulubmuş. Azərbaycanlıların ölüm-dirim məsələlərindən birincisi, bütün dedi-qodu söhbətlərinin də giriş mövzusu evlənmək məsələsidir. Və azərbaycanlıların ən çox sevdiyim atalar sözü də budur: “Qonşum qonşu olsa, kor qızım ərə gedər”. Əlbəttə, onların hər biri özünün yaxşı qonşu olub-olmadığı haqqında düşünmürlər. Bu yaxınlarda “Çox film hareketler bunlar” adlı yeni türk komediya-filminə baxdım. İçində maraqlı bir süjet vardı. Buraxılış gecəsinə getməyə hazırlaşan gənc qız gecəyə geymək üçün seçdiyi paltarı anasına göstərib soruşur: “Anne, ben bu elbiseyi giysem, bir sakıncası olmaz ki? Akşam da ola bilsin gec qaldım bir az. Amma merak etme. Okul arkadaşım beni eve ötürecek”. Anası tərəddüdlə deyir: “Kızım, vallahi, ben bir şey demiyorum. Amma el-alem nə deyer?” Qız paltar əlində qapı-qapı düşüb bütün qonşularının qapısını bircə-bircə döyür, anasına verdiyi sualı onlara da ünvanlayır. Biz azərbaycanlılar evlənməmişdən qabaq da eynən bu cür qapı-qapı düşüb başqalarından soruşuruq: “Filankəslə evlənmək, filankəsə ərə getmək istəyirəm, sizin bu barədə fikriniz nədir? Sizcə, o, yaxşı namizəddir, ya yox?” Müəllif: Sevinc Pərvanə Həmçinin bax: Nikah haqqinda Tez evlənmək (erkən nikah)
['tənqid', 'reallıq', 'evlənmə', 'nigah', 'adət-ənənə', 'milli mentalitet', 'Azərbaycan reallıqları', 'düşüklük', 'nikah', 'ərə getmək', 'Sevinc Pərvanə', 'ere getmek']
5,584
https://kayzen.az/blog/psixologiya/5759/d%C3%BC%C5%9F%C3%BCnc%C9%99l%C9%99rimiz%C9%99-diqq%C9%99t-yetir%C9%99k.html
Düşüncələrimizə diqqət yetirək!
ORIGINAL
Psixologiya
4 iyun 2011, 14:48
Amerikada,Texas əyalətində qalan bir ailənin 11 yaşlı övladı televizorda futbol seyr edən atasının diqqətini özünə cəlb etmək istəyir. Və oyuncaqlarını ona göstərmək istəyir. “ Get başımdan ” - deyən atasının sözündən pis olan uşaq öz otağına gedir. Və bir az sonra yenidən atasının yanına gəldiyi zaman, atası daha da hirslənir. Və “ niyə gedib özünü vurmursan? ” – deyir. Uşaq otaqdan çıxır və silah səsi eşidilir, uşaq özünü qətlə yetirir... Digər bir həyat hekayəsinə nəzər salaq. Türkiyədə tətilə gedən cavan bir oğlan yolda qəza keçirmiş ,lazımsız,atılmış bir maşın gördükdə ağlına dostları ilə zarafat etmək gəlir. O maşının içərisinə daxil olub , arxa oturacaqda ölmüş kimi poza verərək, şəkil çəkdirir. Cavan oğlan tətildən qayıdanda bu şəkli dostlarına göstərib, “ Qəza keçirdim və öldüm. Baxın bu da mənim ölüm şəklim ” – deyir. Bir neçə ay sonra bayram münasibəti ilə nənə - babasını təbrik etmək üçün o ailəsi ilə birgə başqa bir əyalətə gedir. Maşını atası idarə edirdi. Yolda baş verən qəza zamanı cavan oğlan eyniylə 7 ay öncə çəkdirdiyi bir şəkli özü də istəmədən gerçəkləşdirir. Ona görə də insanlar öz düşüncələrinə diqqət yetirməlidirlər, çünki düşüncələr gerçəkləşə bilər...
['düşüncələr', 'psixologiya']
5,585
https://kayzen.az/blog/edebiyyat/3817/mister-%C3%A7oxbilmi%C5%9F-%7C-somerset-moem.html
Mister çoxbilmiş | Somerset Moem
Muza
Ədəbiyyat
4 iyun 2011, 01:37
Maks Keladanı tanımazdan əvvəl ondan xoşum gəlməmişdi. Müharibə yenicə qurtarmışdı deyə, okean laynerləri sərnişinlərlə dolu idi. Kayutlarda yer tapılmırdı. Tanışlıqla iki nəfərlik kayutdan bir yataq yeri ala bilmişdim. Amma kayut yoldaşımın adını öyrənəndə əsəbiləşdim. Yaxından tanımasam da, onun adından da, özündən də zəhləm getdi. Lakin on dörd günü kayutda tək keçirmək də mümkün deyildi (San-Fransiskodan Yokohamaya gedirdim). Əgər bu yol yoldaşımın adı Smit, yaxud Braun olsaydı, bəlkə də daha az əsəbiləşərdim. Amma neyləməli? Kayuta gələndə Mister Keladanın yük çantası artıq orada idi. Hətta çantanın da görünüşü xoşuma gəlmədi. Onun üstünə çoxlu etiketlər yapışdırılmışdı. Çamadan-şkafı isə həddindən artıq böyük idi. O hələ öz tualet əşyalarını yerbəyer etməmişdi. Öyrəndim ki, o, məşhur mister Kotinin fabrikinə rəhbərlik edib. Sonra əlüzyuyanın yanında onun ətirini, şampununu və saç kremini gördüm. Bütün bu gördüklərim və Mister Kelada mənə heç xoş təsir bağışlamadı. Yolumu siqaret çəkmək üçün ayrılmış otaqdan saldım. Bir büküm kart istədim və oynamağa başlayırdım ki, bir nəfər yaxınlaşdı və soruşdu ki, mənim adımı səhv salmır ki…və s. və i.a. -    Mən Maks Keladayam, – deyə o, sıra ilə düzülmüş inci dişlərini göstərən təbəssümlə gülümsədi və oturdu. -    Ah, bəli, biz sizinlə bir kayutdayıq. -    Yəqin ki, kiminlə otaq paylaşdığınızı bilmirdiniz. Amma mən eşidəndə ki, siz ingilissiz, çox sevindim. -    Əlbəttə. Yəqin düşünmürsünüz ki, mən amerikalıya oxşayıram, hə? Britaniyalılar tündməcaz olur, mən də beləyəm. -    Sübut edə bilərəm. Mister Kelada portfelini açdı və pasportunu götürüb burnumun altında saymazyana yelləməyə başladı. Bu adamda qəribə nə isə vardı. Kelada bəstəboy, sağlam bədənli adamdı. Təmiz qırxılmış üzü qarayanız idi, iri burnu qarmağa oxşayırdı. Parlaq və sulu gözləri vardı. O səlis danışırdı və tez-tez əl-qol atırdı. Inigilislərdə isə belə xüsusiyyətlər yoxdur. Hiss etdim ki, bu Britaniya pasportunda saxtalıq var. Mister Kelada İngiltərədən tamamilə uzaqda, mavi səma altında başqa bir ölkədə doğulub. -    Nə içəcəksiniz? – o soruşdu. Ona şübhə ilə baxdım. Çünki gəmidə bütün spirtli içkilər qadağan olunmuşdu. Sözün düzü, mən heç susayanda da bilmirəm ki, nəyi xoşlayıram – zəncəfil pivəsini yoxsa limon şirəsini. Amma indi Mister Kelada şərqlilərə məxsus parıltılı bir təbəssümlə mənə baxır və cavab gözləyirdi. -    Viski, sodalı su, spirtsiz Martini? Birini deyə bilərsən. O, yan ciblərinin birindən kiçik bir şüşə çıxardıb stola qoydu. Mən Martini istədim, o, ofisiantı çağırıb iki qədəh və bir stəkan da buz sifariş etdi. -    Çox yaxşı içkidir, – dedim. -    Hə, ondan burada boldur. Istədiyin qədər ala bilərsən. Mister Kelada əsl heyvərə idi. O gah Nyu-Yorkdan, gah da San-Frasiskodan danışırdı. O oyunları, şəkilləri və siyasəti müzakirə edirdi. Amma hər şeyə rəğmən, öz işinin öhdəsindən asanlıqla gəlirdi. Mən lovğalanmağı xoşlamıram, amma bu yaraşıqlı, gəlmə adam adımın qabağındakı “mister” sözünü götürüb məni elə-beləcə çağıranda qəzəb hisslərimi cilovlaya bilmirdim. Mister Kelada bunun səbəbini açaraq “sadəcə olaraq formallıqdan qaçdığını” deyirdi. Mən Mister Keladanı heç sevmirdim. O çox ünsiyyətcil adam idi. Üç gün ərzində gəmidə hamını tanımışdı. O hər şeylə məşğul olurdu. Gücünü sınayırdı, alış-verişə rəhbərlik edirdi. Gah qolf oyunlarında uduş üçün pul toplayır, gah da konsertlər, bal-maskaradlar təşkil edirdi. O həmişə və hər yerdə olurdu. Gəmidə ən çox nifrət edilən edilən adam o idi. Biz onu şax üzünə Mister Çoxbilmiş çağırırdıq. O isə bunu kompliment kimi qəbul edirdi. O mübahisəni sevən adam idi. Onunla razılaşmayanda, bunu şöhrətinə təhqir hesab edirdi, çünki o hər şeyi hamıdan çox bilirdi. Onunla razılaşmayana qədər mövzu mənasız olsa belə, o söhbəti bitirməzdi. Heç ağlına da gətirmirdi ki, o da səhv edə bilər. Yəqin o gənc olduğundan belə fikirləşirdi. Biz təzəcə tanış olduğumuz həkimlə eyni stol arxasında oturduq. Mister Kelada , əlbəttə, yenə də öz işində idi. Orada oturmuş Ramsey adlı adam, həkim və mən həmişəki kimi canımızı dişimizə tutub yenə onun sicillləmələrinə qulaq asırdıq. Ramsey Koledə yerləşən Amerika Xidmət Konsulluğundan gəlmişdi. Xəsis olmasına baxmayaraq, gəmidə Qərbdən olan ən yaxşı yol yoldaşı idi. O, işi ilə bağlı haradansa qayıdarkən Nyu-Yorka da səfər etmişdi. Təbii ki, o bunu xanımının xoşuna gəlmək üçün etmişdi. Çünki Missis Ramsey bir il idi ki, orada yaşayırdı. Missis Ramsey işi boş olan gözəl əşyaya bənzəyirdi. O həmişə çox orijinal, həm də çox yüngül geyimlər geyinərdi. Mən ona heç vaxt xüsusi diqqət yetirməmişdim. Onun davranışı hamı tərəfindən müsbət qarşılanırdı və gəmidə ona ləyaqət simvolu kimi baxırdılar. Mən isə (bilmirəm niyə) tam əksinə düşünürdüm. Bir axşam yemək zamanı söhbət qiymətli daş-qaşlardan düşdü. Mirvarilərin yaranması, mənşəyi haqqında maraqlı söhbət başlandı. Biri dedi ki, guya yaponlar fənd işlədərək mirvari düzəldirlər. Həkim isə qeyd etdi ki, buna görə də onlar mirvarinin qiymətini aşağı salırlar. Mirvarinin əsl qiyməti haqqında söhbət gedərkən Mister Kelada da adəti üzrə bu mövzuda “fəaliyyət” göstərirdi. Kelada dedi ki, o, mirvarilər haqqında hər şeyi bilir. Mister Ramsey isə onunla razılaşmadı.  Cəmi beş dəqiqə sonra mövzu ətrafında söbət qızışdı. Mən hələ Mister Keladanı indiki kimi belə alovlu nitqlərlə heyvərəlik edən görməmişdim. Bir az keçmiş Ramsey ona nə isə dedi. O isə tez stolu taqqıldatdı və qışqırdı: -  Yaxşı, mən nə danışdığımı bilmirəm, hə? Mən elə indi mirvari biznesinin daxilində baş verənləri öyrənmək üçün Yaponiyaya gedə bilərəm. Mən biznesmenəm və burada elə bir adam yoxdur ki, mirvarilər haqqında mənim qədər bilsin. Mən dünyadakı ən bahalı, ən gözəl daş-qaşları tanıyıram. Bir sözlə, mənim mirvarilər haqqında bilmədiyim şey yoxdur. Mister Kelada biznesmen olduğunu ağzından qaçırmışdı. Bizim üçün isə bu tamamilə yeni xəbər idi. Çünki o hələ nə ilə məşğul olduğunu heç kimə deməmişdi. Biz təkcə onu öyrənə bilmişdik ki, o bir neşə ticarət səfərində Yaponiyada olub. Bu vaxt gözüm Keladaya sataşdı. O stolun ətrafında dayanıb qalibanə və təntənəli görkəmlə bizə baxırdı. Ramsey onunla razılaşmamışdı. Kelada dediklərini sübut etmək üçün fikirləşirdi, birdən o, Missis Ramseyin taxdığı boyunbağını gördü. O boyunbağını göstərərək dedi: -  Siz məni sözlərimi təsdiq edin, Missis Ramsey. Hal-hazırda taxdığınız bu zəncir çox bahalı və nadir daş-qaşla işlənib. Missis Ramsey əvvəlki görkəmini qorumaq istəsə də, yanaqları azacıq allandı və astaca zənciri paltarının altına sürüşdürdü. Ramsey qabağa əyildi, boyunbağıya diqqətlə baxdıqdan sonra dedi: -    Missis Ramseyin boyunbağısı çox gözəldir, elə deyilmi? -    Mən bunu bir az əvvəl söyləmişdim, – Mister Kelada cavab verdi. Bu əsl daş-qaşdır. - Əlbəttə, mən bunu özüm almamışam. Amma mənim üçün maraqlıdır ki, boyunbağının qiyməti neçəyədir? - Ah, bilirsiniz, ticarətçilər onu on beş min dollara ala bilərlər. Amma bu boyunbağı Nyu-Yorkdan alınıbsa, siz ona otuz min dollar ödəmiş olduğunuzu desəniz, heç də təəccüblənmərəm. Ramsey istehza ilə gülümsədi: - Siz indi eşitdiyinizə təəccüblənəcəksiniz, Mister Kelada! Çünki xanımım bu boyunbağını biz Nyu-Yorku tərk etməzdən bir gün əvvəl mağazadan cəmi-cümlətanı on səkkiz dollara alıb. Mister Kelada qəzəbləndi: - Yalandır. Bu boyunbağı həqiqidir. Bir də ki, mən hələ bu gözəllikdə boyunbağı görməmişəm. -    Mərc edərsiniz? Mən bu saxta zəncir üçün yüz dollardan mərc edirəm. -    Razıyam. -    Oh, Elmer, əmin olmadığın bir şey üçün mərc eləmə, – deyə Missis Ramseyin dodaqlarından xəfif bir təbəssüm qopdu. Səsində isə incə bir etiraz duyulurdu. -    Mərcləşməyim? Mən bu azacıq pulu udmaq üçün bu işə milyonlarımı sərf edərəm və lazım gəlsə boyunbağının həqiqiliyini yoxladaram. -    Axı necə yoxladacaqsan? İndi yalnız Mister Keladanın və mənim sözüm qarşı-qarşıyadır. Burada başasının sözü keçmir. -    İcazə verin, boyunbağıya yaxından baxım. Əgər saxtadırsa, mən elə indi sizə deyəcəyəm. Mən yüz dolları itirmək qorxusu ilə risk etməyi bacarıram. -    Çıxar onu, əzizim. Qoy bu centlemen ona istədiyi qədər baxsın. Missis Ramsey bir anlığa tərəddüd etdi. -    Mən onu aça bilmərəm. Mister Kelada hər halda mənim bu xahişimi qəbul edər. Elə bu an mən nəsə bir bədbəxtliyin baş verə biləcəyini duydum, amma deməyə söz tapmadım. Ramsey cəld yerindən qalxdı. -  Mən onu açaram. O, boyunbağını Keladaya uzatdı, Kelada cibindən lupa çıxardı və zənciri diqqətlə yoxlamağa başladı. Onun həyəcandan qaralmış bənizi az sonra qaydasına düşdü. Qələbə sevincinə az qalmışdı. O, boyunbağını geri qaytardı. Elə danışmağa hazırlaşırdı ki, qəfildən gözü Missis Ramseyə sataşdı. Missis qorxu dolu bərəlmiş gözlərlə Keladaya baxdı. Bu baxışlarda ərinə deməməsi üçün yalvarışlar, ümidsiz xahişlər, müraciətlər vardı. Hər şey Keladaya aydın oldu. Mən tez Mister Ramseyə baxdım. Yaxşı ki, o heç nə başa düşməmişdi. Mister Kelada bayaqdan yaranmış sükutu pozdu. Dərindən ah çəkdi. O, bir ticarətçi üçün təhqir olsa da, məsələni öz xeyrinə həll etmədi. Bununla da o, mənim gözümdə ucaldı. O, hörmətə və ehtirama layiq idi. - Mən yanılmışam. Çox yaxşı oxşadıblar. Mən lupa ilə baxanda gördüm ki, həqiqi deyil. Ümid edirəm ki, on səkkiz dollarlıq əşyanı qiymətli hesab etdiyim üçün sənət yoldaşlarım məni qınamazlar. O çek kitabçasını açdı və yüz dollarlıq çek yazaraq Ramseyə uzatdı. Ramsey çeki götürərkən dedi: -    Gənc dostum, bu sizə dərs olsun. Həmişə özünüzə çox güvənməyin! Hiss etdim ki, qəzəbdən Keladanın əlləri əsir. Bu gecəyə qədər hər şey çox gözəl və maraqlı keçirdi. Amma bu gecə mənim gördüyüm ən gülməli mərc oyunu idi. Missis Ramsey isə bu gecə öz kayutuna şiddətli başağrısı ilə qayıtdı. Səhərisi gün mən üzümü qırxmaq üçün bir az erkən qalxdım. Kelada yatağında uzanmışdı, siqaret çəkirdi. Birdən yüngül taqqıltı səsi gəldi və qapının altından içəri bir konvert itələdilər. Qapnın aşıb baxdım. Heç kim yox idi. Konverti qaldırdım və Maks Keladaya ünvanlandığını gördüm. Göndərənin adı yazılmamışdı. Mən konverti ona uzatdım. -    Kimdəndir? – deyib konverti açdı. Ah, ilahi! O, bir kağız çıxardı, lakin bu, məktub deyil, yüz dollarlıq çek idi! O, mənə baxdı və pörtdü. -    Necə fikirləşirsən qapıdan atılan bu pulla xanım öz borcunu qaytara bildimi? Mən cavab verməyə macal tapmamış o, gülərək dedi: -    Heç kim keçmişinin üzə çıxmasını istəmir, çünki bu onun həyatını mənfi şəkildə dəyişdirə bilər. -    Boyunbağı həqiqi idi? -    Əgər mən orada həqiqəti desəydim Ramseyin o gözəl xanımı bu ili əri ilə Nyu-Yorkda keçirməyəcəkdi. Bu andan etibarən mən Keladanı sevməyə bilməzdim. O, çek kitabçasını çıxardı və yüz dollarlıq çeki ehtiyatla oraya qoydu. Bax belə! Əsərin müəllifi: Uilyam Somerset MoyemOrijinaldan çevirdi: Şəfa CəbiyevaHəmçinin oxu:yapon yazıçısı Murakaminin Sükut adlı super əsəri Əsərin ingiliscə orijinalı- http://maugham.classicauthors.net/knowall/
['alicənablıq', 'centlmen', 'Somerset Moem']
5,586
https://kayzen.az/blog/turizm/5752/islandiya-buzlaqlar-v%C9%99-g%C3%B6y-qur%C5%9Faqlar%C4%B1-%C3%B6lk%C9%99si.html
İslandiya - buzlaqlar və göy qurşaqları ölkəsi
MASON
Turizm
3 iyun 2011, 00:24
Atlantik okeanının şimalında yerləşən İslandiya əsrarəngiz təbiəti ilə tarix boyu insanların diqqətini özünə cəlb edib. Bu da təsadüfi deyil. Soyuq iqlim qurşağında yerləşən İslandiya istər yayda, istərsə də qışda özünəməxsus təbii gözəlliyə malikdir. Bu gözəlliyi İslandiyada ilboyu müşahidə etmək mümkündür. İslandiyanın ecazkar gözəlliyi onun özünəməxsus iqlim şəraitinə malik olması ilə bağlıdır. İslandiyanın havasına iki dənizin su axını (isti Şimali Atlantika, qolfstrim və soyuq Şərqi Qrenlandiya), həmçinin Arktikadan gələn üzən buzlaqlar təsir göstərir. İslandiyada ən isti aylar iyul və avqust hesab edilir. Ölkənin paytaxtı Reykyavikdə iyul ayında temperatur +20, yanvarda isə 0 dərəcə təşkil edir. Ölkənin sahil suları müəyyən istisnalarla ilboyu donmur. Bununla belə, İslandiyada hava tez dəyişir və bu da ölkəyə şimaldan və cənubdan gələn hava axınları ilə əlaqədardır. Noyabrın ortalarından başlayaraq, ölkə qaranlığa qərq olur və qütb gecələri başlayır. Bu, yanvarın sonlarına kimi davam edir.İslandiyada rəsmi dövlət dili islandcadır, ancaq ölkənin hər yerində ingiliscə danışırlar. İslandiya prezident üsuli-darəli ölkədir. Burada həm icra orqanları, həm də parlament prezidentə tabedir. İslandiyada cəmi 319 min 756 nəfər yaşayır. Əhalinin 95 faizini islandlar təşkil edirlər. Bundan əlavə, ölkədə islandlara qohum olan danimarkalılar, norveçlilər və digər millətlərin də nümayəndələri yaşayırlar. Avropa və digər dünya xalqları ilə müqayisədə İslandiyada soyaddan, ümumiyyətlə, istifadə edilmir. Burada insanlara ancaq adları ilə müraciət edirlər. İslandiya adası həm də vulkanların püskürməsi nəticəsində əmələ gələn və özünəməxsus ekzotik təbiətə malik olan bir ölkədir. Vulkanların sayına görə ölkə dünyada birinci yeri tutur. İslandiyada vulkanların əmələ gətirdiyi təpələr qışda sanki brilyant dona bürünür və nəticədə olduqca ecazkar bir mənzərə əmələ gəlir. Ölkədə vulkanlar yer səthinə çox yaxın məsafədə yerləşir. Bu da, öz növbəsində, torpağın səthinə yaxın hissədə yer altında qaynar göllərin əmələ gəlməsinə səbəb olub. Bəzi yerlərdə qaynar sular fontan vuraraq yer səthinə çıxır. Qaynar qeyzerlər ilboyu İslandiyadakı şəhərləri istiliklə təmin etməyə imkan verir. Sərt iqlimi olan İslandiyada bəzən adama elə gəlir ki, odla buz arasında mübarizə gedir və bu, özünəməxsus, təkraredilməz gözəlliyə malik olan bir mənzərə əmələ gətirir.Əyalət mədəniyyətiAmerikalı məşhur səyyah Con Ross Braun 1865-ci ildə İslandiyanı ziyarət etmiş və gördüyü mənzərə onda xoşagəlməz izlər buraxmışdı. O, Amerikaya qayıtdıqdan sonra İslandiya haqqında belə yazmışdı: “Bu ölkə sivilizasiyadan ayrı düşüb. Onun paytaxtı Reykyavik insanın ödünü ağzına gətirə biləcək qədər iylənmiş və qurudulmuş balıq iyi verir”. Amma onun o vaxt ağlına gəlməzdi ki, bundan 135 il sonra YUNESKO Reykyaviki dünyanın mədəniyyət paytaxtı elan edəcək. Günümüzdəki Reykyavik təmiz küçələrdən, rəngarəng üç-beş mərtəbəli evlərdən ibarətdir. Binaların birinci mərtəbəsi, adətən, gecə klublarından və ya kiçik mehmanxanalardan ibarətdir. Reykyavikdə təmtəraqlı binalara rast gəlmək mümkün deyil. Hətta ölkə parlamenti belə, 1881-ci ildə inşa edilən iki mərtəbəli və diqqəti cəlb etməyən daş binada yerləşib. İslandiyada gəzərkən özünü tamam başqa bir planetdə hiss edirsən. Buna da səbəb hər yerdə vulkanların əmələ gətirdiyi kraterlər və küldür. İslandiyada mənzərə tez-tez dəyişir. Sən kraterlərin yaratdığı yad planet təsirindən asanlıqla çıxıb, ekzotik mənzərələrlə rastlaşa bilərsən. İslandiyanı fərqləndirən bir xüsusiyyət də oranın şəlalər ölkəsi olması ilə əlaqədardır. Hər bir şəlalələr də özünəməxsus gözəlliyə malikdir və insanlarda qəribə bir hiss əmələ gətirir. Qullofs şəlaləsi istər yerli əhalinin, istərsə də buraya turist kimi gələnlərin ən çox sevdiyi yerlərdəndir. Detifoss şəlaləsi isə Avropanın Niaqarası kimi məşhurdur.İslandiyada hava tez-tez dəyişir. Burada günəş və yağış ara vermədən bir-birini əvəz edir. Nəticədə hara baxırsan ətrafda göyqurşağı mənzərəsi ilə rastlaşırsan. Ona görə də İslandiyanı məhəbbətlə min göyqurşağı ölkəsi adlandırırlar.Qoyunlar və atlarİslandiyanın rəngarəng təbii mənzərəsinə özünəməxsusluq verən bir amil də hər tərəfdə atların və qoyunların otlamasıdır. Bəzən qoyunlar küçələrə çıxaraq sürücüləri qorxudurlar. İslandiyaya qoyunlar min il bundan əvvəl vikinqlər tərəfindən gətirilib. Onlar tədricən adanın sərt və tez-tez dəyişən şıltaq iqliminə uyğunlaşıblar. İslandiyada qoyunlar haqqında “Qoyunlar bizi həm yedirdir, həm də geyindirir”,-deyirlər. Bu, həqiqətən də belədir. İslandiya qoyunlarının yunu nəm keçirmir və çox möhkəmdir. Bu da yüksəkkeyfiyyətli paltar, şərf və əlcəklərin hazırlanmasında mühüm rol oynayır. İslandiyanın istənilən mağazasında qoyun yunundan toxunmuş rəngarəng geyimlərə, əl çantalarına rast gəlmək mümkündür. Turistlərin də adadan ölkələrinə apardıqları ən çox yundan hazırlanan geyimlərdir.Atlara gəlincə, islandlar onlardan daha çox turist gəzintilərində, idman yarışlarında istifadə edirlər. Bundan əlavə, maşınlar gedə bilməyən ərazilərə də getmək üçün atlar əvəzedilməz minik vasitəsidir. Ona görə də elə bir islandiyalı fermer tapa biməzsən ki, onun azı 5-6 atı olmasın.Turistlər ölkəsi Əlverişsiz iqlim qurşağında yerləşməsinə baxmayaraq, İslandiya turistlərin sevimli yerlərindəndir. Turistləri cəlb edən İslandiyanın oksigen anbarı olmasıdır. Reykyavikdəki İncəsənət muzeyi turistlərin diqqətini daim özünə cəlb edir. Bu muzeyi hər il 200 mindən çox turist ziyarət edir. Muzeydə incəsənətin bütün növlərini özündə əks etdirən sənət inciləri nümayiş etdirilir.Bayramlarİslandiyada milli adət-ənənələrə söykənən bayramlar olduqca təmtəraqlı keçirilir. Məsələn, islandların sevə-sevə qeyd etdikləri bayramlardan biri “Trettaundaun”dur. Yanvar ayının 6-da qeyd edilen bu bayram Şaxta babanın dağlara gedişinə həsr edilir. Aprel ayının ilk günlərində isə islandlar “Sumardaqurinin Firtsi” bayramını qeyd edirlər. Bu bayram yayın ilk günü hesab edilir. Çünki məhz aprelin əvvəllərində İslandiyada qütb gecələri başa çatır. Bundan əlavə, Reykyavikdə ildə iki dəfə Folklor festivalı keçirilir.İslandların mətbəxi kasıbdır. Mətbəx əsasən qurudulmuş və təzə balıq ətindən hazırlanan məhsullardan, həmçinin süddən ibarətdir. Balıqdan hazırlanan yeməklər islandların ənənəvi milli yeməyi hesab edilir. Maraqlı faktlarReykyavik dünyanın ən şimalda yerləşən paytaxtıdır.İslandiyadakı Vatnayekyudl buzlağı Avropanın ən böyük buzlağıdır. Ölkə ərazisinin 10 faizi daimi buzlaqlarla örtülüdür.Qekla vulkanı Avropada ən böyük vulkandır.Detifoss Avropada ən böyük şəlalədir. Onun hündürlüyü 40, eni isə 100 metrdir. İslandiyanın ən uzun çayı Tursaudur. Onun uzunluğu 237 kilometrdir.Yazını internet materialları əsasında Əziz Mustafa hazırlayıb
['İslandiya']
5,587
https://kayzen.az/blog/harware/5751/wi-fi-%C5%9F%C9%99b%C9%99k%C9%99niz%C9%99-mane-ola-bil%C9%99c%C9%99k-6-s%C9%99b%C9%99b.html
“Wi-Fi” şəbəkənizə mane ola biləcək 6 səbəb
MASON
kompüter və hardware
3 iyun 2011, 00:10
Əgər qapalı şəraitdə, məsələn, evdə kabelsiz internet xidmətindən - “Wi-Fi”dən istifadə edirsinizsə və müəyyən maneələr internetdən keyfiyyətlə istifadə etməyinizə imkan vermirsə, bunun ən az 6 səbəbi var. Ekspertlərin hesablamalarına görə, “Wi-Fi” şəbəkəsində internetin sürətinin ortalama olaraq 30 faizi itkiyə gedir. İndi bu itkiyə səbəb olan 6 amili birlikdə nəzərdən keçirək:Birinci, qonşularınızın istifadə etdiyi “Wi-Fi” şəbəkələri sizin şəbəkənizə mane ola bilər. Bunun səbəbi ondan ibarətdir ki, bu gün istifadə olunan “Wi-Fi”lərin əksəriyyəti 2,4GHz kanalında çalışır. Bu kanal üç zolaqdan ibarətdir və zolaqların bir-birinə mane olması mümkündür. Mütəxəssislər daha geniş zolaqlı kanallardan istifadə etməyi məsləhət görürlər.İkinci, evinizdəki elektron məişət əşyaları da “Wi-Fi”yə mane ola bilir. Məsələn, mikrodalğalı sobaların və ya kabelsiz telefonların bir çoxu da 2,4GHz kanalında çalışır ki, bu da yeri gələndə “Wi-Fi”yə əngəl törədə bilir.“Wi-Fi”yə mane ola bilən üçüncü amil blutus (bluetooth) cihazları ilə bağlıdır. Xüsusilə də köhnə blutus cihazlarının çalışdığı sistem “Wi-Fi”yə mane olur. Dördüncü, insan bədəninin 45-75 faizi mayedən ibarət olduğu üçün bu amil də “Wi-Fi”nin maneəsiz çalışmasına əngəl törədə bilir. Çünki su və nəmişlik “Wi-Fi” şəbəkəsinə təsir edir.Beşinci səbəb rotorların (şəbəkələrarası əlaqəni təmin edən cihaz) təhlükəsizlik səviyyəsi ilə bağlıdır. Keyfiyyətsiz rotorlar şəbəkələrarası əlaqəni yüksək səviyyədə təmin etməyə bilər.Altıncı, “Wi-Fi” xidməti göstərən şirkətlərin müasir xidmət göstərməsi də önəmlidir. Qarşıya çıxa biləcək hər hansı problemi əvvəlcədən önləmək bir çox hallarda mümkün olur. HAMZA GÖKSER
['faydalı məsləhətlər', 'Wi-Fi']
5,588
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/1334/n%C9%99sir%C9%99ddin-tusi.html
Nəsirəddin Tusi
Aynur
Böyük insanlar,şəxsiyyətlər
2 iyun 2011, 23:20
Xacə Məhəmməd Nəsrəddin Tusi 1201-ci il fevral ayının 17-də (597 hicri) Tus şəhərində tərbiyəçi ailəsində anadan olmuşdur. Mütəfəkkirin əsl adı Məhəmməd, atasının adı Məhəmməd, babasının adı Həsəndir. Dövrünün ağıllı, bilikli, görkəmli alimi olduğuna görə xalq ona Nəsrəddin adını vermişdir. Tusi ləqəbini isə Tus şəhərində anadan olduğuna görə qəbul etmişdir. Mənşə etibarı ilə onun əsli Azərbaycanın ən qədim şəhərlərindən biri hesab edilən Həmədan şəhərindəndir. Nəsrəddin Tusi ilk təhsilini atası Məhəmməd ibn Həsəndən almışdır. O, gənclik illərində biliyini artırmaq məqsədilə Yaxın və Orta Şərqin bir sıra böyük şəhərlərinə səfər etmişdir. Mütəfəkkir özünün «Seyr və sülük» əsərinin müqəddiməsində uşaqlıq dövrünü təsvir edərək yazırdı:  «Mən hələ uşaq ikən atam məni öz dostu riyaziyyatçı Kəmaləddin Məhəmmədin yanına dərs oxumağa qoydu. Çox keçmədi ki, müəllimim səfərə çıxdı. Mən də atamın vəsiyyətini nəzərə alaraq bir sıra şəhərlərə səfər etdim. Hansı fənnə aid müəllim tapdımsa, ondan dərs aldım. Ancaq onu da deyim ki, kəlam və fəlsəfə elmlərinə xüsusi maraq göstərirdim.» Şərqin bir sıra şəhərlərini gəzib-dolaşan Tusi Nişapur şəhərində dövrün bir sıra görkəmli alimlərlə, o cümlədən Fəridəddin Damadla və Qütbəddin Misri ilə tanış olub onlardan dərs almışdır. Aldığı hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə məşhurlaşdırır. Otuz yaşında ikən Kuhistan ismaililərinin rəhbəri Nəsrəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. 1235-ci ildə Nəsrəddin Tusi sonralar ona dünya şöhrəti gətirən bir sıra dillərə tərcümə olunan məşhur «Əxlaqi-Nasiri» əsərini tamamlayır. Ancaq kitab hökmdarın xoşuna gəlmir və Tusi həbs olunaraq «Ələmut» qalasına aparılır. O, burada sürgün həyatı keçirir. Qəsrdən çıxmaq hüququ əlindən alınan Tusi ismaililərin yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılarına baxmayaraq, bir neçə elmi əsər yaza bilir. Alim 1242-ci ildə tamamladığı məşhur «Şərhül-İşarət» əsərinin sonunda yazır :»Mən bunların çoxunu ən ağır bir şəraitdə yazmışam. Daha doğrusu, mən bunları elə bir dövrdə yazıb tərtib etmişəm ki, bunların hər bir hissəsi mənə böyük əzab-əziyyət və məşəqqətlər bahasına başa gəlmişdir. Həmin yerdə isə həmişə cəhənnəm odu alovlanmış və yuxarıdan qaynar su tökülmüşdür. Elə bir vaxt olmamışdır ki, mənim gözlərim yaşla, ürəyim kədərlə dolmasın və elə bir saat olmamışdır ki, mənim məşəqqətlərim artmasın və elə bir dəqiqə olmamışdır ki, mənə yeni həyəcan gətirməsin. Bəli, fars şairlərindən biri düz demişdir: «Öz ətrafıma nə qədər baxıramsa da, fəlakəti üzük formasında görürəm və mən isə o üzüyün ortasında yerləşən qiymətli cövhərəm. «Mənim həyatımda elə bir vaxt olmamışdır ki, o, taleyin dəhşətlərinə, ümidsizliyinə və kədərinə məruz qalmasın. Mənim əbədi zövqümün hakimi qayğı, onun əsgəri isə həyəcan olmuşdur. Ey Allah! Məni bədbəxtlik qoşununun tapdağından və əzab-əziyyət yuvasından xilas et. 1253-cü ildə Çingiz xanın nəvəsi Hülakü xanın Yaxın Şərqə yürüşü başlayır. Onun qoşunları fətholunmaz sayılan Ələmut qalasını da tutur, Nəsrəddin və digər alim məhbusları azad edirlər. Nəsrəddin Hülakü xanın şəxsi məsləhətçisi təyin olunur. Tusi rəsədxana haqqında çoxdan fikirləşirmiş. Bağdad da alınan kimi Nəsrəddin rəsədxananın tikilməsi barədə xandan icazə istədi. Məşhur Marağa rəsədxanasının tikilmək məsələsi müzakirə olunarkən Hülaku-xan görkəmli riyaziyyatçı və astronom Nəsrəddin Tusidən soruşur ki, bu qədər xərc nəyə gərəkdir, tikiləcək rəsədxananın nə xeyri olacaq? Buna heç bir cavab vermədən Tusi hökmdarı şəhər yaxınlığında gəzməyə dəvət edir və əmr edir ki, dağın başından bir mis qazan yola tərəf aşağı tullasınlar. Qazan gələrkən çox böyük gurultu salmış və bu səsi eşidənlər vahimə içində qaçıb canlarını qurtarmağa çalışmışlar. Tusi isə Hülaku-xana demişdi: — Hamısını qorxudan bu hadisənin səbəbi bizə bəllidir və biz sakit oturmuşduq. Elə də yer üzündə sakit yaşamaq üçün göydəki hadisələri öyrənmək lazımdır. Rəsədxana yaradılması külli məbləğdə pul qoyuluşu tələb edirdi. Tanınmış tarixçi Hacı Xəlifə özünün «Dünya haqqında kitab»ında baş verən hadisələri belə təsvir edir: «Xacə Nəsrəddin Mağaradakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün lazım gələn məsarifi Hülaküyə deyəndə, o, məbləğin böyüklüyünə şübhə ilə soruşdu: «Yəni ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək?» Nəsir cavabında söylədi: «İzn verin, bir nəfər həmin dağa qalxıb oradan boş bir tası yerə atsın, ancaq bunu elə etsin ki, heç kəs bilməsin.» Belə də edirlər. Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır. Hülakü xanın ordusu vahiməyə düşür. Nəsrəddin bu zaman xanla birlikdə sakitcə oturub, qoşundakı vahiməni seyr edirdilər. Nəsrəddin xana deyir: «Hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada baş verən hadisələrin (mahiyyətini irəlicədən bilsək, yer üzərində həmişə belə rahatlıq hökm sürər.» Nəsrəddinin sözləri Hülaku xanı elə inandırır ki, o, rəsədxananın tikintisinə razılıq verir və bu məqsədlə 20 min dinar pul buraxır. Sonralar böyük alim rəsədxanada çalışan yüzdən artıq alimə həmişəlik donluq kəsilməsinə də nail olur. Bu məvacib Nəsrəddinin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi. Tədqiqatçıların bir çoxu Nəsrəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır. 1594-cü ildə Romada, sonra isə latın dilinə tərcümədə çap olunan «Evklid», «Başlanğıcın təsviri» əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görmüşdür. Alimin beş kitabdan ibarət yazdığı «Bütöv dördtərəfli haqqında risalə»də Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur. Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə çevrilmişdir. Nəsrəddinin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcədən kökalma metodu və Binom düsturu daha çox tanınır. Bundan başqa alimi tarixə, mineralogiyaya, fizikaya, tibbə, iqtisada, coğrafiyaya, musiqiyə və təbii ki, astronomiyaya dair çoxsaylı əsərləri də diqqətəlayiqdir. Bunların arasında «Bağdadın tarixi», «İşığın əks olunması və sınması haqda risalə», «Evklid optikası», «Göy qurşağının öyrənilməsinə dair risalə», Qiymətli daşlar haqqında kitab», «Tibb qanunları», «Dövlət maliyyəsi haqqında risalə», «Xoşbəxt günlərin seçilməsi» (astrologiya) və başqa əsərlərin adı çəkilə bilər. Onun əsərləri dünyanın müxtəlif nöqtələrinə səpələnmişdir. Bunlara Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstanbul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında rast etmək mümkündür. Nəsrəddinin bir çox əsərləri bu günə qədər öz araşdırıcılarını gözləməkdədir. Nəsrəddin Tusi yazmışdır: «Yaxşı iş görməkdə əziyyət çəksən. Əziyyət keçər yaxşılıq qalar, pis iş görüb ləzzət çəksən, ləzzət gedər pislik qalar.» Nəsrəddin Tusi (1201-1274) əxlaqı sərvət hesab edərək, onun fitri olmadığını qeyd edirdi. O, deyirdi: «Əgər xasiyyət fitri olsaydı, onda ağıllı adamlar öz uşaqlarının tərbiyəsi və cavanların əxlaqının saflaşdırılması, möhkəmləndirilməsi və adət şəklinə salınmasına məsləhət görməz, özləri də bununla məşğul olmazdılar.» Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından
['Nəsirəddin Tusi', 'Nəsrəddin Tusi']
5,589
https://kayzen.az/blog/dusundurucu-hekayeler/5742/q%C4%B1sa-cavab.html
Qısa cavab
ORIGINAL
Düşündürücü hekayələr
2 iyun 2011, 21:46
Makedoniya kralı Filip bütün Yunanıstanı ələ keçirmək üçün böyük bir müharibəyə başlamış və qısa bir vaxtda böyük bir ərazini ələ keçirmişdi.Ancaq hələ də ələ keçməyən ərazilər var idi və bu ərazilərdən biri də İsparta idi.İsparta Yunanıstanın cənubunda yerləşir və Lakoniya deyilən ərazini əhatə edirdi.Buna görə də,bəzən ispartılalılara lakoniyalılar da deyirdilər. Lakoniyalılar təkcə sadəlikləri ilə yox,cəsarətlikləri ilə tanınırdılar.Onların başqa bir cəhəti isə çox qısa cümlələrdən istifadə etmələri və çox qısa sözlərə üstünlük vermələri idi. Filip Yunanıstan xəyalının Lakoniyadan keçdiyini yaxşı bilirdi.Buna görə də,qısa bir vaxtda bütün ordularını Lakoniya sərhədinə yığdı.Ordu hazır olduqdan sonra lakoniyalılara bir məktub göndərdi.Məktubda bu sözlər var idi: “Əgər təslim olmasanız,ölkənizi işğal edəcəyəm.Əgər ölkənizi işğal etsəm,hər şeyinizi əlinizdən alacağam”... Bir neçə gün sonra lakoniyalılardan cavab gəldi.Cavab lakoniyalıların bütün əzmini və cəsatərini ifadə edirdi və cəmi bir sözdən ibarət idi: “Əgər...”
['düşündürücü hekayələr', 'qısa cavab']
5,590
https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/4898/son-n%C9%99f%C9%99s.html
Son nəfəs
Cavid
İslami Hekayətlər
2 iyun 2011, 18:43
Allah Təala, Bəqa sifətini bu aləmdə yalnız özünə aid etmişdir. Bunun üçün onun uca zatından başqa hər varlıq fanidir. Həmzinin ayəti-kərimədə: "Yer üzündə olan hər kəs fanidir (ölümə məhkumdur)." (ər-Rəhman, 26) buyrulmuşdur.Bunun təzahürü də:"Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır..." (əl-Ənbiya, 35) bəyanına müvafiq olaraq ölüm ilə olur.Xüsusən insanın daim bu həqiqəti düşünərək yaşaması zəruridir. Başqa bir ayəti-kərimədə belə buyrulur:"Ölüm (ölüm bihuşluğu) həqiqətən gəlir. (Ey insan!) Bu sənin qorxub qazdığın (cürbəcür vasitələrlə canını qurtarmaq istədiyin) şeydir!" (Qaf, 19)İnsan ki, bu fani dünyaya imtahan üzün göndərilib.Beləliklə onun ən böyük qayəsi,  Uca Allahın rizasını qazanıb Darüs-səlama, yəni salam və səadət evi olan  cənnətə nail olmağa zalışmaq olmalıdır. Bunun da yolu:"O gün ki nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam, təmiz (daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!" (əş-Şuəra, 88-89) həqiqətinin əhatəsinə girə bilməkdir.Bu da nəfs tərbiyəsi ilə mümkündür. Nəfs tərbiyəsinin əsli də, Rəsulullaha (səs) tam sədaqət, bağlılıq və itaətdir. Yəni iyirmi üz illik nəbəvi həyatdan, daha doğrusu, Həzrəti Peyğəmbərin (səs) könül iqlimindən hissə ala bilməkdir. Zünki Haqq Təala Qurani- kərimi Cəbrail (ə) vasitəsilə Rəsulullahın (səs) qəlbinə endirmişdir. Ona görə də Rasulullahın (səs) bütün ibadət, söz, davranış və müamilatı (etdiyi əməllər), Qurani- kərimin təfsiri mahiyyətindədir. Bu həqiqətlər zərzivəsində Həzrəti Peyğəmbərin (səs) qəlb aləmindən layiqi ilə nəsib almaq üzün, onu candan, maldan, ailə fərdlərindən və başqa hər şeydən daha zox sevmək şərtdir. Bu məhəbbət qulu, Haqq Təalanın məhəbbəti ilə yoğrulmuşdur, yəni Ona məhəbbət, Allaha məhəbbət, Allaha məhəbbət də Ona məhəbbətdir. Bax vüslat üzün könlün bu mənəvi mərtəbəyə zatması zəruridir.Bütün bunlar, son nəfəsə hazırlığın ən gözəl addımlarıdır. bardağa düşən son damcı, əvvəlki damcılara görə iş görüb bardağın daşmasına necə səbəb olursa, daha öncəki nəfəslərimiz də belədir. Yəni son nəfəsimiz, əvvəlki nəfəslərimizə görə bir nəticə əldə edər. Onun üzün, son nəfəsə hazırlıq, indi aldığımız nəfəsləri necə istifadə etdiyimizə bağlıdır. Ömrünü Allah və Rəsulullah eşqi ilə kezirən və bu istiqamətdə əməli-salehlərlə bəzəyən xas (təmiz, saf) qullar, son anlarında kəlmeyi-şəhadət ilə hüzur izərisində közərlər. Yəni Həzrəti Peyğəmbərin (səs) bu mücdəsinə nail olarlar:"Hər kəs son nəfəsdə (xalis bir niyyətlə) kəlmeyi-tövhid gətirərsə, cənnətə girər..." (Hakim, müstədrək, I, 503)Yəni bir ömür kəlmeyi-tövhid iqlimində yaşayanlar, son anda onunla Haqqa yolzuluq edərlər. Zünki onlar, vaxtında kəlmeyi-tövhiddəki "la" ilə bütün fani, izafi və nəfsani maniələri və bütləri könüldən silib atmış və "illa" ilə qəlbə yalnız Haqq Təalanın məhəbbətini doldurmuşlar.Bilməliyik ki, bu kainat, qüdrət əli ilə qurulmuş, min bir naxışla bəzədilmiş fani bir iqamətgahdır.kainattda hez bir şey qayəsiz yaradılmamışdır. İnsan üzün dünya həyatının qayəsi, axirət səadətini əldə edə bilməkdir. Bu səbəbdən Rəbbimiz, biz qullarına belə xəbərdarlıq edir:"Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün." (Ali-İmran,102)Hər həyat sahibinin başına gələcəyi labüd olan ölüm, fani həyata böyük vida anı və hər canlının özünə aid yaşayacağı xüsusi bir qiyamətdir.Bunu unutmamalıyıq ki, insan əslində gecə-gündüz, bilərək və ya bilməyərək hesabsız ölüm səbəbləri ilə qarşılaşır. Ölüm, insanı hər an pusquda gözləyir. Həzrəti Mövlana Məsnəvisində belə buyurur:"Əslində hər an, canının bir cüzü (hissə) ölüm halındadır. Hər an, can vermə zamanıdır və hər an, ömrün tükənməkdədir."Son nəfəsimiz, minbir hikmət zərzivəsində bir sirri-ilahidir. Yəni gələcəyimizə dair bildiyimiz ən dəqiq həqiqət olan ölüm hadisəsinin nə vaxt baş verəcəyi ilahi əmrə bağlıdır. Həqiqətən insan ömrü boyu saysız ölümlə üz-üzə gəlir. Yaşanan xəstəliklər, gözlənilməyən sürprizlər, qarşılaşdığımız fəlakətlər, həyatda hər an mövcud olan, lakin insanın qəflət və acizliyi səbəbdən cox vaxt xəbərsiz olduğu nə qədər həyati  təhlükələr, ölümlə insan arasındakı səddin nə qədər nazik bir pərdə olduğunu göstərmirmi? O halda insan  yuxarıdakı ayəti-kərimələrin mühtəvasına hər gün dəfələrlə daxil olmaqla və bir növ axirətdə verilməyəcək möhlət və fürsəti, bu dünyada təkrar-təkrar almış olur.Buna baxmayaraq insan, ayıq-sayıq olması lazım gəldiyi halda, təəssüf ki, ağıla gəlməyən bir qəflət izində ömür təqvimindən yarpaqların düşməsini əksərən qayalar üzərindən boş-boşuna axıb gedən yağış damlalarına baxan sayağı biganəliklə seyr edir.Əslində biz doğulduğumuz gündən bəri hər gün bir az ölürük; özümüz də bilmədən hər gün bir qədər ölümə doğru gedirik.Ömrün zəncirindən düşən hər anın bizi həqiqət sabahına yaxınlaşdırması, ayəti-kərimədə nə gözəl ifadə olunur:"Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə zevirərik (qüvvəsini alar, gözünün nurunu aparar, hafizəsini zəiflədib bildiklərini unutdurar, özünü də uşaq kimi edərdik). Məgər (kafirlər bütün bunları gördükdən sonra Allahın hər şeyə qadir olduğunu) dərk etməzlərmi?" (Yasin, 68)Həzrəti Peyğəmbərdən (səs) öncə yaşayıb onun gələcəyini qabaqcadan xəbər verən kus ibn Səidə adlı saleh bir qul, sanki yuxarıdakı ayəti-kəriməni izah etmək məqsədi ilə Ukaz bazarındakı zıxışında insana aid qüdrət selini, bu fani həyatın macəra və mənzərəsini nə gözəl azıb-aydınlaşdırır:Ey insanlar!Gəlin, dinləyin, hali olun və ibrət alın!Yaşayan ölür, ölən yox olur, yağış yağır, otlar bitir. Uşaqlar doğulur, illər ötür və  onlar anaların, ataların yerlərini tutur. Onların da dövrü kezir, yeni-yeni nəsllər gəlir, vaxtı zatanda  onların da hamısı məhv olub gedirlər. Hadisələrin ardı-arası kəsilmir. Hamısı bir-birini əvəz edir..Hamımız, Haqqın bizə verdiyi miqdarı məlum olan nəfəsləri xərcləyərək, son nəfəsi verdiyimiz gün dünya və dünyadakı bütün əlaqələrimizlə ya vidalaşaraq, ya da vidalaşmağa imkan tapa bilmədən ölümə qovuşacağıq. Lakin aşiqi-sadiqlər üzün bu qovuşmaq bəlkə də ölüm deyil, bir dirilmə olacaq, bir şəbi-ərus (toy gecəsi) olaraq gerzəkləşəcəkdir. Onun üzün: "Ölmədən əvvəl ölün."  sirrinə nail olmaq lazımdır.Bu sirri Hz. Mövlana belə aydınlaşdırır:"Dirilmək üzün ölün!.."Həzrəti Əlinin (ra) buyurduğu kimi:"İnsanlar yuxudadırlar. Ölümlə oyanırlar..." Bu qətiyyətlə nəfsani duyğularımıza və dünyəvi istəklərimizə qalib gələrək, əsl yaşayışın, heyvani ruhla deyil, bizə Haqq Təala tərəfindən verilən ilahi ruh ilə olduğunu bilməliyik.Xülasə, ən faciəli ölüm, Allahdan qafil olmaq, onun rızasını qazana bilməməkdir... Buna görə bir mömin, necə yaşayıb, necə ölməsi lazım gəldiyini bilməli və imandan ehsana zatmağın yolunu bilməlidir.Zünki, Peyğəmbərdən (səs) qıraqda hez kimin nə hal üzrə  öləcəyi və nə şəkildə diriləcəyi  haqqında bir təminat yoxdur. Hal belə olarkən, Yusif əleyhissəlamın Allah Təalaya: ". Ey Rəbbim! Mənim canımı müsəlman olaraq al və məni əməli salehlərə qovuşdur!"  (Yusif, 101) deyə iltica etməsi, bizim üzün zox dərin bir məna daşıyır.Nə ibrətlidir ki, bu zətin zülm qarşısında da onlar, zülmdən azad olmaq dərdində deyil, son nəfəsdə bir iman zəifliyi göstərmədən Müsəlman olmayaraq can verməyin qorxusuna düşərək uca Allaha yalvarmışdılar ki:"...Ey Rəbbimiz! Bizə (bolluca) səbr əta et və bizi müsəlman olaraq öldür!" (əl-əraf, 126)  Nəhayət, nail olduqları hidayətin əvəzini, qol və ayaqlarının zarpaz kəsilməsilə  ödəyərək şəhid və vəli olmaq şərəfi ilə uca Allaha qovuşmuşlar. Zalımlar, Əshabı üxdudu, (xəndək sahibləri) Allaha iman etmələrini günah sayaraq, izi atəş dolu xəndəklərə atırdılar. O sadiq möminlər isə bu zülmə baxmayaraq inanclarından əl zəkmədilər və mübarizələri uğrunda qorxusuzcasına ölümə gedərək imanlarının əvəzini Haqq Təalaya vəcd (özündən gedəcək dərəcədə ilahi eşqə aludə olmaq) ilə ödədilər. Zünki, Allahdan həqiqi qorxanlar, başqa hez bir şey qarşısında qorxu hiss etməzlər.Əshabı Qəryedən (şəhər əhli) Həbibi Nəccar, imanı və irşadına görə daşlanaraq qətlə yetirilmişdir. Lakin bu dünyaya aid qapıların bağlandığı son nəfəsdə, ona gedəcəyi aləmə aid pəncərələr azılıb nail olacağı ilahi lütflər göstərilincə o, qövmünün qəflətinə acıyaraq: "...aş ki, qövmüm bunu biləydi!.." (Yasin, 26) dedi. Zünki, ona fani aləmdəki daşlanmağının əvəzində sonsuz bir səadət bəxş edilmişdi.Yenə isaviliyin (xristianlıq) yayıldığı vaxtlarda Romalılar, Yunanlar və bütpərəstlərlə birləşərək o vaxtın əhli-imanını tamaşaxanalarda pələnglərə parzaladırdılar. O möminlər isə pələnglərin dişləri arasında yaşamaq üzün yox, imanlarını qoruyub saxlamaq üzün mübarizə edirdilər. Onlar bu ağır zülmə səbr edib Allah qatındakı uca mükafatı sezmişdilər. Şübhəsiz bu gözəl hallar,  ömrü Allah ilə bərabər olmaq şüuru ilə yaşaya bilmənin lütfkar nəticəsidir. Bu baxımdan Allah ilə bərabər ola bilmək, qulluğun ən uca bir zirvəsi və zərurətidir.Bir vaiz (moizəzi) kürsüdə qiyamət hadisəsi haqqında danışırdı. Camaatın arasında Şeyx Şibli Həzrətləri də var idi. Vaiz söhbətinin sonuna yaxın uca Allahın qəbrdə soruşacağı suallardan bəhs edərək:"Elmini harada istifadə etdin, malını-mülkünü harada xərclədin, ibadətlərin nə vəziyyətdədir, harama-halala diqqət etdinmi soruşulacaq! Onlar da soruşulacaq, bunlar da soruşulacaq!..." -deyə söhbəti uzadaraq bir nezə xüsusiyyətlər də göstərdi.Bu qədər təfərruata baxmayaraq məsələnin diqqəti cəlb edə bilmədiyinə görə  Şibli Həzrətləri, vaizə səslənərək:"Ey vaiz əfəndi! Allah Təala o qədər sual soruşmaz. O soruşar ki: Ey qulum! Mən səninlə idim, sən kiminlə idin?!" Belə olan halda ən böyük düstur, Allah ilə olabilmək və nəfsləri tələf etməməkdir. Bu böyük kəlamda bu hal nə gözəl ifadə edilmişdir:Tələf olmuş, anladıq;sənsiz kezən saatımız.Bu qətiyyətə dəvət məqsədilə Rəsulullah (səs) ibn Ömərin (r.anhüma) ziyinlərini tutmuş və belə buyurmuşdur:"Elə ol ki, sanki dünyada bir qərib və ya bir yolzu kimisən!.." Həmin fikirlə İbn Ömər (r.anhüma) də söhbətlərində daim bu nəsihəti edirdi:"Axşam olanda səhərə ümid bağlama, sabah azılanda da axşamı gözləmə, sağlam vaxtında xəstələnəcəyin zaman üzün, həyatın boyunca da ölümünə hazırlaş!" (Buxari, Riqaq 3)Həyatın bir yaz yağışı kimi axıb getdiyini ifadə edən bu cümlələr, bizi həyata istiqamətləndirir. Allah Rəsulu (səs) bunu bir duasında belə ifadə edir:"Allahım! Gərzək həyat yalnız axirət həyatıdır." (Buxari, Riqaq, 1)Bu sirri ən gözəl bir şəkildə dərk edən əshabi-kiramın həyatı, saysız fəzilət, hikmət və ibrətlərlə doludur: Müşriklərə əsir düşüb öldürülmək üzrə olan Hübeybin şəhid edilməkdən əvvəl tək  bir arzusu, "Həzrəti Peyğəmbərə (səs) məhəbbət dolu bir salam göndərmək idi." Gözlərini səmaya qaldırdı və: "- Allahım! Burada salamımı Rəsulullaha (səs) zatdıracaq kimsə yoxdur. Ona salamımı sən zatdır!.." deyərək Allaha sığındı.O vaxt əshabı ilə Mədinədə oturan Allah Rəsulu (səs): "Onun da üzərinə olsun!" mənasında: "Və aleyhissəlam" buyurdu.Bunu eşidən əshabi-kiram heyrətlə:"- Ya Rəsulallah! kimin salamına cavab verdiniz?" - deyə soruşduqda:"- Qardaşınız Hübeybin salamına" buyurdu. (Buxari, Məğazi,10; Vaqidi, Məğazi, səh. 280-281) Ayrıca Peyğəmbər Əfəndimiz (səs) Həzrəti Hübeybi "şəhidlərin ulusu" - deyə tövsif etmiş və "O, cənnətdə mənim qonşumdur!" buyurmuşdur.Bu eşq və şövqə bir başqa misal:Uhud döyüşünün sonunda Peyğəmbər Əfəndimiz (səs), şəhid və yaralıların yoxlanılmasını əmr etmişdi. Xüsusilə aqibətini bilmək istədiyi bir səhabə vardı: "Səd bin Rəbi (ra)."Allah Rəsulu (səs) onu tapıb nə vəziyyətdə olduğunu öyrənməsi üzün əshabından birini hərb meydanına göndərdi. Səhabə, Sədi (ra) nə qədər axtarsada tapa bilmədi, nə qədər səsləsə də cavab verən olmadı. Nəhayət son bir ümidlə:"Ya Səd! Məni Rəsulullah göndərdi.Allah Rəsulu, sənin dirilər arasında , yoxsa şəhidlər arasında olduğunu ona xəbər verməyimi əmr etdi." -deyə yaralı olduğu tərəfə doğru səsləndi.O vaxt son anlarını yaşayan və cavab verəcək gücü qalmamış Səd (ra) onunla Allah Rəsulunun maraqlandığı xəbərini eşidincə bütün gücünü toplayaraq cılız bir inilti ilə:"Mən artıq ölülər arasındayam!" deyə bildi. Bəllidir ki, artıq axirət həyatında nail olduğu nemətləri seyr edirdi...Səhabə, Sədin (ra) yanına qazdı. Ona vücudu qılınc zərbələri ilə deşim-deşim olmuş, sanki xəlvirə dönmüş bir vəziyyətdə gördü və ondan ancaq zəif bir səslə, fısıltı halında bu dəhşətli sözləri eşitdi:"-Vallahi, nə qədr ki hələ gözləriniz tərpənir Peyğəmbər Əfəndimizi düşmənlərdən qorumayıb, ona bir müsibət gəlməsinə fürsət versəniz, sizin üzün Allah qatında irəli sürüləcək hez bir bəhanə yoxdur!" (Bax: İbn Əbdülbərr, İstiab, c.II, səh. 590.)Səd bin Rəbinin (ra), ümmətə sanki bir vəsiyyət mahiyyətindəki bu sözləri, eyni zamanda fani həyata vida sözləri oldu.Həzrəti Hüzeyfənin danışdığı bu hadisə də, əshabın son nəfəsdə sərgilədiyi ülvi əxlaq və fəziləti əks etdirməsi baxımından nə qədər diqqətə layiqdir:Yərmük müharibəsində idik. Döyüşün, şiddəti kezmiş ox və nizə zərbələri ilə yaralanan müsəlmanlar, düşdükləri qızmar qumun üzərində can verirdilər. Bu arada mən də min bir əziyyətlə özümü ələ alıb əmim oğlunu axtarmağa başladım. Son anlarını yaşayan yaralıların arasında gəzdikdən sonra, nəhayət, onu tapdım. Lakin nə zarə, bir qan gölü izərisində yatan əmim oğlu, göz işarəsi ilə də zətin danışa bilirdi. Daha əvvəl hazırladığım su qabını göstərərək:- Su istəyirsənmi?- dedim.Aydındır ki, istəyirdi, zünki dodaqları hərarətdən sanki qovrulmuşdu. Lakin cavab verəcək gücü yox idi. Sanki göz işarəti ilə iztirablı halını ima (başı ilə başa salmaq) edirdi. Mən qabın ağzını azdım, suyu ona doğru uzadırkən irəlidə olan yaralıların arasından İkrimənin (ra) səsi eşidildi:"- Su! Su!.. Nə olar bir damcı su!.."Əmim oğlu Haris, bu fəryadı eşidər-eşitməz göz və qaş işarətilə suyu həmən ona aparmamı istədi. Qızğın Qumların üzərində yatan şəhidlərin aralarından qaza-qaza İkriməyə zatdım və həmən qabı ona uzatdım. İkrimə əlini qabı uzatırkən İyaşın iniltisini eşitdi:"Nə olar, bir damcı su verin! Allah rizası üzün bir damcı su."Bu fəryadı eşidən İkrimə, əlini həmən geri zəkərək suyu İyaşa aparmağımı işarə elədi. Haris kimi o da izmədi.Mən qabı alaraq şəhidlərin arasında dolaşa-dolaşa Iyaşa zatdığım zaman onun son sözlərini eşitdim. Deyirdi ki:"İlahi! İmana dəvət uğrunda canımızı fəda etməkdən əsla zəkinmədik. Artıq bizdən şəhadət rütbəsini əsirgəmə. Xətalarımızı bağışla!"Aydındır ki, İyaş artıq şəhadət şərbətini izirdi. Mənim gətirdiyim suyu gördü, lakin vaxt qalmamışdı... Başladığı kəlmeyi-şəhadəti ancaq bitirə bildi.Dərhal geri döndüm, qaza-qaza İkrimənin yanına gəldim, qabı uzadırkən nə görsəm yaxşıdır: ikrimə də şəhid olub."Barı əmim oğlu harisə zatım" -dedim. Qaza-qaza ona gəldim, nə qoyub nə axtarırsan, o da atəş kimi qumların üzərində qıvrıla-qıvrıla ruhunu tapşırmışdı... Nə yazıq ki, su qabı dolu halda üz şəhidin arasında qaldı. (Bax: Hakim, Müstədrək, III, 270)Hüzeyfə (ra) o andakı əhvali-ruhiyyəsini belə nəql edir: "Həyatımda bir zox hadisə ilə qarşılaşmışam. Lakin hez biri məni bu qədər təsirləndirib həyacanlandırmamışdı. Aralarında qohumluq kimi bir bağ olmadığı halda, bunların bir-birlərinə qarşı bu dərəcədə qayğıkeş, fədakar və şəfqətli halları, yəni son nəfəslərini də həyatları kimi fəzilət izərisində vermələri və "Ancaq müsəlman olaraq ölün" ayəti-kəriməsinin şüuru ilə həyata vida edə bilmələri, qibtə ilə seyr edib heyran olduğum ən böyük iman nümunəsi olaraq yaddaşımda dərin iz buraxdı..."Haqq Təala, cümləmizi son nəfəsini hüsni-xatimə ilə nəticələndirsin. Bu fani dünyadakı son nəfəsimizi, əbədi vüslatımızın ilk nəfəsi eləsin!..
['son nəfəs']
5,591
https://kayzen.az/blog/psixologiya/5741/s%C9%99h%C9%99r-yuxudan-qalxmaya-g%C3%B6r%C9%99-xasiyy%C9%99t.html
Səhər yuxudan qalxmaya görə xasiyyət
ORIGINAL
Psixologiya
1 iyun 2011, 22:31
2004-cü ildə aparılan sorğular nəticəsində zəngli saat ən çox nifrət oyadan ixtiralar içində 2-ci yeri tutmuşdu. Axşamdan saatı qururuq və ona ümidlə baxırıq, səhər isə onu parçalamaq istəyirik. Gecikməyə görə bütün günahı da onun üstünə yıxmaq da bizə çox xoş gəlir.Araşdırmalar göstərir ki, insanların səhər yuxudan qalxmalarına görə onların xasiyyəti haqqında mühakimə yürütmək olar: Saat çalandan sonra uzun müddət yataqda uzanıram: Siz səhərlər orqanizminiz üçün ən rahat şərtlər yaradırsınız. Yuxu zamanı beyinin yavaşıyan qandövranı bərpa olunmağa müvəffəq olur. Səhərlər tez-tez ağlınıza dahiyanə fikirlər gəlir. Ağıllı olduğunuza görə dərhal “lehinə” və “əleyhinə” ölçüb-biçirsiniz. Amma belə oyanmada işgüzar keyfiyyətləriniz şübhə oyadır. Axı siz bu qədər vaxtı boşuna sərf edirsiniz. Müasir həyat ritmində bu, bağışlanılmazdır. Məsləhət: Səhər tez oyanmaq üçün gözlərinizi bərk qıyın və göz qapaqları özləri açılmayana qədər açmayın.Saatın zəngindən əvvəl oyanıram:Vaxtı və əsəblərinizi qorumağa kömək edən yaxşı intuisiyanız var. İşə rahat, yavaş-yavaş, aramla hazırlaşmaq hara, nə gəldi geyinmək, səhər yeməyini çeynəyə-çeynəyə evdən tələsik çıxmaq hara? Siz sadəcə orqanizmin iradəsinə tabe olmalısınız. Gözəl əhval-ruhiyyə sizə zəmanət verilir.Səhərlər dura bilmirəm, buna görə də bütün işlərimi günün 2-ci yarısına keçirirəm:Siz yuxunu gümrahlıqdan çox qiymətləndirirsiniz. Axı yuxuda siz daha çox şeyə nail olursunuz, nəinki ayıq olanda. Yuxuda hər şey sizin üçün aydın və asandır. Ona görə də siz mübarizə aparmırsınız, sadəcə sizə rahat olan ritmdə həyata uyğunlaşırsınız. Yaxınlarınız və biznes-partnyorlarınız sizi başa düşmür və tez-tez bu müdrik sözləri yadınıza salır: “Tez duranla tez evlənən udur”. Saat çalandan sonra yüksək səslə musiqi yandırıram:Səhərdən siz döyüş ruhuna köklənirsiniz. Sizi hərəkət etmək yanğısı coşdurur. Belə oyanma intizamlı olmağınızdan xəbər verir. Amma yadınızda saxlayın ki, oyandıqdan sonra ilk yarım saat ərzində orqanizm xarici qıcıqlandırıcılara qarşı kəskin reaksiya verir. Yüksək səs gümrahlaşdırdığı kimi, eyni zamanda əsəblərə toxuna bilir. Həkimlər hesab edirlər ki, ən yaxşısı ya yumşaq işıqdan, ya da gözəl ətirdən oyanmaqdır. Deyirlər ki, artıq zəng çalmayan,yavaş-yavaş işıq saçan və xoş ətir verən saatlar ixtira olunub.Saatı yataqdan uzağa qoyuram:Bu zaman onu söndürmək üçün 100% qalxmalı olacaqsınız. Deməli, əngəllərin öhdəsindən gələ bilərsiniz. Bununla belə, siz pessimistsiniz; hər şeyə şübhə ilə yanaşırsınız və həmişə pis bir şey gözləyirsiniz. Belə ehtirasla pis xəbərlər gözləsən, onlar mütləq başına gələcək. Belə ekstremal oyanma orqanizm üçün zərərlidir. Yuxudan ayıqlığa dərhal keçmək başgicəllənməsinə səbəb ola bilər.Dərhal yuxudan oyanıb- kontraslı duş qəbul edirəm:Belə yuxudan oyanmada iş qabiliyyəti yüksəlir, orqanizm möhkəmlənir və iradə qüvvəsi artır. Axı isti yataqdan qalxıb soyuq duş qəbul etmək hər adamın hünəri deyil. Bu, orqanizmə çox xeyirlidir. Bizim damarlarımız əvvəlcə birdən sıxılır, sonra birdən genişlənir, deməli, baş ağrıları, başgicəllənmələri və təzyiq bizim üçün qorxulu deyil. Amma yataqdan birdən qalxmaq ziyandır. Orqanizm hələ tam oyanmamış stress keçirir. Əgər belə üsulla oyanmağa alışmısınızsa, onda siz həyatı mübarizəyə çevirən adamsınız. Siz hadisələrin mərkəzində olmağa can atırsınız. Ola bilsin ki, hər şeyi dramlaşdırmağı sevirsiniz və ətrafınızdakı atmosfer tez-tez alışıb yanır.
['yuxu', 'araşdırma', 'xasiyyət']
5,592
https://kayzen.az/blog/poeziya/5739/filans%C4%B1z-bilinir-%7C-baba-p%C3%BCnhan.html
Filansız bilinir | Baba Pünhan
ORIGINAL
Poeziya
1 iyun 2011, 21:45
Dəyişib dövr nə arvad, nə də ki, qız bilinir,Necə Avropa girib şüura amansız bilinir.Sizə şalvar yaraşırsa, bizə şalvar yapışır,Odu ki, bizdə tumannıyla, tumansız bilinir.Bir müqəddəs gəlişin çoxları hiss etmədədir,Nə iman sahibi çünki, nə imansız bilinir.Ulu Xankənd ilə Başkənd ABŞ-ın kəndləridir.Yəni Buşkənddi hər iksi, bu yalansız bilinir.Gövdəsindən görünür ki, kökü yandan su içir,Kölgəsində oturanlar isə, yansız bilinir. Bizə bir toy tutulub ki, səsi axırda çıxar,Çalanı köhnə çalandır bu çalansız bilinir.Gedib Avropada əxlaqımızı dəfn elədik,İndi statusumuz şəkkü filansız bilinir.Çıxginən gəzməyə bir yay günü "Tarqovli"yə sən,Burda əttövbə müsəlmanla fransız bilinir.Yığışır hamı bu torpağa qiyamət gününə,Olacaq sorğu-sual, Pünhan, amansız bilinir.Həmçiin bax:Əntər obezyan necədü?
['Baba Pünhan', 'tənqid', 'satira']
5,593
https://kayzen.az/blog/informatika/5737/%C9%99m%C9%99liyyat-sisteml%C9%99ri.html
Əməliyyat sistemləri
Samir012
İnformatika
1 iyun 2011, 18:09
DOS -  sözü ingiliscə Disk Operating System olub Azərbaycan dilinə tərcüməsi "Disk əməliyyat sistemi" deməkdir. DOS komputerlər üçün nəzərdə tutulmuş kiçik və sadə bir əməliyyat sistemi növü olub,əsas vəzifəsi disket və sabit disk kimi saxlama mühitlərinin idarə edilməsidir.Komputerlərin digər funksiyaları:qrafika,səs,yazma,şəbəkədə gəzinmə,yaddaşa nəzarət,çoxlu istifadəçi və çoxlu iş xüsusiyyətləri DOS tərəfindən yerinə yetirilə bilir.DOS sistemləri 90-cı illərin ortalarına qədər demək olar ki,hər personal komputerdə öz vəzifəsini yerinə yetirmişdir.Bu gün computer dünyasının çox sahəsində qrafik əməliyyat sistemlərindən istifadə olunsa da,DOS sadə və kiçik olmaq üstünlüyü ilə müxtəlif əmrlər və nəzarət etmə sistemlərində öz həyatına davam etməkdədir.DOS-un tarixi komputerlərin tarixi ilə başlayır.DOS-da qrafik bir istifadəçi pəncərəsi olmadığından hər bir əməliyyat əmrlərlə və az sayda olan parametrlərlə həyata keçirilir.Bu da onun bu günlərdə unudulmasına gətirib çıxarır.Windows - Maykrosoft şirkətinin personal komputerlər və serversistemləri üçün Windows NT-nin kernel sistemi üzərində qurulmuş olan 6-cı əsas distributividir.Windows XP 25 oktyabr 2001-ci il tarixində satışa təqdim edilmişdir.XP adı ingilis sözü olan "experience" sözündən gəlir və Azərbaycan dilində mənası "təcrübə" deməkdir.Windows XP hal-hazırda dünyada ən çox istifadə edilən əməliyyat sistemidir.Windows XP əvvəlki distributivlərindən fərqli olaraq tamamilə 32 bitlik Windows NT və Windows 2000 kernel sistemi üzərində qurulmuşdur.Onu da qeyd etmək lazımdır ki,Windows əməliyyat sisteminin əvvəlki versiyaları aşağıdakılardır: Windows 1.0 Windows 2.0 Windows 3.0 Windows 95 Windows 98 Windows NT Bu kernel system 16 və 32 bitlik tətbiqləri işlədə bilir və göy ekran səhvlərini azaldır.Windows əməliyyat sistemi ailəsinin Cairo,Nashville,Neptune,Odyssey kimi versiyaları satışa çıxarılmayaraq ləğv edilmişdir.Maykrosoft şirkəti Windows XP-in satışını 30 iyun 2008-ci il tarixindən etibarən dayandırmışdır:amma bəzi mini noutbuklarda hələ də qurulu olaraq XP gəlməkdədir.Windows XP Service Pack 2-nin də satışı 2010-cu ildə bitmişdir.Windows XP Service Pack 3 isə 2014-cü ilə qədər satılacaqdır. Macintosh -  qısaca Mac olaraq tanınır və adını Macintosh alma növündən alır.Mac personal komputerlər istehsal edən Apple Computer İnc. şirkətinin bir məhsulu olan əməliyyat sistemidir.Macintosh-un istehsalına 1984-cü ildə başlanılmışdır.Onu da qeyd edək ki,Apple şirkəti siçan və qrafik interfeysdən ilk dəfə istifadə edən şirkətlərdəndir.Macintosh-dan əvvəl Apple şirkətinin Lisa,Apple II,Apple III kimi sistemləri olsada 1986-cı ildə onların fəaliyyəti dayandırılmışdır və bütün məhsullar Macintosh adı altında toplanmışdır.Macintosh-un PowerPC arxitekturasını istifadə etdiyi 1994-2005-ci illəri arası onu x86 sinifli komputerlərdən ayıran ən məşhur xüsusiyyəti RİSC (Reduced İnstruction Set Computer) olmuşdur.Macintosh seriyalı komputerlər Apple şirkətinin öz məhsulu olan Mac OS əməliyyat sistemindən istifadə edirlər.Mac OS əməliyyat sistemi öz aralarında Mac OS Classic və Mac OS X deyə iki qrupa ayrılırlar.İki əməliyyat sistemi də bir-birindən tamamilə ayrı işləyirlər.Onu da qeyd edək ki,2009-cu ilin avqust ayında Mac OS X əməliyyat sisteminin ən son versiyası olan Snow Leopard satışa təqdim edilmişdir.Bununla da Apple şirkətinin istehsalı olan komputerlərdə sürət və performans dəfələrlə artmışdır.Apple şirkətinin istehsalı olan personal komputerlərə Maykrosoft və İntel şirkətinin istehsalı olan avadanlıqlar və ya proqram sistemləri yükləmək mümkün deyildir.UNİX - 1969-cu ildə Ken Tompson və Denis Riçi tərəfindən Bell Laboratori- yalarında yaradılmış olan çox istifadəçili və çox vəzifəli quruluşu dəstəkləyən bir əməliyyat sistemidir.UNİX törəməli əməliyyat sistemləri çox prosessorlu bahalı komputerlərdən bir prosessorlu sadə ev komputerlərinə qədər bir çox cihaz üzərində işləyə bilən test edilmişsistemlərdir.Lakin,xüsusilə strukturu ilə çox prosessorlu serverlərdə adətən standart halına gəlmişdir.UNİX-in əsası 1965-ci ildə MİT,AT&T Bell Labs və GE-nin birlikdə yaratdıqları MULTİCS (Multiplexed Operating and Computing System) layihəsi ilə atılmışdır.MULTİCS layihəsinin əsas hədəfi çox istifadəçili komputer sistemlərinə icazə verərək eyni vaxtlı məlumat paylaşmasını təmin edə bilməkdi.1969-c ildə layihə qarışıq bir şəkil almağa başlamış və AT&T Bell Labs layihədən çəkilmişdir.Bell şirkətində araşdırmaçı olaraq işləyən Ken Tompson MULTİCS proqramını stimulyasiya edən bir fayl sistemini kodlamaqla UNİX-in ilk distributivi olan UNİCS-i (Uniplexed Operating and Computing) meydana çıxardı.Bu versiya Assembler ilə yazılmışdı.1973-cü ildə Ken Tompson C dilinin yaradıcısı olan Denis Riçi ilə birlikdə əməliyyat sisteminin kernel sistemini C dili ilə təkrar kodlayaraq UNİX 5.0 versiyasını yaratdılar.Beləliklə də,UNİX C dilinin sayəsində müxtəlif avadanlıqlara uyğun olaraq təkrar dəyişdirilə bilən kodlardan ibarət bir əməliyyat sisteminə çevrilmişdirLinux - UNİX-ə texniki mənada bənzəyən redaktə qabiliyyətli müstəqil bir əməliyyat sistemidir.Kernelin kodları GNU Ümumi Cəmiyyət Lisenziyası çərçivəsində müstəqil olaraq dəyişdirilə istifadə edilə bilər.Linux hər hansı bir komputer sistemində problemsiz işləmə qabiliyyətinə malikdir. Çox geniş bir təchizat dəstəyinə malik olan Linux netbuk,noutbuk,server komputerləri,is stansiyaları,ağıllı telefon,stolüstü komputerlər kimi hər bir platformada tam bir uyğunlaşma içərisində işləmək qabiliyyətinə malikdir.Linux adətən server və iş stansiyalarında istifadə olunsa da onu şəxsi komputerlərdə də istifadə edənlər çoxluq təşkil edir.Təbii ki,bu halda redaktə edilən kodların və azad proqram anlayışının təsiri böyükdür.Windows XP və Mac OS sistemlərinə nəzərən daha rahat bir struktura malik olan Linux xüsusilə server satışlarında rəqibləri ilə müqayisədə daha üstündür.Mint,Ubuntu,openSUSE,Pardus,Mandriva kimi son versiyaları ilə Linux əməliyyat sisteminin istifadəçi faizi gündən-günə artmaqdadır.Palm OS - Garnet OS kimi də tanınan Palm mobil əməliyyat sistemi 1996-cı ildə PDA-lar üçün Palm İnc şirkəti tərəfindən istehsal edilməyə başlanılmışdır.Palm OS əllə toxunula bilən (touchscreen) qrafik istifadəçi interfeysi ilə asan istifadə olunması üçün istehsal edilmişdir.Bu,şəxsi məlumatların idarə edilməsi üçün əsas proqramlar dəsti ilə təmin edilir.Palm əməliyyat sisteminin son versiyaları smartfonlarda istifadə üçün nəzərdə tutulmuşdur.2007-ci ildə Palm əməliyyat sistemi ticarət markası aldıqdan sonra Garnet OS deyə yenidən adlandırıldı.Garnet OS sisteminin varisi olan ACCESS 2009-cu ildən Access Linux Platform deyə tanınmağa başladı və gələcəkdə istehsal olunacaq cihazlar üçün Palm Os ilə Web OS sistemləri arasında keçidlər etməyə başladı.Palm OS rəsmi olaraq Cef Hokinsin rəhbərliyi altında Palm Computing şirkəti tərəfindən istehsal olunur.Palm Computing şirkəti sonralar 3Com-a çevrilən US Robotics Corp tərəfindən Palm İnc-ə çevrildi.
['Əməliyyat sistemləri']
5,594
https://kayzen.az/blog/sevgi/5721/sevgi-n%C9%99dir_2.html
Sevgi nədir?!
ORIGINAL
Sevgi
31 may 2011, 19:53
Müəlliməyə Sevgi nədir? dedim -Hələ o dərsi keçməmişik dedi. -Sürücüyə Sevgi nədir? dedim -Hələ o yoldan keçməmişəm dedi. -Uşağa Sevgi nədir? dedim -Hələ o oyunu oynamamışam dedi. -Polisə Sevgi nədir? dedim -Hələ elə şikayət gəlməyib dedi. -Dəliyə Sevgi nədir? dedim -Səncə mən niyə dəliyəm?! dedi…
['sevgi nədir?']
5,595
https://kayzen.az/blog/dusundurucu-hekayeler/5653/q%C4%B1r%C4%B1lm%C4%B1%C5%9F-q%C9%99lb.html
Qırılmış qəlb
ORIGINAL
Düşündürücü hekayələr
28 may 2011, 16:14
Tərəddüddə idim...Bir ağırlıq çökmüşdü ürəyimə. Unutmaq istəyirdim. Zamanın axışına buraxmaq istəyirdim özümü. Ancaq alınmırdı... Vicdan əzabı deyəsən bu idi. İştaham qaçmışdı. Yemək belə yeyə bilmirdim. Düşüncələr və xəyallar gedərək məni əsir etmişdi. Artıq ruhumun düz ortasında məhkəmə salonu qurulmuşdu. Nəfsim vəkil, vicdanım hakim, müttəhim mən, zərərçəkən bir Qırıq Qəlb... Bir qəlb  düz ortasından yarılıb iki yerə... Hər tərəfi yara içindədir. Əli ilə məni göstərir. "Günahkar sənsən, məni qırdın" dedi.Kimsə kənardan durmadan gülür, nəfsim isə məni müdafiə etməyə çalışır. Sən haqlı idin, haqlarını müdafiə etdin-deyir. Ancaq nəfsim nə qədər müdafiə etsə də, vicdanımın üzü gülmür. Nəfsimin səsi artıq batıb, ancaq məhkəmə salonunda hələ də məni müdafiə edir.Qırıq Qəlb ortada dayanıb, gözlərindən yaş axır. Vicdanım məni günahkar bilir. Getdikcə böyüyən bir qayanı çiyinlərimə yükləyir. Daşıyacaqsan-deyir. Cəzam nə qədər davam edəcək deyə soruşuram. Qəlbi göstərir. "O qırıq olduğu müddətdə cəzalısan" deyir.Bir qəlbə baxıram, bir də çiynimdəki qayaya.Nə edəcəyəm-deyə düşünürəm. Bu zaman ağıl yanıma gəlib, qulağıma nəsə pıçıldayır. "Tək çarən var, get yanına, üzr istə, könlünü al" deyir.Qürur çıxır qarşıma:- Heç vaxt üzr istəmə, günahı var idi. Sən məni qırmamalısan.- Bu daşı çiynimdən ala bilərsənmi? - deyə qışqırıram.- Xeyr, əlimdən gəlməz - deyir. - O zaman get!Yenə qəlbə baxıram.O da küskün halda göz ucu ilə mənə baxır. Hafizəm qəlbin mənə etdiyi yaxşılıqları xatırladır. Getdikcə acım artır.Səhər vaxtı iki ağ mələk yanıma gəlir. Biri təvazökarlıq, digəri mərhəmət. Qollarıma girirlər, vicdanım da arxadan itələyir, qəlbə doğru gedirəm. Yeridikcə ayağımıın altında səslər gəlir. Baxıram, qürurum və nəfsim ayaqlarımın altında parçalanır.Qırıq Qəlbin yanına çatdım. Məsum gözləri yaşlar içində mənə baxır. Peşmanlıq içində deyirəm:- Əff et. Sən haqlı idin. Barışsan, söz verirəm, bir daha səni qırmayacağam.Tərəddüdlə mənə baxır. Peşman olduğuma inanır. Barışaq deyirəm, boynunu qucaqlayıram. Ağlayıram. O da məni qucaqlayır. Göz yaşlarım Qırıq Qəlbin üzərinə töküldükcə, çatlaqları bağlanır. Əvvəlki halına dönür. Ancaq diqqətlə baxdıqda hələ də izləri görünürdü.- Zamanla onlar da sağalacaq-deyir. P.S - görürsənmi, bir qəlb qırdıqda nələr baş verir? Əgər bu dəqiqə qırdığın bir qəlb varsa, əmin ol ki, təmir olunacağı anı gözləyir. Həm öz vicdanına, həm də qırdığın qəlbə bu qədər əzab vermə...
['qırılmış qəlb', 'düşündürücü hekayələr', 'insanlıq', 'vicdan']
5,596
https://kayzen.az/blog/Az%C9%99rbaycan-co%C4%9Frafiyas%C4%B1/5638/az%C9%99rbaycan%C4%B1n-q%C4%B1sa-co%C4%9Frafiyas%C4%B1.html
Azərbaycanın qısa coğrafiyası
Nicat_Amazing
Azərbaycan coğrafiyası
28 may 2011, 13:07
Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi mühiti hələ qədimdən insanların burada məskən salmasına şərait yaratmışdır. Antik müəlliflər Herodot (e.ə. V əsr), Polibi (e.ə. təqr. 200 - e.ə. təqr.120), Strabon (e.ə. 64/63 - eramızın 23/24), Klavdi Ptolemey (təqr. 90 - təqr. 160) və b. öz əsərlərində Azərbaycanın coğrafi mövqeyi, sərhədləri, çayları, yaşayış məntəqələri, burada məskunlaşmış tayfalar, Xəzər dənizi, onun heç bir dənizlə əlaqəsi olmaması və s. haqqında məlumatlar vermişlər. Daha sonralar ərəb coğrafiyaşünasları və səyyahlarından İbn Xordadbeh (təqr. 820/826 - təqr. 912-913), Əbu-İshaq İstəxri (təqr. 820-934), Azərbaycan alimi Məhəmməd Naxçıvani (XIII əsrin sonu - XIV əsrin 2-ci yarısı), İran alimi Rəşidəddin Fəzlullah (1247-1318) və b. əsərlərində Azərbaycanın iqtisadiyyatı, inzibati bölgüsü, dağ və çayları, şəhərləri, onların arasındakı məsafələr, ticarət yolları və s. haqqında yazmışlar. Alban (Qafqaz) tarixçisi Musa Kalankatlı (VII - VIII əsrlər) "Alban tarixi" əsərində Albaniyanı şöhrətli, təbiəti zəngin və əhalisi çox olan ölkə kimi təsvir etmiş, orada çoxlu məhsuldar torpaqların, gözəl bağların və yaşıl çöllərin olmasını göstərmişdir. Venesiyalı F.Mauronun dünya xəritəsində (1459), Əlşərifin (1601), alman alimi və səyyahı A.Olearinin (1647) xəritələrində, həmçinin I Pyotrun tapşırığı ilə (1720) tərtib olunmuş və 1723-cü ildə nəşr edilmiş "Şərqi Zaqafqaziya və Xəzər dənizi" xəritəsində Azərbaycanın yaşayış məntəqələri, gölləri, çayları və s. göstərilmişdir. Azərbaycan coğrafiyaşünası Əbdürrəşid Bakuvi Azərbaycanın iqlimi, Bakının təbiəti və burada neft çıxarılması, Hacı Zeynalabdin Şirvani və Abbasqulu ağa Bakıxanov Azərbaycanın coğrafiyası haqqında fikir söyləsmişlər. Azərbaycan ərazisinin öyrənilməsində həmçinin V.Abix, İ.Fiqurovski, A.Zaxarov və başqalarının xidməti olmuşdur. Azərbaycan Respublikasının ərazisinin kompleks tədqiqinə isə Sovet hakimiyyəti illərində başlanmış, müxtəlif miqyaslı xəritələr tərtib edilmiş, samballı coğrafi atlaslar yaradılmışdır. Azərbaycan Respublikasının tarixi-coğrafi mövqeyi Qədim Azərbaycan torpağı Ön Asiyada yerləşir və Qafqaz dağlarının cənub-şərq hissəsindən Urmiya gölünün cənub və cənub-şərqindəki dağlıq ərazilərə qədər olan sahələri əhatə edir. Onun sahəsi 200 min kvadrat km-dən artıqdır. Azərbaycan bütövlükdə şimal yarımkürəsində yerləşir. İspaniya, Yunanıstan, Türkiyə, Çin, Koreya təqribən Azərbaycanla eyni coğrafi enlikdədir. Avropadan Orta və Şərqi Asiya ölkələrinə gedən bir sıra mühüm beynəlxalq əhəmiyyətli yollar Azərbaycan ərazisindən keçir. Respublikanın ərazisi şimaldan cənuba 400 km, qərbdən şərqə isə 500 km məsafədə uzanır, 38°25' - 41°55', şimal enliklər və 44°50' - 50°51' şərq uzunluqları arasında yerləşir. Avropa və Asiyanın qovşağında yerləşərək, respublika unikal geosiyası və coğrafi mövqeyə malik olmaqla, qədim zamanlardan ta indiyədək dünyəvi iqtisadi və mədəni əlaqələr üçün öz əhəmiyyətini qoruyub saxlamaqdadır. Azərbaycanın coğrafi mövqeyi Relyefi Azərbaycan Respublikasının relyefi çox müxtəlifdir. Burada iki əsas relyef forması - düzənliklər və dağlar üstünlük təşkil edir.  Azərbaycan ərazisinin 60 faizə qədərini dağlıq ərazilər tutur. Respublikanın əsas geomorfoloji vahidləri olan Böyük Qafqaz, Kiçik Qafqaz (Qarabağ yaylası ilə birlikdə) və Talış dağları Kür Araz ovalığını şimaldan, qərbdən və cənub-şərqdən əhatə edir. Naxçıvan Muxtar Respublikası Araz çayının orta axımı və onu əhatə edən Zəngəzur və Dərələyəz sıra dağlarının hüdudlarında yerləşir. Respublika ərazisinin orta yüksəkliyi 400 metrə qədərdir. Lakin Xəzərsahili ovalıq okean səviyyəsindən aşağıda (hazırda -26,5m) olduğu halda, ən yüksək zirvə olan Bazardüzünün hündürlüyü 4466 metrdir. Deməli, respublika ərazisində hündürlük fərqinin 4500 metrə yaxın olduğu aydın görünür. Böyük Qafqaz özünün cənub şərq hissəsi ilə Azərbaycana məxsusdur. Burada iki dağ silsiləsi ayrılır: Bazardüzü zirvəsilə (4466 m) Baş və yaxud Suayrıcı, Şahdağ zirvəsilə (4243 m) Böyür (Yan) silsilələri. Cənub-şərqə doğru silsilələr 1000-700 m yüksəkliyədək tədricən alçalır. Böyük Qafqaz silsilələrini dağətəyi yerlər əhatə edir: şimal-qərbdə çöllük yayla, cənub-şərqdə - Qobustan, cənub-qərbdə Alazan-Həftəran və şimal-şərqdə - Qusar maili düzənliyi. Dağlar əsas etibarilə nisbətən asanlıqla denudasiyaya məruz qalan yura və təbaşir dövrlərinin çökmə süxurlarından təşkil olunmuşdur. Dağətəyi yerlər üçün bedlendlər (Ceyrançöl, Acınohur düzü) və palçıq vulkanları (Qobustan, Abşeron) xarakterikdir. Qusar düzənliyi və Alazan-Həftəran vadisi dördüncü dövr yaşlı qalın çınqıl çöküntüsü qatından təşkil olunmuşdur. Kiçik Qafqaz respublikanın cənub-qərb və qərb hissələrini tutmaqla, nisbətən az yüksəkliyə malik olmaqla bir sıra silsilə və yaylalardan ibarət mürəkkəb quruluşlu dağlıq ərazidir. Başlıca silsilələri - Murovdağ, Şahdağ və Zəngəzur silsilələridir. Qarabağ yaylası Murovdağın cənubundan başlayaraq Araz çayına qədər qövsvari şəkildə sönmüş vulkanların konusları və dördüncü dövr lavaları üzərində yerləşir. Kiçik Qafqaz yura və təbaşir yaşlı vulkanogen və çökmə süxurlardan təşkil olunmuşdur. Talış dağları ölkənin cənub-şərq hissəsini tutur. Əsas etibarilə üçüncü dövr çöküntülərindən təşkil olunmuşdur. Talış dağları Kiçik Qafqaz dağlarından Elbrus (İran) dağlarına keçid həlqəsini təşkil edir və hündürlüyü 2477 metrə çatan üç əsas dağ silsiləsi və onların bir sıra qollarından ibarətdir. Kür-Araz ovalığı Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları arasındakı məkanı əhatə edir. Zaqafqaziyada ən iri dağarası çökəkliyi olmaqla, o, respublika ərazisinin mərkəzi hissəsini tutrur. Ovalıq Kür və Araz çayları ilə beş düzənliyə və ya düzə ayrılır: Şirvan, Qarabağ, Mil, Muğan və Salyan düzləri. Abşeron yarımadasından şimala doğru Xəzər dənizi sahillərində Qusar maili düzənliyinə söykənən Samur-Dəvəçi ovalığı yerləşir. Abşeron yarımadasından cənuba doğru Talış dağlarının ətəkləri boyu Lənkəran ovalığının dar zolağı uzanır. Kür-Araz, Samur-Dəvəçi, Lənkəran ovalıqlarının, həmçinin Abşeron yarımadasının xeyli hissəsi dünya okeanının səviyyəsindən aşağıda yerləşir. Azərbaycanın iqlimi Azərbaycanın iqliminə ölkənin coğrafi mövqeyi, relyefi və Xəzər dənizi əsaslı təsir göstərir. Burada yarımsəhra və quru çöl, subtropik, mülayim və soyuq iqlimə rast gəlinir. Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-i burada olduğu müəyyən edilmişdir. Quru subtropik iqlim Kür-Araz ovalığı və Abşeron üçün xarakterikdir. Rütubətli subtropik iqlim yalnız Talış dağlarının cənubunda müşahidə edilir, dağətəyi ərazilər və Lənkəran ovalığı üçün səciyyəvidir. Mülayim iqlim Böyük və Kiçik Qafqazın əsasən meşələrlə örtülü yamaclarında müşahidə olunaraq, quru, mülayim-isti quru, mülayim-isti rütubətli və mülayim soyuq iqlimlərə ayrılır. Soyuq iqlim yüksək dağ silsilələrində, Böyük və Kiçik Qafqazın zirvələrində, alp və subalp çəmənlikləri qurşağında müşahidə edilir. Havanın orta illik temperaturu ovalıqlarda müsbət 15° C olduğu halda, yüksək dağlıq rayonlarda 0° C və daha aşağı dərəcəyə qədər dəyişir. İyulda aran rayonlarında 25-27° C, dağlıq rayonlarda 5° C təşkil edir. Mütləq maksimum 43° C olduğu halda, mütləq minimum -30° C-dək aşağı düşür. Bu yüksək rəqəmlər Naxçıvan çökəkliyində və yüksək dağlarda müşahidə edilir. Yağıntılar da ərazidə olduqca qeyri-bərabər paylanmışdır. İl ərzində Abşeron yarımadasında və Naxçıvan MR-nın arazətrafı zolağında daha (200 mm-dən) az yağmur düşür. Kür-Araz ovalığında yağıntıların miqdarı 200-300 mm, Kiçik Qafqazda və Böyük Qafqazın şimal-şərq yamaclarında 600-800 mm müşahidə edilib. Böyük Qafqazın cənub yamaclarında 2000-2500 metr yüksəkliklərdə 1200-1300 mm-dək, ən çox yağıntı Lənkəran ovalığının cənubunda və Talış dağlarının ətəklərində 1200-1700 mm-ə çatır. Hakim küləkləri şimal (Abşeron yarımadası), cənub-qərb (Kür-Araz ovalığı), qərb (Lənkəran ovalığı) istiqamətlidir. Azərbaycanın daxili suları Respublikanın sıx çay şəbəkəsi, onun ərazisini sanki mavi hörümçək toru ilə örtmüşdür(Ətraflı Azərbaycanın daxili suları). Azərbaycan ərazisində irili-xırdalı 8400-ə yaxın çay vardır. Onlardan 850-si 5 km-dən artıq uzunluğa malikdir. Lakin uzunluğu 100 km-dən artıq olan çayların sayı cəmi 24-dür. Kür və Araz çayları Qafqazın ən iri çayları olub, ölkənin başlıca suvarma və hidroelektrik enerjisi mənbələridir. Kür çayı Türkiyə ərazisindəki Qızılgədik dağının şimal-şərq yamacından, 2740 m mütləq yüksəkliyə malik sahədən başlayır. O, Gürcüstan ərazisindən keçərək, Azərbaycan ərazisinə daxil olur. Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə qovuşur. Kür çayının ümumi uzunluğu 1515 km-dir, onun 906 km-i Azərbaycan Respublikası ərazisindədir. Hövzəsinin sahəsi 188 min kvadrat km-dir. Kür çayı üzərində Mingəçevir, Şəmkir və Yenikənd bəndləri və hidroelektrik stansiyaları inşa edilmiş, nəhəng su anbarları yaradılmışdır. Mingəçevir su anbarından çəkilmiş iri suvarma kanalları - Yuxarı Qarabağ və Yuxarı Şirvan vasitəsilə Kür-Araz ovalığının torpaqları suvarılır. Araz çayı Türkiyə ərazisində Bingöl silsiləsindən (2990 m) başlayır, Sabirabad şəhəri yaxınlığında (Suqovuşan kəndində) Kürlə qovuşur. Onun uzunluğu 1072 km, hövzəsinin sahəsi 102 min kvadrat km-dir. Samur çayı Azərbaycanın şimal-şərqində ən iri çaydır. Dağıstan ərazisində 3600 m mütləq hündürlükdən başlayır və Xəzər dənizinə tökülür. Uzunluğu 216 km, hövzəsinin sahəsi 4,4 min kvadrat km-dir. Bundan başqa Qusarçay, Qudialçay, Vəlvələçay, Sumqayıtçay, Viləşçay, Lənkərançay və Astaraçay da Xəzər dənizinə tökülür. Azərbaycanda külli miqdarda dağ çayları mövcuddur. Əksər çaylar qar və yağışların hesabına qidalanır. Mənbəyini Böyük Qafqazdan götürmüş Balakənçay, Talaçay, Katexçay, Kürmükçay, Kişçay və digər kiçik çaylar Alazan-Əyriçay vadisində Alazan və Əyriçaya qovuşurlar. Başlanğıcını Kiçik Qafqazdan götürmüş Ağstafaçay, Tovuzçay, Əsrikçay, Zəyəmçay, Şəmkirçay, Gəncəçay, Kürəkçay, Tərtərçay Kürə qovuşur, Həkəriçay, Oxçuçay və Naxçıvan MR ərazisindəki Arpaçay, Naxçıvançay, Əlincəçay, Giliançay, Ordubadçay Araza tökülür. Azərbaycan Respublikası ərazisində 250-ə yaxın qidalanma və əmələgəlmə şəraitinə görə fərqlənən təbii şirin və şorsulu göl vardır. Onlardan buzlaq mənşəli Tufangölü, uçqun və sürüşmədən yaranan Göygölü, Maralgölü, Qaragölü, Batabatı və s., çay-dərə mənşəli Ağgöl, Sarısu, Mehman, Hacıqabul göllərini və ən iri şorsulu Acınohur, Böyükşor, Binəqədi və s. gölləri göstərmək olar. Bitki örtüyü Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Nisbətən böyük olmayan ərazidə dünyada rast gəlinən bütün bitki tiplərinin demək olar ki, hamısı respublikamızda yayılmışdır. Azərbaycanda bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 dəstə 920 cinsdə birləşir. Növlərin ümumi sayına görə Azərbaycanın florası Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir. Qafqaz və başqa regionlarda geniş yayılmış bitki növləri ilə yanaşı Azərbaycanın florasında kifayət sayda yalnız Azərbaycan və onun nisbətən kiçik rayonları üçün xarakterik olan 240-a yaxın endemik bitki növləri də vardır. Bitki örtüyünün yayılmasını regionun fiziki-coğrafi cəhətdən formalaşması, müasir torpaq iqlim şəraiti, şaquli zonalıq və bir sıra digər amillər də şərtləndirir. Belə ki, respublikanın ovalıq hissəsində 200 metrlik yüksəkliklərə kimi səhra və yarımsəhra bitki tipləri və su bataqlıq bitkiləri inkişaf etmişdir. Səhra tipli bitki qruplaşmalarına əsas etibarilə Xəzər sahilində, cənub-şərqi Şirvanda, Mil, Muğan və Şirvan düzlərində rast gəlinir. Torpağın duzluluğundan asılı olaraq burada qarasoran, şahsevdi, ətli, şoran, qışotu bitkiləri yayılmışdır. Yarımsəhra bitki örtüyü Şirvan, Səlyan, Muğan, Mil və Qarabağ çöllərində və eləcə də Ceyrançöl, Qobustan və Arazboyu düzənliklərdə geniş sahə tutur. Kür-Araz, Qobustan və Ceyrançöldə zonal formasiya olaraq yovşan yarımsəhrası sahə etibarilə üstünlük təşkil edir. Başqa formasiyalardan qarağan (Kür-Araz) və dəngiz (Qobustan, Naxçıvan) formasiyaları daha səciyyəvidir Yarımsəhralarda çox sayılan digər bitkilər: soğanaqlı qırtıcı, yapon tonqalotu, bərk quramat, şərq bozağı, çilingburnu, taxıl otları və bir sıra şoranlıq (çərən, şahsevdi, sarıbaş, qışotu və s.) otlarıdır. Bu sahələr üçün unikal olan tuqay meşələridir. Əsasən, Kür, Araz və Qabırrı çayları vadilərində yayılan meşələrin əsas ağacları palıd, ağcaqayın, göyrüş, söyüd və s. ibarətdir. Azərbaycanın florası Böyük Qafqaz və Kiçik Qafqaz dağətəyi düzənliklərində 200 m-dən 600-700 m, bəzən 1200 metrədək olan hündürlükdə əsasən bir və çoxillik kserofit bitkilər və kollar yayılmışdır. Daha yüksəkdə yuxarı sərhədi 1800-2200 metrlə məhdudlaşan sahələr meşələrdən ibarətdir. Azərbaycan Respublikası ərazisinin ümumi sahəsi 86,6 milyon hektardır. Azərbaycan meşələrinin ümumi sahəsi isə 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 989,5 min hektar təşkil etməklə, ümumi ərazinin 11,4% qədərədir. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır. Azərbaycanda meşələr sahəcə az olsalar da növ zənginliyi ilə məşhurdur. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i endemik növlərə aiddir. Bütün respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq hissələrində geniş yayılmışdır. Xüsusilə onlar 600-1600 m mütləq yüksəkliklərdə çox yerdə vahid qurşaq yaradır. Qalan sahələrdə talalar, dar zolaqlar şəklində saxlanılır. Meşələr əsas üç ağac növlərindən - fıstıq, vələs və palıddan ibarətdir. Onlar bütün meşə örtüyünün 86,2 faizini təşkil edir. Bunlardan başqa ağcaqayın, qarağac, cökə, qızılağac, qovaq, yalanyarpaq, söyüd və s. enliyarpaqlı ağaclar bitir. İynəyarpaqlı meşələr respublika meşələrinin 1,7 faizini təşkil edir. Azərbaycanda təbii halda inkişaf edən 107 ağac növündən 7-si iynəyarpaqlı ağaclardır. Onlara Avropa qaracökəsi, Eldar şamı, qarmaqvari şam, çoxmeyvəli, ağır iyli qırmızı və uzungövdəli ardıc ağacları daxildir. Azərbaycan Respublikası bir çox nadir və kol növlərinin Vətəni sayılır. Qaracökə üçüncü dövrün relikt bitkisi kimi meşələrin nadir incisidir. Bu ağac Böyük Qafqazın Cənub (Qəbələ rayonu), cənub-şərq (Pirqulu, Şamaxı rayonu) hissəsində yayılmışdır. Gecböyüyən, lakin uzunömürlü qaracökə heç vaxt geniş sahələri əhatə etməyib. Eldar şamının vətəni Azərbayjandır, yayılma arealı isə Jeyrançöl ön dağlığının Eldar oyuğu sahəsidir. Talış dağlarında bitən üçüncü dövrün relikt və nadir ağaclarından dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, azat, Qafqaz xurması, şümşad, yalanqoz, Hirkan ənciri, Hirkan ağcaqayını və s. təbiətin nadir inciləridir. Azərbaycanda heyvanlar aləmi Azərbaycan özünəməxsus fauna kompleksi olan bir neçə zoocoğrafi əyalətlərin qovşağında yerləşir. Qonşu ərazilərdən - İrandan, Orta Asiyadan, Aralıq dənizi ölkələrindən olan bəzi heyvan növləri buradakı şəraitə uyğunlaşmış, respublikanın faunasını zənginləşdirmişdir. Azərbaycan Respublikası ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir. Respublika ərazisndə 97 növ məməli, 357 növ quş, 67 növ amfibii və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur. Düzənlik sahələrin faunası külli miqdarda məməlilər, sürünənlər, suda-quruda yaşayanlar və çoxsaylı oturaq və köçəri quşlarla təmsil olunub. Burada məməlilərdən ceyrana, çöl donuzuna, canavara, tülküyə, porsuğa, qamışlıq pişiyinə, dovşana və s., sürünənlərdən - bataqlıq, Xəzər və Aralıq dənizi tısbağalarına, zolaqlı kəltənkələyə, adi və su koramalına, gürzəyə və s., suda-quruda yaşayanlardan - müxtəlif növ qurbağalara, quşlardan - qırqovula, kəkliyə, turaca, qartala, müxtəlif növ ördək və qazlara, harayçı və fısıldayan qu quşlarına, qaşqaldağa, sultan toyuğuna, vağlara, qarabatdaqlara, qıvrımlələk qutana və s. həşaratların bir çox növlərinə rast gəlinir. Orta və yüksək dağlıq hissədə düzənlikdə rast gəlinən heyvanlardan başqa bu ərazilər üçün xarakterik sayılan Şərqi Qafqaz təkəsi, Qafqaz maralı, Qafqaz köpgəri, Avropa cüyürü, Qafqaz qonur ayısı, quşlardan toğlugötürən, berkut, Qafqaz şahini, Qafqaz tetrası, Qafqaz uları və s. fauna nümunələri məskunlaşmışdır. Azərbaycan Respublikasının "Qırmızı kitabı"na 108 heyvan növü, o cümlədən 14 növ məməli, 36 növ quş, 13 növ amfibi və reptililər, 5 növ balıq və 40 növ həşərat daxil edilib. Azərbaycanın faydalı qazıntıları Respublikanın ərazisi üç növdən olan qazıntılarla, yəni həm filiz, həm qeyri-filiz, həm də yanacaq mənşəli faydalı qazıntılarla olduqca zəngindir. Azərbaycan neft və qaz yataqları ilə məşhurdur. Respublika ərazisinin 2\3 hissəsi neft və qazla zəngindir. Ən çox neft və qaz yataqları Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır. Bundan başqa Cənub-Şərqi Şirvan, Mərkəzi Aran, Qobustan, Ceyrançöl, Acınohür, Siyəzən zonası neftlə zəngindir. Dünyada məşhur olan Naftalan nefti əsasında bir sıra xəstəliklər müalicə olunur. Respublikamızın qaz yataqları Qaradağ, Xəzər dənizinin şelf zonası, Bakı və Abşeron arxipelaqındadır. Azərbaycanın Kiçik Qafqaz hissəsində filiz yataqları daha çoxdur. Burada dəmir, manqan, titan, xromit, mis, kobalt, polimetal, sürmə, qızıl, gümüş, moliben və s. yataqları mövcuddur. Ən iri dəmir filizi yatağı Daşkəsəndədir. Qeyri-filiz faydalı qazıntılardan Qobustan, Abşeron, Tovuz əhəng daşları, Şahtaxtı (Naxçıvan MR), Kəlbəcər travetin daşları, Daşkəsən mərməri, Yuxarı Ağcakənd gipsi, Hacıvəli kvas qumları böyük təsərrüfat əhəmiyyəti kəsb edir. Respublikada müxtəlif kimyəvi tərkibli mineral su ehtiyatları da vardır. Zənginliyinə görə Azərbaycan ərazisi "mineral sular muzeyi" adlandırılır. Kəlbəcər rayonundakı İstisu, Naxçıvan MR-dakı Badamlı, Sirab mineral suları respublikamızdan çox-çox uzaqlarda məşhurdur. Abşeron yarımadasındakı Suraxanı və Şıx, Dəvəçi rayonundakı Qalaaltı, Culfa rayonundakı Turşsu müalicə əhəmiyyətinə görə fərqlənən mineral sulardır. Talış dağlarında, Böyük Qafqazın cənub və şimal-şərq yamaclarında isə termal bulaqlar çoxluq təşkil edir. Xəzər dənizi Dünyanın ən iri qapalı su hövzəsi - Xəzər dənizi Azərbaycan xalqının həyatında çox mühüm əhəmiyyət daşıyır və özünün fiziki-coğrafi göstəriciləri ilə unikaldır. Onu qeyd etmək kifayətdir ki, Xəzər dənizinin flora və faunası endemik növlərlə zəngindir. Belə ki, qədimliyi ilə digər balıqlardan fərqlənən nərəkimilərin ehtiyatlarının 90 faizi bu dənizdə cəmləşmişdir. Coğrafi landşaftın özünəməxsusluğu əlverişli rekrasion şərait yaratmışdır. Dəniz meridian boyunça S latın hərfi şəkilində uzanmışdır, 47°17' şimal enliyi və 36°33' cənub uzunluğu koordinatları arasında yerləşmişdir. Meridian boyunca dənizin uzunluğu 1200 km-ə yaxındır, orta eni 310, ən böyük və ən kiçik enləri isə müvafiq olaraq 435 və 195 km-dir. Xəzər dənizinin səviyyəsi periodik olaraq dəyişdiyindən onun səthinin sahəsi və sularının həcmi dəyişkəndir. Hazırda dənizin səviyyəsi dünya okeanı səviyyəsindən -26,75 m aşağıdır. Dənizin bu səviyyəsində onun səthinin sahəsi 392600 km2, sularının həcmi isə 78648 km3-dir və bu həcm Yer kürəsindəki ümumi göl su ehtiyatlarının 44%-ni təşkil edir. Maksimal dərinliyi 1025 m-dir və bu baxımdan Dünya okeanının Qara, Baltik, Sarı dənizləri ilə müqayisə oluna bilər, Adriatik, Egey, Tiren, Sulu və digər dənizlərdən isə dərindir. Akvatoriyanın Azərbaycan hissəsi dənizin orta və cənub hissələrini əhatə edir. Duzluluğuna görə Xəzər suları dünya okeanının sularından xeyli fərqlənir. Şimal hissədə suyun duzluğu 5-6, dənizin orta və cənub hissələrində 12,6-13,5 promille təşkil edir. Azərbaycanda mövcud olan 300-dək palçıq vulkanının 170-dən çoxu Xəzərin Azərbaycan sektorunda ada və sualtı vulkanlarını təşkil edir. Xüsusilə onlar Cənubi Xəzərdə daha çoxdur. Təbii şəraitin unikallığı və rəngarəngliyi bir çox nadir fauna və flora növlərinin Xəzər dənizində bugünədək qalmasına səbəb olmuşdur. Dənizin Azərbaycan akvatoriyasında 171 növ fitoplankton (yosun), 40 növ zooplankton, 258 növ fitdentos, 91 növ makrozoondentos və 14 fəsiləyə aid 80 növ və yarımnöv balıqlar məskunlaşmışdır. Balıq növlərinin miqdarına görə karpkimilər üstünlük təşkil edir - 42 növ; xulkimilər - 31, siyənəkkimilər - 17, qızıl balıqkimilər - 2, nərəkimilər - 5 növdən ibarətdir. Xəzər ixtiofaunasının 4 cins, 31 növ və 45 yarımnövü endemikdir. Endemik növlərin əksəriyyəti orta Xəzərdə qeydə alınıb. Təqribən 40 balıq növü və yarımnövü ov əhəmiyyəti daşıyır. Ümumi ixtiokütlənin əsas hissələrini kilkələr təşkil edir (80%), qalan hissə siyənəyin, kefalın, aterinanın, gümüşcənin və xul balığın payına düşür. Balıq növləri içərisində yox olmaq təhlükəsi altında olub, respublikanın "Qırmızı kitabı"na salınanlar: Xəzər ilanbalığı, alabalıq, Cənubi-Xəzər porusu (ağgözbalığı), çexon, dəniz sufu. Son illərdə nərə balıqlarının bütün növlərini (ağbalıq, kələmo-qayabalığı, nərə uzunburun balığın), Xəzər qızılbalığın, ağ qızılbalığın, xramulanın, şamayı balığının, şibrit və qarasolun sayı kəskin surətdə azalaraq, yox olmaq təhlükəsi altına düşmüşlər. Xəzərin su faunasında yeganə məməli heyvan Xəzər suitidir. O, mövcud suitilərin ən kiçiyidir. Xəzər suitinin populyasiyasının ölçüləri XX əsrin əvvəlinə 1,5 milyon fərddən 80-ci illərin sonuna 360-400 min fərdədək azalmışdır. 1993-cü ildə Xəzər suiti Qırmızı Siyahıya daxil edilmişdir. Xəzər və sahilyanı zonanın müxtəlif biotiplərində 302 quş növü qeydə alınıb; onlardan 37-si su, 109-u suətrafı və 156-sı quru quşlarıdır. Azərbaycan haqqında bunu hamı bilməlidir!
['Coğrafiya', 'Azərbaycan coğrafiyası', 'Azərbaycan']
5,597
https://kayzen.az/blog/t%C9%99n%C9%99ff%C3%BCs/5469/a%C4%9Fciy%C9%99r-v%C9%99r%C9%99mi.html
Ağciyər vərəmi
loğman
tənəffüs sistemi
27 may 2011, 23:34
Vərəm xəstəliyi bəşəriyyətə çox qədim zamanlardan məlum olan xəstəliklərdəndir. Hippokrat (e. ə. 460-370), Qalen (130-201), Əbu Əli ibn Sina (Avisenna, 980-1037) və qədim əsrlərin başqa həkimləri vərəm xəstəliyini öyrənmiş, onun haqqında əsərlərində müvafiq məlumatlar vermişlər. Onlar adətən vərəmin gecikmiş formasının diaqnozunu müəyyən edirdilər. Vərəm xəstəliyinin əsas əlamətlərindən biri xəstənin ümumi arıqlaması idi. Yunanca arıqlama sözü ftiz kimi tərcümə olunduğundan, xəstəliyi bu cür adlandırdılar. Ftiz termini altında ağciyərin sifilis, xərçəng, bronxoektaziya və başqa irinli iltihabi xəstəlikləri ifadə olunurdu. Ağciyər vərəmi haqqında daha geniş məlumatı fransız alimi R.Laennek (1781-1826) vermişdir. O, vərəmin izolə edilmiş tuberkulalardan ibarət ocaqlı və onların birləşməsindən əmələ gələn infiltrativ formalarını göstərir. Laennek ilk dəfə olaraq tibb elminə "tuberkulyoz" terminini daxil etmişdir ki, bu da beynəlxalq termin kimi indiyədək işlənir. Vərəm xəstəliyinin yoluxuculuq xüsusiyyəti XVI-XVII əsrlərdə öyrənilmişdir. Vərəm xəstəliyinin amili mikobakteriyalardır. Bunlar spor əmələ gətirməyən çubuqvarı formalı göbələkciklərdir. Onu 1882-ci ildə alman alimi Robert Kox kəşf etdiyi üçün onun adı ixtisarla BK (Kox bakteriyaları) kimi işlədilir. VI Ümumittifaq ftiziatrlar qurultayı onu "vərəm mikobakteriyası" və ya vərəm çöpləri adlandırmağı məsləhət görmüşdür. Qısa və sadəcə olaraq "BK" kimi ifadə edilir. Mikroblar məişətdə geniş yayılmaq xüsusiyyətlərinə malikdirlər. Xarici mühit təsirlərinə də davamlıdırlar. Onlar soyuq, qaranlıq və rütubətli şəraitdə aylarla yaşaya bilir, spirt, turşu, qələvilərə davamlıdırlar. Vərəm mikobakteriyalarını yüksək hərarət, günəş şüaları, karbol turşusu, xloramin, lizol məhlulları məhv edir. Ona görə də dezinfeksiya işlərində həmin məhlullardan və qaynatmadan, günəş şüalarından istifadə edilməsi müsbət nəticə verir. Vərəm çöpünün uzunluğu 3-5 mikrona bərabərdir. R.Koxdan sonra bir çox tədqiqatçılar vərəm çöpcüklərini öyrənməyə başladılar. Onlar müəyyən etmişlər ki, bir neçə mikobakteriya növü məlumdur və onların bəziləri quşlarda, başqaları məməli heyvanlarda xəstəlik törədir. Öküz tipi çöpcüyü qaramalda olmaqla, xəstə heyvanın südünü yaxşı qaynatmadan içdikdə yoluxma ola bilər. Qurumuş bəlğəmdə vərəm çöpcüyü 100°C qızdırıldıqda ancaq 45 dəqiqədən sonra tələf olur. Buradan mə­lumdur ki, əsas yoluxma mənbəyi açıq vərəm formasına tutulmuş xəstə, yəni basil ifraz edən şəxsdir. Vərəm çöpcükləri sağlam adamın orqanizminə əsasən tənəffüs yolları ilə, bəzi hallarda həzm yolu vasitəsilə daxil olur. Ən çox ağciyər vərəminin baş verməsini alimlər onun yoluxma yolunun hava vasitəsilə olması ilə izah edirlər. Mikrob hava ilə ağciyərlərin toxumalarına düşür, orada çökərək vərəm ocaqları əmələ gətirir. Vərəm xəstəsinin bir damcı bəlğəmində 2-3 milyona qədər çöpcük olur. Belə xəstələr sutka ərzində milyardlarla vərəm çöpcüyü ifraz edirlər. İki cür vərəm növü (açıq və ya yoluxan, qapalı və ya yoluxmayan) müəyyənləşdirilmişdir. Vərəmin profilaktikası Basil ifraz edən adamın ətrafında digər şəxslərin yoluxmaması üçün bir sıra profilaktik tədbirlər həyata keçirilməlidir: 1. İnfeksiya ocağı gündəlik dezinfeksiya edilməli; 2. Ümumi gigiyena qaydalarına ciddi əməl olunmalı; 3. Bəlğəm, qidanın qalıqları toplanmalı və dezinfeksiya həyata keçirilməli; 4. Xəstənin dəyişəyi dezinfeksiya edilərək ayrılıqda yuyulmalı; 5. Xəstənin otağı, təmasda olduğu əşyalar müntəzəm surətdə təmizlənməli və dezinfeksiya edilməli; 6. Milçəklərlə mübarizə aparılmalı; 7. Xəstə və ona qulluq edən şəxslər ciddi surətdə şəxsi gigiyena və profilaktikaya riayət etməlidirlər. Hər vərəm xəstəsi ətraf mühit üçün qorxulu sayılmır. Şəxsi gigiyena qaydalarına əməl etməyən, pinti, eqoist xəstələr daha qorxuludurlar. Lakin yeni aşkara çıxarılmış açıq vərəm formalı xəstələri təcrid etməklə müalicə aparılması əsas şərtlərdəndir. Vərəm xəstəsi özünü elə aparmalıdır ki, o yoluxma mənbəyi olmasın. Başqa adamların sağlamlığı xəstənin mədəniyyətindən, tibbi təhsilindən, intizamlı olmasından çox asılıdır. Belə xəstələrin qab-qacağı, yorğan-döşəyi, xüsusilə otağı ayrı olmalıdır. Xəstəyə dezinfeksiya üçün məhlullar: 2 faizli soda və 5 faizli xloramin məhlulu verilməlidir. Xəstə və onun yaxınları geniş istifadə edilən dezinfeksiya məhlullarını hazırlamağı və istifadə etməyi bacarmalıdırlar. Ən çox işlənən və yaxşı təsir göstərən dezinfeksiyaedici xloramindir. Ondan 0,5; 1; 2; 5 faizli məhlullar hazırlamaq üçün bir litr suya 5, 10, 20, 50 qram quru maddə tökülür, ağac çubuqla şəffaf olanadək qarışdırılır və müvafiq işlərdə istifadə edilir. İnsanların vərəmlə yoluxma yolları müxtəlifdir: 1. Damcı vasitəsilə yoluxma. Öskürdükdə, asqırdıqda bəlğəm, hava və tüpürcəklə mikroblar ətrafa yayılaraq ətrafdakı şəxslərin tənəffüs yollarına düşməsi ehtimalı artır. Buna görə də insan asqırdıqda, öskürdükdə sol əlinin arxası ilə ağzını tutması lazımdır ki, həmin əllə heç kimlə görüşmür. 2. Təmas vasitəsilə yoluxma. Xəstənin məişət əşyalarından istifadə etdikdə, əllə görüşdükdə, öpüşdükdə, sağlam adamlar yoluxur. Xəstə və əhatəsində olanlar gigiyena qaydalarını gözləsələr, yoluxmanın qarşısı alınır. 3. Toz vasitəsilə yoluxma. Vərəm çöpləri xəstənin bəlğəmi, tüpürcəyi ilə ətraf mühitə düşür, quruyur və tozlara qarışaraq həmin hava ilə nəfəs alan şəxslərin tənəffüs yollarına düşə bilir. Ona görə tozla mübarizə, təmizlik işləri, bitkilərin artırılması çox faydalıdır. 4. Qida vasitəsilə yoluxma. Qida məhsulları ilə vərəm çöpləri orqanizmə düşür. Xəstənin bəlğəm və tüpürcək qalıqları ilə çirklənmiş ərzaq məhsulları ilə qidalandıqda sağlam şəxslər yoluxur. Xəstə heyvanlardan sağılmış süd və süd məhsullarını yaxşı qaynatmayıb qəbul etdikdə xəstəliyə yoluxma baş verir. Milçəklər mikrobun yayılmasında az da olsa, müəyyən rola malikdirlər. Orqanizmin xəstələnməsi üçün mikrobun, vərəm çöpünün - törədicinin orqanizmə daxil olması kifayət deyildir. Onun inkişafı üçün müəyyən şəraitin olması da lazımdır. Bədənimizdə bir çox müdafiə vasitələri vardır ki, onlar bizi vərəmlə yoluxmadan və xəstələnmədən qoruyur. Orqanizmin vərəm xəstəliyi törədicilərinin uzun müddət latent (qeyri-fəal) mikrobizm deyilən halı olur. Orqanizmdə törədicinin olmasına baxmayaraq xəstəlik əlamətləri meydana çıxmır. Çünki orqanizmə düşmüş törədici faqositar sistemlə zəngin olan orqanlarda - qaraciyər, dalaq, sümük iliyi, limfa düyünləri və ağciyərlərdə olurlar. Bu orqanlarda törədicilər mürəkkəb müdafiə mexanizmlərinə rast gəlir və insan xəstəlikdən sovuşmuş olur. Burun boşluğunun seliyi də mikrobun daxilə keçməsinin qarşısını alır. Ağciyərə çatmış mikrobları burada faqositar mikrofaqlar udur və onların xəstəlik törətməsinə imkan vermir. Eyni zamanda orqanizmin vərəmə qarşı immuniteti də mühüm rol oynayır. Qandakı Kox basillərini (KB) tutub məhv etməyə qabil xüsusi immunitet hüceyrələri də onları məhv edir. Limfa sistemi də orqanizmin müdafiəsini təşkil edir. Toxumalarda iltihab ocaqlarının əmələ gəlməsi də mahiyyət etibarilə müdafiə reaksiyalarındandır. Buradan belə bir nəticə çıxarmaq olar ki, orqanizmin vərəmlə xəstələnməsinə səbəb törədicilərin çoxlu miqdarda orqanizmə daxil olması və insanın xəstəliyə qarşı rezistentliyinin (davamlılığının) azalmasıdır. Orqanizmin vərəmə qarşı müqaviməti bir çox səbəblər üzündən insanın həyatı boyu dəyişə bilər. Deməli, psixi və fiziki cəhətdən zəifləmiş orqanizmlərdə xəstəliyin baş verməsi ehtimalı daha çoxdur. Vərəmə tutulma peşə ilə də əlaqədardır, yəni tozlu işlərdə çalışanlarda daha çox müşahidə edilir. Digər amillərdən pis mənzil şəraiti, qeyri-normal qidalanma, zərərli adətlərə vərdişetmə, orqanizmi zəiflədən ağır xəstəliklər - yatalaq, diabet, dizenteriya, qızılca, göyöskürək və s. orqanizmin vərəmə qarşı müqavimətini azaldır. Hər bir qadın bilməlidir ki, hamiləlik, doğuş, uşaq əmizdirmək, orqanizm qarşısında yüksək tələblər qoyur. Ancaq vərəmdən sağalmış sağlam şəxslər evlənə bilərlər. Aktiv vərəm formasına tutulmuş şəxslər nikahdan və analıqdan boyun qaçırmalıdırlar. Aktiv vərəm hamiləliyin süni pozulması üçün tibbi göstəriş sayılır. Odur ki, xəstə qız və qadınlar əvvəlcə müalicə olunmalı, sonra nikah və ya analıq haqqında düşünməlidirlər. Vərəmlə xəstələnməni tuberkulin sınağı ilə müəyyən edirlər. Hazırda bunun üçün Mantu sınağı tətbiq olunur. Durulaşdırılmış tuberkulini nazik iynə ilə saidin dərisinə yeridirlər. 24, 48, 72 saatdan sonra dəridə şişkinlik, qızartı əmələ gəlirsə, deməli, xəstəliyə yoluxmuşdur. Vərəm yoluxmamış uşaqlarda tuberkulin sınağı mənfi olur. Xəstəliyin inkişafını şərti olaraq dörd dövrə bölürlər: 1. Gizli (inkubasiya) dövrü. Xəstəliyə yoluxan andan xəstəliyin əlamətlərinin meydana çıxdığı vaxta qədər olan müddətdir. Bu dövr aylar və hətta illərlə çəkə bilər. Bu dövr adamda heç bir əlamət törətmir, heç bir müalicə tələb etmir. 2. Xəbərdarlıq (prodromal) dövr. Vərəm mikobakteriyalarının həyat fəaliyyəti güclənir, orqanizmin zəifləməsi ilə əlaqədar bu bir neçə həftə davam edir. Xəstəliyin ilk əlamətləri meydana çıxır. Vərəm çöplərinin fəaliyyətinin güclənməsi ilə onların zəhərli maddələri - toksinləri artır, orqanizmi zəhərləyir. Sinir, ürək-damar sisteminə təsiri ilə yorğunluq baş verir, iştaha pozulur, temperatur yüksəlir, çox tərləmə, fikrin dağılması xəstəni narahat edir, oyanıcılıq kimi əlamətlər özünü göstərir. Bu əlamətlər digər xəstəliklər zamanı da üzə çıxdığından, başqa xəstəliklərə - qarın boşluğu orqanlarının funksiyasının pozulması, ürək-damar sistemi, sinir və s. xəstəliklərdən şübhə doğuraraq, vərəm gizlənmiş olur, gizli gedir. 3. Vərəmin aydın nəzərə çarpan təzahürlərinin meydana çıxdığı dövr. Xəstəlik çox kəskinləşir, 1-3 həftə davam edir, sonra bir qədər sakitləşir. Adama elə gəlir ki, o sağalmışdır. Bu pisləşmə və yaxşılaşma halları bir neçə dəfə növbələşir. Xəstəliyin müalicəsi ilə ciddi məşğul olmadıqda vərəm köhnəlir və müalicə çətinləşir. 4. Prosesin xronik formaya keçdiyi dövr. Bu dövrdə müalicəsiz qalan orqanda ilk vərəm ocaqları tuberkulalar və onların birləşməsi əmələ gəlir. Sonra onlar böyüyərək kavernalar (boşluq, mağara) əmələ gətirir ki, bu cür vərəm kavernoz vərəm adlanır. Çox təəssüf ki, onu tam müalicə etmək olmur. Beləliklə, xəstəlik açıq formaya keçir. Xəstə intizamlı şəkildə müalicə olunmazsa, kavernoz vərəmdə qanaxma kimi ağırlaşmalar baş verə bilər. Kavernalar digər orqanların vərəmində də - böyrəklərdə, sümüklərdə əmələ gələ bilər. Onların çapıqlaşması da müxtəlif ağırlaşmalarla nəticələnir. Odur ki, vərəmin ilk başlanğıc formalarının vaxtında aşkar edilməsi tam müalicəsinə zəmanət verir. Ağciyər vərəminin başlanğıc təzahürləri rentgenoloji üsulla aşkara çıxarılır. Müsbət Mantu reaksiyası da vərəmlə yoluxmanı və xəstələnməni göstərir. Laboratoriyada bəlğəmin müayinəsi vərəm çöpcüklərini aşkara çıxarır. Qanın müayinəsi diaqnozun qoyulmasına imkan yaradır. Vərəmin erkən əlamətlərindən biri limfa vəzilərinin böyüməsidir. Ağciyərin vərəmi təkcə tənəffüs orqanlarının xəstəliyi olmayıb, digər orqanların da müəyyən dərəcədə pozulmasına səbəb olur. Vərəm xəstəliyinin müalicəsi Kimyaterapiya ilə vaxtında aşkar edilmiş xəstələr müvəffəqiyyətlə sağaldılır. Müalicənin perspektivli, effektli getməsi onun vaxtında başlanması, xəstəliyin forma və fazaları, xəstənin yaşı və cinsiyyəti, digər xəstəliklərin paralel getməsi ilə əlaqədardır. Müalicənin effektliliyində xəstənin tibbi biliklərə malik olması, mədəniyyəti, həkimin göstərişlərinə düzgün əməl etməsi əsas rol oynayır. Vərəmin müalicəsi iki istiqamətdə aparılır. Birincisi, orqanizmin möhkəmləndirilməsi, müqavimətinin artırılması istiqamətidir ki, buna xəstə ciddi əməl etməlidir. Ən qüvvətli, enerjili qidaların qəbuluna məhdudiyyət qoyulmur. Kimyəvi preparatlarla müalicədə ən çox vərəm əleyhinə maddələr tətbiq edilir. Vərəmin müalicəsində izonikotin turşusunun hidrozid törəmələri HİNT (hidrozit izonikotin turşusu), həmçinin streptomisin və PAST (paraaminosalisil turşusu) mühüm yer tutur. Bunlar birinci sıra preparatlar hesab olunur, xəstəlik törədicisinin həyati funksiyalarına güclü mənfi təsir göstərir və əlavə təsirləri az olur. İkinci sıra preparatlar törədicinin həyati funksiyalarına zəif təsir göstərir, xəstələrdə kənar reaksiyalar verir. Bunlara sikloserin, etionamid, etoksid, kanamisin, pirazinamid, yeni preparatlardan rifampisin, etambutal və başqaları aiddir. Xəstəliyin başlanğıc fazasında 2-6 ay ərzində stasionarda tuberklostatik dərmanlarla müalicə aparılır, sonra ambulator şəraitdə 6-8 ay müddətində fasiləli müalicə davam etdirilir. Ağciyər toxumasının dağılması ilə gedən, kaverna əmələ gələn xəstələr üçün vərəm əleyhinə preparatlar quraşdırılaraq təyin edilir. Göstəriş olarsa, hormonal preparatlar, vitaminoterapiya həyata keçirilir. Xəstəliyin fibroz-kavernoz formasında da müalicə göstərildiyi kimi aparılır; effekt olmazsa, cərrahi üsula əl atılmalıdır. Lakin vərəmin ən ağır formalarında belə kimyaterapiyanın bütün gücündən istifadə edilməli ən axırıncı anlarda cərrahi müdaxiləyə rəvac verilməlidir. Kimyaterapiya uzun müddət aparıldığından, xəstələrin və törədicilərin həmin dərmanlara vərdiş edə biləcəyinə görə dərmanların müəyyən müddətdən sonra dəyişdirilməsi və düzgün komplektləşdirilməsi lazım gəlir. Müalicənin səmərəli nəticəsi üçün xəstələr aşağıdakılara tam və ciddi əməl etməlidirlər: - müalicəyə ciddi yanaşmalı; - vərəm əleyhinə dərmanlar yalnız həkimin göstərişi və nəzarəti ilə qəbul edilməli; - həkimin təyinatına uyğun yataq rejimində olmasına fikir verilməli; - digər xəstənin yataq dəyişəyindən, ərzaq məhsullarından və qab-qacağından istifadə edilməməli; - vərəm əleyhinə preparatların təsirini daha da artırmaq naminə xəstə heç bir zaman siqaret çəkməməli; - vərəmli xəstə heç zaman alkoqol işlətməməlidir və s. Bütün müalicə dövründə xəstənin göstərilən qaydalara əməl etməsi aparılan müalicənin müvəffəqiyyətini təmin edir və tamamilə sağalması ilə nəticələnir. Cərrahi müalicə metodları üç formada aparıla bilər. Birinci qrupa ağciyərlərin zədələnmiş nahiyələrinin sıxıl­ması və yaprıxlaşdırılması əməliyyatları aiddir. İkinci qrup ağciyər rezeksiyasının müxtəlif variantlarından ibarətdir. Üçüncü qrupda isə quraşdırılmış əməliyyatlar aparılır, yəni ağciyərin bir hissəsi rezeksiya edilir, zədələnmiş nahiyələrin sıxılması və yaprıxlaşdırılması və ya irinli plevrit olduqda, plevranın da bir hissəsi rezeksiya edilir. Hansı hal olursa-olsun cərrah həkimlə birlikdə xəstənin vəziyyətini diqqətlə öyrəndikdən sonra hər xəstəyə uyğun fərdi cərrahi müalicə metodu seçir. Vaxtında tətbiq edilən cərrahi müdaxilə, demək olar ki, həmişə vərəmli xəstələrin sağalması ilə nəticələnir. Vərəmin istər kimyaterapiya, istərsə də cərrahi müalicə metodunda simptomatik müalicəyə də ciddi fikir verilməlidir. Həkim daim xəstəni müayinədən keçirməklə onun digər orqanlarında baş verən və verə biləcək dəyişiklikləri nəzərə almalı, onlara qarşı tədbirlər həyata keçirməlidir. Xəstəlik aşkara çıxarıldığı andan xəstənin xüsusi rejimi olmalı və o, həmin rejimə ciddi əməl etməlidir. Rejim müvəffəqiyyətli müalicənin əsasını təşkil edir. Vərəmli xəstələrə sakitlik, yüngül məşq, istirahət rejimi vacibdir. Bunlara əməl edilməsi xəstəliyin tez sağalmasına kömək edər. Vərəm xəstəliyinin profilaktikasında ona qarşı peyvəndlərin işlədilməsi müsbət təsirə malik olur. Belə ki, yeni doğulmuş uşağın 5-7 günündə ilk dəfə BSJ vaksini edilir. İkinci üsulu isə spesifik kimyəvi profilaktikadır. Xəstələrlə təmasda olanlara profilaktika məqsədilə izoniazid təyin edilir. Deməli, yoluxmamış şəxslər üçün vaksinoprofilaktika, infeksiyalaşmış adamlar üçün isə kimyəvi profilaktika aparılır. Lakin peyvəndlərin işlədilməsində də çox ciddi olmaq lazımdır. Bütün bu tədbirlərin həyata keçirilməsinə xidmət edən müəssisələr, vərəm əleyhinə dispanserlər yaradılmışdır ki, burada xəstə və xəstəliyə meylli olanlar qeydiyyatda saxlanılır, lazımı tədbirlər görülür. Vərəm xəstəliyi, eləcə də digər infeksion xəstəliklərə qarşı təkcə tibb işçiləri, müvafiq müəssisələr deyil, hər bir vətəndaş fəal mübarizə aparmalıdır. Xüsusilə gənclər xəstələrin aşkar edilib, müalicəyə cəlb edilməsinə kömək etməlidirlər. Gələcək sağlam adamlarıdır. Müəlliflər Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə Mənbə Tibbi biliklərin əsasları Həmçinin bax: Vərəm
['vərəm', 'vərəm xəstəliyi', 'fziatriya']
5,598
https://kayzen.az/blog/issoc/5626/q%C9%99rbi-q%C9%99rb-ed%C9%99n-islam-aliml%C9%99ri.html
Qərbi Qərb edən islam alimləri
MASON
islam və cəmiyyət
27 may 2011, 23:05
Uzun əsrlərdir Qərb dünyasının öyündüyü kəşflərin əslində kimə məxsus olduğu yavaş-yavaş işıq üzü görür. Məhz bu kəşflər sayəsində Qərb, Qərb olub. Məhz bu kəşflər sayəsində uzun illər Qərb elm sahəsində birinci olub. Və müsəlmanların heç bir elmi nailiyyətlərdə əli olmadığ iddia olunub. Alimlərin yaşadıqları dövrə və ondan sonrakı illərə diqqət yetirsək görərik ki, sən demə dünyanın düzənini dəyişdirən əhəmiyyətli kəşflərin sahibi müsəlmanlardır. Qərb alimləri isə sadəcə müsəlman ölkələrinin işğalı zamanı qarət edilmiş kitabxanalardan götürülmüş elmi əsərlərin tərcüməsi zamanı orada yatmış xəzinələri oğurlayaraq öz adlarına çıxmaqla məşhurlaşıblar. Dekart, Qaliley, Kopenik, Nyuton, Lavoisier, Kepler, Wright qardaşları, Toriçelli, Kristof Kolomb, Vasco da Qamma...Bunları tanımayan varmı? Məncə yox.İbtidai məktəbdən başlayaraq, tanımağa başladığımız bu xarici alimləri, tarix kitablarına baxsanız, bir çox əhəmiyyətli kəşflərin və fikirlərin "ilk" sahibi kimi görərsiz. Əsrlər əvvəl Səmərqənd, Bağdad və İstanbuldan latıncaya və ya fransızcaya çevrilən bir çox kitablardakı fikirləri söyləyən və kəşfləri edənlər isə gizlədilib. Onların elmi nailiyyətləri Avropalı alimlərin adına yazılıb. Məsələn, Nyutonu hamı "Cazibə qanunu"nu tapan ilk şəxs kimi tanıyır. Halbuki, cazibəni ilk dəfə kəşf edən, alim, bəlkə də çoxlarının indiyə kimi bir dəfə də olsun adını eşitmədiyi bir müsəlman - Fəxrəddin Razidir. Aşağıda adları hallanan alimlərin yaşadıqları zamanlara və onların kəşflərinə diqqət etsək görərik ki, son bir neçə əsrdə Qərb dünyasının elm sahəsində heç bir irəliləyişi olmayıb, onların kəşf deyə bizə təbliğ etdikləri isə, əslində müsəlmanlara məxsusdur. İndi isə gəlin, Qərb mənbələrinə istinadən, heç bir şərh vermədən bir çox kəşfi "ilk" edən İslam alimlərini tanıyaq:- İlk kağız fabrikini yaradan alim - İbni Fazil- Qızılca və çiçək xəstəliyini kəşf edən alim - Fəxrəddin Razi- Mikrobu ilk aşkarlayan alim - Akşəmsəddin- Cüzzamı kəşf edən alim - İbni Cəssar- Vəbanın yoluxucu olduğunu tapan alim - İbni Natiq- Vərəm mikrobunu kəşf edən alim - Kambur Vəsim- Gözdəki tor qişanı kəşf edən alim - İbni Rüşd- İlk göz əməliyyatını həyata keçirən alim - Əmmar- İlk xərçəng əməliyyatını həyata keçirən alim - Əli ibn Abbas- Kiçik qan dövranını kəşf edən alim - İbni Nəfis- İlk xəstəxana yaradıcısı - Əli ibn Ridvan- Sıfırı ilk istifadə edən alim - Xarəzm- Triqonometriyanı ilk kəşf edən alim - Bəttani- Tangens, kotangens və kosekantı ilk istifadə edən alim - Əbül Vəfa- Triqonometriya kitabını yazan alim - Nəsirəddin Tusi- İlk triqonometrik çevrilmə düsturunu kəşf edən alim - İbni Yunis- Binom düsturunu ilk kəşf edən alim - Ömər Xəyyam - İlk difransiallama kitabını yazan alim - Sabit ibn Qurra- Onluq kəsri ilk kəşf edən alim - Qiyasəddin Cəmşid- İlk teleskopu kəşf edən alim - Zərkali - Dünyanın fırlandığını kəşf edən ilk alim - Əbu Rüyhan Biruni- Dünyanın çevrəsini ilk ölçən alim - Musa Qardaşlar- Günəşin üzündəki ləkələri ilk kəşf edən alim - Fərqani- Ulduzların mövqeyini ölçən və ilk xətkeş hazırlayan alim - Cabir ibn Əflah- İlk avtomatik idarə sistemləri hazırlayan alim - Əhməd ibn Musa- Kibernetikanı ilk quran alim - İsmayıl Əl-Cəzəri- İlk optik cihazın təməllərini qoyan alim - İbni Heysəm- Səsin fiziki şərhini ilk verən alim - Fərabi- İlk torna dəzgahını kəşf edən alim - İbni Qərra- Qanadlarla uçan ilk alim - Hazərfən Əhməd Çələbi- İlk təyyarəni hazırlayan alim - Əbu Firnas- Yerin cazibə qüvvəsini kəşf edən alim - Razi- Rəqqaslı saatı ilk kəşf edən alim - İbni Yunis- Maddələrin spesifik ağırlığını ilk hesablayan alim - Həzini- Atomun parçalana biləcəyənin ilk kəşf edən alim - Cabir ibn Xəyyam- Göy qurşağını ilk açıqlayan alim - Qütbəddin Şirazi- İlk kimya laboratoriyasını yaradan alim - Cabir- Saf spirti ilk əldə edən alim - Razi- Fosforu ilk kəşf edən alim - Bəşir- Topu ilk kəşf edən alim - Fateh Sultan Mehmet- İlk qitə səyahətnaməsini yazan alim - İbni Bətutə- İlk dünya xəritəsini çəkən alim - Mürsiyəli İbrahim- İlk əcza kitabını yazan alim - İbni BaytarHəmçinin bax:Müsəlman alimlərin elm qarşısında xidmətləriMüsəlman alimlərinin tibb elminə tövhələri
['müsəlman alimlər', 'islam və elm', 'islam mədəniyyəti']
5,599
https://kayzen.az/blog/MASON/5621/alman-k%C9%99%C5%9Ffiyyat%C4%B1n%C4%B1-aldadan-casus-xuan-puyol.html
Alman kəşfiyyatını aldadan casus: Xuan Puyol
MASON
Bloq: MASON
27 may 2011, 16:14
Onun adı casusluq tarixinə almanları Normandiya əməliyyatında aldadan casus kimi düşüb. Bu da almanların Normandiyada məğlub olmasına səbəb oldu. Puyol peşakar casus deyildi. Amma fantaziyası ilə ən mahir casusları belə aldatmaq qabiliyyətinə malik idi Ona görə də onun adı dünyanın məşhur casusları sırasına düşüb. Xuan Puyol 1912-ci ildə Barselonada doğulub. O, uşaqlıq yaşlarından daha çox casus romanları, detektiv hekayələrlə maraqlanırdı. Xuan Puyol evdə oturaraq müxtəlif qeyri-adi casusluq hiylələri düşünüb hazırlayırdı. Bir gün o, casus olmaq qərarına gəlir və ingilis kəşfiyyatına bu istəyi ilə bağlı müraciət göndərir. İngilis kəşfiyyatı isə bu macəra həvəskarına bel bağlamır və onun bu təklifini rədd edir. Ancaq Xuan bu cavabdan təəssüflənmir və casusluq etmək üçün başqa yollar axtarmağa başlayır. Bir dəfə Xuan Puyol alman səfirliyinə müraciət edir və qatı nasist olduğunu, alman kəşfiyyatında işləmək istədiyini bildirir. Almanlar Xuanın bu istəyini qəbul edirlər. Ona bir neçə məsələləri araşdırıb alman kəşfiyyatına hesabat yollamasını tapşırırlar. Xuan almanlara balaca bir yalan söyləmişdi. Belə ki, Puyol Barselonada yaşamasına baxmayaraq, özünü Londonda yaşayan bir nasist kimi göstərmişdi. Almanlar da fikirləşmişdilər ki, ondan ingilis kəşfiyyatına qarşı rahat bir şəkildə istifadə etmək olar. Xuan Puyol qeyri-adi düşüncə qabiliyyətinə malik insan idi. O, tez bir zamanda işinə başlamış və Barselonadakı kitabxanalardan əldə etdiyi məlumatlar əsasında yarıgerçək ssenarilər yazır və almanlara göndərir. Almanlar onun bu hesabatını bəyənir və onu işə götürürlər. Beləliklə, Xuan Puyolun oyunlarla dolu kəşfiyyat həyatı başlamış olur. Puyol qısa müddətdə almanların professional agentləri sırasına daxil olur Almanlar Puyolun bacarıqlı casus olduğunu və lazım gəldikdə digər ölkələrdən asanlıqla məlumat toplayacağına inanırlar. Amma Puyol bu məsələdə onların inamını doğrultmur. Almanların artıq onunla ciddi maraqlanmadıqlarını hiss edən, Puyol yenidən ingilis kəşfiyyatına gedir və özünün alman casusu olduğunu deyir. Puyol ingilis kəşfiyyatına bildirir ki, alman casusu olaraq ingilis kəşfiyyatında işləyə bilər. Bundan sonra ingilislər Puyolu “Double Agent “(ikitərəfli agent) olaraq işə götürürlər. İngilis kəşfiyyatı ikitərəfli agentləri “XX” (cüt iks) işarəsilə kodlamışdılar. “XX komitəsi” kimi tanınan bu təşkilatın 1500 agenti vardı. Nəhayət ki, istəyinə qovuşan macəraçı Xuan Puyol dərhal işə başlayır. “XX” komitəsinin rəhbəri Con Sesil Masterman adlı çox təcrübəli bir xüsusi kəşfiyyatçı idi. O, Puyolun fantaziyasından istifadə edərək, almanları aldatmağın mümkünlüyünü hiss edir. Qalırdı Puyolun xəyal gücü ilə almanları aldatmaq. Bu plan baş tutdu. Puyol qısa bir müddətdə almanları saxta sənədlərlə özünə inandıra və onların ən professional agentlərinin sırasına daxil ola bildi. Almanlar ona “ARABEL”, ingilislər isə GARBO kod adını qoymuşdular. Puyol almanlara 27 casusunun olduğunu demişdi, amma... Puyol almanlarla oyuna 1943-cü ildə başlayır. O, almanlara Londonda ingilislərə qarşı casuslardan ibarət təşkilat qurduğunu və bunu daha da genişləndirmək üçün vəsait lazım olduğunu deyir. Puyolun alman kəşfiyyatına dediyinə görə, 27 agenti var idi. Almanlar bu ispaniyalı casusun çalışmalarına heyran olmuşdular. Onun qısa müddətdə 27 casus toplaya bilməsi qeyri-adi hal idi. Maraqlıdır ki, almanlar buna inanırlar və bütün agentlər üçün ayrı-ayrı pul ödəməyə başlayırlar. Həqiqətdə isə Xuan Puyoldan başqa, heç bir casus yox idi. O, uydurduğu agentlər adından 200-ə qədər hesabat yazdırmış və Barselonadan alman kəşfiyyatına göndərmişdi. 1943-cü ilin axırında ingilislər bu həvəskar agentin öz balaca otağından belə qeyri-adi əməliyyatlar həyata keçirdiyini görüb, onu gizlicə İngiltərəyə aparırlar. Puyol həyatında ilk dəfə idi ki, Londona gəlmişdi. İngilislər onun idarə edəcəyi gizli “Aldatma” əməliyyatı “hazırladılar və ona “Fortitude”(dözüm) kod adını verdilər. Həqiqətən də, Puyol əməliyyatı uğurla həyata keçirir. Oyun zamanı ingilislər Puyola gizli sənədlər də verirdilər, O isə sənədləri almanlara ötürürdü. Amma sənəddə olan məlumatlar və tapşırıqlar artıq yerinə yetmiş və iş-işdən keçmiş olurdu. Bu vaxt isə Puyol almanları günahlandırır və daha çevik və yaxşı əlaqə qura bilmədikləri üçün özünün və agentlərinin canları bahasına əldə etdikləri sənədləri heç etdiklərini deyirdi. Puyolqarşısındakını günahkar çıxarmaq barədə professional idi. Hitleri aldada bildi... Nəhayət, 1945-ci ildə Puyol ən böyük oyununu oynadı. O, Amerika, Kanada, Böyük Britaniya və digər dövlətlərin birləşərək Normandiyaya basqın edəcəyini almanlara bildirir. O, basqının nə vaxt, saat neçədə olacağını belə yazmışdı. Ancaq Puyol basqın olunacaq yerin Normandiya deyil, başqa bir ərazi olacağını bildirir. Marşal Rommel ona gələn bu çox gizli məlumatı alanda buna uyğun tədbir görür. Hətta Hitler belə bu yalana inanır. Nəticədə almanlar öz qüvvələrini yanlış mövqeyə toplayırlar və bu da müttəfiqlərə Normandiya hücumunu uğurla başa çatdırmağa imkan verir. Bu hadisədən sonra belə almanlar Puyolun ikitərəfli casus olduğunu anlamırlar, həm Puyola, həm də onun uydurma agentlərinə pul göndərməyə davam edirlər. Bunun səbəbi isə yenə Puyolun qarşısındakını günahkar çıxarmaq bacarığı idi. Puyolun yeganə istəyi Müharibədən sonra ingilislər Xuan Puyola vətəndaşlıq və maaş təklif etdilər. Həvəskar casus bunları istəmədi. İngilislərdən bir tək istəyi oldu: “Mənə Venesuela vətəndaşı olmağıma dair saxta bir pasport verin və orada yaşaya bilməyim üçün dəstək təşkil edin”. Puyolun bütün istəyi bu idi. Ancaq niyə məhz Venesuelada yaşamaq istəyi isə bilinmədi. İngilislər onun bu arzusunu yerinə yetirdilər. Bundan bir neçə ay sonra Puyolun ölməsi haqqında şayiələr yayıldı. Ancaq Puyol ölməmişdi. O, rahat yaşamaq üçün peşəkarcasına öz saxta ölümünü təşkil edə bilmişdi. Həvəskar casus 1946-cı ildə Venesuelada yerləşir. Nəhayət, 1988-ci ildə ingilis kəşfiyyatı açıqlama edərək, Xuan Puyolun, İkinci Dünya Müharibəsinin ən qeyri-adi və maraqlı casusunun öldüyünü bildirdi. Müxtəlif mənbələrin məlumatına görə, Puyol Karib dənizi ilə Henri Piter milli parkının arasında yerləşən şəhərdə dəfn olunub.
['casuslar', 'casusluq']