Unnamed: 0
int64 0
6.93k
| url
stringlengths 41
313
| title
stringlengths 3
153
| author
stringclasses 256
values | category
stringclasses 371
values | date
stringlengths 17
23
| content
stringlengths 3
89.6k
| tags
stringlengths 6
314
|
---|---|---|---|---|---|---|---|
5,800 | https://kayzen.az/blog/heyvan/4753/delfinl%C9%99r.html | Delfinlər | ayxansevda | Heyvanlar aləmi | 13 aprel 2011, 20:19 |
Delfinlər üçün nəfəs almaq insanlarda və ya digər quru məməlilərində olduğu kimi bir refleks deyil, iradəli hərəkətdir. Yəni biz necə yeriməyə qərar veririksə, delfinlər də nəfəs almağa qərar verir. Bu, heyvanın suda yatarkən boğularaq ölməməsi üçün alınmış bir tədbirdir. Delfin yuxu əsnasında beyninin sağ və sol yarım kürələrini təxminən 15 dəqiqə arayla növbəli istifadə edir. Bir yarım kürə yatarkən, digəri heyvanın səthə çıxaraq nəfəs almasına nəzarət edir.
Delfinlər balıqlar kimi su içində nəfəs alıb verə bilməzlər. Bu səbəbdən nəfəs almaq üçün nizamlı olaraq su səthinə çıxırlar. Başlarının üstündə hava alıb vermələrini təmin edən dəlik var. Delfinlərin bədəni elə mükəmməl bir quruluşa malikdir ki, heyvan suya daldığında bu dəlik qapaq tərəfindən avtomatik örtülür və bunun sayəsində içəri su girmir. Su səthinə çıxdıqda isə qapaq avtomatik açılır. Heyvanlar içində yalnız delfinlərə özəl olan bu quruluş üstün bir yaradılışın açıq dəlillərindəndir. Allah hər canlı kimi delfinləri də içində olduqları şəraitə ən uyğun bədən strukturlarıyla birlikdə yaratmışdır.
| ['delfin'] |
5,801 | https://kayzen.az/blog/letife/4751/ha-ha-ha.html | Ha-ha-ha | ayxansevda | Lətifələr | 13 aprel 2011, 16:15 |
-Ana mələk vaaar heeç?-Hə bala,vaar..-Bəs onlar hamısı uçuuur?-Həə uçur.. --Onda bizim xidmətçi niyə uçmur? ata hemişə ona mələyim deyir ki bəs.. ...-Indi bilmirəm,amma 2 dəqiqəyə 100% uçacaq*** Bir gün biri çıxır söyüd ağacına. Dostu deyir: "Hara çıxırsan?"- "Armud yeməyə".Dostu deyir: "Axı bu söyüd ağacıdır".-"Nə olsun, armud cibimdədi".*** Beş yaşlı uşaq zəng səsini eşidib dəstəyi qaldırır:-"Alo, eşidirəm".-"Atanı, ya da ananı çağır".-"Evdə yoxdurlar"-"Bəs evdə səndən başqa bir adam var?"-"Bəli var,bacım evdədir".-"Onda onu çağır".Bir dəqiqəlik pauzadan sonra oğlan deyir:-"Alo,o çox ağırdır,beşikdən çıxara bilmədim".***Günlərin bir günü oğul atasından dondurma pulu istəyir və deyir:-"Ata, mənə 5 manat pul verdə dondurma alım".Atası deyir:" Nəə qədər 4 manat? 3manatı neynirsən 2manat verim 1 manatı qaytar"***Xəstə həkimdən soruşur:
- "Həkim, düz deyirlər ki, yer kökü görmə qabiliyyətin yaxşılaşdırır?"- "Həqiqəti deyirlər! Heç nə vaxtsa eynəkli dovşan görmüsən?"***Uşaq bağçasında müəllimə uşaqlara deyir:-"Uşaqlar, müəllimə gedir. Nə demək lazımdır?"Uşaqlar xorla: -" Allaha şükür"***Arvad:- " Mənə belə gəlir ki,bizim sürücünü qovmaq lazımdır".Kişi:-" Nə üçün?"Arvad:-" Dörd dəfədir ki,o mənim həyatımı ölümcül təhlükə altına qoyur".Kişi:-"Tələsməyək ,ona daha bir şans verək".***Zəng çalınır...Şagirdlər içəri girir....Riyaziyyat dərsi başlayır.... Müəllimə jurnala baxıb deyir:"Naaaaaaaaaattttttiiiiiiiiiqqqq......"Natiq deyir :"Hııııııııııııııııı......"Müəllimə: "Zəhriman hıııı, çor hıııı....Müəllimə danışanda şagird əyağa qalxar!!! De görüm 2*3 nəçə eləyər ?"Natiq deyir :" 10"Müəllimə: "Otur əəə...."Biraz sonra..... "Oooooooooorrxaaaaaaaannnn....."Orxan : "Hııııııııı......"Müəllimə: "Zəhrimar hııııı, çor hııııı.....Müəllim danışanda şagird əyağa qalxar!!! de görüm 5*5 neçə eləyər ?"Orxan: "25"Müəllimə:"Bəs 3*5 neçə eləyər?"Deyir: "15"Müəllimə: "Sən laaaf professorsan kiiii"Sabahısı gün Orxan gəlir müəlliməyə deyir:" Müəəəəəəəəlllliiiiimmməəəəəəəəə......."Müəllimə deyir: "Hıııııııııı....."Orxan deyir: "Zəhrimar hııııı, çor hııııı.....Professor gələndə müəllimə ayağa qalxar".
| ['Lətifələr', 'gülməcə', 'anekdotlar'] |
5,802 | https://kayzen.az/blog/t%C9%99n%C9%99ff%C3%BCs/4750/bronxial-astma-tutmasinda-yard%C4%B1m.html | Bronxial astma tutmasinda yardım | Zeyneb_Ehmedova | tənəffüs sistemi | 13 aprel 2011, 14:51 |
Uşaqda bronxial astma tutması zamanl bronxların kəskin başlanan obstriksiası nəticəsində boğulma tutması ilə nəticələnir.Uşaqda təngnəfəslik öskürək olur.Ağ ciyərdə emfizema inkişaf edir,döş qəfəsi qabarır qabirğarası sahələr hamarlanır Auskultasiyada ağ ciyərlərdə nəfəsvermə fonunda fitverici xiriltilar eşidilir.Ürək damar sistemində taxikardiya olur,arterial təzyiq yüksəlir.Tutmanin müddəti üngül formada normada 10-15 dəqiqə ağır və ağır formada bir neçə saatdan bir neçə günə davam edir.Yardım:uşağa sakit çərait yaratmaq ayaqlara isti vanna etmək sinəyə kürəyə xardal vərəqi qoymaq olar ki, bunlar yardimci vasitələrdir.dərmanlardan eufillinin əhəmiyəti boyukdur.onun 24% məhlulu əzələyə 2.4% məhlulu venaya yeridilir.hər kq çəkiyə 4-6mq.bundan başqa onu daxilə şam. .əklində və inhalyasiya kimi də yeridilir.
yungül tutmalarda qarışıq preparatlar:teofedrin antastman solutan təyin edilirşAsmatik vəziyyət başladıqda qlükokortikoidlər tətbiq edilməlidir.Eufillinle birlikdə venaa 0,06% korqlükon tətbiq edilməlidir
Müəllif:Əhmədova Zeynəb
| ['bronxial astma', 'pediatriya'] |
5,803 | https://kayzen.az/blog/Old_Baku_/4749/sevgi.html | Sevgi | Old_Baku_ | Bloq: Old Baku | 13 aprel 2011, 14:27 |
Bu dünyada sevmə,sevsən dəli etmə.Çünki sevən sevilməz,sevilən qiymət bilməz.İlk dəfə qarşılaşanda sənin gözlərində-sevinc,mənim gözlərimdə-ümid vardı.Nə qədər gözəldi o günlər.İndi sənin qəlbində-başqası,mənim qəlbimdə-sən,gözlərimdə isə-nəm var.İnsanlar qızıl güllərin ardınca qaçarkən,ayaqları altında qalan nərgizlərə fikir verməzlər...
Kimsəyə könlümü vermədim,içində səni görərlər deyə,kimsənin könlünü almadım,içində səni görərəm deyə.Əgər bir gün ölsəm,baş daşıma səninlə tanış olduğum tarixi yazdır,əgər bu tarix səhvdi desələr,məni tanımadan yaşamırdı deyərsən.Bir romansan oxuyub bitirə bilmədiyim,bir həsrətsən uzanıb ərə bilmədiyim,bir tək sənsən salam deyib,elvida deyə bilmədiyim.
| ['sevgi sözləri'] |
5,804 | https://kayzen.az/blog/onkologiya/4748/m%C9%99d%C9%99-x%C9%99r%C3%A7%C9%99ngi.html | Mədə xərçəngi | Zeyneb_Ehmedova | Onkoloji xəstəliklər | 13 aprel 2011, 14:07 |
Əvvəl ümumi zəiflik,iştahın azalması,arıqlama,anemiya,psixi depressiya meydana çıxır.Ağrı sindromu şişin mədənin pilorik və kardial hissəsinə yayıldıqdan sonra əmələ gəlir.Mədə dibinin xərçəngi də uzun müddət simptomsuz gedə bilər.İlk şikayətlər enterokardia tipli agrılar olur.Proses diafraqma və plevraa keçdikdə təkrarlanır.Daha sonra mədə xərçəngi üçün xarakter olan gecikmişSimptomlarıMədə xərçənginin gedişi şiş prosesinin mədə divarına,başqa orqanlara aılmasından və metastazın xarakterindən asılıdır.DiaqnozBaşlıca olaraq rentgenoloji müayinəyə və qastroduodenoskopiaya əsaslanır.
Qastroskopiya şişin xarakterini onun lokalizasiyasını böyümə formasını yayılmasını təyin etmeyə imkan verir.Həm də bu zaman biopsiya üçün material almaq imkan olur.Şişin dağılması və mədə qanaxmaları hallarında laborator müainə zamanı mədə xərçəngi olan xəstələrdə anemiya müşahidə edilir.Buna görə nəcisin gizli qan sınağına reaksia(+) olur.EÇS 50-70 mm/saata qədər artır,mədə şirəsində xlorid turşusu olmur.Mədə xərçənginin müalicəsiMədə xərçəngi zamanı yeganə və effektif metod cərrahi müdaxilədir.Bundan başqa müxtəlif,müasir şiş əleyhinə dərmanlar metastaz prosesinin qaeşısını almaq üçün istifadə olunur.Həmçinin şüa müalicəsi tətbiq olunurOperativ metod tətbiq edilə bilməyən mədə xərçəngi zamanı düzgün qidalanma vacib rol oynayır:gündə 4 dəfə az hissələrlə qida qəbulu və pis qidalardan imtina.Qusma zamanı mədə və 12 barmaq bağırsağın motorikasını nizama salan preparatlar,ağrılarda isə-narkotik və qeri-narkotik ağrıkəsici maddələr təyin edilirProfilaktika
Mədə xərçənginin profilaktikasında xərçəngönü xəstəlikləri xüsusəndə sekretor çatmamazlıqlarla gedən xroniki və atrofik qastriti vaxtında müalicə etmək lazimdır.belə xəstələr ildə 2 dəfə qastroskopik müayinədən keçməlidir.Düzgün qidalanma rejimi siqaret və alkoqoldan imtina etmelidir.Mədədə polip olduqda onlar cərrahi yolla çıxardılır.Mədənin kallyoz xorası olan xəstələrə xüsusi müşahidə tələb olunur.Əgər çapiqlaşma prosesi getmirsə belə xəstələr mütləq cərrahi yolla müalicə olunmalıdır.
Müəllif:Əhmədova Zeynəb
| ['mədə xərçəngi'] |
5,805 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/4747/balaca-q%C4%B1z%C4%B1n-xiff%C9%99ti.html | Balaca qızın xiffəti | ayxansevda | Xoşbəxt ailə | 13 aprel 2011, 13:31 |
Balaca qız hər gün atasının şəklinə baxar , onu oxşayar və öpərdi. Necə də darıxmışdı atası üçün. Artıq iki il idi ki, atasını görmürdü. Valideynləri ayrılmışdı , amma bu balaca qızın dünyadan xəbəri yox idi. O , bilmirdi ki,əslində atası onları tərk etmişdi. Hər gün o, yenə də ümid edirdi ki, atası mütləq axşam işdən çıxıb, onu görməyə gələcəkdi.
-"Nə qəşən koftan var!" - deyə kimsə ona müraciət edəndə o, tələsik cavab verərdi:" Atam alıb!, Mənim atam!" - deyə nazlanardı. Həyətdə də öz həmyaşıdları ilə oynamazdı. Daim şeirlər deyər ,mahnılar oxuyar öz- özünə: " Atam alıb mənimçün rəngli qələm və dəftər, Kitabıma bax budur , gözəl - gözəl şəkillər..." Beləcə , bu minvalla günlər keçərdi.
Bu gün isə özəl gün idi. Artıq 4 yaşı tamam olurdu. Anasının hazırladığı tort, açdığı süfrə, aldığı hədiyyələr onun kefini açmırdı. Bütün bunlara sevinə bilmirdi. İndi böyümüşdü. Atasını istəyirdi , onun üçün ən böyük hədiyyə -atasının gəlişi ola bilərdi ancaq. Amma deyəsən artıq anlamağa başlayırdı... Başa düşürdü ki, atası gələn deyil. Son iki ildə onun heç bir ad günündə o gəlməmişdi. İndi heç gəlməz. Sadəcə o vaxt balaca idi. İndi bir az böyümüş, dərk edirdi hər şeyi. Balaca qız hər gün sığalladığı, oxşadığı atasının şəklinə yaxınlaşdı. Gözləri dolmuş, qəmli baxışlarla : " Ata, oradan gəl də yanıma,düş gəl şəkildən, atam mənim, mən sənsiz qalmışam axı, mən səni istəyirəm, gəl , gəl məni öp". Ana bu səhnəyə dözə bilmədi, dəfələrlə bu şəkli gizlətmiş, lakin qızının stress keçirəcəyindən qorxmuş və balasının təkidi ilə şəkli geri qaytarmışdı. Onsuz da əsəbi olmuşdu, belə vəziyyətlərə onun sinirləri tab gətirmirdi. Özünü ələ aldı, göz yaşlarını sildi və qızına yaxınlaşdı: " Gözəlim, bax nənə necə gözəl ayı balası alıb sənə?" - deyə balasının fikrini yayındırmağa çalışdı. Lakin qız şəkli daha da bağrına basdı , öpdü : "Sən burda dayan , mən ayıya baxım, qayıdıram, yaxşı?" - deyib, şəkli yerinə qoydu. Yan otağa keçdi, ayıya baxdı :" Qəşəngdi, atama göstərim" , ayı balasını əlinə alıb dərhal şəklin yanına qayıtdı. Ana daha heç nə etmədi. Bu ad günü belə keçdi - gələn qonaqlar balaca qızın şəklin qarşısında oturub saatlarla atasına necə tamaşa etdiyinin şahidi olmuşdu.
P.S Allah heç bir övladı ata-anasız qoymasın, xüsusilə qız uşaqlarını. Çünki çox vaxt qız uşaqları atalarını daha çox sevirlər.
Müəllif: Zeynalova Vüsalə.M
Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.
Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.
| ['yetim uşaq'] |
5,806 | https://kayzen.az/blog/qan-damar/4746/%C3%BCr%C9%99k-q%C3%BCsurlar%C4%B1.html | Ürək qüsurları | Zeyneb_Ehmedova | Qan-damar sistemi | 13 aprel 2011, 12:26 |
Ürək qüsuru dedikdə ürəyin qapaq aparatında və ya böyük damarlarda anatomik dəişikliklərinin getməsi,mədəcik və qulaqlıqarası çəpərin bitişməməsi nəzərdə tutulur
Ürək qüsuru 2 yerə bölünür:anadangəlmə və qazanılma
Anadangəlmə qüsurlar:Hələ uşaq ana bətnində olarkən əmələ gəlir.Bura qulaqcıqlararası və mədəciklərarası çəpərin deffekti,aorta və a ağ ciyər arteriyasının zədələnməsi,arterial axarın açıq qalması aiddir.
Qazanılma qüsürlar:İnsanın həyatında keçirdiyi bəzi xəstəliyin fəsadı kimi meydana çıxır.Qazanılma qüsürların əmələ gəlmə səbəbləri müxtəlifdir.Xəstəliyi ən çox əmələ gətirən səbəb revmatizmdir.Nadir hallarda isə aterosklerozdan,sifilisdən və ya birləşdirici toxumanın diffuz xəstəliyindən sonra əmələ gəlinir.Mitral və ya aortal qüsüra 3 taylı qapağın qüsuru da qoşula bilər.
1.Qapaq çatmamazlığı-burada qapaqda deformasiya olduğu üçün o dəliyi tam örtmür.Buna görə də qanın bir hissəsi geriyə qayıdır.
2.Dəliyin stenozu-qapaqlar bir-birinə yapışır,nəticədə qanın axmasına maneçilik törədilir.
Sol mədəcik-qulaqcıq qapaq çatmamazlığında sistolada qapaq sol atrioventrikulyar dəliyi tam örtməsi üçün,qan təkcə aortaya deyil,sol qulaqcığada tökülür.Qulaqciğa əlavə qan daxil olduğu üçün o böyüyür,divarı hipertrofiləşir.
Aorta qapağının çatmamazlığında:diastola zamanı sol mədəciyə aortadan qan daxil olur.Buna görə də sol mədəcik genişlənir,divarı hipertrofilləşir.
Ağ ciyər arteriyası qapağının çatmamazlığı zamanı ağ ciyər arteriyasından qan sağ mədəciyə tökülür,ona görə də sağ mədəcik genişlənir,divarı hipertrofilləşir
Sağ mədəcik-qulaqcıq çatmamazlığında da belə xarakter əlamət olur.Belə ki,3 taylı qapaq sağ qulaqcıq-mədəcik dəliyini tam örtmədiyi üçün qan sağ qulaqcığa qayıdır,buna görə də sağ qulaqcıq böyüyür və hipertrofilləşir.
Sol qulaqcıq-mədəcik dəliyinin stenozunda isə diastolada qan çətinliklə sol qulaqcıqdan sol mədəciyə daxil olur.Buna görə də sol qulaqcıq genişlənir və divarı hipertrofilləşir
Aorta dəliyinin stenozunda sistolada sol mədəcikdən qan çətinliklə aortaya daxil olur,nəticədə sol mədəcik genişlənir,divarı hipertrofilləşir.Eynilə bu proses ağ ciyər arteriyası dəliyinin stenozunda da olur.Nəticədə ürək qüsuru ürək daxili hemodinamikanın pozulmasına gətirib çıxarır.Belə ki, ürəyin yığılma funksiyasını icra edən hissəsinə böyük ük düşdüyü üçün onun iş qabiliyyəti aşağı düşür.Xəstəliyin müəyyən etapında ürəkdaxili hemodinamikanın pozğunluğu ürəyin başqa şöbəsi ilə kompensasiya olunur.Ancaq sonralar bu şöbənin də yığılma qabiliyyətinin aşağı düşməsi nəticəsində, ürək çatmamazlığı əlamətləri meydana çıxır.Həm kiçik həm də böyük qan dövranında durğunluq əmələ gəlir.
Qazanılma qüsürlar cavan və orta yaşlarda rast gəlinir.Belə ki, revmatizmlə uşaq və gənc yaşlarında xəstələnirlər.
Simptomlari: Ürək qüsuru olan şəxslər ola bilər ki, özünü yaxşı hiss etsin və uzun müddət həkimə müraciət etməsin.Ürəyin yığılma funksiyası azaldığı üçün xəstələr təngnəfəslikdən,ürək döyünmədən şikayətlənirlər.Qan dövranı pozğunluğu proqressivləşdikdə xəstələrdə şişlər,sianoz,fiziki işdən,yeməkdən sonra təngnəfəslik müşahidə olunur.
Ürək qüsurunun özünə aid əlamətlər.
Qan dövranı çatmamazlığını göstərən əlamətlər
Ürək qüsurunun özünə aid əlamətlərinə auskultasiyada ürək tonlarının dəyişməsi və küylərin medana çıxması aiddir.Bunlara:
1)Mitral qapaq çatmamazlığında 1-ci ton zəif,zirvədə sistolik küy
2)Aorta qapağının çatmamazlığında 2-ci ton zəif və ya 2-ci qabirğaarasında döş sümüyündən sağda diastolik küy
3)Sağ qulaqcıq-mədəcik çatmamazlığında döş sümüyünün xəncərəbənzər çıxıntısının əsasında sistolik küy
4)Sol atreo-ventrikulyar dəliyinin stenozunda zirvədə 1-ci ton kəskin güclənmiş,aortada diastolik küy.
5)Aortanın stenozunda 2-ci qabirğaarasında döş sümüyündən sağda 2-ci ton zəif,həmin yerdə kəskin sistolik küy
6)Kiçik qan dövranında durğunluq olduqda 2-ci qabırğaarası sahəyə döş sümüyündən solda 2-ci tonun güclənməsi.Perkussiyada və rentgenoloji muayinədə ürəyin ölçüləri böyümüş olur.
Tibb bacısı auskultasiya və perkussiya etmir,ancaq nəbzin xarakterinə fikir verməlidir.Kompensasiyalı qüsürda nəbz normal olur.Aorta qapağının çatmamazlığında nəbz dolğun olur.Ürəyin yığılma funksiyası zəiflədikcə nəbzin dolğunluğu azalır.Bəzi hallarda ekstrasistoliya və ya səyrici aritmiyada ola bilər.Arterial təzyiq ürək qüsuru nəzərə çarpan olduqda dəyişir:mitral stenozda və aorta dəliinin stenozunda sistolik təzyiq aşağı düşür,aorta qapaq çatmamazlığında sistolik təzyiq qalxır,diastolik düşür.
Ürək qüsurunun dekompensasiyasında v ürəyin yığılma funksiyasının azalmasında dodaqlarda. Burunun ucunda,qulaqlarda, barmaqlarda sianoz olur.Ağ ciyərlərdə durğunluq olduğu üçün bronxitlərə və pnevmoniyalara meyillilik olur.Təngnəfəslik,zəif,aritmik nəbz sianoz,ödem bütün bunlar ürək kompensasiyasının pozğunluğu göstərir.Palpasiyada,rentgendə ürəyin bu və ya o biri şöbələrinin böyüməsi əlamətləri olur.Ürək qqüsurunun müəyyən olunmasında exokardioqrafiyanın böyük rolu vardır
Müəllif:Əhmədova Zeynəb
| ['ürək qüsuru', 'ürək xəstəliyi'] |
5,807 | https://kayzen.az/blog/kitab/4736/d%C3%BCnya-kitabxanalar%C4%B1.html | Dünya kitabxanaları | kulturoloq | Kitablar və mütaliə | 13 aprel 2011, 00:49 |
Kitabxanalar mədəniyyətin bir qoludur və onlarsız mədəniyyəti təsəvvür etmək mümkün deyil. Bu yazıda dünyanın müxtəlif şəhərlərində yerləşən tanınmış kitabxanaların bir neçəsi haqqında qısa söhbət açacağıq.
Kopenhagen Kral Kitabxanası Kopenhagen Kral Kitabxanası Danimarkanın milli kitabxanası sayılır və Skandinaviya ölkələrində ən böyük kitab saxlancıdır. Kitabxananın fondunda böyük sayda tarixi əhəmiyyətli nəşrlər saxlanılır. Burada Danimarkada ilk dəfə 1482-ci çap edilmiş kitabdan tutmuş, XVIII əsrdən başlayaraq çap olunan kitablar saxlanılır. Kitabxana 1648-ci ildə Danimarka kralı II Frederik tərəfindən açılıb. Ümumi istifadə üçün isə kitabxana 1793-cü ildən fəaliyyət göstərir. 1989-cu ildə o, universitet kitabxanasına çevrilib və 2005-ci ildə Danimarkanın Milli Kitabxanası adlandırılıb. İndiki rəsmi adı isə Danimarka Kral Kitabxanasıdır. Rusiya Dövlət Kitabxanası Moskva şəhərində yerləşən Vladimir İliç Lenin adına Rusiya Dövlət Kitabxanası saxlanılan kitab fondlarının, sənədlərin həcminə görə Avropada birinci, dünyada ikinci kitabxana hesab olunur. Kitabxanada 367 dildə yerli və xarici sənədlər, nadir kitablar, musiqi notları, səs yazıları, müxtəlif dissertasiyalar, qəzet və jurnallar qorunub saxlanılır. Ümumi kitab fondu 43 milyon nüsxəyə yaxındır. Kitabxanaya hər gün orta hesabla 4000 ziyarətçi gəlir, 200 nəfər yeni oxucu üzv yazılır. Kitabxananın virtual oxu zalları fəaliyyət göstərir. 1992-ci ildə bu kitabxana “Ginnesin rekordlar kitabı”na düşüb. Kitabxananın ayrı-ayrı fondları Moskvanın müxtəlif yerlərində yerləşir.
ABŞ Konqres Kitabxanası Konqres Kitabxanası 1800-cü il aprelin 24-də ABŞ prezidenti Con Adamsın göstərişi ilə yaradılıb. Prezident kitab alınmasına və saxlanılmasına o vaxtın pulu ilə böyük məbləğ - 5 000 dollar pul ayırır və qərar imzalayır ki, kitabxananı ancaq prezidentlər, Konqresin üzvləri ziyarət edə bilərlər. O vaxtdan etibarən kitabxananın adı Konqres Kitabxanası qalır. 1814-cü ildə ABŞ-Britaniya müharibəsi vaxtı kitabxana demək olar ki, məhv olur. İngilis əsgərləri kitabxananın yerləşdiyi Kapitoli binasını yandırırlar. 3000-dən çox kitab məhv olur. Eks-prezident və kitab həvəskarı Tomas Cefferson özünün yarım əsr ərzində yığdığı 6487 cilddən ibarət kitabxanasını kitabxanaya bağışlayır. Belə bir kitabxana ABŞ-da heç kimdə yox idi. Konqres Kitabxanası dünyanın ən böyük kitabxanası hesab olunur. Onun fondlarında saxlanılan kitablar 470 dildədir, yarısından çoxu ingilis dilindədir. Ümumi kitab fondu 142 milyondan çoxdur. Əlavə olaraq 32 milyondan çox digər çap məhsulları, 12.5 milyon fotoşəkil, 5.3 milyon coğrafiya xəritələri, 5.6 milyon not və 62 milyon əlyazması saxlanılır.
| ['kitabxanalar'] |
5,808 | https://kayzen.az/blog/ayxansevda/4728/a%C4%9Flamaq.html | Ağlamaq | ayxansevda | Bloq: ayxansevda | 12 aprel 2011, 23:06 |
Ağlamaq: Rəhmandan quluna bir hədiyyə, bir rəhmətdir!
Ağlamaq: İçdəki çətinlikləri xaricə atmaqdır,çətinliklərdən təmizlənməkdir!..
Ağlamaq: Bəzən peşmanlığın ifadəsidir. Rəsulun itirdiyi oğuluna hədiyyəsi.
Bəzən Rəbbindən üzr istəməkdir.
Bəzən sevgiliyə naz!
Bəzən gileydir!
Bəzən də aydın ola bilməməkdir. Sanki ağrının yuyunması, torpağa qarışıb yox olmasıdır.
Bəzən sevincin gözlərə yığılması, ardından göz bəbəyindən süzülən dənələrdir Ürəkdə sevinc fırtınaları qoparkən, gözlərin qəmliliyidir.
Ağlamaq: Bəzən danışmaq nələrsə söyləmək çətinləşdiyində, süzülən damlalarla bunları tək tək yazmaqdır! Dəqiq, sadə, riyasız heç bir söz tələffüz etmədən duyğuların ifadəsidir.
Bir möminin gözlərindən süzülən damlalar! Bəlkə də digərlərinin qurtuluşuna səbəbdir. Rəbbindən rəhmət olaraq
Bir ananın balasına həsrətinin ifadəsidir.
Ağlamaq: Bir təsəllidir anaya! Sevgiliyə sığınacaqdır.
Ağlamaq: Məcnundan Leyla' ya qalan xatirədir.
Və Rəsulundan ümmətinə mərhəmətdir.
P.S: Ağlamağı bacarırsız?
| ['sevgi', 'Duyğular'] |
5,809 | https://kayzen.az/blog/qan-damar/4724/anemiya.html | Anemiya | ayxansevda | Qan-damar sistemi | 12 aprel 2011, 22:33 |
Anemiya xəstəliyi necə yaranır ?
Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, dünyada milyonlarla insan anemiya xəstəliyindənəziyyət cəkir. İrəli sürülən fərziyyələrə görə, anemiya ilk vaxtlar Ərəbistanda mövcud olub. ABŞ-da insanların 40 faizində bu xəstəlik mövcuddur. Xəstəliyin tarixi orta əsrlərə gedib cıxsa da, alimlər anemiyanı 1888-ci ildə aşkarlayıblar. Paula Erlix adlı professor anemiyanı ilk dəfə 21 yaşlı qadında tapıb. Bəs anemiya necə yaranır,necə inkişaf edir?
Bildiyimiz kimi insan qanı plazmadan və formalı elementlərdən ( yəni qan hüceyrələrindən) ibarətdir. 3 cür qan hüceyrələri mövcuddur:
1. Leykositlər — bu formalı elementlər iltihabda, immunitet reaksiyalarında iştirak edirlər.
2. Eritrositlər — bu formalı elementlərin tərkibində dəmir daşıyıcısı olan hemoqlobin (Hb) mövcuddur və onların funksiyası ağciyərdən toxumalara oksigeni daşımaqdır.
3. Trombositlər — laxtalanmada iştirak edir. Anemiya (qanazlığı) dedikdə məhz eritrositlər və hemoqlobin çatışmazlığına aid xəstəliklər nəzərdə tutulur.
Əmələ gəlmək mexanizminə görə anemiyalar bölünür:
1. Qanaxma nəticəsində yaranan anemiyalar(posthemorragik anemiyalar):
• Kəskin
• Xroniki
2. Qanyaranmanın pozulması nəticəsində yaranan anemiyalar:
• Defisit anemiyalar ( dəmir defisitli, B12 defisitli və s.)
• Porfirin mübadiləsinin pozulması nəticəsində yaranan anemiyalar (anadangəlmə, aplastik və s.)
3. Qanın parçalanmasının artması nəticəsində yaranan anemiyalar (hemolitik anemiyalar):
• Anadangəlmə (irsi)
• Qazanılmış
Dəmir defisitli anemiyalar
Dəmir defisitli anemiyalar orqanizmdə dəmirin çatışmazlığı nəticəsində əmələ gəlir və bütün anemiyaların 80%-ni təşkil edir. Səbəbləri: Mədə-bağırsaq sistemin xəstəlikləri(qastrit, mədə və ya yoğun bağırsağın şişləri, qurd xəstəlikləri və s.), hamiləlik, qidada dəmirin çatışmazlığı və s. Bundan başqa orqanizmdə baş verən xroniki qanaxmalar (uzun müddət davam edən gur aybaşı, uşaqlıq qanaxmaları, babasil,mədə xorasının gizli qanaması və s.) dəmir defisitli anemiyaya səbəb ola bilər.
Əlamətləri: Dəmir defisitli anemiyada xəstənin dəri və selikli qişaları solğun olur, başgicəllənmə, öz önündə qaraltı, qulaqlarda küydən əziyyət çəkir. Nəbzi tezləşir(taxikardiya), təngnəfəs olur, arterial təzyiq aşağıya meylli olur. Xəstənin dırnaqları tez sınır, dırnağın üzəri köndələn xətli, qaşığabənzər formada olur, saçları ucları haçalanır, tökülür. Dəri quru olur, çətin qaralır. Bərk, kobud qidaları udmaq çətinləşir, anqulyar stomatit(ağızın kənarlarında yara) əmələ gələ bilər. Bu zaman dil hamarlaşır, parlaq olur. İştahanın dəyişməsi baş verir — xəstə tabaşir, torpaq, kömür yeməyə cəhd edir, aseton, süni boya iyindən xoşu gəlməyə başlayır. Mədə bağırsaq sistemində distrofik, atrofik proseslər gedir. Hemoqrammada qanda hemoqlobinin miqdarı(Hb), rəng göstəricisi azalmış olur. Eritrositlərin sayı azalmışvə ya dəyişilməmiş ola bilər. Mikrositoz və poykilositoz olur.Qan plazmasında dəmirin miqdarı azalır, serumun ümumi dəmirbağlama qabiliyyəti artır, serum ferritini aşağı düşür. Diaqnoz sümük iliyində depo dəmirin miqdarının azalmasına əsaslanaraq qoyulur.
Müalicəsi: 6 ay müddətində oral olaraq gün ərzində 180 mg dəmir (2-valentli dəmir, dəmir-sulfat) qəbul edilir. Əgər mədə-bağırsaq sistemi ilə əlaqədar problem varsa o zaman parenteral( əzələ daxilinə inyeksiya şəklində) dəmir qəbul edilir. Eyni zamanda Akorbin turşusu(Vitamin C), Vitamin B6, Fol turşusu qəbul edildikdə müalicəni effektivliyi artır.Müalicə təsir etməzsə xroniki qan itkisinin ola bilmə ehtimalı düşünülməlidir. Bu cür səbəb aşkar olunub aradan götürülmədiyi müddətdə müalicə effektsiz olacaq.Bundan başqa xəstənin qidasında alma, çiy çuğundur, badam, bal, ət və s. tərkibində dəmir çox olan qida məhsulları artırılır. Xalq təbabətində anemiyalar zamanı bal və güləm(və ya çiçək tozu) qarışığı, jenşen bitkisinin kökü və bal, arı südü və s geniş tətbiq edilir. Otlardan aşağıdakı qarışıqdan istifadə edilə bilər: İtburnu, meyvəsi 20 Qara qarağat, yarpaqları 20 Gicitkən, yarpaqları 20 Dərman zəncirotu, gövdəsi 20 Bu qarışığı xırdalayıb 2 x. qaşığı 0.5 l qaynar su əlavə edilib dəmlənilir. Qida qəbulundan 15-20 dəqiqə əvvəl, gündə 3 dəfə olmaqla hər dəfə yarım stəkan qəbul edilir. Eyni zamanda ½, 1/3 çay qaşığı çiçək tozu qəbul edilir. Müalicə kursu 1 aydır. Sonradan 10-15 gün fasilə verilib təkrarlana bilər.Anemiya xəstəliyinə uşaq qəflətən tutulmur.
Bu xəstəlik başqa xəstəliklərdən fərqli olaraq uzunmüddət gizli keçir. Uşaq hələ solğunluqdan xeyli əvvəl əsəb keçirir, yuxusu pozulur, ağlağan olur, yeməkdən imtina edir, nəticədə arıqlayıb inkişafdan qalır. Böyük yaşlı uşaqlar baş ağrısından, tezyorulmadan, ürək döyüntüsündən şikayət edirlər. Hemolitik xarakterli anemiyada bu əlamətlərlə bərabər, uşağın dərisində,gözlərində sarılıq müşahidə olunur .Bu proses kəskinləşdikdə ağır formalı anemiyaya çevrilir.Bu zaman uşaqda kəskin ürək,qan-damar və tənəfüs sistemi çatışmazlığı yaranır. Bu halda tibbi yardım göstərilməzsəvəziyyət getdikcə ağırlaşır .Əgər hemolitik qan azlığı uşağın ilk aylarında baş verərsə ciddi fəsadlarla — görmənin, eşitmənin, əqlin zəifləməsinə gətirib çıxarar .Məlumdur ki, xəstəliyin qarşısını almaq onun müalicəsindən xeyli asandır. Anemiya xəstəliklərinin profilaktikası uşaq anadan olmamışdan aparılmalıdır.Bütün analar hamiləlik dövrü müayinədən keçməli ,qanlarını yoxlatmalıdırlar .Bilməlidirlər ki, onların sağlamlıqları uşağın sağlamlığı deməkdir .Bütün bunlarla yanaşı uşağın düzgün qidalanmasının da böyük əhəmiyyəti vardır. Uşağa süd məhsullarından başqa vaxtında əlavə qida — vitaminlər ,mineral duzlar, ət, meyvə və tərəvəz şirələri vermək lazımdı .Əgər uşağın həyatının birinci aylarında onun dərisinə uzun sürən sarılıq müşahidə olunarsa, belə uşaqların vaxtaşırı qanı yoxlanılmalıdır. İrsi qanazlığı xəstəliyi keçirən uşaqlar isə bir sıra dərman maddələrinə qarşı yüksək hissiyatlı olub bəzən kəskin hemolizə uğrayırlar,ona görə belə uşaqlara həkim məsləhəti olmadan dərman vermək məsləhət deyildir.
| ['anemiya', 'qan xəstəliyi', 'qan azlığı', 'qansızlıq'] |
5,810 | https://kayzen.az/blog/MASON/4708/siqaret-v%C9%99-s%C9%99n.html | Siqaret və Sən | MASON | Bloq: MASON | 12 aprel 2011, 16:49 |
Siqaretin sağlamlığa ziyan olduğunu, ömrü azaltdığını deyirdilər.Sən də daim bunu mənə xatırladırdın, əgər xətrimi istəyirsənsə at bu "zibili" deyirdin.Mən də hər dəfə "yaxşı, gülüm, ataram" deyirdim.Fikir vermişdinsə heç vaxt yanımda olarkən səni "zəhərli" siqaret tüstüsü ilə narahat etməmişdim.Sən yanımda olanda buna ehtiyacım olmurdu çünki...Siqaretin sağlamlığımı məhv etməsi məni zərrə qədər də qorxutmurdu.Axı mən siqareti sən yanımda olmayanda içimə çəkirdim, içdən və sevə-sevə...İçimə çəkdiyimin, ciyərlərimi parçalayanın tüstü yox, həmişə sən olduğunu düşünərdim.Səni içimə çəkməkdən, məndə olduğunu düşünməkdən gözəl nə ola bilərdi axı?..Amma son zamanlar mən də siqaretin zərərli olduğunu fikirləşirəm.Buna səbəb heç də onun görünən zərərli təsirləri deyil.Sadəcə, artıq çəkdiyim siqaret, içimə aldığım tüstü əvvəlki kimi səni də içimə çəkməyə imkan vermir...Əksinə, hər dəfə ağız boşluğumdan ciyərlərimə kimi aramla dolan tüstü indi heç də gəldiyi kimi geri qayıtmaq istəmir.Qayıdarkən ürəyimə də toxunur tüstü, səni xatırladır...Bu xatırlatma hər dəfə sanki ürəyimdən bir bağ qoparır, səni ürəyimə həbs elədiyim bağlardan birini...Mən bir gün o bağların hamısının qırılıb qurtaracağından qprxuram gülüm, sənin o bağların arasından siqaret dumanı ilə birlikdə bir gün xilas olacağından qorxuram...Bir zaman inadla atmağımı təkid elədiyin siqareti bir gün sənin xəbərin olmadan, elə sənin xatirinə tərkedəcəm.Ruhumu parçalasan da məndən xilas ola bilməyəsən deyə...
| ['siqaret', 'romantika', 'sevgi'] |
5,811 | https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/4706/yuri-alekseyevi%C3%A7-qaqarin.html | Yuri Alekseyeviç Qaqarin | Əliyev | Böyük insanlar,şəxsiyyətlər | 12 aprel 2011, 10:45 |
Aleksey İvanoviç Qaqarin və Anna Timofeyevna Matveyevanın ailəsində 1934-cü il, mart ayının 9-da Rusiyanın Smolensk vilayətindəki Qjatsk rayonunun Kluşino kəndində bir oğlan dünyaya gəldi. Sarışınsaçlı və mavigözlü bu körpənin adını Yuri qoydular. Amma o vaxt heç kim bilmirdi ki, dünyaya gələn bu körpəni bir vaxtlar bütün dünya tanıyacaq və hər dəfə onun adı gələndə milyonlarla insanın qəlbi coşacaq. Müharibə başlayanda Yurinin 7 yaşı vardı və o, məktəbə getməyə hazırlaşırdı. Amma məktəbə getmək ona nəsib olmadı. 1941-ci ilin iyunun 22-də Almaniya SSRİ üzərinə hücum etdi və müharibə başladı. Cəbhədə sovet ordusuna sarsıdıcı zərbələr endirən almanlar 1941-ci il, oktyabr ayının 12-də Smolensk vilayətini işğal etdilər. Nəticədə, balaca Qaqarin bir neçə il ərzində alman işğalı altında olan ərazidə yaşamalı oldu. Ancaq 1943-cü il, aprel ayının 9-da isə hücuma keçən sovet ordusu yenidən Smolensk vilayətini azad etdi. 1945-ci ildə Qaqarinlər ailəsi Qjatska köçdülər. Qaqarin 6-cı sinfi bitirdikdən sonra peşə məktəbinə daxil oldu. Oranı bitirdikdən sonra isə Saratov Sənaye Texnikumuna daxil oldu. O, təhsil almaqla bərabər, aeroklubda da məşğul olmağa başladı. 1955-ci ildə “YAK-18“ təyyarəsində ilk uçuşunu etdi. Qısa müddətdə 196 dəfə havaya qalxdı və 42 saat 23 dəqiqə uçuş keçirdi. Elə həmin ilin payızında hərbi xidmətə çağırıldı və Orenburqda xidmət etməyə başladı. Təyyarəni sərbəst idarə edə bildiyi üçün Qaqarini Orenburqdakı Hərbi Aviasiya Məktəbinə oxumağa göndərdilər.1957-ci ildə o, bu məktəbi uğurla bitirdi və Şimal dənizindəki hərbi dəniz donanmasının 122 saylı qırıcı aviasiya diviziyasının 169 saylı polkunda xidmət etməyə başladı. Ona həmin dövr üçün olduqca müasir hesab edilən “MİQ-15“ qırıcı təyyarəsini idarə etməyi tapşırmışdılar. Yuri Qaqarin 1959-cu ildə ailə həyatı qurdu. Həmin dövrdə SSRİ-də kosmosun fəthi sahəsində bir-birinin ardınca uğurlar əldə edilməkdə idi. Ona görə də bu sahə əksər gəncləri maqnit kimi özünə çəkirdi. Qaqarin də kosmosa can atırdı. Bu məqsədlə o, 1959-cu ilin dekabr ayının 9-da Moskvadakı Kosmik Tədqiqatlar Mərkəzinə müraciət edərək, kosmonavtlar sırasına daxil olmaq istədiyini bildirdi. Onu da deyək ki, artıq o vaxt Qaqarin kifayət qədər təcrübəli idi və ən çətin hallarda belə soyuqqanlılığı ilə diqqəti cəlb edirdi. Qaqarinin ərizəsi nəzərə alındı və həmin il Moskvaya çağırıldı. O, burada digər namizədlərlə birlikdə kosmosa uçuşa hazırlaşmağa başladı.
Kosmik Tədqiqatlar Mərkəzində Məktəbdə Qaqarinlə bərabər 20 nəfər də var idi. Amma onların heç biri Qaqarin qədər təcrübəyə malik deyildi. Həmin dövrdə namizədləri SSRİ-də kosmosun atası hesab edilən Korolyov şəxsən özü seçirdi. Kosmonavt olmaq istəyənlərin isə boyu 170 sm-dən hündür, çəkisi isə 72 kiloqramdan ağır ola bilməzdi. Çünki yerətrafı orbitə çıxarılması nəzərdə tutulan “Vostok-1“ kosmik gəmisi çox da böyük deyildi. Qaqarinin isə boyu 165 sm, çəkisi isə 57 kiloqram idi. O, bu göstəriciləri ilə Korolyovun istəklərinə cavab verirdi. Korolyov kosmosa göndərilməsi üçün 20 nəfər namizəddən yalnız 6-nı seçdi. Qaqarin də onların arasında idi. Korolyov çox tələsirdi. Çünki amerikalılar 1961-ci il, aprel ayının 20-də kosmosa ilk astronavtlarını göndərməyə hazırlaşırdılar. Ona görə də kosmosa ilk uçuşun aprel ayının 11-17 arasında keçirilməsi qərara alınmışdı. Korolyov 6 namizəddən sonda yalnız iki nəfəri - Qaqarini və German Titovu saxladı. Qaqarin kosmosa uçmalı idi, Titov isə hər hansı bir hadisəyə qarşı onun əvəzedicisi kimi ehtiyatda saxlanılmışdı. Hər ehtimala qarşı kosmosa ilk insan göndərilməsi ilə bağlı “İTAR TASS“ üçün 3 bəyanat hazırlanmışdı. Bunlardan birincisi, uçuş uğurla baça çatacağı halda, ikincisi, kosmik gəmi hansısa bir səbəbdən dənizə və ya başqa bir ölkənin ərazisinə düşəcəyi, üçüncüsü isə, Qaqarin faciəli şəkildə həlak olacağı halda səsləndirilməli idi.
Dünyaya səs salan uçuş SSRİ-nin ABÅž-ı növbəti dəfə kosmosda ötüb keçmək istəyi və bunu sosializmin kapitalizmdən üstünlüyü kimi ideoloji mübarizə vasitəsinə çevirmək cəhdləri öz bəhrəsini verdi. 1961-ci il, aprel ayının 12-də Moskva vaxtı ilə saat 09.17-də Qazaxıstandakı Baykonur Kosmodromundan “Vostok-1“ kosmik gəmisi start götürdü. Yer ətrafında dövrə vuraraq, 108 dəqiqə orbitdə qalan Qaqarin yenidən geri qayıtdı. Amma enmə aparatında baş verən texniki nasazlıq ucbatından o nəzərdə tutulduğu kimi, Stalinqraddan (indiki Volqoqraddan) 110 kilometr aralı deyil, ondan xeyli uzaqda olan Saratov vilayətindəki Engels şəhəri yaxınlığında yerə endi. İlk dəfə gözlənilməz qonağı qarşılayan yerli meşəbəyinin həyat yoldaşı Anna Akimovna Taxtarova və onun 6 yaşlı nəvəsi Rita oldu.
Qeyri-adi şöhrət Qaqarinin Engels yaxınlığında enməsindən az sonra yerli aeroportdan “Mİ-4“ təyyarəsi havaya qalxdı. Ona Qaqarini axtarıb tapmaq tapşırılmışdı. Amma təyyarə hadisə yerinə gələnə kimi Qaqarin ilk rast gəldiyi yük maşınına minərək, Engels şəhərinə gəlmişdi. Onu buradan dərhal hərbi hava limanına apardılar. Moskvaya isə belə bir teleqram göndərildi: “Qaqarin tapılıb və Moskvaya yola salınacaq“. Bu arada isə təcili şəkildə Baykonurdan Engels şəhərinə “İL-18“ və “AN-10“ təyyarələri göndərildi. Həmin təyyarələrlə Engelsə gələn SSRİ Hərbi Hava Qüvvələri komandanının müavini, general-leytenant Aqaltsov və bir qrup jurnalist Qaqarinin Moskvaya uçuşu ərəfəsində ondan müsahibə götürdülər. Engelsdən də Qaqarin SSRİ-nin o vaxtkı rəhbəri Nikita Xruşşovla telefon əlaqəsinə girərək, ona uçuşun uğurla başa çatdığı barədə raport verdi. Bundan sonra onun Moskvaya uçuşu ilə bağlı planda dəyişiklik edildi. Qaqarini “İL-14“ təyyarəsi ilə, əvvəlcə, Kuybışev (indiki Samara) şəhərinə gətirdilər. Bu səfər gizli olsa da yerli əhali haradansa bundan xəbər tutmuşdu və bütün şəhər ayağa qalxaraq hava limanında Qaqarini alqışlayırdı.
Moskva coşub-daşırdı Həmin tarixi anlarda bütün dünyanın dilində ancaq bir ad gəzirdi: Yuri Qaqarin. SSRİ də isə Qaqarinin kosmosa uçması milyonların bayramına çevrilmişdi. Əvvəlcə Moskvada Qaqarini təmtəraqla qarşılamağı planlaşdırmamışdılar. Amma son anda Xruşşov fikrini dəyişdi. Belə ki, Qaqarinin Moskvaya səfəri ərəfəsində Xruşşovla müdafiə naziri marşal Malinovski arasında belə bir dialoq baş verdi: Xruşşov: - Təcili şəkildə leytenant Qaqarinin rütbəsini artırmaq lazımdır. Malinovski: - Mən onun kapitan rütbəsinə layiq görülməsi barədə əmr imzalamışam. Amma onun bu cavabından Xruşşov inciyən kimi olmuşdu.
Xruşşov: - Kapitan nədir? Heç olmasa, ona mayor rütbəsi verin. Malinovski: - Bu, bizim hərbi qanunlarımıza ziddir və mən buna gedə bilmərəm. Amma Xruşşovun israrlı tələbləri nəticəsində Malinovski geri addım atmağa məcbur oldu. Beləliklə, Qaqarin Moskvaya artıq leytenant kimi deyil, mayor kimi uçurdu. Yalnız bundan sonra Xruşşov artıq mayor rütbəsinə layiq görülən Qaqarinin təntənəli şəkildə qarşılanması barədə göstəriş verdi. “Vnukovo“ təyyarə meydanında Qaqarin böyük təmtəraqla qarşılandı. Oradan onu birbaşa Qızıl meydana apardılar. Yüz minlərlə insanın yığıldığı Qızıl meydanın tribunasında Xruşşov tərəfindən hərarətli şəkildə qarşılanan Qaqarin daha bir gözlənilməz hadisənin şahidi oldu. Xruşşov SSRİ Ali Soveti tərəfindən Qaqarinin Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü bəyan etdi və “Qızıl ulduz“u ona təqdim etdi. Bu sovet imperiyasının II Dünya müharibəsindən sonra yaşadığı ən sevincli anlarından biri idi. Həmin təntənəli günlərdə Rusiyanın doğum evlərində anadan olan oğlan uşaqlarının böyük əksəriyyətinə Qaqarinin şərəfinə Yuri adı verdilər. 1961-62-ci illərdə Qaqarin sovet ideologiyasını təbliğ etmək məqsədilə sosializm və kapitalizm bloku ölkələrinə, o cümlədən Böyük Britaniyaya, Kanadaya, Polşaya, Braziliyaya, Hindistana səfərlər etdi. Hər yerdə də onu böyük coşqu ilə qarşılayırdılar. Bu səfərlər zamanı keçirdiyi görüşlərdə onu bəzən gündə azı 18-20 dəfə çıxış etməyə məcbur edirdilər. Lakin Qaqarin son dövrlərdə özünə münasibətin xoşagəlməz şəkildə dəyişdiyini hiss edirdi və o, özü də artıq yaşadığı həyatdan bezməyə başlamışdı. Yerətrafı orbitdə 108 dəqiqəlik uçuş Qaqarinin həyatını başdan ayağa dəyişmişdi. O, dünyanın ən məşhur insanlarından birinə çevrilmiş və bunun təsiri altında dəyişilərək tamam başqa bir adam olmuşdu. Necə deyərlər, Qaqarin həmin dövrdə artıq şəxsiyyətə pərəstişin şirin anlarını yaşamağa başlamışdı. Həmin vaxtda istər ölkə daxilində, istərsə də xaricə səfərləri zamanı çoxsaylı insanlarla görüşməsi və bu görüşlərin yemək masası arxasında başa çatması onun sərxoşluğa meylini gücləndirmişdi. Eyni zamanda Qaqarin xeyli kökəlmişdi. Bu isə onun idmanla məşğul olmasına və aviauçuşlarda iştirak etməsinə imkan vermirdi. Buna baxmayaraq, rəsmi dövlət rəhbərləri belə, onun sərxoşluğuna və şıltaqlığına göz yumurdular. 1964-cü ildə Qaqarini kosmonavtlar hazırlayan məktəbin rəhbərinin müavini təyin etdilər. Eyni zamanda onu iki çağırış SSRİ Ali Sovetinin deputatı seçdilər. Bunun ardınca o, N. E. Jukovski adına Hərbi Hava Mühəndisləri Akademiyasında təhsil aldı. Uzun fasilədən sonra - 1967-ci ildə Qaqarin yenidən uçmağa başladı. Bu dəfə Qaqarin özünü “MİQ-17“ təyyarəsində sınadı. Amma bu uçuş onun əvvəlki bacarığını itirməkdə olduğunu göstərdi. Belə ki, yerə enən zaman o, düzgün hesablama apara bilmədi və uzun müddət hərbi hava limanının üzərində dövrə vurmağa məcbur oldu. Çətinliklə də olsa hava limanına enən Qaqarin az qala böyük qəza törədəcəkdi. Amma bu, ona Aya ekspedisiyanı nəzərdə tutan kosmik gəmidə Vladimir Komarovun əvəzedicisi təyin edilməsinə mane ola bilmədi. Lakin Qaqarin son dövrlərdə özünə münasibətin xoşagəlməz şəkildə dəyişdiyini hiss edirdi və o, özü də artıq yaşadığı həyatdan bezməyə başlamışdı. Ona görə də buraxdığı səhvləri düzəltmək və yenidən şöhrətin zirvəsinə ucalmaq üçün növbəti dəfə kosmosa uçmaq niyyətində idi. Ona görə də Qaqarin inadla məşq edir, unutduqlarını bərpa etməyə çalışaraq, gecə-gündüz hava limanından ayrılmırdı. Bununla belə, kosmonavtlar hazırlayan mərkəzdə hamıya aydın idi ki, Qaqarin artıq təkbaşına uçuş etməyə hazır deyil və bu onu faciəyə doğru aparır. Qaqarin isə sınaq uçuşlarında iştirak etməkdə israrlı idi. Buna görə də onun istəyi ilə hesablaşmağa məcbur oldular və xahişini nəzərə alaraq, Qaqarini Aya enməyi nəzərdə tutan kosmik gəmilərdən birinin ekipajı təyin etdilər. Qaqarin eyni zamanda qırıcı təyyarələrin sınaq uçuşlarında sınaqçı təyyarəçi kimi iştirak etmək üçün rəhbərliyi razı sala bildi.
Faciəyə gedən yol
Jukovski adına Hərbi Hava Mühəndisləri Akademiyasını bitirəndən sonra Qaqarin “MİQ-15 UTİ“ qırıcı təyyarəsində sınaq uçuşlarına başladı.1968-ci ilin mart ayının 13-dən 27-nə kimi tərəfdaşı ilə birgə 18 uçuş keçirdi və 18 saat havada oldu. Amma bu onun təkbaşına uçuşu üçün bəs etmirdi. Ona görə də Qaqarin sınaqçı təyyarəçi, Sovet İttifaqı Qəhrəmanı Vladimir Sereginlə daha iki sınaq uçuşu keçirmək qərarına gəldi. 1968-ci il, mart ayının 27-də, Moskva vaxtı ilə saat 10.18-də Qaqarin və Seregin Çkalovsk aerodromundan növbəti sınaq uçuşuna qalxdılar. Hava olduqca sakit və açıq idi. Sınaq uçuşu 20 dəqiqə nəzərdə tutulmuşdu. Amma saat 10.30-da Qaqarin yerə enmək üçün icazə istədi. Bundan sonra təyyarə ilə əlaqə kəsildi. Əvvəlcə, bunu heç kəs faciə kimi qiymətləndirmək istəmədi və hamı səbrlə təyyarənin tezliklə yerə enəcəyini gözlədi. Amma az sonra artıq uçuş-sınaq meydanında hamı təşvişə düşdü. Çünki ötən müddət ərzində təyyarənin yanacağı artıq qurtarmışdı və onun sağ-salamat geriyə qayıtması inandırıcı görünmürdü. Dərhal həyəcan siqnalı verildi və itən təyyarənin axtarışına başlanıldı. Bu məqsədlə havaya xüsusi axtarış-xilasetmə təyyarələri qaldırıldı. Yalnız 3 saatlıq axtarışdan sonra, saat 14.50-də təyyarənin qalıqlarını uçuş-sınaq mərkəzindən 85 kilometr aralı, Novoselovo kəndi ətrafında tapmaq mümkün oldu. Ertəsi gün Qaqarinin yay uçuşlarında geydiyi gödəkcənin parçaları və onun adına olan yemək talonu aşkar edildi. Faciənin səbəblərini araşdırmaq üçün dövlət komissiyası yaradıldı. Bu komissiyaya yüzlərlə ekspert cəlb edilmişdi. Onlar qəza baş verən ərazini metr-metr təhqiq edir və xırda bir detalı belə, nəzərdən qaçırmırdılar. Yuri Qaqarini itirən sovet xalqı həmin günlərdə yas içərisində idi. Çünki Qaqarinin ölümü SSRİ-nin kosmosda ağalıq etməsinin, demək olar ki, sonu idi. Digər tərəfdən, ölkə Qaqarindən başqa, daha bir neçə kosmonavtını faciəli şəkildə itirmişdi. Moskvada və dünyada çoxları bu qəzanın arxasında düşmən əli olduğu qənaətində idi. Amma bunu sübut etmək üçün tutarlı bir dəlil yox idi. Qaqarinin faciəli şəkildə ölümünü təhqiq edən komissiya da uzun araşdırmalardan sonra məsələ ilə bağlı qəti bir söz deyə bilmədi. Ona görə də komissiyanın çıxardığı yekun nəticə ictimaiyyətdən gizli saxlanıldı. Yalnız o məlumdur ki, Qaqarin uçuşdan əvvəl həyat yoldaşına məktub yazaraq, onunla vidalaşıbmış. Nə üçün? Bu suala birmənalı cavab vermək çox çətindir. Bununla bağlı istər-istəməz sual ortaya çıxır: Qaqarin sonuncu dəfə uçuş etdiyini haradan bilirmiş? Bəlkə də, ona bununla bağlı nə isə məlum imiş? Bu suallara isə bu günə kimi cavab tapılmayıb. Åžübhələri artıran bir məsələ də Qaqarinin həyat yoldaşına ünvanladığı son məktubunun mahiyyəti barədə mətbuata açıqlama verilməməsidir. Ola bilsin ki, Qaqarin bu məktubunda nəyə isə işarə vurubmuş. Əgər Qaqarin son məktubunda həyatından və ya yaşayışından razılığını ifadə edəcək bir söz belə yazsaydı, sovet ideologiyası dərhal bundan vətənpərvərlik təbliğatı üçün gen-bol istifadə edərdi... Amma, görünür, Qaqarinin vida məktubunda ətrafındakılardan narazılıq ifadə edən sözlər daha çox olub. Bütün bunlar da Korolyovun ölümündən sonra SSRİ Kosmik Uçuşlar Mərkəzində hansısa xoşagəlməz proseslərin getdiyini ehtimal kimi irəli sürməyə imkan verir. Qeyd etdiyimiz kimi, Qaqarinin faciəli şəkildə həlak olması ilə bağlı məsələni araşdıran komissiya bununla bağlı açıqlama vermədi və onun nəticələrinin gizli saxlanılması məqsədəuyğun bilindi. Bununla belə, mətbuata sızan məlumatlara görə, komissiya qəzaya uğrayan təyyarənin qalıqlarının 95 faizini bir yerə yığmağa nail olmuşdu. Qəza yerində diametri 6, dərinliyi isə 7 metr olan çuxur əmələ gəlmişdi. Qəza Qaqarinin yerə enmək üçün icazə istəməsindən 50-60 saniyə sonra baş vermişdi. Həlak olan hər iki təyyarəçinin cəsədləri axtarılıb. Amma yalnız Sereginin cəsədinin ayrı- ayrı hissələrini tapmaq mümkün olmuşdu. Tapılmış qalıqların DNK yoxlaması isə onların yalnız bir adama-Sereginə aid olduğunu aşkara çıxarıb. Komissiya bu qənaətə gəlmişdi ki, qəza uçuş vəziyyətinin qəfildən dəyişməsi və gəmi heyətinin olduqca riskli sayılan manevr etməsi nəticəsində baş verib. Belə ki, kəskin və riskli manevr təyyarənin ştoporunun sınmasına səbəb olmuşdu. Amma bu hadisədə düşmən əli axtaran Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları apardıqları təhqiqat nəticəsində bu qərara gəlmişdilər ki, baş verən qəzaya səbəb aerodromun texniki heyətinin təhlükəsizlik qaydalarını pozması olub. Amma bütün bunlar Qaqarinin müəmmalı şəkildə yoxa çıxmasını və onun cəsədinin qalıqlarının tapılmamasını izah etmək üçün bəs etmədi. (Son)
Ehtimallar müxtəlifdir Bu gün də Qaqarin və Sereginin ölümü ilə bağlı çoxlu sayda ehtimallar var. Bəzi ehtimallara görə, Seregin son vaxtlar xəstə idi, ancaq onu sınaq uçuşu keçirməyə məcbur edirdilər. Nəticədə, guya havada Sereginin ürəyi ağrıyıb və bunu görən Qaqarin onu darda qoymaq istəməyib. Bu da nəticədə təyyarənin idarəsinin itirilməsinə və qəzaya səbəb olub. Amma ortada bir acı fakt da var: Sereginlə müqayisədə Qaqarinin cəsədinin qalıqları aşkar edilməyib. Bu da Qaqarinin sirli ölümü ətrafında çoxsaylı əfsanələrin yaranmasına səbəb olub. Vəfat edəndən sonra onun adı əbədiləşdirilib. Qjatsk rayonu Qaqarin adlandırılıb. Moskvada və SSRİ-nin hər yerində onun adına küçələr və parklar salınıb. Bütün bunlara baxmayaraq, bu günədək Qaqarinin müəmmalı şəkildə yoxa çıxması ilə bağlı sirrin üstünü açmaq mümkün olmayıb.
Yazını Ali Çimenin “Tarixin axarını dəyişən hadisələr“ kitabı və internet materialları əsasında Əziz Mustafa hazırlayıb. Həmçinin bax: Yuri Qaqarinin həyatı
| ['Yuri Qaqarin', 'kosmonavt'] |
5,812 | https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/4678/napoleon-%C3%B6z%C3%BCn%C3%BC-fransa-sayan-korsikal%C4%B1-s%C9%99rk%C9%99rd%C9%99.html | Napoleon – özünü Fransa sayan korsikalı sərkərdə | burla xatun | Böyük insanlar,şəxsiyyətlər | 10 aprel 2011, 23:00 |
Bir vaxt ardı ilə milyonları aparan, fransızları Avropaya qan uddurmağa vadar edən Napoleonun ölümü nədənsə mərhəmət coşqunluğu yaratmadı. Romantizm dövrü gəldikcə isə o, Don Juan, Faust və Prometey kimi qəhrəmanların sırasına qoşularaq mifik qəhrəmana çevrildi. Vandom meydanındakı sütun və triumfal arka Napoleon dövrünün simvolu kimi hələ də yerindədir.
Fransız olana qədər...
Fransanın dahi sərkərdəsi Napoleon Bonapart Korsika adasında vəkil ailəsində anadan olub. 16-cı Lüdovik kasıblamış zadəgan ailələrinə pulsuz savad almaq imkanı verəndə Napoleonun bacı və qardaşları da bu imkandan istifadə elədilər. Kasıblar içində də ən kasıbı olan Napoleon Korsika patriotizmi və fransız zülmkarlarına qarşı ideyaları təbliğ eləyirdi. Hərbi məktəbi nailiyyətinə görə siyahıda 130 tələbədən 42-cisi kimi bitirərək artilleriya kiçik leytenantı rütbəsini aldı. Bu dövrdə o, özünü zadəgan sayaraq hələ də rəiyyətə nifrət eləyirdi. Napoleon Bonapart imzasını atdığı gündən o, özünü fransız saymağa başladı. Bir az sonra düşünəcəkdi ki, elə Fransanın özüdür...
Başına tac qoymuş inqilab
İnqilabın başında duran Napoleon sonradan imperatorluğa can atdıqca əslində bütün fransız krallarının və məşhur kardinal Rişelyenin arzusunu həyata keçirirdi. O, inqilaba tab gətirmiş köhnə rejimin ünsürlərini yeniləşdirərək inqilab və maarifçilik ideyalarına uyğunlaşdırmışdı. Napoleon son dərəcə mərkəzləşdirilmiş bürokratiya yaradaraq onu bir nəfərin əlində cəmləyə bildi. Bu monarxiya artıq ruhanilikdən, eləcə də kiçik burjuaziyadan asılılıqdan canını qurtarmışdı. Bir sözlə, böyük dövlət maşını işə düşmüşdü. Əvvəl 10 illik konsul oldu, sonra xələfini təyin etmək hüququ ilə ömürlük konsul. İmperator tacını başına taxanda isə ona «tac qoymuş inqilab» ləqəbi verdilər. Napoleon təkcə Reyn çayının sol sahilinə qədər uzanan Fransanın imperatoru deyildi, həm də İtaliyanın sahibiydi. Qardaşları Jozef Neapolda, Lui Hollandiyada, Jerom Vestfaliyada kral idi. Qələbələrin ardınca gələn uğursuzluqların apofeozunda da onunla imperator kimi rəftar eləmişdilər: Korsikanın yaxınlığındakı Elba adası ona verilmişdi, imperator titulunu saxlamışdı, qoşunu, gəmiləri və saray əyanları da vardı. Amma sakit oturmağı bacarmayan Napoleon yenidən Fransanın üstünə yeridi. Xalq onu yenə də kralların düşməni kimi alqışlayırdı.
«Güc heç vaxt gülməli olmur» Deyilənə görə, bir dəfə Napoleon postda yatan əsgərə rast gəlir. Dövrün qanununa görə həmin əsgər güllələnməliydi. Napoleon əsgəri oyatmadan onun silahını götürüb postda durur. Vaxt çatanda onun əvəz eləməyə gələn serjant görür ki, imperator postda durub, əsgərsə yatmaqda davam eləyir. Napoleon çox yaxşı anlayırdı ki, çiyninə tüfəng alıb postda duran imperator haqqında xəbər həmən dəqiqə yayılacaq. Belə sərkərdəyə görə ölmə getməzlərmi?
Rus çarı Aleksandr ilə birlikdə teatrda «Edip» tamaşasına baxdıqdan sonra Napoleon həmən gecə yuxuda görür ki, iri bir ayı onun sinəsini parçalayaraq ürəyini tikə parça eləyir. Bir qədər sonra Avropanın ayı adlandırdığı Rusiya üzərinə hücumundakı məğlubiyyətdən sonra o, bu yuxunu bir də yada salır. Çünki bu səfərdən sonra qurduğu imperiya parçalanmağa başlayır.
«Diktatora ölüm!»
Napoleon həyəcanlı ömründə dəfələrlə ölümdə üzbəüz qalsa da, hər dəfə sanki sehrliymiş kimi qurtula bilirmiş. Əlində bayraq qoşunun önündə gedəndə də, baş açılmaz xəstəlikdən saralıb qupquru qurusa da, tauna yoluxmuşların hospitalına getsə də, həmişə vəziyyətdən çıxış yolu tapılırdı. Elə bil ölüm özü «hələ vaxtı deyil» deyib ona yaşamaq şansı verirdi. Napoleon qoşunu Misirdə atıb Fransaya dönəndə ölkəni idarə edən direktoriya onu fərari elan eləmişdi. Onu ölüm gözləsə də, heç kim xalqın sevimlisini qətlə yetirməyə ürək eləmir. Napoleonun həyatında belə bir epizod da var: Döyüş vaxtı imperatorun yaxınlığına fitili alovlanan bomba düşür. Qaçışıb gizlənən əsgərlərə görk eləməkçün Napoleon ata minib bombanın lap qənşərində durur. Partlayışdan atın içalatı yerə tökülsə də, Bonapartın heç burnu da qanamamışdı. Napoleon üçün hazırlanmış bombalar gah terrorçunun əlində, gah da o keçəndən sonra partlayır. Hətta özünü öldürmək cəhdləri də alınmırdı. Vaterloo döyüşünün uğursuzluğundan və taxt-tacdan imtina edəndən sonra Napoleon sianid kalium qəbul etsə də, ölə bilmədi. İki il cibində gəzdirildiyi üçün təsirini itirmiş zəhər ona səhərədək zülm versə də, subh tezdən günəş çıxan kimi Napoleon da ayağa qalxmışdı.
«Ürəyim yüzlərlə bıçaq batırılmış kimi ağrıyır»
«Mən taxtda olarkən lütfkarlığımı saxlaya bilmişəmsə, siz fransızlar buna görə Jozefinaya minnətdar olmalısınız. Onun incəliyi və nəvazişi mənim xasiyyətimi yumşaldaraq dəliliyimi ram edə bilirdi». Onlar tanış olanda Napoleon Fransanın tanınmış adamı, Jozefina Boqarne isə iki uşaq anası, kübar cəmiyyətin gözü və azad dul qadın idi. Evlənmək təklifini qəbul edəndə qadının 32, Napoleonun isə 26 yaşı vardı. Toy hədiyyəsi olan göy yaqut qaşlı üzüyün iç tərəfində yazılmışdı: «Bu, taledir!». Amma toydan iki gün keçmiş Napoleonun təzə gəlini qoyub cəbhəyə getməsi elə bil ki, onların bütün ailə münasibətlərinin təməlini qoyur. Sevgilisindən uzaqlaşdıqca hər dəfə atları dəyişməkçün dayananda Jozefinaya növbəti məktub yazılırdı: «Mən and içmək istəyəndə əlimi sənin portretini saxladığım sinəmin üstünə qoyuram. Sən gələcəksən, eləmi? Mənim yanımda olacaqsan?! Tez gəl!...Ürəyim yüzlərlə bıçaq batırılmış kimi ağrıyır. Bu bıçaqları daha da dərinə soxma, yalvarıram.... Sən 6 aydır ki, mənim portretimi belə əlində tutmursan... Bax, bir az da geciksən, məni xəstə tapacaqsan!.. Əgər məni sevmirsənsə, bu dünyada yaşamağımın mənası yoxdur...» O isə gəlib çıxmaq bilmirdi. Əsgərlərlə bərabər döyüş meydanlarında yaşamaq Jozefinanın ürəynicə deyildi. Tarixçilər «Napoleon növbəti dəfə qoşunu qoyub getdi» yazanda o, Jozefinanın görüşünə qaçırdı. Jozefina isə Jozefina arabir xəyanətlərinin sayından bezmiş Napoleonun qapısının ağzında ağlayıb səhərəcən üzr diləməli olurdu.
Respublikaya varis lazımdı!
Böyük siyasət, daimi səfərlər, müharibələr onların «ailə» həyatının ayrılmaz hissəiydi. Əvəzində Napoleon zinət əşyalarını çox sevən Jozefinaya qiymətli hədiyyələr edərdi. Tacqoyma mərasimində Jozefina üçün hazırladığı dəfnə budaqları formasında duadema 1040 brilyantla bəzənmişdi. Bu forma 200 il ərzində dəbdən düşmədi. Şahidlərin dediyinə görə onların davaları eyni ssenari üzrə olurdu: Napoleon mebeli və Jozefinanın çox sevdiyi zinət əşyalarını sındırıb ora-bura tullayır, Jozefina isə enli çarpayıya üzüqoyulu sərilib hönkürür. Səhər başqa imperatorlardın fərqli olaraq bir otaqda yatan cütlüyün yataq otağından şən gülüş səsləri gəlir, qapı açılandan kandarda saçı-başı pırtlaşıq, amma xoşbəxt imperator görünürdü...
Jozefina uşaq doğa bilsəydi, onlar heç ayrılmazdı. Respublikaya varis lazımıydı. Qəlbinin dərinliyinə qədər hələ də əsgər olan Napoleon vəziyyətlə barışmalı və qərara gəlməliydi.
Cavanlıq və bakirəlik tələsi
İmperiyanın maraqları naminə sevimli qadını Jozefina ilə ayrılaraq Avstriya imperatorunun qızı Mariya-Luiza ilə evlənir. Mariya Luiza uşaqlıqdan dövlət maraqlarına xidmət edəcək nikaha hazırlanırdı. Napoleon arvadını dəmir barmaqlıqlar arasında saxlamaq fikrindəydi. Jozefinanın yüngüllüyü ona dərs olmuşdu. Amma xanımının otaqlarını bəzəməkçün ləvazimatı , geyimi, zərgərlik məmulatlarını, qab-qaşığı da şəxsən özü seçirdi. Gəlinin toya gəlməsini gözləməyə səbri çatmayan Napoleon korteji gözləməyərək özü Mariya-Luizanı qarşılamağa çıxmışdı. Napoleon kilsədəki və kubar nicah mərasimlərini gözləməyə də səbri çatmadı....Yeni arvadının cavanlığı və bakirəliyi ona xüsusi ləzzət vermişdi. O, çox çalışırdı ki, yaxşı ər olsun, arvadını teatrlara, ballara, hətta ova da aparırdı. Onun zəhmətini yerə vurmayan Mariya-Luiza əvəzində Napoleona oğul hədiyyə elədi. Napoleon arvadını imperatriçə, kraliçə və imperiyanın regenti elan elədi. Napoleon Elba adasına sürgün edilən kimi bu qadın oğluyla birgə Vyanaya qayıdaraq öz həyatını yaşamağa başladı. Onu adada gözləyən və Avstriya imperatoruna məktubunda arvadını və oğlunu tələb edən Napoleon əmin idi ki, Mariyanı buraxmırlar. Mariya-Luizanın nikahdan kənar ikinci uşağa hamiləliyindən xəbəri yox idi. Napoleonun vəsiyyətinə görə öləndən sonra ürəyini ikinci arvadı Mariya-Luizaya göndərməliydilər. Amma nə qədər ki, ürəyi döyünürdü o, Jozefinanı düşünürdü...
Yenə Sənsiz...
Napoleonla boşanandan sonra Jozefina Evre ətrafına köçüb zəngin həyat yaşamağa başlamışdı. O istədiyi hər bir şeyi əldə eləmişdi: Yelisey, Malmezon və Navarra malikanələri, illik 3 milyon renta, əvvəlki kimi titul, gerb, mühafizə və hörmət. Napoleon üçün verdiyi saraylar heç nə idi. O, ayrılığı daha baha qiymətə, öz göz yaşlarıyla almışdı. Atdığı arvadının həyatının xırda detallarıyla hələ də maraqlanan Napoleon məktubu məktuba calayırdı. Amma Malmezona gələndə heç vaxt Jozefinanın otağına keçməz, ətrafdakılara «keçmiş arvadını məşuqəsi kimi saxlayır» deməyə imkan verməzdi. Jozefinanın oğlu Yevgeni sonradan İtaliyanın vitse-kralı, qızı Qortenziya isə Holland kralı Lüdovik Bonapartın arvadı və 3-cü Napoleonun anası olur.
«Məşhurluq da nimdaşlaşır»
Napoleon təbabətə inanmırdı, ona görə də həmişə müalicədən imtina edərdi. Ondan soruşanda ki, «Siz fatalistsiz, qəzavü qədərə inanırsınızmı?» - belə cavab vermişdi: «Əlbəttə! Taleyin dediklərinə həmişə qulas asmaq lazımdı. Nə yazılıbsa, o da olacaq!». Sona yaxın müalicədən imtina eləməsini heç gür anlamayan həkiminə «Başa düşürsüz, mən xəstəlikdən ölmək istəyirəm» demişdi. Ölümünə az qalmış Napoleonun xidmətçiləri göydə düşən komet görmüşdülər. Bunu eşidən imperator çığırmışdı: «Komet Sezarın ölümünü qabaqcadan bildirmişdi, mənim ölmümü də xəbər verir! ». Sona yaxın Napoleon birdən-birə iştah açdı, bir az meyvə yeyib şampan içdi. Sabahısı vəziyyəti ağırlaşanda hava almaqçün onu əlləri üstə bayıra çıxarmaq təklifini eşidəndə «Yox, mən öləndə sizin belə imkanınız olacaq, hələ ki, mənə dəstək olsaz kifayətdi» demişdi. Napoleon öləndə ağzından bir kəlmə çıxdı: «Jozefina...»
«Uğur dahiləri izləyir»
Həkimlərin diaqnozuna görə, Napoleon mədə xərçəngindən vəfat eləmişdi. Amma ölümündən sonra şayiələr gəzməyə başladı ki, guya onu zəhərləyiblərmiş. 20-ci əsrdə Napoleonun saçını xüsusi avadanlıq vasitəsilə tədqiq edəndə saçın tərkibində «mışyak»ın normadan 13 dəfə artıq olduğunu ortaya çıxarmışdılar. Bu zəhəri ona uzun müddət, az dozalarda verirmişlər. Başqa bir versiyaya görə, zəhər Napoleonun bədəninə mışyak tərkibli yapışqanı olan yaşıl rəngli sevimli divar kağızından da keçə bilərdi. Adaya gələn kimi sürətlə kökəlməsi də mışyakla zəhərlənmənin simptomlarından biri sayılır. Bəzi alimlərsə Napoleonun kökəlməsini onun sona yaxın harmonal xəstəliyin olmasıyla bağlayırlar. Guya onun qanında qadın harmonları kişi harmonlarını üstələməyə başlamışdı. Aforizmlərı: Yoxuşa qalxanda dayanmaq olur, enişdə isə mümkün deyil. Mümkün deyil ifadəsi ağmaqların lüğətindən götürülüb. Qoşununu yedirmək istəməyən xalq az keçməz ki, yadları yedirməyə məcbur olar. Süngüylə hər şey eləmək olar, bircə onun üstünə oturmaq olmaz.
Müəllif: Gülnarə RƏFİQ [email protected] Mənbə: Bizim Yol qəzeti
Həmçinin bax: Kutuzov
| ['Napoleon', 'Napoleon Bonapart'] |
5,813 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/4671/he%C3%A7-kimi-q%C4%B1namay%C4%B1n.html | Heç kimi qınamayın... | ayxansevda | Düşündürücü hekayələr | 10 aprel 2011, 21:38 |
Həmişə toya gedəndə hamıdan yaxşı geyinirdi. Düşünürdü ki, toya özəl hazırlaşmaq lazım. Bir ay qalmış artıq hazırlıq işləri görürdü. Bu paltarın rəngi onu açmır, o birini bir dəfə harasa geyinib, bir başqası artıq dəbdən düşüb və s. Bu minvalla daim dükanlarda yeni -yeni paltarlar ,ayaqqabılar , aksessuarlar alardı. Hamıdan gözəl , zövqlü və fərqli görünmək onun xobbisinə çevrilmişdi. Biri toyda cins geyinmişdi, o da lağ edib gülmüşdü ki, "toya da cins geyərlər? Bu adamların zövqü yoxmuş. Dəhşət!".İllər ötdü, artıq ailə qurdu. Yoldaşını ilk baxışdan sevmişdi, buna görə onun elə də imkanlı olmamasının fərqinə varmamışdı. Hər kəs onu əvvəlcədən xəbərdarlıq etsə də , heç kimin sözünə məhəl qoymadı: " Mən Allahdan istəyirəm, varı - dövləti adama Allah verər, sevmədiyimə getsəm , sabah kasıblaşar , onda nə pulum olar ,nə sevgim, indi bilərəm ki heç olmasa pulum yoxdusa da sevdiyim adam yanımdadı".
Amma pul olmayanda da problemlər olur təbii ki. Bir gün toya getməli oldu. Onun çox sevdiyi və həmişə önəm verdiyi toy. O toy ki, orda hamıdan fərqli və zövqlü idi. O toy ki, orada hər kəs ona heyran idi. Bəs indi? İndi geyinməyə heç nəyi yox idi. Aman Allah indi dəfələrlə bir çox yerlərə geyindiyi paltarı toya geyəcəkdi. İnana bilmirdi. Amma ən qorxulusu, heç saç ustasına belə gedə bilməzdi. Pul yox idi. "Daha neyləmək olar? "- deyə düşündü və toya hazırlaşmağa başladı. Paltarını geyindi, özü makiyaj etdi və saçlarını fen ilə düzəltdi. " Əzizim, sən də hazırsanmı?"- deyib yoldaşına sarı çevrildi. Nə görsə yaxşıdı? Yoldaşı cins geyinmişdi. " Yoxsa bu cins şalvar ilə getməyi düşünürsən?" - " Başqa şalvarım var ki?" - o cavab verdi.
İndi anlamışdı, o vaxt toya cins şalvarla gələn adam da heçdə zövqsüz deyilmiş, sadəcə olanı o idi. " Yaxşı, demək belə də toya getmək olar, burda nə var ki?" - deyə o gülümsədi -" Əsas odu ki, sən yenə də hamıdan yaraşıqlısan, hətta cinsdə də".
P. S Heç vaxt heç kimi qınamayın. Qınadığın başına gəlməyincə ölməzsən. (Hədis)
Müəllif: Zeynalova Vüsalə M.
Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.
Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.
| ['düşündürücü hekayə'] |
5,814 | https://kayzen.az/blog/maraqli-faktlar/4659/maraql%C4%B1-m%C9%99lumatlardan.html | Maraqlı məlumatlardan | Cavid | Maraqlı faktlar | 10 aprel 2011, 08:08 |
1. İsveç alimləri müəyyənləşdiriblər ki, heç də bütün çörək növləri qədd-qamətin düşməni deyil. Onlardan bəziləri artıq çəkinin qarşısını alır və eyni zamanda, iştahanı da azaldır. Mütəxəssislər müxtəlif dənli bitkilərdən hazırlanmış çörək-bulka məmulatlarının tərkibini öyrəniblər. Məlum olub ki, çovdar çörəyi orqanizm üçün faydalıdır. Çovdar çörəyi şəkər, ürək-damar xəstəliklərinin inkişafının qarşısını alır və insanı tez doydurur. Çovdar və arpa çörəyi qidanın həzm olunması prosesini zəiflədir və nəticədə insan uzun müddət özünü tox hesab edir. Bu dənli bitkilərdən hazırlanmış çörək həm də artıq çəkinin qarşısını alır. Mütəxəssislər onu da bildirirlər ki, digər məhsullar kimi bu çörəkləri də lazımi miqdarda yemək lazımdır. 2. İctimaiyyət arasaında tanınan, çoxlu sayda dostu, tanışı olan, hər kəslə dil tapmağı bacaran qızlar daha uzunömürlü olur. Sən demə, belə münasibət və ya mütəxəssislərin onu adlandırdığı kimi, sağlam sosial əlaqələr qızların ömrünü nə az, nə çox - az qala 2 dəfə uzadır. Alimlər müəyyənləşdirib ki, çoxlu sayda insanla ünsiyyət qadınları sağlamlıqlarının qeydinə daha çox qalmağa, özünə fikir verməyə vadar edir.3. Sən demə, ailələrin dağılmasına ən elementar şeylər də səbəb olur. Amerika mətbuatı yazır ki, Nyu-York alimlərinin araşdırması cütlük arasında xüsusilə kişilərin pintiliyi üzündən mübahisələrin yarandığını, hətta boşanmalaradək gedib çıxdığını üzə çıxarıb. Evdə daim ətrafa atılmış corablar, köynək, qalstuk və sair qadınları qıcıqlandırır. Son sorğu isə göstərir ki, daha çox qalmaqala kişinin vanna otağındakı pintiliyi səbəb olur. Rəyi soruşulan xanımların 82%-i bildirib ki, vanna otağında səliqə-səhmana ailənin hər iki üzvü riayət etməli olsa da, kişilər bunu qulaqardına vurur. Xüsusilə, onların diş fırçasını hara gəldi atması, həmçinin diş pastasının ağzını açıq qoyması, çanağın ətrafına tökülmüş diş pastasını təmizləməməsi xanımları son dərəcə əsəbləşdirir. Bu məqamların boşanmaya səbəb olması hallarına heç də nadir halda rast gəlinmir.
4. Vaşinqton Universitetinin alimi konkret şəxslə nikahın uğurlu olub-olmayacağını 100% müəyyənləşdirməyə imkan verən düstur kəşf edib. Amerika mətbuatının yazdığına görə, riyaziyyatçı professor Ceyms Mürrey bu düsturun cütlük arasında nikahın nə qədər uğurlu alınacağını 100% üzə çıxartdığına əmindir. Onun sözlərinə görə, cütlüyün söhbətində özünəməxsus cəbr düsturu var və oraya mənfi 4-dən müsbət 4-dək rəqəmlər daxildir. «Dəli» sözü mənfi 4-lə qiymətləndirilir. Gülüşə səbəb olan hər hansı zarafata görə isə müsbət 2 xal hesablanır. Məhz bu əsasla cütlük arasındakı söhbətləri «rəqəmlərə vuraraq» xoşbəxtlik ehtimalının faizini müəyyənləşdirmək mümkündür. 5. İspaniyalı alimlər qarnı üstə yatmağın insan orqanizminə zərərini üzə çıxarıb. Yerli mətbuatın yazdığına görə, alimlər qarnı üstə yatmağa üstünlük verən insanlarda daxili orqanların sıxıldığını, bunun xüsusilə sidik kisəsinə aid olduğunu bildirir: «Bu, seksual problemlərin yaranmasına aparıb çıxarır». Onurğa sütunu ilə bağlı problemi olan insanlar üçün isə bu cür yatmaq ikiqat ziyandır: «Qadınların qarnı üstə yatması isə onların döş qəfəsində də problem yaradır. Döşlər sıxılır, nəticədə dəri dartılır və qırışlar əmələ gəlir». Yaponiyalı alimlər də qarnı üstə yatmağın zərərini araşdırıblar. Onların sözlərinə görə, bu, sifət dərisində qırışlar yaradır, əvvəl-əvvəl bu problem hiss olunmasa da, sonradan qırışlar daha ciddi şəkildə özünü göstərir: «Bu zaman qırışların səbəbini heç kim başa düşmür». Bir sözlə, alimlər hesab edir ki, kürəyi üstə yatmaqla həm salğamlığı, həm də gözəlliyi qorumaq mümkündür.
Həmçinin bax: İnsanlar haqqında maraqlı bilgilər
| ['maraqlı faktlar'] |
5,815 | https://kayzen.az/blog/MaksiMuS/4653/at-v%C9%99-donuz.html | At və donuz | MaksiMuS | Bloq: MaksiMuS | 10 aprel 2011, 01:33 |
Fermer çox baha qiymətə cins at alır. Lakin bir müddətdən sonra at xəstələnir. Atı yoxlamağa gələn baytar həkim heyvanın ağır virusa yoluxduğunu deyir və dərman yazır.: «Əgər 3 gün müddətində bu dərman təsir etməsə, atı iynə vurub öldürmək lazımdır».
Bütün bu söhbətləri yaxınlıqda olan donuz eşidirdi. At dərmanı birinci gün qəbul edir. Ancaq heç bir təsiri olmur. Bunu görən donuz ata deyir: «Qalx, dostum». İkinci gün yenə dərman təsir etmir. Donuz yenə dillənir: «Dostum, qalx. Əgər ayağa qalxmasan, ölməli olacaqsan».
Üçüncü gün dərman yenə təsir etmir. Atı yoxlamağa glən baytar sahibinə dyeir: «Təəssüf ki, başqa çıxış yolumuz yoxdu. Əgər atı öldürməsək, virus o biri atlara da keçə bilər». Bunu eşidən donuz atın yanına qaçır və qışqırır: «Qalx, baytar gəlib. Əgər ayağa durmasan, səni öldürəcklər». Bunu eşidən at qalxıb qaçır.
Bunu görən fermer sevincindən qışqırır: «Möcüzə! Bunu qeyd etmək lazımdır. Bu münasibətlə donuzu kəsmək lazımdır».
Nəticə: «Sənə aid olmayan işlərə burnunu-başını soxma».
| ['ibrətli hekayə', 'burun soxmaq'] |
5,816 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/4650/allahs%C4%B1z-professor-v%C9%99-a%C4%9F%C4%B1ll%C4%B1-t%C9%99l%C9%99b%C9%99.html | Allahsız professor və ağıllı Tələbə | TAE | Düşündürücü hekayələr | 10 aprel 2011, 00:29 |
Professor dərsdə tələbənin birinə sual verir:- Hər nə varsa, Allah yaradıb?-Əlbəttə, professor. Nə varsa, Allah yaradıb.-Allah hər şeyi, həəər şeyi yaradandır?-Əlbəttə, ser.O zaman professor belə dedi:- Deməli əgər hər şeyi Allah yaradıbsa, deməli şəri də Allah yaradıb. Əgər nəzərə alsaq ki, bizim gördüklərimiz, əməllərimiz bizim kimliyimizi təyin edir, belə çıxır ki, Allah özü şərdir. Düz deyirəm?çaşıb qalan tələbə cavab verməyə çətinlik çəkdi. Bundan xoşhallanan professor, gülümsədi və sevindi ki, öz fikirlərini necə də asan sübut edə bildi. Bu zaman tələbələrdən biri əlini qaldırıb, söz istədi:- Professor, sizə sual vermək olar?-Buyur.Tələbə ayağa qalxaraq sual verdi:-Professor, soyuq mövcüddür?-Bu nə sualdır? Əlbəttə mövcuddur, sənə heç vaxt soyuq olmayıb?Professorun bu tip cavabına otaqda olan digər tələbələr gülsə də, həmən tələbə davam etdi:
- Səhv edirsiniz, professor. Əslində soyuq deyilən bir şey mövcud deyil. Fizikanın qanunlarına əsasən, bizim soyuq saydığımız, əslində istiliyin olmaması deməkdir. 0 dərəcə Selsidə istiliyin tam yox olması, ətraf mühütün reaksiyasının aşağı düşməsi istiliyin olmaması deməkdir ki, biz buna ad qoyub, soyuq deyirik.Tələbə davam etdi:-Professor, bəs qaranlıq mövcuddur?-Əlbəttə mövcuddur.- Professor, siz yenə səhv edirsiniz. Qaranlıq məvhumu əslində işığın olmamasına deyilir. Siz işıqlığı ölçə bilərsiniz, onun gurluğunu ölçə bilərsiniz, amma qaranlığın yox. çünki qaranlıq artıq özü-özlüyündə işığın sıfıra bərabər olması deməkdir.Sonda tələbə bir daha sual verdi:- Professor, bəs şər qüvvələr, şər özü mövcüddür?- Əlbəttə, mən özüm bir az öncə bunu sübut etdim.Buna cavab olaraq tələbə:- Yox,yenə səhvsiniz. Əslində şər öz-özlüyündə heçdir. ŞƏR ALLAHSIZLIQ DEMƏKDİR. Bu qaranlığa bənzəyir, haradakı işıq yoxdur. deyirik ora qaranlıqdır, bu soyuğa bənzəyir, haradakı ki istilik yoxdur, deyirik soyuqdur. Eləcə də, ALLAHSIZ qəlbli insanlara şər insanlar deyirik. Sevgi olmayan qəlblərə, boş qəlblərə şər deyilir, proffessor! Belə çıxır ki, şər özü sübut edir ki, Allah var!Bu tələbənin adı Albert Eynşteyn idi!
| ['ateizm'] |
5,817 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/4648/bizim-4-yolda%C5%9F%C4%B1m%C4%B1z.html | Bizim 4 yoldaşımız | MaksiMuS | Düşündürücü hekayələr | 9 aprel 2011, 23:52 |
Bir zamanlar, böyük və güclü bir ölkəni idarə edən kralın 4 həyat yoldaşı varmış.
Kral ən çox dördüncü xanımını severmiş, bir dediyini iki etməz, hər şeyin ən gözəlini, ən yaxşısını ona verirmiş.
Kral üçüncü xanımını da çox sevərmiş. Bu gözelliyin bir gün özünü tərk edə biləcəyindən qorxduğu üçün, onu çox qısqanırmış.
İkinci xanımını da sevərmiş kral. Ona qarşı hər zaman mehriban ve səbrli davranan yoldaşı, kralın nə zaman bir dərdi olsa daim onun yanında olur, ona dəstək verirmiş.
Kraliçe olan birinci xanımıymış kralın. Onu ən çox sevən, qarşılıq gözləmədən sevən, sağlığına ve hökmranlığına ən böyük qayğını bəsləyən bu xanımı olmasına baxmayaraq, kral birinci yoldaşını sevməzmiş və onunla heç maraqlanmazmış.
Bir gün kral ölümcül bir xəstəliyə tutulur. Yaxında öləcəyini anladığı və öldükdən sonra tənha qalmaqdan çox qorxduğu üçün, xanımlarından hansının ölüm yalnızlığını onunla paylaşmaq istəyə biləcəyini öyrənmək istəmiş.
Ən çox sevdiyi dördüncü yoldaşına "ölüm yolculuğunda ona yoldaşlıq etmək istərmi"- deye soruşduqda aldığı cavab qəlbinə bıçaq kimi saplanan qısa və dəqiq «mümkün deyil» olmuş... «Hayatım boyunca səni sevdim. Sən mənimlə birlikdə ölməyi qəbul edərsənmi?» sualına üçüncü yoldaşı da «xeyr, həyat çox gözəldir. Sən öləndən sonra mən yenidən evlənəcəyəm» deye cavab vermiş.
Kral bir daha yıxılmış.
«Hər problemimdə hər zaman yanımda olan, mənə kömək eden sən idin, bu məsələdə də mənə yardım edərsənmi?» tələbinə qarşı ikinci xanımından; «bu məsələdə heç nə edə bilmərəm, ən uzağı səni məzarına qədər ötürər, gözel bir cənazə mərasimi təşkil edər ve yasını tutaram» cavabını almış.
Böyük bir ümidsizliyə qapılmış kral birinci həyat yoldaşının səsi ilə diksinmiş.
«Hara gedərsən get səninlə olaram, səni izləyərəm...»
«Ah!» deyə inləmiş kral; «kaş ki bir şansım daha olsaydı...»
Həyatda hər birimizin 4 yoldaşı var əslində:
Dördüncü yoldaşımız vücudumuzdur...
Onun gözel görünməsi üçüin nə qədər zaman, qaynaq və güc sərf etsək də, öldüyümüzdə bizi tərk edəcək.
Üçüncü yoldaşımız sahib olduğumuz sərvətimiz və statusumuzdur..
Ölür ölməz başqalarına yar olacaqlar.
İkinci yoldaş, ailəmiz və dostlarımızdır.
Bütün dərdlərimizi paylaşdığımız bu insanların ən çox edə biləcəkləri bu dünyadan gözləri yaşlı bizi uğurlamaq, yola salmaq olacaq.
BİRİNCİ YOLDAŞ İSƏ RUHUMUZDUR.
Bizimlə gəlir...
Unutmayın:
Yediklərimiz deyil, həzm etdiklərimiz bizi güclü edər.
Qazandıqlarımız deyil, yığdıqlarımız bizi zəngin edər.
Oxuduqlarımız deyil, xatırladıqlarımız bizi bilgili edər.
Başqalarına verdiyimiz öyüdlər deyil,
Dəqiq əməl etdiklərimiz bizi insan edən...
| ['ibrətli hekayə'] |
5,818 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/4647/%C9%99sl-dostluq-n%C3%BCmun%C9%99si.html | Əsl dostluq nümunəsi | MaksiMuS | Düşündürücü hekayələr | 9 aprel 2011, 23:48 |
Günlərin bir günü iki yaxın dost yol gedirdi. Birdən onlar dava etməyə başlayır və biri digərinə şillə vurur. Ağrı hiss etməsinə baxmayaraq, şillə alan heç nə demir və qumun üzərində bu sözləri yazır: «Bu gün ən yaxın dostum mənə şillə vurdu»Onlar yollarına davam edirlər. Bir az yol gedəndən sonra isə çayda çimmək qərarına gəlirlər. Şillə alan dost çayda az qalır ki boğulsun, lakin dostu onu xilas edir. O özünə gələn kimi daşın üzərində bu sözləri yazır: «Bu gün ən yaxın dostum mənim həyatımı xilas etdi»? Şillə vuran, eyni zamanda dostunu xilas edən bir az fikirləşəndən sonra dostundan soruşur: «Mən sənin xətrinə dəyəndə bunu qumun, həyatını xilas edəndə isə daşın üzərində yazdın. Nəyə görə?». Dostu ona belə сavab verir: «DOSTUMUZ bizi inсidəndə bunu qumun üzərində yazmalıyıq ki, küləklər onu poza bilsin. Anсaq bizə yaxşılıq olunanda isə, bunu daşın üzərinə həkk etməliyik ki, heç bir külək onu poza bilməsin!».
| ['dostluq', 'dost'] |
5,819 | https://kayzen.az/blog/sevgi/4643/sevgid%C9%99-qar%C5%9F%C4%B1l%C4%B1q%C4%B1l%C4%B1-anlay%C4%B1%C5%9F.html | Sevgidə qarşılıqılı anlayış | MaksiMuS | Sevgi | 9 aprel 2011, 21:46 |
İki il əvvəl evlənmişdilər. Oğlan ədəbiyyatı və şeri çox sevirdi. Yazılarını və şerlərini internet səhifələrinə, qəzetlərə göndərirdi. Lakin, hələki yazıları oxucular tərəfindən yetərincə sevilmirdi. Bundan əlavə oğlan çox gözəl fotografdı...r. Öz toy gününün şəkillərinin əksəriyyətini də özü çəkmişdir. Ədəbiyyata və şerə olan sevgisindən fotograf sənətini 1 yana atmışdır. Yoldaşını çox sevirdi və bu sevgi qarşılıqlı idi. Amma qız bir az səbirsiz və küsəyən idi. Kiçik şeylər üstündə dava salar yoldaşı ilə günlərlə danışmazdı. Oğlan daha səbirli və həmişə barışdırıcı olmağa çalışardı. Bu gün qız yenə yoldaşının sevmediyi bir işi görməsini istəyirdi. Qız: «3 gün sonra rəfiqəmin toyudur. Məndən şəkilləri sənin çəkməyin üçün xahiş ediblər. Üstəlik artıqlaması ilə pul ödəyəcəklər.»Oğlan: «Bu günlərdə vaxtım yoxdur.»Qız: «Off… yenə vaxtın yoxdur. Bu roman yazmaq işini bir yana qoy. Onsuzda onun üçün çox vaxtın olacaq. Istəyirəm ki, rəfiqəmin toy şəkillərini sən çəkəsən.»Oğlan: «Xeyr!»Qız: «Nə olar ki sadəcə 1 gün.»Oğlan:«Dedim ki yox!»Qız: «3 gün içində ya mənim təklifimi qəbul edəcəksən ya da hər şeyə son qoymalıyıq deyib otaqdan çıxdı.»Son iki gün qız yoldaşı ilə danışmır, onun suallarını cavabsız qoyur, hətta onunla 1 otaqda belə oturmurdu.Və 3 cü qecə...Oğlan: «Danışmalıyıq.»Qız: "Əgər toy haqqında danışacaqsansa qulaq asaram."Oglan: «Xeyr amma çox mühüm bir söhbətdir.»Qız yenə cavab vermir.Oğlan: «Bir qızla tanış olmuşam. Məni çox sevir. Çox xoş xasiyyəti var. İstəmədiyim şeylri mənə məcbur etdirmir. Həmdə mənim yazılarımı dəstəkləyir və bir gün məşhur 1 yazıçı olmağıma inanır.»Qız yoldaşının sözlərindən çaş- baş qalmışdır. Göz yaşlarını gizlətməyə çalışsada iki damla yaş yanağına düşdü.Oğlan əlini pijamasının döş cibinə ataraq davam etdi:"Şəkilini çəkmişəm. Baxmaq istəyirsən?"Qız yaşla dolmuş tərs baxıslarını oğlana yağdıraraq"İstəmirəm! Lazım deyil!"! dedi.Oğlan işığı söndürüb yatagına girdi. Qız isə yata bilmirdi. Yuxusu qaçmışdı. Bir zamanlar özü yoldaşına həmin qız kimi davranarmış. Onu daima sevəcəyini və nə olursa olsun həmişə dəstəkləyəcəyini vəd edərmiş. Verdiyi vədləri nə tez unutmuşdur, nə tez dəyişmisdir. O günlərə qayıtmaq, sevgisini yenidən geri qazanmaq istəyərdi. Yenə ağlamağa başladı. Sonra gözü yoldaşının döş cibində olan şəkilə sataşdı. Maraqdan və qısqanclıqdan şəkilə baxmaq istəyirdi. Yavaşca əyilib şəkili pijamanın döş cibindən çıxartdı.Baxdı...Doyunca ağlamaq istədi...Doyunca gülmək istədi...Çox gözəl çəkilmiş 1 şəkil idi. Qız da çox gözəl idi.Öz şəkili idi. Özünün xəbəri olmadan çəkilmiş 1 şəkil.Qız sevincək halda əyilib sakitcə yoldaşının yanağından öpdü.
| ['sevgi hekayəsi'] |
5,820 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/4641/h%C9%99r-%C5%9Fey-bir-d%C9%99f%C9%99y%C9%99-olmur.html | Hər şey bir dəfəyə olmur | MaksiMuS | Düşündürücü hekayələr | 9 aprel 2011, 21:41 |
Bir gün molla mömünlərə müraciət etmək üçün məscidə gəlir. Ancaq orda bir cavan mehtərdən başqa heç kimin olmadığın görür. Molla fikirləşir ki, burda nəsə danışmalıyam, ya yox? Bunu mehtərdən soruşmaq qərarına gəlir:
— Burda səndən başqa heç kim yoxdur. Səncə nəsə danışmalıyam ya yox?
Mehtər cavab verdi:
— Cənab, mnə sadə adamam və belə şeylərdən başım çıxmır. Ancaq mən tövləyə gəlib görəndə ki, atların hamısı qaçıb, biri qalıb, ona yem verəcəm.
Mollanın bu sözlər xoşuna gəlir və moizə oxumağa başlayır. İki saat davam edən söhbətdən sonra o özündə rahatlıq hiss etdi və moizəsinin nə dərəcədə yaxşı olduğunu təstiq edən sözlər eşitmək istədi. Bunun üçün yenə mehtərdən soruşdu:
— Moizəm xoşuna gəldi?
Mehtər cavab verdi:
— Dedim axı, mən sadə adamam və bütün bunlardan elə də başım çıxmır. Mən tövləyə gəlib görsəm ki, atların hamısı qaçıb biri qalıb, onsuz da ona yem verəcəm. Ancaq bütün atlar üçün nəzərdə tutulan yemin hamısını verməyəcəm.
| ['mərifət'] |
5,821 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/4639/yalan-vs-h%C9%99qiq%C9%99t.html | Yalan vs Həqiqət? | MaksiMuS | Düşündürücü hekayələr | 9 aprel 2011, 21:37 |
Yalan və Həqiqət adamlara onların hansının daha gərəkli olduğu barədə mübahisə edirlər. Qərara gəlirlər ki, kimin haqlı olduğunu dəqiqləşdirmək üçün yoxlama aparsınlar. Bir ev seçirlər. Bu evə əvvəlcə Yalan girir. Həmin gün hamı yalan danışır. Evin kişisi arvadından soruşur: «Məni sevirsən?» Arvad cavab verir: «Canım mənim! Öl de, ölüm. Sənsiz bu həyat mənim nəyimə lazımdı?» Kişi daha bir dəqiqləşdirmə aparır: «Heç ürəyindən başqa fikirlər keçməyib?» Arvad: «Utanmırsan, nə danışırsan?» Kişi də arvadını sevdiyini daha bəlağətli şəkildə çatdırır və ailə xoşbəxtcəsinə günlük həyatını davam etdirir. Səhəri gün həmin evə Həqiqət girir. Bu dəfə hamı düz danışır. Yenə evin kişisi arvadından soruşur: «Məni sevirsən?» Qadın deyir: «Sənə gəldiyim günə daş yağaydı. Hardan mənə urcah oldun?» Kişi soruşur: «Bəs xəyanət necə, etmisən?» Arvad deyir: «Hansı birini deyim? Dəfələrlə, istəyirsən, sayaq. Əl barmaqlarından başla, ayaq barmaqlarına keç, o da yetməyəcək». Evdə qırğın başlayır, nə başlayır. Kişi bıçağı suncur arvadın böyrünə, arvad ət maşınını çırpır kişinin başına, ikisi də ölür, uşaqlar da yetim qalır. Yalan Həqiqətə deyir: «Gördün, dedim axı, mən daha xeyirliyəm».
Həmçinin bax: Gərək iman sahibi olasan!
| ['yalan', 'həqiqət'] |
5,822 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/4638/s%C3%B6z-ayr%C4%B1,-mahiyy%C9%99t-ayr%C4%B1.html | Söz ayrı, mahiyyət ayrı | MaksiMuS | Düşündürücü hekayələr | 9 aprel 2011, 21:35 |
Abram ancaq katoliklərin yaşadığı şəhərciyə, özü də kilsə ilə üzbə-üzdə yerləşən evə köçür. O, katoliklərin «balıq günü» hesab etdikləri hər çümə axşamı günlərində ət qızardır. Qızardılmış ətin iyi kilsəyə qədər çatırdı. Bu da ora gələnləri narahat etməyə başlayırdı. Bundan sonra katoliklər Abramı dilə tuturlar ki, katolikliyi qəbul etsin. Bu, asan başa gəlmir. Ancaq cəmiyyətin təzyiqi altında Abram, nəhayət, razılaşır. Katolikliyə qəbul mərasimi zamanı keşiş Abramın alnına müqəddəs su vurur və deyir:
— Sən yəhidi kimi doğulmusan, yəhidi kimi böyümüsən. İndi isə sən katoliksən.
Bundan sonra şəhər sakinləri rahat nəfəs aldılar. Lakin növbəti həftə çümə axşamı kilsəyə gələnlər yenə də Abramın evindən qızardılmış ət iyinin gəldiyini hiss etdilər və dərhal onun evinə yollandılar ki, artıq onun katolik olduğunu yadına salsınlar. Evə gələndə isə belə bir səhnə ilə qarşılaşdılar: Abram ət parçası qızardır və deyir:
— Sən inək kimi doğuldun, inək kimi yaşadın. İndi isə sən balıqsan!
Həmçinin bax:
Yəhudilik və iudaizm
| ['mahiyyət və forma'] |
5,823 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/4637/pul-yoxsa-a%C4%9F%C4%B1l.html | Pul yoxsa ağıl? | MaksiMuS | Düşündürücü hekayələr | 9 aprel 2011, 21:33 |
Gənc oğlanın yanına sehrbaz gəlir və onun qarşısına biri pulla, biri isə ağılla dolu olan iki kisə qoyur və soruşur: «Bunların biri sənin olacaq, götür». Çox fikirləşən oğlan, nəhayət, Müdriklik kisəsini götürür və dərhal yer üzündə olan bütün müdriklərdən müdrik olur. Bunu bilən kimi dünyanın müxtəlif yerlərindən onun yanına Böyük Həqiqəti bilmək istəyən insanlar axışır və müdrikdən soruşurlar:
— Müdriklər müdriki, dahilər dahisi, bizə Əsası olanı de, dillərdə dolaşacaq böyük müdriklik barədə danış.
Müdrik dilləndi:
— Hə… Pul kisəsini götürmək lazım idi!
| ['pul'] |
5,824 | https://kayzen.az/blog/kisiler/4636/ki%C5%9Fil%C9%99r-n%C9%99-vaxt-yalan-dan%C4%B1%C5%9F%C4%B1r.html | Kişilər nə vaxt yalan danışır | MaksiMuS | Kişilər | 9 aprel 2011, 21:32 |
Bir gün bir meşədə odunçu kişinin baltası çaya düşür. O ağlamağa başlayır. Bu dəm Allah ondan niyə ağladığını soruşur.
— Axı necə ağlamayım. Baltam çaya düşüb. Bundan sonra ailəmi necə dolandıracam?
Onda Allah çaydan qızıl balta çıxarıb kişiyə verir: «Bəlkə, sənin balta budu?».
Kişi baltanı götürmür: «Yox, bu mənim baltam deyil». Allah çaydan gümüş balta çıxarıb odunçuya verir. Odunçu yenə baltanı götürmür: «Bu da mənim baltam deyil». Nəhayət, Allah çaydan dəmir baltanı çıxarıb odunçuya verir. Kişi sevinir: «Hə, bu mənim baltamdı». Bunu görən Allah deyir: «Görürəm sən düz adamsan, mənim qoyduğum qaydalarla yaşayırsan. Buna görə də hər üç baltanı sənə verirəm».
Bir müddət sonra bədbəxtçilikdən odunçunun arvadı çaya düşür. O yenə də ağlamağa başlayır. Bu dəfə də Allah ondan niyə ağladığını soruşur.
— Axı necə ağlamayım. Arvadım çaya düşüb.
Onda Allah çaydan Cenifer Lopesi çıxarıb kişidən soruşur: «Bu, sənin arvadındı?»
Kişi sevinə-sevinə «Hə, mənim arvadımdı» deyir.
Bunu eşidən Allah qəzəblənir: «Sən məni aldatdın».
Odunçu cavab verir: «Allahım, burda bir balaca anlaşılmazlıq baş verib. Əgər mən desəydim ki, bu mənim arvadım deyil, sən çaydan Ketrin Zeta-Consu çıxaracaqdın. Ancaq mən yenə deyəcəkdim ki, bu, mənim arvadım deyil. Onda sən mənim öz arvadımı çaydan çıxaracaqdın. Səni aldatmadığıma görə mükafat kimi hər üçün mənə verəcəkdin. Mən onlarla nə edəcəkdim? Onları saxalaya bilməyəcəkdim və dördümüz də bədbəxt olacaqdıq».
Məntiq: «Kişilər yalan danışanda bunu layiqli və hamının xeyri üçün edirlər».
| ['ibrətli hekayə', 'müasir pritça'] |
5,825 | https://kayzen.az/blog/qadin/4635/qad%C4%B1nlar-n%C9%99-ist%C9%99yini-%C3%B6zl%C9%99ri-d%C9%99-bilmir.html | Qadınlar nə istəyini özləri də bilmir | MaksiMuS | Qadın | 9 aprel 2011, 21:31 |
Bir şəhərdə xüsusi bina açılır. Orda hər bir qadın özünə istədiyi kimi ər seçə bilər. Binada 6 mərtəbə olur. Hər mərtəbəyə uyğun da kişi tipi olur. Bunu bilən bir qadın həmin binaya getmək istəyir.
Binanın girişində şərtlər yazılıb:
1. Bu binaya cəmi bir dəfə gələ bilərsiniz.
2. Hər mərtəbədə oradakı kişilərin xüsusiyyətləri yazılıb. Əgər onlar sizi qane etmirsə, yuxarı mərtəbəyə qalxa bilərsiniz.
3. Geri qayıtmaq olmaz.
Birinci mərtəbəyə qalxan qadın oxuyur: «Bu kişilərin yaxşı işi var və onlar Allahı sevir».
Qadın bir qədər fikirləşib növbəti mərtəbəyə qalxır. 2-ci mərtəbə: «Bu kişilərin yaxşı işi var, onlar Allahı sevir, uşaqları sevirlər». Qadın o biri mərtəbəyə qalxır.
3-ci mərtəbə: «Bu kişilərin yaxşı işi var, onlar Allahı sevir, uşaqları sevirlər və çox gözəldirlər». Qadın bu dəfə də razı qalmır və növbəti mərtəbəyə qalxır.
4-ci mərtəbə: «Bu kişilərin yaxşı işi var, Allahı sevirlər, uşaqları sevirlər, çox gözəldirlər, ev işlərində kömək edirlər». 5-ci mərtəbə: «Bu kişilərin yaxşı işi var, Allahı sevirlər, uşaqları sevirlər, çox gözəldirlər, ev işlərində kömək edirlər və çox varlıdırlar».
Qadın 5-ci mərtəbədə dayanmaq istədi. Lakin növbəti mərtəbəyə qalxmaq istəyi ona burda dayanmağa imkan vermədi və o, altıncı mərtəbəyə qalxdı.
Altıncı mərtəbədə belə bir yazı var idi: « Siz bu mərtəbəyə çıxan № 4363012 adamsınız. Burda heç bir kişi yoxdur. Bu, tənha qadın üçün olan mərtəbədi. Bu mərtəbə ancaq bir daha sübut etməkçindir ki, qadınları sona qədər razı salmaq olmur. Sizə xoş gün arzu edirik».
Həmçinin bax:
Qadınlar nə istəyir?
| ['qadınlar nə istəyir', 'qadın psixologiyası', 'müasir pritça'] |
5,826 | https://kayzen.az/blog/a%C4%9F%C4%B1ll%C4%B1/4629/%C5%9F%C9%99r%C9%99fl%C9%99-bitirilm%C9%99si-laz%C4%B1m-olan-%C9%99n-a%C4%9F%C4%B1r-v%C9%99zif%C9%99-h%C9%99yatdir.html | Şərəflə Bitirilməsi lazım olan ən ağır vəzifə "HƏYATDIR" | ağıllı | Bloq: ağıllı | 9 aprel 2011, 19:57 |
Şərəflə Bitirilməsi lazım olan ən ağır vəzifə "HƏYATDIR" Bu səbəblə; Bir loxma çörək üçün şərəfini ayaqlar altına almağa, Bir anlıq zövq üçün namusunu ləkələməyə, Bir zamanlıq mövqesi üçün ayaq öpməyə, Gündəlik mənfəətin üçün fəzilətini qarartmağa "DƏYMƏZ" ...Nə çox çox ağıllı ol, nə də çox çox dəli... Nə özünü çox çox bəyən, nə də çox çox utancaq ol... Nə çox çox şərəfli ol, nə də çox çox təvazökar...
Nə çox çox danış, nə də çox çox susqun... Nə çox çox sərt ol, nə də çox çox yumşaq... Əgər çox çox ağıllı olsan, insanlar səndən çox çox şey gözləyər... Əgər çox çox dəli olsan, hər vaxt aldadılarsan... Əgər çox çox danışsan, kimsə sənə vecinə almaz... Əgər çox çox susasan kimsə səni saymaz... Əgər çox sərt olsan, qırılarsan... Əgər çox yumşaq olsan əzilərsən..
| ['Düşündürücü hekəya'] |
5,827 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/4628/t%C9%99rbiy%C9%99d%C9%99-inam-h%C9%99lledici-faktordu.html | Tərbiyədə inam həlledici faktordu | ayxansevda | Xoşbəxt ailə | 9 aprel 2011, 18:56 |
Bir ana daim öz uşağından şikayətlənirdi. Ona dedim:"Uşağınla dil tapmağa çalış. O, sənin düşündüyün kimi pis uşaq deyil". Ana isə inadla mənə sübut etməyə çalışırdı ki:" Sən bilmirsən, bu sən deyən uşaqlardan deyil, dözmək olmur. Bilmirəm nə edim, başa salmaqdan ölürəm, eşitmir, bəlkə onun beyni inkişafdan qalıb? Vay , mən neyləyərəm?"- deyə özünü bir az da qorxutmağa başladı. Dedim ki: " Sən bir də de, yumşaq de, nəsə edəndə , danlamamışdan əvvəl soruş niyə eləyib, desin səbəbini, sən də bil neyləyirsən" O da cavabında : " Demək asandı, uşaq tərbiyəsi çox çətin məsələdi".
Bax burası ilə tam razı, uşaq tərbiyəsi asan iş deyil. Nənələr bu cümlələri eşidəndə, gözləri gülür:" Bəs, nə bilmişdiniz, biz nələr çəkmişik, indi bilin". Niyəsə hər kəs öz probleminin böyük olduğunu, heç kimdə belə "böyük" problem olmadığını düşünür. Bu ona görə baş verir ki, insan problemdən çıxış yolunu tapmaq, araşdırmaq əvəzinə, əksinə problemi " çürüdür", şişirdir, özünə süni problem yaradır. Belə olanda ixtiyarsız düşünürəm ki, bu insan psixologiyası nə qəribədir? Niyə insanlar özlərini qurban kimi aparır, istəyir ki, hamı onlara görə narahat olsun, desinlər: " Yazıq adam, nələr çəkir, onun kimi heç kim ola bilməz". Niyəsə istəyirlər ki, hər kəs onlara mərhəmət gözləri ilə baxıb, ürəkləri yansın, onların hallarına acısınlar. ( Təbii ki, bütün insanlar belə deyil) . Nə isə, mətləbi çox uzatmayım, demək istədiyim odur ki, misal gətirdiyim ana da belə. O, uşağı ilə problemində çıxış yolu axtarmırdı, mənimlə söhbətində belə, ancaq öz probleminin ağırlığından və çarəsizliyindən danışırdı. Çünki probleminin həllinə inamı yox idi. Əsas da inamdı, hər işdə. İnam insan həyatında başlıca amildi, bütün həyatına təsir göstərən əsas şərtdir. Fikrimi anlatmaq üçün belə bir misal çəkim. Özünə inamsız və problemindən şikayətlənən, ümidsiz birisinə desəm:
- Maşının şinlərini dəyişdirək.
O da cavabında:
- Ehtiyat şinləri yoxdur- deyəcək.
- Onda gəl bu otların üstündə oturaq , fikirləşək ki, nə çarə qılırıq bu işə.
- Ot çirklidi. Otursam üst - baş qalmaz məndə.
- Bəlkə gələn ilk avtomobilə əl eləyək saxlasın, kömək istəyək.
- Birdən sürücü zorakar oldu.
Beləliklə bu söhbət hələ çox uzana bilər və əsas məsələ şinlərin dəyişdirilməsi isə tamam yaddan çıxar. Bu misalda da elədi qorxu hissi imkan vermir ki, insan problemini yoluna qoysun. Hər işdə, xüsusən uşaq tərbiyəsində də belədi. Əsas gərək özünə və uşağına inanasan, pozitiv olasan, daha qorxmayasan ki:" Birdən alınmadı". Özünün gücünə inam, uşağının müsbət xüsusiyyətlərini isə ön plana çəkilməsi, sonra isə uşağının inadını dostluq-əməkdaşlıq münasibətinə çevirmək əsas şərtdir.. Məsələyə necə yanaşmaqdan çox şey asılıdı.
Iki ayrı-ayrı avtobusda insanlar oturub, belə deyək A və B avtobusları. Eyni şəkli ayrı -ayrılıqda hər iki avtobusda oturanlara bir -bir göstərilir. A adlı avtobusdakılara belə təqdim edilir: " Bu insan qatildir, yüzlərlə insan qanına bais olub, hamilə qadınları öldürüb, qocaları döyüb". Avtobusda mənfi abi - hava yarandı:
- Üzünə baxan kimi bilinir nə yuvanın quşudu.
- Görmürsən üzündən zəhrimar yağır.
- Əlimə keçə düşünmədən boğazını üzərdim.
- Sir- sifətindən bilinir ki, pis adamdı.
İndi isə B adlı avtobus, burada şəkil belə təqdim edilir: " Bu insan qəhrəmandır, yüzlərlə insanı ölümdən qurtarmış, hamilə qadınları qorumuş, qocalara hörmət etmiş, çoxlu uşaq həyatını xilas etmişdir ".Buradakı insanlar:
- Üzündən nur yağır, o saat baxan kimi bildim ki, mələk kimi insandı.
- Allah qüdrətindən yaradıb elə bil, baxanda bilinir də.
- Hə, yaxşı insan olmağı üzündən tökülür, necə müsbət auralı adamdı.
- Mən insan sərrafıyam, 100 adamın içindən seçərdim bunu. Bilinir də.
Nəzərə alın ki, eyni şəkildi. Hər iş də belədi, hansı tərəfdən yanaşmaqdan çox şey asılıdı. Desən ki, " Alınan deyil, bu uşaq düzələn deyil", daha möhürü qoydunuz da , yox əksinə desəniz ki: " Bu uşaq ağıllıdı, indi səhv edib, biz böyüklər səhv etmirik ki? " , onda da nəticəsini görəcəksiniz.
| ['Xöşbəxt ailə', 'valideyn - övlad münasibətləri', 'tərbiyə'] |
5,828 | https://kayzen.az/blog/ayxansevda/4625/salam.-nec%C9%99s%C9%99n.html | Salam. Necəsən?... | ayxansevda | Bloq: ayxansevda | 9 aprel 2011, 12:37 |
"Necəsən?" - sualını yəgin ki, siz də tez tez eşidirsiniz. Necə də adi gəlir insana. "Necəsən?" - Hər şey normaldı. Hamamda suyu buraxıb ana eşitməsin deyə ağlamaq normaldı.. Necəsən? -Normaldı hər şey.. Gecələr balışı qucaqlayıb ağlamaq, səhər üzünü yuyub işə getmək - normaldı. Pəncərənin qarşısında oturub çox tanış insanların gülüşünü eşitmək normaldı. Elə bil "dost"lardı, əylənirlər, ama səni çağırmadılar..unudublar..
Kimsə yazır sənə: "Salam, necəsən?" - "Normal" - "Evdəsən?" - "Aha" - "Niyə evdə oturmusan? Niyə gəzməyə getmirsən?". - "İstəmirəm".
"Nə oldu sənə?" -"Heçnə hər şey normaldı..."
Sənə hamıdan yaxın olan insanla dalaşanda...Onu itirəndə... və buna güclə dayanaraq...
"Necəsən?" -Normal...
Özünü olduqca çox yalnız hiss edəndə, yaşamaq istəməyəndə.
"Necəsən?" - Normal...
Nəsə baş verəndə- valideyinlə mübahisə edəndə, ya da kimsə rəhmətə gedəndə...
"Necəsən?" -Normal.
Dostların səni satanda, kimsə səni hamının yanında təhqir edib, köməyinə heç kəs gəlməyəndə...
"Necəsən?" - Normal...
Özündən çox sevdiyin insanla söhbət eləyəndə və ondan səni sevmədiyini və ayrılmaq istədiyini eşidəndə... Gözlərindən yaş damla damla axanda... ağlamağını eşitməsin deyə balışnan ağzını bağlayanda belə.
"Necəsən? "- Hər şey normaldı...Normaldı.
Əgər kiməsə "Necəsən?" sualını verdiniz və o sizə "Hər şey normaldı" cavabını veribsə..İnanmayın.. Sadəcə insan çox pisdi, lakin bu haqda danışmaq istəmir.
| ['düşündürücü hekayə'] |
5,829 | https://kayzen.az/blog/maraqli-faktlar/4624/banan,-moruq,-pomidor.html | Banan, moruq, pomidor | Cavid | Maraqlı faktlar | 9 aprel 2011, 07:29 |
Italyan və ingilis alimlərdən ibarət qrupun araşdırması gündə 3 banan yeyən şəxsin insultdan ölmə riskinin 21% azaldığını göstərib. Banan onkoloji xəstəliklərin qarşısının alınmasında da yardımçıdır.ABŞ-dakı Klemson Universitetinin alimləri moruğun tərkibində xərçəg hüceyrələrini zərərsizləşdirən maddələrin olduğunu aşkarlayıblar.
Moruq məti bağırsaqdakı xərçəng hüceyrəsinə təsir edərkən bədxassəli hüceyrələrin 90 faizindən artığı məhv olub. Moruğun tərkibində antixərçəng xassələrə malik xeyli antioksidant var. Xatırladaq ki, məşhur antioksidantların heç biri bədxassəli hüceyrələrin 90 faizindən artığını məhv edə bilmir.Eksperimentlər göstərib ki, gündəlik rasionunda pomidor salatına üstünlük verən xanımlar digər həmyaşıdları ilə müqayisədə 5 yaş cavan görünür. Bu, pomidorun tərkibində «orqanizmin müdafiəçisi olan» çoxsaylı maddələrin mövcudluğu ilə bağlıdır.Pomidor ürək-damar sistemində çatışmazlıqların, həmçinin onkoloji xəstəliklərin qarşısını da alır.
| ['banan', 'moruq'] |
5,830 | https://kayzen.az/blog/daily-problems/4623/%C3%BCnsiyy%C9%99t-%C9%99xlaq%C4%B1.html | Ünsiyyət əxlaqı | Cavid | Gündəlik həyatın çətinlikləri | 9 aprel 2011, 06:38 |
İnsanlar balaca qəsəbə və kəndlərdə yaşayanda, kiçik şəhərlərdə məskunlaşanda, dar küçələrdə yan-yana keçəndə, məclis və mərasimlərdə bir araya tez-tez toplananda bir-birlərinin halından xəbərdar olurdular. Daha çox yaxınlıq edir, daha sıx əlaqə bağlayırdılar. Hal-əhval tutmaq, xəbər-ətər sormaq, dəstək və ya yardım etmək asan idi. Bu gün şəhərlər o qədər genişlənib ki, yaşayış mənzilləri o qədər çoxalıb və yaxın insanlar bir-birindən o qədər uzaqlaşıblar ki, hamı öz hayında qalıb, hay-haray edib çağıranı isə eşidən çox az və ya heç yoxdur. Fərdi azadlıq dediyimiz məfhumun çərçivəsi o qədər genişlənib ki, özünü inkişaf etmiş düşündükcə, başqaları ilə əlaqəsi də eyni zamanda zəifləməyə başlayıb. Əslində insanların bir-birlərilə əlaqələri mürəkkəbləşib və çətinləşibdir. Bu üzdən insanlar bir-birinə ya güvənmir, ya etibar etmir, ya çəkinir, qorxur, bir sözlə hər hansı bir formada uzaq durmağa yaxud yaxına buraxmamağa çalışır. Halbuki, İslam dininin əsas özəyi də elə odur ki, insanlar daim bir-birlərilə gözəl əlaqədə, xoş rəftarda və sıx ünsiyyətdə olsunlar. Baxırsan ki, insanların halı çox qəlizləşmiş və qəribələşmişdir. Kimisi ancaq yaxşı tanıdıqlarına salam verir, kimisi heç salam almır və ya məşğul olduğundan salam verməyə vaxt tapmır, kimisi də hətta salam verib almaqdan zəhləsi gedir. Ilk baxışdan belə bir hala, Peyğəmbərimizin sünnətinin tərk edilməsi kimi baxa bilərik. Amma məsələ getdikcə daha da təhlükəli olur. Sadəcə bir sünnət əməlini həyata keçirib keçirməməkdən deyil, insan bağlarının, cəmiyyət sütünlarının zəifləməsi və qırılmasından ibarətdir bu məsələ. Yalnız salam alıb vermək olsaydı kaş, amma dərd bununla bitmir. Qohum əqraba, qonum-qonşu, ər-arvad, valideyn övlad, iş yoldaşları və sairə kimi əziz və mehriban olması gərək olan əlaqələr, əzab-əziyyətə və nifrətə çevrilir. Hər gün eşitdiyimiz və xəbərlərdə gördüyümüz qohumlar və yaxınlar arasında baş verən cinayətlərin bəs səbəbi nədir? İlk qığılcım nədən və hansı addımdan başlayıb? Yaxşılıq etmək hissinin ölməsindən. Bir tərəfdən də əlaqəni kəsən, yaxınlıq etməkdən çəkinən insanlara da haqq qazandırmaq istəyir adam. Gözəl əxlaqlı, xoş rəftar və möminə yaraşan bir şəkildə mehriban insan olmağa çalışarkən biri, başqaları bu məqamdan fürsət kimi istifadə edib, öz mənfəətlərini həyata keçirməyə çalışırlar. Əksər hallarda da mənfəətlərini əldə etməklə yetinmir, bir də həmin adama arxadan zərbə vurub, yerə çökdürürlər. Peyğəmbərimizin, Onun əhli beytinin və səhabələrinin həyatını oxuyanda, insanlar arasında qardaşlığı necə qurduğunun şahidi oluruq. Bir-birinə yaxın olmayan, başqa şəhərlərdən, başqa ailələrdən, müxtəlif statuslardan, hətta bir-birinə düşmən sayılan insanları belə Rəsulullah Allahın izniylə qardaş etdi. Bunları xatırladıqca insanın içindən necə alovlu hisslər keçir. Amma müasir dövrdə, hətta müsəlman və özünün mömin olduğunu iddia edən insanlara baxırsan ki, nə qardaşlıq, hətta özünü doğru dürüst insan kimi apara bilmir. Müsəlman adına yaraşan şəkildə hərəkət etməyi bacarmır. Olanları-bitənləri, hadisələri, səbəb və nəticələri yazmaqla bitən deyil. Danışdıqca, xatırladıqca da insanın içi sızlayır, suyu bulanır, artıq məyus olmağa başlayır. Amma təbii ki, nə olur olsun məyus olmaq və geri çəkilmək olmaz. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurub ki; "İnsanlarla bir arada yaşayan, qaynıyıb qarışan və onların əziyyətinə səbr edən mömin, insanlara qarışmayan və onların əziyyətinə qatlanmayan mömindən daha xeyirlidir."Əlaqələr zəiflədikcə, bir-birinə əziz və yaxın olacaq insanların rəftarları quru və soyuq olduqca, aralarında kin və nifrət artmağa başlayır. Gözlər bir-birinə baxanda nəfslərdə vəhşi hisslər, qəlblərdə qəddar duyğular oyanır. Hətta göz-gözə gəlməkdən ya qorxur ya da çəkinirlər. İnsanların içi o qədər sızlamağa və inciməyə başlayır ki, səbəbsiz yerə bütün insanlarla eyni cür rəftar etməyə başlayır. Bunun üçün yaxşılıq (ehsan) etmək gərəkdir. Başqasına yaxşılıq edən kəs əslində ilk öncə elə özünə yaxşılıq etmiş sayılır. Ehsanın ilk addımında həmin şəxs həmən qarşılığını və hətta demək olar ki, mükafatını alır. Rəbbimiz buyurur ki; "(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır (rahatlıqdır). Allah (hər şeyi) eşidəndir, biləndir." (Tövbə, 103).
Qəlbində iman olan şəxs tam əminliklə inansın ki, Rəbbi eşidən və bilən olduğu üçün, onun əməlini görür, həmən sədəqəsini qəbul edir, onu maddi və mənəvi olaraq paklaşdırır. Paklaşdırırsa, deməli içində olan kin-nifrət, qəlbində olan hiss-pas və sairə bütün mənfi duyğuları təmizləyir, onu sağlam edir. Sağlam olduqca da mömin daha irəliyə addımlaya bilir, Rəbbi tərəfindən müvəffəqiyyət qazanır. Çünki onun əməlini, sədəqəsini və ehsanını birbaşa Allah qəbul etmişdir. Buyurur ki, Rəbbimiz; "Məgər onlar bilmirlər ki, Allah qullarından tövbəni qəbul edər, sədəqə (zəkat) alar və Allah tövbələri qəbul edəndir, rəhmlidir?!" (Tövbə, 104).Gözəl rəftar, həmdəm və həmdərd olmaq, başqasının ağrısına səs vermək, bölüşmək duyğusu insanların içində, fitrətində saxlıdır. İnsan dünyaya gələrkən bunlar onun içində olur, bütün dəyişikliklər isə həyatının sonrakı dövründə baş verir. Heç görməmisinizmi, körpə uşaq başqa bir körpə uşağın ağladığını görən də , o da ağlamağa başlayır?! Bu hisslər əvvəldən var olsa da, sonradan bəslənilməsə, qorunmasa, işlədilməsə, azalıb yox olur. Boşuna deməmişdir Rəsulullah, iki barmağını birləşdirib göstərərək belə buyuranda; "Mən və yetimə baxan cənnətdə beləyik", yəni bu qədər yaxınıq. Çoxumuz uşaqlarımıza Qurandan surələr əzbərlədir, hədislər oxutdururuq. Onlar xeyir əmələ çağıran ayələri və hədisləri əzbərləyirlər, amma bir dəyişiklik hiss edə bilmirik, görmürük. Bu əzbərçilik o uşaqlara heç bir fayda vermir. Çünki onlar gün ərzində valideynlərinin əməllərinin şahidi olurlar. Valideynləri nəyi necə edir və insanlarla necə raftar edirlər, bunu görürlər. Valideynlər uşaqlarına yaxşılıq, ehsan və yardımlaşma kimi nümunələr göstərə bilmirlərsə, əzbərlənən ayələrin nə faydası olacaq ki?! Təbii ki, uşaqların tərbiyəsi və psixologiyasına yalnız valideynləri deyil, saatlarla oturduqları məktəb sinifləri, sinif yoldaşları, saatlarla ünsiyyətdə olduqları müəllimlər, ətraf mühit və media çox təsir edir. Bunun üçün valideynlərin tərbiyəsilə yanaşı, uşaq bağçası, məktəb, universitet və sairə tədris və təhsil ocaqları uşaqlara yalnız kitab dərsləri deyil, onlara mənəviyyat və insanlıq baxımından da marifləndirici dərslər keçməlidirlər. Bu işləri bir formada etmək lazımdır. Bu sadəcə müəllim, direktor yaxud rektorlardan asılı bir məsələ deyil ki, oturub onları gözləyib, nə olar-olar deyə əlimizi yanımıza salaq. Hər birimiz bacardığımız qədər, bildiyimiz vasitəylə bu məsələ uğrunda addım atmalıyıq, təşəbbüslər etməliyik. Mediaya öz təsirimizi göstərməyə çalışmalıyıq. Ən azından uşaqları medianın mənfi təsirindən qorumağı bacarmalıyıq. Uşaqlardan başlayarsa yaxşılıq və ehsan toxumları əkilməyə, sonradan cəmiyyət yaxşılığa doğru dəyişə bilər. Bu, çətin iş olsa da ən uğurlu iş sayılır. Ən azından, həyatının 30 ilini ehsan nədir bilmədən yaşayan insanı dəyişməkdən çətin deyil. Uşaqlara Allahı, Rəsulunu və insanları sevməyi aşılamağı bacarmalıyıq. İnsanları sevməyi bacarmaq özü, Allah təalanın böyük vergisidir. İbn Abbas (Allah ondan razı olsun) Allahın nemətləri haqqında danışarkən 3 məsələni qeyd edib və deyib ki; "Hansı bir yerə (torpağa) yağış yağıbsa, ona görə Allaha həmd etmişəm, sevinmişəm. Mənim o torpaqda nə qoyunum var, nə dəvəm var. Hansı qazinin ədalətini duymuşamsa, onun üçün Allaha dua etmişəm. Mənim o qazi ilə əslində heç bir məhkəmə işim yoxdur. Allahın kitabından hansı ayəni bilmişəm, öyrənmişəmsə, mənim öyrəndiyimi insanların da öyrənməsini istəmişəm, arzu etmişəm." Insanlar üçün xeyri və yaxşılığı sevmək budur. Qəlbin sağlam, köksün kin və nifrətdən uzaq olmasıdır bu. Son olaraq, Rəbbimizin bir ayəsini xatırlayaq və Ona dua edək ki, bizi o ayədə qeyd olunanlardan etməsin, onlardan uzaq etsin və bizi islah etsin. Rəbbimiz buyurub ki;"O kəslər ki, özləri xəsislik etməklə bərabər, başqalarını da xəsisliyə təhrik edir və Allahın öz lütfündən bəxş etdiyi nemətləri gizlədirlər. Biz (belə) kafirlər üçün alçaldıcı əzab hazırlamışıq!" (Nisa, 37) mənbə:azerislam.com
| ['ünsiyyət', 'əxlaq'] |
5,831 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/4622/kaskabal-v%C9%99-it.html | Kaskabal və it | MaksiMuS | Düşündürücü hekayələr | 9 aprel 2011, 02:06 |
Biri vardı, biri yoxdu, bir kişi vardı. O, çox kasıb idi və həmişə ovqatı pis olurdu. Onun qoca bir iti vardı. Kişi onunla çox pis davranır və əlinə girəvə düşəndə onu təpikləyirdi. Kaskabal (Şər ruh) bunu görürdü. O istədi ki, itin bu vəziyyətindən öz xeyrinə istifadə eləsin. Bu fikirlə itin qabağında peyda oldu:
— Ay yazıq, niyə belə qəmginsən? Nə olub?
— Necə qəmgin olmayım, sahibim məni hər gün döyür.
— Bilirəm. Bəs niyə onu tərk edib getmirsən?
— O mənim sahibimdi, mən ona sədaqətliyəm.
— Amma sənin sahibin bunu qiymətləndirmir.
— Fərqi yoxdu, mən sadiq qalacam.
Kaskabal əl çəkmirdi, itin başını o qədər yedi ki, axırda o soruşdu:
— Yaxşı, məni inandırdın, de görüm nə edim?
— Ruhunu mənə ver.
— Əvəzində nə verirsən?
— Ürəyin nə istəyirsə.
— Mən tüklərimin sayı qədər sümük istəyirəm.
— Razıyam!
Kaskabal onun tüklərini saymağa başladı. O sayıb qurtarana yaxın itin öz sahibinə sədaqəti yadına düşdü və elə dartındı ki, Kaskabal hara kimi saydığını itirdi.
— Niyə tərpəndin? Hesabı itirdim!
— Lənətə gəlmiş birələr imkan vermir. Yenidən say.
Kaskabal yüz dəfə saydı və hər dəfə it tərpəndi və o, hesabı itirdi.
— Mən təslim oldum, saymıram. Sən məni aldatdın və mənə əməlli-başlı dərs verdin. İtin ruhunu satın almaq adamların ruhunu satın almaqdan çətindir – dedi Kaskabal.
| ['düşündürücü hekayə'] |
5,832 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/4621/eyibli-k%C3%BCp%C9%99.html | Eyibli küpə | MaksiMuS | Düşündürücü hekayələr | 9 aprel 2011, 01:44 |
Hindistanda su daşıyan bir kişinin iki küpəsi vardı. Onları ağacın ucuna keçirib çiynində su daşıyırdı. Küpələrin birində çat vardı və bulaqdan ustadın evinə gələnə kimi suyun yarısı tökülür, küpənin ortasından su qalırdı. İki il ərzində bu, belə davam elədi. Su daşıyan hər dəfə bir küpə yarım su gətirirdi. Çatsız küpə öyünürdü. Çatı olan küpə isə xəcalət çəkirdi. Bir gün o dilə gəlib su daşıyana dedi:
-Mən utanıram və səndən üzr istəyirəm.
-Niyə? Nədən utanırsan?
— İki ildir, mən doldurduğun suyun yarısını aparıb evə çatdırır, sənə ziyan vururam. Mənim nöqsanıma görə sən də öz məqsədinə çata bilmirsən.
Su daşıyan küpəyə dedi:
-İndi biz evə qayıdanda sən yolun qırağındakı güllərə bax.
Döğrudan da, qayıdanda küpə gördü ki, yolun bir qırağında çox gözəl güllər bitib. Amma evə çatanda yenə qanı qaraldı, çünki suyun yarısını gətirib çıxarmışdı. Bu vaxt su daşıyan ona dedi:
-Fikir verdinmi, güllər yolun yalnız bir tərəfində bitib? O biri küpənin getdiyi tərəfdə gül yoxdu. Məsələ burasındadır ki, mən sənin bu nöqsanını bilirdim və bundan istifadə etdim. Mən yolun sən olan tərəfinə gül toxumları səpdim və hər dəfə sudan qayıdanda sən onları suvardın. İki il ərzində mən bu gözəl güllərlə ustadımın stolunu bəzədim. Sən olmasan, evdə bu gözəllik olmazdı.
| ['düşündürücü hekayə'] |
5,833 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/4620/xo%C5%9Fb%C9%99xtlik,-yoxsa-b%C9%99db%C9%99xtlik.html | Xoşbəxtlik, yoxsa bədbəxtlik? | MaksiMuS | Düşündürücü hekayələr | 9 aprel 2011, 01:42 |
Bir kənddə bir qoca vardı. O, çox kasıb idi. Amma bütün imperatorlar ona qibtə edirdilər. Çünki onun bir gözəl ağ atı vardı. Heç kəs ömründə belə güclü, gözəl at görməmişdi. At yox, möcüzə idi. İmperatorlar onun atını almaq üçün qocaya nə istəsə, verə biləcəklərini deyirdilər. Amma qoca deyirdi: “Bu mənim üçün at deyil, şəxsiyyətdi, lütfən deyin, şəxsiyyəti də heç satarlarmı? O, mənim dostumdu, əmlakım deyil. Dostu satmaq olar? Heç vədə!» Onun kasıblığının həddi-hüdudu yox idi, at üçünsə nələr vəd etmirdilər? Amma kişi atı satmırdı.
Bir gün kişi tövləyə gedəndə atı orada görmədi. Bütün kənd onun evinə toplandı. Kişini məzəmmət eləməyə başladılar: “Ağlın yoxdu. Biz bilirdik ki, bu atı bir gün oğurlayacaqlar. Sən gərək onu satardın. Nə qədər istəsən, imperatorlar verməyə hazır idilər. İndi hanı atın? Nə böyük bədbəxtlik!»
Qoca dedi: “Çox da dərinə getməyin. Sadəcə, deyin ki, at tövlədə yoxdur. Bu, faktdı, qalanları mülahizə. Xoşbəxtlik, bədbəxtlik… Hardan bilirsiniz, nə xoşbəxtlik, nə bədbəxtlikdi?»
Adamlar dedilər: “Bizi aldatma, düzdü, filosof deyilik, amma o qədər də axmaq deyilik ki, gün kimi aydın olan şeyi görməyək. Atın oğurlanıb və bu, faciədir».
Qoca dedi: «Siz nə istəyirsiniz, deyin. Mən onu deyirəm ki, tövlə boşdusa, demək, at yoxdu. Bu, faktdı. Başqa şey deyə bilmərəm. Xoşbəxtlik və ya faciə olduğunu deyə bilmərəm. Kim bilir, sonra nə olacaq?»
Adamlar güldülər. Onlar düşünürdülər ki, bədbəxtlikdən kişinin başına hava gəlib. Elə əvvəl də düşünürdülər ki, onun ağlı çatışmır. Atı satıb şah kimi yaşaya bilərdi. Amma o, qoca vaxtı meşəyə gedib odun doğrayır, güc-bəla ilə dolanırdı. İndi yüz faiz aydındır ki, ağlı çatmır.
Amma on beş gündən sonra at geri qayıtdı. O oğurlanmamışdı, meşəyə qaçmışdı. Və tək qayıtmadı, özü ilə bir düjin vəhşi at gətirmişdi. Adamlar yenə toplaşıb qocaya dedilər: «Sən haqlısanmış, qoca. Biz axmağıq. Bu, əsl xoşbəxtlikdi».
Qoca dedi: «Siz Allah, bəsdi. At qayıtdı. Özü ilə atlar gətirdi. Bu, faktdır. Nə olsun? Bu, xoşbəxtlikdi, yoxsa bədbəxtlik? Kim bilir? Mülahizə yürütməyin. Siz kitabın bir səhifəsini oxumusunuz. Bütün kitab haqda rəy yürütməyin. Həyat sahilsiz bir ümmandır. Atın qayıtmasının xoşbəxtlik və ya faciə olduğunu deyə bilmərəm. Kim bilir, sonra nə olacaq?» Gedin və mənə mane olmayın. Allah xətrinə!»
Bu dəfə ona etiraz etmədilər. Bəlkə, qoca bu dəfə də haqlıdır? Susdular, amma qəlblərinin dərinliyində yaxşı başa düşürdülər ki, atın qayıtması və özü ilə on iki at gətirməsi əfsanəvi bir xoşbəxtlikdir. Sat, istədiyin kimi yaşa.
Qocanın bircə cavan oğlu vardı. O, vəhşi atları miniyə öyrətməyə başladı. Bir həftə ötməmişdi ki, o, atdan yıxıldı və qıçı sındı. Yenə adamlar toplandı – adamlarsa hər yerdə eynidilər – başladılar kişini qınamağa: “Qoca, sən düz deyirdin, bu, bədbəxtlikdi. Yeganə oğlunun qıçı sındı. Sənin evinin dirəyi idi oğlun. İşin çətin olacaq!»
Qoca dedi: «Yenə mülahizələr. Niyə tələsirsiniz? Sadəcə, deyin: “Oğlunun qıçı sındı. Xeyirdi, yoxsa şər – kim bilir?».
Bir neçə gündən sonra ölkəyə düşmən hücum elədi, müharibə başladı. Kəndin bütün cavanları müharibəyə getdi. Bircə qocanın oğlunu aparmadılar. Çünki o, şikəst idi. Adamlar yenə yığıldı. Onlar qışqırır, ağlayırdılar. Hər evdən neçə oğlan müharibəyə getmişdi. Onların qayıdacağına ümid az idi. Çünki hücum edən düşmən ölkə çox güclü idi və müharibənin uduzulduğu hər kəsə bəlli idi – uşaqları qayıtmayacaqdı. Onlar qocaya dedilər: “Bizi bağışla! Allah görür ki, sən haqlısan. Oğlunun atdan yıxılması da xeyir imiş. Qıçı sınsa da, gözünün qabağındadı. Sənin oğlun axsasa da, sağalacaq! Bizimkiərsə həmişəlik getdi».
Qoca dedi: «Sizə söz deməyin xeyri yoxdu. Yenə mülahizə yürüdürsünüz. Kim bilir, nə olacaq? Sizin uşaqları zorla müharibəyə apardılar, mənimki evdə qaldı. Heç kəs deyə bilməz ki, bu, xoşbəxtlikdi, yoxsa faciə. Və heç kim, heç vaxt bunu bilməyəcək. Bir Allah bilir».
| ['xoşbəxtliyin sirri'] |
5,834 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/4619/h%C9%99cc-piyadalar%C4%B1.html | Həcc piyadaları | MaksiMuS | Düşündürücü hekayələr | 9 aprel 2011, 01:41 |
Bir dəfə həcc zəvvarları arasında dava düşdü. Mən də piyadalar arasında idim. Əməlli-başlı vuruşurduq. Bir-birimizi kötəkləyib baş-gözümüzə vururduq. Söyüş söyürdük. Ağzımıza gələni deyir, əlimizə keçəni döyürdük. Eşitdim dəvə üstə kəcavənin bir gözündə oturan adam o birində oturana deyirdi:
-Qəribə şeydir, piyada şahmat xanasında gedib başa çatanda vəzir olur, bu həcc piyadaları isə Məkkəyə çatanda dəli olublar.
| ['düşündürücü hekayələr'] |
5,835 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/4616/iki-canavar-haqda.html | İki canavar haqda | MaksiMuS | Düşündürücü hekayələr | 8 aprel 2011, 23:55 |
Bir gün qoca hindu nəvəsinə həyat həqiqətini açdı.
— Hər bir insanın daxilində iki canavarın mübarizəsinə bənzər mübarizə gedir. Canavarlardan biri paxıllıq, qısqanclıq, təəssüf, eqoizm, ambisiya, yalanı təmsil edir. O biri canavar isə sülh, məhəbbət, ümid, həqiqət, xeyirxaxlıq, sadiqliyi təmsil edir. Babasının sözlərindən təsirlənən nəvə hindu bir anlıq fikrə gedib, sonra da babasından soruşur:
— Bəs sonda canavarların hansı qalib gəlir?
Qoca hindu gülümsəyərək cavab verir:
— Həmişə sonda sənin yemlədiyin canavar qalib gəlir.
| ['insan xarakteri'] |
5,836 | https://kayzen.az/blog/qadin/4615/qad%C4%B1n-v%C9%99-beyin.html | Qadın və Beyin | MaksiMuS | Qadın | 8 aprel 2011, 23:52 |
Qadın: İlahi, o gedir, gedir, məni atır (ağlayır)Beyin: Yaxşı ki gedir...Qadın: Bunun nəyi xeyirdi? Əclaf əşyalarını yığışdırır...Beyin: Sızıldama, sevin. Dəyirman kimi əl-qolunu yelləmə, gülümsə...Qadın: Əclaf! Çamadanı doldurur. Özünə hörmət edən kişi təkcə ayaqqabı və corabını götürər. Bu əclaf maykalarını da götürür... (ağlayır)Beyin: Gülümsə!Qadın: Bəlkə, boynuna sarılım? Qarşısında diz çöküm?Beyin: Axmaq!Qadın: Bəlkə, başına tava ilə vurum?Beyin: ?Qadın: Sonra yedirərəm. Bu yolla sağalana kimi iki ay saxlayaram. Bəlkə, sonra mənə öyrəşər, getməz?Beyin: Cinayətkarsan. Qüvvələri hesaba almırsan?Qadın: Belə ağıllısansa, de, nə edim?Beyin: Gülümsə....Qadın: Burada yaxşı nə var? Mən tək qalıram (ağlayır).Beyin: Gülümsə, azad qadın olursan...Qadın: Nəyimə lazımdı belə azadlıq?
Beyin: Gülümsə. Azadlıq gözəldir.Qadın: Nədi gözəlliyi?Beyin: Braziliya dili öyrənərsən – seriallara tərcüməsiz baxarsan. Bunu nə vaxtdı arzu edirdin.Qadın: Vaxt olmurdu.Beyin: Maliyyə işlərini özün tənzimləyərsən.Qadın: Şuba alaram, bantlı yay ayaqqabısı... (göz yaşlarını silir)Beyin: Hüquq şöbəsindən olan o oğlanla nahar etməyə gedərsən. Sənə elə baxırdı ki...Qadın: (gülümsəyir) Aha. Makdonaldsa gedərik. O mənə təklif eləmişdi. Şuba, bantlı ayaqqabı...Beyin: Heç kimə yemək hazırlamayacaqsan, paltar yumayacaqsan...Qadın: Manikür, pedikür, maska, massaj (xoşbəxtcəsinə gülür)Beyin: Bax, bu pozitiv cəhətləri görmürdün.Qadın: Ax, yaşayacağam!!!! (qalib ədası ilə gülür) Ooooooooooooo!!!!!!Beyin: Nə?Qadın: O, çamadanı qucaqlayıb, mənim dizlərimi öpür. Bağışlamağımı istəyir. Qalmaq istəyir.Beyin: Oy!Qadın: Bəs azad qadın nə olacaq? (ağlayır) Şuba, bantlı ayaqqabı, hüquq şöbəsindən Vasya nə olacaq?Beyin: Belə yaxşıdır, belə yaxşıdır
| ['maraqli', 'qadın psixologiyası', 'qadın kişi münasibətləri'] |
5,837 | https://kayzen.az/blog/biologiya/4586/bitki-k%C3%B6kl%C9%99ri.html | Bitki kökləri | luminat | Biologiya | 8 aprel 2011, 23:26 |
Bitki orqanizminin hər hansı bir funksiyasını yerinə yetirən hissəsinə orqan deyilir. Kök, gövdə, yarpaq, çiçək, toxum və meyvə cicəkli bitkilərin örqanlarıdır.Əsas tumurcuq və yarpaqdan məhrum olan bitki orqanına kök deyilir. Kök ali bitkilərin vegetativ orqnlarından biridir. Kökün vəzifəsi bitkini torpağa bərkitmək , onu şaquli vəziyyətdə saxlamaq, torpaqdan suyu və suda həll olmuş mineral duzları almaq, həmin maddələri bitkinin digər orqanlarına ötürmək və qidalı maddələri özündə toplamaqdan ibarətdir.
Kökün növləri
Əsas kök – rüşeym kökcüyündən inkişaf etmiş kökə deyilir.Əlavə kök –kök xaric, bitkinin digər vegetativ orqanlarından( gövdə,yarpaq) inkişaf etmiş kökə deyilr.Yan kök –sadəcə kökdən (əsas,əlavə və yan köklərdən) inkişaf etmiş kökə deyilir.Əsas kök +Yan kök =Mil kök sistemiİki ləpəli bitkilərin çoxunda məsələn, dəvətikanı ,pambıq, qarayonca,ağaclarda və başqa bitkilərdə mil kök sistemi olur.Əlavə kök+Yan kök=Saçaqlı kök sistemiBirləpəli bitkilərin çoxunda məsələn ,taxıl bitkilərində , soğan,sarımsaq , dağ laləsi və başqalarında saçaqlı kök sistemi olur.Əsas kök, rüşeym kökcüyündən başlanğıc götürür. Rüseym kökcüyü də bitkilərin digər üzvləri kimi hüceyrəvi quruluşa malikdir.Mühütdəki qida maddələrinin hesabına rüşeym kökcüyünün hüceyrələri böyüyür və çoxalır.Kök həmişə uc hissəsi ilə böyüyür. Hər hansı bir kökün uc hissəsini kəssək, bir müddət sonra onun uzununa böyüməsinin dayandığını görərik.
Kök vasitəsi ilə suyun və mineral maddələrin udulması
Bitki orqanizminin əsas hissəsini su təşkil edir.Ali bitkilərin vegetativ orqanlarında 80-90% su olur. Su və suda həll olmuş mineral maddələr torpaqdan əmici tellər vasitəsi ilə diffuziya hadisəsinə əsasən sorulduqdan sonra kökün ötürücü sahəsinə daxil olur və oradan borular vasitəsi ilə bitkinin gövdə və yarpaqlarına qədər qalxır. Bu məhlulun əmici tellərə diffuziyasına kökün sorucu qüvvəsi deyilir.
Gövdə və yarpaqlara qədər ötürülməsi isə islatma və transpirasiya qüvvəsi hesabına baş verir.Bitki torpaqdan su ilə birlikdə ən çox azot, fosfor və kalium duzlarını alır.
Kökün şəkildəyişmələri
Şəklini dəyişmiş köklər
Əmələ gələn hissə
Aid olduğu bitkilər
Meyvə köklər
Əsas kök və gövdənin aşağı hissəsi
Çuğundur,turp yerkökü, şalğam
Kök yumruları
Əlavə və yan köklər
Georgin (soğangülü)
Digər şəkildəyişmələr.* Hava kökləri (səhləb),* dirək kökləri (banyan),* kök qarmaqcıqları (daş sarmaşığı),* sormaclar (qızıi sarmaşıq),* nedositlər (paxlalılar),* mikoriza (ağac kökləri ilə göbələk mitsellərinin simbiozu) və s.Qeyd: Jenşen əsas kökün şəkildəyişməsidir, əmələ gəlməsində əsas kök və kökümsov birgə iştirak edir.Nedositlər əlavə və yan köklərinin şişkinləşməsindən əmələ gəldiyinə görə kök yumrularına aiddir.Səhləbin hava köklərindən başqa bəzi nümayəndələrində əlavə kökləri ehtiyat qida maddələri toplayaraq kök yumrusuna çevrilir.Həmçinin bax:GövdəYarpaqlar
| ['kök', 'bitki kökləri'] |
5,838 | https://kayzen.az/blog/kayzenin-r%C9%99smi-bloqu/4606/saytda-pul-makafatland%C4%B1r%C4%B1lmas%C4%B1-8-aprel.html | Saytda pul makafatlandırılması-8 Aprel | kayzen | kayzen.az saytının rəsmi bloqu | 8 aprel 2011, 19:36 |
Yenə də bu ay ən fəal istifadəçiyə 50 AZN pul mükafatı və BLBS kursunda 20% endirim kuponu hədiyyə verilir. 8 martdan bu günə qədər ən çox reytinqini artırmış və düşündürücü hekayələri ilə bizi sevindirən elshad bu ayın qalibi olur. Bu ay ərzində reytinqini ən çox artırıb pul qazanmaq istəyən digərləri də 8 aprel üçün cədvələ baxsa yaxşı olar.Mart ayı həm də Nevroz Novruz bayramı ilə yadımızda qaldı. Novruzda bir istifadəçimizi təbrik etmək istəyirdik. Amma Novruzda onsuz da hamı bayram əhval-ruhiyyəsindədir.Ona görə də o vaxt vermədiyimiz Novruzun hədiyyəsini bu ay ərzində çox maraqlı, milli xüsusiyyətlərimizə uyğun yazılar yazmış (məsələn belə) ayxansevda qazanır. Türkəlin istədiyi kitab da yoldadır,aprelin axırına çatacaq.
Özünüzə yaxşı baxın, maraqlı postlar yerləşdirin,maraqlı yazılar oxuyun.Həmçinin bax: Mükafatlandırma-8 Mart
| ['rəsmi anons', 'mükafatlandırma'] |
5,839 | https://kayzen.az/blog/346/4008/az%C9%99rbaycanl%C4%B1lar.html | Azərbaycanlılar | burla xatun | 346 saylı marşrut | 8 aprel 2011, 09:56 |
Azərbaycanı Absurdistan adlandırdanlar çoxdur. Mən bunu belə izah edərdim. Azərbaycanda sovet dövründə bir nəsil yetişib, azdan-çoxdan kitab çap olunub, teatrlar açılıb, operalar, baletlər yazılıb. Amma bütün bunlar xalqın son nəticədə maariflənməyinə gətirib çıxarmayıb. Müstəqillik qazanılan kimi Azərbaycan xalqı illərdir həsrətini çəkdiyi baloğlanəşrəfovlara, namiqqaraçuxurlulara qovuşdu. Amma rus nəfəsi dəymiş və müstəqillik dönəmində meydana çıxmış yeni bir nəsil var ki, bu nəsillə kütlə arasında uçurum var. Bu uçurum dünyanın heç bir ölkəsində yoxdur.Azərbaycanın mövcud hakimiyyəti də məhz Azərbaycan xalqının hakimiyyətidir. Buna heç bir şübhə ola bilməz. Bəzən su gəlməyəndə, qaz kəsiləndə yolu-zadı kəsirlər, etiraz bildirirlər. Adam sevinir ki, nə yaxşı bunlar da qalxdılar. Amma onların əlində böyük rəhbərin şəklini görəndən sonra nə qədər mübariz olduqları üzə çıxır. Məhz o böyük rəhbər Azərbaycan xalqını “dözümlü xalq” adlandırmışdı. Azərbaycanlılar çox dözümlüdürlər, ac-yalavac, səfil durumda bulvara çıxıb musiqili fontana baxan adam dözümlü deyil, bəs nədir? Buna dözüm də demirlər, amma jurnalistin peşə kodeksi imkan vermədiyinə görə yazmıram. Yoxsa yazardım.Heç bir şey azərbaycanlının vecinə deyil. Sabah durub Qarabağı verələr, cınqırı da çıxmaz. Hər dəfə seçkilər saxtalaşdırılır, mitinqə çıxanları polis qeyri-insanı şəkildə döyür, amma bunların vecinə deyil. Bir dəfə Fərhad Əliyev və Əli İnsanov həbs olunanda metronun «Elmlər Akademiyası» stansiyasının qarşısında universitet tələbələrindən məsələyə münasibət öyrənirdilər. Biri eynilə belə dedi: «Necə məsləhətdirsə, elə də ediblər». Yeri gəlmişkən, heç bir fraza azərbaycanlının simasını “necə məsləhətdir“ kimi aça bilməz. Bu, fərdi düşüncədən və fərdi təşəbbüsdən məhrum şəxsi ağzında bitən sözdür.Azərbaycanlının alimi də, siyasətçisi də, şair-yazıçısı da, müəllimi-həkimi də özünə oxşayır. Bir dəfə avtobusda Əli Bayramlıya gedirdim. Qabağımda bir oğlan oturmuşdu. Hakimiyyətin, daha doğrusu, ayrı-ayrı məmurların talançılığından, rüşvətxorluğundan danışdı. Daha sonra əsgərlik xatirələrinə keçdi. Yeri gəlmişkən, azərbaycanlının əsgərlik xatirələri ancaq yalandan ibarətdir. Hamısı əsgərlikdə uzun saç saxlayıb, üzlərini qırxmayıb, sıra təliminə şəpşəpi ilə çıxıb. Hamısının dərdindən komandirin qızı, ya da arvadı dəli olub. Heç biri «naryad»a çıxmayıb, öz işlərini də başqalarına gördürüblər. Avtobusdakı oğlan da əsgərlikdə anbarda işləyib. Az sonra danışdı ki, ərzağı aparıb bazarda satdırırmış. Sənin əlində bir anbar var, onu talayırsan, bunların da əlində Azərbaycan var, onu talayırlar. Məhz buna görə deyirik ki, Azərbaycan iqtidarı, sözün həqiqi mənasında, Azərbaycan xalqının hakimiyyətidir.
Azərbaycanlının bütün davası ailə-məişət üstündədir. Keçən dəfə metroda bir oğlan gördüm. Elə qəzəbli idi ki. Özünü sıxıb oturmuşdu. Yanımda olan dostum Şəhriyardan soruşdum ki, buna nə olub? Yaxşı cavab aldım: “Bilirsən, bu gədə azı 20 adamın namusuna cavabdehdir”. Oğlanın balaca boyuna, cılız bədəninə baxıb bir xeyli güldük. Oğlan «Ulduz» metrosunda qatardan düşdü. Düşən kimi ayağı sürüşdü, beli üstə yerə gəldi.Azərbaycanlı üçün namus, qeyrət ancaq məişət səviyyəsində mövcuddur. Onun üçün namus bacının, əmisiqızının namusudur, ictimai olan heç bir zadın ona dəxli yoxdur. Həmçinin bax: Azərbaycan xalqı və əxlaqMənbə: Bizim Yol qəzeti
| ['azərbaycanlılar', 'Azərbaycan reallıqları', 'səviyyəsizlik'] |
5,840 | https://kayzen.az/blog/futbol/4597/futbol-klublar%C4%B1n%C4%B1n-gerbl%C9%99ri.html | Futbol Klublarının gerbləri | ayxansevda | Futbol | 7 aprel 2011, 21:47 |
Real Madrid
Madrid klubunun başındakı "Real" yazısı Royal yəni krallıqdan gəlməkdədir. Franconun ölkənin başına keçməsiylə "Real" yazısı klubun adına ikinci dəfə əlavə olunmuşdur. Gerbdə iştirak edən tac şəkli də yenə kraliyet ailəsini təmsil edir. Franconun İspaniyada başa keçməsindən sonra İspaniya Kralı Alfonsonun ölkə xaricinə qaçması ardından bu kraliyet logosu Madrid klubunun gerbinə əlavə olunmuşdur. Real Madridi formasında iştirak edən ağ rəngdən ötəri İspaniyada "Ağlar" olaraq adlandırılır.
Barselona
Katalanların Milli Komanda olaraq görülən Barselonanın forma rəngləri tünd qırmızı-mavidir. Klub gerbində də bu rəngləri görə bilirik. Sağ üstdə Katalan rəngləri və sol üstdə də ağ zəmin üzərində qırmızı bir xaç vardır. Gerbin tam ortasında da ilk futbol toplarını işarələyən bir top vardır.
Çelsi
Quruluşundan bu yana Çelsi 4 fərqli emblem istifadə etmişdir. 1905-ci ildə yaradılan ilk emblem, bir məmurdan və klubun adından ibarət idi. Klubun köhnə ləqəbi olan The Pensioners (Məmurlar), bu emblem səbəbiylə verilmişdi. 1953-cü ilə qədər istifadə edilən bu ilk emblem, Çelsi formasında tapılmamaqda idi. Ted Drakenin 1952-ci ildə klubu müasirləşdirmək üçün atdığı addımlardan biri də emblemi dəyişdirmək oldu. Bir il ərzində emblem, yalnız klubun adının baş hərflərini ifadə edən C. FC oldu. 1953-cü ildə emblem, arxasına baxan və əlində bir dəyənək tutan mavi aslan olaraq dəyişdirildi. Emblem ayrıca üç qırmızı gül, İngiltərəni simvollaşdırma etməsi üçün və iki futbol topu ehtiva edirdi. 1960ların başında bu emblem, klubun formalarında istifadə edilməyə başladı. 1986-cı ildə, klubun yeni sahiblərinin istəyiylə, emblem təkrar dəyişdi. Bu emblemde istifadə edilən aslan, daha təbii görünüşlü və sarı rəngdə idi. Emblemde, klubun baş hərfləri olan C. FC varıydı. 3cü emblem 19 il boyunca, kiçik rəng dəyişiklikləri xaricində, dəyişdirilmədən istifadə edildi. 2005-ci ildə klubun, 100cü ilini qeyd etməsi, rəhbərlik dəyişikliyi və tərəfdarların istəkləri istiqamətində yeni bir emblem yaradıldı. Bu amblem, 2ci emblemde olan arxasına baxan və əlində bir dəyənək tutan mavi aslan bir az dəyişdirilib, qızıl rəngi və ağ tonları əlavə olunaraq əldə edilmişdir.
Arsenal
İngilis klubunun ilk logosu 1888-ci ildə yaradılmışdır. İçərisində, şimala doğru dönük üç əsgəri top iştirak edən bu logo, Woolwich şəhərinin gerbinə bənzəməkdə idi. Bu toplar bəzən səhvən bacaya bənzədilməkdə idi. Ancaq üzərlərində aslan başlı oymaların olduğu bu şəkillər, açıq bir şəkildə əsgəri top göstəricisi idilər. Bu logo, Arsenalın 1913-cü ildə Highburya daşınmasıyla istifadədən qaldırılmışdır. Yalnız 1922-ci ildə, son bir dəfə istifadə edilmişdir. Sonrasında hazırlanan, Arsenalın ilk tək toplu və şərqi göstərən logosunda, komandanın ləqəbi olan "The Gunners", əsgəri topun yanında iştirak edirdi. Topun tərs tərəfə döndüyü və lüləsinin aşağıya doğru incəldiyi yeni logonun yaradılmasından ötəri bu logo yalnız 1925-ci ilə qədər istifadə edilmişdir. 1949-cu ildə modernize edilən logoda, klassikləşmiş olan topun yanında komandanın adı da iştirak etmişdir. Islington səmtinin gerbindəki bəzəkli yazıya bənzəyən və Gotik sənət tərziylə yazılan klub adı, topun dərhal üzərinə əlavə olunmuşdur. Bununla birlikdə, klubun proqram redaktoru Harry Homer tərəfindən yazılan Latınca "Victoria Concordia Crescit" (Müvəffəqiyyət uyğunlaşmadan gəlir) sözləri, komandanın şüarı olaraq qəbul görmüşdür. 1949da ortaya çıxan logo, ilk rəngli logo olaraq Arsenal tarixinə keçirdi. Müxtəlif sınaqlardan sonra rəngsiz logoların yerlərini, yeni logolarda qırmızı, yaşıl, qızıl sarısı rənglər almışdır.
Milan
Uzun bir müddət klubun emblemi Milano Bayrağından (əslində Saint Ambrosenin bayrağı) ibarət idi. Bir müddət də, komandanın emblemi bir şeytan rəsmi və yanında da (10 liqa çempionluğu əldə etdiklərindən ötəri verilən) qızıl rəngli bir ulduz olaraq qaldı. İndiki vaxtda isə, klubun emblemi, ortada Comune de Milano bayrağı, üst qisimdə ACM qısaltması və alt qisimdə də quruluş ili olan 1899dan meydana gəlməkdədir.
Beşiktaş
İlk qeydiyyat edilən klub olmasından ötəri Beşiktaş Klubu, gerbində Ay-Ulduz daşıma haqqına sahib tək klubdur. Klub qurucusu və ilk başçısı olan Mehmet Şamil Bəy qurucu üzvlərlə birlikdə komandanın rənglərini təbiətin tamamilə bir-birinə iki zidd rəngi olan qara və ağ olmasına qərar vermişlər. 1911-ci ildə ilk çempionluğu gimnastika sahəsində alan klubun gerbində iştirak edən "J" və "K" hərfləri də "Gimnastika Klubu" nün qısaltmalarını simvollaşdırma etməkdədir.
Qalatasaray
Klubun ilk logosunu Şevkü Ege çəkmişdir. Ağızında futbol topu olan, qanadları gerili olan bir qartal idi. Qartal, Qalatasaraylıların üzərində dayandığı bir emblem nümunəsi olsa da Şevki Egeyin çəkdiyi emblem bəyənilmədi. Daha sonra klubun emblemi iç içə keçmiş, "G" və "S" hərflərindən çəkilmişdir. Bu ankı logoyu çəkən o dövr lisey şagirdi olan Ayetullah Emin tərəfindən çəkilmişdir və logonun adı "Gayin-Sin" olaraq ortaya çıxmışdır.
Fənərbaxça
Q!Sarı-ağ-göy rənglərə sahib olan Fənərbaxça Klubunun bu gün istifadə etməkdə olduğu gerbi 1910-cu ildə dövrün sol açığı və "penalti kralı" olaraq bilinən Topuz Hikmet tərəfindən çəkilmişdir. 5 rəngdən ibarət olan bu emblemde Fənərbaxça İdman Klubu 1907 yazısını daşıyan ağ çərçivə təmizlik və açıq ürəkliliyi, qırmızı ton sevgi bağlılığın ifadəsidir. Ortada olan sarı göy ürək şəklindəki sarı Fənərbaxçaya duyulan qibtə və qısqanclığı, göy isə soyluluğu təsvir etməkdədir. Bu iki rəng arasında yüksələn palamut budağı isə Fənərbaxçalılığın qüdrət və qüvvətinin ifadəsidir. Yaşıl rəng isə bu qüdrət üçün müvəffəqiyyətin oluşunu göstərər.
| ['Futbol', 'futbol komandası', 'gerb'] |
5,841 | https://kayzen.az/blog/ayxansevda/4596/bu-3-%C5%9Feyi-%C3%B6yr%C9%99nm%C9%99yiniz-vacibdir.html | Bu 3 şeyi öyrənməyiniz vacibdir | ayxansevda | Bloq: ayxansevda | 7 aprel 2011, 20:19 |
Ey, ALLAHım sən buyurduğun və mənim də bu dünyada üstünlük verdiyim üç xüsusiyyətdə insanlığı şərtləndirən bütün xüsusiyətlər cəmlənib, toplanıbdır. Beləlikə: 1.Səbirli olmaq 2.Şükür etmək 3.Zikr etmək Nə ədalətli fərmandır! Dərindən düşünəndə bunu yaxşı bilirsən ki, həyatda əldə olunan uğurlar səbr və təmkinlə olmalıdır. Belə olmasa o uğur sənin deyil! Azmı olub ki, insanın səbirsizlikdən, hövsələsizlikdən ürəyi dayanıb, dünyasını dəyişibdir. Deməli - SƏBR: Səbr - Düşünməkdir, anlamaqdır! Səbr - Təmkindir, vüqarını pozmamaqdır! Səbr - İstəyinə vaxtında, lazımınca çatmaqdır!
Səbr - Alçalmamaq, xırdalanmamaqdır! Səbr - Dəyanətdir, mətinlik, mərdanəlikdir! Səbr - ALLAHını sevmək, ona sığınmaqdır! Səbr - Zirvələri fəth etməkdir! Səbr - Dözümdür, təpərdir! Səbr - Ürəyin genişliyi, alnın açıqlığıdır! Səbr - Hər iki dünya nemətlərinə çatmaqdır! Səbr - İşıqlı dünyaya açıq gözlə baxmaqdır! Səbr - Əməl dəftərini zənginləşdirməkdir! Sən bizim səbrimizi kəsmə!
| ['islam', 'düşüncə'] |
5,842 | https://kayzen.az/blog/poeziya/4595/s%C3%B6z.html | Söz!.. | ağıllı | Poeziya | 7 aprel 2011, 20:08 |
Bu da yeni həyat...yeni başlanğıc... Yeni yol çizirəm...artıq tək...sənsiz... Arzusuz...xəyalsız...boş ümidsiz... Bilinməzlərlə...sirrlərlə dolu...tam fərqli yolun başındayam... Bundan sonra varlığını hiss etmədən yaşayacağam... Tək başıma...sən olmadan... Sənə güvənmədən irəliyə baxacağam... Bundan sonra yalnız yürüyəcəyəm... Sənə arxayın olmadan...etibar etmədən addımlayacağam... Bəzən büdrəyəcəyəm..bəzən yıxılacağam, amma...qalxacağam...söz! Dimdik duracağam...yenilməyəcəyəm... Gah udub...gah da udazacağam...amma...esla təslim olmayacağam...söz! Unudacağam...siləcəyəm...sökəcəyəm ürəyimdən... Lazım gəldikdə, daş basacağam...zülm edecəyəm, amma...bacaracağam...söz! Elə zənn edirəm ki, çox ağır xəstəliyə tutulmuşdum... Bu xəstəlyin verdiyi ağrı sümüklərimi belə sızladırdı... Ruhumu alıb, cismimi parçalayırdı... Taqətimi tükədib, ölümə sürükləyirdi... Amma...heç bir ağrı acı öldürücü deyil... Əlacı var...dərmanı var...tükənməz çarələr...ümidlər var... Sağalacağam...elə özümə inad ölməyəcəyəm...yaşayacağam...söz! Yeni göz açmışammış kimi dünyaya...hər şeyi sıfırdan başlayacağam... Həyat kitabını ilk səhifəsindən açacağam... Özümü tapıncaya qədər...yerimi agah edincəyə qədər...
Səbirlə...tələsmədən...aramla...vərəqləyəcəyəm... Heç kəsi dinləmədən...heç kəsin ağlına uymadan... Sözbəsöz...cümləbəcümlə...təhlil edərək...çözərək...qavrayaraq...oxuyacağam... Hər əsərin xoş sonluqla bitmədiyini anlayaraq...elə başdan hazırlıqlı olacağam... Hazırlıqlı olacağam... yaxşılıqlara...nadanlıqlara... Edilə bilən pisliklərə...vurula bilən zərbələrə... Xəyanətlərə...yalanlara...saxtakarlıqlara... Daha möhkəm...daha sərt...daha dözümlü olacağam...söz!... Aldanmaram...dildə olan sevgi etiraflarına...boş,mənasız eşq kəlimələrinə... Tənhalıq qorxusundan qul olmaram artıq hisslərimə... Heç kəs üçün axıtmaram bir daha göz yaşlarımı... Əymərəm başımı...bükmərəm belimi...acizləşmərəm... Olmaram sevgimin köləsi...xəyallarımın əsiri... Bundan sonra asand yenilmərəm həyat sınaqlarına...tale oyunlarına Hər şeyi..hər kəsi reallıqlarıyla...olduqları kimi qebul edib... Gerçəklərin gözünə dik baxacağam bundan sonra... Yeni həyat yolumda...yeni mənlə...yalnız doğrularla yaşayacağam... İz qoyduğun hər yeri talan...hər şeyi məhv edəcəyəm... Sən olmayan hər məkanı məskən...hər yolu yolum sayacağam... Sənli olan hər şeyi uzaq...səni xatırladacaq olanları yox edəcəyəm... Kənar edəcəyəm mənliyimdən... Siləcəyəm səni məndən...təmizlənəcəyəm...paklaşacağam... Söz verirəm...bacaracağam!!!
| ['Poeziya'] |
5,843 | https://kayzen.az/blog/a%C4%9F%C4%B1ll%C4%B1/4593/qurani-k%C9%99rim-v%C9%99-botanika.html | QUR'ANİ-KƏRİM və BOTANİKA | ağıllı | Bloq: ağıllı | 7 aprel 2011, 16:33 |
"Nə ucadır o ALLAH ki, torpağın bitirdiklərindən, özlərindən (insanlardan) və hələ bilmədikləri neçə şeylərdən olan bütün cütləri O yaratmışdır." (Yasin,36)
Bu ayədə bütün varlıqların cüt-cüt yaradıldıqlarını ortaya qoymaqdadır. Bunların bir qismi indiyə qədər bilinmiş, təsbit olunmuşdur; fəqət bilinməyən bir çoxunun da mövcudluğunu xəbər verməkdədir.. Necə ki, günümüzdə, istər canlı, istər cansız aləmlərdə bir yandan son dərəcə böyük (makro), o bir yandan son dərərəcə kiçik (mikro) sistemlərdə, ikili sistemlərin və ya ikili funksiyaların fərqinə varılmışdır..Xülasə, Qur'anın bildirdiyi gerçəklərlə günümüzün elmi gerçəkləri arasında heç bir uyuşmazlıq müşahidə edilməmişdir.. Xülasə, Canabi-Haqq təkliyi yalnız Özünə layiq qıldığı üçün cəmadat (cansızlar), nəbatat, heyvanat, cin və insan, nə varsa hamısını cüt-cüt xəlq etmişdir.. Məsəslən, müsbət elektirk mənfi elektrikə axar və işıq yanar.. Müsbət bulud mənfi buluda axar və nəticə yağış yağar.. Bu sünnətullah ilahi qanun bütün yaradılmışlara şamildir.
Ayə bitkilərin də cüt-cüt yaradıldıqlarını da bildirir: "ALLAH hər meyvədən yenə özlərinin içində ikişər cüt yaratmışdı.r" (əl-Ra'd,3) Bütün bitkilərin çiçəklərində erkək və dişi cütü bilinməkdədir. Erkəyin dişini mayalamasıyla meyvələr meydana gəlməkdədir.. Yalnız bu döllənmə və mayalaşma külək vasitəsi ilə yerinə yetirlir. Hələ günümüzdə təzə çatdığımız bu həqiqi Qur'ani-Kərim 14 əsr öncə xəbər vermişdir:"Bir rüzgarları aşılayıcı (mayalandırıcı) olaraq göndərdik." (əl-Hicr,22)
| ['islam', 'maraqlı fakt'] |
5,844 | https://kayzen.az/blog/issoc/4592/c%C9%99sur-iraql%C4%B1.html | Cəsur iraqlı | ağıllı | islam və cəmiyyət | 7 aprel 2011, 01:48 |
Bir nəfər gənc New York, Mərkəzi Parkda gəzərkən, birdən quduz bir itin kiçik bir qıza hücum etdiyini görür. Qaçır və itlə boğuşmağa başlayır. Xeyli uzun bir çabadan sonra üzəri qan içində qalsa da iti öldürür. Balaca qızın da həyatını qurtarır. Son anda bu səhnəni görən polis təngənəfəs vəziyyətdə hadisə yerinə qaçır və adamın yanına gəlir. Qucaqlayıb təşəkkür etdikdən sonra "Sən bir qəhrəmansan, sabah bütün qəzetlər səni yazacaqlar" deyir. Və davam edir: "Görəcəksən başlıq da belə olacaq; "Cəsur New Yorklu kiçik qızın həyatını qurtardı". Gənc "Amma mən New Yorklu deyiləm!" deyir. Polis "Fərq etməz, o zaman qəzetlər bunu yazacaqlar; "Cəsur Amerikalı kiçik qızın həyatını qurtardı". Gənc artıq çaşaraq "Amma mən Amerikalı da deyiləm" deyir . Polis "Bəs, o zaman sən haralısan?" deyə soruşduqda gənc cavab verir; "Mən İraqlıyam!" polis gəncə başqa heç bir şey söyləmir. Amma gənc sabahısı gün qəzetləri alanda belə bir başlıqla qarşılaşır; "Radikal İslamçı, günahsız Amerikan itini öldürdü."
P.S.: Onlar qəzetdə xəbər başlığına lazım olanı yazmasalar da mən öz xəbərimin başlığını lazım olan şəkildə qeyd etmək istədim..
| ['maraqlı hadisə'] |
5,845 | https://kayzen.az/blog/kisiler/4582/qad%C4%B1nlar%C4%B1n-sevm%C9%99diyi-s%C3%B6zl%C9%99r.html | Qadınların sevmədiyi sözlər | ayxansevda | Kişilər | 6 aprel 2011, 20:57 |
1) "Kökəlmisən" 2) "Bütün günü evdəsən nə iş görmüsən ki, belə yorulmusan?!" 3) "Otur evdə işivi gör!" 4) "5-6 manat pul qazanırsan onu da təpəmizə vurma" 5) "Bu evdə yalnız mənim dediyim olmalıdır! Vəssəlam!" 6) "Bayram tətilində gedib ancaq bizimkilərə baş çəkəcəyik" 7) "Mən kişiyəm, sən mənim istədiyimi eləmək məcburiyyətindəsən" 8) "Sən kişi işinə qarışma!" 9) "Sən qadınsan, otur oturduğun yerdə" 10) "Bunları kim soxub sənin beynivə?" 11) "Qadınlardan idarəçi çıxmaz" 12) "Qadınlardan sürücü olmaz" 13) "Qadınlar futbol nədir başa düşməzlər"
14) "İşləmək sənin nəyivə lazımdır?" 15) "Bütün qadınlar eynidir." 16) "Heç kim anam kimi gözəl yemək bişirə bilmir" 17) "Sən nə başa düşürsən ki?!" 18) "Anam gəlir. Xəbərin olsun" 19) "Baxarıq" 20) "Sən bacarmazsan ver mən eləyim" 21) "Mən demişdim axı"Həmçinin bax:Qadınlar nə istəyir?Kişilər qadına necə münasibət göstərməli?
| ['qadınlar', 'qadın psixologiyası', 'kişi-qadın münasibətləri'] |
5,846 | https://kayzen.az/blog/sendeme/4580/qoyundan-it-%C9%99m%C9%99l%C9%99-g%C9%99ldi.html | Qoyundan it əmələ gəldi | ayxansevda | Sən demə | 6 aprel 2011, 20:45 |
Liu Nayanq adlı kəndli iddia edir ki, onun sürüsündəki qoyunlardan biri it doğub.
"İtin" tükü qoyun tükünə çox oxşayır. Amma burnu, ağzı və caynaqları itə məxsusdur. Baytarlar və zooloqlar qoyunun it doğmasının qeyri-mümkün olduğunu bildirirlər. Amma ətraf kəndlərin əhalisi baytarlara inanmayaraq, qeyri-adi hadisəni görmək üçün Nayanqın evinin qarşısında keşik çəkirlər.
Nayanq bildirir ki, 20 il ərzində çobanlıq edir və ilk dəfə belə bir hadisə ilə rastlaşıb: "Heç bir zaman belə bir şey görməmişəm. Mən qoyunun doğmasını öz gözlərimlə gördüm. Yaxına gələndə şoka düşdüm. O, itlə qoyunun qarışığı idi. Çox qorxurdum".
Siandakı Zoologiya Mərkəzinin tədqiqatçısı Yu Qouçanq qoyunun itdən boğaz qalmasının mümkün olmadığını vurğulayıb: "Qoyun və it müxtəlif növlərdir və onların cütləşməsi mümkün deyil. Bizim gördüyümüz isə qeyri adi, anormal qoyun balasıdır".
| ['maraqlı fakt'] |
5,847 | https://kayzen.az/blog/d%C9%99rmanlar/1670/neyrotrop-d%C9%99rmanlar.html | Neyrotrop dərmanlar | loğman | dərmanlar | 6 aprel 2011, 12:44 |
Periferik sinir sisteminin funksiyalarını tənzim edən dərmanlar 2 yarımqrupa bölünür: I. Afferent innervasiyaya, yəni hissi sinir uclarına və sinirlərə təsir edən dərmanlar. II. Efferent innervasiyaya, yəni vegetativ sinirlərə və skelet əzələlərinin hərəki sinirlərinə təsir edən dərmanlar. Yerli anestetiklər, yəni hissi sinir uclarının oyanma qabiliyyətini zəiflətməklə və ya sinir liflərində impulsların nəql olunmasını blokadaya almaqla anesteziya (hissiyyatın, o cümlədən, taktil, temperatur, ağrı hissinin olmaması) törədən anesteziyaedici dərmanlar (kokain, dikain, novokain, lidokain, anestazin və s.) I yarımqrupa aiddir. II yarımqrupdan vegetativ sinir sisteminin parasimpatik şöbəsinin mediatoru asetilxolini və simpatik mediatorlar olan adrenalini və noradrenalini, eləcə də oyanmanın sinir ucundan əzələyə nəql olunmasını blokadaya alan kurare tipli maddələri göstərmək olar. Mərkəzi sinir sisteminə təsir edən dərmanlara narkoz törədən dərmanlar, etil spirti, yuxu dərmanları, analgetiklər (ağrıkəsicilər), epilepsiya əleyhinə, parkinsonizm əleyhinə, psixotrop (insanın psixi fəaliyyəti pozularkən tətbiq edilən) dərmanlar, analeptiklər (mərkəzi sinir sisteminin fəaliyyətini stimulyasiya edən dərmanlar) aiddir. Narkoz mərkəzi sinir sisteminin (əsasən cərrahi əməliyyatlar zamanı törədilən) müvəqqəti funksional iflici olub, dönən prosesdir, yəni cərrahi əməliyyatdan sonra xəstə əvvəlki vəziyyətinə qayıdır. Bu adlı maddələrdən müasir cərrahlıqda, anesteziologiyada müvəqqəti ağrısızlıq yaratmaq üçün istifadə edirlər. Narkoz özünü huşun itməsi, hissiyyatın (ilk növbədə ağrı hissinin) və reflektor reaksiyaların, skelet əzələlərinin tonusunun zəifləməsi ilə büruzə verir. Narkoz törədən dərmanlara efir, heksenal, ftorotan, ketamin, propanidid, natrium-oksibutirat, azot - l- oksid (güldürücü / şadlandırıcı qaz) və s. aiddir. Etil spirti mərkəzi sinir sisteminə ümumi zəiflədici təsir göstərir və nəzərə çarpan antiseptik xassəyə malikdir. Odur ki, başlıca olaraq, antiseptik dezinfeksiyaedici (operasiya sahəsini, iynə vurulan yeri, cərrahi alətləri və s.) kimi və əczaçılıqda dərman preparatları hazırlamaq üçün işlədilir. Yuxu dərmanları yuxu törədir və yuxunun lazımi qədər sürəkli olmasını təmin edir. Barbituratlar, bəzi alifatik birləşmələr kimi ənənəvi yuxu dərmanlarının kiçik dozası sedativ (sakitləşdirici) təsir göstərir, orta dozası yuxu gətirir, böyük dozası isə narkotik təsir göstərir. Yuxu dərmanlarına nozepam, fenazepam, fenobarbital, natriumetaminal, xloralhidrat və s. aiddir. Analgetiklər seçici surətdə ağrı hissini zəiflədən maddələrdir. Bunlar hissiyyatın digər növlərinə təsir etmir və huşun itməsinə səbəb olmur. Analgetiklər iki qrupa bölünür:
I. Narkotik (opioid) analgetiklər, analgetik aktivliyə malik qeyri-opioid preparatlar və qarışıq (opioid və qeyri-opioid) təsir mexanizminə malik analgetiklər. II. Qeyri-narkotik analgetiklər. Narkotik analgetiklərdən ilk işlədiləni xaşxaşın sütül qozalarından alınan morfindir. Tiryəkin kimyəvi strukturuna görə fenantren törəmələrinə aid olan preparatları (morfin, kodein və s.) əsasən mərkəzi sinir sisteminin fəaliyyətini zəiflədir, analgetik və öskürək əleyhinə təsirə malikdir, izoxinolinin törəmələri (papaverin və s.) isə saya əzələlərə spazmolitik təsir göstərir.Morfin - hidroxlorid suda asan həll olan ağ rəngli kristal maddədir. Beyin qabığının hissi zonalarının (ağrını azaldır), tənəffüs, öskürək mərkəzlərinin fəaliyyətini zəiflədir, qusma mərkəzini oyadır, maddələr mübadiləsini zəiflədir, temperaturu salır. Şiddətli ağrı, sancı, öskürək, həmçinin şok, infarkt zamanı, cərrahi əməliyyatlardan əvvəl və sonra tətbiq edilir. Təkrar işlədildikdə, orqanizm buna vərdiş edir. Tiryəkin tozu, quru ekstraktı, tinkturası qarın damcısı kimi və s. işlədilir. Promedol da narkotik analgetiklər qrupundandır. Qeyri-narkotik analgetiklərə salisil turşusunun (aspirin və s.), pirazolonun (butadion, analgin, amidopirin), paraaminofenolun (parasetamol, fenasetin) törəmələri aiddir. Bütün bu preparatlar ağrıkəsici, iltihab əleyhinə və temperaturu salıcı təsir göstərir. Salisil turşusunun preparatları güclü qıcıqlandırıcı, yandırıcı, antiseptik, keratolitik təsirə malik olduğundan, bunları seboreya, ekzema, piodermiya, dermatit, dərinin qaşınması, döyənək, ziyil və s. zamanı xaricə işlədirlər. Aspirin ağrıkəsici, temperaturu salıcı təsirlə yanaşı, iltihab və revmatizm əleyhinə təsir göstərir, tər ifrazını artırır; endokardit, miokardit, artrit, nevralgiya, miqren, baş və diş ağrısı zamanı işlədilir. Qanı durulaşdırdığı üçün qanın laxtalanmasını azaltmaq lazım gələn xəstəliklərdə (məsələn, miokard infarktında) təyin edilir. Preparatın təsirindən ürəkbulanma, qusma, qarında ağrı, tərləmə, ümumi zəiflik, allergiya, qanaxma müşahidə edilə bilər. Sedativ (sakitləşdirici) təsirə malik preparatlar psixotrop dərmanlar qrupuna daxildir. Bunlara brom duzları, pişikotu (valeryan) tinkturası, diamotu tinkturası və s. aiddir.
| ['neyrotrop dərmanlar', 'psixotrop vasitələr', 'analgetik'] |
5,848 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/4568/t%C9%99miz-p%C9%99nc%C9%99r%C9%99.html | Təmiz pəncərə | ayxansevda | Düşündürücü hekayələr | 5 aprel 2011, 22:02 |
Yeni ailə qurmuş cütlük, yeni bir məhəllədəki yeni evlərinə köçdülər. Səhər yeməyi yeyərkən, qonşu da paltarları asırdı. Qadın ərinə "Bax, paltarları təmiz deyil, paltar yumağı bilmir, bəlkə də doğru sabundan istifadə etmir." deyir. Əri ona baxır, lakin heç bir söz söyləmir yeməyinə davam edir. Qadın, qonşusunun paltar asdığını gördüyü hər səhər eyni sözləri təkrar edir yoldaşına. Bir ay sonra bir səhər, qonşusunun paltarlarının tərtəmiz olduğunu görən qadın cox təəccüblə "Bax paltar yumağı öyrəndi sonda, kim öyrətdi görəsən?" 'Mən bu səhər bir az tez oyanıb pəncərəmizi sildim' deyə cavab verdi əri..
Həyatda da belə deyildirmi? Başqalarını izləyərkən gördüklərimiz, baxdığımız pəncərənin nə qədər təmiz olduğuna bağlıdır. Birini mühakimə etməzdən əvvəl öz vəziyyətimizə baxmaq və 'yaxşı' olanı görməyə hazır olub olmadığımızın fərqinə varmaq gözəl bir fikir ola bilər ... Pəncərələrimizi təmiz tuta bilmək diləyi ilə.
| ['düşündürücü hekayə', 'ibrət dərsi'] |
5,849 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/4560/siz%C9%99-bir-m%C9%99ktub-var.html | Sizə bir məktub var... | ayxansevda | Xoşbəxt ailə | 5 aprel 2011, 17:50 |
Hansı kollecin məzunu olmaq istəyərsiniz?Atanız ananız sizə hansı marka kompyuter alsın?O biri sinifə keçsəniz kameralı mobil telefonumu istəyirsiniz?Aman ha məktəbinizdəki balet kursuna davam edin..Kollec formalarınız neçə növ olsun?Məktəb avtobusunuz gec gəlsə hirslənərdinizmi? Amma doğurdan da.. Siz nə anlayarsınız , şam işığıyla səhər açanlardan..Sizə bir məktub var! yoxsulluqdan məktəbə gedə bilməyib, divarlarda yazı yazanlardan..
Bu gün hansı mağazanı gəzmək istəyərdiniz?Vitrindəki paltarlardan neçə dənəsini alacaqsınız?Ayaqqabınızla çantanız eyni rəng olmalıdır elə deyilmi?Yoxsa sizə gülərlərmi eyni paltarı hər gün geyinsəniz?Aman ha axşamkı serialı unutmayın.Yoxsa sabah nə danışarsınız rəfiqələrinizlə? Amma doğurdan da.. siz nə anlayarsınız bir yamağı üçə bölənlərdən?Sizə bir məktub var! Qış günü paltarsız ölənlərdən..
| ['həyatın qədrini bilməyənlər üçün.', 'uşaqların xoşbəxtliyi', 'düşüncə'] |
5,850 | https://kayzen.az/blog/poeziya/4559/ya%C5%9Famaq-ist%C9%99yir%C9%99m-%7C-b%C9%99xtiyar-vahabzad%C9%99.html | Yaşamaq istəyirəm | Bəxtiyar Vahabzadə | sirius | Poeziya | 5 aprel 2011, 17:37 |
Bir rəngi yox, göylərin min rəngini sevirəm,
Bir gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uсa dağ istəyirəm,
Həyatı həyat kimi yaşamaq istəyirəm!
Göydə qurub çağı da, dan yeri də gözəldir,
Həyatın sevinсi də, kədəri də gözəldir.
Həyat- bir сıdır düzü, bir döyüş meydanıdır,
Hər kəsi öz сürəti, öz hünəri tanıdır!
Bu meydanda heyf ki, daim eniş axtaran,
“Azсa aşım, ağramaz başım” – deyənlər də var.
Kədərdəki nəşəni, zövqü anlamayanlar
Həyatın nəşəsindən, fərəhindən nə anlar?
Hər kədəri səadət, hər sevinсi qəm izlər,
Əsl könül həm qəmi, həm sevinсi əzizlər.
Təlatümsüz ürəklər qovuq kimi boş olur,
Daim sevinс axtaran daim qəmə tuş olur.
Düşmənəm yaltaqlanıb təpəyə dağ deyənə,
“Bu dünyada birtəhər qoy yaşayaq”-deyənə.
Ah,birtəhər!.. Lüğətə bu söz hardan gəlmədir?
Yaşamaq yaşamaqdır! Bəs bu “birtəhər” nədir?
Mən düşmənəm, düşmənəm belə “ölü сanlar“a,
Gündən qaçıb həmişə kölgə axtaranlara...
Onlar ortada yeyib, qıraqdası gəzdilər,
Namusu xərсləməkdən, onlar çəkinməzdilər.
Onlar orta yolu tutub, nə “hə”, nə də “yox”- dedilər,
Havaya nə “istidir”, nə də ki, “soyuq”- dedilər.
Onlar ölçüb-biçdilər hər bir şeyi dərindən,
Özgəsini hürküdüb, qorxdular özlərindən.
Onlar qazdan ayıqdı...
Onlar havaya baxdı:
Gah yağışa, gah qara,
Gah qışa, gah bahara,
Gah axşama, gah da ki, səhərə dəm tutdular,
Özlərini düşünüb, özgəni unutdular.
Səslərdən səs aldılar, öz səsləri olmadı,
Yaşadalar ölütək, nəfəsləri olmadı...
Getdilər iş dalınсa, ürəkləri getmədi...
Gəzdilər… Hey gəzdilər
Ayaq səslərinisə tək özləri eşitdi,
bir kimsə eşitmədi...
Atlarını daşlığa salıb səyirtmədilər,
Adları kişi oldu, ömründə birсə kərə
kişilik etmədilər.
Onlar öləndə belə kimsə xəbər tutmadı.
Bu səssiz, küysüz ölüm kimsəni ağlatmadı.
Çoxdan ölmüş zənn edir axı hamı onları.
Diri ikən, sağ ikən,
Öz səsi olmayanın ölümü səssiz keçər,
Min-min dəfə ölənin matəmi yassız keçər.
Qardaş, min duyğu ötsün ürəyindən bir anda,
Sən qımışma güləndə, inləmə ağlayanda.
Ağlasan, hönkür ağla, gülsən, qəhqəhə çək gül,
Gülsən də, ağlasan da, tamam doysun qoy könül.
Yaşamaq istəmirəm sürünüb dizin-dizin,
İstəyirəm ən uсa zirvələrə mən qonam.
Xəfif sakitliyini neyləyirəm dənizin,
Onun qasırğasına, dalğasına vurğunam !
Qoy döysün yağış məni,
boran məni,
qar məni,
Həyatın boranları daim yaşadar məni.
İstəmirəm həyatım sakitсə bir otaqda
gəlib keçsin lal kimi...
İstəyirəm döyüşəm qayaların başında
düşmənlə qartal kimi.
Baxçadakı arx kimi ötüb həzin nəğmələr,
axmağı istəmirəm.
Səyyah olub həyata seyirçi bir nəzərlə
baxmağı istəmirəm.
Çağlamaq istəyirəm dağda şəlalə kimi,
Səpilmək istəyirəm çöllərə lalə kimi.
Dərya olub, nəhr olub, çalxalanmaq istəyirəm,
Göylərdə ulduz kimi mən yanmaq istəyirəm.
Şığımaq istəyirəm başsız küləklər kimi,
Bəslənmək istəyirəm bütün ürəklərdə mən
arzu, diləklər kimi.
Bir rəngi yox, göylərin min rəngini sevirəm,
Bir gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uсa dağ istəyirəm,
Həyatı həyat kimi yaşamaq istəyirəm,
Yaşamaq istəyirəm !
Bəxtiyar Vahabzadə
| ['Bəxtiyar Vahabzadə', 'Bəxtiyar Vahabzadə şeirləri', 'Bəxtiyar Vahabzadə lirikası'] |
5,851 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/4558/insan-insana-canavardi.html | İnsan insana Canavardi | MaksiMuS | Düşündürücü hekayələr | 5 aprel 2011, 14:40 |
Adamla canavar meşədə rastlaşır. Canavar adamdan insanların hansı prinsiplə yaşadıqlarını soruşur. Adam cavab verir:
— Həyatımızın əsas prinsipi belədir – «insan insana canavardı».
Canavar buna cavab olaraq dedi:
-Hə, sizdə yaxşıdı. Ancaq bizdə pisdi. Çünki bizim yaşadığımız prinsip belədir – «canavar canavara insandı».54
| ['Ibretli hekaye'] |
5,852 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/4539/u%C5%9Faq-t%C9%99rbiy%C9%99sind%C9%99-%C3%BC%C3%A7-m%C3%B6vqe.html | Uşaq tərbiyəsində üç mövqe | ayxansevda | Xoşbəxt ailə | 4 aprel 2011, 12:50 |
və ya uşağa «yox» sözünü necə söyləməli
Uşaq tərbiyəsində valideyn üç mövqedən çıxış edir. Bunlar aşağıdakılardır:
1. Passiv mövqe
2. Aqressiv mövqe
3. Qətiyyətli mövqe
Bir çox valideynlər övladlarına passiv mövqedən yanaşmağa vərdiş ediblər… Bu hər bir münasibətdə özünü göstərir. Onlar belə deyirlər: " Mənim balam, sən nənəngilə getməyə hazırsan?". Belə vəziyyətlərdə adətən uşaqlar valideynin sözünə ya reaksiya vermirlər, ya da «yox» — deyə cavab verirlər. Beləliklə, uşaq oynamağa davam edir. Çünki təbii olaraq düşünür ki, o hazır deyil. Valideyn isə öz növbəsində, uşağın hərəkətini sözəbaxmamazlıq kimi qəbul edir ( amma bu belə deyil) və dərhal passiv mövqedən aqressiv mövqeyə keçir.«Sənə demədim, hazır ol. Gərək qışqıram, adamı eşitmək istəmirlər. İndi çıxıb gedəcəm, qalacaqsan tək edvə. Sonra ağlasan da aparmayacam. Di dur, tez.» , sonra isə belə davrandıqları üçün peşman olurlar. Yenə passiv mövqeyə keçirlər. " Dur gedək, əgər sözə qulaq assan, tez hazırlaşsan yolda sənə dondurma alacam" — deyir.
Başqa misal, uşaq evin qapısı ilə oynayır, ana da gün ərzində iş çoxluğundan yorulmuş halda, passiv mövqedən çıxış edir — " ay bala, eləmə" — deyir, uşaq elə bil eşitməyib, yenə davam edir, ana təkrar " eləmə demədim?", uşaq gülür və çəkilir, ananın fikri yayınan kimi davam edir qapı ilə oynamağa. Bu dəfə ana aqressiv mövqeyə keçir, başlayır qışqırmağa " Sənə neçə dəfə deyərlə?", yaxınlaşıb uşağa bir — iki sillə vurur. Sonra peşman olur. Yəqin ki, bir çox valideynlər, xüsusən analar belə hallarla dəfələrlə qarşılaşıblar. Bunun üçün qətiyyətli mövqe lazımdır. Uşağa «yox» söünü qəti şəkildə demək lazımdır. Sonuncu misalda əgər uşaq qapı ilə yox, cərəyanla oynasa idi, ya da qazla ana hansı mövqedən çıxış edəcəkdi? Təbii ki, bir dəfə də olsun " ay bala, eləmə" deməyəcəkdi, dərhal uşağını təhlükədən uzaqlaşdıracaqdı..
Çox vaxt valideynlər şikayətlənirlər ki, uşaq onları əsəbləşdirir. Bununla hər bir günahın sorumlusu uşaq olur. Valideyn bütün məsuliyyəti uşağın üstünə atır. Uşaq valideynin hərəkətlərinin məsuliyyətini daşımış olur. Belə sual yaranır- Demək uşaq sizi idarə edir? Siz böyük adamsınız, balaca uşağın əlində oyuncamı olmusunuz? Sizin hərəkət və hissləriniz onun əlindəki «pult»dan asılıdır yoxsa? Təbii ki, «yox» cavabı gələcək, Elə isə özünüzü toplayın və hər bir davranışınızda qətiyyətli olun. Uşaq anlasın ki, siz sözləri havaya sovurmayırsınız. Unutmaq lazım deyil ki, uşağımızı tərbiyə etməklə, onu öyrətməklə özümüz də öyrənirk. Bir müəllimim vardı, tez -tez bu kəlməni təkrar etməyi xoşlayırdı: " Öyrətmək elə öyrənməkdi". Əvvəl düşünürdüm ki, yəqin müəllimin lazımı leksikonu yoxdu, ya da başqa bir şey bilmir. Sonra anladım ki, bu fikirdə böyük hikmət var. Kim deyir ki, öyrətmək ayrı, öyrənmək ayrıdır. Öyrədən anda biz özümüz də öyrənirik. Ya biliyimiz təkrarlanıb, daha da möhkəmlənir, ya da öyrədən anda bilmədiyimiz bir çox bilik, bacarıq və vərdişlərə yiyələnmiş oluruq. Uşağa bizim «yox» sözümüzü eşitməyi öyrətmək üçün, özümüz də qətiyyətli olmağı öyrənməliyik. Yuxarıdakı misalda ana balasına sual edir və bu passiv mövqedə olan valideyn durumudur. Ona sual etdikdə ana bütün gücünü uşağına verir və düşünür ki, uşaq bu gücdən istifadə edib özünü yaxşı aparar, bunun əvəzini görmədikdə o məyus olur. Bunun üçün ana: " Biz gedirik, gəl ayaqqabılarını geyin" — deməli idi. Uşaq anlamalı idi ki, o hazırdı, ya hazır deyil, bu vəziyyətdə heç bir rol oynamır, anası gedir və o da ayaqqabılarını geyinməlidir.
Qətiyyətli mövqedə olan valideyn şikayətlənmir, nə istədiyini və uşağından nə gözlədiyini dəqiq bilir. Ondan tələb etdiyini, öyrətdiyini sabah unutmur, nəzarət edir ki, öyrətdiyini uşaq tədbiq edirmi ya yox. Çox vaxt uşaq evdə stolun üstünə çıxanda, ya divandan hoppananda ana çox da fikir vermir, evə qonaq gələndə isə uşağının elədiyindən utanır. Başlayır qadağa qoymağa. Bir -iki gün keçməmiş uşaq o hərəkəti təkrar edəndə, deyir: " Öyrətmişəm, başa salmışam, onun üstündə döymüşəm ki, ay bala, eləmə, yenə eləyir, daha neyniyim, bəxtimə pis uşaq çıxıb". Pis uşaq niyə olur, sadəcə qadağa qoymusunuzsa, nəzarət edin ki, dediyinizə əməl olunurmu, Daha bu gün deyib, sabah seriala sakit şəraitdə baxasınız, ya telefonla rahat danışasınız deyə uşaq qadağaya əməl etməyəndə dinmirsiniz, serial, telefon danışığı bitdikdən sonra " başım qarışıq olanda istifadə edirsən " — deyə ittiham etməyin. Lazım gəlsə serialdan yayının, telefon dəstəyini yerə qoyun, göstərin ki, «dedinizsə qurtardı, güzəşt yoxdu», bir — iki qətiyyətli hərəkət və nəzarət uşağınıza göstərəcək ki, " yox" sözünə əməl etmək gərək.
| ['xoşbəxt ailə', 'valideyn - övlad münasibəti', 'uşaqlarla davranış', 'övlad tərbiyəsi', 'uşaq tərbiyəsi', 'uşağa qulluq'] |
5,853 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/4538/k%C9%99rim-babaya-t%C9%99s%C9%99lli-ver%C9%99n-n%C9%99v%C9%99si.html | Kərim babaya təsəlli verən nəvəsi | rdgr | Düşündürücü hekayələr | 4 aprel 2011, 12:37 |
Kərim baba həyatı boyu yaşayışı ilə insanlara nümunə olan ibadət həyatına ən incə təfərrüatına qədər diqqət edən bir insan idi.Özü kimi yaşlı həyat yoldaşı ilə bir yerdə kiçik və gözəl bir qəsəbədə yaşayırdılar.Bu iki yaşlı çinar həyatlarını uşaqlarına həsr etmiş onları oxutmuşdular.Uşaqlqrından biri həkim biri din xadimi digəri də müəllim olmuş və hər biri ölkənin müxtəlif yerlərinə getmişdilər.Onlar ata-analarını öz yanlarına aparmaq istəyirdilər lakin Kərim baba ilə xanımı Səma nənə yaşadıqları yerdən ayrılmaq istəmirdilər.Uşaqlarından uzaq olmaları onları bir-birinədaha da bağlamışdı.Hətta Kərim baba bəzən xanımına : -sən məndən əvvəl vəfat etsən mən nə edərəm -deyir və gözləri dolurdu.Səma nənə də eyni narahatlığı keçirir və: -Bəs sən məndən əvvəl getsən mən nə edərəm-deyib ağlayırdı.Səma nənə bir gün xəstələndi.Kərim baba dərhal həyat yoldaşını həkimə apardı.Səma nənə xərçəng xəstəliyinə tutulmuşdu və həkimin dediyinə görə çox az ömrü vardı.bu xəbər Kərim babanı dərindən sarsıtdı.Həyat yoldaşını götürüb evlərinə gəldi.Səma nənə yoldaşının gözlərinə baxdı və: -Mən gedəriyəm.Səninlə pis-yaxşı uzun bir həyat yaşadıq.Allah səndən razı olsun.Mənə haqqını halal edirsənmi?-dedi.Bu sözlərdən kövrələn Kərim baba dedi: -Mənim nə haqqım ola bilər?Əsas sən haqqını halal et.Bütün ömrün boyunca mənim əziyyətimi çəkdin.Aradan bir neçə gün keçdi və Səma nənənin vəziyyəti ağırlaşdı.Artıq son dəqiqələrini yaşayırdı.Kərim baba yoldaşının əllərini tutdu.Bu vaxt Səma nənə ruhunu təslim etdi.Kərim babanın pambıq kimi ağ saqqalı göz yaşları ilə islandı.Dəfn mərasimi quruldu Səma nənə torpağa verildi.
Xanımının vəfatından sonra Kərim baba nəvəsi Nurdanla yaşamağa başladı.Nurdan xanım həm təhsil alır həm də babasına baxırdı.Kərim baba nəvəsi ilə vaxt aşırı xanımının qəbrini ziyarət edirdi.Bu ziyarətlər onun yaşlı ruhunda dərin bir hüzn oyadırdı.Yoldaşı vəfat edəndən sonra Kərim baba sanki dünyadan küsmüşdü.Heç kim ona təsəlli verə bilmirdi.Nə uşaqları nə yaxınları....Bir gün Nurdan xanım yeməyi hazırlayıb Kərim babanı süfrəyə çağırdı.Bir yerdə süfrənin başında oturdular.Bu vaxt Nurdan xanım Kərim babaya belə bir sual verdi:-Babacan!Mən yoldaşımdan əmanət bir boyunbağı almışdım.Çox xoşuma gəlmişdi.Bir müddət taxdıqdan sonra yoldaşım onu məndən istədi.Boyunbağını ona qaytarımmı?-Əlbəttə verməlisən qızım.Bu nə cür sualdı?Əmanət olaraq almısansa vaxt ötürmədən dərhal sahibinə qaytar.-Axı o çox uzun müddət məndə qaldı.Ona çox öyrəşmişəm.Həm də çox xoşuma gəlir.Heç cür ondan ayrılmaq istəmirəm.Əmanət də olsa qaytarmaq içimdən gəlmir.Qaytarmasam olmaz
mı?-Qızım elə isə boyunbağını qaytarmağın şərt oldu.Çünki onu əmanət alandan bəri çox vaxt keçib.İndi axşamdır sabah birinci işin boyunbağını sahibinə qaytarmaq olsun.-Elə isə baba mənə yaxşı qulaq as!Sən də neçə gündür Allahın sənə əvvəlcə verib sonra geri aldığı əmanətə həddindən artıq kədərlənib dərdçəkirsən.Onun sənə verdiyi əmanət üzərində səndən daha çox haqqı yoxdurmu?Nənəm də sənə allahın bir əmanəti deyildimi?Nurdan xanımın bu sözləri Kərim babanı dərin düşüncələrə qərq etdi.Heç nə deyə bilmədi.Allah nəvəsi vasitəsilə ona düüzgün yolu göstərmişdi.Kərim baba dərhal allaha sığındı.Ona təvəkkül etdi.Axirətdə həyat yoldaşına yenidən qovuşacağı ümidi ilə Rəbbinə şükür etdi...
| ['toxtaqlıq', 'təsəlli'] |
5,854 | https://kayzen.az/blog/sevgi/4537/sevgi-n%C9%99dir.html | Sevgi nədir | Cavid | Sevgi | 4 aprel 2011, 06:32 |
Sevgi - cəsarətdir. Sevəndən sevgisini sübut üçün cəsarət istəyər. Sevgi - fədakarlıqdır. Sevəndən sevgisi üçün sevdiklərindən fəda etməsini istəyər. Sevgi - paylaşmaqdır. Sevəndən sevgi sədəqəsi umar. Sevgi - həyatdır. Sevənin sevdiyini yaratmasıdır. Sevdiyinin yaşaya biləcəyi həyatı ona verməsidir. Sevgi - Həzrəti Nuh kimi tufan qarşısına iman çıxarmaqdı. Sevgi - Həzrəti İbrahim kimi can, mal, övlad fəda etməkdi. Qurban vermənin ən uca zirvəsinə yüksələ bilməkdi. Sevgi - Atəşə atılmağı bacarmaqdı. Yanmamaq üçün deyil, yanmaq üçün atəşə könüllü girməkdir. Sevgi - Həzrəti İsmayıl kimi Canana can fəda etmək cəsarətdir. Sevgi - Zəm-zəminə qovuşmaq üçün Həzrəti Həcər kimi təslim olmaqdı. Səfa ilə Mərva arasında qaçışdır. Qovuşacağını bilərək sevgiyə doğru yürüməkdi. Sevgi - Ali İbrahim və Ali İmran kimi olub aləmlərə nümunə olan bir ailə modelinin təməl daşları olmaqdı. Sevgi - Həzrəti Yusif kimi zindana salınmaq təhlükəsi olsa belə, dünya adlı Züleyxaya arxa çevirməkdir. Sevgi - Dənizi yara bilmək üçün Həzrəti Musa kimi imana sahib olmaqdı. Sevgi - Həzrəti Asya olub Fironuna müharibə elan edə bilməkdi. Sevgi - Həzrəti Eyyub kimi bəlanı sevərək qəbul etməkdi. Sevgi - Həzrəti Yunus kimi balıq qarnında olsa da belə, səcdə etməyi bacarmaqdı.
Sevgi - Hannə kimi ana olmaqdı. Bətnində hələ heç doğulmamış körpəsini Allaha bir təşəkkür borcu olaraq qurban vermək cəsarətidir. Sevgi - Həzrəti Məryəm kimi ruku və səcdə edənlərlə birlikdə əyilməkdi. Çünki, bu əyilməyi səndən sənin Sevdiyin sevginə isbat olaraq tələb edir. Sevgi - Həzrəti İsa kimi sənə gələnləri dirildə bilməkdi. Sevgi - Həzrəti Məhəmməd (sas) kimi həbibullah zirvəsinə ucalmaqdı. Sevgi - Həzrəti Xədicə kimi malını və canını sevdiklərinin yolunda fəda edə bilməkdir. Sevgi - Həzrəti Əli kimi Sevdiyin üçün dost yatağına uzanmaqdı, ona gələn bəla mənə gəlsin deyə bir də yorğanı başına çəkməkdi. Sevgi - Həzrəti Fatimə ola bilməkdir ki, yaşadığı eşq dillərə dastan olsun. Dünyanın ən böyük sevgi romanları onun kölgəsində dayanmağa belə cəsarət etməsinlər... Sevgi - şəhid səhabələr kimi şəhadət şərbətini sevərək içməkdir. Sevgi - ölümsüzlük məktəbinin məzunu olmaqdır... Sevgi - sevməyi bacarmaqdır. Sevgi - fəda etməyə hazır olmaqdır. Sevgi - sevdiyin tərəfindən sevildiyini yəqinliklə bilməkdir. Sevgi - yalnız paylaşdıqca çoxalan ən böyük nemətdir. Sevgi - qovuşmağa can atmaqdır.Sevgi - ...
| ['sevgi'] |
5,855 | https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/4492/%C3%BCzeyir-hac%C4%B1b%C9%99yli.html | Üzeyir Hacıbəyli | Əliyev | böyük musiqiçilər | 3 aprel 2011, 14:49 |
Əslən Şuşadan olan Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də Ağcabədidə dünyaya gəlib. Ailədə üç qardaş, iki bacı olublar. Bircə Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarını yoluxmaq üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir.Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Şuşaya gətirirlər.
Üzeyirin uşaqlığı da elə Şuşada keçir. Əvvəlcə mədrəsədə oxuyur. Burada ərəb, fars dillərinə mükəmməl yiyələnir, şərq yazıçılarının həyat və yaradıcılığı ilə yaxından tanış olur. Sonra rus-tatar məktəbində oxuyur. 1899-cu ildə Gürcüstana gedib imtahanları müvəffəqiyyətlə verir və Qori müəllimlər seminariyasına daxil olur. Orda 3 musiqi alətində – skripka, violonçel və bariton adlanan nəfəs alətində çalmağı öyrənir. Xalq mahnılarını nota yazmağa başlayır. Təhsilini başa vurandan sonra isə Üzeyir bəyi Hadrut kəndinə göndərirlər. Amma orda cəmi 1 il müəllim kimi işləyir. 1905-ci ildə erməni-müsəlman davası düşən zaman əhalisinin yarısını ermənilər təşkil edən bu kəndin yaşlı adamları Üzeyir bəyə xələl yetirilməsin deyə, gecəylə Onu Yevlaxa yola salırlar. Ordan da qatarla Bakıya gəlir. 1905-ci il avqustun 20-də Üzeyir Hacıbəyli Bakı vağzalına çatır. Ancaq gözlədiklərinin əksinə olaraq, burda da qırğınların törədilməsinin canlı şahidi olur. Və sentyabrın 7-də “Həyat” qəzetində məqalə ilə çıxış edir.
Üzeyir bəy elə o vaxtdan ömrünün sonuna kimi Bakıda yaşayır. Müəllimlik fəaliyyətini burada da davam etdirir. “Bibiheybət” (hazırda Bayılda 51 nömrəli məktəbdir) və “Səadət” məktəblərində bir neçə fəndən dərs deyir. Amma Bakıya köçdüyü ilk illər olduqca çətin şəraitdə yaşayır. Nəqliyyat vasitəsi olmadığına görə, yaşadığı yerdən işlədiyi məktəbə qədər olan 10 kilometrlik yolu piyada gedib-gəlmək məcburiyyətində qalır. Üstəlik onda Bakıda evi də olmur. Müxtəlif vaxtlarda “İslamiyyə” mehmanxanasında (hazırda 6 nömrəli musiqi məktəbidir), Qoşa Qala qapısının yaxınlığındakı Təbriz mehmanxanasında və kirayələrdə yaşayır. Milli operanın ilk nümunəsi olan “Leyli və Məcnun” operası da məhz “İslamiyyə” mehmanxanasında yazılıb.
“Kitabi-məzhəkə” 47 ildən sonra bəstəkara hədiyyə olunur
Yaradıcılıqdan söz düşmüşkən, Şuşa mühiti, Şuşa ab-havası Üzeyir bəyə xüsusilə böyük təsiri göstərib. “Qafqazın konservatoriyası” adlandırılan Şuşa onun ilk musiqi məktəbi olub. Özünün də qeyd etdiyi kimi, ilk musiqi təhsilini burada xanəndə və sazəndələrdən alıb. Şuşada göstərilən bir səhnəcik də gələcəyin bəstəkarını olduqca təsirləndirib. O zaman Üzeyirin 13 yaşı ancaq olardı. Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü, dirijorluğu ilə və Cabbar Qaryağdıoğlunun ifasında Şuşada “Məcnun Leylinin məzarı önündə” adlı bir səhnəcik göstərilmişdi. Üzeyir də qardaşlarıyla birgə orda xorda oxumuşdu. Bu səhnə balaca Üzeyirin xəyallarına, qəlbinə, beyninə hakim kəsilir. Və illər sonra həmin səhnəcikdən təsirlənərək böyük Füzulinin poeması əsasında nəinki Azərbaycanda, bütün Şərqdə operanın özülünü qoyan “Leyli və Məcnun”u yaradır. Maraqlıdır ki, 1908-ci il yanvarın 12-də (25) baş tutan ilk nümayişində də operanın dirijoru elə Əbdürrəhim bəy Haqverdiyev olur. Skripka partiyasını isə Üzeyir bəy özü ifa edir.
Üzeyir bəy yaradıcılığına da kiçik yaşlarından başlayır. Hələ 13 yaşında hekayə və nağıllar yazır. Ora özünün uydurmalarını da əlavə edir. Sonradan əski əlifba ilə yazdığı bu kiçik həcmli nağılları, onlara uyğun olaraq çəkdiyi illüstrasiyalarla birgə cildləyir və “Kitabi-məzhəkə” adı altında dostlarının köməyilə 15 qəpiyə satır. Hər gün cəmi 3 kitab hazırlaya bilir. Kitabdan gündəlik qazandığı 45 qəpik pulu da gətirib anasına verir. Və illər sonra bəstəkarın ev muzeyinin yaradıcısı, şəxsi katibi, baldızı oğlu Ramazan Xəlilov bu kitabın bircə nüsxəsini taparaq dahi bəstəkarın 60 illik yubileyinə hədiyyə edir. Ramazan Xəlilovun danışdıqlarını üzeyirşünas, uzun illər Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru olmuş Səadət Qarabağlı belə xatırlayır: “Üzeyir bəyin 60 illik yubileyi yaxınlaşanda Ramazan müəllim xeyli düşünüb daşınır ki, onu hansı hədiyyə ilə təəccübləndirə bilər. Birdən yadına Üzeyir bəyin dilindən eşitdiyi “Kitabi-məzhəkə” düşür. Gedir Şuşaya. Yemiş əmi adlı bir yaşlı zərgəri tapır. Bu kitabı tapmağı ondan xahiş edir. Bir müddət sonra Yemiş əmi xəbər göndərir ki, kitabı tapıb. Ramazan müəllim yenidən Şuşaya gedib həmin kitabı gətirir bura. Üzeyir bəyin doğum günündə kitabı onun yazı masasının gözünə qoyur. Çünki Üzeyir bəy adəti üzrə səhər yuxudan duranda dərhal yazı masasının arxasına keçirdi. Papiros çəkər, bir stəkan şirin çay içər, sonra işə başlardı. Həmin gün də yazı masasının arxasına əyləşir, çəkməcəni açıb işə başlamaq istəyəndə o kitabı görür. Gözləri yaşarır, bir müddət baxışlarını eyni nöqtəyə zilləyir və həyat yoldaşı Məleykə xanımı çağırır. Deyir, “Məleykə, buna bax, bu ancaq Ramazanın işi olar”. Həmin kitab muzeyin fonduna daxil edilməmişdi. Ramazan Xəlilovun şəxsi arxivində saxlanılırdı”.
Övladsızlıq dərdi
Üzeyir bəy bütün sevincini, kədərini Məleykə xanımla paylaşardı. Həyatının ilk və tək sevgili cananı olan Məleykə xanımı çox, olduqca çox sevirdi. Hər şeyə rəğmən… Onunla hələ Tiflisdə Qori müəllimlər seminariyasında oxuduğu illərdə tanış olmuşdu. Məleykə xanımın qardaşı Əli Terequlov Üzeyir bəylə bir sinifdə oxuyurdu. Bazar günləri Əli Üzeyiri də özüylə birgə evlərinə aparar, teatrlara, Tiflisin gəzməli, görməli yerlərinə gedərdilər. Üzeyir bəy gələcək həyat yoldaşını da elə ordaca görüb sevmişdi. Milliyyətcə tatar olan Məleykə xanım Üzeyir bəydən 8 yaş kiçik idi. Ancaq nə yaş fərqi, nə də ayrı-ayrı ölkələrin sakinləri olması onların sevgisinə mane olur. Üzeyir bəy seminariyanı bitirəndən 5 il sonra 1909-cu il dekabrın 20-də ailə qururlar. 6 il ərzində Bakıda kirayədə yaşayırlar. Sonradan 1915-ci ildə hazırda ev muzey kimi fəaliyyət göstərən mənzil Üzeyir bəyə verilir. Onlar 1942-ci ilə qədər bu mənzildə yaşayırlar. Şad-xürrəm. Ora bəstəkarın dostları, yaxınları, müxtəlif sənət adamları toplaşırdı. Ordan ətrafa gözəl musiqi sədaları yayılırdı. Ancaq o ev bircə səsə ömür boyu həsrət qaldı – körpə səsinə, körpə qığıltısına, körpə gülüşünə. Bütün sərvətini — əsərlərini, yaratdıqlarını gələcək nəsillərə yadigar buraxan Üzeyir Hacıbəylinin özünün yadigarı, soyadının, nəslinin davamçısı olmur. Hər şeyi bəxş edən Tanrı Ona bircə şeyi çox görür – atalıq duyğusunu. Üzeyir bəylə Məleykə xanım övlad üzünə həsrət qalırlar. Amma nədənsə övladlığa da uşaq götürmürlər. Hətta deyilənə görə, Məleykə xanım yoldaşına başqa qadınla evlənib övlad sahibi olmağı da təklif edib. Lakin Üzeyir bəy qəbul etməyib. Çünki xanımını çox sevib.
Səadət Qarabağlı yenə də Ramazan Xəlilovun xatirələrinə müraciət edir: “Hələ Tiflisdə təzə tanış olduqları vaxt Ramazan Xəlilov onların sevgisinin canlı şahidi olurdu. Danışırdı ki, “Tiflisdə dağlara gəzməyə gedəndə Üzeyir bəy dağ çiçəklərindən yığıb mənə verirdi ki, “apar bunu ver xalana”. O vaxtdan görürdüm ki, onların məhəbbəti necə böyükdü”. Bəzən Məleykə xanımın başında güclü ağrılar olurdu. Üzeyir bəy məxsusi olaraq Məleykə xanım üçün əsl yundan hazırlanmış yaylıq almışdı. Başı ağrıyanda o yaylığı gətirib öz əlilə yoldaşının başına bağlayırdı. Onların arasında bir-birlərinə qarşı böyük məhəbbət olub. Uşaqları olmasa da, Üzeyir bəy qətiyyən yoldaşından ayrılmaq fikrində olmayıb. Məleykə xanımın xətrinə dəyməyib, onu çox sevib. Baxmayaraq ki, hətta qohumlar arasında da söhbət gedirdi ki, niyə onların övladları olmur. Düzdür, Üzeyir bəyin əmisi nəvəsi Soltan Hacıbəyov 10 il onların evində yaşayıb. Üzeyir bəy onu saxlayıb, təhsil verib. Onun sənətkar kimi yetişməsində Üzeyir bəyin böyük rolu olub. Amma nədənsə rəsmən heç kimi övladlığa götürməyiblər”.
Maraqlıdır ki, Üzeyir bəy özü bir dəfə də olsun xatirələrində bu məsələyə toxunmayıb. Bircə onu deyib ki, “mənim övladım olmayıb. Amma əsərlərim mənim övladlarımdır. Heç kimə haqq vermirəm, icazə vermirəm ki, əsərlərimə əl gəzdirsin”.
Nəriman Nərimanov Üzeyir Hacıbəylini iki dəfə ölümdən xilas edir
Əslində Üzeyir Hacıbəylinin həyatı o qədər də rəvan keçməyib. Dəfələrlə ölümlə üz-üzə gəlib. Məsələn, 1918-ci ilin mart qırğını zamanı ermənilər Üzeyir bəyin evini gülləbaran ediblər. O zamanlar Üzeyir bəy artıq kifayət qədər tanınırdı. Ermənilərin bəstəkarı görməyə gözü olmadığından onu öldürmək istəyirdilər. Ancaq xoşbəxtlikdən, bu istəklərini həyata keçirə bilmirlər. Ölüm bəstəkardan uzaq düşür: “Hadisələr baş verməmişdən əvvəl Nəriman Nərimanov bəstəkarı yanına çağırır və ona teatr truppası ilə birgə İrana qastrol səfərinə getməyi tapşırır. Əvvəl Üzeyir bəy razılaşmır, “mən Azərbaycanı qoyub heç yerə getməyəcəm”, — deyir. Ancaq Nərimanovun təkidindən, “Siz bizə gələcəkdə lazımsız” sözündən sonra Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının teatr truppası İrana yola düşür. Onlar bir neçə ay İranda qalır, müxtəlif şəhərlərdə tamaşalar göstərirlər. Oktyabrda isə vətənə qayıdırlar. O zaman bütün qəzetlər Üzeyir bəyin qayıdışına görə, xalqa göz aydınlığı verirdi. Beləcə, Nəriman Nərimanov Üzeyir bəyi ölümdən xilas edir. 1975-ci ildə Üzeyir bəyin ev muzeyi əsaslı təmir olunan zaman divarlardakı həmin güllə yerlərini Ramazan müəllim özü görmüşdü”.
Bu hadisənin üstündən illər ötür. Üzeyir bəy yenidən ölümlə üzləşir. Ancaq bu dəfə də tale dahi şəxsiyyətin üzünə gülür. Bəstəkarı yenə də Nəriman Nərimanov xilas edir. Bu dəfə artıq güllənmə hökmündən: “Bu fərman Üzeyir bəyə yazılarına görə verilmişdi. Çünki heç kimə əyilməyən, heç kimdən qorxmayan cəsarətli publisist yazılarında daxildəki düşmənləri, hətta çar Rusiyasının fitnəkarlığını, Lenini və bolşevikləri də tənqid edirdi. Bir dəfə də ölkənin tanınmış 59 ziyalısının siyahısı NKVD-yə təqdim olunur. Bu siyahıda Üzeyir bəyin də adı var idi. Xoşbəxtlikdən, siyahı sədrin əlinə keçməzdən əvvəl bəstəkarın qaynı Hənəfi Terequlovun gözünə dəyir. O, idarəyə gəlib gedən adam olduğundan təsadüfən bu siyahını sədrin stolunun üstündə görür. Və dərhal Nərimanova xəbər verir. Nərimanov bundan xəbər tutan kimi həmin siyahını gətizdirmiş, dərhal da məhv etmişdi”.
1937-ci ilin qanlı repressiyaları da Üzeyir bəydən yan keçir. Buna səbəb isə Stalin və Mircəfər Bağırovun Üzeyir bəyə yaxşı münasibət bəsləməsi olub. Ramazan Xəlilov özü Səadət xanıma deyirmiş ki, o vaxtlar Üzeyir bəy hər an həbs olunacağını gözləyirdi. Ancaq görünür göydə ulu Tanrı, yerdə hansısa gözəgörünməz qüvvə onu hər zaman hifz edib.
Stalin “Arşın mal alan”ı əzbər bilirmiş
Ümumiyyətlə, Stalin Üzeyir bəyin həm özünə, həm də yaradıcılığına böyük hörmət bəsləyib. Onun əsərlərilə yaxından tanış olub. Hətta “Arşın mal alan” operettasını əzbər bilib, dəfələrlə izləyib. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə “Arşın mal alan”ın və “Koroğlu” operasının proqrama salınması da məhz Stalinin göstərişinə əsasən olub. Özü də “Koroğlu” operası ongünlük ərzində düz 3 dəfə nümayiş etdirilib. Baxmayaraq ki, bir tamaşa 2 dəfədən artıq göstərilə bilməzmiş. Hətta tamaşaların ikisində Stalin özü də iştirak edib və “Koroğlu”nu “ən gözəl Sovet operası” adlandırıb. Heç təsadüfi deyil ki, ongünlükdən sonra sovet bəstəkarları arasında ilk dəfə Üzeyir Hacıbəyliyə SSRİ xalq artisti adı verilir. Lenin ordeni alır. 1941-ci ildə isə “Koroğlu” operası Stalin mükafatına layiq görülür.
Çox böyük müvəffəqiyyətlə baş tutan bu dekadadan sonra Stalin Kremldə Azərbaycan nümayəndə heyətinə ziyafət verir. Həmin ziyafətdə Üzeyir bəy Stalinlə Molotovun arasında oturur. Stalin “Arşın mal alan”dan ariyalar oxumağa başlayır. Bu, Üzeyir bəyin çox xoşuna gəlir. Sonra Üzeyir bəyin Fransada yaşayan qardaşı Ceyhun Hacıbəyli ilə maraqlanır. Deyir, “qardaşınıza məktub yazın, təklif edin vətənə qayıtsın. Biz onu işlə, evlə təmin edərik”. (Üzeyir bəy dekadadan qayıdandan sonra Ceyhun bəyə məktub yazır, ancaq qardaşı heç cavab da vermir. Ömrünün axırına kimi mühacirətdə yaşayır və müstəqillik uğrunda mübarizə aparır).
Ziyafət zamanı Stalin daha bir təklif irəli sürür. Xalq çalğı alətlərində ifaçıların ümumittifaq müsabiqəsinin keçirilməsini və ora Üzeyir bəyin rəhbərlik etməsini təklif edir. Üzeyir bəy təklifi qəbul edir. Bakıya gələndən sonra müsabiqəyə hazırlıq işləri başlayır. Bütün sovet respublikalarına xəbər göndərilir, yerlərdə nümayəndələr seçilir. Nəhayət, 1939-cu ilin oktyabrında müsabiqə başlayır… Ancaq elə bu müsabiqə də dahi bəstəkarın xəstəliyinin başlanğıcı olur. Daha doğrusu, ora qatılan erməni ifaçılarının məkrli niyyətləri: “Müsabiqəyə qatılan erməni ifaçılarının bir neçəsi ikinci mərhələyə keçə bilmir. Bunda Üzeyir bəyi günahkar bilir. Münsiflər heyətinin sədri Üzeyir bəy olsa da, üzvlər ayrı-ayrı respublikalardan idi. Ancaq onlar suçu Üzeyir bəyin üstünə atırlar. Məkrli erməni millətinin nümayəndələri xarici işlər naziri olan Molotovun adına teleqram göndərirlər ki, “Üzeyir bəy milliyyətçidi, erməni olduğumuza görə, bizi ikinci mərhələyə keçməyə qoymadı”. Molotov isə bu teleqramın üstünü yazıb göndərir Üzeyir bəyin özünə. Üzeyir bəy bu teleqramı oxuyanda dəhşətə gəlir. Ermənilərin belə bir haqsızlığa yol verməsinə çox əsəbiləşir. Çünki Onun üçün əsas sənət idi. O qədər böyük stress keçirir ki, nəticədə şəkər xəstəliyinə tutulur. Ancaq bunu özünə demirlər. Bəstəkara hiss etdirmədən pəhrizinə riayət etməyə başlayırlar”.
Erməni həkimin “müalicə”si bəstəkarın ölümünə səbəb olur
Pəhrizinə riayət olunsa da, səhhətinə ciddi nəzarət edilsə də, xəstəlik yenə də özünü göstərməyə başlayır. Və 1947-ci ildə Üzeyir bəyin vəziyyəti ağırlaşır. Onu dərhal xəstəxanaya yerləşdirirlər. “Leçkomissiya”da Üzeyir bəyi Osipyan soyadlı bir erməni həkim müalicə etməyə başlayır. O isə bilərəkdən bəstəkara əks müalicə tətbiq edir: “Həmin həkim Üzeyir bəyə çox kəskin pəhriz yazır, eyni zamanda insulin iynəsi də vurur. Ramazan müəllim isə bu xəstəliklə bağlı məqalələrdə oxumuşdu ki, insulin iynəsi vurulanda pəhriz saxlanmamalıdı. Ancaq erməni həkim hər ikisini tətbiq edir. Və bu əks müalicə nəticəsində Üzeyir bəy 1 ayda 18 kiloqram arıqlayır. Bu isə ürəyinə təsir göstərir və ürək tutmaları başlayır. Vəziyyətinin çox ağırlaşdığını, kəskinləşdiyini görəndə Üzeyir bəyi Stalinin göstərişilə Moskvaya, Kreml xəstəxanasına göndərirlər. Oranın da həkimləri müayinə zamanı Bakıda düzgün müalicə aparılmadığını təsdiqləyirlər. Hətta deyirlər ki, artıq gecdir, Bakıya çatdıra bilməyəcəksiz. Sonra Ramazan müəllim orda bir yaşlı həkim tapır. O həkim də müalicənin düzgün aparılmadığını deyir. Amma onu da əlavə edir ki, əlinizi üzməyin, elə dərmanlarla müalicə edəcəm ki, nəinki Bakıya aparacaqsız, hətta üç ay da yaşayacaq. Qatarla Bakıya gəlirlər. Mərdəkanda hökumət bağında o həkimin yazdığı müalicə tətbiq olunmağa başlayır. Müxtəlif həkimlər təyin edilir. Mircəfər Bağırov şəxsən özünün Səhiyyə Nazirliyinə verdiyi göstərişə əsasən, konsilium keçirilir ki, Üzeyir bəyə ciddi nəzarət olunsun. 1948-ci ilin sentyabrında Üzeyir Hacıbəylini öz evinə gətirirlər. Onda artıq 6 il idi ki, yeni tikilən monolit binanın 4-cü mərtəbəsindəki 6 otaqlı evində yaşayırdı. Üzeyir Hacıbəyli noyabrın 23-də gecə saat 2-də 63 yaşında elə həmin evdə vəfat etdi”.
...Beləcə, bir neçə dəfə ölümdən qurtulan Üzeyir bəyi bu dəfə heç kim xilas edə bilmir. Bacarıqsız erməni musiqiçilərinin ədalətsiz hərəkəti nəticəsində yaranan xəstəlik və o xəstəliyi “müalicə edən” erməni həkimi nəhayət ki, bu dahi şəxsiyyətin ölümünün baiskarı olur. Amma bu, sadəcə olaraq cismani ölüm idi. Üzeyir Hacıbəyli ölməyib, ölməyəcək də. O, hələ də sağdır. Professional Azərbaycan musiqisinin, milli opera, operetta, musiqili komediya janrının, Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı, banisi kimi. O, hələ də sağdır. Azərbaycan musiqisinin lad (məqam) nəzəriyyəsini araşdırıb üzə çıxarmış və əsaslandırmış ilk azərbaycanlı musiqişünas alim, müəllim-ustad kimi. O, hələ də sağdır. Yüz il keçsə də, hələ də ədəbi-bədii dəyərini itirməmiş, həmişə aktual yazıları ilə tanınan publisist, felyetonçu və librettoçu-dramaturq, Azərbaycan SSR-in və müstəqil Azərbaycanın dövlət himnlərinin müəllifi, əsl ictimai xadim kimi. O, hələ də sağdır, yaşayır və əbədi yaşayacaq. Sadəcə olaraq Azərbaycan musiqisinin atası, dahi Üzeyir Hacıbəyli kimi...
Müəllif: Xəyalə MURADLI [email protected]
Mənbə: Lent.az
| ['Üzeyir Hacıbəyov', 'Azərbaycan bəstəkarı', 'Üzeyir Hacıbəyli', 'uzeyir hacibeyov'] |
5,856 | https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/4512/ibad%C9%99t-v%C9%99-ondan-ala-bil%C9%99c%C9%99yimiz-z%C3%B6vq.html | İbadət və ondan ala biləcəyimiz zövq | Cavid | islam dininin əsasları | 3 aprel 2011, 07:23 |
Günümüzün müsəlmanları arasında "mən ilk ibadət etməyə başladığım zamanlarda yaşadığım həyacanı, şövqü, aldığım zövqü indi hiss edə bilmirəm" və ya "ilk quran oxuduğum, Quranı-Kərimə dair söhbətlərə qatıldığım məclislər zamanı yaşadığım o hisslər üçün çox darıxmışam" deyən insanlar heç də az deyillər. Allaha inanan amma ona ibadət etməyib yaşadığı həyatında Allahın qoyduğu ölçülərdən kənar olan şəxs əslində sözün əsl mənasında "ac" insandır. Yəni Allahla mütəmadi və düzgün şəkildə təmasda olmadığından insanın ruhu və bədəni mənəvi hisslərdən uzaq qaldığı üçün insan "ac" bir məxluqa çevrilir. Ancaq insan səmimi olaraq yaşadığı pis həyatına tövbə edib Allaha bağlanan anından sonra Allahın sayəsində biri-birindən gözəl olan nemətlərlə qarşılarşaraq, keçmişdə özündə olan pis hisslərin əvəzinə yeni və mükəmməl hissləri dadır. Allah həmin adamın özünü, dünyasını, içini dəyişərək ölü insandan diri və möhtəşəm bir insan çıxarır. Ona görə də insan yeni ibadətə başlayarkən mənəvi cəhətdən çox "ac" halda olur. Diqqət edin, insan çox ac olan zaman və ya oruc tutduqdan sonra iftar etmək anında yediyi yeməklər ona necə ləzzətli gəlirsə, bizim də ilk qıldığımız namazlar və etdiyimiz digər ibadətlər bizə mənəvi "ac" vaxtımızda bunun kimi, hətta bundan daha çox ləzzət edir. İnsanın fitrətinə əsasən insanın daim mənəvi qidaya tələbi və ehtiyacı vardır. Bir insanın mənəvi qidaya tələbi yoxdursa, o insan fiziki olaraq yaşayan amma mənəvi olaraq ölmüş insana bənzəyən, qəlbi sərt olan insandır. Çünki bir insan necə qidasız yaşaya bilməzsə onun mənəvi aləmi də qidasız qala bilməz. Bəzi insanlar da öz cahilliklərinə görə öz mənəvi qida ehtiyaclarını səhv yollara əl atmaqla ödəməyə çalışırlar. Məsələn, kimisi Allaha bağlanmaq yerinə anormal musiqilərə qulaq asaraq öz mənəvi ehityaclarıını ödəyirsə, kimisə də müxtəlif dünya əyləncələrinə qapılaraq öz təmiz qəlbini və ruhunu çirkləndirməklə məşğul olur. Allaha bağlı olan mömin əgər düzgün şəkildə həm ibadət edər, həm də layiqincə Allaha bağlı olub Onun rızası üçün səy göstərərək gözəl əməllər işlədərsə və özünü də günahlardan qoruyarsa bu halda o, qıldığı namazlardan, tutduğu oruclardan, etdiyi xeyir işlərdən çox böyük dərəcədə möhtəşəm mənəvi hisslər qazana və sözün əsl mənasında xöşbəxt ola biləcəkdir. Amma əgər insan bir müddətdən sonra keçirdiyi möhtəşəm hissləri yenidən keçirmirsə bu onun etdiyi günahlardan etdiyi səhvlərdən də qaynaqlana bilər. Yəni Allahın bizlərə ibadət etdiyimiz zaman yetirdiyi möhtəşəm şövqü, həyacanı yaşamamaq etdiyimiz yalan, qeybət, harama baxmaq və sair kimi günahlardan da qaynaqlana bilər. Bu günahların isə hər biri qəlbə və ruha doğru atılan güllələrdir.
Günahların insana fəsadları çoxdur. Çünki insan günah qazanarkən gözün, qulağın və digər bədən üzvlərinin şövqü, həyacanıda zədələnə bilər. Çünki günahlar müsəlmanda olan şövqü, həyacanı sarsıda bilir. Hər bir insan bir ölkə, bir dövlətdir. Bu ölkənin də paytaxtı qəlbdir. İnsan günah qazanan zaman onun qəlbinə qara ləkələr dəyir və onun qəlbi zədələnir. Yəni ölkənin paytaxtına zərbə dəyərək ölkə təhlükə altında qalır. Muhəmməd peyğəmbər (sas) buyurur: "İnsanın bir bədən üzvü vardır. Əgər o sağlamdırsa bütün bədən sağlam olar. Əgər o pozularsa bütün bədən pozular. Diqqət edin! O, qəlbdir."(Buxari) Əgər biz ibadətlərimizdə şövqün, həyəcanın, hüşunun itməməsini və etdiyimiz ibadətlərdən də zövq almaq istəyiriksə bu halda işlətdiyimiz günahlardan uzaq durmalıyıq. Günahlarımıza qarşı müharibə elan edərək, o günahları özümüzdən qovaraq kənar etməliyik. Şövq, həyəcan, hüşu, bunlar kimi gözəl olan digər hisslərin hər biri bizlərə əslində Allahın çox böyük nemətləridirlər. Biz mümkün olduğu qədər bu hissləri yaşamağa çalışmalı amma etdiyimiz ibadətləri bu hissləri yaşamağa görə yox, qarşılığsız olaraq Allah üçün etməliyik ki, Rəhman olan Rəbbimiz də bizi mükafatlandırsın. Əks halda müsəlman birisi yalnız şövq, həyacan, hüşu qazanmaq üçün ibadət edərsə, böyük səhv edərək öz yolunu aza bilər. Əgər heç bir maraq güdmədən səmimi niyyətlə Allaha bağlı olaraq həyatımızı düzgün şəkildə qurarıqsa, bu halda Allahın rəhmətini, sevgisini, məğfirətini öz üzərimizə cəlb edərik.
| ['ibadət'] |
5,857 | https://kayzen.az/blog/daily-problems/4511/hara-gedim.html | Hara gedim | Cavid | Gündəlik həyatın çətinlikləri | 3 aprel 2011, 07:16 |
Bəzən sıxıldığınızı, bəzən depresiyaya düşdüyünüzü hiss edərək bütün problemlərdən uzaqlaşmaq üçün harasa qaçmağa qərar verirsiniz. Və daxili dünyanızda kiçik bir pıçıltı ilə əhəmiyyəti böyük bir sualı səsləndirirsiniz:"Hara gedim?"Bu sualın cavabı fərdə və şəxsiyyətlərə, ətraf mühitə və imkanlara görə dəyişə bilir. Mənəvi çətinliklərdən uzaqlaşa bilmək üçün gedilən və ya da gedilmək istənilən yerlər çox vaxt maddi aləmdə gözəl deyilən yerlərdir. Betonlaşmış şəhər yaşantısından sıxılan insanlar üçün yamyaşıl dağlar, sərin yaylaqlar və ya mavi dənizlər daha çox seçilən yerlərdir. Mənəvi çətinliklərini və ya əskiklərini, maddi səbəblərə bağlayan və həllini yenə də maddədə axtaran bu anlayış, maddi aləmin indiki zamanla məhdud "qonaqlığı" ilə kifayətlənmək məcburiyyətindədir. Günümüzdəki bir çox müsəlmanı və ya özünə müsəlmanam deyən insanları da belə cahil bir anlayışdan uzaq görmək çox nadir təsadüf olunan hadisədir. Çünki mənəvi boşluqlarını maddi aləmdə doldurmağa çalışanlar belə insanlar "Cənnətdən bir köşə" dedikləri yaylaq tezisləri ilə "Hara gedim?" sualına beşulduzlu cavablar verməkdədirlər! Bu anlayışa sahib olan insan gedəcəyi heç bir yerdə məsud olmayacaq. Halbuki yaşadığımız çətinliklər, içinə düşdüyümüz bəzi böhranlar açıq bir həqiqətdir. Bir çox mövzuda əskikliklərimizin olduğu da doğrudur. Bütün bu çətinliklərdən və böhranlardan uzaqlaşa bilmək, bütün bu əskikliklərimizi düzəltmək üçün verdiyimiz "Hara gedim?" sualı da, əlbəttə ki, soruşulması lazım olan doğru bir sualdır. Yaxşı, soruşulması lazım olan bu doğru sualın doğru cavabı nədir?!"Hara gedim?" sualına necə bir cavab tapmalıyıq ki, bu cavabla birlikdə digər axtardıqlarımızı da tapmış olaq! Bu suala necə bir cavab verək ki, tapdığımız bu cavab dərdlərimizi dərmana, böhranlarımızı göz və könül aydınlığına çevirə bilsin! "Hara gedim?"Bu əhəmiyyətli sualı nəfsinizə yönəldib, nəfsani cavablarla didişmək istəmirsinizsə, hər məsələdə hər möminin etdiyi və etməsi lazım olduğu kimi əvvəlcə Quranı Kərimə yönəlir və bu doğru sualınızı, doğrunun ən təmiz qaynağı olan Qurana yönəldirsiniz: "Hara gedim?"Quranı Kərimə yönəltdiyiniz bu sual, suya atılan bir daş kimi ətrafında çevrələr meydana gətirməkdə və bir-birini təqib edən hər halqa, bir-birinə uyan cavablar verir:Nə üçün yaradıldığınızı və nə olduğunuzu bilərək özünüzə gəlin, özünüzə gedin... Ailə məsuliyyətinizi və nə etməniz lazım olduğunu bilərək evlərinizə gedin... Sıla-i rahimdə olun, qohumlarınıza gedin... Ətrafınızdakı yardıma möhtac olan yoxsullara gedin, düşkünlərə gedin, xəstələrə baş çəkməyə gedin... İslamı anlamaq və İslamı anlatmaq üçün insanlara gedin...Heç şübhəsiz ki, əvvəlcə bunları, əvvəlcə bu cavabları yaşayırsınız. Daha sonra isə Qurani Kərimin bir-bir verdiyi bu cavabları bir-bir yaşayan və yaşamağa çalışan bir mömin olaraq, suallarınıza davam edə bilmək haqqını özünüzdə görə bilir və başınızı qəlbinizin ən iç dünyasına əyərək "Yaxşı sonra, sonra hara gedim?" deyirsiniz. Belə ki, bu son sualınızla cavapların ən böyüyü ilə qarşılaşırsınız."Həqiqət budur ki, insanlar üçün ilk qurulan Ev Bəkkədə (Məkkə) ki, müqəddəs və bütün insanlar (aləmlər) üçün hidayət olan Kəbədir. Orada açıq-aşkar ayələr (və) İbrahimin məqamı var. Kim oraya girsə o güvənlikdədir. Ona bir yol tapıb bu Evi həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır. Kim də küfrə sapsa, şübhə yox ki, Allah aləmlərə qarşı möhtac olmayandır.""Yadına sal ki, Biz İbrahimə Evin (Kəbənin) yerini ifadə edib hazırladığımız zaman (belə əmr etmişdik) Mənə heç bir şeyi ortaq qoşma. Təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün Evimi tərtəmiz tut. İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yoldan gələn yorğun dəvələr üstündə gəlsinlər. Onlara xas bəzi xeyirlərə şahid olsunlar və Allahın onlara ruzi olaraq verdiyi (qurbanlıq) heyvanlar üzərində müəyyən günlərdə Onun adını ansanlar. Artıq bunlardan yeyin və çətinlik çəkən yoxsulu da doyurun. Sonra günahlarını təmizləsinlər, əhdlərini yerinə yetirsinlər, Beyti Atiqi təvaf etsinlər." (Həcc, 26-29)
Bəli, soruşduğunuz son gözəl suala, gözəlin həqiqi sahibi olan Rəbbimizin verdiyi cavab, biz müslümanların diqqətə alması, düşünməsi və anlamağa çalışması lazım olan bir cavabdır. Çünki Rəhman və Rəhm olan Rəbbimiz bizləri Beytullaha, bizləri Kəbə-i Muazzamaya, bizləri həqiqi bir hənif, həqiqi bir xəlil olan İbrahimə (a.s.), bizləri aləmlərə rəhmət olaraq göndərilən Rəsulullaha (s.ə.v) və bu seçmə insanların yaşadıqları müqəddəs diyara dəvət etməkdədir. Əvvəlcə susursunuz!Bu gözəl dəvəti və bu gözəl dəvətin Sahibini düşünürsünüz...Aləmlərin Rəbbi olan Allah (c. c.) tərəfindən ciddiyə alınmanın verdiyi qürurla yüngülcə ürpərdiyinizi və daxili dünyanızın xoş bir hisslə dolduğunu hiss edirsiniz. Kəbənin Rəbbi, Kəbənin sahibi olan Allah (c. c.) sizlərə həqiqi bir dəyər verməkdə və sizləri Kəbəsinə, sizləri Beytinə dəvət etməkdədir.Nə deyəcəyinizi bilmirsiniz!Ağılınıza ilk gələn, halı vaxtı yerində bir çox insanın əsnəyərək verdiyi "İndi olmaz. İnşaallah gələcəkdə, inşallah tezliklə!" cavabı olur. Əvvəl ağılınıza, sonra dilinizin ucuna gələn bu cavabı bir az düşününcə, dilinizin ucunda bir leş varmış kimi iyrəndiyinizi hiss edir və bu leşi heç kimin görə bilməyəcəyi bir çuxura tüpürmək istəyirsiniz. Çünki iman etdiyiniz Qurani Kərimdə bu İlahi dəvətin sahibi olan Rəbbimiz "Ona bir yol tapıb güc yetirənin Evi həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır" buyurur.Və bu dəvətə və bu İlahi dəvətə cavab verə bilməməyin yeganə haqlı səbəbi, bu dəvətə gücü yetməməkdir. Həccə getməyə güc yetirə bilirsinizsə və içində yaşadığınız şərtlər etibarilə həccə gedə biləcək bir vəziyyətdəsinizsə, ilk fürsətdə həccə getməyiniz üçün başqa heç bir haqlı səbəbiniz, başqa heç bir haqlı bəhanəniz yoxdur. Əhəmiyyətli olan Kəbəyə getməyin bir yolunu tapmaq və bu yola güc yetirə bilməkdir. Yaxşı bəs siz, siz buna gücü çata biləcək olan möminlərdənsinizmi? Hərçənd bu, hər insana görə fərqli cavabları olan bir sualdır! Pulu olanların zamanı, zamanı olanların pulu olmaz! Qazancı olan bir sərmayə üçün gözünü qırpmadan var-yoxunu sata bilən və ya bu sərmayəyə aylarını, illərini ayıra bilən bir çox insan; iş həccə getməyə gəldimi yeddi günün hesabını etməkdə və ya yeddi sülaləsinin, yetmiş illik gələcəyini düşünə bilməkdədir!Halbuki həccə getmək bir darlıq deyil min genişlik, bir yoxsulluq deyil min zənginlik, bir qıtlıq deyil min bolluq, bir azlıq deyil min bərəkət vəsiləsidir. Başqa sözlə bütün bunları bilən və bütün bunlara iman edən bir mömin olaraq Rəbbinizin dəvəti qarşısında heç tərəddüd etmədən, heç əylənmədən qəlbinizə baxır və qəlbinizdən yüksələn bu cavabı açıq bir şəkildə ifadə edirsiniz,"İnşallah!İnşallah ən qısa zamanda! İnşallah ilk fürsətdə Ya Rəbbi!mənbə: azerislam.com
| ['hara gedim'] |
5,858 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/4510/%C9%99limi-tut.html | Əlimi tut | elshad | Düşündürücü hekayələr | 3 aprel 2011, 00:03 |
Balaca qız və atası körpünü keçirlər. Ata biraz narahat olur və qızından onun əlini tutmasını istəyir:- Şirin qızım, əlimi yaxşı tut ki, çayın içinə yıxılmayasan.Balaca qız cavab verir: - Yox, ata. Sən mənim əlimi tut.
Biraz çaşbaş qalmış ata maraqla soruşur: - Fərqi nədi ki? "Çox böyük fərq var"- deyə balaca qızı cavab verir. "Əgər mən sənin əlini tutsam və mənə nə isə olsa, ola bilər ki, mən sənin əlini buraxım. Amma sən mənim əlimi tutsan, mən əminəm ki, nə olursa olsun sən heç vaxt mənim əlimi buraxmazsan." Hər bir əlaqədə, əsl İNAMın məğzi özunə güvəndə yox, qarşındakına güvənməkdədir. Sizi Sevənlərin, əlinizdən tutmağını gözləməkdənsə onların əllərindən tutun...
| ['valideyn - övlad münasibəti'] |
5,859 | https://kayzen.az/blog/ayxansevda/4509/bir-m%C9%99clisd%C9%99-12-ki%C5%9Finin-s%C3%B6hb%C9%99ti.html | Bir məclisdə 12 kişinin söhbəti | ayxansevda | Bloq: ayxansevda | 2 aprel 2011, 16:53 |
Vəkil Həqsizə həqli deyib, bir cox günaha batmışam.
Həkim Dərdi təşxis etməyib, qövm- əqrəba ağlatmışam.
Tacir Mən həlal ilə həramı bir-birinə qatmıçam.
Rövzəxan Ümmətin pulun alıb, min-min yalan söz satmışam.
Dərviş Nərdə bulsam soq açıb, min-min yalan söz satmışam.
Sofi Ruzü şəb həq-həq deyib, mən hər kəsi oyatmışam.
Molla Gündə bir fitva verib, məxluqu çox aldatmışam.
Elm Qəti - ümmid etmişəm, yeksər bu qovmi atmışam.
Cəhl
Ortada keyf eyləyib, mən həm məramə çatmışam.
Şair Bülbülə, eşqə, gülə dair yalan fırlatmışam.
Əvam Anlamam hərgiz, cəhalət bəstərində yatmışam.
Qəzetəçi Mən cəridəm dolmaq üçün mətləbi uzatmışam.
M.Ə. Sabir Lüğət: Təşxis etməyib - təyin edə bilməyib Rövzəxan - mərsiyəxan Soq açıb - fala baxıb Rüzü şəb - gecə- gündüz Yeksər - bütün, tamam
Cəhl - nadan
Bəstər - yorğan - döşək
| ['Azərbaycan ədəbiyyatı', 'satira'] |
5,860 | https://kayzen.az/blog/paint/3385/pol-sezann.html | Pol Sezann | burla xatun | Məşhur rəsmlər və rəssamlar | 2 aprel 2011, 09:57 |
İndi ən məşhur hərrac evləri Sezannın heç olmasa bircə akvarelini satışa çıxarmağı arzulayır. Ən bahalı rəssamların sırasında Pikasso, Klod Mone, Van Qoqdan sonra o, dördüncüdür. Onun 1999-cu ildə 60,5 milyon dollara satılmış «Pərdə, dolça və meyvə ilə boşqab» natürmortu 20 il ərzində satılmış ən bahalı 500 əsərlərin sırasında 6-cı yerdə dayanır. Amma cəmi 100 il əvvəl Sezann əsərini 40 franka satanda çox sevinirdi. O vaxtın qiymətlərinə görə Parisdə ev kirayəsi 20 frank idi, 10 franka rəssam kətan və rəngləri ala bilərdi. Kənardan baxanda Sezannın həyatı son dərəcə sadə və sakit görünür. O Qoqen kimi Taitiyə qaçmır, Van Qoq kimi özünə qəsd eləmir, Tulus Lotrek kimi içki badəsində «batmır».
«Eksdən olan zahid»
Müasirləri onu «Eksdən olan zahid» adlandırardı. O, Eksdə doğulub, yaşayıb, işləyib, vəfat eləyib və basdırılıb. Onun Parisdəki həyatı bir neçə ay, ya da bir neçə il olsa da Eksdəki rahat həyatında puazalar sayıla bilər. Xaricə isə cəmi bir dəfə gedib. O da kı, bütün rəssamların «Məkkə»si sayılan İtaliyaya yox, İçveçrəyə.
Botreyi küçəsindəki evində o, dəhşətə gətirəcək səliqəsizlik içində yaşayırdı. Əlüzyuyan, divan, köhnə qırıq şkaf, içi batmış həsir oturacaqlı stullar, qarşısında il ərzində yığılmış kül qalağı olan soba – rəssamın var-yoxu elə bundan ibarətdir. Sezann emalatxanada süpürməyi qadağan eləyib, çünki hələ qurumamış rəsmlərin üstünə toz qonub yapışa bilər. Hər yer fırcalar, rəng tübikləri, çirkli boşqablar və içinə vermeşilin artığı yapışmış qazanlarla doludur. Eksizlər tavandan tutmuş döşəməyəcən sel kimi topalaşaraq yerdə arabir kətan lovhələrlə birgə rəsm uçqunu əmələ gətirir. Yazıq naturaçılar! Bu kobud, adamayovuşmazdan nələr çəkməli olurlar? O guya ki, onlara heç gözünün ucuyla da baxmır, amma onlar soyunan kimi gözləri dumanlanır və başı gicəllənirdi. Bəzən özündə olmayaraq qadını yarıçılpaq vəziyyətlə hazırlanmış oturacağa tullayır, içində yanan alovdan qovrularaq molbertin qarşısına keçib bu dəfə qadını kətan üzərində «uzadırdı». Qəzəbli, az qala hallisunasiyalı, özündən çıxmış vəziyyətdə o, gah rəssamlığı «it peşəsi» adlandırır, cah da sonsuz sevincdən sərxoş halda «Mən yazanda elə bilirəm ki, öz-özümü qıdıqlayıram» deyirdi.
Qaradinməz, qaraqabaq və adamayovuşmaz
Sezannın əcdadları kəndli olub, babası şəhərə gələrək dərziliyi öyrənib. Atası Lui-Oqüst şlyapa alveriylə məşğul olurdu. Eksdə Mirabo küçəsində 55 saylı evin qarşısında «Şlayapa emalatxanası» dövhəsi indi də durur. Ətrafdakıların kin-ədavətinə məhəl qoymadan sakit, aramlı həyat tərzi sürən burjuanın sələmçilikdən başqa bir günahı da vardı. Anna Yelizabet ona Pol adlı oğlunu nigahdan kənar doğmuşdu. Atası oğlunu həmən qəbul edib öz adını versə də rəsmi nigaha girəndə uşağın artıq 5 yaşı vardı. Bu yerində Freyd nəticələr çıxarardı, çünki Pol Sezann da oz oğluna doğulanda adını versə də rəsmi nigaha girəndə yanlarında 14 yaşlı yeniyetmə dayanmışdı.
Pol qəribə uşaq idi. Atası kimi tərs, qaraqabaq və dediyini yeridəndi. Bəzən ayaqlarını yerə vurub istədiyini çığırtı ilə tələb eləyir. Amma hamı bilir ki, onun qədər mehriban uşağı tapmaq çətindir. Bacılarını, anasını, hətta qorxduğu atasını da hədsiz sevir. Valideynləri evlənəndə Pol balacaydı, bacısı və özünü qanuni uşaq sayan bu mərasimin mənasını anlamazdı. Mərasimin sonun gözləməyə səbri çatmayan uşaq evə tələsir, çünki təzə uydurduğu oyunun ardını oynamaq fikrindədi. Anası da etiraz eləmir, çünki Pol divarları kömürlə yazanda evdə sakitlik olur. Pol rəsm dərnəyinə gedən kimi anası onun dahi rəssam olacağına artıq əmin idi. Axı uşağın adı Rembrand və Rubensdə olduğu kimi Pol idi. Nədənsə rəsm müəllimi də belə düşünmürdü.
Atası evə gəlib anasının üstünə çığıranda Polun bircə arzusu olur, istəyir ki, hamı onu unutsun. Pol özü yaratdığı məkana qapılanda ona heç kim qalib gələ bilmir. Polun uşaqlığı orta səviyyəli provanslı, təminatlı bankir ailəsində keçib. O, səviyyəli kollecin tələbəsi olub, sonra atasının təkidiylə yerli universitetin hüquq məruzələrini dinləyib. Bioqraflar Sezannın bu dövrünü belə təsvir edir: «O, ətraf mühitin təsirinə o qədər həssasdır ki, müəllimləri onu xaraktersizliyinə görə danlayır. Amma arabir, bəzən çox tez-tez izahedilməz qəzəb tutmalarına düşür. Qəribədir ki, belə səbirsizlik ona səliqəli şagird olmağa mane olmurdu. Nailiyyətlərinə görə qabliyyətinə yox, sitematik məşğul olma bacarığına minnətdar olamalıdır. Necə deyərlər, o, göydə ulduz axtaranlardan deyil». Evdə ağzını açmağa qorxan uşaq üçün kollec içini boşaltmağa gözəl imkan ola bilərdi. Amma dostlarıyla ünsiyyətdə təbiiliyi çatışmır. Kimsə təsadüfən ona toxunarsa diksinib çığırır. Bir dəfə dəhlizdə qaçan uşaqlardan biri təsadüfən yıxılıb Polun ayağına möhkəm dəymişdi. Bu hadisədən sonra o, insanlara etibar eləmədən, ona toxunanda diksinən adam kimi böyüyür.
Tədqiqatçılardan «Sezannda sənətə dönüş nə vaxt əmələ gəlib?» soruşanda onlar çiyinlərini çəkirlər. Onun bioqrafiyasında yeganə bir gün, ya da gözünün açıldığı və rəssam olmadan yaşaya bilməyəcəyini anladığı təkrarsız görüş anı yoxdur. Atası oğlunun rəsm dərslərinə etiraz eləmir, çünki oğlunun rəssam olacağını ağlına da gətirmir. Həm də ki, rəssamlıq və musiqi zəngin uşaqların boş vaxtlarını sərf edəcək layiqli məşğələ sayılırdı. Bir də ki, oğlanın bağlı qapı arxasında şəkil çəkməyi kafelərdə sülənib hər hansı balağın dalıyca sürünməyindən daha yaxşı idi. Lui Oqüst Ja-de-Buffan adlanın malikanəni alanda özüylə çox fəxr eləyirdi. Belə ikimərtəbəli, şabalıd ağacları alleyasıyla əhatə olunmuş malikanədə böyümək hər rəssamın bioqrafiyasını bəzəmir.
Atalar və oğullar
«Sezanna nəyisə sübut eləmək Notrdam kilsəsini kadril oynamağa məcbur eləmək qədər çətindir. O, hər hansı işə razılıq versə də yerindən tərpənməz. Elə bil ki, bərk, möhkəm bir materialdan hazırlanıb deyə onu sındırmaq mümkün deyil.» — bu xasiyyətnaməni Emil Zolya artıq yetkin yaşlarında demişdi. Sezann yolunu seçəndən sonra atasına eyham vurur ki, hüquqşünas və bankir olmaq fikrində deyil. Atası şoka düşsə də bir kəlməylə də oğlunu qınamadı və tarixdə olduğu kimi oğlunu qarğıyıb maddi dəstəkdən məhrum da eləmədi. Amma oğlunun yaradıcılığına olan nifrətini ömrünün sonuna kimi ürəyindən silə bilmədi. Lui Oqüst inana bilmir onun oğlu, varisi, məntiqlə varidatının başında dayanacaq bir adam belə axmaq arzularla yaşaya bilər. Ola bilər ki, bütün axmaq fikirləri onun başına Parisdə kef eləyən Zolya salır. Ədəbi istedadını tam istifadə eləyən Zolya Paris həyatından gözəl məktublar yazırdı və orda çəkdiyi aclıq, xəstəlik, imkansızlığından bir cümlə də demirdi. Heç olmasa Pol rəssamlıq eləyərək paralel hüququ da öyrənsin. Ata düşünür ki, Pol hər şeyin dadına baxsa yaxşıdı. Ola bilər ki, bir neçə ay aclıq çəkmək hər şeyi daha yaxşı yerbəyer eləyə bilər.
Atasınna ölmündən sonra Sezann deyəcəkdi: «Mənim atam dahidir ki, mənə 20 min renta qoyub gedib». Amma sağlığında ata tez-tez aylıq təzminatı azaltmaq hədələri eləyirdi. Axı əvvəl rəssamın yaradıcılığı ona bir qəpik də xeyir vermirdi. Ona görə də Pol öz naturaçısı ilə evləndiyini, oğlunun doğulduğunu atasından gizləmişdi. Çünki ailəsini atasınınn ayda verdiyi 150-200 franka dolandırırdı. Arvadı Qortenziya və oğlu Pol heç Eksdə yaşamırdı. Sezann valideynlərinə deyəndə ki, Estaka dəniz qırağında rəsm çəkməyə gedir əslində o, arvadı və uşağını görməyə gedirdi. İlk müştərilər, qalereya sahiblərinin marağı, sərgilər hələ çox sonralar, həyatının sonuna yaxın olacaqdı.
Daimi Paris- Eks marşrutu
Parisdə qəbul imtahanlarından kəsilməyi də rəssamın yolunu kəsə bilməzdi. O Parisdə Süisin akademiyasına gedir, çünki bir balaca xərclə burda canlı naturadan çəkmək olardı. Sezann Qerbuanın kafesinə tez-tez gəlir, axı burda rəssamlar yığışırdı. Sezann heç bir xüsusi sənət dərsləri almır və ömrünün sonuna kimi akademik doqmalara baş əyməkdən boyun qaçırır. İmpressionistlərlə müştərək sərgilərdə iştirak eləsə də onların ani təssüratı əbədiləşdirmək istəyini bölüşmür. Onun müasirləri impressionistlər muzeyləri çoxdan unudub molbertlərini açıq havaya çıxarıb həyatın anlarını, təssüratı (impression) tutmağı çalışanda o, günlərlə Luvr sarayında klassik rəssamların işlərini klpyalayır. Az sonra Sezann özünü təbiəti yeni gözlə görmək istəyində tapacaq. Təbiətsə Parisdə yox, Eksdədir. Ona görə də Paris-Eks marşrutu Sezann üçün daimi olacaq.
O bura hər il yayda qayıdır, Bibemyu karyerlərində gəzişir, Sent Viktuar dağını dolaşır: «Mən və mənim tablom eyni şeyik. Mən Kainatın nəfəsini duyuram. Kəskin rəng hissi mənə əziyyət verir. Mən Günəşin şüalarında sanki əriyirəm, motivə çevrilib sonra cücərirəm». Onuncün fərqi yoxdur ki, nəyi çəkir, amma obrazın necə inkişaf edəcəyinin marağındadır. Ona görə də Bibemyu karxanasını 11 dəfə yağlı boya, 18 dəfə akvarellə çəkir. Jade-Buffan malikanəsini 36 tablo və 17 akvareldə görmək olar. Qara malikanəni isə 11 kətan və 2 akvarelə köçürüb. Sent-Viktuar dağı bu mənada əsil reklrdçudur: 44 yağlı boya və 43 akvarel. Sezann təkcə peyzaj ustası deyil, o, insanları da yaxşı duyur və anlayır. Qohumları, dostları və avtoportretlərindən ibarət seriyanı yaxından öyrənməklə rəssamın insanlara münasibətindən çox şey danışmaq olar. Onu psixologiya maraqlandırmır, bu insanlar da təbiətin bir parçası kimi həmin parçadan yonulub.
Həcmli dünyanı hamar kətana köçürmək
Sezannın özünü rəssam kimi yetişdirməsi daşyonanın daş karxanasında işinə daha çox oxşayır. Eksdən bir neçə kilometr aralıda hələ qədim romalıların vaxtından daş çıxarılan yerlər vardı. Əsrlər boyu insanlar yeri «kəsir», qəribə peyzaj yaradaraq zolaqlar əmələ gətirirdilər. İndi həmin yarğanlar ağaclar və quru otla örtülüb. Buralara gələndə anlayırsan ki, Sezann ilhamını nədən alırmış. Bax bura «Qırmızı qayalar» tablosunun yeridir. Aşağıda isə sanki canlanmış peyzaj dayanıb. Elə bil ki, heç 100 il keçməyib. Burda təbiət peyzaja muzeylərin Sezannın əsərlərini qoyuduğundan daha yaxşı saxlayıb…
Artıq ahıl yaşlarında Sezann karxananın içində bir daş ev də kirayələmişdi. Burda o, ləvazimatını saxlayırdı. Hərdən isə gecələyirdi ki, istilik və yorğunluqdan qurtula bilsin. Bu koma indi də qonaq qarşılayır. Bu ev Sezannın öz palistrasını necə düzəltməsini yaxşı sübut eləyən vəsaitdir. Çünki Sezannın müəllimi təbiət özü olub. Rəsm üzərində işldəyərkən o nəinki tənqidi, bütün dünyanı da unuda bilirdi. Günlərlə yemək yeməyi yaddan çıxarırdı. İş alınmasaydı söyə-söyə (müasirləri təsdiqləyir ki, Sezannın ağzı möhkəm söyüşcül idi) yeni işini başlayırdı. Yenə də yeməyi unudar, yalnız acından ayaqları onu saxlamayanda molbertdən aralanardı. Sezannın necə işləməsini müşahidə eləyənlər deyir ki, rəssam uzun müddət molbert qarşısında dayanıb fikrə gedə bilərdi. Sonra bircə rəng yaxması eləyib yenə də fikirlərə baş vurardı.
Emin Zolya və Pol Sezann
Səhərin sükutunu kətanın cırıltı səsi yardı. Pol Sezann qırğı kimi cumub bir göz qırpımında söyə-söyə kətanı cırıq-cırıq elədi. Sonra onu pəncərəyə tərəf tulladı, pəncərədə Emil Zolyanın «Yaradıcılıq» romanı dururdu. Kitabı götürüb onu da kətan kimi cıraraq küncə tulladı. Yüz ilin dostluğundan sonra belə şeyi necə yazmaq olardı? Zolya dostunun yaradıcılığını anlayıb qəbul eləyə bilmirdi. Hətta rəssamın ilk şedevrləri tanınanda da Zolya «İnsanlar bu dahi, amma hələ də yetkinliyə çatmamış rəssamın cizgilərini özləriyçün kəşf elədilər» yazmışdı. Adamayovuşmaz xasiyyəti ucbatından Pol sənətlər və günahlar şəhəri, şirnikləndirici Parisdə özünə yer tapmaqda çətinlik çəkirdi. Ona görə Zolya «Bəlkə də Polun rəssam istadadı çoxdur. Amma onun rəssam olmağa iradəsi və əzmi çatmır. Bir balaca maneə olan kimi əlləri yanına düşür» yazırdı.
Uğursuzluqdan ruhdan düşən Sezann ağrısını işləməkdə ovudan vaxt Zolya akademizmə qarşı məqalələriylə məşhurlaşırdı. O, dostunu sıraya qatmadan impressionizmin tarixi rolunu çox yaxşı anlamışdı. Sezann bu cür münasibətdən incimirdi. Onların dostluğu Zolyanın «Yaradıcılıq» romanından sonra pozulur. Əsərin qəhrəmanı rəssam Klod Lantye Pol Sezannın portreti idi. Zolya «O, heç də vacib rəssam deyil, amma bütün təbiəti bir tabloya yerləşdirmək iddiası olan yaradıcıdır. Heç vecinə deyil ki, bunu eləyərkən ölə də bilər»- yazmışdı. Sezann əsərdə özünü tanıdı və dostunun onun xasiyyətini zəif tərəflərini çılpaq şəkildə araya qoymasından dəhşətli dərəcədə incidi. Uzun illər Zolya ilə dostluq eləmiş impressionistlər də bu romandan sonra özlərini təhqir edilmiş sayaraq yazıçıyla əlaqəni kəsdilər. Zolyaya minnətdarlıq məktubu yazandan sonra onlar bir daha görüşmədi. Amma Zolya vəfat eləyəndə Sezann emalatxanasını kilidləyib bütün günü uşaq kimi bərkdən ağlamışdı.
«Çimən kişilər» yağmura dözmədi
Sezannın adı tədricən tanınır. O vaxt «Le Pti Parizyen» qəzeti yazırdı: « Sezann özündən razı, tündməcaz, özündən tez çıxan rəssamdır. Əgər sərgiyə sizinlə birgə hamilə qadın gəlibsə ona «Kişinin portreti» qarşısında dayanmağa imkan verməyin. Təmizlənməmiş ayaqqabı çalarlarında olan bu sifət o qədər qəribə görünür ki, hələ doğulmamış körpədə qızdırma yarada bilər».
Yalnız ömrünün son 20 ilində Sezann ayaqda möhkəm dayanmış, sabit həyat yaşadı. Atası rəhmətə gedib ona miras pul qoyandan sonra Qortenziya onun rəsmi arvadı olur. Az keçməmiş o, ikimərtəbəli binanı emalatxanaya çevirir. Emalatxananın pəncərəsindən Sent Viktoriya dağı çox yaxşı görünür. Bura indiyədək əvvəlki görkəmində qalır. Gözü qaçırmayan açıq boz divarın rəngi də, molbert, əl ağıcı, geyimlər, hətta qurudulmuş meyvələr də yerindədir. Bu divarlar çoxlu natürmortların yaranışını görüb. Kamodun üstündə isə üç insan kəlləsi var, dünyanın faniliyinin simvolu kimi. Sezannın ən monumental işi «Çimən qadınlar» tablosu da yarımçıq qalıb, öldüyü gün kimi hələ də molbertin üstündədir.
Dünyasını dəyişəndə onun 67 yaşı vardı. Havanın açılmasından istifadə eləyərək o, emalatxana yaxınlığında peyzaj çəkməkçün yollanır. Yağış başlayır, amma rəssam bunu görmürmüş kimi işləməyindədir. Bir neçə saatdır ki, yağış vedrədən tökülürmüş kimi bərk yağır. Yaş paltarda, soyuqdan tir-tir titrəyən rəssam nəhayət ki, getməyi qərara alır. Molbert və rəng yeşiyinin ağırlığı altında ayaqlarını güclə sürüyür. Birdən halsızlıqdan huşunu itirir. Onu belə vəziyyətdə tapıb evə gətirirlər. Rəssam ağ ciyərlərinin sətəlcəmindən sağ çıxa bilmir.
Həmçinin bax:
Pol Sezan haqqında
| ['Sezann', 'impressionist rəssam', 'rəssamlar', 'Sezan', 'impressionizm', 'dahi rəssam', 'Pol Sezan', 'məşhur rəssam'] |
5,861 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/4505/m%C3%BC%C9%99llim-v%C9%99-t%C9%99l%C9%99b%C9%99.html | Müəllim və tələbə | ayxansevda | Düşündürücü hekayələr | 1 aprel 2011, 20:52 |
Bir həftə idi ki, anası bərk naxoşlamışdı. Son üç gün isə, ümumiyyətlə, qızdırması düşmürdü. Bütün günü anasına qulluq edir, gecələr də yanından çəkilmirdi. İmtahana elə bu səbəbdən hazırlaşa bilməmişdi. Stress, gərginlik, anasının xəstəliyi onu bərk sarsıtmışdı, fikrini toplamağa mane olurdu. Bu gün isə imtahan günü idi.Dostuna: — Mən hazır deyiləm. — Nə danışırsan, neyləyəcəksən? — Bilmirəm.Adı çəkiləndə ürəyi tez-tez döyünməyə başladı. Nə edəcəkdi, müəlliminin gözünə baxmağa utanırdı. Nə cavab verəcək, «anam xəstə idi» desə, bu bəhanə kimi səslənməyəcəkdi ki? Belə vəziyyət onun üçün yad idi. Həmişə birinci olub, istər məktəbdə, istər universitetdə. Hamının sevimlisi, nümunəvi olmaq, hər kəsin hörmət dolu baxışlarına yaman öyrəşmişdi, xüsusən də müəllimlərinin. Bəs bu gün? Bu onun üçün cəhənnəm əzabı idi. Müəlliminin səsi onu fikirlərindən ayırdı: — Bilet çək!O, fikiri — fikirli bilet çəkdi. Təbii ki, onun vəziyyəti müəlliminin gözündən yayına bilməzdi. Sadəcə üz vurmadı. Biletə baxdı. Bir dənə də olsun sualın cavabını əla bilmirdi. Olsa — olsa «kafi» ala bilərdi. Bu isə gələcəkdə fərqlənmə diplomu arzusunun üstündən xətt çəkmək demək idi. Gözləri dolmuşdu. güclə özünü ələ aldı. — Mən hazır deyiləm.Müəllim gülümsədi, mənalı baxışlarla: — Bunun əsaslı səbəbi olar yəqin?O, susurdu. Başını aşağı saldı. Müəllim qiymət kitabçasına nəsə yazırdı. Bu anın tez bitməsini istəyirdi. Bircə qiymət kitabçasını alıb, auditoriyanı tərk edə bilsəydi. Müəllimin səsi sükutu pozdu: — Oxuyarsan.Onun gözləri dolmuşdu. — Mən gedə bilərəm? — Gedə bilərsən.Axır ki, otaqdan çıxmışdı. Dərindən nəfəs aldı. Son günlər çox ağır keçmişdi. Qiymət kitabçasını açdı. Gözlərinə inana bilmədi. "Əla"? Bu ola bilməz. Demək müəllimi semestr boyu mühazirələrdə onun fəallığını, istedadlı gənc olduğunu nəzərindən qaçırmamışdı. Bu hadisə ona böyük dərs oldu. Bildi ki, əziyyət heç vaxt yerdə qalmır.P.S Belə müəllimləri qoyub, tələbələrinə " öküz", «qoyun» -deyə müraciət edən müəllimlərdən danışılmasına dözə bilməzdim.Müəllif: Zeynalova Vüsalə.M Müəllimlik sahəsində iş elanları
Ingilis dili müəllimiRus dili müəllimiİbtidai sinif müəllimiRiyaziyyat müəllimiCoğrafiya müəllimiFizika müəllimi
| ['müəllim', 'müəllim-tələbə münasibəti', 'müəllimlik', 'müəllimlik sənəti'] |
5,862 | https://kayzen.az/blog/letife/4504/g%C3%BClm%C9%99li-l%C9%99tif%C9%99l%C9%99r.html | Gülməli lətifələr | ayxansevda | Lətifələr | 1 aprel 2011, 12:44 |
*Milçəklə söhbət.
Birinin toyu olur papası zorla evləndirir. Oğlan qaş-qabağlı oturduğu yerdə birdən bir milçək vız-vız gəlib bunun burnuna qonur. Bu oğlan kinli-kinli milçəyə baxıb deyir: " Aralaş mazgimi çürütmə, yoxsa papaya deyərəm səni də evləndirər".
*Nənənin harayı.
Bir qoca arvad küçə ilə yol gedərkən bir məscid görür, məscidin yanında da bir nəzir qutusu görür. Nəzir qutusuna əli əsə-əsə
beş qəpiklik atır və deyir: "Ay Allah, sən özün ömrümü uzat! " Arvad yolun o tərəfnə keçir bir maşın arvadı vurub sərir yerə. Elə bu vaxtı bir gənc oğlan da nəzir atmaq istəyəndə arvad can verə-verə başını qaldırıb deyir: "A bala, ora pul atma, ora işləmir."
*Səhrada su.
Səhrada ölməkdə olan adam sürünür. Təsadüfən ordan cip keçir. Adamlar onu görüb köməyə çağırırlar: " Su, tez olun". Ona fincanda su gətirirlər. Can verən kişi gözlərini açıb güclə soruşur: " Qaynanmışdı?"
*Ağıllı dəlilər.
İki dəli imtahana girir. İmtahan qurtarandan sonra çıxır. Biri o birindən soruşur: "Necə yazdın?" Cavab verir:" Boş vərəq verdim. Bəs sən? ". "Mən də heç nə yazmadım boş vərəq verdim". O biri deyir: "Onda elə biliceylər köçürmüşük".
*It.
Kişinin iti ölür, dostları ələ salmaq üçün gəlir onun yanına və başlayırlar: "Axır qəmin olsun! Yaddan çıxar təzə it alarsan ,fikir eləmə".. Kişi qayıdıb deyir:" Heç bilmirdim itimin bu qədər tanışı var".
*Uşaq və sürücü.
Bir gün bir sinif avtobusa minirlər. Bir az gedəndən sonra avtobus xarab olur. Sürücü düşüb avtobusu düzəldəndə bir oğlan gəlir deyir:"Dayı, mən billrəm avtobusa nə olub". Sürücü deyir: "Get başımdan". Sonra uşaq yenə gəlir deyir: "Mən billirəm axı.". Sürücü deyir: "Ay bala, sənə deyirəm get başımdan". Uşaq yenə gələndə deyir:" Mən bilirəm nə olub avtobusa". Sürücü deyir:"Hə, nə olub?". Deyir ki, avtobus xarab olub.
*Biabırçılıq.
Bir qıza elçi gəlmək istəyirlər. Anası qızına deyir ki, özümüzü elə göstərək ki, guya ki, varlıyıq. Mən səndən nə istəsəm de ki, hansını gətirim. Elçilər gəlir, anası deyir qab gətir, qız da hansını gətirim deyir. Nəhayət elçilər deyirlər ki, qızın atasını çağırın. Qız birdən deyir :"Hansı atamı?"
*Çayda çimmək.
Bir nəfər çayda çimmək istəyir. Amma batmaqdan qorxur. Körpünün üstündə alkaş oturubmuş. Bu da soruşur ki, ay qardaş, bəs suda batmaram ki? Alkaş deyir ki, yox. Bu suya girir batır, boğula-boğula deyir: "Bəs deyirdin su dərin deyil?". "Eh nə bilim bayaq 3 ördək üzürdü su sinələrindən idi".
*Dovşan.
Dovşan avtobusa minir görür yer yoxdu. Deyir kim mənə yer verməsə dünənkini edəcəm. Ayı qorxur durur ona yer verir. Düşəndə maraqdan özünü saxlaya bilməyib soruşur: "Dovşan qardaş dünən neynəmişdiz ki? Heç nə ayaq üstə getmişdim
| ['lətifələr'] |
5,863 | https://kayzen.az/blog/ayxansevda/4503/u%C5%9Fa%C4%9F%C4%B1n%C4%B1zla-dost-olun.html | Uşağınızla dost olun | ayxansevda | Bloq: ayxansevda | 1 aprel 2011, 12:13 |
Bəzi uşaqlar valideyndən həddən artıq asılı olurlar. Tez- tez analar şikayət edir ki: " Bu uşaq məndən bir dəqiqə də olsun uzaq durmur. Əlindən dincliyim yoxdu. Yemək bişirə bilmirəm, evlə məşğul olmağa qoymur. Tutur paltarımdan ağlayır. Qorxuram ki, anauşağı olsun". Belə uşaqlar valideynə qala kimi baxırlar, Düşünürlər ki, anası ya atası onların təhlükəsizliyini təmin edəcək. Həmin uşaqlarda qorxu hissi çox olur. Onlar valideynlərindən ayrılmağa qorxurlar. Qorxu hissinə qalib gəlməyə onlara kömək edin. Uşaqların həyatında qəfil dəyişikliklər etməyin. Əgər işə çıxmaq lazımdırsa, bunu planlaşdırmağa çalışın. Bütün günü yanında gördüyü anasını qəfil görməmək uşağa stress verə bilər. Yaxud hər axşam atasını görür , onunla oynayır , birdən onunçün gözlənilmədən , 3 və ya 7 gün atasını görmür, uşaq üçün bu böyük yükdü. O , hər axşam "atamı istəyirəm"- deyə ağlasa, onu başa düşməyə çalışın , daha deməyin ki, : " Camaatın uşağı belə deyil " və ya " Mən nə günah sahibiyəm , uşağım mız - mızdı".
Bir ana tanıyıram daim şikayət edir ki,:" Mənim uşağım hamının uşağı kimi deyil, çox pis uşaqdı, çox dəcəl və idarəolunmazdı. Heç kimdə belə uşaq yoxdu " - deyə çox əsəbləşir, bütün günü deyinir. Amma əsəbləşmək və deyinmək əvəzinə uşağı ilə məşğul olmaq istəmir. Demək əvəzinə nəsə etsə yaxşıdı. Bunu kiməsə deməklə uşaq çevrilib "Hamının uşağı" kimi olmur. Əslinə baxsan " hamının uşağı " da göydən zənbillə enməyib, onların da anasını danışdırsan həmin şikayəti edəcəklər. Hər kəsə elə gəlir ki, onun problemi daha çətin və həll edilməzdir. Bunun üçün münasibəti dəyişdirmək lazımdır. Uşağının " qeybətini " edincə, fikirləşməyin ki, o pis uşaqdı, fikirləşin ki, o yaxşı uşaqdı, sadəcə ," nə edirsə bilmədən edir, başa salsam düzələr". Yox bu variant kömək etmirsə düşünün ki, "gələn il mütləq düzələr , bir il böyüyəcək və hər şey yoluna düşəcək". Əslində , bu doğurdan da belədir. Əgər keçən il siz ona pampers qoymusunuzsa , bu il qoymursunuz və ya keçən il iməkləyirdisə, bu il yeriyir və s. Unutmayın ki, onun pisi də sizindir, yaxşısı da. Başqalarının yanında daimi şikayətiniz sizin həmsöhbət kimi də nüfuzunuzu aşağı salır, həm də uşağınız da gözdən düşür. İnsan fərdidir və uşaqlar da elədir. Qıraqdan sakit görünən uşaq elə mərdimazar xasiyyəti ola bilər ki, amma sizin dəcəl balanızın özündən böyük ürəyi olar ki, siz heç ağlınıza da gətirə bilməzsiniz. Onun müsbət tərəflərini görməyə çalışın . Dost münasibətini qurun, ona vaxt ayırın , fikirlərini öyrənin , onu çox sevdiyinizi deyin. Daha " sən pis uşaqsan" , " ömrümü - günümü çürütmüsən" kimi ifadələr işlətməyin. Onu özünü pis hiss etməyə məcbur etməyin. İnanın, uşaqlar çox həssasdırlar. Hər münasibəti daha tez hiss edirlər. Altı aylıq uşağa pis-pis baxanda uşaq ağlamağa başlayır. Demək hiss edir , o ki, qalsın 2 - 5 yaşlı uşaqlar.Biz düşünürük ki, " Uşaqdı, heç nə olmaz" , amma böyüklərin səhvi elə budur, hər şey bundan sonra başlayır . Ananın yerinə uşağı heç kim tərbiyə etməyəcək. Bağçada müəllim bir - iki saatlıq vəzifəsini yerinə yetirəcək , nənəsi və babası bir az aparıb gəzdirəcək , yenə ən böyük yük ananındır. Uşaq böyüyəndə , tərbiyəsiz olanda heç kim demir " bağçada müəlliməsi hara baxırdı?" və ya " nənə- baba ərköyün eləyib", deyəcəklər ki, " Ana tərbiyəsi görməyib" . Buna görə bütün güc və enerjinizi toplayın, balanızla məşğul olun , bir yerdə xöşbəxt anlarınızdan zövq alın, onlarla bir yerdə oynayın, lazım gəlsə uşaqlaşın , "gizlən- paç" da oynamaq olar. Problemlərinizi unudun, uşağınızdan pozitiv enerji alın. Bu onlarda 100 % var, əmin ola bilərsiniz. Dünyada onlardan məsum və qəlbləri qədər təmiz nə la bilər?
Dünənə qədər düşünürdüm ki, " Mən həyatda nə qazanmışam, nəyə nail olmuşam, beş adamın biriyəm, daha mənə zaval yoxdu". Ancaq uşaqlarım olandan sonra , bir az böyüdükdən sonra düşündüm ki, "məsələ hələ bitməyib, dünənə qədər özümçün qazanmışam , özümçün yaşamışam, özümçün hörmət sahibi olmuşam, indi isə başqası üçün yaşamalı, onlara uğur qazandırmalı , onlara ayaqları üstə durmağı öyrətməliyəm. Ən əsası isə mənim hörmətim daha onlardan asılıdır. İstəyirsən kim olursan ol, prezident ol, ya adi sıravi birisi uşağın ağıllı və tərbiyəlidirsə hər kəs hörmət edər, yox əksinə uşağın hərəkətləri və tərbiyəsi ürəkaçan deyilsə "beş qəpiklik hörmətin" olmaz.
Hər kəsə xeyirli övlad arzusu ilə, səbirli olmağı, valideynlik vəzifəsini uğurla yerinə yetirməyi arzulayıram.
| ['xoşbəxt ailə', 'valideyn - övlad münasibəti', 'ana qayğısı', 'ana sevgisi'] |
5,864 | https://kayzen.az/blog/islam-v%C9%99-qad%C4%B1nlar/4502/qad%C4%B1n-xo%C5%9Fb%C9%99xtliyi.html | Qadın xoşbəxtliyi | Cavid | İslam və qadınlar | 1 aprel 2011, 03:42 |
Ailə həyatı qurularkən hər bir qadın istəyir ki, həyat yoldaşı onu daim ön planda qoysun və hər şeydən üstün saysın. Hər an və hər zaman onu xatırlasın, hər şeydə ona üstünlük versin, hətta ər onun istəklərinə görə öz istəklərindən də imtina etsin. Çünki qadın bütün ömrünü onunla keçirməyə razılıq verib, öz ata evindən köçüb ərin evinə gəlib və tam varlığı ilə ərinə tabe olubdur. Qadın həyat yoldaşından ən isti və ülvi sevgini gözləyir, bir bədəndə iki şəxsin yerləşməsi kimi yaxın olmaq istəyir, mənzildə qoyulmuş mebel və ya bir əşya kimi evdə oturmağı diləmir. Bütün bunları arzulayarkən, ər evinə gələr-gəlməz qısa bir müddət keçən kimi sanki bütün xəyallarının puç olduğunu düşünür. Hər şeyin mənasız və dəyərsiz olduğunu fikirləşir. Həyat yoldaşının evlilikdən qısa bir müddət keçən kimi dəyişdiyini hiss edir və heç cür rahatlıq tapa bilmir. Yaxınlarına və dost-tanışlarına həyatının ağır olduğu barədə danışır. Ərinə, ona heç əhəmiyyət vermədiyini şikayət edir. Əlbəttə, yuxarıdakı arzularla yaşamaq və həyatda onlara nail olmaq hər bir qadının haqqıdır. Ancaq hər şeydən əvvəl qadın özünü sevməlidir və daim ərinə şikayət etməməlidir ki, ona niyə əhəmiyyət vermir. Hər zaman şikayət eşidən kişidə belə bir fikir yaranır ki, o nə etsə də qadının haqqını yenə verə bilmir və yaxud qadın onsuz da ondan razı qalmayacaq. Lakin ağıllı qadın çalışmalıdır ki, həyat yoldaşı ilə keçirdiyi vaxtı ən gözəl, mənalı və şirin keçirsin. Öz qadınlığını, incəliyini, zərifliyini və həssaslığını həyat yoldaşına göstərə bilsin. Çünki həmişə qadınından narazılıq və şikayət görən kişi onsuz da əvvəl-axır bezməlidir və xasiyyəti dəyişməlidir. Ərindən ona nə qədər əhəmiyyət verdiyini, ona niyə belə münasibət göstərməsini, onun həyatında hansı yeri tutduğunu və sairə kimi suallar verməkdənsə, qadın çalışmalıdır ki, həmişə onunla sakit və xoş vaxt keçirsin. Təbii ki, bunları etmək o qədər də asan deyil. Buna hər bir qadının gücü yetməz. Bütün bunları eşitsə də, oxusa da, bilsə də yenə qadınlar həmişə eyni cür sualları verirlər; Ərim məni sevsəydi, məni evi idarə etməyə qoyardı. Mənim sözümə qulaq asardı, necə ki, rəfiqəmin əri həmişə onun sözünə hörmətlə yanaşır. Ailəsini, mənə hörmət etməyə məcbur edərdi və aramızda olanların heç birini ailəsinə deməzdi. Evləndikdən sonra bədənimdə və əynimdə olan dəyişiklikləri tam razı halda qəbul edərdi. Mənim bütün xarakterlərimi incəliklə qəbul edərdi və başqa qadınlardakı gözəl xüsusiyyətləri sayaraq mənim hisslərimlə oynamazdı. Başa düşərdi ki, mənim mənzil işlərim, uşaqların tərbiyəsi, yeməyin hazırlanması, paltarların yuyulması və sairə kimi çox işim olur. Hərdən əsəbləşəndə və qışqıranda məni başa düşməli idi ki, mənim işlərim çox olduğundan bu vəziyyətə düşürəm. Mənim rəfiqələrim və məni tanıyanlar mənə qiymət verirlər, amma o məni qiymətləndirmir, amma fikirləşmir ki, mən ondan da yaxşısına ərə gedə bilərdim. Məni sevsəydi... Bütün qadınlar buna oxşar şikayətlər edirlər. Amma ağıllı qadın elə edə bilər ki, bütün məsuliyyətlər ərin üzərinə düşsün. Ərinə bir şeyi məsləhət etmək istədikdə ona, bəs belə etsək necə olar, bəlkə yaxşı olar - deyər. Əri bunu qəbul etmək istəməsə, artıq inciklik göstərməməli, onu məcbur etməməli, "onsuz da bilirəm mən dediyimin heç birini qəbul edən deyilsən" deməməli və tərslik göstərməməlidir. Çünki çox vaxt bu, kişilərin inadkarlığına səbəb olur və evin kişisi olduğu üçün heç bir sözə qulaq asmadan elə bildiyini etməyə məcbur edir. Qadın bezmədən və incimədən həmişə həyat yoldaşına yumşaqcasına və incəliklə məsləhət etməlidir və əri bunu ilk təklifdə qəbul etmədiyini hiss etdikdə, özünü razı kimi göstərməlidir. "Bilirəm ki, sən daha düzgününü seçəcəksən və ailəmiz üçün ən doğru seçim edəcəksən." - deməlidir.Xoşbəxt olmaq istəyən qadın başqa qadınların və rəfiqələrənin dediklərinin hamısına inanmalı deyil. Bəlkə bəzi qadınlar onu incitmək üçün belə edirlər. Yaxud da tutalım ki, həmin qadınların dedikləri doğrudur və evdə nə istəsələr ərləri razı olurlar. Amma bilmirlər ki, belə kişilərin çoxusu başqa qadınlara meyl edirlər. Çünki öz qadınlarının yanında sözləri keçmir və başqa qadınların yanında özlərini əsl kişi kimi hiss edirlər.
Ağıllı qadın qaynana və qaynata sevgisini qazanmağı bacarmalıdır. Onlarla daim mülayim və zərif davranmalıdır. Uşaqları onları sevməyi öyrətməlidir. Qadınlar ailə qurduqdan sonra bədənlərindəki mənfi dəyişiklikləri gördükdən sonra bu dəyişikliklərə təslim olurlar. Fikirləşirlər ki, artıq ərə getmişəm, olan-olub və keçən-keçib, ailəm var, uşaqlarım var, ev işlərim var, indidən sonra mən nəyə görə bəzənməliyəm və bədənimi normal (fiqura) saxlamalıyam?! Ağıllı qadın isə nə olursa olsun buna təslim olmalı deyil, iradəsini güclü saxlamalıdır və daim özünün gözəl və cazibəli qalmasına çalışmalıdır ki, ərini özündən qaçırmasın. Çünki sonunda uduzan varsa o da özü olacaqdır. Qadınlar həm də ərlərinə şikayət etdikdə deyirlər ki; sənin uşaqlarına baxıram, tərbiyə edirəm, evi təmizləyirəm, paltarlarınızı yuyuram və sairə. Amma qadın düşünmür ki, qadın bununla öz qiymətini salır və özünü xidmətçi kimi göstərir və sanki heç o, bu ailənin bir üzvü deyil. Ağıllı qadın deyərdi ki; "Uşaqlarımızı tərbiyə edirəm, uşaqlarımıza baxıram, evimizi təmizləyirəm, paltarlarımızı yuyuram" və s.İşləyən qadınların çoxu isə belə bir şikayət edirlər ki, iş yerimdə hamı mənə hörmətlə yanaşır, qədrimi bilirlər. Amma həmin qadına bir sual verilməlidir; Sən iş yoldaşlarınla rəftar etdiyin surətdə, ərinlə də rəftar edirsənmi?Bəzi qadınlar evdə ərləri nə desə, buna qarşılıq bir cavab verməlidir, çığır-bağır salmalıdılar ki, uşaqları görsünlər ki, analarının sözü sözdür. Kişi bir söz dedikdə, qadın ikisini deyir, kişi əsəbləşən kimi qadın da qışqırmağa başlayır. Beləcə qadın, ailə həyatını döyüş meydanına çevirir. Qadınlar deyirlər ki; biz evlənməmişdən əvvəl o məni elə sevərdi ki, mənimlə elə nəzakətli idi ki, həmişə mənə məhəbbətlə yanaşardı. Amma qadın demir ki; o özü həmişə incə rəftar edərdi, oğlana gözəl və cazibəli görsənmək üçün hər cür yollara əl atardı. Evləndikdən sonra isə artıq əvvəl etdiklərini etmir axı. Nişanlı olan vaxtlarında geyindiyi kimi, davrandığı kimi indi də əri ilə elə davransa bu olanlar baş verərmi heç?!
| ['qadın xoşbəxtliyi'] |
5,865 | https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/4501/%C9%99r-arvad-m%C3%BCnasib%C9%99tl%C9%99ri.html | Ər-arvad münasibətləri | Cavid | İslami Hekayətlər | 1 aprel 2011, 03:41 |
İnsan həmişə başqalarının yanında özünü alicənab, nəzakətli və çox mədəniyyətli aparır. Cəmiyyət arasına çıxanda gözəl və yumşaq sözlərdən istifadə edir, mədəniyyətli davranır, gülümsəyir, istədiyi bir şeyi xahiş edir, üzr istəyir və sairə. O həmçinin başqalarının qarşısında gözəl görkəmdə və yaxşı ətirli görsənməyə çalışır. İnsan əsəbləşəndə və ya qəzəblənəndə öz hirsini boğmağa və hər şeyi sülh yolu ilə həll etməyə çalışır. İnsan, cəmiyyətdə əlaqələri kəsilməsin deyə bəzən öz hüquqlarından da imtina edir. Ali mədəniyyət, gözəl əxlaq və nəzakətli davranış insanlar arasında xoş əlaqələr və məhəbbət yaradır. Bütün bunları cəmiyyətdə edən insan, istər ər olsun, istər arvad, evdə də bir-birlərinə qarşı bu cür davranmalıdırlar. Başqalarına qarşı yaxşı olub, onların hörmətini qazanmaq istəyən insan, öz ailəsindən bunu necə əsirgəyə bilər?!Burada gözəl bir məqamı xatırlatmaq istərdik. Bir ana qızını ərə verərkən, toy gecəsi ona qısaca da olsa belə nəsihət edir:- Qızım! Böyüyüb boya-başa çatdığın evdən, tanımadığın yad bir kişinin evinə gedirsən. Sən onun qulluğunda həmişə hazır ol, o sənin nökərin olsun. Sən ona yer ol, o sənə səma olsun. Çox qısa da olsa, dərin mənası var. "Tanımadığın yad kişinin evinə gedirsən" dedikdə, qızın fikrində istər-istəməz suallar oyanır ki, yad evdə bəs mən necə hərəkət etməliyəm. Elə bu suallara uyğun olaraq ana davam edir ki: "Sən onun qulluğunda həmişə hazır ol, o sənin nökərin olsun." Qadın ərinə daim və hər şeydə itaət etsə, ər istər-istəməz onun dediklərində imtina etməyəcək. Lakin qadın ərinə itaətdə tərəddüd edərsə və onun istəklərini ağır yerinə yetirərsə, əlbəttə kişi ağır xasiyyəti ilə onun heç bir istəyinə məhəl verməyəcək. "Sən ona yer ol, o sənə səma olsun" sözlərində çox gözəl mənalar var. Yer olmasa insan dayana bilməz, ayaq üstə dura bilməz. Qadın kişiyə məhz bu yöndən lazımdır. Onun həyatında çox böyük rol oynayır. Həmçinin kişi xanımının üzərində bulud kimi kölgə salır, onu qoruyur, ona arxa olar.
Bu sözlərdən hələ çox məna çıxarmaq olar. Amma bu mövzunu açmaqda əsas məqsəd odur ki, qadın və kişi xaricdə və cəmiyyət arasında özünü necə yaxşı aparmağa çalışırsa, ailənin içində də elə olmalıdır. Başqalarının hörmətini və rəğbətini qazanmaq üçün dəridən, qabıqdan çıxan insan, öz həyat yoldaşı ilə də belə olmalıdır. Bu sözlər iki cinsə də aidir. Başqa xanımlara alicənablıq və mərdlik göstərən amma öz xanımı ilə kobud davranan kişinin, öz xanımından şikayət etməyə haqqı yoxdur. Həmçinin başqa kişilərə nəzakət və nəvaziş göstərən amma öz əri ilə soyuq və quru davranan qadının, öz ərindən şikayət etməyə haqqı yoxdur.
| ['ər-arvad'] |
5,866 | https://kayzen.az/blog/islam-v%C9%99-qad%C4%B1nlar/4500/valideyinl%C9%99rimiz%C9%99-olan-haqlar%C4%B1m%C4%B1z.html | Valideyinlərimizə olan haqlarımız | Cavid | İslam və qadınlar | 1 aprel 2011, 03:37 |
Allahın insanlardan qorunmasını istədiyi beş müqəddəs şeydən biri də nəslin davamıdır. Nəslin davamını Allah Təala bəlli bir qanunlara bağlamışdır. Nəslini davam etdirə bilmək üçün ən böyük çətinliklərlə qarşılaşan canlı da insan oğludur. İnsan canlıların ən güclüsü olmasına baxmayaraq, doğulduğu anda ən zəif olanların başında gəlir. Bəzi heyvan balaları doğumundan bir neçə dəqiqə, bir qismi də qısa bir zaman sonra ayağa qalxa bildiyi, ehtiyaclarını ödəməyə başlaya bildiyi halda insan isə ancaq doğulduğundan illər sonra bu səviyyəyə gələ bilir. Nəslin davam edə bilməsi üçün bütün bu çətinlikləri çəkən ata və analardır. Ana övladını doqquz ay bətnində daşıyır, hamiləlik zamanı bir çox çətinliklərə məruz qalır, həyatını bəzi anlar risqə qoyaraq övladını dünyaya gətirir. Aciz olan körpəsini böyütmək üçün yuxusundan, istirahətindən, sağlamlığından belə keçir. Qurani Kərimdə Allah Təala buyurur: Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! (Loğman 31:14) Ailə və övladının ehtiyaclarını ödəmək üçün ata gecə-gündüz usanmadan çalışır, özü az yeyər az geyər, övladının bir yeri ağrıyarsa ondan daha çox narahat olar. Uşaqlarının rahatlığını özününkündən üstün tutarlar. Ata-ananın övladına göstərdiyi qayğı həyatı boyu sürər. Allahın ata-ana və uşaqlar arasında yaratdığı sevgi və hörmətdən qaynaqlanan bu haqq-vəzifə münasibətləri, insan nəslinin sağlam bir şəkildə davam edə bilməsinin vaz keçilməz bir şərtidir. Ata-ananın övladları üzərindəki haqqlarını belə sıralaya bilərik: 1. İtaət (hörmət): Uşaqların ata-analarına qarşı ən önəmli vəzifəsi onlara itaət etmək, edilməsi haram olmayan istəklərini yerinə yetirməkdir. Allah Təala belə buyurur: Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı) tövsiyə etdik. (Ey insan!) Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Hamınız (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi sizə bir-bir xəbər verəcəyəm! (əl-Ənkəbut,29:8) Bu ayə əshabələrdən olan Sad b. Əbu Vəqqas haqqında nazil olmuşdur. Əbu Vəqqas (r.a) hadisəni belə rəvayət edir:- Mən anama hörmət və itaət edən bir övlad idim. Müsəlman olduqdan sonra anam mənə dedi:- Sad bu etdiyin nədir? Ya sən bu yeni dini tərk edəcəksən, ya da mən yeyib-içməyib sonunda öləcəm. Sən də mənim üzümdən "anasının qatili"- deyə çağrılacaqsan.Mənə anama dedim: - Ana, belə etmə, bil ki, mən bu dini tərk etməyəcəm.İki gün gözlədim, anam nə yedi, nə də su içdi. Mən də anama söylədim:- Ana, sənin yüz canında olsa bunlar bir-bir çıxsa, mən bu dinimi yenə tərk etməyəcəm. İstəyirsən ye, istəyirsən yemə.Bu əzmimi görüncə anam bu hərəkətlərindən vaz keçdi. (Təcridi Sarih Tərcüməsi, XII, 121) Peyğəmbər (s.a.s) buyurmuşdur: "Allah sizə analarınıza itaətsizliyi haram qıldı". (Buxari Ədəb,4) Yuxarıda zikr edilən ayə və hədislərdən də anlaşıldığı kimi ata-anaların istək və arzularına qarşı çıxmamaq Allahın əmridir. Ancaq valideyinlər övladından Allaha qarşı gəlməsini, Onu inkar etməsini, fərz qıldığı bir şeyi etməməsini, haram qıldığı şeyləri etməsini əmr edərsə, onların bu istəkləri yerinə yetirilməz. Çünki Allaha üsyan olan təqdirdə, valideyinlər olsa belə, insanlara itaət edilməz. 2. Valideyinlərlə xoş davranmaq: Allah Təala Qurani Kərimdə, insanın kimlərə qarşı vəzifələri olduğunu sıralarkən belə buyurur: Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: "Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!" - de. (əl-İsra,17/23-24) Peyğəmbər (s.a.s) "Kimə yaxşılıq edim", - deyə soruşan əshabəyə üç dəfə "anana", - cavabını verdikdən sonra dördüncü dəfə soruşulduqda "atana yaxşılıq et", - demişdir. (Buxari Ədəb, 2, Müslim Birr,1) Valideyinlər övladlarına yetəri qədər yaxşılıq etməmiş olsalar belə, hətta bəzi zərərləri toxunmuş olsalar belə, övladları onlara yenə də yaxşı davranmaq məcburiyyətindədirlər.
3. Maddi ehtiyaclarını ödəmək: Yaşlanıb öz ehtiyaclarını təmin edə bilmədikdə valideyinlərin bütün ehtiyaclarını təmin etmək övladların borcudur. Bu borc sadəcə əxlaqı deyil, həmçinin, hüquqi cəhətdir. Bu vəzifəsini yerinə yetirməyən kimsə, İslam qanunlarına görə, buna məcbur edilir. Allah bu vəzifəni övladlara yükləmişdir. (Ya Rəsulum!) Səndən (Allah yolunda) nə verəcəkləri haqqında soruşanlara söylə: "(Malınızdan) verəcəyiniz şey ata-anaya, (yoxsul) qohumlara, yetimlərə, miskinlərə və (pulu qurtaran) müsafirə (yolçulara) məxsusdur". Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir. (əl-Bəqərə, 2:215) Əshabələrdən Əbu Dərda Peyğəmbər (s.a.s) ona doqquz önəmli şey tövsiyyə etdiyini, bunlardan birinin də ana-ata daxil olmaqla ailə üzvlərinin ehtiyaclarını ödəmək olduğunu bildirmişdir. (Buxari əl-Ədəbül-Müfrəd, 9) yenə Peyğəmbər (s.a.s) cihada getmək istəyən bir səhabəni ehtiyaclarından dolayı, valideyinlərinin yanına göndərmişdir. 4. Hörmətsizlik etməmək: İslam ümmətinin prinsipi böyüklərə hörmət, kiçiklərə sevgidir. Hörmətə ən layiq olan insanlar isə, təbii ki, valideyinlərimizdir. Bir gün Peyğəmbər (s.a.s) əshabına: "Sizə günahların ən böyüyünu bildirim mi", - deyə üç dəfə soruşdu. Səhabələr "bəli", - dedilər. Peyğəmbər (s.a.s) sıra ilə saymağa başladı - "Allaha ortaq qoşmaq, ata-anaya qarşı gəlmək, haqqsız yerə adam öldürmək və yalan söyləmək". (Buxari, Ədəb 6)"Valideyinlərimi gözü yaşlı halda tərk edərək, hicrət etmək üçün sənin əmrini almağa gəldim", - deyən bir səhabəyə Peyğəmbər (s.a.s) "Onların yanına qayıt, necə ağlatdınsa eləcədə güldür, sevindir", - dedi və onu hələ müsəlman olmayan ata-anasının yanında göndərdi. 5. Razılıqlarını qazanmaq: İnsanın dünyadakı ən böyük vəzifəsi şübhəsiz ki, Allahın rizasını qazanmaqdır. Bundan sonra razılıqlarını qazanmamız olan kəslər valideyinlərimizdir. Peyğəmbər (s.a.s) "Allahın rizası, atanın rizasında, qəzəbi də qəzəbindəndir", - buyurmuşdur. (Buxari əl-Ədəbül Müfrad, 1)Abdullah b. Amr b. əl-Asın rəvayətinə görə, "bir adam Peyğəmbər (s.a.s) yanına gələrək cihada getmək üçün izin istədi. Peyğəmbər (s.a.s) də ona "valideyinlərin sağdırmı", - deyə soruşdu. O, adam "bəli", - deyincə Peyğəmbər (s.a.s): "O halda sən öncə onların razılığını almağa çalış", - deyərək ona bu vəzifəsini xatırlatdı". (Təcridi Sarih Tərcüməsi,VIII, 377) 6. Pis söz söyləməmək: Valideyinləri incidə biləcək hər cür söz-söhbətdən uzaq durmaq lazımdır. Allah Təala, Onlara "uf", - belə deməyin qadağası yanında, Peyğəmbərin (s.a.s) bu hədisi də çox diqqət çəkicidir: "Bir kimsənin ata-anasına söyməsi böyük günahlardandır".Əshabə: "Bir kimsə valideyinini necə söyə bilər?". Peyğəmbər (s.a.s): "Biri başqasına pis söz söylər, o da qayıdıb onun valideyinlərinə söyər", - deyə cavab verdi". (Buxari, Ədəb,4)7. Öldüklərində xeyirlə xatırlamaq, dua etmək: Valideyinlər öldükdən sonra onlara qarşı olan vəzifələrimiz bitməz. Onların təmiz xatirələrini davam etdirmək lazımdır. İnsanları insan edən, nəsildən-nəsilə ötürülən gözəl duyğu və xatirələrdir. Valideyinləri xeyirlə yad etmək, bağışlanmaları üçün dua etmək, Allah Təalanın Qurani Kərimdə bizə öyrətdiyi dualardandır: Ey Rəbbimiz! İnsanları hesaba çəkiləcəyi Qiyamət günündə məni, atamı, anamı və bütün möminləri bağışla. (İbrahim, 14/41) Səhabələrdən biri "Ölümlərindən sonra valideyinlərim üçün edə biləcəyim bir yaxşılıq varmi", - deyə Peyğəmbərdən (s.a.s) soruşduqda, Allahın elçisi (s.a.s) belə buyurmuşdur: "Bəli, 4 xislət vardır: onlara xeyirlə dua etmək və Allahdan bağışlanmalarını diləmək. Varsa, vəsiyyətərini yerinə yetirmək, dostları ilə münasibətləri davam etdirmək, qohumları ilə əlaqəni kəsməmək". (Buxari, əl-Ədəbül Mufrad,19) Ölümlərindən sonra ediləcək duanın valideyinlər üçün faydasını Peyğəmbər (s.a.s) belə buyurmuşdur: "İnsan ölüncə əməl dəftəri bağlanır. Ancaq bu üç şey xaricində davam edər - davam edən sədəqə, insanların faydalanacağı bir elm və arxasından xeyirlə dua edən bir övlad". (Buxari əl-Ədəbül Müfrad, 19) Həyatda və öldükdən sonra valideyinlərinə qarşı vəzifələrini yerinə yetirən, onları məmnun edib, xeyir-dualarını alan kimsə dünya və axirətin ən böyük xoşbəxtliklərinədn birini qazanmış olur. Çünki Peyğəmbər (s.a.s) belə insanların bərəkətli, uzun bir ömrə sahib olacaqlarını, valideyinlərin onlar üçün edəcəkləri duaların Allah tərəfindən mütləq qəbul ediləcəyini və Cənnəti qazanacaqları ilə müjdələmişdir."Övlad heç bir yaxşılıqla atanın haqqını ödəyə bilməz. Ancaq onu kölə olmuş bir vəziyyətdə taparaq, satın alıb azadlığa çıxardarsa, haqqını ödəyə bilər". (Buxari əl-Ədəbül Müfrad, 6) Üzərimizdə bu qədər çox əmək və haqqları olan ana və atalarımızı sevmək və onların sevgisini başqa şeylərə dəyişməmək, ən önəmli əxlaqi vəzifələrimiz arasındadır. Bu vəzifə həyatda ikən onlara qarşı hörmət, şəfqət və mərhəmət göstərməklə yerinə yetirilə bilər. Gerçək valideyn sevgisinin, "anamı, atamı sevirəm" deməkdən ibarət olmadığını, onlara qarşı maddi və mənəvi hər cür vəzifənin yerinə yetirilərək bu sevginin isbat ediləbiləcəyini unutmamaq lazımdır.
| ['Valideyin haqları'] |
5,867 | https://kayzen.az/blog/islam-ve-aile/4499/u%C5%9Faqlarla-nec%C9%99-davranmal%C4%B1.html | Uşaqlarla necə davranmalı | Cavid | İslam və Ailə tərbiyəsi | 1 aprel 2011, 03:34 |
Peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləmin həyatında həyatımızın bir çox yönlərində riayət edəcəyimiz və öyrənəcəyimiz çox sayda gözəl nümunələr var. Rəsulullahın sallallahu aleyhi və səlləm həyatının müxtəlif yönlərini nə qədər çox öyrənsək, araşdırsaq bir o qədər də faydalardan bəhrələnəcəyik. Bu gün bizlərə, həmçinin bizdən sonra gələn nəsillərə gələcəkdə fayda verəcək şeyləri öyrənəcəyik. Uşaqlarımızın tərbiyəsində Peyğəmbərimizi sallallahu aleyhi və səlləm özümüzə nümunə götürməklə faydalanmaq mümkündür. Peyğəmbərimizin sallallahu aleyhi və səlləm uşaqlara necə qayğı göstərdiyini dərindən öyrənsək və bu istiqamətdə yarışsaq, Allahın neməti sayəsində inşallah öz uşaqlarımızı tərbiyə etməkdə müvəffəqiyyət qazanacağıq.Uşaqlara insanlara göstərilən ehtirama müvafiq olaraq hörmət etməliyik. Uşaqların hörmət edilməyə ethiyacları var. Əfsuslar olsun ki, bir çox valideynlər bu hörməti, ehtiramı onlara göstərməkdə adətən qafil olurlar və nəticə etibarilə müvəffəq olmurlar. Peyğəmbər sallallahu aleyhi və səlləm gələcək nəsillərə həmişə hörmət nümayiş etdirdiyini onlara əyani şəkildə göstərmiş və onların məqamını yüksək tutmuşdur. Uhud döyüşü baş verən zaman Sad bin Malik kiçik bir uşaq idi. Atası həmin döyüşdə ölmüşdü. Peyğəmbər sallallahu aleyhi və səlləm ona yaxınlaşdı və dedi: "Sad bin Malik?" Oğlan kim olduğunu təsdiqlədikdə, peyğəmbər sallallahu aleyhi və səlləm dedi: "Atanın ölümü ilə qoy Allah Öz xeyirini, bərəkətini sənə bəxş etsin".Burada biz Peyğəmbər sallallahu aleyhi və səlləmin böyük insanlara davrandığı kimi ona da eynilə davrandığının şahidi oluruq. Rəsulullah sallallahu aleyhi və səlləm tam bir yaşlı kişiyə baş sağlığı verdiyi kimi ona da vermişdir. Rəsulullah sallallahu aleyhi və səlləm ona himayədarlıq etmədi və baş verənləri ona dərhal çatdırdı.Uşaqlarımızın düşüncələrinə, zəkasına və dərrakələrinə daha çox qiymət, əhəmiyyət verməliyik. Onların zəka və düşüncələrini lazımınca qiymətləndirməliyik, laqeyd yanaşmamalıyıq. Onlara ehtiram göstərməli və onların hissiyyatlarına hörmət etməli, öz növbəsinə başqalarına hörmət etmək əxlaqını onlara tərbiyə etməliyik. Bu cür davranış uşaqların zehni və sosial cəhətdən inkişafına imkan verir.Uşaqlarımızı məsuliyyət daşımağa, məsuliyyətli işlərin, tapşırıqların öhdəsindən gəlməyə öyrəşdirmək olduqca mühümdür. Bu gün bizlərdən bir çoxu, yaşlılar həmçinin uşaqlar cavabdehlik, məsuliyyətdən yaxamızı qurtarmağa və öz yükümüzü başqalarının üzərinə yükləməyə meyilliyik.Bunun qarşısını almaq üçün, bizlərdən uşaqları olanlar, uşaqlarını tərbiyə edənlər hər şeydən öncə onlarda özləri haqqında müsbət fikirləşmək düşüncəsini yaratmağa yardım etməliyik. Bu cür davranış böyüdükçə onların məsuliyyətin öhdəsindən gəlməyi onlar üçün daha da asanlaşdıracaqdır. Peyğəmbər sallallahu aleyhi və səlləm ətrafındakı gənclərin şəxsiyyətini inkişaf etdirmək, yetişdirmək üçün böyük zəhmətlərə qatlaşmışdır. Bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm oturmuşdu. Ona içmək üçün bir şey təklif edildi. O sallallahu aleyhi və səlləm onu aldı və içdi. Rəsulullahın sallallahu aleyhi və səlləm sağ tərəfində gənc bir oğlan oturmuşdu. Sol tərəfində isə bir neçə yaşlı kişilər oturmuşdu. Ənənəvi olaraq xidmət sağdan başladığından, rəsulullah sallallahu aleyhi və səlləm oğlana tərəf döndü və dedi: "Olar (icazə verərsən) ki, ilk öncə içkini onlara (yaşlılara) təklif edim? (Səhih Muslim).Bax bu şəkildə, qaydada uşaqlarımız necə davranmağı öyrənirlər. Həmçinin bu cür müamilə uşaqlarda özləri haqqında mənfi görüş və zəif rəylərini deyil güclü şəxsiyyət hissinin və daha iti zəkanın inkişafına səbəb olur.Uşaqlar ilə müamiləmizdə, davranışlarımızda ədalətli, adil olmalıyıq. Uşaqlarda sabitlik, dayanıqlıq hissiyyatını təmin etməkdə ədalət amili ən ümdə əhəmiyyətə malikdir. Bu amil uşaqların bir-birinə qarşı qısqanc, paxıl olmasının və üstünlük iddiasına qarşı arzuolunmaz rəqabətin, yarışmanın qarşısını alır. Bir uşağı digərindən daha çox öpmək və yaxud birinə daha çox gülümsəmək və ya yemək və paltarda birini digərindən üstün tutmaq kimi kiçik məsələlərdə uşaqlara zülm etmiş, ədalətsiz davranmış ola bilərsiniz.Bir dəfə Bəşir radiyallahu anhu öz oğlu Numana hədiyyə vermişdi. O peyğəmbər sallallahu aleyhi və səlləmin yanında getdi ki, o sallallahu aleyhi və səlləm buna şahid olsun, görsün. Peyğəmbər sallallahu aleyhi və səlləm ondan soruşdu: Ey Bəşir! Sənin ondan başqa uşaqların varmı? Bəşir uşaqlarının olduğunu dedikdə, peyğəmbər sallallahu aleyhi və səlləm ondan soruşdu: "Sən onlardan hər birinə eyni hədiyyənimi verdin? Bu suala Bəşir "mənfi" cavab verdi. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: "Elə isə mənim sənin üçün şahid olmağımı xahiş etmə. Mən ədalətsizliyiə şahid olmaram".
(Səhih Muslim)Bizlər uşaqlarımızla səmimi, mehriban və bəzən isə şən ədalı, oynaq davranmalı, onarın həyatına girməliyik.İslamın təyin etdiyi hüdudlar çərçivəsində uşaqlarımızın öz həyatlarını şadyanalıq və şən keçirməyə ehtiyacları var. Lakin şənlik və sevgimizdə uşaqlarımızın ərköyün böyüməsinə səbəb yaratmamaq üçün həddi keçməməliyik. Bununla belə, uşaqlarımızın sevgi və şənlik ilə əlaqədar olduqca təbii ehtiyaclarından onları məhrum etməmək üçün də qətiyyətli olmamalıyıq. Bu ehtiyacın məhrum edilməsi uşaqların daxilən gərginlik yaşamasına və digərlərindən qorxması ilə nəticələnir.Aişə rəvayət edir ki, uşaqlığında Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında olanda onun yanına gələn qızlarla oynayardı. Peyğəmbər sallallahu aleyhi və səlləm içəri daxil olduğunda, onlar kənara çəkilərdilər. Bununla belə, peyğəmbər sallallahu aleyhi və səlləm onları mənim yanıma geri çağırardı ki, bir az da əlavə oynayaq.Uşaqlar oynamaq və şənlənmək haqqlarından məhdrum edilməməlidirlər. Şüurlu, məqsədəuyğun çərçivə və hüdudlarda icazə verildiyi təqdirdə, oyun uşaqları ürəkləndirir, canlandırır və rövnəqləndirir. Onların şəxsiyyətlərinin münasib şəkildə təşəkkül tapmasına kömək edir və onların emosional inkişafa təşviq edir.Bizlər uşaqlarımızı sadəcə digərlərindən yaxşı olması, üstün olması üçün deyil , Allahın razılığını qazanmaq üçün tərbiyə etməli və böyütməliyik. Uşaqlarımız gözəl davranış nümayiş etdirdiklərndə onları bu istiqamətdə daha da təşviq etməli, həvəsləndirməliyik. Onlara sadəcə mühazirə demək ən effektiv yanaşma üsulu sayılmır. Bizdən tələb olunan onlara gözəl söz söyləmək və sonra isə onlar üçün canlı, əyani nümunə olmaqdır.Bu həqiqət Peyğəmbərin sallallahu aleyhi və səlləm səhabələri tərəfindən tamamilə dərk edilmiş, başa düşülmüşdü. Səhabələrdən biri rəvayət edir ki, digər bir səhabə Vail bin Məsud radiyallahu anhu onlara hər Cümə axşamı bir dəfə xütbə verirdi. Kişilərdən biri onlara hər gün xütbə verilməsini arzu etdiklərini dedi. Vail cavab verdi: "Mən bu cür etməkdən ona görə çəkinirəm ki, çünki sizləri bezdirmək istəmirəm. Mən Peyğəmbər sallallahu aleyhi və səlləmin bizə xütbə verdiyi qaydada sizə xütbə verirəm. Rəsulullah sallallahu aleyhi və səlləm mötədil, orta yol tutardı ki, biz yorulmayaq". (Səhih Buxari və Səhih Muslim)Məqaləni xəlifə Müaviyə radiyallahu anhuya onun müşavirlərindən birinin verdiyi nəsihət ilə qurtarıram:Bir gün Müaviyə radiyallahu anhu oğlu Yezidə qəzəblənmişdi və onu töhmət etdi. Əl-Əhnəf bunu gördü və ona dedi: "Ey möminlərin əmiri! Uşaqlarımız qəlblərimizin meyvələridir və bizə dəstək verən sütunlardır. Biz onlara başımızın üstündəki səma və ayaqlarının altındakı yer kimiyik. Onlar qəzəblənsə onları sakitləşdir və səndən istəsələr onlara ver. Onların həyatına maneə olma ki, sənin mövcudluğuna nifrət etsinlər və sənin ölümünü, həlakını arzulasınlar".Sonda Allahın salamı və salavatı aləmlər üçün rəhmət olaraq göndərilən, ən gözəl tərbiyəçi, müəllim, hidayət rəhbəri olan Muhəmməd sallallahu aleyhi və səlləmə, onun pak ailəsinə və səhabələrinə və qiyamətə qədər hidayətdə onların yoluna tabe olanların üzərinə olsun.
| ['uşaqlarla davranış'] |
5,868 | https://kayzen.az/blog/happy/4498/u%C5%9Faqlar%C4%B1n-xo%C5%9Fb%C9%99xtliyi.html | Uşaqların xoşbəxtliyi | Cavid | Xoşbəxtlik üçün | 1 aprel 2011, 03:31 |
Allah təala dünyaya gələn hər bir körpəyə pak müvəhhidlik və xalis təkallahlıq nemətini təmənnasız bəxş edir. Xaliq olan Allah onun valideynlərinin dininə, dilinə, imkanlarına və sairə xüsusiyyətlərinə baxmadan uşaqlara öz mərhəmətini göstərir. Hətta valideynləri Allaha şərik qoşan müşrik və ya Onu inkar edən ateist və digər günah sahibləri olsalar belə Rəhman olan rəbbimiz onların körpələrini pak yaradır. Bu barədə Allah təala buyurur: "(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur..." (Rum, 30) Əbu Hüreyrə (Allah ondan razı olsun!) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) bu ayəni aşağıdakı kimi açıqladığını demişdir: "Doğulan hər bir insan fitrətlə (təkallahlı kimi) dünyaya göz açar. Sonradan valideynləri onu yəhudiliyə, xristianlığa və yaxud məcusiliyə (atəşpərəstliyə) sürükləyərlər."Əbu Hüreyrə (Allah ondan razı olsun!) belə buyurur: "Allahın insanları yaradarkən onlara bəxş etdiyi fitrəti Onun məxluqatı üçün dəyişilməzdir. Doğru din budur. Din və fitrət isə İslamdır."İmam Müslim İyad ibn Himərdən Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) belə dediyini rəvayət edir: Allah deyir: "Həqiqətən, Mən Qullarımı hənif (xalis təkallahlı) olaraq yaratdım. Şeytan isə onlara öz dinlərində pusqu quraraq, halal etdiklərimi haram göstərdi."Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri (Allah ona rəhmət etsin!) Bəni Səd qəbiləsindən olan əl-Əsvad ibn Sərinin belə dediyini rəvayət edir: "Allah Elçisi ilə (ona Allahın salavatı və salamı olsun!) birgə dörd döyüşdə oldum. Camaat müharibədə qələbə çaldıqdan sonra uşaqları əsir götürdü. Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) gəlib bu hadisəyə çox qəzəbləndi və belə dedi: "Camaat nəyə görə uşaqları əsir götürür?" Bir nəfər: Ya Rəsulallah! Məgər onlar müşriklərin övladları deyilmi? - dedi. Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) isə ona belə cavab verdi: "Sizin burada ən xeyirliniz müşriklərin övladlarıdırlar. (Yəni, sizin də valideynləriniz müşrik olublar). Həqiqətən, doğulan hər bir insan fitrətlə doğulur. O dil açdıqdan sonra valideynləri onu yəhudiliyə və yaxud xristianlığa sürükləyərlər."Həsən əl-Bəsri deyir ki, Allaha and olsun ki, Rəbbimiz Öz kitabında belə buyurur: "(Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: "Mən sizin Rəbbiniz deyiləmmi?" - soruşmuş, onlar da: "Bəli, Rəbbimizsən!" - demişlər. (Əraf, 172)Ayənin mənası budur ki, doğulan hər bir insan öz Xaliqini tanıyaraq Onun rəbb olduğunu qəbul edir.Deməli Allah təala bizdən oncə hələ uşaqlarımızın ana bətnində olmazdan əvvəl onların xoşbəxtliyini istəmişdir. Məhəmməd peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) müsəlmanlara öyrətdiyi zikrlərdən birinə diqqət yetirək. O, zövcəsi ilə yaxınlıq edən müsəlmanın aşağıdakı sözləri söyləməsini tövsiyə edir: "Bismilləh, Allahım şeytanı bizdən və bizə verdiyin ruzidən uzaq et." (Buxari). Hədisdə ruzi övlada işarədir. Müsəlman hələ heç ana bətninə düşməmiş bir övladının Allah tərəfindən qorunmasını dua edir. O, Allahın ona övlad verəcəyini də bilmir. Lakin o Allahın tükənməz ruzi sahibi olduğunu bilərək ümidini üzməyir və gələcək övladının xoşbəxtliyini istəyir. Uşaqların dini tərbiyə altında böyütməsinə qayğı göstərən Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) buyurur:
"Övladlarınızı yeddi yaşına çatanda namaza çağırın. On yaşında isə onları (namaza gəlmədikləri təqdirdə) vurun və (bu yaşda onların) yataqlarını ayırın." Peyğəmbərin bu göstərişi hər bir valideynə öz övladlarına və öhdəliyində olan uşaqlara diqqətlə yanaşmağı tövsiyə edir. Bununla da sevimli Peyğəmbərimiz onların dünya və axirətdə xoşbəxt olmalarını istəmişdir.Buxari və Müslimin rəvayət etdiyi hədisdə Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) deyir: "Hər biriniz bir himayəçisiniz və öz rəiyyətinizə görə məsulsunuz."Bu mənada kişi öz ailəsinin himayəçisi və öz rəiyyətinə görə məsuldur. Həmçinin qadın da öz ərinin evində himayəçi və ailəsinə görə məsuldur. Bizim hər birimiz öz övladlarımıza diqqət yetirir, himayə edir və qayğı göstəririk. Lakin bir çoxlarımızın göstərdiyi himayə və qayğı yalnız onların fiziki sağlamlığı və maddi rifahı üzərində qurulmuşdur. İnsanın öz övladının yüksək səviyyədə qayğısına qalması tərifəlayiq bir işdir. Lakin övladını maddi cəhətdən təminatlı mənəvi cəhətdən isə kasıb görmək heç bir valideynin arzusu deyil. Xüsusən də Peyğəmbərimiz buyurur ki, "Zəngin şəxs var-dövləti çox olan deyil, əksinə nəfsi tox olandır." (Buxari) Buna görə də hər iki istiqamətə diqqət göstərmək lazımdır.Müslimin "Səhih" əsərində Abdulla ibn Məsuddan belə bir hədis rəvayət olunur: "Nütfənin ana bətninə düşdüyü yüz iyirminci günündə mələyə ruh üfürülməsi və dörd kəlimə yazmazı əmr olunur: Ruzisi, əcəli, əməli, bədbəxt və ya xoşbəxt olması..." Alın yazısı mübahisə olunmaz bir məsələdir. Bu heç də o demək deyil ki, insan dünya ruzisi qazanmaqda, axirətdə xoşbəxtlik və yaxud bədbəxtliyə nail olmaqda əmək sərf etməyərək bütün ümidini qədərinə bağlamalıdır. Əvvəla mələyin onun üçün nə gətirdiyi qeybdir. Heç kəs bilə bilməz ki, onun qədərində nə yazılıb. Buna görə də müsəlman dünya və axirət xoşbəxtliyini qazanmaq üçün var gücü ilə çalışmalıdır. Çünki hər bir xeyir əməldə güclü olan mömin zəif mömindən daha xeyirli və Allah qatında daha sevimlidir. Allah buyurur: "Dünyadakı nəsibini də unutma." (əl-Qasas, 77)Qədərin yəni, Allah tərəfindən hər bir insanın alın yazısının yazıldığını və hər şeyin də ona uyğun cərəyan edəcəyini öz əshabələrinə çatdırdıqdan sonra Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) onlara belə demişdir: "Əməl edin. Kim nə üçün yaradılmışsa ona da yetişəcək." Qeyd edildiyi kimi, müsəlman valideyn öz övladlarının və öhdəliyində olan uşaqların tərbiyəsinə xüsusi diqqət yetirməlidir. Yaddan çıxartmaq lazım deyil ki, ibadət təkcə namaz qılmaqla bitmir. Böyük fəziləti olan bu vacib əməl yəni, namaz qılmaq Allahın buyurduğu vaciblərdən biridir. Onunla yanaşı digər vacib əməllər vardır ki, həmin işlərə də Cənnət vəd verilib. Böyük İslam alimlərindən birinə sual verilir ki: "Bəs Allah Quranda deyir ki, namaz insanı pis əməllərdən çəkindirir. Lakin mən namaz qılmaqla yenə də pis əməllərə yol verirəm. Alim isə ona belə cavab verir: Sən Allahın Öz Kitabında tələb etdiyi namazı qılmırsan."Deməli savab əməllər bir-birinə bağlıdır. Onların sanki biri o birini ardıca dartır. Valideynin öz övladının qayğısını çəkməsi savab əməllərdəndir. Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) demişdir: "Kim iki qız böyüdərsə, onların təhsilinə və tərbiyəsinə diqqət yetirərsə, Cənnətə daxil olar."Allah bizim övladlarımızı əməlisaleh bəndələrdən etsin. Amin!
| ['uşaqların xoşbəxtliyi'] |
5,869 | https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/4497/k%C9%99%C5%9Fv-edilm%C9%99yi-g%C3%B6zl%C9%99y%C9%99n-x%C9%99zin%C9%99l%C9%99r-iii-hiss%C9%99.html | Kəşv edilməyi gözləyən xəzinələr ( III hissə) | Cavid | İslami Hekayətlər | 1 aprel 2011, 03:27 |
Uşaq təhsilində örnək davranışlar sözlərdən daha təsirli ola bilər. İbni Sina buyurur ki: "Uşaq təhsilində təşviq, təhdiddən daha yaxşı nəticə verər". Uşaqda yetkinlik əlamətləri görüldüyü zaman, onu gözəl şəkildə güdmək lazımdır. Yetkinlik əlamətlərinin başlanğıcı, həya başlanğıclarının meydana çıxmasıdır. Çünki uşaq, çəkindiyi və utandığı zaman, bir qism hərəkətləri tərk etdiyi an, ağılın nuru onun üzərində doğulmuşdur ki, bir qisim şeyləri çirkin görür və bir qisminə də müxalif çıxır. Uşaq elə bir hala gəlir ki, bir sıra şeylərdən utanmaqdadır. Bu isə, Allahu Təalanın uşağa vermiş olduğu bir hədiyyəsidir. Bu vəziyyət, uşağın əxlaqının normala döndüyünü, ürəyinin səfinə qovuşduğunu göstərər və bu vəziyyət uşağın həddi-büluğ çağında ağılının kamala çatacağını da müjdələr. Bu baxımdan utancaq bir uşağı nəzarətsiz buraxmaq uyğun deyil. Əksinə ona utanması və utanmaması lazım olan şeyləri öyrətmək surətiylə onun ədəbinə kömək edilməlidir. Uşağın gizlicə etdiyi hər şeydən onu daşınmağa çağırmaq lazımdır. Çünki uşaq gizlicə etdiyi bir şeyi çirkin qəbul etdiyi üçün belə edir. Bu baxımdan uşağı bundan daşınmağa çağırmaq, çirkin davranışları tərk etməyi öyrətmək lazımdır. Uşağımızı günün bir qisimində mümkün olduğu qədər gəzməyə, aktiv hərəkətlər etməyə, idman fəaliyyətlərinə alışdırmalıyıq ki, uşaq tənbəlliyə alışmasın. Uşağı yersiz cəzalandırsaq, cəzanın lazımlı olduğu zaman isə nə edəcəyimizi bilməyə bilərik. Uşaqlarımız yaxşı işlər etdiklərində üzlərinə qarşı, xüsusilə başqalarının yanında təqdir edilə bilər, onların səhvlərini dərhal üzlərinə vurmayaraq hələ başqalarının yanında bunu heç etməməliyik. Əgər səhvlərində təkrarçı olsalar onlara səbirlə yaxınlaşaraq başqalarının görmədiyi yerdə onları tənqid edə bilər, doğrunu izah edə bilərik. Uşağımızın qarşısında əsla iki qütb deyil, yekparə olmağımız lazımdır. Uşağımıza qarşı qəti və tutarlı davranmaq, öyüd verməklə yanaşı daha çox nümunə olan ata-ana olmağımız lazımdır. Uşağımıza yaxşını-pisi, doğrunu-səhvi təlqin etmək, öyrətmək bizə bir borcdur. Uşaqlarımızdan gözlədiklərimizin bir anda reallaşmasını istəməyimiz səhv olardı. Unutmayaq ki, çəmən toxumları üç gündə, çinar toxumları isə üç ayda yaşıllaşar. Çəmənin ömürü bir neçə aylıq olursa çinarın ömürü bir neçə əsr sürür. Onları dinləməyə çalışaraq, onları anlayaq. Əsla dinlər kimi etməyək. Qarşılarına həmişə yetkinlər olaraq gəlməyərək bir də uşaq olaraq gəlməyi bacaraq. Sədi Şirazi uşaq haqqında: "Uşaqlarımızı quzu kimi böyütməyək ki, gələcəkdə qoyun kimi güdülməsinlər" deyə buyurur. Bizdə o cücərtilərimizi tamamilə sərbəst buraxsaq bu halda onların istəklərinin sonu gəlməz. Lazım olduğunda "xeyr" deməsini də bilməliyik. Hər istədiklərini "bəli" ilə qarşılayaraq onları heç böyüdə bilmərik. Onlara hər istədiklərini almayaq. Bu al-mənili ətrafda hər istədiklərini almağımızın onlara doyumsuz və bədbəxt bir şəxsiyyət qazandıracağını unutmayaq. Uşaqlarımızın yoldaşlarını evə dəvət edib, onları tanıyaq. Bu həm bizim onlara dəyər verdiyimizi göstərəcək, həm də bizə, uşağımızın yaxın ətrafdakı yoldaşlarını görərək onu nəzarət etmə imkanı verəcək. Uşaqlarımızın etdiyi davranışların nəticələrini görməyə onlara kömək edək. Unutmayın ki, bir qadının dünya həyatında əldə edə biləcəyi ən böyük xoşbəxtlik ana olmaqdır və bir ananın dünyaya təqdim edə biləcəyi ən əhəmiyyətli hədiyyə, imanlı, şəxsiyyətli, xoşbəxt və azad olaraq yetişdirilmiş olan uşaqlardır.
Ananın uşağın ilk və ən təsirli müəllimi olmasına baxmayaraq, ananın analıq edə bilməsi üçün mütləq məsuliyyətinin şüurunda olan bir ata-ərə ehtiyacı vardır. Əgər ata uşağın məsuliyyətinin hamısını qadına yüklərsə, yoldaşına da kömək etməzsə üstəlik uşaqdan ötəri ananı günahlandırmaq kimi çox pis bir rəftara əl atarsa o zaman həm özünə həm də ailəsinə çox böyük zərər vermiş olar. Ananı uşaqlara qarşı əksiltməmək ağıllı ata-ərlərin ən qabaqcıl olan vəzifələrindəndir. Gözəllər gözəli Allahın yaratdığı bu mükəmməl aləmdə heç bir ağacın heç bir ağaca, heç bir barmaq izinin heç bir barmaq izinə, heç bir qum dənəsinin heç bir qum dənəsinə, heç bir uşağın da heç bir uşağa bənzəri olmadığı kimi hər uşağın tərbiyəsi, ruhu, xasiyyət və xüsusiyyətləri də digər uşaqlardan fərqlidir. Onun üçün uşaq tərbiyəsinin hər yerdə, hər zamanda hər kəs üçün etibarlı tək bir standartı yoxdur və ola bilməz də. Necə ki Həzrəti Əli buyurur: "Övladınızı, olduğunuz zamandan başqa bir zaman üçün təlim və tərbiyə edin. Çünki onlar sizin zamanınızdan başqa bir zaman üçün yaradılıblar. Uşağınızın tərbiyəsində əsla qüsur və qəflət etməyin". Həzrəti Əlinin bu möhtəşəm təklifində isə diqqət çəkən ən əhəmiyyətli ünsürlərdən biridə uşaqlarımızı öz və ya özümüzdən əvvəlki zamanlara aid təlim və tərbiyə etməli deyil uşağın yaşayacağı zamana görə təlim və tərbiyə etməliyik. Əks halda uşaqlarımız bir çox problemlərlə qarşılaşaraq zamana uyğunlaşamazlar və özlərini rahat hiss edə bilməzlər. Həzrəti Əlinin sözlərini Sokratda özünün bu ifadəsi ilə təsdiq edir: "Uşaqlarınızı sizin izinizdə olmağa məcbur etməyin. Çünki onlar sizin zamanınızdan başqa bir zaman üçün yaradılmışlar." Bir alimin də vurğuladığı kimi: ''Uşaq doğulduğu andan etibarən öyrənməyə başlayır. Əgər siz ilk illərdə ona təhlükəsizlik duyğusunu verər, onu sevgi və şəfqətlə bəsləsəniz o gələcəkdə "əmin olan və özündən əmin olunan" ümid, sevgi və inanc dolu bir insan olacaq. Əgər uşağınıza ilk illərdə təhlükəsizlik duyğusunu verə bilməsəniz, ömür boyu kimsəyə güvənməyən və kimsənin özünə güvənmədiyi, ümidsiz, sevgisiz və xoşagəlməz, pessimist bir insan olaraq yetişdirə bilərsiniz. Biz uşaqlarımızdan məsul olduğumuz üçün onların bu günlərini düşündüyümüz kimi sabahlarını da düşünməyimiz lazımdır. Mümkün olduğu qədəriylə heç bir ana və ata uşağını qardaş-bacısız buraxmamalıdır. Çünki qardaş və bacısız bir uşağın ömür boyu qardaş və bacısı olmayacaq, özü də ömür boyu nə əmi, nə dayı və ya nə bibi nə də xala olmayacaqdır. Nə qədər təəccüblü olsa belə, ən asan uşaq yetişdirmə üsulu cüt-cüt böyüdülmə üsuludur. Yəni, uşağı tək buraxmayıb məqbul bir aradan sonra ona ikinci bir qardaş verib onu yalnız yetişdirməmək. Bu vəziyyətdə, həm ana-ata bir uşaq üçün verdiyi əməklə iki uşağı birdən yetişdirmiş olacaq, həm də uşaqlar bir-birlərinə arxa olaraq tək və yalnız olmanın ömür boyu sürə bilən psixoloji narahatlıqlarına tutulmayacaqlar. Uşağımıza namaz qılmağı əmr etməzdən əvvəl uşağımızı mükəmməl bir şəkildə dinimiz haqqında məlumatlandırmağı, məlumatlandırdıqdan sonra bildiklərinə sevdirməklə birlikdə inandırmağı təmin edərək sonrada şüurlandıraraq, arxasından da öyrəndiklərinə tətbiqi öyrətsək uşağımızın gələcəkdə necə gözəl əxlaqlı möminə çevrildiyinin şahidi olarıq. Bunları etmədən uşağa sevdirmədən, məlumatlandırmadan və hamısından əhəmiyyətlisi şüurlandırmadan namaz qılmağa məcbur etsəniz, yalnız ağıl yetkin olana qədər namaz qıldıra bilərsiniz. Halbuki namaz, ağıl yetkin olduqdan sonra fərz olar. Hər uşağın şəxsiyyəti yeddi yaşına qədər meydana gəlir. Halbuki, işi bilməyən ana-atalar hər şeyin yeddi yaşından sonra başladığını sanarlar. Bu yaş, hər şeyin başladığı deyil, az qala şəxsiyyət meydana gəlməsinin tamamlandığı yaşdır. Bu demək deyil ki, uşağına geri qalan uşaqlıq illərində ediləcək bir şey yoxdur və sizə, artıq oturub halınıza ağlamaqdan başqa bir şey düşməz. Əlbəttə, yeddi yaşından sonra da ediləcək çox şey vardır, lakin uşağın şəxsiyyət skeleti ilk yeddi il içərisində qurulur, daha sonra edilənlər isə bu skeletin büründürülməsi və bəzənməsidir. Ana və atalıq böyük bir ustalıq tələb edən gerçək bir sənətdir Bu sənəti icra edə bilmək üçün hər vaxt lazımlı məlumat və təcrübələrlə donanmaya çalışmaq, uşaq tərbiyəsi ilə bağlı mümkün olduğu qədər təhsilimizi artırmalıyıq. Davamlı özümüzü yeniləmə səyində olmalıyıq. Madam ki, uşaq bir nəsildir, üstəlik bu uşaq bizim nəsilimiz və bizim əsərimizdir, lazım olan qayğı və incəliyi göstərməyimiz çox vacibdir. Gözəllər gözəli əl-Hafiz olan Allah övladlarımızı qorusun, bizləri də onların şərindən qorusun, onları Allah üçün yaşayan, Allah rızasını qazanan və Allahın iman neməti ilə bəzənmiş qullarından etsin inşAllah. Sonda Həzrəti İbrahimin duası ilə bitirmək gözəl olardı: "Rəbbim! Mənə salehlərdən (bir övlad) lütfkarlıq et! "(37;100) Amin..Mənbə: azerislam.com
| ['islami dəyərlər'] |
5,870 | https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/4496/k%C9%99%C5%9Fv-edilm%C9%99yi-g%C3%B6zl%C9%99y%C9%99n-x%C9%99zin%C9%99l%C9%99r-ii-hiss%C9%99.html | Kəşv edilməyi gözləyən xəzinələr ( II hissə) | Cavid | İslami Hekayətlər | 1 aprel 2011, 03:25 |
Həyatda nə əksək onu da biçərik. İbni Miskeveyh buyurur: "Uşaq valideynlərinin yanında əmanətdir. Onun tərtəmiz ürəyi naxış və sürətdən kənar, aydın və mücərrəd bir cövhərdir. Bu mübarək ürək, özünə nəqş edilən hər şeyə meyillidir. Nə tərəfə meyl etdirilsə oraya meyl edər." Biz uşağımıza əgər xeyiri öyrətsək, o da xeyir üzərində böyüyər. Dünya və axirətə sahib olar, bizlər də yəni ana və atalar da savabında ortaq olarıq. Əgər şərə alışdırılsa, heyvanlar kimi onlara laqeydlik edilsə, bu halda onlar həlaka doğru gedərək məhv ola bilərlər. Günah da onun tərbiyəsiylə mükəlləf olanın üzərindədir. Necə ki gözəllər gözəli Allahu Təala Quranı Kərimdə buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə (heç vaxt) asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır."(66;6) Bu ayə ilə əlaqədar Əli bin Əbu Talha, İbn Abbasın belə dediyini rəvayət etməkdədir: "Siz özünüzü qoruyun, ailə xalqınıza da zikr və dua etmələrini əmr edin ta ki, Allah sizin vasitənizlə onları da qorusun". Həzrəti Əli və digər bir neçə səhabə isə bu ayənin təfsiri haqqında belə buyurublar: "Etdiyiniz işlərlə özünüzü qoruyun, onlara edəcəyiniz tövsiyələrlə də ailə xalqınızı qoruyun". Allahu Təalanın Təhrim sürəsində ki bu əmrini bəzən unudur, bəzən xatırlamır, hətta bəzən də Rəbbimizin belə bir ayə buyurmasından bixəbərik. Halbuki bu ayə ilə Allah insanı daim və ciddi şəkildə xəbərdar etməklə yanaşı bu məsələnin nə qədər əhəmiyyətli bir məsələ olmasından xəbər verir. Bu ayəni təfsir etsək bunları qeyd etmək olar: Ey insan qulaqlarını aç və eşit! Özündən, əhlindən məsul olduğunu unutma. Rahatlanalaraq özünü və onları nəzarətsiz olaraq bir anlıq belə cahiliyyətın və gəldi-gedər dünya əyləncəsinin qoyununa buraxma. İslam alimlərindən biri isə bu ayənin təfsiri ilə əlaqədar bunları buyurur: "Əgər özünüzü və yaxınlarınızı qorumasanız, yaşadığınız məkanlar cəhənnəmə dönər və o cəhənnəmin yanacağı da o məkanların içində yaşayan insanlar olar." Səhih hədisdə Həzrəti Peyğəm¬bərin (s.a.s) belə buyurduğu ifadə edilməkdədir: "Hamınız çobansınız və hamınız sürüsündən məsuldur. İnsanların başındakı imam bir çobandır və o, onlardan məsuldur. Adam ailə xalqı üzərində bir çobandır və onlardan məsuldur." (Buxari, I, 304, II. 848, 901, 902, III, 1010, V, 19H8, 1996, VI, 2611; Müslim, III, 1459: Tirmizi, IV, 208; Əbu Davud, III, 130; Müsnəd, II, 5, 54, 111, 121) Peyğəmbər (s.a.s) digər bir hədisində: "Uşaqlarınıza və ev xalqına xeyir və yaxşılıq öyrədin, onları yaxşıca tərbiyə edib, ədəbləndirin" buyurmaqdadır. Davamlı təkrarlanan "əhlinizdən məsulsunuz" ilahi əmrəni, sanki uşaqlarımıza ən gözəl geyimləri geydirməklə, qarınlarını ən gözəl yeməklərlə doyurmaqla, masalarına kompüter, altlarına velosiped, ayaqlarına ayaqqabı almaq kimi dar çərçivələrdə qəbul edirik. Halbuki ailə həyatı içində, böyüklərə düşən vəzifə, uşaqlara nümunə olaraq, dünyəvi zövqlərdən fədakarlıq etmənin gərəyini izah etmək, Allah və Rəsulunu razı edəcək əməlləri səmimiyyətlə etməyi öyrətməkdən ibarətdir. Uşaqlarımız, tv-dən və ətraflarındakı yoldaşlarının davranışlarından səhvli olan halları nümunə götürüb, öz həyatlarına tətbiq edirlərsə bu halda bilinməlidir ki, uşaq tərbiyəsini ailədən almamış, ana kifayət qədər ana ola bilməmiş, ata da yetərincə ata olmamışdır. Uşaqlar ana atanın əlindən itib getmişsə bizim, Allah qarşısındakı vəziyyətimiz və həyatın içindəki mövqeyimiz doğru deyildir. Çünki doğru yolda kimsə itə bilməz. Bunu bilməliyik ki, uşaqlarımızın qüsurları, bizim onlara qarşı etdiyimiz qüsurların davamından başqa bir şey deyildir. Yenə digər bir başqa hədisdə: "Şübhəsiz ki, Allahın sənin üzərində bir haqqı vardır, nəfsində sənin üzərində bir haqqı vardır, uşaq və övladında sənin üzərində haqqı vardır. O halda hər haqq sahibinin haqqını ver! "(Əbu Davud)Bu hədisdən də anlaşılır ki, uşaqlarımızın bizim üzərimizdə böyük bir haqqları vardır. Uşağımızın yaxşı bir müsəlman olmasını istəyiriksə, əvvəlcə özümüzə nəzər etməliyik. Çünki uşaq tərbiyəsi məsələsində əvvəlcə ailə faktoru üzərində dayanaraq, ideal bir uşağın ancaq ideal bir ailə mühitində yetişəcəyinə inanmağımız lazımdır. Bədiüzzaman Səid Nursi: "Uşağın ilk və ən təsirli müəllimi onun anasıdır" deyə buyurur. Ən böyük alimlər belə, ilk etiqad dərsini analarından almışdırlar. Bu sətirləri yazanda ilk iman dərsini anasından almışdır. Ananın uşağına olan sevgisinin, ona olan fədakarlığının qaynağı Allaha imandan kənar bir yol ola bilməz. Ana övladına haramı və halalı öyrədər. Doğruluğu və cömərdliyi, qohum və qonşulara köməyi, yaxşılığı və fədakarlığı öyrədər.
Hər bir ana uşağına qarşı şəfqət və sevgi ünsürlərini özündə cəmləşdirməsi ilə yanaşı uşağına qarşı məlumatlı və diqqətçi olma ünsürlərini də özündə cəmləşdirməlidir. Bu ünsürləri özündə cəmləşdirən ana kamil ana olmaqla yanaşı, uşağını ən gözəl şəlkildə yetişdirə bilən bir insandır. Allahın sayəsində insanlara ilk sevgi dərslərinidə analar verir. Şəfqət qəhrəmanı olan analar, saf və duru sevgini, səmimi məhəbbət dərsini, ağrıyaraq ağlama və mərhəmət dərsini insanlara öyrədən analardır. Necə ki Allahına bağlı olaraq bunları edən qadının ayağının altında olduğunu söyləyir aləmlərə rəhmət olan peyğəmbərimiz(s.a.s): "Cənnət, anaların ayaqları altındadır. "(Nəsai)Bu hədis əslində ixlaslı sevginin, mərhəmətin və fədakarlığın qarşılığıdır. Peyğəmbər (s.a.s) belə buyurmuşdur: "Uşağın ata üzərindəki haqqı, uşağına gözəl bir ad verməsi və onu İslam ədəbi ilə tərbiyə edərək öyrətməsidir". Uşağınızda gördüyünüz pis bir xasiyyətin günahını, mütləq özünüzdə axtarın. Əksər hallarda ana və ata uşaqda gördüyü səhv bir davranışın günahını ya uşağa ya da ətrafa yükləmə meylindədir. Uşaq, ailədən gördüklərini təqlid edərək böyüyər. Əgər siz, ona yaxşı bir tərbiyə vermisinizsə, ətrafdan eşitdikləri ona çox təsir etməyəcək. Pis tərbiyənin ilk və ən təsirli pilləsi, pis nümunə sərgiləməkdirsə, pis tərbiyənin ikinci pilləsi uşaqlarımıza kafi zaman ayırmamaqdır. Yalnız dərsi üçün uşaqlarla bir-iki saat birlikdə olmaqla, ana və atalar vəzifələrini bitmiş saya bilməzlər. Çünki, uşaq geri qalan zamanını küçədə, təsadüfi yoldaşlarla və ya evdə televiziya qarşısında keçirməkdədir. Uşağına ayırması lazım olan qiymətli vaxtlarını, qonaq qarşılamaqla və dedi-qodu etməklə keçirən bir ananın onun üzərində nə haqqı ola bilər? Belə bir ana, hərhalda, yaxşı bir ana olduğunu iddia edə bilməz. Sərvətinə sərvət qatmağa çalışan, işindən başqa bir şey düşünməyən, axşamlarını ya hesab edərək və ya çayxanada yoldaşlarıyla oyun oynayaraq keçirən bir ata da, yaxşı bir ata olduğunu söyləyə bilməz. Qısacası, vəhy ilə inşa olunmayan ailə cəmiyyəti bir gün mütləq zəlzələyə uğramağa möhtacdır. Pis tərbiyənin üçüncü pilləsi isə tərbiyə metondundaki buraxılan səhvlərdir. Bu pillə elə dərindir ki, məsələn əgər çox şən və keyfiniz yerində olduğu zaman onların ən böyük dəcəlliklərini təbəssüm və qəhqəhə ilə qarşılasanız, işlərinizin yaxşı getmədiyi və canınızın sıxıldığı zamanlarda da, marağınızı çəkmək üçün etdikləri kiçik dəcəllikləri, döyməklə, təhqir və söyüşlə qarşılasanız, səmimi olaraq etiraf etdiyi bir günahında da cəza görüb, lakin inkar etdiyində də döyülməkdən xilas olarsa, xahiş və yalvarma ilə sizdən bir ehtiyacını qopara bilməyib, ancaq kaprizlik və təpinmə ilə bunu əldə edərsə, normal zamanda görə bilmədiyi diqqəti, şəfqət və sevgini, bir xəstəlik və ya qəza əsnasında görərsə tərbiyə metodunuz iflic və məhv olmuş deməkdir.
| ['islam', 'din'] |
5,871 | https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/4495/k%C9%99%C5%9Fv-edilm%C9%99yi-g%C3%B6zl%C9%99y%C9%99n-x%C9%99zin%C9%99l%C9%99r-i-hiss%C9%99.html | Kəşv edilməyi gözləyən xəzinələr ( I hissə) | Cavid | İslami Hekayətlər | 1 aprel 2011, 03:23 |
"Rəhman, Rəhim və tərbiyə edən Rəbb isminin əsl sahibi, gözəllər gözəli olan Allahın adı ilə." Hər bir uşaq əslində kəşf edilməmiş bir xəzinədir. Əgər onları doğru şəkildə kəşf edərsək onların necə böyük bir xəzinə olduqlarını, onlardan sabahların necə böyük müsəlmanları yetişə biləcəklərini və bununlada həm cəmiyyətə həm dinimizə həm də insanlığa böyük bir fayda toxuna biləcəyini açıq şəkildə şahidi ola bilərik. Əslində hər bir uşaq, daha əkini olmayan amma xeyirli bir əkini gözləyən böyük bir tarladır. Əgər cütçü bu tarlada iman tumurcuqlarını doğru şəkildə əkərək, onun yetişməsində köməkçi olarsa, bu halda o, bir az sonra bu tarlada necə böyük bir iman ağaclarının bar verdiyini görəcəkdir. Deməli, hər bir uşaq cənnəti qazanmaq üçün bir tarla bir vəsilədir. Gözəllər gözəli Allahın sayəsində uşaqlarımızın tərbiyəsi bizdən çox asılıdır. Əgər Allaha bağlı olaraq doğru şəkildə hərəkət etsək nəticədə də xeyir olacaqdır. Əgər şah damarımızdan belə ən yaxın olan Allahdan uzaq olaraq uşaqlarımızı Allahın deyil nəfsimizin istədiyi kimi tərbiyə etsək və onları öz yaradıcılarından kənarda tutsaq bu zaman şər baş verəcəkdir. Günümüzdə uşaqları əhəmiyyətsiz hesab edir, onlarla təmasda çox az-az oluruq. Halbuki onlar bizdən, bizlərin onları kəşf etmələrini gözləyirlər. Onlar bizdən gələcəyin Musablarını, İbni Abbaslarını, Əbu Zərrlərini, Cəfəri Sadiqlərini, Talha və Zubeyrlərini, Xədicələrini, Fatimələrini, Ümmü Sələmələrini, Səfiyələrini, Aişə və Zeynəblərini yetişdirilmələrinə vəsilə olacağımızı gözləyirlər. Onlar bizdən az bir şey istəyərək irəlidə bizə və ətrafımıza çox şey verməyə iddialıdırlar. Uşaqlara öyrədilən şeylər daşda həkk olan yazılar kimidir. Uşaqlarımızı daim yaxşı əməllərə təşfiq edərək onlara yaxşı əməlləri aşılıyarsaq onlar da böyüdüklərində başqalarına yaxşı əməlləri aşılıyacaqlar. Əslində hər bir uşaq cəmiyyətə verilən bir mesajdır. Bunun üçün uşaqlarımızı düzgün şəkildə yetişdirməliyik ki, cəmiyyətə necə yaxşı nümunə ola biləcək bir insan mesajını verə bilək. Əks halda pis mesajlarla dolu olan cəmiyyətimizə bir pis mesajıda biz qatacağıq. Əgər biz uşaqlarımızı kəşf etməyib onları öz başına buraxsaq, nəfslərinə uyaraq özlərinə zülm edə bilərlər. Dünyamızda geniş sahədə tutuma malik olan və bəlkə də milyardlarla insanların başında gecə gündüz fəaliyyət göstərən cahiliyyət sisteminin bir çox hərəkətləri səhv olmaqla birlikdə bu sistemin ən böyük çatışmazlıqlarından biri də uşaqlara əhəmiyyət verməmə, onları əhəmiyyətsiz hesab etmə, uşaqlara dəyər verməmə kimi ünsürləridir. Buna görə də digər sistemlər kimi cahiliyyət sistemi də bu həyatın standartlarına cavab verməyib məğlubiyyətə uğrayaraq sıradan çıxır. Bir şüurlu müsəlman olaraq bu gün biz kömək əhatəmizi genişləndirərək mümkün olduğu qədəriylə evlərimizdə olan uşaqlarla kifayətlənməyib, tanıdığımız və ya tanıya biləcəyimiz bütün uşaqlara hər cür kömək əlimizi uzadaraq özümüzü passiv deyil aktiv müsəlman olmağa məcbur etməliyik. Uşaqlarımız bizlərə gözəllər gözəli Allah tərəfindən bəxş edilən böyük nemətlərdən biri olmaqla yanaşı, Allahın bizlərə olan lütfü və bu dünyada ürəyimizin istədiyi hədiyyələrdən biridirlər. Necə ki varlıq aləmi Allahın sevgisinin bir ifadəsidirsə, uşaq da insanın sevgisinin bir məhsuludur. Hər uşaq cənnət meyvəsidir və bu meyvə məhəbbət ağacında bitər. Həzrəti Peyğəmbər(s.a.s) buyurur: "Uşaq ürək meyvəsidir və cənnət ruzisindəndir. Uşaqlarınıza yaxşı baxın, onları gözəl tərbiyə edin." Sevgiylə böyüdülən uşaq sevgi, ümid və həyat dolu bir insana çevrilərsə, sevgisiz yetişdirilən bir uşaq isə nifrət, kin və intiqam hissləriylə dolu uşağa çevrilə bilər. Ailə uşağa verdiyi sevgini bir sədəqə, həm də sədəqələrin ən gözəli olduğunu bilmək məcburiyyətindədir. Çünki, uşaqları çox sevən və həmişə onlara xüsusi nəvaziş göstərən Muhəmməd (s.a.s) buyurur: "Bir kimsənin uşağını tərbiyə etməsi və ona ədəb öyrətməsi, hər gün sədəqə verməsindən xeyirlidir." Sevgi ilə tərbiyə, tərbiyələrin ən gözəlidir və Allahın əxlaqıyla əxlaqlanmaq deməkdir. Hz. Peyğəmbəri (s.a.s) uşaqları öpüb sevərkən görən bir adam: "Demək sən uşaqları öpürsən? Mənim bu qədər uşağım var, indiyə qədər heç birini öpmədim" dəyincə Hz. Peyğəmbərin (s.a.s) cavabı belə olur: "Allah sənin ürəyindəki mərhəməti söküb götürübsə, mən nə edə bilərəm ki?" (Buxari, Ədəb 18).
Digər bir hədisdə isə: "Kiçiklərimizə şəfqətli olmayan, böyüklərimizi saymayan bizdən deyildir." buyurulmaqdadır. Uşaqlar İslam fitrəti ilə doğulduqları üçün onlar biz müsəlmanların qardaşıdırlar. Müsəlman bir insan, dünyanın harasında bir uşaq görərsə ona dindaşı gözü ilə baxmaq məcburiyyətindədir. Bu səbəblə dünyanın bütün uşaqlarını sevmək, bir müsəlman üçün din qardaşlığı çərçivəsində bir vəzifədir. Əslində heç bir körpə anasından pis doğulmayıb və heç bir körpə günahkar deyildir. Böyük islam alimlərindən olan İmam Qəzali buyurur ki: "Uşağın ürəyi saf və təmizdir." Həqiqətən də Allah bizim əllərimizə məsum və günahsız olan övladları bəxş edirsə onların tərbiyələrindən, bəslənmələrinə qədər məsul olan bizik. Uşaqlarımızı halal işlərdən qazandığımız halal ruzilər ilə bəsləməliyik ki, onlar sağlam şüurla yanaşı sağlam ruhla yetişə bilsinlər. Unutmamaq lazımdır ki, yedikləri ilə insanın davranışları arasında çox sirli həmçinin dolaşıq əlaqələr mövcuddur. İnsanın xarakteri, səciyəsi, qabiliyyəti, duyğu və düşüncə dünyası və hətta rəftar və davranışları yediklərindən tamamilə ayrı hesab edilə bilməz. Günümüzdə əgər halal və haramlara diqqət etmədən, qeybət və dedi-qodu edərək, uşağının bir dediyini iki etmədən, uşağın ruhundan çox yeməyini, geyəcəyini, düşünərək qohumu ziyarət etmir, ana-atamıza baxmır, üstəlik hər danışdığımızda da yalan danışaraq uşaqlarımıza gəldik də isə nəsihət edib sonra "bu uşaq niyə belə olub? söz dinləmir!" deyə özümüzə sual verərsək, cavabıda "təbii ki, dinləməyəcəkdir" şəklində olacaqdır. Sağlam cəmiyyətlər yalnız sağlam analar vasitəsi ilə yetişdirilirlər. Bir cəmiyyətin keyfiyyəti, anaların keyfiyyətinin göstəricisidir. Bəzi analar uşaqlarına baxmaqdansa səbəbsiz olaraq şəxsi karyeralarını göz önündə tutaraq uşaqlarına baxıcı tutur, onlara göstərilməsi lazım olduğu qayğını göstərmirlər. Halbuki heç bir baxıcı xala, ananın yerini verə bilməz. Bir ananı analığından saxlayan hər iş, həm anaya həm uşağa və həm də cəmiyyətə bir zülmdür. Analıq bir ananın həyatını dolduracaq böyük həcmli bir ''iş"dir. Bu gün qadınlar küçələrə, fabriklərə, ofislərə, rəsmi dairələrə məhkum edilməklə, qadın təbiətinə xariciləşdirildi. Öz təbiətinə xariciləşən qadın təəssüf ki, analıq duyğusuna da xariciləşdi.
| ['islam hekayələr'] |
5,872 | https://kayzen.az/blog/islam-ve-aile/4494/ail%C9%99-v%C9%99-ev.html | Ailə və ev | Cavid | İslam və Ailə tərbiyəsi | 1 aprel 2011, 03:19 |
Bundan əvvəlki evlilik mövzusuna bir əlavə olaraq qeyd etmək lazımdır ki, bəzən ayrıca bir evin heç olmaması bir problemmiş kimi evlilik məsələsi təxirə salınır. Onsuz da yeni ailə qurmaq o qədər asan deyil, maddi baxımdan böyük xərclər bahasına başa gəlir. Belə ağır vəziyyətdə isə bir də yeni ev almaq, yaxud kirayədə yaşamaq əlavə bir yük olur. Halbuki təzə gəlin bəyin qarşısında heç bir şərt qoymadan bəyin valideynlərilə bir evdə bir müddət yaşaya bilər. Bilirik ki, indiki zamanda bu məsələ çox böyük problemə çevirilib. Bəzi evlərdə o qədər ailə fərdi var ki, evin kiçikliyindən yeni gəlin o evdə yaşaya bilməz, yaxud valideynlər təzə gəlini qəbul etmək istəmir, ya da bəyin maddi vəziyyəti yeni ev almağa imkan verir. Bu və ya digər hallar vardır, amma çox deyil. Baxırsan ki, illərlə sevgi məhəbbət məcarası yaşayan iki gənc, valideyn evində yaşamamaq üçün evlənmirlər.
İndi cəmiyyət elə dəyişib ki, ailələrdəki müsbət cəhətlər artmaqla bərabər mənfi cəhətlər də çoxalır. Əvvəllər böyük bir ailə böyük bir evdə və ya məhəllədə yaşayardı. Ana-ata, baba-nənə, oğul-uşaq və qohum-əqraba bir-birinə yaxın olaraq həmişə dəstək göstərərdilər, bir-birlərindən xəbəri olar, əlaqələri sıx saxlayardılar. O zamanlar böyüklərə hörmət və uşaq tərbiyəsi də bir başqa idi. İndi isə hamı şəhərlərə can atır, yaşayış məntəqələri sıxlaşır, evlər balacalaşır, mənzillər darlaşır və çoxalır. Bu halda isə ailələr yalnız ata-ana və uşaqlardan ibarət olur, qohumluq əlaqələri zəifləyir və kəsilir, dəstək və yardım edən olmur. Bir tərəfdən belə ailələr tez inkişaf edir, həyatın bir çox problemlərinə tab gətirir, amma başqa tərəfdən də cəmiyyətin içindəki əlaqələr və bağlar zəifləyir. İşsizlərin sayı artır, iqtisadi vəziyyət ağırlaşır, qiymətlər bahalaşır və sairə bir çox çətinliklər üzə çıxır, bütün bunlar da evliliklərin gecikməsinə səbəb olur. Bütün bunlar azmış kimi, bir də qız şərt kəsir ki, qaynana ilə yaşamaq istəmirəm. Ya qaynana ilə yola gedəcə bilməyəcəyini səbəb gətirirlər, ya həmişə qaynana deyəni edə bilmərəm deyirlər, ya da illərdir azad yaşamaq üçün evliliyi gözləyən qızlar bir də gedib yad adamlardan əmr ala bilməyəcəklərini düşünürlər. Təbii ki, buna razı olmayan oğullar da var ki, xanımının şikayətləri və anasının deyingənliyindən rahat yaşaya bilməyəcəyindən qorxur. Baxırsan cəmiyyətdə "evdə qalanlar" və "boşanmışlar" fenomen halını alıb. Bir-birinə bağlı o qədər problemlər var ki, artıq çıxış yolu tapmaq da qeyri-mümkündür. Qızları ya valideynləri müxtəlif mənasız səbəblərdən ərə vermir, madiyyat kimi çətinlikləri əldə bayraq edirlər, ya qızlar özləri müxtəlif səbəblərdən ərə getmək istəmirlər. Hətta qaynana ilə yaşamağa və hər cür çətinliklərə səbr etməyə razı olan qızlar var ki, onlar da ailə qura bilmirlər, bu isə oğlan tərəfdə yaranan problemlərdən irəli gəlir.
| ['ailə', 'ev'] |
5,873 | https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/4493/m%C3%BCs%C9%99lman-ail%C9%99sinin-x%C3%BCsusiyy%C9%99tl%C9%99ti.html | Müsəlman ailəsinin xüsusiyyətləti | Cavid | islam dininin əsasları | 1 aprel 2011, 03:13 |
Hər il bu günlərdə gənc oğlan və qızların dəyərli təmənnalarını gerçəkləşdirən toylar çox yaşanır. İçərisində şərəfli bir sığınacaq, könül sükunətliyi və səadət tapacaqları müsəlman ailəsi qurarlar. Bu yuvanın kölgəsində və qanadları altında ciddi bir atalıq və şəfqətli bir analıq ilə bənzərsiz bir nəsil yetişir. Bəs bu yuvanın xüsusiyyətləri nədir? Üsulu nədir? Xöşbəxtliyi necə gerçəkləşir? Allah Təala belə buyurur : «Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və məhəbbət yaradması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!» (30/ər-Rum/21) Ailə, qiymətini ancaq itirənin, qorxunc bir yalnızlıq içində və ya zindan qaranlığında yaşayanın, yollarda və çollərdə azanın bilə biləcəyi bir nemətdir. Allah Təala belə buyurur : «Allah evlərinizi sizə məskən (yaşayıb dincəlmə yeri) etdi.» (16/ən-Nəhl/80) İbn Kəsir rəhiməhullah belə deyir : «Allah Təbarəkə və Təalə qullarına olan nemətinin əksiksizliyini zikr edir. Onlar üçün sükunət yeri olan yuvalar yaradmışdır. Onlara sığınırlar, onlarda gizlənirlər və onlardan digər yönlərdən də faydalanırlar.» Müsəlman ailəsi, arvad və ərin birlikdə daşıdığı bir əmanətdir. Onlar, bu binanın təməli və dayağıdır. Ailə, onlarla yolunu təyin edər. Onlar; sözdə və davranışda Allahın yolunda doğru gedincə, gizli və aşkar hallarında təqvaya bürünüb gözəl əxlaq və təmiz bir keçmiş ilə bəzənincə, ailə nur və fəzilət qaynağı olur. İnsanların dünyasını aydınladır. Saleh bir nəsil qurmaq; şərəfli bir toplum, uca bir ümmət üçün başlanğıc olur. Ey ər-arvad!.. Ailəniz, bu dinin qalalarından bir qaladır. Sizdən hər biriniz düşmənlərin girməməsi üçün bir açıq yeri bağlayır. İkiniz də bu qalanın gözətçilərisiniz. İdarəni əlində saxlayan ərdir və itaət edilməsi vacibdir. Rəsulallah (s.ə.s) belə buyurur : «Hamınız bir çobansınız və hamınız idarəsi altındakından cavabdehsiniz.» Sonra belə buyurur : «Qadın ərinin evində çobandır və idarəsi altındakından cavabdehdir.» Bu hədisi, Buxari rəvayət edir. Rəsulallahın (s.ə.s) ailəsi və möminlərin anaları olan həyat yoldaşları yer üzərindəki bütün ailələrə ən gözəl misaldır. Rahat və sükunət üzərində bina edilmiş, davamlı zikr və Quran tilavəti üzərində qurulmuş, bir peyğəmbər ailəsidir. Rəsulallah (s.ə.s) həyat yoldaşlarını misal bir həyat üçün hazırladıqdan sonra heç bir təzyiq etmədən onları seçimdə sərbəst buraxırdı. Peyğəmbər (s.ə.s) həyat yoldaşlarının dünya həyatı və bəzənmələri ilə Allah və Rəsulu, axirət yurdu arasında seçim etmələrini istəyən ayə nazil olmuşdur: «Ya Peyğəmbər! (Artıq xərclik və pal-paltar istəyən) zövcələrinə belə de: «Əgər siz dünya həyatını və onun dəb-dəbəsini istəyirsinizsə gəlin sizə talaq haqqınızı verim və (sonra da) gözəl bir tərzdə (Allahın buyurduğu qayda üzrə) boşayım! Yox əgər Allahı, Onun Rəsulunu və axirət yurdunu istəyirsinizsə, (bilin ki,) Allah içərinizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat (Cənnət) hazırlamışdır. (Peyğəmbərin (s.ə.s) xanımları dünya nemətlərindən vaz keçib axirət yurtdunu daha üstün tuturdular).» (33/əl-Əhzab/28-29) Buna görə Aişə (r.a) və digər bütün həyat yoldaşları belə deyir: «Allah və Rəsulunu, axirət yurdunu seçirik.» Bunun izahı İslam kasıblığa dəvət edir deyil! Cənnət də həyatın təmiz tərəflərindən faydalanmağın qarşısını almaz. Əksinə Rəsulallahın (s.ə.s) ailəsi, İslamın yetişdirdiyi ən gözəl misaldır. İslamın ilk nəslinin qurduğu ailə, sözdə və davranışda İslamı üsul etmişdir. Həyatını imanın nuru ilə aydınlatmış və Quranın əxlaqı ilə bəzəmişdir. Aralarından, tarixin ən parlaq səhifələrinə bənzərsiz misallar çıxmışdır.Müsəlman ailəsi o zamanda cəsur qəhrəmanlığa, dəyərli alimlər, zahid əhli olan abidlər, səmimi komandanlar, xeyirli övladlar və ibadət əhli qadınlar yetişdirmişdir. İman və hidayət təməlləri üzərində qurulunca və Quran nuru ilə aydınlanınca müsəlman ailələri bax belə olur. Allahdan haqqı ilə qorxan tamiz bir ailə yuvası,fitrəti azmalardan qoruyur. Rəsulallah (s.ə.s) belə buyurur : «Hər doğulan mütləq fitrətlə doğular. Sonra onun atası onu yəhudiləşdirir, xristianlaşdırır və ya məcusiləşdirir.» Bu hədisi, Buxari rəvayət edir. İbni Qeyyim (r) belə deyir : «Uşaqların çoxunun qorunması ataları tərəfindən, onları başlı-başına buraxmaları və dinin fərzlərini və sünnətlərini öyrətmələrini tərk etmələrinə görə olmuşdur. Balacalığından onları itirirlər. Onlar da böyüyəndə nə özlərini, nə də atalarını faydalandırırlar.» Ailə başçısının uşaqlarını bir araya toplaması və onlara bir qədər Quran oxuması nə gözəl şeydir!.. Onlara peyğəmbərlərin hekayələrini anladması davranışlarına uca ədəb qaydaları yerləşdirir. Müsəlman ailəsinin ən qabaqcıl vəzifələrindən biri uşaqların tərbiyəsidir. Güclü və saleh bir nəsil yaradmalıdır. Ana-atanın gözəl misal göstərməsi olmadan nəsihətin bir təsiri, tərbiyənin dəyəri yoxdur. İbadətdə və əxlaqda misal olmaq... Sözlərdə və davranışlarda misal olmaq... Görünüşdə misal olmaq... Allah Təala belə buyurur : «Və o kəslər ki : «Ey Rəbbimiz bizə zövcələrimizdən və uşaqlarımızdan (Sənə itaət etməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə (rəhbər) et!» - deyərlər.» (25/əl-Furqan/74) İbrahimin (ə.s) duasını düşün! Allah Təala belə buyurur : «Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, lazımınca) namaz qılan et. Ey Rəbbim! Duamı qəbul buyur!» (14/İbrahim/40) «Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaz) səbrlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinin-müttəqilərindir!» (20/Ta-Ha/132) Sakit və doğru yolda olan ailənin yoxluğundan azmalar başlayır və uyuşdurucu istifadəsi genişlənir. Uşaqların və yetkinlərin arasında günah işləmə səviyyəsi yüksəlir. Daha sonra intihar səviyyəsinin artdığını eşidirik. Könüllərə iman yerləşdirməyən və Quran yolunu da doğru gedməyən bir ailə yuvası psixoloji, fikri və əxlaqi pozğunluq yaşayan ünsürlər meydana çıxır. Bəzi uşaqlarda gördüyümüz ana-ataya pislik etmə, gənclər arasında zərərli əlaqələr, cavabdehlikdən qaçmaq, Allahdan üz çevirmək və bu gün ümmətin övladlarından bir qrupu oğurluq edən, ölkələrə və dəyərlərə qarşı çıxmaq hadisəsi qətiyyətlə tərbiyəni saymayan və gözəl misal olmayan bir ailənin nəticəsidir. İslamın qaydalarını parça-parça edən, xoşuna gələnini alan və istəmədiyini tərk edən bir ailə, alçaq insan misalları pozğun insanıyyət inşa edir. Bunlar ümmətin üstünlük və liderlik mövzusunun yüksəlməsinə faydalı ola bilməz. Müsəlman ailəsinin əsl xüsusiyyətlərindən biri də; hər anlaşılmazlıqda, nə qəər balaca olursan olsun hər hadisədə, işini Allaha və Rəsuluna götürməsidir. Ailədəki hər kəs, Allahın hökmünə razı olur və təslim olur. «Allah və Peyğəmbəri bir işi hökm ediyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (ayrı cür hərəkət etmək) yaraşmaz. Allah və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yolundan açıq-aydın azmışdır!» (33/əl-Əhzab/36)
Müsəlman ailəsinin həyatı və xöşbəxtliyi, sakitliyi və rahatlığı Allahı zikr etməkdədir. Əbu Musa (r.a) Rəsulallahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: «İçərisində Allahın zikr edildiyi ev ilə içərisində Allahın zikr edilmədiyi evin misalı, ölü ilə dirinin misalıdır.» Bu hədisi, Muslim rəvayət edir. İbn Ömər (r.a) Peyğəmbərin (s.ə.s) belə buyurduğunu rəvayət edər: «Namazlarınızdan bir qismini evlərinizdə qılın. Evlərinizi qəbrlərə çevirməyin.» Bu hədisi Buxari, Muslim rəvayət edər. Əbu Hureyrə (r.a) Peyğəmbərin (s.ə.s) belə buyurduğunu rəvayət edər : «Evlərinizi qəbrlərə çevirməyin. Şübhəsiz şeytan, içərisində Bəqərə surəsi oxunan evdən qaçar.» Bu hədisi, Muslim rəvayət edir. Rəsulallah (s.ə.s) belə buyurur : «Evlərinizdə namaz qılın. Çünki fərz namazları xaric, insanın qıldığı ən xeyirli namaz evindəkidir.» Bu hədisi Buxari, Muslim Zeyd bin Sabit (r.a) kanalıyla rəvayət edər. Bu hədislər, müsəlmanların evlərinin dirilməsinə, tövhid kəliməsi ilə (Lə iləhə illəllah - Allahdan başqa ilah yoxdur), təsbihlə (Sübhanallah), təkbirlə (Allahu Əkbər) və buna bənzər zikr növləri ilə Allahı zikr edərək onları nurlandırmağa, çoxlu nafilə namazı qılaraq onları canlandırmağa işarət edər. Evlər namazdan və zikrdən uzaq olarsa yüksək saraylar belə olsa qəbrlərə və viranələrə dönər. Allahın zikri edilməyən və Quran oxunmayan evlər şeytanların otlağıdır. O evlərdə oturanların bədənləri diri olsa da qəlbləri ölüdür. Müsəlman ailəsinin bir xüsusiyyəti də, fərdlərin ibadət və itaətdə yardımlaşmasıdır. Ərinin zəif imanını zövcəsi gücləndirir. Qadının davranış pozğunluğunu əri düzəldir. Bir-birini tamamlayırlar və bir-birini dəstəkləyirlər. Bir-birinə kömək və yardım edirlər. Aişə (r.a) belə deyir : «Rəsulallah (s.ə.s) gecənin bir qismində namaz qılırdı, gecə namazına qalxınca: «Qalx və vitr qıl ey Aişə» buyururdu. » Bu hədisi, Muslim rəvayət edər. Rəsulallah (s.ə.s) belə buyurur : «Gecənin bir qismi qalxıb namaz qılan, zövcəsini oyandıran, və o da namaz qılan, rədd edərsə üzünə su səpən adama Alah rəhmət eləsin!.. Gecənin bir qismində qalxıb namaz qılan, ərini oyandıran, və o da namaz qılan, rədd edərsə üzünə su səpən qadına Allah rəhmət etsin!..» Bu hədisi, Əbu Davud rəvayət edər. Bu iki hədis, kişi və qadının hər birinin digərini islah etməkdə və Allaha ibadətə təşviq etmədə rolu olduğuna işarət edər. Bu belədir; çünki aralarında əlaqə əslində iman əlaqəsidir. Bu əlaqədə əllər, Allaha itaət üçün bir-birini sıxar. Bir əl yorulursa, digəri ona kömək edər. Müsəlman ailəsi elm və əməl üzərində qurulur. Doğru yola yönləndirən və Cəhənnəmə götürən yolları göstərən; təharət ədəbini, namaz əhkamını, izn istəmə qaydalarını, halal və haramı açıqlayan bir bilgi üzərində qurulur. Ailə fərdləri dini hökmlər haqqında bilgisiz olmaz. Zaman zaman elm məclislərində şəriət elmini alarlar. Allah Təala belə buyurur : «Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun.» (66/ət-Təhrim/6) Bu ayə ailə fərdlərini öyrətməkdə, onlara yaxşılığı əmr edib pislikdən çəkindirməkdə əsldir. Təsir alimləri belə deyir : «Ailəsinin elmləndirilməsi müsəlmanın üzərində bir haqqdır.» Əli (r.a) belə buyurur : «Onları öyrədin və elmləndirin!» Kurtubi (r) belə deyir : «Uşaqlarımıza və ailələrimizə dini və xeyri, vacib ədəb qaydalarını öyrətməmiz lazımdır.» Müsəlman ailə yuvasnın bir xüsusiyyəti də həyadır. Həya ilə ailə; varlığını, sui-qəsd oxlarından və ölkələri tərk edilmiş ərazilərə çevirən pis ünsürlərdən qoruyur. Həya pərdəsinin yırtılması açıq-saçıq filmlərə və musiqilərə, ya da örtünməni tərk etməklə və din düşmənlərinə bənzəməklə nəfsinin çirklənməsi, təqva ilə qurulmuş bir ailəyə yaraşmaz! Bütün bunlar, müsəlman ailəsinin mənliyini qurd kimi gəmirir. Pislik, təmir edilmiş yeri xarabaya çevirir. Müsəlman ailəsinin bir xüsusiyyəti də, sirlərinin qorunmuş və ailə daxili anlaşılmazlıqların gizlənmiş olmasıdır. Ailə içərisində yaşananlar yayılmaz və araşdırılmaz. Rəsulallah (s.ə.s) belə buyurur : «Qiyamət günü Allah qatında vəziyyət baxımından insanların ən pislərindən biri, zövcəsinə yaxınlaşan və (zövcəsi) da ona yaxınlaşan, sonra onun sirrini yayan adamdır.» Bu hədisi, Muslim Əbu Səid əl-Xurdri (r.a) kanalıyla rəvayət edir. Müsəlman ailə, toplumla əlaqəsini iman əsası üzərində qurar. Doğruluq sahibi insanların ziyarəti ilə nuru artar. Mömin misk daşıyan insan kimidir. Ya sənə ondan verir, ya ondan satın alırsan, ya da onun yanında gözəl bir iy taparsan. «Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mömin kimi daxil olan kimsəni və (Qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla. Zalimlərin isə ancaq həlakını artır.» (71/Nuh/28) Dinindən razı olunmayan kimsə müsəlman ailəyə soxulmamalıdır. Pislik edənin içəri girməsi pisdir. Şübhəli insanın içəri soxulması, ürəklərin bir parçası olan uşaqlar üçün təhlükədir. Evlərdə əxlaqlar onlarla pozulmuş və sehr onlarla yayılmışdır. Oğurluq hadisələri ortaya çıxmışdır. Sevinclər üzüntüyə dönmüşdür. Daha da sonra onlar xöşbəxt ailənin yıxılmasına səbəb olur. Müsəlman ailəsinin əlaqəsi ev işlərində və ailə daxili vəzifələrdə köməkləşmə anlayışını canlandıraraq dərinləşir və güclənir. Bu mövzuda Rəsulallah (s.ə.s) bizim üçün ən gözəl misaldır. Aişə (r.a) Rəsulallahın (s.ə.s) evində nə etdiyi soruşulunca belə cavab verir : «Bəşərdən bir bəşər idi; paltarını təmizləyir, qoyununu sağar, öz işini görürdü.» Bu hədisi İmam Əhməd rəvayət edir. Bir rəvayətdə də belə deyir: «Ailəsinin köməyində olurdu. Namaz vaxtı gəlincə namaza çıxardı.» Bu hədisi, Buxari rəvayət edir. Bizlərdən birindən dünyadan bir şey istəmək lazım olduğu soruşulsa ən böyük istəyi və arzusu ailəsinin hər tərəfini əhatə edən bir xöşbəxtliyin kölgəsində yaşamaq olur. Müsəlman ailəsində bu xöşbəxtlik, görkəmli evlərin, lüks əşyaların və bahalı paltarların olması ilə həyata keçməz!.. Bu bir xəta xöşbəxtlik anlayışıdır!.. Xöşbəxtlik ancaq ər-arvaddan hər birinin Allahdan haqqı ilə qorxması ilə, gizli və aşkar halında Onu yada salması ilə həyata keçər. Ər-arvaddan hər birinin evliliyə, evlilk vəziyyətlərini səmimiyyətlə və gözəl bir şəkildə yerinə yetirməklərində, onları Allaha yaxınlaşdıran bir ibadət gözü ilə baxması ilə həyata keçir. Bax bu anlayış kölgəsində xöşbəxt bir müsəlman ailəsi qurulur. Bu yuva namaz və Quran ilə məmur olur. Sevgi və anlayış onu kölgələyir. Saleh nəsillər yetişir və ana-atanın üzünü aydınladır. Dünyada və axirətdə onlar üçün xeyr qaynağı olur. Allah Təala belə buyurur : «Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafat verəcəyik!) » (16/ən-Nəhl/97) Mənbə: azerislam.com
| ['müsəlman ailəsi'] |
5,874 | https://kayzen.az/blog/dieta/4472/ar%C4%B1qlama%C4%9F%C4%B1n-yollar%C4%B1-v%C9%99-ar%C4%B1qlamaq-sirl%C9%99ri.html | Arıqlamağın yolları və arıqlamaq sirləri | Əliyev | Dietologiya | 1 aprel 2011, 00:27 |
Çoxları arıqlamaq istəyir,xüsusən də gözəl görünmək istəyən qadınlar.Amma arıqlamaq üçün çoxları nə lazım olduğunu bilmir.Kimisi yalnız ac qalmaqla, ya da güclü idmanla məşğul olmaqla problemin öhdəsindən gələcəyini düşünür. Təbii ki, bəzən birdən-birə arıqlayandan sonra yarana biləcək dəri sallanmasını, selüliti nəzərə almırlar. Bu problemlərlə qarşılaşmamaq üçün idman və pəhrizdən eyni vaxtda istifadə etmək məsləhət görülür.
Ekspert diyetoloq M. Turgay Kosa, köklüyün mütləq müalicə edilməsi lazım olan bir sağlamlıq problemi olduğunu müdafiə edir.
1. Qərar vermək — "İnanmaq, bacarmanın yarısıdır" deyirlər. Adam zəifləyənlərdən heç bir əskiyinin olmadığını, əksinə çoxluğunun olduğunu düşünməli, bu çoxluqlardan da xilas olmaq adına qəti qərar verərək zəifləmə müddətini başlamalıdır.
2. İdarədən keçmək — endokrinoloq və ya terapiya eksperti idarəsindən keçən fərd, analizlərini etdirər və diyetoloq tərəfindən "şəxsə özəl " olaraq hazırlanan bəslənmə modeli ilə pəhriz müalicəsinə keçər.
3. Doğru hədəfi təyin etmək — Dünya Sağlamlıq Təşkilatına görə, ayda 2 — 4 kq ağırlıq itkisi hədəfə alınmalıdır. 6 kq-dan artıq çəki itkisinin faydadan çox zərər gətirəcəyi əsla unudulmamalıdır. Böyük hədəflərə kiçik addımlarla çatırlar.
4. Yuxu müddətinə diqqət — Gündəlik yuxu müddətinin 7 — 8 saat arasında olması lazımdır. Daha az və ya çox yatmaq kilo artımına təsir göstərməkdədir.
5. Nahara lazım olan əhəmiyyəti verin — Nahar etməyən kilo almağa məhkumdur. İç orqanların, beynin, əzələlərin funksiyasını yerinə yetirə bilməsi üçün lazım olan enerji oyandıqdan sonra ən qısa zaman hissəsi içərisində qida yolu ilə qarşılanmalıdır.
6. Tez-tez və az-az bəslənin — Elmi araşdırmalar, 3 paya görə 6 pay bəslənənlərin daha asan arıqladığını göstərir. Pay sayının artırılması, mədəni dolu tutaraq sonrakı payda çox yeməyə maneə törədir.
7. Əsla pay atlamayın — Pay atlamaq özünüzə edə biləcəyiniz ən böyük pislikdir. Gündüz pəhriz etdiyinizi düşündürən, gecə ziyafət etmənizə səbəb olan bu səhvə əsla düşməyin.
8. Axşam yeməyini çox gecə saxlamayın — Axşam yeməyinizi yatmazdan təxminən 3.5 saat əvvəl bitirin. Dolu mədə ilə yatağa girmək bədənin piylənməsi üçün ən yaxşı fürsətdir.
9. Süfrəyə çox ac oturmayın — «Ac toyuq yuxuda darı görər» deyirlər. Uzun sürən aclıqdan sonra qan şəkəri düşə bilər. Bu səbəbdən gün ərzində təxminən hər 3 saatdan bir bəslənilməlidir.
10. Qida müxtəlifliyinə əhəmiyyət verin — Qeyri-kafi və balanssız bəslənməyə gətirib çıxarması səbəbiylə tək tip pəhrizlərdən (zülal ağırlıqlı diyetlər, ayırma diyetləri, tərəvəz və meyvə diyetlərindən) uzaq durmaq lazımdır. Bu tərz pəhrizlər maddələr mübadiləsini pozur. Ona görə qida müxtəlifliyinə əhəmiyyət verin.
11. Yavaş yeyin — Yemək müddətini uzadın. Unutmayın, toxluq hissi 20 dəqiqədə meydana gəlir. Hər tikədən sonra çəngəl — qaşığı əlinizdən buraxın. Yediklərinizdən kef və dad ala bilmək üçün qidaları yaxşıca çeynəyərək udmağa çalışın.
12. Yemək yeyərkən diqqət — Yemək yeyərkən kitab oxumaq, televizor izləmək kimi hər hansı bir şeylə məşğul olmayın. Yeməklərinizi sakit bir mühitdə, tələsmədən yeyin.
13. Evdə yüksək enerjili qidalar saxlamayın — «Gözdən uzaq olan könüldən iraq olar» deyirlər. Evdə enerjisi yüksək qidalar saxlamayın. Lazım olsa, görə bilməyəcəyiniz şəkildə rəflərdə gizlədin.
14. Yeməyin dadına baxmadan duz atmayın — Yemək və çörəklərdən alınan duz ilə kifayətlənməyə çalışın. Ən yaxşısı, masaya duzqabı gətirməyin. Lazım olsa, müxtəlif ədviyyatlarla yeməklərinizi ləzzətləndirməyə çalışın.
15. Rəfinə şəkərdən uzaq durun — İnsulin səviyyəsində ani dəyişikliyə gətirib çıxararaq, təkrar şirin yemə istəyi oyandıracağı üçün rəfinə şəkərdən mümkün qədər uzaq durun. Şəkərin çoxunun da yağa çevrildiyini unutmayın. Qan şəkəri üzərində mənfi təsirlərinin olmaması və enerji ehtiva etməmələri səbəbindən rəfinə şəkər yerinə süni dadlandırıcılardan etibarla istifadə edilə bilər.
16. Yağlı qidalardan uzaq durun — Enerjisi yüksək krem, mayonez, çips, sous, qurudulmuş yağlı qidalardan mümkün qədər uzaq durun. Məsələn çöldə yemək yeyərkən salatı sadə istəyin, uyğun olan əlavələri (limon, sirkə vs) siz özünüz edin.
17. Qızartmalara diqqət — Qida qızardıldıqda çox yağ çəkər və kanserojen elementlər meydana gələ bilər. Bu səbəbdən yeməkləri qaynatmadan, qızartmadan, buğlama və ya sobada bişirmə üsullarından istifadə edərək hazırlayın. Yeməklərə yağı yandırmadan əlavə edin.
18. Qab sıyırmayın — Yeməklərin sularına çörək batırmaq, qab sıyırmaq artıqdan çörək yeməyə səbəb olduğu kimi, fərqində olmadan yeməkdəki yağın da istehlak edilməsinə səbəb olar. 1 kq tərəvəz yeməyinə ən çox 2 yemək qaşığı duru yağ əlavə edin. Hətta ətlə bişən yeməklərə yağ tökməyin.
19. Xəmir yeməklərinə diqqət — Tort, keks, peçenye, börək və başqa xəmir məmulatlarında çox yağ, şəkər, un və yumurta istifadə edildiyi üçün bunlardan mümkün qədər az yeyin. Unutmayın, «biri də bir, mini də bir» deyə bir söz var. Təqdim ediləni bitirmək məcburiyyətində deyilsiniz. Təqdim edilənin yarısını yeyin, yalnız dadına baxın yetər.
20. Spirtin təsiri — Karbonhidrat və zülalların 1 qramı 4 kkal enerji verərkən bu nisbət spirt üçün 7 kkal, yağlar üçün 9 kkal şəklindədir. Bu səbəbdən xüsusilə onların yanında yenilən çərəzlərin miqdarına diqqət yetirilməlidir.
21. Stress faktoru — Stress vəziyyətində bədəndə kortizol hormonu sekresiyalanar və eynilə kortizon dərmanları kimi yağlanılmağa səbəb olar. Ayrıca adam stress vəziyyətində «qarnın tox belə olsa» daha çox ehtiyacı duyur. Problem yaxın bir adamla paylaşılsa stress 50 faiz azalar. Ya da idman edilməlidir. Bu vəziyyətdə «xoşbəxtlik hormonları» ifraz olunur.
22. Nizamlı məşq edin — Nizamlı edilən məşq pəhrizin fəaliyyətini artırdığı kimi, qoruma proqramında da müvəffəqiyyəti dəstəklər. Fiziki fəaliyyətin artırılması maddələr mübadiləsi sürətinə artırıcı təsir edər. Gündəlik proqramınızı edərkən əvvəl məşqi düşünün. Qısa məsafələr üçün nəqliyyat vasitəsinə minməyin, piyada gəzin. Taksi, avtobusdan təxminən 2 dayanacaq əvvəl düşün və gəzin.
23. Bəhanələri bir kənara buraxın – “Məşq etmək üçün heç vaxtım yoxdur. Onsuz da çox yorğunam. Günümün əhəmiyyətli qismi mətbəxdə keçir, davamlı yeməklə məşğul oluram. Mən də yeyirəm. Ev işləri kifayət qədər yorur. Paltar, qab-qacaq, ütü… Vaxtmı qalır sanki?” İfadə olunduğu kimi, bunların hamısı bəhanədir. Ona görə də adam özünü aldatmaqdan daha çox bəhanələrini azaltmalıdır.
24. Lifli qidaların istehlakını artırın – Paxlalı bitkilər (quru lobya, noxud, mərcimək və s.), kəpəkli taxıllar (qara çörək, yarma plovu, kəpəkli düyü, makaron, un), yulaf, tərəvəz və meyvələr ehtiva etdikləri liflər sayəsində mədədə həcm təmin edərək uzun müddət tox qalmağa və pəhrizə uyğunlaşmanı artırır. Ayrıca qan şəkəri, xolesterol və qan təzyiqini istənilən səviyyələrdə tutmağa yardım edir. Nəcisləmə sayını və miqdarını artıraraq qəbizliyi önləməklə, qalın bağırsaq xərçəngindən qoruyucu təsirlər ehtiva etməkdədir. Lif alışını artırmaq adına soyulmadan yenilə bilən tərəvəz və meyvələri qabıqları ilə birlikdə istehlak etməkdə fayda var.
25. Bol su üçün — Lifli qidaların bəhs edilən təsirlərini reallaşdıra bilməsi üçün gün ərzində 10 — 14 stəkan (təxminən olaraq saat başı bir stəkan) su içməyə diqqət edin.
26. Özünü tez-tez çəkdirməyin — Gün ərzində bir saat fasilə ilə tərəziyə çıxsanız da, 2 dəfə eyni rəqəmə rast gəlməniz o qədər də mümkün deyil. Səhər oyanında çəki tərəzidə görülən rəqəm ilə gecə yatarkən qarşılaşılan dəyər arasında 1-2 kq fərq görülür. İdeal olan həftədə bir gün eyni paltarlarla səhər ac qarına çəkini yoxlamaq və rəqəmi bir kənara yazmaqdır. Əks təqdirdə 2 stəkan su içsəniz ağırlığınız təxminən yarım kilo dəyişəcək.
27. Kofeinə diqqət — Çay, qəhvə və qazlı içkilərdə olan kofein qaraciyəri yoracağı üçün çox istehlakından qaçmaq lazımdır. Yüngül də olsa qazlı içkilərdən çox içilməməlidir. Həddindən artıq istehlak vəziyyətlərində qan azlığından osteoporoza qədər müxtəlif sağlamlıq problemlərinə yol aça bilir.
28. Meyvə şirəsi deyib keçməyin — Hazır satılan meyvə sularının demək olar ki, hamısı şəkər ehtiva edir. Hazır alınan 100 faiz təbii meyvə suları seçilməli və ya təzə sıxılmış meyvə suları içilməlidir.
29. Hər “light” məhsula aldanmayın — Paxlavadan şokolada, dondurmadan biskvitlərə qədər qarşımıza çıxan “light” (yüngül) məhsullar digər məhsullara görə enerjilərinin ən az 25 faiz nisbətində azaldılmaları ilə yeyilə bilər. Fərdlər müəyyən yeməklərdən qısaraq, bu məhsulları seçə bilərlər. Ancaq hər “light” məhsulun da bir enerjisi olduğu və sərbəst olaraq istifadəsi unudulmamalıdır. «Nə də olsa light» düşüncəsi ilə həddindən artığa qaçmaq kimi bir səhvə yol verilməməlidir.
30. Yağsız süd məhsullarını seçin — Xüsusilə süd və süd məhsullarında light ibarələrinə tam etibar edə bilərsiniz. Məsələn, yağsız süd ilə tam yağlı süd arasında 1,75 qat enerji, 16,5 qat yağ və 7 qat xolesterol fərqi olduğunu bilirdinizmi?
31. Bazarlığa diqqət — Yemək bazarlığına tox qarına çıxın. Çıxmadan əvvəl bir siyahı hazırlayın və siyahıya sadiq qalın. Yanınızda az pul daşıyın və kredit kartından istifadə etməyin. Marketlərdə pəhrizinizə uyğun olmayan qidaların olduğu yerlərə getməyin. Həmişə ehtiyacınız olan qədər alın, çox almasanız, çox da yeməzsiniz.
32. Etiket oxuma vərdişi qazanın — Bir məhsulu satın alarkən ehtiva etdiyi enerji cəmi, yağ miqdarı və xolesterol kimi məzmunlarını araşdırmaq sağlamlıq üçün böyük əhəmiyyət daşıyır. Nə istehlak etdiyinizin fərqində olmanız, qidaları müqayisə etmək üçün də faydalıdır.
33. Qabda yemək saxlamaqdan çəkinməyin — Ananızın sözlərini unudun, qabdakıları bitirmək məcburiyyətində deyilsiniz. Hətta bir miqdar yemək buraxmağı vərdiş halına gətirin.
34. Eşqbazlıqlarla uzlaşma — Yeməməniz lazım olan hər hansı bir yeməyi çox istəyirsinizsə yeyin, lakin o enerjini piyada gəzməzklə və ya bir başqa fəaliyyətlə mütləq xərcləyin.
35. Günah çıxardın — Dəvət, qəbul kimi xüsusi bir hadisə səbəbi ilə diyet xaricindəki yeməklərdən az-az yeyin, lakin ertəsi gün yalnız salat və qatıq kimi aşağı enerjili qidalarla keçirin.
36. Təklifləri rədd etməyə hazırlanın – Yemək təklifləri ilə davamlı qarşılaşacaqsınız. Unutmayın, siz istəmədən heç kim sizə zərərli bir qida yedirə bilməz. «Xeyr» deməyi öyrənin. Ac gəzməyərək, özünüzü bu təklifləri rədd etməyə hazırlaya bilərsiniz.
37. Ümidsizliyə qapılmayın — Çatışmazlıqlar qarşısında əsla cəsarətinizi qırmayın. Çox yeyirsinizsə, dərhal pessimizmə qapılmayın. “Birə üçün yorğan yandırmayın”. Burada əhəmiyyətli olan eyni səhvi təkrarlamaqdır.
38. Səbirli olun — Aylar, illər içərisində aldığınız çəki çox da asan atılmayacaq. Uzun bir marafonda ilk başda start atmaq nə qədər səhvdirsə, qısa müddətdə sürətli kilo itirərək müəyyən bir çəkidə sabit qalmaq və pəhrizi buraxmaq da o cür cansıxıcıdır. Nizamlı olaraq, eyni xətdə irəliləmək hər vaxt üçün daha sağlamdır. Gec atılan kiloların uzunmüddətli olduğu unudulmamalıdır.
39. Gündəlik yaz — Gün içərisində yediyiniz, içdiyiniz hər şeyi boş bir kağıza yazın. Sonra etdiyiniz səhvləri işarələyin. Özünüzü izləməklə bu səhvləri zaman içərisində azaltma yoluna gedin.
40. İstəyin, yetər – Arıqlamaq müddətində fəlsəfəniz bu olsun: Tənbəllik etməyin, təxirə salmayın, imtina etməyin. Sağlam həyata addım atmaq üçün daha neçə bazar ertəsi gözləyəcəksiniz. Gün bu gündür. Özünüz üçün artıq bir şeylər edin və həyat tərzinizi mütləq dəyişdirin. Özünüzə yaxşı baxın.
Həmçinin bax:
Artıq çəki problemi
Arıqlama yolları
| ['arıqlamaq üçün', 'arıqlamaq', 'arıqlama metodları', 'arıqlamaq yolları', 'normal çəki', 'artıq çəki.dietologiya'] |
5,875 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/4489/ma%C4%9Fazada.html | Mağazada | ayxansevda | Xoşbəxt ailə | 31 mart 2011, 13:20 |
Bir gün avtobusla gedirdim. Yol boyu özümlə fikrimdə mübarizə aparırdım. Hardansa beynimə düşmüşdü ki, mən bu saat yaxınlıqdakı mağazaya girməli və şokolad almalıyam. Lakin almaq da istəmirdim . Ona görə ki, avtobusdan düşsəm , şokoladı almalı və digər avtobusu gözləyəsi olsam xeyli vaxt geçəcək və tələsdiyim yerə gecikəcəm. Nə isə, qərara gəldim , avtobusu yaxınlıqdakı dayanacaqların birində saxlatdırdım, düşdüm və mağazaya tərəf istiqamətləndim. Güclü külək əsməsinə baxmayaraq şokolad istəyim sönmək bilmirdi.
Axıır ki, mağazaya çatdım. Bura girər - girməz ananın altı yaşlı oğlu ilə mübahisə etdiyinin şahidi oldum. Belə ki, uşaq ağlayır, ayağını yerə vururdu ki, mənə nabat ( şirni) al. Biçarə ana az qala hirsindən partlasın. Məni görcək:
- İndiki uşaqlar " var", " yoxdu" bilmirlər. Nə qədər başa salırsan , ay bala, alaram, amma indi yox, tutdurub durub ki, yox e , mən deyəndi almalısan. Adamı xəcalətdi eləyirlər. " Yox" sözünü başa düşmürlər.
Yazıq ana o qədər əsəbi idi ki, tanımadığı adama, yəni mənə də dərdini açmalı oldu. Mənsə cavabında gülməyə başladım. Düşündüm ki, bu altı yaşlı uşaqla mənim aramda indiki vəziyyətdə heç bir fərq yoxdu. Çünki mən də özümə " yox" deyə bilməmişdim.
Bəzi vaxtlarda , unutmaq lazım deyil ki, biz də uşaq olmuşuq , indi də qəlbimizin dərinliyində uşaq olaraq qalmışıq. Valideynlərimizi görəndə istəyirik ki, ərköyünlük edək, nazımızı çəksinlər. Belə vəziyyətlərə bir qədər yumorla yanaşmaq lazımdı. Düşünəndə ki, vay biabır oldum , uşağımıza sərt rəftar edib, sonra peşmançılıq çəkəcəyik. Əgər mən böyük adam şokolad istəyimi öldürə bilmədimsə, bu uşaq nə etsin? Düşünürəm ki, hərdən güzəşdə getmək olar. Böyüklərin istəkləri bitməz- tükənməzdir, uşaqların istəyi nabat və oyuncaqdan başqa nə ola bilər? Bizim arzularımızı reallaşdırmaq elə də asan deyil, onları xöşbəxt etmək isə sizin əlinizdədir.
Həmçinin bax: Uşağı tərbiyə qaydaları
| ['xoşbəxt ailə', 'övlad tərbiyəsi', 'valideyn - övlad münasibəti'] |
5,876 | https://kayzen.az/blog/qadin/4295/merilin-monro.html | Merilin Monro | Əliyev | Qadın | 31 mart 2011, 00:29 |
Anadan olanda ona valideynləri başqa ad qoymuşdular. Və o zaman heç ağıllarına belə gəlməmişdi ki, bir gün gələcək bu balaca qızcığaz özünün seçdiyi adla bütün dünyanı fəth edəcək. O, uşaqlıq və yeniyetməlik dövrünü Norma Cin Mortensen adı ilə keçirmişdi. Anası Qledis Monra Beyker Mortensen o dövrdə Hollivudda montajçı işləyirdi. Atası Edvard Mortensen isə daimi iş sahibi olmayan bir adam idi. Əslində Edvardın Norma Cinin taleyində nə bir ata, nə də həyatını Qledislə birləşdirən adi bir şəxs kimi heç bir rolu olmamışdı. Yazılanlara əsaslansaq Edvard qızı dünyaya gəlməmişdən səssizcə onların həyatından çıxıb getmişdi. Bu hadisə əsas səbəb olmasa da sonradan ailənin daha ağır günləri başlamışdı. Və yaranmış bu acınacaqlı durumun əziyyətini ən çox qızları Norma Cin çəkmişdi. Bu balaca qızcığaz həyatın hələ nə olduğunu başa düşməmiş ən müxtəlif əzablardan keçməli olmuşdu. Taleyinə onları atıb gedən ata, 7 yaşında ikən psixi müalicəxanaya yerləşdirilən ana düşən Norma Cin çox çəkmədi ki, insanların gözəlliyinə, istedadına valeh olduğu Merilin Monroya çevrildi.
Norma Cin Mortensen
Merilin Monro 1926-cı ildə Birləşmiş Ştatların Los-Anceles şəhərində anadan olub. Anası psixi müalicəxanaya düşəndən sonra balaca qızcığaz yetimlər evinə verildi. Merilinin yetimxanadakı məşəqqətli illəri üç ildən çox çəkdi. Sonradan isə anasının ən yaxın rəfiqələrindən Qreys Qoddard onu qızlığa götürdü. Onda Normanın 11 yaşı var idi. Amma onu qarşıda yeni sınaqlar gözləyirdi. Xanım Qreysin evində 5 il yaşadıqdan sonra o, ailə həyatı qurmaq fikrinə düşür və bunu reallaşdırır. Ailə həyatına belə erkən başlayan Norma Cin çox çəkmədi anladı ki, onun bu qərarı düzgün deyilmiş. Belə ki, xəyalpərəst Normanın gözlərinə xilaskar, qəhrəman kimi görünən fəhlə Cim Duqerti tezliklə əzabverici təəssüf mənbəyinə çevrildi. Günlərin birində o, ərinin okeana çıxacağı ilə bağlı xəbəri eşidəndə heç təəssüf hissi keçirmədi də. Əksinə o gedəndən sonra Norma Cin hərbi zavodda işə düzəldi. Və hər şey burada baş vermiş ən adi hadisədən - bir fotoqrafın onun şəkillərini çəkməsindən başladı. Norma Cin hiss etdi ki, o, daxilindəki duyğuları hiss etdirmək, sahib olduğu xarici gözəlliyi başqalarına göstərmək üçün alışıb-yanır. O dayandığı nöqtədə durub gözləyə bilməzdi. Bundan sonra yollar arayan Norma Cin birinci növbədə ərindən ayrılmaq qərarına gəldi və bunu tərəddüdsüz həll etdi. Bunun ardınca isə işlərinin daha da irəli getməsi üçün ona fitri istedadı və çoxlarını məftun edən zahiri gözəlliyi kömək elədi. Norma Cin az müddətdə çoxlarının diqqətini cəlb edən fotomodelə çevrildi. Amma bu hələ başlanğıc idi.
Merilin Monro
Buradakı uğurları isə stimul verdi ki, o, kinoprobalar üçün "İyirminci əsr Foks" kinostudiyasına gəlsin. 1946-cı ildə gəldi və yoxlama çəklişlərində iştirak etdi. Bu çəkilişlər son dərəcə uğurla keçdi. Elə bu ilk uğurdan sonra kinostudiya onunla müqavilə imzalamağı təklif etdi. Bu fürsəti çoxdan gözləyən Norma Cin tərəddüdsüz yeni həyat yolunun astanasına çıxmış oldu. Ona burada iki şeyi məsləhət gördülər: birinci saçının tünd rəngini açsın, ikincisi, adını dəyişsin. O, bunları məmnuniyyətlə etdi və beləliklə Norma Cin Merilin Monroya çevrildi. Kinostudiyada görünən yeni gözəlçə özünü publikaya təqdimetmə bacarağı ilə qısa müddətdə söz-söhbətlərin əsas mövzusuna çevrildi və bu da onun rəqiblərinin heç xoşuna gələn bir şey hesab oluna bilməzdi. Vəziyyəti özünəməxsus şəkildə dəyərləndirməyi bacaran Merilin Monro mütləq özünə güclü bir himayəçi tapmalıydı, yoxsa o, bu nəhəng kinostudiyanın dəhlizlərində illərini havaya sovura da bilərdi. Merilin üçün belə bir himayəçini tapmaq elə də çətin olmadı. "İyirminci əsr Foks"un veteranlarından biri hesab edilən Co Şenk Merilin Monronun ilk himayədarı oldu. Amma bu çox da uzun sürmədi. 70 yaşlı Şenk cavan aktirası üçün sevgili rolunda çıxış edə bilmirdi. Onu dostu nəhəng "Kolumbiya pikçers"in Harri Konnla tanış elədi. Amma elə ilk filmin çəkilişindən sonra Merilin Monronu işdən çıxardılar. Həmin vaxt o, 22 yaşındaydı. O vaxt deyirdilər ki, Merilin Konnun intim əlaqə üçün təkliflərini rədd etdiyi üçün işdən çıxarılıb. Amma onun istedadı Merilinin düşünülmüş-düşünülməmiş hərəkətlərinin, dedi-qoduların önünə keçməyi bacardı. O dalbadal filmlərə çəkilməkdə davam etdi. 1948-ci ildə ilk filmi rejissor Artur Pirsonun çəkdiyi "Təhlükəli illər" filmindən bir il sonra Monro Devid Millerin "Xoşbəxt məhəbbət" filminə, 1949-cu ildə Fil Karlsonun "Xorçu qızlar"ına çəkildi. İndi onun arzusu demək olardı ki, həyata keçmişdi. Çünki hər kəs ondan, onun gözəlliyindən danışırdı. Həm də gənc aktrisaya rejissorların təklifləri yağırdı. Elə 1950-ci ildə Merilin Monro ayrı-ayrı rejissorlar tərəfindən beş filmə - "Tomaqavka bilet", "Odlu şar", "Asfaltlı cunqli", "Hər şey Yeva üçün" və "Sağ xaç"a çəkildi.
O başqalarina bənzəmirdi...
Merilin Monronun şöhrəti artdıqca onun şəxsi həyatı daha çox yelkənsiz qayığa bənzəyirdi. Fasiləsiz filmlərə çəkilən, kifayət qədər qonarar alan Monronun heç şəxsi mülkiyyəti olmayıb. Deyilənə görə, bunlar onu az maraqlandırardı. Amma onun sevgi macəraları ən inanılmaz şəkildə davam edirdi. Heç düşünmürdü də hadisələrin sonu nə ilə qurtara bilər. Xaraktercə azad olan kinoulduz sevgililərini, birlikdə olduğu kişiləri dəyişməkdə heç vaxt nə psixoloji, nə də mənəvi rahatsızlıq hiss edib. Bütün bunlar onun bir növ həyat tərzinə çevrilmişdi. Onun üç dəfə rəsmi nigahda olduğu deyilir. ...Məhşur idmançı Ci Modcini böyük məhəbbətlə sevdiyi söylənsə də aktrisa ondan da ayrılmışdı. Rejissor Artur Millerlə də evliliyi uzunmüddətli olmayıb. Əslində Merilin Monronun sevgililərinin kimlər olduğu dəqiqliyi ilə bilinmir. Amma qeyd edək ki, dünya kinosunun əvəzsiz simalarından biri Marlon Brando, Amerika siyasətinin o dövrdəki zirvəsi sayılan Kennedi qardaşları da Merilinin intim həyatında olublar. Hətta elm adamları da. Onun ən yaxın rəfiqələrindən olan Şelli xatirələrində yazırdı ki, bir dəfə Merilinin evində təsadüfən bir elm adamının da fotoşəklini tapıbmış. "Əl yazısı ilə yazılmışdı: "hörmətlə, sevgilərlə və minnətdarlıqla. Eynşteyn."".
Millerin evində xidmətçi işləyən Lena Pepitoun çox sonralar (Merilin Artur Millerlə evlilik həyatını sürdürərkən) xanımının evdəki həyat tərzi haqqında yazacaqdı: "Artur Miller öz yataq otağında işləyirdi. O isə (Merilin) şampan içər, saatlarla qromafon valında Frenk Sinatra qulaq asardı. Telefonla da qiybətlər edərdi. Sevimli məşğuliyyətlərindən biri də çılpaq halda saatlarla güzgünün qarşısında durub özünə baxmaq idi. O kompleksiz adam idi. Merilin yatağında yemək yeməyi sevərdi, sonra da əllərini mələfəyə silərdi. İki dəfə Merilin bətnindəki uşağını itirdi. Bunlardan sonra o dərin depressiya keçirdi". Həqiqətən də Merilin Monro uzun zaman psixiatriyada müalicə olunub. Bəzi dövrlərdə yuxusuzluqdan əziyyət çəkib. O tez-tez çox güclü təsirə malik sakitləşdirici preparatlar qəbul edib. Hətta elə dövrləri olub ki, kinoulduz öz sevdiyi işə belə biganə yanaşıb, çəkliş meydançalarına gecikməsi isə mütəmadi hala çevrilib.
Kennedilərlə tanışlıq
Amma bunlara baxmayaraq, Merilin Monronun 1955-ci ildə çəkildiyi "Avtobus dayanacağı", (1957-ci il) "Prins və xorda oxuyan qız", (1959-ci il) "Cazda yalnız qızlardır"... filmləri onu şöhrətinin üstünə şöhrət gətirdi. Ona 1959-cu ildə "Qızıl qlobus" mükafatı təqdim etdilər. Hətta iş o yerə çatdı ki, Merilin Monronu 1961-ci ildə Con F. Kennediyə şəxsən təqdim etdilər. Həmin dövrlər məhşur Kennedilər nəslinin ən parlaq siyasi dövrü idi. Bu bütün amerikalı aktrisaların, müğənnilərin arzuladığı bir tanışlıq hesab edilə bilərdi, amma bunu Merilin üçün qəti şəkildə söyləmək mümkün deyildi. Çünki onun həyatı ilə yaxından maraqlanan, baş vermişləri öyrənməyə cəhd edən insanların bir çoxu belə hesab edir ki, aktrisanın ölümü məhz bu tanışlıqla bağlıdı. Təxminən bir ay sürən bu tanışlıqdan sonra Con Kennedi bu əlaqələri bitirməyə qərar verdi. Amma dövrün ən məhşur aktrisalarından olan Monronun hər hansı söz-söhbət yaradacağını əngəlləmək, onu özündən qalmaqalsız, yavaş-yavaş uzaqlaşdırmaq məqsədi ilə qardaşı Bobbi ilə tanış etdi. Amma hadisələr çızığından çıxmağa başlamışdı. Monro Kennedilərlə bu tanışlığın sonunda evlilik xəyalını qurmuşdu. Və Kennedilərin onunla "oynadıqlarına" əmin olduqda psixoloji gərginlik içərisinə düşdü. O vaxt Merilin Monro bir dəfə bildirmişdi ki, mətbuat konfransı keçirib Kennedi qardaşlarının onunla əlaqələri haqqında hər şeyi danışacaq. Bu hadisələrdən çox keçmədi ki, qısa dövr ərzində 30-dan çox filmə çəkilərək Amerika kinotarixinə öz adını böyük hərflərlə yazan, uzun illər dünya tamaşaçılarının dilindən düşməyən, öz qeyri-adi davranışları və həyat tərzi ilə digərlərindən fərqlənən Merilin Monronu Brentvudda, 1962-ci ilin avqustun 5-də səhər tezdən, evində, əlində telefon dəstəyi ölmüş vəziyyətdə tapdılar. Stolun üstündə isə boş dərman qabı və ətrafa səpələnmiş güclü yuxu dərmanları. Monronun cəsədinin ekspertizasında da yazılmışdı ki, ölümə səbəb dərmanın həddi aşması olub. Hətta onun narkotikadan öldüyü versiyası da gündəmə gəlmişdi. Ümumiyyətlə, Monronun ölümünün səbəbləri beş variantda danışılırdı. Amma ona "yuxarılar" tərəfindən qəsd olunması ən real versiya kimi uzun illər müzakirə mövzusu oldu. Elə beləcə də qaldı. Sadəcə çoxlarının bildiyi bir həqiqət vardı: Merilin Monro filmlərdə də, həyatda da rolunu həmişə özünəməxsus ifa edib.
Müəllif: BABƏK YUSİFOĞLU Mənbə: Ədalət.- 2010.- 8 iyun.- S. 6. Həmçinin bax: Merilin Monro
| ['Merilin Monro'] |
5,877 | https://kayzen.az/blog/biologiya/3555/t%C9%99bi%C9%99t-elml%C9%99rinin-tarixi.html | Təbiət elmlərinin tarixi | loğman | Biologiya | 30 mart 2011, 22:22 |
Qədim natur-fəlsəfədə təbiət haqqında fikirlərə rast gəlinir. Onlar təbiət elmlərinin bünövrəsi olmuşdur. Təbiət elmləri əvvəllər təbiəti seyr etməklə, yəni müşahidə metodu ilə öyrənilirdi. Təbiəti öyrənməyin müasir metodları yarandıqdan sonra təbiət elmləri, o cümlədən biologiya elmi sürətlə inkişafa başladı. N.Kopernikin dünyanın heliosentrik sistemi haqqında ilk təlimi təbiət elmlərinin inkişafında inqilab yaratdı. XVI - XVIII əsrlərdə təbiətin sirlərinin öyrənilməsi ilə bağlı çoxlu faktik materiallar toplandı. XIX əsrdə enerjinin saxlanması və itməməsi qanunu, canlı orqanizmlərin hüceyrə quruluşu nəzəriyyəsi, Ç.Darvinin təkamül təlimi təbiət elmlərinin inkişafında əsaslı dönüş yaratdı. Bütün bunlar biologiya elminin inkişafına müsbət təsir göstərdi. Kimya elmində A.M. Butlerovun üzvi maddələrin quruluşu nəzəriyyəsi və İ.P. Pavlovun, İ.M. Seçenovun fiziologiya elminə gətirdikləri yeniliklər də biologiyanın inkişafına təkan verdi. ХХ əsrdə atomun quruluşunun öyrənilməsi, atom enerjisinin tətbiqi, kibernetikanın meydana gəlməsi, lazer şüalarının kəşfi, insanın kosmosa çıxması təbiət elmlərinin möhtəşəm nailiyyətləri oldu. ХХ əsrin ortalarına qədər təbiət elmlərinin aparıcı sahəsi fizika idisə, sonralar biologiyanın inkişafı daha da sürətləndi və hətta o, biologiya əsri adlandırıldı. Təbiət elmləri biri-biri ilə sıx qarşılıqlı əlaqədə olduğundan birinin inkişafı digərinin də inkişafına kömək edirdi. Üzvi aləmin təkamülü nəticəsində canlı orqanizmlər yer üzərində həyat adlı təbəqə yaratdı. Həmin təbəqə biosfer adlandırıldı. Biosfer Yer atmosferinin alt hissəsini, bütün hidrosferi və litosferin üst hissəsini əhatə etdi. Təkamül prosesi nəticəsində canlı orqanizmlərin müxtəlifliyi daha da genişləndi. Bunun nəticəsində Yer üzərində 500 minə qədər bitki və 2 milyondan çox heyvan növünün mövcudluğu qeydə alındı. Bu qədər bitki və heyvan növlərini öyrənmək işi çətinləşdiyindən onları təsnifləşdirməyə başladılar. İlk dəfə qədim yunan alimi Teofrast bitkiləri təsnifləşdirməyə cəhd etdi. O, (eramızdan əvvəl 371 286) bitkiləri təsnifləşdirərkən onları ağac, kol, yarımkol və otlara bölmüşdür. Roma alimi Pliniy isə eramızın birinci əsrində 1000-dən çox bitkinin təsvirini verdi. Qədim yunan filosofu Aristotel (eramızdan əvvəl 394 - 382-ci illərdə) ilk dəfə heyvanlar aləmini qruplaşdırmışdır. O, heyvanları iki qrupa bölmüşdür. 1. Qanlılar (indiki təsnifata görə onurğalılar). 2. Qansızlar (onurğasızlar). Andrey Çezalpin isə 1583-cü ildə bitkiləri 15 sinfə böldü. XVII əsrdə D.Rey və Tumefor bitkilərin süni sistemini yaratdılar, bitkiləri birləpəli və ikiləpəlilərə ayırdılar. Beləliklə, sistematika adlı yeni elm sahəsi yarandı. 1736-cı ildə İsveç alimi Karl Linney «Bitkilərin sinifləri» adlı əsərində 10 minə qədər bitkini təsvir etdi və onları 24 sinifdə qruplaşdırdı. Çiçəkli bitkiləri 23 sinifdə, digərlərinin hamısını (yosunlar, göbələklər və mamırlar) bir sinifdə birləşdirdi. O, təsnifatını bitkinin çiçəklərindəki erkəkciklərin və ləçəklərin sayına görə qurduğu üçün süni alınmışdı. 1683-cü ildə ingilis bioloqu C.Rey növ terminini elmə gətirdi. K.Linney ilk dəfə heyvanlar aləmini təsnif etmiş, «Təbiətin sistemi» (1758) adlı əsərində sistematika elminə növ, cins, dəstə və sinif kateqoriyalarını daxil etmişdi. O, 4200-ə qədər heyvan növünün təsnifatını verə bilmişdi. Heyvanlar aləmini 6 sinfə ayırmışdır: məməlilər, quşlar, sürünənlər, balıqlar, həşəratlar və qurdlar.
K.Linney təsnifatında «binar» (ikiadlılıq) nomenklaturadan istifadə etmişdir. Onun bitkiyə verdiyi adda cinsi və növü müəyyən edilirdi. İlk təbii sistematika fransız alimi Adanson (1727 1806) tərəfindən verilmişdi. O, bitkiləri 58 fəsilə üzrə təsnif etmişdi. Sistematikanın yaranmasında J.B. Lamark, J.Küvye, V.Dogel və başqa alimlərin də xidmətləri olmuşdur. Lamark 1809-cu ildə heyvanların təsnifatını verərkən onları iki yerə: onurğasızlar və onurğalılara bölmüşdür. Müasir sistematikada isə bitkilər, «bitki aləmi-şöbə - sinif - sıra - fəsilə - cins - növ» kateqoriyaları üzrə təsnif edilir. Bitki sistematikası sahəsində bir çox alimlər, o cümlədən N.İ. Kuznetsov, A.A. Qrosheym, Azərbaycanda M. Qasımov, H. Qədirov və başqaları çalışmışlar.
Bioloji elmlərin metodologiyası
XX əsrin ortalarına qədər təbiət elmlərinin aparıcı elm sahəsi fizika hesab olunurdusa, sonralar biologiya elmi (genetika, molekulyar biologiya, hüceyrə və gen mühəndisliyi) aparıcı rol oynadığından XX əsri biologiya əsri adlandırdılar. Biologiya elminin bir sıra özünəməxsus ümumi tədqiqat metodları vardır. Bunlara aşağıdakıları misal göstərmək olar:
Ümumi metodlar: 1) Müşahidə, 2) Eksperiment, 3) Tarixilik.
Spesifik metodlar: A) Təcrübi (empirik) metodlar: 1) Bioloji obyekt və hadisələrin müşahidəsi; 2) Orqan və orqanoidlərin ölçülməsi; 3) Orqanizmə müxtəlif amillərin təsiri; 4) Orqanizmi öyrənməyin fiziki və kimyəvi analizi, 5) Orqanizmləri təsnifləşdirmə.
Nəzəri metodlar: 1) Tarixilik, 2) Statistik, 3) Modelləşdirmə, 4) Sistemli metod.
Bu metodların vasitəsi ilə canlılar aləmi və onlarda gedən fizioloji, biokimyəvi proseslər, onların qarşılıqlı əlaqəsi, qanunauyğunluqları öyrənilir. Bütün təbiət elmləri bir-biri ilə qarşılıqlı əlaqədədir. Fizika və biologiyanın qarşılıqlı əlaqəsindən biofizika, kimya elminin biologiyaya tətbiqi nəticəsində biokimyəvi, texnikanın biologiyaya tətbiqi ilə biotexnika elmi yarandı. Biologiya elmi öz inkişafında bir sıra sahələrə bölündü. həmin sahələr inkişaf edərək müstəqil elm kimi formalaşdı. Biologiyanın tarixi inkişafının həmin elm sahələri üzrə verilməsi məqsədəuyğundur. Biologiya elmi öz inkişafında bir sıra sahələrə bölündü. Həmin sahələrdə inkişaf edərək müstəqil elm kimi formalaşdı. Biologiyanın əsas sahələrinin inkişafı müəyyən prinsiplərə uyğun əks olunmuşdur.
Mənbə: Biоlоgiyanın inkişaf tariхi və mеtоdоlоgiyası Müəlliflər: H.M. HACIYЕVA, Ə.M. MƏHƏRRƏMОV, Q.K. İSMAYILОV, İ.V. QAFARОVA
| ['sistematika'] |
5,878 | https://kayzen.az/blog/daxili-sekresiya/2149/v%C9%99zl%C9%99r-v%C9%99-hormonlar.html | Vəzlər və hormonlar | loğman | daxili sekresiya xəstəlikləri | 30 mart 2011, 22:21 |
Orqanizmdə hüceyrələr, toxumalar, orqanlar və orqanlar sistemi vəhdət halında işləyir. Onların uzlaşması 2 üsulla tənzim olunur. Humoral və sinir sistemi ilə tənzim olunur. Kimyəvi maddələr hüceyrələrdə, toxumalarda, orqanlarda və bütün orqanizmdə gedən müxtəlif prosesləri tənzim edir. Bu maddələrin bir çoxunun miqdarı müəyyən fizioloji təsir göstərir. Buna görə də onlara bioloji fəal maddələr deyilir. Bioloji fəal maddələri orqanizmin bir çox hüceyrələri hazırlayır. Orqanizmdə bioloji fəal maddələri hazırlayan orqanlar – vəzlər vardır. Bu vəzlər 3 cür olur. Bəzi vəzlərin axacağı var, bu axacaqlardan bədənin, orqanlar boşluğuna, yaxud dərinin üzərinə ifraz olunur. Bunlara xarici sekresiya vəzləri deyilir. Xarici sekresiya vəzlərinə ağız suyu, tər, göz yaşı, mədənin vəzlərini aid edirlər. Ayrıca axacaqları olmayan və ifraz etdiyi hormanları birbaşa qana ifraz edən vəzlər daxili sekresiya vəzləridir. Buna hipofiz, epifiz, qalxanabənzər, çəngələbənzər (timus) böyrək üstü cinsiyyət vəzi aiddir.Axacağı həm qana, həm də boşluqlara olan vəzlər qarışıq vəzlər adlanır. Buna mədəaltı cinsiyyət vəzləri aiddir. Xarici sekresiya vəzi ekzokrin, daxili sekresiya vəzi endokrin vəzlər adlanır. Endokrin vəzlər bir-biri ilə sıx əlaqədardır. Bir vəzin çox və ya az hormon buraxması başqa vəzin funksiyasını gücləndirir, yaxud zəiflədir. Hormon yunan sözü olub (heçtao) oyadıram deməkdir və yüksək bioloji aktivliyə malikdir. Müqayisə edək ki,1qr insulin 125 000 dovşanın qanında şəkərin miqdarını azalda bilər. Hormonların molekul kütləsi o qədər də böyük deyil. Buna görə də bu hormonlar kapilyarların divarlarından toxumaya, eyni zamanda hüceyrə membranından xaricə asan çıxırlar.
Kimyəvi tərkibinə görə bir çox vəzlərin hormanları polipeptidlərə aid edilir. Bu vəzə misal olaraq hipofizin, mədəaltı vəzinin hormanları misal göstərmək olur. Lakin qalxanabənzər vəzinin hormonları-tiroksin, üçyodtironin, böyrəküstü vəzin beyin maddəsinin hazırladığı hormonlar-adrenalin və noradrenalin amin turşusu mənşəlidir. Böyrəküstü vəzin vəzin qabıq maddəsinin və cinsi vəzlərin hormonları steroid təbiətə malikdir. Hormonlar hüceyrə membranının keçiricilik qabiliyyətini artırmaqla onların aktivliyini təmin edir və maddələr mübadiləsini tənzimləyir. Hormonlar tənəffüsə, həzmə, qan dövranına, ifrazata, böyüməyə və inkişafa, toxumaların differensiyasına, regenerasiyaya təsir göstərir. Məsələn; hipofizin ön payının funksiyasının zəifləməsi zülalların sintez olunma aktivliyini azaldır ki, bu da boyatmanın dayamasına gətirib çıxarır. Qurbağa çömçəquyruğunun qalxanvari vəzi çıxarılsa, o böyüyür ancaq onda metamorfiz getmir, yəni yetgin qurbağaya çevrilmir, insanda cinsi vəzlərin zəif inkişaf etməsi 2-ci cinsi əlamətlərin meydana çıxmasını zəiflədir, qalxanabənzər vəzin yod tərkibli hormonları isə dəri və əzələ yaralarının sağalmasına və sümük sınıqlarının bərpa olunmasını təmin edir. Hormonların təsir mexanizmi tan aydınlaşdırılmamışdır. Alimlərin fikrincə ayrı-ayrı qrup hormonlar orqanizmə fermentlər sisiteminin fəallığının artıb-azalması, hüceyrə membranı keçiriciliyinin dəyişməsi və nüvədə genetik proseslərin tənzimlənməsi yolu ilə özünü göstərir. Güman olunur ki, hormonlar fermentlərlə birləşərək onların quruluşunu dəyişir, nəticədə fermentativ reaksiyanın sürəti də dəyişir. Bu xüsusiyyət bir qrup hormon üçün sübut olunub. Bu baxımdan mədəaltı vəzin hazırladığı insulin hormonu daha ətraflı öyrənilib. Insulin hüceyrə membranının keçiriciliyini artırır. Beləliklə qlükoza hüceyrəyə asanlıqla girib çıxır. Oxşar təsiri cinsi və boy vəzilərin hormonları da göstərir. Lakin böyrəküstü vəzin qabıq qatının hormonları hidrokortizon və kartikosteron isə hüceyrə membranının keçiriciliyini azaldır. Hormonlar nuklein turşuları və zülal sintezində iştirak edir. Steroid mənşəli hormonlar məlumat RNT-in sintez olunmasını gücləndirir, zülalı mənşəli hormonların sintezini aktivləşdirir. Bəzi hormonlar isə nüvənin daxilini keçərək xromosomlarla birləşir və irsi məlumatın ardıcıllığı və tamlığını qoruyub saxlayır,nəsildən nəsilə ötürməsini asanlaşdırır. Embrional inkişafın müxtəlif dövrlərindən başlayaraq endokrin vəzlərin ifraz etdiyi hormonlar orqanizmin böyümə və inkişafına təsir göstərir. Bətndaxili inkişaf dövründə çəngəlvari vəzi, epifiz, mədəaltı və böyrəküstü vəzin qabıq qatının hormonları fəaliyyətdə olur. Uşaq anadan olandan sonra isə daxili sekresiya vəzilərinin fəaliyyati müxtəlif cür olur. Məs: 1 yaşından 6-7 yaşadək qalxanvari, çəngəlvari (timus) və epifiz vəziləri orqanizmin böyümə və inkişafına yaxşı təsir göstərir. Bu yaşdan cinsi yetkinlik dövrünədək hipofizin ön payı uşaqların boy artımına müsbət təsir göstərir, böyrəküstü vəzin qabıq qatının ifraz etdiyi androgen hormonu isə 2-ci cinsi əlamətlərin meydana çıxmasını təmin edir.
Həmçinin bax: Daxili sekresiya vəziləri
| ['endokrin vəzilər', 'daxili sekresiya', 'hormonlar'] |
5,879 | https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/4479/%C9%99m%C9%99ll%C9%99rin-m%C3%BCkafat%C4%B1.html | Əməllərin mükafatı | Cavid | islam dininin əsasları | 30 mart 2011, 03:15 |
Əbul-Abbas Abdullah İbni Abbas İbni Abdulmuttalib (radiyallahu anhumədən) nəql edildiyinə görə, Rəsulullah (səllallahu əleyhi və səlləm) Allah Təaladan rəvayət etdiyi bir hədisdə belə buyurdu: Allah Təala yaxşılıq və pislikləri təqdir edib yazdıqdan sonra bunların yaxşı və pis olmasını belə açıqladı:"Kim bir yaxşılıq etmək istəyər edə bilməzsə, Cənabı Haqq bunu edilmiş mükəmməl bir yaxşılıq olaraq qeyd edər. Əgər bir kimsə yaxşılıq etmək istəyər sonra da onu edərsə, Cənabı Haqq o yaxşılığı on mislindən başlayıb yeddi yüz misliylə, hətta qat-qat artıqlamasıyla yazar. Kim bir pislik etmək istəyər imtina edərsə, Cənabı Haqq bunu mükəmməl bir yaxşılıq olaraq qeydə alar.Əgər insan bir pislik etmək istəyər sonra da onu edərsə, Cənabı Haqq o pisliyi yalnız bir günah olaraq yazar." (Buxari, Rikak 31; Müslim, İman 207, 259. Əlavə bax. Buxari, Tövhid 35; Tirmizi, Təfsiri surə (6),10)Abdullah İbni AbbasHz. Peyğəmbərin əmisi Abbasın (radiyallahu anh) oğuludur. Anası Hz. Xədicədən dərhal sonra müsəlman olan Ümmül-Fazl Lübabədir.İbni Abbas hicrətdən üç il əvvəl Məkkədə doğulduqda, onu gətirib Rəsulu Əkrəmin qucağına verdilər. Əfəndimiz mübarək ağzında çeynədiyi bir xurmanı onun damağına sürtdü. İbni Abbas taxnik (yeni doğan uşağın ağzına xurma və ya şirin bir şey sürtmək) deyilən bu hadisə səbəbiylə səhabələr arasında çox üstün üstünlüklərə sahib olmuşdur. Daha sonraları Hz. Peyğəmbər ona iki dəfə dua etmiş, bu dualarından birində: "Allahım! Onu fəqih (böyük din alimi) et və ona Quranı öyrət!" buyurmuşdur. Bu səbəblə İbni Abbas Qurani Kərimi ən yaxşı bilən səhabə olmuş, özünə Tərcümanul Quran ünvanı verilmişdir. Ümmətin ən alimi mənasında Hibrül-ümmə deyə də xatırlanmışdır.Hz. Peyğəmbərin xanımlarından Meymunə anamız onun xalası idi. Bu səbəblə bəzi gecələr Rəsulu Əkrəmin yanında qalar, onun rəftar və hərəkətlərini, ibadətlərini izləyərdi. Əfəndimizin vəfatında hələ 13 yaşında olan İbni Abbas, zəka və anlayışı səbəbiylə bir çox dəfə Hz. Peyğəmbərin təqdirini qazanmışdır. Tələbələrinə bir gün təfsir, bir gün siyər və məğazi (Həzrəti Peyğəmbərin döyüşlərini əla alan elm), bir gün ədəbiyyat, bir başqa gün Ərəblərin məşhur döyüşləri sayılan Əyyamül-arabıoxudardı.Abdullah İbni Abbası çox sevən Hz. Ömər, onun fikirlərinə çox dəyər verərdi. Hz. Əli dövründə Bəsrə valiliyini icra etdi. Bir qisimini şəxsən Hz. Peyğəmbərdən eşitdiyi təkrar hədislərlə birlikdə 1660 hədis rəvayət etmişdir.İbni Abbas həyatının son illərində gözlərini itirdi. Bəzi qaynaqlar onun Kərbəla faciəsinə çox kədərlənib ağladığını və gözlərini buna görə itirdiyini ifadə edirlər.Təfsir və fiqh elmlərində nüfuz, verdiyi fətvalarla məşhur və "Abadilə" deyə xatırlanan dörd Abdullahdan biri olan İbni Abbas, hicrətin 68. ilində (687) Taifdə 71 yaşında vəfat etdi.Allah ondan razı olsun !Şərh
Bu hədisi şərif, Riyazus-salihində keçəcək olan qüdsi hədislərin ilkidir. Bu cür hədisləri Peyğəmbər Əfəndimiz ya arada heç bir vasitə olmadan birbaşa Allah Təaladan almışdır və ya Cənabı Haqq bu məlumatları Cəbrayıl (əleyhissalam) vasitəsilə Peyğəmbər Əfəndimizin ürəyinə çatdırmışdır.Allah Təala insanları yaratmadan əvvəl nələrin yaxşı, nələrin pis olduğunu təsbit və təqdir etmiş, sonra hafaza mələklərinə əmr edərək bunları -hər şeyin yazılı olduğu- lövhü məhfuza qeyd etdirmişdir. Daha sonra da yaxşı və gözəl dediyi şeylərin niyə yaxşı və gözəl olduğunu anlamamız, pis və çirkin dediyi şeylərin niyə pis və çirkin olduğunu qavramamız üçün bunları bizə açıqlamışdır. Buna görə bir insan yaxşılıq etməyə niyyət edər, sonra da hər hansı bir maneə səbəbiylə bu yaxşılığı edə bilməzsə, Allah Təala o kimsəni yaxşı niyyəti səbəbiylə mükafatlandırmaq istər və etməyi düşündüyü yaxşılığı etmiş sayaraq ona bir savab yazdırar. Buna görə yaxşı bir şeyi düşünmək belə yaxşılıq sayılmaqdadır. Bir düşüncənin və hərəkətin yaxşılıq olaraq qiymətləndirilməsi üçün də, onu etməyə niyyət etmək şərtdir. Əgər insan düşünüb etməyə niyyət etdiyi o gözəl hərəkəti edəcək olarsa, mükafatı on mislindən başlar. Ən az birə on qazanar. Bu mükafat 700 mislinə qədər çıxar. Əgər edilən yaxşılıq Allah Təalanın çox dəyər verdiyi davranışlardan biridirsə, qul da o işi ixlas və səmimiyyətlə etmişsə, mükafatı 700 misliylə də qalmaz, hesabını yalnız Cənabı Haqqın biləcəyi daha yüksək ölçəklərlə qiymətləndirilər. Qurani Kərimdəki: "Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir." (32, 17) ayəsi bu saysız mükafata işarə etməkdədir. Bir hədisi qüdsidə bu həddsiz hesabsız mükafat belə açıqlanmışdır:"Yaxşı qullarım üçün heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi, heç bir kimsənin də xatirindən keçirə bilmədiyi nemətlər hazırladım" (Buxari, Tövhid 35).Bir pislik etmək istəyib sonrada bundan imtina edən kimsəyə tam bir savab yazılmasının səbəbi, o pisliyi edə biləcək gücdə olduğu halda, Allahdan qorxaraq imtina etməsidir. Düşündüyü pisliyi etməyə gücü çatmadığı və ya buna imkan tapa bilmədiyi üçün edə bilməyən kimsəyə isə heç bir savab yoxdur. Çünki o hazırladığı pislikdən imtina etmək üçün özünü məcbur etməmiş, bu yolda bir səy sərf etməmişdir.Bir pislik edənə yalnız bir günah yazılması, Allah Təalanın qullarına qarşı nə qədər ədalətli və nə qədər geniş bir mərhəmətə sahib olduğunu göstərməkdədir. Pisliklərin maksimum qarşılığının bir misli cəza, yaxşılıqların minimum qarşılığının on misli mükafat olması ayə ilə də ifadə edilmişdir:"Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz." (6, 160)Edilən bir pisliyə yalnız bir günah yazılmasından önəmli bir nəticə çıxmaqdadır: İnsan pislik etməyi ağılından keçirdiyi üçün günahkar olmaz və bundan ötəri hesaba çəkilməz. Çünki bir pisliyi ağılından keçirmək, onu etməyə qərarlı olmaq deyildir. Əgər insan ağılından keçirdiyi bir pisliyi etmək istər və buna qərar verərsə, məhz o zaman iradəsi və qərarına görə hesaba çəkilər. Merac hədisində görüldüyü kimi Allah Təala beş vaxt namazı fərz etdikdən sonra bu mövzuya bir daha təmas edərək Peyğəmbər Əfəndimizə belə buyurmuşdur:"Kim bir xeyr işləmək istər onu edə bilməzsə, özünə bir savab yazılar. Edərsə on savab yazılar. Kim də bir pislik etmək istər amma etməzsə, ona heç bir şey yazılmaz. Edərsə bir tək günah yazılar" (Müslim, İman 259).
| ['əməllərin mükafatı'] |
5,880 | https://kayzen.az/blog/anal%C4%B1q/4470/q%C4%B1sa-hamil%C9%99lik-t%C9%99qvimi.html | Qısa hamiləlik təqvimi | Əliyev | Körpəyə qulluq və analıq | 29 mart 2011, 23:43 |
Təxminən menstruasiya dövrünün 14-cü günündə toxum hüceyrəsi yetkinləşir və mayalanmaya hazır olur. O, yumurtalıqdan çıxır və uşaqlıq yoluna (fallopian yoluna) düşür, orada isə 24 saata qədər həyat qabiliyyətini qoruyur; əgər mayalanma baş verməsə, toxum hüceyrəsi məhv olur və növbəti menstruasiyada uşaqlıq ifrazatı ilə xaric olur.
Orqazm zamanı kişi qadının uşaqlıq yoluna 200 — 400 mln spermatozoid ifraz edir. Spermanın çox hissəsi geriyə axır, spermatozoidin qadın orqanizmində qalan hissəsi hədəfə çatmır, lakin onun bir qismi uşaqlıq yolu ilə uşaqlıq boşluğuna və oradan da fallopian yollarından birinə daxil olur. Burada spermatozoidlər 48 saat ərzində həyat qabiliyyətini qoruya bilir. Spermanın tərkibində toxum hüceyrəsi pərdəsini aralayan maddə var ki, bu da spermatozoidin ora daxil olmasına imkan yaradır. Bundan sonra digər kişi hüceyrəsi içəriyə daxil ola bilmir. Spermatozoid yumurta ilə qarışır və təkhüceyrəli rüşeym – ziqota əmələ gətirir.
Mayalanmış toxuma hüceyrəsi fallopian yolu ilə aşağıya doğru hərəkət edərək tədricən daha çox hüceyrələrə bölünür. Mayalanmanın təxminən 4-cü günündə toxuma hüceyrəsi uşaqlıq boşluğuna yetişir. Bu dövrə qədər o maye kürə şəklini alır. O hələ çox balacadır və seçilmir, buna baxmayaraq, artıq özündə 100 hüceyrəni birləşdirir. Sonrakı günlərdə toxuma hüceyrəsi uşaqlığın daxilinə hərəkət edir. 3-cü həftənin sonunda mayalanmış toxuma hüceyrəsi uşaqlığın yumşaq divarcığında yayılmağa başlayır. Bu proses implantasiya adlanır. Toxuma hüceyrəsi divarcığa möhkəm yapışdıqdan sonra mayalanma prosesi sona çatır.
İlk 8 həftədə mayalanmadan əvvəl mövcud olan təkhüceyrəli orqanizmdən yaranan döl insanı xəbərdar edərək embriona çevrilir. Embrionun xarici hüceyrələrinin tükcükləri uşaqlığı əhatə edən epiteli qatına daxil olur və nəticədə cift əmələ gətirmək üçün uşaqlığın qan damarları ilə birləşir. Digər hüceyrələr göbəkbağında və dölü mühafizə edən örtükdə inkişaf edir. Daxili hüceyrələr üç təbəqəyə bölünür və müxtəlif orqan və toxumalar törədir.
Beş-altı həftəlik embrion maye ilə dolmuş kisəcikdə üzür. Beyin, onurğa sütunu, mərkəzi sinir sistemi əmələ gəlir. Başcıqda isə dörd çuxur formalaşır – bunlar uşağın gələcək gözləri və qulaqlarıdır. Həzm sistemi, ağız və çənə rüşeym halında olur. Mədə və döş qəfəsi inkişaf edir. Ürək döş qəfəsində qabarıq şəklində görünür. Bu dövrün sonuna yaxın ürək döyünməyə başlayır. Qan damar sistemi formalaşır. Əzaların kiçik rüşeymi əmələ gəlir. Embrionun həcmi alma çəyirdəyi boyda olur.
Hamiləliyin üçüncü ayı körpə inkişaf edir. Daxili orqanları formalaşır, onların əksəriyyəti isə artıq fəaliyyət göstərir, buna görə də döl infeksiyalara daha az yoluxur və dərmanların təsirinə daha az məruz qalır. Göz qapaqları formalaşır, indi o, gözlərini yumur. Qulaqların mərcəkləri (sırğalıq) əmələ gəlir. Əl-ayaq və barmaqlar formalaşır. Barmaqcıqlarda dırnaqcıqlar bitir. Əzələlər inkişaf edir, buna görə də döl daha çox hərəkət edir. O, böyük barmaqlarını əyə və yumruq sıxa bilir. Ağız əzələləri işləyir: körpə dodaqlarını büzür, ağzını açıb bağlayır. Onu əhatə edən mayeni əmə və uda bilir. Sidik ifraz edə bilir.
Hamiləliyin ikinci rübündən etibarən qadın özünü daha gümrah və enerjili hiss edəcək. Tezliklə hamiləlik nəzərə çarpır və gen paltar gərək olur. Döl artıq tamamilə formalaşır və 14-cü həftədən etibarən cift vasitəsilə qidalanır. İndi onun inkişafı ana bətni xaricindəki həyata hazırlıq prosesidir.
Hamiləliyin dördüncü ayı qaşlar və kirpiklər əmələ gəlir. Bədən və sifət zərif tükcüklərlə (lanuqo ilə) örtülür. Körpənin dərisi o qədər nazikdir ki, onun daxilindəki qan damar şəbəkəsi görünür. Əl və ayaq oynaqları əmələ gəlir, sümüklərin bərkiməsi prosesi başlanır. Tənasül orqanlarına əsasən cinsiyyəti artıq müəyyən etmək olur, baxmayaraq ki, ultrasəs müayinəsi zamanı bu, həmişə baş vermir. Döş qəfəsi tənəffüs hərəkətləri edir. O, artıq barmaq əmə bilir. Ürəyi ananınkından iki dəfə artıq döyünür. 14-cü həftədən sonra həkim və ya tibb bacısı xüsusi stetoskopun köməyi ilə ona qulaq asa bilər. Bu ayda döl tez inkişaf edir.
13-cü həftədə anada toksikoz əlamətləri aradan qalxır. Körpənin sağlamlığını mühafizə edən ciftin formalaşması davam edir. Təxminən 28 qr çəkiyə malik olan körpənin süd dişlərinin iyirmisinin rüşeymləri formalaşır.
14-cü həftədə hamiləliyin psixoloji hissləri özünü büruzə verir. Artıq ilkin dəri dartınmaları mümkündür. Dölün uzunluğu indi 12,5 sm-dir. Mədə-altı vəzi insulin hazırlamağa başlayır. Reproduktiv orqanlar formalaşır.
15-ci həftədə körpənin başında saçlar əmələ gəlir. Alimlər hesablayıblar ki, bu vaxt kiçik ürəkcik sutka ərzində 23 litrə yaxın qan “vurur”. Ana dölün ilk tərpənişlərini hiss edə bilir.
16-cı həftədə uşağın əl və ayağının hərəkət koordinasiyası inkişaf edir, boyu isə artıq uzanıb – onun uzunluğu demək olar ki, 16 sm-dir. O, ağzını aça və üz-gözünü büzüşdürə (mimika yarada) bilir.
Hamiləliyin altıncı ayı körpənizin boyu 33 sm, çəkisi 570 qr-dır. Körpə inkişaf edir. Piy yığını hələ yoxdur, bu səbəbdən vücud çox arıqdır. Dəridə tər vəziləri formalaşır. Körpənin əl və ayaq əzələləri yaxşı inkişaf edir və o müntəzəm olaraq onların gücünü yoxlayır. Uşağın tərpənişi hiss olunan aktivlik dövrü tam rahatçılıqla əvəz olunur. O, öskürə və hıçqıra bilir.
Fiziki cəhətdən inkişaf etdikcə uşaq psixi reaksiyalar da göstərməyə başlayır. O, uşaqlıqda kömbə kimi yumrulanaraq uzanır və onu embrion ətrafı qovuq mayesi mühafizə edir. Qida və oksigenin daxil olması, eləcə də maddələr mübadiləsinin sintezi hələ tamamilə ciftdən asılıdır. Amma 24-cü həftədə o artıq doğuşdan əvvəlki körpə kimi görünür və davranır. Onun gözləri hələ nazik pərdə ilə örtülüdür, ancaq 28-ci həftədə onlar açılır və o anda körpə görməyə başlayır. Körpə artıq ananın səsini və musiqini eşidir. Bəzi melodiyalar onun xoşuna gəlir və o öz hərəkətləri ilə bunu bildirir. O, kəskin (birdən və çox güclü) səslərdən diksinir. Uşaq üz-gözünü turşudur, gözlərini qıyır, ağızcığını açır. Körpə itələnə, çevrilə bilir, o, yumruqcuq sıxmağa qadirdir. Onun yatma vaxtı ananınkı ilə hər zaman üst-üstə düşmür, ana yatmaq istəyərkən körpənin aktiv olması mümkündür.
Körpə cift vasitəsilə qidalanır və isti amniotik maye ilə mühafizə olunur. Amniotik maye hər 4 saatdan bir yeniləşir. Bu maye hərarətini tənzimləyir, həmçinin dölü təkan və infeksiyalardan qoruyur.
Şüur və təfəkkürü idarə edən beyin hissəsi hamiləliyin 7-ci ayında inkişafa başlayır. Bu andan etibarən fərdin formalaşmasından danışmaq mümkündür. Körpə barmağını sorur və onu əhatə edən mayeni udur, bu maye sonralar orqanizmdən sidik şəklində ifraz olunur. Bəzən həddindən artıq qurtum aldıqda o hıçqırmağa başlayır. Həyata gəlişinə hazırlaşaraq, körpə sinənin tənəffüs hərəkətlərini yerinə yetirir. Körpənin dilində dadbilmə reseptorları əmələ gəlir. 28-ci həftədə o şirini, duzluluğu və acını ayırd edir.
Hamiləliyin yeddinci ayı körpənizin boyu 37 sm, çəkisi 900qr — 1 kq-dır. İnkişafı davam edir. Dəri qırmızı və qırış-qırışdır, ancaq onun altında artıq piy sellülozu formalaşır. Baş-beyin qabığının inkişafında mühüm mərhələ yetişir. Yeddi aylıq körpə ağrı hiss edir, o demək olar ki, yetkin uşaq kimi reaksiya verir. Onun dilindəki dadbilmə reseptorları hətta doğuş zamanı olacağından daha çoxdur, o çox incə dad çalarlarını ayırd edir. Ağ ciyərlər hələ tam formalaşmayıb. Surbaktant (tənəffüs zamanı alveolların düşməsinin qarşını alan substansiya) hələ təkmilləşməyib. Ər əli ilə uşağın hərəkətlərini hiss edə və hətta tərpəndiyi zaman onun vücudunun ümumi şəklinin necə göründüyünü sezə bilər.
Hamiləliyin səkkizinci ayı körpənizin boyu 40,5 sm, çəkisi 1,6 kq-dır. O, artıq böyüyür. İndi körpə yalnız çəkidə bir az artım etməlidir. O artıq işıq və qaranlığı ayırd edir. Uşaqlıq bətni artıq ona dar gəlir və körpə həyata gəlməyə hazırlaşaraq bəlkə də artıq başı aşağı çevrilib.
Hamiləliyin doqquzuncu ayı uşaq artıq uşaqlığın bütün boşluğunu tutur, indi o qıvrılmır, təpik atır. Əgər doğuş indi baş verərsə, onunla hər şey yaxşı olacaq. Baş bəlkə də artıq çanaq sümüyünə dirənir. İndi uşağın boyu 46 sm, çəkisi 2,5 kq-dır. Əl və ayaq barmaqlarında zərif dırnaqcıqlar bitib. Oğlanın xayaları aydın aşkar olunur.
Artıq körpəniz o qaranlıq “otaqdan” bu işıqlı dünyaya gəlməyə hazırdır. Və çox keçməyəcək ki, səbirsizliklə gözlədiyiniz körpəniz dünyaya gələcək. Sizə dünyanın ən gözəl hissini – Ana olmağı bəxş edəcək.
Qoy, evinizdə həmişə dünyanın ən möhtəşəm himni sayılan körpə qığıltısı eşidilsin.
Müəllif: Xəyalə Muradlı
Mənbə: Lent.az
| ['hamiləlik', 'hamiləlik təqvimi', 'hamiləlik dövrü', 'hamiləlik müddəti', 'hamilə qalmaq'] |
5,881 | https://kayzen.az/blog/logika/4466/maraql%C4%B1-m%C9%99ntiq-suallar%C4%B1.html | Maraqlı məntiq sualları | elshad | Məntiq və IQ | 29 mart 2011, 15:38 |
Çox Soyuq qarlı bir havada maşınınla gedirsən .Maşın 2 nəfərlikdir.Maşınla gedərkən dayanacaqdan keçirsçn.Dayanacaqda 3 nəfər var.Biri həmişə axtarib tapa bilmədiyin bir tanişin biri həkim biri isə vəziyyəti çox ağır olan bir xəstə. Sual: maşına kimi mindirərdin ?Bir kişi gəmi qəzası nəticəsində tək tənha bir adaya düşür ac qalmamaq üçün başlayir baliq tutub yeməyə. Kişi bir gün qizil baliq tutur baliq kişiyə deyir məni yemə nə istəsən edəcəm, amma kişi balıqı yeyir.
Sual:kisi balıqı niyə yeyir ?Papuqay alma ağacında oturur , ancaq yox sözü bilir . Kim alma dərmək istəyirsə yox deyərək alma dərməyə icazə vermir .Amma bir kişi alma dərə bilir . Sual: kişi papuqaya nə deyirki alma dərə bilir ?
Həmçinin bax: Məntiqi suallar və məntiqinizi yoxlayın
| ['məntiq sualları'] |
5,882 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/4465/anan%C4%B1n-pe%C5%9Fmanl%C4%B1%C4%9F%C4%B1.html | Ananın peşmanlığı | ayxansevda | Düşündürücü hekayələr | 29 mart 2011, 00:33 |
Ana bütün günü dəcəl oğlundan şikayətlənərdi: " Bu uşaq deyil, bəladı. Nə günah sahibiyəm, belə uşaq doğmuşam" . Təzəcə sözünü bitirmişdi ki, səs- küy eşitdi. "Allah bilir nə hoqqa çıxartdı yenə" - deyə fikirləşərək tez mətbəxə cumdu. Gördü oğlu mərci ilə düyünü bir - birinə qatıb, özü də oturub üstündə. Bİr azdan uşaq əlinə çəkic alaraq mebelə vurmağa başladı.Ana :-Ay bala , məni öldürməkmi istəyirsən, adamı nə qədər hirsləndirmək olar? Mebeli qırdın.- Mebeli düzəldirəm, ana, sınıb.Ana çəkici təzəcə yerinə qoymuşdu ki, uşaq yan otağa keçib, stulu tərsinə çevirib, sürüməyə başladı.- Stulu qoy yerinə, əlimə keçsən səni pis döyəcəm!- Maşın sürürəm, sən də qoymursan,, elə bil polisdi.Ana haldan düşmüşdü. Günün başa çatmasını arzulayırdı ki, uşaq yatsın , o da bir az dincəlsin. Gün ərzində nə qədər karvalol içərlər. Bir azdan rəfiqəsi onlara gəldi. Ana onu görcək dərdi açıldı.:-Mən bunu gərək doğmazdım. 10 il ömrüm vardısa 5 il oldu. Həyatımı məhv edib, insan kimi yaşaya bilmirəm.- Düzələr, elə demə, bizimki də elə idi.- Hara düzəlir, 4 yaşın içindədi. Qozbeli qəbir düzəldər, bunun öhdəsindən qəbir də gəlməz.Qonaq gələndən sonra uşaq özünü lap pis aparmağa başladı. İndi divanın başına çıxır və oradan da döşəməyə tullanırdı.- Çətin uşaqdı, bir az döz, gələn il bir az böyüyər, yaxşı olar, inşallah.- Demək asandı, bunu doğduğuma peşmanam.Axşam oldu. Uşağı yatağına apardı:
- Tez ol, yat.Uşaq:- Ana, mənə nağıl danış. De "Canavar" nağılını.- Nə nağıl, yat görüm, yorulmuşam, yatmağı da zülümdü, ay Allah.Uşaq yatdı. " Şükür Allaha" - deyə düşündü." Camaat balasına laylay oxuyar, məndə səbir qoyub ki, buna nağıl danışım, ya laylay deyim"Səhər uşaq yuxudan gec durdu. Ana yaxınlaşdı:-Niyə durmursan?- Yorulmuşam.-İndi ki, oyandın? - ana fərqinə varmadı.Gördü ki, uşaq yerindən tərpənmir. "Bu nədir?"- fikirləşərək çarpayıya yaxınlaşdı. Uşaq od tutub yanırdı. "Ola bilməz." - ana səsləndi. Hərarəti 39 yarım idi. Nə lazım idisə elədi. Həkimi evə çağırdı. Boğazı qıpqırmızı idi. Həkim resept yazdı. Gün ərzində uşaq yataqdan durmadı. Ev üstünə gəlirdi. Sükütdan boğulurdu. " Bu nə səssizlikdi? Istəmirəm belə. Qoy balam səs - küy eləsin, dəcəllik etsin, amma belə hərəkətsiz uzanmasın" - o hıçqırmağa başladı. Çarpayıya yaxınlaşdı:- Niyə ağlayırsan , ana.- Ağlamıram, canın çoxmu ağrayır.- Sümüklərim ağrayır. Ana, mənə " Canavar " nağılını danış.Bu sözləri eşitcək , ana lap kövrəldi, göz yaşlarını saxlaya bilmədi. Dünən balasının xahişini yerə salmışdı, onun haqqında rəfiqəsinə nələr deməmişdi. Bəlkə " Onu doğduğuma peşmanam " - dediyinə Allah onu cəzalandırmışdı. Bu fikirlər onu qorxutdu . "Hər şeyə dözərəm, cəhənnəm olsun bu mebel, bu ev - eşik, onları birdə ala bilərəm, balama heç nə olmasın. " - deyə düşünərək , oğlu qorxmasın deyə tez özünü ələ aldı və " Canavar" nağılını danışmağa başladı. Balası yatdı, o necə də məsum idi. Birdən dünənki sözləri xatırladı. :" Camaat balasına laylay oxuyar, məndə səbir qoyub ki, buna nağıl danışım, ya laylay deyim" - " Görürsən,Allah adama necə səbir verir " - deyə düşündü.
Müəllif: Zeynalova Vüsalə.M
Həmçinin bax: Tərs uşağı yola gətirmək Ana sevgisi
| ['xoşbəxt ailə', 'valideyn - övlad münasibəti', 'analıq', 'analar', 'övlad sevgisi', 'ana qayğısı'] |
5,883 | https://kayzen.az/blog/elshad/4464/professor-v%C9%99-t%C9%99l%C9%99b%C9%99.html | Professor və Tələbə | elshad | Bloq: elshad | 28 mart 2011, 15:41 |
Universitet yeməkxanasına girən bir Tələbə bütün yeyərlər doluolduğundan gedib universitet professorunun oturduğu masaya oturmuş.Professor qaşqabağını tökərək:' Öküzlər və quşlar eyni masada otura bilməz ! 'Tələbə: ' O zaman mən ucdum...'Professor cavaba çox əsəbiləşmiş, imtahanan vaxtı gələndə Tələbəninimtahanı müvəffəqiyyətsiz keçməsi üçün əlindən gələni etmiş.Amma imtahanda Tələbə bütün sualları mükəmməl bir şəkildə cavablandırmış.Professor Tələbəyə:' Səndən son bir sual soruşacağam ' demiş;
' Yolda gedərkən iki çuval tapdığını xəyal et, birində ağıl var,digərində isə pul var. Hansı çuvalı götürərsən?Tələbə: ' Pul olan çuvalı seçərdim...'Professor: ' Mən ağıl olan çuvalı seçərdim...'Tələbə: ' Normal ! Kimdə nə əskiksə onu seçər...'Professor çox əsəbiləşmiş, tələbənin imtahan kağızında qiymət yerinə' Öküz ' yazmış.Tələbə nota baxmadan otaqdan çıxmış.Bir dəqiqə sonra Tələbə qapını aralamış :' Hörmətli professor, imzanızı atmısınız, lakin qiyməti yazmağı unutmusunuz.' demiş.
| ['hekayə'] |
5,884 | https://kayzen.az/blog/346/4344/%C9%99xlaq-v%C9%99-xalq.html | Əxlaq və xalq | burla xatun | 346 saylı marşrut | 28 mart 2011, 12:59 |
Azərbaycan xalqı kiməsə “əxlaqsız” yarlığı yapışdırmaqda maraqlıdır. Adətən, qocalar bu işə əl atırlar. Neçə min il bundan əvvəl Şumer daş kitabələrində yazılmışdı: «İndiki gənclər yaman əxlaqsızdır, böyük-kiçik yeri bilmirlər». Əxlaq insanların birgəyaşayış normasıdır. Hər bir cəmiyyətin öz əxlaqi norması var. Bu barədə məşhur ingilis filosofu Bertran Rassel “mühakimə edən esseler” adlı əsərində yazıb. Rasselə görə, istənilən əxlaq şərtidir, bu baxımdan istənilən adamı “əxlaqsız” kimi damğalamaq da şərti xarakter daşıyır. Rassel misal çəkir: «İslam dünyasında bir kişi çox arvad alır. Özləri bunu belə izah edirlər ki, başqa cür ola bilməz, bu yolla cəmiyyətin təbii nizamı təmin olunur. Xristian dünyasında isə tək kişi-tək arvad elmi terminlə desək, monoqam ailələr fəaliyyət göstərir. Bu da onlar üçün normal haldır, başqa cürəsi əxlaqsızlıqdır». Rassel Tibetə də “baş çəkir”. Tibetdə bir arvad çoxlu ərlə yaşayır. Onlar da islamdakı və xristianlıqdakı ailə quruluşunu ağlasığmaz və əxlaqsız hesab edirlər.
Azərbaycanda çox adam Avropanı əxlaqsız hesab edir. Və bu cəhət də Avropaya inteqrasiya olunmaq yolunda ciddi maneədir. Eyni cəhət sosiomədəni sahədən siyasi sahəyə də transfer edib. Bəzi iqtidar rəsmiləri Azərbaycanın demokratikləşməsi üçün xüsusi standartları olduğundan danışırdı. Guya bizim elə böyük və dəhşətli milli mentalitetimiz var ki, onun qarşısında Avropa duruş gətirə bilməz. Bir zamanlar Atillanın atlarının nalları arasında qalan Avropa indi bizim unikallığımız ilə barışmalıdır.
Nə qədər fikirləşsəm də, Azərbaycan xalqının böyük keyfiyyətini anlaya bilmirəm. Bu barədə olan sözlərin çürük qoz qədər dəyəri yoxdur. Məsələn, deyirlər ki, Azərbaycan xalqı qonaqpərvərdir. Hansı xalq qapısına gələn qonağı təpiyinin altına salır, onun başını isti qazana soxur?
Ya da Azərbaycan mətbəxi haqqındakı məşhur mif. Guya bizim kulinariyamız bütün dünyada ən zəngin mətbəxdir. Belə deyən adamı yanına salıb Bakı şəhərindəki bütün kafelərdə gəzdirəsən. Ondan artıq yemək növü görsən, mən təslim. Adicə türklərin mətbəxi bizimkindən zəngindir. Litvada restorana girəndə adamın qabağına “menyu-ensiklopediya” qoyurlar. Amma bizdə iki-üç cür yemək olur. Bir də lap tutaq ki, Azərbaycan mətbəxinin bütün dünyada analoqu yoxdur, lap elə dolma da bizimdir. Bununla da öyünmək olar? Xalqın böyüklüyü onun milli kulinariya kitabının qalınlığı ilə ölçülmür. Tamam başqa şeylərlə ölçülür.
SSRİ-nin dağılması ilə Azərbaycanın mənəvi deqredasiyası başlandı. SSRİ-nin bir tərəfində Günəş çıxanda o biri tərəfində batırdı. Böyük imperiyanın vətəndaşı olmaq insana qürur verirdi. Az-çox kitab var idi. Teatr, kino, opera var idi. Ən ucqar kəndlərə maşınla aparıb kino göstərirdilər. Amma SSRİ dağılan kimi Azərbaycan xalqı özünü tapdı. Özündən böyük xalq düzəltməyə başladı. Və bütün bu lovğalığın fonunda mədəniyyət məhv olmağa üz qoydu. Bu prosesin qarşısını heç bir vəchlə almaq mümkün olmayacaq. Nə iqtidar bunda maraqlıdır, nə də müxalifət. Çünki onların cəmiyyətdə statuslarını saxlayan məhz bu düşüncədir. Bu düşüncə var olduğu müddətcə biriləri müxalifətdə, biriləri iqtidarda, biriləri mətbuatda qalacaq.
Günahkar xalqdırmı? Biz deyirik, xalqdır. Xalqda da bir təpər hissi olmalıdır, daxili bir immunitet olmalıdır. Bir etiraz ruhu olmalıdır. Nazım Hikmət öz xalqına belə yazırdı:
Ve bu dünyada, bu zulüm senin sayende. Ve açsak, yorgunsak, alkan içindeysek eğer
ve hâlâ şarabımızı vermek için üzüm gibi eziliyorsak kabahat senin, - demeğe de dilim varmıyor ama - kabahatın çoğu senin, canım kardeşim!
Mənbə: bizim Yol qəzeti Müəllif: naməlum
| ['Azərbaycan reallıqları'] |
5,885 | https://kayzen.az/blog/346/4007/az%C9%99rbaycan-ziyal%C4%B1s%C4%B1.html | Azərbaycan ziyalısı | burla xatun | 346 saylı marşrut | 28 mart 2011, 12:58 |
Azərbaycan ziyalısı dünyanın bütün naqis keyfiyyətlərini öz çinədanına toplayan nadir məxluqdur. Onun deqredasiyasının sərhədi yoxdur.Məsələn, Azərbaycan müəllimi. Bir dekan tanıyıram. Uşaqlara diplom işini yazdırır, qayıbları pulla pozdurur və s. Bu yaxınlarda onun başqa bir fəaliyyət sahəsi ilə tanış olmuşam. Bu məxluq universiteti qurtaran uşaqlardan pul yığıb onları Bakıdakı hərbi hissələrə saldırır. Uşaqlar hətta zarafatla deyirlər ki, Filankəs müəllim adama evlənmək üçün qız da tapır.Azərbaycan ziyalısı şofer milləti kimi xüsusi bir millətdir. Azərbaycan xalqı dünyanın bütün xalqlarına bəznəyə bilər. Amma Azərbaycan ziyalısı istisnadır. O, dünyanın heç bir xalqının ziyalısına bənzəmir.O, bir çox hallarda savadlsızdır. Öz ixtisası ilə bağlı adi şeyləri də bilmir. Yüksək miqyasda korrupsiyaya bulaşıb. Özündən rütbəcə böyük adamın qabağında həvəslə quyruq bulamağa, əmrə müntəzir qul kimi dayanmağa hazırdır. Amma özündən kiçiyin üzərində hökmranlıq etmək, ən yaxşı halda isə onu öz məsləhətləri ilə bezdirmək, həyat kredosu ilə zidd olan “yüksək materiya”dan danışmaq onun üçün adi şeylərdir.Müxalifət cəbhəsinin uğursuzluqları üçün əsas günahkarlar da bu partiyalarda olan nərd atan ziyalılardır. Eləsi var ki, kamil ziyalıdır, indiyənə kimi dörd partiyada nərd atıb. Onlar müxalifətdə, ya da iqtidarda təmsil olunmalarından asılı olmayaraq, mahiyyətcə birdirlər. 2003-cü il prezident seçkilərindən sonra bu günlərdə 60 yaşı tamam olan Afaq Məsud müsavatçıları Azadlıq meydanında asmağı təklif etmişdi. Amma bu Ramiz Rövşənin Afaq xanım haqqında xoş sözlərlə dolu məqalə yazmağına qətiyyən mane olmur. ADP-çi Musa Yaqub Anarın yanında elə həvəslə oturur ki, elə bil anası Musa Yaqubu bunun üçün doğub.
İqtidardakı ziyalılar da maraqlı personajlardır. Onların simasını Heydər Əliyev yaxşı açırdı. Bir dəfə bu ziyalılar guya Qarabağ danışıqlarının gizlinlərini açmaq üçün Heydər Əliyevlə görüşmüşdülər. Heydər Əliyev onları elə məhv elədi ki, Cıdır düzü də yadlarından çıxdı. Axırda ziyalılar maraqlı təklif irəli sürdülər. Onların təklifi Fikrət Sadığa prezident təqaüdü verilməsindən ibarət idi. Heydər Əliyev bircə saata onları öz mahiyyətinə qaytardı. Ziyalılara başa saldı ki, onlar ancaq prezidentdən təqaüdlə bağlı xahiş edə bilərlər.Elçin Əfəndiyevin simasını da Heydər Əliyev açdı. O, özünü ciddi ziyalı, ürəyi xalqla döyünən vətənpərvər kimi aparırdı. Amma Heydər Əliyev onu AzTV ekranları qarşısında yaman günə saldı. Üzünü ona tutub dedi: «Surət Hüseynov gələndə siz hamınız onun qabağında uzandınız? Onu niyə baş nazir qoymuşdunuz? Əlbəttə, normal adam olsaydı, Heydər Əliyevə cavab verərdi ki, cənab prezident, baş naziri təyin etmək Sizin səlahiyyətinizdədir, bizim bu məsələdə nə günahımız? Amma Elçin Əfəndiyevdə belə cəsarət hardandır? O, başını Heydər Əliyevin qarşısında aşağı salmaqla öz xarakterini bir daha göstərdi. Keçən dəfə yazmışdıq ki, Azərbaycanda ancaq təmsil yaza bilənlər qalmalıdır. Bu baxımdan Elçin Əfəndiyev istisna deyil. Onu yaradıcılığı təmsil janrındadır. Arabir “Ölüm hökmü” əsərini guya dissident əsər kimi qabağa verir. Amma 1992-ci ildə 1937-38 ci illər haqqında əsər yazmaq igidliyini ancaq Elçin Əfəndiyev kimi Azərbaycan ziyalısı göstərə bilər. P.S. Bir də onu xatırladaq ki, Zəlimxan Yaqub rus dilini bilməsə də, Elmar Hüseynovu məhkəməyə vermişdi. Bu, Elmarın sağlığındakı sonuncu məhkəmə işi oldu.Mənbə: Bizim Yol qəzeti
| ['ziyalı', 'Azərbaycan reallıqları'] |
5,886 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/4462/dem%C9%99k,-etm%C9%99k,-g%C3%B6st%C9%99rm%C9%99k.html | Demək, etmək, göstərmək. | ayxansevda | Xoşbəxt ailə | 28 mart 2011, 12:21 |
Əminəm ki, bir çox valideynləri belə bir sual düşündürür : "Mən necə edim ki, uşaq mənim sözümə qulaq assın?" ( Məs: uşağa "evə gəl " deyəndə o saat gəlsin və s) və ya " Filan işi ona necə gördürüm ( Məs: Oyuncaqlarını oynadıqdan sonra yığışdırsın və s) . Bəzi valideynlər uşaq onların dediyini etmirsə, kötəkləmək variantına əl atırlar. Bir növ məcbur etmək istəyirlər ki, uşaq onların sözündən çıxmasın. Çox vaxt bu öz səmərəsini vermir. Bəs necə etmək olar ki, uşaq valideynin sözündən çıxmasın? Əslində sadəcə uşağa sizə qulaq asması üçün yardım etmək lazımdır, məcbur etmək yox.Valideyn uşağına nümunə olmalıdır. Yəni əgər o , uşağının yanında yalan danışıb, sonra "yalan danışmaq olmaz" deyəcəksə təbii ki, uşaq nəyinki onun dediyini etməyəcək , hətta anasının ya atasının yalançı olduğunu düşünəcəkdir. Illərlə bu onun üçün adiləşəcək və o , "valideynim də yalan danışırdı, nə olsun?" fikirləşərək, yalan danışan insanlardan olacaqdır. Başqa bir misal , ata siqaret çəkir və 3 yaşlı oğlu :" Ata siqaret çəkmək olmaz, ana düz deyirəm?" (bunu anasından eşitmişdi)- deyir. Ana da, ata da ikisi birdən :"Düzdü , bala, sən ağıllısan, olmaz" - deyirlər. bir azdan uşaq atasının hələ də siqaret çəkdiyini görür, anasına yaxınlaşır: " Bəs , ata niyə siqaret çəkir?" , ana bu sualın qarşısında aciz qalır. "Əsas nə deməyin deyil, nə etməyindir" - ifadəsi necə də düz deyilmişdir.Valideyn tərbiyə edəcəyi xüsusiyyətləri özü də etməlidir. Ana və uşaq yol gedirlər. Qarşıda bir dolubədənli, yaxşı geyinmiş bir qadın gedir. Özünün xəbəri olmadan pul kisəsi çantasından yerə düşür. Bunu ana-bala görürlər. Uşaq : " Bax , ana , pul kisəsi, nə qədər pul var , mənə çipsi alarsan?". Ana etiraz edərək :" Nə danışırsan , ay bala, bu bizim pul deyil, yiyəsinə vermək lazımdır. " və tələsik pul kisəsini sahibinə verir. Bu hadisə uşağın yadında qalır, o anlayır ki, heç vaxt başqasının əşyasına , puluna, malına sahib çıxmaq olmaz. Yuxarıdakı misalla müqayisəsə , burada ana təkcə dillə tərbiyə etmədi , bunu əməli ilə də göstərdi. Necə deyərlər tərbiyə evdən gəlir.
Bir valideyn danışırdı: " Mən oğluma deyirəm, bunu mənə ver, ya get topu stolun altından çıxart, gətir" , o daha mənim dediyimi etmir. "Yəqin böyüyüb, xoşlamır ki, onu buyurasan" - dedim.Dedi: " Yox, sadəcə bir - iki dəfə məndən su istədi , dedim ki. yorulmuşam sonra verərəm, bundan sonra onu buyuranda " yorulmuşam, edə bilmirəm" deməyə başladı". Yaxşı ki, valideyn öz səhvini anlamışdı və uşağının hərəkətinin haradan qaynaqlandığını bilmişdi. Bunu müşahidəçi valideyn daha tez hiss edir. Bu çox yaxşıdı. Əksinə diqqətsiz valideyn uşağının onun sözündən çıxdığını zənn edir və problem elə bundan sonra başlayır. İnadla öz dediyini etdirir. Yadımda idi , bir ana uşağı sözünə baxmayanda otağa salar və qapını bağlayardı. Uşaq bərkdən qışqırar , " ana eləmə" - deyə fəryad edərdi. Ana isə " Ağıllan, sənə bir sözü neçə dəfə deyərlər, axı?" . onu öz iradənizə tabe etdirməyin, " mənlik" hissini qırmayın. Seçim etməkdə kömək edin. İstəyirsinizsə o sizə qulaq assın, siz də ona qulaq asın. " Mənliyi" ona çox lazım olacaq. Həyatda nəyəsə nail olmaqda , siqareti atmaq istəyəndə, pis vərdişlərini tərk etmək istəyəndə iradəsi, "mənliyi" ona hələ çox lazım olacaq. Uşağı cəzalandırmazdan əvvəl, etdiyi səhv hərəkəti aydınlaşdırın. Onu otağa salıb , stressə salmaqdansa, söhbət etmək, səhvini ona göstərmək , problemi bir yerdə həll etmək daha yaxşı nəticələrə gətirib çıxarar.
Uşaq heyvan fiqurlarından ibarət peçenyeləri yerə tökmüş və onlarla oynayırdı. Qəfil ana gəlib çıxdı və gördüyü mənzərədən dəhşətə gəldi . " Mən bu uşaqla nə edim " - deyə deyindi. Ana :
- Ay bala, niyə belə etmisən? Adam da peçenyeni yerə tökər?
- Ana, çox maraqlıdı, bax, pişik peçenyeni bir sıraya, at peçenyeni, it peçenyeni, dovşan peçenyeni də bir sıraya düzmüşəm. Gəl sən də düz.
Ana başladı gülməyə:
-Balam, mən sənlə oynayardım, amma peçenye oyuncaq deyil, gəl mən sənə kömək edim , birlikdə sıra ilə, sən deyən kimi əvvəl pişik , sonra at, it və dovşan peçenyeləri boşqaba düzək . Bir də belə etmə , çünki onları yemək lazımdı, oynamaq yox.
Göründüyü kimi uşağın məqsədi pis deyildi, o oynayırdı və həmin anda onun məntiqi inkişaf edirdi. Onu cəzalandırmaqdansa, ona düzgün yol seçməkdə yardım edin.
| ['xöşbəxt ailə', 'valideyn - övlad münasibəti', 'övlad tərbiyəsi', 'uşaq tərbiyəsi'] |
5,887 | https://kayzen.az/blog/menecment/2198/menecer-bunlara-%C9%99m%C9%99l-etm%C9%99lidir.html | Menecer bunlara əməl etməlidir | təpəgöz | Menecment | 27 mart 2011, 20:35 |
İdarəetmənin mühüm elementlərindən biri kollektivdə qarşılıqlı münasibətlərdir. Bu münasibətlərin əsasını humanizm, ədalət, xeyirxahlıq və inam təşkil etməlidir. Bu münasibətlər əsasında rəhbərlik qarşısında aşağıdakı davranış qaydaları durmalıdır: 1. Yaddan çıxarmayın ki, yalnız işdə siz müdir olmalısınız başqa hallarda isə həmsöhbət olmağa çalışın. 2. Tabeçiliyinizdə olanları dinləməyi öyrənin, onların y ideyalar və tövsiyələr söyləmək arzularını, istəklərini mükafatlandırın və onlara qarşı diqqətli olun. 3. Tabeçiliyinizdə olanlardan müəyyən qaydaları gözləməyi tələb edərək özünüzdə onu gözləməlisiniz. 4. Tabeçiliyinizdə olanların zəif cəhətlərini bilmək , lakin onu gözə soxmaq lazım deyil. 5. İnandırma zamanı bütün imkanlar və vasitələr qurtarmamış hakimiyyətinizdən istifadə etməyin. 6. Qışqırmayın. Qışqıran adam pis eşidilir. İşgüzar söhbətlərdə söyüşə və təhqirlərə yol verməyin. 7. İmkan daxilində yumor hissini itirməyin və gərginliyi aradan qaldırmaq üçün ondan istifadə etməyi bacarın. 8. Ehtiyac olmadığı hallarda hakimiyyətdən istifadə etməyə qaçmayın. Yaxşı iş üçün həmişə təşəkkür etmək lazımdır. 9. Nöqsanı yaxşı olar ki, dərhal göstərəsiniz. Onu öyüd üçün , nəsihət üçün toplamaq lazım deyildir. 10. Əgər sizi təmin etmirsə təklifi kəskin və kobud formada rədd etməyin. Nəzakətli və faydasız təklifin qəbul edilə bilməməsini deyin və təklif üçün təşəkkür edin. 11. Vəziyyətdən və şəraitdən asılı olmayaraq tabeçilikdə olanların ciddi obyektiv xarakteristikasını verin. 12. Savadlı və səriştəli rəhbərlik rəhbərlərin tabeçilikdə olanlara obyektiv yanaşmasına əsaslanmalıdır. 13. Əməkdaşların , xüsusilə də , kənar şəxslərin iştirakı ilə tabeçiliyinizdə olanların nöqsanlarını göstərmək pis təsir bağışlayan cəza tədbiridir və çalışmaq lazımdır ki, bu şəraitdə nöqsanların göstərilməsindən qaçasınız. 14. Rəhbər öz günahlarını tabeçiliyində olanların üzərinə yıxmamalıdır. Əksinə kənar şəxslərin yanında tabeçiliyində olan işçilərin günahını öz üzərinə götürməlidir. İdarəetmədə elə situasiyalar yaranır ki, məsələnin məntiqi həllini tapmaq çətin olur və sağlam düşüncə nöqteyi nəzərindən onu dərk etmək çətin olur. Bu halda rəhbəri vəziyyətləri intuisiya və uzun müddətli praktiki işdə toplanmış təcrübə çıxara bilər. İdarəetmədə nəzəriyyə kimi məharətdə zəruridir. Lakin nəzəriyyədən fərqli olaraq o intellektə nisbətən emosiyaya təsir edir. Aşağıda idarəçilik məharəti haqqında bəzi məlumatlar verilir. l. Müdrik rəhbər əldə edilmiş nailiyyəti tabeçilikdə olanlarla bölüşdürür. 2. İdarəetmədə ağırlıq mərkəzini imkan daxilində aşağılarda yerləşdirmək lazımdır.
3. Faktı heç bir şey dəyişə bilməz , onu inkar etmək olmaz, rəhbər ondan bacarıqla istifadə etməlidir. 4. Rəhbərin məktəbi kollektivdir. 5. Hay - küy həmişə səmərəli idarəetməyə zərər gətirir. İnsan tam gücü ilə yalnız o zaman düşünür və işləyir ki, o,zəruriyyət qarşısında qalır. 7. Əvvəlcə nə lazımdırsa onu edin, sonra isə sizi nə maraqlandırır onu edin. Bu yaxşı stimul rolunu oynayır. 8.Arzu rəhbər üçün həmişə yaxşı köməkçi deyil, buna görə də onu həmişə sağlam düşüncə ilə məhdudlaşdırmaq lazımdır. 9. Tabeçiliyinizdə olanlardan öz günahlarını dərhal etiraf etməyi tələb etmək taktiki cəhətdən düzgün deyil. Bu işdə onun diqqətlə dinləməsi ilə kifayətlənmək məsləhətdir. 11. Həyat təcrübəsinə etinasız yanaşmayın, çünki, həyat ən ciddi müəllimdir. 12. Əvvəlki iş qurtarmamış, yeni işə başlamaq düzgün deyildir. 13. Başqalarının iştirakı ilə irad tutmaq, nöqsan göstərmək Sizin müdafiə olunmaq qabiliyyətinizi artırır. 14. Tabeçiliyinizdə olanların imkanlarım yaxşı bilmək vəzifələrin onlar arasında düzgün bölünməsini təmin edir. 15. Sizi mədh edənlərlə ehtiyatlı olun. Mədhin səbəblərini və ona nail olmaq dərəcəsini araşdırmaq lazımdır. 16. Tərifdən qorxun. Bu mənsəbpərəstlərin, yaramazların və əclafların ən köhnə və ən hiyləgər alətidir. 17. Qadınları azacıq tərifləmək olar, kişiləri isə bu xarab edir. 18. Zarafat o vaxt özünü doğruldur ki, yerində edilmiş olsun. 19. Tabeçiliyinizdə olan istedadlı adamlardan qorxmayın, işin müvəffəqiyyəti üçün ondan maksimum dərəcədə istifadə edin. 20. Nöqsanı işçinin arxasınca yox, üzünə demək lazımdır. Mənbə Menecment kitabı,2005 Kitabın müəllifləri K.A.Şahbazov, M.H.Məmmədov, H.S.Həsənov
| ['menecerin xüsusiyyətləri', 'menecer', 'işgüzar münasibətlər', 'işgüzar psixologiya', 'işgüzar həyat'] |
5,888 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/4457/etdim.-s%C9%99ni-yaratd%C4%B1m.html | "Etdim. Səni yaratdım!" | elshad | Düşündürücü hekayələr | 27 mart 2011, 15:45 |
Bir gün, çəlimsiz, kiçik bir qız uşağı küçənin küncünə oturmuş yemək, pul, ya da ala biləcəyi hər hansı bir şey üçün dilənirdi. Üzərində köhnə, cırıq geyimlər vardı; üzü gözü çirk içində, pərişan bir halı vardı.Qız dilənərkən, küçədən gənc, canlı və yaxşı görünüşlü bir adam keçdi. Qızı gördü amma gördüyünü bildirməmək üçün dönüb ikinci dəfə baxmadı. Böyük və lüks evinə, xoşbəxt və rahat ailəsinin yanına gəldiyində, çox gözəl hazırlanmış axşam süfrəsi onu gözləyirdi.Lakin az sonra düşüncələri təkrar o kasıb qıza ilişdi. Duyğuları bir şeylere etiraz edirdi.
Sonra asan yolu seçdi və etirazlarını Allah' a yönəltdi:"Belə bir şeyin olmasına necə icazə verirsən? Niyə o kiçik qıza kömək üçün bir şeylər etmirsən Allah' ım?" deyə şikayətləndi içindən.Sonra ruhunun dərinliklərindən gələn bir cavab eşitdi :"Etdim. Səni yaratdım!"
| ['sədəqə'] |
5,889 | https://kayzen.az/blog/teskilat/4455/beyn%C9%99lxalq-valyuta-fondu-v%C9%99-d%C3%BCnya-bank%C4%B1.html | Beynəlxalq Valyuta Fondu və Dünya Bankı | Zahid_GDMLI | Beynəlxalq iqtisadi təşkilatlar | 27 mart 2011, 06:21 |
Beynəlxalq Valyuta Fondu(BVF). II dünya müharibəsindən dərhal sonra ABŞ və İngiltərə dövlətlərinin başçılığı ilə 1944-cü il 1-22 iyul tarixləri arasında ABŞ vilayətinin Bretton Vuds qəsəbəsində Birləşmiş millətlər təşkilatının pul və maliyyə konfransı keçirildi. Konfransda 55 ölkənin nümayəndəsi iştirak etmiş, müharibədən sonra beynəlxalq iqtisadi münasibətlərin yenidən tənzimlənməsi, yeni bir ödəmələr sisteminin əsasları və ticarətin sərbəst bir şəkildə inkişaf etdirilməsi və iqtisadi əməkdaşlığın saxlanması kimi mövzularda önəmli qərarlar verilmişdir. Konfransda Beynəlxalq Valyuta Fondunun qurulması haqqında qərar qəbul edilmişdir. Beynəlxalq Valyuta Fondunun məqsədi aşağıdakılardan ibarətdir: -Beynəlxalq valyuta problemləri barədə məsləhətləşmələr və əməkdaşlıq mexanizmini saxlayan daimi bir qurum vasitəçiliyi ilə beynəlxalq valyuta işbirliyini inkişaf etdirmək; -Beynəlxalq ticarətin tarazlı inkişafını gerçəkləşdirmək və beləcə bütün üzv ölkələrin tam məşğulluq və yüksək bir iqtisadi artıma çatmalarına imkan yaratmaq; -Valyuta sabitliyini saxlamaq və devalvasiya siyasətini əngəlləmək; -Çoxtərəfli xarici ödəmələr sisteminin qurulmasına, beynəlxalq ticarətə maneçilik törədən -valyuta idxalat məhdudiyyətlərinin aradan qaldirilmasına xidmət etmək; -Üzv ölkələrə tədiyyə balansındakı tarazlıqları aradan qaldırmaq məqsədilə kredit vermək. Ümumiyyətlə,beynəlxalq rifahın yüksəlməsinə maneçilik törədən faktorları aradan qaldırmaq; -Üzvlərinin tədiyyə balanslarındakı sabitsizlik dərəcələrini azaltmaq. Yuxarıda adı çəkilən məqsədlərin gerçəkləşdirilməsi üçün üzv ölkələrin də yerinə yetirəcəkləri bəzi şərtlər vardır:
-Turizm də daxil olmaqla xarici ticarət fəaliyyətlərində beynəlxalq xidmət və mal alış-verişlərində valyuta da nəzarət və məhdudlaşdırılmalara , mərhələ-mərhələ üzən valyuta sisteminin tətbiq edilməsinə, spekulyativ xarakterli sərmayə hərəkətlərinə mane olmaq; -Üzv ölkələrin devalvasiya etmə ehtiyacının ortaya çıxdığına devalvasiya dərəcəsini fonda bildirmək;BYİB-Beynəlxalq Yenidənqurma Və Inkişaf Bankı (İnternational Bank of Reconstruction and Development, İBRD) 1944-cü ildə BVF (İMF) ilə birlikdə qurulmuş və 25 iyul 1946-cı ildə fəaliyyətə başlamışdır. Dünya Bankı ilə tanınan quruluşun anlaşması 144 ölkə təsdiq edilmişdir. Dünya Bankına üzv olan ölkələr eyni zamanda BVF-nin üzvləridir. Öz öhdəliklərini yerinə yetirməyən ölkələr bankın səlahiyyətli qurumları tərəfindən veriləcək qərarla üzvlükdən çıxarıla bilər. Dünya Bankının məqsədləri aşağıdakı kimidir: Üzv ölkələrin iqtisadi islahatlarına yardım etmək; Üzv ölkələrə xarici özəl mənbələrdən gələcək sərmayə investisiyalarını təsbit etmək və özəl sərmayənin yetərsizliyi vəziyyətində bunları tamamlamaq; Üzv ölkələr üçün gəlirli investisiyaları təsbit edərək uzun dönəmdə beynəlxalq dəyişmələrdə tarazlığı saxlamaq; Üzv ölkələr üçün borcvermə mexanizmini uyğun hala gətirmək; Yerli şirkətlərin maliyyə mənbələrinə olan ehtiyacları mövzusunda yardımçı olmaq. Dünya Bankının verdiyi kreditlərdən üzv ölkələr yararlanır. Kreditlər uzunmüddətli olub, tələb edən ölkələrin iqtisadi inkişaf proqramlarının ehtiyacına görə verilir.
| ['Beynəlxalq Valyuta Fondu', 'Dünya Bankı'] |
5,890 | https://kayzen.az/blog/B%C4%B0M/4454/beyn%C9%99lxalq-maliyy%C9%99-t%C9%99%C5%9Fkilatlar%C4%B1n%C4%B1n-x%C3%BCsusiyy%C9%99tl%C9%99ri.html | Beynəlxalq maliyyə təşkilatlarının xüsusiyyətləri | Zahid_GDMLI | beynəlxalq iqtisadi münasibətlər | 27 mart 2011, 06:20 |
Dünya ölkələri arasında iqtisadi, maliyyə və sosial münasibətlər inkişaf etməkdədir.Xüsusilə İkinci Dünya Müharibəsindən sonra dünyada bloklaşmalar ortaya çıxmış, beynəlxalq münasibətlər sürətlənmiş və beynəlxalq maliyyə təşkilatları qurulmağa başlamışdır.Bundan sonra inkişaf etməkdə olan ölkələrin inkişafının maliyyələşdirilməsini saxlaya bilmək üçün xarici borc və xarici yardım təşkilatları meydana çıxmışdır. İstər beynəlxalq,istərsə də regional miqyasda fəaliyyət göstərən maliyyə təşkilatlarının ortaq məqsədləri aşağıdakılardır: - Beynəlxalq mal alış-verişinə dair çətinlikləri aradan qaldırmaq və beynəlxalq inkişafı təşviq etmək; - İnkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafını dəstəkləmək; - İqtisadi birləşmə,sərbəst ticarət və iş birliyi münasibətlərini inkişaf etdirmək və sıx iqtisadi iş birliyini stimullaşdırmaq.
Quruluşu və sərmayəsinə birdən çox ölkənin qatıldığı maliyyə fəaliyyətlərində birdən çox ölkənin faydalandığı quruluşlara beynəlxalq maliyyə təşkilatları deyilir. Hal-hazırda fəaliyyət göstərən beynəlxalq maliyyə təşkilatlarının hamısı ikinci dünya müharibəsidən sonra qurulmuşdur.Yaranma tarixinə görə öncə “ Bretton Vuds əkizləri ” adlandırılan Beynəlxalq Valyuta Fondu (BVF) və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı qurulmuşdur.
Mövcud beynəlxalq maliyyə quruluşlarının çalışma sahələri çox çeşidlidir.
Beynəlxalq maliyyə təşkilatları:
- Beynəlxalq Valyuta Fondu ; - Beynəlxalq finans Qurumu; - Beynəlxalq İnkişaf Birliyi; - Birləşmiş Millətlər İnkişaf problemi; - Çoxtərəfli investisiya zəmanəti agentliyi; - İnvestisiya məsələlərinin araşdırılması üzrə beynəlxlq mərkəz;
Digər reginal maliyyə təşkilatları:
- Asiya İnkişaf Bankı ; - Afrika İnkişaf Bankı; - İslam İnkişaf Bankı; - Kariblər İnkişaf Bankı; - Orta Amerika İqtisadi İnteqrasiya Bankı; - Ərəb Pul Fondu; - Avropa Yenidənqurma və İnkişaf Bankı.
Beynəlaxlq maliyyə qurumları ya qısa və orta müddətli valyuta kreditləri,ya da uzun müddətli investisiya kreditləri açırlar. Qısa və orta müddətli valyuta krediti saxlayan quruluşların maliyyə yardımları üzv ölkələrə,tədiyyə balansındakı müvəqqəti çətinlikləri aradan götürmək üçün verilir.İnvestisiya layihələrinin maliyyələşdirilməsi üçün ayrılan fondlar uzunmüddətli kredit verirlər Beynəlxalq kredit təşkilatları hüquqi durumuna görə aşağıdakı şəkildə qruplaşdırlır: Hüquqi cəhətdən müstəqil olmayan maliyyə təşkilatları:
- Avropa Kömür-Polad birliyi; - Avropa Birliyi İnkişaf Fondu; - Birləşmiş Millətlər İnkişaf Proqramı.
Hüquqi müstəqilliyi olan maliyyə təşkilatları:
- Avropa İnvestisiya Bankı; - Avropa Parlamentinin Qaçqınlar Fondu; - Asiya,Afrika və İslam İnkişaf Bankları; - Kariblər İnkişaf Bankı;
- Orta Amerika İqtisadi İnteqrasiya Bankı; - Ərəb Pul Fondu; - Avropa Yenidənqurma və İnkişaf Bankı; - Beynəlxalq Valyuta Fondu; - Dünya Bankı; - Beynəlxalq Maliyyə Qurumu; - Beynəlxalq İnkişaf Birliyi; - Avropa Yenidənqurma və İnkişaf Bankı; - Çoxtərəfli İnvestisiya Zəmanət Agentliyi.
Üzv ölkələr sərmayəni artırmaq istədikləri halda yenidən səhm buraxır.Bundan başqa,bank sərmayə bazarlarından əlavə kredit ehtiyatları da cəlb edir. Beynəlxalq maliyyə təşkilatlarını fond və bank ayırmasına görə aşağıdakı kimi qruplaşdırılır: Fond xarakterli maliyyə təşkilatları:
- Beynəlxalq Valyuta Fondu; - Avropa Birliyi İnkişaf Fondu; - Beynəlxalq İnkişaf Birliyi; - Birləşmiş Millətlər İnkişaf Proqramı; - Ərəb Pul Fondu ; - Avropa İnvestisiya Fondu; - Asiya İnkişaf Fondu;
Bank xarakterli maliyyə təşkilatları:
- Avropa Kömür-Polad Birliyi; - Avropa İnvestisiya Bankı ; - Avropa Parlamentinin Qaçqınlar Fondu; - Asiya,Afrika və İslam İnkişaf bankları; - Dünya Bankı; - Kariblər İnkişaf Bankı; - Beynəlxalq Maliyyə Təşkilatı; - Avropa Yenidənqurma və İnkişaf Bankı.
Fond xarakterli qurumların sərbəst hərəkət edə biləcəkləri maliyyə sənədləri qəti olaraq təsbit edilmişdir.
| ['Beynəlxalq maliyyə təşkilatları'] |
5,891 | https://kayzen.az/blog/B%C4%B0M/4452/beyn%C9%99lxalq-ixtisasla%C5%9Fma-v%C9%99-kooperativl%C9%99%C5%9Fm%C9%99.html | Beynəlxalq ixtisaslaşma və kooperativləşmə | Zahid_GDMLI | beynəlxalq iqtisadi münasibətlər | 27 mart 2011, 06:07 |
Maddi istehsal sferasında BƏB-nün əsas formaları beynəlxalq ixtisaslaşma və kooperativləşmədir. Beynəlxalq ixtisaslaşma ayrı-ayrı ölkələrin müəyyən məhsul növünün buraxılmasında ixtisaslaşmanı nəzərdə tutur.Bu məhsul nəinki daxili tələbatı ödəmək üçündür,eləcə də digər dövlətlərin ehtiyaclarını təmin etmək üçün istehsal olunur.İstehsalın beynəlxalq ixtisaslaşması (İBİ) iki istiqamətdə inkişaf edir - ərazi və istehsal.İBİ-nin ərazi aspekti ayrı-ayrı ölkə və regionların, istehsalına daha yaxşı şərait olan məhsul növləri üzrə ixtisaslaşmasını bildirir.İxtisaslaşmanın bu istiqamətinə təbii-coğrafi faktorlar əsas təsir göstərən amillərdir.Məsələn,Yaxın Şərq ölkələri nəhəng neft ehtiyatlarına sahib olmaqla onun hasilatı və dünya bazarında satışı üzrə ixtisaslaşırlar.İstehsal istiqaməti sahələrarası və sahədaxili ixtisaslaşmalara bölünürlər.Sahədaxili ixtisaslaşma da öz növbəsində predmet,texnoloji və detal ixtisaslaşmalarına bölünür. Sahədaxili ixtisaslaşmada da öz nöbəsində predmet,texnologiya və detal ixtisaslaşmalarına bölünür. Predmet ixtisaslaşması hazır məhsul istehsalı ilə bağlıdır.Məsələn; İngiltərə, Fransa və Almanya traktor istehsalçıları kimi təkərli maşın buraxılışı üzrə,İtalya və ABŞ isə,əsasən,tırtıllı traktor istehsalı üzrə ixtisaslanırlar.Hazır məhsul üzrə beynəlxalq ixtisaslaşmanın yüksək müxtəlifliyi komplekt avadanlıqların istehsalı üzrə ixtisaslaşmadır. Texnoloji əməliyyatlar üzrə ixtisaslaşma hər hansı məhsulun hazırlanmasında ayrı-ayrı əməliyyatların icrasında ölkələrin səylərinin cəmləşməsidir. Məsələn,alyumin istehsalında Rusiya və Macarıstanın əməkdaşlığını göstərək.Macarıstan Rusiyaya qlinoz göndərir. Alyumin istehsalı üçün tələb olunan elektroenerji məsrəfləri Rusiyada mövcuddur. Əridilmiş alyumin Macarıstana qayıdır. Deməli,texnoloji proseslər üzrə ixtisaslaşma baş verir.
Detallar üzrə ixtisaslaşma zamanı müxtəlif ölkələrin firmaları ayrı-ayrı detalları,aqreqatları istehsal edir,sonra isə onları hazır məhsulun yığımını həyata keçirən müəssisələrə göndərirlər.Bu cür ixtisaslaşma həmişə istehsalın beynəlxalq kooperativləşməsi ilə uyğunlaşır.Detallar üzrə ixtisaslaşma müasir mərhələdə ETİ-ilə bağlıdır. İBİ-nin dərinləşməsi istehsalın beynəlxalq kooperativləşməsinin (İBK) meydana çıxması və inkişafı ilə qaçılmaz əlaqədardır. İBK müxtəlif ölkələrin ayrı-ayrı firmaları arasında təsadüfi xarakterli sabit və uzun müddətli əlaqələrin formalaşdırılmasını bildirir. İBK zamanı tərəfdaşların münasibətləri biləvasitə istehsal prosesinin üzərinə keçir.İBK xüsusiliyi ondan ibarətdir ki,burada müxtəlif ölkələrin müəssisələri arasındakı istehsal əlaqələri uzun müddətli olur. Buna uyğun olaraq göndərmələr haqqında müqavilə davamlı müddətdə bağlanır, göndərmələrin özü isə sabit və müntəzəm xarakter daşıyır. İBK bir neçə ölkənin müəssisələrinin şəylərini birləşdirmədən həlli mümkün olmayan iri iqtisadi vəzifələrinin reallaşmasına kömək edir. Bu vəzifələrə iri sənaye obyektlərinin inşasını misal göstərmək olar. Məsələn;La-Manş altında dəmiryolu tunelinin tikintisi Böyük Britanya və Fransa firmalarının birgə fəaliyyəti ilə həyata keçirilmişdir.Beynəlxalq kooperativləşmənin iki əsas növü mövcuddur:1. İkitərəfli-əlaqələrdə iki müəssisə iştirak edir 2. Çoxtərəfli-müxtəlif ölkələrin bir neçə müəssisəsi kooperasiyada iştirak edir. İBK üç əsas formada həyata keçirilir: 1.Podrat kooperativləşmə-tərəflərdən biri digər tərəfə müəyyən işi,qabaqcadan şərtləşmiş tələblərlə icra etməyi tapşırır. 2.Müqaviləli ixtisaslaşma.İştirakçılar öz aralarında istehsal proqramını bölürlər. Nəticədə istehsalın təkrarlanması azalır, bazarda birbaşa rəqabət də həmçinin azalır. 3.Müştərək müəssisələr-Birgə istehsal fəaliyyətini həyata keçirmək üçün dünyanın müxtəlif ölkələrinin təsərrüfat subyektləri vahid təşkilati formada kapitalı birləşdirirlər. Maddi istehsal sahəsində beynəlxalq ixtisaslaşmanın və beynəlxalq kooperativləşmənin dərinləşməsi və inkişafı təsərrüfat həyatının beynəlmiləlləşməsinə və dünya təsarüfatının bütövlükdə qloballaşdırılmasını gücləndirir.
| ['beynəlxalq ixtisaslaşma və kooperativləşmə'] |
5,892 | https://kayzen.az/blog/B%C4%B0M/4451/d%C3%BCnya-istehsal%C4%B1-v%C9%99-beyn%C9%99lmil%C9%99ll%C9%99%C5%9Fm%C9%99-prosesi.html | Dünya istehsalı və beynəlmiləlləşmə prosesi | Zahid_GDMLI | beynəlxalq iqtisadi münasibətlər | 27 mart 2011, 05:58 |
Hələ XIX əsrin ortalarında bütün dünyada yerli istehsal və lokal bazarlar üstünlük təşkil edirdi.O vaxt bütün əmtəə və xidmətlərin 90%-ə yaxını 200 km radiuslu məsafədən olan xammal və materiallardan hazırlanırdı və elə həmin hüdudlarda da məhsulların əksəriyyəti satılırdı.Bu gün inkişaf etmiş sənaye ölkələrində orta hesabla məhsul, xammal və materialların yarısı importdan alınır və ya xaricdəki filiallarda və törəmə şirkətlərdə istehsal olunur.Bu,sahibkarlıq fəaliyyətinin beynəlmiləlləşməsidir.İstehsalın beynəlmiləlləşməsinin tarixi mübadilə sferasından başlanmışdır.Xarici iqtisadi əlaqələrin müntəzəm dərinləşməsi yerli bazarları qlobal dünya bazarlarına çevirmişdir.Beynəlxalq ticarətin əsas inkişaf bazası ayrı-ayrı ölkələr arasında əmək bölgüsüdür.Ölkələrin beyəlxalq əmək bölgüsündə (BƏB)iştirakı təbii coğrafi faktorlardan ,istehsalın miqyasındakı fərqlərdən, məhsuldar qüvvələrin inkişaf səviyyəsindən asılıdır.Müasir dövrdə BƏB-dəki dərinləşmənin ağırlıq mərkəzi,sahələrarasından istehsalın sahədaxili ixtisaslaşmasına keçid edir.Hər sahədə müəssisə məmulatların müəyyən edilmiş növünü,detalları seçir.Hansı ki,öz güclərini bu istiqamətdə konsentrasiya edirlər.Bu məmulatlar eksporta göndərilir,elə həmin sahə üçün zəruri məmulatlar import olunur.Kooperasiya şəraitində beynəlxalq ticarət qabaqcadan razılaşdırılmış əmtəələrin göndərilməsi üzərində qalır.
Bu halda ticarət müstəqil fəaliyyət sahəsi kimi deyil,əksinə istehsal prosesinin ayrılmaz elementi olur.Hazırda beynəlxalq kooperativ göndərmələri inkişaf etmiş Qərb ölkələrinin bir çox sənaye sahələrinin məhsulunun dəyərinin 50-60%-nə çatır.Beləliklə,beynəlxalq ixtisaslaşma və kooperativləşmənin dərinləşməsi milli kapitalın əmtəə və pul formasında əhəmiyyətli hissəsinin tam dövriyyəsini beynəlxalq əsaslarla həyata keçirir.Öz növbəsində,BƏB-nün inkişafı sahibkarlıq kapitalının birbaşa və portfel investisiya formalarında,dünya səviyyəsindəki hərəkətinə gətirib çıxarır.Əksər ölkələrin iqtisadiyyatına dərin surətdə tətbiq olunan xarici kapital,onların təkrar istehsal prosesinin tərkib hissəsi olmuşdur.İstehsalın beynəlmiləlləşməsi təkcə sahibkar kapitalının hərəkəti ilə deyil,həm də xarici iqtisadi əlaqələrin digər formaları ilə də bağlıdır.Bu,Transmilli korporasiyaların (TMK),işin yerinə yetirilməsi və ya ayrı-ayrı əmtəələrin göndərilməsi üçün xarici şirkətlərlə bağladıqları müqavilələri əhatə edən beynəlxalq subkontraktasiyasıdır;TMK-lara xarici şirkətlərin işində iştiraka imkan verən və patentdən istifadəyə görə gəlir alan lisenziya sazişləridir. İstehsalın bəynəlxalq bəynəlmiləlləşməsinin yeni keyfiyyətli inkişaf mərhələsi beynəlxalq iqtisadi inteqrasiyadan ibarətdir.Xarici iqtisadi mübadiləni və istehsal sferasını əhatə etməklə,o,ayrı-ayrı ölkələrin milli təsərrüfatlarının qarşılıqlı əlaqəsinə və qarşılıqlı asılılığına gətirib çıxarır,vahid regional təsərrüfat komplekslərinin yaradılmasına kömək edir.Müasir dövrdə iqtisadi inteqrasiya regional xarakterə malikdir.Məsələn,Qərbi Avropa ölkələrinin Avropa Şurasında (AŞ) birləşməsi, Şimali Amerikanın-Şimali Amerika azad ticarət assosasiyasında (NAFTA) birləşməsi, Latın Amerikasının-Latın Amerika azad ticarət assosasiyasında (ZAFTA) birləşməsi və s. Beləliklə, dünyanın iqtisadi prosesləri kapitalın, beynəlxalq şəbəkəsində, əmək bölgüsünün dərinləşməsində, inteqrasiya proseslərinin inkişafında özünü əks etdirərək müxtəlif ölkələrin təsərrüfat həyatının beynəlmiləlləşməsinə gətirib çıxartmışdır.
| ['beynəlmiləlləşmə prosesi.'] |
5,893 | https://kayzen.az/blog/B%C4%B0M/4450/d%C3%BCnya-iqtisadiyyat%C4%B1n%C4%B1n-inki%C5%9Faf%C4%B1nda-t%C9%99bii-ehtiyatlar%C4%B1n-rolu.html | Dünya iqtisadiyyatının inkişafında təbii ehtiyatların rolu | Zahid_GDMLI | beynəlxalq iqtisadi münasibətlər | 27 mart 2011, 05:51 |
Hər bir milli iqtisadiyyatın və eləcə də dünya iqtisadiyyatının inkişafı iqtisadi ehtiyatlardan - istehsal amillərindən asılıdır. Dünya iqtisadiyyatının təbii ehtiyatları müxtəlif və rəngarəngdir. Bura enerji, torpaq, su, meşə, bioloji (bitki və heyvan aləmi), mineral (faydalı qazıntılar), iqlim və s. ehtiyatlar aiddir. Dünya iqtisadiyyatının inkişafında bütün bu ehtiyatlardan istifadə edilməsi böyük rola malikdir. Mineral ehtiyatların istehsalı və istehlakı beynəlxalq əmək bölgüsü vasitəsi ilə bütün dünya ölkələrini əhatə edir. Sənayenin inkişafı ilə məhsuldar qüvvələrin inkişafında təbii ehtiyatlar və yerin təkindəki faydalı qazıntılar daha böyük rola malikdir. Yerin təkində və bəzən də yerin üst qatında güclü yanacaq ehtiyatı - kömür, neft, qaz, uran filizi, müxtəlif mineral filizləri, inşaat materialları istehsalı üçün xammal mövcuddur. Bütün bunlar bərk, maye və qaz şəklindədir. Bu ehtiyatlar iqtisadi inkişafın ən zəruri şərti hesab edilir. Bununla yanaşı nəzərə almaq lazımdır ki, elmi texniki tərəqqinin nailiyyətləri nəticəsində bir çox süni, kimyəvi, texniki yeniliklər bu mineral ehtiyatların əvəzlənməsinə zəmin yaradır. Son onilliklərdə bu sahədə Yaponiya, Cənubi Koreya, Sinqapur bir çox nailiyyətlər əldə etmişdir. Bütün bu ehtiyatların hesablanmasında müxtəlif metodlardan istifadə edilir: bu metodlar kəşf edilmiş, proqnozlaşdırılmış ehtiyatlar və s. hesab edilir. Bəzi ehtiyatlar haqqında məlumat vermək daha məqsədəuyğundur. Geoloji proqnoza görə mineral yanacağın həcmi 12.5 trln. ton təşkil edir. Bu min ilə kifayət edə bilər. Bu ehtiyatlar kömür (60%), neft və qaz (27%) və eləcə də yanar şist və torfdan ibarətdir. Yanacaq enerji ehtiyatlarında kömürün xüsusi çəkisi daha artıqdır. Dünya miqyasında daş kömürün və boz kömürün ehtiyatı 5 trln. ton (daha dəqiq 4.8 trln. ton) təşkil edir. Kömür ehtiyatı kəşfiyyatı 75 ölkədə aparılmışdır. Bunlardan ən çox kömür olan ölkə ABŞ (445 trln. ton), Çin (272 mlrd. ton), Rusiya (200 mlrd. ton), CAR (130 mlrd. ton), Almaniya (100 mlrd ton), Avstraliya (90 mlrd ton), Böyük Britaniya (50 mlrd ton), Kanada (50 mlrd ton), Hindistan (29 mlrd ton) və Polşadır (25 mlrd ton). Hazırda dünyada ildə 4.5 mlrd ton kömür çıxarılır. Dünya miqyasında kəşfi məlum olan neft ehtiyatı 90-cı illərdə 270-350 mlrd ton (proqnoza görə isə 800 mlrd ton) qiymətləndirilir. Ən çox neft ehtiyatları Səudiyyə Ərəbistanı - 25.4%, İraq - 11%, BƏƏ - 9.4%, Küveyt - 9.3%, İran - 9.1%, Venesuela - 6.8%, Rusiya - 4.8%, Çin - 2.4%, ABŞ - 2.4% (1998) kimi ölkələrdədir. İldə orta hesabla 3.0 mlrd ton neft çıxarılır. Xəzər dəniz ərazisində olan neft ehtiyatı cəmi ehtiyatların 3-4 faizindən artıq deyildir. Dünya üzrə neft və qaz çıxarılmasının 40%-ə qədəri (OPEK) neft ixrac edən ölkələrin payına düşür. Hazırda bura daxildir: Əlcəzair, Qatar, Venesuela, Küveyt, Qabon, Liviya, İndoneziya, Nigeriya, İraq, Səudiyyə Ərəbistanı, İran,BƏƏ.Bu təşkilat 1960-cı ildə yaranmışdır (İqamətgahı Vyanadadır). Kəşf edilmiş qaz ehtiyatı 144 trln kub metr (1998) təşkil edir. Ən çox qaz ehtiyatı aşağıdakı ölkələrdədir: Rusiya-39.2%, Qərbi Asiya -32,Şimali Afrika-6.9%, Latın Amerikası-5.1%, Şimali Amerika-4.9%, Qərbi Avropa-3.8%. 1998-ci ilin əvvəlinə qaz ehtiyatının həcmi Rusiyada 47600 mlrd. m3, İranda 21200, ABŞ-da 4654, Əlcəzairdə 3424, Türkmənistanda 2650, Norveçdə 3800, Qazaxıstanda 1670, Niderlandda 1668, Liviyada 1212, Böyük Britaniyada 574 mlrd. m3 təşkil edir. Hazırda ildə 2.2 trln m3 qaz çıxarılır. Deməli təbii qaz ehtiyatı 71 ilə kifayət edə bilər. Hidroenergetika mineral ehtiyatları faydalı qazıntı hesab edilməsə də böyük təbii sərvət olmaqla təbii yanacaq ehtiyatları ilə bir sırada dayanır. Dünya üzrə hidroenergetika ehtiyatı 9.7-9.8 trln kvt. saatdır. Kəşf edilmiş dəmir filizi 260, proqnoz üzrə isə 600 mlrd. tona bərabərdir. Ən çox dəmir filizi yataqları Braziliya, Avstraliya, Kanada, Rusiya, Çin, ABŞ, Hindistan və İsveçdədir. İldə 0.9-1 mlrd. ton dəmir filizi çıxarılır. Bu xammalın ehtiyatı 250 ilə kifayət edər. Əlvan metal istehsalında istifadə edilən xammallardan boksidlər əsas yeri tuturlar. Boksidlərin ehtiyatı proqnoza görə 50 mlrd. ton, o cümlədən kəşf olunmuşu 20 mlrd. tondur. Ən böyük boksid yataqları Avstraliya, Qvineya, Braziliya, Venesuelada və Yamaykadadır. Boksit çıxarılması ildə 800 mln. ton təşkil edir. Mis filizinin geoloji ehtiyatları 860 mln ton kəşfi məlum olan isə 450 mln tona bərabərdir. (Əsasən Hindistan, Zimbabve, Zambiya, Konqo, ABŞ, Rusiya, Kanada nəzərdə tutulur). İldə 8 mln ton çıxarılır.
Yer kürəsinin səthi 510 mln kvadrat km. təşkil edir. Bunun 149 mln kvadrat kilometri quru sahə, 361 mln kvadrat km-i isə dəniz və dəryalardır. Ümumi quru sahədən Arktika və Antarktikanın buzlu sahələrini çıxdıqdan sonra qalan torpaq sahəsi 134 mln kvadrat km təşkil edir. Torpaq sahəsinin 11%-i becərilən torpaq, 23%-i çəmənlik və biçənəklər, 33%-i az məhsuldar torpaqlar, 3%-i yaşayış məntəqələri, sənaye zonası, nəqliyyat xətləri və s. ibarətdir. Hazırda cəmi kənd təsərrüfatına yararlı torpaq sahəsi 48.1 mln kvadrat km (4810 mln hektar)-dir. Bunun da 1340 mln hektarı becərilən (əkin) torpaq sahəsi, 3365 mln hektar isə çəmənlik və otlaqlardan ibarətdir. Cəmi torpaq fondunda əkinə yararlı sahənin xüsusi çəkisi - Hindistanda 57.1%, Polşada 46.9%, İtaliyada 40.3%, Fransada 35.3%, Almaniyada 33.9%, ABŞ-da 19.6%, Çində 10.3%, Rusiyada 7.8%, Avstraliyada 6%, Kanadada 4.9%, Misirdə 2.8%-dir. Azərbaycanın ümumi torpaq sahəsi 8700 min hektardır. Bundan 4 mln hektarı kənd təssərrüfatına yararlı torpaq sahəsidir. Bunun da 32%-i əkin yeridir, 2 mln hektarı otlaqlardır. Dünyada ildə orta hesabla 6-7 mln hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi erroziyaya uğrayır. 1.5 mln hektaradək şorlaşmaya məruz qalıb. Sənaye və nəqliyyat tikintisi altında da xeyli torpaq qalaraq kənd təsərrüfatı dövriyyəsindən çıxır. Cəmi su ehtiyatı 1386 mln km3-dir. Su ehtiyatının 95.5%-i duzlu sudur, yalnız 2.5% içməli sudur. İçməli suyun əsasını çaylar təşkil edir - 47 min km3. Bunun da 50%-i ancaq istifadə edilir. Cəmi istifadə edilən suyun 69%-i kənd təsərrüfatının, 21%-i sənaye sahələrinin, 6%-i kommunal təsərrüfatı və su anbarlarının payına düşür. Su ehtiyatlarından istifadə edilməsi səviyyəsi Misirdə 97.1%, İsraildə 84.4%, Ukraynada 40%, İtaliyada 33.7%, Almaniyada 27.1%, Polşada 21.9%, ABŞ-da 18.9%, Türkiyədə 17.3%, Rusiyada 2.7%-dir. Dünya üzrə olan meşə örtüyü 40.1 mln km2-dir. Bunun 8.1 mln km2-i Braziliyanın, 2.6 mln km2-i Kanadanın, 2.0 mln km2-i isə ABŞ ərazisindədir. Son 200 ildə meşə sahəsi 2 dəfə azalmışdır.Həmçinin bax: Azərbaycanın faydalı qazıntıları
| ['təbii ehtiyatların rolu'] |
5,894 | https://kayzen.az/blog/B%C4%B0M/4449/d%C3%BCnya-iqtisadiyyat%C4%B1n%C4%B1n-formala%C5%9Fmas%C4%B1.html | Dünya iqtisadiyyatının formalaşması | Zahid_GDMLI | beynəlxalq iqtisadi münasibətlər | 27 mart 2011, 05:44 |
Dünya təsərrüfatı XIX əsrin sonu XX əsrin əvvəllərində formalaşmağa başlamışdır. Bu dövrdə istehsal və kapital təmərküzləşmiş və bu təmərküzləşmədən doğan inhisarlar meydana gəlmişdi; bank kapitalı ilə sənaye kapitalının qovuşması nəticəsində maliyyə kapitalı və maliyyə oliqarxiyası yaranmışdı; əmtəə ixracından fərqli olaraq kapital ixracı böyük əhəmiyyət kəsb edirdi. XIX əsrin sonlarında kapitalist ölkələrinin iqtisadi inkişafının başlıca xüsusiyyəti ayrı-ayrı müstəqil müəssisələrin azad rəqabətinə əsaslanan kapitalizmdən tədricən inhisarçı kapitalizmə keçilməsi ilə müəyyən olunurdu.XIX əsrin sonlarında dünya üzrə sənaye məhsulu istehsalı 3 dəfədən çox artmışdı. Məhsuldar qüvvələrin sürətli inkişafı maşınlı sənayenin sahə strukturunda ciddi dəyişikliklərə səbəb olmuşdu. XIX əsrin sonu XX əsrin əvvəllərində dünya iqtisadiyyatında sürətli inkişafı ilə seçilən ölkələr ABŞ və Almaniya olmuşdur. Bu ölkələr sənaye istehsalının ümumi həcminə görə İngiltərə və Fransanı qabaqlayırdı. Artıq bu dövrdə ABŞ dünyada birinci sənaye dövlətinə çevrilmişdi.
Lakin müasir dünya təsərrüfatı XX əsrin əvvəllərindəki səviyyədən çox-çox irəli getmiş və inkişaf etmişdir. İndi dünya iqtisadiyyatı daha vahid və bütöv xarakterə malikdir. Belə ki, müasir dünya iqtisadiyyatında sənayecə inkişaf etmiş ölkələrin, inkişaf etməkdə olan ölkələrin, yeni sənaye ölkələrinin, keçid dövrü yaşayan ölkələrin iqtisadiyyatları əks olunur və qlobal dünya iqtisadiyyatı formalaşır. Qloballaşma beynəlxalq əmək bölgüsü və istehsalın beynəlmiləl xarakteri ilə səciyyələnir və bazar iqtisadiyyatı prinsiplərinə əsaslanır. Dünyada mövcud olan hər bir ölkə bu və ya digər xüsusiyyətləri özündə əks etdirməklə bir-birindən sosial-iqtisadi quruluş, inkişaf səviyyəsinə, təbii ehtiyatlarla zənginliyinə, iqtisadi strategiyaya və s. görə fərqlənirlər. Dünya ölkələri cəm halda, qarşılıqlı fəaliyyətdə, beynəlxalq əmək bölgüsü əsasında mövcuddurlar və inkişaf edirlər. Dünya iqtisadiyyatı beynəlxalq əmək bölgüsü sistemi əsasında yaranan milli təsərrüfatların iqtisadi və siyasi münasibətlərinin məcmusu olmaqla, bu təsərrüfatlar arasında hərtərəfli əlaqəyə əaslanan beynəlxalq iqtisadi münasibətlər sistemidir. Dünya iqtisadiyyatı iqtisadi və siyasi kateqoriya olmaqla vahid bir sistem təşkil edir. Bu sistem müəyyən nizama və qaydaya əsaslanmaqla ümumi bir məqsədə xidmət edir. Dünyada mövcud olan ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar və transmilli kompaniyalar dünya iqtisadiyyatının subyektlərini təşkil edir. Dünya təsərrüfat sisteminə fəal surətdə qoşulmaqla dünya ölkələri özlərinin müvafiq ehtiyatları olmadan cəmiyyətin tələbatını daha dolğun ödəmək istəyirlər. Eyni zamanda ölkələr iqtisadiyyatın səmərəli strukturunu fəallaşdırmaq, müasir texnika və texnologiyaya yiyələnmək, mütərəqqi təsərrüfatçılıq və idarəçilik təcrübəsi qazanmaq istəyirlər.Bu problemlərin həlli ilə yanaşı bu ölkələr özlərinin beynəlxalq əmək bölgüsündə malik olduqları üstünlükləri reallaşdırmaq imkanı əldə etmiş olurlar.Bu baxımdan Azərbaycan respublikasında həyata keçirilən sosial iqtisadi siyasətin strateji istiqamətlərindən biri də ölkə iqtisadiyyatının dünya təsərrüfatı sisteminə səmərəli şəkildə inteqrasiya olunmasını təmin etməkdir.
| ['iqtisadiyyatın formalaşması'] |
5,895 | https://kayzen.az/blog/B%C4%B0M/4448/d%C3%BCnya-iqtisadiyyat%C4%B1n%C4%B1n-yaranmas%C4%B1.html | Dünya iqtisadiyyatının yaranması | Zahid_GDMLI | beynəlxalq iqtisadi münasibətlər | 27 mart 2011, 05:38 |
Dünya xalqları böyük bir tarixi dövr keçmişdir.Əmək alətlərinin hazırlanmasına görə bəşər tarixi daş, tunc və dəmir dövrlərinə bölünür. İnsan cəmiyyətinin yaşamış olduğu ən qədim dövrdə - ibtidai icma quruluşunda istehsal münasibətlərinin əsasını kollektivçilik,istehsal vasitələri üzərində icma mülkiyyəti təşkil etməklə iqtisadiyyatın mühüm sahələri olan kənd təsərrüfatı və sənətkarlıq yaranmış və inkişaf etmişdir. Bu sahələr uzun müddət cəmiyyətin əsas istehsal sahələri olmuşdur. Sənətkarlığın ayrıca sahə kimi inkişafı cəmiyyətdə böyük ictimai əmək bölgösünə səbəb oldu. Belə ki, sənətkarlıq kənd təsərrüfatından ayrıldı, natural formada mal mübadiləsi inkişaf etdi, tədricən əmtəə istehsalına keçid yarandı.
Dövlətçiliyin yaranması prosesi çox uzun bir dövrü əhatə etmiş və bütün dünyada bu proses eyni vaxtda getməmişdir.Eramızdan əvvəl II əsrdə, xüsusilə I əsrdə Roma dünyanın ən çox inkişaf etmiş quldar dövlətinə çevrilmişdi. Bizim eranın I-II əsrlərində Roma imperiyasının iqtisadiyyatı çiçəklənmə dövrünü keçirirdi. Dünyada iqtisadçılardan bəziləri dünya iqtisadiyyatının yaranmasını bu dövrlə bağlayırlar.O dövrün təsərrüfatı dünya sistemi hesab edilirdi. Bir qrup alimlər dünya iqtisadiyyatının yaranmasını böyük coğrafi kəşflərlə (BCK) bağlayırlar. Qərbi Avropa ölkələrinin iqtisadi inkişafına mühüm təsir göstərmiş böyük coğrafi kəşflərin ictimai-iqtisadi və başqa ilkin şərtləri artıq XV əsrdə yaranmışdı.Böyük coğrafi kəşflər artan ticarət münasibətlərinin məntiqindən doğurdu. Eyni zamanda bu kəşflər Avropada kapitalist təsərrüfatının formalaşması və ilkin kapital yığımı prosesinə güclü təkan vermişdi. Böyük coğrafi kəşflərin başlıca iqtisadi səbəbləri və ilkin şərtləri Avropada əmtəə-pul münasibətlərinin güclənməsi ilə Şərqlə aparılan ticarətin daha da genişlənməsinə ehtiyacın artması idi. Böyük coğrafi kəşflərin iqtisadi nəticələri kimi ümumdünya bazarı yarandı və ümumdünya iqtisadiyyatı formalaşdı. Dünya iqtisadiyyatının əsas faktoru kimi ticarətdə əsl çevriliş əmələ gəldi.Mühüm iqtisadi nəticələrdən biri də Avropada "qiymətlər inqilabı"nın baş verməsi idi. 1601-ci ildə İspaniyada qiymətlər 4,3 dəfə, İngiltərə və Fransada 2,5-3 dəfə artmışdı. XVI-əsrin ortalarında kənd təsərrüfatı məhsulları da daxil olmaqla qiymət yüksəlişi bütün sahələri əhatə etmişdi. Bu dövrdə müstəmləkəçilik sisteminin əsası qoyuldu. Amerika, Afrika və Asiya qitələrində Avropa ölkələrinin qarətçilik siyasəti Qərbi Avropa ölkələrinin iqtisadiyyatının qurulmasında əsas maliyyə mənbələrindən biri olmuşdur
| ['iqtisadiyyatın yaranması'] |
5,896 | https://kayzen.az/blog/seks/2980/orqazm.html | Orqazm | ilham | Seks (18+) | 26 mart 2011, 10:00 |
Çox qadınlar seksdə istədikləri kimi tez-tez orqazm yaşamırlar. Artıq vəziyyəti dəyişmək vaxtıdır.
Daimi orqazm hissi keçirən qadınlar (partnyorla və ya tək) döş xərçənginə tutulma ehtimalını 15%, daxili cinsi orqanların xərçəngi 15%, infarkt 13%, insulta tutulma riskini 10% azaldır.Fransız seksoloqları araşdırıblar ki, orqazm keçirən qadınlar digərlərinə nisbətən 2,5 dəfə çox gülümsəyir. Məsələ ondadır ki, orqazm zamanı endorfin – insan əhvalını yüksəldən hormon ifraz olunur. Həmçinin məlum olub ki, həftədə iki dəfədən az sekslə məşğul olanlar əhvalın düşgünlüyündən əziyyət çəkir. Müntəzəm sekslə məşğul olan qadınlar isə bu problemlə üzləşmir.Dietoloqlar arıqlama vasitəsi kimi seksi məsləhət görürlər. Çünki orqazm zamanı feniletilamin ifraz olunur. Bu da öz növbəsində iştahanı azaldır. Həmçinin mütəzəm seks yuxusuzluğun dərmanıdır. Gün ərzində yığılan gərginlik aradan qalxır və beləliklə insan rahatlaşaraq yuxuya getməyə hazır olur.Orqazm zamanı biz infeksiyaları məhv edən fizioloji reaksiya keçiririk (temperaturun yüksəlməsi, tərləmə, nəbzin sürətlənməsi ).Cinsi əlaqə zamanı eyni vaxtda orqazm olan partnyorlar daha uzun müddət evli qalırlar.Statistikaya əsasən qadınların cəmi 30% mütəmadi olaraq seks zamanı orqazm yaşayırlar. Daha 30% cinsi akt zamanı orqazm hissini əlavə stimullaşdırmanın hesabına (misal üçün klitorun əllə stimullaşdırılması) əldə edə bilirlər, yerdə qalan qadınlar isə klassik seks zamanı heç bir vaxt orqazm hissi keçirmirlər. Lakin misal üçün oral seks, klitorun əllə stimulaşdırılması, masturbasiya və s. üsullarla həzzin pik nöqtəsinə çata bilirlər. Əgər siz axırıncı qadınların aid edildiyi qrupa daxilsinizsə, özünüzü tam olmayan kimi hesab etmək lazım deyil. Orqazm onun hansı yolla əldə edilməsindən asılı olmayaraq elə orqazm olaraq qalır.Bəzi qadınlar klitoral və ya vaginal seksin faydalı olduğunu soruşurlar. Fizioloji nöqteyi-nəzərdən onlar arasında fərq yoxdur. Çünki bu və ya digər yolla orqazm qadın orqanizminin özəlliyindən asılıdır. Həmçinin qadının əhvalı və ya ümumi abu-havadan çox şey asılıdır.
25% pasiyent partnyorla birgə seks zamanı orqazmın baş verməməsindən şikayətlənirlər. Lakin özləri özlərini problemsiz qane edirlər.
Orqazm nədir? sualının cavabı kimi onu demək olar ki, orqazm – çox incə məsələdir Adi miqren və ya partnyorun fısıltısı onu hürkdürə bilər. Lakin bundan başqa hər birimizin seksual meyilliyimiz var (psixoloji və ya fizioloji), onlar haqda biz yataqda unuduruq. Fantaziyalarınızı yada salın, çalışın sevgilinizlə yataqda olarkən məhz bu cür vəziyyət yaradasınız. Bu zaman orqanizminiz həzzi qəbul etmək üçün hazır olacaq.
Ekstaz zirvəsində olmaq
Yeri gəlmişkən orqazma çatmaq daha asan olur:
sevişərkən ayağınızda yun corab varsa – isti ayaqlar orqazma çatmanı 30% artırır. Hollandiya alimləri bu fikrə gəliblər.Partnyorun intellekti yüksəkdirsə və ya qadınla eynidirsə, alman alimləri bu fikrə gəliblərPartnyor kifayət qədər varlıdırsa: kişinin gəliri nə qədər çoxdursa, qadın orqazmının sayı da artır. Avstraliyalı kişilər bu qənaətə gəliblər.Zümrüd rəngli yataq dəstində sekslə məşğul olursunuzsa. Bu rəng insanı həyəcanlandırır və cürətə gətirir.Seksdən əvvəl vanilli dondurma yemək – bu seksual hissiyatı artırır və orqazmı daha parlaq edir.Orqazm ilk növbədə qadının beynində baş verir. Bu söz boş yerə deyilməyib. Çalışın maksimal sakit şərait yaradasınız. Vacib məsələləri və ya münasibətləri həll etməyin. Əsas odur ki, özünüzün nə dərəcədə cəlbedici olduğunuzu hiss edəsiniz. Yaraşıqlı alt paltarı seçin, vanna qəbul edin. Çalışın bütün neqativ fikirləri və hadisələri kənara atasınız. İncəliyə, zərifliyə yer ayırın. Bir-birinizə sığal çəkin. Əmin olun sizdə alınacaq. İstədiyinizi deməkdən çəkinməyin. Cəsarətli olun. Qarşınızdakı yad insan deyil və o heç vaxt sizin istəklərinizə gülməyəcək.
Qadınlarla kişilərin orqazma çatmaq vaxtları fərqlidir. Seksoloq Alfred Kingzlinin dediyinə görə, 75% kişilər orqazma cinsi əlaqədən 4 dəqiqə sonra çatır, qadınlarda isə bu vaxt 10-20 dəqiqə arasında dəyişir.
Anorqazmiya seksual funksiyanın elə bir pozuntusudur ki, o orqazm yaşama qabiliyyətinin olmaması ilə xarakterizə edilir. Bəzi tədqiqatların nəticələrinə görə qadınlar 10% qədəri bu pozuntudan əziyyət çəkir.
— Ilkin anorqazmiya: qadın həyatında heç bir zaman orqazm yaşamamışdır (hətta masturbasiya zamanın da).
— Ikinci anorqazmiya: qadın əvvəllər orqazm həzzini yaşayıb, lakin son zamanlar bu qabiliyyətini itirib.
Məşhur türk psixoterapevt Cem Keçenin orqazm ola bilməyən qadınlara verdiyi tövsiyələr:
Düzgün nəfəs — Orqazm olmayan qadınlar yaxınlıq zamanı arxası üstə yataraq ayaqlarını kişinin çiyinlərinə, ya da çiyin hissəsinə qaldırmalı və əllərini qarnına qoyaraq dərin nəfəs almalıdır. Bu, orqazmı asanlaşdıran ən yaxşı üsuldur.Orqazm olmaq üçün sevişərkən aktiv olun — bunu da ən yaxşı şəkildə qadın ombasını önə itələyərək, yəni hərəkət etdirərək edə bilər.Sevgi əzələlərini işə salın- Vaginada sevgi əzələləri adlanan pelvik əzələləri orqazma çatmanın təminatıdır. Sevgi əzələlərini cinsi yaxınlıqdan başqa vaxtlarda da aktiv işlətmək lazımdır. Tualetə gedəndə, iş yerində, ya da oturarkən pelvik əzələləri sidiyə gedirmiş kimi gəvşədin və sidiyi tutub saxlayırmış kimi dartın.Orqazm üçün ön sevişmə müddətinə diqqət edin — Orqazmı güclü şəkildə hiss etmək, ya da sadəcə orqazm ola bilmək üçün ön sevişmə olduqca vacibdir. Doyduğunuz qədər yaşadığınız ön sevişmə uzun bir cinsi birləşməyə zəmanət verir.Müntəzəm idman edin- İdman cinsi istəyi artırır və cinsi həyat müddətini uzadır. Bundan başqa idman orqazmı asanlaşdırır. Cinsi orqanlara gedən qan təzyiqini artıran idman kişilərdə cinsi birləşmə müddətini də artırır.Yaxşı ye, güclü orqazm yaşa- Cinsi zövqü əngəlləyən yorğunluq hissinin qarşısını almaq üçün süd, yerfındığı, ət, balıq, pendir, yumurta, lobya, buğda və yaşıl tərəvəzlərdə olan Lyosin maddəsi, arpa, qaraciyər, noxud, süd, lobya, düyüdə olan B1 vitamini, qatıq, yaşıl tərəvəz, göbələkdə olan B2 vitamini qadınlarda vagina elastikliyini və hərəkətliliyini artırır.
| ['orqazm', 'ekstaz', 'cinsi həvəs', 'seksual istək', 'seksual şövq', 'cinsi əlaqə', 'seks', 'seks haqqında', 'seks psixologiyası'] |
5,897 | https://kayzen.az/blog/islam-v%C9%99-qad%C4%B1nlar/4447/hicab.html | Hicab | Zahid_GDMLI | İslam və qadınlar | 26 mart 2011, 04:47 |
İlk öncə onu qeyd etməliyik ki, hicab islamaqədərki dinlərdə və svilizasiyalarda da mövcud olmuşdur. Tarixə nəzər salsaq görərik ki, islamdan öncə Avropa ölkələrinin bir çoxunda qadının hicab geyinməsi onun yüksək zümrəyə, zadəgan nəslinə mənsub olması və kölə qadınlardan seçilməsilə xarakterizə olunub. Zaman keçdikcə tarixi hadisələrin təsiri nəticəsində hicab tədricən unudulmağa başlanmışdır. İslam dini öz gəlişi ilə bu məsələyə yeni bir həyat verdi. Dinimiz qadına yüksək qiymət verərək onu yad nəzərlərdən qorumaq, cəmiyyətdə əxlaq balansının pozulmaması üçün hicabı bütün qadınlara vacib buyurdu. Bu barədə Uca Allah belə buyurur:"Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, naməhrəm yanında çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağış-layandır, Rəhmlidir" (əl-Əhzab, 59).Göründüyü kimi yenilməz güc və qüvvət sahibi olan Allah bu ayə vasitəsilə qadına nə üçün hicab geyinməsini əmr etməsini izah edir. Bu ayə özündə bir cox hikmətləri daşıyır ki, onların da bir neçəsini nəzərdən keçirmək yerinə düşərdi: Elə ayənin əvəlindən açıq aydın görünür ki, hicab geyinmək nəinki peyğəmbərimizin (s) zövcələri və qızlarına o cümlədən, bütün xanımlara vacibdir. Sonra isə Rəbbimiz bu əmrin hikmətini açıqlayaraq «onlara əziyyət verilməməsi ücün...» deməsi, qadının hicabdan imtina edəcəyi təqdirdə özünü əzaba və zülmə düçar edəcəyinə bir dəlildir. Və ayənin sonunda Allah Özünün Bağışlayan və Rəhimli olmasını xatırlamaqla, tövbə edəcək, Allahın əmrinə tabe olacağı və hicab geyinəcəyi təqdirdə, qadının günahını bağışlayacağına əmin edir. Əmrlərinin kamilliyinə görə Rəbbimizə həmd olsun!Uca Allah nə cür geyinmək, bədənin hansı nahiyəsini örtmək barəsində belə buyurur: "Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar - gö-rünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz müsəlman qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itir-miş kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsin-lər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını bir-birinə vurmasınlar. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız" (ən-Nur, 31).Ayələrdən görünür ki, əl və üz istisna olmaqla bədənin bütün nahiyəsi örtülməlidir. Göründüyü kimi dinimizdə qaranlıq qalan heç bir məsələ yoxdur. Ümumiyyətlə, bu məsələyə Quranda bu cür yer ayrılması məsələnin ciddiliyindən xəbər verir. Allahın bu əmrinin əksinə hərəkət etməklə isə həm qadınlar, həm də cəmiy-yət müxtəlif problemlərlə qarşılaşır. Məsələyə psixoloji aspektdən yanaşdıqda görərik ki, hicab hər şeydən öncə elə məhz qadının özü üçün faydalıdır. Hər hansısa bir qadına məxsus görkəm, bədən quruluşu heç də hamıda eyni cür təəssürat oyatmır. Digər tərəfdən də əgər qadının bədən quruluşunda hər hansı bir çatışmazlıq varsa və bu qüsurlar qadının heç özünün xoşuna gəlmirsə, o bunu ətrafdakılara nümayiş etdirməklə diqqəti özündə olan gözəl keyfiyyətlərdən, onun xasiyyətindən daha çox məhz bu qüsurların üzərinə yönəldir ki, bu da ailə qurmaq məqsədilə qadınla ünsiyyət yaratmaq istəyən kişinin diqqətindən yayınmaz və kişi həmin qadının şəxsiyyətini, qabilliyətini bilmədən belə onunla ailə qurmaq fikrindən vaz keçir. Gəlin görək, ən çox ziyanı kim çəkəcək? Əlbəttə ki, qadın. Elə bu səbəbdəndir ki, bir çox qadınlar uzun müddət bəzən də sonunacan ailə qura bilmir, belə olduqda da vəziyyətdən çıxmaq üçün müxtəlif yollara baş vurur və arzuolunmaz zərbələr alır ki, bu da cəmiyyətdə tarazlığı pozur, muxtəlif əxlaqımıza zidd halların yayılması çoxalır.
Hicabsız gəzmək gözəl qadınlar üçün də, məqbul deyil. Hər şeydən öncə həmin qadın öz keyfiyyətlərini adiləşdirir və son nəticədə tamamilə diqqətdən kənar da qalır. Digər bir tərəfdən də həmin qadınlar bir çoxlarının həsədinə, paxıllığına, nəzərinə səbəb olur, nəticədə də onlara göz dəyir və bu gözdəymə nəticəsində hər cür bəlalara düçar olurlar. Bundan başqa onların gözəlliyinə həsəd aparan digər paxıl qadınlar bu gözəlliyinə xələl gətirmək üçün hər cür şər əməllərə (cadu və s.) əl atırlar.Allah Qurani Kərimdə yaşlı, həm də şəhvəti sönmüş qadınlara qolları və topuqları açıq gəzməyə icazə versə də, yenə ayənin sonunda bağlı gəzməyi daha üstün tutur. Uca Allah qoca qadınların belə örtünməsini açıq gəzməkdən üstün tutursa, bəs cavan qadına münasibət necə olmalıdır?! Bu barədə Allah belə buyurur: «Ərə getməkdən ümidini üzmüş yaşlı qadınların zinətlərini ayıb yerlərini göstərmədən üst geyimlərini hicablarını soyunmalarında günah yoxdur. İffətli olmaları hicablarını çıxarmamaları isə onlar üçün daha xeyirlidir. Allah Eşidəndir, Biləndir» (ən-Nur, 60).Azərbaycan qadınları 7-ci əsrdən 19-cu əsrədək hicab geyiblər. 19-cu əsrin əvvəlində hicabını atan ilk qadın və ona özlərini oxşatmağa çalışan bəzi qadınlar bunu nəyin xatirinə etmişlər? Bunu etməklə öz atalarını, ərlərini, qardaşlarını və digər məhrəmlərini razı salmışlarmı? Nənələrimiz indiyədək kələğayı geyməkdə davam edirlər. Əsrin əvvəlində Zeynalabidin Tağıyev və digərləri "Darülmüəllimat" - (Qız pedaqoji məktəbinin köhnə adı), "Darülmüəllimin" - (Oğlan pedaqoji məktəbinin köhnə adı) adlı məktəblər açmışdılar. Stalinin vaxtında belə Azərbaycanda "Puşkin" adına qızlar məktəbi var idi indi də var. Həmin məktəbi Azərbaycanın tanınmış adamları bitirib.Avropada və Amerikada 15-ci əsrdən indiyədək "Bircins" məktəblər fəaliyyət göstərir, qızlar ayrı oxuyur, oğlanlar da ayrı. Biz də əgər onlara oxşamaq istəyiriksə, heç olmasa, onlar (Stalin və kommunistlər, avropalılar və amerikalılar) kimi həm belə, həm də belə məktəblərimiz olsun. Görəsən Allaha qarşı müharibə elan edən kimsələrin axırı necə olacaq?Gəlin Allahın əmrlərinə biganə qalaraq, oyun-oyuncaqdan başqa bir şey olmayan, bizim üçün imtahan olaraq yaradılan bu dünyanın fitnəsinə uymayaq. Gəlin «deyəcəklər ki, filankəsin qızı molla olub», «bircə mollamız əskikdi», «camaat nə deyər», «sən özünə iş tapa bilməyəcəksən», «indi biz hansı dövrdə yaşayırıq», «qəlbin təmiz və düz olsun», «bizim nəsildə başını bağlayan olmayıb» və sairə bu kimi sözlər soyləməklə hicab geyinmək istəyən qadınlara və qızlarımıza mane olmayaq. Gəlin bacardıqca Allahın əmirlərinə tabe olub sözün həqiqi mənasında ürəyimizi Allahla düz edək. Əsl təmizlik və düzlük Allaha itaət və Onun əmirlərini yerinə yetirməklə olur.
| ['Hicab'] |
5,898 | https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/4446/mi%C5%9Fel-nostradamus.html | Mişel Nostradamus | Zahid_GDMLI | Böyük insanlar,şəxsiyyətlər | 26 mart 2011, 04:38 |
Müharibə olur, deyirlər ki, Nostradamus bunu yazmışdı. Zəlzələ baş verir, yenə də Nostradamusun proqonozlarının doğru çıxdığını iddia edirlər. Bəs əslində, Nostradamus kimdir? Nostradamus XVI əsrdə yaşayan astroloq, kahin, münəccim və ya bir falçıdır... Müdafiəçilərindən biri olan Charles Wardın sözlərilə "gələcəkdə baş verəcək anormal hadisələrdən" xəbər verən bir insan...Tarixdə bir çox insanın gələcəklə bağlı xəbərlər verdiyi məlumdur. Belələrini peyğəmbərlər və kahinlər kimi iki qrupa ayırmaq olar. Peyğəmbərlər bir möcüzə olaraq gələcək haqqında məlumatlar verib və onların dedikləri eynilə düz çıxıb. Onların xəbərlərinin əsası vəhy və ilahi elmdir. Zamanı yaradan Allah göndərdiyi peyğəmbərləri insanlara təsdiq etdirmək üçün onlara möcüzəli bir şəkildə gələcək haqqında xəbərləri bildirib.Kahinlər isə bunu özlərinə bir məslək, sənət olaraq seçiblər. Vəhyə əsaslanmayan insanların gələcəklə bağlı xəbərləri bilmələri qeyri-mümkündür. Bu, açıq bir həqiqət olduğu halda, bəziləri insanların zəif cəhətlərindən faydalanıb şöhrətə yiyələnib və maddi mənfəətlər əldə edi(r)blər. Kahinlikdən bu cür qazanc məqsədilə istifadə edilib. Belələrinin sözünə nə dərəcədə inanmaq olar?Əsrimizin insanı maddəçiliyin boğucu qaranlığından xilas olmağın yollarını axtarır, ölçüsüz və rəhbərsiz olduğuna görə də bəzi fırıldaqçılar tərəfindən aldadılır. İnsanın astrologiyaya olan marağını da bu səbəbdə axtarmaq lazımdır. Məşhur elm adamı P.Whitmorun fikrincə, "Astrologiya həm keçmişdə, həm də dövrümüzdə batil inamların ən dərin kökə malik olanıdır".Amerikada hər dörd insandan birinin astrologiya ilə maraqlanması da bu həqiqətin göstəricisidir. Nostradamus kimilərin hələ də aktual olmalarının səbəbi budur.Bu mövzuda ciddi tədqiqatları ilə tanınan Eric Russel bir kahinlikdən (gələcək haqqında xəbərvermə) bəhs edir: "Avropalı astroloqlar gələcəkdə baş verəcək bir daşqından xəbər verərək: "Planetlər balıq bürcündə bir yerə gəldikləri zaman bütün dünya su altında qalacaq", - deyirlər. Hər kəs bundan qorxmağa başlayır. Bəzi insanlar guya bu daşqından qorunmaq üçün qayıq belə alırlar. Onların dedikləri zaman gəlib çıxır, lakin heç bir daşqın olmur. Lakin zamanın axarı bu açıq yalanı da silir və unutdurur.Bundan sonra astronomiya alimləri yenidən bu mövzuya qayıdır, onu tədqiq etməyə başlayır və "Planetlərin balıq bürcündə bir yerə gələcəyi" sözünün heç bir elmi əsası olmadığı qənaətinə gəlirlər."Nostradamus kimi insanların ən yaxşı dostu yalanları unutduran zamandır. Məsələn onlar, "filan tarixdə filan insan öldürüləcək", - deyirlər. Əgər həmin insan həqiqətən də öldürülsə, bu müsbət bir göstərici olur və uzun müddət unudulmur. Hadisə baş vermədiyi zaman isə bu yalan qısa bir müddətdə unudulub gedir.
Nostradamusun gələcəklə bağlı verdiyi 946 xəbərdən yalnız 70-i müəyyən mənada doğru çıxıb. Onun doğru söyləmək nisbəti yeddi faizdir. Bunların da əksəriyyəti demək olar ki, hər bir insanda ola biləcək normal hadisələrdir.Nostradamus özünün gələcəklə bağlı xəbərlərində "müqəddəs yazıları əsas götürərək, astronomik hesablarla nəticə əldə etdiyini" etiraf edir. Onun gələcəklə bağlı müxtəlif işarələrini, öz ağlına görə izah etmək tam Nostradamusa uyğun olan bir saxtakarlıqdır.Charles Ward onun haqqında belə deyir: "Tapmacalarla danışan bir insandır. Səthi bir xristian, səmimi bir bütpərəstdir. Yanacağını əvvəlcədən xəbər verən Rouzin şəhərini də o özü yandırıb!"Nostradamus qeyri-müəyyən, iki mənalı, hər bir şərhə açıq sözlər deməkdə usta idi. Bernard Capp isə onun haqqında: "O, öz sözlərinə drammatik don geyindirməkdə mahirdir. Buna görə də gələcək haqqında verdiyi xəbərlər bu günə qədər diqqət mərkəzində oldu" ifadələrini işlədib.Məşhur tədqiqatçılardan Cames Laverin ifadələri isə daha maraqlıdır: "Onun yazıları şeir və ədəbiyyat qaydalarına uyğun gəlməz; nizamsız, uydurmalarla dolu olan mənasız sözlər yığnağıdır. Şerlərindən doğru bir məna çıxarmaq mümkün deyil. Dediklərinin əksəriyyəti mənasız sözlərdən ibarətdir".Qısası, Nostradamus bəzi mənfi niyyətli insanlar tərəfindən şişirdilmiş fırıldaqçıdır. Lakin məsələnin çətin tərəfi odur ki, Allah, axirət və alın yazısı kimi açıq həqiqətlərə inanmaqda çətinlik çəkənlər belə fırıldaqçıların boş sözlərinə aldanır, hətta bəziləri buna inanırlar.Mövzunu Həzrəti Peyğəmbərin (s.ə.v) bir hədisi ilə bitirək: "Bütün münəccimlər (astroloqlar) yalançıdır".Həmçinin bax:Görücü VanqaZirəddin
| ['Nostradamus', 'Mişel Nostradamus', 'öncəgörən'] |
5,899 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/4445/t%C9%99rbiy%C9%99nin-iki-formas%C4%B1.html | Tərbiyənin iki forması | ayxansevda | Xoşbəxt ailə | 25 mart 2011, 18:18 |
«Uşaq kimdi ki, sözümdən çıxsın, nə vaxt böyüyər onda baxarıq», «Uşaq ananı idarə edir, belə tərbiyə olar?», «Uşağa sözü bir dəfə deyərlər, on dəfə yox», «Uşaq ananı saymır, böyüyəndə heç adam yerinə qoymayaca, bunun axırı nə olacaq?» və s bu tipli məzzəmətli sözlərlə qarşılaşmamış olmazsınız.
Lakin əslində bunun bir səbəbi var. Hər kəs uşaqlıqda necə tərbiyə olunubsa , gələcəkdə öz uşaqlarını elə də tərbiyə edir. Əgər uşaqlıqda döyülə -döyülə tərbiyə alıbsa, başqa metod bilmədiyi üçün, təbii ki, elə bu üsula da müraciət edəcək. Yox, əksinə sevgi ilə tərbiyə alıbsa, balasını məhəbbətlə böyüdəcək. Meydana sual çıxır — Deməli, balasını döyürsə sevmir, bəyəm? Əlbəttə, yox, hər valideyn körpəsini sevir, onun yolunda hər şeyə hazırdı, Hər kəs balası üçün çalışır, onlar üçün yaşayır.
Uşaqlıqda hər birimiz cəzalandırılmaqdan qorxmuşuq. («Bu zir — zibili yığışdır, yoxsa sənə göstərərəm!»). Biz onların məhəbbətini itirməkdən çəkinmişik. ( "Əgər özünü belə pis aparmağa davam etsən, daha sənin anan olmayacağam!"). Yaxşı övlad olmadığımızı düşünürdük. (" Mən sizə görə gecə — gündüz çalışıram. Siz isə öz kefindəsiniz. yeganə istəyim bir az mənə kömək edin. Mən çoxmu istəyirəm?!) . Qorxulusu isə qorxunun ən pis forması atılmaqdan, tərk edilməkdən qorxmağımız idi. ( " Əgər beş dəqiqəyə hazır olmasan, mən sənsiz gedəcəyəm. Bax, sayıram bir..., iki..., üç...").
Tərbiyədə mükafatlandırma üsulundan da istifadə olunur. "Əgər otağını yığışdırsan, axşam ata evə gələndə ona deyərəm ki, sənə saqqız alsın."
Digər tərbiyə metodlarından biri də budur ki, valideyn uşağına müraciət edir: " Nİyə vurursan, indi səni vursam xoşuna gələr?!". Bu sualı uşağa vermək birmənalı şəkildə " sən küt, fərsizsən" deməkdir. Şüuraltı uşaqda bu fikir qala da bilər və o özünü doğurdan da küt və fərsiz hesab edə bilər. Uşaqların olduqca həssas psixologiyası var. onlar hər şeyə inanırlar.
Valideynlər uşaqlarından problemlərini özləri həll etmələrini tələb edirlər, lakin bunu tələb etməzdən əvvəl onları bilik və bacarıq vərdişlərinə yiyələndirmək lazımdır.
Qorxu üstündə qurulan tərbiyənin qüsurlarından biri də odur ki, burada ilk növbədə uşağın mənfi cəhətlərinə daha çox fikir verilir. "İndi sən düşünürsən ki, guya otağı yığışdırmısan?". Amma əksinə sevgi əsasında qurulan tərbiyədə vəziyyət bir başqa cürdür- " Otağı pis yığışdırmamısan, amma bilirsən ki, işi sona çatdırmaq lazımdır, hamısını yığ qurtar." Əgər siz mütəmadi olaraq uşağınızın mənfi cəhətlərinə fikir versəniz, bunu ön plana çəkmiş olacaqsınız və onun kiçik psixologiyasında bu şişirdilmiş formada qərar tutacaq. Nəticədə onlar özlərinə inamsız insan kimi formalaşacaq. Beləliklə, valideyn bilmədən uşaqda stress yaradır, bu da onun gələcəkdə uğur qazanmasına mane olur.
Aşağıdakı iki misala nəzər yetirək: İki uşaq stol arxasında oturub yemək yeyirdilər. Dörd yaşlı Kənan on yaşlı Ceyhungilə qonaq gəlmişdir. Kənan Ceyhunu çox istəyirdi. Birdən o Ceyhunun boşqabına tüpürür. Ceyhun dərhal mətbəxə anasına şikayət etməyə qaçır.
Əgər valideyn qorxu metodundan istifadə edirsə: Ceyhunun anası gəlib acıqlı-acıqlı Kənana deyir: " Ayıb olsun sənə, heç elə edərlər, sənin boşqabına tüpürsəydilər xoşuna gələrdi? Bu çox pis hərəkətdi. Əgər özünü belə pis aparsan, tək oturub, yeməli olacaqsan. Birdə bura gələsi olmayım. Özünüzü yaxşı aparın.". Bu anda Ceyhun inciyir ki, mən pis hərəkət eləməmişəm, Kənan günahkardır və onu acıqlı baxışlarla süzüb öz yerinə keçir. Ceyhunun anası mətbəxə keçən kimi Kənan yenə Ceyhunun boşqabına tüpürür. Ceyhun əsəbi halda onu itələyir. Bir sözlə mərəkə qopur. Ana gəlir hirslə Ceyhunu öz otağına, Kənanı isə evlərinə yollayır.
Əgər valideyn sevgi metodundan istifadə edirsə: Ceyhun anasına Kənandan şikayət edəndə anası deyir :" Get ona de ki, boşqabına tüpürməsin, çünki sənin xoşuna gəlmir. Mən də səninlə gəlirəm.". Belə də olur. Ceyhun öz etirazını bildirir. Kənan susur. Onda Ceyhunun anası deyir: " Sən yəqin istəyirdin ki, Ceyhun səninlə oynasın, hə?". Ceyhun utancaq halda təsdiq üçün başını tərpədir. «Amma bilmirdin ki, necə onun diqqətini çəkəsən, ona görə boşqabına tüpürdün elə deyilmi?». Kənan «Bəli» — deyə cavab verdi. "İndi bildin ki, Ceyhunun bu xoşuna gəlmir? Daha belə eləmə. İstəyirsən o sənlə söhbət etsin? İkiniz də maşınları sevirsiniz. Soruş Ceyhun dünən hansı maşınları görüb." Beləliklə, iki uşaq maşından söhbət etməyə başladılar.
Bu misallardan göründüyü kimi, sevgi ilə tərbiyə daha uğurlu nəticələrə gətirib çıxarır. Qorxu ilə tərbiyə etdikdə valideyn dominant olur və konflikti aradan qaldırmağa çalışır. Əksinə sevgi ilə tərbiyədə valideyn çıxış yolunu göstərir və uşaq özü problemin həll yolunu tapır. Bir növ gələcəyə hazırlayır, tərbiyə edir. Uşaq da bir insandır, «uşaq kimdir?» — deyə düşünmək güclü olduğunuz üçün onun haqqını tapdalamaq deməkdir. Ana səbrlidirsə, uşağına güzəşdə gedirsə bu o demək deyil ki, uşaq onu idarə edir. Sadəcə uşağı öyrətmək lazımdır, sonra isə nəzarət etmək. Məs: Uşaq ananın üstünə qışqırır. Ana öyrədir ki: «Adam özündən böyüyün üstünə qışqırmaz, xüsusilə də ananın». Uşaq yenə o hərəkəti təkrar edirsə, bir də xatırlatmalıdır. Yoxsa bir dəfə deyib, sonra fikir verməmək ki, dedim eləmədi, uşaq tərbiyəsizdi — deyə düşünmək çıxış yolu deyil. Necə deyərlər öyrətmək — verməkdir, nəzarət etmək - almaqdır.Həmçinin bax:Uşaq tərbiyəsi necə olmalıdır?
| ['övlad tərbiyəsi', 'uşaqlar və biz', 'valideyn - övlad münasibəti', 'valideynin münasibəti', 'uşaq tərbiyəsi', 'uşağa qulluq', 'övlad', 'valideyn-övlad münasibətləri', 'valideynlərin rolu'] |