Unnamed: 0
int64
0
6.93k
url
stringlengths
41
313
title
stringlengths
3
153
author
stringclasses
256 values
category
stringclasses
371 values
date
stringlengths
17
23
content
stringlengths
3
89.6k
tags
stringlengths
6
314
6,100
https://kayzen.az/blog/aforizmler/3992/aforizml%C9%99r-v%C9%99-atalar-s%C3%B6zl%C9%99ri-2.html
Aforizmlər və atalar sözləri - 2
MASON
Hikmət dənizi və aforizmlər
25 fevral 2011, 13:53
21.Əvvəl öyrən, sonra düşün (Atalar sözü)22.Öyrənməsən, öyrədə bilməzsən (Tomas Yuinq)23.Həqiqi sevgi yaxşılıq görəndə artmayan, pislik görəndə azalmayandır (Atalar sözü)24.Ən çətin iş ilk addımı atmaqdır (Markiz Dü Deffan)25.Boş çuval dik durmaz (Benyamin Franklin)26.Öyrətmək iki dəfə öyrənmək deməkdir (İosif Jober)27.Ən yaxşısını düşün, ən pisinə hazır ol (Atalar sözü)28.Sən nəyə hazırsansa, o da sənin üçün hazırdır (Mark Viktor Hensen)29.Ağıl hazır deyilsə, göz görə bilməz (Emili Serqe)30.İradənə hakim, vicdanına əsir ol (H.Berqson)31.Düşünmək görməkdir (Onore de Balzak) 32.Fikirlərini dəyişdirməyənlər ancaq dəlilər və ölülərdir (T.Louell)33.Bilənlər danışmaz, danışanlar bilməz (Atalar sözü)34.Dostu tapmaq çətin, itirmək asandır (Atalar sözü)35.Az düşünən çox danışar (Atalar sözü)36.İnandığınız kimi yaşamasanız, yaşadığınız kimi inanarsınız (Hz.Ömər)37.İnsanlar qulaqlarına gözlərindən daha çox inanırlar (Herodot)38.Hər gününü son günün kimi yaşa (Publiy Sir)39.Qorxu ümidsiz, ümid qorxusuz olmaz (Spinoza)40.Böyük bir sərvət, böyük bir köləlikdir. (Seneka)Əvvəli: Aforizmlər və atalar sözləri-1
['aforizm', 'Atalar sözləri']
6,101
https://kayzen.az/blog/aforizmler/3991/aforizml%C9%99r-v%C9%99-atalar-s%C3%B6zl%C9%99ri-1.html
Aforizmlər və atalar sözləri - 1
MASON
Hikmət dənizi və aforizmlər
25 fevral 2011, 13:48
1.Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəlidir (Konfutsi)2.Sizə nə edəcəyinizi deyə bilərlər, ancaq nə düşünəcəyinizi əsla (Sokrat)3.Bir ailə ilə bir dövlət idarə etmək arasında elə böyük bir fərq yoxdur (Monten)4.Başqalarının izi ilə gedən iz qoya bilməz (Con İ.Brannon)5.Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil (Atalar sözü)6.Cəsarət insanı zəfərə, qorxaqlıq isə ölümə aparır (Yavuz Sultan Səlim)7.Hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz (Monten)8.Elm sərvətdən də üstündür. Çünki sərvəti sən qoruyursan, elm isə səni qoruyur (Hz.Əli)9.Ayaq üstə ölmək dizi üstə yaşamaqdan daha şərəflidir (Franklin Ruzvelt)10.Əsas məsələ nə qədər yaşamağımız deyil, necə yaşamağımızdır (H.Berqson) 11.Ağac nə qədər yüksək olsa, yarpaqları yenə də tökülər (Atalar sözü)12.Cəsarətin bittiyi yerdə əsarət başlayır (Atalar sözü)13.Bütün yerlər göydən eyni uzaqlıqdadır (Robert Barton)14.Heç bir şey insan qədər yüksələ bilməz və heç bir şey insan qədər alçala bilməz (Fridrix Helderin)15.Bir düşməni bağışlamaq bir dostu bağışlamaqdan daha asandır (Dorote Deluzi)16.Nəfsinə hakim olan dünyaya hakim olar (Volter)17.Ətrafımızdakıları olduqları yerdən yox, olduğumuz yerdən görürük (Con Vans Ceyni)18.Biçmək üçün əkmək lazımdır (Atalar sözü)19.Yemək üçün yaşama, yaşama üçün ye!(Siseron)20.İki fikir bir fikirdən daha yaxşıdır (Atalar sözü)Daha 20 maraqlı söz
['aforizm', 'Atalar sözləri']
6,102
https://kayzen.az/blog/Xrizoberil/3990/%C5%9Feytan%C4%B1n-yolda%C5%9Fl%C4%B1%C4%9F%C4%B1.html
Şeytanın yoldaşlığı
Xrizoberil
Bloq: Xrizoberil
25 fevral 2011, 13:42
Qədim zamanlarda ərəbistanda bir yolçu (Müsəlman) tək başına çöldə seyahət edirmiş. Şeytan bu adamı aldatmaq üçün insan qılığına girər və adamın qarşısına çıxar.Şeytan: - Salam yoldaş görürəm ki, tək başına səyahət edirsən, istəsən sənə səfərin boyunca yoldaşlıq edərəm. Mənim də yolum sənin getdiyin yerədir-deyərAdam çox sevinər:- Təbii -deyər dərhal qəbul edər. İnsan qılığındakı Şeytanın yoldaşlığıyla gedərkən günorta olar. İlkindi olar, Axşam olar, sonunda gecə olar. Şeytan mən sənlə yoldaşlıq etmək istəmirəm deyər. Adam:- Nə oldu bir qüsurummu oldu ki, mən sənə nə etdimki yoldaşlıq etmirsən mənə -deyər.Şeytan:- daha nə olacaq ki, mən səhərdən bəri izləyirəm sən heç bir vaxtda namaz qılmadın. Halbuki mən insan qılığında şeytanam, səni aldatmaq üçün sənlə yoldaşlıq edirdim. Baxdım ki, aldatmama gərək yoxdur. Mən ALLAHa bir dəfə səcdə etmədim, üsyan etdim ALLAH məni sonsuza qədər lənətlədi. Sən isə beş vaxtın heç birində ALLAHa səcdə etmədin, yəni gündə beş dəfə ALLAHa səcdə etməyərək ona qarşı çıxırsan. Men sənin yanında bir daha lənətlənərəm deyə ALLAHdan qorxaram səninlə yoldaşlıq etməkdən imtina edirəm. Sənin vəziyyətin məndən də pisdir... - deyə cavab verər.
['ibadət']
6,103
https://kayzen.az/blog/u%C4%9Fur/3721/apple-qurucusu-stiv-cobsun-%C3%A7%C4%B1x%C4%B1%C5%9F%C4%B1.html
Apple qurucusu Stiv Cobsun çıxışı
Muza
uğur psixologiyası
25 fevral 2011, 10:25
Bu gün burada dunyanın ən yaxşı universitetlərinden birini bitirməniz münasibətiylə təşkil olunmuş tədbirdə iştirakımdan şərəf duyuram. Düzünü desəm, kollecdən məzun olmamışam və ilk dəfədir ki, məzuniyyət tədbirində iştirak edirəm. Bu gün sizə həyatımdan üç hekayə danışmaq istəyirəm. Elə bu qədər. Çox deyil, yalnız üç hekayə. İlk hekayəm nöqtələri birləşdirmək haqqındadır. Mən universitetin ilk altı ayının sonunda Reed (Rid) Kollecindən çıxdım. Lakin tamamilə üzülüşməyim daha səkkiz ay çəkdi. Niyə belə etdim? Daha doğulmamışdan öncə başlamışdı bu. Mənim doğma anam cavan, nigahsız, universitetdən yeni məzun olmuş bir qadın idi və məni övladlığa vermək istəyirdi. O bunda israr edirdi. Məni kollec məzunu bir ailəyə övladlığa vermək istəyirdi və hər şeyi öncədən planlaşdırmışdı. Belə ki, bir hüquqşünas və arvadı tərəfindən övladlığa alınacaqdım. Yalnız gözlənilməyən bir şey oldu. Mən doğulandan sonra onlar son anda qərar verdilər ki, qız övladı arzulayırlar. Adları siyahıda olan valideynlərimə (məni övladlığa götürəcək) gecə vaxtı zəng etdilər və dedilər ki gözlənilmədən oğlan uşağı doğulub və bu uşağı istəyirlərmi? Onlar əlbəttə məni istədiklərini bildirdilər. Mənim doğma anam daha sonra bildi ki, mənim valideyinlərim heç biri kollec məzunu deyillər və hətta atam heç məktəb belə bitirməyib. Anam lazım olan son sənədləri imzalamağı rədd etdi və yalnız bir neçə ay sonra qəbul etdi: valideynlərim söz vermişdilər ki, məni kollecə göndərəcəklər. Bu həyatımın başlanğıcı idi. On yeddi il sonra kollecə başladım, amma seçdiyim bu kollec ən azı Stanford Universiteti qədər bahalı idi və mənim az qazanan valideyinlərimin illərlə qazandığı pullar kollec təhsilimə xərclənirdi. Altı ay sonra mən bunun bir faydası olmadığı qənaətinə gəldim. Bilmirdim həyatım necə olacaq. Kollec təhsili mənim həyatıma bir istiqamət vermək üçün hansısa bir rol oynayacaqmı? Çünki işçi valideynlərimin bütün həyatları boyunca qazandığı pulları xərcləyirdim. Mən qərar verdim ki, kollec təhsilimi dayandırım və özümü inandırdım ki, hər şey qaydasına düşəcək. O zaman bu qərarımdan qorxsam da, dönüb geriyə baxanda görürəm ki, bu həyatımda verdiyim ən düzgün qərar idi. Kollecdən çıxan andan məni maraqlandırmayan dərsləri dayandırdım və məni maraqlandıran dərslərə başladım. Bu heç də romantik deyildi. Yataqxanada otağım yox idi. Dostlarımın otağında döşəmədə yatırdım. Mən kola şüşələrini beş sentə tehvil verirdim ki, yemək alım və həftədə bir dəfə yaxşı yemək yeyə bilmək üçün Hare Krişna (Hindu) məbədinə piyada təxminən 11 kilometr yol gedirdim. Bunu sevirdim. İntiusiyama güvənərək öz seçdiyim yolda çəkdiyim əziyyət və qarşılaşdığım çətinliklərin dəyərini sonra anladım. İzninizlə bir nümunə gətirim: Reed kolleci çox güman ki, o zamanlar ölkədəki ən yaxşı kalioqrafiya məktəbi idi. Universitet kampusundakı bütün divar şəkilləri, afişalar, posterlər çox gözəl naxışlarla bəzədilmişdi. Mən universiteti tərk etdiyim üçün məcburi dərsləri oxumaya bilərdim. Ona görə də kalioqrafiya oxumaq qərarına gəldim. Naxış elminin texnikalarını, hərflərin və birləşmələrin arasındakı məsafələri işləməyi, bir sözlə gözəl naxış vurmağı öyrəndim. Bu o qədər gözəl, tarix və incəsənət baxımından o qədər zərif idi ki, elm bunu ifadə edə bilməzdi. Bu məni özünə çox cəlb edirdi. Bütün bunların həyatımda hər hansı bir təcrübi, tətbiqi əhəmiyyəti olacağına ümid belə yox idi. Ancaq on il sonra biz Makintoş komputerini dizayn edəndə bütün bunlar mənə lazım oldu. Biz bütün bunlari Mac-da (Apple şirkətinin dizüstü kompüter modeli) birləşdirdik. Bu gözəl tipoqrafiyalı ilk kompüter idi. Əgər kollecdə məni maraqlandıran yeganə kursu götürməsəydim bugün Mac komputerləri çoxpəncərəli ekran və kəsmə funksiyalı klaviaturaya malik olmayacaqdı. Və Windows (IBM şirkətinin kompüter əməliyyat sistemi) da Macintoşun kəşflərindən istifadə etdiyi üçün indi heç bir şəxsi komputerdə bu keyfiyyətlər olmayacaqdı. Əgər kolleci atıb əvəzində yalnız kalioqrafiya kursunu götürməsəydim bugün istifadə etdiyimiz kompüterlərdə olan gözəl tipoqrafiya (klaviatura dizaynı) da olmayacaqdı. Əlbəttə ki, mən kollecdə oxuyanda nöqtələri gələcəyə baxaraq bu cür birləşdirmək qeyri-mümkün idi. On il sonra geriyə baxanda isə hər şey çox aydın görünür. Bir daha deyirəm: irəliyə baxaraq nöqtələri birləşdirmək mümkün deyil. Siz yalnız dönüb geriyə baxanda onları əlaqələndirə bilərsiniz. Sadəcə inanmalısınız ki nöqtələr gələcəkdə hər nə cürsə birləşəcək. Siz nəyəsə inanmalısınız : instinktinizə, bəxtə, uğura, her nəyəsə....Bu yanaşma məni heç vaxt uğursuzluğa düçar etməyib və həyatımdakı bütün dəyişikliklərə bu səbəb olub. Mənim ikinci hekayəm sevgi və itki haqqındadır. Mənim bəxtim onda gətirdi ki, həyatda nəyi etməkdən zövq aldığımı tez müəyyənləşdirdim. Voz və mən Apple-yə valideyinlərimin qarajında, iyirmi yaşım olanda başladıq. Biz çox çalışdıq və 10 il müddətinə Apple qarajda çalışan iki nəfərdən 2 milyard büdcəsi və 4000 dən artıq işçisi olan şirkətə çevrildi. Bir il keçməmişdi yaratdığımız ən mükəmməl şeyin – Macintosh-un təqdimatından. Onda mənim 30 yaşım var idi. Və sonra mən işdən çıxarıldım. İnsan özü yaratdığı bir şirkətdən necə qovula bilər? Belə ki, Apple böyüdükcə işə bacarığına inandığım bir nəfər götürdük ki, şirkəti mənimlə birlikdə idarə etsin. İlk vaxtlar her şey yolunda idi. Ancaq sonralar məlum oldu ki, bizim gələcəyə doğru baxışlarımız fərqlidir və zamanla ayrıldıq. Bu baş verəndə idarə heyəti onun tərəfini tutdu və mən 30 yaşımda kənarlaşdırıldım. Bu ictimaiyyətdə də əks səda doğurdu. Mənim bundan sonrakı həyatımın mərkəzi, məqsədi dağıldı və bu çəx kədərli idi. Mən həqiqətən də ilk aylar nə edəcəyimi bilmirdim. Hesab edirdim ki, özümdən öncəki mütəxəssislərin mənə ötürdüyü vəzifə və imkanları puç etmişəm. Mən David Packard və Bob Noyce-la görüşdüm və etdiyim səhvlərə görə üzr istədim. Mən ictimaiyyətin gözündə məğlub bir adam idim və hətta buralardan qaçıb getməyi də düşünürdüm. Ancaq nə isə bir şey məni saxlayırdı - mən hələ də əvvəlki işimi sevirdim. Apple-da heç nə bir az da olsun irəli doğru dəyişmirdi. Mən qovulmuşdum amma hələ də sevirdim o işi. Və yenidən başlamağa qərar verdim. O vaxtlar belə yanaşmırdım, indi isə görürəm ki, Apple-dan qovulmağım indiyə kimi başıma gələn ən yaxşı şeydir. Uğurun ağırlığı yenidən başlayan adamın rahatlığı ilə əvəz olundu: daha da skeptik oldum. Bu həyatımın ən yaradıcı dövrünə başlamaq imkanı yaratdı. Növbəti beş ildə mən NeXT və Piksar adlı şirkətlər qurdum və gələcəkdə mənim həyat yoldaşım olacaq gözəl bir xanıma vuruldum. Pixar dünyanın ilk animasiya filmini – Toy Story-ni (Oyuncaq Hekayəsi) hazırladı və bu gün Pixar dünyada ən uğurlu animasiya filmi studiyası hesab olunur. Vəziyyət elə qəribə surətdə dəyişdi ki, Apple NeXT-i satın aldı və mən Apple-a yenidən döndüm. Bizim NeXT- de inkişaf etdirdiyimiz texnologiya bugün Apple-in özəyini təşkil edir. Laurene (Laurin) və mən də birlikdə gözəl həyat qurduq. Mən əminəm ki, əgər Apple-dan atılmasaydım bunların heç biri baş verməzdi. Bu xoşagəlməz dad verən bir dərman idi, lakin xəstənin buna ehtiyacı var idi. Bəzən həyat bizə daş atır, o da düz başımıza dəyir. Ancaq inamınızı heç vaxt itirməyin. Mən inanıram ki məni həmişə yoluma davam etməyə vadar edən şey gördüyüm işi sevməyim və buna inanmağım olub. Siz nəyi sevdiyinizi, nəyi etməkdən məmnun olduğunuzu tapmalısız. Sizin gördüyünüz işə olan sevginiz sevdiyiniz insana olan məhəbbətiniz qədər həqiqi olmalıdır. Sizin işiniz həyatınızın böyük bir qismini təşkil edir və bundan məmnun qalmağın yeganə yolu onun doğruluğuna inanmağınızdır. Və doğru şeyi edib yaxşı bir şey yaratmağın da yeganə yolu işinizi sevməkdir. Əgər bunu hələ də tapmamısınızsa axtarışa davam edin. Sevmədiyiniz işə özünüzü məhkum etməyin. Siz nə etmək istədiyinizi tapanda qəlbinizdə hiss edəcəksiniz. Və yaxşı münasibətlər kimi illər otdükcə hər şey daha da yaxşı olacaq. Belə ki, istədiyinizi tapana qədər axtarışa davam edin, təslim olmayın. Mənim üçüncü hekayəm ölüm haqqındadır. Mən 17 yaşımda belə bir aforizm oxumuşdum: Əgər siz həyatınızın hər gününü son günüymüş kimi yaşasanız yanılmayacağınızdan əmin ola bilərsiniz . Bu mənə çox təsir etmişdi və o gündən sonra düz 33 il hər səhər yuxudan duranda güzgüyə baxıb özümə bu sualı verirdim: Əgər bu gün mənim həyatımın son günü olsaydı planlaşdırdığım işləri görmək istərdimmi? Cavab isə hər dəfə “XEYR” olanda mən hələ çox yaşayacağıma inanırdım və buna görə də düşünürüm ki, həyatımda dəyişiklik etməliyəm. Haçansa öləcəyimi həmişə xatırlamaq həyatımda ən vacib qərarları verməyimdə həmişə mənə kömək olub. Çünki hər şey - bütün gözləntilər, qürur, məğlubiyyət qorxusu - bunlar hamısı ölümün kölgəsində yox olub gedir və geriyə yalnız həqiqətən vacib olan şeylər qalır. Öləcəyini xatırlamaq həyatda itirəcəyin bir şey olmadığını anlamağa kömək edir. Sən onsuzda çilpaqsan. Qəlbinin səsini dinləməmək üçün heç bir səbəb yoxdur. Təxminən 1 il öncə mənə xərçəng diaqnozu qoyuldu. Səhər səkkizin yarısında mədəaltı vəzimin müayinəsi olundu və şiş müəyyən edildi. Mən heç bilmirdim mədəaltı vəzi nədir. Həkim bunun bir növ sağalmayan xərçəng şişlərindən olduğunu dedi və altı aydan artıq yaşamayacağımı söylədi. Mənə dedi ki evə gedim və münasibətlərimi yoluna qoyum; qısası “ölməyə hazırlaş” deyirdi həkim. Deməli, növbəti 10 ildə uşaqlarıma deyəcəyimi düşündüyüm şeyləri indicə deməliydim, 1-2 ay ərzində. Yəni ki, hər şeyin yaxşı olmağından əmin olmalıydım ki, ailəm üçün də asan olsun. Yəni əlvida söyləməliydim. Bütün günü bu diaqnoz ilə yaşadım. Axşam boğazımdan aşağı endoskop saldılar və mədəmdən keçib mədəaltı vəzimdəki şişdən iynə vasitəsilə hüceyrə nümunələri götürdülər. Mən yatmışdım, amma yoldaşım yanımda oturmuşdu və ayılanda mənə dedi ki, həkim mikroskopla o hüceyrələrə baxanda ağlamağa başladı; bu mədəaltı vəzi xərçəng şişinin çox xüsusi, nadir bir növü idi və əməliyyatla müalicə edilə bilərdi. Əməliyyat olundum və çox şükür ki indi yaxşıyam. Bu ölümə ən yaxın olduğum an idi. Ümid edirəm, növbəti onilliklərdə ölumə bundan daha yaxın olmayacağam. Bu hadisəni yaşadığım üçün sizə indi daha əminliklə deyə bilərəm ki, ölüm nəinki biraz faydalı, eyni zamanda sirf intellektual bir anlayış idi. Heç kəs ölmək istəmir; hətta cənnətə getmək istəyən kəslər belə ölüb buna qovuşmaq istəmir. Lakin bununla belə, ölüm hər birimizin bölüşdüyü talehdir. Bu talehdən heç kəs heç vaxt yayına bilməyib. Və yəqin ki, belə də olmalıdır, çünki ölüm, böyük ehtimal ki, həyatın yeganə və ən yaxşı kəşfidir. Bu həyatın dəyişmə nöqtəsidir – köhnəni silir ki, yenisi üçün yer açsın. Hal hazırda yenilər sizlərsiniz. Lakin çox keçməyəcək ki, siz də yaşlanacaq və silinəcəksiniz. Dramatikləşdiriyim üçün üzr istəyirəm, ancaq bu həqiqətdir. Sizin zamanınız məhduddur – bunu başqa birilərinin həyatını yaşayaraq puç etməyin. Başqalarının fikirlərinin nəticəsiylə yaranmış doqmaların tələsinə düşməyin. Başqalarının fikirlərinin, səsinin sizin içinizdəki səsi, intuisiyanızı batırmasına imkan verməyin. İntuisiyanız və hissləriniz artıq sizin həqiqətən kim olmaq istədiyinizi bilir. Qalan hər şey ikinci dərəcəlidir. Mən cavan olanda “The Whole Earth Catalogue” (“Bütöv Dünya Kataloqu”) adlı möhtəşəm bir jurnal vardı. Bu bizim nəslin İncillərindən biri idi. Yaradıcısı Stuard Brand idi, burdan az aralıda, Menlo parkında hazırlanırdı jurnal. O, öz zərif toxunuşu ilə həyat verirdi o jurnala. 60-cı illər idi və hələ kompüter erasına çox var idi; hər şey çap maşını, qayçı və köhnə Palaroid fotoaparatları ilə hazırlanırdı. Bu bir növ kağız üzərində Google idi; əsl Google-dan 35 il öncə. Bu– səliqəli “alətlər” və böyük ideyalarla birlikdə çox idealist idi. Stuard və komandası “The Whole Earth catalogue”-un bir neçə nüsxəsini nəşr etdilər, və dəbdən düşənə yaxın son sayı çıxardılar. 70-ci illərin ortaları idi və sizin yaşda olardım. Jurnalın son nəşrinin arxa səhifəsində səhər tezdən çəkilmiş kənd yolunun şəkli vardı, sizin, əgər macəraya həvəslisinizsə, avtostop edəcəyinizi arzuladığınız yollara bənzəyirdi. Şəklin altında sözlər vardı: “Ac qalın, axmaq qalın.” Bu, onların əlvida sözləri idi. “Ac qalın, axmaq qalın.” Bunu hər zaman ozümə arzulamışam və indi, sizin buradan məzun olub yeni bir həyata başlamanız münasibətiylə mən eyni şeyi sizə arzulayıram. Ac qalın, axmaq qalın!! Mənbə: http://abzas.net/ Abzas.net üçün çevirdi: Səbinə Ağayeva Həmçinin bax: Corc Sorosun həyat yolu və Uorren Baffet
['Stiv Cobs']
6,104
https://kayzen.az/blog/paint/3987/renato-quttuzonun-q%C4%B1rm%C4%B1z%C4%B1-r%C9%99ngi.html
Renato Quttuzonun qırmızı rəngi
MASON
Məşhur rəsmlər və rəssamlar
25 fevral 2011, 01:49
Sənin qırmızı rənginfəhlənin və şairinmübarizlərin gerçəkliyinin,ağrının, ümidin və qələbəninyeganə qırmızı rəngi olacaq.Pyer Paola PazoliniÇağdaş Avropa rəngkarlığı postmodernizmdən başlayaraq, XX əsr rəssamlığı üçün çox xarakterik olan tendesiyalara bu gün də sadiqdir: plastik formaların deformasiyası, stilistik kompozisiya həlli, kətan səthində formaların qismən dağıdılması, kətan arxasında illizion sahə yaradılması və s. Bu zaman kətan rəsmin məhdud elementlərini əks etdirən ekrana bənzəyir?XX əsr məşhur italyan rəssamı Renato Quttuzo 1912-ci il yanvar ayının ikisində Siciliyada anadan olub. İki-üç ilərəssamın anadan olmasının 100 illiyi qeyd ediləcək.Onun ilham mənbəyi heç vaxt əlaqəsini üzmədiyi Siciliya torpağı idi. Siciliya müxtəlif mədəniyyətlərin qovuşduğu əfsanəvi bir dünyadı. Siciliya tarixində yunan, roma, ərəb mədəniyyətləri bir-birinə qaynayıb qarışıb. Bu qədim mədəniyyətləri bir-birindən ayrı təsəvvür etmək qeyri- mümkündür.Quttuzonun ilk sənət müəllimləri araba ustaları idi. İncəsənət tarixçisi C.K.Arqon onun sənətkar xoşbəxtliyini əşyaların mahiyətinə varmaqda, cansız əşyaları sənətin sehrli gücüylə canlandırmaqda görürdü.Natürmort rəssam üçün maddi dünyanın reallıqlarını təsdiq edən bir vasitə, özünəməxsus sənət proqrammı idi. Əbəs deyil ki, hələ sağlığında belə Renato Quttuzoya “yeni Karavaçço” deyirdilər.Əksər hallarda Quttuzonun natürmortlarında predmetlər simfonik xarakter daşıyır. Onun natürmortlarında həsir zənbildə şərab bardaqlarına tez-tez rast gəlinir. Ümumiyyətlə, natürmot janrı rəssamın yaradıcılığında xüsusi yer tutur.Natürmot yalnız kolorit və həcm vasitəsi olaraq qalmır, həm də Quttuzonun yaradıcılığında daha böyük həyati məna kəsb edir. Natürmota olan belə münasibət ona Pablo Pikassodan gəlir. 40-cı illərin antifaşist kompozisiyalarında tez-tez insan kəllələrinə rast gəlirik. Bu seriyadan olan kompozisiyalar əsasən qan-qırmızı koloritlə tamaşaçını özünə cəlb edir.50-60-cı illərin natürmotlarında rəssam qarşısına tamam başqa, sosial-simvolik məsələlər qoyur və onların həllinə səy göstərir.Milan yaxınlığında, Velqetdəki emalatxanasının interyeri, emalatxananın bədii səliqəsizliyi insan nəfəsiylə isinir. (Quttuzo yay aylarında velqetdəki emalatxanasında işləyirdi).30-40-cı illərdə Quttuzo Romada və Milanda yaşayır, antifaşist hərəkatının görkəmli nümayəndələrindən biri olur. 1041-ci ildə iri həcmli “Çarmıxa çəkilənlər” əsərini yaradır.İncil mövzusunda işlədiyi bu əsərdə rəssam faşizmə olan nifrətini kətana köçürüb əbədiləşdirir. Ön planda Hitleri faşizmin baş cəlladı kimi təsvir edir. Bu dönəmdə Quttuzo Pikassonun güclü təsir dairəsinə düşmüşdü. Pikassonun antifaşist ruhlu “Hernika”sı buna bariz nümunədir. Rəssamın yaradıcılığında Pikasso rənğkarlığına xas simvolik elementlər nəzərə çarpır. Quttuzonun əsərlərində Pikassoda olduğu kimi at və öküz təsvirlərinə rast gəlirik.Quttuzo zaman-zaman Pikasso mövzularına müraciət edib, 70-ci illərdə Pikassonun şərəfinə bir silsilə rəsmlər çəkib. “Mərhumların ziyafəti” əsərinə nəzər salaq – Pikasso, Rembrant, Velaskes bir masa arxasında əyləşiblər – Quttuzo bu ünlü rəssamların məşhur avtoportretlərinin surətini kətana köçürmüşdü.Başqa bir tablo – “Qreko kafesi” adlanır – bu əsərində rəssam ən yaxın dostlarını və sevdiyi personajları təsvir edir.Antik köklərə bağlı bu novator sənətkar çağdaş rəssamlıq sənətinin bütün texniki vasitlərindən bəhrələnib. Pikassoya ithaf olunmuş başqa bir tablo – “Sres kontra srem”: Pikassonun, xanımının portretləri, Siciliya peyzajı, açıq qapı önündə çılpaq model, adi natürmortun simvolik predmetləri: kəllə, telefon, kitablar, rəng dolu qablar və əlbəttə ki, lalə kimi, qan kimi qırmızı rəng – Renato Quttuzonun qırmızı rəngi.Əsərin çox saylı detalları dəqiq, realistcəsinə işlənib-əsər keçməkeşli sənət yollarından keçib gəlmiş əsl ustad rəssamın fırçasının məhsuludur. Quttuzo sənəti-fəzada və formanın hərəkətidir. Rəssam adətən çəkdiyi əsəri amorf cizgilərlə başlayır sonra ritm və hərəkətin sürəti artırılır.Renato kompozisiyalarının quruluş prosesi əsrin əvvəllərində futurist rəssamların araşdırmaları ilə uyarlıdır, bu mənada Quttuzo futurist Bellaya yaxındır, amma bir şeyi də unutmaq olmaz ki, hər iki rəssamın axtarışları hansı bir məqamdasa kəsişirsə, üst-üstə düşürsə də, bir o qədər də bir-birinə ziddir. Futuristlərin məqsədi hərəkətin dinamikasını və ya materiyanın durumunu abstrak məkanda təsvir etmək idi. Quttuzo üçün isə plastik formanın dinamikası daha önəmlidi. Başqa sözlə desək Quttuzo yaradıcılığında məkan materiyanın dinamik vəziyyətdədir.İngiltərəli sənətşünas Duqlas Kuper Quttuzonun Nyu-Yorkda sərgilənən əsərlərinin kataloqunda yazırdı ki, rəssam dəbə uymur və hər hansı bir sənət məktəbinin məhdud çərçivələrində rahatlıq aramır. Onun sözlərinə görə, rəssam həyat gerçəkliyinin çeşidli təzahürlərini bər-bəzəksiz, illüziyasız, sərt bir cəsarətlə təsvir edir.Bütün bunlarla yanaşı, onun rəsmlərində incə bir lirizm mövcuddur.1957-ci ildə Quttuzo öz gündəliyində yazırdı: “Səhər qəzetləri Əlcəzair qətliamından yazır. Emalatxanamda divardan “Əlcəzairli qadın” əsərinin reproduksiyası asılıb.Anri Matissin, Pablo Pikassonun Əlcəzair mövzusunda işlədiyi əsərlər haqqında düşünürəm. Və bu günkü Əlcəzair qəlbimdə Delakruanın əsərini yenidən işləmək arzusu baş qaldırır. Onun melanxolik səadəti, “kənardan baxışı” demək olar ki, məni təhqir edir”.Və Quttuzo melanxolik şərq gözəlləri deyil, əzab-əziyyət çəkən, alçaldılan, təhqir olunan, öldürülən, şəhid olan qəhrəman qadın obrazları yaradır.“Əlcəzairdə qırğın” əsərində rəssam rənglərin maksimal kontrastına nail olur. Bu əsərdə ölümqabağı konvulsiya içində çırpınan fiqurlar ən gözlənilməz rakuslarla təsvir edilir, burda hər şey uçulub dağılır, əsərə sakit baxmaq mümkün deyil, əsərdən qan iyi gəlir-günahsız insan qanı axır kətanın hər yerindən.Bu günahsız insan qanı – Renato Quttuzonun qırmızı qəngidi.1944-cü ilin iyun ayının 4-də Roma faşizmdən azad oldu. Bir aydan sonra Quttuzonun rəsmlərindən ibarət albom işıq üzü gördü.Quttuzo bu rəsmləri işğal dövründə yaratmışdı. Albom “Gott mit ins” (Allah bizimlədi!) adlanırdı. Bu seriyadan olan əsərlər faktiki olaraq vahid sücet ətrafında cərəyan edir-faşizmin qurbanı olan milyonlarla insan taleyi.Rəssam bu mövzuya əvvəllər də müraciət edib – 1939-cu ildə məşhur ispan şairi Federiko Qarsia Lorkanın xatirəsinə “Güllələnmə” tablosunu yaratmışdı. 1960-cı ildə albom “Sacaroti” nəşriyyatı tərəfindən yenidən çap olunur.1945-ci ildə rəssam “Xalq bayramı” əsərini tamamlayır. Əsərdə təsvir olunan əhval-ruhiyyə o dövrdəki Roma üçün, faşizmdən azad olmuş şəhər üçün çox xarakterikdir.Quttuzo bu mövzuda bir neçə əsər çəkib və elə həmin ildə Olivetti firmasının binasında iri pannodivar rəsmi işləyib. Bütün kompozisiya tünd, qaranlıq fonda aydın nəzərə çarpan sərt xətti dinamika üzərində qurulub, fiqurlar və predmetlər xaotik dinamikaya tabe olunur. Güclü deformasiyaya məruz qalsa da əsər neorealist üsluba yaxınlaşır.Müharibədən sonra Quttuzo kubistik formalara maraq göstərir. Bu bir qədər gecikmiş maraq Avropanı bürüyür. Quttuzoya elə gəlirdi ki, kubist eksperimentlər konkret predmetlər aləmini vəsf etmək üçün yeni imkanlar yaradacaq. O, materiyanın içinə girmək, onun skeletini öyrənmək, bütün elementlərini əks etdirmək istəyir.Quttuzo iri həcmli “Mafiya”, “Sallaqxana”, “Qarpız yeyən adam” əsərləri üzərində işləyir. O, avanqard sənətlə ənənəvi sənət arasında kompromis axtarıb arayırdı. Renato Quttuzonun müxtəlif cərəyanlarından keçib realizmə üz tutması təbii və qanunauyğundu. Quttuzo ustad rəssamdı və hər bir böyük sənətkar kimi onun üçün yaradıcılıq prosesinin özü bayram idi.   Hazırladı: Adil Mirseyid
['rəssamlar', 'rəsm əsərləri']
6,105
https://kayzen.az/blog/turizm/3517/y%C9%99m%C9%99n.html
Yəmən
Bakinets
Turizm
24 fevral 2011, 23:31
Asiyanın cənub-qərbində yerləşən Yəmən Qırmızı dəniz və Hind okeanı akvatoriyasını birləşdirən Bab-əl-Məndab boğazı yaxınlığındadır. Buna görə strateji baxımdan ölkə ərazisi çox yararlı hesab olunur. Yəmənin ərazisi 528 min kvadrat kilometr, paytaxtı Səna şəhəridir. Ölkədə təhlükəsizliklə bağlı situasiya çox gərgindir. Bir sıra ölkələrin hökuməti Yəməni səyahət üçün təhlükəli ölkələr siyahısına daxil edib. Buna səbəb isə turistlərin oğurlanmasıdır. Amma əsirlərlə davranış çox gözəldir, son 10 ildə 200-ə yaxın turist oğurlansa da, onlar hökumət tərəfindən bəzi şərtlərin yerinə yetirilməsi vədi müqabilində buraxılıblar. Buna görə də yerli hökumət bəzi abidələri silahlı konvoy olmadan gəzməyi qadağan edib, iri turist qruplarının yanında isə adətən yerli müdafiə xidməti əməkdaşları gəzir. Ölkədə cinayətkarlıq gemək olar ki, yoxdur. İri şəhərlərdə cibgirlərə az hallarda rast gəlinir. Mehmanxanada, bütün ölkələrdə olduğu kimi, qiymətli əşyalarınızı qoymayın. Yəməndə ticarət Yəməndə mağazalar şənbə günündən çərşənbə gününədək səhər saat 0:8-dən 13:00-dək və 16:00-dən 21:00-dək işləyir. Bazarlar isə həmişə açıq olur. İctimai və hökumət təşkilatları cümə axşamı və cümədən başqa, hər gün saat 8-dən 15-dək açıq olur. Ramazan ayı ərəfəsində təşkilatlar saat 10-dan 15-dək işləyir. Bütün ərəb ölkələrində olduğu kimi, Yəməndə də qiyməti aşağı salmaq olur. Burada çoxlu yüksək səviyyəli piyada ekskursiyaları təşkil olunur. Amma nəzərə almalısınız ki, yerli iqlim çox sərt olduğundan istirahət infrastrukturu heç inkişaf etməyib. Hətta xəritələr belə çatışmır, gəzinti üçün rəsmi nəqliyyat isə yoxdur. Amma bu region fəal istirahət üçün çox yararlıdır və əhali də turistlərə qarşı mehribandır. Yəməndə su idman növləri demək olar ki, yoxdur, baxmayaraq ki, dəniz sahilləri və çoxlu sayda ada buranı ekstremal idman növləri və istirahəti üçün ideal məkan edir. Bab-əl-Məndab boğazını «gəmilərin qəbiristanlığı» adlandırırlar, belə ki, boğazın dibində minlərlə gəmi qalıqları var. Buna səbəb isə mütəmadi əsən küləkdir. Yəmən mətbəxi Yəmən mətbəxi bütün ərəb ölkələrinə xas xörəklərlə zəngindir. Yeganə yerli fərq dəniz məhsullarından və ədviyyatlardan (ölkə yüzlərlə ədviyyatın vətəni hesab olunur) çox, düyüdən isə az istifadədir. Milli xörəklərdən ən dadlısı «saltadır» - toyuq əti mərcimək, yaşıl noxud və ədviyyatlardan ibarətdir və yanında qarnir kimi düyü verilir. «Xaradxa» və ya «arada» ədviyyatlı qiymədir, ondan piroqların içliyi kimi də istifadə olunur. Ürəyinizdən şorba yemək keçsə, «maraq» adlı şorbanı sifariş verin. Yəmən mətbəxində digər ərəb ölkələrindən fərqli olaraq souslardan az istifadə olunur. Onu bitki yağı, sirkə və bitki qarışıqları əvəz edir. Yemək süfrəsini çay tamamlayır. Çayı nanə və digər otlarla içirlər. Burada «qışr» da çox populyardır - qəhvə qabığı və ədvalardan ibarətdir. Yəmən «mokko» qəhvəsinin vətənidir. Onu, adətən əncir və müxtəlif ədviyyatlar əlavə olunmuş halda içirlər. Yəməndə turistlərə məsləhət Ölkəyə səyahətin ən yaxşı zamanı oktyabrdan aprel ayına qədərdir. Amma bu aylarda da ölkədə boğucu rütubətli hava, qum fırtınası, ayaz müşahidə olunur. Ölkəyə gələn kimi səfirlikdə qeydiyyatdan keçmək lazımdır. Küçədə gəzərkən qadınları, polisləri, hərbçiləri, həmçinin infrastruktur və müdafiə obyektlərini çəkmək qadağandır. Yəmən planetin ən kasıb ölkələrindəndir. İstənilən kafedə şirniyyatla çayı 0,1 dollara içə, naharı isə 2-3 dollara, yaxşı restoranda isə 15 dollara edə bilərsiniz. Oteldə bir günlük haqq 5-12, orta səviyyəli oteldə 20-40, yüksək səviyyəli oteldə isə 150-300 dollardır (adətən bu qiymətə avtomobil kirayəsi və digər xidmətlər də daxildir). Taksidə paytaxtı gəzmək 1,15 dollar, taksini gündəlik kirayəyə götürmək isə 40-50 dollardır. Gediş qiymətini taksiyə oturmamışdan müəyyənləşdirin. Çaypulu hesabın 10-15%-ni təşkil edir, çox zaman xidmət haqqı ümumi hesaba daxil edilir. Amma özəl məkanlarda çaypulunun miqdarını özünüz müəyyənləşdirməlisiniz. Mənbə: "Aysel" jurnalı UPD. Sokotra adası 7 milyon il əvvəl Afrikadan qoparaq, ada halına gəldiyi təxmin edilən Sokotra dünyanın başqa heç bir yerində görülməyən 200-dən artıq bitki və heyvan növünə ev sahibliyi edir. Adanın ən diqqət çəkici hissəsi isə yuxarıdan baxıldığında göbələyə, aşağıdan baxıldığında isə yadplanetlilərin gəmisinə oxşayan ağacları, fil ayağına bənzəyən çöl gülləridir. Hind okeanındakı adaya ən yaxın yer 250 km uzaqlıqdakı Somalidir. Ancaq iki bölgə arasında kiçicik də olsa bir bənzərlik yoxdur. Adanın simvolik bitkisi isə "Əjdahanın qanı ağacı"dır. Onun tərkibindəki təbii qırmızı sudan qədimdən bu yana boyaçılıqda istifadə olunurmuş. Yarasalar da Sokotranın vaz keçilməyən "sakinləridir". Əhalinin demək olar ki, böyük hissəsi Hadiboh şəhərində yaşayır. Adı Sanskrit dilində "xoşbəxtlik adası" anlamını verən bu əsrarəngiz ada isminin xüsusiyyətini daşımaqdadır. 2004-cü ilə qədər asfalt yolu belə olmayan adada sadəcə 40 min nəfər yaşayır. 1967-ci ildə Mahra Sultanlğı ləğv olunduqdan sonra Sokatra Yəmən Xalq Demokratik Respublikasının tərkibinə keçmişdir. Hər il bura turistlər axın edirlər.
['Yəmən', 'ərəb coğrafiyası']
6,106
https://kayzen.az/blog/qadin/3591/indira-qandi.html
İndira Qandi
Bakinets
Qadın
24 fevral 2011, 23:24
O, Hindistan tarixində ölkəni 15 il idarə edən yeganə qadın baş nazir olub. Ölkəsinin ərazi bütövlüyünü qoruduğuna görə sikx separatçıları tərəfindən qətlə yetirilən İndira Qandinin oğlu da anasının acı taleyini təkrarladı. Belə ki, baş nazir seçilən Raciv Qandi də fanat-qatilin qurbanı oldu. İndira Qandi başa düşürdü ki, onun həyatı təhlükə altındadır. Qətlinə bir gün qalmış o deyirdi: "Bu gün mən yaşayıram, sabah ola bilər həyatda olmayam… Ancaq qanımın hər damlası Hindistan xalqına məxsusdur". 1984-cü il oktyabrın 31-də Qandinin məşhur ingilis yazıçısı və aktyoru Piter Ustinlə müsahibəsi olmalı idi. O bu görüşü səbirsizliklə gözləyirdi. Qandi nə geyinəcəyi barədə çox götür-qoy edəndən sonra zəfəran rəngli paltarı seçdi. Onun fikrincə, bu rəng ekranda gözəl görünməli idi. Onu kök göstərdiyinə görə, İndira həmin gün tərəddüdlə gülləkeçirməz jiletini çıxardı. Beant Sinqx və Satvant Sinqx baş nazirin iqamətgahından ofisə gedən yolda gözətçi dəstəsində dayanmışdılar. Sikx-mühafizəçilərə yaxınlaşan İndira gülümsədi. Beant baş nazirə tapançadan üç dəfə atəş açdı, eyni zamanda Satvant da dayanmadan avtomatdan atəş açmağa başladı. Mühafizəçilər cavab atəşi açsalar da artıq gec idi. Tənha uşaqlıq 1917-ci il noyabrın 19-da qədim hind şəhəri olan Allahabadda ölkədə məşhur olan vəkillər ailəsində bir qız uşağı dünyaya gəldi, adını İndira qoydular. Bir neçə gündən sonra onların evinə məşhur şairə Naydudan məktub gəldi. O, məktubda yazırdı: "Bu uşaq Hindistanın yeni ruhu olacaq". Bunu o zaman heç kim ciddi qəbul etmədi. Qarşıda qızı tənha uşaqlıq, yaşına uyğun olmayan ciddi qərarların qəbulu, qayğı və əzablar gözləyirdi. Erkən yaşlarından İndira anlayırdı ki, Hindistan təhqir olunub və ona görə də İndiraya yaxın bütün insanlar ölkəsinin müstəqilliyi, ərazisi uğrunda mübarizə aparırdılar. Mahatma Qandinin dərslərinə əsasən onlar ingilis mallarını boykot etməyi mütləq hesab edir və bir dəfə həyətdə bütün qiymətli xarici əşyaları yandırmışdılar. Yalnız İndiranın sevimli kuklası yandırılmadı, amma bir neçə müddətdən sonra o da külə çevrildi. Həyatında ilk mənəvi problemin həlli İndiraya böyük emosional gərginlik gətirdi və o, nevroz xəstəliyinə tutuldu. İndira böyüyəndə belə kibrit yandırılmasının səsini eşidə bilmirdi. Uşaqlıqda o, adi uşaq oyunlarını deyil, hindlilərin müstəmləkəçilərə qarşı mübarizəsini oynayırdı. O, evdə olanları bir otağa yıxıb, qarşılarında ehtiraslı çıxışlar edirdi. 1925-ci ildə İndiranın anasında vərəm xəstəliyi aşkar edildi, atası onları İsveçrəyə aparmağı qərara aldı. Beləliklə, qızcığaz Avropaya düşdü. O, əvvəl Cenevrədə beynəlxalq məktəbə, sonra Montandakı başqa məktəbə getdi. Ölkələrinə qayıdandan sonra valideynləri onu pansiona verdilər. Buranı bitirdikdən sonra İndira məşhur milli Taqor universitetinə daxil oldu. 1935-ci ilin yazında o, təhsilini yarımçıq qoyaraq anası ilə bərabər Almaniyaya ağ ciyər xəstəlikləri klinikasına gedir. Bu arada atası inqilabi fəaliyyətinə görə həbsxanaya salınmışdı. Azadlığa çıxandan sonra o, həyat yoldaşının yanına gəldi, amma tezliklə qadın dünyasını dəyişdi. Qadağan olunan evlilik Son altı il İndira vətənindən kənarda yaşadı. Bu illər ərzində o, atası ilə Asiya, Avropa, Afrikanın bir çox ölkəsini gəzdi. Tez-tez o, atasının xarici ölkələrin hökumət və ictimai xadimlərilə görüşlərində iştirak edirdi. Oksford Universitetinin Somerfil kollecini bitirən İndira hərbi vəziyyətin gərgin olmasına baxmayaraq, ölkəsinə qayıtmağı qərara alır. Onunla bərabər gələcək həyat yoldaşı, əslən pars (oda sitayiş edənlər) icmasından olan Feroz Qandi də Hindistana qayıdırdı. Fərqli dini konfessiyaları məxsus olduqlarına görə onların arasında rəsmi nikah qeyri-mümkün idi. Ancaq bütün bunlara baxmayaraq,1942-ci ilin martında onlar evlənirlər. Bal ayını bitirməmiş İndiranın atası və Hindistan milli konqress partiyasının digər üzvləri yenidən həbs olunurlar. Gənc ər-arvad gizlincə onların işini davam etdirirlər - qadağan olunan ədəbiyyatı yayır, təbliğat işi aparır, həyatlarını təhlükəyə ataraq mitinqlərdə çıxış edirdilər. 1944-cü ilin avqustunda İndiranın oğlu Raciv Ratna dünyaya gəlir. O da gələcəkdə anasının işini davam etdirərək baş nazir olur və anası kimi fanat-qatil tərəfindən qətlə yetirilir. İki ildən sonra ikinci oğlu - Sandjay anadan olur. Siyasətlə məşğul olmaq istəyinə baxmayaraq, İndira dəqiq əmin idi ki, ananın əsas vəzifəsi övladlarına qayğı göstərməkdir. Ona görə də vətəndaş və analıq vəzifəsini bərabər şəkildə yerinə yetirməyə çalışırdı. 1947-ci ildə Hindistanın müstəqilliyi elan olunduqdan sonra İndira məcburi köçkünlərlə iş üzrə gənclər təşkilatı yaradır, atasına hökumət işlərində yardımçı olur, ölkə parlamentinə seçim kampaniyalarında iştirak edirdi. Atası qızının siyasi karyeraya can atmasına qarşı çıxmırdı, amma onu dəstəkləmirdi də. Buna baxmayaraq, 1959-cu ildə İndira Qandi Hindistan milli konqresinin sədri seçilir. Beləliklə, ölkə tarixində ilk dəfə qadın hakim partiyanın başçısı olur. Xanım baş-nazir Amma ev işləri onun vaxtını çox aparırdı. Bu aralar əri ürək ağrılarından tez-tez şikayətlənirdi. 1960-ci ilin sentyabrında Feroz ağır vəziyyətdə xəstəxanaya çatdırılır və dünyasını dəyişir. Həyat yoldaşının ölümü İndira üçün böyük zərbə oldu. Fiziki və mənəvi yorğunluq onu xəstəxana palatasına gətirdi. Dörd ildən sonra isə İndira atasını itirdi. Tənha qalan qadın (övladları Oksfordda təhsil alırdılar) atasının başladığı işi başa çatdırmağı qərara aldı. O, 60-cı illərin sonu baş nazir vəzifəsinə yüksələrək hökumətin bank və istehsal sahəsində rolunu artırıb stabil milli iqtisadiyyat yaratmaq istəyirdi. İqtisadi problemlərin həllinə Pakistanla 14 günlük hərbi münaqişə səbəb oldu. Hərbi əməliyyatlar, üç il davam edən quraqlıq ölkəni aclıq təhlükəsi qarşısında qoydu. Yaranmış vəziyyətə görə bütün məsuliyyət baş nazir və onun tərəfdarlarının üzərinə qoyuldu. 1975-ci ilin yayında ölkədə fövqəladə vəziyyət elan edildi: spekulyantlara qarşı repressiya başlandı, senzura tətbiq olundu. İndira Qandini korrupsiyada, rüşvətxorluqda, adət-ənənəyə və dinə hörmətsizlikdə ittiham etdilər. Nəticədə 1977-ci ilin seçkilərində o qalib gəlmədi. Məğlubiyyətdən sonra onu iki dəfə həbs etdilər. Ancaq rəqiblərinin bütün ittihamları sübutunu tapmadı. İndiranın populyarlığı artmağa başladı, onun həbsə alınması insanların narazılığına səbəb oldu. Azadlığa buraxıldıqdan sonra isə onun yanına bütün Hindistandan tərəfdaşlar gəlməyə başladı. Amansız qətl 1980-ci il seçkilərində o, yenidən baş nazir seçildi və ötən onillikdə reallaşdıra bilmədiyi iqtisadi proqramı həyata keçirməyə başladı. Onun rəhbərliyi altında Hindistan beynəlxalq arenada tanındı, kütləvi qırğın silahlarının istifadəsi, hazırlanması əleyhinə çıxanlardan oldu. 1984-cü ildə Pencab ştatında məskunlaşan sikx separatçıları ölkədə daxili vəziyyəti gərginləşdirdi. Sikxlər bu ştatın ölkədən ayrılmasını tələb edir və Amritsar şəhərində "Qızıl məbədi"nə silah-sursat yığırdılar. Hərbi mənada əməliyyat uğurlu alındı: ekstremistlər məbəddən çıxarıldı, ancaq ictimaiyyət bu addımı yaxşı qarşılamadı. Əməliyyat nəticəsində çoxlu insan həlak oldu, sikxlər intiqam alacaqlarına söz verdilər. Elə gün olmurdu ki, onlar baş naziri, övladlarını və nəvələrini ölümlə hədələməsindər. Ona dəfələrlə təklif edirdilər ki, mühafizə xidmətindən bütün sikxləri çıxarsın, amma o bunu lazım bilmirdi. Mənbə: "Aysel" jurnalı
['Hindistan']
6,107
https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/3979/m%C3%B6min-qoca-v%C9%99-ateist-g%C9%99nc.html
Mömin qoca və ateist gənc
ayxansevda
İslami Hekayətlər
24 fevral 2011, 19:04
Xarici olkələrin birində universitet bitirmiş savadli bir gənc vətəninə ateist olaraq dönür. 3 sualina heç kimsə tərəfindən cavab tapmayan genc bir qocaya yaxınlaşıb deyir: -Qoca sənə 3 sualim var. Onlara cavab vere bilersənmi? Qoca: -Inşaallah verərəm. Gənc: -Mən bu suallari alimlərə belə vermişəm, amma cavab verə bilməyiblər. Sen savadsiz bir qoca nece cavab vereceksen? Qoca bir daha: -Allahin izni ile cavab verərem, oğlum. Gənc: -1.Allah varmi? Əgər o heqiqeten de mövcuddursa mene onun goster? 2. Qismət nədir? 3. Əgər şeytan atəşdən yaradildisa nə üçün cehennəme göndərilir? Cəhənnəm də atəşle doludur. Atəş atəşi necə yandira bilər? Bu an qoca gencin başında saxsı bir qab sındırır. Gənc başının ağrısından ufuldaya-ufuldaya: -Niyə hirsləndin? Qoca:-Hirslənmədim. Bu sənin ilk sualinin cavabıdır. Gənc:-Heç nə başa düşmədim. Qoca:-Başında bu saxsi sınınca özünü necə hiss etdin? Gənc:-Tebii ki, başım çox ağrıdı. Qoca:-Yəni ağrının olduğuna inanirsan, deyilmi? Gənc:-Əlbətdə Qoca:-Onda mənə onu göstər. Gənc:-Axi göstərə bilmərəm Qoca:-Bu mənim ilk sualina cavabim. Hami Allahin varligini hiss edər amma görməz. Indi 2-ci suala cavab. Dünən gecə yuxunda sənin başında bu gün bu saxsını sındıracağimı gördünmü? Və ya kimsə sənə bunu dedimi? Gənc:-Yox Qoca:-Heç bu gün belə bir şey olacağını fikirləşdinmi? Gənc:-Yox Qoca:-Bax demək ki, bu sənin qismətin imiş. Indi 3-cu suala cavab. Biz insanlar nədən yaradıldıq? Torpaqdanmı? Gənc:-Bəli, torpaqdan. Qoca:- Onda bu saxsı da torpaqdan yaradılmadımı? Bax, görürsən… Allah istəsə atəşdən yaratdığı şeytanı elə atəşdəcə cəzalandırar.......
['islam fəlsəfəsi', 'ateizm', 'dini hekayələr']
6,108
https://kayzen.az/blog/Xrizoberil/3978/ba%C4%9F%C4%B1%C5%9Fla-atacan.html
Bağışla atacan
Xrizoberil
Bloq: Xrizoberil
24 fevral 2011, 15:29
Evliliyindən bəri evində qalan atası üzündən yoldaşıyla davamlı mübahisə edirdi. Yoldaşı atasını istəmir və onun evdə bir artıqlıq olduğunu düşünürdü. Mübahisələr bəzən inanılmaz dərəcələrə çatırdı. Yenə belə bir mübahisə anında yoldaşı davanı son həddə çatdırdı və ya mən gedərəm, ya da atan bu evdə qalmayacaq deyərək şərt qoydu.Yoldaşını itirməyi gözə ala bilməzdi. Atası üzündən çıxan mübahisələr xaricində xoşbəxt bir yuvası, sevdiyi və özünü sevən bir yoldaşı və birdə uşaqları vardı. Yoldaşı üçün çox mübarizə etmişdi evliliyi əsnasında. Ailəsini razı salmaq üçün çox çalışmış və çox problemlərlə qarşılaşmışdı. Hələ də onu dəlicəsinə sevirdi. Çarəsizlik içində nə edəcəyini düşündü və özünə görə bir həll yolu tapdı. İllər əvvəl ovçuluq marağı ilə özü üçün hazırladığı daxma tipli dağ evinə aparacaqdı atasını. Həftədə bir baş çəkib və ehtiyacı nəysə qarşılayacaqdı, beləliklə yoldaşıyla da bu cür problemlər yaşamayacaqdı. Atasına lazım olacaq bütün vəsaitləri hazırladıqdan sonra yatalaq atasını yatağından qaldırdı və qucaqladığı kimi avtomobilə atdı. Oğulu  Ata mən də . səninlə gəlmək istəyirəm deyə israr edincə onu da avtomobilə götürdü və birlikdə yola qoyuldular.Soyuq qışın tam ortaları idi və qorxunc bir soyuq vardı. Qar üzündən yolu çətin seçirdilər. Kiçik uşaq davamlı olaraq atasına:- Ata hara gedirik ? deyə soruşur amma cavab ala bilmirdi.Bir yandan da hara aparıldığını anlayan yaşlı adam gizli- gizli gözyaşı tökür oğulu və nəvəsinə bildirməməyə çalışırdı. Saatlarla davam edən çətin səfərdən sonra dağ evinə çatdılar. Çoxdandır bura gəlməmişdi. Koma tipindəki dağ evi artıq çürüməyə üz tutmuş, tavan axıdırdı. Komanın bir küncünü təmizlədi hazırladı və avtomobildən yükləndiyi yatağı oraya sərdi. Sonra digər vəsaitləri daşıdı. Ən son da atasını kürəyinə alaraq yatağa yerləşdirdi. Şaxta sanki komanın içində hiss edilirdi. Komanın içində fırtına vardı sanki. Çarəsizlik içində atasını izlədi. Artıq indidən üşüməyə başlamışdı. Sabah yenə gələr bir yorğan və bir neçə ədyal gətirərəm deyə düşündü. Elə kədərli idi ki, Dünya başına çökürdü sanki. O bu duyğular içində ikən atası ürəyinə bıçaq batmış kimi idi. İllərcə əmək verdiyi oğulu tərəfindən bir komaya tərk edilirdi. Qüruru incimişdi, içi yanırdı, amma bildirməməyə çalışırdı. Kiçik uşaq isə olanlara heç bir məna verə bilmirdi. Mənasızca, amma babasından ayrılacaq olmanın vermiş olduğu kədərlə yalnız seyr edirdi. Artıq getmə zamanı idi. Atasının yatağına əyildi yanaqlarını və əllərini dəfələrlə öpdü. Məni bağışla deyər kimi sarıldı, qoxladı. Artıq ikisi də özlərinə hakim ola bilmir və hıçqıra hıçqıra ağlayırdı. Buna məcburam deyər kimi baxdı atasının üzünə və uşağın əlini tutub sürətlə komanı tərk etdi. Avtomobilə mindilər. Uşaq yola çıxdıqlarında ağlamaya başladı niyə babamı o soyuq yerdə buraxdın deyə. Verəcək heç bir cavab tapa bilmirdi, anan belə istəyir deyə bilmirdi. Oğlu- Ata sən yaşlandığında məndə səni buramı gətirəcəyəm deyə soruşduqda Dünyası başına yıxıldı. O saulın yönəldilməsiylə birlikdə dəlilər kimi geri çevirdi avtomobili. Komaya çatdığında:- Məni bağışla ata deyərək atasının boyuna sarıldı. Ata oğul möhkəm-möhkəm sarılmış və uşaqlar kimi hıçqıra hıçqıra ağlayırdılar. Oğulu: Ata məni bağışla, sənə bu rəftarı etdiyim üçün məni bağışla deyə səhv etdiyini  bildirirdi.. Atası oğulunun bu sözlərinə ən mənalı cavabı verirdi...Geri gələcəyini bilirdim balam. Mən atamı dağ başına atmadım ki, sən məni atasan. Məni bu dağda buraxa bilməyəcəyini bilirdim
['hekayə']
6,109
https://kayzen.az/blog/Xrizoberil/3977/ya%C4%9F%C4%B1%C5%9F.html
Yağış
Xrizoberil
Bloq: Xrizoberil
24 fevral 2011, 12:54
Çox şiddətli bir yağış yağır. Gedəcəyimiz yerə islanmadan çatmaq üçün qaçmaq yaxşı bir fikirdir, yoxsa normal addımlarla getmək? Müddət və məsafə, islanmağa necə təsir edər?- Fikirləriniz maraqlı olardı... Məsələn: 10 m bir məsafəni və 10 dəqqiqəlik bir müddəti ayrı- ayrı düşünün.
['paradokslar']
6,110
https://kayzen.az/blog/sevgi/3976/sevgilinin-intiqam%C4%B1.html
Sevgilinin intiqamı
Xrizoberil
Sevgi
24 fevral 2011, 12:40
BAĞIŞLAMAQ VƏ UNUTMAQ YAXŞI İNSANLARIN İNTİQAMIDIR - ŞİLLERUnudulmaq nə qədər əzab verər insana yəqinki düşünə bilərsiniz. Bir insana edilə biləcək ən böyük pislikdir. Budur Şiller bir cümlə ilə intiqam duyğusunu belə ifadə etmişdir. Bir insandan intiqam almaq istəyirsinizsə onu unudun. Yox mən mütləq intiqam almaq istəyirəm deyirsinizsə... Bunu qol qüvvəsi istifadə etmədən ağıl yolu ilə edə bilərsiniz. Buna nümünə olaraq bir hekayə;"Bir zamanlar bir- birini sevən iki gənc varmış. Çox sevərlərmiş bir-birlərini. Bir müddətdən sonra gənc oğlan əsgərə getmiş. Hekayənin məğzidə budur, gənc oğlan əsgərdəykən qız başqa birinə aşiq olur. Bunu məktubla izah etmək məcburiyyətində qalır və yazır; - Sən əsgərdəykən mən başqa birinə aşiq oldum. Nə olar qüsuruma baxma. Səndə olan şəkilimi də zəhmət olmasa mənə göndər.Əsgər oxumuş məktubu... İntiqam almaq istədiyindən oradakı əsgərlərdən nə qədər qız rəsmi varsa hamısını toplamışdır. Şəkilləri zərfə qoyur və bir də məktub yazır qıza;- Səndə mənim qüsuruma baxma, xatırlaya bilmədim, sən bunların içindən hansı idin?! Sən öz şəkilini götür, digərlərini isə geri göndər.
['sevgi']
6,111
https://kayzen.az/blog/paint/3388/salvador-dali.html
Salvador Dali
burla xatun
Məşhur rəsmlər və rəssamlar
24 fevral 2011, 10:55
1934-cü il… Nyu-York Salavador Dali kimi birisini gözləyir. Qəzetlər dinc, ekssentrik, intellektual tacir – Dali haqqında yazır. Dali ilə görüşün ilk təəssüratı belədir: əlində 2,5 metrlik fransız bulkası gəzdirən balaca və əsəbi insan bədəninə ən azı yarım düjün şəkil bağlamış tərzdə var-gəl eləyir. O, Nyu-Yorkun oğrularından qorxur. Jurnalistlər bu insanla çiyinlərində epolet əvəzinə donuz kotletləri çəkilmiş Qalanın portretindən sonra maraqlanmışdılar. Hamı bu kotletlərin çiy, yaxud qızardılmış olmasını müzakirə eləyir. Dali isə jurnalistlərə izah eləyir ki, bu kotletlər onun Qalanı yemək arzusunun simvoludur. «Hərdən mən anamın portretinə tüpürməyi sevirəm» Salvador Filipp Yaxinto Dali Fiqerasda notarius ailəsində doğulub. Atası ateist olsa da, anası tipik katolik kimi uşaqlarını kilsəyə ibadətə getməyə məcbur edərdi. Nədənsə Salvador belə bir qəribə nəticəyə gəlir ki, valideynləri onu yox, doğulmasından bir il əvvəl ölmüş qardaşını sevirlər. Ansının xərçəng xəstəliyindən vəfatından aldığı zərbədən sonra Dali uzun müddət özünə gələ bilmirdi. Atasının arvadının ölmündən 4 il sonra evlənməsini Salvador xəyanət kimi qiymətləndirirdi və bu da öz oğlunu məhv eləməyə çalışan obrazın yaranmasına təkan verdi. «Müqəddəs ürək» rəsmində Madonnanın silueti altında kobud tərzə cızılmış «Hərdən mən anamın portretinə tüpürməyi sevirəm» sözlərini oxuyandan sonra atası bunu arvadının xatirəsinə təhqir kimi qəbul eləyərək Daliyə evlərinə gəlməyi qadağan eləyir. Dali günahkarlıq hisslərindən və peşmanlığından canını qurtarmaq üçün saçlarını qırxaraq sevimli Kadakesdə basdırır. Sürrealizm mən özüməm Qalaya rast gələnədək Dalinin həyatında irreal qadınlar və qızlardan başqa kimsə yoxuydu. Onlar rastlaşanda Qalanın 35, Dalinin 25 yaşı vardı. Qala 11 yaşlı qızı Sesil və əri Pol Elüer ilə qonaq gəlmişdi. İlk görüşdə qonağını heyrətləndirmək üçün Dali ekstrovaqant görkəmdə araya çıxmaq fikrindəydi. Qoltuqlarının altını qırxıb oranı göy rəngə boyayandan, bədənini keçi piyi, balıq yağı və lavandadan ibarət qəribə ətirlə sürtəndən, qulağının ardına şamdangülü çiçəyi taxandan sonra təsadüfən pəncərədən Qalanı görür. O qədər təsirlənir ki, bütün hoqqabazlığının izlərini yuyub adi adam kimi geyinərək onları qarşılamağa çıxır. O, çaşqınlığından tez-tez həyasızcasına hırtıldayırdı. Qala isə masturbasiya və axtalanmaq ideyalarına «yoluxmuş» bu cavan, əsəbi oğlana az sonra «Mənim balaca oğlanım, biz səninlə heç vaxt ayrılmayacağıq» demişdi. Pol Elüarın çamodanı götürüb getməkdən başqa çarəsi qalmamışdı. Arvadının əvəzində ona pulsuz portretini hədiyyə verirlər... Qala fransızcadan tərcümədə «bayram» deməkdir. Onun əsil adı Yelena Dmitriyevna Dyakonova idi. Volqa boyunda Kazanda anadan olub. Dalini ələ keçirəndən sonra o, rəssamın əqlini zəbt eləyir. Anadangəlmə eqoizminə baxmayaraq, Dali Qalanı ilahiləşdirmişdi: «Mən Qalanı atamdan, anamdan, Pikassodan da artıq, hətta puldan da çox sevirəm». Qala isə Dali adlanan imperiyanın dayəsinə, katibinə, menecerinə, ilham pərisinə, modelinə çevrilir. Qala Daliyə uşaq kimi baxır, gecələr yatmazdan əvvəl kitab oxuyurdu. Qəribə tabletlər atmağa vadar edir, onun qorxulu yuxularını araşdırır, daimi inamsızlığını dağıdırdı. Məişətdə Qala onu idarə eləyir, geyindirir, ayaqqabılarının da bağını bağlayırdı. Dali növbəti sifarişçiyə külqabı tolazlayanda Qala əlində sakitləşdirici damcılarla əzizini əsəbləşməyə qoymurdu. Əgər Qala olmasaydı... Cəmiyyətdə Qala Dalinin öz əsəri kimi görünürdü. O, sanki axan saat və ya tüklü əl ağacı kimi Dali əsərlərinin ayrılmaz hissəsi idi. Qala təbiətcə çox simic olduğundan böyük qənaətlə yaşayır və rəssamın əsərlərinin qiymətini də özü qoyurdu. Dali hərdən buna göz yumur, hərdən isə onun məsləhətlərinə inadcıl müqavimət göstərirdi. Nə qədər olmasa da, rəssam axı, özüdür! Belə olanda Qala qapını çırpıb gedirdi. Amma onların mübahisəsi bir saatdan artıq çəkməzdi. «Olivye, gəl məni qucaqla» sözləri səslənən kimi Qala öz dəlisini ağuşuna alardı. Dali modelyer Koko Şanellə dostluğunu bərpa edərək əsərləri ona aşağı qiymətə təklif eləyir. Simic Qala isə vəziyyətdən istifadə edib modelyeri dilə tutur ki, ətir və xalatları ucuz qiymətə ala bilsin. Qala bu paltarları hələ 20 il də, tamam süzülüb cırılanacan geyəcək. Dalini işləməyə Qala məcbur edirdi. Dostları deyir ki, Qala emalatxanadan çıxan kimi Dali palitranı atıb böyük şövqlə avaraçılıq eləyirmiş. Yaxınlaşan addım səslərini eşidən kimi tələsik fırçanı götürüb işə başlayardı. Dali, yoxsa dəli? 1934-cü ildə Qala və Dali İspaniyaya qayıdıb nikah bağladılar. Amma ispan qanunlarına görə, Dali ağlını itirsəydi, nikahın maddi tərəfini daha çoz düşünən Qala bütün varidatı itirə bilərdi. Dali insan şüuruna tanış obrazları elə çəkirdi ki, əl-ayaqlar təbii tərzdə balığa çevrilə, qadın bədəni atın badəninə keçə bilərdi. Unikal yanaşma tərzini Dali «paronoidal tənqidi üsul» adlandırırdı. Rəssam təkid edirdi ki, dəlilər şüuraltı obrazlardan necə azad olursa, həmən cür o da bu obrazları çəkməklə azadlığa çıxır. Dəlidən fərqi o idi, o dəli deyildi. Rəssam tam əmin idi ki, dərində gizlədilmiş fikirləri azad eləməkçün dəlilik həddində olan şüur lazımdı. Heç nə ilə məhdudlaşmamış şüurun dəli olmaqdan başqa çarəsi qalmır. Amma Dali öz tamaşaçısını inandırırdı ki, o, dəli deyil və tənqidi yanaşma ilə hər şeyi yoluna qoya bilər. Dali dünyasını anlamaq üçün Freyd nəzəriyyəsini bilmək və açar kimi işlətmək lazımdı. Öz şüurunun qapılarını açmaqdan əlavə bu üsul yaradıcılığının reklamına da geniş imkan açırdı. «Hamı mənim bığlarımı müşahidə edərkən mən öz işimlə məşğul oluram» Nyu-Yorkun böyük bir mağazası Daliyə nəhəng vitrinin tərtibatını sifariş vermişdi. Dali və Qala gecə-gündüz işləyərək köhnə vannanı qara quzu dərisinə bükmüş, sonra onu su ilə doldurmuşdular. Suyun üstündə bir neçə dənə güzgü tutmuş əllər üzürdü. Ağzında qanlı göyərçin tutmuş öküz kəlləsi olan pərdə vannanın arxasında yerləşdirilmişdi. Bu kompozisiyaya baxmaqçün toplaşan tamaşaçılar 5-ci avenyu küçəsində hərəkəti dayandırmışdılar. Məlum olur ki, mağaza o qədər şikayət alıb ki, Dalinin əsəri tənqidə məruz qalıb. Ayağını vannaya uzadan çılpaq manikenin geyindirilməsini görüb özündən çıxan Dali vitrinə soxularaq vannanı pəncərədən bayıra atır. Daha sonra onun özünü həmən vitrindən bayıra tullayırlar və ekssentrik rəssam qırıq şüşələrin içində səkidə uzanmış vəziyyətdə qalır. Polisə düşəndən və şərti cəza ilə cəzalanandan sonra hamı ona insan azadlığı uğrunda mübarizə aparan insan kimi baxırdı. Ekssentrik olsa da, səliqə ilə geyinən, tərbiyəli və gözəgəlimli Dalinin üstəlik inqilabçı və kommunist olmaması da tamaşaçısının çox xoşuna gəlirdi. Qadını nə üçün soyundurmaq lazımdır? Məşhurluq gəldikcə qadınlar rəssamın başına pərvanə kimi dolanırdı. Adlı-sanlı qadınlar belə asanlıqla onun görüşünə tələsirdi. Bir dəfə Dali daniyalı xanımı soyundurub sonra onun bədənini dəniz xərçəngi və başqa dəniz heyvanlarıyla bəzəmişdi. Nəticəsi çox gözəl adınmışdı deyə Dali çox razı qalmışdı. Amma qadını deyə bilmərik... Dali Hollivudun böyük cazibəsindən heç cür yan keçə bilməzdi. O, aktyorların, rejissorların portretini 125 min dollara çəkirdi. Hətta Qreti Qarbo da öz tənhalığını pozub Daliyə portret sifariş eləmişdi. Qarbo Dalinin sevimli aktrisası olduğundan o, bu görüşü səbirsizliklə gözləyirdi. Qarbonun gəlişinə 1 saat qalmış o, saçına pomada çəkir, bığlarını burub yuxarı qaldırır. Xarici görünüşü barədə əzablı düşüncələrdən sonra parlaq sətin kostyum, nişastalı koynək və qalstuku seçir. Qarbo isə həmişəki kimi gecikir. Onun əynində kişi şalvarı və tennis ayaqqabısı var idi. O, Daliyə baxıb: «İkimizdən birimiz səhv eləyib. Nə üçün bir daha cəhd eləməyək ki?» deyib Dalinin dodaqlarından öpüb getdi. Dalinin elə bil nitqi kəsildi. Onun dodaqdan öpüşməkdən zəhləsi gedirdi, öpən qadın Qreti Qarbo olsa belə. Onlar bir daha görüşmədilər… «Madonna Qala» Qalanın ən yaxın dostu varlı mədən sahibləri ailəsindən olan Raynolds Mors belə xatırlayırdı: «Qala məni otağa dəvət elədi. Dali yaxınlıqda yox idi. O, Dalinin bir neçə erotik rəsimini çıxarıb göstərərək «Burada təsvir olunan qadın əslində daha qənimətlidir» deyib özünü mənə təklif elədi. Mənsə boyun qaçırdım. Qala mənim zovqümə uyğun gəlmirdi. Mən təzəlikcə evlənmişdim və Qala mənim anam yaşında idi. Şükür Allaha ki, o, mənim anam deyil. Biz Dali ailəsiylə dost olmağa cəhd eləsək də, onlar həmişə bizə  nəsə qoparmaq mümkün olan müştəri kimi baxıblar». Qala hələ də gənc kişiləri pusan və tovlayan qadın, Dali üçün isə təkəbbürlü və qəddar keşikçi idi. «Madonna Qala»nı bitirmiş rəssam onu Vatikana aparıb Papanın xeyir-duasını almağı arzulayırdı. Bu görüşü təşkil edib onu Vatikana təqdim eləyən cavan oğlanı Dali əvvəl-axır işə götürməli olur. Onun «gərgin fəaliyyəti» Dali və Qalanın həyatındakı xaosu səliqəyə salmağa kömək eləmişdi. Daliyə «kərgədan buynuzu» lazım olanda da, Qalanın Dalini xatırladan «uşaqla» ünsiyyətə ehtiyacı olanda da bu cavan hər şeyi yerbəyer eləməyi bacarırdı. Qalanın daha bir qüsuru da vardı. O, qumarı sevirdi. Onun Atlantikanın hər iki tərəfində səpələdiyi borclarını ödəməkçün böyük pullar gərək idi. «Daim mən dahiyəm deyə düşünsəniz, əvvəl-axır dahi olacaqsız» Dali incəsənəti barədə fikir yürütməkçün onun yağlı boya ilə işlədiyi əsərlərinə baxmaq lazımdır. Amma pulun əsas hissəsini o, açıqca, litoqrafiya işlərindən və başqa cəsarətli layihələrin satışından qazanırdı. Qala tezliklə başa düşür ki, Dalinin imzası olan hər bir əşya da qiymətlidir. Ona görə də Qala bir neçə redaktor və ispan mətbuatı tərəfindən reklam edilmiş bir layihəni reallaşdırır. Daliyə isə 35 min blanka sadəcə imza atmaq qalırdı. Axtalanmaq qorxusundan əsərlərdə  falloslar yaranırdı, vaxt əlindən çıxanda axan saatlar. Bir-birini yeyən barmaqlar müharibənin simvolu idi. Qəribəliklər sırasına xərçəng-telefon, divan dodaqları, bokallar asılmış smoktnqi də əlaqə etmək olar. Onun xəyanət etmədiyi mövzuları dağılma, çürümə, ölüm, insanın seksual həyəcanları dünyası ilə çulğalaşmış şəkildə çıxış eləyirdi. Sarbonada «paranoidal tənqidi üsulun fenomenal aspekti» məruzəsini oxumaqçün gül kələmi ilə bəzənmiş limuzində gəlməsi də Daliyə bir qucaq pul gətirmişdi. Sürrealistlər sərgisi çərçivəsində tədbirə Dali sualtı kostyumda gəlmişdi. Bu, şüurun alt qatlarına baş vurmağın rəmzi idi. Hamının alqışı ilə müşayiət edilən Dali az keçməmiş boğulmağa başladı. Əlbəttə, boğulmaq Dalinin planlarında yox idi, amma diqqəti cəlb eləyə bilmişdi. Erotik yaxud qara yumorlu rəsmlər yaradanda Dali istirahət eləyirdi. Dostu fotoqraf Xalsmanla birgə buraxdığı «Dalinin bığları: fotomüsahibə» kitabında yazdığı giriş sözü «Mən dəli olmuşam görəsən? Mən bu kitabı almış hər hansı adamdan daha normalam» onunçün tipik ifadə idi. Bu kitabın təqdimat mərasimində onun bığları daha çox müzakirə edilirdi. Bığlarını Dali «Sənəti qəbul etmək üçün antennalar» adlandırırdı. Sürrealizm qalasının məhbusu 70-i haqlayanda Qala birgə 53 il yaşadığı adamdan uzaqlaşmağı qərara aldı. Qalanın xahişiylə aldığı qəsrə Dali gəlmək üçün yazılı icazə almalı idi. Çünki Qala burda vaxtını cavan oğlanlarla və qumar oynamaqla keçirirdi. Qalanın Dalidən 10 yaş böyük olmasına baxmayaraq, heç kim, ən çoxu da Dali özü inanmazdı ki, o, birinci ölə bilər. Bu itkidən sonra Dali nəinki incəsənətə, hətta həyata da marağını itirir. O, otağının qapısını kilidləyib, pərdələri sıx çəkib bu qaranlığı pozmamaqçün heç kimi qəbul etmirdi. Dali Qalanın adını çəkməyi də qadağan eləmişdi. Sürrealist muzeyin qalasında oturub bığlarını, ruhunu təkmilləşdirməklə və böyük dəhşət hissiylə ölümü gözləməklə məşğul idi… Aforizmləri: •Tarixlə müqayisədə siyasət lətifə kimi bir şeydir • Səhv Allahdan gəlir. Ona görə də səhvi düzəltməyə yox, onun səbəblərini anlamağa çalışın. • Öz ortabablığınızı səliqəsiz rəngkarlıqla ört-basdır eləməyin. İlk cızıqda bu özünü büruzə verəcək. • Kamillikdən qorxmayın. Onsuz da ona çata bilməyəcəksiniz. • İnsanı bütün zir-zibili, murdarlığı ilə, hətta ölümü ilə birgə qəbul eləmək lazımdı. • Axmaqlar elə bilir ki, mən hamıya verdiyim məsləhətlərlə yaşayıram. Lətifə: Restoranda bir kişi oturub. Cavan bir qız onun yanında əyləşir. Kişi şampan sifariş verir, onlar birgə içirlər. Az keçməmiş kişi əlini qızın dizinə qoyur və yavaş-yavaş yuxarı qalxmağa başlayır. Qız deyir: - Sizin axtardığınız mənim sağ qulağımın arxasındadır. Axı mən Salvador Dalinin naturasıyam. Müəllif: Gülnarə Rəfiq [email protected] Mənbə: Bizim Yol qəzetiHəmçinin bax: Salvador Dalinin La persistencia de la memoria rəsm əsəri
['Salvador Dali', 'rəssam', 'rəssamlar']
6,112
https://kayzen.az/blog/poeziya/3963/payiz-%C3%B6mr%C3%BCm-i-aynur%C9%99-h%C9%99s%C9%99nova.html
Payiz Ömrüm I Aynurə Həsənova
Samir012
Poeziya
24 fevral 2011, 04:29
Qəlbimdə həsrətin çiçək açacaqGözümdə surətin göyərəcəkdi.Budağı qırılmış bir ağac kimiPöhrəsi yenidən cücərəcəkdi.Qəlbimdə saralmış bir xəzan yeriÖmrün bahar payı, bir qış payı var.Kiminin ömründə bir sevinc fəsli.Kiminin ömürlük qarğış payı var. Ünvanı səhv saldıq bəzən ikimizBəzən bilə-bilə biz bunu etdik.Ürəkdə bir həsrət, bir hicran yeriBir nifrət heykəli ucalda bildik Yolunu dəyişdin sən bilə-biləMən də başqalaşıb başqası oldum.Sən payız ömrümdə bir xəzan yeliMən xəzan ömrünün laylası oldum Yazda çox budaqlar qol-budaq açır,Qəlbin ağac boyda sevgi həvəsi.Torpağa kök atmış gövdələr kimiQəlbin boy atmamış nərilti səsi. Ömrümə xəzan da yarpaqlar tökdü.Həsrət tikə-tikə doğradı məni.Nifrət bir dağ oldu yolumun üstəSənə qovuşmağa qoymadı məni. Kövrək xatirələr yada düşəndə,Ürək də bulud tək dola bilərmiş.Bir ilıq nəfəsdən cücərən çiçəkÖmrün payızında sola bilərmiş. Bir payız fəslində bir yarpaq kimi,Düşüb budağından qurumaq olur.Payız yarpaq - yarpaq saraltdı məniSarala - sarala yaşamaq olur..
['Aynurə Həsənova']
6,113
https://kayzen.az/blog/poeziya/3960/ayr%C4%B1l%C4%B1q-i-ramiz-r%C3%B6v%C5%9F%C9%99n.html
Ayrılıq I Ramiz Rövşən
Samir012
Poeziya
24 fevral 2011, 04:06
Yenə bu şəhərdə üz-üzə gəldik, Neyləyək, ayrıca şəhərimiz yox. Bəlkə də, biz xoşbəxt ola bilərdik, Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.Aradan nə qədər il keçib görən, - Tanıya bilmədim, məni bağışla. Mən elə bilirdim, sənsiz ölərəm, Mən sənsiz ölmədim, məni bağışla!"Ölmədim" deyirəm, nə bilim axı, - Bəlkə də, mən sənsiz ölmüşəm elə, Qəbirsiz-kəfənsiz ölmüşəm elə. Bəlkə də, biz onda ayrılmasaydıq, Nə mən indikiydim, nə sən indiki, - Ayrıldıq, şeytanı güldürdük onda; Bu ilin, bu ayın, bu günündəki, Elə bu küçənin bu tinindəki məni də, səni də öldürdük onda. ...Sağımız-solumuz adamla dolu, Qol-qola kişilər, qadınlar keçir. Özündən xəbərsiz, ömründə min yol Özünü öldürən adamlar keçir. Keçir öz qanına qatan adamlar, Bir də ki, qan hanı? Qan axı yoxdu. Hamı günahkardı dünyada, amma Dünyada heç kəsin günahı yoxdu. Bizsiz yazılmışdı bu tale, bu baxt, Sapanddan atılan bir cüt daşıq biz. Bəlkə bu dünyada on-on beş il yox, Min il bundan qabaq ayrılmışıq biz. Halal yolumuzu dəyişib, nəsə Çaşmışıq, bir özgə yoldan getmişik. Bəlkə min il qabaq səhv düşüb nəsə, Minillik bir səhvə qurban getmişik. Dəyişib yerini bəlkə qış-bahar, Qarışıb dünyanın şəhəri, kəndi. Bəlkə öz bətnində ögey analar Ögey balaları gəzdirir indi. Ömrüm başdan-başa yalandı bəlkə, Taleyim başqaymış doğrudan elə. O yoldan ötən qız, anamdı bəlkə, Bəlkə də, oğlumdu bu oğlan elə. Bu yalan ömrümdə görən sən nəsən? Bəlkə heç sevgilim deyilsən mənim. Anamsan, bacımsan, nənəmsən, nəsən?!.. Bircə Allah bilir, nəyimsən mənim. Bizi kim addadar bu ayrılıqdan, Çatmaz dadımıza, nə yol, nə körpü. Ölüsən, dirisən, hər nəsən, dayan! Dayan, heç olmasa əlindən öpüm... Deyirsən: "Ölüyəm, ölünü öpmə.." Əlimin içində, soyuyur əlin. Deyirsən: "Sən allah, əlimi öpmə, əlimdən, deyəsən, qan iyi gəlir.."
['Ramiz Rövşən']
6,114
https://kayzen.az/blog/elshad/3958/hiday%C9%99t-t%C3%BCrko%C4%9Flu.html
Hidayət Türkoğlu
elshad
Bloq: elshad
23 fevral 2011, 22:21
Məşhur basketbolçu Hidayət Türkoğlu yoldaşıyla birlikdə gəzirdilər, Əvvəl akvariumçuları gəzdilər, sonra  Ayasofya, Sultanahmet, Topkapı Sarayı, Gülhane Parkı deyərkən,  Yeni Məscidin önünə qədər gəldilər. Orada qışqıra qışqıra simit satan bir uşaq vardı. Basketbolçu birdən dayandı... Sonra simitçiyə yaxınlaşdı: - Simitin necəyə qoç ?- 300 min  qardaş. Çıtır çıtır.... - Dəzgahda neçə simit var ? - 70-80 dənə var hərhalda... - Hamısını alsam  neçə edər ? - Səksən desək 24 milyon. - Al sənə 30 milyon... Fərz et  ki hamısını aldım... -Sağ ol  qardaş... sağ ol... Basketbolçu üç onluq çıxardıb simitçinin önünə buraxdı.Yoldaşı çaşmış idi.Üç beş addım getmişlər idi ki yoldaşı hidayətə yaxınlaşıb pıçıldadı. - Hidayət sən dəlisənmi ? - Yooo - Yaxşı yemədiyimiz simitlərin pulunu niyə verdin ? - Boşver soruşma. - Deyək ki soruşuram. Həm də israrla soruşuram. - Elə isə söyləyim. -Taxtanın kənarı diqqətini çəkdimi ? - Xeyr. - Baxsaydin görəcəkdin. Taxtaya bir ad  yazılmışdı. - Necə bir ad ? - Hidayət ! - Yoxsa ? - Bəli o dəzgah, əvvəllər mənim idi . Bu hekayəni Hidayət tv8 də qatıldığı bir proqramda özü danışmışdır.
['yaşanmiş hekayə']
6,115
https://kayzen.az/blog/optimist/3957/ya%C5%9Fam-%C3%BC%C3%A7%C3%BCn-13-s%C9%99tir.html
Yaşam üçün 13 sətir...
Xrizoberil
Hər şey gözəldir
23 fevral 2011, 17:06
1. Səni sən oldugun üçün deyil, səninlə birlikdə olduğumda mən olduğum üçün sevirəm.2. Heç kim gözyaşlarını layiq olmaz, onlara layiq olan adam isə səni ağlatmaz.3. Sən istediyinde sənə aşiq olmaması, sənə aşiq olmadığı mənasını verməz.4. Gerçək yoldaş, əlini tutan, ürəyinə toxunandır.5. Birinə qarşı yadlaşmanın ən pis forması yanında oturur olub ona heç bir zaman qovuşa bilməməkdir.6. Heç bir zaman gülümsəməkdən imtina etmə, kədərli olduğunda belə! Gülümsəməyinə kimin, nə vaxt aşiq olacağını bilə bilməzsən.7. Bütün dünya üçün yalnız bir adam ola bilərsən, lakin bəziləri üçün sən bir dünyasan.8. Zamanı onu səninlə birlikdə keçirməyə hazır olmayan biriylə keçirmə. 9. Bəlkə də Tanrı uyğun adamı tanımandan əvvəl yalnış kəslərlə tanış olmağını, onu tanıdığında minnətdar olmağın üçün istədi.10. "Bitdi" deyə kədərlənmə, "yaşandı" deyə sevin.11. Hər zaman səni üzəcək biriləri olacaq, öhtənə düşən insanlara güvənməyə davam etmək, kimə iki dəfə guveneceğine daha çox diqqət yetirməkdir.12. Birini daha yaxşı tanımadan və bu adamın sənin kim olduğunu bilməsindən əvvəl özünü daha yaxşı bir adama çevir və kim olduğunu bilərək özünə güvən.13. Özünü çox zorlama, ən gözəl şeylər onları ən az gözlədiyin zamanda baş verər.P.S. "Yaşanan hər şeyin bir səbəbi vardır"... (Gabriel Garcia Marquez)
['xoşbəxtlik üçün məsləhətlər']
6,116
https://kayzen.az/blog/logika/3956/%C3%A7inli-bir-filosofun-t%C9%99nliyi.html
Çinli bir filosofun tənliyi
Xrizoberil
Məntiq və IQ
23 fevral 2011, 16:42
( İnsan ) = ( yemək ) + ( yatmaq ) + ( pul qazanmaq üçün çalışmaq ) + ( Əylənmək )( Eşşək ) = ( yemək ) + ( yatmaq ) olduğuna görə ilk tənlikdə( yemək + yatmaq ) yerinə ( Eşşək ) qoya bilərik....( İnsan ) = ( Eşşək ) + ( pul qazanmaq üçün çalışmaq ) + ( Əylənmək )bu yeni tənlikdə hər iki tərəfdən ( Əylənmək ) çıxardılsa:( İnsan ) - ( Əylənmək ) = ( Eşşək ) + ( pul qazanmaq üçün çalışmaq ) NƏTİCƏ:Əylənməsini bilməyən insan, yalnız pul qazanmaq üçün çalışan eşşəkdən başqa bir şey deyil.Çinli Filosof Chang Ying Yuedən;Hər kim gün boyunca arı qədər aktiv, bir öküz qədər güclü, bir at qədər çalışqan olduğu halda, axşam olunca bir it qədər əldən düşmüş evə dönürsə; bir baytara görünməlidir.Çünki eşşək olması, dəqiq qəbul olunur.
['insan', 'eşşək']
6,117
https://kayzen.az/blog/Xrizoberil/3955/gec%C9%99-v%C9%99-g%C3%BCnd%C3%BCz.html
Gecə və gündüz
Xrizoberil
Bloq: Xrizoberil
23 fevral 2011, 16:23
Bir müdrik kisi, çöldə şagirdləriylə oturarkən demiş ki;- "Gecə ilə gündüzü necə fərqləndirirsiniz? Tam olaraq nə vaxt qaranlıq başlar, nə vaxt ortalıq aydınlanar?"Şagirdlərdən biri; - "Uzaqdakı sürüyə baxaram," demiş, "Qoyunu keçidən ayıra bilmədiyim zaman axşam olmuş deməkdir." Başqa bir şagird söz deməyə icazə istəmiş və "Müəllimim" demiş, "Əncir ağacını, zeytun ağacından ayırdığım zaman, anlayaram ki səhər başlamışdır." Müdrik adam, uzun müddət susmuş. Şagirdlər maraqlanmışlar və "Siz nə düşünürsünüz müəllimim?" deyə soruşmuşlar.Müdrik adam belə demiş; - "Gedərkən qarşıma bir qadın çıxdığında, gözəlmi- çirkinmi, qaramı- ağmı deyə ayırmadan ona "bacım" deyə bildiyimdə və yenə gedərkən önümə çıxan kişini, zənginmi- yoxsulmu deyə baxmadan, millətinə, irqinə, dininə aldırmadan, "qardaşım" saya bildiyimdə anlayaram ki; səhər olmuşdur, Aydınlıq başlamışdır..."
['hekayə']
6,118
https://kayzen.az/blog/kisiler/3574/r%C9%99ngl%C9%99r-v%C9%99-qad%C4%B1nlar.html
Rənglər və qadınlar
burla xatun
Kişilər
23 fevral 2011, 11:06
QIRMIZI RƏNG – Sizin sevgiliniz çox fəal qadındır. Enerjisi aşıb-daşır, həmişə diqqət mərkəzindədir. Çox maraqlı və şəndir. Lakin əgər siz sakit təbiətli, təmkinli adamsınızsa, onda bu qızdan tez uslana bilərsiniz. Buna görə də onun başını hansısa bir işlə qarışdırmağa çalışın. Bu zaman onun enerjisi işə sərf olunacaq, siz isə rahatca divanda oturub, televizora baxacaqsınız. Lakin bir şeyi yadda saxlayin ki, “qırmızı” qadın sakitlikdən tez bezəndir. Kişinin əlində kitab divanda uzanması onun üçün ölümə bərabərdir. Əgər belə qadının sizi atıb getməsini istəmirsinizsə, ona etibarlı dost olun. YAŞIL RƏNG – “Yaşıl” xanım ideal qadındır : sabit, təsərrüfatçı, gülərüz, qayğıkeşdir, çox nadir hallarda səsini qaldırır. Amma “yaşıllar” da qüsursuz deyillər. Onlar özünə inamsız, özündən narazı adamlardır. Buna görə də kənarda macəra axtarmağa meyllidirlər. Onun özünü ən sevilən və arzulanan qadın kimi hiss etməsiçox vacibdir. “Yaşıl” diqqətsizliyə, laqeydliyə dözə bilmir. odur ki, xanımınızın dünyada yeganə gözəl olduğunu tez-tez dilinizə gətirin. BƏNÖVŞƏYİ RƏNG - Bu rəngi sevən xanımlar çox şıltaq olurlar. Onlar həqiqətən qeyri-adi gözəl olsalar da, qəribə görünsələr də, ailəyə diqqət yetirmirlər. “Bənövşəyi”lər üçün karyera mətbəxdə xörək bişirməkdən vacibdir. O, adi münasibətlər üçün yaranmayıb. Hər kişi belə qadına davam gətirməz. Yox, əgər siz artıq belə xanıma dəlicəsinə vurulmuşsunuzsa, ən pisi isə o sizin hisslərinizə cavab vermirsə, onun həyatını cənnətə çevirməyə çalışın. Yalnız istirahət, yalnız əyləncələr… Düzdü bu əyləncələr sizə baha başa gələr, odur ki, dəridən-qabıqdan çıxana qədər işləməlisiniz. MAVİ VƏ AĞ RƏNG - Bu rəngin tərəfdarları ciddi və xırdaçı olurlar, onlar hər şeydə, münasibətlərdən tutmuş mətbəx stoluna qədər, təmizliyi və qayda-qanunu sevirlər. Lakin, bu sizi qorxutmasın. Çünki, onlar həm də şəndilər, romanti macəralara tez uyurlar. “Mavi-ağ”ların daha bir maraqlı keyfiyyəti həddən artıq hissetmə qabiliyyətinə malik olmalarıdır. Onlar yalanı tez duyur və dərhal soyuq, lakin nəzakətli münasibətləri ilə tərəfdaşlarını özlərindən uzaqlaşdırırlar. Odur ki, belə qadınlar xəyanət etməyi ağlnıza belə gətirməyin, onsuz da üstü açılacaq. QARA RƏNG – Kişilərin əksəriyyəti “qara” geyimli qadınlardan ilan kimi qorxurlar, intuitiv olaraq onun aqressivliyini, liderliyə meylliyini və daxilən ziddiyyətli olmasını hissedirlər. Həmişə maraqlı, zərif, ağıllı, güclü müşahidə qabiliyyəti və uzaqgörən olan belə qadınlar arasında tenhalara daha tez tez rast gəlmək olar. Buna baxmayaraq, əgər “qara” qadın kimisə sevsə, onunla dünyanın o bir başına da gedə bilər. əgər bo svgi istəyirsinizsə, özünüzü “qara” qadınla bağlayın. NARINCI RƏNG - Narıncı xanımlar dəyişkən xarakterlidirlər. Onlar da “qirmizilar” kimi enerjili, ünsiyyetcil və işgüzardılar, lakin ciddi deyillər. Bu xanımla asanlıqla yola getmək olar, onlar şən və maraqlıdırlar, köhnə fikirlərlə hesablaşmırlar. Tez-tez əyləncələrini və tərəf müqabillərini dəyişməyi sevirlər. Belə qadınla ömür-gün yoldaşı olmaq istəyirsinizsə, onun həyatını maraqlı edin. SARI RƏNG - Bu rngə üstünlük verən qadınlar ço x təzadlıdırlar. Nə qədər ki siz bir dost, ya ər kimi onu təmin edirsiniz, xoşxasiyyət və qyğıkeşdirlər. Digər tərəfdən isə, şıltaq, yelbeyindirlər, çoxlu kişi dostları var. Bununla belə sevdikləri aama heç vaxt xəyanət etmir, bunu ləyaqətsizlik sayırlar. Onlar daha çox mühafizəkardırlar. Bu da “sari”lara yaxşı həyat yoldaşı olmağa imkan verir. Yalnız o vaxta qdər ki, onun irəli sürdüyü tələblər eşidilsin. Bir sözlə əgər siz “sarı gəlin”in sizinlə yaxşı rəftar etməsini istəyirsinizsə, kişi şovinizmindən və “mən kişiyəm” fikirlərdən uzaq olmalısıniz. GÖY RƏNG - Əgər siz sakit, xırdaçı adamsınızsa, “göy” sizin üçün ən ideal qadın olacaq. Bu rəngin pərəstşkarları təmkinli, xeyirxah olur, insanları yaşı başa düşürlər. Buna baxamayaraq davakar, özünəinamlı və soyuq görünürlər. Əslində bu, arxasında həssas, tez inciyən və romantik ruhlu bir insanın maskasılndan başqa bir şey deyil. “Göy” ləyaqətsizliyi, kütlüyü, mərhəmətsizliyi sevgilisinə bağışlamır. Odur ki, heç bir səbəb olmadan onu təhqir etməyə cəhd göstərməyin. Həmçinin bax: Marketingin rengi nədir?
['rənglər', 'rəng']
6,119
https://kayzen.az/blog/psixologiya/3953/ziqmund-freyd-v%C9%99-onun-dinin-yaranmas%C4%B1-bar%C9%99d%C9%99-g%C3%B6r%C3%BC%C5%9Fl%C9%99ri.html
Ziqmund Freyd və onun dinin yaranması barədə görüşləri
MASON
Psixologiya
23 fevral 2011, 00:00
Freyd (1856 -1939) avstryalı psixiatr, psixoloq və psixoanalizmin banisidir. Freydin din barədəki fikirləri onun psixoloji görüşlərindən təsirlənmişdir. O, dinin mənşəyini insanın psixi ehtiyaclarında görür. Freyd üç müxtəlif yolla sübut etməyə çalışır ki, insanların psixikasındakı problemlər bir sıra hadisələrin, o cümlədən, din və dini meyllərin yaranmasının əsas səbəbidir. Bunlardan birində o öz psixoanalist gorüşlərindən istifadə edir, digərində ibtidai insanların tarixinə üz tutur, üçüncü mərhələdə isə yəhudilik və xristianlıq dinlərini araşdırır, dinin mənşəyi barədə fikirlərini açıqlayır.Freyd dinin mənşəyini psixoanalizm baxımından belə izah edir: İnsanda müxtəlif meyllər mövcuddur. Bu meyllərin kökündə şəhvani meyl (Freyd bunu “libido” adlandırır) dayanır. Şəhvani meyl tam şəkildə ödənilməlidir. Lakin uşaqlıq illərindən başlayaraq ata-ana öz övladına öyrədir ki, cinsi azadlıq yasaqdır. İnsanın yaşı ötdükcə o yaşadığı cəmiyyətdə cinsi azadlığa qarşı məhdudiyyətləri daha çox müşahidə edir. İnsan bu qadağaların müqabilində təslim olmaq istəmir. Cinsi meyllər sıxıntılarla üzləşən zaman boğulur və insan psixikasının dərinliklərinə ötürülür. Freyd hesab edir ki, insandakı daxili təzadlar nəticəsində şer, incəsənət və hətta dini təlimlər ərsəyə gəlir. Deməli, dinin mənşəyi bir çox hadisələr kimi insanın boğulmuş cinsi meylləridir.Freyd Totem və tabo kitabında dini etiqadın köklərini ibtidai icma quruluşunda axtarır. O, dinin ərsəyə gəlməsi prosesini maraqlı bir dastan şəklində izah edir. Freydə görə ibtidai insanlar ilk icmada yaşamışlar. Bu icmanın başçısı qüdrətli bir kişi idi. Onun bir neçə həyat yoldaşı var idi. Ata öz xanımlarını oğlanlarından qoruyurdu. Bir gün oğlanlar əlbir olub atanı qətlə yetirir, sonra onu yeyirlər. Freyd ata ətinin yeyilməsi səbəbini açıqlayır və deyir: “Onlar güman edirlər ki, bu yolla atanın qüvvəsini əldə etmək olar.” Bir müddət keçdikdən sonra oğlanlar tutduqları əməldən peşiman olur və öz günahlarını yumaq üçün iki qadağa icad edirlər.Əvvəlcə, onlar atanın yerinə bir heyvanı simvol seçirlər. Bu simvol totem adlanırdı. Qardaşlar totemi yeməyi haram iş elan edirlər. Sonra onlar qəbilə arası nigahı özlərinə qadağan edirlər. Freyd oğlanların öz atalarını öldürməsini «tarixin ilk cinayəti» adlandırır və totemizm dininin həmin cinayət nəticəsində yarandığını bildirir. Qardaşlar totem dinini yaratdılar ki, yenidən cinayətə əl bulaşdırmasınlar. Bəli, ibtidai və ilkin totemizm inanclardakı günah hissini yumaq üçün ərsəyə gəlir. Freyd əlavə edir: Bütün bəşəri dinlərdə bu amil mühüm rol oynamışdır. Hərçənd ki, günah müxtəlif dinlərdə müxtəlif ayinlərlə yuyulur . Freyd son əsəri olan “Musa və təkallahlılıq” kitabında təkallahçı dinlərin kökünü təbii amillərlə izah etməyə çalışır. Onun bu kitabı həm xristianlar, həm yəhudilərin geniş etirazına səbəb olur. Freyd bu kitabda dinlərin tarixini araşdırır, yəhudilik və onun yaranış tarixi haqqında deyir: “Musa rəsmi yəhudilik dinində təbliğ olunduğu kimi yəhud qövmündən deyildi. O, Misir şahzadələrindən idi. Misir fironlarından birinin davamçısı olan Axnaton belə bir qərara gəldi ki, günəş tanrısı olan Ateni Misirin çoxsaylı tanrıları ilə əvəz etsin. O, bu məqsədlə insanları Atenə sitayişə dəvət edirdi. Lakin Axnaton bu ideyasını həyata keçirə bilmədi. Onun ölümündən sonra Musa yəhud qövmündən olan qulları ətrafına toplayıb bu vəzifəni üzərinə götürdü. Musa onun əleyhinə çıxan insanları ölümə məhkum edirdi. Musa vahid Allaha sitayiş etməyi Bəni-İsrail qövmünə məcbur qəbul etdirdi. Musadan sonra yəhud qövmü Musanın təbliğ etdiyi dini dəyişdi və bu din bütün dinlərə müxalifətdə dayandı. Sonralar yəhudilər arasında bir neçə Peyğəmbər təkallahlıq dinini təbliğ etmişlər. Nəhayət, yəhudilik xristianlığın yaranmasına səbəb olmuşdu. Freyd bu iddialarında öz təxəyyülündən xeyli faydalanmışdır. Ən əsası, onun təkallahlılıq dinlərinin tarixi barədə mülahizələri tarixi faktlarla uzlaşmır. Çünki tarixi sənədlərdə Musanın Misir şahzadəsi olması və yaxud Firon davamçısının təkallahlıq dinini təbliğ etməsi barədə məlumat yoxdur.Freydin dinə psixoanalitik baxışları bir çox məqamlarda məntiqsiz görünür. Freydə birinci etiraz edən elə psixoloqlar olmuşdur. Bu Freydin metodologiyasına münasibətdə ciddi iraddır. Freydin din haqqında fikirləri onun başdan-başa psixoanalizmindən qaynaqlanmışdır. Halbuki onun psixoanalitik görüşləri xüsusilə şəhvani meyllərə ifrat dərəcədə istinadı özündən sonrakı bəzi psixoloqlar, o cümlədən isveçrəli psixoloq Karl Yunq (1875-1961) və avstriyalı həkim-psixoloq Alferd Adler (1870-1937) tərəfindən tənqid atəşinə tutulmuşdur. Bundan əlavə, Freydin din məfhumu barədə dəlilləri düzgün olsa belə, onun aldığı nəticələr qəbulolunmazdır. Freyd göstərir ki, dindarlığın və ilahi varlıq məfhumunun yaranmasında əsas amil insanların ilkin cinayətləri və boğulmuş cinsi istəkləridir. Freyd sübut etməyə çalışır ki, Tanrı məfhumu sırf xəyaldır. Bu nəticənin nə dərəcədə məntiqli olduğu göz qabağındadır. Mümkün deyilmi ki, həqiqi bir varlığa inancın səbəbi qeyri həqiqi və yanlış bir hadisə olsun. Misal üçün, bir şəxs ilk dəfə dəmir parçasının kəhraba daşı üzərinə düşməsini görür və bunu cazibə qüvvəsi ilə izah edir. Halbuki, bu hadisənin əsas səbəbi kəhraba daşının tərkibindəki maqnit qüvvəsidir. Bu şəxsin yanlış təsəvvürü ümumiyyətlə cazibə qüvəsinin həqiqətə uyğun olmamasına sübut sayıla bilməz. Digər bir tərəfdən, Freydin dini ata-oğul münasibətləri üzərində təhlil etməsi ilk baxışda xristian dininə uyğun gəlsə də, İslam və yəhudilik dini ilə uzlaşmır. Çünki bu iki dində insan və Allah arasındakı əlaqələr ata-oğul münasibəti deyil. Bu səbəbdən də Freydin uyğun görüşləri başqa dinlərə tətbiq oluna bilməz.Hazırlayan: Mail Yaqub "Loqos Elmi Araşdırmalar Mərkəzi"
['Ziqmund Freyd', 'psixologiya', 'psixologiya tarixi']
6,120
https://kayzen.az/blog/publisistika/3951/sor%C4%9Fu.html
sorğu
ayxansevda
Publisistika
22 fevral 2011, 21:54
Sorğu keçirməyi qərara aldıq. Əlimizdəki qələmi onlara göstərir: — Xanım, bu qələm nə rəngdədir? (Qələm göy rəngdədir). — Bilmirəm, mənə nə? — Qəşəng qız, bu qələm nə rəngdədir? Bir qədər laqeydcəsinə: — Bəlkə də göydür. Amma qara da yaza bilər. Bilmirəm qırmızıya da bənzəyir. Yəni fərqi var ki? Ortayaşlı bir qadın (gülümsəyərək): — Desəm nə verərsiniz mənə? Cavan oğlan : — Əşıı, əcəb sualdı verirlər. Mənə bir faydası var ki? Daha bir şəxs: — Bala, işin-gücün yoxdur, bəyəm? Budur, heç kəs özünə aid olmayan qələmlə maraqlanmadı. Məgər söhbət bir «qələm»dənmi gedir?! Qələm olmasın, kitab olsun, dəftər ya hər hansı futbol topu. Məsələ burasındadır ki, heç kəs özünə aidiyyatı olmayan bir işlə maraqlanmır. Daim gözləyir ki,, ona nəsə etsinlər. Bir anlıq özünüzə sual verin: " Mən başqası üçün nə etmişəm?". Çoxları nəyinki özünə bu sualı verməyəcək. Hələ bir ədəb-ərkanla " nəsə etməliyəm ki?" — deyə öz təəccübünü bildirəcək. Nə isə...  Bu da bir qələmin taleyi. Amma unutmayın ki, hər şey elə əlimizdəki «qələm»dən başlayır. Müəllif: Zeynalova Vüsalə. M
['düşündürücü hekayələr']
6,121
https://kayzen.az/blog/elshad/3949/ad-g%C3%BCn%C3%BCn-m%C3%BCbar%C9%99k.html
AD günün mübarək
elshad
Bloq: elshad
22 fevral 2011, 19:57
İllər sonra oğlu evlənmiş,oğul-uşaq sahibi olmuş. Bir gün, gecəninbir yarısı saat 3:30 radələri telefonu zəng çaldı. Telefondakı səs, anasının səsiymiş uşaq;- Nə var Ana, nə istəyirsən bu saatda, niyə məni narahat edirsən? Səhər zəng vursan olmazdı ? deyə, anasına kobud cavab verər. Anası, bir az kövrək, bir az da ağlamaqlı bir səs ilə; - Bundan 25 il əvvəl də bir gecə yarısı 3:30 da sən məni narahat etmişdin." AD GÜNÜN MÜBARƏK OLSUN OĞULUM " demiş...
['hekayə']
6,122
https://kayzen.az/blog/dusundurucu-hekayeler/3948/ana-%C3%BCr%C9%99yi.html
Ana ürəyi
elshad
Düşündürücü hekayələr
22 fevral 2011, 18:58
Bir cavan oğlan daşürəkli bir qızı sevmiş və onunla evlənmək istəmişdi. Ancaq qız, qorxunc bir şərt irəli sürərək: Sənin sevgini ölçmək istəyirəm, dedi. Bunun üçün də itimə yedirmək üzrə mənə ananın ürəyini gətirəcəksən. Cavan, tüklər ürpərdən bu təklif qarşısında nə edəcəyini çaşmış və uzun bir tərəddüddən sonra hisslərinə məğlub olub anasını öldürməyə qərar vermişdi. Anası, bəlkə də vəziyyəti fərq etdiyi üçün oğuluna çox müqavimət göstərmədi. Və uşaq, anasını öldürərək ürəyini bir dəsmala qoydu. Cavan, qızın istəyini yerinə yetirmiş olmanın həyəcanıyla yolda qaçarkən, ayağı bir daşa ilişdi. Özü bir tərəfə, dəsmal içindəki ürək bir tərəfə atıldı. Canının ağrısından, ağızından istər istəməz" Ah anacığım! "sözleri töküldüyündə anasının tozlara bulanan və hələ soyumamış olan ürəyindən bir səs yüksəldi: -Canım balam, bir yerin ağrıdımı? Həmçinin bax: Əməliyyat stolunda möcüzə
['hekayə']
6,123
https://kayzen.az/blog/heyvan/3947/h%C3%B6r%C3%BCm%C3%A7%C9%99k.html
Hörümçək
Xrizoberil
Heyvanlar aləmi
22 fevral 2011, 16:34
Hörümçəyin qidalanması maraqlıdır. Hörümçək öz şikarını sancmaqla onun bədəninə xüsusi maddə yeridir və bu maddə şikarının daxilini mayeyə çevirir. Hörümçək isə onu sorur. Bəzi hörümçəklər qurbağa, quş, kərtənkələ ilə də qidalanır. Belə hörümçəklər Afrikada olur və quşyeyən hörümçəklər  adlanır. Adətən hörümçək tor qurub xəlvət yerdə gizlənir. Tordan xəbəredici tel uzanır. Hörümçək telinin titrəyişi xəbərdarlıq sayılır. Hörümçək öz gizli yerindən çıxır və ovuna hücüm edir. Ancaq o, xəbərdarlıq telinin hər bir titrəyişinə cavab vermir, yalnız müəyyən təsirlərlə və amplitudalarla, həşəratların hörümçək toruna düşməsindən əmələ gələn titrəyişlərə cavab verir. Yeni Qveniya adalarında yaşayan balıqçılar çox vaxt hörümçəyin zəhmətindən istifadə edirlər. Balıqçı bambukdan düzəltdiyi iri çərçivəni meşə cəngəlliyinə aparıb, ağacdan asır. Səhərə kimi çərçivəyə hörümçək sıx tor çəkir. Tor yırtıldıqda balıqçı onu yenidən meşəyə aparır. Hörümçək isə toru təzədən "təmir edir". Fidji, Madaqaskar və başqa adaların sakinləri də beləcə hörümçəyin hazırladığı torlardan istifadə edirlər. Çünki bu nazik torlar çox davamlı olur və iki kiloqrama kimi ağırlığa davam gətirir. Ən hündür dağlarda (7500 m) yalnız hörümçəklər yaşayır. Onlar küləyin gətirdiyi şeylərlə qidalanır.Hörümçək torlarındakı mühəndis layihəsi- hörümçəklər torlarını qurmaq üçün iki müxtəlif yerə ehtiyac hiss edirlər. torlar əsasən iki divarın birləşdiyi künc və ya iki budaq arasında qurulur. lakin bəzi hörümçəklər yalnız bir tərəfdən istifadə edərək də torlarını qurmaq bacarığına malikdirlər. hörümçəyin öz torunu qurması üçün isə çox yüksək bir qabiliyyətdir. hörümçək torunu qurmaq üçün kifayət qədər uzun, elastik bir budağı seçərək işə başlayır. əvvəlcə sapı budağın ucuna möhkəmcə yapışdırır. Bir tərəfdən, budağın aşağı tərəfinə doğru gedir, digər tərəfdən isə ağzından sap ifraz edir. Müəyyən bir məsafəyə gəldiyi zaman dayanır və sap ifrazını saxlayır. İfraz etdiyi sapı qüvvətli şəkildə özünə sarı çəkməyə başlayır. Bunun nəticəsində budaq yay formasında bükülür. Hörümçək bu yaydakı bir tel kimi düz vəziyyətdə olan sapın digər ucunu özünün olduğu yerə möhkəm yapışdırır. Bundan sonra isə bu yayın içində öz torlarını hörməyə başlayır. Aralarındakı məsafə 2 m olan iki divar arasında 2.5 m uzunluğunda bir ipi tarım çəkmək lazım olsaydı, nə edərdiniz? Siz bunu düşünməkdə olun, mən isə sizə bağça hörümçəyinin bu problemi necə həll etməsindən yazım. Bağça hörümçəyi bəzən torunu bir- birindən çox aralı olan iki budaq arasında qurur. Belə torlar çox böyük olduğu üçün onların ov ovlamaq qabiliyyəti də böyükdür. Lakin torun böyüklüyü sapların bir müddət sonra boşalmasına səbəb olur. Bu da ovun azalması deməkdir. Belə halda hörümçək vəziyyətdən çıxış yolu axtarmalıdır. Tor boşaldıqda hörümçəyin yeni bir tor quracağını düşünə bilərsiniz. Lakin yox, hörümçək toru təzələmək əvəzinə başqa bir heyrətamiz üsula əl atır: torun mərkəzinə gələrək buradan yerə doğru bir iplik çəkir. İpliyin yerə yaxın ucuna da kiçik bir daş bitişdirir. Yenidən tora qayıdır və ipliyi çəkərək daşı yerdən yuxarı qaldırır. Hörümçək daş havada olduğu zaman ona bağlanmış ipliyi yenidən torun ortasına möhkəmcə bitişdirir. Nəticədə tor ortasından sallanan bu daşın təsiri ilə tarım çəkilir. Beləcə  tor yenə evvəlki vəziyyətini alır.
['möcüzəli canlılar']
6,124
https://kayzen.az/blog/diplomat/2357/diplomatik-q%C9%99bullarda-%C9%99yl%C9%99%C5%9Fdirm%C9%99.html
Diplomatik qəbullarda əyləşdirmə
rokfeller
Diplomatiyada protokol və etiket
22 fevral 2011, 16:18
Nahar və şam yeməklərinin təşkili zamanı daha bir incə problem yaranır. Qəbulun optimal tarixini seçmək, dəvət­na­mələri göndərmək, yaxşı qida və içkini təmin etməkdən başqa masa arxasında düzgün əyləşməni düşünmək lazımdır. Səhər yeməyi, nahar, şam yeməyi növlü qəbullarda qonaqlar dəqiq nizamla əyləşirlər. Ən sanballı yer qəbul sahibəsindən sağda (xanımlar iştirak edirsə), sonra sahibədən solda, qəbul sahibindən soldakı yerlər gəlir. Qəbul sahiblərindən uzaqlaşdıqca yerlərin sanballığı da azalır. Yalnız kişilərin iştirak etdiyi qəbulda ən ali qonağa qəbul sahibi ilə üzbəüz masanın qarşı tərəfindən yer ayrılır. Əyləşdirmənin başlıca qanunu - ən sanballı yerlərdə ən hörmətli qonaqlar əyləşir. Bundan imtina, geri çəkilmə nüfuza qəsdən zərərvurma kimi qiymətləndirilə bilər. Diplomatik protokolda masa arxasında yerlərin işarələnməsinin texnikası formalaşıb. Bunun üçün üzərində bütün qəbul iştirakçılarının soyadları yazılmış, yaxud çap edilmiş, ağ qalın kağızdan olan kiçik ölçülü dördbucaqlar – əyləşdirmə, yaxud kuvert kartlar çap edilir. Qonaqların toplaşdığı və içkilər verilən zalda (zala girişin qarşısında) kiçikölçülü bir masada əyləşmə planı qoyulur. Masa arxasında hər yer plana müvafiq olaraq kuvert kartla işarələnir. Masa arxasında qonaqların əyləşdirməsi planı nahar, yaxud şam yeməyinə dəvətnamələri paylamazdan öncə tərtib edirlər. Qonaqların seçimində onlar arasında siyasi, şəxsi, yaxud sosial zəmin əsasında münaqişələrin yaranmamasını mümkün qədər nəzərə almaq lazımdır. Son 25 il ərzində xeyli sayda yeni dövlətlər yaranmış, yeni sosial və mədəni ənənələr inkişaf etmişdi. Buna görə qarşılıqlı diplomatik münasibətlər daha da mürəkkəbləşmişdir və qəbulların təşkili zamanı milli adətləri və mərasimləri nəzərə almaq lazımdır. Ümumiyyətlə, hər qonağın fərdi xüsusiyyətlərini nəzərə almaqla yerli qəbul olunmuş qaydalara, adətlərə üstünlük vermək lazımdır. _____________________________________ Yaxşı diplomatik qəbulun mahiyyəti bir-birinə uyğun insanlar kampaniyasını bir araya gətirmək və qonaqlar arasında dostluq abu-havasını yaratmaqdan ibarətdir. Əgər qəbulda yalnız diplomatlar iştirak edirsə, əyləşdirmə ilə bağlı problem olmayacaq. Hər qonağın ranqı onu harada əyləşdirməyin lazım olduğunu göstərəcək (yalnız attaşe ilə bağlı müəyyən çətinliklər yarana bilər). Lakin qəbul iştirakçıları təkcə diplomatik korpus    nüma­yən­dələrindən ibarət olmasa, əyləşdirməni xüsusi ilə ölçüb biçmək lazımdır. Qeyd olunan halda üstünlük ali diplomatik məmurlara və xarici işlər nazirliyinin işçilərinə, digər dəvətlilər arasında isə mövqeyi və yaşına görə böyüklərə verilir. Əyləşdirmə ilə bağlı şübhələr yaranırsa, xarici işlər nazirliyinin protokol şöbəsi ilə məsləhətləşmək daha yaxşı olar. Təcrübə göstərir ki, cavan qonaq onun yeri daha yaşlı adama verildikdə etiraz etməyəcək (xüsusən qəbul sahibəsi üzristəyici xarakterli bir neçə kəlmə dediyi halda). Yalnız qəbul sahibi, yaxud sahibəsinin iştirak etdiyi və qonaqların yalnız kişilər, yaxud qadınlardan ibarət olduğu qəbulda qonaqların əyləşdirilməsi çox sadədir: ən önəmli qonaq qəbul sahibinin sağında, mövqeyinə görə ikinci isə solunda əyləşir. Mövqeyinə görə üçüncü olan qonaq ən önəmli qonaqdan sağda, dördüncü olan mövqeyinə görə ikinci qonaqdan sonra solda və s. Bəzi şimal ölkələrində qəbul edilmiş praktikadan fərqli olaraq ən hörmətli qonaqlar soldan əyləşməyə başlayır. Son zamanlar bu problemlə bağlı bir neçə xüsusi kitab işıq üzü görüb. Qonaqların əyləşdirilməsi məsələsində masa arxasında yerləşmənin müxtəlif variantlarını göstərən cədvəllər yardımçı olacaq.   A. Yalnız kişilərin iştirak etdiyi nahar, yaxud səhər yeməyi. Evin sahibi masaya tək başçılıq edir. B. Yalnız kişilərin iştirak etdiyi nahar, yaxud səhər yeməyi. Qonaqlardan birinə xüsusi hörmət əlaməti olaraq ev sahibi masanın başçısı yerini onunla bölüşür. C. Kişilər və qadınların iştirak etdiyi nahar, yaxud səhər yeməyi. Masa düzbucaq formasındadır, ev sahibi və sahibəsi üzbəüz əyləşiblər. D. Kişilər və qadınların iştirak etdiyi nahar, yaxud səhər yeməyi. Masa düzbücaq formasındadır, ev sahibi və sahibəsi masanın köndələn başlarında yerləşir. Bu cür yerləşdirmədən dəvətlilər hansısa mülahizələrinə görə masanın sonlarında əyləşməni özləri üçün təhqir hesab etdikləri halda istifadə etmək olar. Belə yerləşdirmə Böyük Britaniyada daha çox tətbiq edilir. Bəzi hallarda ev sahibi öz yerini xüsusi hörmət göstərmək istədiyi qonağa güzəştə gedir. O, qonağı öz xanımı ilə üzbəüz əyləşdirir, özü isə birinci xanımdan sağda, yaxud iştirak edənlərə xüsusi hörmət əlaməti olaraq, sonuncu yeri tutur. Konsul öz ölkəsinin missiya başçısını qəbul etdikdə, sonuncu konsulun xanımı ilə üzbəüz oturaraq masaya başçılıq edir; missiya başçısının xanımı da iştirak edirsə, həyat yoldaşı ilə birgə masaya başçılıq edir. Istənilən halda konsulun xanımı nahar, yaxud səhər yeməyində iştirak edən xanımlardan qabaqda yer tutur. Ev sahibi üçüncü, yaxud dördüncü yeri tutur.   F. Kişilər və qadınların iştirak etdiyi nahar, yaxud səhər yeməyi. P-şəklində masa, ev sahibi və sahibəsi yanaşı otururlar. Ev sahibəsi personalın hərəkətlərinə nəzarət daha asan olsun deyə, adətən mətbəxə aparan qapı ilə üzbəüz əyləşir. Avropa ölkələrində xanımlar, bir qayda olaraq, həyat yoldaşları ilə yanaşı əyləşmirlər. Kişini kişi, qadını qadınla da yanaşı əyləşdirmirlər, lakin ilk növbədə ölkənin adətlərinə əsaslanmaq lazımdır. 6, 10 və 14 nəfərlik düzbucaq masalarda ev sahibi və sahibəsi masanın əks tərəflərində (başlarında) əyləşdikləri halda normal görsənir. 8 və 12 nəfərlik masalarda ev sahibi və sahibəsi üçün masanın əks başlarında oturmaq rahat olmayacaq. Elə hallar olur ki, qəbula bir cütlük gəlmir, yaxud cütlük­dən biri son anda dəvəti qəbul etmək iqtidarında olmur. Bu cür hallarda öz nümayəndələyinin işçilərinə, yaxud həmkar-dostlara müraciət etmək lazımdır. Səfirlik yaxud daimi nümayəndəlik əməkdaşları nahar, yaxud səhər yeməyinə dəvətlilər siyahısına öz səfirliklərinin başçısı və xanımını daxil edirlərsə, sonuncular adətən öz nümayəndəliyində vizitdə olan xarici işlər naziri, yaxud dövlət başçısı ranqında olan qəbul sahiblərinin oturduqları yerdə əyləşirlər. Hüquq üzrə böyüklük və nəzakətə əsaslanan böyüklük arasında, təbii ki, ziddiyət əmələ gələ bilər. Bunun həlli şərtlər, məkan və zamandan asılıdır və dip­lomatlar bu cür məsələləri öz fikirlərinə əsaslanaraq həll etməlidirlər. Lakin unutmaq lazım deyil ki, əcnəbi qonaqlara təqdim edilən böyüklük ümumən qəbul edilib və əgər toplantının tam ciddi rəsmi xarakteri nəzakətə əsaslanan böyüklüyü tanımağa mane olursa, ona olan münasibətə görə inciyə biləcək adamı dəvət etməməyə üstünlük vermək lazımdır. Mərasimin şərtləri ilə əsaslanan hörmət əlaməti kimi böyüklük xeyrinə qaydaların dəyişməsi mümkündür. Bu şərtlər xüsusi motivlərlə tam əsaslandırıla bilər: - hər dövlətdə vəzifələrin dəqiq təsnifatı ilə nəzərdə tutulmayan, lakin tanınmağa və müəyyən ranqa bərabər tutulan şəxslərin vəziyyəti mövcuddur; - nəzərə alınmalı olan ictimai, yaxud mədəni səciyyə daşıyan üstünlüklər mövcuddur; - ali dini və rəmzi xarakterli səlahiyyətlərə malik şəxslərə hörmət əlaməti olaraq böyüklük təqdim etmək lazımdır. Adətən şəxslərin yaşını, onların ictimai, yaxud zümrə mövqeyini, ev sahibi ilə qohumluq əlaqələrini nəzərə alırlar: - cavanlar daha yaşlı şəxslərdən sonra gəlirlər; bu yalnız istisna hallarda pozula biləcək əsas qaydadır; - ictimai mövqe,  xüsusən zadəgan titulları onlara sahib olan şəxslərə ənənəvi olaraq ayrılan yerlərə haqq verir; - eyni ranqlar zamanı titulun qədimliyi nəzərə alınır. Çox vaxt xaricilərlə bərabər ranq zamanı üstünlük ilk dəfə bu evdə qəbul edilən şəxsə verilir; - ev sahibinin ailə üzvləri qonaqlardan sonra gəlir.
['diplomatik qəbul', 'diplomatik protokol', 'diplomatik etiket', 'qonaq qəbul etmək']
6,125
https://kayzen.az/blog/heyvan/3946/delfinl%C9%99r-haqq%C4%B1nda-q%C4%B1sa-m%C9%99lumat.html
Delfinlər haqqında qısa məlumat...
Xrizoberil
Heyvanlar aləmi
22 fevral 2011, 15:18
Delfinlərin əhliləşdirilməsinə 8 ay vaxt lazım olur. Bu ağıllı heyvan insanı çox tez başa düşmək qabiliyyətinə malikdir. Hovuzlarda bəslənən delfinlər az bir zamanda nimçədən səliqə ilə balıq götürüb yeməyi, yanan şamı üfləyib söndürməyi, voleybol oynmağı öyrənirlər. Delfinlər balıqları ultrasəslə axtarıb tapır. Yarasalar kimi, delfinlər də şaqqıltılı səslər və ya ucadan qırıq- qırıq fit səsinə oxşar ultrasəslər buraxır və balıqlara toxunub qayıdan bu səsləri tutmaqla ovlarını tapırlar. Delfinlərin bu cür səmtbilmə qabiliyyətinin çox yaxşı inkişaf etdiyini bir çox təcrübələr sübut etmişdir. Məhşur Amerika fizioloqu Lilli əhliləşdirdiyi Elvar adlı delfinə öz əməkdaşı kimi baxır. Çünki Lillinin təcrübələrinin bir hissəsini Elvar özü apara bilər. Delfinlərdən birinə bədbəxtlik üz verdikdə sürüdəki başqa delfinlər onun həyacan siqnallarını eşidən kimi köməyə gəlir. Suda batan adamları delfinlərin xilas etməsi halları da məlumdur. Delfinlər suda doğur və doğulmuş bala suda üzə bilir. Delfin öz balasını suda əmizdirir, onun südü çox qatı və yağlı olur.
['möcüzəli canlılar']
6,126
https://kayzen.az/blog/anal%C4%B1q/3939/u%C5%9Faq-%C3%BC%C3%A7%C3%BCn-t%C9%99hl%C3%BCk%C9%99li-qidalar.html
Uşaq üçün təhlükəli qidalar
burla xatun
Körpəyə qulluq və analıq
22 fevral 2011, 10:22
Amerikanın Pediatriya Akademiyası uşaqlar üçün təhlükəli olan qidaların siyahısını açıqlayıb. Akademiya aşağıdakı qidalarla bağlı valideynlərə xəbərdarlıq edib. Beləliklə, uşaqlar üçün təhlükəli olan qida maddələri aşağıdakılardır:1-HAMBURGER: Hazırlanmasında ən zərərli yağ növü olan doymamış yağlardan istifadə edildiyi üçün hamburger uşaqlarda artıq çəkiyə zəmin yaradır və ürək-damar xəstəlikləri də başda olmaqla bir çox xəstəliyin riskini ciddi şəkildə artırır. 2. KARTOF QIZARTMASI: İçərisində yüksək miqdarda akrilamid maddəsi olduğuna görə tez-tez istifadə olunduqda damar sərtləşməsi, köklük və xərçəngə səbəb olur.3. RƏNGLİ QƏND: İçində boyaq əmələ gətirən kimyəvi maddələri toplayan qəndlər diş çürüməsi başda olmaqla, köklük, şəkər, ürək-damar xəstəlikləri, xərçəng, yüksək təzyiq, iflic, asma, revmatizm, xroniki yorğunluq sindromu və sümük əriməsinə səbəb olur.4. PARTLADILMIŞ QARĞIDALI (Pop-korn): Tədqiqatlar yüksək kalorili partladılmış qarğıdalının tərkibində doymuş yağların çox olduğunu göstərir.5. FISTIQ: Təsadüfən rastlansa da, ölümlə nəticələnən fısdıq allergiyasına görə uşaqlara fısdıq verilməsi təhlükəli hesab edilir. 6. TORT: Tortun içərisində şəkər, yağ, un kimi qida maddələrinin çox olması mədə xəstəliklərinə səbəb olur. 7. KONSERVLƏŞDİRİLMİŞ BALIQ: Dünyada ən çox istifadə edilən qida növü olmasına baxmayaraq, konservləşdirilmiş balığın həddindən artıq istifadəsi sinir sistemi və ürək xəstəliklərinin riskini artırır. 8. GÖBƏLƏK: Bu bitkinin yabanı növləri zəhərlənmələrə səbəb olur.9. SOSİS: Amerikanın Pediatriya Akademiyası 10 yaşından kiçik uşaqlarda boğulma hallarının yüzdə 17-sinin sosisdən qaynaqlandığını açıqlayıb. 10. KOLBASA: Tərkibində soda və nitrit olan kolbasa və sosisinin istifadəsi xərçəngə yol açır. 11. MAKARON: Xəmirdən hazırlanan makaronun çox yeyilməsi həm artıq çəki, həm də mədə xəstəliklərinə zəmin yaradır.12. ÇİPS: Mütəxəssislər çipsin xərçəngdən köklüyə, diabetdən Altsheimer xəstəliyinə qədər bir çox xəstəliklərə səbəb olduğunu söyəyirlər.13. DONDURMA: Tərkibindəki maddələrin asanlıqla xarab olmasına görə bağırsaq xəstəliklərinə yol açır. Ancaq kalsyium baxımından zəngin olduğu üçün nəzarət altında istifadəsi məsləhət görülür.14. ÜZÜM: Antioksidant baxımından zəngin bir meyvə olan üzümün də valideynlərin məsləhəti ilə istifadəsi daha məqsədəuyğundur.15. SALATLAR: İçərisində olan mayonezin asit (sirkə və ya limon suyu) istifadə edilərək hazırlanması, qida ilə bağlı xəstəliklərə səbəb olur.16. ŞOKOLAD: Tərkibində yüksək miqdarda kakao, şəkər və əlavə maddələr olan şokolad qandakı xolesterolun miqdarını yüksəldir. Odur ki, yeyilən şokoladın miqdarına diqqət etmək lazımdır.17. HAZIR ŞORBALAR: Toz halına salınmış, dəfələrlə emal edilmiş, içərisində çoxlu miqdarda əlavə maddələr olan hazır şorbalar xərçəngə səbəb olur.18. ÇİY YUMURTA: Tərkibində olan zərərli salmonella mikrobuna görə xəstəliklərə və zəhərlənməyə yol açır.19. DONDURULMUŞ QİDALAR: Dondurulma əməliyyatları zamanı zərərli orqanizmlər əmələ gəldiyi üçün dondurulmuş qidalar mədə və bağırsaq xəstəliklərinə səbəb olur.20. XƏMİR YEMƏKLƏRİ: Bu cür yeməklər həm xolestrolun nizamını pozur, həm də yüksək kalorili olduğundan artıq çəki problemi yaradır.Unutmayın ki, bütün bu məsləhətlərə əməl etməklə, uşaqlarınızın sağlamlığını qoruyacaqsınız.
['təhlükəsizlik', 'sağlam qida']
6,127
https://kayzen.az/blog/poeziya/3943/qara-paltarl%C4%B1-qad%C4%B1n-i-ramiz-r%C3%B6v%C5%9F%C9%99n.html
Qara paltarlı qadın I Ramiz Rövşən
Samir012
Poeziya
22 fevral 2011, 04:49
Kişilər bir olmur atam balası Qorxağı var, igidi var, Amma hər kişinin öləndən sonra Qəbri üstdə ağlamağa Bir qara paltarlı gözəl bir qadına ümidi var Sən öləndə kim olacaq gözlərini bağlayan? Qardaşmı olacaq, yadmı olacaq? Bu dunyada bəlkə sənə ən çox ağlayan, Ən çox ağlatdığın qadın olacaq?! Göz yaşları yuduqca baş daşını Qəbrində qurcalanıb,deyəcəksən: ilahi İllər boyu ağlatdığım bu qadın Görən necə saxlayıbdır bu qədər göz yaşını?! Bircə kərə nə saçını oxşamışam, Nə gözünü silmişəm. Gözlərimə batır indi saçlarının hər dəni, İllər boyu bu qadına mən axı dərd vermişəm İndi görən niyə çəkir dərdimi? Bu qadın baş daşımı öpüb sığallamaqdansa, Yumruğuyla döysə-döysə yaxşıdı. Qəbrimin üstündə ağlamaqdansa, Məni söysə yaxşıdı. Yeri-yeri,qara paltarlı qadın, Kiri-kiri,qara paltarlı qadın. Bu qəbir də min qəbirdən biridir. Baş daşımı bəsdir basdın bağrına, Bütün mənə ağlayanlar kiridi, Sən də kiri, qəbrim damır, ağlama...UPD. YAvər Hüseynbəylinin ifasında Ramiz Rövşənin Qara Paltarlı qadın şeirinin videosu
['Ramiz Rövşən']
6,128
https://kayzen.az/blog/Xrizoberil/3938/tanr%C4%B1-il%C9%99-dialoq.html
Tanrı ilə dialoq
Xrizoberil
Bloq: Xrizoberil
21 fevral 2011, 21:49
Tanrıdan qürurumu yox etməsini istədim.Tanrı, "Xeyr. Qürur mənim yox edə biləcəyim bir şey deyil, sənin buraxa biləcəyin bir şeydir." dedi.Tanrıdan şikəst uşağımı yaxşılaşdırmasını istədim.Tanrı, "Xeyr. Onun ruhu möhkəm, bədən o qədər əhəmiyyətli deyil, o keçici bir şeydir." dedi.Tanrıdan mənə səbir verməsini istədim. Tanrı, "...Xeyr. Səbir böyük ağrılar çəkilərək öyrənilə biləcək bir şeydir. Səbir verilməz, haqq edilər." dedi.Tanrıdan məni xoşbəxt etməsini istədim. Tanrı, "Xeyr. Mən yalnız nemətlərimi təqdim edərəm, xoşbəxt olmaq sənə bağlı." dedi. Tanrıdan məni çəkdiyim ağrılardan qurtarmasını istədim. Tanrı, "Xeyr. Çəkdiyin ağrılar gündəlik qayğılarının əhəmiyyətsizliyini anlamanı, onlardan uzaqlaşmağını və mənə daha çox yaxınlaşmağını təmin edər." dedi. Tanrıdan ruhumu yetkinləşdirməsini istədim. Tanrı, "Xeyr. Öz-özünə yetkinləşməlisən, amma meyvələrini alman üçün kömək edəcəyimdən əmin ola bilərsən." dedi.Tanrıdan həyatı sevməmi təmin edəcək hər şeyi istədim. Tanrı, "Xeyr. Mən sənə həyatı verəcəyəm, beləcə həyata dair hər şeyə sahib ola bilərsən." dedi.Tanrıdan, tanrıya bəslədiyim sevgini, başqalarına da bəsləyə bilməyi istədim.Tanrı belə dedi: "Nəhayət doğru bir şey istədin. "Ruhu yetkinləşməmiş bir qul tanrıya həmişə "ver mənə..." ilə bitən dualar edər, yetkinləşmiş bir ruh isə "verməmi təmin et..." deyə bitirər dualarını...P.S. (Steve Goodier "Bir Dəqiqə Həyatınızı Dəyişdirə bilər" adlı kitabdan götürmədir. )
['hekayə']
6,129
https://kayzen.az/blog/az-proza/3748/bir-s%C4%B1%C4%9Forta-agentinin-arzular%C4%B1.html
Bir sığorta agentinin arzuları
Muza
Azərbaycan ədəbiyyatı
21 fevral 2011, 21:00
“Salam, mən böyük və ən etibarlı “Olay” sığorta şirkətinin agentiyəm. Sizə çeşidli sığorta xidməti təklif edirik. Bizim şirkətdə evinizi, maşınınızı, daşınmaz əmlakınızı, sağlamlığınızı, işinizi, səfərinizi, mağazanızı, bir sözlə sahib olduğunuz hər bir şeyi sərfəli faizlərlə, güvənli sığorta etdirə bilərsiz”. Artıq beşinci dəfədir ki, özümü xəyalən müştəri qarşısında təsəvvür edib məşq edirəm, amma ortada istədiyim nəticə yoxdu. Sabah birinci iş günüm olacaq. Bəlkə həyəcanlıyam? Yox, axırı nə isə xoşuma gəlmir. Necə yəni “sahib olduğunuz hər bir şeyi”… İnsanın sahib olduğu, qazandığı, amma itirməkdən qorxduğu sevgini, adını eşidib özünü görmədiyi, yaşamadığı azadlığı, demokratiyanı da sığortalamaq olarmı? İfadəmi dəyişməliyəm. Universiteti bitirəndən iki ildir ki, işsizəm. Borc-xərc, birtəhər dolanıram. Əslində günlərimi yola verirəm. İndi bu mənim ilk işim olacaq. Ona görə də buna- sabahısı günə ciddi və məsuliyyətlə hazırlaşmalıyam. Gəncədə işin çətin tapıldığı zamanda bu şansı əldən vermək barədə heç düşünmürəm. Gecə saat üç olmasına baxmayaraq, nə gürcü şərabından, nədə ki, sabahısı günün sevincli-həyəcanından da ayrılmaq istəmirəm. Bir həftə əvvəl aldığım 10 litr şərab mənimlə kədərli-sevincli günlərimdə “dostluq” edir. Ehh…çaxır, çaxır. Səni yalnız insanlar deyil, hətta cücülər də sevir. Bax, gör sənin qoxuna otağa nə qədər milçək, mığmığa yığışıb. Günah məndədi. Evə bir az dolmuş qaz havasını dəyişməkdən ötrü pəncərəni açıq qoymuşdum. Artıq beş ildir ki, valideynlərimdən ayrı yaşayıram. Bu ev mənə babam Cəmil kişidən qalıb. Kişi Sovetlər zamanı Alminium zavodunda uzun müddət yaxşı vəzifədə işləyib. İndi danışmasın, sağlığında hərdən söz düşəndə zavodu necə ürəklə taladığını fəxrlə danışardı. Sonra da deyərdi ki, “Allah Sovet hökumətini dağıdanlara lənət eləsin. Gül kimi rejimdə yaşayırdıq”. Əlində imkan olduğundan bu bir otaqlı mənzili başqa qohomunun adına alıb, gələcək nəvələri üçün saxlayırdı. İndi də mənə qismət olub. Ailə qurmaq planımda heç yoxdu. Bu mənzildə televizorum və bir də balaca itim-Baronla başbaşayam. Ehh…Mən indi milçək qovalayım, sığorta barədə düşünüm, yoxsa şərab içim? Hamısını birgə, ardıcıllıqla etsəm yaxşıdı. Başlıcası milçəklərdi. Onların vızıltısı, dızıltısı çox maneçiliklər yarada bilər. Rədd olsunlar. Neynədiyimi özüm də bilmirəm. Axı mən sabahkı işimə hazırlaşmalıyam. Sabah hara gedəcəm, kimə, nəyi sığorta etdirməyini necə təklif edəcəm? Deməli, məni təlimatlandırmalarına görə, şəxsi maraqlandırmalıyam, onu sığorta olunmağa cəlb etməliyəm. Özümü aldatmağın mənası yoxdu, işim çətin olacaq. Həm də çox sürprizli. Təsəvvürümə belə gətirə bilmədiyim, insanların televizordan görüb həsrət apardıqları şəxslərlə görüşə bilərəm, onlar mənim müştərilərim ola bilər. Dəxi onlar müğənnilər olmasın. Onların bədən üzvlərini və ya orqanlarını sığortalamağa heç həvəsim yoxdu. Siyasətçilər, məmurlarla canlı görüşmək, üzbəüz durub onlara sığortanı anlatmaq və sonda sığortalamaq həyatımda unudulmaz anlar yaşadacaq. Yox, amma buna qədər başqa arzum var. Paytaxtda fəaliyyət göstərən sığorta şirkətlərindən birinin agenti olmaq, paytaxt agenti. İndi mən bölgə agentiyəm. Bölgə agentinin məmurlar barədə arzuları isə yalnız xoş xəyaldı. Paytaxta işləyəndən sonra əmək haqqım da artar, nüfuzum da. İnsanların etibarını qazanmış, illik gəliri hər il artan bir sığorta şirkətinin adından yüksək vəzifədə çalışan məmurlarla necə görüşəcəyimi, onları öz müştərilərimiz sırasına cəlb edəcəyimi artıq indidən təsəvvür edirəm. Buna görə sığorta şirkətinin rəhbərliyi yanında da hörmətim artar, hətta əlavə mükafat da alaram. Doğrudan, görəsən hansısa nazirlə görüşə, onu əmlakını sığorta etdirməyə razı sala bilərəmmi? Düzünü desəm buna inanmıram, amma bu görüş barədə düşünəndə həyəcanlanıram. Təsəvvür edirəm, ölkədə ən çox haqqında danışlan bir nazirlə çətinliklə də olsa görüşürəm. Sığorta şirkətimizi ona anladıram. O isə bir neçə sual-cavabdan və aydınlaşdırmalardan sonra ona məxsus bir çox mağazaların, fabrikin, zavodun və başqa əmlakın şirkətimizdə sığortalanmasına razılıq verir. Üstəlik bu söhbətin orda-burda yayılmaması üçün köməkçisi vasitəsiylə cibimə 10 min manat pul da qoydurur. İşimdəki bu uğura görə çalışdığım şirkət də mənə yüksək miqdarda faiz verir və beləliklə kifayət qədər pulum olur, düz 15 min manat. Amma mən bu pulu nəyə və hara xərcləyəcəm? Maşın alım. Yox, maşın sürə bilmirəm. Ev alım. Buna da ehtiyacım yoxdu. Aristip deyib ki, “bilik insanı boş xülyalardan, dini düşüncələrdən azad edir, ona həyat nemətlərindən ən yaxşı faydalanmağı öyrədir”. Bəlkə, bilik alım. Deyəsən, dəli olmuşam. Heç pula da bilik almaq olar?! Biliyi gərək insan özü qazansın. Əslində problemim hədsiz çoxdu. Aylarla yığılıb qalmış və bu yaxınlarda kəsilmış işığın pulunu, nədəki qaz pulunu ödəməyə sərf etməyəcəm. Bu pulu heç qardaşımı işə düzəltmək üçün istənilən “hörmətə” də verməyəcəm. İşsizliyim dövrdə aldığım borc pulları qaytarmaq, uzun illər əziyyət çəkdiyim mədə xəstəliyini müalicə etdirmək də vecimə deyil. Valideynlərimin isə pula ehtiyacı yoxdu, pensiya hesabına dolanırlar. Mən necə də plansız, bədbəxt bir insanam. Pulu hara xərcləyəcəyimi bilmirəm. Amma beynimdə iki variant var: ya həmən məbləğə kitabxana açaram, ya da yandıraram ki, fikirləşməkdən azad olum. Vəssalam. E hey, deyəsən xəyallara qərq olduqca, çaxırın qurtumlarının sayını da bilmədəm artırmışam. Amma ləzzət edir. İçdikcə ürəklənirəm. Xəyallarımı davam etdirmək istəyirəm. Görəsən prezident malını, mülkünü, xaricdəki əmlakını hansı sığorta şirkətində sığortalayır. Yerlimi, yoxsa xaricimi? Ən böyük arzum prezidentlə görüşmək, onu da müştərilərimiz sırasına daxil etmək olar. Onda çox xoşbəxt olaram, dərdim-filanım heç olmaz. Arzuya bax sevgilim… gözəl arzulardı, əgər ki, real olarsa. Öz-özümə fikirləşirəm, xəyallara dalıram, ancaq sabahkı ilk iş günümlə bağlı konkret qərara gəlməmişəm. Görəsən ilk müştərim kim olacaq? Bu nə səsdir? Telefonum haradadır? Yenə kimdir zəng edən? -    Bəli. -    Salam, Camal bəy. -    Salam. -    “Olay” sığorta şirkətindən narahat edirik. Dünəndən bu günə keçən gecə saatlar bir saat irəli çəkildiyindən dedik bəlkə xəbəriniz olmaz. Lütfən zamanında işə gəlin. -    Saat əqrəblərinin yerdəyişmsindən xəbərim var. Diqqətinizə görə minnətdaram, vaxtıma diqqət edəcəm. -    Sağ olun. -    Siz  də. Saat neçədir görəsən. 09:05. Başım arzulara, xəyallara və bir də çaxıra elə qarışıb ki, vaxtdan xəbərim olmayıb. İki illik kurtkamı əynimə keçirib qaçım. İlk müştərim elə özüm olacam. Fəaliyyətimi sığortalayacam. Sonra evimi, balaca “Baron”umu və ayaqlarımı sığortalayacam. Sonra da küçəbəküçə düşüb müştəri toplayacam. Müəllif: Seymur Ə.Q.
['sığorta agenti']
6,130
https://kayzen.az/blog/edebiyyat/3741/ad-g%C3%BCn%C3%BC-%7C-fabian-dobles.html
Ad günü | Fabian Dobles
Muza
Ədəbiyyat
21 fevral 2011, 21:00
Yuxudan oyandı və o andaca yadına düşdü ki, bu gün onun ad günüdür. O, adətinə xilaf çıxaraq ailə başçısı kimi heç kimə "sabahın xeyir"- deməsə də bunun fərqinə varan olmadı. Səhər yeməyi zamanı çörəyin yanında oturan milçəyi öldürmək üçün əlini stola möhkəmcə çırpdı. Bu hərəkəti də nə aşbaz qadının, nə arvadının, nə də ki, hələ də ailə qurmayıb valideyn himayəsində yaşayan böyük övladlarının diqqətini çəkdi. Üzünü qırxanda azca kəsdi və yeddi mərtəbəli bir söyüş söydü. Əlbəttə ki, söyüş söyməyi təəccüb doğuracaqdı,lakin heç kim onu eşitmədi. Evdən idarəyə - işə gedəndə donya Eufrasiyanı öpmədi, lakin bu elə də böyük əhəmiyyət daşımırdı, çünkü hərdяn arvadını öpməyi yaddan çıxarırdı. Dəlicəsinə qapını çırpması arvadını həyacanlandırdı. Avtobusda isə don Antonio ayağını basdalayan sərnişini möhkəm acıladı, və onu intizama çağıran sürücüyə köhnə tanışlarının təəccübünə rəğmən, qəzəblə yumruq göstərərək "Cəhənnəm ol!"- dedi. Köhnə tanışlar düşündülər ki, Don Antonio təhqir olunub ki, söyüş söyür?! Belə bir şeyi həyatda az hallarda görərsən. Onlar hiss etmədilər ki, avtobusdan düşəndə don Antonio öndə gedən sərnişinə təpik atmağa cəhd etdi, amma təpiyi boşa çıxdı. O, iş yerini itirmək qorxusunu gizlətməyə çalışaraq idarədə də özünü həmin qaydada apardı. Ayaq yolunda olanda bilərəkdən su bakını xarab etdi və ürəyində rəisin anasını doyunca söydü. Nahara evə gələndə çox az yedi, heç kimi danışdırmadı. Evdən çıxanda qapını örtmədi, amma acıqla qaşını çatıb itə tüpürdü. O, otuz beş il idi ki, tüpürmürdü. Hələ də müşahidə qabiliyyətini itirməyən donya Eufransiyanın ağlına gəldi ki, təmkinli, sakit təbiətli ərinə nəsə olub və bütün günü onsuz da özündə olmayan ərindən, onu daha da əsəbləşdirmədən nə baş verdiyini öyrənməyin yollarını aramağa başladı. Nahardan sonra idarəyə qayıdan don Antonio həddini daha da aşdı.Mühasib heç bir səbəb olmadan nə isə soruşmaq məqsədilə ona yaxınlaşan köhnə iş yoldaşına sillə çəkdi,vacib sənədləri cırıb katibənin üzünə çırpdı.Onun bu hərəkətləri o qədər qəribə görünürdü kü, təəccüblənmiş rəisi onu işdən çıxartmaqdan çox, psixatr çağırmaq barədə düşünürdü. Axşam saat beşdə işdən çıxandan sonra Mərkəzi parkla üzbəüz yerləşən barda bir neçə böyük qədəh boşaltdı və səkidə durmuş jandarmı kobudcasına itələdi.Lakin jandarm heç bir ölçü götürməmək qərarına gəldi, fikirləşdi ki, bu hörmətli, abırlı şəxs sadəcə olaraq onu görməyib. Səkkiz radələrində adamların seyrək olduğu küçələrin birində qəfildən qışqırmağa başladı; - Manuel Mora! Rədd olsun Şimali Amerika İmperializmi! - və yenidən tüpürdü, fikrindən keçirdi ki, başqalarından eşitdiyi bu şüarı ömrü boyu neçə dəfə qışqırmalıydı. Saat ona yaxın evə gəldi. Artıq hamı şam etmişdi. - Nə üçün məni gözləməmisiniz? - hirsindən pörtmüş halda qışqır-bağır saldı.O, əvvəllər əsəbləşəndə sifəti çəhrayıya çalardı, ya da ki, daha dəqiqi, yasəmən rəngi alardı. Donya Eufrasiya ərinə tərəf atıldı, onu qücaqlayıb yırğalanan kürsüyə otuzdurdu, əlini çiyinlərinə qoyaraq mülayimcəsinə, nəvazişlə soruşdu: - Hə , əzizim, de görüm, sənə nə olub? Heç vaxt səni belə görməmişdik. Biz qorxudan öləcəyik. Bu vaxt evdə olan hər iki qızı və kiçik oğlu dayanıb heyrətlə- atalarının hərəkətlərinə baxırdılar. O, ayağa durub qəzəblə əllərini silkələdi, ayaqlarını yerə döyərək dilləndi: - Mənə nə olub? Heç nə! Başa düşürsünüz, heç nə! Bu gün mənim altmış yaşım tamam olur. Bütün bu illər boyu həyatımda yadda qalan heç bir şey baş verməyib. ...Və onun gözləri yaşla doldu. Həmçinin bax: Sükut-yapon ədəbiyyatının maraqlı hekayəsi Tərcümə edəni:  MÜQƏDDƏS ŞAHBAZOV
['ad günü', 'qocalıq']
6,131
https://kayzen.az/blog/optimist/3935/laz%C4%B1ms%C4%B1z.html
Lazımsız
ayxansevda
Hər şey gözəldir
21 fevral 2011, 19:23
Allah heç kəsin qəlb sevincini əlindən almasın… Lazımsız yenə otağın bir küncündə oturub elə hey düşünürdü. Ona hər şey ağır gəlirdi. Hər şeyə-canlı, cansız nə varsa hamısına nifrət edirdi. Bir anlıq hönkür – hönkür ağlayır, sonra nəsə yadına düşürmüş kimi sakitləşir, düşünməyə davam edirdi. Gözləri bir boşluğa zillənmişdi. O, ölmək , canını qurtarmaq istəyirdi. Qəflətən qəribə bir səs onu diksindirdi. O, çaş-baş halda gözlərini ətrafa gəzdirdi, amma axtardığını tapmadı, səsin haradan gəldiyini bilmədi. Səs çox qəhərli idi. Lazımsızın özündən də qəmgin idi. Çünki bu onun əzab çəkmiş ürəyinin səsi idi. O, deyirdi: “ Ölmək vaxtı deyil, Lazımsız. Sən savaşmalısan. Səni gələcək gözləyir. Sən istəsən də ölməyəcəksən. Əgər yaşayırsansa bu sözün tam mənasında yaşa! Hər şeyin öz vaxtı var, Lazımsız. Başlanğıc və Son. Necə ağır kəlmədir bu – Son. Amma hər şey bitir. Insan ömrü belə. Bizə heyfslənmək qalır.”   Lazımsız qulaqlarını tutdu. O, heç nə eşitmək istəmirdi. Səs : “ Bir bax, necə soyuq külək əsir, lap damarına işləyir, qanını dondurur. Gərək isti geyinəsən, yoxsa xəstələnərsən. Xəstələnmək nəyinə gərək?! O, yalnız istehza edib, güləcək sənə. O, səni məhv etməkdən həzz alacaq. Sənsə taqətsiz halda , yalnız öz halına acımalı olacaqsan. Çünki tək buna gücün çatacaq. Zəif, gücsüz, xəstə- heç kimə lazım olmayacaqsan, Lazımsız… Adın da belədir… Küləyin isə heç vecinə də olmayacaq. Yadından da çıxacaqsan. O, öz qurbanları ilə maraqlanmır. Ona görə güclü olmalısan, qələbə çalmalısan, uğur əldə etməlisən. Onda sənə hörmət edərlər! Hər şey bitib , geriyə yol yoxdur. Bəzi şeylər də səndən asılı deyil. Çox çalışdın, çox vuruşdun, demək belə olmalı imiş. Hər şey belə qurtarmalıdır. Sən çox şeydən yapışma , yoxsa heçnəsiz qalarsan. Sən bir şeydən yapış , onu da gücləndir. Sən nümunə ol, güclü ol. Hər şeyi unut. Amansız həyat! O sənə baxıb gülür. Kəs gülüşünün səsini , susdur onu! Mümkün olan şeylərin dalınca qaç, mümkün olmayanların yox. Çünki mümkün olmayan şeylər səni aludə edir, aldadır, arxasinca aparır, sonar heçnəsiz səni buraxıb gedir. Qalırsan baxa-baxa, dilin söz tapmır bir söz deməyə. Mümkün olan şeylər isə deyir: “İndi mənim vaxtımdır. Məndən yapış , mənəm sənin xilasın , mən kömək edərəm sənə. Bir bax , bu mənəm, gözlərini qaldır , həyat mənimdir -deyə səslən . onda o, susacaq, onun qurbanına çevrilmə. Güc tap özündə, qalx! Hə , Lazımsız eşidirsən, dost ol həyatla. Onda o da səni sevəcək. O, səni şillələsə də , tək buraxmaz. Axı, onun şirin çağları da olur. Indi qışdır., soyuqdur, külək əsir, yağış yağır. Axı, ardınca günəş çıxacaq, güllər açacaq. Həmişə qışdan sonra bahar gəlir. Indi sadəcə olaraq, “mümkün olanın” vaxtıdır. Qalx ayağa ! Bu sənin haqqındır! ” Lazımsızdan səs çıxmadı. O, yorğun addımlarla otaqdan çıxdı, qapını örtdü. Indi o, fikirləşmək belə istəmirdı. Arzusu tezliklə bu otaqdan uzaqlaşmaq idi. II hissə Lazımsız təmiz hava almaq üçün küçəyə çıxdı. Küçənin səs-küyü onu elə bil ki, yuxudan oyatdı. Dayanıb yorğun gözləri ilə ətrafa baxır. Amma ona baxan yoxdur. Gözlərində ümid qığılcımları az qala yalvarsın ki, heç olmasa onu görsünlər. Lakin adamlar onu görmür. O, salam verir , amma heç özü də öz səsini eşitmir. “Bu nədir, səsim batıbdır , nədir?” Amma yox, sadəcə insanların qulaqları zəif səsi eşitmir. Lazımsız bir az da gedir. Fikirləşir ki, bura səs – küydür, ona görə də onu eşitmirlər. Avtobus dayanacağının yanında köhnə dostunu görür. Sevinir. Yaxınlaşıb olmayan gücü ilə ona salam verir. Lakin köhnə dost da onu görmür. Salamını eşitmir. Lazımsız anlayır ki, səsi də ondan küsübdür. Deyir: “ Qədrimi bilmədin!”. Ürəyi də küsüb, bütün vücudu üz döndərib ondan. Onlar lazımsız olmaq istəmirlər. Onlar Laımsızla mübarizə aparır: ” Bizi məhv etmə, biz güclü olmaq ,, yaşamaq istəyirik!” Lazımsız kövrəldi. O, necə də vücuduna əziyyət verirmiş. Bunu indi anladı. Çəkildi kənara , daha heç kəsə salam verməyə çalışmadı. Oturdu ağacın altında. Gurlayan həyata baxmağa başladı., şütüyən maşınlara, tələsən insanlara… “ Aman Allah, həyat necə də sürətlidir. Necə hər şey tez ötüb keçir?! Zamanın sürətinə bir bax! Buna görə ürəyim ağlayır, dilim tutulub, səsim gəlmir. Arxada qalıblar , yazıqlar. Qabaqda isə necə böyük izdihamdı. Mən lazımsız kimi kənarda qalmışam. Mən lazımsızam! Beləsindən öz vücudu da üz döndərər. Nəyinki salam verməyən insanlar…” Axşam oldu. Ay çıxdı. Lazımsız başını qaldırıb aya baxdı. Ay Lazımsızın göz yaşları ilə islanmış üzünü işıqlandırdı. Lazımsız da ona cavabında gülümsündü. Çünki ay ona salam vermışdi. Lazımsız ayağa qalxdı, sürətli addımlarla küçədən uzaqlaşdı. O, izdihama çatmaq istəyirdi. Müəllif: Zeynalova Vüsalə. M
['düşündürücü hekayələr', 'uğur psixologiyası']
6,132
https://kayzen.az/blog/sevgi/3932/bu-hekay%C9%99nin-q%C9%99hr%C9%99man%C4%B1-siz-olsayd%C4%B1n%C4%B1z-n%C9%99-ed%C9%99rdiniz.html
Bu hekayənin qəhrəmanı siz olsaydınız nə edərdiniz…?
Xrizoberil
Sevgi
21 fevral 2011, 14:20
Oturdugu skamyadan qalxdı, üzərindəki dənizçi formasını düzəltdi və şehərin böyük qatar stansiyasındakı insanları incələməyə başladı. Gözləri o qızı axtarırdı, ürəyini çox yaxşı bildiyi, amma üzünü heç görmedigi, yaxasında gül olan o qızı... Ona olan marağı bundan on üç ay əvvəl Floridada bir kitabxanada başlamışdı. Rəflərdən aldığı bir kitabın içindəki yazıdan çox təsirlənmişdi. Kitabdan deyil, səhifələrdən birinin kənarında qəlemle yazılmış kiçik qeydlərdən.. Yumuşak əl yazısı düşüncəli bir ruhu və insanın içinə işleyen bir xarakteri əks etdirirdi. Kitabın baş səhifəsində, o kitabı ən son oxuyan şəxsin adını gördü: Bayan Hollis Maynell. Bir az zaman və səy sonunda ünvanını da tapdı. Bayan Maynell New Yorkda yaşayırdı. Blanchard ona özünü tanıdan və məktub dostu olmağı təklif edən bir məktub yazdı. Sabahısı gün də Ikinci Dünya Müharibəsinə qatılmaq üçün Avropaya doğru yola çıxdı. Daha sonrakı bir il bir ay boyunca bir-birlərini məktublarla tanıdılar. Hər məktub ürəklərinə düşen bir sevgi toxumu idi sanki. Bir romantizm başlayırdı. Blanchard qızdan bir şəklini istəmişdi, amma qız rədd etdi. Özünə həqiqətən əhəmiyyət verirsə necə göründüyünün nə əhəmiyyəti var idi? Nəhayət Blanchardın Avropadan dönüş günü gəldi çatdı. Ilk görşlərini təyin etdilər. New York Qatar stansiyasında axşam saat düz 7′də. "Məni taniman üçün"- deyə yazmışdı qız məktubunda, "Pencəyimin yaxasında qırmızı bir gül taxılı olacaq". Budur saat düz 7 idi və Blanchard üzünü daha əvvəl heç görmedigi, amma ürəyini sevdigi o qırmızı güllü qızı axtarırdı. Hekayənin gerisini Blancharddan dinləyək:"Birdən gənc bir qızın mənə doğru gəldiyini gördüm. Ince və uzun boylu, dalğalı sarı saçları o gözəl qulaqlarının önündən çiyinlərinə düşmüşdü. Çiçək rəngi mavi gözlü. Dodaqlarının və çənəsinin müntəzəm qıvrımları və açıq yaşıl geyimiylə insana sanki baharın geldigini müjdələyən bir qızdı. Mən də ona doğru getməyə basladim. O qədər təsirlənmişdim ki, yaxasında gül olub olmadığına baxmaq ağılıma belə gəlmədi. Ona yaxınlaşanda, dodaqlarında yüngül bir gülümsəməklə mənə: 'Mənimlə eyni istiqamətəmi gedirsən, dənizçi?' deyə fısıldadı. Necəsə idarəsiz bir şekilde ona doğru bir adim daha atdım, və o anda Hollis Mayneli gördüm. Qızın tam arxasında dayanırdı. 40-nı çoxdan geçmis, ağarmağa başlamış saçlarını şapkasının altında toplamışdı. Kök sayılan, qısa boylu, qalın biləkli ayaqları topuqsuz ayaqqabılara gömülmüşdü. Başmı çevirdim, yaşıl geyimli qız sürətlə uzaqlaşıdı. Özümü ikiyə bölünmüş hiss etdim; arzularım qızı izləməmi, ta içimdən gələn bir istək isə ruhu bir ildir mənə yoldaşlıq edən qadınla qalmamı söyləyirdi. orada eləcə dayanırdı. Solğun, qırışıq sifəti nəzakətli və duyğulu,boz gözləri mehriban idi. Çəkinmədim. Məni tanıması üçün mavi dəri cildli kitabı ona doğru tutdum. Bu eşq ola bilməzdi, amma, mütləq dəyərli, bəlkə eşqdən də gözəl, çoxdan bəri minnətdar olduğum və olacağım bir dostluq kimi bir şey ola bilərdi. Qadını salamladım, hər nə qədər gizləməyə çalışdımsa da elədə bacara bilmədiyim xəyal qırıqlığımı müəyyən edən səsimlə: 'Mən Kapitan John Blanchard, siz də Bayan Maynell olmalısınız. Sizinlə görüşə bildiyim üçün çox xoşbəxtəm. Sizi yeməyə apara bilərəmmi?' -deyə soruşdum. Qadının üzünə bir gülümsəmə yayıldı: 'Nədən bəhs etdiyini bilmirəm cavan oğlan' dedi, amma o, az əvvəl buradan keçən yaşıll paltarlı qız bu qırmızı gülü yaxama taxmamı xahiş etdi məndən, və eger siz məni yeməyə dəvət edəcək olsanız özünün sizi küçənin qarşısındakı böyük restoranda gözlədiyini söyləməyimi istədi. Dediyine görə bu bir növ imtahandır ...
['sevgi', 'ilk görüş', 'sevgi hekayəsi']
6,133
https://kayzen.az/blog/Xrizoberil/3931/insan-sevgisi.html
Insan sevgisi
Xrizoberil
Bloq: Xrizoberil
21 fevral 2011, 12:19
Hindli bir adam suda bata çıxa irəliləməyə çalışan bir əqrəb görər. Onu qurtarmağa qərar verər və barmağını uzadar, amma əqrəb onu sancar.Hindli təkrar əqrəbi sudan qurtarmağa çalışar, amma əqrəb onu təkrar sancar. Yaxınlardakı başqa biri ona, onu davamlı sancmağa çalışan əqrəbi qurtarmağa çalışmaqdan imtina etməsini söyləyər.Amma Hindli adam belə cavab verər: -Sancmaq əqrəbin təbiətində vardır. Mənim təbiətimdə isə sevmək var. Niyə sancmaq əqrəbin təbiətində var deyə öz təbiətimdə olan sevməkdən imtina edim?"Sevməkdən imtina etməyin. yaxşılığınızdan imtina etməyin, ətrafınızdakı əqrəblər sizi sancsalar belə!
['sevgi', 'qayğı']
6,134
https://kayzen.az/blog/yazar/3400/lord-corc-bayron.html
lord Corc Bayron
burla xatun
Yazıçılar
21 fevral 2011, 11:29
Bayronun həyatını araşdıranda irsilik faktorunu nəzərə almamaq olmur, çünki Bayronun yaxın qohumlarını abırlı adam adlandırmaq olmazdı. Onun atası Con Bayron birinci dəfə boşanmış qadınla evlənib Fransaya qaçmışdı. Birinci arvadı vəfat eləyib ona Avqusta adlı bir qız qoyub getmişdi. İkinci dəfə isə pula görə evlənmişdi. Bütün borclarını qaytarandan və qadının cehizini xərcləyib qurtarandan sonra o, arvadını uşaqla birlikdə atıb getmişdi. Bayronun anası isə ipə-sapa yatmaz xasiyyətli bir qadın idi. Onun atasının əmisi tamam çökmüş malikanədə elə pozğun həyat yaşayırdı ki, onu «iyrənc lord Bayron» adlandırırdılar. Həmin bu malikanə sonradan Corc Bayrona miras qalır. Bayronun babasını «tufanlı Gek» adlandırırdılar. O da dənizdə nəvəsinin quruda apardığı əxlaqsız həyat tərzi yaşayırdı. Corc doğulanda atası bütün pulları xərcləyib qurtarmışdı. Xanım Bayron Ebendində məskunlaşdı və «axsaq oğlunu» şəxsi məktəbə verdi. Bayronun uşaqlıq hoqqalarından çox danışırlar. Ona dayəlik eləyən Qrey bacıları deyirdi ki, sığallamaqla bu uşaqla nə istəsən, eləmək olar. Amma anası özündən çıxan kimi əlinə keçəni oğluna tolazlayırdı. Anasının qəzəbinə adətən istehzayla cavab verərdi. Əsəbi vaxtlarında anası onun şikəstliyini başına qaxırdı. Atası öləndə Corcun 3 yaşı vardı. O, hardasa Fransa tərəflərdə içib, mənliyini itirmiş şəkildə dünyasını dəyişmişdi. Yalançı adla yaşayan «vəhşi Cekin» o vaxtlar 36 yaşı vardı. Bu yaş Bayronlar ailəsi üçün qəzavü-qədər yaşı sayılır. «Gecələr qadınlara və ulduzlara xüsusi parlaqlıq verir» Gimnaziyada o, çox pis oxuyurdu. Bəlkə də yatmazdan əvvəl Meri Qreyin oxuduğu İncildən seçmələr ona daha çox xeyir gətirmişdi, nəinki gimnaziya müəllimləri. Ölü dillər və qədim keçmiş Bayronu maraqlandırmırdı. Amma ingilis klassiklərinin əsərlərini böyük maraqla oxuyurdu. Oxuduğu illərdə haqsızlığa qarşı çıxan və kiçikləri incidənləri yerində oturdan cəngavər  kimi tanınmağı başlamışdı. Kembricdə oxuyarkən Bayron elmi biliklərini artırmasa da, üzmək, at çapmaq, boks vurmaq, içmək, kart oynamaq kimi sənətlərdə ad çıxarmışdı. Ona görə də həmişə pula ehtiyacı vardı və daim borc içindəydi. Başı ayılanda şeir yazırdı. Bu şeirlər işıq üzü görən kimi müəllifinin taleyini artıq həll eləmiş oldu. Onları tənqid atəşinə tutan yazı mətbuatda bir ildən sonra çıxmasaydı, yəqin ki, Bayron onu oxuyub sınar və heç vaxt yazmazdı. Tənqid yayılanda o artıq 214 səhifəlik roman, 380 şeirlik poema, 660 sətir müxtəlif kiçik şerlərin müəllifiydi. Tənqid Bayronu əlbəttə ki, məyis elədi. Yenicə çıxmış satirik şeirləri isə tənqidə cavab kimi ortaya gəldi və o qədər uğur gətirdi ki, şairin mənliyi və sınıq ürəyi yerinə qayıtdı. Onun bioqrafiyası adalarda yaşayan və gözü həmişə uzaqlarda olan cavanın həyatına bənzəyir: həmişə uzaq dənizlər çox cazibəli görünür. Bayron çox düşkün vəziyyətdəydi və İspaniya, Albaniya, Yunanıstan, Türkiyə və Kiçik Asiyanı gəzəndən sonra daha da düşkünləşmişdi. Nədənsə hamı düşünürdü ki, Bayron bu arada yaranmış əsərinin qəhrəmanı Çayld-Qarold kimi səbatsız həyat yaşayır, hətta hərəmxana da saxlayır. Onun hərəmxana saxlamağa imkanı yoxuydu. Lordlar Palatasında ölüm cəzası kəsilmiş toxucuları müdafiə edən nitqindən iki gün sonra isə Çayld-Qaroldun yeni iki nəğməsi nəşr olunan gün 14 min nüsxə bir günə satılıb qurtardı. Əsərin ədəbsiz tonu heç kimi narahat eləmədi. Bu rəqəm onu ən məşhur yazarlar sırasına qatdı. Bu qəhrəmanın niyə belə uğur qazanmasını o özü də anlamırdı: «Bir gün mən gözlərimi açıb özümü məşhur gördüm». O, cavan, adlı-sanlı və naümid idi. Ümidsizliyinin səbəbi isə məlum deyildi. «Qadın yeganə hədiyyədir ki, öz-özünü qablaşdıra bilir» Artıq kübar cəmiyyətinin qapıları qarşısında taybatay açıq idi. O axsayan ayağını unuda bilmir və buna görə də utancaqlıq keçirirdi. Səfər təəssüratı altında yazılmış növbəti sevgi və qisas mövzusunda olan əsəri «Kafir»i oxucular yenə də çox yaxşı qarşıladı. Bundan sonra yazacağı əsərin uğuru artıq müəyyən olmuşdu. Şərq ruhlu poemalar bir-birinin ardınca çıxır. Burada piratlar, qaçaqmalçılıqdan danışılır. Çox güman ki, bunlar şairin romantik uydurmaları deyildi. Bayron təbii axsaqlığından doğan utancaqlığını aradan götürmək üçün qeyri-adi gözəlliyi barədə ətrafda mif yaratmışdı. Romantik solğun dəriyə olan dəb Bayrondan başlayır. Nə qədər qadınlar keçib onun kiçik, amma təlatümlü həyatından. Demək çətindi. O, Lesbiya və Karolinaya, Elizaya, Annaya, Marion, Meri, Qarriet və Cessiyə şeirlər həsr eləyib. Bütün şeirlərində o, ehtiraslı və kədərlidir: «Məncə, sevgi absurd bir şeydir. Romantizm və süniliklə suvarılmış komplimentlər jarqonudur. Əgər mənim 15 məşuqəm olsaydı, iki həftə keçmiş mən onların birini də xatırlamazdım». Avqusta və Corc Bayron Onlar atabir bacı və qardaş idi. «Vəhşi Cek» adını çıxarmış ataları ikinci evliliyində qızını nənəsinin tərbiyəsinə vermişdi. Nənə isə istəmirdi ki, Avqusta ata tərəfinin qohumlarıyla görüşsün. Ona görə də Avqusta «balaca Bayron»dan xəbər tutmamışdı. Nənə vəfat edəndən sonra onlar görüşdü və bir-birini o dəqiqə bəyəndi. Avqustanın 17 yaşı olanda Corc ondan 4 yaş kiçik olsa da, özünü bacısının qəyyumu kimi aparırdı. Onlar görüşəndə Avqusta artıq nişanlı idi. Avqustanın məktubları uğursuz nikahından danışdıqca, daha uzun olurdu. Onun artıq 27 yaşı vardı. Köməyinə yalnız qardaşı gələ bilərdi. Avqusta Londona gələn kimi Bayron anlayır ki, qabaqlar qadınlardan heç kim onun bu qədər xoşuna gəlməyib. Bayronsayağı profil, sadə cizgilər ona o qədər əziz və sevimli idi ki. Özünə vurğun, personasının əsiri olan Bayron bu qadında öz əksini gördü, öz portretini tapdı. Hər ikisi adamlar arasında qapalı olmasına baxmayaraq, ikilikdə sərbəst olur, hər şeydən danışa bilirdilər. Avqustanın poeziyadan başı çıxmasa və intellektual olmasa da, bu, qətiyyən maneçilik yaratmırdı. Bayron çox böyük günah qarşısında olduğunu bilirdi. Saray xanımı titulu Avqustaya imkan verirdi ki, Sent-Ceyms sarayında yaşayıb istədiyi adamı qəbul edə bilsin… Avqusta payızda evə qayıdanda artıq hamilə idi. 3 uşaq anası, ərini hələ də sevən qadın vəziyyətini tam anlayırdı. Amma o bilirdi ki, «balaca Bayron»un hər bir kaprizinin qarşısında o acizdir. Əgər Bayron dilini dinc saxlaya bilsəydi, adam arasında ikibaşlı eyhamlarla bacı və qardaş sevgisindən danışmasaydı, ola bilər ki, bundan hamı xəbər tutmazdı. Amma yenə də «Korsar»ın 30 minlik tirajı bir günə satılırdı. Müəllifi ittiham eləyənlər də onun əsərlərini oxuyurdu. Avqustanın uşağı doğulandan sonra onların münasibəti artıq sirr deyildi. Doğulan qızın adını Medera qoyurlar. Şair də anlayır ki, o, ya ölkədən getməli, ya da evlənməlidir ki, söhbətlərə son qoyulsun. Avqusta qardaşını hər məktubda evlənməyə sövq eləyirdi. Cavabında Bayron «Məni yalnız pul cəlb eləyir. Qadına gəlincə, o, nə qədər yaşlı olsa, bir o qədər yaxşı olar. Onda cənnətə daha tez düşər…» deyirdi. «İblisin ox qabında yumşaq səsdən iti silah yoxdur» Bayron seçimini Anabella Milbank adlı xanımda saxlayır. Onlar evlənəndə Hötedən sonra Avropanın ən məşhur şairinin 27 yaşı vardı. Londonda evlilik həyatına qədəm qoyan kimi arvadının 10 min frank cehizi, eləcə də özünün 8 min frank pulu elə bil ki, göyə sovruldu. Bayron kitablarını satmağa məcbur idi. Onların varidatını 8 dəfə siyahıya almışdılar ki, hərraca qoysunlar. Bolluq içində yaşamış ledi Bayron buna dözə bilməzdi. Üstəlik, Bayronun teatr komitəsində aktrisa, müğənni və rəqqasələrlə romanlarının arası kəsilmirdi. Kreditorların təkidiylə malikanəsini satmağa məcbur olan Bayronun borcu 30 minə çatsa da, malikanəni alan tapılmırdı. Ona görə də Bayron qəzəbini, hirsini teatrlarda və içki badələrində batırmağa çalışırdı. Bacısı Avqusta ilə əlaqəsinə eyhamları və dəli kimi hərəkətləri Bayronun havalanması barədə düşüncələrə yer ayırırdı. Onlar evlənəndə ledi Bayron bacı-qardaşın münasibətindən xəbərsiz idi. Sonradan ərinin homoseksual münasibətləri haqda şayiələr də təsdiqləndi. Bacı-qardaş bir yerdə olanda elə bil ki, Anabellanın otaqda olduğunu unudurdular. Mederanı isə Bayron hamının yanında qızı adlandırırdı. Hətta deyirlər ki, Bayronun arvadıyla cinsi münasibətləri yox dərəcəsindəydi. Gecələr o, çığırıb ayılır, arvadı qoluna toxunan kimi «mənə əl vurma» qışqırıb qaçırdı. Bayron ömrü boyu düşünürdü ki, heç kim qadının necə yemək yediyini görməməlidir. Ona görə də arvadıyla onlar ayrılıqda yemək yeyirdi. Evləndikləri ilin sonunda Bayronun qızı doğuldu və adını Ada qoydular. Az sonra ledi Bayron qızını da götürüb atasıgilə köçdü. Arabir «Əzizim Dik» xitablı incə müraciətlərlə dolu məktublar yazsa da, deyəsən, geri qayıtmayacağına söz vermişdi. Bayronların boşanma səbəbi gizli qalıb. Amma məlumdur ki, ledi Bayron həkim Leşinqtonun qəbulunda olub ona elə faktlar deyib ki, bundan sonra boşanma əleyhinə olan həkim qəti şəkildə deyib ki, onlar mütləq boşanmalıdır. Sadəcə, «xasiyyətləri tutmadı» versiyasıyla oxucular razılaşmaq istimirdi. Ledi Bayronun səbəbləri açıqlamaması da hamının fikrində nəsə dəhşətli və fantastik bir səbəb yaradırdı. Boşanma sensasiyaya çevrildi. Onu qoca ledi Melburn ilə cinsi əlaqədə suçlayırdılar, amma qarının xahişiylə. Deyirdilər ki, o, arvadını hamiləliyin sonuncu ayında zorlayırmış. Guya ledi Oksfordun 13 yaşlı qızını zorlamağa çalışıb. Avqustanın Bayrondan 2 qızı - Medora və Ada doğulmuşdu. Bayronu Lordlar Palatasında görmək istəmir, küçədə təhqir edirdilər. Bayrona bu ölkədə artıq yer yoxuydu. «Nikah sevgidən doğur, necə ki, şərabdan sirkə əmələ gəlir» İngiltərədən və ictimai qınaqdan incimiş şair Nyustid malikanəsinin satılması barədə əmr verdi. Bu, ona rahat maddi çətinlikdən uzaq və arzuladığı kimi sakit yaşamağı imkan verəcəkdi. Yenə də səyahətlər, müxtəlif şəhərlər. Sonra səfər təəssüratları kağıza köçərək qəhrəmanlarının diliylə canlanırdı. Yaşadığı əxlaqsız həyat tərzi ona gözəl poetik şeirlər yazmağa mane olmurdu: «Don Juan», «Mazeppa», «Françesko de Rimini»… Qrafinya Qviççioli ilə görüş yeni məhəbbət tarixcəsini yaratdı və Bayronu pozğun həyatdan xilas elədi. Terezanın 60 yaşlı əri onların görüşünə etiraz eləmirdi. Qrafinya Bayronu romantik hisslər çələngiylə əhatə edərək, həqiqi sevgiyə olan inamını qaytarmaq üçün çalışırdı. Bayron isə əvvəlki kimi qadınların ünvanına tikanlı sözlər yağdırırdı: «Qadına güzgü və şirniyyat verin və o, çox razı qalacaq. Özümü tanıyanı bəşəriyyətin o biri yarısından əziyyət çəkmişəm. Qadına cəngavərcəsinə xidmət eləmək dünyada ən rəzil, hətta qul olmaqdan da betər bir asılılıqdır». Amma qrafinya Bayronun yaradıcılığında bir sıra gözəl və ağıllı qadınlar obrazının yaranmasına səbəb oldu. Bayron Terezanı sonuncu məhəbbəti sanırdı. Tereza ölkədən sürgün edilib monastra çəkilməsəydi, yəqin ki, o, növbəti ledi Bayron olacaqdı. Tək qalan kimi onun evi yenə də hərəmxanaya çevrilir. Bayron Venesiyada olduğu müddətdə qadınlarının sayını hesaba almaq fikrinə düşür. Cəmi 200 qadını xatırlaya bilir: «Bu rəqəm dəqiq deyil, çünki son vaxtlar mən hesabı itirmişəm». Əlbəttə ki, «Veneranın xəstəlikləri» də ona rahatlıq vermirdi. «Təklikdə insan özünü nisbətən az tənha hiss eləyir» Yunanıstanda qiyam baş qaldırmasaydı, yəqin ki, Bayronu tədricən unudacaqdılar. İndi Bayrona tarixə düşəcək və özünü çox lazımlı duya biləcək bir hərəkət eləmək lazım idi. Yunanıstana kömək komitəsiylə danışıqlar apararaq o, bir qədər pul topladı və böyük həvəslə yeni səfərə həzırlaşmağa başladı. İnqilabçılar arasında sözləri düz gəlmədiyinə görə elə məqam çatdı ki, pul qıtlığı ümumi işin dayanmasına gətirə bilərdi. Onda Bayron İngiltərədəki varidatını satıb pulu Yunanıstan naminə xərclədi. Türklərlə savaşda can qoymuş Bayron yunanların hər kiçik qələbəsinə sevinir, hətta sağlamlığının qeydinə tamamilə qalmırdı. Pərəstişkarlarına isə belə deyirdi: «Siz məni şeir yazmamaqda qınayırsız. Baxın, mən bu gün şer yazmışam: «Bu gün mənim 36  yaşım tamam oldu». Həmişə xəstəhal Bayron qızı Adanın sağlamlığından narahat idi. Onun sağalması barədə məktub alandan sonra o, sevincək olub gəzmək istədi. Gəzinti zamanı möhkəm yağış yağdı və Bayron bərk soyuqladı. Onun son sözləri belə idi: «Bacım mənim! Övladım mənim! Yazıq Yunanıstan! Mən ona vaxtımı, varidatımı, sağlamlığımı vermişəm! İndi isə həyatımı verirəm!» Bayronun bədənini yarandan və beynini tədqiq edəndən sonra həkimlər dedi ki, bu, elə bil 80 yaşlı qocanın orqanlarıdır. Vəsiyyətnaməsində Bayron bütün varidatını - 100 min funt sterlinq o vaxta görə çox böyük məbləğ idi - bacısına qoyub. İki ildən sonra Avqustanın bir qəpiyi də yoxuydu. Deyirlər ki, Avqusta yanına gələn hər kəsdən sevimli qardaşının məktublarını oxumağı xahiş edirdi. Amma məktublar çox az idi, çünki Bayronun məktublarını satıb dolanırmış… Müəllif: Gülnarə Rəfiq [email protected] Mənbə: Bizim Yol
['Bayron']
6,135
https://kayzen.az/blog/MASON/3929/allahla-s%C3%B6hb%C9%99t.html
Allahla söhbət
MASON
Bloq: MASON
20 fevral 2011, 20:58
Dedim: İlahi çox naümidəm! Buyurdu: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir! (Zümər surəsi 53) Dedim: İlahi! Heç kəs bilmir ki, mənim qəlbimdən nələr keçir? Buyurdu: “Bilin ki, Allah insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!” (Ənfal surəsi 24) Dedim: İlahi! Səndən başqa heç kimim yoxdur! Buyurdu: “And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!” (Qaf surəsi, 16) Dedim: İlahi! Sanki məni unutmusunuz? Buyurdu: “Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!” (Bəqərə surəsi, 152) Dedim: İlahi! Nə vaxta kimi belə olacam? Buyurdu: “Onu ancaq Allah bilər!" Nə bilirsən, bəlkə də, o saat (qiyamət) yaxındır).” (Əhzab surəsi 63) Dedim: İlahi! Sən əzəmətlisən ona görə də sənə yaxındır, amma mən kiçiyəm mənə görə uzaqdır. Bəs mən nə edim?Buyurdu: “Sənə nə vəhy gəlirsə, ona tabe ol. Allah hökm (zəfər hökmünü) verənə qədər səbir et. O, hökm verənlərin ən yaxşısıdır!” (Yunus surəsi 109) Dedim: İlahi! Sən çox sakitsən! Sən Pərvərdigarsan və aramsan, amma mən kiçiyəm və narahatam. İlahi işlərimi yoluna qoy! Buyurdu: “Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz.” (Bəqərə surəsi 216) Dedim: İlahi! Sənin qüdrətsiz və zəif bəndənəm, Öz mərhəmətindən mənə də aid elə! Buyurdu: “Allah insanlara qarşı, əlbəttə, mehribandır, mərhəmətlidir.” (Bəqərə surəsi 143) Dedim: İlahi! Darıxıram. Qəlbim sıxılır! Buyurdu: "Allahın neməti və mərhəməti ilə - ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!" (Yunis surəsi 58) Dedim: İlahi! Sənə təvəkkül edirəm! Buyurdu: “Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!” ( Ali İmran surəsi 159) Dedim: İlahi! Sənə şükür edirəm! Buyurdu: “İnsanlardan eləsi də vardır ki, Allaha şəklə ibadət edər. Əgər ona bir xeyir toxunsa, (dini barəsində) arxayın olar (islamdan möhkəm yapışar). Yox, əgər ona bir bəla (müsibət) üz versə, çöhrəsi dəyişər (islamdan üz döndərib yenə küfrə qayıdar). Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu!” (Həcc surəsi 11) Dedim: İlahi! Mən çox tənhayam! Buyurdu: “Mən yaxınam!” (Bəqərə surəsi 186) Dedim: İlahi! Sən həmişə mənə yaxınsan, amma mən çox uzağam. Ey kaş budan çox Sənə yaxın ola biləydim! Bururdu: “Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!” (Əraf surəsi 205) Dedim: Bu da qüdrət və istedad istəyir. Buyurdu: “Məgər Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!” (Nur surəsi 22) Dedim: İlahi! Həqiqətən çox istəyirəm ki, məni bağışlayasan! Buyurdu: “Rəbbinizdən bağışlanmağınızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir!" (Hud surəsi 90) Dedim: İlahi! Bu qədər günahla nə edə bilərəm? Buyurdu: “Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar və Allah tövbələri qəbul edəndir, rəhmlidir?!” (Tövbə surəsi 104) Dedim: Daha tövbə etməkdən xəcalət çəkirəm, çünki bundan əvvəl də çox tövbə etmişəm amma, yenə günaha tərəf qayıtmışam. Buyurdu: “(Hər şeyi) Bilən Allahdandır- ...Günahları bağışlayan, tövbələri qəbul edəndir....” (Ğafir surəsi, 2-3) Dedim: O qədər günahımla hansında tövbə edim? Buyurdu: “Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” (Zümər surəsi 53) Dedim: İlahi! Əgər yenə qapına gəlsəm, məni yenə bağışlarsanmı? Buyurdu: “Axı günahları Allahdan başqa kim bağışlaya bilər?” (Ali İmran surəsi 135) Dedim: İlahi! Bilmirəm nəyə görə, hər vaxt sizin bu buyurduğunuzu eşitdikdə xəcalət çəkib içimdən yanıram və tövbə edirəm?Buyurdu: “Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!” (Bəqərə surəsi 22) Birdən dilimə gəldi: Ey mənim Allahım! Səndən başqa mənim kimi var? Buyurdu: “Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?!” (Zümər surəsi 36) Sonda dedim: İlahi! Sənin bu qədər mehribanlığının qarşısında mən nə də bilərəm? Buyurdu: “Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin! (Sübh, günorta, ikindi, axşam və gecə namazlarını qılın!) Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. Allah möminlərə rəhm edəndir!” (Əhzab surəsi, 41, 42, 43) Müəllif: Faiq Vəlizadə
['din', 'islam', 'uğur psixologiyası']
6,136
https://kayzen.az/blog/dusundurucu-hekayeler/3925/amerika-da-m%C9%99%C5%9Fhur-bir-v%C9%99kilin-itirdiyi-t%C9%99k-iddia.html
Amerika da məşhur bir vəkilin itirdiyi tək iddia
Xrizoberil
Düşündürücü hekayələr
20 fevral 2011, 20:25
Məşhur bir futbolçu arvadını öldürməklə günahlandırılırdı. Amma arvadının cəsədi ortada yox idi. Futbolçu şübhəli kürsüsündə oturmuşdu. Qucaq dolusu pulla tutduğu vəkili münsifi razı salmağa çalışdı: "Hörmətli münsif üzvləri, müvəkkilimin günahsız olduğuna ürəkdən inanıram. Buna az sonra sizlər də inanacaqsınız. Nə üçünmü? Baxın, indi ona qədər sayacağam və müvəkkilimin öldürdüyü iddia edilən arvadı bu qapıdan içəri girəcək...1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10″Bütün münsif qapıya döndü. Kimsə girmədi içəri.Vəkil bir müdafiə etmə dahisi idi, öldürücü hücumunu etdi: "Baxın, siz də qadının öldüyünə inanmırsınız. Çünki hamınız içəri girəcək deyə qapıya baxdınız. Budur qərarı buna görə vermənizi tələb edirəm."Ancaq münsif məşhur futbolçunu günahkar hesab etdiyi fikrini bildirdi və iddia bu şəkildə sona çatdı. Məhkəmə çıxışında vəkil, münsif başçısına yaxınlaşdı:"10' a qədər saydığımda siz də digər üzvlər kimi qapıya baxdığınız halda niyə belə bir qərara imza atdınız?""Doğru" dedi münsif başçısı; "Mən də qapıya baxdım, amma müvəkkiliniz qapıya baxmırdı." Ən yaxşı analist hər kəs bir nöqtəyə baxarkən, o nöqtəyə yönələn baxışları izləyən adamdır.
['hekayə']
6,137
https://kayzen.az/blog/B%C4%B0M/3297/ab%C5%9F-iqtisadiyyat%C4%B1-nec%C9%99-i%C5%9Fl%C9%99yir.html
ABŞ iqtisadiyyatı necə işləyir?
bankir
beynəlxalq iqtisadi münasibətlər
20 fevral 2011, 19:39
ABŞ iqtisadiyyatının əsas tərkib hissələri Hər bir ölkə iqtisadiyyatının ən birinci tərkib hissəsi onun təbii ehtiyatlarıdır. Birləşmiş Ştatlar mineral resurslarla və əkinə yararlı münbit torpaqlarla zəngindir və ona mülayim iqlim şəraiti bəxş edilmişdir. O, həmçinin Atlantik və Sakit okean suları, eləcə də Meksika körfəzi ilə əhatə olunmuşdur. Burada kontinenti kəsib keçən çaylar axır və Böyük göllər - Kanada ilə ABŞ sərhədi boyu yerləşən beş böyük göl əlavə naviqasiya imkanları yaradır. Bu geniş su yolları uzun illər ölkə iqtisadiyyatının yüksəlişinin formalaşmasına və ABŞ-ın əlli müstəqil ştatının vahid iqtisadi məkan daxilində birləşməsinə böyük yardım göstərmişdir. Korporasiyalar istehsal edəcəkləri mallar və xidmətlər üçün lazım olan resursları əldə edə bilməkdən örtü maliyyə ehtiyatlarına malik olmalıdır. Onlar öz aksiyalarını (öz aktivlərindəki   səhm paylarını) və ya istiqraz vərəqələrini (uzunmüddətli pul borclarını) sığorta şirkətlərinə, banklara, pensiya fondlarına, ayrı-ayrı fərdlərə və digər investorlara satmaqla lazım olan kapitalın həcmini xeyli genişləndirirlər. Bəzi institutlar, xüsusilə də banklar korporasiyalara və ya digər müəssisələrə birbaşa pul borc verirlər. Federal və ştat hökumətləri bu maliyyə sisteminin təhlükəsizliyini və möhkəmliyini təmin etmək və investorların ətraflı məlumat əsasında qərar çıxara bilmələri üçün azad informasiya axınını gücləndirmək məqsədilə müfəssəl qanunlar və tənzimləmə sistemi işləyib hazırlamışlar. Daxili məhsul artımı bir ildə istehsal olunan mal və xidmətlərin ümumi həcmi ilə ölçülür. ABŞ-da bu göstərici sürətlə artır: 1983-cü ildə 3,4 trilyon dollardan çox olan bu göstərici 1990-cı ildə təxminən 8,5 trilyon dollara qədər yüksəlmişdir. Bu rəqəmlər iqtisadiyyatın sağlamlıq dərəcəsini müəyyən etməyə imkan versə də, ölkə rifahının heç də bütün aspektlərini dəyərləndirmək üçün kifayət etmir. Daxili məhsul artımı iqtisadiyyatın istehsal etdiyi mal və xidmətlərin bazar dəyərini göstərir, ancaq o, xalqın yaşayış səviyyəsinin keyfiyyətini ölçmür. Məsələn, fərdi səadət və ya təhlükəsizlik, yaxud təmiz ətraf mühit və möhkəm sağlamlıq kimi bir çox vacib göstəricilər onun fəaliyyət dairəsindən kənarda qalır. Qarışıq iqtisadiyyat: bazarın rolu Deyildiyi kimi, ABŞ iqtisadiyyatı ona görə qarışıq iqtisadiyyatdır ki, həm özəl biznes, həm də dövlət onda mühüm rol oynayır. Həqiqətən də Amerikanın iqtisadi tarixində ən uzun sürən bəzi mübahisələr məhz ictimai və özəl sektorların müvafiq rolları ilə bağlı olmuşdur. Amerikanın azad sahibkarlıq sistemi özəl biznes sahibkarlığına xüsusi önəm verir. Özəl biznes mal və xidmətlərin çoxunu istehsal edir və demək olar ki, ümummilli məhsul istehsalının üçdə ikisi ayrı-ayrı insanların fərdi istifadəsinə sərf olunur (qalan üçdə bir hissə isə dövlət və özəl biznes tərəfindən alınır). İstehlakçının rolu o qədər böyükdür ki, bəzən ölkə, faktiki olaraq, «istehlakçı iqtisadiyyat» ölkəsi kimi xarakterizə edilir. Özəl sahibkarlığa bu qədər xüsusi önəm verilməsi qismən amerikalıların fərdi azadlığa olan inanclarından doğur. Ölkə yarandığı dövrdən amerikalılar hədsiz dövlət hakimiyyətindən çəkinmişlər və bu səbəbdən də dövlətin fərd üzərində hakimiyyətini, o cümlədən onun iqtisadi sahədə rolunu məhdudlaşdırmağa çalışmışlar. Bundan əlavə, əhali arasında belə bir inam hökm sürmüşdür ki, özəl sahibkarlığa əsaslanan iqtisadiyyat möhkəm dövlət sahibkarlığına əsaslanan iqtisadiyyatdan daha səmərəli fəaliyyət göstərə bilər. Nə üçün? Amerikalılar inanırlar ki, iqtisadi qüvvələrin əl-qolu bağlı olmayanda mal və xidmətlərin qiymətini təklif və tələb müəyyənləşdirir. Qiymətlər isə, öz növbəsində, biznes sahələrinin nəyi istehsal etməli olduqlarını bildirir; əgər insanlar iqtisadiyyatın istehsal etdiyi məhsullara nisbətən xüsusi mallara daha çox maraq göstərirsə, onda malların qiyməti qalxır. Bu da yeni və digər şirkətlərin diqqətini cəlb edir və həmin malların istehsalına başlamaqla daha çox mənfəət qazanacaqlarını anlamalarına imkan yaradır. Digər tərəfdən, əgər insanlar istehsal olunmuş mallara daha az maraq göstərirlərsə, qiymətlər aşağı düşür və nəticədə rəqabətə davam gətirməyən malların istehsalı dayandırılır, yaxud fərqli məhsulların istehsalına başlanır. Bu sistem «bazar iqtisadiyyatı» adlandırılır. Sosialist iqtisadiyyatı isə əksinə, dövlət sahibkarlığının daha güclü olması və mərkəzdən planlaşdırma ilə xarakterizə edilir. Amerikalıların əksəriyyəti sosialist iqtisadiyyatının mahiyyət etibarı ilə o qədər də səmərəli olmadığına əmindir, çünki vergi daxilolmalarına əsaslanan dövlət özəl biznes qədər qiymət siqnallarına qarşı diqqətcil və yaxud bazar qüvvələrinin irəli sürdüyü dissiplinlərə qarşı həssas deyil. Ancaq azad sahibkarlığa da müəyyən məhdudiyyətlər qoyulur. Amerikalılar həmişə bu əqidədə olmuşlar ki, bəzi xidmətlər özəl müəssisələrə nisbətən ictimai təsisatlar tərəfindən daha yaxşı yerinə yetirilə bilər. Məsələn, ABŞ-da dövlət ədliyyə, təhsil (çox sayda özəl məktəb və təlim mərkəzlərinin olmasına baxmayaraq), yol sistemi, sosial statistika və milli müdafiə sahələrinə birbaşa məsuliyyət daşıyır. Bundan əlavə, qiymət sisteminin işləmədiyi hallarda situasiyanı qaydasına salmaq üçün tez-tez dövlətdən iqtisadiyyata müdaxilə etməsi xahiş olunur. O, məsələn, «təbii inhisarlar»ı tənzimləyir, son dərəcə güclənərək bazar qüvvələrini üstələyən digər biznes strukturlarına nəzarət etmək və ya onların fəaliyyətinə son qoymaq üçün antiinhisar qanunlarından istifadə edir. Dövlət, həmçinin, bazar qüvvələrinin fəaliyyətindən kənarda qalan məsələlərlə məşğul olur. O, öz şəxsi həyatlarında qarşılaşdıqları problemlərə və yaxud iqtisadi çevrilişlər nəticəsində işlərini itirdiklərinə görə özlərini dolandıra bilməyənləri sosial təminat və işsizlik müavinətləriylə təmin edir; yaşlılar və yoxsulluq içərisində yaşayanlar üçün tibbi sığortaların dəyərinin çox hissəsini ödəyir; atmosfer və su hövzələrinin çirkləndirilməsini məhdudlaşdırmaq məqsədilə özəl sənaye sahələrinin fəaliyyətini tənzimləyir və istənilən özəl müəssisə üçün son dərəcə baha olan kosmosun fəthində aparıcı rol oynayır. Qarışıq iqtisadiyyat sistemində fərdlər iqtisadiyyata yalnız istehlakçı kimi öz seçimlərini etməklə deyil, həm də ölkənin iqtisadi siyasətini formalaşdıran rəsmi şəxslərin seçkisində iştirak etməklə də yardım edə bilirlər. Son illər istehlakçılar seçkilərdə müəyyən sənaye praktikaları nəticəsində məhsulun təhlükəsizliyi, ətraf mühitin çirklənməsi və əhalinin potensial sağlamlıq riskləri ilə üzləşməsiylə bağlı narazılıqlarını əks etdirmişlər; buna cavab olaraq dövlət istehsalçıların maraqlarını müdafiə edən agentliklər yaratmış və ümumi ictimai sağlamlıq sistemini gücləndirmişdir. ABŞ iqtisadiyyatı eləcə də digər yollarla dəyişmişdir. Əhali və işçi qüvvəsi böyük axınla fermer təsərrüfatlarından şəhərlərə, tarlalardan fabrik-zavodlara və xüsusilə də xidmət sənayesi sahələrinə üz tutmuşdur. Bugünkü iqtisadiyyatda fərdi və sosial xidmət təchizatçılarının sayı kənd təsərrüfatı və sənaye məhsulları istehsalı ilə məşğul olanların sayından qat-qat çoxdur. Statistik məlumatların da göstərdiyi kimi, son əsrdə iqtisadiyyat inkişaf edərək kompleks şəkil aldıqca özü üçün işləməkdən özgələri üçün işləməyə doğru uzunmüddətli kəskin dönüş yaranmışdır. Dövlətin iqtisadiyyatda rolu İqtisadiyyatın formalaşması üçün lazım olan qərarların çoxunu istehlakçılar və istehsalçılar versə də, dövlət fəaliyyəti ABŞ iqtisadiyyatında ən azı dörd sahədə güclü təsirə malikdir. Stabillik və artım. Ən vacibi budur ki, federal hökumət stabil artım tempini, yüksək məşğulluq səviyyəsini və qiymətlərin sabitliyini qoruyub saxlamaq üçün ümumi iqtisadi fəaliyyətin sürətini yönləndirir. Xərc və vergi normalarını tənzimləməklə (maliyyə siyasəti) və yaxud pul ehtiyatlarını idarə etmək və kreditlərdən istifadəyə nəzarət etməklə (pul siyasəti) dövlət qiymət və məşğulluq səviyyələrinə təsir göstərən proseslərdə iqtisadi artım sürətini zəiflədə və ya gücləndirə bilər. 1930-cu illərdəki Böyük depressiyadan sonra uzun illər davam edən tənəzzül - zəif iqtisadi artım və yüksək işsizlik səviyyəsi ən böyük iqtisadi təhlükələr kimi dəyərləndirilmişdir. Bu tənəzzül təhlükələri ən ciddi şəkil alanda dövlət öz vəsaitlərini daha çox xərcləməklə və vergiləri azaltmaqla iqtisadiyyatı gücləndirməyə çalışmışdır; bu isə istehlakçıların daha çox xərclənməsinə və bu yolla pul ehtiyatlarının sürətlə artmasına səbəb olmuş və nəticədə dövləti daha çox xərcləməyə cəsarətləndirmişdir. 1970-ci illərdə qiymətlərin - xüsusilə də enerji sahəsində durmadan artması ciddi inflyasiya - bütün qiymət səviyyələrinin yüksəlməsi üçün böyük təhlükə yaratmışdı. Bu səbəbdən hökumət rəhbərləri xərcləri məhdudlaşdırmaq, vergiləri davamlı azaltmaq və pul ehtiyatlarının artımını yönləndirmək vasitəsilə tənəzzülə qarşı mübarizə aparmaq əvəzinə inflyasiyaya nəzarətlə məşğul olmuşdurlar. İqtisadiyyatı sabitləşdirməyin ən yaxşı vasitələri barədə düşüncələr 1960-1990-cı illər arasında köklü surətdə dəyişmişdir. 1960-cı illərdə dövlət maliyyə siyasətinə - iqtisadiyyata təsir göstərə bilmək üçün dövlət gəlirləriylə manipulyasiya etmək siyasətinə hədsiz dərəcədə etibar edirdi. Xərc və vergilərə ölkə prezidenti və Konqres tərəfindən nəzarət edildiyindən bu seçkili rəsmi şəxslər iqtisadiyyatın idarə olunmasında aparıcı rol oynayırdılar. Yüksək inflyasiya, yüksək işsizlik və ağır dövlət defisitləri ümumi iqtisadi fəaliyyətin sürətinin tənzimlənməsində maliyyə siyasətinin əsas vasitə olduğuna inamı xeyli zəiflətdi. Pul siyasəti - ölkənin pul ehtiyatlarına faiz normaları vasitəsilə nəzarət olunması isə daha cazibədar görünməyə başladı. Pul siyasəti ölkə prezidenti və Konqresdən xeyli dərəcədə asılı olmadan fəaliyyət göstərən və Federal Ehtiyatlar İdarəsi adı ilə tanınan mərkəzi bank tərəfindən həyata keçirilir. Tənzimləmə və nəzarət. ABŞ federal hökuməti özəl müəssisələrin fəaliyyətini bir sıra yollarla tənzimləyir. Tənzimləmə iki başlıca kateqoriyaya bölünür. İqtisadi tənzimləmə birbaşa və yaxud dolayısilə qiymətlərə nəzarət etməyə çalışır. Ənənəvi olaraq dövlət elektrik müəssisələri kimi inhisarçı birlikləri öz məhsullarının qiymətlərini onlara münasib həcmdə mənfəət qazandıran hədlərdən yuxarı qaldırmaqdan çəkindirməyə çalışır. Bəzi hallarda dövlət öz iqtisadi nəzarətini bu qayda ilə digər sənaye sahələrinə də şamil etmişdir. Böyük depressiyadan sonrakı illərdə dövlət sürətlə dəyişən təklif və tələb qarşısında ciddi təbəddülat keçirən kənd təsərrüfatı mallarının qiymətlərini stabilləşdirmək üçün kompleks sistem işləyib hazırlamışdı. Bir sıra digər sənaye sahələri - yükdaşıma və daha sonralar hava yolları qiymətlərin aşağı salınması üçün zərərli hesab etdikləri şeyləri məhdudlaşdırmaq məqsədilə uğurlu özünütənzimləmə üsulları axtarıb tapdılar. İqtisadi tənzimləmənin başqa bir forması - antiinhisar qanunu bazar qüvvələrini o dərəcədə gücləndirməyə çalışır ki, birbaşa tənzimləməyə ehtiyac qalmasın. Dövlət və bəzən də özəl qruplar antiinhisar qanunundan sağlam rəqabəti məhdudlaşdıran praktikaları və müəssisələrin bir-birini udmasını qadağan etmək üçün istifadə edirlər. Dövlət, həmçinin, ictimai sağlamlığı və təhlükəsizliyi qorumaq, ətraf mühiti təmiz və sağlam saxlamaq kimi sosial məqsədlərə nail olmaq üçün özəl şirkətlərin fəaliyyətinə nəzarət edir. Məsələn, ABŞ Qida və Dərman İdarəsi zərərli dərmanların istehsalını qadağan edir; Məşğulluğun Təhlükəsizliyi və Sağlamlığı İdarəsi işçiləri öz iş yerlərində qarşılaşa biləcəkləri təhlükə və risklərdən qoruyur; Ətraf Mühiti Mühafizə Agentliyi su və hava hövzələrinin kirlənməsinə nəzarət etməyə çalışır. Amerikalıların dövlət tənzimlənməsinə münasibəti 20-ci əsrin son üç dekadasında köklü surətdə dəyişdi. 1970-ci illərin əvvəllərində siyasətçilərin iqtisadi tənzimləmənin hava yolları və yükdaşıma kimi sənaye sahələrində istehlakçıların məsrəfləri hesabına səmərəsiz şirkətlərin qorunub saxlanmasına xidmət etməsilə bağlı narahatlığı getdikcə artmağa başladı. Eyni zamanda texnoloji yeniliklər əvvəllər təbii inhisarlar hesab edilən telekommunikasiya kimi bəzi sənaye sahələrini yeni rəqiblərlə doldurdu. Hər iki inkişaf tənzimləməni yüngülləşdirən qanunların meydana çıxması ilə nəticələndi. ABŞ-da mövcud olan hər iki siyasi partiyanın liderləri 1970, 1980 və 1990-cı illərdə ümumən iqtisadi tənzimləmənin aradan qaldırılmasına üstünlük versələr də, sosial məqsədlərin həyata keçirilməsi üçün nəzərdə tutulan tənzimləmə ilə bağlı ümumi razılıq hələ çox zəif idi. Sosial tənzimləmə məsələsi depressiyadan sonrakı və II Dünya müharibəsi illərində, bir daha 1960 və 1970-ci illərdə böyük əhəmiyyət kəsb etmişdi. Ancaq 1980-ci illərdə Ronald Reyqanın prezidentliyi dövründə hökumət işçiləri, istehlakçıları və ətraf mühiti müdafiə edən qanunları zəiflətdi və bu fikirlə razılaşdı ki, tənzimləmələr azad sahibkarlığın inkişafına maneçilik törədir, biznes fəaliyyətinin dəyərini bahalaşdırır və beləliklə də inflyasiyaya səbəb olur. Hələ də amerikalıların çoxu ətraf mühitin mühafizəsi də daxil olmaqla, bəzi sahələrdə dövlətin təcili yeni tənzimləmə qanunları çıxarmasını tələb edən spesifik hadisələr və meyllərlə bağlı öz narazılıqlarını bildirməkdə davam edirlər. Bununla bərabər, bəzi vətəndaşlar seçdikləri rəsmi şəxslərin müəyyən problemlərlə təcili və kifayət qədər möhkəm məşğul olmadıqlarını hiss etdikdə məhkəmələrə baş vururlar. Məsələn, 1990-cı illərdə ayrı-ayrı fərdlər və tədricən hökumət özü də siqaret çəkməyin sağlamlıq üçün təhlükəli olması səbəbindən tütün şirkətlərinə qarşı məhkəmə işi qaldırırlar. Siqaretdən xəstələnmələrin müalicəsi ilə bağlı tibbi xərclərin ödənilməsi üçün ştat hökumətləri tərəfindən uzunmüddətli ödənişlər şəklində geniş maliyyə vəsaitləri ayrılır. Birbaşa xidmətlər. Dövlətin hər səviyyəsində birbaşa xidmətlər təmin edilir. Məsələn, federal hökumət milli müdafiə məsələləri üçün məsuliyyət daşıyır, çox vaxt yeni məhsulların inkişafına aparıb çıxaran araşdırmaları dəstəkləyir, kosmosun tədqiqi ilə məşğul olur və işçilərin iş yerləri yaratmaq və iş tapmaq qabiliyyətlərinin inkişafına kömək məqsədilə tərtib olunmuş bir sıra proqramları həyata keçirir. Dövlət xərcləri həm yerli, həm də regional iqtisadiyyatlara və hətta ümumi iqtisadi fəaliyyətin sürətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Ştat hökumətləri isə şose yollarının əksəriyyətinin tikilməsi və saxlanılması üçün məsuliyyət daşıyır. Ştat, qraflıq və şəhər hökumətləri ictimai məktəblərin maliyyələşdirilməsi və fəaliyyət göstərməsində aparıcı rol oynayır. Polis və yanğından mühafizə məsələləri üçün də başlıca olaraq yerli hökumətlər cavabdehdir. Bu sahələrin hər birinə çəkilən yerli hökumət xərcləri yerli və regional iqtisadiyyata müəyyən təsir göstərsə də, federal qərarlar ümumən daha böyük iqtisadi təsirə malikdir. Ümumən götürüldükdə federal, ştat və yerli hökumət xərcləri 1997-ci ildə ümumi daxili məhsul istehsalının, demək olar ki, 18 faizinə bərabər olmuşdur. Birbaşa yardım. Hökumət biznes strukturlarını və ayrı-ayrı fərdləri bir çox yardım növləri ilə də təmin edir. O, kiçik biznes müəssisələrinə imtiyazlı şərtlərlə borc və texniki yardım təklif edir və kolleclərdə oxumaq üçün tələbələrə yardım olaraq borc verir. Dövlətin sponsorluq etdiyi müəssisələr borc sahiblərindən daxili girovları satın alır, onları investorlar tərəfindən alınıb-satıla bilməsi üçün qiymətli kağızlara çevirir və beləliklə də daxili borc verənləri cəsarətləndirir. Hökumət, həmçinin, ixracatı təşviq edir, xarici ölkələri idxalı məhdudlaşdıran ticarət əngəllərini qoruyub saxlamaqdan çəkindirməyə çalışır. Hökumət öz qayğılarını adekvat şəkildə cavablandıra bilməyən şəxsləri himayə edir. İşçilərdən və işəgötürənlərdən toplanan vergi hesabına maliyyələşdirilmiş sosial təminat Amerikanın tədavüldən çıxan gəlirinin ən böyük hissəsini təşkil edir. Tibbi yardım proqramı azgəlirli ailələrin tibbi ehtiyaclarını maliyyələşdirir. Ştatların çoxunda hökumət ruhi xəstələr və ciddi fiziki qüsurlara malik insanlar üçün zəruri institutlar saxlayır. Federal hökumət yoxsul ailələrə qida əldə etməkdə köməklik göstərmək üçün «Ərzaq yarlıqları» adlı proqram həyata keçirir, azgəlirli uşaqlı ailələri himayə etmək üçün federal və ştat hökumətləri birlikdə rifah qrantları ayırır. Sosial təminat proqramı da daxil olmaqla, bu proqramlar öz başlanğıcını 1933-cü ildən 1945-ci ilədək ABŞ-ın prezidenti olmuş Franklin D. Ruzveltin «Yeni kurs» proqramlarından götürmüşdür. Ruzvelt islahatlarının başlıca ideyası bu olmuşdu ki, yoxsulluq fərdi iradənin iflasa uğramasından daha çox adətən sosial və iqtisadi səbəblər nəticəsində meydana çıxır. Bu görüş kökü Yeni İngiltərə puritanizminə gedib çıxan və hər bir uğurun Allahın insanı sevməsinin, uğursuzluğun isə Allahın ondan üz döndərməsinin əlaməti olması ilə bağlı əhali arasındakı ümumi düşüncəni inkar etmək demək idi. Və bu, Amerika sosial və iqtisadi düşüncəsində çox vacib bir dönüş nöqtəsi oldu. Ancaq hətta bu günün özündə belə bəzi məsələlər, xüsusilə maddi rifah ətrafında aparılan mübahisələrdə həmin keçmiş düşüncənin əks-sədaları eşidilməkdədir. Tibbi qayğı və tibbi xidmət proqramları da daxil olmaqla, ayrı-ayrı fərdlər və ailələrə bir çox digər yardım proqramlarına 1960-cı illərdə prezident Lindon Consonun (1963-1969) «Yoxsulluğa qarşı müharibə» kursu dövründə başlanılmışdır. Həmin proqramların bəzisi 1990-cı illərdə maliyyə çətinlikləriylə üzləşsə və bir sıra islahatlar təklif şəklində qalsa da, Birləşmiş Ştatla­rın iki ən böyük siyasi partiyası onları bu gün də möhkəm müdafiə etməkdə davam edir. Ancaq tənqidçilər bu fikirdədirlər ki, işsiz, amma sağlam insanların maddi rifahla təmin edilməsi əslində problemlərin həllindən çox həmin insanlarda asılılıq hissi yaradır. Maddi rifah islahatları ilə bağlı 1996-cı ildə prezident Bill Klintonun (1993-2001) dövründə qüvvəyə minən qanunvericilik insanlardan müavinət almağın şərti kimi işləməyi tələb edir və onların müavinət alacaqları müddətlərə məhdudiyyətlər qoyur. Yoxsulluq və bərabərsizlik Amerikalılar öz iqtisadi sistemləri ilə qürur duyur və onun bütün vətəndaşlara yaxşı yaşaya bilmək imkanı yaratdığına inanırlar. Ancaq ölkənin bir çox yerində yoxsulluğun inadla davam etməsi onların bu inamının başı üzərini buludlarla örtüb. Dövlətin yoxsulluq əleyhinə göstərdiyi səylər müəyyən nəticələr versə də, bu problemi kökündən ləğv etməyib. Bir çox iş yerlərinin açılmasına və əməkhaqqılarının yüksəlməsinə səbəb olan güclü iqtisadi yüksəliş dövrləri yoxsulluğun müəyyən qədər azalmasına səbəb olsa da, onu tamamilə aradan qaldırmayıb. Federal hökumət dörd nəfərlik ailənin normal dolanışığı üçün zəruri olan minimum gəlir həcmini müəyyən edir. Bu məbləğ ailənin yerləşdiyi yerdən və yaşayış minimumuna görə dəyişə bilər. 1998-ci ildə illik gəliri 16.530 dollardan aşağı olan dörd nəfərlik ailə yoxsulluq içərisində yaşayan ailə kimi təsnif olunurdu. Yoxsulluq səviyyəsindən aşağıda yaşayan əhalinin sayı faiz nisbətinə görə 1959-cu ildə 22,4%-dən 1978-ci ildə 11,4%-ə enmişdir. Ancaq həmin vaxtdan sonrakı dövrlərdə bu göstərici o qədər də ciddi surətdə dəyişməmişdir. 1998-ci ildə belə əhalinin sayı 12,7% təşkil etmişdir. Bundan əlavə, ümumi göstəricilər daha ciddi yoxsulluq qruplarının real vəziyyətini açıb göstərmir. Belə ki, 1998-ci ildə bütün afro-amerikalıların dörddə biri (26,1%) yoxsulluq həddində yaşamışdır; bu rəqəm nə qədər xoşagəlməz dərəcədə yüksək olsa da, qaraların 31 faizinin rəsmən yoxsul kimi təsnif edildiyi 1979-cu illə müqayisədə müəyyən irəliləyiş baş verdiyini əks etdirir və həmin göstərici 1959-cu ildən üzü bəri bu qrup arasında ən aşağı səviyyədə olmuşdur. Tənha anaların başçılıq etdiyi ailələr yoxsulluğa xüsusilə həssasdırlar. Qismən də bu fenomen səbəbindən 1997-ci ildə hər beş uşaqdan biri (18,9 faiz) yoxsul olmuşdur. Afro-amerikalı uşaqlar arasında yoxsullar 36,7 faiz, latın amerikalı uşaqlar arasında isə 34,4 faiz təşkil etmişdir. Bəzi analitiklər belə güman edirlər ki, yoxsulluq göstəriciləri real yoxsulluq səviyyəsini şişirdilmiş şəkildə təqdim edir, çünki onlar yalnız nağd pul gəlirlərini hesablayır, «Ərzaq yarlıqları», sağlamlığa qayğı və ictimai mənzil təminatı kimi müəyyən dövlət yardımı proqramlarının nəticələrini nəzərə almırlar. Ancaq digərləri qeyd edirlər ki, bu proqramlar çox nadir hallarda ailənin ərzaq və tibbi ehtiyaclarını ödəyə bilir, ictimai mənzil təminatında isə qıtlıq mövcuddur. Bəzilərinin fikrincə isə, hətta gəliri rəsmi yoxsulluq səviyyəsindən yuxarı olan ailələr belə bəzən qidaya qənaət etməklə mənzil, tibbi qayğı və geyim kimi şeylərə daha çox pul xərcləyir və ac qalırlar. Bəziləri isə onu da qeyd edirlər ki, yoxsulluq həddindən aşağı səviyyədə yaşayan adamlar bəzən təsadüfi işlərdən və «xəlvəti» iqtisadiyyat sektorundan nağd gəlir əldə edirlər və bu gəlirlər heç vaxt rəsmi statistikada qeydə alınmır. Hər halda aydındır ki, Amerika iqtisadi sistemi öz gəlirlərini bərabər qaydada bölüşdürmür. Vaşinqtonda yerləşən İqtisadi Siyasət İnstitutunun məlumatlarına görə, 1997-ci ildə ölkədəki ailələrin beşdə birini təşkil edən ən varlı ailələr milli gəlirin 47,2 faizinə sahib olmuşlar. Əksinə, ölkədəki ailələrin beşdə birini təşkil edən ən kasıb ailələr ölkə gəlirinin yalnız 4,2 faizinə, 40 faizi təşkil edən kasıb ailələr isə bu gəlirin yalnız 14 faizinə yiyələnə bilmişlər. Bütövlükdə Amerika iqtisadiyyatının yüksək inkişaf səviyyəsinə baxmayaraq, 1980-1990-cı illər ərzində gəlirlərin qeyri-bərabər bölüşdurülməsiylə bağlı narahatlıq davam etmişdir. Qlobal rəqabətin durmadan artması bir çox ənənəvi istehsal sənayesi sahəsində çalışan işçiləri qorxuya salmış və onların əməkhaqqıları artmamış qalmışdır. Eyni zamanda, federal hökumət varlı ailələr hesabına azgəlirli ailələrin şəraitini yaxşılaşdırmaq məqsədini güdən vergi siyasətlərindən tədricən əl çəkmiş və həmçinin imkansızlara yardım üçün nəzərdə tutulan bir sıra daxili sosial proqramlara ayırdığı xərcləri azaltmışdır. Amma varlı ailələr fond birjalarında yaşanan yüksəlişin gətirdiyi mənfəətlərin böyük bir hissəsini mənimsəmişdir. 1990-cı illərin sonlarında əməkhaqqıları, xüsusilə də ən kasıb işçilərin əməkhaqqıları sürətlə artdıqca bu uyğunsuzluğun aradan qalxacağına işarə edən bəzi əlamətlər meydana çıxdı. Amma həmin onillik başa çatdıqdan sonra belə bu meylin davam edəcəyini qəti söyləmək hələ çox tezdir. Hökumətin böyüməsi ABŞ hökuməti prezident Franklin Ruzvelt administrasiyası dövründən başlayaraq durmadan böyümüşdür. İşsizliyə və Böyük depressiyanın ağır nəticələrinə son qoymaq məqsədilə Ruzveltin «Yeni kurs»u çərçivəsində bir çox yeni federal proqramlar yaradıldı və mövcud proqramların xeyli hissəsi genişlən­dirildi. II Dünya müharibəsində və ondan sonra Birləşmiş Ştatların dünyanın ən qüdrətli hərbi gücü kimi yüksəlişi də federal hökumətin böyüməsini daha da sürətləndirdi. Müharibədən sonrakı dövrdə şəhər və şəhərətrafı tipli yaşayış məskənlərinin çoxalması ictimai xidmətlərin genişləndirilməsinə imkan yaratdı. Təhsilə bəslənilən böyük ümidlər hökumətin məktəb və kolleclərə xeyli investisiya qoyması ilə nəticələndi. Elmi və texnoloji üstünlüyə qeyri-adi dərəcədə ümummilli həvəs 1960-cı illərdə kosmosun tədqiqindən tutmuş tibbi qayğıya qədər bir sıra sahələrdə yeni agentliklərin meydana çıxmasına və həmin sahələrə çoxlu ictimai investisiya qoyulmasına səbəb oldu. Digər tərəfdən, amerikalıların çoxunun 20-ci əsrin əvvəllərində mövcud olmayan tibbi və sosial proqramlardan asılılığının artması federal xərclərin getdikcə böyüməsinə aparıb çıxardı. Amerikalıların bir çoxu Vaşinqtondakı federal hökumətin şar kimi üfürülüb şişirdildiyini düşünsə də, işçilərin sayı ilə bağlı göstəricilər bunun heç də belə olmadığını göstərir. Doğrudur, hökumətdə çalışan işçilərin sayında əhəmiyyətli dərəcədə artım olmuşdur, ancaq bu artım əsasən ştat və yerli səviyyələrdə baş vermişdir. 1960-cı ildən 1990-cı ilədək ştat və yerli hökumət işçilərinin sayı 6,4 milyon nəfərdən 15,2 milyon nəfərədək artmışdır, mülki federal hökumət işçilərinin sayı isə çox az - 2,4 milyon nəfərdən 3 milyon nəfərədək artmışdır. 1998-ci ildə federal səviyyədə aparılan ixtisarlar nəticəsində federal işçi qüvvəsinin sayı 2,7 milyon nəfərə düşmüşdür, ştat və yerli hökumət işçilərinin sayı isə 1998-ci ildə 16 milyon nəfərə çatmışdır (Hərbi sahədə çalışan amerikalıların sayı Birləşmiş Ştatların Vyetnamda müharibəyə sövq edildiyi 1968-ci ildə 3,6 milyon nəfərdən 1998-ci ildə 1,4 milyon nəfərə düşmüşdür). Genişləndirilmiş hökumət xidmətləri üçün ödənən xərclərin dəyərinin artması, eləcə də amerikalıların ümumiyyətlə «güclü hökumət» anlayışını xoşlamamaları və ictimai işçi birliklərinin getdikcə güclənməsi 1970, 1980 və 1990-cı illərdə bir çox siyasətçiləri dövlətin ehtiyac duyulan xidmətlərin ən səmərəli təminatçısı olub-olmaması məsələsini gündəmə gətirmələrinə səbəb oldu. Yeni bir söz - «privatization» (özəlləşdirmə) sözü meydana gəldi və o, tezliklə bütün dünyada dövlətin müəyyən funksiyalarının özəl sektora verilməsi praktikasını nəzərdə tutan işlək bir termin kimi qəbul edildi. Birləşmiş Ştatlarda özəlləşdirmə başlıca olaraq bələdiyyə və regional səviyyələrdə həyata keçirildi. Nyu-York, Los-Anceles, Filadelfiya, Dallas, Feniks kimi iri ABŞ şəhərləri küçə işıqlarının təmirindən tutmuş zibil daşımalarına, informasiyaların işlənməsindən tutmuş həbsxanaların idarə olunmasına qədər əvvəllər bələdiyyələrin özlərinin gördükləri bir sıra işlərdə özəl şirkətlərdən və gəlir güdməyən təşkilatlardan istifadə etməyə başladı. Eyni zamanda bəzi dövlət agentlikləri də özəl müəssisələr kimi fəaliyyət göstərməyə çalışır. Məsələn, ABŞ Poçt Xidməti İdarəsi vergi ödəyicilərinin vəsaitinə güvənməkdən daha çox öz gəlirləri hesabına fəaliyyət göstərir. Bütün bunlara baxmayaraq, ictimai xidmətlərin özəlləşdirilməsi mübahisəli məsələ olaraq qalır. Bu fikrin tərəfdarları özəlləşdirmənin qiymətləri aşağı saldığını və məhsuldarlığı artırdığını israrla sübut etməyə çalışsalar da, digərləri bunun əksinə çıxaraq həmin işləri görmək üçün hökumət strukturları ilə müqavilə bağlayan özəl şirkətlərin daha çox mənfəət qazanmağa çalışdıqlarını və onların o qədər də məhsuldar olmadıqlarını irəli sürürlər. Dövlət sektoruna məxsus birliklər, heç də təəccüblü deyil ki, bir çox özəlləşdirmə təklifinə qarşı inadla çıxırlar. Onlar israrla bildirirlər ki, özəl şirkətlər bəzi hallarda müqavilələri uda bilmək üçün əvvəlcə son dərəcə aşağı qiymətlər təklif edir, ancaq sonralar onları xeyli artırırlar. Bu fikrin tərəfdarları belə hesab edir ki, özəlləşdirmə rəqabətə yol açdığı təqdirdə səmərəli ola bilər. Bəzi hallarda özəlləşdirmə qorxusu hətta yerli hökumət işçilərini belə daha səmərəli çalışmağa ruhlandıra bilər. Tənzimləmə, dövlət xərcləri və maddi rifah islahatları ilə bağlı bütün mübahisələrin də göstərdiyi kimi, ölkə iqtisadiyyatında dövlətin hansı rolu oynaması məsələsi Birləşmiş Ştatlar 200 il bundan əvvəl müstəqil ölkəyə çevrildiyi gündən bəri ən qızğın mübahisə obyekti olaraq qalır.  
['Amerika iqtisadiyyatı', 'ABŞ iqtisadiyyatı', 'dünya iqtisadiyyatı']
6,138
https://kayzen.az/blog/poeziya/3924/t%C9%99z%C9%99d%C9%99n-b.-vahabzad%C9%99.html
Təzədən (B. Vahabzadə)
Xrizoberil
Poeziya
20 fevral 2011, 19:06
Bu şirin sevdaya düşəndən bəri Neçə yol ayrıldıq bir- birimizdən Ayrılıq günləri, hicran günləri Uzandı... Ömrünə ömr aldı bizdən. Biz ki, öyrənmişik hicrana artıq, Cövri yadda qalır, qəm unudulur. Sevən könüllər üçün, gülüm uzaqlıq Ən böyük, ən gözəl yaxınlıq olur Yağış dayandımı? Qalın buluddan Sıyrılıb yenidən təzə gün doğur Hər uzun ayrılıq, hər qısa hicran Səni mənim üçün yenidən doğur. Ötən günlərimiz düşsə də yada, Təzədən sevirəm, təzədən səni. Elə bilirəm ki, bü gün dünyada Ilk dəfə görürəm, gülüm, mən səni. Ayrılıq günləri düzülür səfə, Hər gün gözləyirik, hər gün, bir günü. Ayrı bir adamsan, gülüm, hər dəfə: Vüsalın əvvəli, hicranın sonu. Teleqraf kağızı... kiçik bir varaq, Alışan könlümə su səpir yenə. Səndən ayrıldığım on gündür ancaq Milyon illərdir ki, həsrətəm sənə. On gündə əzabla neçə- neçə min, Dəqiqə, saniyə yola saldıq biz. Bu uzun anların, dəqiqələrin Hansını yaşadıq bir- birimizsiz? Sənin də yerinə danışıram mən, Qoy olsun qəlbimiz ayrı deyildir! Biz iki olsaq da vüsal günləri, Ayrılıq günləri bir oluruq, bir! Həsrət ürəyimdə qaladan möhkəm, Hicran çöplərindən bir yuva qurmuş. Sənin yanında da sənə həsrətəm, Həsrət ayrılıqdan uzun olurmuş... Görüş qışdan sonra gələn bahardır, Ayrılıq görüşlə bitir...tez olur. Eh!.. Ona nə var ki, müddəti vardır, Həsrətsə ölçüsüz, müddətsiz olur. Bil yaman gündə də, yaxşı gündə də, Istərəm qovuşam, mən yetəm sənə. Gözüm gözlərinə dikilən də Həsrətəm, həsrətəm, həsrətəm sənə.
['Poeziya']
6,139
https://kayzen.az/blog/burcler-xarakter/1797/%C9%99qr%C9%99b-burcu.html
Əqrəb burcu
Tomris
Bürclərin xarakteri
20 fevral 2011, 13:16
Əqrəb bürcündə doğulan şəxslərlə ünsiyyət yaratmaq, dil tapmaq üçün müəyyən bacarığa malik olmaq lazımdır. Əqrəblərin xarakterində bir neçə xüsusiyyət var. Onlar vəziyyətin ağası olmaqla yanaşı, həm də başqalarında qətiyyəti qiymətləndirirlər. Əqrəb bütün münasibətlərdə dominant olmağı sevir. Bəyənmədiyi, onun fikriycə layiq olmayan, diqqətini çəkməyən insanla ünsiyyətə girmirlər. Əqrəbin diqqətini çəkmək üçün mütləq ona kompliment söyləyin. Bu onun xarici görünüşü, geyimi, özünü aparmaq qabiliyyəti ilə bağlı ola bilər. Əqrəblər çox vaxt sakit oturmağı sevirlər. Onlar sizə diqqətlə qulaq asıb, yeni informasiya almaq istəyirlər.Onunla söhbət zamanı siyasət, hava haqqında danışmayın. O, sizinlə söhbət xatirinə söhbət etməyəcək. Onları maraqlandıran mövzu haqqında ixtilat etməyə çalışın. Əgər siz qadın Əqrəblə restoranda, qonaqlıqda tanış olmusunuzsa, onda siz onlara şahlara qulluq edildiyi kimi qulluq göstərin. Onlar bunu nəzərindən qaçırmayacaqlar. Hədiyyəyə gəldikdə, Əqrəblər qızıl əşyaları, amuletləri çox sevirlər. Əgər qadın Əqrəbə hədiyyə almaq istəyirsinizsə, onda gülləri də unutmayın. Söhbət əsnasında kobudluğa və kəskin sözlərə yol verməyin. Onların keçmişi ilə çox maraqlanmayın, onsuz da danışan deyillər. Öz keçmişinizi də qabarıq şəkildə gündəmə gətirməyin. Belə ki, bu gələcəkdə münaqişələr üçün fakt ola bilər. Ümumiyyətlə, çalışın Əqrəbləri qısqandırmayasız. Onları tənqid atəşinə tutmayın, bunu xoşlamırlar. Narazılıqları yumşaq formada söyləyin və ya zarafata salın. Söz vermisinizsə, mütləq əməl edin. Təyin olunmuş yerə gecikməyin, yoxsa gəlib görəcəksiz ki, Əqrəb çıxıb gedib. Kişi Əqrəbin başqa bürclərlə uyğunluğu Əqrəb - Qoç. Bir-birini başa düşməkdə çətinlik çəkirlər. Qoç azadlığı sevir, qısqanc Əqrəb bunları qəbul edə bilmir. Hər ikisi eqoist, dinamik, məqsədyönlüdürlər. Heç biri güzəştə getməyi xoşlamır. Münasibətlər qısamüddətli, ailə uğursuzdur. Əqrəb - Buğa. Xarakterlərində mənfi xüsusiyyətlər olsa da, yola getməyi bacarırlar. Problemlər çox vaxt ailədə liderliyin üstündə olur. Münasibətlər mümkündür. Tərəflərdən biri güzəştə getməyi bacarsa, xoşbəxt ailə mümkündür. Əqrəb - Əkizlər. Əkizlər dəqiq deyillər. Bir şey fikirləşib, tamam başqa cür hərəkət edirlər. Bu isə çox vaxt problemlərin yaranmasına səbəb olur. Münasibətlər mümkündür. Ailə haqqında bunu demək bir az çətindir. Əqrəb - Xərçəng. Hər ikisi su ünsürü olduğundan bir-biri ilə yaxşı yola gedirlər. Əsas problemlər qısqanclıq üzündən baş verir. Bu xüsusiyyətlərinə görə, hər ikisi əziyyət çəkir. Əgər qısqanmasalar, uğurlu ailə mümkündür. Əqrəb - Şir. Ünsür baxımından bir-birindən kəskin fərqlənirlər. Şir - od, Əqrəb - su, Şir ötkəm, birbaşa, Əqrəb kinli olduğu üçün, bu onların münasibətlərində də özünü göstərir. Şirin qüruru münasibətlərdə problemlər yaradır. Ailə uğursuzdur. Əqrəb - Qız. Bu bürc sahibləri bir-birini çox yaxşı başa düşür, olduqca gözəl münasibət qura bilirlər. İstər dostluq, istərsə də ailədə münasibətləri uğurludur. Su ilə Torpağın ünsiyyəti arzuolunandır. Əqrəb - Tərəzi. Əqrəb - su, Tərəzi - hava ünsürlü olduğundan xarakterində də müəyyən xüsusiyyətlər var. Bəzən bu xüsusiyyətlər münasibətlərə mane olur. Tərəzilər səxavətlə pul xərcləməyi sevirlər bu Əqrəblərin xoşuna gəlmir. Ailədə münasibətlər problemlidir. Əqrəb - Əqrəb. Bir-birinə oxşar cəhətləri çoxdur. Hər ikisi qətiyyətli, kinli, xudbin, qısqancdırlar. Bu xüsusiyyətlərinin olmasına baxmayaraq, bir-birinə layiq olmağı bacarırlar. Münasibətlər yaxşıdır. Ailə uğurlu ola bilər. Əqrəb - Oxatan. Hər ikisi qəddardır, hər ikisində fərqli cəhətlər də çoxdur. Əqrəb evə bağlıdır, Oxatan isə səyahəti çox sevir. Əqrəb eqoist olduğundan, Oxatanın bütün azad-lığını əlindən alacaq. Bir-birini başa düşmürlər. Münasibətlər qısamüddətlidir. Ailə uğursuzdur. Əqrəb - Oğlaq. Bu bürc sahibləri arasında böyük problemlər gözlənilir, ancaq sevgi qarşılıqlıdır. Əqrəb emosional olsa da, Oğlaqın dözümlüyü hər şeyi yoluna qoyur. Hər ikisi məqsədyönlüdür. Bir-birinə uyğundurlar. Münasibətlər və ailə uğurludur. Əqrəb - Dolça. Bir-birindən kəskin fərqlənirlər. Dolça romantik olduğu halda, Əqrəb realistdir. Dolçanın əhval-ruhiyyəsinin tez-tez dəyişməsi Əqrəbi bezdirir. Dolça gəzib-dolaşmağı, Əqrəb isə evdə olmağı üstün tutur. Ailə uğursuzdur. Əqrəb - Balıqlar. Bir-birinin xoşuna gəlməyi bacarırlar. Balıqlar Əqrəbə çox bağlıdırlar. Ailədə lider Əqrəbdir. Bu da Balıqların ürəyincədir. Ailə uğurludur. Qəditn türkcə - Çayan; Latınca - Scorpius; Farsca - Kəjdom; Ərəbcə - Əqrəb; Qədim yunanca - Skorpios;  Rusca - SkorpionHəmçinin bax: Əqrəıb bürcünün xüsusiyyətləri və Əqrəb bürcü haqda astroloji məlumat  
['əqrəb bürcü', 'eqreb burcu']
6,140
https://kayzen.az/blog/poeziya/3920/d%C9%99li-bir-a%C4%9Flamaq-ke%C3%A7ir-k%C3%B6nl%C3%BCmd%C9%99n-%7C-n%C3%BCsr%C9%99t-k%C9%99s%C9%99m%C9%99nli.html
Dəli bir ağlamaq keçir könlümdən | Nüsrət Kəsəmənli
Samir012
Poeziya
20 fevral 2011, 02:02
Yüyürüb, yüyürüb dərə boyuncaDüşüm çəmən üstə qoy üzüqoyuluÖpüm bu torpağı, öpüm doyuncaÜzümə üz qoysun hər soyuq daşıQoy şehə qarişsın gözümün yaşıQurumuş budaqlar içir könlümdənDəli bir ağlamaq keçir könlümdən... Dəlisov küləklər əsir könlümdən!Elə kövrəlmişəm, bilmirəm nədənDəli bir ağlamaq keçir könlümdənDəli bir ağlamaq keçir könlümdən... Baxıram dünyanın bu gərdişinə,Dəli bir ağlamaq keçir könlümdənFələk rəvac verdi namərd işinə,Dəli bir ağlamaq keçir könlümdən....
['şeirlər', 'poeziya']
6,141
https://kayzen.az/blog/burcler-xarakter/1801/dol%C3%A7a-b%C3%BCrc%C3%BC-sut%C3%B6k%C9%99n.html
Dolça bürcü (sutökən)
Tomris
Bürclərin xarakteri
20 fevral 2011, 01:12
Digər bürc sahiblərindən fərqli olaraq. Dolçayla tanış olmaq çox asandır. Bu münasibətlərdə ən çətini onun diqqətini cəlb etməkdir. Dolçalar çox ünsiyyətçidiıiər. İlk tanışlıqda bu adamla tez bir zamanda mehribanlaşıb, istənilən mövzuda danışa bilərsiz. Bu bürcdən olanlar yüksək zəka, intellekt sahibləridiıiər. Ona görə də, özlərinə oxşar adamlarla ünsiyyət qurmağı bəyənirlər.Dolça yüksək zövqə malikdir. zərif, incə hədiyyələri sevirlər. Dolça üçün ən gözəl hədiyyə kitabdır. Bunu da unutmayın ki, aldığınız hədiyyə məhz Dolçanın istifadəsinə yararlı olmalıdır. Dolçayla ünsiyyət qurduqda çoxlu suallar verin. Bu sual onun işinə, sevdiyi musiqiyə, kitaba, yığdığı, topladığı kolleksiyaya aid ola bilər. Əgər Dolça ilə ailə münasibətlərində hər şeyin yaxşı olmasını istəyirsinizsə, onda sizdən yüksək yumor qabiliyyəti, səmimi ünsiyyət, etibar tələb olunur. Çalışın ki. Dolça ilə hökmranlıqla rəftar etməyəsiniz. O, belə münasibəti xoşlamır. Dolça saatlarla telefonda danışmağı xoşlayır. Bu vərdişini onun tərk etməyini tələb eləməyin, onsuz da bu alınmayacaq. Dostları ilə ilk baxışdan boş görünən söhbətlərlə saatlarla telefonda danışması onun ən sevimli işidir. Evinizdə köhnə əşyaları atın, mebellərin yerini dəyişin. Dolçalar yeniliyi çox sevirlər. Onlarla münasibətdə öz emosiyalarınıza sahib çıxın. Onlar bunu qiymətləndirirlər. Çalışın onun xoş əhval-ruhiyyəsi olmadığı bir vaxtda problemlər haqda danışmayasız. Bu vəziyyəti daha da çətinləşdirir. Kişi Dolçanın başqa bürclərlə uyğunluğu Dolça — Qoç. Bu bürc sahiblərinin oxşar cəhətləri var. Hər ikisi liderliyə can atır. Təbii ki, çox vaxt Qoç qalib gəlir. Problemli münasibətdir, ailədə yaranan söz-söhbətlər hər ikisini tez bezdirəcək. Dolça — Buğa. Hər ikisi sözünü deməyi bacarandır. Güzəştə getmirlər. Bunlar arasındakı münasibətlər dostluq münasibətləridir. Sevgi çətin hallarda meydana gələ bilər. Ailə nadir hallarda xoşbəxt olur. Dolça — Əkizlər. Dəyişən xarakterə malik Əkizlər Dolçanın əmrinə tabe olacaqdır. Zövqləri və maraq dairələri eynidir. Çox vaxt bir yerdə yaradıcılıq işləri ilə məşğul olurlar. Bir-birini çox gözəl başa düşürlər. Ailə uğurludur. Dolça — Xərçəng. Dolçanın artıq dərəcədə emosionallığı Xərçəngi özündən çıxarır. Onlar özlərinə yüksək diqqət tələb edir. Bir-birini çətin başa düşürlər. Ünsiyyətləri demək olar ki, alınmır. Ailə uğursuzdur. Dolça — Şir. Bir neçə müddət ərzində bu münasibətlər gözəl görünə bilər. Sonradan isə problemlərin üzə çıxması onları da bezdirəcək. Hər ikisinin münasibətlərində liderlik iddiasında olması vəziyyəti daha da çətinləşdirəcək. Ailə çox vaxt uğursuz olur. Dolça — Qız. Zirək, cəld olan Qız Dolçaya tənqidi yanaşır. Hər ikisinin mənəvi münasibətə, sevgiyə böyük ehtiyacı var. Münasibətlərdə problemlər var, ailə uğursuzdur. Dolça — Tərəzi. Onlar bir-birinə çox uyğundurlar. Musiqini, incəsənəti sevirlər. Aralarında ciddi münaqişə demək olar ki, yaranmır. Hər ikisi bir-birini sevir, hörmət edir. Ailənin qədrini bilirlər. Ailə çox uğurludur. Dolça — Əqrəb. Bir-birinin əksidirlər. Əqrəb qısqanc, Dolça azadlığı sevəndir. Əqrəb çox vaxt aqressiv olur, Dolça isə təzyiqi sevmir. Bu da əlbəttə ki, Dolçanın Əqrəbdən yan gəzməsinin səbəbidir. Ailə uğursuzdur. Dolça — Oxatan. Hər ikisi aktiv, həyatsevərdir. Hər ikisi cəmiyyət içində olmağı xoşlayır. Dostluq və işgüzarlıq münasibətləri çox gözəldir. Ailə münasibətlərində isə yaranan narazılıqlar hər ikisini tez bir zamanda bezdirəcək. Dolça — Oğlaq. Ilkin görünüşdən bir-birinə çox uyğun görünəcəklər. Hər ikisi çalışmağı, işləməyi, karyeranı, cəmiyyətdə müəyyən mövqe tutmağı bacarır. Amma ailədə problemlər var. Əsas problem onların bir-birini başa düşməməsidir. Dolça — Dolça. Bir-birinə çox gözəl uyğun gəlirlər. Hər ikisi ağıllı, düşüncəli və bacarıqlıdır. Onları maraqlandıran mövzular çoxdur. Bir-birini çox yaxşı başa düşürlər. Ailə uğurlu ola bilər. Dolça — Balıqlar. Bu münasibətdə xarici görünüş müəyyən rol oynayır. Belə ki, Balıqların xarici görünüşü Dolçaları valeh edir. Bu münasibətlərdə həqiqi sevgi yarana bilər, əgər Balıqlar nazlı olsalar… Tərəflərdən biri güzəştə getməyi bacarmalıdır. Əks halda, sağlam və xoşbəxt ailə haqqında danışmaq mümkün deyil. Qədim türkcə — Kənək; Latınca — Aquarius; Farsca — Dul; Ərəbcə — Dəlv, Səfibül-ma; Qədim yunanca – Hydroochos Rusca — Водолей Mənbə filologiya elmləri namizədi,münəccim Firudin Əliağa oğlu Qurbansoyun  SEVGİLİNİ TANIYIRSANMI? kitabından
['dolça bürcü', 'sutökən bürcü', 'Водолей', 'aquarius', 'dolca burcu']
6,142
https://kayzen.az/blog/dusundurucu-hekayeler/3915/ger%C3%A7%C9%99k-dost.html
Gerçək dost
elshad
Düşündürücü hekayələr
20 fevral 2011, 00:08
Çox səmimi iki dost və yoldaş idilər. Lakin bir  çox hiyləgər  və hərəkətli, digəri isə çox saf, dürüst və səssiz idi. Bir gün hiyləgər olan dost , digər dostunun yanına gedərək işlərinin pozulduğunu söyləyər və safdan pul istər. Səmimi dostu onu heç qırmaz və əlindəki bütün pulu yoldaşına verər. Dostu bu pulla işlərini düzəldər. Bir müddət sonra hiyləgər olan yenə dostunun yanına gedər və dostuna evlənmək üzrə olduğu nişanlısını çox bəyəndiyini və özünə verməsini istər.Dostu  çox çaşar, nə deyəcəyini bilə bilməz. Lakin aralarında o qədər qüvvətli bir sevgi vardır ki dostuna xeyr deyə bilməz, nişanlısını dostuna verər. Zaman içində Saf olanın işləri pozular və birdən dostu ağılına gəlir mən ona sıxışdığında yaxşılıq etmişdim deyərək dostunun iş yerinə gedər və özünə çalışması üçün iş verməsini istər. Dostu ona iş verməz. Bizimki peşmanlıq və kədər içində geri dönər amma yenə də dostuna qıza bilməz. Bir gün küçədə gəzərkən yanına xəstə və yaşlı bir adam yaxınlaşar. Kasıb olduğu üçün dərman ala bilmədiyini söyləyər. Bizimki yaşlı adamcığaza ağrıyar, istədiyi dərmanları alar və adamcığaza verər. Qısa bir müddət sonra yaşlı adamın öldüyünü eşidər. Yaşlı adam çox zəngindir və bütün mirasını safa buraxmışdır.Saf adam artıq zəngindir. Bir az da sevdiyi dostuna olan incikliyiylə dostunun iş yerinin qarşısında bir ev alar və oraya yerləşər. Bir gün evinin qapısını dilənçi bir qadın çalar. Yaşlı qadın çox aç olduğunu, özünə yemək verməsini istər. Bizim saf heç düşünmədən qadını içəri alar qarınını doyurar, Kimsəsi olmadığını öyrəndiyi qadına; Özünün də tək olduğunu söyləyər və bu evdə birlikdə yaşıyalım sən evin işlərini və yeməkləri bişirərsən deyər, yaşlı qadın heç düşünmədən qəbul edər. Bir müddət sonra yaşlı qadın bizimkinə, özünə uyğun bir qız tapıb evlənməsini söyləyər. Bizimki belə bir qızı necə tapacağını, özünün tanışı olmadığını söyləyər. Yaşlı qadın ona uyğun bir qız tanışını və özüylə görüşdürə biləcəyini söyləyər. Görüşmələr nəticəsində evlənməyə qərar verilər və toy dəvətnamələri paylanar. Bizimkisi incik olduğu halda çox səmimi dostunu yenə də unuda bilməmişdir. Bir az da gəldiyi mövqeyini görməsi baxımından səmimi yoldaşına da dəvətnamə göndərər . Toy günü gəlir çatar. Saf adam toy salonunda bir şeylər söyləmək istəyiylə mikrafonu götürər və başlar yaşadıqlarını izah etməyə; Köhnədən çox sevdiyim bir dostum vardı. Bir gün işləri pozulunca məndən borc pul istədi əlimdəki bütün pulu verdim. Evlənmək üzrə olduğum nişanlımı çox bəyəndiyini söyləyərək məndən istədi. Çox kədərlənərək onu da özünə verdim . Çünki biz gerçək dostduq onun kədərlənməsini istəmədim. işlərim pozulduğunda onun fabrikinə getdim və çalışmaq üçün özündən iş istədim. Mənə iş vermədi. çox kədərləndim, amma yenə də yoldaşıma qızmıram .çünki biz gerçək dostduq. Bu danışma üzərinə hiyləgər olan yoldaşı daha çox dözə bilməz mikrofonu əlinə alar və başlar danışmağa; -Mənim də bir zamanlar çox sevdiyim bir dostum vardı. İşlərim pozulduğunda özündən pul istədim, bütün pulunu mənə verdi. Sonra ondan nişanlısını istədim, kədərlənərək nişanlısını da verdi. Nişanlısını istəməmin səbəbi o qadının yoldaşıma layiq olmaması idi (Həyat qadını idi) Özü çox saf olduğu üçün dostumu o qadından bu şəkildə qurtardım. İşləri pozulduğunda gəlib məndən iş istədi, Dostumu öz əmrimdə işlədə bilməzdim, ona görə iş vermədim. Günün birində qarşılaşdığı yaşlı adam mənim atam idi. Atam ölmək üzrə idi, onu dostumun yanına mən göndərdim və mirasını ona mən buraxdırdım. Evinə gələn dilənçi qadın mənim anam idi. Ona baxıb yaxşı yaşamasını təmin etmək üçün göndərdim. Bu anda evlənməkdə olduğu qız da mənim bacım. Onu yoldaşımla evlənməsinə mən razı saldım. Dəyərli qonaqlar, işdə biz belə dostuq.Həmçinin bax: Dostluq
['dostluq']
6,143
https://kayzen.az/blog/MASON/3912/viktor-soy-%C9%99fsan%C9%99si-1.html
Viktor Soy əfsanəsi-1
MASON
Bloq: MASON
19 fevral 2011, 20:58
O, bir ağac əkmişdi, ona elə gəlirdi ki, əkdiyi ağac onun dostudu, sirdaşıdı, oğludu, qardaşıdı, bir sözlə, ömrünün mənasıdı… O, bir ağac əkmişdi və bu ağacın ömrünün az olacağı onun ürəyinə dammışdı… O, şeir yazardı, musiqi bəstələyərdi, gitarasını bağrına basıb yanıq səslə nəğmələr oxuyardı. Rəsm çəkərdi, içki içərdi. Ürəyə daman, ağla gələn bir gün başa gəldi. 28 yaşında bir avtomobil qəzasında həlak oldu…Keçən əsrin 80-ci illərinin məşhur “Kino” rok qrupunu yəqin ki, xatırlayırsınız. Rejissor Rəşid Nuqmanovun “İynə” filmini gördüyünüzə əminəm. İyirmi yaşlı oğlum, “Kino” rok qrupunun musiqisini dinləmir, “İynə” filmini də bəyənmir. Amma “Kino” qrupunun musiqisi 80-ci illərdə çox populyar idi, mən hələ də o qrupun 45-lik disklərini qoruyub saxlayıram. “Kino” qrupunun döyünən qəlbi Viktor Soy idi. Rəssam, şair, bəstəkar, aranjemançı və aktyor Viktor Soy. Cəmi iyirmi səkkiz bahar ömür sürmüş fenomen Viktor Soy. 80-cilər, bir daha Viktoru xatırlayın. İyirmi yaşlı oğlumun yaşıdları, Viktor Soyu dinləyin, mən bu yazını sizinçün yazıram. Amma, öncə Viktor Soyun xatirəsinə bəstələdiyim şeiri oxumaq istəyirəm. Səsim yoxdu, gitara da çala bilmirəm, amma bu nəğməni axıra qədər dinləyin: öz nəğməmi oxudumöz şərabımı içdimmin yol vardı önümdəmin birincini seçdim. qəhrəman deyiləm yoxsonuncu lirikəm mənsonuncu gerçək aşiq unudub bizi vətən. bir ruh çağırır mənidağların ötəsindəbir müjdə gözləyirəmbu cümə ertəsində. hələ də qara sevdahavası var başımdaxarakiri etmədimiyirmi bir yaşımda. Bu nəğməni Viktor Soyun ruhuna bağışlayıram. *** Viktor 1962-ci ildə Leninqradda mühəndis Robert Maksimoviç Soyun ailəsində doğulub. Anası Valentina Vasilyevna idman müəllimi idi. Səkkizinci sinifə qədər Viktor anası ilə birlikdə üç məktəb dəyişib. Səkkizinci sinifi bitirdikdən sonra V.Serov adına rəssamlıq məktəbinə daxil olur, iki ildən sonra rəssamlıq məktəbindən gedir, texniki peşə məktəbində ağac üzərində oyma sənətinə yiyələnir. Dostlarının dediyinə görə o illərdə Vitya sakit, təvazökar, özünü gözə soxmağı bacarmayan, çox utancaq bir yeniyetmə idi. O, saatlarla gitara çalardı. Yadımdadı, o vaxtlar “Duran-Duran” qrupunun melodiyaları və Boriç Qrebeşnikovun “Akvarium”u çox populyardı. 1981-ci ilin yayı. Soy Aleksey Rıbin və Oleq Volinski ilə birlikdə “Qarin i Qiperboloidı” qrupunu yaradırlar. Elə həmən ilin payızında Leninqrad rok-klubunda qrupun ilk konserti baş tutur. Vitya banan şalvar geyirdi, “banan” hələ dəbdə deyildi, “Mendess” qrupunun “Baqqi tauzer” (“Kilsə şalvarlar”) plastikasının üz qabığındakı fotoda artıq beş qitədə tanınan musiqiçilər belə şalvarlar geymişdilər, Soyun hiperboloidi də hardasa onları təqlid eləyirdi, Leninqradda bu gənclərə bir az başdanxarab uşaqlar kimi baxırdılar. Aradan iki-üç il keçəndən sonra sovet gəncliyinin qızıl oğlanları “banan” geyməyə başladı. Leninqradda ikiotaqlı “xruşovka”, bu gün Vitkanın kefi kökdü, o bu gün “qara bazarda” üç “əsərini” sata bilib – bu “əsərlər” vatman üzərində quaşla çəkilmiş portretlərdi. Vitka Elis Kuper, Piter Qabriel, Stiv Nou, Con Lennon və bir sıra başqa sevimli musiqiçilərinin şəkillərini çəkib tolkuçkada biri beş manatdan satardı. Bu gün uğurlu gündü, o, üç portret satıb, cibində on beş rubl var, bu on beş rubl ona rahatlıq vermir – indi dostlarla çaxır içmək olar. Kimsə Vitkaya “With the Beatles” albomunu bağışlayıb, – o hər gün bu albomu dinləyir…
['rus musiqisi']
6,144
https://kayzen.az/blog/sevgi/3911/toy-%C3%BCz%C3%BCy%C3%BC-barma%C4%9F%C4%B1n%C4%B1n-ovsunlay%C4%B1c%C4%B1-hekay%C9%99si.html
Toy üzüyü barmağının ovsunlayıcı hekayəsi
Xrizoberil
Sevgi
19 fevral 2011, 20:35
Toy üzüyünü niyə dördüncü barmağımıza taxmalıyıq?Bunun, çox gözəl və inandırıcı bir şərhi var...Baş barmaq; Ana-atanızı,İşarə barmağı; Qardaş- bacınızı,Orta barmaq, Sizi,Dördüncü barmaq (yəni üzük barmağı); Həyat yoldaşınızı,Və kiçik barmaq; Uşaqlarınızı təmsil edir.Əvvəlcə ovuclarınızı bir-birinə baxacaq şəkildə açın. Orta barmaqları bükün və kürək kürəyə birləşdirin. Daha sonra qalan dörd barmağınızı da açıb, uc uca gətirin. İndi, ana- atanızı təmsil edən baş barmaqlarınızı ayırmağa çalışın... Açılacaq, çünki ana atanız sizinlə birlikdə ömür boyu yaşamayacaq. Tez ya da keç onlardan ayrılmaq məcburiyyətindəsiniz. Baş barmaqlarınızı əvvəlki kimi birləşdirib, qardaş-bacınızı təmsil edən işarə barmaqlarınızı ayırın. Onlar da ayrılacaq, çünki qardaş-bacılarınız öz ailələrini qurub, ayrı bir həyat seçəcəklər. İşarə barmaqlarınızı birləşdirib, uşaqlarınızı təmsil edən kiçik barmaqlarınızı ayırın. Onlar da ayrılıcak, çünki uşaqlar da evlənib və bir gün öz həyatlarını qurur. Son olaraq kiçik barmaqlarınızı birləşdirib, yoldaşlarınızı təmsil edən üzük barmaqlarınızı ayırmağa çalışın. Ayıra bilmədiyinizi görüncə çaşacaqsınız. Çünki ər-arvadlar həyat boyu bir yerdə yaşayarlar...Yaxşı gündə də və pis gündə də... P.S. Mən ayırmağa çalışdım, həqiqətən də alınmadı, siz də sınayın :)UPD. Ən yaxşısı videodakı kimi sinamaqdır:
['üzük']
6,145
https://kayzen.az/blog/heyvan/3910/ki%C3%A7ik-m%C3%BCh%C9%99ndis-qu%C5%9Flar.html
Kiçik mühəndis quşlar
Xrizoberil
Heyvanlar aləmi
19 fevral 2011, 20:25
Ağacların üstündə və ya gövdəsində, bəzən də eyvanınızın bir küncündə qurulan quş yuvalarını yəqin ki, çox görmüsünüz. Nunlar yalnız sizin bildiyiniz bir neçə quş növlərinin yuvasıdır. Amma yer üzərində o qədər quş növü yaşayır və onlar o qədər müxtəlif yuvalar qurur ki, bu, artıq üzərində düşünülməsi lazım gələn bir mövzudur. əsasən bütün quşlar yuvalarını mühitin təbii şərtlərinə uyğun qurur. Məsələn, dəniz kənarında yaşayan quşları düşünək. Belə quşlar yuvalarını suyun üzərində və onların batmayacağı şəkildə qurur. Onların istifadə etdiyi material, yuvaya verdiyi forma xüsusu olaraq planlaşdırılmışdır. Beləliklə, su yüksəldiyi zaman yuva və içindəki quşun balaları bundan zərər çəkmir. Bu canlılar doğulduğu andan etibarən heç bir təhsil almadan bu yuvaları qura bilmək qabiliyyətinə malikdir. Belə bir işi müəyyən vaxt ərzində öyrənmələri də mümkün deyil, çünki sınaqdan keçirmək məqsədilə etsələr, suyun qalxması ilə bata bilərlər. Ümumiyyətlə isə belə bir fikir doğru deyil, çünki doğulduqları gündən etibarən dəniz kənarında yaşayan quşların hər biri yuvalarını eyni şəkildə hazırlayırlar. Qamışlıq ərazilərdə yaşayan bəzi quşlar isə yumurtalarının küləyin təsiri ilə yuvadan yerə düşməməsi üçün yuvalarının divarlarını hündür hazırlayırlar. Yumurtasını belə diqqətlə qoruyan bu quş yumurtanın düşüb sınma təhlükəsini necə dərk edir? Burada quşun son dərəcə düşünülmüş və ehtiyatlı davrandığını görürük. Quraqlıq ərazilərdə yaşayan başqa bir quş növü isə yuvasını torpaq üzərində deyil, tikanlıqda qurur. Çünki buradakı istilik torpaqda olan istiliyə nisbətən 10 dərəcə azdır. Insanların çoxu torpağın və tikanlıqların nə qədər isindiyini və bunların arasında bir istilik fərqi olduğunu bilmir. Amma bu quşlar bunu bilir və ən sərin yerdə yuva quraraq özlərini və balalarını yandırıcı istidən qoruyurlar. Heç fikirləşdinizmi, düşüncəsi və şüuru olmayan quşlar belə incə məqamları necə hesablayırlar? Quşların bu davranışı bu sahədə illərlə təhsil alan mühəndislərin davranışına bənzəyir. Bir ev tikildiyi zaman mühəndislər tərəfindən onun möhkəmliyi, materialı və tikiləcəyi yerin təyin edilməsi kimi təfsilatlar diqqətlə hesablanır və yalnız bundan sonra inşaata başlanılır. Burada verdiyimiz bir- iki nümunədən də gördüyümüz kimi, quşlar yuvalarını müəyyən bir plana əsasən qurur, lakin heç bir vasitəyə, materiala və təhsilə ehtiyac duymurlar. Allahın onlara verdiyi ilhamla hərəkət edərək bütün bunları asanlıqla hazırlayırlar. Bu quşlar və onların gördüyü işlər Allahın qüsursuz yaratmasının bir dəlilidir.
['möcüzəli canlılar']
6,146
https://kayzen.az/blog/heyvan/3909/fizikan%C4%B1n-qanunlar%C4%B1n%C4%B1-bil%C9%99n-k%C9%99p%C9%99n%C9%99kl%C9%99r.html
Fizikanın qanunlarını bilən kəpənəklər
Xrizoberil
Heyvanlar aləmi
19 fevral 2011, 20:01
Kəpənəklərin bəzəkli xarici görünüşü hər kəsin çox xoşuna gəlir. Rəngli qanaqdları, zərif uçuşları ilə təbii bir gözəllik olan bu canlılar Allahın bizim üçün yaratdığı gözəlliklərdən biridir. Olduqca qısa ömür sürmələrinə baxmayaraq bu canlılar bəzən bir mütəxəssis kimi hesablama aparır. Məsələn, uçmaq üçün kəpənəklərin bədəni müəyyən bir temperaturda olmalıdır. Bunun üçün kəpənəklərin nələr etdiklərini birlikdə öyrənək. Colias kəpənəyi adlandırılan bir növ bədən temperaturu 28 dərəcədən aşağı olsa, uca bilməz. Belə halda kəpənək dərhal qanaqlarını açır və arxası günəşə doğru, şüaları şaquli alacaq şəkildə dayanır. Kəpənək kifayət qədər isinib bədən temperaturunu 40 dərəcəyə çatdıranda öz ətrafında 90 dərəcə dönür. Beləliklə, günəş şüalarını üfüqi formada da alır. Bu hərəkətlə günəş şüalarının isidici təsiri minimuma endirilir. Həmçinin kəpənəyin bədən temperaturu enməyə başlayır. Bundan başqa, bu cins kəpənəklərin qanadlarında kiçik qara ləkələr olur. Bu ləkələr də temperaturu kəpənəyin bədənində toplamaq funksiyasını daşıyır. Lakin bu ləkələrdə təsadüfi yerlərdə deyil. Bunlar bədənin isinməyə ən çox ehtiyacı olan hissələrində yerləşdirilib. Bu quruluş sayəsində qanadlardakı tez isinən kiçik ləkələrdən başqa hissələrə istiliyin nəqli asanlaşır. Çünki istiliyi ötürmək üçün lazım olan məsafə qısalmışdır. Başqa bir kəpənək cinsi də bədəninin temperaturunu artırmaq üçün buna bənzər üsuldan istifadə edir. Linzalar haqqında hamınızın məlumatı var. Onların bəzilərindən cisimləri böyütmək, digərlərindən isə kiçiltmək üçün istifadə olunur. Məsələn, eynək şüşələri bir linzadır. Günəş işığının qarşısına tutlan linza isə istiliyi müəyyən bir nöqtədə toplaya bilir. Hətta bu üsulla od yandırmaqda mümkündür. Pieris növündən olan kəpənək isə isə qanadlarını elə bir vəziyyətdə saxlayır ki, eynilə linza kimi bütün şüaları bədəninin ən çox isinməsi lazım olan yerlərində toplaya bilir.
['möcüzəli canlılar', 'kəpənək', 'kəpənəklər']
6,147
https://kayzen.az/blog/sevgi/3908/m%C3%BCk%C9%99mm%C9%99l-sevgili-olman%C4%B1z-%C3%BC%C3%A7%C3%BCn-sad%C9%99-5-qayda.html
Mükəmməl sevgili olmanız üçün sadə 5 qayda!
Xrizoberil
Sevgi
19 fevral 2011, 19:46
Çoxumuz hesab edirik ki, yaxşı bir sevgili olmaq çox çətindir. halbuki düşünülənin əksinə mükəmməl bir sevgili olmanın düsturu heç də qarışıq və çətin deyil. Cəmisi bir neçə sadə qaydanı tətbiq edərək siz də mükəmməl sevgililər anlayışına qatıla bilərsiniz.  mükəmməl sevgili olmanızı təmin edəcək beş sadə qayda: Mükəmməl Bir Sevgili Olmaq Üçün: Ona Sürpriz hazırlayın! Sevgilinizə hədiyyə almaq üçün mütləq xüsusi günləri gözləməyin. Xüsusilə də yumurta qapıya dayanınca hədiyyə axtarışa çıxanlardansınızsa… Hədiyyə alarkən hökmən böyük pullar xərcləməniz də lazım deyil. Sevdiyi yazıçı tərəfindən imzalanmış bir kitab, ya da sevdiyi bir kompüter oyununun yeni bazara çıxmış modeli onu olduqca xoşbəxt edəcək. Onu Sıxboğaz Etməyin-bezdirməyin Hər anı birlikdə keçirmək istəmək bir müddət sonra boğucu ola bilər. Heç olmasa həftədə bir neçə dəfə ona yoldaşlarıyla olması və hobbiləriylə maraqlana bilməsi üçün zaman verin. Əks halda onun özünü qısa zamanda bütün sahib olduqlarını itirmiş biri olaraq görməsinə və əlaqədən soyumasına səbəb olarsınız. Yeniliklərə qapalı Olmayın! Əgər onun ən sevdiyi yeməyin dadına baxmağa və ya ən sevdiyi sənətçini dinləməyə əsla yanaşmırsınızsa, bu yeniliklərə olduqca qapalı olduğunuz mənasını verər. Onunla mütləq eyni zövqləri paylaşmaq məcburiyyətində deyilsiniz lakin bu mövzuda bir az olsun elastik və dəyişməyə açıq olduğunuzu görmək onu xoşbəxt edəcək. Kartlarınızı Açıq Oynayın Ona qarşı davamlı «canım, əzizim» olmağa çalışmayın. Davamlı hər şeyə dözmək  sizi usandırar və süni göstərər. Yaxşısı dürüst olun və əsəbiləşdiyinizdə bunu gizləməyin. Hər vaxt gerçək duyğularınızı əks etdirdiyinizi bilməsi, sözlərinizə daha çox güvənməsini təmin edəcək. Ayrıca esl hiss etdiklərinizi saxlasanız əsla uzun ömürlü bir əlaqəniz olmayacağınızı da xatırladırıq. Ona Güvən Verin Əlaqənizi gərəksiz qısqanclıqlardan təmizləmək əviznə bir-birinizin etibarını əldə etdiyinizdən əmin olun. Bu nöqtədə sevginizi gizləməməniz və yaxşı ifadə edə bilməniz çox əhəmiyyətlidir. Ancaq həmişə eyni sözləri istifadə etmək ifadənin ən sadə və yorucu üsuludur. Klassik yazıçıların belə eşqi izah edə bilmədiyini düşünsək, sevginizi şablom sözlər yerinə rəftarlarınızla izah etməyə çalışsanız daha təsirli olacaq. Əslində etməniz lazım olan tək şey: Sevginizi gizləməməyə çalışmaqdır.
['sevgi', 'kişi-qadın münasibətləri', 'sevgili']
6,148
https://kayzen.az/blog/astronomiya/3121/g%C3%BCn%C9%99%C5%9F-v%C9%99-ay-tutulmalar%C4%B1.html
Günəş və Ay tutulmaları
Əliyev
Astronomiya
19 fevral 2011, 16:51
Yeri də, Ayı da Günəş işıqlandırır. Ona görə Ay və Yer Günəşdən əks tərəflərinə kölgə və yarımkölgə salır. Ayın diametri 400 dəfə, Yerinki isə 110 dəfə Günəşin diametrindən kiçik olduğundan kölgələri konus şəkillidir. Yer Ayın kölgəsindən keçəndə Günəş, Ay Yerin kölgəsindən keçəndə Ay tutulur. Günəş tutulmaları. Günəş tutulması Ay Yerlə Günəşin arasında olanda, yəni təzə Ay fazasında ola bilər. Ay Yer ətrafında ellips boyunca hərəkət edir. Ellipsin fokuslarından birində Yerin mərkəzi yerləşir. Ona görə Ayın Yer ətrafında bir tam dövründə bir dəfə Yerə minimum (perigeydə), bir dəfə maksimum məsafədə (apogeydə) olur. İndi fərz edək ki, Ay apogeydə olanda Yer də Günəşdən minimum məsafədədir. Buna periheli məsafəsi deyilir. Bu vəziyyətdə Ayın Yerdən görünən ölçüsü ən kiçik, Günəşinki isə ən böyük oıur. Əgər Günəş tutulması bu zaman baş verərsə Ay diski Günəş diskini tam örtə bilmir, Günəş diskinin halqavari kənarı işıqlı qalır. Belə tutulma halqavari Günəş tutulması adlanır. Tam Günəş tutulması zolağının eni 270 kilometrdən böyük olmur. Odur ki, tam Günəş tutulması aramsız olaraq qərbdən şərqə tərəf “sürüşən” çox ensiz zolaqda müşahidə olunur. Bunun səbəbi Yerin ətrafında böyük sürətlə dolanan Ayın kölgəsinin Yerin səthində 1 kim/san sürətlə şərqdə tərəf “qaçmasıdır” (məsələn, Avropadan Asiyaya, yaxud Cənubi Amerikadan Atlantik okeanından keşməklə Afrikaya tərəf). Əsasən bu səbəbdən də Yerdə tam tutulma zolağında olan bir məhəldə tutulma 7 dəqiqədən uzun çəkmir; çox zaman isə 2-3 dəqiqə davam edir. Hər il ən azı iki Günəş tutulması baş versə də eyni bir məhəldə-ərazidə xüsusilə tam Günəş tutulması zamanı nadir hadisədir-200-300 ildə bir dəfə. Ay Yer ətrafında qərbdən şərqə doğru, yəni üzümüzü cənub tərəfə tutduqda sağdan sola doğru dolandığı üçün Günəş tutulması Günəş diskinin qərb (sağ) kənarından başlayır, zaman keçdikcə tutulan hissə böyüyür, sonra sol kənarda çox ensiz oraq dərhal itir və tam Günəş tutulması başlayır. Tam tutulma zamanı qaranlıq Günəş diski ətrafında parlaq mənzərə müşahidə olunur. Bu, Günəş tacıdır. Tam tutulma qurtaranda qabarıq tərəfi sağda olan oraq parlayır, genişlənir və nəhayət tutulma sona çatır (6-9 ardıcıllığı ilə). 2.Ay tutulmaları. Ay Yerin kölgəsinə daxil olanda tutulur. Bu, bədirlənmiş Ay fazasında, yəni Yer Ayla Günəş arasında olanda baş verə bilər. Ay Yerin kölgəsinə daxil olanda tam, yarımkölgəsinə daxil olanda tarımçıq tutulur. Yerin diametri Ayınkından təqribən dörd dəfə böyük olduğundan Yerdən Aya qədər məsafədə Yer kölgəsinin eni Ayın diametrindən 2,5 dəfə böyük olur. Odur ki, tam Ay tutulması iki saata yaxın davam edə bilər. İl ərzində iki Günəş tutulması mütləq baş verdiyi halda Ay tutulması olmaya da bilər. Lakin eyni məhəldə Ay tutulmaları tez-tez müşahidə oluna bilər. Bunun səbəbi günəş tutulmasının eni 270 km olan zolaqda, Ay tutulmasının isə eyni vaxtda Yerin Aya tərəf yönələn yarımkürəsində görünməsidir. Günəş və Ay tutulmaları ilə bağlı onu da qeyd edək ki, hər bədirlənmiş Ayda Ay, təzə Ayda Günəş tutulmur. Bunun səbəbi Ayın Yer ətrafında dolanma müstəvisinin ekliptika ilə üst-üstə düşməsidir. Ayın hərəkət müstəvisi ekliptika ilə orta hesabla 5º9′ bucaq altında kəsişir. Kəsişmə xəttinin uc nöqtələrinə Ay düyünləri deyilir. Ay və Günəş tutulmaları elə bədirlənmiş Ayda və təzə Ayda baş verir ki, bu fazalar həmin iki düyündən birinin yaxınlığında olsun. Günəşin kütləsi Ayın kütləsindən 27 milyon dəfə böyük olduğu üçün Günəş Ayın hərəkətini çox böyük qüvvə ilə sarsıdır. Bu qüvvətli təsirlərdən biri də Ayın orbit müstəvisinin fəzada 18 il 10-11 sutka periodla tam fırlanmasıdır. Məhz hər 18 il 10-11 sutka ərzində baş verən Günəş tutulmaları növbəti müddətdə azacıq fərqlə təkrarlanır. Elə buna görə də Günəş və Ay tutulmalarını çox qədimlərdən təqribi xəbər verə bilirmişlər. İndi tutulmaların yeri və vaxtı 10 illərlə əvvəlcədən çox böyük dəqiqliklə hesablanır.
['günəş tutulması', 'ay tutulması']
6,149
https://kayzen.az/blog/flora/3895/bitkil%C9%99r-al%C9%99mind%C9%99n-maraql%C4%B1-m%C9%99lumatlar.html
Bitkilər aləmindən maraqlı məlumatlar
Xrizoberil
Flora
18 fevral 2011, 18:28
Elə bitkilər var ki, təsirlərə reaksiya verir. Məsələn, küsdüm ağacının bir budağında olan yarpağa toxunduqda, qalan yarpaqlar təhlükə hiss etmiş kimi yığışır. Turşəng bitkisində də belə xüsusiyyət vardır. *** Panama kanalı yaxınlığında "işıq ağacı" bitir. Ağacın şama oxşar yağlı meyvələri olur. Yerli əhali meyvənin içinə piltə salaraq, onu şam kimi yandırırlar. Adi şamlar kimi hiss eləmədən 3-5 saat yanır. Aloe ağacına oxşayan bitki otaqda nəinki təkcə yarşıq üçün, hətta müalicə xüsusiyyətinə görə saxlanan aloyenin tayıdır. Qədimdə əsgərlər bu bitkinin şirəsi ilə yaralarını sağaldırdılar. Indi də xalq təbabəti müxtəlif xəstəliklərin müalicəsi üçün həmin bitkidən istifadə edir. *** Macarıstanda Vyetnamdan alınmış xiyar toxumundan 170 sm uzunluğunda xiyar yetişdirilmişdir. *** Soci və Qaqranı sakinləri ağacda yetişən konfeti daha çox xoşlayırlar. Üstü qabıqla örtülmüş qəhvəyi rəngli bu konfet şirinliyi və dadına görə heç də adi konfetdən geri qalmır. Onun çiçəyi nektarla zəngindir. Konfetin tərkibində 35 % şəkər var. Bundan başqa, konfetin tərkibində şəfaverici maddələr də vardır. Astma xəstəliyinə tutulanlar üçün çox faydalıdır. *** Xəstə bitkilər də başqa canlılar kimi titrədib- qızdırır. Xəstə bitki ilə sağlam bitkinin gövdələrinin temperaturu arasında fərq olur. Xəstə bitki tez- tez nəfəs alır və temperaturu yüksək olur. *** Ən böyük nəbatət bağı Londondadır. Bu bağda 24 min müxtəlif bitki növü vardır. Nəhəng bağın sahəsi 110 hektara bərabərdir. *** Dünyada elə bitki vardır ki, şirəsi qənddən 300 dəfə şirindir. Bir stəkan qəhvəni və ya çayı şirin etmək üçün bitkinin bir damcı şirəsi kifayətdir. *** Yaponiyada bitən sofora bitkisinin tünd şabalıdı toxumları çox zəhərlidir. Sofora bitkisinin zoğlarında 2.5 %, yarpaqlarında isə 3.2 % paxikarpin, sofokarpin və matrin kimi zəhərli maddələr vardır. Ona görə də zəhərli bitkilərə toxunandan sonra hər bir adam əllərini mütləq sabunla təmiz yumalıdır. Çünki bəzi bitkilərin şirəsi ələ dəydikdə dəri vasitəsilə dərhal qana keçir və zəhərlənmə baş verir. Oleandr, sezalpiniya, kökatan, sumaq, yapon soforası və b. Çox geniş yayılmış zəhərli bitkilərdir. Respublikamızın bütün parklarında, bağlarında, küçə və meydançalarında bəzək bitkiləri kimi istifadə edilən bu bitkilərər rast gəlmək olar. Məlumdur ki, Napoleon Rusiya üzərinə hücüm edərkən 12 fransız əsgəri oleandr çubuğunda kabab bişirmişdi. Onlardan səkkizi zəhərlənib ölmüşdü. *** Adi ardıc, şam və bir sıra başqa iynəyarpaqlı ağac və kollar mərkəzi sinir sisteminə, ürəyə, böyrəyə pis təsir edir. Mədədə həzm prossesini pozur. Onların yarpaqlarında, yaşıl zoğlarında və gövdəsinin qabığında zəhərli alkoloidlər, qlukozidlər, efir yağları, üzvi turşular və başqa birləşmələr tapılmışdır. Ona görə də yaşayış binalarının, uşaq bağçalarının yaxınlığında bu bitkiləri əkmək məqsədəuyğun deyildir. *** Ağaclar axşam saat 9-dan səhər 6-ya kimi böyüyür. Avstriyalı alim doktor qonzaleskinin apardığı çoxlu müşahidələr göstərmişdir ki, gün ərzində ağacın inkişafının 90 %-i gecələr olur, 10 %-i isə axşamçağına düşür. Qalan vaxtlar ağaclar "yatır", böyümək üçün güc toplayır. *** Afrikada təsadüf edilən baobab çox dözümlü və davamlı ağacdır. Bəzən ağaca yanğın düşür, alov onun yarısını yandırır, tələf edir. Bir müddət keçəndən sonra ağac yenidən dirçəlib göyərir. Baobab ağacı çox böyük olur. Bu nəhəng ağacın kötüyünün dairəsi bəzən 30-40 m-ə çatır. Ağacın özü o qədər yumşaq olur ki, onu güllə dəlib keçir. Bu ağacın gövdəsindəki oyuqda 20 adam rahat yerləşir. Baobabın ömrü çox uzundur. Bəzi hallarda ağacın yaşı 5 min ilə çatır.
['bitki aləmi']
6,150
https://kayzen.az/blog/optimist/3890/g%C3%BCl%C3%BCms%C9%99.html
Gülümsə :)
Jeremy
Hər şey gözəldir
18 fevral 2011, 15:02
Gülümsə! Gülümsəyin! Söhbət "anekdot"lardan və "gülməli" verlişlərdən getmir. Sizin enerjinizdən danışıram mən. Küçədə, evdə, tanıdığınız və tanımadığınız insanlara gülümsəyin.Çünki bu hamıya yaraşır və hamının içində müsbət enerji baş qaldırır.Insanlar bir-birinin problemli olduğunu onsuzda bilir.Və üstəlik nə qədər olar axı evdən çıxar-çıxmaz gördüyümüz ilk insanın gözlərində qəm və ya vəhşi baxışların şahidi olmaq?! Yaxşı hadisələr haqqında fikirləşin biraz. Problemlərə görə narahat olmağa dəyməz, əslində, onlar onsuzda ən sadiq dost kimi həmişə yanımızdadılar. Sevgilivizi düşünün, ya çox sevdiyiviz dostuvuzu, balaca dünyadan xəbərsiz uşaqları düşünün, gülün.Təsəvvür edin ki, yol gedəndə insanlar sizə gülümsəyir, siz isə onlara.. Məncə gülümsəməkdi elə xoşbəxtliyin açarı. Siz problem fikirləşdikcə özüvüzə problemləri cəlb etmiş olacaqsız, insanları təbəssümə qonaq etdikdə isə, onlarda sizə təbəssüm ilə qarşılıq verəcəklər. Qeyd: ötən yazıların birində kişini öz aləmimizdə "niprav" çıxartmışdıq, amma biz "brainstorminbabylon" olaraq Nyutonu və onun cazibə qanununu sevirik, dəstəkləyirik, öpürük.Allahdan ona rəhmət diləyirik, qəbri nurla dolsun. Qeyd içində qeyd: rəhməti Allahdan diləyiriksə, deməli biz satanist deyilik. Bu təbəssüm kompaniyasının doğrudan effektiv olduğunu sizə bir-iki misal ilə başa salmağa çalışacam. Fikirləşin ki, harasa getdikdə, balaca və çox şirin bir uşaq anasının qucağında sizə gülümsəyir, dil çıxardır vəs. Əgər sizin hissləriviz hələ sağdı və əgər siz "ayı" deyilsiz - gülümsəyəcəksiz. =) Yada əl-əl`ə gəzən çox sevimli bir cütlük görsəz, mütləq nəsə xəyal edəcəksiz, xoş hisslər keçirəcəksiz və yenədə - gülümsəyəcəksiz. Əslində bilirəm.. Məndə bilirəm ki, dünya yazdığım qədər gözəl deyil. O gülümsəyən uşaqdan biraz o tərəfdə bir vaxtlar "gülümsəyən uşaq" olmuş, amma indi standart "azərbaycan məktəblisi" olmuş varlıqlara rast gələ bilərsiz. Və daha nələr, nələr. Bunları hamı bilir. Amma bütün günü beyində bu pis tərəfləri fırlatmaq normal deyil. Bunları fikirləşdikcə və gülümsəmədikcə biz get – ged`ə bunu ümumiyyətlə yaddan çıxardacayıq. Və bizdə vəhşiləşəcəyik, lap "onlar" kimi olacayıq. Biz tez-tez dünyanı dəyişməkdən danışırıq. İndi fikirləşin.. Fikirləşin ki "fuck"la dünyanı hara qədər və necə dəyişəcəksiz axı?! Birini söyərək və döyərək dəyişdirməyə çalışsanız, o sizə əks reaksiya verəcək. Və tamamilə haqlı olacaq. Bəlkə biraz gülək? Bəlkə mehriban olaq? Bəlkə sevək artıq bir-birimizi? Yazını bitirəndən sonra, yazıya tam xətt çəkəcək bir fikrə gəldim. Bu P.S`də ola bilərdi. Dostlarıma və sevdiyimə.. Bütün insanlardan, onların dünyalarından və orda olub-bitənnən bizə nə?! Biz bir-birimizə gülümsəyək, bir-birimizi sevək. Bu bizə bəsdi! Gülümsəyin uşaqlar! thank u brainstorm[in]Babylon!
['gülüş', 'gülümsəmək', 'təbəssüm']
6,151
https://kayzen.az/blog/dusundurucu-hekayeler/3884/m%C3%BCharib%C9%99y%C9%99-yox-dey%C9%99nl%C9%99r.html
Müharibəyə yox deyənlər!!!
Jeremy
Düşündürücü hekayələr
18 fevral 2011, 14:11
Müharibə sevən insan varmı görəsən? Fikirləşdim bir anlıq - niyə sevsin axı kimsə müharibəni? Təsəvvür et ki, ölən insanlar, parça-parça olan cəsədlər, balaca uşaqlar, göz yaşları, yetişən nifrət ki, növbəti faciələrə səbəb olur və.. Təsəvvür et ki, məhz bu cümlələri oxuduğun an dünyada daha bir neçə insan öldü. Təsəvvür et ki, ölən sənin anan, bacın, atan, dostun, qardaşın, uşağındır.. Etdin?! İndi təsəvvür et ki, dünyaya sülh çökdü. Buna kim sevinər? Təsəvvür et ki, nə dövlətlər və onları ayıran sərhədlər var, nə millətlər və onların arasında yaradılan düşmənçilik var, nə millətçi egoizmi və snobizmi, nə Afrikada aclıq problemi olacaq, nə də ki, Avropadakılar bolluqdan əziyyət çəkəcək, nə dövlətlər arasında mübarizə və bu mübarizələrin qulları olan qara millət olacaq – heç nə! Aramızda fərq qalmasa, siyasətçilər hara yox olacaq? Müharibələr olub, var və olacaq – deməli bu kiməsə lazımdır. Sual - kimə?! Heç birinə inanmıram! Nə BMT və orda oturan boşboğazlara, nə TV`nin ekranından söz verən yalançılara, nə hər şeyin yaxşı olduğu barədə zəmanət verən axmaqlara, nə deyilənlərə ümid edənlərə, nə də ki, ümid edənlərə ümid edib, rahatlayanlara.. Heç birinə! Ölən uşaqlara yazığım gəlir.. İçimi boğan hıçqırtı ilə bəsdi deyirəm! Müharibələrinizi, agitasiyanızı və nifrətinizi özünüzə saxlayın – bizi isə rahat buraxın! Yeniyetmə maksimalizmi - öyrəşdiyimiz kimi. Mövcud olan problemə obyektiv yanaşaq. Onlar insanları sevir, sevə-sevə öldürür. Ən sadə xəbərlərdən başlayacam.. Ya da başlamayacam. Tullayın xəbərçiləri qırağa. "İnək beşbaşlı, qanadlı dəvə doğdu" tipli xəbərlərlə ələ salırlar bizi. Məhlədə dükan işlədən day-daydan tutmuş, məktəbdə peraşkinin içində kartoşka axtaran uşağa kimi - hamı siyasətçi olub! Həyatımızı müharibələrin, siyasət oyunlarının, ölülərin, dirilə bilməyənlərin müzakirəsi zamanı itiririk. Müharibələrin meymunların televiziya şousundan heç bir fərqi yoxdur. Siz onlara baxdıqca, onlar sizə göstərəcəklər. Siz onlara ağladıqca, onlar sizin ölkənizə və evinizə ölülər göndərəcəklər. Nəticəsində isə pisliyi çəkən və zədə alan kiçik dünyalar, ailələr, insanlar olur. Həmişə. Hansı ki, əlinə silahı verib, "sən ailəni qorumalısan!" deyirlər bizə. İnanın mənim ailəm heç kimin toyuğuna "kışt" deməyib. Fikirləşmək, yoxsa qanımıza və beynimizə işləmiş "vətən sevgisi"? Bəziləri üçün vətən - parçalanmış torpaq hissələridir. Bu ərazini, torpağı, dünyanı kim bölüb axı, mən ona səcdə edim!? Hər şey çox sadədir. 2 qüvvənin müharibəsində həmişə 3`cü tərəfin marağı olub. Var. Olacaq. Başa düşmək istəmirik ki, çoxlarının səsinə arxalanmaq yox, güclülərin səsinə səs vermək erasında yaşayırıq. "Müqəddəs" torpağın müqəddəs qəhrəman övladları. Ölü qəhrəman kimin nəyinə lazımdır, qardaşım?! Bu müharibə adlı tamaşaların heç kimə lazım olmayan baş rolları. Ölülər və ya əsgərlər, 18-20 yaşlı uşaqlar - sənin və mənim kimi. Biz baş roldayıq. Halbuki filmlərdə baş rollar heç vaxt ölmür.. Biz sadəcə balaca qarışqalarıq ki, həyatımız boyu görməyəcəyimiz sonu axtarırıq. Sülhə tərəf çağırışlar və əmin–amanlıq arzusu – boş söz yığını! Humanist çağırışlar sadəcə çağırış kimi qalır. Vəssalam. Vədlər dalınca verilən vədlər. Ətrafa bax: həyatın boyu sülh üçün mübarizə aparan kiçik nöqtəsən! Müharibələrin pis olduğu haqda yaza bilərdim, amma bir insanın milyonların fikrini dəyişməsi gülüncdür. Halbuki, hamı müharibənin pis olduğunu bilir.. epiloq əvəzi. Bəziləri anlayacaq, bəziləri yozacaq, bəziləri baş açmayacaq, ya da açmaq istəməyəcək, bəziləri isə oxuyub, unudacaq. P.S:Biz də sizin kimi yazırıq ki, sabah unudaq. Yoxmuş kimi. thank u brainstorm[in]Babylon!
['müharibə']
6,152
https://kayzen.az/blog/dusundurucu-hekayeler/3882/%C9%99m%C9%99liyyat-masas%C4%B1ndak%C4%B1-m%C3%B6c%C3%BCz%C9%99.html
Əməliyyat masasındakı möcüzə !
Xrizoberil
Düşündürücü hekayələr
18 fevral 2011, 13:10
Hərbi həkim, cəbhədə ağır yaralanan əsgərin əməliyyat masasına yatırdılmasına köməkçi oldu. Təlaşı gözlərdən qaçmayan həkim, işıqları nizamladıqdan sonra, xüsusi alətlərinə ehtiyac olduğunu fərq etdi. Bir dəmir parçası yazıq gəncin başına girmiş və bəzi sinirləri parçalamışdı. Bu sinirləri bir-birinə bağlaya bilmək üçün ən incəsindən bir iynəyə və yenə o qədər incə bir ipliyə ehtiyac vardı. Lakin, döyüşün orta yerində bunları tapmaq qeyri-mümkün idi. Bu sırada, əsgərin komandiri gənc leytenant, həkimin ümidsizlik içində qıvrıldığını gördü. Vəziyyəti izah edən həkimə, özünün sivil həyatda saat təmirçiliyi etdiyini və əlinin belə şeylərə vərdiş etdiyi üçün onun istədiyi iynəni dərhal edə biləcəyini söylədi. "Yaxşı, amma çox sürətli hərəkət etməmiz lazımdır. Xəstənin bu şəkildə uzun müddət yaşaması mümkün deyil. "Komandir dərhal işə başlayaraq, bir neçə dəqiqə içində iynəni hazırladı. Həkim, əvvəl təşəkkür etdisə də, bir neçə saniyə sonra yüzünə yenə ümidsiz bir ifadə yerləşdi. Əlbəttə ki, o incəliklə bir iplik tapıla bilmədikdən sonra iynə nə işə yarayardıki? Leytenant buna da bir əlac tapdı. Əlini cibinə atıb parlaq bir qutu çıxardı və içindən çıxardığı şeyi həkimə uzatdı. Həkimin üzü bu dəfə bir möcüzəyə şahid olmanın sevinciylə işıldadı. Çünki gənc zabitin uzatdığı şey onun ehtiyacını tam tamına qarşılayırdı. Bir az sonra yaralı əsgər müvəffəqiyyətli bir əməliyyatdan çıxaraq normal xəstə kamerasına alındı. Ölüm təhlükəsini sovuşdurmuşdu. Onun həyatının xilas olmasını təmin edən iplik isə, leytenantın yoldaşının onu döyüşə yollarkən bir qutuya qoyub hədiyyə etdiyi uzun saç telindən başqa bir şey deyildi!
['hekayə']
6,153
https://kayzen.az/blog/heyvan/3881/yerd%C9%99-qa%C3%A7an-q%C4%B1rm%C4%B1z%C4%B1dodaq-bal%C4%B1q.html
Yerdə qaçan qırmızıdodaq balıq
Xrizoberil
Heyvanlar aləmi
18 fevral 2011, 13:05
Qırmızı dodaq yarasa balığı dünyada dörd üzgörünüşlü burnu və böyük qırmızı dodaqları balığa çox maraqlı görünüş verir. Yarasa balıqlarının qumun üzərində bir insan kimi gəzməsini təmin edən orqanları döş üzgəcləridir. Bu üzgəclərin vasitəsilə yarasa balıları okean mühitində asanlıqla dayana və üzgəc uclarının üzərində üzə bilirlər. Qırmızıdodaq yarasa balığının başqa maraqlı bir xüsusiyyəti də var. Burunlarının altında başqa balıqları aldatmaq üçün qarmaq kimi istifadə etdikləri kiçik dəri parçaları var. Yarasa balıqları yırtıcı heyvanlardır. Bu qarmaq vasitəsilə digər balıqları, yengəcləri, sürfələri və dəniz qəlsəmələrini də ovlayırlar. Dənizin dibində yaşayan bu kiçik balıqdakı incə quruluş bizə Allahın yaradıcılıq nümunələrində birini göstərir.
['möcüzəli canlılar']
6,154
https://kayzen.az/blog/heyvan/3880/s%C9%99s-k%C3%BCyl%C3%BC-c%C4%B1rc%C4%B1rama.html
Səs - küylü cırcırama
Xrizoberil
Heyvanlar aləmi
18 fevral 2011, 12:57
Cırcıram səs- küylü bir həşəratdır.  Həşərat bu səs- küyü bədənində ki yüksək bir sistem vasitəsilə çıxarır. Gövdəsinin arxa hissəsindəki hava kisəcikləri üzərində sağ və sol tərəfdə yerləşmiş iki lövhə var. Cırcırama daş kimi sərtləşmiş bu lövhələri bir- birinə vuraraq həmin səsi çıxarır. Lövhə bağlı olduğu əzələ tərəfindən dartılıb buraxıldığı zaman boş tənəkə qutunun çıxardığı səsə bənzər bir səs yaranır. Həşəratın etdiyi dartıb- buraxma hərəkəti saniyədə 500 dəfə təkrar olunur. Saniyəni bir göz qırpımı qədər düşünsək, onun bu hərəkəti bir saniyədə 500 dəfə etməsinin nə qədər çətin olduğunu dərhal anlayarıq. Böcəyin döş hissəsinin alt tərəfində olan çıxıntının açılıb- bağlanması ilə səs yüksəlir və ya alçalır. Insan qulağı saniyənin onda birindən də qısa müddətdə açılıb-bağlanmanı, yəni qırıq səsləri müəyyən edə bilməz. Elə bu səbəbdən də biz cırcıramanın fışıltısının daim olduğunu zənn edirik. Elm adamları cırcırama ayağının quruluşunu tədqiq etmiş və müəyyənləşdirmişlər ki, bu canlının ayağı elastiklik və qırılmağa qarşı çox dözümlüdür. İrlandiyanın Dublin şəhərindəki Triniti Kollecinin mühəndisi Dr. Jan-Henning Dirksin başçılığı altında bir qrup elm adamı cırcıramanın ayağını bükərək sındırmağa sərf olunan enerjini müəyyən etmək üçün apardıqları təcrübəni “The Journal of Experimental Biology” adlı elmi jurnalın internet saytında yerləşdirmişlər. Böcəyin ayağını bükərək sındırmağa sərf olunan enerjinin 5,56 kilojul m üstü -2 olduğunu müəyyən edən tədqiqatçılar bunun çuqunu qoparmaq üçün tələb olunan enerjidən daha çox olduğunu bildirmişlər. Tədqiqatçılar apardıqları təcrübələr nəticəsində sümük əsaslı buynuzla eyni sərtliyə malik olan cırcırama ayağının insan sümüyündən daha dözümlü olduğunu aşkara çıxarmışlar. Elm adamları cırcıramanın şiddətli toqquşmalara tab gətirən sıçrayışlar həyata keçirmək üçün belə dözümlü ayaqlara ehtiyacı olduğunu qeyd etmişlər.
['möcüzəli canlılar', 'cırcırama']
6,155
https://kayzen.az/blog/dusundurucu-hekayeler/3877/pad%C5%9Fah%C4%B1n-i%C5%9Fi-n%C9%99dir.html
Padşahın işi nədir?
MASON
Düşündürücü hekayələr
18 fevral 2011, 00:24
Sultan Murad xan səhər yuxudan çox həyəcanlı qalxdı. Sanki nə isə demək istəyir, ancaq nəsə qarşısını kəsirdi. Baş vəziri Səyavuş Paşa onun bu vəziyyətini görüb soruşdu: - Çox narahat görünürsünüz. Bəlkə, sizi narahat edən bir şey var? - Gecə qəribə bir yuxu gördüm. - Xeyir ola? - Xeyirdir, yoxsa şər, bunu sonra biləcəyik. - Necə? - Hazırlaş, yola çıxırıq. Sultan Murad xan da, vəziri də molla qiyafəsində yola düşdülər. Padşah hələ də gördüyü yuxunun təsiri altında idi və görünür, gedəcəyi yeri yaxşı bilirdi. Əvvəlcə, Bəyazidə, oradan Vəfaya, sonra da Zeyrəkə üz tutdular. Nəhayət, Unqapı ətrafında nəfəslərini dərdilər. Padşah ətrafa diqqətlə baxmağa başladı. Yaxında bir meyit var idi. - Kimdir bu? - deyə padşah orada yığışan adamlardan soruşdu. - Əyyaşın, əxlaqsızın biri... - Haradan bilirsiniz? - Qırx ildir qonşuyuq. Gəl bunu da bilməyək. Bir anlıq ətrafa sakitlik çökdü. Birdən yaşlı bir qocanın səsi eşidildi: - Əslində o, yaxşı sənətkar idi. Yaxındakı bazarda nalbənd işləyirdi. Yaxşı nal vururdu. Bu işdə tayı-bərabəri yox idi. Ancaq qazandıqlarını içkiyə, eyş-işrətə xərcləyirdi. Hər gün evinə şərab daşıyırdı, qadınlarla əylənirdi... Qoca susdu. Bir az sonra artıq hamı üz çevirib getmişdi. Təkcə padşahla vəzir qalmışdılar. Vəzir getmək istəyəndə padşah onun yolunu kəsdi. - Hara? - Bilmirəm. Ancaq hər halda buradan getsək, yaxşıdır. - Sən onlara fikir vermə. Onlar üz çevirib gedə bilərlər, ancaq biz gedə bilmərik. Necə də olsa, rəiyyətimizdir. Meyiti ortalıqda qoymaq olmaz. - Olsun, saraydan bir neçə molla göndərərik, qurtarıb gedər. - Olmaz. Hələ də gördüyüm yuxunun sirrini aça bilməmişəm. - Yaxşı, biz indi nə edək? - Meyiti yuyaq, kəfənləyək, sonra da namazını qılıb, dəfn edək. - Padşahım, axı biz bunu necə edə bilərik? Mən bu günə kimi meyit yuyub kəfənləməmişəm. - Narahat olma. Hər şeyi mənim öhdəmə burax. Ancaq əvvəlcə ölünü yumaq üçün bir məscid tapmalıyıq. - Burada kiçik bir məscid var, bəlkə, ora gedək? - Olmaz. Sən olsaydın, hansı məscidə getmək istəyərdin? - Nə bilim, yəqin ki, Süleymaniyyəyə, heç olmasa, Fateh məscidinə... - Süleymaniyyədə dövlət adamları çoxdur. Bizi tanıya bilərlər. Ancaq Fateh məscidini yaxşı fikirləşmisən. Hazırlaş gedək... Məscidə gəldilər. Vəzir tez-tələsik kəfən, tabut tapdı. Padşah mis qazanları ocağa vurdu. Meyiti yudular. Sanki meyit birdən-birə gözəlləşdi. Sanki alnında bir nur var idi. Qəribədir ki, üzündən əxlaqsız, əyyaş adama da oxşamırdı. Dodaqlarında mənalı bir təbəssüm var idi. Padşahın ona əməlli-başlı qanı qaynamışdı. Elə vəzirin də... Nalbəndi kəfənləyib tabuta qoyduqdan sonra müsəlla daşının üstünə uzatdılar. Ancaq namaz vaxtına hələ var idi. Bu vaxt vəzir təlaşla padşaha yaxınlaşdı: - Padşahım, bəlkə, biz səhv edirik. - Niyə? - Heç soruşmadıq. Kim bilir, bəlkə də, ailəsi, uşaqları var?.. - Düz deyirsən. Sən burada gözlə, mən məhəlləyə baş çəkib gəlirəm. Vəzir məsciddə qaldı. Padşah isə bu qəribə macəranın başladığı yerə qayıtdı. Soruşub nalbəndin evini tapdı. Qapını yaşlı bir qadın açdı. Səbirlə padşahı dinlədi. Sanki qadın nalbəndin öləcəyini bilirdi. Qadın: - Haqqını halal elə, oğlum, - dedi, - görürəm ki, çox yorulmusan. Sonra qapının ağzındakı səkinin üstündə oturdu. Damarları çıxmış əllərini gicgahına dayadı. Adama elə gəlirdi ki, o ağlayır. Ancaq yox, o, ağlamırdı. Bir qədər sonra xəyal dünyasından ayrıldı: - Bilirsən, oğlum, onunla neçə ilin ömür-gün yoldaşı idik. Başqa bir aləm idi bizim nalbənd. Axşama qədər atların ayağına nal vurardı. Ancaq birinin əlində şərab görsə, əlində-ovcunda nə varsa verib alardı. Sonra gətirib çölə tökərdi. - Niyə? - Başqaları içməsin deyə. - Qəribədir. - Sonra küçə qadınlarının pulunu verər, evə gətirərdi. Mən sizin pulunuzu verdim, indi də mən deyəni etməlisiniz, deyərdi. O, çıxıb gedərdi, mən də onlara dinimizdən, əxlaqımızdan danışardım. - Sən işə bax. Ancaq gör camaat nə deyir. - Kim nə deyir-desin, heç vecinə də deyildi. O, həmişə qəsəbədən uzaq məscidlərə gedərdi. Gərək elə bir imamın arxasında durasan ki, təkbir gətirəndə Kəbəni görsün, - deyərdi. - İndi haradadır elə imam? - Elə buna görə də Nişançıya, Sofular Məscidinə gedərdi. Bir gün ona dedim ki, gəl sən belə eləmə. Sən beləsən, ancaq qonşular sənin haqqında başqa cür fikirləşirlər. Axırda elə edəcəksən ki, səni yerdən götürən də olmayacaq. Fikrə getdi. Sonra “qoy heç kimə yüküm düşməsin“ dedi. Həyətdə özünə bir qəbir qazdı. Bir gün yenə “iş qəbirlə bitmir, səni kim yuyacaq, kim dəfn edəcək?“ dedim. - Bəs o nə cavab verdi? - Əvvəlcə gülümsədi, sonra da,  “Allah böyükdür... Bir də padşahın işi nədir?“ dedi.
['düşündürücü hekayə']
6,156
https://kayzen.az/blog/astronomiya/3122/geosentrik-v%C9%99-heliosentrik-sistem.html
Geosentrik və heliosentrik sistem
Əliyev
Astronomiya
17 fevral 2011, 23:02
XVI əsrin ortalarınadək planetlərin görünən hərəkətlərinə aid çoxlu müşahidə materialları toplanmışdı. Bu müşahidələrdən məlum olmuşdur ki, planetlərin görünən hərəkətlərində əsas istiqamət qərbdən şərqə, yəni üzümüzü göyün cənub tərəfinə tutsaq sağdan sola tərəfdir. Bu istiqamətdə olan hərəkət düz hərəkət adlanır. Zaman keçdikcə düz hərəkət yavaşıyır, sonra planet sanki dayanır, az sonra planetin hərəkəti şərqdən qərbə, yəni üzümüzü göyün cənub tərəfinə tutsaq soldan sağa tərəf olur. Belə hərəkət tərs hərəkət adlanır. Qısa müddətdən sonra planet sanki yenə dayanır  və az sonra yenidən düz hərəkətini davam etdirir. Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, hər bir planetin görünən hərəkəti ulduz göyü fonunda ilgək cızması ilə nəticələnir. Qeyd edək ki, Günəş ətrafında dolanma orbiti Yerin orbitinin xaricində  olan planetlər yuxarı ( yaxud xarici ) planetlər adlanır. Bunlar Mars, Yupiter, Saturn, Uran, Neptun və Plutondur. Günəş ətrafında dolanma orbitləri Yerin orbitinin daxilində olan planetlər isə aşağı ( yaxud daxili ) planetlər adlanır. Bunlar Merkuri və Veneradır. Yuxarı  planetlərin hər biri özünə məxsus müddətdə Zodiak bürclərindən keçərək Günəşə yaxınlaşıb-uzaqlaşır. Nəticədə gah gecə göyündə görünmür (Günəşlə doğub-batırlar), gah da Günəşdən uzaqlaşaraq görünməyə başlayır və zaman keçdikcə o qədər uzaqlaşır ki, bütün gecəni görünür:  Günəş batan kimi üfüqün şərq tərəfində doğur və Günəşin doğana yaxın üfüqün qərb tərəfində batır. Aşağı planetlərin hər biri isə Günəşdən gah qərbdə (sağda), gah da şərqdə (solda) olur; Günəşlə birlikdə bir ildə  bütün Zodiak bürclərindən keçir. Merkuri Günəşdən ən çoxu 28º, Venera isə 48º uzaqlaşır. Odur ki, bu planetlər  ya səhərə yaxın üfüqün şərq tərəfində, ya da axşamlar üfüqün qərb tərəfində görünür. Beləliklə, planetlərin görünən hərəkətləri mürəkkəbdir. Əsas mürəkkəblik bu hərəkətləri öz oxu ətrafında sutkalıq periodla fırlanan və illik periodla Günəş ərtafında dolanan Yerdən müşahidə etməkdədir. Elə ona görə də kökündən səhv olan Geosentrik sistem 14 əsr (bizim eranın II əsrindən  XVI əsrin ortalarınadək) astronomiyada hakim sistem olmuşdur. Geosentrik sistemi eramızın II əsrində yaşamış yunan alimi Ptolemey təklif etmişdir. Bu sistemə görə Yer tərpənməzdir və dünyanın mərkəzindədir. Ay və Günəş bilavasitə Yerin ətrafına hər biri dairə olan orbit üzrə sabit sürətlə dolanır. Ayın dolanma peridu 1 ay, Günəşinki 1 ilə bərabərdir. Planetlərə gəlincə, Ptolemeyə görə hər bir planet, mərkəzi Yerdə olan bu planetə məxsus böyük dairə üzərindəki həndəsi nöqtə ətrafında kiçik dairə üzrə sabit sürətlə dolanır. Kiçik dairə mərkəzi isə planetlə birlikdə Yerin ətrafında böyük dairə boyu dolanır. Mərkəzi Yerdə olan böyük dairə deferent, kiçik dairə episkl adlanır. Şəkil 22-də Geosentrik sistem təsvir olunmuşdur. Ptolemeyə görə Günəşin, Merkurinin, Veneranın və Yerin mərkəzləri həmişə bir düz xətt üzərində olur. Geosentrik sistem əsasında planetlərin görünən vəziyyətlərini qabaqcadan hesablamaq olurdu. Lakin zaman keçdikcə astronomik müşahidələr dəqiqləşdiyindən Geosentrik sistemin nöqsanları da üzə çıxırdı. İş o yerə çatmışdı ki, hesablamalarla müşahidələri uzlaşdırmaqdan ötrü hər planetin bir deyil, bir neçə episkli olduğunu qəbul edirdilər. 1543-cü ildə böyük Polşa alimi Nikolay Kopernikin “Göy sferalarının fırlanması haqqında” kitabı çapdan çıxmış və o, burada özünün Heliosentrik sistemini geniş şəkildə şərh etmişdir. Kitab alimin ölümündən azacıq sonra çıxmışdır. Belə olmasaydı bəlkə də Kopernik ciddi cəzalandırılardı, necə ki, XVII əsrin əvvəllərində inkvizisiya tərəfindən Qalileo Qaliley cəzalandı- bir müddət həbs olundu, alim-filosof Cordano Bruno isə tonqalda yandırıldı. Səbəbi onların Heliosentrik sistemi müdafiə etmələri olmuşdur. Şəkildə Heliosentrik sistem təsvir olunmuşdur. Heliosentrik sistemə görə Yerplanetlərdən biridir, o öz oxu ətrafında sutkalıq periodla fırlanır və fırlanan Günəşin ətrafında illik periodla dolanır. Kopernikə görə Yer və qalan planetlər Günəşin ətrafında dairə boyunca müxtəlif periodla sabit sürətlə dolanırlar. Göy sferası, daxilinə həkk olunmuş ulduzları ilə birlikdə Günəş ətrafında fırlanır. Kopernikin son fikirləri- göy sferasının ulduzlarla birlikdə fırlanması, planetlərin dairə üzrə sabit sürətlə dolanması fikirləri səhv idi. Buna baxmayaraq əsas məsələdə Kopernik elm aləmində doğrudan da inqilab etmişdir. Bu əsas məsələ isə Günəşin Günəş sisteminin mərkəzi cismi olması və Yer də daxil bütün planetlərin Günəş ətrafında dolanması qənaəti idi. Planetlərin, o cümlədən Yerin Günəş ətrafında dolanmasını sübut edən ilk dəlillər Kopernikdən az sonra tapılmışdır. Əvvəla XVII əsrin ilk illərində Kepler Kopernikin Heliosentrik sistemini əsas götürərək ona düzəlişlər verdi. Elə bu zamanlar, Qaliley ixtira etdiyi ilk teleskopu ilə Yupiterin dörd peykini, Ayda dağlar, Günəşdə ləkələr olduğunu müşahidə etdi, Veneranın fazalarını teleskopla kəşf etməklə Heliosentrik sistemin düzgünlüyünə inam yaratdı. Məsələ bundadır ki, Venera Yerin deyil, Günəşin ətrafında dolandığı üçün Yerdən onun fazaları müşahidə olunur. Bunlardan başqa, Qaliley ətalət qanununu kəşf etməklə planetlərin günəş ətrafında dolanmasının səbəbini tapmaq üçün cığır açdı. Bundan 70 il sonra Nyuton mexanikada məlum üç qanununu verdi və nəhayət ümumdünya cazibə qanununu kəşf etdi.
['Günəş sistemi']
6,157
https://kayzen.az/blog/poeziya/3870/anam-%C3%B6ld%C3%BCm%C3%BC-%7C-b%C9%99xtiyar-vahabzad%C9%99.html
Anam öldümü? | Bəxtiyar Vahabzadə
elshad
Poeziya
17 fevral 2011, 17:19
Nə tez əllərini üzdün dünyadan,  Balanı tək qoyub hara getdin sən?  Necə yox olurmuş bir anda insan,  Elə bil dünyada heç yox imişsən.  Günəş qürub etdi… otaq qaraldı,  Bir anda yox oldun sən xəyal kimi.  İndi düşünürəm: Səndən nə qaldı,  Könlümdə xatirən qara xal kimi.  Məni boya-başa yetirdin, ana  Bizə borclu bildik hər zaman səni.  Sən məni dünyaya gətirdin, ana,  Mənsə yola saldım dünyadan səni.  Sən mənə beşikdə laylay çalmısan  Bu gün laylay çalım sənə məndəmi?  Sənin şirin-şirin laylalarmı  Mən sənə qaytarım cənazəndəmi?  «Yuxun şirin olsun» — deyərdin mənə,  «Yuxun şirin olsun» — deyimmi sənə?  Gərək mən başına dönəm-dolanım,  Məni həyat üçün yatıran anam,  Söylə ölümçün  Necə yatırım  Səni mən bu gün?  Bu necə dünyadır, anlamıram mən,  Cilvəsi cürbəcür, rəngi cürbəcür  Dünən nəfəsiylə səni isidən  Bu gün buza dönüb, daşa dönübdür.  Bu necə dünyadır,  İnsan oğlunun  Xəyalı göydədir, özü yerdədir,  Sağ ikən çiynində həyatın yükü,  Öləndə cəsədi çiyinlərdədir...  Bu necə dünyadır, bu necə dünya,  Ölümü həqiqət, həyatı röya.  Dərdimin, qəmimin səndin ortağı, .  Niyə üz döndərdin, bəs niyə məndən?  «Dərdin mənə gəlsin!» — deyərdin axı,  Niyə dərd caladın dərdimə bəs sən?..  Anam, heç kəs səni incitməmişdir,  Mən səni,  mən səni incidən qədər.  İndi kimə açım dərdimi bir-bir,  Kim mənim dərdimə yanar sən qədər?  Evin hər küncündə görünür yerin.  Gözüm axtarcıdır, ana, ay ana,  «Nənəm hanı?» — deyir körpə Azərin,  Mən nə cavab verim, ona, ay ana?  Bilmirəm, bilmirəm bu ölüm nədir, Həyat var ikən?  Nəfəsin, ay anam, hələ evdədir,  Özün yer altında daşa dönmüsən.  Bu gün yeddin oldu...  anam, yeddi gün,  Bizimlə bərabər ağlar otaqlar.  Sənə,  yalnız sənə,  sənə deməkçün  Könlümdə nə qədər mənim sözüm var.  «Kimləri çağıraq bu gün yeddiyə?»  Xalalar, bacılar soruşur məndən.  Anamdan soruşaq, o bilər deyə,  Sənin otağına üz tuturam mən.  Anam, tapşırıldın ana torpağa,  Bu ölüm, sinəmə çəkdi dağ mənim.  Sən mənim arxamda bənzərdin dağa,  Elə bil arxamdan uçdu dağ mənim.  Qızımın adıdır sənin öz adın.  Bu da göz dağıdır mənə bu gün də.  Son dəfə sən mənə baxıb ağladın,  Surətim məzara getdi gözündə...  Ömrü başa vurdun altmış yaşında.  Altmışın üstündə durub yaşın da.  Artıq sənin üçün dayanan zaman  Mənimçün dolanır...  Gün olur axşam.  Vaxt keçir, sən məndən uzaqlaşırsan,  Mən sənə günbəgün yaxmlaşıram. 
['Poeziya', 'Bəxtiyar Vahabzadə şeirləri', 'Bəxtiyar Vahabzadə lirikası']
6,158
https://kayzen.az/blog/dusundurucu-hekayeler/3869/l%C9%99l%C9%99k-v%C9%99-q%C4%B1l%C4%B1nc.html
Lələk və Qılınc
MASON
Düşündürücü hekayələr
17 fevral 2011, 11:17
Qılınc geniş otağın bir küncündəydi. Poladdan olan parlaq tiyəsinə günəşin kürən şəfəqləri toxunur və onu daha da parıltılı edirdi. Öz varlığının otaqda sezildiyini qururla seyr edirdi, hiss olunurdu ki, burdakı hər şey onun parıltısından zövq alır. Hər şeymi? Yox bu zövqdən kənar düşən də vardı. Bu da stolun üstündəki mürəkkəbqabına dayanıb qalmış lələk idi və yalnız o silahın möhtəşəm parıltısına uymamışdı. Bu vəziyyət qılıncı özündən çıxardı və onu dinməyə məcbur etdi.“ Kimsən axı sən, ey dəyərsiz əşya? Niyə sən də digərləri kimi mənim parıltıma baş əymirsən? Niyə buna təəccüblənmirsən? Bir ətrafa nəzər sal! Buradakı hər şey qaranlığa qərq olub. Parlaq günəş məni, yalnız məni öz sevimlisi bildi, məni öz alovlu öpüşü ilə əzizlədi, əslində mən elə buna layiqəm, onun işığını dəfələrlə artıq əks etdiriəm. Günəş mənim gücümə bələddir, buna görə də parıltısını özündən sonra mənə həvalə edir.”Lələk gülərək buna etiraz etdi:“ Gör necə də özündən razısan, necə də lovğasan, özgəsinin parıltısı necə də sinəni qabardır. Bir düşün, biz axı səninlə lap yaxın qohumuq. Hər ikimiz qayğıkeş torpaqdan bəhrələnmişik, bəlkədə əcdadlarımız əsrlər boyu eyni bir dağın ətəyində yanaşı olub, ta o vaxta qədər ki çalışqan insan öz əməyi sayəsində onları faydalı qazıntı kimi kəşf edib, biz də onların tərkib hissəsiyik. Hər ikimiz təbiətin yöndəmsiz övladları idik, kürənin yandırıcı istisi üzərində və alətin ağır zərbələri altında bihudə fəaliyyətin vacib üzvləri olmaq kimi formalaşdırıldıq. Hər şey eynən dediyim kimi olub. Və beləcə sən qılınc oldun- böyük və kəskin uclu qılınc, Mən isə incə, zərif formada düşünülüdüm. Yaşamaq, yaratmaq, təsir etmək istəyiriksə gərək parlaq tiyəmizlə işə girişək. Sən qan, mən isə yalnız mürəkkəblə!”“ Bu nitqini elə burdaca yarım saxlasan daha yaxşı olar, çünki mənim üçün çox gülünc gəlirsən” deyə qılınc yenidən söhbətə başladı. “Sənin bu bənzətmələrin balaca, lazımsız bir siçanın özünü boşu boşuna yoraraq fil ilə olan qohumluğunu sübut etməyə çalışmasını xatırladır. Əminəm ki, o da sənin kimi danışardı. Heç bənzəməsələrdə onun da fil kimi dörd ayağı və hətta hər ikisinin burnu var deyərdi. Siçanın belə danışıqlarından sonra düşünmək olar ki, fil ilə siçan əmi uşağıdır. Əziz lələk bilirsənmi sən bizim ümumi oxşar cəhətlərimizi saymaqla ağıllı və əvvəlcədən fikirləşilmiş addım atdın. Mən isə bizi ayıran cəhətləri saymaq istərdim. Məni – məğrur və parlaq qılıncı mərd və qocaq cəngavər hər zaman üzərində gəzdirir, səni isə hansısa qoca yazı yazan insan uzun qulağının arxasına sancır. Sahibim məni güclü əlləri ilə havaya qaldırır və düşmən olan cərgəyə mən ondan əvvəl gedirəm, müharibədə bələdcisi oluram. Səni isə hər hansı bir oxumuş insan titrək əlləri ilə saralmış kağız üzərində əsdirir. Öz qorxunc səsimlə düşmənlərin canına vəlvələ salıram, şücaətlə gah ora gah da bura atılıram. Sən isə ömrün boyu yeknəsəq şəkildə kağızın üzərində sağa sola cızma-qara edirsən, səni idarə edən o əlin sənə verdiyi istiqamətdən kənara çıxmağa cürət belə etmirsən. Və nəhayət gücdən, qüvvədən düşdükdə məni qəhramanlara layiq olan kimi əcdadlarımın olduğu zala, göz önünə qoyacaqlar və beləcə məni görən hər bir insan heyran qalacaq. Bəs sən, sənin başına nə gələcək? Sahibin səndən razı qalmayacaq, sən artıq qocalacaq və köhnələcəksən, artıq kağızın üzərinə köbüd xəttlər çəkəcəksən, əgər sahibin rəhmili olub səni digər bacılarınla köhnə əşyalar alvercisinə bir neçə kreytserə satmasa zibilliyə atacaq.”“Həqiqətən də bu sözlərindən doğru olanları da var”- deyə lələk xeyli ciddi şəkildə sözə başladı- “ İnsanlar çox vaxt məni olduğumdan az dəyərləndirirlər, bunu da doğru deyirsən ki, istifadəyə yaramadıqda mənimlə çox pis davranırlar. Amma bu məhz ona görədir ki, var olduğum zamanlar məni yaratmağa şövq edən qüvvə çox əzəmətlidir. Bilirsənmi, bunun üçün mərcə getməyə dəyər! “ “Mənə mərcləşməyi təklif edirsən?” deyə lovğa qılınc soruşdu.“Bəli! Təbii ki, əgər çəkinmirsənsə qəbul edəcəksən.”“Mərcləşməyimizi istəyirsən?” qılınc gülməkdən çətin nəfəs alaraq yenidən soruşdu “ Bəs mərcimizin şərti nədən ibarətdir?”Lələk ciddi bir görkəm aldı və yenidən başladı:“Mərcimin şərti budur, işini davam etdirməkdə sənə mane ola bilərəm, həyatın anlamlı mübarizəni əngəlləyə bilərəm!““Ha ha! Amma bu çox risklidi!”“Razısan?”“Yaxşı, razıyam səninlə”“Əla, yaşayarıq görərik! ” Bu iki iddialı alətin razılaşmasından az vaxt keçmişdi ki, otağa bahalı ordu geyimində bir cavan daxil oldu, qılıncı götürdü, havaya qaldırdı. O buradan parlaq qılıncı həvəslə seyr etdi. Bayırda kərənay səsi, baraban titrəşiminin səsi ətrafa yayılmışdı, döyüş başlamaq üzərəydi. Cavan əsgər otağı tək etmək istəyərkən, içəri vəzifəcə daha yüksək olan hərbiçi daxil oldu, bunu onun varlı geyimindən təyin etmək olardı. Cavan əsgər onu salamlamaq üçün qarşısında əyildi. Vəzifəcə daha yüksək olan hərbiçi stola yaxınlaşdı, lələyi götürdü və tələsik nəsə yazdı.O, sevincək söylədi “Gözün aydın olsun, sülh müqaviləsini imzalandıq!” Əsgər qılıncı götürdüyü yerə qoydu və hər ikisi otağı tərk etdi. Müəllif:Ranier Mariya Rilke Çevirən: Vüsalə Quliyeva
['düşündürücü hekayə', 'ədəbiyyat']
6,159
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/3329/siqaret-v%C9%99-qad%C4%B1nlar.html
Siqaret və qadınlar
burla xatun
sağlam həyat tərzi
17 fevral 2011, 09:36
Amerika alimlərinin apardıqları araşdırmalar göstərir ki, siqaret qadınların ömrünü orta hesabla 14-15 il azaldır. Siqaret şəkmək orqanizmə mənfi təsir göstərən ən pis adətdir. O , ağciyərlərdə xərşəngin yaranmasını əsas səbəblərindən biridir. 1950-ci ildən etibarən ağciyər xərşəngindən dünyasını dəyişən qadınların sayı 60% artıb. Siqaret həmçinin qadınlarda süd vəziləri,qırtlaq, udlaq, mədəaltı vəzi, böyrək, sidik kisəsi, uşaqlıq xərçənginin əmələgəlmə riskini də qrtırır. Harvard Universitetinin alimləri aydınlaşdırıblar ki, hamiləlik dövründə siqaret çəkən qadınlar dünyaya cinayətə meylli uşaqlar gətirirlər. SİA-nın məlumatına görə, “Deyli teleqraf” qəzetinin yazdığı xəbərdə qeyd olunur ki, tədqiqatçılar 1959-1966-cı illərdə doğulmuş uşaqlar, habelə onların anaları barədə məlumatları təhlil etmişlər. Məlum olmuşdur ki, siqaret çəkən anaların uşaqlarında antisosial davranış üç dəfə çox müşahidə olunur. Tədqiqat müəlliflərindən biri professor Ceyms Uolker deyib: “Hələlik dəqiq qənaətimiz yoxdur. Hərçənd hər şey məntiqə uyğundur. Siqaretin tərkibində ana bətnində körpənin inkişafına, sinir sisteminə təsir göstərən zəhərli maddələr çoxdur. Odur ki, qadınlara hamiləlik dövründə siqaret çəkmək qəti qadağandır”. Son zamanlar azərbaycanlı qadınlar da siqaretdən istifadə etməyə başlayıblar. Amma bir məqamı vurğulamaq lazımdır ki, bizdə hələ də siqaret çəkən qadınlara birmənalı yanaşılmır. Amma artıq qadınların siqaret çəkməsini yavaş-yavaş qəbul edən kişilərin sayı artır. Necə ki, bir neçə il öncə qadının şalvar geyinməsinə qarşı olan aqressiv yanaşma aradan qalхdı, deyəsən bir müddət sonra siqaret çəkən qadınlara da eyni münasibət formalaşacaq. Hər halda şalvar geyinməkdən fərqli olaraq insan orqanizminə həddindən artıq ziyanlı olan siqaret çəkmə vərdişinə qarşı ictimai qınağın qalması daha yaхşı olardı.Qadın siqaret çəkəndə özünü fikirləşməsə də, uşaqlarını düşünməlidir. Çünki uşaqlar da öz valideynlərindən örnək götürürlər. Dünyanın ən çox siqaret çəkən regionları Avropa – burada kişilərin 46% və qadınların isə 26%-i siqaret çəkir, Asiya-Sakit okean regionu – kişilərin 60% və qadınların isə 8%-i və Cənub-Şərqi Asiyadır – kişilərin 44% və qadınların 4%-i siqaret çəkir. Siqaret çəkmək qadınlarda infarkt riskini kişilərə nisbətən daha çox artırır.Amerika mütəxəssisləri tərəfindən bir sıra ölkələrdə, o cümlədən Sinqapur, Norveç və Türkiyədə keçirilən tədqiqatda təxminən 2.5 milyon insan iştirak edib. Məlumata görə, zərif cinsin nümayəndələri arasında infarkt riskinə 25 faiz daha çox rast gəlinir. "Lancet" jurnalından dərc olunan məqalədə bildirilir ki, alimlər güman edirlər ki, qadın orqanizmi siqaretdə olan toksik maddələri daha çox canına çəkir. Elə məhz bu səbəbdən də qadınlar kişilərə nisbətən ağciyər xərçənginə daha çox məruz qalırlar. Həmçinin bax: Siqaretin ziyanları və siqaretin faydaları
['siqaretə aludə', 'siqaretin zərəri', 'siqaret', 'siqaret çəkmək']
6,160
https://kayzen.az/blog/stil/3865/do%C4%9Fru-geyiml%C9%99rl%C9%99-daha-uzun-g%C3%B6r%C3%BCn%C9%99-bil%C9%99rsiniz.html
Doğru geyimlərlə daha uzun görünə bilərsiniz!
Xrizoberil
Yaraşıqlı görünüş, gözəl imic
16 fevral 2011, 13:33
Boyunuz qısa və bioloji olaraq uzanmanızın artıq imkanı yoxdur. Elə isə işiniz uzun görünmənizi təmin edən hiylələrə qaldı.sizə köməkçi olacaq üsullar:- Tək rəng paltarları seçin. Təpədən dırnağa tək rəng geyimlər başqaları tərəfindən "uzun və zəif" qəbul edilmənizi təmin edər.- Şalvar və ətəklərinizin beli incə olsun.- Bəylər də şalvarlarıyla eyni rəng incə kəmərləri seçim edə bilər.- Yaxşı tikilmiş, düz paltarları seçin.- Paltarın üzərinizə oturmasına diqqət yetirin.- Düymələr, zəncirbəndlər və digər detalların olmasına diqqət yetirin.- Yüksək və incə dikdaban ayaqqabılar geyinin. İncə dikdaban ayaqqabılarda rahat edə bilmirsinizsə daha qalın dikdaban rahat yüksək ayaqqabılar tapa bilərsiniz.- Duruşunuza diqqət yetirin və dik getdiyinizdən əmin olun.Əgər zəif deyilsinizsə, üfüqi xəttli geyimlər seçməyin. Üfüqi xəttlər, bədəni olduğundan bir az daha geniş göstərərlər. Ona görə bu tərz xəttli bluzlar yalnız zəif olanlar üçündür təəssüf ki,... Bunlardan uzaq durun!- Üfüqi xəttli paltarlar geyməyin.- Geniş paltar sizi daha iri göstərər.- Diz altı kaprilər və diz altı ətəklər qətiyyən sizə görə deyil.Məşhurların gizli sirləri:Natalie Portman, qısa boyunu daha uzun göstərmək üçün ya super mini paltarları incə yüksək dikdabanlarla, ya da çox uzun paltarları platforma dikdabanlarla geyməyi seçir. Beləcə ayaqları boyunu daha uzun göstərir. Ümumiyyətlə də tək rəng paltarlar istifadə edir.Penelope Kruz gündəlik həyatında belə əsla özünü olduğu kimi göstərmir. Uzun paçalı cinsləri platformalarla geyərək, boyunu uzadır. Ya da çox qısa şortlar geyərək, qıçlarını olduğundan uzun göstərir. Əsla kapri geymir. Çünki kapri qıç boyunu ikiyə bölür. Balıq ətli amma mütənasib bir bədənə sahib olan Salma Hayek, əksər hallarda dizin üstündə bitən paltarlar geyir.Tək rəng geydiyi paltarlarının bellərini isə dar tutur. Bu şəkildə həm uzun boylu həm də zəif görünür. Uzun ayaqlar Ayaqları uzun göstərmək üçün hündür dabanlar yaxşı çıxış yolu deyil, belə ki, onların üstündə gəzmək heç də asan və rahat olmur. Ona görə də ayaqlarınızı uzun göstərmək istəyirsinizsə, ilk növbədə qamətinizə fikir verin – çiyinlərinizi düz saxlayın, sinə və buxağınızı qaldırın, qarın nahiyənizi dartın.Bundan əlavə, sizə bir neçə vizual üsullar təqdim edirik. Hər zaman eyni rəng qammasında paltarlar geyinin. Geyim sizi iki kontrastlı hissələrə bölməməlidir. Ən əsası isə paltarda üfüqi xətlərdən uzaq olun. Ayaqqabılara gəldikdə, onların rəngi corabınızın rəngi ilə uyğun olmalıdır. Əgər siz açıq rəngli çəkmələr geyinmisinizsə, o zaman ət rəngli corab seçin. Dabanlarla da diqqətli olmaq lazımdır. Əgər baldırınız doludursa, çox nazik dabanlı ayaqqabılar seçməyin. Şişburun ayaqqabılar boyu bir az hündür göstərir, lakin siz alçaqboylusunuzsa, bu formadan da uzaq olun. Dabanın optimal hündürlüyü 7 santimetr olmalıdır.Çəkmələrə gəldikdə isə, klassik modellər ayaqları uzun göstərir. Açıq rəngli eyni tonlu çəkmələr seçin. Onun boğazı isə orta uzunluqda olmalıdır. Şalvarlar barədə deyək ki, düz qara rəngli şalvarlar geyinin. Şalvarın ətəyi dabanı tam şəkildə örtməlidir. Siz həmçinin, tünd rəngli dar şalvar da seçə bilərsiniz. Uzun yubkalar isə sizə yaraşmaz. Orta uzunluqda yubkalara üstünlük verin. Həmçinin, kəsiklər də ayağı uzun göstərir.
['düzgün geyim', 'uzun qamət']
6,161
https://kayzen.az/blog/heyvan/3864/maraql%C4%B1-bir-canl%C4%B1-nautilus.html
Maraqlı bir canlı: nautilus
Xrizoberil
Heyvanlar aləmi
16 fevral 2011, 13:26
Yəqin ki, hamınız sualtı gəmiləri televizorlarda, qəzət və jurnallarda görmüsünüz. Olduqca dərinliklərə enərək hiss olunmadan hərəkət edə bilən bu texnoloji mexanizmlərdən ölkələrin təhlükəsizliyini təmin etməkdə və bəzi elmi araşdırmalarda istifadə olunur. Sualtı gəmilərin işləmə sistemi aşağıdakı kimidir. Sualtı gəmilərdə mövcud olan xüsusi dalma sisternləri su ilə dolduqda gəmi sudan daha ağır olur və dibə dalır. əgər sisterndəki su təzyiqli hava ilə boşaldılsa, sualtı gəmi yenidən suyun üzünə çıxır. Indi isə sizi sualtı gəmilərdə olan bu sistemdən istifadə edərək hərəkət edən çox maraqlı bir canlı ilə tanış edim. Bu canlı nautilusdur. Nautilus xitin örtüklü bir dəniz heyvanı olub sualtı gəmilər kimi suya dalır. Nautilusun bədənində 19 sm ölçüsündə ilbizin xitin örtüyünə bənzər bir orqan var. Bu orqanda bir- biri ilə bağlı olan 28 ədəd "dalma hüceyrələri" var. Bu dalma hüceyrələri sualtı gəmidə olduğu kimi eyni məntiqlə işləyir, yəni nautilusun təzyiqli havaya ehtiyacı var. Bu hava sualtı gəmilərdə xüsusi bir sistem qurulması ilə təmin edilir və mühəndislər bu sistemi sualtı gəminin müəyyən hissələrində yerləşdirirlər. Bəs onda nautilus suyu boşaltmaq üçün lazım olan bu sıxılmış havanı haradan alır? - Allahın yaratdığı qeyri- adi xüsusiyyətlərdən biri ilə tanış olağın. Nautilusun bədənində xüsusi bir qaz əmələ gəlir. Bu qaz qan dövranı vasitəsilə hüceyrələrə çatdırılaraq hüceyrələrdən suyun çıxmasını təmin edir. Nautilus ovlanmaq təhlükəsi ilə qarşılaşanda düşmənlərindən qaçmaq üçün bu şəkildə suyun dibinə enə və ya üzə çıxa bilir. Hətta nautilusun dalma qabiliyyəti sualtı gəmilərlə müqayisəyə gəlməyəcək dərəcədə yüksəkdir. Bir sualtı gəmi yalnız 400 metr dərinliyə enə bildiyi halda nautilus üçün 4000 metr dərinliyə enmək çox asandır. Həm də nautilusun qəribə xüsusiyyəti bununla bitmir. Dəniz altında çox böyük bir təzyiq var. Dərinliyə endiyiniz zaman qulaqlarınızda hiss etdiyiniz tutulma və təzyiqin səbəbi də bu təzyiqdir. Lakin sizə təsir edən çox aşağı təzyiqdir, dərinə endikcə basqı artıq və müəyyən dərinlikdən sonra canlılara öldürücü təsir göstərir. Nautilus isə çox kiçik olmasına və onu qoruyan yalnız bir xitin təbəqəsi olduğuna baxmayaraq bəzən tonlarla yük ağırlığında ola bilən bu təzyiq ona təsir etmir.
['möcüzəli canlılar']
6,162
https://kayzen.az/blog/dusundurucu-hekayeler/3861/aslan%C4%B1n-%C3%BC%C3%A7-t%C3%BCk%C3%BC.html
Aslanın üç tükü
MASON
Düşündürücü hekayələr
16 fevral 2011, 12:02
Anası o hələ on yaşında olanda vəfat etmiş, bir il sonra isə atası başqa bir qadınla evlənmişdi.Qadın çox xoşniyyət və xoşxasiyyət bir insan idi. Ancaq balaca oğlan onu heç cür qəbul edə bilmirdi. Ögey ana ona cürbəcür hədiyyələr alır, o da bu hədiyyələri küçəyə atırdı. Qadın onunla danışmaq istəyəndə isə ya ondan qaçır, ya da ən acı sözlərlə ürəyini sındırırdı. Qadın artıq çarəsiz qalmışdı. Axırda dərdini qonşu kənddə yaşayan müdrik bir qocaya açmağı qərara aldı... Qadın, bir tərəfdən, qocaya başına gələnləri danışır, bir tərəfdən də, göz yaşlarını saxlaya bilmirdi. Qoca diqqətlə onun dediklərini dinlədi və: “Mən sənə kömək edə bilərəm. Ancaq bir şərtlə ki, gərək mənə üç aslan tükü gətirəsən. Üstəlik, bu tükləri öz əllərinlə qoparmalısan“, - dedi. Qadın, əvvəlcə, qulaqlarına inanmadı. Çünki aslan kimi vəhşi bir heyvandan bu üç tükü necə qopara bilərdi? Vəziyyətin çox ciddi olduğunu başa düşəndən sonra isə tükləri gətirmək üçün yola çıxdı. Çox keçmədi ki, aslanın yaşadığı meşəyə çatdı. Aslan həm çox böyük, həm də çox ac idi. Üstəlik, dayanmadan nərə çəkirdi. Qadın istər-istəməz qorxdu və arxasına da baxmadan oradan uzaqlaşdı. Ertəsi gün qadın yenə aslanın yanına gəldi. Ancaq o, bu dəfə əliboş deyildi. Özü ilə aslana ət də gətirmişdi. Əti aslanın yaxınlığına qoyub, oradan uzaqlaşdı. Aslan ətin hamısını yedi. Ertəsi gün qadın yenə ət gətirdi. Bu dəfə əti aslana daha yaxın bir yerə qoydu. Aslan bu dəfə də ətin hamısını yedi. Beləliklə, qadın hər gün aslana ət gətirir, aslan da ətin hamısını yeyirdi. Aslan artıq qadının “təhlükəsiz“ olduğunu başa düşmüşdü. Onu görən kimi nə qəzəblənir, nə də nərə çəkirdi. Əksinə, bir az da sevinirdi. Bu, bir-iki həftə belə davam etdi... Bir gün qadın aslanın lap yaxınlığına gəldi. Ona öz əlləri ilə ət verdi. Sonra da aslanı sığallamağa başladı. Axırda da yalından üç tük qopardı. Aslan buna əhəmiyyət belə vermədi... Qadın qopardığı tükləri götürüb sevinclə qocanın yanına qayıtdı. Tükləri göstərib: “İndi mən bu tükləri nə edim?“ - deyə soruşdu. Qoca təbəssümlə qadına baxıb: “Heç bir şey!“ - dedi, - “artıq sən vəhşi bir heyvanla necə davranacağını öyrəndin. İndi eyni şeyi oğlun üçün də et. İnanıram ki, gec-tez onun sevgisini qazanacaqsan“...
['düşündürücü hekayə', 'uğur psixologiyası']
6,163
https://kayzen.az/blog/psixologiya/3494/dostluq.html
Dostluq
burla xatun
Psixologiya
16 fevral 2011, 09:53
Dostluq həyatın ən gözəl anlamıdır.O qədər dəyərli bir münasibətdir ki...Sözlərlə anladılması çətindir.Bunu qorumaq üçün sidq ürəkdən çalışmaq lazımdır.Dostlarınla gözəl münasibət qur.Dünyada eyibsiz adam ola bilməz,lakin sən mərd ol,mərd adamda çox da nöqsan olmaz.Namərdlə dostluq etmə,namərd dostdan xeyir gəlməz.Badə dostlarını dost hesab etmə,çünki onlar qədəhi üstün tuturlar,səni yox.Dostun yaxşısı da olar,pisi də,hər ikisi ilə dostluq et,yaxşıları ilə ürəkdən dostluq et,pisləri ilə dildə dost ol.Beləliklə,hər iki tərəfin dostluğu təmin edilmiş olar.Ehtiyac həmişə yaxşı dostlara düşməz,elə vaxt gələ bilər ki,pis dostlara da adamın işi düşə bilər.Hərçənd yaxşıların yanına getmək pislərin yanında hömətini azaltdığı kimi,pislərin yanına getmək yaxşıların yanında hörmətini azaldar,lakin sən yaxşıların yolu ilə get ki,hər iki dəstənin dostluğu sənə nəsib olsun.Amma heç vaxt axmaq adamlarla dostluq etmə,çünki axmaq dost öz dostluğu ilə elə şeylər edər ki,yüz ağıllı öz düşmənçiliyi ilə onu edə bilməz.Adamlarla orta dost ol,dostlarının çoxluğuna bel bağlama…Əsl dost özünü hesab et,ətrafina diqqətlə bax..Dostlarının etibarlılığına ümid edib arxayınlaşma…Min dostun olsa belə,heç kəs sənə özündən artıq dost ola bilməz.Dostu xoş və bəd gündə də yoxla,xoş gündə hörmətinə,bəd gündə isə köməyinə görə.Düşmənini düşmən hesab etməyəni dost bilmə,elə adam tanış adlanar,dost sayılmaz.Yalnız yaxşı və istedadlı adamlarla dostluq et ki,sən də dostlarının şöhrət tapdığı istedadlarla hörmət qazanıb təriflənəsən.Tək olmaq pislə oturmaqdan yaxşıdır.Tamahkar dostdan qaç,onun dostluğu tamah üzündən olar,həqiqi dostluq olmaz.Kinli adamlarla dostluq etmə,kinli adam dostluğa layiq deyil,ürəyi həmişə kinlə dolu olar.Hər zaman dostluqda möhkəm ol,onda sənin də işlərin möhkəm olar.Axmaq bir şey üstə dost səndən üz döndərirsə,onu geri qaytarmağa çalışma.Deməli ləyaqəti yoxdur.Dostlarınla pis vaxtlarında da yaxşı vaxtlarındakı kimi rəftar et.O adamı dost hesab et ki,onun da səni dost hesab etdiyinə əminsən... Nəyim varsa - mən payladım dostlara, O dosta ki, onun yoxdu, mənim çox. Hərdən – hərdən mən də umdum dostlardan, O dostdanki onun çoxdu, mənim yox.Dara düşdüm darda görsəm dostumu, İçimdəcə həzin – həzin ağladım. Öz yaramın sarığını açıb mən, Dostlarımın yarasını bağladım.Qaça - qaça , uça - uça yaşadım. Kim bilir , mən niye belə incəldim, Kimse dostun sərvətini bölüşdü, Mən dərdini bölüşəndə dincəldim. İçim - çölüm çox oxunan kitabdır, Düşünməyin: "yerin - göyün sirri o". Tanış olun dost sandığım dostlarla: Biri odu, biri odu, Biri - o... Bir də,dostlarının dostları haqqında fikirləş,onlar da dostlar cərgəsində hesab edilərlər.Lakin düşməninlə dostluq edəndən ehtiyatlı ol,ola bilər onunla dostluğu səninkindən möhkəm olsun və düşmənindən əvvəl sənə zərər yetirsin.Dostunla düşmənlik edənlərdən də özünü qoru.Heç bir səbəb və əsas olmadan səndən şikayətlənən dostlardan dostluq gözləmə.Tez-tez dost dəyişdirməyi adət etmə,dostu çox olanın eyibləri örtülər,ləyaqətləri meydana çıxar.Lakin təzə dost tapdıqda köhnəsinə uz çevirmə.Yenisi ilə dost ol,köhnəsi də qoy yerində qalsın,beləliklə,dostların sayı çoxalsın.Deyiblər ki : “Yaxşı dost böyük xəzinədir”. Bİr də,səninlə dostlaşmaq istəyən,lakin hələlik yarımdost olan adamlar haqqında da fikirləş,onlara yaxşılıq et.Dostluq  zamana  və yerinə  baxmadan,maddi  və  mənəvi  keyfiyyətlərə o  qədər də əhəmiyyət  verməyən dünyanı  ağ-qara rəngdə yox,rəngarəng  görən  duyğu  və duşüncəsini  özündə  cəm  edən  insandır.Dost  varlığıyla  hər  anımı deyerli  eden  sevinc,göz  yaşı,qurur,təsəlli hissini  bir  arada  yaşada  bilən,həyatıma  dəyər  qatan  unudulmaz  varlığımdır.Varlığı  mənim  üçün  dəyişməz  qalan,uzaqlarda  olsa  da  yeri  hər  zaman  görünən,varlığını  bir  sms-lə bildirən  candır- dost.Dostluq  fedakarlıqdır.Özünə  belə  etiraf  edə  bilmədiyin  sirrini,yaşadığın hər  anı  bilən,sənə mənəvi  dayağ  olan ,Üzüntülü  anında belə  üzünü bir anlığa da olsa güldürə bbiləndir dost.Sənin dərdini  özününki  bilən,yaşadığın  hər  anı  səninlə  yaşayan  etibarlı bir  ürəkdi.Həyatda  hamıya  inam ,etibar olmaz  dost  elə bir  seydir ki,ona gözü  bağlı güvənməlisən.Təbii ki,bunun üçün zaman da  çox  önəmlidir.Kimlər  həyatımıza  gəlsə də  onun  yeri həç  vaxt  dəyişmyərək  qalacaq.Mənim  üçün  bu,illər  keçsə də  belə  qalacaq.Bəlkə də belə  düşündüyüm üçündür  ki,illərdir dostluqlarım  davam  edir.Dostluğa nə qul,nə ağa lazımdır.O,bərabərliyi sevir.Bəzən dostluqlar  adi  bir  səbəbdən bitə  bilir.Bunu hər  iki  tərəf də qəbul etməsə də, bəzən  qurur  hissi bunu  bitirə bilir,bəzən də başqa  birinin tək  bir  sözü .Mən bilib-bilmədən  dostluğu bitirməyə çox  qarşıyam.Nöqsansız dost axtaran dostsuz qalar. Həyatda bəzi  anlar  vardır ki,o anlarda dost və düşmənini tanıya  bilirsən.Məncə dost  şad  gündə tanınır.Çünki  dar  gündə hamı  yanında olur.ama  sevincli  gününə hamı sevinə  bilməz .Ailə və dostdan başqa.Dost sarğı kimidir.Yapışdırarkən yaranı sarar amma çıxararkən canı yandırıb yaxar...Həmçinin bax: Dostluq hekayəsi dost necə olmalı?
['dostluq', 'dost']
6,164
https://kayzen.az/blog/Xrizoberil/3860/st%C9%99kan%C4%B1-yer%C9%99-burax%C4%B1n-bu-g%C3%BCn.html
Stəkanı yerə buraxın bu gün!
Xrizoberil
Bloq: Xrizoberil
15 fevral 2011, 22:58
Professor əlində içi dolu bir stəkan tutaraq dərsinə başladı.Hər kəsin görəcəyi bir şəkildə tuturdu və ardından soruşdu.-"Bu stəkanın ağırlığı sizcə nə qədərdir?"-50gr!' .... '100gr!' .....'125gr'..deye şagirdlər cavabladı.-"Stəkanı dartmadıqca həqiqətən mən də bilə bilmərəm, " dedi professor, "amma, mənim sualım budur ki : "Bustəkanı belə bir neçə dəqiqəliyinə tutsaydım nə olardı?"-'Heç bir şey' deyə cavabladı şagirdlər.-" yaxşı 1 saat boyunca tutsaydım nə olardı?" deyə soruşdu professor bu dəfə.-"Qolunuz ağrımağa başlardi" deyə şagirdlərdən biri cavabladı-"Haqlısan, yaxşı indi mən 1 gün boyunca tutsam nə olardı?"-"Qolunuz yaxşıca ağrıyar, əzələ dartınması, vs kimi problemlər yaşayardınız və xəstəxanaya getmək məcburiyyətində qalardınız!". Bütün şagirdlər müxtəlif şərhlər etdi və gülüşdülər.-"Çox yaxşı. Yaxşı bütün bu problemlər olarkən stəkanın ağırlığında bir dəyişmə olarmı sizcə?" -deyə soruşdu professor.-"Xeyr." deyə cavabladı hər kəs.-Yaxşı o zaman qolun ağrımasına və əzələ dartınmasına səbəb olan nədir?Şagirdlər bilməcə həll edərmişcəsinə düşünməyə başladılar.-"Ağrıdan xilas olmaq üçün nə etməm lazımdır bu vəziyyətdə?" -deyə təkrar professor soruşdu.-"Stəkanı buraxın düşsün!" deyə şagirdlərdən biri cavab verdi.-"Mütləq " dedi, professor."Həyatın problemləri də belə bir şeydir. Onları başında bir neçə dəqiqə düşünərsən. Bir problem yoxmuş kimi görünər. Uzun bir müddət düşünərsən. Başınız ağrımağa başlar. Daha uzun düşünün. Artıq səni bitirməyə və heç bir şey edə bilməməyinə səbəb olar. Həyatınızdakı mübarizələri və problemləri düşünmək əhəmiyyətlidir, Lakin DAHA ƏHƏMİYYƏTLİSİ onları hər günün sonunda, yatmadan əvvəl yerə buraxmaqdır (stəkan kimi). Bu şəkildə stressə girməz, və hər gün təzə bir beyin ilə oyanar və hər mövzuya, yolunuza çıxan hər mübarizəyə üstün gələbiləcək gücdə olarsınız!
['hekayə']
6,165
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/3859/onu-%C3%A7ox-sevmi%C5%9Fdim.html
Onu çox sevmişdim...
Xrizoberil
Xoşbəxt ailə
15 fevral 2011, 22:29
Din adamı yeni qazılmış məzarın başında duasını bitirmək üzrə idi. Birdən, 50 illik arvadını itirmiş olan yaşlı adam qalın səsiylə fəryad etməyə başladı:"Aaah,aaah! Onu nə qədər çox sevirdim!"Onun bu fəryad-fəğanı cənazə mərasiminin səssizliyini götürüb apardı.Məzarın ətrafında dayanan digər ailə üzvləri və yoldaşları çaşdılar, utandılar. Üzləri qıpqırmızı olan yetkin uşaqlar atalarını susdurmağa çalışdı:"Yaxşı, ata, ağrını anlayırıq, amma sus indi."Yaşlı adam cənazənin məzara yavaşca endirilişini yaşlı gözlərlə seyr etdi. Din adamı duasını tamamladı. Sonra da, ailə üzvlərini məzara torpaq atmağa dəvət etdi. Yaşlı adamdan başqa hamısı bu vəzifəsni yerinə yetirdi.Yaşlı adam bir dəfə daha fəryad etdi: "Ah! Onu nə qədər də çox sevirdim!"Məzarın ətrafında toplaşanlar yavaş-yavaş qəbiristanlığı tərk etməyə başladı, amma yaşlı adam inadla məzarın yanından ayrılmırdı. Gözləri məzara dikili oradaca elə dayanırdı. Din adamı yanına yaxınlaşdı:"Nələr hiss etdiyinizi bilirəm, amma artıq getmə zamanıdır. Getməli və həyatınıza davam etməlisiniz.""Ah! Onu sevirdim!" deyə inlədi adam pərişan bir şəkildə."Amma bunu ona bir ya da iki dəfə söylədim!"
['sevgi hekayəsi']
6,166
https://kayzen.az/blog/d%C9%99rmanlar/1671/i%C5%9Fl%C9%99k-orqan-v%C9%99-sisteml%C9%99rin-funksiyalar%C4%B1n%C4%B1-t%C9%99nzim-ed%C9%99n-d%C9%99rmanlar.html
İşlək orqan və sistemlərin funksiyalarını tənzim edən dərmanlar
loğman
dərmanlar
15 fevral 2011, 21:39
Tənəffüs orqanlarına təsir edən preparatlara tənəffüsü stimulyasiya edən (kofein, etimizol, kordiamin və s.), öskürək əleyhinə (etilmorfin - hidroxlorid, qlausin - hidroxlorid, tusupreks, libeksin və s.), bəlğəmgətirici (ipekauananın - qusdurucu kökün, termopsisin preparatları, bromheksin və s.) dərmanlar aiddir.1980-ci ildə Azərbaycan Səhiyyə Nazirliyi ET Ağciyər xəstəlikləri institutunda akademik Ə.İnsanovun aldığı ilk ofisinal vətən preparatı olan «İnsanovin» bronxial astmanın müalicəsində təkcə respublikamızda deyil, Rusiyada, Türkiyədə, Hindistanda, Ukraynada, Gürcüstanda, Türkmənistanda da klinikada uğurla tətbiq edilir. İnsanovinin oxşar təsirli digər preparatlardan bir sıra üstünlükləri vardır.Məlumdur ki, əvəzsiz müalicə vasitəsi olmaqla bərabər, qlükokortikoidlərin bəzi zərərli təsirləri də vardır. Əvvələn, bunları uzun müddət işlətdikdə, əks əlaqə prinsipi üzrə vəzidə həmin hormonların sekresiyası zəifləyir, qəbulunu kəsdikdən sonra isə vəzi özü kifayət qədər hormon hasil edə bilir. İkincisi, qlükokortikoidlərin kiçik dozalan iltihabın qarşısını aldığı halda, böyük dozaları əksinə, həmin prosesi ağırlaşdırır. Üçüncüsü, qlükokortikoidlərin uzun müddət qəbulu orqanizmdə elektrolit balansını pozur, ürək çatışmazlığına şərait yaradır.İnsanovin preparatının isə belə ciddi əlavə təsirləri yoxdur. Birdəfəlik təyinatda tərkibinə komponentlərinin minimal dozaları (150 mq teofilin, 40 mq xloroxin-fosfat, 25 mq efedrin - hidroxlorid, 1 mq prednizolon) daxil olan bu preparat daha effektlidir və daha yüksək farmakoloji aktivliyə malikdir.İnsanovinin bronxları genəldici təsiri tez və ağırlaşmasız başlanır (dozasından asılı olmayaraq, «boğulma» simptomu kimi əlavə effekt törətmir), tədricən inkişaf edir və uzun müddət davam edir. İllərlə işlədildikdə belə müalicəvi təsiri zəifləmir və dozasını yüksəltmək lazım gəlmir; astmalı xəstələrdə mənfi emosional halları da aradan qaldırır.İnsanovinin yerli təsirindən stomatologiyada parodontozun müalicəsində istifadə edilməsinin də ilkin klinik sınaqları uğurlu olub.Ürək-damar sisteminə təsir edən dərmanlar aşağıdakı yarımqruplara bölünür: I. Kardiotonik (ürək fəaliyyətini stimulyasiya edən) dərmanlar. - Əsasən üskükotunun, xoruzgülünün, inciçiçəyinin və s. preparatları olan ürək qlükozidləri (digitoksin, diqoksin, selanid, strofantin, korqlikon) və qeyri-qlükozid strukturlu preparatlar (dofamin, dobutamin, amrinon, milrinon və s.).II. Antiaritmik (ürək fəaliyyətinin ritmi pozularkən tətbiq edilən) dərmanlar - dizopiramid, novokainamid, aymalin, difenin, etmozin, amiodaron, ornid, anaprilin,xinidin - sulfat, kalium preparatları (panangin, kalium orotat, asparkom və s.), izadrin, mezaton və s.III. Koronar qan dövranının çatışmazlığı zamanı işlədilən dərmanlar - nitroqliserin, sustak, nitronq, erinit, nitrosorbid, fenigidin, verapamil, amiodaron, anaprilin, talinolol, validol, mibefradil və s.IV. Beyin qan dövranı pozularkən tətbiq edilən dərmanlar - tiklopidin, sinkumar, fenilin, sinnarizin, flunarizin, vinposetin, niserqolin, aminalon, pentoksifillin, papaverin - hidroxlorid, amitriptilin və s.V. Hipotenziv və ya antihipertenziv (arterial qan təzyiqini aşağı salan) dərmanlar - klofelin, rezerpin, apressin, fentolamin, prazozin, talinolol, kaptopril, lozartan, dibazol və s.VI. Hipertenziv (qan təzyiqini yüksəldən) dərmanlar adrenalin - hidroxlorid, noradrenalin - hidrotartarat, mezaton, angiotenzinamid və s.Həzm orqanlarının funksiyalarına təsir edən dərmanlar qrupuna mədə şirəsinin sekresiyasını artıran (qastrin, mədə şirəsi, pepsin və s.) və azaldan (ranitidin, famotidin, omeprazol, atropin - sulfat), qusdurucu (apomorfin hidroxlorid və s.) və qusmaya qarşı (skopolamin hidrobromid, diprazin, metoklopramid, aminazin və s.), ödqovucu (xolaqon, xolenzim, xolosas, oksafenamid), işlətmə dərmanları (maqnezium - sulfat, gənəgərçək yağı, rəvənd tableti, izafenin və s.) daxildir.Diuretiklərə (sidikqovucu dərmanlar) dixlotiazid, furosemid, klopamid, triamteron, amilorid, spironolakton, mannit və s. aiddir.
['İnsanovin', 'Əli İnsanov']
6,167
https://kayzen.az/blog/d%C9%99ri-z%C3%B6hr%C9%99vi/2152/cinsiyy%C9%99t-v%C9%99zil%C9%99ri.html
Cinsiyyət vəziləri
loğman
dəri-zöhrəvi xəstəliklər
15 fevral 2011, 21:24
Cinsiyyət vəziləri insanın psixi, fiziki, fizioloji və mənəvi cəhətcə formalaşmasında, eləcə də tərbiyə olunmasında böyük rol oynayır. Cinsiyyət vəzilərinin 1 komponenti olan xarici cinsiyyət orqanları həm cinsi hormonların, həm də sidiyin orqanizmdən kənar olunmasında iştirak edir. Cinsiyyət vəziləri başqa daxili sekresiya vəzilərinin funksiyalarına, onlarla da sinir sisteminin fəaliyyətinə təsir göstərir. Cinsiyyət vəzilərində cinsi hüceyrələrlə (kişilərdə spermatozoid, qadınlarda yumurta hüceyrəsi) yanaşı cinsi hormonlar da hazırlanır. Kişi cinsi orqanının toxumluğun daxilində Leydinq hüceyrələrində androgenlər (andros-yunanca kişi deməkdir) -1 neçə hormonlar sintez olunur. Bu hormonlar testosteron, hidrostendion, аndrоsteron və. s.  aiddir. Bu hormonlar bioloji fəallığı və tərkibinə görə bir-birindən fərqlənir. Məsələn: testosteron xolesterindən sintez olunur, аndrosterona nisbətən 6 dəfə fəal olur. Qeyd etməliyik ki, androgenlər Leydinq hüceyrəsindən başqa yumurtaların spermatogen epiteli toxuması hüceyrələrində də sintez olunur. Maraqlıdır ki, androgen xassəli 1 spermatogen epiteli hormonlar böyrəküstü vəzin qabıq qatında hazırlanır. Androgen hormanları oğlanlarda 1-ci cinsi əlamətlərin (xarici və daxili orqanları) və 2-ci cinsi əlamətlərin (saqqal və bığın çıxması, səsin yoğunlaşması, qasıq nahiyyəsində tüklərin çıxması və s.) əmələ gəlməsində iştirak edir. Bu hormonlar orqanizmdə maddələr mübadiləsinin müəyyən istiqamətdə dəyişməsi, müsbət azot balansının yaranmasında, skelet əzələlərində zülalların yığılmasında fəal olduğu halda qaraciyərdə qlükogenin sintezini tormozlandırır. Kişi cinsi hormonlar xüsusilə testosteron sintezində hipofizin follukulostimuledici hormonların müsbət təsiri müəyyənləşib. Qadın cinsiyyət hormonları estron, estadiol və estrogenlər adlanır. Bu hormonlar Qraaf qovuqcuqlarının dənəvər qatında və follukullarda əmələ gəlir. Ancaq estron hormonu döl pərdəsində də sintez olunur. Estadiol hormonu digər hormonlardan daha fəaldır.  Estrogen hormonunun sintez olunmasında hipofizin follukulostimuledici və lüteynləşdirici hormonları tutur. Qadın cinsiyyət hormonu qadın orqanizmində uşaqlıqda,  uşaqlıq yollarında menstruasiya fazalarına mənsub olan morfoloji və fizioloji proseslərə təsir göstərir. Yumurtalıqda  olan Qraaf qovuqcuqları yetişdikdən sonra partlayır, yumurta hüceyrələr qarın boşluğuna düşür, yerində isə sarı cisim əmələ gəlir. Həmin sarı cismin hazırladığı progestron hormonu qadınların hamiləlik dovrünün normal getməsini tənzim edir. Sarı cisimdə  progestronun sintezinə hipofizin lüteynləşdirici hormonu nəzarət edir. Daha doğrusu, hipofizlə yumurtalıqlar arasında qarşılıqlı fizioloji əlaqə olur. Alimlər müəyyən etmişdir ki, həm androgen (kişi hormonu), həm də estrogen (qadın hormonu) eyni vaxtda hər iki cinsdə təsadüf olunur. Bu  hormonların qanda miqdarı müəyyən istiqamətdə dəyişir. Məs: kişilərdə sidiyin tərkibində  androgenlərin miqdarı 3-10mkq olduğu halda, estrogenlərin miqdarı 5-15mkq-a bərabər olur. Qadınlarda androgen 3-10 mkq, estrogen isə 18-36 mkq-a bərabər olur. Insanın cinsiyyət hormonlarının qanda və sidiyin tərkibində yaşla əlaqədar olaraq dəyişildiyindən cinsi yetişkənliyi 5 mərhələyə bölürlər:  1. Uşaqlıq mərhələsi- Insanın cinsi vəzilərinin əsası embrional inkişafın 8 həftəliyindən qoyulur. Uşaq anadan olanda onun qanında cinsi hormonların miqdarı cavan qadının qanındakı hormonların miqdarı təxminən bərabər olur. Lakin 1-2 həftə ərzində hormonların miqdarı yox dərəcəsinə enir. 5-7 yaşından isə tədricən artmağa başlayır. Birinci uşaq mərhələsi oğlanlarda 10, qızlarda isə 8 yaşınadək davam edir. 2.Yetkinlik  mərhələsi- Bu mərhələdə cinsiyyət vəzilərinin böyüməsi baş verir. Eyni zamanda  cinsiyyət hüceyrələrinin böyüməsi və xaric olması (oğlanlarda) baş verir. Qızlarda folekulların inkişafı müşahidə olunur. Yeniyetməlik mərhələsində oğlanların sidiyində androgenlər, qızlarda isə estrogenlər çoxluq təşkil edir. Bu mərhələ oğlanlarda 14-17,  qızlarda isə 12-16 yaşa qədər davam edir.3.Gənclik mərhələsi- Bu mərhələdə hər 2 cinsdə 2 cinsiyyət güclü inkişaf edir. Cinsiyyət hormonunun miqdarı və fərqi həm qanda, həm də sidikdə artır. Gənclik mərhələsi qızlarda 18-20, oğlanlarda isə 18-21 yaşadək olur. 4. Cinsi yetişmə mərhələsi- Kişilərin qanında androgenlərin miqdarı artır, qadınlarda isə həm androsteron, həm də estrogenlərin miqdarı azalmağa başlayır. Bu mərhələ kişilərdə 20-55,  qadınlarda isə 20-50 yaş arasında olur. 5. Ahıl yaş mərhələsi- Orqanizmdə cinsiyyət vəzilərinin kəskin dərəcədə zəifləməsi baş verir. Kişilərdə cinsiyyət vəzilərinin sekretor funksiyası və fəallığı azalır və yox olur. Bu mərhələdə spermatozoidlərin hərəkəti və yumurta hüceyrələrin mayalanma qabiliyyəti azalır. Qadınlarda bu mərhələ sidiyin tərkibində estrogenlərin miqdarının azalması ilə başlayır. Klimakteriya dövrü 45-50 yaşından başlayır, cinsiyyət fəallığı olan qadınlarda da təsadüf olunur. Bu mərhələ kişilərdə 55, qadınlarda 50 yaşından sonrakı dövrü əhatə edir.
['cinsiyyət vəziləri', 'cinsiyyət', 'cinsi yetişkənlik']
6,168
https://kayzen.az/blog/biologiya/3556/h%C3%BCceyr%C9%99l%C9%99r-haqq%C4%B1nda.html
Hüceyrələr haqqında
loğman
Biologiya
15 fevral 2011, 21:23
Hüceyrəni öyrənən elm sahəsi sitologiya adlandırılmışdır. О da bioloji elmlər sırasına daxildir. Müasir sitologiya hüceyrənin mikroskopik və ultra mikroskopik quruluşundan, onun funksiyasından, inkişafından, kimyəvi təşkil xüsusiyyətlərindən, fiziki-kimyəvi xassələrindən, özünü törətməsi, regenerasiyası, mühitə uyğunlaşmasından bəhs edən elmdir.Hüceyrə orqanizmin çoxalan elementar canlı hissəsidir. Ona görə də biologiyanın inkişafı bir çox cəhətdən sitologiyanın inkişafı ilə əlaqədardır.Canlılar adi gözlə görünməyən kiçik hüceyrələrdən təşkil olunmuşlar. Böyüdücü cihazların ixtirasından sonra onları öyrənmək mümkün olmuşdur. Hollandiyada optik cihaz ustaları ata və oğul Hans və Zaxariya Yansenlər tərəfindən 1590-cı ildə ilk mikroskop tipli cihaz quraşdırılmışdır. İtaliya alimi Q.Qaliley həmin mikroskopu bir qədər də təkmilləşdirdi. 1625-ci ildə Almaniyada Yohan Faber ilk dəfə olaraq «mikroskop» terminini elmə gətirdi.XVII əsrin əvvəllərində Hollandiya alimi A.Levenhuk 250 - 300 dəfə böyüdən daha təkmilləşdirilmiş mikroskop hazırlamışdır. О, 1660-cı ildə ibtidai birhüceyrəliləri: bakteriyaları, infuzorları, heyvanlarda erkək cinsi hüceyrələri öyrənmişdir.İlk dəfə olaraq ingilis fiziki Robert Huk mikroskopdan tədqiqat məqsədilə istifadə etmişdir. О, 1665-ci ildə «Bəzi kiçik cisimlərin təsviri» əsərində bitki hissələrinin mikroskopik təsvirini vermiş, bitki toxumalarının arı şanına oxşadığını göstərmiş və onları «hüceyrə» adlandırmışdır.İngilis alimi Qryu və italyan alimi Malpigi ayrı-ayrılıqda bitki hüceyrə və toxumalarını öyrənmişlər. Onlar hər ikisi bitki anatomiyasını tədqiq etmiş və bu elmin əsasını qoymuşlar. Hüceyrələrin quruluşu haqqında.1831-ci ildə Robert Braun hüceyrədə nüvəni kəşf etmiş və onun əhəmiyyətini göstərmişdir. Rus alimi P.F. Qoryaninov (1796 - 1856), çex alimi Purginye, onun tələbələri, alman botaniki M.Şleyden (1937) bitki hüceyrəsini tədqiq etmişlər. Sitologiya elminin yaranması və inkişafı hüceyrə nəzəriyyəsinin irəli sürülməsinə səbəb oldu. Hüceyrə nəzəriyyəsi sitoloji tədqiqatları daha da genişləndirdi. 1838-ci ildə botanik M.Şleyden (1804 - 1881) və zooloq Teodor Şvann (1810 - 1882) tərəfindən hüceyrə nəzəriyyəsi əsaslandırıldı. Bu isə təbiət elmlərinin inkişafında bir dönüş yaratdı. Hüceyrə nəzəriyyəsinə görə:1.Hüceyrə bütün canlı orqanizmlərin ən kiçik quruluş və inkişaf vahididir.2.Bütün birhücyerəli və çoxhüceyrəli orqanizmlərin hüceyrələri quruluşuna, kimyəvi tərkibinə və maddələr mübadiləsinə görə homoloqdur.3. Hər bir yeni hüceyrə ana hüceyrənin bölünməsi nəticəsində əmələ gəlir. Tədqiqatçıların əksəriyyəti hüceyrənin bölünməsi üzərində işləməyə başladılar. Remak amitoz bölünməni, Fleminq heyvanlarda və Strasburger bitkilərdə mitoz bölünməni kəşf etdilər. Artıq bioloji problemlərin tədqiqi hüceyrə səviyyəsində aparılmağa başladı. Orqanizmlərin çoxalmaları cinsi hüceyrələrlə (spermatozoid, yumurta hüceyrə) ilə əlaqədar olub, irsi əlamətləri nəsildən-nəslə ötürürlər. Bu baxımdan sitologiya bir çox elmlərin (genetikanın, embriologiyanın, histologiyanın, patoloji anatomiyanın və mikrobiologiyanın) əsası hesab olunur.1892-ci ildə Hertviq «Hüceyrə və toxumalar» adlı monoqrafiyasını nəşr etdirməklə biologiyanın sərbəst bir sahəsi kimi sitologiyanın əsasını qoydu. Müasir sitologiyanın sitogenetika, hüceyrə fiziologiyası, sitokimya, molekulyar biologiya kimi bir sıra sahələri mövcuddur.Hüceyrə. Hüceyrə canlı orqanizmlərin kiçik hissəciyi olmaqla, bir-biri ilə əlaqəli tam sistem əmələ gətirir. Formasına, quruluşuna, ölçüsünə, funksiyasına görə hüceyrələr fərqlənirlər. Lakin istənilən hüceyrə üç hissədən qılaf, sitoplazma və nüvədən ibarətdir. Onun sitoplazmasında səpələnmiş halda orqanoidlər yerləşir. Bunlara endoplazmatik şəbəkə, ribosomlar, mitoxondrilər, lizosomlar, Holci kompleksi, hüceyrə mərkəzi, plastidlər, hərəkət orqanoidləri və hüceyrə törəmələri aiddir.Nüvənin yerləşməsinə görə hüceyrələr prokariot və eukariot formalara bölünür. Prokariotlara bakteriya və göy-yaşıl yosunlar aiddir. Prokariot hüceyrələrdə nüvə görünmür və Holci kompleksi, mitoxondrii, endoplazmatik şəbəkə kimi orqanoidlər olmur.Eukariot hüceyrələrə bitki, heyvan və insan hüceyrələri daxildir. Onun quruluş və hissələri sxem 1-də verilir.Hüceyrənin kimyəvi tərkibi. Kimyəvi tərkibinə görə hüceyrələr oxşardırlar. İnsan, heyvan, bitki və mikroorqanizmlərin hücyerələrində eyni elementlərə, maddələrə rast gəlinir. Lakin həmin maddələr miqdarca müxtəlif olurlar.Elementlərin dövri sistemində məlum olan 109 elementdən 60-ı hüceyrə tərkibində toplanmışdır. Hüceyrələrin tərkibindəki elementləri miqdarına görə 3 qrupa bölürlər. Birinci qrupa 4 element: oksigen, hidrogen, azot, karbon daxildir. Bunlar orqanogen elementlər adlandırılır və bütün hüceyrə tərkibinin 98%-ni təşkil edirlər. İkinci qrupa kalium, kalsium, maqnezium, natrium, fosfor, kükürd, dəmir, xlor daxildir. Bunlar hüceyrə tərkibinin 1,9%-ni təşkil edirlər. Üçüncü qrupa bütün qalan elementlər daxil olub, onun 0,01%-ni təşkil edirlər. Hüceyrənin tərkibində olan kimyəvi birləşmələr də iki qrupa bölünür: 1) hüceyrənin qeyri-üzvi maddələri. Bura aiddir: su və mineral duzlar. 2) üzvi maddələrinə isə zülallar, yağlar, karbohidratlar, nuklein turşuları, ATF aiddir.Sitoloji tədqiqat metodları. Hüceyrəni öyrənmək üçün əsas tədqiqat metodu kimi mikroskopiyadan istifadə edilir. Bunun üçün işıq və elektron mikroskopları işlədilir. İşıq mikroskopiyasının müxtəlif növləri mövcuddur: 1) Fazalı, 2) Kontrast, 3) İnterferensiya, 4) Akoptral, 5) Polyarizasiyalı, 6) Qaranlıq sahəli, 7) Ultrabənövşəyi.Elektron mikroskopiyası hüceyrə strukturlarının elektron mikroskopu ilə tədqiq edilməsidir. Müasir elektron mikroskopu obyektin təxminən bir neçə yüz min dəfə böyüdülməsinə imkan verir.Hüceyrənin öyrənilməsində hazırda digər müasir metodlardan istifadə edilir. Bunlara aiddir: Radioaktiv izotoplarla nişanlanmış molekullarla öyrənilməsi; Hüceyrələrin üyüdülməsi ilə hissələrinə ayrılması; Xromotoqrafiya və ya elektrofarez; Hüceyrənin xüsusi şəraitdə yetişdirilməsi. Müxtəlif metodlarla hüceyrənin  daha  dərindən öyrənilməsi sitologiya elminin inkişafını təmin edir. Həmçinin bax: insan hüceyrələri rəqəmlərdə Mənbə: Biоlоgiyanın inkişaf tariхi və mеtоdоlоgiyasıMüəlliflər: H.M. HACIYЕVA, Ə.M. MƏHƏRRƏMОV, Q.K. İSMAYILОV, İ.V. QAFARОVA
['hüceyrə']
6,169
https://kayzen.az/blog/letife/3425/sovet-d%C3%B6vr%C3%BCn%C9%99-aid.html
Sovet dövrünə aid
burla xatun
Lətifələr
15 fevral 2011, 13:02
Sovetlər vaxtında uşaq bağçasında tərbiyəçi uşaqlara deyir: - Sovet İttifaqında hamı doyunca yeyir, qəşəng geyinir. SSRİ-də insanlar gözəl mənzillərdə yaşayırlar. Bütün sovet uşaqlarının gözəl oyuncaqları var. . Vova ağlayır: -Mən, mən ... SSRİ-yə getmək istəyirəm.. Yəhudi Rabinoviç hər səhər qəzet köşkündən “Pravda” qəzeti götürür, birinci səhifəyə baxır, almayıb qaytarır. Bir neçə gündən sonra satıcı soruşur: -Nə axtarırsan? -Nekroloq. -Nekroloqlar sonuncu səhifədə olur. -Mənim gözlədiyim nekroloq birinci səhifədə olacaq. Lektor beşilliyin uğurlarından danışır: -Şəhərdə elektrik stansiyası tikilib... Zaldan səs: -Mən ordan gəlirəm. Heç bir elektrik stansiyası yoxdu. Lektor davam edir: - Şəhərdə kimya zavodu tikilib... Həmin səs: - Bu yaxınlarda orda idim. Heç bir zavod yoxdu. Lektor qəzəblənir: - Siz, yoldaş, az avaralanın, bir az qəzet oxuyun. Pessimistlı optimistin fərqi nədir? -Pessimist yaxşıca məlumatı olan optimistdir, optimist isə yaxşıca instruktaj olunmuş pessimist . Stalin məruzə edir. Kimsə asqırır. -Kim asqırdı? (hamı susur) 1-ci sıra, ayağa qalxın. Güllələnsin (alqışlar). Kim idi asqıran? (sükut) İkinci sıra ayağa qalxsın, güllələyin. Kim idi asqıran? (sükut). Üçüncü sıra ayağa qalxsın. Güllələyin. (gurultulu alqışlar. Hamı ayağa qalxır şüar qışqırır: “Böyük Stalinə eşq olsun!") Kim asqırdı? -Mən, mən! (bir nəfər hıçqırır) - Sağlam olun, yoldaş! Brejnev bir qrup kosmonavtı yanına çağırır: - Yoldaşlar, amerikalılar Aya uçdular, biz Günəşə uçmalıyıq. - Biz yanarıq axı, Leonid İliç! - Qorxmayın, partiya hər şeyi düşünüb – gecə uçacaqsınız . Brejnev və Nikson öz cangüdənləri ilə Niaqara şəlaləsinin yanında dururlar. Onları yoxlayıb deyirlər ki, özünü aşağı at. Amerikalı etiraz edir: -Mənim ailəm, uşağım var. Rus düşünmədən özünü atır. Onu tuturlar. Nikson soruşur: -Necə oldu ki, özünü atmağa qərar verdin? - Ailəm var, uşağım var...! Brejnev telefonla Niksona yuxusunu danışır: -Yuxuda gördüm ki, Ağ Evin üzərində qırmızı bayraq dalğalanır! Səhəri gün Nikson Brejnevə zəng edib yuxusunu danışır: -Kremlin üzərində qırmızı bayraq gördüm. - Bu əslində də belədir – deyə Brejnev cavab verir. - Bəli, amma o qırmızı bayrağın üstündə Çin dilində nəsə yazılmışdı... SSRİ-yə gələn Nikson Brejnevdən soruşur ki, niyə sovet fəhlələri tətil eləmir? Cavab əvəzinə Brejnev onu zavoda aparır və fəhlələrə deyir: -Sabahdan maaşınız azaldılacaq (alqışlar). İş günü uzadılacaq (alqışlar). Hər onuncu fəhlə edam ediləcək (alqışlar. Bir nəfər sual verir: "Kəndiri özümüz gətirək, yoxsa həmkarlar ittifaqı verəcək??") Brejnevin anası Moskvada oğlunun yanına gəlir. Onun qəsrini, bahalı əşyalarını, qulluqçularını, qarajını görüb ağlayır: - Oğlum, 1917-ci il yadıma düşür. Qorxuram. Birdən qırmızılar yenə gələrlər. Helmut Şmidt, Jiskar d Esten və Brejnev öz bahalı hədiyyələri ilə öyünürlər. Şmidt özünün bahalı siqar qabını göstərir. Üzərində yazılıb: “Əziz Helmuta onu sevən arvadından ". d Esten özünün orijinal trubkasını göstərir. Onun üzərində yazılıb: "Əziz Jiskara vətənpərvər fransız qızından". Brejnev üstü brilyantlı qızıl portsiqarını göstərir. Onun üstündə yazılıb: "Hörmətli qraf Uvarova böyük knyaz Sergey Aleksandroviçdən ". İnspeksiya sovxozları gəzib toyuqların necə yemlənməsini öyrənir: "Seçmə dənlə", - sovxozların birində deyirlər. Onların üstünə qışqırırlar: "Seçmə dəni toyuğa verərlər??!" Məsələdən xəbərdar olan o biri sovxozda deyirlər ki, toyuqlara dənin artığını verirlər. Onların üstünə qışqırırlar: "Sovet toyuqlarına tullantı dən verirsiniz?!" Üçüncü sovxozun direktoru Rabinoviç deyir: - Gündə bir toyuğa iki qəpik xərclənməli deyil? Biz özlərinə veririk, nə istəyirlər, alsınlar! Kolxoz sədri qabaqcıl sağıcını çağırıb deyir: -Mənə zəng edib dedilər ki, sabah mərkəzdən gəlib səndən intervyü alacaqlar. - O nədi? - Dəqiq bilmirəm. Hər halda hamama gedib yuyun. Psixiatrın qəbulunda: - Doktor, məndə şəxsiyyətin pozulması var: bir şey düşünür, başqa şey deyir, üçüncünü edirəm. - Bu, onu göstərir ki, tam normalsan! Televiziyada dördüncü kanal işə düşür. İlk gün vətəndaş televizorun önündə oturub birinci kanalı açır. Orada Brejnev çıxış edir. İkinciyə çevirir, yenə Brejnev, üçüncüdə də Brejnev... Dördüncü kanala çevirir. Orada KQB polkovniki oturub barmağı ilə hədələyir: “Kanalları yaman çox dəyişirsən haa...” Elan: “İntelligent rus ailəsinə xaricə getmək üçün yəhudi kürəkən lazımdır” Brejnev Kosıgindən soruşur: -Bizdə nə qədər yəhudi var? - 3-4 milyon. - Biz onlara getmək icazəsi versək, çoxları istəyər? - 10-15 milyon.. - Doğrudan, Dzerjinski uşaqları sevirdi? - Bəli. Amma onların valideynlərinə nifrət edirdi. - Döğrudan, sovet islah-əmək koloniyalarında gözəl şərait var? - Bəli, biri şübhə edirdi. Tezliklə öz gözü ilə görmək imkanı əldə etdi. Ora xoşuna gəldi, ona görə hələ də qayıtmayıb.! Sosialist, kapitalist və kommunist görüş təyin edirlər. Sosialist gecikir: - Gecikdiyim üçün bağışlayın, kolbasa növbəsində dururdum. - Növbə nədir? – kapitalist soruşur. - Kolbasa nədir? – kommunist soruşur. Uzunömürlü ilə telemüsahibə: - Necə oldu ki, 167 yaşda belə yaxşı qaldınız? - Böyük Oktyabr sosialist inqilabı idi... - Yaxşısı budu, dekabristlərdən danışın. - Böyük Oktyabr sosialist inqilabı idi... - Zəhmət olmasa, Puşkindən danışın. - Böyük Oktyabr sosialist inqilabı idi... Hərc-mərclik vaxtı mənim yaşımı 100 il artıq yazdılar. Müəllif: yığıb-düzən Gülnarə Rəfiq
['Sovet dövrü']
6,170
https://kayzen.az/blog/dusundurucu-hekayeler/3853/%C9%99n-do%C4%9Frusunu-allah-bilir.html
Ən doğrusunu Allah bilir...
MASON
Düşündürücü hekayələr
14 fevral 2011, 23:10
Tanrı Əzrailə: "Ya Əzrail! Qullarımdan her hansı birinin canını alınca heç üzüldünmü?"- -Ya Rabb HƏRŞEY sənə məlumdur. Yalnızca bir qulunun ruhunu alınca çox üzüldüm. Bir gəmi dağlara çırpılıb parçalanmışdı. Orada bir ana və bir uşaq var idi. O ananın canını almaq tapşırılmışdı. Onun canını alınca çox üzüldüm. Körpəni isə bir taxtanın üzərində bir adaya atdım. Yetim qaldı. Tanrı: “Bəs sevinərək hər hansı bir qulumun canını aldınmı? ” Bəli tanrım. Bir zalım padşah var idi. Bütün xalq onun əlindən bezar idi. Bax o qulunun canını sevərək aldı. “Padşahın kim olduğunu xatırlayırsammı?” -Xeyr xatırlamıram Ya Rabb-deyincə, Tanrı buyurdu: “Həmən o padşah anasının canını üzülərək aldığın yetim uşaqdır, zalım padşahdır”
['düşündürücü hekayələr', 'din', 'hekayə']
6,171
https://kayzen.az/blog/dusundurucu-hekayeler/3850/h%C3%B6r%C3%BCm%C3%A7%C9%99k-toru-q%C9%99d%C9%99r-yax%C5%9F%C4%B1l%C4%B1q.html
Hörümçək toru qədər yaxşılıq
Xrizoberil
Düşündürücü hekayələr
14 fevral 2011, 12:33
Bir gün dünya həyatında həmişə pislik işləyən bir adam, Cəhənnəmin qapısında bir mələk ilə qarşılaşdı. Mələk adama belə səsləndi: Bura girməməyin üçün, həyatda ikən tək bir yaxşılıq etmiş olmağın yetər. Yaxşı düşün!Uzun müddət düşünən günahkar adam, nəhayət xatırladı! Bir dəfəsində meşədə gedərkən yolunun üzərində bir hörümçək görmüş və ona basmamaq üçün yolunu dəyişdirmişdi. Həyəcanla bu yaxşılığını dilə gətirdi. Mələk gülümsədi və bir hörümçək toru endirildi. Adam tora dırmaşaraq Cənnətə girə biləcəkdi. Adam tora dırmaşıb yuxarı çıxarkən, Cəhənnəmlə cəzalandırılanlardan bəzidəri də bu fürsətdən yararlanmaq istəyərək tora dırmaşmağa başladılar. Amma adam döndü və torun hər kəsi daşımayacağından qorxaraq onları itələməyə başladı. Elə bu anda, tor həqiqətən də qopdu və digərlər ilə birlikdə adam da Cəhənnəmə düşdü. "Heyf" dedi mələk. "Qorxaqlığı, həyatında işlədiyi tək yaxşılığı da pisliyə çevirdi. O insanlara qayğı göstərə bilsəydi, torun hər kəsi daşıya biləcəyini görəcəkdi."
['hekayə']
6,172
https://kayzen.az/blog/Xrizoberil/3849/ki%C5%9Fil%C9%99rin-qad%C4%B1nda-ilk-6-saniy%C9%99d%C9%99-diqq%C9%99t-etdiyi-6-%C5%9Fey.html
Kişilərin qadında ilk 6 saniyədə diqqət etdiyi 6 şey!
Xrizoberil
Bloq: Xrizoberil
14 fevral 2011, 12:13
Kişilərin həmişə diqqətsiz olmasından şikayətlənənlərin nəzərinə.kişilərin ilk altı saniyədə diqqət yetirdiyi altı şey...Kişilərin həmişə çox diqqətsiz olduğundan şikayətlənilir. Amma ilk təəssürat hər kəs üçün çox əhəmiyyətlidir. Bu diqqətsiz zənn edilən kişilər üçün belə etibarlıdır.Bir kişi bir qadını gördüyü anda altı saniyə içində altı şey diqqətini çəkir.Bunların ilki gülümsəmənizdir. İçdənmi yoxsa məcburi gülümsəyirsiniz? Ya da gülümsəməniz günorta yeməyində nə yediyinizi ələmi verir?İkincisi saçınızdır. Qadınların yeganə aksesuarlarından biri olan saçlarının seqmenti, tərzi ya da boya tonu kişiləri maraqlandırmaz. Onlar yalnız saçınızın yumşaq və gözəl iy verməsi ilə maraqlanarlar.Üçüncüsü isə dekoltenizdir. Kişilər dekolteyə baxar. Kişilər hər vəziyyətdə nə qədər "göstərmək" istədiyinizi fərqinə varacaq. Dördüncüsü makiyajınız. Əgər çox çox makiyaj etsəniz, kişilər sizin üzünüzdə bir problem olduğunu və bunu gizlətməyə çalışdığınızı düşünə bilər.Kişilərin diqqətini çəkən beşinci şey isə dərinizdir. Siz dərinizdəki kiçik bir sızanağı dünyanın ən böyük problemi kimi dərd edə bilərsiniz. Kişilər bunun fərqinə varmayacaq. Amma əgər çox çox solariyə girsəniz, bu onu narahat edəcək.son olaraq bir kişi ilk altı saniyədə sizin çantanıza baxar. Çox böyük bir çanta daşıyır olmanız kişilərin sizin baxımınıza çox düşkün və bütün baxım vəsaitlərinizi çantanızda daşıdığınızı düşünmənizə yol aça bilər.
['qadın kişi münasibətləri']
6,173
https://kayzen.az/blog/dusundurucu-hekayeler/3848/dil%C9%99n%C3%A7i-il%C9%99-kral%C4%B1n-ibr%C9%99tli-hekay%C9%99si.html
Dilənçi ilə kralın ibrətli hekayəsi
Xrizoberil
Düşündürücü hekayələr
14 fevral 2011, 11:45
Çox uzaq bir ölkədə bir imperator səhər gəzintisi əsnasında bir dilənçiyə rast gəlir. "Dilə məndən nə diləyirsən" deyir. Dilənçi gülər və: "Sanki diləyimi reallaşdıra biləcəkmiş kimi soruşursunuz." deyə cavablar. Kral bu sözdən əsəbləşir və danışıq tərzi sərtləşir.... Əlbəttə, hər dediyini yerinə gətirə bilərəm. Sən söylə hələ; nə istəyirsən?"Söz vermədən əvvəl iki dəfə düşünün kralım". Dilənçi adi bir dilənçi deyildi. İmperatorun ilk yaşayışında müəllimi olmuşdur. Və ona bu sözü vermişdir. "Bundan sonrakı həyatında təkrar qarşına çıxıb səni xəbərdar edəcəyəm." İmperator bu hadisəni çoxdan unutmuşdu. Onsuz da keçmişi hansımız nöqtəsinə, vergülünə qədər xatırlaya bilərik ki? Birlikdə yaşlanan kəslərin belə xatirələri fərqlidir. Bu səbəblə imperator təkid edir. Nə istəsən verə bilərəm. Mən güclü bir imperatorum. Yerinə gətirə bilməyəcəyim heç bir diləyin ola bilməz. Bunun üzərinə dilənçi, çanağını uzadıb, "Bu çanağı hər hansı bir şeylə doldura bilərsinizmi?" deyə soruşar. İmperator qəhqəhə çəkər və vəzirinə çanağı qızılla doldurmasını əmr edər. Çanaq dolub daşır və anında da boşalır. Pullar buxar olub uçur sanki. İmperatorun qüruru sarsılır. Bir dilənçi çanağını doldura bilmədiyi qulaqdan qulağa yayılır. Daha sonra brilyantlar, almazlar, yaqutlar axıdılır çanağa.Ancaq  elə bilki, çanağın dibi yoxdur. Yer udar, amma boş qalar. İmperator məğlub olmuşdur. Dilənçiyə yalvarar: "Yaxşı, sən qazandın. Diləyini yerinə gətirə bilmədim amma nə olar mənə çanağın nədən hazırlandığını etiraf et." Çox sadə, deyə cavablar dilənçi.İnsan beyinindən edilmişdir: Yəni insanın arzu və istəklərindən. Doymaq bilməz olması da bundandır. Bu həqiqəti bir dəfə qavrasan həyatın dəyişər. İstək nədir ki! İstək çatılana qədər, müəyyən bir müddət həyəcan verən bir duyğudur. Məsələn; bir avtomobil istəyərsən... bir saray... bir ev... bir yoldaş...  və s... Tək-tək hər birini əldə etdiyində, hamısı mənasını itirir. Niyə? Çünki beynin, ağılın onları xaric edər- qavramaz. Avtomobil qarajdadır və artıq istək oyandırmamaqdadır. Həyəcan, onu əldə etdiyində sönüb getmişdir. Yoldaş yatağında, pul cibindədirsə, onlara çatmaq üçün dözdüyün sıx istək yox olar. Yenə boşluğa düşər, yeni bir istək yaratmaq məcburiyyətində qalarsan.... İstək doyumsuzluq oyandırar və gedərək dilənçi olarsan. Bir istəkdən bir başqasına çırpınıb dayanarsan. Məqsədinə çatar çatmaz bir yenisini yaradarsan. İstəyin bu istiqamətini qavradığında həyatının dönüş nöqtəsindəsən deməkdir. Davamlı səfər halı yaxşı nəticə verməz. Geri dön... Evinə dön... Səni xoşbəxt edəcək elementləri xaricində deyil, öz içində axtar!
['hekayə']
6,174
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/3397/uinston-%C3%A7%C3%B6r%C3%A7ill.html
Uinston Çörçill
burla xatun
Böyük insanlar,şəxsiyyətlər
14 fevral 2011, 11:33
Londonda parlamentin qarşısında abidə dayanıb. Tosqun, bir qədər yöndəmsiz adam enli paltoda, əl ağacına söykənərək gəlib gedənlərə qaşqabaqla baxır. Abidədə nə titul, nə də yazı var. Cəmi bir söz - «Çörçill» yazılıb. 25 yaşından siyasi yola çıxmış Çörçill düz yarım əsr İngilis krallığının dövlət həyatında iştirak edərək, XX əsrin gedişində görkəmli, həlledici fiqur olub. «Xoşbəxtlikdən həyat o qədər də qayğısız deyil» 1874-cü ilin payızında Londonun «Tayms» qəzeti birinci səhifəsində Malboro hersoqlarının ailəsində oğlan uşağının dünyaya gəlməsi barədə xəbər yaydı. Qarderob otağında, şlyapalar, paltolar arasında dünyaya gözünü açıb cır səslə çığıran uşaq kürən və hay-küylü idi. Onu Uinston Leonard Spenser Çörçill adlandırdılar. Evdəkilərsə sadəcə Vinni çağırırdı. Çörçillin nəslindən olanların damarlarında istilaçı Vilhelmdən tutmuş quldur Frensis Dreykə qədər qəribə bir kokteyl qanı axırdı. Amerika mənşəli olan ana tərəfdən isə o, prezident Ruzveldə qohum çıxırdı. Onların kilsə siçanı kimi kasıb olmasını Uinstondan başqa hamı bilirdi. Ailənin qazancı böyük malikanənin saxlanmasına, 100 at, 150 qulluqçunun dolanışığına sərf edilirdi. Çörçill ata siyasi fəaliyyətlə məşğul olduğu vaxt ananın kübar həyatdan başı ayılmadığından, uşağın tərbiyəsiylə quvernantka məştul olurdu. Ona görə də Uinston «ikinci anam» adlandırdığı dayəsinə çon dərəcə bağlanmışdı, hətta ölümünə qədər onun portreti kabinetindən divardan asılı idi. Uinstonun başqa tərbiyəçisi, məktəb direktoru barədə xatirələri son dərəcə pis idi. İngiltərənin o dövrkü tərbiyə üsulunda uşağın kötəklənməsi normal sayılırdı. İpə-sapa yatmayan Uinston bu tərbiyə üsulunun dadını başqalarından daha artıq dadırdı. Zorakılıq, xüsusilə də döyülməyə qarşı etirazı o qədər artıq idi ki, yetkinlik yaşına çatan kimi o, keçmiş direktorunun cavabını verməkçün Askota gedir. Uşağın incikliyi ürəyində qalır, çünki direktor artıq çoxdandı ki, ölmüşdü. Qapalı «elit» məktəblərin (İton, Kembric, Xarrou) verdiyi attestat yüksək ingilis cəmiyyətinə məxsusluğu təsdiqləyirdi. Uinstonu Xarrou məktəbinə göndərirlər, çünki burda qəbul şərtləri nisbətən yumşaq idi. Qəbul imtahanında Çörçill iki saat ərzində vərəqdə bir rəqəmini çəkib onu dırnaq arasına aldı. Sonda vərəqi mürəkkəblə batırıb böyük bir ləkə saldı. Malboro nəslinin davamçısı olmasaydı, bu hoqqaya görə həmən qovlayardılar. Məktəb balaca avaranı qəbul eləməklə təmbəllərin sırasını artırmışdı. O, latın və yunan dilinin öyrənilməsində əlifbadan o yana keçə bilməmişdi. Dəqiq elmlərdən zəhləsi gedir, imkan düşən kimi elmə olan nifrətini nümayiş etdirirdi.  Düzdü, Vinninin parlaq hafizəsi vardı. O, bundan arabir Şekspiri sitat gətirən müəllimlərin səhvini tutmaqda istifadə eləyirdi. Uşağını hüquqşünas kimi görməyi arzulayan atanın ümidləri göz qabağında əriyirdi. Aristokrat üçün yeganə çıxış yolu kimi hərbi karyera qalırdı. Vinni hərbçi olmaq arzusuyla az qala sayıqlayırdı. Körpəliyindən onun yeganə oyuncağı 1500 nəfərlik qalay əsgərlər ordusu idi. «Əgər sən tam əbləh deyilsənsə, orduya düşməyə bilməzsən» Təhsildə buraxdığı boşluqlar öz işini görməyə bilməzdi. «Əgər sən tam əbləh deyilsənsə, orduya düşməyə bilməzsən» deyən cavan buna baxmayaraq, yalnız üçüncü cəhddə qəbul olundu. Uinston süvari polku seçdi. Tərs kimi bu polkda təhsil haqqı da dəfələrlə artıq idi. Çünki bir neçə atın saxlanması, yedirilməsi də tələbənin üstünə düşürdü. Belə sərfiyyat Çörçill ailəsinin maliyyə büdcəsinə uyğun deyildi. 130 nəfərlik buraxılış sinfində 20-ci olmaq bir o qədər də pis nailiyyət sayılmır. Hərbi məktəbin ilyarım olması da Uinstonu qane eləyirdi, axı o, müharibəyə tələsirdi. Hərbi məktəbi ölüm-zülümlə qurtaran Uinni bu barədə çox sevinə bilmədi, çünki bu ərəfədə atası 45 yaşında vəfat etdi. Atasının siyasi  karyerasında buraxdığı səhvləri düzəlməkçün tale ona atasının ömrünün iki mislini bəxş elədi - düz 90 il… «Generallar həmişə keçmiş müharibələrə hazırlaşır» Karyerasının yüksəlişi üçün cavan zabitə müharibəyə getmək lazım idi. Yalnız Kubada ispanlar yerli inqilabçılarla vuruşurdu. Ailəsinin maddi durumuna uyğun olaraq Uinston əlavə qazancın qeydinə qalmalydı. Ona görə də o, London qəzetləriylə danışıb müharibəyə hərbi müxbir simasında yollandı. Hər reportaja görə ona 10 funt vəd vermişdilər. 120 funt sterlinq illik gəliri olan zabit üçün bu, çox böyuk məbləğ sayılırdı. Çörçillin döyüş meydanından yazdığı reportajlarda hadisələrin təsvirindən daha çox özünü gözə soxma, lovğalıq vardı. Vətənə qayıdandan sonra o, artıq kubar cəmiyyətinin qaymaqlarından idi, onu naharlara, çağırırdılar və Uels şahzadəsi kimi nüfuzlu dostları əmələ gəlmişdi. Növbəti dəfə vuruşmağa Hindistana gedəndə artıq Londonun ən nüfuzlu qəzetləri Çörçillə əməkdaşlıq barədə saziş bağlamışdı. Anası da əmin oğlunun məktublarından anlayır ki, onun artıq öz yazı üslübü var. Aldığı təssüratlar artıq reportajlardan böyük, yəni ədəbi yazılara kifayət eləyərdi. Hərbi hadisələrin real təsvirlərindən ibarət kitabı çıxanda onun 23 yaşı vardı və onu maraqlı yazıçı kimi tanıdılar. İngiltərə Cənubi Afrikada hərbi fəaliyyətini başlayanda Çörçill artıq ekstra-klass jurnalistlərin sırasındaydı. Məzuniyyət pulu və nəqliyyat xərclərindən əlavə 250 funt qonorarı vardı. Afrika macəralarını qələmə alıb «Morninq Post»da çap edəndən sonra onu bütün İngiltərə tanıyırdı. Birinci Dünya müharibəsi Çörçillin artıq 4-cü müharibəsi idi. Burda o, artıq siyasətçi simasında çıxış eləyirdi. «Vəzifəsiz, deputat kürsüsüz, partiyasız və kor bağırsaqsız…» Atası ser Rotfold Uinstonu «cəmiyyət üçün yararsız bir adam» sayırdı. Ziyafətlərə həmişə əlində dəftərçəylə gələn gənc qusar göz qabağında ədəbiyyatçıya və az sonra natiqə çevrilirdi. Nəhayət, Çörçill qəti qərara gəlir ki, siyasi karyera hərbi karyeradan maraqlıdır. Hindistan və Afrika kampaniyalarınnın arasında o, atasının yolunu davam edərək öz siyasi partiyasını yaratmaq cəhdi edir. Baş nazir olmaq istəyini də heç vaxt gizləmirdi. Çörçill siyasətçi adlandırılmağı sevmirdi, «ictimai xadim» ifadəsi daha çox ürəyinə yatırdı. Onun fikrincə, siyasətçi və xadim onunla seçilir ki, birincisi seçkilər barədə, ikincisi isə gələcək nəsillər barədə düşünür. Hər dəfə parlamentdə yerini itirəndə yumor hissini itirməyib özünü «Vəzifəsiz, deputat kürsüsüz, partiyasız və kor bağırsaqsız» adlandırırdı. Ulduz saatı İkinci Dünya müharibəsi Çörçillin uğur məqamı idi. O, «Mən sizə ağır zəhmət, qan-tər və göz yaşlarından başqa heç nə vəd verə bilmərəm» desə də, ölkəni faşizmə qarşı mübarizə lozunqu altında birləşdirə bildi. Kart oyununda qazandığı bacarıqlar Çörçillin İkinci Dünya savaşı zamanı çox karına gəldi. O, manevr edir, blef qurur, risk eləyir, gah Mussolini ilə yazışır, gah Rusiyaya arxalanır… Müharibə illərində Çörçill gündə 18 və daha artıq işləyirdi. Onun iş rejimi əməkdaşları lap əldən salırdı. Səhərədək gedən iclaslardan adamlar yorulub əldən düşən vaxt Çörçill başını atıb divanda yarımca saat yuxulamaqla özünü bərpa eləməyi bacarırdı. Ona cəmi 3-4 saat lazım idi ki, yenidən əvvəlki enerjisiylə işə başlasın. 1945-ci il mayın 8-də Çörçillin ulduz saatı parlayırdı. O, Böyük Britaniyanın baş naziri rezidensiyasının pəncərəsindən çıxıb qələbə xəbərini elan edəndə əsgərlər «O xeyirxah və yaxşı adamdır» mahnısını oxuyurdu. Sonra Çörçill Moskvaya gəldi və Qızıl Bayraq ordeninin təltifində şəxsən iştirak elədi. Mayın 9-da isə ledi Klementina radioda çıxışında bütün sovet xalqını qələbə münasibətilə təbrik elədi. Amma Sovetlər ölkəsi qələbənin sevincini yaşayanda Çörçill bu ölkə ilə mübarizə planları cızırdı. SSRİ üzərinə təzyiq qurmaq məqsədilə ABŞ-ın prezidenti Trumenlə görüşmüşdü. Amma geri qayıdanda onu sürpriz gözləyirdi. Seçicilər Konservatorlar Partiyasını və eləcə də sevimlisinin rədd eləmişdi. Ölkənin taleyindən yenə də qıraqda qalmış Çörçill ömrünün sonuna kimi bu xəyanəti ingilislərə bağışlaya bilmədi. Amma o, öz siyasi həyatıyla yaşamaqda davam eləyirdi. 1946-cı il mayın 5-də Amerikanın Fulton şəhərində Vestminster kollecində söylədiyi məşhur nitqi yenə də bütün dünyanı alt-üst eləməyə qadir bir çıxış oldu. Bu nitqində eks-baş nazir bütün dünyanı kommunizmə qarşı birləşməyə çağırırdı. Maraqlıdır ki, çıxışından sonra Çörçill banketdə qara kürünün üstünə cumub «Bundan sonra Stalin mənə bunu havayı göndərməz» dedi. Dəmir pərdə anlayışı da Çörçillin dilindən götürülüb. Amerika və SSRİ arasında soyuq müharibənin başlanğıcını məhz həmin gündən hesablayırlar. «Hitler! Sənin ananı…» İngilis cəmiyyətində pul haqqında danışmaq yaxşı sayılmır. Çörçill isə hamının yanında siqara verdiyi böyük məbləğlərdən, kazinoda udduğu pullardan (azartlı oyunçu olsa da, həmişə qızlarının ad günü 18 və 22 rəqəmlərinə pul qoyardı) danışardı. O, kinoda Çörçillin rolunu oynamış aktyordan nə qədər qonorar aldığını soruşub qıpqırmızı olanadək utandıra bilərdi, sonra məbləği öyrənib «Bu qiymətə mən elə özüm özümü daha yaxşı oynaya da bilərdim» deyərdi. Həddən artıq qarınqulu olması barədə onun portretləri və fotoları daha yaxşı danışa bilər. Şotland viskisi, fransız konyakına bağlılığı haqda əfsanələr gəzirdi. Depressiya vaxtlarında Çörçill başını kolleksiya toplamaqla, bəzən qazon kəsmək, peyzajlar çəkməklə başını qatar və «Ledi Hamilton» filminə bəlkə də yüzüncü dəfə baxardı. Müharibədən qabaq Çörçill Çarli adlı tutuquşuya meylini salmışdı. Nasist fürerini ikimərtəbəli söyüşlərlə söyməyi şəxsən özü öyrədərdi. İndi həmin 105 yaşlı tutuquşu hələ də sağdır və Surrey qraflığında otağa girən hər kəsi Çörçillin səsiylə «Hitler! Sənin ananı…» deyib söyməklə hələ də şoka salır. İstirahət haqqında anlayışları da qəribəydi. Çörçill televizoru «Əbləhlər üçün fonar» adlandırırdı. İçki məsələsiylə maraqlanan jurnalistlərə belə deyərdi: «Mən cavan olanda özümə naharadək spirti içki içməməyi söz vermişdim. İndi artıq cavan deyiləm, ona görə də səhər yeməyinə qədər içməyi özümə icazə vermirəm». Boş vaxtlarında çəkdiyi rəsmləri Şarl Moren adı altında sərgiləyirdi. Tikinti işləri zamanı gəlmiş qonaqları da məcbur edərdi ki, ona kömək eləsinlər. Yorulan kimi kitab yazmağa gedərdi: «Günə 200 kərpic və 2000 söz». «Mən Kubanı həmişə dodaqlarımda gəzdirirəm» Hətta müharibə zamanı qıtlıq olanda Kuba siqarlarını ona göndərirdilər. Çəkdiyi siqarlarına görə bir ətək pul xərcləsə də, sevimli konyakını Moskvadan Stalin pulsuz göndərirdi. Karikatura və şarjlarda Çörçilli daim baş əvəzinə tüstüləyən siqar şəklində çəkirdilər. Hər dəfə təsadüfən yandırdığı kostyumları təmir etməyə bəzən çatdırmırdılar. Bu minvalla 50-yə qədər kostyumun axırına çıxıb. Kuba haqqında xatirələriylə maraqlananlara o, «Mən Kubanı həmişə dodaqlarımda gəzdirirəm» deyərdi. Çörçill adam arasına siqarsız çıxmazdı. Ona elə gəlirdi ki, hamı onu məhz belə görmək istəyir. İngiltərənin dulusçuluq zavodları Çörçillin prototipi kimi tosqun və ağzında siqar olan obrazlı pivə qabları buraxmağa başladı. Səudiyyə Ərbistanının kralı ilə ağır danışıqlar zamanı protokola görə onun hüzurunda nə içmək, nə də çəkmək olardı. Viski stəkanı və siqarsız düşünə bilməyəcəyini elan edəndən sonra təəccübündən ağzı açıla qalmış kral ona nahar zamanı içməyə və çəkməyə icazə verdi. Çörçill yandırılmamış siqarların üstündə əssə də, yandıran kimi onlara marağını itirərdi. Evdə arxasıyca küldən cığır buraxmağı da vecinə almazdı. Yuxuya gedən kimi tosqun qarnında ağ kül təpəsi qalaqlanardı. Qarderobun tam məhvinin qarşısı alınmasıyçün bu dəfə arvadının icad elədiyi asbes önlüklər kara gəldi. Çörçill adətən ən uzun və enli siqarları seçərdi ki, bir neçə saat fasiləsiz tüstüləyə bilsin. Qitələrarası uzun müddətli təyyarə uçuşu zamanı da siqar səkmək üçün siqara uyğun dəliyi olan hava maskaları sifariş vermişdi. «Yanğın gözəl idi, yaxşıca əyləndik» Əgər ledi Çörçill bilsəydi ki, onun həyat yoldaşını geyinməyi bacaran seçmə adamlar sırasına daxil edəcəklər, bu uğuru mütləq öz ayağına yazardı. Ortabab hərbi polkovnikin qızı olan Klementina Uinstonun evlənmək təklifinə o dəqiqə razılıq verməmişdi. Ətrafda baş verən yanğın onların hər ikisinin həyatını həll elədi. Hadisə yerinə tələsən Çörçill başına dəbilqə qoyub kral əlahəzrətlərinin maliyyə naziri olmasına baxmayaraq, sonuncu dəqiqəyədək ev əşyalarını çıxarmaqla məşğul oldu. Cızıq-cızıq, hisə verilmiş, yorğun Uilli pəncərədən özünü bayıra atan kimi divar da çökdü. Klementinanın heyranlıq dolu teleqramına o, «Yanğın gözəl idi, yaxşıca əyləndik» cavabını vermişdi. Bu evliliyi hər iki tərəf çox uğurlu sayıb. Bu nikahdan 4 uşaq (onlardan biri 3 yaşında vəfat edib) doğulub. Amma xanım Çörçillə həsəd aparmaq da olmur, çünki onun qismətinə çox çətin xasiyyətli, axmaq vərdişləri olan, maniakal depressiv tipli və patoloji huşsuz bir ər düşüb. Uinstonun xasiyyətini qabardan bir ifadə də var: «Günə 5-6 siqar (əslində 8-10), 3-4 stəkan viski və tamamilə idmandan uzaq!» Çörçill və Stalin Çörçill ömrü boyu kommunizmə və şəxsən Stalinə qarşı ədavət hissiylə yaşayırdı. Stalin də Çörçillin səmimiyyətinə inanmırdı: «Bu ikiüzlü məni inandırmaq istəyir ki, belə gövdəylə o, Londonda təkcə sendviçlərlə dolanır». Amma Molotov təsdiqləyir ki, 1942-ci ildə Çörçill onu səhər yeməyinə dəvət edəndə masa üzərində kofe və sıyıqdan başqa heç nə yoxuydu. Müharibənin ən ağır illərində belə Moskva ziyafətlərində masa ən ekzotik və bahalı təamlardan zığ vurardu. Hərdənbir Stalinlə Çörçill içmək yarışına çıxırdı. İçməkdə ad çıxarmasına baxmayaraq, az keçməmiş valaylayan Çörçill bir o qədər içmiş və tam ayıq olan Stalinə qəribə nəzərlərlə baxanda: «Narahat olma, Rusiyanı içib qurtara bilmərəm» demişdi. Deyirlər ki, Sovet rəsmiləriylə görüşlərin birində ofisiant Çörçillin şalvarının açıq olmasını görüb ona kiçik namə yazmışdı. Cavabında Çörçill «Ölüvay quşcuğaz bir daha yuvasından pərvaz edə bilməyəcək» yazıb göndərmişdi. Bu məktubun qırıqlarını ələ keçirən sovet kəşfiyyatı neçə illər bu məktubun şifrəsini açmaq üzərində baş sındırırmış. Bir neçə il sonra Xruşşov İngiltərədə olanda bu məsələylə maraqlanıb soruşmuşdu ki, «Böyük üçlükdən təkcə siz qalmısız. Bəlkə sirri bölüşərdiz». Çörçill də «qoca qartal»ın sirrini açıb kəşfiyyatı cümlənin açmasını axtarmaq zülmündən xilas eləmişdi. Patriarxın payızı 1951-ci ildə konservatorlar seçki kampaniyasını udan kimi Çörçill yenə də İngiltərənin baş naziri vəzifəsində oturmuşdu. Sovetlərdən gələn atom bombası təhlükəsi altında Amerika ilə əməkdaşlıq daha vacib görünürdü. Münasibətləri sığallamaq məqsədilə ABŞ ser Çörçilli fəxri vətəndaş seçdi. 1953-cü ildə isə Uinston Çörçilli daha bir imtahan gözləyirdi. Nobel Komitəsi ədəbi fəaliyyətinə görə Çörçilli mükafata layiq gördü. Ondan bir il əvvəl Fransua Mariak, sonrakı il isə Ernest Heminquey lauret adına layiq görülmüşdü. «Elə yaşdayam ki, özümü pis hiss eləməyi özümə icazə verə bilmərəm» Ömrünün son illərində Çörçillin yazıçılıq etməyə nə fiziki, nə də intellektual gücü qalmamışqdı. «Dauninq strit» rezidensiyasını tərk edərkən Çörçill onu yola salan kütləyə həmişəki kimi iki barmağından «V» işarəsini (Viktoriya, yəni qələbə) göstərib son 10 ilini keçirməkçün Çartvell şəhərkənarı malikanəsinə yollandı. 80 yaşı keçmiş qoca depressiyalara tez-tez düşür və ruhi tarazlığını itirirdi. Cavan siyasətçilərin təzyiqi altında vəzifə kürsüsünü tərk edəndən sonra nə aldığı ordenlər, nə də eşitdiyi tərif nitqləri artıq onun ürəyini ovutmurdu. Lap darıxanda fransız Rivyerinə, ya da dostu yunan milyonçusu Onassisin dəvətilə Aralıq dənizi sularında səyahətə çıxırdı. Qocalığı ağlının itiliyinə zərər yetirməmişdi. 1965-ci ildə Londonun 90 il əvvəl Malboro klanının uşağının dünyaya gəlməsini yazan həmən «Tayms» qəzeti elan verdi ki, ser Çörçill dünyasını dəyişib. «Silindrli adam»ı İngiltərə krallara layiq təntənəylə yola saldı. Vestminster abbatlığından yerdən götürülmüş tabut Temza çayına qədər ötürülərək ingilis bayrağı altında hərbi gəmiyə qaldırıldı. Onu son mənzilə yola salan minlərlə insan artıq anlayırdı ki, İngiltərə böyük imperiyadan adi dövlətə çevrilir... Müəllif: Gülnarə Rəfiq [email protected] Mənbə: Bizim Yol qəzetiHəmçinin bax: Uinston Çörçillin həyatı
['Uinston Çörçill', 'Çörçill', 'Winston Churchill']
6,175
https://kayzen.az/blog/dusundurucu-hekayeler/3844/yalan-yar%C4%B1%C5%9Fmas%C4%B1.html
Yalan yarışması
elshad
Düşündürücü hekayələr
13 fevral 2011, 21:20
Padşah bir gün, "Mənə yalan söyləyə bilənə bir küp dolusu qızıl verəcəyəm!" demiş. Yalançılar dərhal saraya qaçmaqa başlamışlar yalan danışsınlar; Yalançı : "Bir quş, aslanı qapıb yuvasına apardı". Padşah "Burda yalan yoxdur Quş qartaldır, aslan da quzu qədər kiçik bir bala. Qapib aparar təbii!..'' Yalancı :"Qonşu ölkədə bir eşşəyi kral etdilər!.." Padşah "Ölkənin kralı, pəncərədən baxdıqı yerdə tacını salmış. Tac da pəncərənin altındakı eşşəyin başına keçmiş. Tac kimin başındadırsa, kral odur təbii!.." Yalancı"Padşahım, mən səmaya bir ox atdım. Altı ay sonra geri döndü!" Padşah"Sənin ox bir ağacın üstünə düşmüşdür. Ağac, payızda yarpaqlarını töküncə, ilişəcək yer tapa bilməyib yerə enmişdir".' Beləcə padşah, hər yalana gerçək bir bəhanə tapmış və kimsə padşaha bu yalandır dedirdə bilməmiş. Amma bir gün Məlikməmməd gəlmiş; "Padşahım, sən mənim atamdan borc olaraq bir küp dolusu qızıl götürmüşdün. İndi qızılı götürməyə gəldim. Yalandır desən mükafatımı ver. Yalan deyil desən borcunu ödə!
['hekayə']
6,176
https://kayzen.az/blog/heyvan/3843/bal%C4%B1qlar-suda-nec%C9%99-ya%C5%9Fay%C4%B1rlar.html
Balıqlar suda necə yaşayırlar?
Xrizoberil
Heyvanlar aləmi
13 fevral 2011, 20:23
Hamınız balıqların suda çox cevik və sürətli hərəkətlərinə şahidsiniz. Balığın suda üzməsi üçün qeyri- adi bir hərəkətə ehtiyac yoxdur, bunun üçün onun quyruğunu suda sağa- sola hərəkət etdirməsi kifayətdir. Beləliklə, balıqların suda bu rahat hərəkəti mühərrik onurğaları və bədənlərindəki bəzi sistemlər sayəsində mümkün  olur. Balıqlar üzərkən çox böyük enerji sərf edir. Bunun səbəbi suda uzun müddət yüksək sürətlə üzmələri deyil. Balıqlar sakit vəziyyətdə ikən birdən yüksək sürət toplamaq üçün böyük enerji sərf etməlidir. Birdən sürətlənmək onlar üçün çox əhəmiyyətlidir, çünki ovçulardan qaça bilmək üçün buna ehtiyacları var. Həmçinin balıqlar suda əksər vaxtlarda suyun axınına qarşı hərəkət edir. Siz özünüzün  suda olduğunuz zaman nə qədər çətin, yolda olduğunuz zaman isə nə qədər asan hərəkət etdiyinizi düşünün. Və bu şəkildə suyun içində yaşamaqla yer üzərində yaşamaq arasındakı fərqi müqayisə edin. Balıqda belə bir gücün ortaya çıxmasını təmin edən amil onun onurğasının və əzələlərinin xüsusi quruluşudur. Onurğa balığın həm bədəninin düz dayanmasını, həm də üzgəclərin və əzələlərin ona bağlanmasını təmin edəcək bir quruluşa malikdir. əgər belə olmasaydı balıqların suda hərəkət etməsi mümkün olmazdı. Lakin yalnız onurğasının xüsusi formada olması bir balığın üzə bilməsi üçün kifayət deyil. Çünki balığın sudakı hərkəti yalnız irəli- geri getmək deyil, bir balıq suda aşağı- yuxarı hərəkət edə bilməsə, yaşaya bilməz. Balıq bu hərkəti də başqa bir orqanizm sisteminin sayəsində bacarır. Balıqların bədənində hava kisələri var. Balıqlar bu kisələri hava ilə dolduraraq dərinliyə enə və ya havanı buraxaraq su səthinə doğru çıxa bilirlər. Bəs balıqların daim su içində olmasına baxmayaraq nə üçün zərər görmədiklərini heç düşünmüsünüzmü? Biz suda bir müddət qaldıqdan sonra dərimiz bundan təsirlənməyə başalayır, daha bir az da qalsaq, dərimiz ziyan çəkər. Halbuki balıqlarda bu, baş vermir. Çünki balıqların dərisinin üzərində sərt parlaq təbəqə var. Bu təbəqə suyun bədənə daxil olmasının qarşısını alır. Əgər bu təbəqə olmasaydı, balığın bədəni zərər çəkər, hətta içəri su girməsi səbəbilə müvazinəti pozular və balıq da ölərdi. Lakin bütün bunların heç biri baş vermir və balıqlar yaşamağa davam edirlər. Yer üzündəki bütün balıq növləri bu xüsusiyyətlərin hamısına qüsursuz olaraq sahibdir. Bu xüsusiyyətlər qədim dövlərdə yaşamış balıqlarda da mövcud olub. Balıqlar milyon illər ərzində heç dəyişməmiş, bu gün də sahib olduqları quruluşda olmuşlar. Bunu milyonlarla il bundan əvvəl yaşamaış balıqların bu gün bizə gəlib çatan qalıqlarından da görmək mümkündür. Balıqların sahib olduğu bütün xüsusiyyətləri onlara verən qüvvə isə kainatdakı hər şeyi yaradan Allahdır. Allah bütün canlıların ehtiyaclarından xəbərdar olandır.
['möcüzəli canlılar']
6,177
https://kayzen.az/blog/heyvan/3842/qar%C4%B1%C5%9Fqa-il%C9%99-qu%C5%9Fun-m%C3%B6c%C3%BCz%C9%99vi-i%C5%9F-birliyi.html
Qarışqa ilə quşun möcüzəvi iş birliyi.
Xrizoberil
Heyvanlar aləmi
13 fevral 2011, 20:12
Yaşadığımız hər yerdə səhhətimiz üçün təhlükə yaradan və bizi xəstələndirən mikroblar var. Bu mikroblar bizimlə yanaşı başqa canlılar üçündə təhlükə yaradır. Bu səbəbdən canlılar da bizim kimi özlərini qorumalıdırlar. əslində canlıları dərindən öyrəndiyimiz zaman onların mikroblardan qorunmaq üçün  bəzi vasitələrdən istifadə etdiyini görürük. Məsələn, qarışqalar özlərini müdafiə etmək üçün  tərkibində turşu olan müəyyən maddə hazırlayır. Bu maddə mikrobları zərərsizləşdirir. Sonra da tərkibində turşu olan bu maddəni öz bədənlərinə və yuvalarının divarlarına sürtürlər. Yəni yalnız özlərinin deyil, yaşadıqları yuvanın da mikroblardan təmizlənməli olduğunu yaxşı bilirlər . Mikroblardan müdafiə olunmalı olan canlılara başqa bir nümunə kimi quşları götürək. Mikroblar quşları da narahat edir, lakin onların bədənində qarışqalarda olduğu kimi qoruyucu maddələr hazırlayan sistem yoxdur. Buna görə də  quşlar bu mikrob probleminin fərqli və çox düşünülmüş həllini tapıblar. Onlar qarışqaların yuvasına gedir və yuvanın üzərinə uzanaraq qarışqaların onların tüklərinin arasına girmədini gözəyirlər. Yemək axtaran qarışqalar quşun tükləri arasında gəzirlər və bu vaxt mikrobları öldürən maddə də quşun tüklərinə bulaşır. Beləliklə, quş bu maddənin köməyi ilə mikroblardan təmizlənir.
['möcüzəli canlılar']
6,178
https://kayzen.az/blog/qadin/3841/aldadan-ki%C5%9Fini-anlamaq-%C3%BC%C3%A7%C3%BCn-g%C9%99r%C9%99kli-10-yol.html
Aldadan kişini anlamaq üçün gərəkli 10 yol
Xrizoberil
Qadın
13 fevral 2011, 19:49
Qadın kişi əlaqələrində əslində iki tərəfin, amma ən çox da qadının qorxusu ALDADILMAQDIR... Qadın yazıçı Charlotte Wardın qələmə aldığı və blogunda da yer verdiyi "It's Not Me, It's You" (Mən Deyil, Sən) kitabında kişilərin bəzi aldadarkın daha çox ilişdikləri nüanslar izah edilir. Sizə bəzi ipuclar...Çox güclü bir münasibətiniz olduğunu düşünürsünüz ancaq bir gün evə gəldiyinizdə kompüterdə sevgilinizin / ərinizin bir qadın yoldaşına yazdığı maili görürsünüz... "Nara-naram..." demək məcburiyyətindəyik, gərginlik musiqisini arxa fonda hiss etdirə hiss etdirə... Sonra da dramın gəldiyini unutmadan...Segilinizin ya da yoldaşınızın sizi aldatdığını düşünürsünüzsə, göz yaşlarınızı bir müddət rəfə, ən geridəki vaza qoymağa nə deyirsiniz? Bəzi şeyləri anlamaq üçün dərin nəfəs alın və müşahidə etməyə başlayın. İngilis yazıçı Charlotte Wardın sizinlə paylaşacağı bəzi şeylər var, ona da qulaq asın.əvvəl One Poll adlı araşdırma şirkətinin ortaya çıxardığı nəticəyə bir nəzər salaq . İngiltərədə 3 min cütün qatıldığı araşdırmada təcrübədən keçənlərin yüzdə 12′si partnerini aldatdığını etiraf edir. Normal gedən bir əlaqə əsnasında, bir başqa qadınla yatdığını qəbul edən kişilərin sayı heç də az deyil."It's Not Me, It's You" (Mən Deyil, Sən) adlı kitabı üçün araşdırma aparan yazıçı Charlotte Ward, söz mövzusu aldatma olunca az qala hər kişidə görülən bəzi davranış ipuclarını ortaya çıxarmışdır. Kişiləri müşahidə edən və təcrübələrindən də faydalanan yazıçı, best sellər olmağa namizəd kitabında qadınlara "Diqqət!" deyir və kişini ələ verən davranışları bir-bir sıralayır.İngilis The Times qəzeti də bu 'yanıltmayan' ipuclarını toplamışdır. Aldadılmadığınızı ümid edərək 10 yolu önünüzə səririk.YALANLAR YALANLAR YALANLAR...1. Kişinin qadınlara eşqbazlıq baxışlar atması. Bəzən bu çox məna daşımaya bilər, kişi ötəri də qarşı tərəfə baxa bilər, amma baxışları ayırd etməkdə fayda var.2. Twitter və Facebook kimi internetin ictimailəşmiş saytları, insanların partnerlerini aldatmasını qızışdırır. Texnologiya nə qədər irəliləsə aldatmalar da o qədər irəli bir ölçü və sıxlıq qazanır. Cib telefonu da bunlardan biridir. Partneriniz cib telefonsuz bir yerə gedə bilmirsə, əmin olun bunda bir problem- səbəb var deməkdir.3. Telefonlara cavab verməməsi, harada olduğu sualını naməlum cavablarla ötürməsi. Şübhə toxumlarınız onsuz da çoxdan səpildi, deyilmi? 4. Xarici görünüşünə həddindən artıq diqqət göstərməsi. Bir anda metroseksüel bir kişi oldu, haydı canım! Bunda bir iş var qızlar!5. Burnunu qaşımaq və gözün içinə baxa bilməmək kimi bəzi yalan siqnalları verməsi. 6. Yorğan-döşək üzünü  dəyişdirmək kimi yeni xasiyyətlər əldə etməsi. Əsla təmiz olmaq kimi bir rol boynuna götürdüyünü sanmayın.7. Günahkarlıq duyğusunun təsiriylə, gerçəkdə birlikdə olunan əsas sevgilinin üzərinə düşmə halları.8. Ən kiçik şeydən döyüş çıxartma. Ən sadə yol, ən hiyləgər amma özünü ələ verən üsul!9. Başqa insanlara da özünü qəribə hiss etdirmə.10. Bəzən də heç bir işarə göstərməmə halıdır ki, ən qorxuducusu da bu olsa gərəkdir!Həmçinin bax: Kişilər nə isteyir? 
['sevgi və münasibətlər']
6,179
https://kayzen.az/blog/letife/3421/y%C9%99hudil%C9%99r-haqq%C4%B1nda-l%C9%99tif%C9%99l%C9%99r.html
Yəhudilər haqqında lətifələr
burla xatun
Lətifələr
13 fevral 2011, 12:45
Qatarda bir oğlanla qoca yəhudi gedir. Oğlan yəhudidən saatı soruşur. Ancaq yəhudi cavab vermir. Səhər açılır. Yəhudi qatardan düşməyə hazırlaşanda saatı deyir. Oğlan: - İndi niyə deyirsən? Mənə gecə saatı bilmək lazım idi. Yəhudi: - Gecə sənə saatı desəydim, yavaş-yavaş söhbətə başlayacaqdıq. Sən məndən harda yaşadığımı soruşacaqdın. Sonra mənimlə dost olmaq istəyəcəkdin. Ondan sonra bizə qonaq gəlmək istəyəcəkdin. Sonra evimə qonaq gələcəkdin. Evimdə qızımnan tanış olacaqdın. Sonra qızımla evlənmək istəyəcəkdin. Saatı olmayan kürəkən mənim nəyimə lazımdı? 11 sentyabrdan sonra: Amerikalılar Amerika bayrağını asır. Ərəblər Amerika bayrağını yandırır. Yəhudilər Amerika bayrağını tikib satır. İki polyak bir kamerada. - Yəhudilərə görə yatırıq! - Axı Polşada, demək olar ki, yəhudi qalmayıb! - Elə ona görə də deyirəm. Yəhudilər olsaydı, biz yox, onlar yatardı. Ah, bu yəhudilər! Özləri üçün sionizmi, başqaları üçün marksizmi icad ediblər! Pasport və viza şöbəsində yəhudi SSRİ-dən getmək istəməsini iki səbəblə izah edir. - Birinci səbəb odur ki, qonşum məni hədələyir. Deyir SSRİ dağılan kimi səni doğrayacam! - Nədən qorxursan? Axı sovet hökuməti heç vaxt dağılmayacaq! - İkinci səbəb də elə odu da. Yəhudi anket doldurur. -Başqa partiyalara üzv olmusan? - Yox. -Düşmən işğalı altında olan ərazilərdə olmusan? - Yox. -Məhkum olmusan? - Yox. -Milliyyətin? - Hə. Ştirlis Gestapoda ilişib. Müller onu çağırır və sınamaq üçün deyir: - Bizə məlumdur ki, sən yəhudisən! -Nə danışırsız, mən rusam! -Sizi işə götürərdik. Ancaq bizə ali riyaziyatı bilən lazımdır. - Mən riyaziyyat fakültəsini bitirmişəm. - Çox yaxşı, ancaq nüvə fizikasınl da bilmək lazımdır. - Mən eyni zamanda fizika fakültəsin də bitirmişəm. - Çox yaxşı. Ancaq bizim Türkmənistanda müəssisəmiz var. Ona görə də türkmən dilini də bilmək lazımdır. - Mən türkmən dilini də bilirəm. - Bizi hələ çox ələ salacaqsan, yəhudisifət?! Yəhudiyə deyirlər: - Lenin ölüb, ancaq əməlləri yaşayır. - Kaş əməlləri öləydi, özü yaşayaydı. Yəhudinin qapısı döyülür: - Rabinoviç burda yaşayır? - Yox. - Axı bizə verilən ünvanda yazılıb ki, burda yaşayır. - Siz buna yaşamaq deyirsiz? Rabinoviç burda yaşamır, sürünür. Moyşa qoca kəndlidən 100 dollara uzunqulaq alır. Kəndli səhəri gün uzunqulağı ona gətirməli idi. Lakin səhər gəlib uzunqulağın öldüyünü deyir: - Bağışlayın, ancaq uzunqulaq ölüb. - Onda mənim 100 dollarımı qaytarın. - Qaytara bilmərəm. Çünki xərcləmişəm. - Yaxşı, onda ölüsünü mənə verin. - Neynirsiz? - Mən onunla lotereya oynayacam. - Siz ölü uzunqulaqla lotereya oynaya bilməzsiz!!!!! - İnanın ki, bilərəm. Ancaq heç kimə onun öldüyünü demə. Bir aydan sonra kəndli Moyşanı görür. - Ölü uzunqulağı neynədin? - Dediyim kimi, onunla lotereya oynadım. Hərəsi 2 dollardan 500 lotereya bileti satdım. Nəticədə 898 dollar qəzanc əldə elədim. Məktəbə gələn təzə müəllim görür ki, uşaqlardan birini hamı “axmaq Moyşa” deyib çağırır. Müəllim uşaqlardan Moyşanı niyə belə çağırdıqlarını soruşur. - O, həqiqətən də, axmaqdı. Əgər ona böyük həcmli 5 şekelnən kiçik həcimli 10 şekeli uzatsan, o, 5 şekeli götürür. Elə bilir ki, 5 10-dan çoxdu. Bunu deyən uşaq cibindən 5 və 10 şekel pulları çıxarıb Moyşaya uzadır. Moyşa hər zaman olduğu kimi 5 şekeli götürür. Müəllim təəccüblə soruşur: - Niyə belə edirsən? - Baxın cənab müəllim, axı 5 şekel daha böyük həcmdədi. Dərslərdən sonra müəllim yenidən Moyşaya yaxınlaşıb soruşur: - Sən, doğrudan da, 5 şekelin 10 şekeldən az olduğunu anlamırsan? - Əlbəttə, anlayıram. - Bəs onda niyə 5 şekeli götürürsən? - Çünki 10 şekeli götürsəm, onlar day mənə pul verməyəcək. -Niyə Kominterndə Yeni Qvineya nümayəndəsi yoxdur? -Burnuna sırğa taxmağa razılaşan yəhudi tapılmayıb. -SSRİ-ni kim yaradıb? - Stalin! İsraili kim yaradıb? - Stalin! -Bütün bunlarda kim günahkardı? - Yəhudilər. İsrailin BMT-dəki səfiri tribunadan çıxışa başlayır: «Min illər öncə Musa peyğəmbər yəhudiləri başına toplayıb yer üzünü gəzirdi. Nəhayət, İordan çayının sahilinə gəlir. Əvvəl yəhudilər çaydan su içir. Sonra Musa peyğəmbər paltarlarını çıxarıb çaya girir. Çaydan çıxanda görür ki, ərəblər paltarlarını oğurlayıb». Bu an ərəblərin BMT-dəki səfiri yerindən qalxıb qışqırır: «O vaxtı ərəblər orda yaşamırdı». İsrailin səfiri: - Elə mən də onu demək istəyirəm. İsrail-ərəb müharibəsi. Səngərlərin birində yeddi ərəb, birində isə bir yəhudi var. Yəhudi bir-bir çox işlənən ərəb adlarını çağırır: -Əhməd! Ərəbin biri ayağa qalxıb deyir: -Mən! Yəhudi onu vurur. Sonra çağırır: -Həsən! Bir ərəb ayağa qalxıb deyir: -Mən! Yəhudi onu da vurur. Beləcə o, altı ərəbi öldürür. Nəhayət, bir ərəb qalır. O yəhudinin hiyləsini başa düşüb eyni qayda ilə öldürmək fikrinə düşür. Səngərdən çağırır: -Abram. Abram başını səngərdən çıxarmadan soruşur: -Kimdi məni çağıran? Ərəb başını səngərdən çıxarır: -Mən. Səngərdəki sonuncu ərəb də belə ölür. Bir ravvin o biri ravvinin yanına gəlib deyir: - Saatımı oğurlayıblar. Bilirəm ki, sinaqoqa gələnlərdən biri oğurlayıb. Oğrunu necə tapım? - Sinaqoqa gələnləri bir yerə topla və moizə oxu. «Oğurluq etmək günahdır» deyəndə gələnlərin gözlərinə bax. Kim gözlərini aşağı salsa, bil ki, oğru odu. Səhəri gün saatı oğurlanan ravvin bir dəstə güllə məsləhət verən ravvinin yanına gəlir: - Sağ ol, məsləhətin mənə çox kömək etdi. - Oğrunu tapdın? - Yox. Ancaq «Zina etmək günahdır» deyilən yerə çatanda saatı harda yaddan çıxardığım yadıma düşdü». Rabinoviç arvadına deyir: - Utanıram, çox utanıram. - Nə olub? - Abram artıq üçüncü dəfədir məni arvadının dəfninə dəvət edir. Ancaq mən onu hələ bir dəfə də olsun dəvət etməmişəm. Çəlləkdə diri balıq satırlar. Abram soruşur: - Balıq təzədi? - Görmürsən, diridi. - Mənim arvadım Sara da diridi, ancaq təzə deyil. Yəhudi arvadı - ən gözəldi. Əgər elə deyilsə – ən ağıllıdı. Elə də deyilsə – onda ən xəstədi. Rabinoviç Nyu-Yorka mühacirət edir. Orada restoran açır. Restoranın qapısında yazır: “Ərəblərə giriş qadağandı”. Bir neçə gündən sonra restorana ərəb gəlir. Ofisiant bunu Rabinoviçə bildirir. Rabinoviç deyir: - Yaxşı, hay-küy istəmirəm. Ona kofe və buterbrod ver. Ancaq hesabı ikiqat artıq al. Bir də bura gəlməz. Ancaq səhəri gün nahar vaxtı ərəb yenidən restorana gəlir. Bu dəfə Rabinoviç ondan üçqat artıq hesab almağı tapşırır. Ərəb yeyib pulu verib gedir. Üstəlik, axşama 10 nəfərlə gələcəyini deyir. Rabinoviç fikirləşib deyir: - Yaxşı, qoy gəlsin. Ancaq hesabı onqat artıq alarsan. Axşam ərəb öz dostları ilə gəlir, yeyib-içir, hesabı verib gedir. Səhər Rabinoviçin restoranının qabağında yazı asılır: “Yəhudilərə giriş qadağandı”. Rabinoviç dükana gəlir. - Mənə siyasi büro üzvlərinin şəkillərindən yüz komplekt verin. - Neynəyirsiz o qədər? - Viza almışam. Təl-Əvivdə tir açmaq istəyirəm. Yəhudi qəbiristanlığında ana balaca oğlunu dəfn edir və tapşırır: - Oğlum, Allahdan xahiş elə, Sara ərə getsin. Sonra xahiş elə ki, Xaim dayın sağalsın. Sonra de ki, Natanı əsgər aparmasınlar. Yaxınlıqda dayanan qəbirqazan dözməyib dillənir: - Qulaq asın, əgər Allaha bu qədər işiniz düşübsə, özünüz gedin. Day ağlı kəsməyən uşağı göndərməyin. Bir nəfər kilsəyə gəlib keşişə deyir:- Mən günah etmişəm.- Nədir günahın?- Yəhudini aldatmışam.- Bu, günah deyil.- Bəs nədi?- Bu möcüzədi!!! Yəhudi uşağı özünü pis apardığına görə bütün məktəblərdən qovurlar. Atası bilmir nə etsin. Axırda uşağı xristian kilsə məktəbinə göndərirlər. Bir müddət keçir. Uşaq çox yaxşı oxuyur, özünü ağıllı aparır. Təəccüblənən ata oğlundan soruşur:- Nə oldu, belə tez düzəldin?- Ata, inanmazsan. Məktəbə gələndə gördüm ki, elə qapıda bir yəhudini çarmıxa çəkiblər. Başa düşdüm ki, bunlarla zarafat etmək olmaz. Avtomobil kirayələmək məntəqəsi. Yəhudi oranın sahibindən soruşur:- Deyin görüm, «Reno» bir kilometrə nə qədər benzin işlədir?- Bir qaşıq!- Çay, yoxsa yemək qaşığı? Məhkəmə yəhudiyə 5 il iş verir. Yəhudi son sözündə deyir:- Olar ki, mənə 5 yox, 10 il iş verəsiz. Ancaq həbsxanada bir gündən bir olum?Ancaq lap ağıllı yəhudi belə deyirdi:- Olar mən 5 yox, 10 il həbsxanada yatım. Ancaq axşam 8-dən səhər 8-ə qədər? Qüdsə gələn amerikalı Hüzn divarına baxmaq istəyir. Ancaq oranın adını bilmədiyindən taksi sürücüsünə deyir:- Yəhudilərin ağladığı, başlarını divara vurduğu yerə apar.Sürücü onu vergi polisinin binasının yanına apardı. Qulaq as, Mendel. Niyə Abramla day kart oynamırsan?- Sən hər dəfə fırıldaq işlədən adamla kart oynayardın?- Əlbəttə, yox.- Abram da oynamaq istəmir. Mənbə: Gülnarə Rəfiq tərcümələri Həmçinin bax: Sovet dövrünün lətifələri və yəhudi (iudaizm) haqqında
['yəhudi', 'yəhudilər']
6,180
https://kayzen.az/blog/dusundurucu-hekayeler/3827/h%C9%99r-g%C3%BCnah%C4%B1n-b%C9%99d%C9%99li-var.html
Hər günahın bədəli var
MASON
Düşündürücü hekayələr
12 fevral 2011, 21:56
Hikmət sahibi olan bir tacirin bir oğlu və bir qızı olur. Onlara çox gözəl tərbiyə verir. Həmin bu tacirin evinə hər sabah bir kişi su gətirir. Hər dəfə də qapını su gətirən kişi üçün tacirin kiçikyaşlı qızı açır. Bu qız uşaqlıqdan yaşlı adamın su gətirməsindən xəbər tutan kimi tez gedib qapını açardı. Günlər keçir, aylar ötür, bir gün tacirin oğlu ticarət üçün Şama yollanır. Su gətirən kişi adəti üzrə suyu gətirir, balaca qız qapını onun üçün açır. Bir gün də qızcığazın atası eyvanda oturmuş halda evində baş verən bir hadisənin şahidi olur. Su gətirən kişi suyu qoyub getmək istəyəndə qəribə bir hadisə baş verir. O, qızcığazın xəbəri olmadan onu gözlənilməz vəziyyətdə öpüb qapıdan ayrılır. Bu hərəkət su gətirən adam tərəfindən həmin evə gəldiyi müddətdə ilk atdığı səhv addım olur. Lakin hikmətli tacir ata bu hadisəyə dərhal reaksiya vermir, səbr edib düşünür. Oğlu ticarət səfərindən qayıdandan sonra atası onunla təkbətək oturub söhbət edir. Oğlundan səfərdə başına gələnlər haqqında soruşur. Oğlu atasına hər şeyi danışır, amma bir şeyi gizlədir. Atası oğluna verdiyi sualların cavabı ilə qane olmadıqda, yenidən ondan tam həqiqəti öyrənməyə çalışır. Bu dəfə oğlu atasından üzr istəyərək başına gələn bir hadisəni ona danışmalı olur. Səfərdə olarkən o, gözəl bir qızla rastlaşır. Nəfsini boğa bilmədiyi üçün qızı gözləmədiyi halda öpür. Atası bunu eşidər-eşitməz bu sözləri deyir: -Addım, addım...atdıqca artır. Hər günahın bir bədəli var...Əgər sən ondan artıq hərəkət etsəydin, bizim evə su gətirən də ondan daha artığını edərdi. Oğul atasının bu sözündən təəccüblənir. Atası o səfərdə olarkən bacısının başına gələn hadisəni ona danışır. Sonra oğluna bu sözləri deyir: -Kim zina edərsə - başqasının namusuna toxunarsa, onun da namusuna toxunarlar.Əgər bizlərdən hər birimiz bu hadisəni düşünsə, namusunu fikirləşsə və bilsə ki, başqasının ismət və namusuna göz dikməklə başqalarının da gözünü onun ismət və namusuna dikilməsinə səbəb olacaqdır, onda o, bu hərəkətindən vaz keçər. Unutmayaq ki, hər bir günahın bir bədəli vardır...
['düşündürücü hekayə', 'düşündürücü hekayələr', 'maraqlı']
6,181
https://kayzen.az/blog/sevgi/3826/14-fevral-sevgilil%C9%99r-g%C3%BCn%C3%BC.html
14 fevral- sevgililər günü
Xrizoberil
Sevgi
12 fevral 2011, 17:24
14 Fevral Sevgililər üçün fərqli bir gündür, çünki adı üstündə sevgililər günüdür...Bəs görəsən Haradan gəlir bu Sevgililər Günü? - Sevgilər Gününün başlanğıc tarixi köhnə Roma İmperatorluğu zamanına uzanır. Köhnə Romada 14 Fevral günü bütün Roma xalqı üçün əhəmiyyətli bir gün idi. Çünki bu gündə Roma tanrılarının və ilahələrin kraliçası olan Junoya edilən hörmətə əsasən tətil edilirdi. Juno ayrıca Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq da bilinirdi. Bu günü izləyən 15 Fevral günündə isə "Lupercalia Bayramı" başlayırdı. Bu bayram xalqın gənc əhalisi üçün böyük əhəmiyyət daşıyırdı. Bunun səbəbi isə həyatları kəskin qaydalar ilə məhdudlaşdırılmış gənclər bir-birlərini yalnız bu bayram müddətində bəyənib özlərinə partner seçə bilirdilər. Hansı gənc qadının hansı gənc kişi ilə bir cüt meydana gətirəcəyi köhnə bir ənənə olan və "Lupercalia Bayramı"nın ərəfə günü edilən bir çəkiliş ilə müəyyən olurdu. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarının üzərinə yazıb bir qaba qoyurdular. Gənc Romalı oğlanlar  isə qabdan bu kağızları çəkərək üzərində hansı qızın adı yazırsa o qızla bayram əyləncələri boyunca birlikdə olurdular. Bu birlikdəliklər bir-birinə aşiq olan cütlər üçün bayram müddətinin xaricinə çıxıb evliliklə sonlanırdı. İmperator 2-ci Claudius, Romanı öz qatı qaydaları ilə zalımca idarə edən bir hökmdar idi. Onun üçün ən böyük problem ordusunda döyüşəcək əsgər tapa bilməmək idi. Ona zənnincə bu vəziyyətin tək səbəbi Romalı kişilərin eşqlərini və ailələrini buraxmaq istəməmələri idi. Elə buna görə də Romadakı bütün nişan və evlilikləri ləğv etdi. Müqqədəs Valentinedə Claudiusun hökmdarlığı zamanında Romada yaşayan bir keşiş idi. Özü kimi keşiş olan Müqəddəs Marius ilə birlikdə Claudiusun qadağanına baxmayaraq gizlicə cütləri evləndirməyə davam edirdi. Ancaq imperator bu vəziyyəti bir müddət sonra öyrəndi. Müqəddəs Valentine insanları evləndirməyə davam etdiyi üçün həbs olundu və etdiklərinin cəzası olaraq çubuq ilə döyülərək öldürüldü. Miladdan sonra 270-ci ilin 14 Fevralı Xristian qəbristanlığına basdırıldı. Həmçinin bu dövrdə Romadakı bütpərəstlər, fevral ayı içində qeyd olunan "Lupercalia Bayramı"nı öz bütpərəst tanrıları üçün qeyd edirdilər. Xristian Kilsəsinin ilk qurulduğu illərdə xidmət edən keşişlər bu mərasimlərin, xüsusilə də evlənməmiş gənclərin bütpərəstlər ilə birlikdə xatırlanmasından narahat olduqları üçün bir həll tapdılar. Bu gənclərin adlarının müqəddəslərlə birlikdə xatırlanmasını istədikləri üçün  "Lupercalia Bayramı"nın başladığı günü Müqəddəs Valentine Günü olaraq qeyd etməyə başladılar. O gündən hər ilin 14 Fevralı Sevgililər Günü olaraq qeyd olunmağa davam edir. SAINT VALENTINE VƏ SEVGİLİLƏR GÜNÜ- Miladdan sonra ilk əsrlərdən bəri hər il fevral ayının on dördündə qeyd olunan Sevgililər Gününün başlanğıcı ilə əlaqədar o gündən günümüzə qədər gəlmiş müxtəlif əfsanə və hekayələr var. Bəzi qaynaqlara görə bu xüsusi günün qeyd olunma səbəbi Xristianlığı seçdiyi və bu inancından imtina etmədiyi üçün öldürülən Romalı Əziz Valentine adı ilə bağlıdır. 14 Fevral 270-ci ilində ölən Valentinenin ölüm günü o gündən sonra Sevgililər Günü olaraq qeyd olunmağa başlanmışdır. Əfsanənin başqa bir istiqaməti isə Əziz Valentinin İmperator Claudius hökmdarlığı ilə eyni dövrdə bir məbəddə keşiş olaraq xidmət etməsi ilə əlaqədardır. Claudius Valentini əmrlərinə uyğun gəlmədiyi və özünə baş qaldırdığı üçün həbs etdirib öldürdü. Bu hadisədən 226 il sonra 496′da Papa Gelasius Əziz Valentini xatırlamaq üçün Fevralın 14′nü Müqəddəs Valentine Günü olaraq təyin etmişdir. İllər keçdikcə yavaş yavaş Fevralın 14-ü sevgililərin, aşiqlərin bir-birlərinə eşq mesajları göndərdiyi bir gün halına gəldi. Bununla pararel olaraq Əziz Valentine də bütün sevənlərin qoruyucu əzizi halına gəlib belə xatırlanmağa başlandı. Sevgililər Günü  daha sonra Amerikada Esther Howlandın ilk Sevgililər Günü kartını göndərməsindən bu yana indiki vaxtda daha çox sayda insanın qeyd etdiyi ictimai bir hadisə halına gəldi. Bunun təbii nəticəsi olaraq hadisənin ticarət istiqaməti çox inkişaf etdi. Demək olar ki, hər kəs hər il 14 Fevralda sevgilisinə və ya həyat yoldaşına sevgisini izah edən hədiyyələr verir. Bu hədiyyələrin başında isə sadə amma bir o qədər  mənalı çiçəklər gəlir. Sevginizi alacağınız şokolad və ya göndərəcəyiniz bir kart ilə də izah etməniz mümkündür. Qısacası bu xüsusi gündə yanınızda həqiqətən sevdiyiniz birinin olması və sevginizin qarşılığının olduğunu bilmək hərhalda hər şeydən daha çox əhəmiyyətlidir. PS. Qarşıdan gələn sevgillilər gününüz mübarək olsun. Həmçinin bax:Sevgi nedir?
['sevgililər günü']
6,182
https://kayzen.az/blog/sevgi/3825/sevgiy%C9%99-s%C9%99b%C9%99b-laz%C4%B1md%C4%B1rm%C4%B1.html
Sevgiyə səbəb lazımdırmı?
MASON
Sevgi
12 fevral 2011, 17:21
Bir gün sevgilisi ile söhbet edən qadın ondan belə bir sual soruşur:Qadın: Məni niye çox istəyirsən?... Məni niye sevirsen?...Kişi: Mən sənə səbəb deyə bilməyəcəm... amma mən həqiqətən də səni... sevirəmQadın: Sən heç səbəbini də bilmirsən, bəs necə deye bilirsən ki, məni çox istəyirsən, məni çox sevirsen?Kişi: Mən doğrudan da səni niyə sevdiyimi söyləyə bilmirəm, ancaq bunu sənə sübut edə bilərəm...Qadın: Sübut?! Yox buna ehtiyac yoxdu. Mən səndən sadəcə səbəbini soruşuram. Mənim dostumun sevgilisi ona nəyə göre sevdiyinin səbəblərini deyə bilir, ancaq sən... yox.Kişi: Yaxşı,yaxşı, Mən səni sevirəm Ona görə ki, sən gözəlsən.Ona görə ki sən şirinsən. Sən qayğıkeşsən.çünki sən sevimlisən.Ağıllısan.Sənin təbəssümün....Hərəkətlərin... Bu cavablardan sonra qadın özünü rahat hiss etdi.Bədbəxtlikdən bir neçə gün sonra qadın qəza keçirir ve koma vəziyyətinə düşürVə bundan sonra kişi onun yanına üzerinə aşağıdakılar yazılmış bir vərəq qoyur: "əzizim səni şirin səsine göre sevdiyimi demişdim, indi sənin şirin səsin varmı? Yox! Buna görə də mən seni sevə bilmərəm. Qayğıkeşliyine görə səni sevirəm. İndi sən bunu göstərə bilirsən? Xeyr! Buna görə də mən səni sevə bilmərəm.Təbəssümün və hərəkətlərin səbəbinden səni sevirem. İndi sən təbəssüm edə bilirsən? İndi sən hərəkət edə bilirsən? Xeyr. Buna görə də mən səni sevə bilmərəm.Əgər səni sevməyim üçün bir səbəbə ehtiyac vardırsa. Onda mənim səni indi sevməyim üçün heç bir səbəb yoxdur.Sevginin səbəbə ehtiyacı var?Xeyr!!! Buna göre də mən səni hələ də sevirəm.Həqiqi sevgi heç bir zaman ölmür çünki sevgi nə zamansa yox olan ehtiras deyil.Sevgi bir ömür boyu bağlayır... amma ehtiras sadəcə...
['sevgi', 'sevgi hekayəsi', 'maraqlı']
6,183
https://kayzen.az/blog/Xrizoberil/3823/evl%C9%99nil%C9%99c%C9%99k-qad%C4%B1n.html
Evləniləcək qadın
Xrizoberil
Bloq: Xrizoberil
12 fevral 2011, 16:15
Həzrəti Ömər zamanında da qazılıq etmiş olan məşhur, Qazı Şüreyhə bir gün bir gənc gələrək evlənmək istədiyini lakin evlənəcəyi qadının təhsilli və şəhərli olmasını istədiyini bildirərək nəsihət almaq istədi. Qazı Şüreyh, o gecə Müsəlmanın evinin cənnət olduğunu və Həzrəti Rəsulullahın (s.ə.v) belə buyurduğunu nəql edərək başından keçən evliliyi bu cür izah etdi: - Gənc idim, artıq evlənmə zamanımın da gəldiyini düşünməyə başlamışdım. Bir gün Məni Mahzun qəbiləsinin çadırlarının qarşısından keçərkən bir qız görüb, ona talib oldum. Qız atası qısa bir tədqiqdən sonra dərhal razı olub işi bitirək dedi. Qısa zamanda toylar edildi, dualar edildi və evlilik həyatına ilk addımımızı atmış olduq. Lakin çox keçmədən məni bir peşmanlıq götürmüşdü. Çünki mən bu bir kəndli qızıdır, üstəlik təhsildə görməmiş, bununla mən necə dolana bilərəm deyə düşünür bu qərarımdan ötrü son dərəcə peşman olurdum. Çox keçmədən bizim xanım bir gün mənə bu sözləri söylədi: - Əfəndi! Sən alim və şöhrət sahibi bir şəxsən. Mən isə yaylalarda gəzən şəhər həyatından anlamayan bir kəndli qızıyam. Əslində sən özünə görə bir evlilik, məndə özümə görə bir həyat qurmalı idim, amma qismət bizi birləşdirdi. Cənabı Allah mənim kimi bir kəndli qızını sənin kimi şöhrətli bir alimə nəsib etdi. İndi sən mənə mənim bilmədiyim tərəfləri izah et ki, mən onlara diqqət yetirim, məsələn; sənin evində kimləri qonaqlığa qəbul edim, kimləri qəbul etməyib onlara qarşı soyuq davranaraq evə gəlmələrinə mane olum dedi. Mən qadının bu anlayışı qarşısında düşündüklərime görə peşman olub: - Xatun sən mənə elə şeylər söyləyirsən ki, əgər bunları haqqıyla etsən məni bəxtiyar edəcəksən, dedikdən sonra: - Dindar olmayan heç bir kimsəni evə götürməyəcəksən, dindar olanlardan da sənin tərəfin çox çox gəlməsin, mənim tərəfimdən isə bu, bu şəxslər gəlsin , bunlar gəlməsinlər deyə lazımlı təlimatı verdim. Tam bir il dinclik içində yaşadım. Bir il sonra fətva idarəsindən evə döndüyümdə evdə son dərəcə alicənab bir xanım görüb kim olduğunu soruşdum. Xanım anası olduğunu söylədi. Qayınanam olduğunu öyrənincə əlimdən gələn hörməti əsirgəmədim. Bir müddət sonra qayınanam mənə: - Oğulum xanımından məmnunsanmu? Deyə soruşdu. Mən: - Allah səndən Razı olsun, qızınızdan çox məmnunam. Bu zamana qədər heç bir şikayətim olmadı, deyərək məmnuniyyətimi göstərdiyimdə, qayınanam mənə bunları söylədi: - Oğulum qızımdan təbii ki məmnun olacaqsan. Çünki biz onu cənnətdə böyütdük. Evimiz Rəsulullahın bildirdiyi kimi bir cənnət idi. Quran əxlaqından başqa bir şey öyrətmədik ona... Yenə də sən xanımın üzərindəki nüfuzu əskik etmə! Çünki qadınlar iki səbəbdən dərhal şişərlər:Birincisi ona olan sevgini yüzünə söylədiyində, İkincisi isə bir xeyirli övlad dünyaya gətirdiklərində.
['Evləniləcək qadın']
6,184
https://kayzen.az/blog/heyvan/3822/balalar%C4%B1n%C4%B1-udan-qurba%C4%9Falar.html
Balalarını udan qurbağalar
Xrizoberil
Heyvanlar aləmi
12 fevral 2011, 14:06
Bir dişi heyvanın balalarını udduğunu eşitsəniz, hərhalda onun nə qədər vəhşi olduğunu düşünərsiniz.Halbuki Avstraliyada yasayan bir  qurbağa növü, balalarını vəhşiliyindən deyil, mərhəmətindən udmaqdadır.'Rheobatrachus silus' adi verilən qurbağanın yumurtadan çıxmaq üzrə olan balalarını udma səbəbi, onların təhlükəsiz bir şəkildə inkişafını təmin etməkdir. Görəsən ana qurbağanın mədəsinə enən balalar, mədə tərəfindən həzm edilməyəcəkmi? Əlbəttə xeyr.Çünki bütün kainatda görülən İlahi rəhmət, bu balaları da laqeyd yanaşmayır. Yeni doğan aciz balalara anında süd yetişdirərəkmərhəmətini göstərən Tanrı, mədəyə enən balaların həzm edilməməsi üçün də, qurbağanın mədəsindəki həzm fəaliyyətini dayandırar. Dişi qurbağanın daha əvvəl mədəsinə doldurduğu qida maddələri bağırsağa çatdırlır və mədənin quruluşu  tamamilə dəyişərək, balalar üçün isti və təhlükəsiz bir beşik surətinə girir.Gonbulluğu ilə tanınan bu qurbağanın iştahı, eyni rəhmət sahibi tərəfindən sonra tamamilə kəsilir və kürt dövrəsi tamamlanana qədər heyvan tam 2 ay aç qalır. Kürtün sonrakı mərhələsində mədə böyüyərək ağciyərə dayanır. Və onun fəaliyyətinin dayanmasına səbəb olur. Ancaq İlahi Rəhmət burada da imdada yetişir və ağciyərləri sıradan çıxan qurbağa, dərisi vasitəsiylə nəfəs almağa başlayır.Yumurtadan çıxan qurbağalar daha sonra yemək borusundan dırmaşır və ana qurbağanın ağızından aşağı atlayaraq, gün işığına çıxırlar.Mədə balaların tamamilə çıxmasından 8 gün sonra normalhalına gəlir və vəzifəsini yerinə yetirən qurbağa, yeyib içməyə başlayır.Avstraliyanın Adelade Universitetindən Zoolog Michael J. Tyler ilə köməkçisi David Carter tərəfindən ortaya çıxarılan bu əsrarəngiz hadisə, fizioloji olaraq bilinən elm sahəsini alt-üst etmişdir.Elm adamları xoranın müalicəsində yeni bir ümid olaraq gördükləri bu fövqəladə hadisənin necə reallaşdığını və mədədəki fəaliyyətin necə dayandırıldığını hələdə axtarmaqla məşğuldurlar...
['mocüzəli canlılar']
6,185
https://kayzen.az/blog/dusundurucu-hekayeler/3811/f%C9%99d%C9%99karl%C4%B1q-v%C9%99-n%C9%99tic%C9%99si.html
Fədəkarlıq və nəticəsi
Xrizoberil
Düşündürücü hekayələr
11 fevral 2011, 23:28
Bir gün müdriklərdən birinə: "Sevginin yalnız sözünü edənlərlə, onu yaşayanlar arasında nə fərq vardır?" deyə sual verirlər. Baxın göstərim demiş, müdrik. Əvvəl sevgini dildən könülə endiməyənləri çağırıb, onlara bir süfrə hazırlamışlar. Gələnlərin hamısı yerlərinə oturmuşlar. Bu zaman qabların içində isti şorbalar və onun  arxasındanda dərviş qaşıqları deyilən bir metr boyunda qaşıqlar gətirilmişdir. "Müdrik bu qaşıqların ucundan tutub yeyəcəksiniz" deyə bir də şərt qoydu. Yaxşı deyib, yeməyə başladılar şorbaları. Lakin nə baş versə yaxşıdır? Qaşıqlar uzun olduğundan yeməkləri heç cür töküb axıtmadan apara bilmirdilər agizlarina. Ən sonunda bacara bilmediklərini görüb, eləcə aç qalxdılar süfrədən. Bundan sonra dərviş, sevgini həqiqətən bilənləri çagiraq yemeye deyir. Üzləri aydın, gözləri sevgi ilə gülümsəyən insanlar gelib oturdular süfrəyə bu dəfə. "Buyurun" dəyincə, hər biri uzun boylu qaşıqları şorba ilə doldurub, sonra qarsısındakı qardaşına uzadaraq içdilər. Beləcə hər biri digərini doyurub və şükredərək qalxdılar süfrədən. Budur demiş müdrik, kim ki, gerçək süfrəsində yalniz özünü görər və doymağı düşünərse,  o aç qalacaqdır. və kim ki, qardaşını düsünüb doyurarsa, şübhəsiz o da qardaşı tərəfindən doyurulacaqdır. Bunu da unutmayın, gerçək bazarında alan deyil, verən qazanclıdır daim.
['hekayə']
6,186
https://kayzen.az/blog/happy/3807/%C9%99slind%C9%99.html
Əslində...
MASON
Xoşbəxtlik üçün
11 fevral 2011, 21:21
Fəlsəfə professoru mühazirədən əvvəl auditoriyaya gəlir və masanın üstünə müxtəlif əşyalar yığır. Dərs başlayanda isə sakitcə böyük, boş bankanı götürüb içinə böyük daşlar yığır və tələbələrdən soruşur: - Banka doludu?- Bəli! – deyə tələbələr razılaşır.Professor xırda daşlarla dolu qutunu çıxarır və onları da həmin bankaya tökür. O yenidən tələbələrə üz tutur: - Banka doludu? Tələbələr gülür və bankanın dolu olduğunu deyirlər. Professor qumla dolu qutunu çıxarır və içindəki qumu bankaya tökür. Təbii ki, qum bankadaki boşluqları doldurur.Bundan sonra professor yenidən tələbələrdən bankanın dolu olub-olmadığını soruşur.Tələbələr artıq bankanın tam dolduğunu deyir. - İndi istəyirəm biləsiniz ki, bu, bizim həyatımızdı. Daşlar vacib olan şeylər – ailəniz, dostlarınız, uşaqlarınız, sağlamlığınızdı. Əgər bütün digər şeyləri itirsəniz, həyatınız dolu olaraq qalar. Xırda daşlar həyat üşün əhəmiyyətli olan digər amillər – iş, ev, avtomobildi. Qum – həyatın xırdalıqlarıdı. Əgər siz bankaya əvvəl qumu töksəniz, iri və xırda daşlar üçün yer qalmayacaq. Həyatda da belədir. Əgər bütün enerjinizi xırda şeylərə sərf etsəniz, vacib olan şeylərə vaxtınız olmayacaq. Xoşbəxtliyiniz üçün vacib olan amillərə diqqət yetirin. Ilk növbədə daşlara qayğı göstərin, prioritetlərinizi müəyyən edin. Qalan şeylər ancaq qumdu...
['düşündürücü hekayələr', 'düşündürücü hekayə']
6,187
https://kayzen.az/blog/optimist/3805/ki%C3%A7ik-bir-t%C9%99b%C9%99ss%C3%BCm.html
Kiçik bir təbəssüm
MASON
Hər şey gözəldir
11 fevral 2011, 21:00
Kiçik bir qız fikirli bir adama gülümsədi.Çox keçmədi ki, adamın fikri dağıldı. Sonra dostu yadına düşdü. Kiçik bir iş üçün ona təşəkkür etmədiyini xatırladı. Tez bir məktub yazıb yolladı. Dostu bu məktubdan o qədər sevindi ki, nahar etdiyi yeməkxanada xidmətçiyə böyük bir bəxşiş verdi. Xidmətçi ilk dəfə idi ki, belə bəxşiş alırdı. Axşam evə gedəndə bəxşişin bir hissəsini küçənin tinində oturan dilənçiyə verdi. Dilənçi iki gün idi ki, ac idi. Tez gedib qarnını doyurdu. Sonra da bir binanın zirzəmisindəki “evinə” yollandı. Yolda soyuqdan titrəyən bir balaca it gördü. Iti götürüb evinə apardı. Balaca it soyuqdan xilas olduğu üçün gecə yarısına qədər isti otaqda atılıb-düşməyə başladı. Gecə yarısı binanı tüstü bürüdü. Yanğın var idi. Tüstünü hiss edən it hürməyə başladı. Əvvəlcə dilənçi oyandı. Sonra, bütün bina ayağa qalxdı.Beləcə, böyük bir bəladan xilas oldular. Bunların hamısı isti, səmimi bir təbəssümün nəticəsi idi. Təbəssüm özü bir gözəllikdir. P.S Hər şey isə bir qızın təbəssümündən başladı:
['təbəssüm']
6,188
https://kayzen.az/blog/heyvan/3803/tutuqu%C5%9Fular-kimyaya-aid-bilikl%C9%99ri-haradan-bilir.html
Tutuquşular kimyaya aid bilikləri haradan bilir?
Xrizoberil
Heyvanlar aləmi
11 fevral 2011, 16:46
Bildiyimiz kimi bəzi bitkilərin toxumları zəhərlidir. Bu da onları yeməyə çalışan düşmənlərinə qarşı bir müdafiə üsuludur. Lakin Amerikada yaşayan bir tutuquşu növü bu toxumların zəhərli olmasına baxmayaraq onlarla qidalana bilir. Tutuquşunun bu hərəkəti çox təəccüblüdür. Çünki digər canlılar bu toxumlara yaxınlaşa bilmədiyi halda, israrla toxumları yeyən bu quşlara heç bir şey olmur. Bu təəccüblü hadisənin necə baş verdiyi ilə sizdə maraqlandınız, elə deyilmi? Makau adlı bu tutuquşu növünün zəhərlənməməsinin səbəbi alimlərin də diqqətini çəkmişdir. Quşları müşahidə edən alimlər çox maraqlı hadisənin şahidi olublar. Makaular qidalılığı yüksək olan bu zəhərli toxumları yedikdən dərhal sonra bir qayalığa doğru uçurlar. Həmin yerə çatdıqları zaman burada olan bəzi gilli qaya parçalarını gəmirib udurlar. Bu, təsadüfi bir hadisə deyil. Gilli qaya parçalarının əsas xüsusiyyəti toxumların içindəki zəhəri çəkməsidir. Beləliklə, quş bunun sayəsində hər hansı narahatçılıq hiss etmədən toxumları həzm edə bilir. Bir toxumların zəhərli olub-olmadığını kənardan baxaraq müəyyən edə bilməz. Toxumun zəhərini necə zərərsizlləşdirəcəyini isə təxmin edə bilməz. Buna görə ya bir təhsil almalı, ya da bu haqda bir şey bilən bir nəfərlə məsləhətləşməlidir. Belə olduğu halda heç bir ağlı və düşüncəsi olmayan bir quşun  uzunmüddətli kimyəvi təhlil və tətqiqatlar nəticəsində belə bir şeyi kəşf etdiyini də demək olmaz. Makauların insanların uzun sürən ixtisas təhsilindən sonra eldə olununan biliklərə təsadüfən nail olması qeyri mümkündür. Makaulara bu biliyi hər şeyi qusursuz yaradan və hər şeyi bilən Allah öryətmişdir.
['möcüzəli canlılar']
6,189
https://kayzen.az/blog/heyvan/3802/b%C3%B6y%C3%BCk-yanaql%C4%B1-sevimli-sincab.html
Böyük yanaqlı sevimli sincab
Xrizoberil
Heyvanlar aləmi
11 fevral 2011, 16:27
Kisə yanaqlı sincab digər sincablardan daha fərqlidir. Bu sincab növünü digər sincablardan ayıran xüsusiyyət yemədiyi qidasını yanaqlarındakı kisəsində saxlamasıdır. Sincab daha sonra bunlardan qida ehtiyatı kimi istifadə edir. Yanağındakı kisələr əslində çox elastik quruluşa malik dəri qırışlarıdır. Bunların içəri hissəsi boş olsada rütubətli deyil, yəni qida orada xarab olmadan uzun müddət qalır. Bu kisələr ağızın hər iki tərəfində yerləşir. Sincab kisələrini doldurmaq üçün bir qozu pəncələrinin arasında tutaraq bunun hər iki ucundakı iti hissələri düzgün şəkildə dişləyib  qoparır. Sonra qozu kisələrindən birinin işinə qoyur. Ondan sonrakı qozu isə digər kisəyə yerləşdirir. Kisələr bu minvalla doldurulur. Heyvan hər kisəyə dörd qoz qoya bilir. Beləliklə, sincabın üzü maraqlı və sevimli halını alır.
['möcüzəli canlılar']
6,190
https://kayzen.az/blog/elshad/3798/qanuni-v%C9%99-m%C9%99ntiqli.html
Qanuni və məntiqli
elshad
Bloq: elshad
11 fevral 2011, 02:05
Universitetin son sinif şagirdi  imtahandan kəsilincə doğru müəllimininyanina gedər:-"Siz məni sinifdə saxlayaraq həyata atılmamı önləyir vəməni cəzalandırırsınız. İşin bu yanını heç düşündünüzmü?"-"Təbii düşündüm. Müəllim : mənim vəzifəm məlumatı yoxlamaqkafi olmayanı sinifdə saxlamaq deyilmi?" -"Yaxşı. O zaman sizə bir təklifim var. Bir sual da mən sizdən soruşacağam.Doğru cavab versəniz, mən pis qeydimi qəbul edib sinifdəqalacağam. Bilə bilməsəniz, qeydimi düzəldəcək və mən imtahandan keçəcəyəm .  Müəllimin kefi yerində. Təklifi qəbul edər. Və şagird soruşar:-"Qanuni olub, məntiqli olmayan nədir?Məntiqli olub, qanuni olmayan nədir?Nə məntiqli nə də qanuni olmayan nədir?"Müəllim uzun uzun düşünər amma cavabı tapa bilməz. İddia gərəyi şagirdini imtahandan  keçirər. Amma ağılı da sualda qalar. Sonunda sinifin ən yaxşı şagirdini çağırar, hadisəni izah edər və problemin cavabını bilib bilmədiyini soruşar.Şagird dərhal cavab verər:-"Siz 65 yaşındasınız və 23 yaşında bir qadınla evlisiniz.Bu qanuni amma məntiqli deyil. Yoldaşinizin 25 yaşında bir sevgilisi var.Bu məntiqli amma qanuni deyil. Siz yoldaşinizin sevgilisini, sinifdə saxlamaq əvəzinə imtahandan keçirib  məzun edirsiniz. Bu da nə məntiqli, nə də qanuni."
['Məntiq']
6,191
https://kayzen.az/blog/burcler/2736/b%C3%BCrcl%C9%99r%C9%99-g%C3%B6r%C9%99-qad%C4%B1nlar.html
Bürclərə görə qadınlar
Tomris
Bürclər və onların xüsusiyyətləri
10 fevral 2011, 23:25
QOÇ Qoç qadını bir kişidən qorunmağı, güdülməyi gözləməz. O, həyatında öz yolunda gedən güclü bir qadındır. Bu yolda ona yoldaşlıq edəcək, özü kimi güclü bir yoldaş istər. Ona təqdim edəcəyiniz romantik bir axşam yeməyi, təbii gözəlliklər içində istirahət etmə təsisində tətil təkliflərinə isti baxmaz. Birlikdə izləyəcəyiniz bir basket matçı və ya Bungy-jumping nümayişinə isə qaçaraq gəlir. Şəfqət və sevgi yerinə ehtiras və cinsiliyi seçər. Özü kimi aktiv, güclü və azad kişiləri sevər. Bir idman qarşılaşmasında komandanın as oyunçususanız və, o da tamaşaçılar arasında isə mütləq sizə aşiq olacaq. Qarşı qoya bilməyəcəyi təklif: «Paraşütlə atlama kurslarına gedirəm, sən də gəlirsənmi?» BUĞA Buğa bürcündən qadın əvvəl eşq və sevgi istər. Sonra isə heç şübhəniz olmasın ki «pul» deyəcək. O, həyatın gözəlliklərindən ola bildiyincə faydalanmaq istəyən həyat dolu bir qadındır. Bunun üçün də tez və ya geç pulun lazımlı olacağını bilər. Çalışqandır, birlikdə olduğu kişinin də çalışqan olmasını istər. Onun üçün birlikdə qazanılan sərvət, birlikdə dadılacaq gözəlliklərdir. Təbiəti, heyvanları, uşaqları və bu zövqləri də onunla paylaşacaq kişiləri çox sevər. Qarşı qoya bilməyəcəyi təklif: «Akşamki dəvətdən əvvəl bir zərgərə getmək istəyirsən?» ƏKİZLƏR Ekizlər qadını davamlı eyni adamla eyni dam altında yaşayarkən görmək çətindir. Buna görə qısqanc bir kişilə əsla birlikdə ola bilməz. Onun kiçik xırda eşqbazlıqlarına göz yumacaq biri ilə rahatlayar. Bu, onun üçün bir oyundur. Bu oyunu onunla paylaşacaq kişilərə dərhal maraq duyar. Bunun yanında özü ilə uzun uzun danışıb müzakirə edəcək ağıllı və mədəni kişilərə də xeyr deməz. Çünki bu ağıllı qadının davamlı beyin gimnastikası etməsi lazımdır. Ruhu hər yaşda gənc qaldığı üçün orta yaşlarında gənc kişilərlə birlikdə olmağı sevər. Ömür boyu səyahət və eşqbazlıq edə biləcək bir kişiyə xeyr deməz. Qarşı qoya bilməyəcəyi təklif: «Bu həftə sonu mənsiz bir tətilə gedərsən?» XƏRÇƏNG Xərçəng qadını, bir kişidən; əvvəl özünə, sonra da uşaqlarına ata olmasını gözləyər. Ailəsinə və evinə düşkündür. Bu mövzularda hörmət və anlayış gözləyər. Sevdiyi kişini evində görməkdən xoşlanar. Yaxşı bir aşçıdır. Problemlərini öz başına həll edə biləcək qədər güclü olmasına qarşı ona yol göstərmənizdən xoşlanar. Laqeydlik edilməyə dözümü yoxdur. Əks halda başqa limanlara sığına bilər. Kiçik kaprislərinə göz yumsanız sizi daha çox sevər. Qarşı qoya bilməyəcəyi təklif: «Bu axşam evdə qalıb dadlı bir yemək yeyəkmi?» ŞİR Şir bürcünün qadını bir kişidən əvvəl hörmət gözləyər. O bir kraliçadır. Tənqid olunmaqdan nifrət edər. Nəzakətlərə isə huşunu itirər, xüsusilə başqalarının yanında olsa! Onu çadırla səyahət etməyə və ya təvazökar bir restauranta aparmağa çalışmayın. O, hər şeyin möhtəşəm olmasını istər. Müvəffəqiyyəti sevər, müvəffəqiyyətli kişiləri də… Utancaq və romantik kişilərdən xoşlanmaz. Onun sevgisindən əvvəl hörmətini qazansanız sizə aşiq olması uzun sürməz. Qarşı qoya bilməyəcəyi təklif: "Şəhərin ən hörmətli və gözəl restoranında bu axşam yer ayırtdım. Mənə yoldaşlıq edərsənmi?" QIZ Qız bürcü üçün hər kişi həll edilməsi lazım olan bir hadisədir. Buna görə özünüzü dərhal ələ verməməniz lazımdır. Sizi tanımağı nə qədər uzun zaman alsa o qədər uzun müddət birlikdə olarsınız. Ona boşuna özünüzü izah etməyə çalışmayın. O, sizin heç bilmədiyiniz yönlərinizlə məşğul olar və qısa müddətdə özünüzü psixoloq kürsüsündə hiss etmənizə gətirib çıxarar. Qız bürcü ilə birgə olacaq kişilərin hər şeydən əvvəl ağıllı olmaları lazımdır. 24 saat birlikdə olsanız da sizə məktub yaza bilər. Bu oyuna qatılıb məktublarına cavab yazarsanız ömür boyu yazışacağınızdan şübhəniz olmasın. Qarşı qoya bilməyəcəyi təklif: (Yazıb göndərsəniz daha təsirli olar.) «Bir şahmat oyunu oynayaqmı? TƏRƏZİ Tərəzi qadını uyğun bir birlik istər. Birlikdə olacağı kişinin xarakteri, ailə quruluşu, təhsil səviyyəsi, boyu, kilosu özünə uyğun olsun istər. Əgər uzun boyludursa siz də orta boylu, bu, onun üçün problem təşkil edər. Futbol matçı seyr edərkən qışqırıb çağıran, danışarkən səsini yüksəldən kişilərə dözüm edə bilməz. Özünə uyğun olduğunu düşündüyü kişilə dərhal evlənmək istəyə bilər. Çünki onun üçün uyğun birlik evlilik deməkdir. Sənətçi və ya sənətə maraq duyan kişiləri sevər… Qarşı qoya bilməyəcəyi təklif: „Mənimlə evlənərsənmi?“ ƏQRƏB Əqrəb qadını ehtiraslıdır. Bir kişidən çox çox şey gözləməz. Səhvləriylə, qüsurlarıyla sevməyi bilər. Dözər, görməzlikdən gəlir. Amma xəyanəti heç bir zaman bağışlamaz. Əqrəb qadını ilə birgə olan kişi şanslıdır. Çünki başqa heç bir qadın onu bu qədər sevə bilməz. Şanssızdır. Çünki onu aldatsa ömür boyu sevilmədən yaşar. Qarşı qoya bilməyəcəyi təklif: „Səndən başqa heç bir qadının olmadığı bir adada yaşamaq istəyərsən?“ OXATAN Ana diliniz, doğulduğunuz ölkə fərqlidirsə bir Oxatan qadınıyla bərabərsiniz deməkdir. Oxatan qadınları xarici kişiləri sevər. İdmançıları da… Çünki möhkəm başın möhkəm bədəndə olduğunu bilər. Böhranların, dərin problemlərin adamısanız yanına yaxınlaşmayın. Qısqanc kişilərə dözüm edə bilməz. Çünki sizinlə bərabərkən başqa bir kişi yoldaşı ilə səyahətə gedər, başqa niyyət güdmədən. Azadlığını məhdudlaşdıracaq olsanız ən son görüşməniz telefonla beynəlxalq əlvida görüşməsi olar. Sizdən qaça bilmək üçün mümkün olan ən uzaq ölkəyə getmişdir. Qarşı qoya bilməyəcəyi təklif: „öz yolunla gedə bilərsən.“ OĞLAQ Oğlaq qadını ilə birgə olmaq üçün gözləməniz lazımdır. Ehtimalla o da sizi uzun zamandır gözləyir amma bunu dərhal bildirməz. Tələsik etsəniz qaçar. Sizi tanıması və güvən duyması üçün zamana ehtiyacı vardır. Həqiqidir, boş xəyallara bel bağlamaz. Qısa davamlı həyəcanlar arxasında qaçmaq yerinə uzun davamlı möhkəm əlaqələri seçər. Məsuliyyət sahibi, mehriban, isti qanlı, yumor anlayışı olan kişilərdən xoşlanar. Birdən alınan qərarlardan, son anda edilən planlardan xoşlanmaz. Onu bir yerə dəvət etmək istəyirsinizsə bunu ən az bir həftə əvvəldən etməniz lazımdır. Qarşı qoya bilməyəcəyi təklif: „Bir il sonra evlənmək istəyərsən?“ DOLÇA Mühafizəkar və qısqancsınızmı? O zaman bu qadına yaxınlaşmayın zatən siz də onu uzaqtan belə görsəniz qeyri-mümkün olduğunu anlarsınız. Çünki Sutökən qadını xarici görünüşü ilə belə mühafizəkar insanları əziyyətdən çıxarda bilər. Romantizm ən son müraciət etməniz lazım olan silah olmalıdır. Romantik bir aşiqdən çox, macəra sevər bir yoldaşla birlikdə olmağı seçər. Onu əldə etmənin tək yolu yoldaşlığını qazanmaqdır Sürprizlərə hazırlıqlı olmanız lazımdır. Çünki harada, nə vaxt, nə edəcəyini bilmək çətindir. Çox tez aşiq olar və çox tez bezə bilər. Bu qısa müddətdə dostluğunu qazana bilsəniz uzun müddət sizinlə birlikdə olar. Qarşı qoya bilməyəcəyi təklif: „Nə vaxt istəsən mənə zəng vur BALIQLAR Onu əldə etmək üçün ən pis gününüzdə yanına gedin. Dərhal özünüzü yaxşı hiss etməniz üçün əlindən gələni etməyə başlar. Balıqlar qadını üçün kömək etmək, aşiq olmaq deməkdir. Etdiyiniz səhvləri bağışlayar.Amma ona kobudluq etsəniz; üzünüzə gülməyə davam edərkən yavaş yavaş uzaqlaşar və siz necə olduğunu anlamadan həyatınızdan çəkilib gedər. Bu ayrılıq sonrası ağlayıb kədərlənəcəyini ümid etsəniz yanılarsınız, çünki yaddaşı çox güclü deyil..
['qoroskop', 'bürclər', 'bürclərin xasiyyəti', 'bürclərin xüsusiyyətləri', 'bürclərin xarakteri', 'burcler ve qadinlar']
6,192
https://kayzen.az/blog/musiqi-qruplar%C4%B1/3795/h.o.s.t-qrupu-haqq%C4%B1nda.html
H.O.S.T qrupu haqqında
ARİF
Musiqi qrupları
10 fevral 2011, 21:58
Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rep fəaliyyəti ilə məşğul olub. PRoMete, eyni zamanda Qaraqan və Jamal Ali Alliance-a qədərki vaxt mərhələsində bir neçə treklər yazdırıb, konsertlərdə çıxış edib.2005-2006-cı illər ərzində əsası qoyulan və fəaliyyətdə olan Baku Clan isə uşaqlıq dostlarını özündə birləşdirib – artıq çoxdandı rap yazan Qaraqan və Jamal Ali`yə Felon De Jure, Feck, ErranT da qoşulub. Clan`ın “Sənsiz (Love Story)” hiti də məhz o dövrdə yazılır. Elə həmin dövrdə Baku Clan üzvləriylə yaxın dostluq əlaqələrinə malik olan PRoMete də SRB-nin (Sumqayıt Rap Birliyi) nəzdində çıxış edirdi. Birliyin yaradıcısı bir neçə konsert verməklə bərabər Baku Clan`la da bir sıra treklər yazdırır.2006-cı ilin dekabrında artıq sıx-sıx görüşməyə başlayan bu dost əhatəsi, yalnız rap`i yox bir sıra digər məsələləri də müzakirə edə-edə ortaq nöqtələr və onları birləşdirən hədəflər tapır. Elə həmin müzakirələr və danışıqlar gələcəkdəki hərəkatın təməlini qoyur.2007-ci il fevralın 13-də isə artıq bu dostluq əhatəsi yekdilliklə qərar verərək özünü – H.O.S.T Alliance adlandırır. Bu birliyə elə həmin dost əhatəsində olan Dərviş və AiD də daxil olur.Onsuz da planlaşdırılan treklərin hazırlanma prosesi başlanır. “Həyatım Əllərimdə” və “How We Rappin`” sinqllarından sonra Alliance albom yazılışılarına başlayır.Mövcud treklərə, yeniləri əlavə olunur – bitsiz treklər, melanxolik rap`lər, hardcore və s. janrda parçalar hazırlanır.Əvvəlcə “Propoqanda” trekiylə eyni adlandırılmaq istənən albom bir sıra müzakirədən sonra öz üz səhifəsində bu yazını tapır – “Proloq”.Prodüsinq şirkətləriylə anlaşmayan və anlaşmaq da istəməyən qrup albomu pulsuz paylamağa qərar verir.Artıq ilin sonuna lazımi uğuru qazanan albomdakı bir çox treklər virus kimi yayılmağa başlayır. İlin sonunda isə yeni albom haqqında müzakirələr başlayır.Dekabrda keçirilən kiçik konsertdən sonra bu yöndə planlar konkretləşir.Artıq bir neçə treklər sinql kimi hazır olduğundan qrupun yeni albom ideasıyla bağlı fikirləri də yubanmır.Jamal Ali, Felon De Jure, Feck və ErranT təhsillə bağlı Türkiyədə olduğundan albom üzərində digər dördlük daha çox çalışır – PRoMete, Qaraqan, AiD və Dərviş.Təsadüfi deyil ki, albom da məhz bu dördlüyün çıxışlarından hazırlanır. Hərçənd treklərin musiqilərində Felon De Jure və ErranT`ın da əməyi olur.Qrup yaratmaq istədiyin cərəyanın təməl prinsiplərini də məhz bu albomda açıqlayır. Bir çox treklər “A” kitabıyla assosasiyada olur. Eyni zamanda tənqidi mövzulara geniş yer ayrılır.Bu arada albom yazılışları zamanı Dərviş rap fəaliyyətinə son qoyur.Albomun adı isə özlüyündə heç bir müzakirə doğurmur – “Qarada Qırmızı”.İlk buraxılış Limited Edition olur. Və ekslküziv yolla əldə edilir. Daha sonra böyük kütlə üçün CD`lər satışa təqdim edilir.Yayda Bakıya qayıdan digər dördlük albomda ortaya qoyulan bir sıra məqamlarla və ən əsası cərəyanın təməl prinsipləri haqqında müzakirələrdə müxalif rolundan çıxış edərək, qrupdan çıxmaq istədiyini açıqlayır.Felon De Jure, Jamal Ali və ErranT H.O.S.T Alliance`dakı fəaliyyətini başa vurur. Sentyabr-Oktyabr aylarında qrupun fəaliyyətində də yeni mərhələ başlayır. Belə ki, qrup artıq Alliance`lıqdan çıxaraq dörd nəfərlə yoluna davam edir.Elə həmin ərəfədə Dayirman Production`dan təklif gəlir və üzvlər çox düşünməyərək razılıq verir.Dayirman Production`ın ilk işi “Qarada Qırmızı” albomunun yenidən buraxılışını təşkil etmək olur. Albom artıq Azərbaycanın hər bir bölgəsində satılır.2008-in qış ayları da qrupun tez-tez toplaşıb yeni layihələrə hazırlaşmasıyla yadda qalır.Elə H.O.S.T`un dördlükdə ilk böyük konserti də gecikmir. 2009-un fevralında “Reinkarnasiya” adlı konsert olduqca geniş kütlənin qarşısındakı çıxışla bərabər son illərin ən səs-küylü rap tədbiri olur.Konsertdən sonra qrup hər bir üzvün solo albomunu buraxmaq qərar verir. Dayirman Production bu yöndə işlərə başlayır.2009-cu ilin əsas layihələrindən biri də Qaraqanın solo albomu olur. Albomun ilk sınqlı “Bir” elə konsertdə səslənən treklər arasında olur.Mart ayına qədər artıq trekləri hazır olan albomun üçün studiya yazılışları aprel-may keçirilir.İyunda isə “Qısa Qapanma” geniş kütləyə təqdim olunur. Özünəməxsus melanxoliya və aqressiyanı cəmləşdirən albomda bir sıra treklər olduqca yüksək əhval ruhiyyədə olur. Psixolorikanın ən bariz nümunəsi kimi dəyərləndirilən albom yazıçı kimi də fəaliyyətdə olan Qaraqanın şahəsərlərini ortaya çıxarır.Oktyabr-Noyabr aylarında PRoMete və AiD H.O.S.T`u ikilikdə təmsil etməli olur. Qaraqanın əsgərlikdə, Feck`in Türkiyədə olması onları ləngitmir. Yeni albom üzərində işlər başlanır.Cütlük Mini-Konsert`i təşkil edir. Konsert günü isə ilk EP “EP v.01” təqdim olunur.Bir sıra əvvəlki sinqlları da özündə cəmləşdirən bu EP klassik rap nümunələri ilə zəngin olur və sırf rap albom sayılır.2010-a bir neçə sinqlla daxil olan H.O.S.T növbəti solo konsertə hazırlaşır.Bir sıra müzakirə və qərarlardan sonra artıq mövcud olan HOST Production ilk tədbirini təşkil edir.Dayirman Production, eyni zamanda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan “Rekviem” konserti başdan ayağa canlı olur.İlin növbəti konserti daha kiçik ətrafda təşkil olunur. Bu layihənin məqsədi fəaliyyət göstərən HOSTçu rapper`lərə dəstək olur.Aprel ayında HOSTED Rap Concert baş tutur.Aradakı müddətdə HOST tərkibində AlterEgo adlı rok qrup yaradılır. Və əlavə olaraq musiqini və mövzuları genişləndirək məqsədi ilə daha böyük kütlə tərəfindən qəbul olunan keyfiyyətli işlərə davam edilir.29 may tarixində AiD`in Biz İnsan Deyilik adında solo albomu HOST`un sayca 5`ci amma satış üçün nəzərdə tutulan 3`cü albom işığ üzü görür. Albom daha çox fərqli xarakterlərini özündə mükəmməl əks etdirir və uğurlu alınır.Albom Bakıda satışa buraxıldıqdan sonra, Gəncə şəhərində təqdimat xarakterli böyük konsert keçirilir. mənbə : qaradaqirmizi.com
['Qaraqan']
6,193
https://kayzen.az/blog/paint/3794/paris-m%C9%99kt%C9%99bi-r%C9%99ssamlar%C4%B1-1.html
"Paris məktəbi" rəssamları-1
MASON
Məşhur rəsmlər və rəssamlar
10 fevral 2011, 20:59
İyirminci əsr təsviri sənətində, ümumiyyətlə incəsənət tarixində “Paris məktəbi” rəssamları önəmli yer tutur. Maraqlıdır ki, bu rəssamların arasında mənşəcə bir fransız sənətkar belə yoxdur. “Paris məktəbi”nə mənsub olan rəssamlar Birinci Dünya Savaşı ərəfəsində və savaşdan sonra Avropanın müxtəlif ölkələrindən, fərqli mədəniyyətlərdən gəlib kosmopolit Parisdə məskunlaşan, burada yaşayıb-yaradan sənətkarlardır. Bununla belə, onların yaradıcılığını Fransız mədəniyyəti konteksində qəbul etmək və incələmək ən düzgün yoldur. Modilyani, Kislinq, Pasgen, Şaqal, Lipşist, Çatkin, Fucita və yeri gəldikcə xatırlayacağımız sənətkarlar “Paris məktəbi”nin nümayəndələridir. Onlar bu və başqa dərəcədə yeni fransız rəssamlığının təcrübələrindən bəhrələniblər. İmperossionizm cərəyanından tutmuş kubizmə qədər çeşidli üslublar bu rəssamların yaradıcılığında öz izlərini qoyub. Amma bu rəssamların daxili mədəniyyəti fransız mədəniyyətinə yabançıydı. Onlar Parisin orqanik bir üzvü olmadılar, onların gözlərində daima qürbət hüznü vardı. Onlar Parisə Almaniyadan, Rusiyadan, Polşadan, Bolqariyadan, İtaliyadan, Çexoslovakiyadan və başqa ölkələrdən gəlmişdilər, onlar mühacir həyatı yaşayırdılar, yeni mühitə, yeni mədəniyyətə adaptasiya olmaq ağrılı-acılı bir prosesdir. “Paris məktəbi”nin ən görkəmli nümayəndəsi, mənim fikrimcə, Amadeo Modilyanidir. Modilyani haqqında danışırıqsa, mütləq Janna Ebyüterni də yada salmalıyıq. Şöhrətinin astanasına cəmi bir neçə addım qalmış dünyadan gedən rəssamın cəfakeş və vəfalı xanımı Janna ertəsi gün özünü altıncı mərtəbədən ataraq intihar elədi. Amadeo Modilyani 1884-cü ilin iyun ayının 12-də İtaliyada, Livornoda yəhudi ailəsində doğulub. Amadeo hələ uşaqlıq illərindən rəssam olmaq arzusu ilə yaşayırdı. 1902-ci ildə Florensiyada rəssamlıq təhsili alandan sonra gənc rəssam bir müddət Romada və Neapolda yaşayıb. Amma bohem Paris həyatı onu özünə cəlb edirdi, nəhayət, o, Parisə gəlir, əvvəlcə Monmartrda, sonra isə Monparnasda yoxsul rəssam həyatı yaşayır. 1909-1914-cü illər arasında, yəni beş il müddətində o, nə az, nə çox, düz on iki mənzil dəyişmək məcburiyyətində qalıb. Dostlarının xatirələrində onun unikal poetik yaddaşı olduğu söylənilir. O, Pol Varlenin, Artur Rembonun şeirlərini əzbər bilirdi və yeri gələndə bu şairlərin şeirlərini xatırlayırdı. Parisdə Modi Moris Utrillo ilə yaxınlaşdı və kübar italiyalı alkoqola meyl etməyə başladı.Gənc rəssam ekstravaqant bir xanımla – ingilis şairə Beatris Xestinqlə eşq macərası yaşayırdı. O, Beatrisin bir neçə portretini işləyib, amma hələ ki, Amadeo daha çox heykəltəraş kimi tanınırdı. O, rumın heykəltəraşı Konstantin Brankuzinin emalatxanasında işləyirdi və Afrika heykəltəraşlığı ilə ilgilənirdi. 1910-cu ildə müstəqil rəssamların sərgisində Amadeo Modilyaninin iki əsəri, “Violençelist” və “Livornolu dilənçi” tabloları sərgiləndi. Amadeo tədricən heykəltəraşlıqdan uzaqlaşırdı. Beatrislə eşq məcarəsi uzun sürmədi, rəssamın həyatına Simona Tiru adlı bir qadın daxil oldu. Modilyaninin həyatında polyak şairi Leopold Zborovskinin və xanım Zborovskayanın önəmli rolu olub. Onlar Modilyaninin yaradıcılığını yüksək qiymətləndirirdilər, Modilyani isə Parisin ortasında özünü Don Kixot kimi yalqız hiss edirdi. O, alkoqoldan və tiryəkdən yaxa qurtara bilməmişdi. Səhhəti də günü-gündən zəifləyirdi. Ən ağır günlərində belə rəssam palitradan və fıraçalardan ayrılmırdı, bir-birinin ardınca orijinal portretlər işləyirdi. 1917-ci ildə Modi ilə Jannanın ömür yolları kəsişəndə rəssamın otuz üç yaşı vardı. Madmuazel Janna isə on doqquz yaşındaydı. Onlar cəmi üç ilə yaxın birgə yaşadılar. 1920-ci ilin yanvarında, şöhrətinin kandarına cəmi iki-üç addım qalmış Modi – Amadeo Modilyani yıxıldı və bir daha ayağa qalxmadı. Amadeo Modilyani və Janna Eyütern Per-Latez qəbiristanlığında eyni məzarda əbədiyyətə qovuşublar… Mois Kislinq Amadeo Modilyaninin ən yaxın dostlarından biri idi. Kislinq yaradıcılığını professional baxışdan araşdırsaq, hardasa Modilyani yaradıcılığı ilə səsləşən tablolar göz önünə gələcək. Bəli, Kislinq yaradıcılığında Modinin təsiri duyulur. Onu da deyim ki, Modilyani nə kubistlərə, nə fovistlərə, nə də simvolistlərə qoşuldu, futuristlərin manifestinə imza atmamışdı. *** Mois Kislinq Krakovda (1891) doğulub, elə doğma şəhərindəcə rəssamlıq təhsili alıb. Kislinqin böyük istedad sahibi olduğunu görən müəllimi ona Parisə getməsini tövsiyə edir və on doqquz yaşlı Mois Parisə, rəssamların Məkkəsinə yollanır. Bu da Paris. Bu da Monmartr – rəssamlar məhəlləsi, O dönəmdə Pablo Pikasso, Mark Şaqal, Amadeo Modilyani və onlarla gələcəyin məşhur sənətkarı olacaq fransız rəssamları bu məhəllədə məskulaşmışdılar. Kislinq ovqat rəssamıdı, onun fırçaya aldığı obrazların melanxolik ovqatı ansız olaraq tamaşaçıya sirayət edir. Kislinqin portretlərinə baxan adamın qəlbində bu obrazlara qarşı rəğbət hissi oyanır.Rəssamın xanımı Rene Kislinqin portreti – (Köln, Lüdviq muzeyi) gənc qadının iri, kədərli gözləri tamaşaçının gözlərinin içinə baxır. Mənə elə gəlir ki, sevdiyi qadının portreti üzərində işləyərkən rəssam ömrünün ən gözəl, ən xoşbəxt anlarını yaşayırmış. Zira portret qüssə qarışıq bir xoşbəxtlikdən xali deyil. “Monparnaslı Kiki” – qırmızı paltarlı gənc qadın öz aləminə qapılıb harasa uzaqlara baxır. Tamaşaçı gənc qadının baxışlarını tuta bilmir. Bu portret Cenevredə Piti Pale muzeyində saxlanılır. İnteryer və ya natürmort Mois Kislinqin kompozisiyalarında təsadüfən dekorativ elementlər sayıla bilməz, burda interyer obrazın xarakterinin və yaşam tərzinin açıqlanmasına xidmət edir. Şair və dramaturq Jan Koktonun portreti, Kokto interyerdə təsvir olunur. Bura tipik Paris monsardıdır – köhnə döşəmə, dəyirmi masa, pərdə, pəncərə. Pəncərədən ətrafdakı binaların damları və buludlu səma görünür. Kokto qırmızı kresloda əyləşib, Koktonun şair xəyalı bu anda kim bilir haralarda dolaşır… Kislinqin portretləri lirik, poetik ovqatı ilə mənə dostum Fikrət İbrahimlini xatırladır. Jan Koktonun portretdə təsvir olunan tipik Paris mansardı eynən Fikrətin emalatxanasına bənzəyir. Fransa vətəndaşlığını qəbul edən Kislinq 1940-46-cı illərdə Amerikada yaşayıb və altmış iki yaşında Parisdə dünyasını dəyişib.Ardı Paris rəssamlıq məktəbi-2
['rəssamlıq', 'rəssamlar']
6,194
https://kayzen.az/blog/vergi/3793/vergi-n%C9%99dir-v%C9%99-vergil%C9%99rin-mahiyy%C9%99ti.html
Vergi nədir və vergilərin mahiyyəti
MASON
Vergi
10 fevral 2011, 20:30
VERGİ NƏDİR? Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Vergi – dövlətin ən önəmli gəlir qaynağıdır. Vergi ölkənin dövlət suverenliyinin əsas təzahür formalarından biridir. VERGİNİN XÜSUSİYYƏTLƏRİ: Vergi dövlət tərəfindən alınır. Vergi, dövlət xərclərinin maliyyələşdirilməsidir. Vergi, fiziki və hüquqi şəxslərdən ödəmə qabiliyyətləri nisbətində alınır. Vergi əvəzsiz ödəmədir. Vergi məcburi ödəmədir. Vergi iqtisadi bir dəyərdir. VERGİLƏNDİRMƏNİN MƏQSƏDİ: Vergilərdən qazanılan vəsaitlər tarix boyunca dövlətlər üçün müxtəlif funksiyaları daşıyırdı. Onlara müharibə xərcələri, qanunu həyata keçirməsi, ictimai nizam saxlamaq, mülkün müdafiəsi, iqtisadi infrastruktur (yollar, tenderlər, müqavilələri həyata keçirmə), ictimai işlər, sosial mühəndislik, və dövlətin saxlanılması daxildir. Dövlətlər vergiləri həm də xalqın rifahına və ictimai xidmətlərə xərclənir. Bu xidmətlərin içərisində təhsil sistemi, səhiyyə, pensiyalar, işsizlik üzrə maddi yardım, ictimai nəqliyyat ola bilər. Enerji, su idarəetmə və tullantılar idarəetmə ictimai xidmətlərə ümumiliklə daxildir. Dövlətlər müxtəlif vergiləri və vergi səviyyələri işlədirlər. Bu vergi ağırlığı və ya vəsaitləri fərdilər və vergi qoyula bilən fəaliyyətlərdə iştirak edən əhalinin qrupları (müəssisələr, biznes kimi) arasında bölüşdürmək məqsədi daşıyır. Tarixə əsasən, zadəganlıq kasıblara qoyulan vergilər ilə təmin olunurdu, lakin müasir social müdafiə sistemləri yoxsullar, əlillər və ya pensiyaçılara hələ işləyənlərdən alınan vergilərlə kömək göstərmək niyyətindədir. Əlavə olaraq, vergilər xarici yardım və hərbi əməliyyatları maliyyəşdirir, makroiqtisadi göstəricilərə təsir göstərmək (bu xəzinə siyasəti adlanır) və ya istehlak və məşğuliyyət səviyyəsinin dəyişməsi üçün istifadə olunurlar. Dövlətin vergi sistemi çox hallarda onun və\və ya hökümətdə olanların ictimai dəyərləri əks etdirir. Vergi sistemi yaratmaq üçün dövlət qərar verməlidir ki, vergi ağırlığı necə bölüşdürülməlidir: kim nə qədər ödəyəcək, və qazanılan vəsaitlər nəyə sərf olunacaq. Demokratik ölkələrdə ictimaiyyət vergi sistemini idarə edənləri seçir. Vergilərdən əldə edilən vəsait həmişə dövlət tərəfindən istifadəyə gedə bilər məbləğdən çox olmalıdır. Bu fərq “riayət qiyməti” adlanır və, misal üçün, əmək haqqını və vergi qanunlarını həyata keçirməyin digər xərclərini əhatə edir. Vergi – birbaşa dövlətin və ya dövlətin səlahiyyət verdiyi rəsmi orqanların dövlət xərclərinin finansmanı üçün fiziki və hüquqi şəxslərdən aldığı məcburi ödəmələrdir. Bəzən lüks və sağlığa zərərli görülən mallara dövlət yüksək vergi qoyaraq əlavə gəlir əldə etməklə yanaşı vətəndaşlarının zərərli istehlak vərdişlərini dəyişdirməyə çalışır. Vergi bəzən də yaşıl vergi, ekologiya vergisi adı altında dövlətə gəlir gətirməklə bərabər ekologiyanı qoruma məqsədini də güdür. VERGİLƏRİN TƏSNİFLƏŞDİRİLMƏSİ: Dolayı vergi - Vətəndaşların hər hansı bir məhsul aldıqda və ya xidmətdən istifadə etdikləri zaman əmələ gələn vergidir.Birbaşa yox dolayı yolla ödənilir. Birbaşa vergi - Əldə edilən gəlirdən və ya maaşdan birbaşa ödənilən vergidir. Subyektiv vergi - Şəxslərin şəxsi və ailəvi vəziyyətlərinə görə müəyyənləşdirilən vergidir. Obyektiv vergi - Vergi borcunun müəyyənləşdirilməsində şəxslərin şəxsi və ailəvi vəziyyətlərinin nəzərə alınmadığı vergidir. Gəlir üzərindən ödənilən vergi - Şəxslərin gəlirindən alınan vergidir.Gəlir artdıqca ödənilən vergi miqdarı da artır. Sərvət üzərindən ödənilən vergi - Daşınan və Daşınmaz əmlaka görə ödənilən vergidir. Xərclər üzərindən ödənilən vergi - Bir şəxsin gəlir və sərvətinin xərclədiyi qisimlərindən alınan vergidir. VERGİLƏMƏ PRİNSİPLƏRİ: Vergiləmə prinsipləri - bir vergi sistemində yer alan vergilərin seçimində və tətbiqində gözlənilməsi lazım olan prinsipləri ifadə edir. Klassik prinsiplər – bu prinsiplər müasir dövrdə tam qaneedici təsir bağışlamır Mali prinsiplər – 2 hissədə incələmək mümkündür İqtisadi prinsiplər – vergilərin bu prinsiplərə sahib olması təsirli vergiləmənin şərtlərindəndir. Klassik prinsiplər Adam Smith tərəfindən ortaya atılmış 4 əsas vergi prinsiplərindən ibarətdir: 1.Ədalət prinsipi 2.Müəyyənlik prinsipi 3.Uyğunluq prinsipi 4.İqtisadilik prinsipi Ədalət prinsipi küylə içində olan və vergi ödəmə gücünə sahib hər kəsin, ödəmə gücü daxilində dövlət xərclərinin finansmanında iştirakının vacibliyini ifadə edir.Şəxslər heç bir fərq qoyulmadan ödəmə gücləri nisbətində vergi ödəməlidirlər. Müəyyənlik prinsipi dedikdə hər kəsin ödəyəcəyi verginin növü və miqdarının əvvəlcədən müəyyən olunması nəzərdə tutulur. Uyğunluq prinsipinə görə vergilər ödəyicilərdən ən uyğun zamanda və şərtlərdə alınmalıdır.Ödəyicilər vergi ödəmək adıyla çətin vəziyyətə salınmamalıdırlar. İqtisadilik prinsipində isə ödəyicilərin ödəmiş olduqları vegi miqdarı ilə xəzinə daxil olan vergi miqdarı arasındakı fərqin mümkün olduğu qədər az olması nəzərdə tutulur.Bu 4 prinsip həm dövlət, həm də vətəndaşlar üçün faydalı prinsiplərdir.Ancaq müasir dövrdə bunların qəbul olmasına baxmayaraq yetərli olmadığı düşünülür. Vergiləmənin ən önəmli məqsədi dövlət büdcəsi hesabına müəyyən edilmiş mal və xidmətlərin istehsalı üçün lazım olan finansman ehtiyacını qarşılamaqdır.Mali prinsiplər 2 başlıq altında analiz olunur: 1.Məhsuldarlıq prinsipi 2.Elastiklik prinsipi Məhsuldarlıq prinsipi müəyyən bir zaman kəsiyində dövlət tərəfindən ediləcək xərclərin böyük bir qismini qarşılayacaq səviyyədə vergi gəliri əldə edilməsini ifadə edir. Elastiklik prinsipi bir vergi ilə əldə olunan gəlirlərin müəyyən şərtlərə görə çoxalıb azalmasını ifadə edir. Vergi hər şeydən öncə iqtisadi bir hadisədir.Bir ölkədə mövcud olan iqtisadi quruluşla vergi sistemi arasında çox yaxın bir əlaqə vardır.Vergi nətciə etibari ilə dövlətin milli gəlirdən aldığı paydır.Vergilərin iqtisadi prinsiplərini 2 şərt daxilində yazmaq olar: 1.Vergilərin bazarın işləyişi üzərində təsirləri 2.Vergilərin iqtisadi böyümə üzərində təsirləri  
['vergi sistemi', 'verginin növləri', 'iqtisadiyyat']
6,195
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/3790/ar%C4%B1-m%C9%99hsullar%C4%B1-il%C9%99-m%C3%BCalic%C9%99.html
Arı məhsulları ilə müalicə
Fianda
sağlam həyat tərzi
10 fevral 2011, 14:26
Bilməyib danışmaq,bilirkən susmaq qədər pis əməl hesab edilir.Buna görə də mən öz bildiklərimi sizinlə bölüşməyi özümə borc bildim. Arı məhsullarının müalicəvi əhəmiyyətinin böyük olduğunu artıq hamı bilir,lakin,hansı xəstəliyə görə nəyin necə qəbul etmək lazım olduğunu çox az adam bilir.Biz həkimə gedərkən sağlamlığımızı kimə gəldi etibar etmirik,mütəxəssis axtarırıq,alınan dərmanların da keyfiyyətinə əmin olmaq istəyirik.Hər şeydən öncə isə dəqiq diaqnoz lazımdır.Bütün bunları deməkdə məqsədim,belə bir insanı tanımağımdır. Əgər mənim "Arılar haqqında" məqaləmi oxumusunuzsa,onda bilirsiniz ki,bütün o məlumatları mənə Adil həkim demişdir.Onun haqqında da sizə məlumat vermək istəyirəm. Adil Yusupov 1952-ci il təvəllüdlüdür.Əslində onu görənlər 15-20 yaş özündən cavan göründüyünü deyirlər ki,bunun da səbəbləri var,az sonra hamısını açıqlayacağam. O,Əzim Əzimzadə adına Rəssamlıq Akademiyasını bitirmişdir.Bir müddət inkrustatsiya(mebel üzlüyü ilə mozaika) ilə də məşğul olmuşdur.Demək olar ki,hər işdə bacarıqlı olduğundan musiqi alətlərində də notu bilmədən ifa etməyi bacarır.Bunlar haqqında çox danışmaq istəməzdim,onun haqqında yazmağımın başqa səbəbləri var. Təsadüfi deyil ki,o, "20-21ci əsrin Yaradıcı insanları" haqqında kitabın 4-cü buraxılışında yer almışdır.Kitabın ilk səhifəsində Ulu Öndərimiz Heydər Əliyev və sonrakı səhifəsində onun davamçısı İlham Əliyev və Azərbaycanın 1-ci xanımı Mehriban Əliyeva haqqında məlumat verilir. Bu da kitabda qeyd olunan insanlara necə qiymət verildiyini göstərir.Siz də bu kitabdan Adil həkim haqqında məlumat ala bilərsiniz. İndi isə onun müalicəsi haqqında danışım.Adil həkim özündə qeyri adi bacarıq və bioenerjiyə malik olduğuna görə müvafiq orqanlara müraciət etmiş,onlar da onun bu sahə üzrə savadlanmasına şərait yaratmışlar.Bununla əlaqədar olaraq Adil həkim psixologiya,parapsixologiya və apiterapiya kursunu bitirmiş və diploma laiq görülmüşdür.Sonradan o,bacarığını daha da artırmaq üçün Moskvada Yapon və Kareya həkimlərindən müalicəvi nöqtə masajını öyrənmiş və buna görə təsdiqlənmə sənədi almışdır.Hal hazırda Adil həkim neçə illərin praktikası ilə işləyir,arı məhsulları və Tibetdən gətirilmiş xüsusi masaj aparatı ilə ağır xəstəlikləri müalicə edir.Çox sadə olan bu müalicə üsulu ilə o,əvvəl xəstəliyin mənbəyini aşkar edir,arı məhsulları ilə immuniteti gücləndirir,əl nöqtə masajı ilə boyun və onurğa sütununun sinirlərini açır,xüsusi aparatla isə qan dövranını normallaşdırır.Bu vasitələr ilə insanın müqaviməti artır və orqanizmdə olan problemləri özü həll edir.Çünki,insan bədəni özünü qorumağa və bərpa etməyə malikdir,təki bütün qidalar təbii olsun.Adil həkim 88-ci ildən bu müalicə metodundan istifadə etmiş və olduğu yaşdan çox cavan görünür.Bütün müalicələr iynəsiz,qansız,təbii yolla keçirilir.Onun müalicə etdiyi insanlar arasında şizofreniya,mədə-bağırsaq yarası,kolit(bağırsaq çatı),epilepsiyanın yüngül növü,ağır spazmalar,kəllə daxili təzyiq,insult,başda yaddaş pozğunluğu,qulaqda səs,karlıq.göz zəifliyi,zob,faringit,bronxial astma,boyunda jirovik,ciyər xəstəlikləri,vərəm,ürəyin aritmiyası,qarında diskbakterioz,qurd,qəbizlik,kişilərdə-prostat,cinsi zəiflik,qanda mikrob, qadınlarda-soyuqlama,palip,kista,fibroma(kiçik),uşaqlıq borusunda spayka,ağır bel ağrıları,ostoxontroz,onurğa sütunu yırtığı(4mm-ə qədər),daxili və xarici göbələk yaraları,revmatizm,artrit,artroz və bütün oynaq ağrıları xəstəlikləri vardır.Bütün bunlar xüsusi texnologiya ilə hazırlanmış və Yuneskonun qızıl medallarına laiq görülmüş arı məhsulları ilə müalicə olunur.(Nəticələr və müalicələrlə maraqlananlar bu nömrələrə zəng edə bilər: 050-647 86 10,ev:452 86 51)
['Apiterapiya', 'müalicə', 'arı məhsulları']
6,196
https://kayzen.az/blog/heyvan/3789/canl%C4%B1lar%C4%B1n-ya%C5%9Fama-m%C3%BCdd%C9%99ti.html
Canlıların yaşama müddəti
Xrizoberil
Heyvanlar aləmi
10 fevral 2011, 14:13
Müxtəlif heyvanların, quşların, balıqların və başqa canlıların yaşama müddəti: Timsah - 300 il Durna balığı - 200 il Nəhəng tısbağa - 200-300 il Tutuquşu - 140 il Nəhəng salamandra -130 il Qarğa - 100 il Qartal -80 il Quzğun - 70 il Fil -70-80 il Naxa balığı -60 il Bayquş -50-80 il Balina -50-80 il Qorilla, şimpanze, oranqutan - 50-60 il Gərgədan- 40 il Ayı, şir - 40-50 il Dəvəquşu - 35- 40 Quru qurbağası (jaba) -36 il Qunduz - 35 (50) il Pələng - 30 il Göyərçin -30-35 il Qızılbalıq - 30 il Su ilanı -25 (30) il Zəli -20(30) il Maral - 20 il Çay xərçəngi - 16 il Boz vağ -15 il Canavar - 15 il Cüyür -15 il Sarı vağ- 12-13 il Ağ leylək- 11 il Tülkü- 10 -12 il Şəfəq bülbülü - 10-11 il Dovşan, sincab -10 il Qara leylək, sarıköynək - 8 il Qaratoyuq -7-10 il Qaranquş -  6-9 il Sığırçın - 5-9 il Ağacdələn, sərçə -5 il Qurbağa - 5 il Böyük ayıqapan -4-5 il Cırcırama, may böcəyi - 1-2 ay Arı - 40-45 gün Milçək- 25 gün Infuzor, amöb - 1 gün    
['heyvanlar']
6,197
https://kayzen.az/blog/Xrizoberil/3788/kainat%C4%B1n-i%C5%9F%C4%B1%C4%9F%C4%B1.html
Kainatın işığı
Xrizoberil
Bloq: Xrizoberil
10 fevral 2011, 13:29
On səkkizinci əsr İngiltərənin məşhur rəssamlarından biri olan William Holman Huntun bir tablosu Londonun Kral Akademiyasında sərgilənirdi. Huntun "Kainat işığı"adını verdiyi bu əsərdə gecə əlində bir fənərlə bağçada dayanan filosof görkəmli bir adam əks olunmuşdu. Adam, sərbəst qalan əliylə bir qapını vurur və içəridən bir cavab gözləyər kimi görünürdü. Əsəri tədqiq edən bir sənət tənqidçisi Hunta dönərək :"Gözəl bir tablodur doğrusu, amma mənasını heç cür qavraya bilmədim." dedi. Adamın vurduğu qapı heç açılmayacaqmı? Ona qapı qolu çəkməsini unutmusunuz deyəsən." Hunt gülümsədi və əlavə etdi:"Adam adi bir qapıya vurmur ki..". "Bu qapı, insan ürəyini təmsil edir..İnsan ürəyi isə ancaq içəridən açıla bildiyi üçün xaricində hər hansı bir tutacağa ehtiyacı yoxdur".
['Kainatın işığı']
6,198
https://kayzen.az/blog/dusundurucu-hekayeler/3787/qumdan-qala.html
Qumdan qala
Xrizoberil
Düşündürücü hekayələr
10 fevral 2011, 12:35
Bir yaz günü, çimərlikdə oturub, qumlarla oynayan iki uşağı seyr edirdim. Hər ikisi də, dəniz sahilində qapılarıyla, qüllələriylə, tunelləriylə böyük bir qala etmək üçün bərabərcə böyük səylə çalışırdılar. Qala demək olar ki, tamamlanmışkən , böyük bir dalğa gəlib qalanı pozdu. Hər şey, bir anda yaş bir qum yığınına çevrilmişdi. Bütün əziyyətlərinin bir anda gözlərinin qarşısında yox olduğunu görən uşaqların göz yaşlarına boğulmalarını gözləyirdim. Amma uşaqlar məni çaşdırdı. Ağlamaq yerinə, ikisi də qalxıb əl-ələ tutdular və gülərək sahildən bir az daha uzaqlaşıb yeni bir qala düzəltməyə başladılar. Uşaqların , o anda mənə əhəmiyyətli bir dərs öyrətdiklərini anladım. Həyatımızdakı hər şey, yaratmaq üçün üzərində çox zaman və enerji sərf etdiyimiz hər qarışıq quruluş , əslində qumdan hazırlanmışdır.Tez ya da geç, bir dalğa gəlib, qurmaq üçün sıx səy sərf etdiyimiz işləri anında məhv edə bilər. "Belə bir vəziyyət qarşısında isə, yalnız yanında tutacaq bir əli olan insan gülümsəyə bilər...."
['dostluq', 'əlaqələri']
6,199
https://kayzen.az/blog/qadin/3782/qad%C4%B1nlar-1-ilini-n%C9%99y%C9%99-x%C9%99rcl%C9%99yir.html
Qadınlar 1 ilini nəyə xərcləyir?
Jeremy
Qadın
9 fevral 2011, 21:23
İngiltərədə edilən bir araşdırma, qadınların, həyatlarının təxminən bir ilini nə geyəcəklərinə qərar verməyə xərclədiyini göstərdi.İngilis Daily Telegraph qəzetinin xəbərində, yaşları 16 elə 60 olan 2491 qadının iştirakıyla edilən araşdırmada, qadınların ortalama olaraq həyatlarının 287 gününü, işə, axşam yeməklərinə, dəvətlərə, tətilə, idmana və digər fəaliyyətlərə nə geyəcəklərini seçə bilmək üçün qarderoblarını qarışdıraraq keçirdiyini ortaya qoyduğu bildirildi.Bu müddətin böyük hissəsinin, cümə və ya şənbə axşamları ilə tətil üçün uyğun paltar seçkisinə ayrıldığı ifadə edildi. Mütəxəssislər, ortalama olaraq bir qadının həftə içi hər səhər paltar seçkisi üçün 16 dəqiqə xərclədiyi, bu müddətin şənbə və bazar səhərlər 14 dəqiqə ətrafında olduğu qeyd edildi.Araşdırma, qadınların çoxunun, həftə sonu çölə çıxmadan əvvəl nə geyəcəklərinə qərar vermək üçün təxminən 20, tətilə aparacaqları geyimləri seçmək üçün də hər səfərində 52 dəqiqə xərclədiyini göstərdi Qadınların həftə içlərində də axşam çölə geyəcəkləri paltarlar üçün 20 dəqiqə xərcləyə bildiyini ortaya qoyan araşdırmada, qadınların, tətillərdə səhərlər uyğun geyimi seçmək üçün 10, axşam paltarları üçün də 10 dəqiqə xərclədiyi müşahidə edildi.Araşdırma ayrıca, hər iki qadından birinin, işə getmədən əvvəlki gecə 15 dəqiqəsini sabah səhər nə geyəcəyini tapmağa ayırdığını ortaya qoydu.
['qadın psixologiyası', 'qadın']