Unnamed: 0
int64
0
6.93k
url
stringlengths
41
313
title
stringlengths
3
153
author
stringclasses
256 values
category
stringclasses
371 values
date
stringlengths
17
23
content
stringlengths
3
89.6k
tags
stringlengths
6
314
5,700
https://kayzen.az/blog/turizm/5205/misir-sirli-piramidalar-%C3%B6lk%C9%99si.html
Misir-sirli piramidalar ölkəsi
MASON
Turizm
4 may 2011, 22:50
Misir üç qitəni - Asiya, Afrika və Avropanı birləşdirən yolların kəsişdiyi nöqtədə yerləşir. Şərqdən İsrail, cənubdan Sudan, qərbdən Liviya ilə həmsərhəddir. Ölkəni şimaldan Aralıq dənizi, şərqdən - Qırmızı dəniz əhatə edir. Paytaxtı Qahirədir.Şəhər inanılmaz dərəcədə qarışıqlıqdı. Şəhərin küçələri , yolları bütün orijinallığı ilə sanki Qədim Misirdən qalmadır.Şəhərə yuxarıdan baxanda adamda elə təsəvvür yaranır ki, Qahirəni duman-sis bürüyüb. Əslində isə şəhərin dumanlı mənzərəsinə səbəb tozdu. Qahirə səhralıqda salınan şəhər olduğuna görə, burada çöl iqlimi hökm sürür və qopan toz fırtınası ətrafı cənginə alır. Bütün bunlara baxmayaraq, şəhər sürətlə inkişaf edir. Dünyaca məşhur otellər, göydələnlər Qahirəni get-gedə müasir meqapolisə çevirir. Qahirənin əhalisinin sayı 20 milyondan çoxdur. Bu rəqəm burada nəqliyyat sisteminin nə qədər önəmli olduğundan xəbər verir. Qahirənin nəqliyyat sistemi olduqca qarışıqdır, desək yanılmarıq. Misir 1 milyon kvadrat kilometrdən çox ərazisi ilə dünyanın böyük ölkələrindən sayılsa da, bu ölkədə yaşayış və əkin üçün əlverişli olan torpaqlar ərazinin cəmi 4 faizini təşkil edir. Ərazinin qalan hissəsi səhra və çöllərin payına düşür. Nil çayı Nilə mənbəyini Cənnətdən alan çay deyirlər. Çünki çox kiçik bir mənbədən aldığı su o qədər nəhəng səhralardan keçib getməsinə baxmayaraq, qurumur. Keçdiyi ölkələrdə səhralara can verən Nil çayı tarixdə neçə-neçə mədəniyyətin qurulmasına şahid olub. Missuri və Missisipi çaylarının birləşməsindən kiçik olsa da , dünyanın ən uzun çayı statusunu daşıyır əfsanəvi Nil çayı. Misiri Nilsiz təsəvvür eləmək olmur, həqiqətən. Bu çayı görəndə istər-istəməz , “Nilsiz nə əfsanəvi Misir dövləti olardı, nə də ki Misir mədəniyyəti” , - deyə düşünürsən … İnsanlara zülm edən Firona qarşı mübarizə aparan Həzrəti Musa Peyğəmbər də anası tərəfindən məhz Nil çayının sularına atılmışdı. Nil Hz. Musanın peyğəmbərliyə, ordan da Firon istibdadını süquta uğratmağa doğru gedən müqəddəs yolunun ilk mənzili olmuşdur. Gecələr Nilin libası bir başqa olur. Par-par parıldayan qayıqlar bu əfsanəvi çayın gözəlliyinə yeni naxışlar vurur. Piramidalar Misirin dünyada bu qədər tanınmasının ən böyük səbəbkarı... 5 min ilə yaxın tarixi ilə dünyanın ən böyük 7 möcüzəsindən biri... Hər il minlərlə turistin Misirə gəlib ziyarət etdikləri nəhəng qəbir daşları... Misirin tarixini kitablardan öyrəndiyimiz zaman qarşımıza çıxan piramidaları canlı görmək bir başqa duyğudur. Piramidalar insanda sanki şəhərdən xeyli uzaqlıqda səhranın ortasında ucaldılmış qəbir daşları təəssüratını yaratsa da , əslində bu belə deyil. Piramidalar elə Qahirənin giriş hissəsindədir. Ən böyük piramida hesab olunan Xeops tikilərkən 147 metr yüksəkliyində olub. Aradan keçən min illər ərzində bu hündürlük 10 metrə qədər azalıb. Hazırda Xeops piramidası 137 metrdir. Digər piramida isə Kefrendir. Onun boyu da tikildiyi zaman 143 metr olub. Piramidaların ən kiçiyi isə Mikerinosdur. Mikerinosun hündürlüyü 66 metrə çatır. Piramidalara misirlilər ehram deyirlər. Bu ehramlar Misiri işğal edən hökmdarlar tərəfindən talan edildiyinə görə içindəki otaqlar bomboşdur. Xeops piramidası çox güman ki, insan əli ilə qurulan ən böyük tikilidir. 3 milyona yaxın daşın istifadə edildiyi bu nəhəng tikilinin ağırlığı 6,5 milyon tondur. Mükəmməl bir piramida şəklində qurulan ehramlar hələ də özündə bəzı sırlərı mühafizə edir. Məsələn, ən kiçiyi 2-3 ton olan bu nəhəng daşların buraya necə gətirildiyi maraq doğurur. Digər bir maraqlı cəhət odur ki, Fironların mumiyalarının olduğu otağa ildə 2 dəfə günəş işığı düşür. Bundan əlavə, ehramlarda radioaktiv maddələr yüksək olduğundan onları ilk kəşf edən 12 elm adamı daha sonra xərçəng xəstəliyindən ölüb. Piramidaların içində radar kimi cihazlar işləmir. Kirli bir su piramidanın içində 1-2 gün saxladıqdan sonra təmizlənir. Süd bir neçə gün piramidanın içində xarab olmadan qalır və daha sonra qatığa çevrilir. Bitkilər ehramların içərisində daha sürətlə inkişaf edir. Ehramların içərisində 5 həftə saxlanılan su daha sonra üz lasyonuna çevrilir. Bir qabın içinə tökülmüş yemək artıqları piramidaların içərisində ətrafa heç bir qoxu yaymadan qısa müddətə mumiyalaşır. Kəsik, yarıq kimi yaralar piramidaların içərisində daha tez sağalır. Qısacası, piramidaların bu sirləri hələ də açılmayıb. Peyğəmbərlər ölkəsi Sfinks heykəlinin pəncələrinin arasında bir məbəd var. Şir qədim Misirdə müqəddəs heyvan sayıldığına görə sfinks heykəlinin də başının şir başı olduğu bildirilir. Bundan əlavə, şirlər həm də gücü təmsil etdiyindən, bir növ sfinks heykəli piramidaları qorumaq vəzifəsini də daşıyırmış qədim misirlilərə görə. Misir bir peyğəmbərlər ölkəsidi. Adı həm “Tövrat”da, həm də “Qurani-Kərim”də keçən 4 ən böyük peyğəmbərlərdən sayılan Həzrəti Musa və onun qardaşı Həzrətu Harun misirli peyğəmbərlərdəndir. Qahirə muzeyi Qahirədə bir çox tarixi və turistik yerlər mövcuddur. Tahrir meydanındakı Qahirə muzeyi hər il minlərlə turist tərəfindən ziyarət olunur. Piramidalardan çıxarılan fironların mumyaları, qızıl maskalar və o dövrə aid digər zinət əşyaları görülməyə dəyər. Burada ən çox diqqət çəkən Firon Tutanxamunun mumiyasının qızıldan olan maskasıdır. 9 yaşında taxta çıxan Tutanxamun 18 yaşında başına dəyən bır zərbə ilə ölüb. Onu bu qədər önəmli edən isə mumiyasının zədə almadan çıxarılması olub. 5 minə yaxın yaşı olan və bir mədəniyyəti əks etdirən bu əşyaları görmək üçün isə Misirə gəlməyə dəyər. Şəhərin ən mərkəzi yerlərindən sayılan Ramzes meydanının ortasında yaxın zamanlara qədər Firon Ramzesin heykəli ucalırmış. Ancaq alınan bir qərarla heykəl sökülüb və muzeyə aparılıb. Meydanın olduğu yerdə şəhərin ən böyük qatar stansiyası var. Buradan İskəndəriyyə, Luksor başda olmaqla digər şəhərlərə qatarla getmək mümkündür. Elə ona görə də meydan hər zaman insanlarla dolu olur. Qahirə-Tover adlanan qüllə isə şəhərin ən hündür yeridir. Nil çayının yanında ucaldılan Qahirə-Toverin hündürlüyü 180 metrdir. Qəribə bir memarlıq üslubunda tikilən qüllənin başında fırlanan 2 mərtəbəli restoran var. Din “Ölülər şəhəri” deyilən yer Misirin ən görməli məkanlarından biridir. Burada hətta yeni doğulan uşaqların ünvanını məzar evlər olaraq da göstərirlər. Ölümlə həyatın görüşdüyü bu qəribə yer, həqiqətən, insanda fərqli duyğular yaradır. Misirlilər islamı Həzrəti Ömər zamanında qəbul ediblər. Misir 2500 illik bir mədəniyyətə sahib olsa da, islamiyyəti seçdikdən sonra hər şeyindən imtina edib. İslam dini misirlilərin könlündə elə bir taxt qurub ki, onun uğrunda min illərdir davam etdirdikləri həyat tərzlərindən imtina ediblər. Ərəb olmamalarına baxmayaraq, özlərini ərəb adlandırırlar. Ölkənin rəsmi adının Misir Ərəb Respublikası olması bunun ən bariz nümunəsidir. Ölkədə ilk qurulan məscid bu ölkəni fəth edən sərkərdə Həzrəti Əmr bin Asın adını daşıyır. 642-ci ildə gözəl memarlıq üslubu ilə tikilən birmərtəbəli məsciddir Əmr bin As məscidi. Peyğəmbərimizin nəvələrindən olan Həzrəti Hüseynin adını daşıyan məscid də Qahirənin ən məşhur və ən çox ziyarət edilən məbədlərindəndir. Əl Əzhər, Seyidi Zeynəb, Hz. Nəfisə məscidləri də Qahirədə axın-axın ziyarət edilən məscidlərdəndir. Təhsil Misirin fəxri tarixi Əl-Əzhər Universiteti də Qahirədədir. Dünyanın sayılıb-seçilən universitetlərindən olan Əl Əzhərin tarixi də olduqca qədimdir. 975-ci ildə qurulan universitet İslamın fiqh elminə böyük töhfələr vermişdir.Tarixə çox önəmli İslam alimləri qazandıran Əl-Əzhər Universitetində 380 minə yaxın tələbə təhsil alır. Bu universitetdə hazırda 10-dan çox azərbaycanlı təhsil alır. P.S. Səfərimiz Misirdə baş verən son hakimiyyət dəyişikliyindən əvvəl olub. Bu səbəbdən hazırkı vəziyyət barədə məlumat verə bilmədik. Hazırladı: Vüqar ZülfüqarHəmçinin bax:Qədim MisirQədim Misirin mədəniyyəti
['Misir']
5,701
https://kayzen.az/blog/dusundurucu-hekayeler/5204/anan%C4%B1n-s%C9%99ssizliyi.html
Ananın səssizliyi
MASON
Düşündürücü hekayələr
4 may 2011, 22:40
Axşam anamla atam televizora baxırdılar. Anam “Artıq gecdir, mən yatmağa gedirəm,” - dedi. Qalxdı, mətbəxə getdi. Meyvə boşqablarını yudu. Sabaha hazır olsun deyə, çaydanı doldurdu, dəmliyə çay atdı. Şəkər qabına baxdı. Dibində az qalmışdı, doldurdu. Səhər yemək üçün soyuducundan çörək çıxardı. Axşama buzu açılsın deyə, əti buz yerindən aşağı qoydu. Stolun üstündəkiləri yığışdırdı. Telefon dəftərini örtüb, yerinə qoydu. Sonra paltaryuyan maşından yaş paltarları çıxarıb asdı. Maşını yenidən doldurdu. Hamamdakı zibil qabını boşaltdı. Yaş dəsmalı qurumaq üçün asdı. Bir köynək ütülədi, qopmuş düyməsini tikdi. Gülləri suladı. Sonra yataq otağına üz tutdu. İş stolunun yanından keçərkən dayandı. Əyilib stolun altına düşmüş dərs kitabını götürdü, stolun üstünə qoydu. Resept dəftərini çıxartdı. Rəfiqəsinə söz verdiyi keks reseptini bir kağıza yazıb, çantasına qoydu. Dükandan alacağı ərzaqların siyahısını tutdu. Sonra o siyahını da çantasına qoydu. Sonra gedib üzünü yudu, dişlərini fırçaladı. Qapıları, pəncərələri yoxladı. Dəhlizdəki işığı yandırdı. Qardaşımın otağına getdi. Qardaşım yatmışdı. İşığını söndürdü, köynəyini asdı, yerdəki kirli corablarını toplayıb, səbətə atdı. Mənim yanıma gəldi. “Artıq yat, sabah işləyərsən,” - dedi. Öz otağına getdi, saatı qurdu, ertəsi gün geyəcəyi paltarları hazırladı... Bu vaxt atam televizoru söndürdü. Eləcə, “Mən yatıram”, deyib gedib yatdı. P.S. Analarımızın qiymətini bilək...
['ana', 'ana qayğısı', 'övlad sevgisi']
5,702
https://kayzen.az/blog/MASON/5200/xidm%C9%99t%C3%A7i-q%C4%B1z%C4%B1n-sevinci.html
Xidmətçi qızın sevinci
MASON
Bloq: MASON
4 may 2011, 01:44
“Səadət Əsri” deyilən illər idi. Aləmlərin Əfəndisinin dünyanı şərəfləndirdiyi illər... Peyğəmbərimiz (s.ə.s) bir gün yolda gedərkən balaca bir qıza rast gəldi. Qız ağlayırdı. Əyilib mübarək əlləri ilə onun başını sığalladı və nə üçün ağladığını soruşdu. Gözlərindən yaş süzülən qız Onu görən kimi hıçqırıqlarını kəsdi və: - Ey Allahın Rəsulu! Mən xidmətçi bir qızam. Sahibim un almaq üçün pul verdi. Ancaq mən onu itirdim. İndi evə necə gedəcəyəm? - dedi. Peyğəmbərimiz un üçün lazım olan pulu verdi. Ancaq qız yenə də ağlamağa başladı. Niyə ağladığını soruşanda balaca qız: - İndi evə gecikdiyim üçün sahibimin məni döyəcəyindən qorxuram, - deyə cavab verdi. Rəsulullah (s.ə.s) onun əlindən tutdu. Unu alıb bir yerdə qızın evinə getdilər. Allah Rəsulu (s.ə.s) qapını döyüb: - Evdə kim var? - deyə çağırdı. Ancaq qapı açılmadı. Peyğəmbərimiz yenə çağırdı. Qapı yenə açılmadı. Üçüncü dəfə çağıranda qapı böyük bir sevinclə açıldı. Ev sahibi: - Canımız sənə fəda olsun, ey Allahın Rəsulu! Xoş gəldiniz, səfa gətirdiniz. Niyə bu qədər zəhmət çəkdiniz, - deyərək bu mübarək qonağı qarşıladı. Qapının bu qədər gec açılmağından narahat olan Peyğəmbərimiz ev sahibindən bunun səbəbini soruşdu. Ev sahibi də: - Bizi bağışlayın, ya Rəsulullah! Əslində sizin səsinizi qapını ilk dəfə döyəndə eşitdik. Ancaq sizin o gözəl səsinizi yenə eşidək deyə üçüncü dəfədə açdıq, - deyə cavab verdi. Peyğəmbərimiz balaca qızın başına gələnləri danışdı. Onu dinləyən ev sahibi: - Mən onu necə döyə bilərəm? - dedi və davam etdi - İnsanların ən xeyirlisinin evimə gəlməsinə səbəb olan bir adam artıq mənim xidmətçim ola bilməz. Onu xidmətçilikdən azad etdim. Bundan sonra o mənim qızımdır...
['düşündürücü hekayələr', 'islam hekayələri', 'peyğəmbər']
5,703
https://kayzen.az/blog/sevgi/5199/o%C4%9Flanlar%C4%B1n-q%C4%B1z%C4%B1-b%C9%99y%C9%99nm%C9%99sinin-%C9%99lam%C9%99tl%C9%99ri.html
Oğlanların qızı bəyənməsinin əlamətləri
ayxansevda
Sevgi
3 may 2011, 23:53
Çiyinlərini düzəldir Əgər bir oğlan səninlə görüşdə qarnını çəkib,çiyinlərini düzəldib özünü şux tutursa, demək ki, bunu sizə xoş, yaraşıqlı görünmək üçün edir. Sizi gözləyirHər dəfə “təsadüfən” sənin qarşına çıxır. Kişilər bəyəndikləri qızı görmək üçün hər vasitəyə əl atır, bir qızı uzaqdanda olsa görmək üçün saatlarla onu gözləyə bilər. Gözlərini səndən çəkmir Əgər daima onun gözlərini üzərinizdə hiss edirsinizsə, onun sizi diqqətlə müşahidə etdiyini görürsünüzsə, əmin olun ki, o sizə aşiqdi.Sənə çoxlu suallar verir.Sənin həyatınla maraqlanır, səni tanımaq üçün fərqli suallar verir, səninlə ünsiyyətə can atır, maraqlı söhbətlər etmək istəyirsə, demək ki, oğlan sizə qarşı hissiyatsız deyil. Sənin dostlarını tanımağa çalışır. Bir oğlan əgər sizin dostlarınızla tanış olur, onlarla birlikdə vaxt keçirtmək, onların etibarını qazanmaq istəyirsə demək ki, o sizə qarşı laqeyd deyil.
['flirt']
5,704
https://kayzen.az/blog/evdarliq/5198/evdar-qad%C4%B1nlar%C4%B1n-qeyd-d%C9%99ft%C9%99rin%C9%99.html
Evdar qadınların qeyd dəftərinə
ayxansevda
Evdarlıq
3 may 2011, 23:46
1. Salat düzəldərkən istifadə olunan tərəvəzlərin quru olmasına fikir verin. Sulu olanda onların dadı qarışmır. 2. Tərəvəzləri bişirəndə onlara isti su töksəniz daha ləzzətli olar. Onların rəngi təravətli qalsın deyə, qazanın qapağını açıq saxlayin. 3. Makaron bişirəndə suyun içərisinə bir-iki bütöv soğan və kök atin, daha ləzzətli olacaq. 4. Börək və keksləri bişirəndə xəmirə marqarin vursaniz, daha ləzzətli alınar. 5. Balığı soyuducuya qoymazdan əvvəl üstünə limon sıxsaniz, iyi gəlməz. 6. Yumurta ağının yaxşıca köpüb, beze halına tez gəlməsi üçün içərisinə azca duz tök. 7. Aldığıniz limon bərkdirsə, onu 1 saat isti suda saxlayin. Kəsəndə daha yumuşaq və sulu olacaq.
['evdarlıq']
5,705
https://kayzen.az/blog/u%C4%9Fur/5195/u%C4%9Fur-qazanma%C4%9Fa-mane-olan-b%C9%99zi-d%C3%BC%C5%9F%C3%BCnc%C9%99l%C9%99r.html
Uğur qazanmağa mane olan bəzi düşüncələr
ayxansevda
uğur psixologiyası
3 may 2011, 23:12
İnsanların özləriylə əlaqədar bəyəndikləri xüsusiyyətləri azdır, amma bəyənmədikləri və narahat olduqları xüsusiyyətlərinin siyahısı sərhədsiz ola bilir. Məhz həyatı zəhər edən düşüncələrdən bəziləri. 1. Mən itirdim 2. Birinin mənə sahib çıxması lazımdır 3. Risk etməyi sevmirəm 4. Haqlı olduğumu bilirəm 5. İstədiklərimi əsla əldə edə bilməyəcəyəm 6. Sabah başlayaram' 7.... olduğu zaman xoşbəxt olacağam 8. Hamısı onların günahıdır 9. Bəxtim gətirən deyil, əsas bəxtdir    
['uğur psixologiyası']
5,706
https://kayzen.az/blog/MASON/5166/bir-birimizi-incitm%C9%99y%C9%99c%C9%99k-q%C9%99d%C9%99r-yax%C4%B1n,-bir-birimizi-dondurmayacaq-q%C9%99d%C9%99r-uzaq.html
Bir-birimizi incitməyəcək qədər yaxın, bir-birimizi dondurmayacaq qədər uzaq...
MASON
Bloq: MASON
3 may 2011, 21:27
Qədim zamanlarda heyvanlar soyuqdan əziyyət çəkirlərmiş. Ölənlərin sayı-hesabı yox imiş. Ancaq ən çox ölənlər kirpilər imiş. Çünki onların başqa heyvanlar kimi qalın kürkləri yox imiş. Bir gün bu vəziyyətdən çıxış yolu tapmaq üçün kirpilər bir yerə yığışırlar və gecələr bütün kirpilərin bir yerə toplaşmalarını və gecəni bir yerdə keçirmələrini qərara alırlar. Beləliklə, kirpilər bir-birilərinin istisinə qızınacaq və donmaqdan xilas olacaqdılar. İlk gecə hər şey yaxşı keçdi. Ancaq bu dəfə başqa bir problem var idi. Üşüyən kirpilər bir-birilərinə çox yaxınlaşdıqları üçün tikanları ilə bir-birilərini yaralayırdılar. İkinci gecə kirpilər yaralanmasınlar deyə bir-birilərindən uzaq dayanmağa başladılar. Ancaq bu dəfə də donmaqdan xilas ola bilmədilər. Nəhayət, hər gecə bir az yaxınlaşa-yaxınlaşa, bir az uzaqlaşa-uzaqlaşa bir-birilərini incitməyəcək qədər yaxın, ancaq bir-birilərini dondurmayacaq qədər uzaq dayanmağı öyrəndilər... Əslində bizim də uzun “tikanlarımız” var. Və onlar bəzən faydalı, bəzən də zərərlidir. Əgər heç kimi yaxınımıza buraxmırıqsa, heç kimlə ünsiyyət qurmaq istəmiriksə, onlar zərərlidir. Həmişə insanlarla bir yerdəyiksə, həmişə insanlarla ünsiyyətdəyiksə, onlar faydalıdır. Halbuki biz də istəsək, həyatın soyuqlarında bir-birimizi dondurmayacaq qədər uzaq, bir-birimizi incitməyəcək qədər yaxın ola bilərik. Eynilə kirpilər kimi...
['düşündürücü hekayələr']
5,707
https://kayzen.az/blog/ginekologiya/5146/ayba%C5%9F%C4%B1-haqq%C4%B1nda.html
Aybaşı haqqında
burla xatun
ginekologiya
3 may 2011, 18:48
Aybaşı nədir və onun qadın həyatında əhəmiyyəti nədən ibarətdir sualına cavab tapmağa çalışaq. Aybaşı qadın xəstəliyi olub,  uşaqlıq borusu vasitəsi ilə bədəndən hüceyrələrin və qanın xaric olunmasıdır. Aybaşı qadının gələcəkdə hamilə qalması üçün böyük əhəmiyyət kəsb edən və müntəzəm olaraq hər ay müəyyən vaxtda baş verən bir prossesdir. Bu proses qadının orqanizmindən asılı olaraq 10-16 yaşlarından başlayır, təqribən 28 gün fasilə ilə hər ay 3-7 gün baş verir və 45-50 yaşadək davam edir. Bu zaman qadınlar 80-85 ml-dək maye itirir, onun da yalnız 35 ml-si qandır. Keçən əsrin 40-cı illərində qızlarda aybaşı orta hesabla 16,5 yaşdan başlayırdı. Müasir dövrdə isə bu rəqəm 13 yaşa enib ki, bu da qızların sağlamlıq, qidalanma və gigiyena şəraitlərinin yaxşılaşmasından irəli gəlir.  Hamilə qadınlar isə müvəqqəti olaraq belə günləri yaşamırlar. Aybaşı dövrü bütün xanımların ağır günləri hesab edilir, hətta dinlə məşğul olanlar belə günlərdə ibadətdən uzaqlaşırlar. Aybaşı  və şiddətli ağrılar Qadınların bəzilərində şiddətli ağrılar olsa da, bir qisim xanımlar bu prosesi nisbətən yüngül keçirirlər. Hər üç qadından ikisi aybaşı və ya aybaşı zamanı ağrı, zəiflik, ürəkbulanma, başgicəllənmə, halsızlıq kimi neqativ hallarla üzləşirlər. Tibbdə bu “alqomenoreya” (ağrılı aybaşı) xəstəliyi adlanır. Alqomenoreya təkcə fiziki problemdən deyil, eləcə də ciddi xəstəliklərdən xəbər verə bilər. 14-45 yaş qadınların 60-70%-i arasında bu xəstəliyə rast gəlinir. Xüsusilə də yeniyetmələrdə ağrılı aybaşı daha çox müşahidə olunur. Alqomenoreya 84%-də ürəkbulanma, 79%-də diareya, 23%-də başgicəllənmə, 13,5 %-də baş ağrıları, 16%-də isə ürəkgetmə ilə özünü göstərir. Adətən, ağrılar aybaşıya 1-2 gün qalmış başlayır və aybaşının 3-cü günü azalır və ya tamamilə kəsilir. Bəzi qadınlar bu günlərdə iş qabiliyyətini  də itirirlər.  Alqomenoreya qadının fiziki, emosional və psixi vəziyyətinə mənfi təsir göstərir. Alqomenoreyanın simptomları qarının alt tərəfi və bel nayihədə sancılı ağrılarla müşahidə olunur. Ağrılı aybaşı digər xəstəliklər kimi müalicə tələb edir. Yaxşı inkişaf etməmiş uşaqlıq (matka), onun düzgün yerləşməməsi kimi problemlər ağrılara gətirib çıxarır. Bu səbəblər uşaqlıqdan menstrual ifrazatın axmasına əngəl yaradır. Əgər ağrı mütəmadi yox, periodik baş verirsə, o zaman ağrı yaradan faktorlara diqqət yetirmək lazımdır. Psixoloji travmalar, fiziki işin çoxluğu, yorğunluq, psixoloji və ya əsəb pozğunluğu da ağrılara səbəb ola bilir. 40-50% qadınlarda ağrı genetik xarakter daşıyır. Aybaşı və psixoloji gərginlik Artıq sübut olunub ki, yuxusuzluq, yorğunluq, stress, siqaret çəkmək, çoxlu miqdarda qəhvə qəbul etmək aybaşı zamanı ağrılar yaradır. Aybaşı zamanı fiziki gərginlik, soyuqdəymə, dənizdə çimmək, cinsi əlaqə infeksiyaya yoluxma riskini artırır.  Ağrını aradan qaldırmaq üçün təkcə dərmanlara deyil, eləcə də xalq təbabətinə müraciət edib effektli nəticə əldə etmək olar: -ayaqlara və qarnınıza isti quru dəsmal qoyun (bunu isti qum dolu torba ilə əvəz etmək də mümkündür); -qarının aşağısına isti kompress etmək; -3-5 boğazotu kökünü 10 stəkan qaynar suda dəmləyib, gündə 2 dəfə yarım stəkan olmaqla qəbul etmək; Həmçinin çobanyastığı, nanə dəmləmələri də ağrını aradan götürməyə kömək edir. Aybaşı zamanı yüngül idmanla məşğul olmaq da bəzi ağrıların azalmasına səbəb ola bilər. Aybaşı pozğunluğundan özünüzü gözləyin Aybaşı ağrılarından təkcə qadınlar deyil, eləcə qızlar da çox əziyyət çəkir. Aybaşı ilə bağlı problem yaşayan qızların əvvəlcə hormonlarının yoxlanması, USM-dən keçirilməsi, daha sonra diaqnoz qoyulub müvafiq dərmanlarla müalicəsinin aparıldığını söyləyən ginekoloq analara qızları ilə daha yaxından maraqlanmağı məsləhət görülür. Aybaşı zamanı xanımların gigiyena qaydalarına əməl etməsi çox vacibdir. Belə ki, bezləri tez – tez dəyişmək, dəyişən zaman yuyunmaq (çünki aybaşı qanı bakteriyalar üçün çox əlverişli mühitdir), gündə bir dəfə ilıq duş qəbul etmək bu qəbildəndir.  Aybaşı dövründə qadının dözülməz ağrıları sonrakı problemlər üçün bir siqnaldır.  Gənc xanımlar üçünsə bir başa gələcəkdə yaşaya biləcəkləri ciddi ginekoloji problemlərin göstəricisi. Elə isə  həkimə müraciət etməyi sabaha saxlamayın, sabah çox gec ola bilər. Həmçinin bax: Aybaşı problemləri Aybaşı pozğunluğu (Alhomenoreya) Müəllif: Aygün Əliyeva
['aybaşı', 'menstruasiya']
5,708
https://kayzen.az/blog/zodiak-sade/3024/q%C4%B1z-b%C3%BCrc%C3%BCn%C3%BCn-xarakteri.html
Qız bürcünün xarakteri
Tomris
Bürclər
2 may 2011, 23:00
Ulduzlar sistemində 6-cı yeri tutan Qız bürcü təxminən avqustun 24-dən sentyabrın 23-nə qədər (30 gün) olan dövrü əhatə edir. Bu zodiak işarəsi Göy qübbəsində 1290 kvadrat dərəcəlik sahəni tutur. Onun tərkibinə adi gözlə görünən 95 ulduz daxildir. Hətta səmada ən parlaq obyektlərdən hesab olunan Spisk ulduzu da məhz Qız bürcündədir. Hərarəti təxminən 20 min dərəcə olan bu ulduzun kütləsi Günəşinkindən 15 dəfə çox, işıqlılığı isə 740 dəfə güclüdür. Qız bürcünə himayədarlıq edən Merkuri astronomik hesabla birinci planet sayılır. Onu qədim Roma Allahı Merkurinin şərəfinə belə adlandırıblar. Bu planet ticarət və alış-veriş işlərinə böyük təsir göstərir, eləcə də idmanın inkişafında əhəmiyyətli rol oynayır. Qədim dövrlərdə Merkurini ölmüş insanların ruhu, yeraltı aləmin hakimi hesab edirdilər. Onun radiusu 2440 km, elementi torpaq, tərkibi quraqlıq, xarakteri isə soyuqluqdur. Bəri başdan qeyd etmək istərdim ki, bu bürc altında doğulanlar əksər hallarda zahirən xoşagəlməz və dəyişkən fikirli adam təsiri bağışlasalar da, daxilən pak və xeyirxah olurlar. Arıq və hərəkətdə olan bədən, enli alın, qızarmış sifət, şabalıdı və ya xurmayı saçlar, qonur gözlər, böyük çiyinlər, şiddətli səs məhz «Qız»lar üçün xarakterikdir. Belələri nadir hallarda böyük iddialarla yaşayır. Onları azacıq həvəsləndirmək kifayətdir ki, dağı dağ üstünə qoysunlar. Çünki «Qız»lar həddindən ziyadə əməksevər və ən ağır işlərdən belə qorxmayanlardır. Bu növ insanlar baş verən prosesləri dəqiqliklə analiz etməyi və hamıdan tez nəticə çıxarmağı ustalıqla bacarırlar. Yəqin bu səbəbdən də dünya nücum elmi daxili intuisiyalarına və ən ədalətli qərar çıxarmalarına görə, onları 12 bürc arasında ən ağıllıları hesab edirlər. Ən az cinayət törədib həbsxana həyatı yaşayanlar da məhz «Qız»lardır. Qədim hind və Tibet astrologiyasında Qız bürcündə doğulan adamlar olduqca yüksək qiymətləndirilir, həssaslıqlarının yüksək olmasına görə, onlarda öncəgörmə, telepatik qabiliyyətlərinin mövcudluğunu bildirirdilər. Bu bürcün qadınlarında magik gücün olmasını görmək o qədər də çətin deyil. Məsələn, dünən adi, bir qədər də kifir görünən bu zərif məxluqlar bircə gündə ağlagəlməz dərəcədə gözəlləşə və hamını heyran qoya bilərlər. Əgər ətrafınızda belələri varsa, müşahidə edə bilərsiniz. Hətta onu da deyirlər ki, incə məxluqlara məxsus bütün müsbət keyfiyyətlər məhz Qız bürcündə dünyaya gələn qadınlarda cəmlənib.  Mistik məsələlərdə «Qız»lar kifayət qədər inadkardır. Bunun da müəyyən səbəbləri var. Məhdud enerjiləri onları sarsılmaz edir, metodiki ağılları isə mümkün təhlükələrdən qaçmağa məcbur edir. Buradan da «Qız»ların güclü intuisiyaya malik olmaları üzə çıxır. Belələrindən yaxşı münəccim çıxsa da, onlar görücülük mədəniyyətinə malik deyillər. Çünki öncəgörmə zamanı ən xırda detalları belə görmək lazımdır. «Qız»lar bədnəzərə qarşı çox dözümlüdür və məhəbbət magiyasının təsiri altına çətinliklə düşürlər. Başqa bürclərdən fərqli olaraq, tilsimbənd və qoruyucular «Qız»lara daha çox lazımdır, xüsusən də daşdan hazırlanmış qoruyucular. Onlar əsasən evlərinin təhlükəsizliyi barədə düşünməli və sınmış güzgülərdən, qab-qacaqlardan uzaq durmalıdırlar. Əfsuslar olsun ki, «Qız»ların ən mənfi cəhəti lazımsız güzgü və qab-qacaq sınıqlarını evdə saxlamaları və bu yolla şər qüvvələrin mənzilə daxil olmasına imkan yaratmalarıdır.  Bu bürcdən olanlar başqalarına nisbətən daha çox güzəştə gedir və ətrafında olanlarla hesablaşmağı bacarırlar. Bu adamlar həddindən artıq tənqidçi olduqlarından onları tam razı salmaq çox çətindir. Bu insanlar həddindən artıq təmizliyə riayət etməyə çalışır, müxtəlif infeksiyalardan ehtiyatlanırlar. Şəxsi rahatlıq «Qız»lar üçün həyatın əsas ideyasıdır. Əgər kimsə atom müharibəsindən canını qurtarmağa sadəcə olaraq, ümid edirsə, bunun əksinə olaraq, «Qız»lar özlərinin təhlükəsizliyini təmin etmək üçün qabaqcadan tədbirlər həyata keçirməyə qadirdirlər. «Qız»-qadınlarla ünsiyyətdə olanlar yadda saxlamalıdır ki, bu adamlar yalnız reallığa qiymət verir və hər bir hadisəni dərindən tədqiq etməmiş qəti söz demirlər. Belələri heç bir işə tərəddüdlə başlamırlar. Çünki «qəlbinin razılığı olmadan» hansısa addımı atmaq xoşagəlməz nəticələr verə bilər. Onlar istənilən adamla dil tapmağı bacardıqlarından istiqanlı və başadüşülən olurlar. «Qız»larda müəmmalı və ya qapalı heç nə yoxdur. Amma bəzən yersiz, ikrah doğuran hərəkətlərə yol verməklə sadəlöhv imici də qazanırlar. Başqalarının sirrini saxlamaqda mahir olsalar da, özləri haqqında az qala hamı hər şeyi bilir. Bu bürcdən olanlar nə «Sutökən»lər kimi romantik və xəyalpərvər, nə də «Buğa»lar kimi materialistdirlər — onlar sanki bu iki yolun ayrıcında dayanırlar. Əgər «Qız»ların özlərinə inamı olsa, hər bir işin öhdəsindən gələ bilirlər. Qərb astrologiyasına görə, bu bürcdən olan adamlar üçün hər bir iş yalnız problemlərdən ibarətdir. Bəzən hətta özlərini ətraf dünyanın «problemlər obyekti» də adlandırırlar. Daima istirahətsiz fəaliyyət göstərən bu adamlar öz iş prinsiplərini məhdud çərçivədə qururlar. Bütün bunları nəzərə alıb belə qənaətə gəlmək olar ki, onlardan təşkilatçı və ya böyük siyasətçi az-az yetişir.  Münəccimlər bu bürcdən olanların ən ağır dərdini və xəstəliyini həzin bir musiqi vasitəsilə dəf etməyin mümkünlüyünü, onların çox vaxt bir məhəbbətlə kifayətlənmədiyini, cəzbedici və qəşəng olduğunu, gözəl natiqlik qabiliyyətinə malik olduqlarını da bəyan edirlər. Adətən «Qız»lar sevgi məsələlərində problemsiz keçinmirlər. Bu sahədə başa düşülmələri çətin olur. Onlar bir qayda olaraq özlərindən yaşca daha böyüklərə diqqət yetirirlər. Həm də hər şeyə fikir verən «Qız»lar çox xırdaçıldır. Belələri üçün sevdiyi adamın zövqlə geyinməsi, özünü yaxşı aparması çox vacibdir. Bir qayda olaraq bu bürcdən olanlar ən müxtəlif sahələrdə fəaliyyət göstərməyi bacarırlar. Ən çox yumor hissi də məhz «Qız»lardadır. Yuxarıda qeyd etdiyim kimi, siyasətə az meylli olsalar da, pedaqoq, incəsənət, din və elm xadimləri, yazıçı, biznesmen, katib (katibə), eləcə də bağban və ferma işçisi kimi ən bacarıqlı adamlar olurlar. Məşhur «Qız»lar: Üzeyir Hacıbəyov, Müslüm Maqomayev (baba), Y.V.Çəmənzəminli, Əhməd Bakıxanov, Çingiz Mustafayev, Murtuz Ələsgərov, Allahşükür Paşazadə, Brilliant Dadaşova, Vəfa Fətullayeva, Arif Məlikov, Səyavuş Aslan, Yaşar Ќuri, Mirmahmud Mirəlioğlu, Qreta Qarbo, Maykl Cekson, Sofi Loren, Arman Rişelye, Maykl Faradey, Biruni, Mixail Kutuzov, Fridrix Ќitşe, Lev Tolstoy, Orxan Kamal və b. Müəllif: Səbuhi Rəhimli Həmçinin bax: Qız bürcünün astrologiyası Qız bürcünün xarakteri Qız bürcünün xüsusiyyətləri
['qız bürcü']
5,709
https://kayzen.az/blog/sendeme/5159/aylar-v%C9%99-anlamlar%C4%B1.html
Aylar və anlamları
MASON
Sən demə
2 may 2011, 21:28
Zaman müccərəd anlayış olduğu təqdirdə özündə fəsilləri, ayları, saat və dəqiqələri cəmləşdirir, bu toplumun arasında insan həyatı füsünkar canlı kimi zamanın hər anında öz mövqeyini, yerini və unudulmaz dəqiqələrini təqvimdə nişanlayır və keçən zamanı qaytara bilməsədə, o tarixdə yaşadıqlarını gələcək günlərdə qeydə alır və davamlı şəkildə bunu təkrarlamağa başlayır.Əgər belədirsə gəlin yaşadıgımız zamanın bir bölümü olan ayların yaranma meyarlarını Evlenirik.Biz-in təqdimatında nəzərdən keçirək.Yanvar - ayı Romanın başlanğıc, giriş, zaman Tanrısı olan Janus-un adından götürülmüşdü. Bu Allah əks istiqamətlərə baxan iki sifətli kimi diqqətə təqdim olunmuşdu. Üzünün biri önə, yəni gələcəyə, digəri isə arxaya baxan, yəni keçmişə nəzər salan mif kimi vurğulanır.Fevral - ayı öz əsasını Sabina mədəniyyətindən götürür. Sabina Romanın yaxınlığında yerləşən ərazidir, tarixi və landşaftına, xalqın adət ənənələrinə əsaslanan insan məskəni olub. Romada fevral ayının 15-də qeyd olunan festival hətta “februa” adlandırılıb.Mart - ayı təqvimin 3-cü ayı və yeni ilin başlanğıcı hesab olunur. Bu ay zamanın yenilik müharibəsi və “Mars” ayı kimi qeydə alınıb.Aprel - ayı Yunan sevgi və gözəllik ilahəsi olan Afraditanın şərəfinə adlandırılan ay kimi diqqətə çatdırılır.May - ayı fransız sözü olan “Mai”-dan götürülmüşdür. Maia yaz ilahəsi olan və yaşlı Romalı Faunus və onun həyat yoldaşı Vulcanın qızı olduğu fərziyyə edilir. “Maia” sözü “böyük biri” deməkdi.İyun – ayı Romanın panteon ilahəsi sayılan Junosun adı ilə bağlıdır. O evlilik və qadınların gözəl rifahı kimi simvolizə edilir. İyul - ayı Yuli Sezarın Roma kalendarının bərqərar olması zamanı öz adının bu aya verilməsi ilə yaddaşlara həkk olunub.Avqust - ayı Avqust Sezarın Yuli Sezardan sonra təqvimə yeniliklər əlavə etməklə və öz adının Sezardan sonrakı ayla adlandırmaqla diqqətdədir.Sentyabr - ayı Latın dilində “yeddi” sözündən götürülmüş və təqvimin 7-ci ayı hesab olunur.Oktyabr – ayı köhnə Roma təqviminə əsasən “səkkizinci” deməkdir, bu şimal yarımkürəsində payız ilə, cənub yarımkürəsində yaz fəslini birləşdirir.Noyabr – ayı Latın sözü “doqquz”-dan götürülmüşdü və hətta yanvar və fevraldan sonra Roma təqvimində adı toxunulmaz qalır.Dekabr – ayı Latın sözü “on”-dan götürülmüşdü və mənası 10-cu deməkdi.Qeyd: Məlumat xarici dildə olan mənbələrdən götürülmüş tarixi qeydlərə əsaslanır.Aysel Bayramova,
['maraqlı']
5,710
https://kayzen.az/blog/turizm/5158/sinqapur-%C5%9F%C9%99h%C9%99ri-asiyan%C4%B1n-k%C9%99hr%C9%99bas%C4%B1.html
Sinqapur şəhəri-Asiyanın Kəhrəbası
MASON
Turizm
2 may 2011, 21:04
Vaxtilə Malayziyanın bir hissəsi olan Sinqapur əsrarəngiz təbii gözəlliyə və zənginliyə malikdir. Buna görə də rəssamlar bu şəhəri dəniz sahilində yatmış gözələ bənzədirlər. Dünyanın hər yerindən turistləri cəlb edən Sinqapuru həm də kəhrəba şəhər adlandırırlar. Sinqapurun ecazkar təbiəti insana öz qayğılarını unutdurur, onu tamam başqa bir aləmə aparır. Eyni zamanda insan bu şəhərdə özünü olduqca sərbəst və təhlükəsiz hiss edir. Digər tərəfdən, Sinqapur hərtərəfli, yüksək inkişaf etmiş unikal məkan kimi dünyada şöhrət qazanıb. Qəribə taleli şəhərDünyanın sivilizasiya mərkəzlərindən biri hesab edilən Sinqapur şəhər-ölkənin özünəməxsus taleyi var. XIX əsrin əvvəllərinə kimi Sinqapur Malayziyanın bir hissəsi olub. Amma həmin əsrin əvvəllərində ingilislər Sinqapurun olduqca mühüm strateji bir məkanda yerləşdiyini və onun Cənub-Şərqi Asiyaya açılan qapı olduğunu anlayaraq burada möhkəmlənməyə başlayıblar. Bundan sonra şəhər sürətlə inkişaf edərək, bölgənin ən önəmli ticarət mərkəzlərindən birinə çevrilib. II Dünya müharibəsi illərində Sinqapuru yaponlar işğal ediblər. Müharibədən sonra ingilislər şəhəri Böyük Britaniyanın dominionuna çeviriblər. Buna baxmayaraq, 1963-cü ildə Sinqapur Malayziya Federasiyasının tərkibinə daxil olub. Nəhayət, 1965-ci ildə müstəqilliyini elan edib. Bundan sonra şəhər-ölkə daha sürətlə inkişaf edib. Ölkə rəhbərliyi təbii yeraltı sərvətlərlə zəngin olmayan Sinqapura xarici sərmayəçiləri cəlb edə bilib. Nəticədə qısa müddətdə Sinqapur dünyanın ən inkişaf etmiş sənaye mərkəzlərindən birinə çevrilib. Şəhər-ölkəSinqapur şəhər-ölkədir. Onun ərazisi 607 kvadratkilometrdir. Sinqapur şəhər-ölkəsinə eyni zamanda 63 kiçik ada daxildir və bu məkanların hər biri dünyanın ən gözəl güşələri sırasına daxildir. İlboyu bu adalara turist axını var və bu da Sinqapurun büdcəsinə milyardlarla dollar gəlir gətirir. Ölkədə həyat səviyyəsi olduqca yüksək hesab edilir. Burada adambaşına düşən milli gəlir 22,4 min dollar təşkil edir ki, bu da olduqca yüksək rəqəmdir. Varlı ölkə olmasını valyuta ehtiyatları da sübut edir. 5 milyon nəfərə yaxın əhalisi olan Sinqapurun hazırda qızıl valyuta ehtiyatı 100 milyard dollardır.Sinqapur müasir şəhərdir. Əhalinin hamısı, demək olar ki, mənzil və işlə təmin olunub. Ölkədə elektronika sənayesi olduqca yüksək səviyyədə inkişaf edib. Burada dünyanın əksər aparıcı ölkələrinin elektron mallar istehsal edən zavodları və ya onların filialları fəaliyyət göstərir. Kiçik ölkə olsa da, xarici ticarət dövriyyəsinin həcminə ən inkişaf etmiş ölkələr belə, Sinqapura həsəd aparırlar. Ölkənin xarici ticarət dövriyyəsi 460 milyard dollar təşkil edir. Bunun isə yarısını xaricə göndərilən elektron sənayesi məhsulları təşkil edir.Sinqapur Asiyanın həm də ən iri kommersiya, maliyyə və sənaye mərkəzlərindən biridir. Məhz bu xüsusiyyətinə görə bu ölkəni Cənub-Şərqi Asiyanın İsveçrəsi adlandırırlar. Bu da təsadüfi deyil. Çünki Sinqapurda dünyanın ən etibarlı banklarından hesab edilən 130 iri bank fəaliyyət göstərir və onların əmanətçilərinin sayı olduqca çoxdur. Dünyanın ən varlı adamları İsveçrə ilə müqayisədə, hazırda öz əmanətlərini daha çox Sinqapur banklarında saxlamağa üstünlük verirlər.Strateji və coğrafi baxımdan olduqca əlverişli yerdə, dəniz yollarının kəsişdiyi məkanda yerləşməsi Sinqapuru dünyanın aparıcı ticarət mərkəzlərindən birinə çevirib. Bura bir növ müxtəlif ölkələr üçün bazar rolunu oynayır. Sinqapur həm də dünyanın ən iri liman şəhərlərindəndir. Hər gün müxtəlif ölkələrdən buraya 150-200 müxtəlif təyinatlı (əsasən yük) gəmi yan alır. Ona görə də Sinqapur limanı yük dövriyyəsinin həcminə görə dünyada ikinci yerdədir. Mədəniyyətlər qovşağı Sinqapur Asiyanın güzgüsü, onun sivilizasiyalara açılan qapısı, mədəniyyətlər qovşağıdır. Burada Şərqlə Qərb, keçmişlə bu gün, müxtəlif adət-ənənələr, İslam, xristian və digər dinlər və xalqlara məxsus arxitektura inciləri bir harmoniya təşkil edərək, Sinqapura özünəməxsus bənzərsizlik bəxş edir. Sinqapurun əhalisi də təbiəti kimi rəngarəngdir. Adanın əsas yerli əhalisini malaylar təşkil edir. Ancaq ada-şəhərin sürətli inkişafı ilə əlaqədar buraya Avropadan, Çindən, o cümlədən Hindistandan və digər ölkələrdən müxtəlif dillərdə danışan, fərqli dinlərə, mədəniyyətlərə və dünyagörüşünə məxsus çoxlu sayda insan köç edib. Hazırda əhalinin 75 faizindən çoxunu çinlilər, 14 faizini isə malaylar təşkil edirlər. Əhalinin çoxmillətli olması onların dini və mədəni baxımdan fərqli olmaları ilə də müşayiət olunmaqdadır. Ölkə əhalisinin 32 faizini buddistlər, 22 faizini daosizm tərəfdarları, 17 faizini müsəlmanlar, 13 faizini xristianlar, 3 faizini isə induslar təşkil edirlər. Qeyd etdiyimiz kimi, əhalinin tərkibinin çoxsaylı olmasına baxmayaraq, ölkədə əsas dövlət dili malay dilidir. Ancaq ingilis dili adanın qeyri-rəsmi dövlət dili hesab edilir. Burada ali məktəblərin hamısında təhsil ingilis dilindədir. Orta məktəblərdə ingilis dili əsas ana dillərindən biri kimi tədris olunur. Bir sözlə, Sinqapurda ingilis dilini bilməyən bir nəfər də olsun tapmaq mümkün deyil. Bununla belə, dövlət dili kimi malay dilindən, həmçinin Çin dilindən də istifadə olunur. Etniklərin kompakt yaşadıqları rayonlardakı məktəblərdə təhsil həm yerli, həm də ingilis və malay dillərində aparılır. Sinqapurun gözəl təbiəti onun insanlarının uzunömürlü olmasına gətirib çıxarıb. Burada insanlar 75-85 il yaşayırlar. Ölkədə təbii artım da yüksək hesab edilir. Belə ki, təbii artım min nəfərə 13 nəfərdir. Bunun əksinə olaraq, ölüm halları azdır və cəmisi min nəfərə 3,5 adam təşkil edir. Demokratiya və azadlıqSinqapuru fərqləndirən bir xüsusiyyət də onun demokratik ölkə olmasıdır. Burada rəngindən, sayının azlığından və ya çoxluğundan, o cümlədən dinindən asılı olmayaraq, bütün vətəndaşlar ən yüksək vəzifələrə seçilmək hüququna malikdirlər. Məsələn, Sinqapur əhalisinin böyük hissəsini çinlilər və malaylar təşkil etməsinə baxmayaraq, ölkəni idarə edən milliyətcə hindistanlıdır. Ölkə prezidenti 6 il müddətinə seçilir, ancaq idarəetmədə əsas ağırlıq Baş nazirin üzərinə düşür. Sinqapurun siyasi həyatında ən önəmli rol oynayan qurum Xalq Hərəkat Partiyasıdır. Bu partiya 1954-cü ildə yaradılıb və ölkənin Malayziyadan ayrılaraq müstəqillik qazanmasında önəmli rol oynayıb. 1961-ci ildə isə bir qrup ondan ayrılaraq Sosialist Cəbhəsi Partiyasını qurublar. Fəhlə Partiyası isə 1957-ci ildə qurulub və daha çox sosializm kursu yeridir. 1988-ci ildə Fəhlə Partiyası Sosializm Cəbhəsi Partiyasi ilə koalisiyadadır. Demokrat Partiyası 1980, Demokratik Alyans Partiyası isə 1990-cı ildə qurulub.Ölkə əhalisi qanunlara çox hörmətlə yanaşır. Buna görə də burada qanun pozuntusuna çox az rast gəlmək mümkündür. Qanunu pozanlar isə olduqca sərt şəkildə cəzalandırılırlar. Sinqapuru fərqləndirən bir xüsusiyyət də digər ölkələrə məxsus olan korrupsiya və rüşvətxorluğun burada, demək olar ki, olmamasıdır. Turistlər diyarıSinqapurun iqlimi tropik hesab edilir. Amma buranın tropik iqlimi də özünəməxsus xüsusiyyətlərə malikdir. Ölkədə orta illik iqlim 28-36 dərəcə hesab edilir. İqlimin mülayimliyi Sinqapuru ilboyu turistlər üçün cəlbedici edir. Sinqapurda yağışlar ancaq oktyabr-fevral aylarında yağır və bu zaman təbiət daha da gözəlləşir. Gözəl təbiəti, sivil istirahət mərkəzləri ilboyu buraya turist axınına səbəb olur. Son məlumata görə, ildə bu ölkəyə12-15 milyon turist gəlir. Sinqapur həm də təbii qoruqlar şəhəridir. Buradakı heyvanat parkının dünyada tayı-bərabəri yoxdur. 70 hektar sahəsi olan Bukit-Tima qoruğu insan əli dəyməmiş təbii trpoik meşələrdən ibarətdir. 20 hektar ərazisi olan Curonq quş parkı da turistlərin ən sevimli yerlərindəndir. Sentoza və digər adalarda isə turistlər üçün xüsusi əyləncə mərkəzləri var. Bir sözlə, Sinqapur dünyanın ən ecazkar və gözəl məkanlarından biri, Asiyanın kəhrəba ölkəsidir.
['Sinqapur']
5,711
https://kayzen.az/blog/ginekologiya/5157/x%C3%BCsusi-g%C3%BCnl%C9%99r-haqq%C4%B1nda-mifl%C9%99r.html
"Xüsusi" günlər haqqında miflər
burla xatun
ginekologiya
2 may 2011, 18:17
Ağıllı və oxumuş, məqsədyönlü və şən, dəli-dolu və cəsarətli müasir qızlar  bir neçə il əvvəlki həmyaşıdlarının yuxusuna belə girmədiyi çətin işlərin öhdəsindən asanlıqla gəlirlər. Buna baxmayaraq onlara birbaşa aid olan bəzi şeylər haqqında məlumatları azdır. Məsələn, onlar hətta yaxın rəfiqələri ilə də “xüsusi günlər” haqqında danışmaqdan utanaraq menustrasiya haqda miflərə inanırlar. Bəs mütəxəssislər bu miflər haqda nə deyir? Mif 1. Tamponların gündəlik istifadəsi sağlamlığınız üçün təhlükəsiz deyil Əslində nüfuzlu “Uşaq və yeniyetmə ginekoloqlar birliyi” Regionlararası ictimai təşkilatı o.b tamponlarının laborator ekpertizasını keçirib və tibbi tədqiqatlarının nəticələrini açıqlayaraq təsdiq edib ki, bu müasir və etibarlı gigiyenik vasitələr menstruasiya zamanı gündəlik istifadə üçün təhlükəsizdir.  Mütəxəssislər tərəfindən məsləhət görülən tamponları seçərkən əmin ola bilərsən ki, onlar sənin sağlamlığın üçün təhlükəsizdir. Mif 2. Bakirələrə tamponlardan istifadə etmək olmaz. Əslində hələ cinsi həyatı olmayan qızlar rahatlıqla  tamponlardan istifadə edə bilərlər. Bunun çox sadə fizioloji açıqlaması var. Cinsi yetkinlik dövründə bakirəlik pərdəsi xüsusilə. elastik olur. Bundan əlavə, o, uşaqlıq yolu və menstruasiya qanı keçən diametri təxminən 1,5 sm olan təbii dəliyə malikdir. “Xüsusi” günlərdə estroqenin təsiri ilə bakirəlik pərdəsi daha elastik olur və həmin dəlik 2,5 sm-ə kimi genişlənə bilir. Bunun sayəsində tamponları yerləşdirmək və çıxartmaq rahatdır. Tamponların istifadəsi bakirələrin sağlamlığı üçün təhlükəsizdir. Bu,  qızlardan ibarət iki qrupun iştirak etdiyi xüsusi tədqiqatın gedişatında sübut olunub. Birinci qrupdakı qızlar heç vax cinsi həyat yaşamayıblar və tamponlardan istifadə etməyiblər. İkinci qrupdakı qızlar isə cinsi həyat yaşamayıb tamponlardan istifadə ediblər. Tədqiqat zamanı tamponlardan istifadə edən və etməyən qızların bakirəlik pərdəsində heç bir dəyişikliyə rast gəlinməyib. Optimal müdafiə və maksimal rahatlıq üçün qızlar böyük ölçüdə olmayan tamponlardan istifadə etməlidirlər, məsələn o.b. ProComfort® Mini. Spiralşəkilli novcuqların olması sayəsində onlar hətta intensiv ifrazat gəldikdə belə güvənli qoruyurlar. SilkTouch™ — hamar ipək örtüyü tamponu dəyişdirməyə ehtiyac olduqda yerləşdirməni və çıxarmanı rahatlaşdırır. Bu vasitədən bakirəlik pərdəsini zədələməkdən qorxmadan istifadə etmək olar.> Mif 3. Tamponu yerləşdirmək çətin və xoşagəlməzdir. Əslində elə deyil. Belə fikir əsasən tamponlardan yenicə istifadə etməyə başlayan qızlarda olur. Bunun belə olmadığına əmin olmaq üçün təlimatı oxuduqdan sonra özünüzün yoxlaması kifayət edəcək. Əlbəttə əsəbləşməmək lazımdır! Əzələlər boşaldıqda tamponu yerləşdirmək elə də çətin olmur. Belə gigeyenik vasitələrdən yenicə istifadə etməyə başlayan qızlar o.b. ProComfort® Mini kimi kiçik ölçülü tamponlardan istifadə etsələr daha yaxşıdır, çünki onları yerləşdirmək çox asandır. o.b.® ProComfortTM tamponlarının bütün çeşidlərində olan SilkTouch — xüsusi ipək örtüyü onları daha da hamar edir, heç bir narahatlıq yaratmadan tamponun rahat və tez yerləşdirilib çıxarılmasını təmin edir. Düzgün yerləşdirilmiş tampon bədən daxilində o qədər rahat olur ki, sən onu heç hiss etmirsən.  Əgər sən tamponu daxilində hiss edirsənsə, böyük ehtimalla o kifayət qədər dərinə yerləşdirilməyib, bu halda, onu sadəcə düzəltmək lazımdır. Müəllif: Tatyana Duxina, həkim-ginekoloq, tibb elmləri namizədi
['tampon', 'intim gigiyena']
5,712
https://kayzen.az/blog/issoc/5100/lev-tolstoym%C9%99ni-m%C3%BCs%C9%99lman-hesab-edin.html
Lev Tolstoy:Məni müsəlman hesab edin
Zahid_GDMLI
islam və cəmiyyət
1 may 2011, 16:22
Lev Tolstoy: "Xahiş edirəm məni... müsəlman hesab edəsiniz"! Dahi ruz yazıçısı, ruz ədəbiyyatına və tarixinə böyük töhfələr verən mütəfəkkir, Lev Nikolayoviç Tolstoy 1828-1910-cu illərdə yaşamışdır. O bizə daha çox yazıçı kimi tanışdır. Onun fəlsəfi düşüncələri, Allah, ruh, bilik, məhəbbət, həyatın mənası və s. haqqında təsəvvürlərini əks etdirən elmi əsərləri isə nisbətən az məlumdur. Həyatın mənasının, mənəvi idealın, varlığın gizli umumi qanuna uyğunluqlarının əzablı axtarışları, mənəviyyatın və sosiyal durumun fəlsəfi tənqidi onun bütün yaradıcılığından keçir. 1870-ci ildən başlayaraq, o, ölüm qorxusu, günah, tövbə və mənəvi dirçəli. Mövzularına çox fikir verir. Onun tamamilə qeyri-adi təfəkkürü çox hallarda rus cəmiyyətinə aydın deyildi. O, kilsədən uzaqlaşdırılaraq lənətləndi, dostları və tanışları ondan üz döndərdilər. 1910-cu ildə, 81 yaşında, Lev Tolstoy evindən gedir və yolda, Astapovo stansiyasında ölür. Bəs nəyə görə dahi yazıçının həyatının sonu belə kədərli oldu?Güman ki, bu sualın cavabı yazıçının bəzi məktublarında var. O, kilsə barəsində belə yazır: "Kilsəyə, bacardıqca həyatdan geri qalmayaraq onun mənasını izah etməyi tapşıran dünya istədiyini edirdi. Dünya hər şeydə İsanın təliminə zidd olan həyat təsir edir, kilsə isə insanların İsanın qanunlarına uyğun yaşadıqları barədə eyhamlar uydururdu. Və bu onunla nəticələndi ki, dünya bütpərəstlikdən də pis həyat sürməyə başladı və kilsə nəinki bu həyata bəraət qazandırır, hətta İsanın təlimini məhz bundan ibarət olduğunu iddia edirdi." Yasnaya Polyana, mart 1909-cu il. Y.Vəkilova-müsəlmana ərə getmiş rus qadını Tolstoya yazırdı ki, onun oğulları İslamı qəbul etmək istəyirlər və bu barədə məsləhət istəyirdi. Yazıçı ona belə cavab verir: "Pravoslavliqdan müsəlmanlığa üstünlük verilməsi barədə... deyə bilərəm ki, mən buna qəlbimlə rəğbət bəsləyirəm. Təəccüblü olsa da, mənim xristianlığın həqiqi ideallarını və təlimini yüksək tutaraq, heç bir şübhəm yoxdur ki, müsəlmanlıq özünün xarici formalarına görə, kilsə pravoslavlığından müqayisə olunmaz dərəcədə yüksəkdədir. Odur ki, əgər insanın qarşısına iki seçim: kilsə provaslavlığı müsəlmanlıq durubsa onda ağıllı adam tərddüd etmədən müsəlmanlığı qəbul edib, ilahiyyatda mürəkkəb və anlaşilmaz Üçlük, müqəddəslərin şəkilləri, sirlər və mübarək ibadətlər əvəzinə, Tək Allahı və Onun Peyğəmbərini taniyar." Yasnaya Palyona, 15 mart, 1909-cu il. Yazıçının əzablı axtarışlar nəticəsində yaranmıq dünyagörüşünü daha geniş açıqlayan bir məktubuna da nəzər salaq: "Siz mənimlə eyni əqidədə olsaydınız, çox sevinərdim. Siz az da olsa, mənim həyatımı başa düşərdiniz. Həyatın bir çox uğuru var: var-dövlət, şöhrət,ehtiram... Bunlardan heç biri məndə yoxdur. Dostlarım, hətta ailə üzvülərim məndən üz döndərirlər. Bəziləri-liberallar və eserler-məni dəli və ya Qoqol kimi ağıldan kəm hesab edirlər; başqaları-inqilabçılar və radikallar-məni boşboğaz və sufi sayırlar; dövlət adamları məni inqilabçı, provoslavlar isə iblis hesab edirlər. Etiraf edirəm ki, bu, mənim üçün ağırdır... və buna görə xahiş edirəm, mənə xeyirxah müsəlman kimi baxasınız, onda hər şey yaxşı olacaq." Yasnaya Polyana, aprel, 1884-cü il.
['Lev Tolstoy', 'yazıçı', 'müsəlman']
5,713
https://kayzen.az/blog/orta-%C9%99srl%C9%99r-tarixi/2533/teymuril%C9%99r-imperiyas%C4%B1.html
Teymurilər imperiyası
papatürk
orta əsrlər tarixi
1 may 2011, 02:58
Əmir Teymur 1336-cı ildə Türküstanın Kiş şəhərinin Yaşılşəhər qəsəbəsində anadan olmuşdu. Çağatayların türkləşmiş Barlas tayfasının Gürgan qolundan idi (Gürgan gözəl deməkdir). Teymur 20 yaşında Səmərqənd və Bəlx hakimi Əmir Qazanın yanına hərbi işi öyrənməyə gəlir. O, hərbi yürüşlərdə Əmir Qazanın etimadını qazanır. 1356-cı ildə Xorasana hərbi yürüş zamanı Teymur düşmənin məğlub edilməsində fərqlənir, qiymətli hədiyyələrlə mükafatlanır. Əmir Qazan öləndən sonra hakimiyyətə oğlu Hüseyn gəlir və o, düşmənlərinə qarşı Teymurla ittifaqa girir. Teymur onun bacısı ilə evlənir. Teymur eyni zamanda Çağatay hakimi Toğluq Teymurun yanında xidmətə girir və Qaşqadərya vadisini idarə edir. Teymur və Toğluq Teymur arasında ziddiyyət başlayır. Teymur onun yanından qaçır, Sistanda baş verən döyüşdə yaralanaraq, ömürlük şikəst qalır. Bundan sonra onu Teymurləng, Avropada isə Tamerlan adlandırdılar. Teymur və qayını Hüseynin ordusu 1365-ci ildə Toğluq Teymur tərəfindən məğlub edildi. Toğluq Səmərqənd üzərinə yeridi. Həmin il Səmərqənddə sərbədarilər hərəkatı (farsca «dara çəkilənlər» deməkdir), yəni İran və Mərkəzi Asiyada monqol əsarətinə qarşı xalq azadlıq hərəkatı baş verdi. Onlar əsasən Səmərqənd sənətkarlarından ibarət idi. Sərbədarilər qrupuna Əbubəkr Kələvi, mədrəsə tələbələri Mövlanzadə və Xurdaq, Buxari başçılıq edirdilər. Onlar Səmərqəndin müdafiəsini təşkil etdilər, xalqı silahlandırdılar. Toğluq Teymurun qoşunu Səmərqəndə girdi, lakin məğlub edildi. Üsyançılar bütün Səmərqənd vilayətində hakim oldular. Teymur ilə Hüseyn 1366-cı ildə özlərini üsyançıların tərəfdarı kimi göstərdilər, sonra isə üsyançılara divan tutdular (1366). Teymurilər dövlətinin yaranmasıTeymurla Hüseyn arasında mübarizədə 1370-ci ildə Teymur qələbə çaldı.Teymur sərkərdələrin qurultayında «Əmir» titulunu qəbul edir,Teymurilər dövlətinin əsasını qoydu. Teymur möhkəm dövlət yaratmağa, feodal dağınıqlığını ləğv etməyə, xalq hərəkatını yatırmağa çalışırdı. Teymur köçəri monqol əyanlarının etimadını doğrultmaq üçün işğalları genişləndirdi. Teymur bütün Mərkəzi Asiyanı işğal etdi. 1388-ci ildə Urgənc dağıdıldı. Teymur digər qüdrətli rəqibi Qızıl Ordunu üç böyük yürüşdə (1389, 1391) məğlub etdi. 1380-1404-cü illərdə İran, Azərbaycan, Qafqaz, İraq, Suriya, Kiçik Asiya Teymurilər dövlətinə qatıldı. Sənətkarlar Səmərqəndə köçürüldü. İspaniya elçisi Klavixo Səmərqənddə 150 min sənətkar ailəsi olmasını söyləmişdi. Əmir Teymur Fransa kralı VI Karla (1368-1422) yazdığı məktubunda göstərirdi ki, «Dünya tacirlərin fəaliyyəti sayəsində şən və firavan olur». Teymur siyasətini həyata keçirmək üçün nüfuzlu ruhanilərdən də istifadə edirdi. Əmir Teymur Hindistanın sərvətini və münbit torpaqlarını ələ keçirmək üçün bu ölkəyə hücum etdi. O, 1398-ci ildə Sultan Mahmudu məğlub edib Dehlini tutdu. 1399-cu ildə Teymur Səmərqəndə qayıtdı və bu münasibətlə bayram edildi. Bundan sonra əsas rəqibi Osmanlı dövlətinə qarşı müharibəyə hazırlaşdı. Osmanlı sultanı İldırım Bayazidə məktub yazıb tabe olmasını tələb etdi. Sultan ona təhqiredici cavab məktubu yazdı. 1402-ci il iyulun 28-də Kiçik Asiyada Ankara düzənliyində onlar arasında döyüş baş verdi. Əmir Teymur döyüşdə fillərdən istifadə etməsi sayəsində qələbə çaldı və İldırım Bayazidi əsir aldı. O, İzmirə qədər irəlilədi. Bu döyüş Osmanlıları xeyli zəiflətdi və onların Avropanın içərilərinə doğru irəliləməsini ləngitdi. Beləliklə, XIV əsrin sonu — XV əsrin əvvəllərində şimalda Dərbənd keçidi, Volqa və İrtış çaylarından başlayaraq cənubda İran körfəzinədək, şərqdə Qobi səhrasının hüdudları və Qanq çayı sahillərindən qərbdə Balkan yarımadasınadək geniş bir ərazini əhatə edən Teymuri imperatorluğu yaradıldı. Əmir Teymur imperiyasını genişləndirmək üçün Çinə yürüşə hazırlaşırdı. Bu yürüş ərəfəsində 1405-ci il martın 19-da Otrar şəhərində vəfat etdi.   Teymuri imperatorluğunun parçalanmasıƏmir Teymur hələ sağlığında yaratdığı dövləti öz oğlanları və nəvələri arasında bölmüşdü. Xorasan, Gürcan, Mazandaran və Sistan mərkəzi Herat olmaqla Şahruha (1409-1447); Qərbi İran, Azərbaycan, İraq və Gürcüstan mərkəzi Təbriz olmaqla Miranşaha; Cənubi İran, Mərkəzi Asiya mərkəzi Şiraz olmaqla Ömər Şeyxə; Əfqamstan və Şimali Hindistan mərkəzi Qəznə olmaqla Pir Məhəmmədə verilmişdi. Teymuri dövləti mərkəzləşmiş dövlət deyildi. O, inzibati cəhətdən uluslara bölünmüşdü. Ulusların bir qismi tümənlərə çevrilmişdi, əmirlərə tümən rəisi titulu verilmişdi. Onlar müəyyən qədər əsgər verir, vergilərin yığılması və mükəlləfiyyətlərin yerinə yetirilməsinə nəzarət edirdilər. Divan əmrlərin yerinə yetirilməsinə, maliyyə və hərbi işlərə baxırdı. Çingiz xandan fərqli olaraq, Teymur müəyyən iqtisadi məqsədlər də güdürdü. O, sənətkarlığın, ticarətin inkişafına diqqət yetirirdi. Onun səyləri nəticəsində Səmərqənd dünyada ən böyük ticarət, sənətkarlıq və mədəni mərkəzlərdən birinə çevirmişdi. Əmir Teymurun ölümündən sonra daxili çəkişmələr, varislər arasında hakimiyyət uğrunda mübarizə Teymuri dövlətini zəiflətdi və onun parçalanmasını sürətləndirdi. Əmir Teymur ölərkən iki oğlu — Miranşah və Şahruh sağ idilər. Lakin o, nəvəsi Pir Məhəmməd Mirzəni vəliəhd elan etmişdi. Pir Məhəmməd babasının sağlığında Əfqanıstan və Hindistanı idarə edirdi. O, babasının hüzr yerinə gecikdiyinə görə əyanlar Miranşahın oğlunu hökmdar elan etmişdilər. Şahruh bundan narazı qalmışdı. Pir Məhəmməd qoşun toplayıb Səmərqəndə hücum etsə də, məğlubiyyətə uğramışdı. Teymurun digər nəvəsi Xəlil Mirzə onu geri oturtmuşdu. Teymurun oğlu Şahruh dövlətin paytaxtını Herata köçürdü. Xorasanı özü idarə etdi. Oğlu Uluqbəyi Mavəraənnəhrə vali təyin etdi (1446-1444). Atasından fərqli olaraq, Şahruh yeni işğallardan imtina etdi. Dövlətin idarə edilməsində İran məmurlarına və ruhanilərə arxalandı. Onun ölümündən sonra hakimiyyət Uluqbəyə (1447-1449) keçdi. Lakin o, oğlu tərəfindən öldürüldü. Belə bir vəziyyətdə Mərkəzi Asiyada yaranmış Şeybanilər dövləti ilə Teymurilər arasında mübarizə başladı. 1469-cu ildə Şeybanilər Buxara və Səmərqəndi tutdular. Teymurilərin əlində ancaq Xorasan qaldı. 1470-ci ildə hakimiyyətə keçən Hüseyn Baykara Mavəraənnəhri və Xarəzmi Şeybanilərdən aldı. Lakin 1505-ci ildə onun ölümündən sonra Şeybanilərin hücumları gücləndi. 1507-ci ildə Məhəmməd Şeybani xan Xorasanı tutdu və Teymurilər dövlətinin varlığına son qoydu.
['Teymurilər', 'Teymurləng', 'Əmir Teymur', 'Teymurilər imperiyası', 'Teymuriler dovleti']
5,714
https://kayzen.az/blog/orta-%C9%99srl%C9%99r-tarixi/1592/avropada-reformasiya-h%C9%99r%C9%99kat%C4%B1.html
Avropada reformasiya hərəkatı
papatürk
orta əsrlər tarixi
1 may 2011, 02:57
Lüterin «cənnət qəbzi» alverinə qarşı çıxması xəbəri 4 həftə müddətində bütün xristian aləminə yayıldı. İmperator V Karl reformasiyanın Almaniyada yayılmasının qarşısını almağa çalışdı. Qərara alındı ki, reformasiya yarandığı ərazidən kənara yayılmasın. 1524-cü ildə bu qərara qarşı beş knyazlıq və 14 şəhər protest (etiraz) etdi. Bu vaxtdan Lüterin tərəfdarlarını protestant, yeni kilsə isə protestant kilsəsi adlandı. Şimali Almaniyada imperator V Karl və protestantlar arasında müharibə başlandı. V Karl hakimiyyətdən getdi. 1555-ci ildə Ausburq şəhərində protestant knyazlarla, katolik knyazlar arasında saziş imzalandı. Sazişə əsasən, protestantların etiqad azadlığı tanındı. Bu din azadlığı yalnız knyazlara aid idi. Knyaz torpağındakı kilsənin başçısı idi. O hansı etiqadı qəbul edirdisə, əhali də həmin etiqadı qəbul etməli idi. Bunu istəməyənlər knyazın torpağından köçüb gedə bilərdi. Beləliklə, Almaniyada katolik kilsəsi ilə yanaşı, protestant kilsəsi də yarandı. Bu kilsə lüteran kilsəsi adlandı. Keşişlər dindarları knyazlara itaət etməyə çağırırdılar. İngiltərə, Danimarka və İsveçdə kilsə islahatım krallar keçirdilər və kilsə başçısı oldular. Kalvin kilsəsi. İsveçrənin Cenevrə şəhərində protestant kilsəsinin başçısı fransız Jan Kalvin idi. O, 1536-cı ildə Fransadan Cenevrəyə gəlmiş və burada kalvin kilsəsinin əsasını qoymuşdu. Kalvinə görə, bu həyatda kimin işi uğurlu olursa, varlanırsa, demək o, «seçilmiş adamdır». Əgər insan ziyana düşürsə, işləri uğursuz olursa, demək, Allah belə buyurub. Kalvinin tərəfdarlarına kalvinist, məzhəbinə kalvinizm, onun əsasını qoyduğu kilsəyə isə kalvin kilsəsi deyirdilər. Kalvin kilsəsi Avropanın İsveçrə, Hollandiya (Niderland) və Fransa ölkələrində yayılmışdı. Kalvin hamını var-dövlət yığmağa çağırır, müstəmləkəçiliyi doğruldurdu. Kalvinçilik etiqadını Avropa burjuaziyası qəbul etdi. Katolik kilsəsinin reformasiyaya qarşı mübarizəsi. Reformasiya katolik kilsəsinin əsaslarını sarsıtdı. Bu isə kilsənin reformasiya üzərinə hücumuna səbəb oldu.Roma papası 1540-cı ildə reformasiyaya qarşı mübarizə məqsədilə «İsa cəmiyyəti» və ya «yezuitlər ordeni» yaratdı. Bu ordenin banisi İspan zadəganı İqnatiy Loyola idi. Yezuitlər ordeni hərbi qaydada təşkil olunurdu. Ordenin başçısı birbaşa Roma papasına tabe idi. Onlar Roma papasının iradəsini yerinə yetirirdi. Cənubi Almaniya knyazları, Almaniya imperatorları, İspaniya və Polşa kralları Roma papasına kömək edirdilər. Polşa və İtaliyada katolik kilsəsində uzun müddət islahat keçirilmədi. Bunun səbəbi burada reformasiyanın uzun müddət boğulması idi. Kilsədən üz döndərənləri - bidətçiləri (dönükləri) tonqalda yandırırdılar. Bu məqsədlə 1542-ci ildə Papa xüsusi inkvizisiya məhkəməsi yaratdı. Burada tonqalda yandırılma autodafe (etiqad işi) adlanırdı. Kilsəyə qarşı yazılmış kitablar qadağan olunurdu. 1572-ci ildə katoliklər protestantları kralın bacısının toyuna dəvət etdilər. Protestantlar yaşayan binaların divarlarına tabaşirlə ağ xaç vurdular. Avqustun 23-də, yəni Varfolomey gecəsi katoliklər protestantları qırmağa başladılar. İki həftədə 30 min protestant qırdılar. Düşmənə qəddarcasına, amansız divan tutulması Varfolomey gecəsi adlanır. Varfolomey gecəsini təşkil etməkdə məqsəd protestantlığı ləğv etmək, reformasiyanı yatırmaq idi. Lakin son nəticədə Fransada protestantların hüquqları tanındı.Frnasada din müharibələrinin axırında Henrix Navarralı qələbə çaldı.
['protestant kilsəsi']
5,715
https://kayzen.az/blog/daily-problems/5145/%C3%B6l%C3%BCm-%C3%A7arpay%C4%B1s%C4%B1ndan-yaz%C4%B1lan-m%C9%99ktub.html
Ölüm çarpayısından yazılan məktub...
MASON
Gündəlik həyatın çətinlikləri
30 aprel 2011, 19:57
“Salam. Bu məktubu sizə artıq həyatda olmayan biri yazır. Özümü təqdim edərdim, amma Sizin üçün nə fərqi var ki, üzünü heç vaxt görmədiyiniz və bundan sonra da görməyəcəyiniz birisinin adını bilmək nəyinizə lazımdır? Siz bu məktubu oxuyanda mən artıq həyatda olmayacam. Sizə yazmaqda isə başqa məqsədim var. Əslində bu məktubu sizin kimi bir neçə tanımadığım adama göndərəcəm, əgər çatdırsam. Mən ölümcül yataq xəstəsiyəm və bir neçə saatdan sonra gözlərimi bu əbədi, işıqlı, keşməkeşli, maraqlı (nə bilim, daha necə adlandırırsınız onu) dünyaya elə əbədi olaraq da yumacam. Artıq 10 ildir ki, xəstəyəm və bu halımdan qurtulmaq, azad olmaq, göylərə qovuşmaq istəyirəm. Valideynlərim çox imkanlı adamlardı. Atam bank müdiri, anam isə böyük bir biznes şirkətinin rəhbəridir. Bu yaşa qədər yaşamağımda da məhz onların pulunun və tanışlarının böyük əməyi olub. Bəlkə bundan sonra da bir neçə il yaşaya bilərdim, amma mən onlardan gizlin mənə qoşulan sistem şlanqını qolumdan ayırmışam və həyatla vidalaşmaq üçün sayılı saatlarım qalıb. Niyə bunu edirəm? Bayaq dediyim kimi, BEZMİŞƏM!Mən ən yaxşı müəllimlərdən dərs aldım, amma mənim heç vaxt sinif yoldaşım olmadı, mən ən məşhur markalardan geyimlər geyindim, amma o geyimlərdə gəzə bilmədim, mən dünyanın ən gözəl şəhərlərində oldum, amma yalnız xəstəxanaları gördüm, məni həmişə hamı sevdi, amma mən sevilmədim. Ən bahalı telefon aldılar mənə, amma zəng edib danışacağım bir dostum olmadı. Həmişə ətrafımdakılardan mərhəmət hissi duydum, amma heç kimə mərhəmətli ola bilmədim. Bilirsiz mənim nə qədər pulum var??? Heç mən də bilmirəm. Çünki onları heç vaxt xərcləyə bilmədim. Mənim üçün pulun az və ya çox olmaq anlayışı yox idi bu dünyada. İstədiyim hər bir şey bircə gündə otağıma gəlir, təkcə sağlamlıqdan başqa. Atam hər şey aldı mənə, bircə sağlamlığı ala bilmədi. Çünki o satılmırdı.Bircə şeyi anladım ki, pul heç nədir. Nifrət edirəm PULa, var-dövlətə, atamın yaltaq dostlarına, onların süni mərhəmətinə. Yazığım gəlir onlara. Bədbəxtdirlər. Çünki kağız parçasının əsirinə çevriliblər, quldular, ancaq var-dövlətə baş əyirlər. Qoy əysinlər, əyilsinlər, yerə girsinlər. Mənsə xoşbəxtdəm. Çünki bir azdan azad olacam, göylərə uçacam, bu murdarlardan, əxlaqsızlardan, qullardan uzaqlaşacam. Bir də, onların süni mərhəmətlərini görməyəcəyim üçün çox xoşbəxtəm. Daha bu məhkum olduğum çarpayıdan da qurtulacam. Gəzəcəm küçələri, parkda uşaqlarla oynayacam, onlarla mahnı oxuyacam, məktəbə gedəcəm, dalaşacam, sevəcəm və seviləcəm… onlar məni görməsələr də. Əsas odur ki, azad olacam… Bu məktubu sizə və sizin kimi təsadüfən seçdiyim bir neçə nəfərə yazmaqda məqsədim odur ki, həyatı pul üçün yaşamayın. Həyatda daha gözəl, daha dəyərli şeylər var. Qul olmayın, baş əyməyin kağız parçasına. Pul bərəkətdir, pul müqəddəsdir, pul hər şeydir deyənlərə inanmayın. Əgər elə olsaydı, o müqəddəs pul, heç olmasa bir insanı ölümdən qurtarardı, bir insana şəfa verərdi, bir insanı xoşbəxt edərdi. Razı deyilsiz? Sizə deyirəm, ey əlləri pullar oynayan, özlərini xoşbəxt sayan insanlar, bəlkə, xoşbəxtliyiniz haqda bir də fikirləşəsiniz???Məktubumu sona qədər oxuduğunuz üçün təşəkkürlər. İndi gözlərimi rahat yuma bilərəm… Hörmətlə: Nicat Qarayev zaman.az saytına istinadən Həmçinin bax: Nifrət edirəm
['düşündürücü hekayələr']
5,716
https://kayzen.az/blog/MASON/5144/itburnuda-n%C9%99l%C9%99r-varm%C4%B1%C5%9F.html
İtburnuda nələr varmış...
MASON
Bloq: MASON
30 aprel 2011, 19:11
Dədə-babadan görmüşük ki, qan təzyiqinin endirilməsində və böyrək xəstəliklərində itburnudan geniş istifadə edilir. Hətta itburnu çayını bir neçə gün dalbadal içmək normal insanın təzyiqini o qədər aşağı sala bilir ki, göz qapaqlarını belə qaldırmağa əziyyət çəkirsən. C vitamini ilə ən zəngin olan bitkilərdən sayılan itburnu həm də soyuqdəyməyə qarşı, bədəndəki iltihabın təmizlənməsində çox şəfalı dərmanlardan hesab edilir. Özü də itburnu ən çox dəmləmə kimi qəbul edildikdə faydalı olur. İtburnunu bir neçə dəfə dəmləyərək içmək məsləhət görülür. Son illərdə dünyanın əksər ölkələrində itburnunun apteklərdə ən şəfalı dərmanlar arasında satılmasına başlanılıb. Gün ərzində ən çoxu 2, ya 3 stəkan itburnu çayı içmək məsləhət görülür. Artıq içilərsə, baş ağrısına da səbəb ola bilir. Son dövrlərdə aparılmış araşdırmalar isə itburnunun daha mühüm bir cəhətini meydana çıxarıb. Belə ki, bu şəfalı bitkinin oynaqlarda yığılmış müxtəlif duzların əridilməsində, orqanizmin kirəclərdən təmizlənməsində mühüm rol oynadığı da məlum olub. Azərbaycanın bütün rayonlarında yetişən və ilin bütün aylarında istifadəyə yararlı olan itburnunu günəş altında deyil, kölgədə qurutmaq məsləhət görülür. MEHMET ŞİMŞEK
['bitkilər', 'müalicə']
5,717
https://kayzen.az/blog/MASON/5142/sevilm%C9%99m%C9%99nin-10-s%C9%99b%C9%99bi.html
Sevilməmənin 10 səbəbi
MASON
Bloq: MASON
30 aprel 2011, 14:21
«The Sun» qəzeti qadınların fikrindən yola çıxaraq «Sevgili nece itirilir?» sualına cavab axtardı. Sən demə 10 səbəb varmış. 1.Mədəniyyətsiz yemək yemə alışqanlığı: Ağzında yemək varkən danışan kişilərə heç bir qadın yaxşı baxmır. 2.Tənbəllik: Qadınlar hər şeyi bağışlayar,amma çirkli şalvarlarını ortadan qaldırmağa tənbəllik edən kişiləri əsla! 3. Siqaret: Bir «külqabını» öpməyi heç bir qadın istəməz. 4.Qısqanclıq: Bir qadına tez-tez «hardasan?» sualını verən kişi əsəbləri pozar. 5.Uşaqlı kişi: Uşaqlı kişilər bəzi qadınlar üçün «sıxıntı» deməkdir. 6.Pis gigiyena: Dişlərini fırçalamayan və ya çirkli dırnaqlarla gəzən kişi elə əvvəldən itirir deməkdir. 7.Çox tüklü olmaq: «Meymunlar qədər tüklü olmaq» itələyici bir ünsürdür. 8.Komyuter xəstəliyi: Oyunlara aludə olan kişi sevgilisinə zaman ayıra bilmədiyi üçün bacarıqsız sayılacaq. 9. Söyüş: Bir kişinin hər iki kəlməsindən biri söyüşdürsə, vəziyyət pisdir deməkdir. 10.Pinti kişi: Heç bir qadın kişi sevgilisinin pinti olmasına tab gətrimir.
['Sevgi']
5,718
https://kayzen.az/blog/Quran/5141/m%C9%99n%C9%99vi-x%C9%99zin%C9%99miz.html
Mənəvi xəzinəmiz
Cavid
Quran
30 aprel 2011, 05:42
Kainat kitabının tərcüməçisi Qurandır. Qurandakı həqiqətləri də təbiət kitabı açıqlayar. Fizika, tibb, astronomiya kimi elmlər, İslam şəriətini anladır. Çiçəklərin dili başqa, heyvanların dili başqa, dənizlərin, ulduzların dili başqadır... Hamısının tərcüməçisi isə Qurani Kərimdir. Kainatda maddi xəzinələr kimi mənəvi xəzinələr də var. İbrahim əleyhissalamı yandırmayan atəş ilə əlaqədar şərhlərdə "Allah sizin üçün bir maddə yaratmışdır; o maddəni atəş yandırmır. Bu maddəni tapın, çıxarın və bədəninizə sürtün" deyə maddi bir xəzinənin yolu göstərilərkən, ibadətlər kimi mənəvi xəzinələri də Quran bildirir. Harama əl uzatmayan insan pulunun bərəkətini görər. İşləyən qazanar, zəngin olar. Zəkat verən özünü fəlakətlərdən qoruyar. Ulduzlar, planetlər fəzada heç nəyə söykənmədən dirəksiz dayanarlar. Astronomiya elmi olaraq bunları çox gözəl açıqlayır. Elmdən mənəviyyata keçdik, Allahın qüdrət sifətini anladıq. Quran, gizli həqiqətlərin altında inkişaf edən həqiqətlərin açarıdır. İnsan ölən birini görərkən "itirdik" deyir. Əslində itən bir şey yoxdur. İnsanın bədəni ölür, ruh əbədidir. Toxumu torpağa basdırdıq. Zamanı gələrkən cücərib yaşıllaşacaq. Qış gələrkən təbiət, kəfənini geyər və ölər, bahar gələrkən hər şey əskiksiz və səhvsiz yenidən dirilər. Təbiətdən həşir-nəşir həqiqətini anladıq. Quran dünyanı və axirəti anladan bir kitabdır. Axirət bu dünyadadır! Necə? Çünki ruhumuz var. Ruh, axirətin azuqəsidir. Ölərkən bədənimiz öləcək, ruhumuz ölməyəcək. Bədənlə ruh necə bir yerdədirsə, dünya ilə axirət də eləcə bir yerdədir. İnsan hər zaman belə düşünür: "Çox gözəl bir evim olsa... Çox gözəl bir bağçam olsa... Çox da gözəl bir yoldaşım olsa..." Qardaşım, sən axirəti istəyirsən, onlar dünyada deyil ki... Onları istəmək, axirəti hiss etməkdir. Quran, axirətin varlığını bizə dünyadaykən hiss etdirir, bildirir. Allah cənnəti Quranda müjdələyir. "Bu dünya pərdəsinin arxasında cənnət var"- deyir. Qurana tabe olanın dünyası və axirəti cənnət olar.  Quran, Allahın kəlamıdır. Quran oxuyan Allahın sözünü təkrar edir. Allah bizə bunu Quranla nəsib edir. Quran Allahın məqamından gələrək bizim evlərə qonaq olur.Lampa çöl dünyamızı aydınladır, Quran nuru daxili dünyamızı, haqqla batili göstərər.  Quran insanların tərbiyəçisidir. Bizi Quran tərbiyə edib ki, spirtli içki içmirik, qumar oynamırıq, haramlardan uzaq dayanıb halallarla yaşayırıq. Qurandakı dəlillər sarsılmayan, yanlışı olmayan hökmlərdir. Hikmət, heç bir zaman təməli dəyişməyən hökmlərdir. Hər an üçün faydası var. Quranda bütün insanlıq üçün dəyişməyən, faydalı qanunlar var. Bir insandan, insanlıq adına nə gözlənilir, bütün o gözlənilənlər Qurandadır. Hər ağıldan bir fikir keçir dedikləri doğrudur, amma onların hansının doğru olduğunu da Quran göstərir. Quran, insanın mənəvi ehtiyaclarını qarşılayacaq bir sığınacaqdır. Quranın ən böyük xüsusiyyəti ona tabe olanların həyatını pislikdən yaxşılığa doğru aparmasıdır. Quran, insanların həyatını tamamilə dəyişdirmiş və dəyişdirməyə davam edir. Millətlərin, dövlətlərin həyatı Quranla dəyişmişdir. Quran elə bir bağçadır ki, hər kəs əlinin çatdığı qədər meyvə yığa bilərMənbə: azerislam.com
['Qurani-Kərim', 'Quran']
5,719
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/5140/n%C9%99fs.html
Nəfs
Cavid
islam dininin əsasları
30 aprel 2011, 05:29
Hər an pisliyə yönəltməkdən usanmayan, səhvlərlə bir yerdə həyat sürməkdən, xəta və üsyanlar içində kök salmaqdan, həlaka aparan yollarda yorulmadan gəzməkdən, məni Sənin nəzərində məxluqatının ən səviyyəsizi vəziyyətinə düşürmək üçün dayanmadan çalışan, bundan bezməyən, yorulmaq nədir bilməyən. Saysız-hesabsız qüsurlara əli bulaşmış. Bitib tükənmək bilməyən arzuların arxasınca nəfəs almadan qaçan. Elə ki, başı dərdə düşdümü sızıldayıb dayanan. Xeyirli bir işə müvəffəq olduğunda onu özündən bilən. Paylaşmaq fikrinə heç yaxın durmayan. Bütün boş və vecsiz işlərə ağzı sulanan. Hər cür boş-boş fikirlərə və vaxt öldürməyə peşəkarlaşan. Qəflət və unutqanlığa gəldikdə isə alüdəçilikdən ləzzət alan. Fürsət tapan kimi günaha girmək üçün saniyəni qənimət bilən. Tövbəyə gəlincə isə ustalıqla təxirə salan. Bu nəfsi əmmarəmdən Sənə şikayət edirəm. İlahi!Məni zəlalət və azğınlıq vadilərinə sürükləmək istəyən ins və cin düşmənlərimi.Davamlı olaraq ağlımı azdırmaq.Zehnimi vəsvəsələr dəryasında boğmaq. Qəlbimi şəkk-şübhələr tikanlı zənciri ilə yorulmadan toxuyan.Həva və həvəslərinin ardınca nəfəs dərmədən, tər tökə-tökə qaçan.Fani dünya həyatını bəzəkli göstərən.İbadət və itaətimə qarşı çıxan.Sənə yaxınlaşmağıma mane olmaq üçün çalışmaqdan doymayan şeytanlaşan əxlaqımdan da yenə də Sənə şikayət edirəm. Ey Gözəl Rəbbim.Müxtəlif vəsvəsələrə əsir olmuş, daşlaşmış, paslanmış və tamamilə qaralmış ürəyimi. Səni itirmək qorxusu (xaşyət) nədir, gözyaşının necəliyini unutmuş və tamamilə tərk etmiş.Səndən uzaq düşdüyünə görə narahat olmayan, özünə dünya əyləncəsi arayıb axtaran gözlərimdən də Sənə şikayət edirəm.Sən yeganə güc və qüvvət Sahibisən..!Mənim kimi bir aciz üçün ancaq Sənin dəstək və qüvvətindən başqa heç bir dəstəyim yoxdur.Dünyanın cazibədar gözəlliklər şəbəkəsinə düşməkdən də məni yalnız Sən xilas edə bilərsən. Ya Rəbb!Sənin lütfünə sığınıb deyirəm: "Mənə yalnız lütfünlə rəftar et." Nə olar, mən biçarəni fitnələrə hədəf olmaqdan qoru. Mənə düşmənçilik bəsləyənlərə qarşı köməkçim və yardımçım ol.Utanc səbəbi sayılan ayıblarımın üstünü ört.Məni bəlalardan qoru.Ağla gələn və gəlməyən xətalara düşməmə bir an da olsa fürsət vermə! Rəhmətinə sığınıram ey Mərhəmətlilərin ən Mərhəmətlisi olan Rəbbim! Nə olar, dualarımı qəbul et!
['nəfs']
5,720
https://kayzen.az/blog/islam-v%C9%99-%C5%9F%C9%99xsl%C9%99r/5139/h%C9%99zr%C9%99ti-z%C3%BClkifl.html
Həzrəti Zülkifl
Cavid
İslam tarixindəki şəxslər
30 aprel 2011, 05:11
Quranı Kərimin cəmi iki ayəsində Zülkiflin adı keçir. Bunlardan biri Ənbiya 85, digəri isə Sad surəsi 48-dir. Hər iki ayədə də bu ad digər peyğəmbərlərlə birlikdə anılmış və onların bəzi özəllikləri zikr olunmuşdur. Klassik müfəssirlər ayədə keçən "Zu'l-kifl" kəlməsini ad olaraq qəbul etmiş və bu adı daşıyan şəxsin peyğəmbər olub olmadığı haqqında müxtəlif fikirlər söyləmişdilər. Bu barədə güvənilən bir hədis və qüvvətli bir rəvayətin olmadığını nəzəzrə alan Məhəmməd Əsəd bunun xüsusi bir isim deyil, bir sifət olduğu fikrini irəli sürmüşdür. Onun qənaətinə görə "sahib" mənasında bağlayıcı olaraq istifadə edilən "zu" kəlməsi ilə, bir şeyi etməyi boynuna götürdü, yükləndi mənalarına gələn təkəffələ felinin məstərindən düzəlmiş olan" bu ifadə bir ad deyil, özünü əhdlə Allaha bağlayan insan və ya insanlar mənasında ayədə adları zikr olunan peyğəmbərlərin müştərək bir sifətidir. Peyğəmbərlərin əhdlə Allaha bağlanıb Onun mesajını insanlara çatdırmaqla mükəlləf olmalarına işarə edir. Buna görə də Muhəmməd Əsədin məalında bu ayə belə zikr olunur: "Və İsmayılı, İdrisi və onlar kimi özünü əhdlə Allaha bağlayan [Zül-kifl] hər kəsi an." Bu cür düşünüən başqa müfəssirlərimiz də olmuşdur. Həm Ənbiya surəsində, həm də Sad surəsində sözü gedən şəxsin kimliyi barəsində Həzrəti Peyğəmbərdən heç bir səhih açıqlama gəlmədiyi kimi, həm İslami, həm də İslami olmayan heç bir qaynaqda da haqqında müfəssəl bir məlumat yoxdur. Buna görə də bu adın sahibi haqqında müxtəlif fərziyələr mövcuddur. Əbu Musa əl-Əşari, İbn Abbas, Mücahid onun peyğəmbər olmadığını səxavətli, comərd bir rəhbər olduğunu söyləmişdilər [Tabəri və Razi]. Mukatil, Fərra və Əbu Ubeydə kimi müfəssirlər isə bu barədə heç bir şərh söyləməyiblər. Yuxarıda da söylədiyimiz kimi Muhamməd Əsəd bunu bir xüsusiyyət olaraq qəbul edir və "peyğəmbərlərin hər biri üçün istifadə olunan ortaq bir kəlmə" kimi "özünü Allaha bağlayan hər kəsi an..." şəklində tərcümə edir. Mustafa İslamoğlu isə bu fikirlə razılaşmayaq fikirlərinə açıqlıq gətirir: "Fəqət mətn kəlmə və məna olaraq bu tərcüməni dəstəkləmir. Çünki zu'l-kifl ifadəsi, bir insana aid olan bir xüsusiyyət olaraq istifadə edilir. Bu zaman bu xüsusiyyətin müstəqil bir ad deyil, məlum peyğəmbərlərdən birinin sifəti/ikinci adı olduğu ehtimalını düşünmək olar. Bu ləqəbin kimə məxsus olması fərziyələrinin içində Həzrəti İlyas və Həzəkiəl Peyğəmbərin adı daha çox çəkilir. Sad 49-da iki ad da yan-yana zikir edildiyi üçün, Həzrəti İlyas ola bilməz. Əlimizdə əsaslı bir dəlil olmasa da, yeganə ehtimal İslami qaynaqlarda İbnul-Acuz [qoca qadının oğlu] deyə tanınan Həzəkiəldir. Həzəkiəl, Qüdsü işğal edən Nabukandnazar tərəfindən əsir alınan İbranilər arasında Anadolunun Şərqində Habur tərəflərə gətirilmiş və orada da ona peygəmbərlik verilmişdir. Həzəkiəl kitabında onun "səbirli" və "sadiq biri" olduğu yazılıb. Quranda biri adı diğəri ləqəbi olan və hər iki ismi ilə də zikr olunan başqa peyğəmbərlər də var. Məsələn, Həzrəti Yaqub "İsrail" olaraq, Həzrəti İsa "Məsih" olaraq, Həzrəti Yunus "Zu'n-nun" olaraq, Həzrəti Məhəmməd "Əhməd" olaraq... Bəzi müfəssirlər isə bu kişinin Eyyub peyəmbərin oğlu olan və Şamlılara göndərilən Şərəf olduğunu söyləyirlər."Zulkfl haqqında bu qədər fərqli rəvayətlərlə yanaşı başqa rəvayətlər də mövcuddur. Onun peyəmbər deyil, işlədiyi günaha tövbə edib, tövbəsi qəbul olunan bir gənc olduğunu da söyləyənlər var. Lakin onların heç bir səhih qaynağı olmadığını nəzərə alaraq burada bu rəvayətlədən danışmaq istəmədik.Nəticə olaraq onu qeyd edək ki, Zulkifl istər xüsusi bir ad, istərsə də hər hansısa bir peyğəmbərin ləqəbi olsun, Allah bizim onu anmamızı tövsiyyə edir. Bu adın yanında zikr olunan saleh və səbrli olma xüsusiyyəti bizə verilən ən əsas mesajdır.Doğrusunu Allah bilir.
['Həzrəti Zülkifl']
5,721
https://kayzen.az/blog/dua/5138/namaz%C4%B1n-kodlar%C4%B1.html
Namazın Kodları
Cavid
Namaz, dua, zikr
30 aprel 2011, 05:05
Bütün ibadətlərin tacı olan namaz simvollar mənzuməsidir. Namazın simvolları haqqında nə qədər danışsaq da deyiləcək söz bitməz. Lakin biz burada namazın rukunları, onların simvollaşdırdığı həqiqətlər haqqında bir neçə söz demək istəyirik:1.Başlanğıc təkbiri: Allahu Əkbərkəlməsində ifadə olunan təkbir, Allahı hər cür nisbətdən təmizlənmiş olaraq böyük, ən böyük, yeganə böyük kimi anlamaq və bilməkdir. İnsan təkbir gətirərkən dünyasını əllərinin tərsi ilə arxaya itələyər. Önündə sadəcə Rəbbinə uzanan bir yol qalar. O yol sıratı müstəqimdir.2. Qiyam: Allaha duyulan ehtiramı simvollaşdırır. Qiyam, ayağa qalxmaq, ayaqda durmaq, dik dayanmaqdır. Qiyam kəlməyi tövhidin ilk yarısıdır. La ilahə illallahın qulluq edilməyə layiq heç bir varlıq yoxdur mənasını verən "la ilahə" hissəsini təmsil edir. Bu şirkə, küfrə, üsyana, tüğyana qarşı olan qiyamdır. Namazın hər qiyamı da belədir. Mömin qiyamda dağları təmsil edər. Dağlar təpələrindən bəslənərlər. Onları bəsləyən rəhmət buludlardan enər. 3. Qiraət: Quranın namaza daşınmasıdır. Namaz vəhyin bədənidir, vəhy namazın ruhudur. Qiraəti tilavətdən ayıran şey mənadır. Oxuyanın anlamaq cəhdi tilavəti qiraətə çevirər. Məqsəd yaşamaqdır. Anlamadan yaşanılmaz. Qiraətin qəlbi Fatihədir. Fatihə, Rəsulullahın hədisində də deyildiyi kimi "Allah ilə qulun dialoqu"nu təmsil edər. Yəni Fatihə, namazı Allahla qul arasındakı söhbətə çevirər. Bunun üçün Fatihəsiz namaz, namaz deyil. Qiyam dağları təmsil etdiyi kimi qiraət də, möminin qəlbini bəsləyən rəhmət buludunu təmsil edir. Çünki vəhy rəhmətdir. Vəhy eyni zamanda qiyamın xəbərçisidir [beyyinat]. 4. Ruku: Ehtiramla boyun əyməyi ifadə edir. Qiyamdakı ehtiramın sonrakı mərhələsidir. Ruku tək başına ictimai təslimiyyəti, Səcdə isə fərdi təslimiyyəti ifadə edir. Çünki "Ruku edənlərlə birlikdə ruku et!" ayəsi var, lakin "Səcdə edənlərlə birlikdə səcdə et!" ayəsi yoxdur. Ruku, qiyam ilə səcdə arasında bir dayanacaqdır. Rukuda qul dörd ayaq üzərində yürüyən bütün canlıları təmsil edər. Bu yönü ilə namaz, insanın varlığı təmsil edərək Allahın hüzuruna çıxaraq verdiyi xəlifəlik hesabatıdır. Ruku səcdə ilə birlikdə la ilahə illallahın ikinci yarısı olan qulluq edilməyə layiq yalnız Allah var mənasındakı illallahı təmsil edir. Ruku həmdin bədən dilinə əks olunmasıdır. Onun üçün Rukudan qalxan qul, "Allah həmd edəni eşidər" deyir. Allah Rəsulu camaata namaz qıldırarkən bu cümləni söyləmiş, bunun üzərinə Rəsulullahın ardında ilk dəfə namaz qılan bir bədəvi, "madam ki, eşidir o zaman mən də Ona həmd edim düşüncəsi ilə: "Ən gözəl, sonsuz, ən mübarək həmd Ona olsun; göylər və yerlər dolusu həmd Ona olsun!..." deyə yüksək səslə həmd etməyə başlayar. Allah Rəsulu namazdan sonra "o qardaşınızın sözlərini yerə düşməyə qoymamaq üçün səmadan mələklərin hücum etdiyini gördüm" buyurmuş və o bədəvinin həmd sözlərini özü də namazlarına daşımışdır. 5. Səcdə: Ehtiramın son nöqtəsini və zirvəsini təmsil edir. Huşu duyan qəlb əvvəl sahibini ayağa qaldırar, sonra boyun əydirər, ən sonunda səcdəyə vardırar. Səcdə insanın Allah qarşısındakı qulluğunu təmsil edir. Səcdə insanın insanlığını Allahın hüzurunda yerə qoymasıdır. İnsanlığımızı təmsil edən alınımızı Allahın hüzurunda yerə qoymağımız, insanlığımızı borclu olduğumuz Rəbbə şükr nişanəsidir. Səcdə Allaha qurban olmaqdır. "Səcdə et və yaxınlaş" [Ələq 96/19] ayəsi bunu ifadə edir. Səcdə ana qarınındakı saf hala dönməkdir. Ona görə səcdədəki duruş dölün ana qarınındakı duruşuna bənzəyir.6. Oturmaq Oturuş, yolçuluğun sonunu təmsil edir. Bu Namazın içində duanın ən çox olduğu hissəsidir. Dua yalnız ibadətlərin beyni deyil, namazın da beynidir. Salam mirac yolçuluğunun sonunu təmsil edir. Sağınız və solunuzdakı bütün varlığı salamlayaraq, varlığı təmsil edərək bu miracı bitirdiyinizi söyləmiş olursunuz. Namaz təslimiyyətinizin əlaməti, salam və salamatlıq təslimiyyətinizin mükafatı, təslimiyyətiniz İslamınızın əlamətidir. Salam verməklə, təslimiyyətinizin mükafatını bütün varlıqlarla paylaşmış olursunuz.Mənbə:azerislam.com
['Namaz']
5,722
https://kayzen.az/blog/islam-v%C9%99-%C5%9F%C9%99xsl%C9%99r/5137/h%C9%99zr%C9%99ti-x%C9%99dic%C9%99.html
Həzrəti Xədicə
Cavid
İslam tarixindəki şəxslər
30 aprel 2011, 04:54
Möminlərin ilk anası Xədicə [radiyallahu ənhə] bint Huveyliddir. Xədicə adının mənası vaxtından əvvəl doğulan qız uşağı deməkdir. Yeddi aylıq doğulduğu üçün ona bu adı vermişdilər. Əslində isə o, 15 il əvvəl doğulmuşdu. «Vallahi, Allah mənə zövcə olaraq ondan daha xeyirlisini vermədi. İnsanlar məni inkar etdikdə o, mənə inandı, insanlar məni yalanladığında o məni təsdiqlədi, insanlar məni məhrum buraxdığında o mənə malı ilə arxa durdu. Allah digər xanımlarımdan deyil, yalnız ondan mənə uşaqlar nəsib etdi.» [Hədisi şərif] Cahiliyyə dövründə onu ət-Tahirə [təmiz] deyə çağırırdılar. Çünki həqiqətən də təmizlərdən idi. Peyğəmbərimizdən [s.a.s] əvvəl iki dəfə ailə qurmuşdu. Birinci həyat Hind İbnun Nəbbaş İbn Zurarə [Əbu Halə] idi. Xədicə anamızın ondan Halə və Hind adlı iki oğlu olmuşdur. Həyat yoldaşı dünyasını dəyişdikdən sonra Cəld İbn Abid əl-Mahzumi ilə ailə qurmuşdur. Ondan da Hind adında bir qızı olmuşdur. İkinci həyat yoldaşı da dünyasını dəyişdikdən sonra Məkkətini tanınmış insanları — Əbu Cəhl, Vəlid b. Muğirə, Əbu Sufyan — onunla evlənmək istədilər. O isə gələn elçilərin hamısını geri qaytarır heç kimlə ailə qurmayacağını söyləyirdi. Xədicə anamız peyğəmbərimizin ilk həyat yoldaşı, ilk səhabəsi, övladlarının anasıdır. Peyğəmbər [s.a.s] onunla düz 25 il yaşayıb. Xədicə anamız dünyasını dəyişdikdən sonra isə 2 ildən çox müddət ərzində də heç kimlə evlənməyib. Bu gün iki və daha çox evliliyi sünnətdir deyə həyatlarına tətbiq etmək istəyənlər bir qadınla 25 il bir yastığa baş qoymağın nə demək olduğunu peyğəmbərimizin həyatına baxmaqla öyrənsinlər. Bəs bu sünnət deyilmi? Həzrəti Xədicənin atası Huveylid İbn Əsəd İbn Abduluzza qövmü arasında sayılıb seçilən, zəngin bir adam idi. O qədər zəngin biri idi ki, qızı ərə gedərkən ona cehiz olaraq bir ev bağışlamışdı. Bu ev möhtəşəmliyinə görə yalnız Kəbə ilə müqayisə olunur və ona «Kəbənin süd qardaşı» deyirdilər. Həyat yoldaşlarından da kifayət qədər mal-mülk qalmışdı. O isə bütün var dövlətini İslam yolunda xərclədi. Peyğəmbərimizin yalnız həyat yoldaşı deyil, həm də can dostu, ilk səhabəsi idi. Onunla yalnız xoş günlərini deyil, həm də acı günlərini paylaşmışdı. Ən ağır vaxtlarda, 3 il davam edən «baykot» günlərində bu zəngin qadın günlərlə ac qalır, qohumlarının ona göndərdiyi ərzaqları digər möminlərə paylayırdı. Xədicə anamız bu gün də müsəlman xanımlarımıza bir örnəkdir. Kişilərin hakim olduğu bir toplumda heç kimdən qorxmadan, çəkinmədən ticarətlə məşğul olur, ticarətdə hər kəsə meydan oxuyurdu.  Bizans, Rum, Hindisdan kimi bölgələrdə qadının insan olub olmamağı, onun ruhunun olub olmamağı müzakirə olunarkən o biznesmen qadın olaraq ticarətdə ad-san qazanmış, Tacirə olaraq anılmışdı. Onun ticarət karvanları bütün Qureyişin karvanlarının hamısından çox idi. O dövrdə oxuyub yazmağı bacaran barmaqla sayılacaq qədər az insan var idi. Əmisi oğlu Varakadan oxuyub yazmağı da öyrənmişdi Xədicə anamız. Hər bir şeydə öncül olduğu kimi burda da dövrünün nəinki qadınlarını, hətta kişilərini də qabaqlamışdı.  O, Allahın salam göndərdiyi və peyğımbərin unutmadığı bir qadın idi. Adı cənnətin dörd böyük qadınları arasında zikr olunur.  O yalnız peyğəmbərlikdən sonra deyil, ondan öncə də Rəsulullahın ən yaxın dostu, sirdaşı idi. Peyğəmbərə peyğəmbərlik verilməmişdən əvvəl o, Hira mağarasına inzivaya çəkildiyində Həzrəti Xədicə ya özü Məhəmmədə [s.a.s] yemək aparır, ya da ki, evdəki kölələrin biri ilə göndərirdi. Onun bu tənhalığını anlayır, ona dəstək olurdu. Bəlkə də məhz ona görə Məhəmmədə [s.a.s] peyğəmbərlik veriləndə o «elə deyil, evə gəldi». Dostunun, aşnasının yanına deyil, Xədicəsinin yanına gəldi. Onunla paylaşdı, ona anlatdı özünün də anlamadığı bu fövqəladə hadisəni. Xədicə də inandı, iman etdi. Rəsulullahın «mən kahinlərdən nifrət edirəm, heç bir zaman bütlərə tapmamışam, bundan sonra mən kahinmi olacam?» sualına Xədicə anamız: «Sən qohumlarınla ünsiyyət saxlayırsan, sözün doğrusunu söyləyirsən, əmanətə riayət edirsən və Sənin əxlaqın gözəldir. Allah səni utandırmaz» dedi. İlk gündən peyğəmbərin yanında oldu, onu dəstəklədi, dəvət yolunda ona yardım etdi. Qövmünün təhdid və təhqirlərinə məruz qalan, anlaşılmayan, qəbul olunmayan Məhəmməd [s.a.s] hər evə gəldiyində, Xədicəsindən təsəlli alırdı, güc alırdı… Evdən dəstəklənən Rəsulullah dəvətə daha böyük inamla gedirdi.  Həzrəti Xədicə 3 illik baykotun sonunda, Əbu Talibdən 3 gün sonra bisətin [peyğəmbərlik verilməsinin] on üçüncü ilində Ramazan ayının onunda 65 yaşında dünyasını dəyişdi, Hacun qəbristanlığında dəfn olundu. Onu qəbrə Rəsulullah öz mübarək əlləri ilə yerləşdirdi. O tək həyat yoldaşını deyil, həm də ən yaxın dostunu, cihad qardaşını itirmişdi. Daha sonra siyer tarixçilərimiz həmin ili hüzün ili adlandıracaqlar. Bu il həm də Rəsulullahın Məkkədəki son ili idi, daha sonra hicrət dönəmi başlayır.  Xədicə anamız bütün müsəlmanlar üçün örnək bir həyat yaşadı, həyatla da örnək bir müsəlman kimi vidalaşdı. Həzrəti Xədicənin xəstəliyi şiddətlənincə övladları bundan çox üzüldülər. Bu əzəmətli qadın isə onlara təsəlli verirdi: "Əcəl bu sıxıntılı an keçincəyə qədər mənə möhlət versəydi, gözüm arxada qalmadan vəfat edərdim" dediyində qızı Ümmül Gülsüm: — Səndə heç nə yoxdur, ana — dedi. Həzrəti Xədicə «Təbii ki, qızım məndə heç nə yoxdur! Qureyişli heç bir qadın mənim daddığım nemətləri dadmadı. Bəlkə də bu dünyada heç bir qadın mənim əldə etdiyim şərəfə nail olmadı; Dünyada Məhəmməd Mustafanın zövcəsi olmaq, axirətdə ilk mömin qadın olaraq dirilmək və möminlərin anası olmağım mənim nemətimdir...» deyə cavab verdi. Sonra gözlərini yumaraq pıçıldadı «Allahım, saya bilməyəcəyim qədər həmdə layiqsən! Allahım, Sənin hüzurunda Səninlə görüşməyi narahatlıqla qarşılamağım, mənə verəcəyin nemətlərə daha çox layiq ola bilmək üçün, daha çox fədakarlıq etməyi istədiyimdəndir.» Həzrəti Peyğəmbərin həyatında daha sonralar başqa qadınlar da oldu, amma heç biri Xədicənin yerini tutaraq o boşluğu doldura bilmədi. Qadınları onu Xədicənin xatirəsinə belə qısqanırdılar. O, Həzrəti Məhəmmədə tarixin bənzərini kimsəyə bəxş etməyəcəyi şəkildə örnək sevgi, sədaqət, vəfa və cəfakar bir qadın olmuşdur. Yeri gəlmiş malını fəda etmiş, yeri gəlmiş canını fəda etmişdir.  Dünya durduqca Həzrəti Xədicə, müsəlman qadınlarına hər tərəfi ilə örnək olacaq. Ondan sonra bir çox qadın İslamı qəbul etdi, dünya durduqca da edəcəklər. Amma ilk səhabə qadın olmaq ona nəsib oldu. Peyğəmbərə iman edənlərin ilki oldu. Başqa sözlə desək Peyğəmbərimizin ilk səhabəsi qadındır. Mənbə:azerislam.com
['Həzrəti Xədicə', 'islam və qadınlar']
5,723
https://kayzen.az/blog/riyaziyyat/5127/pi-%C3%B6z-sirrini-saxlamaqdad%C4%B1r.html
Pi öz sirrini saxlamaqdadır
MASON
Riyaziyyat
29 aprel 2011, 11:14
Pi dünya riyaziyyat tarixinə təxminən e.ə. 2000-ci ildən bəri məlumdur. Ümumi olaraq onun rəqəmlə ifadəsi 3,14 kimi qəbul edilsə də, müxtəlif dövrlərdə onunla bağlı fərqli rəqəmlər səsləndirilib. Məsələn, misirlilər e.ə. 1650-ci ildə Pi-ni 3,165, çinlilər və yunanlar 3,162 olaraq hesablayıblar. Arximed isə iddia edib ki, Pi-nin dəyəri 310/71 və 31/7 arasında dəyişir. Ancaq bununla bağlı araşdırmalar hələ də davam etməkdədir. Xüsusilə də kompyuter texnologiyasının sürətlə inkişaf etdiyi indiki dövrdə bu araşdırmalar daha da artıb. Məsələn, 2002-ci ildə Tokio Universitetində Pi-nin hesablanması üçün xüsusi kompyuter proqramı yazıblar. Bu super kompyuter vasitəsilə 400 saatda hesablamanın 1,24 trilyon pilləsinə qədər gəlinib. Ancaq Pi-nin konkret rəqəmi əldə edilməyib. Bəzən mütəxəssislər Pi-ni belə ifadə edirlər: sonsuz, ancaq məhdud. Yəni burada dairəyə bənzər formada sonsuza qədər davam edən rəqəmdən söhbət gedir.
['riyazi əyləncə']
5,724
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/4821/janna-dark.html
Janna Dark
burla xatun
Böyük insanlar,şəxsiyyətlər
29 aprel 2011, 10:14
Müqəddəs Yekaterina, Marqaritanın və Cəbrayılın səsi qulağına gələndə Jannanın 13 yaşı ardı. Janna Orleanı əsarətdən qurtarmalı, vəliəhdi taxta çıxararaq qəsbkarları krallıqdan qovmalıydı: «Janna, sən başqa yolla getməli olacaqsan. Çünki Göylərin padşahı səni kralın müdafiəsiyçün seçib». Bu səslər artır və hər gün «Orleanın mühasirəsini qırmaq lazımdır, sən getməlisən» deyib dururdu. Janna onu dəlilikdə gunahlandıranların yadına qədim məsəli salırdı:«Fransanı qadın məhv edib, sonra bakirə qız xilas edəcək». Məsəlin birinci hissəsi artıq çin olmuşdu. Bavariyalı İzabella əri fransız kralı 6-ci Karlı məcbur eləmişdi ki, oğlunu nicahdan kənar elan eləsin. Fransa kralsız qala bilərdi.Pərilərin dolaşdığı yerdəJanna d’Ark Şampan və Lotaringiya əyalətlərinin sərhəddində Domremi kəndində varlı kəndli ailəsində anadan olub. 17 yaşına qədər onu Jannetta Domremi kimi tanıyırdılar. Soruşanda qonşular onunçün «Belə də, hamı kimi» deyərdilər.Jannanın doğulduğu kəndin yaxınlığında çox gözəl, iri bir ağac bitirdi. Pərilər ağacı adlanan bu ağac hər bazar kəndin qız və oğlanlarını başına yığırdı. Onlar oxuyub oynayar və yaxınlıqdakı bulaqda yuyunardılar. Deyilənə görə lap qədimlərdə bu ağacın başında sehirli pərilər oynayarmış. Bu ağacın başına getməyi sevən Janna nədənsə heç vaxt orda pəri görməmişdi. Onun «pəriləri» ağ buluddan peyda olmuşdu...«Kralı taxta yalnız mən çıxara bilərəm!»6-cı Karlın dövründə Fransanın şimal torpaqlar alınmışdı. Qoşun əldən düşmüşdü. Bircə Orlean qalmışdı ki, ingilislər bu torpaqların tam sahibinə çevrilsin. Kəndli qızı Janna d’Ark öz missiyasını bəyan eləməkçün yola çıxanda artıq 17 yaşı vardı. Kralı taxta çıxaracağını eşidənlər onu ələ salıb gülürdü. Bir ildən sonra yenidən cəhd edəndə bu dəfə şəhərin kapitanı ona daha diqqətlə qulaq asıb (Janna bəzi döyüşlərin sonunu çox dəqiqliklə təsvir eləmişdi) kralın yanına getməkçün silahlı dəstə də ayırdı. 11 günlük yolu qət edib saraya çatdı. Vəliəhdə göndərdiyi məktublarda onu görməsə də min adamın içindən ayıra biləcəyini yazmışdı. Vəliəhd saray əyanları içində dayanıb Jannanın onu tanımayacağına əmin idi. Amma Janna onu 300 nəfərin içində tərəddüdsüz seçə bildi.Bundan sonra o, dərhal elan elədi ki, ingilis əsarətindən qurtulmaq və kralı taxta çıxarmaqçün göylər tərəfindən təyin edilib. Jannanın davranışını müşahidə etmək, məlumat toplamaq və sorğu sual 3 həftə vaxt apardı. Jannanın cavabları belə təəsürat oyatdı ki, o, həqiqətən də Tanrının müjdəçisidir. Onsuz da vəziyyət o qədər pis idi ki, Tanrıdan başqa köməyə gələsi başqa varlıq qalmamışdı.Kral tərəddüd içindəydi. Ən əvvəl o, qızın bakirəliyini yoxlatdırır. Sonra Jannanı din adamlarının əlinə verir ki, onu ağıllı başlı sorğu-suala tutsunlar. Jannanın vətəninə də adam göndərib məlumat toplayır. Qızın reputasiyasına xələl gətirə biləcək bir şey tapmayandan sonra qoşunları Jannanı komandanlığına verib onu baş komandan təyin eləyir. Dövrün ən yaxşı hərbçiləri  150 santimetrlik bir balaca qızın tabeliyinə verildi. Jannanın ölçüsündə yaraq-əsləhə hazırlandı. Kişi geyimi geyməkçün isə xüsusi komissiyanın icazəsini almalı oldu.Döyüş zamanı göyərçinlər onun yanından əl çəkmirdiQoşunu Allah tərəfindən göndərilmiş komandan idarə edəcək xəbəri döyüşçülərdə ruh yüksəkliyi yaratdı. Janna bütün keşişləri yığıb qoşunun qarşısında gedərək antifonlar oxumağı xahiş eləmişdi. Fransız hərbçilərinin eləyə bilmədiyi bir işə, yəni Orlean şəhərini geri almağa Janna cəmi 4 gün sərf elədi. Orleanı geri alandan sonra artıq Janna Orlean qızı adlandırılırdı. İndiyə qədər də 8 may günü Orleanda şəhərin ad günü kimi qeyd edilir.Janna d’Arkla ünsiyyətdə olanların hamısı bu qızın qeyri-adi cazibəsindən danışırlar: «... Qız cazibəli görkəmə və kişi duruşuna malikdi. Az danışır, yeməyi, xüsusilə də şərabı çox sevir. Adam yığıncağını və söhbətləri xoşlamır. Gözəl atlarla və silahla çox maraqlanır. Silah gəzdirəndə ağırlıqdan çoxlu əzab çəksə də tərslik edib döyüşü udmayanadək yarağını çıxarmır. », «O bizimlə yol gedəndə meşədən quşlar çıxıb onun çiyninə qonur. Döyüş zamanı isə göyərçinlər onun yanından əl çəkmir.»Jil de Re: «O ki, lap uşaqdı. Onun düşmənə şəxsən qılınc zərbəsi endirməsini də görən olmayıb. Döyüşdən sonra isə ölənlərin üstündə o qədər ağlayır ki. Onun ağzından bir dənə də artıq söz çıxmayıb. Onun yanında heç kim söyüş söymür. Kişilərlə bir yerdə yatmağa məcbur olduğu vaxtlarda belə heç kimin ona şəhvani nəzərlərlə baxmaq heç ağlına da gəlmir».Jan Alanson: «Müharibəyə aid olan hər bir şeydən başı çıxırdı. Nizəni sancmağı, qoşunu gözdən keçirməyi, topları yerləşdirməyi o qədər yaxşı edirdi ki, elə bil 20-30 illik təcrübəsi var».Jannanı 10 min qızıla satdılarJannanın komandanlığı altında payızacan bütün ərazilər geyi qaytarılmışdı. İrəlidə bircə Paris qalırdı. Amma kral nədənsə tərəddüd edir, hətta payızda qoşunu da buraxdı. Yaza qədər kralı inandırmaqla məşğul olan Janna 23 mayda xəyanətkarlıq nəticəsində burqundlulala əsir düşür. Şəhərə girəndən sonra geri çəkilməkçün nəzərdə tutulmuş körpünü kimsə qaldırıbmış. Deyilənə görə bunu kralın tərəfdarları təşkil eləmişdi. Taxtda oturmasında Jannaya minnətdar olmalı olan kral onu xilas etməkçün heç barmağını da tərpətmir. Burqundlular Jannanı 10 min qızıl livrəyə ingilislərə satır.Cadugər, yoxsa müqəddəs?..Janna d’Arkın rəsmi məhkəməsi bir ildən sonra başlayır. Onu kilsə mühakimə edirdisə də ingilislərin türməsində hərbi əsir kimi qandallarda saxlanılırdı. Məhkəməylə bağlı bütün xərcləri ingilislər ödəsə də cadukərlikdə ittiham edən hakimlər fransız idi.Tribunalın 150 üzvünün qarşısında davam gətirən bu qıza verilən ittihamnamə 70 müddədan ibarət idi. Məhkəmədə Janna sualları çox mətanətlə cavablayır, İblislə əlaqələri və küfr hərəkətlər haqqında bütün cəfəngiyyatları heç yaxına da buraxmırdı. Son variantda 12 ittiham maddəsi vardı. Əsas müddəalar qeybdən səs eşitmək, kişi paltarı geymək, pəri ağacı, kralı yoldan çıxarma və kilsəyə tabe olmamaq idi. Həm də sübut olunmalıydı ki, Jannanı eşitdiyi səslər İblisin sözləriydi. İnkvizisiya da Jannanın bakirəliyini yoxlamışdı ki, bəlkə İblislə cinsi əlaqələrini sübuta yetirə bilər. Hakimlər çox yaxşı anlayırdı ki, Janna günahını etiraf eləməsə onun əzabkeş obrazını öz əlləriylə yaratmış olacaqdılar. Ona görə də savadsız qızı tonqal başına gətirməklə qorxudaraq bir başqa mətn oxuyub tamam başqa bir kağıza qol çəkməyə razı sala bilirlər. Kişi paltarından rəsmi imtina edəndən sonra Janna yenidən onu geyməyə məcbur olur. Çünki onun qadın paltarını alıb gizlətmişdilər. Məhkəmə isə bunu kilsəyə təhqir və küfr kimi qaymətləndirib qızı birbaş tonqala göndərir... İngilislərin planı baş tutmuşdu. İndi onlar bütün xristian aləminə elan edə bilərdilər ki, fransız kralı taxta cadugərin əliylə çıxıb.25  ildən sonra Jannanı məhkəməsi sənədləri yenidən qaldırılaraq 115 şahid, anası dostları, yoldaşları  bir daha dindirilərək məhkəmənin haqsız olduğu elan edilir. 20-ci əsrdə isə Janna d’Ark muqəddəs elan edildi.Yanmayan ürək...Ruan şəhərinin Köhnə Bazar meydanında tonqal yanmağa hazırdı. Jannanın başına qoyulmuş kağız mitrada (kafirləri tonqala aparanda gülünc vəziyyətə salmaqçün qoyulan xüsusi papaq) yazılmışdı: «Özünü Orlean qızı adlandıran, cadugər, İblisin qulu, kafir, mürtəd, bütpərəst»...Janna «Yepiskop, mən sizə görə ölmə gedirəm. Sizi Allahın məhkəməsinə çağırıram!» deyərək tonqal başından çığırırdı. Janna ona xaç verilməsini son arzu kimi dilinə gətirəndə ona bir-birinə bağlanmış iki çubuq verdilər. Od alov onu bürüyəndə bir neçə dəfə «İisus» deyə çağırırmış. Bu mənzərəyə baxanların hamısı ağlayırdı.... Tezliklə ona çatan alov bir andaca paltarını yandırdığına görə hamı onu çılpaq gördü. Adamlar onun yanmasına doyunca baxandan sonra cəllad odunu artırdı ki, bədən tam külə çevrilsin.Hər şey bitəndən sonra cəllad eşafotu yığışdırmaqçün ora qalxanda külün içində Jannanın yanmamış ürəyini tapır. Bir neçə dəfə odun yığıb ürəyi bir də yandırmaq cəhdləri eləsə də alınmır. Axırda 19 yaşlı qızın ürəyini incitməkdən bezib külünü yanmamış ürəyi ilə birgə Senv çayı üzərində səpələyir...Qəbirdən xortlamış JannaDeyilənə görə Janna d’Ark nəinki ölməmiş , hətta Rober D’Armuazla uğurlu ailə qurub iki uşaq anası kimi gözəl həyat yaşamışdı. D’Armuazlar nəsli indinin özündə də özlərini Janna d’Arkın nəslindən sayırlar. D’Armuaz və Jannanın toyundan qalan nigah kontraktında bütün şahidlər Orlean qızının dostları, silahdaşları idi.Guya edamdan 5 il sonra Janna evlərinə gəlib və iki qardaşı onu qəbul edib. Qardaşlarının bacılarıyla daimi əlaqələrini sübut edən pul köçürmələri, məktub qəbzləri indi də arxivdə saxlanılır. Onu tanıyanlar, silah dostları, anası da bunu təsdiqləyib. Sonra bu xanım D’Armuaz sakit ailə həyatından bezib bir vaxtlar onu əlləri üstündə gəzdirən Orleana da gedibmiş. Orlean şəhərinin hesab kitabında onun şərəfinə verilmiş naharın hesabı və Jannaya verilən hədiyyə 210 livr haqqında yazı qeyd olunub: «Orlean şəhərinə göstərdiyi xidmətlərə görə...». Onu çox yaxşı tanıyan orleanlılar kütləvi yanılmaya düşə bilərdilərmi? Qəbirdən xortlamış Jannanı başqa şəhərlərdə də çox yaxşı qarşılamışdılar. Amma Parisə çatmamış onu həbs edib rüsvaylıq dirəyinə bağlamışdılar. Bundan sonra bu xanım rəsmi şəkildə Orlean qızının adını mənimsədiyini elan eləməli olmuşdu. Amma  150 sm boyu, qulağının arxasındakı anadangəlmə xalı, yaralarından qalmış çapıqları- bunları plastik cərrahiyyə olmasa təkrarlamaq mümkün olmazdı.Çoxları düşünürdü ki, yanan Janna özü deyilmiş. Onun edamında 800 nəfərlik ingilis əsgərlərindən ibarət dəstə tonqala aparılan və üzü yarıörtülü qadının kim olduğunu görməyə mane olurdu.Janna fransız şahzadəsiymiş?Daha bir əfsanəyə görə guya Janna d’Ark kəndli qızı deyil, kraliçə İzabellanın nicahdan kənar qızı olub. Bu əfsanə sadə kəndli qızının kralı belə asanlıqla inandırmasını izah eləyə bilir. Axı, Janna ona təklikdə nəsə deyəndən sonra kral ona inanmağa başlayır. Daha sonra Jannanın siyasi hadisələrdən xəbərdar olmasını, nizə atmağı bilməsini (o vaxtlar cəngavər rütbəsinə layiq olan zədəganlar nizə atmağı bilərdi), əyalət ləhcəsi olmadan təmiz fransızca danışmasını, padşahlarla çox asan ünsiyyətə girməsini izah edirdi. Janna heç bir yerdə öz soyadını çəkmir və öz valideynlərini kənddən çıxan kimi sanki unudub heç yada da salmırdı. Janna d’Arkın genekoloji müayinəsində sarayın ən rütbəli xanımlarının iştirak etməsi də bu fikri təsdiqləyir. Yoxsa ki, sadə kəndli qızı üçün bu çox böyük şərəf olardı. Domremi kəndində gizlədilmiş bu kral uşağı lazımi anda ortaya atılıb Orleanı azad eləməli, qardaşı Kralı taxta çıxarmalı və ingilisləri darmadağın eləməli idi. Bu, siyasi addıma daha çox bənzəyir.Məhkəmənin sənədlərindən aydın olur ki, inkvizisiyanın ən dəhşətli dövrlərində  Jannaya qarşı işgəncə tətbiq edilməyib. Minlərlə adamı sorğu-sualsız yandıran inkvizisiyanın belə davranışını siyasi sifarişi həyata keçirməsiylə izah eləmək olar. Ola bilər ki, tonqalda yanmaqdan onu elə ögey qardaşı 7-ci Kral özü xilas edib, əvəzinə başqa qadını yandırıblar.Janna d’Ark transvistit olub?Başqa bir, 20-ci əsrdə yaranmış əfsanəyə görə Janna d’Ark yalnız xarici görkəminə görə qız imiş. Təbabətdə buna Morris sindromu deyirlər. Qanının tərkibi, orqanlarının quruluşu daha çox kişiyə yaxın imiş. Döyüşkənliyini, kişilərin arasında özünü rahat hiss eləməsini, hərbi istedadı və döyüşdəki narahatlıqları rahat keçirməsini bununla izah eləyirlər. Müəllif: Gülnarə RƏFİQ [email protected]Mənbə: bizim Yol- Janna d’Ark –kəndli qızı, fransız şahzadəsi, yoxsa evdar xanım?
['Janna Dark']
5,725
https://kayzen.az/blog/aforizmler/5126/pey%C4%9F%C9%99mb%C9%99rimizd%C9%99n-n%C9%99sih%C9%99tl%C9%99r.html
Peyğəmbərimizdən nəsihətlər
Cavid
Hikmət dənizi və aforizmlər
28 aprel 2011, 14:29
Ey Əli! Elə ki, gördün camaat müstəhəbbi əməllə məşğuldur, sən vaciblərlə məşğul ol. Elə ki, gördün camaat dünya işləri ilə məşğuldur, sən axirət işləri ilə məşğul ol.Elə ki, gördün camaat başqalarının eyiblərini axtarmaqla məşğuldur, sən öz eyiblərini axtarmaqla məşğul ol.Elə ki, gördün camaat öz dünyasını bəzəməklə məşğuldur, sən öz axirətini zinətləndirməklə məşğul ol.Elə ki, gördün camaat əməlini artırmaqla məşğuldur, sən əməllərinin ixlası ilə məşğul ol. Elə ki, gördün camaat məxluqatın ətəyindən tutub, sən Xaliqin ətəyindən yapış.Ey Əli! Bir neçə şeyi şəxsən sənin özünə tapşırıram. Onları heç vaxt unutma! Allahdan istəyirəm onları yerinə yetirməkdə sənə yardımçı olsun.1. Doğru danışmaq, nəbada ağzından yalan söz çıxsın. 2. Təqva, nəbada xəyanət etmək cəsarətində olasan.3. Allahdan elə qorx ki, sanki onu görürsən.4. Allah qorxusundan çox ağla. Belə etsən behiştdə səndən ötrü min ev hazırlanar.5. Malını və canını din yolunda fəda et.6. Namaz, oruc, sədəqə və mənim sünnəmə ciddi riayət et! Sonra üç dəfə buyurdu:"Gecə namazını əldən vermə!"Sonra üç dəfə də buyurdu: "Zöhr namazını da əldən vermə! Hər bir halda Quran oxu! Namaz halında əllərini qaldır, dəstəmaz alan zaman dişlərini yumağı unutma. Xoş xasiyyət ol və pis xasiyyətləri özündən uzaqlaşdır. Əgər mənim bu dediklərimə riayət etməsən, özündən başqa heç kəsi günahlandırma!" Hər kəs gününü bu işləri yerinə yetirməmiş başa vursa həmin günə zülm edib və Allahın əzabına düçar olar; hər hansı bir haqqı yerinə yetirmək, hər hansı vacib bir əməli yerinə yetirmək, elm öyrənmək, xeyir bir işin təməlini qoymaq, yaxşı ad qazanmaq, böyük bir iş həyata keçirmək.İnşəAllah bizlərdə Peyğəmbər (s) dediklərinin əməl edənlərindən olaq! Allah bizi ən uca məqamlara nail olmağı nəsib etsin. Amin..Mənbə: qadin.net
['nəsihətlər']
5,726
https://kayzen.az/blog/Cavid/5125/n%C9%99z%C9%99r-muncu%C4%9Fu-v%C9%99-ona-inam.html
Nəzər muncuğu və ona inam
Cavid
Bloq: Cavid
28 aprel 2011, 14:24
İslamdan əvvəlki dövrlərdə nəzər muncuğunda bir güc, qüvvə olduğunu düşünür, elə bu düşüncə ilə də bu muncuqları uşaqların qoluna, yaxasına taxırdılar ki, onlara göz dəyməsin. Halbuki bu nəzər muncuqları müxtəlif rəngli daşlardan(və ya müxtəlif rəngli maddələrdən) ibarətdirlər və hər hansı bir nəzərin qarşısını almırlar. Bəzən bu nəzər muncuğunun yanına dağdağan ağacından kəsilmiş 2-3 santimetrlik kiçik bir parça da əlavə edirlər. Nəzər muncuğunun faydasından bəhs edənlərin əksəriyyəti bu sahədən xeyir görən və ya qazanan adamlardır. Ümumiyyətlə, insan bilməlidir ki, başına gələnlər Allahdan gəlir. Bir də onu bilməlidir ki, öz gələcəyini öz iradəsi ilə seçir. Islam alimləri, nəzər muncuğunun, dağdağan ağacının insanı nəzərdən qoruduğuna inanmağı və elə bu inancla da onları uşaqların qoluna və ya yaxasına taxmağı İslama zidd hesab edir, üstəlik məsələnin Allaha şərik qoşmağa qədər uzana biləcəyini deyirlər. Tam qətiyyətlə deyə bilərik ki, uşaqların qoluna bağlanan və ya yaxasına taxılan nəzər muncuqları, dağdağan parçaları onları heç bir nəzərdən qorumur. Əgər siz, doğrudan da, uşağınızı nəzərdən qorumaq istəyirsinizsə, bunun üçün ən doğru yol Allaha sığınmaqdır. Məsələn, uşağınız qızdırsa, təxminən 1 qram ağırlığında kiçik qızıl lövhə düzəltdirin, üzərinə ərəb hərfləri ilə "Maşallah" yazdırın və qızınızın qoluna, yaxasına və ya çiyninə asın. Əgər uşağınız oğlandırsa, eyni sözü gümüş lövhədə yazdırın və oğlunuzun qoluna, yaxasına və ya çiyninə asın. Əmin olun ki, bu, həm sizin üçün, həm də uşağınız üçün daha xeyirlidir. Çünki "Maşallah" həm çox gözəl bir söz, həm də çox gözəl bir duadır. Uşağı verən Allahdır və Allah istəsə, bundan da gözəllərini, bundan da xeyirlilərini yaradar.   Göründüyü kimi, bu bir sözdə həm Allaha itaət var, həm Allaha şükür var, həm də Allaha zikr var. Üstəlik, o lövhə o uşaq üçün ən gözəl uşaqlıq xatirəsidir. Yəni, o uşaq böyüyüb ailə quranda bu lövhəni ya uşağının çiyninə asa, ya da kiməsə hədiyyə verə bilər. Bir sözlə, xeyir ummaq lazımdırsa, Allahdan ummaq lazımdır. Yoxsa, ağacdan, şüşədən, metaldan xeyir ummaq doğru deyil.
['nəzər muncuğu']
5,727
https://kayzen.az/blog/346/4009/az%C9%99rbaycanl%C4%B1lar-nec%C9%99-evl%C9%99nir.html
Azərbaycanlılar necə evlənir?
burla xatun
346 saylı marşrut
27 aprel 2011, 23:19
Camaat xalasıqızı ilə gərdəyə girməkdə israrlıdır. Tibb elminin qanunları, acı statistika onlara heç nə demir. Başqa vaxtı İranı bəyənmirik. Amma İranda istər yaxın qohumlarla olan nigahlarda, istərsə də başqa nigahlarda tibbi uyğunluq haqqında arayış tələb olunur. Amma Azərbaycan xalqı israr edir. Öz uşaqlarını evləndirməkdə israr edir. Bu məsələdə Azərbaycan hökumətinin günahı yoxdur. Kim bunlara başa salır ki, başqa yerdə qız yoxdur? Guya xalasıqızlarından başqa hamı əxlaqsızdır. Qətiyyən belə deyil. Əksinə, müşahidələr göstərir ki, yüngüləxlaqlı qızlar adətən xalasıoğullarına ərə gedir. “Oğulun acizi qohum yerdən qız alar”. Bu əsəri Salam Qədirzadənin adını unutduğum əsərindən oxumuşam. Məncə  bu Salam Qədirzadənin ən yaxşı cümləsidir. Aciz oğlan və yüngüləxlaqlı qız. Əla tandemdir. Söz yox ki, yaxıln qohum nigalarını ancaq bu tendemdən ibarət deyil. Digər formanıisə bu cür təsvir etmək olar: Oğlan ona görə xalasıqızı ilə evlənir ki, qız onun gözünün qabağında böyüyün. Guya başqa qızlar barda böyüyüblər? Azərbaycanlının işlərində məntiq axtarmazlar. Bunun fəlsəfi açıqlaması elə də  çətin deyil. Klan-nəsil nigahları ibtidai icma quruluşunda geniş yayılmışdı. O zaman insanlar sosiallaşa, cəmiyyətə adaptasiya  ola bilmirdilər. Var-dövlət başqalarına çatmasın deyə uşaqlarını da öz qohumlarına ərə verirdilər. Azərbaycanda bu qədər qohum nigahının  yayılmasının  səbəbi də insanların hələ də ibtidai icma quruluşunun təfəkküründən çıxa bilməməsidir. Bu xalq irəliyə doğru bir addım da atmayıb. Yeri gəlməsə də bir şey yazaq. Azəri sevgililər heç vaxt öpüşmürlər. Onlara elə gəlir ki, sevdiyin adamı öpmək olmaz. Guya bununla qız oğlanın gözündən düşər. Rusiyaya  gedib, orda min oyundan çıxanlar öz  kəndlərinə qayıdıb  “təmiz qız” axtarırlar. İslam təfəkkürü Azərbaycan təfəkkürünün yanında ciddi şeydir. İslamda zinakar ancaq başqa bir zina edənlə evlənə bilər. Rusiyadan gələnlərin əksəriyyəti də QİÇS daşıyıcısıdır. Çünki Rusiyada seksual xidmət çox bahalıdır, bizimkilər ucuzlarından istifadə edirlər. Evlənəndən sonra qadınlarını burda qoyub təkrar nataşaların yanına gedirlər. Ya da qadınlarını ora aparırlar. Rus dilini bilməyən kənd qızı isə bütün günü evdə oturub ərini gözləyir. Saçlarının qara rəngini dəyişib sarıya çevririlər ki, skinxedləri azdıra bilsinlər. QHT sektoru seksual maarifləndirmə üçün kifayət qədər iri məbləğdə qrantlar alıb. Amma  ortada heç bir nəticə yoxdur. Azərbaycanda, xüsusilə Cənub bölgəsində azyaşlıların nigaha cəlb olunması kütləvi  şəkildədir. Azyaşlılarla qanuni nigah bağlamırlar, qanun bunu qadağan edir. Azyaşlıları  gərdəyə mollalar salır. Qafqaz Müsəlmanları İdarəsinin Mollaları. Cinayət Məcəlləsinin 152-ci maddəsi  “On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə” adlanır və üç ilədək  azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Bu cür faktlar dəfələrlə aşkarlanıb. Amma hələ bu işi görən gənclər və mollalar haqqında heç bir tədbir görülməyib. Hacı Allahşükür Paşazadə isə Qarabağa cihad etməkdən danışır. Qulağıma Əlikram Bayramovun “Əmiqızı” mahnısının sədaları gəlir. Yazını bitirək. Onsuz da xeyri yoxdur. Mənbə: Bizim Yol qəzeti
['azərbaycanlılar', 'milli mentalitet', 'Azərbaycan reallıqları', 'mentalitet', 'bədbəxt Azərbaycan']
5,728
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/4841/sur%C9%99tp%C9%99r%C9%99st-landau.html
Surətpərəst Landau
burla xatun
Böyük insanlar,şəxsiyyətlər
27 aprel 2011, 23:18
Bakıda Landau adına küçə var. Adı Eynşteyn, Nilson Bor, Rezerford, Heyzenberq, Pauli kimi alimlərlə bir sırada çəkilən Nobel mükafatı almış fizik Lev Davıdoviç Landaunun bioqrafiyası silinməz cümləylə başlayır. O, Bakıda neft mühəndisinin ailəsində dünyaya göz açıb. Özü belə deməyi sevərmiş: «Mən yanvarın 22-də lord Bayronla bir gündə, amma dahi ingilis şairindən 120 il sonra anadan olmuşam». Atası onu süd içməyə, saatlarla royalı döyəcləməyə vadar etsə də, altı yaşlı uşağa tövlənin divarında təbaşirlə məsələ həll etmək daha maraqlı gəlirdi.  Arıq, çəlimsiz olsa da, bu uşaq yaxşı oxuyur, hətta 12 yaşında rəqəmləri differensasiya etməyi, 13 yaşında isə inteqrasiya eləməyi bacarırdı. Amma gimnaziya bağlanandan sonra evdə oturmağa məcbur olan Landau anasının sözlərini qulağında ömürlük sırğa elədi: «İşsizlikdən insan məhv ola bilər». İntihar haqqında düşündüyü bu dövrdə xoşbəxtlikdən onun əlinə Stendalın «Qırmızı və qara» kitabı düşür və o anlayır: insan o qədər güclü ola bilər ki, öz həyatını istədiyi kimi dəyişə bilsin.Azadlıq adasıHeyrətamiz iş qabliyyəti vardı. O, saatlarla kabinetindən çıxmaz, telefon zənglərinə cavab verməzdi. İçəri girənlər onu yarıuzanmış vəziyyətdə görərdi. Dostları zarafatlaşardı ki, «Başın bədəninə ağırlıq eləyir deyə uzanırsan». Heç 182 sm boyu olan kişinin 59 kq çəkisi olarmı? Fizikayla məşğul olmağa nəsə mane olardısa, o, əsəbdən xəstələnərmiş. Landau yaradıcılığı insanın ən ali, ən böyük həyat sevinci sayırdı. Ona görə də heç kim onu pis əhvalda, ruh düşkünlüyündə görə bilməzdi. Landaunun müasirlərinə təsirini  araşdırmağa çalışan Bi-Bi-Si radiostansiyası belə nəticəyə gəlmişdi: «Landau yeni həyat fəlsəfəsi və tamamilə fərqli alim növü yaratmışdı. Fizika romantik ölkəyə, azadlıq adasına çevrilmişdi. İnsanlar düşündüklərini danışmağa cəsarət edirdilər. Bu atmosferin yaradıcısı Landau idi».Sovet İttifaqında yalnız Landau atom bombası yaradılmasının nəzəri hesablamasını apara bilərdi. Hətta bu cür vacib məsələnin həllində belə o öz şərtlərini qoyur: «Bombanın texniki hesabatını aparacam, amma sizin iclasların birinə də gəlməyəcəm. Bütün rəsmi kağızları imzalamaq səlahiyyətini də Zeldoviçə verəcəm.  Bomba yaratma texnikadı, mənim işim elmdir». 1943-cü ildə aldığı ilk «Şöhrət ordeni»nə qalan ordenlərdən çox sevinirdi ki, onun hərbi sahədəki zəhməti hədər getməyib. Onun hətta məşhur «katyuşa»nın yaranmasında da əli olub. Nəticədə o, bir Sosialist Əməyi Qəhrəmanı ordeni Zeldoviç və Saxarov isə üç orden aldı. Fiziklər hamısı bir nəfər kimi təsdiqləyir ki, Landaunun ən azı 7 işi hər biri ayrılıqda Nodel mükafatına layiq di.«Həyatda ən maraqlı, əlbəttə, elmdi, ən gözəlsə qadınlardı»Evdə, məişətdə balaca uşaq kimi davranan alimin elmi məruzələr vaxtı dilinin topuq çaldığını görən olmayıb.  Heç kitablarının mətnini də özü yazmazdı. Zirək, amma istedadsız iş yoldaşlarına əməkhaqqı əvəzinə ideyalar bağışlayırdı. Xarici səfərə göndərilmə ərəfəsində olarkən ingilis dilini öyrənməyə cəmi ay yarım vaxt sərf eləyir. Səfərdən qayıdanda ən birinci işi pulun qalığını hökumətə təhvil vermək olurdu. Hesablama işlərində nə loqorifm xətkeşindən, yaxud cədvəldən, nə də məlumat kitabçalarından istifadə edərdi. Belə beyində alçaq hisslərə yer qalmır. Yaxşı ki, bu qıtlıqda qadınlara yer vardı.Dau haqqında gəzən rəvayətlərə baxmayaraq o heç vaxt nə mavi, nə də çəhrayı kostyum geyməmişdi, məruzələrinə cibində pişik gətirməzdi. Ola bilərdi, bayırda yağan yağışı, əsən küləyi hiss etməsin. Kabinetinin qapısına öz əliylə yazıb yapışdırmışdı: «Ehtiyatlı ol, dişləyə bilərəm!»İnsanlar arasında olmağı, ünsiyyəti, sənəti çox sevsə də, balet və operanı anlamazdı: «Kimsə öz oxu ətrafında mənasız fırlanmalar edirsə, buna baxmaq çox cansıxıcıdı. Opera bundan da mənasız bir şeydi. Kişi sevgilisinə sevirəm deyərək kötük kimi yerindən tərpənmir, əvəzində səsini titrətməklə və ulamaqla kifayətlənir. 12 yaşında olanda mən Kantın kitabını götürüb çox diqqətlə oxudum və bu nəticəyə gəldim ki, bunlar hamısı boş və axmaq şeylərdi»«Bütün gözəl qızlar ərdədi, bütün yaxşı məsələlərsə artıq həll olunub»Hesablamaqdan və sevməkdən başqa bir şey tanımayan alim beyniylə getdiyi şəhərlərin modulunu çıxarırdı. Modul şəhərin kifir qadınlarının gözəl qadınlara olan nisbətinə deyilir. Cib dəftərinə də qadınların telefonunu əlifba sırasıyla deyil, gözəldən kifirə doğru prinsipiylə yazırdı. Allah eləməmiş, bu siyahıda sonunculardan olaydın. Heç üzünə də baxmazdı. «Bəli, etiraf edirəm ki, surətpərəstəm» deyən Dau kişiləri də qadınlarda hansı keyfiyyəti qiymətləndirirsə, ona uğun olaraq surətpərəst, ruhpərəst, bədənpərəst, ayaqpərəst adlandırırdı. Xüsusilə ruhpərəstləri sevməzdi: «Fu! Qadında ruhu necə sevmək olar? Leonardo da Vinçi hesablayıb ki, ruh üçün bədəndə yer yoxdu. Utanmırsan? Hələ bir gürcüdü, bığı da var…» deyib teatral səslə çığırmaq onunçün adi bir şeydi. Onun qadınları bir-birindən ayırmağının öz sistemi vardı: 1-ci növ – Alman aktrisası Anna Ondra, sarısaç Merilin Monro kimiləri, yəni baxdınsa, gözünü çəkmək mümkün deyil. 2-ci növ – Fındıqburun sarısaç gözəlçələr. 3-cü növ – Belə də… baxmaq da olar. 4-cü növ – Baxmasan, yaxşıdı. İnsanlarçın ziyanlı deyil, amma atları qorxuda bilər. 5-ci növ – Maraqlıdırlar, amma baxmaq istəmirsən. Valideynlərinə töhmət düşür. «Gülməyin, qiyamət günündə Allah sorğu-sual edəcək ki, verdiyim nemətlərdən niyə faydalanmadın, niyə darıxırdın» deyən Dau evliliyi də fərli bir şey saymırdı: «Yaxşı olsaydı, adını «brak»(rusca brak evlilik deməkdi) qoyardılar?»Arvadağız kişilərə yardım fonduEvliliyə skeptik münasibəti olsa da, arvadı Kora ilə yarım əsr birlikdə olublar. Kora ona balaca uşaq kimi qulluq edir, az qala yeməyi də qaşıqla yedizdirirdi. Bilirdi ki, Dau yeməyi də, yatmağı da unuda bilər. Amma evlənəndə onlar «Bir-birinə hücüm etməmək barədə akt» bağlamışdılar. Bu şifahi akta əsasən tərəflərdən heç birinin qısqanmağa, yoldaşının həyatını özəlləşdirməyə haqqı yoxdu. Arvadının qısqanclıq «pristuplarını» böyük məbləğdə cərimələrlə islah eləməyə çalışırdı. Bəzən cərimə gələcək kitabın qonorarından təyin olunurdu. Axı, Daunun qazancının 60 faizi özü daxil olmaqla evin xərclərinə, 40 faizi isə özü dediyi kimi «qızlar, şokolad və kino üçün» idi. Evin yuxarı mərtəbəsində Dau çoxsaylı dostları, qonaqları və sevgililəriylə birgə yerləşmişdi. Oğlu və arvadına aşağı mərtəbədə yerləşmək qalırdı. Balkonlu telefon olan otağın divarları az qala bütün elm aləminin intim söhbətləri və səslərini eşidib. Dau dostlarının karına gəlməyiylə fəxr edərdi. Koranın bu məsələyə qarışdığı vaxtlarda «Sən niyə belə aqressivsən. Bəyəm səndən nəsə gedir?» deyib hiddətlənərdi. Daunun məşuqəsinin gələcəyi gün arvadı təmiz yataq dəsti hazırlamalı, ikinəfərlik yemək süfrəsi açandan sonra özünü siçan kimi səssiz-səmirsiz aparmalıydı.  Arvadının xoşbəxt olmasına cavabdeh olduğunu təkidlə deyən Dau dünyalar qədər sevdiyi qadınına məşuq axtarmaqda da kömək edirdi. «Mən parlaq, işıqlı, maraqlı həyat yaşamaq istəyirəm. İnsan təbiətən azad yaranıb. Qısqanclıq ən murdar, ən alçaq keyfiyyətdir». Dau «Əsl kişi necə yaşamalıdır?» nəzəriyyəsini ən dahi əsəri sayırdı və çox heyfsilənirdi ki, bu əsər heç vaxt çap olunmayacaq.  Bir də ki, qazancının 40 faizini o təkcə qızlara xərcləmirdi. Stalin dövründə türmələrdə ölmüş beş alimin ailəsini saxlayırdı. Pulları saxladığı yeşiyin adını isə «Arvadağız kişilərə yardım fondu» qoymuşdu. Dar gündə hamı bilirdi ki, bu «fonddan» faydalana bilərlər. Uşaq səmimiyyətli Dau 50 illik yübileyində belə təntənəli nitqlərə, hədiyyələrə, təbriklərə yer ayırmaq istəmədi. O yubiley karikaturalar, şarjlar, rəsmlər, şerlər maskaradına çevrildi. O vaxt səslənən lətifələr hələ də dillərdədi…Davam edir 37…1938-ci il həbslər dalğası Landaudan kənar keçmədi. Maye heliumun tədqiqatıyla məşğuluydu. Sonralar gələcəkdə məhs bu işinə görə ona Nobel mükafatı veriləcəkdi. Fizika problemləri İnstitutunun direktoru P. Kapitsa və müasir fizikanın patriarxı Nilson Bor Landaunun azad olunmasıyçün Stalin və Beriyaya məktublar yazırlar. Yəqin ki, o dövrdə bu problemi həll edə biləcək ikinci alim tapılsaydı, Landau belə tezliklə, yəni bir ildən sonra dünya işığını görə bilməzdi. Azadlığa çıxandan sonra dediklərindən: «Əvvəla, mən orda tutulacağımdan daha qorxmurdum. İkincisi, ürəyim istəyən qədər Stalini ucadan söyə bilirdim. Mən orda əylənirdim də, növbəti sorğu-sualdan sonra «Yaşasın Stalin» deyənlərə baxıb o qədər gülürdüm ki… Bizi bankaya yığılmış silyotkalar kimi üst-üstə qalayanda da mən narahatlığa fikir vermir, beynimdə hesablamalar aparırdım. Orda 4 işimi tamamlamışam». Stalin öləndə Dau sevindiyindən ortaya atılıb xeyli oynamışdı…«Mən öz xəstəliyimlə sarsaq bir rekord qoydum»Buzlu, soyuq gecələrdən birində Dau avtomobil qəzasına düşür. Onu demək olar ki, o dünyadan geri qaytarmağa nail olurlar. Sağalmasına sərf edilən bir neçə il ərzində onun tamamilə itmiş əzələ örtüyü yenidən canlanmağa doğru getdikcə dözülməz ağrıları, gecə qallüsinasiyaları və həkim xalatında ürəksiz insanların qoyduğu səhv diaqnoz… Bundan belə yaşadığı illərdə Dau bu həkimlərdən heç birini inandıra bilmədi ki, hər dəfə nəfəsini çəkəndə onun qarnında dözülməz ağrı əmələ gəlir. Onu uşağa başa salan kimi inandırırdılar ki, əslində onun qarnı heç ağrımır. Təbiətcə davakar olmayan bu insan dözməyə üstünlük verdi. 6 illik zülmdən sonra ölümündən bir həftə əvvəl qarnında travmadan əmələ gələn şişləri kəsən həkim  etiraf elədi: «Başın travması medikləri səhv yola apardı. O vaxt heç məni qoyardılar ki, Landaunun qarnına əlimi vurum?»Hələ xəstəxanada yatarkən ora Kanada, Meksika, Kariforniya fermerlərindən dəvət məktubları gəlirdi. Fransız xanımları məktublarına fialka qoyub göndərirdilər. Hətta Nobel komitəsi də öz qaydalarını pozaraq 1962-ci ildə Landauya mükafatı İsveç sarayında yox, Elmlər Akademiyasının xəstəxana divarları arasında verməli olur.Landaunun aforizmləri  İngilis dilini bilmək lazımdı! Onu ən axmaq ingilis də pis bilmir. Qadınların qarşısında baş əymək lazımdı. Xüsusilə də onların səbrinə görə. Əminəm ki, kişilər uşaq doğmalı olsaydı, bəşəriyyət tezliklə məhv olardı. Evlilik kooperativ kimi bir şeydi, onun sevgiyə heç bir aidiyyəti yoxdu. Mənim qadınların qayğıları qədər işim olsaydı, heç vaxt fizik ola bilməzdim. Yeni nəzəriyyə köhnə nəzəriyyənin tərəfdarlarının ölməsindən sonra işə düşə bilər.  Uğurlu ailə qurmaq gözü bağlı vəziyyətdə gürzə dolu torbadan su ilanı çıxarmaq kimi bir şeydi. Müəllif: Gülnarə RƏFİQ [email protected]Mənbə: Bizim YolHəmçinin bax:Dahi fizik Landau
['Landau', 'Ландау', 'yəhudi alim', 'dahilərin həyatı', 'dahi fizik', 'görkəmli fiziklər']
5,729
https://kayzen.az/blog/islam-v%C9%99-qad%C4%B1nlar/5098/g%C3%BCnahkar-qad%C4%B1nlar%C4%B1n-c%C9%99h%C9%99nn%C9%99m-%C9%99zablar%C4%B1-haqda.html
Günahkar qadınların cəhənnəm əzabları haqda
Cavid
İslam və qadınlar
27 aprel 2011, 02:45
Bu mübarək hədisi imamzadə Əbduləzim İmam Məhəmməd Təqidən (ə), o, İmam Rzadan (ə), o, İmam Musa Kazimdən (ə), o, İmam Cəfər Sadiqdən (ə), o, İmam Məhəmməd Baqirdən (ə), o, İmam Zeynul-abidindən (ə), o İmam Hüseyn (ə), o da atası imam Əlidən (ə) nəql edir: "Bir gün mən və Fatimə Allah rəsulunun (s) yanına getdik və o həzrəti (s) ağlayan halda gördük . Soruşdum, ata- anam sənə qurban, ey Allahın peyğəmbəri (s), niyə ağlayırsan? Allahın rəsulu (s) buyrudu:- Ey Əli, məni meraca apardıqları gecə ümmətimdən olan bir dəstə qadının cəzalandırılmasını gördüm. Mən onlara verilən əzabın çətinliyindən heyrətə gəldim. Məni ağladan gördüyüm cansıxıcı əzabların təsiridir: 1. Bir qadın saçlarından asılmışdı və başının iliyi qaynayırdı.2. Bir qadın dilindən asılmışdı və cəhənnəmin qaynar suyunu boğazına tökürdülər.3. Bir qadını sinəsindən asmışdılar.4. Bir qadın bədəninin ətini yeyir və odda yanırdı.5. Bir qadının qıçı qoluna bağlanmışdı, ilan və əqrəblər bədəninə dolaşmışdılar.6. Bir qadın ayaqlarından yanar təndirə asılmışdı. 7. Bir qadın odda qızarmış qayçı ilə bədənini qabaqdan və arxadan kəsirdi.8. Bir qadının əl- üzünü yandırırdılar və o, öz bağırsaqlarını yeyirdi.9. Bir qadının başı it başı, bədəni eşşək bədəni idi və o, min cür əzaba düçar olmuşdu.10. Bir qadın it şəkilində idi. Cəhənnəm odu onun arxa tərəfindən girib ağzından çıxırdı. Mələklər onun başına, bədəninə od kösəklər vururdular.Həzrət Fatimə (s) atasından soruşdu : - Ey Allahın rəsulu (s), onları bu cür ağır və dözülməz cəzalalara düçar etmiş pis əməllərindən məni xəbərdar et.  Allahın rəsulu (s) buyurdu : - Ey qızım, saçından asılmış qadın saçlarını naməhrəmdən örtmürdü. Dilindən asılmış qadın həmişə ərini (pis sözlərlə) acılayırdı.Sinəsindən asılmış qadın sinə və bədənini naməhrəm kişilərə göstərirdi.Qıçlarından asılmış və odda yanan qadın ərindən icazəsiz evdən çıxırdı.Bədəninin ətini yeyən qadın özünü naməhrəm kişilər üçün bəzəyirdi.Əlləri ayaqlarına bağlanmış, ilan və əqrəblər bədəninə dolanmış qadın təmizliyinə diqqət etmirdi (qüsüllü halda qalırdı).Kar , kor və lal olan qadın zinadan uşaq dünyaya gətirmiş və uşağı ərinin boynuna atmışdi.Bədənini odlu qayçı ilə qayçılayan qadın, kişilər ona baxıb ləzzət alsınlar deyə, özünü bilərəkdən naməhrəm kişilərə göstərirdi.Əl-üzü yanaraq bağırsaqlarını yeyən qadın naməhrəm qadın və kişiləri haram iş görmək üçün bir-birinə calayırdı.Başı it başı, bədəni eşşək bədəni olan qadın söz gəzdirir və çox yalan danışırdı.İt şəkilində olan, od onun arxasından girib ağzından çıxan qadın günah məclislərində haram mahnılar oxuyub, başqalarına həsəd aparırdı .Sonra Peyğəmbər (s) buyurdu: - Vay olsun o qadına ki, ərini qəzəbləndirər! Xoş o qadının halına ki, həmişə əri ondan razı olar".Əziz müsəlman ana və bacılar, sizdən xahiş edirik ki, həzrət peyğəmbərin (s) Merac hədislərini oxuyub, əməl edəsiniz və onları başqalarına da çatdırasınız .
['günah', 'qadın', 'islam']
5,730
https://kayzen.az/blog/sinir/5087/miqren.html
Miqren
ayxansevda
Sinir sistemi
26 aprel 2011, 15:53
Miqren periodik olaraq narahatçılıq yaradan və başın yarı hissəsini əhatə edən baş ağrılarıdır. Miqren zamanı ağrılar əsəsən başın bir yarısında olur və ürəkbulanma, qusma, işıqdan qorxma, küyə qarşı dözümsüzlük kimi əlamətlərlə müşayət olunur. Bəzi hallarda miqren zamanı görmə pozğunluğu, iflic kimi hallar da qeyd edilir. Miqren ağrıları dözülməz olur və bəzən saatlar və günlərlə davam edə bilir. iqrenin müalicəsi ilə daha çox nevropatoloqlar məşğul olurlar və müalicə prosesində individual yanaşma seçilir. Amerkanların verdiyi statistikaya əsasən qadınların 17%-i, kişilərinsə 6%-i miqren tipli baş ağrıları keçirirlər. Bəzi hallarda miqren tipli baş ağrıları aura adlanan hallardan sonra meydana çıxır. Bunlara göz qarşısında qara nöqtələrin üçüşması, işiq saçması kimi halları misal gətirmək olar. Miqrenin tam müalicəsi olmasa da ağrıların qarşısının alınması üçün uğurla tətbiq edilən dərman maddələri mövcuddur. Miqrenin əlamətləri Miqren tutmaları zamanı aşağıda verilən əlamətlərin hamısı və ya onlardan bir neçəsi rast gəlinir: - Mülayimdən kəskinə qədər ola bilən və başın bir yarısını tutan ağrılar - Döyüntülərlə xarakterizə edilən baş ağrıları - Fiziki hərəkət zamanı ağrıların daha da kəskinləşməsi - Ürəbulanma - Qusma - İşığa və səsə qarşı həssalıq Əgər müalicə edilmirsə miqren 4 saatdan 72 saata qədər davam edə bilir. Baş ağrılarının tutma tezliyi insandan-insana fərqli ola bilir. Bəzən miqren tutmaları bir ayda bir neçə dəfə, bəzənsə iki ildə bir dəfə olur. Bütün miqren halları oxşar gedişə malik deyil. Əksər hallarda miqren aurasız baş verir ki, bunu da adi miqren adlandırırlar. Aura ilə baş verən miqren isə klassik miqren adlandırılır. Bu zaman tutmadan 15-30 dəqiqə öncə bu və ya digər aura başlayır. Auralar baş ağrısı zamanıda davam edə bilər. Adətən aşağıdakı auralar qeyd edilir: - Göz qarşısında qığılcımlar - Göz önündə yavaş-yavaş yayılan ləkələr - Ovuc və ya pəncədə iyə batırılmasını xatırladan hisslər - Bəzən dil və ya danışıq problemləri Miqrenin səbəbləri Miqren baş ağrılarının səbəbi indiyə qədər elmə məlum deyil. Amma bəzi alimlr belə hesab edirlər ki, miqrenin səbəbi əsas ağrı yolu hesab edilən trigeminal sinir sistemində baş verən funksional dəyişikliklərdir. - Hormonal dəyişiklik. Hormonlar və baş ağrısı arasında dəqiq əlaqə məlum olmasa da müəyyən edilib ki, esterogen səviyyəsində baş verən dəyişikliklər miqreni olan qadınlarda tutmanın baş verməsinə səbəb olur. Miqren tutmaları qadınlarda əsasən menustrasiya önu və ya menustrasiya zamanı baş verir. Bəzi qadınlarda miqren tutmaları hamiləlik və ya menopauza dövründə tezləşir. Hormonal dərmanların qəbulu da miqren tutmalarını tezləşdirir. - Qida. Bəzi qida növləri miqrenli xəstələrdə tutmalarını tezləşdirir. Bunlara spirtli içkilər (xüsusilə pivə və qırmızı şərab); çox saxlanmış pendirlər; şokalad; qıcqırmış qidalar; kofein; bir çox konservləşmiş qidalar. Ac qalma da baş ağrı tutmalarını artıra bilər. - Stress. Ağır həftə və ya istirahətdən sonrakı ilk həftənin sonunda miqren tutmaları baş verə bilər. - Sensor qıcıqlar. Güclü işıq və gün şüaları baş ağrıları törədə bilər. Həm xoş, həm də qeyri-xoş iyilər miqren tutmalarını artıra bilər. - Yuxu rejiminin pozulması. Həm uzun müddət yatma, həm də yuxusuzluq miqren tutmalarını yeniləyə bilər. - Fiziki faktorlar. İntensiv fiziki fəaliyyət, cinsi aktivlik miqren tutmalarını təhrik edə bilər. - Ətraf mühit. Havanın, fəsil və ya barometrik təzyiqin, eləcə də zaman zonasının dəyişməsi miqren tutmalarına təkan verə bilər. - Dərmanlar. Bəzi dərmanlar miqren tutmalarını artıra bilər. Həkimə nə zaman müraciət etməli? Miqren xronki patologiya olub çox zaman diaqnoz qoyulmadan və müalicə edilmədən qalır. Yuxarıda sadalanan əlamətləri olanlar həkimə müraciət etməli və lazımi tövsiyyələr almalıdırlar. Aşağıdakı hallarda dərhal həkimə müraciət etmək lazımdır: - Qəfləti başlayan kəskin baş ağrıları - Huşsuzluqla müşayət olunan baş ağrıları - Yaddaşın zəifləməsi ilə müşayət olunan baş ağrıları - Hərarətin yüksəlməsi ilə müşayət olunan baş ağrıları - Ətraflarda iflicin yaranması ilə müşayət olunan baş ağrıları - Ürəkbulanma ilə müşayət olunan baş ağrıları - 50 yaşından sonra meydana çıxan baş ağrıları Həmçinin bax: Baş ağrıları
['miqren', 'baş ağrıları', 'baş ağrısı']
5,731
https://kayzen.az/blog/ayxansevda/5086/beyin%C9%99-z%C9%99r%C9%99r-ver%C9%99n-al%C4%B1%C5%9Fqanl%C4%B1qlar.html
Beyinə zərər verən alışqanlıqlar
ayxansevda
Bloq: ayxansevda
26 aprel 2011, 15:45
Səhər yemək yeməmək Səhər yeməyi yeməyən şəxslər, aşağı bir qan şəkəri səviyyəsinə sahib olar. Bu vəziyyət beyin üçün qeyri-kafi qida tədarük edilməsinə və sonunda beyin degenerasiysına gətirib çıxarar Həddindən artıq yemək Beyin arterlerinin sərtləşməsinə səbəb olaraq, zehin gücünün azalmasına gətirib çıxarar Siqaret çəkmək Çoxlu beyin büzülmesine səbəb olur və Alzheimer xəstəliyinə yol aça bilər .Çox sirin yemək Çox şəkər zülalların və qidaların orqanizmə sorulmasını dayandırar və balanssız bəslənməyə səbəb olur və beynin inkişafına mane ola bilər Hava çirklənməsi Beyin bədənimizdə ən çox oksigen istehlak edən orqandır. Çirkli havanın tənəffüs edilməsi, beynə gedən oksigeni azaldır və beynin səmərəsini eniş yaradır Yuxu çatışmazlığı Yuxu beynimizin dinlənməsini təmin edir. Yuxudan uzun müddətli məhrumluq beyin hüceyrələrinin ölməsini sürətləndirər.Yatarkən başı örtmək Başı örtərək yatmaq, karbon konsentrasiyasını artırar və beyinə ziyan verən təsirlərə yol aça bilər. Xəstəlik zamanı beyni işlətmək Xəstə ikən çox işləmək və ya öyrənmək beyin inkisafının azalmasına sebeb ola bilər və ayrıca beyinə ziyan verə bilər Az düşünmək Düşünmək beyin gimnastikası üçün ən yaxşı yoldur, beyni xəbərdar edən düşüncələrin əskikliyi beyin daralmasına yol aça bilər. tapmacalarla Az danışmaq Zehni söhbətlər beynin fəaliyyətini yaxşılaşdırır
['sağlam həyat', 'sağlamlıq']
5,732
https://kayzen.az/blog/ayxansevda/5085/qad%C4%B1nlar%C4%B1n-ki%C5%9Fil%C9%99rd%C9%99n-daha-%C3%BCst%C3%BCn-c%C9%99h%C9%99tl%C9%99ri.html
Qadınların kişilərdən daha üstün cəhətləri
ayxansevda
Bloq: ayxansevda
26 aprel 2011, 15:38
1. Gözəlləşmək Yaxın zamanda edilən bir araşdırmaya görə qadınlar get-gedə daha da gözəlləşərkən kişilər eyni qalır. 2000 insanı 40 il boyunca izləyən araşdırmada cazibədar qadınların ortalamadan 16% daha gözəl uşağı olduğunu ortaya qoydu. Ayrıca gözəl qadınların ilk doğan uşaqları da qız olur. Bu gənc qızlar da keçmiş nəsillərə görə daha gözəl. 2. Yol qəzalarından sağ çıxmaq Qorxunc, amma gerçək: Kişilər qadınlara görə %77 daha çox ölmə riski daşıyır. Avtomobillərinə mindiyimizdə təhlükəsizlik kəmərini tax deyə dirəşməkdə haqlıdılar! 3. Daha çox rahatlıq axtarışda daha yaxşı 2000 adam üzərində edilən araşdırmada qadınların problemlərini kişilərə görə daha çox xaricə vurduğunu və yoldaşlarıyla paylaşdığını ortaya qoydu. Araşdırmaya qatılan qadınların %53 yoldaşlarıyla canlarını sıxan problemləri danışarkən yalnız %29 nisbətindəki kişilər problemlərindən bəhs etdi. 4. Böhran keçirməz ABŞ Statistik Təşkilatının etdiyi araşdırmaya görə 2007 dekabr ayından bəri işini itirənlərin %80i kişi. Bunun səbəbi isə kişilərin daha çox çalışdığı sektorları böhranın vurması. Bəlkə daha çox kişi tibb bacısı və müəllim olar :) 5. Daha qısa müddətdə məzun olur Edilən bir araşdırmaya görə qadınlar, kişilərə görə universitetdən daha qısa müddətdə məzun olur. Ancaq burada kişilərin həm oxuyub həm çalışması ya da daha rahat olması kimi faktorlar ön plana çıxır. 6. Sağlam bəslənmək Minnesote Universiteti tərəfindən 14min adam üzərində edilən bir araşdırmaya görə qadınlar kişilərə görə daha sağlam yeməkləri seçir. Kişilər donmuş pizza ya da qırmızı ət yeyərkən qadınlar meyvə və tərəvəzi qablarına qoyur. 7. İmmunitet sistemi Qadınların immunitet sistemi kişilərə görə daha güclüdür və daha az xəstə olarlar. Estrojen, qadınların gizli silahıdır. Bu hormon infeksiyalarla döyüşdə qadınlara əlavə güc verər. 8. Daha uzun həyat Dünya üzərində 100 yaşının üstündə olan insanların %85i qadın. Ümumidən qadınlar kişilərə görə 5-10 il daha uzun yaşayır. 9. Daha yaxşı idarəçilik Bu mövzu bir az müzakirə edilər ancaq bir çox mütəxəssis daha yaxşı dinlədikləri, düşündükləri, problem həll etdikləri üçün qadınların daha yaxşı müdir olduğunu söyləyir. 10. Daha yaxşı sərmayə Edilən bir araşdırmaya görə qadınların sərmayələri kişilərin sərmayələrinə görə %18 nisbətində daha yaxşı. Bu qadınların sərmayə qoyarkən daha uzun müddət düşünməsindən qaynaqlanır
['gender', 'cinslərin fərqi', 'qadınların üstünlükləri']
5,733
https://kayzen.az/blog/Az%C9%99rbaycan-tarixi/3317/az%C9%99rbaycanda-neft-s%C9%99nayesinin-tarixi.html
Azərbaycanda neft sənayesinin tarixi
Bakinets
Azərbaycan tarixi
25 aprel 2011, 20:42
Neftin distilləsi üçün qədim zamanlarda sadə üsullardan istifadə olunurdu.  I əsrdə romalı həkim Kassiy Feliks qara nefti qaynatmaqla ondan ağ neft alındığını qeyd edirdi. XIII əsrdə Abşeronda olan ərəb tarixçisi Məhəmməd ibn Nəcib Bekran əl-Həmdani yazırdı ki, burada neft emalı XII əsrin əvvəllərindən mövcuddur. Digər ərəb və fars mənbələrində, eləcə də Həmdulla M.Qəzvininin «Nüzhət əl-qulub» əsərində XIII əsrdə Abşeronda neftin distilləsi üzrə təcrübələr aparıldığı bildirilib. 1733-cü ildə Bakı neft rayonunda olan rus səfirliyinin İrandakı nümayəndəsi doktor İ.Lerxe yazırdı:«Neft tez yanmır, o, tünd-boz rəngdədir, distillə edəndə açıq sarı rəngə çalır. Ağ neft bir az tutqundur, amma tətbiqdən sonra spirt kimi şəffaf olur və tez yanır». 1771-ci ildə Bakıda olan akademik Samuil Qmelin Suraxanıda ağ nefti (kerosini) əldə etmək məqsədilə neftin distilləsi (emalı) faktını təsdiqləyir. 1823-cü ildə Mozdokda Vasili, Gerasim və Makar Dubinin qardaşları ağır Voznesenski neftini emal etmək üçün ilk sənaye kubunu (ənbiqəni) düzəldib istehsala buraxdıqdan sonra Azərbaycanda neft emalı sənayesi də inkişaf etməyə başladı. Neft emalı sənayemizin bu günə qədərki inkişaf yolları müxtəlif dövrlərdən keçdi. Onu mərhələlərə ayırarkən 1834-1922-ci illəri ilk mərhələ hesab edirlər. Biz də bu yazımızda həmin mərhələni nəzərdən keçirməyə çalışacağıq. …1834-cü ildə Bakı neft mədənlərinin direktoru Nikolay Voskoboynikov qara və ağ neftdən kerosin alinması üçün xüsusi emal qurğusunu ixtira etdi. 1837-ci ildə Balaxanıda dünyada nefti sənaye üsulu ilə emal edən ilk qurğunun (zavodun) işə salınması ilə Azərbaycan bu sahədə ABŞ-ı 18 il qabaqladı. Ancaq Nikolay Voskoboynikov neftdən distillə yolu ilə kerosin (ağ neft) ala bilmədi. 1846-cı ildə o, istefaya çıxıb Abşerondan getdi. XIX əsrin ikinci yarısında dünyanın bir çox ölkələrində kerosin istehsalı və emalı ilə bağlı axtarışlar aparılırdı. Həmin vaxtlar neftin yığılıb-saxlanılması, neft məhsullarının alınması vəziyyəti Bakı neft rayonunda da yaxşı deyildi. V.A.Kokorev, P.İ.Qubonin və alman baronu N.Tornau tərəfindən 1857-ci ildə təsis edilən Закаспийское торговое товарищество (“Zakaspiyskoe torqovoe tovarişestvo” -Xəzəryanı ticarət yoldaşlığı və ya ortaqlığı) səhmdar cəmiyyəti 1858-1859-cu illərdə qırdan kerosin (fotogen) almaq üçün Suraxanıda münhenli professor Yustus Libihin layihəsi əsasında zavod tikməyə başladı. Tikinti 1860-cı ildə başa çatdı, ilk məhsul isə 1861-ci ildə alındı. Almaniyadan gətirilən avadanlıqlar alman mühəndisi E.Moldenhauerin rəhbərliyi ilə quraşdırıldı. Bu, ilk neftayırma zavodu idi. 1859-cu ildə Pirallahı adasında da bu cür zavod quruldu. Amma qırdan distillə sınaqları laboratoriya səviyyəsindən kənara çıxmadı, zavodlar acınacaqlı vəziyyətə düşərək böyük ziyan gətirdi. Zavod sahiblərinin 1860-cı ildə Bakıya dəvət etdikləri Moskva universitetinin magistri Vilhelm (Vasili) Yevstafyeviç Eyhler V.Kokorevə məsləhət gördü ki, zavod yeni texnologiyalar əsasında qurulsun, qır neftlə əvəzlənsin. Qeyd edək ki, bu təklifin E.Moldenhauer tərəfindən verilməsi də istisna olunmur. Demək olar, zavod yenidən inşa edildi. Məşhur alim Dmitri Mendeleyevin təklifi ilə Eyhler ilk dəfə neft emalının elmi üsullarını da tədqiq etməyə başladı. 1863-cü ildə D.Mendeleyev ilk dəfə Bakıya gəldi. Sentyabrın 6-dan oktyabrın 8-dək V.Kokorevin zavodunda çalışdı, bir sıra təcrübələr apardı, kerosinin keyfiyyətini yaxşılaşdırmaq üçün tövsiyələr verdi. Onun tövsiyələri sonralar N.İ.Vittenin, H.Z.Tağıyevin, V.İ.Raqozinin, L.İ.Nobelin və S.M.Şibayevin zavodlarında tətbiq edildi. İlk dəfə Bakıda və bütün Rusiya neft sənayesində V.Kokorevin zavodunda səmt neft qazından kubların altını qızdırmaq, zavodun binasını, həyətini işıqlandırmaq üçün istifadə olundu. 1863-cü ildə Bakıda Cavad Məlikov müasir kerosin zavodu tikdi, neft emalının tarixində ilk dəfə distillə prosesində soyuduculardan istifadə etdi. Tanınmış rusiyalı neft sahibkarı V.İ.Raqozin C. Məlikov barədə deyirdi: «Qəti fikrə malik hər bir insan kimi, o, hər təşəbbüsə yalnız öz fikrini həyata keçirmək üçün vasitə kimi baxırdı, bu da bakılılara qəribə və təəccüblü gəlirdi. Əlbəttə, təəccüblü görünəcəkdi, çünki bu adam asan qazanc axtarmırdı, sabahını düşünməyib əlində olan axırıncı qəpiyini də verirdi ki, təki məqsədinə çatsın. Texniki istehsalların inkişafında biz tez-tez belə qəribə adamlarla rastlaşırıq, istehsallara təkan verir, onları irəli aparır, lakin sonradan özləri işdən kənarda qalır, tanınmır və səfalətdə ölürlər. Onlara inanmayan və gülən kütlə isə sonralar onların bu qəribəliyindən yaranan varidatdan bəhrələnirlər». 1866-cı ildə Bakıda, təqribən, 100 min pud kerosin istehsal edildi. 1867-ci ildə təkcə Kokorevin Suraxanıdakı zavodunda 100 min pud kerosin əldə olundu, bu, rus imperiyasının Moskva, S.-Peterburq və dıgər şəhərlərini kerosinlə təmin edirdi. Bakılı mühəndis A.Təbrizov 1873-cü ildə neftin fasiləsiz emalı prosesini işləyib-hazırladı. 1874-cü ildə V.Kokorev Bakıda öz şirkətini — «Bakı neft cəmiyyətini» yaratdı. 1875-ci ildə neft sahibkarı V.İ.Raqozin Balaxanıda neftdən mazut ayıran zavodunu işə saldı. Həmin il o, Rusiyada dünya neft sənayesində ilk dəfə neftdən sürtkü yağlarının istehsalına başladı, 1878-ci ildə xarici ölkələrə çıxarılan Bakı yağları Avropa və dünya bazarlarında möhkəm yer tutdu. 1875-ci ildə Bakıda H.Z.Tağıyevin ticarət evi benzinin böyük miqdarda istehsalını təşkil edən ilk şirkət oldu. Elə o il Bakıda kerosin istehsalının həcmi 847,7 min puda çatdı. 1876-cı ildə neft məhsullarına aksiz vergisinin ləğvindən sonra yeni neftayırma zavodları istifadəyə verildi. 1876-cı ildə Rusiya Maliyyə Nazirliyi D.Mendeleyevin Filadelfiyada (ABŞ) keçirilən Ümumdünya sərgisində iştirakını təşkil etdi. Səfərin əsas məqsədi kerosinin qiymətinin aşağı enməsi səbəblərini, Amerikada neft işinin müasir vəziyyətini dəqiqləşdirmək idi. Mendeleyev amerikalıların 1865-1866-cı illər üzrə hesabatlarını təhlil etdikdən sonra belə nəticəyə gəldi: «Bizim Bakı… texniklərinə distilləetmədə amerikanlardan öyrəniləsi bir şey yoxdur, əgər nəsə iqtibas etmək olarsa, onda bəzi mexaniki vasitələrə baxmaq olar, onlarda yalnız amerikalılarda olan kimi iri zavodlarda sərfəli tətbiq edilə bilər». Alim belə qənaətə gəldi ki, neftdən yalnız kerosin almaq son dərəcə yanlışdır: «...Səhv bağışlanılandır, tarixidir, lakin öldürücüdür. Bu, Bakı nefti ilə Amerika neftini qarışdırmaq anlamından irəli gəlirdi». Alim hesab edirdi ki, Rusiya neft işi tamamilə Amerika kerosininin qiymətindən asılı qalır. D.Mendeleyevin səyləri 1876-cı ildə aksizin ləğvinə gətirib çıxardı. Rusiyada neft işi sürətlə irəlilədi. Nəticədə, 1887-ci ildə Rusiya tamamilə öz (Bakı) kerosinini istifadə etməyə başladı. 1879-cu ildə Bakıda neftin hasilatı və emalı sahəsində fəaliyyət göstərən Nobel qardaşlarının “Branobel” adlanan irimiqyaslı neft sənayesi şirkəti yaradıldı. Onun yaradıcıları Lüdviq, Robert və Alfred Nobellər və onların dostu Petr Bilderlinq oldu. Nobellərin neftayırma zavodunda bir sıra əsaslı texniki yenidənqurma işləri aparıldı. 1879-cu ildə K.V. Buxovskinin «Mantaşov və KO» cəmiyyətinin iştirakı ilə «Qara şəhər»də neft-yağ zavodunun əsası qoyuldu. «Qolos» (Səs) qəzetinin 1880-ci il 22 sentyabr tarixli sayında D. Mendeleyevin «Bakı nefti ilə nə etməli?» adlı məqaləsi dərc olundu. Alim neft emalı sənayesinin səmərəli yerləşdirilməsi məsələsini müzakirə edir, neft zavodu sahibkarlarına sübut etməyə çalışırdı ki, emal zavodları neft məhsullarının istehsalının təşkili üçün lazımi materialların, fəhlə qüvvəsinin olduğu yerlərdə inşa edilməlidir. 1880-ci ilin 21 oktyabrında “Novoe vremya” qəzetində gedən «Bakı nefti haqqında məsələlər üzrə» məqaləsində isə o, neftayırma zavodlarının səmərəli yerləşdirilməsinə dair fikirlərinə qarşı çıxan Lüdviq Nobellə Konon Lisenkə iradlarını bildirdi. Alim ilk dəfə kerosin alınandan sonra neft qalıqlarından sürtkü yağları istehsalı üçün istifadə olunmasını təklif etdi. 1880-ci ildə Qafqazdan qayıdarkən o yazırdı: «...Ən əvvəl mən tanınmış zavod sahibi c. Raqozinlə danışmağı vacib hesab etdim; o, son illər Bakı neftinin keyfiyyətlərindən istifadə edərək, ondan əla sürtkü yağları almağı bacarmışdır və bu yağlar baha qiymətə həm Rusiyada, həm də xaricdə böyük həcmdə satılmağa başlanmışdır”. Artıq 1878-ci ildə Parisdə keçirilən ümumdünya sərgisində V. Raqozin rəqabətdənkənar Rusiya yağlarının nümunələrini nümayiş etdirirdi. 1881-ci ildə Konstantinovoda V.Raqozinin zavodunda D.Mendeleyev Bakı neftindən istifadə etməklə özünün neftin fasiləsiz distilləsi qurğusunu sınadı. Tədqiqatları alimi inandırdı ki, Bakı nefti axıradək distillə oluna bilmək və bir sıra yararlı məhsullar vermək qabiliyyətindədir. Əgər ilkin material və daşınma ucuz başa gələrsə, hər yerdə satılmaq imkanı tapa bilər». 1882-ci ildə isə «Branobel» şirkətində ilk dəfə D.Mendeleyevin təklif etdiyi neftin fasiləsiz distilləsinin sənaye prosesi həyata keçirildi. Neft emalı qalıqları C.R.Lensin təklifi ilə neft daşıyan buxar mühərrikli gəmilərdə (paroxodlarda) yanacaq kimi istifadə olunmağa başlandı. Qeyd edək ki, neftin fasiləsiz distilləsi ABŞ-da yalnız 1906-cı ildə həyata keçirildi. XIX əsrin 70-ci illərinin ikinci yarısında zavodlarda neftin distilləsi iki üsulla aparılırdı: dövri və fasiləsiz. Sonuncusu neft məhsullarının hazırlanmasının təkmilləşdirilməsində mühüm idi və irihəcmli istehsalda tətbiq olunurdu. 1883-cü ildə «Branobel» şirkətinin Bakı zavodlarının birində V.Şuxov və İ.Elinin konstruksiyası əsasında D.Mendeleyev üsulu ilə nefti ayırmaq üçün dünyada ilk kub batareyası quruldu. Buna «nobel batareyası» da deyirlər.  1885-ci ildə ilk dəfə Bakıda S.M.Şibayev zavodunda yağlı qudronun krekinqi vasitəsilə benzin və kerosini əldə etmək üçün sənaye qurğusu tikildi. 1886-cı ilin 26 dekabrında Ticarət və Manufaktura Departamenti «Neftin parçalanması və fasiləsiz distillə edilməsi üçün təkmilləşdirilmiş kub sistemi» ixtirasına görə L.Nobelə imtiyaz (patent)verdi.  Neftayırma zavodları inkişaf etdikcə (onlardan biri 1884-cü ildə «Rus-Qafqaz Səhmdar cəmiyyəti tərəfindən tikilən indiki «Azneftyağ» zavodudur) həm Bakıda, həm də Rusiyanın digər yerlərində yerli istehsaldan olan kerosin daxili bazara daxil olmağa başladı. 1873-cü ildə Rusiyaya kerosinin xaricdən gətirilməsi yüksək həddə çatdı. Sonrakı illər idxalı aşağı endi, 1883-cü ildən xaricdən kerosin idxalı daxili bazardan sıxışdırıldı və Bakının sayəsində 1885-ci ildən Amerika kerosininin Rusiyaya idxalı dayandırıldı. Ancaq Rusiyanın daxili bazarında yerli istehsalla Amerikadan gətirilən kerosin arasında uzun və amansız rəqabət oldu. 1886-cı ilin 8 və 15 dekabrında Rusiya Maliyyə Nazirliyinin nəzdində neftə qoyulan vergi barədə məsələlər üzrə iki iclas keçirildi. Bakı Birca Cəmiyyətinin və Dövlət Əmlak Nazirliyinin nümayəndəsi kimi çıxış edən D.Mendeleyev «Rus və Amerika neftlərindən durulaşdırılmış yağlar» adlı məruzə etdi. O yazırdı: «Bakıda nə gördümsə və öyrəndimsə, məni belə bir fikrə gətirdi, ...ən vacibi odur ki, Rusiyanın mərkəzində zavodların tikilməsi barədə ucadan və təkidlə deməliyik — bunun vaxtı çatıb». D.Mendeleyev maliyyə naziri Nikolay Bunqeyə müraciətində bildirdik ki, neft məhsullarına vergi qoyulmasını məqsədəuyğun hesab etmir. 1888-ci ildə “Branobel” və “Elrix” zavodlarında V.Şuxovun hazırladığı tələb olunan keyfiyyətdə məqsədli neft məhsulları almaq üçün defleqmatorlar quraşdırıldı. Onların sayəsində Nobelin bütün zavodlarında yayın qızmar vaxtı texnoloci suyu soyutmaq üçün soyuducu qurğuların (qradirnilərin) tikilib istifadəyə verildi. Dünyada ilk dəfə V.Şuxov və S.Qavrilov krekinq zamanı birbaşa odla qızdırılan metal kublardan istifadənin əvəzinə, qızmar qazların təsirinə məruz qalan düz və ya spiralvari əyilmiş borular sistemini təklif etdilər. Krekinq-prosesin ilk ixtiraçısı olan V.Şuxov bu sahədə amerikalı Uilyam Bartonu 20 ildən çox qabaqladı. Məşhur ingilis səyyahı, yazıçı-curnalist Çarlz Marvin 1886-cı ildə Londonda çap olunan «Bakı — Avropa neftidir» kitabında H.Z.Tağıyevin zavodlarında Bakı neftindən yeni yanacaq — benzin istehsal edilən ilk sahibkarlardan olduğunu yazırdı. H.Z.Tağıyev hesab edirdi ki, kerosin istehsalçılarının ittifaqında birləşərək daxili bazarda rəqabəti aradan götürə, xarici bazarı zəbt edə, amerikalılarla satış bazarını bölüşdürə bilərlər. A.Rotşildin şirkəti 1887-ci ildən öz məhsulları ilə bərabər digər 40-50 Bakı neft sənayeçilərinin ağ neftinin (kerosininin) də komisyon satışını başladılar. Xarici bazara çıxmaq, satış dairəsini genişləndirmək fikrini 1889-cu ildə rus neft sahibkarı V.İ.Raqozin də təkrar etdi. Amerikalılarla rəqabəti udmaq Bakı kerosin istehsalçılarının vahid ittifaqı yaradılacağı halda mümkün idi. 1893-cü ildə S.-Peterburqda neft sənayeçilərinin iclasında bu fikirin həyata keçirilməsi qərara alındı və “Bakı neft zavodçularının ittifaqı” yaradıldı. Ancaq bu sahədə Nobel qardaşları və Rotşildlər ailəsinin yaratdıqları «İttifaq» inhisarçı olaraq qaldı. Rusiyada 1872-ci ilin sonunda iltizam sistemi ləğv edildikdən sonra, neftayırma zavodlarının sayı artdı. 1893-cü ildə yalnız Bakı neft rayonunda 69 belə zavod var idi. 1890-1891-ci illərdə Bakıda “Branobel” şirkəti kimya sənayesinin tələbatı üçün yalnız benzin istehsal edən kiçikhəcmli zavodu inşa etdirdi. Sonralar benzin Bakı neftayırma müəssisələrinin əsas məhsullarından birinə çevrildi. Bakıda 1892-ci ildə 3, 1900-cü ildə 4 xüsusiləşdirilmış benzin zavodu var idi. XIX əsrin 90-cı illərinin əvvəllərində Rusiyadakı neft zavodları imperiyanın neft məhsullarına, yüksək keyfiyyətli şürtkü yağlarına tələbatını tam ödəyirdi. «Bakı neft sənayesinin 1892-ci il üzrə icmalı»nda keyfiyyətli sürtkü yağlarının istehsalında xammal olan Bakı neftinin Rusiya iqtisadiyyatında və xaricdə satışında əhəmiyyətli rol oynadığı qeyd edilib. 1893-ci ildə neft məhsullarının satışında razılaşdırılmış və rəqabətədavamlı siyasət aparmaq üçün «Bakı kerosin zavodçularının ittifaqı» yaradıldı. 1894-cü ildə Bakıda ilk dəfə S.D.Yefremov öz zavodunda quraşdırdığı qurğu ilə yağ istehsalının qələvi tullantılarından ucuz sürtkü yağları aldı. 1909-cu ildə Rusiyanın sürtkü yağlarının ixracı 1901-ci illə müqayisədə 3 dəfədən çox azalsa da, Avropa neft bazarında hələ mübarizə aparmaq mümkün idi.  Q.Şpisin 1913-cü ildə Almaniyada kerosinə dövlət inhisarının yaradılması barədə araşdırılmasında qeyd edirdi ki, Rusiyadan ixrac potensialını 400 min tondan 1,4 mln tona çatdırmaqla buna nail olmaq mümkündür. 1914-cü ildə isə E.Şmidt «Alman kerosin istehsalının ilkin şərtləri» kitabında Q.Şpisin fikirlərini uyğun olaraq Rusiyanın ixrac imkanlarının daim aşağı düşəcəyini, onun neft ixrac edən ölkədən idxal edən ölkəyə çevrilməkdə olduğunu qeyd edirdi. Dünya bazarında məğlub olan rus neft zavodçuları itkilərini daxili bazarda neft məhsullarının qiymətlərini artırmaqla ödəmək istədilər. 1913-cü ildə Dövlət Duması neft yanacağına yüksək qiymətlərin olması məsələsini müzakirə etdi və neft sənayeçilərini, neft yanacağının qiymətlərini qeyri-qanuni artırmaqda təqsirləndirdi. Ancaq 1913-cü ilin sonunda neft zavod sahibkarları mazutun qiymətini yenidən qaldırdilar. Neft sənayesinin ilk çağlarında neftdən alınan yanacaq məhsulu kerosin idisə, forsunkanın ixtirasından sonra mazut yanacaq kimi sürətlə yayılmağa başladı. Sonra neftdən sürtkü yağları almağı öyrəndilər, o da xarici bazarda sərfəli satış tapdı. Mazuta tələbat gündən-günə artırdı. Bir vaxtlar kerosin istehsalının tullantısı olan mazut neft sənayesinin əsas məhsullarından biri kimi neft sənayeçilərinin önəmli gəlir mənbəyi oldu. Kerosin neft məhsullarının ümumi istehsalında mazutdan sonrakı yerdə dayandı. 1911-ci ildə mühəndis-kimyaçı S.K.Kvitko benzin almaq üçün neft karbohidrogenlərinin, neft məhsullarının, neft qalıqlarının termik parçalanması (hissələrə bölünməsi) üzrə qurğu təklif etdi.  Birinci Dünya müharibəsi ərəfəsində Rusiyada istehsal edilən neftin 75 faizi buxar qazanlarının odluğunda yandırılırdı. Yanacağın əsas istehlakçıları sənaye sahələri, dəmir yolu və su nəqliyyatı idi. Bu illər Bakı rayonunda neft hasilatının azalmasına baxmayaraq, neft məhsullarının istehsalı əvvəlki səviyyədə idi. Ümumi neft məhsullarının istehsalında mazut və digər qalıqların payı 50 faizdən artıq, işıqlandırma yağları 26 faiz, sürtkü yağları 7,3 faiz, benzin və digər məhsullar idi. Birinci Dünya müharibəsindən sonra Bakıda aparılan elmi işlər dünya neftayırma sənayesinə ciddi təsir göstərdi. 1918-ci ildə V.V.Markovnikovun elmi işləri əsasında N.Zelinski ağır neft tullantılarından benzin alınmasının katalitik yolunu işləyib-hazırladı. Neftin emalı sahəsində Bakı kimya-texnoloqlarının elmi məktəbinin banisi professor L.Q.Qurviç neft və neft məhsullarının fiziki-kimyəvi təmizlənməsinin əsaslarını yaradaraq onların emalı üsullarını təkmilləşdirdi. Neft emalının birinci mərhələsi başa çatarkən, yəni 1922-ci ildə Rusiya imperiyasının ərazisində dövlət quruluşu formaca dəyişmişdi. Hakimiyyət sovetlərin əlinə keçmiş, neft sənayesi də milliləşdirilimişdi. Müəllif: Zöhrə Fərəcova
['neft', 'neft sənayesi', 'Bakı nefti', 'Bakının tarixi', 'Azərbaycan nefti']
5,734
https://kayzen.az/blog/dusundurucu-hekayeler/5057/pe%C5%9Fman%C3%A7%C4%B1l%C4%B1q.html
Peşmançılıq
MASON
Düşündürücü hekayələr
25 aprel 2011, 19:15
Bu dəfəki məqaləni bəzi “hirsli” valideynlərə, həsr edirəm. İnsan bəzən öz səhvi ucbatından elə peşmançılıq çəkir ki, heç üzr istəməyə də üzü gəlmir. Daha doğrusu necə üzr istəyəcəyini bilmir. Mənim üçün ən böyük peşmançılıq bir körpənin ürəyini sındırmaqdır. O məsum, dünyanı hələ dərk etməyən, körpə - bu körpənin bizdən tələbi nə ola bilər axı? Diqqət, qayğı, sevgi!!! Məgər bunları körpələrlə bölüşmək çoxmu çətindir?!Hər bir ailəli insanın həyatında sıxıntılı, gərgin günləri olur. Amma çalışın ki, belə anlarınızı öz körpənizə hiss etdirməyəsiniz. Əks halda çox peşman olarsız. İnanın! Əgər işdən çox yorğun gəlmisinizsə, müdiriniz ya da iş yoldaşlarınızdan biri sizi əsəbləşdiribsə bu əsəbi evin qapısından içəri girən kimi ayaqqabılarınızla birlikdə çıxarmağa çalışın çünki, ola bilsin ki, siz əsəbinizi uşaqdan çıxararsız- o dəcəllik edərsə onu danlayarsız, o isə sizin işdən qayıtmanızı səbirsizliklə gözləyir, sizin üçün darıxır, axşam olan kimi, yəni sizin işdən gəlmənizə az vaxt qalmış o dəqiqə başlayır anasından saatı soruşur: “Ana, ata bu gün gec gələcək?” “Ata zəng edib?Yoldadır?” …O, heç vaxt şam yeməyini siz gəlməmiş yemir, ta siz gələnə kimi yuxulu-yuxulu olsa da siz işdən gələndə qapını sizin üzünüzə özü açacaq deyə yatağına girmir. Sizsə işdən hirsli, gərgin, qaşqabaqlı gəldikdə o çox kədərlənir, hələ siz onu danlasanız, acıqlansanız əlbətdə onun qəlbinə qırarsınız.Demək istəyirəm ki, uşağı heç vaxt dəcəlliyinə, hansısa bir səhv hərəkətinə görə danlamayın. Əgər bacarırsınızsa, onu uşaqlığına bağışlayın, səhvini sakitcə başa salın. Unutmayın ki, o çox şeyi hələ dərk etmir. Əgər bu dediklərimi qulaq ardına vurur, “adicə bir yazıdır” deyə düşünürsünüzsə onda təklif edirəm ki, Amerika jurnalistikasının klassik əsərlərinən biri olan “Atanın peşmançılığı”nı oxuyasınız. Bu, U. Livinqston Larnedin yazdığı məşhur qısa bir əsərdir və ilk dəfə baş məqalə kimi “Piplz houm cornel” jurnalında çıxmışdır. Bu əsəri “Riders daycest” jurnalında çıxmış və insan münasibətləri sahəsində görkəmli Amerika mütəxəssisi Deyl Karneqinin kitablarından birində dərc edilən qısa formasını təqdim edirəm. Buyurun oxuyun!ATANIN PEŞMANÇILIĞIQulaq as, oğul. Bu sözləri sən yatarkən söyləyirəm; balaca əlin yanağının altındadır, qıvrım sarışın telin tərləmiş alnına tökülmüşdür. Otağına gizli yolla gəlmişəm. Bir neçə dəqiqə bundan əvvəl, kitabxanada oturub qəzet oxuyarkən məni ağır peşmançılıq dalğası bürümüşdü. Sənin çarpayının yanına öz günahımı dərk etməklə gəlmişəm. Gör nə barədə düşünürdüm, oğul; yanına gəlməklə pis əhval-ruhiyyəmi yaxşılaşdırmaq istəyirdim. Məktəbə gedərkən geyinib yaş dəsmalı üzünə yaxınlaşdıran kimi səni danlayardım. Çəkmələrini təmizləmədiyinə görə dərsini verərdim. Paltarından nəyisə döşəməyə atarkən hirslə üstünə qışqırardım.Nahar vaxtı da səninlə höcətləşərdim: çayı yerə tökdün. Xörəyi acgözlüklə yedin. Dirsəyini stola qoydun. Yağı çörəyin üstünə həddindən artıq qalın yaxdın. Sonra sən oynamağa yollananda, mən də qatara tələsəndə, əl edib qışqırardın: “Salamat qal, ata!”, mən isə üz-gözümü turşudaraq deyərdim: “Çiyinlərini düz tut!” Sonra axşam hər şey yenidən başlanardı. Yoldan evə qayıdarkən dizlərində şar oynatdığını görərdim. Corablarında yırtıq vardı. Məndən irəlidə getməyə məcbur etməklə səni yoldaşlarının qarşısında xəcil edərdim. Corab bahadır- əgər onu öz pulunla alımış olsaydın, daha səliqəli olardın! Bircə təsəvvür elə oğul, bunları sənin atan deyirdi!Yadındamı, qəzet oxuduğum kitabxanaya necə gəldin- qorxa-qorxa, baxışında kədərlə. Mənə mane olduğundan əsəbləşərək qəzetin üstündən ötəri sənə baxarkən qətiyyətsizliklə qapının ağzında dayandın. Mən kəskinliklə soruşdum: “Nə istəyirsən?” Heç nə cavab vermədin, lakin bir göz qırpımında üstümə atıldın, boynumu qucaqlayıb öpdün. Balaca əllərin Allahın sənin qəlbində yerləşdirdiyi və hətta mənim etinasız münasibətimin söndürə bilmədiyi məhəbbətlə məni qucaqladı. Sonra isə kiçik addımlarla pilləkənlə yuxarı qalxıb getdin.Oğul, bax bundan dərhal sonra qəzet əllərimdən sürüşdü və məni dəhşətli, ürəkbulandırıcı qorxu bürüdü. Vərdiş məni nəyə çəkmişdir? Öcəşmək, danlamaq vərdişi- kiçik oğlan olduğuna görə sənə mükafatım bu idi. Axı, səni sevmədiyimi demək olmazdı, iş burasındadır ki, mən cavanlıqdan son dərəcə çox şey gözləyirdim və səni öz yaşımın meyarı ilə ölçürdüm. Sənin xasiyyətində isə nə qədər sağlam, gözəl, səmimi cəhətlər vardır. Sənin kiçik ürəyin uzaq təpəliklər üzərində dan yeri kimi böyükdür. Bu, yatağa getməmişdən əvvəl məni öpmək üçün sürətlə üstümə atıldığın zaman özünü göstərirdin. Bu gün başqa heç nəyin əhəmiyyəti yoxdur, oğul. Sənin çarpayının yanına qaranlıqda utana-utana, qarşında diz çökərək gəlmişəm. Bu günahı yumağın zəif yoludur. Bütün bunları sən oyanarkən desəm, bilirəm ki, başa düşməzsən. Ancaq sabah əsl ata olacağam! Səninlə dostluq edəcək, sən əziyyət çəkəndə mən də əziyyət çəkəcəyəm, sən güləndə mən də dilimi dişləyəcəyəm. And kimi təkrar edəcəyəm: “Axı, o, vur-tut oğlandır, körpəcə bir oğlan!”Xəyalən səndə yaşlı kişini görürdüm. Lakin indi, çarpayında səni yorğun-arğın görəndə, oğul, körpə olduğunu başa düşürəm. Hələ dünən ananın qucağında idin və balaca başını onun çiyinlərinə söykəmişdin. Mən səndən çox, lap çox şey tələb edirdim. Məncə heç bir şərhə ehtiyac yoxdur!... Rübab Allahverdiyeva
['valideyn - övlad münasibətləri', 'valideyn - övlad münasibəti', 'övlad sevgisi', 'övlad tərbiyəsi']
5,735
https://kayzen.az/blog/sendeme/5056/tarixin-yeddi-m%C9%99%C5%9Fhur-yalan%C4%B1.html
Tarixin yeddi məşhur yalanı
MASON
Sən demə
25 aprel 2011, 19:06
1. Kral İohan azadlıq xartiyasını (sənədini) imzalayıb Kralın səlahiyyətlərini məhdudlaşdıran məşhur azadlıq xartiyası İngiltərədə demokratiya yolunun başlanğıcı demək idi. O dövrün bir çox rəsm əsərlərində Kral İohanın xartiyanı həvəssiz bir şəkildə imzaladığı təsvir olunub. Əslində isə Kral İohan yazıb-oxuya bilmirdi. Bu səbəbdən də onun hər hansı bir sənədi imzalamasını iddia etmək gülüncdür. Həm də arxivdə saxlanılan xartiyaların 4 nümunəsinin dördündə də yalnız möhür var, heç bir imza yoxdur.2. Volter Reyl Avropaya kartof və tütünü gətiribİddia olunduğu kimi, kartof və tütünü Avropaya ilk gətirən Volter Reyl olmayıb. O, 1586-cı ildə İngiltərəyə ilk dəfə kartof gətirsə də, 1585-ci ildə İspaniyada kəndlilər əkdikləri ilk kartofu yığmağa başlamışdılar. Tütün isə 1560-cı ildə fransız Jan Nikot tərəfindən Avropaya gətirilib. Məhz bu səbəbdən nikotin sözü onun familiyasından götürülüb. 3. Magellan bütün dünyanı dövr edibHamıya məlumdur ki, Magellan bütün dünyanı dövr edib və Filippin sahillərində öldürülüb. Əslində Magellan səyahətinin yalnız yarısını həyata keçirə bilib, onun başladığı səyahəti köməkçisi Xuan Sebastiyan sona çatdırıb.4. Roma yanarkən İmperator Neron skripka çalırdı Bir çox tarix kitablarında yazılır ki, e.ə. 64-cü ildə Roma İmperatoru Neron Roma şəhərini yandırıb və Roma yanarkən də o, skripka çalırmış. Ancaq bu, mümkün deyil. Çünki skripka Nerondan düz 1600 il sonra icad olunub. Həm də Roma yanarkən Neron Romada yox, ondan 30 mil uzaqlıqda olan malikanəsində olub.5. Kapitan Ceyms Kuk Avstraliyanı kəşf edib1770-ci ilə kimi Ceym Kukdan əvvəl, hollandiyalı səyyahlar Avel Tasman, Dirk Xartoq və ingilis dəniz qulduru Vilyam Dampir Avstraliya qitəsində olublar. Həm də bu qitə 50000 il bundan əvvəl yerli aborigen sakinləri tərəfindən onsuz da kəşf olunmuşdu. Sadəcə olaraq, Kuk buranın yeni bir qitə olduğunu deməklə Avstraliyanı kəşf edən səyyah adını alıb.6. Hamlet, Şekspirin təxəyyülünün məhsuludurVilyam Şekspir bəşər tarixinin ən məşhur dramaturqlarından biri sayılır. Ancaq onun bir çox əsərlərinin mövzusu iddia edildiyi kimi, ona məxsus olmayıb. Belə ki, Şekspir məşhur “Daniyalı Şahzadə Hamletin faciəsi” pyesini skandinav əfsanəsi əsasında yazıb.7. Amerika 4 iyun, 1776-cı ildə müstəqillik əldə edibBu belə deyil. Düzdür, bu tarixdə Müstəqillik Bəyannaməsi imzalanıb. Ancaq bu müstəqillik uğrunda müharibə daha 7 il davam edib, yalnız 3 sentyabr 1783-cü ildə Amerika ilə ingilis kralı III Georq arasında sülh sazişi imzalanıb. Bəylər Məcidov
['yanılmalar']
5,736
https://kayzen.az/blog/biologiya/4589/%C3%A7i%C3%A7%C9%99k,-meyv%C9%99-v%C9%99-toxum.html
Çiçək, meyvə və toxum
luminat
Biologiya
25 aprel 2011, 12:03
Çiçək şəklini dəyişmiş, böyüməsi məhdudlaşmış qısalmış zoğdur.Çiçəkdən gələcəkdə meyvə və toxum əmələ gəldiyi üçün onu bitkinin çoxalma orqanı adlandırırıq.Həm erkəkciklərin həm də dişicikləri olan çiçəklərə ikicinsli  çiçəklər, yalnız erkəkciyi  və ya  dişiciyi olan çiçəklərə isə bircinsli çiçəklər deyilir. Əgər çiçəkdə yalnız erkəkciklər olarsa, buna erkək çiçək yalnız dişicik olarsa , buna dişi çiçək deyilir.Eyni bitkidə həm erkək , həm də dişi çiçəklər olarsa, belə bitkilərə birevli bitkilər deyilir.Məsələn, xiyar və qağıdalı gövdələrində dişi və erkək çiçəklər eyni bitkidə yerləşir. Deməli, bunlar birevli bitkilərdir. Çətənə ,qovaq və soyüddə isə erkək və dişi çiçəklər eyni bitkidə deyil, ayrı-ayrı bitkilərdə olur. Belə bitkilərə ikievli bitkilər deyilir.Kasacıq və çiçək tacı birlikdə çiçək yanlığını əmələ gətirir. Kasacıq açılmamış çiçəyi (qönçəni) müdafiə edir. Çiçək tacı isə həşəratı cəlb etmək üçün bir uyğunlaşmadır. Çiçək saplağı və onun genişlənmiş hissəsi olan çiçək yatağı çiçəyin zoğu adlanır. Çiçəyin əsas orqanları Dişicik Erkəkcik Ağızcıq Sütuncuq Yumurtalıq Sap Tozluq Yetişmiş tozcuğu erkəkcikdən dişiciyin ağzına düşməsinə tozlanma deyilir.Tozlanma əsasən iki cür olur:Ø  öz-özünə tozlanmaØ  çarpaz tozlanmaEyni çiçəkdəki tozcuğun həmin çiçəyin dişi-ciyinin ağızcığına düşməsinə öz-özünə tozlanma deyilir.Bu cür tozlanma buğda,arpa ,noxud ,kətan, pomidor və başqa bitkilərdə olur. Bir çox bitkilərdə tozcuq külək  yaxud həşaratla bir bitkidən başqasına aparılır. Tozcuğun bir çiçəyin erkəkciyindən digər çiçəkdəki dişiciyin ağzına düşməsinə çarpaz tozlanma deyilir. Bu cür tozlanma çovdar, qarabaşaq , yonca ,yerkökü, çiyələk, moruq, albalı, alma və s. bitkilərdə gedir. Tozlanma nəticəsində tozcuqlar dişiciyin ağızcığına düşür.Ağızcıqda olan qabarcıqlar (albalıda) və ya tükcüklər (çovdarda), tozcuqları tutub saxlayır.Tozcuq ağızcığın ifraz etdiyi mayedə cücərir və tozcuq borucuğu əmələ gətirir. Borucuq böyüməkdə davam edir, sütuncuğun içərisinə doğru uzanır və yumurtalığa çatır.Tozcuq borucuğu yumurtalığa çatan zaman onun ucunda iki ədəd kiçik hüceyrə olur. Bunlara spermilər deyilir. Yumurtalıqda da (rüşeym kisəsində) mayalanmada içtirak edan iki hüceyrə vardır. Bunlardan biri (yumurta hüceyrəsi ) tozcuq girəcəyinin qarşısında, digər isə mərkəzdə yerləşir. Spermilərdən biri yumurta hüceyrəsinin nüvəsi ilə, digər isə mərkəzi hüceyrənin nüvəsi ilə qovuşur, beləliklə mayalanma baş verir . Bitkilərdə bu cür mayalanma  ikiqat mayalanma adlanır. Bu proses, yəni iki spermidən birinin yumurta hüceyrəsilə , digərinin mərkəzi hüceyrə ilə mayalanması prosesi ilk dəfə 1898-ci ildə rus alimi S.Q.Navaşin  tərəfindən müəyyən edilmişdir. Mayalanmadan sonra çiçək solub, quruyub tökülür və mayalanmış yumurta hüceyrəsindən ziqot(rüşeym), mayalanmış mərkəzi hüceyrədən rüşeymin qidasını təşkil edən  endosperm, yumurtalığın divarından isə meyvə əmələ gəlir.Meyvə bitkinin toxumunu qurumaqdan, soyuqdan və digər əlverişli olmayan şəraitdən qoruyur.Meyvələr iki hissədən ibarət  olur: toxumlardan və meyvəyanlığından.Toxum yumurtacıqdan əmələ gəldiyi kimi , meyvəyanlığı da yumurtalığın xarici divarından inkişaf edir. Sadə meyvələr Quru meyvələr Şirəli meyvələr Açılmayan birtoxumlu Açılan çoxtoxumlu Çəyirdəkli Giləmeyvəli buğda obyal ərik feyxoa fındıq soya şaftalı badımcan şabalıd bat-bat alça üzüm fısdıq tütün gilas qarağat günəbaxan pambıq albalı pomidor qarğıdalı zanbaq göyəm bibər Meyvələr sxemdə verildiyi kimi yumurtalıq  və yumurtacığın inkişafı xüsusiyyətlərinə görə sinifləndirilir.Toxum yumurtacıqdan əmələ gəlir.Toxumun rüşeymi ikiqat mayalanma getdikdən sonra mayalanmış yumurta hüceyrədən inkişaf edir. Mayalanmış rüşeym kisəsinin mərkəz nüvəsi toxumun endosperminə başlanğıc verir. Çiçəkli bitkilərin cinsi  çoxalması toxum vasitəsilə olur. Örtülü toxumlu bitkilərdə  toxumlar bir və ya ikiləpəli olurlar, elə bu xüsusiyətinə görə bütün çiçəkli bit kilər iki böyük sinfə bölünür: birləpəli və ikiləpəlilər.Birləpəlilərin toxumunda ehtiyat qida maddələri bir qayda olaraq endospermdə, ikiləpəlilərin əksəriyyətində ləpələrdə, bəzilərində isə rüşeymin digər hissələrində və ya  endospermdə toplanır.Toxum cücərərkən toplanmış ehtiyat qida maddələri bu cücərtinin qidalanmasına sərf  olunur.Həmçinin bax:KökGövdəYarpaq
['çiçək']
5,737
https://kayzen.az/blog/dusundurucu-hekayeler/5054/e%C5%9Fq-hekay%C9%99si.html
Eşq hekayəsi
MASON
Düşündürücü hekayələr
25 aprel 2011, 01:34
Hər sabah olduğu kimi yenə də həmin qadın ağ rəngli əsası ilə ayaq qoyduğu yerləri yoxlayaraq, ehtiyatla avtobusa mindi. Sürücü "Soldan 3-cü yer boşdur xanım", - deyərək, ona yer tapmaqda köməkçi olmaq istədi. Qadın cavan və gözəl bir xanım idi. Həyat yoldaşısa Hərbi Hava Qüvvələrinin zabiti idi. Bir neçə ay bundan qabaq səhv bir diaqnoz nəticəsində həyata keçirilən əməliyyatda bu gənc qadın görmə qabiliyyətini tamamilə itirmişdi. Əməliyatdan sonra acı xəbəri eşidən əri isə çox məyus olmuşdu. Amma həmin anda belə özünü toplayaraq soz vermişdi..- arvadını əsla tək qoymayacaq, ona sonuna qədər dəstək olacaq, öz ayaqları üzərində durana qədər ona cəsarət verəcəkdir.  Beləcə günlər bir-birini əvəz edir, qadın isə hər keçən gün özünü daha da pis hiss edir, çox sevdiyi həyat yoldaşına yük olduğunu düşünürdü. Arvadının bu sıxıntılı, özünəqapalı vəziyyəti əri kədərləndirirdi. Tez bir zamanda bir çarə tapmalı idi. Yoxsa həyat yoldaşı getdikcə özünə qapılaraq dünyasından yox olacaqdı. O bütün günü ömür-gün yoldaşına necə kömək edə biləcəyini düşünürdü. Birdən ağlına yoldaşının keçmiş iş yeri gəldi. Amma bunu ona necə deyəcəkdi? Çünki o artıq hər şeydən inciyən kövrək bir insan olmuşdu. Bununla belə bütün cəsarətini toplayaraq axşam çağı arvadını məsələdən xəbərdar edir Həyat yoldaşı dəhşətlə "Mən bunu necə edə bilərəm, axı mən koram" - deyə qışqırdı. Ona dəstək olacağını, onu hər gün özü ilə işə aparacağını və axşam işdən gətirəcəyini bildirdi. Onu yaxşı tanıdığını və bu işi bacara biləcəyini ona deyirdi. Qadın ümidsiz halda onun təklifini qəbul edir. Çünki ərini çox sevirdi, buna görə də onun qəlbinə dəymək istəmirdi. Fədakar ər hər səhər arvadını işə gətirir və axşamlar işdən sonra onun dalınca gəlirdi. Ancaq ər daha çox şey istəyirdi... Özünə söz vermişdi ki, sonuna qədər gedəcəkdi. Bir gün axşamçağı arvadına "işə daha sən özün tək gedib-gəlməlisən", - dedi. Qadın dəhşətə gəlmişdi. Bunu heç vaxt edə bilməyəcəyini deyir. Sözünə təkid edən ərini görüncə yenə onun sözünü yerə sala bilmir. Əslində bunu özü də istəyirdi, amma özünə o qədər də güvənci yox idi. Artıq hər səhər qadın özü avtobus dayanacağına gedir, özü avtobusa minir və özü avtobusdan düşərək işinə gedirdi. Günlər bir-birini qovalayırdı. Artıq heç bir çətinlik və maneə yox idi. Günlərin birində yenə avtobusa minərkən sürücü ona, "sizə lap qibtə etmək olar, ay xanım", - dedi. Qadın "niyə", - deyə, soruşur. - Çünki hər səhər sizin arxanızca gənc bir zabit avtobusa minir, bütün yol boyunca sevgiylə sizə baxır, avtobusdan endikden sonra da yaşıl işıqda yolun qarşı tərəfinə keçməyinizi gözləyir. Siz binaya girdikdən sonra da arxanızdan öpüş yollayıb, sizə heyranlıqla əl edir. Xuraman
['sevgi hekayəsi', 'məhəbbət hekayəsi', 'məhəbbətin gücü', 'məhəbbət', 'eşq']
5,738
https://kayzen.az/blog/biologiya/4588/yarpaq-v%C9%99-yarpa%C4%9F%C4%B1n-qurulu%C5%9Fu.html
Yarpaq və yarpağın quruluşu
luminat
Biologiya
24 aprel 2011, 21:53
Bitkinin ən mühüm orqanı yarpaqdır.Heç bir bitki orqanı, yarpaq qədər çox vəzifə daşımır.Yarpaq, aya və saplaqdan ibarətdir. Yarpağın ayası müxtəlif bitkilərdə müxtəlif şəkildə olur. Yarpağın ikinci hissəsi olan saplaq, yarpaq ayasını zoğa birləşdirir. Saplaq yarpaq ayasını günəş şüalarına doğru yönəldir. Sapalaqsız yarpağa oturaq yarpaq deyilir.Yarpaq ayaları bir-birindən formalarına və kənarlarına görə də fərqlənir. Yarpağın fizioloji vəzifələri Yarpaqda fizioloji prosesləri yerinə yetirən hüceyrələr Yarpaqda fizoloji prosesləri yerinə yetirən orqanoidlər Fotosintez Ağızcıq hüceyrələri  Süngər parexim ya sütunvari parexim hüceyrələri Xloroplast Tənəffüz Yarpağın bütün toxuma hüceyrələri Mitoxondri Transpirasiya Ağızcıq hüceyrələri Quttasiya Daha iri ağızcıq hüceyrələri (hidatod) Yarpağın fizioloji vəzifələri Proses zamanı sərf olunan maddələr Proses zamanı əmələ gələn maddələr Fotosintez CO2 ,  H2O CO2 ,  H2O Tənəffüz C6 H12O6 , O2 C6 H12O6 , O2 Transpirasiya H2O (buxar halında) Quttasiya H2O (damcı halında) Yarpaq ayasında gözə çarpan mühüm hissələrdən biri də yarpağın damarlarıdır. Damarlarla su və suda həll olmuş qida maddələri hərəkət edir. Bitkilərin yarpaqlarında damarlar paralel, qövsşəkilli və yaxud torvari olur. Yarpaqlarda  damarlanmanın növləri də buna müvafiq   olaraq adlandırılır. Birləpəli bitkilərdə (buğda, çovdar, arpa, qarğıdalı, soğan , zambaq və s.) yarpaqlar paralel damarlıdır. İnciçiçəyi və bağayarpağının yarpaqlarında damarlar qövsşəkilli, ikiləpəli bitkilərdə (alma , armud , palıd və s) isə torşəkillidir. Kənarlarının kəsilmə dərinliyinə görə Ayanın kəsilmə dərinliyi Aid olduğu bitkilər Dilimli 1/4-nəqədər ağcaqayın, çinar, yemişan, üzüm Bölümlü Yarpağın qaidəsinə azca çatmırsa turp Yarılmış orta damara qədər zəncirotu Quttasiya Daha iri ağızcıq hüceyrələri (hidatod) Sadə və mürəkkəb yarpaqlar.Saplaq üzərində yalnız bir yarpaq ayası olarsa buna sadə yarpaq deyilir.Məsələn, cökə,palıd, ağacaqayın və s. bitkilər sadə yarpaqlardır.Saplaq üzərində iki və ya çox yarpaq ayası olarsa buna mürəkkəb yarpaq deyilir.Məsələn, moruq,at şabalıdı , yonca çiyələk və s. bitkilərdə olduğu kimi . Yarpaqların düzülüşüYarpaqların gövdədə müəyyən qaydada yerləşməsinə yarpaqların düzülüşü deyilir. Yarpaqlar gövdədə bir-birinin ardınca tək-tək (növbə ilə) yerləşirsə ,buna növbəli düzülüş deyilir.Məsələn, çovdar,buğda, tozağacı, alma, günəbaxan qızılgül və s. bitkilərdə yarpaqlar növbə ilə düzülmüşdür.Əgər yarpaqlar gövdənin üzərində cüt-cüt,bir-birinin qarşısında  yerləşirsə,buna qarşı-qaşıya düzülmüş deyilir.Məsələn ,yasəmən,sırğagülü, gicitkan və s. bitkilərdə yarpaqlar qarşılıqlı düzülmüşdür.Əgər yarpaqlar gövdə üzərində bir buğumda üç və daha artıq yerləşirsə, buna topalı düzülüş deyilir.Məsələn elodeya və s . bitkilərdə yarpaqlar topa ilə düzülür.Yarpaq hüceyrələrdən  təşkil olunmuşdur.Yarpaqdan hazırlanmış kəsiyə mikroskopla baxdıqda onun hüceyrələrini aydın görmək olar.Yarpaq üst və alt tərəfdən örtücü toxuma dəricik ilə örtülmüşdür. Onun hüceyrələri sıx yerləşmiş rəngsiz , şəffaf və xarici divarı qalınlaşmışdır. Bu hüceyrələrin arasında  ağızcıq hüceyrələri də yerləşir.Yarpaqların çoxunda lət iki müxtəlif parenximə ayrılır: sütunvari parenxim və süngərvari parenxim. Bundan başqa yarpaqda damarlar da vardır. Damarlar borucuqlardan , əlavə bənzər borulardan və liflərdən  ibarətdir. Damarlar yarpağın ayrıca  strukturudur.Həmçinin bax:Bitkilərin kökləriGövdə,zoğ və tumurcuq
['yarpaq']
5,739
https://kayzen.az/blog/paint/5017/fransisko-qoya.html
Fransisko Qoya
MASON
Məşhur rəsmlər və rəssamlar
24 aprel 2011, 19:07
Fransisko Xose de Qoyya 1746-cı il mart ayının 30-da İspaniyada dünyaya göz açıb. İspan rəssamları içərisində romantiklərindən hesab edilən Qoyyanın yaratdığı əsərlərdə Pikassonun üslubunu görmək mümkündü. Rənglərdən ustalıqla istifadə və özündən əvvəlki sələflərinin üslubunu peşəkarcasına mənimsəmək bacarığı onun yaradıcılığının başlıca xüsusiyyətidir. Uşaqlığını İspaniyada keçirən rəssam ailəsi ilə birgə 1749-cu ildə Saraqosa şəhərində aldığı evə köçür. Ehtimallara görə, onun bu qədər savadlı olmasının əsas səbəbi, yaşadığı yerdə keçilən rəsm dərslərində onun fəal iştirak etməsidir. Rəssam 14 yaşında Xose Luzan ilə birlikdə təhsil alır.Onun çəkdiyi rəsm əsərləri Anton Rafael tərəfindən bəyənilir.Bu isə öz növbəsində onlar arasında dostluq münasibəti yaradır.Məşhur rəssamın o zamankı eskizləri elədə tanınmırdı.Öz sənətini davam etdirmək üçün Romaya gedən Qoyya Parma şəhərində təşkil edilən rəsm sərgisində ikinci yerə layiq görülür.Elə həmin ildə Saraqosaya geri dönür. İlk işlərini isə rəssam kağız üzərində deyil, evlərin divarlarına çəkib.Qoyya 1773-cü il iyunun 25-də öz qohumlarından olan bir xanımla evləndikdən sonra,işə düzəlir.Bundan sonra rəssamın uğurları daha da artır. Səbəb isə çəkdiyi rəsmlərin maraq doğurması idi.Onun çəkdiyi rəsmlər arasında ən məşhuru “San Fransisko kilsəsinin atları” adlı kətan üzərində çəkilən əsər hesab edilir. İnsanlar içərisində artıq məşhurlaşan Qoyya 1783-cü ildə kral III Karlosun portretini çəkmək üçün təklif alır. Bu təklif onun həm gələcək həyatına, həm də iş karyerasına öz müsbət təsirini göstərir. Məhz bundan sonra Qoyya zəngin ispan ailələrindən bəzi sifarişlər almağa başlayır. Yaratdığı sonsuz gözəlliklərə baxmayaraq, rəssam adı belə məlum olmayan xəstəlik ucbatından bir müddət yaradıcılığına ara verir. 1792-ci ilin sonu,1793-cü ilin əvvəllərində kar olan rəssamın həyat yoldaşı vəfat etir.Xanımının itkisi rəssamı sarsıldır.Həm xəstəliyi,həm çətinliklə yaşadığı həyatı, həm də həyat yoldaşının ölümü artıq Qoyyanın yaradıcılığının sonu demək idi.1824-cü ildə İspaniyanı tərk edən rəssam 1826-cı ildə yenidən öz ölkəsinə qayıdır. Ömrünün son illərini yaşayan rəssam daha yaradıcılıqla məşğul olmur. Onsuz da mən bu dünyanı tərk edəcəyəm- deyən rəssam 82 yaşında 1828-ci ildə vəfat edir. Onu da qeyd edək ki,bu gün əsərləri dünya xalqları tərəfindən sevilərək maraqla qarşılanan rəssamın sümükləri 1919-cu ildə qazılaraq ölkədə kiçik bir kilsəyə verilir.Səbəb isə rəssamın yaradıcılığının əsas mövzusunun çarmıxa çəkilən insan görüntülərinin üstünlük təşkil etməsidi.
['Fransisko Qoyya']
5,740
https://kayzen.az/blog/dieta/5016/t%C9%99z-ar%C4%B1qlama%C4%9F%C4%B1n-%C9%99n-q%C4%B1sa-yollar%C4%B1-bitki-%C3%A7aylar%C4%B1.html
Təz arıqlamağın ən qısa yolları - bitki çayları
MASON
Dietologiya
24 aprel 2011, 14:36
Son illərdə bitki çayları ilə müalicə dünyada xeyli genişlənib. Məlumdur ki, bu gün dünya aclıqdan daha çox, toxluqdan əziyyət çəkir. Bu gün ABŞ-da hər dörd adamdan biri köklükdən əziyyət çəkir və yeməkdən üç dəfə çox arıqlamaq üçün pul xərcləyir. Bu gün dünyanın bir tərəfi aclıq içində qıvrılarkən, 1 saniyədə 5 körpə acından ölərkən, dünyanın başqa yerlərində, əsrlər boyunca istismarla, işğalla məşğul olmuş ölkələrdə köklük ən böyük bəlalardan biri kimi cəmiyyətin qarşısında dayanır. Birinin aclığı o birinin ifrat köklüyünə çevrilir və hər iki tərəf də əziyyət çəkir, biri yoxluqdan, biri çoxluqdan. Alimlər yazırlar ki, kökəlməyə qarşı sərt müdaxilə, yəni cərrahi əməliyyat və ya bu cür yanaşmalar həmişə müsbət effekt vermir, fəsadlarla nəticələnir. Onu da vurğulayırlar ki, insan tədricən, özü də təbii yolla arıqlamağa çalışmalıdır. Bu üsulların ən effektli sayılanlarından biri bitki çayları ilə arıqlamaqdır. Bir vaxtlar Şərq ölkələrində - Çində, Yaponiyada, Hindistanda sağlamlıq məqsədi ilə geniş istifadə olunan bitki çayları yenidən dünyanın gündəminə gəlir. Məlum olur ki, bu çaylar bədənin müqavimətini gücləndirməklə yanaşı, həm də ciddi müalicəvi əhəmiyyətə malikdir, üstəlik də, arıqlamaq üçün ən uğurlu yollardan biridir. Bu gün Azərbaycanda əksər şəfalı bitkilərdən istifadə olunmur. Çay dedikdə, ən çox ağlımıza çay bitkisi ilə yanaşı, kəklikotu, çayçiçəyi və qantəpər gəlir. Halbuki bir vaxtlar elə Azərbaycanın özündə onlarla növ bitkidən bu məqsədlə geniş istifadə olunmuş, hamısı da müsbət nəticə vermişdir. Heyva puçuru, böyürtkən kökü, meşə alması, adaçayı, cökə, palıd qabığı bunlardan bəziləridir. Arıqlamaq üçün istifadə edilən bitkilərin komponentini dəqiq bilmək lazımdır. Ona görə də bu məsələdə mütəxəssislərə məsləhət etmədən işə girişmək bir qədər də zərərli ola bilər. Çünki bitki çaylarından istifadə etməzdən əvvəl həmin adamın qan təzyiqi, ürək-damar sistemi, bədənin müqaviməti öyrənildikdən sonra onun üçün xüsusi bitki reseptləri müəyyən edilir. Məsələn, təzyiqi aşağı olanlara siz itburnu çayını məsləhət görsəniz, başgicəllənməsinə səbəb ola bilər. Arıqlamaq üçün məsləhət görülən reseptlərdən biri belədir:Yaşıl çay+kəklikotu+funda kolunun yarpağı (süpürgə otu)+bibəriyə (bibər növlərindən biridir)+adaçayından hazırlanmış qarışıq. Bildirilir ki, bu qarışıqlar düzgün qəbul olunarsa, insan ay ərzində 5-6 kilo arıqlaya bilər. Özü də bu arıqlama onda hər hansı fəsada səbəb olmaz. Hər bitkidə bir şəfa, bir nemət var. Bizim üçün önəmli olan özümüzü və bizi əhatə edən təbiətdəki bitkiləri doğru-düzgün öyrənib istifadə etməyi bacarmaqdır. Allah şəfa versin!
['arıqlamaq üçün', 'yaşıl çay']
5,741
https://kayzen.az/blog/qadin/5007/qad%C4%B1n-cazib%C9%99si-v%C9%99-onun-sirl%C9%99ri-2.html
Qadın cazibəsi və onun sirləri - 2
MASON
Qadın
23 aprel 2011, 20:24
Gözəllik ondursa, onun doqquzu cazibə, yalnız biri dondur.Zahirən çox gözəl olan bir qadın cazibəsinin olmaması səbəbindən xoşa gəlməyə, bəyənilməyə və ya mənfi bio-dalğalar yayması səbəbindən özünə qarşı acıq, nifrət, qəzəb, hətta ikrah doğura bilər. Bunlar çox incə məqamlardır. Təəssüf ki, əksər qadınlar zahiri gözəlliyin qayğısına çox qalsalar da, buna bir elə əhəmiyyət vermirlər. Bu isə incə olduğu qədər də çətin və mühüm məsələdir. Kimsədə güclü müsbət cazibənin mövcudluğu fitrət məsələsi ola bilər. Lakin istədiyi, arzuladığı və çalışdığı halda bu üstünlüyə hər bir qadının da malik olması mümkündür. Təbii ki, bu birinci növbədə xanımların intellekt səviyyəsinin artmasını tələb edir. Yalnız güclü mütaliəsi olan xanımlar zəngin söz ehtiyatına və fikir bazasına malik olur. Mükəmməl fikirlər mükəmməl həqiqətlərin anlaşılmasına şərait yaradır. Zəngin söz ehtiyyatı isə yaranan və duyulan fikirlərin anlaşılması, özünə ifadə edilməsi üçün əhəmiyyətlidir. Qeyd olunan bu ideal vəziyyətdə olan xanım özündən güclü müsbət enerji ixrac etməyə qadirdir. Bu zaman onun gözəl bədən üzvləri özü barəsində həm də bio-enerji saçaraq ətrafdakıları cəzb edə və özü barəsində yüksək dozada xoş duyğular oyada bilər. Təəssüflər olsun ki, müsbət cazibənin zahiri gözəllikləri tamamlayan, artıran və ya adi vəziyyəti də gözəllik səviyyəsinə qaldıran bir məfhum olduğunu dərk edən heç də bütün xanımlar ona mühüm əhəmiyyət vermir, buna çalışmır, bəlkə də bunun çətinliyindən qorxur, çəkinir və ya buna cidd əməl olunmasını əhəmiyyətsiz sanırlar. Onlar cazibənin daha çox süni vasitələrlə oyadılmasına üstünlük verirlər. Süni vasitələr daha asan olduğu üçün məqbul hesab edilir. Bu sıraya süni gözəllik vasitələri olan ənnik-kirşan və müxtəlif boyalardan, pereparatlardan istifadəni, kosmetik cərrahiyyə əlavələrini daxil edə bilərik. Bu vasitələrdən istifaə edən xanım karandaşla gözü bir qədər uzadır, altının rəng çalarını artırır, hətta linza salaraq gözün rəngini də dəyişir. Yapışdırılan uzun kipriklər də əlavə gözəllik qazandırmağa qadirdir. Amma ilk baxışdan xoş görünsə də, ilkin cazibəsi güclü olsa da, az sonra bunun süni vasitələr olması aşkar edilir və yaradılmış cazibə qüvvədən düşür. Hər bir xanımın müxtəlif əlavə vasitələrdən istifadə etməsi müəyyən həddə olarsa, bəlkə də məqbul sayıla bilər. Bu həm də bir etiket norması olaraq qəbul edilir. Üzünə qətiyyən pudra, krem və digər vasitələr vurmadan, dodaqlarına, gözünə, qaşına azacıq təravət vermədən, saçını gözəl daramadan, qulaqlarına sırğa, barmaqlarına üzük taxmadan, yaraşıqlı paltar geyinmədən məclisə daxil olan xanım özü barəsində xoş duyğu oyada bilməz. Lakin bu öz həddini aşdıqda oyadılan duyğu da əslində xoş olmayacaq, gülüş və ya ikrah doğuracaq. Qadının öz gözəlliyinə olan inamı da ona qarşı xoş münasibət doğura bilər. Bu halda gözlənilməli olan çox incə bir hədd də var ki, o keçildikdə bu inam xüdpəsəndlik, lovğalıq və təkəbbür kimi qəbul ediləcək, mənfi rəy doğuracaq. Ümumi xoş cazibə üçün ən münasib və ən sadə keyfiyyət xanımın xoşrəftar və şirindil olması, üzündə təbii təbəssüm ifadəsi formalaşdıra bilməsidir. Bu da daxilən gəlməli, süni olmamalıdır. Daxilən gəlməsi üçün isə... Kamil insan özünün pis ovqatını, dərdini, kədərini, problemlərini, ağrısını biruzə verəsi, bunu başqalarına da sirayət etdirəsi deyil. Bununla və daim ahu-zar, qarğış-nalə etməsi və ya özünü tərifləməsi ilə kimsə rəğbət qazana, ətrafına daha çox dost, qohum sirdaş toplaya, müsbət cazibə saça bilməz, insanlar ondan qaçar, tez uzaqlaşarlar. Bəzən insanın barəsində danışılan pis fikirlər də onun mənfi mifini formalaşdırır, cazibəsini zəiflədir. Bu səbəbdən insanlar, xüsusən də qadınlar özləri barəsində müsbət rəy yaratmağa da diqqət verməlidirlər. Bu isə yaxşı əməllərdən doğduqda təbii və güclü olur. Müsbət rəy qadının təbii bəzək əşyaları qədər dəyərlidir. Xanımın özü barəsində formalaşdıra bildiyi müsbət fikirlər başqaları, xüsusən də əks cins tərəfindən xoş qarşılanmasının əsasını təşkil edir. Bu isə yüksək mədəniyyət, estetik zövq, dərin zəka və saf əxlaq məsələsidir. Bunlar daxili gözəllik keyfiyyətləridir. Qadının məhz daxili gözəlliyi zahirə güclü bio-enerji saçır, onun aurasını təmiz, parlaq, şəffaf və buna görə də onu bütövlükdə cazibədar edir. Savadlı, intellektual, mədəni, estetik zövqü mükəmməl, dini inancı saf, əxlaqı təmiz olan qadın özü barəsində heç vaxt hədyan fikir doğurmayacaq, özünə qarşı hörmət, ehtiram və rəğbət yaradacaq. Rəğbət isə məhəbbət yaradan ilk amildir. Göründüyü kimi, bu amillər həm də yüksək insani keyfiyyətlər olaraq təqdir edilir və güclü müsbət cazibə doğurur. Hər bir insanın, xüsusilə də qadınların müsbət cazibəyə böyük ehtiyacı var. Təəssüf ki, özündən yüksək cazibə saçmağın əhəmiyyətini dərk edən bəzi qadınların daxili-əxlaqi keyfiyyəti də yüksək olmadığı üçün bu cazibəni mənəvi cəhətdın deyil, bədənlərinin müəyyən erotik yerlərini qabarıq göstərmək və ya döşləri, dodaqları, ətraf yanları serikon vasitəsilə şişirtmək, qaşları tatuyaj etməklə yaratmağı düşünürlər. Sinəsini açıq, kürəyini dekolte, baldırlarını yarıq paltarlar geyinməklə göstərən, eləcə də kosmetik cərrahiyə vasitəsilə qabardanlar bu yolla əksər kişilərin diqqətini cəlb edə bilirlər, amma onların nəzərində heç də pak əxlaqlı sayılmırlar. Doğan son nəticə yalnız erotik münasibət yarada bilər ki, qadının bu məqsədlə dəyərləndirilməsi onun çox ucuz tutulması deməkdir. Belə görüntü estetik yox, həzz, əyləncə və ötəri təsir bağışlayar. Bu heç zaman hörmət-ehtirama bərabər tutulmaz və cazibəsi çarpayıda bitər. Qəsdən öz fərqli yerişi, şux duruşu, işvəli hərəkətləri, qaş-göz süzməsi, lətafətli səsi ilə cazibəli görünmək istəyən qadınlar da az deyil. Lakin hər şey təbii olduqda daha gözəl və daha uzunömürlü olur. Bu isə yalnız daxili gözəlliyin qayğısına qalmaqla, mənəvi zənginliklə mümkündür. Qeyd olunduğu kimi mükəmməl gözəlliyə malik olan qadının qarşısına çıxan bəxti də, qisməti də, hadisələr və təsadüflər də gözəl olacaq. Bu da həyatın yazılmamış bir qanunudur. Bəli, qadınlar fitrətən gözəl xəlq olunmuşlar. Lakin onlar bəhs etdiyimiz incə məqamlara və saf əxlaqa əməl etdikdə daha gözəl qəbul edilir, daimi rəğbət, böyük məhəbbət və təbii ehtiram qazanırlar.Müəllif: Hafiz MirzəHəmçinin bax: Qadın cazibəsinin sirləri-1
['qadın gözəlliyi', 'gözəllik sirləri']
5,742
https://kayzen.az/blog/qadin/5006/qad%C4%B1n-cazib%C9%99si-v%C9%99-onun-sirl%C9%99ri-1.html
Qadın cazibəsi və onun sirləri - 1
MASON
Qadın
23 aprel 2011, 20:21
Qadın gözəllik simvoludur! Heç nahaq yerə qadın gözəlliyi İlahi gözəlliyin əlamətlərindən hesab edilmir və gözəllik mücəssəməsi olan qadınlar heç də təsadüfən İlahə adlandırılmır. Kişiləri valeh, məftun və əsir edən ən böyük gözəllik də məhz qadın gözəlliyidir. Dünyanı fəth edən, xarüqələr yaradan ən qüdrətli kişilər də çox vaxt bir qadın qəlbini fəth etməkdən ötrü aciz qalıb. Gözəllik, xüsusən də qadın gözəlliyi çox qəliz və incə məsələdir. Bunu zövq və hissiyat məsələsi də hesab edirlər. Yəni birinin bəyənmədiyi qadına digəri məftun ola bilər. Qadın gözəlliyi əsasən üzdə-sifətdə təcəlla tapır. İnsan qarşısındakının daha çox üzünü görür, ünsiyyətdə olarkən də üzünə baxır axı. Gözlərin, kipriklərin, dodaqların, burnun, saçların, çənənin, yanağın, boyunun və digər sifət üzvlərinin müəyyən quruluşda, formada, rəngdə olması gözəllik etalonu olaraq minillərdir ki, müəyyən edilmişdir və dünya xalqlarının böyük əksəriyyətinin zövqü bu etalona tam müvafiqdir. Bu etalonun fizioqnomik keyfiyyətləri də var. Sifət üzvlərinin cizgisi hürufizm ideyalarına müvafiq olaraq ərəb əlifbası ilə hərfləri və fikirləri ifadə etdiyi kimi, onların quruluş ölçüləri də insan xarakterinin müxtəlif əlamətlərinə işarədir. Qadın gözəlliyinə tamam fərqli yanaşan xalqlar, qövmlər də var. Onlar əsasən ümumbəşəri yanaşma tərzindən kənar bir mədəni səviyyədə olan, qeyri-standart həyat tərzi keçirdən (aralarında palçıq yeyəndən tutmuş adamyeyənə kimi hər cürəsi var) və inkişafdan geri qalan xalqlardır. Qadının dodaqları azacıq ətli olduqda daha gözəl göründüyü halda, bəzi Afrika xalqları qadın dodaqlarından, qulaqlardan xüsusi ağır maddə asmaqla onu daha yekə vəziyyətə gətirir və bunu daha gözəl hesab edirlər. Halbuki, həmin vəziyyətə salınmış “gözəl” xanım dünyanın əksər yerlərində əcaiblik və eybəcərlik göstəricisi ola bilər. Üzünə bığ yerindən başlayıb yanaqda burulan nazik, tatuyaj xətlər çəkilmiş qadınları gördükdə onların özlərini pişiyə oxşatmaq istədiyini düşünənlər yanılar. Çünki bu onların xalqı üçün gözəllik ifadəsidir. Eləcə də qadının bədən quruluşu onun gözəlliyinə müəyyən çalar qatır. Ümumbəşəri zövq qadın boyunun və boynunun nisbətən uzun, qamətinin dik, belinin nazik, aşağı ətrafın yumru, yarımqövs, balıqvari formatını, sinənin bir qədər qabarıq və dik ölçüsünü yaraşıq əlaməti olaraq qəbul edir. Burada ölçülərin etalon rəqəmləri də müəyyən edilmişdir. Ancaq bunun əksini qəbul edən Latın Amerikası, bəzi Asiya və Orta Afrika xalqları da var. Bu fərqli yanaşma xalqların yaşam tərzindən, mədəni səviyyəsindən və dini inanclarından daha çox asılıdır. Bir yerdə qadının çox arıqlığı, digər yerdə sallaq qarın və yekə sinə ilə hədsiz gombul olması məqbul hesab edilir. Lakin həm sifət, həm də bədən quruluşu etibarı ilə ideal formada olan çox az qadın tapılar. Buna baxmayaraq hər bir qadında bu etalona müvafiq gələn bir və ya bir neçə gözəl əlamət görmək mümkündür. Amma... ancaq... lakin, hətta bütün gözəllik əlamətlərinin etalon səviyyədə olması da bəzən sivil Avropa və ya müdrik Şərqdə heç də hamının eyni qədər məftunluğuna səbəb olmayacaq. Kompleks halında tam və ideal vəziyyətdə gözəl olan qadın da kiməsə aşkar estetik təsir bağışlamaya və onda rəğbət doğurmaya bilər. Bu təkcə zövq məsələsi deyil. Hərtərəfli gözəl olan bir qadın nədən hamıya eyni cür təsir bağışlaya bilməsin? Deməli, gözəlliyin elə bir mənbəyi də mövcuddur ki, o digər gözəllik cəhətlərindən daha mühümdür. Məhz buna görə də bəzən bir elə yaraşıqlı və gözəl görünməyən qadınlar çox möhtəbər, qüdrətli və yaraşıqlı kişilərin ağlını başından çıxarda, özünə məftun edə bilir. Dini inanclara ciddi yanaşsaq qadının həyata kişilər üçün gətirildiyini qəbul etməliyik. Böyük Yaradan məhz bunun müqabilində ona kişidən daha artıq gözəllik vermişdir. Bəlkə kişi qadına digər canlılara bəslənən 2-ci dərəcəli münasibət bəsləməsin və onunla izdivacdan mükəmməl körpələr doğulsun deyə Tanrı onların arasına məhəbbət adlı, əslində gözlə görülməyən bir böyük qüvvə, səbəb və bağlılıq qoymuşdur. Məhəbbət isə heç də təsadüfdən yaranmaz. İlk baxışdan onun gözəlliyə olan rəğbətdən yarandığını qeyd edə bilərik. Lakin qeyd etdiyimiz kimi, bəzən zahiri gözəllik əlamətləri də yetərli olmur və bəzən evində çox gözəl arvadı olan kişi zahirən ondan aşaqı səviyyəli bir ayrı qadına vurulur. Bu isə təkcə əxlaq məsələsi deyil. Hər bir nəticə müəyyən səbəbə bağlıdır. Əslində elə kişilərin və ümumiyyətlə, bir çox əksəriyyətin nəzərində qadını gözəl edən digər amil də var. Amma o dəqiq bir sifət orqanı deyil. Əksər hallarda kişilər qadının dodaqlarına, qadın isə kişinin sinəsinə baxaraq danışır. Bu səbəbdən də kişilər gözəlliyi daha çox dodaqda tapmış olur. Buna görə də qadınlar öz dodaqlarının daha gözəl görünməsindən ötrü müxtəlif rəngli boyalardan istifadə edirlər. Gözlər qarşı tərəfin sehrinə düşmək və ya onu sehrə - hipnoza salmaq üçün əsas mənbədir. Onu qəlbin qapıları adlandıranlar da var. Qadın öz qarşısındakı kişinin gözlərinin içinə dimdik baxarkən onu deyil,daha çox özünü təslim edir. Məhz gözlərinə nüfuz edərək hipnozçu xəstənin ruhuna hakim kəsilir. Gözlər baxaraq, qulaq eşidərək, əl toxunaraq təmas edir. Lakin beyinin, düşüncənin, zəkanın qəbul etdiyi amillər də çox mühümdür. Əslində bütün bədəni baş-beyin idarə etmirmi? O isə gözün və qulaqların qəbul etdiyinə də ən son qərarı verir. İnsan beyni hətta gözlə görünməyən, qulaqla eşidilməyən nəsnələri də qəbul etməyə qadirdir. Bu sıraya bio-dalğalar, astral səslər, hisslər və duyğular daxildir. Bir qadının zahiri gözəlliyi özündən müəyyən xoş duyğular ixrac etməklə onun barəsində məftunluq duyğusu yaradır. Onun gözü, qaşı, dodağı və sair yerləri etalona müvafiq olmasa da xoş duyğular oyatmağa, diqqət çəkməyə qadirdir. Səbəb nədir? Bunun adını cazibə kimi şifrələməyimiz lazım. Bəs cazibə bədənin harasında cəmlənir, ətrafa haradan ixrac olunur, necə duyulur?.. Bu barədə suallar konkret olsa da cavabların tam dəqiqliyi mümkün olmaya bilər. Əsas odur ki, hər bir qadın hətta gözəllik etalonuna müvafiq cəhətlərə- gözəl dodaq, göz, yanaq, bədən və sairəyə malik olmasa da özündən cazibə saça və ətrafındakıları cəzb edə bilər. Yuxarıda zahiri gözəllikdən daha üstün hesab etdiyimiz məqam da məhz cazibəyə aiddir.Müəllif: Hafiz MirzəHəmçinin bax: Qadın cazibəsinin sirləri-2
['qadın gözəlliyi', 'gözəllik sirləri', 'gözəllik sirrləri']
5,743
https://kayzen.az/blog/kisiler/3037/qad%C4%B1nlar-n%C9%99-ist%C9%99yir-g%C3%B6r%C9%99s%C9%99n.html
Qadınlar nə istəyir görəsən?
Əliyev
Kişilər
23 aprel 2011, 10:28
Qadınların kişilərdə axtardıqları 10 xüsusiyyət və bunlara sahib olmağın yolları aşağıdakılardır: 1.Dürüstlük: bir qadını dürüst olduğunuza inandırmağın ən sadə yolu ona mobil telefonunuzun pin kodunu ,e-mail və facebook şifrələrinizi verməkdir. 2. Zəka: zəkalı kişi imici yaratmaq üçün sual verən bir qadına ciddi və doğru bir səs tonuyla uydurma bir cavab vermək kifayətdir. 3. Gözəl Bir Gülümsəmə: ağız təmizliyinə diqqət etmək və ağardıcı maddələr, bir Hollywood gülüşü yaratacaqdır. 4. Yumor Anlayışı: bir kişidə olan ən cəlbedici xüsusiyyət yumor anlayışıdır. Məşhur gülüş ustalarının zarafatlarından istifadə edə bilərsiniz. 5. Davranış: düzgün davranışlar, yaxşı tərbiyə almış bir ailədən çıxdığınıza işarədir. “zəhmət olmazsa” və “təşəkkür edirəm” kimi sözləri tez-tez işlədin, dirsəklərinizi stola dirəməyin, çəngəl bıçaqdan düzgün istifadə edin. 6. Həssaslıq: Bambini izləyərkən gülmək yerinə ağlayırmış kimi edin. Bir qadınla yolda yeriyərkən gördüyünüz dilənçiyə pul verin. 7. Səmimiyyət 8. Yaxşı Bir iş: Qadınlar işləyən bir fast-food işçisiylə evlənməkdənsə işsiz milyoneri istəyər. Xeyriniz üçün yaxşı bir iş tapın. 9. Ev: öz evində yaşayan kişi bir qadın üçün idealdır. 10. Avtomobil. Qadınlar necə kişi istəyir? Səs tonu- Dolu səsli, kişiyə xas bir səsə sahib olan kişilər qadının zehnində hər zaman etibarlı olaraq qalır. Dublyaj sənətçisi kimi bir səsə sahib olması mütləq deyil, amma səsindən doğru istifadə etməsinin bəlkə bir faydası ola bilər. Qüsurlar-Qadınlar uşaq sifətli, təmiz üzlü kişilərin əvəzinə üzündə diqqətə çarpan bir yara izi olan kişiləri seçirlər. Çünki bu izi o kişinin cəsur, mübarizəçi, hücumçu olması ilə şərh edirlər. Kimsə qüsursuz kişi axtarmır. Yəni artıq kişilər saçı ilə bağlamağa çalışdıqları qaşlarındakı tikiş izindən qürur duya bilərlər.Görünüş-Bunu bilmək sizi nə qədər məmnun edər bilmirik, amma edilən araşdırmalara görə, qadınlar artıq maço görünüşlü kişilər gördükdə huşunu itirmir. Asthon Kutcher kimi dolğun dodaqlı, almacıq sümükləri çıxıq kişiləri bəyənənlərdə artım görülür. Yəni artıq daha çox kişiyə xas görünmək üçün saqqal buraxmağa ehtiyac yoxdur.Zarafat anlayışı-Yolda donquldanan, asanca hirslənən kişilərə qadınlar maraq göstərmir... Çünki qadınlar şən, zarafatcıl, həyata müsbət tərəfdən baxan kişilərdən xoşlanır. Belə kişinin sevdiyi qadını Şahzadə kimi ovcunun içində saxlayacağına, incitməyəcəyinə inanırlar və o kişilərə şans verirlər.Rənglər-Qadınlar artıq rəngarəng olmaqdan utanmayan kişilərdən xoşlanır. Xüsusilə qırmızı rəng qadınlar tərəfindən cazibədar sayılır. Yəni, qırmızı rəngli köynəklər geyinməyin vaxtıdır! Həmçinin bax:Qadınlar nə istəyir? Kişilər nə istəyir? Nə istədiyini özləri də bilməyən qadınlar
['qadın psixologiyası', 'qadınlar nə istəyir', 'qadın düşüncəsi', 'qadın fantaziyası']
5,744
https://kayzen.az/blog/dusundurucu-hekayeler/4971/t%C9%99k-%C3%A7ar%C9%99m-susmaq-idi.html
Tək çarəm susmaq idi...
elshad
Düşündürücü hekayələr
22 aprel 2011, 22:59
Atam axşamları evə yorğun dönərdi. Mən bütün gün evdə sıxılar, onun gəlişini iplə çəkərdim. Daha o qapıdan girər girməz boyuna atılar onunla oynamaq istəyərdim. Atam sarılar, öpər sonra da, "indi otağına get!" deyərdi.Yemək hazırlanınca anam çağırar bu dəfə masada bir araya gəlirdik atamla.Onlar anamla danışarkən mən araya girər, səsimi eşitdirə bilməyincə də qışqırardım. Atam əsəbiləşər, "Bütün gün insanlara baş partlatmaqdan böhrana düşdüm, birdə sən başmı ütüləmə!" deyərdi. Anam da "Bütün gün onsuz da səninlə məşğul oldum,bir söz dəmi danışdırmayacaqsan atanla?" deyə danlayar, məni otağıma göndərərdi. Çarəsiz bir şəkildə boyumu bükər otağıma yəni həbsxanama doğru gedərdim...Atam arxamdan, "Bizim bir otağımız belə yox idi, hər şeyə sahib, hələ nə istəyir anlamadım." deyə qışqırmağa davam edərdi. ?"Kaş ki mənim də birotağım olmasaydı, kaş ki bizim də evimiz bir otaqlı olsaydı da birlikdə otursaydıq" deyərdim içimdən...amma yüksək səslə söyləməyə cəsarət edə bilməzdim.Yeməkdən sonra atam divana uzanar? televiziya seyr edərdi. Məni yanına çağırar bir az sevərdi. Onun izləyəcəyi əhəmiyyətli bir şey varsa məni sanki yerimdən belə tərpətməzdi. Azca hərəkət edib qaçıb oynamağa çalışsam otaq həbsim yenidən başlar idi..Bir gün anladım ki susunca atamla daha yaxşı razılaşırıq. Bu dəfə susaraq edə biləcəyim oyunlar inkişaf etdirməyə başladım. Əvvəl şəkil çəkərək başladım işə.Atam çəkdiyim şəkilləri çox bəyənir; "Bax, belə dinc dinc oyna!" deyirdi. Atam bəzən göz ucuyla baxır, şəkillə əlaqədar bir şey soruşsam danlayardı. Amma mənə qızaraq məni artıq otağıma göndərmirdi. "Son günlərdə necədə də ağıllandı mənim oğulum.' deyə qonşulara danışırdı anam halımı...Şəkillərim artdıqca ortalıq dağılmağa başladı. Anam "Otağını topla!" diyə otağıma bağladığında işə haradan başlayacağımı bilməyirdim. Mən bunlarla məşğul olarkən zaman keçir; amma otaqmı yığışdırmağı bacara bilmirdim. Anam otağıma gəlib "Bax sənə şəkil çəkməyi qadağan edəcəyəm!" dedi bir gün.Susur olmamı dinclik olaraq qiymətləndirən ailəm şəkil çəkməyi də əlimdən alsa mən nə edəcəkdim?Bu düşüncələrlə bir ailə cədvəli çəkdim. Atam evə gəlincə uyğun zamanı gözlədim.Hər zamanki kimi yeməklər yeyildi, otağa keçildi. Atam oturar oturmaz çəkdiyim rəsmi gətirdim.Atam baxdı. Hmm, dedi "Çox gözəl olmuş. Bu adam mənim hərhalda!"dedi .Mən "Xeyr o adam deyil, bu uşaq sənsən!" dedim. O "Xeyr, bu adam mənim, bu uşaq sənsən, bu kiçik qız dostundur! dedi.Mən yenə "Xeyr, o böyük adam mənim, bu kiçik adam sənsən, bu kiçik qız da anam!" dedim.Atam mənimlə məşğul olmaqdan imtina edib: 'Yaxşı bəs niyə bizi kiçik çəkdin?'dedi.Həyəcanla başladım izah etməyə...Mən böyüyüb adam olacağam. İş tapıb çalışacağam. Siz yaşlanıb kiçiləcəksiniz. Beliniz büküləcək, qonşumuz Elgün əmi ilə Leyla xala kimi kiçik qalacaqsınız. Mənişdən gəldiyimdə yorğun olacağam. Siz mənimlə danışmağa çalışdığınızda işyerində başım şişmiş olacağından sizi eşitməyəcəyəm belə. Siz mənimlə bir şeylər paylaşmaq istədiyinizdə '"İndi otağınıza çəkilin də baş dinləyim!" deyəcəyəm. Və bir də qışqıracağam "Hər şeylərini alıram. İsti otaqları da var, daha nə istəyirlər" deyə...Anamla atamın gözləri fal daşı kimi açılmışdı.Eşitdiklərinə inana bilmirdilər .Mənə sarılıb məni elə içdən bir qucaqlamaları vardı ki sonsuza qədər danışsam heç bezmədən dinləyəcəklər kimi idi...Fərqində Olmalıdır insan..Özünün, Həyatın Hadisələrin, Gedişatın Fərqində Olmalıdır...Ömür Dediyin Üç Gündür,Dünən Gəldi Keçdi,Sabah Məchuldur...O Halda Ömür Dediyin Bir Gündür,O Da Bu gündür!
['hekayə']
5,745
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/4968/h%C9%99yat-yoxsa-h%C9%99bs-yolda%C5%9F%C4%B1.html
Həyat yoxsa həbs yoldaşı?
Fianda
Xoşbəxt ailə
22 aprel 2011, 17:16
Qadınla kişi bir ruhdan yaranıb və Allah qarşısında bərabərdirlər. Ailə həyatında da bütün işlər aralarında paylanır. Əks halda,normal ailədən söhbət gedə bilməz. Tez-tez eşidirsən ki,deyirlər, ailənin xoşbəxtliyi əsasən qadınlardan asılıdır. Bu bir həqiqətdir. Həqiqətən də qadından çox şey asılıdır. O,GÖZƏL OLMALIDIRMI? Hər bir normal kişi özünə xoşbəxt ailə arzulayır. Təbii ki, bunu təmin edə biləcək həyat yoldaşı istəyir. Danılmaz həqiqətdir ki, əksər kişilər qadında gözəllik axtarır: ancaq qızın əxlaq, mənəviyyat və müdrikliyinə də xüsusi önəm verilməlidir. Əlbəttə, qızın xarici görünüşü də əhəmiyyətlidir. Məhəmməd Peyğəmbər (s.ə.s) kişilərə evlənməmişdən öncə qadını görməyi tövsiyyə edib. Bir nəfər Peyğəmbərə bir qıza elçi göndərdiyini bildirdikdə, Allah rəsulu ona deyir: "Sən onu görmüsən?". Kişi onu görmədiyini söyləyəndə isə Peyğəmbərimiz (s.ə.s) deyir: "Onu gör! Çünki aranızda sevgi və uyğunluq olması xeyrinizədir". MƏNƏM EVİN AĞASI Allah kişi ilə qadını fərqli yaradıb. İstəsək də,istəməsək də, bunu qəbul etməliyik! Bu fərqliliklərə görə də kişinin qadının üzərində müəyyən üstünlüyü var. Hər dövlətin başçısı var. İkinci şəxs başçı olmaq istədikdə isə problemlər yaranır. Ailə də bir dövlətdir, onun başçısı olmalıdır. Dinimiz başçı kimi məhs kişini görür. Çünki məhs kişinin üzərinə ən çətin öhdəliklər qoyulur. O, ailəsinin həm maddi, həm mənəvi təlabatını ödəməlidir: "Kişilər qadınlar üzərində ixtiyar sahibləridirlər. Bu, Allahın onlardan birinin digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini,namus və şərəfini) qoruyub, saxlayırlar..." (surə 4, ayə 34). Bununla qadın və digər ailə üzvlərinin haqları tapdalanmır, sadəcə, hərənin özünəməxsus, özünəlaiq davranış həddi var. Allah-Təala kişi ilə qadına çox gözəl tərif verir: "Onlar (qadınlar) sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız)" (surə 2,ayə 187). Kişi fiziki və emosional cəhətdən daha güclü olduğundan ailəsinə arxa olub,çətinliklərini həll etməlidir. Qadın isə ərinin dostu,rahatlıq, sevgi mənbəyi olmalıdır. Bir sözlə, bir-birinin libası olub, bir-birini isitməli, qorumalı, bəzəməli, şəxsi şeylərini başqalarının gözündən gizlətməlidirlər. Bəzi qadınlar "kişi" olub ərlərinə başçılıq edirlər. Lakin bununla öncə özlərinə çətinlik yaratdıqlarını bilmirlər. ƏN YAXŞI QADIN İslam dini qadının əri ilə davranışına böyük önəm verir. Hətta Peyğəmbərimizdən (s.ə.s) belə bir hədis söylənilir: "Allahdan başqa kiməsə ibadət etməyi əmr edə bilsəydim, qadına öz ərinə itaət etməyi əmr edərdim!... Qadın əri qarşısında öz vəzifəsini yerinə yetirməyənə qədər Allah qarşısında vəzifəsini yerinə yetirməyibdir". Peyğəmbərimizə (s.ə.s) görə, ən yaxşı qadınlar bunlardır: -Ərinin yoxluğunda da onun namusunu və mülkünü qoruyur. -Ərindən onun nədən xoşu gəldiyini soruşur, onun fikri ilə razılaşır. -Əri ilə dalaşdıqdan sonra birinci əlini ərinin əlinə qoyub deyir: "Məndən razı olduğunu bilməyənədək yata bilmərəm!". -Yad kişilərə qala kimi əlçatmazdır. Bir qadının əxlaqsızlığı min kişinin əxlaqsızlığına bərabərdir. Bir qadının əxlaqlı olması 70 mömin kişinin əxlaqına bərabərdir. -Ərinin istəmədiyi insanı evinə çağırmır. -Ərinə kobudluq etmir, laqeyd yanaşmır, ona əl qaldırmır. -Ərinin mülkünü, pulunu qənaətlə sərf edir. -Əri qəzəbləndikdə, haqsız olsa belə, onu razı etməyə çalışır. -Ərinin icazəsi olmadan evdən çıxmır. -Ərini namaza, ibadətə oyadır... QOY NƏFƏS ALIM İnsanın dostları, ünsiyyətdə olmaq istədiyi çevrəsi olmalıdır. Əksər qadınar ərlərini “ayaqlarına bağlamağa” çalışır. Ancaq kişi başqa insanlara diqqət, vaxt ayırırsa bu heç də o demək deyil ki, o öz arvadını sevmir. Unutmaq lazım deyil ki, heç kim heç kimin mülkü deyil. Qadın başa düşmür ki, sevgi və qayğısının yersiz tərzdə ifadəsi ilə ərinə nəfəs almağa imkan vermir və kişi boğulmağa başlayır. Sev, ancaq sevgidən zəncir düzəltmə! Qısqanc olmaq, kişinin hər addımını izləmək, şübhələnmək qarşılıqlı etibarı itirir. Həmçinin oxu: Kişini qadına bağlamaq QADININ HAQQI Qadın ərinə itaət etməlidir, ancaq istisna hallardan başqa. Əgər əri Allaha qarşı bir şeyi ondan tələb etsə, qadının ona qulaq asmamaq ixtiyarı var. Məsələn, əri evə oğurluq, halal yolla qazanılmayan bir şeyi gətirsə, qadın bunu qəbul etməməlidir. Allaha qarşı olmayan hallarda isə qadın ərinə itaət etməlidir. Əgər qadın ərini razı salmağa çalışsa, lakin kişi qadının bütün səylərində sonra da qadından razı qalmasa, onda qadının Allah qarşısında vicdanı təmiz olacaq. Qurani-Kərimdə Allah-Təala kişilərə buyurur ki, qadın yola gəlib düzəlsə onu incitməsinlər. Həm ər, həm də qadın öz öhdələrinə düşən vəzifələri yaxşı bilsə, bu ailə möhkəm və sarsılmaz olar. Qadın özündə yuxarıda sadalanan yaxşı keyfiyyətləri görmürsə, onları əldə etməyə çalışmalıdır. Bu, mütləq alınacaqdır, əsas istəməkdir! O, bunu Allah xətrinə etsə, Allah ona yardım edəcəkdir. Allah naminə, ərinin və özünün xoşbəxt olması üçün etsə, qadın mütləq bu xoşbəxtliyə nail olacaqdır... Qadınlar! Diqqət! -Evini təmiz saxla! -Onu həmişə gülərüzlə qarşıla, evdə isti, rahat abuhava yarat! -Onun qohumlarına hörmətlə yanaş, xüsusilə də valideynlərinə,bacı-qardaşına! -Onun yanında üzümaskalı, biqudilərlə gəzib-dolaşma! -Onu başqa kişilərlə müqayisə etmə! -Ona zarafatla belə boşanmaq istədiyini demə! -Ona gözəl olmadığını demə,öz gözəlliyinlə də öyünmə!Hər qadın belə şeyləri bacarmalıdır Mənbə- "Karvan" jurnalı
['evlilik', 'kişi-qadın münasibətləri', 'qadın kişi münasibətləri', 'ailə səadəti', 'ailə münasibətləri', 'ailə həyatı', 'ər-arvad']
5,746
https://kayzen.az/blog/BaKiNeC/4965/allaha-t%C9%99v%C9%99kk%C3%BCl-etm%C9%99k.html
Allaha təvəkkül etmək
BaKiNeC
Bloq: BaKiNeC
22 aprel 2011, 14:38
Mömin qarşılaşdığı hər hadisəni Allah'ın xüsusi olaraq imtahan məqsədilə yaratdığını bilməli, Allah'a təvəkkül etməli və Onun rizasına ən uyğun şəkildə davranmalıdır. İnsanın dünyadakı vəzifəsi Allah'a və axirətə iman gətirmək, Allah'ın Quran'da bildirdiyi şəkildə gözəl əxlaq sahibi olmaq, Allah'ın qoyduğu həddlərini qorumaq və Onun razılığını qazanmağa çalışmaqdır. Allah'ın əmrlərini kimlərin yerinə yetirəcəyini ancaq yaşadığımız bu dünya həyatındakı imtahan nəticəsində görə biləcəyik. Allah insanlardan həqiqi və səmimi iman istədiyi üçün insan ancaq “iman gətirdim” deməklə dərin bir imana sahib ola bilməz. İnsan Allah'a və Onun dininə həqiqətən iman etdiyini göstərmək üçün şeytanın onu azdırmaq üçün etdiyi bütün cəhdlərinə baxmayaraq doğru yoldan dönməməlidir. İnsan inkar edənlərə uymayacağını, öz nəfsinin həvəslərini Allah'ın rizasından üstün görməyəcəyini də sübut etməlidir. Bunu isə qarşısına çıxan hadisələrə göstərdiyi münasibətlə ortaya qoyacaqdır. Allah dini qəbul edən insanın qarşısına səbr etməli olduğu bəzi çətinliklər çıxaracaq, bunlara qarşı göstərdiyi münasibətlə onu imtahan edəcəkdir. Bu həqiqət Quranın bir ayəsində bu şəkildə izah edilir. İnsanlar yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Ənkəbut surəsi, 2) Allah verdiyi hər nemətlə bərabər insanın Ona şükr edən olub-olmadığını sınayır. İnsan həm çətinlik anlarında, həm də nemətlər içində, rahatlıq anlarında daima aləmlərin Rəbbi olan uca Allah'a şükr edib Onun əmrlərini yerinə yetirməlidir.
['təvəkkül']
5,747
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/4963/ana.html
Ana
elshad
Xoşbəxt ailə
22 aprel 2011, 00:32
Evləndikdən 21 il sonra yeni sevgi parıltısına rast gəldim...Bir müddət əvvəl həyat yoldaşımdan qeyri bir qadınla gəzməyə çıxmışdım. Bu, həyat yoldaşımın təşəbbüsü idi.– Onu nə qədər sevdiyini dərindən dərk et – deyə həyat yoldaşım mənə məsləhət vermişdi...Həyat yoldaşımın, birlikdə gəzməyi və vaxt keçirməyi tövsiyə etdiyi həmin qadın Anam idi. 19 il əvvəl həyat yoldaşını – atamı itirmişdi.Ancaq iş həyatım, gündəlik məşğuliyyət, boynuma düşən məsuliyyət, üç uşaq atası olmağım – bütün bunlar Anama tez-tez baş çəkməyimə mane olurdu.Nəhayət, bir gün ona zəng vurdum, şam yeməyinə dəvət etdim. Həyəcanla soruşdu:– Oğlum, halın necədir, səhhətin yerindəmi? – çünki gec edilən zənglərə adət etməmişdi, narahat idi.– Hər şey yaxşıdır, ay ana – dedim, – səninlə baş-başa qalmaq istəyirəm.– Elə ikimizmi? – anam soruşdu. Bir qədər sükutdan sonra əlavə etdi: – Mən də bunu çox istəyirəm.Cümə axşamı işdən sonra yanına getdim. Bir az həyəcanlı idim. Yanına çatdıqda o da narahat görünürdü. Qapının kəndarında dayanmışdı, məni gözləyirdi. Əyninə qəşəng paltar geyinmişdi. Vəfatından qabaq atamın ona aldığı son paltarı idi, deyəsən. Anam gülümsədi:– Hamıya dedim ki, bu gün oğlumla gəzməyə çıxacağam. Sevindilər. Qayıtdıqdan sonra onlara danışacağım xəbərlərin intizarındadırlar.Adi, ancaq dəbdəbəli və sakit yeməkxanaların birinə getdik. Anam qoluma girmişdi. Sanki ölkənin birinci xanımı idi. Əyləşdik. Menyudakı yeməklərin adlarını oxumağa başladım. Anamın gözləri yaxşı görmürdü. Odur ki, yalnız iri yazılmış hərfləri oxuya bilirdi. Soluq dodaqları ilə gülümsəyərək üzümə baxırdı. Dilləndi:– Vaxtı ilə sən balaca olanda mən sənə bunları oxuyurdum.– Sənə olan borcumun azacıq hissəsini, belə şeylərlə ödəmək vaxtıdır, ay ana – dedim, – sən rahat ol.Şam edə-edə xeyli danışdıq. Söhbətimizdə qeyri-adi bir şey yox idi: ötüb-keçənlərdən, yeniliklərdən danışırdıq. Başımız söhbətə o qədər qarışmışdı ki, vaxtın necə keçdiyini hiss etməmişdik. Artıq gecə yarıdan keçmişdi. Yeməkxanadan çıxdıq. Evinə çatdıqda anam dilləndi:– Növbəti dəfə birlikdə şam etməyə nə deyirsən? Ancaq bu dəfə mənim hesabıma olacaq.Əlini öpdüm və ayrıldım...Bir neçə gün sonra anam ürək tutmasından vəfat etdi. Vəfatı elə qəfildən oldu ki, heç nə edə bilmədim.Bir neçə gün keçdi. Anamla şam etdiyim yeməkxanadan bir məktub aldım. Anamın yazısını tanıdım: “Qabaqcadan hesabı ödəmişəm. Bir daha səninlə şam edə bilməyəcəyimi hiss etmişdim. Nə isə... Başlıcası, iki nəfərlik hesabı ödəmişəm – sən və həyat yoldaşın üçün. Çünki sən həmin gecənin mənim üçün nə qədər əhəmiyyətli olduğunu, kaş biləydin! Bunu heç vaxt başa düşməyəcəksən... Səni çox sevirəm, əziz balam!”Bu dəqiqələrdə “sevgi” və “səni sevirəm” kəlmələrinin mənasını başa düşdüm, anladım. Başqasına sevgimi yaşatmağın mənasını da dərk etmişdim...”.Valideyn, xüsusilə də Ana – həyatımızın ən əhəmiyyətli cövhəri olmalıdır... Odur ki, layiq olduqları şeyləri onlara bəxş edin, layiq olduqları vaxtı onlara ayırın! Bəli, bu, Allahın və onların sizin üzərinizdəki təxirəsalınmaz haqlarıdır!
['ana sevgisi']
5,748
https://kayzen.az/blog/sendeme/4956/yalan%C3%A7%C4%B1-ixtira%C3%A7%C4%B1lar.html
Yalançı ixtiraçılar
MASON
Sən demə
21 aprel 2011, 23:17
İtaliyalı Qalileo Qaliley – tarixə astronom, fizikaçı və riyaziyyatçı alim kimi düşüb. Bütün dərsliklərdə də ilk teleskopu Qalileyin icad etdiyi qeyd olunur. Ancaq əslində ilk teleskopu 1608-ci ildə hollandiyalı alim Xans Lipperşey düzəldib. Ancaq o, bu ixtirasına patent ala bilməyib. Qaliley Lipperşeyin “hollandiya borusu” adlanan teleskopu əsasında 1609-cu ildə öz teleskopunu düzəldib. Qalileyin teleskopu Lipperşeyin teleskopundan daha böyük ölçüyə malik idi. Qeyd edək ki, Qaliley də öz teleskopuna görə patent ala bilməyib. Ancaq nədənsə tarixçilər ilk teleskop ixtiraçısı kimi Qalileyi göstəriblər. Aleksandr Fleminq – pensilinin ilk ixtiraçısı. əslində isə Fleminqə qədər Şimali Afrikada Ernest Duçesne adlı zooloq heyvanlarda səpgi xəstəliyinin qarşısını almaq üçün penisillium qlaukoma kifindən istifadə edib. Ancaq o zamanlar alimlər onun bu uğurunu dəyərləndirmədilər və lazımsız iş adlandırmışdılar. Fleminq isə pensilinin ixtiraçısı sayılsa da o, bu sahədə apardığı işlərin lazımsız olduğu qərarına gəlib və təcrübələrini yarıda dayandırıb. Daha sonrakı dövrlərdə isə Hovard Florey, Norman Hitli, Endryi Moyer və Ernst Çeyn kimi alimlərin zəhməti sayəsində pensilin hazırki formasını alıb.   Aleksandr Qraham Bell – telefonun ixtiraçısı. Bell bütün həyatı boyu kar insanlarla məşğul olub. Hətta onun anası və xanımı qulaqdan əlil olublar. Bu səbəbdən onun telefonu icad etməsi bir az təəccüblü görünür. Belldən əvvəl italyalı Antonio Meuççi 1860-cı ildə ilk telefon aparatı icad edib. O, öz ixtirasını “teletrofon” adlandırırdı. ABŞ-da kasıb immiqrant həyatı sürən Antonio 1874-cü ildə bu ixtirasına patent almaq üçün 10 dollar tapa bilməmişdi. Ondan iki il sonra Qraham Bell öz telefonuna patent aldı və şöhrət qazandı. Ancaq əsl ixtiraçı Antonio Meuççi yoxsulluq içində və tanınmadan vəfat edib.Tomas Edison – dünyanın ən məşhur ixtiraçısı. Edison rekord sayda,1093 ədəd patentə sahib yeganə ixtiraçıdır. Onun ən məşhur ixtiralarından biri elektrik lampasıdır. Ancaq bir fakt unudulur. 1854-cü ildə ilk közərən elektrik lampasını alman Henrix Gebel düzəldib. O, bu ixtirasını Edisona satmaq istəyib. Ancaq, Edison bu ixtiranın heç bir işə yaramadığını deyərək onun təklifini qəbul etməyib. Henrix Gebelin ölümündən sonra Tomas Edison onun xanımından çox aşağı qiymətə bu ixtiranı satın alıb. Edison bu ixtiranın patentini də almaqla öz adını tarixə yazdırıb.
['ixtiralar']
5,749
https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/4491/m%C3%BCsl%C3%BCm-maqomayev.html
Müslüm Maqomayev
Əliyev
böyük musiqiçilər
21 aprel 2011, 22:54
O, 1942–ci il avqustun 17–də pioner və oktyabryatlar dövründə, fəhlə uşağının ən nüfuzlu institutlarda təhsil aldığı bir zamanda anadan olmuşdu. Baxmayaraq ki, bu -bütöv dünya bildiyimiz, kommunizm riyası altında yaşadığımız, ümidsiz, sabahsız SSRİ dövrü idi… Bakıda anadan olan Müslümə Azərbaycan musiqisinin tanınmış simalarından olan babası Müslim Maqomayevin adını vermişdilər. Babasının və həyat yoldaşı Bəydigülün iki övladı dünyaya gəlmişdi. Kiçik oğul, yəni Müslümün atası — Məhəmməd Maqomayev tanrıdan vergili insan idi, baxmayaraq ki, musiqi təhsili almamışdı, royalda çalırdı və həm də oxuyurdu, onun çox ürəyəyatımlı və xoşagələn səsi vardı. İstedadlı teatr rəssamına atasından mətanət və kişilik əzmi miras qalmışdı. Məhz belə insan sevdiyi hər şeyi atıb vətəni qorumağa gedə bilərdi. Atasının ölüm xəbərinin Müslümdən uzun illər gizlətmişdilər, 10 yaşına çatanda ona həqiqəti deməyə məcbur oldular. Anası Ayşət xanım dram aktrisası idi, onun da gözəl səsi var idi, səhnədə oynadığı rollarda istedadı ona kömək edirdi. Maykopda anadan olan Ayşət həyat yoldaşı ilə Bakıda evlənmişdi, Məhəmməd cəbhəyə yollananda o Maqomayevlər ailəsi ilə birlikdə yaşayırdı, həyat yoldaşının ölümündən sonra isə doğulduğu məkana geri döndü. Üç yaşında ilk dəfə babasının royalı arxasına oturdu. Özü çox kiçik idi, royal isə böyük. Bu gedişlə ilk bəstəsini 5 yaşında yazdı. 1949-cu ildə Müslümü Bakı konservatoriyasının nəzdindəki onillik musiqi məktəbinə oxumağa göndərdilər. Unikal səsindən ilk dəfə danışılanda səkkiz yaşı var idi. Xorla birlikdə “spi, moya radost, usni” oxuyan vaxt müəllim digər uşaqlara susmaq işarəsi verərək yalnız onun oxumasını istəmişdi. Doqquz yaşı olanda anası onu çalışdığı teatra — Vışnıy Voloçkaya gətirir. Müslüm bir ildən sonra anasının qərarı ilə nənə-babasına geri dönür. Bu isə Ayşət Axmedovnanın ikinci dəfə ailə qurması ilə bağlı idi. Onun yeni ailəsindən iki övlad dünyaya gəlir, bunlar ögey qardaş Yuri və bacısı Tatyana idi. Altıncı sinifdə ilk mahnısını yazır. Həmin mahnını sevdiyi qıza həsr edir – bu, indiyədək dillərdə məşhur olan “Marina” mahnısı idi. 14 yaşında artıq yetkinlik həddinə çatdığı üçün səsinin çaları dəyişməyə başlayır, o, bunu evdəkilərdən və pedaqoqlardan gizlədirdi, bircə sinif yoldaşlarından utanmırdı, həmişə onlara məşhur uşaq filmlərindən “Buratino”nu, Qulliver haqqında filmdən “Moya liliputoçka”nı həvəslə oxuyurdu. Hələ gənc yaşlarından musiqiyə, piano ifaçılığına olan marağı onillik musiqi təmayüllü məktəbdə özünü daha aydın büruzə verir. İlk dəfə müvəffəqiyyətlə konservatoriyanın Böyük zalında o, Rossininin “Sevilya bərbəri” operasından “Fiqaronun ariya”sını ifa edir. Bu çıxışdan sonra vokal sahədəki professional karyerası yüksəlməyə başlayır. 18 yaşında gənc oğlan ilk məhəbbətinə rast gəlir. Böyük məhəbbətlə başlayan evlilik uzun sürmür. 1962–ci ildə Helsinkiyə Gənclərin və Tələbələrin VIII Ümumdünya Festivalına yollanarkən artıq gəmidə yola gedə bilmədiyi qadınından ayrılmaq qərarına gəlir. Həmin il həyat yoldaşı Ofeliyadan qızı Marina dünyaya gəlir. Qız anası ilə yaşayır, o, atasının yolu ilə getməyəcəkdi, özünü ailəsinə, dünyaya gətirəcəyi körpəsinə həsr edəcəkdi. Belə ki, sənətkara şöhrət gətirən Helsinki çıxışından sonra ifaçılıq sənətini təkmilləşdirmək məqsədilə müğənni dövlət xəttilə “La Skala” teatrına göndərilir. M. Maqomayev ilk solo-konsertini 1963-cü ilin noyabrında Çaykovski adına Konsert Zalında verir. “Kreml” Sarayında verdiyi konsertdən sonra bütün Sovet İttifaqında tanınır. Rusiyada keçirilən Azərbaycan mədəniyyət günlərində hamı yeni ulduzu həvəslə qarşılayırdı. Konsert SSRİ-də əsl parlayış idi, nəticədə tamaşaçılar Sovet estradasının yeni simasını müəyyən etmişdi. 1963-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olan M. Maqomayev 1964-65-ci illərdə Milanın “La Skala” teatrında təcrübə keçir. Müğənni üçün Milan Opera teatrına getmək çox çətin idi. O vaxtlar xaricdə oxumaq üçün tərcümeyi-hal qüsursuz olmalı idi. Müslümün tərcümeyi-halında isə “boşanıb, məktəbdə pionerdən xaric edilib, komsomolçu deyil” kimi faktlar sual işarəsi yaradırdı. Buna baxmayaraq, o, Milana yollandı… İtaliyaya səfəri Azərbaycanda geniş işıqlandırılmışdı, Bakı televiziyası səfərdən öncə haqqında film hazırlamışdı. Hamı düşünürdü ki, Maqomayevin arxasında kiminsə güclü əli var. Bu, SSRİ mədəniyyət naziri Yekaterina Furtseva idi — qadın Müslümə əməlli-başlı aşiq olmuşdu! İtaliyaya getməzdən öncə Furtseva şəxsən özü təcrübəçilərlə məşğul olurdu, onlara tövsiyə və tapşırıqlarını verirdi. Nəhayət, qrup İtaliyaya yollandı. İtaliya ayrı bir aləm idi, elə uşaqların da italyanları təəccübləndirmək üçün müəyyən əsasları var idi… Teatrın yaxınlığındakı kiçik kafenin tez-tez qonağı olan təcrübəçi gənclər bir dəfə hamının gözü önündə 150 qədəh italyan arağı içmişdi, o vaxt alqışların ardı-arası kəsilmək bilməmişdi. Sovet dövründə dəb olan casuslar, sərt qanunlar orada da onu rahat buraxmırdı. Müslüm Milanda Anna Trina adlı italyan qızı ilə tanış olur. Qızı ilk görüşdən kafeyə dəvət edir. Anna getdikdən sonra bir nəfər ona yaxınlaşıb qızdan əl çəkməsini tələb edir. Qrupdakı üzvlərdən biri onu hər yerdə təqib edərək məlumatları mərkəzə ötürürdü… Ondan sonrakı illərdə Müslüm daha çox çətinliklərlə üzləşməli oldu. Qastrollarına qadağa qoyuldu, çoxsaylı təkliflərin az qismi dəyərləndirildi… Pedaqoqlarla çox çalışırdı, buna baxmayaraq, La-Skala səhnəsində çıxış etmək nəsibi olmadı. Buna Sovet İttifaqının sərtliyi səbəb olmuşdu. Mübadilə nəticəsində Moskvada təcrübə keçən məşhur Milan Teatrının balerinalarına “Bolşoy teatr”da səhnə çıxışına icazə verilməmişdi, onlar da çıxış yolunu sovet təcrübəçilərini La-Skala səhnəsinə çıxarmamaqda görmüşdü. Beləliklə, öz təhsilini İtaliyanın La-Skala operasının məşhur vokal məktəbində daha da təkmilləşdirdi. 60-cı illərin sonu onun şöhrətinin zirvə nöqtəsi idi, italyan temperamentli kürən hamının, xüsusilə qadınların sevimlisi idi. Həmin illərdə hamı Qafqaz millətlərinin simasını düzgün ayırd edə bilmirdi, əksəriyyət elə düşünürdü ki, Müslüm gürcüdür. Furtseva ona nə qədər hörmət edirdisə, müavini də bir o qədər Müslümü qəbul etmirdi. Müavinə xüsusilə müğənninin italyanca oxuması təsir edirdi. Təbiətcə müstəqil olan Müslüm azadlığı çox sevirdi, sərhədləri xoşlamırdı, elə buna görə də ona üstün gəlmək mümkün olmadı. Təcrübəsini bitirdikdən sonra Moskvanın “Bolşoy Teatr”ına dəvət olunan Maqomayev təklifdən imtina edib, Azərbaycana döndü. Burada Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirdi. 1966-69-cu illərdə fransızlar Müslümü ölkələrinə dəvət edirlər. Furtseva onu da tərkibə daxil edir. Lakin bu səfər Azərbaycanda etiraza səbəb olur. Son nəticədə Müslüm səfərə yollanmalı olur. Parisin tanınmış “Olimpiya” Teatrında onun qastrolları keçirilir. Teatrın direktoru Bruno Kokatris M. Maqomayevə onu beynəlxalq miqyasda tanıtmaq üçün müqavilə bağlamağı təklif edir. Ancaq SSRİ-nin mədəniyyət naziri bu müqaviləyə qadağa qoyur. 1969–cu ildə artıq kifayət qədər məşhurlaşan müğənni Sopot festivalında birinci mükafata, Kann festivalında isə “Qızıl val” mükafatına layiq görülür. Fransadan geri döndükdən sonra müğənni Daxili İşlər nazirliyinə çağırılır. Müğənni konsert üçün təşkilatçılar tərəfindən üçqat artıq məbləğ almışdı. Buna Mədəniyyət Nazirliyi tərəfindən icazə yox idi. Həmin müddətdə müğənni altı ay müddətinə efirdən və konsertlərdən uzaqlaşdırılır. Lakin bir neçə aydan sonra KQB-nin yubileyi idi. Andropov şəxsən özü Furtsevaya zəng vurur və yubileydə onun ifa etməsini tapşırır. Bu qərara Furtseva özü də ürəkdən razı idi. Brejnev özü onun pərəstişkarlarından idi. Azərbaycana gəlişi münasibətilə Müslüm rəhbərin şəninə mahnı yazmalı idi. Və yazır da. Brejnev ən çox onun italyan partizanlarına həsr etdiyi “De la Çao” mahnısını çox sevirdi. Gələcək həyat yoldaşı Tamara Sinyavskaya ilə də o, Bakıda qastrol səfərində ikən rastlaşır. Məşhur opera müğənnisi Tamara Sinyavskaya Müslümün həyatını daha mənalı və maraqlı etdi. İlin sonunda Müslüm La-Skalaya təcrübəyə yollanır, onların məhəbbətinə telefonçu qız şahid idi. Onlar bir-birinə olan məhəbbətlərini sona qədər qoruya bildilər. Səfərdən dönəndə Maqomayev Kreml sarayında konsert verir. Hələ də ərli olan Tamara konsertə gəlmir. O, sevdiyi şəxsdən ayrılmaq qərarında idi. Lakin ayrılıq görüşü onları ömürlük bir-birlərinə bağlayır. Aşiqlər öz sevgilərini sonadək qorumağı bacarır. Müslümün sonrakı yaradıcılıq fəaliyyəti Moskva şəhərilə bağlanır. Moskva, Sovet İttifaqının paytaxtı olduğuna görə, istedadlı gənclər ümidlərini bu şəhərə bağlayırdılar. Burada ya zirvələrə ucalacaqsan, ya da unudulacaqsan. Fitri istedad burada çiçəklənməyə başlayır və öz bəhrəsini bir sıra mahnıların ifasında görür. Moskvanın görkəmli bəstəkar-nəğməkarları Müslümün səsinə uyğun olan xüsusi mahnılar bəstələməyə başladılar. Bunların sırasında “Buhenvald harayı”, “Ruslar müharibə istəyirmi?” mahnıları, rus xalq mahnılarından: “Piter boyunca”, “Mənim atlarım”, italyan mahnılarından: “Luçiya”, “Sorento” və s. xüsusi yer tutur. Müslüm Maqomayev səsinin qüdrəti, gözəlliyi ilə hamını valeh edirdi. Səsinin geniş diapazonu ona vokal sənətinin müxtəlif sahələrində müvəffəqiyyətlə sınaqdan keçməyə imkan verirdi: opera, kino, estrada və s. sahələrdə o özünü bacarıqla göstərə bildi. Estrada janrı isə Müslüm Maqomayevin yaradıcılığında daimi yerlərdən birini tutur. Bu janr vasitəsilə o musiqisevənlərin və geniş kütlənin ürəyinə yol tapmış və öz oxuma tərzinin təkrarsızlığını dəfələrlə təsdiqləmişdi. Onun yuxarı hakim dairələrdən heç kimlə dostluğu yox idi, yeganə dostu Heydər Əliyev idi, bu isə yaradıcılığa verilən qiymətdən yaranan dostluq idi, əfsanəvi sənətkarın sənətçi kimi püxtələşməsində Ümummilli liderin müstəsna rolu olmuşdu. Heydər Əliyev dərk edirdi ki, Müslüm Maqomayev Azərbaycan Xəzər dənizi ilə tanındığı qədər Müslümü ilə də fəxr edə bilər. Heydər Əliyevin səyi ilə 1973–cü ildə M.Maqomayev 31 yaşında sovet dövrünün ən yüksək – SSRİ xalq artisti fəxri adına layiq görülür. 70-ci illərdə SSRİ estrada səhnəsində Alla Puqaçova qəfil populyarlıq əldə edir. Bundan sonra səhnəyə çoxlu sayda yeni adlar gəlməyə başlayır. Həmin vaxtlarda Maqomayev qəfildən səhnədən uzaqlaşdığını açıqlayır. Onun səhnəni erkən tərk etməsi sonsuz təəssüflər yaratmışdı… Yaşadığı həyətdə saatlarla qızlar Müslüm Maqomayevin pəncərədən çıxmasını gözləyirdilər ki, əfsanəvi sənətkar gözləri ilə görsünlər. Müslüm beş il üçotaqlı oteldə yaşayıb. Həmin vaxtlarda o, Azərbaycanda qeydiyyatı olduğu üçün özünə Moskvada ev ala bilməmişdi. O heç kimdən heç nə üçün xahiş etməyi xoşlamırdı, həyatda üç amalla yaşayırdı: gözləmə, qorxma, xahiş etmə! 2002-ci ildə Bakı Musiqi Akademiyasında müğənninin 60 illiyinə həsr olunmuş bir sıra tədbirlər keçirildi. Tədbirlərin yekunu olaraq R.Mustafayev adına İncəsənət Muzeyində Müslüm Maqomayevə Bakı Musiqi Akademiyasının fəxri professoru adının verilməsi mərasimi baş tutdu. Mərasimdə professor–müəllim heyəti, görkəmli incəsənət xadimləri və gənclər yubilyarı təntənəli surətdə, alqışlarla, gözəl çıxışlarla təbrik etdilər. Sonuncu “İstiqlal” ordeni Müslüm Maqomayevə 2002-ci il sentyabrın 6-da Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev tərəfindən təqdim olundu. Təqdimat mərasimindəki çıxışında prezident Heydər Əliyev Müslüm Maqomayevin gəncliyi haqda öz xatirələrini danışdı və onun yaradıcılığını təhlil etdi... ...2008-ci il oktyabrın 25-də səhər saatlarından etibarən Azərbaycan paytaxtının sakinləri milyonların sevimlisi, SSRİ xalq artisti, dahi müğənni Müslüm Maqomayevlə vidalaşmaq üçün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına gəldilər. Dahi müğənninin babasının adını daşıyan Filarmoniya binasında Müslüm Maqomayevin cavan yaşında çəkilmiş ağ-qara şəkli asılmışdı. Sovet müğənniləri arasında daim seçilmiş Müslüm Maqomayevlə vida mərasimi dünyanın müxtəlif KİV-ləri tərəfindən böyük maraqla izlənildi. Moskvada yaşadığı mənzildə dünyasını dəyişən sənətkarın cənazəsi xüsusi təyyarə ilə Bakıya gətirilmişdi. Müslüm o gün vətənə qayıtdı. Bu dəfə həmişəlik… Müəllif: Lalə Yusifqızı Mənbə: Lent.az
['Azərbaycan musiqisi', 'böyük musiqiçilər', 'Müslüm Maqomayev']
5,750
https://kayzen.az/blog/dusundurucu-hekayeler/4921/yol-yolda%C5%9F%C4%B1-yolda%C5%9F-olanda.html
Yol yoldaşı yoldaş olanda...
MASON
Düşündürücü hekayələr
21 aprel 2011, 00:06
Ölkədən ölkəyə, şəhərdən şəhərə avtobuslar gedir. Burda sağollaşıb ayrılır, gözdən itənə qədər pəncərə arxasınlan əl yelləyir, orda həsrətlə gözləyirlər. Avtobus beşcə dəqiqə gecikdimi, sərnişinlər bir mərəkə qoparırlar, gəl görəsən. Haqsız da sayılmazlar amma. Niyə də haqsız olsunlar ki, haqlarının tapdanmasını istəmirlər. İstəmirlər ki, onların gəlişi-gedişi kimlərinsə kefinə qalsın.Amma sizə söyləmək istədiyim bu hadisədə sərnişinlər də, sürücülər də yolun yarısında nə az - nə çox, düz iki saatdan artıq gecikməyə razı olublar. Gecikiblər, həm də bu gecikmədən özləri də çox məmnun olublar. Antalya - Şanlıurfa istiqamətində hərəkət edən avtobus Mərsin vilayətinin Bozyazı rayonuna gələndə anası Həsrət Toprağın qucağındakı bir yaşlı Kübranın halı pisləşdi. Uşaq ağrıdan qıvrılır, durmadan çığırırdı. Sürücü avtobusdan təcili yardıma zəng edərək, vəziyyəti bildirdi. Həkimlər bir neçə dəqiqədən sonra avtobusu qarşıladılar, ilkin yardım göstərdilər, amma uşağın vəziyyətinin yaxşı olmadığını görüncə, onu xəstəxanaya götürməyi təklif etdilər. Ana və qızı təcili yardım maşınında Mərsin şəhərindəki mərkəzi xəstəxanaya aparılanda avtobusdakılar onları orda qoyub, yola davam etməyə razı olmadılar və xəstəxananın qarşısına gəlib gözləməyə başladılar. İki saatdan artıq gözlədilər, amma aralarından kimsə gileylənmədi, şikayət etmədi, “ondan bizə nə, niyə yolumuza davam etmirik?” demədi. Gözlədilər. Həkimlərin yardımı iki saatdan bir qədər artıq çəkdi, balaca Kübranın ağrıları kəsdi və o, mışıl-mışıl yuxuya getdi. Qucağındakı körpəsiylə xəstəxananın qapısından çıxan ana onları gözləyən avtobusu və sərnişinləri görəndə elə kövrəldi ki, göz yaşlarını tuta bilmədi və dilindən də bu sözlər töküldü: “Allah sizlərdən razı olsun! Məni burda qoyub getmiş olsaydınız, nə edərdim? Nə yol-yolağa tanıyıram, nə də burda başımı soxmağa bir yerim var. Hamınıza təşəkkür edirəm”. Sərnişinlər öz yerlərini tutduqdan sonra avtobus yoluna davam elədi. O gün o avtobusda sürücü də, inzibatçı da, sərnişinlər də bir-birilərini çox doğma, çox yaxın bildilər. hazırladı: HARUN AYDOĞDU
['xoş münasibət']
5,751
https://kayzen.az/blog/346/4341/%C3%A7aqqal,-t%C3%BClk%C3%BC-v%C9%99-tovuzqu%C5%9Fu.html
Çaqqal, Tülkü və Tovuzquşu
burla xatun
346 saylı marşrut
20 aprel 2011, 22:37
Günlərin bir günü Tülkü ilə Çaqqal çata girib gözəllərlə erotik söhbətlər eləyirdilər. Çaqqal gözəl bir Tovuzquşu ilə tanış oldu. “Nizami” metrosunun qabağında görüş təyin elədilər. Çaqqal öz “Jiquli”si ilə görüş yerinə tələsirdi. Bu zaman yol polisi onu yüksək sürətə görə saxladı. Çaqqal polisə yalvardı ki, onu şöbəyə aparmasın, sevgilisi ilə görüşə tələsir. Polis onun tələsdiyini görüb “stavka”nı bir az da qaldırdı. Polis gördü ki, Çaqqal onun istədiyi pulu verir, başladı ayrı bəhanələr sadalamağa: “Sürətin pulunu verdin, bəs kəməri niyə boğazına çəkməmisən?” Çaqqal cibinə əl ataraq pulun üstünə bir az da əlavə elədi. Polis gördü ki, cavan Çaqqal həriflik eləyir, tez ondan təcili yardım qutusunu da tələb elədi. Çaqqal yenə bir qədər pul çıxarıb onun ovcuna basdı. Polisin gözü doymadı, Çaqqala dedi ki, bəs karbüratorun nasazdı, ekologiyanı korlayırsan. Çaqqal çox tələsirdi. Məcbur olub verdiyi pulun üstünə bir qədər də əlavə elədi. Polis ondan əl çəkmirdi: “Adam-zadmı soymusan əə, bu qədər pul səndə hardandı?” Çaqqal yalvara-yalvara dedi ki, rəis, sən Allah, məni yolumdan eləmə, gecikirəm, pulları soruşursansa, papamdan almışam. Polis dei ki, qətiyyən ola bilməz, sən narkotik alverçisinə oxşayırsan, maşın yoxlanmalıdır. Çaqqal yenə yalvarıb-yapışdı, verdiyi pulların üstünə yenə yekə bir pul əlavə elədi, birtəhər sənədlərini ondan alıb yola düzəldi. Görüş yerinə çatıb kirmişcə maşını qırağa verdi. Gəlib nə görsə yaxşıdır? Tovuzquşu iriquyruqlu Tülkü ilə ağız-ağıza söhbət eləyir. Yaxınlaşıb hər ikisi ilə salamlaşdı və üzünü Tovuzquşuna tutub dedi ki, səninlə çatda məktublaşan mənəm, Çaqqalam. Söz Tülkünün xətrinə dəydi: “Alə, bəs mən burda balqabaq-zadam, bəgəm? Görmürsən, qıznan söhbətim var? Tovuz, sən bu gənci tanıyırsan?” Tovuzquşu gözlərini süzdürərək eynəyinin üstündən Çaqqala baxdı- “Nə bilim ee, gündə yüz nəfərlə çatlaşıram, görüş təyin eləyirəm. Bəlkə, buna da görüş vermişəm, dəqiq yadımda deyil”. Tülkü Çaqqala tərs-tərs baxıb dedi: “Eşitdin, qədeş? Qız səni tanımır, tanımaq da istəmir. Di sürüş burdan, davay e, davay!” Tülkü Çaqqalın sinəsindən itələdi. Çaqqal qeyzləndi: “Alə, sən mənim sinəmdən itələyirsən? Sən məni tanıyırsan? Yox, sən məni tanıyırsan?” Tülkü: “Əşi, tanımıram, heç tanımaq da istəmirəm, sora?” Bu zaman çat aşiqi Çaqqal atılaraq Tülkünün ağzına bir kəllə vurdu. Tülkü arxasıüstə asfalta sərildi. Əlini ağzına apardı, gördü ki, ağzı qanayıb. Tovuzquşunu gülmək tutdu. Çaqqal Quşun qolundan tutaraq maşınına tərəf apardı: “Gəl gedək, mən səni sevirəm, ancaq o, səni heç vaxt sevməyib. Gedək, indicə polislər bura tökülüşəcək.” Quş Çaqqalla razılaşdı. Bir-iki addım getmişdilər ki, Tülkü quyruğu ilə ağız-burnunu silərək arxadan onlara hücum elədi. Çaqqal gördü ki, onun əlində bıçaq var. Tülkü cumub bıçağı Çaqqalın qarnına soxdu.Sonra Tovuzquşunun arxasınca cumdu. Quş qaqqıldayaraq özünü metroya verdi. Tülkü onu bıçaqlaya bilmədi. Təzədən qayıdıb Çaqqalın üstünə cumdu. Bu zaman polislər Tülkünü arxadan qamarladılar. Hər ikisini polis şöbəsinə apardılar. Istintaq zamanı “məlum” oldu ki, tülkü özünü müdafiə eləyibmiş. Sən demə, bıçağı Çaqqal çıxarıbmış, Tülkü özünü və Quşu müdafiə eləyən zaman bıçaq təsadüfən Çaqqalın qarnına batıb. Bunu Tovuzquşu da təsdiq etmişdir. Məhkəmə Çaqqala 5 il iş verdi, Tülkü ilə Quşu isə təqsirsiz elan elədi. Tülkü ilə Tovuzquşu toy edib evləndilər.Bütün bunlara baxmayaraq, ölkədə xalqın güzəranı stabil ağır olaraq qalır.Müəllif: Murad KöhnəqalaHəmçinin bax: Maraqlı satirik təmsil və qız tutmaq
['Murad Köhnəqala', 'çaqqal', 'təmsil', 'tovuzquşu']
5,752
https://kayzen.az/blog/346/4343/%C9%99l%C9%99md%C9%99n-n%C9%99%C5%9F%C9%99y%C9%99.html
Ələmdən nəşəyə
burla xatun
346 saylı marşrut
20 aprel 2011, 22:36
Demək, günlərin bir günü dovşanlar canavarı şübhəli, vəhşi qismində maşına basıb aparırlar öz şöbələrinə. Şöbədə onun ciblərini yoxlayırlar. Ciblərindən siqaret, alışqan, cib yaylığı, eynək, bir-iki manat pul, bir də sellofana bükülmüş ağ şey çıxır. Dovşanlar qışqırışırlar ki, bu ağ şey nədir? Olmaya narkotik alverçisisən? Canavar cavab verir ki, mənim cibimdə elə şey olmayıb, onu mənim cibimə maşında dürtübsünüz. Dovşanların hərəsi bir tərəfdən onun üstünə qışqırır ki, əəə, qurd-qurd danışma, zibilinə yiyə dur! Canavar başa düşür ki, artıq onu şantaj eləyirlər, demək, türmə! Nə isə, bağlamadakı şeyi ekspertizadan keçirirlər, sən demə, canavarın cibindən çıxan düz 10 qram heroin imiş. Məhkəmə, hay-huy… Dovşanlar yığılıb canavara məhkəmə qururlar, ona xeyli iş kəsirlər. Aradan bir müddət keçəndən sonra qonşu tayfanın canavarı dovşanlara ismarıc göndərir ki, canavarı azadlığa buraxın, o, narkotik alverçisi deyil. Sizdən fərqli olaraq, o heç heroinin nə olduğunu bilmir. Dovşanlar razılaşırlar, ancaq canvarların qabağına şərt qoyurlar ki, gərək içəridəki canavar əfv komissiyasına yalvarıcı bir ərizə yazsın. Məsələn, ərizənin məzmunu təxminən belə olsun: «Hörmətli dovşanlar, mən bir müddət dəmir barmaqlılqlar arasında həyat sürdüm. Bu müddət ərzində xeyli ağıllandım, yəni sizin sözlərinizlə desək, islah olundum. Vax vardı, doğrudan da, yolumu azmışdım, şeytan məni aldatmışdı. Belə ki, narkotik maddələrlə şıdırğı alver edirdim. Söz yox ki, özüm də heroin kullanırdım. Kullandıqdan sonra kayfım gəlirdi və dovşanların əleyhinə qafiyədə ucadan ulayırdım. Özü də ay bədirlənəndə elə ucadan ulayırdım ki, şenlikdə heç kim yata bilmirdi, hamı siz dovşanlara nifrət eləyirdi. Bir sözlə, mən öz səhvlərimi boynuma alıram, xahiş edirəm, məni əfv edəsiniz, məni yuvamdakı balalarıma bağışlayasınız. Məni azadlığa buraxsanız, ulamaq nədir, heç zingildəməyəcəm də». İçəridəki canavar dovşanların şərtinə qulaq asdıqdan sonra onlara belə deyir: «Gedin, canavarla dovşanı səhv salmayın!» Təmsilimiz burada bitdi. Qoy birini də danışım. Bir gün meymun tutuquşu ilə rastlaşır. O, tutuquşudan soruşur… Bağışlayın, vaxtımız burada tamama yetdi. Digər təmsillər: Çaqqal, Tülkü və Tovuzquşu Müəllif: Murad Köhnəqala
['Murad Köhnəqala', 'təmsil']
5,753
https://kayzen.az/blog/%C5%9F%C9%99xsi-gigiyena/4919/a%C4%9F%C4%B1zda-pis-qoxu.html
Ağızda pis qoxu
ayxansevda
şəxsi gigiyena
20 aprel 2011, 19:15
Ağızda pis qoxu və ya halitoz anlayışları adətən ağız boşluğundan xoşagəlməz iyin gəlməsini təsvir edir. Ağızda pis qoxunun olması daha çox insanın özü tərəfindən deyil ətrafdakılar tərəfindən təyin edilr və bəzən böyük psixoloji sarsıntılara gətirib çıxarır. Hətta bəzi insanlarda Halifobiya deyilən psixoloji hal da inkişaf edir. Bu insanların ağızlarından pis qoxu gəlməsə belə əksinin olmasına inanırlar. Təcrübəmizdə belə vəziyyətdə hətta cərrahi əməliyyat tələb edən xəstələrə də rast gəlinir. 85-90% hallarda ağızda pis qoxu ağız boşluğunda olan problemlərdən qaynaqlanır. Qoxunun intensivliyi gün ərzində fərqli ola bilir. Adətən, səhərlər ağızda iyi daha çox olur. Ağızda iyi bəzi qidalardan (soğan, sarımsaq, ət, balıq, pendir və s.), köklük, siqaret və ya alkoqol qəbulundan da qaynaqlana bilir. Bəzən isə ağızda iyi keçici olur və yeməkdən və ya diş fırçaladıqdan sonra əmələ gəlir və tez də itir. İyinin xarakteri əsas səbəbdən aslı olaraq fərqli ola bilir.Son zamanlar aparılan tədqiqatlar sübut ediblər ki, dil üzərində qoxu törədən bakteriyaların çoxalması və metilmerkaptan və hidrogen sulfit (ingiliscə, methylmercaptan və hydrogen sulfite) buxarının formalaşması ağızda iyin əsas səbəblərindəndir. Yaşlı əhalinin 2,4%-ində (ABŞ-da) ağızda pis qoxunun olmasından şikayətlənir. 25% hallarda ağızda pis qoxunun olması davamlı xarakter ala bilər. Bu isə həmin insanların həm şəxsi, həm də iş həyatlarında ciddi problemlər yaradır. Ağızda davamlı olaraq pis qoxunun olması insanlarda daimi stress yaradır və onlarda özünə güvənin azalması ilə nəticələnə bilər. Pis qoxunun səbəbləri Ağızda qoxunun fərqli səbəbləri mövcuddur: - Qida. Qida hissəciklərinin ağız boşluğunda və dişlərin ətrafında qalması və parçalanması pis iyi yaradır. Efir yağına malik qidaların qəbulu ağızda pis iyin digər səbəbidir. Efir yağları müxtəlif bitkilərdən alınır və bunları aşağıdakıları nümunə göstərmək olar: dəfnə, evkalipt, şam, zeytun, qızılgülü, jasmin, kərəviz, sidr ağacı və s. Soğan və sarımsağın ağızda iyi yaratması hamıya bəlli olan bir fakdır. İyi yalnız qida qalıqlarının ağız boşlüğunda qalmasından deyil, həm də qeyd edilən yağların qana sovrulması və ağciyərlərə daşınması ilə bağlıdır. Bu yağlar ucucu olduğu üçün ağciyərlərdən xaric olur və tənəffüs zamanı ətrafa yayılır. Soğan və sarımsaq onların qəbulundan 72 saat sonra belə ağızda qoxu yaradır. - Diş problemləri. Dişə düzgün gigyenik xidmətin göstərilməməsi və dişətrafı toxumalarda xroniki iltihabın olması ağızda pis qoxunun əsas səbəblərindəndir. Əgər dişinizi hər gün yumur və fırçalamırsınızsa qida hissəcikləri ağız boşluğunda qalır və qoxu törədən bakteriyaların çoxalmasına və metilmerkaptan və hidrogen sulfit (ingiliscə, methylmercaptan və hydrogen sulfite) buxarının formalaşmasına gətirib çıxarır. Zaman keçdikcə bakteriyalar diş üzərində rəngsiz təbəqə əmələ gətirir. Əgər bu bakterial təbəqə qalmaqda davam edirsə damaqlarınızı qıcıqlandıraraq iltihab yaradır (qinqivit) və hətta irinliyin əmlə gəlməsi ilə nəticələnə bilir. Bakterial təbəqə diş və damaq arasında cibciklər də yarada bilir ki, bu periodontit adlanan xəstəlyin yaranmasını şərtləndirir. Diş sırasının düzülüşündə problemin olması da qoxu törədən bakteriyalar və qida hissəciklərinin toplanmasına şərait yaradır. - Ağızda quruluq. Ağız suyu ağız boşluğunun islanması və təmizlənməsində əsaslı rol oynayır. Ağızın quru olması ölmüş hüceyrələrin dil, damaq və yanaqda toplanıb qalmasına səbəb olur ki, bu da sonradan onların parçalanaraq iyi törətməsinə səbəb olur. Ağızda quruluq normal fizioloji hallarda yatan zaman qeyd olunur. Məhz bu səbəbdən də bəzən səhərlər ağızda qoxu olur. Bəzi dərmanlar və siqaret çəkmə ağızda xroniki quruma yaradan səbəblərdəndir. - Xəstəliklər. Xroniki ağciyər xəstəlikləri və ağciyər absesi ağızda çox dözülməz qoxuya səbəb ola bilir. Xərçəng və metobolik pozğunuqlar ağızdan spesifik iyin gəlməsinə səbəb ola bilər. Məsələn, böyrək çatışmazlığı sidik qoxulu nəfəs yarada bilir. Qraaciyər çatışmazlığı zamanı “balıq qoxulu” nəfəs qeyd olunur. Nəzarət edilməyən şəkərli diabet meyvə iyisini xatırladan iyi verə bilər. Qastroezofageal Reflüks Xəstəliyi (QERX) zamanı da ağızdan iyi qeyd edilir. - Ağız, burun və boğaz xəstəlikləri. Burunətrafı ciblərin infeksiyaları ilə əlaqədar olaraq burun axıntısı geri qırtlağa da keçə bilir və ağızda iyi törədə bilir. Uşağın ağızından pis qoxunun gəlməsi onun burunun da yad cismin qalması üzündən yarana bilər. Qırtlaq infeksiyaları da tam təmizlənənə qədər nəfəsin qoxulu olmasına səbəb ola bilir. Bronxitlər və digər yuxarı tənəffüs yolu infeksiyaları da ağızdan pis qoxunun əmələ gəlməsinin digər səbəblərindəndir. - Tütün məmulatları. Siqaret çəkmə ağız boşluğunu qurudur və ağızda qoxunun yaranmasına səbəb olur. Tütün məmulatlarını istifadə edənlər də periodontal diş xəstəliklərinin əmələ gəlmə ehtimalı yüksəkdir. - Ciddi pəhriz. Ciddi pəhriz saxlayan insanlarda ketoasidoz üzündən ağızda meyvə iyili qoxu yarana bilər. Həkimə nə zaman müraciət etməli Bir çox hallarda ağızda iyi adi gigyenik qaydalara əməl etməklə aradan qaldırıla bilər. Əgər ağızda iyi gigyenik tədbirlərlə aradan qalxmırsa, bu zaman həkimə müraciət etməniz tövsiyyə olunur. Evdə nə etməli Bir çox hallarda qidalanma və həyat tərzini dəyişməklə həkimə müraciət etmədən belə ağızda pis qoxudan qurtula bilərsiniz. Aşağıdakıları tövsiyyə edə bilərik: - Hər yeməkdən sonra dişlərinizi yuyun. Diş fırçanızı işdə də saxlayin və günorta yeməyindən sonra dişinizi qisaca fırçalayın. Çalışın gün ərzində heç olmasa iki dəfə 2-3 dəqiqəlik dişlərinizi fırçalayın. - Dişarasından qida qalıqlarını təmizləyin. Çalışın gün ərzində heç olmazsa bir dəfə dişlər arasında qalan qida qalıqlarını təmizləyin. Protez istifadə edirsinizsə buna daha çox diqqət yetirməniz gərəkdir. - Dilin üzərini təmizləyin. Dilin üzərini tez-tez təmizləyin. Bununla ölmüş hüceyrələr, bakteriya və qida qalıqları təmizlənmiş olur. Dilin üzərini təmizləmək üçün xüsusi fırçalar satılır. Bakteriyalar daha çox dilin arxa hissəsində toplanmağı xoşladığı üçün bu hissənin təmizlənməsinə xüsusilə doqqət verin. - Çoxlu su için. Çoxlu su qəbulu ağız boşluğunun nəm saxlanmasına və dil üzərində qalan qida qalıqları və bakteryiların yuyulub aparılmasına kömək edir. Saqqız çeynəmə ağız suyu vəzilərini qıcıqlandırır və ifraz edilmiş ağız suyu qida qalıqları bə bakteriyaları yuyur. - Diş fırçanızı tez-tez dəyişin. Bir diş fırçasından uzun müddət istifadə etdikdə onn keyfiyyəti düşür və təmizləmə qabiliyyəti azalır. Odur ki, tövsiyyə olunur ki, 3 aydan bir dəyişməklə yumşaq fırçalardan istifadə edin. - Mütəmadi diş həkimində profilaktik yoxlama. Ən azı ildə iki dəfə diş həkimində profilaktik müayinədə olun. Müayinə zamanı lazım gələrsə həkiminiz dişlərin dibini təmizləyə bilər. - Gün ərzində nanəli konfetlərdən istifadə edin. Nanəli konfetlərin sovrulması ağızdan pis iyin gəlməsinin qarşısını alır.
['pis qoxu', 'gigiyena']
5,754
https://kayzen.az/blog/sevgi/4918/ki%C5%9Fil%C9%99ri-%C9%99rid%C9%99n-qad%C4%B1na-m%C9%99xsus-davran%C4%B1%C5%9Flar.html
Kişiləri əridən qadına məxsus davranışlar
ayxansevda
Sevgi
20 aprel 2011, 18:56
Kişılərə təsir etmək üçün qadınların bildikləri bir sıra bəlli davranşılar vardır.Bunlardan başlıca olanlaq görüşlərə gedərkən təpədən dırnağa bəzənmək və ya kişilərə şirin ləqəblərlə səslənmək kimi klassik davranışlar gəlir. Amma bir gerçək də var ki, qadınların demək olar ki, hamısı kişilərin hansı qadına məxsus davranışlardan təsirləndiyini bilmək istərlər.Elə isə aşağıdakı məsləhətlərə Siz də nəzər salın: 1.Hər nə qədər dodaq parlatıcının yapışmasından şikayət etsələr də, islaq görünüşlü parlaq dodaqlar kişiləri cəzb edər. 2.Kişilərin çoxu qadınların çantalarında daşıdıqlarına lağ etsələr də,hər ehtimala görə qadınların əşya daşımaları onların xoşuna gedər. 3.Kişilərin çoxu evlərində səliqəsiz olurlar,evlərini səliqə-səhmana salan qadınlardan onlar vaz keçməzlər. 4.Bəhanə olmasa belə sadəcə ağlınızdan keçdiyi üçün ona zəng etməniz, onlar içlərində etiraf etməsələr də,əslində təsirlənmiş olurlar. Çünki, bu hərəkətiniz onu düşündüyünüzü bəlli edir. 5.Qadınların əllərinin yumşaq və gözəl qoxulu olması kişiləri valeh edir. 6.Özlərini qadınların qoruyucusu kimi hiss etmək kişilər üçün bir qürurdur. 7.Özünüzə baxmaq,geyim-keçim üçün xərclədiyiniz pullar Kişiləri yandırsa belə,əslində onlara təsir edən faktorlardan biridir. 8.Qadınların nə qədər baxımlı olmasına diqqət etmələri ilə yanaşı onların sadə və təbii olmasını da gözdən qaçırmazlar. Həddindən çox makiyaj və abartılmış geyim onlara təbiiliyiniz qədər təsir etməyəcəkdir. 9.Həyatlarının hər sahəsində bacarıqlı, nə istədiyini bilən və yardımsevər qadınlar kişiləri cəzb edər.   10.Uşaqlarla yola gedən və onları sevən qadınlar kişilərə xoş gəlir. 11.Bəzi kişilər köynəyini və ya maykasını qadının geydiyini görməkdən çox zövq alır. 12.Bəzi kişilər qadınların dırnaqlarına çox dıqqətli olmasından, boyalı və baxımlı olmasından təsirlənirlər. 13.Bəzən kişilərin qadınlarla qəsdən dalaşdıqlarını da unutmayın.Bu durumda kimisi inadkar qadınları cezbedici hesab edir, kimisi də uşaq kimi küsən qadınları sevir. 14.Kişilərin qəlbinə gedən yol mədələrindən keçər. Böyük həvəslə hazırladığınız bir yemək onun üçün vazkeçilməyən olacaqdır. 15.Kişilər onların sözlərini diqqətlə dinləyən qadınları daha çox sevirlər.
['kişi-qadın münasibətləri', 'kişi və qadın', 'flirt', 'qadin kisi munasibetleri', 'kisini celb etmeyin yollari', 'kisini ozune baglamaq', 'kişiləri cəlb edən xüsusiyyətlər', 'Kişilər qadını belə görmək istəyir', 'kisilerin xosladigi qadinlar', 'kisilerin xosladigi seyler']
5,755
https://kayzen.az/blog/f%C9%99ls%C9%99f%C9%99/4910/f%C9%99ls%C9%99f%C9%99d%C9%99-insan-problemi-haqda.html
Fəlsəfədə insan problemi haqda
kulturoloq
Fəlsəfə
19 aprel 2011, 19:50
Varlıq haqqında (ontologiya), idrak haqqında (qnoseologiya) təlimlərində insan problemi, xüsusilə onun mənşəyi, mahiyyəti, təbiətdə tutduğu yeri, cəmiyyətdə rolu məsələləri fundamental fəlsəfi problemlərdən biri kimi nəzərdən keçirilir. Fəlsəfə meydana gələndən bu günə qədər insan onun diqqət mərkəzində olmuşdur. Bu gün artıq digər elmlər də (psixologiya, təbabət, pedaqoqika və s.) insan fəaliyyətinin bu və ya digər cəhətini öyrənməkdədir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müasir elm necə inkişaf edirsə– etsin, insan, onun mənşəyi və mahiyyəti məsələlərində hələ də sirli cəhətlər çoxdur. Əslində təkzibedilməz fakt və arqumentlərlə bəşəriyyətin təşəkkülünün tarixdən əvvəlki dövrünü izah etməyə qadir olan elə bir nəzəriyyə hələ də yaranmamışdır. İnsan haqqında mövcud təsəvvürlər başlıca olaraq hipotez və fərziyyələrə əsaslanır. Lakin buna qətiyyən təəccüb etmək lazım deyildir. Çünki dünya o cümlədən insan haqqında müasir elmi təsəvvürlər 300– 400 il bundan əvvəl formalaşmağa başlamışdır. Bu isə bəşəriyyətin çoxəsrlik tarixində bir ana bərabərdir. Ancaq bütün bunlara baxmayaraq, insanın təbiətinin fəlsəfi izahı ümumnəzəri səviyyədə kifayət qədər inandırıcıdır və gediləcək yolun istiqamətini düzgün müəyyən edir. İnsan haqqında ilk ideyalar fəlsəfə meydana gəlməmişdən əvvəl olmuşdur. Bu barədə bizə gəlib çatan miflər və ibtidai dini təsəvvürlər çoxlu məlumat verir. Antik dövr mütəfəkkirləri– Qədim Hindistanda, Çində, Yunanıstanda insana kosmosun bir hissəsi, hardasa zamandan kənarda təbiətin «nizamı», «qaydası» kimi çıxış edən, özündə dünyanın ilk əsaslarını– suyu, odu, havanı, torpağı, efiri birləşdirən varlıq kimi baxırdılar. Sonra struktur baxımından Platonda qeyd edildiyi kimi, insan ruh və bədəndən ibarət hesab olunurdu. Aristotel isə iki– ruh və bədəni bir reallığı təşkil edən kimi təsvir etmişdir. Ənənəvi olaraq Hind və Çin mütəfəkkirlərinin rolunu azaltmadan insan haqqında təlimi yaradan ilk filosof kimi Sokratın (b.er.əv.470– 399) olduğu göstərilir. Onun sələfləri və müasirləri, mə­sələn, sofistlər insan probleminə mühüm əhəmiyyət verməklərinə baxmayaraq, ilk dəfə olaraq Sokrat, Siseronun şəhadətinə görə, antik müdriklərin hamısından əvvəl fəlsəfəni və kosmik problematikanı yerə endirdi, şəhərlərə və digər insan məskənlərinə diqqət artırıldı, vətəndaşları, hər şeydən əvvəl öz həyatı, zövqü, xeyir və şər haqqında düşünməyə məcbur etdi. Sokrat əsas diqqəti insanın daxili həyatına vermişdir. Sokratın fikrincə, müdriklərin məşğul olduğu ali fəaliyyət səviyyəsi insanı öyrənməklə əlaqədar olmalıdır. Əgər onun sələflərini təbiətin nə olduğu, şeylərin sonuncu reallığının nə olduğu maraqlandırırdısa, Sokratı insanın mahiyyəti nədir, onun təbiəti və sonuncu reallığı nəylə bağlıdır sualları maraqlandırırdı. Sokrat insan anlayışını mənəviyyat səviyyəsinə, ruh haqqında təlim səviyyəsinə qədər məhdudlaşdırmasına baxmayaraq («insan– ruhdur» və «ruh– insandır»), tam əsasla təsdiq etmək olar ki, Sokratın ideyaları insanın mahiyyətinin sonrakı tədqiqlərinə güclü təsir göstərmişdir. Daha yüksək səviyyədə insan antik mütəfəkkirlər Platon (427– 347) və Aristotel (384– 322) tərəfindən öyrənilmişdir. İnsanın mahiyyəti haqqında onların irəli sürdüyü ideyalar insan haqqındakı sonrakı təsəvvürlərə kömək etmişdir. Platonun insan haqında təlimi iki postulata əsaslanır. Birincisi, onun ümumfəlsəfi konsepsiyasından çıxır. Həmin konsepsiyaya görə, insan yaratmamalı, artıq ideyalar dünyasında olanları təcəs­süm etdirməlidir. İnsan yalnız mövcud ideyaları seçməkdə azaddır. İkincisi, Platona görə insanın mahiyyəti onun ruhudur, onun bədəni isə ruha düşmən olan materiya kimi çıxış edir. Gerçəklikdə insan elə bil ki, iki qeyri– bərabər hissəyə bölünür: yuxarı (ali) hissə– ruh, aşağı hissə isə bədən hesab olunur. Platonun əksinə olaraq Aristotel insana bir– birilə sıx əlaqədar olan bədənin və ruhun birliyi kimi baxırdı. Aristotelə görə, bədənin ruhdan asılı olmasına baxmayaraq, onlar bir– birindən təcrid olunmuş şəkildə mövcud ola bilməz. Aristotelin olduqca maraqlı fikirləri yalnız bir neçə əsr keçdikdən sonra dərk edilmişdir. Məsələn, O, ardıcıl olmasa da, insana təbii inkişafın məhsulu kimi baxmışdır. İnsanın heyvandan prinsipial fərqi odur ki, insan siyasi varlıqdır. Çünki təbiət adamlara dövlət ünsiyyətinə cəhdi aşılamışdır ki, bunun da sayəsində dövlət yaranmışdır. İnsanın ikinci fərqli cəhəti onun dilə, nitqə malik olmasıdır ki, bunun köməyi ilə o, xeyir və şər, ədalət və ədalətsizlik anlayışlarını qavramaq və ifadə etmək imkanına malik olmuşdur. İnsanın və dövlətin mənşəyi və onların qarşılıqlı əlaqəsi məsələsinə toxunaraq, Aristotel belə hesab edirdi ki, insan bütün hallarda fərddən irəlidə durmalıdır. Çünki tam həmişə hissələrdən əvvəl olmalıdır. Bütövlükdə Aristotelin insana baxışlarını səciyyələndirsək deyə bilərik ki, O, ilk dəfə olaraq insanın mahiyyətinin müəyyənləşdirilməsində sosial amillərin əhəmiyyətini qeyd etmişdir. b) İnsanın mahiyyəti Müasir elmin nailiyyətinə əsaslanaraq təsdiq etmək olar ki, insan evolyusion inkişafın məhsuludur. Burada bioloji amillərlə ya­naşı sosial amillər də mühüm rol oynamışdır və yenə də oyna­maq­dadır. Bununla əlaqədar insanın yüksək səviyyədə inkişaf etmiş hey­vanlardan əsas fərqini, fakt və proseslərin elmi izahı ilə göstərmək vacibdir. Homo Sapiens (ağıllı insan) evolyusion inkişafın müəyyən mərhələsində heyvanlar aləmindən ayrılmışdır. Bu proses nə qədər davam etmişdir, bu cür çevrilmənin mexanizmi necə olmuşdur– suallarına müasir elm tam dəqiqliklə cavab verə bilmir. Bu da təəccüblü deyildir. Çünki canlının cansızdan əmələ gəlməsini izah etməkdən ötrü elm hələ də kifayət qədər faktlara malik deyildir. Kifayət qədər faktların olmaması, yeni kəşflərin indiyə qədər insana olan baxışları alt– üst etməsi insanın mahiyyəti və təbiəti haqqında müxtəlif konsepsiyaların yaranmasına gətirib çıxarmışdır. Həmin konsepsiyaları şərti olaraq rasionalist və irrasionalist adlandırıb iki qrupa bölmək olar. İrrasionallıq qrupuna: eksiztensializm, neoto­mizm, freydizm cərəyanları daxildir. Onların baxışlarına görə, insanın fəaliyyəti, daha geniş şəkildə götürsək, insanın varlığı izah­edilməz daxili motivasiya, arzu, istək və s. təzahürü mövqeyindən təhlil edilməlidir. Bu zaman bir qayda olaraq bu hadisələr yalnız qeyd olunur. Birinci sıraya fəaliyyətinin şərtləri deyil, onun təbiəti və məzmunu deyil, guya insanın mahiyyətini müəyyən edən bir sıra xassələrinin xarakteristikasının təsviri çıxır. Bəzi müəlliflərin fikrincə, həmin konsepsiyalarda səbəb– nəticə əlaqələrini axtarmaq faydasızdır. İnsanın mahiyyəti haqqında ancaq çoxsaylı təzahürlər, manifestasiyalar, daha dəqiq desək insanın hisslərinin qəbul etdiyi kimi mühakimə yürütmək olar. Belə çıxır ki, insanın daxili aləmi haqqında onun hərəkəti, əməli, arzusu, fikri və istəklərinə əsasən danışmaq mümkündür. Bütün bunlarda arqumentli bir izah kimi qəbul edilə bilən qanun halında bir əsas tapmaq qeyri– mümkündür. Əgər belədirsə, onları axtarmaq lazımdır, ancaq faktları, hadisələri, prosesləri etiraf etmək (qeydə almaq) kifayətdir. Məsələnin bu cür qoyuluşu və həlli praktiki olaraq insanın fəaliyyətini determinə edən əlaqələrini, yaxud qanunları izah etməyi istisna edir. Nümunə kimi biz ekzistensialist filosofların fikirlərinə müraciət edə bilərik. Məsələn, fransız filosof– ekzistensialist yazıçısı Alber Kamyu (1913– 1960) həyata irrasional absurd bir proses kimi məna və qanunauy­ğunluğa malik olmayan bir proses kimi baxmışdır. Burada başlıca rol təsadüfə məxsusdur. A.Kamyu yazırdı: «İnsan dünyanın irrasio­nallığı ilə toqquşur. O, hiss edir ki, xoşbəxtlik və ağıllı olmağı arzu edir. Bu toqquşmada insanın qabiliyyəti (həvəsi) ilə dünyanın ağılsız susmağı arasında absurd yaranır. İntellekt nöqteyi nəzərindən mən deyə bilərəm ki, absurd insanda deyil, dünyada deyil, onların birlikdə olmağındadır». Bütövlükdə irrasionalist idrakda ağılın rolunu inkar edən) konsepsiya bəzən insanın bir sıra xassə və cəhətlərini çıxarsa belə, məntiqi şəkildə işlənmiş nəzəriyyə vermir, hətta insanın mənşəyi haqqında hipotezlər belə deyə bilmir. İnsan haqqında müasir təsəvvürlər irrasionalist mütəfəkkirlərin nəaliyyətlərini nəzərə alsa da, ən rasionalist materialist və idealist baxışlara əsaslanır. Onların arasında insanın təbiətinin izahı haq­qında marksist nəzəriyyəsini də qeyd etmək lazımdır. Özlərinə qədərki nəzəri və empirik fikrə dərindən yiyələnmiş marksizm klassikləri «Alman ideologiyası» əsərində yazırdılar: «İnsanları heyvanlardan şüura görə, dinə görə– ümumiyyətlə istənilən hər şeyə görə fər­qləndirmək olar. Onların özləri bədənlərinin quruluşundan asılı olan addımı ataraq, özləri üçün zəruri olan həyat vasitələrini istehsal etməyə başlayan kimi özlərini heyvanlardan fərqləndirməyə başlamış olurlar. İnsanlar özləri üçün zəruri olan həyat vasitələrini istehsal etməklə öz maddi həyatlarının özünü də dolayı yolla istehsal edirlər. İnsanlar özləri üçün zəruri olan həyat vasitələri istehsal edər­kən işlətdikləri üsul, hər şeydən əvvəl, onların hazır şəkildə tapdıqları və yenidən hasil edilməsi lazım gələn həyat vasitələrinin özünün xassələrindən asılıdır»[1]. Burada bir şey daha tez diqqəti cəlb edir ki, maddi istehsal insanın heyvan vəziyyətindən çıxmasında, onun mə­də­niləşməsində başlıca kriteriya rolunda çıxış edir. Əslinə qalanda istehsalsız hətta primitiv insan birliyinin yaranması da qeyri– mümkündür. Əgər müasir insan cəmiyyətlərindən söhbət gedərsə, nə milli dövlət çərçivəsində, nə planetar miqyasda birgə fəaliyyət olmadan onun mövcudluğu qeyri– mümkündür. Homo sapiens– in əsas fərqləndirici cəhəti, əlaməti kimi istehsal fəaliyyəti çıxış edir. İnsanın sosial– bioloji (antropososiogenez) təkamülündə mühüm yeri F.Engels tərəfindən irəli sürülən, sonralar isə sovet antropo­loqları və arxeoloqları tərəfindən inkişaf etdirilən «meymunun insana çevrilməsi prosesində əməyin rolu» hipotezidir. Əvvəlcə əmək, sonra isə onunla birlikdə səhih nitq elə iki ən başlıca amil olmuşdur ki, bunun nəticəsində insan beyni daha da inkişaf etmiş­dir. Beyin və ona tabe olan hisslərin, getdikcə daha çox aydınlaşan şüurun, mücərrədləşdirmə və əqli nəticə çıxarmaq bacarığının inkişafı əməyə və dilə əks təsir göstərərək, bunların hər ikisinin daha da inkişafına getdikcə yeni– yeni təkanlar vermişdir. Müxtəlif xalqlarda və müxtəlif dövrlərdə dərəcəsi və istiqaməti müxtəlif olan bu inkişaf yerli və müvəqqəti hərəkətlər üzündən bəzən hətta kəsilmişsə də, hazır insanın peyda olması ilə əlavə bir yeni ünsürün– cəmiyyətin yaranması sayəsində, bir tərəfdən yeni– qüvvətli bir təkan, digər tərəfdən isə daha müəyyən bir istiqamət alaraq, bütün­lükdə qüdrətli addımlarla irəliləmişdir. Lakin insanlar heyvan­lardan nə qədər çox uzaqlaşırlarsa, onların təbiətə göstərdikləri təsir bir o qədər müəyyən, qabaqcadan məlum olan məqsədlərə çatmaq üçün aydın niyyətlə və müntəzəmliklə icra edilən hərəkətlər xarakteri alır. Qısasını desək, heyvan xarici təbiətdən ancaq istifadə edir və sadəcə olaraq özünün mövcud olması ilə bu təbiətdə dəyişikliklər əmələ gətirir, insan isə öz yaratdığı dəyişikliklərlə təbiəti öz məqsədlərinə xidmət etməyə məcbur edir. Onun üzərində hökmranlıq edir. Bu insanın heyvanlardan sonuncu fərqidir və bu fərqə də insan yalnız yenə əmək sayəsində nail olmuşdur. Hələ XIX əsrin 2– ci yarısında F.Engels indiki ekoloji böhran təhlükəsini görərək təbiət üzərindəki qələbələrlə öyünməməyi məsləhət görmüşdür ki, hər bir qələbə üçün təbiət bizdən intiqam alacaqdır.Onun fikrincə, təbiət üzərində heç də istilaçının özgə xalq üzərində hökmranlıq etdiyi kimi, təbiətdən kənarda olan kimsənin təbiət üzərində hökmranlıq etdiyi kimi hökmranlıq etməməliyik. Əksinə, biz bütün canımız, qanımız və bey­nimizlə təbiətə mənsubuq, onun daxilindəyik və təbiət üzə­rin­dəki, bütün hökmranlığımız ondan ibarətdir ki, bütün başqa vücud­lardan fərqli olaraq, biz təbiət qanunlarını dərk edib bunları düzgün tətbiq edə bilərik.(F.Engels). Əgər biz təbiət üzərindəki hökm­ran­lığımızın mahiyyətini dərk ediriksə, istehsal sahəsindəki fəaliy­yətimizin nəticələrini nəzərə ala biliriksə, bu isə bir fakt olaraq nə qədər qəti şəkil alırsa, insanlar bir o qədər artıq dərəcədə özlərinin təbiətlə birliyini yenidən nəinki yalnız hiss edəcək, habelə dərk də edəcəkdir, beləliklə də ruhla materiya, insanla təbiət, canla bədən arasında nə isə bir əksliyin olması haqqında mənasız və təbiətə zidd təsəvvür bir o qədər qeyri– mümkün olacaqdır, bu təsəvvür isə klassik qədim dünyanın tənəzzülü zamanından bəri Avropada yayılmış və xristianlıqda ən yüksək inkişafını tapmışdır (F.Engels). Əməyi təhlil edərkən görürük ki, əməyin özü təbii prosesdir. Çünki o, insanın mövcudluğunun təbii şəraitini təmin edir. Əvvəllər sosial cəhət o qədər də nəzərə çarpmasa da, müəyyən dövr keçdik­dən sonra əməyin sosial əhəmiyyəti daha çox özünü büruzə verir. Əməklə bərabər nitq də insan psixikası və təfəkkürünün yaranması və inkişafına mühüm təsir göstərir. Müəllif:Rzayev Camal
['fəlsəfə']
5,756
https://kayzen.az/blog/dusundurucu-hekayeler/4890/anama.html
Anama...
MASON
Düşündürücü hekayələr
18 aprel 2011, 18:47
Bu gün üzün gülmür. Havalar ki yaxşıdır? Nə olub yenə?sən ki yaz fəslini sevərdin. Gələcəkdim....Vallah gələcəkdim. Bağışla..Səhər oyananda bilirsən nəyi xatırladım? Sanki səsini də eşidirdim. “ Bura gəlin köpəy uşaqları” deyə bizi səsləyirdin elə. Uşaqlıqda qaçıb çarpayının altında gizlənməyimiz gözümün önünə gəldi. Yadimda deyil dəqiq niyə əsəbləşmişdin. Deyəsən yenə evdə qardaşımla top-top oynayanda nəyisə sındırmışdıq. Ən birinci mən girərdim çarpayının altına, qardaşımı da qabağa verərdim ki, oxlov mənə dəyməsin. Həmin oxlov hələ də evimizdədir. 15 ildən çox olar daha dəymir bizə. Daha incitmir bizi.. Amma indi... indi razıyam. Bədənimdən qan çıxana qədər həmin oxlovla döysünlər məni. Təki nəfəsinin küləyini hissi edim bircə dəfə. Mənə küləyini göndər. Bilirəm çoxdandır ziyarətsiz qalmısan.. Qocalmısan yəqin. Qırışların çoxdur hə ? Səni ağ saçlı təsəvvür edə bilmirəm.Səni ən son görəndə çox gözəl idin. Mənimçün dünyaların ən gözəl anasısan. Sən həmişə bütün evin işlərini tək başına görən, məktəbdə hamının ən sevimli mülliməsi olan, işdən gəlib istirahət etməmiş tələm-tələsik yeməyimizi hazırlayan, bir dənə də ütüsüz paltar saxlamayan, dünyanın ən dadlı yeməklərini bişirən, xəstələnəndə deyinə-deyinə olsa da bizi sağaltmağa çalışan, atama hörmət edən, o gəlməmişdən masaya əl uzatmağa imkan verməyən, bizi atama şikayət edən və biz də qulaqburması aldıqdan sonra ən çox peşman olan, amma bizi canından çox sevən mələk kimi bir ana olmusan. Bulaşdırdığımız paltarlarla, oxumadığımız dərslərlə, məktəbdən gətirdiyimiz şikayətlərlə səni bezdirsək də bizə xidmət etmisən. Nəyə borclu idin? Kimə borclu idin?! Sadəcə sevdiyin üçün etmisən. İnsan sevdiyi üçün əziyyətə qatlaşa bilər. Amma sən... Bilirsən? səndən sonra hər şeyə sıfırdan başlamağa qərar gəldim. Ilk əvvəl çox çətin idi. Hər gün yumurta yedikcə xəyal edirdim ki sanki sənin bişirdiyin dadlı dolmanı yeyirəm, bundan həzz alırdım. Amma günlər ötdükcə dolmanın da dadını unudurdum. Elə bil yaranın keyi açılırdı və incitməyə başlayırdı.Sonra bu yara da saqalirdi. Həftə sonu köynəklərimi özüm ütüləməyə başladım, həmişə sən köynəklərimi ütüləyəndə baxırdım. Yadımda idi şalvarıma qatları necə vururdun. Öz paltarlarımı ütüləmək əyləncəli gəlirdi ilk vaxtlar. Sənin kimi olmasa da bir təhər bacarırdım. Amma onu da unutmağa başladım. Sonra həvəsim də öldü. Artıq qırışıq köynəyə öyrəşmişəm. Xəstələnəndə zoğallı çay verənim də yox idi. Amma plana görə yeni həyata başlamışdım axı. Özüm hazırlamalı idim hər şeyi. Isti zoğallı çay içib yorğanın altına girsəm də oyanıb tər içində paltarımı dəyişmək üçün taqətim də olmurdu. Tər və göz yaşlarıma bürünüb yatırdım. Beləcə acılarımı çəkə-çəkə sağalırdım Evə gələndə qapını açarla açmaq kimi insana əzab verən başqa tənhalıq cəzası tanımıram. Səni xatırladacaq nə görürdümsə göz yaşlarımı saxlaya bilmirdim ilk vaxtlar. Amma artıq öyrəşmişəm. Öyrəşdikcə də uzaqlaşdığını hiss edirəm. Üz çizgilərini unutmuşam artıq şəklin də yadlaşıb.Hər gün nəyinsə silinir yaddaşımdan Amma yuxluğunla hələ də barışamışam. Atam və qardaşım isə hələ də gəlmək fikrində deyillər vətənə. İki gündən bir danışırıq. Deyirəm “tez gəlin darıxıram”. Deyirlər ki əşi nə var e Bakıda? Evi də sat sən gəl Moskvaya. Burda yaxşıdır hər şey. Dolanarıq bir təhər. Getmədim. Niyə getmədim deyə soruşacaqsan. Çünki .... çünki gedə bilmərəm ana. Çünki aşiq olmuşam. Uzun zamandan sonra ilk dəfədir aşiq olmuşam. Hələ evlənmək fikrim yoxdur amma bu fürsəti əldən vermək istəmirəm. Bilirsən necə gözəldir? Mələkdir elə bil. Cənnətdən mənə dua et çoxlu, onu ziyarətinə gətimək qismət olsun mənə.Gəlib görər necə dünyalar gözəli anam var mənim. Hələ ona sevdiyimi etiraf etməmişəm. Amma inan ki sənin gəlinin olmağa layiqli qızdır. Bilirəm ki o da laqeyd deyil mənə. Bağışla ki səndən başqasına da “səni sevirəm” deyəcəm ana. Bu sözləri səndən başqa heç kəsə deməyəcəyimə söz vermişdim, amma insan sevincə dəyişir hər şey. Sevmək insana yeni həyata başlamaq üçün güc verir. Hal hazırda isə həmin gücə qadirəm.. İnanıram ki Bakıda qalsam hər şey yaxşı olacaq. Həm də səni qoyub hara gedirəm? Düzdür vəfasızam daha tez tez gəlmirəm, amma söz verirəm, tez-tez ziyarətinə gələcəm. Hələliksə getməliyəm. Tezliklə gələcəyəm.onu da gətirəcəyəm.Səni Sevirəm ana. Qəbrin nurla dolsun.
['ana sevgisi', 'valideyn - övlad münasibəti', 'valideyn - övlad münasibətləri']
5,757
https://kayzen.az/blog/ayxansevda/4887/q%C4%B1sqancl%C4%B1q.html
Qısqanclıq
ayxansevda
Bloq: ayxansevda
18 aprel 2011, 00:26
"Qısqanc insanlar başqalarının yaxşılığından, gözəlliyindən, ya da müvəffəqiyyətindən zövq almaq, xoşbəxt olmaq yerinə bunlardan sıxılırlar. Qısqandıqları insanların sahib olduqları onları bədbinləşdirir və daxilən əzab verir". Bu cümlələri bir kitabda oxudum və düşündüm yoxsa qısqnclıq budurmu? Deyirlər özünlə ölçmə, amma başqa cür necə etmək olar ki? Fikrimcə sevgi olmayan yerdə qısqanclıq da yoxdu, çünki qısqnclıq elə sevgidən qaynaqlanır. Sevdiyin insan başqa birisi ilə danışanda qanın cuşa gəlir, narahat olursan , özünə yer tapmırsan. Burda kiminsə yaxşılığına ya özəlliyinə paxıllıqdan söz gedə bilməz. Bəziləri isə o saat deyirlər : " Özünə inamın yoxdu, güvənmirsən özünə". Niyə ? Niyə güvənmirəm ki? Sadəcə sevdiyin insanı heç kimlə paylaşa bilmirəm. Bir də görürsən ki, birisi yoldaşını doğma anasına ( özünün qaynanasına) qısqanır. Yaxşı bəs burda hansı özünəinamsızlıq hissi var? Düşünürəm ki, heç bir! Ana sənin rəqibin deyil ki, burda özünəinam ya güvənsizlik məsələsi ortaya çıxa. Bir başqaları qısqanclıq haqqında danışanda :" Öz yoldaşına ( Ya nışanlına, sevdiyinə və s) inanmırsan? Belə də iş olar? Onda niyə onu sevirsən ? " . Birincisi  niyə sevirsən sualı özü yanlışdı , çünki niyə sevdiyini bilirsənsə onda sevmirsən, o "niyə"ni sevmiş olursan. İkincisi isə sevdiyin insan güvənirsən sadəcə qısqanclığın arxasında "gözlərinə gözlərilə baxanın gözərimlə gözlərini oyaram"  fikri dayanır. Bu isə real bir şeydi, çünki laqeydlik sevginin olmamasından ya da azlığına dəlalət edir. Qısqanclıq cavanlıqda , yeni qurulmuş ailələrdə yəni dəliqanlı çağlarda daha çox təsadüf edilir. Əlbətdə bunun yaxşı və pis tərəfləri var. Yaxşı tərəfi fikrimcə sevgidən irəli gəlməsidi, pis tərəfi isə qarşıdakı insana çətinlik törətməsi, söz - söhbətlərin baş verməsidir. Lakin elə insanlara da rast gəlmişəm ki, sevdiyi onu qısqananda o sevinir, bu vəziyyət ona xoş əhval yaradır. Bəziləri isə bilərəkdən nəsə uydururlar ki, qarşıdakı insanı qısqandırsınlar. Nə isə , qısqanclıq məsələsi qəliz məsələdi, hər kəsdə fərdidi. J Hər bir şey ifrata vardıqda təhlükəlidir. Dinin özündə də ifratçılıq fanatizmə səbəb olur, başqa sahələrdə də belə, qısqanclıqda da. Burda qısqanclıq hissinin necə deyərlər bir "günahı" yoxdur. Bu ifratçılıq məsələsidi. İfratçılıqdı ki, bəziləri qısqanclıq zəmnində ailəsində qətl , cinayətlər törədir və daha nələr , nələr. Normal , sağlam qısqanclıq isə gözəl hissdi. Bir az mənfi tərəfləri olsa da. Bütün bunlar sevdiyinə qısqanclıqla bağlıdı. Əşyalarına , dostuna, kollektivə və s qısqanclıq hissi də mövcutdur. Bu isə fikrimcə eqoizmlə bağlıdı. Əgər sevdiyin əşyanı kiməsə vermək, bölüşmək istəmirsənsə bu eqoizmdir. Kollektivə yeni birisi gəlirsə və sən onu qəbul etməkdə çətinlik çəkirsənsə bu gec uyğunlaşmadı, başqasının uğuruna sevinə bilmirsənsə və onu uğuruna qısqanırsansa bu gözügötürməzlik və ya həsəd adlanır. "Yazıq" qısqanclığın burda nə günahı var? Hər şeyi onun üstünə niyə yıxırıq ki? İmza: Qısqanclığın alovlu müdafiəçisi :)   
['qısqanclıq']
5,758
https://kayzen.az/blog/stomatoloq/4886/di%C5%9Fl%C9%99ri-yumaq-yadda%C5%9F-z%C9%99ifliyini-aradan-qald%C4%B1r%C4%B1r.html
Dişləri yumaq yaddaş zəifliyini aradan qaldırır.
ayxansevda
Stomatologiya
17 aprel 2011, 23:50
Dişləri hər gün yumaq yaddaş zəifliyini və ya ümumiyyətlə yaddaşın itməsi problemini aradan qaldırır. Bu, 270 nəfər yaşlı insan üzərində aparılan araşdırma nəticəsində məlum olub. Araşdırmaya görə. dişlərə düzgün quluq orqanizmi bir çox problemlərdən qoruyur və beyinin fəaliyyətinə müsbət təsir göstərir. Lakin dişləri yumaqla yaddaş arasındakı əlaqəni alimlər hələ ki bilmirlər.Həkimlərin sözlərinə görə, dişlərin çürüməsinin əsas səbəbi qidalanmadır. Xüsusilə şəkərli qidalar dişləri məhv edir. Ona görə də şirniyyatı çox sevən uşaqlarda diş çürümələrinə daha çox rast gəlinir. Stomatoloqlar həm də süni qida məhsullarının dişlərin əsas düşməni olduğunu deyirlər.Tərkibində şəkər, karbohidrat çox olan qidalar, məsələn, kartof, çörək və sairə ağızda süd turşusu əmələ gətirir. Bu isə kimyəvi element sayılır və ağızda çox qaldıqda tədricən dişi zədələməyə başlayır: Süd turşusu sərt toxumanı yavaş-yavaş zəiflətməyə başlayır. Nəticədə diş çürüməyə başlayır.Dişlərin sağlamlığında əsas rol oynayan mikroelement flüordur ki, içməli suda onun miqdarının normadan aşağı olması diş çürümələrini sürətləndirir. Həkimlərin sözlərinə görə, flüor az olan yerlərdə kariyes çox olur. Zaqatala, Qax, Balakən, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, eləcə də harada qoz ağacları çoxdursa, orada yaşayan insanların dişlərində kariyes çox olur. Çünki qoz ağaçı torpaqdakı flüoru özünə çəkir. Hamiləlik, yanlış dərmanlardan istifadə, orqanizmin müdafiə qüvvəsinin zəifləməsi də dişlərin tez çürüməsinə səbəb olur. Mütəxəssislər vaxtından əvvəl diş problemləri ilə qarşılaşmamaq üçün onları gündə iki dəfə fırçalamağı, dişarası səthləri təmizləmək üçün xüsusi diş iplərindən istifadəni məsləhət görürlər. Bir fırçanı uzun müddət işlətmək olamaz. Sərt tükcüklü fırçalar da dişlərin aşınmasına səbəb olur.Dişlərin sağlam olması üçün həmçinin süd və süd məhsulları, meyvə-tərəvəzlə balanslı şəkildə qidalanmalı, orqanizm fosfor, minerallar, A, D, C vitaminləri ilə təmin olunmalıdır. Şəkərli qidalardan, ümumiyyətlə yeməkdən sonra ağzınızı su ilə yaxalayın. Ümumiyyətlə dişləri çox işlətməyi, kök, alma kimi bərk meyvə-tərəvəzlə qidalanın. Şəkər əvəzinə isə baldan istifadəni məsləhət görür.
['dişlərə qulluq', 'stomatologiya']
5,759
https://kayzen.az/blog/Old_Baku_/4884/az%C9%99rbaycanda-%C9%99r-arvad-bir-birini-niy%C9%99-q%C4%B1r%C4%B1r.html
Azərbaycanda ər-arvad bir-birini niyə qırır?
Old_Baku_
Bloq: Old Baku
17 aprel 2011, 22:27
Ölkədə son illər artan ailədaxili qətl hadisələri son aylar daha çox vüsət alıb. Demək olar ki, ölkə ərazisində təxminən 3-4 gündən bir ailədaxili qətl hadisəsi baş verir. Ya ər arvadı öldürür, ya arvad əri, ya da ki, ailənin digər üzvləri biri-birini öldürür. Təmiz Dünya İctimai Birliyinin ölkə mətbuatına istinadən hazırladığı statistikaya əsasən deyə bilərik ki, son üç ayda 33 ailədaxili qətl hadisəsi baş verib. Qətlə yetirilənlərdən 21-i qadın, 12-si isə kişidir. Ailədaxili qətlə cəhd hadisələrində isə kişilərin aşkar üstünlüyü var 24 kişi, 9 qadın. Belə qətllərdən bir neçəsini nəzərinizə çatdırırıq. 2011-ci ilin ilk üç ayının ilk belə hadisəsi yanvarın 4-də Bakının Səbail rayonunda baş verib. Oğul atasını ölümcül döyüb, nəticədə ağır kəllə beyin travması alan 54 yaşlı ata başından əməliyyat olunub.Yanvarın 5-də isə Gəncə şəhərində 29 yaşlı Arzu Həsənov həyat yoldaşına çoxsaylı bıçaq zərbələri vuraraq öldürüb. Onun iki azyaşlı uşağı isə artıq anasız böyüyəcək. Yanvarın 7-də Qəbələ rayonunda 54 yaşlı kişi arvadını və gəlinini bıçaqlayıb.Ayın 11-də isə Bakının Nizami rayonunda tükürpədici ailə dramı baş verib. 37 yaşlı Rövşən Mehrəliyev anasını, arvadını və iki azyaşlı uşağını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. O, sonda polisin gəldiyini görüb intihara cəhd edib, amma özünə yetirdiyi xəsarət öldürücü olmayıb.Yanvarın 12-də Sabirabadda ana ilə qızı evdə başları kəsilmiş halda tapılıb. 82 yaşlı ana Xalidə Güləliyeva və onun 54 yaşlı qızı Əzizbəyimi qətlə yetirənin yaxın adam olduğu güman edildiyindən, ilkin olaraq onların qohum və yaxınlarının dindirilməsinə başlanılıb. Nəticədə bir neçə gün sonra qətlin 82 yaşlı qadının 50 yaşlı oğlu Əbülfəz tərəfindən törədildiyi məlum olub.Yanvarın 13-də Hacıqabulda 39 yaşlı Şakir Aşurov bacısının ərini güllələyib. Bakının Qaradağ rayonunda 32 yaşlı ər arvadını ölümcül döyüb və qadın bir gün sonra aldığı xəsarətlərdən dünyasını dəyişib. Yanvarın 20-də isə Gədəbəyin Zamanlı kənd sakini, 1975-ci il təvəllüdlü Ədalət Hüseynov öz evinə od vuraraq ailə üzvləri ilə birlikdə özünü yandırıb. Son üç ayın ən dəhşətli və insanlığa sığmayan qətllərindən biri də Suraxanı rayonunda baş verib. 5 yaşlı Sevinc Şahlar qızı Həsənova yerini islatdığı üçün ögey analığı və atası tərəfindən döyülərək qətlə yetirilib. Hazırladığımız bu yazıya qədər ən son ailədaxili qətl hadisəsi isə Sumqayıt şəhərində baş verib. Aprelin 11-də Sumqayıt şəhər sakini 29 yaşlı Gülnarə Vahid qızı Nəsirova keçmiş həyat yoldaşı Taleh Əmirağa oğlu Hüseynov tərəfindən çoxsaylı bıçaq zərbələri alıb. Onu xəstəxanaya aparmaq istəsələr də artıq gec olub, çünki zərbələrdən ikisi qadının düz ürəyinə saplanıb. Polisə ifadə verən T.Hüseynov hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. Qısqanclığı isə şəxsiyyətinə sığışdırmaması ilə izah edib. Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti, Tibb Universitetinin professoru Psixiator Nadir İsmayılov hesab edir ki, belə ailədaxili qətllər əsasən 2 səbəbdən baş verir. Nadir İsmaylov hesab edir ki. belə qətllərə səbəb ər-arvad arasındakı uyğunsuzluqdur: “Qadın və yaxud da kişi öz məhəbbəti, sevgisi ilə yaşayır. Belə bir fikir formalaşır ki, beş gün ömrüm var, qoy onu gözəl, özüm istədiyim insanla yaşayım. Belə məsələlərdə bəzən hər ər (yaxud da arvad) qarşı tərəfin ayrılmaq hüququnu başa düşmür və yaxud da qəbul etmək istəmirlər. Burada bir az dərinə gedib onların evlənmə vəziyyətinə baxsaq görərik ki, bəlkə onları heç biri-birilərini yaxşı tanımadan evləndiriblər". Psixoloq çarə kimi psixoloji mərkəzin yaradılmasını və evlənmək istəyənlərin oradan məsləhət almasınə təklif edir. N. İsmayılovun fikrincə, evlənməzdən əvvəl həkim müayinəsindən və psixoloji testlərdən keçmək lazımdır. "Evlənən adamların xasiyyəti, intellekti, ailələrinin iqtisadi vəziyyəti uyğun gəlməlidir. Bundan başqa, qohumlararası münasibətlər də vəhdət təşkil etməlidir. Dünya səviyyəsində qəbul olunduğu kimi, ailənin normal yaşaması üçün 13 faktor olmalıdır. Aparılan təcrübə və araşdırılan yoxlamalar göstərir ki, onlardan ikisi uyğun gəlməyəndə artıq ailədaxili konflikt yaranır. Bu faktorlara xarici görünüşlərin bir-birinə uyğun olması, yaş, ailələrarası uyğunluq və s. daxildir". Psixoloq hesab edir ki, o ailədə ki, intellekt, səviyyə, xasiyyət uyğunluğu var, orada konflikt az olur. "Seksoloji istək də mütləq uyğun gəlməlidir. Bunlar hamısı şərtdir. O, yoxdursa, tərəflərdən biri daimi stress içində olur. Misal üçün götürək qadını. Belə olan halda o, daimi axtarışda olur, qənaətlənmir və bunu evdən kənarda axtarır. Tapan kimi isə əldə də mobil telefon, gizli mesajlar, gizli görüşlər başlayır və s. Ər də bunu biləndə bax bu cür ağır nəticələr ortaya çıxır”, deyə N. İsmayılov qeyd edib. Nadir müəllim hesab edir ki, iqtisadi vəziyyət də bəzən qətllərə səbəb olur: “Ailədaxili məsələlərdən başlamış məmur özübaşınalıqlarına qədər olan bir çox məsələlər qətllərə səbəb olur. İndi rüşvətin qabağını alıblar, amma əvəzinə insanları get-gələ salıblar. İnsanlar indiyə kimi pul verib işlərini həll edirdilərsə, indi onların işi yubadılır. Bəziləri razıdır ki, əvvəlki kimi pulunu verib tez bazar işi həll etsin. Get-gələ düşmək insanların özü üçün daha həyəcanlı, daha streslidir”. Nadir müəllim deyir ki, ata-oğulu, oğul atanı, qardaş-qardaşı, oğul ananı qətlə yetirirsə, burada birinci amil ailənin tərbiyəsindədir, ikinci isə yenə də iqtisadi amilin üzərinə gəlib çıxır. Sabiq polis rəisi, Elmi-Praktik Hüquq Mərkəzinin eksperti Mahmud Hacıyev isə bildirir ki, burada bir çox məsələlər var: “Birincisi, münaqişəli ailələrə polis nəzarətinin nisbətən zəifləməsidir. Əvvəllər bir qayda olaraq ərazi polis bölmələrində əraziyə baxan sahə inspektorları münaqişəli ailələrə nəzarət edirdilər, belə ailələrlə profilaktik tədbirlər keçirilirdi və sair. İndi də elə olmalıdır. Sahə inspektorları nəzəri-profilaktik tədbirləri genişləndirməli, münaqişəli ailələri nəzarətə götürərək qeydiyyat hesabatını düzgün aparmalı, sosial-qitisadi problemi həddindən artıq ağır olan və bu səbəbdən evdə tez-tez dava-dalaş olan ailələr haqda müvafiq İcra Hakimiyyətinə müəyyən məlumatlar verməlidirlər və sair. Son 15 ildə demək olar ki, həmən iş bərbad vəziyyətdədir". M. Hacıyev deyir ki, digər tərəfdən son 10-12 ildə dünyada sosial-iqtisadi sahədə problemlər həddindən artıq çoxalıb. Belə problemlərin çoxalması insanların psixoloji durumuna yüksək dərəcədə təsir edir: "Məhkəmə psixoterapiyası ilə məşğul olan məşhur psixiatorlar deyir ki, həddindən artıq sosial-iqtisadi problemlər insanların psixologiyasına müəyyən qədər təsir edir. Bu səbəbdən hətta elementar bir ailə münaqişəsi böyük faciələrlə sonlanır. Münaqişəli ailələrdə sabitliyin yaranması üçün digər problemli məsələlər az olmalıdır”. Sabiq polis rəisinin sözlərinə görə, digər tərəfdən Azərbaycan öz milli mentalitetini itirmək üzrədir. "Əvvəl böyüyə hörmət yüksək səviyyədə idi. İndi bu itməkdədir. Ailədə hər zaman ağsaqqal olub və onun sözü eşidilib. Onlar belə mübahisələr başlayan zaman məsələyə müdaxilə edirdi, cavanlar isə onun dediyinə əməl edirdi. İndi isə belə şeylər itmək üzrədir”, deyə sabiq polis rəisi vurğuladı. M.Hacıyev bildirir ki, baş verən ailədaxili qətllərin böyük bir hissəsi məcburi köçkün ailələrində baş verir: “Mən Gəncədə, Bakının Yasamal və digər rayonlarında baş verən ailədaxili qətlləri diqqətlə izləmişəm. Bu ailələr məcburi köçkün ailələridir. Dünyanın öncül kriminoloqlarının, psixiatorlarının dediyinə görə, hər hansı ailə, tayfa, nəsil təxminən 10 il ərzində məcburi köçkünlük həyatı keçirirsə, onun psixoloji durumu həddindən artıq gərginləşir. Yəni o insanlarda cinayət tərkibli əməllərə qarşı meyl güclənir. Bu, dünyada nəzəri və praktiki olaraq sübut olunmuş fikirlərdir”. Sabiq rəis bildirir ki, yuxarıda sadalanan bütün təsiredici amillər Azərbaycanda var və bunu nəzərə alsaq, belə qətllərin davam etməsi hələ də gözləniləndir.
['Aile münasibətləri']
5,760
https://kayzen.az/blog/h%C9%99zm/4883/%C3%B6d-da%C5%9F%C4%B1-x%C9%99st%C9%99liyi.html
Öd daşı xəstəliyi
Zeyneb_Ehmedova
həzm sistemi
17 aprel 2011, 20:07
Öd daşı xəstəliyi geniş yayılmış bir patologiyadır. Amerika Birləşmiş Ştatlarında il ərzində 500.000 insan öd daşı xəstəliyindən şikayətlənir və bu xəstəlik il ərzində 10.000 insannın həyatını aparır. Öd daşı olan insanların 80%-i bundan xəbərsiz olurlar. Öd daşı xəstəliyi, başqa sözlə, xolelitiaz öd kisəsində çınqıl şəkilli daşların əmələ gəlməsi nəticəsində yaranır. Öd daşları qum dənəcikləri ölçüsündən başlayaraq yumruq ölçüsünə qədər ola bilər. Öd qaraciyərdə yaranır və əsas məqsədi həzm sisteminə daxil olan yağların həzmində yardımçı olmaqdır. Gün ərzində 500-600 ml öd ümümi öd axarı vasitəsilə 12 barmaq bağırsağa daşınır. Onun bir hissəsi öd kisəsində depolanır və lazım gələrsə (məsələn, yağlı yemək yeyən zamanı) öd kisəsi yığılaraq onu ümümi öd axarına ata bilir. Öd özlüyündə çoxkompenentli bir sistem olub sudan (90%) və üç əsas lipid mənşəli maddələrdən təşkil olunmuşdur (80% öd turşuları, 16% lesitin və digər fosfolipidlər, 4% xolesterin (Harrison, 2005). Bundan əlavə, ödün tərkibində az miqdarda da olsa elektrolitlər, bilirubin, proteinlər, amin turşuları, sterioidlər, vitaminlər, ağır metallar, dərman və toksinlərdə ola bilər. Öd kolloid məhlul olsa da uzun müddət stabil və dayanıqlı vəziyyətdə qala bilir. Normal insan ödü xarici mühitdə 90-120 saat (nukleasiya müddəti) stabil vəziyyətdə qalır. Yalnız bu müddət keçdikdən sonra ödün tərkib hissələri çökməyə başlayır. Ödün kolloidal stabiliyini xolesterinlə öd turşuları və fosfolipidlər arasındakı ekvivalent mütənasiblik təmin edir. Xolesterin suda həll olunmasa da öd turşuları və fosfolipidlərin koməyi ilə həll olunmuş vəziyyətdə olur. Öddə xolesterinin miqdarı artarsa və öd turşuları və fosfolipidlərin miqdarı azalarasa öd kolloidal stabilliyini itirərək tez çökməyə meyilli olur. Öd daşı xəstəliyi olan xəstələrdə xolesterinin öddə çəkisi 8%-ə qədər yüksəlir. Məhz xolesterinin öddə yüksəlməsi öd daşı xəstəliyinin yaranmasına təkan verən əsas faktorlardandır. Təsadüfi deyildir ki, öd daşlarının 80%-i xolesterin mənşəli olur. Səbəblər və risk faktorları - Hamiləlik və qadın cinsi. Xolesterin mənşəli öd daşları qadınlarda daha çox rast gəlinir. Bu daha çox hamiləliklə əlagələndirilir. Hamiləliyin 3-cü trimesterində öddə xolesterinin miqdarı artır və hamilə qadınlarda yemək zamanı öd kisəsinin hərəkətliliyi zəifləyir (Harrison, 2005). Bununla da ödün kolloidal stabilliyi pozulur və o çökməyə meyilli olur. Tədqiqatlar göstərir ki, hamilə qalan qadınların 20-30%-də öd kisəsində çöküntülər əmələ gəlir. Amma hamiləlikdən sonra bu qadınların yalnız 5-12%-də öd daşı inkişaf edir. Digərlərində isə ödün kolloidal stabilliyi və axıcıllığı tam bərpa olunur. Digər bir nəzəriyyəyə görə esterogenlər qaraciyərdə lipoprotein reseptorlarını stimulyasiya edir və qida ilə daxil olan xolesterinin maksimal mənimsənilməsini təmin edir. Bununla da öddə xolesterinin miqdarı artmış olur.- Oral kontraseptivlərin (hamiləliyin qarşısının alınması üçün dərman maddələrinin qəbulu) istifadəsi də xolesterin mənşəli öd daşlarının əmələ gəlmə ehtimalını artırır.- Aşağı kalorili qidalanma da xolesterin mənşəli daşların əmələ gəlməsinin səbəblərindən biri hesab olunur. - Piylənmə öd daşının əmələ gəlməsinin səbəblərindən biridir. Öd turşularının miqdarı normada olsa da ödə infaz olunan xolesterinin miqdarı artmış olur. - Çəkinin azalması. Bu zaman toxumalarda olan xolesterin mobilizasiya olunaraq qanda, eləcə də öddə artır . Yanaşı olaraq öd turşularının miqdarında da azalma baş verir. Xüsusilə də çəkinin birdən düşməsi öd daşlarının formalaşmasına təkan verən əsas faktorlardan biri hesab olunur. Odur ki, çəkinin atılmasının tədricən olması məsləhət götülür və atılan çəkinin həftədə 1.5 kq-dan çox olması məqsədəuyğun deyil (Marschall, 2007).- Öd kisəsinin ləng hərəkətlili olması – hipomator diskineziya. Bu zaman ödün xaric olması ləngiyir və öd kisədə daha uzun müddət qalmalı olur. Yuxarıda qeyd etdiyimiz kimi ödün stabil qalması müddəti (nukleasiya müddəti) normada 90-120 saatdır. Motilliyinin zəif olması ödün kisədə daha uzun müddət qalmasına səbəb olur ki, bu da xolesterinin çökmə ehtimalını artırır. Öd kisəsinin ləngliyinə uzunmüddətli parentral qidalanma (vena daxili), ac qalma, hamiləlik, Octriotid kimi dərman maddələri səbəb ola bilər. - Yoğun bağırsaq xəstəliklərində öd turşularıın geri sorula bilməməsi səbəbindən enterohepatik tənzim mexanizmi pozulur və xolesterinlə öd tuşuları arasında olan müvazinət pozulur.- Biliar sirroz kimi qaraciyər xəstəliklər öd turşularının sekresiyasının azalmasına səbəb olur. Öd turşularının azalması isə xolesterinin həll olunmasında çətinliklər yaradır və onun çökməsinə gətirib çıxarır. Digər tərəfdən, sirroz, öd yollarının infeksiyaları kimi qaraciyər xəstəliklərində öddə bilirubinin miqdarı da artmış olur ki, bu da piqment daşlarının yaranmasına gətirib çıxarır. - Xroniki hemolitik anemiya piqment mənşəli öd daşlarının əmələ gəlməsinə səbəb ola bilər - CYP7A1 genində deffekt öd turşularının sekresiyasının azalmasına gətirib çıxarır və bu səbəbdən də ödün kolloidal stabilliyini pozur- Clofibrate terapiyası - Yaşlılıq. Yaşa dolduqca ödə xolesterin ifrazı artır və öd turşularının yaranması isə azalır. - MDR3 genin deffekti nəticəsində fosfolipid ifrazının azalması da öz növbəsində öddə xolesterinin həll olunma qabiliyyətini pozmuş olur. Öd daşının əlamətləri Öd daşı çox hallarda əlamətsiz keçirir və müayinələr zamanı təsadüfı tapıntı kimi müəyyən olunur. Əlamətlər adətən böyük daşlardan birinin öd kisəsi axarını, eləcə də ümumi öd axarının blok edən zaman yaranır. - Biliar tutmalar. Daşın kisə axarı və ya ümumi qaraciyər axarı daxilində intralüminal təzyiqi artırması və gərilmə yaratması üzündən epiqastral və sağ qabırğaaltı nayihədə kəskin, bəzən isə küt ağrı yaranır. Ağrılar sağ kürəyə irradiasiya edir. Biliar tutmalar qəfləti başlayır və 30 dəqiqədən 5 saata qədər davam edə bilər. 5 saatdan çox davam edən biliar tutmalar kəskin xolesistin inkişafından xəbər verir. Biliar tutmalar yağlı və ya ifrat dərəcədə çox yeməklə təhrik edilir. Tutmalar tez-tez təkrarlanmaya meyilli olur. - Ürəbulanma və qusma bir çox hallarda biliar tutmalarla paralel müşahidə edilə bilər. - Bilirubin və qələvi fosfatazanın yüksəlməsi – daşın öd kisəsi ilə yanaşı ümumi öd axarında da olmasına sübhə yaradır- Hərarətin yüksəlməsi kəskin xolesistit, pankreatit və ya xolangit kimi fəsadların inkişafına işarədir. - Üşütmə xolangitin inkişafını göstərən əlamətdir. Xolangit daha çox öd daşının ümumi öd axarını tutmasının fəsadı kimi infeksiyanın qaraciyərdaxili öd axarlarına yayılması nəticəsində inkişaf edir. Öd daşının fəsadları - Kəskin xolesistit – öd kisəsinin kəskin iltihabı- Xoledoxolitiaz – ümumi öd axarında daşın olması - Sarılıq – daşın ümumi öd axarını obtürasiya etməsi - Xolangit - öd daşının ümumi öd axarını tutmasının nəticəsində infeksiyanın qaraciyərdaxili öd axarlarına yayılması - Kəskin pankreatit – mədəaltı vəzinin iltihabı - Öd daşı keçməzliyi – öd daşı bağırsaq keçməməzliyi törədə bilər Müayinələr - Qanın ümumi analizi - Qanın biokimyəvi analizi (məsələn, bilirubin və fraksiyaları, qələvi fosfataza, ALT, AST )- Abdominal Ultrasonoqrafiya - Abdominal Komputer Tomoqrafiyası - Abdominal Rentgen müayinəsi - Endoskoipk Retroqrad Xolangioqrafiya (ERCP)- Oral xolesistoqram - Öd kisəsinin radionuclide müayinəsi Bəzi situasiyalarda aşağıdakı müayinələrdə oluna bilər - Nəcisdə yağın təyini - Sidikdə bilirubinin təyini- Abdominal Maqnit Rezonans Tomoqrafiyası Öd daşı xəstəliyini müalicə Yuxarıda qeyd etdiyimiz kimi öd daşı olan insanların 80%-i bundan xəbərsiz olurlar və ya daşın olmasından təsadüfən hali olurlar. Bu insanlarda adətən öd daşı heç bir narahatçılıq törətmir. Müəyyən olunmuşdur ki, asimptomatik öd daşları zamanı cərrahi əməliyyat ehtiyac yarada biləcək şikayətlərin meydana çıxma ehtimalı 1-2%-dir. Digər 20% insanlarda öd daşı yuxarıda sadalanan şikayətlər törədir. Hansı hallarda öd daşının müalicəsi vacibdir? Bu suala cavab axtaran zaman aşağıdakı üç faktor nəzərə alınmalıdır: (1) öd daşı insanın həyat keyfiyyətini poza biləcək dərəcədə şikayətlər yaradır, (2) öd daşının ilkin ağırlaşmalarının olması: kəskin xolesistit, pankreatit və s., (3) öd daşının ağırlaşma törədə biləcəyini güman etməyə əsas verən faktorların olması: kalsifikasiya olunmuş öd kisəsi, daşların 3 sm-dən böyük olması, öd kisəsində anadangəlmə anomaliyalar. Öd daşı xəstəliyinin iki müalicə üslu var: konservativ və cərahi. Çox az hallarda öd daşının müalicəsində konservativ vasitələrdən istifadə edilir. Öd daşının diametri 10 mm-dən kiçik olarsa xəstələrin 50%-də 6 aydan 2 ilə qədər öd turşularının təyini ilə aparılan müalicə (gündə 8-10 mg/kg dozada) effekt verir (Harrison, 2005). Əgər daşın diametri 5 mm-dən kiçik olarsa bu zaman konservativ müalicənin effetivliyi 70%-dən çox olur. Öd daşının konservativ müalicəsinin daha bir üsulu ekstrakorporal (bədən xaricindən) dalğa şoku ilə litotripsiyanın aparılmasıdır. Amma litotripsiya üçün xəstə çox ehtiyatla seçilməlidir: öd daşının ölçüsü 2 sm-dən kiçik olmalı, daşlarım sayı bir neçə olmalı və öd kisəsinin yığılma qabiliyyəti normal olmalıdır. Öd daşı xəstəliyinin əsas müalicəsi cərrahi yolla öd kisəsinin çıxarılmasıdır (xolesistektomiya). Öd kisəsinin laparoskopik yolla çıxarılması – laparoskopik xolesistektomiya – öd daşı xəstəliyinin müalicəsində qızıl standartdır. Artıq inkişaf etmiş ölkələrdə öd kisəsinin açıq yolla çıxarılmasına olan göstərişlər çox daralmışdır. Proqnoz Müalicə alanların 99%-də əlamətlər təkrar olunmur.Profilaktika- Yağlı yeməklərin azaldılması- Hərəkətlilik - Piylilik zamanı tədricən arıqlama (həftədə 1,5 kg)
['öd daşı', 'öd kisəsi']
5,761
https://kayzen.az/blog/t%C9%99n%C9%99ff%C3%BCs/4881/s%C9%99t%C9%99lc%C9%99m-pnevmoniya.html
Sətəlcəm (Pnevmoniya)
ayxansevda
tənəffüs sistemi
17 aprel 2011, 15:44
Pnevmoniya yaşlılar, xronik xəstəliyi olanlar və immun sistemi zəif olanlar üçün təhlükəli ola bilər. Eyni zamanda pnevmoniya cavan, sağlam şəxsləri də zədələyə bilər. Uşaqlarda ölüm törədən əsas xəstəliklərdəndir. Pnevmoniyaların bir çox növləri öz ağırlıq dərəcəsinə görə orta və ağıra qədər dəyişir. Xəstəxana daxilində olarkən əmələ gələn pnevmoniyalar xüsusən virulent və ölümcül olur. Bir çox pnevmoniyalar qəfil əmələ gəlir, sinədə ağrı, temperatur, öskürək, bəlğəmlə və qısalmış tənəffüslə xarakterizə olunur. Infeksiya adətən soyuqdəymə və qripin ardinca gəlir, lakin başqa xəstəliklərdən sonra və ya öz-özünə də əmələ gələ bilər. Antibiotiklərin bakterial pnevmoniyaları müalicə etməsinə baxmayaraq bəzi antibiotikə davamlı bakterial pnevmoniyalar problem yaradır. Simptomlar Pnevmoniyanı təyin etmək çətin ola bilər.Adətən soyuqdəyməyə oxşar simptomlarla keçir və xəstələr adətən daha ağır halda olduqlarını təyin edə bilmirlər. Döş qəfəsində ağrı bir çox pnevmoniyaların ümumi simptomudur. Pnevmoniya simptomları onun törədicisindən asılı olaraq dəyişə bilir: - Bakteriya. Bakteriyaların bir çox növləri pnevmoniyaya səbəb olur. Bakterial pnevmoniyalar öz-özünə yarana bilər, eyni zamanda xəstəlik yuxarı tənəffüs yollarının virus infeksiyalarından sonra inkişaf edə bilər. Simptomlar titrətmə, yüksək temperatur, tərləmə, döş qəfəsində ağrı, qısalmış tənəffüs, öskürək, yaşıl və ya sarı bəlğəm. Maraqlıdır ki, yüksək risk qrupuna daxil olan yaşlı, immun sistemi zəif xəstələrdə simptomlar fərqli ola bilər, məsələn temperatur yüksəlmə əvəzinə aşağı düşə bilər. Bakterial pnevmoniya adətən ağciyərin ancaq bir payına aid ola bilir. Bu lobar pnevmoniya adlanır.- Viruslar. Pnevmoniyaların təxminən 50%-i viruslar tərəfindən törədilir. Viral pnevmoniyalar soyuqdəymə tipli simptomlarla başlayır. Adətən quru öskürəklə başlayır, başağrısı, qızdırma, əzələ ağrısı, üzülmə kimi simptomlar rast gəlinir. Xəstəlik inkişaf etdikcə tənginəfəslik əmələ gəlir, az həcmdə olan ağ və ya rəngsiz bəlğəmlə xarakterizə olunur. Virus mənşəli pnevmoniyalar zamanı ikincili olaraq bakterial pnevmoniyalar da əmələ gələ bilər.- Mikoplazma. Bu orqanizmlərin törətdikləri pnevmoniyalar özlərində həm bakterial həm də virus mənşəli pnevmoniyaların əlamətlərini birləşdirir.Lakin bu əlamətlər daha mülayim olur və daha gec inkişaf edir. Yataqda qalacaq qədər xəstə olmaya bilərsiniz və hətta pnevmoniya keçirdiyinizi bilməyə də bilərsiniz. Mikoplazam pnevmoniyaları məktəb uşaqları və gənclər arasında daha çox yayılıb. Antibiotiklərlə müalicəyə həssadırlar. Lakin quru öskürək və zəiflik bir müddət davam edə bilər.- Göbələk. Bir sıra göbələk növləri pnevmoniyaya səbəb ola bilər. Bəzi insanlar bunu kəskin pnevmoniya şəklində keçirir, bəzilərində isə simptomlar çox zəif nəzərə çarpır və xronik pnevmoniyaya keçərək aylarla davam edir.- Pneumocystis carinii. Bu tip pnevmoniyalar AİDS-li xəstələrdə daha çox rast gəlinir. İmmun sistemi orqan transplantasiyası, kimyəvi terapiya, kortikosteroidlərlə müalicə, və ya digər immun zəiflədici dərmanlarla zədələnmiş xəstələr də risk altındadırlar. Əlamətləri kəsilməyən öskürək, qızdırma və qısalmış tənəffüsdür.SəbəbləriSizin ağciyərləriniz membranla əhatə olunmuşdur ki, bu da plevra adlanır. Hər ağciyər paylara bölünüb: sağ 3 paya, sol isə 2 paya. Nəfəs alarkən hava traxeya vasitəsi ilə ağciyərlərə dolur. Ağciyərləriniz daxilində bronx adlanan havaaparıcı yollar var. Bronxlar özləri də alveollarla bitən bronxiollara bölünür. Sizin orqanizminiz ağciyərlərinizi qorumaq funksiyası ilə təchiz olunub. Adətən insanlar tez-tez müxtəlif infeksiyalara yoluxurlar, lakin orqanizmimizin müdafiə funksiyası xəstəliyin əmələ gəlməsinin qarşısını alır. Məsələn burun seliyi özü bir çox mikroorqanizmləri ağciyərlərə keçməkdən saxlayır. Hətta mikroorqanizm daxilə keçəndən sonra belə ağ qan hüceyrələri, yəni leykositlər bu mikroorqanizmi məhv edirlər. Lakin yığılıb qalmış patogen mikroorqanizmlər, ağ qan hüceyrələri alveollarda iltihab törədir. Bu da tənəffüsdə olan çətinliyə gətirib çıxarır. Pnevmoniyaların təsnifatı: Çox vaxt törədiciyə görə təsnif olunur:- Cəmiyyət pnevmoniyası. Bura gündəlik həyatda- məktəbdə, iş yerində yoluxa biləcəyiniz pnevmoniyalar aiddir.- Xəstəxana (nosocomial) pnevmoniyaları. Xəstəxana pnevmoniyaları süni tənəffüsdə olan, intensiv terapiyada müalicə alan xəstələr üçün təhlükəli ola bilər. Bu tip pnevmoniyalar xüsusən də yaşlılar, AİDS xəstələri, uşaqlar, xronik xəstələr üçün çox ciddi ola bilər. Belə xəstələr üçün səbəblərdən biri də qastroezofageal reflux ola bilər. Bu mədənizin möhtəviyyatının nefes borusuna düşdüyü zaman baş verir. Və bu da pnevmoniyaya səbəb ola bilər.- Aspirasiom pnevmoniya. Bu o zaman baş verir ki, yad cisimlər sizin ağciyərlərinizə nəfəs vasitəsilə düşür. Məsələn sizin mədənizdə olan qida qalıqları, adətən qusmadan sonra baş verir. Bu adətən beyin zədələnmələri və s. refleksləri zədələyəndə əmələ gəlir.Digər səbəb cox alkohol içmək ola bilər. Huşsuz adam görsəniz, nəfəs borusuna yemək qalıqlarının aspirasiyası ola biləcəyini ehtimal edin.Opportunistik organizmlər tərəfindən törənən pnevmoniyalar. Bu tip pnevmoniyalar immun sistemi zədəli olan xəstələr üçün təhlükəlidir. Belə ki,bu tip pnevmoniyalarda sağlam insanlar üçün təhlükəli olmayan mikroorqanizmlər, AİDS-li xəstələrdə, transplantasiya olunan xəstələrdə çox təhlükəli ola bilər.Müxtəlif patogenlər. Quş qripi və bir sıra kəskin respirator sindrom yaradan viruslar bəzən sağlam insanlar üçün də ölümcül təhlükə yarada bilər. Risk faktorları - 65 və daha çox yaşı olanlar və kiçik uşaqlar risk qrupudurlar. Eyni zamanda risk qrupuna daxildir:- Müəyyən xəstəliyi olanlar. AİDS, xronik ürək-ağciyər, emfizema, diabet və s. Eyni zamanda əgər dalağınız çıxarılıbsa, immun sisteminiz kimyəvi terapiya ilə zədəlidirsə, bu da xəstəliyə həssas olmanıza səbəb ola bilər. - Siqaret və alkohol. - Hospitalizasiya olunmuş intensiv terapiya xəstələri.- Kimyəvi maddələrlə və zəhərlərlə kontakda olan müəssisələrin işçiləri.- Cərrahi əməliyyata məruz qalmış xəstələr. Həkimə nə zaman getməli Ciddi pnevmoniya həyati təhlükəli ola bilər. Odur ki, həkimə müraciət etməkdən çəkinməyin. Əgər öskürək, tənginəfəslik, sinədə ağrı, qızdırmanız varsa mütləq həkimə müraciət edin. üsusən də əgər sizin 60-dan çox yaşınız varsa, orqanizminiz alkohol, siqaret, kimyəvi terapiya ilə zədəlidirsə həkimə müraciət etməyə yubanmayın.DiaqnostikaHəkim sizin ağciyərlərinizə qulaq asacaq. Sonra çox ehtimal ki, döş qəfəsinizi rentgen etməyi təklif edəcək. Siz həm də qan testləri edəsi olacaqsınız. Ağırlaşmalar. Pnevmoniyanın sizin üçün nə dərəcədə ağır olub-olmaması sizin ümumi sağlamlığınızdan və pnevmoniyanın tipindən asılıdır. Əgər siz cavan və sağlamsınızsa pnevmoniyanız asanlıqla müalicə oluna bilər. Amma əgər ürək və ağciyər problemləriniz varsa, xüsusən də siqaret çəkirsinizsə onda xəstəliyin müalicəsi uzun çəkə bilər. Bəzi hallarda isə ağırlaşmalarla üzləşə bilərsiniz ki, bu da həyati təhlükəli ola bilər.- Bəzi hallarda xəstəlik elə ağırlaşır ki, bakteriyalar qana keçir və bakteremiya yaradır. Bundan sonra mikroblar digər orqanlara keçir və orada da iltihab yaradır.- Ağciyərlər ətrafında maye toplanması və iltihablanma. Bəzən maye plevranın ağciyərləri və döş qəfəsini örtən hissələri arasında normadan artıq yığılaraq plevrit əmələ gətirir. Bu adətən pnevmoniyalar zamanı baş verir ki, həmin maye iltihablanır və normadan artıq toplanır.Bu halda həmin mayeni xaric etmək üçün qabırğalar arası boru yerləşdirilir. Ağciyər absesi. İrin ilə dolu boşluqdur. Adətən pnevmoniya olan sahənin ətrafında əmələ gəlir. Antibiotiklərlə müalicə olunur, lakin bəzən cərrahi əməliyyata ehtiyac olur. Əgər hər iki ağciyər prosesə qoşulubsa bəzən süni tənəffüsə ehtiyac olur. Müalicə və dərmanlar. Müalicə pnevmoniyanın növündən asılıdır: - Bakterial. əsasən antibiotiklərlə müalicə olunur. Lakin müalicə müddəti düzgün seçilməlidir.- Viral. Antibiotiklər effektiv deyil. Müalicə çox həcmdə maye qəbul etmək və dincəlməkdən ibarətdir.- Mycoplasma. Antibiotiklə müalicə olunur. Lakin sağalma bir qədər uzun çəkə bilər.- Fungal. Müalicə göbələk əleyhinə dərmanlarla gedir. Əlavə olaraq temperatur salan dərmanlar, ağrını azaldan dərmanlar, öskürək əleyhinə dərmanlar verilə bilər. Lakin öskürək əleyhinə dərmanları çox vermək olmaz, çünki öskürək özü bəlğəmi təmizləmək üçün mühüm vasitədir. Əgər sizdə kəskin pnevmoniyadırsa xəstəxanada yerləşdirilib tənəffüsünüz rahatlaşması üçün sizə oksigen verilə bilər. Oksigenə ehtiyac yoxsa evdə də müalicə ala bilərsiniz. Müalicədən bir müddət sonra tam müalicə olunanadək bir neçə dəfə müayinəyə getməyiniz məsləhətdir. Profilaktika Adətən xəstəlik sizin immun sisteminizin zəifliyindən əmələ gəlir. Və xəstəlik adətən başqalarından sizə yoluxmur.Bunu qarşısını almaq üçün:- Vaksinasiya olunun- Əllərinizi yuyun.- Siqaret çəkməyin.- Düzgün qidalanın.- Digərlərini qoruyun. Öskürərkən dəsmalla ağzınızı tutun. Həyat tərzi - Çoxlu dincəlin- Çoxlu maye qəbul edin- Dərmanlarınızı qəbul edin- Həkimlə vaxtı-vaxtında görüşün
['pnevmoniya', 'sətəlcəm', 'xəstəliklər']
5,762
https://kayzen.az/blog/filosoflar/4837/pifaqor.html
Pifaqor
burla xatun
Filosoflar
17 aprel 2011, 13:01
Pifaqor eramızdan əvvəl 570-ci ildə Sidonda (və ya Samosda) anadan olub. Onun 490-cı ildə öldüyü güman edilir. Metafizika, riyaziyyat, musiqi, etika, siyasətə dair araşdırmalar müəllifidir. Pifaqorun həyatı əfsanələşdirilib. Onu hətta möcüzə sahibi, peyğəmbər sayanlar da olub. Herodot Pifaqoru böyük Ellin müdriki adlandırırdı. Həyatı Antik dövrdə Pifaqorun həyatı haqqında yazan çox olub. Amma ilk bioqrafiyası ölümündən iki yüz il sonra qələmə alınıb. Atasının adı Mnesarx,  anasınınkı Partenid imiş. Mnesarxın daşyonan olmasıını yazanlar var. Porfiriyə görə, Mnesarx samoslu yox, suriyalı imiş. Özü də varlı tacir olub. Ərzaq qıtlığı vaxtı Samos camaatına pulsuz taxıl payladığına görə vətəndaşlıq alıb. Bir sıra müəlliflər (Epimenid, Evdoks, Ksenokrat) yazır ki, Apollon Partenidlə əlaqəyə girib… onu hamilə edib və bundan Pifaqor doğulub. Pifaqorun bioqrafı Yamvlix isə bunu uydurma adlandırır. Elm dalınca Şərqə Antik müəlliflərə inansaq, Pifaqor öz dövrünün bütün tanınmış müdrikləri ilə görüşüb. Yunanlar, farslar, xaldeylilər, misirlilərlə təmasda olub, bəşəriyyətin topladığı bütün elmləri öyrənib. İlk təhslini Samosda alıb. Sonra bura ona darlıq edib və Miletə gedib. Burada böyük filosof Falesin tələbəsi olub. Fales daha da irəliləmək üçün ona məsləhət görüb ki, elm dalınca Misirə getsin. Pifaqor onun tövsiyəsinə əməl edib. Misirdə o vaxt matah bilikləri məxfi saxlayar, xüsusən əcnəbilərə öyrətməzdilər. Laertli Diogen və Porfiri yazır ki, Samos tiranı Polikrat firon Amasisə təqdimat yazıbmış. Bu səbəbdən Pifaqorun başqa əcnəbilərə yasaq edilən elmləri öyrənməsinə şərait yaradılıb. Yamvlixə görə, Pifaqor ölkəni 18 yaşında tərk edib, iyirmi iki il Misirdə olub. Oradan Babilistana gedib. Özü kefinə yox. 525-ci ildə xəracın vaxtında ödənmədiyini bəhanə edərək Misiri işğal edən İran şahı Kambiz Pifaqoru da əsirlərlə bərabər Babilistana aparıb. Pifaqor 12 il də Babilistanda qalıb, maqlarla ünsiyyətə girib, onlardan elm öyrənib. Nəhayət, 56 yaşında müdrik bir şəxs kimi vətənə qayıdıb. Pifaqorun icması Qayıdandan sonra Pifaqor Cənubi İtaliyadakı yunan koloniyası Krotonda yerləşib. Burada özünə çoxlu davamçılar toplayıb. Qısa müddətdə o, əhali arasında populyarlıq qazanıb. Hətta qızlar və qadınlar da qanunu pozub onun dərslərinə gələrmiş. Belə qanun pozanlardan biri – Teano adlı qız tezliklə Pifaqorun həyat yoldaşı olur. Pifaqorun tərəfdarlarının bir neçə min olduğu deyilir. Onları Pifaqorun çox şövqlə təbliğ etdiyi mistik fəlsəfəsi ilə yanaşı, sağlam asketizm və ciddi əxlaqa söykənən həyat tərzi cəlb edib. Onun fikrincə, hakimiyyət müdrik və bilən adamlara verilməlidi. İnsanlar bu müdriklərə uşaq valideynlərinə tabe olan kimi tabe olmalıdı. Əxlaq senzoru Krorton əhalisi hamılıqla bu müdrik adamı özlərinin əxlaq senzoru seçir. Pifaqor dünyanı gəzib dolaşarkən topladığı bilikləri öyrətməyə başlayır. O, müxtəlif dinlərdən olan yaxşı hər şeyi bir araya gətirib öz sistemini formalaşdırır. Misir kahinlərindən öyrəndikləri əsasında Pifaqor dinləyicilərinin ruhunu təmizləyir, qəlblərindən nöqsanları çıxarır, ağılları həqiqət nuru ilə doldururmuş. Pifaqorun şagirdləri sonralar islamda təsəvvüf əhli arasında geniş yayılan və unikal bir gücə çevrilən fütüvvət təşkilatları tipində bir növ dini orden və ya qardaşlıq yaradıbmış. Günlük həyatı Pifaqorun günü musiqi ilə başlayırmış. İlk öncə lirada çalar, oxuyarmış. Musiqiyə bəzən Homer və Hesiodun şerlərini də qatarmış. Düşünürmüş ki, bu şerlər adamın ruhunu sakitləşdirə bilir. Bəzən rəqsə də meyl edib — sağlamlıq və gözəl hərəkət bədənə faydalıdır deyə. Gəzintiyə çıxanda ya tək, ya da ən çoxu üç nəfər olublar. Sakitlik və gözəllik olan yerdə dolaşmağı sevərmiş. «Dost ikinci məndir» deyib, dostları sağlam olanda onlarla söhbət edər, xəstəlik zamanı və ya ruhani diskomfortları olanda təskinlik verər, musiqi ilə müalicə edərmiş. Səhərlər, adətən, şan balı, nahara darı və ya buğda çörəyi, qaynadılmış və ya çiy tərəvəz yeyib. İldə bir dəfə qırx günlük oruc tutarmış. Şagirdlərindən də tələb edərmiş ki, heç olmasa, çörək və su ilə kifayətlənsinlər. Seçilmişlərə halal olan avama haramdır Pifaqorun məktəbində çox sərt qayda-qanun olub. Buraya qəbul olunanlar şuranın nəfinə öz şəxsi mülküiyyətindən əl çəkir, qan tökməmək andı içir, ət yeməmək öhdəliyi götürür, öz müəlliminin sirlərini qorumağa söz verirmiş. Qazanc məqsədi ilə başqalarını öyrətmək qadağan olub. Pifaqorun bir sıra kəlamlarının (Şərq mistik mütəfəkkirlərində də belədir) zahiri və batini mənası var. Zahiri məna kütlə, batini isə seçilmişlər üçün. Məsələn, «Tapdanmış yolla getmə»nin zahiri mənası məlum, batini məna isə budur: kütlənin fikrini yox, biliciləri dinləmək lazımdır. «Evdə qaranquş saxlama». Batini mənası budur: çərənçi və ağzına yiyəlik eləməyən adamları qonaq qəbul eləmə. (bizdə qaranquş gəldi-gedərlik, etibarsızlıq rəmzi kimi işlənir: «Can verəndə sərçəyə ver, qaranquş gəldi-gedərdi»). \«Gedəndə dönüb geri baxma». Yəni ölüm qabağı dünyadan dördəlli yapışma\». «Mən indi Pifaqoram, əvvəl Evforb olmuşam…» Pifaqor tənasüxə – reinkarnasiyaya inanıb. Ruhun  ölməzliyinə, onun bədəndən-bədənə keçib yaşadığını düşünüb. Merac barədə də maraqlı fikirləri olub. Pifaqora görə, nəinki peyğəmbərlər, ruhunu yaxşıca təmizləmiş adamlar da merac edə bilər. Özü haqqında deyirdi ki, birinci dəfə deyil dünyaya gəlir. Əvvəl o, Evforb (Troya qəhrəmanı) olub, sonra dünyaya Efalid kimi gəlib (yunan mifologiyasında Hermes və Evpolemeyin oğlu, arqonavtların carçısı, mifə görə, ona növbə ilə yeraltı və yerüstü səltənətdə yaşamaq haqqı verilibmiş. Unikal yaddaşı olub və bunların hamısını yadında saxlayıb).  Sonra Hermotim olub. Sonra Pirr, nəhayət, Pifaqor. Düşünürdü ki, insan mənəviyyatca təmizlənməklə keçmiş həyatında yaşadıqlarını xatırlaya bilər. Pifaqorun Əsərləri Pifaqorun şifahi şəkildə yaydığı biliklər seçilmişlər üçün idi, məxfi, fövqi-təbii təlimi yazıya alına bilməzdi. Yamvlix onun kitablarının olmamasını belə izah edir: «Təlimin yayılmamasında təkidli idi. Bu səbəbdən illər boyu heç kəs onun bir dənə də olsun kitabına rast gəlməyib — Filolaya qədər. Pifaqorçulardan ilk dəfə Filolay onun üç kitabını üzə çıxardı və bu, çox böyük səs-küyə səbəb oldu. Deyilənə görə, Filolay çox ağır maddi duruma düşəndə Platonun tapşırığı ilə sirakuzlu Dion o kitabları çox fantastik qiymətə alıb». Laertli Diogen yazır ki, Pifaqorun bu kitabları belə adlanıb: «Tərbiyə haqqında», «Dövlət haqqında», «Təbiət haqqında». Pifaqorun Təlimi «Filosof» termini Pifaqora aid edilir. O, deyilənə görə, özünü və müdrikliyi sevənləri belə adlandırıb. Onun fikrincə, filosof xüsusi insan tipidir. Şöhrət və özünü təsdiq barədə, pul və gəlir barədə  düşünmür, bütün ömrünü şeylərin mahiyyətini öyrənməyə həsr edir. Kainatı kosmos adlandıran ilk şəxs də Pifaqor olub. Deyirdi ki, kainat kürə şəklindədir, on sferadan ibarətdi. Mərkəzdə Yerdən görünməyən od durur. Yer də daxil bütün kainat onun ətrafında fırlanır. Deyirdi ki, şeylərin mənbəyində rəqəmlər durur. Dünyanı dərk etmək onu idarə edən bu rəqəmləri öyrənmək deməkdir. Bertran Rassel yazır ki, riyaziyyat deduktiv sübuti əsaslandırma kimi məhz Pifaqordan başlayır və mistisizmin xüsusi bir forması ilə sıx bağlıdır. Pifaqor deyirdi ki, Yer kürə formasındadır və kainatın mərkəzidir. Günəş, Ay və planetlər öz orbiti üzrə göydə hərəkət edir. Pifaqorun geosentrik təlimini Kopernik özünün heliosentrik sisteminin sələfi adlandırırdı. Təsadüfi deyil ki, kilsə Kopernikin sistemini «yalançı Pifaqor sistemi» elan etmişdi. Hər bir sfera rəqəmlə müəyyən edildiyindən özünəməxsus səsi var. Bunun nəticəsində kosmos harmonik bir dünya xoru təşkil edib. Allah təkdir, O rəqəmlər rəqəmidir. Allah qanun kimi təzahür edir. O, qanunun özüdür. Bu qanunun qəbul edilməsi qanuna əməl etməyə and içmək deməkdir. Pifaqorçular and içəndə düşünürdülər ki, öhdələrinə götürdükləri vəzifə Allah tərəfindən təqdis edilir. Harmoniya haqqında Deyirdi ki, kainatda hər şeydə bir harmoniya var. Göy cisimlərinin ritmlərinin kombinasiyasında da – onlar bu harmoniya üzrə fəzada hərəkət edirlər və bu, sferalar musiqisi adlanır – musiqi sənətində də. Elə bu harmoniya ilə musiqi ruhu müalicə edə bilir. Harmoniya təkcə fiziki səviyyədə deyil, kosmik və əxlaqi nizam arasında da bir harmoniya var. Yəni Yerdə insanların əxlaqi deqradasiyaya uğraması kosmik kataklizmlərlə nəticələnə bilər (maraqlı deyilmi, Qurani-Kərimdə yazılır: «Kafirlərin küfründən AZ QALIRDI GÖY ÇATLAYA») Pifaqor melodiyaları bölmüşdü: bir qismi ruha zülm edən iztirablara, ümidsizlik və məyusluğa qarşı olanlar; qəzəb və qərəzə olanlar; ehtiraslara qarşı olanlar. Pifaqorçular oktava, kvint və kvartın harmonik qarşılıqlı əlaqəsini, bundan başqa, onları idarə edən ədədi qanunları kəşf etmişdilər. Bütün bu kəşflər onun Şərqdə öyrəndiklərinin əsasında vücuda gətirilmişdi… Pifaqor və muğam Müsəlman alimlərindən Pifaqoru peyğəmbər hesab edənlər də var. Pifaqor meraj etdiyini, göydəki ulduzlarla birlikdə göylərin fırlandığını öz gözləri ilə gördüyünü deyirdi. Bu dönüşdən müəzzəm və ilahi bir ahəng yarandığını, bu ahəngi duyduğunu deyirdi. Onun fikrincə, insanlar öz mənəviyyatını təkmilləşdirməklə, ruhən yüksəlməklə merac edə bilərlər. Pifaqor musişini də rəqəmlərlə izah edirdi. Onu da ilahi dərkə aparan yol sayırdı. Deyilənə görə, o, dövrünün musiqisini ilahi ahəngə görə islah edib. Ondan sonra seçilmişlər üçün olan musiqiyə  elmi-ədvar – dövrələr elmi adı verilibmiş. Onu da yazırlar ki, muğamların əsası da ərəb və ya fars yox, yunan mənşəlidir. Bu musiqidə əsas olan on iki məqam on iki bürcə, yeddi səs yeddi ulduza, iyirmi dörd şöbə iyirmi dörd saata, qırx səkkiz tərkib isə ilin qırx səkkiz həftəsinə uyğundur. Hətta deyirlər,  günün müxtəlif vaxtlarında təsirləri baxımından hansı muğamın dinlənməsinin məqsədəuyğun olmasını təyin edən cədvəl yaradıbmış Pifaqor və ya onun ardıcılları.. Ölümü Pifaqorun necə ölməsi haqda dəqiq məlumat yoxdur. Deyilənə görə, qardaşlığın şöhrəti bütün dünyaya yayılırmış, onun sərt əxlaq tələb edən təlimi hakimiyyəti qane etmədiyindən şəhərdə qara camaatı onların üstünə qaldırıblar. Başqa bir versiyaya görə, bir gün Pifaqorun yanına Kilon adlı bir varlı və hikkəli adam gəlir. Təkidlə tələb edir ki, onu qardaşlığa qəbul etsinlər. Rədd cavabı alandan sonra Pifaqorla mübarizəyə başlayır və hətta onun evini yandırır. Şagirdlər öz həyatlarını riskə ataraq mülləimlərini xilas edirlər. Ehtimala görə, Pifaqor  üsyançılardan qaçandan sonra Metaponta gəlib, muzaların məbədində qırx gün ac qalıb və aclıqdan ölüb. Aradan 450 il keçəndən sonra Metapontda Pifaqorun sərdabəsi şəhərin diqqətəlayiq yerlərindən biri kimi qonaqlara göstərilirdi. Pifaqorun aforizmləri *Günəş batanda uzanan kölgənə baxıb özünü böyük adam hesab eləmə. *Səadət dalınca qaçma, o, sənin özündədir. *Böyük vədlər vermədən böyük işlər gör. *Öz ehtiraslarının əsiri olan adam heç vaxt azad ola bilməz. *Uşaqlarınızın göz yaşını qoruyun ki, qəbrinizin üstündə axıtmağa göz yaşı qalsın. Həmçinin bax:Sokrat Pifaqor teoremi: Müəllif: Vasif Sadıqlı, «Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri, tanınmış jurnalist Mənbə: “Bizim Yol” qəzetində çıxmış “Korifeylərin portreti” layihəsi çərçivəsindəki yazı
['Pifaqor']
5,763
https://kayzen.az/blog/346/4840/%C3%A7e-gevera-v%C9%99-bizim-ziyal%C4%B1lar.html
Çe Gevera və bizim ziyalılar
burla xatun
346 saylı marşrut
17 aprel 2011, 12:46
ABŞ əsgərləri gülləylə həlak etdikləri komandante Çe Gevaranın əlini kəsir, (guya barmaqlarının izini götürmək adı ilə) meyidini görk üçün üç gün açıq havada saxlayır, onu basdırdıqdan dərhal sonra qəbrin üzərini asfaltlayırlar. Sonradan inqilabçının asfaltlanmış qəbrinin üstündə aeroport ucaldılır. Ancaq Çe Geveranın qəhrəmanlığını basdırmaq mümkün olmur.Bu gün hətta Azərbayan kimi etiraz ruhu öldürülmüş bir məmləkətdə Çe adı çəkiləndə qəlbi riqqətə gələnlər varsa, demək, onun haqqında deyilənlər gəlişi gözəl sözlər deyil.Kiçik bir köşədə bu insan haqda yazmaq çox çətindir. Anadangəlmə asma xəstəsi, ixtisasca həkim olan, zadəgan ailəsindən çıxan Ernestonu heç nə ədalətsizliyə, ayrı-seçkliyə, sosial bərabərsizliyə, imperializmə dərin nifrəti bəsləməkdən saxlamadı.Nə valideynləri, nə beş körpə balası, nə də yüksək rəsmi postlar. Planlaşdırma komissiyasının sədri, sənaye naziri, Dövlət Bankının direktoru-çoxlarının uğrundan hər şeydən keçdiyi bu vəzifələrdən Çe öz ideyalarını daha geniş arealda yaymaq üçün “uf” demədən imtina edib. Adama nağıl kimi gələn bir fədakarlıq. Deyəcəksiniz ki, bizdə də İsgəndər Həmidov kimi öz vəzifəsindən könüllü istefa verən birisi olub.(Rəhmətlik Elçibəy deyirdi ki, İ.Həmidov onun otağına girib və deyib: Bəy, istefa ərizəmə qol çəkməsən, özümü pəncərədən atıb öldürəcəm). Nə qədər uğursuz müqayisə olsa da, deyək ki, cənab Həmidovdan fərqli olaraq Çe məsuliyyətdən canını qurtarmaq üçün istefa etməyib. Əksinə, bu istefadan həmən sonra Boliviyaya, qeyri-bərabər döyüşə yollanıb.Ölümünü də orda qazanıb.Ötən il  Çe Gevera haqda “Azadlıq” qəzetinə yazı hazırlamaq üçün onun ölümünü o dövrün “Kommunist” qəzetinin necə təsvir etdiyini öyrənmək niyyətinə düşdüm. Axundov kitabxanasına getdim. Əqidəcə kommunist, sol ideyaların alovlu  tərənnümçüsünün öldürüldüyü, onun səhəri, birisi günü “Kommunist” nədən yazsa yaxşıdır? - “Azərbaycan şairlərinə Kubada ziyafət verildi”, “Azərbaycan şairləri Kubalı zəhmətkeşlərlə görüş keçirmişdir”. Bu o Kubadır ki, Çe onun azadlığı üçün həyatını risqə qoymuşdu.1967-ci ildə Kubada olan yazıçılarımız arasında o vaxt hələ gənc olan Fikrət Qoca da olub. Dünən mən onu Az TV-də gördüm.Yazıçılar Birliyinin poeziya seksiyasının, ən nəhayət AR Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu ilə birgə dövlət başçısının uğurlu siyasətindən danışırdılar.Buna danışmaq demək olmazdı. Bu, “bəy tərifi” idi.Təsəvvür edin, Çingiz Əlioğlu deyir:”Mən beş gün Bakıdan kənarda olub qayıdanda, şəhərimizi tanımıram”. İnananın adı prezidentin fəxri təqaüdünə həsrət qalsın. Azərbaycanın bütün dünyada analoqu olmayan inkişaf tempi yaşadığını deyəndə, Çingiz müəllimin az qalırdı fərəhdən qanadı çıxsın. Adam dəhşətə gəlir, yəni bu insanın, lap elə onun sağında oturan Fikrət Qocanın, solunda oturan Fərhad Xəlilovun qohum əqrabası, xəstəsi, məktəbə gedəni, polisə, məhkəməyə düşəni yoxdur? Biz cəhənnəm, onlar görəsən bu sözləri deyəndən sonra öz yaxınlarının gözlərinə necə baxırlar?SSRİ dövründəki şəxsiyyətə pərəstişi, məddahlığı az qala hamı qamçılayıb,söyüb, yamanlayıb. İndi milli ziyalı ordusunun rəhbər qarşısında əzilib-büzülməsini, yaltaqlığın ən idbar formasına əl atan şairləri, rəssamları bəstəkarları görəndə, öz aramızdır, totalitar sovetlərin məddahları necə də qüdrətli görünür.Bu miskin insanları sankı Tanrı inqlilabın soyumamış cəsədi üstündə yeyib-içmək, gəyirib mədhiyyə demək üçün yaradıb.Müəllif: Natiq GÜLƏHMƏDOĞLU [email protected]Mənbə: Bizim Yol
['Çe Gevara', 'Azərbaycan ziyalısı', 'ziyalı', 'Azərbaycan reallıqları']
5,764
https://kayzen.az/blog/dusundurucu-hekayeler/4879/dost-dar-g%C3%BCnd%C9%99-tan%C4%B1nar.html
Dost dar gündə tanınar
ayxansevda
Düşündürücü hekayələr
17 aprel 2011, 01:29
Onlar yaxşı rəfiqə idilər. Qonşu olduqları üçün hər gün bir - biri ilə qarşılaşır, dərdləşir, söhbətləşirdilər. Ayrılmaz cütlük idilər. Bir gün bərk xəstələndi. Sətəlcəm olmuşdu. Üç uşaq, qaynana və yoldaşı , ailə böyük idi. İndi nə edəcəkdi? Həkim yataqdan qalxmamağı tapşırmışdı. Qalxsa belə , bir addım atacaq qədər gücü yox idi. Həmişə möhkəmliyi , can sağlığı ilə seçilirdi , bəs indi? Bilmirdi nə etsin. Dost dar gündə tanınar. Belə də oldu. Rəfiqəsi hər gün yanına gəlir, yemək bişirir, evini yığışdırırdı. O necə də xoşbəxt idi. Dar gündə yanında birisi olması çox yaxşıdı. Xəstə olduğundan çoxdan idi ki, əlini ağdan -qaraya vurmamışdı, Hər yan toz idi. Rəfiqəsi isə "hər şeyi yoluna qoymuşdu". Hər yanı təmizləmiş, yığışdırmışdı. O, , necə də ona minnətdar idi. Lakin xəbəri yox idi ki, bütün həyət ondan danışır. Çünki, rəfiqəsi "hər işini yoluna qoymuşdu" - " Natəmizlik? Belə də yox daa, ödüm ağzıma gəldi, iyrəndim , fuu, mındarçılıq, daha nə deyim" - deyə , hər kəsə onun evinin natəmizliyindən və necə "əziyyətlə" oraları səliqəyə salıb, təmizlədiyini danışmışdı. P.S Belə dost və onun yaxşılığındansa tək qalsan yaxşıdı. Müəllif: Zeynalova Vüsalə. M
['düşündürücü hekayə', 'dostluq']
5,765
https://kayzen.az/blog/u%C4%9Fur/4878/u%C4%9Fur-qazanman%C4%B1n-ba%C5%9Fl%C4%B1ca-d%C3%BC%C5%9Fm%C9%99nl%C9%99ri.html
Uğur qazanmanın başlıca düşmənləri
ayxansevda
uğur psixologiyası
17 aprel 2011, 00:57
1. Uğurun ilk düşməni tənbəllikdir.Uğur qazanma yolunda sənin ən böyük düşmənin tənbəllikdir. Burada sənə tənbəlliyin tərifini açası deyiləm. Onu mən, sən, hamımız az-çox tanıyırıq. Tənbəllik insan qarşısına çıxan , onunla kişi kimi savaşan bir düşmən deyildir. Əksinə, qədim sehirli nağıllardakı qəhrəmanlar kimi , cilddən -cildə girərək və min bir hiylə quraraq məğlub etməyə çalışan bir nakişidir. Təhlükənin böyüklüyü də buradan irəli gəlir. Tənbəlliyin digər adları öləziklik, yüngüllük, yelbeyinlik, ətalətlilik, keylik, kefcillik, cansevərlikdi. Tənbəllik aktyor kimi tez-tez rolunu dəyişir. Bəzən səmimi və yaxşılığını istəyən dost görkəmi alır. Bəzən ən ədalətli insan olur, yorğun düşür, xəstə olur. Bəzən iş tutan kimi görünür, amma heç bir iş görmür.- Əşi , sən də… Çalışanlar nə qazanıblar ki!?- Beş günlük dünyadı, özünü yorma, çalışmaq adam üzəndi- Həyat dediyin bir fürsətdi, bəxtin olsa hər şeyin olacaq. Bəxtin yoxsa özünü yırtsan da bir şey hasil olan deyil.- Bir iş olacaqsa , arxası üstə yatsan da olacaq.- İndi kefin yoxdu, sabah edərsən..- Sənə çalışmaq düşmür, iştahan qaçır, nəşən sönür.- Xasiyyət belə olar: Mən il boyu kitab, dəftər qoltuğumda gəzməkdən, kitabxanalarda mürgü vurmaqdan xoşlanmıram… İmtahana bir ay qalmış hazırlaşıram, imtahanlardan yağ kimi keçirəm. - Nədənsə imtahana yaxın beynim açılır, zehnim itilənir, il boyu sanki yuxudaymışam.- Həm də nə mənası var , onsuzda hamımız öləcəyik də, yerimiz birdir – qəbir…Tənbəlliyin kitabında daha nələr var, nələr!2. Uğurun başqa bir düşməni pis yoldaşdı.Yoldaş seçimində çalışqan , düzgünlüyü və yaxşılığı sevən xüsusiyyətlərinə sahib birisinə üstünlük vermək məsləhətdir.3 .Uğurun bir düşməni də pis örnəkdir.Qarışqa səbri iə çalışıb qazanılan misilsiz həyatın dadını , təəssüf ki, bunlar qaçırır. Hər pislik kimi, pis örnəklərin içlərinin pisliyini göstərən , zəhərli bir dili və fəlsəfəsi vardır. Bu fəlsəfənin ana xəttini " eqosentrizm"  deyilən, sırf özünü düşünmə və özünü bütün varlıqların mərkəzində və hər şeydən üstün saymaqdır. Etiyatlı ol və bunları özünə rəhbər tutma. Fırıldaqçılığın və tüfeyliliyin dəbdəbəli həyatından gözlərin qamaşmasın. Bil ki, insane yaraşan yol - doğruluq və namusluluqdur. Namusluluq , insan öz vicdanı ilə baş-başa qaldığı zaman ona verəcək utandırıcı hesabın olmaması deməkdi. .Bu isə məsudluğun və daxili sakitliyin olması üçün vacib şərtlərdəndir. Bütün bunlara qarşı iki böyük silah var: İradəli olmaq və səbirlə çalışmaq.   
['uğur psixologiyası']
5,766
https://kayzen.az/blog/infeksion-x%C9%99st%C9%99likl%C9%99r/4877/q%C4%B1zd%C4%B1rma.html
Qızdırma
ayxansevda
infeksion xəstəliklər
17 aprel 2011, 00:54
Qızdırma xəstəlik deyil, əksinə fərqli xəstəliklərin əlaməti kimi meydana çıxır. Bədən hərarətinin yüksəlməsi elə də qorxulu bir hal deyil. Əksinə temperaturun yüksəlməsi bədənin reaktivliyinin (yəni zərərli maddə və ya mikroorqanizmlərə qarşı reaksiya qabiliyyəti) güclü olmasını göstərir. ızdırma haqqında bədən temperaturunun 38°C-dən yüksək olması zamanı danışılır. Temperaturun ən düzgün təyin etmə üsulu onun düz bağırsaqda, qulaqda və ya ağız boşluğunda ölçülməsidir. Normal bədən temperaturu səhərlər ağız boşluğunda 36.8±0.4°C hesab edilir. Temperaturun yüksəlməsindən aslı olaraq qızdırmanın aşağıdalı formaları müəyyən edilir: - Temperaturun 38°C-yə qədər yüksəlməsinə subfebril qızdırma deyilir - Bədən temperaturunun 38-38,5°C arasında olması mülayim qızdırma hesab edilir - Bədən temperaturunun 39°C-dən çox olması yüksək qızdırma hesab edilir Bədən temperaturu baş beyində hipotalamus tərəfindən requlyasiya edilir. Pirogen adlanan maddələr bədən hərarətinin requlyasiyası üçün cavabdehdirlər. Orqanizmin özündə sintez edilən endogen və ya bakteriya, virus, göbələk və parazitlər tərəfindən ifraz edilən ekzogen pirogenlər hipotalamus vasitəsilə bədən hərarətini yüksəldir. Pirogenlər bədəndə prostoqlandin E2-nin (PGE2) sintezini təmin edir ki, PGE2 öz növbəsində hipotalamusa təsir edərək bədənin sistemli reaksiyasını törədir. Qızdırmanın tipləri Qızdırmanın xarakteri onun səbəbləri haqqında ilkin fikir yarada bilər. Xarakterinə görə qızdırmanın aşağıdakı tipləri qeyd olunur: - Subfebril hərarət: bədən temperaturu 38°C-yə qədər yüksələ bilir və gün ərzındə bu həddə qədər dəyişə bilir. Bu tip qızdırma adətən vərəm, revmatik xəstəliklər və xərçəng zamanı qeyd edilir. - Daimi qızdırma (febris continua): gün ərzındə çox dəyişməyən (1°C-dən az) davamlı yüksək hərarət qeyd edilir. Bu tip hərarət bakterial və ağır virus infeksiyaları zamanı ola bilər. - Zəiflədici qızdırma (febris remittens): gün ərzində çox dəyişən (2°C-yə qədər), amma normal səviyyəyə düşməyən yüksək hərarət qeyd edilir. Bu tip qızdırma lokal məhdudlaşmış bakterial infeksiyalar, orta qulaq iltihabı, burun ətrafı ciblərin iltihabı və sidik yollarının infeksiyaları zamanı rast gəlinir. - Dəyişən qızdırma (febris intermittens): gün ərzində çox dəyişən (2°C-yə qədər) və normal səviyyəyə qayıda bilən yüksək hərarət qeyd edilir. Bu tip hərarət daha çox sepsis və absesslər zamanı rast gəlinir. - Qayıdan qızdırma (febris recurrens): müntəzəm olaraq normal hərarətli günlərlə kəsilən qızdırma epizodları qeyd olunur. Bu tip gızdırma daha çox malariya zamanı qeyd edilir. Qızdırmanın səbəbləri Qızdırmanın çeşidli səbəbləri mövcuddur. Ən tez-tez rast gəlinən səbəb bakterial və ya virus infeksiyalarıdır. Bununla yanaşı, iltihabi və revmatik xəstəliklər, eləcə də xərçəng də qızdırma törədə bilir. Aşağıda ən çox rast gəlinən səbəblər və yanaşı geddən əlamətlər qeyd edilmişdir: - Yuxarı tənəffüs yollarının infeksiyaları. Yanaşı olaraq zökəm, öskürək, boğazda ağrı qeyd edilir. - Orta qulağın iltihabı (Otitis media). Yanaşı olaraq qulaqda ağrı, ağıreşitmə qeyd edilir. - Bronxitlər. Yanaşı olaraq öskürək, təngnəfəslik qeyd edilir. - Tonzillit (Angina tonsillaris). Yanaşı olaraq boqazda ağrı, badamcıqlarda irinləmə və ağızdan iyi qeyd edilir. - Siunsitlər (Sinusitis). Başqa sözlə burunətrafı ciblərin iltihabı adlandırılan sinusitlər zamanı yanaşı olaraq burundan gəlinti, tıntıllıq və baş ağrıları qeyd edilir. - Mədə-bağırsaq infeksiyalrı. Yanaşı olraq ishal və qusma qeyd edilir. - Ağciyərlərin iltihabı (Pnevmoniya). Yanaşı olaraq öskürək, tıngnəfəslik, döş qəfəsində ağrılar qeyd edilir. - Sidik yollarının infeksiyaları. Yanaşı olaraq sidiyə getmə ağrılı, tez-tez və yarımçıq olur. Qarının aşağı nayihəsində zəif ağrılar olur. - Appendisit. Yanaşı olaraq sağ qalça çuxuru nayihəsində ağrılar və gərginlik, ürəkbulanma, qusma qeyd olunur. - Meningit. Başqa sözlə beyin qişasının iltihabı adlanan meninqitlər zamanı yanaşı olaraq başda ağrılar, boyun əzələlərində gərginlik, işıqdan qorxu və digər nevroloji əlamətlər qeyd edilir. - Osteomielit. Başqa sözlə sümük iltihabı adlanan osteomielitlər zamanı yanaşı olaraq sümükdə ağrı, iltihaba uğramış regionda qızartı və şişkinlik qeyd olunur. - Abses. Başqa sözlə iməhdudlaşmış irinlik adlanan abses zamanı yerləşməsindən aslı olaraq şişkinlik, qızartı, ağrı və əl vurduqda istilik qeyd olunur. - Bəzi spesifik infeksiyalar: HİV, Vərəm, Borrelyoz, Malariya və s. Yanaşı olaraq bu infeksiyalar zamanı fərqli xarakterik əlamətlər qeyd oluna bilər. - İltihabi Bağırsaq Xəstəlikləri. Bunlara Kron xəstəliyi, xoralı kolit aid edilir. Yanaşı olaraq ishal, qarında ağrı, qanlı nəcəs ifrazı qeyd olunur. - Revmatoloji xəstəliklər. Yanaşı olaraq dizlərdə ağrı, qızartı, şişkinlik qeyd edilir. - Xərçəng xəstəlikləri. Qızdırma törədə biləcək xərçəng xəstəliklərinə leykoz, limfomaları aid etmək olar. Yanaşı olaraq limfa düyünlərinin böyüməsi, zəiflik, səbəbsiz arıqlama qeyd olunur. - Bəzi dərman maddələri də qızdırma verə bilir. Ev şəraitində nə etməli Qızdırma zamanı bədən dəri vasitəilə çoxlu maye itirir. Bu itkinin yerini doldurmaq üçün çoxlu miqdarda su, çay, meyvə şirələri içmək tövsiyyə olunur. Çoxlu mayenin qəbulu eyni zamanda qızdırmanı törədən faktorların tər və ya sidik vasitəsilə xaric edilməsinə də kömək edir. Qızdırma zamanı elə geyim seçmək lazımdır ki, bədən istini xaricə ötürə bilsin. Bu nöqteyi-nəzərdən nazik pambıq alt köynəkləri daha məqsədəuyğundur. Qızdırma zamanı otaq temperaturunun yüksək olmasına elə də ehtiyac yoxdur. Tövsiyyə olunur ki, qızdırmalı çox fiziki işlə məşğul olmaq məqsədəuyğun deyil və qısa bir müddət istirahət götürmək daha düzgündür. Amma bütün günü yataqda keçirmək də tövsiyyə olunmur. Hərarətinin çox yüksək olması hallarında soyuq su ilə isladılmış dəsmalla bədən silinə bilər. Su çox soyuq olmamalı və bu prosedura 10-15 dəqiqədən çox olmamalıdır. Qızdırmanın salınması üçün hər hansı bir dərman maddəsinin özbaşına istifadə edilməsi düzgün deyil və mütləq həkimin məsləhəti ilə qəbul edilməlidir. Həkimə nə zaman müraciət edilməlidir? Yuxarıda sadaladıqlarımızdan görünür ki, hərarət fərqli səbəblərdən yarana bilir və ağırlıq dərəcəsinə görə bir-birindən kəskin fərqlənə bilir. Elə qızdırma olur ki, öz-özünə keçib gedir. Amma eləsi də var ki, həkimin ciddi nəzarəti altında müalicə olunmalı və hətta bəzən cərrahi əməliyyat belə keçrilə bilər. Odur ki, hansı hallarda həkimə müraciət etmənin lazım gəliyi haqqında dəqiq tövsiyyə vermək çətindir. Hətta adi insanın diqqətini çəkməyən və xəstəni çox narahat etməyən qızdırma həkim tərəfindən ciddi bir patologiyanın səbəbi kimi qiymtləndirilə bilər. Bu nöqtey-nəzərdən qızdırma hallarında həmişə həkimə müraciət etmək tövsiyyə edilir. Aşağıdakı hallarda həkimə müraciəti qətiyyən gecikdirmək olmaz: Çox yüksək qızdırma Bir neçə gen davam edən qızdıma Qızdırma ilə yanaşı digər şikayətlər olarsa: ürəkbulanma, qusma, sidiyi getmənin ağrılı olması, qarında ağrı, ümumi zəiflik və s. Qızdırma ilə yanaşı nevroloji əlamətlərin, qıcolmaların olması Müalicə Qızdırmanın səbəbindən aslı olaraq müalicəsi həkim tərəfindən təyin edilir. Məsələn, bakterial infeksiyalar zamanı həssaslıq nəzərə alınaraq antibiotiklərin təyini ilə müalicə aparıla bilər. Əgər qızdırmanın səbəbi absesdirsə yerləşməsindən aslı olararaq fərqli üsullarla açılaraq irin xaric edilməlidir. Əməliyyatdan sonra isə həkiminiz infeksiyanın tam aradan qaldırılması üçün fərqli dərmanlar təyin edə bilər. Beləliklə, qızdırma zamanı əsas məqsəd qızdırmanı törədən səbəbin düzgün müəyyən olunması və onun zamanında aradan qaldırılmasıdır.
['qızdırma']
5,767
https://kayzen.az/blog/happy/4859/xo%C5%9Fb%C9%99xt-olma%C4%9F%C4%B1n-8-%C3%BCsulu.html
Xoşbəxt olmağın 8 üsulu
ayxansevda
Xoşbəxtlik üçün
16 aprel 2011, 14:35
1. Beyninizi dünya, qəhrəmanlıq, sağlamlıq, ümid haqqında gözəl fikirlərlə məşğul edin2. Düşmənlərinizdən qisas almayın, nəzərə alın ki, bu sizin özünüzə də ziyan yetirə bilər. Qeneral Eyzenxauer kimi : " Sevmədiyim insanlar haqqında bir dəqiqə də olsun düşünməyə vaxtım yoxdur" - deyə özünüzü tərbiyə edin.3. Sizə minnətdarlıq etməyən insanlara görə çox da kədərlənməyin, unutmayaq ki, İsa peyğəmbər 10 nəfərə şəfa vermiş, onlardan ancaq biri ona təşəkkür etmişdi. Kimdənsə minnətdarlıq gözləmədən yaxşılıq edin - bu xöşbəxtliyin açarıdır.4. Öz uğursuzluqlarınızdan çox uğurlarınız barədə düşünün.5. Başqalarını təqlid etməyin, özünüz olun, unutmayın ki, paxıllıq cəhalət, təqlid isə "intihar"dı. 6. Əgər həyat sizə limon bəxş etmişsə, ondan limonad hazırlamağa çalışın.7. Öz çətinlik və uğursuzluqlarınızı unutmaq üçün başqalarına yaxşılıq edin. Belə ki, başqalarına yaxşılıq edəndə özümüzə yaxşılıq etmiş oluruq.8. Tənqidə görə qanınızı qaraltmayın,bu təbiidir və olmalıdır,  unutmayın ki, "heç kim ölü itə zərbə vurmaz" . Tənqidən yaxa qurtarmanın yeganə yolu farfor heykəlcik olub , bir yanda dayanmaqdır.Mənbə:  Дейл Карнеги, "Как преодалеть чувство беспокойство", azərbaycanca Narahatçılıq hissindən necə qurtulmalı
['uğur psixologiyası', 'xoşbəxtlik üçün məsləhətlər', 'xoşbəxtliyin sirri']
5,768
https://kayzen.az/blog/ayxansevda/4850/tapmacalar.html
Tapmacalar
ayxansevda
Bloq: ayxansevda
16 aprel 2011, 12:50
1. Halalar hay, halalarDağda kəklik balalar.Nə kiçiyi böyüyər,Nə böyüyü balalar.***2. Üçü bizə yağıdı,Üçü cənnət bağıdı,Üçü yığıb gətirdi,Üçü vurub dağıtdı.***3. Həmişə gedər, mənzilə çatmaz. ***4. Nə əli var, nə ayağıQoca kişi yer qazır***5. Üstü yaşıl məxmərdi,İçi şirin şəkərdi.***6. Altı xaça, Üstü xaçaİki üzük, iki qılça.Cavabını bildikləriniz varsa yazın.
['tapmaca']
5,769
https://kayzen.az/blog/ayxansevda/4849/balaca-balalar%C4%B1n-%C9%99n-%C3%A7ox-verdiyi-suallar.html
Balaca balaların ən çox verdiyi suallar
ayxansevda
Bloq: ayxansevda
16 aprel 2011, 12:40
1. Ana , heyvanların quyruğu olur? bəs adamların niyə olmur?2. Düyüdə niyə xətt var?3. Ana, balıqlar adamı yeyir?4. Ata mənə nə alıb?5. Uşaqlar hardan gəlr? Sən məni hardan almısan? Dükandan? 6. Quşlar niyə uçur? Mən də uça bilərənmi?7. Xoxan harada yaşayır?8. Qarqızı Şaxtababanın qızıdı?9. Məın pişik yeməyi yesəm pişik olacam?10. Niyə inəklər ot yeyir?
['uşaq dünyası']
5,770
https://kayzen.az/blog/psixologiya/4848/xarakterl%C9%99-ba%C4%9Fl%C4%B1-x%C9%99st%C9%99likl%C9%99r.html
Xarakterlə bağlı xəstəliklər
ayxansevda
Psixologiya
16 aprel 2011, 12:27
AqressivlərƏsəbləri ilə bacara bilməyən aqressiv adamlar həyatları boyu ciddi ürək xəstəlikləri ilə üz-üzə qalırlar. Aqressiv adamlar psixi xəstəliklərə də meyillidirlər.Utancaqlarİctimai yerlərdə özlərini rahat hiss edə bilməyən utancaq adamlar viruslara daha tez yoluxurlar. Bu cür adamların bakteriya və viruslara qarşı müqavimətləri də az olur.Optimistlər (nikbinlər)Nikbinlik ömrü uzadır. Qarşılaşdığı bütün problemlərə baxmayaraq, hadisələrə həmişə nikbin nəzərlərlə baxmağı bacaran adamlar bədbin adamlardan təqribən 7,5 il çox yaşayırlar.Pessimistlər (bədbinlər)Bədbin adamlar nikbin adamlarla müqayisədə daha az yaşamaqla yanaşı, parkinson xəstəliyinə də meyilli olurlar.Dərdini içinizdə saxlayırsınızmı?Dərdini içində saxlayan adamlarda xərçəng və infarkt ehtimalı daha çoxdur. İnsaflısınızmı?Qarşısındakı insana qarşı insaflı davranan və bağışlamağı bacaran adamlar da uzun yaşayırlar.Xarakteriniz narahatdırmı?Narahat xarakterli adamlar təzyiq xəstəliyinə daha çox meyilli olurlar.Ünsiyyətcilsinizmi?Gəzməyi, insanlar arasında olmağı, söhbət etməyi çox sevən adamların ürək xəstəliklərinə tutulmaq ehtimalı daha azdır. Bu cür adamlar xəstəliklərə qarşı asan mübarizə apardıqları üçün tez sağalırlar. Ancaq bununla yanaşı, onlar köklüyə meyillilikləri ilə də seçilirlər.Zarafatcılsınızmı?Deyilənlərin əksinə olaraq, zarafatcıllıq heç də uzunömürlülükdən xəbər vermir. Bunun əsas səbəbi isə belə adamların həyatdakı təhlükələri görməməzliyə vurmağa çalışmalarıdır.
['xəstəliklər']
5,771
https://kayzen.az/blog/ayxansevda/4847/insanda-yor%C4%9Funluq-%C9%99m%C9%99l%C9%99-g%C9%99tir%C9%99n-virus.html
İnsanda yorğunluq əmələ gətirən virus
ayxansevda
Bloq: ayxansevda
16 aprel 2011, 11:56
Xroniki yorğunluğun səbəbi araşdırılıb. Milyonlarla insana təsir edən xroniki yorğunluğun səbəbi insan qanında retrovirusların çox olmasıdır. Amerikalı alimlər tərəfindən aparılan araşdırmalar zamanı belə qənaətə gəlinib ki, XMRV adlanan retroviruslar bu sindromdan əmələ gələn xəstələrdə daha çox rast gəlinir.Belə ki, Amerika elm adamlarının sözlerinə görə, hələ də bu xəstəliyin tam qarşısının alınması yolları tapılmasa da aparılan bu araşdırma bir çox insanların bu xəstəlikdən müalicə olunması üçün yeni imkanlar yaradacaq.  Qeyd edim ki, araşdırma zamanı 101 xroniki yorğunluq xəstəliyindən əziyyət çəkən insanın 68-də, 218 sağlam insandan 8-də XMRV retrovirus aşkarlanıb.
['Sağıamlıq', 'virus']
5,772
https://kayzen.az/blog/istinad-h%C9%99r%C9%99k%C9%99t/4846/%C3%A7ox-oturmaq-s%C3%BCm%C3%BCkl%C9%99ri-z%C9%99ifl%C9%99dir.html
Çox oturmaq sümükləri zəiflədir
ayxansevda
istinad-hərəkət apparatı
16 aprel 2011, 11:51
Araşdırmalara görə, günün çox hissəsini oturaq tərzdə keçirən insanların sümükləri zəifləyir, qan-damar sistemi daralır, əzələlərin elastikliyi azalır, beldə, boyunda ağrılar, oynaqlarda şəkil pozuqluğu meydana çıxır. Bunun qarşısını almaq üçün tez-tez qalxıb gəzinmək, əzələləri, oynaqları hərəkət etdirmək lazımdır. Saatlarla oturmaqla yanaşı, dirsəklənmək də orqanizmə xoş vədlər vermir. Bütün bunların qarşısını almaq üçün deyildiyi kimi, tez-tez durub gəzinmək, oturanda kürəyi dik tutmaq, masa arxasında çalışarkən əyilməyəcək tərzdə oturmaq, yəni oturuş qaydasını pozmamaq, masa ilə vücud arasında qolları sərbəst tərpətmək üçün ara məsafəni saxlamaq lazımdır. Bir saatdan bir qalxıb 5-10 dəqiqə gəzərkən əzələləri hərəkət etdirmək, müxtəlif idman hərəkətləri ilə məşğul olmaq vacibdir.
['sümük']
5,773
https://kayzen.az/blog/dieta/4845/meyv%C9%99l%C9%99rin-insan-orqanizmin%C9%99-xeyri.html
Meyvələrin insan orqanizminə xeyri
Old_Baku_
Dietologiya
16 aprel 2011, 11:42
Portağalın xeyri Payız qış fəslinin ən gözəl meyvələrindən biridir. C vitamini ilə bol olan meyvə qrip xəstəliyinin müalicəsində əvəzedilməz rola malikdir. Tərkibi B vitamini, kalsium, maqnezium ilə zəngindir. Soyuqdəyməyə və qripə yardım edir. Öskürəyi azaldır. Ürək xəstəliklərindən və iflicdən qoruyur. Bədənin əzik və göyərmiş yerlərinin daha tez sağalmasına kömək edir. Mədə xərçənginin qarşısını alma təsiri var. Təzyiqi normallaşdırır. İçindəki minerallar cildin quruyub, qırışmasının qarşısını alır. Qaraciyərin davamlı və düzgün işləməsini tənzimləyir. Həzmi asanlaşdırır. Damarların kirəclənməsinin qarşısını alır. Bağırsağı yumşaldır. Dərini təravətli edir. Səhər saatlarında qəbul edilən bir stəkan portağal suyu günə gümrah başlamaq və bir çox xəstəliklərdən qorunmaq üçün əla vasitədir. Heyva Əsasən ürək, ağciyər, boğaz, mədə, göz, bağırsaq və ağız boşluğu xəstəliklərində istifadə edilir. Bundan əlavə heyva cinsi gücü artırır, cildi gəncləşdirir, dodaq çatlamasına dəmandır. Tərkibi protein, şəkər, A, B2 və C vitamini, dəmir kimi minerallarla zəngindir. Uşaqların böyüməsi və inkişafını tezləşdirir. Sinir sistemini gücləndirir. Həzmə kömək edir. Dərini, dıqnaqları parlaq və sağlam edir. Qrip və soyuqdəyməni sağaldır. Ağızdən gələn qoxunu aradan qaldırır. Kərə yağında bişirilən heyva bəlğəmi təmizləyir, öskürək, tənəffüs sistemi xəstəlikləri və bronxitə xeyirlidir. Heyva çiçəyinin qaynadıb içmək anaların südünü artırır, ürəyi gəncləşdirir və baş ağrısına müsbət təsir edir. Ağızdakı yaralar, boğazdakı şişlik və ağrı üçün heyvanın özünü və yarpaqlarının dəmləməsindən qarqara kimi istifadə etmək olar Dodaq çatlamasının qarşısını almaq üçün toxumlarını qaynadaraq dodaqları bu suda yumaq olar. Heyvanın yarpaqları yuxusuzluqdan əziyyət çəkənlərə kömək edir. Banan Bu meyvə qan dövranını tənzimləyir, yüksək təzyiqə müsbət təsir edir. Tərkibindəki şəkər, nişasta sayəsində dözümlülük yaradır. Banan idmançıların bir nömrəli enerji mənbəyidir. Ürəyə və əzələ sisteminə xeyirlidir. Yorgunluğu aradan qaldırır. Yuxunu rejimə salır. Mədə xorasının müalicəsinə kömək edir. Böyrəkdəki iltihablanmada müalicəedici özəlliyə sahibdir Üzüm Üzümün tərkibi kalsium, dəmir və başqa maddələr, həmçinin A, B1, B2, və C vitaminlərilə zəngindirlər. Bəzi qaraciyər xəstəlikləri və qanazlığının müalicəsində istifadə edilir. İçərisindəki meyvə asitləri sayəsində mədəyə zərər vurmadan böyrək və bağırsağın işini asanlaşdırır. Qanın təmizlənməsinə kömək edir. Ürək döyüntülərini tənzimləyir. Qaraciyəri təmizləyir. Qara üzüm hüceyrə yeniləyici əhəmiyyətə malikdir. Həzm prossesini asanlaşdırır. Uşaqların inkişafı üçün çox faydalıdır. Nar Narın faydalarını saymaqla bitirmək olmaz. Bu meyvə çox dərdin dərmanıdır. Təzyiqi tənzimləyir. Ürəyi qoruyur. Bədənin immunitetini gücləndirir. Enerji verir, yorğunluğu aradan qaldırır. Xolestrol və qan şəkərinin artmasına mane olur. Bağırsaq parazitlərinin düşmənidir. Dərinin gözəlləşdirir. Alma A, C, E və B vitaminləri, fosfor, maqnezium, dəmir, kalsium kimi maddələrlə zəngindir. Bu meyvənin insana xeyri onlarladır. Hətta el arasında “Gündə bir alma ye, həkimə möhtac olma” kimi deyimlərdə var. Hər gün alma yeyənlərdə ürək-damar xəstəliklərinin yaranması təhlükəsi 50% azalır. Qanı və böyrəkləri təmizləyir. Cildə parlaqlıq və gözəllik verir. Soyuqdəyməyə və öskürəyə xeyirlidir. Xolestrolu azaldır. Həzm sistemindəki narahatlığa kömək edir. Baş ağrısına xeyirlidir. Yüksək təzyiqi salır. Qandakı şəkəri nəzarətdə saxlayar. Revmatizmaya kömək edir. Yuxusuzluğa xeyirlidir. Armud Armud soyuqdəyməni sağaldır, sinirləri rahatladır, mədəni gücləndirir, həzmi asanlaşdırır. Tərkibində A, B1, B2, B3, B6 və C vitaminləri var. Bu meyvəni yeməkdən əvvəl qəbul etmək məsləhətdir. Böyrəklərin işinə kömək edir. Daş və duzların tökülməsinə kömək edir. Təzyiqi düşürür, qanı təmizləyir. Revmatizmin müalicəsində də faydalıdır. Doyurucu təsiri olduğu üçün pəhrizlərdə acmaq hissini aradan qaldırır. Şaftalı B və C vitaminləri ilə zəngindir. A vitamini, kalsium, maqnezium, dəmir və fosfor var. Ağızdan gələn qoxunu aradan qaldırır. Bağırsaqda olan qurdları öldürür, bağırsaqları yumşaldır. Qanı təmizləyir. Qəbzliyin qarşısını alır. Həzmi asanlaşdırır. Böyrəklərin işinə kömək edir. Hərarəti düşürür. Sinirləri sakitləşdirir. Yuxusuzluğun qarşısını alır. Xərçəngə qarşı mübarizə vasitəsidir. Dərini nəmləndirir və canlandırır. Çiyələk Bu meyvədə bol miqdarda dəmir və fosfor var. C, B və K vitamini ilə zəngin olan çiyələk bədəni gücləndirir, xolestrolu aşağı salır və qan laxtasının qarşısını alır. Qanı təmizləyir. Damağı gücləndirir. Ağız qoxusunun qarşısını alır. Sakitləşdirir. Dərini nəmləndirir. Revmatizm və qaraciyər xəstəliklərində istifadə edilir. Gilas Güclü ağrıkəsicidir, xolestrol və qan şəkərini azaldır, bədəndəki zəhəri təmizləyir. Qəbzliyi aradan qaldırır. Nikotinin bədəndən sovrulmasına kömək edir. Böyrəkləri daş və qum yığılmasından qoruyur. Öd kisəsi daşını tökür. Üzdə olan sızanaqları təmizləyir. Ərik Ərik qan bərpaedicidir, qan azlığına xeyirlidir. Saça yaxşı təsiri var. Xüsusilə ağciyər xərçənginin qarşısının alınmasına kömək edir. Ürək xəstəliklərinə xeyirlidir. Sümük əyilməsinin qarşısını alır. Yuxu gətirir. Həzm sistemində problem yaşayanlar üçün faydalıdır. Səhərlər acqarına yeyilən ərik qurusu (qaysı) həzm baxımından faydalı olmaqla yanaşı, cildə də yaxşı təsir edir. Kivi Kivi bütünlüklə C vitamini mənbəyidir, bir ədəd kividə bir günlük alınması lazım olan C vitamini ehtiyacindan daha çoxu var. Qandakı şəkərin nəzarətdə saxlanması üçün yararlıdır. Xərçəngin yaranmasına mane olur. Qan təmizləyici xüsusiyyəti qan laxtalanması risqini əhəmiyyətli şəkildə azaldır. Qreypfurt Soyuqdəyməyə yaxşıdır. Həzmi asanlaşdırır. Diş əti qanamasını azaldır. Xırda damarlardakı qan dövranını sürətləndirir., Mədə xərçənginə tutulmaq risqini azaldır. Təzyiqi normallaşdırır. Yağlı yeməklərin ardından bu meyvənin suyunu içmək məqsədəuyğundur.
['meyvələrin faydası', 'meyvələrin faydaları', 'meyvələr']
5,774
https://kayzen.az/blog/Old_Baku_/4844/g%C3%BCzg%C3%BC-nec%C9%99-icad-olub.html
Güzgü necə icad olub?
Old_Baku_
Bloq: Old Baku
16 aprel 2011, 11:40
Günümüzdən 4 min il əvvəl, Orta şərq və İtalyanın şimal seqmentlərində, yanardağ lavalarının parlaq artıqlarının cilalanılmasıyla, görünüşü əks etdirən ilk aynalar edildi. Gümüşləmə üsuluyla ayna əldə etmə texnikas(n)ı isə, 14. əsrdə Venedikdə inkişaf etdirildi. Venedikliler, bir şüşə təbəqəsinin arxa səthinə civə sürərək, ayna etməyi bacardılar və o tarixdən sonra bu şüşə parçası, xüsusilə qadınların əllərindən düşməz oldu. .  Əsldikləri otağının içində olan hər şeyi əks etdirən xaricbükey aynalar, ilk dəfə 14. əsrdə Almaniyanın Nürnberg şəhərində edildi. Şüşə ustaları, üfləmə üsuluyla şüşə kürələr meydana gətirdikdən sonra, bunları ortadan ikiyə bölürlər, sonra da iç qisimlərini incə bir civə təbəqəsiylə örtərək dışbükey aynanı əldə edirdilər. İndiki vaxtda ayna etmək üçün istifadə edilən üsulun təməlləri isə, 1835-ci ildə, Alman kimyagəri Justus von Liebig tərəfindən atıldı. Gümüşnitrat, xüsusi bir üsulla şüşəyə tatbikedildiğinde, içindəki gümüş şüşəyə yapışır və beləcə son dərəcə dəqiq görünüş verən bir ayna əldə edilirdi. Gümüşnitratı şüşəyə suvanarkən təhlil etmək üçün, ümumiyyətlə şəkər ya da Rochelle duzu istifadə edilirdi.
['kəşflər']
5,775
https://kayzen.az/blog/maraqli-faktlar/4843/bunlar%C4%B1-bilirsinizmi.html
Bunları bilirsinizmi?
Old_Baku_
Maraqlı faktlar
16 aprel 2011, 11:32
1- Indoneziyada bazarlıq zamanı satıcı pulu yerə atarsa bu son qiymət deməkdir.2- Panamada əgər sizin gözəlliyiniz varsa sizə 20% endirim eləyərlər.3- Heç bir kağız parçası 7 dəfədən artıq bükülə bilmir.4- Atların insanlardan 18 ədəd daha çox sümüyü var.5- Bir qarışqa öz ağırlığının 50 qatını qaldıra bilər6- Pişiklər ultrason səslərini eşidə bilirlər.7- Bu günə qədər bilinən ən ağır böyrək daşının çəkisi 1.36 kq- dır.8- Dünyanın ən böyük şəkər istehsalçısı Kubadır.9- Dünyanın ən tez böyüyən bitkisi bambu, bir gündə təxminən 90 sm.10- Bir insanın üzünü xatırlamaq üçün insan beyninin sağ tərəfi işlədilir. 11- Rusiyanın dörddə biri meşəliklə örtülüdür.12- Sağ əlini işlədən insanlar sol əlini işlədən insanlara nisbətən 9 il daha çox yaşayır.13- Sehirli söz olan Abrakadabra ilk olaraq o vaxt insanların temperaturunu düşürmək üçün istifadə olunub.14- Uran planeti adi gözlə görünən yeganə planetdir.15- Zebralar ağ üzərində qara xəttlərdir.16- Zürafələr üzə bilməzlər, üzsələr belə boğularlar.17- Günəş dünyadan 330,330 dəfə böyükdür.18- Hawaii əlifbasında sadəcə 12 hərf var.20- Norveçin şimalanda 14 həftə gecə- gündüz günəşli keçir.
['maraqlı faktlar']
5,776
https://kayzen.az/blog/qadin/4842/ki%C5%9Fil%C9%99r-n%C9%99d%C9%99n-qorxur.html
Kişilər nədən qorxur?
Old_Baku_
Qadın
16 aprel 2011, 11:30
O,cəlbedici,yaraşıqlı və güclüdür. Hər qızı süründürə biləcək qədər gözəlliyə malikdir... “Belə bir oğlanın həyatında qorxacağı nə ola bilərki??” deyə düşünməniz normaldır! Bəzi zamanlar çəkinizdən şikayətçi olmusuz?Vəya əvvəlki qədər gözəl olmadığınızı və bunun üçün dəsevdiyinizin başqalarına baxdığını düşünürsüz?Əgər belə probleminiz varsa sizə gözəl xəbərim var.Ən az sizin probleminiz qədər oğlanların da problemləri var.Artıq o də ən az sizin qədər necə göründüyünə fikr verir. Geyiminə,saçına diqqət edir.Kilo alanda fikir çəkir, keçəl qalmaqdan dəhşət qorxur.Budur oğlanların qorxduğu problemlər:Pul qazana bilməmək qorxusuHər qadın sevdiyi insanın bacarıqlı iş adamı,xarakterli ve yaraşıqlı olmağını istəyər.Ayrıca qadınlar xarici gözəllikdən başqa daxili gözəlliyinə də fikir verilməsini istərlər.Təbii ki siz bunu əlininzə kozr tutmamalı, siz də daha az yeyərək 38 bədənə sahib olsanız heç də pis olmaz.Burada önəmli olan onun özünü həhansı mövzularda nə qədər güvənli olduğunu hiss etməkdir. Bəzi oğlanlar hər zaman üçün qadından üstün olmaq istəyərlər.Yoldaşının özündən çox pul qazanmasından narahat olarlar.Hətta bir gün evə çox böyük miqdarda pul ilə gəlsəniz əmin olun ki bu onun ən böyük kabusu ola bilər. Ondaki bu qurxuyu yox etmək üçün virinci pulun həyatınızda o qədər də önəmi olmadığının hiss etdirin.Onu pulsuz olsa da çox sevəcəyinizi söyləyin. Rədd edilmə qorxusu Oğlanlar çox dəyişkən varlıqlardır .Çox oğlan sırf rədd edilmə qorxusu üçün sevdiyi qıza yaxınlaşa bilməz. Özündə əskiklik hiss edən oğlanlar qarçı cinsə yaxınlaşmağa çətinlik çəkilər.Sizinlə birlikdə olduqlarə zaman isə ancaq sızın gözəlliyinizdən bəhs edərlər,bəzən ürək sıxıcılıq edərlət.Sizinlə ortaq nöqtələri olduğu zaman inanmazlar.Bunun üçündə belə hallarda onlara kömək etməyimiz lazım olur.Əgər sizin də ondan xoşununz gəlirsə birinci addım sızdən gəlməsi daha gözəl olar.Ən xırda jestlə ya da sözlə ona sizində ona hiss etdikləriniz xəbər etməlisizBunu etməklə onun özünə olan güvənini yenidən qazandırmış olursunuz.Kecəl qalmaq qorxusuBruce Willis və Sean Connery bir çox qadın tərəfindən yaraşıqlı hesab edilir. İkisinin də ortaq nöqtəsi, kecəl olmalarıdırı.Həkimlər oğlanların çoxunun 20 yaşlarından etibarən saçlarını tökülməsini normal hesab edirlər.Əgər sevgilinizin də belə bir problemi varsa yada ola bilərsə ona belə də daha cəlbedici və yaraşıqlı olduğunu deyin.Əmin olun ki gözü sizdən başqasını axtarmaz. Bağlanma qorxusuBir oğlan üçün özünü əla alması çox önəmlidir.Bir oğlan aşiq olduğu zaman ürəyindən “özümü ələ ala bilmirəm. Güçsüz bir insan oldum” deyə düşünər. Duyğuları o qədər coşğulu olar ki həyatdakı təkk bir məqsədi olar.Oda sizi xoşbəxt etmək. Sizi itirməkdən çox qorxar.Belə hallarda sevdiyiniz sizə “Sənə olan sevgim məni qorxutmağa başladı.” kimi sözlər söyləyə bilər.Sizin cavabınız çox önəmlidir.Odur ki,ona sevginizin sonsuz olacağını,və heç vaxt bir birinizi itirməyəcəyinizi bildirən sözlər deməkdir.Təkcə sözlər kifayət etməyə bilər.
['kişi psixologiyası', 'qorxu']
5,777
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/4838/siqareti-t%C9%99rgitm%C9%99nin-yollar%C4%B1.html
Siqareti tərgitmənin yolları
Old_Baku_
sağlam həyat tərzi
16 aprel 2011, 11:01
İlk öncə unutmaq lazım deyil ki, siqaret nəinki sizin hətta ətrafdakıların sağlamlığına ziyandır. Və unutmayın ki, qadınlar siqaret iyindən heç də xoşlanmırlar. Bunun üçün siqareti tərgizməyiniz daha yaxşı olar. 1. Siqareti tərgizməyizə özünüzü mənəvi cəhəttən hazırlayın.2. Siqareti hansı zamana kimi tərgizəcəyinizi müəyyən edin.3. bunu dərhal yoxsa tədricən edəcəyinizə qərar verin. hər insan bir anda tərgizə bilmir.4. Evdə olan siqaretləri atın.5. Siqaret çəkilən məkanlardan uzaq durun. 6. Dostlarınızada tərgizməyi məsləhət görün və beləlikə qrup şəklində daha xoş olacaqdır.7.Ailədən biri və ya dostunuzla müqavilə imzalayın, tərgizdiyiniz halda mukafat, bacarmadıqda isə təzminat ödəyəcəyinizə imza atın.8. İdmanla məşğul olun.9. Yeməyinizə diqqət yetirin.10. Vitamin qəbul edin.11. uğur qazanacağınıza inanın.
['siqaret', 'zərərli vərdişlər', 'siqaretə aludə']
5,778
https://kayzen.az/blog/Old_Baku_/4836/siqareti-t%C9%99rgid%C9%99nl%C9%99r-daha-xo%C5%9Fb%C9%99xtdir.html
Siqareti tərgidənlər daha xoşbəxtdir
Old_Baku_
Bloq: Old Baku
16 aprel 2011, 10:54
Siqareti tərgitməyin daha bir faydası üzə çıxıb. Cənubi Kaliforniya Universitetində işləyən bir qrup alimin apardığı araşdırmaya görə, siqareti tərgidən insanlar daha xoşbəxt olurlar. Mütəxəssislər siqareti tərgitməyə çalışan 236 qadın və kişi üzərinə eksperiment aparıblar. Təcrübə iştirakçıları siqareti tərk etməmişdən öncə və sonra 2, 8, 16 və 28 həftə fasilə ilə depressiya testindən keçiblər. Nəticədə siqareti atmağı bacaran insanlarda depressiya və aqressivliyin qısa zaman ərzində azaldığı müşahidə edilib. Zərərli vərdişi tərgidəndən sonra qrupun ən xoşbəxt üzvləri də məhz həmin insanlar olublar. Qısa zaman siqaretdən uzaq qalanlar da özlərini daha yaxşı hiss edibər. Amma siqareti nəinki tərgidə və onu azalda bilməyənlər qrupun ən bədbinləri olublar. Həmçinin bax: Siqaretin faydaları
['siqaretin faydaları']
5,779
https://kayzen.az/blog/u%C4%9Fur/4835/optimist-olmaq-n%C9%99-verir.html
Optimist olmaq nə verir?
Old_Baku_
uğur psixologiyası
16 aprel 2011, 10:50
Yaxşı başlayan hər nə varsa, pis qurtarır, Pis başlayan isə ondan da pis qurtarır...” (Artur Blox, “Merfi qanunu”) Bizim dövrümüzdə optimist olmaq asan deyil! “Yenə işlərim pis gedir. Mən belə də bilirdim” deyimi daha məqsədəuyğundur və adətən biz bu deyimə üstünlük veririk. Lakin optimist olmaq nəinki yaxşıdır, həm də sərfəlidir. Hətta maddi nöqteyi-nəzərdən! Optimist nəinki sabahın daha yaxşı olduğunu düşünür, həmçinin vəziyyətə uyğun olaraq hərəkət edir. Gələcəyinin daha yaxşı olması üçün hərəkət edir. Nəticə isə? Optimistlərin gələcəyi həqiqətən də uğurlu olur. Pessimistlərdə isə vəziyyət ürəkaçan olmur. Bu həqiqətən belədir? Bəlkə, hamısı illüziyadır. Bəlkə, özünü öncədən pisə hazırlamalısan ki, əksinə olsa sevinəsən? Və ya daha nələr nələr... Gəlin, elmi araşdırmalara müraciət edək. “Optimistlər daha yaxşı yaşayır.” misalının sadə izahı var. Çünki onlar baş verənlərə sadə yanaşırlar. “Duke University’s Fuqua School of Business” biznes-məktəbinin araşdırmasına əsasən, optimistlər biznesdə də uğur qazanırlar. Yeri gəlmişkən, optimistləri pessimistlərdən ayırmaq çox asandır. Belə ki, 30 yaşlı kişilərdən ibarət auditoriyaya “siz neçə il yaşayacaqsınız?” sualı verilib. 20 ildən aşağı yazanlar pessimistlərə, 20 ildən yuxarı yazanlar isə optimistlərə aid edilib. Optimistlər arasında bir kateqoriya da müəyyən olunub ki, bu “yüksək optimistlərdir”. Onlar orta hesabla qəbul olunmuş yaş həddindən 20% artıq yaşamaq istəyirlər. Bu qrup optimistlər isə sorğuda iştirak edənlərin cəmi 5 %-ni təşkil edib. Bilirsiniz, hansı qrup insanlar biznesdə uğur qazanır? Təbii ki, təxminən 5%. Müxtəlif ölkənin alimləri optimistlərin psixoloji əsaslarını müəyyənləşdirərkən eyni nəticəyə gəliblər. Optimistlər orta hesabla daha çox yaşayır, ağır xəstəliklərdən sonra tez sağalır, özlərinə daha əmindirlər və psixoloji xəstəliklərdən daha az əziyyət çəkirlər. Optimistlər nikahda adətən xoşbəxtdirlər. Dostları da çoxdur. Karyerada daha çox uğur qazanırlar və yaradıcı ideyalarla dolu olurlar. Onların düşüncəsi daha azaddır, bu cür insanlar hər cür yeniliyə hazırdır. “Səhvlər? Bəlkə, bu səhv deyil, sadəcə sistemin funksiyasıdır. Bəlkə bunu nəyəsə tətbiq edək. “ Optimist həyatda çox şeyə nail olur, sadəcə bəxti gətirir. Uğursuzluq baş verərsə optimist yenidən başlamağa hazırdır. Çətin vəziyyətlərdə optimizm olmadan keçinmək mümkün deyil. Əfsanəvi Alen Bombar ( Atlantik okeanı qayıqda tək üzüb-keçmiş insan. Özü ilə yemək, su götürməmişdi) kitabında yazırdı: “okeanda insanı tənhalıq, aclıq, susuzluq və yırtıcı balıqlar öldürmür. İnsanları qorxu məhv edir.” Bizim həyatımız məhz bu okeandır. “Öldürməyən nə varsa bizi güclü edir” – nə vaxtsa Niçşe bu sözləri deyib. Demək olar ki, bu sadəcə optimistin həyat devizidir. Pessimist olmaq çox sadədir. Öz üzərində işləməli olmursan. Həyatını daha yaxşı etmək planları qurmursan. “Məni heç kim başa düşmür və hər şey mənə qarşıdır” sözləri ilə yaşamağa davam edirsən. Hər halda əgər bu cür fikirlər beyninizə gəlsə okeanı tək üzüb-keçmiş insan haqda düşünməyə dəyər. Optimist olun. Həyatınızı daha yaxşı etməyə çalışın. Mümkün olmayan heç nə yoxdu.
['optimizm', 'nikbinlik']
5,780
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/4834/depressiyadan-qurtulun.html
Depressiyadan qurtulun
Old_Baku_
sağlam həyat tərzi
16 aprel 2011, 10:44
Depresiyya nədir? Psixoloji olaraq insanın sarsılması, əhvalının pisliyə doğru dəyişməsidir. Günümüzdə bir çox insanlar bu xəstəlikdən əziyyət çəkir. Çox zaman işdə uğursuzluq, həyatda uğursuzluq, münasibətdə uğursuzluq hamısı depressiyaya yol açır. İnsan həyatdan küsür. Hər şey ona qara rəngdə görsənir. Tənhalıq, qaranlıq bir növ onun üçün qurtuluş olur. Lakin bu hal insanı daha da yoxuşa aparır. Bəs depressiyadan çıxmaq üçün nə etmək olar? Bildiyimiz kimi, qida insan orqanizminə böyük təsir edir, insanı gümrah tutur. Beləliklə depresiyyadan xilas olmağın yolu YEMƏYİ sevin. Amma çoxda yeməyin çünki bu sizdə ağırlıq yara dilər. Çalışın yüngül yeməklərə üstünlük verin. Meyvələr çox önəmlidir. Gündə maye qəbulunu unutmayın. Soyuq havalarda depressiyaya düşmüsünüzsə kafeinli içkilər xaric çalışın daha çox maye qəbul edin. Bəzən insanlar depressiya zamanı yeməkdən uzaqlaşır. Bu isə ən böyük səhvdir. Çünki beləliklə depressiya vəziyyətini ağırlaşdırmış oluruq. Unutmayın ki, depressiya bir xəstəlikdir. Bundan əlavə və ən əsası ruhun qidasıdır. Qəlbinizdə Allah olduqca siz depresiyyadan uzaq olarsınız. Çalışın bu mövzularda kitablar oxuyun, mahnılara qulaq asın. Çünki ruhun qidası imandır. Allah hər birinizi depressiyadan qorusun.
['depressiya']
5,781
https://kayzen.az/blog/sendeme/4828/d%C3%BCnyan%C4%B1n-10-%C9%99n-m%C3%BCh%C3%BCm-icad%C4%B1.html
Dünyanın 10 ən mühüm icadı
ayxansevda
Sən demə
15 aprel 2011, 19:33
İnsanlar arasında məşhur Amerikan askmen saytı oxuyucuları arasında anket etdi. Beləliklə,  dünyanın dəyişməsinə səbəb olan elmi inkişaf:1. Kompüter: 1950l-ci ildə IBM tərəfindən şirkətlər üçün çıxarılan kompüterlər o zamanın puluyla 100 min dollara düşürdü. 1977də Apple 2 adlı ilk PC modelini inkişaf etdirən Steve Job, qeyri-mümkün kimi görünən 'hər evə bir kompüter' fikirinin də reallaşmasına səbəb oldu.2. Doğum idarə həbi: 1951-ci ildə Carl Djerassi adında bir kimyagərin tapdığı həb, sağlam insanların istifadə etdiyi ilk 'dərman' olaraq tarixə keçdi.3. Cib telefonu: 1947də ABŞda Bell Laboratoriyaları tərəfindən inkişaf etdirilən cib telefonlarından bu gün dünyada 2 milyard ədəd var. Avropa Birliyi sərhədləri içərisindədirsə adam başına birdən çox cib telefonu düşür.4. DNT: 1953 Francis Crick ilə Ceyms Watson DNT molekulunun quruluşunu kəşf etdi.5. Təyyarə: Amerikalı Wright Qardaşlar 1903-cü ildə ilk motorlu təyyarənin uçuşunu reallaşdırdı. 6. İnternet: Bu gün dünya əhalisinin yüzdə 20inin bağlı olduğu internet, 1969-cu ildə ilk inkişaf etdirildiyində yalnız dörd kompüteri bir-birinə bağlayırdı.7. Avtomobil: 1769-cu ildə Nicholas Cugnot adlı bir Fransız insan gücünə gərək olmadan hərəkət edən ilk quru nəqliyyat vasitəsisini hazırladı. Üç təkərli nəqliyyat vasitəsi böyük bir buxar qazanından təmin edilən güclə işlə/çalışır, saatda təxminən olaraq 4. 5 kilometr yol ala bilirdi.8. SMS: Dünyanın ilk SMSi 1992-ci ildə İngilis mühəndis Neil Papworth tərəfindən göndərilərkən, göndərilən ilk mesaj 'Xoşbəxt Miladlar' deyirdi.9. Mətbəə: 1454-cü ildə kəşf edildi. Johannes Gutenberg tərəfindən inkişaf etdirilən təzyiq maşınında ilk olaraq 300 ədəd İncil basılmışdı.10. Televiziya: Televiziya 1923-cü ildə, Şotlandiyalı Mühəndis John Logie Baird tərəfindən İngiltərənin Hastings qəsəbəsində icad edilmişdir.
['kəşflər']
5,782
https://kayzen.az/blog/fitness/4819/qa%C3%A7maq-yadda%C5%9F%C4%B1-q%C3%BCvv%C9%99tl%C9%99ndirir.html
Qaçmaq yaddaşı qüvvətləndirir
ayxansevda
İdman və sağlamlıq
15 aprel 2011, 16:36
İngiltərə də edilən bir araşdırmada, nizamlı qaçışın bədənə xeyirli olduğu qədər yaddaşı da gücləndirdiyi ortaya çıxdı.İngilis qəzetlərindəki xəbərə görə, Cambridge Universitetində edilən araşdırmada, qaçış məşqinin beyində yaddaşa dəstək verən bölgədə yeni hüceyrələrin çoxalmasını təmin etdiyi təyin olundu.Aerobik məşqin, "nevrogenesis" olaraq bilinən boz maddənin böyüməsini niyə azaltdığının bilinmədiyini ifadə edən tədqiqatçılar, bunun məşqlə ortaya çıxan yüksək qan təzyiqi və ya yüksək hormon səviyyəsinə bağlı ola biləcəyini vurğuladılar. İngilis alimləri, araşdırmalarında, həmişə qaçan və qaçmayan iki ayrı siçan qrupunu araşdırdılar. Bir neçə gün sonra hər iki qrupu da kompüter ekranında bir çox yaddaş testindən keçirən tədqiqatçılar, hərəkətsiz qrupun yaddaş testində ən pis nəticələri aldılar.Elm adamlarının siçanlardan götürdükləri beyin toxumaları, qaçan siçanların təcrübə əsnasında beyinlərində yeni boz maddə miqdarının artdığını göstərdi.Təcrübə əsnasında gündə orta hesabla 24 kilometr qaçan siçanların beynində 6 minə qədər yeni hüceyrə meydana gəldiyi məlum oldu.
['qaçış', 'idman qaçışı']
5,783
https://kayzen.az/blog/anal%C4%B1q/3936/balaca-u%C5%9Fa%C4%9F%C4%B1n-qidaland%C4%B1r%C4%B1lmas%C4%B1.html
Balaca uşağın qidalandırılması
burla xatun
Körpəyə qulluq və analıq
15 aprel 2011, 15:59
Körpələrin sağlamlığı böyük sevincdir. Amma bəzən analar bilməyərəkdən uşaqlarına lazım olmayan süni qidalar verir. Halbuki, Tanrı körpələrə elə doğulan gündən təbii qida, ana südü bəxş edib. Uşağın düzgün qidalandırılması onun fiziki və əqli inkişafi üçün vacib şərtdir. Odur ki, hər bir valideyn buna həssas yanaşmalıdır. Artıq təsdiq olunub ki, ilk altı ay ərzində körpəyə yalnız ana südü verilməlidir. Respublikanın baş pediatrı Nəsib Quliyevin sözlərinə görə, ananın bədənində hazırlanan bu təbii qidanı heç bir süni qarışıqla əvəz etmək olmaz. Onun tərkibindəki qida komponentlərini süni yolla yaratmaq qeyri-mümkündür. “Ananın südü uşaq orqanizmi tərəfindən ən az qalıqla mənimsənilən qidadır. Ana südünün tərkibində olan istər zülal, karbohidratlar, istərsə də yağlar uşaq orqanizmi üçün ən optimal nisbətdədir. Ana südünün tərkibində olan hazır immuncismlər ana südü vasitəsilə uşaq orqanizminə ötürülür və passiv immunitet yaratmaqla uşağı yoluxucu xəstəliklərdən qoruyur”, - deyə Nəsib Quliyev bildirib. Hətta, müəyyən edilib ki, süni qida qəbul edən uşaqlar arasında xəstələnmə halı ana südüylə qidalananlarla müqayisədə 17% çox olur. Bəzən körpələrə inək, keçi və digər heyvanların südünü verirlər. Bu zaman zülal yüklənməsi səbəbindən həzm prosesi çətinləşir. “Nə keçinin, nə inəyin, nə də digər canlıların südü ana südünə bənzəməz. Təsəvvür edin inəyin balası inək südü ilə qidalanıb, uzağı iki ilə inək böyüklükdə olur. İnsanın övladı isə ana südü ilə qidalanarkən valideynlərinə 18 ildən sonra gəlib çatır”, söyləyən həkim bunun qəti əleyhinə olduğunu bildirdi. Yalnız 9 aylıq uşağa qaynadıldıqdan sonra heyvan südü içirtmək olar. Qidalanma rejiminə gəlincə, sağlam körpə ilk 3-4 ayında gündüz üç saat, gecə isə altı saatlıq fasilə ilə yeddi dəfə qida qəbul etməlidir. 6 ayından başlayaraq ana südü ilə yanaşı, əlavə qidalar da təyin olunur. Baş pediatrın sözlərinə görə, bu zaman uşağa manna sıyığı verilə bilər. Bu qidaları bəzən düyü unundan, buğda unundan da düzəldirlər. 5-6 ayı tamam olan uşaqlara meyvə şirələri, yumurta sarısı, 7 aydan sonra təbii yolla düzəldilmiş şor, yəni qatığın çürüdülməsi nəticəsində əldə edilən şor vermək lazımdır. Uşaqlara 7 aydan sonra kök, çuğundur, gül kələmindən hazırlanan tərəvəz püreləri, alma, armud, banan kimi meyvələr, ət xörəkləri, ilk dəfə olaraq buğda bişirilmiş kotlet, toyuq ətindən olan suplar da vermək olar. Həkimlər 6 aya qədər uşaqlara heç bir maye verilməməsini tövsiyə edir. Çünki ana südü tamamilə uşağın suya olan ehtiyacını ödəyir. Yalnız ağır ishal və yüksək temperatur olduqda əlavə olaraq maye içirtmək lazımdır. Mənbə: ANS Press Döşlə qidalandırma infarkt və insult riskini aşağı salırQadın uşağı döşlə nə qədər çox qidalandırsa, infarkt, insult və ürək-damar xəstəlikləri riski o qədər aşağı olur. Bu barədə Pittsburq Universitetinin kardioloqları bildirirlər. Nəticələr 139 681 qadın üzərində aparılmış uzunmüddətli müşahidələrə əsaslanmışdır.Həkimlərə uzun illər ərzində körpə sağlamılığının döşlə qidalanmasının faydaları məlum idi, lakin indi onlar bilmişlər ki, bu, ananın sağlamlığı üçün də çox mühümdür. Qeyd olunmuşdur ki, öz körpəsini döşü ilə qidalandıran qadınlar ən azı bir ay diabet xəstəliyinə gec tutulmuş, qanda xolesterinin stabil səviyyəsinə və normal arterial qan təzyiqinə malik olmuşlar. Bu amillər ürək-damar sisteminin pozğunluqları riskinin qarşısını almağa imkan vermişdir.Ürək xəstəlikləri qadınlar arasında ölümün aparıcı səbəbidir, lakin uşaqlarını bir ildən çox qidalandıran analar ürək ağrılarına və ya insulta 10% az məruz qalırlar və ürək xəstəliklərinə qarşı ümumi mühafizəni isə artırırlar. Həkimlərin sözlərinə görə, ana öz uşağına nə qədər çox vaxtda süd verirsə, bu, onların hər ikisi üçün daha faydalı olur.
['körpəyə qulluq', 'ana südü']
5,784
https://kayzen.az/blog/optimist/4817/insan%C4%B1-xo%C5%9Fb%C9%99xt-ed%C9%99n-15-amil.html
İnsanı xoşbəxt edən 15 amil...
ayxansevda
Hər şey gözəldir
15 aprel 2011, 10:40
Hər bir insanı bu həyatda sevindirən xoşbəxt edən bir şey vardır. Əslində ən kiçik bir şey insanın üzündə təbəssüm yarada bilər. Alimlər ən kiçiyindən bunları sıralamışdır. 1 –İnsanın güzgüdə özünə baxması2 – Ağrıyan dişil çəkilməsi3 – Böyük məbləğdə pul almaq4 – İşdə nailiyyətlər5 – Uşaqların dünyaya gəlməsi 6 – İsti yay havasında soyuq su 7 – Ac olduğun zaman ən sevimli yeməyini yemək 8 – Yaxın adamdan xoş söz eşitmək9 – Elmi kəşf etmək10 – Qonaqların getməsindən sonrakı sevinc12 – İlk görüş13 – Çox xoş masaj14 – Yorğun gündən sonra isti yataq15 – Qışın soyuğunda isti çay16......Bu sayı artırmaq olar. Bəs sizi nə sevindirir. Sizin həyata xoşbəxtlik nə qatır?
['xoşbəxt olmaq', 'xoşbəxtlik']
5,785
https://kayzen.az/blog/ayxansevda/4816/pax%C4%B1ll%C4%B1q.html
Paxıllıq
ayxansevda
Bloq: ayxansevda
15 aprel 2011, 10:26
Xəstəxanada iki nəfərli otaqda eyni xəstəlikdən əziyyət çəkən iki adam yatırdı. Hər ikisinin xəstəliyi ölümcül idi, hər ikisin də xəstəliyi eyni mərhələdə idi. Hər ikisi yataqdan qalxa bilmirdi. Hər ikisinə eyni qulluğu göstərirdilər. Lakin aralarında 1 tək fərq var idi. Onlardan birinin yatağı pəncərənin yanında idi, digərinin yatağı isə telefonun yanında. Biri hər gün həyətə baxa bilər, digəri isə istədiyi zaman həkimə zəng edib çağırtdıra bilərdi. Zaman ötür, günlər keçirdi. Telefonun yanında yatan xəstə hər gün darıxırdı. Pəncərənin yanında yatan xəstə bunu görüb ona küçədə olanlardan danışardı. İnsanların tez-tez getməsindən, günün çıxmasından, yağışın yağmasından, yolda ötən maşınlardan və sair. Dünyada baş verənlər haqda dostuna danışardı. Bir gün gecə pəncərənin yanında yatan xəstənin halı pisləşir. Telefonun yanında olan xəstədən xahiş edir ki, zəng edib həkimi çağırsın. Lakin telefonun yanında yatan xəstə həkimə zəng etmir. Dostu vəfat edir. Səhərisi gün, otağa yeni bir xəstəni gətirirlər. Telefonun yanında olan xəstə xahiş edir ki, onu pəncərənin yanındakı yatağa qoysunlar. Onun xahişini edirlər. Nəhayət o da pəncərədən baxacaqdı. Lakin pəncərə sadəcə digər binanın küncünə açılırdı və böyük qara divardan başqa heçnə görsənmirdi. P.S Paxıllıq insanın ən böyük düşmənidir. Onu rahat yaşamağa qoymaz və daim günaha sürükləyər.
['düşündürücü hekayə']
5,786
https://kayzen.az/blog/ayxansevda/4815/iki-g%C9%99nc.html
Iki gənc
ayxansevda
Bloq: ayxansevda
15 aprel 2011, 10:21
Köhnə zamanlarda bir-birini çox sevən iki gənc varmış ... Günlər bir-birini təqib edərkən sevgililərdə xoşbəxtliklərinə xoşbəxtlik qatırlarmiş ...Bir gün gənc cavanın ürəyinə bir atəş düşmüş. Uşaqlığından bəri xəyalını qurduğu dünyanı gəzib dolanmaq istəyi içini gəmirməyə başlamış ... Günlər keçdikcə içindəki bu istək böyümüş və artıq dözülməz bir hal almış. Sevdiyi qıza bir məktub qoyub dünya gəzməyə çıxmış.Təxminən iki il bütün dünyanı gəzdikdən sonra sevdiyi qızın yanına gəlmiş və ona "Artıq sənin yanından heç ayrılmayacam deyib evlənmə təklifi etmiş" . Gənc qız bu təklifi rədd etmişdi.Cavan "Mən heç deyişmədim!" deyə qışqırmış. "Hələ də səni çox sevirəm ..." deyə davam etmiş ... Gənc qız düşünüb və belə cavab vermişdir..."Əgər heç dəyişmədinsə ... Bir gün yenə məni atıb gedəcəksən......"
['düşündürücü hekayə']
5,787
https://kayzen.az/blog/ayxansevda/4796/ki%C5%9Fil%C9%99r-a%C4%9Flam%C4%B1r.html
Kişilər ağlamır...
ayxansevda
Bloq: ayxansevda
14 aprel 2011, 22:17
Qadın göz yaşı kişinin gözyaşından fərqlidir. Qadınlar ağlayarkən diqqət, qayğı, hörmət görmək, dəyər verilmək istər. Qadın gözyaşı biraz eqoistliklə əlaqədardır.Bəzən ağlayaraq qəzəblərini, hissələrini boşaldarlar. Əsasən qadınlar ağlayarkən qarşı tərəfin onlarla incə rəftar etməsini istər. Kişilər isə köməksizdirlər deyə ağlamazlar, lakin o an həqiqətəndə köməksiz olarlar, kişilər ağlayaraq qarşı tərəfin ona yazığı gəlməsini istəməz, çünki kişilər hər işin öhdəsindən özü gələr, onların rəhmə ehtiyacı yoxdur. Bəs kişilər niyə ağlayar... Kişilər tükəndiklərindən ağlayar, nəyisə etməyə gücü çatmamışdır, nələrinə dəyişə bilməmişdir, mübarizədə uduzmuşdur, kişinin göz yaşı dərdin harayıdır və qadınlardan fərqli olaraq kişilər yanlız tək qaldıqda göz yaşını tökər.
['kişilər']
5,788
https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/4789/m%C3%BC%C9%99llim-v%C9%99-bilikli-%C5%9Fagird.html
Müəllim və bilikli şagird
ayxansevda
İslami Hekayətlər
14 aprel 2011, 20:12
Bir alimin çoxlu şagirdi vardı. Onların əksəriyyəti ömrünün çoxunu onun şagirdliyində keçirmişdilər. Onların arasında kiçik yaşlı bir şagird də var idi. Onun kiçik olmasına baxmayaraq, müəllim ona böyüklərdən artıq hörmət edirdi. Müəllimin bu hərəkəti digər şagirdlərin inciməsinə səbəb olmuşdu. Bir gün şagirdlər yığışıb müəllimin yanına gəldilər və müəllimə etiraz etdilər. Müəllim onların etirazına bele cavab verdi. "Onun mənim dərsimə son zamanlarda gəlməsinə baxmayaraq, sizdən daha çox ehtiram göstərirəm. Çünki, bəzi cəhətləri var ki, ona üstünlük verir.Bunu tezliklə sizə sübut edəcəyəm" Bir neçə gündən sonra müəllim şagirdlərə tapşırdı ki, hərəsi bir toyuq götürüb heç kəsin görmədiyi yerdə gizlicə kəssinlər. Şagirdlər hərəsi bir toyuğu öz zövqlərinə uyğun olaraq, gizli bir yerdə kəsdi. Sonrakı gün onlar əllərində kəsilmiş toyuq dərsə gəldilər. Təkcə həmin şagird əlində diri toyuq daxil oldu. Şagirdlər onun əlindəki diri toyuğu görcək gülüşdülər. Müəllim soruşdu: "Nə üçün toyuğu heç kəsin görmədiyi bir yerdə kəsmədin?" Gənc şagird cavab verdi: "Hara baxdımsa, Allahı və Onun nəzarətini gördüm. Buna görə də, gizli bir yer tapmadım." Müəllim onu alqışlayaraq dedi: "Bu şagirdə hörmət etməyimin səbəbi budur. Onun Allaha olan mərifəti sizin heç birinizdə yoxdur."
['Düşündürücü hekayə']
5,789
https://kayzen.az/blog/B%C4%B0M/3300/amerikada-korporasiyalar.html
Amerikada korporasiyalar
bankir
beynəlxalq iqtisadi münasibətlər
14 aprel 2011, 13:34
ABŞ-da kiçik və orta həcmli şirkətlər nə qədər çox olsa da, böyük biznes quruluşları ölkə iqtisadiyyatında aparıcı rol oynayır. Bunun bir neçə səbəbi var. İri şirkətlər daha böyük sayda insanları mal və xidmətlərlə təchiz edir və bir çox hallarda kiçik şirkətlərə nisbətən daha səmərəli fəaliyyət göstərirlər. Bundan əlavə, onlar adətən çox böyük həcmdə mal istehsal etdiklərinə və bu səbəbdən hər bir mal vahidinə az xərc çəkdiklərinə görə öz məhsullarını daha ucuz qiymətə sata bilirlər. Onlar bazarlarda da üstün mövqeyə malikdirlər, çünki alıcıların çoxu daha məşhur firma adlarına rəğbətlə yanaşır, təkcə adın müəyyən keyfiyyət ölçüsü olduğuna inanır. İri biznes müəssisələri bütün iqtisadiyyatın inkişafı üçün də mühüm əhəmiyyət kəsb edir, çünki müəyyən tədqiqatlar aparmaq və yeni məhsul növləri yaratmaq üçün onlar kiçik firmalara nisbətən daha çox maliyyə mənbələrinə malikdirlər. Onlar, həmçinin, ümumən daha çox və daha müxtəlif iş imkanları, böyük iş stabilliyi, yüksək maaş və daha yaxşı tibbi və pensiya imtiyazları təklif edirlər. Bütün bunlara baxmayaraq, amerikalılar iri şirkətlərə bir qədər ikili münasibət bəsləyir, bu şirkətlərin iqtisadiyyatın sağlamlaşmasında vacib rol oynadıqlarını qəbul etməklə yanaşı, onların getdikcə güclənərək yeni müəssisələri boğa və alıcıları seçim hüququndan məhrum edə biləcəklərindən əndişələnirlər. Bundan əlavə, iri şirkətlər bəzi vaxtlar daim dəyişməkdə olan iqtisadi şəraitlərə uyğunlaşmaqda qeyri-çeviklik göstərirlər. Məsələn, 1970-ci illərdə avtomobil istehsalı ilə məşğul olan ABŞ şirkətləri benzinin qiymətlərinin artması nəticəsində kiçik, az yanacaq işlədən maşınlara böyük tələbat yarandığını çox ləng dərk etdilər. Bu səbəbdən daxili bazarlardakı paylarının böyük bir hissəsini itirərək onu xarici, xüsusilə də yapon istehsalı olan maşınları ixtiyarına buraxdılar. Birləşmiş Ştatlarda iri biznes təsisatlarının əksəriyyəti korporasiyalar kimi təşkil olunmuşdur. Korporasiya spesifik, qanuni biznes təşkilatı forması olub 50 ştatın birində qeydiyyatdan keçirilir və hüquqi şəxs kimi fəaliyyət göstərir. Korporasiyalar öz əmlakına malik ola, məhkəmədə iddia qaldıra və mühakimə oluna, müqavilələr bağlaya bilər. Korporasiya öz-özlüyündə hüquqi etibara malik olduğundan onun sahibləri öz hərəkətlərinə görə məsuliyyətdən qismən qoruna bilirlər. Korporasiya sahiblə həmçinin məhdud maliyyə öhdəliklərinə malikdirlər, məsələn, onlar korporativ borclara cavabdeh deyillər. Əgər səhmdar korporasiyanın əsas fondunun 10 səhminə 100 dollar ödəyibsə, həmin korporasiya iflasa uğradıqda o, yalnız 100 dollarlıq kapital qoyuluşunu itirir və bununla da iş bitmiş olur. Korporativ fondlar ötürülə bildiyi üçün sahibkarlardan birinin vəfatı və yaxud bu işdən imtina etməsi korporasiyaya heç bir ziyan gətirmir Çünki sahibkar öz payını istədiyi vaxt başqasına sata və yaxud öz varislərinə ötürə bilər. Ancaq korporativ formanın da bəzi zəif cəhətləri var. Açıq hüquqi orqanizm kimi korporasiyalar vergi ödəməlidirlər. Onların səhmdarlara ödədikləri dividendlərə, borc öhdəlikləri faizindən fərqli olaraq, biznes xərcləri vergisi qoyulmur. Və korporasiya bu dividendləri payladıqdan sonra səhmdarlar həmin dividendlərə görə vergi ödəyirlər (Tənqidçilərin fikrincə, korporasiya artıq öz mənfəətlərinə görə vergi ödəmiş olduğundan səhm sahiblərinə dividend ödəmələrinə görə vergi tutulması korporasiya gəlirlərinə «ikiqat» vergi qoyulması demək olur). İri korporasiyaların əksəriyyətinin çox sayda sahibi və yaxud səhmdarı var. Belə bir böyük şirkətin yüzdən az səhm payına sahib olan milyon nəfər və ya daha çox sahibkarı ola bilər. Sahibkarlığın bu cür geniş yayılması amerikalıların çoxu üçün ölkənin bəzi ən iri şirkətlərində birbaşa pay sahibi olmaq imkanı yaratmışdır. 1990-cı illərin ortalarında ABŞ ailələrinin 40 faizdən çoxu birbaşa, yaxud qarşılıqlı və digər vasitəçi fondlar vasitəsilə əsas fond səhmlərinə sahib olmuşdur. Ancaq sahibkarlığın bu cür geniş miqyasda səpələnməsi sahibkarlıqla nəzarətin bir-birindən qopmasına səbəb olur. Səhmdarlar, ümumiyyətlə, korporasiya biznesinin bütün detallarından xəbərdar ola və onları idarə edə bilmədiklərindən korporasiyanın ümumi siyasətini müəyyənləşdirmək üçün direktorlar şurasını seçirlər. Bir qayda olaraq hətta korporasiyanın direktorlar şurasının üzvləri və menecerlər əsas səhmlərin 5 faizdən azına malik olurlar; hərçənd, bəziləri bundan da çox səhmə sahib ola bilər. Ayrı-ayrı şəxslər, banklar və pensiya fondları adətən səhm bloklarına sahib olsalar da, bu holdinqlər, ümumiyyətlə, ümumi səhmin yalnız kiçik bir hissəsini təşkil edir. Adətən korporasiyanın işi ilə faktiki olaraq direktorlar şurası üzvlərinin kiçik bir qismi məşğul olur. Bəzi direktorlar bu quruma nüfuz qazandırmaq üçün seçilir, bəziləri isə müəyyən məsələlərdə məsləhətçi rolunu oynayır və yaxud kredit institutlarını təmsil edirlər. Eyni adamın eyni vaxtda bir neçə müxtəlif korporasiya şurasına üzv olması heç də qeyri-adi hal deyildir. Direktorlar şurası, həmçinin, bu şuranın prezidenti və ya sədri ola bilən icraçı rəhbər məmurun başçılığı altında idarəçiliklə bağlı gündəlik qərarlar çıxarır. Baş icraçı məmur korporasiyanın müxtəlif funksiyalarına nəzarət edən vitse-prezidentlər də daxil olmaqla, baş maliyyə məmuru, baş əməliyyat məmuru və baş informasiya məmurunun fəaliyyətinə rəhbərlik edir. Baş informasiya məmuru korporasiya səhnəsinə 1990-cı illərin sonlarında, yüksək texnoloji nailiyyətlər ABŞ-da biznes işlərinin həlledici tərkib hissəsinə çevrildiyi zaman çıxmışdır. Baş icraçı məmur direktorlar şurasının etibarını itirmədikcə korporasiyanın idarəolunmasında ona böyük sərbəstlik verilir. Ancaq bəzi hallarda şura üzvlüyünə dissident namizədlərlə sövdələşməyə girən və onlara arxalanan fərdi və institusional səhmdarlar kifayət qədər güc toplayaraq idarəçilikdə dəyişikliyə nail ola bilərlər. İllik səhmdar yığıncaqlarında, bir qayda olaraq, yalnız bir neçə nəfər iştirak edir. Səhmdarların əksəriyyəti direktorlar seçkisində və korporasiyanın fəaliyyətilə bağlı ən mühüm təkliflərin qəbulunda «etibarnamə», yəni seçki formalarını doldurub göndərmək yolu ilə səs verirlər. Ancaq son illərdə bəzi illik yığıncaqlarda daha çox - təxminən bir neçə yüz səhmdarın iştirak etdiyi müşahidə olunur. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası korporasiyalardan idarəçilikdə dəyişiklik istəyən qrupların öz rəylərini bildirmələri üçün səhmdarlara poçt vərəqi göndərmələrinə icazə verilməsini tələb edir. Korporasiyalar kapitallarını necə artırırlar İri korporasiyalar genişlənməni maliyyələşdirmək üçün öz kapitallarını artırmağın yeni-yeni yollarını axtarıb tapmadan bugünkü miqyaslarına çata bilməzdilər. Korporasiyalar bu pulları başlıca olaraq beş üsulla əldə edirlər. İstiqraz vərəqələrinin buraxılışı. İstiqraz vərəqəsi müəyyən, spesifik miqdarda pulun müəyyən vaxtda və yaxud gələcəkdə müəyyən vaxtda geri ödəniləcəyi haqda yazılı öhdəlikdir. Həmin müddət ərzində istiqraz sahibləri spesifik müddətlərdə konkret həcmdə ödənişin faiz haqqını alırlar. İstiqraz sahibləri öz istiqrazlarını başqalarına sata da bilərlər. Korporasiyalar istiqraz vərəqələri buraxılışından fayda götürürlər, çünki onların investorlara ödədikləri faiz normaları adətən bütün borc tiplərinə görə ödənən normalardan aşağı olur və istiqraz vərəqələri üçün faiz ödənişləri vergi tutulmayan biznes xərcləri sayılır. Buna baxmayaraq, korporasiyalar istiqraz vərəqələri gəlir gətirmədiyi hallarda da faiz haqlarını ödəməyə məcburdurlar. İnvestorlarda şirkətin faiz haqlarını ödəmə qabiliyyətinə şübhə yaranarsa, onlar bu şirkətin ya istiqrazlarını almır, ya da onları almaqla riskə girdikləri üçün yüksək faiz norması tələb edirlər. Bu səbəbdən kiçik korporasiyalar çox nadir hallarda istiqraz vərəqələri buraxılışından yararlana bilirlər. İmtiyazlı səhmlərin buraxılışı. Şirkət öz kapitalını artırmaq üçün imtiyazlı səhmlər buraxılışı üsulunu da seçə bilər. B səhmləri alanlar şirkət maliyyə çətinlikləriylə üzləşdiyi halda xüsusi statusa malik olurlar. Əgər şirkətin gəlirləri məhdudlaşarsa, imtiyazlı səhm sahiblərinə dividendlər, bütün səhmdarlar təminatlı faiz ödənişlərini aldıqdan sonra, amma adi səhmlərə gör dividendlər ödənilməmişdən əvvəl ödənilir. Adi səhmlərin satışı. Əgər şirkətin maliyyə vəziyyəti yaxşıdırsa, o öz kapitalını adi səhmlər buraxmaqla da artıra bilər. Bir qayda olaraq investisiya bankları şirkətlərə səhm buraxmaqda kömək edir və ictimaiyyət onun səhmlərini müəyyən minimum qiymətə almaqdan imtina etdiyi halda onun yeni buraxılan səhmlərini qabaqcadan təsbit edilmiş qiymətə satın almağa razılıq verirlər. Adi səhmdarlar korporasiyanın direktorlar şurasının seçilməsində müstəsna hüquqa malik olsalar da, gəlir paylarının ödənilməsi zamanı onların payı istiqraz və imtiyazlı səhm sahiblərindən sonra ödənilir. İnvestorlar səhmlərə iki yolla cəlb olunurlar. Bəzi şirkətlər investorlara sabit gəlir təklif edərək geniş həcmdə dividendlər ödəyirlər. Bəziləri isə ya az həcmdə, ya da ümumiyyətlə dividend ödəməyərək şirkətin korporativ mənfəət qabiliyyətinin, yəni payların özünün dəyərini artırmaqla səhmdarları cəlb edəcəklərinə ümid bağlayırlar. Ümumiyyətlə, investorların korporativ qazancların artmasına ümidləri çoxaldıqca payların dəyəri artır. Səhmlərinin qiymətləri xeyli dərəcədə artan şirkətlər çox vaxt hər bir səhm sahibinə, deyək ki, bir səhmə görə bir əlavə pay ödəməklə payları «parçalayırlar». Korporasiyanın öz kapitalını artırmasına bunun heç bir köməyi olmur, amma o, səhm sahiblərinin öz paylarını açıq bazarda sata bilməsini xeyli asanlaşdırır. Məsələn, bir səhmə görə iki pay verilməsi səhmin ilkin qiymətini yarıbayarı azaldaraq onu investorlar üçün cəlbedici edir. Borcalma. Şirkətlər adətən hazır mal ehtiyatlarını maliyyələşdirmək üçün öz kapitallarını banklardan və digər kreditorlardan qısamüddətli borclar almaqla da artıra bilərlər. Mənfəətdən istifadə. Qeyd edildiyi kimi, şirkətlər öz əməliyyatlarını öz qazanclarını qoruyub saxlamaqla da maliyyələşdirə bilərlər. Bəzi korporasiyalar, məsələn, elektrik, qaz və digər kommunal şirkətləri öz gəlirlərinin əksəriyyətini dividend şəklində öz səhmdarlarına ödəyirlər. Digərləri isə öz gəlirlərinin, deyək ki, əlli faizini dividend şəklində səhmdarlara ödəyir və qalan əlli faizi öz əməliyyatları və genişlənmələri ilə bağlı xərcləri ödəmək üçün saxlayırlar. Bəzi, xüsusilə də kiçik korporasiyalar öz təmiz gəlirlərinin əksər hissəsini və yaxud onun hamısını təkrar investisiya qoyuluşuna sərf edir və öz paylarının dəyərini artırmaq yolu ilə investorları mükafatlandıracaqlarına ümid edirlər.
['korporasiya']
5,790
https://kayzen.az/blog/islam-v%C9%99-qad%C4%B1nlar/4785/qad%C4%B1nlarla-ba%C4%9Fl%C4%B1-ki%C5%9Finin-%C3%BCz%C9%99rin%C9%99-d%C3%BC%C5%9F%C9%99n-haqlar%C4%B1.html
Qadınlarla bağlı kişinin üzərinə düşən haqları
ayxansevda
İslam və qadınlar
14 aprel 2011, 10:41
Mövzunu bu yerdən başlayaq ki, İslamda əmanətə xəyanət edilməsi təbii olaraq bəyənilmir. Hətta əgər əmanət kafir şəxs tərəfindən verilsə belə, vacibdir ki, onu salamatlıqla sahibinə qaytarasan. Xanımlar da kişilərə Allah tərəfindən verilən əmanətdir. Beləcə, sıravi bir insanın əmanətinə xəyanət İslamda belə bəyənilmirsə, Allahın insana verdiyi və haqqında Qiyamət günü soruşacağı əmanətə xəyanət nə dərəcədə düzgün ola bilər?! Hər bir ailə sahibinin vəzifə borcudur ki, ailəsinə sözün əsl mənasında sahib çıxsın. Ailədə həyat yoldaşına, əgər qızları varsa, onlara xüsusi münasibət bəsləsin, onların qeydinə qalsın. Bu barədə Peyğəmbər (s.a.s.) buyurur: “Sizlərdən ən yaxşısı o şəxsdir ki,öz həyat yoldaşı və öz qızları ücün yaxşı (xoş rəftar) olsun”.Bəlli bir məsələdir ki, öz ərinin qulluğunda dayanmaq müsəlman xanım üçün çox fəzilətli bir işdir. Lakin kişinin də öz xanımına qulluğu olmalıdır bu barədə ki, xanımın kişi qayğısına ehtiyacı vardır. Bu barədə Peyğəmbər (s.a.s.) buyurur: “Öz həyat yoldaşına xidmət etmək böyük gunahların kəffarəsinə səbəb (onların bağışlanmasına ) səbəb olar, Allahın qəzəbini söndürər... Yaxşı əməllərin çoxalmasına və dərəcəsinin artmasına səbəb olar”.Bir xanım Peyğəmbərdən (s.a.s.) soruşdur: “Kişilərin boynundan qadınlar üçün hansı haqlar vardır?” O Həzrət (s.ə.a.s.) buyurdu ki: “Qardaşım Cəbrayilin arası kəsilmədən mənə qadınlar barəsində xəbərdarlıq etməsi o yerə çatardı ki, mən kişinin qadına uf (incidici kəlmə) deməsini belə caiz olmadığını güman edirdim. O mənə xəbər verdi - Ya Mühəmməd! Qadınlar barəsində Allahdan qorx (qadılarla bəd rəftarlıq etməkdən çəkin). Çünki, onlar yaşayış işlərində sizin köməkçiləriniz və Allah tərəfindən sizə əmanət verilmişlər. Sizin öhdənizdə haqqlər var ki, o haqqləri yerinə yetirmək sizə vacibdir. Onlarla mehribanlıq edin, sizinlə yaşamaqları üçün onları şad edin. Onlara ehtinasızlıq etməyin, onlara qəzəblənməyin. Onlara verdiyiniz şeyləri icazəsiz olaraq onlardan almayın”. Xanımla sərt davranmaq (ona əl qaldırmaq, onu təhqir etmək) olmaz! Bu barədə Peyğəmbər (s.a.s.) buyurur: “Əgər bir şəxsin öz həyat yoldaşına qarşı sərtliyi o yerə çata ki, o qadın özünü xilas etmək üçün malından verməyə hazır ola, Allah onun əzabında cəhənnəm odundan başqa bir şeyə razılıq verməz...”. O Həzrət (s.a.s.) başqa bir hədisdə buyurur: “Mən Qiyamət günü öz həyat yoldaşını nahaqq yerə vuran şəxsə düşmənəm. Öz həyat yoldaşlarınızı vurmayın! Öz həyat yoldaşını nahaqdan vuran şəxs Allahın və onun Rəsulunun əmrinə itaətsizlik etmiş olar”.Gəlin xanımlarımızla əsl müsəlman kimi davranaq. Axı onlar bizim yarımızdır... Və subay adam üçün də yaxşı olar ki, xanım seçimində hər şeyi ölçsün ki, sonra o xanımı heç bir işə məcbur etməsin, narahatçılıq yaratmasın. Ümidvaram ki, xanımlar da yuxarıda deyilənləri nəzərə alıb əks cinsin nümayəndələrini başa düşmək və onu incitməmək, əksinə onu əzizləmək qüdrətinə malikdir. Allah imanımızı kamil etsin və bu vacib sahədə elmimizi artırsın...
['islamda ailə', 'islamda qadın']
5,791
https://kayzen.az/blog/ayxansevda/4784/m%C3%BCq%C9%99dd%C9%99s-valetin-g%C3%BCn%C3%BC-n%C3%BCn-tarix%C3%A7%C9%99si.html
"Müqəddəs Valetin günü"nün tarixçəsi
ayxansevda
Bloq: ayxansevda
14 aprel 2011, 10:23
Və ya niyə müsəlmanlar bu günü bayram hesab etmir? Bu günün tarixi köku qədim Roma İmeriyasının dövrünə təsadüf edir. Hər il fevral ayının 14 – də gənc romalılar tanrı Qurdun yaşadığı güman edilən bir mağaranın qarşısında toplanardılar. Mağaranın yaxınlığında küpün içərisində qız adları yazılmış kiçik lövhələr olurdu. Gənc oğlanlar həmin küpdən hansı qızın adı olan lövhəni çəksə, həmin qızla növbəti ilin fevral ayının 14-dək istənilən formada “intim” həyat yaşayırdılar. Bu zaman cəmiyyət də buna öz “müsbət” münasibətini bildirirdi. Romalı gənclər uzun müddət 2000 illik bu ənənəni böyük şövqlə davam etdirdilər. Ancaq bu heç də xristian din xadimlərinin xoşuna gəlmirdi. Buna görə, Roma kilsəsi rəsmi şəxslərə müraciət edərək onların cəzalandırılmalarını tələb edir. Bu zaman Romanı öz sərt qanunları ilə imperator II Klavdi idarə edirdi. Onun üçün ən böyük problem ordusunda əsgər çatışmazlığı idi. O, bunun ən böyük səbəbini romalı gənclərin öz sevgi həyatlarını və ailələrini tərk etmək istəməməsində görürdü. Bu səbəbdən II Klavdi Romadakı bütün evlilikləri və nişan mərasimlərini ləğv etdi. II Klavdinin hakimiyyəti zamanı yaşayan rahib Valentin isə gizli şəkildə digər rahib Marius ilə birlikdə gəncləri “evləndirməyə” davam edirdi. Nəticədə, bir müddət sonra bundan xəbər tutan Klavdi Valentini həbs edir və döyülərək öldürülməsini əmr edir. Bu, bizim eranıın 270-ci ilində baş vermişdi. Bu hadisədən 226 il sonra, yəni 496-cı ildə Papa Qelasi Valentini təltif etmək üçün həmin günə dini libas geyindirilərək Valentinin öldürüldüyü fevralın 14-cü gününü “Müqəddəs Valentin günü” elan edir. Biz Allahın Quranda hər şeydən qabaq əxlaq mücəssəməsi kimi tərif etdiyi Peyğəmbərin (s.a.s.) ümməti olsaq da, çox təəssüf ki, Valentin gününü qeyd etməklə dinimizin əxlaq prinsiplərinə laqeyd münasibət bəsləyir, İslam dinində və Peyğəmbərimizin (s.a.s.) həyatında əsla yeri olmayan bir günü mənimsəyib onu özümüzünküləşdiririk. P.S Mən müasirliyi və bayramı dəstəkləyirəm, sadəcə bu bayramın tarixini bildikdən sonra bu bilgini paylaşmalı olduğumu düşündüm.
['Valentin günü']
5,792
https://kayzen.az/blog/dua/4783/namaz%C4%B1n-insan-s%C9%99hh%C9%99ti-%C3%BC%C3%A7%C3%BCn-m%C3%B6c%C3%BCz%C9%99l%C9%99ri.html
Namazın insan səhhəti üçün möcüzələri
ayxansevda
Namaz, dua, zikr
14 aprel 2011, 10:12
Bununla yanaşı İslam alimləri namazın sadəcə Allahın əmri olduğu üçün qılınmasının doğru olacağını vurğulayırMisirin paytaxtı Qahirədəki “Milli Lazer Texnoloqiyaları Mərkəzi”ndə keçirilən araşdırma nəticəsində məlum olub ki, səcdə etmək insanı xərçəngdən qoruyur. Bundan başqa səcdənin hamilə qadınlar üçün faydalı olduğu, döldə meydana gələcək fizioloji anormallıqların qarşısını aldığı, habelə bir çox fiziki və psixoloji xəstəliklər üçün xeyirli olduğu bildirilir. Mərkəzin rəhbəri professor Məhəmməd Ziyaəddin Həmid bu dövrdə insanların elektrmaqnetik dalğalara məruz qaldığını, bu səbəblə də daha çox şüalandığını, bu yükün hökmən bayıra atılmalı olduğunu deyib. Araşdırma nəticəsində bədəndə toplanan elektromaqnetik yükün Allaha səcdə (namaz) ilə boşaldığının müəyyənləşdiyini deyən misirli alim elmi araşdırmaların insanın boyu kiçildikcə dalğalara məruz qalma nisbətinin azaldığını göstrdiyini bildirib. İnsanın səcdə vəziyyətində ikən elektromaqnetik dalğalara daha az məruz qaldığını və alnın yerə dəyməsi ilə bədəndə olan elektromaqnetik yükün bayıra atıldığını müəyyənləşdirdiyini qeyd edən professor səcdə vəziyyətində olan insanın 7 üzvünün (alın, əllər, dizlər, ayaqlar) yerlə təmas etməsinin yük boşaldılmasını sürətləndirdiyini, bunun yoqğunluq və bəzi xəstəliklərə faydalı olduğunu deyib. Araşdırma nəticəsində elektrik yükünün bədəndən daha yaxşı atılması üçün səcdə vaxtı qibləyə dönmək lazım olduğunun məlum olduğunu deyən professor Ziyaəddin “Kəbə”nin yer üzünün mərkəzi olduğunu, bu mərkəzə doğru istiqamətlənməyin bədəndəki elektrik yükünü bayıra atmaq üçün ən uyğun mövqe olduğunu vurğulayıb. Misirli alim sutka ərzində qılınan 5 vaxt namazın bu yükü atmaq üçün kifayət etdiyini bildirib, yuxu vaxtı bədəndə meydana gələn ünsürlərin sübh namazı ilə bayıra atıldığını belə insanın günə rahat və canlı başladığını deyib. Zöhr, əsr və məğrib namazlarının gün ərzində meydana gələn yorğunluğu və stressi azaltdığını, insanı psixoloji rahatlığa qovuşdurduğunu deyən Məhəmməd Ziyaəddin Həmid İşa namazıyla gün boyu bədəndə meydana gələn yükün qalanının bayıra atıldığını və insanın rahat yatmasını təmin etdiyini deyib.  Bununla yanaşı İslam alimləri namazın sadəcə Allahın əmri olduğu üçün qılınmasının doğru olacağını, sadəcə təmizlik (dəstəmaz) və sağlamlıq üçün qılınacaq namazın Allah tərəfindən məqbul əməl sayılmayacağını xüsusi vurğulayır. P.S Bu məlumat bir daha təsdiqləyir ki, Uca Allah yaratdığı bəndələri, insanları sevir , ona buyurduğu vaciblərdə böyük hikmət və xeyir, qadağalarda isə böyük ziyan var
['namazın faydası']
5,793
https://kayzen.az/blog/ayxansevda/4782/%C5%9Feytan%C4%B1-sevindir%C9%99n-s%C3%B6zl%C9%99r.html
Şeytanı sevindirən sözlər
ayxansevda
Bloq: ayxansevda
14 aprel 2011, 10:01
Bir dəfəylə bir şey olmaz.Daha gəncəm.Əsas olan ürək təmizliyi deyilmi?Zaman sizə deyil, siz zamana riayət edin.Heçnə olmaz Allah bağışlayar.Bu qədər günahdan sonra bir az çətin bağışlanarıq.Çox düşünmə dəli olarsan.Cəhənnəmdə bir müddət yandıqdan sonra cənnətə keçəcəyik onsuzda (Elə bil ki, kibrit atəşinə dayana bilirmiş kimi bir ateşdi o)Tövbə edərsən keçir .Biz böyüklərimizdən belə görmədikmi.
['islam']
5,794
https://kayzen.az/blog/Az%C9%99rbaycan-co%C4%9Frafiyas%C4%B1/4614/az%C9%99rbaycan%C4%B1n-t%C9%99bii-ehtiyatlar%C4%B1.html
Azərbaycanın təbii ehtiyatları
luminat
Azərbaycan coğrafiyası
14 aprel 2011, 00:09
Azərbaycan respublikası çox əlverişli təbii şəraitə və zəngin təbii ehtiyatlara malik ölkədir. Qarlı zirvəli, yüksək dağlar, məhsuldar torpaqlı dağətəyi zonalar, geniş düzənliklər, okean səviyyəsindən aşağı ovalıqlar respublikamızın əsas relyef formalarıdır.  Belə mürəkkəb relyef quruluşu təbii şəraitin – iqlimin, torpaq-bitki örtüyünün, su ehtiyatlarının müxtəlifliyinə səbəb olmuşdur. Bu isə öz növbəsində əhalinin və təsərrüfat sahələrinin ərazi üzrə qeyri bərabər yerləşməsinə, istehsalın müxtəlif növlər üzrə ixtisaslaşmasına gətirib çıxarmışdır.Ümumiyyətlə təbii ehtiyat dedikdə insanların həyat və təsərrüfat  fəaliyyətində istifadə etdiyi bütün təbiət komponenetləri başa düşülür (bəzən təbii sərvət və ya resurs adlanır).  Təbii sərvətlər aşağıdakı növlərə bölünür:1) Tükənməyən: Günəş, geotermal, külək, nüvə enerjiləri, iqlim, qabarma - çəkilmə, dəniz cərəyanları.2) Tükənən: A)  Bərpa olunmayan: bütün faydalı qazıntılar. B) Bərpa olunan: Torpaq, bioloji ehtiyatlar, su enerjisi.Azərbaycan müxtəlif növ təbii ehtiyatlarla zəngin olsa da, hazırda ən mühümü neft-qaz ehtiyatları hesab edilir. Respublika ərazisinin 70 %-i neft-qaz ehtiyatlarına malikdir. Xəzərin şelfi, Abşeron yarımadası, Qobustan, Cənub-Şərqi Şirvan neft-qazla daha zəngindir.Ölkəmizin qərb bölgələrində isə əsasən filiz ehtiyatları üstündür. Qafqaz regionunda ən mühüm Daşkəsən dəmir filizi yatağı, ehtiyatlarına görə dünyada Çindən sonra 2-ci yeri tutan Zəylik alunit yatağı, Gədəbəyin mis ehtiyatları, Naxçıvan, Balakən, Ağdərə polimetal yataqları, Kəlbəcər, Naxçıvan, Daşkəsən, Gədəbəy qızıl yataqları və digər əlvan metallar respublikada həm qara, həm də əlvan metallurgiyanı inkişaf etdirməyə imkan vermişdir.Bir çox rayonlarımızda geniş yayılan müxtəlif növ qeyri filizlərdən əhəgdaşı, gips, çınqıl, mərmər, travertin, gil, qum və s. qeyd edilə bilər.Azərbaycanda  çoxlu sayda mineral sular mövcuddur: Naxçıvanda – Sirab, Badamlı, Darıdağ, Vayxır; Kəlbəcərdə - İstisu;  Şuşada – Turşsu və Şirlan; Dəvəçidə - Qalaaltı və s.Respublikada zəngin aqroiqlim ehtiyatları var ki, düzən ərazilərdə ildə 2 dəfə məhsul yığmağa, pambıq, zeytun, çay, sitrus meyvələri kimi istiyə tələbkar bitkilər yetişdirməyə imkan verir. Abşeronda, Kür-Araz, Samur-Dəvəçi, Lənkəran ovalıqlarında, Qanıx-Əyriçay çökəkliyində fəal temperaturların  4.000°C-dən yüksək olması bitkiçiliyin inkişafına müsbət təsir göstərir. Kənd təsərrüfat məhsullarının keyfiyyəti artır, meyvələrdə şəkərin səviyyəsi qalxır.Azərbaycan su ehtiyatları ilə zəif təmin olunub. Su çatışmazlığı dağlıq ərazilərdə bir o qədər  hiss edilməsə də, düzən ərazilərdə kifayət qədər problem yaradır. Su probleminin həlli müxtəlif yollarla həyata keçirilir. Bura sudan səmərəli istifadə, qapalı su dövriyyəsinə malik istehsala keçid, Xəzər suyunun şirinləşdirilməsi, yeraltı sulardan geniş istifadə, suvarma kanallarının təkmilləşdirilməsi və s. daxildir. Çaylarımızın hidroenerji ehtiyatı 37 mlrd. Kvt. təşkil edir ki, bu da Qafqazda Gürcüstandan sonra 2-ci yerdir.Respublikamız mühüm əhəmiyyətə malik torpaq ehtiyatları ilə də zəif təmin olunub. Təminatlılıq adambaşına 0,59 ha. təşkil edir. (əkin yeri isə adambaşına 0,22 ha təşkil edir). Lakin bu rəqəmlər sabit deyil və hər il əhalinin artması, sənaye obyektlərinin çoxalması və nəqliyyatın inkişafı ilə bağlı kiçilir.Respublika ərazisinin cəmi 11 %-i meşələrlə örtülüb ki, bu da çox aşağı göstəricidir. Buna gərə də meşələrimizin sənaye əhəmiyyəti azdır, əsasən torpaq və su qoruyucu, əczaçılıq, sanitariya, rekreasiya əhəmiyyətinə malikdir. Meşələrin əksəriyyəti dağlıq ərazilərdir. Son illərdə meşələrin qorunması ilə bağlı görülən tədbirlər bütün növ ağacların, o cümlədən relikt və endemik bitkilərin bərpasına və artırılmasına imkan verir.Azərbaycan, bioloji ehtiyatların mühüm tərkib hissəsi sayılan rəngərəng heyvanat aləminə malikdir. Bura Xəzərin, çaylarımızın, su anbarlarımızın balıq ehtiyatları, əsasən dağlıq ərazilərdə yayılan müxtəlif növ heyvanlar, düzən ərazilərdə yayılan sürünənlər (xüsusilə çox qiymətli zəhəri olan qafqaz gürzəsi), çoxlu sayda quşlar və s daxildir.Respublikamız zəngin rekreasiya ehtiyatlarına da malikdir. Bura həm təbii rekreasiya ehtiyatları (Böyük və Kiçik Qafqazda, Talış dağlarındakı dağ meşələri, Xəzər sahili narın qumlu çimərliklər, mineral bulaqlar), həm də mədəni-tarixi diqqətəlayıq obyektlər (“İçəri Şəhər”, Qobustanın qədim qaya rəsmləri, müxtəlif rayonlarımızdakı qalalar, arxeoloji abidələr və s.) daxildir. Bu ehtiyatlar turizmin inkişafına imkan yaradır.Abşerondakı göllərinin müalicəvi palçıqları və suları, Naftalanın müalicəvi nefti, Naxçıvanın duz mağaraları respublikamızın balneoloji ehtiyatlarına aiddir.Yuxarıda sadalanan zəngin ehtiyatlar və çox əlverişli təbii şərait, yaxın gələcəkdə respublikamızın güclü inkişaf etmiş dövlətə çevrilməsinə imkan yaradır.
['təbii ehtiyatların rolu', 'faydalı qazıntılar']
5,795
https://kayzen.az/blog/a%C4%9F%C4%B1ll%C4%B1/4762/d%C3%BCnyan%C4%B1n-%C9%99n-g%C3%B6z%C9%99l-r%C9%99sm-%C9%99s%C9%99ri.html
Dünyanın ən gözəl rəsm əsəri.
ağıllı
Bloq: ağıllı
13 aprel 2011, 23:02
Məşhur bir rəssam, günlərin birində, dünyanın ən gözəl şeyinin şəklini çəkməyi qerara aldı. Bunun üçün də, rəssam uzun bir yolculuğa çıxtı. Ağaclıq bir yərdə gəzərkən, yaşlı bir insana rast gəldi və ona sual verdiki, dünyada ən gözəl şey nədir. Adam dedi: "İmandır" dedi. Rəssam yola düşdü. Bir az gedtikdən sonra qarşıdaki qəsəbəlerin birində toy gördü. Məclisə qoşuldu və gəlinə yaxınlaşaraq ona da eyni sualı verdi. Gəlinin gözləri parlayaraq ressama baxdı və dedi: "Dünyada ən gözəl şey sevgidir" Ressam ordanda çıxdı və yoluna davam etdi. Qarşısına, cəbhədən yeni dönən esgərlə qarşılaşdı. Və yenə də eyni sualı ona da verdi və bu cavabı aldı: "Dünayada ən gözəl şey sülhdür" Rəssam öz-özlüyündə düşünürdü. İman, sevgi və sülhün şəklini necə çəkəcəyini düşünürdü. Və artıq evinin qapısına çatmışdı. Evin qapısından içəri girdikdə, dünyanın ən gözel menzərəsinin qarşısında olduğunu düşündü. Uşaqlarının məsum baxışlarında iman, heyat yoldaşının gözündə sevgi, evində isə sülhün olması idi. Beləliklə, dünyanın ən gözəl şeyinin şəklini çəkməyə başladı. Rəsm bitdikdən sonra o şəklin adını belə qoydu: "Evim".
['ailə səadəti']
5,796
https://kayzen.az/blog/a%C4%9F%C4%B1ll%C4%B1/4758/gedirs%C9%99n.susuram.html
Gedirsən...Susuram
ağıllı
Bloq: ağıllı
13 aprel 2011, 22:23
Hər vaxt imtina etmək üçün sevmişdim səni. Çünki bir gün bir yerlərdə bitəcəyini, bitməsə belə bitiriləcəyini bilirdim; amma heç bir zaman unutmaq üçün sevmemişdim səni.... Başdan qəbul etmişdim gedəcəyini, ürəyimin alovlarla yanacağını.Hər şeyə baxmayaraq başlamışdım bu sevdaya, gözə almışdım meni gözləyən alovları, ürəyimə batmağı gözləyən iti oxları.... Bütün əskiklərinlə qebul etmişdim.Bütün saf duyğularımla sevmişdim səni... Dəlilik idimi? Bilmirəm.... Və indi gedişini səssiz nəfəssiz izləyirəm. Deyəcək tək bir sözüm yox.Çünki bunu bilirdim.Gedəcəyini, ardından yaşlı gözlərlə baxa qalacağaımı!! Canım çox yanır amma susuram, sənində canın yansın istəmirəm. Danışsam ,gözlərimdən boşalacaq çağlayanı texmin edə bildiyim üçün susuram.İçimde qışqıran üreyimi susdurmaq üçün dərin bir nəfəs alıram.... Get demək gəlmir içimdən amma getməyin gərək bilirəm. "Ağlama esla.Ardımdan, sonumuz yox idi bizim, erkən olması gərəkən oldu. Bir az canımız ağrıyacaq amma alışacağıq" deyirsən. "Bir azmı??" deyirəm içimden BİRAZ!!! Və əlavə edirsən "Ağlama, ağladığını görməyə dayana bilmərəm, kədərlənərəm.... Üzümdə zorakı bir təbəssüm susuram. ...İçimdən bir qışqırıq qopur: "XOŞBEXT ol iki gözüm ağlamıram". .... Hərşeyə baxmayaraq sevdim səni sevirəm de..... Amma bir şey söyleməmək, ağlamamaq üçün sıxdığım dodaqlarım mane olur, sözlərin çölə çıxmasına susuram.... Son bir güclə artıq sıxmaqdan qanayan dodaqlarımdan o çox sevdiyim Cəzmi Ersözün sözləri tökülür: "Get özünü daha da çox sevdirmədən....." GEDİRSƏN....... SUSURAM.....
['sevgi']
5,797
https://kayzen.az/blog/ad%C9%99tl%C9%99r/4757/n%C9%99-%C3%BC%C3%A7%C3%BCn-m%C3%BCs%C9%99lmanlar-8-mart-bayram%C4%B1n%C4%B1-qeyd-etmir.html
Nə üçün müsəlmanlar 8 mart bayramını qeyd etmir
ayxansevda
adət-ənənələr
13 aprel 2011, 21:17
Daha doğrusu niyə müsəlman aləmi 8 mart bayramını qəbul etmir?! Hər kəsə məlum olduğu kimi, 8 Mart Beynəlxalq Qadınlar günü kimi qəbul edilir. Düzdür, adı beynəlxalq olsa da, indilərdə keçmiş sovet məkanı ölkələrinin bəzilərindən başqa yerlərdə az-az rast gəlinir bu “bayram”a. Bu bayramın yaranmasını Klara Setkinlə əlaqələndirirlər. O, qadınlardan ibarət inqilabi dəstə yaradaraq ekspluatatorlarla mübarizəyə qalxmışdı. Bu mübarizəyə qadınlar, iş saatının azaldılmasına, maaşların çoxaldılmasına və iş şəraitinin yaxşılaşdırılmasına görə qalxmışdılar. Öz xalqının müqəddəs bayramının yaşamasına xatir, Klara Setkin 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən beynəlxalq konqresində çıxış edərək 8 martın beynəlxalq qadınlar günü kimi qeyd edilməsini təklif etdi. Öz xalqı deyərkən isə vurğulamaq gərəkdir ki, Klara Setkin yəhudi olub. 1966-cı ildə isə SSRİ rəhbəri Leonid Brejnevin sərəncamı ilə bu gün qeyri-iş günü və dövlət səviyyəli bayram elan edilmişdir. Beləliklə də, uşaqların “analar günü” və böyüklərin “qadınlar günü” kimi qeyd etidiyi bu gün əslində, yəhudi bayramıdır. Sual oluna bilər ki, niyə məhz 8 Mart?! Bu gün yəhudilərin PURİM adlanan bayram günü ilə üst-üstə düşür. Bu bayram e.ə. 480-ci ildə 13 Adara günündə yaranmışdır. O zamanlar Esfir adlı bir qadın öz ərinə hiylə işlədərək yəhudi olmayan və dövlətin elita sayılan şəxslərin qətlinə səbəbkar olmuşdur. Bu qətliamda 75000 insan qətl edilmişdi. Yəhudilər bu günü yəhudi olmayan xalqlar üzərində qələbə kimi qeyd edirlər! Biz müsəlmanlar da yəhudilərin digər yəhudi olmayan xalqlar üzərində (xüsusən də günümüzdə müsəlmanlara qarşı törədilən fitnə-fəsadlar, qırğınlar, Fələstində baş verən hadisələr və s.) qələbəsini qeyd edirik “analar günü” adı altında!!! Budurmu “beynəlxalq qadınlar günü”?! Buna rəğmən, Klara Setkin tarixini bilmədən 8 Mart “bayram”ını keçirən insanların mübarək İslam Peyğəmbərinin (s.ə.a.s.) qızının, ciyərparəsinin (Hz. Fatimeyi-Zəhra xanım (s.ə.)) doğum tarixindən xəbərləri nə üçün yoxdur?! Məhz bu gündür gerçək müsəlman xanımların günü!
['Klara Setkin', '8 Mart']
5,798
https://kayzen.az/blog/issoc/4756/al%C4%B1n-yaz%C4%B1s%C4%B1.html
Alın yazısı
ayxansevda
islam və cəmiyyət
13 aprel 2011, 20:40
Dinimizdə “alın yazısı”, “qismət” kimi anlayışlar mövcuddur. Bu anlayışlar müsəlmanlar tərəfindən birmənalı şəkildə qəbul olunmur. Və çox təəssüf ki, bu anlayışların düzgün qavranılmaması nəticə etibarilə bir çox müsəlmanların İslam vaciblərindən yayınsalar belə özlərinə bəraət qazandırmalarına səbəb olur. Allahın insana imtahan kimi verdiyi bu düynada insanlar öz əməlinə, əxlaqına və ən mühümü də təqvalarına (təqva – Allah əmrlərinə tabe olmaq, Allahın səni görmək istədiyi yerlərdə hazır, görmək istəmədiyi yerlərdə qaib olmaqdır) görə fərqlənirlər. Kimisi İslam qanunlarına tabedir və daha da üstün şəkildə tabe olmağa hər vaxt çalışır, kimisi qismən tabedir və bunu özünə kifayət hesab edir, kimisi tabe deyil və bunu vacib hesab etmir, kimisi ümumiyyətlə bu qanunlardan xəbərsizdir və bu barədə danışılanda hətta qulaqlarını da tıxayır ki, eşitməsin və s. Bu növlərin arasında daha bir növ insanlar var ki, onlar İslamdan cüzi məlumatlı olmaqla kifayətlənir və baş verən hər bir məsələnin sırf Allaha aid olduğunu vurğulayır. Bu xırda yazıdan da məqsəd məhz bu növ insanların fikirləridir.Allah-Təala Qurani-Kərimdə çox yerdə vurğulayır ki, hər şeydən xəbərdardır və Sahib də odur. “...Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir!” (Əl-Bəqərə, 116), “...Allah hər şeyi (keçmişi, indini və gələcəyi) biləndir!” (Təğabün, 64). Və bir ayə daha var ki, konkret olaraq insanın alın yazısının əvvəlcədən təyin olunduğuna bir işarədir: “Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!” (Hədid, 57). Burada bir incə məqama diqqət etmək gərəkdir. Bütün bu qeyd edilənlər Allaha xas olan elmin nəticəsində Ona bəllidir, bu isə yekdilliklə qəbul olunan bir məsələdir. Amma bu o demək deyildir ki, insanın həyatını yalnız Allah-Təala yönləndirir. Diqqət edin – bir məsələnin gedişatından xəbərdar olmaq və o məsələnin gedişatını dəyişmək... Bunlar fərqli anlayışlardır. İnsan Allah-Təalanın yaratdığı şah əsəridir. Hər bir müəllif öz yaratdığı incəsənət əsərini sevdiyi kimi, Allah-Təala da insanı sevir və elə bu səbəblədir ki, Qurani-Kərimdə insana tövsiyyələr vardır. Diqqət edin ki, bu tövsiyyələr insanın öz xeyrinədir və Allah-Təala əməl ediləcək bu tövsiyyələrin nəticəsinin də insanın elə özünə xeyrili olacağını vurğulayır. Bir kəsdən sual edirsən: - “Sağlamlığın təhlükə altındadır. Nə üçün müalicə almırsan?” Cavab gəlir: - “Qismət Allahdandır. Allah şəfa versin. Əgər qismətimdə yoxdursa, demək sağalmayacam.” Bu, çox primitiv bir fikirdir. Ən azından həkimlərin varlığı buna sübutdur. Təbii ki, şəfanı verən Allahdır. Amma vasitəçi olaraq həkimlərin həyatımızda rolunu danmaq olmaz axı. Belə isə, onda insana rahatlığı, istini və soyuğu, can saglamlığını verən Allahdırsa, paltar geyinmək nəyə lazımdır? Qış vaxtı qısa köynəklə bayıra çıxaq ki, xəstələnsəm, qismətdəndir? Yaxud yolu keçəndə qəsdən özümüzü ataq maşın altına ki, ölüm qismətimdədir, ona görə belə oldu?! Qismətdə olduğu danılmır, amma sənin ölümünə səbəb qismət deyil, sən özün olursan o halda. Qismətdərir onun üçün ki, Allahın əzəli elmi bundan xəbərdardır. Amma qismətdə deyil ondan ötrü ki, ölümünə səbəb o qismət oldu. Bir kəsdən sual edirsən: - “Namaz qılırsan?” Cavab gəlir ki: - “Xeyr”. Səbəbini soruşursan, səbəbi bir neçə cür izah edilir. Kimisi hələ hidayət olunmadığı ilə, kimisi hazır olmadığı ilə, kimisi ürək təmizliyi ilə bəhanə verir. Bəziləri isə “hər şey Allahın əlindədir, O nə vaxt məsləhət bilsə, o vaxt da namaz qılacam”, “hələ Allah qismət etməyib, qismət olanda namaz qılacam”, “namaz qılmıramsa, demək alın yazım belədir” kimi fikirlər deyir. Bu fikir özü-özlüyündə Qurani-Kərimə ziddir. Çünki, Allah-Təala elə Quranda namazın vacibatını insana başa salır: “(Müsəlmanların namazı kimi) namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!” (Bəqərə, 43). Namaz barəsində, onun vacibatı barəsində ayələr çoxdur, birini göstərməklə kifayətlənirəm. İndi baxaq, necə ola bilər ki, Allah-Təala insana namazı vacib hesab edir, amma sonra Özü qəsdən elə edir ki, insan namaz qılmasın?! Yenə də vurğulana bilər ki, bəli, Allah-Təala bu insanın əvvəlcədən namaz qılmayacağını bilir və odur ki, qismətində də bu vardır, buna Allahın əzəli elmi imkan verir. Amma bu halda, qismət deyil insanı namazdan ayıran, insanın öz naqisliyidir ki, namaza yaxın durmur. Ən azından onu qeyd etmək olar ki, sadə dillə desək, Allah-Təala Qurani-Kərimdə insanlara yaxşı əməl əvəzində Cənnəti, pis əməl əvəzində Cəhənnəmi göstərir. Əgər ki, namazdan yayına bir insan, onda ona Cənnət vəd etməyin nədir əhəmiyyəti? Belə olan halda, Qurani-Kərim səhvmi tövsiyyə verir bizlərə? Allah-Təala insana düşünmək, qərar vermək qabiliyyəti verib ki, onlardan istifadə ilə bu dünyada bizə seçim şansı verir. Hər məsələni qismətin, alın yazısının üstün yıxmaq İslama ziddir. Yəni ki, bir sözlə - qismət o deyil ki, hər şeyi Allah edir. Qismət odur ki, onun olacağı Allaha əzəli elmi ilə bəllidir və artıq onlar alın yazısı olaraq qəbul edilmişdir. Amma onların baş verməsi bütün hallarda Allah tərəfindən deyildir və burada insanın sözsüz rolu vardır. Gəlin hər hərəkətimizdə İslama uyğunluq məsələsinə diqqət edək və yanlış atdığımız addımlar olarsa (Allah belə addımlardan hifz etsin!), bunu qismətin üstün atmaqla bəhanə etməyək, Haqq-Təalanın bizə bəxş etdiyi ağıl kimi nemətdən lazımınca yararlanaq!
['alın yazısı']
5,799
https://kayzen.az/blog/Quran/4754/quran-m%C3%B6c%C3%BCz%C9%99l%C9%99ri.html
Quran möcüzələri
ayxansevda
Quran
13 aprel 2011, 20:25
Quranda insanları ölümdən sonra diriltmənin Allah üçün çox asan olduğu bildirilir və bu zaman insanların xüsusilə barmaq uclarına diqqət çəkilir:"Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!"(Qiyamət Surəsi, ayə: 4) Ayədə barmaq uclarının vurğulanması son dərəcə hikmətlidir. Çünki bütün insanların barmaq izləri tamamilə bənzərsiz və təkrarsız, tamamilə özünəməxsusdur. Yer üzündə yaşayan hər bir insanın barmaq izi bir-birindən fərqlidir. Bundan başqa tarix boyunca yaşamış insanların barmaq izləri də bir-birindən fərqlidir. Elə bu səbəblə barmaq izi, hər kəsə məxsus çox əhəmiyyətli bir "şəxsiyyət vəsiqəsi" sayılır və bütün dünyada bu məqsədlə istifadə edilir. Ancaq əhəmiyyətli olan, barmaq izinin bu xüsusiyyətinin ancaq XIX əsrin sonlarına yaxın kəşf edilmiş olmasıdır. Ondan əvvəl insanlar barmaq izini heç bir xüsusiyyəti və mənası olmayan xəttlər olaraq görmüşdür. Lakin Quranda, o dövrdə heç kimin diqqətini cəlb etməyən barmaq izləri vurğulanır və bu izlərin ancaq dövrümüzdə kəşf edilən əhəmiyyətinə diqqət çəkilir. Həmçinin bax: Quranda riyazi möcüzələr
['Quran möcüzəsi']