Unnamed: 0
int64
0
6.93k
url
stringlengths
41
313
title
stringlengths
3
153
author
stringclasses
256 values
category
stringclasses
371 values
date
stringlengths
17
23
content
stringlengths
3
89.6k
tags
stringlengths
6
314
6,000
https://kayzen.az/blog/Xrizoberil/4251/bir-da%C5%9Fla-iki-qu%C5%9F-iran-hekay%C9%99si.html
Bir daşla iki quş (iran hekayəsi)
Xrizoberil
Bloq: Xrizoberil
9 mart 2011, 16:14
Adamın tənbəlmi tənbəl bir xidmətçisi vardı. Bir gün onu üzüm və əncir almağa göndərdi, amma xidmətçi yalnız üzümlə çıxıb gəldi.- Mən sənə demədimmi, sənə bir iş versəm iki iş birdən et deyə ha?Təsadüfən, əfəndi o gün xəstələndi. Xidmətçini həkim çağırmağa göndərdi. Xidmətçi də həkimin yanında iki dənə də məzarçı gətirmişdi.Əfəndi xidmətçisinə xitab edib soruşdu: - Niyə gətirdin bu məzarçıları ?- Əfəndim, sənə bir iş versəm iki iş birdən edəcəksən demədinizmi? Məndə, müalicə etsin deyə həkim gətirdim. Müalicə xeyir etməz də ölsəniz, məzarçı hazır olsun heç olmasa dedim!
['hekayə']
6,001
https://kayzen.az/blog/ayxansevda/4250/%C9%99n-g%C3%B6z%C9%99l-%C9%99xlaq-pey%C4%9F%C9%99mb%C9%99rimizin-x%C3%BCsusiyy%C9%99tl%C9%99ri.html
Ən gözəl əxlaq-peyğəmbərimizin xüsusiyyətləri
ayxansevda
Bloq: ayxansevda
9 mart 2011, 15:46
İmam Hüseyn (ə.s) rəvayət edir ki, atamdan Peyğəmbər ( sallALLAHu aleyhi və səlləmin ) oturub, durduğu kimsələrə qarşı necə davrandığına dair sual verdim.  O : "..Peyğəmbər ( sallALLAHu aleyhi və səlləm ) daima gülərüzlü idi. Yumşaq və başqalarına qarşı sərt davranmayan birisi idi. Sərt, bağırıb qışqıran bir kimsə olmadığı kimi, nə tənə edər, nə də üzə vurardı. Ondan bir şey ümid edən kimsəni ümidsiz qoymazdı, gözləməyini boşa çıxarmazdı. Öz nəfsi üçün üç şeyi tərk etmişdi : Riyakarlığı, çox istəməyi və onu maraqlandırmayan şeyləri. İnsanlar haqqında da üç şeyi tərk etmişdi : Kimsəni pisləməz, kimsəni ayıblamaz və qüsurunu araşdırmazdı. Savab əldə etməyi ümid etmədiyi heç bir şeydən danışmazdı. O, danışdığı zaman onunla birlikdə oturanlar sanki başlarının üzərində quş varmış kimi hərəkətsiz durar, başlarını aşağı salardılar. O, susduğu zaman onlar danışardılar. Onun yanında biri digərinin sözünü kəsməzdi. Yanında danışanın sözlərini bitirənə qədər dinləyərdi. İki nəfər danışmağa başlasaydı hər ikisini də dinləyərdi. Güldükləri şeylərə o da gülər, heyrat etdikləri şeyə o da heyrət edərdi. O, bir ehtiyac sahibinin bir şeyi istədiyini görcək olurdusa siz də ona kömək edin - deyərdi. Kimsənin sözünü həddi aşmadıqca kəsməzdi, əgər həddi aşardısa sözünü kəsməsini söyləyər, ya da durub getməklə sözünü kəsərdi.." İmam Həsən (ə.s) rəvayət edir ki, Peyğəmbər ( sallALLAHu aleyhi və səlləmin ) sifətlərini bilən dayım Hind b. Əbi Halədən Peyğəmbər ( sallALLAHu aleyhi və səlləmin ) danışdığı zaman necə danışardı..? - mənə başa salsın deyə ondan xahiş etdim. O : "..Çox zaman sükut edərdi... Susması danışmasından daha çox idi... Sözünün başlanğıcında və sonunda ALLAHın ismini zikr edərdi. Az sözlərlə geniş mənaları ifadə edərək danışardı. Sözlərində məqsəddən başqa nöqsan bir söz tapmazdın. Heç kimsəyə əziyyət verməz və kimsəni təhqir etməzdi. Hər nə qədər ləzzətsiz olurdusa da neməti verənə hörmət və təzim üçün o nemətə hörmət göstərirdi, əsla pisləməzdi. Yeyilən və içilən ləzzətsiz olduğu üçün pisləməz və yaxşı olduğu üçün də tərifləməzdi. Hamısına həmd və şükr edərdi. Dünya və dünyanın mülkü onu sıxmazdı.. Danışdığı zaman danışması əl hərəkətləri ilə bərabər idi.. Təbəssüm edərdi. Təbəssüm etdikdə də inci kimi dişləri görünürdü.."Özünə qarşı tərifdə həddi aşanları sevməzdi. "..Həqiqətən də, sən böyük əxlaq sahibisən..!.." ( Qələm, 4 ) Göründüyü kimi Peyğəmbərimiz böyük əxlaq sahibi olub..O bizə əvəzsiz nümunədir, O bizim üçün ən gözəl sələfdir..Necə ki, son nəfəslərində qızı Hz. Fatiməyə (ə.s) buyurdu :"..Mən sənin üçün nə gözəl sələfəm.." (Səhih Muslim, 2450) Həmçinin bax: Məhəmməd peyğəmbər
['hədis']
6,002
https://kayzen.az/blog/qadin/4248/ki%C5%9Fil%C9%99rin-nifr%C9%99t-etdiyi-10-sual.html
Kişilərin nifrət etdiyi 10 sual
ayxansevda
Qadın
9 mart 2011, 15:25
Hərdən adi düzgün olmayan sual ən möhkəm münasibitlərə belə son gətirə bilər..Beləliklə, xanımlar, sevdiyiniz insana bu 10 sualı verməsəz məsləhətdi.. 1. Bu paltar məni kök göstərir?Bu, kişiyə verə bildiyiniz ən betər sualdı..Yadınızda saxlayın: bütün kişilər özünə güvənən qadınları sevir. Ona görə də belə sualları öz rəfiqənizə, ananıza vermək daha məsləhətlidi.. 2. Nədən düşünürsən? Bu sualın cavabı üçün ən çox yayılmış variant:"Heçnədən düşünmürəm" cavabı olacaq.. Və bu doğurdan da belədi... Eyni zamanda hər şeydən və heçnədən düşünmək insanlara məxsus olan xüsusiyyətdi.. Tez tez siz tərəfdən verilən bu sual ancaq onun belə baxışının sizi qıcıqlandırdığını deyə bilər.. 3. Əgər rəfiqələrimdən birini öpmək şansın olsaydı, kimi seçərdin?Bu sual istənilən kişini qıcıqlandırır, çünki hansı ad desə, çətin ki o sizin xoşunuza gələ bilər. Təbii ki, siz istəyirsiz ki o,  "Mənə 10 million dollar versələr də, heç birini öpmərəm"cavabını söyləsin.. Amma bəzi suallarda kişilər yalan danışmağı heç xoşlamırlar.4. Bizim birlikdə neçə övladımız olacaq?İstəyirsiz əziziniz sizdən qaçsın və bir də heç vaxt zənglərinizə cavab verməsin? Yox? O zaman tez unuduruq bu sualı.. Nə qədər ki, siz nişan tarixini təyin etmədiniz və onun sizinlə əsrlər boyunca olmaq arzusunda əmin olmadınız, o vaxta qədər sadəcə sevdiyiniz insanın yanında olmaqdan ləzzət alın..5. Dostlarınla görüşəndə məni də özünlə götürə bilərsən?Bu sualı eşidən kişi təbii ki, çox əsəbləşəcək. Çünki kişilərin öz işləri və söhbətləri var. Bir də təsəvvür edin ki, qızların məclisinə o gəlib sizin orda etdiyiniz bütün qiybətlərə qulaq asacaq. 6. Əgər mən avtomobil qəzasında ölümcül xasarət alıb ölsəm, ölümümdən sonra nə qədər gözləyəcəksən ki, növbəti yeni eşq macəranı qurasan?ALLAH eləməmiş, bəs ona bir şey olsa siz nə qədər gözləyəcəksiz? Birdən sizin xəyalınızın kişisi sizə düz qəbirstanlığın çıxışında rastlasa? Onda necə? Sevgidə qabaqcadan heçnə demək olmur.. Bundan savayı, heç bir kişinin  səbəbsiz yerə qadınların özlərini  qurban eləməkləri xoşuna gəlməz..7. Sən dayanmadan bu qıza baxırsan, bu qız sənin xoşuna gəlir?Bu sual yenə özünə inamsızlığın olmasını göstərir.. O sizinlədi, onunla deyil. Ona görə də problem olmayan yerdə problem çıxardıb xırda şeylərə görə qısqanmaq lazım deyil. 8. Məndən qabaq neçə nəfər qızla görüşmüsən?Siz həqiqətən bu suala cavab bilmək istəyirsiz? Bilsəniz bu sizə nə verəcək ki? Keçmişi silib dəyişmək olmur. Hər kəsin sirr saxlamağa haqqı var. Ona görə də xoş və ya xoşagəlməz xatirlərə onu itiləmək lazım deyil.9. Kimi daha çox sevirsən: Məni ya Ananı?99% kişilər hesab edəcək ki, bu, hörmətsizlik, ehtiramsızlıqdı. Əslində onlar sadəcə olaraq bu sualın cavabını bilmirlər. Sizinlə olan münasibətlər və ana oğul münasibətləri prinsipial olaraq fərqlidi. Onları müqayisə etmək olmaz.. İndi siz düzgün cavabı bilirsiz və bundan sonra belə mənasız sual vermiyəcəksiz.10. Həqiqətən məni sevirsən?Bu sualı vermək - "sənin sevginə inanmıram" deməyə bərabərdi. Ama siz bunu demək istəmirsiniz. Bəzi kişilər sevgidən danışmağı xoşlamır, öz hərəkətləri ilə öz sevgini sübut edirlər. Ən vacibi elə budu.
['kişi psixologiyası', 'kişilər', 'kişi-qadın münasibətləri']
6,003
https://kayzen.az/blog/poeziya/4244/heyd%C9%99rbabaya-salam-i-m%C9%99h%C9%99mm%C9%99d-h%C3%BCseyn-%C5%9F%C9%99hriyar.html
Heydərbabaya salam I Məhəmməd Hüseyn Şəhriyar
Cavid
Poeziya
9 mart 2011, 04:29
Heydər Baba, ildırımlar şaxanda,Sellər, sular şaqqıldayıb axanda,Qızlar ona səf bağlayıb baxanda,Salam olsun şövkətizə, elizə,Mənim də bir adım gəlsin dilizə.Heydər Baba, kəkliklərin uçanda,Göl dibindən dovşan qalxıb qaçanda,Bağçaların çiçəklənib açanda,Bizdən də bir mümkün olsa, yad elə,Açılmayan ürəkləri şad elə.Bayram yeli çardaqları yıxanda,Novruzgülü, qarçiçəyi çıxanda,Ağ buludlar köynəklərin sıxanda,Bizdən də bir yad eləyən sağ olsun,Dərdlərimiz qoy dikəlsin dağ olsun.Heydər Baba, gün dalını dağlasın,Üzün gülsün, bulaqların ağlasın,Uşaqlarun bir dəstə gül bağlasın,Yel gələndə ver gətirsin bu yana,Bəlkə mənim yatmış bəxtim oyana.Heydər Baba, sənin yüzün ağ olsun,Dörd bir yanın bulaq olsun, bağ olsun,Bizdən sonra sənin başın sağ olsun,Dünya qəzov-qədər, ölüm-itimdir,Dünya boyu oğulsuzdur, yetimdir.Heydər Baba, yolum səndən kəc oldu,Ömrüm keçdi, gələmmədim, gec oldu,Heç bilmədim gözəllərin necoldu,Bilmez idim döngələr var, dönüm var,Itginlik var, ayrılık var, ölüm var.Heydər Baba, igid əmək itirməz,Ömür keçər, əfsus bərə bitirməz,Namərd olan ömrü başa yetirməz,Biz də vallah, unutmarıq sizləri,Görəmməsək, halal edin bizləri.Heydər Baba, Mirəjdər səslənəndə,Kənd içinə səsdən-küydən düşəndə,Aşıq Rüstəm sazın dilləndirəndə,Yadındadır, nə hövləsək qaçardım?Quşlar təkin qanad çalıb uçardım.Şəngilava yurdu, aşıq alması,Gahdan gedib orda qonaq qalması,Daş atması, alma-heyva salması,Qalıb şirin yuxu kimin yadımda,Əsər qoyub ruhumda, hər zadımda.Heydər Baba, Quru gölün qazları,Gədiklərin sazaq çalan sazları,Kənd-kövşənin payızları, yazları,Bir sinema pərdəsidir gözümdə,Tək oturub, seyr edərəm özüm də.Heydər Baba, Qaraçəmən cadası,Çovuşların gələr səsi, sədası,Kərbəlaya gedənlərin qadası,Düşsün bu ac yolsuzların gözünə,Təməddünün uyduq yalan sözünə.Heydər Baba, şeytan bizi azdırıb,Məhəbbəti ürəklərdən qazdırıb,Qara günün sər-nüviştin yazdırıb,Salıb xalqı bir-birinin canına,Barışığı bələşdirib qanına.Göz yaşına baxan olsa, qan axmaz,Insan olan xəncər belinə taxmaz,Amma heyif, kor tutduğun buraxmaz,Behiştimiz cəhənnəm olmaqdadır,Zilhiccəmiz məhərrəm olmaqdadır.Xəzan yeli yarpaqları tökəndə,Bulud dağdan yenib kəndə köçəndə,Şeyxülislam gözəl səsin çəkəndə,Nisgilli söz ürəklərə dəyərdi,Ağaclar da Allaha baş əyərdi.Daşlı bulaq daş-qumunan dolmasın,Bağçaları saralmasın, solmasın,Ordan keçən atlı susuz olmasın,Deynə bulaq, heyran olsun, axarsan,Üfüqlərə xumar-xumar baxarsan.Heydər Baba, dağın daşın sərəsi,Keklik oxur, dalısında fərəsi,Quzuların ağı, bozu, qərəsı,Bir gedəydim dağ-dərələr uzunu,Oxuyaydım: "Çoban, qaytar quzunu".Heydər Baba, Sulu yerin düzündə,Bulaq qaynar çay-çəmənin gözünde,Bulaqotu üzər suyun üzündə,Gözəl quşlar ordan gəlib keçərlər,Xəlvətləyib bulaqdan su içərlər.Biçin üstü sünbül biçən oraqlar,Elə bil ki, zülfü darar daraqlar,Şikarçılar bildirçini soraqlar,Biçinçilər ayranların içərlər,Bihuşlanıb sondan durub biçerler.Heydər Baba, kəndin günü batanda,Uşaqların şamın yeyib yatanda,Ay buluddan çıxıb qaş-göz atanda,Bizdən də bir sən onlara qissə de,Qissəmizdə çoxlu qəmü-qüssə de.Qarı nənə gecə nağıl deyəndə,Külek qalxıb qapı-bacanı döyəndə,Qurd keçinin Şəngülüsün yeyəndə,Mən qayıdıb bir də uşaq olaydım,Bir gül açıb ondan sonra solaydım.Əmməcanın bal-bəlləsin yeyərdim,Sondan durub üst donumu geyərdim,Bağçalarda tiringəni deyərdim,Ay özümü o əzdirən günlərim,Ağac minib, at gəzdirən günlərim.Həçi xala çayda paltar yuyardı,Məmmədsadıx damlarını suvardı,Heç bilməzdik dağdır, daşdır, divardırHər yan gəldi, şıllaq atıb aşardıq,Allah, nə xoş, qəmsiz-qəmsiz yaşardıq.Şeyxəlislam münacatı deyərdi,Məşədrəhim ləbbadəni geyərdi,Məşdəcəli bozbaşları yeyərdi,Biz xoş idik, heyrat olsun, toy olsun,Fərq eləməz, hər nolacaq, qoy olsun.Melikniyaz vərəndilin salardı,Atın çapıb qıyqacıdan çalardı,Qırğı təkin gədik başın alardı.Dolayıya qızlar açıb pəncərə,Pəncərələrdən nə gözəl mənzərə.Heydər Baba, kəndin toyun tutanda,Qız gəlinlər həna, piltə satanda,Bəy gəlinə damdan alma atanda,Mənim də o qızlarında gözüm var,Aşıqların sazlarında sözüm var.Heydər Baba, bulaqların yarpızı,Bostanların gülbəsəri, qarpızı,Çərçilərin ağ nobatı, saqqızı,Indi də var damağımda, dad verərItgin gedən günlərimdən yad verər.Bayram idi, gecəquşu oxurdu,Adaxlı qız bəy corabın toxurdu,Hər kəs şalın bir bacadan soxurdu,Ay nə gözəl qaydadı şal sallamaq,Bəy şalına bayramlığın bağlamaq.Şal istədim mən də evdə ağladım,Bir şal alıb tez belimə bağladım,Qulamgilə qaçdım, şalı salladım,Fatma xala mənə corab bağladı,Xan nənəmi yada salıb ağladı.Heydər Baba, Mirzəmmədin bağçası,Bağçaların turşaşirin alçası,Gəlinlərin düzmələri, taxçasıHey düzülər gözlərimin rəfində,Heyimə vurar xatirələr səfində.Bayram olub, qızıl palçıq əzərlər,Naqqış vurub, otaqları bəzərlər,Taxçalara dizmələri dizərlərQız-gəlinin fındıqçası, hənası,Həvəslənər anası, qaynanası.Baxıcının sözü-sovu, kağızıInəklərin bulaması, ağızı,Çərşənbənin girdəkanı, möviziQızlar deyər: "Atıl-matıl, çərşənbə,Ayna təkin bəxtim açıl, çərşənbə".Yumurtanı göyçək, güllü boyardıq,Çaqqışdırıb sınanların soyardıq,Oynamaqdan bircə məgər doyardıq,Əli mənə yaşıl aşıq verərdi,İrza mənə novruzgülü dərərdi.Novruzəli xərməndə vəl sürərdi,Gahdan yenib küləşlərin kürərdi,Dağdan da bir çoban iti hürərdi,Onda gördün, ulaq ayaq saxladı,Dağa baxıb qulaqların şaxladı.Axşambaşı naxırınan gələndə,Qoduqları çəkib vurardıq bəndə,Naxır keçib gedib yetəndə kəndə,Heyvanları çılpaq minib qovardıq,Söz çıxsaydı, sinə gərib sovardıq. .Yaz gecəsi çayda sular şarıldar,Daş qayalar seldə aşıb karıldar,Qaranlıqda qurdun gözü parıldar,Itlər gördün, qurdu seçib ulaşdı,Qurd da gördün, qalxıb gədikdən aşdı.Qış gecəsi tövlələrin otağı,Kəndlilərin oturağı, yatağı,Buxarıda yanar odun yanağı,Şəbçərəsi, girdəkanı, iydəsi,Kəndi basar gülüb-danışmaq səsi.Şüca xaloğlunun Bakı sovqatı,Damda quran samavarı, söhbəti,Yadımdadı şəstli qəddi, qaməti,Cünəmməyin toyu döndü yas oldu,vənəqızın bəxt aynası kas oldu.Heydər Baba, Nənəqızın gözləri,Rəxşəndənin şirin-şirin sözləri,Türki dedim, oxusunlar özləri,Bilsinlər ki, adam gedər, ad qalar,Yaxşı-pisdən ağızda bir dad qalar.Yaz qabağı gün güneyi döyəndə,Kənd uşağı qar gülləsin sövəndə,Kürəkçilər dağda kürək zivəndə,Mənim ruhum elə bilin ordadır,Kəklik kimi batıb qalıb, qardadır. Qarı nənə uzadanda işini,Gün buludda əyirərdi teşini,Qurd qocalıb, səkdirəndə dişini,Sürü qalxıb dolayıdan aşardı,Baydaların südü aşıb-daşardı.Həccəsultan əmmə dişin qısardı,Mollabağır əmoğlu tez mısardı,Təndir yanıb, tüstü evi basardı,Çaydanımız ərsin üstə qaynardı,Qovurğamız sac içində oynardı.Bostan pozub gətirirdik aşağı,Doldururduq evdə taxta-tabağı,Təndirlərdə bişirərdik qabağı,Özün yeyib, toxumların çırtlardıq,Çox yeməkdən lap az qala çatlardıq.Vərziğandan armud satan gelende,Uşaqların səsi düşərdi kəndə,Biz də bu yandan eşidib biləndə,Şıllaq atıb bir qışqırıq salardıq,Buğda verib armudlardan alardıq.Mirzə Tağıynan gecə getdik çaya,Mən baxıram seldə boğulmuş aya,Birdən ışıq düşdü o tay bağçaya,"Eyvay!" dedik, "qurddu!", qayıtdıq, qaçdıq,Heç bilmədik nə vaxt güllükdən aşdıq.Heydər Baba, ağaçların ucaldı,Amma hayıf, cavanların qocaldı,Toğluların arıqlayıb acaldı,Kölgə döndü, gün batdı, qaş qarəldi,Qurdun gözü qaranlıqda bərəldi.Eşitmişəm yanır Allah çırağı,Dayır olub məscidizin bulağı,Rahat olub kəndin evi, uşağı,Mənsurxanın əli-qolu var olsun,Harda qalsa, Allah ona yar olsun.Heydər Baba, Moll' Ibrahim var, ya yox?Məktəb açar, oxur uşaqlar, ya yox?Xərmən üstü məktəbi bağlar, ya yox?Məndən axunda yetirərsən salam,Ədəbli bir salam malakəlam.Həci Sultan əmmə gedib TəbrizəAmma nə Tebriz ki, gələmmir bizə,Balam, durun qoyaq gedək evimizə,Ağa öldü, tufağımız dağıldı,Qoyun olan yad gedibən sağıldı.Heydər Baba, dünya yalan dünyadı,Süleymandan, Nuhdan qalan dünyadı,Oğul doğan, dərdə salan dünyadı,Hər kimsəyə hər nə verib, alıbdı,Əflatundan bir quru ad qalıbdı.Heydər Baba, yaru-yoldaş döndülər,Bir-bir məni çöldə qoyub, çöndülər,Çeşmələrim, çıraqlarım söndülər,Yaman yerdə gün döndü, axşam oldu,Dünya bizə xarabei-şam oldu.Emoğluynan gedən gecə Qıpçağa,Ay ki, çıxdı, atlar gəldi oynağa,Dırmaşırdıq, dağdan aşırdıq dağa,Məşməmixan göy atını oynatdı,Tüfəngini aşırdı, şaqqıldatdı.Heydər Baba, Qara kolun dərəsi,Xoşginab'ın yolu, bəndi, bərəsi,Orda düşər çil kəkliyin fərəsi,Ordan keçər yurdumuzun özünə,Biz də keçək yurdumuzun sözünə.Xoşginabı yaman günə kim salıb?Seyidlərdən kim qırılıb, kim qalıb?Amir Qafar dam daşını kim alıb?Bulaq genə gəlib gölü doldurur,Ya quruyub, bağçaları soldurur?Amir Qafar seyidlərin tacıydı,Şahlar şikar etməsi qıyqacıydı,Mərdə şirin, namərdə çox acıydı,Məzlumların haqqı üstə əsərdi,Zalimləri qılınc təkin kəsərdi.Mirmustafa dayı, ucaboy baba,Heykəlli-saqqallı Tolustoy baba,Eylərdi yas meclisini toy, babaXoşginabın abi-rusu, ərdəmi,Məscidlərin, məclislərin görkəmi.Məcdüssadat gülərdi bağlar kimi,Guruldardı, buludlu dağlar kimi,Söz ağzında ərirdi yağlar kimi,Alnıaçıq, yaxşı, dərin qanardı,Yaşıl gözler çıraq kimi yanardı.Mənim atam süfrəli bir kişiydi,El əlindən tutmaq onun işiydi,Gözəllərin axıra qalmışıydı,Ondan sonra dönərgələr dönüblər,Məhəbbətin çırağları sönüblər.Mirsalehin dəlisovluq etməsi,Mirəzizin şirin şaxsey getməsi,Mirməmmədin quruması, bitməsi,Indi desək, əhvalatdır, nağıldır,Keçdi getdi, itdi batdı, dağıldı.Mirəbdülün aynada qaş yaxması,Çövçülərindən qaşının axması,Boylanması, dam-divardan baxması,Şah Abbasın dürbini, ya dəş bixeyr,Xoşginabın xoş günü, ya dəş bixeyr.Sitar'əmmə nəzikləri yapardı,Mirqadir də hərdən birin qapardı,Qapıb yeyib dayça təkin çapardı,Gülməliydi onun nəzik qapması,Əmməmin də ərsiyinin şappası.Heydər Baba, Amir Heydər neyləyir?Gəlin yenə samavarı göynəyir,Daha qocalıb, alt əngini çeynəyir,Qulaq batıb, gözü girib qaşına,Yazıq əmmə, hava gəlib başına.Xanım əmmə Mirəbdülün sözünü,Eşidəndə əyər ağzı-gözünü,Məlkamıda verər onun özünü,Davaların şuxluğunan qatarlar,Əti yeyib, başı atıb yatarlar.Fizzəxanım Xoşginabın gülüydü,Amir Yəhya əmiqızının quluydu,Rüxsarə artist idi, sevgiliydi,Seyid Hüseyn Mirsalehi yamsılar,Əmir Cəfər qeyrətlidir, qan salar.Səhər tezdən naxırçılar gələrdi,Qoyun-quzu dam-bacadan mələrdi,Əmməcanım körpələrin bələrdi,Təndirlərin qovzanardı tüstüsü,Çörəklərin gözəl iyi, istisi.Göyərçinlər dəstə qalxıb uçarlar,Gün saçanda qızıl pərdə açarlar,Qızıl pərdə açıb, yığıb qaçallar,Gün ucalıb, artar dağın cəlalı,Təbiətin cavanlanar cəmalı.Heydər Baba, qarlı dağlar aşanda,Gecə karvan yolun aşıb çaşanda,Mən hardasam, Tehranda, ya Kaşanda,Uzaqlardan gözüm seçər onları,Xəyal gəlib, aşıb keçər onları.Bir çıxaydım Damqayanın daşına,Bir baxaydım keçmişinə, yaşına,Bir görəydim nələr gəlib başına,Mən də onun qarlarıyla ağlardım,Qış donduran ürəkləri dağlardım.Heydər Baba, gül-qönçəsi xəndandırAmma hayıf, ürək qəzası qandır,Zindəganlıq, bir qaranlıq zindandır,Bu zindanın dərbəçəsin açan yox,Bu darlıqdan bir qurtulub qaçan yox.Heydər Baba, göylər bütün dumandı,Günlərimiz bir-birindən yamandı,Bir-birizdən ayrılmayın, amandı,Yaxşılığı əlimizdən alıblar,Yaxşı bizi yaman günə salıblar!Bir soruşun bu qarqınmış fələkdən,Nə istəyir bu qurduğu kələkdən?Deynə, keçirt ulduzları ələkdən,Qoy tökülsün, bu yer yüzü dağılsın,Bu şeytanlıq qurğusu bir yığılsın.Bir uçaydım bu çırpınan yelinən,Bağlaşaydım dağdan aşan selinən,Ağlaşaydım uzaq düşən elinən,Bir görəydim ayrılığı kim saldı?Ölkəmizdə kim qırıldı, kim qaldı?Mən sənintək dağa saldım nəfəsi,Sən də qaytar, göylərə sal bu səsi,Bayquşun da dar olmasın qəfəsi,Burda bir şir darda qalıb, bağırır,Mürüvvətsiz insanları çağırır.Heydər Baba, qeyrət qanın qaynarkən,Qaraquşlar səndən qopub qalxarkən,O sıldırım daşlarıynan oynarkən,Qovzan, mənim hümmətimi orda gör,Ordan əyil, qamətimi darda gör.Heydər Baba, gecə durna keçəndə,Koroğlunun gözü qara seçəndə,Qıratını minib, kəsib-biçəndə,Mən də burdan tez mətləbə çatmaram,Eyvaz gəlib çatmayıncan yatmaram.Heydər Baba, mərd oğullar doğginan,Namərdlərin burunların ovginan,Gədiklərdə qurdları tut boğginan,Qoy quzular ayın-şayın otlasın,Qoyunların quyruqların qatlasın.Heydər Baba, sənin gönlün şad olsun,Dünya varkən ağzın dolu dad olsun,Səndən keçən tanış olsun, yad olsun,Deynə, mənim şair oğlum Şəhriyar,Bir ömürdür qəm üstünə qəm qalar.Birinci hissə İkinci hissə Üçüncü hissə
['Şəhriyar']
6,004
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/4243/ki%C3%A7ik-q%C4%B1z%C4%B1n-dilind%C9%99n-%C3%B6vladl%C4%B1%C4%9Fa-g%C3%B6t%C3%BCr%C3%BClm%C9%99k.html
Kiçik qızın dilindən övladlığa götürülmək...
elshad
Xoşbəxt ailə
9 mart 2011, 02:57
Məktəbdə 1- ci sinif şagirdləri, bir ailə fotoşəkili üzərində mübahisə  edirdilər. Fotoşəkildəki kiçik uşağın saç rəngi ailənin o biri fərdlərinin saç rəngindən dəyişik idi. Şagirdlərdən biri, o kiçik kişi uşağının, bəlkə də övladlığa götürülmüş ola biləcəyini söylədi. Onun bu sözünü eşidən  kiçik bir qız şagird, birdən səsini yüksəltdi: "Mən övladlığa götürmə mövzusunda hər şeyi bilərəm. Çünki məndə övladlığam!"Sinifdəki bir başqa şagird soruşdu: "Madam bilirsən, bizə də izah etsənə. Övladliq  nədir?" Kiçik qiz özünə əmin bir şəkildə, məlumatını yekunlaşdırdı: "Ananın qarınında deyil, ürəyində böyümüsən deməkdir."
['hekayə']
6,005
https://kayzen.az/blog/erzaq/4240/zeytun-ya%C4%9F%C4%B1.html
Zeytun yağı
MASON
Ərzaqlar
8 mart 2011, 20:44
Zeytun Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü var. Zeytun həmişəyaşıl halda, 4 - 6, nadirən 10 - 12 m hündürlükdə ağac olub, boz-yaşıl rəngli lansetvarı yarpaqlara malikdir. Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır. Meyvəsi birtoxumludur, lətli, yağlı yanlığı var, toxumları uzunsov, qonur rənglidir. Zeytun may-iyun aylarında çiçək açır, meyvələri oktyabr-noyabrda yetişir. Meyvələrinin lət hissəsində 70 %-ə qədər, toxumunda isə 25 - 30 % əla keyfiyyətli piyli yağ vardır. Bu yağdan həm yeyinti sənayesində, həm də təbabətdə geniş istifadə olunur. Zeytun dünyanın subtropik ölkələrində çox qədimdən becərilən qiymətli bitkidir. O, hələ eramızdan 2500 il əvvəl qədim misirlilər tərəfindən becərilmiş və meyvələrindən və onun yağından bir sıra xəstəliklərə qarşı [revmatizm, yanıq, göz xəstəlikləri və s.], həmçinin yeyinti məhsulu, xoş dadlı və ətirli ədviyyat kimi istifadə edilmişdir. Zeytun hazırda da ən qiymətli piyli yağlı bitki, eləcə də bəzək bitkisi kimi dünyanın bir sıra subtropik ölkələrində geniş miqyasda becərilir. Zeytun sənaye əhəmiyyətli bitki kimi çoxdan bəri Qara dəniz sahillərində, Krımda, Gürcüstanda geniş becərilir. Azərbaycanda son 25 - 30 ildə zeytun çox geniş becərilir. Xüsusən onun Abşeronda becərilməsi çox gözəl nəticə verir. Zığda salınmış zeytun plantasiyası buna canlı sübutdur. Bu qiymətli bitki Abşeronun bağlarına, parklarına, Bakı şəhərinin küçələrində xüsusi ziynət verir, onları yaşıl dona bürüyür. Abşeronda yetişdirilən yüzlərcə ağac və kol bitkiləri arasında o öz görkəmilə də nəzəri cəlb edir. Azərbaycanda 30 - 40 il bundan əvvəl zeytunun qiymətli bitki olduğunu az adam bilirdi. O, vaxt zeytun ağacının Abşeronda da çox az idi. İndi vəziyyət tamamilə başqadır. Hazırda zeytunu Abşeronun hər güşəsində görmək olar. İndi onu çoxları tanıyır və onun meyvələrinin müalicə əhəmiyyətini bilənlər də az deyildir. Buna baxmayaraq, təəssüf ki, bu qiymətli bitkiyə hələ lazımi qədər qayğı ilə yanaşılmır, onun meyvələrindən səmərəli istifadə olunmur. Şəhərlərimizin bəzi küçələrində və bağlarında zeytunun meyvələri vaxtında yığılmır, çox vaxt meyvələrini yığarkən zeytun ağacının qol-budaqlarını da qırırlar. Beləliklə, bu qiymətli bitkinin inkişafı pozulur. Nəticədə zeytunun barı get-gedə azalır, hər il külli miqdarda zeytun meyvələri tələf olur. Halbuki, zeytun ağacını böyüdüb məhsuldar hala çatdırmaq və hər kiloqram zeytun meyvəsi əldə etmək böyük zəhmət tələb edir. Zeytunun istifadəsinə gəldikdə qeyd etmək lazımdır ki, meyvələrini iki mərhələdə yığırlar: tam yetişməmiş, tam yetişmiş. Abşeronda zeytun meyvələrinin yığımı, adətən, oktyabr ayından başlanır. Birinci mərhələdə, yəni tam yetişməmiş vaxt yığılan meyvələrdən yeyinti sanayesində konserv məmulatı hazırlanır. Yetişən vaxtda yığılan meyvələr duza qoyulur. Zeytunun tam yetişmiş meyvələrindən tibbi məqsəd üçün əla keyfiyyətli zeytun yağı alınır ki, bu yağdan bir sıra dərman preparatlarının: xüsusən yanıq məlhəmlərinin və iynə dərmanlarının tərkibində yara sağaldan, iltihabı aradan qaldıran və ağrıkəsən dərman kimi geniş istifadə edilir. Bundan başqa meyvələrindən yeyinti sənayesində qiymətli qidaməhsulları hazırlamaq üçün də geniş istifadə olunur. Son illərdə zeytun ağacının yarpaqlarından ürək-damar sistemi xəstəliklərinin müalicəsində, xüsusən hipertoniya xəstəliyində dəmləmə və duru spirtli ekstrakt formada daxilə qəbul edilir. Böyük fərəh hissilə qeyd etməliyik ki, əsil Vətəni Aralıq dənizi sahilləri olmasına baxmayaraq zeytun indi Abşeronda özünə daha əlverişli ikinci vətən tapmışdır. Əvvəllər Abşeronda cəmi 3 min hektar sahədə zeytun əkilirdi. Amma dünyada elə ölkələr var ki, onlarda milyonlarla hektar sahədə bu qiymətli bitki becərilir. İspaniya, İtaliyada 2 milyon hektar, Türkiyədə 1 milyon hektardan çox zeytun əkilən sahə var". Qida yağları içərisində ən faydalı yağ zeytun yağıdır. Azərbaycanda yetişdirilən zeytunun digər ölkələrdə, məsələn, Aralıq dənizi sahillərində bitən zeytundan fərqləndirən xüsusiyyət ondan ibarətdir ki, məhsullarımızın yağlılığı daha çoxdur. "Qur’ani-Kərim"də bir neçə qiymətli bitki sırasında zeytunun da adı çəkilir. Elə bir vegetativ orqan yoxdur ki, zeytun ona fayda verməsin. Sadəcə ondan istifadə etməyi bacarmaq lazımdır". Bərdə, Ağdam, Ağcabədi, Füzulidə zeytun tarixən olub. Bu gün Bərdənin mərkəzində yaşı min illərlə ölçülən zeytun ağacları var. Tarixən yurdumuzda gedən müharibələr nəticəsində bu ağaclar qırılıb, məhv edilib. Zeytun yağı Zeytun yağı - zeytundan əldə edilən ən önəmli məhsul. Zeytun yağı dünyada ildə 1,6-2,6 milyon ton həcmində istehsal edilir və bunun 75-80% qədəri istehsalçı ölkələr tərəfindən istehlak edilir. Geri qalan 20-25%-lik qismi isə, dünya bazarlarına ixrac edilir. Zeytun yağı, zeytunun əzilib sıxılması və qara su adlanan hissəsinin ayrılması ilə əldə edilir. Zeytun yağı tamamilə fiziki üsullarla əldə edilir ve burada heç bir kimyəvi metoddan istifadə edilmir. Zeytun yağının növləri Zeytun yağının üç əsas növü var: Təbii zeytun yağı, çiy yeyilə bilən ən keyfiyyətli zeytun yağıdır. Daha çox salat və souslarda istifadə olunur. 2. Rafinə zeytun yağı; fiziki üsullarla rafinə edilərək, ləzzəti artırılan və turşuluq nisbəti aşağı salınan yağ növüdür. Rafinə zeytun yağı daha çox, bişirilən yeməklərdə istifadə olunur. Bundan başqa Rusiya və Amerika kimi zeytun yağı dadına alışmamış ölkələrdə istifadə edilir. Rafinə yağa 10-20% nisbətində təbii yağ əlavə edilməsi ilə əldə edilən Riviera tipi zeytun yağı isə; daha çox qızartmalarda və bişirilən yeməklərdə istifadə olunur. Zeytun yağının 99,8%-i triqliserid adlanan yağlardan ibarətdir. Bunların 14%-i doymuş yağ turşularıdır, 72%-i tək doymamış yağ turşularıdır, 12%-i çoxlu doymamış yağ turşularından ibarətdir. Bir kiloqram zeytun yağında bundan başqa 300 milliqram fenoller və 150 milliqram tokoferoller mövcuddur. Digər yemək yağları ilə müqayisədə, zeytun yağında, təkli doymamış yağ turşularından oleik turşusunun çox yüksək nisbətlərdə olduğu görülmüşdür. Əhəmiyyəti Zeytun yağının yüksək miqdarda istehlak edildiyi Aralıq Dənizi ölkələrində, ürək-damar xəstəlikləri və xərçəngin daha az olması diqqətə layiqdir. Ürək və damar xəstəliklarinin meydana gəlməsində xolesterolun rolunu yaxşı bilirik. Xolesterol, qanda LDL və HDL adlı iki qrup lipoprotein tərəfindən daşınır. HDL ilə daşınan xolesterol qara ciyərdə daha çox məhv olaraq ürək və damar xəstəliyi yaranma təhlükəsini azaldır. LDL ilə daşınan xolesterol isə ürək və damar xəstəliklərinin bir nömrəli səbəbidir. Buna görə insanlarda LDL-nin aşağı, HDL-nin yüksək olması, ürək və damar xəstəliklərina qarşı qoruyucu təsir göstərir. Zeytun yağına əsaslanan bəslənmədə LDL-nin aşağı olması və HDL səviyyələrinin yüksək qalması, ürək və damar xəstəliklarinin inkişafını azaldan ən önəmli səbəbdir. Zeytun yağının xərçəng təhlükəsini azaltması isə tərkibinə qoyulan fenolların güclü antioksidan təsirinə bağlıdır. Bu maddələrin antioksidan təsirləri səbəbi ilə DNT-yə xəsər verə biləcək maddələri təsirsiz hala gətirdikləri və DNT üzərindəki xəsərin aradan qalxmasına kömək etikləri hesab olunur. Alman Xərçəng Araşdırma Mərkəzindən Ouen və yoldaşları zeytun yağının insan sağlamlığı üzərində təsirlərini analiz etdikləri bir çalışmalarında; bu yağın tərkibində olan fenolların antioksidan xüsusiyyətləri səbəbi ilə bəzi xərçənglərin (qalın bağırsaq, döş və dəri) və koroner ürək xəstəliklərinin inkişafına mane olduğunu bildirmişlər. İspaniyanın Sevilya Universitetindən Alarkon de la Lastra və yoldaşları, zeytun yağının faydaları haqqında bir məqalə dərc ediblər. Bu məqalədə zeytun yağının; qandakı LDL xolesterolu azaldaraq HDL xolesterolu artırdığını və ürək xəstəliyi təhlükəsini azaltdığını; xüsusilə triqliserid metabolizmasına olan təsiri ilə qalın bağırsaq və döş xərçəngi təhlükəsini azaltdığını; iltihab verici sitokinler üzərindəki tənzimləyici təsiri ilə romatoid artrit kimi avtoimmun xəstəlik yaranmasını azaltdığını; safra kisəsinin müntəzəm sürətdə boşalmasını təmini səbəbi ilə kisədə daş əmələ gəlmə təhlükəsini azaltdığını və bundan başqa mədə üzərinə olan təsirləri səbəbi ilə burada mədə yarası əmələ gəlmə təhlükəsini azaldarkən, mövcud mədə yarasının da yaxşılaşmasını asanlaşdırdığını bildirmişlər. Yaponiyanın Kanazava Universitetindən Budiyanto və yoldaşları, xərçəng əmələ gətirici ultra bənövşəyi şüalara məruz qoyulan siçovullarda dəriyə tətbiq olunan zeytun yağının təsirlərini incələmişlər. Siçovulları üç qrupa ayıraraq, birinci qrupdakılara zeytun yağı sürtməmişlər, ikinci qrupdakılara şüalanmadan əvvəl, üçüncü qrupa isə şüalanmadan sonra zeytun yağı sürtmüşlər. Xərçəng əmələ gətirici şüalara məruz qoyulduqdan sonra zeytun yağı sürtülən qrupda xərçəngin daha az nisbətdə inkişaf etdiyini müşahidə etmişlər. Ürəyimizi, damarlarımızı və xərçəng mexanizmasını bilən Sonsuz Qüdrət Sahibi, bunların dərmanını da yaxınlıqdakı bir ağacın meyvəsinə yerləşdirmişdir. Zeytun yağının hələ kəşf edilməmiş başqa xüsüsiyyətlərinin də olduğuna alimlər inanırlar. Bu xüsüsiyyətlər ortaya çıxdıqca istehlakı daha da artacaq, bununla yanaşı, yeni dərman və müalicə metodlarının da inkişafına imkan verəcəkdir. Hal-hazırda isə dərman və kosmetika sənayesində qatqı maddəsi kimi geniş şəkildə istifadə olunmaqdadır. Onsuz da xalq arasında da illərdən bəri bir çox saç və dəri xəstəliyində zeytun yağından istifadə olunur. Bu qədər çox faydası olan və ölkəmizdə də istehsal olunan zeytun yağı, insanlarımız tərəfindən təəssüf ki, yetərincə istifadə edilmir. Diləyimiz daha müasir üsullarla aparılacaq zeytunçuluq fəaliyyəti ilə ölkəmizdə zeytun və zeytun yağı istehsalının artırılması və Rəbbimizin bir neməti olan bu qidanı xalqımızın daha çox istehlak etməsidir. Həmçinin bax: bitki yağları
['zeytun yağı', 'bitki yağları', 'zeytun']
6,006
https://kayzen.az/blog/dusundurucu-hekayeler/4239/m%C3%B6c%C3%BCz%C9%99li-yuxular.html
Möcüzəli yuxular
Xrizoberil
Düşündürücü hekayələr
8 mart 2011, 20:18
Sinif müəllimi, uşaqların yuxuları üzərinə bir araşdırma edirdi. Yuxu görmənin insan ruhunu nə qədər rahatlaşdırdığını və onlar üçün nə qədər lazımlı olduğunu ifadə etdikdən sonra:- Söyləyin baxaq! dedi. Bu gecə nə gördünüz?Uşaqlar, tək-tək əl qaldıraraq yuxularını izah etməyə başladılar. O həftəki yuxuların bir çoxu, üç gün əvvəl meydana gələn bir təyyarə qəzası ilə əlaqədar idi. Bir də, cinnət keçirən bir təqaüdçünün, arvadı və uşaqlarını yol ortasında bıçaklaması ilə...Müəllim, arxa sıralarda oturan bir şagirdin əl qaldırmadığını görüncə, ona doğru yaxınlaşıb:- Xeyir ola dostum?- deyə soruşdu. Yoxsa sən heç yuxu görmürsənmi?Kiçik uşaq, yanaqları qızararaq:- Əlbəttə görürəm!.-deyə gülümsədi. Amma mənim yuxularım çox fərqlidir.- Onda buyur, gördüyünü izah et!- dedi müəllim. Eyni şeyləri görməyin lazım deyil.Kiçik uşaq:- Mən, babamla birlikdə getdiyim balıq ovunu gördüm!-dedi. Kəndimizə yaxın olan dərədə idik. Və böyük bir balıq tutaraq evə apardıq. Müəllim, etdiyi işi, bir sonrakı dərsində də davam etdirdi. O həftə görülən yuxuların böyük bir əksəriyyətində, neft zəngini bir ölkənin bombalanması əsnasında ölən yüzlərlə uşaq vardı. Digər yuxular isə, məşhur bir müğənninin ayağından vurulması və iş adamlarından birinin qaçırılması ilə əlaqədar idi.Müəllim, arxa sıradakı şagirdin bu səfər də əl qaldırmadığını görərək yanına getdi və ona nə yuxu gördüyünü soruşdu.Kiçik uşaq, çöldəki qarlı dağlara baxıb:- Keçən həftə bir çox quzumuz doğuldu!- dedi. Yuxumda onları, dağın yamacındakı bulağa aparmışdım. Bu arada çiçəklərlə danışıb, səmadakı quşlarla yarışdım. Onlar kimi uçurdum havada.Müəllim, araşdırmasını bir az dərinləşdirdiyində, uşağın digər qardaşlarının da eyni növdə yuxular gördüyünü öyrəndi. Hətta babası belə, onlar kimi idi.Nəhayət maraqlanıb:- Həmişə bu növ yuxuları görməyiniz çox möcüzəlidir!-dedi. Sanki bir film kimidir hər biri. Yoxsa bunun üçün bir düsturmu var?Kiçik uşaq:- Bilmirəm müəllimim!..- deyə gülümsədi. Televizor ala bilməyəcək qədər kasıb olduğumuz üçün, yəqin Allah bizə bu filmləri göstərir -deyə cavab verdi.
['hekayə']
6,007
https://kayzen.az/blog/gender/4238/8-mart-azadl%C4%B1qd%C4%B1rsa.html
8 mart azadlıqdırsa...
MASON
Gender-Cinslərin fəlsəfəsi
8 mart 2011, 18:52
Əgər azadlıq budursa, "...buraxın zindanlara məhkum olum..." İnsanlar tarixən çox günlər qeyd ediblər, bayramlar keçirdiblər, özünün olan-olmayan, istədiyi və ya istəmədiyi, məcburən və ya sevərək - bir sözlə, təqvimlərdə daha tünd rənglərlə öz əksini tapan günlər keçirdiblər.Bu gün də həmin günlərdən biridir. Məhz bu gün Azərbaycan kişisi qadınına gül-çiçək bağışlayır, hədiyyə alır, bu gün Azərbaycan qadını ona hədiyyə verilmədikdə inciyir, önəmsənmədiyini sanır. Qıcıqlanır mənim ölkəmin qadını. Nədir bu "8 mart" və bu gün özündə bu istedadı və haqqı ehtiva edirmi ki, mənim ölkəmin kişisi bu gün öz anasını, qadını, bacısını təbrik etsin?!Əvvəlcədən bildirim ki, mən onun da tərəfdarı deyiləm ki, qadınlara məxsus və onların dəyərlərini simvolizə edən bir gün qeyd olunmasın. Ona görə də məhz ölkəmin qadınını müdafiə etmək üçün və ona verilməli olan dəyərin, əslində, onun üçün kimlərinsə tərəfindən təyin olunan dəyər olmadığını göstərmək üçün bu yazını yazmaq qərarına gəldim.Ümumiyyətlə, kiməsə burada geniş bir araşdırma təqdim etmək fikrində deyiləm. Sadəcə sonradan alacağım nəticələr üçün bir neçə müqəddimə vermək məcburiyyətindəyəm.1) 8 martın Beynəlxalq Qadınlar Günü elan edilməsi ilə bağlı qərar 1910-cu ildə, sosialist qadınların Koppenhagendə keçirilən ikinci beynəlxalq konfransında qəbul edilib.2) Bu günün bayram kimi qeyd edilməsi üçün təşəbbüskar rolunda çıxş edən Klara Setkinin əsl adı Eysnerdir və əslən yəhudidir. Və onun haqqında olan məlumatlar göstərir ki, Eysner (Setkin) əxlaqdan uzaq həyat tərzinə malik olub (Bu barədə sadə internet istifadəçisi özü üçün araşdırma apara bilər.)3) 1910-cu ilin 8 mart tarixi yəhudilərin Purim bayramı günü ilə üst-üstə düşür və yəhudi təqvimi ilə 14-15 Adar günlərinə təsadüf edən Purim bayramı milad təqvimi ilə yerini dəyişir. 4) Purim bayramı yəhudilərdə qadın ağlı və millətin özünümüdafiə haqlarının simvolizə olunduğu gündür və bu bayramda ayıq olmaq qadağandır – Purimdə hamı sərxoş olmalıdır (özü də yaxşını pisdən seçməyəcək dərəcədə).Niyə qadın ağlı? Çünki yəhudi tarixinə görə, Esfir adlı əxlaqsız bir yəhudi qadını Əhəməni hökmdarı Kserksin arvadı olub, yəhudi mənşəli olduğunu məharətlə gizlədib. Və onun kişiləri yoldan çıxartmaqda böyük məharəti olub. Məhz buna görə də Kserksin sarayına onu məqsədli şəkildə göndəriblər və yəhudilərin heç də yaxşı olmayan günləri onun göstərəcəyi "məharət"dən asılı olub. Esfir hökmdarın ona olan "sevgi"sindən istifadə edərək, yəhudilərə iqtidar gətirib, düşmənləri kütləvi qırğına məruz qoydurub. Buna görə də Purim bayramı yəhudilərdə qadın ağlının simvolizə olunduğu gündür. Əslən yəhudi olan Klara Eysner də (Setkin) məhz bu günə görə 1910-cu ildə 8 martın beynəlxalq qadınlar günü elan edilməsini təklif edir.İndi isə nəticələri sıralamaq vaxtıdır. Əvvəlcədən qeyd edim ki, "Biz nə üçün qadınlar gününü 8 martla məhdudlaşdırırıq?" kimi arqumentin də tərəfdarı deyiləm. Çünki nə çox belə bayramlar ki, biz onları əziz tutur və məhz xüsusi günlərdə qeyd edirik. Və bu da həmin dəyərin gününün olması anlamına gəlmir. Amma mənim iradım budur ki, qadınlar günü məhz 8 martda keçirilməlilidirmi? Ümumiyyətlə, insanın öz doğmalarını Esfir adlı mənəviyyatsız bir qadının adı ilə bağlı bir gündə təbrik etməsi nə dərəcə uyğundur?Təbii ki, mən anti-semit deyiləm. Müqəddəs dinimiz bir milləti tamamən – yaxşı-pisi ayırd etmədən pisləməyi məqbul saymır. Amma mən semitizm fobiyasına qadından istifadə edərək cavab verməyi və çalınan qələbəni qeyrətsizlik adlandırıram. Və Azərbaycan kişisinə bunu yaraşdırmıram ki, belə bir tarixçəsi olan günü qadın bayramı saysın və öz həyat yoldaşını, anasını, bacısını "təbrik" edir.İkinci yöndən yanaşsaq, bunu yenə də qadının azadlığı adlandırmaq olmaz. Əgər azadlıq bu cür "kullanılmaq"dırsa, o zaman Mehmet Akif Ersoyun təbirincə desək, "...buraxın zindanlara məhkum olum".Üçüncüsü, bayramın məntiqi və söykənəcəyi dəyərlər sistemi olmalıdır. Bu günün məntiqi nədir və hansı dəyərlər sisitemini özündə ehtiva edir? Və bizim üçün bu günün bayram olması nə qədər aktualdır? Onsuz da biz elə bir cəmiyyətdə və ölkədə yaşayırıq ki, bir çox şeylər var ki, bizim dəyərimizin olmamasına rəğmən "bayram" edilir. Biz o insanlarıq ki, bizim başımızı "baş boyda yumruq"la əzənə heykəl qoymuşuq, stansiya adı vermişik, biz o insanlarıq ki, başından yaylığını açan qadın bizim qəhramanımız olmuş, ədəbiyyatımızı bəzəmiş, biz o millətik ki, azadlığı soğan kimi soyulmaqda görmüşük. Qadına verilən dəyəri "Azad qadın heykəli" ilə simvolizə olunan ölkənin, cəmiyyətin bayramı da 8 mart olar, təəssüf ki. P.S.Qadınlarımız inciməsin, sadəcə maraq xatirinə oxuyun)Hazırladı:Azər Nəsirovdeyerler.org saytına istinadən
['8 Mart']
6,008
https://kayzen.az/blog/Xrizoberil/4237/qoxular%C4%B1n-oyunu.html
Qoxuların oyunu
Xrizoberil
Bloq: Xrizoberil
8 mart 2011, 17:32
İsti bir yataqda yatdığımı hiss edirəm. Otaq çox dincdir , yatırammı yoxsa oyanığammı bilmirəm. Otağın içində xoş ətirli qızarmış çörək qoxusu; közlenmiş kartof və şabalıd qoxusu var, araya göbələk qoxusu qarışır. Yaxşı amma anam heç göbələk bişirməz ki! Haradan qarışdı bu qoxu bilmirəm. Sobanın otağa verdiyi gözəl istiliklə gərnəşirəm, palıd odununun çıtırtısını eşidirəm. Əslində kömür yandırar anam, demək ki soba sönür alovlandırmaq üçün odun atmışdır. Lakin qaynayan suyun səsini eşidə bilmirəm. Yəqin çay yerinə kökə hazırlayıb; xoş ətirli qoxusunu hiss edirəm, təbii anam kökəsini sevdiyimi bilir. Onun üçün bu gün kökə hazırlayıb. Tıqqıltılar artdı yəqin anam qalxmam üçün səs-küy salır, yoxsa çox səssiz hərəkət edərdi. Çiynimə bir əl yavaşca toxunur. Yəqin məktəb saatı deyib yavaşca gernəşirəm ;- Oldu ana qalxıram!Gözümü açdığımda geri bağlayıram, evimdə deyiləm; təəccübdən gözlərim böyük açılır " mən haradayam " deyər kimi ətrafa baxınıram. Sanki zamanda səfər etmişdim. yoldaşım və qızım qarşımda durub mənə baxırlar. İkisinin də üzündə səssiz bir gülümsəmə var.yoldaşım:- Qüsurama baxma həyatım sevdiyin hər şeyi hazırladıq amma ananı ağıl edə bilmədim. Onsuz da çox uzaqdadır, amma istəsən gedər gətirərəik. Budur, cəmisi  beş saatlıq yol var aramızda... Əslində yatdığım yer evimizin dam qatına etdiyimiz sobalı otağımız idi. Yatarkən yoldaşımın və qızımın hazırladığı yeməklərin qoxularıyla mən uşaqlığıma getmişəm. Hiss etdiklərim, qoxuların mənə oyunuymuş.
['hekayə']
6,009
https://kayzen.az/blog/MASON/4236/s%C3%BCvey%C5%9F-kanal%C4%B1n%C4%B1n-tarixi.html
Süveyş kanalının tarixi
MASON
Bloq: MASON
8 mart 2011, 17:13
Süveyş kanalı (Suez Canal) Sinay yarımadasının qərbində, Misir ərazisində yerləşən, Aralıq dənizi ilə Qırmızı dənizi bir-birinə bağlayan süni su kanalıdır. Kanalın uzunluğu 163 km, ən dərin yeri 300 metrdir. Əsas limanları Port-Səid və Süveyş şəhərləridir.Kanalın çəkilişi fransız diplomatı və mühəndisi Ferdinand de Lessepsin rəhbərliyi altında 25 aprel 1859-cu ildə başlanılmış, 16 noyabr 1869-cu ildə açılmışdır. Kanal ilk açıldığında 163 km uzunluğu və 8 metr dərinliyi olub. Hazırda isə, Süveyş kanalının uzunluğu 193 km, eni 205 metr, dərinliyi isə 24 metrdir. Süveyş kanalının İdarəetmə Mərkəzinin (Suez Canal Authority) məlumatına görə, 2003-cü ilin yekunlarına əsasən, kanaldan 17224 gəmi keçmişdir. Keçid müddəti 11-16 saat təşkil edir. Süveyş Kanalı 31 oktyabr 1956-cı ildən 24 aprel 1957-ci ilədək, həmçinin 5 iyun 1967-ci ildən 10 iyun 1975-ci ilədək bağlı olub.İlk bağlanmaya səbəb Süveyş böhranı adı ilə tanınan ikinci İsrail rejimi-ərəb müharibəsi olub. 1956-cı ilin oktyabrından başlayaraq Süveyş kanalının administrasiyasının səlahiyyətləri ilə bağlı fikir ayrılığı genişlənib və bunun nəticəsi olaraq Böyük Britaniya, Fransa və İsrail rejimi Misirə qarşı hərbi əməliyyatlara başlayıb. Nəhayət, bu əməliyyatlar 1957-ci ilin martında sona çatıb. Afrika qitəsində yerləşməsinə baxmayaraq, Süveyş kanalı Asiya və Avropa dənizçiliyi üçün də çox önəmli su yoludur. Məlumatlara görə, dünya dəniz nəqliyyatının, təxminən 10%-i Süveyş kanalı vasitəsilə həyata keçirilir. Başqa sözlə desək, hər il bu kanaldan 20 minədək gəmi keçir. Bu da gündəlik 600 gəmi deməkdir.
['maraqlı', 'coğrafiya']
6,010
https://kayzen.az/blog/kayzenin-r%C9%99smi-bloqu/4235/8-mart_2.html
8 Mart
2ral
kayzen.az saytının rəsmi bloqu
8 mart 2011, 11:31
Kişilər üçün bu ağır gündə hamını xoş gördük! Əvvəla nəzərinizə çatdırım ki, 50 AZN və Baku Language Business School-da endirim kuponunu reytinqi ən çox artmış adama həvəsləndirici mükafat veriləcəkdi. Bu bir ay ərzində çox maraqlı yazıları ilə hamını sevindirmiş MASON qalib olur və mükafatı qazanır. Facebookda isə bu bir ay ərzində ən çox like olunan komment müəllifi olan isə www.facebook.com/arzu.velizade adlı xanım olur. Ən çox like olunmuş kommentlərin siyahısına burada baxa bilərsiniz. Həmçinin 8 Mart bayramı günündə Kayzenin xanım istifadəçilərindən, öz maraqlı və mənalı yazıları ilə çoxlarının sevimli müəllifi olan Xrizoberil də eyni mükafatı qazanır. Nəzərinizə çatdırım ki, reytinq yarışması hələ də davam edir. 8 Mart tarixi, saat 11 üçün reytinq cədvəli belədir: 8Mart reytinq İndi isə keçək əsas məsələyə: Bütün qadınların sevimli bayramı mübarək. Həm qadın kayzençiləri,həm də kişi kayzençilərin qadın əzizlərinin bayramını təbrik edirik. Biz qadınlara nə arzu edə bilərik?Kişilər qadın psixologiyasını yüz illərdir ki,araşdırır,amma onların nə istədiyini bilmirik. Ona görə də elə qadınların özlərinə arzuladıqlarının həyata keçməsini diləyirik.  
['rəsmi anons']
6,011
https://kayzen.az/blog/dusundurucu-hekayeler/4230/%C3%BC%C3%A7-%C9%99lam%C9%99t.html
Üç əlamət
ayxansevda
Düşündürücü hekayələr
7 mart 2011, 22:10
İmam Sadiq (ə)  Loğman (ə) oğluna dedi: "Oğlum! Hər şeyin üç əlaməti vardır ki, onunla tanınar və sorular. Dinin də üç əlaməti vardır: Elm, iman və ona (elminə) əməl etmək. İmanın da üç əlaməti vardır: ALLAHA, Onun kitablarına və mələklərinə iman bəsləmək.Alimin 3 əlaməti vardır: ALLAHI, Onun sevdiklərini və Onun bəyənmədiklərini tanıyar.Möminin 3 əlaməti vardır: Namaz, Oruc, Zəkat.Təkəllüfə (zəhmətə) salanın 3 əlaməti vardır: özündən böyüklə mübahisə edər, bilmədiyini danışar və bacara bilməyəcəyi işin dalınca düşər.Zalımın 3 əlaməti vardır: Özündən böyüyə qarşı çıxmaqla, özündən aşağıya güc gəlməklə və zalımlara kömək etməklə zülm edər. Münafiqin 3 əlaməti vardır: Dili ürəyi ilə, ürəyi əməli ilə və zahiri batini ilə ziddir.Günahkarın 3 əlaməti vardır: xəyanət edər, yalan danışar və özü öz dediyini inkar edər.Riyakarın 3 əlaməti vardır: təklikdə halsız, başqalarının yanında şad olar və tərif olunmaq üçün iş görər.Paxıl adamın 3 əlaməti vardır: yanında olmayanın qeybətini, gördüyünə yaltaqlıq və çətinliyə düşmüş adama tənə vurar.İsrafkarın 3 əlaməti vardır: Lazımı olmadığı şeyi alar, ehtiyacı olmadığı şeyi geyinər və ehtiyacı olmadığı şeyi yeyər.Tənbəlin 3 əlaməti vardır : o qədər süst olar ki, səhlənkarlıq edər. Səhlənkarlıq nəticəsində işləri xarab edər və xarab etdiyinə görə, günaha mürtəkib olar. Qafilin 3 əlaməti vardır: səhv etmək, əyləncə və unutqanlıq.
['hədis']
6,012
https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/4229/100-n%C9%99f%C9%99rin-qatili.html
100 nəfərin qatili
ayxansevda
İslami Hekayətlər
7 mart 2011, 21:35
Bu hədisi dəfələrlə oxumuşam. Əminəm ki, çoxları oxumamış olmazlar. Amma yenə də icazənizlə hikmətlə dolu olan, uca Allahın nə qədər biz bəndələri sevdiyini, necə rəhman və rəhim olduğunu göstərən bu hədisi sizlərə təqdim edim. Əbu Səid (r.a) rəvayət edir:"Rəsulullah (s.a.s) buyurdular ki:Sizdən əvvəl yaşayanlar arasında 99 adamı öldürən bir adam vardı. Bir ara yer üzünün ən məlumatlı adamını soruşdu. Ona bir rahib məsləhət edildi. Onu axtarıb tapıb, doxsan doqquz adam öldürdüyünü, özü üçün bir tövbə imkanının olub olmadığını soruşdu. Rahib:- Xeyr yoxdur! dedi. Bu cavab qarşısında onu da öldürüb cinayətini 100-ə çatdırdı.Qatil yer üzünün ən çox bilən adamını axtarmağa davam etdi. Ona bir alimi məsləhət gördülər. Onu da tapdı və ondan yüz adam öldürdüyünü, özü üçün bir tövbə imkanı olub olmadığını soruşdu.Alim:- Bəli, vardır, səninlə tövbən arasına kim pərdə ola bilər? dedi. Və əlavə etdi: - Ancaq, filan məmləkətə getməlisən. Çünki orada ALLAHA ibadət edən kəslər var. Sən də onlarla ALLAH ibadət edəcəksən və bir daha öz məmləkətinə dönməyəcəksən..Adam yola çıxdı. Gedərkən mənzil başına çatar çatmaz ölüm mələyi gəlib ruhunu aldı. Rəhmət və əzab mələkləri onun haqqında ixtilafa düşdülər. Rəhmət mələkləri:- Bu adam tövbəkar olaraq gəldi. Ürəkdən ALLAHa yönəlmişdi, dedilər.Əzab mələkləri də:- Bu adam heç bir xeyir işləmədi, dedilər.Onlar belə çəkişərkən insan surətində bir başqa mələk, yanlarına gəldi. Mələklər onu aralarında hakim etdilər.Hakim onlara:- Onun çıxdığı yerlə, getməkdə olduğu yer arasını ölçün, hansı tərəfə daha yaxınsa ona təslim edin, dedi.Ölçdülər, gördülər ki, getməyi arzu etdiyi (yaxşılar diyarına) bir qarış daha yaxın. Onu dərhal rəhmət mələkləri apardılar."
['hədis']
6,013
https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/4228/ba%C4%9Flanmayan-qap%C4%B1.html
Bağlanmayan qapı
ayxansevda
İslami Hekayətlər
7 mart 2011, 18:47
Hökmdarlıq edən birinin çox gözəl bir bağçası vardı. Rəngarəng çiçəklərlə təchiz edilmiş, tam bir zövq və səfa yeri idi. Bir gün hökmdar sarayın bağçasına gəldi. Hökmdar bağbanı bir bəhanə ilə bağçadan kənara göndərdi. Və bağbanın zövcəsinə dedi ki : - Bağçanın qapılarını bağla. Heç bir qapı açıq qalmasınQadın, ağıllı və namuslu idi. Hökmdarın pis niyyətini yerindəcə anladı.Qadın, gedib bir ağacın arxasında gizləndi, və bir az sonra gəlib dedi ki :- Qapıları bağladım. Tək bir dənəsi qaldı. Onu bağlamağa gücüm çatmır.`Nə qədər çalışsamda bağlaya bilmirəm.  Hökmdar acı - acı gülümsəyərək :- O, hansı qapıdır? - Bəsir qapısı. - Bəsir...?- Həə. Bu qapı, ALLAHU Təalanın Bəsir sifətiylə bizi gördüyü qapıdır. Hökmdar, bu sözü eşidincə, çox utandı, görmədiyi hərəkətin niyyətinə peşman olub tövbə etdi. Bəsir : Hər şeyi görən. ALLAH qəlbdəki , beyindəki hisləri, fikirdəki gizlilikləri görür və bilir.«Həqiqətən ALLAH eşidən və görəndir». (əl-Mucadələ 1). Bu aləmdə olan ən kiçik parçaları, ən cüzi qarışqanı da belə, orqanlarını, ətini, qanını, beynini və damarlarını da görəndir. Yeddi qat göyün üzərində olanı gördüyü kimi, yeddi qat yerin altında olanı da görür. ALLAH yer və göylərin hər yerində görüləbiləcək hər şeyi Bəsir sifəti ilə onları görməkdədir. Onun üçün görülməyən bir şey yoxdur. Heç bir şey Ondan gizli deyildir. O, görünəni və görünməyəni, hazır olanı və olmayanı görəndir. Hətta gözlərin hərəkətlərini, qəlb atışlarını və ağıla gələn düşüncələri dahi bilən və görəndir. «(ALLAH) gözlərin xainliklərini və kökslərin saxlamaqda olduqlarını biləndir». (əl-Mumin 19).
['hədislər']
6,014
https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/4227/s%C9%99n-namaz-q%C4%B1lmad%C4%B1n.html
Sən namaz qılmadın
ayxansevda
İslami Hekayətlər
7 mart 2011, 18:41
Peyğəmbərimiz (s.a.v.), bir gün məsciddə səhabələriylə birlikdə oturarkən, adı Hallad olan, yeni öyrənmiş bir bədəvi şəxs içəri girdi. Rüku və səcdəsini tam etmədən bir namaz qıldı.  Sonra Peyğəmbərin (s.a.v) hüzura gələrək salam verdi. Rəsulullah (s.a.v) salamını aldı və. - Dön namazını təkrar et, buyurdu. O şəxs dönərək, əvvəlki etdiyi kimi namazını təkrar etdi. RəsulALLAH (s.a.v.), - Dön təkrar et; çünki  sən, namaz qılmadın!, buyurdu. Bu hal üç dəfə təkrar edincə Hallad (r.a.) : - Ya Rəsulullah! Səni haqq ilə göndərən ALLAHa and olsun ki, ancaq bu qədər bilirəm, doğrusunu mənə öyrədərsənmi? dedi.  Peyğəmbərimiz  (s.a.v.): - Namaz qılmaq istəyincə gözəlcə dəstəmaz al, qibləyə dön, iftitah təkbirini et,  bacara bildiyin qədər Quran (surələrdən) oxu, sonra rükuya gedib lazımı qədər dayan. Sonra başın tamamilə dik olana qədər ayaqda qal, sonra səcdəyə gedib lazımı qədər  səcdədə qal, başını qaldırıb hərəkətsiz qalana qədər otur. Bunları bütün namazlarda beləcə etsən namazın tam olar, bundan nəyi azaltsan namazı azaltmış olarsan, buyurdu."
['namaz']
6,015
https://kayzen.az/blog/ayxansevda/4224/n%C9%99yi,-nec%C9%99-s%C3%B6yl%C9%99m%C9%99li.html
NƏYİ, NECƏ SÖYLƏMƏLİ...
ayxansevda
Bloq: ayxansevda
7 mart 2011, 18:24
Bir Padşah, bir gecə yuxusunda bütün dişlərinin töküldüyünü, yemək belə yeyə bilməyəcək hala gəldiyini görür. Həyacan və qorxu içində oyanır. Vəzirini çağırıb, sarayın yuxu yozanlarını dərhal hüzuruna çağırmasını əmr edər. Yuxu yozanlar gəlir.Padşah gördüyü röyanı yuxu yozanlara ( Təbirçilərə ) nəql edir və təbirçiyə deyir:"..Ey təbirçi, de görək bu yuxu xeyirdimi şərdimi..? "Təbirçi fikirləşir, sonra qorxu və utanc içində:- Şərdir Hökmdar. Uzun yaşayacaqsınız, amma çox təəssüf ki,  bütün yaxınlarınızın gözlərinizin qarşısında bir-bir ölüb, sizi yap yalnız buraxdıqlarını görəcəksiniz. Bir an səssizlik çökür saraya,  ardından padşah kükrəyərək: - Tez atın bunu zindana, fəlakət xəbərçisi olmaq nəymiş öyrənsin..!Təbirçini həmən zindana atırlar. Padşah bir başqa təbirçidən yozum istəyir.Hüzura gətirilən təbirçiyədə, yuxusunu danışıb:- Xeyirdimi, Şərdimi..? - deyə sual edir. İkinci təbirçi əvvəl bir az düşünər, ama sonra üzü gülüb gözləri işıqlanar. - Xeyrdir, Padşahım - deyər. - Bu yuxu, bütün yaxınlarınızdan daha uzun yaşayacağınızı göstərir. Daha neçə illər boyu ölkənizi idarə edə biləcəksiniz.Padşah, həmən buyurar :  - Bu təbirçiyə iki kisə qızıl verin.Hadisəni əvvəldən sonunadək izləyən saray əyanları təəccüb içində Təbirçidən sorağ edərlər ki: - Əslində sən və digər zindana atılan təbirçi, ikinizdə eyni şeyi söylədiniz. Nə üçün onu cəzalandırdı, səni isə mükafatlandırdı..?!Təbirçi gülərək: - Əlbəttə eyni şeyi söylədik, ama əhəmiyyətli olan odur ki, insanlara NƏ söylədiyin yox, nəyi NECƏ söylədiyin önəmlidir. 
['düşündürücü hekayə']
6,016
https://kayzen.az/blog/sevgi/4223/sevginin-%C3%BC%C3%A7-n%C3%B6v%C3%BC.html
Sevginin üç növü
Xrizoberil
Sevgi
7 mart 2011, 12:41
Masumi Toyotome bir yapon yazıçısıdır. "Dünyada sevilmək istəməyən adam yoxdur", "Amma sevgi nədir, harada tapılır, bilirikmi?"- deyə soruşur. Sonra izah etməyə başlayır. onun düşüncəsinə görə sevgi 3 növdən ibarətdir!...Birincinin adı "Əgər" növü sevgidir!..Müəyyən qarşılıqları gözləsək bizə veriləcək sevgiyə bu adı vermişdir yazıçı.. buna müvafiq nümunələr gətirərək izahat verir yazıçı: Əgər yaxşı olsan atan, anan səni sevər. Əgər müvəffəqiyyət qazansan və mühim adam olsan səni sevərəm.Əgər yoldaş olaraq mənim ehtiyaclarımı qarşılasan səni sevərəm. Toyotome -ən çox rast gəlinən sevgi növünün bu olduğunu da qeyd edir. Bir şərtlə bağlı sevgi..Qarşılıq gözləyən sevgi.. "Sevənin, istədiyi bir şeyin təmin edilməsi qarşılığı olaraq vəd edilən bir sevgi növüdür bu"- deyir yazıçı. - Səbəbi və şəkli baxımından eqoistdir. Məqsədi sevgi, qarşılığı bir şey qazanmaqdır. Yazıçıya görə evliliklərin bir çoxu "Egər" növü sevgi üzərində qurulduğu üçün tez dağıdılır. Gənclər bir- birilərinin o ankı həqiqi hallarına deyil, xəyallarındakı şişirdilmiş romantik görüşünə aşiq olur və qarşılıq gözləməyə başlayırlar. Görlənilənlər reallaşmadığında da, xəyalları puç olmağa başlayır. Sevgi gedərək nifrətə çevrilir. Ən saf olması lazım olan ana- ata sevgisində belə "egər" növünə rast gəlinir.yazıçı buna bir nümunə gətirir: Bir gənc Tokio Universitetinə giriş imtahanlarını qazanaraq atasını xoşbəxt etmək üçün çox çalışır. Məktəb xaricində hazırlıq kurslarına da gedir. Amma müvəffəqiyyət qazana bilmir. Atasının üzünə baxacaq halı qalmır. Kədərini yüngülləşdirmək üçün bir həftəliyinə Hakone istirahət mərkəzinə gedir. Evə qayıtdığında atası qəzəblə "imtahanı qazana bilmədin. bir də utanmadan Hakoneyə getdin" deyə danlayır.Cavan "amma ata vaxtilə səndə bir ara özünün pis hiss etdiyində Hakoneyə getdiyini izah etmişdin"- deyir. Ata daha çox əsəbləşərək, cavanı şillələyir. Uşaq da intihar edir. "Qəzetlər intiharın anlıq bir sinir böhranı nəticəsi olduğunu söylədilər, əlbəttə ki yalnış məlumat idi"-deyə əlavə edir yazıçı. -Cavan, atasının özünə olan sevgisinin yüksək səviyyədə qarşılıq gözləmələri ilə bağlı olduğunu anlamışdı!.. insanlar "egər" növü sevginin üzərində bir sevgi axtarışındadırlar əslində.. Bu sevginin varlığını və harada axtarılması lazım olduğunu bilmək, bu gənc adamın etdiyi kimi, həyatı davam etdirməklə, ondan imtina etmək arasında bir seçim etməklə qarşı- qarşıya qaldığımızda əhəmiyyətli rol oynaya bilər- deyir Masumi Toyotome.İkinci növə keçirik: "çünki" növü olan sevgi...Toyotome bu cür sevgini belə təsvir edir: Bu cür sevgidə adam, bir şeyə sahib olduğu ya da bir şey etdiyi üçün sevilər. Başqa birinin onu sevməsi, sahib olduğu bir xüsusiyyətə ya da şərtə bağlıdır. Nümunəmi istəyirsiniz?.. Səni sevirəm çünki çox gözəlsən (yaraşıqlısan). Səni sevirəm.Çünki o qədər məşhur, o qədər zəngin, o qədər tanınmısan ki...Səni sevirəm. Çünki mənə o qədər güvən verirsən ki..Səni sevirəm.Çünki məni üstü açıq avtomobilinlə, o qədər romantik yerlərə aparırsanki..- Yazıçı seçim zamanı "Çünki" növü sevginin, "Əgər" növü sevgiyə tərcih ediləcəyini izah edir. Əgər növü sevgi, bir qarşılıq şərtinə bağlı olduğundan böyük və ağır bir yük halına gələ bilər. Halbuki onsuz da sahib olduğumuz bir xüsusiyyət üzündən sevilməmiz, xoş bir şeydir. Çünki növü sevgi, olduğumuz kimi sevilməkdir. İnsanlar olduqları kimi sevilməyi seçərlər. bü cür sevgi onlara yük gətirmədiyi üçün rahatlaşdırıcıdır. Amma dərin düşünsəniz, bu növün, "əgər" növündən təməldə çox fərqlənmədiyini görərsiniz. Qaldı ki, bu sevgiyə, elə bu növdə agır yüklər gətirər insana..İnsanlar həmişə daha çox insan tərəfindən sevilmək istəyərlər. Pərəstikşkarlarına yenilərini əlavə etmək üçün səy göstərərlər. Seviləcək xüsusiyyətlərə onlardan bir az daha çox sahib olan biri ortaya çıxdığı zaman, sevənlərinin, artıq o birini sevməyə başlayacağından qorxmağa başlayarlar. Beləcə həyatı sonsuz sevgi qazanma hərisliyinə və rəqabətinə çevrilər.Ailənin ən kiçik qızı yeni doğan körpəyə, sinifin ən gözəl qızı, yeni gələn qıza, üstü açıq BMÜ ilə hava atan cavan, Ferrari ilə gələnə,evli qadın ərinin gənc və gözəl katibəsinə qısqanclıq hissi ilə yanaşar. Bəs onda bu cür sevgidə güvən, inam duyğusu tapıla bilərmi?- deyə soruşur, Toyotome. Çünki növü sevgi də, gerçək və möhkəm ola bilməz- deyir. Bu cür sevginin güvən duyğusu verməməyinin daha iki ayrı səbəbi var: Birincisi- Görəsən bizi sevən adamın düşündüyün insanıqnı? qorxusu..Bütün insanları iki yönü vardır. Biri xaricdə göstərdikləri, digəri isə yalnız özlərinin bildiyi...insanlar hesab etdikləri adam olmadığımızı anlayar və bizi tərk edərlərsə!- qorxusu buradan yaranır. İkincisi də... Ya günün birində dəyişsəm və insanlar məni sevməzlərsə...narahatçılığıdır.Yaponiyada bir təmizləyicidə çalışan dünya gözəli qızın üzü partlayan qazanla parçalanmış, pis şəkilə düşmüş, çirkinləşmişdi. Bu səbəbdən nişanlısı nişanı pozub onu tərk edir. Daha dözülməzi isə... Eyni şəhərdə yaşayan ana və atası, artıq çirkin olan qızlarını xəstəxanaya ziyarətə belə gəlməmişlər. Sahib olduğu sevgi gözəllik təməli üzərinə qurulduğu üçün bir gündə yox olmuşdur. Gözəllik qalmayınca sevgidə qalmamışdır. Qız isə bir neçə ay sonra kədərdən ölmüşdür.Yapon yazıçı- cəmiyyətdəki sevgilərin çoxu "çünki2 növündədir və bu cür sevgi qalıcılığı mövzusunda insanı həmişə şübhəyə salar- deyir. Yaxşı, bəs onda, gerçək sevgi, güvəniləcək sevgi hansıdır?.....Və nəhayət sevgilərin ən gerçəyi!.. Bir şərtə bağlı olmadığı üçün və qarşılığında bir şey gözlənilmədiyi üçün "egər" növü sevgidən fərqlidir bu sevgi...Sevilən adamın cazibədar bir xüsusiyyətinə arxalanan, belə bir şeyin varlığını əsas olaraq qəbul etmədiyini üçün "çünki" növü sevgi də deyil bu! Bu üçüncü növ sevgidə, insan "bir şey olduğu üçün" deyil, "bir şey olmasına baxmayaraq" sevilər. Gözəlliyə baxırsınızmı?.. Baxmayaraq sevgi....Esmeralda Qvazimodanı dünyanın ən çirkin, ən qorxunc donqarı olmasına "baxmayaraq" sevər.Zadəgan, yaraşıqlı, zəngin cavan da Esmeraldaya qaraçı olmasına "baxmayaraq" pərəstiş edər.İnsan dünyanın ən çirkin, ən yazıq, ən səfili ola bilər. Bunlara "baxmayaraq" sevilə bilər. Burada insanın, yaxşı, cazibədar ya da zəngin mövqe əldə edərək sevgini qazanması lazim deyil. Qüsurlarına, cahilliyinə, pis xasiyyətlərinə ya da pis keçmişinə "baxmayaraq" olduğu kimi, o halı ilə sevilə bilir.Tamamilə çox dəyərsiz biri kimi görünə, amma ən qiymətli kimi sevilə bilər. Yapon yazıçı- ürəklərin ən çox susadığı sevgi budur- deyir. Fərqində olsanız da, olmasanız da, bu cür sevgi sizin üçün yemək, içki, geyim, ev, ailə, zənginlik, mevəffəqiyyət ya da şöhrətdən daha əhəmiyyətlidir. Bundan necə əmindir? haqlı olduğunu sübüt etmək üçün sizi bir testə dəvət edir. Bu məsuliyyətə cavab verin - deyir. - ürəyinizin dərinliklərində, dünyada heç kimin sizi vecinə almadığını və heç kimin sizi sevmədiyini düşünsəydiniz yemək, paltar, ev, ailə, zənginlik, mevəffəqiyyə və şöhrətə olan marağınız itməzdimi? öz -özünüzə yaşamağın nə faydası var deyə soruşmazdınızmı?Davam edir Toyotome...- bu anda ən sevdiyiniz adamın sizi yalnız öz mənfəəti üçün sevdiyini anladığınızı düşünün. Dünya birdən- birə başınıza çökməzdimi? O an həyat sizə mənasız gəlməzdimi?..- deyək adi, sıradan bir həyatınız var. Gündəlik yaşayırsınız. Günün birində həqiqi, dərin və doyurucu bir sevgi tapacağınızdan ümidiniz olmasa, qalan həyatınızı necə yaşayardınız?.. -deyə yazıçı soruşur və cavablayır: - belələri yaxşıca ümidsizliyə qapılıb intihar edirlər, ya da yaşayan ölü halına çevrilirlər. Toyotome "baxmayaraq" sevgini iddialı şəkildə müdafiə edir. Bü gün həyatınızı davam etdirə bilməyinizin səbəbi "baxmayaraq" növü sevgini bu anda yaşamanız ya da bir gün bu sevgini tapacağınıza olan inancınızdır.Son sözlərində bir az ümidsizdir Toyotome: Bu gün yaşadığımız cəmiyyətdə hər kəsi doyuracaq bu sevgini tapmaq çətindir. Çünki hər kəsin sevgiyə ehtiyacı var...Heç kimdə isə başqasına verərcək qədər artığı yoxdur- deyə açıqlayır fikrini.Yaxşı bu dünyada sevgi nə qədər var? Yazıçıya görə,aclığımızı bir az keçirəcək qədər... və də yemək evəəli dadımlıq gələn iştah açanlar kimi..bu kiçicik dadımlıq sevgi bizi daha böyük sevgi aclığına təhrik və təşviq edir. Bu kiçicik dadımlıq sevgiyə nə qədər möhtac olduğumuzu izah edir.Böyük bir ehtirasla əsas yeməyin gəlməsini və bizi doyurmasını gözləyirik. və sonda yazıçının qeydetdiyini ən təəccüblü cümləni: "Dünyada ən böyük qıtlıq, "baxmayaraq" növü sevginin kifayət qədər olmamasıdır!..
['sevgi']
6,017
https://kayzen.az/blog/internet-yenilikleri/4220/shift2.html
Shift+2=@
MASON
internet aləmi
7 mart 2011, 00:13
"@" (ət) işarəsi elektron poçt simvoludur. "@" işarəsi xüsusi işarə olub, əsasən elektron ünvanlarda istifadə edilir. Kompyuter və internet istifadə edən hər kəs "@" işarəsini bir şəkildə istifadə edir.Çində "@" heroqlifi «ay ta» kimi oxunur və mənası «onu sev» deməkdir."@" işarəsinin məlum olan ilk istifadəsinə 4 may 1536-cı ilə Francesco Lapi adlı florensiyalı tacirin yazdığı bir məktubda rast gəlinib. Lapi yazdığı məktubunda İspaniyadakı şərab qiymətlərindən bəhs edərkən "@" işarəsini istifadə etmişdi. O zamanlarda bir çəlləyin 1/13 hissəsinə uyğun gələn, ticarət ölçü vahidi olaraq istifadə edilən "@", daha sonra texnologiyalara da daxil oldu. Zamanla istifadəsi dəyişən işarə bir müddət sonra müəyyən bir məhsulun vahid qiymətini ifadə etmək üçün istifadə edilməyə başlandı. Yəni insanlar artıq "dənəsi 5 manatdan 10 məhsul" kimi bir tərif istifadə etmək yerinə "10 məhsul @ 5 manat" deməyə başladılar. Lakin burada da müxtəlif fikirlər var. Bəzi dilçilər deyirlər ki, ilk olaraq orta əsrlərin başlarında əlyazmaları üzərində işləyən keşişlər tərəfindən bu işarə istifadə edilmişdir. Keşişlər "@" işarəsini içində, tərəfinə doğru, yanında mənalarını verən latınca sözü kimi istifadə edirdilər. Dilçilərin böyük bir əksəriyyəti "@" işarəsinin daha yaxın bir tarixə, 18-ci əsrə aid olduğunu deyirlər. Mütəxəssislərə görə, "@" həmin tarixdə ticari bir simvol idi. Ancaq italyan bir araşdırmaçı 14-cü əsrə aid bəzi ticari Venedik sənədlərində diqqəti cəlb edən şəkildə "@"işarəsinin istifadə edildiyini ortaya çıxartdı. Bu sənədlərdə işarə anfora, ya da kubu simvollaşdıran bir miqdar ölçüsü olaraq göstərilmişdir. Giorgio Stabil adlı araşdırmaçı bundan başqa 1492-ci il tarixli bir ispanca lüğətdə anforanın bir ağırlıq ölçüsü olan arrobaya çevrildiyini kəşf etdi. Bunların nəticəsində "@" işarəsi ticari olaraq 1885-də yazı maşınlarının ilk nümunəsi olan "Andəvud"un klaviaturasında yer aldı. O, tarixdən təxminən 85 il sonra da kompyuter klaviaturalarına e-mail işarəsi olaraq keçdi. Bəs bu işarə ilk dəfə kompyuterə necə yol tapdı? Keçən əsrin 70-ci illərində kompyuter rabitəsi təzəcə formalaşdığı bir vaxtda alimlər əlaqə xətti ilə kompyuterlər arasında yalnız müəyyən faylları mübadilə edə bilirdilər, şəxsi mesaj və ya məktub göndərmək isə mümkün olmurdu. Bu problemi vaxtı ilə ARPA (Advanced Research Projects Agency — Perspektiv Tədqiqat Layihələri Agentliyi) şəbəkəsinin yaradılmasında iştirak etmiş BBN (Bolt, Beranek və Newman) texnologiyalar kompaniyasının əməkdaşı Rey Tomnilson adlı gənc mütəxəssis 1971-ci ildə həll etdi. Tomnilson bir növ hakerlik edərək, ARPANET-də istifadəçini kompyuterdən ünvan vasitəsi ilə ayırmaq metodunu tapır. Proqramçı şəbəkədə şəxsin və onun istifadə etdiyi kompyuterin adlarını “@” işarəsi ilə ayırmaqla yeni ünvan yaradır. Misal üçün user@computer göstərir ki, “user” adlı istifadəçi filan kompyuterdədir. Burada niyə məhz “@”simvolundan istifadə edildiyini Rey belə izah edir ki, belə addım şəbəkədə dolaşıqlıq yaranmaması üçün atılıb. Bir adı digərinin yanında göstərmək üçün ona ingiliscə “at” (yanında, üstündə) önlüyü üçün çox nadir hallarda işlədilən və heç bir adda rast gəlinməyən işarə gərək olub. Məhz “@” işarəsi həmin tələbə uyğun gəldiyindən Rey həmin simvolu seçib. Maraq üçün bildirək ki, Rey Tomnilsonun ilk göndərdiyi mesaj klaviatura hərflərinin birinci cərgəsində duran klavişlərin ardıcıl basılmasından alınan “QWERTYUİOP” sözü, ilk şəbəkə adresi isə tomlinson@bbn-tenexa olub. Hazırladı:Kamal Hacılı deyerler.org saytına istinadən Həmçinin bax: “@”işarəsi internetin rəmzi simvolu
['elektron poçt', 'simvollar']
6,018
https://kayzen.az/blog/cqk/4219/n%C9%99,-harada,-n%C9%99-vaxt-suallar%C4%B1-hikm%C9%99t-%C9%99liyev.html
"Nə, Harada, Nə vaxt" sualları - Hikmət Əliyev
MASON
Nə? Harada? Nə zaman? (ЧГК)
6 mart 2011, 23:32
1)1924-cü ilddə  «Philip Morris» kompaniyası bütün dünyaya yenilik elan elədi.İstehsala nazik qadın X-ləri buraxılmışdı. Reklamda «May kimi yumşaq»deyildiyindən X qadınları özünə gözlənildiyindən də çox cəlb etmişdi.Zino isə X-i yuxuya getmiş gözələ bənzədirdi.X-in nə olduğunu tapın.2)Enşteyn onu Əlahəzrət Uşaq adlandırırdı.Öz qəhrəmanı haqqında belə deyirdi: «O, həm avara, həm centlmen, həm şair, həm də macəra axtarandır. Arzulayır ki, ona inansınlar, guya alimmiş, musiqiçiymiş, yaxud hersoqmuş. Yerdən siqaret qırığı götürə, uşağın əlindən konfetini ala bilər»Onu tanımaq üçün sizə bu üç söz sizə kifəyət edər.Şlyapa, iri çəkmə və əl ağacı...onun kim olduğunu tapın.3)Yəhudilərin nə qədər ağııllı olduğunu göstərən bir əhvalata qulaq asın:Amerika İsrailə həm iqtisadi həm də siyasi məqsədlə kömək etmək üçün onlara 2 general verə biləcəklərini bildirdilər.Yəhudilər çox düşündülər və amerikalılardan bu iki generalı almaq qərarına gəldilər.Kömək üçün deyək ki, bu generallardan birinin xidmətində duranların sayı 250 minə yaxındır, digərinin adını çəkiləndə isə Tomas Edisonu yada salmamaq mümkün deyil.Söhbətin hansı generallardan getdiyini tapın. 4)Blits:1)Tariхi mövzuda yazılmış bu roman Orhan pamuka yazıçıya beynəlхalq miqyasda şöhrət qazandırmışdı. Əsərin çapından az sonra «Nyu-York Tayms» qəzeti yazmışdı: "Şərqdə yeni ulduz doğmuşdur. O, türk yazıçısı Orхan Pamukdur".Söhbətin hansı əsərdən getdiyini tapın.2)Keşiş dağ məbədi, həmçinin digər adıyla Qaraca məbədi kimi tanılan bu məbəd — Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədidir.Azərbaycan tarixçilərinə görə məbəd gürcülər tərəfindən yalnız bu şəxsin hakimiyyəti dövründə ziyarət edilməyə başlanmışdır.Kimin?3)Şahmatda bu işarələrlə göstərilən əməliyyatın adını yazın:  0-0 və 0-0-05)ibn Sina bunun haqqında nəzəriyyə yaratmışdı. Belə ki onun fikrincə bu dalğavari, milvari, ikizərbəli, uzun, titrək, kiçik, yavaş, əsəbi, gərgin, alçaq, qarışqavari mişarvari, dolu və boş ola bilər» deyə o «Qanun»da yazır. Deyilənə görə, o buna görə xəstələrə diaqnoz da qoya bilirmiş.Nəyə görə?
['intellektual suallar']
6,019
https://kayzen.az/blog/futbol/4218/futbol-tarixinin-%C9%99n-yax%C5%9F%C4%B1-komandalar%C4%B1.html
Futbol tarixinin ən yaxşı komandaları
MASON
Futbol
6 mart 2011, 23:25
İngiltərənin “Daily Mail” qəzeti futbol tarixinin ən yaxşı komandalarını müəyyənləşdirib. Nüfuzlu qəzetin keçirdiyi sorğuda 1-ci yeri 39 il əvvəl dünya çempionu titulunu qazanmış Braziliya yığması tutub. 1970-ci ildə dünya birinciliyində qızıl medallar əldə etmiş komandanın heyətində ulduz futbolçular – Feliks, Brito, Piazza, Karlos AlbertoTorres, Everaldo, Klodoaldo, Gerson, Jairzinyo, Tostao, Rivelinyo və əlbəttə, Pele var idi.Futbol tarixinin ən yaxşı 50 komandası sırasına türk kollektivlərindən heç biri daxil olmayıb.Siyahıda ilk “onluq” belədir:1. Braziliya yığması - 1970-ci il, dünya çempionu2. “Mançester Yunayted” – 1999-cu il, Çempionlar Liqası, İngiltərə çempionluğu, ölkə kuboku3. “Real Madrid” – 1960-cı il, Avropa Kubokunun və Qitələrarası Kubokun qalibi 4. “Liverpul” – 1984-cü il, Avrupa Kubokunun qalibi, İngiltərə çempionluğu, İngiltərə Liqa kuboku5. “Arsenal” – 2004-cü il, İngiltərə çempionluğu6. İngiltərə yığması – 1966-cı il, dünya çempionu7. “Milan” – 1989-cu il, Avrupa Kubokunun və Superkubokunun, Qitələrarası Kubokun qalibi8. Macarıstan yığması– 1954-cü il, dünya çempionatının gümüş mükafatçısı9. Hollandiya yığması – 1974-cü il, dünya çempionatının gümüş mükafatçısı10. İspaniya yığması – 2008-ci il, Avropa çempionu
['futbol komandası']
6,020
https://kayzen.az/blog/Xrizoberil/4216/qad%C4%B1n-v%C9%99-ki%C5%9Fid%C9%99-e%C5%9Fqin-ilk-%C9%99lam%C9%99tl%C9%99ri.html
Qadın və kişidə eşqin ilk əlamətləri
Xrizoberil
Bloq: Xrizoberil
6 mart 2011, 21:49
Qadın və kişidə eşqin o ilk halları, ilk əlamətləri fərqlilik göstərər.Qadında eşq əlamətləri:Gözlərinin içinə dərin bir diqqətlə, maraqla baxar.Gözbebekleri böyüyər.Yanınızda və ya ətrafınızdaykən üzü qızarar.Səs tonunu sizin səs tonunuza uydurmaq üçün yüksəldər və alçaldar.Sizə doğrudan deyil amma başını əyərək bir baxış atar, beləcə utancaq və çəkingən olduğu mesajını çatdırar.Danışarkən əli tez-tez çənəsinə gedər, yanaqlarına toxunar.Ovuc içlərini sizə doğru açıq saxlayar. Güldüyünüz şeylərə o da sizinlə birlikdə, eyni anda gülər.Danışarkən ləl-cəvahiratlarıyla oynayar.İlk gördüyü anda sizdən təsirlənmişsə, qaşlarını qısa bir müddət üçün qaldırıb endirmiş, bunu da gizli bir gülümsəmə izləmişdir.Sıxlıq bir mühitdə yalnız sizinlə danışar və diqqətini sizin üzərinizə cəmləşdirər.Sizinlə danışarkən gözlərini normaldan daha çox qırpar.Kirpikləri təlaşla hərəkət içindədir, titrəyər.Danışma sürətini sizinkinə uyğunlaşdırar. Danışarkən biləklərinə toxunar.Saçlarıyla oynayar.Kişidə eşqin ilk əlamətləri isə:Baxışlarınızı tutmağa çalışar. Göz kantaktı qurar, ardından gözlərini qaçırar və sonra təkrar sizin tərəfinizə baxar.Danışarkən qolunuza ya da çiyininizə toxunar, ancaq bunu yoldaşlıq səmimiyyəti içində etdiyini göstərməyə çalışar.Tez-tez saçlarını düzəldər.Qalstuku ya da boyunbağını düzəldər.Bir az dahaözünü sıxaraq gedər və əzələlərini göstərməyə çalışar.Sizin səsinizi eşidəcək qədər alçaq səslə danışar, bu sizi öz əhatə dairəsinə dəvət etməsi və söhbəti ikinizə özəl, sizə aid bir fəaliyyət halına gətirər.Danışarkən sizə doğru əyilər. Sanki üzərinizə söykənər.Əli tez-tez çənəsinə gedər.Baş barmağını kəmərinə keçirər.Sizə baxaraq danışarkən gözlərini qısar.
['eşqə düşməyin ilkin əlamətləri']
6,021
https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/4207/bir-gec%C9%99nin-t%C3%B6vb%C9%99si.html
Bir gecənin tövbəsi
Xrizoberil
İslami Hekayətlər
6 mart 2011, 20:41
Allahu Təala, Peyğəmbəri Musa Əleyhissalama xitab edib: - "Ey Musa! Filan məhəllədə, bizim dostlarımızdan biri vəfat etdi. Get onun işini gör. Sən getməzsənsə, bizim rəhmətimiz onun işini görər" buyurdu.Həzrəti Musa, əmr olunduğu məhəlləyə getdi. Ordakılardan: - "Bu gecə, burada Allahu Təalanın dostlarından biri vəfat etdimi?" deyə soruşduqda.- "Ey Allahın peyğəmbəri! Allahu Təalanın dostlarından kimsə vəfat etmədi. Amma filan evdə zamanını pisliklərlə keçirən bir gənc öldü. Pis əməllərinin çoxluğundan heç kim onu dəfn etməyə yanaşmır" dedilər.Musa Əleyhissalam: "Mən onu axtarıram" buyurdu. Göstərdilər. Həzrəti Musa, o evə girdi. Rəhmət mələkləri gördü. Ayaqda dayanıb, əllərində rəhmət qabları olub. Allahu Təalanın rəhmət və lütfünü saçırdılar. Həzrəti Musa, yalvararaq münacaat etdi: - "Ey Rəbbim! sən buyurdun ki, "O mənim dostum". İnsanlar isə pis olduğuna şahidlik edirlər. Hikməti nədir?"Allahu Təala: "Ey Musa! İnsanların onun üçün pis demələri doğrudur, amma günahından xəbərləri var, tövbəsindən xəbərləri yoxdur. Mənim qulum, səhər vaxtı, torpağa əyildi və tövbə etdi. Bizim hüzurumuza sığındı. Mən ki Allaham! Onun sözünü və tövbəsini qəbul etdim. Ona rəhmət etdim ki, bu dərgahın ümidsizlik qapısı olmadığı aydın olsun" -deyə buyurdu.P.S. Allah hər birimizin tövbələrini qəbul edib, günahlarımızı bağışlayar inşaallah. Amin...
['dini hekayələr']
6,022
https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/4200/c%C9%99nn%C9%99t-a%C4%9Faclar%C4%B1.html
Cənnət ağacları
Xrizoberil
İslami Hekayətlər
6 mart 2011, 20:19
Bir gün Rəsulullah (s. a. a) belə buyurdular: Kim "SubhanAllah" desə, Allah Təala bu zikrə qarşılıq qiyamət günü ona cənnətdə bir ağac əkər. Yenə kim "La ilahə illəllah" desə, Allah Təala bu zikr qarşılığında cənnətdə ona bir ağac əkər. Yenə kim "Allahı Əkbər" desə Allah Təala bu zikrə qarşılıq cənnətdə ona bir ağac əkər. Bu sırada Qureyşli olan bir adam belə dedi: Ya Resulullah! Bu vəziyyətdə bizim cənnətdə bir çox ağaclarımız olacaq. Çünki biz davamlı olaraq bu zikrləri söyləyirik. Rəsulullah (s. a. a) cavab olaraq belə buyurdular: Bəli doğrudur. Amma onları günah atəşiylə yandırmaqdan çəkinin. Çünki Allahı Təala belə buyurur: "Ey iman edənlər! Allah və rəsuluna itaət edin və əməllərinizi etibarsız etməyin." Qaynaq: Bihar, c. 8, s. 186; c. 93, s. 168.
['dini hekayələr']
6,023
https://kayzen.az/blog/qadin/4193/8-mart-beyn%C9%99lxalq-qad%C4%B1nlar-g%C3%BCn%C3%BC.html
8 Mart Beynəlxalq Qadınlar günü
Xrizoberil
Qadın
6 mart 2011, 20:03
8 Mart - qadın və gözəllik bayramı kimi qeyd olunur. Lakin tarixə nəzər salsaq görərik ki, bu bayram heç də romantik hadisələr nəticəsində yaranmayıb. Həmçinin "qadın bayramı"nın qeyd olunması daha qədim tarixə malikdir desək, yanılmarıq. Gəlin, birlikdə bu tarixə nəzər salaq. Belə ki, hələ qədim romalılar mart ayında qadınlar bayramını qeyd edirdilər. Həmin gün matronalar (qədim romalılarda: böyük ailə anası) həyat yoldaşlarından hədiyyə almaqla bərabər, diqqət və qayğı ilə əhatə olunurdular. Hətta qul qadınlar, bayram günü bütün işlərindən azad olunur və hədiyyələrlə mükafatlandırılırdılar. Gözəl və yaraşıqlı paltarlar geyinərək romalı qadınlar ilahə Vestanın (o, ailə ocağının qoruyucusu hesab olunurdu) məbədinə gəlirdilər. 8 martın beynəlxalq qadınlar günü kimi qeyd olunması tarixi inqilabçı Klara Setkinin adı ilə bağlıdır (Setkin (Zetkin). Klara 5 iyul 1857-ci ildə Almaniyada, Viderau - Saksoniya vilayətində anadan olub). Kənd müəllimi H.Eysnerin ailəsində dünyaya gəlib. 1910-cu il Kopenhagendə keçirilən beynəlxalq sosialist qadınlar konfransında Klara Setkin, 8 martın beynəlxalq qadınlar günü kimi qeyd olunması təklifi ilə çıxış etdi. Məhz bu tarixin seçilməsi təsadüfi olmayıb. Belə ki, 1857-ci ilin bu günü Nyu-Yorkda tikiş və ayaqqabı fabrikinin qadın işçiləri nümayişə çıxdılar. Onlar 10 saatlıq iş günü, işıqlı və quru iş yeri, kişilərlə eyni maaş tələb edirdilər. O zaman qadınlar sutka ərzində 16 saat işləyir, bunun müqabilində qəpik-quruş alırdılar. Kişilər qəti çıxışlardan sonra 10 saatlıq iş gününə nail oldular. ABŞ-ın bir çox müəssisələrində «həmkarlar ittifaqı» təşkilatı yarandı. 1857-ci il 8 mart tarixindən sonra ilk dəfə olaraq qadın üzvlərdən ibarət yeni «həmkarlar ittifaqı» təşkilatı yarandı. Həmin gün Nyu-Yorkun bir çox şəhərlərində yüzlərlə qadın nümayişə çıxaraq "seçki" hüququnu tələb edirdilər. 1911-ci il 19 mart tarixində bu bayram Avstriya, Danimarka, Almaniya və İsveçrədə qeyd olundu. O zaman milyondan artıq kişi və qadın nümayişlərdə iştirak etdilər. "Seçmə və rəhbər vəzifələri tutma hüququ"ndan başqa qadınlar kişilərlə bərabər, eyni işləri icraetmə hüququnu da tələb edirdilər. Rusiyada ilk beynəlxalq qadınlar günü 1913-cü ildə Peterburqda qeyd olundu. Növbəti il Avropada 8 mart ərəfəsində qadınlar müharibəyə qarşı etiraz marşları ilə çıxış etdilər. 1917-ci ildə rusiyalı qadınlar "Çörək və Sülh" şüarı ilə küçələrə çıxdılar. 4 gün sonra II Nikolay taxtdan düşdü. Müvəqqəti hökumət qadınlara seçmə hüququnu zəmanət etdi. Bu hadisə 8 mart tarixinə təsadüf etdi. Azərbaycanda bu bayram 1917-ci ildən qeyd olunur. Beynəlxalq qadınlar günü Sovetlər hakimiyyətinin ilk illərindən dövlət bayramı kimi qeyd olunmağa başlandı. 1965-ci ildən isə bu gün artıq iş günü hesab olunmurdu. Tədricən beynəlxalq qadınlar günü öz siyasi mahiyyətini itirməyə başladı. 1977-ci ildə BMT 8 martı "Beynəlxalq Qadınlar Günü" kimi elan etdi və bunula da "mübarizə" sözü bayramın adından götürüldü, bayram sevgi, diqqət bayramı kimi tarixə düşdü. Sovetlər Birliyinin dağılmasına baxmayaraq, 8 mart bir çox postsovet ölkələrində bu günə qədər qeyd olunur. Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna və Belarusda keçirilir. Həmçinin Azərbaycan da müstəqillik əldə etdikdən sonra bayram öz mahiyyətini qoruyub saxladı. Bu gün güclü cinsin nümayəndələri ətrafdakı qadınlara diqqət, qayğı və sevgilərini nümayiş etdirirlər. Qadınlar gül-çiçək, müxtəlif hədiyyələr, həmçinin gözəl sözlər, şeirlərlə mükafatlandırılır. 8 Mart Novruzdan öncə ölkəmizdə qeyd olunan yaz bayramıdır. Bu gün yaşından asılı olmayaraq bütün qadınlar özlərini hamıdan xoşbəxt, gözəl və ən əsası arzulanan qadın kimi hiss edir.
['8 Mart']
6,024
https://kayzen.az/blog/azerbaycan/4176/v%C9%99t%C9%99n.html
Vətən
kulturoloq
Azərbaycan
6 mart 2011, 14:30
Vətən – doğma diyar, ana yurd… Vətən – babaların, dədələrin əmanəti... Vətən – tariximiz, ənənəmiz, azadlığımızdır... Vətən – bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır. Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Baba və dədələrimiz bu torpaqlarda uyuyur, ata-anamız bu torpaqlarda addımlayırlar. Vətən müqəddəsdir. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, onun uğrunda vuruşmuşlar. Onlar bu torpaqlar uğrunda canlarından keçib, şəhidlik rütbəsinə yüksəlmişlər. Vətəni və vətəndaşı sevmək böyük bir əxlaqi keyfiyyətdir. Dinimizin əmri, Uca Rəbbimizin razı qaldığı əməldir. Rəvayətlərdən birində “Vətəni sevmək Allaha imandandır” buyurulmuş, vətən sevgisinin əhəmiyyəti ön plana çəkilmişdir. Qəlbində Allaha imanı olan hər bir kəsin xalqına və vətəninə də sevgisi olacaqdır. Bir hədisdə vətənini qorumağın əhəmiyyətini bildirən Həzrəti Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Sərhəd boyunca vətəni qoruyan gözləri cəhənnəm atəşi yandırmayacaqdır, Allahın razılığı üçün vətən sərhədlərini qoruyanlara isə daim savab yazılacaqdır.” İnsan mənəviyyatını müəyyən edən, zənginləşdirən önəmli əxlaqi prinsiplərdən biri də xalq və vətən sevgisidir. Nahaq yerə “ana vətən”sözü işlədilmir. Vətən ana qədər sevilməli, ana namusu kimi qorunmalıdır. İnsanı ucaldan onun dəyərini artıran bu qəbildən vətən sevgisidir. Hər bir xalqın fərdi qəlbində millət, xalq və dövlət sevgisi daşıyır. Vətən, yurd sevgisi bir tək insanlara məxsus deyil, yaradılan bütün canlılarda bu hiss vardır. Heyvanlar, quşlar öz yuvalarını sevir, onları qoruyurlar. Qışda isti ölkələrə köçən quşlar havalar istiləşincə on km-lərlə yolu qət edib geriyə vətənlərinə dönürlər. Vətəni sevmək sadəcə torpağı sevmək deyil, vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Əks təqdirdə bu sevgi kamil sayılmır. Xalqın, millətin üzvü olmaq hansısa bir dildə danışmaq, hansısa bir dinə mənsub olmaq demək deyildir. Hər bir insan mənsub olduğu millətin, xalqın mənəvi dəyərlərini bilməli, onları qətiyyən unutmamalıdır. Xalq – müxtəlif millətlərdən olub, bir dövləti təmsil edən insan cəmiyyətinə deyilir. Müxtəlif millətlərin fərqli insanları bir bayraq altında, eyni qanunlarla yaşayır, eyni hüquqlardan istifadə edir.Vətən qarşısında eyni məsuliyyəti daşıyır. Quran-i Kərimdə Allah Təala buyurur ki: “Müsəlman müsəlmanın qardaşıdır.” İnsan qardaşına xəyanət etməz, onu utandırmaz. Bir müsəlmanın namusu, malı və qanı başqa müsəlmana haramdır. Vətənimizin atributları bizim üçün müqəddəsdir. Bayrağımız qanımızı rənginə qatdığımız, xalqımzın parlayan ulduzu, göylərdə dalğalanan nazlı, şanlı hilallı bəzəyidir. O, altında doğulub, kölgəsində öldüyümüz uca dəyərimizdir. O olmadan nə azadlıqdan, nə müstəqillikdən, nə də dövlət və millət kimi varlığımızdan söz etmək mümkundür.Vətən gerbi dövlətimizin, xalqımızın azadlığının, müstəqilliyimizin şanlı simvoludur. Gerbimiz bayrağımız qədər qəlbimizdə qürur oyadır. Dövlət gerbimiz xalqımızın igidlik dastanı, şanlı əcdadlarımızın köksünü qabardan iman gücü və qüdrət əsəridir. Gerbimizə diqqət etsək, bir qalxanı xatırladan simvol dövlətimizin sülhsevər dövlət olduğunu nəzərə çatdırır. Bizim heç kimin torpağında gözümüz yoxdur, başqaları da bizim torpaqlara göz dikməməlidir. Əgər belə olarsa xalqımız bir qalxan kimi vətənimizin müdafiəsinə qalxacaqdır.Vətən himni gözlərimizi yaşardıb, qəlbimizi kövrəldən analarımızın laylası, nənələrimizin ninnisidir. Himnimiz xalqımızın güc və güdrət nərəsidir. Buna görə də himn oxunurkən hörmət əlaməti olaraq ayağa qalxılır, hamı bərabər oxuyur. Onun verdiyi güc ilə başımız dikəlir. Himnimizin hər bir misrası və hər bir kəliməsi qəhrəman ata – babalarımızın bizə misli bərabəri olmayan əmanətidir. Ona hörmət bəsləmək, onun ruhunu və idealını qəlbimizdə yaşatmaq ən müqəddəs vəzifəmizdir. 
['Vətən', 'Azərbaycan', 'vətən sevgisi', 'veten haqqinda']
6,025
https://kayzen.az/blog/avtomobil/4171/mercedes-benz-sls-amg.html
Mercedes-Benz SLS AMG
Cavid
Avtomobil dünyası
6 mart 2011, 06:19
Mercedes-Benz SLS AMG avtomobili  SLR McLaren modelinin yenilənmiş formasıdır. Avtomobil 2010-cu ildə "Australian İnternational Motor Show" da təqdim olunmuşdur. Avtomobil 6.4 həcmli mühərrik və 8 silindirlə təchiz olunmuş. 0-100 km/h sürəti cəmi 3.4 saniyəyə yığır.
['Mercedes Benz SLS']
6,026
https://kayzen.az/blog/avtomobil/4170/ferrari-458-italia.html
Ferrari 458 Italia
Cavid
Avtomobil dünyası
6 mart 2011, 05:33
"Ferrari 458 italia" avtomobili İtalyanın Ferrari idman avtomobili istehsalşısı tərəfindən 15 sentyabr 2009-cu ildə "Frankfurt Motor Show " da ilk dəfə təqdim olunmuşdur. Avtomobil 450 İtalia modelinin təkminləşdirilmiş formasıdır. Avtomobil 8 silindirli, 2 oturacaqlıdır. Avtomobil 4.9 litr həcmli mühərrikə malikdir, 100 kmh cəmi 3.4 saniyyəyə yığır.
['Ferrari', 'Ferrari şəkilləri']
6,027
https://kayzen.az/blog/avtomobil/4169/ilin-avtomobili-2011.html
İlin avtomobili-2011
Cavid
Avtomobil dünyası
6 mart 2011, 04:47
Cenevrə avtosalonunun keşirdiyi "İlin avtomobili" müsabiqəsi başa çatmaq üzrədir. Belə ki, 39 avtomobilin qatıldığı müsabiqədə ilk üçlük seçilib. Bu üçlüyə Audi A8, BMW 5-ci seriya və Nissan Leaf daxil olub. Birinci yerin qalibi aprelin 21-də Nyu-Yorkda keçiriləcək motor-şouda açıqlanacaq.Audi A8BMW 5-ci seriya Nissan LeafMənim şəxsi fikrimcə ilin avtomobili mükafatına Audi A8 layiq görüləcək.Videolar: AUDI A8 Ferrari 458 italia Nissan Leaf
['Audi', 'BMW', 'Nissan']
6,028
https://kayzen.az/blog/turizm/4168/d%C3%BCnyan%C4%B1n-%C9%99n-g%C3%B6z%C9%99l-%C5%9F%C9%99h%C9%99rl%C9%99rinin-reytinqi-2011.html
Dünyanın ən gözəl şəhərlərinin reytinqi-2011
Cavid
Turizm
6 mart 2011, 04:12
Forbes jurnal bu dəfə dünyanın 10 ən gözəl şəhərini seçib.1. İlk yeri Böyük Britaniyanın paytaxtı London tutub.2. İkinci yeri isə Fransanın paytaxtı Paris tutub.3. Bu dəfə üçüncü yeri isə Avstraliyanın Sidney şəhəri tutub.4. Dördüncü pilləni ABŞ əhalisinin ən çox məskunlaşdığı Nyu-York şəhəri tutub.5. Beşinci sırada İtaliyanın paytaxtı Roma gəlir. 6. Altıncı yerdə isə İspaniyanın ikinci ən böyük şəhəri Barselona olub.<7. Yeddinci sırada Avstraliyanın ikinci ən məşhur şəhəri Melburn (Melbourne) olub.8. Səkkizinci sırada Almaniyanın paytaxtı Berlin seçilib.9. Doqquzuncu yerdə Niderlandın paytaxt şəhəri Amsterdam olub.10. Nəhayət onuncu yerdə İspaniyanın paytaxtı Madrid gəlib.
['Ən gözəl şəhərlər']
6,029
https://kayzen.az/blog/immun/4166/%C3%B6p%C3%BC%C5%9Fm%C9%99k-allergiyas%C4%B1.html
Öpüşmək allergiyası
MASON
İmmun sistemi
5 mart 2011, 20:44
2005-ci ildə Kanadada öz sevgilisi ilə öpüşdükdən sonra yeniyetmə hipoksiya nəticəsində həyatını itirdi. Sonra aşkar olundu ki,bu yeniyetmə yerfındığına qarşı allergiyası var idi. Onun sevgilisi yeniyetmə ilə görüşməzdən əvvəl öz qidasında yerfındığı yağından istifadə etmişdi.Ölümündən sonra yeniyetmənin xarici müayinəsi nəticəsində onun öpüş nahiyəsində səpgilərin olduğu müşahidə olunmuşdu.Allergenlərin inhalyasiya,qida,dəri əlaqələri,birbaşa qan nəqli ilə ötürüldüyü məlumdur.Amma onların öpüşməklə ötürülməsi biraz təəccüblü görünür. Çoxlu müşahidə-tədqiqat işlərinin nəticəsində alimlər qida və dərman allergiyası olan şəxslərin əksəriyyətinin ikiqat təhlükədə olması qərarına gəliblər. Amerika Allergiya,Astma və İmmunologiya Kollecinin bu yaxınlarda keçirilən İllik Elmi Görüşündə tədqiqatçı-alimlər qeyd etdilər ki,hər hansı bir qidaya allergiyası olan biri ilə həmin qidadan qəbul etmiş digəri öpüşdükdə allergiyası olan şəxsin allergik reaksiya verməsi ehtimalı yüksəkdir.Onların dediyinə görə,digər-allergiyası olmayan şəxs hətta dişlərini tamamilə yuyub-yaxalasa və qida qəbulundan sonra bir neçə saat gözləsə belə,allergiyası olan şəxsin öpüşmə zamanı reaksiya verməsi ehtimalı azalsa da,hələ də mövcuddur Amerika Allergiya,Astma və İmmunologiya Kollecinin prezidenti,dünya şöhrətli alim Sami Bahnaya görə əgər qida və ya dərman allergiyamız vardırsa və biz həmin qidanı qəbul etmiş və ya peroral müalicədə olmuş bir şəxslə öpüşdükdə dərhal allergik reaksiya baş verir. O həm də qeyd edir ki, elə xəstələr də vardır ki,partnyorlarının dişlərini və ağızının bayır və içəri səthini tamamilə yuyub-yaxalaması və ya yeməkdən sonra saatlarla gözləməsi onların allergik reaksiya verməsinin qarşısını ala bilmir.Sami Bahna öz tədqiqatlarında belə nəticəyə gəldiyini deyir:”Belə çıxır ki,sağlam partnyorların qəbul etdikləri qida və dərmanların hətta orqanizm tərəfindən sorulmasından bir neçə saat sonra belə ağız suyunda (tüpürcəklərində) çoxlu allergenlərə rast gəlinir”. Alimlər bu allergiyanı “Kissing” allergiyası adlandırırlar.“Kissing” özü-özlüyündə allergiya deyildir, bir çox allergiyaların ümumi məcmusudur. “Kissing” allergiyasına, adətən, qida və dərman allergiyaları olan insanlarda rast gəlmək mümkündür. Onun simptonlarına dodaqların və boğazın şişməsi, səpgilər, qaşınma və xırıldama aiddir. Amerika Allergiya, Astma və İmmunologiya Kollecinin verdiyi statistik məlumata görə, ABŞ-da böyüklərin 2-3 %-ində, uşaqların isə 5-7 %-ində qida allergiyaları vardır.Və onların əksəriyyəti eyni zamanda “Kissing” allergiyasından əziyyət çəkirlər. Əgər cütlüklərdə öpüşmək istəyi vardırsa,bəs onlar nə etməlidirlər??? İlk olaraq, cütlüklərdə allergiyanın olub-olmaması müəyyənləşməlidir. Ən azı onlardan birində allergiya varsa, onda cütlüklər xüsusi ehtiyatlı olmalıdır. Onların nəyə qarşı allergik olmalarını müəyyənləşdirmək çox vacib amildir. Əksər hallarda, həkimlər xəstələrinə “canqurtaran” avtoinyektor olan epinefrini (adrenalin) özləriylə gəzdirməyi məsləhət görürlər. Bəzi xəstələrə isə İmmunoterapiya tətbiq olunur. Lakin mütəxəssislər bu problemin daha asan-yüngül profilaktik tədbirlərlə həllinə üstünlük verirlər. Onlar məsləhət görürlər ki, partnyor qida və ya dərman qəbulundan sonra ağızın içəri və bayır səthlərini və dişlərini tamamilə yaxşıca yuyub-yaxalasa və allergiyası olan şəxslə 16-24 saat keçdikdən sonra öpüşərsə, cütlüklərdə çox ehtimal ki, heç bir problem olmaz. Buna baxmayaraq, alimlər hətta bütün bu hadisələrin belə bəzən kifayət etmədiyini qeyd edirlər. Yuxarıda qeyd olunan profilaktik tədbirlərin müsbət nəticə verdiyini söyləyən Dr.Bahna İllik Elmi Görüşdəki çıxışında bir çox xəstəsinin, habelə,özü həkim olan 30 yaşlı xəstəsinin həyat şəraitini məhz bu üsulla yüngülləşdirdiyini vurğuladı Belə ki, həmin xəstə yerfındığına allergiyası vardır. Bu allergiya onda bəzən çox kəskin-qaçılmaz reaksiyalar verirdi. Sevgilisi xəstə ilə öpüşməzdən təxminən 2 saat əvvəl yerfındığı yemişdi deyə öpüşdükdə xəstənin ağzının və ağızətrafının kəskin qaşınması və dodaqlarının şişməsi baş vermişdi. Doktor Bahna, habelə, Kollecin allerqoloqları bu və ya digər xəstələrə bu problemlərlə qarşılaşmasınlar deyə özlərinin 3 əsas ilkin məsləhətlərini verirlər. Sağlam partnyor: 1.Öpüşməkdən 16-24 saat əvvəl allergik reaksiya verən qida və ya dərmanlardan imtina etməli 2.16-24 saat ərzində ağızın içəri və bayır səthlərini, dişləri bir neçə dəfə yaxşıca yuyub-yaxalamalı. 3. Allergiya dərman preparatlarını həmişə özüylə gəzdirməlidir. “Kissing” allergiyası,əsasən,Amerika və Avropa cəmiyyətləri üçün daha səciyyəvidir. Bu problemlə rastlaşan insanlar bizim fikirləşdiyimizdən daha çox əziyyət çəkir və psixoloji gərginliklər keçirirlər. Lakin öz peşəsinin incəliklərinə bələd olan həkim-allerqoloqlar allergiyaya nəyin səbəb olduğunu müəyyənləşdirir və xəstələri düzgün müalicə edə bilirlər. Hazırladı: Tibb Universitetinin Müalicə-profilaktika fakultəsinin II kurs, 206 a qrupunun tələbəsi Cavid Fərzullayev
['maraqlı', 'öpüşmək', 'allergiya', 'allergiyanın növləri']
6,030
https://kayzen.az/blog/kulturologiya/4164/m%C9%99d%C9%99niyy%C9%99t-n%C9%99dir.html
Mədəniyyət nədir?
kulturoloq
Kulturologiya (mədəniyyətşünaslıq)
5 mart 2011, 20:01
Mədəniyyət tarixinin mərhələləri Müasir mədəniyyətşünaslıqda mədəniyyət tarixinin aşağıdakı mərhələləri təsnif edilir:İbtidai icma mədəniyyəti ( b.e. 4 min il əvvəl );Qədim Dünya mədəniyyəti ( b.e.4 min il əvvəl — b.e.V əsrinə qədər );Orta əsrlər ( V—XIV əsr.);İntibah Dövrü ( XIV—XVI əsr.);Yeni Dövr ( XVI ax.—XIX əsr.);Ən Yeni Dövr ( XIX ax. — hazırkı dövr ).  Mədəniyyət və təbiətMədəniyyətşünaslığın əsas məsələlərindən biri də mədəniyyətlə təbiətin qarşılıqlı münasibətləridir.Müasir dövrdə bu münasibətlərin əhəmiyyəti çox aktualdır.Hər ikisi insan həyatının ayrılmaz hissəsidir.Mədəniyyət insanın fəaliyyəti nəticəsində təbiətin bir qədər dəyişilməz formasıdır.Bu bir təərfdən təbiəti nizamlasa da ,digər tərəfdən təbiətin nizamlanmış qaydasına ciddi dəyişikliklərə aparıb çıxarır.Mədəniyyət « iknci təbiət » də adlana bilər. İnsanın təbiətlə əməkdaşlığı hər iki subyektə sərfəlidir.İnasn təbiərdən maddi sərvət götürür, ideyalar alır, ondan öyrənir.Bu düşünülmüş olduqda təbiəti daha da zənginlşdirir.Təbiətə ziyan vuran hərəkətlər isə ilk növbədə insanın özünə ciddi problem yaradır.Bu hərəkət mədəniyyt anlayışına zidd sayılır. Mədəniyyətlə təbiət vahid təsəvvür edilməli,bir-brindən yararlanmalıdır.Bu baxımdan şəhər mədəniyyətinin heç də hamısı mədəniyyət hesab edilə bilməz.Bu fikir rus ziyalıları Nikolay Berdyayev və Nikolay Rerixin əsərlərində öz əksini tapmışdırMədəniyyət davranışın əsasıdırHesab edilir ki, mədəniyyət aşağıdakı prinsiplərə söykənir :Həyat dəyərləridir ;Davranış qaydalarıdır ;Maddi əsərlərdir.Həyat dəyərləri həyatda insanın yaşadığı mühütdür və mədəniyyətin formalaşmasında böyük rol oynayır. Davranış qaydaları özünü ilk növbədə mənəviyyətdə göstərir.Mənəviyyət qaydaları dövlət tərəfindən məcburi elan edilərsə o qanun adlanır. Maddi əsərlər isə birinci və ikinci prinsiplərin müxtəlif kombinasiyalarından yaranır.Mədəniyyətdə dəyişikliklərHesab edilir ki,mədəniyyətdə dəyişiklər üçün aşağıdakı iki şərt mütləq olmalıdır.Onlara bəzən aksiomlar da deyirlər :İstəilən dəyişikilikləri şərait tələb edir ;Dəyişikliklər üçün müvafiq tərkib hissələri toplanmalıdır. Həmçini aşağıdakı faktorlar olmasa dəyişiklər baş verə bilməz :Təbii ehtiyatlarMədəniyyətlərin təmasıBir-brindən dəyərlənməİstehsalatda müvafiq texnologiyalarMüvafiq təşkilati strukturlarDüşüncələrdən keçmələrRasionallıq Mədəniyyətin tərkibiSənət Təsvirlik sənəti Rəssamlıq Qrafika Heykəltəraşlıq Memarlıq Ədəbiyyat Dramaturgiya Poeziya Nəsr Musiqi Teatr Kinematoqrafiya Xoreoqrafiya Fotoqrafiya İnam Din Mifologiya Наука Fəlsəfə Təbiyyat elmləri Humanitar elmləri Sosial elmləri Texniki elmləri Riyaziyyat Tibb Muzeylır Hobbi Mütaliə Kolleksiya toplamağı Etiket Ünsiyyət Mətbuat Radio Televiziya İnternet Əyləncə Gülüş Yumor Texnika Aşpazlıq İdman Mədəniyyətin formalarıElitar mədəniyyət: imtiyazlı təbəqə və onun sifarişi ilə yaradılan mədəniyyət nümunələri (zərif incəsənət,klassik musiqi və ədəbiyyat). "İncəsənət incəsənət üçündür" şüarı elitar mədəniyyətin devizidir. Mədəniyyətin bu formasını yaradanlar mədəniyyətin diktəedicisi hesab edilir. Ümumiyyətlə, elitaristlər belə hesab edirdilər ki, mədəniyyət xalq üçün deyil, yüksək cəmiyyət üçün nəzərdə tutulmuşdur. Xalq mədəniyyəti: mənşəyinə görə bu forma həvəskar və ya kollektiv mədəniyyət forması adlanır. Xalq mədəniyyəti folklor ədəbiyyatı özündə birləşdirir (miflər, əfsanələr, dastan və nağıllar, nəğmə və rəqslər). Xalq mədəniyyəti konkret yerli ənənələrlə əlaqədardır. Kütləvi mədəniyyət: yaşayış yerindən asılı olmayaraq bütövlükdə insanların təlabatı nəzərdə tutulur. Kütləvi mədəniyyət ilk növbədə ticarət-qazanc məqsədlərinə yönəldilir, onun daima fəaliyyətdə olması nəzərdə tutulur. Müəyyən sosial qruplar üçün arzu edilən əxlaq, davranış tərzi stereotiplərini kütlələrin şüuruna tətbiq etmək vasitəsi kimi də istifadə olunur. İqtisadi mədəniyyət: cəmiyyətin iqtisadi mədəniyyəti ümumi mədəniyyətin maddi əsası, fəaliyyət növlərinin aparıcısıdır. İqtisadi mədəniyyət cəmiyyətin iqtisadi əsasının təkmilləşdirilməsinin ölçüsünün və səviyyəsinin göstəricisidir. Mülkiyyət azadlığı, sahibkarlıq azadlığı, fəal keyfiyyətli əmək, qabaqcıl təhlükəsizlik texnologiyası, işgüzar fəallıq, təsərrüfat fəaliyyətinin humanist istiqamətləndirilməsi, yenilik, iqtisadi əmək fəallığının mənəvi-hüquqi əsaslandırılması və gələcəyə yönəldilməsi və b. mədəniyyətin proeksiyaları kimi iqtisadiyyatın mühüm əlamətləri və proseslərini əks etdırirlər. Siyasi mədəniyyət: siyasi mədəniyyət siyasi proses subyektlərini bilavasitə öz fəaliyyətində göstərən, varislik əsasında cəmiyyətin siyasi həyatının təzələnməsini təmin edən, tarixən təşəkkül tapmış dayanıqlı sərvətlərin və istiqamətlərin davranış modelləri sistemidir. Siyasi mədəniyyət, vətəndaşların və hakimiyyətin qarşılıqlı münasibətlərini tənzimləyən mənəvi-siyasi dəyərlərin, davranış qaydalarının, adət və ən-ənələrin məcmusunu ifadə edir. Siyasi mədəniyyət sahəsi siyasi həyatdır, hakimiyyət və idarəetmə problemlərinə, insanların siyasətdə iştirakına, həmçinin siyasət və hüquq, siyasət və iqtisadiyyat, siyasət və mənəviyyatın qarşılıqlı təsiri məsələlərinə toxunur. Məqsəd və vəzifəsinə görə mədəniyyətin aşağıdakı formaları vardır: milli, reqional, kənd və şəhərMədəniyyətin funksiyalarıMədəniyyətin əsas funksiyası -humanist insani funksiyadır. İnsan mədəniyyət nümunələri yaradaraq bəşər tarixinə töhvələr verir, sonda onun yaratdığı mədəniyyət yenə də insanın, cəmiyyətin xidmətində durur. İnformativ — kommunikativ (sosial təcrübənin ötürülməsi)-Heç bir mədəniyyət təcrid olunmuş halda mövcud deyildir və mədəniyyətlər bir-birinə qarşılıqlı təsir göstərir, başqa adamların, nəsillər və mədəniyyətlərin təcrübəsini mənimsəyir. Mədəniyyətin mühüm funksiyalarından biri də idraki-qnoseoloji funksiyadır. İdraki funksiya xalq, ölkə haqqında bütöv bir təsəvvür verir. Onun sayəsində insanlar elm, incəsənət, fəlsəfə, təlim, tərbiyə və b. sahələrdə öz mənafelərini dərk edir, sosial təcrübənin ötürülməsi və digər xalqların mədəniyyətlərinin mənimsənilməsinə güclü təsir göstərir. Mədəniyyətin normativ-requlyativ (nizamlayıcı-tənzimləyici) funksiyası.Bu funksiya insanların ictimai və şəxsi fəaliyyətinin müxtəlif növ və cəhətlərinin, davranışının nizamlanması ilə əlaqədardır. Mədəniyyət tənzimlənmiş davranış qaydaları, əxlaq və hüquq kimi normativ sistemlərə dayanır. Semmiotik, yaxud işarələr funksiyası.Müəyyən işarələrsisteminin köməyi ilə mədəniyyət nümunələri öyrənilir, əxz edilir. Məsələn, heroqliflərin Qədim Misir mədəniyyətinin tədqiqində müəyyən işarələr və simvolların, xalçaçılıq, rəssamlıq, qədim kitabələrin oxunmasında və s. böyük köməyi dəyir. Ümumiyyətlə, bu funksiya musiqi, rəssamlıq, heykəltəraşlıq, təbiət elmləri — fizika, riyaziyyat, kimya, biologiya kimi sahələrdə öz əksini tapır. Mədəniyyətin aksioloji dəyər funksiyası. Dəyərlər sisteminin müəyyən edilməsi və mühafizəsi. Dəyərlər ayrı-ayrı adamların, qrupların üstünlüklərini qoruyub saxlamağa kömək edir.Mədəniyyətşünaslıq fənni bir-birilə əlaqədar aşağıdakı vəzifələri həll etməlidir: — Mədəniyyətşünaslığın, onun mahiyyəti, məzmunu, əlamətləri, funksiyalarının kifayət qədər və dərindən, bütövlüklə izah edilməsi; — Mədəniyyətin mənşəyinin, kulturoloji prfoseslərin dövrlərinin və mərhələlərinin öyrənilməsi, konkret xalqların, cəmiyyətlərin, regionların, kontinentlərin mədəniyyət tarixinin, mədəniyyət ən-ənələrinin varisliyinin araşdırılması və öyrənilməsi; — Xüsusi və humanitar biliklərin harmonik əlaqələndirilməsi, peşə etikası və mənəviyyatın işlənilməsinə yardım göstərilməsi; müxtəlif milli-mədəni, etno-konfessional və digər platformaların tənqidi, yaradıcı qavrayışlarına imkan yaradılması; — Mədəni irsdən istifadə və onun qorunub saxlanılması haqqında qanunçuluğun əsaslarının öyrənilməsi.
['mədəniyyətşünaslıq', 'kulturologiya']
6,031
https://kayzen.az/blog/MASON/4159/g%C3%B6r-nec%C9%99-g%C3%BCcl%C3%BCs%C9%99n-b%C9%99xtiyar-vahabzad%C9%99.html
Gör necə güclüsən - Bəxtiyar Vahabzadə
MASON
Bloq: MASON
5 mart 2011, 19:31
Yatmaq istəyirəm...sənsizliyimi Yuxu dənizində batıram deyə.  Yuxumsa kölgəni öz kölgəm kimi  İzləyir, qısqanıb səni hər şeyə.  Yuxum qaçaq düşüb məndən yan gəzir,  Yuxum küçələrdə sərgərdan gəzir. Həsrətin asılıb kirpiklərimdən.  Yuxum da gəlmir ki, heç olmasa mən  İtirim, batırım səni yuxumda.  Məndən vəfalıymış sənə yuxum da.  Yuxum qaçaq düşüb yatammıram mən,  Yuxum qorxub qaçıb fikirlərimdən… Gəzmək istəyirəm… sənsizliyimi Yollarda itirim, unudum tamam. Hara gedirəmsə, xatirən kimi Ağır bir yük ilə qarşılaşıram. Səni itirmişəm, neyləyim ancaq  Hər zaman, hər yerdə görünür yerin. Yox, dözə bilmirəm,  dərd ondadır ki,  Özündən ağırdır xatirələrin.     Şirin xatirələr bir tikan kimi Yollara səpilib dəstəbədəstə. Xatirən tikandır, cızır qəlbimi, Yoxluğun duz səpir yaramın üstə.   Yaddaşım elə bir günəş ki, gün ki, Dünəni nur kimi görürəm aydın.  Deyirəm, yaddaşım elə ölsün ki, Mənə dünənimi xatırlatmasın!  Gülmək istəyirəm… ürəyimdəki  Hönkürtü səsini batırmaq üçün.  Bilmirdim, məhəbbət bir cəllad təki  Mənim gülüşümü öldürmüş bütün.  Yandırdı könlümü bu soyuqluğun,  Var ikən, sağ ikən yox olmuşam mən.  Gör necə güclüsən, sənin yoxluğun,  Mənim varlığımı aldı əlimdən… Başımda tufan var, könlümdə çovğun,  Arzu da, fikir də qaldı yarıda,  Gör necə güclüsən,  sənin yoxluğun  Mənə ögey etdi doğmaları da. Fərəhim, sevincim dünəndə qaldı,  Dərdimdə, qəmimdə yaşarsan mənim.  — Yoxluğun gör necə qələbə çaldı,  Bu günüm ölüdür,  yaşar dünənim!  Çaldım öz könlümü ayrı simdə mən; İlişib qalmışam dünənimdə mən.
['poeziya', 'Bəxtiyar Vahabzadə', 'Bəxtiyar Vahabzadə şeirləri']
6,032
https://kayzen.az/blog/heyvan/4158/onlar-aras%C4%B1nda-t%C9%99nb%C9%99lliyin-c%C9%99zas%C4%B1-%C3%B6l%C3%BCmd%C3%BCr.html
Onlar arasında tənbəlliyin cəzası ölümdür
MASON
Heyvanlar aləmi
5 mart 2011, 19:08
Arılar məişət və təbabətdə geniş istifadə edilən balın istehsalçısıdırlar. Dünyada 20 mindən artıq arı növü vardır. Arılara Antarktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 40 gün olur. 17-18 günlükdə arılar artıq bala çıxarırlar. Hansı işçi arının qüvvəsi, yəni qoşunu çoxdursa, həmin qrup 35-40 kq təmiz bal verə bilir. Onlar 15 km.-ə qədər yol gedib gəlirlər. Bir arı 15 km məsafədə yaxşı yem tapsa, qayıdıb o biri arılara da xəbər verir. Sonra bütün arılar həmin yerə uçurlar. Bal arısı koloniyalarında da kimyəvi maddələr yolu ilə qidanın qaynağını göstərmə və təhlükəni xəbər vermə davranışları müşahidə olunur. Arılar həm harada yaxşı yem olarsa, onu hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar. Arılar çox sədaqətli olurlar.  Bir pətəyin arıları digər pətək arılarını ora buraxmırlar. Hər bir pətəyin qabağında keşikçi arılar var. Pətəyin içərisində müəyyən qruplar var ki, digər arıların çöldən gətirdikləri xortumundakı şirəni, bəzən isə ayaqlarındakı çiçək yarpaqlarını, bəzi vaxtlarda isə gətirdikləri suyu yerbəyer etməklə məşğul olurlar. Su arıların balalamasında vacib rol oynayır. Qış aylarında arılar çölə çıxmırlar. Əgər bayırda 15 dərəcədən aşağı istilik olarsa, arılar heç vaxt çölə çıxmağa meyilli deyillər. Arılar arasında işsiz arı ola bilməz. Əgər xəstə arı olarsa, o artıq işə yaramadığı üçün onun qanadlarını yonub pətəkdən bayıra atırlar. Azərbaycanın arı genofondunu iki arı növü — Bozdağ Qafqaz arısı və Sarı İran arısı təşkil edir. Bozdağ Qafqaz arısının Qabaqtəpə və Şahdağ populyasiyası, Sarı İran arısının isə Lənkəran və Sarı İran populyasiyası var. Arı südü Arı südü bu həşaratın baldan başqa digər faydalı məhsuludur. Arı südü 5-15 günlük körpə işçi arıların udlaq və üst çənə vəzilərində hazırlanır. Sürfələrin və yumurtlama dövründə ana arının yemlənməsinə sərf olunur. Arı südü müxtəlif maddələrlə zəngindir. Həddən artıq müalicəvi əhəmiyyəti vardır: antivirus (qrip və stomatit viruslarına təsir edir), güclü biostimullaşdırıcı, həzm orqanlarının işini yaxşılaşdırır, qan dövranı orqanlarının işini yaxşılaşdırır, uşaqların böyüməsini stimullaşdırır, orqanizmin qocalmasını ləngidir, maddələr mübadiləsini stimullaşdırır, yaddaşı yaxşılaşdırır, həyat tonusunu qaldırır, arterial təzyiqi normallaşdırır və s. Saf arı südü profilaktika və bədənin ümumi möhkəmləndirilməsi üçün bir doza 150-180 mq olmaqla gündə 2-3 dəfə, cəmi 500 mq məsləhət görülür. Südü tam sorulana qədər ağızda saxlamalı. Daha böyük dozalar və müalicə üçün həkimlə məsləhətləşməlidir. Hazırladı: Kamal Hacılı Deyerler.org saytına istinadən
['arılar', 'arı südü', 'bal arısı']
6,033
https://kayzen.az/blog/q%C9%99dim-%C5%9E%C9%99rq/4154/assuriya-m%C9%99d%C9%99niyy%C9%99ti.html
Assuriya mədəniyyəti
kulturoloq
qədim Şərq tarixi
5 mart 2011, 17:20
Assuriya dövləti İkiçayarasının şimal hissəsində, İraqın ərazisində mövcud olmuşdur. Assuriyanın ərazisi əsasən dağlıq olduğu üçün burada əkinçilik bir o qədər inkişaf etməmişdir. Lakin burada çoxlu faydalı qazıntılar və meşə materialları vardır. Assuriya əhalisi tunc əldə etməyi çox erkən öyrənmişdir. Assuriyalılar mis, tunc, qalay və sonra dəmirdən istifadə etmişlər. Dəclə çayı sahilində Aşşur (indiki Kilat-Şerkət) şəhəri salınmışdır. Bu şəhər dini mərkəz və paytaxt hesab olunurdu. Aşşur allah adı və Assuriya ölkə adı bu şəhərin adından əmələ gəlmişdir. Assuriya əvvəlcə Cənubi Mesopotamiyadan asılı idi, e.ə. XX əsrdə müstəqil Assuriya dövləti yarandı. I minilliyin başlanğıcında Ön Asiyada dəmirdən istifadə təsərrüfatla yanaşı, hərbi sənətin inkişafında mühüm rol oynamışdır. Assuriyalılar bundan daha yaxşı istifadə edərək hərbi sənətdə böyük nailiyyətlər qazanmışlar. E.ə. VIII-VI əsrlərdə Assuriya Ön Asiyada ən qüdrətli hərbi dövlətə çevrildi. Assuriya qoşunlarının sayı 120 min nəfərə çatırdı. Qoşun piyada, atlı və döyüş arabalarından ibarət idi. Assur çarlarını mühafizə edən daimi "çar cangüdənlər dəstəsi" var idi. Piyadalar uzun nizə, ox və kaman, qalxanlarla silahlanırdılar. Dağları aşmaq üçün kəndir, çaylardan keçmək üçün heyvan dərisindən hazırlanmış və içərisinə hava doldurulmuş tuluqlardan istifadə olunurdu. Assur çarları ordunun təliminə xüsusi diqqət yetirirdilər. Hərbi parad üçün xüsusi meydançalar var idi. Onların ordusunda xüsusi "mühəndislər" dəstəsi fəaliyyət göstərirdi. Onlar hərbi istehkamlar qurur, hərbi yollar çəkir, çaylar üzərindən körpülər salırdılar. Assur ordusu xüsusi daşatan (mancanaq), qala uçuran qurğulardan istifadə edirdi.   Assuriyanın Paytaxtı Nineviya idi. Bu şəhər "Aslanlar yuvası" adlanırdı. Assuriya Mesopotamiyanı, Suriyanı, Fələstin və Misiri işğal etdi, bütün Ön Asiyanı hakimiyyəti altında birləşdirdi. E.ə. VII əsrdə Assuriyanın düşmənləri olan Babil və Midiya ona qarşı birləşdilər. Onlar e.ə. 612-ci ildə Ninveiya şəhərini tutub dağıtdılar, e.ə. 605-ci ildə Karxemiş qalasını ələ keçirdilər. Assuriyanın varlığına son qoyuldu. Onun ərazisi Midiya və Babil padşahlıqları arasında bölüşdürüldü. Qədim Assuriyanın ərazisində icmalar mövcud olmuşdur. Bunlardan ən irisi Aşşur şəhər icması idi. Aşşur icmasının əhalisi əkinçilik və maldarlıqla məşğul olurdu. Aşşur eyni zamanda geniş ticarət aparırdı, Anadoludakı Kaniş beynəlxalq ticarət mərkəzi ilə əlaqə saxlayırdı. Aşşur icmasında ticarətin inkişafı ilə bağlı olaraq sənətkarlığın müxtəlif sahələri ilə məşğul olurdular. Aşşur icması sənətkarlıq əşyaları və müxtəlif metallardan ibarət xammal ilə alış-veriş edirdi. Aşşurdan qərbə ticarət yolu keçirdi və yolun son məntəqəsi Kaniş ticarət məntəqəsi idi. Burada Aşşura tabe olan ticarət məhəllələri vardı. Aşşur icması şərqə gedən ticarət yolunun əsas məntəqəsi idi. Bu şəhərdə müxtəlif mənşəli əhali mal mübadiləsi və alış-veriş edirdi. Aşşur şimala və şərqə gedən ticarət yollarını da nəzarətdə saxlayırdı. Assuriya ərazisində ixtisaslaşmış ticarət icmaları mövcud idi. Aşşurdan başqa, Arrapha şəhər icmasında da ticarət icması mövqe qazanmışdı. İcmalar arasında əmək bölgüsü vardı. Dəmirçi, dülgər, toxucu, dulusçu və s. peşələr üzrə ixtisaslaşmış ticarət icmaları fəaliyyət göstərirdi. İxtisaslaşmış ticarət icmaları bilavasitə bazarla bağlı idi. Lakin mövcud olan ev icmaları bazar ticarət münasibətlərinin inkişafını ləngidirdi.   Ev icmalarının varlığı torpaqla bağlı idi. Arrapha icmasında torpaq alınıb-satılırdı. Bunun nəticəsində varlı və yoxsul ailələr meydana gəlmişdi. Arrapha icmasındakı ailə kollektivi qullara malik idi. Əsas qul mənbəyi uğurlu müharibələr idi. Lakin qədim və orta Assur dövründə borc köləliyi də geniş yayılmışdı, çünki bu zaman müharibələr Assuriyanın dövlət, məbəd və fərdi təsərrüfatlarını qul əməyi ilə təmin edə bilmirdi. Məhz yeni Assur dövründə uzun müddətli qələbələr ölkəni hərbi əsirlərlə doldurdu. Bununla yanaşı işğal olunmuş ərazinin əhalisinin Assuriyaya köçürülməsi ölkənin işçi qüvvəsini artırırdı. Nəticədə qul əməyinə tələbat azalırdı. Yeni Assur dövründə qul ucuz qiymətə satılırdı. Fərdi təsərrüfata, yəni ev icmasına məxsus olan qul müəyyən müstəqilliyə malik olmuşdu. Qula ailə saxlamaq ixtiyarı verilmişdi. Müstəqil becərmək üçün ona torpaq sahəsi ayrılırdı. Məhsulun çox hissəsi quldara təhvil verilirdi. Qul, onun ailəsi və əmlakı ağanın mülkiyyəti hesab olunurdu. Ağa qulu ailəsi ilə birlikdə sata bilərdi. Lakin assur qanunları borc əsarətinə düşmüş adamla qul arasında müəyyən fərq qoyurdular. Borc əsarəti assuriyada geniş tətbiq olunurdu. Borclu borcunu vaxtında qaytarmazdısa, onda o, borc əvəzi sələmçinin təsərrüfatında işləməli və borcun məbləğini öz əməyi ilə ödəməli idi. Sələmçi onu qul kimi sata bilməzdi. Sənədlərdə 10-20 quldan ibarət ailələrin satılması qeyd olunmuşdur. Qullar becərdikləri torpaq sahəsi ilə birlikdə də satılırdılar. Orta dövr assur qanunları ev köləliyi və qadının mövqeyi haqda xüsusi maddələr nəzərdə tutmuşdular. Ev sahibəsinin qul və kəniz ilə münasibəti maddələrin birində belə əks olunmuşdur: "Əgər qul, yaxud kəniz azad adamın əlindən bir şey qəbul edərsə, onda həmin qul və kənizin burnu və qulağı kəsilməli, oğurlanmış şey isə qaytarılmalıdır; adam öz arvadının da qulağını kəsə bilər. Əgər o, arvadına cəza verməzsə və onun qulağını kəsməzsə, onda qul və kənizin qulağı həmçinin kəsilməməli və onlar oğurlanmış şeyi qaytarmamalıdırlar».   Assur qanunlarından belə nəticə əldə etmək olur ki, ailədə qadına müstəqillik verilmirdi. Onun bütün hərəkətləri kişinin nəzarəti altında idi. Qadın icazəsiz heç kəsə evdən ərzaq, yaxud ev əşyası verə bilməzdi, yəni heç kəsə əl tutmamalı idi. Ailə əmlakına onun hüququ yox idi, ancaq ev əmlakı üzərində tam hüquqa malik olmuşdu. Qadın tərəfindən kənara verilmiş əşya oğurluq malı hesab edilirdi. Müvafiq maddədə bu haqda belə deyilir: "Əgər azad adam xəstədirsə, yaxud vəfat edibsə, onun arvadı isə evdən bir şey oğurlayıb qadınamı, kişiyəmi, yaxud hər hansı bir kəsəmi veribsə, (onda) həmin adamın arvadı və ev şeyini qəbul edənlər öldürülməlidirlər.   Əgər azad adamın arvadı əri sağ olarkən ər evindən nə isə oğurlanmışsa, kişiyəmi, qadınamı, hər hansı bir kəsəmi vermişsə, onda həmin adam and vasitəsilə öz arvadını təqsirləndirə bilər və ona cəza verə bilər, (oğurluq malını) adamın arvadından qəbul etmiş şəxs isə malı qaytarmalıdır. Ər arvadına verdiyi cəzanı (oğurluq malını qəbul etmiş) şəxsə də tətbiq etməlidir".   Assuriyada qadın ləyaqətinə yüksək qiymət verilirdi. Qadının şəxsiyyətini və namusunu qoruyan maddələr orta Assur qanunvericiliyinə salınmışdı. Məsələn, qanunların birində qeyd olunur: "Əgər azad adam ərli qadına barmağını silkələsə və onunla uşaq kimi rəftar etsə və bu iş üzrə onu təqsirləndirib ifşa etsələr, onda onun barmağı kəsilməlidir. Əgər o, qadını öpübsə, onda onun aşağı dodağını baltanın tiyəsinə çəkib kəsmək lazımdır". Assuriyada levirat, yəni dul qadının vəfat etmiş ərinin qardaşı ilə nikahı mövcud idi. Belə hallarda ailə icmasının bütövlüyünü saxlamaq məqsədi güdülürdü. Bəzi hallarda, əgər təqsir ərdə olardısa, qadın ər evini tərk edib ata evinə qayıtmaq hüququna da malik idi. Adətən ər vəfat etdikdən sonra qadın onun borcunu ödəmək üçün sələmçinin təsərrüfatında işləməli idi. Bəzən müəyyən şərait nəzərə alınırdı və qadın borcu ödəməkdən azad olunurdu. Ailədə atanın hakimiyyəti qeyri-məhdud idi, buna görə də qadın ləyaqəti və hüququ əksər hallarda tapdanırdı. Kişi qadını çox asanlıqla boşaya bilərdi. Lakin ərinə xəyanət etmiş, yaxud ərindən ayrılmaq istəyən qadını suya atırdılar. Assuriyada kəskin mülki bərabərsizlik mövcud olmuşdu. Bunun nəticəsində quldarlar cəmiyyətin hakim sinfi kimi formalaşırdılar. Mülki bərabərsizlik icma təşkilatlarına da toxunmuşdu. İcmanın birliyi dağılırdı, icma üzvləri müflisləşir, sələmçilərdən asılı vəziyyətə düşürdülər. Torpaqdan məhrum olmuş icmaçılar öz övladlarını kənara satmağa məcbur olurdular. Onlar məcburi əməklə məşğul olanlar dəstəsinə mənsub idilər. Qullar və məcburi əmək adamları istismar olunan sinfi təşkil edirdilər. Dövlət, məbəd və böyük fərdi təsərrüfatlarda qul əməyi geniş tətbiq olunurdu. Dövlət təsərrüfatı işğallar nəticəsində genişlənirdi. Hökmdar dövlətə yaxın olan adamları torpaq sahələri ilə təmin edirdi. Belə adamlar yeni qulluq əyanları təbəqəsini təşkil edir, hökmdarın dayağına və böyük torpaq sahibkarlarına çevrilirdilər. Onların mülkündə işləyən qulların sayı 30-50 nəfərə çatırdı. Xırda torpaq sahibkarlığı da mövcud idi. Burada işləyən qulların sayı nisbətən az idi. Assuriyada məbədlər də böyük torpaq sahələrinə malik idilər. Məbəd təsərrüfatında qullarla yanaşı məcburi əmək adamları da işləyirdilər.
['Assuriya']
6,034
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/4142/leonardo-da-vin%C3%A7i_2.html
Leonardo da Vinçi
MASON
Böyük insanlar,şəxsiyyətlər
4 mart 2011, 23:56
Bir neçə il əvvəl dünyanın bir çox ölkələrinin vətəndaşlarının qatıldığı geniş rəy sorğusunda belə qənaətə gəlinmişdi ki, ikinci minilliyin ən böyük şəxsiyyəti italiyalı Leonardo da Vinçi olub. Təsadüfi deyil. Əsasən rəssam və «Mona Liza» əsərinin müəllifi kimi tanınan da Vinçi zamanı qabaqlayan unikal bir zəka sahibi olaraq bu gün də milyonları heyrətə gətirir.  Nikahdankənar övlad Leonardonun atası Pyero Vinçi yetərincə varlı adam idi. Onlar bir neçə nəsil notarius kimi çalışırdılar. Son dərəcə diribaş və bic olduqlarından xeyli torpaq sahələri də vardı. Pyero eyni zamanda boylu-buxunlu, qadınlara qarşı biganə olmayan bir kişi imiş. Ən azı dörd dəfə evli olmuşdu və on iki uşağı vardı. Leonardo 15 aprel 1452-ci ildə Katerina adlı bir kəndli qızından olub. Katerina Vinçi şəhərciyinin yanında yerləşən üzüm bağları və zeytunluqlarla əhatə olunmuş Ankiano kəndindən idi. Onun gözəl, ya çirkin, ağıllı və ya yüngülbeyin olması haqda bioqraflar heç nə yazmır. Bəlli olan odur ki, Leonardo qanundankənar övlad olub. Katerina sonradan bir kəndliyə ərə gedib. Deyilənə görə, cənab Pyero da Vinçi Donna Alberiya adlı bir qadınla evlənib, amma dörd il yaşasalar da, uşaqları olmadığından Leonardonu oğul kimi qəbul edib. O vaxt kəbindənkənar övladı olmaq böyük qəbahət sayılmırdı… Pyero istərdi ki, oğlu da onun kimi notarius olsun. Amma XOŞBƏXTLİKDƏN o vaxtın qanunlarına görə, kəbindənkənar uşaqlar notarius və həkim ola bilməzdi. Florensiya Oğlunun xüsusi istedadını görən ata Florensiyaya köçür. Nəhayət, günlərin birində Pyero da Vinçi oğlunun rəsmlərini özünün köhnə dostu, Florensiyada ən məşhur heykəltəraş, rəssam və zərgər kimi tanınan Andrea Verokkoya göstərir. Verokko onlara baxanda heyrətə gəlir və deyir ki, bu uşaq özünü bütünlükdə rəssamlığa həsr etməlidir. 1466-cı ildə Leonardo şagird kimi Verokkonun emalatxanasında fəaliyyətə başlayır. Çox keçmədən gənc Leonardoya öz müəllimini ötmək müyəssər olur. Bu, o dövr idi ki, artıq elm və incəsənətdə İntibah yetişirdi. Nəhayət, Renessans gəlib Verokkonun emalatxanasına da çatdı. Burada əl-ələ verib çoxlu rəssam, heykəltəraş, dəmirçi işləyirdi. Elementar mexaniki işlər də görülürdü. Leonardo rəssamlıq və heykəltəraşlıqla yanaşı, qazıntı və yük qaldırmaq üçün olan alətlərin mexanizmini də öyrənirdi. Sonralar bunlar müxtəlif ideya və kəşflər üçün işinə yarayacaqdı. Qəribəlikləri İnsan kimi qəribəlikləri də çox idi. O, bazarı gəzir, qazancı çox olmasa da, quş satılan yerlərdə quşları qəfəsdən çıxarar, pulunu ödəyib azad edərdi. Gündə hər saatda on beş dəqiqə olmaqla yatarmış. Yazı tərzi də fərqli imiş. Solaxay olan Leonardo sağdan sola, çox vaxt tərsinə yazırmış və yazdıqlarını yalnız güzgüdə oxumaq mümkün imiş. Bəziləri bunu mürtədlikdə ittiham olunmaqdan qorunmaq, bəziləri ixtiralarının sirrini saxlamaq üçün etdiyini yazır. Sonralar bu manuskriptləri oxumağa müxtəlif alimlər on illər sərf ediblər. İudanın «prototipini» harada axtarmalı Tezliklə istedadlı bir rəssam kimi tanınan Leonardo 1482-1499-cu illərdə Milanda hərbi mühəndis, arxitektor, heykəltəraş və rəssam işləyir – hersoq Lüdovik Sfortsanın yanında. Sforsa İtaliyada tiran kimi tanınırdı. Onu heç kəs sevmirdi, amma qorxudan hesablaşırdılar. Burdakı iş Leonardonu təmin etmirdi. Maaşı çox az idi. Hətta deyirlər ki, saray liliputu da ondan çox qazanırmış. Da Vinçi Milanda Sfortsanın sifarişi ilə «Gizli şam yeməyi» əsəri üzərində işləməyə başlayır. Rəsmdə İsa peyğəmbərlə həvarilərin son söhbəti təsvir olunur. Peyğəmbər orada bildirir ki, həvarilərin biri satqındır. Və təbii ki, bu sözlər ayrı-ayrı sifətlərdə fərqli emosiyalar oyadır. Da Vinçi burada öz unikal bacarığını göstərib. Rəsmdə satqın İuda da yer alır. Deyirlər ki, İudanın sifətinin təsviri üçün Leonardo cinayətkarların toplaşdığı pritonları gəzib axtarırdı. Amma istədiyini tapa bilmirmiş. Nəhayət, o cinayətkar yuvalarında axtardığını… monastırda tapır. Özündən son dərəcədə razı və zəhlətökən priorun (monastır başçısı) başını çəkir. Bunu eşidən Sfortsa gülməkdən qəşş eləyir: «Sən tamamilə düzgün seçim etmisən». Da Vinçi Sfortsanın at üzərində 80 metrlik bürünc heykəlini hazırlamağa başlayır. Amma 1499-cu ildə Fransa kralı XII Lüdovikin qoşunları Milanı ələ keçirir və orada əsl vandalizm nümayiş etdirir. Françesko Sfortsanın tamamlanmamış heykəli də məhv edilir. Leonrado yenidən Florensiyaya qayıtmalı olur. «At rəssamı» Florensiya respublikasının dekreti ilə iki böyük rəssama – da Vinçi və Mikelanceloya (Rafael hələ çox gənc idi) Şura sarayında freska çəkmək sifariş verilir. Süjet kimi Piza döyüşü nəzərdə tutlurdu. Da Vinçidən otuz yaş kiçik olan Mikelancelo çox ciddi və təhlükəli rəqib idi. 1503-cü ildə onun əsəri artıq hazır idi. Da Vinçi isə 1504-də işə başladı. Nəhayət, 1505-ci ildə karton üzərinə çəkilmiş əsərlər Şura sarayında yanaşı qoyulmuşdu. Amma Florensiya hökuməti onlardan heç birinə üstünlük verməmək üçün freska çəkiləsi olmayıb. Bu şəkillərin hər ikisi itib. Mikelancelo ilə da Vinçinin araları sərin olub. Hətta rəvayətə görə, bir dəfə rastlaşanda (Da Vinçi ondan otuz yaş böyük olub) Mikelancelo ona deyib: «At rəssamı! Bürüncdən bir heykəli belə tökə bilməyib biabır oldun». Sfumato Leonardo sənətdə sfumato (italyanca tüstü kimi yox olan) prinsipinin yaradıcısıdır. Bu üsulla çəkilən şəkillərdə rənglər sanki bir-birində həll olunur, dəqiq sərhəd yaranmır. Həyatda olduğu kimi hər şey yayılır, biri digərinə nüfuz edir. Eyni zamanda nəfəs alır, yaşayır, fantaziyaları hərəkətə təhrik edir. O, şəkil çəkərkən qəsdən işlədiyi otağı tüstü ilə doldurardı ki, tüstü burumlarında, topalarda obrazlar tapsın. Məhz sfumato prinsipi nəticəsində Cokondanın parlaq təbəssümü öz təcəssümünü tapdı. O, elə çəkilib ki, şəklə baxanda fokus nöqtəsindən asılı olaraq, Mona Liza bəzən nəvaziş və şəfqətlə gülür, bəzənsə qəzəblə dişlərini qıcırdadır. Əsərin ikinci möcüzəsi odur ki, Mona Liza sanki diridir. Əsrlər keçdikcə onun təbəssümü dəyişir – dodaqlarının qıraqları yuxarı qalxır. Cokonda kim olub Da Vinçinin bioqrafı Vazari yazır ki, bu əsər konkret sifarişlə çəkilib: «Leonardo fırçaya sarılıb Françesko del Cokonde üçün onun arvadı monna Lizanın portretini çəkməyə başladı. Amma üzərində dörd il işləyib rəsmi yarımçıq qoydu. Bu portret hazırda Fransa kralının kolleksiyasındadır. Yeri gəlmişkən, Leonardo bu üsula əl atdı: madonna Liza çox gözəl idi. Da Vinçi xeyli adam toplamışdı. Onlar lirada çalır, mahnı oxuyurdular. Burada həmişə təlxəklər olurdu. Onlar melanxoliyanı qovmaq və şən ovqat yaratmaq üçün çalışırdılar». Ziqmund Freyd yazır ki, bu versiya özünü doğrultmur. Əgər belə idisə, Françesko del Cokondonun arvadının rəsmi necə olub ki, Leonardoda qalıb və Fransaya aparılıb? Cokonda üçün 1-ci Fransisk maliyyə problemləri olsa da, ona 45 000 frank ödəmişdi. Gülümsə bir az Nədənsə da Vinçinin bütün rəsmlərində, freskalarında qadınlar sirli bir tərzdə gülümsəyirlər. Bu təbəssüm və yarımtəbəssümləri kişi rəsmlərində də görmək olar. «İsa peyğəmbərin xaç suyuna çəkilməsi» rəsmində Yəhya peyğəmbər xaçı – gələcək çarmıxın simvolunu göstərərək gülür. Madonna Lita qıvrımsaçlı, gələcəyin peyğəmbəri olacaq körpənin üzərinə əyilib gülümsəyir. Mona («madonna» sözünün qısaldılmış variantı) Liza gülür. Onun gülüşü haqqında cildlərlə kitablar yazılıb. Araşdırıcılar bir məsələdə həmrəydirlər: bunlar adi gülüş deyil. Böyük sirləri bilənlərin gülüşüdür. Sultan II Bəyazidə məktub Çox da uzaq olmayan keçmişdə İstambulda Topqapı sarayında bir vərəq tapılıb. Burada Leonardo da Vinçinin türk sultanı II Bəyazidə məktubu və onun tərcüməsi var. Məktubun 1502-1503-cü ildə yazıldığı güman edilir. Burada Leonardo sultana bir neçə ixtirasını təqdim edir. Bunların sırasında böyük bir körpü layihəsi də var. O vaxt florensiyalılarla türklər arasında gözəl münasibətlər vardı. Da Vinçi sultana yazır: «Eşitmişəm, İstambulla Qalatanı birləşdirən körpü tikdirmək istəyirsən, amma bacarıqlı usta tapmırsan». Da Vinçi altından yelkənli gəmilərin rahatlıqla keçəcəyi böyük bir körpünün layihəsini yaratmışdı. Leonardo körpünün ölçülərini qeyd kitabçasında belə verib: eni 40 dirsək, sudan hündürlüyü 70 dirsək, uzunluğu 600 dirsək – bunun 400-ü su üzərindən, iki yüzü quruda. Körpünün cızmaqarası da var. O vaxt bir Florensiya dirsəyi 0,586 metr olub. Beləliklə, körpünün ölçüləri belə olmalı idi: eni 23,75 metr, sudan hündürlüyü 40,852 metr, uzunluğu 350 metr. Bu layihə o vaxt həyata keçməyib. Amma beş yüz il sonra — cəmi bir neçə il bundan əvvəl Norveçdə bu layihə ilə möhtəşəm bir körpü tikilib. Körpünün təşəbbüskarı olan Vebyürn Sand yazır ki, öz gözəllliyinə görə da Vinçinin layihəsi çox cazibədardır. Onun yanında 20-ci əsrin yetmişinci illərinin layihələri köhnə dəbli görünür. İxtiraçı da Vinçi Da Vinçinin maraq dairəsi universal idi. Buraya rəssamlıq, heykəltəraşlıq, arixitektura, pirotexnika, hərbi və mülki mühəndislik, riyazi və təbii elmlər, tibb və musiqi daxil idi. Quşların necə uçmasını araşdıran Leonardo hətta uçmaq qərarına gəlmişdi. Bunun üçün qanadlar da düzəltmişdi. Uçuş Qu dağı adlanan yerdə baş tutmalı idi. Yəqin, Qərb Renessansının dahisi ondan hardasa beş yüz ilə əvvəl – düz 1000-ci ildə Nişapurda məscidin günbəzinə çıxıb düzəltdiyi cihazla quş kimi uçmağa cəhd edən və yıxılıb ölən dilşünas və ixtiraçı əl-Cövhəri haqqında eşidibmiş… Yeri gəlmişkən, 15-ci əsrdə anonim fransız rəssamının çəkdiyi bir rəsmdə İsa peyğəmbərin çağa vaxtı fırfıra ilə oynaması təsvir olunur. Oyuncağın oxuna propellerə bənzər nəsə bərkidilib. Görünür, o vaxt belə oyuncaqlar var imiş.. Da Vinçinin maraqlı ixtiralarından biri otuz altı lüləli topdur. Üç yarusda yerləşən lülələrdən biri atanda o biri soyumalı, üçüncü cərgə isə doldurulmalı idi. Bu, avtomatik silahların və raket qurğularının sələfi idi. Bundan başqa o, vertolyotun, sualtı qayığın, skafandrın, deltaplanın, hətta velosipedin çertyojunu çəkib. Leonardo Fransada Leonardo ömrünün qürub çağlarını Fransada keçirib. 1516-cı ildə böyük rəssam kral 1-ci Fransisk tərəfindən Fransaya dəvət olunur. Ona kralın baş rəssamı, arxitektoru və mexaniki vəzifəsi təklif olunur. Şahidlərin dediklərinə əsəasən, o, sarayda müşavir və məsləhətçi kimi fəaliyyət göstərir. İxtiralarını yenə davam etdirirmiş. Rəvayətə görə, sarayda olanda Leonardo yayla hərəkət edən mexaniki şir düzəldibmiş. Bir dəfə msiteriya zamanı şir krala doğru hərəkət edir – sanki üstünə cumacaq. Fransisk əsa ilə şiri vuranda onun sinəsi açılır və oradan kralın ayağının altına zanbaq tökülür. Vazari yazır ki, da Vinçi xəstə olanda kral onu yoluxurmuş. Bir dəfə o bayılır və Fransisik onu qaldırıb başını dizinin üstünə qoyur. Elə həmin anda da böyük rəssam canını tapşırır. Bu, 2 may 1519-cu ildə Fransanın Turen şəhərindəki Klu qəsrində baş verib. Aforizmləri *Elm sərkərdə, təcrübə əsgərdir. *Dəmir istifadə olunmayanda paslanır. Su duranda iylənir, soyuqda donur. İnsan ağlı da istifadə olunmayanda vərəmləyir. *Orda ki rəssamın əlini ruh idarə etmir, orda sənət olmur. Orda ki fikir əllə birgə işləmir, orada rəssam yoxdur. Müəllif: Vasif Sadıqlı, «Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri, tanınmış jurnalist Mənbə: “Bizim Yol” qəzetində çıxmış “Korifeylərin portreti” layihəsi çərçivəsindəki yazı
['Leonardo da Vinçi']
6,035
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/4141/%C3%A7arli-%C3%A7aplin-komediyan%C4%B1n-sehrbaz%C4%B1.html
Çarli Çaplin - komediyanın sehrbazı
MASON
Böyük insanlar,şəxsiyyətlər
4 mart 2011, 23:46
«Həmin gecə mən Nyu-Yorkun küçələrində avaralanırdım – Çarli Çaplin öz memuarında yazır, — mağazaların vitrinlərini gözdən keçirir, məqsədsiz-filansız tinlərdə dayanırdım. Nə baş verirdi? Mən şöhrətin zirvəsindəydim. Bax, indi mən — yaxşı geyinmiş cavan oğlan hara gedəcəyimi bilmirəm. Hamı məni tanıyır, amma mən heç kimi tanımıram. Nədənsə özümə çox yazığım gəldi». Bu, Çaplinin Los-Ancelesdən «Esseney» firmasıyla kontrakt bağlayıb qayıtdığı gündü. Orda olarkən o, bilmirdi ki, filmləri Nyu-Yorkda görünməz dərəcədə məşhurdur. Arzuları çin olurdu. «Myuçel»lə bağladığı üçüncü — 670 min dollarlıq kontraktdan sonra kasıblıq və təhqirlərdən canını birdəfəlik qurtarmış olacaqdı. Artist oğlu, artist! Çarlinin uşaqlığı o dövrdə hamınınkı kimi kasıb, ac, qəddar və tənha uşaqlıq idi. Elə bil gələcək filmləriyçün material toplayırdı. Ucuzvari varyetenin aktrisası olan anası səsini tez itirdiyindən teatrı atıb tikiş tikməklə qəpik-quruş qazanırdı. Aktyor olan atası onları atanda Çarli bir yaşındaydı. Uşaqlarını saxlaya bidməyən ana onları yetimxanaya verib özü küçələrdə sülənməklə dolanmağa başladı. Atasının ölümündən sonra məktəbi də atan Çarli işləməyə başlayır. Bu vaxt anası artıq psixiatrik xəstəxanada yerləşdilirmişdi. Çarli qəzet satır, oyuncaq yapışdırır, mətbəədə işləyir, hətta həkimin qəbul otağında da çalışırdı. Hələ uşaqkən anasının çıxışlarını izləyən Çarli oxuyub oynamaq öyrənmişdi. Anasını səsi batan gün balaca Çarli ilk dəfə səhnəyə atılıb gülməli mahnı oxumaqla vəziyyəti xilas edə bilmişdi. Nəhayət o, ürəklənib teatr agentliyinə balaca oğlançün iş soraqlaşmağa gedir. Artıq 12 yaşında onun ilk teatr rolu vardı. Əlahəzrət Uşaq... Amerikaya gələn kimi Çarli bu ölkəyə valeh olur. «Kistoun» firması ona həftədə 150 dollar verməyi təklif etdiyi dövrdə o, donuz saxlamağı arzulayırdı. Onun məşhurluğu artırdı, amma rejissorlar Çarlinin sonsuz məsləhətlərindən bezərdi. Ona görə də uğuruna arxayın olan Çaplin öz ssenrisi üzrə filmləri özü çəkməyi qərara alır. Elə həmin tempdə, yəni ayda bir ikihissəli film çəkilirdi. 27 yaşlı gənc üçün gözlənilən milyonçuluq yuxuda sayıqlama kimi gəlirdi. İndi onun katibi, qulluqçusu, avtomobili və sürücüsü də vardı. Ola bilər ki, Çaplinin filmlərini görməyənlər var. Onları görüb bəyənməyənlər də tapılar. Amma Çarli Çaplin adını heç olmasa qulağının ucuyla eşitməyən çətin ki, olsun. Onlar eşidər ki, bu nəsə böyük və qeyri-adi bir şeydi. Onun filmləri dünyanın səkkizinci mögüzəsi də sayıla bilər. Eynşteyn onu Əlahəzrət Uşaq adlandırırdı. Bu uşaq böyümür və böyümək də istəmirdi. Balaca, taqətsiz, daim ev, sakitlik axtarışında olan avara Çarliyə böyük şəhərlər tabe olub baş əyirdi. Şlyapa, iri çəkmə və əl ağacı... Çaplin enli şalvar və dar pencəyini geyib, böyük ayaqqabılarını ayağına, şlyapasını başına çəkib əlinə ağacını alır. Çox gəncdi və yaşından cavan görünür. Ona görə bığ yapışdırmağa məcburbu. Öz qəhrəmanı haqqında dediklrindən: «O, həm avara, həm centlmen, həm şair, həm də macəra axtarandır. Arzulayır ki, ona inansınlar, guya alimmiş, musiqiçiymiş, yaxud hersoqmuş. Yerdən siqaret qırığı götürə, uşağın əlindən konfetini ala bilər» Çarli deyir ki, onu tanıtdıran kostyumu ilk dəfə 1914-cü ildə kəşf edib: balaca şlyapa və böyük ayaqqabı, enli şalvar və çox dar pencək kimi uyuşmayan detallar. Böyük qəmli gözlərsə kiçik bığlarıyla kontrastda olmalıydı. Qəribə yerişi isə bir qədər sonra tapılıb. Zəif, sadəlöhv, köməksiz olan balaca adam hərdən özünü də yıxır, amma zəifləri müdaifiə eləməyə, polisə, güclülərə qarşı çıxmağa özündə güc tapa bilir. «Bütün filmlərimin əsasında belə üslub durur: mən mütləq nəsə bir işə düşür, amma tam ciddi sifət alıram ki, guya bu, heç nəyi dəyişmir, əlimdəki ağacı buraxmıram və əyilmiş papağımı düzəldib beş dəqiqə əvvəl baş-ayaq olsam da, özümü o yerə qoymuram». Çaplinin bişmiş ayaqqabıları acgözlüklə yeməsi səhnəsini xatırlayaq. İpləri spagetti kimi çəngələ dolayır, ayaqqabının altını bifşteks kimi kəsərək tələsmədən çeynəyir, mıxları çəyirdək kimi sümürüb tüpürür. Mimik sənətin daha bir şedevri: sevdiyi qızı cəlb eləməkçün çəngələ batırılmış iki bulkanın rəqsi. Teodor Xaffın dediklərindən: «Arxası kameraya tərəf olanda belə o, çiyinləriylə bəzi aktyorların gözləriylə deyə biləcəyindən artıq söyləyə bilirdi». «Mən sekslə darıxanda məşğul oluram» Ən böyük faciəsi o idi ki, daim kiçik, azyaşlı qızlara meyl eləyirdi. «Mən sekslə darıxanda məşğul oluram» deyən Çaplin nəticədə 4 evlilk, 11 uşaq və bir hərəmxana məşuqələr qazanır. Filmə dəvət elədiyi aktrisaların demək olar ki, hamısına vurulub. İlk sənət dostlarından olan Edna Pervins isə o qədər utancaq və sadə idi ki, təşəbbüsü əlinə ala bilmirdi. Çarliyə kənardan bir qədər artıq diqqət göstərilsəydi Edna qısqanclıqdan özünü xəstəliyə vurar və sevgilisini bütün axşamı onun yatağının qarşısında keçirməyə məcbur edərdi. Tezliklə 16 yaşlı balerina Mildred Xarris Ednanın yerini tutdu. Az yaşına baxmayaraq, bu qızın zəngin və məşhur rejissora ərə getmək məqsədi vardı. Məqsədinə çatmaqçün o, hamıya məlum üsulla, yəni hamilə qalmaqla kişini ilişdirə bildi. Kaliforniyada azyaşlıları yoldan çıxarana 30 illik həbs cəzası var. Hamiləlik yalançı olsa da, düz bir ildən sonra Mildrid aktyora bir uşaq hədiyyə edə bilir. Üçgünlük uşaqları tələf olanda onlar bir-birinə son dərəcə nifrət edirdi. Boşanma ərizəsini Mildred özü yazmalı olur. Jurnalistlərin çalışqanlığı nəticəsində bu boşanma aktyora çox baha başa gəldi. Hətta üzərində bir il çalışdığı «Balaca» filminin konfiskasiyası barədə də söhbətlər gəzirdi. Bunu eşidən Çaplin plyonkanı götürüb ölkədən qaçmağa da qərar vermişdi. Lita Qreyə rast gələndə qızın 6 yaşı vardı. Neçə illər ərzində Çarli onu gözdən buraxmamışdı. «Balaca» filmində mələk rolunun ifaçısı 12 yaşlı Lita Qreyə atalıq eləməyi ona gətirib çıxarır ki, 15 yaşında bu qız hamilə qalaraq eynilə həmin ssenariylə Çarlini ərə gedə bilir. Onları qarabaqara izləyən mətbuatı azdırıb Meksikada evlənirlər. Bal ayı, deyəsən, çox gərgin keçibmiş. Çünki evə qayıdanda Çaplin yeni qohumlarını «pul iyinə toplaşmış əclaflar» adlandıraraq hamilə qadını elə vəziyyətə salır ki, o, özünü platformadan atmaqçün addım da atır. Çarli arxadan yaxınlaşıb ona «Niyə dayandın?» sualını verir… İki ildən sonra onların iki uşağı və bir torba problemləri vardı. Ayrılmağa ilk addımı atan Litanın 42 səhifəlik boşanma ərizəsində nələr yoxdu? Bu ərizənin surətini küçədə 25 sentə almaq olardı. Burda Lita Çaplinlə intim həyatlarının bəzi məqamlarını açıqlayırdı. İki ildə onun 5 məşuqəsi olubmuş. Dəfələrdə tapança ilə arvadını hədələyirmiş. Bir neçə dəfə Çaplin ona qrupenseks, hətta auditoriya qarşısında sekslə məşğul olmaq təklifləri də eləyibmiş… Boşanmadan sonra Çaplin əsəb xəstəxanasına düşür. Klinikadan çıxanda başında bir dənə də qara tük yoxuydu. Çaplinin bioqrafı Coy Milton yazırdı ki, Çarli və Lita Qrey arasındakı münasibətlər Nabokovun «Lolita» romanının əsasını təşkil edib. Aktyor azadlığı üçün bir milyon 125 min dollar aliment, bir milyonluq məhkəmə xərci, üstəlik dünyanın ən qalmaqallı məqalələriyçün çoxlu material verməli oldu. 1943-cü ildə filmə yeni qəhrəman axtaran Çaplinə məşhur dramaturqun qızı Una O’Nili təklif edirlər. Şorgöz aktyor bioqrafiyasında yazır ki, «onun 17 yaşı olduğunu eşidəndə ürəyim düşdü». Axı, onların 36 yaş fərqləri vardı. Bu dəfə evlənmək qərarı verməkçün ona cəmi bir neçə həftə lazım gəldi. Amerika Çaplinə pedofil və kommunist deyirdi İkinci Dünya müharibəsi zamanı Çaplini «Dahi diktator» filmində Hitlerin obrazını parodiya elədiyinə və Hitler Almaniyasına qarşı cəbhənin açılması çağırışıyla çıxış etdiyinə görə kommunist adlandırırdılar. Amerikanın bəzi şəhərlərində onun filmləri hətta qadağan olunmuşdu. 1952-ci ildə ABŞ tərk edən və məzuniyyətə getməsini elan edən aktyoru sonra Amerikaya buraxmadılar. Düzdür, həmin Amerika 20 ildən sonra Çaplinə «Oskar» verməkçün xahiş-minnətlə aktyoru oraya gətizdirə bildi. Amerikanın Çaplini sevməməsinə sübut onun Coan Berri ilə məhkəmə prosesində aydınlaşır. Bu qadınla münasibətlərində Çaplin bu dəfə qurban rolundaydı. Çaplinin puluyla alınmış biletlə Los-Ancelesə köçmüş xanım iki ildən sonra bu dəfə hamilə qayıdaraq uşağın Çaplindən olduğunu sübut etmək məqsədilə məhkəməyə verir. Uşaq doğulanda Çaplin artıq evliydi. Qan analizi təsdiq elədi ki, bu uşağın Çaplinə heç bir dəxli yoxdu. Amma Çaplini «əxlaqsız» adlandıran cəmiyyətin rəyinə görə aliment vermək cəzası kəsilir. Bu qərardan anlaşılırdı ki, Hollivud heç vaxt Çaplini sevməyib. Patriotizmi «ən böyük axmaqlıq» adlandıran Çaplinin Amerika vətəndaşlığını qəbul etməməsi Hollivuddakıları qəzəbləndirirdi. Hitleri ifşa edən «Dahi diktator» filmi ürərində işləyəndə onu xəbərdar eləmişdilər ki, başı ağrıya bilər. Burada Çaplin iki rol oynamışdı: yəhudi bərbər və qlobusu əlində çək-çevir eləyən faşist diktator. «Diktatorun» ekrana çıxışından sonra mətbuat yazırdı ki, «Çaplin kommunist barmağını gözümüzə soxmağa çalışır». Çaplinə qarşı mitinqlərdəki plakatlardan: «Çaplin qırmızıların quyruğudur», «Çaplin, çoxdandır qonaqsan ha», «Çaplin nankordur», «Çaplini Rusiyaya göndərmək lazımdı». İkinci dünya müharibəsi illərində Çaplin Rusiyaya kömək məqsədilə mitinqlərdə iştirak edirmiş. Nitqinin «yoldaşlar» müraciətiylə başlaması onu amerikalıların gözündə kommunistə çevirdi. Milyonçu və çox məşhur 54 yaşlı Çaplin 17 yaşlı arvadıyla Avropaya köçməli olur. Gəmidə artıq iki gün üzəndən sonra eşitdi ki, geri qayıtmaq üçün yenə də istintaqdan keçməli və mənəvi pozğunluğa görə cavab verməlidi. Onda Çaplin geri qayıtmamaq qərarına gəlir. Bir neçə ildən sonra o da Amerika vətəndaşlığından imtina edəcəkdi. Əlbəttə ki, Çaplinin bütün varidatını oradan çıxarandan sonra. Dahi komikin qocalığı sadə və xoşxasiyyət qadınla tam harmoniya şəraitində keçib. Onların 8 uşağı — 3 oğlan və 5 qızı olur. Gümüş toylarına cəmi bir il qalmış sonuncu övladını görəndə Çaplinin 90-a yaxın yaşı vardı. 1971-ci ildə Kann festivalında xüsusi mükafat alır, «Şərəf legionu» ordeninə layiq görülür, Venesiyada beynəlxalq festivaldan «Qızıl şir»i evinə gətirir. 1972-ci ildə Amerika kinoakademiyası ona «Oskar» mükafatı verir. 1974-cü ildə «Mənim həyatım kinoda» kitabının təqdimatı olur. Həmin ildə kraliçə Çaplinə cəngavər rütbəsi verəndə mərasim Çaplinin triumfuna çevrilmişdi. Bu da balaca adamın milyonçu və məşhura çevrilməsi əhvalatı... Maraqlı faktlar: * Çaplinin gözləri maviydi. * Çaplin solaxay olub, hətta skripkanı da sol əliylə çalırmış. * Filmlərindən 10,5 milyon dollar qazanıb. * Çaplin «Oxşarlar müsabiqəsi»ndə gizli iştirak edib. Ona Çarli Çaplinə oxşadığına görə üçüncü yer veriblər. Müəllif: Gülnarə Rəfiq [email protected] Mənbə: Bizim Yol qəzeti
['Çarli Çaplin', 'Charles Chaplin', 'aktyor', 'carli caplin haqqinda']
6,036
https://kayzen.az/blog/gender/4137/cinsiyy%C9%99t-m%C3%BCbahis%C9%99si.html
Cinsiyyət Mübahisəsi
Xrizoberil
Gender-Cinslərin fəlsəfəsi
4 mart 2011, 22:14
Qadınlar deyir ki: Kompüter erkəkdir. Çünki kompüterlər əslində problemləri həll etmək üçün yaradılmalarına baxmayaraq ömürlərinin dörddə üçünü problem yaradaraq keçirirlər. Daha da əhəmiyyətlisi bunlardan bir dənə aldığınız an, bir az daha səbr etmiş olsaydınız çox daha inkişaf etmiş bir modelinə sahib ola biləcəyinizi görüb peşman olarsınız. Kişilər deyir ki: Kompüter dişidir. Çünki onun məntiqini Yaradıcısından başqa heç kimin anlaması mümkün deyil. Etdiyiniz ən kiçik səhvi belə yaddaşına yazıb təkrar- təkrar önünüzə qoyar. Və bir kompüter aldıqdan qısa bir müddət sonra fərqinə vararsınız ki, əsl pulu ona lazım olan aksesuarlar üçün xərcləmək məcburiyyətindəsiniz.
['Cinsiyyət Mübahisəsi']
6,037
https://kayzen.az/blog/letife/4135/m%C9%99z%C9%99li-hekay%C9%99l%C9%99r.html
Məzəli hekayələr
Xrizoberil
Lətifələr
4 mart 2011, 21:41
Qadınlar ağıllıdırQadının biri bir gün meşədə gəzərkən tələyə düşmüş bir qurbağa görər. Qurbağa ona, "Məni bu tələdən qurtarsan, sənə 3 dilək haqqı verəcəyəm". deyir.Qadın onu xilas edir və qurbağa da:- "Təşəkkür edirəm, amma sənə diləklərinlə əlaqədar bir şərti söyləməyi unutdum. Nə diləsən, diləyinin 10 qat yaxşısına və çoxuna ərin də sahib olacaq!" Qadın: "Yaxşı" deyir. İlk dilək olaraq; - "Dünyanın ən gözəl qadını olmaq istəyirəm." deyir. Qurbağa onu xəbərdar edərək:- "Bu dilək, sənin ərini də dünyanın ən yaraşıqlı adamı edəcək və qadınlar onun başına yığışacaq." - deyirQadın: - "Bu əhəmiyyətli deyil, çünki mən ən gözəl qadın olacağım üçün, onun gözü məndən başqasını görməyəcək".Və ilk dilək reallaşır. Qadın dünyadakı ən gözəl qadın olur.İkinci dilək olaraq;- "Dünyadakı ən zəngin qadın olmaq istəyirəm." deyir Qurbağada yenə xəbərdar edərək:- "Bu ərini dünyadakı ən zəngin adam edəcək, səndən də 10 qat zəngin olacaq" deyir. Qadın: "Bu da əhəmiyyətli deyil, çünki mənim olan onun, onun olan da mənimdir" deyir.Dilək reallaşmış və dünyanın ən zəngin qadını olmuş.Qurbağa, qadına üçüncü diləyini soruşduğunda, qadın son diləyini söyləmiş:- "Yüngül bir infarkt ke çirmək istəyirəm" deyir... Bu hekayədən çıxarılacaq dərs: Qadınlar ağıllıdır. Onlara dəyib dolaşmayın!))))Futbol məsələsiAdam oyuna getmiş. Aldığı bilet tribunanın ən uzaq küncündə imiş. Yerinə oturmuş birinci hissəni güc bəla seyr etmiş.O vaxt ön tərəfdə tam ortada bir yerin boş olduğunu görmüş. Fasilə zamanı sıralar arasından keçib o boş yerə çatmış. Yan adamdan soruşmuş:- "Bura boşmudur?" - "Boş, - deyir adam..."- "Necə olur bu dolu stadda boş yer qalmışdır..."- "Ora mənim yoldaşımın yeridir, demiş adam, aylar əvvəl bu oyun üçün almışdıq. Amma yoldaşım vəfat etdi..."- "Çox kədərləndim, deyə cavab verər adam, amma dost və qohumlarınızdan birinə niyə vermədiniz bileti?"- "Onların hamısı bu anda cənazədədir, deyə- cavab verər adam...Görən kimsə olmadı Avtomobilini park edib restorana girən adam, çıxdığında avtomobilini tamamilə əzilmiş bir halda görür. Şüşə siləcəyinin altında bir kağız vardır. Kağızı açdığında, bu sətirlərlə qarşılaşar : - Ön çarxla geri çarxı səhv salıb avtomobilinizə sərt bir şəkildə dəydim. Avtomobilinizdə gördüyünüz kimi çox böyük ziyan var. Hadisəni görən kəslər də bu an, mən bu sətirləri yazarkən ətrafıma toplanmışdılar və bu kağıza adımı və ünvanımı yazdığımı düşünürlər. - "Nə halın varsa gör, o qədər avam deyiləm!"Həbs cəzasıQadın, gecə yarısı yanından itən ərini tapmaq üçün qalxar.Evdə tənhalıq içində, aşağıdan bir səs eşidər. Aşağı enər və təkrar dinləməyə başlar, amma ərini tapa bilməz. Bir az daha axtarmaq üçün aşağı anbara enər, orada ərini dizləri üstünə çökmüş, divara dönmüş ağladığını görər... Və maraqla soruşar: - "Əzizim, nəyin var, nə oldu ?" Əri: - "Xatırlayırsanmı, Atan bizi birlikdə tutduğunda bir sual soruşmuşdu, ya evlənərsən ya da 20 il həbs çəkərsən."... Qadın çaşaraq: - "Həəə, nə oldu?" Adam: - "Bu gün, həbsdən çıxmış olacaqdımmm"Səhv nömrəTelefon çalar:- "Alo buyurun" - "Üzr istəyirəm deyəsən səhv nömrəni yığmışam" - "Diqqət etdə geri zəkalı" - "Geri zəkalı sənsən, üstünə birdə bit beyinlisən" - "Nə? sən kiminlə danışdığını bilirsənmi?.." - "Xeyr" - "Mən ...POLİS Müdiriyəm" (Bir az sesizlikten sonra) - "Sən kiminlə danışdığını bilirsənm?i" - "Xeyr" - "Ohhh, çox şükür"
['məzəli əhvalatlar']
6,038
https://kayzen.az/blog/roma-tarixi/4124/q%C9%99dim-roma-m%C9%99d%C9%99niyy%C9%99ti.html
Qədim Roma mədəniyyəti
kulturoloq
qədim Roma
4 mart 2011, 21:15
Roma Qədim Yunanıstandan sonra antik dünyanın ən böyük quldar dövləti olmuşdur. E.ə. I əsrdə Balkan yarımadası və Kiçik Asiya ölkələri Roma imperiyasının tabeliyində olduğuna görə Roma mədəniyyətində yunan mədəniyyətinin güclü təsiri müşahidə olunur. E.ə. 88-ci ildə diktator Sulla Apellikonun kitabxanasının Afinadan Romaya köçürülməsi nəticəsində Aristotelin əsərləri aşkar olundu və getdikcə onun fəlsəfı baxışları sönməz bir maraq obyektinə çevrildi. Bir çox elm sahələri tədqiqata cəlb olundu.Göy cismlərini planlı şəkildə müşahidə edən isgəndəriyyəli Menelay həm də sferik həndəsə və triqonometriyaya aid əsərlər yazdı. Onun həmyerlisi Heron isə (e.ə. 1-ci əsr) tətbiqi mexanikaya, həndəsi optikaya aid əsərlər yaratdı. Heronun elmi-nəzəri fikirləri Ptolemeyin yaradıcılığında daha da inkişaf etdirildi. Ptolemey özünün məşhur “Almagest” əsərində dünyanın geosentrik sisteminə dair geniş izahat verdi.III-II əsrlərdə yunan ədəbiyyatının təsiri altında Roma ədəbiyyatı meydana çıxmağa başlayır. IV-III əsrlərdə Roma yazılı ədəbiyyatının əsasını Anni Klavdi qoymuşdur.Romanın ilk yazarları azad edilmiş qullar olmuşdur. Qul Livi Andronik “Odisseya” ilə bərabər digər yunan faciə və komediyalarını da latın dilinə çevirmişdir.Milli eposun banilərindən sayılan Kvint Enni yunan ədiblərinin əsərlərini latın dilinə çevirir və bu əsərlər əsasında latınca əsərlər yaradırdı. O, “İlliada” və “Odisseya”nı təqlid edərək “Salnamə” adlı böyük həcmli bir mənzumə yazmışdı. Bu mənzumədə əfsanəvi dövrlərdən eradan əvvəl II əsrə qədər olan Roma tarixindən bəhs olunur.Onu da qeyd etmək lazımdır ki, Romada böyük şöhrət qazanan komediya janrında da mövzu və ideya cəhətdən yunan komediyaları təqlid edilirdi.Romada ilk faciə müəllifləri Pakuvi və Aktsi, ilk komedislər isə Plavt və Terensi idilər. Plavt yunan komediyalarını Roma şəraitinə uyğun dəyişdirir, öz zəmanəsinin adət və əxlaqında müşayiət olunan gerilik və eybəcərlikləri gülüş obyektinə çevirirdi. O, öz əsərlərini canlı xalq dilində yazmışdı. Klassik dövr Roma ədəbiyyatının ən görkəmli nümayəndələri M.P.Vergili, Horatsi və Ovidi olmuşdur. Bu dövrdə Roma ədəbiyyatının şöhrəti yalnız Roma imperiyasında deyil, bütün İtaliyada geniş yayılmışdı.Maron Publi Vergili (e.ə. 70. Mantuya - e.ə. 19) yaradıcılığa şerlə başlamışdır. Bukolik şerlər məcmuəsinə (yunanca bykolos – çoban mənasındadır. Bukolik poeziya antik janrdır. Bu janr yeni Avropa ədəbiyyatında da inkişaf etmişdi. Burada kənd həyatı, təbiət cizgiləri, çoban həyatı idealizə edilərək, şəhər mədəniyyətinə qarşı qoyulur. Həmin janrın banisi Feokritdir.E.ə. IV əsrin sonu III əsrin I yarısında yaşamış bu yunan şairinin 90-a yaxın şeri bizə gəlib çatmışdır.) daxil edilmiş “Çoban nəğmələri”, “Georgiklər” (“Əkinçilər haqqında poema” e.ə. 36-29) əsərlərində çoban həyatı, təbiət gözəllikləri və sadə kəndli əməyi tərənnüm olunur. Vergiliyə dünya şöhrəti qazandıran Homerin “İliada”sının təsiri ilə yazdığı “Eneida” poeması olmuşdur.İmperator Avqustun əfsanəvi əcdadı hesab olunan troyalı Eneyin səyahət və müharibələrindən danışılan bu əsərdə Romanın aktual siyasi problemləri öz əksini tapmışdır. dövründə Roma ədəbiyyatı ən yüksək inkişaf mərhələsinə çatdı. Bu dövr Roma ədəbiyyatının “qızıl dövrü” adlandırılır. Lakin imperiya dövrü Roma ədəbiyyatının gələcək inkişafı üçün həm əsas olmadı, həm də onun tənəzzülünə səbəb oldu. Belə ki, imperator Avqustun Ovidini sürgün etdirməsi bu prosesi daha da sürətləndirdi. Klassik dövrdən sonrakı Roma ədəbiyyatı üç mərhələyə ayrılır:l. Eramızdan əvvəl I əsrin I yarısı və ortaları;2. Eramızın I əsrinin sonu, II əsrinin əvvəli;3. Eramızın II əsri və III əsrinin əvvəli.Eramızın IV-V əsrlərində xristian ədəbiyyatı geniş yayılır. VI əsrin sonlarında isə Roma ədəbiyyatı zəifləyir və tarixin keçmiş səhifəsinə çevrilir.Roma musiqisi ellinizm mədəniyyətinin təsiri altında inkişaf edərək, məişətə əsaslanan musiqili poetik janrlar (toy, yas, ziyafət və s.) yaranırdı.İmperiya dövründə musiqi mədəniyyəti xüsusilə rəngarəng olmuşdur. Roma musiqi aləmində yunan kifaraçıları, İsgəndəriyyə müğənniləri, Əndəlis rəqqasələri fəaliyyət göstərmişlər. Eramızın I əsrinin sonunda imperator Domisian “Kapitoli yarışları”nın əsasını qoymuşdur. Burada həm şairlər, həm də musiqi xadimləri təmsil olunmuşlar. Bu dövrdə müğənni Tigelli, aktyormüğənni Apelli, kifaraçı Kritli Mesomed və s. şöhrət qazanmışdır.Roma incəsənəti Antik bədii mədəniyyətin inkişafında sonuncu mərhələdir. (E.ə. VIII-IV əsrlərdə, yəni qədim Roma bədii mədəniyyətinin formalaşdığı dövrdə Roma memarlığında etruskların güclü təsiri olmuşdur. Etrusklar e-ə. I minillikdə Apennin yarımadasının şimal-qərbində, indiki Toskanada yaşamış tayfadır. Onlar romalılardan əvvəl zəngin bir mədəniyyət yaratmışlar. E.ə. VII əsrdə Etruskla50 rın yazısının, mədəniyyətlərinin çiçəkləndiyi dövrdə onların dini və dünyəvi ədəbiyyatları olmuşdur. Təxminən 10 min etrusk yazılı abidəsi elmə məlumdur.) E.ə. II əsr, I əsrin I yarısında qədim Roma tikililərinin əsas tipləri, yəni bazilika, term, tağlı körpülər, su kəmərləri və s. yaradılmış və getdikcə təkmilləşdirilmişdir. E.ə. III-I əsrlərdə təsviri sənətdə portret-heykəllər və büstlər əsas yer tutmuşdur.Memarlığın əsas müvəffəqiyyəti imperiyanın yüksəlişi dövrünə, yəni e.ə. I əsrin 20-ci illəri və eramızm II əsrinə təsadüf edir. Memarlıqdan imperatoru şöhrətləndirmək və imperiyanın qüdrətini təbliğ məqsədilə daha geniş istifadə etmişlər. I əsrin ortalarında möhtəşəm memarlıq kompozisiyaları yaradılmışdır. Roma şəhərində “Qızıl ev” adlandırılan Neron sarayı, Flavilər sarayı, Flavilər dövründə Kolizey, Adrianın zamanında Panteon abidələri gözəl memarlıq nümunələridir.Son dövr Roma incəsənətində yaradılmış bədii formalar orta əsr Avropa bədii mədəniyyətinin təməli sayılır.
['qədim Roma', 'romalılar.']
6,039
https://kayzen.az/blog/kulturologiya/4117/q%C9%99dim-hindistan-m%C9%99d%C9%99niyy%C9%99ti.html
Qədim Hindistan mədəniyyəti
kulturoloq
Kulturologiya (mədəniyyətşünaslıq)
4 mart 2011, 21:03
Dünyanın ən qədim ölkələrindən biri olan Hindistan ən qədim sivilizasiyaların önündə gedərək zəngin tarixi- mədəni irsə malikdir. Qədim sivilizasiya ərzində əldə etdiyi zəngin mədəni irs ərəb və iran xalqlarına, sonra isə Avropaya əhəmiyyətli şəkildə təsir göstərib.Qədim hind alimlərinin dünya elmində çox böyük bəşəri əhəmiyyət kəsb edən kəşf və nailiyyətləri olmuşdur. "Sıfır" anlayışı və 10-luq say sisteminin müəllifi hesab olunan hind alimləri çox da böyük olmayan xətalarla Yerin Ay və Günəşlə olan məsafəsini, Yerin radiusunu və digər astronomik, elmi kəşflər etmişlər.Artıq hind sivilizasiyası dövründə (b.e.ə. III minillikdə) onlar şəhərlərin planlaşdırılması, monumental tikililərin qurulmasında uğurlar əldə etmiş, uzunluq ölçüsü və çəki sistemindən istifadə etmişlər .Hindistanda dünyanın bütün dinləri – induizm, islam, xristianlıq, buddizm, zərdüştlük mövcud olmuşdur. Lakin Qədim Hindistanın «öz» dinləri də mövcud olmuşdu ki, bunlara çaynizm və sikhizm aiddir. Bunlar hind mədəniyyətinin rəngarəngliyinə ciddi təsir göstərmişdi.Qədim Hindistan mədəniyyəti ( b.e.ə. IV minilliyin ortaları- b.e.-nın VI əsri) dünyanın ən ünikal və nəhəng sənət məbədlərindən biri hesab edilir. Qədim Hindistan tarixi yazılı və arxeoloji mənbələr əsasında öyrənilir. Bu dövrün tarixini əks etdirən yazılı mənbələr çox məhduddur.Bu qədim ölkə və dövlətin tarixini öyrədən mənbələr Hindistanın həmin tarixi ərzində mədəniyyətinin bir neçə səviyyədə olmasını göstərir. Məsələn, qədim Hindistanda Harappa mədəniyyəti kimi böyük bir mədəni sivlizasiyanın olduğu sübuta yetirilir.XX əsrin 20-ci illərində ingilis alimlərinin arxeoloji tapıntıları Harappa rayonunda e.ə. IV minillik və II minilliyin ortalarına təsadüf edən mədəniyyəti, Mohenco- Daro və s. aşkar etmişlər. Şəhər tipli tapıntılar ibtidai sivilizasiya tarixinin b.e.ə. III-II minilliyə aid olduğunu göstərir. Çoxsaylı arxeoloji tapıntılar Harappa mədəniyyətinin b.e.ə. III-II minilliyin ortalarına aid olduğunu sübut edir. B.e.ə. II minilliyin I yarısında Harappa mədəniyyətinin tədricən süqutu özünü göstərir və minilliyin ortalarında bu tamamilə itir.Din, fəlsəfə, dünyanı dərketmə və öyrənmə sahəsi üzrə aparıcı istiqamətlərdən birini mənəvi mədəniyyət abidələri təşkil edirdi. Vedalar deyilən (hərfi mənası - bilik) mənbələrdə dini təsəvvür və görüşlər öz əksini tapmışdır. Vedalar b.e.ə. II minilliyin sonu - I minilliyin əvvəlinə aid edilir. Bunlar san-skritlə yazılmış hərbi, hakimiyyət uğrunda mübarizə, yaradıcı əmək mövzularına həsr edilmişdir. «Müqəddəs bilik» sistemi kimi Vedalar induizmin əsas müqəddəs kitabı hesab edilməklə Qədim hind mədəniyyətinə yeni bir cığır - veda mədəniyyəti kimi daxil olmuşdur. Onun əsasını 4 toplu təşkil edir: Riq-Veda (himnlər kitabı), Sama-Veda (ritual və mahnı toplusu), Yadcur-Veda (qurbanvermə zamanı dua formulları), Atharva-Veda (mahnı və nəğmə, qarğışlar).Qədim hind-veda mədəniyyətində epik poemalar – «Mahabharata» («Bharat nəslinin böyük müharibəsi») və «Ramayana» («Ramanın qəhrəmanlıqları haqqında hekayələr») mühüm yer tutur.Hindlilərin ən qədim ibtidai dini adətlərindən birini pirlərdə qurbanvermə mərasimləri təşkil edir. Qədim hind mədəniyyətində Mahadha-Mauri dövrünün də çox böyük mədəni əhəmiyyəti olmuşdur. Bu dövr b.e.ə. IV-II əsrləri əks etdirən tarixdir ki, bu zaman Qanq çayı ətrafında mövcud olan quldar dövlətlərindən biri Mahadhaya Mauri sülaləsi hakimlik etmiş və böyük mədəni tərəqqisi ilə nəinki Hindistanda, bütün Şərq aləmində tanınmışdır. Bir çox ədəbi və təsviri mənbələr həmin dövrün yüksək memarlıq və təsviri sənətindən xəbər verir. Xüsusilə, dini memarlıqda türbə, monastır, məbədlər özünəməxsus yer tutmuşdur. Təkcə Aşokanın hakimiyyəti dövründə 80 min türbə inşa edilmişdir. Maurilərin ardınca Kuşanlar sülaləsi (b.e-nın I-III əsrləri) qədim Hindistanın tərəqqisini yüksəklərə qaldırdı. Xüsusilə, Kanişkinin hakimiyyəti dövrü (b.e. 78-123) buraya aid edilir. B.e-nın I-III əsrlərində handhar incəsənət məktəbi mühüm yer tutdu. Bu məktəbdə Şimali Hindistan, Orta Asiya, Yunan-Roma məktəbinin ənənələri üstünlük təşkil edirdi. Bu məktəbin özüməxsusluğu Buddanın ideallaşdırılmış gözəl insan obrazında antropomorf təsvirdə verilməsi ilə izah edilir. Kuşan hökmranlığından sonra Quptlar sülaləsinin hakimiyyəti dövrü başladı ki, onun da əsasını rac Çandraqupt (b.e-nın 320-330) qoydu. Bu dövrdə maddi mədəniyyət yüksək inkişaf əldə etdi.Qupt incəsənətinin zənginliyi və əlvanlığını heykəltəraşlıqdakı müxtəliflik, mağara və Açant məbədləririndəki fasad və divarlardakı təsvirlərdən görmək mümkündür. 30-a yaxın mağarada monumental rəngkarlıq nümayiş etdirilmişdir. Bu təsvirlərdə xalq həyatının səhnləri, Budda həyatından müxtəlif süjetlər, rəngarəng bəzəklər, təbiət gözəllikləri üstünlük təşkil edir.Quptların dövründə inkişaf etmiş sahələrdən biri də elm idi Hindistanda dinlərin çoxluğu ölkənin mədəniyyətinə əhəmiyyətli dərəcədə təsir etmişdir. IV-VI əsrlər qədim hind incəsənətinin çiçəklənmə dövrüdür. Acanta mağara məbədləri və monastrlarındakı təsvirlər məhz bu dövrə aid olan rəngkarlıq nümunələridir.B.e.ə. II əsrdən başlayaraq 9 əsr ərzində burada 29 mağara, divar və tavanlardakı müxtəlif rəngarəng təsvirlər göz oxşayırdı. Acanta təkcə budda dininin deyil, həm də elm və incəsənət mərkəzlərindən biri idi. İndi bu şəhər qədim Hindistanın sənət rəmzidir. Buradakı təsvirlər qədim Hindistanın əyani ensiklopediyasıdır.Hind mədəniyyətində özünəməxsus yer tutan musiqi öz mahiyyətinə görə Avropa sənətindən çox uzaqdır. Qədim Hind dini musiqisi heç vaxt nota köçürülməyib. Ona görə də onu ifa edənlərdə heç vaxt bir-birinə bənzərlik olmamışdır. Çünki hər bir ifaçı, həm də improvizasiyaçı idi. Klassik hind musiqisi xalis hind alətlərində ifa olunurdu. Bunlara ilk növbədə vina və sitara, müxtəlif növlü barabanlar aiddir. Vina aləti simli olub, taxta korpusdan ibarətdir.Buddizmin ehkamları xalqa yaxın dillərdə olduğuna görə ədəbiyyat da bu dildə yaradılırdı ki, bu dillərdən biri pali idi. Bu ədəbiyyatın ən məşhur abidələrindən «Tipitaka»da («Üç səbət») buddanın əsas ehkamları, mətnləri öz əksini tapmışdır. Məs., «İntizam qaydaları toplusu» («Vinaya pitaka»), «Öyüd səbəti» («Sutta pitaka»), «Ali müdriklik səbəti» («Abhidhamma pitaka») və s.. «Tipitaka»da erkən buddizmin tədqiqi baxımından çox dəyərli məlumatlar vardır. Paliy ədəbiyyatının digər məşhur nümunəsi Çatakidir. Bu, qədim folkloru əks etdirən sənət nümunəsidir.Ümumədəbi inkişaf prosesinin növbəti mərhələsini klassik sanskrit ədəbiyyatı təşkil edir. Ona kavya ədəbiyyatı da deyilir Hind incəsənətinin qədim sahələrindən biri də teatrdır. Onun nəzəri və praktik xüsusiyyətləri hələ b.e.ə. II əsrdə təşəkkül tapmışdır. Bu teatrı klassik sanskritsk dramına, xalq teatrına və Avropa nümunəli teatr növlərinə bölmək olar. Belə bir mülahizə vardır ki, klassik sanskritsk dramı yunan incəsənəti ilə çox yaxındır. B.e.ə. II əsrə Bharatanın teatr haqqında fundamental əsər olan «Teatr sənəti haqqında traktat» («Natyaşastra»), mərasim, səhnə tamaşaları, mahnıoxuma, musiqili müşayiət və rəqs haqqında, onların bədiiifadə vasitələri haqqında məsələlərə diqqət yetirilir.Beləliklə , Qədim Hindistan mədəniyyəti dünyanın ən zəngin mədəniyyətlərdən olmuşdur, dünya mədəniyyət xəzinəsinə çox böyük töhfələr vermişdir.
['Hindistan tarixi']
6,040
https://kayzen.az/blog/kulturologiya/4116/q%C9%99dim-misir-m%C9%99d%C9%99niyy%C9%99ti.html
Qədim Misir mədəniyyəti
kulturoloq
Kulturologiya (mədəniyyətşünaslıq)
4 mart 2011, 21:02
Qədim Misir mədəniyyəti təşəkkül tapmış ən ilkin mədəniyyət mərkəzlərindəndir. Misirin dövlət kimi formalaşması b.e.ə. IV minillikdə başlamışdır. Artıq yeni minilliyin əvvəllərində Nil çayının şimal və cənubunda 40-dan artıq şəhər yaranmağa başlayır. Minilliyin II yarısında iki iri dövlət birliyi: mərkəzi Buto olan Şimali (Aşağı) şahlıq və Cənubi (Yuxarı) şahlıq mövcud olur.Bir çox əsrlər ərzində Misir dövlətində insanlar müxtəlif allahlara sitayiş etmiş və dini ayinlər icra etmişdir. Misirlilərin dini təsəvvürlərinə görə insan müxtəlif keyfiyyətlərə xasdır və bunlar belə adlandırılır – insan vücudu, - Sax, onun kölgəsi Şunt, adı Ren və s. Bunların içərisində insanın ruhu olan Ka başlıca yer tutur. Məhz Ka ölmüş cəsədə qovuşaraq insanın dirilməsinə kömək edir. Ölümdən sonrakı həyatın başlıca şərti, misirlilərə görə cəsədin saxlanması hesab edilirdi. Bu qayğı mumiya hazırlanması sənətinin təşəkkülü üçün başlıca şərt oldu. Ölümdən sonrakı dövrdə insan bədəninin uzun müddət saxlanması üçün xüsusi sərdabələrin tikilməsi vacib hesab edildi. Misirlilər belə qənaətdə idilər ki, ölməz və incə ruhun yenidən əvvəlki, öz doğma yerinə – bədəninə gəlişi digər nəzərlərdən yayınmaq və qorunmaq üçün piramidalar daha əlverişlidir.Məşhur piramidalar Qədim Misir mədəniyyətinin möhtəşəm abidələri hesab edilir. B.e.ə. III-II minillikdə piramida və allahlar üçün ehramlar daşdan tikilirdi. Piramidalar firon və tanınmış adamlar üçün tikilir, kasıblar üçün bu ayin yerinə yetirilmirdi.Piramidaların bir qismi hələ qədim dövrdə dağılıb itmişdir. Ən erkən çağlarda inşa edilən piramida firon Coserin adı ilə bağlı olub, 5 min il bundan qabaqkı dövrə aid edilir. O pilləli olub, aya qalxan pilləkəni xatırladır. Onu İmxotep adlı memar düşünüb hazırlamışdır. Öz ölçüsünə və şöhrətinə görə tanınmış piramidalardan biri Gizədəki firon Xeopsun şərəfinə ucaldılandır. Bu piramida 20 il ərzində yüz minlərlə insan əməyi nəticəsində ərsəyə çatmışdır. Piramidanın daxili ölçüsü hər hansı bir Avropa kilsəsinin yerləşə biləcəyi həcmdə olub, hündürlüyü 146,6 m, sahəsi 55 min.kv.m əhatə edir.Misirin təsviri və monumental sənəti bütövlukdə bu ölkənin mədəniyyətini əhatə etmiş oldu. Əzəmətli tikinti sayılan Xatşepsutun xeyrat məbədi (Dey əl-Bəhridə) 200 heykəltəraşın sənətkarlığını təzahur etdirirdi. Misirlilər ehram, məbəd və sarayların qarşısında sütunların tikilişinə xüsusi fikir verirdilər. Ra allahının şərəfinə ucaldılan və yuxarı hissəsi mislə örtülmüş yüksək daş sütun belələrindəndir. Belə sütunlar çox vaxt heroqliflərlə də bəzədilirdi.Qədim Misir mədəniyyətinin digər gözəl və tanınmış, möhtəşəm abidələrindən biri də firon III Amenemxetin heykəli, firon III Senusertin başı, ağa Xunenin heykəlləridir. E.ə. II minillikdə yaradılan «Firon Tutanxamon gənc arvadı ilə bağda» səhnəsi sənətşünasların fikrincə dövrün və ümumiyyətlə, dünya təsviri sənətinin nadir nümunələrindəndir.Qədim Misir təsviri sənəti parlaq və təmiz rəngləri ilə fərqlənirdi. Memarlıq tikililəri, sfinkslər, heykəllər, relyeflər xüsusi rənglərlə boyanırdı. Boyalar əsərlərə xüsusi ahəngdarlıq bəxş edirdi.Qədim Misir sənətkarları – rəssamlar, heykəltəraşlar, memarlar təbiət və həyatı incə şəkildə qavramağa və dərk etməyə qadir idilər. Məhz buna görə Misirdə dekorativ-tətbiqi sənət də yüksək səviyyəyə çatmışdır. Bu sənət sahəsinin əsas aparıcı nümunələri - alebastr, büllur, taxta və fil sümüyündən hazırlanmış istər məişət və zərgərlik abidələridir. Qablar, dolçalar, qızıl qolbaq, sinə boyunbağıları və üzüklər ən bahalı və zəngin daş-qaşla bəzədilirdi. Bütün bunlarla yanaşı, Qədim Misir təsviri və monumental sənət tarixində bir-neçə kanon özünü göstərmişdir. Bunlardan ən başlıcası insan bədənlərinin səth təsviri, çiyinlərin fırlanması, ayaq və qurşağın obrazlılığıdır. Həndəsi dekorativlik bəzəklərin simmetrik paylanması ilə kompozisiyada ciddi nizam yaradırdı.Bütün bunlar sübut edir ki, rəssamın ixtiyarı və sərbəstliyi xeyli məhdud idi.Bu qanunauyğunluqlar özünü heykəl nümunələrində də aşkar təzahür etdirir.Bütün bu kanonlara baxmayaraq Qədim Misir təsviri və monumental sənəti bəşər tarixində yeni bir hadisə idi. Bunun içərisində musiqi, ədəbiyat, yazı və elm də var idi.Misirin musiqi mədəniyyətinin tarixi dünyada daha qədimdir. Musiqi qədim misirlilərin bütün həyat və məişətini – dini mərasimlərini, kütləvi bayramlarını müşayiət edirdi. Buraya rəqs, pantomima, dramatik səhnə və ədəbi nümunələr daxil idi.Qədim Misirdə musiqi «xi» - yəni zövq, ləzzət alma mənasında işlədilirdi. Musiqi həm də sirli, tilsimli, magik xüsusiyyətlər kəsb etdiyindən musiqi alətləri tembrə görə deyil, məhz mistik əlamətlərinə görə seçilirdi.Qədim misirlilər təsərrüfat işlərinin düzgün və fəsillərə uyğun aparılması üçün dəqiq təqvim tərtib etdilər ki, bu da dünya miqyasında ən böyük nailiyyətlərdən biri hesab olunur.Təqvim səma cisimlərinin hərəkətinə müvafiq tərtib olunaraq ilin başlanmasını ən parlaq ulduz olan Siriusun çıxışı ilə əlaqələndirirdi. Bütün il 365 günü əhatə edən 3 mövsümə və hər mövsüm 4 aya bölünürdü. Misirlilər həm də ilk dəfə ulduz kataloqu, ulduzlu ayın xəritəsini tərtib etmişlər. Su saatının icadı da qədim misirlilərə məxsus idi.Başlıca və mühüm nailiyyətlər təbabətdə də əldə edilmişdi. Meyidlərin mumiyalaşdırılması sahəsindəki uğurlar insan anatomiyası, daxili orqanların hərtərəfli öyrənilməsi üçün ən başlıca səbəb oldu. Misir təbabətinin ən böyük uğuru, həm də qan dövranı və ürək haqqında nəzəri biliklərin yayılmasındadır. Diş, göz həkimləri kimi dar ixtisaslar formalaşmağa başladı.Coğrafi xəritələrin tərtibi sahəsində də qədim misirlilərin xüsusi xidməti olmuşdur.Beləliklə, Qədim Misir tarixində və mədəniyyətdə əldə olunan nailiyyətlər ümumbəşəri xarakter daşıyaraq dünya sivilizasiyasının inkişafına xidmət etmiş oldu.
['qədim Misir', 'Misir mədəniyyəti']
6,041
https://kayzen.az/blog/r%C9%99vay%C9%99ti-ifad%C9%99l%C9%99r/4113/dost-ba%C5%9Fa-baxar,d%C3%BC%C5%9Fm%C9%99n-aya%C4%9Fa.html
Dost başa baxar,düşmən ayağa
ayxansevda
Rəvayəti ifadələr
4 mart 2011, 19:17
Gündəlik həyatda istifadə etdiyimiz məsəllərdən biri " Dost başa baxar, düşmən ayağa"  məsəlidir. Camaat arasında məsəl bəzən öz mənasına uyğun şəkildə istifadə edilmir. Məsələn, birinin ayaqqabısı və ya şalvarının balağı haqqında söz deyəndə həmin şəxs " Dost başa baxar,düşmən ayağa" məsəlini işlədir ki, məsəlin həmin məqamda işlədilməsi düzgün deyil. Ola bilsin ki, "Dost başa baxar, düşmən ayağa"  məsəli bu mənanı sonralar qazanıb.  Lakin indiki halda məsəlin ikinci mənası onun əsl mənasını kölgədə qoyub. Qeyd edim ki, məsəldə ifadə ifadə olunan məna çox sadə və aydındı. Belə ki, lap qədim zamanlarda xalq arasında gözü ürəyin güzgüsü adlandırıblar. Insanların yalan və ya doğru danışmasını  onların gözlərinə baxaraq müəyyən ediblər. Elə indinin özündə də insanın ürəyindəkini gözündən anlayırlar. Haqqında söhbət açdığımız məsəl də məhz bu əsasda yaranıb. Belə ki, məsəldə  baş və ayaq sözləri məcazi mənada  işlənir.  Burada baş - yuxarı, ayaq isə - aşağı mənasındadır. Məsəldə deyilir ki, ürəyində düşmənçilik olmayan şəxs düz insanın gözlərinin içinə baxmaqdan çəkinməz, yəni başa baxar. Ancaq ürəyində kin bəsləyən adam insanın üzünə belə baxmaqdan qorxar ki, ürəyindəki aşkar bilinər, buna görə də o ayağa baxır. Bundan da nəticə çıxır ki, dost başa , adamın gözlərinin içinə baxır, düşmən isə adamın gözlərinə baxmaqdan qorxur, ayağa baxır.    Mənbə: Xüsusi hörmət bəslədiyim müəllimim--Məmmədəli Qıpçaq, Söz aləminə səyahət
['rəvaəti ifadələr']
6,042
https://kayzen.az/blog/sevgi/4112/real-hadis%C9%99l%C9%99r-%C3%BCz%C9%99rind%C9%99-qurulub.html
Real hadisələr üzərində qurulub
Jeremy
Sevgi
4 mart 2011, 17:44
Bir avtobus dayanacağında qarşılaşmışdılar ilk dəfə. Biri Tibb Universitetində oxuyurdu, digəri Memarlıq və İnşaat Universitetində. O ilk qarşılaşmadan sonra bir daha, bir daha və bir daha görüşə bilmək üçün hər dəfə eyni saatda, eyni dayanacaqdan, eyni avtobusa mindilər. Gənc idilər, çox gənc… Bir-birləri ilə danışacaq cəsarəti tapmaları vaxt aldı, amma nəhayət bacardılar. slində heç biri hər səhər avtobusa mindikləri tərəfdə yaşamırdılar. Oğlan dostugildə qaldığı üçün həmin dayanacaqdan minmişdi, qız ısə isə bacısı gildə. Sırf bir-birlərini görə bilmək üçün hər səhər tezdən evlərindən çıxıb şəhərin taaa o başından həmin dayanacağa gəldiklərini gülə-gülə bir-birlərinə etiraf etdilər bir gün… Universiteti bitirən kimi evləndilər. Xoşbəxt idilər, çox xoşbəxt. Bəzən işsiz, bəzən pulsuz qaldılar. Amma qəlbləri bir-birinə elə bağlı idi ki, heç bir şey gözlərinə görünmürdü. Ayın sonuna güclə çatdıqları zamanlarda da, məşhur bir həkim və məşhur bir memar olduqları zamanlarda da həmişə xoşbəxt idilər. Zamanın aşınmasına uğrayan, alışqanlıqlara çevrilən sevgilərdən deyildi onlarınkı… Günlər günləri, illər illəri qovaladıqca sevgiləri də böyüdü, böyüdü… Tək çatışmazlıqları övladlarının olmaması idi. Çətin bir müalicə kursu keçmələrinə baxmayaraq övlad sahibi olmadıqlarında, “bütün xoşbəxtliklərin bizim olmağını gözləmək naşükürlük olar” — deyərək davam etdilər həyatlarına. Övlad yerinə sevgilərini böyütdülər... “Sənin üçün ölümə gedərəm” — deyərdi Sevda ona sarılaraq, “yox, mən sənin üçün ölərəm” deyə cavab verərdi Aqşin. Bəzən evə gələndə aynanın üzərində bir qeyd görərdi Sevda, “Əzizim, kitabxananın ikinci rəfinə bax...”. Kitabxananın ikinci rəfində başqa bir qeyd olardı, “Mətbəxdəki stolun üzərinə bax və səni çox sevdiyimi heç zaman unutma”. Mətbəxdəki stoldan yataq otağındakı şkafa qədər sevgi dolu qeydləri oxuya-oxuya gələn qadın, ən sonunda ya bir dəstə gül, ya çox sevdiyi şokoladlar, ya da bahalı hədiyyələrlə qarşılaşardı. Aldığı hədiyyənin nə olması heç də əsas deyildi... Həyat nə qədər sürətlə axırsa axsın, işləri nə qədər gərgin olursa olsun hər zaman bir-birlərinə ayıracaq zaman tapırdılar. Buna baxmayaraq 40 yaşlarına gəldikdə daha az işləməyə qərar verdilər. Aqşin xəstəxanadan ayrıldı və şəxsi müayinə otağında xəstə qəbul etməyə başladı. Sevda isə ofisini bağladı və sadəcə xüsusi layihələrlə işləməyə başladı. Artıq daha çox bir yerdə ola bilirdilər. Bir gün sahildə dolaşarkən xaraba ev gördü Sevda, üzərində “SATILIR” elanına baxaraq “”nə deyirsən, bu evi alaq?” dedi Aqşinə. “Bu xarabanı söküb, üzrəində çox gözəl bir ev tikərik. Layihəni artıq beynimdə çəkdim. Çox böyük bir eyvanı olan, qağayıları səhər yeməyinə dəvət edə biləcəyimiz bir dəniz evi...” “Sən istədiyinə mən heç “yox” deyə bilərəm?” – deyə cavab verdi Aqşin. “Amerikadakı tibb konqresindən dönən kimi əmlak məsələlərin ilə mağşul olan adama zəng edərəm. Neçəyə olursa olsun, bu ev bizimdir artıq...” Sadəcə 1 həftə ayrı qalacaqlarını bilsələrdə, ayrılmaları çox çətin oldu. Hər gün, hər saat danışdılar telefonda. Göz yaşları içində qucaqlaşdılar aeroportda. Ancaq bir neçə gün sonra həyat yoldaşında bir qəribəlik olduğunu hiss etdi Sevda. Əvvəlki kimi xoşbəxt görünmür, danışmaqdan qaçırdı. Onun kefini açmaq üçün sahildəki evi yadına saldı və çəkdiyi layihəni verdi ona, amma heç gözləmədiyi bir cavab aldı: “Canım, o ev bizim büdcəmizə uyğun deyil. Ən yaxşısı onu unut...” Xoşbəxtliyin dadına öyrəşmiş insanlara bu kimi hallar daha da çətin gəlir. Sevdaya heç xoş gəlmədi gözlənilməyən cavab. Dərdini deməsi üçün yalvardı Aqşinə, “sənin üçün ölərəm, bilirsən, xahiş edirəm danış” – deyə dil tökdü boş yerə… İllərdi sevdiyi adam duyğusuz, sevgisiz biri ilə yer dəyişmişdi sanki. Ona yaxınlaşmağa çalışdıqca, beton divarlara çırpılırdı elə bil. Hər çırpılanda daha çox qanayırdı ürəyi... Bir gün uşaqlığının, gəncliyinin və bütün həyatının birliktə keçdiyi rəfiqəsi ilə dərdləşərkən, “artıq dözə bilmirəm, sənə deməliyəm bunu” — deyə sözünü kəsdi rəfiqəsi. “O, səni aldadır. İş yerimin düz qarşısındakı restoranda gənc bir xanımla hər gün nahar edir. Sonra da bir-birlərinə sarılıb maşına minirlər...” “Sus! Sus! Eşitmək istəmirəm bu yalanları” – deyə bağırdı Sevda. Neçə illik rəfiqəsini onun xoşbəxtliyini qısqanmaqla günahlandırdı... Ertəsi gün nahar vaxtı o restoranın qarşısında bir küncə sıxıldı səssizcə və pəri nağıllarının sadəcə nağıl olduğunu başa düşdü… Həyat yoldaşının əvvəllər eyni xəstəxanada işlədiyi gənc tibb bacısını tanıdı o saat. Bəzən evlərinə qonaq gələn qadına necə sarıldığını gördü Aqşinin... Axam həyat yoldaşı evə gələr-gəlməz bəzən bağıraraq, bəzən ağlayaraq, bəzən ona möhkəm-möhkəm sarılaraq, bəzən də yumruqlayaraq söylədi üzünə hər şeyi. İnkar etmədi Aqşin. Zamanla hisslərin dəyişə bildiyini, insanların orta yaşa çatdıqda fərqlilik axtardığı kimi bir neçə bəhanə sadaladı və çemodanını götürün çıxdı evdən. Qapıdan çıxarkən “son bir dəfə qucaqlamaq istəyirəm səni” – dedi, amma Sevda “rədd ol” – dedi nifrətlə... İlk andaca boşandılar… Leyli və Məcnunun belə həsəd apara biləcəyi müasir bir eşq macərasının belə sonlanmasına heç kim inana bilmirdi. Dostlarının dəstəyi ilə ayaqda durmağa çalışdı qadın. Aqşinin sevgilisi ilə birgə Amerikada yaşadığını öyrəndi. Bəzən tək qaldığında onu hələ də sevdiyini hiss edincə, ağlamaq krizisi keçirir, sevgisinin yerini ən az onun qədər nifrətin əvəz etməsi üçün dua edirdi. Aradan bir il keçdi… Hər şeyin dərmanı olduğu söylədiyimiz zaman belə Sevdanın dərdinə əlac olmamışdı. Bir səhər dayanmadan çalınan qapı zənginə oyandığında, qarşısında o qadını gördü. “Sən buraya nə üzlə gəlmisən?” – deyə bağırmaq istədi, amma səsi çıxmadı. “Xahiş edirəm, içəri girməyimə icazə ver, mütləq danışmalıyıq” – dedi gənc qız. Divanda oturdu və çətinliklə eşidiləcək bir səslə danışmağa başladı: “Hər şey göründüyü kimi deyil əslində. Çox ağrılıdır, amma Aqşin 1 saat əvvəl öldü. Keçən il Amerikadakı konqresə getdiyi zaman öyrəndi xəstəliyini və təxminən 1 il ömrü qaldığını. Buna sənin dözə bilməyəcəyini, hər zaman dediyin kimi onunla birlikdə ölmək istəyəcəyini bilirdi. Səni özündən uzaqlaşdırmaq üçün məndən sevgilisi rolunu oynamağımı istədi. Ailəsinə də xəbər vermədi. Bir yerdə Amerikada yaşadığımız yalanını yaydı. Amma özü ilk qarşılaşdığınız avtobus dayanacağının qarşısında bir ev tutmuşdu. Müalicə alır və sağalacağına inanırdı. Amma olmadı. Gecə halı pisləşib, baxıcı mənə zəng etdi, son anda çata bildim. Sənə bu qutunu verməyimi istədi...” Gözlərindən axan yaşları dayandıra bilməyəcəyini bilirdi Sevda. Elə burdaca ölmək istəyirdi. Əlindəki qutunu açdı, xüsusi diqqətlə bükülmüş xeyli sayda kağız var idi içində. İlk kağız parçasında “xahiş edirəm, bu kağızları sıra ilə oxu, sevgilim” – yazılmışdı… Sıra ilə oxudu; “Sən çox sevdim”, “Səni sevməkdən heç zaman usanmadım”, “Sənin üçün ölərəm deyirdin hər zaman, doğru söylədiyini bilirdim”, “Ancaq mənim üçün ölməyini istəmədim”, “İndi mənə söz verməyini istəyirəm”, “Mənim üçün yaşayacaqsan, oldumu?”. Son kağızı götürəndə qutuda bir açar olduğunu gördü Sevda… və son kağızda bu sözlər yazılmışdı: “Sahildəki evimizi sənin çəkdiyin layihə üzrə tikdirdim. Böyük eyvanda qağayılarla səhər yeməyi yeyərkən hər zaman səni izləyəcəyəm...” Həmçinin oxu: Sonu bədbin məhəbbət hekayəsi
['sevgi hekayəsi', 'məhəbbətin gücü', 'məhəbbət hekayəsi', 'əsl sevgi', 'maraqlı hekayə', 'eşq', 'Sevgi haqqında.', 'sevgi']
6,043
https://kayzen.az/blog/maraqli-faktlar/4111/yuxu-il%C9%99-ba%C4%9Fl%C4%B1-maraql%C4%B1-bilgil%C9%99r.html
Yuxu ilə bağlı maraqlı bilgilər
ayxansevda
Maraqlı faktlar
4 mart 2011, 16:44
Insan yuxuda ikən faktik iflic vəzziyyətdə olur. Vaxtilə siqaret çəkmiş ,sonradan tərgitmiş şexslər daha parlaq ve real yuxular görurülər. Bütün insanlar yuxu görür sadəcə bəzileri heç zaman bunu xatirlamir. Bəzi insalar yuxunu ağ-qara rəngdə görürlər. Insan gördüyü yuxunun 90%-ni unudur. Hətta kor insanlar da yuxu görürlər. Insan xoruldayan zaman yuxu görmür. Körpələr 3 yasinadək özlərini yuxuda görmürlər. 3-8 yas arasinda olan usaqlar böyük insanlarin bütün ömrü boyu gördüyündən də daha qorxulu yuxular görürler. Sutkada 6-7 saat yuxulayan insanlarda cavan yaslarinda ölmek riski 8saat yuxulayanlarla muqasiyədə daha azdir. Orta hesabla insan,ömrünün 6 ilden bir qeder artigini yuxuda kecirir. Insanin yasi artiqca onun yuxuda keçen vaxti da coxalir. Ginnesin rekordal kitabina düşən ən uzun yuxu 18 gun 21 saat 40 dəqiqə olub Insan bəzən gözüaciq halda bir neçə dəqiqə yuxulayır və özü bunu hiss etmir. Yeni körpəsi dünyaya gəlmiş valideynlər ilk bir ildə təxmiynən 400-750 saat yuxu itirilər. Heyvanlarda da yuxu fazalari aşkarlansa da onların yuxu görüb görmədikləri elme bəlli deyil. Tədqiqatlar gösterir ki,avtomabil qəzalarının 20%-i yuxusuzluq üzündən baş verir.
['yuxu']
6,044
https://kayzen.az/blog/maraqli-faktlar/4110/qiyam%C9%99tmi-yax%C4%B1nla%C5%9F%C4%B1r-yoxsa.html
Qiyamətmi yaxınlaşır yoxsa?!
ayxansevda
Maraqlı faktlar
4 mart 2011, 16:26
Rusiyada ildə 12 mindən yuxarı qadın, ailə içi şiddət nəticəsində həyatını itirir. İngiltərədə 15 yaşındakı uşaqların yarısı narkotik istifadə edir, dörddə biri isə siqaret çəkir. ABŞ və İngiltərə, inkişaf etmiş ölkələr arasında ən yüksək erkən hamiləlik nisbətinə sahibdir Çin Respublikasında təxminən 44 milyon qadının itkin olduğu qeyd edilir. Braziliyadakı Avon qadınlarının sayı, əsgər sayından çoxdur İngilis süpermarketleri, müştəriləri haqqında hökumətdən daha çox məlumata sahibdirlər. ABŞdaki hər inək üçün verilən gündəlik 2.50 dollarlıq yem, Afrikanın yüzdə 75-nin gündəlik dolanışığından daha çoxdur. Dünya əhalisinin beşdə biri, gündəlik 1 dollardan aşağı gəlirlə yaşayır. 1 ildə 13.2 milyon Amerikalı, estetik əməliyyat etdirir. Quru minaları səbəbiylə saatda bir insan ölür və şikəst qalır. Hindistanda 44 milyon uşaq işçi vardır. Sənayeləşmiş ölkələrdə insanlar, gündə 6-7 kq qatqı maddəsi yeyir. Dünyanın ən çox qazanan idmançısı golfçu Tiger Woods, ildə 78 milyon dollar, yəni dəqiqədə 148 dollar qazanır. Motorlu vasitələr dəqiqədə 2 insanı öldürür. Mc Donaldsın qızıl kəmərini tanıyanların sayı, Xristian tacını tanıyanlardan çoxdur. Keniyada bir ailənin gəlirinin üçdə biri rüşvətə gedir. Amerikalıların üçdə biri, yadplanetlilərin gəldiyinə inanır. Hər gün dünya əhalisinin yeddidə biri, yəni 800 milyon insan ac qalır.
['maraqlı faktlar']
6,045
https://kayzen.az/blog/ayxansevda/4109/n%C9%99-%C3%BC%C3%A7%C3%BCn.html
Nə üçün?
ayxansevda
Bloq: ayxansevda
4 mart 2011, 12:09
Çətirlərin əksəriyyeti nə üçün qara olur? Çətirdən istifadə eləməyin kökləri 3400 il əvvəlinə, Mesopatomiya dayanmasına baxmayaraq Avropada çətirlərin genis olaraq istifadəsinə 1700 illərdə başlanılmısdir. Bu illərdə çətirləri yunlu parcalardan üstü bir növ yağ ilə yağlanırdı. Bu yağ parçada su keçirməz bir xüsusiyyət qazandırırdı və qara rəng verirdi Qara rəng çətir kişilər tərəfindən də mənimsənilmişdir. Və günəş üçün olan ağ çətirlər qadınlarin, yağış üçün olan qara çətirlər isə kişilərin ən sevimli aksesuarlarina cevrildi. Gəlinliklərin rəngi nə üçün ağdır? Ağ gəlinlik adətinin yayılmasi 16. yuzillikdə olmuşdur. Bu illər kral ailələrinin gəlinlərinin gümüş rəngdə gəlinlik geyinmələri adət idi. Kraliça Viktorya bunu rədd etdi və ağ gəlinlik geymək fikrini irəli sürdü. Bundan sonra İngilis ve Fransız yazıçıları, ağ rəngin məsumluğun rəmzidir mövzusunu islətməyə başladı. O dövrlərdə əxlaqına görə təmizlik evliliyin əsas şərti olduğu üçün ağ gəlinlik geyinilməsi adətə çevrildi. Evllənən zaman ağ geyinmək gənc qızın məsum olduğunu hamıya elan etmek mənasına da gəlirdi. Gəlinliklə əlaqəli insanların inandığı bəzi fikirlər də var idi. Bunlara görə gəlin paltarını özü tikməli idi, bəyin toydan əvvəl gəlini paltarla görməsi, gəlinin paltarı toydan əvvəl geyinməsi uğursuzluq sayılırdı..   Kişilər əvvəllər necə üz qırxırdılar? Arxeoloqlara görə kişilər qədimdən də üzlərini qırxırdılar. Mağara divarlarındakı bu dövürlərdən qalma şəkillərdə köpəkbalığı dişlərindən, ən çox da kəskinləşdirilmiş çaxmaqdaşlarından saqqal qırxmaq üçün istifadə edildiyini göstərir. Misirdə açılan qəbirlərdeə qədim Misirlilərin 4 yuzillikdə saqqal kəsmək üçün istifadə etdikləri qızıl və bürünc alətlər tapılmişdi.14  yüzilliklərdə kəsici alətlər ortaya çixmağa başladı, amma kişilərin ağrılı və qanlı üsulu 20-ci  yüzulliklərə qədər davam etdi. King Camp Gillette (jilet) ABŞda 1901-ci ildə ilk iki tərəfli ülgücü kəşf etdi. Daha sonra köhnə bir qılınc emal edən firma olan Wilkinson firması da ülgüc emalına keçdi və bu iki marka günümüzə qədər ən böyük markalardır.   Nə üçün əsgər paltarları xaki rəngdədir? Formalardakı, xaki rəng ilk dəfə Ingilislər tərəfindən 1850-ci illərdə Hindistanda istifadə olunmağa başladı. Ingilis ordusunda Hary Lumsden İngilis əsgərlərinin ağ forma ilə asand hədəf olduqlarını fikirləşincə, paltarların üstünə toz, palçıq surtərək və çay ilə boyayaraq rənglərini kölgəli qəhvə rənginə çevirmişdilər və paltarların rəngini əraziyə uyğunlasdırmağa calışdirmişdılar. Torpaq rənginə bənzəyən bu formalar Hind dilində torpaq rəngi mənasına gələn 'Khaki' adı verilmiş ve tərcümədə "Xaki" olaraq bilinir.   Kişilər nə üçün qalstuk taxırlar? 1660-ci ildə Osmanlılar Avstriya ordusuna məğlub oldugu zaman Avstriya- Macaristan İmparatorluğu sərhədləri içində olan Xirvatistandan (Croatia) bir qrup əsgər zəfərin qəhrəmanları olaraq Parisə aparıldılar və kralın hüzuruna çıxarıldılar. Bu əsgərlər bogazlarına rəngli dəsmallar taxmışdılar. Bu dəsmallar Romalılar dövründə səs tellərini isti saxlamaq üçün soyuqdan qorumaq üçün taxılan dəsmallara oxşayırdı. Kral çox bəyəndi və özü də krallıq qalstuqları taxan bir ordu qurdu. Qalstuk sözu Xirvat mənasındakı 'Croat' dan əmələ gəlib. Çox keçmədi bu moda İngiltərəyə sıçradı. Qalstuk o vaxtlar o qədər yüksək bağlanırdı ki, insanlar bədənlərini döndərmədən ətrafa baxa bilmirdilər, amma heç olmazsa qılınc zərbələrinə qarşı boynu qoruyurdu. Qalstuk müxtəlif formalarda yüzillərlə yerini qorudu, Yüzdən artiq növdə bağlandı. 1960-ci il gəncliyin qaydalara baş qaldırması ilə bir az gözdən düşdü. Amma 1970-ci illərdə başlayaraq populyarlığı yenə artdı.
['maraqlı faktlar']
6,046
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/4108/atilla-allah%C4%B1n-b%C9%99las%C4%B1.html
Atilla- Allahın bəlası
MASON
Böyük insanlar,şəxsiyyətlər
4 mart 2011, 01:08
Dünyanın ən məşhur sərkərdələri sırasında böyük bir türkün öz yeri var. Bu, «Avropanın imperatoru» titulunu qazanmış mahir sərkərdə, Napoleonun kumiri, türk oğlu Atilladır. O, Avropa xalqlarının xatirində əfsanəvi sərkərdə və ədalətli hökmdar kimi əbədi olaraq qalıb. Xüsusən german xalqları onu öz şifahi ədəbiyyatlarında həm qəhrəman, həm də ədalətli bir hökmdar kimi anırlar. Hakimiyyətə gəlməsi Avropada hunları Atilladan əvvəl də yaxşı tanıyırdılar. 374-cü ildə hunların xanı seçilən Balamir qərbə doğru xeyli irəliləyərək xeyli torpaqlar almış, şərqi german tayfalarını öz tərəfinə çəkmişdi. 375-ci ildə o, Dnepri keçərək viziqotları da məğlub etmişdi. Onun dönəmində hunlar müxtəlif istiaqamətlərdən yavaş-yavaş Roma imperiyasının sərhədlərinə doğru irəliləyirdilər. O cümlədən Qafqazdan keçərək Anadoluda Roma ordusunu məğlub etmişdilər. 409-cu ildə Balamirin oğlu Ulduz xan Bizans üzərinə hücum etdi. Hunların təzyiqinə dözməyən Bizans imperatoru elçi göndərib barışıq təklif etdi. Hun ordusu Qədim xristian tarixçisi Ammian Marsellin hunları belə təsvir edir: «Onlar öz arabalarında cəlayi-vətən adamlar kimi köç edirlər. Bu arabalar onların evidir. Orada arvadları oturur. Onlar paltar tikir və uşaqları saxlayırlar… Hunlar özlərinin yöndəmsiz, amma dözümlü atlarına elə bil bitiblər. Atdan düşmədən öz işlərini görürlər: alırlar, satırlar, ictimai yığıncaqlarda da atdan düşmürlər. Onlar cəlddirlər, atları isə çox sürətlidir. Döyüş vaxtı paz şəklində düzülüb hayqıraraq düşmənin üzərinə atılırlar. Ammian Marsellin yazır ki, hunlar kəmənddən silah kimi çox məharətlə istifadə ediblər. Qılıncları düz, hər iki tərəfi kəsici olub. Uzunluğu bir metrdən artıq olurmuş. Asimmetrik kamandan istifadə ediblər. Bu kamanların üst hissəsi alt hissədən uzun imiş. Bu cür quruluş kamanı daha elastik və at belində çaparkən atmaq üçün daha ələyatımlı edərdi. Ordunun etnik tərkibi Atillanın ordusunun özəyini İtil çayı (Volqa), Aral və Qara dəniz sahillərində, Qafqazda yaşayan türklər təşkil edirdi. Bunlar oğuz, altı oğuz, şara və bir sıra sair tayfalar idi. Qoşunda fin-uqor tayfaları — çeremis, erzə, mokşa, çudlar, estlar; qerman tayfaları — qotlar, venedlər də vardı. Bundan başqa fars və slavyanlardan da hun ordusunun tərkibində vuruşanlar az deyildi. Atillanın hakimiyyəti 434-ci ildə taxta çıxanda Atillanın qırx yaşı vardı. Deyilənə görə, İtil (Volqaboyu) türkləri nəslindəndir. Müasirləri onun orta boylu, enli kürəkli, qara saçlı olduğunu yazır. İti və nüfuzedici baxışları qarşısında tab gətirmək hər adamın işi deyilmiş. Güclü natiqlik qabiliyyətinə malik olub. Atillanın nitqi ürəklərdə həyat eşgi alovlandırar, ordunun döyüş məharətini artırarmış. O, xüsusən riyakarlara və fırıldaqçılara qarşı çox amansız olub. Bununla yanaşı, öz silahdaşlarına, döyüşçülərinə, xalqına himayədarlıq və kömək edərdi. Sadə həyat tərzi sürən Atilla qonaqpərvərliyi ilə də seçilib. İstanbula doğru Atillanın xaqanlığı dövründə də Bizans hunlarla hesablaşır və onlara xərac verirdi. Amma hunların getdikcə güclənməsi onları çox narahat edirdi. Ona görə sülh şərtlərini tez-tez pozur, xəracı gecikdirirdilər. Bu, Atillanın qoşun hazırlayıb onların üzərinə hücum etməsinə səbəb oldu. 447-ci ildə Atilla Balkan səfərinə çıxdı. Yol boyu bütün şəhərləri zəbt edən böyük sərkərdə, nəhayət, gəlib İstanbula çatır. Bizans imperatoru tələsik onun yanına elçilər göndərərək xahiş edir ki, şəhərə girməsin: sülh şərtlərini qəbul edir və söz verir ki, onlara ciddi şəkildə əməl edəcək. Cəza olaraq yeni şərtlər əlavə olunur. Onlar bir qədər də ağır idi. Anatolios müqaviləsi adlanan bu sazişdə aşağıdakı şərtlər olub: 1. Bizans hərbi təzminat olaraq 6000 librə qızıl ödəyəcək. 2. Bizans Dunayın cənubunda, Dunaya beş günlük məsafədə qoşun saxlamayacaq. 3. İki ölkə arasında ortaq bazar artıq türk şəhəri olmuş Nişdə yerləşəcək. 4. Bizans ödədiyi vergini üç qat artıracaq. Yəni 2100 librə (150 000 solidum) qızıl ödəyəcək. 5. Bizans əvvəlki sazişdəki şərtlərə, yəni qaçaqları himayə etməmək, hun hakimiyyətindəki tayfalarla görüşməmək şərtlərinə tam olaraq əməl edəcək. Sui-qəsd cəhdi Sülh şərtləri qəbul edilsə də, Bizans üçün bunlar çox ağır idi. Amma başqa yolları da yox idi. Bizans Atilla ordusunun hərbi gücü qarşısında duruş gətirə bilməzdi. Ona görə sui-qəsd hazırlanmasına qərar verdilər. 448-ci ildə İstanbuldan ölkəsinə dönən hun elçilik heyətinə Bizans heyəti də qatılmışdı. Hun heyətinin başında Edikun dururdu. Bizans heyətindən olan Priskosun qeydlərindən görünür ki, buraya Maksiminos, Priskos və Biqila daxil imiş. Sui-qəsdi Biqila həyata keçirməli imiş. Bunun üçün ona bir sandıq qızıl verilibmiş. Deyilənə görə, onun bu niyyətindən heyətdəki digər şəxslərin xəbəri olmayıb. Edikun ondan duyuq düşüb, amma Atillanın Macarıstandakı iqamətgahına gələnə kimi heç nə sezdirməyib. Bura çatanda isə Atillanı olaydan xəbərdar edib. Atilla Biqilanı sorğu-suala çəkib məsələni öyrənəndən sonra Teodosiosa bu məzmunda bir məktub göndərib: «Teodosios da Atilla kimi bir atanın oğludur. Atilla atası Munçuqdan aldığı əsilliyi qoruyub. Amma Teodosios Atillaya xərac verən bir kölə vəziyyətinə düşüb. Teodosios əsilliyini qoruya bilmədiyi kimi, köləlik heysiyyatını da qoruya bilməyib. Çünki əsl əfəndisi Atillanın canına qıymaq istəyib». Katalaun döyüşü Atilla bu xəyanətin müqabilində Romanı cəzalandırmalı idi. Amma bəhanəsi yox idi. O, iki ilə yaxın hazırlaşmalı oldu. Hazırlıq bitər-bitməz bəhanə də tapıldı. Bir neçə il əvvəl Roma imperatoru 2-ci Valentinianusun bacısı Honoriya ərə getmək niyyəti ilə Atillaya bir nişan üzüyü göndərmişdi. Bu qız Avqusta adı daşıyırdı, yəni imperator hüququna sahib idi. O, Atillaya ərə getsə, Romada bir nömrəli söz sahibi olacaqdı. Atilla bu nişan üzüyünü xatırladı və nota göndərərək Honoriyanı arvad olaraq qəbul etdiyini bildirdi. Bundan əlavə, cehiz olaraq imperiyanın ona düşən yarısını istədi. Rədd cavabı verdilər. Bu, müharibə üçün yetərincə tutarlı səbəb idi. Bu zaman Atillanın ordusunda 100 min türk və yüz minə yaxın digər tayfalardan döyüşçü olub. Roma imperatoru tələsik bütün xristian dünyasından qoşun yığmağa başlayıb. «Məsihin və Romanın yolunda ölməyə hazır olan» 200 mindən artıq döyüşçü toplanılıb. Nəhayət, Katalaun düzənliyində iki nəhəng ordu üz-üzə dayanıb. Atillaya qarşı Roma imperatoru Aesius çıxıb. Güclü və cəsarətli sərkərdə iki dəfə hunların içində olmuşdu. Bir dəfə əsir kimi, bir dəfə isə sürgündə. Türk və qerman dillərində sərbəst danışan Aesius legionçuların rəğbətini qazanmışdı. Atilla və Aesius uşaqlıq dostu olsa da, Katalaun düzənliyində düşmən kimi üz-üzə gəldilər. Burda iki nəhəng ordu ölüb-dirim uğrunda mübarizəyə başladı. Tarixdə o vaxta kimi bu qədər döyüşçü bir yerə toplaşmamışdı. Dəhşətli qırğın iki gün davam edib. Roma ordusunun təzyiqinə hunların müttəfiqləri yox, türklər özləri müqavimət göstərə bilib. Döyüşün ikinci günü Roma legionçuları geri çəkilib. Atilla qısa hazırlıqdan sonra ordunun gücünü bərpa edərək 452-ci ildə Romaya yönəldi. İmperiya təşviş içində idi. Atilla Romanın qapılarının ağzına çatanda Roma papası başda olmaqla onun yanına nümayəndə heyəti göndərildi. Atilla bu heyəti öz qərargahında qəbul etdi. «Səni salamlayıram, Allahın bəlası!» deyərək Papa Atilladan Romanı bağışlamasını xahiş edirdi. Onun bütün şərtləri qəbul edilirdi, təki qoşun şəhərə girməsin. Atilla İstanbula girmədiyi kimi, Romaya da girmədi. Orada dünya arxitektursının nadir inciləri, qədim dövrlərə aid saysız-hesabsız qiymətli əlyazmalar, kitablar vardı. Bunların məhvi dünya mədəniyyətinə böyük zərbə olardı. İsgəndəriyyə kitabxanasının yandırılmasına səbəb Makedoniyalı İsgəndər və Sezardan fərqli olaraq, Atilla tarixi irsin gələcək nəsillər üçün qalmasını istəyirdı. Nəhayət, Roma papası 1-ci Lev Atillanın onun qarşısında əyilib başına tac qoydu və onu Avropanın imperatoru elan elədi… Bunu Napoleon da düşünürdü və o da Atilla kimi papanı hüzuruna gətirdən ikinci Avropa imperatoru oldu. Atillanın ölümü Atilla bütün qərbi öz əlinə alandan sonra indi də şərqə – İrana hücum eləmək istəyirdi. İtaliya səfərindən sonra İldiko adlı bir şahzadə ilə evlənmişdi. O, zifaf gecəsi daxili qanaxmadan (ağız və burnundan qan açılıb) vəfat etdi. Bunun sui-qəsd olduğu düşünülür. Amma belə bir versiya da var ki, onu müayinə edən şaman deyib ki, sui-qəsd yoxdur. Bu, irsi xəstəlikdir. Qardaşı Buda da eyni xəstəlikdən ölmüşdü. Atillanın ölümü hunları matəmə qərq etdi. Rəvayətə görə, onu dəfn edəndə iç-içə üç tabut qoyublar. Birinci tabut qızıldan, ikincisi gümüşdən olub. Üçüncüsü isə poladdan düzəldilib. Bu tabutlar Tissa çayının kiçik adalarının birində torpağa basdırılıb. Adada dərin bir məzar qazılıb. Sonra çayın yatağı dəyişdirilərək qəbrin üzərindən keçirilib. Atillanın məzarını kimsə tapa bilməsin deyə belə ediblər. Atillanı heç kəs məğlub etməyib Atillanı heç kəs məğlub edə bilməyib. O, dünyasını dəyişəndə 84 oğlu vardı. Qızlarının sayını bilən yox idi. 453-də – Atilla öləndən sonra oğulları arasında hakimiyyət üstə dava düşdü. Onların içində anası avropalı olan çoxlu oğlan vardı. Murad Adcı yazır ki, hunlar bütün xalqları məğlub etmişdilər. Məğlub etmədikləri bircə xalq vardı: özləri! Atilla öləndən sonra özləri ilə vuruşmağa başladılar. Bu döyüşdə isə qalib və məğlub yox idi. Müəllif: Vasif Sadıqlı, «Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri, tanınmış jurnalist Mənbə: “Bizim Yol” qəzetində çıxmış “Korifeylərin portreti” layihəsi çərçivəsindəki yazı
['Atilla', 'Attila', 'hun imperiyası', 'sərkərdə', 'hərbçi']
6,047
https://kayzen.az/blog/kulturologiya/4105/q%C9%99dim-finikiya-v%C9%99-assuriya-m%C9%99d%C9%99niyy%C9%99ti.html
Qədim Finikiya və Assuriya mədəniyyəti
kulturoloq
Kulturologiya (mədəniyyətşünaslıq)
3 mart 2011, 23:49
Qədim Finikiya təxminən müasir Livan dövlətinə uyğun bir ölkə idi. Şərqi Aralıq dənizi sahilindən şərqə doğru uzanan ərazini Suriya, Finikiya və Fələstin tuturdu. Finikiyalılar semit dilli tayfalardandır idi, onların dili yəhudilərin dilinə çox bənzəyirdi.Ölkə Aralıq dənizinin sahillərində yerləşdiyi üçün buranın əhalisi dənizçilik sahəsində böyük nailiyyətlər əldə edərək qədim dünyanın ilk ticarətçi xalqına çevrişmişdi. Çox da böyükm olmayan bu xalq sonralar Avropa mədəniyyətinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Bu prosesə ticarət əlaqələri, həmçinin geniş şəkildə yayılmış müstəmləkələr kömək edirdi.Qədim finikiyalıların mədəniyyəti haqqında danışarkən onların dini təsəvvürlərini qeyd etmək vacibdir. Bütün Suriya xalqlarında olduğu kimi, finikiyalıların da dini xalis hissi xarakter daşıyır, təbiəti ilahiləşdirirdi. Onun mahiyyətini yaradıcı və artım gətirən təbiət qüvvələrinə sitayiş və etiqad təşkil edirdi.Baş allah Günəşin təmsilçisi olan Vaar, digər şəhərlərin allahları Vaal-Peor, Vaal sev və başqaları hesab olunurdu. Bununla yanaşı, məhəbbət ilahəsi Vaaltis (Əşşəra) da mövcud idi. Dağıntı allahı Molox öküzbaşlı görkəmə malik idi, qadın allahı Astarta da dini obrazlardan birini təmsil edirdi. Tir şəhərinin yerli himayəedici allahı Melkartda – (yəni səyyar günəşdə təmsil olunan), həm yaradar, həm də dağıdardı. Adonis, qürub edən Günəş, Daqon isə dəniz allahı idi.Finikiyalıların sitayişi, həm sərt (belə ki, Molox və Astartanın şərəfinə insanlar qurban verilərdi), həm də hisslərlə (ilahə Vaaltisin şərəfinə məbədlərdə qızlar insan ehtiraslarını coşdururdular) müşayiət olunan idi. Bu xalqda sünnət də dini səciyyə kəsb edirdi.Parçanın qırmızı rəngə boyanması da ilk dəfə Finikiyada kəşf olunmuşdur. Dünyada ilk dəfə burada gümüş pul zərb edildi. Metal emalı, toxuculuq istehsalı və oymaçılıq sənəti sahəsində böyük nailiyyətlər əldə edildi.Qədim finikiyalıların ədəbiyyatı haqqında məlumatların mədəniyyət tarixində azlıq təşkil etməsinə baxmayaraq bu xalqın ədəbi fəaliyyəti haqqında da fikir yürütmək olar.Finikiyalıların özlərinin kəşf etdikləri və ya onların daha qədim yazıdan iqtibas etdikləri yazı sistemi (b.e.ə. XI-X əsr) Yunan əlifbasının və eyni zamanda müasir əlifbanın sələfidir. Finikiya əlifbası yəhudi və aramilər tərəfindən qəbul edildi. Aramilər onu Hindistan və Mərkəzi Asiyaya kimi yaydılar. Yunanlar bu əlifbaya müəyyən dəyişikliklər edərək mənimsədilər. Onlar bu əlifbanı soldan sağa yazarıq bir neçə sait səs əlavə etdilər.Qədim Finikiya incəsənəti haqqında biliklər yeganə yunan tərcüməsindən bəllidir. Bu tərcümədə e.ə. 500- cü ildə Afrikanın cənub sahillərinədək gedib çıxmış Hənnanın səyahəti haqqında təsəvvürlərin mövcud olması qeyd edilir. Finikiyalıların incəsənəti o qədər də orijinal deyil. Bu incəsənətdə Babil-Misir təsiri də duyulmaqdadır. Lakin finikiyalılar gözəl memarlıq nümunələri yaratmışlar. Bu memarlar Suriya ərazisində olan bütün semit dövlətlərinin işlərində yaxından iştirak etmişlər. Tir şəhərinin yetirməsi olan memar Kiram, Yerusəlim məbədini inşa etmişdir. İndiyədək Vaalbəy və Palmira şəhərinin dağıntı və xarabalıqları qalmaqdadır ki, bunlar da bir daha finikiyalıların təmtəraqlı tikintilərə olan maraq və sevgisinin şahididir. Ümumiyyətlə, Finikiya mədəniyyəti nümunələrinin dünya mədəniyyət tarixində qismən azlıq təşkil etməsinə baxmayaraq sənətkarlıq aspektindən o, öz unikal üslub tərzinə görə bəşər sivilizasiyasında özünəməxsus yer tutan mədəniyyətlərdən biri ola bilmişdir. Qədim Assuriya mədəniyyəti Assuriya dövləti İkiçayarasının şimal hissəsində, İraqın ərazisində mövcud olmuşdur.Assuriya əvvəlcə Cənubi Mesopotamiyadan asılı idi, e.ə. XX əsrdə müstəqil Assuriya dövləti yarandı Assuriyanın Paytaxtı Nineviya idi. Bu şəhər “Aslanlar yuvası” adlanırdışBabil mədəniyyətini inkişaf etdirən assuriyalılar b.e.ə. VIII əsrdə Babilistanı özlərinə tabe etdilər. Nineviyadakı sarayda alimlər Assuriya hökmdarı Aşşurbanipal (b.e.ə. VII əsr) dövrünə təsadüf edən və həmin dövr üçün çox zəngin sayılan kitabxana tapmışlar. Burada on minlərlə mixi yazı mətnləri əldə olunmuşdur.Belə güman edilir ki, həmin kitabxana vaxtilə babil, o cümlədən qədim şumer ədəbiyyatlarını özündə cəm etmişdir. Yeganə savadlı hökmdar olan Aşşurbanipal maarifpərvər, xüsusi təhsil almış bir şəxs olduğundan qədim yazı abidələrinin toplayıcısı idi. Onu qədim İkiçayarası mədəniyyətindən 2 min ildən artıq zaman kəsiyi ayırsa da, o qədim gil lövhəciklərin dəyərini dərindən dərk edir və ona görə də bunları toplayaraq mühafizə edirdi.Qeyd edək ki, təhsilə malik olmanı digər Assur hökmdarlarına xas olan əsas keyfiyyət digər ölkə və dövlətləri özünə tabe etmək cəhdi idi.Assur mədəniyyətində incəsənət, xüsusilə təsviri sənət daha çox inkişaf edirdi. B.e.ə. I minillikdə Assuriya təsviri sənətində qələbə əzmini, təcəssüm etdirən obrazlara üstünlük verilirdi. Bu baxımdan qanadlı öküzlərin təsviri xüsusi məna kəsb edirdi. Öküzlər insan sifətli, parlaq gözlü beş dırnaqlı təsvir olunurdu. II Sarqonun sarayında (b.e.ə. VII əsr) təsvir edilən öküz belələrindəndir. Memarlıq tikililərində heyvanların – şir, dəvə, atların təsvirləri üstünlük təşkil edir.Assuriya saraylarına xas olan təsvirlərin məzmununa qüdrətli hökmdar, kinli, amansız şah obrazı daha xasdır. Assuriya incəsənətində hökmdar qəddarlığının təsviri dünya sənət tarixində daha orijinal görünür. Assuriyalıların mənəviyyatındakı bu qəddarlıq, görünür, onların yüksək olmayan dini təsəvvürləri ilə bağlıdır.Ümumilikdə Assuriya mədəniyyəti çox da zəngin olmasada dünya mədəniyyət tarixində dərin iz buraxmağa müvəffəq olmuşdur.Həmçinin bax: Qədim Mesopotamiya mədəniyyəti
['qədim Şərq', 'Finikiya', 'Assuriya']
6,048
https://kayzen.az/blog/edebiyyat/4080/paris-notr-dam-kils%C9%99si%7C-viktor-h%C3%BCqo.html
«Paris Notr-Dam kilsəsi»| Viktor Hüqo
kulturoloq
Ədəbiyyat
3 mart 2011, 21:35
Viktor Hüqo yaşadığı dövr haqqında düşüncələri bəşər tarixinin ümumi konsepsiyası və yazdığı romanda hadisələrin cərəyan etdiyi on beşinci əsr haqda təsəvvürləri ilə yaxından səsləşirdi. Roman “Paris Notr-Dam kilsəsi” adlandırılır və 1831-ci ildə işıq üzü görür. “Paris Notr-Dam kilsəsi” 1820-ci ildə fransız ədəbiyyatında əsası qoyulan ənənənin davamı oldu . Romanda isə diqqət tarixçinin unutduğu və ya əhəmiyyət vermədiyi məsələlər üzərində cəmlənir. O dövr üçün yeni olan bu ideyaları tutalqa edən Hüqo “Paris Notr-Dam kilsəsi” əsərini yaratdı. Yazıçı dövrün ruhunun ifadəsini tarixi romanın başlıca həqiqət meyarı sayırdı. Bədii əsər məhz bununla tarixi faktları şərh edən xronikadan prinsipial surətdə fərqlənir. Romanda faktiki “kanva” müəllifin fantaziyasının məhsulu olan surətlərin fəaliyyət göstərdiyi və hadisələrin inkişaf etdiyi süjetin ümumi məzmununa xidmət edir. Tarixi romanın gerçəkliyi əks etdirməsi faktların dəqiqliyində deyil, zamanın ruhuna sadiqliyindədir. Hüqo əmin idi ki, tarixi xronikanın pedantcasına şərh olunmasında naməlum kütlənin və ya “aqrotinlərin” küçə rəqqasəsi Esmeraldanın, zəngçalan Kvazimodonun, ya da kimyagərlik qabiliyyətinə kralın belə maraq göstərdiyi alim rahibin davranışlarında gizlənən qədər məna yoxdur. Müəllifin fantaziyasından tələb olunan əsas şey – dövrün ruhundan kənara çıxmamaqdır: xarakterlər, personajların psixologiyası, onların münasibətləri, hərəkətləri, hadisələrin ümumi gedişi, gündəlik həyatda və məişətdə rast gəlinən təfsilatlar – təsvir olunan tarixi reallığın bütün aspektləri dövrün gerçəkliklərinə uyğun gəlməlidir. Romanın bütün əsas surətləri – Klod Frollo, Kvazimodo, Esmeralda, Feb – uydurma obrazlardır. Yalnız Pyer Qrenquar istisna təşkil edir: onun real tarixi prototipi vardır – bu, XV əsrdə və XVI əsrin əvvəllərində Parisdə yaşamış şair və dramaturqdur. Romanda kral XI Lüdovikin və Burbon kardinalının da obrazları canlandırılır. Romanın süjeti hər hansı böyük tarixi hadisəyə əsaslanmır, real faktlara gəldikdə isə yalnız Paris Notr-Dam kilsəsinin və orta əsrlər Parisinin ətraflı təsvirini göstərmək olar. Romanda topoqrafik təfsilatların bolluğu nəzərə çarpır. Bir tərəfdən Sena çayı ilə, digər tərəflərdən isə içərilərində V Karlın vəliəhdinin evi, şəhər bələdiyyəsi, kilsə, məhkəmə sarayı, edam və işgəncələr verilən yerlər olan binalarla əhatə olunmuş Qrev meydanı xüsusilə geniş və detallı təsvir olunur. Hüqonun romanında bütün əsas qəhrəmanlar Qrev meydanında görüşürlər: burada kütlənin alqışladığı, Klodo Frollonun isə lənətlər yağdırdığı qaraçı qızı Esmeralda oynayıb-oxuyur; meydanın qaranlıq küncündəki miskin hücrədə dustaq qadın əzab çəkir; kütlənin arasında insanların etinasızlığından əziyyət çəkən şair Pyer Qrenquar dolaşır, onun yeməyə çörəyi, qalmağa yeri yoxdur; burada qaraçı dəstəsinin, “təlxək qardaşlığının”, “Arqo krallığı” təbəələrinin, yəni oğruların və əyrilərin, təlxəklərin və oyunbazların, avaraların, dilənçilərin, şikəstlərin qaynaşdığı əcaib nümayiş var; burada, nəhayət, “təlxəklər kralı” Kvazimodonun gülünc tacqoyma mərasimi keçirilir. Sonra isə bu qəhrəmanın taleyinin kulminasiya nöqtəsini təşkil edən epizod – Esmeraldanın öz kuzəsindən ona su verməsi səhnəsi baş verir. Bütün bunları meydanda baş verənlərin dinamik fonunda təsvir edən Hüqo orta əsrlər Parisinin canlı “yerli koloritini”, tarixi mənzərəsini yaradır. Azadfikirliliyin ilk cücərtiləri meydana çıxarkən o, Paris Notr-Dam kilsəsini dövrün simvolu hesab edir və təsadüfi deyil ki, bütün əsas hadisələr kilsədə və onun qarşısındakı meydanda cərəyan edir. Kilsənin özü müfəssəl təsvirlərin obyekti, onun arxitekturası isə dərin müəllif düşüncələrinin və şərhlərinin predemeti rolunu oynayır. Hüqo təsvir etdiyi dövrün əlamətlərini romanın qəhrəmanlarının – əsas etibarilə, Paris Notr-Dam kilsəsinin arxidiakonu Klod Frollonun və kilsənin zəngçalanı Kvazimodonun xarakterlərində və talelərində təcəssüm etdirməyə çalışır. Onlar müəyyən mənada antipoddurlar, ancaq buna baxmayaraq, onların taleyi bir-birilə sıx bağlıdır. Alim və zahid olan Klod Frollo yalnız ilk baxışdan kilsəyə sədaqətlə xidmət edən, onu qoruyan və təəssübünü çəkən birisi təəssüratını yaradır. Romanın səhifələrində peyda olduğu andan etibarən bu adam ziddiyyətli xarakteri ilə adamı heyrətləndirir: sərt, qaşqabaqlı, qaradinməz, sifəti qırışlardan büzüşmüş, saçları çallaşmış və tökülmüş bu adamın yaşı otuz beşdən artıq olmaz. Ancaq gözləri həyat eşqilə və ehtirasla alışıb-yanır. Süjetin inkişafı ilə onun xarakterindəki ikilik daha qabarıq görünür. Öyrənmək həvəsi Klod Frollonu bir çox elmləri və sərbəst incəsənət növlərini mənimsəməyə sövq edib. On səkkiz yaşında ikən Sorbonnanın bütün dörd fakültəsini bitirib. Lakin onunçün elmlərin şahı, dinin yasaq qoymasına rəğmən, məşğul olduğu əlkimyadır. Zamanın sərt qanunlarından istifadə edərək onu cadugər qadın kimi təqib və ittiham etməklə sanki özünü “şeytanın vəsvəsəsindən”, yəni sevgidən xilas edir. Lakin bu çarpışma Klod Frollonun qələbəsilə başa çatmayıb, ikiqat faciəylə nəticələnir: Esmeralda da, onu təqib edən də həlak olurlar. Klod Frollo ilə Hüqo hələ XVIII yüzildə formalaşmış yasaq olunmuş ehtiraslardan əzab çəkən və cinayət işləyən yolunu azmış yaramaz rahib obrazı ənənəsini davam etdirir Klod Frollonun düçar olduğu mənəvi düşkünlük xüsusilə onun yaşadığı dövr üçün səciyyəvidir. O, kilsənin rəsmi işçisi olduğundan onun ehkamlarına riayət etməli və onları qorumalıdır. Lakin dərin və hərtərəfli biliyi itaətkar olmaqda ona mane olur və ona əzab verən sualların cavablarını tez-tez kilsənin qadağan etdiyi kitablarda, əl-kimyada, germetikada, astrologiyada axtarmalı olur. O, “fəlsəfə daşını” qızıl əldə etmək üçün deyil, onu Tanrıyla bərabərləşdirən hakimiyyətə sahiblənmək üçün əldə etmək istəyir. Onun şüurundakı mütilik və itaətkarlıq cəsarətli “azad axtarışların” qarşısında tab gətirə bilmir. O ki qaldı Kvazimodoya, o, sözün əsil mənasında maraqlı metamorfoza prosesi yaşayır. Əvvəldə Kvazimodo bizim təsəvvürmüzdə elə bir varlıq kimi təsvir olunur ki, onu sözün həqiqi mənasında çətin ki insan adlandırmaq mümkün olsun. Onun adı simvolik məna daşıyır Kvazimodo – Klod Frolloya demək olar ki oğul (oğulluq) kimidir və demək olar ki (demək, tam yox) insandır. O bütün fiziki eybəcərlikləri özündə birləşdirir: gözünün biri kordur, belində və sinəsində donqarı var, axsaqdır, heç bir şey eşitmir, qulaqları çaldığı nəhəng zəngin güclü səsindən kar olub, olduqca nadir hallarda danışdığından çoxları onu lal hesab edir. Ancaq onun başlıca eybəcərliyi – mənəvidir: Hüqo qeyd edir ki, “Bu eybəcər vücudda mövcud olan ruh eyni dərəcədə eybəcər və qüsurludur”. Xeyirlə şər arasındakı fərqi bir-birindən ayıra bilmir, onda mərhəmət hissi yoxdur, heç vaxt vicdan əzabı çəkmir. Kvazimodo müstəqil şəxsiyyət olaraq özünü dərk etmir, onda insanı heyvandan ayıran şey – ruh, mənəvi duyğular, düşünmək qabiliyyəti hələ oyanmayıb. Bütün bunlar müəllifə bu əcayib zəngçalanı kilsənin əjdahası – qeyri-adi dərəcədə eybəcər və qorxunc daş heykəllə (hələ bütpərəstlik dövrü təsəvvürlərinə görə, kilsənin tavanında olan bu heykəllər şər ruhları Tanrı məbədindən qovmalıydılar) müqayisə etməyə əsas verir.Biz ilk dəfə Kvazimodo ilə qarşılaşdıqda bu personajın mütləq eybəcərliyinin şahidi olur. Onda fiziki və mənəvi eybəcərlikləri ehtiva edən bütün keyfiyyətlər birləşib; daha dəqiqi, Kvazimodo eybəcərliyin etalonu şəklində təqdim olunur. Hüqo əmin idi ki, həyatın və tarixi inkişafın mənası tərəqqidə və ilk növbədə insanın mənəvi cəhətdən kamilləşməsindədir. O hesab edirdi ki, bu tale bütün insanları, hətta ilk baxışda mütləq mənada şəri təmsil edənləri də gözləyir. O, Kvazimodonu da kamilləşmə yoluna çıxarmağa çalışır. Kvazimodonun insani duyğuları sarsıntı keçirdiyi anda oyanır. Qrev meydanın ortasında rüsvayçı dirəyə zəncirlənərək qamçılanmaq cəzasına məhkum edildiyi (dumanlı şəkildə başa düşdüyünə görə, qaraçı qıza hücum etdiyi üçün) vaxt ehtirasdan vəcdə gəlmiş kütlə onu kobud ifadələr məsğərəyə qoyduğu halda, həmin küçə rəqqasəsi Esmeralda ondan qisas almaq əvəzinə su gətirir. Bunadək Kvazimodo insanlar tərəfindən yalnız nifrət, təhqir, rişxənd, kin, qəzəb və həqarət görmüşdü. Göstərilən mərhəmət onun gözlərini açır, özünü insan kimi hiss etməsinə impuls verir. Onun Esmeraldanın əlindən aldığı bir içim su rəmzidir: bu hədsiz dərəcədə alçaldılmış bir insanın tamamilə yad bir adam tərəfindən gördüyü səmimi və adi dəstəkdir. Halbuki bu qız özü də xurafat mühitində, qaba kütlənin çılğın ehtirasları, xüsusən də inkvizitor məhkəməsi qarşısında köməksizdir. Kvazimodo bu xeyirxahlıqdan olduqca mütəəssir olur, onun vicdanı oyanır, individual hissləri baş qaldırır, onda itaət etməkdən savayı düşünmək tələbatı da yaranır. Onun qəlbi Esmeraldaya doğru qanadlanıb uçur, ancaq eyni zamanda bugünədək şəksiz itaət etdiyi Klodo Frolloya münasibəti dəyişir. Artıq Kvazimodo kölə kimi itaətkar ola bilməz, onun hələ yetərincə vəhşi ürəyində sirli duyğular baş qaldırıb. O artıq daş heykəl deyil və adam olmağa başlayıb. Kvazimodonun iki – əvvəlki və yeni ruh halı arasındakı ziddiyyət Hüqonun öz romanında qotik arxitekturaya və “özgür araşdırmalar ruhunun” oyandığı XV əsrə həsr etdiyi geniş fikirlərini simvolizə edir. Əvvəllər mütləq surətdə itaətkar olan Kvazimodonun Klodo Frollonun müqəddəratının hakiminə çevrilməsi müəllif mövqeyinin ifadəsi kimi xüsusilə səciyyəvidir. Əsərin finalında hətta ən aciz və hüquqsuz insanın müstəqilliyə və azadfikirliliyə meyillənməsi bir daha vurğulanır. Kvazimodo könüllü olaraq gözəl, istedadlı, fitrətən mərhəmətli və azad Esmeraldaya görə öz həyatını qurban vermək yolunu seçir. Onun romanın sonunda gerçəkləşən ölümü öz patetikliyi ilə bizi həm dəhşətə gətirir, həm də təsirləndirir. Bu ölümdə eybəcərliklə ülvilik tam olaraq qovuşur. Hüqo əksliklər arasındakı ziddiyyətləri həyatın əbədi və universal qanunu hesab edir və bunun ən yaxşı ifadəçisi də romantik sənət olmalıdır. Hüqonun romanı təzadlar və antitez-obrazlarla zəngindir: eybəcər Kvazimodo – gözəllər gözəli Esmeralda, aşiq Esmeralda – biganə Feb, tərki-dünya arxidiakon – arsız və kefcil Feb. İntellektual baxımdan təzadlar: alim arxidiakon və cahil zəngçalan; səmimi duyğular və zahiri görünüş baxımından Kvazimodo və Feb. Demək olar ki, bütün qəhrəmanlar daxilən də ziddiyyətli xarakterə malikdirlər. Onların arasında yalnız Esmeralda istisnadır; o, mütləq mənada bütöv xarakterə malikdir və bu onunçün faciə ilə nəticələnir. O, mühitin, yad ehtirasların və “cadugərlərin” qeyri-insani təqiblərinin qurbanı olur. Romanda yüksəklikdən seyr edilən Paris “çoxəsrlik abidələrin kolleksiyası”, gözəl və ibrətamiz bir şəhər kimi təsvir olunur. Onu bir baxışda əhatə etməklə hadisələrin ardıcıllığını və gizli mənasını aşkar etmək mümkündür. Dik və ensiz spiralvari pilləkənləri keçməklə kilsənin qülləsinə qalxıb çox şeyi görmək olar. Hüqo bu səhnəylə insanlığın əsrlərin pillələriylə qalxmasını simvolizə edir. Onun tarix haqqında “Paris Notr-Dam kilsəsi” romanında əks olunun bilgiləri yetərincə geniş və mükəmməl idi, odur ki, biz bu əsəri tam anlamıyla tarixi roman adlandıra bilərik. “Paris Notr-Dam kilsəsi”ndə bu “dərs” ilk növbədə XV yüzilin azadlıq hərəkatı ilə müasir cəmiyyət yazıçısının bugünkü həyatının tutuşdurulması yoluyla alınır. “Paris Notr-Dam kilsəsi” romanından sonra da Hüqo bütün yaradıcılığı boyu şəfqət və mərhəmət motivlərinə üstünlük vermişdir. Beləliklə, XV yüzilin insanları üçün anlaşılmaz olan hadisələrin mahiyyəti yalnız bir neçə əsrdən sonra məlum olur, orta əsrlərin tarixi yalnız sonrakı nəsillər tərəfindən öyrənilərək dartışılır. Ancaq XIX yüzildə məlum olur ki, keçmişdə və bu gün baş verən hadisələrin istiqaməti və mahiyyəti mühüm qanunlarla müəyyənləşən vahid proseslə bağlıdır: bu, insan ruhunun azadlığa can atması və ictimai varlıq formalarının təkmilləşməsidir. Tarixi müasirliklə sıx təmasda dərk edən Hüqo hadisələrin uzaq keçmişdə cərəyan etdiyi, lakin 1830-cu illər üçün olduqca aktual olan “Paris Notr-Dam kilsəsi” romanında öz konsepsiyasını irəli sürür. “Paris Notr-Dam kilsəsi” fransız ədəbiyyatında böyük hadisə, tarixi roman janrının zirvəsi oldu. Əsərin müəllifi: Viktor Hüqo
['Viktor Hüqo', 'Kvazimodo']
6,049
https://kayzen.az/blog/kulturologiya/4076/vasili-blajenn%C4%B1-kils%C9%99si-hram-vasiliya-blazhennogo.html
Vasili Blajennı kilsəsi (Храм Василия Блаженного)
kulturoloq
Kulturologiya (mədəniyyətşünaslıq)
3 mart 2011, 21:08
Vasili Blajennı kilsəsi - Moskvanın mərkəzi olan Qırmızı meydanda yerləşir.O, son dərəcə gözəl inşa edilməklə yanaşı, həm də Moskva şəhərinin əsas rəmzlərindən biridir. Qeyri-adi memarlığı ilə diqqətləri üzərinə çəkən bu sənət nümunəsi əsrlərdən bəri dini obyekt rolunu məharətlə ifa edir.Vasili Blajennı kilsəsi Moskvanın ən möhtəşəm qədim memarlıq abidələrindən sayılır. Hələ XVI əsrdə səyahətçiləri heyrətə gətirən Moskvanın mərkəzində Qızıl meydanda rus memarlığının fəxri sayıla biləcək bir abidə kimi Vasili Blajennı kilsəsi fərqliyi ilə göz oxşadırdı. Bu abidə yerləşdiyi əraziyə verdiyi gözəlliyi və memarlıq zənginliyi ilə seçilir. Həmin abidə, dünya memarlığı tarixində rus memarlığının rəmzinə çevrilmişdir. Vasili Blajenni Kilsənin memarlığı barəsində bir çox mübahisəli fikirlər mövcüddur. O, fikirlərdən biri də onun İslam memarlığı üslubunda tikilməsidir. Vasili Blajennı kilsəsi ilə İslam memarlığı arasındakı əlaqəni aşkar etmək üçün həmin abidələrin arxitektura quruluşunu müqayisə etmək lazımdır. Vasili Blajennı kilsəsində xəyalı bir dəyişiklik edək və onun mərkəzi günbəzlərini götürək. Alınan memarlıq nümunəsi XVI əsr Osmanlı memarlığını xatırladacaq. Bir çox tədqiqatçıların fikrincə, Kazandakı Qul-şərif məscidi məhz bu formada olmuşdur. Moskvada Pokrov kilsəsi tikilərkən bura sadəcə mərkəzi günbəz əlavə edilmiş və abidəyə rus-provaslav görünüşü verilmişdir. Vasili Blajennı kilsəsi digər rus kilsələrindən fərqləndirən cəhətlərdən biri də, onun dörd dirəyi, yaxud belə demək mümkünsə, minarələridir. Bu minarələri misal üçün XV əsr Qahirə məscidinin, yaxud XIV əsr Bulqar şəhərindəki məscidin minarələrindən fərqləndirən yeganə xüsusiyyət onun bəzəyi və dekorasiyasıdır. Halbuki XVI əsrin digər rus kilsələrində - Kolomenskdəki Vozneseniye kilsəsində, Dyakovdakı İvan Predteçi kilsəsində bunu görmək mümkün deyil. Tatar müəllifi Niyaz Xalidin “Kazan xanlığıının memarlığı” əsərində Vasili Blajennı kilsəsi haqqında daha maraqlı bir fərziyyə irəli sürülür. Müəllif məbədin qüllələrinin yuxarısında baş örtüyünü xatırladan formaya diqqət yetirir. Onun fikrincə belə bir forma XVI əsr digər rus abidələrində rast gəlinmir. Bu formalar İslam aləmində din və dövlət xadimlərinin əmmamələrinə bənzədilir. Digər tərəfdən, belə formalar orta əsr Orta Asiya, Qazaxıstan, Qafqaz, Türkiyə və Misir abidələrinə də xasdır. Vasili Blajennı kilsəsinin mərkəzi günbəzlərinin daxili bəzəkləri və İslam memarlığını xatırladır. Bundan əlavə, günbəzin daxilindəki spiral şəkilli düzülüşlər də, islam abidələrinə xas olan memarlıq nümunələrinin mövcudluğundan xəbər verir. Kilsəni Kazandakı Qul-şərif məscidinin prototipi sayanlar da vardır . Onlar “İvan Qroznın Kazan xanlığını işğal edərkən burada bir sıra abidələrdən xoşu gəlmişdir, onlardan biri də Qul-şərif məscidi olmuşdur” fikirnə əsaslanırlar. İvan Qroznın həmin məscidin əsasında, Moskvanın mərkəzində kilsə tikilməsini əmr vermişdir. Həmin kilsə, IV İvanın Xəzər dənizinə yol açan Kazan qələbəsinin (müsəlmanlar üzərində qələbənin) və Moskva knyazlığının böyük Rusiya imperiyasına çevrilmə prosesinin rəmzi olmalı idi. Rusların cənuba doğru enişində ən böyük maneə olan müsəlmanlar (tatarlar, bulqarlar) üzərində qələbəni simvolizə edən 2 abidə var idi. Bunlardan biri Moskvada ucalan (1556-1559) Pokrova kilsəsi (Vasili, Blajennı) digəri Kazanda sökülən, XVI əsr Volqaboyu İslam memarlığının incilərindən olan Qul-şərif məscidi idi. Kilsə XVI əsrdə çar İvan Qroznının (IV İvan) əmri əsasında, Volqa çayında böyük və qüdrətli dövlət olmuş Kazan xanlığının işğalı şərəfinə inşa edilmişdir. Belə rəvayət olunur ki, Kazan şəhərinin üzərinə hücum 1 oktyabr 1552-ci ildə, Həzrət Məryəmin Konstantinopolda 910-cu ildə görünməsinin şərəfinə keçirilən Pokrov bayramı zamanı baş vermişdir. Şəhərin divarlarının ətrafında səyyar kilsənin keşişi İncil oxuyarkən “Qoy sürü birləşsin və bir çobanı olsun” sözlərini dediyi zaman, bürclərin bir hissəsi partlayış nəticəsində uçmuşdur. İki ildən sonra Qırmızı Meydanda böyük kilsənin təməli qoyulmuşdur. Burada daha əvvəl taxtadan inşa edilmiş kilsələr mövcud olmuşdur. Moskva mitropoliti Makarinin məsləhəti əsasında çar İvan onların yerində daşdan vahid kilsə inşa etdirmək qərarına gəlmişdir. Kilsənin memarları haqqında rəvayətlər müxtəlifdir. Bir hekayədə memarlar adları Barma və Postnik olan iki nəfərdir, başqa bir əfsanədə isə bunlar eyni bir şəxsdir. Digər variantda isə memarın italyan millətinə məxsus olması bildirilmişdir. Bu iddianın müdafiəçiləri fikirlərini bununla əsaslandırmışlar ki, kilsənin memarlığı öz üslubu ilə yanaşı Avropa İntibah dövrünün tikinti ənənələrini özündə cəmləşdirmişdir. Əfsanəyə əsasən tikinti başa çatdıqdan sonra çar memarların gözlərini çıxarmaq əmri vermişdir. Həmin rəvayətdə bildirilmişdir ki, çar memarlara bundan daha gözəl məbəd inşa edə biləcəklərinə dair sualına müsbət cavab aldıqda bundan bərk qəzəblənmiş, belə bir hadisənin baş verməməsi üçün də onları kor etmək qərarına gəlmişdir. Bəzi mənbələrə əsasən çar bu məbədi atası III Vasilinin xatirəsinə həsr etmişdir. Kilsənin başqa bir geniş yayılmış adı Pokrov kilsəsidir. Vasili Blajennı adını isə həmin dövrdə yaşamış müqəddəs sayılan bir insanın adından almışdır. Rəvayətə əsasən bu şəxs yurodlardan (hərfi tərcüməsi axmaq, ağılsız, pravoslav kilsəsində sərgərdan, asketik həyat tərzi sürən rahiblər və dindar şəxslərə verilən ad) olmuş, bütün həyatı boyunca çılpaq gəzmiş, nəfsini islah etmək məqsədi ilə paltar əvəzinə dəmir zəncirlərdən, papaqlardan, ayaqqabılardan istifadə etmiş, heç bir zaman evə, ailəyə və maddi mülkiyyətə sahib olmamışdır. O heç kəsdən çəkinməyərək iradlarını açıq şəkildə bildirmişdir. Çar İvan Qroznının da ondan qorxduğu müasirləri tərəfindən qeyd olunmuşdur. Əfsanəyə görə, o verilən sədəqələri Qırmızı Meydana gətirərək sağ çiyninin üzərindən meydana atırmış. Heç bir oğru da bu pullara toxunmağa cürət etməmişdir. 1588-ci ildə o Rus Pravoslav Kilsəsi tərəfindən müqəddəs elan edilmişdir və elə həmin ildə onun cəsədi məbədin yaxınlığında kiçik bir kilsəyə köçürülmüşdür. Bu tarixdən etibarən bütün məbəd onun adı ilə adlandırılmışdır. Kilsənin ən maraqlı və məşhur detalları onun günbəzləridir. Onlar rəngbərəng olmaqla diqqəti cəlb edir. Günbəzlərin sayı on ədəddir. Onların hər biri bir nəfərə və yaxud hadisəyə həsr olunmuşdur. Kilsə ayrı-ayrı olan səkkiz məbəddən ibarətdir. Bu məbədlərin hər birinin mehrabı Kazan xanlığı ilə baş verən döyüşlərə həsr edilmişdir. Bəzi mütəxəssislərin rəylərinə görə, kilsənin memarlığı simvolik olaraq, Moskvanın üçüncü Roma ideyasının həyata keçirilməsidir. Məbəd Yəhyanın vəhyində qeyd olunan Yeni Qüdsün (İlahi Səltənətin) nümunəsi kimi inşa edilmişdir. Onun günbəzlərinin sayı belə izah olunmuşdur ki, əsas günbəzin ətrafındakı günbəzlər səkkizguşəli ulduz əmələ gətirir. Səkkizguşəli ulduz həm İsa Məsihin dünyaya yenidən qayıtdıqdan sonra quracağı İlahi Səltənətə, həm də o doğularkən bu anı işarə edən Vifleem (Beytləhm) ulduzuna bir xatırlatmadır. Səkkiz sayı isə dördün cəmidir. Dörd bu ifadəyə görə aşağıdakı xristian ənənələrinin ifadəsidir. Dünyanın dörd cəhəti, dörd növ külək, xaçın dörd kənarı, dörd kanonik İncil, dörd İncil yazan həvari və Yeni Qüdsün dörd divarı. Bu sayın iki dəfə olması isə İncilin dörd cəhətə, yəni bütün dünyaya yayılmasının əhəmiyyətini göstərir. Bəzi tədqiqatçıların düşüncələrinə əsasən bütün bu detallar məhz rus pravoslav kilsəsinin üstün mövqeyini ortaya qoymaq üçün gizli şəkildə göstərilmiş simvollardır. Həzrət Məryəmə həsr olunmuş mehrab mərkəzi məbəddə yerləşir və o sanki digər mehrabları ətrafına toplayır. İlk inşa zamanı kilsənin iyirmi beş günbəzi olmuşdur və bu da Yəhyanın vəhyində ifadə edilən İlahi Taxtın ətrafında eyni sayda olan ağ paltarlı, qızıl tac qoymuş qocaları xatırlatmadır. Daha sonra, XVIII əsrdə, imperatriçə II Yekaterinanın dövründə, bərpa işləri zamanı, on altı günbəz uçurulmuş və nəticədə yalnız doqquzu qalmışdır. Kilsə təkcə Qırmızı Meydanın deyil həm də Moskva şəhərinin əsas rəmzinə çevrilmişdir. O, 1737-ci ildə yanğın zamanı xeyli dağıntıya məruz qalmış, daha sonra yenidən bərpa edilmişdir. Əsrlər boyunca o əsas rus kilsəsi vəzifəsini icra etmişdir. Kommunist çevrilişinin nəticəsində məbədin həyatında qaranlıq günlər başlamışdır. İlk öncə onun başçısı İvan Vostorqov hakimiyyət nümayəndələri tərəfindən həbsə alınmış, daha sonra güllələnmişdir. 1929-cu ildə kilsənin fəaliyyəti dayandırılmış, yerində isə tarix muzeyi açılmışdır. Məbədin bütün zəngləri isə çıxarılmışdır. Hətta bəzi hekayələrə əsasən SSRİ-nin yüksək vəzifəli məmuru olan Kaqanoviç Stalinə onu, Qırmızı Meydanda keçirilən nümayişlərə maneçilik törətdiyi üçün tamamilə uçurmağı təklif etmiş, lakin sonuncu bu təklifi qəbul etməmişdir. Abidənin kilsə kimi fəaliyyəti yalnız 1991-ci ildə bərpa edilmişdir.Vasili Blajennı kilsəsi bu gün də diqqəti cəlb etməkdə davam edir. O dünyanın diqqətəlayiq yerlərindəndir və təsadüfi deyildir ki, YUNESKO tərəfindən Ümumdünya İrsinin siyahısına daxil edilmişdir.
['Kreml', 'Vasili Blajenni', 'kilsə']
6,050
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/4072/allaha-m%C9%99ktub.html
Allaha məktub
ayxansevda
Xoşbəxt ailə
3 mart 2011, 21:00
Rüstəm səhər işə getməyə hazırlaşırdı. Maşını qarajdan çıxardarkən qızını, Səbinəni yolla gedən gördü.Əynində gözəl bir don, əlində isə bir məktub var idi. -- Hara gedirsən? -- Mən...mən....ata, mən poçta gedirəm. -- Niyə? -- Bu məktubu göndərməliyəm -- Ver mənə mən göndərərəm sənin üçün Bir an balaca qız çəkindi amma axır ki, məktubu atasına uzatdı.Atası qoydu maşının qabaq oturacağına, qızına əl elədi və yola düşdü.  İşdə oturarkən məktub Paulun gözünə dəydi. Üstündəki ünvanı oxudu: Allahım Cənnət Səma Məktubu açdı və oxudu. "Allahım, Bu mənim sənə birinci məktubumdu. Anam həmişə deyirdi ki, sən uşaqları sevirsən və onların dualarını tez eşidirsən. Mənim anam 7ci ad günümdən 3 gün sonra vəfat etdi. Ona kimi həmişə xoşbəxt idim, amma indi çooox qəmliyəm. Atam həmişə mənimlə oynayardı, mənə kitab oxuyardı, amma indi heç mənimlə danışmır. Səhər tezdən işə gedir, axşam isə mən yatandan sonra qayıdır. Xalam deyir ki, artıq içməyə də başlayıb. Xahiş edirəm Allahım, mənim anamı qaytar. Onsuz bu evdə yaşamaq istəmirəm. Hər gün məktəbə gedəndə sinif yoldaşlarımın analarını görürəm və məni ağlamaq tutur. Nə olar Allahım, anamı qaytar. Əgər o artıq mələkdirsə və onu qaytara bilmirsənsə onda məni də götür apar. Anamı necə apardın məni də elə apar.  Mən yaxşı qızam. Anamdan soruş deyəcək. Həmişə dərslərimi edirəm və otağımı yığışdırıram. Söz verirəm ki, sənə heç bir narahatçılıq törətməyəcəm. Səni gözləyəcəm! Səni sevən, Sabina" Rüstəm məktubu bir yox üç dəfə oxudu. Bir az sonra, vəfat etmiş həyat yoldaşı ilə ilk dəfə tanış olduğu yerə getdi. Orda böyük bir ağac var idi. Ağaca baxa-baxa bir neçə saat qızının yazdığı barədə fikirləşdi. Həm özünə həm də həyat yoldaşına söz verdi ki, dəyişəcək.  Altı Ay Sonra: Səbinə artıq yerində yatmışdı. Rüstəm onu yuxudan oyatmaq istəyəndə çarpayının yanında bir məktub gördü. Ünvanı belə idi: Allahım Cənnət Səma Məktubu açdı və oxudu: "Allahım, Bu sənə ikinci məktubumdu. Bilirəm ki birinci məktubumu almısan. Sənə təşəkkürümü bildirmək istəyirəm. Düzdü anamı mənə qaytarmadım, məni götürüb aparmadın, amma atamı dəyişdin. Bilirsən Allahım, mən indi onun otağında yatıram. Gecələr mənə nağıllar oxuyur, mənimlə danışır, gülür və hər səhər üzgüçülüyə gedirik. Axşamlar isə, maşınla şəhəri gəzirik. Daha içki içmir. İstəyirsən xalamdan soruşarsan. Bilmirəm sənə necə təşəkkür edim, Allahım, çox sağ ol! Səni Sevən, Səbinə"
['düşündürücü hekayə', 'ağlamalinski']
6,051
https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/4070/ka%C5%9F-ki.html
Kaş ki...
ayxansevda
İslami Hekayətlər
3 mart 2011, 20:51
Bir anda yuxudan oyandım. Çox maraqlı bir işıq gördüm amma otağımın işığı bağlı idi. Baxdım saat 3:30 gecə yarısıdı. Çox yaxşı gördüyüm bu qədər işıq haradandı görəsən? Birdən çaşıb qaldım... Baxdım ki, əlimin yarısı divarın içində. Dərhal əlimi çıxartdım, qorxu içində oturub əlimə baxırdım. Təkrar əlimi divara doğru uzatdım yenə əlim divarın içinə girirdi!!! Bir gülümsəmə səsi eşitdim. Üzümü qardaşıma doğru çevirdim, yatırdı. Qorxu içində yatağımdan qalxıb qardaşımı oyandırmağa getdim. Amma cavab vermədi. Anamın otağına doğru getdim, atamı oyatmağa çalışdım. Mənə cavab vermələrini istəyirdim amma heç kim cavab vermirdi. Anamı oyandırmaq üzrəykən, baxdım ki anam yuxudan oyandı. Yuxudan oyandı amma mənimlə danışmırdı. ---Anam "bismilləhir-rahmənir-rahim" deyirdi və təkrarlayırdı. Atamı oyandırdı, "qalx qalx bir uşaqlara baxaq" dedi. "Indi zamanımı, qoy yataq sabah ola xeyir ola" dedi atam. Amma anamın israrı üzərinə atam qalxdı, birlikdə otağımıza doğru gəldilər. Başladım qışqırmağa, "ana, ata" amma heç biri cavab vermirdi!!! Anamın paltarını çəkir məni dinləməsini istəyirdim amma anam məni hiss etmirdi!!! Başladım anamın arxasından getməyə. Bizim otağımıza girdilər və anam işıqları yandırdı. Amma mənim üçün fərq etmirdi çünki mənim üçün hər tərəf işıq idi. Tam o sırada çox maraqlı bir şeylə qarşılaşdım. Öz vücüdumu gördüm!!! Bəli öz vücüdumu... Oturub öz özümü seyr edirdim, iki dənəydim. Öz özümə soruşurdum kimdir bu görəsən? Necədə mənə bənzəyir!!! Başladım öz özümü oyandırmağa, bu kabusdan xilas olum deyə, amma oyana bilmədim... Atam anama dedi "bax yatırlar, gel gedək". Amma anam sakit ola bilmədi və mənim yatdığım yatağa doğru gələrək məni oyandırmağa başladı "oyan Məhəmməd, oyan mənə cavab ver". Amma cavab verə bilmirdim!!! Bir neçə dəfə oyatmağa çalışdı amma yox... Birdən baxdım ki, atamın gözlərindən yaşlar tökülür. O atam ki, indiyə qədər onun göz yaşlarını görə bilməmişdim. Qışqırışmalar başladı o yerdən .. qardaşım oyandı və soruşdu nə oldu? Anam ona qışqıraraq, böyük qardaşın Məhəmməd ölmüş. Çox kədərli bir şəkildə ağlayırdı. Qışqırmalar çoxaldı. Bu da mənim ruhuma qəribə bir əzab, sızıltı verirdi. Anama yaxınlaşaraq, ana ağlama mən burdayam bax mənə!! Amma heç kim mənə cavab vermirdi, niyə? səbəb nə idi? Oturub qışqırmağa başladım, burdayım baxın mənə. Amma yenə heç biri mənə cavab vermirdi. Başladım "Ya RƏBBI, Ya RƏBBI nə olar məni bu yuxudan və olduğum vəziyyətdən qurtar" -deyə yalvarmağa. Uzaqdan bir səs eşitdim və getdikcədə yüksəlirdi. Bu səs ALLAHU Tealanın bir ayəsi idi... (And olsun sən bundan qəflətdə idin, dərhal biz sənin pərdəni qaldırdıq. Bu gün artıq gözün itidir.) Birdən iki adam məni tutdu, amma insan deyildilər. Çox qorxdum !! Başladım qışqırmağa, buraxın məni, siz kimsiniz? Nə istəyirsiniz? "Qəbirə qədər sənin gözətçilərinik"- dedilər. "Mən ölmədim, hələ yaşayıram"- dedim "Niyə məni qəbirə aparırsınız? buraxın məni!! Mən hiss edirəm, danışıram və görürəm, mən ölmədim". Mənə gülümsəyərək cavab verdilər. Dedilər- "ey insanlar sizlər çox maraqlı varlıqlarsınız, sanırsınız ki, ölüm həyatın sonudur amma bilmirsiniz ki, əslində sizin yaşadığınız həyat bir yuxudan ibarət olub, öldüyünüz zaman oyanırsınız." Məni qəbirə doğru çəkirdilər hələ yoldaykən baxdım ki, mənim kimi insanlar və yanlarında da eyni o iki varlıqdan var, kimi ağlayır kimi gülür və kimi isə qışqırırdı. Onlardan soruşdum niyə belə edirlər? Dedilər ki, bu insanlar çaşqınlıq içərisindədilər, hara getdiklərini bilirmirlər, kimisi dəlalətdədir.. qorxu içində sözlərini kəsərək soruşdum: "Atəşəmi gedirlər yəni?" - "bəli atəşə, o gülənlər isə Cənnətə gedirlər"- dedilər Dərhal soruşdum onlardan- "yaxşı mən hara gedəcəm"?? Dedilər ki, "Sən bəzən yaxşı gedirdin, bəzəndə pis. Bəzən tövbə edib sabahısı gün günah işləyirdin və izlədiyin yol tam olaraq müəyyən deyildi". Sözlərini qorxu içərisində kəsərək soruşdum: "Yəni mən atəşəmi gedirəm yoxsa?" Onlarda -"ALLAHIN rəhməti genişdir və səfərdə uzundur" dedilər. Üzümü çevirdim qorxu içərisində baxdım ailəm, atam, əmim, qardaşlarım və qohumlarım hamısı bir sandıq içində məni daşıyırdılar. Onlara doğru getdim və onlara dedim ki, mənim üçün dua edin lütfən. Amma heç kim mənə cavab vermirdi. Kimi ağlayırdı, kimi isə hüzünlü idi. Qardaşıma gedərək, "diqqətli ol dünyanın fitnəsi səni aldatmasın"-dedim. Məni eşitməsini çox istəyərdim. O iki mələk məni qəbirdəki cəsədimin üzərinə bağladılar. Baxdım ki, atam torpaq atır, qardaşlarım torpaq atır, Ordakı insanlar hamısı torpaq atırdı üzərimə.... dedim - "ahh Kaş ki, onların yerində olsaydım ALLAHA tövbə etsəydim... Kaş ki, dünən səhər namazımı qılsaydım... Kaş ki, hər gün RƏBBIMƏ dua etsəydim... Kaş ki, hər gün tövbəmi yeniləsəydim... Kaş ki, pisliklərdən uzaq olsaydım..." Başladım qışqırmağa, "ey insanlar diqqətli olun dünya həyatı sizləri aldatmasın" Heç olmasa birinin məni eşitməsini çox istəyərdim. amma.... Yaxşı sən məni eşidirsənmi ??? Elə isə həmin gün "kaş ki..." sözünü deməməyimiz üçün fani dünyanın aldadıcı gözəlliklərinə uymayaq, bir hərəkəti etdiyimiz zaman bizim də bir gün öləcəyimizi xatırlayaq. Gecə yatdığımız zaman "mən bu gün ne səvab iş gördüm? Ne günah iş gördüm" deyə özümüzü mühakimə edək. Başımızı yastığa qoyduğumuz zaman vicdanımız rahat olaraq yataq
['islami hekayələr']
6,052
https://kayzen.az/blog/poeziya/4065/m%C9%99n-bel%C9%99-%C9%99srar%C4%B1-qana-bilmir%C9%99m-%7C-m.%C9%99.sabir.html
Mən belə əsrarı qana bilmirəm | M.Ə.Sabir
ayxansevda
Poeziya
3 mart 2011, 19:41
Mən belə esrarı qana bilmirəm,Qanmaz olub da dolana bilmirəm!..Axtaxana, sağda dana böyüdü,Mən böyük ollam haçana, bilmirəm!..Derlər utan, heç kəsə bir söz demə, -Həq sözü derkən utana bilmirəm!..Neyləməli, göz görür, əqlim kəsir,Mən günəşi göydə dana bilmirəm!.. Şiddəti-seylan ilə baran tökür,Bir koma yox, daldalana bilmirəm!..Derlər utan, hərzəvu hədyan demə, -Güc gətirir dərd, usana bilmirəm!..Derlər, otur evdə, nədim, kasibəm,Kəsb eləməzsəm, qazana bilmirəm!..Derlər, a qanmaz, de yıxıl, öl, qurtar!He, balam, doğrusu, ay dadaş, mən dəxiMəsləhət ondan o yana bilmirəm!..
['satira']
6,053
https://kayzen.az/blog/poeziya/4064/kim-n%C9%99-dey%C9%99r-bizd%C9%99-olan-qeyr%C9%99t%C9%99-%7C-mirz%C9%99-%C9%99l%C9%99kb%C9%99r-sabir.html
Kim nə deyər bizdə olan qeyrətə? | Mirzə Ələkbər Sabir
ayxansevda
Poeziya
3 mart 2011, 19:26
Kim nə deyər bizdə olan qeyrətə?!Qeyrətimiz bəlli bütün millətə!...Biz qoca qafqazlı igid ərlərik,Cümlə hünərdmərdlərik, nərlərik,Iş görəcək yerdə, söz əzbərlərik,Aşiqik ancaq quru, boş söhbətə,Kim nə deyər bizdə olan qeyrətə?!Çırmanarıq keçməyə çay gəlməmiş,Başlayırıq qızmağa yay gəlməmiş,Söz veririk indi - bir ay gəlməmiş,Asta qaçıb dürtülərik xəlvətə,Kim nə deyər bizdə olan qeyrətə?!Cümlə cahan yatsa da, biz yatmarıq,Qeyrətü-milliyyəmizi atmarıq,Əhlimizi başqalarına satmarıq,Bir quruşa, bir pula, ya bir çetə!Kim nə deyər bizdə olan qeyrətə?!Bizdə görünməz nə fəsadü nifaq,Işləmədə bir-birimizden qoçaq,Bax, budur islamı gətirrik qabaq;Boyləcə xidmət olunur millətə,Kim nə deyər bizdə olan qeyrətə?!Bir işə min hummətimiz var bizim!Bax, neçə cəmiyyətimiz var bizim!Bundan gözəl niyyətimiz var bizim! Ay bərəkallah, bu gözəl niyyətə!Kim nə deyər bizdə olan qeyrətə?!Hansı məkatib ki, onu açmadıq?Hansı sənaye ki, para saçmadıq?Verdiyimiz sözdən uzaq qaçmadıq;Işlərimiz mindi bütün surətə!..Kim nə deyər bizdə olan qeyrətə?!Bax, neçə darüləcəz, dari-elm!Bir neçə məktəb, neçə asari elm!..Bizlərik, əlbəttə, xəridari-elm!Çatmışıq ondandı belə hörmətə!..Kim nə deyər bizdə olan qeyrətə?!Bizdə nə fəhlə tapılar, nə gəda,Bizdə nə sail və nə bir binəva,Bəxtəvər övladımıza mərhəba!Baş aparıb hər biri bir sənətə!..Kim nə deyər bizdə olan qeyrətə?!Etmişik ifa atalıq mehrini,Çəkmişik övladımızın fikrini,Ömrümüz olsa görərik bəhrini,Onda ki, onlar uyacaq sirqətə,Həbsdə məşğul olacaq işrətə,Fəxr edərik biz də bütün millətə!Kim nə deyər bizdə olan qeyrətə?!Ay bərəkallah, bu gözəl niyyətə!..
['satira']
6,054
https://kayzen.az/blog/ayxansevda/4062/haci-zeynalabdin-ta%C4%9Fiyev.html
HACI ZEYNALABDİN TAĞIYEV
ayxansevda
Bloq: ayxansevda
3 mart 2011, 16:39
Bir nəfə Hacının yanına dəfələrlə gəlib, onun iş müdirlərinin birindən çuğulluq edir:  "Əli əyridir, sənin hesabına ikimərtəbəli mülk tikdirib, qardaşına da dükan açıb, fayton alıb, onu işdən qov" . Hacı gülümsəyib deyir:" Qalmağı məsləhətdir. O, nə lazımdır hamısını eləyib, bundan sonra işləyəck, onu çıxardıb, başqa adam götürsəm, o da köhnənın elədiklərini yenidən başlayacaq. Qalmağı məsləhətdir!" Bir gün Bakı varlıları Hacıya şikayət edirlər ki, şəhərin aşağı məhəllələrində ermənilər mülk tikdirirlər, tədbir görün, qabağını alın! Hacı deyir:" Qoy tiksinlər, qabağını almaq lazım deyil, yeri düşəndə mən özüm onları şirnikləndirirəm ki, tiksinlər. Mülk yerdə qalacaq , heç kəs gedəndə mülkü dalına şəlləyib apara bilməyəcək.Aramyanı görmədiüz, şahanə saray tikdirdi, özü getdi, mülk qaldı ,xanəndə Seyidə qismət oldu. Su gedər, qum qalr." ...Bir neçə adam küçədə Hacıya rast gəlir. Hacı soruşur: "Nə var , nə  yox?" Deyirlər ki: "Hacı neçə gündür şəhərdə bir dənə də olsun təzə balıq tapılmlr. Kömək eləyin.". Hacı deyir : "Arxayın olun, bu günlərdə şəhərə təzə balıq gətirərlər." Sabahı günü faytona minib gedir vətəgələrindən  birinə. Balıqçılar Hacını görüb əl-ayağa düşürlər, can - başla işləməyə başlayırlar. Hacı təzə tutulmuş çapalayan bir balığı gətizdirir, barmağındakı brilliant üzüyü məftillə balığın quyruğuna bənd edir və dənizə tullamağı əmr edir. Bu xəbər tezliklə bütün vətəgələrə yayılır. Bütün balıqçılar quyruğunda brilliant üzük olan balığı tutmağa cəhd edir. Iki gündən sonra şəhər bazarlarında şamayı, kütüm, som, sazan, çapağ, leş, osetrin, sevryuqa, qızıl və ağ balıq gətirirlər ki, tərpənmək olmur.
['Böyük insanlar. şəxsiyyətlər']
6,055
https://kayzen.az/blog/dusundurucu-hekayeler/4061/bal%C4%B1q%C3%A7%C4%B1-v%C9%99-t%C9%99l%C9%99b%C9%99l%C9%99r.html
Balıqçı və tələbələr
Xrizoberil
Düşündürücü hekayələr
3 mart 2011, 16:24
Rəvayət edirlər ki, bir dərviş var idi, ovçuluqla məşğul olardı, xüsusilə balıq tutmaqda çox məharəti vardı. Çevik quşu göydə oxla vurardı, Cəld balığı göldə əllə tutardı. Bir gün torunun çəmənlikdə qurmuş, özü isə pusquda oturmuşdu. Bu zaman üç quş enib torun ətrafında dənlənməyə başladı, elə bu dəmdə haman tərəfdən hay- küy qopdu, mübahisə səsləri eşidildi. Ovçu qorxdu quşlar səsi eşidib qaçsınlar. Pusqusan çıxıb gördü iki tələbədir, elmi mübahisə edirlər, ancaq bir- birini başa sala bilmədikləri üçün az qalırlar savaşsınlar. Ovçu onların yanına gəlib yavaşdan yalvarmağa başladı və dedi: - Ey elm kanları və fəzilətləri! Xahiş edirəm lütf edib bir az sakit olasınız, bu quşlar hürküb qaçmasınlar, mənimdə zəhmətim hədərə getməsin. Tələbələr dedilər: biz bir şərtlə sakit olarıq, tutduğun quşlardan hərəmizə birini verəsən. Ovçu dedi: - mənim əzizlərim! Nə danışırsınız, nə tutmuşam ki, sizə də nə verim. Mən böyük bir ailə sahibiyəm, burada vur- tut üç quş var, onun da ikisini sizə versəm, mənə nə qalar, ondan əhl- əyalə nə çatar? Tələbələr dedilər: - Sən hər gün gah quh vurursan, gah balıq tutursan, az yesən də olar. Biz isə quru çörəkdən, duru sudan başqa bir şey görməmişik, ov əti dilimizə dəyməyib, kabab iyi burnumuza. Nahaq yalvarma əl çəkəsi deyilik. Ya şərtimizi qəbul et, ya da bu saat elə qışqıracayıq ki, quşlar uçub qaçsın. Ovçu nə qədər ah- zar etdisə fayda vermədi. Müəllimin sözu tələbəyə kar etmirsə, ovçununku necə təsir edə bilər?! Tələbələr öz dediklərindən dönmədilər ki, dönmədilər. Ovçu axırda naçar qalıb razı oldu və ipi çəkib quşların üçünü tutdu. Sonra yenə dil töküb yalvarmağa başladı və dedi: - Ey əsrimizin böyük alimləri, dövrümüzün misilsiz filosofları, mən fəqirə rəhm edib quşlardan əl çəkin, gedin elmi mübahisənizi edin. Axı bu quşlarda nə can var ki, siz ona tamah salmısınız? Tələbələr dedilər: Quş deyil qırqovuldur bunun hər biri, Insan yemək istəyir lap diri- diri. Sonra əlavə etdilər: - Kişi tüpürdüyünü yalamaz, söz veribsən şərtini də yürinə yetirməlisən. Ovçu gördü ki, rica qapıları bağlanmış,ümid sapları qırılmışdır. Quşları ata malı kimi bölməyə və hərəsinə birini verməyə məcbur oldu və dedi: Gördünüz ki, mənim sizə nə qədər xeyrim dəydi. Varımı - yoxumu sizinlə tən böldüm, indi isə siz də nə üstə mübahisə etdiyinizi deyin ki, mən də sizin biliyinizdən feyziyab olub fayda götürüm. əgər düzünü deməsəniz quşları sizə halal etməyəcəm. Tələbələr gülüb dedilər ki,biz balığın xonsalığı üstə mübahisə edirdik. Ovçu soruşdu:- Xonsa nədir? Tələbələr dedilər: Xonsa odur ki, nə müzəkkər ola, nə müənnəs. yəni nə erkək ola, nə dişi. Ovçu bu sözü yadında saxladı. Sonra evinə gedib əhvalatı arvadına- uşağına nağıl etdi. Gecəni bir quşla keçirməli oldular. Elə ki, səhər oldu, günəşin qızıl qanadlı quşu öz yuvasından pərvaz edib aləmi işıqlandırdı, ayın gümüş rəngli şüası üfüqdə gizləndi. Ovçu torunu götürüb dərya kənarına gəldi, ya bəxt deyib dənizə atdı, bir az keçdi toru dartdı, əlinə ağır gəldi, çəkib çıxartdı, gözü balığa sataşcaq ağzı açıq qaldı. O, hələ ömründə belə gözəl balıq görməmişdi: rəngi ləl kimi yanır, dərisinin pulları ətrafa işıq salırdı, boyu uzun, əti lətif, zərif idi. Ovçu bir müddət onun rəng, surət və qiyafəsinə tamaşa etdikdən, boy- buxununa heyran- heyran baxdıqdan sonra dedi: Hələ heç bir balıqçı toru indiyə qədər belə balıq görməmişdir. Hayıfdır mən bunu öldürüm, yaxşısı budur ki, onu diri saxlayıb, şaha tövfə aparım. Bəlkə o, bunun qədrin, qiymətin bilib mənə xələt və ənam verə. Verməsə də bir xidmət etmiş olaram. Balıq da bilməsə, xalıq bilər. Sonra balığı su ilə dolu zərif bir qaç içinə salıb, birbaşa şahın sarayına gəldi. Şah təzə balığı çox sevərdi. O, bunun üçün həyətdə böyük bir göl tikdirmiş, onu göz yaşı kmi şirin su ilə doldurmuş, içərisinə çoxlu miqdarda müxtəlif balıq saldırmışdı. Könlü balıq istəyəndə qayığa minib vəzir- vüzəra, əmir- üməra ilə orada gəzər, balıqların üzüşünə tamaşa edər və xoşu gəldiklərini tutdurub ordaca qızartdırardı. Şahın balıq tanımaqda xüsusi məharəti vardı. Şah bü gün də qayığa minmişdi ki, ovçu gəlib balığı padşaha təqdim etdi. Şah balığı görüb heyran qaldı, balıqçıya min dinar qızı ənam verilməsini əmr etdi. Padşahın adamlarından biri  dedi- Şah sağ olsun, siz bilirsiniz ki, balıqçı çox, dəryada balıq isə boldur, hər balığa min dinar ənam versən, dənizdə nə qədər balıq varsa, hamısını tutub sizin hüzurunuza gətirərlər. Bu dövlətin azalmasına, xəzinənin boşalmasına səbəb ola bilər. Balığın ən yüksək qiyməti bir dinardır. Birə min verməyin nə mənası vardır? Şah dedi:- Doğru deyirsən, lakin söz verdikdən sonra gecdir. Vəzir dedi:- bu barədə bir tədbir görmək olar, həm vəd yerinə yetirilər, həm pul xəzinə də qalar. Məsləhət odur ki, o, balıqçıdan soruşasınız balıq erkəkdir ya dişi. Hansın desə, əmr edəsiniz ki, gedib onun yoldaşını da gətirsin, ya ya verəcəyimiz az pula razı olsun. Şah bu təqbiri bəyəndi, balıqçını çağırıb dedi:- bu balıq müənnəsdir, ya müzəkkər? Yəni dişidir, ya erkək? Balıqçı bir az duruxdu, şahın burada bir kələk işlətdiyini duydu, nə deyəcəyinə məəttəl qaldı, sonra xəyala daldı. Birdən tələbələrinin mübahisəsini xatırladı, fikirləşib onların öyrətdiyi sözü yadına saldı, sonra dedi:- Ey şəhriyar, bu balıq xonsadır, yəni nə dişidir, nə erkək. Cavab şahın xoşuna gəldi, üzünü vəzirə tutub: -Sözün nədir, get kişinin min dinarını ver. Bu məsəli dedim biliyin xeyrini başa düşəsiniz, balıqçı iki quş verib, bir kəlmə söz öyrəndi, lakin sonra o söz ona min dinar qızıl qazanc gətirdi, beləliklə məlum oldu ki, elmin faydası öyrədəndən çox öyrənənədir. Mənbə: "Kəlilə və Dimnə"
['elm öyrənməyin xeyri']
6,056
https://kayzen.az/blog/dusundurucu-hekayeler/4060/kas%C4%B1b-anan%C4%B1n-x%C9%99zin%C9%99si.html
Kasıb ananın xəzinəsi
Xrizoberil
Düşündürücü hekayələr
3 mart 2011, 12:56
Qadının biri, comərd olduğu deyilən yaşlı bir müdrikə gedib:- Bu şəhərdə məndən kasıb insan yoxdur!- deyər. Mənə bir az kömək edərsinizmi?Müdrik adam, qadının qucağındakı körpənin bir ipəyi xatırladan yanaqlarını oxşayıb öpdükdən sonra:- Deməli kasıbsan!..- deyə soruşar. Həm də çox kasıb... Amma qarşılıqsız kömək etmək, adətim deyil!. Əgər kömək istəyirsənsə, uşağının barmağını satmağın lazımdır...Qadın, əvvəl dəli olduğunu sanmış müdrikin. Daha sonra da, pis bir zarafat etdiyini... Amma adam ciddi görünürmüş. Qadına bir kisə qızıl uzadıb:- Ayaq barmağına da razıyam!- deyir. Onsuz da cərrah olduğumdan, ona ağrı hiss etdirmərəm. Qadın, bütün qanını donduran bu təklif üzərinə qaçmağı düşünərkən, adam:- Yalnız dırnağını çıxarsam da olar!- deyə davam etmiş. Bilirsən ki, zamanla yenisi çıxar.Qadın, bu ruh xəstəsinə daha çox dözə bilməyir və qapını çırpıb uzaqlaşarkən, adam onun arxasından:- Necə bir kasıb olduğunu anlaya bilmədim!. -deyə qışqırmış. Qucağındakı xəzinənin dırnaq qədər bir parçasını, bir kisə altına dəyişmirsən.
['övlad sevgisi']
6,057
https://kayzen.az/blog/maraqli-faktlar/4059/%C5%9Fah%C4%B1n-h%C9%99diyy%C9%99si-v%C9%99-%C9%99n-b%C3%B6y%C3%BCk-%C9%99d%C9%99d.html
Şahın hədiyyəsi və ən böyük ədəd
MASON
Maraqlı faktlar
3 mart 2011, 12:38
Əslində, ən böyük ədəd heç cür adlanmır. Çünki, ən böyük ədəd hələ insanlara məlum deyil və bəlkə də heç vaxt da məlum olmayacaq. Ümumiyyətlə bəşərə lazım olan nəhəng-sayların heç də hamısının adı yoxdur. Sizi nəhəg-ədədlərlə tanış etməzdən öncə bir rəvayəti nəzərinizə çatdırmaq istərdim. Məşhur rəvayətlərdəndir. Həm də rəqəmlər aləminə qısaca nağılvari bir səyahət də edərik.Rəvayətə görə, bir alim ölkəni idarə edən şahın əmrini yerinə yetirmək üçün bu əsrarəngiz şahmat taxtasını icad edir. Üzərinə düşən işi incəliklə yerinə yetirən alim taxtadakı rənglərə və fiqurların quruluşuna heyrətlə baxan hökmdarın rəğbətini qazanır. Şah alimə müraciətdə: ”Taxtanı və üzərindəki fiqurları bəyəndim, bunun qarşılığında məndən nə istəyirsən?” - deyir. Alim təvəzökarlıqla: “Şahmat taxtasının birinci xanası üçün 1, 2-ci xanası üçün 2, 3-cü xanası üçün 4 və hər sonrakı xana üçün əvvəlkindən iki dəfə çox buğda dənəsi”, - deyir. Aldığı cavab şahı qəzəbləndirir. Qarşısındakı adamın onun kimi qüdrətli hökmdardan belə bir adi şey tələb etməsinə hirslənən şah əyanlarına üzünü tutaraq: “Onun dediklərini hesablayın və artıq bir dənə də buğda verməyin”, - deyə tapşırır. Hesablamaya başlayanda ilk xanalar rahat gedir: birinci xanaya bir, ikinci xanaya iki, üçüncü xanaya dörd buğda... Ancaq 10-cu xanaya çatanda 1023 buğda vermək lazım gəlir. Bu, orta hesabla bir ovuc buğda demək idi. Əyanlar hesabın axıra kimi belə gedəcəyini və alimə ən çoxu bir kisə buğda verəcəklərini düşünürdülər. Çünki 15-ci xanaya cəmi bir kiloqram yarım buğda düşürdü. 25-ci xanaya bir ton yarım buğda lazım olanda belə əyanlar təəccüblənmədilər. Ancaq 31-ci xanaya çatanda bu işin heç də zarafat olmadığını başa düşdülər. Bu zaman onların alimə verməli olduqları buğdanın miqdarı 92 ton idi. 49-cu xanaya çatanda şahın anbarından çıxacaq buğdanın miqdarı 24 milyon ton təşkil edirdi. 54-cü xanada artıq 771 milyon ton buğda lazım idi. Bu isə bütün dünyada il ərzində istehsal olunan buğdanın 1,5 misli demək idi. Hesablamaların sonunda (yəni 64-cü xanada) alimə veriləcək buğdanın miqdarının bugünkü rəqəmlərlə dünyanın 1500 illik buğda istehsalına bərabər olduğu məlum oldu. ( Yəni, 18 kvintillion 446 kvadrillion 744 trilyon 73 milyard 709 milyon 551 min 615 dənə buğda !) Üstəlik, bu qədər buğdanı yetişdirmək üçün dünyadan 64 dəfə böyük bir əraziyə ehtiyac var idi. Beləliklə, şah alimi təbrik etdi və onun elmi qarşısında nə qədər gücsüz olduğu ilə barışdı. Bunu da bilmək maraqlı olardı ki, kvintilion 18 ədəd sifirlı bir rəqəmdir. Müqayisə etmək üçün qeyd edək ki, milyonda 6(altı) ədəd sıfır, milyardda 9 (doqquz) ədəd sıfır, trilyonda 12(on iki) ədəd sıfır, kvadralyonda 15(on beş) ədəd sıfır, kvintilyonun ardınca gələn sekstilyonda 21 (iyirmi bir) ədəd sıfır, septilyonda 24(iyirmi dörd) ədəd sıfır və bu minvalla vigintilliona qədər. Bu rəqəm 63 (altmış üc) sıfırlı rəqəmdir. Amma bir nəhəng də var ki, 100 (yüz) sıfırlı rəqəmdir. Quqol adlanır. Onu amerikalı riyaziyyatçı Kastner təklif etmişdir. Hal-hazırda Rusiya, ABŞ, Kanada və Fransa və bir neçə başqa ölkələrdə “quqol” adlandırılmış ən böyük rəqəm sayılır. İngiltərə, Almaniya və İspaniyada isə “quqol”- dan yüz milyard dəfə böyük rəqəm var. Bu 120 ( yüz iyirmi ) sıfırlı “viqin-tilyon”-dur. Bu viqin-tilyonu o biri ilə dəyişik salmayın. Çünki, axırıncı üç ölkədə adlardakı fərq trilliondan başlayır. Bu üç ölkədə trilyon 18(on səkkiz) sıfırlı rəqəmdir.Kvintilyonla bağlı bir misal da çəksək, yerinə düşər. Sizi əhatə edən havanın hər kubsantimetrində 27 kvintilyon molekul olduğunu bilirsinizmi? Doğrusu, bu belədir. Yer kürəsində 27 kvintilyon insanın olduğunu təsəvvür edək. O zaman Yer bəs edərmi? Əlbəttə ki, yox. Əks halda Yer kürəsinin hər kvadrat metrəsinə 50 min nəfər adam yerləşdirmək lazım gələcək. Bəs bunu necə etmək olar?!Hazırladı:Aydın Abbasdeyerler.org saytına istinadən
['maraqlı faktlar']
6,058
https://kayzen.az/blog/poeziya/4052/n%C9%99-q%C9%99rib%C9%99dir-i-n%C9%99riman-h%C9%99s%C9%99nzad%C9%99.html
Nə qəribədir I Nəriman Həsənzadə
Cavid
Poeziya
3 mart 2011, 04:32
Elə dayanırsan, elə baxırsan, Elə bil qarşında quru bir daşam. İpək saçlarını bir vaxt oxşayan Elə bil hardasa mən olmamışam. Səni dostlarımla, tanışlarımla, Mən tanış edərdim nə vaxtsa bir-bir . İndi özgələri, yad ehtiramla, Deyirlər tanış ol., Nə qəribədir ?! Yuxuda görərdin nə vaxtsa hər dəm, Yolumu gözlərdin yollardan uzaq. Mən sənin yuxundan çıxıb gəlmişəm, Bu da bir yuxudur, gəl tanış olaq. Qoluna girərdim, bu, yadındadır, Gedərdik ,yolumuz, arzumuz şərik. Qolum qollarının lap yanındadır, Toxunsa, biz indi üzr istəyirik. Hayanda oldumsa səhər, ya axşam, Aradın sən məni, gördün sən məni. İndi gözlərinin qabağındayam, Hayanda durum ki, Görəsən məni?
['Nəriman Həsənzadə']
6,059
https://kayzen.az/blog/poeziya/4051/yand%C4%B1r-m%C9%99ktublar%C4%B1m%C4%B1-i-n%C3%BCsr%C9%99t-k%C9%99s%C9%99m%C9%99nli.html
Yandır məktublarımı I Nüsrət Kəsəmənli
Cavid
Poeziya
3 mart 2011, 04:08
Hər sətir üstünə titrəyib əlimSətirlər qəlbimdən od alıbdırlar.Mən sənə bir dəfə aldandım,gülümMəktublar ömürlük aldanıbdırlar.Məni xatırlama özgə ol,yad ol.Oyuncaq olmasın məktublar barı,Ömründə bircə yol alicənab olYandır xatirələrimi - o məktublari.Orda ürəyimin harayı,ahıQəlbimin utanqanc sevgisi,yatır.Orda vüqarımın sınma vüqarı,Kövrək bir sevdanın sevdası yatır.Dagılır söhrətin dumanı,çəniUdar bir ac balıq inci tək seniYazdığım toxumlar ac toxum kimi Bir gün göz yaşını içəcək sənin.Məktublar içində nəyim nələrimAlovlu sətirlər gizli qəm kimi.Yandır məktublar, xatirələrim yansınKülə dönsün qoy Kərəm kimi.Sənə ümid dolu dikilən gözlərYenə xatirələrdə donub qalandır.Əlim əsə-əsə yazdığım sözlərO zaman düz idi, indi yalandırHəyatın özündə sınadım səni,Demə bahar idim, indisə qışamYaxşıki sonradan tanıdım səni,Yaxşı ki, ömürlük aldanmamışam.
['Nüsrət Kəsəmənli']
6,060
https://kayzen.az/blog/poeziya/4050/heyif-i-b%C9%99xtiyar-vahabzad%C9%99.html
Heyif I Bəxtiyar Vahabzadə
Cavid
Poeziya
3 mart 2011, 03:58
Heyif o gözlərə o baxışlara, Özgə birisinə baxacaq həmən. Heyif o ilahi qövsi qaşlara, Sınacaq kədərli düşüncələrdən. Heyif o alovlu ötən çağlara, Uçan yad budağa tez qonacaqdır. Heyif gülə bənzər o dodaqlara, Özgə bir dodağa toxunacaqdır. Gülüm heyif sənə yazıqlar mənə, Qoruya bilmədim məhəbbətimi. Özüm bilə-bilə verirəm yenə, Özgə birisinə səadətimi.
['Bəxtiyar Vahabzadə']
6,061
https://kayzen.az/blog/poeziya/4049/b%C9%99han%C9%99siz-get-i-n%C3%BCsr%C9%99t-k%C9%99s%C9%99m%C9%99nli.html
Bəhanəsiz get I Nüsrət Kəsəmənli
Cavid
Poeziya
3 mart 2011, 03:56
Getmək istəyirsən, bəhanəsiz get,Oyatma mürgülü xatirələri.Səsin həmin səsdir, baxışın ögey,Gedirsən səsin də yad olsun, barı.Sən dəniz qoynuna tullanmış çiçək,Üstünə dalğalar atılacaqdır.Saxta məhəbbətin saxta sənəd tək,Nə vaxtsa, üstündə tutulacaqdır.Yollar tək döşənib ayaqlarına,Sənə yalvarımmı? Bu mümkün deyilQoymaram qəlbim tək vüqarım sına,Alçalıb yaşamaq ömür-gün deyil...Demirəm, sən uca bir dağsan, əyil, Demirəm,qalıbdır əlacım sənə.Nə səndə məhəbbət qara pul deyil,Nə mən dilənçiyəm, əl açım sənə.Getmək istəyirsən, o yol, o da sən,Bir cüt göz baxacaq arxanca sənin.Getdinmi, geriyə dönmək istəsən,Tikanlı yastığa dönəcək yerin.Getmək istəyirsən, nə danış, nə din,Yox ol xəyal kimi dumanda, çəndə.Nəyimi sevmişdin, deyə bilmədin,İndisə, yüz eyib görürsən məndə
['Nüsrət Kəsəmənli']
6,062
https://kayzen.az/blog/MASON/4047/qeyb%C9%99t-%C9%99n-b%C3%B6y%C3%BCk-g%C3%BCnahd%C4%B1r.html
Qeybət ən böyük günahdır
MASON
Bloq: MASON
2 mart 2011, 22:01
Qeybət, adından göründüyü kimi, kiminsə eybini açmaq deməkdir, istər bu eyb fiziki olsun, istərsə də əxlaqı, istər onun əməli haqqında olsun, istərsə də sözləri haqda. Və hətta o şeylər ki, həmin insana aiddir, libası, evi, həyat yoldaşı, övladları və başqa bunun kimi şeylər haqqında deyilən sözlər - qeybətdir.Ona görə də kiminsə zahiri sifəti və hamıya məlum olan xasiyyəti haqda danışmaq Qeybət sayılmır, ancaq o şərtlə ki, bu söhbətlərdə eyb axtarmaq və məzəmmət xarakteri olmasın, əks halda haramdır. Məsələn məzəmmətlə deyəsən ki, filankəs, kordur, boyu alçaqdır, rəngi qaradır və ya dazdır.O eyblər ki, gizli sayılır onları hər niyyətlə olursa olsun, açıqlamaq haramdır və Qeybət sayılır. İmam Sadiq (ə) buyurur: "Qeybət odur ki, müsəlman qardaşın haqda elə bir şey söyləyəsən ki, Allah onu gizli edib və ancaq o şeylər ki, aşkardır - tündxasiyyəti və tələsmək kimi xüsusiyyətlər qeybətə daxil deyildir. Amma böhtan odur ki, elə bir şey deyəsən ki, həmin adamda o şey olmasın".Qeybət başqa mənfi xüsusiyyətlər kimi psixoloji bir xəstəliyə çevrilir. Belə ki, qeybət edən şəxs öz əməlindən ləzzət almağa başlayır. Çünki bunun və ya onun abrını aparmaq onu razı salır və xoşhal edir. Bu əxlaqın ən təhlükəli mərhələlərindən biridir.Ona görə də qeybət edən şəxs gərək hər şeydən əvvəl öz ruhunun dərinliklərinə nüfuz etmiş və bu günaha şərait yaradan xüsusiyyətlərin müalicəsi ilə məşğul olsun. O, paxıllıq, həsəd, kin, düşmənçilik və təkəbbür xüsusiyyətlərini müalicə etməlidir.Özünütərbiyə və təfəkkür vasitəsilə bu mənfi xüsusiyyətlə mübarizə aparmalı və həmçinin nəfsini tərbiyə etməklə can və ürəyinə çökmüş bu çikabı təmizləməlidir. Və nəhayət tövbə məqamına gəlib çatmalıdır və əgər qeybət etdiyi şəxsi görə bilərsə, ondan üzr istəsin. Məsələn, desin ki, mən bəzən nadanlığım üzündən və sizin xəbəriniz olmadan qeybət etmişəm, məni bağışlayın və başqa bir şey deməsin, çünki bu, növbəti fəsada zəmin yaradar.Və əgər onu görmürsə və ya onu tanımırsa və ya həmin adam dünyadan köçübsə, onun üçün tövbə etsin və yaxşı əməllər etsin ki, bəlkə bütün bunlara görə Allah onu bağışlayar.İnsanın dünyadakı ən böyük sərmayəsi onun ləyaqət və şəxsiyyətidir və hər bir şey ki, ona ləkə gətirər, sanki onun həyatını təhlükəyə salmışdır. Bəzən şəxsiyyətin terroru, şəxsin terrorundan daha mühüm sayılır. Və ona görə də onun günahı nəfsin günahından da ağır sayılır.Qeybətin haram olmasının fəlsəfələrindən biri odur ki, həmin şəxsin mənəviyyatı məhv olmasın və şəxsin hörməti aradan getməsin və onun heysiyyətinə ləkə gəlməsin və ona görə də İslam bu fəlsəfənin əhəmiyyətini yüksək qiymətləndirir.Onu da qeyd etmək lazımdır ki, qeybət bədbinliyə gətirib çıxarar və ictimai bağları qoparar, etimadı aradan aparar, həmkarlıq bünövrələrini sirkələyər.Bilirik ki, İslam cəmiyyətin vəhdətinə xüsusi diqqət edir. Hər bir şey ki, bu vəhdəti dağıtmaq istəsə İslam ona nifrət edər. Qeybət də bu vəhdəti zəiflədən amillərdən biridir. Bundan başqa qeybət ürəklərə kin və düşmənçilik toxumu səpər və bəzən də qanlı davalara və qətlə də gətirib çıxarar.Xülasə olaraq deyə bilərik ki, İslamda qeybət kəbirə günah sayılır və onun da əsas səbəbi fərdə və cəmiyyətə vurduğu zərərdir.İslami hədislərə nəzər salaq.Peyğəmbər (s) buyurur: “O dirhəmi ki, insan ribadan əldə edər Allah yanında günahı 36 zinadan çoxdur və hər bir rbadan yuxarı isə müsəlmanın abır və ləyaqətidir".Hədisdəki bu müqayisə onu göstərir ki, zina çox çirkin və əxlaqsız bir əməldir, ancaq reba ondan da çirkindir, rebadan isə pis sayılan əməl insanların abır və layaqətini qeybət vasitəsilə ləkələməkdir.Başqa hədisdə oxuyuruq ki, bir gün Peyğəmbər (s) yüksək səslə xütbə oxuyururdu və fəryad çəkdi: "Ey o insanlar ki, qəlbdə deyil, dildə iman gətirmisiniz! Müsəlmanların qeybətini etməyin və onların gizli eyblərini axtarmayın, çünki o kəslər ki, din qardaşlarının gizli məsələlərində axtarış edələr, Allah da onların sirlərini aşkar edər və ürək evində onları rüsvay edər".Başqa hədisdə oxuyuruq: “Allah Musaya vəh edir: "O kəs ki, tövbə etdiyi halda ölsə, behiştə daxil olacaq axırıncı adam olacaqdır və o kəs ki, bu əməli görən halda ölsə, cəhənnəmə daxil olan ilk insan olacaqdır".Eyni zamanda Peyğəmbərimizdən (s) gələn hədisdə deyilir: "Müsəlmanın dinində qeybətin təsiri onun bədəninə düşən xora xəstəliyindən daha sürətlidir".Bu bənzərtmə onu göstərir ki, qeybət xora kimi ruhu yeyər və insanın imanını hədər edər. Buna da diqqət etmək lazımdır ki, qeybətin nəticəsində həsəd, təkəbbür, paxıllıq, kin kimi mənfi xüsusiyyyətlər yaranır ki, buradan da qeybətin nə üçün abır və ləyaqəti aradan aparmağı aydın olur.Bu haqda hədislərimiz çoxdur və bir hədisi də yada salsaq yerinə düşər: "O kəs ki, mömünün abırını aparmaq və onun eybini axtarmaq niyyəti ilə söz deyə və onu insanların nəzərində alçalda, Allah onu öz vilayətindən kənarlaşdırar və şeytanın vilayətinə göndərər, ancaq şeytan da onu qəbul etməz".Bütün bu hədislərdən belə nəticəyə gəlmək olar ki, İslam həm insanların və həm də cəmiyyətin ləyaqətinin ləkələnməsinin əleyhinədir. Gəlin qiyamət günü qeybət etdiyimiz qardaşımızın ətini yeməmək, qəlb evimizi bu çirkin əməllə çirkləndirməmək üçün və başqalarının abrını aparmamaq üçün bu kəbirə günahdan uzaq olaq və qurbi-İlahiyə yaxınlaşmağa çalışaq. Amin!!!
['din', 'islam']
6,063
https://kayzen.az/blog/sevgi/4044/qandallanm%C4%B1%C5%9F-hissl%C9%99r.html
Qandallanmış hisslər
ayxansevda
Sevgi
2 mart 2011, 15:28
Bu hisslər əli qandalda olan , bu vəziyyətdən çıxmaq üçün içində vurnuxan və bunun mümkünsüz olduğunu dərk edən insanın hisslərinə bənzəyir. O , dörd divar arasında çırpınır. Nə edəcəyini bilmir. Qandallanmış əllərini havada yelləyir və bərkdən var -gücü ilə ağlamağa başlayır. Dizi üstə dayanıb , üzünü qaldırıb, acı göz yaşı ilə yalvarır: " Allahım , yardım et, kömək et, bu bəladan qurtar məni. Axı, sən bunu edə bilərsən...Qurtar məni, qurtar..." Qandallanmış əllərinə baxır, onu vahimə basır, inana bilmir gözlərinə. Aman Allah bu nədir , qara basır onu yoxsa...  Ayağa qalxır, yenə əvvəlki tək əllərini havada oynadır, elə bil qandal açılacaq onda. İçində də qəribə səs uğuldayır. Bu səs onu yorur, çünki bacara bilmir onunla. Bu səs fəryad qoparır, qışqırır, onun qulaqları tutulur. Amma bu səsi heç kim eşitmir. Kim var ki eşidə də. Amma yanında milyonlarla adam olsa belə , bu səsi eşitməyəcəkdi. Taqətsiz, halsız təkrar dizi üstə oturur. Lakin bu dəfə anlayır ki, keçirdiyi bu vəziyyətinin heç bir mənası yoxdur. Qandalı əlindən açmayacaqlar. Belə getsə, onun özünü də divara qandallayacaqlar, heç tərpənə də bilməyəcək. O, indi qalxa da bilmir. Heç qalxmaq da istəmir. Gözləri bir nöqtəyə, bir boşluğa zillənir. Bu boşluqda nəsə var. O , diqqətlə baxır, nədir axı bu belə zəif işıldayır. Bu işıqdır bapbalaca nöqtəyə bənzəyir - ümid işığıdır. Amma necə rahatlıq verir və nəsə astadan pıçıldayır:"Səbr et, bir az gölə, lap bir az.." İçindəki səs də harasa yox oldu. O beyinəişləyən, əzabverici səs elə bil, heç olmamışdı. O bir müddət beləcə dayandı, sonra qalxıb bir küncdə oturdu və sakitcə sükutu dinləməyə başladı. O , xilas olmuşdu, artıq hər şeyi dərk edirdi, həqiqəti anlayırdı, başa düşürdü. Daha onunla mübarizə aparmırdı. Bax bu hisslər də belədir. Vurnuxur içimdə. Elə bil, yer axtarır çıxmağa sinəmdən. Yer tapa bilmir, boğur məni. Onlar sinəmə sığışmır. Amma çıxmağa qoymayacağam onları. Onlara sinəmdə yer yoxdursa , başqa yerdə də yer olmayacaq. Onlar isə buna dözə bilməyəcəklər. Bunun üçün onlar yetərincə dərindirlər. Çox dərindirlər.. Onları tapdalayacaqlar, ayaqlayacaqlar...qandallanmış hisslər olduğu üçün... 15 dekabr 2002 il Müəllif: Zeynalova Vesalə.M
['sevgi']
6,064
https://kayzen.az/blog/Quran/4043/z%C9%99lz%C9%99l%C9%99-sur%C9%99si.html
Zəlzələ surəsi
ayxansevda
Quran
2 mart 2011, 14:57
Quranın 99 - cu surədir, 8 ayədən ibarətdir. Yer titrəyib lərzəyə gəldiyi zaman. Yer öz yükünü bayıra atacağı və insan: "Ona nə olub? " - deyəcəyi zaman , həmin gün yer öz əhvalatlarını danışacaqdır. Çünki Rəbbin ona vəhy edəcəkdir. O gün insanlar əməllərininonlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır. Zərrə qədər pislik edən də (əvəzini) alacaqdır.  
['Qurani-Kərim']
6,065
https://kayzen.az/blog/ayxansevda/4042/salavat-%C3%A7evirm%C9%99nin-savab%C4%B1.html
Salavat çevirmənin savabı
ayxansevda
Bloq: ayxansevda
2 mart 2011, 13:19
İbadət əhli (çox ibadət edən birisi) bir zat, röyasında Hz . Peyğəmbəri görmək niyyəti ilə yatır. Röyasında Hz. Peyğəmbər Əfəndimizi görür. Ancaq Rəsuli Əkrəm Əfəndimiz ona iltifat buyurmur.İbadət əhli olan zat :- Ya Rəsulallah, məndən incikmisiniz, bir səhvim , ya günahmı işləmişəm, niyə üzümə baxmaq istəmirsiniz?Əfəndimiz (s.a.s):- İncik deyiləm - buyurdu.O zat:- Məni tanımadınızmı? - deyə soruşdu. Əfəndimiz (s. a. s):-Səni tanımadım _ söylədi.Adam:-Mən fılankəsəm, mömin adamam, ibadət əhliyəm - deyə davam etdi. Peyğəmbər Əfəndimiz ( s.a.s):- Səni tanımadım - deyə təkrar etdi.- Mən islam alimlərindən eşitdim ki, Hz. Peyğəmbər Əfəndimiz valideynlər övladlarını tanıyan kimi, ümmətini tanıyar _ deyə zat israr etdi. Peyğəmbər Əfəndimiz (s.a.s):- Üləmaların söylədiyi doğrudur. Lakin Mən mənə daha çox salavat çevirən bəndələrimi səsindən tanıyaram -- deyə buyurdu."Allahummə salli alə muhammədin və ala ali muhamməd"  
['salavat']
6,066
https://kayzen.az/blog/dusundurucu-hekayeler/4040/insanl%C4%B1q-d%C9%99rsi.html
İnsanlıq dərsi...
Xrizoberil
Düşündürücü hekayələr
2 mart 2011, 12:22
Vyetnamda bir Amerikan generalı "təmizlik" hərəkatı zamanı alması lazım olan bir kəndi daş daş üstündə qalmayana qədər bombalatdırır.Xüsusi birliklər kəndi mühasirəyə alar və tək-tək evləri axtarıb "təmiz" hesabatını verib, "alındı" siyahısına bir yenisini əlavə edib elə kənddən ayrılarkən, arxalarından tək bir əl atəş edilər.Yenə inanılmaz bir bombardman başlar. Göbələk kimi yüksələn alov topları, maşınlıların sinir pozucu səsi və arxasından qorxunc bir ölüm səssizliyi...Yenə xüsusi seçilmiş əsgərlər hər bir deşiyi axtararlar və töküntülərin arasında bir dəri bir sümük Vyetnamlı bir uşağı əlində bir tüfənglə taparlar. Uşağı düz generalın önünə gətirərlər.General uşağı görüncə çox təsirlənər. Heç kimsəni görmədən bombalar yağdırmağa bənzəməz qarşılıqlı əlaqə. Generalın sağ gözü taxma olar, üstəlik də xeyli diqqəti çarpan bir protez.Uşağa dönüb :- Bax sənə bir şans verəcəyəm. Hansı gözümün gerçək olduğunu bil, sənigülləyə düzülməkdən qurtarım. Uşaq bir an generalın üzünə baxar və ;- Sağ gözün gerçək !General çaşar ;- Necə ola bilər ki, sağ gözüm taxmadır, niyə belə dedin?Uşaq ;- O daha insanca baxırdı.....- deyə cavab verər. Həmçinin bax: təkgöz general Moşe Dayan
['müharibə şəraitində']
6,067
https://kayzen.az/blog/d%C9%99ri-z%C3%B6hr%C9%99vi/4038/zinan%C4%B1n-cismi-z%C9%99r%C9%99rl%C9%99ri.html
Zinanın cismi zərərləri
MASON
dəri-zöhrəvi xəstəliklər
2 mart 2011, 11:16
Xeyli sayda zərərlərə malik olan böyük günahlardan biri də, zinadır. Burada yalnız onun cismi zərərlərinin bir hissəsinə toxunmaqla kifayətlənəcəyik.Zinanın acı nəticələrindən biri də, cinsi əlaqə yolu ilə yaranan zöhrəvi xəstəliklərin yayılması və ya insan ömrünü zəiflik və xəstəliklə başa çatdıran onun yaratdığı çətinliklərdir. Hətta bir qrup insanlar, bu xəstəliklərdən qaynaqlanan cismi və ruhi sıxıntının təsiri altında, intihar edərək bununla da həyat iplərini öz əlləri ilə kəsirlər. Qeyri-qanuni cinsi əlaqənin (zinanın) törətdiyi yoluxucu xəstəliklərdən bir sırası aşağıdakılardan ibarətdir: 1 – Sifilis 2 – Süzənək3 – Şankr (yoluxucu zöhrəvi xəstəlik)4 – QİÇS (SPİD, AİDS). Zinanın gigiyenik cəhətdən evlənmə ilə hansı fərqi vardır?Bir sıra şəxslər belə söyləyirlər ki, zinada olan xəstəliklər evlənməkdə də ola bilər, demək bu ikisi bir-biri ilə fərqlənmirlər. Cavab:Birinci: Zinayla məşğul olanlar, istər qız, istərsə də oğlan, adətən bir nəfərlə kifayətlənməyib, müxtəlif adamlarla cinsi əlaqə yaradırlar. Bu insanlardan heç olmasa biri infeksion xəstəliyə malikdir və ya bu əməlin təsiri altında tədricən infeksion xəstəliyə yoluxurlar. Bu da, xəstəliyin həmin şəxslə əlaqə yaradan insanlara ötürülməsinə səbəb olur. Eləcə də intim əlaqədə olan bu şəxslər kiçik mikroba malik ola bilərlər və bu mikroblar, xəstəliklər bir-biri ilə qovuşduğu surətdə qarşısıalınmaz bir xəstəliyə çevrilə bilər.İkincisi: "Uzunömürlülüyün sirri" kitabında bu sualın cavabına dair yazılır: "Subaylıq dövründə (xüsusilə əməlin tam sərbəstlik və laqeydliyilə), cinsi münasibətlərdə ifratçılığın mümkünlüyü, özü bir çox cismi-ruhi xəstəliyin yaranmasının amilidir. Belə ki, evlənmə əlaqəsində ərlə arvad arasında ruhi ünsiyyət, ülfət və davamlı təmasda olmaq, cinsi meyldə bir növ müvazinət yaranmışdır. Evliliyin ilkin mərhələsində müəyyən ifratçılıqların yaranması mümkündür, sonrakı dövrlərdə isə cinsi meylin təbii ehtiyacından başqa cinsi ehtiras yaratmaq üçün (qeyri-qanuni münasibətlərdə olduğu kimi) maraq olmayacaqdır və nəticədə bu münasibətlərdə mötədilliyi qorumaq şansı, qeyri-qanuni əlaqələrdən daha çoxdur.Bu baxımdandır ki, qərb ölkələrində cinsi psixoloji xəstəliklərin növləri həddən artıq və şərq ölkələri ilə, xüsusilə İslam ölkələri ilə (dini məhdudiyyətlər və qanuni həyat yoldaşına bağlı olmaq səbəbindən, qeyri-təbii və xəstəlik yaradıcı cinsi qıcıqlanmalara yer qalmır) müqayisədə günbəgün artmaqda olan böyük statistikaya malikdir. Uyğun cismi xəstəliklərin statistikasının artması da eyni səbəbdəndir. Çünki qərbdə növbənöv münasibətlərdən doğan ruhi qıcıqlanmalar və qeyri-qanuni əlaqələrin mümkünlüyündən qaynaqlanan ifratçılıq, cavanlar arasında yorğunluq və təhlükəli cismi və ruhi zəifliyə bais olur. Halbuki, yalnız həyat yoldaşına bağlı olduğu və münasibətlərin yeknəsəq olduğu şəkildə, bu tip ruhi təhriklər və çeşidliliyindən doğan cinsi həyəcanların faizi ( həssas olduğu üçün kişi üçün daha zərərli olan) sıfra enəcəkdir".Üçüncü: Adətən zina ilə məşğul olan şəxslər, cinsi əlaqəylə ilgili gigiyenik məlumata kifayət qədər malik deyillər. Bir tərəfdən də yalnız son dərəcə ləzzətin və şəhvətpərəstliyin fikrində olduqlarından, cinsi əlaqə gigiyenasını öyrənməyi ya bacarmır və ya istəmirlər. Bu şəxslər əsasən hansı yolla olursa-olsun ləzzət almaq istəyirlər. Bunlar İslamın qəbul etdiyi cinsi bir əlaqədə (evlənmədə) mövcud deyildir. Çünki ər-arvad arasındakı sevgi-məhəbbət onları təkcə şəhvətpərəstlik haqqında yox, bir-birinin sağlamlıqları haqqında da düşünməyə vadar edir. Bundan əlavə, ərlə arvad evlənməzdən öncə adətən uyğun kitablar və gigiyena mərkəzlərinin informasiyası vasitələrilə, lazımi cinsi biliklərə yiyələnirlər, halbuki adətən bu məlumatlar zinada yoxdur.Dördüncü: Zinanın zərərləri yalnız onun cismi ziyanlarında təxsislənməyib, çox sayda ruhi, mənəvi, ictimai və s. ziyanları da vardır.İmam Rza (ə) buyurub: "Zina, əhatə etdiyi fəsadlardan dolayı, o cümlədən: adam öldürmək, soy kökünün itməsi və ləkələnməsi, uşaq tərbiyəsinin tərk edilməsi, irs məsələsinin korlanması və bu kimi fəsadlar ucbatından haram edilmişdir".
['zinakarlıq', 'zina']
6,068
https://kayzen.az/blog/poeziya/4035/m%C9%99ni-candan-usand%C4%B1rd%C4%B1-i-m.f%C3%BCzuli.html
Məni candan usandırdı I M.Füzuli
Cavid
Poeziya
2 mart 2011, 02:58
Məni candan usandırdı, cəfadan yar usanmazmı?Fələklər yandı ahimdan, muradım şəmi yanmazmı?Qamu bimarinə canan dəvayi-dərd edər ehsan.Nəçin qılmaz mənə dərman, məni bimari sanmazmı?Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşənDesəm, o bivəfa bilməm, inanarmı, inanmazmı?Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?Güli-rüsxarinə qarşu gözümdən qanlı axar su,Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?Degildim mən sənə mail, sən etdin əqlimi zail,Mənə tən eyləyən qafil səni görcək utanmazmı?Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,Sorun ki, bu nə sevdadır, bu sevdadan usanmazmı?!
['Məni candan usandırdı']
6,069
https://kayzen.az/blog/poeziya/4034/qara-dastan-i-almas-ild%C4%B1r%C4%B1m.html
Qara dastan I Almas İldırım
Cavid
Poeziya
2 mart 2011, 02:53
Kimsə bilməz Tanrıdağın yaşını,Duman almış Altayların başını.Uçurmuşdur başdan dövlət quşunu,Sərvətinə üz çevirmiş zaman heyQoca Türkün düşdüyü dərd yaman hey Dörd bir yana dağılmış Türk soyları,Sönmüş ocaq, köçüb getmiş boyları,Dərdli-dərdli axar bozkır çayları,Saxlar içdən gizli ümid, güman heyQoca Türkün düşdüyü dərd yaman hey Ağ alnına qara yazı yazılmış,Yaylalarda dügün-dəmək pozulmuş,Gəlinlərin gur saçları çözülmüş,Yada qalmış, dilər eldən aman hey...Qoca Türkün düşdüyü dərd yaman hey...Dağda-dağa çarpıb getmiş doğanlar,Qayalara iz buraxmış al qanlar,Ordulara buyruq verməz ilanlar,Harda qalmış sədlər yıxan fərman hey?Qoca Türkün düşdüyü dərd yaman heyXarab olmuş Buxarası, Başkəndi,Matəm tutmuş Səmərqəndi, Daşkəndi,Kəndi söylər, tökər gözdən yaş kəndi,Nə ozan var, nə yazan, nə şaman hey Qoca Türkün düşdüyü dərd yaman heyQazan, Başqurd batmış, Kırım sürülmüş,Mənim babam, gözlü yarım sürülmüş,Qonum-qonşum, bütün varım sürülmüş,Bulunurmu Sibiryada iman heyQoca Türkün düşdüyü dərd yaman heyTürk elləri bir-birinə yadlanır,Qazax, Qırğız, Türkmən,Özbək adlanır,Azəri Türk yanır, içdən odlanır,Ana yurdun içdən halı duman heyQoca Türkün düşdüyü dərd yaman heyOrxon çağlar, yatmış ellər ayılmaz,Tarım çayı doğru yola qoyulmaz,Hey səslənir Amudərya, duyulmazBu dəryada qalmamışdır dərman heyQoca Türkün düşdüyü dərd yaman heyXəzər coşar, xəbər salar Kürünə,Axar gedər, Kür sürünə-sürünə,İdil ağlar, Altun Ordu yerinə,Aral kəndi varlığından peşman heyQoca Türkün düşdüyü dərd yaman heyAzərbaycan dərd içində boğulmuş,Sevənləri diyar-diyar qovulmuş,Ağla, şair, ağla, yurdun dağılmış,Nərdə qopuz, nərdə qırıq kaman hey?!Nərdə böyük Vətən, nərdə Turan hey?!
['Qara dastan', 'Almas Ildırım']
6,070
https://kayzen.az/blog/poeziya/4033/dil%C9%99n%C3%A7i-i-mikay%C4%B1l-m%C3%BC%C5%9Ffiq.html
Dilənçi I Mikayıl Müşfiq
Cavid
Poeziya
2 mart 2011, 02:46
Sərt, soyuq bir qış gеcəsi, səma bəyaz, yеr bəyaz,Uğuldayan кüləкlərlə sarsılmada soxaqlar.Hər кimin кi, qanadı var çovğun olsa darılmaz,Fəqət yеnə bu soyuqdan qısılmada soqaqlar.Gələn də var, gеdən də var, mən də varam bu gеcə,Təbiətin dəhşətləri titrədiyor ətrafı.Bir bucaqda yorğun titrəк əllərilə кəmənçəÇalan zəif bir iхtiyar inlədiyor ətrafı.Yanında bir yavrusu var, yorulmadan çalıyor.Кamançanın simlərindən qopan yanıq havalarİncəldiкcə, hər кəs ondan acı bir həzz alıyor.Yеllər dəхi vəlvələli ötüyorкən bu yoldan,Yavaş-yavaş səslərini dəyişdirib bir qadar,Onlar dəхi uzaqlarda, ağlıyorlar кönüldən.- Еy iхtiyar, sən еy zalım, məzlum dolu illərin Ürəкlərə кədər saçan, ələm vеrən töhfəsi!Acı dolu, əzab dolu, zülüm dolu illərinMərhəmətsiz fırçalarla qaralanmış lövhəsi!Sənin artıq vaхtın ötmüş,Səni dövran səfil еtmiş.Fəqət onu, o sеvimli qızcığazı,Olma razı,Qış dondursun, günəş yaхsın.Buraх onun əllərini,Buraх onun hörülməmiş tеllərini.Qoy buraхsınOхuduğu yanıq, хəstə havaları.Buraх, barıÇağlıyorкən yurdumuzda yaşayışın sеlləri,Bəlкə öpsün gözlərini səadətin yеlləri.
['Mükayıl Müşfiq']
6,071
https://kayzen.az/blog/poeziya/4032/%C9%99ll%C9%99rin-n%C9%99-yaman-soyuqdur-g%C3%BCl%C3%BCm-i-n%C3%BCsr%C9%99t-k%C9%99s%C9%99m%C9%99nli.html
Əllərin nə yaman soyuqdur gülüm I Nüsrət Kəsəmənli
Cavid
Poeziya
2 mart 2011, 02:40
Əllərin nə yaman soyuqdur, gülüm,Əllərin elə bil qar çiçəyidir.Ay aman, əlində dondu ki, əlim,Əllərin əlimin buz əlcəyidir.Biz ki, cənubluyuq bu soyuq hardan?Gərək gülümüz də soyuq olmasın.Gözümüz dünyada ən qaynar bulaqGərək əlimiz də soyuq olmasın.Oddan yoğrulmuşuq, atəşik axı,Qəlbimiz duyğular tonqalı kimi Yanağın elə bil alov dilimi,Əllərin nə yaman soyuqdur gülümNiyə bu soyuğu indi duymuşamBir ömrün məhəbbət taleyini mənO soyuq əllərə necə qıymışam?Ay üzü baharlı,əli qış sonam.Giləyim gülməli gəlməsin mənimQorxuram sevginə soyumağın daƏlindən başlaya, əlindən sənin.Əllərin nə yaman soyuqdur, gülüm...
['Nüsrət Kəsəmənli']
6,072
https://kayzen.az/blog/poeziya/4031/etm%C9%99gil-i-imad%C9%99ddin-n%C9%99simi.html
Etməgil I İmadəddin Nəsimi
Cavid
Poeziya
2 mart 2011, 02:36
Üzünü məndən nihan etmək dilərsən, etməgil!Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!Bərgi-nəsrin üzrə mişkin zülfünü sən dağıdıb,Aşiqi bixaniman etmək dilərsən, etməgil!Qaşların qövsündə müjganın xədəngin gizləyib,Ey gözü məstanə, qan etmək dilərsən, etməgil!Canımı vəslin şərabından ayırdın, ey gözüm,Eynimi gövhərfəşan etmək dilərsən, etməgil!Qoymuşam eşqində mən kövnü məkanın varını,Can nədir kim, qəsdi-can etmək dilərsən, etməgil! Bürqəi üzündən açarsan məgər naməhrəmə,Gizli əsrarı əyan etmək dilərsən, etməgil!Yandırırsan önlümü eşqində, məlum oldu kim,Ani risvayi-cahan etmək dilərsən, etməgil!Doğruyam eşqində oxtək, kipriyin tanıq durur,Qəddimi neyçün kaman etmək dilərsən, etməgil!Çünki eşqin məskənidir könlümün viranəsi,Həsrətə anı məkan etmək dilərsən, etməgil!Çün yəqin bildi Nəsimi ağzının var olduğun,Ol yəqini sən güman etmək dilərsən, etməgil!
['İmadəddin Nəsimi']
6,073
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/4028/m%C9%99l%C9%99kl%C9%99r.html
Mələklər
MASON
islam dininin əsasları
1 mart 2011, 23:42
Mələklər cisimdir, lətifdir, nuranidirlər, diridirlər, ağıllıdırlar. İnsanlarda olan şər, yamanlıq onlarda yoxdur. Hər şəklə girə bilərlər. Mələklərin başlıca vəzifəsi yorulmadan, usanmadan Tanrıya ibadət və itaət etməkdir. Mələklər heç vaxt günaha batmırlar. təqsirkar olmurlar. Onların pis işlərini təsəvvür etmək də mümkün deyildir, çünki nəfssiz yaradılmışlar. Onlar həmişə Allahı zikr edirlər. Mələklər çoxdur və sayı bizə dəqiq bəlli deyil. Bir-birindən üstünlükləri vardır. Ən üstünləri bunlardır: Cəbrail (ə) - onun vəzifəsi peyğəmbərlərə vəhy gətirmək, əmr və qadağaları bildirməkdir. Eyni zamanda, Allahın qismətini yazmaq və Qiyamət günü hamının hesabını verməkdir. Dini əsatirə görə, nəhəng boya malik olub, ayaqları yer üzərində, başı isə buludlara toxunan məxluqdur. Mikail - onun vəzifəsi ucuzluq, bahalıq, qıtlıq, bolluq, iqtisadi qayda-qanun (nizam), firavanlıq və asayiş gətirmək, bütün kainata göz yetirmək, hər bir maddəni hərəkət etdirməkdir. İsrafil - Qiyamət gününün gəlib çatdığını xəbər vermək üçün (Qiyamət ərəfəsində) öz surunu (şeypurunu) çalacaq. O, suru iki dəfə üfürəcəkdir. Birincisində bütün insanlar öləcəklər. İkincisində isə hamı təkrar diriləcəkdir. Təfsirlərə görə, İsrafilin ayaqları yerin aşağı qatlarında, başı isə Allahın taxtı yanındadır. Onun dörd qanadı var. Hər gün - gündə üç dəfə və gecə üç dəfə cəhənnəmə baxıb dərddən və rəhmdillikdən zar-zar ağlayır. Əzrail - insanların canını alan və ölənlərin ruhunu canından çıxarandır. Təfsirlərə görə, Əzrailin dörd üzü, dörd min qanadı var. Ona kömək edən mələklərlə hər gün (hər bir) evə iki dəfə baş çəkir ki, kimin əcəli yetişdiyini bilsin. Ölən kafirdirsə, onun ruhunu cəsəddən güclə çəkib çıxarır, yox əgər mömindirsə, canını rahatlıqla alır.
['mələk']
6,074
https://kayzen.az/blog/edebiyyat/3745/s%C3%BCkut-%7C-haruki-murakami.html
Sükut | Haruki Murakami
Muza
Ədəbiyyat
1 mart 2011, 22:59
- Cənab Ozava, siz heç dalaşanda kimisə vurmaq məcburiyyətində qalmısınız? O, sanki qarşısında gözqamaşdırıcı obyekt görəntək, gözlərini qıyıb mənə baxdı: - Bu, sizi niyə maraqlandırır? Özünəxas olmayan baxışlarında qığılcımlar canlanmağa başladı və elə bir göz qırpımındaca yoxa çıxdı; dərhal üzünün adi, soyuqqanlı ifadəsi özünə qayıtdı. - Heç, elə-belə,- mən cavab verdim. Həqiqətən də sualın heç bir anlamı yox idi. Yəqin ki, mənim bunu soruşmağımın səbəbi, sadəcə, mənasız yerə doğan maraqdan irəli gəlirdi. O dəqiqə söhbətin mövzusunu dəyişdim, lakin Ozavanı aldatmaq mümkün olmadı. Aydın idi ki, o, həmişə nəsə haqqında düşünür. Elə bil, ya nəyinsə qayğısını çəkir, ya da ona qarşı mübarizə aparırdı. Mənə isə, ard-arda düzülmüş gümüşü təyyarələrin sırasına pəncərədən boş-boşuna tamaşa etmək qalırdı. Bu cür sualın yaranmağına səbəb onun boks haqqında danışdıqları idi. Ozava hələ yeddinci sinifdən bu idmanla məşğul olmağa başlamışdı. Biz təyyarəyə minməzdən öncə vaxtımızı öldürmək üçün lazımsız şeylərdən danışmağa başladıq və bu söhbət də, sanki, öz-özlüyündə yarandı. Otuz bir yaşlı insan, hələ də uşaqlığında olduğu kimi, həftədə bir dəfə idman zalına məşq etməyə gedirdi. Tələbələr arasındakı yarışların dəyişməz qalibi olaraq onu milli komandanın tərkibinə də qatırdırlar. O zaman Ozavanı dinləyərkən məni qəribə fikir bürümüşdü: öz xasiyyətinə görə o, heç də ömrünün iyirmi ilini boksa həsr etmiş birisinə bənzəmirdi. Axı mənə onunla birgə işləmək qismət olmamışdı. Nə deyə bilərdim? İnsan kimi yaxşı insan idi: sakitdi, zəhlətökən deyildi. İşində düzgün və səbirli olan bu şəxs işçilərlə də yolagedən idi. Bütün iş zamanı nəinki onlara qışqırar, heç bir dəfə də olsun qaşlarını çatmazdı. Mən onun kiməsə şikayət etdiyini və ya kiminsə dalınca danışdığını eşitməmişdim. Bir sözlə, Ozava insanların rəğbətini qazanmışdı. Xoşagələn xarici görünüşü, təmkinlilik ona hər hansı bir əxlaqsız hərəkət etməyə izin vermirdi... Mən, sadəcə, təsəvvür edə bilmirdim ki, belə bir xasiyyətdə insan necə boksçu ola bilər? Buna görə də bu sualı ona vermişdim. Biz birlikdə hava limanının restoranında qəhvə içərək, Niiqataya uçmağa hazırlaşırdıq. Dekabrın əvvəlləri idi. Səmanı ağır buludlar çulğalamışdı, elə bil, onu kip qapaqla örtmüşdülər. Bu gün səhərdən başlayaraq Niiqatada çovğun şiddətlənmişdi və təyyarə reysləri saatbaasaat təxirə salınırdı. Hava limanı ağzına qədər adamla dolmuşdu. Səsucaldan cihazlar vasitəsilə reyslərin gecikməsini elan edərək, gözləməkdən yorulmuş sərnişinlərin yerlərini tərk etmələrinə imkan vermirdilər. Restoranda, sanki, amansızcasına nə isə qaynadırdılar və mən də tez-tez dəsmalla tərimi silmək məcburiyyətində qalırdım. - Nəticə etibarilə bir dəfə də olsun yox. - Uzunsürən sükutdan sonra Ozavanın sözə başlaması mənim üçün gözlənilməz oldu. - Boksla məşğul olduğum vaxtdan heç bir dəfə də kimisə vurmamışam. Yeni məşğul olanlar bərkdən, ya da yavaşca başlarına vurdururlar: heç kimi meydançadan kənarda vurmaq olmaz, xüsusilə də əlcəklərsiz. Haradasa adi insan zərbə endirsə belə, boksçu üzr istəyib geri çəkilməlidir. Ancaq özünlə eyni səviyyədə olan birisinə güc tətbiq edə bilərsən. Mən başımla razılığımı bildirdim. - Lakin düzünü desəm, yenə də mən bir dəfə adam vurmuşam, - o dedi. –O vaxt mənim on dörd yaşım vardı. Yeni-yeni boksla məşğul olurdum. Bunu, özünəbəraət kimi qiymətləndirməyin, onda mən təkbətək vuruşmağın texnikasını belə bilmirdim və bir müddət ancaq ümumi bədən tərbiyəsinin tərkib hissəsi olaraq, ip üstündən tullanmaq, dartınmaq və qaçmaqla eyni təlimləri yerinə yetirirdim. Vuranda da bunu etməyə öncədən hazırlaşmamışdım. Özümdən çıxmışdım, düşünməyə vaxt qalmamışdı və əlim yay kimi qeyri-ixtiyarı olaraq çox cəld hərəkət etdi. Özümə gələndə o, yerdə uzanıqlı qalmışdı. Mən isə, zərbədən sonra da hikkəmdən əsirdim. Ozavaya boksla məşğul olmaq əmisindən keçmişdi, o da idman zalı işlədərdi. Özü də bu zal hansısa ucqar bir şəhərdə gözəçarpmayan yer deyil, birinci dərəcəli çempionların mərkəzi hesab olunurdu. Valideynləri uşağın həmişə kitablarla otağında oturmasından narahat olaraq, onun ümumi inkişafı üçün idmanla məşğul olmasını tövsiyə etdilər. Ozava özünü boksa həsr etmək fikrində deyildi, sadəcə olaraq, əmisini bir insan kimi sevir və idmanla məşğul olmağa laqeyd yanaşırdı. Bir şərtlə ki, bu məşğuliyyət onu bezdirəndə atacaqdı. Lakin gəlib çatması elektrik qatarı ilə bir saata başa gələn əmisinin idman zalındakı bir neçə aylıq məşq müddətində boks sənəti qəribə olsa da, onun ürəyini fəth etmişdi. Hər şeydən əvvəl, o, öz təbirincə, boksu az danışanların idmanı hesab edirdi. Həmçinin, özünəməxsus növ idi. O, insana elə bir daxili sakitlik bəxş edirdi ki, təsvir etmək çətin olardı. Bu sülh, heç bir səbəbsiz onun ürəyini əhatə etmişdi. Tərin qoxusu, zərbənin təsirindən dəri əlcəklərdən çıxan səslər, insanlardakı həyəcanın səssizliyi, öz əzələlərinin gücünü cəld və təsirli istifadə etmək – bütün bunlar tədricən, lakin bütünlüklə onun qəlbini əsir almışdı. Artıq şənbə-bazar günləri idman zalına baş çəkmək onun birbaşa maraq sahəsinə çevrilmişdi. - Məni boksa sövq edən nə oldu? – əsas onun necə dərin olduğunu hiss etməkdir. Mənə elə gəlir ki, məni məhz bu cəzb etdi, başqa şeylə müqayisə etmək əhəmiyyətsizdir: sən döyürsən, yaxud əksinə. Burada nəticəni düşünmək mənasızdır. Olur ki, qalib gəlirsən, olur da uduzursan. Onun mənasını dərk etdikdən sonra lap məğlub ol, fərq etməyəcək. Axı “insan məğlubedilməzdir” deyilən bir şey yoxdur, - sözsüz, o gec və ya tez alçalmağa da dözməyi öyrənəcək. Çox vacibdir, həmin dərinliyi anlayasan, hansı ki, elə boksu tamamlayan da odur, - ən azından, mənə görə bu belədir. Bəzən, əlcəklərlə boks meydançasında durduqda mənə elə gəlir ki, dərin bir quyudayam. O qədər dərindir ki, heç nə görsənmir, hətta mən özüm də. Və bu quyunun dibində kölgə ilə mübarizə aparıram. Özümü tənha hiss edirəm, lakin bu məni qətiyyən ruhdan salmır. “Tənhalıq” deyəndə biz fərqinə varmırıq ki, onun da cürbəcür formaları var. Tənhalıq var ki, insanın əsəblərini korlayır və özünü tamamən bədbəxt hiss edirsən və ya tam tərsi olur. Ona nail olmaq üçün bütün gücünlə bədənini təkmilləşdirməlisən. Necə deyərlər, “iş insanın cövhəridir”. Bu, boks vasitəsilə əldə etdiyim həqiqətin bir hissəsidir. Ozava yarım dəqiqəlik susdu. Mən saata baxdım. Vaxt... - nə qədər istəsən! - Düzünü desəm, keçmişi qurcalamaq istəmirəm. Əlacım olsaydı unudardım, bir daha xatırlamamaq şərti ilə, - gülümsəyərək dedi və tələsmədən öz hekayəsinə başladı... Ozava öz sinif yoldaşı Aokini vurmuşdu. Ozava bu insana təhəmmül edə bilmirdi. Niyə? – o heç özü də anlamırdı. Sadəcə, bu hiss onların ilk görüşündən yaranmışdı. Artıq nəsə etmək mümkünsüz idi! Bu hal ilk dəfə idi ki, onun həyatında başqalarına qarşı çox qabarıq şəkildə müşahidə olunurdu. “Necə düşünürsüz, belə bir şey olur?” – o soruşdu. – “Deyəsən, hər kəsin həyatında bir dəfə də olsa, buna bənzər hadisə baş verir, hansı ki, heç bir səbəb yoxdur, amma birisindən zəhlən gedir. Mən özümü nifrətə bağlı insan hesab etmirəm, lakin mənim də canımda hər kəs kimi onun xofu var: əsassız olaraq. Lakin bütün fəlakət odur ki, bir qayda olaraq, əks tərəf də eyni hissləri keçirir. Aoki bütün fənlərdən aldığı ən yaxşı qiymətlərinə görə çalışqan şagird sayılırdı. Mən oğlanlar üçün nəzərdə tutulmuş xüsusi məktəbdə təhsil alırdım, o da məhz orada ətrafdakıların rəğbətini qazanmışdı. Şagirdlər ona liderləri kimi baxır, müəllimlər isə onu öz sevimliləri hesab edirdilər. Dərslərdəki uğurlarına baxmayaraq heç bir vaxt lovğalanmaz, demək olar ki, əksər şagirdlərlə dostlaşar və şaqraq zarafatlar edərdi. Onda hətta saflıq da hiss olunurdu... Lakin mənim lap əvvəldən onun cüzi də olsa sezilən quruluğuna səbrim çatmırdı və intuitiv olaraq bunların, sanki, onun alnına cızıldığının fərqində idim. Konkret nəyisə nəzərdə tutduğumu demirəm. Çünki buna düzgün bir misal gətirə bilmirəm. Bircə onu deyə bilərəm ki, belə başa düşürdüm. Əsas da, qeyri-iradi onda gözçıxaran eqoizmə və özündənrazılığa dözmək çətin idi. Necə ki başqasının bədən qoxusuna tab gətirə bilmirsən. Aoki ağıllı oğlan idi və öz “qoxusunu” gizlətməyi çox yaxşı bacarırdı. Bəzən şagirdlərdən kimsə bunların fərqinə varmadan deyərdi: “O, çox dəqiq biridir”... Təbii ki, mən cavabında susardım, hər dəfə bu cür ifadələrdən sonra özümü yaxşı hiss etməzdim. Aoki və mən bir-birimizə tamamilə zidd simalar idik. Mən özümü sinifdə sakit və nəzərəçarpmaz biri hesab edirdim. Çünki başqalarının arxa planında fərqlənməyi sevmirdim, həmçinin yalqızlığa da əziyyət çəkmədən tab gətirirdim. Əlbəttə, bir neçə tanışlarım vardı ki, onları özümə yoldaş hesab edirdim, lakin mənim üçün onlar bundan artığı deyildilər. Hansısa mənada mən “vaxtından tez səhnəyə atılan” bir yeniyetmə idim. Sinif yoldaşlarımla vaxt keçirməkdənsə evdə kitab oxumaq, atamın klassik musiqi vallarını dinləmək, boks bölməsində özümdən yaşca böyük olanlarla söhbət etmək daha maraqlı idi. Gördüyünüz kimi, xarici görünüşümə görə də mən cazibədar deyiləm. Məktəbdə qiymətlərim demək olmaz ki pis idi, sadəcə, yaxşı da deyildi, müəllimlər hətta tez-tez adımı belə unudurdular. Bax belə idim, bununla yanaşı, döşümü qabağa verməyə heç də çalışmırdım. Heç kəsə məşğul olduğum boks, oxuduğum kitablar, dinlədiyim musiqilər haqqında danışmırdım. Mənimlə müqayisədə Aoki bataqlıqda ağ qu quşuna bənzəyirdi. Çox ağıllı və cəld qavrayan başı vardı - bunu etiraf etməyə bilmərəm. O, yay üçün insanların nə düşündüyünü, onları nələrin maraqlandırdığını mənimsəyər və öz hərəkətlərini, danışığını bunlar üzərində qurardı. Hər kəs də elə düşünürdi ki, Aoki, guya, çox ağıllı oğlan imiş. Məndən başqa. O, mənə böyük ürəyə malik olmayan biri kimi gəlirdi. Hərdən öz-özümə düşünürdüm ki, nə olsun onun qədər ağıllı deyiləm. Tutalım ki, onda hər şey “qılıncla çapmaq” kimi asan alınır. Buna müqabil, özününkü olan nə var ki? Onun insanlar qarşısında ortaya qoyacaq heç bir şeyi yoxdur. Ətrafdakılara bircə etiraf etməyi kifayətdir. Onunku öz hazırcavablılığının verdiyi arxayınçılıq idi, vəssalam! O, ancaq burnunu küləyin axın istiqamətinə tərəf tutardı və niyəsə məndən başqa heç kim bunu görməzdi. Zənnimcə, Aoki onun haqqında nə düşündüyümü bilirdi, xüsusilə də baş verənlərdən xəbərdar biri kimi. Məncə, o da mənə qarşı nifrət bəsləyirdi. Mən axmaq deyiləm axı! Belə xüsusi nəyiminsə olduğunu zənn etmirəm, lakin axmaq da deyiləm. Lovğalıq kimi qəbul etməyin, o illərdə mənim özünəməxsus daxili aləmim var idi. Sinifdə məndən başqa heç kim çox oxumurdu da. Mən cavan idim, öz daxili aləmimi ətrafdakılardan gizlətməyə çalışırdım, bəzən, olurdu da sinif yoldaşlarıma özümdən asılı olmayaraq, yuxarıdan aşağı baxırdım. Və düşünürəm, mənim bu lovğalığım Aokinin zəif damarına toxunurdu. Bir dəfə mən ingilis dilindən yoxlama yazısına görə sinifdə ən yüksək bal aldım. Məndə bu hal birinci dəfə baş verirdi, lakin təsadüfi demək olmazdı. Onda mən hansısa bir şey əldə etməyi çox istəyirdim, indi, düzünü desəm, məhz nəyi nəzərdə tutduğumu heç cür deyə bilmərəm, - mənə söz vermişdilər ki, əgər hər hansı bir yoxlama yazısından sinifdə ən yüksək nəticəni göstərsəydim onu alacaqdılar. İngilis dili üzərində seçim etdim və bu dili mütəmadi olaraq öyrənməyə başladım, özümü tez-tez yoxlayır, boş vaxtım olan kimi fellərin formasını öyrənir, dərslikləri nöqtə-vergülünə qədər oxuyur və demək olar ki, hər şeyi əzbərdən bilirdim. Ona görə də, sinifdə hamıdan yüksək - yüz bala yaxın toplayanda heç də təəccüblənmədim. Bu öz-özlüyündə göstərilməsi lazım olan nəticə idi. Lakin hər kəs üçün mənim nəticəm gurultulu xəbərə çevrildi. Hətta müəllimlər üçün də. Aoki isə sanki, ruhi sarsıntı keçirdi, necə ki, ingilis dilində həmişə o hər kəsdən yaxşı idi. Müəllim mənim işimi özümə qaytardıqdan sonra Aokiyə sataşacaq bir zarafat da etdi. Aoki qızardı. O başa düşdü ki, gülməli bir duruma düşmüşdür. Mənim yadımda deyil müəllim nə demişdi, ancaq bir müddət sonra bildim ki, Aoki mənim haqqımda xoşagəlməz dedi-qodular yayıb. Misal üçün, guya, mən hazır cavablardan istifadə etmişəm. Mənim uğurumun başqa izahını tapa bilmirdi. Sinif yoldaşlarımdan bu söhbəti eşitdikdən sonra mən, doğrudan da, incidim. Əlbəttə, bu halda ürəyimdə ona gülməli, baş verən hadisəni isə unutmalıydım. Sadəcə, mən orta məktəb şagirdi idim, hisslərimi cilovlaya bilmədim. Və budur, dərs fasilələrindən birində mən Aokini məktəbin həyətində uzaq bir guşəyə çəkərək, bütün bu olanlar barəsində ondan hesabat tələb etdim. Aoki özünü axmaq yerinə qoyaraq soruşdu: “Ey! Sənə nə lazımdır? Mənə toxunma!... Səhvən yüksək bal almısan, indi də sevinirsən?!” Bu sözlərdən sonra məni yüngülcə itələyib keçmək istədi. Fakt o idi ki, özünün boyca hündür olması və gücü onu həyasızlaşdırmışdı. Elə o zaman mən onu vurdum. Qeyri-iradi. Özünə gələndə isə sağ çənəsinə yeni bir zərbə endirdim. Aoki sağ böyrü üstə yerə düşdü, başı da ağaca dəydi. Burnundan axan qan onun ağ köynəyini bulaşdırdı. O, oturaqlı vəziyyətdə gözlərini mənə zillədi. O, elə təəccüblənmişdi, baş verənləri dərk edə bilmirdi. Yumruq onun almacıq sümüyünə dəyəndə mən olanlardan peşman olmuşdum. Mənə aydın oldu ki, yumruqla işləri yoluna qoymaq olmazdı. Bədənim qəzəbdən əsirdi, lakin axmaq bir iş gördüyümün fərqində idim. Mən Aokidən üzr istəməyə də hazır idim, amma bacarmadım. Başqası olsaydı o dəqiqə fikirləşmədən bu addımı atardım, bircə Aokiylə olmazdı. Əlbəttə, peşman oldum, lakin zərrə qədər şübhə yox idi ki, pis hərəkət etmişdim. “Aldın payını”, - mən düşündüm. – “İnsan deyil, sürünən heyvanlardandır. Belələrini yerində oturtmaq lazımdır”. Mən onu buna görə döyməli deyildim. Bu intuitiv həqiqətdir. Lakin.... gecdir, mən artıq vurmuşdum və Aokini oradaca qoyub getdim. Aoki nahardan sonra dərslərdə iştirak etmədi. Görünürdü ki, o evə qayıtmışdı. Pis əhval məni tərk etmirdi. Başımı nəyləsə qatmaq istəsəm də, mümkün olmadı; nə musiqi, nə də kitablar. Nəsə məni içimdən yeyirdi, mənə fikirlərimi cəmləşdirməyə imkan vermirdi. Belə vəziyyətdə idim: sanki, çox pis iy verən bir həşərat udmuşdum. İndi mən öz çarpayıma dirsəklənib uzanmışdım. Niyə tənha olduğumu anladım. İndi məni bu vəziyyətə çatdıran Aoki adlı şəxsə daha da çox nifrət edirdim. Növbəti gündən etibarən, Aoki mənə məhəl qoymamağa başladı. Sanki, Ozava adlı biri sinifdə, şagirdlərin arasında yox idi. O, həmişəki kimi, yoxlamalarda yaxşı nəticələr göstərməkdə davam etdi. Mən isə əksinə, o hadisədən sonra hazırlaşmaq üçün barmağımın ucunu da tərpətmirdim. Artıq heç nəyin fərqi yox idi. Mən, sadəcə, dərslərdən geri qalmamaq üçün oxuyurdum. Qalan bütün vaxtı öz işlərimlə məşğul olur, əmimin idman zalına gedirdim. Davamlı məşqlər adi orta məktəb şagirdi üçün kifayət qədər yaxşı nəticələr vermişdi. Bədənimdə əsaslı dəyişikliklər müşahidə edirdim: çiyinlərim böyümüşdü, sinəm, qollarım əvvəlkindən güclü görsənirdi. Dərs ilinin sonunda Aokini paralel sinfə keçirmişdilər. Ürəyim sakitləşmişdi. Çox sevinirdim, daha onunla eyni auditoriyada hər gün qarşılaşmayacaqdım. Zənn edirəm, o da belə düşünürdü. Mənə elə gəlirdi ki, ürəyimi əzən pis nə varsa silinib gedəcək. Ən azından, belə olması gərəkirdi. Aoki intiqam almaq intizarı ilə yaşayırdı. Özünə görə qüruru vardı və qisasçı tərəf olaraq asanlıqla ona dəyən zərbəni unutmamışdı. Qoyun dərisində gizlənmiş qurd kimi lazım olan anı gözləyirdi ki, boğazımdan yapışsın. Biz eyni məktəbə daxil olmuşduq. Qeyd edim ki, bu məktəb orta və yuxarı siniflər üçün nəzərdə tutulmuş özəl məktəb idi. Düzünü desəm, şagirdlər hər il asanlıqla bir-birinə qarışdırılırdı, Aoki isə elə həminki paralel sinifdə qalırdı. Buraxılış ilində biz yenidən bir araya gəldik. Auditoriyada gözlərimiz qarşılaşdı və mən bütün diqqətimi cəm elədim. Onun üz ifadəsi heç xoşuma gəlməmişdi. Qəlbimdə xoşagəlməz hisslər yaranmışdı. Ozava bir müddət sakit şəkildə dayandı və diqqətlə qarşısındakı qəhvə fincanına baxmağa başladı. Sonra baxışlarını mənə tərəf çevirdi və çətinliklə də olsa gülümsündü. Pəncərədən təyyarənin gurultulu səsi gəldi; “Boinq-737” reaktiv təyyarəsi pırıldayaraq buludların arasında görünməz oldu. Ozava davam etdi: - Dərs ilinin ilk üçdəbir hissəsi keçdi, lakin sakit ötdümü, deyə bilmərəm. Aokinin özünəgüvəni isə sarsılmamışdı. Elə adamlar var ki, irəliyə getməsələr də, aid olduqları yeri kimsəyə vemirlər və əvvəlki kimi davam edirlər. Aokinin nailiyyətləri hələ də davam edirdi, o, özü də siniflərində bundan istifadə edirdi. Tamamlanmamış on yeddi yaşına baxmayaraq, bu oğlan yumağını əlində bərk saxlamışdı. Ola bilsin, indi də elə yaşayır. Necə olursa olsun biz hətta baxışlarımızı da qarşılaşdırmamağa çalışırdıq. Əhvalıma gəldikdə isə, necə ola bilərdi ki, sinifdə belə birinin olması mənə təsir etməsin? Lakin əlimdən gələn bir şey yox idi. Yeri gəlmişkən, mən özüm də saf bəndə sayılmazdım. Tezliklə yuxarı siniflərin sonuncu yay tətili başladı. Mən semestri yaxşı başa vurdum. Qiymətlərdəki bəzi axsaqlıqlara baxmayaraq, əldə etdiyim nəticə ilə istənilən normal instituta işimi verib daxil ola bilərdim. Ona görə də mən imtahanqabağı hazırlıq məsləhətlərinə vaxtımı sərf etmədən keçirilənləri təkrar edir, ev tapşırıqlarının həlli ilə məşğul olurdum. Bacardığım bu idi! Valideynlərim də məni sıxmırdılar. Şənbə və bazar günləri idman zalına gedir, qalan boş vaxtımı sevdiyim kitabları oxumağa sərf edir və musiqi dinləyirdim. Gözümün önündə hər şey dəyişirdi. Məktəbimiz qəbul imtahanlarından üzüağ çıxmağa çalışırdı. Müəllimlərimiz kimin haraya, hansı məktəbdən neçə balla qəbul olunduğunu bilmək üçün dəridən-qabıqdan çıxırdılar. Şagirdlər də müəllimlərdən geri qalmırdılar. Bir sözlə, sinifdə vəziyyət gərginləşmişdi. Düzü, orta sinfə daxil olduğum ilk vaxtlardan bu vəziyyət mənim heç də xoşuma gəlmirdi. Hətta altı il keçdikdən sonra belə, bu həyəcana heç alışa bilməmişdim. Bütün bu illər ərzində orta sinif şagirdləri arasında bir nəfər də olsun, güvənə biləcəyim kimsə olmamışdı ki, onunla dost olum. “Yoldaş” deyə çağırdıqlarım da idman zalında birgə məşq elədiyim uşaqlar idi. Demək olar ki, hamısı məndən yaşca böyük idilər, yarısı da işləyirdi. Buna baxmayaraq, onlarla olmaq mənə daha maraqlı idi. Məşqdən sonra birlikdə harasa gedib pivə içirdik. Mənim sinif yoldaşlarımdan fərqli olaraq tamam başqa düşüncənin adamları idilər. Onlarla keçən vaxtımı boşa sərf etmir, yeni, vacib şeylər öyrənirdim... Hələ də düşünəndə məni vahimə basır ki, əmimin idman zalına gedib boksla məşğul olmasaydım, məni hansı aqibət gözləyərdi. Yay tətilinin ortalarında bir hadisə baş vermişdi. Matsumoto adlı bir sinif yoldaşım intihar etmişdi. Tamamilə diqqətdən kənar biri idi. Daha dəqiq desək, simasız biri. Mənə deyəndə ki, o ölmüşdü, onun görünüşünü belə çox çətinliklə xatırladım. Bütün bir yerdə oxuduğumuz vaxt ərzində cəmi iki, ya üç dəfə söhbət etmişdik. Sir-sifəti bir o qədər yaxşı da deyildi. Onun haqqında elə bu qədərini deyə bilərəm. Onun ölümü 15 avqustda müharibənin bitməsi ildönümündən* (* 1937-1945 illəri əhatə edən Sakit okean müharibəsi 15 avqustda tamamlanmışdı) bir neçə gün əvvəl olduğu üçün dəfn mərasimi də elə həmin günə təsadüf etmişdi. Mən dəqiq xatırlayıram: çox isti bir gün idi. Evə zəng edib mənə demişdilər ki, hamı kimi mütləq dəfn mərasimində iştirak edim. Bütün sinif orada idi. Matsumoto metroda özünü qatarın altına atmışdı. Səbəbini isə heç kim bilmirdi. Ölümqabağı yazdığı məktubunda daha məktəbə getmək istəmədiyini yazmışdı. Niyə getmək istəmir? - bunu yazmamışdı. Təbii ki, bütün müəllimlər şokda idi. Dəfndən sonra hər kəsi məktəbdə topladılar və direktor hamıya bəlli olan çürük sözlərdən yapışıb durmuşdu: biz Matsumoto üçün qəmlənirik...ölümü nə qədər ağır olsa da bölüşməliyik... bu həqiqəti yaşamalı, ruh yüksəkliyini itirməməliyik... Sonra yalnız bizim sinfi saxladılar. Müavin və sinif rəhbəri qarşımızda dayanaraq Matsumotonun ölüm səbəblərini saf-çürük edirdilər. Və kim onun haqqında nə bilirsə, qoy düzgün qəbul etsin və hər kəsə bu barədə danışsın... Hamı susdu. Bütün baş verənlər, bu səs-küy mənə hansısa təəssürat bağışlamadı. Sinif yoldaşım ölüb – Allah rəhmət eləsin. Lakin özünü öldürmək nəyə lazım idi? Məktəb xoşuna gəlmirdi, getməzdin, onsuz da, yarım il sonra buraxılış olacaqdı. Buna görə ölmək lazım idi? Mənə elə gəldi ki, onun əsəb xəstəliyi vardı. Gecə-gündüz imtahan söhbətləri, istər-istəməz, adamı dəli edirdi. Tətil də bitdi, dərs ili başladı və mən sinifdə qəribə hal-əhval yarandığını hiss etdim. Mənə qarşı hamıda soyuqluq yaranmışdı. Nə soruşurdum uşaqlar ya üz-gözünü əyir, yaxud da kobud cavab verirdilər. Əvvəllər elə hesab edirdim ki, heç kim o əhvalda deyil, əsəbidir, sən deyən, xüsusi diqqət də yetirmirdim. Semestr başlayandan beş gün sonra məni müəllimlər otağına çağırdılar ki: “Sən, həqiqətən, idman zalına gedirdimmi?” - Bəli. Məktəbdə heç bir qaydanı da pozmamışdım. - Çoxdan məşğul olursan? - On dörd yaşımdan. - Düzdür ki, sən həmin il Aokini vurmusan? - Düzdür. - İdman zalındakı məşqlərinə qədər, yoxsa ondan sonra olub? - Sonra. Lakin mən onda heç nə bacarmırdım. İlk üç ayda mənə hətta əlcək geyməyə izin vermirdilər, - izah etdim. Amma müəllim, deyəsən, məni heç eşitmirdi: - Bəs, Matsumotonu vurmuşdun? Sizə dediyim kimi, o, çox sakit biri idi. - Nə mənası vardı mənim onu döyməyimin? Həm də nədən ötrü? – özümü müdafiə etməyə çalışdım. - Kimsə müntəzəm şəkildə məktəbdə Matsumotonu döyürmüş, - sinif rəhbəri qaşqabaqlı şəkildə dedi - və Matsumatonun anasının sözlərinə görə, onun bədənində və üzündə qançırlarla evə gəldiyi vaxtlar az olmayıb. Məktəbdə, məhz bu məktəbdə kimsə onu döyüb və pullarını da əlindən alıb. Lakin Matsumoto onu incidən adamın adını anasına deməyib. Qorxub ki, desə, onu döyüb öldürərlər. Beləliklə də, intihar edib. Təəssüf edirəm oğlana görə. Heç kimə müraciət də etməyib. Görünür, mökhəm döyürlərmiş. Biz indi araşdırırıq ki, kim onu belə ələ salırmış. Əgər nəsə bilirsənsə, etiraf etsən, yaxşı olar. Rahat şəkildə yoluna qoyarıq. Əks halda, polis işə qarışacaq. Başa düşürsən? Mənə belə məlum oldu ki, Aokinin burada əli olub. Matsumotonun ölümündən heç də pis yararlanmamışdı. Belə ki, heç yalan da danışmamışdı. Görünür, mənim boksla məşğul olmağımdan haradansa xəbər tutmuşdu. Amma haradan, ağlıma bir şey gəlmirdi. Və bu haqda Matsumotonun ölümündən bir qədər əvvəl kiməsə danışıbmış. Arxasını isə düzüb-qoşmaq çətin deyildi: Müəllimin yanına gedib, mənim idman məşğuliyyətim haqqında danışıb və deyib ki, nə vaxtsa onu vurmuşam. Heç şübhəm yoxdur ki, o bunları elə yaxşı başa salıb ki, guya, mən onu döyüb gözünün odunu almışam. Ona görə də indiyə qədər qorxusundan heç kimə bu haqda bir kəlmə belə deməyib. Bununla belə, bircə səhvə belə yol verməyib ki, ilk baxışdan müəyyən edəsən. Aoki son dərəcə ehtiyatlı davranıb. O, yalnız çılpaq həqiqətə yaxşıca don geyindirib, mükəmməl bəzəyib, şişirdilmiş və özünə sərf edəcək formada ortaya çıxarıb. Şübhəsiz, bu onun əməyinin nəticəsidir. Bilinir ki, müəllimləri şübhə götürmüşdü. Boksla məşğul olanlar onların gözündə şirə-pələngə dönmüşdülər. Həm də mən öz xüsusiyyətlərimə görə müəllimləri heç də qane etmirdim. Üç gündən sonra məni polisə çağırdılar. - Deməyə sözüm də yoxdur, - mənim üçün gözlənilməz oldu. Açıq görünürdü ki, mənə qarşı dedi-qodudan başqa dəlil-sübut göstərilməmişdi. Mən çox təəssüflənmişdim və hər şey ağır gəlirdi. Çünki heç kim mənim bir sözümə belə inanmırdı. Hətta həmişə insaflı olan müəllimlərimiz də mənə görə irəli dura bilmirdilər. Polisdə məni istintaq qaydasınca sınağa çəkdilər. Mən izah etdim ki, Matsumoto ilə tamamilə heç bir münasibətim olmayıb. Bəli, mən dörd il öncə Aoki adlı şagirdi vurmuşdum, lakin bu, adi bir savaş idi. Bundan sonra aramızda xırdaca dava belə olmayıb. Bax, təxminən, bu qaydada oldu. Müstəntiq dedi ki, eşitdiyinə görə, Matsumotonu mən döymüşəm, mən isə dedim, xeyr, bu yalandır. - Kimsə acığa bu cəfəng söz-söhbətləri yayıb? - Müstəntiq elə beləcə də dedi. İxtiyarı bundan artığına çatmırdı; fərziyyədən başqa heç bir sübut da yox idi. Polisə çağrılmağım barədə xəbər bütün məktəbə yayıldı. İşin üstüörtülü saxlanılacağına baxmayaraq, kimsə bunu yaxşı sızdıra bilmişdi. Hər halda, hamı mənə başqa gözlə baxmağa başlamışdı. “Polisə elə-belə çağırmazlar, demək, səbəb var idi.” - İndi hamı inanırdı ki, Matsumotonu mən döymüşəm. Mən bilmirəm Aoki bunu hansı formada çatdırmışdı, sinifdəkilər mənim haqqımda nə düşünürdülər, bunu heç bilmək də istəmirəm. Etiraf edim ki, əhvalatın ucunda əclaflıq dururdu. Mənimlə artıq heç kim danışmırdı. Elə bil, əvvəldən sözləşmişdilər ki, mənə heç bir söz deməsinlər. Hamı məndən uzaq qaçırdı. Mənə elə gəlirdi ki, mənim varlığımı belə unutmağa çalışırlar. Nəinki şagirdlər, müəllimlər də mənimlə görüşdən qaçırdılar. Yalnız yoxlama zamanı soyadımı səsləndirirdilər, vəssalam. Ən pisi də bədən tərbiyə dərsində olurdu. Heç kim məni komandaya qəbul etmək, nə də mənimlə birlikdə məşğul olmaq istəmirdi. Üstəgəl, müəllim də mənə kömək etməyə cəhd göstərmirdi. Mən necə sakitcə məktəbə gedir və dərslərdə iştirak edirdimsə, eləcə də məktəbdən evə qayıdırdım. Günbəgün vəziyyət daha da ağırlaşırdı, nə deyim e...? İki həftə, üç... İştaham küsdü. Mən arıqladım, yuxusuz günlərim başladı. Yerimdə uzanır və ürəyim möhkəm döyündü, gözümün önündə hər şey birbəbir canlanırdı. Necə yatasan? Gözlərini yumursan, beyninsə işləyir. Vaxt keçdikcə yatıb yatmadığımı belə dərk edə bilmirdim. Mən məşqləri də buraxmağa başladım. Valideynlərim narahat olurdular. Hər şey qaydasındadırmı deyə soruşurdular. Onlara heç bir şey demirdim. “Hər şey qaydasındadır. Bir az yorulmuşam”. Deyək ki, mən onlara həqiqəti danışdım. Bununla nə dəyişir? Axı onlar heç biri mənə yardım edə bilməzdi. Beləliklə, mənim başıma gələnlərdən xəbər tutmadılar. Başları işə o qədər qarışmışdı ki, işdən kənarda başqa heç bir şeylə maraqlanmırdılar. Evə qayıtdıqdan sonra, öz otağıma çəkilib, axmaq-axmaq tavana baxmağa başladım. Başqa bir şeylə məşğul ola bilmirdim, elə ancaq tavana baxır və gic-gic şeylər haqqında düşünürdüm. Cürbəcür səhnələr uydururdum. Daha çox Aokini necə döydüyümü təsəvvür edirdim. Əvvəlcə onu güdür və sonra döyür... döyürdüm... Dalbadal bunu təkrar edirdim... “Sən əclafsan!” - və onu var-gücümlə vururdum. O qışqırır, yalvarır, mən isə onun üzünü xurd-xəşil edənə qədər hey döyürəm. Vaxt keçdikcə iyrənməyə başlayıram. Öncə heç bir vicdan əzabı çəkmirəm, “al payını!” deyə düşünürəm və elə yüngülləşirəm ki, bu məni xoşbəxt edir, lakin dayana bilmirəm və yenə də Aokini döyməkdə davam edirəm. Tavana baxıram, onun üzünü görürəm. Bir də baxıb görürəm ki, yenə döyürəm. Başladımsa, dayana bilmirəm. Fikirlərimdə onu o qədər kötəkləyirəm ki, getdikcə özümü pis hiss edir və öyüməyə başlayıram. Mən artıq nə etmək lazım olduğunu bilmirdim. Bir dəfə ağlıma gəldi ki, bütün sinfin qarşısında dayanım və sübut edim ki, mən utandırıcı heç bir şey etməmişəm. Əgər düşünürsüzsə mən günahkaram və cəzalandırılmağa layiqəm, o zaman sübut-dəlil göstərin. Əgər ortada belə şey yoxdursa, mənimlə bu cür rəftardan vaz keçin. Bir tərəfdən də düşünürdüm ki, əgər belə bir hərəkətə yol versəm, onsuz da, kimsə inanmayacaq. Qarabatdaq kimi Aokinin yalanının qurbanı olduğumu göstərmək arıma gedirdi. Özümə bəraət qazandırmağa çalışsam çaşıb qalacaqdım. Özümə heç arzulamırdım onun səviyyəsinə enməyi. Belə olan halda heç nə etmirdim. Nə Aokini döyə bilir, nə günahlandırır, nə də özümə bəraət qazandırmağa çalışırdım. Bircə şey qalırdı; sakitcə və səbirlə gözləmək. Bundan sonra yarım il qalırdı. Yarım ildən sonra məktəb qurtaracaq və mən daha kimsənin üzünü görməyəcəkdim. Yarımca il... Əgər bu səssizliyi özümlə daşıya bilsəm, yaxşı olardı. Özünəəminliyim heç qalmamışdı. Bir ay dözərdimmi, bunu da bilmirdim. Hər evə gələndə təqvimdə keçən günü rəngli karandaşla rəngləyirdim. Sevinirdim ki, bir gün də ömrümdən belə keçdi. Hərdən mənə elə gəlirdi ki, sonum çatıb. Bəlkə də, günlərin birində Aokiylə qatarda rastlaşmasaydım belə də olacaqdı. İndi də xatırlayıram ki, necə əsəblərim son həddə çatmışdı... Bu cəhənnəm əzabı əhvalat başlayandan bir ay keçənə qədər davam etdi. Təsadüfən dərsdən qayıdarkən qatarda Aokiyə rastladım. Həmişəki kimi qatar ağzına qədər dolu idi, iynə atsan yerə düşməzdi. İki, ya da üç adam məndən o yana, kiminsə arxasında Aokinin üzünü gördüm. Demək olar ki, üzbəüz dayanmışdıq. O da məni sezdi. Bir müddət bir-birimizin gözünün içinə baxıb durduq. Mən fizioloji cəhətdən yaxşı görsənmirdim: yuxusuzluq və əsəbilik ucbatından. İlk olaraq Aoki məni “hə, bax gör necəsən?” deyə istehzalı baxışlarıyla süzdü. Mən bilirdim ki, bunlar başdan-ayağa qədər onun quraşdırmasıdır. O da mənim bunu bildiyimdən xəbərdar idi. Biz bir-birimizə nifrətlə baxmağa başladıq. Və tədricən qəribə hisslər məni bürüməyə başladı. Bu, mənə heç tanış olmayan bir hiss idi. Sözsüz ki, mən Aokiyə acıqlı idim. Elə nifrət edirdim ki, onu öldürə bilərdim. Lakin bu hiss izdihamlı qatarda Aokiyə nifrət hissi deyil, nəsə qəm-qüssəyə, mərhəmətə oxşar bir şey idi. Mən məəttəl qalmışdım ki, belə davranışa sahib olan şəxs necə öz hərəkətləriylə fəxr edə bilər? Necə öz istədiyinə nail olub da sevinir?... Demək ki, Aoki həqiqi bəxtəvərlik və iftixarın nə olduğunu bilmir. Ömrünün sonuna qədər bədəninin dərin qatlarından keçən həqiqətin və mərhəmətin nə olduğunu duya bilməyəcək. Bəzi adamların qəlbi heç bir zaman titrəmir. Bununla yanaşı mən demirəm ki, aydan ayrı, sudan duruyam. Amma demək istəyirəm ki, əsl insan bu dərinliyin fərqinə varmalıdır. Lakin bu, onlarda yoxdur. Boş və mənasız həyat. Ancaq başqalarının diqqətini cəlb etmək, gözünə kül üfürmək, başqa heç nə. Bütün bunlar haqqında düşünərək, sakitcə və tərpənmədən onun üzünə baxdım. Onu vurmaq kimi bir niyyətim də qalmadı. O, mənim üçün mənasız bir insana çevrildi. Yox, həqiqətən, üstümdən, elə bil, ağır bir yükü qaldırdılar. Və mən düşündüm ki, qalan beş ayı da sükutla keçirə bilərəm, bunu bacararam. Qürurum hələ sınmayıb. Mən anladım ki, Aoki kimi insanların fitnəsinə uymamalıyam. Bax, məhz bu cür baxışlarla mən onu süzdüm. Biz uzun müddət baxışdıq və Aoki anladı ki, gözlərini qaçırsa, bu oyundan məğlub çıxacaq. Növbəti stansiyaya qədər heç kim yerindən qımıldanmadı. Son anda Aoki tərpəndi. Demək ki, boksla məşğul olmağın yaxşı bir tərəfi də bu idi ki, qarşında rəqibin göz hərəkətlərini o dəqiqə sezməyi bacarırsan. Boksçunun ayaqları dayananda göz hərəkətləri başlayır. Daha doğrusu, onlarla işləmək istəyirsən, lakin bacarmırsan. Sənə elə gəlir ki, ayaqların işləyir, əslində isə onlar dayanmış vəziyyətdədir. Onlar dayanır, çiyinlərin də hərəkət etmir və sənin zərbə endirmək üçün gücün çatmır. Aokinin gözləri bu cür olmuşdu. Qəribədir, o özü bunun səbəbini bilmirdi. Bu xoşbəxt hadisədən sonra mən ruhlandım. Gecələr yaxşı yatıb, iştaha ilə yeyib, məşqlərə yenidən başladım. Mən özümü inandırdım ki, məğlub olmağa ixtiyarım yoxdur. Mənə nifrət edənlərin qarşısında əzilməyəcəyəm. Beləcə mən qalan beş ayı da başa vurdum və bununla yanaşı, heç kimə heç nə söyləmədim. Məni sakitləndirən də bu idi ki, səhv edən mən deyiləm, başqalarıdır. Hər gün başı dik halda məktəbə gedib, elə də evə qayıdırdım. Məktəbi qurtardıqdan sonra Kyuşuda (Yaponiyanın dörd adasından biri) universitetə daxil oldum. Zənn edirdim ki, keçmiş sinif yoldaşlarımdan artıq heç kimlə qarşılaşmayacağam. Ozava hekayəsini bitirdi və dərindən nəfəs aldı. Məni daha bir fincan qəhvəyə dəvət etdi. Etiraz etdim. Onsuz da, üç fincan içmişdim. - İnsan öz həyatında müxtəlif hadisələrlə qarşılaşaraq bu və ya başqa cür dəyişməyə başlayır. - Ozava dedi. – Olur ki, ya pis tərəfə, yaxud yaxşılığa doğru. Yaxşı halda mən səbirli olmağı öyrəndim. Həmin yarım ildə çəkdiyim əzabın qarşısında sonradan gördüklərimi fəlakət saymaq olmazdı. Fikrimdə bəzi şeyləri müqayisə edəndə baxıram ki, ən çətin olanı geridə qalmışdır. Mən başqalarının dərdinə daha duyumlu olmuşdum. Bunları müsbət hal adlandırmaq olar. Mən hətta bir neçə yaxşı dost da tapdım. Lakin mənfi tərəfləri də var idi. O vaxtdan sonra mən insanlara inanmamağa başladım. Demək olmaz ki, bütün insanlığa inanmıram. Mənim həm övladım, həm də arvadım var. Biz ailədə bir-birimizi müdafiə edirik, lakin inanmadan bu mümkün deyil. Bax mən belə düşünürəm. Düşünürəm ki, ən sakit və xoşbəxt ortamda, yaxşı dostların əhatəsində yaşasan belə, sabah başına nə gələcəyindən tamamilə xəbərsizsən. Hər şey bir günün içində başdan ayağa dəyişə bilər. Elə bir gün gələ bilər ki, ətrafındakılar sənin bir sözünə belə inanmazlar. Bu, birdən baş verir. Birdən və gözlənilmədən. Mən həmişə bu barədə düşünürəm. Axırıncı dəfə bu, mənə yarım ilə başa gəldi. Bir də baş versə, kim deyə bilər ki, nə qədər uzun sürəcək... Bundan ancaq dəhşətə gələ bilərəm. Hərdən olur, yuxuda nəsə xoşagəlməz bir şey görəndə hövlnak qalxıram. Özü də belə yuxular tez-tez görürəm. O saat arvadımı da oyadıram, ona sarılıb ağlayıram. Zaman olur ki, lap bir saat sürür. Elə pis oluram ki... O susdu və qalxıb pəncərədən qara buludların arxasınca tamaşa etməyə başladı. Buludlar isə elə bil, heç yerindən də tərpənmirdilər. Dispetçerlərin ərazisi, təyyarələr, yük maşınları, pilləkənlər, xüsusi geyimli insanlar, hər şey ağır buludların rəngi kimi tutqunlaşmışdı. - Mən Aokidən qorxmuram. Bu dünyada onun kimi insanlardan nə qədər desən var. Bizə ancaq bununla barışmaq qalır. Onun kimilərlə qarşılaşanda çalışıram heç bir ortaq şeyimiz olmasın. Sadəcə, qaçmağa çalışıram. Başqa cür mümkün deyil. Xüsusi hiyləgərliyə ehtiyac yoxdur. Mənim üçün belələrini tanımaq çətin deyil. Lakin Aokinin elədiklərini də hər kəs bacarmazdı. Sakitcə qalasan və uyğun vəziyyətdən yararlanıb, bacarıqla insanların ürəyini ələ alasan. Bunlar ürəkbulandırıcı olsa da, etiraf edirəm ki, məncə, xüsusi talant tələb edir. Həqiqətən də, Aoki kimi əclaf insanların yalanını bu qədər asanlıqla qəbul edən izdihamın olması çox dəhşətli bir şeydir. Heç bir şeyi saf-çürük etmədən, kor-koranə şəkildə sənə deyilənləri qəbul edirsən. Başqasının çaldığı yaxşı səslənən tütək havasına oynayırsan. Qətiyyən düşünmürlər ki, bü cür səhv hərəkətlər birinin həyatı bahasına başa gəlir. Öz hərəkətlərinə görə cavab verməyə hazırlaşmırlar da. Ən dəhşətlisi budur ki, insanlar belədirlər. Mən yuxumda izdihamla dolu yer görürəm. Ətraf isə tamamən sükutdur. Və yuxuda gördüklərimin heç birinin üzü yoxdur. Sükut bütün ətrafı su kimi sarır. Ətrafdakı insanlar bu suyun içində qarışırlar. Mən qışqırıram, heç kim məni eşitmir. Ozava öz sözlərinin təsiri altında başını yelləməyə başladı. Mən əhvalatın davamını gözləyirdim. Lakin Ozava qollarını sinəsində çarpazlaşdıraraq sakitcə yerinə oturdu. - Bəlkə də, hələ tezdir, təklif edirəm, pivə içək - Gəlin içək – dedim. Bu anda mən, doğrudan da, pivə içmək istəyirdim. Yanvar, 1991-ci il. Tərcümə: Günel Əhmədova)
['Murakami', 'insan taleyi']
6,075
https://kayzen.az/blog/Xrizoberil/4024/adam-ol,-atan-kimi-e%C5%9F%C5%9F%C9%99k-olma.html
Adam ol, atan kimi eşşək olma!
Xrizoberil
Bloq: Xrizoberil
1 mart 2011, 17:20
Osmanlının məşhur tarixçi Əbdürrəhman Şərəf Bəy, Galatasaray Litseyində tarix dərsləri keçirmiş. Əbdulhəmid cahil və mədəniyyətsiz paşalardan birinin uşağına sinifdə hər kəsin içində:- Adam ol, atan kimi eşşək olma, deyər.Uşaq müəllimin bu sözünü dərhal atasına yetişdirər. Paşa çox hirslənər. Müəllimin həddini bildirmək üzrə məktəbə gedər. Müəllim, müdirin otağına çağırılar. Paşa hiddətlə:- Hocaəfəndi, mən bir paşayam. Mənə eşşək deməyə nə haqqınız var, nə cəsarətdir bu?- deyər.Əbdürrəhman Şərəf Bəy:- Nə əlaqəsi var paşam. Mən elə bir şey söyləmədim. Həm sizi tanımam ki, deyər. Paşa:- Bəli söyləmisiniz. Tələbəniz olan oğuluma, "Adam ol, atan kimi eşşək olma!" -demisiniz.Əbdürrəhman Şərəf Bəy:- Həəə... Bəli... Uşağınızı dərsini çalışmadığı üçün danladım. Lakin sözlərimlə sizə təhqir etmədim. Əksinə sizi nümunə göstərdim. Adam ol atan kimi!... Eşşək olma, dedim -deyər.Paşa söyləyəcək söz tapa bilməz. Müəllimə təşəkkür edərək məktəbdən ayrılar.
['osmanlı tarixi']
6,076
https://kayzen.az/blog/kitab/4023/bo%C5%9F-qalan-dolu-kitabxanalar.html
Boş qalan dolu kitabxanalar
Əliyev
Kitablar və mütaliə
1 mart 2011, 15:50
Elm və texnologiyanın inkişafı insanı günbəgün təbiilikdən uzaqlaşdırır. Qabaqlar hamımızın görüş yerimiz, bilgi və  elm ocağı olan kitabxanalar yavaş-yavaş virtual alternativləri ilə əvəzlənir. 5-10 il öncə kitabxana salonlarında “iynə atsan yerə düşməzdi”, amma indi bu məkanlara gedənlər barmaqla sayılacaq qədər azdır. Milli.Az xəbər portalı bu dəfə kitabxanaları araşdırır. İlk kitabxana eramızdan əvvəl olub Kitabxanalar yazılmışları bir araya yığan, qoruyan, onlardan insanların faydalanmasını təşkil edən xalq evləridir. Bir çoxumuzun vazkeçilməz qiraət və istirahət yeri hesab etdiyimiz kitabxanalar barədə nə bilirik? Kitabxanalar xidmət formalarına görə milli kitabxanalar, ümumi və ya xalq kitabxanaları, uşaq kitabxanaları, məktəb kitabxanaları, universitet kitabxanaları, xüsusi kitabxanalar, şəhər kitabxanaları və səyyar kitabxanalar kimi növlərə ayrılırlar. Əsrlər boyunca yazılan və bu gün nəşr edilən milyonlarla kitab kitabxanalarımızı hər gün bir az zənginləşdirir. Lakin təəssüflə qeyd etməliyik ki, son vaxtlar bu sahədə kəmiyyət artsa da, keyfiyyət azalıb. Kitabxana sözü fars və ərəb mənşəli iki sözün birləşməsindəndir. İlk kitabxanalar eramızdan əvvəl yaradılıb. Ən qədim kitabxanalardan birinin Assur hökmüdarı tərəfindən qurulduğu məlumdur. Hökmdar Asurbanipal tərəfindən eramızdan əvvəl 625-ci ilə qurulan kitabxananın adı Ninova olub. Bu kitabxanalardakı kitablar üzəri şiş uclu alətlə uyazılmış gil lovhələr olub. Misirdə eradan öncə yaradılmış İsgəndəriyyə kitabxanası isə dövrünün ən böyük kitabxanası idi. Bir çox tarixçilər hesab edir ki, İsgəndəriyyə kitabxanasının yanması bir çox tarixi faktların izini itirib. Orta əsr kitabxanaları isə təxminən 1000 kitabı olan kiçik monastr kitabxanaları idi. Avropanın ən böyük kitabxanalarından biri bizdədir Bizim ölkəmizdə də ənənəvi kitabxanalar mövcuddur. Amma müasir dünyada qrafik, səsli və görüntülü kitabxanaların olması barədə yəqin ki, bir çoxunuzun məlumatı var. İnternet kitabxanalarının indiki qədər inkişaf etmədiyi dövrlərdə kitabxanalar təhsilə və elmə ən böyük yardımçı idi. Əslində, yenə də elədir, çünkü bir çox nəşrlər var ki, onları internetdən əldə etmək olmur. Belə situasiyada kitabxanaların dəyərini anlayırıq. Azərbaycanın ən böyük  kitabxanası olan M.F.Axundov adına Milli Kitabxana nəinki Qafqazda, eləcə də Avropa qitəsində, o cümlədən bütün dünyada şöhrəti olan ən böyük milli kitabxanalardan biri hesab edilir. 1923-cü ildə Milli Kitabxana 5 min nüsxə kitabla kiçik bir mənzildə işə başlayıb. İndi kitabxananın fondunda 5 milyona yaxın kitab var. Bir ildən çoxdur ki, kitabxanada elektron kataloq mövcuddur. Kitab evləri niyə boşdur? Mətbuatda tez-tez “kitabxanalarda oxucu problemi var” fikri dolaşır. Bununla razılaşmayan Milli Kitabxananın direktoru Kərim Tahirov belə fikirləri doğru saymır. Onun  sözlərinə görə, kitabxananın oxu zalına adi günlərdə 500-800, şənbə və bazar günləri isə 1000 nəfərdən çox oxucu müraciət edir. Tahirov deyir ki: “Bizdə oxucu problemi yoxdur. Axı virtual oxucu anlamı da var. Bizim daimi oxucularımız 38 min nəfərdir, kitabxanaya gələnlər orta hesabla 8 min, virtual istifadəçilərimiz isə 90 mindən çoxdur”. Amma gəlin gerçəkçi bir tərzdə baxaq, bu gün bizim kitabxanadan istifadə edənlər kifayyət qədərdirmi? Xeyr. Olduqca az oxucu bu kitabxanaya baş çəkir. Səbəbləri çoxdur. Ən başlıca səbəb isə, qış aylarında oxu zalının soyuq olması, istilik təchizatının zəif  və yaxud da ümumiyyətlə olmamasıdır. Dost-tanışdan “kitabxanaya gedirsənmi?” deyə sorduqda birmənalı olaraq əksəriyyət “xeyr” deyir. Amma səbəbini hərə bir cür izah edir. Kiminə görə indi virtual aləmdə kifayət qədər vəsait var, evdən çıxmadan da istədiyin kitabı əldə etmək olur. Kimisi hesab edir ki, kitabxanalarda mühit normal deyil, qayda-qanun yoxdur. Başqa birinin fikrincə axtardığını tapa bilmirsən, ədəbiyyat qıtlığı var. Milli Kitabxanadakı səraitin normal olmasından oxucular razılıq edir, amma oradakı vəsaitin yalnız tələbələrə və elmi işçilərə gərəkli olduğunu deyirlər. Ən yeni ədəbiyyat, dünya şöhrətli kitabları burada tapmaq müşkül məsələdir. Tapsan da “viran” olmuş, bəzi vərəqləri çıxarılmış halda olacaq. Hansı dildə kitablara üstünlük verilir? Həm kitab bazarında, həm də kitabxanalarda böyük əksəriyyət rusdilli ədəbiyyata üstünlük verir. Belə ki, araşdırmamıza görə, kitab alıcılarının 12 faizi azərbaycandilli. 80 faiz oxucu rus dilində kitab alır. Yerdə qalan 8 faizlik bir qisim isə ingilis, fransız, alman və s. dillərdə olan vəsaitlərdən istifadə edir. Burada həm ictimai-siyasi situasiyanın, həm cəmiyyətin mənəvi-psixoloji, sosial-iqtisadi durumunun, həm də düşüncə tərzinin önəmli rolu var. Birincisi, etiraf etməliyik ki, Azərbaycan dilində ciddi ədəbiyyat, elmi-texniki çox azdır. İkincisi, kitab oxumağa maraq aşağı səviyyədədir. Etiraz edənlər ola bilər. Amma etiraz etməzdən öncə ətrafınıza fikir verin, sonuncu dəfə yaxınlarınızın, ətrafınızdakıların ciddi bir şey oxuduğunu nə zaman müşahidə etmisiniz? Rus dilində kitablara üstünlük verənlər bu seçimi müxtəlif  fikirlərlə izah edirlər.  Bir qisim oxucu hesab edir ki, azərbaycandilli kitablar olduqca bəsit, ötəri və “həvəskar” yazılır. Peşəkarlıq az hiss olunur. Başqa bir qisim oxucunun fikrincə rus dilindən öz dilimizə tərcümə edilən kitablar da yaxşı deyil, çünki tərcümə üzdən, dayaz edilir, keyfiyyətsiz iş görülür, dilçilik qanun-qaydalarına əməl edilmir. Üçüncü qisim isə hesab edir ki, bizim dilimizə tərcümə edilən ədəbiyyat xarici dilli vəsaitin necə deyərlər “tör-tüküntüsü”dür. Tərcümə üçün hər hansı bir kitab götürülür və tərcümə edilir. Kim yazdığına, necə yazıldığına, nədən yazıldığına önəm verilmir. Yazıçını rüsvay edən tərcümələr Yeri gəlmişkən, bir şeyi qeyd etmək yerinə düşər: Bu günlərdə məhşur yazıçı Çingiz Abdullayevin bir neçə kitabını aldıq. Bildiyiniz kimi, Çingiz Abdullayev rusdilli yazardır, bütün əsərlərini də rus dilində yazır. Onun əsərlərini Azərbaycan dilində oxumaq istəyənlər isə elə bir tərcümə ilə rastlaşırlar ki, sanki bu tərcüməçi qarşısına dünya şöhrətli yazarı rüsvay eləmək məqsədi qoyub. Kitabı rus dilindən tərcümə edən “Çıraq”, “Nurlar” kimi nəşriyyat evlərində dilimizin qrammatik qaydalarını bilən bir savadlı tərcüməçi yoxdur deyəsən. Çünki öz dilimizə tərcümə edilərək nəşr edilən kitablardakı səhvləri sayıb qurtarmaq mümkün deyil. Bir kitablardakı yüzlərlə səhv heç başadüşülən deyil. “Bir insanın dəyəri onun oxuduğu kitablarla ölçülür”. Bunu Herbert Spencer deyib. Sözsüz ki, söhbət mənəvi dəyərdən gedir. Con Lilton isə deyib ki, əgər siz bir insanı öldürsəniz, Tanrının güzgüsünü, ağıl sahibini öldürmüş olursunuz. Əgər ağıl məhsulu olan bir kitabı yox etsəniz ağılın özünü yox etmiş olursunuz. Çünki Tanrı bunu bağışlamır. Makedoniyalı İsgəndər yandırdığı saysız-hesabsız kitablarla nə qədər günah alıbmış… Eləcə də ərəblər “bu kitablarda yazılanlar Quranda varsa artıqdır, yoxsa küfrdür” düşüncəsi ilə dünyanın ən böyük kitabxanalarını yandırmaqla nə qədər böyük günaha batıblar... Müəllif: Lalə Mehralı Mənbə: Milli.Az
['kitabxana', 'kitab oxumaq', 'mütaliə']
6,077
https://kayzen.az/blog/ayxansevda/4022/bak%C4%B1-m%C3%BCs%C9%99lman-q%C4%B1z-m%C9%99kt%C9%99bi.html
Bakı Müsəlman Qız Məktəbi
ayxansevda
Bloq: ayxansevda
1 mart 2011, 15:48
III Aleksandr sağ olanda Azərbaycan milyonçularından olan Zeynalabdin Tağı oğlu Tağıyev ona ərz-hal yazıb, müsəlman qızlarının öz ana dillərində oxumaları üçün Bakıda məktəb açmaq üçün icazə istəyir. III Aleksandr bu xahişi rədd edir. O öləndən sonar II Nikolay taxta çıxır. Tacgüzarlıq mərasimi münasibəti ilə Hacı senatorun vasitəçiliyi ilə Nikolayın arvadı Aleksandra Fyodorovnaya çox bahalı hədiyyə çatdırır və  eyni zamanda Bakıda qız məktəbi açmaq barədə təkrar xahişnamə göndərir və rica edir ki, rus-müsəlman qız məktəbinə Tsaritsa Aleksandra Fyodorovnanın adı verisin. Iki ildən sonra 1896-cı ildə qız məktəbi açmağa icazə verilir. Tağıyev məktəb binasının layihəsini mahir memar Qoslavskiyə tapşırır.1898 -ci ildə tikməyə başlayırlar. 1900 -cu ildə bina hazır olur. Bu məktəb indiki Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları fondunun binası idi. Tağıyev müsəlman qaraguruhçuları işə mane olmasın deyə iki nəfərə məktub, pul və hədiyyələr verib, müqəddəs hesab edilən yerlərə - Məkkəyə, Mədinəyə, Kərbəla, Xorasan , Qahirə, İstambul, Tehrana və s yerlərə  göndərirrvə tapşırır ki, oradakı mötəbər, rəsmi din xadimlərindən imza və möhürlə təsdiq edilmiş rəsmi sənədlər alsınlar ki, müsəlman qızları oğlanlar kimi şəriət məktəblərindən başqa müasir məktəblərdə təhsil ala bilərlər və burada xilaf heç bir şey yoxdur. Lakin müsəlman qızları üçün müasir məktəbin açılma xəbəri şəhərə vəlvələ salır, hamı hər yerdə ancaq bu haqqda danışır. Qaraguruhçu iri əmmaməli , qara əbalı din xadimləri , tapancalı , xəncərli qoçular ortaya çıxıb ismətdən - nisvandan danışıb, Qurandan ayələr, peyğəmbər, xəlifə və imamlardan hədislər  və sübüutlar gətirərək bu işi küfr adlandırıb, Hacı Zeynalabdin Tağıyevi dindən kənar əməllərdə günahlandırırdılar.   Hacı Zeynalabdin Tağıyev müsəlmanların müqəddəs ziyarətgahlarındakı nüfuzlu din xadimlərinin möhürlə təsdiq etdikləri rəsmi sənədləri əsas göstərərək başa salmağa çalışırdı ki, qızların elm oxumaları çox vacib və lazımdır. Din xadimləri daha da coşurlar. Bu dəfə hacı Zeynalabdin özü danışmağa başlayır: " Camaat, qızlarımızın zəmanə dərslərini oxumaları vacibdir: gözləri açılar, külfətdə rəftarları xoş olar...İngilistana, Germaniyaya, Firəngistana  gedib oxuyan cavanlarımızın hərəsi  oradan qollarına bir arvad keçirib gətirir , çünki qızlarımızla məcazları tutmur. Əcnəbi arvadlarından olan uşaqlar öz-özlərinə olurlar, mürtəd və bütün varidatımıza sahib olurlar. Quransız, namazsız və şəriətsiz.  Təzə məktəblərdə qızlarımıza  ehkami-şəriyyə, paltar tikmək, toxuculuq , mətbəx işləri , müsəlman və rus dillərində oxuyub - yazmaq, elmi-hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burda pis şey var?! Molla Əli Hacı Xəlil oğlu! Qulaq as! Mən qızlarımızı ismətsiz etmək istəmirəm, naməhrəmlə üzü açıq olmağa çağırmıram. Srağa gecə ortayaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin, qızı ölümdən qurtardı. Indi de görüm, lopabığ Ambarsumun  əvəzinə müsəlman arvad həkimi olsaydı , hansı şəriətə daha uyğun olardı? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdur." Sabahı gün şəhərdə abır-həya pərdəsi altında qeylü-qal qopur, qoçular şəhərlərə tökülüşüb, dikdaban ayaqqabı geyinmiş müsəlman qız və qadınların tufli və çəkmələrini çıxartdırıb, əvəzinə zorla nəleyin geyindirirdilər; azca üzü açıq olanların başlarına iri , qara çadra örtürdülər; mane olmaq istəyənləri, danışanları ölümlə hədələyirdilər. Qızlarını təzə məktəbə oxumağa göndərənlərin evinə soxulur və öldürürdülər; o cümlədən içərişəhərli Axund molla Ruhullanın evinə  zorla girib namaz üstündə kişini qətlə yetirmişdilər ki, birdən - birə iki qızını "şkola" yollayıb. Hökümət məmurları belə biabırçılığa kənardan tamaşa edirdilər və deyirdilər ki, biz din-məzhəb işlərinə qarışmırıq. Qızlara belə məsləhət görürlər ki, çarın arvadı Aleksandra Fyodorovnaya bir teleqram göndərin, minnətdarlığınızı bildirin ki, sizə məktəb açmağa icazə verib və razı olub ki, məktəbinizə onun adı verilsin. Iki gündən sonra  Aleksandra Fyodorovna qızlara teleqramla cavab yollayır, yeni açılmış məktəbdə əla oxuyub, Vətənə və cəmiyyətə faydalı olmalarını , həyatda xoşbəxt olmalarını arzulayır. Bu teleqramla bütün mübahisələr və müsəlman məktəbinin taleyi birdəfənlik həll edilir. ... Məktəbə 58 qız qəbul edilmişdir. Onlardan 35 nəfəri kasıb ailələrin qızları idi və təhsil haqqından azad edilmişdilər, geyim və yeyib-içmələrinin xərcini Tağıyev şəxsən ödəyəcəkdi. Məktəbin açılışına sevinənlərdən biri də Həsən bəy Zərdabi idi. Qız məktəbinin birinci müdirəsi Hənifə xanım Məlikova (Həsən bəy Zərdabinin həyat yoldaşı) idi.   Bütün bu çətinlik və məşəqqətlə dolu olan yolda Zeynalabdin Tağı oğlu Tağıyev Bakı Müsəlman Qız Məktəbini açmağa nail oldu. Bu o dövr üçün böyük uğur idi.      Mənbə: Manaf Süleymanov  " Eşitdiklərim, oxuduqlarım, gördüklərim"
['Zeynalabdin Tağıyev', 'qız məktəbi']
6,078
https://kayzen.az/blog/dusundurucu-hekayeler/4021/atl%C4%B1-v%C9%99-kor.html
Atlı və kor
Xrizoberil
Düşündürücü hekayələr
1 mart 2011, 12:37
çöl istisində atıyla səyahət edən bir atlı tapmış olduğu bir ağac kölgəsində, həm atı həm də özünün istirahət etməsi üçün bir fasilə verər. Lakin atını o ağaca bağlaya biləcəyi qədər uzun bir incə kəndir tapa bilmədi. Ətrafına baxdıqda işini həll edə biləcəyi bir qalın ağac budağı tapar. O qalın budağı ağacın kölgəsinə çaxaraq atını o budağa bağlar. Ehtiyacı qədər istirahət etdikdən sonra, yola davam etmək üzrə hazırlanar. Elə atını bağladığı o budağı qumdan çıxaracaqkən birden dayanıb düşünər. Mən bu qədər məsafədən gəldim və yolumda yalnız bu ağacın kölgəsindən istifadə edərək yalnız mən deyil, atımda istirahət etdi. Yaxşısımı bu budağı çıxartmayımki , bəlkə məndən sonra başqa bir atlınında atıyla istirahət etmək üçün fasilə verdiyində bu budaqdan istifadə edər, deyib o budağı çıxarmaqdan imtina edər və yola davam edər. çöl istisində öz başına səyahət edən bir KOR yolçu elə bu ağacın altında fasilə üçün dayanacaqkən ayağı o budağa ilişib birdən yerə düşər. Ay Allah, çölün orasındakı ağacın altındakı bu budağın nə işi vardır deyib, məndən sonra bəlkə başqa bir kor yolçu bu budağa ilişib yerə düşməsin deyə, o budağı yerindən çıxarıb atar.İndi hansı doğru olanı etmiş deyə özümüzdən soruşduğumuzda , cavabımız nə olar? Görəsən o ağacın altına budağı çaxan özündən sonra gələcək bir başqasını düşünən atlımı , yoxsa ilişib yerə düşüb canını yandırmaması üçün özündən sonrakı başqa bir kor yolçunu düşünən və oradan çıxarıb atan o kor yolçumu? Əlbəttə ikisi də haqlıdır və özlərindən sonrakı insanları düşünüb vəzifələrini etmiş yerinə yetirmişlər.Görəsən bizlər , bizlərdən sonra gələcəklərə nələr edirik və saxlayırıq???
['ibrətli hekayə']
6,079
https://kayzen.az/blog/poeziya/4020/sevgi-%C5%9Feiri.html
Sevgi şeiri
elshad
Poeziya
1 mart 2011, 00:35
"sevmək" dedim. "yoluna ölmək" dedi. "yol" dedim. "alıb başını getmək" dedi. "getmək" dedim. Bir "aha" çəkib "dostlardan ayrılmaq" dedi. "dost" dedim. Dayandı. Mənə baxdı. "dost" deyə zümzümə etdi. "ürəyimə necə qoysam "dedi. "ürək" dedim. "dünyaları içinə sığdıramadığım" dedi. "dünya" dedim. "həyatin bir üzü" dedi. "üz" dedim. "ardında nə gizli bilmədiyim" dedi. "gizlı" dedim. "həmişə həll etməyə çalışdığım" dedi. "çalışmaq" dedim. "bitmeyecek əhvalat" dedi. "əhvalat" dedim. "binlercesini içimdə gizləyirəm" dedi. "gizləmək" dedim. "işte hər şeyin bitimi" dedi. "hər şey" dedim. "sevda" dedi. "sevda" dedim. "arxasınca qaçdığım" dedi. "qaçmaq" dedim. "hayat bir marafon" dedi. "həyat" dedim. "elə qısa ki!." dedi. "nə üçün qısa?" deyə soruşdum. "yaşanacak çox şey var zaman yox" dedi. "yaşanması lazım olan nə var?" deyə soruşdum. "eşq" dedi. "neçə dəfə?" deyə soruşdum. "min dəfə" dedi "milyon dəfə" "niyə bir dəfə deyil?" deyə soruşdum. "bütün eşqlərin cəmi ən uca və tək məhəbbətdir" dedi. "əvvəl ona çatsan olmazmı?" deyə soruşdum. "kaş ki olsa" dedi "amma əvvəl yoğrulmaq gərək" "acı çəkməkmi?" deyə soruşdum. "bəli eşq ağrısında yox olmaq" dedi. "yox olunca!." dedim. "istə gerçək eşqi o zaman yaşamağa başlarsan" dedi. "gerçək eşq!." dedim. "böyük o " dedi. Dayandım. Dayandım. Və susdum! "niyə susdun?" deyə soruşdu. "ürəyim titrədi sanki" dedim. "niyə?" deyə soruşdu. "bilmirəm" dedim. "böyük o " "bəli." dedi "böyük o " "harada?" deyə soruşdum. "hər yerdə" dedi. "necə?" deyə soruşdum. "ürəyini aç" dedi. "ürəyimi açmaq!." dedim. "bir təbəssümlə bax hər şeyə" dedi. "təbəssüm" dedim. "hər qapının açarı" dedi. "qapı" dedim. "girmədən bilə bilməzsən" dedi. "ya qorxu!" dedim. "bilinməyəndən qorxar insan" dedi. "mən bilmirəm" dedim. "nəyi?" deyə soruşdu. "məni" dedim."sən kimsən?" deyə soruşdu. "mən kiməm?" deyə soruşdum. "sevgiyle bəslənənsən" dedi. "kimin sevgisiylə?" deyə soruşdum. "böyük o' ." dedi. Dayandım. Dayandım. Yenə susdum. "Bəs sən kimsən?" deyə soruşdum. " Mən də sənəm" dedi
['sevgi']
6,080
https://kayzen.az/blog/kisiler/4018/ki%C5%9Fil%C9%99r-bunu-bilm%C9%99lidir.html
Kişilər bunu bilməlidir!!!
Jeremy
Kişilər
28 fevral 2011, 23:39
Türkiyə mətbuatında, kişilərin qadınlarla münasibətlərində problemlər yaşamaması üçün tövsiyələr verilib. Bunün üçün kişilərin aşağıda göstərilən 10 şərtə əməl etmələri məsləhət görürülür.1. Xanımınıza çox kökəlmisən bəlkə pəhrizə oturasan tərzində bir söz deməyin. Hələ ki onun dostlarının yanında heç dilə gətirməyin. Bəlkə də özünü qürurlu göstərmək üçün sizinlə razlılaşacaq. Lakin sonradan bu hərəkətinizlə onun gözündən düşə bilər və çox səs-küyə səbəb olacaq davalar yaşaya bilərsiniz. Sizə məsləhətim onu başqalarının yanında "geyimi, makiyajı, kilosu, saçı ve danışıq tərzi ilə" bağlı rəncidə etməmənizdir. Əksinə, onu başqalarının yanında tərifləməyə, ucaltmağa üstünlük verin.2. Qadınlara "çox bədxərcsən, xüsusən də shoppinqə lap çox pul xərcləyirsən" deməyin. Çünki hər bir qadın gözəl geyinməyi, seçilməyi, fərqli görünməyi sevir. Və siz ona "bədxərcsən" dediyiniz an dava söz-söhbət yaşaya bilərsiniz.3. Onu qısqandırmağı ağlınıza belə gətirməyin. Çünki qadınlar bu tip xüsusiyyətə malik kişilərdən yan qaçırlar. Onunla restoranda və yaxud məclisdə olduğunuz müddətdə digər cazibədar və gözəl xanımlara baxmaqdan qaçının. Unutmayın, qadınlar qısqancdır və özlərindən  daha gözəl olan qadınlara dözə bilmirlər. Əgər onun yanında başqa bir qadına baxsanız, o özünü təhqir olunmuş hiss edəcək və münasibətinizə xətər yetəcəkdir.4. Xanımınıza qətiyyən “Bəlkə bir az özünə əl gəzdirib daha baxımlı olasan?!” deməyin. Çünki onlar bəzi günlərdə nəinki makiyaj etmək, hətta saçlarını belə daramaq istəməzlər. Və belə zamanlarda sizin ona elə bir söz deməniz “ Sən məni daha bəyənmirsən, başqasını sevirsən” söhbətinə qədər gətirib çıxardar. Unutmayın ki, qadınlar hər halları ilə gözəl olduqlarını ərləri tərəfindən eşitmək istəyirlər. 5. Xanımınızın yanında kompyuter və ya video oyunları oynamayın. Danılmaz bir faktdır ki, kişilərin çoxusu oyun oynamaqdan həzz alır, amma, digər bir gerçək də qadınların onların nəyə görə oyun oynamaq istədiklərini başa düşməməyidir. Yaxşısı budur, xanımınız yanınızda olanda oyun oynamayasınız. Əks təqdirdə "sən oyun oynamağı məndən çox sevirsən" tipli mübahisəylə qarşılaşacaqsınız. 6. Xanımınıza xidmətçi kimi münasibət bəsləməyin. Ona dayanmadan iş tapşırsanız, hər şeyi onun etməyini gözləsəniz bir müddət sonra mübahisələrinizin sayı çoxalacaq. Ona xanım kimi davranın, bir işi o edərkən çalışın digər işin ohdəsindən özünüz gələsiniz. 7. Xanımınızla çalışın mübahisəyə girişməyin. Nə qədər haqlı olsanız da, qadınlar hər zaman üstə çıxar və söhbətlərdə özlərini haqlı hesab edərlər. Mübahisənin uzanmağını istəmirsinizsə, onunla razılaşın.8. Xanımınıza sadəcə kişilik borcunu, cinsi istəyi yerinə yetirmək üçün yanaşmayın. Qadınlar istədiklərini aldıqdan sonra dərhal arxasını dönən kişilərə nifrət edirlər. Onlar əzizlənməyi, həqiqətən sevildiklərini bilmək istəyirlər.9. Xanımların karyeralarında müvəffəqiyyətlərini görməzdən gəlməyin. Əgər xanımınızın  bacarıqlı bir iş həyatı varsa və siz onun müvəffəqiyyətini təqdir etmirsizsə, onu iş qadını olaraq görmürsüzsə, o sizdən soyuya bilər. Hətta ayrılıq təhlükəsi də yaşaya bilərsiniz.10. Pultun sadəcə sizə məxsus olduğunu hesab etməyin. Hələ bir də dayanmadan futbol proqramlarını izləsəniz söz- söhbət yaranacaq. Çalışın hər şeydən olduğu kimi, pultdan da ortaq istifadə edin. Və unutmayın ki, qadın dünyanın ən gözəl və ən qiymətli varlığıdır.Həmçinin bax: Qadınlar nə istəyir?  və kişilər ne isteyir?
['kişi və qadın', 'qadın psixologiyası', 'qadınlar nə istəyir']
6,081
https://kayzen.az/blog/dusundurucu-hekayeler/4015/%C3%B6vlad-g%C3%B6z%C3%BC,ana-%C3%BCr%C9%99yi.html
Övlad gözü,ana ürəyi
Xrizoberil
Düşündürücü hekayələr
28 fevral 2011, 22:39
Kiçik qız, özünü bildiyi gündən bəri anasından böyük bir qayğı görmüş və ondan eşitdiyi sözlərlə, şahzadədən daha gözəl olduğuna inanmışdı. Ona görə nur üzlü və badam gözlü idi. Bir dənəcik balası idi. Amma ibtidai məktəbə başladığında, işlər dəyişdi. Yoldaşları, onun heç də gözəl olmadığını, hətta çirkin belə sayılacağını söyləyirdilər.Kiçik qız, ilk əvvəllər onlara inanmadı. Çünki hər kəs bir-birini qısqanırdı. Amma bir neçə il içində gerçəklərlə üzləşdi. Anasının bir körpəyə bənzətdiyi üzü, solğun bir dəriyə sahib olduğu üçün, yaşlı bir insan üzünü xatırladırdı. "Badam" dediyi gözləri isə çəp idi. Boyunun da bir sərviliklə əlaqəsi yox idi. Demək ki, anası onu aldatmış və illər boyu çəkinmədən yalan danışmışdı.Gənc qızın ana sevgisi, qısa bir müddət içində nifrətə döndü. Evlənmə yaşına gəlmiş olmasına baxmayaraq, üzünə baxan yox idi. Üstəlik də gözləri, bütün müalicələrə baxmayaraq düzəlmirdi. Gənc qız, həkimlərin gizlicə etdiyi danışmalardan kor olacağını anladığında dəliyə döndü və özünü hələ uşaqlıq illərindəki sözlərlə oxşayan anasının bu yalanlarına dözə bilməyib, evi tərk etməyə qərar verdi. Lakin anası, uzaq bir yerdə iş tapdığını söyləyərək ondan əvvəl hərəkətə keçdi. Və qazandığı pulları bir qohumuna göndərib, qızına baxmasını xahiş etdi.Gənc qız bir müddət sonra görmə qabiliyyətini itirdi. Artıq qaranlıq dünyasıyla baş başaydı. Bu arada anasını heç düşünmürdü. Yalançı idi anası, ölsə belə bir itkin sayılmazdı.Bir gün həkimlər, uyğun bir cüt göz tapdıqlarını söyləyərək qızı əməliyyat etdilər. Ancaq o, gözünü açdığında yenə eyni üzü görməkdən qorxurdu. Lakin gün işığı üçün çox darıxmışdı. Heç olmasa kiməsə yük olmazdı.Gənc qız, əməliyyat sonunda aynaya baxdığında, dəli bir çığlıq atdı. Qarşısında bir dünya gözəli vardı. Həqiqətən də gözəl bir qız idi gördüyü. üzündəki sızanaqlar tamamilə itmişdi. Çox kəmərli olan burnu düzəlmiş və çöl otlarını xatırladan düz saçları, dalğa dalğa olmuşdu. Boyu da hər zamankindən uzun idi.Gənc qız, yanındakı yaşlı həkimə sevinclə sarılaraq: - Sanki yenidən dünyaya gəldim!- deyə qışqırdı. Üzümdə heç bir çirkinlik qalmamış. Estetik əməliyyatı sizmi etdiniz?Yaşlı həkim:- Xeyr qızım!- deyə gülümsədi. Ananın gözlərini taxdıq sadəcə. "Mənə lazım deyil" deyə bağışlamış.Başqa mənalı hekayələr: Daşürəkli oğlan və ana ürəyi,Hər günahın vəəzi var
['ana qayğısı', 'övlad']
6,082
https://kayzen.az/blog/psixologiya/2921/v%C9%99ziyy%C9%99td%C9%99n-%C3%A7%C4%B1xma%C4%9F%C4%B1-bacar%C4%B1rs%C4%B1n%C4%B1z.html
Vəziyyətdən çıxmağı bacarırsınız?
Əliyev
Psixologiya
28 fevral 2011, 18:47
Ötən əsrlərlə müqayisədə son illər insanların xarakteri, dünyagörüşü həddən ziyadə mürəkkəbləşib. Bu gün insanları nə iləsə heyrətləndirmək, təəccübləndirmək son dərəcə müşküldür. Eləcə aldatmaq da.  Adamların xarakteri, düşüncə tərzi hətta o qədər mürəkkəbləşib ki, psixologiya elmində uzun illər birmənalı şəkildə qəbul edilən insanın temperament tipinə də təsir göstərib. İnsanı daha yaxından tanımaq üçün ilk növbədə onun hansı temperament tipinə mənsub olduğunu aydınlaşdırmağı məsləhət görən psixoloqlar özləri artıq tərəddüd içindədirlər. "İnsanın xarakterini, xasiyyətini onun hansı temperament tipinə mənsub olduğu müəyyənləşdirir" fikrini sübut etməyə çalışan psixoloqların bu barədə fikirləri ilə tanış olaq. Əvvəlcə nəzərinizə çatdıraq ki, temperament sözünün latıncadan tərcüməsi "hisslərin lazımi qarşılıqlı nisbəti" mənasını verir. Temperament insana irsən xas olan, davamlı xüsusiyyətlər toplusudur. Psixoloqların temperamentə belə tərif vermələrinə baxmayaraq, onlar özləri də etiraf edirlər ki, bunu birmənalı şəkildə qəbul etmək olmaz. Temperamentin formalaşmasına ətraf mühit, həyat tərzi, tərbiyə ciddi təsir göstərir. Ümumiyyətlə, psixoloqların fikrincə, istənilən insanda müxtəlif temperamet tiplərinin xüsusiyyətləri cəmləşir. Buna görə də psixoloqlar insanın hansı tipə mənsubluğunu müəyyənləşdirərkən, bir qayda olaraq, o insanda hansı tipin xüsusiyyətlərinin daha qabarıq və çox olduğunu nəzərə alırlar. Ən maraqlısı isə budur ki, insanın aid olduğu əsas tipi nəzərə almasaq, yerdə qalan tiplərin xüsusiyyətlərinin dərəcəsini müəyyənləşdirmək qeyri-mümkün olar. Son illərə qədər psixoloqlar hesab edirdilər ki, dörd temperament tipi var: sanqvinik, xolerik, fleqmatik, melanxolik. Ancaq son illər bu bölgü özünü doğrultmur. Nəticədə psixologiya elmində tiplərin bölgüsü ən aktual və mübahisəli mövzuya çevrilməkdədir. Daha dəqiq desək, tiplər barədə təsəvvürlər getdikcə daha da mürəkkəbləşir. Bu fikri dəstəkləyən psixoloqlar yaşlı və gənc insanlara diqqət yetirməyi məsləhət görürlər. Yaşlı və gənc nəslin dünyagörüşü arasında fərq olmasını labüd sayan psixoloqlar hesab edirlər ki, heç bir zaman fərq bu qədər ciddi və köklü olmayıb. Onlar bu fərqin tiplərə sirayət edə biləcək səviyyədə olduğunu vurğulayırlar. Psixoloqlar bu zaman ilk növbədə tiplərin bölgüsünə diqqət yetirirlər. Məsələn, bəzi psixoloqlar dörd deyil, altı, yeddi, hətta səkkiz temperament tipinin mövcud olduğunu bildirirlər. Bəziləri isə dörd bölgüsü ilə razılaşaraq, sadəcə, bu bölgünün özünün şaxələndiyini vurğulayırlar. Hesab edirlər ki, bu bölgülərin hər birinin ayrı-ayrılıqda bir neçə növü var. Psixologiya elmində tez-tez səslənən bu fikirlərin tərəfdarlarının sayı isə durmadan artır. Bir sözlə, artıq hamı birmənalı şəkildə etiraf edir ki, insan xarakterinin mürəkkəbləşməsi sayəsində tiplərin sayı çoxalıb. Göründüyü kimi, psixoloqlar tiplərin sayını tam dəqiqləşdirməsələr də, reallığı etiraf edirlər.  Bu gün biz son dərəcə mürəkkəbləşən xarakterlərin təsiri ilə maraqlanacağıq. Bir sözlə, ətrafdakılarla olan münasibətlərimizi, eləcə də hər hansı bir hadisəni nə dərəcədə düzgün qiymətləndirə bilmək qabiliyyətimizi aydınlaşdıracağıq. Başqa sözlə desək, nə qədər gözüaçıq olduğumuzu müəyyənləşdirəcəyik. Təbii ki, psixoloqların tərtib etdiyi sorğunun köməyi ilə. Sorğu ilə tanış olmazdan əvvəl, xatırladaq ki, elə insanlar var ki, onlar heç vaxt çıxılmaz vəziyyətə düşmürlər. Onlar istənilən vəziyyətdən çıxmaq, eləcə də istədiklərinə nail olmaq üçün yüz cür fənd bilirlər. Bir sözlə, ağılları sanki zərgər dəqiqliyi ilə işləyir. Göz qabağında buraxdıqları səhvləri ört-basdır eləməyi, yalanlarına həqiqət donu geyindirməyi bacarırlar. Adətən, belə insanların aldanmaq şansı çox azdır. Çünki belə insanlar heç kimə inanmırlar. Bəs siz necəsiniz? Vəziyyətdən çıxa bilirsinizmi? Və sizi aldatmaq asandırmı? Bu suala cavab verməkdən ötrü psixoloqların tərtib etdiyi sorğuları cavablandırın.  1.Həmsöhbətinizə xoşagəlməz söz demək məcburiyyəti qarşısındasınız, bu zaman, həmin sözün onun xətrinə dəyəcəyini düşünürsünüz? 2.Dərsə və ya işə gecikəndə, heç kimin sizin gecikdiyinizi sezməməyinə çalışırsınızmı? 3.Başqalarından özünüzün görməyə qorxduğunuz işi yerinə yetirməyi xahiş edirsiniz? 4.Hokkeydə, futbolda, stolüstü oyunlarda fırıldaq edərək udmağa, yoxsa, düzgün oynayaraq, uduzmağa üstünlük verirsiniz? 5.Kiminləsə zarafat edəndə, həmin adam onunla kimin zarafat etdiyini o dəqiqə başa düşürmü?  6. İnsanı düzgün, açıq danışmağa məcbur etməkdən ötrü düşünülmüş yalan danışa bilərsinizmi?  7.Məktəbdə parta yoldaşınızdan icazə almadan və ya ona xəbər vermədən ondan nəyi isə köçürə bilərsinizmi?  8.Siz həmişə istədiyinizi əldə eləməkdən ötrü çarə tapırsınız? 9.Siz heç kimin başa düşmədiyi hiylə işlətməyi bacarırsınızmı? İndi isə cavabların nəticələrinə baxaq. 2,3,5,6,7,8 və 9-cu suala verilən müsbət cavaba, 1 və 4-cü suala verilən mənfi cavaba görə 1 bal toplayırsınız. Əgər 6 bal toplamısınızsa, sizi sadəcə çoxbilmiş, gözüaçıq adlandırmaq düzgün deyil. Psixoloqların təbirincə, 6 bal toplayan insanlar bu sahədə hamını arxada qoyublar. Elə bir iş yoxdur ki, ona nail olmaqda çətinlik çəkələr. Sanki hər şey onlar üçün bir içimlik su kimi asandır. Bir sözlə, onların daimi dostu yox, daimi mənafeləri var. Bütün dostlar və münasibətlər yalnız onların mənafeyinə xidmət edir. Məqsədlərinə çatmaq üçün yalan danışmaqdan belə çəkinmirlər. Ancaq heç vaxt çıxılmaz vəziyyətə düşməyən bu insanların bir mənfi cəhəti var. Ağı qaradan seçməyi bacaran insanlar heç vədə belələrinin səmimiyyətinə inanmırlar. Başa düşürlər ki, onlar hamını aldatmağa qabildirlər. Demək olar ki, heç bir zaman səmimi ola bilmirlər. Psixoloqlar belə insanların çox nadir hallarda səmimi olduğunu etiraf edirlər. Əgər siz 3-6 arası bal toplamısınızsa, psixoloqların fikrincə, ağıllı adamsınız. Bir sözlə, bu insanları heç kim aldada bilməz. Yetərincə vəziyyəti düzgün qiymətləndirməyi bacarırlar. Baş verən hadisələrə hissə qapılmayaraq, ağlın gözü ilə baxmağa qabildirlər. Psixoloqların müşahidələrinə görə, belə insanlar vəziyyətdən çıxmaq üçün yalan danışmağa meyllənmirlər. Qısası, onların ən böyük siyasəti həqiqətdir. Ağıllı olduqlarına görə, əvvəlcədən vəziyyəti düzgün qiymətləndirərək, özlərini pis vəziyyətə düşməkdən qoruyurlar. Psixoloqların fikrincə, bu, çox müsbət bir haldır. Həqiqətpərəstlik belə insanlara həmişə hörmət qazandırır. Ətrafdakılar onlara inanır və hörmət edir. 3 baldan az toplamısınızsa, vəziyyət heç də yaxşı deyil. Psixoloqların fikrincə, belə insanlar həddən ziyadə sadəlöhv olurlar. Onlar çox asanlıqla aldanırlar. Belə insanlara nəyi isə təqlid eləmək də çox asandır. Onlar çox tez təsir altına düşürlər. Hətta o qədər sadəlöhvdürlər ki, bir qayda olaraq, ətrafdakıların gülüş obyektinə çevrilirlər. Demək olar ki, həmişə çıxılmaz vəziyyətə düşürlər. Onlar üçün nəyi isə əldə eləmək də çox çətindir. Həqiqət onlar tərəfdə olanda belə, öz haqlarını müdafiə edə bilmirlər.  Hazırladı:  Sevinc RƏHİMOVAHəmçinin bax: temperamentin novleri və  temperamentin sağlamlıqla əlaqəsi
['xarakter', 'insan psixologiyası']
6,083
https://kayzen.az/blog/erzaq/3240/q%C9%99hv%C9%99.html
Qəhvə
Əliyev
Ərzaqlar
28 fevral 2011, 18:41
Qəhvə (ərəbcə قهوة‎‎ qəhvə "ehtiraslandıran içki") — qovrulmuş və üyüdülmüş qəhvə dənəciklərindən hazırlanmış isti içki. Dünyanın bir çox ölkələrində kofe adı ilə məşhurdur. Bu içki tərkibində olan kofein sayəsində stimullaşdırıcı təsirə malikdir. Qəhvənin tarixi İlk dəfə qəhvə Həbəşistanın cənub qərbində aşkar olunmuşdur. Sonralar qəhvə Mərkəzi Ərəbistana gətirilir. Yəmənin cənub qərb hissəsində becərilir. Bu günə kimi də Yəmən dünayada ən böyük qəhvə istehsalçısıdır. Hazırda dünayda 50-dən çox ölkədə qəhvə bitkisi növləri becərilir. Qəhvənin hazırlanmasının Həbəşistan üsulu ən qədim üsul sayılır. Dənəciklər qovrulduqdan sonra üyüdülür. Üyüdülmüş qəhvə tozu su və qəndlə birlikdə qaynadılır və Yabana adlanan maye hazırlanır. Onu kiçik piyalədə içirlər. Yohan Volfqanq Göte qəhvə dənəciklərini distilə etmək ideyasını verir. Bu ideyanı həyata keçirən zaman kimyaçı Fridlib Runq kofeini aşkar edir. Tezliklə qəhvə Fars və Osmanlı İmperiyasına yayılır. Qahirəyə qəhvə ilk dəfə 1532-ci ildə gətirilimişdir. Paralel olaraq qəhvə Suriya və Kiçik Asiyaya da yayılır. Qəhvənin tətbiqi 1538-ci ildə Yəmənin işğalından sonra daha güclənir. 1554-cü ildə Osmanlı imperiyasında gedən çəkişmələrdən sonra Konstantinopolda qəhvə evi açılır. Buna baxmayaraq qəhvənin ölkədə rəsmi içki kimi qəbul edilməsi tanzimatın 1839-cu ildə apardığı islahatlara qədər davam etmişdir. 1573-cü ildə Almaniyalı həkim Leonard Rauvolf Aleppoda bu içkinin dadına baxır və 1582-ci ildə onun haqqında yazır. Başqa mənbələrə görə 1592-ci ildə Prospero Alpino tərəfindən qəhvə İtaliyaya gətirilir və beləliklə bu içki Avropaya qədəm qoyur. 1645-ci ildə Venedihdə, 1650-ci ildə Oksfordda və 1652-ci ildə Londonda qəhvə evləri mövcud idi. Fransada ilk dəfə qəhvə evi 1659-cu ildə tikilir. Vyanada qəhvə evi 1683-cü ildə türklərə qarşı müharibədə ələ keçirilmiş 500 kisə qəhvə qənimətindən sonra açılmışdır. Bu evi türklərin əsiri olmuş polşalı Georg Kolşitçki təşkil etmişdir. Almaniyada qəhvə Fransadan gətirilir və ilk dəfə olaraq 1673-cü ildə Bremendə qəhvə evi təşkil olunur. Az keçməmiş bu bütün Almaniyanı bürüyür və XVII əsrin sonu böyük şəhərlərin əksəriyyətində qəhvə evləri fəaliyyət göstərirdi. 1899-cu ildə isveçrə kimyaçısı Maks Morqentaller qəhvə tozunu düzəldir. Həll olan qəhvə XX əsrin 40-cı illərindən başlayaraq geniş yayılır. Qəhvə hazırlamaq Qəhvə içkisi hazırlamaq üçün təbii qəhvə dənələrindən, üyüdülmüş təbii qəhvədən, tez həllolan qəhvə konsentratından və müxtəlif qəhvə içkilərindən istifadə olunur.Qəhvə içkiləri 3 əsas qrupa ayrılır: Tərkibində 5-35% təbii qəhvə olan içkilər. Kasnı bitkisinin kökü əlavə edilmiş içkilər. Tərkibində təbii qəhvə və kasnı bitkisi olmayan içkilər. Ev şəraitində qəhvə içkisi hazırlamaq üçün çiy qəhvə dənələri istifadə olunmamalıdır. Ona görə də, qəhvə dənələri əvvəlcə qovrulur, sonra isə elektrik dəyirmanında üyüdülür. Bunun üçün ev şəraitində qəhvə dənələrini tavaya 2-3 sm qalınlığında yayıb tünd qəhvəyi rəng və özünəməxsus ətir kəsb edənə kimi qovururlar.Qovurulduqda qəhvə dənələrinin kütləsi 16-18% azalır, həcmi isə zülali maddələrin şişməsi hesabına artır. Qəhvə dənələri istifadə olunduqca tədricən yüyüdülməlidir, Bu zaman daha keyfiyyətli qəhvə içkisi alınır. Qeyd edək ki, hal-hazırda qəhvə tozu üyüdülmüş, hazır qablarda satışa buraxılır. Təbii qəhvədən şərqsayağı qəhvə, qara qəhvə, süd və ya qaymaqla qəhvə, südlə bişirilmiş qəhvə, qatılaşdırılmış südlə qəhvə və digər içkilər hazırlanır. Qəhvə süfrəsi Qara qəhvə tutumu 75–100 ml olan qəhvə fincanlarında və yaxud çini qəhvədanda süfrəyə verilir. Əgər süd və ya qaymaqla qəhvə verilirsə, onda 200 ml tutumlu fincanlardan istifadə edilir. Fincana 150 ml qəhvə, 50 ml süd və ya qaymaq tökülür. Qəhvədana qəhvə 2–4 fincanlıq tökülür. Bu zaman qəhvədan əvvəlcə qaynanmış su ilə yaxalanmalıdır. Əgər qəhvə 100–mm-lik fincanda verilirsə, onda nəlbəkiyə qəhvə qaşığı qoyulur. Qəhvə fincanının əltutan yeri sol tərəfdə, qaşıq isə sağ tərəfdə olmalıdır. Bir neçə nəfərə xidmət etdikdə qəhvə fincanları podnosda gətirilir və qonağın sağ tərəfinə yaxınlaşıb ona qəhvə təklif edilir və yaxud qonağın sağ tərəfindən yaxınlaşıb süfrəyə qoyulur. Qəhvə yanında yalnız tikə qənd verilməlidir. Kütləvi sürətdə qəhvə hazırladıqda süd və şəkər birbaşa içkiyə qatılır. Süd və qaymaqla qəhvə tutumu 200 ml olan stəkanlarda da verilə bilər. Şərqsayağı qəhvə isə hazırlandığı xüsusi qazançada süfrəyə verilir və süzülmədən fincanlara tökülür. Qara qəhvə yanında soyuq qaynadılmış su da verilir. Qəhvə yanında konyak və likor verilə bilər. Bəzən qəhvə stoluna süfrə salınmır. Hər qonağın qabağına kiçik rəngli dəsmal qoyulur, onun üstünə qəhvə fincanı, sol tərəfə desert boşqab və qəhvə dəsti qoyulur. Fincanın arxasına konyak və ya likor üçün qədəh qoyulur. Stolun ortasında vazada tort, pirojna, qovrulmuş fındıq və ya badam qoyulur.   Qəhvənin zərərləri Qəhvə faydalı olmaqla yanaşı aludəçilik yaradır və müəyyən zərərləri var. Ona görə də bəzi insanlar qəhvədən istifadə edərkən ehtiyatlı olmalıdırlar. Qəhvənin çox istifadə olunması ürəyə zərər göstərir. Qəhvənin tərkibindəki kafein ürək döyüntülərində qeyri tarazlıqlar yaradır, üürəyin tez-tez döyünməsinə səbəb olur. Məhz buna görə də ürək xəstələri qəhvədən az istifadə etməlidir. Yüksək təzyiq Aparılan təcrübələr göstərmişdir ki, həddindən artıq qəhvə içmək qan təzyiqinin yüksəlməsinə səbəb olur. Mədədə problemlər Qəhvə, mədə xorası və qastrit kimi xəstəliklər törədir. Bu cür xəstələrin qəhvədən çox istifadə etməsi narahatlıqların daha da artmasına və pisləşməsinə səbəb olur. Çünki, qəhvə mədəni qıcıqlandırır və mədə turşu ifraz etməyə başlayır. Migren Migren və qəhvə tamamilə bir-birinə ziddir. Qəhvənin tərkibindəki qarışıqlar beyində olan hüceyrələrə təsir edir və migren ağrıları yaradır. Mineral və vitanmin Qəhvənin tərkibindəki kafein orqanizmin dəmiri saxlamasına imkan vermir və kalsiumun bədəndən sidik yolu ilə çıxmasına səbəb olur. Bütün bunlar sümük əriməsi riskini çoxaldır. Doğuş Qəhvənin tərkibində olan kafein səbəbilə gündə 3 stəkandan çox qəhvə içən xanımlarda doğuş faizi aşağı düşür. Qəhvə kişilərə tamamilə əks təsir göstərir və spermaları gücləndirir. Hamiləlik dövründə qəhvə içmək Qəhvədəki kafein ana bətnindıki körpəyə zərərlidir. Buna görə hamilə qadınlar qəhvədən istifadə edərkən ehtiyatlı olmalıdır. Qəhvənin faydaları Qəhvənin asılılıq yaratdığı aparılan araşdırmalar nəticəsində bəlli idi. Amerikada aparılan araşdırma isə onun faydalarını üzə çıxarıb. Bəlli olub ki, bir fincan qəhvə baş ağrısı, qaraciyər və mədə problemlərinə qarşı faydalıdır. Xərçəng- Yaşıl və qara çay kimi qəhvənin də tərkibində antioksidanlar var. Bu da xərçəngə yol açan hüceyrələrin çoxalmasına mane olur. İmmuniteti gücləndirir. Baş ağrıları- Qəhvənin tərkibində baş ağrısı dərmanlarında olan bəzi maddələr var. Bu xüsusiyyətinə görə qəhvə ağrıkəsicilərlə müqayisədə baş ağrılarında 40 faiz daha təsirli nəticə göstərir. Beyinin oyanması- Qəhvə diqqətin cəmlənməsinə kömək edir. İnsanın özünü daha gümrah hiss etməsinə səbəb olur. Aparılan eksperimentlər məktəblilərin az miqdarda südlü qəhvə içdikləri zaman dərslərdə daha fəal olduqlarını üzə çıxarıb. Qaraciyər sağlamlığı- Müntəzəm olaraq qəhvə içənlərin serroz kimi qaraciyər xəstəliklərindən daha az əziyyət çəkdiyi ortaya çıxıb. Dəri- Qəhvə həm də sellülitə qarşı faydalıdır. Lakin sellülitə mübarizədə ancaq qəhvəyə etibar etmək olmaz. Parkinson xəstəliyi- Gündə bir fincan qəhvə içən kişilərdə Parkinson xəstəliyinə tutulma riski nisbətən azalır. UPD. Alimlər qəhvənin bilinməyən daha bir faydasını üzə çıxarıblar. Türkiyənin "Milliyət" qəzetinin verdiyi məlumata görə, xüsusilə qadınların gün ərzində içdiyi 2-3 fincan qəhvə infarkt riskini aşağı salır. İsveçrədə aparılan araşdırmanın nəticəsinə, səhərlərin əvəzedilməz içkisi bu riski 25 faizə kimi azaldır.Tədqiqat zamanı 10 il ərzində 35 min qadın tədqiq edilib. Tədqiqatda iştirak edən qadınlardan 1680-i əvvəllər infarkt keçirib.Araşdırmanın rəhbəri Susana Larssonun sözlərinə görə, bu nəticələr qəhvəni sevən, lakin onu içməkdə tərəddüd edən, eləcə də bir fincandan artıq qəhvə içəndə vicdan əzabı çəkənlər üçün xoş xəbər sayıla bilər. Qəhvənin riski azaltmasının səbəbi isə insulinə olan tələbatı tənzimləməsi və stresin təsirlərini azaltmasıdır."Bəzi qadınlar qəhvə qəbulunu azaltmağa çalışılar. Ancaq nəticələr göstərir ki, qəhvədən istifadə diabet, qaraciyər xərçəngi və infarkt riskini azaldır", deyə S. Larsson qeyd edib. ANS PRESS
['qəhvə', 'kofe']
6,084
https://kayzen.az/blog/dusundurucu-hekayeler/4013/ayaqqab%C4%B1%C3%A7%C4%B1-v%C9%99-u%C5%9Faq.html
Ayaqqabıçı və uşaq
Xrizoberil
Düşündürücü hekayələr
28 fevral 2011, 13:29
Ayaqqabıçı, yeni gətirdiyi malları vitrinə yerləşdirərkən, küçədəki bir uşaq onu izləməkdə idi. Məktəblər bağlanmaq üzrə olduğundan, idman ayaqqabılarına rəğbət çox idi. Hərçənd mallar lüks sayılmazdı amma, kiçik bir dükan üçün kafi idi. Onların ən gözəlini ön tərəfə qoyunca, uşaq vitrinə doğru bir az daha yaxınlaşdı. Lakin bir qoltuqağacı istifadə etməkdə idi. Həm də çətinliklə... Adam ona bir daha nəzər saldı. Üstündəki şalvarın sağ qismi, dizinin alt qisimindən sonra boş idi. Buna görə də sağa sola uçuşurdu. Uşağın baxdığı ayaqqabılar, sanki onu özündən keçirmişdi. Bir müddət elə dayandı. Daldığı xülyadan ayılıb yola qoyulduğunda, adam dükandan çölə atılıb:- Balacaa! deyə səsləndi. Ayaqqabı almağı düşündünmü? Bu ilki modellər çox gözəldir! Uşaq, ona dönərək:- Həqiqətən çox gözəllər!- deyə təbəssüm etdi. Amma mənim bir qıçım doğuşdan əskikdir.- Məncə əhəmiyyətli deyil!.- deyə, irəli gəldi adam. Bu dünyada hər şeyiylə tam insan yoxdur ki! Kiminin əli əskik, kiminin də qıçı. Kiminin də ağılı ya da ınancı!Kiçik uşaq, bir şey söyləmirdi. Adam isə danışmağı davam etdirdi:- Kaş ki, ınancımız əskik olacağına, ayaqlarımız əskik olsa idi.Uşağın başı yaxşıca qarışmış idi. Bu səfər adama doğru yaxınlaşıb:Anlaya bilmədim!- dedi. Niyə elə olsun ki?Çox sadə!- dedi, adam. Əgər inancımız yoxsa, cənnətə girə bilmərik. Amma ayaqlar yoxsa, problem deyil. Onsuz da orada bütün əskiklər tamamlanacaq. Hətta şikəst insanlar, sağlamlara nisbətlə, daha çox mükafat görəcəklər...Kiçik uşaq, təbəssüm etdi. O günə qədər çəkdiyi ağrılar, yüngülləşmiş kimi idi. Adam, vitrinə işarə edərək:- Baxdığın ayaqqabı, sənə yaraşar!- dedi. Geyinib yoxlamaq istəyərsənmi? Uşaq, başını yanlara yelləyib:-Üzərində 30 lirə yazılıb, dedi. Almam mümkün deyil ki!Endirim mövsümünü, sənin üçün bir az önə alaram!- dedi adam. Bu vəziyyətdə 20 lirəyə düşər. Onsuz da sən təkini götürəcəksən, o da 10 lirə edər. Uşaq bir az düşünüb:Ayaqqabının digər təki işə yaramaz!- dedi. Onu kim alacaq ki? Amma uzatdın haa! deyə güldü adam. Onu da, sağ ayağı əskik olan bir uşağa sataram.Kiçik uşağın ağılı, bu sözlərə yatmışdı. Adam, davam edərək:- Üstəlik də şagirdsən deyilmi?- deyə soruşdu.- İkiyə gedirəm!- deyə atıldı uşaq. Üçə keçdim sayılar.- Lap yaxşı! -dedi adam. 5 Lirə də şagird endirimi etsək, geri qalar 5 lirə. O da  bazarlıq payı olar. Belə isə ayaqqabı sənindir, satdım getdi!Ayaqqabıçı, uşağın çaşmış baxışları arasında dükana girdi. İçəridəki rəflər onun bəyəndiyi modelin eynisiylə dolu idi. Amma adam, vitrində olanı çıxartdı. Bir stul götürüb döndükdən sonra, uşağı oturdub yeni ayaqqabısını geydirdi. Və çıxartdığı köhnəni göstərərək:- Mənim satış əməliyyatım bitdi!- dedi. Sən də mənə, bunu satsan məmnun olaram.- Zarafatmı edirsiniz? deyə kəkələdi uşaq. Onun dabanı deşilmək üzrədir. Köhnə bir ayaqqabı, pul edərmi? Sən çox cahil qalmısane, ay dost... - dedi adam. Antikvar əşyalardan xəbərin yox hər halda. Bir antikvar nə qədər köhnə isə, o qədər çox pul edər. Buna görə ayaqqabın, məncə ən az 30- 40 lirə edər.Kiçik uşaq, bir-birinin ardı ilə yaşadığı şokları üzərindən ata bilməmişdi. Mütləq bir yuxuda olmalı idi. Həm də həyatındakı ən gözəl yuxu. Adamın, həyəcandan tərləyən ovuclarına sıxışdırdığı kağız pullara göz gəzdirdikdən sonra, 10 lirəni geri verərək:- Mənə görə 20 lirə kafi.. -dedi. Endirim mövsümünü başlatdınız axı!..Adam onu qıra bilməyib pulu götürdü. Və bu arada yanağına bir öpüş qondurdu. Nədənsə içi içinə sığmırdı. Əgər bütün mallarını bir gündə satsaydı da belə bir xoşbəxtliyi tapa bilməzdi.Uşaq, yavaşca yerindən qalxdı. Sanki qoltuqağacına ehtiyac duymurdu. İsti bir təbəssümlə təşəkkür edib:Atam haqlı imış!- dedi. "Şikəst olduğum üçün, kədərlənməmə heç ehtiyac yoxdur!" demişdi.
['hekayə']
6,085
https://kayzen.az/blog/heyvan/4012/ceyranlar%C4%B1n-x%C3%BCsusi-soyuducu-sistemi.html
Ceyranların xüsusi soyuducu sistemi
Xrizoberil
Heyvanlar aləmi
28 fevral 2011, 13:11
Kondisionerlər bizi qışda soyuqdan, yayda isə istidən qoruyur. Lakin soyuducu sistemləri ilk dəfə insanlar kəşf etməyib. əslində bir çox canlının bədənində kondisionerə bənzər soyuducu sistemlər var. Buna Afrikada yaşayan və çox sürətli qaçan ceyranı göstərə bilərik. Bu canlı bir çox başqa canlılar kimi başqa müdafiə vasitəsi olmadığından həyatını davam etdirmək üçün düşmənlərindən qaçmaq məcburiyyətindədir. Lakin bu sürətli qaçış ceyranın bədən temperaturunu yüksəldir. Bu hal ceyran üçün çox təhlükəlidir, çünki bədən temperaturu artdıqca ceyranın beyin temperaturu da arta bilər. Amma ceyranın yaşaması üçün beyni bədənindən sərin olmalıdır. Belə halda ağlınıza "bu halda ceyranlar nə üçün ölmür?" sualı gələcək. Ceyranların beynini başlarının sağ tərəfində yerləşən xüsusi soyuducu sistem soyudur. Bundan əlavə, ceyranların və başqa sürətli qaçan heyvanların tənəffus yolları var. Bu yolların arxasında uzanan böyük qan yığınları arasaında da yüzlərlə kiçik qan damarları uzanır. Ceyranın nəfəs aldığı havanın bu yeri soyutması nəticəsində kiçik qan damarlarının içərisindən keçən qan da soyumuş olur. Sonra kiçik damarlar qanı beyinə daşıyan tək bir qan damarında birləşir. Bu sistem sayəsində ceyran qaçarkən sürətlə artan bədən temperaturu ona təsir etmir. Belə bir qüsursuz sistem müəyyən zaman içində öz- özünə ortaya çıxa bilməz. Çünki beynin soyuması üçün lazım gələn bu sistem olmasa, ceyran ilk qaçışındaca ölə bilər. Ceyranlarda olan soyuducu sistemin nümunəsindən də göründüyü kimi, canlılarda olan bu planlaşdırma ideal quruluşa malikdir.bütün canlıların ceyranlarda olan soyuducu sistem kimi ideal sistemlərlə təchiz edilmiş bədəni var. əgər bu sistemlərdən təkcə birində hər hansı çatışmazlıq olsa, onların heç biri işə yaramaz. Bu da təkamülçülərin iddia etdiyi kimi, canlıların təsadüfi olaraq müəyyən dövr içində yaranmadığını, əksinə, bütün canlıları yaradanın Allah olduğunu isbat edir.
['möcüzəli canlılar']
6,086
https://kayzen.az/blog/dusundurucu-hekayeler/4011/k%C3%B6rp%C9%99nin-g%C3%BCnah%C4%B1-n%C9%99.html
Körpənin günahı nə?
elshad
Düşündürücü hekayələr
28 fevral 2011, 00:59
Gənc qadın, körpənin gözəlliyi qarşısında ovsunlanmış kimi idi. Buruq sarı saçları, iri mavi gözləri, kicik bir burun və kiçik qırmızı dodaqları, qadının indiyə qədər gördüyü ən şirin qız uşağı idi. Onun ipək yanaqlarını doya doya öpmək və Cənnət qoxusunu içinə çəkmək üçün əyildiyində: -Toxunma mənə!... deyə bir səs eşitdi. Məni oxşamağa haqqın yox sənin.Qadın, qorxuyla diksinib ətrafına baxdı. Körpə ilə özündən başqa içəridə kimsə yox idi. Eyni səsi təkrar eşitdiyində körpəyə döndü. Aman -Allahım!.. Yeni doğulmuş kimi görünməsinə baxmayaraq danışan oydu. Körpə:-Mənə yaxınlaşmağını istəmirəm, deyə davam etdi. Dərhal uzaqlaş məndən.Qadın, bir az olsun özünü yığaraq:-Uşaqlarımız həmişə oğlan olur, dedi. Onlar da gözəl amma qız uşaqları başqa. Buna görə səni öpmək istədim.-Məni öpə bilməzsən, deyə ağlamaya başladı körpə. Mən də səni öpə bilməyəcəyəm . -Niyə? deyə soruşdu qadın. Niyə öpə bilməzsən ki?Körpə, hıçqırıqlara boğularkən:-Bunun səbəbini bilməyin lazımdır, dedi. Düşünsən mütləq tapacaqsan.Qadın, nələr olub bitdiyini xatırlamaq üzrəykən özünə gəldi. Xüsusi bir xəstəxananın ən lüks otağında yatır və narkozun təsirindən mədəsi bulanırdı. Ailə dostları olan tanınmış həkim, otağı dolduran çiçəklərdən bir dənəsini vazadan çıxardıb qadına uzadarkən:Keçmiş olsun xanım-, dedi.Müvəffəqiyyətli bir abort idi doğrusu. Həə yadıma düşmüşkən ,əvvəlki həkimlərin təsbiti yalnış imiş............!Aldırdığınız körpə, "qız" uşağı idi. Həmçinin bax: Hamiləliyin qarşısını almaq və arzuolunmaz hamiləlik
['abort', 'uşaq saldırmaq']
6,087
https://kayzen.az/blog/fizikl%C9%99r/2403/kur%C3%A7atov-iqor-vasilyevi%C3%A7.html
Kurçatov İqor Vasilyeviç
Aynur
Görkəmli fiziklər
27 fevral 2011, 21:46
Görkəmli Sovet alimi İ.V. Kurçatov Ural Quberniyasının Sim kəndində anadan olub. 1908-ci ildə Kurçatovlar ailəsi Simbirskə, 1912-ci ildə isə Simferopola köçmüşdür. İqor Vasilyeviç 1920-ci ildə gimnaziyanı qızıl medalla bitirərək, Krım universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə daxil olmuşdur. Tələbəlik dövründə Kurçatov yaxşı oxumuş, idman və musi­qi ilə məşğul olmuşdur. O, hər yayda təsərrüfat işlərində atasına kömək edərmiş.1923-cü ildə Kurçatov universiteti vaxtından əvvəl biti­rərək Leninqrada gedir və orada Politexnik institutunun gəmiqayırma fakültəsinə daxil olur. O, burada Pavlov rəsədxanasında meteoroloji müşahidə aparmaqla məşğul olur və ilk elmi yaradıcılığa başlayır. 1924-cü ildən 1925-ci ilə kimi Kurçatov Azərbaycan Poli­texnik institutunun fizika kafedrasında assistent vəzifəsində işləmişdir 1 sentyabr 1925-ci ildən Kurçatov akademik A.F.İoffenin rəhbərliyi altında Leninqrad fizika-texnika institutunda bərk cisimlərin elektrik keçiriciliyi və dielektrik xassəsi üzərində işləyir. Kurçatov burada işlədiyi müddətdə dielektriklərin tədqiqi sahəsində böyük elmi nəticələr əldə edir, materialların yeni sinfinin-seqnetoelektriklərin hərtərəfli öyrənilməsinin nəzəri və təcrübi əsaslarını işləyib hazırlayır. Kurçatov K.D.Sinelnikov ilə birlikdə dielektriklərin xassəsini daha dərindən öyrənərək seqnetoelektriki 1930-cu ildə kəşf edir və bundan sonra böyük bir laboratoriyanın müdiri olur. O, çox illik tədqiqatlarının nəticələrini ümumiləşdirib 1933-cü ildə «Seqnetoelektrik» adlı monoqrafiyasını yazır. 1932-ci ilin noyabrında A.İ.Alixanov. D.D.İvanenko, İ.V.Kurçatov və D.V.Skobeltsının təşəbbüsü ilə fizika-texnika institutunda atom nüvəsinə aid seminar keçirilir. Elə bu vaxtdan Kurçatov nüvə fizikası sahəsi ilə maraqlanır və siklotron hazırlamağın planını hazırlayır. 1934-cü ildə dissertasiya müdafiə etmədən ona fizika-riyaziyyat elmləri doktoru adı verilir. Kurçatov çox yaxşı başa düşür ki, nüvənin tədqiqatı üçün texniki baza lazımdır, ona görə bu qurğunun /siklotronun/ tikilməsinə böyük diqqət verib, çox əmək sərf edir. 1940-cı ildə Kurçatovun rəhbərliyi altında Sovet fizikləri Q.N.Flerov və K.A.Petrjak uran nüvələrinin öz başına bölünməsini kəşf edirlər. Kurçatov süni radioaktiv izotopların izomeriyasını, yəni nüvələrin nisbətən böyük yaşama müddətinə malik həyəcanlanmış hallarını kəşf etmişdir. Kurçatov yeni daha güclü siklotron qurmağı planlaşdırır. Elektromaqnitin qütbünün diametri 1,2m olan bu siklotron 1942-ci il yanvarın 1-də işə düşməli idi. Müharibənin olması Kurçatovun planını müvəqqəti olaraq pozur. Kurçatov və onun digər əməkdaşları müharibəyə göndərilir. O, İlk vaxtlarda Sovet Hərbi-Dəniz Donanma gəmilərini minalardan müdafiə edilməsi problemi üzərində işləyir. 1942-ci ildə o, Leninqrad Fizika-Texnika İnstitutunun bir qrup əməkdaşı ilə birlikdə döyüş gəmilərinin maqnitsizləşdirilməsi metodunun işlənib hazırlanmasına görə birinci dərəcəli Dövlət mükafatına layiq görülür. 1942-ci ilin payızında Kurçatov və A.İ.Alixanov Mos­kvaya çağırılır və atom enerjisi problemi üzərində işləməsi tapşırığını alır. 1943-gü ildə İ.V. Kurçatov sonralar SSRİ EA-nın Atom Enerjisi İnstitutu adı ilə məşhur olan institutun əsasını qoyur və ona rəhbərlik edir. 1960-cı ildən sonra isə həmin institut Kurçatovun adını daşıyır. 25 dekabr 1946-cı ildə Kurçatovun rəhbərliyi ilə SSRİ-də ilk nüvə reaktoru işə düşüb. 1949-cu ilin avqustunda onun rəhbərliyi altında Sovet İttifaqında atom bombası yaradılıb sınaqdan keçirilib. 4 il sonra isə 8 avqust 1953-cü ildə SSRİ-də hidrogen bombası yaradılıb, 12 avqustda sınaqdan keçirilib. Hidrogen bombasının dünyada ən dəhşətli silah olması və onun dağıdıcı təsiri barədə oxuculara SSRİ-də ilk hidrogen bombasının sınaq partlayışı haqqında məlumat veririk: «1953-cü il avqustun 12-də səhərə yaxın hələ gün çıxmamış sınaq meydanı üzərində böyük dağıdıcı qüvvəsi olan istilik-nüvə partlayışı edildi. Bombanı yaratmış alimlər, konstruktorlar, fəhlələr, sınağın minlərlə iştirakçıları təhlükəsiz olan məsafədən hər yerə keçə bilən gözqamaşdırıcı işıq gördülər. Baş nəzarətçinin ürəyi bərk döyünürdü, işin rəhbərləri, hökumətin və Ali komandanlığın nümayəndələri, belə erkən üfüqdə şəfəq görən uzaqdakı yaşayış məntəqələrinin sakinləri heyrət içində donub qalmışdılar. Radioaktivliyin azalması üçün zəruri olan vaxt keçəndən sonra tibb işçiləri və bioloqlar tanklarda partlayış yerinə yola düşdülər. Radioaktivliyin müxtəlif yerlərdə səviyyəsi haqqında onlardan məlumat aldıqdan sonra Kurçatov, Zavenyagin, əsgərlər, zabitlər, ölçmələr aparan elmi işçilər partlayışın mərkəzinə gəldilər. Hidrogen bombasının qoyulmuş olduğu metal qüllənin yerində çox iri çuxur əmələ gəlmişdi. Qüllə beton özülü ilə birlikdə dağılmış, bütün metal buxarlanmışdı. Çuxurun ətrafındakı torpaq əriyib, şüşəyə bənzər kütləyə çevrilmişdi, yerin rəngi saralmış, üzü cadar-cadar olmuş, yanmış torpaq komaları ilə örtülmüşdü. Partlayışın mərkəzindən uzaqlaşdıqca zərərin dərəcəsi azalırdı, tankın tırtılları altındakı yanmış torpağın sarı təbəqəsi getdikcə nazikləşirdi, daha sonra kömür kimi qara torpaq, nəhayət göy ot göründü. Tamaşaçılar bu göy otun içində köməksiz qalmış quşlara təəccüb içində baxırdılar. Quşları işıq oyatmışdı, onlar havaya qalxmış, ancaq şüalanma qanadlarını yandırmışdı. Dağıdılmış və bir kənara tullanmış parovoz, partlayış dalğasının uçurduğu beton divar, yanmış taxta tikililər, nəzarət üçün sınaq meydanında düzəldilmiş bütün bunlar hesablamaların dəqiqliyini təsdiq etdi. Dünyada birinci hid­rogen bombasının partladılması müvəffəqiyyətlə keçmişdi. ». Bundan sonra Kurçatov atom enerjisinin sülh məqsədlər üçün tətbiq etmək problemləri üzərində gərgin işləyib. Onun rəhbərliyi ilə dünyada birinci AES 1954-cü ildə Obninskdə işə düşmüşdür. Akademik Kurçatov məşhur atomşünas olmaqla həm də görkəmli dövlət və ictimai xadim olub. O, dəfələrlə SSRİ Ali Sovetinə deputat seçilmişdir. Vətən qarşısındakı xidmətlərinə görə İ.V.Kurçatov üç dəfə Sosialist Əməyi Qəhrəmanı adına /1949, 1951 və 1954/, Lenin /1957/ və Dövlət mükafatlarına /4 dəfə/ layiq görülmüş, beş Lenin Ordeni, iki Qırmızı Əmək Bayrağı Ordeni, müxtəlif medallarla təltif olunmuşdur. Onun 100-ə qədər elmi işi nəşr olunmuşdur. «Mən xoşbəxtəm ki, Rusiyada anadan olmuşam və öz həyatımı böyük Sovetlər ölkəsinin atom elminə həsr etmişəm» İ.V.Kurçatov Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı
['Курчатов', 'Kurçatov']
6,088
https://kayzen.az/blog/burcler/3093/b%C3%BCrcl%C9%99r-v%C9%99-seks.html
Bürclər və seks
Tomris
Bürclər və onların xüsusiyyətləri
27 fevral 2011, 15:40
QOÇ Qoç qadını üçün seks idman kimidir. İçindəki güclü enerjini boşalda biləcəyi möhtəşəm bir məşqdir. Buna görə Qoç qadınlar üçün cinsi münasibətlər ön plandadadır. Sevişmə əsnasında aktiv rol oynamaqdan, partnyorunu idarə etməkdən xoşlanarlar. Utancaqlıq kimi bir problemləri yoxdur. Buna görə azacıq işıqlar və romantik mühitlərə ehtiyac duymazlar. Gündüz və ya bol işıqda sevişməyi seçərlər. Çox eşq oyunlarına ehtiyac duymadan orqazm ola bilərlər.      BUĞA Buğa qadını üçün seks qəşəng bir məkanda yeyilən ləzzətli bir yemək kimidir. Yaxşı dekorasiyaya edilmiş bir yataq otağı, lüks bir otel və şampan qadın Buğanı dərhal hərəkətə keçirər. Sevişmə əsnasında klassik pozaları seçər. Tələsməkdən xoşu gəlmir. Sürprizləri sevməz. Hər vaxt sınadığı və sevdiyi şəkildə sevişmək istəyir. Dəyişik məkan və mövqelər bir anda zövqünü qaçırır. Amma yenə də zaman-zaman yenilikləri qəbul edə bilər.   ƏKİZLƏR Əkizlər qadını üçün seks aktiv zəkasını istifadə etmədiyi tək sahədir. Çox vaxt zehinini boşaltmaq, sinirlərini boşaltmaq məqsədi ilə seksə ehtiyac duyar. Gülərək, danışaraq sevişməyə huşunu itirər. Partnyorunun təhrikedici danışmasindan xoşlanır. Erotik telefon danışmaları, yazışmalar onu asanca başdan çıxarar. Çox romantizmdən xoşlanmaz, hətta bu onu güldürər. Uzun sürən intellektual müzakirələrdən və ya bütün gecə əyləndikdən sonra sekslə məşğul olmağı istəyə bilər. Davamlı eyni partnyor, eyni yer, eyni texnikalar ona görə deyil.   XƏRÇƏNG Xərçəng qadını üçün seks son dərəcə təbii bir fəaliyyətdir. O dünyaya çoxlu uşaq gətirmək üçün gəlmişdir və hər sevişdiyində doğurganlığını hiss edər. Bəzən sönük və passiv olar, bəzən atkiv və mehriban. Məkan onun üçün çox əhəmiyyətlidir. Yumşaq və böyük bir yataq, buxarı və yeməklərlə dolu bir masa qadın Xərçəngin ağılına bir körpə (sevişmək) etməyi gətirər. Sevilməkdən, oxşanılmaqdan, bir uşaq kimi öpülməkdən çox xoşlanırlar.   ŞİR Şir qadını son dərəcə qızdırmalıdır amma onun atəşini qızışdıracaq bir partnyoru olsa. Onlar xoşlayır ki,hər şey kinodakl kimo dramatik olsun. Özlərindən razıdırlar,seksdə xırdaçı şeylərə fikir vermirlər. Təşəbbüs götürməkdən xoşlanır, öz idarə edəcəyi pozaları seçər. Lüks və ehtişamlı məkanlarda özünü daha yaxşı hiss edər. Sevişməkdən sonra mütləq nə qədər möhtəşəm olduğunun deyilməsini gözləyər.Amma qadın Şirlərə çox xəyanət edirlər kişilər,çünki seksi tez,bir az soyuqqanlı edir.   QIZ Qiz qadını həyatının digər sahələrində olduğu kimi cinsi həyatında da vasvasıdır. Həm özü həm də partnyorununn gigiyenası onun üçün çox əhəmiyyətlidir. Buna görə tez-tez duşda sevişmək istəyə bilər. Siyirtməsində ən yaxşı marka prezervativləri saxlayar. Cazibədar olduqları üçün kişilər onların dalınca çox qaçar. Cavan Qızlar erotik məsələlərdə bir az təcrübəsiz olurlar, Amma yaşlaşdıqca onlar həm yaxşı ana,həm də seks texnikasını yaxşı bilən qadınlar olurlar.   TƏRƏZİ Seks və flirt ayrı-ayrı şeylərdir Tərəzi üçün.Özü ilə eyni yerdə eyni şərtlərdə, eyni şəkildə seks edə biləcək bir partnyor tapa bilməzsə cinsi həyatı yaxşı olmur.Amma özünə uyğun adam tapsa komfort həyatı sevir,istəyir ki arada ona güldən-zaddan hədiyyə versinlər. Onun üçün seks estetik bir mühitdə estetik bir şəkildə olmalıdır. Pornoqrafik şeylərdən xoşları gəlmir,erotizmə daha çox maraq çəkirlər. Bədəninə əhəmiyyət verən baxımlı bir yoldaş istəyir.   ƏQRƏB Əqrəb qadınlar sevdiyi adamla da,nifrət etdiyi adamla da eyni cür sevişir:) Vampir kimi bir şeydirlər. Partnyorunu asan xəbərdar edirlər. Onun üçün seks  yaş, yer, zaman güdmədən edə biləcəyi zövqlü bir işdir. Mətbəxdə yaxud qarajda onunla sekslə məşğul olmaq bir az qorxuludur (əlinə nə düşdü istifadə edir) Seks ilə çox,uzun məşğul olurlar,amma onlar həm də ciddidirlər. Romantik ağciyər oğlanlar yox,güclü kişilər xoşuna gəlir.   OXATAN Oxatan qadınlar da seksi sevir. Özü də onlar üçün məkan problemi yoxdur-meşədə,çimərlikdə,mühazirə zalında və s. Əsas odur ki, xoşuna gələn və sahib olmaq istədiyi kişi olsun. Seks onun üçün yeni ölkələri kəşf etmək kimidir. Buna görə də ərləri üçün partnyor dəyişdirmə riski vardır.   OĞLAQ Oğlaq qadınları həyatlarının digər sahələrində olduğu kimi etibarlı seksi sevir. Güvənmədiyi adam ilə əsla birlikdə olmaz. Cinsi həyatını gizli saxlar. Özünü də asan asan ələ verməz. Əvvəlcə soyuq və məsafəli görünsə də ona yaxınlıq artdıqca dəyişər, mehriban və cazibədar olar. Başlanğıcda bəlkə utancaqdır amma zaman irəlilədikcə dəyişər.Qısası,ailə qurmaq üçün ideal növ qadınlardır.   DOLÇA Evlilik seksə olan marağını azaldar. Monotonluqdan, klassik pozalardan acığı gəlir. Qısqanc bir partnyorla yaxınlıq etmir. Seks onun üçün azadlıqdır.Kənardan elə görünər ki, dolça qadınlar seksdə çox yaradıcıdır,lakin əslində bir az fantaziyaları azdır. Amma elə tip dolça qadınlar var ki,onlar çox yaradıcıdır. Haqlarında tam qəti söz demək olmur.   BALIQ Balıq qadını romantikdir. Buna görə aşiq olmadan sekslə məşğul olmaz. Seks onun ayaqlarını yerdən kəsəcək möhtəşəm bir təcrübədir.Yoldaşına qarşı mehriban və fədakardır. Bəzən xoşlanmadığı şeyləri yalnız partnyorunu məmnun etmək üçün edər. Sevilməkdən, oxşanılmaqdan çox xoşu gəlir. Sərt hərəkətlərdən, kobud davranışlara isə nifrət edir. Dənizdə və ya duşda sevişməkdən xoşlanar. Çox mehriban,adamlara kömək etməyən xoşlayan insanlardır. Elə ona görə də xəyanətə bir az meyllidir. Kişi bürclər və seks Qoç kişi Seks zamanı sərtdir,qadının saçını,bədənini bərk sıxır.Qızlar seks zamanı nə qədər çox çox səs salsa,o qədər də xoşlanır. Özü başqa arvadlarla tez-tez sevişsə də öz arvadından sədaqət tələb edir. Aqressivdir,ağıllı qızları xoşlayır. İsti, qızğın və aktiv Mars planeti tərəfindən idarə olunan qoçlar seksi sevən kişilər kimi tanınır. Qoç kişisiylə ilk görüşmənizdə cəsarətli bir şeylər etməyi düşünün. Qoçlar macəra və risk almağı sevir, mütləq hər şeyi bir dəfə sınaqdan keçirər. Nizamlı və çox aktiv bir seks həyatına ehtiyacı vardır. Bədəninizə yaxşı baxın, seksual alt paltarlarınız olsun. Mübarizəni sevən Qoç kişini maraqlandırın, əldə etmək istədiyini çalışın ən sona buraxın. Buğa kişi Kişi Buğalar bir az ləng olur, sakitliyi və ev mühitində seksi sevir, vərdişlərinə bağlıdır və bir az tənbəldir. Onun yeni şeylər sınamağa və qərar verərkən sizin də fikirinizi dinləməsi üçün razı salmanız lazım olacaq. Onunla seksdə bütün duyğularını hərəkətə keçirməlisiniz. Qoxulu şamlar və qara şokolad ilə onu çaşdırın.Öküz kişiləri etdikləri heç bir şeydə tələsməyi sevməzlər. Uzun sevişmələrin dadını çıxarmaq mümkündür.Fantaziyaları az olsa da,çox uzun və dayanmadan cinsi əlaqə ilə məşğul olurlar.   Əkizlər kişi Kişi Əkizlər ağıllı, zarafatlı, hazırcavab və ünsiyyət qabiliyyətləri ilə tanınır. Prezervativdən çox istifadə edir.   Xərçəng kişi Qızların kişi Xərçəngdən xoşları gəlir,çünki Xərçənglər seksə ancaq özünü düşünmür,onlar çalışır ki,partnyorları çox həzz alsın. Kişinin ürəyinə gedən yol, mədəsindən keçər sözü aydındır ki xərçəng kişisi üçün deyilmişdir. Mətbəxdə birlikdə zaman keçirin, çünki ən ehtiraslı sevişmələriniz burada olacaq. Kişi xərçəng sinə dekoltesini görəndə huşunu itirir, bunu seçsəniz sizi məmnun edəcək.   Şir kişi Seksdə pozanı,müddəti və s. hamısını özləri seçmək istəyir,istəyir ki o dediyi olsun. Şirlər kişiyə xas xüsusiyyətini, dəbdəbəli və şişirdilmiş rəftarlarıyla çox seksual və xarizmatik görünür. Şirlər doğuşdan lider olduqlarından ümumiyyətlə idarəçi olarlar. Şir eqosu çox inkişaf etmiş olduğundan özünə dönük ola bilər. Eşqbazlıq dövründə qısqancdır. Şir bürcünün ən dözmədiyi şey ikinci sırada iştirak etməkdir.  Ona kompliment deyərkən xəsis olmayın.   Qız kişi Qız kişilər ehtiraslı seksi sevən xanımlar üçün yaramır. Başları işə,dostlarla söhbtə və s. o qədər qarışır ki,seksə çox maraq göstərmirlər.Çox xırdaçıdırlar. Eyni şeyi dəfələrlə edirlər. Amma bir məsələ var. Başqa bürclərdən fərqli olaraq evlənmə tarixlərini yadda saxlayır,çoxlu pulları olur,ailəcanlı olur. Onlarla ailə quranda dəqiq bilirsən ki sabah ailəsinə gün ağlayacaq bir kişiyə ərə gedirsən.   Tərəzi kişi Seksə münasibətdə Tərəzilər elə də fərqlənmir. Vizuallıq onun üçün çox əhəmiyyətlidir və sizi zərif iç paltarları içində görmək istyər. Sadə ya da ucuz görünən şeylər geyməyin. Kişi tərəzilər nə çox ehtiraaslıdırlar,nə də romantik. Onunla oturub baş-başa dərdləri danışmaq mümkün deyil.Xasiyyətləri yumşaq,mehriban olduğu üçün heç vaxt YOX demirlər. Sakit ata rolunda olurlar.   Əqrəb kişi Qadınların əqrəblərdən çox xoşu gəlir. Çünki əqrəblər çətinlikdən qorxmur.Başqa kişilər çətinliyə düşəndə o dəqiqə panikaya düşürlər,amma əqrəblər isə ciddi və güclü xarakterli olurlar.Ona görə də onlar romantik qızların yox,ehtiraslı qadılnların seçimidir. Sekslə araları çox yaxşıdır. O,qadınlara dəqiəbaşı kompliemtn demir,yalnız qadın öz bacarığı ilə tərifə layiq olanda bunu bildirir. Təmkinli,qısqanc və güclü xasiyyətə malik kişidir.Onun sevdiyi qadın gərək seksual aktiv olsun. Paltarlarınızda qırmızı, tünd qırmızı və qara seçin. Əqrəb məhdudlaşdırılmaq istəməz, dəli fantaziyalarına hazırlıqlı olun.   Oxatan kişi Oxatan bürcü subay həyatını daha çox sevər. Azadlıq dəyər verdiyi bir şeydir və nə istədi onu da edir. Elə seksdə də. Onunla sevişmək üçün gərək siz də onun kimi aktiv,dinamik olasınız.Əgər başınızı aşağı salıb sakit dursanız,arxayın olun ki sizinlə ailə qurmayacaq.  Qalan məsələlərdə başqa bürcün kişiləri kimidir.   Oğlaq kişi Seks məsələində Oğlaqların problemi yoxdur. İncə olur, cinsi əlaqədə partnyorun istəklərini nəzərə alırlar. Təzə ailə quran qızların çox vaxt oğlaqlardan xoşu gəlmir,lakin yaşlaşdıqca görürlər ki,kişi Oğlaqların əvəzi yoxdur. Oğlaq kişisi müvəffəqiyyətli və özünə güvənən qadınlardan xoşlanar. Əgər siz işgüzar,optimist qadınsınızsa ona ərə gedə bilərsiniz.   Dolça kişi Dolça kişisinin maraqlı cəhəti odur ki,o seksdən çox elmi mövzularla maraqlanır. Onun xoşuna gəlir ki seksdən sonra dünya,tarixi şəxsiyyətlər,atom bombası və s. haqqında söhbət etsin.Evlilikdən qaçır,qıza sevdiyini desə və onunla yaxın əlaqədə olsa da,sonra evlənməmək üçün xeyli bəhanə tapacaq. Maraqlıdır ki,o qısqanc deyil. Onu cinsi əlaqədən çox təmiz ideal sevgi maraqlandırır. Çox vaxt zəngin olmurlar.Pulları olanda da hansısa bir proyektə sərf edirlər. Ola bilər ki,sizi gözlədiyni anda o sevindirə bilməsin (tez qurtarsın yaxud marağı olmasın),lakin gözləmədiyiniz anda o sürpriz edə bilər.  Onu düşündüyünüzü göstərən e-maillər göndərin, chat otaqlarında görüşün. Ən son fəaliyyətləri izləyib onu yanınızda aparmağı unutmayın.   Balıq Kişi Balıqlar seksə başqa bürclər kimi meylli deyil. Başqa bürcün kişiləri kimi ehtiraslı,güclü təbiətə malik deyil. Romantikdir,ona görə də çox vaxt həyatını ümidlərlə keçirir. Hər şey oun qadınından asılıdır. O ha heç nə,ya da hər şey ola bilər. Bu kişinin zəngin təxəyyül və həssaslığı, onu dərhal sevmənizə səbəb olar. Sahib olduğu empatiya duyğusu səbəbiylə iç dünyanızı bu qədər yaxşı anlayan bir kişilə tanış olmamısınız. Güclü duyğularını xaricə vurmağa sıx bir şəkildə ehtiyacı vardır. Ona dəstək olmalısınız. Bəzi zamanlar bir mövzuya fokuslanmaqda çətinlik çəkərlər amma bu çox vaxt qərar verə bilmədiyi üçündür. Balıq kişisini bir mövzuda razı salmağa çalışarkən, gərçəkləri ya da məntiqi istifadə etməyin. Onun duyğularına səslənin. Balıqlar nəzakətlidir və eyni şəkildə davranılmağı gözləyər. Təqdir edilməyə ehtiyacı vardır. Əgər özünə inamını artırsanız yataqda möhtəşəm bir sevimli olacaq. Seksdən sonra QOÇ: Bir də eləyək?… BUĞA:Acıdım, Pizza sifariş verək ƏKİZLƏR: Televizorun pultu hanı? XƏRÇƏNG: Nə vaxt evlənəcəyik? ŞİR: Etiraf et, Möcüzəydim deyilmi? QIZ: Qalx qalx, Paltarları dərhal yumalıyam! TƏRƏZİ: Sən xoşbəxt oldunsa, mən də çox xoşbəxt oldum həyatım… ƏQRƏB: İndi də damda sevişək! OXATAN: Mən səni sabah axtararam,sən məni axtarma! OĞLAQ: Mənə vizit kartını versənə… DOLÇA: Gəl indi paltarsız edək? BALIQ: Hə,sənin adın nə idi?…  
['bürclər', 'bürclərin xasiyyəti', 'bürclər necə sevir?', 'sevgi falı', 'bürclərin xüsusiyyətləri', 'sevgi və münasibətlər', 'burcler ve sevgi', 'burclerde sevgi', 'bürclər və sevgi']
6,089
https://kayzen.az/blog/B%C4%B0M/3303/fond-birjalar%C4%B1.html
Fond birjaları
bankir
beynəlxalq iqtisadi münasibətlər
27 fevral 2011, 15:22
Səhmlər min cürdür, amma ən iri, ən tanınmış və ən fəal ticarət şirkətlərinin səhm payları Nyu-York Fond Birjasında (NYFB) qeydə alınmışdır. Birjanın kökü 1792-ci ilə gedib çıxır, o zaman bir qrup broker Nyu-York şəhəri, Uoll-Strit küçəsindəki çinar ağacının dibində toplaşaraq səhm alqı-satqısında müəyyən qayda yaratmağa çalışıblar. 1990-cı illərin sonlarında NYFB-də 3.600 müxtəlif səhm qeydə alınmışdır. Birjanın 1.366 üzvü və ya «kürsüsü» vardır; bu yerlər broker evləri tərəfindən çox baha qiymətə satın alınır və səhmlərin ictimaiyyətə alqı-satqısı üçün istifadə edilir. Burada informasiya broker ofisləri ilə birja arasında elektronik vasitələrlə o baş-bu başa çatdırılır: bunun üçün 200 mil (320 kilometr) uzunluğunda lifli optik kabel tələb olunur, kvota və əmrləri idarə etmək üçün 800 telefon rabitəsindən istifadə edilir. Səhmlər necə alınıb-satılır? Deyək ki, Kaliforniyada yaşayan bir məktəb müəllimi okeanda səyahətə çıxmaq istəyir. Bu səyahətin xərclərini ödəyə bilmək üçün o, «General Motors»dakı səhm paylarının 100-nü satmaq qərarına gəlir. Buna görə öz brokerinə zəng vurub ona həmin səhmləri mümkün qədər yaxşı qiymətə satmağı tapşırır. Eyni zamanda Floridada yaşayan bir mühəndis öz qənaətlərinin bir qisminə «General Motors»un 100 səhmini almaq istəyir, buna görə o da öz brokerinə zəng vurub ondan bazar qiymətinə 100 səhm almasını xahiş edir. Hər iki broker bu istəkləri (elektron vasitələrlə) NYFB-dəki nümayəndələrinə çatdırır və onlardan bu barədə danışıqlar aparmağı xahiş edirlər. Bütün bunların hamısı cəmi bir dəqiqədən az vaxtda baş verir. Son nəticədə məktəb müəllimi ona lazım olan pulu, mühəndis isə istədiyi səhmləri əldə edir. Birjada həyata keçirilən bütün əməliyyatlar kimi, bu alqı-satqı əməliyyatı da açıq şəkildə baş verir və nəticələr elektron rabitə vasitələrilə ölkədəki bütün broker ofislərinə göndərilir. Birja «mütəxəssisləri» bu prosesdə həlledici rol oynayır, alqı-satqı sifarişlərinə məharətlə nəzarət edərək bazarın qaydalara uyğun fəaliyyət göstərməsinə yardımçı olurlar. Lazım gəldiyi hallarda, alıcı və satıcı qıtlığı meydana çıxanda bu mütəxəssislər səhmləri özləri alıb-satırlar. Nisbətən kiçik olan və bir sıra enerji sənayesi yönümlü səhmləri qeydə alan Amerika Fond Birjası eyni qayda ilə işləyir və Nyu-York Birjası kimi, o da Uoll-Strit küçəsində yerləşir. ABŞ-ın digər iri şəhərlərində daha kiçik, regional fond birjaları mövcuddur. Müxtəlif səhm və istiqrazların daha çox sayda alınıb-satıldığı yer Avtomatik Normalaşdırma Sistemi üzrə Qiymətli Kağız Dilerləri Milli Assosiasiyası (National Association of Securities Dealers Automated Quotation system) və ya NASDAQ-dır. Təxminən 5.240 səhmin ticarəti ilə məşğul olan bu, necə deyərlər, «piştaxtadankənar» birja konkret olaraq heç bir yerdə yerləşmir; daha doğrusu, o, səhm və istiqraz dilerlərinin elektron kommunikasiya şəbəkəsidir. Piştaxtadankənar bazara nəzarət edən Qiymətli Kağız Dilerləri Milli Assosiasiyası saxtakar və iflasa uğramış hesab etdiyi şirkətləri və dilerləri bazardan qovmaq qüdrətinə malikdir. Bu bazarda alıb-satılan səhmlərin çoxu kiçik və çox da sabit olmayan şirkətlərə məxsus olduğu üçün NASDAQ iri birjalara nisbətən riskli bazar hesab edilir. Ancaq o, investorlara bir çox imkanlar təklif edir. 1990-cı illərdə daha sürətlə böyüyən yüksək texnologiya səhmlərinin əksəriyyəti NASDAQ-da alınıb-satılmışdır.
['fond birjası']
6,090
https://kayzen.az/blog/qadin/4010/d%C3%BCn%C9%99n-gec%C9%99-b%C3%BCt%C3%BCn-qad%C4%B1nlar-%C3%BC%C3%A7%C3%BCn.html
Dünən gecə (Bütün Qadınlar Üçün)
Xrizoberil
Qadın
27 fevral 2011, 12:37
Adamın biri xəstələnir. O gün canı işə getmək istəmir. İçindən Allaha belə bir dua edəcəyi tutur:- "Allahım, hər gün işə gedib 8 uzun saat boyunca evim və yoldaşımın rahatı üçün çalışıram, yoldaşım isə yalnız oturur. Nə olar, bir gün mənim yerimə keçib, nə qədər çətin bir həyat yaşadığımı görməsini təmin et."Birdən-birə adamın diləyi yerinə gəlir. Ertəsi səhər, arvadının bədənində oyanır. Dərhal yataqdan atılır, yoldaşının yeməyini hazırlayır, uşaqlarını oyandırır. Paltarlarını hazırlayır, onların da yeməyini yedizdirir. Bəslənmə çantalarını hazırlayır, uşaqları məktəbə aparır. Evə qayıdıb, evi yığışdırır, yuyunacaq qab-qacaqları və paltarları həll edir. Təmizləyiciyə aparılacaq olanları əlinə alıb telefon fakturasını ödəmək üçün banka gedib növbəyə durur. Fakturanı ödədikdən və təmizlikçiyə baş çəkdikdən sonra, axşam yeməyi üçün bazara gedir. Əli qolu dolu bir vəziyyətdə evə qayıdır. Bu vaxt günorta olur. Evi süpürməyə başlayır, əşyaların tozunu alır, mətbəxi silir, uşaqlarının məktəbdən gəlincə yeyecəyi keksi bişirir. Hə, artıq uşaqları məktəbdən götürmə zamanı da gəlib çatır. Yolda onlarla söhbət edir, məktəbdə olanlar mövzusunda ağıl fikir verir. Evə gəldiklərində dərslərinə nəzarət edib, çalışma masalarına oturmalarını təmin edir. Süd və keks gətirir. Bu vaxt yuduğu paltarları ütüləməsi zamanı yetişir. Ütü bitdiyində, ancaq axşam yeməyini hazırlayacaq qədər vaxtının qaldığını görür. Dərhal kartofları soymağa başlayır, salat vəsaitlərini yuyur, plov üçün düyünü isladır, ətləri çıxardıb, soba üçün hazırlayır. 'Əri evə gəldiyində, onu süfrəyə qabları yerləşdirərkən görür. Axşam yeməyindən sonra, əvvəl yoldaşının qəhvəsini bişirir. Masanı yığır və qab-qacaqları yuyur. yoldaşının və uşaqlarının sabahısı gün geyəcəyi paltarlara nəzarət etdikdən sonra, uşaqları yatırdır. Onlara hekayə oxuyur. Televiziya seyr etməyə və bir az da qəzet oxumağa salona dönür ki, yoldaşı onu yataq otağına çağırır. Nə də olsa, adamcığaz bütün gün onlar üçün çalışıb, yoruldu, indi rahatlaması və istirahət etməsi lazımdır. Bu da onsuz da onun vəzifəsidir.Ertəsi səhər oyandığında dərhal Allaha yalvarmağa başlayır : - "Allahım üzr istəyirəm. Mən nə dediyimi bilmirmişim. Arvadımın həyatını rahat zənn etməklə necə yalnış düşündüyümü indi anladım. Xahiş edirəm, məni köhnə halıma çevir."Adama cavab gəlir :- "Bəli, dərsini aldığını görürük. Hər şeyi dəyişdirəcəyəm amma, təəssüf ki, 9 ay gözləmək məcburiyyətindəsən, çünki dünən gecə hamilə qaldın." ;)Həmçinin bax: Qadın daxilində 6 növ qadın var
['qadın', 'qadın bacarığı']
6,091
https://kayzen.az/blog/gender/3471/qad%C4%B1n-h%C3%BCquqlar%C4%B1.html
Qadın hüquqları
burla xatun
Gender-Cinslərin fəlsəfəsi
26 fevral 2011, 22:45
İş belə gətirib ki, dünya yaranandan cinslərin savaşı gedir. Min illərdir ki, cəmiyyət və təbiət bu gender savaşından qurtula bilmir. Hətta ən vacib mədəni abidələrdə də bu savaşın izləri var. Bu qarşıdurma bütün insanların həyatına müdaxilə edib. Mənfi- müsbət, anod- katod kimi enerji potensialı daşıyaraq iş, siyasət, müharibələr, sosial əsarət və inqilablar hamısı kişi və qadın qarşıdurmasından qidalanır. Demək olar ki, bəşəri proseslər Kişi və Qadın adlanan «yanacağın» enerjisiylə işləyir. Anlamaq çətin deyil ki, bu məsələdə kişilər özünü müsbət və həmişə verən tərəf sayır, qadınlarsa öz növbəsində tam əmindir ki, özünü qurban verən tərəf məhz odur. Ona görə də bəzən bu məsələyə gender çərçivəsindən çıxıb insanilik baxımıqdan baxmaq çətin olur. İnsan övladı dünyaya gözünü açanda onun hələ ki, cinsi vacib deyil. Onunçün önəmli deyil, taxtda faraon oturub yoxsa demokratik görüşlü Sarkozi. Amma uşaq beşiyinə düşən kimi onun mavi ya da çəhrayı olmasından asılı olaraq dünyanı 2 yerə ayırmağa məcbur olur. Bu çığıran və yemək tələb edən ət yumağı hələ ki, anasından başqa heç kimi tanımır. Uşağın ilk asılılığı anasından olur. Sevdiyi və asılı olduğu qadın onu yaşatmalıdı. Qadın və cəmiyyət probleminin başında kişinin cəmiyyətə elan etdiyi savaş dayanır. Çünki o, bu savaşda zəif olduğunu anlayır. Bu uşaq böyüyən kimi qadına onu sıxan cəmiyyətin obrazı kimi baxmağa başlayır. Ona görə də ilk addımı qadını ram etmək istəyi olur. Qəribəsi odur ki, sosial kosmosu ilə çarpışan kişi əsrlər boyu ailə qurub və tək yaşamaq istəməyib. Amma ailəsində qoyduğu qanunlara görə hər şey tamam başqa cür, onun istədiyi kimi olmalıdı. Qadının azadlığı pulla alınır Hələ İslamdan çox-çox əvvəl, bütpərəslik zamanında da qadının cəmiyyətdəki vəziyyəti ağır idi. Kişi onun varidatını ələ keçirirdi. Qadııan vərəsilik hüququ yox idi. Onu cəmiyyətin tör-töküntüsü sayırdılar. Çünki yalnız ata minə bilən, vuruşan və qənimət gətirə bilənin miras almağa hüququ çatırdı. Hətta dul qalandan sonra da qadın nəinki ailə mirasına əli çatmırdı, onun özünü də əşya kimi başqa ailə üzvlərinə ötürürdülər.  Kişinin əvvəlki nakahından oğlu vardısa analığına sahib çıxmağa ən çox onun hüququ çatırdı. Oğul analığını istəməsəydi də qadının evdən getməyə haqqı çatmırdı. O, azadlığını pulla almalı idi. Qadın boşanardısa yenidən ərinin yanına qayıtmaq hüququnu həmişəlik itirərdi. Kişinin isə evlənməkdə imkanları hüdudsuz idi. Kişini qadına qarşı ədalətli olmağa çağıran, ya da ədalətsizlik etməyində əngəl olan bir vasitə də yox idi. Qız atası ah-vay edər İslama qədər ərəblər ailədə qızın doğulmasını pis əlamət sayırdılar. Qızı doğulan ərəbin günü ah-vayla keçərdi. Bəzən onlar qızdan o qədər bezirdilər ki, uşaqları diri-diri basdırırdılar. Qızın üstəlik fiziki qüsurları olsaydı onun sağ qalmaq şansı lap az olurdu. Bəzən ərəblər uşaqlarını kasıbçılıq ucbatından öldürürdülər. Balasını gözünün qarşısında öldürən kişiyə qadının etiraz etməyə nə haqqı, nə də qüvvəsi çatırdı. Bəzən qidalanmada da qadın üçün qadağan olunmuş, amma kişiyə məqbul sayılan yeməklər vardı. Ən vacibi qadının fəxr etməli bir işi yox idi. O, yalnız qeyrətini çəkən kişisiylə fəxr edə bilərdi. Cəhənnəm qadından pis deyil Qədim hind cəmiyyətində də qadının vəziyyəti fərqli deyildi. Braxman dininin müqəddəs kitabı olan «Fidiya»da deyilir ki, insanilik baxımından qadın və kişi eyni deyil. Bu dinin qanunlarına görə qadının bütün ictimai və vətəndaşlıq hüquqları yox idi. Mano qanunlarına görə qadının qərar qəbul etmək hüququ yoxdu, hətta bu məişət məsələlərinə aid olsa da. Uşaqlıqda atasına, sonra ərinə məxsus olan qadın ərinin ölmündən sonra ər tərəfdən qohumların ixtiyarına keçirdi. Ər tərəfdə kişilər olmasaydı qadın hakimin varidatı olurdu. Hindlilərdə qadın quldan betər vəziyyətdə idi. Əri onu qumarda uduza da bilərdi. Əri ölən qadının yenidən ərə getmək nədi, heç yaşamaq hüqüqü da olmurdu. Əri ölən günü qadın da ölməliydi. Bəzən qadını ərinin cənazəsini yandıran zaman həmin tonqala atırdılar. Braxmanizmin müqəddəs kitabında belə yazılır: «Əri ölmüş qadın əvvəlcə özünü meyitin qoyulacağı odunun üstünə atmalıdır. Meyit odunun üstünə qoyulandan sonra qadın başı bağlı şəkildə gəlməlidir. Braxma onun başını açır, sonra qadın bütün ziynət əşyalarını qohumlara paylayır və axırda hörüklərini açıb buraxır. Bundan sonra kahin onun sağ əlindən tutub odunların başına 3 dəfə fırladır. Sonra qadın odunun üstünə çıxıb ərinin sağ ayağını alnına hörmət əlaməti kimi yapışdrmalıdır. Yerini dəyişib ölənin baş tərəfində oturandan sonra odunlara od vurulur və hər ikisi yandırılır. Bu hərəkətinə görə qadın o biri dünyada əvəzini alacaq və 35 milyon il cənnət həyatıyla təmin ediləcək. Yandırılmasıyla qadın həm öz qohumları, həm ərinin qohumlarını, eləcə də ərinin bütün günahlarını yumuş sayılır. Yandırılmış qadın ən təmiş, ən pak adlı məxluq sayılır». Bu adətə riayət edən hindlilər qısa müddətdə minlərlə qadını diri-diri yandırdılar. Bu ədət 17-ci əsrin əvvəlinə qədər davam edirdi. Qadağan ediləndə hindli din daşıyıcılarının etirazına səbəb olmuşdu. Qadının hindli cəmiyyətində yerini bu cümlə çox yaxşı təsvir edir: «Sonu məlum olan tale, külək, ölüm, cəhənnəm, zəhər, ilanlar və od heç da qadından pis deyil». Tərbiyəyə layiq olmayan qızlar Qədim Çində də qadın ərinə tabe idi. Ömrü boyu kişiyə qulluq etsə də nə maddi, nə də sosial hüquqları vardı. O öz taleyini də həll edə bilməzdi. O, yaxşı təhsil almağa, tərbiyə edilməyə də layiq bilinmirdi. Çində qızın 15 yaşı olanda saçını qırxdırır, 20 yaşında onu ərə verirdilər. Qızın ərini ata dəllal vasitəsilə seçirdi. Evdə qız uşağının doğulması pis əlamət sayılırdı. Atalar hər dəfə Allaha yalvaranda əl açıb göylərə müraciət edirdi ki, oğlanları doğulsun. Oğlan doğmayan qadın isə ömrünün sonuna kimi alçalmış, rəzil sayılırdı. Çünki onun torpağını əkməyə, döyüşə göndərməyə oğlu olmurdu. Qızı böyütmək atalar üçün əziyyət idi. Çünki müəyyən yaşacan qızı yedirməli, sonra isə ərə verib yad kişinin evinə göndərməli idilər. Ailədə lap çox qız doğulanda onları çölə atırdılar ki, soyuqdan və aclıqdan ölsünlər. Bu zaman heç kim vicdan əzabı çəkmirdi. Artıq uşaqlar satılır Qədim Roma cəmiyyətində də fiziki qüsurlarla doğulmuş, yaxud qız uşağı olanda ataya onunla istədiyi kimi rəftar etmək hüququ verilirdi. Ona görə də romalı atalar həmişə oğlan arzulayıblar. Romalılarda qadın ərindən o qədər asılı idi ki, əri onu edam etdirə də bilərdi. Kişinin hüququ nəinki qadınına, onun uşaqlarına, nəvələrinə də çatırdı. O, onları sata, incidə, sürgün edə, öldürə bilərdi. Bu zaman qadının etiraz etməyə haqqı çatmırdı. Romalılarda da varidat qadına yox, onun böyük oğluna çatırdı. Romalı kişi ailəsinə ürəyi istədiyi adamı qatıb gözünə artıq görünəni çıxara bilərdi. Artıq qalmış uşaq çox vaxt satılırdı. Ləzzət üçün fahişə, gigiyena üçün məşuqə, doğmaq üçün arvad… Qəzim yunan cəmiyyətində vəziyyət o qədər də fərqlənmirdi. Qadının vəziyyəti  o qədər ağır idi ki, onu hətta borc götürə bilərdilər. Tarixçi Troylonq yazırdı ki, çox doğan, sağlam nəsil verən qadını bəzən ərindən borc alırdılar ki, başqa kişi üçün uşaq doğsun və vətənə oğlanlar bəxş etsin. Amma onun həmin uşağı tərbiyə etmək hüququ yox idi. Qadına tərbiyə məsələlərində etibar edilmir və onun şeytanın yol yoldaşı sayırdılar. Mirasa, müdafiəyə, hüquqa haqqı çatmayan qadının öz varidatını da idarə etməyə haqqı çatmırdı. O, boşanma tələb edə bilməzdi, amma kişilərin boşanmaya haqqı çatırdı. İş o yerə çatmışdı ki, qədim yunan mütəfəkkirləri qadının nəinki özünü, hətta adını da qapalı saxlamağı təklif edirdilər. Həyatın dibində olan qadın qeyri kamil varlıq kimi ömrünü sürürdü. Qədim yunanlar şikəst uşaq doğmuş qadını da öldürürdülər. Qədim yunan natiqi Dimustin deyirdi: «Biz fahişələri ləzzət üçün, məşuqələri şəxsi gigiyena üçün, arvadları isə qanuni uşaqları doğmaq üçün götürürük». Dövrünün zəkalı insanı belə deyirsə cəmiyyətdən daha nə gözləməli? Mömin adamları buxovlayan qandal Qədim yəhudi cəmiyyətində qadın günah mənbəyi sayılırdı. Qanunlar onun şərəf və ləyaqətini alçaltmağa imkan verirdi. Qədim yəhudi kitabların birində belə yazılıb: «Mənim ürəiym uzun müddət həqiqət axtarışında olub. Biliklər, ağıl, şüur, müdriklik axtarmışam, pisin, nadanlığın və axmaqlığın nə olduğunu bilmək istəmişəm. Mən tapdım ki, qadın ölümdən də acıdır. O elə bil ki, tordur, onun ürəyi tələdir, onun əlləri Allah qarşısında mömin olan adamları buxovlayan qandaldır. Ona görə insan xilas ola bilmir, günahkarın günahları ona görə bağışlanmır». Yəhudi dini kitabları ataya öz ailəsiylə istədiyi kimi rəftar etmək imkanı verirdi. Atanın xüsusilə qızlarına qarşı hüququ hüdudsuz idi. Onları istədiyinə ərə verə, sata, ya da bağışlaya bilərdi. Çünki torpaq atanın mülkiyyəti idi və sözünə baxmayan uşaqların sağ qalmaq şansı yox idi. Evin kişisi sanki dövləti təmsil edirdi. Kasıb ata qızını yetkinlik yaşına çatmamış sata bilərdi. Qızın razılığı çox nadir hallarda alınırdı. Ərə gedəndən sonra mülkiyyət hüququ qadının ərinin ixtiyarına keçirdi. Yəhudi qanunlarına görə qardaşları varsa atanın varidatına qızın ixtiyarı çatmırdı. «Bir kəs oğulsuz ölərsə varidatı qızına keçə bilər. Qadının əri ölərsə ixtiyarı qaynına keçir. Əgər qaynı, yəni ərinin qardaşı ondan imtina etsə qadın azad ola bilər. Amma qadının kənara ərə getməsi pis sayılır. Ona görə də ölən kişini qardaşı qadının qapısını açıb onu arvadı etməli və onunla yaşamalıdır» - deyə yəhudi qanunları qadının vəziyyətini dəqiqləşdirir. Yəhudilər mensturasiya zamanı qadından qaçırdılar. Onlara həmən vaxt qadına toxunmaq, onunla bir süfrədə oturmaq, hətta yanaşı uzanmaq də qadağan idi. Yəhudi qanunları deyir ki, gözlənilər proses hələ başlamazdan əvvəl qadın xəbərdarlıq etməlidir ki, kişinin ona heç barmağı da toxunmasın. Qadının əlindən nəsə almaq, hətta tulladığı əşyanı götürmək də olmazda. Onlar bir maşında gedə, bir gəmidə üzə də bilməz. Əgər kişi xəstələnərsə və ona qulluq etməyə başqa adam olmazsa qadına kişiyə toxunmadan qulluq etmək icazə verilir. Amma qadın xəstə olarsa kişiyə arvadına qulluq etmək icazə deyil. Qadın dünyaya uşaq gətiribsə murdar sayılır. Əgər oğlan doğulubsa onu 7 gün, qız doğulubsa 14 gün murdar sayırdılar. Oğlan doğmuş qadına 40 gündən, qız doğmuş qadına isə 80 gündən sonra çimmək icazəsi verilirdi. Bunu yəhudi qanunları məcmuəsi belə yazır. Qadın iblisin darvazasıdır Bəşəriyyət tarixində xristianlığın qadına qarşı törətdikləri xüsusilə fərqlənir. Qadağalara baxmayaraq nə müsəlman aləmi, nə yəhudi, nə də bütpərəslər qədim xristianlıqdan başlamış yeni dövrə qədər sürən bu miqyasda qadına nifrət yaratmayıblar. Antik dövrlərin ilahlarını təsvir edən heykəllərə baxaraq onları «Şeytan kuklaları» adlandıran din xadimləri  nifrət etdikləri idol və qadın arasında paralellər yaradıblar. Xristianlar qadını bərbəzəkli tabut adlandırırdı. Üstdən gözəldir, içərisi murdarçılıqla doludur. Xristianlıq yeganə din idi ki, qadına nifrəti yüksək səviyyəyə qaldıraraq nikahsızlığı, subaylığı təmizlik kimi elan etmişdi. Qədim xristianlarda qadına qarşı kəskin pozisiya orta əsrlərdə daha qabarıq gözə çarpırdı. Onların fikricə qadın bütün bəlaların, günahların, bədbəxtliklərin mənbəyi idi və bütün bəşəriyyəti günaha sürükləyirdi. Ona görə də qadın və kişi arasında hər hansı ünsiyyət murdarlıq sayılırdı. Bu münasibətlər ər və arvad arasında da günah olaraq qalırdı. Tertullian hesab edir ki, qadın İblisin darvazasıdır, insan qəlbinə yol açır. Qadını cənnət almasını yeməyə kişini vadar etməkdə günahlandırırdılar. Ona görə də kişilərin Allahla əlaqəsi kəsilib və yer əzablarını görməyə məhkum ediliblər. Kişinin Allah olmamasında günah tam şəkildə qadının boynundadır. Beləliklə ikinci dərəcəli məxluq elan edilmiş qadın bəşəriyyətin günahlarını kürəyinə şələyib yaşamaqda davam edirdi. Müqəddəs Pavel deyib: «İstəyirəm biləsiz, hər kişinin başında İsus dayanıb, hər qadının başında əri, İsusun başında isə Allah. Ona görə də kişi başını örtməməlidi, çünki o, Allahın obrazı və şöhrətinin simvoludur. Kişi qadından yox, qadın kişidən törənib deyən kişi qadın üçün yaranmayıb. Əksinə, qadını kişiyə görə yaradıblar. Ona görə də qadın başını örtməklə mələklərin görməsi üçün üstündə hakimiyyət nişanı daşımalıdırlar». Xristian dini kitabları yazır: «Qadınlar Allaha təzim etdiyiniz kimi ərlərinizə tabe olun. Çünki kişi qadının başında, İsus isə kilsənin başındadır». Feminizm bir etiraz forması kimi Əsrlər boyu sürən diskreminasiyalar çavabsız qala bilməzdi. Sivilizasiyanın səviyyəsi artdıqca qadın onu əzən buxovlardan qurtulmağa başladı. Cavab olaraq əks reaksiyalar doğurdu. Bu məsələdə Qərb xüsusilə öndə getdiyindən əks prosesləri burda izləmək daha rahatdı. Nəticədə əxlaq normaları dağıdılaraq sərhədlər pozuldu. Kişi zorakılığına qarşı cavab kimi cinslərin bərabərliyini elan etmiş feminizm vüsət aldı. İndi baryerləri, maneələri tam silmiş ölkələr mənəvi pozğunluq məsələsində problemlərlə üzbəüz qalıb. Ona görə də ümumbəşəri savaşda kişilər özlərini qadınlara azadlıq verməklə uduzmuş kimi sayırlar. Müəllif: Gülnarə RƏFİQ [email protected] Mənbə: Bizim Yol
['qadın hüququ', 'qadın statusu', 'qadın emansipasiyası', 'gender', 'cinsi bərabərlik']
6,092
https://kayzen.az/blog/cqk/4004/intellektual-suallar.html
Intellektual suallar
MASON
Nə? Harada? Nə zaman? (ЧГК)
26 fevral 2011, 17:56
1)Roma legionerlərinin məvacibini çox vaxt pulla deyil, onun vasitəsilə ödəyirdilər.Maraqlıdır ki, ingiliscə məvacib sözü də bu sözdən törəyib.Dəvə ilə bağlı bir Azərbaycan məsəlində onun adı çəkilir.Söhbət nədən gedir? 2)Bir dəfə İsgəndərə xəbər çatdırırlar ki, onun əsgərləri pis bir əhval-ruhiyyədədirlər, növbəti döyüşdən sonra əllərinə keçən hər şeyi qarət edib, öz aralarında bölməyi planlaşdırırlar. İsgəndər bunu eşidib deyir: — Bunun harası pisdir.İsgəndərin cavabını tamamlayın. 3)Qədim Şərqdə geniş yayılımış əhvalata qulaq asın:Hansısa padşah qərb və çin rəssamılarını toplayıb böyük ənam vəd edərək möhtəşəm rəsm yarışması düzəldir. Arasına süni divar qoyulmuş iki otaqda işləyən rəssamların qərbdən olanları fırçalarını ürəklərinin qanına batıraraq qeyri-adi tablo yaradırlar. Çinlilər isə, indi bahalı qərb mallarının ucuz kopisi ilə dünya ticarətində lotuluq etdikləri kimi, sadəcə bir X hazırlayırlar. Aradakı divar götürülüncə hamı heyrətlənir! İnsanlar qərblilərin hazırladığı orijinal əsərdən daha çox çinlilərin hazırladığı X-ə baxırlar.Diqqət sual:çinlilər nə hazırlamışdı? 4)23 oktyabr 1963-cü ildə Dünya yığması ilə bu yığma arasında keçirilən futbol matçı tarixə “əsrin matçı” kimi düşüb.Dünya yığmasının rəqibini tapın. 5)Forbs jurnalının Halloven bayramı ərəfəsində tərtib etdiyi siyahıda birinci yerdə Maykl Ceksonu görmək olar.Həmçinin bu siyahıda Elvis Presli, Con Tolkien, Doktor Syuz, Albert Eynşteyn, Con Lenon kimi şəxslərin də adına rast gəlmək olar.Bu siyahının nəyə əsasən tərtib olunduğunu tapın.   Sualların müəllifi: Hikmət Əliyev  
['Nə? Harada? Nə zaman?', 'NHN sualları', 'məntiq sualları', 'intellektual suallar']
6,093
https://kayzen.az/blog/heyvan/4002/gizli-sualt%C4%B1-s%C4%B1%C4%9F%C4%B1nacaq-olan-m%C9%99rcanlar.html
Gizli sualtı sığınacaq olan mərcanlar
Xrizoberil
Heyvanlar aləmi
26 fevral 2011, 13:39
Mərcanları ilk dəfə gördüyünüz zaman onları rəngli daş yığını zənn edə bilərsiniz. Lakin bu, yalnış bir ehtimaldır. Çünki mərcanlar canlıdır. Milyardlarla mərcan bir yerdə yaşayır, xüsusi ifrazat maddələri ilə bir-birinə birləşir və bu daş görünüşlü quruluşu meydana gətirir. Mərcanlar öldükdən sonra qalıqları daşlaşır və bu qalıqlar müəyyən müddət ərzində bir çox canlının birlikdə yaşadığı mərcan yuvalarına çevrilir. Burada yaşayan balıqların özünə xas xüsusiyyətləri var. Məsələn, mələk balığı kimi gündüzlər ov edən balıqlar Günəş batdıqdan sonra mərcan riflərindəki gizli yerlərdə və yarıqların içində gizlənirlər. Mərcanlarda yaşayan balıqların əsas davranışı da bir-birindən fərqlənir. Məsələn, tutuquşu balığı kimi bəzi balıqlar gecələr yataq örtüyü içində dərin bir yuxuya dalırlar. Tikanlı balıq kimi bəzi növlər isə yarıoyaq şəkildə dincəlirlər. Keçi balığı və digər bəzi balıqlar gündüz çox parlaq rənglərdən istifadə edir, gecələr isə adətən bu balıqlarən dərisi dəyişir, rəngləri daha solğun olur. Süngərlər, mərcanlar və kürü tökən bəzi balıqlar da ölü mərcan qalıqlarında yaşayan canlılardır. Bundan başqa, kiçik yengəclər və krevetlər də mikroskopik bitkilərlə, heyvanlarla qidanlanmaq üçün mərcan qayalarına doğru gedir. Mərcan qayalarında yaşayan köpək balıqları və müren balıqları isə qaranlıqda qida tapmaq üçün çox güclü olan qoxu orqanlarından istifadə edirlər.
['möcüzəli canlılar']
6,094
https://kayzen.az/blog/heyvan/4001/s%C9%99hradak%C4%B1-h%C9%99yat.html
Səhradakı həyat
Xrizoberil
Heyvanlar aləmi
26 fevral 2011, 13:12
Gündüz 50-60 dərəcəyə çatan hədsiz isti, gecə isə dondurucu soyuq, həftələrlə, hətta aylarla sürən quraqlıq və çox az qida... belə bir vəziyyətdə həyat sürməyin mümkün olmadığını düşünə bilərsiniz. Haqqında danışdığımız bu çətinliklərlə bol olan yer səhralardır və düşündüyünüzün əksinə olaraq burada bir çox canlılar yaşayır. Bunlara bir neçə örnək göstərə bilərik. Səhra canlılarından biri tülkülərin ən kiçiyi olan açıq sarı rəngli tülküdür. Bu tülkü cinsinin qulaqları başqalarına nisbətən çox böyükdür. Bu geniş qulaqlar Afrika və Ərəbistanın qumlu səhralarında yaşayan tülkünün işinə çox yarayır. Məsələn, tülkü ovunun  yerini öz həssas qulaqları ilə dərhal meəyyən edir. Eyni zamandan qulaqlar hədsiz qızmağın qarşısını alaraq heyvanın bədəninin sərin qalmasını təmin edir. Səhralarda yaşayan başqa bir canlı isə kürəkburun kərtənkələdir. Bu canlı da quyruğunu və ayaqlarını sərinlətmək üçün isti qumun üzərində rəqs edir. Sonra da quyruğunun köməyi ilə çarpaz şəkildə əvvəlcə ön ayağını , sonra isə arxa ayağını havaya qaldırır. Bir neçə saniyə sonra isə ayaqlarının yerini dəyişir. Kərtənkələ xüsusi quruluşlu burnu və bədəni sayəsində qum təpələrinin üzərində üzməyə bənzər hərəkətlər edir. Böyük ayaqları da ona qum üzərində çox surətli şəkildə, istidən zərər görmədən qaçmaq imkanı verir. Avstraliyada yaşayan səhra qurbağaları isə sanki bir su anbarıdır. Onlar bədənlərindəki kisələrini yağış yağanda su ilə doldurur. Daha sonra özlərini quma basdırır və yağışların yağmasını gözləyirlər. Bu kisələrdə gizlədikləri su sayəsində səhrada çox asanlıqla həyat sürürlər. Buradakı örnəklərdən səhra canlılarının ortaq xüsusiyyətlərinə diqqət yetirdiniz, elə deyilmi? Bütün heyvaların bədən quruluşları səhrada yaşamağa çox uyğundur və onların başqa canlılardan fərqli xüsusiyyətləri var. Bundan əlavə, bu canlılar səhranın istisindən necə qorunacaqlarını, susuzluğa necə dözəcəklərini də çox yaxşı bilir. Bəs bir qurbağa və ya bir kərtənkələ bütün bunları necə bilir? əlbəttə ki, canlıların bunu öz- özünə bilməsi, bədənlərində su anbarları yaratması və ya özlərini istidən qoruyan böyük qulaqlara sahib olması mümkün deyil. Bu canlılar səhrada yaşaya bilmək üçün bütün bu xüsusiyyətlərə yarandıqları andan sahib olmalıdır. əks halda istidən, susuzluqdan və ya aclıqdan qısa müddətdə ölə bilərlər. Lakin bu, baş vermir. Baundan başqa, dünyada yaşayan bütün səhra canlıları bu dözümlülüyə malikdir. Hər birinin səhrada yaşamasını təmin edən müxtəlif xüsusiyyətləri var. Bütün bunlar bizi tək bir həqiqətə aparır. Səhra canlılarını sahib olduğu xüsusiyyətləri ilə birlikdə bir anda yaradan Allahdır. Allah dilədiyini yaratmağa hər an qadirdir. Bir Quran ayəsində Allah hər şeyi yaratmağın Onun üçün çox asan olduğunu bizə belə bildirir: "Göyləri və Yeri yoxdan yaradan Odur. Bir işin yaranmasını istədiyini zaman ona yalnız: "Ol!" deyər, o da olar" (Bəqərə surəsi, 117)
['möcüzəli canlılar']
6,095
https://kayzen.az/blog/bahar/4000/faci%C9%99nin-19-ya%C5%9F%C4%B1.html
Faciənin 19 yaşı
bahar
Bloq: bahar
26 fevral 2011, 13:05
Bu gün Xocalı Faciəsindən 19 il ötür.Bu gün bu bloqda Faciənin təfərrüatlarından yox ,faciə qurbanının dünənki günündən danışmaq istəyirəm.Ən yaxın tələbə yoldaşım (A) Xocalı rayonundandır.Hal-hazırda biz Bakı şəhərində yerləşən N- nömrəli Körpələr evi-uşaq bağçasında təcrübədəyik.Dünən cümə günü,Fevral ayının 25-i idi.Bildiyiniz kimi şənbə və bazar günləri uşaq bağçaları fəaliyyət göstərmir.26 Fevral şənbə gününə düşdüyü üçün tərbiyəçi bu tarix haqqında bir gün əvvəl danışmalı idi.Gözləmədiyimiz bir anda tərbiyəçimiz A-nı öz yerinə dəvət etdi və Xocalı soyqırımına həsr edilmiş məşğələni onun aparacağını söylədi.Tələbə yoldaşım çaşıb qalmışdı,çünki uşaqların qarşısına çıxmazdan əvvəl ciddi hazırlaşmaq lazım idi.Lakin onun heç bir hazırlığa ehtiyacı yox idi,çünki o,faciənin canlı şahidi idi.Yoldaşım danışmağa başladı."İldönümü" sözünü deyəndə,uşaqlardan biri "İldönümü nə deməkdir?"sualını verdi.Tələbə yoldaşım bunu uşaqların anlayacağı bir dildə "AD GÜNÜ"olduğunu söylədi.Az sonra tələbə yoldaşım ətrafındakı insanları xilas etmək üçün öz körpəsinin səsini boğmağa çalışan ANA  haqqında danışdı.Bunu uşaqların qarşısında danışmaq asan deyildi. O qəfildən hönkürtü ilə ağlamağa başladı.A qəhərini boğaraq mövzunu sona çatdırdı.Sonda o,uşaqların bu gün nə öyrəndikləri haqqında soruşdu. Uşaqlar:"ermənilər bizim düşmənimizdi","mən böyüyəndə əsgər olacam onları öldürəcəm" kimi cavablar verdilər.Məşğələ zamanı "İldönümü nədir?" sualını verən qız isə "sabah Xocalının 19 yaşı olacaq" dedi.P.S."Tələbə yoldaşımı tanıyana kimi Xocalı faciəsi mənim üçün ermənilərin törətdikləri vəhşiliklərdən biri idi.Lakin bir şahidin dilindən baş vermiş hadisələri eşitmək dəhşətli və tükürpədicidir.Dünən həm də onun atasının 50-illiyi idi,lakin 19 ildir ki,onlar bu günü qeyd etmirlər.Ad günü üçün tort yox ,faciə qurbanları üçün umac ovub ,halva çalırlar."
['Xocalı faciəsi']
6,096
https://kayzen.az/blog/maraqli-faktlar/3999/maraql%C4%B1-hadis%C9%99l%C9%99r.html
Maraqlı hadisələr
Xrizoberil
Maraqlı faktlar
26 fevral 2011, 12:52
Amerikalı qadın Henriyeta Houland Qrin vəfat etdikdən sonra bankda onun hesabına 90 milyon dollar olduğu aşkara çıxmışdı. Bundan xəbər tutan qonşular təəccüblənmişdilər. Henriyetanın vəfatından xeyli əvvəl onun yeganə oğlunun ayağını operasiya etməli idilər. ana oğlunu pulsuz operasiya etməli olan xəstəxananı tapmaq üçün düz on gün vaxt sərf etmişdi. Henriyeta özü isə süd alarkən bir litr süddə bir neçə sent artıq almağa çalışan satıcı ilə mübahisə etdiyi zaman ürək partlamasından ölmüşdür. *** Ingilis C. Sonders Hyu-York stadionunda keçirilmiş yarışda fasiləsiz olaraq 191 kilometr məsafəni 22 saat 49 dəqiqəyə başa vurmuşdur. 1964-cü ildə 48 yaşlı bir idmançı Los-Anjelos ilə Nyu- York arasındakı məsafəni 73gün 8 saat 20 deqiqəyə qət etmişdi. O gündə orta hesabla 68.8 kilometr qaçmışdır. Idmançı bu qaçış zamanı 15 kiloqram arıqlamışdı. *** "Nənələr cazı" adlı caz kollektivi İsveçrədə yaradılmışdır. Onların ən cavanının 50, ən qocasının isə 80 yaşı vardır. Kollektiv 20 nəfər çox yaşlı qadınlardan ibarət olmuşdur. Ifaçılar arasında 75 yaşlı Doroti Sauti öz gözəl ifaçılığı ilə fərqlənirdi. *** Bu hadisə İspaniyada baş vermişdir. Ispanlar Pireney yarımadasını ərəblərdən azad etmək üçün mübarizə aparırdılar. Nəticədə onlar qalib gəldilər. Kordova şəhərinin başçısı ərəb Əli Mənsur son nəfəsinədək  vuruşmağı qərara alır. Lakin məğlub olur. O, islam dinin atır və xristian dinini qəbul edir. Ispan kralı onu hörmətlə qarşılayır və hərbi rütbə verir. Bir neçə gündən sonra Əli Mənsur xəstələnir, onun yanına çoxlu adamlar gəlir, onlarda xəstələnir. Sonra məlum olur ki, Əli Mənsur özünü taun  xəstəliyi ilə yoluxdurmuş və bu yolla ispanlardan intiqam almışdır. *** Fransızlar ən nəzakətli xalq sayılır. Bir yazıçı bunu sübut etmək üçün yazır: Bu yaxınlarda Parisin köhnə bir qəbiristanlığında üzərində yazılar olan bir baş daşı tapdım. Orada yazılmışdır: "Mənim istirahət yerimə yaxınlaşanda ayağa qalxıb sizi salamlamadığım üçün üzr istəyirəm". *** Belçikalı Jozef Tayyandenin qonşusu hər gecə maqnitofonu işə salır və eyni musiqini saatlarla çaldırırmış. Dəcəl qonşu polisin də sözünə baxmırmış. Bir dəfə qonşu gecəyarı maqnitofonda xoşa gəlməyən bir caz musiqisi çaldırır. Bu səsi eşidən tayyande çəkiclə divarı döyür. Divar güclü zərbəyə davam gətirməyib çatlayır və oradan gümüş pullar tökülür. Bu pulları evin keçmiş sahibi gizlədibmiş. *** Itlər üçün mehmanxana, pişiklər üçün pansionatlar olub. Atlara isə tövlədən başqa bir şey təklif edilməyib. Atlara qarşı belə bir "nəzakətsizliyi" amerikalı Hendriks aradan qaldırmışdır. O, Los-Anjelosdakı cıdırda atlar üçün xüsusi otel açdırmışdır. Yarışlardan əvvəl atlar həmin otellərdə istirahət edib, dincəlirdilər. *** Yuqoslaviyada şəhər stadionlarının birində futbol oyunu kegirdi. Tamaşaçılar oyuna maraqla baxırdılar. Topa vurulmuş zərbələrdən biri daha güclü olur. Top yüksəyə qalxır və yerə düşmür. Tamaşaçılar özlərini itirirlər. Oyun yaddan çıxır. Hamı bu maraqlı hadisənin axırını gözləyir. Sən demə elə bu vaxt meydançanın üstündən qartal uçurmuş. O, havadakı topu yem bilib caynaqlarına alır. Yalnız stadiondan bir kilometr aralanandan sonra qartal topu yerə buraxır. *** ən çox süd verdiklərinə görə dünyada üç ölkədə- ABŞ-da, Hollandiyada və Danimarkada inəklərə heykəl qoyulmuşdur. Dördüncü heykəl isə ildə 8 min l süd verən inəyə 1981-ci ildə Rumıniyanın Mureş şəhərində qoyulmuşdur.Həminçinin: Heyrətləndirici çox maraqlı faktlar
['maraqlı faktlar', 'maraqlı fakt', 'maraqlı hadisə']
6,097
https://kayzen.az/blog/azerbaycan/3998/justice-for-khojaly-xocal%C4%B1ya-%C9%99dal%C9%99t.html
Justice for Khojaly ( Xocalıya ədalət)
Cavid
Azərbaycan
26 fevral 2011, 06:09
25 Fevral 2011-ci il Böyük Britaniyada olan Azərbaycanlılar və Azərbaycanın dostları birləşərək Londonda keçirilən "Justice for Khojaly, Freedom for Karabakh" - Xocalıya Ədalət kompaniyasının ənənəvi sülh xarakterli etiraz aksiyasında aktiv şəkildə iştirak etdilər. Aksiya sessiz marş və static demonstrasiya şəklində Trafalqar Meydanında 11:00-13:00 saatlarında iki saat olmaqla başladı. London aksiyası York Azərbaycan Cəmiyyətinin sədri Ramin Həkimov, London Metropolitan Azırbaycan cəmiyyətinin sədri Cavid Qədimov və London Azərbaycan Evinin sədri Sənan Əliyev tərəfindən təşkil olunmuşdur. Aksiyanın təşkil olunmasında Avropa Azərbaycan Cəmiyyəti və Azərbaycan Xaricdə Təhsil alan və məzun olmuş gənclərin İctimati Birliyi Forumu-nun böyük dəstəkləri olmuşdur. Sülh xaraketri daşıyan etriaz aksiyasında  Böyük Britaniyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti nümayəndələrindən təxminən 100 nəfər iştirak etmişdir. Bunlara misal olaraq London, York, Newcastle, Essex, Oxford, Bristol, Nottingham, East Anglia və başqa şəhərlərdən gələn  tələbələrimizi və Türkiyəni təmsil edən dosltarımızi aktiv iştirakçı kimi göstərmək olar. Aksiyanın keçirilməsində olan əsas hədəf ümümmilli məqsədimiz olan Ermənistan-Azərbaycan arasında baş vermiş 1988-94-cü illər Dağlıq Qarabağ konflitindən əziyyət çəkən insanlarımıza ədalətli yanaşma arzu və tələbinin beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılmasıdır. O insanlar əlavə olaraq 1992-ci il 25 Fevral gecəsi-26 Fevralda Xocalı şəhərində baş verən və nəticə olaraq 613 sivilin Ermənistan ordusu və Sovet piyadalırı tərəfindən qəddarcasına törədilən qətliamına ədalətin verilməsini istəyirlər. İlkin olaraq, nümayişçilər Trafalqar Meydanından Downing Street - Böyük Britaniyanın Baş Naziri Devid Kameronun daimi oturumda olduğu ofisi-evi önünə qədər səssiz yürüyüş olmuşdur. Daha sonra isə Baş Nazirliyinin önündə bizə polislər tərəfindən ayrılmış yerdə öz şüarlarımızı səsləndirdik. Daha sonra təşkilatçılar tərəfindən Devid Kamerona ünvarnlanan ərizə-vəsalət (petition) Baş Nazirliyə təqdim olundu. Son olaraq Azərbaycanın himni oxunaraq 2 saatlıq London aksiyası sona çatdı.
['Xocalı faciəsi', 'London']
6,098
https://kayzen.az/blog/Az%C9%99rbaycan-tarixi/3995/xocali-soyq%C4%B1r%C4%B1m%C4%B1-g%C3%BCn%C3%BC-26-fevral.html
Xocali soyqırımı günü-26 fevral
elshad
Azərbaycan tarixi
25 fevral 2011, 22:37
1992-ci ili fevral ayının  26-da Azerbaycan vətəndaşları öz yeni tarixində ən faciəli, dəhşətli günlərinden birini - Xocalı faciəsini qeyd edirlər. 1992-ci il fevralın 25-den 26-na keçən gecə ermeni separatistləri rusiya ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştiraki ile Qarabağın Azerbaycanlılar yaşayan Xocalı yaşayış məntəqəsini zəbt etdiler. Xocalının zəbti misli görünməmiş qəddarlıqla müşayiət olundu. 613 Şəhidimizin 106 nəfəri qadın, 56 nəfəri azyaşlı uşaq idi. 487 nəfər yaralandı. 8 ailə bütövlükdə məhv edildi. 25 azyaşlı uşaq hər iki validəynini itirdi. 130 uşaq validəynlərindən birini itirdi. 59 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi. 1000 nəfərdən çox şəhər sakini əlil olub. 1275 nəfər əsir və girov götürüldü. Əsir düşənlərdən 150 nəfəri itkin düşüb və taleyi bu günədək məlum dəyil... Azerbaycan Milli Məclisi(Parlamenti)her il fevral ayinin 26-ni "Xocali soyqırımı günü"elan etmişdir.Hər il fevral ayinin 26-da saat 17.00 da Azerbaycan xalqi Xocali soyqiriminin qurbanlarının xatirısini yad edir.Doğma yurdalarindan didərgin duşmuş ve Aerbaycanin 48 rayonuna səpələmiş Xocali sakinləri Dağlıq Qarabag münaqişəsinin ədalətli həlli,Ermənistanin Azerbaycana qarşi təcavüzünün dəf edilməsi,Ölkənin ərazi bütövlüyünün bərpa edilmesi ümidi ilə yaşayirlar. Xocali soyqırımının günahkarları,təşkilatçilari və icraçıları layiqli cəzalarina catmalidirlar.Cinayət cəzasız qala bilməz.Xocalı faciəsi bəşer övladına qarşi törədilmiş genosid ve etnik təmizləmə hadisələri icərisində ən dəhşətlilərdən olmuşdur.Hal-hazırda,bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şexslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər,ancaq vaxt gələcəkdir ki,onlar tarixin məhkəməsi qarşisinda cavab verməli olacaqlar.  
['Xocalı faciəsi']
6,099
https://kayzen.az/blog/publisistika/3994/firtina.html
FIRTINA
ayxansevda
Publisistika
25 fevral 2011, 19:38
Sanki fırtınadır dənizdə. Dəniz coşur, sularınıı sahilə vurur. Elə bil onu yox etmək istəyir. Bu gün o çox qəzəblənib. Yəqin o da mənim kimi çarəsizlikdən, əlacsızlıqdan belə edir. Mənim əsəblərimə bənzəyir bu gün bu dəniz. Mən də onları cilovlaya bilmirəm, necə ki, dəniz öz dalğalarına cavabdeh deyil. Bəlkə o da mənim kimi sənə hirslənib, sənə qəzəblənib, bəlkə o da mənim kimi qarşıda səni təbəssümlə gözləyən bəladan qurtarmaq istəyir. O bəladan ki, sən özün də xəbərdarsan. Lakin buna əhəmiyyət vermək istəmirsən. Sən risk etmək istəyirsən. Çünki inanırsan ki, hər şey yaxşı olacaq. Ancaq belə deyil. Bunu dəniz də bilir. Sən də bilirsən. Sahildəyik. Kənarda daşın üstündə oturmuşam. Sənə baxıram. Gözləyirəm. Axı, qərarı sən verməlisən. Mənsə, özümü dustaq kimi hiss edirəm. Əlim – qolum bağlıdır, elə bil. Amma bağlı oldu olmadı, onsuzda üzməyi bacarmıram. Sənsə belə yağışlı, küləkli havada, dənizin belə qəzəbli vaxtında dənizə girməyi düşünürsən. Axı, sular insafsızca səni qərq edəcək. sən boğulacaqsan. Mən isə səni xilas edə bilməyəcəyəm. Üzə bilmirəm, axı. Səni qurtara bilməyəcəyəm. Dəniz də halına acıyır. O, daha da qəzəblənir. Səni qorxutmağa çalışır. Dalğaları vurur sahilə. Amma nə fayda… Yaşlı gözlərini qaldırıb, bir az gülümsəyərək, mənə astadan pıçıldayırsan: “Mən bu fırtınada ölmək istəyirəm…” Müəllif: Zeynalova Vüsalə.M 2 dekabr 2002 il
['ədəbiyyat']