Unnamed: 0
int64
0
6.93k
url
stringlengths
41
313
title
stringlengths
3
153
author
stringclasses
256 values
category
stringclasses
371 values
date
stringlengths
17
23
content
stringlengths
3
89.6k
tags
stringlengths
6
314
6,300
https://kayzen.az/blog/daily-problems/3464/qeyb%C9%99t.html
Qeybət
burla xatun
Gündəlik həyatın çətinlikləri
25 dekabr 2010, 10:54
Qeybət və şayiələr həyatımızın ayrılmaz hissəsidir. Ola bilər ki, elə indicə sizin, ya da mənim dalımca danışırlar. Kiminsə dalınca danışmaq dünyanın özü qədər qədim məşğuliyyətdir. Ağıllı adamlar bilir ki, eşitdiyinin təkcə yarısına inana bilərsən. Yalnız çox ağıllı olanlar bilir ki, məhz hansı yarısına. O qədər də ağıllı olmayanlar da bilir ki, bir ovuc fakt ən yaxşı düzülmüş qeybəti korlaya bilər. Hərdən adama elə gəlir ki, insan ağzını yuma bilən qüvvə tapılmayacaq. Müharibələr, aclıq, fəlakətlər, elmin inkişafı cəmiyyət üçün təbii sayılacaq bu fəlakətin qarşısını ala bilmir. Qeybət qəlp pul kimidir. Abırlı adamlar özləri onu düzəltməz, amma başqalarına ötürə bilər. (Kleyr Lyus) Psixoloqlar deyir ki, hazırda biz beynin ibtidai quruluşu və müasir rabitə vasitələri arasında münaqişəni yaşayırıq. Qeybət mövzusunda dünyanın bir çox alimləri çox ciddi tədqiqatlar aparırlar. Onların əksəriyyəti məşhur bioloq və antropoloq Robin Donbar ilə razıdır. O, müəyyən eləyib ki, məməlilərdə beyin yarımkürələri və sürünün sayı arasında birbaşa əlaqə var. Meymun qrafikində bu rəqəm 150 nəfərdir. Yəni bu qrup daxilində onlar sosial münasibətləri taraz vəziyyətdə saxlaya bilirlər. Buna hətta «Donbar rəqəmi» də deyirlər. Qədim kəndlərdə, ovçular arasında, piyada qoşun rotasında, yaxud kompaniyada insanların maksimal sayı (bu rəqəmi keçdikdə artıq yeni iyerarxiya tətbiq edərək müdirlərin sayını artırmaq lazım gəlir) bu qədərdir. Alimin fikrincə, insanlar ona görə qeybət eləyir ki, qeybət onlara insan olmağa kömək eləyib. Onun tədqiqatında kafedranın bufetində söhbətlərin 35 faizinin qeybət olduğu müyyən edilib. Robin Donbar 1996-cı ildə çıxmış «Qeybət və dilin inkişafı» kitabında yazır ki, şayiələrin yayılması ibtidai cəmiyyətlərdə birliyi saxlamaq üçün çox vacib mexanizmdir və bunlar beyin yarımkürələrində həkk olunur. Sara Uert və Piter Selovi adlı psixoloqlar isə müştərək yazdıqları məqalədə deyirlər ki, qeybət ona görə özünə yer tapıb ki, özünü həmcinsləriylə müqayisə etməkdə əvəzedilməz bir alət olub. Qeybətlə özünü yüksəklərə qaldırıb rəqibinin kürəyini yerə vurmaq daha asandır. Bütün tədqiqatçılar bir məsələdə həmfikirdir - qeybətin kökünü sosial münasibətlərdə axtarmaq lazımdır. İti suda boğmaq istəyən adam həmişə çığırar ki, it quduz imiş. (Molyer) Ola bilər ki, insanlar vaxtilə yaşamaq üçün yararlı məlumatları - münbit torpaqların yeri, su vadilərinin ətrafındakı ərazilərin təsviri, boş ov məskənləri - bölüşmək bacarığını çox yaxşı qarşılamalıydı. İnformasiyanı bölüşən insanların etibarını qazanırmış. Amma dünya yerində dayanmayıb, inkişafdadı. İctimai rəyin formalaşması bəşəriyyətin bəlkə də ən böyük nailiyyətidi. Öz hərəkətlərinə nəzarət eləmək (təbii ki, intellekti paralel olaraq artırmaq şərtilə) bacarığı insanı başqa canlılardan fərqləndirib. Amma təkcə nitqin inkişafı kifayət deyildi. Ədəbiyyatın hələ olmadığı vaxtlarda nitq qeybətdən başqa hansı yollarla inkişaf edə bilərdi ki? Bəzi mütəxəssislərin fikrincə, qeybət informasiyanı bölüşmək sənətinin, bacarığının nəticəsidir. İnformasiyanı bölüşmək meymunlarda da yüksək səviyyədədir. Burda onlar bir-birinin qeydinə qalır (dərisini bitlərdən təmişləyir) və nəvaziş göstərirlər. «Söz ver ki, heç kimə deməyəcəksən» ifadəsiylə başlayan hər hansı bir fikri qeybət saymaq olar. Xahiş olunmasına baxmayaraq, bu ifadə səslənməyə bəndmiş kimi ildırım sürətiylə ətrafa yayılır. Qərb mədəniyyətində qeybət dedikdə olmuş, amma yayılması məsləhət bilinməyən informasiya nəzərdə tutulur. Gündəlik həyatımızda da biz bunu belə qəbul edirik. Maraqlısı odur ki, müasir tədqiqatların nəticəsi qeybət eləməyin heç də pis məşğələ olmadığını, bəzən hətta xeyirli bir iş olduğunu təsdiqləyir. Qeybət mətbuatı, şöhrəti və reklamı əvəz eləyir. (Millyar Qeorqiy) Danılmaz statistikadır: məşhurlar, varlılar, ulduzların həyatından bəhs edən verilişlərin reytinqi çox yüksəkdir. Ən vacibi isə cəmiyyət yaxından tanımadığı insanları daima müzakirə eləməyə hazırdır. Ulduzların həyatını müzakirə eləmək ehtirası bəşəriyyətin yeni oyuncağına, təzə məşğuliyyətlərindən birinə çevrilib. Dərinliyinə varsaq, yəni Ancelina Colinin doğuşunu izləmək, ya da Peris Hiltonun yanında kimi gəzdirməsini bilmək bizimçün bu qədərmi vacibdir? Başqasının dünyası əslinə qalanda heç kimi dərindən maraqlandırmır. Eləcə də onun bu söhbətlərə olan münasibəti. İnsan beyni ekrandan, radiodan, İnternetdən, jurnal səhifələrindən səpələnən informasiyanı qəbul edir. İnformasiya selinin qarşısında aciz qalmış insanın bəzən maraqlandığı məşhur adamdan başqa həqiqi dostu, yaxını olmur. Ona görə də meylini ona salır. Onsuz da kumirlərin bu şayiələrdən xəbəri olmur və heç kimə ziyan gətirmir. Nəticədə onlar dağ başından enib sizin kimi adiləşir və bir qədər yaxın olurlar. Şayiələr yayarkən biz özümüzü başqalarıyla müqayisə edirik. Siz Sofi Loren kimi hər gün təbii ananas şirəsi içə bilmirsiz? Yoldaşınız axşam məclisdə başqasına göz gəzdirirdi? Görəsən, Tom Kruz gözəl arvadı Nikol Kidmanı niyə atdı? Arvadından bir baş alçaq olduğuna görəmi? Aygünün ad günündə tort kəsəndə Namiqin valideynləri də orlaydı, gördüz? Görəsən, mahnıdakı kimi qapını çırpıb gedib, yoxsa sakitcənə? Deyəsən, başınızı az da olsa, qata bildim. Görürsüz, deyəsən, bir az yüngülləşdiz… Üç qadın küncə sığınıb danışırsa, bu söhbətdi, onlardan biri çıxıb getsə, qeybət. (Xerq Şteyner) Müasir tədqiqatlar göstərir ki, çənədən «pərgar» olmayanlara geridəqalmış, ağ qarğalar kimi baxırlar. Hətta kollektivə yenicə gəlmişləri bu yolla uyğunluq testindən keçirirlər. İctimai fikrə etinasız olanların kollektivdə yeri möhkəm olmur. Hamı bilir ki, kollektivdə gedən söhbətlərə etinasız qalanları heç kim qəbul etmək istəmir. Bu həqiqətdir! Çox standart bir situasiyanı fikrimizdə canlandıraq. Məsələn, cavan müdir müavin vəzifəsinə yeni kadr axtarmalı olur, çünki əvvəlki təcrübəli olsa da, pensiya yaşına çatıb və nəvələrini tərbiyə eləmək fikrinə düşüb. Bu vəzifə cavan qadına qismət olan kimi heç kim onun iş qabliyyəti və bacarığı barədə düşünmür. Hamıya elə gəlir ki, müdir öz məşuqəsini vəzifəyə gətirib. Onların birlikdə işə gəlməsini, naharda xosunlaşmasını da «gözləriylə» görənlər dilini dinc saxlaya bilmir. Kollektivdə hələ bir yaşlı kadrı gözümçıxdıya salaraq işdən çıxarması barədə danışanlar da tapılır. İnsanların qeybətə öz gözlərindən artıq inanması artıq sübuta ehtiyacı olmayan faktdır. Kompaniyalarda qeybətlə mübarizə eləmək lazımdı. Çünki bu, iş qabliyyətini aşağı salır. Alimlər deyir ki, kolleqaların tənbəlliyi barədə söz-söhbət birinci yerdə durur. Nəticədə məlum olur ki, ən çox fərqlənənlər dedi-qodu obyektinə çevrilir. Yəni bir balaca fərqlənmək, gözəgəlimli, ağıllı, bacarıqlı olmaq kifayətdi ki, sənin barəndə söhbətlər gəzişməyə başlasın. Buna bəzən kollektiv hipnoz da deyilir. Sanki hamının gözü bağlanır və görməli olduğunun əvəzinə deyiləni görür. Abırsız qadınlar abırsızcasına qeybət eləyir, utancaqlarsa utana-utana. (Leşok Kumor) Əlbəttə ki, qadınlar çənə döyməyi daha çox sevir. Vaşinqton Universitetinin antropoloqu Nikol Hess: «Evolyusiya nəticəsində qeybət qadın davranışı kimi inkişaf eləyib. Kişilərin açıq rəqabət və fiziki qarşıdurmadan qazandığı nəticələri qadınlar qeybətlə qazanıblar. Qadın çox, qəddarcasına və strateji şəkildə qeybət eləyir». Qadın kefinin xoş vaxtında da, əhvalının durğunluq dövründə də, hətta depressiv zamanınıda da qeybət eləyə bilər. Frenk Makendryu adlı amerikalı alimin fikrincə, vaxtilə qədim insanları inkişafa aparmış üsul hazırki şəraitdə artıq işləmir. Onun tədqiqatlarına görə, indi kişilər qeybətdə qadınlardan o qədər də geri qalmır. Fərq ondadır ki, qadınlar «ulduz»ları müzakirə etməyə hazır olduğu vaxt kişilər məşhur, ad çıxarmış kişilərin dalınca alıb-verməkdən çəkinmir. Son zamanlar kişilər qeybətdən karyerada irəliləmək üçün bir vasitə kimi istifadə edirlər. Bunu kütləvi «maviləşmə», ya da «Teksun» yağının işlədilməsiylə əlaqələndirmək də düzgün olmazdı. Amma necə izah eləyəsən, indi kişilər qadınlardan da artıq qeybət eləyir. Daha mamontlar qırılıb, ovlamağa yer qalmayıb, yumruğunu kiməsə ilişdirsən, əlli-ayaqlı apararlar. Odur ki, kişilər də qadınların «ərazilərinə» girişir. Amma qeybət kişinin obrazında elə dəyişikliklər yaradır ki, onu heç nəylə silib təmizləmək olmur. Sizinçün haqqınızda deyilən qeybətdən pis yalnız onun olmaması ola bilər. (Oskar Uayld) Uşaqlar böyüklərdən fərqli qeybət eləyirlər. Onlar sözü üzə deyir. Məsələn, «Bax, o burnunu qurtdalayır», ya da «Gombul olsa da, ponçiki necə yeyir». Bununla da uşaq anlayır ki, o, cəmiyyətdə heç də gözəgörünməz deyil, onu izləyirlər! Bəzi alimlərsə düşünür ki, yeniyetmələr qeybət eləmək və məşhurları haqqında danışmaqla inkişaf eləyir və həyatda yerlərini tapırlar. Onda belə alınır ki, qeybətin özünü də məşq etdirmək lazımdı. Miçiqan Universitetinin professoru Gefri Parker ortaya çıxarıb ki, yeniyetmələr bir saat ərzində 18 dəfə nəsə deyir və bunun 50 faizi qeybət xarakterlidi. Onları başqalarının münasibəti öz problemləri qədər maraqlandırır. Qızlar adətən bəyəndiyi oğlanların dalınca danışır. Oğlanlarsa bəyəndiyi qızların hətta adını çəkmək belə istəmir. Yəqin bu, kişilərin emosiyaları gizləmək istəyilə bağlıdır. Tədqiqat üçün Amerikada universitetlərin birində iki nəfərin toyu olacağı barədə xəbər yaydılar. Az keçməmiş sorğulananlardan 12 faizi təkid elədi ki, bu toyda olub. Hətta gəlinin paltarının detallarını, toyun tam təsvirini də vermişdilər. Kiminsə etibarını, adını aşağılamaq insanı öldürməyə bərabər sayıla bilər. Qeybət eləyənin dili qatilin bıçağıyla doğma qardaşdır. (Edvarde Troyon) Kriminalistika üzrə mütəxəssis Gek Levin: «Qeybət bir növ psixoloji testdir. Buradan fərdin maraq dairəsini öyrənmək olar». Alimlər hamısı bir ağızdan deyir ki, ən qəddar qeybət və böhtanlar özündə əmin olmayan, əsassız narahatlıq keçirən, narahat və qorxular içində yaşayan insanlardan gəlir. Deyəsən, onların halına acımalı olacağıq. İsrail alimlərinin tədqiqatı isə bunu aşkarladı ki, ən çox qeybət eləyənlər insanlarla işləyən peşə sahibləri - müəllimlər, jurnalistlər, sosioloqlar və xüsusilə psixiatrların özləridir. Bəlkə ona görə psixoloqların qeybətə münasibəti pis deyil? İslamda qeybət eləyən də qeybəti dinləyən də eyni dərəcədə günahkar sayılır. Belə bir hədis var ki, bir dəfə Allahın elçisi Məhəmməd peyğəmbər soruşur: - Qeybətin nə olduğunu bilirsizmi? Cavabında «Allah və onun elçisi bilər» deyirlər. - Onda bilin ki, «qardaşın eşitsə, xoşuna gəlməyəcək» sözlərinin deyilməsi qeybətdir. - Bəlkə deyilənlər düzdür? - Əgər düzdürsə bu qeybətdir, düz deyilsə böhtan və şərdir. Təbiət boşluq sevmir. İnsanlar həqiqəti bilmədikləri yerləri ehtimal və uydurmalarla doldururlar. (Bernard Şou) Qeybət qadağan olunmuş ləzzət olaraq insanları həmişə yoldan çıxaracaq. Onun üstündən qadağa götürülsə, bəlkə ola bilər ki, qeybət öz ləzzətini itirər. Hamı bilir ki, danışmaq olmaz, yaxşı deyil, ayıbdı. Amma hamı da danışır, yuyub sərir, yeri gəlsə lap sürüyür. Yazılmamış qanunlarımız var: Ağlı başı üstündə olan insan evinin söz-söhbətini hər kəsə danışmaz. Özünə hörmət eləyən başqasını bilərəkdən gözdən salmağa çalışmaz. Ağıllı adamlar deyir: «Əgər fərli bir şey deyə bilməyəcəksənsə, yaxşı olar ki, susasan». Böhtana da ən yaxşı cavab susmaqdır… Müəllif: Gülnarə RƏFİQ [email protected] Mənbə: Bizim Yol
['qeybət']
6,301
https://kayzen.az/blog/Cavid/3458/h%C9%99yat-sonsuzdur,-nec%C9%99ki-zaman-sonsuzdur.html
Həyat sonsuzdur, necəki zaman sonsuzdur
Cavid
Bloq: Cavid
23 dekabr 2010, 22:13
Adını və onun haqqında hər şeyin gizli saxlanılmasını istəyən çox yaxın bir dostumdan...Hava çox soyuqdur ancaq şaxta adama çox təsir edə bilmir, pəncərədən baxanda yalnız azacıq işıldayan qar və qonşu pəncərəsində zəifcə yanan işıq görünür, səssizlik bütün şəhəri bürüyüb. Bilmirəm insanlar hardadır, çoxları bayrama hazırlaşır, axı burda hər şey fərqlidir. Saat təzəcə altını göstərir ancaq elə bil gecəyarıdır. Budur göüdüyüm son işıq da söndü, yəqinki harasa gedirlər. Düz bir il bundan qabaq hər şey daha fərqli idi, hər şey daha maraqlə və mənalə idi, indi bir az çətindir evvəlki kimi yaşanan hər gündən həzz almaq. Artıq dostlarımdan burda demək olar ki, heç kim qalmayıb, bir yandan hər çeydən uzarda yaşamaq və təkliklə mübarizə aparmaq, bir tərəfdən də üzərimə düşən böyük məsuliyyəti yerinə yetirmək təşvişi adamı lap sonsuzluğa aparır. Xəyala gedirəm bəzən, düşünürəm görəsən indi nə çatışmır, azacıq sonra  hər şeyin qaydasında olduğunu düşünürəm, bəs görəsən adama bu qədər təsir edən nədir, niyə hər şeyin qədrini itirdikdən sonar bilirik yaxud niyə əlimizdə olanla heç vaxt kifayətlənmirik və daima daha çoxunu istəyirik, insanlar fərqlidir necəki məkan və zaman fərqlidir. Elə sən da yanlış düşünürsən, yox bəlkədə mən səhv edirəm. Görəsən...Birinci hissənin sonu...
['həyat', 'zaman və mən']
6,302
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/3396/vilyam-%C5%9Fekspir.html
Vilyam Şekspir
burla xatun
Böyük insanlar,şəxsiyyətlər
22 dekabr 2010, 09:08
Şekspir (William Shakespeare,rusca Уильям Шекспир) Stratford şəhərciyində anadan olub. Onun dəqiq doğum tarixi məlum deyil. Amma Müqəddəs Üçlük kilsəsində 26 aprel 1564-cü ildə xaç suyuna çəkilməsi barədə yazı var. Onun atası Con Şekspir kifayət qədər imkanlı sənətkarlardan olub. Əlcəkçi və sələmçi olaraq bir qədər var-dövlət toplamışdı. Arabir ictimai vəzifələrə də seçilirdi. Hətta bir dəfə şəhərin meri vəzifəsinə də layiq görülmüşdü. Kilsəyə gedib moizələrə qulaq asmadığına görə böyük məbləğdə cərimələr ödəyirdi. Anası Mariya Arden qədim ingilis famillərinə məxsus idi və uğurlu tacirin qızı idi.  Məktəb illəri barədə də məlumat yoxdur. Hesab edilir ki, Şekspir Stretfordun «qrammatika məktəbində» təzsil almışdı. Dəqiq məlumdur ki, Şekspir evlənəndə 18 yaşı vardı. Çox guman ki, nişanlısı Enn Xezevey artıq hamiləydi. Bu qız ondan 8 yaş böyük idi. Tezliklə onların Süzanna adlı qızı və daha sonra əkizlər – Xemnet adlı oğlu və Cudit adlı qızı doğulur. Oğlu Xemnet körpəykən vəfat eləyir. Uilyam universitetdə oxumayıb. Deyirlər ki, Şekspir əvvəl ət dükanında köməkçi işləyib. Sonra Tomas Lüsi Çarliqtounun torpaqlarında maral öldürdüyünə görə qaçmalı olub. Bir daha Şekspirin adı 7-8 il sonra London dramaturqu Robert Qrinin pamfletində çəkilir. Burada pyes yazmağa ürək eləmiş ədəbsiz aktyor barədə xəbərdarlıq vardı. Pyes yazmağa ürəklənmiş ədəbsiz aktyor Dünya təfəkkürünü dəyişməyə qadir dramaturqun həyatından olan çox az məlumatlarla qane olmayanlar onun bioqrafiyasını əfsanəvi şəxsiyyətin yaradıcılığında, süjetlərdə və qəhrəmanların dioloqlarında axtarırlar. Şekspir bioqrafiyası onun yaradıcılığında, xüsusilə də şerlərindədir. Şekspirin 4 faciəsini – «Romeo və Cülyetta», «Hamlet», «Otello» və «Kral Lir»i tənqidçilər gənclikdən qocalığa doğru yaşların faciəsi hesab edirlər. Şekspir əsərlərindən az-çox xəbəri olanlar kişilərin tez-tez qadın paltarı geyib cinsini dəyişmə epizodlarına yəqin ki, sakit yanaşır. Amma bioqraflardan bəziləri homoseksual hisslərin aydın ifadələrini aşkarlayıblar. Bu xüsusilə də sonetlərdə gözə çarpır. Məsələn 154-cü sonetin girişində hətta inisialların göstərilməsiylə ithaf da verilib. Sonetlərdə «böyük cazibəsi olan gözəl cavan oğlana», «mənim ehtirasımın sahibi» tez-tez səslənir və müəllif bəzən cavan oğlan və qarabuğdayı xanım arasında olan seçim qarşısında aciz qalır. Buna baxmayaraq Şekspir sonetləri yüksək poeziyanın kamil nümunələri kimi qalmaqdadır. Komediyaları oxumurlar, komidiyalara baxırlar Əksəriyyətin savadsız olduğu İngiltərədə teatr əhalinin bütün qatlarıyçün rahat qavranan sənət kimi çox aktual idi. Kitab çapı ciddi senzura edilsə də teatrlar daha azad idi. Səhnə və tamaşaçı arasında canlı təmas vardı və səhnəyə dövrün ən aktual problemlərini çıxarırdılar: hakimiyyəti tənqid edir, dəbdə olan qüsurlara gülür, qəhrəmanlıarı tərifləyirdilər. 16-cı əsrdə puritanlıq yayılmışdı və həmən nöqteyi nəzərdən teatr ədəbsizliyi, ikiüzlülüyü, əxlaqsızlığı təbliğ eləyən ziyanlı bir əyləncə sayılırdı. Tez-tez taun epidemiyasından seyrələn Avropada bir şəhərdən o birinə səfər eləyən aktyor truppası xəstəlik yaymaqda günahkar bilinirdi. Bununla belə teatr elə bir yer idi ki, camaat hakimiyyətlə birgə, aristokratiya ilə yanaşı eyni tamaşaya baxa bilirdi. Şekspir Londona gələndə teatrda ağalar tamaşaya baxarkən atların keşiyini çəkməklə pul qazanırdı. Sonra vəzifəsini artırıb səhnə arxasına keçirirlər. Burda o, rolların köçürülməsi, aktyorların vaxtında çıxışının təmin edilməsi, suflyorluq kimi işlərlə məşğul idi. Yalnız bir-neçə ildən sonra Şekspir ilk, amma kiçik rolunu ala bildi. Amma yaxşı aktyor olmaq Şekspirin qismətində yoxuydu. Yazmaq daha yaxşı alınırdı. Şekspir yaradıcılıqçün əlverişli dövrdə yaşayıb. Onun işi çox olardı, tamaşalar az qala hər gün gedirdi. 1595-ci ildən Şekspir «Lord Çemberlenin truppası»nın pay sahiblərindən biri olur. 1899-cu ildən «Qlobus» teatrının, 1608-ci ilədn isə Dominikan teatrının sahiblərindən birinə çevrilir. Dahi mistifikator Belə fikir var ki, London aktyor truppasının payçısı, stretfordlu Ulyam Şekspir əslində bütün bu əsərlərin əsil müəllifi deyil. Əsil müəlliflər sırasında Fransis Bekon, Kristofer Marlo, qraf Retlend, hətta kraliçə Yelizavetanın adı çəkilir. Artıq 200 ildir ki, dahi dramaturq, şair və dövrlərin ən dahi yazıçısı sayılan Uilyam Şekspirin kim olması barədə mübahisələr gedir. Heç kim Mikelancelonun, Rafaelin, Arximedin və Safoklın kimliyində şübhə eləmir. Əgər insanlar 200 ildir başını sındırırsa, deməli burda nəsə var. Şekspir əsərlərinin tədqiqi təsdiqləyir ki, bu insan 20 — 25 minlik söz lüğətinin sahibiymiş. Dövrünün məşhur filosofu Frensis Bekonun 9-10 min söz lüğəti vardı. Müasiri olan ali savadlı ingilis 4 mindən artıq söz işlətməzdi. Oksford universiteti xəbər verir ki, Şekspir ingilis dilinə 3200 yeni söz bəxş edib. Bu onun müasirlərinin hamısının birgə elədiyindən də artıq nəticədir. Müəllif fransız dilini, italyan, latın dilini yaxşı bilir və bir qədər yunancadan məlumatlıymış. İngiltərənin tarixini gözəl bilir və qədim tarixdən də xəbəri vardı. Şekspir yunan-roma mifologiysını, ədəbiyyatı və tarixini bilərək əsərlərində nəinki tərcümədə, həm də originaldan istifadə edirmiş. Alimlər onu da ahkarlayıb ki, Şekspir ingilis tarixiylə bərabər hüququ, bəlağət elmini, musiqini, botanikanı, təbabəti bilir, hərb və dəniz işindən də yaxşı baş çıxarırmış. Şimali İtaliyanı, Paduya və Venesiyanı beş barmağı kimi tanıyırmış. O, hətta saray epitetlərini, titullarını, zadəgan əsilzadələrinin danışıq tərzini də bilirdi. Görək stretfordlu Şekspir haqqında sənədlərdə nə yazılıb? Əvvəl onun haqqında heç kim heç nə bilmirdi. Həyatı boyu onun yazıçılığı barədə iz qoyan bir sənəd tapılmayıb. Ölmündən 50-100 il keçmiş izləri və sənədləri axtarmağa başladılar. Məlum oldu ki, onun valideynləri və uşaqları da savadsız olub. Onun əliylə yazılmış bir qırıq kağız da qalmayıb. Onun kitabxanasından bir kitab da yoxdur. Hər hansı yazıçıdan zaman keçmiş əlyazmamı, ya bir kitaba avtoqraf olsa  belə tapılır. Onun müasirləriylə yazışmasından məktub, ya da haqqında bir yazı da tapılmayıb. Müasirlərindən hes kim «Mən bu gün bizim aktyor, dramaturq Şekspiri gördüm» kimi bir kəlməni qeydə almayıb. Nə sağlığında, nə də ölümündən sonra heç kim onu şair və dramaturq adlandırmayıb.  Elə bil ki, İngiltərədə belə yazıçı heç yoxuymuş! Şaksper adlı kiçik ticarətlə məşğul olan sələmçinin fəaliyyəti haqqında bəzi sənədlər qalıb. O, qonşuları dəmirçi və aptekçini borc üstündə məhkəməyə verərək uzun müddət izləyirmiş. Aktiv alıcılığı barədə də sənədlər var. Amma ilkin təhsilini təsdiqləyən sənəd yoxdur. Deyirlər ki, o, ibtidai kilsə məktəbində təhsil alıb. Onu da deyirlər ki, atası onu məktəbdən tez ayırıb əlcəkçi şəyirdliyinə verib. Bu o vaxtlar üçün adi hərəkət idi. Əgər belədirsə Şekspir bu səviyyəli savadı harda ala bilərdi? Bəzi alimlər hesab edir ki, Şekspir 6–cı Eduardın kral məktəbinə gedib təhsil alırmış. Orada o, antik şairlərin yaradıcılığını öyrənirmiş. Amma məktəb jurnalları qalmayıb, ona görə də dəqiq fikir yürütmək çətindir. Şekspirin vəsiyyətnaməsini gözdən keçirək. Bu sənədi Şekspirin sözlərindən notarius qələmə alıb. Bu sənəd də 100 il keçmiş tapılıb. Orda qaşıq-çəngəllər, bir neçə nəsil əvvələ hesablanmış pullar, faizlər, penslər, bir sözlə hər şey haqqında yazı vardı. Hətta evin qab-qaşığı və çarpayısı da yad edilmişdi. Amma bir cümlə də kitablar haqqında söz yoxuydu. Axı kitablar da o vatx çox baha idi. Bəs Şekspirin əlyazmaları hanı? Axı bu ad hələ sağlığında tanınırdı, onun pyesləri və sonetlərinin ardıncı sürünənlər vardı. Bəs nəşriyyata sonetlər hanşı şəkildə verilirdi? Bu da məlum deyil. 2 funta görə qonşuları məhkəməyə verən Şekspir əlyazmaları necə unuda bilərdi? Axı bu əlyazmaya görə 6 funt qazanardı. O rəhmətə gedəndə 18 pyesi nəşr olunmamış qalırdı. Onlar barədə də bir cümlə də yazılmamışdı. Şekspir Stretfordda dünyasını dəyişəndə İngiltərədə bir nəfər də dahinin şərəfinə bir cümlə də demədi (!?). Şekspirin ölmünü Stretford kilsəsində «25 aprel. 1616-cı il. Uill Şaksper rəhmətə getidi. Centlimen.» yazısı təsdiqləyir. O vaxtlar belə bir adət vardı ki, hətta məşhur olmayan sənətkarın ölümünə elegiyalar yazılırdı. Bu ithaflar çox olardısa kitab şəklində çap olunardı. Bəzən küçələrdə yürüşlər də təşkil edilərdi. Onun tamaşalarında göz yaşları tökən tamaşaçılar belə dramaturqu yad eləmək istəmədi? Bəzi alimlər hesab eləyir ki, «Shakspere», yaxud «Shaksper» adını Şaksper kimi oxumaq olar. Şekspir imzasıyla yazılan əsərlər bizə əsas vermir ki, onların eyni adam olduğunu düşünək. Amma onu da nəzərə almaq lazımdı ki, o dövrün adlarının yazılış qaydası hələ oturuşmamışdı və kilsə sənədləri arasında ciddi fərqlər müşahidə edilirdi. 1997-ci ildə işıq üzü görmüş bir kitabda isə qraf Retlend, Rocers Menners və Filip Sidni adlı şairin qızı Elizaveta Retlendin Şekspir ləğəbi altında yazması barədə versiya şekspirşünasları şoka saldı. Şekspir adıyla bağlı tədqiqatlar hələ də davam eləyir və Şekspir şəxsiyyətini «Dahi Mistifakasiya» adlandırmağa əsaslar gördüyünüz kimi az deyil. Ölmək incəsənəti Adıçəkilən faktlara qarşı çıxan və özünü streftfordçular adlandıran dəstə Şekspirin şəxsiyyətində şübhələri kənara atıb onu müdafiəsinə fikir yürüdürlər. 30 yaş ərəfəsində əyalət şəhərində böyüyüb uğurlu ailə qurmuş bir kişini yaşadığı mühiti atıb şəhərə gəlməyə nə məcbur eləyə bilərdi? Onun qoşulduğu insanlar bəzən nəinki tamaşa oynamağa, heç yatmağa yer tapmırdılar. Londonun ictimai teatrları Şekspir şəhərə gələndən sonra tikilməyə başladı. O özünün təminatlı həyatını avara təlxəklərlə birlikdə keçirməyə dəyişdi. Amma bu mühitdə o özünü təsdiqləyə bildi. O artıq oynanılmış pyesləri vərəqləyə-vərəqləyə özününküləri yaratmağı öyrəndi. Aktyorlar arasından seçilib truppanın pay sahiblərindən oldu. Sonra o qədər pul toplaya bildi ki, hətta zadəgan adını da satın ala bildi. Biz Şekspirin real həyatından heç nə bilməsək də mühit haqqında çox şeyləri bilirik. Burada aristokrat patronlar, saray əhli gəzişir, kraliçənin özünü tamaşalarda görmək olardı. Kubar ailələr yazıçıları evə dəvət eləyirdi ki, pyeslərin ssenarilərini sifariş versinlər. Burda adətlərin azadlığı hakim idi, epikürçülük- eyş-işrət, homoseksuallıq bəzən komediantlarla aristokratiyanı bir-birinə yaxınlaşdırırdı. Bu mühitdə qeyri –adilik qiymətləndirilirdi və əyalətdən gəlmiş Şekspir burda itib-batmadı. Şekspirin həyatında başqa bir dönüş nöqtəsi anadan olduğu yerə qayıtması anı idi. Teatr aləmiylə qəfil əlaqələrin kəsilməsi uzun illər unutduğu ailəsinin qayğısına qalmaqla yəqin ki, izah edilə bilməz. Xəstəlik? Həyatdan yorulmaq? Ömrün sonuna yaxın fəlsəfi düşüncələr? Biz bunu bilməyəcəyik, biz yalnız fərziyyələr yürüdə bilərik. Şekspirin vəsiyyətnaməsinə gələndə isə o, ciddi xəstəlik vaxtı tərtib edilib, burda fəlsəfi düşüncələrə yer ayırmaq da yersiz olardı. Bir də ki, savadsız varislərə kitabları miras qoymaq nəyə lazım idi. Onsuz da onlar kağızdan baş çıxarmırdılar. Bəlkə də London həyatıyla vidalaşanda Şekspir bütün əlyazmalarını məhv eləyərək vətənə əliboş qayıtmışdı. Axı bütün pyeslər oynanılmışdı, nağıllar danışılmış və bütün ruhlar vətənə buraxılmışdı. Sonrası – sükut… Ədəbiyyatın «Zoluşka»sı Ölümündən sonra Stretfordda Şekspirə qəbrüstü abidə qoyurlar. Həmin abidə indiyədək ilkin şəkildə dayanıb, çünki qəbrin üstündəki qarğışı heç kim boynuna götürmək istəmir: «Dostum, Tanrı xətrinə bu torpağa gömülmüş meyiti qazıb çıxarma.  Bura əl dəyməyən əsrlər boyu məmnun, cənazəmə toxunan isə lənətlənmiş olacaq». Bu yazı onunçün idi ki, arvadının yanında dəfn edilməsinə imkan verməsin. Şekspirin qəbüstü abidəsi yazıçıdan daha çox kolbasa bişirən, ya da dərzini xatırladır. Onun əlində qələm, ya kağız əvəzinə bir boxça var. Bu abidə Şekspirin ölümündən 6 il sonra qoyulub və çox guman ki, ortabab heykəltaraşın abırlı vətəndaş haqqında təsəvvürlərinə tam uyğun yonulub. Aktyor olmaq eyib idi axı. Əlindəki boxça isə famil sənətkarlığının, gəlirin simvolu kimi seçilib. Bu həm də Şekspir ailəsinin prestij haqqında təsvvürlərinə tam uyğun idi. Sonralar Şekspir pyesləri iri tirajlarlla çıxıb gəlir gətirəndə bu ailə nəhayət ki, inandı ki, yazıçı olmaq da abırlı peşə ola bilər və abidədə dəyişikliklər edildi: yun boxçası qələm və kağıza əvəz olundu. Vurulmuş Şekspir (Shakespeare In Love) Lətifələr: Şekspir öyrənir ki, arvadı ona xəyanət eləyir. Təbiətcə sadə və komplekssiz olduğuna görə birbaşa özündən soruşmağı qərara alır. Arvadı ona cavab verir: — Oy, xahiş edirəm, bundan faciə düzəltməyəsən! *** ZAQS-da: — Əliyev soyadımı Otelloya dəyişməyinizi xahiş edirəm! — Oooo, siz Şekspiri bu qədər sevirsiz? — Xeyr. Arvadımı qanuni əsaslarda boğmaq istəyirəm! Müəllif: Gülnarə Rəfiq [email protected] Mənbə: Bizim Yol qəzeti
['Şekspir', 'Vilyam Şekspir', 'dramaturq', 'Uilyam Şekspir']
6,303
https://kayzen.az/blog/qadin/3403/kleopatra.html
Kleopatra
burla xatun
Qadın
21 dekabr 2010, 09:58
Tarixdə bu adda başqa çariçalar da var. Amma Kleopatra bir dənədi. Fironlardan sonuncusu, siyasət xanımlarından birincisi. Diplomat, poliqlot, riyaziyyatçı. O biri üzü canavar olan bir gözəl… Ağıllı və təhsilli, bəlkə də, dünyanın ən əfsanəvi qadınlarından biri olan Kleopatra insanları məftun eləmək sənətinin sirlərinə yiyələnmişdi. Dünyanın bütün güc-qüvvəti kişilərin əlində olduğundan öz istedadını sevgi-məhəbbət sahəsində məharətlə işlədirdi. Azyaşlı qardaşı ər kimiKleopatra Makedoniyalı İsgəndərin dostu olan Ptolomeyin nəslindəndir. Müharibələrdə qazanc kimi gözəl və sirli Misir torpağını özünə hədiyyə kimi istəyən Ptolomey İsgəndərin ölümündən sonra öz padşahlığına çəkilmiş və bu ölkənin paytaxtını da dostunun şərəfinə Aleksandriya adlandırmışdı. Kleopatranın atası 11-ci Ptolomey Avlet qəddar və hamının nifrət etdiyi bir insan idi. Dünyasını dəyişəndə öz taxt-tacını böyük uşaqları 16 yaşlı Kleopatra və 13 yaşlı Ptolomeyə vəsiyyət edir. Misir adətinə görə, bacı-qardaş nikah bağlayırlar.Həyatı bahasına bir gecə…Taxta çıxanda o özünə «Teo Filopator» (yəni atasını çox sevən) rəsmi titulu götürür. Hakimiyətinin ilk illəri 3 illik quraqlıq və 2 illik qıtlıqla yadda qalıb. Kleopatra gözəl təhsil almışdı və bir neçə dildə rahat danışır, fəlsəfəni öyrənmiş, ədəbiyyatla tanış idi və bir neçə alətdə yaxşı çalmağı bacarırdı. Ata-babasından siyasi ağılı miras alsa da, ehtiraslı naturası ona ölkəni lazımi səviyyədə idarə eləməyə mane olurdu. Cisminin odunu söndürməkçün o sarayda çoxlu kişilər saxlayırdı. O vaxtlar bu elə də ayıb sayılmazdı. Müasirlərinin yazdığına görə, Kleopatra öz sevgisinə çox baha, yəni kişinin həyatı bahasına bir qiymət qoymuşdu. Bir gecə Kleopatra ilə keçirməkçün öz həyatını qurban verən divanələr də tapılırdı. Səhəri gün kəsilmiş başlar Kleopatranın sarayının qapılarını bəzəyərdi. Kleopatranın müharibəsiAzyaşlı qardaşıyla nikahı ona ölkənin idarəsində çox əl verirdi. Amma Ptolomeyi xacə Pofin tərbiyə edirdi. O xalqı Kleopatraya qarşı qiyama qaldıra bilmişdi. Bacı-qardaş, ər- arvad indi ölkəyə olan hüquqlarını qanla sübut eləməyə çalışırdı. Elə bu vaxt səhnəyə Yuli Sezar çıxır. O, bu ölkədən xərac almaqçün hər iki tərəfə qoşunları buraxıb izahat üçün yanına gəlməyi əmr edir. Amma xacə Pofinin kələyi ilə bu əmri Kleopatraya çatdırmırlar. Ptolomey Sezarın qarşısında bacısından şikayət eləməyə çalışsa da, duyuq düşən sərkərdə Kleopatraya da dəvət göndərməyi lazım bilir. Sezarın dəvətini alan Kleopatra paytaxta necə gələcəyini bilmirdi. Gecənin bir aləmi vəfalı nökəriylə birgə şəhərə balıqçı qayığında girir. Nökər onu parça tayı kimi belinə şələləyir. Sonra Sezarın sarayına daxil olub qiymətli yükünü sərkərdənin ayağının altına sərir. Yəqin, bu an xacə Pofinin qorxduğu bir şey baş verir: Sezar Kleopatranın sevgi ovsunu qarşısında dayana bilmir. 19 yaşlı Kleopatranın gözəlliyi qarşısında 52 yaşlı Sezar başını itirmişdi. Hadisələrin belə gedişatını gözləməyən qardaşı Ptolomey hikkəsindən özünü dənizdə boğur, xacə Pofin isə ölkədən qaçır. Tarixə «Kleopatranın müharibəsi» adı altında daxil olmuş bacı-qardaş savaşı belə bitdi.Aleksandriyada bərqərar olmuş sakitliyi pozmamaqçün Sezar Kleopatranı kiçik qardaşı, xəstəhal 16 yaşlı gənc 13-cü Ptolomeyə ərə verir. O dövrün qanununa görə, qadın ölkəni tək idarə edə bilməzdi. Romada iğtişaşlar baş verir, qan tökülür, amma Sezar heç yerə tələsmir. Borc, maraqlar, vəzifə – hər şey unudulub, hər şey işvəkar çariçanın əlindədir. Vətənini fikirləşib yola düzələndə də Kleopatra onu qaytara bilir: bu dəfə Kleopatra oğlan doğur. Uşağın adını Sezarioni, yəni kiçik sezar qoyurlar.Romada heç kimin vecinə deyildi ki, Sezarın nə qədər məşuqəsi var. Amma məşuqəsini belə təntənəylə qəbul edən Sezar respublikanı təhqir eləmişdi. Şəhərdə şayiə gəzirdi ki, Sezar Kleopatranın oğlunu varis elan edəcək. Elə bu şayiələr Sezarın ömrünü qısaltdı. Çar öldürüləndən sonra Kleopatra qaçmalıydı…Siyasi gediş, yoxsa sevgi?Aleksandriyaya qayıdandan bir il sonra qardaşı vəfat edir. Kleopatranı onun ölümündə suçlu bilsələr də, heç nəyi sübut etmək olmur. Oğlunun qəyyumu kimi o, ölkəni əri olmadan da idarə etmək hüququ qazanırdı. Kleopatra Misirin yeganə padşahı olaraq Sezarionu öz varisi elan elədi.40 yaşlı Mark Antoni ilə tanış olanda Kleopatranın 29 yaşı vardı. O, Yunanıstan və Kiçik Asiyanı dolaşıb xərac yığarkən onu hər yerdə alqışlayırdılar. Təkcə Kleopatra ona gözlədiyi diqqəti vermirdi. Antoni çariçanı Sezarı öldürənlərlə əlbir olmaqda ittiham edib çoxlu pul qoparmaq fikrindəydi.Antoninin xasiyyətini əvvəlcədən öyrənən Kleopatra bu görüşə arxası qızılı rəngə boyanmış, gümüş suyuna salınmış avarları olan al rəngli yelkənli gəmidə gəlmişdi. Kleopatra taxta Afroditanın geyimində oturmuşdu. Yanında erot görkəmində balaca oğlanlar və nimfa geyimində qulluqçu qızlar dayanmışdı. Suda hərəkət eləyəndə fleyta və kifaraların sədası gəlir, ətrafa gözəl qoxular dumanı yayılırdı. 10 il sürəcək sevgi macərası belə başladı…Triumviratın dəvətinə cavab olaraq Kleopatra da onu sarayına çağırdı. Antoni yediyi təamların ləzzətinə görə Misir aşpazına bütün şəhəri, Kleopatraya isə bütün dünyanı bağışlaya bilərdi. Artıq Antoni Kleopatranın ayaqlarının altında idi. Antoni onun iki arzusunu reallaşdırır: Roma Sezarionu varis kimi qəbul edir, Kleopatranın bacısı Arsinoya isə Diana məbədində sirli şəkildə öldürülür.«Ləzzət teatrı»nın hər gün yenilənən repertuarıAntoni bütün işlərini atıb çariça ilə Aleksandriyada eyş-işrətlə məşğul olur. İndi Antoninin kobud instinktlərinə uyğunlaşan Kleopatra ehtiras düşkününə, ən əxlaqsız kurtizankaya çevrilir. O içir, söyüş söyür, erotik mahnılar oxuyur, məşuquyla yumruq davasına çıxır. Kobud romalı kiçik qadının şillələrindən böyük ləzzət alırdı. Onlar tez-tez nökər, matros paltarı geyib şəhərin küçələrində qaçışır, yoldan keçənlərlə, sərxoşlarla dava salır, çox vaxt da döyülüb sonra saraya qayıdandan sonra bədənlərinin göyü sağalmamış yeni ağılsızlığın planını çəkirdilər.Bir dəfə Kleopatra elan edir ki, 10 milyon sestersiya (o dövrün pul vahidi) içəcək. O, qulağındakı tayı-bərabəri olmayan mirvari sırğanı çıxarıb sirkədə əridir və hamının gözü qarşısında bir nəfəsə içir. Antoni belə qadına məftun olmaya bilməzdi. Onu Kleopatranın cəngindən bircə müharibələr qopara bilərdi.Antonidən artıq 3 uşağı olan Kleopatra müharibələr ucbatından 3 il həsrətdə yaşamalı oldu. Amma Asiya torpağına qədəm qoymağa bəndmiş Antoni yenə də «Nil qırağının sirenası»nı yada salır. Bu dəfə Antonini itirməməkçün Kleopatra navazişini, nazını ikiqat eləyir. O, yemir, içmir, gününü ağlamaqla keçirir və ölümcül məyusluq nümayiş etdirirdi. Amma bu dəfə səfərdən qayıdan Antoni qələbələrini onunla qeyd eləyir. Yeni torpaqlar Romaya yox, Kleopatra və onun uşaqlarına paylanır. Roma Senatı və xalq bunu təhqir kimi qəbul edir. Antoni Kleopatranın sevgisindən başqa heç nəyi düşünmək iqtidarında deyildi. Antoni Kleopatranın profili olan pullar sifariş vermişdi, hətta legionçuların qalxanında da Kleopatranın adı yazılmışdı.Öz ləzzətləriylə yaşamağa öyrənmiş bu cütlüyü lovğalıq və özünə arxayınlıq məhv elədi. Onlar Romadan gələn təhlükəni elə bil ki, görmürdülər. Anioninin arvadının qardaşı Oktavian Kleopatraya müharibə elan eləyəndə onlar müharibəni başlamamış udacaqlarına əminlikdən məğlub oldular. 50 yaşlı Antoni eyş-işrətdən əldən düşərək qocaya dönmüşdü. Heç qılınc tutmağa da taqəti yoxuydu. Kleopatra isə sərkərdəlik istedadını məhəbbət təcrübəsiylə qarışdırdığından elə bildi ki, dəniz komandanlığını ələ ala bilər. Ona görə sevgilisinin döyüş strateqiyasını anlamayaraq ən lazımlı anda geri çəkilərək döyüşdə məğlub oldu. Başını qatmaqçün şeir yazmağa qurşanan Antonidən fərqli olaraq Kleopatra gələcəyini gözünün qarşısına gətirib öz xilasını düşünürdü.Lazım gəlsə, Antonini də öldürmək olarKleopatra dəniz qırağında öz məqbərəsinin tikintisinə əmr verir. Vaxtı gələndə onu burda bütün cəvahiratıyla birgə yandırmalıydılar. Amma həyat eşqi rahat buraxmırdı. Hindistana getməkçün öz gəmilərini qulların, maşınların, yük heyvanlarının gücü ilə qurudan keçirsə də, Qırmızı dənizə çatan kimi ərəblər bütün gəmiləri yandırırlar. Kleopatra yenə də ruhdan duşmur. Xalqa silah paylatdırır, insanların hərbi ruhunu qaldırmaqçün oğlu Sezarionini əsgərliyə yazdırır. Bütün bunlar köməyə gəlməyəndə o, zəhərlənmək qərarına gəlir. Kleopatraya ağrısız, çapalamasız öldürən zəhər lazımdı. O, ölümə məhkum edilmiş qulların üzərində müxtəlif zəhərləri təcrübədən keçirib, nəhayət ki, özünə layiqini tapır. Kiçik Aspida ilanının zəhəri onu istəyinə daha tez çatdıracaqdı. Ölüm qorxusu hər kəsin həyatının zəhərləyə bilər. Ölümə də meydan oxumaqçün onlar yeni «Ölümə can atanlar cəmiyyəti» yaratdılar. Məqsəd ölümü əhliləşdirmək — ev heyvanı kimi öz əlindən öz fikirlərinlə yedirməklə ram eləmək idi. Kleopatra məzarlıqlarda bayramlar təşkil edir, meyitləri dərmanlayır, balzamlayır, öz əlləriylə içalatını çıxarırdı. O, həyatdan getməyinin hər dəfə yeni ssenarisini yazırdı.Kleopatra məşuqundan gizli olaraq Oktaviana qiymətli hədiyyələr göndərir. Axı o, həmişə qalibləri sevib. Yaşı 37-ni keçsə də, hələ də öz cazibə qüvvəsinə inanırdı. Üstəlik, qasidin ağzından çıxmışdı ki, Oktavian Kleopatraya çoxdan vurğundu. Lap yaxşı, qoy Avntoni öz başına özü əlac qılsın. Lazım gəlsə, Antonini də öldürmək olar. Kleopatra bilirdi ki, tezliklə Oktavian Aleksandriyaya girəcək və Antonini öldürəcək.Həyat məğlubları sevmirSarayda dəli kimi ora-bura qaçan Antoninin Kleopatranın xəyanətində şübhəsi yoxuydu. Bu vaxt Kleopatranın göndərdiyi nökərlər çariçanın ölüm xəbərini Antoniyə çatdırırlar. Antoni özünü qılıncın üstünə atır. Onun ölüm xəbəri Kleopatranı vicdan əzabı çəkməyə məcbur edir. O, Antonini sağ, ya ölmüş vəziyyətdə saraya gətirməyi əmr edir. Hələ ölməmiş romalı Kleopatranın ağuşunda sevgilisinin öpüşləri altında dünyasını dəyişir. Antonini dəfn edəndən sonra Kleopatra sarayına keçib çar kimi ölməyi qərara alır. Axı Oktavian Kleopatranı əli-ayağı qandalda triumfal arabanın arxasına bağlanmış şəkildə Romaya gətirmək fikrindəydi. Məğlublara qarşı rəhmsiz olan Kleopatra üçün özünü öldürmək çətin deyildi.…Oktavianın adamları Kleopatranı çara layiq bəzənmiş yataqda ölmüş vəziyyətdə tapdılar. Bir az əvvəl Kleopatranın yanına əncir dolu səbət gətirmiş kəndli girmişdi. Amma ilanı otaqda tapmaq mümkün olmadı. Başqa bir versiyaya görə, Kleopatra zəhəri saç sancağında gəzdirirmiş. Onunla birlikdə hər iki qulluqçunun da ölməsi bu versiyanı təsdiqləyir. Çünki bir ilan 3 nəfəri birdən öldürə bilməzdi.Kleopatranı Antoninin yanında ədəb-ərkanla basdırırlar. Yuli Sezarın və Kleopatranın oğlu Sezarion taxta namizəd kimi edam olunur.Kleopatranın gözəlliyi ən axmaq miflərdən biridirRomantik çalarlar, çoxlu kinofilmlər Kleopatranın əsl simasını anlamağa mane olsalar da, onun ideallıqdan uzaq həqiqi görkəmini təsvir edəcək mənbə yoxdur. Bizim dövrə qədər gəlib çatmış dəmir pullara görə fikir yürütsək, Kleopatra uzun, iti çənəli, buruq saçlı, çapıq alnı, ensiz dodaqları, sivri burnu olan iri gözlü bir qadındır. Antik müəlliflər onun ağlını gözəlliyindən üstün tuturdular. Ona görə balaca — 150 sm-lik boyunu, köklüyünü, yaxşı dantist xidmətinə ehtiyacı olan dişlərini də elə bil görmürdülər. Gözəl Kleopatra obrazı sonradan yaranıb. Ola bilər ki, Kleopatranın gözəlliyi mifdir, özü də ən mənasız əfsanələrdən ən qəribəsi…Müəllif: Gülnarə Rəfiq Mənbə Bizim Yol qəzeti Həmçinin bax: qədim Misir haqqında  qədim Misir mədəniyyəti
['Kleopatra', 'məşhur qadınlar', 'Kleopatra gözəlliyi', 'Kleopatra haqqında', 'Kleopatra haqda maraqlı məlumatlar']
6,304
https://kayzen.az/blog/moda/3452/koko-%C5%9Fanel.html
Koko Şanel
burla xatun
Moda dünyası
19 dekabr 2010, 21:20
Koko Şanel Samyur adlı kiçik əyalət şəhərində anadan olub. Anası gəzməyi sevən atasının axtarışına çıxanda yolda onu sancılar tutub və qızı yaxınlıqdakı monastrların birində doğmalı olub. Doğuşu qəbul edən monax qadın uşağa Qabriel adını verib. Avara ata peyda olub, qızına gözünün ucuyla baxıb və çıxıb gedib. Qabrielin anası bronxitdən öləndə qızın 12 yaşı vardı. Tək qalmış ata oğlanlarını qohumlarına verib Qabrieli iki bacısıyla Obazin monastrına göndərir. Atası yetimxanada olarkən bir dəfə də yanına gəlməmişdi. Həmişə qaşqabaqlı, hirsli gəzən Qabriel dərslərində uğur qazanmadı.Burda tikməyi də öyrədirdilər, Qabriel hamıdan pis tikirdi. Gələcəyin dəb kraliçası üçün kökləmək, yamaq atmaq çox maraqsız gəlirdi. Amma monastrdan çıxan kimi o, hazır paltan dükanında dərzi işini asanlıqla tapa bildi. Yaxınlıqdakı kavaleriya qarnizonu olduğundan onun tezliklə xeyli pərəstişkarı əmələ gəlmişdi. Onu tez-tez şəhərdə yeganə kafeşantan \«Rotonda\»ya dəvət edirdilər. Bir dəfə növbəti müğənnidən sonra Şanel  zarafatla \«Belə mən də oxuyaram\» demişdi. Zabitlər bunu əla ideya sayıb ona səhnəyə çıxmağa imkan yaratdılar. Gözəgəlimli xanımın repertuarındə cəmi 2 mahnı vardı: «Ko Ko Ri Ko!\» və «Trokaderoda Kokonu kim görüb?». Fransızcadan tərcümədə «cücə» bildirən bu söz tezliklə onun adına, sonra isə məşhur firmanın embleminə çevrildi. Ağ kameliya çiçəyi İçib keflənmiş əsgərlər onu səhnəyə \«Koko!\» deyə çığırıb çağırırdılar. Amma dinləyicilər arasında aristokratlar da vardı. Parça sülaləsinin varisi olan Etyen Balsan Koko ilə maraqlandı. Eşitməyə bəndmiş kimi Koko utancaqlıq göstərmədən Paris ətrafındakı malikanəyə köçmək təklifini də qəbul elədi. Balsan atları və qadınları dünyada hər şeydən artıq sevirdi. Saxladığı qadınların sayı da atlarının sayından az deyildi. Amma Koko həm də onun dostu oldu, çünki at sürməyi çox sevərdi. Koko şlyapa tikilişi ilə məşğul olmağı planlaşdıranda Balsan Qabrielə şəhərdəki subayçılıq elədiyi mənzilini verdi. Bu, Kokonun ilk emalatxanasıydı. Zövqü, ağlı və bacarığı yerində olan cavan qadın məşuqunun pullarını düzgün xərcləyə bildi. Əvvəl o, Mulendə kiçik şlyapa emalatxanası açdı. Öz rəfiqələriylə \«axmaq işlərdən çıxdığı\» mənzilini Kokoya emalatxana kimi verəndə Etyenin bütün məşuqələri Şanelin ilk alıcıları oldu. İndi Şanel artıq işgüzar qadındır. Keçmiş həyatından isə o, yalnız kurtizankaların simvolu sayılan kameliya gülünü saxladı. Ağ ipək kameliyə çiçəyinin sinədə gəzdirilməsi az keçməmiş dəbdəbəli aksessuara çevrildi. Onlar birlikdə 3 il keçirəcək və Etyen Kokoya evlənməyən kişilərdən birincisi olacaq. Yeganə sevgisi Tezliklə Balsanın yerini \«Boy\» ləqəbli pleybol Artur Keypel tutdu. Onlar Ruayoda tanış olmuşdular. Buna ilk baxışdan sevgi də demək olardı. Artur Şanelin ən böyük və deyəsən yeganə sevgisi oldu. Artur Kokonun bütün ideyalarına maddi dəstək verirdi. Parisdə rü Kambon küçəsindəki məşhur salanundan sonra 3 il keçmiş Dovildə ilk filial, sonra məşhur kurort Biarritsdə əsil Moda Evi əmələ gəldi. Sonradan Koko ətraf evləri alıb qataraq Şanel adlı yüksək moda imperiyasını yarada bildi. Qabriel bir neçə ilə bütün arzularına çatdı: o, varlı, məşhur və müstəqil idi. Amma onun sevgili Arturunun evlənmə məqamı gəlmişdi. Koko adlı modistka ona arvad olmağa yaramırdı. Koko onun öz dairəsindən olan qızla evlənməsini də bağışladı. Hətta sevgilisinin arvadına gəlinlik paltarını da özü tikdi. Amma Artur Koko ilə də ayrılmaq fikrində deyildi. Artur avtomobil qəzasına düşəndə o heç ağlaya da bilmədi. 3 saat yolu səssiz dəf edəndən sonra qəza yerində Koko maşının başına fırlanaraq əllərini ona sürtürdü. Sonra yerə çöküb arxası yola tərəf çöməlib bir neçə saat durmadan ağladı… Sonra günlərlə, həftələr və aylarla villasından çıxmırdı ki, gözyaşlarını görən olmasın. Artur vəfat edəndən sonra Paris bogemasına qayıdan Koko tez-tez pianoçu rəfiqəsiylə görünəndə onun biseksuallığı barədə şaiyələr gəzməyə başladı. Arturun ölümündən sonra yaranmış vakant yeri 2-ci Aleksandrın nəvəsi və 2-ci Nikolayın kuzeni böyük knyaz Dmitri Romanov tutdu. Dmitrini Rasputinin ölümünə qəsddə günahkar bilib ölkədən sürgün eləmişdilər. Onlar Venesiyada tanış olmuşdular. Onun 26, Kokonun 37 yaşı vardı. Bütün rus emiqrantları kimi, Dmitri də imkansız idi. Milyonçu Şanel onu hamiliyə götürəndə bunu o qədər nəzakətlə elədi ki, Dmirti özünü təhqir edilmiş saymadı. Bir ildən sonra onlar sakitcə və dramsız aralandılar. Səhərlər barama, axşamlar kəpənək Kişiləri Şanelin təbiiliyi, incəliyi, və həmişə super eleqant olması cəlb eləyirdi. Janna Dark stilində qırxılmış saç düzümü, səliqəli bədən quruluşu, al qırmızıya boyanmış dodaqlar, mujketyor əlcəkləri, bahalı corablar və əlbəttə ki, siqara. O öz cazibəsinin sirrlərini məmnuniyyətlə bölüşürdü: \«Səhərlər barama, axşamlar kəpənək kimi olun. Çünki barama qədər komfortlu, gecələr qanadlarını sevgiyə açan kəpənək qədər cəzedici bir şey yoxdur…\» Şanel camaat arasına ilk dəfə şalvar geyib çıxmağa ürək eləyib. O, qadınların korsetini əynindən çıxardı. O, qadınlara qara rəngi bəxş elədi və onların saçını qısa kəsdirdi. Opera teatrına ilk dəfə saçı kəsik gələn gecə tamaşaçılar səhnəyə yox, ona baxırdı. Amma sabahı gün şəhərdə qısa saçlı və Şanel kimi saçına gül taxmış qadınlar əmələ gəlməyə başladı. Həyatı çoxlu əfsanələrlə bəzənmiş Qabriel tənhalığı, təmiz havanı, rahat idman geyimini, itləri və balıqçılığı sevirdi. Avaralanmağı və gərgin işi eyni dərəcədə sevərdi. Koko nazlı olduğu qədər də sözü üzə deyən və kəskin də ola bilirdi. Adətən qayçısını boynunda gəzdirərdi. Bir dəfə Jivanşinin kostyumlarından birini öz manekenlərinin əynində görəndə yaxınlaşıb boynunda gəzdirdiyi qayçı ilə paltarı parçalamışdı. Sonra hərəkətindən razı qalıb \«indi kostyum daha yaxşı görünür\» demişdi. Arabir söyüş söyməyi də vardı. Koko hersoqinya olmaq istəmədi 45 yaşını adlayandan sonra Koko İngiltərənin ən nüfuzlu və varlı adamı, Vestminster hersoqunun ağlını başından ala bildi. Vurulmuş hersoq həqiqətən də şahlara layiq hədiyyələr eləyirdi: İngiltərə kraliçasında belə olmayan qiymətli zinət əşyaları, Londonda böyük malikanə. Üstəlik, birgə yaşamaqçün o, İton Pleysdə Koko üçün saray kirayələmişdi. Yüzlərlə bağbanlar il boyu Mademuazelin otağını qızılgüllər və orxideyalarla bəzəməli idilər. Bir dəfə isə hersoq zərvərəq iplərdən hörülmüş xalçanı Kokonun ayaqları altına sərmişdi. Bütün Avropanın qeybət elədiyi bu roman bir neçə il sürdü. Amma Koko hersoqinya olmaq istəmədi: \«Hersoqinyalar çoxdur, amma Koko Şanel bir dənədir\». Səbəbi isə çox sadə idi: onun uşağı olmayacaqdı. 3 il nağıldakı kimi yaşayandan sonra hersoq və Koko Şanel artıq neçənci dəfə tənha qaldı… Şanel kəşfiyyatçı kimi Onun kubar intriqaları, sevgi macəralarıyla bol olan həyatında elə məqamlar var ki, detektiv yazıçılarıyçün də maraqlı ola bilər. Koko alman baronu Hans Qünter fon Dinklaqeyə vurulanda 56 yaşı vardı. Heç kimin ağlına da gəlmirdi ki, göyçək və bir qədər yüngülbeyin Hans vermaxtın palkovniki və kəşfiyyatçı idi. O, Şellenberqin gizli polisinə işləyirdi. Ola bilərdi ki, \«Kutür cücəsi\»nin geniş tanışları onu Kokonun özündən daha çox cəlb eləyirdi. Onlar hər gün rü Kambondakı dükanda görüşürdülər. Onlar yalnız ingiliscə danışır və adam arasına çıxmağı sevməzdilər. Dedektiv filmlərindəki kimi olan münasibətlərində Şpats onu inandırır ki, ingilislərlə separat danışıqlara getmək lazımdı. Almanlar Kokonun tanışı və dostu Çörçelldən istifadə eləmək fikrindəydilər. Çörçellə görüş alınmadı. Amma Şanel \«Modellhut\» (Dəbli şlyapa) adlanan bu əməliyyatının ikinci raunduna qol qoyur. 1944-cü ilin ərəfəsində o, Berlinə Şellenberqi görməyə gedir… Fransa azad olandan sonra müttəfiqlər rü Kambon küçəsindəki dükanda bir flakon \"Şanel №5\" almaq üçün növbədə itələşəndə Kokonun yaşadığı \«Rits\» otelinə əli silahlı adamlar gəlib Mademuazeli həbs elədilər. Fon Dinqlaqla münasibətləri barədə dindiriləndə o \«Mənim yaşda qadının özündən 15 yaş kiçik məşuqu əmələ gəlirsə, mən onun hansı millətdən olduğunu soruşmuram\» demişdi. Onlar kutürye ilə yumşaq davranıb türmə, ya da könüllü emiqrasiyadan birini seçməyi təklif edirlər. Bəziləri hesab edir ki, Koko ilə ona görə yumşaq davranırlar ki, ingilis baş naziri bu işə qarışmışdı. Çörçel Kokonun məhkəmə qarşısında danışmasını istəmirdi, axı onun çox şeylərdən xəbəri vardı. Ona görə də Koko sevimli Şpatsı qoltuğuna vurub İsveçrəyə getdi. Deyirlər ki, Mademuazel arabir məşuqunu kötəkləyirmiş də. Məşuqunu saxladığı bəs deyilmiş kimi Şellenberq də onu rahat qoymurdu. 6 il həbsdə yatandan sonra o, İsveçrəyə köçüb \«dəbli şlyapa\» adı altında keçmiş əməliyyatın xırdalıqlarını açıqlamaq hədəsiylə Kokonu şantaj eləyirdi. Onun susmasıyçün pul vermək lazım gəlirdi. \Moda dəbdən düşən bir şeydir" Şanelin sürgününü şərti saymaq da olardı. Çünki o, yuksək vəzifəlilərin hamiliyindən istifadə edərək arabir Parisə gəlir və dəbin yenilikləriylə tanış olurdu. Bir dəfə o, Kristian Diordan alınmış paltarı geyib güclə nəfəs alaraq bir qadının küçədə yeriməsini görəndən sonra o demişdi: \«Bir baxın, kişinin yaratdığı paltarı geyən qadınlar necə gülünc görünür. Axı onun ömründə bir qadını da olmayıb. O özü də məmnuniyyətlə qadın olardı!\». «Mən nəyi geyirəmsə, bu də dəbdədir» Hazırda təbii və adi saydığımız geyimlərin əksəriyyəti dəbin inqilabçısı Şanelin kəşfidir. Şanelə qədər trikotaj parça yalnız alt paltarına yarayırdı. Onun dəbə saldığı əşyalar — kiçik qara paltar, tviddən, ya da cersidən tikilmiş kostyum, bijuteriya, xüsusilə də qadının yaşını örtə bilən mirvari, qısa saç düzümü, gündə qaralmış dəri və əvsanəvi 5 nömrəli Şanel ətri — bütün bunlar üçüncü minillikdə də aktual olaraq qalır. Şanelə qədər qadınlar kilometrlərlə parça və krujevanın altında qalmışdı. Əl-ayağa dolaşan böyük yubkalar, yer süpürən şleflər, daha çox torta bənzəyən iri şlyapalar hamını bezdirmişdi. Bunlar Şanelin özünə heç yaraşmırdı. Şanel qadınlara yeni, gözlənilməz geyimlər təklif elədi. Kişi qarderobundan götürülmüş böyük yaxalıqlı matroska, Jokey manerasında olan gödəkcə. Bu, inqilab idi. Az keçmiş qəzetlər yazırdı: \«Qarderobunda Şaneldən olan heç olmasa bir geyimi olmayan qadın dəbdən çox geri qalıb\». Qadınlar Şanelin təklif elədiyi fəlsəfəni heyranlıqla qəbul elədi: Əla görünməkçün cavan və gözəl olmaq vacib deyil. Ona görə də Şanelin dəbi heç vaxt qocalmır. 1926-cı ildə \«Vogue\» amerika jurnalı universallıq və populyarlığına görə \«balaca qara paltarı\» \«Ford\» avtomobilinə tay bilmişdi. Yarıdairəvi sadə yaxalıq, uzun dar qollar və dizin ortasına qədər (Koko dizləri qadın bədəninin ən kifir hissəsi sayırdı, ona görə də örtməyə çalışırdı) olan düyməsiz, qırçınsız paltar bir vaxtlar Paris dükanlarında satıcı qızların uniformasına bənzəyirdi. Bu paltar barədə söz-söhbət çox olub. Guya vəfat eləmiş sevgilisinə görə matəm geyməyə haqqı çatmadığından Koko bütün qadınları qara rəngə boyamaq fikrindəymiş. Ola bilər… Amma uzun illərdir ki, dünyanın qadınları Dahi Mademuazelin dərdinə şərik çıxmağa hazırdır. Qadın kimi qoxuyan ətir Şanel öz 40 ililk yubileyini \"Şanel №5\" ətrini buraxmaqla qeyd elədi. O vaxtlar heç bir modalar evinin öz ətri yoxuydu. Onun sifarişiylə pafümer Ernest Bo iki seriya ətirlər hazırlayır. Koko onların içindən 5 saylı nümunəni seçir. Şanelə qədər ətirlər mürəkkəb qoxulardan ibarət olmurdu və ətirləri qarışdırmaq ədəbsizlik sayılırdı. Şanel bir neçə çiçəyin ətrini birləşdirən ətir təklif eləməklə novator oldu. “Şanel №5” ətirində 80 inqredient iştirak eləyib. Ətrin adını qoymağa gələndə Koko Şanel belə demişdi: \«Mən kolleksiyamı beşinci ayın, beşinci günü təqdim edəcəm. Ona görə də ətirə də həmən sıra sayını vermək lazımdı. Bu beşinci rəqəm mənə uğur gətirəcək\». Şanel yanılmamışdı… O vaxtlar rəngli, ya tutqun şüşələrdə, yaxud naxışlı büllur qablarda flakonlar işlədilirdi. Şanel bu ətir üçün şəffaf büllur paralilepiped kimi qab sifariş verir. Ağ etiketdə qara hərflərlə “Çhanel” yazılmış sadə flakon cəmiyyətdə gurultu qopartdı. Bu qab 20-ci əsrin ilk klassik nümunəsi kimi hazırda Nyu-Yorkun Müasir Sənətlər Muzeyində saxlanılır. 1971-ci ilə qədər bu ətir Şanelə15 milyon dollar gəlir gətirdi. "Çox bahalı geyim qocaldır" Modaya qayıdanda Şanelin 71 yaşı vardı və onu heç kim tanımırdı. Parisə qayıdan kimi Şanel yeni kolleksiyasının üzərində işləməyə başlayır. İlk təqdimat tam uğursuz oldu. Bəlkə də Paris faşistlərlə ünsiyyətini ona hələ də bağışlamamışdı. Keçmiş şöhrətini qaytarmağa cəmi 3 il lazım gəldi. Koko yenə məşhurluğun zirvəsində və yenə də tək idi. Səhərlər əlində iynə-sap modellərin qarşısında diz üstə, axşamlar podiumda çar kimi o daha 18 il keçirəcəkdi. Həyatdan eleqant gediş Qabriel Koko Şanel 88 yaşında dünyasını dəyişəndən bəri onun fəth elədiyi zirvə hələ də boş qalır. Sonuncu kolleksiyasını 87 yaşında ortaya çıxarmışdı. Kambon küçəsindəki dükan hələ də yerindədir. \«Time\» jurnalının hesablamasına görə, Şanelin vəfatı zamanında onun imperiyası 160 min dollar gəlir gətirirdi. Ölümündən sonra Şanelin şkafındə cəmi üç kostyum tapıldı. Amma özünün dediyi kimi, çox dəbli kostyumlar. Müəllif: Gülnarə RƏFİQ [email protected] Moda dahisi-Koko Şanel Pyer Karden
['Koko Şanel', 'Coco Chanel', 'Şanelin prinsipləri']
6,305
https://kayzen.az/blog/sinir/3008/ba%C5%9F-a%C4%9Fr%C4%B1lar%C4%B1.html
Baş ağrıları
Dr_Həkim
Sinir sistemi
19 dekabr 2010, 18:36
Hər bir insan həyatının bu və ya digər anında qisaca da olsa baş ağrısı ilə qarşılaşır.  Nüfuzlu bir Amerika İnstitutu tərəfindən aparılan sorğuda müəyyən edilib ki, iştirak edən hər dörd nəfərdən üçü keçən bir il ərzındə bir dəfə də olsa baş ağrısından şikayətlənib. Başağrısı diqqət mərkəzində saxlanılmalı bir şikayətdir və etinasız münasibət ciddi fəsadlarla nəticələnə bilər. Baş ağrıları fərqli səbəblərdən əmələ gəlir və sağlamlıq üçün təhlükə dərəcəsi də fərqli ola bilir. Odur ki, istənilən baş ağrısı epizoduna ciddi yanaşmaq və onun requlyar xatakter alması hallarında həkimə müraciət etmək vacibdir. Baş ağrısının hansı formaları var? Baş ağrıları simptomatik və birincili olmaqla iki əsas qrupa bölünür. Simptomatik baş ağrısı dedikdə onun hər hansı bir xəstəliyin şikayəti kimi meydana çıxması nəzərdə tutulur. Məsələn, ümumi soyuqdəymənın əlamətlərindən biri də baş ağrısı ola bilər. Birincili baş ağrısı dedikdə isə müstəqil bir xəstəlik nəzərdə tutulur və bu xəstəliyin müalicəsi üçün spesifk yanaşma tələb olunur. Birincli baş ağrılarına tipik nümunə kimi  Miqreni misal göstərmək olar. Gərginlik baş ağrıları birincili baş ağrılarının ən çox rast gəlinən növlərindən biridir. Bu zaman gicgah və ya ənsə nahiyəsində, bəzən isə bütöv başda orta intensivlikli ağrı qeyd edilir. Ağrı 30 dəqiqədən bir neçə günə qədər davam edə bilər. Yanaşı olaraq insanlarda “tələffüzün aydın olmaması”, “aydın düşünə bilməmə” kimi hallar qeyd edilir. Bəzi hallarda baş ağrıları ilə yanaşı ürəkbulanma, işıqdan qorxma,  küyə qarşı dözümsüzlük kimi əlamətlər də qeyd edilir. Gərginlik başağrılarının səbəbi elmə tam məlum deyil. Miqren periodik olaraq narahatçılıq yaradan və başın yarı hissəsini əhatə edən baş ağrılarıdır. Miqren zamanı ağrılar əsəsən başın bir yarısında olur və ürəkbulanma, qusma, işıqdan qorxma,  küyə qarşı dözümsüzlük kimi  əlamətlərlə müşayət olunur. Bəzi hallarda miqren zamanı görmə pozğunluğu, iflic kimi hallar da qeyd edilir. Miqrenin müalicəsi ilə daha çox nevropatoloqlar məşğul olurlar və müalicə prosesində individual yanaşma seçilir. Klaster başağrısı tutmaları dövri olaraq baş verir və adətən 15 dəqiqədən 90-dəqiqəyə qədər dam edir. Bu tip başağrısı çox kəskin və dözülməz olur. Ağrı əsasən göz arxasında hiss edilir və insanlarda gözün xaricə basılması hissini yaradır. Klaster başağrılarının aradan qaldırılmasında Oksigen inhalyasiyasının böyük köməyi olur. Miqren əleyhinə istifadə edilən dərman maddələri də Klaster baş ağrılarında effektiv tətbiq edilir. Bəzi insanlarda müəyyən yaşdan sonra onurğa sütunun boyun hissəsində degenerativ proseslər baş verir. Bir çox hallarda məhz bu dəyişikliklər baş ağrılarının əsas səbəbi kimi qeyd edilir. Əgər onurğa sütununda olan problem əsas səbəb kimi təsdiq olunursa narkotik tərkibli dərmanlar və xüsusi gimnastika tədbirləri vasitəsilə müalicə aparılır. Ağrıkəsicilərin uzun müddət qəbul edilməsi təkrarlanan baş ağrılarının yaranmasına gətirib çıxara bilər.  Belə hallarda dərman qəbulu nəticəsində baş verən ağrı ilə öncədən mövcud olan ağrını fərqləndirmək çətin olur. Baş ağrılarının səbəblərindən biri də infeksiyadır. Adi soyuqdəymə nəticəsində dişlər və burunətrafı ciblərdə iltihabi proses baş verə bilər ki, bu da əsas xəstəliklə yanaşı gedən başağrıları verə bilər. Daha ağır hallarda baş beyinin (ensofalit) və ya baş beyin örtüyünün iltihabı (meningit) kəskin baş ağrıları verə bilər. Baş ağrılarının ən çox rast gəlinən səbəblərindən biri arterial təzyiqin “oynaması”dır. Arterial təzyiqin yüksəlməsi baş ağrılarının daha çox rast gəlinən səbəblərindəndir. Təzyiqin azalması da baş ağrısı törədə bilir. Həkimə nə zaman müraciət etməli Tez-tez təkrarlanan baş ağrılarıı zamanı da həkimə müraciət etmək vacibdir. Aşağıdakı hallarda dərhal həkimə müraciət etmək lazımdır: - Qəfləti başlayan kəskin baş ağrıları - Huşsuzluqla müşayət olunan baş ağrıları - Yaddaşın zəifləməsi ilə müşayət olunan baş ağrıları - Hərarətin yüksəlməsi ilə müşayət olunan baş ağrıları - Ətraflarda iflicin yaranması ilə müşayət olunan baş ağrıları - Ürəkbulanma ilə müşayət olunan baş ağrıları - 50 yaşından sonra meydana çıxan baş ağrıları Yuxarıda göstərilən əlamətlər hər hansı bir arzuedilməz vəziyyətin ilkin göstəricisi ola bilər və bu həkim tərəfindən yoxlanılaraq dəqiqləşdirilməlidir. Uzunmüddətli dərman qəbulu vasitəsilə baş ağrıları sakitləşdirilə bilər. Amma yadda saxlamaq lazımdır ki, uzunmüddətli dərman qəbulunun ağırlaşmaları da var. Bunlara böyrək və qaraciyər zədələnmələri aid edilə bilər. Yuxarıda göstərilən hallarda siz ilk növbədə ümumi terapevtə müraciət edə bilərsiniz. Terapevtin qərarı ilə siz Burun-qulaq-boğaz həkiminə, nevropatoloqa, diş həkiminə göndərilə bilərsiniz. Özünüz nə tədbir görə biləriniz? Təsadüfən meydana çıxan və təkrarlanmayan baş ağrıları zamanı istənilən bir ağrıkəsici dərmandan istifadə edə bilərsiniz. Dərmanın istifadə qaydasını ya aptekdən, ya da dərman qutusunda olan instruksiyadan öyrənə bilərsiniz. Dərman qəbulu zamanı ehtiyatlı olmalısınız. Elə dərmanlar var ki, onlar mədəyə zədələyici təsir göstərir və yeməkdən sonra qəbul edilməlidir. Bunlara Aspirin, voltaren, İbuprofen tipli dərmanları misal gətirmək olar. Paracetamol baş ağrılarına qarşı güclü təsir göstərsə də onun həddən ziyadə qəbulu qaraciyər çatışmazlığı törədə bilər. Baş ağrılarının elə növləri var ki, təmiz havaya çıxmaq, alkoqol və ya nikotin qəbulunu azaltmaq kimi tədbirlərlə aradan qaldırıla bilər. Gərginlik baş ağrıları sakitləşdirici gimnastika, gəzinti kimi tədbirlərlə götürülə bilər. Gərginlik baş ağrılarının əsas səbəblərindən biri strssdir. Stressin azaldılması vasitəsilə təkrarlanan gərginlik baş ağrılarında qurtulmaq olar. Baş ağrıları zamanı akupunktura, massaj kimi vasitələrdə kömək edir. References: Lipton RB, Bigal ME, Steiner TJ, Silberstein SD, Olesen J. Classification of primary headaches. Neurology. August 10, 2004;63(3):427-35. Mənbə Baş ağrıları Həmçinin bax: Əsəb xəstəlikləri haqqında Baş ağrısı və kökəlmə bir-biri ilə bağlıdır Alimlər uşaq və yeniyetmələrdə əlavə çəki və baş ağrısı arasında əlaqənin olduğunu müəyyən etmişlər. Onların fikrincə, çəkinin azalması baş ağrılarının azalmasına səbəb olur. Amerikalı pediatrlar baş ağrısının müalicəsi üzrə ixtisaslaşan uşaq mərkəzlərində 913 pasientin iştirakı ilə tədqiqat aparmışlar. Mütəxəssislər pasientlərin həkimin yanına ilk gəlişi və altı aydan sonrakı vəziyyətləri haqqında məlumatları toplamış və analiz etmişlər. Məlum olmuşdur ki, bədənin çəkisi və baş ağrıları arasında dəqiq qarşılıqlı əlaqə mövcuddur. Uşaq mərkəzinə ilk gəlişi zamanı artıq çəkidən əziyyət çəkən uşaqlarda bədən kütləsinin indeks dəyişilməsi baş ağrılarının tezliyinin və intensivliyinin dəyişilməsi ilə assosiasiya olunmuşdur. Baş ağrıları Baş ağrısı hər bir adama tanışdır. Bəzilərində bu tez-tez, digərlərində isə nadir hallarda müşahidə olunur. Alman alimləri  kəskin baş ağrılarının bəzi qidaların qəbulu ilə əlaqəsini öyrənməyə çalışırlar. Onlar bu nəticəyə gəlmişlər ki, bəzi qidaların damarları daraldıcı təsiri baş ağrısına şərait yaradır. Məsələn, amin birləşmələri – şokoladda, pendirdə, yoqurtlarda, xamada, duzlu  balıqda, hisə verilmiş ətdə olan birləşmələrdir. Ət məhsullarına çox zaman natrium nitrit əlavə edirlər ki, bu da ona çəhrayı rəng verir. Belə ət məhsulundan hazırlanmış yemək yedikdə bəzi insanlarda üzdə ödem və qızartı müşahidə olunur. Bəzi insanlarda isə Çin mətbəxinin yeməklərini yedikdən sonra baş ağrısı tutmaları müşahidə edilir ki, bu da həmin yeməklərə natrium qlütamat maddəsinin əlavə olunması ilə əlaqədardır. Ağrı bədənin yuxarı hissəsinin qızarması, başda istilik hissi və pulsasiya ilə müşayiət olunur. Əgər qlütamat çox qəbul edilərsə, o zaman ürək bulanma, qusma, ishal, qarında ağrılar, ümumi zəiflik, ürək döyünmə müşahidə olunur. Qlütamat maddəsini  paketlərdə olan bulyonlara, kartof çipsilərinə, müxtəlif dadlı suxarılara, quru ədviyyatlara əlavə edirlər.Bir çox insanların orqanizmi  kofeini asan mənimsəmir. Digərləri isə vərdiş etdiklərinə görə gündəlik olaraq kofe, çay və kola içməlidirlər. Bunları qəbul etmədiyi təqdirdə onlarda əsəbilik, dağınıqlıq, həyəcan, yuxu pozğunluğu, ürək bulanma da baş qaldırır. Buna alışmış insanlar gün rejimini dəyişdikdə özlərində diskomfort, hətta baş ağrıları da hiss edirlər. Baş ağrısı şəkərəvəzedicilərin qəbul edilməsi zamanı da baş verə bilər.  Onun tərkibində aspartam var. Ona görə də əgər siz tutduğunuz pəhrizə görə şəkərdən imtina etmək istəyirsinizsə, şəkərəvəzedicini ehtiyatla seçin. Bəzi insanlar sitrus bitkilərinin  (portağal, limon, qreypfrut) tərkibində olan turşulara qarşı çox həssasdırlar. Bir qayda olaraq bu insanlarda digər xarici mühit amillərinə qarşı allergik reaksiyalar baş verir. Alimlərin fikrincə qida məhsullaranın 20% -i kəskin baş ağrıları verə bilər.Hazırladı: S.AytənMənbə: İqtisadiyyat qəzeti
['baş ağrıları', 'baş ağrısı']
6,306
https://kayzen.az/blog/Az%C9%99rbaycan-tarixi/3427/qaraba%C4%9F-m%C3%BCharib%C9%99si.html
Qarabağ müharibəsi
Yucin
Azərbaycan tarixi
17 dekabr 2010, 15:18
Artıq Qarabağ müharibəsindən 20 ildən artıq bir vaxt keçir və bu müddət kifayət qədər böyükdür ki, hadisələrə kənardan baxıb, səhvləri analiz edə bilək və bunların bir daha təkrarlanmaması üçün onlardan  nəticələr çıxaraq. Vaxtı ilə bu müharibənin birbaşa iştirakçısı olmuş, hazırda da hərbi psixologiya sahəsində ixtisaslaşmış bir şəxs kimi, elə bilirik ki, biz bu barədə, hansısa fərqli fikirlər söyləyə bilərik, və bu məqalədə də buna cəhd edirik. Aşağıda biz bu müharibədə və ondan sonrakı mərhələdə Azərbaycan tərəfinin buraxdığı mümkün səhvləri ümumiləşdirməyə cəhd edirik və problemin həlli ilə əlaqədar mümkün olan yollar barədə öz mülahizələrimizi söyləyirik. Məğlubiyyətin qeyri-hərbi səbəbləri 1. Azərbaycanda ([geo-] siyasi, [geo-] iqtisadi, dini və s.) marağı olan müxtəlif dövlətlərin bu müharibədən Azərbaycana qarşı bir təzyiq aləti kimi istifadə etməsi (dövlətlər səviyyəsində əks tərəfə edilən maliyyələşdirmədən tutmuş, müharibə planının ssenariləşdirilməsinə qədər metodlarla - təbii ki, məxfi planlar və kanallar üzrə); 2. Erməni tərəfindən fərqli olaraq Azərbaycanın bu müharibəyə psixoloji hazır olmaması, və bu səbəbdən də, müharibəni ilkin mərhələdə plansız, şok vəziyyətində aparması; 3. İlkin mərhələdə Azərbaycanda hadisələri öz nəzarəti altına ala biləcək, hərbi gərginliyə davam gətirə biləcək hakimiyyət aparatının və ya vahid liderin olmaması; 4. Azərbaycanda hərbi sənaye inkişaf etmədiyindən qarşı tərəfin müttəfiqlərinin hərbi sənayesindən asılı vəziyyətə düşməsi; 5. Müharibə ərzində döyüşlərin gedişatını analiz və proqnoz edən, ssenariləşdirən institutların olmaması, silahların təkmilləşdirilməsi, yerli şəraitə uyğunlaşdırılması və ya yenilərinin yaradılması işinə alimlərin cəlb edilməməsi (təkcə İkinci Dünya Müharibəsi ərzində "Katyuşadan" tutmuş atom bombasına qədər silahlar icad olunmuşdu); 6. Müharibənin Azərbaycanda gedən siyasi, iqtisadi və hərbi reformalarla bir ərəfəyə düşməsi, başqa sözlə, siyasi xaotiklik, iqtisadi viranəlik dövrünə təsadüf etməsi, ordunun müharibə gedə-gedə "sıfır"dan başlanıb qurulması; 7. "Neft kontraktları"nın imzalanmasının yubadılması;Məğlubiyyətin sırf hərbi səbəbləri 1. Bütün müharibə boyu döyüşün yalnız bir stilinə - güc stilinə üstünlük verilib, qalan digər bütün stillərinə - o cümlədən, casusluğa, diversiya əməliyyatlarına, sui-qəsd təşkilinə, dezinformasiyaya, şantaja, daxildən qiyam təşkilinə və s. heç bir əhəmiyyət verilməməsi; 2. Ordunun döyüş qabiliyyətinin heç bir vasitə ilə stimullaşdırılmaması. Başqa sözlə, fəxri ad və mükafatlar, orden və medallar, rütbə və pul mükafatları verilməsi və s. kimi çoxdan sınanılmış təhrikedici-ruhlandırıcı vasitələrdən istifadə edilməyib, əvəzində, əsgərlərin başının "namus", "qeyrət", "vətən", "borc" və s. kimi köhnə bayatılarla qatılmasına cəhd göstərilməsi; 3. Rotaların komplektləşdirilməsi işində əskərlərin Sovet Ordusunda aldığı peşəyə qətiyyən (!) əhəmiyyət verilməməsi. Məsələn, təkcə mənim xidmət etdiyim artilleriya divizionunda 10-a yaxın tankçı olduğu halda, qonşu tank botolyonu başdan-başa 18 yaşlılardan və ya keçmiş "StroyBat"-çılardan təşkil olunmuşdu. Eyni ilə, qonşu piyada botolyonunda onlarla tankçı, topçu və s. üzrə mütəxəssislər xidmət edirdi; 4. Tarixi, müharibə anlayışının özünün tarixi qədər də qədim olan zəruri bir hərbi atributa - təxliyyəyə (evakuasiyaya) heç bir əhəmiyyət verilməməsi (informasiya üçün: təxliyyə - təhlükəli zonadan əmlakın və mülki vətəndaşların, o cümlədən, xəstələrin, qocaların, qadınların, uşaqların və b. köçürülməsi əməliyyatıdır), əksinə, kəndlərdə təxliyyə əməliyyatı aparmaq istəyənləri "təxribatçı" kimi yaxalayıb, "camaat arasında panika yaydığına", "kəndləri boşaltmağa cəhd etdiyinə" və s. görə həbs edilməsi. Məhz həmin səbəbdən atəşkəs elan edilən vaxt qarşı tərəfdə Azərbaycanın 5000-dən çox əsiri (onun da əksəriyyəti mülki vətəndaş, o cümlədən, xəstələr, qocalar, qadınlar, uşaqlar və b. idi) qaldığı halda, qarşı tərəfin Azərbaycanda cəmisi 27 əsiri qalmışdı. 5. Qoşunların taktiki və strateji təyinatlı növlərinin bir-birindən fərqləndirilməməsi, başqa sözlə, həm hücum, həm də müdafiə (səngərdə növbətçilik) əməliyyatlarının eyni əskərlər tərəfindən həyata keçirilməsi. Hansı ki, qarşı tərəfdə səngərdə növbətçilik əməliyyatlarını yerli botolyonlar həyata keçirdiyi halda, hücum əməliyyatları - döyüş stili həmişə dərhal seçilən, əskərlər arasında "smertniklər botolyonu" adı ilə tanınan, xalis muzdlulardan təşkil edilmiş xüsusi təyinatlı ayrıca bir diviziya vasitəsilə həyata keçirilirdi. Ayrı-ayrı zonalarda (Ağdam, Füzuli və s.) irəliləmək lazım olanda, bu bir diviziya ora daşınır, əməliyyat həyata keçirilir, sonra alınmış kəndlər yerli botolyonlara təhvil verilib, geri qayıdılırdı; 6. Botolyonların komplektləşdirilməsi işində döyüş gedən ərazinin coğrafi xüsusiyyətlərinin nəzərə alınmaması. O cümlədən, məsələn, dağlıq şəraitdə (ələlxüsus, sürüşkən qış aylarında) bütün növ ağır texnikanın (məs., 60 tonluq ağır tankların), düztuşlanan bütün artilleriya növlərinin (məs., «Qradların») və b.-nın «Faydalı İş Əmsalı» «mənfi sıfır»dan da aşağı olduğu halda, Azərbaycan öz qoşunlarını, əsasən bu tip silahlarla təchiz etməyə çalışırdı. Qarşı tərəfsə, əksinə, öz qoşunlarını, hər daşı bir səngər olan dağlıq şərait üçün bu baxımdan maksimum effektli olan yüngül silahlarla (məs., qranatomyot, pulemyot, qumbara, snayper, gecəgöstərən binokl, AQS, zirehli paltar [bronojilet] və s.-lə - hansılar ki, bizdə bütöv rotaya cəmisi bir-iki ədəd düşür, ya düşmürdü) Şvarsneggersayaq tam təchiz edilmiş çevik quru qoşunları şəklində komplektləşdirməyə üstünlük verirdi. Bizimkilərsə, deyildiyi kimi, bunları «iqruşka» hesab edirdi. Səbəb çox, nəticə isə birdir - məğlubiyyət. Hansı səbəblərdən asılı olmayaraq fakt faktdır və bundan sonrakı fəaliyyət həmin bu məğlubiyyət faktını nəzərə almaqla ölçülüb-biçilməlidir. Təbabətdə düzgün diaqnoz düzgün müalicənin yarı hissəsini təşkil etdiyi kimi, bu məsələdə də, problemə təsir etmiş və hazırda da təsir edən bütün faktorları lazımınca nəzərə almadıqda, səhv nəticələr alına bilər. Və təəssüf ki, bugünə qədər də bu məsələdə marağı olan müxtəlif tərəflər problemin həlli ilə əlaqədar orientasiyaları çaşdırmaqdadırlar və vaxtı ilə buraxılan səhvlər problemin bu mərhələsində də, bu mərhələyə uyğun formada təkrarlanır. Buna görə də, Azərbaycan Qarabağ problemini həll edib, öz doğma torpaqlarını geri qaytarmaq üçün indiyə qədər onlarla variantlardan istifadə etsə də, indiyə qədər bu cəhdlərin hamısı, demək olar ki, nəticəsiz qalıb. Özünü «müstəqil politoloq» adlandırıb, bir-birinin dediyini təkrarlayan və xarici qrantlarla televiziyalara çıxan şərhçilərin izahına görə bunun səbəbləri əsasən aşağıdakılardır: 1.   Hansısa lobbilərin güclü anti-Azərbaycan fəaliyyəti;2.   Xaricdə Azərbaycan həqiqətləri barədə lazımi informasiyanın çatışmaması;3.   Rusiya kimi bir nəhəngin Ermənistanın arxasında durması;4.   Azərbaycanın xaricdə qeyri-demokratik imicə malik olmasıAzərbaycan rəhbərləri də bu yoldakı cüzi belə mövcud olan bütün baryerləri neytrallaşdırmaq məqsədilə özünün Qarabağla bağlı siyasətində bu diaqnozları nəzərə alıb onların aradan qaldırılması üçün mütəmadi tədbirlər görür. Məs., xaricdə Azərbaycan diasporasının formalaşması üçün görülən tədbirlər, imkan düşən hər bir beynəlxalq tribunadan xaricdə Azərbaycan həqiqətlərinin yayılması üçün istifadə etmək, çoxsaylı hüquqi islahatlar və b. bu qəbildəndir. Bizim fikrimizcə isə səbəblər aşağıdakılardır: 1.   Qərbin Qarabağ problemindən həm Azərbaycan və həm də Ermənistana qarşı təzyiq aləti (idarəedici pult, rıçaq) kimi istifadə edib, onların hər ikisinin xarici iqtisadi, siyasi, mədəni kursunu Rusiyadan özünə sarı döndərmək və öz nəzarəti altında saxlamaq marağı; 2.   Rusiyanı (eləcə də, İranı) üzük qaşı kimi mühasirəyə almaq və imkan düşdükcə bu həlqəni daraltmaq işində bu dövlətlərin coğrafi əhəmiyyətindən bəhrələnmək niyyəti; 3.   Bu hər iki Qafqaz dövlətini davamlı qarşıdurma ilə üzərək, bu hər iki dövlətdə həyat səviyyəsini gün-gündən ən aşağı həddə qədər endirmək və bununla da onların hər ikisinin xoş günlər, ali həyat tərzi üçün nəzərdə tutduqları hər şeylərini - işçi qüvvəsini, intellekt potensialını, ali dəyərlərini, qadınlarını, incəsənət məhsullarını, təbii sərvətlərini, kəşflərini, dövlət sirlərini və s. ölməmək üçün dəyər-dəyməzinə ixrac etməyə, su qiymətinə Qərbə satmağa vadar etmək məqsədi; 4.   Konkret olaraq varlı Azərbaycanın sərvətlərini ələ keçirmək uğrundakı rəqabətdə bu kartı, böyük dövlətlərin Azərbaycanı güzəştə məcbur etmək işində təzyiq aləti kimi görməsi; 5.   Azərbaycana qoyduğu milyardlarla dollarlıq investisiyasını sığortalamaq, Qarabağı bunun girovu kimi saxlamaq marağı; 6.   Milli münaqişələri yaradıb və bunun günahını Rusiyanın üstünə yıxmaqla Rusiyaya qarşı narazılıq formalaşdırmaq və arada yaranmış ziddiyyətlərdən bəhrələnmək fəndi;Məhz bu səbəbdən, görülən tədbirlər heç bir bəhrə vermir. Aşağıda bu və digər faktorları da nəzərə almaqla, bu kitabda izah olunan metodlar prizmasından bu problemin cəmi həlli variantlarının ümumiləşdirilməsinə cəhd olunur: 1. HÜQUQİ baxımdan, yəni beynəlxalq normalar, konvensiyalar prizmasından Qarabağ probleminin həlli faktik olaraq tupikdir və bunu Azərbaycanın son on-on iki illik təcrübəsi qədərincə isbatlayıb. Bundan əlavə, bununla əlaqədar, əbədi olaraq bir şeyi yadda saxlamalı ki, dünyada hər şey qanunlara tabedirsə də, qanunların özü də gücə tabedir. Təzyiq qarşısında hər şey, hətta qanunlar da əyilir. Qanunlar heç vaxt gücü olmayan tərəfi haqlı çıxarmır - hətta dünyanın ən ədalətli dövlətlərində və ya beynəlxalq tribunallarda belə. Məhkəmə səviyyəsinə çıxarılmamış mübahisələrin özlərində də hamının nəzərində lap əvvəldən güclü tərəf haqlı kimi qavranılır. Azərbaycansa bu müharibədə faktik olaraq məğlub tərəfdir. 2. Bu problemin SİYASİ yolla həllinin iki variantı mümkündür: Birinci halda - güclü dövlətlərdən hansınınsa birinin Azərbaycandan ifrat dərəcədə asılı bir vəziyyətə düşməsi, başqa sözlə, beynəlxalq aləmdə Azərbaycan üçün ideal olan yeni konyunkturanın meydana gəlməsi şəraitində mümkündür. Bu halda situasiyanın özünün də iki inkişaf yolu ola bilər. Bir halda həmin dövlət istər-istəməz Azərbaycanın güclənməsində maraqlı olmağa məcbur ola bilər. Necə ki, məs., Tayvan è Çinlə, Cənubi Koreya è Şimali Koreya ilə, CAR è afrikalılarla, İzrail è ərəblərlə Qərbin konfrontasiyasından irəli düşmüş ayrı-ayrı dövlətlərdir. Digər halda, hər şeyi Azərbaycanın bu konyunkturadan necə yararlana bilməsi həll edəcək. Siyasət düzgün qurulmasa Azərbaycan diqtəaltı bir dövlətə çevrilə bilər və kimlərinsə şərtləri altında müstəqilliyindən məhrum olar. Siyasət düzgün qurulduğu halda - belə məqam əla sövdələşmə şansıdır. İkinci variant siyasət - bu konyukturanı süni şəkildə təşkil etməyi tələb edir. Yəni bu halda hər şey Azərbaycanın ayrı-ayrı rəqib qütblər, o cümlədən, ələlxüsus Rusiya ↔ ABŞ, ABŞ ↔ Avropa və ya Rusiya ↔ Avropa arasındakı siyasi; ABŞ ↔ Avropa, Avropa ↔ Yaponiya və ya Yaponiya ↔ ABŞ arasındakı iqtisadi konfrontasiyadan məharətlə yararlana bilməsindən asılıdır. Bu ziddiyyət - Rusiya ilə həmsərhəd, və ya Qərblə iqtisadi əlaqəli, yaxud bölgədə ABŞ-ın maraqlarının təmsilçisi bir dövlət kimi, Azərbaycana geosiyasi və ya geoiqtisadi dividentlər gətirə bilər Bu qütbləşmədə Azərbaycanın kimlərləsə kimlərinsə arasında bufer və ya körpü funksiyası yerinə yetirmək, yoxsa bu funksiyadan imtina etmək kimi seçim azadlığından düzgün istifadə etməsi onun başlıca təsir rıçağıdır. Bütün hallarda həmişə bir şeyi nəzərdə saxlamaq gərəkdir ki, Qarabağ - bir tərəfdən Qərbin (ələlxüsus ABŞ-ın) buraya qoyduğu 10 milyardlarla dollar investisiyasının girovu, digər tərəfdən isə onların Azərbaycanı özlərindən asılı saxlamaq işinin rıçaqlarından biridir. 3. Qarabağ probleminin HƏRBİ yolla həlli variantı - bir çoxlarının emosional çağırışlarının əksinə olaraq, yalnız [yalnız və yalnız!] çox məhdud olan aşağıdakı şərtlər çərçivəsində mümkündür: a) Qarabağ-Ermənistan sərhədini - hansı ki, Azərbaycana təzyiq göstərmək istəyən xarici dövlətlərin ermənilərə başlıca hərbi dəstək kanalıdır - hər hansı fəndləsə [o cümlədən, istənilən variantlı kompromislə, o cümlədən, təhlükəsizlik təminatına qarşı edilən istənilən güzəştlə] ələ keçirib, Laçın dəhlizini tam bağladıqdan sonra. Yalnız ondan sonra istənilən razılaşmanı pozub [Siyasətdə ''kişi sözünün'', sənədin, razılaşmanın, qətnamənin, imzanın və s. dəyərinin nə qədər olduğunu Azərbaycan özünün son 10-12 illik «təcrübəsindən» yaxşı bilir] danışıqların ardını ''Kalaşnikov dilində'' davam etdirmək olar. Ona qədərsə bu addımı atmağın, altıdəlik çəlləyə su doldurmaq cəhdindən heç bir fərqi olmayacaq. Əks halda isə, hər bir münaqişədən yararlanmaq istəyən və buna görə də, onun sonsuzluğa qədər uzanmasına əlindən gələn hər cür gizli yardım göstərən kifayət qədər xarici qüvvə tapılacaq - necə ki, Əfqanıstan, Fələstin, Çeçenistan və s. variantlarında olduğu kimi; b) Ermənistanda hakimiyyət dəyişikliyi, hakimiyyət böhranı və ya siyasi durumun qeyri-sabitliyi mərhələsində, yaxud eyni vaxtda Prezident Aparatı və Müdafiə Nazirliyi binalarının bütün heyəti ilə birlikdə hansısa qəfil zərbə ilə dağıdıldığı saatlarda; c) Qlobal miqyasda beynəlxalq balansın pozulduğu və ya bütün böyük dövlətlərin başının öz problemləri və ya daha ciddi olan nə iləsə qarışdığı mərhələlərdə (məs., 80-ci illərin axırı, 90-cı illərin əvvəllərində olduğu kimi); d) Bütün aparıcı böyük dövlətlərin hamısı ilə (ələlxüsus Rusiya və ABŞ-la) eyni vaxtda razılığa gəlindikdən sonra (əks halda, Gürcüstan kimi, hər dəfə bir böyük dövlətlə sövdələşib müharibəyə başlayan, elə onun kimi də, axırda hər dəfə o birinin süngüsünə rast olub geri qayıtmaq məcburiyyətində qalasıdır); və s... Qarabağ problemində, faktik olaraq bu faktorların hamısı rola malikdir və onların hamısı kombinasiyalı formada həll olunmalıdır. Bu baxımdan, deyilən bu münbit şəraitlər bir təkcə təbii proseslərin nəticəsi olmayıb, həm də, Azərbaycanın məqsədyönlü fəaliyyətinin nəticəsi kimi meydana çıxa bilər ki, bu konsepsiyadan da əsas məqsəd bunun mümkün yollarını izah etmək idi.Bu kitabda, əsasən aşağıdakı məsələlər barədə danışıldı, bunun mümkün yolları göstərildi: 1.   Türk xalqlarını, ərənlik psixologiyasından çəkindirib, müasir siyasi texnologiyaları, nəhayət ki, onlara necə aşılamaq;2.   Qarabağ probleminin istər hüquqi, istər siyasi və istərsə də hərbi həlli üçün zəruri olan həmin münbit zəmini süni yolla necə formalaşdırmaq və prosesin istənilən mərhələsində situasiya üzərində nəzarət imkanını necə əldə etmək;3.   Azərbaycanın manevr imkanlarının diapazonunu və istər Qərb, istərsə də Ermənistana qarşı tətbiq edə biləcəyi təzyiqlər arsenalını necə genişləndirmək;4.   Problemin siyasi tərəfini həll etmək məqsədilə bölgədə və ya heç olmazsa Azərbaycanda nəhəng derjavaların maraqlarını necə uzlaşdırmaq və bunun ən optimal variantını müəyyənləşdirənə qədər, onların qüvvələr balansını olduqca geniş diapazonda necə dəyişdirmək və ya bir-biri ilə mümkün olan bütün variantlarda necə kombinasiya etdirmək;5.   Ermənistanı beynəlxalq arenada necə təkləyib, hüquqi münasibətlərdə dominant mövqeni necə qazanmaq;6.   Ermənistanda hakimiyyət dəyişikliyi, hakimiyyət böhranı, daxili iğtişaş və ya siyasi durumun qeyri-sabitliyini süni şəkildə necə təşkil edib, onu necə zəiflətmək və ya müharibəyə başlamaq üçün münbit zəmini necə formalaşdırmaq;7.   Vəziyyət müharibə həddinə çatarsa, bunu müxtəlif siyasi, iqtisadi, ideoloji və s. diversiya metodlarının geniş tətbiqi ilə necə həyata keçirib, Milli Ordunun güc əmsalını birə min qat necə artırmaq (əgər məsələ bu variantların köməyi ilə elə yarıyolda həll olunmayıb, müharibə mərhələsinə qədər gəlib çatarsa) və s. İzah edilən hər bir metod dünya təcrübəsindən seçilən nümunələrlə əsaslandırılırdı. Mənbə : Cabbar Məmmədov - Diplomatik psixologiya.
['müharibə']
6,307
https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/3378/qara-qarayev.html
Qara Qarayev
burla xatun
böyük musiqiçilər
17 dekabr 2010, 09:51
Gözü həmişə Bakıda olan bəstəkara  gah Qara Qızıl, cah da Qızıl Qızılov deyərdilər.   «Məncə Bakı dünyada ən gözəl şəhərdir. Hər gün o, aydın günəşli, yaxud zəif bozumtul-mirvari dumanlı və yağışlı səhərlə oyanarkən oxuyur. O özü bütünlükdə mahnıdır… Belə gözəl şəhəri mənim xalqım əsrlər boyu yaradıb» Qara QarayevQara Qarayev nəslində özünü musiqi sənətinə həsr eləmiş ilk adamdır. Ata tərəfi Abşeronun Fatmayi kəndindən, ana babası İskəndər bəy Axundov isə Şamaxının məşhur nəsillərindən idi. Bu ailə 20-ci əsrin Bakı ziyalıları kimi çox da zəngin deyildi.  Şərq tərbiyəsi almış Fərəc babanı Qarayev mənəvi-fəlsəfi mövzularda söhbət edən, musiqi və şeri, fars dilini bilən, Nizami Gəncəvini orijinalda oxuyan və muğamat bilicisi kimi xatırlayır. İskəndər babası isə dünya ədəbiyyatının əla bilicisi kimi həm də doğma ədəbiyyata və rus ədəbiyyatına peşəkar səviyyədə bələd olub. Qarayev babasının Şamaxıdakı ev kitabxanasında dünya ədəbiyyatı şedevrləriylə tanış olur. Yaş yarımlıq olanda nənəsi hiss edir ki, balaca Qara musiqi səslərinə etinasız deyil. Küçədə orkestr müşayiəti altında türk polku keçəndə körpə özündən çıxır. 8-9 yaşında olanda isə saatlarla pianonu döyəcləyib qardaşı Mürsəli inandırmağa çalışırdı ki, oxuduğu kitabların təssüratını musiqiyə köçürür. Qaranın atası Əbülfəz Fərəc oğlu Qarayev Azərbaycanın uşaq xəstəlikləri üzrə ən məşhur mütəxəssislərindən biri idi. Anası Sona xanım fortepianoda çalır, ana dilində şerlər yazırdı. Onun bəzi şerləri Bakı qəzetlərində həm doğma dildə, həm də tərcümədə çap olunub. Abşeron kəndlərində keçirdiyi yay aylarında o, milli qaynaqdan qidalanıb, xalq şənlikləri, mərasim musiqisi, ənənələr onun yaddaşında iz buraxıb. Avropa və Gənubi Amerikaya səfərlər eləmiş  Əjdər dayının arabir bacıoğluna məşhur opera və simfoniyalardan parçaları zümzümə eləməsi, Qaranı teatra getməyə və not toplamağa həvəslənidirməsi də az rol oynamamışdı. Bu musiqi təssüratlarına anasının çaldığı romans, vals, marşlar da əlavə olunsa, gələcək bəstəkarın bütün yaradıcılıq yolunu müəyyənləşdirən istiqamət aydınlaşar: Qərb və Şərq arasında öz yerini tapmaq. Ümumi inkişafıyçün kiçik Qaranı müsiqiylə məşğul olmağa göndərirlər. Valideynləri musiqi sənətini ciddi peşə saymırdılar, onu həkim kimi görmək istəyirdilər. Neçə illərdən, Qarayev musiqisi tanınandan sonra atası etiraf eləməli olur: «Bəlkə onu rahat buraxaq? Deyəsən Karik özünü tapa bilib». Bu sözləri deyəndə Qara Qarayevin «7 gözəl» baletinin afişaları şəhərin divarlarına yapışdırılmışdı.Qara Qaryev, yoxsa Qara qızılQarayev beynəlxalq aləmdə tanınan ilk Azərbaycan bəstəkarıdır. Hələ bu yaxınlaracan Qarayev musiqisinin millilikdən uzaq olmasını təkid eləyənlər vardı. Fikrət Əmirovun, yoxsa Qara Qarayevin daha çox milli olması mövzusunda mübahisələrə son qoymaqçün musiqişünaslar Qarayev irsiylə ciddi məşğul olub melodiyası, ritmində milli elementləri tapıb hər şeyi sübuta yetirdilər. Bəstəkar xalq yaradıcılığından sitat gətirməyin əleyhinə çıxaraq onu neftlə müqayisə eləyir: «Varlanmaq ehtirasıyla adamlar üst qatların sərvətini vəhşicəsinə çəkib qurtardılar. Yuxarı qatlar kasıblaşanda nefti mürəkkəb qurğularla çıxarmaq lazım gəldi. Biz xalq musiqisinin üst qatlarını da insafsızcasına istismar etmirikmi? Onun zənginliyi düşündüyümüzdən daha dərindədi və biz ora enməkçün lazımi texniki vasitələrlə silahlanmalıyıq». Qarayea həmin texniki vasitələri vertuozcasına işlətməyi bacaranlardandı. Özbək xalq mahnı və rəqlərinin mahir ifaçısı Tamara xanım görüşlərin birində bəstəkara «Sizin adınız rəngcə o qədər də xoş olmasa da, biz sizi çox sevirik. Ona görə sizi Qızıl Qızılov adlandırmaq lazımdır» deyir. Hərdən biz nefti də «qara qızıl» adlandırırıq.Dünyaya açılan qapıdan...Adətən jurnalistlər böyük sənətkar obrazını incidilən, başa düşülməyən, ya tənha, ölümündən sonra tanınan şəxsiyyət kimi yaratmağı sevirlər. Düzdü, Azərbaycanda Qarayevin adını daşıyan nüfuzlu mədəniyyət ocağı yoxdur, Qarayevin əsərləri bir o qədər də tez-tez səslənmir. «İldırımlı yollarla» baletini görmək bakılı tamaşaçısının çoxdankı arzusudur. Amma o, sağlığında hökümət səviyyəsində bütün mümkün formalarda sayılıb və xalqın sevgisini qazanıb. Qarayev Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti adlarına layiq görülüb. İki dəfə – birincisi Cövdət Hacıyevlə birgə yazdıqları «Vətən» operasına görə, ikincə dəfə «Leyli və Məcnun» stmfonik poemasına görə SSRİ Dövlət Mükafatını, «İldırımlı yollarla» baletinə görə Lenin mükafatını alıb. Konservatoriyanın rektoru (1949-1953-cü illər), Ali Sovetin Deputatı, bəstəkarlıq kafedrasının müdiri, ömrünün sonuna kimi Bəstəkarlar İttifaqının sədri olub. Onu xalq musiqisisinə etinasızlıqda, musiqi materialının abstraklığında ittiham edirdilər. Qarayevin milli ənənələr ruhunda yazılmış «Leyli və Məcnun»una «formalistik» əsər damğası vurulmuşdu. Bu əsər Bəstəkarlar İttifaqının müzakirələrində tənqid edilmişdi. Həmin müzakirənin sabahısı əsər mükafatlandırılanda tənqid edənlərin əksəriyyəti sehirli çubuqla idarə edilmiş kimi fikrini 180 dərəcə dəyişmişdi. Bəstəkar yaratdıqlarını və tapdıqlarını anlaya biləcək həmkarlar, həmçinin həmsöhbətlər tapmaq ümidiylə yaradıcılığının son dövrünü Moskvaya bağlayıb. Moskva və Leninqrad teatrlarında tamaşaya qoyulan baletlərini görmək arzusuyla, qabaqcıq teatr, kino rejissyorlarıyla ünsiyyət naminə vətənindən uzaqlarda yaşayıb yaradıb. O vaxt azərbaycanlı bəstəkarçün SSRİ-nin paytaxtı dünyaya açılan az qala yeganə qapı idi.Yaradıcılıq sahəsində atəşkəs olmurRəsmi statusuyla müdafiə edilən bir şəxs olsa da bəzən sadə insan kimi köməksiz olurdu. Bir vaxt dostluq etdiyi, yaradıcılıq yolunda çətinlikləri bölüşdüyü, professional axtarışda kömək göstərdiyi, biliyini əsirgəmədiyi adamlara münasibətdə… Bir vaxt yanında saydığı (bəzən keçmiş tələbələrindən) əks yaradıcılıq cəbhəsində olur, bəzən kimsə şəxsi münasibətlərini ambisiya müstəvisinə keçirə bilir, öz yaradıcılıq mövqeyini Azərbaycan musiqisinin inkişafında daha önəmli sayırdı. Dəstək gözlədiyi vaxt Qarayevin dodekafoniya (20-ci əsrdə yaranmış musiqi üslubu) yoluna dönməsinə tənqidi ehtiyatla yanaşıblar… Bütün bunları sənətkar xəyanət kimi qəbul edirdi. Bütün bunlar bəzən reaksiyalara, bəzən daimi əsəbi gərginliyə çevrilirdi. Nəticədə 40 yaşın ərəfəsində Qara Qarayevinqazandığı ürək xəstəlikləri – əvvəl stenokardiya, sonra işemiya, sonra infark… Ona görə də saysız –hesabsız ideyalar, üç balet – «3 Leyli», «Qeys və Leyli», «Hamlet» yalnız eskizlərdə, qaralamalarda ilişib qaldı… Niyazi ilə Qarayevin münasibətləri çox vaxt şekspirsayağı «dram»larla nəticələnirdi. Sözü üzə həmişə şax deyən Niyazi nifrətini, qeyzini gizləmirdi və Qarayevin xanımının rus olmasını da ona bağışlaya bilmirdi: «Onlar ata-bala bir tikə çörəyini azəri, türk qızıyla yemək istəməyiblər» deməkdən çəkinməzdi. Oğlu Fərəc Qarayev doğma dilində danışa bilmir. Bir vaxtlar Qara Qaryev musiqisinin milliliyini çox asanlıqla sübuta yetirən musiqişünaslar  Fərəc Qarayevin musiqisində milliliyə dəxli olan nəsə (tarzən Möhlət Müslümovun ifasında muğam şöbələrini çıxmaq şərtilə) tapa bilmirlər.«Əvvəl dahilər, sonra böyüklər»Sağlığında dahi adlandırılmaq tək-tük adamlana nəsib olur. Deyilənə görə Qara Qarayev və Nazim Hikmət mühüm tədbirdə iştirak etməkçün birlikdə konsert salonuna yollanırlar. Qapıda Qarayev şairə «Nazim əfəndi, buyur» deyir. Nazim Hikmət cavabında «Xeyr, öncə siz içəri buyurmalısınız» deyə israr edir. Qarayev Nazim Hikmətə şəxsiyyətini və şairdən 16 yaş kiçik olması nəzərə alaraq ona «Nazim əfəndi, xahiş edirəm, siz böyüksünüz» deyir. Nazim Hikmət isə «Əvvəlcə dahilər, sonra böyüklər» deyərək Qarayevi qucaqlayıb irəli salır.«Ata işləyir, vəssalam!..»Ən əvvəl  indiki Səməd Vurğun küçəsindəki iki otaqlı kommunal evin bir otağı kabinetə çevrilir. O biri otaq şkaflar vasitəsilə iki yerə bölünür ki, uşaqlar dərs hazırlaya bilsin. Onlar bilirdi ki, sübh tezdən günorta ikiyəcən, axşam 5-dən gecə yarısınadək kabinetdən gələn musiqi səsləri atalarının gündəlik iş rejimidir. Əsərin təhvil edilmə zamanı yaxınlaşdıqca evdə telefonlar kəsilir, hamı barmağının ucundə gəzirdi: «Ata işləyir, vəssalam!» «Qoyya» filmi üzərində iş zamanı: Pirşağı...Yaş döşəkağına bürünmüş Qarayev alətin arxasında oturub...  1951-ci il… Kölgədə 40 dərəcə isti… Qarayev «İldırımlı yollarla»nı partiturasını işləyir...  Sutkada 8-10 saat işləyən not köçürən köməkçi Qarayevin ardıyca çatdırmır. Axı o, sutkada 14-16 saat sürətiylə işləyir… Musiqinin doğulma prosesi onunçün intim məsələdi, bura heç kim soxula bilməz...Gələcək nəsillərə çatacaq son SÖZ...Müdrik insan kimi Qarayev seçdiyi yol uğrunda kompromisə gedə bilirdi. O vaxtlar Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin binasında 6-cı mərtəbədə mədəniyyət şöbəsi yerləşirdi. Növbəti dəfə ora yolu düşəndə «6-cı mərtəbəylə çarpışmaya gedirəm» deyərdi. Kimisə hücumlardan qorumalı, kiməsə yol açmalı olurdu. Qara Qarayev həmişə ürəyi istədiyi musiqini yazıb, onun başının üstündəki müdirlər onu anlasa da, anlamasa da: «Mən Baxın, yaxud Bramsın özü olsam belə heç nə dəyişməzdi. Amma Deputat, və Laureat kimi məni eşidib sözümə fikir verirlər». Böhran dövrü kimi qəbul edilən illərdə Qarayev yaradıcılıq anlamına yeni gözlə baxmalı, nəyi necə yazmalıdan daha vacib yeni, tamam yeni bir şey yaratmağın zülmünü yaşayırdı. Əlbəttə, kəmiyyət baxımından geriləsə də nəticədə 3-cü simfoniya və skripka konserti yaranır. Bu nəinki Qaryev, hətta bütün Azərbaycan musiqisiyçün yeni üfüqlərin açılması demək idi.  Bir növ vaxtı qabaqlamış qiyamçının gələcək nəsillərə deyəcəyi son sözü...İnsan ölümüylə də qalibdir...Azərbaycançün Qarayev təkmillik, kamillik rəmzidir. Yüksək intellekt, ensiklopedik biliklər sahibi, nəinki klassik və milli musiqinin, həm də yeni cərəyanların (caz, estrada, müasir yazı üsulları) bilicisidir: «Mən musiqidə özümü qəddarcasına sındırmışam. İndi elə zamandı ki, öz-özünü dəf eləməyi bacarmalısan, yoxsa özünüplagiat, durğunluq qaçılmazdır». Qarayev qəhrəmanları Don Kixotun həyatıyla, Leyli və Məcnunun sevgisiylə, Sari və Lenninin ölümüylə də yaşayıb: «Uçurumun kənarında insanın həyat eşqi var gücüylə mübarizəyə qalxır. İnsan hər şeyə qalibdi. Hətta ölmüylə də qalibdi». Texniki elmlər doktoru, professor Məmmədkərim Quliyev 1982-ci il mayın 16-da vəfat etmiş Qarayevin Moskvadakı dəfnini belə təsvir edir: «Axşam həmyerlimiz Səid Əsgərov zəng vurdu və Qarayevin vəfat etdiyini bildirdi. Səhərisi gün professor Məcid Hüseynzadə isə birlikdə Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük salonuna yollandıq. Səhnəyə yaxın yerdə Qarayevin cənazəsi qoyulmuşdu. Salonda çoxlu əsgər vardı. Çox məyus oldum. Qarayev adamsız kimi görünürdü. Kövrəldim. Moskvada təhsil alan azərbaycanlı tələbə və aspirantların əksəriyyəti böyük bəstəkarın ölümündən xəbərsiz idi. Belə acınacaqlı vəziyyət Azərbaycanın Moskvada yerləşən əlaqədar təşkilatlarının fəaliyyətsizliyi ucbatından yaranmışdı».  Matəm mərasimindən sonra cənazəni Bakıya gətirirlər. Qarayev gedəndə ürəyini Bakıda qoyub getmişdi: «Ürəyimdə elə bir həmişə, çox vaxt qəmli səslənən bir sim var, çünki o yerlərdən uzaqdayam. Bu, qəlbin dərinliklərində gizlənmiş, sanki duvaq altında olan bir nostaljidir. O heç vaxt bitmir, amma yük də deyil, insanı əzmir. Bunu müəyyən müddət, bəlkə də həyatımın iri bir parçasını yaşayandan sonra hiss edirəm».Dediklərindən: … Xalq musiqisinə sırf qoruyuculuq baxımından yanaşma inkişafa maneçilik törədir, onu bir növ muzey eksponatına çevirir. … Bizim xalq musiqimizin yırtıcı istismarı bununla sonuclanır ki, eyni intonasiya və ifadələrdən ibarət dar çevrə bir əsərdən başqasına keçərək dəyişmədən, yaradıcı işlədilmədən sonsuz sayda təkrarlanır, çeynənir, simasızlaşır və ucuz basmaqəlibə çevrilir. ...Bax və Çaykovskini sevə-sevə xudbin və əclaf olmaq mümkün deyil. Mosart və Qlinkanı anlayan insan heç vaxt əxlaqsız və çirkin əməl eləməz...Müəllif; Gülnarə Rəfiq Mənbə; Bizim Yol qəzeti
['Qara Qarayev', 'Azərbaycan bəstəkarı', 'Azərbaycan musiqisi', 'bəstəkar']
6,308
https://kayzen.az/blog/gender/2780/ki%C5%9Fi-v%C9%99-qad%C4%B1nlar%C4%B1n-f%C9%99rqi.html
Kişi və qadınların fərqi
Əliyev
Gender-Cinslərin fəlsəfəsi
16 dekabr 2010, 12:47
Gələcək. Qadın öz gələcəyi haqda narahat olur - Kişi tapıb evlənənə qədər. Kişi öz gələcəyi haqda heç vaxt narahat olmur - Bir qadınla evlənənə qədər. Uğur Uğurlu kişi odur ki arvadının xərcləməsi üçün çoxlu pul qazansın. Uğurlu qadın odur ki həmin kişini tapsın. Evlənmək Qadın kişiylə evlənir, ümid edir ki,o gələcəkdə dəyişəcək. Kişi qadınla evlənir, ümid edir ki,o gələcəkdə dəyişməyəcək.Amma o dəyişir. Mübahisə Qadının hər axırıncı sözü mübahisəylə bitəcək, kişi bunun dalıycan bir söz əlavə etsə bu yeni mübahisənin təməlini qoyacaq. Görünüş Kişi yuxudan duranda axşam yatağa girdiyi kimi yaxşı görünür. Qadın gecə ərzində xeyli eybəcərləşir. Mağaza Kişi 5 manatlıq bir əşyaya 10 manat verərək alacaq. Qadın ehtiyacı olmadığı 10 manatlıq əşyanı 5 manata almağa çalışacaq, ehtiyacı yoxdu amma o satılır. İntim həyat Qadın 30-35 dəqiqəlik intim aktı üstün tutur. Kişi 30-35 saniyəlik akta üstünlük verir. Səhnəcik Qadın üçün filmin ən maraqlı yeri baş qəhrəmanın sevgilisini ilk dəfə öpməsi səhnəsidi. Kişi üçün filmin ən maraqlı yeri qəhrəmanın rəqibini əzişdirməsi səhnəsidi. Telefon Kişi telefondan bir əlaqə vasitəsi kimi istifadə edir. Qadın bir həftə rəfiqəsigildə qalacaq, sonra evə qayıdıb həmin rəfiqəsi ilə yenə 3 saat telefonda danişacaq. Film Hər bir aktrisa kariyerası ərzində filmdə ən azından bir dəfə açıq-saçıq səhnədə çəkilib. Bunun səbəbi odur ki hər bir filmin rejisoru kişidi. Hesab Kişilər kafedə hesabı verərkən hərəsi 5 manat stolun üstünə atacaq. Baxmayaraq kı bütün hesab cəmi 8 manatdı. Qadınlar hesab verərkən arxa ciblərindəki kalkulyatoru çıxardacaq. Sevgi Qadınlar qulağı ilə sevir Kişilər gözləri ilə Ayrılıq Sevgililər bir birindən ayrılandan sonra qız ağlayacaq və bütün ürəyini rəfiqəsinə boşaldacaq. Sonda isə "Bütün kişilər səfehdi" adlı bir roman yazacaq. Oğlan isə ayrılıqdan sonra daha çox əzab çəkir. Ayrılıqdan 6 ay keçəndən sonra gecə saat 3-də ona zəng edəcək və deyəcək:"Mən sadəcə bilməni istədim ki, sən mənim həyatımı məhv elədin, mən sənə nifrət edirəm, sən sadəcə bir tərbiyəsiz qızsan. Amma bizim üçün həmişə şans var:)"Həmçinin bax: Kişilər nə istəyir? və Qadınlar nə istəyir?
['kişi və qadın', 'kişi-qadın münasibətləri']
6,309
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/3402/adolf-hitler.html
Adolf Hitler
burla xatun
Böyük insanlar,şəxsiyyətlər
15 dekabr 2010, 10:37
Adolf Şiklqruber (Hitler) 1889-cu il aprelin 20 –də Avstriyanın Braunau şəhərində doğulub. Gömrük işçisi olan atası tipik ailə tiranı idi. Adolfun atası əvvəl anasının Şiklqruber soyadını  daşıyırdı, çünki nigahdan kənar uşaq sayılırdı. 50 yaşı arxada qoymuş kişinin 28 yaşlı qadınla izdivacı artıq ikinci evliliyi idi. Hitlerin anası həlim, intelligent və çox dindar adam imiş. Onların cəmi 7 uşağından dördü körpə vaxtı ölüblər. Sağ qalanlardan biri ağıldankəm, o birisi isə tam səfeh idi, bu uşağı adam arasına çıxarmazdılar. Hitlerin valideynlərinin izdivacı qan qohumluğuna o qədər yaxın idi ki, evlənməkçün icazəni Roma papasından almalı olmuşdular. Benedikt monastrında oxuyarkən Adolf  ruhani olmağı düşünürdü… Hitler özü də yəhudi olub?! Yəhudilərə qarşı nifrəti də bu illərdə doğulmaqdaydı: «Təbiət dahi yəhudi Höte ilə bərabər 10 min zirzibil də bəxş eləyir ki, onlar yer üzündə ən pis mikrob kimi yaşayıb törəməklə məşğul olurlar». Hitlerin yəhudilərə patoloji nifrətini onunla izah etmək olar ki, ata nənəsi bir vaxt varlı yəhudinin oğlu tərəfindən yoldan çıxarılıb sonra tərk edilmişdi. Həmin bu əlaqədən sonra Hitlerin babası doğulmuşdu. …Müharibədə yaralanan Hitleri yığıncaqlarını Münxen pivəxanalarında keçirən Fəhlə partiyasının işiylə məşğul olmağa göndərirlər. Partiyanın liderlərindən olan alkoqolik, narkoman, jurnalist və yazıçı Detrix Ekkart nitqində belə demişdi: «Almaniyaya diktator başçılış eləməlidi. Partlayan mərmilərin səsinə dözə bilən cavan oğlan lazımdı, yaxşı olar ki, zabit yox, fəhlə olsun. O, yaxşıca dil tökməyi də bacarmalıdı və subay olmalıdı ki, qadınları sıralarımıza cəlb eləyə bilsin». Hitleri tanıyandan sonra Ekkart onu lider elan elədi. İnflyasiya, haqsızlıqlar, müharibənin fəsadlarından yorulmuş küçəyə axışan insanlarçün Hitlerin dedikləri sehrli sözlər kimi səslənirdi. Qəhvəyi köynəklilər, svastika və «hayl» cağırışı ... Bavariyadakı «Pivə qiyamı» adlandırılan inqilabdan sonra Hitler  həbs edilir. Məhkəmə prosesini də mitinqə çevirən Hitler 5 illik həbs edilsə də, cəmi 9 ay həbsxanada yatıb. Bu müddətdə o «Mayn Kampf» kitabını yazıb çoxlu mütaliə edir. Burada yəhudilərə, kommunistlərə, liberallara və dünya kapitalistlərinə  müharibə elan edir və təmiz qanlı Almaniyanın intibahını alqışlayır. Hitler yazırdı ki, vaxt gələcək, Almaniya bütün dünyanı idarə edəcək. Həmçinin bax: böyük hərbi xadim Adolf Hitler haqqında Qəbiristanlıqda mayalanmış uşaqlar Himler SS daxilində «Anenerba» adlı okkult dəstə yaratmışdı. Burda hündür və əzələli blondinlər xidmət eləyirdi. 25-30 yaş arası onlar evlənməliydi. Bunuçün irqi təmizliyini təsdiq edən sənəd təqdim eləməliydilər. Təzə doğulan uşağı isə Hitlerin portreti və «Mayn Kampf» kitabı qarşısında svastika ilə suya çəkirdilər. Dəstənin emissarları ölkələri gəzir, muzeyləri qarət edib inandığı əfsanələrin atributlarını reysfürerin zirzəmisinə daşıyırdılar. SS zabitlərinin yığıncağı kral Arturun dəyirmi masasına bənzəməyə başlamışdı. Hamı qılınc və möhürlü üzük daşıyırdı. SS qəzeti öz davamçılarını qadınlarıyla birgə qəbiristanlıqda nəsil artırmağa çağırırdı. Guya qədim german ruhunun yenidən doğulması məhz belə baş verə bilər. Genosid siyasətini, sadəcə, «yəhudi məsələsinin tam həlli» adlandırırdılar. «Tam həll» proqramıyla bağlı daha bir maraqlı əhvalat məlumdur. Birinici Dünya savaşından sonra Sileziya ətrafında çoxlu dovşan əmələ gəlmişdi. Yerli cadugər onları dovşanın dalağı, yumurtası,  dərisinin külü və yalnız özü bildiyi komponentlə qarışdırıb səpməklə ərazidən tamamilə çıxara bilmişdi. Bu tozu ətrafa səpən kimi minlərlə dovşan yuvalarından çıxıb qaçaraq uzun illər geri qaytmamışdılar. Nasistlər həmin təcrübəni təkrar edərək cavan yəhudilərin yumurtası, dalağı və dərisinin külündən hazırlanmış tozu təyyarəylə torpaqlara səpələyirmişlər. Bu aksiyanın əmrini şəxsən Hitler özü vermişdi. Fürer üçüncü reyxin sonuncu işsizini gizləyir 30-cu illərdə Almaniyada gəzən şayilərdə Hitlerin partiya işinə fanatik sədaqətini impotentliyi ilə əlaqələndirirdilər. Zarafatcıllar fürerin sevimli pozası – əllərini qarnını aşağısında cütləyib durmasına baxıb «fürer üçüncü reyxin sonuncu işsizini gizləyir» deyərmişlər. Hitlerin şəxsi həyatı barədə məlumat ona görə azdır ki, məşuqələri ya özünü öldürər, ya da fürerin reputasiyasını güdən gestapoçuların işgəncəsindən ölərdilər. Hitlerin ögey bacısının 21 yaşlı qızı Angela (Celi) Raubal çox güman ki, onun sevdiyi yeganə qadın olub. Gözəl brünet qız Münhenə gələn kimi 40 yaşlı «Adolf dayı» özünü himayədar elan edərək qızı öz yataq otağına yaxın yerdə yerləşdirib qapıda cangüdənlər qoyaraq onu otaq dustağına çevirmişdi. Belə diqqətdən başı dumanlanan qızın Hitlerin məşuqəsi olmaqdan başqa yolu yox idi. Tezliklə bezən Celi dostlarına «Mənim dayım yırtıcıdır. Onun məni nə eləməyə məcbur etdiyini danışsam, inanmazsınız» deyib ağlayardı. O, Hitlerin sadomazoxist oyunbazlığına iki il dözməli oldu. Adolfa qarşı yaranan nifrətinin əvəzində onun sürücüsü, otaqda pusquda duran cangüdənlər, bir sözlə, qarşısına çıxan bütün kişilərlə intim münasibət qurmaqla ondan hayıf aldığını zənn edirdi. Belə həyata dözə bilməyən Coli Hitlerin şəxsi və sevimli «volter»indən özünü güllələdi. Fürer uzun müddət sakitləşə bilmirdi. Həkimlər onu müşahidə altında saxlayırdılar, çünki bir neçə dəfə özünü öldürməyə cəhd eləmişdi. «Müharibə vaxtı pomadanı meyitdən hazırlayırlır» Hitlerə görə məhv olan qadınlar siyahısında alman kinosunun ulduzu 20 yaşlı Renata Müller də var. Deyilənə görə, onun yəhudi  ilə görüşməsi qestapoya məlum olandan sonra onu öz evinin pəncərəsindən tullayıblar. İngilis Yuniti Mitford isə özünü öldurməyə cəhd edəndə güllə onun kəlləsində ilişib qaldığından huşa gəlmədən 9 il yataqda qalmışdı. Süzi Liptauer də Hitlerlə gecə görüşündən sonra özünü öldürməyə cəhd eləmişdi. Hitlerlə yataqda olub sağ qalmış qadınlar xatırlayır ki, Hitler qadın bədəninin dəyərini qiymətləndirə bilən kişi olub. Onunla ölümə getməyə razı olan qadın Yeva Braun Hitlerdən 23 yaş kiçik idi. İntellektin olmaması bavariyalı gözəldə boy-buxun, qamət və atletik bədənini olmasıyla kompensasiya edilirdi. «Mən ona yalnız bir şeyçün lazımam, bu ki, sarsaqlıqdır» yazan Yeva heç vaxt Hitlerlə birgə adam arasına çıxmazdı. Yeva Braun xatırlayır: «Çox vaxt heç ayaqqabılarını çıxarmazdı. Bəzən çarpayıya getməyə ərinər, elə yerdəcə uzanardıq. Döşəmədə o, çox erotik görünürdü». Hitler Yevadan evdə çılpaq gəzməyi xahiş edərdi. Təbiətdə birgə istirahət edəndə Adolf təkid edirmiş ki, Yeva çılpaq çimsin. Bu vaxt o, Yevanın şəklini çəkər və pornoqrafik kolleksiyasına yeni fotolar əlavə edərdi. Özünəməxsus yumor hissi olan Hitler arabir Yevanı cinləndirməyi sevərmiş. Salfet üzərindəki pomada izinə baxıb «Müharibə vaxtı pomadanı meyitdən hazırlayırlar» deyib gülərmiş. Hitler 1963-cü ildə Argentinada ölüb?! Hitlerin həyatı və xüsusilə də ölümü haqqında yeni fikirlər, sensasion açıqlamalar bu gün də səslənməkdədir. Belə bir fikir var ki, güllələnmiş və sonra vəsiyyətinə görə yandırılmış meyit onun çoxsaylı oxşarlarından biriymiş. Özü isə 1963-cü ilə qədər Argentinada yaşayıb və orda da vəfat edib. FBR və Sovet kəşfiyyatının əldə elədiyi məlumatlara və sənədlərə əsasən, eləcə də Hitleri son dəfə görənlərin dediklərinin üst-üstə düşməməsini nəzərə alaraq bu hadisələri tədqiq edənlər hələ də var. Deyilənə görə, Hitler Yeva Braunla birgə 30 aprel günü Berlindən qaçıb İspaniyaya gedə bilib. Sonra sualtı gəmiylə Argentinaya yollanıblar. Yanandan sonra əldə edilmiş kəllə sümüyünü sovet kəşfiyyatı indiyədək DNK analizinə verməməsiylə bütün dünyanı bu mifə inanmağa məcbur edir. Argentinada yaşayarkən Hitler məşhur bığlarını qırxıbmış və ispan dilini son gününədək  yaxşı öyrənə bilməyib. Fürerin qəribəlikləri Fürerin sifarişiylə çöl şəraitində istifadə edilə biləcək rezin kuklalar hazırlanmalıydı. Boyu 176 sm, ağ dərili, sarışın və göygöz kuklanın dolu dodaqları, iri döşləri və tərpənən əl-ayaq və başı olmalıydı. Bu rezin «qız» adi əsgərin hərbi geyim-sursatına daxil olmalı və ari irqinin təmizliyinin keşiyində durmalıydı. Himmlerin nəzarəti altında tikilən fabrik düşmən bombalarının zavalına gəlir. Hitler eynək taxmaqdan utanarmış. O, hesab edirdi ki, bu, alman xalqının rəhbərinə yaraşmaz. Onunçün yazını xüsusi iri şriftlə yazırdılar. Nitqləri isə o, bədahətən deyirdi. Üçüncü reyxin gizlətdiyi sirlərdən biri də odur ki, hələ Birinci Dünya savaşı vaxtında Hitler epidemik ensefalit, yəni beynin iltihabıyla xəstələnibmiş. Bu xəstəlik beynin sıradan çıxması və şəxsiyyətin antisosial komplekslərinin artmasına gətirə bilərmiş. Bu xəstəliyi vaxtında müalicə etmək lazım idi. Sağalmaz xəstəliklərinin sırasına şizofreniya, paranoyya, isteriya və nevrozunu əlavə etməklə heç də tam olmayan səhnəni təsəvvür eləmək olar. «Mənim kimi alaq otunu məhv eləmək asan deyil!» Bəşər tarixində Hitler obrazı nədənsə bütün pislikləri təmənnasız eləyən bir şəxs kimi qalıb. Bioqrafların apardığı tədqiqatlardan məlum olur ki, Hitlerin həyatı heç də «Mayn Kampf»dakı kimi kasıblıqda keçməyib. Vaxtını kitabxanalarda və operalarda keçirməkçün imkan olmalıydı. Hətta anasının ölmündən sonra da bir qədər əli aşağı düşən Adolf ailə başçısını itirmiş adam kimi aylıq yetim pensiyası da alırmış. Cibində pulu ona görə olmurdu ki, gününün qalan hissəsini şirniyyat dükanlarında keçirirmiş. Onun idarə edilməyəcək dərəcədə çox böyük iştahası varmış. Hitlerin aforizmləri Nə təxəyyül, təsəvvür, nə də istedad olmayan yerdə internasionalist olmaqdan başqa çarə qalmır. Xalqın özünə başçı seçə biləcəyi bir respublikanı götürsək pul, reklam və buna bənzər vasitələrlə dövlətin başında təlxəyi də oturtmaq olar. İnsanları daha yaxşı tanıdıqca itləri daha çox sevməyə başlayıram. Qalibləri sorbu-sual eləmirlər. Yalan böyük olduqca onu demək asanlaşır. Müəllif: Gülnarə Rəfiq [email protected] Mənbə Bizim Yol qəzeti Həmçinin bax:Stalin haqqındaNapoleon Bonapart
['Hitler', 'Adolf Hitler']
6,310
https://kayzen.az/blog/Az%C9%99rbaycan-tarixi/3416/m%C3%BCharib%C9%99.html
Müharibə
Yucin
Azərbaycan tarixi
14 dekabr 2010, 16:58
Müharibə həyatın zəruri hadisəsidir. A. F. Hegel Bəşəriyyət yaranandan ta bu günə kimi (alimlərin hesablamalarına görə) Yer üzünə 400 milyarda qədər insan gəlib-gedib. Acı da olsa deməliyik - bu bir faktdır ki, həyat insana verildiyi kimi yaşamaq istəmir. İnsan həyatdan çox şey umur, çox şeyə nail olmaq istəyir. Bu isə axırda gətirib savaşa - müharibələrə gətirib çıxarır. Müharibələr... müharibələr... İnsan qanından doymayan müharibələr...Dünyada - dünya tarixində 14 500 müharibə olub. Bu müharibələrin ən uzunu İngiltərə ilə Fransa arasında gedən 100 illik müharibə hesab olunur. Nə az nə çox 115 il (1338-1453). 1900-cu ildən 1980-cı ilə qədər 40 müharibə olub, 100 milyondan çox adam ölüb. Dünyada 2000 xalq, 3000 dil var. XVII əsr Fransız maarifçisi J.J. Russo demişdir : "İnsan azad doğulur, lakin bununla belə o, hər yerdə ayağı buxovludur". Bəli, Russo düz deyir, insan azad doğulur. Lakin o, doğulandan sonra, böyüyüb dünyanı dərk eləyəndən sonra insan dünyadan, həyatdan çox şey istəyir. Bu da müharibələrə gətirib çıxarır. Elə bu gün ölkəmizin - Azərbaycanımızın da vəziyyəti tam müharibə şəraitində olmasıdır. Tarixə nəzər salaq : İllər keçdikcə dünyada baş verən bir çox gizli məqamlar aşkarlandı, zaman-zaman xəlvətdə xəta xislətli siyasətlər öz məcrasından çıxmağa başladı. Artıq Yeni Dünya Dənizində kimin arxasında kimin durduğu, kimlərin fitvası ilə işlər gördüyü gün kimi aydınlaşdı. Elə o səbəbdən Azərbaycanın başına ermənilər tərəfindən gətirilən müsibətlərin sayı-hesabı yoxdur. Son dəfə Qarabağ savaşı altında zorən Ermənistan ilə cəlb olunduğumuz müharibədən iyirmi ildən çox vaxt keçib. Siyasətçilərin, diplomatların gərgin səyi nəticəsində yekunda ortada həlli görünməyən bu uğursuzluqları yalnız ermənilərin axmaq siyasəti, yəni uydurduqları boşboğazlığın ayağına yazmaqdan başqa çıxış yolu qalmır. Yunan coğrafiyaşünası Strabonun tarixi gündəliyinə edilən düzəlişlərdən, zorla beynəlxalq səviyyədə Azərbaycan ərazisində Alban xalqının tarixi mövcudluğundan, onların qalığı kimi Alban kilsələrinin hələ də qorunub saxlanmasından, Cavanşir kimi əsli, nəsli azəri olan bir cəngavərə - Varan Qriqor, Cəsur Vardan, Şəki xanı Hacı Çələbi kimi biliciyə - Qara Keşiş və sairə məşhur, tanınmış xadimlərə yapışdırılmış yamaqlara qədər hər şeydə ermənilərin barmağı olmuşdur. Odur ki, Azərbaycan tarixçiləri həqiqətləri üzə çıxartmaqda çətinlik çəkirlər. Həqiqətlər üzə çıxmadıqda isə heç kim Azərbaycanın səsini eşitməz və eşitməyəcək. Ortada olan bir reallıq da ondan ibarətdir ki, Yeni Dünya Dənizində təklənmiş Azərbaycanın yanında Türkiyə Cümhuriyyətindən başqa kimsə yoxdur. Qalanları hamısı öz maraqları naminə boğazdan yuxarı fikir ifadə edirlər. Türkiyə rəsmiləri isə yetkin siyasət yürüdə bilmədiklərindən ermənipərəst güc sahiblərinin təzyiqlərinə tuş gəlir və onların inadkarlığı da bir nəticə vermir. Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Teyyub Ərdoğanın Ermənistanla Türkiyə arasında kifayət qədər ciddi problemlərin yaşandığı bir zamanda bu məsələlərin çözülməsindən deyil, Azərbaycanın Qarabağ probleminin Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına əngəl olduğunu vurğulayır. Belə olan tərzdə Ermənistan, Rusiya, İsveçrə kimi ölkələrin qəzetləri Qarabağ probleminin əngəl ola bilməyəcəyini söyləyir, Fransa, ABŞ kimi ölkələrin nəhəng söz sahibləri Türkiyə rəsmilərini Qarabağ variantı ilə Ermənistanı beynəlxalq şantaj etməkdə günahlandırır. Əlbəttə ki, bu problemlər olduqca incəliklə yanaşma tələb edir. Gərəkdir ki, Azərbaycana yaxşılıq etmək istəyən Türkiyə rəsmiləri ermənilərin uydurma "Soyqırım" və Qars torpaqlarına olan iddialarından vaz keçmələrini səsləndirsinlər. Amma, nə fayda ki, ermənilərin yerinə az qala bütün dünya fikirləşir. Dünyada iki böyük güc sahibi ola biləcək, hər cür təbii sərvətlərlə zəngin Türkiyə və Azərbaycan arasında bufer bölgədə Ermənistan adlı dövlətin yaranması da dünyanın bu iki qardaş dövlətlərin gücündən ehtiyatlanması ucbatından baş vermişdir. Lakin, indi zaman başqadır. Qanında, canında azərbaycançılıq duyan hər bir kəs ermənilərin pis əməllərindən xəbərdar olmalı, onlara olan sonsuz nifrətini gizlətməməli və hər zaman ayıq-sayıq olmalıdır. "Yazıçı Əli bəy Azərinin Arif Qabiloğlunun "Böyük Erməni Terroru" kitabına yazdığı ön sözdən də göründüyü kimi ermənilər hər zaman azərbaycanlılara qarşı çirkin niyyətlərindən istifadə etmişlər və belə bir çirkin niyyət əksər hallarda xristian dünyası tərəfindən ya dəstəklənib, ya da laqeyidiklə qarşılanıb." Çox təəssüflə qeyd etməliyəm ki, bu günkü dünyanın 2 yox, 5 yox, 55 üzü var. İkili standartlar demək olar ki, qurd kimi dünyanı içindən yeyir. Bəs bunun sonu necə olacaq. Bütün dövlətlər düşünür ki, kim nə etsə onu da edə bilər. Amma fransalı filosof Kamyuun çox qiymətli bir sözü var : "Sahibsiz kimi görünən bu dünya heç də mənasız deyil. Hər bir daş zərrəsi, hər bir metal qırıntısı öz-özünə bir dünyadır". Bəli, bu dünya heç də sahibsiz deyil, vaxtı gələndə dünyada hər şey nizamda olacaq. Əziz həmvətənlərim, bizim çox bic, həddindən artıq bic Ermənistan adlanan mənfur qonşumuz var. Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsi dövründə Ermənistan Azərbaycan sərhədlərinin 360 km-lik sahəsində irəli soxularaq 20 faizədək Azərbaycan torpaqlarını işğal edib, Füzuli rayonundakı Horadiz qəsəbəsindən Zəngilanadək 198 km-lik Azərbaycan-İran sərhədlərini nəzarət altına alıb. Erməni işğalları nəticəsində Dağlıq Qarabağ ərazisində 50 minədək azərbaycanlının yaşadığı 2 şəhər, 1 qəsəbə, 53 kənd tutuldu. Dağlıq Qarabağdan kənarda aparılan işğallarla birlikdə 890 şəhər, kənd və qəsəbə ermənilərin əlinə keçdi. 1989-1994-cü illərdə erməni separatçıları və terrorçuları tərəfindən Azərbaycan ərazisində 373 terror aktı törədilmiş, nəticədə 1568 nəfər həlak olmuş, 1808 nəfər yaralanmışdır. Ermənilər tərəfindən işğal olunmuş ərazilər heç bir dövlətin, beynəlxalq təşkilatın nəzarətində olmayan özünəməxsus kriminal mənbəyinə çevrilmişdir. Belə ki, separatçı-terrorçu rejim işğal altında olan ərazilərdə narkotik maddələrin qanunsuz becərilməsi, istehsalı və satışının inkişaf etməsi üçün bütün lazımi şərait yaratmışdır. Məhz bu faktlar ABŞ Dövlət Departamentinin narkotik maddələr üzərində beynəlxalq nəzarət strategiyasına dair 2000-ci il mart tarixli hesabatında öz əksini tapmışdır. Həmin Departamentin 2001-ci ilin martında açıqlanmış hesabatında isə işğal edilmiş Azərbaycan ərazilərindən narkotik vasitələrin kütləvi şəkildə daşınması üçün istifadə olunduğu bildirilmiş və Ermənistana coğrafi yerinə görə narkotik vasitələrinin beynəlxalq dövriyyəsində potensial subyekt kimi baxılmışdır. Erməni tərəfinin rəsmi məlumatlarına və qondarma "Dağlıq Qarabağ" hökumətinin hesabatına görə 2001-ci ildə Dağlıq Qarabağın əhalisi 143 min nəfər olub. Halbuki 1989-cu ilin siyahıya alınmasına görə həmin ərazidə 90 min nəfərdən bir qədər çox erməni yaşamışdır. ABŞ-ın Qaçqınlar üzrə Komitəsinin qaçqınların vəziyyəti ilə əlaqədar 2002-ci ilə dair ümumdünya icmalında Ermənistan üzrə məruzədə 1000-ə yaxın ailənin Ermənistandan Dağlıq Qarabağ və Laçın dəhlizinə köçürüldüyü bildirilib. 2003-cü ilin yanvar ayından Dağlıq Qarabağ ərazisini tərk edənlərin qarşısının alınması məqsədilə müəyyən olunmuş qaydalara görə, daimi yaşamaq üçün gedən ailələr təxminən 15, hərbi çağırışçılar 10 min ABŞ dolları məbləğində rüsum ödəməlidirlər. Ermənistanın bütün şəhər və rayonlarında 2002-ci ildən rəsmən fəaliyyət göstərən miqrasiya xidmətləri ölkə əhalisinin işğal olunmuş ərazilərə köçürülməsi istiqamətində iş aparır. 1994-cü ildən etibarən dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin qeyri-qanuni olaraq Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərinə köçürülməsi halları mövcuddur.Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işğal oluduğunu BMT təsdiq etdi. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini tərk etməsi haqqında 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul etdi. Lakin erməni işğalçıları bu qətnamələri yerinə yetirmədilər. Niyə ? Çünki, bu dünya 55 üzlüdür. İkili standartlar dünyanı uçuruma aparır. Bəs bunu dünya nə vaxt başa düşəcək ? Yaxın vaxtlarda dünyada elə bir müharibələr olacaq ki... Dünyada elə fəlakətlər baş verəcək ki... Nə qədər gec deyil dünya, insanlar, dövlətlər bunu başa düşməlidirlər !!! Bu gün bizi müharibəyə sürükləyirlər. Son vaxtlar mətbuatda, eləcə də televiziya ekranlarından "müharibə" sözü tez-tez aşılanır, diqqətlərə çatdırılır. Sanki biz bir labirintə düşmüşük. Və bu labirintdən bircə çıxış yolu var - MÜHARİBƏ !!! Fikir verin, son zamanlar (dılğır) Ermənistan prezidenti "Serıy" Sarkisyan dünyaya haray-həşir qaldırır ki, qoymayın Azərbaycan müharibəyə başlasın. Bu düzgün deyil. Azərbaycan müharibə edə bilməz. Bu, yolverilməzdir. Niyə ??? Niyəsi isə ondadır ki, biz güclüyük, get-gedə də hərbi və iqtisadi cəhətdən güclənirik. Və arxamızda bizə hər an dəstək verən Böyük Türkiyə var. Ermənistan qorxur ki, guya Azərbaycan müharibəyə başlasa böyük fəlakət olar. Mən niyə "guya" sözü işlətdim, ona görə ki, gəlin bir anlıq "Qarğa və Tülkü" nağılını yada salaq. Tülkü qarğanı tutur. Yemək istəyəndə, daha doğrusu öldürmək istəyəndə qarğa tülküdən xahiş edir ki, tülkü qardaş, sən canın məni öldürəndə necə istəyirsən öldür, amma bircə hündür qayadan atma. Mən hündürlükdən çox qorxuram... Tülkü isə fikirləşir ki, yox, qarğa qağa, elə səni sıldırım qayadan atıb öldürəcəyəm, sonra isə yeyəcəyəm. Tülkü belə də edir, qarğanı hündür qayadan üzü aşağı atır.. Qarğa isə uçub canını qurtarır. Bəlkə elə, Ermənistan, eləcə də onun havadarları bizi həmin qarğa kimi birbaşa müharibəyə sürükləyirlər. İstəyirlər ki, biz müharibə edək. Demək çətindi. İkili standartlar adamın beynini artıq çürüdüb. Böyük dövlətlər o qədər iyrənc siyasət yeridirlər ki, adam dünyaya nifrət edir... Bu gün dünya durumu sanki lap nazik bir ipin üstündədir. Hər an müharibə qığılcımı bu nazik ipi yerli-dibli kəsə bilər. Bax onda, dünyanın axırı olacaq. Dünya guya ki, 1915-ci ildə (dılğır) erməni soyqırımını tanımaq istəyir. Amma deyən yoxdur ki, ay 55 üzlü dünya, 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı. Amma dünya bunu tanımaq yox, heç adını da çəkmək istəmir. Müharibə... Bəli, həmvətənlərim, bizi zorla istəmədiyimiz bir müharibəyə çəkirlər. Bilirsiz, müharibə heç bir xalqa xeyir gətirməyib. Amma, həyatda belə bir kəlam var : Əgər torpaq varsa, Vətən var, torpaq yoxsa... Dünya bizə çıxış yolu qoymur. Bu anda dahi sərkərdə Babəkin bir sözü yadıma düşür : "40 il kölə yaşamaqdansa, bir gün azad yaşamaq hər şeydən üstündür". Nə qədər ki, bizim Mübariz İbrahimov kimi oğullarımız var, deməli Vətən var, Torpaq var, Biz varıq. Düz deyiblər : torpaq uğrunda ölən varsa Vətəndir. Bu gün dövlətimiz də şəhidlərimizin qanını yerdə qoymadı. Onların mübarək bədənlərini nankor düşmənlərimizdən geri aldı və layiqincə, xalqımızla bir yerdə dəfn elədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin ! Qəbirləri nurla dolsun ! Qoy dünya bilsin, Biz Türkük, bununla da fəxr edirik. Ta qədimdən bu günə kimi türklər mərd, cəsur, igid olublar. Bizim qanımızda türk qanı axır. Biz vuruşub öz əzəli torpaqlarımızı azad etməliyik. Mən də bir əsgər kimi, bir vətən oğlu kimi Ali Baş Komandanın əmrini gözləyirəm. Qədimdən Ulu Türkün simvolu Qurd olub. Bu gün həmin qurd bir az sakitləşib. Ancaq mən dılğır ermənilərə də, dünyaya da deyirəm : Ey dünya, bir gün bur qurd yerindən qalxıb "ULAYACAQ, ULAYACAQ, ULAYACAQ !!!". Yol bağlanıb yurddan yurda, Hər addımda dərd dolanır. Ümid qalıbdı "Boz Qurda"- Gör nə vaxtdır qurd ulamır... Hər an sadiq qalıb anda, Gözləyirik dörd bir yanda, Ulu, uca Türküstanda Gör nə vaxtdır qurd ulamır... Tapdıq Əlibəyli. Mənbə : İlqar Məmmədağaoğlu - Şəhid Mübariz kitabı.
['müharibə']
6,311
https://kayzen.az/blog/marketinq/3415/r%C3%B6ya-v%C9%99-nokia-n8-telefonu.html
Röya və Nokia N8 telefonu
Cavid
Marketinq
14 dekabr 2010, 14:54
Maraqlı reklam hamının xoşuna gəlir. Azərbaycanda isə maraqlı reklam az olur. Reklamın maraqlı olması üçün gərək orda keyfiyyətli məhsul və cəlbedici məqamlar olsun.Məsələn,nümunədə göstərdiyim Röya və Nokia N8 reklamı kimi: Röya burda çox gözəl,cazibəli düşüb. Nokia N8 telefonunu elə tərifləyir ki adam istəyir getsin telefonu alsın.Yoxsa adam bezir standart reklamlardan.Maraqlıdır ki,bu reklam məxsusi olaraq Youtube üçün çəkilib,16 GB yaddaşı,12 meqapikselli kamerası olan bu cür keyfiyyətli reklamı elə Röyanın çəkilməsi məncə sevindirici haldır.
['Röya Ayxan']
6,312
https://kayzen.az/blog/moda/3343/q%C4%B1rm%C4%B1z%C4%B1-r%C9%99ng.html
Qırmızı rəng
burla xatun
Moda dünyası
14 dekabr 2010, 10:51
Dünyanın tanınmış modelyerləri hər il hansı rəngin dəbdə olmasına baxmayaraq, öz kolleksiyalarında hər zaman qırmızı rəngə önəmli yer verirlər. Rəng mütəxəssislərinin fikrincə, qırmızı – səmimiyyət, güc, ehtiras, şəhvət və eşq rəmzidir. Onlara görə, bu rəng insanı hadisələri aydınlaşdırmaqda daha sürətli qərarlar verməyə yönəldir. Heç təsadüfi deyil ki, xanımların əksəriyyəti gecə-mərasim libaslarını seçərkən onda qırmızı rəngin olmasına müsbət yanaşırlar. Çünki bu rəng diqqəti daha tez özünə cəlb edir. Hər halda, danılmaz reallıqdır ki, modelyerlər öz müştərilərinin rəyinə əsaslanaraq, qətiyyən qırmızı rəngdən imtina etmir, əksinə, ona böyük həvəslə yanaşırlar. Onlar belə hesab edir ki, qırmızı həm də unudulmazlığı ifadə edir. Maraqlıdır ki, 1940-50-ci illəri yenidən gözdən keçirdən “Prado” və “Dior” qırmızı rəngdə olan ətək və pencəklərə üstünlük verdikləri halda, yeni nəsil modelyerlər bu rəngin qarışıq modellərdə istifadəsini əsas götürürlər. Hətta kişilər də qırmızı geyimli xanımları daha cəlbedici hesab edirlər. Hələ qədim Misirdə qadınlar cazibədar görünmək üçün dodaqlarını məhz qırmızı rəngdə boyayırmışlar. Amerikalı psixoloqlar 100 kişi üzərində qırmızı rənglə bağlı test keçiriblər. Onlara bəziləri qırmızı geyimdə olan qadın şəkilləri göstərərək kişilərin hansı qadını daha cazibəli hesab etdiklərinə dair dəyərləndirmə aparıblar. Nəticədə kişilərin qırmızı geyinən qadınlara daha çox meylli olduqları ortaya çıxıb. Onlar hətta bu rəngdə geyinən xanımlara pul xərcləməkdən çəkinmədiklərini bildiriblər. Xarici jurnalların birində nəşr olunan sorğu nəticələri də qırmızı geyinən qadınların kişilərə daha cazibədar göründüyünü təsdiqləyib. Bu rəngin uzun illərdən bəri çox diqqətçəkən olmasının hamıya məlum olduğu söylənsə də, bəzi kişilər nə üçün qırmızı geyinən qadınlara üstünlük verdiklərini hələ də anlaya bilmədiklərini deyiblər. Deməli, bu rəng həm də sirlilikdən xəbər verir. İnternetdə yer alan ekspert rəylərinə görə, qırmızı rəng özündə 3 elementi – qadağa, icazə və təhlükəni birləşdirir. Dünya ulduzlarından Penelope Kruz, Cenifer Lopez, Eva Mendes və başqaları qırmızı rəngi üstün tuturlar. Araşdırmalara əsasən, dünya xalqları içərisində Meksika, Norveç, İrlandiya, İraq sakinləri qırmızı rəngi çox sevirlər. Yəhudilər də qırmızı rəngə biganə olmayan xalqlar sırasına daxildir. Onların Qubada saldıqları “Qırmızı qəsəbə” də bəlkə bu faktı təsdiqləyən göstəricidir. Qəsəbədə olan evlərin dam və divarlarının qırmızı rəngdə olması onların bu rəngə daha çox önəm verdiklərini bildirir. Ümumiyyətlə, bir çox xalqların qırmızı rənglə bağlı müxtəlif inancları var. Məsələn: çinlilər və vyetnamlılar toy zamanı və bayramlarda mütləq qırmızı geyinirlər, ətrafı da bu rəngdə bəzəyirlər. Onların inancına görə, bu rəng sevinc gətirir. Türkiyə türklərində qırmızının xüsusi önəmi var. Türkmən boylarının də çox əvvəldən bəri al rənglərdə geyimlər geyindikləri və köynəklərinin üst hissəsinin qırmızı rəngdə olduğu söylənilir. Oğuz qadınlarının paltarlarında da al-qırmızı rənglər çox istifadə olunub. Deyilənə görə, İranın Kirman vilayətində diqqət cəlb etdiyi üçün qadınlara qırmızı rəngdə paltar geyinmək qadağan edilib. Qırmızı rəng yalnız moda dünyasında deyil, eyni zamanda, siyasət aləmində də məşhur olan rəngdir. Belə ki, bu rəng dünya səviyyəsində kommunizmi və solçuluğu ifadə edir. Tibbdə qan azlığından əziyyət çəkən, qan dövranı pozulmuş xəstələrə qırmızı geyinmək və bu rəngə çox baxmaq məsləhət görülür. Modelyerlər al rəngdə geyim seçən xanımlara dəbdəbəli bəzək əşyalarından uzaq olmağı məsləhət görürlər. Bu rəngi qara və krem rəngləri çox yaxşı tamamladığı üçün xanımlar qırmızı geyimlərini həmin rənglərdə olan çanta və ayaqqabı ilə tamamlaya bilərlər. Qara rəngə üstünlük verən qadınlar da qırmızı bəzək əşyası taxmaqla öz görünüşlərini daha da cazibədar etmiş olarlar. Mənbə: 525-ci qəzet Müəllif: Günel MUSAYEVA Həmçinin bax: Qırmızı reng cantalar
['qırmızı rəng', 'qırmızı']
6,313
https://kayzen.az/blog/kitab/3206/az%C9%99rbaycanl%C4%B1lar-kimin-kitab%C4%B1n%C4%B1-oxuyur.html
Azərbaycanlılar kimin kitabını oxuyur
Əliyev
Kitablar və mütaliə
13 dekabr 2010, 13:35
“Günə 20-30 manatlıq kitab satsaq, bu, böyük şeydir. Oxucuların sayı azala-azala gedir. Ali məktəblərin tətilə getməsi işimizi daha da çətinləşdirir. Cavanlar qurşanıblar mobil telefona, internetə… Nə yaxşı ki, hələ də kitab soraqlayan adamlarımız qalıb” - Elmlər Akademiyası metrosunun həndəvərində 7 ildir səyyar kitab satışı ilə məşğul olan Mərdan kitab bazarının taleyi haqda söhbətimizə bədbin notlarla başlayır. Reportajımızı Mərdan və onun kolleqalarına həsr etməkdə məqsəd kitab bazarını gözdən keçirmək idi. Kitab alıcıları haqda satıcı sözü Kitabın cəmiyyətin formalaşmasında rolundan yeni söz yazmaq artıqdır. Amma o da sirr deyil ki, zəngin kitab oxuma ənənəsi olan ölkədə artıq kitab oxuyanlara yumşaq desək, barmaqarası baxanlar da azlıq təşkil etmir. Bəs nə baş verib ki, azərbaycanlılar kitabdan üz döndəriblər? Ümumiyyətlə, döndəriblərmi? Mərdan deyir ki, onun fəaliyyətə başladığı dövrlə müqayisədə indi kitab alanlar əməlli-başlı azalıb: “Indi günə 7-8 kitab satanda sevinirik. Əvvəllərsə azı 15-ni satırdım. Hələ elələri olurdu ki, zənbillə gəlib 10-15 kitabı birdən alardı”. O, alıcılarının sayının azalmasını kitabların bahalaşması ilə əlaqələndirmir. Deyir ki, köhnə kitabların qiyməti bahalaşmaya baxmayaraq, dəyişməz qalıb: “O vaxt da qiymətlər 1-2 manat arasında idi, indi də. Sadəcə olaraq, indi insanların kitaba marağı ölüb. Mən 2005-ci ilə qədər ”bukinistlik” etmişəm. Yəni ancaq köhnə kitabları alıb - satırdım. Gördüm ki, çörək pulu çıxmır, keçdim təzə kitabları satmağa”.> Dostoyevski əzəməti Mərdan dediyinə görə, son illər hansısa kitabın kütləvi satışı olduğunu xatırlamır. Bəs satışda hansı kitabların alıcısı daha çoxdur” - soruşuram. Xüsusi fərqlənənlər olmasa da, üstünlük detektiv ədəbiyyatdadır. Sonrakı sıralamada dil öyrənmək üçün kitablar, dini, psixoloji və bədii ədəbiyyat gəlir. Şeir kitablarını çox olduğunu görüb onların satışı ilə maraqlanıram. Həmsöhbətimiz cavanların şeir kitablarına marağı olduğunu söyləyir: “Şairlər arasında ikisini - Bəxtiyar Vahabzadə və Nüsrət Kəsəmənlini daha çox istəyirlər”. Bədii ədəbiyyat sırasında F.M. Dostoyevskinin əsərləri uzun müddətdir birinciliyini qoruyur. Mərdan F.M. Dostoyevskinin kitablarının piştaxtaya çıxmağı ilə satılmağının bir anda olduğunu söyləyir. Milli nəsr əsərlərindən isə satışda diqqət çəkəcək hadisə yaradan təəssüf ki, hələ də yoxdur. Amma öyrəndiyimə görə tələbələr, “Babək”, “Qan içində”, “Qarlı aşrım” kimi tarixdən bəhs edən bədii ədəbiyyata üstünlük verir. Aman serial əlindən… Səbail rayonunun ən gur yerində Nizami küçəsində 12 ildir kitab satışı ilə məşğul olan Əziz dayı da oxucu sarıdan şikayətlidir. O, müştərilərinin daha çox rusdillilər olduğunu deyir. Bu, onu kədərləndirir: “Bizim millətdə olan beyin heç kimdə yoxdur. Amma hayıf ki, bu beyni səviyyəsiz şoular zay edir”. Əziz dayı insanların daha çox ingilis dili və kompüterə aid kitab aldığını söyləyir. Doğrudan da, onun yanında olduğumuz müddətdə kitab alan 4 nəfərin hər biri ingilis dilində ədəbiyyat götürdü. “Azərbaycan dilində kitab çox azdır. Xüsusən indi tələb olunan kitablar yoxdur. Nə texniki, nə də bədii ədəbiyyat. Rus dilində nə qədər maraqlı, sanballı kitablar var. Bunları tərcümə edib xalqa oxutmaq lazımdır”. Həmsöhbətim təzə kitabların baha olduğunu etiraf etsə də, bunu kitabdan imtina üçün əsas saymır: “Ataların sözü var: ”Çobanın könlü olsa, təkədən pendir tutar”. Yəni kitab həvəsində olan adam onun pulunu hardan olsa, tapar. Necə olur, gündə 1 “şirvan”lıq kontura pul tapırlar, amma kitaba yox”. Bəs kitabın alıcısı niyə yoxdur? - soruşuram. “Səbəblər çoxdur. Televiziyaların, mobil telefonların rolu böyükdür. Teleserialları mən bir nömrəli kitab düşməni sayıram”. Din və ingilis dili Eldar Abdullayev də uzun illərdir kitab bazarında çalışan zəhmətkeşdir. Onun “bukinst dükanı” bir kitabxananın yerləşə biləcəyi ən qiymətli ərazidə yerləşib. Eldar müəllimin mağazası dörd universitetin, BDU, Lomonosov adına MDU-nun Bakı filalı, Texniki və inşaat universitetlərinin əhatəsindədir. Üst-üstə toplasaq bu 40 minə yaxın tələbə edir - bu qədər potensial alıcını düşünüb Eldar müəllimin vəziyyətinin yaxşı olacağını düşündük. Amma sevinməyə elə də ciddi əsas olmadı. “Eldar müəllim, satış necədir, xalqımız nə oxuyur” soruşan kimi həmsöhbətim köhnə xatirələrini canlandırır: “Bir vaxt Aqil Xəlil burdan reportaj eləyib. Elə köhnə hamam, köhnə tasdır, dəyişən bir şey yoxdur”- belə desə də Eldar müəllim zəngin müşahidələrini yenidə bizlə bölüşməyə xəsislik etmir. Onun kitabxanasında elmi, özəlliklə elmi ədəbiyyat çoxluq təşkil edir. Amma texniki kitabların satış səviyyəsi dini və ingilis dili öyrənmək üçün kitablardan geri qalır. Burda da dedektiv əbədiyyat at oynadır. Kitab ölümsüzdür Son ayların rekord qıran kitabı isə Bəxtiyar Vəhazadənin şeirlər kitabı olub. Eldar müəllim deyir ki, şairin vəfatı inanılmaz surətdə onun kitablarının satışına təsir göstərib: “Mən özüm də Bəxtiyar müəllimi çox istəyirəm. Dəfn günü mən də qəbristanlığa getmək istəyirdim. Amma inanın o gün o qədər kitab alan gəldi ki, başımı qaşımağa vaxtım olmadı. Çoxu da Bəxtiyar müəllimin kitablarını aldı”. Eldar müəllimin satışın səviyyəsindən razı qalmasa da nikbindir, deyir ki, son iki ildə satış tempində artma müşahidə edilir. Bir kitab satıcısı kimi o düşünür ki, ali kitab oxuyanlarının sayının az və ya çox olması məktəblərdə təhsili səviyyəsindən birbaşa asılıdır: “Çoxları deyir ki, guya bizdə internet kitabın bazarını bağlayır. Mən bu sözlərə inanmıram. Ona görə ki, Amerikada, Türkiyədə, Rusiyada internet bizdən qatbaqat güclüdür. Bununla belə orda kitab bazarı da çox gözəl səviyyədədir. Kitabın enerjisini heç nə əvəz edə bilməz. Internetdən 10 qat üstün bir şey kəşf edilsə də insanlar yenə də kitab oxuyacaqlar”. Marks yada düşür Eldar müəllim son bir ildə ideoloji kitabların da müştəri topladığını maraqlı fakt kimi danışır: “Məsələn, bu dəqiqə neçə oxucu var ki, mənə Marksın ”Kapitalın” sifariş verib. Azərbaycanca olan “Kapital”ları tapa bilmirəm, tapdıqlarımın da hamısını satıb bitirmişəm. Lenini də istəyən var, amma Marks qədər yox”. Hə, onu da əlavə edək ki, bu kitabxanada da Dostoyevskinin kitabları yoxdur. Sadə səbəbdən, onlar satışa çıxarılandan az sonra satılıb qurtarıb. Natiq Mənbə http://www.editor.az/MARAQLI/1229.html
['mütaliə']
6,314
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/3391/vladimir-lenin.html
Vladimir Lenin
burla xatun
Böyük insanlar,şəxsiyyətlər
11 dekabr 2010, 11:18
«Nacins, mənəvi cəhətdən sarsaq, əbləh olan Lenin öz fəaliyyəti ilə dünyada ən varlı ölkələrdən birini yerlə-yeksan elədi, bir neçə milyon insanı qırdı. İndi dünya o qədər havalanıb ki, onun dahi, yoxsa İblis olması barədə mübahisələr də eləyir. Qanlı taxtına dırmaşanda artıq o, 4 əlli dayanmışdı. İngilis fotoqrafları onun şəklini çəkmək istəyəndə o, dilini çıxarıb hırıldayırdı. Təkcə Rusiyaya görə yox, bütün Avropaya görə narahat olursan. Axı, Allahın qəzəbi mütləq insanların başına düşəcək, bu, həmişə belə olub…». Bunin «Heç bir Asiya istilaçısı, nə Tamerlan(Teymurləng), nə Çingiz xan Lenin qədər şöhrətə layiq görülməyib. Onun məqsədi dünyanı xilas etmək, üsulu isə dünyanı partlatmaqdır. O hər şeyi, Allahı, çarları, ölkəni, əxlaqı, məhkəməni, borcu, maraqları, qanunları, əsrlərin ədətlərini, insan cəmiyyəti kimi strukturları — hamısını ayaq altına saldı. Nəhayət o özünü də məhv elədi». U. Çörçill Anormal və həyasız Evdə üçüncü uşaq olan Volodya ilk illər valideynlərini narahat eləyirdi. Bacısı Anna yazırdı ki, o, çox səs-küylü və qışqırıqçı idi. Çox yavaş inkişaf eləyir və özünə qarşı həmişə diqqət tələb eləyirdi. Özündən yaş yarım kiçik bacısı ilə eyni vaxtda gəzməyə başlayan Volodya, ondan fərqli olaraq, yıxılan kimi başını yerə çırparaq çığırıb köməyə çağırırdı. O vaxilar anası da çox narahat idi ki, görəsən, uşağı əqli cəhətdən geri qalmayıb ki? Çünki Volodya doğulanda mamaça çağaya baxıb qəribə görkəmli uşağın ya qeyri-adi ağıllı, ya da son dərəcə axmaq olacağını ehtimal eləmişdi. Amma gimnaziyada o, özünü çox yaxşı aparırdı. Düzdür, heç kimlə dava eləməsə də, hes kimlə dostluq da eləmirdi. Özü sataşan olmasa da, ona artıq söz deyənlərin cavabını verə bilirdi. Artıq ilk siniflərdə Volodya dərslərin özünə də dəyər verməyi bacarırdı. Hansı dərslə məşğulluğun vacib, hansının boş, lazımsız olduğunu özü təyin eləyirdi. Ona görə də 9 yaşında musiqini və gözəl rəsm çəkmək qabliyyətinə baxmayaraq rəssamlığın daşını atdı. Vladimir İliç, yoxsa İvanoviç? Uzun illər bizim beynimizə yeridilən idellik səhnədə,adətən, ana piano arxasındadır, uşaqlar hamısı kitab oxuyur, haradasa bir qıraqda ailə başçısı İlya Nikolayeviç durub, çox vaxt isə iş masası arxısındadır. Amma ailənin daimi qonağı olan həkim İvan Sidoroviç Pokrovskinin adını heç yerdə çəkmirdilər. Amma onlar, yəni  anası Mariya Aleksandrovna ilə ailə həkimi münasibətlərini gizlətmirdilər. İlya Nikolayeviç daim işlə bağlı səfərlərdə olanda onlar birlikdə şəhərdə gəzişməkdən, əl-ələ tutmaqdan çəkinmirdilər. Əsl atasının adını götürsəydi, Lenin Vladimir İliç yox, İvanoviç olmalıydı. Moskvada Leninin Mərkəzi muzeyində Vladimir Ulyanovun Sankt Peterburq İmperator universitetini bitirməsi barədə diplom saxlanılır. Orada Vladimir İliç yox, İvanoviç yazılıb. Sonradan cızıqlanıb üstündən İliç əlavəsi edilib. Maraqlıdır, görəsən, səhv yazılmış diplomunu Ulyanov niyə geri qaytarmayıb, yaxud sonradan dəyişdirməyib? Deyəsən, marksizm-leninizm tarixçiləri bu dəfə də siyasi liderlərinin bioqrafiyasına müdaxilə eləyib onun atasının adını belə kobud tərzdə dəyişdiriblər. Leninin xatirələrini «redaktə» eləyən bacısı da sonradan ailə həkimi obrazını mümkün qədər az ortaya atmaqçün bəzi dəyişikliklərə yol verib. Leninin əsl atası tarixə ona ilk inqilabi kitabları verən «tanış həkim» kimi daxil ola bilib. Ailə də siyasi addımdır 23 yaşında olanda bacısının rəfiqəsi Apollinariya Yakubova ilə onun arasında incə hisslər yaşanırdı. İkl dəfə həbsdən çıxanda Kuboçka adlandırdığı bu qız onu türmənin qapısında gözələyirdi ki, boynuna sarılsın. Amma Apollinariya Vladimirin pəncərələri altında keşik çəkməyə Nadejda Krupskaya adlı rəfiqəsi ilə birgə gələrdi. Ona görə də bəzi bioqraflar hesab edir ki, Krupskaya ilə Leninin nigahı  daha çox siyasi addıma bənzəyir. Özü seçməli olsaydı, incə hisslər bəslədiyi Apollinariyani seçərdi. 30 yaşında olanda Ulyanov Parisdə İnessa Armand adlı yarı fransız, yarı ingilis olan xanımla tanış olur. 5 uşaq anası və dul qadın olan İnessa, fotolara inansaq, Nadejda Krupskayadan fərqli olaraq çox gözəl idi. Krupskaya və Armandın münasibətləri pis deyildi. Çünki 1911-ci ildən etibarən Ulyanovların qonşuluğuna köçən Armand ailə dostuna çevrilmişdi. Həm də sonsuzluqdan əziyyət çəkən Ulyanovlar ailəsi Armandın 5 uşağı ilə başını qatırdı. Onlar Parisdə də, sonradan Moskvada da həmişə qonşuluqda yaşayıblar. Armand Leninə tərcümələrdə kömək eləyir, şəhərkənarı gəzintilərdə, dil öyrənmək dərslərində birlikdə olurdular. Amma İnessa feminizm haqqında kitab yazıb «azadlıq və sevgi» tələb edəndə Lenin onun yazdıqlarını «proletarlıqdan uzaq burjua münasibətləri» adlandıraraq tənqid eləyəndən sonra onların münasibətləri soyudu. Komadakı cənnətdə Leninin son zamanlar aşkarlanmış məktubları onun ailəcanlı obrazına yeni, hətta gözlənilməz çalarlar qatdı. Leninin Razliv stansiyasında təqibdən gizlənib samandan düzəldilmiş komada yaşaması faktını sovet tarixçiləri tamam başqa cür təqdim edirdilər. Əslində o, Zinovyevlə birgə orada istirahət eləyir, balıq tutur, gün vannası qəbul eləyib hərdənbir inqilabın kursunu müəyyən edən yazılar da yazırmış.  Leninin Zinovyevlə cinsi əlaqələrini sübut eləyən bir sıra məktubları qalıb. Lenin: «Yoldaşlar mənə bir sakit və təhlükəsiz yer təklif eləyirlər. Mənə qoşul, hamıdan qıraqda gözəl günlər yaşaya bilərik. Mənimlə təklikdə qalmaq istəsən, xəbər elə. İki nəfər üçün yer hazırlamağı tapşıraram…» Zinovyevin vafalılıq andı: «Əzizim Vova. Bilsən səninçün nə qədər darıxmışam. Səndən sonra mən heç kimə əlimi də vurmamışam… ». Zinovyev keçmiş günləri belə xatırlayır: «Mənə cavab yazmırsansa, deməli, unutmusan. Mənsə ikimizçün gözəl bir yuva qurmuşam, burada bizə heç kim mane olmaz. Yadındadır, Jenevada o qadından gizlənməkçün nə oyundan çıxırdıq? Bu dəfə bizi heç kim ayıra bilməz…». O qadın deyəndə, Nadejda Krupskaya nəzərdə tutulurdu. Nadejda onları bir yerdə haqlayaraq izahat tələb eləmiş, sonra Leninin tam etirafını dinləyib o da bu əhvalatın ört-basdır edilməsində yaxından iştirak edirmiş. Sevgililər arasında arabir qısqanclıq səhnələri də yaşanırdı: «Vova, səndən uzaq olanda mən hər dəfə sənin mənə xəyanət elədiyini düşünürəm. Xasiyyətini tanıyıram axı, ay dəcəl. Mən bilirəm ki, riyakarlıq eləmək sənə necə çətindir. Yaxşı ki, Nadyadan heç nə gizləmək lazım deyil…», «… Qısqanclığımın səbəbi var. Mən bəyəm bilmirəm ki, iri aləti olan kişi görəndə sənin balaca gözlərin necə yanır? Yəqin ki, Leybanı (Leyba Trotski — G. R) sən yoldan çıxarmısan». Cavabında Lenin yazırdı: «Məndən incimə, Qerşele. Bilirsən ki, mən nəvazişsiz qala bilmirəm. Xüsusilə də belə siyasi gərgin vaxtlarda. Leyba isə məni qayğıyla əhatə eləyir. Sən mənə bu zəifliyimi bağışlarsan, yəqin». Əlbəttə ki, bütün məktublaşmalardan xəbəri olan Krupskaya onların əlaqəsini sonacan gizləmək fikrində deyildi, xüsusilə də Lenin yaralanandan sonra: «Xahiş edirəm, mənim ərimi görüş haqqında yalvarışlarınızla təngə gətirməyəsiz. Bu arsızlığa nə qədər dözməliyəm?! Bilirsiz ki, İliç xəstədir və sizin şuluqluğunuz ona baha başa gələ bilər. Mən ərimin sağlamlığının qeydinə qalıram…». Bu məktublar uzun illər arxivdə xüsusi gizlilik şərti altında saxlanıb. Stalin onları oxumuşdu, amma nədənsə məhv eləməmişdi. O, bu məktubları Lenin obrazını yıxmağa qadir olan güclü silah kimi saxlayırdı… Dahilərin dahisi, yoxsa atom bombası Bu yaxınlaracan milyonların baş əydiyi insana dahilərdən dahisi də deyirdilər. Bəli, o, dahi taktikaçı və qiyamlar dövrünün siyasətçisi idi. Rus xalqına tələ quranlar başqaları olsa da, onun partiyası qalib gəlmişdi. Qalib hüququndan istifadə edərək, o, öz dövlətini yaratdı. Ona antixrist, mürtəd və İblisin qarışığı  deyən Qriqoriy Klimov Leninə özündən sonra nəsil qoymadığı və nacinslər törətmədiyi üçün minnətdarlıq eləyirdi. Onu alman casusu sayırdılar. Çünki Almaniya və Rusiya arasında müharibə zamanı surğuclanmış vaqonda onu atom bombası kimi Rusiya ərazisinə ötürmüşdülər. Həqiqətən də Leninin fəaliyyəti rus xalqı üçün atom partlayışı kimi oldu. Mənbələrin əksəriyyəti Lenini rusofob, yəni rus xalqından qorxan adlandırır. Əslində isə o, qanında rus, yəhudi, çuvaş, kalmık, alman və şved qarışığı olsa da özünü rus sayırdı. Lenin meydana atılanda nə Rusiyada, nə də xaricdə heç kimin ağlına gəlməzdi ki, bolşeviklər hakimiyyəti ala bilərlər. Lenin çıxışlarını şəraitə uyğun qurur, sonra onları qəribə öncəgörməliklə korrektə eləyirdi. Lazım gəlsəydi, Marks təlimini qulaqlarından tutub lazımi istiqamətdə «sürüyə» də bilərdi. Siyasətçi kimi o, ən əvvəl azartlı oyuncu idi. Cəsarətli, əzmli, ağıllı və təcrübədən tez nəticə çıxarmağı bacaran oyunçu. Qırmızı terror Lenin terrorun ən güclü tərəfdarı və ilhamlandırıcısı idi. Aktiv hərbi əməliyyatlar vaxtı Lenin bir sıra terror əmri verən sənədlər imzalayıb: «… Bütün qüvvələri səfərbər eləyib kütləvi terror törətmək lazımdır. Əsgərləri yoldan çıxaran və içirdən yüzlərlə fahişənin hamısını güllələmək gərəkdir… » Lenin vaxtaşırı Qafqaza belə məzmunlu teleqramlar göndərirdi: «Hamısını doğrayacağıq!». Dzerjinskinin bir milyona qədər kazakın əsirlikdə olması barədə  məşhur məktubunun qırağında Lenin «Hamısını bir nəfər kimi güllələmək!» yazmışdı. Lenin Penzadakı bolşeviklərə belə bir əmr göndərmişdi: «100 nəfər varlı kəndlini asmaq, mütləq asmaq lazımdır ki, xalq görsün. Bu edamı yerinə yetirməyə ən qəddar adamları seçmək gərəkdir». Dzerjinskiyə məktubundan: «Din və keşişlərin axırına mümkün qədər tez çıxmaq lazımdır. Keşişləri kontrinqilabçılar kimi həbs eləmək və hər yerdə qəddarcasına güllələmək lazımdır. Kilsələri bağlayıb məbədləri anbarlara çevirmək yaxşı olardı». Stalin və Lenin Tarixə «Leninin vəsiyyətnaməsi» adıyla daxil olmuş sənəd 1956-cı ilə qədər çox böyük səylə xalqdan gizlədilirdi. Çünki bu sənəddə Lenin Stalin haqqında belə yazırdı: «… Yoldaş Stalin baş katib olandan bəri əlində böyük hakimiyyət topladığından, mən əmin deyiləm ki, o, bu hakimiyyəti lazimi səviyyədə istifadə edə biləcək. ..Stalin çox kobuddur. Ona görə də mən həmən vəzifəyə başqasını qoymağı məsləhət bilirəm… » Köhnə çekistlərin danışdıqlarında az qala lətifə kimi yayılan amma olmuş bir əhvalat var. Krupskaya bir dəfə Stalinə şikayət eləyir: «Lenin idarəsindəki bütün cavan qızlarla yatıb, indi başqa şöbələrə əl atmaq istəyir. Xahiş edirəm Mərkəzi Komitəni yığıb bir tədbir tökəsiniz…». Bu məsələ ilə bağlı iclasda hamı, hətta Lenin özü də təbəssümünü yığışdıra bilmirdi. Müzakirələrdə Lenin, şübhəsiz, günahkar sayıldı və qərara alındı ki, Krupskayanı partiya işlərindən azad etmək lazımdır ki, dahi rəhbərin arvadı kimi öz evlilik borcunu layiqincə yerinə yetirə bilsin. Nadejda Krupskayanın qapını çırpıb getməkdən başqa əlacı qalmamışdı. Məhz bu hadisədən sonra Stalin Krupskayaya qarşı olan antipatiyasını gizlətmədi. Krupskaya isə qisas kimi Leninin Stalinə ünvanladığı məktubların vaxtında çatmasına maneçilik yaradırdı. İblisin məbədi Mavzoleydə Leninin ölümü  hələ də 20-ci əsrin sirrlərindən biri kimi qaranlıqda qalmaqdadır. Stalinin Lenini zəhərləməsi versiyası təsdiqlənməsə də, səngimək də bilmir. Lenin yataqda olarkən Stalin partiya dostları arasında belə bir fikir yayırdı ki, Lenin əzablarının bitməsi üçün zəhər gətirməyi Stalindən xahiş edib. Trotski hesab edirdi ki, Stalin bununla özünü sığortalayır. İflicdən rəhmətə gedən Leninin meyiti dərhal analizlərdən keçirilmədiyindən, bu şaiyələr bir az da artmışdı. Çünki 16 saat sonra yarılan bədəndə ürək, ciyərlər və böyrəklər çox yaxşı vəziyyətdə olsa da, mədənin divarları dağım-dağım idi. Buna baxmayaraq, mədə şirəsi analiz edilməmişdi. Leninin ölüm bülleteni altında onun şəxsi həkimi öz imzasını atmamışdı. O, hesab edirdi ki, yarılma keyfiyyətsiz icra edilib. Leninin ölümündən sonra həbs edilən daha bir həkim Qavriil Volkov türmədə kamera yoldaşına danışmışdı ki, Lenini sonuncu görən məhz o olub. Lenin ölümqabağı əyri-üyrü həflərlə yazılmış kağız parçasını ona ötürə bilmişdi. Orada yazılmışdı: «Qavriluşka, məni zəhərlədilər… Nadyanı tez çağır…Trotskiyə de…, bacarsan hamıya danış… ». Müəllif: Gülnarə Rəfiq [email protected] Mənbə: Bizim Yol qəzeti   Lenin yəhudi imiş? Rusiyanın GZT.ru saytının məlumatına görə, dünya proletariatının lideri, SSRİ-nin yaradıcısı, bir zamanlar Lenin baba adı ilə tanınan V.İ.Lenin, sən demə, yəhudi imiş. Bunu yenicə açılmış arxiv sənədləri sübut edir. Belə ki, Leninin böyük bacısı Anna Ulyanovanın məktubunda maraqlı bir fakt diqqəti cəlb edir. Orada yazılıb ki, Ulyanovlar ailəsinin ana tərəfdən babası Ukrayna yəhudisi imiş. Hansı ki, sonradan təhsil almaq imkanları qazanmaq üçün pravoslav-xristian dinini qəbul edib. Adıçəkilən məktub Rusiya Dövlət tarix muzeyində saxlanılır. O, illərdən bəri Leninin yəhudi olub-olmadığı barədə gəzən söz-söhbətlərə birdəfəlik son qoydu. Anna Ulyanovanın 1932-ci ildə Stalinə göndərdiyi məktubda yazılır: «V.İ.Leninin babası Jitomir şəhərində yaşayan Moisey Blank adlı bir yəhudi idi. Bu, doğum şəhadətnaməsində də yazılıb. Vladimir İliç həmişə yəhudilər haqda yüksək fikirdə olub. Mən təəssüf edirəm ki, bizim yəhudi köklərimiz barədə onun xəbəri olmayıb.» Qeyd edək ki, o zamanlar kommunistlər arasında da antisemitizm baş qaldırmışdı və yüksək təbəqələrdə yəhudilər arzuolunmaz insanlar kimi tanınırdılar. Odur ki, məhz həmin ərəfədə Leninin bacısı ölkə başçısına  açıq məktub ünvanlamalı olmuşdu. Məktubda daha sonra yazılırdı: «Eşitmişəm ki, axır vaxtlar antisemit əhval-ruhiyə kommunist sıralarında artıb. Ona görə gizlətmək lazım deyil ki, dahi rəhbər V.İ.Lenin də yəhudi olub.» Yəhudiləri özünə rəqib bilən Stalin o zamanlar məktubun mətnini geniş ictimaiyyətə açıqlamayıb və hətta Anna Ulyanovadan bu sirri və məktubu məxfi saxlamasını tələb edib. SSRİ tarixinə aid olan sənədlər 1990-cı ildən araşdırmaya açıq olsa da, 111 arxiv materialı, o cümlədən Leninin yəhudi olduğunu sübut edən məktub son zamanlar üzə çıxıb. P.S. Lenin yəhudi olmasaydı, bap-balaca boyu ilə dünyanı 70 il barmağına dolamazdı... Müəllif: Könül Aypara Mənbə: Oxu Məni
['Vladimir Lenin', 'Vladimir Ulyanov Lenin', 'Lenin', 'tarixi şəxsiyyət', 'tarixi şəxslər barədə qalmaqallı faktlar']
6,315
https://kayzen.az/blog/paint/3377/amedeo-modilyani.html
Amedeo Modilyani
burla xatun
Məşhur rəsmlər və rəssamlar
10 dekabr 2010, 12:58
Sovet dönəmində hər hansı intelligentin evində «Leopold Zborovskinin portreti», yaxıd «Janna Ebüternin portreti»nin reproduksiyasını görmək olardı. Axı o vaxtlar çoxu «Monparnas 19» filmini görmüş və qadınların sevimlisi, «bogema şahzadəsi», alkoqol, narkotik  və vərəmin birgə səyi ilə məhv olandan sonra dünya şöhrəti qazanmış dahi rəssam haqqında əhvalatı yaxşı bilirdi. Bir balaca artıq məlumatı olanlar Anna Axmatovanın Modilyaniyə «Rotonda» kafesində çılpaq pozaları haqqında qeybətlər də eləyirdi. Kimsə İlya Erenburqun «qarğışlanmış rəssam» haqqında şerlərini oxumuşdu. «Modi» ifadəsi fransızca qarğışlanmış, lənətlənmiş mənasını verir. «Bəlkə, bu «barama»dan rəssam çıxdı? Modilyani soyu Roma ətrafında kəndin adından götürülüb. 4 uşaqlı ailənin sonbeşiyi olan Amedeo doğulanda atası müflisləşmişdi. Onların ev əşyaları müsadirə edilməliydi. Amma İtalya qanunlarına görə, zahı qadının əmlakı toxunulmazdı. Ona görə də müsadirədən əvvəl ev sakinləri butun qiymətli əşyalarını uşağını qucağına sıxıb uzanmış ananın çarpayısına qalayırlar. Valideynləri bunu qismətə yox, uşağın ağır ayağına yazdılar. İkiyaşlı Dedonun ilk xasiyyətnaməsini anasının gündəliyində yazılıb: «Bir qədər əyköyün, bir az kaprizli, amma mələk kimi göyçək bir uşaqdı». Ciddi xəstəlikdən sonra bu gündəliydə yeni yazı əmələ gəldi: «Dedoda çox güclü plevrit var (ciyərə su yığılma). Xasiyyəti hələ formalaşmayıb deyə mən hələ ki, kim olacağını deyə bilmərəm. Görək də, bəlkə, bu «barama»dan rəssam çıxdı?» Kiçik yaşında iki dəfə dalbadal yatalaqla xəstələnir. Sağalandan sonra məktəbi atan Modilyani rəssamlıqla ciddi məşğul olmağa başlayır. Bir qədər sonra xəstəliklərin sırasına vərəm də daxil olur. Qırmızı şərfli, qara şlyapalı, boz kostyumlu rəssam 1906-cı il. Modilyani İtaliyadan Parisə gəlir. Onun 22 yaşı var. O, gözəldi, cəzedicidi. Bogema həyatına baş vuran rəssamı tez-tez sərxoş, bəzən isə çılpaq şəkildə küçələri dolaşan görmək olardı. Parisə gələndən sonra Pol Aleksandr adlı həkim onunçün studiya icarəyə götürərək Modilyani əsərlərinin ilk kolleksionerinə çevrildi. Reallıqdan qaçaq düşmüş lunatik Rəssamlar və sənətşünaslar ona soyuq münasibət bildirirdilər. Müasirləri də eləcə. Modilyani Xuan Qris, Pablo Pikasso, Diyeqo Riveyra, Jak Lipşitsin də portretlərini işləsə də, sənət məsələlərinə baxışlarını onlardan heç kimlə müzakirə eləmək fikrində deyildi. Axı o, incəsənətin beşiyi olan İtaliyadan idi və özünü tamamilə müstəqil sayırdı. Onu Maks Jakob, Giyom Appoliner, Gertruda Steyn kimi ədiblər sevirsə də, bu sevgi onun yaradıcılığına aid olmurdu, amma rəssamın koloritli obrazı ədəbi əsərlərə keçirdi.... Modilyaninin dostluğunda qəribəliklər çox idi. O, təbiətcə tərki-dünya  olan rəssam Moris Utrillo ilə dinməzcənə şərab sümürə, italyanca bir kəlmə anlamayan Xuim Sutin üçün saatlarla Dantedən deklomasiya edə bilərdi. Rəssam kimi ona bircə rumün heykəltaraşı Brankuzi ilə maraqlı idi. Bəzən o, heykəlləri üçün daş blokları və şalbanları yaxınlıqdakı metro tikintisindən oburlayarmış. Heykəltaraşlıq çoxlu güc də tələb eləyirdi. Bir dəfə o, halsızlıqdan küçədə yıxılıb qalandan, sonra qospitalda müalicə olunub çıxandan sonra heykəltaraşlıqla vidalaşmalı olur. Deyilənə görə bir neçə heykəli Sena çayında batırır, çünki onları yeni emalatxanaya daşımağa pulu yoxuydu. «Həyat azlığın çoxluğa verdiyi bir hədiyyədir» «Yaratmaqçün mənim gözümün qarşısında canlı məxluq olmalıdır, mən onu görməliyəm...» deyən rəssam nadir sənətkarlardandır ki, heç vaxt pəncərədən o yanda nə baş verdiyiylə maraqlanmır. Elə bil ətrafındakı əşyaları, təbiəti də görmürdü. Üst-üstə 5-6 peyzajı olan rəssam yalnız insan naturasıyla marqlanırdı, onaları küçədə, kafedə, bir sözlə harda gəldi çəkirdi. Orta hesabla günə 150 rəsm çəkən sənətkar insanları obraza çevirməyin özünəməxsus yolunu tapa bilib: uzun boğazlı insanların uzunsov başında güclə sezilən üz cizgiləri, bəbəksiz gözlər...  Modilyani naturasını adətən özü seçirdi. Çəkdiyi portretə bir gündən artıq vaxt ayırmazdı: «Həyat özü bir hədiyyə, sovqatdır. Azlığın çoxluğa verəcəyi, kimliyini və həyatın nə olduğunu bilənlərin onu tanımayan və sahib olmayanlara verə biləcəyi bir hədiyyə...» Nü Modilyani irsinin əsasını çılpaq insan portretləri təşkil edir. Əsil italyan kimi çılpaq naturaya meylini deyilənə görə rəssamı izləmək məqsədilə tutulmuş ucuzvari naturşitçaları bilərəkdən emalatxanaya doldurmuş və bu janra meylli Zborovski özü bilərəkdən yaratmışdı. Modilyani üçün onlar hissiyyat şüalandıran modeldən daha çox qadın idealıdır. Bir dəfə qoca Renuar və Modilyani görüşür və qoca sənətkar düşünür ki, cavan rəssam ondan çılpaq qadın çəkməyin yollarını öyrənmək istəyir: «Siz çılpaq natura çəkəndə fırçanı elə aparmalısız ki, elə bil onun ombasını sığallayırsız». Cavabında Modilyani «Mən heç kimi sığallımaq fikrində deyiləm. Məni qadın ombası heç maraqlandırmır» çığırıb heç Renuarla sağollaşmadan qapını çırpıb gedir. Axı Modilyani Renuar kimi şəhvətdən, xarici konstruksiyadan yox, daxili harmoniyadan ilhamlanırdı. İnsan qəlbi, əhvalının dəyişmə tonları, insan taleyi rəssam üçün birinci yerdə dururdu. Birinci və sonuncu sərgisi Zborovski adlı diler onun fərdi sərgisini təşkil edir. Polis burada «ictimai əxlaqın təhqiri» faktını görmüş və sərgini bir neçə saatdan sonra bağlamışdı. İndi Nyu-Yorkun müasir sənətlər muzeyinin incisi sayılan «Böyük çılpaq qadın» əsəri də polisin gözünə pis görünmüşdü. Əlbəttə, polis hardan öyrənəydi ki, Modilyanin «nü»sü hələ 1-ci Fransiskin sarayında işləyən «Fonteblyu məktəbi»ndən gəlib Enqrın qu kimi dartınmış «çimən qızlarına», «Ot üstündə nahar» arxasına çılpaq xanımları oturan Maneyə qədər gələn uzun yolun bir qırığıdır. Onlar necə bilə bilərdi ki, «avinyon qızları»na o, Simon Martinin, Botiçellinin gözləyilə baxır. Bütün bunlar 1917-ci ildə baş verirdi, tərs kimi sərgi salonu da polis məntəqəsiylə lap üzbəüz yerləşirdi. Bogemanın şəhzadəsi Modilyani hər mənada həyatdan çox tez köçüb. 36 yaşında dünyayala vidalaşan rəssam  heç özü bilmədən yaşadığı dövrün nəbzini tuta bilmişdi. «Dəlisov illər»in «qarğışlanmış rəssamları» yavaş-yavaş mansardlardan salonlara enməyə başlamışdı. Amma tünlüklə heç arası olmayan Modilyani bu yolla da getmək istəmədi. Ətrafda tüğyan eləyən kubizm də heç vecinə deyildi. Çox xəstələnsə də, çox ağır şəraitdə yaşasa da Modilyani öz həyatıyla göstərdi ki, sonacan getmək, rəngkarlıqla həqiqət axtarışı, bütün ambisiyaların doyuzdurulması nə deməkdir. Parislidən Modilyanini soruşanda heç kim onun kimliyini bilməzdi, ya da onu «sərxoş div» adlandırardılar. Mindən ikisi Qadın üstündə davaları isə Monmartrda əsil folklora çevrilmişdi. Rəssam sadə, təcrübəsiz qadınları sevir, onlar da məşhur olacaq rəssamın yatağına məmnuniyyətlə girirdilər. Monparnas bulvarında boz velyur kostyum geymiş, qoltuğunda etüd papkası, cibindən rəngli qələmlər boylanan, qara şlyapalı və qırmızı şərfli Modilyanini görəndən sonra heç bir qadın onun emalatxanasına getmək təklifinə rədd cavabı verə bilmirdi. Çoxsaylı qadınları əsasən naturaçılardan idi. Sadə qadınları, məsələn paltaryuyan, ofisiant, kəndli qadınlara üstünlük verərdi. Saysız hesabsız romanları olsa da o, cəmi 2 qadını sevib – Beatris Xestinq və Janna Ebütern. Qadınları arasında xüsusi yerlərdən birini isə Anna Axmatova tuturdu. Anna Axmatovanın çılpaq rəsmləri Anna Axmatova ilə Modilyani Parisdə 1910-11-ci illərdə görüşəndə Modilyaninin 25, Annanın 20 yaşı vardı. Axmatova Parisə toy səyahəti vaxtı gəlmişdi. Cavan ər xanımını Parisin bədii boqeması toplaşan yerə «Rotonda» kafesinə gətirir. Modilyanini gözü Annanı məhz orda tutdu. Rəssam burada dava qoparır ki, niyə Qumilyov (Annanın əri) arvadına heç kimi n başa düşmədiyi rus dilində müraciət edir. Annanın ikinci dəfə Parisə gəlməyi əri Qumilyovla münasibətlərin sonu, Modilyani ilə sevgisinin zirvəsi idi. Anna Axmatovanın memuarlarında onların Lüksemburq bağında gəzişmələri, şer demələri səhnələri var. Şahidlər də təsdiq edir ki, Modilyani həddən artıq çox şeri əzbərdən bilir, saatlarla poeziyadan danışa bilərdi. Ona görə də Axmatovanın gözünə işıq saçan, sanki ilahi nurla bərq vuran bir insan kimi görünmüşdü. Parisə ikinci gəlişində Modilyaniyə çılpaq pozada durması barədə Axmatova öz xatirələrinə yer ayırmasa da 16 -dan artıq rəsm əsəri bu əlaqə barədə çox şeylər danışır. Bu görüş hər ikisinin Modilyanini lap qısa, Axmatovanın lap uzun həyatına prelyüdiya idi: «Mən onu dilənçi kökündə yaşayanda tanımışam. Başa düşə bilmirəm, ki, o nəylə dolanır. Qəribədi ki, heç vaxt da şikayət eləməzdi. Cəmi bir dəfə ağzından qaçırdı ki, keçən qış ona o qədər pis idi ki, ən sevimli şeylər haqqında da düşünə bilmirdi. Bəzən məni ay işığı altında Panteona baxmağa aparardı. Əsil Parisi mənə o göstərdi». Biatris və Janna Özünü sirk artisti, səyyar, sənətşünas kimi də təcrübədən keçirən Beatris onun ilham pərisi  və sevimli modeli kimi bir çox əsərlərində iştirak edir. İngilis şairəsi, jurnalist Beatris Xastinqlə birlikdə 2 ilə qədr yaşayırlar. Bəzən Modilyani qısqanclığından onun saçından tutub tratuarla sürüyə bilərdi. Amma Beatris onun üslubunun yarandığı dövrdə ilham mənbəyi idi. Romanın sonunda Beatris Modilyanini qoyub qaçır. Bu xanım sonra xatirələrində Modilyanini «donuz» adlandıracaqdı. Arıq və solğun üzlü Janna Ebuternə rast gələndə o, artıq son dərəcə xəstə və alkoqolizmə meylli vəziyyətdə idi. Jannanın 19 yaşı vardı. Yəhudi  əri öz qızlarına layiq bilməyən valideynlərin etirazına baxmayaraq onlar birlikdə yaşayırlar. Amedeonun əsas modeli kimi Janna ən azı 25 lövhənin qəhrəmanı olub. Janna rəssamın ən ağır, xəstəliklə çarpışan, koğud və dalaşqan olan illərində yanında idi. Parisdə ölüm yatağında uzananda Modilyani Jannaya «Gəl o dünyada da sevimli modelimlə birlikdə olum və əbədi ləzzət alaq» deyərək ölümdə də birlikdə olmağı təklif edir. Rəssam ölən günü Janna heç ağlamırdı, təkgə susurdu. Sevgilisinin ölmünün sabahısı gün 8 aylıq hamilə olan Janna  özünü 6-cı mərtəbədən ataraq öldürür. Amedeo Modilyani sadə yəhudi məzarlığında başdaşısız dəfn olunub. 10 ildən sonra dostları Jannanın valideynlərin güclə inandıra bilir ki, sevgililər bir yerdə yatmalıdı. Onları bir yerdə dəfn eləyirlər. Onların uşağını Modilyaninin bacısı oğulluğa götürür. Yaşadı, yaratdı, içdi, dava saldı, öldü... Sağlığında əsərlərini alanları barmaqla saymaq olardı: həkim Pol Aleksandr, qardaşı, diş həkimi Cin (onun yanında dişlərini müalicə edirdi), art-dəllalı Qulyom Şeron, Şeron otağın haqqı, kətan, rənglər, şərab və cib xərcliyinin haqqı kimi bütün əsərlərini aparırdı. Modilyani bəzən əsərini bir əstəkan içki və bir qab makarona dəyişirdi. Amma indi 20-ci əsrin sənəti deyəndə ilk əvvəl Modilyaninin adı çəkilir.  Leopold Zborovski 1917-ci ildə Modilyani sənətinə hüququnu demək olar ki, qara qəpiyə almışdı. 2006-cı ildə isə Londonda Jannanın portreti 30,296 milyon dollara satılmışdı. Həmin il Nyu-Yorkda bir xanım evində Modilyanin sənətini görmək ehtirasına 31 milyon dollar vermişdi. Hazırda Modilyani ən bahalı rəssamların əlliliyində yuxarı pillələrdən birini tutur. Cəmi 14 il yaratmasına baxmayaraq Modilyani 20-ci əsrin ən mifləşmiş rəssamlarındandır. Mənbə: Bizim Yol qəzeti Müəllif: Gülnarə Rəfiq
['Modilyani', 'rəssam']
6,316
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/3387/eyn%C5%9Fteyn.html
Eynşteyn
burla xatun
Böyük insanlar,şəxsiyyətlər
10 dekabr 2010, 09:58
Eynşteyn uşaqlıqda heç də istadadlı uşaq olmayıb. Hamıya o, inkişafdan qalmış kimi görünürdü, çox gec yeriyib, gec də dil açmışdı. 7 yaşına qədər Albert kiçik frazalardan başqa heç nə danışa bilmirdi. Hətta 9 yaşında da o, səlist danışa bilmirdi. Yalnız 10 yaşından sonra Albertin intellekti və xasiyəti formalaşmağa başlayır. Katolik məktəbə oxumağa verilmiş Albert oxumağa biganə qaldı. Gələcək alimin qiyməti 3-lə 4 arası idi. Uşaqlar hər səhər yürüşə düzülürdü. Bura məktəbdən daha çox kazarmaya bənzəyirdi. Münhen gimnaziyasında olarkən o artıq bilirdi ki, hansı elmlərə diqqət vermək lazımdır. Fizika və riyaziyyatdan göstəriciləri orta idi, qalan dərslərə isə hes fikir vermək fikri yoxuydu. Təkcə ingilis dilində esselər yazmaq ona ləzzət verirdi. Ailəsi maddi durumunu tarazlaşdırmaqçün Milana köçəndə tək qaldığı 6 ay ərzində Albert qəti qərara gəlmişdi. Milana gələn kimi o, valideynlərinə elan elədi ki, Münxen məktəbini atıb heç imtahanlara da getməyəcək və yəhudi icmasıyla əlaqəsini üzəcək. Ən vacibi isə alman vətəndaşlığından imtina eləyib üzərinə qoyulmuş hərbi mükəllifiyyətdən canını qurtaracaq. Sürix Politexnik institutuna mühəndis elektrik fakultəsinə imtahan vermiş Eynşteyn imtahandan kəsilir. Növbəti dəfə yəni bir ildən sonra Sürexin pedaqoji fakultəsinə daxil ola bilir. İnstitutu bitirəndən sonra Eynşteyn birtəhər diplom ala bilsə də işsiz qalır. Bir-iki dəfə o, müvəqqəti müəllim işinə düzəlir. Eynşteynin geyməyə bircə köhnə kostyumu vardı, yeməyə isə çox qənaətlə xərcləməli olurdu. Bəzən günlərlə ac qalmalı da olurdu. O vaxtlar yeməməzlikdən qara ciyərinə zərər toxunur ki, bu xəstəlik ömrü doyu onu incidir. Dahi fizik 7 il ərzində bu bürada başqalarının kəşflərinə patent yazmaqla gündəlik çörəyini qazanıb. Vaxtın çoxluğu paralel olaraq fizika ilə məşğul olmağa imkan verirdi.Eynşteynin şöhrət dənizindəSürixdə təhsil zamanı Eynşteyn serb Mileviç Mariklə yaxınlaqır. Birinci arvadı ondan 4 yaş böyük. Az keçmiş onların nigahdan kənar qızı olur. Eynşteyn hesab eləyirdi ki, qanundan kənar doğulmuş uşaq onun karyerasına zərrə yetirə bilər. Ona görə uşağı evdən uzaqlaşdırırlar. Daha bir il sonra Eynşteyn və Mileviç hər iki ailənin etirazına baxmayaraq evlənir. Büroda işləyə-işləyə «Fizika salnamısi» jurnalında 5 məqaləsini çap eləyir. Onlardan üçünü fizika tarixində dahi hadisə sayırlar. Fotoelektoron effekti haqqında məqaləsi isə 16 ildən sonra Nobel mükafatına layiq görülür. Sonra doğulan iki oğlanları birinci qızdan fərqli olaraq ailədə sevgi əhatəsində böyüyür. Onlar Berlinə köçəndən sonra da Mileva adəti üzrə onu qısqanmaqda davam eləyirdi. Düzün desək onun şübhələri əsassız da deyildi. Eynşteynin cavan qızlara olan xüsusi münasibətini hamı bilirdi. Hələ evliykən Eynşteyn öz qohumlarından olan Elza Livental ilə yaxınlaşır. Eynşteyn xəstələnəndə məhz kuzina Elza onun yatağının yanında keşik çəkirdi. Eynşteynin xəstəliyi onları yaxınlaşdırdı və Mileva ilə boşanan kimi onlar evləndilər. Albert Eynşteyn söz verdiyi kimi Nobel mükafatından aldığı pulu keçmiş arvadı və otlanlarına verdi. Boşanmadan bir neçə ay sonra onun bütün dünya tanıdı. Qəribəsi odur ki, Eynşteyn onun kəşflərindən tamamilə baş çıxarmayan insanların arasında məşhur idi. Məşhurluğunun səbəbi isə İngiltərə və Amerikanın jurnalistləri idi. Müharibədən bezmiş mətbuat tamam fərqli şeylərdən yazmaq istəyirdi. Ona görə nisbilik nəzəriyyəsi ictimai sensasiyaya çevrildi. Hamı bu kəşfi eləyən insanla tanışlığa can atırdı. Amma alim stereotipi əvəzində onlar axmaq zarafatları və hoqqabazlığı ilə seçilən pırtlaşıq saçlı insanı gördülər. Eynşteyn qəribə xorizmi vardı, harda olmasından asılı olmayaraq diqqət mərkəzində olurdu, xüsusilə də qadınların diqqətində. Onlar nədənsə hamı nisbilik nəzəriyyəsinin izahını alimin öz dilindən eşitmək istəyirdi. Eynşteyn şöhrət dənizində üzürdü.Alim və cəsus qadın-Маргарита КоненковаElzanın ölümündən bir il əvvəl Eynşteynin həyatında növbəti sevgi əhvalatından fərqlənən bir qadın əmələ gəldi. 10 ildən artıq sürmüş bu sevgi macərasının detalları son illərdə MTN gizli aktları ortaya çıxardılanda aşkarlandı. Burda alimin SSRİ xüsusi orqanlarıyla əməkdaşlığının faktları açıqlanırdı. Sənədlər arasında Eynşteynin sevgilisinə həsr elədiyi sevgi soneti də vardı. Eynşteyn sevgilisinin xətrinə xüsusi orqanlarla əməkdaşlığa razılıq vermişdi. Onlar Nyu-Yorkda görüşmüşdü. Məşhur heykəltaraş Sergey Konenkov Eynşteynin büstünü hazırlamalıydı. Heykəltaraşın arvadı Marqarita Konenkova ilə ilk görüşdən alimin ağlını başından almışdı. Onda Eynşteynin 56, Marqaritanın 39 yaşı vardı. MTN zabitləri Marqaritanın səviyyəli xəfiyyə kimi yüksək qiymətləndirirdilər. Kəşfiyyatın əsas məqsədi yeni yaranan nüvə silahı yaradanların adlarını öyrənmək idi. Marqarita Konenkova Eynşteyn vasitəsilə bu mövzuda çoxlu informasiya əldə eləyə bilmişdi. Elza rəhmətə gedən kimi Marqaritə dahi alimin yanıdakı boş yeri həmən doldurdu. Onlar otaqlarını quş yuvası adlandırır, bir-birinə hədiyyə elədiklərini ümumi sayaraq «Almar» adlandırırdılar (Hər ikisinin adının ilk hecası). Almar döşəyi, Almar kreslosu, Almar qəlyanı da vardı. Marqarita hərdənbir alimin pırpız saçlarını yuyub səliqəyə salırdı. Marqarita gedəndən sonra Eynşteyn bu işin öhdəsindən heç cür gələ bilmirdi: «Başımı yumağa cəhd elədim, amma deyim ki, alınmadı. Axı mən sənin kimi səliqəli və təcrübəli deyiləm. Sən gedəni yuvamız yetim qalıb». Eynşteynlə arvadının artan münasibətlərindən xəbər tutandan sonra əri adətinə xələf çıxıb evdə böyük bir skandal düzəltdi. Amma Marqarita SSRİ-yə köçənə qədər Eynşteynlə gizli görüşlərinin arasını kəsmədi. Marqarita nüvə silahı üzrə məlumat toplayırdı, onun arxivində Oppenqeymlə – nüvə silahının «atası» ilə şəkli də vardı. Eynşteyn hər şeyi bilir və Marqaritaya acıyırdı, SSRİ-ni «sənin kobudlaşmış vətənin» adlandırırdı. Sevgililər sonrakı 10 ili məktublarda yaşayıblar. Eynşteynin məktubları qüssəli və kədərli olurdu… Eynşteynin və ərinin ölümündən sonra Marqarita otağından çıxmayaraq türmədəki kimi yaşayıb yeməməzlikdən ölmüşdü.«Elm dinsiz çolaqdır, din elmsiz kordur»1921-ci ildə Eynşteyn Nyu-York ravvini Gerbert Qoldşteyndən teleqram aldı: «Allaha inanırsınızmı. Nöqtə. 50 sözlük ödənilmiş cavab». Eynşteyn cəmi 24 sözlə cavab verdi: «Mən insan taleləri və hərəkətlərini idarə edən tanrıdansa Spinozanın tanrısına inanmaq istərdim. O tanrı ki, bütün varlıqların mahiyyətində dayanır». Artıq 12 yaşından bəri Eynşteyn o qədər tez-tez «tanrı» kəlməsini işlədirdi ki, hamı çaş-baş qalırdı. Əslində isə bu sözün arxasında tamam başqa fikir dayanırdı: «Mən şəxsləndirilmiş tanrıya inanmıram. Məndə dini adlandırmaq mümkün olan nəsə varsa o da dünyanın quruluşuna sonsuz heyranlıq hissidir. Mənimçün tanrı insan zəifliyinin yığını, İncil isə hörmətli, amma primitiv əfsanələr toplusudur. Bunun ən gözəl təfsiri də məni fikrimdən döndərə bilməz». O hesab eləiyrdi ki, Kainatdakı səliqə öz-özünə yarana bilməzdi. Eynşteyn hesab edirdi ki, təbiəti öyrənən hər kəsdə dini sitayişə bənzər hisslər yaranmalıdır. Ona görə də elm insanı dinə gətirir.«Dördüncü dünya savaşı olarsa bu müharibə dəyənək və daşlarla aparılıcaq»Hitler Almaniyanın kansleri olanda Eynşteyn artıq ölkədə yoxuydu. O, anlayırdı ki, Almaniyaya qayıtsa faşistlər onu öldürəcək. 1930-cu ildən sonra Eynşteyn Kaliforniyaya köçür və Hitlerin hakimiyyəti vaxtı alman torpaqlarına ayaq da basmır. 1933-cü ildə isə Prussiya elmlər Akademiyasından və vətəndaşlıqdan imtina elədiyini də elan eləyir. Alman vətəndaşlığından imtinadan sonra nisbilik nəzəriyyəsi almaniyada «fizikada yəhudi sui-qəsdi» adlanırdı. ABŞ-da olduğu illərdə Eynşteyn imkanı daxilində alman antifaşistlərinə kömək eləyirdi. O narahat idi ki, alman alimləri nüvənin bölünməsi təcrübələrinin uğurla başa vursalar Hitler nüvə silahına sahib ola bilər. Dünyanın taleyindən narahat olan Eynşteyn Ruzveldə məşhur məktubunu yazır. Bu məktubda o, nüvə silahı yaratmaq xahişini əsaslandırmışdı. Amma müharibə bitən kimi Eynşteyn tərki silah cərəyanına qoşularaq kütləvi məhvetmə silahlarının yığışdırılması və sülh uğlrulda mübarizəyə qoşuldu. Sonralar Eynşteyn bu məktubuna görə çox peşmanlıq hissi keçirib: «Bilsəydim ki, almanlar nüvə silahını yaratmağa çatmayacaqlar, onada heç barmağımı da tərpətməzdim».Hər bir insan dünyaya ondan götürdüyü qədər qaytarmalıdırUniversitetlər onu sıralarında görməkçün mübarizə eləyir, dünya alimləri ondan məsləhətlər alır, müxtəlif fondlar və təşkilatlar onun dəstəyi və köməyi uğrunda mübarizə aparırdılar. Eynşteyn dahi alim təsəvvürlərinə sadiq qalaraq elmdən kənarda yalnız iki ideyaya pasifizm və sionizm ideyalarına sadiq idi. Eynşteyn bəzən homoseksualistləri dəstəkləyir və sodomitlərə qarşı qanunun ləğvini tələb edən sənəddə öz imzasını da atmışdı. 1952-ci ildə İsrailin ilk prezidentinin ölmündən sonra Eynşteynə prezident olmaq təklifi də edilib. Amma Eynşteyn imtina edərək bu vəzifəyə layiq olmadığını bildirib. Albert Eynşteyn demokratik sosialist, humanist, pisifist və antifaşist olsa da SSRİ-də Stalin rejimini qəbul eləmirdi. Hər cür nasionalizmi qəbul etmir onu «bəşəriyyətin qızılça xəstəliyi» adlandırırdı. Eynşteyn eləcə də Amerikanın qaradərili insanlarının vətəndaşlıq hüquqları uğrunda mübarizəsini aktiv şəkildə dəstəkləyirdi. Solçu meyllərinə görə «etibarsız» sayılan Eynşteynin FBR-dəki dosyesi 1427 səhifəyə çatmışdı.Multiplikatorların çin olmuş arzularıAlbert Eynşteynin zahiri görünüşü – pırtlaşıq saçlı, sadə sviterdə və son dərəcə unutqan – «divanə alim» obrazının yaranmasına təkan verib. Özü haqqında bəzən deyərdi ki, «öz pırpız saçlarıyla daha çox məşhurdur». «Tayms» jurnalı Eynşteyni «miltiplikatorların çin olmuş arzuları» adlandırıb. Hazırda Eynşteynin adı ticarət markası sayılır. Çünki Eynşteyn öz varidatını (həmçinin onun rəsmlərinin istifadəsini) Yerusəlimdəki Yəhudi Universitetinə vəsiyyət eləyib və «Albert Eynşteyn» brendi ticarət markası kimi qeydiyyatdan keçib. 6 yaşından skripka çalan Eynşteynin musiqiyə olan marağı ömrünün sonuna kimi alimlə bərabər sürür. Eynşteyn hətta riyaziyaatçı, rolis, hüquqşünas və kitab cildləyicisi ilə birlikdə kvintetdə ifa eləyib. Sabahı gün qəzetlərdə dahi musiqiçi, əvəzsiz skripkaçı Eynşteyn haqqında resenziya çıxmışdı. Eynşteyn məqaləni cibində cəzdirir və «Siz elə bilirsiz mən aliməm? Xeyr, mən əslində məşhur skripkaçıyam» deyib zarafat eləyəndi. Eynşteyn və bəstəkar Hans Eysler bir məclisə düşürlər. Ev sahibi bilirmiş ki, Eynşteyn skripkada yaxşı çalır və ondan xahiş edirlər ki, Eyslerlə birgə nəsə ifa eləsinlər. Eysler bir neçə dəfə yenidən girişi ifa eləsə də Eynşteyn xanənin lazımlı yerində daxil ola bilmir. Axırda Eysler royalın arxasından qalxıb deyir: «Heç cür anlaya bilmirəm ki, üçə qədər saya bilməyən adamı bütün dünya necə dahi hesab eləyə bilər!». Eynşteyn Çarli Çaplinin filmlərini çox sevərdi və şəxsiyyətinə, eləcə də personajlarına xüsusi münasibəti vardı. Çaplinə göndərdiyi teleqramda belə yazır: «Sizin filmləri bütün dünya anlayır və mən əminəm ki, siz dahi insan olacaqsız. Eynşteyn» Çaplin cavab yazır: «Mən sizinlə daha artıq fəxr eləyirəm. Sizin nisbilik nəzəriyyəsini heç kim anlamır. Amma siz artıq dahi insan olmusuz. Çaplin».«Mən iki müharibə, iki arvad və Hitleri görüb hələ də sağ qalmışam»Son illəri Eynşteyn xəstəliklərindən əziyyət çəksə də sakit və üzügülər adam kimi yaşayırdı. Ölüm gələndə isə «Mən yer üzündə öz vəzifəmi yerinə yetirmişəm» deyərək həyatını peşmanlıqsız başa vurdu. Eynşteyn 76 yaşında vəfat eləyib. Şəxsiyyətə pərəstişin heç bir formasnı qəbul etməyən alim təntənəli dəfn mərasimlərini də məqbul saymırdı. Ona görə də o vəsiyyət eləmişdi ki, dəfn olunduğu yer gizli qalsın ki, insanlar oranı məbədə çevirə bilməsinlər. Onun dəfnində 12 nəfər ən yaxın adamı iştirak eləyirdi. Meyiti yadırılandan sonra külünü küləyə sovurmağı da Eynşteyn özü arzulamışdı.Aforizmlər:  • Tanrı bicdir amma qərəzli deyil. • Yalnız başqalarıyçün yaşanan ömür layiqli sayıla bilər. • Xoşbəxt həyat yaşamaq istəyirsizsə əşyalara yox, ideyaya bağlanın. • İki şeyin — Kainat və insan axmaqlığının sonu yoxdur. Amma Kainata gəlincə o qədər də əmin deyiləm. • İnsanın əsil qiyməti eqoizmindən necə və hansı üsullarla canını qurtarmasındadır. • Riyaziyyat özünü aldatmağın ən kamil yoludur. • Avtoritetlərə qarşı nifrətimin cəzası kimi tale mənim özümü avtoritet elədi.Lətifələr Bir dəfə Eynşteyndən soruşurlar ki, qadına münasibəti necədir? O- o! deyərək Eynşteyn nisbilik nəzəriyyəsini kəşf elədi. *** Görüşlərin birində bir qadın rəfiqələrinə öz biliyini nümayiş eitdirmək məqsədilə Eynşteynə sual vermək qərarına gəlir: — Siz mənə zaman və əbədiyyət arasında fərqi izah edə bilərsinizmi? Eynşteyn: — Bilirsinizmi, mənim sizə bunu izah eləməyə zamanım yetsəydi belə sizə bunu anlamaqçün əbədiyyət gərək olardı.  Müəllif: Gülnarə Rəfiq [email protected] Mənbə: Bizim Yol qəzeti Həmçinin bax: Albert Eynşteyn haqqında Eynşteynin verdiyi sual
['Eynşteyn', 'Albert Eynşteyn', 'dahi fizik', 'dahilərin həyatı', 'dahi insan', 'məşhur fiziklər', 'görkəmli fizik', 'lətifələr', 'Eynşteyn haqqında']
6,317
https://kayzen.az/blog/moda/2962/ayaqqab%C4%B1.html
Ayaqqabı
burla xatun
Moda dünyası
7 dekabr 2010, 09:56
“Dost üzə, düşmən isə ayağa baxar”. Bu qədim el misalında böyük bir həqiqət var. Təsəvvür edin ki, çox gözəl geyinmisiniz, son dəblə, zövglə, amma ayaqqabılarınız bu dəbə uyğun gəlmir. Belədə  dostunuz bunu  üzünüzə vurmayacaq. Amma bədxahlarınız o dəqiqə gözünü ayaqlarınıza dikib deyəcək: bu nə  ayaqqabıdır geyinmisən?  Ən adi paltar belə yaxşı dəbli ayaqqabı ilə çox gözəl görünə bilər. Bunun üçün hər mövsümün öz dəbi, öz ayaqqabıları olduğunu unutmayın. Parlaq görünmək istəyirsənsə, ilk növbədə göz önünə yeddi rəngli göy qurşağını gətirib, onda əks olunan rənglərdə ayaqqabı geyinmək məsləhətdir. Geyimlərinizlə ayaqqabılar  bir-biri ilə həmahəng olmalıdır. Əks təqdirdə təlxəyə bənzəyə bilərsiniz. Paltarın daha yaraşıqlı görünməsi üçün geyinilən hüdürdaban ayaqqabılar ayağa daha artıq yük düşdüyü üçün dırnaq problemləri, barmaqlarda narahatlıqlar, burxulma, zədələnmə kimi problemlərə səbəb olur. Ancaq idman ayaqqabıları da düşündüyümüz qədər sağlam deyil. Bu tip ayaqqabılar havalandırılmadıqda və təmizliyə riayət edilmədiyi təqdirdə göbələk kimi dəri xəstəliklərinə səbəb olur. Bu səbəbdən ayaqqabı seçərkən bunlara diqqət etmək məsləhətdir Ayaqqabı almağa axşam gedin. Çünki, ayaqlar gün boyu üzərinə yük düşdüyü üçün şişir. Ayaqlarınız şiş olduğu halda, ayaqqabı seçərkən rahat olduğunuzu hiss edəcəksiniz. Amma bu rahatlıq ayağınızın şişi çəkilənə qədər davam edə bilər. Ayağınızda yoxlamadan almayın Üzərinə yük düşəndə ayaqlar uzanıb, genişləndiyi üçün satın alacağınız ayaqqabını ayağınızda üstünə basaraq, yoxlayın Az hündürdaban ayaqqabıları seçin Topuğun burxulmasının qarşısını almaq üçün daha geniş və alçaqdabanlı ayaqqabıları seçin. Ayaqabının altının geniş olması tarazlığı daha yaxşı qoruyur. Ayaqqabının yüksəkliyi 2,5 sm  dən yüksək olmamamlıdır. Ancaq daha yüksək hündürdabanlardan imtina edə bilmirsinizsə, ayaq sağlamlığınızı qorumaq üçün onları az geyinməyə çalışın. İş yerinizdə hündürdanabsız olmaz deyirsinizsə, işə gedib-gələrkən düz ayaqqabılardan istifadə edin. Hər axşam ayaqlarınızı ilıq suda 5-10 dəqiqə saxlayın, masaj edin. Geniş burunlu ayaqqabılar alın Burnu şiş uclu ayaqqabılar barmaqların quruluşunda problemlər yarada bilər. Ön qismi geniş olan ayaqqabıları seçmək daha məsləhətlidir. Yumşaq dabanlıları seçin Ayaqqabının dabanının yumuşaq olması sağlamlıq üçün çox önəmlidir. Çox qalın və yumşaq olmayan  ya da çox incə olan ayaqqabılar ayaq, daban və oynaqlara artıq yük salaraq, ağrıya səbəb olur. Ayaqqabının iç quruluşu və yüksəkliyinə diqqət edin Ayaqqabının iç qismi çox sürüşkən və sərt olmamalıdır, ayaq hərəkətlərinə dəstək verəcək formada olmalıdır. Ayaqqabının üst qismi də barmaqlarınızı hərəkət etdirəcək qədər yükdək ya da yumşaq olmalıdır. Neylon maddəli ayaqqabı almayın Ayağınızın hava alması üçün dəridən olan ayaqqabılara üstünlük verin. Neylondan olan ayaqqabılardan qaçın. Satıcılara aldanmayın Ayaqqabını yoxlayarkən ayağınızı sıxırsa, satıcının bir müddət sonra açılacaq deməsinə inanmayın. Çünki, düzgün ayaqqabıda belə bir şey olması mümkün deyil. Barmaqla ayaqqabının ucu arasında yarım santımetr boşluq qalmasına diqqət edin. Ortopedik seçin Ortopedik ayaqqabılar alın. Bu tip ayaqqabılar daşıyıcı nöqtələri dəstəklədiyi üçün bədənin rahat hərəkət etməsinə kömək edir və yorulmağınızı gecikdirir. Unutmayın! Qayda №1 Ağ və qara paltarla rəngli ayaqqabı geyinmək olar! Amma bu geyimdə digər aksesuarlar da (çanta, toqqa, kəmər, klatç) bu rəngə uyğun olmalıdır. Qayda №2 Parıltılı, göz qamaşdırıcı  geyimlərlə eyni rəngdə ayaqqabı, çanta və digər aksesuarlardan istifadə etmək olmaz. Yazılmamış qaydalar Yayın ən dəbli yay ayaqqabıları  görkəmi qamətli,  yerişi isə yüngül və rahat edir.Ayaqqabılar haqqında maraqlı fakt: Bir qadının ömrü 469 ayaqqabıdan ibarətdir. İngiltərədə aparılan araşdırma belə maraqlı nəticə çıxarıb. İngiltərədə maliyyə xidmətləri ilə məşğul olan "gocompare.com" saytının apardığı araşdırmada 3 mindən artıq qadın iştirak edib.Minlərlə qadın arasında aparılan sorğuya görə, zərif cinsin nümayəndələri həyatları boyu ayaqqabılara minlərlə dollar pul xərcləyirlər. Bundan əlavə, qadınlar təxminən ildə yeddi cüt ayaqqabı alılar. Bununla da qadınlar həyatları boyu orta hesabla 469 cüt ayaqqabı sahibi olurlar. Qadınların 40 faizi ayaqqabıları cazibədarlığın əsas simvolu hesab edirlər və ayaqqabıya xərclədiklər pula görə peşmançılıq çəkmirlər. Yastı, yoxsa hündür? Hansı cür ayaqqabını seçək? Daim hündürdaban çəkmədə gəzməyin sağlamlığa zərər vurduğu çoxdan məlumdur, lakin son illər dəbə düşmüş altlığı tamam yastı tufli və uzunboğaz çəkmələr də heç faydalı sayılmır. Ortopedlərin fikrincə, yastıdaban çəkmələrə məhəbbət insana baha başa gəlir. Son vaxtlar yastıdaban çəkməsevərlər arasında travmaların sayı kəskin artıb. Həkimlərin dediyinə görə, yayın sonlarında vəziyyət xüsusilə gərginləşir. Kişilərə nisbətən qadınlar ayaqlarında ciddi ağrılardan və onurğa sütunundakı problemlərdən daha çox şikayətlənirlər. Bəs yastı daban nəyə görə təhlükəlidir? Birincisi, adamlar fərqinə varmırlar ki, belə çəkmədə ayaqlarını sürütləyirlər. Yastı çəkmə altlığı sanki pəncəni səndəlin içinə sığınmağa vadar edir, belədə də bağ və vətərlər dartılır. Bu cür gözəgörünməyən dəyişmələr sonralar ayaq barmaqlarında ciddi ağrılara səbəb olur. Bu azmış kimi, pəncə özünü narahat hiss edən kimi, dizlər də "sökülməyə" başlayır. Ortopedlər daim nə yastıdaban, nə də hündürdaban çəkmə geyinməyi məsləhət görürlər. Onların fikrincə, daban üçün ən ideal hündürlük 2,5 santimetrdir.UPD. Qadın ayaqqabılarının dabanı neçə sm olmalıdır?Çox hündür dabanlı ayaqqabılar qadını hündür və cazibəli göstərir. Ancaq ortopedistlər bunu qadınlar üçün nə qədər təhlükəli olduğunu müəyyənləşdiriblər. Türkiyəli həkimlərin verdiyi məlumata görə qadın ayaqqabılarının dabanı 5 sm-dən artıq olmamalıdır. Daha hündür olduğu halda ayaq barmaqlarının fizioloji dəyişməsi və dırnaqların batması müşahidə olunur ki, bu da öz növbəsində ciddi fəsadlara yol açırSon olaraq belə nəticəyə  gəlmək olar ki, ayaqqabılardan elə istifadə edin ki, dostunuz baxıb sevinsin, bədxahlarınız isə sarsılsın! Dikdaban ayaqqabılar geyinən qadınların daha çəkici, cazibədar göründüyü danılmaz bir faktdır.
['ayaqqabı']
6,318
https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/3374/cefriy-lanqin-ilk-namaz%C4%B1.html
Cefriy Lanqin ilk namazı
Cavid
İslami Hekayətlər
5 dekabr 2010, 22:18
Amerikanın fərqli universitetlərində çalışmış riyaziyyatçı Professor Cefriy Lanq islam dinini necə qəbul etdiyini yazdığı «Mələklər soruşuncaya qədər» isimli əsərində dərin fəlsəfi düşüncələrlə ilk namazını belə anladır: «Müsəlman olduğum gün məscid imamı mənə namazın qılınışını açıqlayan bir kitab verdi. Ancaq müsəlman tələbələrin narahat olmalarını gördüm: „Tələsmə, rahat ol, zamanla yavaş-yavaş edərsən" dedilər. Məndə öz-özümə „Namaz bu qədər çətindirmi?" dedim və tələbələri eşitməyərək həmin andan etibarən beş vaxt namaz qılmağa qərar verdim. O gecə qaranlıq və balaca otağıma çəkilib kitabdan dəstamaz və namaz hərəkətləri məşqlərini etdim, namazda oxunacaq bəzi surələrin ərəbcə oxunuşlarını və ingiliscə anlamlarını əzbərləməyə çalışdım. Bu çalışmalar saatlarca davam etdi. İlk namaz qılmağı yoxlamaq üçün özümə əminlik gəlincə gecə namazını qılmağa qərar verdim... Vaxt gecə yarısı idi. Kitabı götürüb hamama girdim. Kitabı açaraq mətbəxdəki ilk yemək bişirməyə hazırlaşan bir aşbaz kimi kitabdakı təlimatları diqqət və incəliklə bir-bir yerinə yetirdim. Dəstamazı aldıqdan sonra otağın ortasında durub qapı və pəncərələrin kilidli və qapalı olmasından əmin olduqdan sonra qiblə deyə bildiyim tərəfə yönəldim, dərin bir nəfəs aldım və əlimi qaldıraraq alçaq bir səslə „Allahu Əkbər" dedim. Kimsənin məni eşitməməsi və görməməsini umurdum. Yavaş-yavaş „Fatihə" surəsiylə qısa bir surəni ərəbcə olaraq oxudum. Elə zənn edirdim ki, hər hansı bir ərəb məni dinləmiş olsaydı, mənim oxumağımdan bir şey anlamayacaqdı. İkinci bir təkbir alaraq rukuya getdim, rukuda biraz tədirginlik hiss etdim, çünki həyatımda heç kimə əyilməmişdim. Otaqda tək olduğumu xatırlayınca sevindim. „Subhanə Rabbiyəl Azim" dediyim an qəlbimin sürətlə çırpındığını hiss etdim. Təkrar təkbir gətirərək qalxdım və artıq səcdəyə getmək üçün əllərimi və dizlərimi yerə qoyarkən sanki dondum. Səcdəyə gedə bilmirdim... Sahibinin önündə başını yerə qoyan kölə kimi üzümü, burnumu yerə qoyub özümü „zillət" sandığım bir vəziyyətə sala bilmirdim. Üstəlik ayaqlarım da qatlanmırdı. Utandım, gülünc vəziyyətə düşdüyümü fikirləşdim. Bu vəziyyətdə məni görən dost və tanışlarımın önündə acınacaqlı və lağ ediləcək halımı düşündüm. Dostlarımın qəhqəhələrini eşidər kimi olurdum. „San Fransisko" da ərəblər sehir etdi, o da bu hala düşdü!»- kimi sözlər işlədəcəklərini təxəyyül edərək «yazıq» vəziyyətə düşdüyümü hiss etdim. Bir müddət tərəddüddən sonra dərin bir nəfəs aldım, başımı səcdəyə qoydum, zehnimdəki bütün düşüncələri atdım, diqqətimi dağıdacaq düşüncələrə yer vermədən ikinci səcdəni də etdim. Bu əsnada özüm-özümə «Daha önümdə üç tur var!» deyə düşündüm və nəyin hesabına olursa-olsun bu namazı tamamlayacağamı qərarlaşdırdım. Qalan rükətlərdə hər şey daha da asanlaşırdı. Son səcdədə tam bir sükunət hiss etdim. Sonra başımı qabağıma əyərək peşman bir şəkildə «Allahım! Axmaqlığımdan və təkəbbürlüyümdən ötrü məni bağışla, uzaq bir yerdən gəldim və daha irəlidə qət ediləcək uzun bir yol var!» deyə dua etdim. Bu əsnada daha öncə heç hiss etmədiyim bir şeyi hiss etdim. Bunu sözlərlə ifadə etmək mümkün deyil. Vücudumu qəlbimin bir nöqtəsindən çıxdığını hiss etdim və anlaya bilməyəcəyim bir dalğa məni bütünlüklə qapladı. Soyuq meh kimi idi. İlk öncə ürkdüm, vücuduma olan təsirindən başqa qəribə bir şəkildə hisslərimə təsir etdi və görünür bir rəhmətin varlığını hiss etdim. Bu rəhmət sonra içimə nüfuz edərək içimdə qaynamaya başladı. Sonra səbəbini bilmədən ağlamağa başladım. Ağlamağım artıb gözyaşlarım axdıqca rəhmət və lütüfdən möhtəşəm bir gücün məni qucaqladığını hiss etdim. Günahkar olmağıma rəğmən günahlarımdan ya da utanc və sevincdən dolayı ağlamırdım. Sanki böyük bir rəhmət açılmışdı, içimdəki qorxu və kədər sel olub gedirdi... Bu sətirləri yazarkən öz-özümə deyirəm: «Allahın rəhmət və məğfirəti sadəcə günahları bağışlamır, o eyni zamanda bir şəfa və bir səkinədir.» Uzun bir zaman başım önümə əyilmiş vəziyyətdə eləcə dizüstə qaldım. Ağlamağım kəsdikdə yaşadıqlarımı ağılla izah etməyin mümkün olmadığını anladım. Bu əsnada idrak etdiyim ən vacib xüsus isə, mənim Allaha və namaza şiddətli dərəcədə möhtac olduğum gerçəyi oldu. Yerimdən qalxmazdan əvvəl də bu duanı etdim: «Allahım! Bir daha küfrə girməyə cürət etsəm, məni o küfrə girmədən əvvəl öldür və bu həyatdan qurtar, xəta və əksiksiz yaşamağın çox şətin olduğunu bilirəm. Ancaq əminəm ki, bir tək gün belə olsa Sənsiz yaşamaq, Sənin varlığını inkar etməyim mümkün deyildir.» Mənbə: azerislam.com
['Cefriy Lanq', 'namaz', 'islam']
6,319
https://kayzen.az/blog/ad%C9%99tl%C9%99r/3371/erk%C9%99n-nikah.html
Erkən nikah
burla xatun
adət-ənənələr
4 dekabr 2010, 23:58
Erkən nikah problemi - o, hardan yarandı və məğlubedilməzdimi? Nikah və onunla əlaqəli məsələləri Azərbaycan Respublikasının Ailə Məcəlləsi tənzimləyir. Məcəllədə nikah yaşı kişilər üçün 18, qadınlar üçün 17 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən, amma nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişilə nikah yaşının 1 ildən çox olmayaraq, azaldılmasına icazə verə bilər. Bu isə o deməkdir ki, bizim ölkədə 16-17 yaşlıların ailə qurmaq hüququnu qanun tanıyır. Uşağın nişanlanması və nikahı Maraqlı burasıdır ki, həmin Ailə Məcəlləsi 18 yaşına çatmayan şəxsləri uşaq hesab edir. Bu, həmçinin “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda da öz əksini tapıb. Yəqin, biz hansısa toy şənliyində 16-17 yaşlı bəy və ya gəlinə hələ uşaq olduğunu xatırlatsaq, nəinki onların, hətta valideynlərinin də ciddi qınağına tuş gələrik. Söz oyunu kimi görsənsə də, məcəllədəki iki maddənin tutuşdurmasından çıxan nəticə ortadadır: Azərbaycanda uşaqların (yetkinlik yaşına çatmayanların) ailə qurmasına qanun icazə verir. Bu isə öz növbəsində tərəfdaş çıxdığımız beynəlxalq qanunvericiliklə ölkə qanunları arasında ciddi ziddiyyətlərin olduğunu üzə çıxarır. Belə ki, qeyd-şərtsiz şəkildə ratifikasiya etdiyimiz “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın 16.2-ci maddəsində “Uşağın nişanlanması və nikahı hüquqi qüvvəyə malik deyil...” müddəası əks olunub. Nikah yaşının aşağılığı, özəlliklə kişi və qadınlar üçün onun fərqli olmasını zaman-zaman beynəlxalq təşkilatlar insan hüquqları baxımından mənfi qiymətləndiriblər. Etiraf etmək gərəkdir ki, Azərbaycan parlamentinin 2010-cu ildəki sessiyalarında bəzi deputatlar, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir neçə dəfə qadınların nikah yaşlarının artırılması ilə bağlı təkliflərlə çıxış ediblər. Bu təkliflər, elə təklif kimi də qalıb, hələ bu istiqamətdə dəyişiklik yoxdur. Erkən nikah deyiləndə... Bizim toxunacağımız problem erkən nikahdır. Erkən nikah qanunvericiliyin müəyyən etdiyi minimal yaşın həddini keçmədən qurulan bütün ailələri əhatə edir. Belə ailələrin sayı konkret bilinməsə də, dövlət rəsmilərinin, bu sahə ilə məşğul olan qeyri-hökumət təşkilatlarının dilə gətirdikləri narahatlıqlar sayın hədsiz çox olduğunu yazmağa əsas verir. UNICEF-in Azərbaycanda həddi-buluğa çatmayanlar arasında nikahların sayının artmasından narahatlıq ifadə edən hesabatında bildirilir ki, Azərbaycanda aparılan araşdırmalar bu təbəqədə hər səkkiz nəfərdən birinin on səkkiz yaşına çatmamış evləndiyini və ya ərə getdiyini göstərir. Nikahda iki tərəf  - kişi və qadın iştirak etsə də, “erkən nikah” dedikdə beyinlərdə qız uşaqlarının yetkinlik yaşına çatmamış ərə verilməsi canlanır. Bu, əlbəttə, təsadüfi deyil. “Hərbi xidmət haqqında” qanunda son çağırış yaşının 26-dan 35-ə qadırılması və hərbidən möhlət üçün iki uşaq sayının üçə çatdırılması sırf əsgər olmamaq üçün erkən nikaha can atan fürsətcillərin əl-qolunu bağladı. İki zidd mövqe Çox təəssüf ki, Ailə Məcəlləsinə qızların nikah yaşı ilə bağlı təklif edilən dəyişikliklər qəbul edilsə belə, vəziyyətin düzələcəyi haqda yekdil və qüvvətli inam yoxdur. Məsələn, Milli Məclisin üzvü, ixtisasca həkim Musa Quliyev hesab edir ki, qızlar üçün nikah yaşının yüksəldilməsi problemin həlli ola bilməz: “Qanunvericilikdə yaş həddini artırmaqla erkən nikahın qarşısını almaq qeyri-mümkündür. Bunun üçün azyaşlıların təhsildən yayındırılmasına və erkən nikahların yaranmasına səbəb olan problemlər aradan qaldırılmalıdır. Bu problemlər ilk növbədə sosial sfera ilə bağlıdır. Ailələrdə işsizlik aradan qaldırılmasa, ailə büdcəsinin gəlirləri tələbata uyğun səviyyədə artmasa, erkən nikah problem olaraq qalacaq. Belə halda nikah üçün yaş həddini 20-yə də qaldırsaq, heç bir nəticəsi olmayacaq. Bu halda da qeyri-rəsmi və erkən nikahların sayı artacaq. Ona görə, biz qanunlarımızı hansısa ölkənin qanunvericiliyinə uyğunlaşdırmaq əvəzinə, sosial problemlərin aradan qaldırılmasına çalışmalıyıq”. Musa Quliyevin deputat həmkarı Məlahət Ibrahimqızı isə qanunvericilikdə sərt dəyişikliklər etməyin tərəfdarıdır və inanır ki, belə olan halda daha effektiv nəticə əldə etmək realdır: “... burada valideynlərin məsuliyyəti də çox böyükdür. Məncə, övladlarını təhsildən yayındıran valideynlər ciddi məsuliyyət, o cümlədən cinayət məsuliyyəti daşımalıdır. Valideynlər anlamalıdırlar ki, övladlarını təhsildən ayırmaqla, məcburən ərə verməklə onların hüquqlarını pozurlar və bu qanun pozuntusu məhz cinayət məsuliyyətilə tənzimlənməlidir”. Erkən nikah sərhədləri aşır Əvvəllər erkən nikahların respublikanın cənub rayonları üçün spesifik olduğu düşünülsə də, indi onun sərhədləri şimal rayonlarına qədər xeyli genişlənib. Hələlik qərb rayonları bu tendensiyadan özünü müəyyən qədər qoruya bilir. Təsirli tədbirlər olmayacağı təqdirdə yetkinlik yaşına çatmadan ailə qurmaların bu ərazidə də vüsət alacağı şəksizdir. Erkən nikahların yaranması sırasında hər nə qədər sosilal-iqtisadi amillər qabardılsa da, burada mövhumat və feodal ənənələrin təsiri danılmaz üstünlüyə malikdir. Ötənlərdə Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin Qlobal Qadın Fondu ilə birgə həyata keçirdiyi layihə çərçivəsində keçirilən sorğuda rəyi soruşulanların cəmi 20 faizi erkən nikahların yaranmasında dini faktorun rolunu qeyd edib. Lakin müşahidələr və təkzibolunmaz faktlar yumşaq ifadə etsək, sorğunun nəticəsinə tənqidi yanaşmağı tələb edir. Əvvəla, gizlətmək mənasız olar, əksəriyyətin özünü müsəlman saydığı azərbaycanlıların tapındığı Islam dini qızların 13 yaşda ərə getməsinə icazə verir və ümumiyyətlə, tez evlənməni müstəhəb əməl kimi alqışlayır. Bu yazı hazırlanarkən erkən nikahlara dair kiçik bir jurnalist təhqiqatı apardım və bəlli oldu ki, məsələn selektiv abortun (qız uşaqlarının doğulmasını əngəlləmək üçün abort edilməsi) lehinə, əleyhinə xeyli məqalələr, mövqelər əks edilsə də, erkən nikahlarla bağlı cəmiyyətin sekulyar kəsiminin mövqeyi birmənalıdır. Hər kəs “olmaz” deyir. Yeganə olaraq, dini saytların forumunda erkən nikahlara “hə” deyən qeydləri oxumaq olar. TQDK sədri Məleykə Abbaszadənin inanclı insanların çoxluq təşkil etdiyi rayonlar haqda dediyi fikirləri də elə-belə qatlayıb bir kənara qoymaq olmaz. “Cənub rayonlarında ali məktəblərə sənəd verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil edir. Yardımlı rayonunda ötən il 479 abituriyent sənəd verib, onların yalnız 45-i qız olub. Lerikdə isə 469 abituriyentdən 81-i qızlardı”, - deyə TQDK sədri bildirib. Erkən nikaha meyl salmağa dəyərmi? Köhnə ənənələrin dirçəlməsi də erkən nikahlara “oksigen balışı” kimi təsir edib. Gerilikçi düşüncədə olan bir çoxları hesab edir ki, qızlar “ayılmadan” ərə getməlidir, onların formalaşması ərin sərt nəzarəti altında baş verməlidir. Sanki valideynlər qız uşaqlarının məsuliyyətini tezliklə çiyinlərindən ər evi üstünə atmağa çalışırlar. Guya ki, yetkin qız bir az özü ilə baş-başa qalsa, nəsə xəta çıxara bilər. Erkən nikahlara meyllərin belə artdığı vaxtda “madam ki, xalqın bu qədər istəyi var, ona qarşı çıxmağa dəyərmi?” sualı ola bilsin, aktuallıq qazanıb. Ona görə də “nə üçün erkən nikahlara qarşı çıxılır” sualını aydınlaşdırmalıyıq. Lap sadə, ancaq ciddi səbəblərdən birincisi odur ki, erkən nikah fizioloji olaraq qadınların istismar edilməsi, onun tükəndirilməsidir. Həmin yaş həddində orqanizm törətmək potensialında olsa da, hələ formalaşma tam başa çatmayıb. Buna görə hormonal sistem pozğunluğu baş verir, nəticədə gənc ana bir sıra daxili problemlərlə, eləcə də vaxtsız qocalma ilə baş-başa qalır. Istisnaları çıxmaq şərti ilə mütəxəssislər erkən yaşda ana olmuş qadınların yeni missiyaya psixoloji hazırlığının aşağı olduğunu da vurğulayırlar. Bu isə cəmiyyət üçün yetişdiriləcək fərdin normal təlim-tərbiyədən məhrum edilməsinə yol açır. Ən nəhayət, 13-16 yaşda olan qızların haqqı var ki, ömürlərinin bu müddətini birbaşa özlərinə, təhsillərinə, əyləncələrinə sərf edib, bu dövrdə ailənin nə olması haqda heç olmasa, nəzəri biliklərə yiyələnsinlər. Erkən nikah qızların ali təhsil almasında da mənfi rol oynayır. Lakin, kiminsə ali təhsil almaq üçün biliyi və həvəsi yoxdursa, bu qətiyyən “daha nə gözləyirsən, çıx ərə get” əmrinə tabe olmasına səbəb ola bilməz. Ona görə bəzən tək təhsil məsələsini əsas tutub, erkən nikahın üzərinə gedənlərin əks cəbhə tərəfindən tərk-silah edilməsi asan olur. Erkən nikahın hazırda cəmiyyətimizin probleminə çevrildiyini danmaq olmaz. Lakin o, qətiyyən qarşısında əl-qolu sallaq vəziyyətdə durduğumuz problemlərdən deyil. Yaxın tarix sübut edir ki, ölkədə ciddi şəkildə qanunun aliliyini və işləkliyini təmin etməklə, maarifçilik və vətəndaş məsuliyyətini artırmaqla bu problemə “əlvida” demək mümkündür. Mənbə: //"Azadlıq"
['erkən nikah']
6,320
https://kayzen.az/blog/cqk/3365/r%C3%B6v%C5%9F%C9%99n-%C9%99sk%C9%99rovdan-nhn-suallar%C4%B1.html
Rövşən Əskərovdan NHN sualları
kastanka
Nə? Harada? Nə zaman? (ЧГК)
1 dekabr 2010, 23:12
Yəqin "büllur Bayquş"( хрустальная сова) laureatı Rövşən Əskərovu çoxunuz tanıyırsınız. buradakı sualları o keçən əsrin sonlarında hələ tamaşaçı olarkən vermişdir.bütün sualları yerləşdırə bilməsəm də bir neçəsini yazıram.1.ABŞ-ın Ohayo ştatında Kuyaxoqo dairəsinin şerifinə belə bir tapşırıq verilmişdi. Müxtəlif cinayətlərə görə  izlənən  4982 nəfərin axtarışı dayandırılsın. Bu qərar praktik məqsədlərlə verilmişdi.Sizcə bu qərarın səbəbi nə idi?2.  Cavanlıq vaxtı makedoniyalı İskəndər yaxşı qaçırdı.Buna görə də atası ona Olimpiya oyunlarında iştirak etməyi təklif etdi.O isə bir şərtlə  iştirak etməyə razılıq verəcəyini bildirdi.Makedoniyalı İskəndərin şərti nə idi? 3.Filosof Afinodor Sezara deyirdi: Nə vaxt ki, hirsləndin   24 dənənin hamısını yadına salana qədər heç nə danışma və heç nə etmə.Sizcə filosof Sezara nəyi yada salmağı məsləhət görürdü?4. 1955-ci ildə Rey Krok Mak və Dik qardaşlarının tərəvəzləri necə məharətlə doğrayıb əla buterbrodlar hazırladıqlarını görərək dərhal onlarla müqavilə bağladı.Bu qardaşların soyadı nə idi?PS.sonuncu ən asan sualdır.Uğurlar.
['Rövşən Əskərov', 'Büllur bayquş', 'laureat']
6,321
https://kayzen.az/blog/sevgi/3345/sevgi,-qad%C4%B1n,-ki%C5%9Fi.html
Sevgi, qadın, kişi...
burla xatun
Sevgi
29 noyabr 2010, 14:31
Sevgi nədir? Əslində sevgi yalnızca baş-başa qalmaq istəyi deyil. Birlikdə olmaq istəyidir. Hər şeyi paylaşmaq istəyidir. Əgər cütlük ikilikdə darıxırsa deməli ilişgidə problem var. Sevgililərin ən böyük səhvi danışmamaqdır. Kimisə anlamaq üçün onunla danışmaq lazımdır. Susaraq anlaşmaq fikri yanlışdır. Və yalnız o zaman keçərlidir ki, susmaq lazımdır. İnsanlar çox vaxt tərsinə edirlər. Danışmaq lazım olanda susurlar. Ortada anlaşılmazlıq varsa onu danışaraq, açıqca hər şeyi söyləyərək çözmək olar. Örtülü bazar dostluğu pozar. Cütlüyün ilişgisi əsgərlik arxadaşlarından, iş yoldaşlarından seçilmirsə münasibət dostluğa çevrilir. Sevgililər yalnız dost ola bilməz. Ola bilsəydi anlayışların adları başqa – başqa olmazdı. Birinə dost, birinə sevgili deməzdik. Bütün ilişgilərdə dostluq olmalıdır fikrinin motivi başqadır. Çünki bunun əksini də demək olar. Bütün ilişgilərdə sevgililik olmalıdır. Dostunu sevməlisən. Absurd səslənir. Dostu sevmirsənsə necə dost ola bilərsən. Sevgiliylə dost olmaq doğaldır. Dost deyilsənsə necə sevgilisən?! Öyrəncə. Birgəlikdə öyrəncə amili də var. İnsanlar uzunmüddətli birgəlikdə bir-birinə öyrəşir. Bu da sonradan ilişginin sevgi olub olmamasını ayırd etməkdə zorluq yaradır. Bu gerçəkdir. İlişgilərdə 3 şeyi bir-birindən ayırd eləmək çətindir. Öyrəncə, ehtiras, sevgi. Əslində hər üçündə sevgi var. Yəni hər üçü də sevgidir. Dediyimiz kimi sevgisiz ilişki olmur. Sadəcə “yalnız bumu birləşdirir” məsələsi sual və problem doğura bilər. İnasanları yalnız bir şey birləşdirməli deyil. Birgəlik üçün bu çox azdır. Hər şey də birləşdirə bilməz. Bu da çox çoxdur. Çox şey birləşdirirsə bu gözəldir. Türk alimi prof. Mehmet Z.Sungurun dediyi kimi ailə “mən” –i unutmadan “biz” ola bilməkdir. Əgər ailə- birgəlik yalnız “biz” üzərində qurulubsa insanlar cinslərini unudur, ilişki sevgililik donundan çıxır. Şəxs, xarakter, dəyərlər dəyişir. Buddanın fikrincə pis alışqanlıqlar insanın dəyərlərini, dəyərlər xarakterini , xarakter münasibətlərini korlaya bilər. Birgəlikdə özünü unutmaq, məni unutmaq pis alışqanlıqdır. Ehtiras. Kişilərimiz arasında aparılan sorğuda qadının seksuallığı demək olar ki, səslənmir. Və ya çox az vurğulanır. “Qadınlarda dəyər verdiyiniz nədir” sualının cavabı təxminən belə sıralanır. 1 .ağıl 2 .əxlaq 3 .şirindillik-pozitivlik 4. sadiqlik 5. alicənablıq 6.gözəllik-çəkicilik Bizim ortamda qadın partnyor kimi seçilmir. Kişilər evlilikdən öncə qadının seksual dəyərlərini bilmədikləri üçün “qadın necə olmalıdır” sualına qadınlıq üstünlüklərindən baxaraq deyil, adamlıq üstünlüklərindən baxaraq cavab verirlər. Avropa və Rusiyada kişiləri qadının qadınlığı daha çox maraqlandırır. Bu, ilişgilərin möhkəmliyi üçün önəmli sayılır. Onların fikrincə qadın zərif, mehriban, seksual və zəif olmalıdır. Ağıl xüsusi olaraq vurğulanmır. Çünki bu dəyərləri olan qadın avropa kişisi üçün artıq ağıllıdır. Digər tərəfdən onlar qadınları ağıllı hesab edirlər. Qadınlara psixoloqların bir neçə məsləhəti. 1. narkoman və alkoqoliklərdən uzaq olun. (nəinki ailə qurmaq, telefon nömrənizi belə verməyin) 2. xəsis kişilərdən qaçın 3. öz keçmiş ilişgilərindən sizə həvəslə danışan kişiləri seçməyin 4. yaxınları- dostu, valideynləri və s. ilə kobud davranan kişiləri uzaq tutun. İçkiyə qurşanmış yaşlı bir qadın tanıyırdım. Cavanlığında çox şirin və çəkici olan bu qadın qocalığında da kutsal gözəlliyini itirməmişdi. İçgili halın arxasında gizlənən bir gözəllik idi bu. Əməlli başlı araq düşgünü olmuşdu. Durum ağır idi. Küçədə yıxılırdı, yorğan döşəyə qusurdu. İçki sinir sitemini sıradan çıxarır. Adam dəlilik edir. Ağıl kontroldan çıxır. Adamın daxili problemləri varsa daha pis olur. Danışığını, hərəkətini bilmir. Adamların xətrinə dəyir. Bir dəfə söhbət etdik. Məlum oldu ki, əri cavanlıqda yaman içən olub. Psixoloqların fikrincə narkomanların və alkoqoliklərin eşləri gec ya tez özlərinə oxşayırlar. Belə adamlar maqnit kimi onları öz pis vərdişlərinə çəkir, ortamın ağır aurası partnyorun bütün enerjisini sorub çıxarır. Nəticədə adam gücsüzləşir. Və tabe olur. Gec olmadan canınızı qurtarın. Bir neçə ildən sonra həmin qadınla rastlaşdıq. İçmədiyini və tərgitdiyini dedi. Qadınlar bu konuda kişilərdən daha güclüdürlər. Ona görə dünyada kişi narkomanlar və alkoqoliklər qadınlardan qat-qat çoxdur. Yaradıcı adamların içində içkiyə narkotikə qurşananlar daha çox olur. Bunun yeganə səbəbi yaradıcı adamların daxilən zəif olmasındadır. Belə bir inanc var. Əgər kişi 25 yaşında hələ qadın tanımırsa bu uzun sürəcək, 30 yaşında evlənməyibsə evlənməyəcək, əgər 40 yaşında pulu yoxdursa deməli heç vaxt olmayacaq. Qadınlar təcrübəli erkəklə evlənmək istəyirlər. Kişilərsə əksinə. Qadınlar özünə güvənən erkəkləri sevirlər. Çox maraqlıdır ki, məşhur seriallar gedərkən statistik göstəricilərə görə qadınlar filmin müsbət kişi obrazını daha çox sevir, nəinki yaraşıqlı cavanı. Deməli əslində qadınlar üçün kişinin gözəlliyi o qədər də önəmli deyil. Onlar boş yerə “kişi meymundan bir az yaraşıqlı olmalıdır” demirlər. Gözəl bir qadının yanında çirkin bir kişi görsək düşünərik: –Fərasətlidir. Bəli! Qadınlar fərasətli kişiləri sevir. Bir önəmli məsələdə qadınlar heç dəyişməzlər. Kişiyə güvənmək. İstər maço olsun, istərarıq. Güvən yarada bilməyən erkəyi qadınlar sevmir. Bizim cəmiyyətdə hər şey bir az fərqlidir əslində. Burda qadın kişini öz kurallarına və zövqünə uyğun seçmir. Vaxt çatır və o, sadəcə ailə qurmaq xətrinə ailə qurur. Sonrası artıq şans məsələsidir. Kişilərdə də durum eynidir. Onlar da qadını seçib, götür qoy – edib evlənmirlər. Evlənmək xətrinə evlənirlər. Bizim ailələrdə kişi xəyanətinə sakit münasibətin əsas səbəbi də budur. Ortada əsas faktor yoxdur. Sevgi! Sevdiyin adamın xəyanəti ağır gəlir. Sevgisiz ailə iş yerinə çevrilir. Sevgililik olmur. Sevgililik olmayan halda seks sadəcə bir görəvdir. Seks qadın kişi arasında olduqca önəmli və ciddi bağdır. Ər- arvad bir yataqda görəv başındadırsa ailə sevgidən başqa hər səbəb üzündən qurulub demək. Belə ailələrdə kişilərin kənar macəralarına qadınlar susurlar, göz yumurlar. Çünki ər anlayışı onlar üçün sevdiyi kişi-sevgili anlayışından tam fərqli bir şeydir. Ər öncə uşaqların atasıdır. Ana- atanın kürəkənidir. Bacı –qardaşın yeznəsidir. Ailə başçısıdır. Bütün bunlar ərin başqa qadının sevgilisi olmasına əsas yaradır. Çünki ər sevgili də olmaq istəyir. Arvadlarını mətbəx kombaynı, qabyuyan maşın, uşaqların anası hesab edən kişilərin qadınları da sevgili olmaq ehtiyacı duyur. Sadəcə dünyanın bütün ölkələrində qadının xəyanəti daha yolverilməz sayıldığı üçün ərinin sevgilisi olmayan qadın çox vaxt özünə kənarda sevgili axtarmır. Və bu onun özünə diqqətsiz münasibəti ilə nəticələnir. Baxımsızlaşır, qadın olduğunu unudur və tədricən tamamilə formadan çıxıb mexaniki arvada çevrilir. Çox vaxt da belə qadınların sinir sistemi sıradan çıxır; aqressivləşirlər. Avropa ailəsində xəyanət dəhşətli qarşılanır. Çünki ailə sevgi üzərində qurulur. Ailə qurana qədər onlar bir-birinin keçmiş ilişgilərini axtarıb aramırlar. Burunlarını sevgililərinin keçmişinə soxmurlar. Onlar üçün önəmli olan ailənin gələcəyidir. “Mənə qədər” o qədər də önəmli deyil. “Məndən sonra” isə çox önəmlidir. Bizim kişi evlənməmişdən qadının özünü deyil, bütün nəsil nəcabətini sorğulayacaq. Onun kimliyindən çox,öncələr kiminlə görüşdüyünü, kimi sevdiyini sorğulayacaq. Qızın ailəsi oğlanın genetik kodunu axtaracaq. Ulu babasının həyatını araşdıracaq. Evlilikdən sonra isə kişinin xəyanəti və çeşid-çeşid qadınlar barədə susulacaq. Kişi ilə qadının anlaşmamasının əsas səbəbi onların bir-biri ilə səmimi olmaqdan qorxmasıdır. Məsələn kişi bəyəndiyi qadını tutaq ki, restorana dəvət edir. Qadın tez razılıq verməyə utanır, yüngülxasiyət görünməkdən qorxur. Kişi isə düşünür: Yəqin məndən xoşlanmır. Əslində belə deyil. Qadınlara səmimi olmaları üçün şərait yaradın. Axı siz lidersiz. Bir gənc qadın masa bəzəyib, süstlənib ərinin işdən gəlməsini gözləyir. Ona sürpriz etmək istəyir. Kişinin də həmin gün tərslikdən işi uzanır. Qadın gecə yarısına kimi gözləyib əsəbləşir və masanı dağıdıb yatır. Qadınlarınıza gec gələcəyiniz zaman xəbər edin. Arabir onlara zəng vurub hal –əhval tutun. Və bunu kontrol üçün deyil, ilgi üçün edin. Qadınların ən böyük çatışmazlığı küsməkdir. Küsməkdənsə kişini arayıb “sevgilim, bu gün evə erkən gəl” demək olar. Durumu öyrənmək olar. Yox, qadın belə deyil. Kişinin onu kosmosdan duymasını istəyir. Qadınların yüzillik davası kişinin onu intuitiv anlamasını istəməsidir. Onlar bircə şeyi unudurlar. Kişilərdə intuisiya çox da inkişaf etməyib. Onlar ağıllarını işlədən, praqmatik varlıqlardır. İntuisiya qadının istedadıdır. Və kişinin səni göydə anlamasını istəmək absurddur. Ona fikrini dolayısı yolla deyil, birbaşa deməlisən. Bu hər şeyi qolaylaşdırar. İnternetdə kişilərin kuralları haqda oxumuşdum. Özləri tərtib ediblər. Bir bəndində belə yazılıb. Necə ki, siz bizim kafedə saatlarla pivə içib, maç seyr etməyimizi anlamırsız, eləcə də biz sizin xeyli çanta almanızı anlamırıq. Kişilər çox nadir hallarda öz qadınlarında sevmədiklərini üzə vururlar. Ancaq qadın kişisinin çatışmayan cəhətini gündə yüz dəfə təkrar etməkdən bezməz. Əgər kişi qüsurunuzu üzünüzə vurmursa bu qüsursuz olmanız anlamına gəlmir. Statistik göstəricilərə görə qadınlar pulu olmayan erkəyə üstünlük vermirlər. Ən xırda səbəbə görə. Qadın üçün kişi məqsədyönlü, güclü, uğur qazanmağa meyilli bir varlıqdır. Bu cür kişininsə mütləq qazancı olur. Əgər kişinin qazancı yoxdursa deməli işgüzar deyil,məqsədyönlü deyil. Deməli zəifdir, tənbəldir. Qadınların zəif və tənbəl kişilərdən zəhlələri gedir. Onlar güclü, işgüzar kişiyə çox şeyi bağışlayırlar. Yanlış anlaşılmasın. Pulu olduğu üçün deyil, pul qazana bildiyi üçün. Məşhur “kişilərə ağıllı qadın lazım deyil” fikri də yanlış qarşılanır. Kişilər ağıllarını gözə soxan qadınları sevmirlər. Kişi naturaca liderdir. Bu təbiətin ona verdiyi üstünlükdür. İlk qəbilələrdə mağarada oturan qadın olub, ova gedən kişi. Qadının fiziki gücü ona ova getməyə imkan verməyib sadəcə. Bu liderliyi kişidən almaq lazım deyil. Liderliyi əlindən alınan kişi özünü aşağılanmış hiss edir. Ona ironiya ilə baxacaqsan, üzündə sarkazm olacaq, dodaqaltı güləcəksən və tamam. Kişi özünü pis hiss edəcək. Özünü yaxşı hiss etdiyi yerə gedəcək. Özünüzü kişidən ağıllı göstərməyə çalışmayın. Bunu bacaran qadın elə ağıllı qadındır. Kişinin əlindən qadını qorumaq instinktini, əgər bu instink onda təbiətən varsa, almaq günahdır. Bu onun ən həssas yeridir. Kişilər qadınlarını qorumaqdan sadəcə ləzzət alırlar. Əgər o sizə elementar “açıq –saçıq geyinmə , tək başına ora- bura getmə” deyirsə, bu qətiyyən onun sizə güvənmədiyi anlamına gəlmir. Bu onun sizə cavabdeh olma instinktinin formalarından biridir. Kişilər hətta qadının namusunu da öz boyunlarına götürməyə hazırdılar. Götürürlər də. Qadın onlar üçün dəyərdir. Qadınlarla kişilərin dəyər anlayışı fərqlidir. Kişilər öz dəyərlərinə daha məsuliyyətli yanaşırlar. Onların kurallarını kimsə poza bilməz. Bu üzdən sadəcə imkan verin sizi qorusun. O zatən başqa bir şey istəmir... “Kişilərə qadından çox şey lazım deyil, qadınlarsa hər şey vermək istəyirlər.”- V.P. Şeynov. Müəllif: Aysel ƏLİZADƏ [email protected] Mənbə: 525-ci qəzethəmçinin bax: Qoca kişi və cavan qızın sevgisi Kişini qadına necə bağlamaq olar? Sevənlərin ürəyi sağlam olur «Deyli Meyl» qəzeti yazır ki, bu, alimlərin 16 il ərzində apardıqları araşdırma nəticəsində məlum olub. Alimlər müəyyənləşdiriblər ki, bu hisslərin yaşanması xüsusilə kişilərdə urək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir.Araşdırma nəticəsində o da məlum olub ki, sevimli qadını ilə həftədə ən azı 2 dəfə intim əlaqədə olan kişilərdə ürək xəstəliklərinə tutulma riski 45 faiz azalır.Pensilvaniya ştatındakı Uilkis Universitetinin alimləri tərəfindən aparılan araşdırma da bənzər nəticə verib. Onların qənaətinə görə, sevgi və seks orqanizmdə immuniteti gücləndirir. Xüsusilə qış aylarında mütəmadi intim münasibətdə olan insanlar qripə daha az yoluxurlar.
['kişi-qadın münasibətləri', 'sevgi', 'ailə münasibətləri', 'ailə səadəti']
6,322
https://kayzen.az/blog/karyera/2738/nec%C9%99-i%C5%9F-tapmal%C4%B1.html
Necə iş tapmalı?
təpəgöz
Karyera və yüksəliş
28 noyabr 2010, 17:45
Hər bir iş axtaran gənc həyatda ən azı bir dəfə belə suallar qarşısında dayanmaq məcburiyyəndə qalır: nə etməli, müraciəti hara yönəltməli. Əmək bazarında nə baş verdiyini anlamağa çalışır ki, iş tapa bilsin. Burada qəbahətli heç nə yoxdur, sadəcə şüurlu şəkildə yanaşma və planlaşdırmaya eytiyac var.  Elə alınmasın ki, bu gün siz bir neçə müsahibədə iştirak edısiniz (və uyğun heç nə olmasın), sabah isə “boş gün” əmələ gəlsin. Əgər hər hansı bir mühüm məşguliyyət yoxdursa mütləq iş axtarmaqla bağlı ən azı bir tədbir planlaşdırın. Məsələn, İş elanı ilə bağlı hər hansı bir telefon zəngi, və ya internet saytlarında axtarış, Rezumenizin hazırlanması və təkmilləşdirilməsi. CV-nin hazırlanma qaydası burada daha ətraflı təsvir olunur, sadəcə qeyd etmək istərdik ki çalışın orada orfoqrafik və qrammatik səhvlərə yol verilməsin, başadüşülməyən ixtisarlar və ya lüzumsus olaraq mürəkkəb, uzun-uzadı cümlələr yer almasın — siz memuar yazmırsınız. Unutmayın ki, Rezume-nin əsas məqsədi sizin şəxsiyyətinizə diqqəti cəlb etmək və bununla müsahibəyə dəvəti almaqdır. Sizin vəzifəsiniz müsbət təsir bağışlamaqdır. Mütəxəssislər işaxtarma prosesini dənizə tor atma ilə müqayisə etmək olar: nə qədər suyun üzü geniş əhatə olunsa bir o qədər çox ovlamaq şansı əmələ gələcək. Axtarışın səmərəliliyi işə salınmış kanalların sayından asılıdır. Vasıtə və alətlər hə il dəyişməz olaraq qalır: yaxın dost-tanış,  kadr agentlikləri, İnternet, vakansiya yarmarkaları, qəzet elanları. Dəyişən yalnız namizədlərin bu və ya digər məlumat ötürücüsünə cıxış imkanlarıdır. Bəzən hər hansı bir işə sizin namizəd kimi dəvət etməkdın əvvəl telefonla qısa söhbət də ola bilər. Bu halda təklif olunan işlə bağlı müəyyən məlumat verilə bilər və siz onun müsbət və mənfi tərəflərini təhlil etməlisiniz ki, lüzumsuz yerə vaxt və enerji itkisinə yol verməyəsiniz. Çünki, əqər təklif olunan işdə sizi qane eməyən məqamların sayı çoxdursa (əmək haqqı, iş qrafiki, yerləşmə ərazisi və s.) və bu qədər itki sizin xeyrinizə olmayacaq.  Bu halda nəzakətlə sizi müsahibəyə dəvət edən şəxsə təşəkkür etməyi unutmayın – nə bilmək olar həyatda nə ola bilər. Sizin iş axtarmağınızın uğurlu olması  və uzun vaxt aparmaması üçün göndəlik fəaliyyət planı tərtib edin və ona riayyət etməyə çalışın. Yaxşı işçini müəyyən edən kriteriyalar:Edə bilər. Namizəd göstərilən işi müvəffərqiyyətlə yerinə yetirə bilər. Bunlara onun təhsili, biliyi, təcrübəsi, sağlamlığı, psixoloji keyfiyyətləri, ailə vəziyyəti və b. uyğundur.İstəyir. Göstərilən işə obyektiv və subyektiv maraqlıdır.İdarə olunandır. Namizəd deyilənlərin mahiyyətini və təfərrüatını yaxşı başa düşür. Öz nitqini idarə edir. Özünə tənqidi yanaşır, öz səhvlərini dərk edir və onlardan faydalı təcrübə əldə edir. Stressli vəviyyətdə soyuqqanlılığını saxlayır, aqressiv olmur.Uyğunlaşa biləndir. Namizəd xeyirxahdır, ətrafındakılarla asanlıqla ünsiyyət qurur və ünsiyyət qurmaq texnikasına malikdir. Namizədə xas olan davranış və iş modeli əsasən kollektivdə qəbul olunmuş normalara uyğundur.Təhlükəsizdir. Namizəd işəgötürənə qarşı (loyalen), açıqdır ancaq söhbətçil deyil, aldatmağa və satqınçılığa meylli deyil. İş axtarma haqqında məsləhətlər Özünüz üçün iş axtarışının kriteriyalarını dəqiq təyin edin. Yalnız məqsədlərinizə tam uyğun gələn vakansiyaları seçin. Digər namizədərlə bərabər olaraq rəqibliyinizin önəmli potensiallığını tam layiqli qiymət verilməsinə diqqət yetirin. Dostlar və tanışlar Gənc tələbə və ya məzun iş axtardığı  barədə məlumatı  ilk öncə dostlar və tanışlara çatdırmalıdır. Belə görünə  bilər ki, bu ən rahat və etibarlı üsuldur. Lakin, müasir zamanda ixtisaslaşma və peşəkarlıq üstünlük verildiyindən karyeranı bunun üzərində qurmaq həmişə mümkün olmür. İstənilən halda CV-ni yazmaq və müsahibədın keçmək lazım gələcək. Digər tərəfdən, idarələrin kadr şöbələrində olan indormasiya çoxluğu və şəxsi zəmanətin əhəmiyyəti dərəcədə məsuliyyətli oldüğündan bu şansdan da faydalanmaq məsləhətdir.  Kadr agentlikləri və İşədüzəltmə şirkətləri ilə əməkdaşlıq hansı hallarda əlverişlidir? İri şirkətlərdə geniş iş təcrübəsinə malik olan şəxslərə işə düzəltmə şirkətləri tərəfindən iş tapmaq daha asan olur. Onlara sadəcə elektron poçt vasitəsilə müracıət etmələri məqsədəuyğun hesab olunur. Uyğun gələn vakansiya olduqda işədüsəltmə agentləri dərhal özlrəri Sizə müraciət edəcəklər. Belə əməkdaşlıq daha çox uğurlu nəticələr verir. İşədüzəltmə şirkətləri tərəfindən iş tapan şəxslər həmin agentlərə öz təşəkkürlərini bildirirlər. İri işədüzəltmə şirkətləri mövcud olan stabil və iri şirkətlərlə əməkdaşıq edirlər ki, perspektivli vakansiyalar da onlardan almaq ehtimalı çoxaldır. Həmin agentliklərdən imtina edərək, Siz mühüm vakansiyalardan xəbərdar olmamaq riskini artırmış olursunuz. Hansı şirkəti seçmək lazımdır — yerli yaxud xarici? Xarici şirkət menecerə malın satış strategiyası üzrə yeni biliklər verir. Yerli şirkət isə, menecerin vadar edir ki, özü bu strategiyanı qursun və satış sistemində özü qərar versin. Bununla bərabər insanların və layihələrin idarəolunmasında təcrübə qazanaraq, həmçinin karyera quruluşunda biznes məsələlərinin həllində iştrak edərək, yüskək peşəkarlıq səviyyəli idarəedən mütəxəssis pilləsinə qalxmağa zəmin yaranır. Bütün çətinliklərə müqavimət göstərmək və kritik məqamlarda özünü itirməmək kimi biznes keyfiyyətlərinin əldə olunmasına şərait yaradır. Ekspertlər qeyd edirlər ki, xarici mütəxəssislərin yerli şirkətlərə miqrasiyası praktiki olaraq sıfıra bərabərdir. Lakin əks istiqamətdə axın daha da çoxalır. İş axtarışının qaydaları Sadəcə telefon qarşısında zəng gözləyrək yaxşı iş tapmaq olmur. Şirkətlər bir çox oxşar tərcümeyi-halları qebul edir, lakin hamisina nəzər sala bilmirlər.Şirkətin işə qəbul prossesində məsul əməkdaşı ilə şəxsi əlaqə yaratmaq — bu iş axtarışının əsas amilidir. Buna görə, ən yaxşı üsul — tərcümeyi-halı göndərib və zəng etmək. Əksər vakansiyalar reklam olunmurlar. İnternet saytlardaki və qəzetlərdəki vakansiya elanlarına nəzər Sizin iş axtarışı prossesinin bir qismi olmalıdır. Sizi maraqlandıran şirkətlərə tərcümeyi-halı göndərərək mütəmadi olaraq həmin şirkətlərə zəng etməlisiniz. Bu halda iş tapmaq şansını artırmış olursuz. İş axtarışı tərcümeyi — halın kütləvi göndərilməsi ilə çərçivələnməməlidir. Əsas güc ona yönəlməlidir ki, özünüzə perspektivli hesab etdiyiniz şirkələrlə mütəmadi əlaqə saxlamaq olmalıdır. Kütləvi İnformasiya Vasitələri Vakant iş yerləri haqqında elanlarla zəngin olan qəzetlər ilk növbədə rahatlığı ilə seçilirlər, maraqlı məlumatı rəngli qələmlə işarələmək mümkündür. Belə qəzetlərin əksəriyyətinin internet səyəfələri də var və bu halda evdən çəxıb xüsusi olaraq bu qəzetləri almağın mənası olmur. Bu qəzetlər – “Birja”, “Birja+”, “SuperMarket”, ixtisaslaşmış iş elanları ilə bərabər diğər kateqoriyadan olan elanları (alqı-satqı, kirayə, xidmətlər və s.) da dərc edirlər.Universitetlər Nəzdində Karyera Mərkəzləri Məzun və tələbələr üçün məşğulluq xidməti əksər Universitet və Ali Təhsil Müəssisələr nəzdində fəaliyyət göstərirlər. Müxtəlif kadr agentliklərin təklif etdikləri çoxsaylı vakansiya elanlarına baş vurmaqdan öncə doğma təhsil ocağının təklifləri ilə tanış olmağa dəyər. Çünki bu halda sizə geniş məlumat veriləcək. Adətən belə təkliflər “kənar şəxlər” üçün nəzərdə tutulmur. Bu halda sizin ən qısa yolla uğurlu iş tapmaq şansınız 50/50 nisbətdə hesablanacaq. Bəzi Kareyra Mərkəzləri digər Universitet tələbə və məzunları üçün də məlumatları açıqdir. Azərbaycan Universitetləri Nəzdində Karyera Mərkəzlərinin siyahısı əlavə olunur. Bir-başa müraciət Əgər siz bir-başa şirkət, idarə, dövlət qurumlarına iş axtarışı ilə bağlı müraciət etmək qərarına gəlmisiniz onda siz araşdırmalısınız ki bu qurumlar tələbə və ya məzunlara maraq göstərirlər, ya yox. Aldanma… Bəzi şirkətlərin cəlbedici iş elanları arxasında sadəcə fırıldaq mexanizmləri quraraq namizədlərə gənclərə anket doldurmaq təklif edirlər – təbii ki, müəyyən pul müqabilində (10-50 AZN). Onlar hətta rəsmi qeydiyyatdan keçən şirkət olsalar belə insanların sadəlövlüyündən yararlanmaq kimi çirkin niyyətlər güdürlər. Öz Rezumenizi şəxsi elektron poçt və şəxsi kompyuterinizdən göndərməyiniz məsləhətdir ki, kənar şəxslərin əlinə keçməsin. Yeni iş tapandan sonra da internetdən öz Rezumenizi götürməyi unutmayın ki, narahat eləməsinlər. İş axtaran üçün mühüm qeydlər: Dini, irqi və cinsi fərq qoymadan bütün işəgötürənlərə eyni rəğbər bəsləməlidir;İşəgötürənə özü haqda doğru olmayan informasiyanı verməmək;İşəgötürən tərəfindən alınmış informasiyanın konfedisseallığını qorumaq, bunu işəgötürənin professional və şəxsi mənafeyinə zərər vurmadan istifadə etmək;İşəgötürənin professional və şəxsi keyfiyyətlərinin öyrənilməsi metodlarından müvafiq qaydada istifadə etmək;İşədüzəlmə prossesinin bütün etaplarında işəgötürənlə daima kontaktda olmaqBeləliklə, yuxarıdakıları ümumiləşdirərək bunlara xüsusi diqqət yetirin:İlk növbədə aydınlıq gətirilməlidir: sən kimsən,  sənin maraqların nədir, hansı dəyərlərin daşıyıcısısan.Ən effektli başlanğıc üsulu tacrübə keçmə (stajirovka) hesab olunur – bu sizə lazım olan əlaqələrin qurulması, praktiki iş təcrübəsi qazandıra bilər.Səviyyəli Rezume hazırlamağın qayğısına qalın və sonra onu şirkət və kadr agentliklrinə göndərin.Təcrübə keçmə zamanı əmək kollektivi ilə tanış olmaqda  təşəbbüskar olun ki kənarda qalmayasanızKollektivdə qalmaq üçün qətiyyətlə qeyri-ənənəvi qərarlar qəbul edin ki, yaradıcı yanaşma və zəka sahibi olduğunuz gözə dəysin.Əsas odur ki, iş prosesi zamanı əmək haqqı və statusdan daha çox sizi perspektivdə məqsədəçatmaq üçün meydan əldə edəsinizDigər insanlarıla təmas qurmağı, onların emosional vəziyyətini və reaksiyalarını öyrənməyi bacarın. Mənbə İş axtaran gənclər üçün yaddaş kitabçasıHəmçinin bax: CV forması necə yazmalı? İşini itirmisənsə ağlama!
['iş tapmaq', 'iş axtarmaq', 'işsizlik']
6,323
https://kayzen.az/blog/maraqli-faktlar/3327/tarixd%C9%99-maraql%C4%B1-sui-q%C9%99sdl%C9%99r.html
Tarixdə maraqlı sui-qəsdlər
Fridrix
Maraqlı faktlar
24 noyabr 2010, 19:51
Sui-qəsdlərin tarixi də insanlıq tarixinin yaşı ilə ölçülür. İlk sui-qəsdi həyata keçirən isə qardaşını öldürən Qabildir. “Brut sən də?” ifadəsi ilə tanıdığımız Roma imperatoru Yuli Sezar da sui-qəsdin qurban olub. Tarixdə bu cür sui-qəsdlərin sayı onlarladır. Onların bəziləri isə tarixin gedişatını da dəyişdirə biliblər. Türkiyənin “Bu gün” qəzeti bu cür bir neçə sui-qəsd haqqında məlumat verib. Maraqlıdır ki, qəzet 2007-ci ildə Türkiyədə öldürülüən erməni əsilli jurnalist Hrant Dinki də bu sıraya aid edib. Yuli Sezar – eramızdan əvvəl 49-44-cü illərdə Roma imperatoru Yuli Sezar çox xəyanətlərin şahidi olmuşdu. Ancaq o, belə bir xəyanəti heç vaxt gözləmirdi. Onun üzərinə düşmənləri deyil, yaxın bildiyi dostları gəlirdi. Qatillər isə yalnız qarşılarındakını parçalamaqdan başqa bir şey düşünmürdülər. Onların amansızcasına məhv etmək istədikləri adam bir vaxtlar dağılmaqda olan Romanın fəxri sayılırdı. Sezar öz taxtında çırpınır, xəncər zərbələrindən xilas olmaq istəyirdi. Çətinliklə dizi üstə qalxa bildi və bu vaxt onu xəncərlə vuran şəxslərdən birini gördü. Bu onun ən yaxın silahdaşı Brut idi. Brutu görən kimi sanki Sezarın dili birdən-birə açıldı və yalnız “Brut sən də?” deyə bildi. Ancaq Brut onu eşitmək istəmirdi və xəncəri aramsız olaraq Sezarın bədəninə endirirdi. Sonradan məlum oldu ki, Sezara 35 xəncər zərbəsi vurulubmuş. Roma tarixində Senatda görünməmiş bir hadisə baş vermişdi. Bütün Romanı qorxu içində saxlayan, zahirən özünü demokrat kimi göstərən, daxilən isə qanlı bir diktator olan Sezar elə taxtında da qətlə yetirilmişdi. Sezarin öldürülməsi isə sui-qəsdçilərin nəzərdə tuta bilmədiyi şəkildə Romanın sonunu sürətləndirdi. Sezər tək varisi olaraq qardaş oğlunu Oktavianı təyin etmişdi. Sezarın öldüyü vaxt hələ 19 yaşında olan Oktavian isə əslində taxtın tək varisi deyildi. Brut ilə Markus Antonius arasındakı razılaşma Sezarın istəyinin yenidən nəzərdən keçirməsinə səbəb oldu. Mohandas Karamçand Qandi (1869-1948) - Hindistanın passifist siyasətçisi və düşüncə adamı Mahatma Qandi hind milli - azadlıq hərəkatının 1919-1948-ci illər arasında ən önəmli lideri idi. 1869-cu ildə Porbandarda Vaşiya kastasından bir ailənin oğlu olaraq doğulan M.Qandi 1888-1891-cu illər arasında Londonda hüquq təhsili gördükdən sonra iki il Bombey və Rackot şəhərlərində, 1893-1914-cü illər arasında isə Cənubi Afrikada vəkil işləyıb. “Böyük ruh” mənasını verən “Mahatma” adına layiq görülən Qandi həyatı boyunca Britaniya imperatorluğunun zülmünü və terrorizmi rədd edib. Vətəndaşların itaətsizlik kampaniyasının ən əhəmiyyətli fiqurudur. “Ət yeməyənlər dərnəyi”nin liderliyinə qədər yüksələn Qandi həyatı boyunca hind xalqının haqqlarını müdafiə etmiş, ancaq yenə bir hindli tərəfindən öldürülmüşdür. Qandinin Britanya hökumətinə qarşı qazandığı ən böyük qələbələrdən biri torpaq razılaşmasıdır. Hindistanda siyasətə atıldıqdan sonra 1934-cü ilin yazında 3 dəfə müvəffəqiyyətsiz sui-qəsdə uğrayıb. Ölkə rəhbərliyində söz sahibi olan Qandi Hindistanın ikiyə bölünməsinə şiddətlə qarşı çıxırdı. Ancaq 30 Yanvar 1948-ci ildə ölkənin bölünməsinə görə ittiham edilərək öldürüldü. Avraam Linkoln (1809-1865) - ABŞ-ın 16-cı prezidenti “Xidmətçi olmağı istəmədiyim kimi, xidmətçi istifadə etməyi də sevmirəm, mənim demokratiya anlayışım budur” ifadəsinin sahibi ABŞ-ın 16-cı prezidenti Avraam Linkoln “bir xəyalim var” şüarı ilə seçkini qazanmışdı. Xəyalı azad insanların yaşadığı, qara-ağ ayrı-seçkiliyinin edilmədiyi bir ABŞ idi. Prezident seçildikdən sonra ilk işi qarşıdurma vəziyyətində olan cənub və şimal əyalətləri arasında sülh yaratmaq olub. 4 il davam edən vətəndaş müharibəsini qazanan Linkoln 1865-ci ildə yenidən prezident seçilib. Müharibədəki qələbəsindən 6 gün sonra 15 aprel 1865-ci ildə Avraam Linkoln teatrda "Bizim Amerikalı əmioğlumuz" tamaşasına baxarkən həmin teatrın aktyoru Con Uilks But tərəfindən qətlə yetirilib. Bununla o, qətlə yetirilmiş ilk ABŞ prezidenti olmuşdur. Sui-qəsdçinin ilk planı Linkolnu qaçırıb cənublu əsirlərin buraxılması şərti ilə sərbəst buraxmaq idi. Ancaq sonradan planını sui-qəsdlə əvəz edib. Eyni gecə prezidentin köməkçisi və xarici işlər naziri də sui-qəsdə uğrayıb, ancaq möcüzə nəticəsində xilas olublar. Linkolnun sui-qəsdinin sirri ancaq 1961-ci ildə açılıb. Dövrün müdafiə naziri Edvin Stanton Linkolnun yerinə keçmək üçün sui-qəsdi planlaşdırdığı aydın oldu. Stanton o gecə teatra gedərkən “səhnədən ayrıldığım zaman Amerikanın ən məşhur adamı olacağam” deyirdi. Benazir Bhutto (1953- 2007) - Pakistanin keçmiş baş naziri İlk dəfə 1988-ci il seçkilərində qələbə qazanaraq baş nazir postuna yiyələnən Bənazir Bhutto 20 ay sonra hərbi qüvvələrin köməyi ilə ölkə başçısı Qulam İshaq Xan tərəfindən vəzifəsindən uzaqlaşdırılıb. 1993-cü ildə ikinci dəfə Pakistanın baş naziri seçilən xanım Bhutto üç il sonra baş verən siyasi qalmaqallar nəticəsində yenidən vəzifəsindən kənarlaşdırılıb. Böyük Britaniyanın keçmiş koloniyası olan müsəlman Pakistanına rəhbərlik edən ilk qadın siyasi xadim kimi tarixə düşüb. 1999-cu ildən etibarən Dubayda sürgün həyatı yaşayan Bənazir Bhutto səkkiz illik bir dövrdən sonra 2007-ci il oktyabr ayının 18-də yenidən Pakistana geri qayıtmağa müvəffəq olub. Seçkiyə qatılmaq üçün Pakistana dönməyə qərar verən Bhuttoya Pərviz Müşərrəf “Əl-Qaidə” terror təşkilatından təhlükə gözlənildiyi xəbərdarlığı edib. Bhutto isə xəbərdarlığa məhəl qoymayıb. 27 Dekabr 2007-ci ildə 54 yaşında ikən Pakistanın Ravalpindi şəhərində seçki mitingindəki çıxışında sui-qəsdlə öldürülüb. Buttonun ölümündən sonra baş nazir Pərviz Müşərrəf ölkədə üç günlük yas elan etdi. Pakistan hökuməti sui-qəsdlə əlaqəsi olduğu deyilən 15 yaşında bir uşağı həbs etdi. Bhuttoya sui-qəsddə məsuliyyəti “Əl-Qaidə” üzərinə götürdü. Amma Bhuttonun ABŞ-lı teleaparıcı Mark Şegelə göndərdiyi bir elektronik məktubda “Pakistanda başıma bir şey gəlirsə, cavahdeh Pərviz Müşərrəfdir” yazdığı ortaya çıxdı.Benəzir Bhuttonun bir qadın kimi necə olması haqqında da oxuyun. Con Kennedi (1917- 1963) - ABŞ-ın otuz beşinci prezidenti Con Kennedinin prezidentliyi dövründə Məxfi Xidmət təkcə Texasda Conu öldürməyə 34 cəhdi araşdırmışdır. Həmin ştatda mühafizəkar və ultrasağ qüvvələrin mövqeləri xeyli güclü idi, hətta 1960-cı ildə əslən texaslı olan Lindon Conson və onun arvadı, sonra isə ABŞ-ın BMT-dəki səfiri Adlay Stivenson burada açıq şəkildə təhqirlərə məruz qalmışdılar. Dallas küçələrində Kennedinin şəkli və "xainliyə görə axtarılır" yazısı ilə plakatlar görünürdü. Lakin 1964-cü ildə prezident seçkilərinə hazırlaşarkən Kennedi Texasa yola düşmüşdü, çünki bu ştatın səsləri seçkilərdə mühüm rol oynayır. Kennedi demişdi: "İlahi, Texasa səfərdən çəkinə bilsəydim... Bir səbəb uydurmaq olarmı?" 1963-cü il noyabrın 22-də ("qara cümə") prezident təyyarəsi Dallasdakı Lavfild aeroportuna endi. Prezidentin mühafizəsi motorlaşdırılmış Dallas polis idarəsi dəstəsi, təhlükəsizlik xidməti avtomobili və Məxfi Xidmət agentlərindən ibarət idi. Kortejin önündə təhlükəsizlik xidməti avtomobili, sonra altı polis motosikli, fərqləndirici işarələri olmayan baş maşın və 1961-ci il modelli prezident "Linkolnu" gedirdi. İsti havaya görə təhlükəsizlik agenti Louson "Linkolnun" orqanik şüşədən olan üstünü çıxarmağı qət etdi. Prezident avtomobilini soldan və sağdan cəmi dörd motosikletçi müşayiət edirdi, maşında isə iki Məxfi Xidmət agenti var idi. "Linkolnun" arxasınca səkkiz nəfər agentlə "Kadillak" gəlirdi. Buna baxmayaraq saat 12:30-da Kennediyə snayper tüfəngindən iki dəfə atəş açıldı, birinci mərmi onun boynuna, ikincisi isə başına dəydi. Prezident mühafizəsinin zabiti Klinton Hill Kennedini qorumaq üçün yük yerinə çıxdı. "Linkoln" Parklend Hospitala yönəldi və həkimlər 25 dəqiqə ərzində Kennedini xilas etməyə çalışdılar, lakin saat 1-də rəsmi olaraq onun ölüm xəbəri elan edildi. Bütün hadisəni Abraham Zapruder kameraya çəkmişdir. Həmin gün saat 13:46-da Senat işini dayandırdı, bir dəqiqə sonra Nyu-York birjası bağlandı. Saat 13:49-da SİTA sui-qəsd haqqında xəbər verdi. Saat 15:41-də tabut Vaşinqtona uçan prezident təyyarəsinə yükləndi. Vaşinqtonda tabut gücləndirilmiş mühafizə altında Endrüs hava bazasına çatdırıldı. Kennedinin vəfatından sonra ABŞ Ali Məhkəməsinin sədri Erl Uorrenin rəhbərliyi altında yaradılmış komissiya (Uorren komissiyası) belə nəticəyə gəldi ki, prezidentin qatili Li Harvi Osvald tək hərəkət etmişdir. Lakin növbəti araşdırmada Nümayəndələr Palatası qərara aldı ki, Kennedinin meyitinin yarılması standartlara uyğun şəkildə aparılmamışdır. Cinayətlə uzaqdan-yaxından əlaqəsi və ya məlumatı olan hamı bir-bir dəlil buraxılmadan ortadan qaldırıldı. Kennediyə edilən bu sui-qəsdin arxasında İsrailin olduğu iddiaları var. Bunun səbəbi isə Kennedinin İsrailin nüvə proqramına qarşı çıxmasıdır.Həmçiinin bax: Kennedi ailəsinin lənəti Müəllif: Ömər Əmirov
['sui-qəsd', 'Yuli Sezar', 'Abraham Linkoln', 'Benəzir Bhutto', 'Con Kennedi']
6,324
https://kayzen.az/blog/sevgi/3212/sevgi-mesajlari.html
Sevgi mesajlari
Himeney
Sevgi
23 noyabr 2010, 20:46
1. Sənə bu mesajı deyil ürəyimi yollamaq istərdim, telefonu deyil əlimi tutmanı istərdim, mesaja deyil gözlərimə baxıb səni sevirəm deməni istərdim.2. Bu mesajı oxudunsa, mənə heyransan. Vecinə deyilsə, məni sevirsən. Cavab versən, mənsiz yaşaya bilmirsən. Cavab verməsən, mənə vurğunsan. Görək indi nə edəcəksən?3. Dünyada bir çox insan var. Bəzisi duyğulu bəzisi duyğusuz, bəzisi qorxulu bəzisi qorxusuz. Bəzisi ağlayıb bəzisi gülür amma gözəlliklərə və xoşbəxtliyə layiq olan bir insan var o da indi mesajımı oxuyur.4. I love your eyesÇünki onlar very nice,bir anlıq look at me ondan sonra dont forget me, qəlbim tic-tac for you because i love you! 5. Eşqim yatağın, sevgim yorğanın, ürəyim yastığın olsun. şirin yuxular birdənəm.6. Sənin üçün uzaqdan sevməyi, baxmadan görməyi, toxunmadan hiss etməyi, eşitmədən dinləməyi, göz yaşlarımla gülməyi və qovuşmaq üçün səbr etməyi öyrəndim ancaq sənsizliyi əsla!8. Axtardığım nə varsa bil ki, səndə tapmışam. Səndən əvvəl yox idim səninlə var olmuşam. Səndədir bütün hicran, ümidlər. Məni məndə axtarma mən artıq sən olmuşam!9. Çoxdur sənə sözlərim, ağlıma gəldikcə söyləyirəm, bu fani dünyada gülüm mən sənsiz neyləyim?10. Yağışı sevirəm deyirsən yağış yağanda çətirini açırsan, günəşi sevirəm deyirsən günəş çıxanda pərdəni qapadırsan, küləyi sevirəm deyirsən əsəndə pəncərəni örtürsən və mən də bundan qorxuram! Çünki məni də Sevdiyini söyləyirsən!11. Darıxdığın sənin üçün darıxırsa darıxmaq gözəldir. Dönəcəksə gözlədiyini gözləmək gözəldir. Sevirsə sevdiyin bax elə bu hər şeyə bərabərdir.12. Sənə minlərcə gül vermək istərdim amma güllər solar, sənə ömrümü vermək istərdim amma bir gün öləcəyəm, sənə sadəcə sevgimi verirəm ki, o əbədiyyən yaşayacaq!13. Məni oda at, bədənim yansın, sadəcə qəlbimə dəymə, çünki onun içində sən varsan.14. Dünyada hər şey özünə bir yoldaş axtarar, daşın qəlbi yoxdur, amma onu da yosun sarar.15. Sənin olan hər şeyi, hətta sənsizliyi belə səni xatırlatdığı üçün sevirəm!16. Səni ulduzlara oxşadıram, onlar qədər parlaq, cəlb edici və gözəlsən amma aranızda tək bir fərq var; onlar milyonlarla sən isə bir dənəsən!17. Bu gün də sabah da ürəyin qədər yaxınındayam, özünü tənha hiss etdiyində əlini ürəyinə qoy mən həmişə oradayam.19. Zənn etmə ki, yerin dolacaq, səndən başqa biri mənlə olacaq. Nə mənə sənin kimi bir sevgili nə də səni mənim kimi sevən tapılacaq.20. Güllərin hamısı gözəldir amma sənin qədər deyil. Səni hər kəs sevər amma mənim qədər deyil!21. Hər eşqin göy üzündə bir mələyi varmış. Yer üzündə tükənən hər eşq üçün göy üzündə bir mələk ağlarmış. İnan ki, bizim mələyimiz heç ağlamayacaq.22. Bir şirin gülüş vurdu məni çox dərindən. Baxanda qamaşdı gözlərim gözəlliyindən. Sevirəm sözü yıxdı məni çox dərindən. Burax izimi ey pəri əgər sevməyəcəksənsə!23. Eşq dənizdən çınqıl toplamağa bənzər, əvvəl tək-tək yığırsan sonra bir-bir atırsan. Sadəcə bəzilərini atmağa ürəyin gəlmir və səndə atılmayanlardansan! Kompliment24. Uzaqlıqlar kiçik sevgiləri yox edir, böyüklərini isə ucaldır. Eynilə küləyin şamı söndürüb alovu alovlandırdığı kimi.25. Bilirəm sən bir ulduzsan ətrafında bir çox planet var. Amma unutma ki, mən dünyayam və ancaq məndə həyat var!26. Göy üzü nə qədər qaranlıq olarsa olsun oralarda bir yerdə mütləq bir ulduz var. Bir qəlb nə qədər sevgisiz qalarsa qalsın, mütləq içində göyərən bir tumurcuq və bir çiçək var! 27. Həyatındakı üzüntülər sahildəki ayaq izləri qədər keçici. Xoşbəxtliklər isə mərmərə yazılmış yazılar qədər qalıcı olsun.28. Ay işığının aydınlatdığı bir sahildə kiçik bir budağa “Səni Sevirəm” yazmaq istərdim. Ancaq sən qəzəbli bir dalğa olub silə biləcəyindən deyə qorxuram.29. Gecədir ki, adamı kədərləndirən? Yoxsa adam özü kədərlənmək üçün gecəni gözləyir? Gecədir ki, səni məni düşündürən? Yoxsa mənəm, səni düşünmək üçün gecəni gözləyən?30. Qəlbimdə 3 çiçək böyütdüm. Sevmək, sevilmək və gözləmək. Sən bunlardan ikisini qopartdın. Mənə ancaq biri qaldı; gözləmək!31. Yarı dalğalı olmamalıdır dəniz. Ya tam sakit olmalı yada sovrulmalı! Yarı ümid verməməlidir sevgili. Ya tam sevməli yada çıxıb getməli.32. Duyğular vardır anladılmayan. Sevgilər vardır kəlmələrlə ölçülməyən. Baxışlar vardır insanı bir ömür boyu ağladan. Yollar vardır keçilməsi çox çətin olan. Qəlblər vardır dərdlə çırpınan. İnsanlar vardır heç unudulmayan. Zənn etmə məni sevib buraxanlardan. Zənn et məni məzara qədər sevənlərdən.33. Səni sevdiyim qədər yaşasaydım ölümsüz olardım.34. Bu dünyada iki kor var. Biri məni görməyən sən. O biri isə, gözü səndən başqasını görməyən mən.35. Kül olmuş atəş yanarmı? Buz bağlamış su axarmı? Bu gözlər səni görüb sevdi, başqasına baxarmı?36. Soyuq havalarda heç bir zaman üşümədim bilirsənmi nədən? Həmişə sənin istiliyinlə qızındım. Sevginin istiliyi idi məni qızdıran. Qəlbimə yazılmısan bir dənəm.37. Günəşin buz tutduğu yerdə bir alov görsən bil ki, o yalnız sənin üçün yanan qəlbimdir.38. Sevgini göstərməlisən söyləmək yetməz, sevgi gözlərində olacaq sözlərin yetməz, sevgi hər şeydir qəlbə həbs edilməz. Sevməlisən mənim kimi amma ürəyin yetməz!39. Günəşə baxa bilərəm amma üzünə əsla, atəşi tuta bilərəm əlini əsla, canımdan keçərəm amma səndən əsla, dünəni unutsam belə səni əsla.40. Qəzəbini yarpaqlara yaz payızda tökülsün, dərdlərini küləyə yaz əsdikcə uzaqlara aparsın,sevgimi qəlbinə yaz öləndə səninlə basdırılsın!41. Yuxudan oyananda insanı oyandığına peşman edən, geri dönmək istəyib, dönə bilməyəndə biçarəlikdən bezdirən, həyatda bir dəfə görülə bilən bir möhtəşəm bir yuxusan!42. Ay işığındadır sevgiliyə duyulan həsrət. Sevgiliyə həsrət olduğun qədər də ona yaxınsan! Unutma, yağışın yağdığı qədər islaqsan, günəşin isitdiyi qədər qızmar.43. Gözlərin axar çay, qaşların körpü olsa tam ortasından keçərkən iplər qopsa yanağından süzülüb düşsəm dodaqlarına. Məni öpərsən yoxsa bir göz yaşı kimi silərsən?44. Bizim yerlərdə hər ulduz axanda biri ölür. Sizdə isə arzu tutulur. Sizin arzularınızın çin olması üçün bizdən birinin ölməsimi lazımdır?45. Camaat mənə qəlbsizsən deyirlər. Doğru deyirlər çünki qəlbimin səndə olduğunu bilməyirlər!46. Sənə bir şey deyəcəm ancaq nə olar qorxma, dünən həkimə getmişdim, böyrəyimdə qum, qəlbimdə səni tapdılar! 47. Aramızdakı məsafələr nə qədər uzun olursa olsun, sonsuzluğa gedən bütün yollara adını yazdım. Hansı yoldan keçərsən keç səni sevdiyimi oxuyacaqsan.48. Ən gözəl dəniz sahilində üzülməmiş olandır, ən gözəl uşaq daha böyümədi, ən gözəl günlərim səninlədir və sənə söyləmək istədiyim ən gözəl söz daha söylənməmiş olandır; Səni sevirəm. Eşq gülü tikanıyla dərməyə oxşayır. Əllərin qan içində qalır amma tikana görə gülü atmaq olmaz.49. Bir yağış damcısı sənə olan həsrət və arzumu daşısaydı hər yeri sel alardı.50. Sən tanrıya edilən arzum, göylərə uzanan əllərimsən, sən gözümdən süzülən yaş kimi həsrətimsən, sən yaşadığım ömür və ən gözəl günlərimsən, sən hər gecə yuxularıma girən əziz sevgilimsən.51. Sənə bir göyərçin göndərirəm ürəyində sevgi qanadlarında xoşbəxtlik dimdiyində öpüş var!Həmçinin bax: Ağlamalı sevgi hekayəsi
['sevgi sözləri', 'sevgi mesajları']
6,325
https://kayzen.az/blog/ginekologiya/2978/ayba%C5%9F%C4%B1-poz%C4%9Funlu%C4%9Fu-alqomenoreya.html
Aybaşı pozğunluğu (Alqomenoreya)
burla xatun
ginekologiya
23 noyabr 2010, 12:26
Ağrı, zəiflik, ürəkbulanma, başgicəllənmə...Hər üç qadından ikisində mensturasiya (aybaşı) zamanı bu simptomlar müşahidə olunur. Çoxu bunu sadəcə naxoşluq adlandırır. Əslində isə tibbdə bu “alqomenoreya” (ağrılı menstruasiya) xəstəliyi adlanır. Alqomenoreya nəinki fiziki problemin olmasından, ciddi xəstəliklərdən də xəbər verə bilər. Alqomenoreya (dismenoreya, alqodismenoreya) –geniş yayılmış xəstəlikdir. Belə ki, 14-45 yaş qadınların 60-70%-i arasında bu xəstəliyə rast gəlinir. Xüsusən yeniyetmələrdə ağrılı menstruasiya müşahidə olunur.Alqomenoreya 84%-də ürəkbulanma, 79%-də diareya, 23%-də başgicəllənmə, 13,5 %-də baş ağrıları, 16%-də isə ürəkgetmə ilə müşayət olunur. Adətən ağrılar menstruasiyaya 1-2 gün qalmış başlayır və mensturasiyanın 3-cü günü sakitləşir. Bəzi qadınlar bu günlərdə iş qabiliyyətini belə itirir. Alqomenoreya qadının fiziki, emosional və psixi vəziyyətinə mənfi təsir göstərir. Alqomenoreyanın simptomları: qarının alt tərəfi və bel nayihədə sancılı ağrılar. Ağrılı menstruasiya digər xəstəliklər kimi müalicə tələb edir. Lakin ilk olaraq onun növünü təyin etmək lazımdır. Tibbdə 2 növ alqomenoreya var: -birinci -ikinci Birinci alqomenoreya sinir sistemi və qadin cinsi orqanlarının anatomik xüsusiyyətlərinə əsasən ağrılı menstruasiyaya səbəb olur. Yaxşı inkişaf etməmiş uşaqlıq (matka), onun düzgün yerləşməməsi və s. bu kimi problemlər ağrılara gətirib çıxarır. Bu səbəblər uşaqlıqdan menstrual ifrazatınaxmasına əngəl yaradır. Əgər ağrı mütəmadi yox, periodik baş verirsə, o zaman ağrı yaradan faktorlara diqqət yetirmək lazımdır. Psixoloji travmalar, fiziki işin çoxluğu, yorğunluq və digər psixoloji və ya əsəb pozğunluğu ağrılara səbəb ola bilir. 40-50% qadınlarda ağrının azalması genetik xarakter daşıyır. İkinci alqomenoreya iltihabi proseslərin və sidikyolu orqanlarının xəstəlikləri nəticəsində baş verir: endometrioz, şişlər, kista və s. Endometrioz xəstəliyinə xüsusi diqqət yetirmək lazımdır: bu xəstəliyin əsas əlamətlərindən biri məhz ağrılı menstruasiyadır. Endometrioz zamanı endometriya hüceyrələri onlara xas olmayan yerlərə çökür - yumurtahüceyrə, sidik kisəsi, böyrəklər. Hətta yeni yerlərdə əvvəlki funksiyalarını həyata keçirirlər. Buna görə də aybaşı zamanı şişir və qanayırlar, bu da güclü ağrıya səbəb olur. Endometriozun geniş yayılmış simptomlarından biri də aybaşıdan sonra və ya ona qədər tünd-qəhvəyi ifrazatın olmasıdır. Endometrioza səbəb ağır fiziki iş, stress, günəş vannalarının həddən artıq qəbulu və solyari ola bilər. Bu xəstəliyi gizli infeksiya adlandırılan “xlamidioz” kimi 21-ci əsrin epidemiyası adlandırırlar. Ağrılı menstruasiyanın səbəbini düzgün müəyyənləşdirmək üçün nəinki ginekoloqa, endokrinoloqo da müraciət etməniz şərtdir. Əsas müayinələr aşağıdakılardan aparılmalıdır: -gizli infeksiyalardan (xlamidioz, trixomoniaz) analiz -qanın biokimyəvi analizi -bakterioloji əkmə -hormonal yoxlanma Ginekoloq müayinə zamanı uşaqlığın ölçüsünü və yerləşməsini müəyyənləşdirməli, daxili cinsi orqanlarda anatomik dəyişiklikləri təyin etməlidir. Alqomenoreyanın səbəbini bildikdən sonra müalicəyə başlamaq olar. Əgər səbəb hər hansı iltihabi xəstəlikdirsə, ilk növbədə mütləq onu müalicə etmək lazımdır. Artıq sübut olunub ki, yuxusuzluq, yorğunluq, stress, siqaretçəkmə, qəhvə çox içmə menstruasiya zamanı ağrılara səbəb olur. Əgər ciddi problem yoxdursa, o zaman düzgün qidalanma, sağlam həyat tərzi, stressdən uzaq olma problemi aradan qaldıracaq. Ağrını aradan qaldırmaq üçün ağrıkəsicilər istifadə olunur (parasetamol, noşpa, analgin, sedalgin, papverin, baralgin, spazqan, ketorol). Oral kontraseptik vasitələrin qəbulu da ağrıları azaldır. Həmçinin xalq təbabətinə də müraciət edə bilərsiniz: -ayaqlara və qarnınıza isti quru dəsmal qoyun (bunu isti qum dolu torba ilə əvəz etmək olar). — qarının aşağısına isti kompress edin. Otlar: Yabanı qatırquyruğu – 1 xörək qaşığı bitkini 2 stəkan qaynar suda dəmləyin. Kəskin ağrılar zamanı hər iki saatdan bir 1 xörək qaşığı qəbul etmək olar. Boğazotu – 3-5 boğazotu kökünü 10 stəkan qaynar suda dəmləyin. Gündə 2 dəfə yarım stəkan olmaqla qəbul edin. Başınağacı kökü – 4 çay qaşığı xırdalanmış kökləri 1 stəkan su ilə 30 dəqiqə qaynadın. Süzün və ilkin vəziyyətdəki qədər su əlavə edin (ümumi 1 stəkan olmaqla). Gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edin. Bundan başqa özünüz bildiyiniz bitkilərdən də istifadə edə bilərsiniz (çobanyastığı və ya nanə dəmləməsi).Sizə həmçinin aybaşı problemləri haqqında oxumağı daməsləhət görürük. Yadda saxlayın ki, həkimə vaxtında müraciət bir çox ciddi xəstəliklərin qarşısını ala bilər. Çünki sağlamlığınız hər şeydən irəlidir.
['alqomenoreya', 'aybaşı', 'menstruasiya', 'ginekoloji problemlər', 'ginekoloji xəstəlik', 'ginekologiya']
6,326
https://kayzen.az/blog/karyera/2827/i%C5%9Fini-itirmis%C9%99n.html
İşini itirmisən?
təpəgöz
Karyera və yüksəliş
20 noyabr 2010, 09:53
İşsiz və ya kiminsə əlinə baxan adamın vəziyyəti, əlbəttə ki, çoxları üçün ağırdır. Yəqin ki, siz də belə vəziyyətə öyrəşməmisiniz. Çalışın, özünüzü işsiz qalmış adamın yerində təsəvvür edəsiniz. Bugünkü vəziyyətinizi daha yaxşı dərk etmək üçün aşağıdakı suallara cavab verin:1. Ağlınıza nə vaxtsa qaçırdığınız şanslar haqqında fikirlər gəlirmi?2. Baş verən hadisədə kimin günahkar olduğunu başa düşməyə çalışırsınızmı?3. Başqalarından pis olduğunuzu düşünürsünüzmü?4. Öz imkanlarınıza və gücünüzə inanırsınızmı?5. Gələcək qarşısında qorxunuz varmı?Əgər sadalanan hər hansı bir sualın cavabı "hə"dirsə, əgər həyatınızı yaxşılığa doğru dəyişdirmək fikrindəsinizsə, əgər bu günün özündə rahatlıq tapmaq, sabaha isə inamla baxmaq istəyirsinizsə, aşağıdakı məşqlərə bir neçə dəqiqə ayırın.Bizim məsləhətlərimiz sizə bu işdə yardımçı olacaq:1. Həyatımız keçmişdən, indiki zamandan və gələcəkdən ibarətdir.Keçmişimizdə bir çox acınacaqlı, yaddaşımızda mənfi iz buraxan hadisələr baş vermişdi. Və hər birimiz üçün aydındır ki, keçmişi qaytarmaq mümkün deyil, lakin yol verdiyimiz bəzi səhvləri düzəltmək olar və lazımdır. Amma buna baxmayaraq, həyat boyu acı fikirlər qanımızı qaraldır, ovqatımızı pozur və bizi rahat buraxmır. Eləcə də işdə - biz tez-tez nəyi isə eləmədiyimizdən və ya hər hansı bir işi müxtəlif səbəblərə görə vaxtında yerinə yetirə bilmədiyimizdən təəssüflənirik. İkivərəqli kağız götürün. Þaquli xətt çəkib onu tən ortadan iki yerə bölün. Birinci sütunda əldən qaçırdığınız bütün imkanları qeyd edib nömrələyin. Qeyd: əgər həmin qeyd bir sətrə sığırsa, ondan sonra üç sətri boş qoyun. Sonra hər nömrənin qarşısında, ikinci sütunda qaçırılan fürsətləri yenidən gerçəkləşdirməyə imkan verəcək 3 üsulu təsvir edin. Hər sütun üçün bir başlıq düşünün.2. Bu, bizim keçmişimizdir. Keçmiş sadəcə olaraq xatirələrdir. Çox vaxt keçmişdə uzaq gələcəyi planlaşdırırıq. Planlaşdırdığımız bir çox hadisələr sonralar gerçəkləşmir - bunu sizdən yaxşı heç kim bilmir. Deməli, gələcək - fərziyyədir. Bugünün gerçəkliyi - diqqətə layiq olan yeganə həqiqətdir. Olan oldu, ötdü-keçdi. Onu qaytarmaq mümkün deyil. Olacaq isə hələ olmayıb. Bu gün nə varsa - odur əsl həyat, sizin həyatınız. Məhz buna görə bu günlə yaşamaq və yalnız bu günü planlaşdırmaq lazımdır. Qayçını götürüb vərəqi ortadan kəsin - elə ki, hər bir sütunu ayrılıqda oxumaq mümkün olsun. Birinci sütunda yazılanları oxuyun - bu, sizin keçmişinizdir. Həmin kağızı xırda-xırda parçalara cırın. Sonra kağızın ikinci yarısını götürüb, ikinci sütunu oxuyun. Burada yazılanları gerçəkləşdirmək - sizin öz əlinizdədir. 3. İnsanın boş vaxtı çoxdursa, o, keçmişdə baş verən acı xatirələri xəyalında canlandırır. Məhz buna görə çalışın, lazımsız xatirələr və boş narahatçılıq üçün asudə vaxtınız qalmasın. Özünüz üçün münasib gün rejimi qurub, ona riayət edin. Öalışın qəbul etdiyiniz həyat tərzini pozmayasınız. Həmin qaydada iş rejiminizi də müəyyənləşdirin.Gələcək planlarınızı, ikinci sütunda qeyd etdiyinizlərə uyğun şəkildə mərhələlərə bölün. Gündəlik planınızı tərtib edin.4. Təbii ki, psixoloji gərginlikdə son həddə çatmış insan öz işini yaxşı yerinə yetirə bilməyəcək. Beləliklə, işi itirmək ehtimalı artır və ya işə düzəlmək şansları azalır. Problemləri həll etmək və ya iş tapmaq üçün, şübhəsiz ki, sağlam insanın imkanı daha çoxdur. Əgər bu vaxta qədər idmanla məşğul olmamısınızsa, hələ də gec deyil, elə bu gündən başlayın, çünki idmanla məşğul olan insan, bununla stress və ürək xəstəliklərinə səbəb olan gərginliyi aradan qaldırır. Eyni zamanda özünüzü həddindən artıq yormayın, yorğunluq hiss etdikdə isə dərhal dincəlin. Təbiəti seyr edin, açıq havada gəzin. Sağlamlığınızı möhkəmlətməklə, öz iş qabiliyyətinizi də qaldıracaqsınız və beləliklə, işə düzəlmək şanslarınız da artacaq. Gün rejiminizdə fiziki məşğələlər üçün 15 dəqiqəlik vaxt ayırın və bunu ikinci sütundakı gələcək planların siyahısına qeyd edin (əgər yoxdursa).5. İnsan nə qədər çox mütaliə edirsə, bir o qədər iş itirmək ehtimalını azaldır, çünki nə qədər çox bilik əldə etsəniz və təcrübənizi artırsanız, bir o qədər də professional imkanlarınız və bununla bərabər işə düzəlmək şanslarınız artar. Hər zaman mütaliə edərkən əlinizin altında qələm və kağız saxlayın. Müxtəlif kitablardan sizə lazım ola biləcək hər hansı bir informasiyanı, eləcə də ünvan və telefonları köçürün. Ətrafda baş verən hadisələr və ya sizi əhatə edən insanlar barəsində, eləcə də öz haqqınzdakı fikir və düşüncələrinizi qələmə alın. Hər hansı bir problemlə toqquşduqda, onu araşdırın (səbəbini və problemin mümkün olan həllini tapın) və mütləq düşüncələrinizin nəticələrini, eləcə də bu anda keçirdiyiniz emosiyaları kağızda (və ya dəftərdə) qeyd edin. Qarşınıza qoyduğunuz həyati məqsədləri müəyyənləşdirin, müxtəlif planlar tərtib edib yeri gəldikdə onları korreksiya edin, icrasını nəzarətə alın. Bütün bunlar sizin gündəliyinizdə əks olunmalıdır. Kvalifikasiyanızı artırın. Lazım olarsa, yeni ixtisasa yiyələnin.Gün rejiminizdə mütaliə üçün 30 dəqiqə vaxt ayırın və bunu ikinci sütundakı gələcək planların siyahısına qeyd edin (əgər yoxdursa).6. İnsan təklikdə bütün problemləri aradan qaldırmağa qadir deyil. Problemləriniz haqqında dost və yaxınlarınıza danışın. Nə vaxtsa oxşar vəziyyətə düşənlərdən məsləhət alın. Əhatə dairənizi genişləndirin, köhnə əlaqələrinizi bərpa edib, təzələrini yaradın. Öalışın, mümkün qədər çox adam iş axtardığınızı bilsin.Gün rejiminizdə dost-tanışlarla ünsiyyət üçün 15 dəqiqə vaxt ayırın və bunu ikinci sütundakı gələcək planların siyahısına qeyd edin (əgər yoxdursa).Həmçinin bax: CV haqqında Necə iştapmaq olar?
['işsizlik', 'iş tapmaq']
6,327
https://kayzen.az/blog/stil/2956/anoreksiya.html
Anoreksiya
burla xatun
Yaraşıqlı görünüş, gözəl imic
15 noyabr 2010, 13:43
Anoreksiya nədir? Onun haqqında nə bilirik? Əgər sadə dildə danışsaq, anoreksiya-insan sağlamlığı üçün təhlükəli olan arıqlamaq metodudur. Anoreksiya həm də psixi pozğunluğun nəticəsi və ölümlə qurtara bilən xəstəlikdir. Xəstəliyin ilkin fəsadları depressiyanın fonunda orqanizimdə gedən dəyişikliklərə başlanır. Xanımlar gözəl görünmək üçün illərlə müxtəlif üsüllardan istifadə ediblər. 60-cı illərdə belə bir dəb xəstəliyi var idi: anoreksiya. Bu tam və ya qismən qida qəbul etməkdən imtina etmək demək idi. Bu da podiuma çıxan modelyerlərin həddindən artıq arıqlamasına gətirib çıxarırdı. Belə bir anda podiuma Tviqqi adlı bir model çıxdı. Onun ləqəbi “quru budaq”, başqa mənada “yun çubuğu” idi. Daha sonra Odri Hepbern onun yerini tutdu. Onun da iki uşaqdan sonra çəkisi cəmi 45 kiloqram idi. Bu arıqlama dəbi birdən-birə gənclər arasında dəbə mindi. Televiziya və mətbuatda bu dəbin müxtəlif yollarını, reseptlərini nümayiş etməklə məşğul idi. Bu özü də spesifik bir dəb xəstəliyi idi. Məsələn ən tanınmış modelyerlərin kəşf etdiyi dar düz uzunsov yubkalar hər modelin əyninə olmurdu. Bunun üçün model hökmən arıqlamalı və artıq ətdən xilas olmalı idi. Bəlkə elə buna görə deyiblər ki, gözəllik qurban tələb edir. Dəb də gözəlliyin əsas qollarından biridir.Bu devizə riayət edən məşhurlardan biri “Spice Girls” qrupun solisti Viktoriya Bekhemi misal göstərmək olar. Üç uşaq anası Bekhemi anoreksiyanın ikonası adlandırırlar.Onun çəkisi 45 kiloqram, boyu 165 sm. Bu sıraya daha sonra Keyt Moss ( çəkisi 48 kq., boyu 169), Lindsi Lohan (çəkisi 50 kq., boyu 170 sm.), Keyt Bosuort ( çəkisi 48 kq., boyu 165 sm), Nikol Riççini (çəkisi 42 kq., boyu 157 sm.) əlavə etmək olar. Bütün bunlar onu göstərir ki, adını çəkdiyimiz anoreksiya fiziki xəstəlik yox, dəb xəstəliyidir. Dəb xəstəliyi isə uzun müddət podiuma sədaqətlə qulluq edib 2006-cı ildə 21 yaşlı braziliyalı model Anna Karolina Restonun ölümü bütün dünyanı sarsıtdı. Super model dünyasını dəyişərkən boyu 1m.72 sm, çəkisi isə 40 kq olub. Ardınca isə 2006-cı ildə 22 yaşlı Luisel Ramos Montevidioda keçirilən moda həftəsində ürək tutmasından elə podiumdaca dünyasını dəyişir. Bu faciələr gözəllik standartlarını diqqtə etməkdə olan moda dünyasında son olmadı. Argentinanın ən bahalı model agentliyində çalışan 18 yaşlı Elianna Ramos öz yataq otağında ölü tapıldı. Gənc qızın günlərlə alma və pomidorla qidalandığı məlum oldu. Versaçi imperiyasının 4-cü varisi –Allerqu Versaçe də bu gün anoreksiya ilə həyat mücadiləsindədir. 20 yaşlı qızın çəkisi 32 kq-dır. Donatella Versaçe isə qızını həyata bağlaya bilmək üçün çabalayır. Versaçi, Prado, Aramani artıq moda nümaişlərində həddindən artıq arıq modellərin podiuma çıxmasına qadağa qoyub. İtaliya Moda Assosasiyası isə 16 yaşına çatmayan modellərdən podiuma çıxmazdan əvvəl sağlamlıq haqqında arayış tələb edir. Lakin bütün bunlar anoreksiyanın qarşısını almır. Dünaya əhalisinin 20% -i hələ də anoreksiyadan əziyyət çəkir. Siz bu barədə nə düşünürsünüz? Gözəllik naminə ölümə doğru addım atmağa dəyər? Anoreksiyaya düçar olan insanlar əsasən bir prinsiplə yaşayırlar. Çəkini minimuma endirmək- yəni çəki nə qədər az olsa belə yuxunu bilərəkdən pozmaq,cəmiyyətdən təcrid olmaq və hər an kökəlmək qorxusunu hiss etmək. Bu zaman fiziki yorğunluğun artması, qan damar sisteminin normal işini pisləşdirir. Nevrotik Anoreksiya (Anorexia Nervoza) diaqnozu ən çox (90%) gənc xanımlarda (15-25 yaş arası) qoyulur və psixoloji pozğunluq hesab edilir. Xəstəliyin əsasında xanimların zərif görünmə istəyi durur. Bu məqsədlə onlar qidalanmanı azaldır, ifrat idmanla məşğul olur və hətta maye itirmək üçün sidikqovuculardan, süni qusma və ishal yaratma kimi vasitələrdən istifadə edirlər. Bəzən xanimların bu istəyi uğursuzluqla nəticələnir və bir müddət sonra onlarda iştahasızlıq, qidalanma fobiyası (qorxusu) yaranır. Bu xəstəlik zəmanəmizin xəstəliyi olsa da ilk dəfə ədəbiyyatlarda 1874-cü ildə təsvir edilmişdir. İnkişaf etmiş ölkələrdə rast gəlmə tezliyi qadınlar arasında 0,3-1%, kişilər arasında 0,1%-dir. Psixatrik xəstəliklər arasında ən çox ölüm göstəricisi nevrotik anoreksiyanın payına düşür və müxtəlif mənbələrin məlumatına əsasən 8-15% təşkil edir. Xəstəliyə tutulmuş insanların 50% asanlıqla müalicəyə tabe olur. Amma bir çox hallarda bədəndə müalicəyə qarşı ciddi rezistentlik yaranır. Gedişi Nevrotik anoreksiyalar zamanı qidalanmanın azlığı bədən daxilində maddələr mübadiləsinin pozğunluğuna, daxili orqanların və sistemlərin patoloji dəyişikliklərinə gətirib çıxarır. Neyroendokrin pozğunluqlar xüsusi qeyd olunmalıdır. Bu hallarda cinsi yetkinliyin gecikməsi, ovulyasiyanın olmaması, menustrial tsiklin dayanması (amenoreya), estrogenlərin azalması, antidiuretik hormonların azalması, hipotermiya baş verir. Xəstəliyə tutulmuş oğlanlarda isə hipogonadism əmələ gələ bilir ki, bu da cinsi yetkinliyi gecikdirir. Nevrotik anoreksiyalı gənc xanimları spesifik xarakterləri də qeyd edilir. Onlar kamilliyə mayilli olurlar, akademik uğurlar qazanırlar, əks cinsə az maraq göstərirlər, aclığa qarşı dözümləri ilə öyünürlər. Bununla yanaşı, nevrotik anoreksiyalı xanımlarda inkişaf qüsurları, özünəqapanma, aşırı həssalıq olur. Əlamətləri: Nevrotik anoreksiyalarda aşağıdakı somatik əlamətlərin bir neçəsi birlikdə rast gəlinir. - İfrat arıqlama - Zərif xarici görünüş - Zəiflik və yorğunluq hissi - Arabir başgicəllənmə - Saçların zəif, sınan olması və tökülməsi - Qəbzlik - Menustrasiyanın olmaması - Kövrək dırnaqlar - Bədən dərisinin yumşaq tüklə örtülməsi - Dərinin quru olması - Soyuğa dözümsüzlük - Qeyi-requlyar ürək döyüntüləri - Qanın ümumi analizində anormallıq - Arterial təzyiqin aşağı olması - Dehidratasiya - Osteoparoz Somatik əlamətlərlə yanaşı bəzi emosinal və davranış əlamətləri də qeyd olunur: - Yeməkdə imtina - Aclığın inkar edilməsi - İfrat bədən tərbiyəsi - Əhval ruhiyyənin aşağı olması - Emosiyanın olmaması - Fikrin dağınıqlığı - Qida məsələlərinə ifrat diqqətcillik Ağırlaşmaları Nevrotik anoreksiya bir çox orqan və sistemlərdə ciddi pozğunluqlar yaradırlar. Bunları aşağıdakı kimi təsnif etmək olar və bu barədə həkiminizlə məsləhətləşin: Ürək-damar fəsadları: - Ürəyin mirtal qapağının prolapsı - Qulaqcıq disritmiyaları - Bradikardiya - Ortostatik hipotenziya - Ürək çatışmazlığı Böyrək fəsadları: - Qlomerulyar Filtrasiyanın azalması - Ödem - Asidoz - Hipokalemiya - Hipoxloremiya - Hiperaldesteronizm Mədə-bağırsaq fəsadları: - Qəbzlik - Mədə boşalmasının gecikməsi - Mədənin genişlənməsi və cırılması - Ezofagit - Melory-Weiss sindromu - Süni qusma yaradan xəstələrdə diş, damaq problemləri yaranır. Həkimə nə zaman müraciət etməli? Əgər özünüzdə və ya sizə yaxın olan bir insanda yuxarıda sadalanan əlamətləri hiss edirsinizə həkimə müraciət məqsədəuyğundur. Xüsusilə də aşağıdakı hallarda “həyacan təbili” çalmaq vacibdir: - Yeməkdən qaçma - Yalnız bəzi “sağlam” hesab edilən qidanı yemək - Çeynədikdən sonra yeməyi atmaq - Yeməkdən əvvəl yeməyi çəkmək - Tez-tez öz çəkisini yoxlamaq - Güzgüdə öz bədən quruluşuna tez-tez baxmaq - Kök olması barədə çox şikayətlənməsi Xəstəliyin inkişaf səviyyəsindən aslı olaraq xəstəyə bir neçə müalicə üsulu təklif edilə bilər. Əgər xəstəlik çox ağırdırsa xəstəyə xəstəxana şəraitində intensiv terapiya bölməsində müalicə aparılmalıdır. Bu hallarda dərin dehidratasiya, elektrolit balansının pozulması və ya psixatrik problelər aid edilə bilər. Nevrotik anoreksiyaların müalicəsində adətən bir neçə sahədə mütəxəssislər, məsələn, psixoterapevt, dietoloq, terapevt və ya reanimatoloq cəlb edilə bilər. Yüngül hallarda həkimin məsləhəti ilə lazim olan tədbirlər ev şəraitində edilir və zaman-zaman kontrol müayinədən keçmək vacibdir. Psixoterapiyada ailə və dostların yaxından iştirak etməsi məqsədəuyğundur. Anoreksiyanın müalicəsində hər hansı spesifik bir dərman maddəsi yoxdur. Əlamətlərdən aslı olaraq müalicə zamanı fərqli dərmanlar istifadə edilə bilər. Anoreksiyanın müalicəsində ən ciddi problemlərdən biri xəstənin özünün buna ehtiyacın olmamasına inanmasıdır. Öz vəziyyətlərini onlar xəstəlik kimi qiymətləndirmirlər və bunun fərqli bir yaşayış üslubu olmasına inanırlar. Bəzən anoreksiya insanların həyatı boyu mübarizə apardıqları bir xəstəlik olur. Bəzən xəstəliyin dinamikasında enişlər və yenidən qalxışlar qeyd olunur. Məsələn, hamiləlik öncəsi qidalanma normallaşa və həmiləlikdən sonra yenidən pisləşə bilər. Qəribədir ki, eyni yumurtadan olan əkizlərin hər ikisində oxşar problemlərin olmasını, amma fərqli yumurtadan olan ekizlərin isə birində anoreksiya varsa digərində olmaya bilir. Odur ki, bir çox alimlər nevrotik anoreksiyası olan insanlarda buna genetik meyilliliyin olması iddiasını irəli sürürlər. Anoreksiya xəstəliyi daha çox məşhurların arasında yayılıb.Bir çox moda jurnallarını və ya televiziya kanallarını izlərkən biz bunların şahidi oluruq. Həmçinin bax:Gözəllik kriteriyası
['anoreksiya', 'arıqlamaq', 'çəki problemi']
6,328
https://kayzen.az/blog/zodiak-sade/3021/oxatan-b%C3%BCrc%C3%BCn%C3%BCn-xarakteri.html
Oxatan bürcünün xarakteri
Tomris
Bürclər
13 noyabr 2010, 15:39
Ulduzlar sistemində 9-cu yeri tutan bu bürc təxminən noyabr ayının 23-dən başlayaraq dekabrın 21-nə qədər (29 gün) davam edir. Ünsürü od, planeti Yupiter, uğurlu günü cümə axşamı, uğursuz günü şənbə, düşərli rəqəmi 5, numeroloji rəqəmi 9, uğurlu çiçəyi nərgiz, enerjisini artıran ağacı tut və ağcaqayın, metalı qurğuşundur. Oxatan bürcü ulduzlar sisteminin təqribən 867 kvadrat dərəcəlik sahəsini tutur. Onun tərkibinə adi gözlə görünən 115 ulduz daxildir. Qalaktikamızın nüvəsi də məhz Oxatan bürcündədir. Onun 10 kürəvi və səpilmiş ulduz toplusu, habelə üç parlaq və iri Diffuz dumanlığı var. Onları hətta kiçik teleskopla və ya güclü durbinlə də müşahidə etmək mümkündür. Oxatan bürcünün himayədarı Yupiterdir. Bu planet astronomik hesabla beşinci sırada yerləşir. Qədim əsatirlərdə Yupiter Roma imperiyasının baş allahı, göylərin, allahların, o cümlədən insanların hakimi kimi təqdim olunur. Məhz onun şərəfinə bu planeti Yupiter adlandırıblar. Qədim babillilərdə isə onu «Böyük xoşbəxtlik planeti» hesab edirdilər. Haqqında danışdığımız planet Göy qübbəsində Ay və Veneradan sonra Yerə ən parlaq işıq saçan obyektdir. Onun radiusu 71300 km, elementi hava, tərkibi istilik, xarakteri isə hakimlikdir. Parıldayan, sehrli gözlər, bəzənsə hiyləgər baxışlar, zahiri gözəllik, istənilən adamla dil tapmaq bacarığı, görüb-götürmək istedadı, xeyirxah və özünü sevdirə bilən… Oxatan bürcündən söz düşəndə ilk növbədə sadaladığımız bu məziyyətləri bilmək vacibdir. Bu adamlar ilk növbədə hər şeyi açıq-aşkar və azad görməyi sevirlər. Onlar ürəyigeniş, yaraşıqlı, bəzi hallardasa qapalı və impulsiv olurlar. Belələri nadir hallarda aldanır və ya tənhalığa qurşanırlar. Bu bürcdən olanlar öz dəqiqliyi və uzaqgörənliyi ilə həmişə öz yoldaşlarından seçilirlər. Hələ çox-çox qədimlərdə Babilistan münəccimləri Oxatanların təmkinli xarakterə və fəlsəfi təbiətə malik olduğunu bildirirdilər. Bundan əvvəlki dövr — Əqrəbin hakimiyyətdə olduğu ərəfə insanlara ehtiras, enerji, güclü fəaliyyət və münasibətlərdə gərginlik verirdisə, Oxatan nisbətən fərqli mövqedə durur. Belə ki, himayəsinə daxil olduğumuz bu Zodiak cəmiyyətdə gedən kəskin proseslərə, qarşıdurmaya nisbi sakitlik təlqin edir. Onun «hakimiyyəti» dövründə insanlara səadət, firavanlıq və dostluq kimi qiymətli amillər bəxş olunur. Bu ərəfədə hər bir şəxs güzəştə getməyi bacarmalı, barış mövqeyindən çıxış etməlidir. Münəccimlərin fikrincə, yalnız bu yolla Oxatanın himayədarlıq etdiyi dövr düşərli ola bilər. Bir amili də nəzərinizə çatdıraq ki, bəhs etdiyimiz zaman kəsiyində daha çox biznesmenlərin bəxti gətirir. Odur ki, pullanmaq istəyənlər bəri başdan ölçü götürməlidirlər. Başqa bürclərdə olduğu kimi bu Zodiak da özündə ikili xüsusiyyət cəmləşdirir. Belə ki, onlar bir tərəfdən cəsur, sərbəst, digər tərəfdənsə, barışmaz və kobuddurlar. Oxatan sərgüzəşt və macəraları sevir, istənilən ağıllı mübarizədə igidlik göstərməyi bacarırlar. Qədim mənbələrə görə, bu bürcdən olanlar gah kimisə fəlakətdən xilas etməli, gah harayasa tələsməli, gah da kiməsə yol göstərməlidir. Onların əsas xüsusiyyətləri məğlubedilməzlik və nikbinlikdir.  «Qoroskopdan pis xəbər» adlı kitabda bu bürc haqqında deyilir: «Hədsiz dərəcədə kobud və ədəbsiz olan bu cür insanlarla münasibətdə istənilən xoşagəlməz hadisə baş verə bilər. Belə ki, metro və avtobuslarda gedərkən o, başqalarının ayağını tapdalayar və dava düşər, restoranda yeyib-içər və camaatla əlbəyaxaya çıxar və s. İş fəaliyyətinə gəldikdə isə Oxatanlar çox yönsüz olduğundan işlədikləri idarəni iflasa uğrada bilərlər. Bu cür insanlar iş yerindəki bütün sənədləri qarışdırır və texniki avadanlıqları yarıtmaz hala salırlar. Onlara elə gəlir ki, bu cür xırda şeylərə baş qoşmaq yox, qlobal işlər haqqında düşünmək lazımdır». Amma bizim qənaətimizcə, Oxatanların müsbət keyfiyyətləri daha çoxdur. Fiziki cəhətdən güclü olan belələri həmişə yüksək ideyalarla yaşasalar da, hərdəmxəyal və ya hissə qapılan deyillər. Əksinə, həmişə öz perspektivlərini həyata keçirmək məqsədilə bütün güclərini səfərbər edirlər. Ədalət tərəfdarı olduqlarından, nadir hallarda hiyləgərlik edirlər. Oxatanların, demək olar ki, hamısı səfərlərə çıxmağı, riskə getməyi, bəzən də qarmaqarışıqlıq yaratmağı xoşlayırlar. Ən dəhşətlisi odur ki, belə adamların ən azı 50 faizi uzun ömür sürmür. Onlar nadir hallarda yorğan-döşəkdə, öz doğmaları arasında vəfat edirlər. Böyük siyasətlə məşğul olan Oxatanların əksəriyyəti sui-qəsdin qurbanı olur və ya sürgün həyatı yaşayırlar (F.Engels, İ.Stalin, L.Brejnev, Rəsul Quliyev və s.). Bəri başdan bildirək ki, bu adamlar çox bədxərcdir. Pulu xərcləməyə başladılarsa, heç cür dayana bilmirlər. Xəsislik hissi onlara yaddır (xüsusilə də, əgər söhbət onlara əziz olan adamlardan gedirsə). Belələri maliyyə imkanlarını nəzərə almadan bahalı və dəbdəbəli hədiyyələr bağışlayırlar. Pulsuzluq dövrü yetişdikdə, qənaət etmək lazım gəldikdə isə Oxatanlar özlərini kədərli və bədbəxt hesab edirlər. Onlar sərbəst pul xərcləmə imkanından ləzzət alırlar. Yaradıcılıqda isə bu adamlar təkrarçılığa meyllidirlər. Onların yaradıcılığında istedadlı insanların təsiri hiss olunur. Karmik yanaşmalara gəlincə, Oxatan bürcündən olanların əsas ideyası azadlıqdır və bu ideya hər şeyə münasibətində aydın nəzərə çarpır, xüsusilə də nigaha dair düşüncələrində. O, dünyanı bir tam kimi qəbul edir, bu bütövlüyə yeni ideya bağışlamaqla bərk məşğul olduğundan konkret insanların hisslərinə vaxtı çatmır. Oxatan son dərəcə xeyirxah, alicənab fərddir. O, təkrarolunmaz məlahətə malikdir, amma müntəzəm surətdə ətrafa səhv qiymət verir, laqeydlik göstərir. Lakin ümumilikdə yüksək dairələrdən informasiya aldığı üçün adətən hər şeyi dolğun şəkildə təsvir edir. Oxatan asanlıqla bir işdən başqa bir işə yönələ bilir. Buna görə də onun əsas problemi diqqətsizlik və məsuliyyətsizlikdir. Ali Oxatan Tanrı Həqiqətlərini insanlara ötürən liderdir. Onun idarə etdiyi sahələrdə İNSAN vasitəsilə ali ideyalar sanki bəşəriyyətə yayımlanır. Bu ideyalara fəlsəfi və dini xarakter xasdır. Oxatanın beyni ideyalarla doludur, lakin o, ideyalarını heç kimə zorla yeritmir, daha çox bu ideyaları işıq kimi ətrafa saçır. Oxatanın kosmik sevgisi onun Ali Başlanğıca can atmasıdır və bu Ali Başlanğıcı hər Oxatan öz bildiyi formada edir. Buna baxmayaraq ali canatmanı hər bir Oxatan içində hiss edir. Onların nikbinliyinin və həyatsevərliyinin kökündə də məhz bu meyl durur. Bu bürcdən olan qadınlarda da fərqli cəhətlər çoxdur. Müasir astrologiyanın təbirincə desək, Oxatan-qadınlar daha çox kişi xarakterinə malik olur, dostları arasında əks cinsdən olanlar böyük çoxluq təşkil edir. Bir amili də nəzərinizə çatdıraq ki, sözügedən Zodiaka malik zərif məxluqlar arasında əsl qadın xarakterini daşıyanlar olduqca cüzi faiz təşkil edirlər. Həm də onlar qadında olan bütün müsbət keyfiyyətləri özlərində toplayırlar (Əlbəttə ki, Qız bürcünün qadınlarından sonra — S.R.). Onlar əksər hallarda ailədə aparıcı mövqeni əldə saxlamağa çalışır və buna nail olurlar. Söz ki ailədən düşdü, gəlin, bu bürcdən olanların sevgi həyatına da səyahət edək... Oxatan bürcündə dünyaya gələn adamlar hamı kimi sevib-sevilməyi də bacarırlar. Əgər məhəbbət aləmində kobudluq, hərdəmxəyallıq, tez qızışmaq kimi hallar olmasa, bu adamlar «ilan»la da yola gedə bilərlər. Ən əsası odur ki, Oxatanlar qısqanc deyillər. Amma bu heç də hər şeyə göz yummaq kimi başa düşülməməlidir. Çünki belələrinin qəzəbinə gəlmək dözülməzdir. Əgər tərəf-müqabilləri onları qane etmirsə, Oxatanlar onlardan asanlıqla imtina edir. Bir sözlə, bu bürcdən olanlar öz adlarını təmiz saxlamaq naminə hər şeyə gedirlər. Oxatanlar digər bürclərdən fərqli olaraq daha tez vurulurlar. Amma sevgi məsələlərinə həmişə inamsız yanaşır, «onsuz da alınmayacaq» deyə düşünürlər. Hətta bəzən toya bir həftə qalsa belə, onlar sevdiklərinə qovuşacaqlarına inanmırlar. Əlbəttə ki, söhbət yüksək həyat təcrübəsinə malik olan aktiv Oxatanlardan getmir. Əgər kimsə, qəlbində bu bürcə yer ayırıbsa, ona məsləhət görərdik ki, öz tərəf-müqabilinin inamını qırmasın. Oxatanın təkliflərini eşitsəniz, söz güləşdirməsəniz, birgə xoş günlər yaşayacaqsınız. Bu bürclülər astrologiya sahəsində daha çox biznesmen kimi məşhurdur. Onlar hətta kimsəsiz səhraya düşsələr belə, qısa vaxtda ən böyük mənsəb sahibinə çevrilə bilirlər. Bundan başqa, Oxatanlar daha çox siyasətə, elmə maraq göstərirlər. Onlar mistik elmlərə, cadugərlərə, fal açanlara, hətta qoroskopa qeyri-ciddi yanaşırlar. Bu adamlarda böyük bir kütləni öz arxalarınca aparmaq istedadı var. Onların fəallığı və mübarizliyi həmişə diqqət mərkəzində olur. Hətta onların «paxırı» olsa belə, özləri istəməsə, heç kim bunu aça bilməz. Bir sözlə, həyatın əksər sahələrində «ilişmirlər». Peşə astrologiyasına görə, haqqında danışdığımız bürcün sakinləri dənizçi, hərbçi, alim, rəssam və bu kimi digər peşələrə yiyələnə bilərlər. Amma yuxarıda dediyimiz kimi onların əsas qayəsi böyük biznes və siyasətdir. Məşhur «oxatan»lar: Rəşid Behbudov, Tahir Salahov, Aşıq Zülfiyyə, Kamal Abdulla, Həsənağa Salayev, Əkrəm Əylisli, Fətəli Xan Xoyski, Mərziyə Davudova, Coşqun Rəhimov, Rəsul Quliyev, Çingiz Aytmatov, Əminə Dilbazi, Xudu Məmmədov,  Rac Kapur, Dilarə Əliyeva, Səttar Bəhlulzadə, Hüseyn Arif, Ramiz Rövşən, Salatın Əsgərova, Osman Sarıvəlli, Mikayıl Abdullayev, Qulu Əsgərov, Süleyman Vəliyev, Nizami Rəmzi, Nüşabə Ələsgərli...
['oxatan bürcü', 'Стрелец', 'sagittarius', 'bürclərin xarakteri']
6,329
https://kayzen.az/blog/immun/3080/qi%C3%A7s.html
QİÇS
Dr_Həkim
İmmun sistemi
12 noyabr 2010, 22:13
QIÇS (Qazanılmış Immun Çatışmazlığı Sindromu; ingiliscə: AIDS– Acquired Immune Deficiency Syndrome) – XX əsrdə zühur etmiş, buna baxmayaraq hazırda bütün dünyada çox geniş yayılmaqda olan, müasir təbabətin, həmçinin səhiyyənin, bütün bəşəriyyətin və dünya birliyinin ən qlobal problem-lərindən hesab edilən bir patologiyadır. Immun sisteminin virus mənşəli infeksion xəstəliyi olan QIÇS insan orqanizminin tam depressiyasına, infeksiyalara qarşı orqanizmin ümumi müqavimətinin kəskin zəifləməsinə, bütün onkoloji xəstəliklərin inkişafına və s. bu kimi ağır vəziyyətlərə gətirib çıxarır ki, bütün bunlar da bir qayda olaraq ölümlə nəticələnir. QIÇS hal-hazırda praktik olaraq dünyanın bütün ölkələrində vardır və böyük sürətlə artmaqda davam edir. HİV nədir? İnsanın immunçatışmazlığı virusu (İİV və yaxud HİV ) – orqanizmi infeksiyadan qoruyan T-limfositləri – hüceyrələri pozmaqla insanın immun sisteminə dağıdıcı təsir göstərən virusdur. HİV infeksiyasına yoluxmaq və AİDS xəstəliyinə tutulmaq – eyni şey deyil. HİV infeksiyası termini o deməkdir ki, insanın qanında virusa qarşı anticisimlər aşkar olunur. Bu vəziyyətin həyatı təhlükə qarşısında qoymasına baxmayaraq bir çox HİV-ə yoluxanlar illərlə xəstələnmirlər. Lakin onlar digər insanlar üçün virus mənbəsi ola bilərlər. Vaxt keçdikcə virus orqanizmi digər xəstəliklər üçün daha zəif etməklə onun immun sistemini dağıdır. QİÇS — Qazanılmış İmmun çatışmazlığı Sindromu deməkdir. HİV-ə yoluxmuş insanlarda müdafiə (immun) sistemi zəiflədiyinə görə onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə nəticələnir. Virus daşıyıcısı tamamilə sağlam görünə bilər. QİÇS-ə yoluxmuş insan yoluxduğundan xəbərsiz ola bilər. Müasir müalicə tam sağalma vermir və xəstəlik ölüm ilə nəticələnir. AİDS diaqnozu infeksiyaya müqavimət göstərən hüceyrələrin (T-xelperlərin) səviyyəsinin 200-dən aşağı düşməsi dərəcəsində immun sisteminin zəif olduğu və pasiyentdə bir və ya bir neçə opportunistik infeksiyaların (Oİ) inkişaf etdiyi zaman HİV-ə yoluxan insana qoyulur. Opportunistik infeksiyalar – zəif immunitet fonunda inkişaf edən infeksiyadır. Onlar hətta öldürücü ola bilərlər. Belə hesab edilir ki, hər il bu xəstəliyə yoluxmuş şəxslərin sayı iki dəfə artır. Bu qlobal problem cəmiyyətin bütün təbəqələrini əhatə edir və bütün dünya üzrə sosial-iqtisadi inkişafı sarsıdır. Xəstəliyə yoluxmuş şəxs orta hesabla 5-10 il ərzində sağlam görünür və bəzi hallarda orqanizmdə bu virusun kök salmasından heç özünün də xəbəri olmur. QIÇS-ə yoluxan xəstələrdə əvvəlcə immun sistemi zəifləyir ki, bu da artıq orqanizmin müxtəlif yoluxucu və şiş xəstəliklərindən müdafiə imkanı tamamilə tükənir. QIÇS özlüyündə bilavasitə ölümə səbəb olmur, lakin ölüm törədən digər xəstəliklərin sürətli (ağ ciyər iltihabı, digər orqanların zədələnməsi, müxtəlif infeksiyalar, xərçəng və s.) inkişafına şərait yaradır. Belə güman edilir ki, xəstəlik XX əsrin 50-ci illərində Mərkəzi Afrikada özünü göstərməyə başlamış və yeni mutant virus yerli əhaliyə meymunlardan keçmişdir. Daha sonra xəstəlik Afrikadan Haiti adalarına, sonra isə Amerika və Qərbi Avropaya yayılmışdır. Lakin bu xəstəlik ilk dəfə 1981-ci ildə ABŞ-da aşkar olunmuşdur. Azərbaycanda ilk dəfə 1987-ci ildə müəyyən edilmiş IIV-ə (Insanın Immunçatışmazlığı Virusu) indiyədək 905 nəfər yoluxub, onların 59 nəfəri əcnəbidir. Ötən müddətdə bu xəstəlikdən 89 nəfər ölüb, 100 nəfərdən çox adam xəstəliyin ikinci mərhələsinə keçib. QIÇS xəstəliyinə yoluxma əsasən 3 yolla baş verir: 1. Cinsi əlaqə yolu ilə 2. Damardaxili inyeksiyalar yolu ilə-narkomanlar tərəfindən narkotik maddələrin damardaxili qəbulu zamanı; içərisində virus olan qanın və ya qan preparatlarının sağlam adama köçürülməsi zamanı; virusla infeksiyalaşmış iynə ilə sağlam adama damardaxili inyeksiyalar zamanı və s. 3.Transplasentar yolla-xəstəliyin xəstə anadan bətndaxili dövrdə cift vasitəsilə dölə keçməsi (xəstə anadan uşağa bu xəstəlik laktasiya yolu ilə də keçir). QIÇS-dən qorunmağın yeganə yolu sağlam həyat tərzi keçirmək və təsadüfi adamlarla münasibətdə ehtiyatlı olmaqdır. Hələ 20 il əvvəl QIÇS xəstəliyinə çox uzaqda olan bir təhlükə kimi baxılmışdır. Amma bugünkü reallıq başqadır. Ən başlıcası profilaktikadır və bu, daha çox insanların özündən asılıdır. QİÇS hansı yolla keçir? İV-ə yoluxmuş şəxslə prezervativsiz (kondomsuz) cinsi əlaqə zamanı.İİV-ə yoluxmuş şəxslə istifadə olunmuş şpris və iynələrdən narkotik və müxtəlif iynə şəklində olan dərmanların yeridilməsi zamanı.İİV-ə şəxsin qanı ilə təmasda olmuş tibbi alətlərin istifadəsi zamanı (qadın, diş və s. həkimlərin müayinəsi).Gözəllik salonları və bərbərxanalarda İİV-ə yoluxmuş şəxsin qanı ilə təmasda olmuş kəsici alətlərin istifadəsi zamanı (manikür, tatuaj, qulaq deşmə, üz qırxma və s.).İV-ə yoluxmuş anadan uşağa hamiləlik, doğuş və ana südü ilə qidalanma zamanı.QİÇS Simptomları Çəkinin izah olunmayan itirilməsi.Uzun müddətli ishal.Səbəbsiz və xroniki kandidoz (göbələk) xəstəliyi.Boyunda və ya qoltuqaltı batıqlarda vəzilərin böyüməsi və ağrı verməsi.Bir aydan çox sürən öskürək.Uzun müddətli subfebril (37) qızdırma.Xəstəlik zamanı virus immun hüceyrələrini dağıdaraq, insanın immun sistemini, yəni infeksiyalara müqavimətini heçə endirir. Beləliklə, insan adi bir infeksiyadan vəfat edir. QİÇS-ə yoluxma HİV infeksiyasına yoluxma-yoluxmuş insanın qanının, spermasının, uşaqlıq sekresiyasının infeksiyaya yoluxmayan insanın qanına və ya bilavasitə qana və ya selikli qişa yolu ilə keçməsi ilə baş verir. Körpənin anadan yoluxması ananın hamiləliyi dövründə (daxili bətndə), doğuş zamanı və ya döş əmizdirilməsi zamanı baş verir. Lakin bu günədək infeksiyanın tüpürcək, göz yaşı və ya əl sıxma və ya qucaqlaşma da daxil olmaqla məişət kontaktları ilə yoluxması halları qeydə alınmamışdır. HİV-ə yoluxma riski aşağıdakı hallarda qeyri-mümkündür: — Əl sıxması və ya digər məişət kontaktları (qucaqlaşma da daxil olma) zamanı; — Məişət əşyalarından birgə istifadə edərkən; — Ofis əşyalarından (telefon, kompyuter, karandaş və ya qələm də daxil olmaqla) birgə istifadə edərkən; — Öskürərkən və ya asqırarkən; — Saunada və ya hovuzda; — Həşəratların sancması zamanı; — Ev heyvanları ilə kontaktda olarkən; — İdmanla məşğul olarkən; — Unitazın oturacağı vasitəsilə; — Yataq dəsti vasitəsilə. Dünyada qeydə alınmış bütün HİV infeksiyasına yoluxma halları aşağıdakı şəkildə yoluxma yollarına bölüşdürülür: 1. Cinsi yol – 70-80%; 2. İnyeksion narkotiklərin istifadəsi zamanı – 5-10%; 3. Hamilə və ya süd əmizdirən anadan körpəyə – 5-10%; 4. Yoluxmuş qanın köçürülməsi – 3-5%; HİV/AİDS-ə yoluxmamaq üçün hər kəs davranışına nəzarət etməli, yaşadığı həyat tərzinə məsuliyyətlə yanaşmalıdır! HIV/AIDS haqqında HIV/AIDS problemi son dərəcə aktual bir problemlərdən biridir. Hal-hazırda dünyada epidemiyanın inkişafı tendensiyası təhlükəlidir. Epidemiya ilk növbədə ona görə artır ki, bizlərin bir çoxu HIV/AIDS -in hər birimizə aid olması haqqında düşünmür və özümüzü və yaxınlarımızı qorumaq üçün heç bir tədbirlər görülmür. HİV epidemiyası bu gün ölkəmizdə əhalinin bütün sosial təbəqələrinə toxunur və bilavasitə sənə, sənin partnyoruna, qohumuna, dostuna, tanışına, sinif və iş yoldaşına aiddir. Bütün bu ciddiliklərə baxmayaraq bu problemləri və epidemiyanı dayandırmaq mümkündür və hər birimiz bu problemin həllinin bir hissəsi ola bilərik. Hər birimiz HİV haqqında düzgün informasiya almaq seçimini edə bilərik – bugünkü gün bilik virusa qarşı yeganə vaksindir. HİV, onun profilaktikası və müalicəsi haqqında əsas informasiyaya malik olmaq və anlamaq özümüzdən başlayaraq epidemiyanın artım tempinin aşağı salınması və HİV-lə yaşayan insanlara səbrli münasibətin formalaşmasına şərait yaradacaq qərarların qəbul edilməsi üçün imkan yaradacaqdır. Bir neçə faktlar haqqında məlumata sahib olmaq və onları anlamaq minlərlə və milyonlarla insan həyatını xilas edə bilər.
['AIDS', 'QİÇS', 'immun çatışmazlığı', 'immun sistemi', 'immun sisteminin zəifləməsi', 'HIV']
6,330
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/3175/evlilik-v%C9%99-temperament.html
Evlilik və temperament
Əliyev
Xoşbəxt ailə
8 noyabr 2010, 09:24
Psixoloqlar evlilik üçün təkcə sevginin olmasını kifayət saymırlar. Öncə bir-birinizə psixoloji baxımdan uyğun gəlib-gəlmədiyinizi müəyyənləşdirməlisiniz. Psixoloji uyğunluq bir neçə əsas parametrlə ölçülür. Uyğunluğun ilk göstəricisi biolojidir. Doğulduqdan hamımız fərqli temperamentə sahib oluruq. Bu keyfiyyət insana göz və ya saç rəngi kimi ömürlük verilir, yəni onu dəyişmək qeyri-mümkündür. Əlbəttə, müxtəlif növ temperamentin ahəngi nigahın birləşməsinə böyük təsir göstərir. Mərhəmətli və fədakar melanxoliklər Həssas və emosional baxımdan tez təsirlənən insanlar, adətən daxili aləmlərinin hisslərinə qapılıb yaşayırlar. Buna görə onlar üçün psixoloji və fiziki yükü daşımaq çətin olur. Melanxoliklər mərhəmətli və fədakar altruistlərdir. Ailədə isə onlar vəfalı, qayğıkeş ər və ya arvad olurlar. Onlar üçün maddi imkansızlıq böyük önəm kəsb etmədiyindən bu temperamenti çoxları bəyənmir. Sakit və astagəl fleqmatiklər Bunlar sakit, ağılla hərəkət edən, hər işi yavaş, amma əsaslı görən insanlardır. Onların danışığı da astadır, sanki hər şeyi ölçüb-biçirlər. Əgər qarşınızdakı verdiyiniz suala uzun fasilədən sonra cavab verirsə, deməli o, fleqmatikdir. Bu insan ilk növbədə rahatlıq, sakitlik, səliqə-sahmana dəyər verir. Bəli, onlar astagəldirlər, amma etibarlıdırlar. Belə insandan heç zaman spontan, gözlənilməz hiddət görə bilməzsiniz. Əks tərəfdən bütün əngəllər fleqmatiklə daha sakit və asan keçəcək. Bu insanlarda hər zaman arxalanacağınız çiyin tapacaqsınız. Amma bəzilərinə bu həyat çox darıxdırıcı gəlir. İnadkar və iradəli xoleriklər Bu insanlar enerjili və iradəlidirlər. Onlar üçün həyat bir mübarizədir. Hər hansı məqsədlərinə çatmaq üçün güclərini toplayıb qarşılarındakı bütün əngəlləri aradan qaldırırlar. Onların inadkarlığı ətrafdakıları təəccübləndirir. Amma xoleriklər istəklərinə çatandan sonra uzun müddət sevinmir və dincəlmirlər, birbaşa enerjilərini başqa bir şeyə yönəldirlər. Bu zaman onunla sizin arzu və məqsədlərinizin uyğun gəlməsi önəmlidir. Şən və mehriban sanqviniklər Onlar şən və mehriban, səs-küylü qonaqlıqları sevən insanlardır. Özünə və hisslərə qapılma onlar üçün yad xüsusiyyətdir. Amma özlərini böyük məclisin gözü kimi hiss etmək məhz onlarlıqdır. Belə insanların həmişə çoxlu dostu və tanışı olur. İnsanları onların şən olması, istənilən pessimist insanı dəstəkləyən, ruhdan düşməyən yüksək xarakteri cəlb edir. Onlar da xoleriklər kimi, bütün güclərini məqsədlərinə çatmağa sərf edirlər, amma ilk uğursuzluğa qədər. Çətinliklə mübarizədə sanqvinik hərəkət istiqamətini dəyişməyə üstünlük verir. Sevgidə psixoloji uyğunluq "Sanqvinik-sanqvinik" və"xolerik-xolerik" uyğunluğu psixoloqlar tərəfindən pis proqnoz edilir. Bu halda hər iki tərəf evdə ağa olduğunu sübut etməyə çalışacaq. Birinci lik və istədiyi kimi davranma hüququ uğrunda mübarizə ailə münasibəti üçün dağıdıcı xarakter daşıyır. Həyati hadisələrə münasibət tezliyinin müxtəlifliyi "sanqvinik-fleqmatik" cütlüyünə çətinliklər yaradacaq. Amma əgər tərəflər dözümlü olub bir-birindən mümkünsüz şeylər tələb etməsələr, münasibətləri alınar. Temperament anadangəlmə xarakter olduğuna görə onu dəyişmək qeyri-mümkündür, boşuna vaxt itirməyin. Amma çoxları, xüsusilə cavan cütlüklər ilk günlərdən qarşılarına sevdiyi insanın xarakterini dəyişmək məqsədini qoyurlar. Bu halda melanxoliklər üçün daha rahatdır. Onlar istənilən temperamentə uyğunlaşa bilirlər. Amma xoleriklə bir az çətin olacaq. Bu halda anadangəlmə altruist (başqalarının qayğısına qalan) xüsusiyyət ona nigahı qoruyub-saxlamağa kömək edəcək. İki insanın uyğunlaşmasında "tamamlama prinsipi" də böyük önəm kəsb edir. Bu zaman ən önəmlisi - ailənin hər bir üzvünün digərinin psixoloji ehtiyacını nə dərəcədə ödəməsidir. İstiqamət nöqtəsi İki insanın uyğunlaşmasına təsir göstərən daha bir önəmli məsələ şəxsiyyətə ümumi meyldir. Bu üç tipdə olur: özünə, başqalarına və işə meyl. Özünə istiqamətlənən adam bütün enerjisini şəxsi istəklərinin həyata keçməsinə sərf edir. Ətrafdakı bütün insanlar isə bunun üçün bir vasitədir. Bu insanlar əsl manipulyatorlardır. Başqalarına istiqamətlənən insan onlar üçün nə isə etməkdən böyük məmnunluq duyur. Belə insanlar ünsiyyətdə olduqları adamın vəziyyətinə görə davranışlarını asanlıqla dəyişir, başqasının dərdinə, eləcə də sevincinə şərik ola bilirlər.Həmçinin bax:Temperamentin növləri Temperament haqqındaTemperament və xasiyyətTemperament və sağlamlıq
['temperament']
6,331
https://kayzen.az/blog/sevgi/2991/g%C9%99nc-q%C4%B1zya%C5%9Fl%C4%B1-ki%C5%9Fi.html
Gənc qız+yaşlı kişi
burla xatun
Sevgi
4 noyabr 2010, 22:30
Nəyə görə cavan qızlar yaşca böyük kişiləri seçirlər? Bəziləri bunu anlamırlar. Əsasən də cavan oğlanlar. Yaşlı valideynlər, nənələr babalar isə sadəcə qəmli ah çəkirlər: “Onlarda nə tapıblar axı? Bu kişilərdə cəlbedici nə var axı?” Öz həyat tarixi olan, ömrününü yarısını yaşamış, artıq ailəli olmuş, kifayət qədər qayğıları olan bir kişi. Hətta övladları belə var. Yəqin ki, sağlamlıqla bağlı problemləri də olacaq. Seksual aktivlikdən söz belə gedə bilməz. Onun öz vərdişləri və həyata baxışı var. Onları heç vaxt dəyişməyəcək. Qıza isə yalnız onlara uyğun yaşamaq qalır. Yəqin ki, bu cür kişi ilə yaxşı əylənmək, sinif yoldaşlarınla görüşə getmək də olmaz. Bəs o kişidə yaxşı nə var? Bu çatışmamazlıqlarla yanaşı cavan qız və yaşlı kişi cütlükləri üçün bir çox müsbət tərəflər də var. Gəlin birlikdə onları nəzərdən keçirək.Nəyə görə ənc qızlar bunu edirlər? 1. Bir qayda olaraq yetkin kişi – həyatda özünü tapmış insandır. Onun müəyyən mülkü var, artıq çətinlik çəkmək və qocalana qədər nəyəsə sahib olacağına gözləməyə ehtiyac yoxdur. “Görən perspektivlidir yoxsa yox?” kimi suallar qarşısında acız qalmırsan. Onun həyatdan aldıqları və nailiyyətləri göz qabağındadır. Stabil işi (vəzifəsi, biznesi, statusu) və gəliri var. Bir sözlə - onunla etibarlı əllərdəsən. Düşünməyə, falçılıq edib təsəvvürlər yaratmağa ehtiyac yoxdur. Yalnız seçim etmək qalır – bu cür həyat sizə lazımdırmı? 2. Yaşlı kişi artıq şəxsiyyət kimi də formalaşıb. O, çox bilir, həyat təcrübəsi var, cəmiyyətdə müəyyən statusa malikdir. O, ağıllı ola bilər. Nəticədə isə həmyaşıdlara nisbətən yetkin kişiylə sadəcə maraqlıdır. 3. Adətən uduşlu faktor kimi məhz partnyorun yüksək maddi statusu dayanır. Qeyri-rəsmi statistika bəyan edir ki, cavan qızlar kasıbları nadir hallarda seçirlər. İmkanlı kişi həyatda çox şey edə bilər. Cavan qız üçün isə dünyanın bütün gözəlliklərini bəxş edəcək. Arzuladıqlarını görmək, hər yeri gəzmək, bahalı əşyalar almaq və gözəl maşında gəzmək. Bununla da orta yaşlarında nəyəsə sahib olmanı gözləməyə ehtiyac olmayacaq. Sabah nə olacaq haqda düşünmək də artıq sizlik deyil. 4. Onun münasibətlərinin sayı az deyil, o, kişi-qadın münasibətlərində çox şey anlayıb. Sadəlövh səhvlər onluq deyil, çünki əksər vəziyyətlərdə müdriklik göstərəcək. Sənin cavanlıq kaprizlərinə isə hövsələ ilə yanaşacaq və hər şeyi bağışlayacaq. Bir sözlə, onunla yaşamaq sadə və rahatdır. 5. Onun əlaqələri və lazımi tanışları var. Buna görə də sənə karyera qurmaq və ya yaradıclıqda irəliləmək çətin olmayacaq. Həmçinin çətin vəziyyətlərə düşsən yenə xilaskarın olacaq. 6. Bir çox qızlar düşünürlər ki, yaşlı kişilər onun cavanlığına heyranlıqla yanaşacaq. Başqasının yanına qaçmayacaq, cavan pərisindən bərk-bərk yapışacaq. Onun gözlərində sən həmişə layiqli, cavan, cazibədar olacaqsan. Lakin unutmaq lazım deyil ki, pullu kişilərə onlarla sənin kimi cavan və yaraşıqlı qız tapmaq elə də problem deyil. 7. El arasında danışılan “yaşlı kişilərdə seksual zəifləmə baş verir” fikirləri bir o qədər də düzgün yanaşma deyil. Çünki bir çox kişilər özünə baxmağı bacarır və yaxşı formada qalırlar. Çünki gənc qızların seçdiyi yaşlı kişilər kifayət qədər imkanlı olurlar, xarici görünüşlərinə və sağlamlıqlarına xüsusi fikir verirlər. Buna görə də seksual həyat normada olur. Həmçinin bir çox qızlar belə partnyorun təcrübəsinə üstünlük verirlər. Onlarla yataqda daha maraqlıdır və müxtəliflik var. 8. Onlarla özünü uşaq kimi apara bilərsən. Səni əzizləyəcəklər, bütün problemlərin həll olunacaq və təkbaşına həyat çətinlikləri ilə üzbəüz qalma təhlükəsi olmayacaq. Onun müdrikliyi və ağlı səni həyatın xoşagəlməzliklərindən qoruyacaq. Əlbəttə, demək olmaz ki, bu cür qızlar məhz maddiyyat dalınca qaçırlar (əksər hallarda belə də olur), ola bilsin ki, gənc qız yaşlı kişiyə sözü əsl mənasında vurulsun. Lakin elə-belə vurulmaq mümkün deyil. Çünki bizi ilk növbədə maraqlı, lazım olan, şeylər cəlb edir və artıq biz əmin olduq ki, yetkin yaşdakı kişilərdə kifayət qədər müsbət cəhətlər vardır ki, gənc qız onun qəlbinə vurulsun.Həmçinin bax: Qadınlar nə istəyir?Kişilər nə istəyir?
['qocalıq']
6,332
https://kayzen.az/blog/ginekologiya/3026/hormonal-poz%C4%9Funluq.html
Hormonal pozğunluq
burla xatun
ginekologiya
2 noyabr 2010, 09:39
Müasir dövrdə ən çox yayılan problemlərdən biri də hormonal pozğunluq sayılır. Bu xəstəliyin eradan əvvəl mövcud olmasına baxmayaraq, onun adı və səbəbləri 1962-ci ildə tapılıb və buna görə də hormonal pozğunluq müasir dövrün xəstəliyi sayılır. Daha çox qadınlarda aşkarlanan bu xəstəlik həyat tərzini tamamilə dəyişməklə yanaşı, bir çox xəstəliklərin də əsasını qoyur. Məlumdur ki, hormonlar orqanizmin funksiyasına, çəkinin artmasına, vəzlərin normal inkişafına nəzarət edir. Hormon daxili sekresiya vəzlərinin məhsuludur. Onun balansının pozulması endokrin sistemin funksiyasını tamamilə məhv edir. Dünyada hər üç qadından ikisində aşkarlanan hormonal pozğunluq hamilə qalmağa mane olur, hətta sonsuzluğa belə gətirib çıxarır.  Digər tərəfdən isə hormonal pozğunluq görmə qabiliyyətinə də mənfi təsir edib, insanı kor qoya bilər. Əmələgəlmə səbəbləri: Həkim məsləhəti olmadan arıqlama dərmanlarının qəbuluDüzgün qidalanmamaqFəst-fud qidalarından çoxlu istifadəSoyuqlamaOturaq həyat tərziStress Hormonal pozğunluq zamanı insanda Güclü başağrısı olurTəzyiq artırAyaqlar tez-tez ağrıyır, epilepsiya tutmaları olurBaşgicəllənmələr başlayırSusuzluqdan əziyyətçəkməTez-tez boğaz ağrıları olurZəifləyirAnemiya baş verirBədəndə tüklər əmələ gəlirƏl və ayaq daim soyuq olurHər şeydən iyrənirTez-tez əsəbiləşirAylıq tsikl pozulurTez-tez depressiyaya düşürSüd vəziləri balacalaşırQanaxmalar olurQarın və bud nahiyələrində çəhrayı rəngli, uzun çapıqlar əmələ gəlirKökəlmə baş verirÖzündə bu kimi hallar aşkarladıqda qadın dərhal həkimə müraciət etməlidir. Xəstəliyin müalicəsi gecikdikdə astma, allergiya kimi xəstəliklərin yaranmasına, döş və yumurtalıqlarda xərçəngin əmələ gəlməsinə səbəb olur. Xəstəlik daha da irəlilədikdə dəridə qaşınmalar başlayır. Bu da şəkər xəstəliyinə gətirib çıxarır. Qadınların qorxulu yuxusu — piylənmə Hormonal pozğunluğun əmələ gəlməsinə səbəb olan amillər arasında ən geniş yayılanı arıqlamaq üçün satılan dərmanları həkim məsləhəti olmadan qəbul etməkdir. «Artıq çəki»ni Yer üzündə yaşayanların ən böyük problemi adlandırsaq yəqin ki, yanılmarıq. Bir vaxtlar analar oğlanları üçün «ətli-qanlı» qız axtarırdısa, indi kök qıza baxan yoxdur. Əgər qadın kökələndə «nə gözəlləşib» deyirdilərsə, indi «nə günə düşüb» söyləyirlər. Müasir dövrdə dəbdən düşən köklükdən xilas olmaq üçün bir çox üsullar meydana gəlib: fitnes klublar, şəhəri ağuşuna alan idman zalları, arıqlama mərkəzləri və ən əsası da qeyri-qanuni satılan dərmanlar, otlar. Qadınlar da  idman etmək əvəzinə daha rahat yolu seçirlər: istədikləri qədər yemək, evdə oturmaq və dərman atıb arıqlamaq. Hələ vay o günə ki, bunun müsbət təsirini görələr. Dərhal dərmandan bir neçə qutu tədarükü də görüb, qəbul miqdarını bir balaca da artırırlar. Amma qadın bunun sonrakı fəsadlarından xəbərsizdir. Bu cür dərmanlar hormonal pozğunluq əmələ gətirir ki, bu da piylənmənin ilk mərhələsidir. İlk növbədə qeyd edək ki, arıqlama dərmanları ya iştahı dayandırır, ya da işlədici funksiya daşıyır. Mədə və bağırsağın funksiyasına müdaxilə etmək zərərlidir. İşlədici xarakter daşıyan həblər orqanizmin qəbul edilən qidadan vitamin, zülal, karbohidrat almasına mane olur. Qadınlar anlamalıdırlar ki, işlədici dərmanlar piyləri əritmir. Dərialtı piylər olduğu kimi qalır. Əgər möcüzəli dərmanla xanım 5-6 kilo atırsa, sonradan 15-16 kilo qazanır. Tüklənmə Orqanizmdə hormonal pozğunluğun əmələ gətirdiyi problemlərdən biri də tüklənmədir. Bu zaman qadın orqanizmində az miqdarda olan kişi hormonlarının – testosteronun miqdarı artır. Buna səbəb yumurtalıqlarda hormonların öz fəaliyyətini dəyişməsi olur. Qadında sümük böyüməsi, kobudlaşma halları başlayır. Dəri quruyur, hərarət səbəbsiz yerə 37-37,5 dərəcə artır, sızanaqlar əmələ gəlir, tez-tez tərləyir, saç tökülür. Bax:ifrat tüklənmə Əgər hormonal pozğunluq varsa: Qaynar çay və kofe qəbulunu azaltÇox duzlu yeməÜzüm, ərik qurusu, çipsi yeməAz şokolad yeÇox yağlı yeməklərdən uzaq olmağa çalışSpirtli içkidən uzaq olƏdviyyat və istiotlu yeməklər sənə ziyandır Fakt: Qədim şamanlar hormonal pozğunluğu təmiz heyva şirəsi ilə müalicə edirmişlər. Bunun üçün gündə 3 dəfə 1 xörək qaşığı heyva suyu içmək lazımdır. Amma gərək gün ərzində əsəbiləşməyəsən, çox hərəkət edəsən.ibet həkimləri hormonal pozğunluğu olan kişi və qadınlara məsləhət görür: Ağ və çəhrayı qızılgülü götürüb, ondan yağ və gülab hazırlayın. Gülabdan şərbət hazırlayıb, içərisinə 1-2 damcı yağ töküb, gündə iki dəfə qəbul edin.  Yaponiya və Monqolustanda hormonal pozğunluğu payızgülü (xrizantema) ilə müalicə edirmişlər.Payızgülü qurusundan bir az götürüb, qaynar suya tökün. Bir az saxladıqdan sonra, gün ərzində 3 dəfə yeməkdən yarım saat əvvəl 2 xörək qaşığı qəbul edin. Əsasən, bənövşəyi rəngli payızgülündən istifadə etməyə çalışın. Bənövşəyi payızgülü hormonları çoxaldır, onların funksiyasını yaxşılaşdırır. Statistika: Sarışın qadınlarda hormonlar daha çox olur və onlar normal işləyir. Aylıq tsikl pozulan zaman həftədə 2 dəfə aşağıdakı hərəkətləri et: Sağ yanı üstdə uzanıb, ayaqlarını qarnına tərəf sıxHəmin vəziyyətdə əlin şəhadət barmağı ilə orta barmağı çarpazlaşdırıb, ayaq barmaqlarının arasında sıxSonra uzanıqlı vəziyyətdə bədənini 10 saniyə hərəkət etdir, gözlərini yumub rahatlaSol yanı üstdə uzanıb, eyni hərəkətləri təkrarlaSonda arxası üstdə uzan və gözlərini yum. Rahatlamağa çalış, 3 dəfə dərindən nəfəs alıb, ayağa qalx və ilıq su içBu hərəkətləri döşəmənin üstündə et və çalış ki, həmin vaxt beynində heç bir problemi düşünməyəsən. Mənbə: ATV-Maqazin jurnalı
['hormonlar', 'hormonal pozğunluq', 'hormonal pozğunluqlar', 'qadın sağlamlığı']
6,333
https://kayzen.az/blog/ginekologiya/2979/frigidlik-haqq%C4%B1nda.html
Frigidlik haqqında
burla xatun
ginekologiya
1 noyabr 2010, 09:23
Frigidlik nədir? Frigidlik (cinsi soyuqluq) - qadınlarda cinsi marağın, seksual hissiyatın və orqazmın olmamasıdır. Bəzi hallarda isə cinsi münasibətlərə nifrət kimi də özünü büruzə verir. Adətən cinsi soyuqluğun 4 tipi müəyyən olunur. 1. Gecikən orqazm Cinsi hissiyyatlar heç də bütün qadınlarda eyni cür inkişaf etmir. Bəzilərində bu hisslər tez başladığı hallarda bir qisim qadınlarda gecikmiş orqazm baş verir. Uşaq dünyaya gətirdikdən sonra problem aradan qalxır. Bu cür qadın frigidliyi (retardasion – kecikmiş) xoşbəxtlikdən keçici xarakter daşıyır. Nə ilə xarakterizə olunur. Cinsi akta laqeydlik. Sizə sadəcə xoş ola bilər, lakin orqazm baş verməyəcək Seksdən sonra da laqeyd münasibətiniz davam edəcək. Siz sadəcə sevgilinizə həzz bəxş etdiyiniz üçün özünüzü xoşbəxt hiss edəcəksiniz. Qeyri-stabil menstrual sikl. Xarakterdə passivlik, utancaqlıq. Frigidliyə görə əsəb gərginliyinin olmaması. Siz bu haqda heç düşünmürsünüz, çox sakitsiniz. Əslində bu düzgün yanaşmadır. Proqnoz: bu problem hamiləlik və doğuşdan sonra aradan qalxacaq. Əgər partnyorunuz yaradıcıdırsa, o zaman bəxtiniz gətirəcək. 2. Müvəqqəti frigidlik Müvəqqəti frigidlik adətən bəzi xəstəliklərdən sonra yarana bilir. Məsələn: Cinsi xəstəliklər Qadın cinsi orqanların yaxşı inkişaf etməməsi Doğuşdan sonra uşaqlıq yolunun böyüməsi Hormonal çatışmamazlıq və endokrin pozğunluq Onurğa və ya beyindəki xəstəliklər Depressiya Hətta vitamin çatışmamazlığı və ya xroniki yorğunluq cinsi marağı zəiflədə bilər. Lakin ginekoloji xəstəliklərə görə yaranan frigidlikdə erogen nayihələrdə hissiyat, həmçinin cinsi yuxular baş verir. Proqnoz: bu növ frigidliyin baş vermə səbəbi aradan qalxdıqdan sonra normal seksual həyata qayıtmaq mümkün olur. 3. Merlin Monro sindromu (psixogen frigidlik) Sekslə bağlı hər hansı xoşagəlməz uşaqlıq duyğuları ona gətirib çıxarır ki, həddi-buluğa çatmış qız seksi ləyaqətsiz hesab edir. Buna misal olaraq Norma Cin Beykeri (Merlin Monro) göstərmək olar. Onu uşaqlıqda bir neçə dəfə zorlayıblar. O, özündə mümkün olan hər şeyi dəyişdi. Bədən formasından tutmuş adına qədər. Lakin həyatının sonuna kimi intim həyata qarşı laqeyd qaldı. “Əgər mən nə vaxtsa insanların sekslə bu cür maraqlandığını anlasam bəxtim gətirəcək. Şəxsən mənim həyatımda seks adi ayaqqabı təmizləmək qədər yer tutur.” – Merlin Monro deyirdi. Psixogen frigidliyin yaranma səbəbləri də çoxdur. Güclü psixoloji travmalar (seksual sahəyə aid) Həddən artıq ciddi tərbiyə Zorlama Bakirəlikdən ağrılı məhrum olma Cinsi partnyorun ideala uyğun gəlməməsi Sevmədiyin insanla nikah Münasibətlərin möhkəmliyinə inamsızlıq Psixoloji frigidlik zamanı qadınlarda güclü ehtiras baş verir, lakin orqazm olmur. Bu cür frigidlik həmçinin konkret insana qarşı da yönələ bilər. Proqnoz: müalicə yolu münasibətlərə yenidən baxmaqdır. Ən yaxşı yol psixoterapevt və ya seksopatoloqa müraciət etməkdir. 4. Anadangəlmə soyuqluq Genetik frigidliyin səbəbi mütəxəssislərə məlum deyil. Ola bilsin ki, bunun səbəbi psixoseksual funksiyaların anadangəlmə çatışmamazlığıdır. Musiqi duyumu və ya bədən elastikliyinin olmaması kimi bir şeydir. Bu cür qadınlarda heç bir başqa problem yoxdur. Onlar tam normal həyat yaşayırlar, ana olurlar. Onlar tam məmnunluğun nə olduğunu da bilmirlər. Sadəcə “ər” onlar üçün cəmiyyətin tələbidir. Genetik frigidliyin əsas səbəbləri Cinsi orqanlar qıcığa reaksiya vermir, buna görə də frigid qadın heç vaxt masturbasiya ilə məşğul olmur. Erotik yuxular görmür. Hətta uzun sürən oxşamalar zamanı uşaqlıq yolunda maye ifraz olunmur. Menstrual sikldə də müəyyən problemlər meydana çıxır. Proqnoz: optimal çıxış yolu mütəxəssisə müraciət etməkdir. İnternetə əsasən diaqnoz qoymaq düzgün deyil.Həmçinin bax: Frigidlik (seksual soyuqluq)
['frigidlik', 'cinsi soyuqluq', 'cinsi problemlər']
6,334
https://kayzen.az/blog/Yucin/3209/o%C4%9Flumun-m%C3%BC%C9%99llimin%C9%99-linkoln.html
Oğlumun müəlliminə (Linkoln)
Yucin
Bloq: Yucin
30 okyabr 2010, 15:46
Öyrənməsini lazım bilirəm; bütün insanların dürüst və təmizqəlbli olmadığını... Lakin bunu da öyrət ona; hər alçağa qarşılıq bir qəhrəman, hər özünü fikirləşən siyasətçiyə qarşılıq özünü yaddan çıxaran bir lider var. Hər düşmənə qarşılıq bir dost da olduğunu da öyrət ona! Uzun vaxt alacaq bilirəm, ancaq öyrədə bilsən, qazanılan bir dolların, tapılan beşindən daha dəyərli olduğunu öyrət. İtirməyi öyrənməsini öyrət!.. Və həm də qazanmaq sevincini, qısqanclıqlardan uzağa apar onu... Əgər bacarsan, səssiz gülüşlərin sirlərini öyrət ona...Qoy əvvəldən öyrənsin, daha qüvvətlilərin görünüşdə qalib olduqlarını... Əgər bacarsan, ona kitabların möcüzələrini öyrət. Ancaq ona səssiz vaxtlar da saxla. Göy üzündəki quşların, günəşin qarşısındakı arıların və yamyaşıl yamacdakı çiçəklərin ədəbi sirlərini düşünə biləcəyi... Məktəbdə səhv etməyin , bilib etməkdən çox daha qürurverici olduğunu öyrət ona...Ona öz fikirlərinə inanmasını öyrət. Hər kəsin ona səhv düşündüyünü deyəndə belə... Mədəni insanlara qarşı mədəni, qəddar insanlara qarşı qəddar olmağı öyrət ona... Hər kəs bir-birinə qoşulmuş eyni yolu gedərkən, kütlələri dalınca düşməyəcək gücü verməyə çalış oğluma! Bütün insanlara qulaq asmağı öyrət ona, ancaq bütün dinlədiklərini gerçəyin ələyindən keçirməyi və sadəcə yaxşı olanları həzm etməsini öyrət. Əgər bacarsan, kədərlənəndə belə necə gülümsəməli olduğunu öyrət ona...Göz yaşlarında heç bir utancın olmadığını öyrət. Hər kəsin, sadəcə öz xeyri üçün çalışanlara, ağız büzdüyünü öyrət. Və həddən artıq marağa diqqət yetirməsini... Ona, qüvvətini və beynini ən yüksək qiymət verənə satmasını, ancaq heç vaxt qəlbinə və ruhuna qiymət etiketi qoymamağı öyrət...Ulayan bir insan kütləsinə qarşı qulaqlarını tıxamağı öyrət. Və haqlı olduğuna inananda, dimdik dikilib savaşmağı öyrət. Ona mədəni davran, ancaq onu qucaqlama!..Çünki yalnız od poladı təmizləyir. Qoy səbirsiz olacaq qədər cəsarətə sahib olsun. Ona özü üçün dərin bir inanc daşımağı öyrət. Beləcə insanlara qarşı da dərin bir inanc daşımış olacaq... Bu böyük bir tələbdir. Nə qədərini edə biləcəksən görək... O nə qədər balaca yaxşı insan. O mənim oğlumdur.
['Abraham Linkoln']
6,335
https://kayzen.az/blog/ugura-yol/2349/5.-%C9%99ng%C9%99ll%C9%99rl%C9%99-m%C3%BCbariz%C9%99.html
5. Əngəllərlə mübarizə
Cavid
Müvəffəqiyyətə gedən yol
29 okyabr 2010, 03:44
Paroxodlar yelkənli qayıqları dənizdən qovdular, çünki onlar külək olsa da, olmasa da hərəkət edirlər. Herbert N. KassonUşaqlıq dövrləri iztirabla keçmişdi. Yoxluq, dərd, qəm, kədər sanki onu təqib edirdi. İçki düşkünü atanın yanında böyümüşdü. Hələ kiçik yaşlarından döyülür, vurulur, pul qazanmağa məcbur edilirdi. Atılan hər addımı əngəl dənizinin sahilinə varırdı. Lakin o, bütün bunlara sinə gərir, bir qəhrəman ədası ilə mübarizə aparırdı. Çox keçmədən adı əfsanə olmuşdu. Milyonları sənətinə heyran buraxan Lyudviq van Bethoven. Qət etdiyi məsafələrə, ram etdiyi əngəllərə baxaraq «Bir neçə milçəyin sancması qaçmağa əzm etmiş atı dayandıra bilməz», — deyirdi. Bunları dilə gətirərkən isə baş verəcək böyük fəlakətdən xəbərsiz idi. Təbiətdə duyduğu səsləri notlara tökən, əsərləri ilə ruhları sehrləyən böyük bəstəkar bir gecə şimşək işığı ilə yuxudan oyandı. Güclü yağış yağır, ildırım çaxırdı. Ancaq o, gördüklərini eşidə bilmirdi. Bu bəstəkar üçün bəlaların ən böyüyü deyilmiydi? Kar olmuşdu. Bethoven bir müddət depressiya keçirdi, hətta intihara belə cəhd etdi. Lakin sonra özünü topladı. Əngəllər nə olursa, olsun, o sənətini davam etdirməli idi. Əzmlə çalışır, heç nəyə məhəl qoymurdu. Səssizlik aləmində dünyanın ən gözəl bəstəsini planlayırdı. Doqquzuncu simfoniya ərsəyə çıxmaq üzərəydi. Mütəxəssislər Şillerin bir şeri üzərinə bəstələnən bu simfoniyanı Bethoven yaradıcılığının ən yüksək zirvəsi hesab edirlər. Nəhayət, simfoniyanın təqdimat mərasimi idi. Bütün israrlara baxmayaraq, Bethoven dirijorluğu da öz öhdəsinə götürmək istəyirdi. Həyatdakı səsləri duymadan bəstəkar ruhundakı incəlikləri notlarla təcəssüm etdirə bilərdi, dirijorluq etmək üçün isə eşitmək vacib idi. Razı sala bilmədilər. Beləcə, Bethoven ən gözəl əsərinin təqdimat mərasiminin dirijoru idi. Simfoniya səsləndikcə, hər kəs bu füsunkar sənətin qarşısında fərəhyab olurdu. Onun dahiliyi bir daha anlaşılır, əngəllərlə mübarizənin mütləq zəfəri gözlər önünə sərilirdi. Dirijor çubuğu havada rəqs edir, heyət bütün əzmini ortaya qoyur, inanılmazı bacarırdı. Artıq simfoniya qurtarmışdı. Bethoven isə eşitmədiyinə görə hələ də göstəriş verirdi. İşarə ilə əsərin bitdiyini bildirdilər. Geriyə dönərkən bütün tamaşaçılar tərəfindən ayaq üstə alqışlandığını gördü. Eşitməsə də, üzlərdəki təbəssümdən anlamışdı bəstəsinin bəyənildiyini. Çətinlikləri dəf edərək müvəffəqiyyət qazanmış, gurultulu alqışları haqq etmişdi. Əslində bunlar, onun illər əvvəl dediyi sözə sədaqətinin mükafatıydı. «Bir neçə milçəyin sancması qaçmağa əzm etmiş atı dayandıra bilməz.» Həyat yolçuluğunu qət edərkən əngəllərlə qarşılaşmanız labüddür. Fəsillərin baharı-qışı, yolların enişi-yoxuşu olduğu kimi qazanılmış uğurların da təməlində zəhmət, tər, əngəl və göz yaşı vardır. Heç kəs müvəffəqiyyəti əli cibində qazanmamışdır. Artıq olmaz, deyəcəksiniz. Bundan belə alınmaz, düşünəcəksiniz. Hər yan çovğun-boran olacaq. Gözyaşınız üzünüzdə donacaq. Yalnızlığı iliklərinizə qədər duyacaqsınız. Axan çaylar duracaq. Bəlkə, günəş belə sizi işığından məhrum qoyacaq. Dərin bir quyada can çəkişəcəksiniz. Cəhdləriniz boşuna çıxacaq. Ucsuz- bucaqsız problem dənizindən qurtulub sahilə çatdım deyərkən zəminə çıxmaq üçün önünüzdə böyük bir zirvənin peyda olduğunu görəcəksiniz. Əzminiz bitəcək, səbriniz tükənəcək, taqətdən düşəcəksiniz. Çarəsizsiniz. Demək ki, əngəlləriniz yavaş-yavaş öz vəzifəsini icra edir. Əngəlləriniz deyirəm, çünki onları çıxılmaz olaraq qəbul edib əngəl kimi görən sizsiniz. Halbuki öhdəsindən gəlinməyəcək problem yoxdur. Aşılmaz görünən zirvələr dəfələrlə aşılmışdır. Elə isə müvəffəqiyyətinizin qarşısına dikilən əngəllərinizlə mübarizə aparın. Unutmayın, çarəsizliyinizin yeganə çarəsi sizsiniz.
['Bethoven', 'çətinliklər']
6,336
https://kayzen.az/blog/stil/3178/%C3%A7%C9%99hray%C4%B1-q%C4%B1rm%C4%B1z%C4%B1-makiyaj.html
Çəhrayı-qırmızı makiyaj
burla xatun
Yaraşıqlı görünüş, gözəl imic
24 okyabr 2010, 10:48
1.Karandaş - Çəhrayı karandaşdan həm dodaqlar, həm də gözlər üçün istifadə etmək olar. Məhz bu çalar payız səhərində yorğun gözlərinizi canlı və ifadəli edəcək. 2.Demək olar ki, çəhrayı dırnaq boyası klassikadır. Nə qədər yeni çalarlar satışa çıxarılsa da, hazırda ən çox istifadə olunan məhz çəhrayı boyadır. Çünki o, hər bir geyim növünə və bir sıra makiyaja gözəl yaraşır. 3.Dodaq parıltısı - Dodaqlarınızın diqqət mərkəzində olmasını istəyirsinizsə, açıq-çəhrayı parıltı vurun. Parıltını adi pomadadan sonra alt dodağınızın ortasına vursanız, dodaqlarınız vizual olaraq həcmli və təravətli görünəcək. Ən dəbli rəng qızılgül çalarıdır. 4.Pomada - Çəhrayı dodaq boyası dodaqlarda çox incə və cazibəli görünür. Bu çalar həm də dodaqları cavan göstərir. Amma nəzərə alın ki, çəhrayı pomadalar o qədər də dayanıqlı olmur. Bunun üçün bir qat pomada çəkəndən sonra üstündən kirşan çəkin, sonra ikinci qatı vurun. Əgər çəhrayı pomada vurmusunuzsa, gözlərinizə eynirəngli kölgə vurmayın. Yalnız birini vurğulamaq olar. Belə pomada ilə sakit pastel çalarında olan kölgələrə üstünlük verin. 5.Ənlik - Ənlik seçimində də saçın və dərinin rənginə fikir vermək lazımdır. Çəhrayı ənlik isə istisnasız hamıya yaraşır, xüsusilə ağbəniz xanımlara. Belə ki, çəhrayı çalar üz rəngini təravətləndirir. 6.Kirşan - Kirşanlar bir neçə rəngdə olur - ağ, çəhrayı, sarımtıl, tunc, narıncı. Rəngin seçimi saç, dəri, göz rəngindən və əlbəttə ki, yaş həddindən asılıdır. Çəhrayı kirşan rəngi məhz ağbəniz sarışınlara yaraşır. Kürən xanımlar isə çəhrayı və sarımtıl rəngli kirşanları qatıb işlətməlidirlər. Əgər dəriniz qırmızıya çalırsa, çəhrayı kirşandan istifadə etmək olmaz. Solğun dərili xanımlar isə ağ kirşan əvəzinə mütləq çəhrayıdan istifadə etməlidirlər. 7.Çiyələkli bədən losyonunun ətri çox xoş olmaqla yanaşı, insanı bezdirmir. Belə losyondan istifadə etsəniz, özünüzü şirin və cazibədar hiss edəcəksiniz. 8."Hər bir xanımın kosmetika masasında mütləq olmalı çiyələkli üz kremi" - Çiyələkli krem dərini ilin istənilən fəslində lazım olan vitaminlərlə təmin edir. Belə kremlərin ətri xoş və təbii olur. Nər növ dəri üçün yararlı olan çiyələkli kremdən həm gündüz, həm də axşam istifadə edə bilərsiniz.Həmçinin bax: Smoky eyes (tüstülü gözlər) makiyajArabic makiyajBürclərə uyğun stil və makiyaj Hamıdan gözəl görünmək üçün makiyaj sirləri
['çəhrayı', 'makiyaj']
6,337
https://kayzen.az/blog/logika/3201/iki-e%C5%9F%C5%9F%C9%99yin-arpas%C4%B1.html
İki eşşəyin arpası
Silen_ce
Məntiq və IQ
23 okyabr 2010, 01:06
10 kq arpa var. Bu arpanı 3 və 7 kq-lıq vedrələrdən istifadə etməklə iki eşşəyin arasında tam yarı (5-5) necə bölmək olar? Həmçinin bax: Riyazi məntiqi yoxlamaq üçün suallar
['arpa', 'bölmək']
6,338
https://kayzen.az/blog/zodiak-sade/3016/x%C9%99r%C3%A7%C9%99ng-b%C3%BCrc%C3%BCn%C3%BCn-xarakteri.html
Xərçəng bürcünün xarakteri
Tomris
Bürclər
22 okyabr 2010, 09:53
Hələ qədim dünyanın adamları qızmar Yay fəslinə təsadüf edən Xərçəng bürcünün gəlişindən ehtiyat edir, özlərini buna hazırlayırdılar. Belə ki, onlar Günəşlə Ayın bir-birinə daha yaxın məsafədə olduğu bu ərəfəni Xeyirlə Şərin bərabər gücə malik olması və haqqı nahaqdan ayırmağın çətin olması kimi qiymətləndirirdilər. Orta əsrlərdə isə «Xərçəng»in hakimiyyətdə olduğu dövrü daha çox qadınlar üçün təhlükəli hesab edirdilər. İnsanlar belə qənatə gəlmişdilər ki, mistik məxluqların himayədarı olan Ay qadınları xəstələndirir, onları ailədən təcrid edir, gücdən salır, hamilə olanları öldürür. Bədirlənən Ay zamanında isə qadınların daha zəif və əsəbi olduqları bildirilirdi. Bu səbəbdən də Xərçəng bürcündə daha çox zərif məxluqları qoruyurdular. Məqalənin girişində qeyd etdiyim kimi, bu Zodiak işarəsinin gəlişi iqlimin daha da istiləşməsinə təsadüf edir. Bir qayda olaraq bu ərəfədə məzuniyyət götürülür və uzaq səfərlərə çıxırlar. Druidlərə görə, insanların ən «tənbəl» dövrü də məhz bu ərəfəyə düşür. Ən böyük bəla isə göstərilən müddətdə insanların bir-birinə qarşı yaranmış soyuqluğunun daha kəskin xarakter almasıdır. Hesablamalara görə, ən çox insan tələfatı da məhz adıçəkilən zodiakın əhatə etdiyi günlərə təsadüf edir. Bir tərəfdən siyasi olaylar, müharibələr, terror hadisələri, digər tərəfdənsə təbii fəlakətlər insanların sayını kəskin surətdə azaldır. Ulduzlar sistemində 4-cü yeri tutan Xərçəng bürcü bir qayda olaraq iyunun 22-dən iyulun 22-nə qədər (31 gün) olan dövrü əhatə edir. Ünsürü su, planeti Ay, düşərli günü bazar ertəsi, cümə axşamı, ağır günü çərşənbə axşamı, şənbə, uğurlu rəngi ağ, açıq-mavi, göy, yaşıl, uğursuz rəngi boz, daşı rubin, zümrüd, Ay daşı, metalı gümüş, enerji verən çiçəyi jasmin, uğurlu rəqəmi 4, 5, 8, müxalif bürcü Oğlaq, talismanı ürək, şanslı ölkələri isə Türkiyə, Şotlandiya, Prussiya, Hollandiya, Suriya, Afrika, Avstraliya və Sakit okean adalarıdır. Yeri gəlmişkən, Xərçəng bürcü Göy qübbəsində yerləşən ən kiçik Zodiak işarəsidir. O, səmanın cəmi 500 kvadrat dərəcəlik sahəsini tutur. Adi gözlə görünən 60 ulduza malik olsa da, heç bir parlaq ulduzu yoxdur. Xərçəng bürcünün himayədarı olan Ay, bəzi mənbələrdə ən kiçik planet, bəzi mənbələrdə isə qeyri-planet sırasına şamil edilir. O, Yerin təbii peyki və gecə səmasının ən parlaq obyektidir. Hətta təzə doğan Ayın parlaqlığı Veneranın maksimal parlaqlığından 2500 dəfə çox olur. Antik dövrün münəccimləri hesab edirdilər ki, Ay insanlarda inam, ümid, xeyrxahlıq və digər emosional duyğular yaradır, gündəlik qayğılarla məşğulluğa və ev işlərinə müsbət təsir göstərir. Onun radiusu 1738 km, elementi su, tərkibi soyuqluq, xarakteri isə hakimlikdir. Yerə yapışan, kök fiqura, solğun, dəyirmi sifət, enli alın, açıq şabalıdı saçlar, böyük gözlər, iri döşlər, xırda pəncəli ayaqlar və uzun, qələməbənzər əllər… «Xərçəng»lərin zahiri görkəmindən söz düşəndə ilk növbədə bu amil qabardılır. Bütün dövrlərin münəccimləri bu bürc altında dünyaya gələn adamların ilk növbədə dinpərəst olduğunu vurğulayıblar. Qənaətlərə görə, bürclər arasında onlar qədər Axirət dünyasına, Tanrıya inanan yoxdur. Məhz bu inamdan irəli gələrək onlar nə qədər uğursuzluq və faciələrlə rastlaşsalar da, istənilən anda özlərində təmkin tapa bilirlər. Bir qayda olaraq «Xərçəng»lər hündürboy, yaraşıqlı və ağıllı olurlar. Onlar nə qədər eqoist görünsələr də, insanlardan daima qayğı, mərhəmət, bir sözlə, ana doğmalığı umurlar. Belə adamların taleyini xoş təsadüflərlə bəxtlərinin gətirməsi təşkil edir. «Xərçəng»lər hədsiz dərəcədə hissiyyatlı və əyləncə həvəskarı olurlar. Kənardan baxana elə gələ bilər ki, bu bürcün sakinləri qapalı, səriştəsiz və kobuddurlar. Çünki görünən mənzərə məhz deyilənlərlə eynilik təşkil edir. Lakin dərindən bələd olduqda, onların xoş davranışlarının, mərhəmətinin şahidi olmaq da mümkündür. Müasir dünya astrologiyasının qənaətinə görə, bu işarə altında dünyaya gələn qadınlar uşaqları çox sevir, ailəcanlı-qohumcanlı olur, kişilərsə əksinə, çox vaxt ailədən təcrid olunur, «ayağısürüşkən»liyə meyl edirlər. Ümumiyyətlə, bu bürcün əksər kişiləri peşəni və pulu hamıdan çox sevirlər. Onları Ay idarə etdiyindən az da olsa, hipnoz etməyi də bacarırlar. Məhz bu faktor həmişə «Xərçəng»ləri diqqət mərkəzində saxlayır, onlara ehtiyac olduğunu büruzə verir. Konkret olaraq məhəbbətə gəlincə, bildirək ki, incəqəlbli «Xərçəng» üçün məhəbbətini itirmək çox ağır zərbədir. Belə üzücü hallarda bu romantiklər gözlərini yumur və sevgilisinin qayıtmasını arzulayır. O isə qayıtmaq haqqında heç fikirləşmir. Belə məqamlarda bir qədər daşürəkli olmaq lazımdır. «Xərçəng»lərin cəmiyyətdə nüfuz qazanmalarına mane olan bəzən onların eqoistliyi, məsuliyyətsizliyi, xasiyyətinin tez-tez dəyişməsidir. 13-cü əsrdə yaşamış ingilis münəccimi Rocer Bekon bu bürcə aid olan kişilər haqqında belə deyirdi: «Onların əksəriyyəti qorxaq və namərddir». Kişi-«Xərçəng»lərin hiyləgərliyi və emosional dayanıqsızlığı, onların qadınlarla olan münasibətlərinə mənfi təsir göstərir. Adətən bu bürcdən olan qadınlarla ailə həyatı qurmaq üçün kişilər uzun müddət gözləməli olurlar. «Xərçəng» sürücülərsə çox şıltaq olur: qırmızı işığı keçmək, sürəti həddindən çox artırmaq onların adətidir. Daima hakimiyyət iddiasında olan belələri öz istəklərinə yetişmək üçün daha çox başqalarının köməyinə arxalanırlar. Ümidlərini «ağ atlı oğlana» bağlayan «Xərçəng»lər nadir hallarda əzmkarlıq göstərə bilirlər. Onlarda bəzi hiyləgərlikləri də görmək mümkündür. Belə ki, haqqında yazdığımız adamlar riskli iş görərkən məsuliyyəti öz üzərlərindən atmağa çalışırlar. Hər hansı bir işə başlayarkən mütləq özlərinə təcrübəsiz bir fiqur tapan «Xərçəng»lər sonradan «paxır açılarsa» bütün səriştəsizliyi «müttəfiqlərinin» üstünə atmaq istəyirlər. Bu amili nəzərə alan oxucularımız sözügedən bürc altında dünyaya gələn adamlarla həddindən ziyadə ehtiyatlı olmalıdılar. Unutmayın ki, «Xərçəng»lərin hipnozlu baxışlarından yayınmaq hər adama nəsib olmur. Ərəb münəccimlərinin təbirincə, Xərçəng bürcü altında doğulanlar təkbaşına heç bir müvəffəqiyyətə yetişə bilmirlər. Ona görə də belələrinə mütləq kənardan dəstək vermək lazımdır. Müasir nücum elmi də bu adamlar haqqında ərəblərin göstərdiyi fikirləri təsdiq edir. «Başqalarının dəstəyi olmasa, onlar heç vaxt xoşbəxt olmurlar», — bu fikirlərsə ötən əsrin fransız münəccimlərinə aiddir. Və bütün bunlardan da belə nəticəyə gəlmək olar ki, mühacirət, qürbətdə yaşamaq, tənha qalmaq, türməyə düşmək — haqqında yazdığımız adamların məhvinə səbəb olur. Xərçəng bürcünün nümayəndələri romantik duyğularla yaşadığı üçün tez sevilirlər. Onları Ay idarə etdiyindən daha çox gecələr fəaliyyət göstərirlər. Ovqatları sabit olmasa da, qismətlərindən qaçsalar da, tez qızışsalar da, hər halda sevilməyi və yaxşılıq etməyi də bacarırlar. Antik dövrün münəccimləri xərçəngin həm suda, həm də quruda yaşamasından çıxış edərək belə qənaətə gəlirdilər ki, bu bürcün himayəsində olan adamlardan yalnız balıqçı çıxır. Lakin sonrakı dövrlərdə bu siyahı xeyli artmağa başladı. Belə ki, bu bürc altında doğulan adamlar zaman-zaman sübut etdilər ki, onlar çox şeyə qadirdilər. Məsələn, bu adamlardan yazıçı, tarixçi, pedaqoq, rəssam və bu kimi digər peşə sahibləri də çıxır. Amma bir şey var ki, «Xərçəng»lər incəsənət sahəsinə o qədər də meylli olmurlar. Məşhur «Xərçəng»lər: Ş.İ.Xətai, Mirzə Kazımbəy, S.Ə.Şirvani, M.F.Axundov, Abbasquluağa Bakıxanov, Cabbar Qaryağdı, Tağı Şahbazi, Sona Hacıyeva, Barat Şəkinskaya, Əbülfəz Elçibəy, Məlik Dadaşov, Türkan Şoray, Nigar Rəfibəyli, Mirzə Babayev, Məmməd Araz, Telman Adıgözəlov, Anar Məmmədxanov və başqaları. Müəllif: Səbuhi Rəhimli Həmçinin bax: Xərçəng bürcünün xüsusiyyətləri və psixologiyası və Xərçəng bürcünün insanları
['xərçəng bürcü', 'cancer', 'xerceng burcu', 'xerceng burcu haqqinda her sey', 'xerceng burcunun xasiyyeti', 'xerceng burcunun xususiyyetleri', 'xerceng burcunun uygunlugu']
6,339
https://kayzen.az/blog/fizikl%C9%99r/3011/lev-landau-dahi-fizik.html
Lev Landau-dahi fizik
Əliyev
Görkəmli fiziklər
20 okyabr 2010, 10:46
Lev Davidoviç Landau Nobel, Lenin və üç dəfə Stalin mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Danimarka və Niderland Elmlər akademiyalarının, Amerika Elmlər və İncəsənət Akademiyasının (ABŞ), Fransa Fizika Cəmiyyətinin, London Fizika Cəmiyyətinin və London Kraliça Cəmiyyətinin üzvü, XX yüzilliyin əfsanəvi fizikidir. Onun atası David Lvoviç Landau Balaxanı neft mədənlərində mühəndis işləmiş, anası Lyubov Veniaminovna Qarkavi (Landau) isə Balaxanıda mamaça-ginekoloq kimi fəaliyyət göstərmişdir. Övladlarının təhsil alması vaxtı çatanda — 1913-cü ildə Landaular ailəsi Bakı şəhərinə köçmüş və indiki Nizami və Səməd Vurğun küçələrinin kəsişdiyi tində yerləşən binada (üzərində L.D.Landaunun xatirə lövhəsi asılmışdır) mənzil almışdır. Lev Davidoviç Landau 1924-cü ilə kimi həmin mənzildə yaşamışdır. Lev Landau 1916-cı ildə Bakı şəhərində gimnaziyaya qəbul olunur və 12 yaşında gimnaziyanı əla qiymətlərlə başa vurur. Onun ali məktəbdə oxuması üçün hələ çox gənc olduğunu nəzərə alaraq valideynləri gələcək fizikin iki il Bakı İqtisadiyyat Texnikumunda oxuması barədə qərar qəbul edirlər. O zamanlar İqtisadiyyat Texnikumunda riyaziyyat fənni çox geniş və yaxşı tədris olunurdu. Balaca Landau bu texnikuma qəbul üçün ciddi hazırlaşmışdı. 12 yaşında artıq o, differensiallama, 13 yaşında isə inteqrallama əməliyyatlarını tam mənimsəmişdi. Riyaziyyatla məşğul olmaq ona zövq verir və riyaziyyat elmindən böyük həzz alırdı. Bakı İqtisadiyyat Texnikumuna Landau 1920-ci ildə daxil olmuş və 1922-ci ildə oranı bitirmişdir. 1922-ci ildə 14 yaşlı Lev Landau müvəffəqiyyətlə Azərbaycan Dövlət Universitetinə qəbul imtahanları verir və eyni vaxtda iki fakültədə — fizika-riyaziyyat və kimya fakültələrində təhsil alır. Kimya elmi gənc Landaunu çox maraqlandırırdı. Lakin birinci semestrdən sonra o, özü üçün yəqin edir ki, fizika və riyaziyyat onun üçün daha maraqlıdır və ürəyincədir. O zamanlar Azərbaycan Dövlət Universitetində riyaziyyat elminə çox geniş yer verilir və yüksək səviyyədə tədris edilirdi. Burada bir çox məşhur riyaziyyatçılar mühazirələr oxuyurdular. Universitetdə “Matezis” adlı Tələbə Elmi Cəmiyyəti də fəaliyyət göstərirdi. Bu cəmiyyətdə tələbələrlə yanaşı, müəllimlər də iştirak edir, riyaziyyat və fizika üzrə istedadlı gənclər burada aşkar olunurdu. Lev Davidoviç Landau da ilk elmi çıxışlarına məhz Azərbaycan Dövlət Universitetində “Matezis” Tələbə Elmi Cəmiyyətində başlamışdır. Azərbaycan Dövlət Universiteti gənc Landauya böyük təsir etmiş, onda nəzəri fizikaya maraq məhz bu qədim elm ocağında yaranmışdır. O, elmi axtarışlara elə burada tələbə ikən başlamışdır. “Matezis” Tələbə Elmi Cəmiyyətində Lev Landaunun əsas çıxışlarından biri və onun istedadının olduqca geniş olduğunu xarakterizə edən ilk elmi məruzəsi o vaxtlar yeni çapdan çıxmış Orest Xvolsonun beş cildlik fizika kursu və Abram İoffenin “Molekulyar fizika” əsəri haqqında məruzəsi olmuşdur. Gənc tələbənin məruzəsi hamıda, hətta universitetin adlı-sanlı alimlərində də böyük maraq doğurmuşdur. Tələbə Elmi Cəmiyyətinin iclaslarındakı çıxışları, universitetdə əla oxuması və imtahanlarda olduqca yüksək nəticələr göstərməsi Lev Landaunu Azərbaycan Dövlət Universitetində məşhurlaşdırmış və ona diqqəti artırmışdır. Məhz Bakıda aldığı təhsil Landaunun gələcək elmi axtarışlarının və nailiyyətlərinin, nəzəri fizikaya gətirdiyi fundamental və klassik yeniliklərin, ümumiyyətlə, fizika elmində yaratdığı yeni stilin və nəzəri fizika sahəsində yaratdığı böyük məktəbin sarsılmaz əsası olmuşdur. Azərbaycan Lev Davidoviç Landaunu çox gənc olmasına baxmayaraq nəzəri fizika uzrə gələcək dahi alim kimi sabiq SSRİ-nin o vaxtkı elm mərkəzi sayılan Leninqrad şəhərinə yola salmışdır. 1924-cü ildə 16 yaşlı Lev Landau Leninqrad Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə köçürülmüşdür. 1926-cı ildə Lev Landaunun “İkiatomlu molekulların spektrləri nəzəriyyəsi” adlı ilk elmi əsəri çap olunur. Landaunun bu elmi işi onu daha da məşhurlaşdırır və o, 1926-cı ilin dekabrında Moskvada keçirilən rus fiziklərinin beşinci qurultayına dəvət olunur. Qurultayda Lev Landau “Klassik və dalğa mexanikasının əlaqəsinə dair məsələyə aid” adlı məruzə ilə çıxış edir və fizikanın bir sıra fundamental məsələlərinə həsr olunmuş çıxışlar üzrə müzakirələrdə iştirak edir. Tələbə fizik öz çıxışlırı ilə iştirakçılara olduqca güclü təsir bağışlayır. Lev Landau 1927-ci ildə Leninqrad Dövlət Universitetində təhsilini başa vurur və Leninqrad Fizika-Texnika İnstitutunun aspiranturasında təhsilini davam etdirir. Aspiranturada təhsil aldığı dövrdə Lev Landau nəzəri fizika sahəsində ciddi tədqiqatlara başlayır. Onun yeni tədqiqat işi “Dalğa mexanikasında tormozlanma problemi” adlanırdı. O, şüalanma nəticəsində tormozlanma mexanizmini analiz edərək, kvant mexanikasına yeni anlayış-sıxlıq matrisası anlayışını daxil edir. 1928-ci ildə Lev Landau fiziklərin Moskvada keçirilən altıncı qurultayın iştirakçısı olur və “Kvant statistikasının əsasları”, “Müasir fizikada səbəbiyyət prinsipi” və “Dalğa mexanikasında maqnitli elektron” adlı məruzələrlə çıxışlar edir. Lev Davidoviç Landau həmin qurultayda iştirak edən dünyanın məşhur fiziki Nils Borun diqqətini cəlb edir. Fiziklərin altıncı qurultayından sonra Lev Landau ən yaxşı aspirantlardan biri kimi təhsilini artırmaq məqsədilə Maarif Xalq Komissarlığının qərarı ilə Berlin, Qettinqen, Leypsiq, Kopenhagen, Kembric və Surix şəhərlərinə ilyarımlıq müddətinə elmi ezamiyyəyə göndərilir. 1929-cu ilin oktyabr ayında o, Berlinə gəlir və Berlin Universitetində Albert Eynşteynlə görüşür. Lev Landau o vaxtlar artıq dünyanın ən məşhur fiziki kimi tanınan Albert Eynşteynlə söhbət aparmaq istəyini bildirir. Albert Eynşteyn 21 yaşlı Landaunu öz evinə dəvət edir. Nisbilik nəzəriyyəsi ilə elmdə inqilab etmiş nəhəng nəzəriyyəçi fiziklə hər alim elmi polemikaya girişməyə cürət etmirdi. Lakin Lev Landaunun özünə əminliyi onun belə bir addım atmasına səbəb olmuş və o, Albert Eynşteynlə evində görüşmüşdür. Bu görüşdə gənc fizik Landau nəhəng Eynşteynlə kvant mexanikası haqqında elmi mübahisə edir və qeyri-müəyyənlik prinsipinin kvant mexanikasının əsas prinsipi olduğunu sübut etməyə çalışır. Landaunun əminliyi, aydın və dəqiq mülahizələri Eynşteynin xoşuna gəlsə də o, dahi fiziki razı sala bilmir. Sonralar bu iki böyük alimin görüşmək imkanları olmamışdır. Faşistlər Almaniyada hakimiyyətə gəldikdən sonra Albert Eynşteyn Amerika Birləşmiş Ştatlarına qaçmaq məcburiyyətində qalmışdır. Avropada elmi ezamiyyətdə olduğu müddətdə Lev Landau bir çox məşhur fiziklərlə görüşmüş, onların məruzələrini dinləmiş və seminarlarında iştirak etmişdir. 1930-cu il aprelin 8-də o, Danimarkanın paytaxtı Kopenhagendə Nəzəri Fizika İnstitutunun direktoru, kvant mexanikasının banisi Nils Borla görüşür. O zamanlar dünyanın hər tərəfindən gənc və istedadlı fiziklər Nils Borun yanına axışırdılar. Onlar özlərini məşhur alimin yanında sərbəst və yüngül hiss edir, Nils Bor isə gənc alimlərə olduqca yaxşı münasibət göstərirdi. Lev Landauya isə o, ilk görüşdən xüsusi məhəbbətlə yanaşmışdır. Gənc Landaunun olduqca çılğın olmasına baxmayaraq onun fitri istedadı Nils Boru valeh etmişdir. Nils Bor öz növbəsində Lev Landaunun yaradıcılığına böyük təsir göstərmişdir. Ömrünün sonuna kimi Lev Landau Nils Boru özünə müəllim hesab edirdi. Avropanın əsas elmi mərkəzlərində olarkən Lev Landau sərbəst elektronların maqnit xassələrinə dair vacib tədqiqatlar aparmış və 1930-cu ildə diamaqnetizm haqqında elmi əsərlər çap etdirmişdir. Sonralar bu təzahür “Landau diamaqnetizmi” adlandırılmış və onu görkəmli dünya alimləri ilə bir sıraya qaldırmışdır. 1931-ci ilin mart ayında Lev Landaunun elmi ezamiyyə vaxtı başa çatmış və o, Avropadan Leninqrada, Fizika-Texnika İnstitutuna qayıtmışdır. O zamanlar Leninqrad Fizika-Texnika İnstitutuna məşhur fizik Abram İoffe rəhbərlik edirdi və o, nazikqatlı izolyasiya problemlərinə dair tədqiqatlar aparırdı. Lakin xaricdən yeni qayıtmış aspirant Lev Landau Abram İoffenin nazikqatlı izolyasiya probleminə dair mülahizələrinin nəzəri cəhətdən əsaslı olmadığını sübut etmiş və A. İoffe ilə onun arasında narazılıq yaranmışdır. Bu səbəbdən də Lev Landau Leninqrad Fizika-Texnika İnstitutunu tərk etmiş və 1932-ci ildə Xarkova gələrək, Ukrayna Fizika-Texnika İnstitutunda nəzəri fizika kafedrasının müdiri seçilmişdir. Eyni zamanda, o Xarkov Mexanika-Maşınqayırma İnstitutunda da nəzəri fizika kafedrasına rəhbərlik etmişdir. Xarkovda işlədiyi dövr Lev Landau üçün olduqca məhsuldar olmuşdur. 1932-1937-ci illərdə o, Ukrayna Fizika-Texnika, Xarkov Fizika-Maşınqayırma institutlarında, Ukrayna Dövlət Universitetində mühazirələr oxumuş, bir neçə dəfə Kopenhagenə gedərək Nils Borun seminarlarında iştirak etmiş, nəzəri fizika üzrə Xarkovda konfrans (1934-cü il) təşkil etmişdir. İstedadlı gənc fiziklərin aşkar edilib təhsil almaları üçün L.Landau o vaxtlar “nəzəri minimum” adlandırılan xüsusi proqram işləyib hazırlamışdır. Əldə etdiyi elmi nəticələrə görə Ümumittifaq Attestasiya Komissiyası Lev Landauya dissertasiya müdafiə etmədən fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi vermişdir. 1935-ci ildə isə Lev Landau Xarkov Dövlət Universitetinin ümumi fizika kafedrasına rəhbərliyə başlamış və həmin il ona professor elmi rütbəsi verilmişdir. Lev Landaunun yaratdığı fundamental nəzəriyyələrdən biri də maddənin faza dəyişkənliyidir. Ona kimi bu problem üzrə qeyri-müəyyənliklər və anlaşılmazlıqlar hökm sürürdü. 1936-1937-ci illərdə Lev Landau “Fazaların ikinci növ dəyişmələri” nəzəriyyəsini və “Yüksəkkeçiricilərin aralıq vəziyyəti” nəzəriyyəsini yaradır, bu problemlərə həsr olunmuş elmi məqalələrlə çıxışlar edir. Həmin dövrdə L.Landau artıq dünyada məşhur nəzəriyyəçi fizik kimi tanınırdı və 1937-ci ilin fevralında o, Moskva Fiziki Problemlər İnstitutuna dəvət olunur və həmin institutda nəzəriyyə şöbəsinə rəhbərlik edir. Təəssüflər olsun ki, Stalin repressiyaları dünyanın bu məşhur alimindən də yan keçməmişdir. Lev Davidoviç Landau casusluq, ziyankarlıq və antistalin vərəqələrinin tərtib edilməsi ittihamları ilə 1938-ci ilin 27 aprelində həbs edilərək SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin tədricxanasına yerləşdirilir. Landaunun həbsini eşidən Nils Bor dəhşətə gəlir və o, Landaunun fizika üçün, dünya elmi üçün nə dərəcədə əhəmiyyətli olduğu barədə İosif Stalinə məktub göndərərək onun azad edilməsini xahiş edir. Eyni məzmunlu məktubla akademik Pyotr Leonidoviç Kapitsa da (Moskva Fiziki Problemlər İnstitutunun yaradıcısı və direktoru) Stalinə müraciət edir və Lavrenti Beriya ilə görüşərək Landaunun azadlığa buraxılmasına çalışır. Bu iki böyük elm adamının müdaxiləsi və onların səyləri nəticəsində Lev Landau 1939-cu ilin 29 aprelində azadlığa buraxılır. Lakin günahsız həbs olunmuş dünya şöhrətli alimə ancaq 1990-cı ildə — Sovet imperiyasının süqutu ərəfəsində bəraət verildi. Moskva Fiziki Problemlər İnstitutunda çox yaxşı ab-hava hökm sürürdü. Bu səbəbdən də həmin institutda Lev Landau çox məhsuldar fəaliyyət göstərmişdir. O vaxtlar orada maye helium üzrə tədqiqatlar aparılırdı. Ancaq Landauya qədər bu tədqiqatlar elə bir ciddi nəticələrə gətirib çıxarmamışdır. Maye heliumun yüksək axıcılığı — mütləq sıfır dərəcədə heliumun bərkiməməsi alimləri çaş-baş salmış, onun yüksək axıcılığı haqqında hər hansı bir nəzəriyyənin yaradılması istiqamətində aparılan tədqiqatlar nəticəsiz qalmışdır. Lev Davidoviç Landau bu problemin həllinə başlamış və 1940-1941-ci illərdə “Maye heliumun yüksəkaxıcılığı” nəzəriyyəsini yaratmışdır. 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Moskva Fiziki Problemlər İnstitutu kollektivi ilə birlikdə Kazan şəhərinə köçürülür. Lev Davidoviç Landau da öz həmkarları ilə birlikdə xüsusi tapşırıq üzərində çalışır. O zamanlar maye helium üzrə aparılan tədqiqatlar və əldə edilən nəticələr kvant mayesi fizikasının əsasını qoyur və 1941-ci ildə Landau tərəfindən “Kvant mayesi” nəzəriyyəsi yaradılır. 1946-cı il Lev Landau üçün çox əlamətdar olur. Həmin il bu böyük fizik SSRİ Elmlər Akademiyasının həqiqi üzvü seçilir və fəzalar dəyişkənliyi və yüksəkaxıcılıq nəzəriyyələrinin yaradılmasına görə ona Dövlət mükafatı verilir. XX əsrin 40-cı illərinin ortalarında alimləri düşündürən aktual problemlərdən biri də plazma-maddənin dördüncü halı problemi olmuşdur. Bu məsələ o qədər çətinləşdirilmiş və mürəkkəbləşdirilmişdir ki, onun həlli qeyri-mümkün hesab edilirdi. Lakin Lev Landau həmin problemi də çox parlaq formada həll etmiş və 1946-cı ildə “Elektron plazmanın rəqsləri” nəzəriyyəsini başa çatdırmışdır. Bu nəzəriyyə ilə Landau plazma fizikasına yeni anlayış daxil etmiş və bu anlayış “Landau sönməsi” adlandırılmışdır. İdarə olunan istilik-nüvə reaksiyaları üçün plazmanın qızdırılması tələb olunur. Plazmanın qızdırılması üçün də məhz “Landau sönməsi” effektindən istifadə edilir. Nəzəri fizika sahəsində Lev Davidoviç Landaunun əldə etdiyi ən parlaq nəticələrdən biri də yüksək keçiricilik sahəsində olmuşdur. Yüksək keçiricilərin maqnit xassələrini tədqiq edərkən Lev Landau Vitali Lazareviç Ginzburqla birlikdə 1950-ci ildə “Yüksəkkeçiricilik” nəzəriyyəsini yaratmışdır. Sonralar bu nəzəriyyədən istifadə etməklə yüksəkkeçiricili xəlitələr nəzəriyyəsi işlənmiş və mühüm nəticələr əldə olunmuşdur. Yeri gəlmişkən, Vitali Lazareviç Ginzburq 2003-cü ildə Nobel mükafatına layiq görülmüşdür. Lev Landaunun yaratdığı fundamental nəzəriyyələrdən biri kvant mayeləri üzrədir. Bu istiqamətdə apardığı tədqiqatlar nəticəsində o, “Fermi mayeləri” nəzəriyyəsini yaratmışdır. Klassik fizikanın qanunauyğunluqlarının əksi olaraq kvant mexanikasından məlum olur ki, mütləq sıfır dərəcədə cisimdə atomların hərəkətləri dayanmır. Beləliklə, maddənin yeni forması — kvant mayeləri meydana çıxır. 1950-1960-cı illərdə Lev Davidoviç Landau fizikanın bir çox sahələri — maqnetizm, yüksəkaxıcılıq və yüksəkkeçiricilik, bərk cisim fizikası, atom nüvəsi və elementar hissəciklər, plazma, kvant elektrodinamikası, hidrodinamika, astrofizika sahələrində elmi əsərlər yazmış, müxtəlif universtitetlərdə və institutlarda mühazirələr oxumuşdur. Bütün dünyada məşhurlaşmasına, dünyanın bir sıra akademiyalarına üzv olmasına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsinə, Nobel, Lenin və 3 dəfə Stalin mükafatları almasına baxmayaraq SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Lev Landau haqqında dosye toplamaqda davam edirdi. Toplanmış materiallardan məlum olur ki, o, sovet rejimini heç vaxt qəbul etməmişdir. Bəlkə də bu dahi fizikin avtomobil qəzasına düşməsi də DTK tərəfindən əvvəlcədən planlaşdırılmış əməliyyat olmuşdur... Yaradıcılığının ən parlaq dövründə — 1962-ci ilin 7 yanvarında Lev Davidoviç Landau olduqca ağır avtomobil qəzasına düşür. Onun “Volqa” markalı xidməti maşınının Moskvanın Dmitrov şosesində ağır yük maşını ilə toqquşması nəticəsində məşhur alim başından və döş qəfəsindən ölümcül xəsarət alır. Xəstənin vəziyyətinin kəskin pisləşməsinə və bu dahi alimin həyatını xilas etməyin nə dərəcədə əhəmiyyətli olmasına baxmayaraq sovet rəhbərliyi onun Moskvanın Kreml xəstəxanasına yerləşdirilməsinə razılıq verməmiş və o, Moskva şəhərinin Timiryazev rayonunun 50 nömrəli xəstəxanasına aparılmışdır. Dünyanın məşhur fiziklərinin səyləri, onların Avropadan, ABŞ-dan göndərdikləri dərman preparatlarının yardımı nəticəsində Lev Davidoviç Landaunu ölümdən xilas etmək mümkün olmuş və o, 1962-ci ilin sentyabr ayında SSRİ Elmlər Akademiyasının xəstəxanasına köçürülmüşdür. Həmin ilin noyabrında Landau ona Nobel mükafatı verilməsi barədə teleqram alır. Nobel Komitəsinin tarixində ilk dəfə olaraq xüsusi hal kimi məşhur fizik Lev Landaunun Stokholma gedə bilməməsi nəzərə alınır və İsveçin Moskvada olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim edir. Lev Landau ömrümün iki ilini xəstəxanalarda keçirir, ancaq 1964-cü ilin 25 yanvarında öz evinə qayıda bilir. Lev Landaunu dünya alimlərinin səyləri nəticəsində ölümdən xilas etmək mümkün olsa da, onun səhhəti tam bərpa olunmamışdı. 1968-ci il martın 24-də onun səhhəti kəskin pisləşmiş və yenidən xəstəxanaya aparılmışdır. Göstərilən səylərə baxmayaraq sovet nəzəri fizikasının banisi, məşhur nəzəriyyəçi fizik, həmyerlimiz Lev Davidoviç Landaunun həyatını xilas etmək mümkün olmamış və o, 1968-ci il aprelin 1-də Moskva şəhərində vəfat etmişdir. Azərbaycan torpağında dünyaya gəlmiş bu görkəmli alimin həyatı, yaradıcılığı və elmi fəaliyyəti böyük bir məktəbdir. Arzu edərdik ki, gənclərimiz, tələbələrimiz, elmi fəaliyyətlə məşğul olan insanlarımız bu böyük həmvətənimizin irsini daha dərindən öyrənsinlər və onun yaratdığı məktəbdən bəhrələnsinlər. İnkişaf ancaq və ancaq elmdən keçir. Elmsiz məkan zülmət və cəhalət deməkdir. Bəşəriyyətin bugünkü firavan yaşayışı və inkişafı isə məhz Lev Davidoviç Landau kimi əfsanəvi alimlərin əməyi nəticəsində mümkün olmuşdur. Köçəri İMANOV,texnika elmlər namizədi  Xalq qəzeti.- 2009.
['Landau', 'Ландау', 'yəhudi alim', 'dahilərin həyatı', 'dahi fizik', 'görkəmli fiziklər', 'dahi insan', 'dahi insanlar', 'Lev Davidoviç Landau']
6,340
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/2744/nikah.html
Nikah
nərgiz
Xoşbəxt ailə
14 okyabr 2010, 09:44
Nikah insan həyatında ən əlamətdar hadisədir. Bu da təbiidir. O, ailənin hüquqi əsasıdır. Nikahı vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanı (VADQ) qeydə alır. Hər gün respublikamızda neçə-neçə gənc nikah bağlayır, neçə ailənin təməl daşı qoyulur. Hər dəfə nikahı qeyd edən təşkilatın nümayəndəsi- vətəndaş aktlarının dövlət qeydiyyatı orqanının müdiri gənc ər-arvadı belə xoş sözlərlə təbrik edir, onlara ailə xoşbəxtliyi arzulayır. Cəmiyyətimizdə nikah iqtisadi mülahizələrdən azad olub kişilərin və qadınların məhəbbətə, sədaqətə, uşaqların olması arzusuna əsaslanan könüllü, bərabərhüquqlu ittifaqıdır.Ölkəmizdə nikahın bağlanması, ərlə arvad arasında, valideynlərlə uşaqlar arasında münasibətlər, övladlığa götürmə, atalığın müəyyən edilməsi, alimentin tutulması, qəyumluq və himayəçilik, nikahın pozulması, nikahın vətəndaşlıq aktlarının dövlət qeydiyyatına alınması respublikamızın Qanunvericiliyi ilə tənzim edilir. Nikahın bağlanması qaydaları Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 9-cu maddəsində qeydə alınır. Nikah vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanı nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Ər və arvad arasında yaş fərqi. Bu məsələdən söz düşəndə müasir gənclər bəzən xəbər alırlar: əgər sevirsənsə, yaşın nə fərqi var? İlk baxışda sual bəlkə də məntiqi görünür. Lakin yalnız ilk baxışda. Halbuki ailə həyatı, ər-arvad münasibətlərinin sonrakı inkişafı üçün yaşın da öz əhəmiyyəti vardır. Bu sahədə hələ qədim zamanlardan mövcud etalon və stereotiplər qadının (arvadın) yaşca kişidən (ərindən) kiçik olmasını nəzərdə tutur. Kişilər əksər hallarda özlərindən nisbətən yaşca kiçik, qadınlar yaşca böyük kişilərlə ailə qururlar. Ərin arvaddan 5-7 yaş böyük olması ən əlverişli seçimdir. Nikah və ailə hüququ məsələləri haqqında. Cəmiyyətimizdə təknikahlıq hökm sürür. İkiarvadlıq və çoxarvadlıq- keçmişdə geniş təsadüf olunan belə hallar həyat tərzimizə yabançıdır, əxlaqımızla bir araya sığmır. Azərbaycan  Respublikasının Cinayət Məcəlləsinə görə, nikah qeydə alınıb-alınmamasından asılı olmayaraq ümumi təsərrüfatı birgə idarə etməklə iki və daha çox qadınla yaşamaq iki ilədək müddətə azadlıqdan məhrumetmə, yaxud bir ilədək islah işləri ilə cəzalandırılır. Yetkinlik yaşına çatmamış qızların ərə verilməsinə, yaxud evlənmək məqsədi ilə qaçırılmasına görə də cəza müəyyənləşdirilmişdir. Nikahın bağlanmasına mane olan hallar. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: Yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar) ; Övladlığa götürənlər və övladlığa götürülənlər; İkisindən biri və ya hər ikisi başqası ilə nigahda olan şəxslər; İkisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. Nikah bağlamadan ailə yaratmaq düzgün deyildir. Çünki belə ailədə gələcək uşaqların tərbiyəsi pozulur, ər-arvadın ailə məsuliyyəti hissi azalır. Nikahın bağlanması kişi və qadınların üzərinə mühüm vəzifələr qoyur. Onlar yeni - ər-arvadlıq vəziyyətinə daxil olurlar. Şəxsi həyatlarının dəyişilməsi ilə bərabər onların ictimai rolu, hüquqi vəziyyəti yeni vəziyyət alır. Əgər onlar məhəbbət və dostluq illərində öz münasibətlərini yalnız qəlblərinin hökmü ilə qururdularsa, indi bu münasibətləri həm dənikah və ailə qanunvericiliyinin tələblərinə tabe etdirməli olurlar. Mənbə kimi universitet mühazirələrindən istifadə etmişəm UPD. Nikah istəyi birbaşa təhsildən asılıdır Virciniya Universitetinin tədqiqatçıları nigah istəyinin birbaşa təhsildən asılı olduğu qənaətinə gəliblər.  Onların məlumatlarına görə, son 30 ildə nigahdan kənar doğuşların miqdarı 13%-dən 44% qədər yüksəlib. Onların valideynləri vurğulandığı kimi yalnız məktəb təhsili alan “orta amerikalılardır”.Xatırladaq ki, nisbətən az savadlı amerikalı cütlüklər arasında boşanma halları da çoxluq təşkil edir. Belə ki, ilk nigahın pozulmaması 73% idisə, indi bu göstərici 45%-ə düşüb.Lakin, maliyyə cəhətdən imkanlı amerikalılar (onlar ölkə əhalisinin 3/1-ni təşkil edirlər)-ali təhsilli və elmi dərəcəsi olanlar arasında vəziyyət təmamilə başqadır. Bu sıradan olan əhali arsında son 10 il ərzində nigahdahkənar doğuşlar yalnız 2%-dən 6%-ə qədər arta bilib. İlk möhkəm nigahın  pozulmaması 73% təşkil edibsə, indi bu rəqəm 56%-ə enib.Tədqiqatlar göstərir ki, “orta amerikalılar” imkanlı və təhsilli həmvətənlərindən fərqli olaraq, nigaha meyilli əhval-ruhiyyədə deyillər.  Alimlər hesab edir ki, münasibətlərin bu cür düzümü dövlət üçün daha əhəmiyyətil olan əks effekt yaradır. Onların qənaətinə görə, möhkəm ailədə böyüyən uşaq həyatda daha çox uğur qazana bilir. O, asanlıqla təhsil alır, yaxşı iş tapır, həmçinin özünün xoşbəxt ailəsi olur. UPD. Nikah partnyorunu genlərimiz seçir Əksliklərin cəzb olunduğunu genetiklər altıncı xromosom səviyyəsində isbat ediblər. Biz gələcək nəsilin sağlamlığını təmin etmək üçün bizə əks olan histouyuşma genlər toplumundan partnyoru seçirik. Genetiklər insanların öz partnyorunu necə seçməsi məsələsinə yeni işıq salıblar. Əslində bizi genomdakı xarakterin yaxşı cəhətrləri, ümumi maraqlar deyil, fərqlər cəzb edir. Bu fərqlər yaranmanın müvəffəqiyyətini təmin edir. Müxtəlif histouyuşma baş kompleksi olan (HUBK) insanlar bir-birini seçəcək, nəinki eyni olanlar. Yəqin ki, bu sağlam nəslin doğulmasına zəmanət verən evalyusiya strateqiyasıdır. Histouyuşma və ya toxuma uyuşması indi orqanların və toxumaların başqa bədənə keçirilməsində onların yabançı orqana öyrəşib-oyrəşməməsi riskinin təyin edilməsində geniş istifadə olunur. Braziliya genetiklər komandası 1998-ci ildən histouyuşma üzərində işləyir bioloji toplumların müxtəlif qiymətlərini yoxlamış, sonda braziliya populyasiyasında nigah partnyorlarının seçimini izləməyə qərara gəliblər. Genetiklər 90 ər-arvadın (HUBK)-nı öyrənərək, 152 təsadüfi seçim edən , sırf təcrübə üçün yoxlanılan cütlükləri ilə müqayisə ediblər. Nəticə göstərib ki, təsadüfi seçilən cütlüklərdən fərqli olaraq əsl ər-arvad cütlüklərinin histouyuşması çox fərqlidir. Bioloqlar onurğalıların dişilərinin çoxluq təşkil edən hissəsi kimi qadınların da öz HUBK-lərindən fərqli olanına meyl etməsini əvvəllər tədqiq etmişdilər. Əsasən də əks cinslərdə bir bədənin qoxusunun digərinə nisbətən histouyuşmanın təsiri ilə üstünlük verməsi məsələsi çox geniş yayılıb.  
['nikah', 'evlənmə', 'nigah']
6,341
https://kayzen.az/blog/immun/2154/immunitet-v%C9%99-onun-n%C3%B6vl%C9%99ri.html
İmmunitet və onun növləri
loğman
İmmun sistemi
13 okyabr 2010, 10:31
Bildiyimiz kimi, qanın hər bir formalı elementi və qan hüceyrələri orqanizmdə müəyyən bir funksiya yerinə yetirir. Bizə məlumdur ki, leykositlər orqanizmin mikroblardan, zəhərli maddələrdən və yad hüceyrələrdən qoruyur. Bir sözlə orqanizmin müdafiə sistemində iştirak edir. Böyük rus alimi İ.İ. Meçnikov müəyyənləşdirmişdir ki, leykositlər orqanizmdə müdafiə funksiya yerinə yetirir. Leykositlər  orqanizmə daxil olan infeksion xəstəliklər törədən mikrobları udub, həll etməklə zərərsizləşdirir, nəticədə özləri də ölür və çirk əmələ gəlir. Bu proses faqositoz, leykositlər isə faqositlər adlandırılıb. Muçnikovun bu fikri immunitet təliminin əsasını qoydu. Bu kəşf bir çox keçirici xəstəliklərin qarşısının alınmasına, bəşətiyyəti qırğınlardan qurtaran peyvəndlənmə üsulunu yaratmışdı.Məlumdur ki, orqanizmə düşən bakteriyalar düşdükləri yerə özlərindən toksin adlanan zəhərli maddələr buraxırlar. Orqanizm isə həmin toksinləri- zəhərləri neytrallaşdıran antitoksin hazırlayır. Bu antitoksinlərin bəziləri qanın tərkib elementi kimi illərlə orqanizmdə qalır və insanları həmin xəstəliklərə təkrarən tutulmasının qarşısını alır. Keçici xəstəliklərə qarşı orqanizmin müqavimətinin artması immunitet adlandırılmışdır. Immunitet latın sözü olub “immunis” sözündən götürülüb, xilas etmə, azad etmə deməkdir. Vaksin və zərdabları orqanizmə yoluxdurmaqla onda aktiv və yaxud passiv immunitet yaradılır ki, sonradan həmin orqanizm o xəstəliyə tutulmur. Immunitetin iki növü var: 1.Anadangəlmə- növə məxsus olur. 2.Sonradan qazanılan- fərdə məxsus olur. Anadangəlmə immunitet növün irsi əlamətidir. Məsələn:dovşan və yaxud it polimetit (uşaq paraloci) xəstəliyinə, insan isə iribuynuzlu qaramalın cuma xəstəliyinə tutulmur. Insanın xəstələnməməsinə səbəb onun qanında hazır antitellərin olmasıdır. Anadangəlmə immunitet uşağa valideynlərdən keçir. Digər hallarda isə immunitet insanın keçirdiyi yoluxucu xəstəliklərdən sonra yaranır. Bu qazanılmış immunitetdir. Qazanılmış  immunitet 2 yerə bölünür: 1. Təbii 2. Süni. Anadangəlmə və yaxud keçirilmiş xəstəlik nəticəsində qazanılmış immunitetə təbii immunitet deyilir. Təbii immunitet o vaxt əmələ gəlir ki, insan həmin xəstəliyi keçirir. Məsələn, insan uşaqlıqda qızılca, göy öskürək, su çiçəyi kimi xəstəliklərini keçirirsə, o bir daha həmin xəstəliyə tutulmur, çünki onun qanında  həmin xəstəliyə qarşı xüsusi maddə-antitel əmələ gəlir. Bu antitel zülalı maddə olub, yad cisimləri (mikroorqanizmləri) və zəhəri zərərsizləşdirir. Təbii passiv immunitet isə ananın qanı ilə plasenta vasitəsilə keçərək dölün qanına düşür və döldə əmələ gəlir. Passiv immunitet ananın südü ilə də keçə bilir. Məsələn, skarlatina, difteriya və s. Lakin 1-2 il keçdikdən sonra  həmin antitellər dağılır, orqanizmdən tədricən çıxır və uşaq həmin xəstəliklərə tez 1 zamanda yoluxa bilir. Süni aktiv immunitet sağlam adama və yaxud heyvana xəstəlik törədən mikroorqanizmlərin zəifləmiş kütləsini və yaxud mikrob zəhəri-toksinini yoluxdurduqdan sonra əmələ gəlir. Bu preparatın vaksinindən köçürüldükdən sonra  həmin adam o xəstəliyə yüngül firmada tutulur,  orqanizmdə antitel əmələ gəlir. Süni passiv immunitet- orqanizmə xəstəliklərdən mikrob və onun zəhəri olan antitel və antitoksin olan zərdab köçürülür. Zərdabı başlıca  immunlaşdırılmış at qanından alırlar. Passiv  immunitet 1 aydan çox orqanizmdə qalmır, özünü  orqanizmdə zərdabı köçürən kimi göstərir. Vaxtında zərdabı köçürülməsi 1 çox ağır xəstəliklərin tez 1 zamanda qarşısını alır. Əgər vaxtında zərdab vurulmazsa, insan xəstəliyə tutulduğu zaman orqanizm həmin  xəstəliyə qarşı antitel hazırlaya bilmir və nəticədə ölür. Uşaq orqanizminin immun reaksiyalarının formalaşması- Embrional inkişaf dövründə dölün  orqanizmində antitellər formalaşmır. Ilk 3 aylıqda körpələr keçici xəstəliklərə tutulmur. Buna səbəb ana  orqanizmindən alınan immun tellərdir. Anadan plasenta vasitəsilə  antitel daşıyıcısı -qammaqlobulin dölə keçir.  Antitellərin bəziləri isə süd vasitəsilə körpəyə çatır. Həmçinin bax immunitetin yaranma nəzəriyyələri Orqanizm böyüdükcə onun immunoloji xüsusiyyəti formalaşmağa başlayır. 2-ci ilin sonunda 1 neçə immun cisimciyi əmələ gəlir. Müəyyənləşdirilib ki, kollektivdə böyüyən uşaqlarda  immun reaksiyaları daha tez formalaşır. Buna səbəb isə, həmin uşaqlarda   gizli immunlaşma ehtimalının çox olmasıdır. Sağlam uşağa xəstə uşaqdan xəstəlik törədicisinin zəif dozası düşür, sonra törədicilər ölür, uşaq isə xəstələnmir, ya da xəstəliyi zəif keçirir. Həmin dövrdə orqanizmdə bu xəstəliyə qarşı antitellər əmələ gəlir. 10 yaşlı uşaqlarda  orqanizmin immun xüsusiyyəti yaxşı inkişaf edir. 10 yaşdan 40 yaşına qədər nisbi sabitlik dövrü olur. 40 yaşından sonra orqanizmin immun xüsusiyyəti azalır. Orqanizmin immunitetinin formalaşmasında profilaktik peyvəndin rolu çox böyükdür. Bəzi xəstəlik törədicilərinə qarşı peyvənd və təkrar peyvənd-revaksinasiya vaxtı aşağıdakı kimidir. 1. Vərəmə qarşı anadan olandan 5-7 gün sonra təkrar peyvənd 7,12 və 17 yaşında 2. Polimelitə qarşı ilk dəfə 2 aylığında, revaksinasiya 1,2 və 3 yaşında, daha sonra 7 və 15-16 yaşında 3. Difteriya, göy öskürəyə qarşı ilk dəfə 5-6 aylığında, təkrar peyvənd 2-3 və 6 yaşında (məktəbə getməmişdən əvvəl) 4. Çiçəyə qarşı ilk dəfə 1-1,5 yaşında, təkrar peyvənd 8 və 15 yaşında 5. Qızılcaya qarşı ilk dəfə 10 aylığında, 8 yaşında isə peyvənd olunmamış qızılcaya tutulmamış körpələrin hamısına.Həmçinin bax: QİÇS xəstəliyi
['immun sistemi', 'immunitet']
6,342
https://kayzen.az/blog/zodiak-sade/3015/%C9%99kizl%C9%99r-b%C3%BCrc%C3%BCn%C3%BCn-xarakteri.html
Əkizlər bürcünün xarakteri
Tomris
Bürclər
12 okyabr 2010, 15:13
Ulduzlar sistemində üçüncü yeri tutan Əkizlər bürcü təxminən mayın 22-dən iyunun 21-nə qədər olan dövrü (31 günü) əhatə edir. Ünsürü hava, planeti Merkuri, xoşbəxt rəqəmi 3, 5, 12, 18, düşərli günü çərşənbə, bazar, düşərsiz günü cümə axşamı, astroloji rəngi bənövşəyi, boz, açıq-sarı, narıncı, uğursuz rəngi yaşıl, qiymətli daşı əqiq, dağ kristalı, metalı qızıl, gümüş, enerji verən çiçəyi marqaritka, lalə, jasmin, nərgiz, müxalif bürcü isə Oxatandır. Əkizlər bürcü Göy qübbəsində 524 kvadrat dərəcəlik sahəni tutur. Ona adi gözlə görünən 70 ulduz daxildir. Kastor və Polluks ulduzları isə daha parlaqdır. Səmanın şimal yarımkürəsində yerləşən Əkizlər bürcü digər zodiak işarələrindən yüksəkdə durur. Bu bürcün planeti olan Merkuri astronomik hesabla birinci yeri tutur. Onu qədim Roma Allahı Merkurinin şərəfinə belə adlandırıblar. Bu planet ticarət və alış-veriş işlərinə böyük təsir göstərir, eləcə də idmanın inkişafında əhəmiyyətli rol oynayır. Qədimlərdə Merkurini həm də ölmüş insan ruhlarının və yeraltı aləmin hakimi hesab edirdilər. Onun radiusu 2440 km, elementi torpaq, tərkibi quraqlıq, xarakteri isə şöhrətpərəslikdir. Əkizlərin xarakterik keyfiyyətləri Hazırda Göy qübbəsinə hakim kəsilən bu bürc altında dünyaya gələn adamlar ilk növbədə müşahidəçilik qabiliyyəti ilə seçilirlər. Onlar başqalarının informasiyalarından daha çox öz intuisiyalarına inanırlar. Bu bürcün sakinləri dünyanı olduğu kimi deyil, öz xəyallarındakı kimi təsəvvür edirlər. Məhz bu səbəbdən də əksər hallarda ömürləri boyu reallıqdan kənarda qalır, mürəkkəb prosseslərdə özlərini itirirlər. "Əkizlər«in ən böyük qüsuru ikili fikrə malik olmalarıdır. Belə ki, onlar lazımi məqamda qərar çıxarmaqda çətinlik çəkirlər. Bəzən hətta son ana qədər baş verən məsələyə münasibət bildirməkdən də çəkinirlər. Əlbəttə ki, bundan əvvəl haqqında yazdığımız Buğa bürcünün sakinləri də öz fikirlərini son məqamda deyirlər. Lakin birincilərdə bu addım təmkinlə, uzaqgörənlikdən irəli gəlirsə, ikincilərdə səriştəsizlikdən və qətiyyətsizlikdən doğur. Yəqin elə bu səbəbdən də bəzi münəccimlər belələrinin etibarlı dost olmadığını israr edir. »Əkizlər" nadir hallarda zəmanədən şikayətlənirlər. Onların əsas gileyi yalnız insanlar olur. Əgər belə tanışlarınız varsa, yəqin ki, dediklərimizi təsdiqləyərsiniz. Bu zodiakın nümayəndələri həmişə narahat görünürlər. Bəzən hətta cəmiyyətdən təcrid olunub ağır güzəran da keçirirlər. Lakin gələcəyə romantik inam həmişə onlarda yarana biləcək ruh düşkünlüyünün qarşısını alır. Bu bürcdən olan adamlar özləri haqda az və ya yalnız yanlış informasiya verirlər. «Gözümlə görməsəm, inanmaram» ifadəsi də məhz onlar üçündür. Çünki "Əkizlər«i danışıq və məsləhətlə yola gətirmək nadir hallarda baş tutur. Bu şəxslər təcrübələri olmayan heç bir prosesə inanmırlar. Çevik və aktiv olan „Əkizlər“ başladıqları işi axıra çatdırmağa meylli olsalar da, bu istək çox vaxt reallaşmır. Münəccimlər hesab edir ki, bu zodiak işarəsi altında dünyaya gələnlərin qəlbində böyük mərhəmət və xeyirxahlıq hökm sürür. Sadəcə olaraq, bunu üzə çıxarmaqda çətinlik çəkirlər. Bəzən ömürlərinin sonuna qədər sadaladığımız bu mühüm keyfiyyətləri büruzə verə bilmirlər. „Əkizlər“ tənhalıqdan çox qorxurlar (axı onlar bir nəfər deyil — S.R.). Çox vaxt belə hallardan üzülüb özlərinə qəsd də edirlər. Karmaya görə, hava işarəsi olan „Əkizlər“ kommunikasion əlaqəni təcəssüm etdirir. O, əlaqə, informasiya və kibernetikanı idarə etdiyindən müasir sivilizasiyada olduqca vacib rol oynayır. Beləsi üçün daha çox hər hansı informasiyanı səthi şəkildə qavramaq və dərhal da başqasına ötürmək xarakterikdir. Onun bu qədər qeyri-dəqiq olmasının müsbət tərəfləri də var. „Əkizlər“ insanı mahiyyətə varmadan aralaşdırıb, səthə çıxararaq bir növ ruhi əzabları yüngülləşdirir. Bununla da yeniləşməyə səbəb olur. Ali Əkizlər hər hansı bir məsələnin mahiyyətinə varmaqla məşğuldur. Bunu sözün əsl mənasında onların məşğul olduqları sahənin fələsəfəsi də adlandırmaq olar. Hər bir elmdə və ya insan fəaliyyəti sferasında müəyyən qanunlar var ki, bunlar da elmi yox, daha çox mistik xarakter daşıyır. Ali Əkizlər məhz bu qanunları kəşf etmək üçün Yer kürəsinə göndərilir. Beləsi dinin və fəlsəfənin sintezini yaratmağa çalışmalıdır. »Əkizlər«in diqqətini cəlb etmək üçün həmişə yüksək əhval-ruhiyyədə olmaq lazımdır. Onlar daxili aləmini sonacan dərk etmədikləri, sirli, qeyri-adi insanları sevirlər. Unutmaq olmaz ki, „Əkizlər“ hər şeylə maraqlanır, fantaziyaları sevirlər. Onlar məşhur insanları, parlaq söhbətləri və əyləncələri olan cəmiyyətə çıxmaq istəyirlər. Bu şəxslərə xas olan uzaqgörənlik və ehtiyatlılıq heç də özünü həmişə doğrultmur. Bunlar bir-birilə mübarizə apara, hər iki tərəfə kömək edə və ya aranı qızışdıra bilərlər. Onlar məhz bu cür xarakterə qadirdirlər. Onlar hətta „yayda qar da tapa bilərlər“. Hər işi bacarmalarına baxmayaraq, „Əkizlər“in intim əlaqədəki cəhdləri uğursuzluqla nəticələnir. Qadın-Əkizlər çoxlu açarları olan vəzifəli şəxslərə qarşı xüsusi ehtiras bəsləyirlər: bu vəzifəli şəxs bank direktoru, türmə rəisi və s. ola bilər. Bu cür insanlar rəhbər orqanlara keçdikdən sonra çətinlikləri bəhanə gətirərək, öz tərəf-müqabillərini „soymaqla“ məşğul olurlar. Kişi-Əkizlər isə bu cür haqsızlığa dözə bilmir, bunun qarşısını almaq üçün əllərindən gələni edirlər. Bu bürcə aid insanlar istənilən mühitdə uğur qazana bilərlər. Lakin əminliklə demək olar ki, onlar heç bir sahəni mənimsəmirlər. Onların karyera qurmaq üçün ən yaxşı şansı musiqidə, ələlxüsus da ədəbiyyat sahəsində olur. „Əkizlər“ maliyyə və kapitalla rəftar etməyi bacarmırlar. Buna görə də pulla bağlı problemlər az qala bütün ömürləri boyu onları təqib edərək çoxlu sıxıntılara, hətta ailə qalmaqallarına da səbəb olur. Onların fəaliyyət göstərməsi üçün nisbətən uğurlu mühit radio, televiziya və dilçilikdir. Həmçinin kapital qoymaq üçün onların ən uğurlu sahəsi kağız istehsalıdır. Bir şeyi də nəzərinizə çatdıraq ki, barəsində yazdığımız bürcün qadınları əzmkarlıq, zəhmətkeşlik baxımından heç də kişilərdən geri qalmırlar. Müasir astrologiyaya görə, Əkizlər və Oğlaq bürcünün qadınları evlilik həyatında ailə başçısı missiyasını öz üzərlərinə götürürlər. Bəzən də ailəsini təkbaşına dolandırırlar. Ümumiyyətlə, „Əkizlər“in müəmmalı cizgiləri çoxdur. Bəzən onların halı xarab olanda ətrafdakıların ovqatını səbəbsiz yerə korlayır, müəyyən vaxtdan sonra buna görə təəssüflənib üzr istəyirlər. Fikirlərini konkret bir məsələ üzərində cəmləşdirə bilməyən „Əkizlər“ bəzən nəyisə təhlil edir, hərtərəfli aydınlaşdırır, sonra isə bunu yarımçıq qoyub başqa bir işə girişirlər. Bu xüsusiyyət isə onları başqalarından üstün göstərə bilmir. Bu adamlarda nəzakət və mülayimlik az olur. „Əkizlər“ hətta sevəndə də qısqanclıq və çığır-bağır səhnələrinə davam gətirməkdənsə, qaçmağı vacib sayırlar. Onlar öz hisslərini çox ustalıqla gizlədə bilirlər. Bu işarə altında doğulanların sevgisini qazanmaq üçün əvvəlcə özünüz onlara məhəbbətinizi bildirməlisiniz. Çünki „Əkizlər“ öz sevgisini heç vaxt etiraf etməyəcək, səylə öz hisslərini gizlətməyə çalışacaqlar. Onlar evlilik həyatında, ailədə uşaqları çox sevir, amma onlara qarşı o qədər də diqqətli olmurlar. Bu bürc altında dünyaya gələn adamlar ən müxtəlif peşə qabiliyyətlərinə malik olurlar. Müasir dünya astrologiyası „Əkizlər“dən bacarıqlı vəkil, ticarətçi, katib, hüquqşünas, müəllim, səyahətçi, natiq, filosof, siyasi vasitəçi, bəzənsə fırıldaqçı və oğrular yetişdiyini bildirir. Amma bütün dövrlərin nücum elmi birmənalı qaydada bəyan edir ki, Əkizlər bürcünə şamil edilənlər daha çox mətbuat işçisi kimi yararlı olurlar. Çünki bu adamlar qədər informasiyanı tez qəbul edənlər yoxdur. Çox güman ki, məmləkətimizdə çıxan qəzetlərdə fəaliyyət göstərən „Əkizlər“ digər həmkarlarına nisbətən daha fəaldır. İdarəedici „Əkizlər“ isə yaradıcı, oyun qaydalarını yaxşı bilən, bəzi hallarda isə hiyləgər olurlar. Ona tabe olanlara mütləq sərbəstlik lazımdır. Bu rəhbərlə şəxsi münasibətləri dərinləşdirmək məsləhət deyil. Yoxsa öz problemlərinizlə onda sizə qarşı ikrah yarada bilərsiniz. Rəhbər „Əkizlər“lə ehtiyatlı olmağınız da vacibdir. Çünki o, kənar təsirlərə tez uyur, işçiləri haqqında deyilən hər yalana inanırlar. Bu səbəbdən də karyeraya yetişmək istəyirsinizsə, öz giley-güzarınızı bir tərəfə atıb yalnız fəaliyyətlə məşğul olmalısınız. Yaxşı olar ki, müdirinizə yeni ideyalar verəsiniz. Amma yumor hissinizi də dondurmamalısınız. Məşhur „Əkizlər“: Qasım Bəy Zakir, Mirzə Şəfi Vazeh, M.Ə.Sabir, Qaçaq Ќəbi, Məmməd Arif, Möhsün Sənani, Hökumə Qurbanova, Mikayıl Müşfiq, Vaqif Səmədoğlu, Hamlet Xanızadə, Xuraman və Fidan Qasımovalar, Hacı Xanməmmədov, Ќiyaməddin Musayev, Ömür Ќağıyev, Afaq Məsud, Amaliya Pənahova, İsa Hüseynov, Bəsti Cəfərova, Hacağa Abbasov, Eldar Rzaquliyev, Ќazim İmanov, Söhrab Tahir, Mehdi Məmmədov, Habil Əliyev, İlyas Əfəndiyev, Asim Mollazadə, Ramiz Fətəliyev, Gülyanaq Məmmədova, Oqtay Mirqasımov və b. Müəllif: Səbuhi Rəhimli
['əkizlər bürcü', 'ekizler burcu', 'ekizler burcu haqqinda her sey', 'ekizler burcunun xususiyyetleri', 'ekizler burcu xususiyyetleri', 'ekizler burcu haqqinda umumi melumat']
6,343
https://kayzen.az/blog/marstrat/2442/3.2-art%C4%B1m-matrisiboston-konsaltinq-qrupu-bcg-group.html
3.2 Artım matrisi–Boston Konsaltinq Qrupu (BCG group)
marketoloq
Marketinq strategiyaları
10 okyabr 2010, 01:55
1960-cı ilin ortalarında bir çox kompaniyalar fəaliyyət növləri portfelində tarazlığı qiymətləndirmək üsullarını axtarmağa başladılar. Bəzi kompaniyalar yenicə formalaşan və Mead Paper korporasiyasına xidmət göstərdiyi zaman dörd kateqoriya üzrə əldə etmənin təsnifatı metodunu hazırlayan Boston Consulting Group firmasına müraciət etməyə başladılar. 1970-ci ildən bu metod artım matrisi – xüsusi çəki, yaxud da Boston matrisinə (Henderson, 1970) çevrildi. Şəkil 3.5-də Boston Consulting Groupun metodunun əsasında duran iki ölçmə təsvir olunmuşdur. 3.2.1. Bazarın artım tempi Şaquli xətt boyunca ilk ölçmə bazarın artım tempinin nəğd axınlara təsirini ölçməyə imkan verir. Bu ölçmə “vasitəçi” rolunu oynayır və ya başqa sözlə, bazarın artım tempi asan ölçüldüyündən “məhsulun həyat dövranı” anlayışının əvəzedicisi rolunu oynayır (bax. Hooley, 1994).  O, məhsulun bütün həyat dövrünə tipik olan strategiyanı və onunla bağlı xərcləri əks etdirir. Şəkil 3.5 Artım matrisi-bazar dövriyyəsində xüsusi çəki Məhsulun bazara çıxarılması zamanı aydındır ki, xərclər əhə­miy­yətli dərəcədə gəliri üstələyir. Tədqiqata və hazırlamalara, istehsal gücünün yaradılmasına və marketinq mövqeyində güclənməyə  çəkilən xərc­ləri ödəmək lazım gəlir.  Bilindiyi kimi, məhsulun həyat tsiklinin başlanğıc və giriş fazasında nəğd axınlar mənfi olacaq və buna görə də digər mənbələrdən (yaxu da kənar kreditorlardan borc almaqla) müəs­sisə­yə vəsait qoyulması ehtiyacı yaranacaq. Məhsulun bazarda möhkəm­lənməsi ilə  gəlirlər yüksəlsə də, müəssisə sonrakı kapital qoyuluşlarına ehtiyac duyması səbəbindən hələ də vəsait aclığı hiss edəcək. Əgər isteh­salın həcmi xammal alışı həcmindən aşağı, satışdan isə yuxarı olarsa, bu problemlər, inkişaf edən bazarlarda tarazlığın olmaması səbəbindən, daha da dərinləşəcək. Sürətli artım zamanı mənfəət ən yüksək həddinə çata bilər, lakin təkrar investisiyalara kəskin tələbatlar olur (ikinci və üçüncü nəsil  məhsullar, seqmentdə əmələ gələn tələbatı ödəmək üçün məhsulun assortimentitin genişləndirilməsi və s.). Bu mərhələdə nəğd axınlar balans­laşa və ya ümumilikdə çox cüzi artıqlıq əmələ gələ bilər. Məhsulun həyat tsiklinin artım fazasından yetkinlik fazasına keçmə­sindən sonra mənfəət göstəriciləri düşür, çünki, nou-hou daha asan əldə olunan,   diferensiasiya isə daha az nəzərəçarpan olur. Yeni iştirak­çıla­rın bazara girməsi ilə rəqabətin fəallaşması əldə olunan mənfəətin həcminin azalmasına səbəb ola bilər, lakin, eyni zamanda kapital inves­tisi­yalarının həcminin azalması izafi nəğd axınların daxil olması po­tensialını öz maksimumuna çatır. Formalaşmış bazarlarda fəaliyyət gös­tərən kompaniya üçün nəğd axınların daxil olması potensialı daxili möh­kəmliyin təminatçısı rolunu oynayır. Belə kompaniyaları “mavi fişkalar”(blue chips) adlandırırlar, misal üçün, Unilever və ya GE.  Şəkil 3.5-də bu dəyişiklik yüksək artım tempində mənfi nəğd axınları şəklində, aşağı artım tempində isə müsbət nəğd axınları şəklində göstərilib (formalaşmış ba­zar­da). Tənəzzüllə xarakterizə olunan məhsulun həyat dövründə artan təzyiqlər nəticəsində mənfəət göstəricisi aşağı düşür, lakin, investisiya səviy­yəsi minimal vəziyyətdə qalır. Həyat dövrünün bu mərhələsində məh­sulun mövcudluğu, ancaq, pul vəsaitlərinin daxil olmasına səbə­bin­dəndir  və daxil olan pul vəsaiti qoca məhsulların ölümündən sonra yeni məhsulların meydana çıxarılması üçün növbəti nəsil məhsullara yatırılır. 3.2.2. Nisbi bazar payı Arım matrisi-xüsusi çəkinin üfüqi oxu nisbi bazar payını əks etdirir. Bazarın artım tempi vəsaitlərin xərclənməsində (və ya investisiyalara tələbata) faydalı indikator rolunu oynadığı halda, bazar payı vəsaitlərin daxil olması ilə əlaqədar göstərici hesab olunur. Rəqiblərlə müqayisədə daha böyük bazar payı vəsaitlərin daha fəal axını ilə bağlıdır və miqyas artımının və toplanmış təcrübə əyrisinin müsbət effektlərindən şərtlənib. Boston Consulting Groupu tərəfindən 1960-cı illərdə irəli sürülən top­lanmış təcrübə əyrisi anlayışı bu qarşılıqlı əlaqə üçün əsas hesab olunur, lakin, bu konsepsiyanı müdafiə edən sübutlar 1970-1980-cı illərdə aparılan PİMS  tədqiqatlarında bir daha öz əksini tapdı. Nisbi bazar payı faktiki olaraq mənfəətlilik anlayışının əvəzedicisi kimi işlədilir. Belə yanaşmanın əsasında duran zəmin hakim bazar payının daha yüksək mənfəətliliyə gətirib çıxarmasıdır. Əlavə sübutlar Doyl (Doyle, 2002,p.170)  tərəfindən bu yaxınlarda irəli sürüldü, o göstərir ki, tez rea­lizə olunan istehlak malları üçün satışdan mənfəət bazarda lider möv­qe­yində olan kompaniyalarda orta  hesabla 18%,  “2 nömrəli” brendlərdə 3%, digərlərində isə yoxdur. Beləliklə, nəğd axınların mənfi kəmiyyəti bazar payının aşağı olması ilə bağlıdır, kompaniyanın bazar payı yüksəldikdə isə nəğd axınlar müsbət olur. Boston Consulting Group bu qarşılıqlı əlaqəni təcrübənin yığılması effekti ilə izah edir. Onlar sübut edirlər ki, kompaniya bazar təcrübəsi qazandıqca cari xərclər ixtisara düşür. Bu, əsas etibarilə təhsil əyrisinin nəticəsində, yəni, kompaniyanın qarşıya qoyulmuş vəzifələri daha asan­lıqla yerinə yetirməsi nəticəsində meydana çıxsa da,  miqyas artımından qənaət və kapital qoyuluşlarının rentabelliyindən doğan digər üstünlüklər də mövcud olur. Yığılmış təcrübə əyrisi bazar payı ilə qarşılıqlı əlaqə tsikli vasi­təsilə bağlıdır:  böyük bazar payına malik kompaniya rəqiblərinə nisbətən daha böyük təcrübə qazanır. Təcrübənin yığılması xərcləri aşağı salır. Xərc­lərin aşağı salınması maksimal bazar payına malik kompaniyanın müəyyən bazar qiymətində maksimal mənfəət alması deməkdir, mak­si­mal mənfəət və ya satışdan gəlir əldə edən kompaniya böyük bazar payını saxlamaq üçün tədqiqat və təkmilləşdirmələrə və ya marketinqə böyük vəsait xərcləyə bilər. Marketinq strategiyasının mənfəətə təsirinin tədqiqi (PİMS) (Buzzell and Gale, 1987) artım matrisi-xüsusi çəkinin inkişafına yeni təkan verdi. O, investisiyanın rentabelliyi və bazar payı arasında sıx əlaqə olduğunu göstərdi. Şəkil 3.6-da qismən nəticələri verilən tədqiqata görə intensiv istehsalla məşğul olan kompaniyalar üçün bazar payının 5-ci yerdən 1-ci yerə qalxması ilə investisiya rentabelliyi iki dəfə artır və bazar mövqeyinin yaxşılaşması zamanı tədqiqata, təkmilləşdirmələrə və marketinqə diqqət yönəldən kompaniyalar üçün bu üçə vurulur. Bu son dərəcə inandırıcı empirik nəticələr, məşğul olduğu hər işdə ən yaxşı olmağa çalışan GE kompaniyasının strategiyasının düzgün seçildiyindən xəbər verir. 3.2.3. İki ölçmənin birləşdirilməsi Bazarın artımı ilə bağlı nəğd pula tələbat və bazarın ələ keçirilməsi nəticəsində potensial daxilolmanın uyğunluğundan ibarət iki ölçmə əsasında qurulmuş artım matrisi-xüsusi çəkidə qrafiki olaraq portfelin mahiyyəti əks olunmuşdur. Şəkil 3.5-də aşağı sol sektor daha maraqlıdır, çünki, burada aşağı sürətlə artan bazarda vəsaitə olan tələbat yüksək bazar payından irəli gələn yüksək vəsait daxil olmasına uyğun gəlir. Biznesin belə istiqaməti toplanmış təcrübənin üstünlüklərindən faydalana bilər.  Formalaşmış bazarlarda olmaları və böyük bazar payına malik ol­maq sayəsində onların investisiyaya olan tələbatı az olur. Onlar nəğ­diy­yənin generatoruna çevrilir və digər kommersiya fəaliyyətlərinə yatırılası vəsaitin potensial mənbəyi olurlar.  Boston Consulting Group firması biz­nesin bu növlərini “sağmal inək” adlandırmışdır, çünki, onlardan digər istiqamətlərdə xərcləmək üçün əlavə vəsaitin əldə edilməsi məqsədilə istifadə etmək olar. Öz əksər fəaliyyətlərini bu sektorda yerləşdirmiş bir çox kom­paniyaları göstərmək olar. 1990-cı illərdə Böyük Britaniyada GEC korpo­rasiyasında yetkin biznes istiqamətlərinə malik olması nəticəsində nəğ­diyyə bolluğu  var idi. Digər Britaniya kompaniyası RTZ mineral hasilatından əldə etdiyi vəsaiti bazarda liderlik etdiyi digər sektorların müxtəlif sahələrinə uğurla yatıra bildi. Belə “sağmal inəklər” bu günkü mövcudluğun mənbələridir, lakin, təhlükə ondan ibarətdir ki,  onları həddən artıq inadla “sağırlar” və onlar öz rəqabətqabiliyyətlərini itirirlər və ya onlar tərəfindən artıq istehsal edilmişlərin passiv istehlakçılarına çevrilirlər. Korporativ səviyyədə arxayınçılığın yaranması təhlükəsi olur, çünki portfelində “sağmal inəklər” olan kompaniya heç də həmişə gələcək mövcudluq mənbələri haqqında düşünmürlər. Şəkil 3.6. PİMS təhlili –bazarda pay effekti Simon & Schuster Adult Publishing Group –un bölməsi The Free Press nəşriyyatının icazəsi ilə müəllifləri R.D.Buzzell və B.T.Gale olan THE PİMS PRİNCİPLES kitabından götürülmüşdür. Müəlliflik hüququ © 1987 The Free Press-ə məxsusdur. Bütün hüquqlar qorunur. “Sağmal inəklərin” əlverişli cəhətlərini yavaş inkişaf edən bazarda az paya malik “sevimlilərin” xüsusiyyətlərinə qarşı qoymaq olar. Bazarın yetkinliyi investisiyaya tələbatın aşağı olduğunu göstərsə də bazar payının aşağı olması mənfəət səviyyəsinin və nəğd axınları kəmiy­yətinin bazarda liderlik edən kompaniyanın göstəriciləridən əhəmiyyətli dərəcədə geri qalması anlamına gəlir. Şəkil 3.5-də göstərildiyi kimi sadə toplamalar nəticəsində nəğd axınları kəmiyyətinin sıfıra bərabər olduğunu görəcəyik. Əgər belə situasiyaya daha real olaraq yanaşsaq, onda, nəğd axınlarının ya müsbət, ya da mənfi olmaqla çox kiçik rəqəm olduğunu görə bilərik. Bu sektorda biznes istiqaməti ona görə “sevimli” ad­lanır ki, onların mövcudluğu ucuz olur və müəyyən razılıq hissi gətirir.  Bununla belə, kompaniya üçün onların maliyyə əhəmiyyəti azdır. Təhlükə ondan ibarətdir ki, onlar öz əhəmiyyətlərinə proporsional olma­ya­caq dərəcədə inzibati resursları və vaxtı məşğul edə bilərlər. Bu sek­torda yeni texnologiya ilə və ya qlobal bazarın iştirakçıları ilə rəqabətə görə əvvəlki cəlbediciliyini itirmiş mənfəətli biznes istiqamətləri ola bilər. Heç vaxt mövcudluq mənbəyi olmayan indi ağır vəziyyətini yaşayır və ya Drukerin təbiri ilə desək keçmişdə qalıb. Kiçik bazar payına malik və fomalaşmış bazarda “dünənki” mövcudluq mənbəyi olan “sevimlilər” (və ya artım matrisi – xüsusi çəkiylə bağlı olaraq onları tez-tez “itlər” də adlandırırlar) cari vaxtda çox az pul gətirir və gələcəkdə böyük pullar gətirməsi perspektivi də yoxdur. Bir çox kompaniyaların portfelində “sevimlilər” var. Əksər ba­zarların yetkin olduğunu (hər halda, inkişaf etmiş iqtisadiyyatlarda) və bu bazar­larda yalnız bir məhsulun lider olduğunu nəzərə alsaq, onda, bütün məh­sulların əksər hissəsini “sevimlilərin” sırasına aid etmək olar.  Port­felində olan istiqamətlərin əksər hissəsi “sevimlilər” olan kompaniyalar GE kimi bazar rəqabətlərində ən yaxşı olmaq strategiyasını həyata keçirə bilməyəcəklər. Kiçik nisbi bazar payına malik yaxşı mənfəət əldə edən kompaniyalara da misallar çəkmək olar. Belə kompaniyaları ifadə etmək üçün “pullu sevimlilər” termini işlədilir və bu “sağmal inəklərlə” “sevimlilər” arasında sərhədə yaxın yerləşən biznes istiqamətini bildirir. Belə kompaniyaların strategiyalarından aşağıda bəhs ediləcək. Yüksək artım templi bazarda böyük bazar payına malik kom­mer­siya istiqamətinin nəğd axın kəmiyyəti “sevimlilərin” nəğd axın kəmiy­yə­tinə analoji olsa da, tamamilə başqa perspektivə malikdir. Müəssisə hesablarının belə statistik təhlili təhlükə mənbəyi ola bilər, çünki, təhlil zamanı bu istiqamət “sevimlilərlə” eyni kateqoriyaya düşə bilər. Həmin sek­torda yerləşən kompaniya əhəmiyyətli bazar payına malik olduğu üçün kommersiya gücünə malikdir, lakin, inkişafa investisiyanın vacib­liyi səbəbindən böyük həcmdə izafi vəsait əldə edə bilmir. İndiki halda ola bilsin ki, bu çox da mənfəətli istiqamət deyil, lakin, lazımi qaydada köməklikdən sonra onlar gələcək mövcudluğun mənbələrinə çevrilə bilərlər.  “Sevimliləri” “ulduzlardan” fərqləndirə bilməmək – portfelin təhlilinin sizə verə biləcəyi ən böyük dərslərdən biri məhz bu ola bilər. “Sevimlilər” tərəfindən yaradılan nəğdiyyənin kifayət qədər olmaması kompaniyanı ya onları “sağmağa”, ya da onlardan imtina etməyə və bu istiqamətə yeni investisiyalardan çəkinməyə sövq edir. Eyni zamanda əhəmiyyətli bazar payına malik analoji nəticəli istiqamətlər bazar payının saxlanılması və ya əldə edilməsi üçün investisiya qoyulmasına kifayət qədər əsas verir. Təəcüblü deyil ki, biznesin bu istiqaməti “ulduzlar” adlanır. Sonuncu sektor yüksək artım templi bazarlarda kiçik bazar payına malik biznes istiqamətlərinin mənfi nəğd axınlara malik ola biləcəyini göstərir. Bu istiqamətlərdə yüksək mənfəət əldə etmək üçün təcrübə çatışmır və ya onlar miqyas artımından yaranan qənaətin üstünlük­lərin­dən istifadə edə bilmirlər və eyni zamanda sürətlə inkişaf edən bazarda onların qalması üçün investisiyaya böyük ehtiyac var.  Belə biznesdə fəaliyyət göstərən kompaniyaların düşdüyü vəziyyəti “çətin uşaq”, “sual işarəsi” və ya “dilemma” adlandırırlar. Əgər kompaniya bu istiqamətlərə vəsait ayırmasa, onda, sonuncular “ölüm tsiklinə” yuvarlanacaqlar. Yal­nız indi zərərli olan bu məhsullar gələcəkdə də mənfəətli olmayan “uğur­­suzlara” çevriləcəklər. Alternativ ya ortaya qoyulan pulu ikiqat artır­maqdır, ya da oyundan çıxmaq: bazar payının əldə edilməsi və “ulduz” statusunun qazanılması üçün fəal vəsait yatırmaq, yaxud da hə­min bazardan tamamilə çıxmaq. Bazar inkişafda olduğuna görə texnolo­giya­nın dəyişdikcə açıq-aşkar inkişaf imkanları, üstünlük təşkil edən dizaynların meydana gəlməsi və yeni bazar seqmentlərinin yaranması imkanları mövcuddur. Rəqiblərin “ulduzları” əsas bazarlarda hökmranlıq edəcəklər, lakin, innovasiya mövqeləşdirilməsi və məqsədli bazarların seçilməsi ilə əlverişli imkanlardan istifadə etmək olar. 1980-cı illərdə Böyük Britaniyada fəaliyyət göstərən Amstrad kom­pa­niyası personal kompüterlər bazarında məhz belə etdi. O, məh­su­lunu, bazarda möhkəm mövqe tutmuş rəqiblərinə nisbətən gec çıxartdı, ucuz və sadə mətn redaktorlarını elektrik cihazları pərakəndə tacirləri tərəfindən satışa çıxararaq müvəffəqiyyət əldə etdi. İlk uğuru yüksək səviyyəli xidmətlə təchiz edilmiş ucuz FK-ların bazara çıxarılması davam etdirdi. Bu məhsul da iqtisadi cəhətdən daha tələbatlı pərakəndə kom­püter tacirləri vasitəsi ilə deyil, xidmətləri ucuz olan xırda müəssisələr tərəfindən satışa çıxarıldı. Bu onlara yeni bazar seqmentlərini ələ keçirməyə imkan verdi (ev istifadəçiləri və evdə işləyən peşəkarlar), on­ların rəqibləri isə bu zaman kommersiya sektorundan olan müştərilərə istiqamətlənmişdilər. Müəyyən vaxtdan sonra, rəqiblər daha mükəmməl ma­şınlar təklif  edərək ona hücüm etdikdən sonra Amstrad bazardakı möv­qeyini itirdi. Birləşmiş Ştatlarda  Compaq kompaniyası da meyn­freym-kompüterləri bazarının yetkinləşməsinin İBM kompaniyasını FK bazarına ciddi yanaşmağa məcbur edənədək İBM-lə mübarizədə bir neçə il müddətinə uğur qazandı. Lakin, çoxları belə hesab edir ki, bu bazarın pioneri olan İBM FK bazarına sonradan girən iştirakçıların vurduğu zərbədən hələ də özünə gələ bilməyib. Onun, indi, Dell Computers ilə İBM PC texnologiyasının yeni və daha səmərəli birbaşa biznes modeli ilə satılması əməkdaşlığının səbəbini müəyyən dərəcədə bununla izah etmək olar. 3.2.4. Səmərəlilik dövrələri Artım matrisi-xüsusi çəki “ölüm tsiklinə” alternativ kimi aşağıdakı həyat tsikli irəli sürülür: “çətin uşaqları” “ulduzlara”(sabahkı mövcudluğun mən­bələrinə) çevirmək üçün vəsait yatırmaq lazımdır və müəyyən vaxt­dan sonra onlar “sağmal inəklərə”(indiki mövcudluğun mənbələrinə) çeviriləcəklər. Son nəhayətdə, bu “sağmal inəklər” “sevimlilərə” də çevrilə bilərlər. Şəkil 3.7-də bu ssenari təsvir olunur: nəğd pullar “sağmal inək­lərdən” alınır və “ulduzlara” çevirmək üçün “çətin uşaqlara” yatırılır. “Ul­duzların” sonrakı uğuru onların “sağmal inəklərə” çevrilməsi ilə yekunlaşır. Alternativ fəlakətli ssenari kompaniyanın ilkin dövrlərdə bazara çıxaraq onun böyük hissəsini ələ keçirib sonra saxlaya bilməməsi zamanı baş verə bilər. Bu halda kifayət qədər mənfəətli istiqamətlərdə “ulduzlar”ın meydana çıxması və sonradan onların zərərverən “sağmal inəklərə” və daha sonra “sevimlililərə” və ya “itlərə” çevrilməsi mümkündür. Qəribə də olsa kompaniyalar qısamüddətli maraqlar güdəndə, bazara investisiya qoymağın əhəmiyyətini başa düşməyərək sürətlə mənfəət əldə etməyə istiqamətlənəndə hadisələr bu cür ardıcıllıqla inkişaf edir. İnsan orqa­niz­minin şəklini çıxarmaq üçün cihazlar buraxan EMİ kompaniyasının uğursuzluğunu müəyyən dərəcədə bu səbəblərdən də izah etmək müm­kündür. Kompaniya məhsulun keyfiyyətinə və texnoloji təkmil­ləşməsinə kifayət qədər vəsait ayırmadı və buna görə də ilkin mərhələdə ələ keçirdiyi bazar liderliyini sonrakı mərhələdə bazara daxil olan daha iri rəqiblərə vermək məcburiyyətində qaldı. Taleyin kinayəsinə bax ki, ilk rəqiblərdən biri-GE-sonda EMİ-nin böhrana uğrayan qız kompaniyasını aldı. Şəkil 3.7 Artrım matrisi-xüsusi çəkiyə uyğun olaraq məhsulların inkişaf ssenariləri Mənfəət əldə etmək üçün “sağmal inəyin” həddən artıq sağılması onu rəqiblərin zərbələri qarşısında aciz vəziyyətə sala bilər ki, bu da digər fəlakətli inkişaf ssenarisini mümkün edə bilər. Məhz buna görə də Britaniya motosikl istehsalçıları dünya bazarında hökmranlıq etməyin yaratdığı arxayınçılıqla özlərini çətin vəziyyətə saldılar. Onlar cari tək­milləşmələrə və istehsal texnologiyasına  kifayət qədər investisiya qoy­madıqlarının zərərini çəkdilər və BSA, Norton, Triumph və Royal Enfield kimi firmalar Honda, Yamaha və Suzuki tərəfindən bazardan sıxışdırıldı. 3.2.5. Bazar dövriyyəsində artım matrisi - xüsusi çəkinin tərəfdarları və əleyhdarları Artım matrisi-xüsusi çəki Peters və Uotermanın üstünlüyə dair fikirləri və Porterin rəqabət strategiyasına dair müasir baxışları ilə birgə öz cəlbe­diciliyi və peşəkarlığı ilə seçilən və işgüzar mühitdə geniş istifadə edilən nadir biznes tədqiqatlarından biridir. Müvəffəqiyyət özlüyündə onların bir-birinə zidd olana çevrilməsindədir, geniş yayılmalarında mühüm rol oynayan sadəlik isə realizm və ya mürəkkəbliyin olmaması ilə onları ittihamlara qarşı dişbatan edir.  Hər halda siz hansı alətdən istifadə etmə­yi­nizdən asılı olmayaraq, onun zəif və güclü tərəfləri barəsində özünüzə hesabat verməlisiniz. Morrison və Uensli (Morrison and Wensley, 1991) artım matrisi-xüsusi çəkinin uğurunu ətraflı şəkildə izah etmişlər. Bu matris müxtəlif biznes sahələrinin mürəkkəb yığımını sahmana salmaqla psixoloji səviy­yə­də insanın təsnifata can atmasını təmin edir. O asan qavranılır, ilk görü­nüşdən cəlbedicidir, istifadə olunan şərti adlar və terminlər isə asanlıqla yadda qalır və istifadə edilən strategiya ilə birbaşa bağlıdır. Ola bilsin ki, bunlar, strateji alətdən istifadə etməyi əsaslandırmaq üçün kifa­yət etməsə də, araşdırmalar aparmağın çətin olduğu sferadan informasiya ötürülməsi üçün istifadə edilən həmin vasitənin səmərəlilik əlaməti kimi çıxış edir. Tədqiqat nəticəsində artım matrisi-xüsusi çəkinin müdafiə edil­məsi baxımından bir sıra sübutlar əldə edilmişdir. O, menecerlərə intiutiv səviyyədə cazibədar gələn nəğd axınları kəmiyyəti ilə bağlı sadə ideyaları təcəssüm etdirir – axı onlardan əksəriyyəti belə hesab edirlər ki, “mənfəət məsələsi mühasibat uçotundan, nəğdiyyə isə reallıqdan asılıdır...”. Xüsu­sən  PİMS-in tədqiqatları artım matrisi – xüsusi çəkinin xeyrinə olan zəngin sübutlar mənbəyidir.  Təhlil göstərdi ki, müsbət nəğd axınları “ulduzların” 72%-dən, “çətin uşaqların” 54%-dən,  “sevimlilərin” 59%-dən, “sağmal inəklərin” 74%-dən daxil olur. Nəğd axınları kəmiyyətləri arasında fərq bazar payı oxu boyunca böyük və müsbət idi (böyük bazar payı əksər vaxtlarda  müsbət nəğd axınlarla müşaiyət olunurdu), lakin, ba­zar artımı oxu boyunca o qədər də açıq-aşkar deyildi (formalaşmış bazarlarda yavaş artım nəğd axınlarını ancaq minimal səviyyədə artırır). Həmçinin göstərildi ki, bizim əksər vaxtlarda yaxşı hesab etmədiyimiz “sevimlilər” tez-tez müsbət nəğd axınlarının mənbəyinə çevrilir. Bütün bunlar az bazar payı olan biznes istiqamətlərinin özlərinə əlverişli oyuğ tapa bilməsi nöqteyi-nəzərindən artım matrisi-xüsusi çəkinin müddəaları ilə heç də həmişə uyğun gəlməyən strategiyaların inikasıdır. Misal üçün, avto­mobil bazarında BMW kompaniyası nisbətən az paya malikdir, lakin, onu əksər vaxtlarda ən uğurlu rəqib hesab edirlər. Məhsulunun key­fiyyəti və idman imici ona rəqiblərinin analoji məhsullarından daha yüksək qiymət qoymağa imkan verir. BMW kompaniyası problemlərlə yalnız Britaniyanın Rover firmasını başıbəlalı ələ keçirərək öz oyuğunu əsas bazarın həcminə kimi genişləndirmək istəyəndə qarşılaşdı. Dəbli meyllər artım matrisi – xüsusi çəkinin məşhurlaşmasına gətirib çıxardı. Bu o deməkdir ki, həmin ideya anlaşıqlıdı, o əksər mene­cer­lərin xoşuna gəlir və beləliklə də strateji vahidlər (SBU) və  mərkəzi ştab-qərargah arasında kommunikasiyanı təmin edən vasitə rolunu oy­nayır. O, biznes-leksikada tez-tez istifadə edilməyə başladı. Onun tətbiqi və terminologiyasından istifadə icraçı direktorların qeyri-rəsmi klub­la­rının üzvlük simvoluna çevrildi. Strateji nöqteyi-nəzərdən o, kom­pa­niyaya bazarın şıltaqlıqların dözməməyə və müəyyən xəttə riayət etməyə imkan verdi. Menecerlər fiqurların şahmat taxtasında olduğu kimi SBU-ları matris daxilində yerini dəyişdirərək bütün biznesə nəzarət edə bilmək kimi aldadıcı təsəvvürlər yarana bilər. Lakin, təbii ki, bir oyunçu şahmat taxtasında bütün fiqurların nə cür yerləşdiyini özü təkcə həll etmədiyi kimi, ayrıca götürülmüş oyunçu da bu və ya digər SBU-nun matris da­xilində nə cür yerini dəyişdirmək lazım gəldiyini müəyyənləşdirə bilməz. Artım matrisi-xüsusi çəkinin ən böyük üstünlüyü onun sadə olmasıdır. Bu matris bir sıra vacib strateji məsələləri bir yerə yığır və onları tez təqdim etməyə və başa  düşməyə imkan verir. Artım matrisi-xüsusi çəki ilə bağlı ən ciddi təhlükə də elə buradan yaranır. Təşkilatın strategiya seçərkən ancaq kor-koranə olaraq bu matrisə əsaslanması da qeyri-ciddi olardı. Artım matrsinin çatışmamazlıqlarını sübut etmək onun üstün­lük­lərini qabartmaq qədər asandır. SBU-nun və ya mümkün bazar əməliy­yatları növlərinin tam müəyyənləşdirilməyib. Misal üçün, Harrier Jump Jet reaktiv təyyarə modelini buraxan British Aerospace kompaniyası şaquli uçuş üzrə digər qırıcı təyyarələrin olmaması şərti daxilində özünü bazarda hakim mövqedə olan kimi təqdim edə bilər. Əksinə, elə bu kompaniyanı taktiki müdafiə üçün aviasiya texnikasının kiçik istehsalçısı da hesab etmək olar, çünki, Harrier – müdafiə ilə bağlı ümumi prob­lem­lərin çoxlu həllərindən yalnız biridir. Məhsul bazarının müəyyən­ləş­diril­məsi məsələsi bazarın artım tempinin və bazar payının həcminin qiymət­ləndirilməsindən çətindir. Bu məlumatların əldə edilməsi problemli ola bilər, lakin, hətta kompaniya artım matrisi-xüsusi çəkidən istifadə etmirsə də, çətin ki, belə informasiyaların toplana bilməməsi firmanın fəaliyyəti üçün həyati əhəmiyyət kəsb etsin. Bundan başqa, bu alət ayrıca faiz gös­təricilərinin hesablanması üçün deyil, ümumi təsnifatın və yerdəyişmənin müəyyənləşdirilməsi məqsədini güdür. Bu alətin sadəliyi, şübhəsiz ki, ondan sui-istifadə etməyə həvəs oyadır. Lakin, daha ciddi təhlükə hətta fundamental ilkin şərtlərinin çətin başa düşüldüyü daha mürəkkəb alətlərin səhv tətbiq edilməsi zamanı yaranır. 1972-ci ildə tədqiqatçılar iddia edirdilər ki, “beş ildən çox müddətə gələcək mövqelərin proyeksiyasını verə bilən təkcə bu sadə sxem kompaniyanın mənfəət əldə edə bilməsi mümkünlüyünü, borc­lan­ma həcmini, artım və rəqabətqabiliyyətlilik potensialını qiymətləndirmək üçün kifayətdir”. Əlbəttə ki, artım matrisi-xüsusi çəkinin çatış­mamaz­lıqları var, lakin, o bir çox üstünlüklərə də malikdir. Aydındır ki, o hər­tərəfli həll kimi nəzərdən keçirilə bilməz, ancaq, müxtəlif təhlillərə baş­lamağın çıxış nöqtəsi kimi mübahisəsiz əhəmiyyətə malikdir.   Bu matrisin tətbiqi zamanı kor-koranə olaraq onun prinsipləri qəbul edilməməli və diqqətlə yoxlanılmalıdır.  Özünüzə bir neçə əsas suallar verin? Bazar və ya sahə nə cür müəyyənləşdirilir? Bu üsul ən səmərəli hesab edilirmi? Bu model əsasında edilmiş təhlil və çıxarışlar ba­zarın müəyyənləşdirilməsi modifikasiyasını dəyişdirən zaman ra­dikal surətdə dəyişə bilərlər. Sözügedən bazarda həyat tsiki konsepsiyası (bazarın artım tempinə görə müəyyənləşən) əhəmiyyət kəsb edirmi?  Əgər ba­za­rın artım tempi və xərclər və nəğdiyyə daxilolması arasında qarşılıqlı əlaqə yoxdursa, onda, bu model çətin ki, əhəmiyyət kəsb etsin. Sözügedən biznes istiqamətində həqiqətənmi mənfəətlilik və ba­zar payı (nisbi bazar payı şəklində müəyyənləşdirilən) arasında əlaqə mövcuddur?  Əgər yığılmış təcrübə effekti səmərəsizdirsə və ya alternativ texnologiya miqyasdan artım qənaətini heçə yen­dirirsə, onda, yüksək bazar payına görə əldə edilən potensial mənfəət reallığa uyğun olmayan dərəcədə artıq görünə bilər. Siz əminsinizmi ki, bu model texnologiyada, rəqabətdə və ya digər əsaslı amillərdəki dəyişiklikləri nəzərə almayaraq bu ya­naş­manı qənaətbəxş etmiyəcək? Bazarın yeni iştirakçıları, biznesin yeni üsullarla aparılması və ya orijinal rəqabət üstünlüklərindən istifadə edilməs ialınmış nəticələri etibarsız edə bilər. Biznes istiqamətləri arasında hər hansı bir qarşılıqlı əlaqə varmı, yəni, bir istiqamətdə edilən dəyişikliklər o birilərinə təsir edirmi? Əgər “sevimlilər”in  “ulduzlar” və ya “sağmal inəklər”in (heç ol­masa “zərərliklik üzrə lider” qismində) müdafiəsində hər hansı rolu varsa, onda, istənilən bir addım atmazdan öncə ondan im­ti­nanın mümkün birbaşa nəticələri tam surətdə öyrənilməlidir.  
['BCG matrix', 'bazar payı', 'bazar analizi']
6,344
https://kayzen.az/blog/kisiler/2875/ki%C5%9Fil%C9%99r-n%C9%99-ist%C9%99yir.html
Kişilər nə istəyir?
ilham
Kişilər
10 okyabr 2010, 00:50
Kişilərin istədikləri: 1. Qadınların heç bir şey istəməməsini istəyir. 2. " Səni sevirəm " sözünü bir dəfə söyləyərək, qarşı tərəfi bununla 20 il idarə etməyi istəyir. 3. Göydən yağış deyil, qadın yağsın istəyir. 4. Futbolun 90 dəqiqədən 24 saata çıxarılmasını istəyir, bu 24 saatı də televiziya qarşısında, pijamaları və pivəsiylə keçirmək istəyir. 5. Evli olmaq, amma subay kimi yaşamaq istəyir. 6. Öləcəksə, tez ölməsini istəyir. 7. Bir baxışı canlar yandırsın istəyir. 8. Bütün qızları əlləmək,amma əl dəyməmiş bir qızla evlənmək istəyir. 9. Uşaqlıqda anasının, yaşlılıqda qızının dostlarını istəyir. 10. Qadınları acılamaq, amma qadınların ondan küsməməsini istəyir. 11. Aldatmaq və bunun xoş qarşılanmasını istəyir. 12. TV-nin qarşısında xoruldayaraq, yatmaq istəyir. 13. Bütün qadınların «yüngülxasiyyət,tez bişirilən», öz qadınının “sadiq xanım " olmasını istəyir. 14. Elmin bir gün “kişilərin qadınlardan daha ağıllı olduğunu” ortaya çıxartmağını istəyir. 15. Öz anlayışsızlığını ört-basdır etmək üçün, qadınların anlaşılmaz olduğunu dünyaya yaymaq istəyir. 16. Bir qadınla nəticəyə çatmaq üçün, qarşıda məcburi olan mərhələlərin heç olmamasını istəyir. 17. Ağıllı qadınları sevirəm deyib, amma qadının ağılsız olmağını istəyir. 18. Qadının gözəl bir baldıra, qıç və seksual döşlərə sahib olmağını istəyir 19. Köhnə (50 yaşlı qadını satıb, iki (25 yaşlı) qadın almaq istəyir. 20. Romantik və hisləri çətinləşdirən baş bəlasının tez yox olmağını istəyir. 21. Nə evdəkindən, nə də digərindən imtina etmək istəyir. 22. Aşçı, xidmətçi, ana, tibb bacısı, seks bombası, gözəllik kraliçası qarışığı olan bir qadına sahib olmaq istəyir. 23. Pul və ya olduğu mövqe sayəsində tovladığı qızların, ağarmış saçlarına aşiq olduqları nağılına inanmaq istəyir. 24. Dünyadakı bütün qadınları istəyir. 25. ... Həmçinin bax: Qadınlar nə istəyir?
['kişi psixologiyası', 'kişilər', 'kişi düşüncəsi', 'kişi və qadın münasibətləri']
6,345
https://kayzen.az/blog/ginekologiya/2986/sonsuzluq-v%C9%99-onun-m%C3%BCalic%C9%99si.html
Sonsuzluq və onun müalicəsi
burla xatun
ginekologiya
9 okyabr 2010, 10:05
Son zamanlar evli cütlüklərin qarşılaşdığı problemlərdən biri də sonsuzluqdur. Mütəmadi intim əlaqə zamanı bir il müddətinə hamiləlik olmasa, sonsuzluq haqda düşünmək və ər-arvadın müayinəsinə başlamaq lazımdır. Sağlam ər-arvad cütlüyünün 30%-də hamiləlik ilk üç ayda, 60%-də yeddi ayda, 10%-də isə on bir və on ikinci aylarda baş verir. Bir il cütlüyün sonsuz olub-olmamasını müəyyənləşdirmək üçün kifayət zamandır. Sonsuzluğun formaları onu yaradan səbəblər kimi müxtəlifdir. Qadın sonsuzluğu strukturunda «ilkin» və «sonrakı» sonsuzluq anlayışı da mövcuddur. Əgər qadın heç vaxt hamilə qalmayıbsa, bu, ilkin sonsuzluqdur. Əgər qadında heç olmasa, bir hamiləlik olubsa, onun nə ilə nəticələndiyindən asılı olmayaraq, bu sonrakı sonsuzluqdur. Əgər sonsuz nikahın səbəbi qadın orqanizmindəki pozğunluqdusa, bu qadın sonsuzluğu sayılır. Kişi sonsuzluğu halında isə sperma aşağı mayalanma qabiliyyətinə malik olur. Bunlardan əlavə, kişi və qadın sonsuzluğunun birləşməsi «kombinə olunmuş» sonsuzluq hesab edilir. Sonsuzluq tam sağlam ailələrdə də baş verir. Bu hal izah olunmayan və ya iliopatik sonsuzluq adlanır. Qadın sonsuzluğuna səbəb olan amillər: 1.Endokrin sonsuzluq (30-40%): Buna səbəb toxum hüceyrəsinin yetişmə prosesinin pozulması və ovulyasiyanın olmamasıdır. Ovulyasiyanın olmamasına səbəb isə menstruasiya siklinin pozulması və ya 6 aydan çox müddətə olmamasıdır. 2.Boru sonsuzluğu (20-60%). Bu növ sonsuzluq uşaqlıq borularının patologiyası ilə xarakterizə olunur. Bu patologiya anadangəlmə anomaliya, iltihablı xəstəliklər, uşaq saldırmadan yaranır. Bütün bu faktorlar uşaqlıq borusunun funksiyasını poza bilər. 3.Ginekoloji patologiya nəticəsində sonsuzluq (15-30%). Bu sonsuzluğa uşaqlıq mioması, patoloji endometriya, endometrioza səbəb olur. 4.İmmunoloji sonsuzluq (2-3-%). Sonsuzluğun bu növü orqanizmdə spermatozoidi məhv edən antitellərin yaranması ilə əlaqədardır. 5.İdiopatik və ya aydın olmayan sonsuzluq (5-10%): Təəssüflər olsun ki, 5% sağlam cütlükdə anatomik və funksional nöqsanları diaqnostik metodla müəyyən etmək olmur. 6.Mütləq sonsuzluq. Sonsuzluğun bu növü uşaqlığın, yumurtalığın, uşaqlıq borularının yoxluğu, cinsiyyət orqanlarının inkişafının anomaliyası ilə bağlıdır. Sonsuzluğun növünü müəyyənləşdirmək üçün qadın və kişini müayinə etmək lazımdır. Sonsuzluğun müalicəsi sonsuzluğa gətirib çıxaran bütün səbəbləri aradan qaldırmaqdan ibarətdir. Boru sonsuzluğunda boruların keçirmə qabiliyyətini bərpa etmək lazımdır kİ, bu da laparoskopiya vasitəsilə edilir. Onun effektivliyi 30-40%-dir. Əgər boru keçirməzliyi problemi 2-3 il müddətində mövcuddursa və bir dəfə laparoskopiya edilibsə, onda cərrahi müalicəyə əl atılır. Endokrin sonsuzluqda hormonal pozuntunun korreksiyası və yumurtalıqların işinin stimulyasiyası həyata keçirilir. Müalicənin effektivliyi 70-80% təşkil edir. Uşaqlığın patologiyası zamanı, inkişafda qüsur olanda rekonstruktiv-plastik əməliyyat edilir. Əməliyyatdan sonra hamilə qalma şansı 15-20%-dir. Uşaqlığın inkişaf qüsuru və ya olmaması zamanı da genetik uşağa sahib olmaq mümkündür, əlbəttə ki, surroqat ana vasitəsilə. Endometriozla bağlı olan sonsuzluq laparoskopiya vasitəsilə diaqnostika və müalicə olunur. Laparoskopiyanın effektini dərman müalicəsilə əlaqələndirmək lazımdır. Müalicə 6 aya qədər uzana bilər. Bu müalicənin effektivliyi 30-40%-dir. Kişi sonsuzluğunun müalicəsi spermopram göstəricisinin pozuntusu zamanı spermatogenezin stimulyasiyası vasitəsilə aparılır. Müasir dövrdə kişi sonsuzluğunun bir sıra səbəbləri zamanı süni mayalanma üsulundan istifadə olunur. İmmunoloji sonsuzluğun müalicəsi isə plazmafarez vasitəsilə aparılır. Bu zaman müalicənin effektivliyinə ər-arvadın yaşı (əgər qadının yaşı 37 yuxarı olarsa, effektivlik aşağı düşür), müalicənin davamlılığı təsir edir. Ona görə də eyni metodla müalicəni davam etdirmək məsləhət deyil.
['sonsuzluq', 'sonsuzluğun müalicəsi']
6,346
https://kayzen.az/blog/zodiak-sade/3014/bu%C4%9Fa-b%C3%BCrc%C3%BCn%C3%BCn-xarakteri.html
Buğa bürcünün xarakteri
Tomris
Bürclər
8 okyabr 2010, 09:34
Qədim Babil münəccimləri Buğa bürcü altında dünyaya gələnləri varlı və öz mənafeyini hər şeydən üstün tutan adamlar adlandırırdılar. Əgər bundan əvvəl yola saldığımız Qoç bürcü cəmiyyətdə və siyasi həyatda gərginlik yaradırdısa, Buğa bürcünün Göy qübbəsinə hakim kəsildiyi dövr nisbətən sabit keçir. Münəccimlərin qənaətlərinə görə, Buğa bürcünün əhatə etdiyi məqamlarda hava mülayim və sakit keçir. Bu isə haqqında yazdığımız Zodiak işarəsinin təmkinliliyi ilə əlaqədardır. Torpağa bağlı olan Buğa bürcündə müəmmalı cəhətlər çox olduğundan hələ də onun xarakteri tamamilə aşkar olunmayıb. Müşahidələr göstərir ki, təbiətin ən gözəl çağına təsadüf edən Buğa bürcü həm də toy-nişanla zəngin keçir. «Qoç»la müqayisədə Buğa bürcünün əhatə etdiyi dövr kifayət qədər sakit olur. Haqq-ədalətin, tapdanmış hüquqların bərpası, kəskin qarşıdurmaların sonuclanması da məhz bu ərəfəyə təsadüf edir. Hesablamalar göstərir ki, Buğa bürcünün yalnız 1-ci dekadası (21-30 aprel) insanlar üçün təlatümlü keçir, qalan dekadalarda isə həqiqət üzə çıxır, müəmmalı hadisələrə aydınlıq gəlir. Müasir dünya münəccimlərinin qənaətincə, cinayət işlərinin ən çox açılması da məhz bu zodiakın əhatə etdiyi müddətə düşür. Amma Buğa bürcü məmləkətimiz üçün o qədər də əhəmiyyətli deyil. Çünki sənayedə, elm və təhsildə nə qədər uğurlarımız olsa da, hərbi zəmində zaman-zaman yalnız məğlubiyyətlərlə üzləşmişik. Bu səbəbdən də hər dəfə «Buğa»nın təmkinini pozmamalı, onun nazıyla oynamalıyıq. Ulduzlar sistemində ikinci yeri tutan Buğa bürcü təxminən aprelin 21-dən mayın 21-nə qədər olan dövrü (32 günü) əhatə edir. Ünsürü torpaq, planeti Venera, xoşbəxt rəqəmi 6 (6-ya bölünən bütün rəqəmlər), uğurlu günü cümə, uğursuz günü çərşənbə axşamı, astrolji rəngi ağ, yaşıl, narıncı və yasəməni, qiymətli daşı isə brilliyant, opal və Ay daşıdır. Bu zodiak Göy qübbəsində təqribən 800 kvadrat dərəcəlik sahəni əhatə edir. Onun tərkibində 230-dan artıq ulduz var və onlardan yalnız 25-ni adi gözlə görmək mümkündür. Buğa bürcündə parlaq ulduzlar, eləcə də iki böyük ulduz toplusu var. Buğa bürcünün planeti olan Venera astronomik hesabla ikinci yeri tutur. Yəqin çoxlarınız bu planetin Dan ulduzu adlandırıldığını da bilirsiniz. Çünki Venera, Günəş və Aydan sonra yerdən görünən ən parlaq obyektdir. Qədim romalılar onu sevgi, gözəllik və izdivac ilahəsi Veneranın şərəfinə belə adlandırıblar. Bu planetin radiusu 6050 km, elementi hava, tərkibi istilik, xarakteri isə hakimlikdir. Müasir astrologiyada artıq üç ildir ki, Yerin təbii peyki olan Ayı da Buğa bürcünün himayədarı kimi qələmə verirlər. Bu Zodiak işarəsi altında dünyaya gələn adamlar ilk növbədə yüksək qabiliyyətləri və əməksevərlikləri ilə diqqəti cəlb edirlər. Onlar hətta mənasız görünən məsələlərdə də ciddi nüanslar tapırlar. Güclü yaddaş, özünə inam, dəqiqlik, hədsiz təmkin bu adamların ən mühüm keyfiyyətlərindən hesab olunur. Belələri ətrafda cərəyan edən hadisələrə tələsik reaksiya vermir, hətta hər şey aşkarlansa belə, fikir bildirməyə tələsmirlər. Hər bir məsələdə vaxtı uzatmağı sevən «buğa»lar nadir hallarda yanılırlar. Onların qapalılığı ünsiyyətdə olduğu adamlarda ikrah hissi doğursa da, ciddi görkəmləri və yüngüllükdən uzaq olmaları münasibətlərin korlanmasına mane olur. «Buğa»ların nə düşündüyünü və hansı addımlar atacağını öyrənmək çox çətindir. Çünki bu bürcün sakinləri ən yaxın simsarlarına belə sirr vermir, gələcək perspektivlərini hamıdan gizlədirlər. Riskdən uzaq olan bu adamlar adətən tələsmir, hər şeyi öz axarında həll etməyə çalışırlar. «Buğa»lar o qədər dözümlü olurlar ki, bəzən onların hər şeydən məhrum olduğunu zənn edirlər. Lakin gərgin situasiyalardan elə ustalıqla çıxırlar ki, hamı inanılmaz dərəcədə təəccüblənir. Bəri başdan nəzərinizə çatdıraq ki, bu bürcə aid olanlar ən darıxdırıcı insanlardır. Onların öz həmsöhbətləri ilə ünsiyyəti yalnız Miriş demişkən, «Salam. Sağ ol» çərçivəsindən çıxmır. Əgər siz bir kişi ilə tanış olarkən cəmi beş dəqiqə sonra onunla söhbətdən bezirsinizsə, çox ehtimal ki, yeni tanışınız Buğa bürcündəndir. Orta əsr münəccimlərinin qənaətincə, Qadın-buğalar çox tamahkar olur, ən gözəl, ən yaraşıqlı oğlanları ovsunlamağa çalışırlar. Ümumiyyətlə, bu adamlar həddindən artıq xidmət göstərən olur, işlədikləri müəssisənin şərəfini qaldırmaqdan və müəssisə rəhbərəni razı salmaqdan böyük zövq alırlar. «Buğa»larla yaxşı ünsiyyət yaratmaq üçün onların xarakterinə uyğun davranış nümayiş etdirmək lazım gəlir. Hər hansı yumor, yüngül hərəkət, çılğınlıq və ya yalançı meyllər ağır nəticələr verə bilər. Bizim leksikonda işlədilən «yerəbaxan» sözünü haqqında yazdığımız zodiaka şamil etsək, heç də yanılmarıq. Lakin onların sakitliyini fağırlıq və ya qorxaqlıq kimi qəbul etmək də səhv olardı. Çünki onlara «sataşmaq» çox təhlükəlidir. Ən azı ona görə ki, belələri hiddətlənəndə mütləq qisas alırlar, hətta 20 il keçsə də. «Buğa»ların nəyə maraq bəslədiyini bilmək kiməsə nadir hallarda müyəssər olur. Məktəb illərində heç vaxt qabaqcıl şagird olmasalar belə, bu, heç də onların passiv oxumasına dəlalət eləmir. Hər şeyə qiymət verən «buğa»lar qənaəti sevir, yığımcıl olurlar. Hətta həddi-buluğa çatmamış övladlarında bu qabiliyyəti görən valideynlər öz «qaraqabaq» uşaqlarının gələcəyinə ümidlə yanaşırlar. Yeri gəlmişkən, nəzərinizə çatdırırıq ki, Buğa bürcü altında doğulan hər kəs — istər qadın olsun, istərsə də kişi — gözəl aşbazlıq qabiliyyətinə malik olurlar. Yəqin çoxlarınız bilmirsiniz ki, bürclər arasında ən varlısı da məhz «buğa»larla «oxatan»lardır. İkincilər var-dövlətə əziyyətləri və dostlarının köməyi ilə çatırlarsa, birincilər buna bəxtləri və ağılları hesabına yetişirlər. Onlar özlərindən və ailələrindən daha çox başqalarının mənafeyini təmin etməyə üstünlük verirlər. Bu bürcdən olanlarda bir qədər hiyləgərlik də var. Lakin onlar bunu yalnız lazımi məqamda icra edirlər. Məsələn, öz ideyalarının obyektiv olduğuna valideynlərini inandırmaq, münasibətləri soyuqlaşan iki şəxs arasında sülh yaratmaq üçün biclik işlədirlər. O ki qaldı «buğa»ların sevgisinə, bu barədə bəzi incə nüansları nəzərinizə çatdırmaq istərdik. Öncə qeyd edək ki, «buğa»lar sevgidə çox tələbkardır. Hər nə istəsən, etməyə qadirdilər. Amma bunun əvəzini də görməyə çalışırlar. Cüssəli, qamətli, qəşəng görkəmli «buğa»ların məhəbbətini qazanmaq istəyirsinizsə, əvvəlcə özünüzə fikir verin. Çünki onlar sevdiyi adamı gözəl və yaraşıqlı görmək istəyirlər. Siz dəbə uyğun, zövqlə geyinməyi bacarmalısınız. Ehtiraslı «buğa»nı intim əlaqələrdə də razı salmaq çox çətindir. Siz məhəbbətin bütün sirlərinə yiyələnməlisiniz. Əks halda, onlar sizə qarşı bütün maraqlarını itirəcəklər. Hələ qədimlərdə bu bürc altında dünyaya gələnləri hakimiyyətə iddialı hesab edirdilər (2-ci Yekaterina, 2-ci Nikolay, Karl Marks, Mustafa Kamal Atatürk, Vladimir Lenin, Heydər Əliyev, Ayaz Mütəllibov, Səddam Hüseyn və başqaları). Onların ticarət sahəsində məşhurlaşacağını da bildirirdilər. Lakin «buğa»lar səyyah, incəsənət xadimi və icmalçı kimi də məşhurlaşırlar. Bu adamlar daha çox rəhbər vəzifələrdə çalışırlar. Çünki Buğa bürcünün sakinləri digərlərinə nisbətən idarəetmə funksiyasını mükəmməl bilirlər. Məşhur «buğa»lar: 2-ci Nikolay, Lenin, 2-ci İohann Pavel, Karl Marks, Sirus Təbrizli, Sabir Rüstəmxanlı, Uilyam Şekspir, Rabindranat Taqor, Al Paçino, Anatoli Karpov, Adil İskəndərov, İsmayıl Osmanlı, Əjdər İbrahimov, Həsənağa Turabov, Həsən Əbluc, Məhluqə Sadıqova, Səid Rüstəmov, Rəsul Rza, Ətayə Əliyeva, Kamal Xudaverdiyev və başqalarıdır. Müəllif: Səbuhi Rəhimli Həmçinin bax: Buğa bürcünün xarakteri; Buğa bürcünün xüsusiyyətləri
['buğa bürcü', 'taurus', 'buga burcunun uygunlugu', 'buga burcunun xususiyyetleri', 'buga burcunun xasiyyeti', 'buga burcu haqqinda her sey']
6,347
https://kayzen.az/blog/qadin/2989/ki%C5%9Fil%C9%99r-haqq%C4%B1nda-10-s%C9%99hv-fikir.html
Kişilər haqqında 10 səhv fikir
burla xatun
Qadın
7 okyabr 2010, 09:51
“Kişinin ürəyinə gedən yol onun mədəsindən keçir.” kəlməsi hər xanımın qulağında sırğa kimidir. İşdən gələn kişinin qulluğunda dayanan azəri xanımı da daim dadlı yeməkləriylə onun qəlbini fəth etmək istəyir. Əgər evə kişinin qonağı gəlirsə, məsuliyyət birə-beş artır. Lakin son illərdə aparılan araşdırmalar kişinin ürəyinə gedən yolun fərqli olduğunu aşkarladı. Rus mütəxəssislərinin fikrincə kişinin ürəyinə gedən yol onun mədəsindən keçmir. “Pravda” qəzetində nümayiş olunan bir xəbərə görə, eşqbaz və seks düşkünü olduqları zənn edilən kişilərin heç də elə olmadıqları faktlarla izah edilib. Rusiyanın məşhur qəzeti Pravda, kişilər haqda deyilən 10 səhvi açıqladı. Xəbərdə "Kişilərin yalançı olduqları və yalnız seks düşündükləri doğru deyil" mesajı verildi. Onlar kişilər haqda deyilən “10 düz və 10 yanlış xüsusiyyətlər”ə aydınlıq gətirdilər. 1. Bir kişinin ürəyinə gedən yol mədəsindən keçər. Müasir kişilər qadında yaxşı yemək bişirməkdən daha çox başqa şeylər axtarır. Əslində yumurtayla belə xoşbəxt ola bilirlər! 2. İlk addım həmişə kişidən gözlənilər. Kişilər hərəkətə keçməyi xoşlayır. Əgər söhbət qarşı cinsdən gedirsə kişilər əksinə çox utancaq davranırlar.. Bir kişinin ilk addım atması, əslində onun üçün heç də asan deyil. 3. Kişilər aşiq ola bilməz, onlar üçün seks həmişə eşqdən əvvəl gəlir. Mütəxəssislər kişilərin 90 faizinin eşqə inandığını söyləyirlər. Yalnız eşqlə birlikdə ehtiras da axtarırlar. 4. Kişilər üçün əhəmiyyətli olan qadınların xarici gözəlliyidir. Çirkinliyə mükafat verməzlər. Kişilərin çoxu qadınların xarici gözəlliyindən təsirlənir, lakin seksapil və cazibədarlıq əsas göstərici deyil. Hər qadın diqqətli davransa istədiyi kişinin marağını çəkə bilər. 5. Kişilər açıq sözlü və səmimidir. Bu əslində belə deyil. Kişilər bir az sirrli qalmağı və qadınların da sirrli tərəflərinin olmasına üstünlük verirlər. 6. Bir kişiylə nə qədər pis davransanız, sizə bir o qədər bağlanar. Mütəxəssislər bunun yalnız acı çəkməkdən xoşlanan kişiləri xoşbəxt etdiyini bildirirlər. Bir kişiylə həddindən çox pis davransanız əmin olun ki, onu itirəcəksiniz. 7. Kişilər yataqda yalnız öz zövqlərini və orqazmlarını düşünür. Bu ümumiyyətlə qadını təmin edə bilməyən kişilər üçün söz mövzusudur. Hər bir normal kişi qadınını razı salmaq istəyir. Həmçinin burada başqa psixoloji məqam da var. Hər bir kişi qadın üçün yeganə və əvəzedilməz olmaq arzusundadır. 8. Güclü kişilər yaşadıqları mənfiliklərdən şikayət etməz və ağlamazlar. Mütəxəssislər bu düşüncənin tamamilə səhv olduğunu bildirirlər. Psixoloqlar kişilərin ağlaya biləcəyini və problemlərlə qarşılaşacağı halda şikayət etdiyini normal hesab edirlər. 9. Gerçək bir kişi nə istədiyini yaxşı bilir! Kişi robot deyil; onun da hissləri və qayğıları ola bilər. Yalnız kişi olduğu üçün səhv etməməsini gözləmək heç də düzgün deyil. Hər insan kimi o da səhv edə bilər. 10. Bütün kişilər ürəksizdir... Kişilər əslində qadınlara nisbətən daha çox romantikdir (təbii ki, hamısı yox). Lakin cəmiyyət içində duyğularını nümayiş etdirməyi xoşlamırlar. Romantik olsalar belə, səhv başa düşüləcəklərindən ehtiyat edirlər. Həmçinin bax: Kişilər nə istəyir?
['kişi və qadın', 'kişi-qadın münasibətləri']
6,348
https://kayzen.az/blog/qan-damar/2153/qan.html
Qan
loğman
Qan-damar sistemi
5 okyabr 2010, 09:58
Qanın tərkibi.Böyük adamın  orqanizmində 5 l-ə qədər qan olur. Qanın əsas hissəsini plazma təşkil edir. Sağlam və yetkin adamın qanının 55%-i plazma, 45%-ni isə hüceyrəvi elementlər təşkil edir. Uşaqlarda isə qanın hüceyrəvi elementləri plazmaya nisbətən çoxluq təşkil edir. Plazmada qan hüceyrələri- eritrositlər, leykositlər və qan lövhəcikləri-trombositlərdir. Bunlar qırmızı sümük iliyi  hüceyrələrindən əmələ gəlir. Plazmanın əsas hissəsi sudan ibarətdir. Plazmanın 90%-i su, 10%-i isə zülallar, yağlar, qlükoza, mineral duzlar və başqa maddələrdir. Qan orqanizmdə ehtiyat halında toplanır. Dalaqda 300 q-a qədər ehtiyyat qan saxlanılır. Qanın tərkibində qan hüceyrələri vardır. Onlar eritrositlər, leykositlər və trombositlərdir. Hər birinin mühüm əhəmiyyəti vardır. Eritrositlər. Eritrositlər qırmızı qan hüceyrələri olub,hər iki tərəfdən basılmış disk formasında olub, nüvəsizdir. Insan eritrositinin diametri 7-8 mkm, qalınlığı isə 2-2,5 mkm-dir, çox elastikdir, kapilyar damarlarda çox incə hərəkət edir. Eritrositin nüvəsinin olmaması və iki qat çökük linza formasında olması onların oksigen qəbuletmə səthini xeyli artırır. Qanda eritrositin miqdarı daimi deyil, 1mm3 qanda 4-5m/n eritrosit olur. (qadınlarda 4-4,5m/n, kişilərdə isə 4-5m/n). Lakin dağ ərazilərində yaşayan insanlarda dəniz sahillərində yaşayan insanlara nisbətən eritrosit 30% çox olur. Bu da onunla əlaqədardır ki, dağ ərazilərində oksigen çatışmamazlığından güclü əzələ hərəkəti zamanı eritrositlərin miqdarı artır. Eritrositlərin  qanda miqdarının yaşla əlaqədar dəyişməsi aşağıdakı cədvəldə verilir. Yaş dövrü 1mm3 qanda eritrositlərin miqdarı orta   1. Anadan olanda   2. Anadan olanda Birinci gün 3. Birinci ay 4. Altıncı ay 5. 2-4 yaşında 6. 10-15 yaşında 7. Yaşlılarda orta 525 0000 6 000 000 4700 000 4100 000 4600 000 4800 000 5000 000   4500 000    -     6000 000 5000 000    -     7500 000 3500 000    -     5600 000 3500 000    -     500 000 400 000      -     5200 000 4200 000    -     5300 000 400 000      -     550 000 Yeni doğulmuş körpənin qanında eritrositlərin miqdarının çox olması hamiləliyin son günlərində və doğum vaxtı dölün kifayət qədər oksigenlə tənzim olunmasını göstərir. Yeni doğulmuş körpənin qanında yetişməmiş (nüvəli) eritrositlərin-retikulositlərin miqdarı çoxdur. Bu zaman qanyaradıcı orqanlarda külli miqdarda eritrositlər əmələ gəlir. Bu eritrositlər 3,25-10,25 mkm ölçüsündə olur.  Doğumdan bir ay sonra nüvəli eritrositlərin sayı kəskin azalır. Eritrositlərin yaşama müddəti 100-200 gündür, dağılmalar dalaq və az hallarda qaraciyərdə gedir. Eritrositlərin əsas funksiyası qazlar mübadiləsində iştirak etməkdir. Daha doğrusu ağciyərlərdə oksigenli hüceyrələrə, oradan isə karbon qazını ağciyərlər daşıyır. Eritrositlər  orqanizmdə qazların nisbi sabitliyini təmin edir. Eritrositlərin tərkibi zülal mənşəli hemoqlabindən ibarətdir. Hemoqlabin iki hissədən ibarətdir: zülallı hissə- qlobin və tərkibində dəmir olan hissə-hemdir. Hemoqlabinin tərkibində 4 molekul hemin molekulu var, o da xaricdən a və b zülal zənciri ilə əhatə olunmuşdur. Hemoqlabin ağciyərlərdə oksigenlə çox asanlıqla birləşir. Hemoqlabinin oksigenlə birləşməsi al-qırmızı rəngdə olur. Oksigenlə zəngin qan arterial qan adlanır. Hemoqlabinin oksigenlə birləşməsi davamsız olur. O parçalandıqda təzədən oksigen və hemoqlabinə parçalanır.  Sərbəst hemoqlabin maddələr mübadiləsi nəticəsində əmələ gəlmiş karbon qazı ilə birləşib  karbohemoqlabin əmələ gətirir. Hemoqlabinin karbonla birləşməsi daha dözümlüdür. Ona görə də havada 0,1% karbon qazı olarsa, onun yarıdan çoxu  hemoqlabinlə birləşir, nəticədə toxuma və hüceyrələr oksigenlə lazımi səviyyədə təmin olunmur. Yeni doğulmuş körpənin qanında hemoqlobinin (100%-dən çoxu) və eritrositlərin miqdarı çox olur. 5-6 günlüyündə bu göstərici aşağı düşür. O da sümük iliyinin qan yaradıcı funksiyası ilə əlaqədardır. 3-4 yaşında hemoqlabin və eritrositlərin miqdarı artır. 6-7 yaşında azalma baş verir, 8  yaşında isə yenidən artma müşahidə olunur. Eritrositlərin  miqdarı 3 m/n-dan, hemoqlabinin miqdarı isə 60%-dən aşağı düşməsi anemik vəziyyətə (qan azlığı) gətirib çıxarər. Eritrositlər qanyaranmadan oraqnda- qırmızı sümük iliyində əmələ gəlir, sümük iliyi isə sümüklərin süngər maddəsində olur. Eritrositlərin çökmə sürəti. Əgər qanı bir neçə saatlıq sınaq şüşəsinə qoysaq, onda  eritrositlərin özünün ağırlıq qüvvəsinin təsiri altında çökülür. Bu çökmə müəyyən sürətlə olur. Məsələn: qadınlarda  eritrositlərin çökmə sürəti 1 saatda 7-12mm, kişilərdə isə 3-9mm olur. Yeni doğulmuş uşaqlarda çökmə sürəti çox aşağıdır. Yəni 1 saatda 1-2mm, 3 yaşadək uşaqlarda 2-17mm, 7-12 yaşlarında isə EÇS 12mm olur.Qan haqqında video Leykositlər.Qanda olan qan hüceyrələrindən biri də leykositlərdir. Leykositlər rəngsizdir və onlara ağ qan hüceyrələri deyilir. Sağ adamın 1mm3  qanında 6-8 min leykosit olur. Leykositlərin funksiya və quruluşlarına görə fərqlənən növləri var. 1-ci leykositlər-danəli leykositlər, qranulositlər, 2-ci danəsiz leykositlər-aqranulositlər. Danəli leykositlərin stoplazmasında müxtəlif rəngləyicilərlə (qırmızı, mavi və bənövşəyi) rənglənən kiçik dənələrə rast gəlinir. Danəsiz leykositlərdə isə bunlar yoxdur. Danəli leykositlər 3 qrupa bölünür: neytrofillər, eozonofillər və bazofillər. Neytrofillər leykositlərin 55-60%-ni təşkil edir və faqositetmə qabiliyyətinə malikdir. Bazofillər leykositlərin 0,5-2%-ni, eozonofillər isə 3-5%-ni təşkil edirlər. Eozonofillərin sayı orqanizmdə iltihab prosesi zamanı bir qədər artır.  Danəsiz leykositlər 2 cürdür: Limfositlər və monositlər. Limfositlər həlqəvi hüceyrələrdir və nüvəsi tünd rəngli dairəvi formaya malikdir. Monositlər isə bir qədər iridir və nüvəsi müxtəlif formaya malikdir. Leykositlərin ümumi miqdarının 25-35%-ni  limfositlər, 5-8%-ni monositlər təşkil edir. Limfositlər orqanizmin müdafiə sistemində iştirak edir. Iltihab  prosesi zamanı makrofaqlara çevrilir və  orqanizmə düşən yad cisimləri faqosit edir. Qanda leykositlərin miqdarı dəyişilir. Qida qəbulu və ağır əzələ fəaliyyətindən sonra qanda leykositlərin miqdarı artır. Xüsusilə orqanizmdə iltihabi prosesi zamanı sayı artır. Yeni doğulmuş uşaqlarda qanda leykositlərin miqdarı daha çoxdur (1mm3 qanda 20000-ə qədər). Hətta 1-ci gün 1mm3 qanda 30000-ə qədər leykosit olur. 2 günündən başlayaraq leykositlərin sayı azalır. 7-12 günündə 10000-12000-ə çatır. Axırıncı miqdar isə uşağın 1 yaşı zamanı qalır, 13-15 yaşlı uşaqların qanında leykositlərin miqdarı yaşlıların qanında olan leykositlərin miqdarına bərabər olur. Körpələrdə leykositlərin belə çox olmağına səbəb toxuma parçalanmaları məhsullarının sorulması və doğuş zamanı qanaxmaları aradan qaldırmaq üçün müdafiəyə uyğunlaşma əlamətidir. Leykositlərin müxtəlif formaları arasında müəyyən nisbət var. Bu nisbətin faizlə ifadəsi leykositar formula adlanır. Leykositar  formulanın yaş xüsusiyyəti aşağıdakı cədvəldə verilir(%-lə). İnsanın yaş (illərdə) neytrofil monosit limfonit 1-2 34,5 11,5 50 4-5 45,5 9,0 44,5 6-7 46,5 9,5 42,0 7-8 44,5 9,0 45,0 8-9 49,5 8,5 39,5 9-10 51,5 8,0 38,5 10-11 50,5 9,5 36,0 11-12 52,5 9,0 36,0 12-13 53,5 8,5 35,0 13-14 56,5 8,5 32,0 14-15 60,5 9,0 28,0 Cədvəldən göründüyü kimi uşaq anadan olanda limfositlərin miqdarı çox, neytrofillərin miqdarı az olur. 5-6 yaşında isə limfositlərlə neytrofillərin miqdarı bərabər olur. Körpələrdə neytrofillərin az olması və yetişməməsi körpələrin keçirici xəstələrə tez-tez tutulmalarına gətirib çıxarır. Digər tərəfdən isə bu yaşda neytrofillərin faqositə aktivliyi aşağı olur. Leykositlərin yaşama müddəti 2-4 gündür, bəzi vaxtlarda isə yaşama müddəti 12-15 günə çatır. Leykositlərin əsas vəzifəsi orqanizmi yad cisimlərdən, zülallardan, xəstəlik törədən mikroorqanizmlərdən qorumaqdır. Leykositlər yalançı ayaqları ilə sərbəst surətdə hərəkətetmə qabiliyyətinə malikdirlər. Hərəkət etdikcə qarşısına çıxdığı zərərli mikrobları tutub məhv edir. Çox vaxt qan damarlarında leykositlərin hərəkəti qanın hərəkət istiqamətində olur, bəzən isə əksinə hərəkət edirlər. Leykositlərin hamısı eyni surətlə hərəkət etmirlər. Ən cəld hərəkət edən leykosit- neytrofillərdir ki, onlar 1 dəqiqəyə 30mkm məsafə qət edirlər, limfositlər və bazofillər isə daha az hərəkətlidirlər. Ancaq xəstəlik zamanı leykositlərin hamısının sürəti artır. Buna səbəb xəstəlik törədən mikrobların insan orqanizminə zərərli maddə toksinin buraxılmasıdır. Həmin toksində leykositlərin hərəkətlərini artırır. Leykositlər yalançı ayaqları ilə mikroorqanizmləri məhv edir. Bir neytrofil 20-30 ədəd mikrobu uda bilir. Əgər yad cisim ölçüsünə görə neytrofillərdən böyükdürsə, o zaman 1 yad cismin ətrafında 1 neçə neytrofil qrupu toplanır, özləri məhv olsa da, yad cismi də məhv edirlər. Leykositlərin yad cisimləri, ibtidai mikroorqanizmləri tutub, udması və həzm prosesi faqositoz, leykositlər özləri isə faqositlər adlanır. Bu hadisəni ilk dəfə İ.İ.Meçnikov öyrənmişdir. Meçnikova görə 2 kateaoriya hüceyrə faqosit etmə qabiliyyətinə malikdir. 1-cisi hərəkətdə olan ağ qan cisimciyi (limfositlər və monositlər) və 2-cisi limfa düyünlərində, damarların daxili divarlarında, qaraciyərdə, sümük iliyində olan qeyri hərəkətli hüceyrə. Trombositlər- Eritrositlər və leykositlər kimi trombositlər də qanda müəyyən  funksiya yerinə yetirir. Eritrositlərin funksiyası hüceyrə və toxumaları oksigenlə təmin edir, leykositlərin funksiyası orqanizmi yad cisimlərdən qoruyur, trombositlərin isə əsas funksiyası qanın laxtalanmasında iştirak etməkdir.  Trombositlər də kürə və ya oval şəkilli olub dalaqda və sümük iliyində əmələ gəlir. Trombositlərin nüvəsi yoxdur. İnsanın 1mm3 qanında 200 000 - 400 000 trombosit olur. Lakin onların miqdarı dəyişə bilər. Gündüzlər qanda miqdarı çox, gecələr isə qanda miqdarı az olur. Güclü əzələ işi zamanı və yaxud intensiv məşqdən sonra qan lövhəciklərinin miqdarı 35 dəfə artır. Yaşama müddəti 35 gündür. Trombositlərin dağılması dalaqda baş verir. Yeni doğulmuş uşaqların 1 mm3 qanında 150-350 min, südəmər körpələrdə 150-424 min, 1 yaşdan 16 yaşadək uşaqlarda 200-300 min trombosit olur. Qanın hüceyrəvi elementlərinə, plazmasına, tərkibindəki üzvi və qeyri- üzvi maddələrə nəzər salıb, istər ana bətnində istərsə də sonrakı dövrdə əhəmiyyətini qruplaşdırsaq, belə nəticəyə gəlmək olar. 1. Qan orqanizmdə qazlar mübadiləsində iştirak edir. Yəni ağciyərlərdən oksigeni hüceyrə və toxumalara, oradan isə karbon qazını ağ ciyərlərə daşıyır (eritrositlər- homoqlabin). 2. Orqanizmdə müdafiə sisteminin yaranmasında mühüm rol oynayır. Orqanizmə düşmüş yad cisimləri leykositlər (xüsusilə neytrofillər) faqositə etməklə məhv edirlər. 3.Bağırsaqların divararalarından sorulan qida maddələrin qan vasitəsilə toxuma və hüceyrələrə çatdırılır. Eləcə də həzm sistemində parçalanan zülallar, karbohidratlar, yağlar, vitaminlər, düz və su venoz qana və limfaya sorulur, üzvi və toxumalara nəql olunur. 4. Orqanizmin orqan və sistemləri arasında əlaqə qan vasitəsilə tənzim olunur. Məlumdur ki, daxili sekresiya vəzilərinin ifraz etdiyi bioloji fəal maddələr-hormonlar qanla birlikdə toxuma və hüceyrələrə çatdırır. Məhz qanın tərkibində onlar öz təsirini göstərə bilər. 5. Orqanizmin daxili mühitinin homeostazisini təmin edir ki, bu da onun bufer sisteminin hesabına olur. 6. Orqanizmin istilik tənzimində qanın əhəmiyyəti böyükdür. Sağlam adam ağır fiziki iş gördükdə və ya idmanla məşğul olduqda xarici və daxili mühitində güclü istilik əmələ gəlir. Həmin istilik enerjisinin orqanizmdən xaric olması qan kapilyarları, xüsusilə dəri altında olan qan damarları ilə həyata keçirilir. Bu prosesdə tər vəzilərinin də əhəmiyyəti böyükdür. Mexanizm işi belədir. Reflektor yolla damar mənfəzləri genişlənir, ora çoxlu miqdarda qan gəlir, qanın tərkibindəki istilik tər şəklində orqanizmdən xaric olunur. Orqanizm soyuduqdan sonra damarlar daralır və temperatur sabitləşir. 7. Qan orqanizmin ifrazat funksiyasında iştirak edir. Hüceyrələrdə maddələr mübadiləsi nəticəsində çoxlu lazımsız maddələr əmələ gəlir. Bu zərərli maddələr hüceyrəarası mayeyə keçir, sonra sorularaq ifrazat orqanlarına gəlir. Bu maddələrin zərərləşdirilməsində qaraciyərin rolu böyükdür. Qaraciyərdə ammonyak, bağırsaqda çürüyən üzvi və qeyri- üzvi maddələr zərərsizləşdirilir, sonra isə böyrəklərdən süzülərək orqanizmdən kənarlaşdırılır. 8. Orqanizmdə hər hənsı bir yerin zədələnməsi və cərrahi əməliyyat zamanı yaranın sağalmasında qanın  əhəmiyyəti böyükdür. 9. Travmatik xəstələrdə və cərrahi əməliyyatlar zamanı qan lövhəciyi olan trombositin böyük əhəmiyyəti var. Trombositlər qanı laxtalandırır, böyük qan damarlarının ağzını tutur və qanaxmanı dayandırır. Qan qrupları və qan köçürmə Alimlər tədqiqatlar nəticəsində müəyyən etmişlər ki, hər hansı bir səbəbdən qan itirən adama qan köçürməklə onu ölümdən qurtarmaq olar. Hələ 1830-35-ci illərdə rusiyada qan köçürmə öz müsbət nəticəsini verirdi. Amma ölənlərin də sayı az olmurdu. Buna səbəb qan qruplarının uyğun gəlməməsi idi. Amma o zamanlar alimlər bunu bilmirdilər. Yalnız  XX əsrdə öyrəndilər ki, ölüm hadisəsi olmamağı üçün qan qrupları uyğun gəlməlidir. 1900-cü ildə Vyana alimi K. Landşteyner qanın 3 qrupunu, bir qədər sonra (1907) Çex alimi Y.Yanski 4 qrup qan müəyyən etmişdir. Qan  qruplarının ayırd edilməsi qanın eritrositlərində aqqülütünogenin və plazmasında aqqülütünin olub-olmamasına əsaslanır. I qan qrupu bütün qan qruplarına qan verir, ancaq özü I qan qrupu alır. Bu qan qrupu universal qan qrupu adlanır. II qan qrupu I və II qan qruplarını qəbul edir, özü isə yalnız II və IV qan qrupuna qan verir. III qan qrupu I və III qan qrupunu qəbul edir, III və IV qan qrupuna qan verir. IV qan qrupu isə bütün qruplardan qan qəbul edir və yalnız özünə qan verir. Qan qrupları insanın bətndaxili dövrünün ilk mərhələlərində (mayalandıqda) irsi olaraq formalaşır və sonradan onu dəyişmək mümkün deyil. Qan qrupları ilə yanaşı insanların 85%-də eritrositlərin tərkibində müsbət rezus-faktor aşkar edilib.  Insanların  15%-də mənfi rezus-faktor aşkar edilib. Rezus faktorunun tapılması mühüm əhəmiyyət daşıyır. Müsbət rezus-faktorlu qanı mənfi rezus-reaksiyalı adama köçürdükdə plazmada eritrositləri hemoliz edən maddə əmələ gəlir ki, bu da həyat üçün təhlükəlidir. Rezus faktorunun yoxlanması hamilə qadınlar üçün vacibdir, çünki doğuşdan sonra ona qan köçürmək lazım gəlir. Ananın qanı mənfi rezus olduqda, döl atadan müsbət rezus qazanmışsa onda plasenta vasitəsilə dölün qanı ananın qanına keçərək ananın qanını immunlaşdırır belə anaya müsbət rezuslu qan köçürülərsə hemolizlə nəticələnir ki, bu da bədbəxt hadisəyə səbəb ola bilər. Göstərdiyimiz misal döl üçün də təhlükəlidir. Ananın  qanında antirezus- hemoliz əmələ gəlir ki, o da əksinə anadan dölə keçərək onun ölümünə səbəb olan eritrositlərin  hemolizinə və qansızlığa gətirib çıxarır. Qanın laxtalanması Orqanizm üçün qanın laxtalanmasının mühüm bioloji əhəmiyyəti vardır. Əgər qan laxtalanması olmazsa, kiçik bir zədələnmədən  orqanizmdəki qan axıb gedərdi. Ona görə laxtalanmış qan zədələnmiş və yaxud kəsilmiş qan damarının ağzını tutur və qanın axmasının qarşısını alır. Bir sözlə müdafiə funksiyasını yerunə yetirir. Qanın laxtalanması mürəkkəb biokimyəvi və fizioloji 1 proses olub, qanın formalı elementlərindən- trombositlər, leykositlər, plazmada olan, Ca ionları, fibrinogen zülalı və nəhayət oksigenin iştirakı ilə gedir.  Qanın  laxtalanmasının əsas əhəmiyyəti maye halında olan fibrinogenin bərk hallı fibrinə çevirməkdir. Qanın laxtalanması haqqında bir sıra fikirlər irəli sürülmüşdür. Amma dolğun fikir XIX əsrin axırında Tartu universitetinin professoru A. Şmidtin tərəfindən verilmişdir. Onun fikrincə qan laxtalanması maye halında olan fibrinogenin bərk fibrin tellərinə çevrilməsidir. Bu çevrilmə trombin və yaxud tromboza fermentinin təsiri altında baş verir. Trombin qan plazmasında hazır vəziyyətdə olmur, əks halda qan damarlarının zədələnməmiş yerində belə qan laxtalarına təsadüf olunardı. Qanın laxtalanma sürətinə xarici mühit amillərindən-temperaturun yüksəlməsi, həyəcanlanma və qorxu hissləri öz təsirini göstərir.  Orqanizmdə qanın tərkibində onun laxtalanmasında əks-təsir göstərən maddələr vardır ki, bu da orqanizmin antikoaqulyatit sistemini təşkil edir. Buna qaraciyərdə əmələ gələn heparini misal göstərmək olar. Qan laxtalanmaması patoloji olur ki, bu xəstəlik hemofiliya adlanır. Hemofiliya xəstəliyinə tutulmuş insanlarda  “qanın laxtalanma faktorları” adlanan antihemofil qlobulin A və V, eləcə də tromboplastilinin əsasını təşkil edən qlobulinin sintezi pozulmuş olur. Tədqiqatlar nəticəsində öyrənilmişdir ki, k vitamininin çatışmaması    qan laxtalanmasının sürətini azaldır. Qanın laxtalanması fermentativ 1 proses olub 3 mərhələ ilə həyata keçirilir. 1. Protrombokinoza- trombotropin-trombokinoza 2. Protrombin- trombokinoza-trombin 3. Fibrinogen- trombin-fibrin Qan laxtalanması fermentativ proses olmasına baxmayaraq, baş beyin yarımkürələri qabığı tərəfindən tənzim olunur. Həmçinin bax: Ürək və qan-damar sistemi ; Limfa dövranı Qan əsasında insan yaşını müəyyənləşdirmək mümkündürHollandiyanın Erasmus Universiteti nəzdindəki tibb mərkəzinin bir qrup alimi insanın yaşını qan nümunəsi əsasında müəyyən etməyə cəhd göstərib. Metodikada yaşın hesablanması T-limfositləri tərəfindən qoyulan xüsusi "nişan"lar üzərindən aparılıb. T-limfositlərinin DNT-ləri ömür keçdikcə transformasiyaya uğrayır. Bu zaman hər bir T-limfositin DNT-sinin müəyyən hissəsi istifadə olunmamış qalır və halqavari yığılır. Tədqiqat qrupu qan nümunələrindəki bu halqaları sayıb. Bəlli olub ki, insan yaşa dolduqca T-limfositlərinin istehsalı, analoji olaraq bu markerlərin (nişanların) sayı azalır. Hollandiyalı bioloqların təklif etdiyi yeni metodika əsasında bir damla qanla onun sahibinin yaşını 9 il xəta ilə təyin etmək mümkündür. Xəta dərəcəsi böyük olsa da, metodika operativ əməliyyatlar zamanı kriminalistlərin qan qalıqları əsasında dəyərli məlumat əldə etməsinə kömək edəcək. Məsələn, bu üsul isti izlərlə cinayətkarın və ya cinayət qurbanının, ən azı, hansı yaş qrupuna aid olduğunu bir neçə saata dəqiqləşdirməyə imkan verəcək. Araşdırmalar davam edir. Mütəxəssislər təkmilləşdirmə yolu ilə xəta fərqini minimuma endirəcəkləri qənaətindədirlər. Alimlərin iddiasına görə, test 2,5 il əvvələ aid qan nümunələri üzərində də aparıla bilər. Bununla belə, metodikanın elm ictimaiyyəti tərəfindən qəbulu və daha sonra praktik tətbiqi üçün təcrübə ən azı başqa iki müstəqil laboratoriya tərəfindən yoxlanılmalı, təsdiqedici müvafiq nəticələr alınmalıdır.
['eritrosit', 'leykosit', 'trombosit', 'qan qrupları', 'qan-damar sistemi', 'qan laxtalanması']
6,349
https://kayzen.az/blog/maraqli-faktlar/3075/insan-haqq%C4%B1nda-heyr%C9%99tli-faktlar.html
İnsan haqqında heyrətli faktlar
Əliyev
Maraqlı faktlar
2 okyabr 2010, 11:32
Bu gün tibb elmi canlı aləmin ən mükəmməl varlığı sayılan insanı tam öyrənə bilməyib. Tibb elminin insanla bağlı b vaxta qədər nail olduğu kəşflər də heyrət doğurur. Bu kəşflərin bir qismi aşağıdakılardır: - İnsan ürəyi gündə orta hesabla 100 dəfə döyünür: - İnsan bədənindəki damarların uzunluğu 96 min kilometrdir: - Hər insan həyatı ərzində 22 kiloqram dəri itirir - Sağlam insanın dırnağının tam inkişafı 4-6 ay davam edir: /> - Barmaqlar insanın ömrü ərzində 25 milyon dəfəyə yaxın açılıb-yumulur - Dünyaya gəlməsinə az müddət qalmış ana bətnindəki uşaqlar rok musiqisinə və yüksək səsə təpik ataraq reaksiya verirlər: - Hər 20 nəfərdən birində, xüsusən də kişilərdə qabırğaların 1-i artıq olur: - Böyrəklər gün ərzində qanı 300 dəfə təmizləyirlər: - İnsanın başında 100 minə yaxın saç olur: - İnsan genləri ilə şimpanze genləri arasında bənzərlik 98,4 faizdir: - 300 sümüklə dünyaya gələn insanda yetkinlik dövründə sümüklərin sayı 206-a düşür: - Diş minası insan bədənində ən sərt maddədir - İnsan aclıqdan əvvəl yuxusuzluqdan ölür: - Hər min körpədən biri tək dişlə doğulur. Həmçinin bax: Rəqəmlərdə insan hüceyrələri
['Homo Sapiens']
6,350
https://kayzen.az/blog/fizikl%C9%99r/2866/aristotel.html
Aristotel
Aynur
Görkəmli fiziklər
1 okyabr 2010, 09:53
Ərəstun adı ilə xalq arasında tanınmış Aristotel (E.ə. 384-322) Qədim Yunanıstanın ən görkəmli filosofu və alimidir. O, Yunanıstanın Stagir koloniyasının indiki Xalkis şəhərində anadan olmuşdur. Aristotel e.ə. 367-ci ildə Afinaya gələrək Platonun şagirdi olub. Platonun məktəbi Afina yaxınlığında qədim Yunan əfsanəvi qəhrəmanı olan Akademin heykəli yanında yerləşirdi. Orada kölgəli bağda Platon öz şagirdlərinə mühazirə oxuyub, söhbətlər edirdi. Buna görə də onun məktəbi xalq arasında Akademiya (Platon Akademiyası) adlandırılmışdır. Akademiya sözü də oradan götürülmüşdür. Aristotel 20 il Platon «akademiyası»nda iştirak etmişdir.Platona şagird olduğu dövrdə o, heç kəsin dediyinə inanmır, müəllimindən öyrəndiyi hər şeyi özü yoxlamağa çalışırdı. Belə yoxlamalar nəticəsində o, həqiqəti aşkara çıxarar, doğrunu yalandan ayırardı. Bu barədə Aristotel demişdir: «hərçənd Platon mənim üçün əzizdir, həqiqət isə daha qiymətlidir». Aristotel e.ə. 343-335-ci illərdə Makedoniyalı İsgəndərin tərbiyəçisi olmuşdur. Makedoniyalı İsgəndər öz müəllimi barədə belə demişdir: «Mən Aristotelə öz atam qədər mərhəmət bəsləyirəm, ona görə ki, əgər atama həyatımla borcluyamsa, Aristotelə həyatıma zinət verən hər bir şeylə borcluyam». E.ə. 335-ci ildə Aristotel Afinaya qayıdıb öz məktəbini (Peripatetik məktəb) yaratmışdır. Aristotelin dövründə adamlar təbiət haqqında çox az bilirdilər. Dərin zəkalı Aristotel isə dünya və təbiət haqqında hər şeyi bilməyə çalışırdı. Aristotel çoxcəhətli yaradıcılığa malik olmuşdur. O, məntiq, psixologiya, təbiətşünaslıq, etika, siyasət, poeziya, tarix və s. aid əsərlər yazmışdır. Onun ən çox məşhur olan əsərləri: «Fizika». «Metafizika», «Poetika», «Ritorika», «Orqanon» və s. Fizika elmi öz adını Aristotelin «Fyuzika» kitabının adından kəsb etmişdir. Yunanca «füzis» təbiət. «Fyuzika» «Təbiət haqqında» deməkdir. Heç də Aristotelin «Fizikası» müasir fizikaya uyğun gəlmir, o təbiət haqqında ən ümumi təlim kimi ifadə olunmuşdur. Məsələn, varlığın ümumi başlanğıcları məsələsi, materiya və formanın əksliyi, hadisə və zərurət, sonsuzluq, boşluq, hərəkət və s. Aristotelin fizikasına daxil idi. Aristotel bütün cisimlərin qarşılıqlı çevrilməsini təsdiq edərək, atomların mövcud olmasını qəti inkar etmişdir. O, bütün cisimlərin sonsuz parçalanmasının mümkünlüyünü qəbul edirdi. Aristotel Platon idealizminə qarşı etirazlar irəli sürərək, maddi aləmin obyektiv surətdə mövcudluğunu göstərmişdir. O, hesab edirdi ki, təbiət heç bir ideyadan asılı deyil, ideyalar isə onun əsasında yaranır. Aristotel təbiəti, onun cisim və hadisələrini daim hərəkətdə və inkişafda görürdü. İlk dəfə hərəkətin növlərini o təsnif etmişdir. Bunlar üç əsas hissədən - meydana gəlmə, məhv olma və dəyişmədən ibarətdir. Aristotelə görə Yer dünyanın mərkəzində yerləşir və kürə formasında olub tərpənməzdir. Bütün göy cisimləri Yer kimi kürə formasındadır. Aristotel mexaniki hərəkət haqqında təlimin əsasını qoyanlardandır. O, belə hesab edirdi ki, bütün cisimlərin mexaniki hərəkətinin təbiətdə öz yeri var və onu iki qrupa bölmək olar: birincisi göy cisimlərinin hərəkəti; ikincisi, bütün qalan cisimlərin hərəkəti. Ona görə hər bir cisim materiya ilə formanın vəhdətindən ibarətdir. Aristotel materiyanı ilk səbəb kimi qəbul etsə də onu passiv başlanğıc sayırdı. Onun fikrincə yüksək «forma» allahdır. O, allahı əbədi və dəyişməz hesab etmişdir. Buradan aydın olur ki, Aristotel materializmlə idealizm arasında tərəddüd etmişdir. Aristotel hava haqqında elmin-meteorologiyanın əsasını qoymuşdur. O, xəstəlikləri müalicə etmək üçün yeni vasitələr tapmışdır. Bunlarla yanaşı Aristotelin səhvləri də olmuşdur. Məsə­lən, o belə hesab edirdi ki, havanın çəkisi yoxdur; əşya nə qədər ağır olsa, bir o qədər sürətlə düşər; şaquli düşən cisimlər bərabər sürətli düşür və s. Aristotel nəinki təbiəti öyrənmişdir, eyni zamanda təbiəti öyrənməyin metodlarını da göstərmişdir. O, dünyanı öyrənmək üçün ilk təcrübə aparanlardan biri olmuşdur. Dinə qarşı cinayətdə təqsirləndirilən Aristotel təqibdən qurtarmaq üçün Evbey adasına qaçmış və bir il sonra mədə xəstəliyindən vəfat etmişdir. Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı
['Aristotel']
6,351
https://kayzen.az/blog/zodiak-sade/3023/t%C9%99r%C9%99zi-b%C3%BCrc%C3%BCn%C3%BCn-xarakteri.html
Tərəzi bürcünün xarakteri
Tomris
Bürclər
28 sentyabr 2010, 13:24
Tərəzi bürcü Zodiakın cansız əşyaya həsr edilmiş yeganə işarəsidir. Payızın gəlməsiylə bərqərar olan bu bürc iki fəslin ab-havasını özündə cəmləşdirib. Belə ki, həm yayın qızmarlığı, həm də payızın soyuq təbiəti məhz «Tərəzi»lərin qismətinə düşüb. Elə bu səbəbdən də qədim misirlilər bu bürcü «gündüzü gecə ilə, əməyi istirahətlə tarazlayan» adlandırırdılar. Babil münəccimləri isə belə hesab edirdilər ki, bu işarə altında dünyaya gələnlər qətiyyətsiz və dəyişkən adamlardır. Bir-birini inkar edən bu məlumatlar «Tərəzi»lərin konkret xarakterini təyin etməkdə çətinlik yaradır. Amma hər halda bəhs etdiyimiz qrupa aid olan insanlar haqqında bizim də özəl baxışlarımız var… Haqqında yazdığımız bürcün gəlişi təbiətdə olduğu kimi ictimai-siyasi hadisələrin axarında, elm və texnika sahəsində, eləcə də insanların həyatında mühüm əhəmiyyət kəsb edir. Bir qayda olaraq Tərəzi bürcünün əhatə etdiyi dövr məmləkətimiz üçün nisbətən düşərli olur. Tərəzi bürcü səmada 534 kvadrat dərəcəlik sahəni tutur. Onun tərkibinə adi gözlə görünən 50 ulduz daxildir. «Tərəzi»də parlaq ulduz yoxdur. Amma onu himayə edən Venera («Dan ulduzu») Ay və Günəşdən sonra Yerdən görünən ən parlaq planetdir. Qədim romalılar tərəfindən məhəbbət, gözəllik və izdivac ilahəsi Veneranın şərəfinə adlandırılan bu planet təkcə «Tərəzi»ni deyil, həmçinin Buğa bürcünü də idarə edir. Onun radiusu 6050 km, elementi hava, tərkibi istilik, xarakteri isə hakimiyyətlilikdir. Bu Zodiak işarəsi zəif və incə bədənləri, hiyləgər və qalın sifətləri, düz burunları, mavi, bəzən də qara-qonur gözləri, kəhrəba və ya şabalıdı saçları ilə digər bürclərdən seçilirlər. Tərəzi bürcündən olanlar təzadlı xarakterə malik olduqları üçün onları anlamaq çətinlik yaradır. Orta əsrlərdə belələrini "ən etibarsız adam" adlandıran Fransız münəccimləri onlara tapşırıq və ya sirr verməkdən ehtiyat edirdilər. Lakin həmin dövr əsrlərin arxasında qaldığı üçün, biz bu bürcə müasir nəzərlərlə baxmağa çalışacağıq. «Tərəzi»lər nadir hallarda özlərindən çıxır və demək olar ki, əsəbiləşərkən ümumiyyətlə, hay-küy, dava-dalaş qaldırmırlar. Amma adi bir sözlə münaqişə yaratmaqda da qabiliyyətlidirlər. Onlar hər şeydə sərbəstliyi sevir, başqalarının təklif və məsləhətlərini qulaqardına vururlar. Buna baxmayaraq əgər onlar bu üsulu başqaları üzərində tətbiq etsələr, ömürləri boyu təhlükəli məqamlar yaşayırlar. «Tərəzi»lər 25 yaşdan sonra böyük iddialarla yaşayır, az qala hamını özlərinə xidmət etməyə çağırırlar. Həmin ərəfədə onlara «yox» deyənlər asanlıqla düşmənə çevrilirlər. İnadkarlıq etdikdə onların öhdəsindən gəlmək çox çətin olur. Belələri sərbəst fikir irəli sürmək, müstəqil hərəkət etmək istedadına nadir hallarda yiyələnirlər. «Tərəzi»lər təsir altına başqalarından daha tez düşürlər. Bu bürcün kişiləri qadınlarına nisbətən qaşqabaqlı deyil, zarafatcıl və deyib-gülməyi sevən olurlar. Deyilənə görə, bu bürcdən olanların əksəriyyəti hamıdan yaxşı yalan danışa və rəhbərliyə yaltaqlana bilir. Bu, onların əsl peşəsidir. Bu işarəyə mənsub qadınlar ciblərində qəpik-quruş olanda belə, məsələn, «Komfort» mebel salonundan bahalı avadanlıq almaq, «Cip»də gəzmək, xarici səyahətlərə çıxmaq və daş-qaşlar almaq xəyalına dalırlar. Kişi-Tərəzilər zahiri görünüşdən həddindən artıq cazibədar, ehtiraslı görünürlər. Məhəbbət sahəsində «Tərəzi»lər etika qaydalara əməl etməyi unutmur. Onlar hər şeyi sakit, konfliktsiz həll etməyi xoşlayırlar. Bu Zodiak işarəsi öz tərəf-müqabillərində ciddiliyi üstün tuturlar. Əvvəlcə onunla dostluq münasibətləri saxlayır, planetlər öz yerlərini dəyişəndə isə bu dostluq gözlənilmədən məhəbbətə çevrilir. Bu adamlarla əlaqələrinizin uzun müddət davam etməsini, möhkəm olmasını istəyirsinizsə, baxışlarınız mütləq üst-üstə düşməlidir. Yoxsa «Tərəzi»lərlə sizinki tutmayacaq. Bu adamlar məhəbbət magiyasının ən gözəl biliciləridir və bundan məharətlə istifadə edirlər. Lakin başqalarının məhəbbət oyunları üçün onlar praktiki olaraq sarsılmazdır. Tərəzi bürclülər tez-tez şər qüvvələrin hücumuna məruz qalırlar. Onlara müxtəlif dini ayin və mərasimlərdə iştirak etmək məsləhət görülmür. Əks təqdirdə böyük fəlakət və xəstəliklərlə üzləşə bilərlər. Başqa bürclərə təhlükə törədə bilən şeylər «Tərəzi»lərə böyük uğurlar gətirə bilər. Məsələn, opal daşı onlara çox faydalıdır. Əgər istəsələr, belələri fövqəltəbii sirlərə malik olar, xüsusən də müalicə sahəsində böyük uğurlar qazanarlar. Maraqlı orasıdır ki, Tərəzi bürcünə aid insanların əksəriyyəti fövqəltəbii elmlərlə məşğul olurlar. Karmik astrologiyaya görə, «Tərəzi» ali sintezi təcəssüm etdirir. Onların əsas problemi — insan həyatının müxtəlif sferalarını əhatə edən harmoniya axtarışıdır. Bu adamlar vəziyyəti tez başa düşməyi, reallığa uyğunlaşmağı və tanış olmayanlara ümumi qiymət verməyi bacarırlar. «Tərəzi»lər üçün informasiyanın ünvanı və mənbəyi maraqsızdır. Çünki onlar intellektual, aktiv və məntiqli bir fərddir. Buna baxmayaraq, heç bir halda emosional deyillər, soyuqluğu belə açıq-aşkar nümayiş etdirirlər. Onların daxilən can atdığı şey — hər zaman ədalətli hakim yerini tumaqdır ki, bu hakim də öz nöbəsində məsələyə hərtərəfli yanaşaraq ədalətli qərar çıxarır. Ali-Tərəzi həyata bir neçə prizmadan yanaşır. O, tez-tez qəti qərar qəbul etməkdə, müəyyən qədər şüurlu qəddarlıq göstərməkdə çətinlik çəkir, həmişə müxalifinin nəzərləri ilə ətrafa baxa bilir. Ümumiyyətlə, «Tərəzi» istənilən şeyə istənilən nöqtədən baxmağı bacarır. Bu şəxslər istənilən ideologiyanın üstündə durub onu müdafiə etməyə meyllidirlər, bir şərtlə ki, onun düzgünlüyünə tam əmin olsunlar. Fərdi etikaya malik olduqlarından vəziyyəti nəzərə alırlar. Ali-Tərəzi güman ki, ən məsuliyyətli bürcdür. Onların kosmik sevgisi yaratdıqları və ətrafa bağışladıqları harmoniyada ifadə olunur.  Əgər övladınız bu bürcün himayəsində doğulubsa, ciddi sınaq qarşısında qalacaqsınız. Hər an sizi həm müsbət, həm də mənfi mənada sürprizlər gözləyir. Valideyn kimi bilməlisiniz ki, bu bürcdən olan uşağınızın gələcək taleyi birbaşa sizin tərbiyyələndirməyinizdən asılı olacaq. Çünki yuxarıda qeyd etdiyimiz kimi, bu adamlar təsir altına tez düşürlər və hər şey ağıllarına batır. Hələ uşaqlıqdan yaddaşları möhkəm olan «Tərəzi»lər müxtəlif dövrlərdə baş verən hadisələri bütün təfərrüratıyla yadda saxlaya bilirlər. Valideyn kimi onu da unutmayın ki, belə uşaqların gözündən heç nə yayınmır. Əgər övladınızın gələcəyini xoşbəxt görmək istəyirsinizsə, məsləhətlərimizə qulaq asın. İstər cəmiyyətdə, istərsə də ictimai proseslərdə fəaliyyət göstərən «Tərəzi»lər tez məşhurlaşsalar da, nadir hallarda liderə çevrilirlər. Bu isə onların özlərinə inamsızlıqlarından irəli gəlir. Bu adamlar həmişə kənardan kiminsə kömək edəcəyini düşünürlər. Onların qəlbində daima narahatlıq və nisgil olur ki, bu da ömürlərinin sonuna qədər davam edir. Duyğu və hisslərin qarşılıqlı münasibətlərində «Tərəzi»ləri başa düşmək olduqca çətindir. Bu adamlar öz qabiliyyət və bacarıqlarından heç vaxt razı olmurlar. Müasir dünya münəccimlərinin fikrincə, Tərəzi bürcünə şamil edilən adamların çoxlu sayda düşmənləri olur. Bu səbəbdən də onların həyatı daima təhlükəyə məruz qalır. Belələri əksər hallarda sui-qəsdlərin qurbanı olurlar. Amma gözəl intuisiya, səmimi dostlar, səliqə-sahman, ciddi xarakter, yaradıcılıq eşqi və başqa müsbət keyfiyyətlər də məhz bu bürcə şamil edilir. Yüksək incəsənət duyumu, artistlik qabiliyyəti olan «Tərəzi»ləri bu sahələrdə şöhrət və varlanmaq gözləyir. Müasir dünya münəccimləri bu bürc haqqında konkret olaraq xarakteristika da veriblər. Müsbət keyfiyyətləri: mülayim, ictimai, cəzbedici, yüksək zövqlü, səbrli, «zəif yeri» tez tutan, qiymətləndirməyi bacaran, taktikalı, eleqant… Mənfi keyfiyyətləri: qərar çıxara bilməyən, çətin situasiyalarda özünü itirən, təklikdən qorxan, boş şeydən hay-küy qaldıran, təzadlı fikir söyləyən, ovqatı asanlıqla təlx edən… Məşhur «Tərəzi»lər: S.S.Axundov, Səmədbəy Mehmandarov, Şövkət Ələkbərova, Cahangir Zülfüqarov, Azad Mirzəcanzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Əminə Yusifqızı, Ќüsrət Kəsəmənli, Hamlet Qurbanov, Hüseyn Seyidzadə, Həsən Həsənov, Eldar Həsənov, Rövşən Cavadov, Cavan Zeynallı, Zülfiyyə Xanbabayeva və b. Müəllif: Səbuhi Rəhimli Həmçinin bax: Tərəzi (24 sentyabr — 23 oktyabr) Tərəzilərin xarakteri və xasiyyəti
['tərəzi bürcü', 'terezi burcu', 'terezi burcunun xususiyyetleri', 'terezi burcu haqqinda her sey']
6,352
https://kayzen.az/blog/d%C9%99rmanlar/1669/antibiotikl%C9%99r.html
Antibiotiklər
loğman
dərmanlar
26 sentyabr 2010, 10:40
Antibiotiklər (yun. ἀντί — nti— qarşı, βίος—bios—həyat, canlı) — təbii və yarımsintetik olan, canlı hüceyrələrin (mikrob və bakteriyaların, ibtidailərin) artım və inkişafının qarşısını ala bilən heyvan və ya bitki mənşəli maddələrdir. Antibioz mürəkkəb bioloji hadisədir. Əsas mahiyyəti isə bir sıra mikroorqanizmlərin onları əhatə edən mühitdə başqa mikrobların çoxalmasını və inkişafını dayandıran xüsusi aktiv maddələr ifraz etməsindən ibarətdir. Bu aktiv maddələr antibiotiklər adlanır. Elm tarixində antibioz hadisəsinin böyük əhəmiyyətini ilk dəfə İ.İ. Meçnikov qeyd etmişdir. İlk antibiotik olan penisillini isə 1929-cu ildə məşhur ingilis bioloqu, Nobel mükafatı laureatı Aleksandr Fleminq kif göbələklərindən almışdır. O vaxtdan antibiotiklər tibdə getdikcə daha geniş tətbiq edilir. Hazırda antibiotiklər əsasən bioloji metodla alınır. Antibiotiklərin təsir mexanizmi hələ lazımi dərəcədə öyrənilməmişdir. Antibiotiklərin dozasını təsir vahidləri ilə (TV) təyin edirlər. İndiyə qədər bir çox antibiotiklər alınmışdır. Tibbi praktikada geniş işlədilə bilən antibiotiklər aşağıdakı tələbatı ödəməlidir: 1. yüksək antimikrob aktivliyə malik olmalı; 2. orqanizmdə antimikrob effekti uzun müddət saxlanmalı; 3. az zəhərli olub, lazımi terapevtik təsirə malik olmalıdır. Antibiotiklərin kimyəvi quruluşu çox müxtəlifdir. Lakin onların hamısı mikrobların həyat fəaliyyəti məhsulları olduğu üçün ümumi antibiotiklər qrupunda birləşir. Hazırda antibiotiklər o qədər çoxdur ki, artıq onlar təsir mexanizminə görə bir sıra qruplara bölünür: I. Strukturunda β- laktam halqası olan antibiotiklər - penisillinlər, sefalosporinlər, karbanenemlər, monobaktamlar. Penisillinlər geniş təsir dairəsinə malik olub, ən müxtəlif xəstəliklər zamanı işlədilir. Onların təsnifatı alınması üsullarındakı fərqlərə və bir sıra digər əlamətlərə əsaslanır: 1. Biosintetik (bioloji sintez yolu ilə alınan) penisillinlər. Mədənin turş mühitində parçalandığı üçün parenteral yolla yeridilənlər: a) qısamüddətli təsirə malik olanlar: benzilpenisillinin natrium duzu, benzilpenisillinin kalium duzu; b) uzunmüddətli təsirə malik olanlar: benzilpenisillinin novokain duzu (bisillin - 1, bisillin - 3, bisillin - 5). Turşuya qarşı davamlı olub, enteral yolla yeritmək üçün: fenoksimetilpenisillin. 2. Yarımsintetik penisillinlər. Parenteral və enteral yolla yeritmək üçün: a) penisillinazanın təsirinə qarşı davamlı olanlar: oksasillinin natrium duzu, nafsillin; b) geniş təsir dairəsinə malik olanlar: ampisillin, amoksisillin. Parenteral yolla yeritmək üçün (göy-yaşıl irin çöpü də daxil olmaqla geniş təsir dairəsinə malik olanlar): karbenisillinin dinatrium duzu, tikarissilin, azlosillin. Enteral yolla yeritmək üçün: karbenisillin indianil natrium, karfesillin. Penisillinlər bakterisid təsirə malikdir. Onların toksikliyi az, terapevtik təsir dairəsi genişdir. Əlavə təsirlərinə əsasən allergik reaksiyalar (xəstələrin 1 - 10%-də) aiddir. Sefalosporinlər yeridilmə yoluna görə 2 qrupa bölünür: 1. Parenteral yolla yeritmək üçün: sefalotin, sefuroksim, sefotaksim, sefenim və s. 2. Enteral yolla yeritmək üçün: sefaleksin, sefaklor, sefiksim və s. Karbanenemlərə imipenom, tienam, meropenem; monobaktamlara - aztreopam aiddir. II. Mikrolidlər (eritromisin, oleandomisin, roksitromisin, klaritromisin) və azalidlər (azitromisin) - atipik pnevmoniya törədə bilən xlamidiyalara, mikoplazmalara, legionellalara qarşı effektlidir. III. Tetrasiklinlər - geniş təsir dairəsinə malik olub, həmçinin mikroorqanizmlərin penisillinlərə və streptomisinə qarşı davamlılığı və ya xəstələrin onlara qarşı sensibilizasiyası zamanı tətbiq edilir. Bunlar allergik reaksiya törədə bilər. Biosintetik (terramisin, tetran, tarxosin, demeklosiklin) və yarımsintetik (rondomisin, vibramisin, minosiklin və s.) növləri ayırd edilir. IV. Levomisetin qrupu - həm qram-müsbət, həm də qram-mənfi, o cümlədən, bağırsaq bakteriyalarına, inflüensa çöpünə, həmçinin rikketsiyalara, xlamidiyalara, brusellyozun, tulyaremiyanın törədicilərinə təsir edir. Turşuya davamlı mikobakteriyalar, göy-yaşıl irin çöpü, protey, ibtidailər levomisetinə qarşı az həssasdır və ya qətiyyən həssas deyil. Qanyaranma prosesini zəiflədib, qanazlığı törədə bilər. Levomisetin daxilə qəbul edilir; emulsiya və məlhəmləri xaricə işlədilir. V. Aminoqlikozidlər - streptomisin, gentomisin, neomisin, kanamisin, amikasin, tobramisin, sizomisin, menomisin və s. Streptomisin geniş antimikrob təsirə malik olub, xüsusən vərəm mikobakteriyalarına, tulyaremiya, taun, brusellyoz törədicilərinə, patogen kokklara və s. təsir edir. Anaerob mikroorqanizmlər, spiroxetlər, rikketsiyalar, viruslar, patogen göbələklər buna qarşı həssas deyil. İnyeksiyası ağrılıdır. Aminoqlikozidlər eşitmə sinirini zədələyə bilər; bunlardan əksəriyyətinin işlədilməsinə böyrək xəstəlikləri də əks-göstərişdir. VI. Siklik polipeptidlər (polimiksinlər). Bunlardan polimiksin - M - sulfatın qram-mənfi bakteriyalara təsiri daha çox nəzərə çarpır. Yalnız hüceyrədən xaric mikroorqanizmlərə təsir göstərir. Patogen kokklar, difteriya çöpü və s. bunlara qarşı davamlıdır. Polimiksin - M - sulfatı parenteral yolla yeritmək olmaz. Çünki sinir sisteminə və böyrəklərə toksik təsir göstərə bilər. Böyrək xəstəlikləri bu preparatların işlədilməsinə əks-göstərişdir. VII. Linkozamidlər (linkomisin, klindamisin və s.) xüsusən anaerob mikroorqanizmlərə, streptokoklara və stafilokoklara qarşı aktivdir. Təhlükəli əlavə təsiri psevdomembranoz kolitdir (selikli və qanlı ifrazatla ishal, qarında ağrı, qızdırma). VIII. Qlikopeptidlər (vankomisin, teykoplanin və s.) - xüsusən qram - müsbət kokklara, o cümlədən, metisillinə qarşı davamlı stafilokoklara güclü təsir göstərir. Toksik (xüsusən eşitmə orqanı və böyrəklər üçün) olduqlarından az işlədilir. IX. Fuzidi turşusu - məhdud (əsasən qram-müsbət bakteriyalara) təsir dairəsinə malik antibiotikdir. Natrium duzu işlədilir. Penisillinə qarşı davamlı stafilokok infeksiyaları, xüsusən osteomielit zamanı tətbiq edilir. X. Müxtəlif antibiotiklər - fuzafuntin (bioparoks) antimikrob və iltihab əleyhinə təsirə malik olub, inhalyasiya üçün aerozol şəklində buraxılır. Gənziyin, tənəffüs yollarının infeksiyaları zamanı tövsiyə edilir. 10 gündən çox işlətmək olmaz (disbakterioz törədə bilər).Antibiotiklər gözəl antimikrob və müalicəvi əhəmiyyətə malik olmalarına baxmayaraq, onların hər birinin zərərli təsiri də vardır. Əsasən bunlar böyrəklərin işinə, bir çoxları qaraciyərə, görmə, eşitmə, qoxu və dadbilmə sinirlərinə zəiflədici təsir göstərir. Bəziləri selikli qişalarda və dəridə göbələk xəstəliyi əmələ gətirir. Demək olar ki, hamısı allergik reaksiyalar verir. Buna görə də onların dozası, təyin edildiyi müddət dəqiq olmalıdır. Xüsusilə uşaqlara və hamilə qadınlara bunların təyinində çox diqqətli olmaq lazımdır. Bu dərmanlardan çox kəskin xəstəliklərdə, ağır hallarda istifadə edilməsi məqsədəuyğundur.  
['antibioz', 'antibiotiklər', 'penisillin', 'dərmanlar', 'antibiotik', 'dərmanşünaslıq', 'əczaçılıq', 'farmakologiya']
6,353
https://kayzen.az/blog/dieta/3001/art%C4%B1q-%C3%A7%C9%99kid%C9%99n-qurtulmaq.html
Artıq çəkidən qurtulmaq
burla xatun
Dietologiya
24 sentyabr 2010, 10:02
Qadınların əksəriyyəti çəkilərinin artıq olmasına görə özlərini narahat hiss edirlər. Bəzi hallarda onlar qamətlərinin şux, xarici görkəmlərinin cəlbedici olması xatirinə öz sağlamlıqlarını qurban verməyə hazırdırlar. Təəssüf ki, çox vaxt qadın hər hansı bir üsulla çəkiyə qarşı mübarizəyə başlamazdan əvvəl müayinə olunmur və həkimlə məsləhətləşmir. Bu isə insan səhhətinə ciddi təsir göstərir. Məlumdur ki, arıqlamağa çalışan insan buna nail olmaq dərəcəsindən asılı olmayaraq gecə-gündüz stress keçirir. Məsələ ondadır ki, bilərəkdən arıqlayan adamlar daim özünə nəzarət etməyə, yemək istəyini boğmağa, üstünlük verdiyi yeməkləri dəyişməyə, qəbul etdiyi qidanın həcmini hesablamağa məcburdurlar. Pəhriz pozulanda isə vəziyyət daha da pisləşir. Bu halda problemlərin sırasına psixoloji əzabları da əlavə olunur, çünki insan belə hesab edir ki, o, bir növ artıq hərəkət etməyi özünə rəva görmüşdür. Əgər siz arıqlamaq qərarına gəlmisinizsə, özünüzü uzunmüddətli işə hazırlayın, prosesi sürətləndirməyə çalışmayın. Nəzərə alın ki, sizin artıq çəkiniz uzun illər boyu toplanmışdır və aydındır ki, çəkini azaltmaq üçün vaxt tələb ediləcəkdir. Artıq çəki təkcə sevdiyiniz insanın xoşuna gəlməmək riski deyil, həm də, bir sira xəstəliklərə, məsələn, diabetə tutulmaq riski deməkdir. Çox vaxt köklüyün səbəbi məhz lazım olandan çox yemək və fiziki gərginliyin çatışmaması ilə əlaqədar olur. Buna görə də qida məhsullarının kaloriliyini, yəni onların enerji dəyərini hesablamağı öyrənmək lazımdır. Kalorinin və deməli, enerjinin əsas mənbəyi heyvan və bitki mənşəli piylər, zülallar və karbohidratlardır (yarmalar, un məmulatı, şəkər, nişasta). Biz yüksək kalorili məhsullardan çox istifadə ediriksə və enerji məsrəflərimiz azdırsa, onda tarazlıq pozulur və çəki artmağa başlayır. Həmişə yaxşı fiziki formada olmaq üçün gün ərzində və ya həftə ərzində qəbul edilən və sərf olunan kalorilərin miqdarını ciddi hesablamaq lazımdır. Əgər arıqlamaq istəyirsinizsə, gündə 1000- 1200 kalori qəbul etməlisiniz. Qida rasionunun tərkibindəki kalorinin miqdarının 1000-dən az olduğu müddət isə çox uzun olmamalıdır. Əks halda bu, sağlamlıqla bağlı problemlərə gətirib çıxara bilər.Hazırda istehsalçılar məhsulların qablaşdırması üzərində 100 qram məhsulun kaloriliyini göstərirlər. Buna görə də yeyilmiş məhsulun həcmini və kaloriliyini müqayisə etmək kifayətdir. Fərz edək ki, səhər yeməyinizin menyusu 1 stəkan (200 qram) süddən və 1 bulkadan (75 qram) ibarət olmuşdur. Bu, təqribən 120+250 kalori deməkdir. Qalan kaloriləri nahar və şam yeməyi arasında bölüşdürməlisiniz. Çoxkomponentli xörəklərin kalorilərini hesablamaq bir qədər mürəkkəbdir. Lakin əminəm ki, cəmi bir neçə gündən sonra onu da öyrənəcəksiniz. 1 qram piyin tərkibində 9 kalori, 1 qram zülalın və ya 1 qram karbohidratın tərkibində isə 4 kalori vardır. Şirniyyat, qazlı şirin içkilər, çipsilər, kolbasa məmulatı, “fast-fud”, alkoqol məhsulları ən zərərli məhsullar hesab edilir. Çünki onların tərkibində kaloridən başqa heç bir qida dəyəri yoxdur. Məhsulların kalorilik göstəricilərini xüsusi soraq kitablarından da öyrənmək olar.Yadda saxlamaq lazımdır ki, artıq çəki həmişə şəkərli diabetin inkişaf etməsi riski deməkdir. Əslində, xüsusən, əgər siz diabet xəstəliyindən əziyyət çəkirsinizsə, tamdəyərli, sağlam qida zəruridir. Məhz bu cür yeməklər bir sıra problemlərin həllinə kömək edər. Lakin təəssüf ki, müasir dövrdə insanlar məhz buna nail olmaqda çox çətinliklərlə üzləşirlər. Qidalanma ilə bağlı adətləri dəyişmək tamamilə mümkündür. Lakin bu vərdişləri tədricən dəyişmək lazımdır — bu halda sağlamlığınıza xələl gəlməyəcək. Bu gün vitaminlərin faydası barədə məlumatı olmayan insan təsəvvür etmək çətindir. Vitaminlər immuniteti qoruyub saxlayır, mübadilə proseslərini normallaşdırır, endokrin sisteminin işinə kömək edir. Buna görə də arıqlayarkən vitamin kompleksləri qəbul etməyi unutmayın. Düzgün qidalanmanın bu əsas qaydaları bütün insanlara aiddir. Arıqlamaq üçün pəhriz (dieta) saxlamaq istəyənlər bilməlidir ki, yemək işləmək qədər ciddi məsələdir. Odur ki, nə yeyəcəyinizi və nə qədər yeyəcəyinizi əvvəlcədən planlaşdırın.UPD. Araşdırmalara görə, gün ərzində süd məhsullu ərzaqların qəbul edilməsi, köklükdən əziyyət çəkənlərə xeyli yardım edir. Qeyd edək ki, həkimlərin məsləhətinə əsasən, arıqlamaq istəyən hər bir şəx,s gün ərzində heç olmasa 350 ml süd içməlidir. Düzgün oxuma çəkini atmaqda kömək edir Amerikalı alimlər tərəfindən aparılmış tədqiqatların nəticələri göstərir ki, düzgün seçilmiş oxuma kökəlmədən əziyyət çəkən yeniyetmələrdə çəkinin azalmasına səbəb olur. Alimlər kökəlmədən əziyyət çəkən və artıq çəkini azaltma proqramında iştirak etmiş 9-13 yaşlı qızlar qrupundan xahiş etmişlər ki, Ənni Brayant tərəfindən yazılmış yeniyetmələr haqqında romanlar seriyasından birini oxusunlar. Mütəxəssis-pediatrların köməyi ilə mətnə sağlam həyat tərzi nöqteyi-nəzərindən müsbət modellər tətbiq edilmiş, həmçinin çəkinin idarə edilməsi üzrə məsləhətlər verilmişdir. Altı aydan sonra alimlər aşkar etmişlər ki, romanı oxumuş 31 qız bədən kütləsinin indeksinin kifayət qədər aşağı səviyyəsini (-0,71%) göstərmişlər, eyni zamanda nəzarət qrupundan olan 14 qız isə əksinə, bədən kütləsi indeksinin 0,5% artdığını göstərmişdir. Bu barədə tədqiqatın rəhbəri Aleksandra Rassel məlumat vermişdir. UPD.Arıq insanlarin ömrü az olurTokio-Tohoku Universitetindən bir qrup professor Yaponiyanın şimalındakı Miyagi bölgəsində 40-79 yaş arasındakı 50 min adamı 12 il boyunca araşdırıb. Bədən kütlə indeksinə görə dörd qrupun yaradıldığını araşdıran professorlar 40 yaşında kilo çoxluğu olan insanların zəiflərə nisbətən altı-yeddi il daha çox yaşadığını, çox zəiflərin isə həyat müddətinin 5 il daha az olduğunu müəyyən ediblər. Tohoku Universitetindən olan professor Shinichi Kuriyama zəif insanların daha yüksək risk daşıdığını ifadə edərək, zəiflərin həyat müddətinin daha az olmasının səbəbini sətəlcəm kimi xəstəliklərə qarşı damarların dözümsüz olduğunu qeyd edib. UPD, Araşdırmalar göstərir ki, ərdə olan xanımlar subay həmyaşıdları ilə müqayisədə orta hesabla 1,5 kiloqram artıq çəki yığırlar. Passion.ru saytının məlumatına görə, ərli qadının uşağı da varsa, onda artıq çəki 3,3 kiloqrama çatır. 10 il ərzində 18-23 yaş arası 6000 qadın arasında aparılan araşdırma göstərib ki, 10 il ərzində ərli qadın 5,6, onun uşağı da varsa, 7,4 kiloqram artıq çəki toplayır.Mütəxəssislər bunu həmin xanımların özlərinə daha az vaxt ayırması ilə əsaslandırır. «Ailələi xanımların idman zallarına baş çəkməyə və digər bu kimi işlərə vaxtı qalmır. Onlar əksər hallarda rasional qidalanmaya da fikir vermirlər», - deyə mütəxəssislər bildirir.  
['artıq çəki', 'arıqlamaq', 'çəki problemi.arıqlamaq üçün', 'normal çəki']
6,354
https://kayzen.az/blog/ginekologiya/2988/sonsuzluq-haqq%C4%B1nda.html
Sonsuzluq haqqında
burla xatun
ginekologiya
23 sentyabr 2010, 09:30
Əsrlər boyu insanlar nəsil artırmaq məqsədi ilə ailə qurublar. Ailədə varisin olmaması isə həmişə böyük bədbəxtlik kimi qəbul edilib. Qəribədir ki, min illər boyu sonsuzluqda yalnız qadın günahlandırılıb və zərif cinsin nümayəndələri həmişə sonsuzluğun əsas səbəbkarı kimi cəzalandırılıb. Əfsuslar olsun ki, indi də çoxları sonsuzluğa görə günahı yalnız qadında görürlər. Son dövrün statistikasına görə, sonsuzluqda ər və arvadın hər birinin payı təqribən 40-45% təşkil edir. Qalan 10-15%-i isə onların hər ikisinin vəziyyəti və xəstəliyi nəticəsində olur. Hansı nikah sonsuz hesab olunur və ümumiyyətlə, buna tez-tezmi təsadüf edilir? Statistikaya görə, hazırda bütün nikahların 15%-ni sonsuzlar təşkil edir. Evləndikdən sonra hamiləliyə qarşı vasitə tətbiq etmədən iki illik birgə ailə həyatı müddətində hamiləlik baş vermirsə, bu, nəticəsiz nikah hesab olunur. Belə hallarda ər və arvada sahə qadın məsləhətxanasına müraciət etmək məsləhət görülür. Orada qadın lazımi müayinədən keçir və onun ərinə də müvafiq müayinədən keçmək üçün məsləhət verirlər. Onların hər ikisinin müayinə olunmasının çox böyük əhəmiyyəti vardır. Ancaq bir çox hallarda sonsuzluğu müəyyənləşdirən və müalicəsi ilə məşğul olan həkimlər özlərini tamamilə sağlam sayıb, müayinədən ciddi surətdə boyun qaçıran ərlərin müqaviməti ilə qarşılaşırlar. Bəzən onlar bəhanə kimi ilk evliliklərində olan qadınların hamiləliklərini bir dəlil kimi göstərirlər. Əlbəttə, bu dəlillər onların bu məsələdə sadəlövlüklərini göstərir. Əslində ər və arvadın ikisinin müayinəsi, onlardan hansının həqiqətən sonsuzluqda günahkar olduğunu aşkar edir. Sonsuz ailə cütlərinin müayinəsi bəzi hallarda daha tez də aparıla bilər, ər və arvad münasibətinin və ailə mikroiqliminin nikahda ümumi, sonsuzluqda xüsusi mühüm əhəmiyyəti var. Sonsuzluğun əmələ gəlməsində sinir-psixi amilin bir səbəb kimi rol oynadığını mütəxəssislərin əksəriyyəti qeyd edirlər. Bununla əlaqədar, uşaqsız ailələrdə münasibətlərin xarakteri üzərində psixoloqların müşahidə aparmasının böyük əhəmiyyəti var. Əgər müayinədə hamiləliyin baş verməməsində onların hər ikisinin çavabdehliyi aydın olursa, bu məlumat ər və arvad arasında münasibətlərin möhkəmlənməsinə səbəb olur. Onlar bir-birlərinə qayğı və diqqət göstərirlər, bu da onların müalicə olma ehtimalını artırır. Adətən qadınlar bu məsələdə kişilərə nisbətən daha mərhəmətli, daha hövsələli olub, ərlərindəki çatışmamazlığa qarşı mənfi münasibət bəsləmir, onları müalicəyə sövq etməyə çalışırlar. Qadınların sonsuzluğuna qarşı kişilərdə münasibət isə tamamilə əksinə olur (çox vaxt ailənin dağılması, qohumların qadına qarşı neqativ münasibətləri və s). Bu vəziyyət onsuz da öz taleyindən əzab çəkən qadını daha da ağır vəziyyətə salır. Bütün bunlar kifayət deyilmiş kimi, özünü doğrultmağa çalışan kişi arvadının vəziyyəti haqqında bütün qohum və tanışlara da məlumat verir. Sonsuzluğun profilaktikası Məlumdur ki, xəstəliyin profilaktikası onun müalicəsindən qat-qat asandır. Bu, tam mənası ilə sonsuzluğa aiddir. Sonsuzluğun profilaktikası isə hələ uşaq doğulmamışdan başlanmalıdır. Hamilə qadının iş və istirahət rejimi qaydalarına əməl etməsi, keyfiyyətli və düzgün qidalanma, gigiyena tədbirlərinin yerinə yetirilməsi ailədə sağlam psixo-emosional iqlim ana bətnində dölün çinsiyyət sisteminin normal inkişafını təmin edir. Uşaq orqanizminin formalaşmasına pis təsir göstərən amillərin (alkoqolun və nikotinin) zərərli təsirində hamilə qadının qorunması bəsit şərtlərdən dir. Unutmaq olmaz ki, hətta papiros çəkilən otaqda hamilə qadının müəyyən müddətdə qalması həm onun özünə və həm də dölə zəhərləyiçi təsir göstərir. Son günlər tez-tez qarşılaşdığımız süni mayalanma haqqında bir neçə məlumatı diqqətinizə çatdırmaq istərdik. Bu üsul sonsuz (nəticəsiz) nikahda son vasitədir. Bizim ölkədə bu üsul 60-cı illərdə məşhur ginekoloq İ.Cordaniya tərəfindən tətbiq olunmuşdur. Müxtəlif səbəblərdən qadında sonsuzluq baş verdikdə, ər və arvadın hər ikisinin razılığı və istəyi ilə süni mayalandırma üsulundan istifadə oluna bilər. Bu üsul hazırda ölkəmizdə də geniş yayılmışdır və bu vasitə ilə çox ailələrdə uşaq dünyaya gəlmişdir. Bəzən ailələr 1 övlad gözləyirlər və bu zaman onlar inanılmaz bir hallarla qarşılaşırlar. Ancaq lazımi müalicədən sonra həmin ailədə 3, ya 4 uşaq dünyaya gəlir. Belə hallara da az təsadüf olunmur. Deməli, sonsuzluq böyük bir bədbəxtlik, çarəsiz bir bəla hesab olunmamalıdır. Təbabət insanlara baş verən bu çətinliyin əlacını tapmışdır. Müəllif: Səbinə İsmayılqızı
['sonsuzluq', 'cinsi problemlər']
6,355
https://kayzen.az/blog/karnegi/2663/2.-narahat%C3%A7%C4%B1l%C4%B1q-v%C9%99ziyy%C9%99tind%C9%99n-%C3%A7%C4%B1xma%C4%9Fa-imkan-yaradan-sehrli-d%C3%BCstur.html
2. Narahatçılıq vəziyyətindən çıxmağa imkan yaradan sehrli düstur
2ral
Narahatçılığı necə tərk etməli və yeni həyata necə başlamalı
22 sentyabr 2010, 14:34
Yəqin ki sizin vəziyyətdən çıxmağa imkan yarada bilən, tez təsir edən bir reseptə ehtiyacınız vardır və hətta istəyirsiniz ki, onun üsullarının tətbiqinə bu kitabı axıra qədər oxumadan belə başlayasınız. Onda mənə icazə verin, havanı kondensasiyalaşdıran qurğu istehsal edən müəssisə yarada bilən istedadlı mühəndis Uillis X.Kerrier tərəfindən işlənilmiş metodlar haqqında söyləyim. O, hal-hazırda dünya şöhrətli Nyu-York ştatının Sirakyus şəhərində fəaliyyət göstərən "Kerrier" korporasiyasına başçılıq edir. O, narahatçılıq yarada biləcək problemin həlli üçün mənim heç bir vaxt eşitmədiyim yaxşıların ən yaxşısı olan bir metod təklif etmişdi. O, bir dəfə mənimlə birlikdə Nyu-Yorkda mühəndislərin klubunda nahar edərkən bu haqda şəxsən özü söyləmişdi. Kerrier cənabları deyirdi: "Cavan yaşlarımda mən Nyu-York ştatı Buffolada dəmirçilərin kompaniyasında işləyirdim. Mənə tapşırılmışdı ki, Pitterburq kompaniyasının güzgü istehsalı üçün tələb olunan şüşənin istehsal zavodunda qazların təmizlənməsi üçün qurğunu qondarım. Milyon dollar dəyərində olan bu zavod Missuri ştatındakı Kristal Sitidə yerləşirdi. Bu yeni qurğu qazı qarışıqlardan təmizləməli idi ki, yandırıldıqda maşın və avadanlıqların işinə xələl gətirməsin. Qazın təmizlənməsində tətbiq olunan texnologiya yeni metodlarla aparılırdı. Keçmişdə bu metod bircə dəfə başqa bir şəraitdə sınaqdan keçirilmişdi. Kristal Sitidə işlədiyim dövrdə gözlənilməz bir çətinliklə üzləşdik. Adı çəkilən qurğu işə salındıqda etimadı doğrultmadı (qurğunun işləməsinə verdiyimiz zəmanət özünü doğrultmadı). Müvəffəqiyyətsizliyimlə əlaqədar mən ruhdan düşmüşdüm. Məndə elə bir hissiyyat yaranmışdı ki, guya məni kimsə arxadan təpəmə vurur. Daxilimdə dözülməz ağrılar başlamışdı. Həyəcanımdan yata bilmirdim. Nəhayət, elə bil içərimdə sağlam bir düşüncə həyəcanlanmağımın mənə kömək etməyəcəyini bildirdi. Odur ki, özümün narahatçılıq problemlərimin həlli üçün düşünüb elə üsullar hazırladım ki, onlar işdə özlərini gözəlcə doğrultdular. Mən artıq otuz ildən artıq bir müddətdir ki, narahatçılığa qarşı mübarizədə onları tətbiq edirəm. Bu metodlar çox sadədir. Bunlardan hər kəs istifadə edə bilər. Bu üsul üç mərhələdən ibarətdir: I mərhələ: Mən hadisələrin gedişini heç bir qorxu hissi keçirmədən belə şəraitdə baş verə biləcək ən pis halları da nəzərə alaraq, araşdırdım. Məni o vaxt heç kəs həbsə göndərmirdi və yaxud heç kəs məni güllələməyə çalışmırdı. Əslində isə, iş yerimin itirilməsi ehtimalı ola bilərdi: çox ola bilərdi ki, mənə iş verən təşkilat yeni avadanlıqların tətbiqinə etiraz etməklə bu müəssisəyə qoyduğumuz iyirmi min dollar vəsaiti itirə bilərdik. II mərhələ: Baş verə biləcək ən uğursuz vəziyyəti də qabaqcadan nəzərə alır və bu hal ilə barışmaq zəruriyyəti yarandıqda mən bunu da etməyi qərara almışdım. Mən öz-özümə dedim ki, bu müvəffəqiyyətsizliyim etibarlılığıma xələl gətirə bilər və nəticədə iş yerimi itirə bilərəm: əgər, hətta bu baş verərsə, mən özümə başqa iş hər vaxt tapa bilərəm. Şərait daha pis ola bilərdi: görünür ki, mənə iş verənlər (təşkilatlar) başa düşürlər ki, qazların təmizlənməsində biz yeni üsullardan istifadə edirik və əgər bu işə iyirmi min dollar sərf edilsə belə, bu xərcləri ödəməyə onların gücü çatar. Belə hesab edirəm ki, bu xərclər elmi araşdırmaların aparılması naminə edilmişdir. Belə bir şəraitdə daha pis vəziyyətin yarana biləcəyini dərk edərək və bununla barışmaqla anladım ki, nəsə mühüm bir hadisə baş vermişdir; mən dərhal süstləşərək sakitləşdim. III mərhələ: Bu andan mən vaxtımı və enerjimi sakitcə özümdə fikrən təsəvvür etdiyim və onunla fikrən barışdığım ən pis vəziyyətin yaxşılaşdırılması yollarını aramağa sərf etdim.Bizi gözləyən iyirmi min dollar məbləğində itkini aradan qaldırmaq üçün yollar və vəsait axtarırdım. Mən bir neçə əməliyyat apardıqdan sonra belə bir nəticəyə gəldim ki, əgər biz əlavə avadanlığın alınmasına daha beş min dollar sərf edəriksə, bizim problemimiz müsbət həll edilə bilər. Biz bu fikri həyata keçirdik, iyirmi min dollar itkinin əvəzinə firmamız on beş min dollar qazandı. Əgər əvvəlki narahat vəziyyətimi davam etdirərək təlaş içərisində qalsaydım, yəqin ki, mən heç bir vaxt problemin həlli formasını tapa bilməzdim. Axı biz fikrən özümüzü ən pis halın ola biləcəyinə inandıra biliriksə, bununla biz özümüzdə səksəkəli qorxuları rədd edir, problem həlli üçün fikirlərimizi toplamağa imkan yaratmış oluruq. Haqqında fikir söylənilən hadisə çox illər əvvəl baş vermişdir. Bu hadisə o qədər ibrətamiz idi ki, mən ondan özümə ömrüm boyu nəticə çıxarmış oldum və bununla da narahatçılıqdan demək olar ki, tam xilas ola bildim. Əgər biz buna psixoloji nöqteyi-nəzərdən yanaşarıqsa, belə bir sual yaranmış olur, axı nə üçün Uillis X.Kerrierin bu sehrli düsturu bu qədər qiymətli və praktik əhəmiyyətə malikdir. Bu, onunla izah olunur ki, o, bizi narahatçılıq üzündən azıb qaldığımız və kor vəziyyətinə düşdüyümüz keçilməz zülmət bir aləmdən çıxarır. Bu düstur bizə yerdə möhkəm, dayanıqlı durmamız üçün imkan yaradır. Biz artıq nə etmək və özümüzü necə aparmaq lazım olduğunu yaxşı bilirik. Əgər ayaqlarımız altında möhkəm zəmin yoxdursa, məgər biz bu və ya digər şey haqqında düşünə və onun həlli haqqında qərar verə bilərikmi? Tətbiqi psixologiyanın banisi professor Uilyam Ceyms bundan otuz səkkiz il əvvəl dünyasını dəyişmişdir. Əgər o, indi yaşamış olsaydı və bizim ekstremal (ifrat) vəziyyətlərdə özümüzü necə aparmaq düsturu haqda xəbərdar olsaydı, yəqin ki, tam qəlbi ilə alqışlayardı. Nə üçün mən belə deyirəm? Ona görə ki, o, sağlığında öz tələbələrinə belə demişdi: "Mövcud vəziyyətlə barışın, ona görə ki, vaqe olmuşların qaçılmaz bir hal kimi qəbul edilməsi ən ağır vəziyyətlərdən çıxmaq üçün birinci mərhələ rolunu oynayacaqdır." Həmin bu fikri Çinin filosofu Lin Yutanem də özünün "Həyatın mühümləri" adlı kitabında "Həqiqi ruhi dinclik vaqe olmuş ən ağır vəziyyətlərlə barışmaq nəticəsində əldə edilir." demişdir. Mən belə düşünürəm ki, bu psixoloji enerjinin qurtulması deməkdir." Həqiqətən də, söhbət azad edilmiş yeni enerjidən gedir. Nə vaxt ki, biz yaranmış ən ağır, ən pis hal ilə barışırıq, bizim itirməyə heç nəyimiz qalmır. Bu hal avtomatik olaraq bizə diktə edir ki, "biz hər şeyi yenidən əldə edə bilərik." Uillis X.Karrier ötən günləri yadına salaraq deyirdi: "Mən yaranmış pis vəziyyətimlə barışdıqda dərhal süstləşdim və özümdə uzun müddətdir ki, hiss etmədiyim sakitlik duydum. Bu andan məndə düşünmək qabiliyyəti yarandı." Bu ağlabatandır, elə deyilmi? Bununla belə, milyonlarla insanlar çılğın qəzəblərilə öz həyatlarını məhv etmişlər, çünki onlar yaranmış ən pis vəziyyəti qəbul etməyərək nəyi isə dəyişmək naminə iş görməmişlər. Halbuki onların öz qüvvələri buna yetərdi. Həyatları dağılmasın deyə öz həyat tərzlərini dəyişdirməyə cəhd etmək əvəzinə, onlar bunu "taleyin hökmü" kimi qəbul edib qəmli şikayətlər etmişlər və bu hal onlarda ruh düşkünlüyü yaratmışdır. Əgər istəyirsinizsə, Uillis X.Kerrierin sehrli düsturunun təcrübədə tətbiqi barədə misal gətirim. Bu düsturu mənim kurslarımda təhsil almış Nyu-York maye-yanacaq ticarətçisi müvəffəqiyyətlə tətbiq etmişdir. "Mən bir hədə-qorxunun qurbanı oldum." - deyərək o, öz söhbətinə başladı. Mən belə şeyin mümkünlüyünə heç vaxt inanmazdım. Mən düşünürdüm ki, belə hadisələr ancaq kinolarda nümayiş etdirilə bilər, buna baxmayaraq gerçəkdən məni hədə-qorxuya məruz etdilər. Bu hədə-qorxu hadisəsi belə baş verdi. Başçılıq etdiyim neft kompaniyasında bir neçə sürücünün idarə etdikləri yük maşınları vardı. O vaxtlar qiymətlərin tənzim edilməsi üzrə baş idarənin təkidi ilə bizim özümüzdə də benzinin sərfinə məhdudiyyətlər qoyulmuşdu. Mən burada nə baş verdiyindən bixəbər idim. Görünür ki, bir neçə sürücü bizim daimi müştərilərimizə yanacağı kəsirlə verməklə aldatmış və oğurladıqlarını başqalarına satmışdılar. Mən bu fırıldaqçılıq haqqında məlumatı özünü dövlət müfəttişi kimi təqdim edən bir nəfərdən eşitdim. O, əvəzində məndən pul alacağı (rüşvət alacağı) təqdirdə bu barədə səs-küy salmayacağına söz verirdi. Onun elində bu saxtakarlığı sübuta yetirə biləcək bizim sürücülərin qeyri-qanuni sənədləri vardı. O, əgər ona pul verilməzsə, sənədləri rayon prokurorluğuna verəcəyini bildirdi. Düzdür, mən əlbəttə ona anlatmağa çalışdım ki, bu işin bir başa mənim üçün qorxusu yoxdur və mən həm də bilirdim ki, firma öz işçilərinin hərəkətinə görə qanunla cavabdehlik daşıyır. Bundan əlavə, mən özümə hesabat verirdim ki, əgər bu iş məhkəməyə verilərsə, bu barədə məlumat qəzetlərdə dərc ediləcəkdir və məlumat ətrafında yaranacaq söz-söhbət mənim işimi korlaya bilər. Mən bununla belə, öz işimlə fəxr edirdim, çünki bu işin əsası mənim atam tərəfindən iyirmi dörd il bundan əvvəl qoyulmuşdu. Mən elə hiddətlənmişdim ki, vəziyyətim xəstəlik həddinə çatmışdı. Axırıncı üç gündə gecə də, gündüz də bir an belə yatmamış və heç bir şey yeməmişdim. Mən hansısa bir tilsimlənmiş dairəyə düşmüşdüm. Mən nə etməli idim? Beş min dolları bu adama verimmi və yaxud ona deyimmi ki, başladığı "qara" işini davam etdirsin? Hansı qərarı qəbul edirdimsə, o, mənə daha qorxunc görsənirdi. Sonradan bir bazar günü gecəsi mən "Narahatçılığı necə tərk etməli" kitabçasını oxuyurdum. Bu kitabçanı mənə Karneginin natiqlik sənəti sinfinin məşğələlərində vermişdilər. Mən kitabçanı oxuduqda Uillis X.Kerrierin kəlamına rast gəldim: "Ən pis vəziyyətə hazır olun." Mən öz-özümə sual verdim: tələb olunan pulu verməsəm və bu araqarışdıranlar öz sənədlərini dairə prokurorluğuna təqdim etsələr, mənim üçün nə kimi ən pis vəziyyət yarana bilər? Bu sualın cavabı belə ola bilərdi: mənim işim məhv ola bilər, bax budur mənim üçün yarana biləcək ən acınacaqlı vəziyyət. Mənim həbs olunma ehtimalım olmasa da, ən pisi bu məsələ ətrafında yarana biləcək qalmaqallı vəziyyətin mənə faciəvi təsiri ola bilər." Sonra öz-özümə dedim: Tutaq ki, mənim işim məhv oldu və mən bu vəziyyətlə fikrən razılaşdım. Bəs sonra nə kimi hadisə baş verə bilər? Əgər mənim işim məhv olardısa, ola bilərdi ki, özümə yeni iş axtarmalı olardım. Bu o qədər də çıxılmaz vəziyyət deyildir. Mən neft məhsulları üzrə ixtisaslı mütəxəssis idim. Bir neçə firma vardı ki, məmnuniyyətlə məni işə götürərdilər. Artıq mən özümü yaxşı hiss etməyə başladım. Axırıncı üç gecə və gündüz hiss etdiyim əzginlik yavaş-yavaş yox olmağa başladı. Həyəcanım bir az səngimişdi. Özümə təəccüblü gəlsə də, mən artıq düşünə bilmək iqtidarında idim. Üçüncü mərhələni - ən pis vəziyyəti yaxşılaşdırma mərhələsini yerinə yetirməyə artıq məndə kifayət qədər fikir aydınlığı yaranmışdı. Problemlərin həlli üçün üsullar axtarışında mən hadisələrə başqa nöqteyi-nəzərdən baxmağa başladım. Düşündüm ki, mən öz vəkilimə işlərin mövcud vəziyyəti barədə yazsam, o, çıxış yolu - halbuki mən bu çıxış yolu haqda heç düşünməmişdim - tapa bilərdi. Mən bilirəm çətin inanmaq olardı ki, bu "çıxış yolu" haqda fikir əvvəllər ağlıma gəlməmişdi. Mən onda problemlərin həlli üçün düşünə bilməzdim, çünki o vaxtlar ancaq daima narahatçılıq keçirirdim. Mən dərhal qərara gəldim ki, sabah tezdən vəkilim ilə məsləhətləşməliyəm. Bundan sonra evə getdim və ölü kimi sabaha qədər yatdım. Bəs bu hadisə nə ilə yekunlaşdı? Ertəsi gün mənim hüquqşünasım məsləhət bildi ki, rayon prokurorluğuna gedim və hadisəni olduğu kimi ona danışım. Mən elə də etdim. Söhbətimi bitirdikdən sonra prokurorun dediklərindən son dərəcə heyrətləndim. O, bildirdi ki, artıq bir neçə aydır ki, onlar bu soyğunçuluqla məşğuldurlar. Özünü "dövlət müfəttişi" kimi təqdim edən şəxs polisin neçə aydır ki, axtardığı fırıldaqçıdır. Prokurorun bu məlumatından sonra mən özümdə bir yüngüllük və rahatlıq hiss etdim, çünki üç gündüz və gecə idi ki, hey tərəddüddə idim, beş min dolları o peşəkar fırıldaqçıya verim və ya verməyim. Bu təcrübə bütün ömrüm boyu mənə bir dərs oldu. İndi mən artıq belə çətin vəziyyətlərə düşdükdə həmin o qoca Uillis X. Kerrierin düsturu adlanan metodu tətbiq edirəm. Təxminən Uillis X.Kerrierin Kristal-Sitidə zavoddakı qaz təmizləyici avadanlığın quraşdırılması ilə əlaqədar üzücü əzablar çəkdiyi günlərdə Nebrask ştatı Broken-Bou şəhərindən bir cavan şəxs özünün ən əzablı və məşəqqətli ömrünü yaşayırdı. O, öz vəsiyyətnaməsini də yazmışdı. Onun adı Erl P.Xeni idi, onun onikibarmaq bağırsağında yara vardı. Mədə-bağırsaq yara xəstəlikləri üzrə məşhur mütəxəssis də daxil olmaqla üç nəfər həkim onun bu xəstəlikdən sağalmayacağını bildirdilər. Onlar cənab Xeniyə ciddi pəhriz saxlamağı, həyəcanlanmamağı, özünü tam sakit aparmağı tövsiyə etdilər. Bundan başqa ona vəsiyyətnaməsini yazmağı da məsləhət gördülər. Xəstəliyi Erl P.Xenini artıq məcbur etdi ki, münasib və yüksək maaşlı vəzifədən əl çəksin. Beləliklə, onun üçün tükənməkdə olan ömrünün sonunu sakitcə gözləməkdən başqa ayrı çarə qalmırdı.Belə bir vaxtda o, əla və qəribə bir qərar qəbul etdi: "Madəm ki, ömrümə belə az vaxt qalmışdır, onda çalışmalıyam ki, bu az yaşayacağım müddətdə həyatımdan doyunca kam alım. Dünya səyahətinə çıxmağı mən həmişə arzu etmişəm. Bu arzumu həyata keçirmək lazımdırsa, onda səyahətə elə indi başlamaq lazımdır." O, bu məqsədlə gəmiyə bilet aldı. Həkimlər dəhşətə gəlmişdilər. "Biz sizi xəbərdar etməyə borcluyuq, - deyə onlar cənab Xeniyə bildirdilər ki, əgər siz bu səyahətə çıxsanız, onda dənizdə dəfn edilməli olacaqsınız. "Yox dediyiniz hal baş verməyəcəkdir. Mən öz qohumlarım ilə danışıb razılığa gəlmişik ki, onlar məni Nebrask ştatının Broken-Boudakı ailəvi sərdabədə dəfn edəcəklər. Ona görə də səyahət zamanı özümlə aparmaq üçün bir tabut almağa da hazırlaşırdım." O, tabutu alıb gəmiyə götürmüşdü və gəmi kompaniyasının rəhbərliyi ilə razılaşmışdı ki, əgər səyahət zamanı ölüm onu haqlasa onlar necə hərəkət etməlidirlər. Onlardan xahiş etmişdi ki, onun meyitini vətənə qayıdana kimi gəminin soyuducusunda saxlasınlar. O bu səyahətə qoca şair Ömər Xəyyamın şerlərindən ilhamlanaraq çıxdı: "Fani insan, dünənki itkiyə görə ağlama. Bugünkü işləri sabahın meyarı ilə ölçmə. Nə keçmişə, nə də gözləniləcək dəqiqəyə inanma, Keçməkdə olan dəqiqələrə inan, indi xoşbəxt ol!" O, səyahət zamanı heç bir pəhrizə riayət etmirdi. Qarşımda olan məktubunda o yazırdı: "Mən səyahət zamanı buzlu və sodalı viski içir, uzun siqaretlər çəkirdim, ən müxtəlif yeməklər, o cümlədən yerli əhalinin qəbul etdiyi qeyri-adi xörəklər yeyirdim. Bunlar da mənim ölümümə səbəb olmalı idi. Mən uzun illər ərzində heç məşğul olmadığım əyləncələrlə əylənir, həzz alır və nəşələnirdim. Biz musson külək və qasırğaların şıltağına dözdük. Halbuki kiçik bir qorxu, həyəcan, dəhşətli hal məni tabuta uzatmalı idi. Lakin mən bütün bunlardan böyük zövq alırdım. Gəmidə olduğum müddətdə kazinoda müxtəlif oyunlarda iştirak edir, mahnı oxuyur və özümə yeni dostlar tapır və gecə yarıya qədər əylənirdim. Çin və Hindistan sahillərinə çatdıqda mən başa düşdüm ki, burada Şərqdə gördüyüm yoxsulluq və aclıqla müqayisədə evdə məni daim gözləyən qayğılar və bəzin işimlə əlaqədar keçirdiyim həyəcanlar cənnəti andırır. Mən tezliklə bihudə yerə həyəcanlanmağıma, iztirab çəkməyimə son qoydum və özümü çox yaxşı hiss etməyə başladım. Mən Amerikaya qayıdanda çəkim 90 girvənkə artmışdı. Mən, demək olar ki, mədəmdə yaranın olmasını unutmuşdum. Həyatım boyu özümü bu qədər yaxşı hiss etməmişdim. Mən tabutumu dərhal qəbiristana apardım və təzədən işləməyə başladım. O vaxtdan bir dəfə də olsa xəstələnməmişəm." Bu hadisələr baş verdiyi vaxtlaradək Erl P. Xenni, Uillis X.Kerrierin narahatçılığa qarşı mübarizə metodları barədə heç nə eşitməmişdi. Bu yaxınlarda o, mənə dedi ki, "indi mənə artıq aydındır ki, o vaxt mən həmin prinsipləri bilmədən qəbul etmişdim. Mən baş verə biləcək ən pis vəziyyətlərimlə barışmışdım. Mənim mövcud vəziyyətimdə isə ölümdən söhbət gedirdi. Sonra isə həyatımdan zövq alaraq öz əhvali-ruhiyyəmi yaxşılaşdırmağa çalışdım. Əgər mən səyahətdə olduğum müddətdə narahatçılığımı davam etdirsəydim, şübhəsiz ki, geriyə tabutda qayıdacaqdım. Mən isə o vaxt özümü sakit, qayğısız apardım və hər şeyi unutdum. Əldə etdiyim ruhi sakitlik mənə fiziki həyatımı xilas etməyə yeni qüvvə verdi. Beləliklə haqqında danışdığım o ecazkar düsturun köməyilə Uillis X.Kerrier 20 min dollarlıq müqavilənin taleyini xilas etmiş oldu. Nyu-Yorkdan olan biznesmen hədə-qorxudan müdafiə olundu. Erl Xeni isə faktiki olaraq öz həyatını fəlakətdən qurtardı. Ola bilər ki, adı çəkilən bu sehrli və ecazkar düstur sizin də həll edilməz görünən problemlərinizin həllində gərəkli olsun? Beləliklə ikinci qayda: əgər sizdə narahatçılıqla əlaqədar problemlərin həllində çətin vəziyyət alınırsa, Uillis X.Kerrierin aşağıdakı fövqəladə təsirli düsturunu tətbiq edin: 1. Öz-özünüzdən soruşun: baş verə biləcək hadisələrdən ən pisi hansı ola bilər? 2. Zəruri hallarda bu vəziyyətlə barışmağa hazır olun. 3. Sonra isə sakitcə vəziyyəti necə dəyişmək barədə düşünün. Həmçinin bax: 2. Marketinqin strateji planlaşdırılması 2.1 Təşkilatın məqsədi və ya missiyası 2.2 Marketinq strategiyasının hazırlanma prosesi 2.3 Baza strategiyasının müəyyənləşdirilməsi 2.4 Rəqabətli mövqeləndirmənin yaradılması 2.5 Strategiyanın tətbiqi 2.6. Praktikadan misal: Playboy
['Deyl Karneginin məsləhətləri', 'narahatçılıq']
6,356
https://kayzen.az/blog/ginekologiya/2984/mastopatiya.html
Mastopatiya
burla xatun
ginekologiya
22 sentyabr 2010, 09:57
Yaxın zamanlara qədər mastopatiya orta yaşlı qadınların xəstəliyi hesab olunurdu. Lakin son zamanlar xəstəliyin yaş həddi nəzərə çarpacaq dərəcədə cavanlaşıb. Artıq gənc qızlarda da bu xəstəliyə rast gəlmək mümkündür. Antik əfsanəyə görə, mastopatiyadan ilahə Gera da əziyyət çəkib. Döş nahiyəsindəki dözülməz ağrılar ona əzab verirdi. Xoşbəxtlikdən yunan tibb tanrısı sayılan Asklepiya ona kömək edir. Həkim Geraya dağ bitkilərindən toplanıb hazırlanmış məhlul verir və bununla da Gera tam sağalır. Müasir həkimlər deyir ki, İlahənin bəxti onda gətirib ki, xəstəlik tez aşkar olunub və müalicə öz effektini tez verib. Çünki diaqnozun tez olması uğurlu müalicəyə işarədir. Ona görə də əgər aybaşı başlayan zaman döşdə ağrılar varsa, dərhal həkimə müraciət edin. Unutmayın ki, qadın üçün bu son dərəcə həssas bir orqandır. Etinasız münasibət sonda pis nəticələrə gətirib çıxara bilər. Hesablaşma Mastopatiya — süd vəzilərinin quruluşundakı dəyişikliklə əlaqədardır. İndiyə qədər də həkimlər onun yaranma səbəbini tam şəkildə deyə bilmir. Lakin bir neçə əsaslı səbəblər, təbii ki, mövcuddur. 1-ci yerdə tez-tez edilən abortlar, müntəzəm olmayan cinsi həyat, gec doğuşlar, döş əmizdirmədən inkar etmə dayanır. Digər səbəblərən — süd vəzilərinin zədələnməsi, hormonal pozuntu, stresslər, hormonal preparatların özbaşına qəbulu və günəş vannalarının həddindən artıq qəbuludur. Problemi vaxtında aşkar etmək üçün ən azından ildə 1 dəfə müayinədən keçmək mütləqdir. Həmçinin hər ay özünü müayinə edə bilərsən. Bunu etmək üçün düzgün zaman seçimi daha vacibdir. Belə ki, aybaşı başlayandan 5-8-ci günləri özünü müayinə üçün məqsədəuyğundur. Xüsusi diqqəti dəriyə, döş gilələrinə və döşün ölçüsünə yönəlməlidir. Vəzlərdəki cüzi dəyişiklik normal hesab olunur. Lakin əhəmiyyətli və nəzərə çarpan dəyişiklik narahatlığa əsas verir. Sağ və sol döşünə növbə ilə toxun, saat əqrəbi istiqamətində gilələrə doğru hərəkət edin. Bunu öncə ayaqüstə, sonra uzanaraq edin. Döş gilələrini ehtiyatla sıxın, əmin olun ki, heç bir maye ifraz olunmadı. Əgər anormallıq hiss edirsənsə, mütləq həkim – mammoloqa müraciət edin. Dəqiqlik və təhlükəsizlik Süd vəzilərinin dəqiq müayinəsi mammoqrafiya ilə müəyyən olunur. Bu metod sadə, ağrısız, təhlükəsiz və yüksək effekti ilə seçilir. 85-95 % hallarda süd vəzilərindəki dəyişikliyi müəyyən etmək mümkün olur. Metod 35 yaşından yuxarı qadınlarda istifadə olunur. Mammoqrafiya menstrual dövrün ilk mərhələsində həyata keçirilir. 35 yaşından aşağı qadınlarda USM edilir. Mastopatiya (süd vəzisinin fibroz-kistoz xəstəliyi) Süd vəzisi bir-biri ilə müəyyən qarşılıqlı nisbətdə olan vəzili və birləşdirici toxumalardan ibarətdir. Tsiklin günündən və qadının yaşından asılı olaraq toxumaların nisbəti dəyişir. Bu dəyişikliklər müvafiq yaşa uyğun və funksional normalar həddində qalmalıdır və bu normalardan hər hansı kənarlaşma patologiya hesab edilir. Mastopatiya zamanı süd vəzisinin tarazlıq vəziyyəti pozulur. Bunun səbəbləri çoxdur. Onlardan biri ginekoloji statusun pozulmasıdır. Lakin süd vəzisinin vəziyyətinə təsir göstərən digər səbəblər də vardır: qalxanvari vəzi, böyrəküstü vəzilər, hipofiz vəzisi, mədəaltı vəzi, eləcə də həddən artıq yorulma, stress halları və s. Mastopatiyanın hər hansı təzahürü xoşxassəli prosesdir, yəni təhlükəli deyil. Lakin bəzi hallarda bədxassəli proses də başlaya bilər. Bu keçid məqamını vaxtında hiss etmək üçün qadın süd vəzisi xəstəliklərinin diaqnostikası ilə məşğul olan mütəxəssisə müraciət etməli və müayinə olunmalıdır. Bəzən 13-15 yaşlı yeniyetmə qızlara səhvən belə bir diaqnoz qoyulur. Bu onunla əlaqədardır ki, bu yaşda döş vəzisi toxumasında təbii böyümə prosesi müşahidə edilir və bu proses ağrı hissi ilə müşayiət olunur. Preklimakterik yaşda olan qadınlarda isə əksinə, zahirən mastopatiya kimi müşahidə olunan böyümə, bədxassəli törəmənin ilkin əlaməti ola bilər. Bu baxımdan müntəzəm müayinə olunmaq çox vacibdir. Xususilə, döş vəzisi nahiyyəsində hər hansi bir narahatlıq hiss olunarsa, mütləq həkimə müraciət edilməlidir. Yaşı 40-a qədər olan qadınlara məsləhət görülür ki, iki ildə bir dəfədən gec olmayaraq döş xəstəliklərinin diaqnostikası üzrə mütəxəssis həkimə müraciət etsinlər. 40 yaşdan 50 yaşa qədər olan dövrdə qadınlar iki ildə bir dəfə, 50 yaşdan sonra isə hər il rentgen-mammoqrafiya müayinəsi keçməlidirlər.
['mastopatiya', 'mastopatiyanın səbəbləri', 'qadın sağlamlığı']
6,357
https://kayzen.az/blog/t%C9%99n%C9%99ff%C3%BCs/2995/astma-x%C9%99st%C9%99liyi.html
Astma xəstəliyi
Tomris
tənəffüs sistemi
18 sentyabr 2010, 23:52
Astma tənəffüs yollarının iltihabi xəstələyi olub, xırıltılar, tənəffüs müddətinin qısalması, öskürək, döş qəfəsində gərginliklə xarakterizə olunur.Astma tənəffüs yollarında olan iltihab nəticəsində əmələ gəlir. Ölkəmizdə astma xəstəliyi tez-tez rast gəlinsə də dəqiq statistika yoxdur. Amerika Birləşmiş Ştatlarında təxminən 20.5 milyon amerikalı astma ilə xəstədir. Astmalı xəstələrin böyük əksəriyyətinin ailəsində və ya özündə  allergik rinit və ya ekzema tipli allergiya var. Astma tutmaları zamanı tənəffüs yolları əzələləri gərginləşir, selikli qişasi şişkinləşir. Bu bronxlarla keçən havanın həcmini azaldır və quru xırıltıların əmələ gəlməsinə səbəb olur. Bəzi xəstələrdə quru xırıltılar tutmalar şəklində olaraq simptomsuz dövrdən seçilir. Bəzi xəstələrdə uzun müddətli tənəffüs müddətinin qısalması müşahidə olunur. Digər qrup xəstələrdə isə öskürək əsas simptom olaraq qalır. Astma tutmaları bir neçə dəqiqədən bir neçə günədək davam edir. Tənəffüs həcmi kəskin azalarsa təhlükəli ola bilər. Həssas insanlarda allergiya törədən maddələrlə nəfəs alma xəstəliyin başlamasına start verə bilər. Bunlara heyvan xəzi, gənə, tarakan allergenləri, bitki tozları, plastik tozlar daxildir.  Eyni zamanda respirator infeksiyaları, soyuq hava, siqaret çəkmə, stress, qida və dərman allergenləri da buna səbəb ola bilər. Bəzi xəstələrdə aspirin və digər qeyri steroid tipli iltihab əleyhinə olan preparatlar astmanı provokasiya edə bilər. Astmanın əlamətləri (astmanın simptomları) — xırıltılar — qəfil başlanır — epizodik olur — gecə və ya səhər erkən daha güclü ola bilər — soyuq havadan, refluksdan güclənə bilər — öz-özünə keçə bilər — bronxodilatatorlarla müalicə olunur — Fiziki yüklənmə nəticəsində kəskinləşən tənəffüs qısalığı — Qabirğaarası dərinin tənəffüs zamanı dartılmasıTəcili yardım simptomları: — Tənəffüsün çətinləşməsi — Üz və dodaqların göyərməsi — Həyacan və tənəffüsün qısalması — Sürətli nəbz — Tərləmə — Astma tutmaları zamanı xəstələrdə əmələ gələn çaşqınlıq Əlavə simptomlar: — Burun pərlərinin genişlənməsi — Döş qəfəsində ağrı və gərginlik — Qeyri normal tənəffüs-Nəfəsvermə nəfəsalmadan iki dəfə uzundur — Nəfəsalma müvəqqəti dayanırAstmanın müayinəsi: Allergik testlərin aparılması allergenləri tapmağa kömək edə bilər. Ümumi allergenlər heyvan xəzi, gənə, tarakan məhsulları, ev tozu, bitki və plastic tozlar allergenləridir. Ümumi tənəffüs yolları qıcıqlandırıcıları siqaret tüstüsü, ağac yanmasından və qazların yanmasından əmələ gələn tüstülərdir. Həkim ağciyərlərə qulaq asmaq üçün stetoskop istifadə edir. Xəstənin astması varsa uyğun səslər eşidiləcək. Lakin astma tutmaları arası ağciyərlər üzərində normal tənəffüs eşidilir.Əlavə olan testlər: — Ağciyər funksiyasını yoxlamaq üçün testlər — Nəfəsvermə zamanı tənəffüs həcminin ölçülməsi — Döş qəfəsinin rentgeni — Qan analizləri (eozinofillərin sayılması ilə) — Arterial qanda qazların təyiniAstmanın müalicəsi Müalicə əsasən allergenlərdən, tənəffüs yollarını qıcıqlandıran maddələrdən uzaq olmaqdan və tənəffüs yollarının iltihabından qaçmaqdan ibarətdir. Müalicə üçün əsas 2 dərman növləri var: Uzun müddətli dərmanlar profilaktikası üçün istifadə olunur, onlar aşağıdakılardır: — İltihabın qarşısını alan steroidlər ( Azmacort, Vanceril, AeroBid, Flovent) — Leykotrien inhibitorları (Singulair və Accolate) — Anti-IgE terapiyası (Xolair) — Uzun müddətli bronxodilatatorlar (Serevent) — Xromolin sodium (Intal) və ya nedocromil sodium — Aminofillin və ya teofillin Bəzən steroid və bronxodilatatorlar birgə işlədilir. Tutma zamanı sürətli təsir edən dərmanlar: — Qısa təsirli bronxodilatatorlar (Proventil, Ventolin, Xopenex). — Kortikosteroidlər (prednisone və ya methylprednisolone), ağıza və ya venaya vurulur. Orta ağırlıqlı astma zamanı qısa təsir müddətli dərmanlardan istifadə olunmalıdır. Ağır formada özünü göstərərsə xəstəlik üçün daimi müalicə tətbiq olunmalıdır. Kəskin formada isə xəstəxana şəraitində müalicə aparılmalıdır. Peak flow meter (tənəffüs həcmini təyin edir) ağciyər həcmini ölçmək üçün sadə qurğudur, tutmanın başlayacağını simptomlardan əvvəl xəbər verir. Peak flow meter dərman müalicəsini nə zaman başlamağa ehtiyac olduğunu göstərir. Peak flow  50-80% arası olarsa bu orta ağırlıqlı xəstəlikdir,  50%-dən aşağı isə kəskin tutmadır. Ağırlaşmalar: — Tənəffüs sisteminin üzülməsi — Dərmanların əlavə təsirləri — Pnevmotoraks — ÖlümHəkimə nə zaman getməli: Əgər siz və ya uşağınız astmadan əziyyət çəkirsinizsə həkimə müraciət edin. Tənəffüs həcmi 50-80%-dirsə və əlamətlər əvvəl yazılmış müalicə ilə azalmırsa təkrar müayinəyə gedin. Kəskin tənəffüs problemləri, döş qəfəsində ağrı ilə təcili yardıma müraciət edin.Astma xəstəliyi zamanı profilaktika Allergenlərdən uzaq olmaqla xəstəliyin kəskinləşməsinin qarşısını almaq olar. Bunu toza allergiyası olanlarda evdən xalçaları yığışdırmaqla, quş tükündən olan balışları dəyişməklə, tez-tez evləri təmizləməklə etmək olar. Belə insanlar tüklü heyvanlardan da uzaq olmalıdır. Eyni zamanda belə xəstələr siqaret tüstüsundən və sənaye tüstülərindən də uzaq olmalıdır. Bir çox xəstəlikləri sivilizasiyanın «ayağına» yazırlar. Belə xəstəliklərdən biri də astmadır. Amma bu xəstəlik qədimdən məlumdur. Məsələn, Homerin «İliada»sında Axill Hektorun boğazına nizə yeridir və o, «astma»ya məruz qalır. Doğru tapdınız: «astma» yunanca «boğulma» mənasını verir. Astmanın nə olduğunu anlamaq üçün ona tutulmaq lazımdır. Doğrudan da, rahat nəfəs almamağın nə demək olduğunu hər adam dəqiq izah edə bilməz. Xəstəliyin mahiyyəti bronxların allergiyaya həddən artıq həssas olmasındadır. Nəfəsalmada dəyişikliklər üzündən bronxlar sıxılır və nəfəsalma cingiltili və xırıltılı olur. Eyni zamanda adam öskürür və boğulma halları baş verir. Çirkli ekologiya, virus və bakteroloji infeksiyalar, müxtəlif qida əlavələri, məişət şəraiti və ilk növbədə passiv və fəal siqarətçəkmə son on ildə astma xəstəliyinə tutulanların sayını artırıb. Əvvəllər həkimlər astmanı perspektivsiz xəstəlik hesab edirdilər. Həkimlər ən yaxşı halda xəstəni boğulmalardan xilas edə bilirdilər. İndisə vəziyyət dəyişib. Təbabətin inkişafı astmaya tutulmuş xəstələrin vəziyyətini yaxşılaşdırmağa imkan verir. Artıq astmadan əziyyət çəkənlər idmanla da məşğul ola bilirlər. Çox az adamın məlumatı var ki, «Mançester Yunayted» futbol komandasının aparıcı oyunçularından biri Pol Skouz astmadan əziyyət çəkir. Düşünə bilərsiniz: futbol hara, astma hara. Lakin, gördüyünüz kimi, P.Skouz sakitcə İngiltərə çempionatında iştirak edir. Təbii ki, astma xəstələri daim həkimlə ünsiyyət saxlamalıdırlar. Ancaq təbabətin inkişafı astma xəstəliyini yüngül keçirməyə imkan verir. Çox güman ki, yaxın gələcəkdə astma ilə mübarizədə daha yüksək nəticələr əldə etməyə şərait yaradacaq. Hələliksə insanlar boğulmaya qarşı effektli mübarizə apara bilirlər. Astma ilə fəal mübarizə aparanlardan biri olan Mariya Hopenin dediyi kimi, «Mənim astmam var, lakin mən astmanın deyiləm».Yeri gəlmişkən, alimlərin araşdırması həftədə ən azı 3 hamburger yeyən uşaqlarda astma xəstəliyinə daha tez-tez rast gəlindiyini göstərib. Alman, ingilis və ispan alimlər qrupunun 50 000 uşaq üzərində apardıqları araşdırma bu faktı tam təsdiqləyib. Yaşı 8-12 arasında olan uşaqlarda astma xəstəliyinə tutulanların əksəriyyətinin hamburger düşkünü olduğu müəyyən edilib.Mənbə nida.az və www.etibb.orgXahiş edirəm astma xəstəliyi haqqında maraqlı bilgiləri olanlar burda yazsınlar. Ən pis xəstəliklərdən biridir.Həmçinin bax: Bronxial astma xəstəliyi haqqında
['astma', 'bronxial astma', 'tənəffüs sistemi xəstəlikləri', 'tənəffüs yolları xəstəlikləri', 'astma xəstəliyi']
6,358
https://kayzen.az/blog/etiket/2907/s%C3%BCfr%C9%99-arxas%C4%B1nda-etiket.html
Süfrə arxasında etiket
burla xatun
Etiket və nəzakət qaydaları
17 sentyabr 2010, 21:59
1. Bıçaq istifadə edərkən çəngəl sol, bıçaq sağ əllə tutularaq kəsmə işi edilir. 2. Masada çəngəl sola, qaşıq və bıçaq sağa yerləşdirilir. Bıçaq, qaşıq ilə qab arasına qoyular. Bıçaq sağ əllə tutulur və işarə barmağı bıçaqın iti olmayan tərəfinə söykədilib kəsmə işi edilir. Bıçaqı istifadə etdikdən sonra masaya buraxmamalı, qabın üst yarısına, sizə doğru yanlamasına və iti tərəfi içəri tərəfə qoymalıdır. 3. Çəngəl isə istifadə edildikdən sonra qabın üzərinə, bıçaqa paralel və sol tərəfə, çəngəlin sapı sağda və ağızı yuxarıya doğru ya da bıçağa dik olaraq qoyulur. 4. Qaşıq da eynən bıçaq kimi istifadə edilir. Əsasən nahar xaric, qaşıq süfrədə yalnız yeməyin başlanğıcında şorba(sulu yeməklər) üçün lazımlıdır. Mədəni bir ev sahibi xüsusi yeməklərdə və ya ailə arasındakı yeməklərdə qaşığı bıçağın sağına yerləşdirir. 5. Yuxarıdakılardan başqa masa nizamında salat və ya şirnyyat üçün çəngəl, balıq çəngəli, şirniyyat qaşığı, buzlu içəcəklər qaşığı, şorba və çay qaşığı istifadə edilə bilərsiniz. 6. Salat çəngəli normal yemək çəngəlindən daha qısa olur və hər iki işdə də istifadə edilə bilər. Salat yemək üçün istifadə edilən çəngəl, yemək qabının sol, yemək çəngəlinin isə iç tərəfinə qoyulur. Xüsusi yeməklərdə salat çəngəli yemək çəngəlinin çöl tərəfinə qoyula bilər. 7. Balıq çəngəli digərlərinə nisbətlə daha qısa və düz olur və qaşığın sağ tərəfinə yerləşdirillr. 8. Şirniyyat qaşığı, şirniyyat qabının içərisinə qoyulur. Lakin daha əvvəldən də masadakı yerinə qoyula bilər. (Əgər təmizdirsə!) 9. Şorba qaşıqları şorba qablarının sağ tərəfində olur və digərlərinə nisbətən ən uzun saplı olmalıdır. 10. Böyük ümumi xidmət çəngəl və qaşıqları, xidmət masalarında xidmət ediləcək yemək qablarında olmalıdır. Özünüzə xidməti bunlarla etməlisiniz. 11. Ən rəsmi masalarda belə üçdən çox çəngəl qoyulmaz. 12. Xüsusilə günorta və ya axşam yeməklərində, bütün qonaqlar üçün masaya əvvəldən yerləşdirilmiş ayrıca bir xidmət qabı olmalıdır. Bu qab o biri qablara görə daha böyük olmalıdır, sonradan xidmət edilən qablar bunun üzərinə qoyulur. 13. Salat qabları daha çox düz və yumru olur. Xüsusi yeməklərdə, salat ilə yemək eyni qabda xidmət edilə bilər. 14. Şorba, şirniyyat və meyvə qabları, hər biri ayrı-ayrı başqablarda xidmət edilməlidir. 15. Dolça, bıçaqların üst tərəfinə qoyulur. Su və şirə stəkanlarını qonaqlar yerlərində oturduqdan sonra doldurulur. 16. Şərab stəkanları dolçanın sağına və masanın kənarına yaxın yerləşdirilir. 17. Salfetlər rəsmi olmayan yeməklərdə çəngəllərin sol tərəfinə və ya çəngəlin altına, rəsmi yeməklərdə isə xidmət qabının içinə qoyulur. Masaya oturduqdan sonra ev sahibi, salfeti götürərkən, siz də onula eyni zamanda salfeti sağ üst küncündən tutaraq açıb dizlərinizin üstünə sərə bilərsiniz. Salfetlər istifadə edildikdən sonra rəsmi yeməklərdə qabın sağına buraxıla bilər. Xüsusi yeməklərdə kağız salfet qoyulursa, bunlar qabın sağına qoyulur. Kağız salfetləri əlinizdə büzdürüb top şəklinə gətirmək çox xoşagəlməz haldır. Rəsmi yeməklərdə süfrəyə oturduqdan sonra qaba əl sürtmək və eləcədə qarsonun işini asanlaşdırmaq üçün ona qabı uzatmaq mədəniyyətsizlikdir. Qonaq xidmət etməz. Qonaqlara xidmət edilər və əsasən bu məqsədlə dəvət edilərlər. 18. Yemək əsnasında masadan qalxmaq lazım olsa, salfet kürsü üzərinə və ya masanın sizə aid boş yerinə buraxıla bilər. Salfetə ağzınızı ətrafa göstərmədən silməli və salfetin yağlanan və ya çirklənən yerlərini digər qonaqlardan gizlətməlisiniz!
['süfrə mədəniyyəti', 'etiket qaydaları']
6,359
https://kayzen.az/blog/gender/2968/ki%C5%9Fi-vs-qad%C4%B1n.html
Kişi vs qadın?
Əliyev
Gender-Cinslərin fəlsəfəsi
15 sentyabr 2010, 14:48
Təbiət kişilərə güc və dözümlülük verib. Lakin onlar sağlamlıqla bağlı bir çox məsələlərdə qadınlara uduzur. Alimlər kişilərin qadınlara uduzduğu 10 məqamı müəyyənləşdirib. Yaddaş daha zəifdir 70 yaşdan sonra kişilərin ən azı 20%-də yaddaş problemi yaranır. Bu hala qadınların yalnız 12-15%-də rast gəlinir. Depressiya daha ağır olur Hər iki cinsin nümayəndələri demək olar ki, eyni «sayda» depressiya keçirir. Amma kişilər onu daha ağır keçirir. Qadınlarla müqayisədə, kişilər depressiyadan çıxmaq üçün nadir halda həkimə müraciət edir. Bu isə sonda spirtli içkiyə aludəçilik, əsəb sisteminin pozulması və hətta intihara aparıb çıxarır. Xərçəng daha «aqressiv»dir Kişilərdə xərçəng xəstəliyinin müxtəlif növləri qadınlarla müqayisədə daha «aqressiv» olur. Onkoloji xəstəliklərdən dünyasını dəyişən kişilərin sayı qadınlarla müqayisədə düz 40% çoxdur. Ömür daha qısadır Bu gün qadınların ömrü orta hesabla kişilərdən 4 il artıqdır. Amputasiya ehtimalı daha çoxdur Finlandiyalı alimlərin araşdırmalarına görə, kişilərdə ayaq və qolların amputasiyası halına daha çox rast gəlinir. Əsas səbəb diabetdir. Dəri daha həssasdır Qadınların dəri qırışlarından daha çox əziyyət çəkdiyi deyilir. Amma zərif cinsin nümayəndələrilə müqayisədə kişilərdə dəri xərçənginə daha çox rast gəlinir. Ağ ciyərlərdə problem Kişilərin nəfəs sistemində problem daha tez-tez yaranır. Statistikaya əsasən, qadınlarla müqayisədə kişilərə ağ ciyərlərin xroniki xəstəliyi diaqnozu düz 2 dəfə çox qoyulur. Piylənmə daha sürətlə gedir Hələ ki, piylənmə əsasən, qadınlar üçün ciddi problem sayılır. Amma həkimlərin proqnozlarına görə, cəmi 5-10 ildən sonra bu problemdə də kişilər qadınları arxada qoyacaq. Əsas səbəb isə qeyri-rasional qidalanmadır. Dişlər zəifdir Kişilərin stomotoloqlara daha çox müraciət etdiyini çoxları bilir. Onlar ağız gigiyenasına daha az əməl etdiyi üçün müəyyən yaşdan sonra dişlərini müalicə yox, çəkdirməli olurlar. Səs problemi 40 yaşadək səsin keyfiyyəti və qulaq problemləri həm qadınlarda, həm də kişilərdə demək olar ki, eynidir. 40 yaşdan sonra isə kişilər bu problemlərdə qadınları xeyli geridə qoyur.
['gender']
6,360
https://kayzen.az/blog/karyera/2739/cv-formas%C4%B1.html
CV forması
təpəgöz
Karyera və yüksəliş
14 sentyabr 2010, 09:33
Rezume və ya CV (ingilis dilində tərcümeyi-halın xülasəsi) forması iş axtarışında olan iddiaçı haqqında yığcam halda şəxsi məlumat, təhsili, tutduğu vəzifələrin xülasəsidir. Səliqəli yazılmış CV forması uğurun 50%-ni təşkil edir. CV forması elə yazılmalıdır ki, işəgötürən bu sənədi oxuduqdan sonra Sizi müsahibəyə dəvət edib şəxsən görüşmək istəsin. Bununla əlaqədar olaraq rezumenin yazılışında Sizi digər namizədlərdən fərqləndirəcək bir çox psixoloji amilləri də nəzərə almaq lazımdır. İşəgötürənlər adamın nə edə biləcəyinə görə yox, sadəcə nə istehsal edəcəyinə, yəni hazır məhsula görə pul verirlər. Buna görə də artıq əldə olunmuş bilik və bacarıqlarınızı açıq göstərmək çox vacibdir, hansılar ki, keçmiş iş yerlərinizdə uğurlar gətirmişdir. Rezume yazarkən iş yerlərinizdə qazanmış və biləvasitə işinisə xeyir gətirmiş nailiyyətləri qeyd etmək tam məqsədəuyğun hesab olunur. Bir çox CV formalarında şəkil yerləşdirmək ənənə halını alıb. Belə olduqda şəkil dokument xarakterli, rəngli və ya ağ-qara olmalıdır. Bu Sizin ciddiliyinizdən xəbər verəcək. Rezumenin  əsas məqsədi potensial işəgötürənin diqqətini cəlb etmək olduğuna görə, o aşağıdakı şərtlərə yaxın olmalıdır: Qısa (bir səhifədən çox olmamalı, ən uzağı iki); Kompyuterdə səliqəli hazırlanaraq keyfiyyətli printerdə ağ kağızda çap olunmalı; Oxumaq üçün rahat olmalı (müxtəlif şriftlər tətbiq olunmalı, müasir dizayna malik olmalı, və s.) Hər bir Rezumeni nəzərdən keçirmək üçün sərf olunan vaxt 2-3 dəqiqədən çox olmur və əgər CV forması diqqəti cəlb etmədisə, deməli Rezumenin təqdimatı baş tutmadı. CV formasının hazırlanması bu prinsiplərə arxalanmalıdır: Seçim (rezumenin məqsədinə uyğun gələn informasiyanı müəyyənləşdirmək); Dürüstlük (hər bir informasiyanı dəqiqləşdirmək və yoxlamaq mümkündür); Aktivlik (aktivliyə işarə edən fel istifadə edin: rəhbərlik edirdim, təlim keçirdim, layihələşdirirdim, planlaşdırırdım və s.) Əgər tərtib etdiyiniz CV forması bu tələblərə cavab verərsə, fəaliyyət sahənizdən asılı olmayaraq sizin haqqınızda bir çox şeyi deyə bilər. Beləliklə, CV forması özündə aşağıdakı məlumatları əks etdirməlidir: Şəxsi məlumat: Ad, Soyad və Atanızın adı mətnin ön hissəsində, nisbətən böyük və yağlı şriftlə yazılmalıdır. Ardınca doğum tarixinizi və ailə vəziyyətinizi, əlaqə vasitələrini qeyd edin. Təhsil /ali təhsilə/ daxilolma və bitirmə tarixləri qeyd olunmaqla  oxuduğunuz ali və ya orta-ixtisas məktəblərini, iştirak etdiyiniz ixtisasartırma kursları barədə məlumatları sadalamaq lazımdır. Bunların ardıcıllığı ya əks xronologiya üzrə, ya da əhəmiyyət dərəcəsi üzrə yazıla bilər. Təhsil müddətdən nə qədər çox vaxt keçibdirsə, bu bölmə bir o qədər az vaxt tutmalıdır. Yeni məzunlar üçün bu bölmə daha yuxarıda qeyd olunur, çünki hətta təcrübə varsa belə bu daha az önəmli olur. Təhsildə əldə etdiyiniz mükafatları qeyd etmək olar, öyrəndiyiniz fənn və bilikləri sadalamaq olar, əgər onlar iddialı oldüğünüz vəzifəyə aidiyyatı varsa. Hətta diplom (buraxılış) işinin mövzusunu da qeyd etmək yerinə düşə bilər. Siz hətta ixtisas artırma kursları belə ayrıca bənddə göstərə bilərsiniz ki, peşəkarlığınız diqqəti çəksin. İş təcrübəsi və sahib olduğunuz bacarıq. Bu mühüm bir hissədə iş təcrübəsi xronoloji ardıcıllıqla geriyə qaydası ilə (son iş yeri göstərməklə) göstərilir. İşə başlama və bitirmə tarixini göstərmək lazımdır, təşkilatda (idarə, şirkət) və tutduğunuz vəzifəni göstərmək şərti ilə (onların sayı çox ola bilər, əgər karyeranız uğurlu olubsa), vəzifə öydəliklərinizin təsviri və əldə etdiyiniz nailiyyətləri hərəkət və dinamikanı ifadə edən sözlərdən faydalanın, məs.“artırdım”, “qənaət elədim”, “nail oldum”, və s. Həmçinin əvvəlki iş yerlərinizdən çıxmaq barədə məlumatı da qeyd edə bilərsiniz. Rezumenizdə bacarıq və qabiliyyətiniz barədə məlumatları qeyd edin. Bu bölməni iki hissəyə ayırmaq olar: Dil bilikləri və Kompüter bilikləri. Siz bu bölmələrdə uyğun olaraq dil bilikləriniz və kompüter bilikləriniz və bu bliklərin səviyyəsi barədə yazmalısınız. Dil biliyinizin səviyyəsini yazarkən oxuma, fikirlərinizi ifadə etmə, həmin dildə sənədlərlə işləmə səviyyənizi göstərməyiniz məqsədəuyğun olardı. Əlavə məlumatlar bölməsində isə özünüz haqqında işəgötürəni maraqlandıra biləcək məlumatları, yerləşdirin. Məsələn, diqqətli, məsuliyyətli, təmkinli, yenilikləri tez öyrənən, komandada işləmək bacarığı, sərbəst ünsiyyət qurmaq bacarığı və s. ola bilər. Sonda planlarınızla bağlı bir neçə söz və işləmək istədiyiniz faliyyət sahəsini də qeyd edə bilərsiniz. Digər fəaliyyət ayrıca bənd kimi o halda göstərilə bilər əgər əsas təcrübəniz kifayət etmirsə, və ya əvvəlki iş müddəti ilə paralel qaydada əldə olunub, və ya işdən kənar şəraitdə,  və s. Adətən bunlar tələbə və ya məzunlar, dövlət idarələrində çalışanlar üçün, və ya uzun müddətli ödənişsiz məzuniyyətdə olanlara aiddir. Qadınlar üçün bu tarixin göstərilməsi azyaşlı uçaqların böyüdülməsinə aid oluna bilər. Bu halda göstərilən vaxt ərzində əlavə təhsil, və ya bilik əldə olunmasının göstərilməsi yaxşı hal hesab olunur. Əlavə məlumat: - xarici dilin biliyi (səviyyə göstərilməli: “mükəmməl”, “sərbəst”, “yaxşı”, “danışıq” və s.), kompyuter bacarıqları, proqramlaşdırma dilləri sürücülük vəsiqəsi, avtomobilin olması, peşəkar ictimai təşkilatlarda üzvlük və s. Xobbi hissəsini yalnız o halda göstərmək olarki,əgər bunun arzuladığınız işəaidiyyatı varsa. Siz hətta öış müsbət keyfiyyətləriniz göstərə ilərsini  əgər bunlar sizin arzuladığınız işə yaxşı yerinə yetirməyə kifayət eləsə. Əgər sizin əlavə zəmanət məktubu təqdim etmək imkanınız varsa mütləq onu geyd edin. Şəxsi keyfiyyətlər. Məs. Ünsiyyət qurmaq bacarığı, zəhmətsevərlik, məsuliyyətli, dəqiqlik, kollektivdə işlımık bacarığı, aktivlik, analitik düşüncə qabiliyyəti, öhdliklərə məsuliyyətli yanaşma, təşəbbüskarlıq, dinamizm. Rezumeni yazarkən dürüst olmağa çalışın, çünki, doğru olmayan informasiya müsahibə zamanı ortaya çıxacaq. CV formasında istədiyiniz məvacibi qeyd etmək lazımdır? Gözlədiyiniz məvacibi tərcümeyihalda qeyd etmək lazım deyil, lakin mövcud əmək bazarında qiymətinizin bilinməyi vacibdir. Bu amil işin və işəgötürənin seçilməsində əsas zamindir. Əgər Siz tərcümeyi-halınıza dəqiq və konkret təklif alacağınıza əminsinizsə və özünüzün məqsədyönlü olmayan təkliflərdən azad etmək istəyirsinizsə məvacib göstərilməsə tam yerinə düşərdi. Məvacibi qeyd etməməklə, Siz iş axtarışı ilə bərabər real əmək bazarının təhlilinin aparılması imkana malik olursunuz. Əgər Rezyumenizdə məvacibin qeyd olunmasını istəyirsinizsə, onda ən aşağı məbləğ həddini qeyd edin, yəni bu məbləğdən aşağı məbləğli təkliflərə nəzər yetirməyəcəksiz. Lakin, belə hallar daha çox xaricdə tətbiq olunur, və sizin buna əməl etməyiniz sərt şərtlərin ortaya qoyulması kimi də qiymətləndirilə bilər. Siz öz rezumenizi istəyinizə görə tərtib edə bilərsiniz. Unutmayın, yaxşı hazırlanmış rezume böyük karyera yolununda mühüm addımınızdır!Həmçinin bax: CV forması,  hazır CV formasını yüklə, Necə CV forması yazmaq?,  CV formasını yazmaq üçün
['rezüme', 'CV', 'CV yazmaq', 'iş tapmaq', 'rezyume', 'CV forması', 'tərcümeyi-hal']
6,361
https://kayzen.az/blog/psixologiya/2922/temperament-v%C9%99-xarakter.html
Temperament və xarakter
Əliyev
Psixologiya
12 sentyabr 2010, 16:40
El arasında belə bir deyim var. Soruşanda qardaşın necə adamdır, ağıllı adamlar cavab verir ki, yol yoldaşı olmamışam.  Psixoloqlar isə insanı daha yaxından tanımaq üçün ilk növbədə onun hansı temperament tipinə mənsub olduğunu aydınlaşdırmağı məsləhət görürlər. Bir sözlə, insanın xarakterini, xasiyyətini onun hansı temperamentə malik olması müəyyənləşdirir. Nəzərinizə çatdıraq ki, temperament sözünün latıncadan tərcüməsi "hisslərin lazımi qarşılıqlı nisbəti" deməkdir. Temperament insana irsən xas olan, davamlı xüsusiyyətlər toplusudur. Psixoloqlar temperamentə belə tərif vermələrinə baxmayaraq, özləri də etiraf edirlər ki, bunu birmənalı şəkildə qəbul eləmək olmaz. Temperamentin formalaşmasına ətraf mühit, həyat tərzi, tərbiyə ciddi təsir göstərir. Xüsusən də uşaq və yeniyetməlik çağlarında bu təsirə daha çox məruz qalırıq. Elə ona görə də bəzən qaraqabaq, həmişə özünə qapanan bir uşağın böyüdükcə tədricən dəyişdiyinin şahidi oluruq. Belə ki, həmin uşaq məktəb illərindən fərqli olaraq, institut illərində və yaxud iş yerində istiqanlı, söhbətcil insan kimi tanınır. Ümumiyyətlə, psixoloqların fikrincə, istənilən insanda müxtəlif temperament tiplərinin xüsusiyyətləri cəmləşir. Ona görə də psixoloqlar insanın hansı tipə mənsubluğunu müəyyənləşdirərkən, bir qayda olaraq, o insanda hansı tipin xüsusiyyətlərinin daha qabarıq və çox olduğunu nəzərə alırlar. Ən maraqlısı isə budur ki, insanın aid olduğu əsas tipi nəzərə almasaq, yerdə qalan tiplərin xüsusiyyətlərinin dərəcəsini müəyyənləşdirmək qeyri-mümkündr. Hər bir insanda bu fərdidir. İndi isə temperamentin tipləri ilə tanış olaq. Psixoloqların fikrincə, dörd temperament tipi var: sanqvinik, xolerik, fleqmatik, melanxolik. Düzdür, son illər bəzi psixoloqlar bu bölgü ilə razılaşmırlar. Nəticədə psixologiya elmində tiplərin bölgüsü ən aktual və mübahisəli mövzuya çevrilməkdədir. Daha dəqiq desək, tiplər barədə təsəvvürlər getdikcə daha da mürəkkəbləşir. Bu fikri dəstəkləyən psixoloqlar yaşlı və gənc insanlara diqqət yetirməyi məsləhət görürlər. Yaşlı və gənc nəslin dünyagörüşü arasında fərq olmasını labüd sayan psixoloqlar hesab edirlər ki, heç bir zaman fərq bu qədər ciddi və köklü olmayıb. Bir sözlə, bu fərqin tiplərə sirayət edə biləcək səviyyədə olduğunu vurğulayırlar. Psixoloqlar bu zaman ilk növbədə tiplərin bölgüsünə diqqət yetirirlər. Məsələn, bəzi psixoloqlar dörd deyil, altı, yeddi, hətta səkkiz temperament tipinin mövcud olduğunu bildirirlər. Bəziləri isə dörd bölgü ilə razılaşaraq, sadəcə, bu bölgünün özünün şaxələndiyini vurğulayırlar. Hesab edirlər ki, bu bölgülərin hər birinin ayrı-ayrılıqda bir neçə növü var. Psixologiya elmində tez-tez səslənən bu fikirlərin tərəfdarlarının sayı isə durmadan artır. Biz isə hələlik psixologiya elmində tam təsdiqini tapmamış bu fikirləri bir kənara qoyub, dörd tiplə yaxından tanış olaq. Sanqvinik adamlar Bu tipə aid insanlar emosional, zirək və diribaş olurlar. O qədər zirəkdirlər ki, onları bir dəqiqə bir yerdə saxlamaq qeyri-mümkündür. Həmişə hara isə tələsirlər, gedirlər, gəlirlər. Oturaq iş onlarlıq deyil. Ətrafda olan heç nə onların diqqətindən kənarda qalmır. Hər şeyə maraq göstərirlər. Və onların maraq obyektləri tez-tez dəyişir. Psixoloqların təbirincə desək, sanqviniklərin maraqları davamsız və qeyri-sabitdir. Elə ona görə də, böyük həvəslə, coşğunluqla başladıqları işdən son dərəcə süstlüklə də əl çəkirlər. Heç bir tip sanqvinik qədər istənilən şəraitə, vəziyyətə tez uyğunlaşa bilmir. Sanqviniklərin bu xüsusiyyətini qeyd edən psixoloqlar bir qədər mübağiləyə yol verərək, söyləyirlər ki, "sanqvinik yadplanetlilərin arasına düşsə belə, onun üçün vəziyyət elə də cansıxıcı olmayacaq. Qısa zaman ərzində onlarla dil tapacaq. Və həyatdan həzz almağı bacaracaq". Bir sözlə, bu qəbildən olan insanlar istənilən şəraitə tez alışırlar. Son dərəcə emosinal olsalar da, yaddaşları zəifdir. Onlar üçün sanki hər şey bir anlıqdır: tez sevinib, tez də kədərlənirlər. Ancaq heç nə onları təbdən çıxarmır. Çünki sevinci də, kədəri də tez unudurlar. Bir sözlə, onlar üçün yalnız bu gün, bu saat, bu an var. Eyni zamanda bu tip insanlar təsir altına tez düşürlər. Elə buna görə də bu insanlardan bəziləri son dərəcə özbaşına, bəziləri isə bunun tam əksinə olaraq, intizamlıdır. Xolerik adamlar Onların son dərəcə coşğun xarakteri var. Kəmhövsələdirlər. Çox nadir hallarda "susmaq lazım gələndə birinci ol" tövsiyəsinə riayət edirlər. Həmişə istənilən məsələyə birinci reaksiya verənlər sırasındadırlar. Bu xasiyyətləri ucbatından xolerik tipli insanların başı, həmişə, necə deyərlər, qeylü-qalda olur: ətrafı ilə asanlıqla yola getmir, tez-tez münaqişəyə girirlər. Ona görə də xoleriki adətən səbirsiz, tündməcaz insan kimi tanıyırlar. İnadkardırlar. Sanqvinikdən fərqli olaraq, maraqları sabit və davamlıdır. Başladıqları işi bir qayda olaraq sona çatdırırlar. İstənilən problemlə üzləşdikdə özlərini itirmir, asanlıqla vəziyyətdən çıxış yolu tapırlar. Xolerik tipə aid olan insanlar sadiqdirlər. Ətrafına son dərəcə bağlı olduqlarına görə onlar üçün mühiti dəyişmək çox çətindir. Düşdükləri yeni mühitə uzun müddət alışa bilmirlər. Fleqmatik insanlar Bu tip insanlar isə qaradinməz, sakit, təmkinli olurlar. El arasında onlara "yerəbaxan" deyirlər. Söhbətcil deyillər. Çox çətinliklə söhbətə qoşulurlar. Heç bir tip fleqmatik qədər təmkinli deyil. Onları həyəcanlandırmaq və yaxud hirsləndirmək elə də asan məsələ deyil. Gülməli bir hadisənin şahidi olarkən, yanındakıların gülməkdən ürəkləri keçəndə, o uzaqbaşı gülümsəyəcək. Və yaxud əksinə, onu hirsləndirmək, təbdən çıxarmaq müşküldən müşküldür. İstənilən halda hamıdan gec reaksiya verir. Bu xüsusiyyətlərinə baxmayaraq, psixoloqların fikrincə, fleqmatik tip insanlar mehriban və istiqanlıdırlar. Sadəcə, onları yaxından tanımaq üçün vaxt lazımdır. Vaxt keçdikcə alışdığı insanlara qarşı diqqətli və mehriban olurlar. Bir sözlə, onlar gec uyğunlaşdığı, alışdıqları kimi gec də unudurlar. Elə ona görə də psixoloqlar məsləhət görürlər ki, ilk baxışda qaradinməz, sakit, son dərəcə soyuqqanlı təəssürat oyadan bu insanların sadiqliyinə şübhə ilə yanaşmayaq. Həmişə rəfiqələrini, dostlarını arayan bu qəbildən olan insanlar vaxtı ilə incik düşdüyü insanlara qarşı da sayğısız yanaşmırlar. Melanxolik adamlar Bu tip insanlar isə sakit, ancaq həssasdırlar. Onlar heç nəyə biganə qalmırlar. Elə bu səbəbdən onlara münasibətdə ən kiçik diqqətsizlikdən belə tez inciyirlər. Kiçik bir qanqaraçılığı uzun müddət unuda bilmirlər. Dönə-dönə bu hadisəni xatırlayırlar, kədərlənirlər, öz aləmlərində ölçüb-biçirlər. Heç bir tip onlar qədər "yüz ölç, bir biç" məsləhətinə riayət etmir. Hər şeydən tez rənicdə olan melanxoliklər istənilən problemin qarşısında acizdirlər. Ən kiçik problemlə üzləşdikdə belə özlərini itirirlər, vəziyyətdən çıxış yolu tapa bilmirlər. Əslində, bu acizliyi onlar özü-özlərinə aşılayırlar. Çünki sözügedən tiplər bu dünyada ən çox özlərindən narazıdırlar. Özlərinin heç bir bacarığını dəyərləndirmirlər. MƏNə yalnız tənqidi yanaşırlar. Elə bu səbəbdən də bacardıqları işin belə öhdəsindən gələ bilmirlər. Bədbin fikirlər onları tez ruhdan salır. Bir qayda olaraq, başladıqları iş yarımçıq qalır. Civə kimi bir yerdə dayanmayan sanqvinikdən fərqli olaraq, melanxoliki yerindən tərpətmək müşkül məsələdir. Psixoloqlar onları məhz belə təsvir edir: "Melanxoliklərin hərəkətləri son dərəcə süst və zəifdir. Onlar ağır-ağır danışırlar". Hələlik, bu qədər. Ancaq tiplərlə tanış olub, nəticə çıxarmağa tələsməyin. Əvvəla psixoloqların "Yer üzündə yalnız bir tipin xüsusiyyətlərini özündə cəmləşdirən insan yoxdur" fikrini unutmayın. Sadəcə, hansı tipinsə xüsusiyyətləri daha qabarıq və nəzərəçarpandır. Psixoloqların bir fikrini də nəzərdən qaçırmayaq. "Heç bir tipi nə yaxşı, nə də pis adlandırmaq olar". Hər bir tipin müsbət və mənfi tərəfləri var. Və hər bir insanın özünü daha yaxından tanımaq, ən əsası, tərbiyə eləmək üçün temperamet tipləri ilə tanış olması vacibdir. Psixoloqların fikrincə, şəxsiyyətin kamilliyi ilk növbədə onun özünü yaxından tanımasında qərarlaşır. İnsan özünü nə qədər yaxından və yaxşı tanıyarsa, bir o qədər mətin, məğlubedilməz və böyükdür. Təbii ki, bu tanışlıq kifayət deyil, özünüzü islah eləməyi də bacarın. Göründüyü kimi, temperament bizlərə nə qədər maraqlı görünsə də, əslində, o, heç nəyi həll eləmək iqtidarında deyil. İnsanın səviyyəsini onun maraq dairəsi, dünyagörüşü, mənəvi dəyərləri müəyyənləşdirir.  İnsanlar tiplərinə görə deyil, yuxarıda sadaladığım dəyərlərinə görə seçilə bilərlər. Təsadüfi deyil ki, dünyanın ən məşhur, dahi, dəqiq desək, yaradıcı insanları arasında hər tipin nümayəndəsi var. Həmçinin bax: Temperament tipləri Temperamentlər haqqında Xarakter
['temperament', 'temperamentin tipləri', 'insan psixologiyası', 'insan xarakteri', 'xarakter', 'xarakterin əlamətləri']
6,362
https://kayzen.az/blog/moda/2943/pay%C4%B1z-modas%C4%B1-2010.html
Payız modası-2010
burla xatun
Moda dünyası
11 sentyabr 2010, 19:00
2010 payız modasında dizaynerlər dəbdə əsasən altı rəngin üstünlük təşkil  edəcəyini bildirirlər:1) Dəvə yunu rənginin müxtəlif çalarları. Dəvə yununun ciddi, eleqant və neytral  rəng çalarlı müxtəlif geyimlərinə bu mövsümdə dünyanın ən tanınmış modelyer və dizaynerləri , eləcə də məşhur brendlərdən Chloe, Gucci, Maykl Korsa və başqaları da üstünlük verib. 2) Dəbdəbəli tünd qırmızı rənglər. Bu mövsümdə bir çox parıltılı daş-qaşların rəngindən əsasən tünd qırmızı rəng dəbdə öz yerini tapıb. Bu rəngli geyimlər məşhur dizaynerlərdən Phillip Lim, Burberry, Oscar de la Renta və başqalarının  kolleksiyalarını  bəzəyir.3) Metallik rənglər. Belə metallik rənglər son bir neçə mövsüm dəbdən düşmür, eləcə də bu payız. Marc Jacobs, Alexander Wang, Moschino  və digər modelyerlərin kolleksiyasında gümüşü, qızılı və mis rəngli mini yubkalar, dar jaketlər, ziyafət  geyimləri üstünlük təşkil edir.4) Açıq zeytun rəngi. Dünya podiumlarında açıq zeytun rəngli geyimlər daima əsas yeri tutur. Bu sıradan  Burberry, Jill Stuart, Raq & Bonevə digər dizaynerlərin  xüsusi hərbi , militari geyimləri onların kolleksiyalarının  əsasını təşkil edir.5) Açıq göy rəngi. Bu rəng çalarları ilk dəfə tanınmış  modelyerlərdən   Chanel, Tommy Hilfiqer, Marc Jacobs və digərlərinin kolleksiyalarında  payız -qış mövsümünün  geyimlərində öz əksini tapıb. 6) Al qırmızı rəng. Bu  rəngli geyim növləri də digərləri kimi heç vaxt dəbdən düşmür.  Bu mövsümdə isə Dolce & Gabbana, Jill Stuart, Yiqal Azrouel  və digər dizaynerlərin sayəsində öz üstünlüyünü qoruyub, saxlamaqdadır. Onların bu kolleksiyalarına  üst geyimləri, eleqant kostyumlar, gündəlik paltarlar və digər geyim növləri daxildir.Yekunlaşdıraq. Payız modası-2010 (Fall 2010's Top Color Trends) üçün bunları yadda saxlayaq:1. Dəvə yununun müxtəlif çalarlı geyimləri. Bu sıraya müxtəlif bej rəngli paltolar və toxunma jaketlər aiddir.2. Tünd qırmızı rəngli, göz qamaşdırıcı və parıldayan geyimlər.3. Metallik  geyim növləri.4. Zeytun rəngli və açıq yaşılı  hərbi geyimlər.5. Hər bir xanımın qarderobunun bəzəyi olan açıq göy  paltarlar 6. Və heç vaxt dəbdən düşməyən al qırmızı klassik donlar Həmçinin bax: Payız modası haqqında Payız paltarları
['payız modası', 'moda 2010']
6,363
https://kayzen.az/blog/dieta/2840/vegetarianlar.html
Vegetarianlar
burla xatun
Dietologiya
11 sentyabr 2010, 10:11
Vegeterianlar əsasən qida rasionlarından ət, balıq və dəniz məhsullarını kənarlaşdırırlar. Mübahisəli qida məhsulları sırasında isə balın da adı keçir. Bəzi vegeterianlar balıq əlavə edir, digərləri isə quş ətindən uzaq durmağa çan atırlar. Buna baxmayaraq həkimlər hesab edirlər ki, vegeterianlar olduqca sağlam qida rasionu ilə seçilirlər. Vegeterianlar arasında ürək –damar sistemi problemlərinə 30, xərçəng xəstəliyinə isə 40% daha az təsadüf olunur. Hipertoniyada bu qidalanma sistemini seçənlər üçün problem deyil. Vegeterianlıq bir qidalanma sistemidir ki, onunla qədim zamanlarda Roma, Hindistan, Yunanıstanda ciddi məşğul olublar. Bura əsasən istənilən heyvan ətinin qida rasionundan çıxarılması daxildir. Bəzi heyvanlarınsa südü, yağı və hətta yumurtası da rasiondan kənarlaşdırılır. Hələ orta əsr alimləri hesab edirdilər ki, ətdən hazırlanmış qida tərəvəz və göyərti, ədviyyatlar, bitki mənşəlli turş məhsullarla yeyilməlidir. Mədənin 4-də 1 hissəsi maye, digər 4-də bir hissəsi boş qalmaq və əsas hissəsi qida üçün ayrılıb. Lakin bu o demək deyil ki, nəyi istədin və necə gəldi yeməlisən. İnsanların vegeterian olma səbəbləri müxtəlifdir. Bura pəhriz, ateskleroz, xərçəng, ürək çatışmamazlığı, mədə-bağırsaq problemlərindən qorunma cəhdləri də daxil edilə bilər. Müasir zamanda Bencamin Franklinin yolunu tutub büdcəyə qənaət məqsədi ilə də vegeterian olanlar az deyil. Hesablamalara görə, dünyada 1 həftə ərzində ətdən istifadənin cəmi 70 qram azaldılması , 20 trilyon ABŞ dollarına qənaət etmək deməkdir. Yüksək kalorili qidadan birdəfəlik imtina, yüngül qidaları rasiona daxil edir. Bu qida məhsulları isə öz növbəsində həzm prossesini tezləşdirir və deməli insanı da daha tez acdırır. Hesab olunur ki, bitki mənşəlli qida insan həyatında yalnız fiziki deyil, mənəvi iz də buraxır. Belə ki, bu qidalanma növünü seçən insanlar daha mülayim , sakit, qərarlı olurlar. Heyvan əti ilə qidalanan insanlara gəlincə, onlar daha aqressiv və gərgindirlər. Çikaqo Universtitetinin alimlərinin apardıqları araşdırmaya görə , vegeterianların intellektual səviyyəsi ət yeyənlərdən 5% yüksək, vücudları daha tüklü ,kişilərsə fəndgir və bacarıqlı olurlar. Pifaqor, Sokrat Platon, Plutarx, Mişel Monten, John Milton, Leonrado Da Vinci, İsaak Nyuton, Volter, Benjamin Franklin, Jeane-Jacques Rousseau, Lev Tolstoy, Bernard Shaw, Rabindranat Taqor, Mohandas Ghandi, Emil Zola,Franz Kafka və Albert Einstein də vegeterian olub. Bu gün də tanınmışlar arasında vegeterianların sayı artmaqdadır. Tom Kruz həyat yoldaşı Katie Holmes və qızı Suri ilə birlikdə vegetariyan olmaqdan çox məmnundur.Cruise ailəsinin mətbəxində yalnız və yalnız bitki mənşəli yeməklərdən istifadə edilir.Qeyri adi açıqlamaları ilə məşhur olan Kruz öz açıqlamalarının birində bildirib ki vegetariyan tərzi sayəsində çoxdan əziyyət çəkdiyi disleksiyadan(oxumaq qabiliyyətinin aşağı olması) qurtula bilib. Claudia Schiffer pəhriz naminə ətdən imtina edib.O, qida rasionunda ət və toyuq məhsullarını çıxarsa da, balıq və süd məhsullarından sitifadə etməkdə davam edir. Pamela Andersonun ət yeyənlərə qarşı barışmaz münasibəti davam edir. Onun səyləri nəticəsində Kentucky Fried Chicken fast-food restoranlarında müştərilərə süni toyuq ətindən hazırlanan sendviçlər satılır. Uzun illər həmən restoranın nümayəndələri ilə məhkəmə zallarında görüşən aktrisa nəhayət ki istədiyinə çatıb. Elə Azərbaycanda da bu gün vegeterianların sayı durmadan artır. Gənc xanımlar dieta əvəzi, orta yaşlı xanımlar isə daha cavan qala bilmək üçün vegeterian olurlar. Amma onlardan əksəriyyətini sadiq vegeterianlar adlandırmaq olmaz. O, səbəbə ki, ayda və ya ildə bir neçə dəfə hansısa heyvan ətindən istifadə edirlər. Və bu yazının müəllifi olaraq şəxsən də bunun şahidi olmuşam. Amma əsas bu deyil. Əsas odur ki, nə yeyirsən, necə yeyirsən ye. Unutma ki, yemək üçün yaşamırsan! Yaşamaq üçün yeyirsən!
['vegeterianlar']
6,364
https://kayzen.az/blog/karyera/2812/cv-yazmaq-%C3%BC%C3%A7%C3%BCn-n%C9%99l%C9%99ri-bilm%C9%99li.html
CV yazmaq üçün nələri bilməli?
təpəgöz
Karyera və yüksəliş
10 sentyabr 2010, 17:43
CV necə tərtib edilməlidir İşverənlə tanışlıqdan qabaq özünü yaxşı və qiymətli işçi kimi təqdim etmək mümkündürmü? Bəli, mümkündür — bunun üçün sadəcə olaraq yaxşı düşünülmüş CV tərtib etmək lazımdır. CV nədirCV — qısa şəkildə karyera tarixçəsini və iş axtaranın professional keyfiyyətlərini təsvir edən bir sənəddir. Ondan iş axtarışlarında və işə düzəlmək məqsədilə istifadə olunur. CV iş axtaran tərəfindən tərtib olunub bilavasitə işverənlərə təqdim olunur, poçt vasitəsilə göndərilir və ya işverənlərin sifarişilə personalın seçilməsi və işə götürülməsilə məşğul olan vasitəçi firmalara verilir.CV nə üçün lazımdırCV reklam xarakteri daşıyır. Onun mahiyyəti — işverəni qabaqcadan iş axtaranın professional keyfiyyətlərilə tanış etmək, diqqəti həmin iş axtarana cəlb etmək, işverəni maraqlandırmaq və görüşə sövq etməkdir. CV-nin əsas məqsədi — bilavasitə tanışlıq və işə qəbul olunmaq üçün işverənlə müsahibəyə dəvət almaqdır. CV ilə tərcümeyi-halın fərqi nədədirCV, bir çox dövlət idarələri və müəssisələrində istifadə olunan tərcümeyi-halın analoqudur. Tərcümeyi-halda, eyni CV-də olduğu kimi, qısa şəkildə həyat yolu təsvir edilir. Lakin CV-dən fərqli olaraq, tərcümeyi-hal sərbəst şəkildə tərtib olunur və adətən əllə yazılır. Bundan başqa, əksər hallarda tərcümeyi-hal işçi tərəfindən bilavasitə işə düzələrkən yazılır. İş axtaran üçün CV-nin müsbət cəhətləri1. Hətta iş vakansiyası olmadıqda, işverən, rezümenizi bəyənərsə, sizi gələcək planları üçün nəzərdə saxlaya bilər; 2. Hal-hazırda pretendent varsa, işverən fikrini dəyişə də bilər. Lakin istisna olunmur ki, görüş zamanı o sizi heç dinləməsin.  CV formasıCV üçün standart bir form yoxdur.  Aşağıdakı ardıcıllığı tövsiyyə etmək olar: 1. Başlıq əvəzinə adınızı, soyadınızı, atanızın adını yazın (adətən «CV» başlığından istifadə olunmur) 2. Ünvan 3. Telefon 4. Anadan olma tarixi və doğulduğunuz yer  5. Ailə vəziyyəti 6. Məqsəd (axtardığınız iş yerinin və vəzifənin təsviri) 7. İş təcrübəniz (əks-xronoliji ardıcıllıqla, yəni son iş yerindən başlayaraq iş yerlərinin sadalanması. İşlədiyiniz müəssisə və ya şirkətlərin adı, iş tarixi, müddəti, tutduğunuz vəzifə, yerinə yetirdiyiniz funksiyalar və iş dövründə əldə etdiyiniz nailiyyətlər qeyd olunmalıdır) 8. Əlavə məlumat (nailiyyətləriniz, bilikləriniz, qabiliyyətləriniz, hansı xarici dilləri bilirsiniz, kompüterdə işləmək vərdişləri, sürücülük vəsiqəsinin mövcudluğu, ictimai fəaliyyət, şəxsi keyfiyyətlər) 9. CV-nin tərtib olunması tarixiNümunə CV forması kimi hazır CV forması 1 və CV nümunəsi 2 baxmaq olar. CV-nin tərtib edilməsi prinsipləriCV aşağıdakı tələblərə cavab verməlidir: Yığcamlıq Mətnin həcmi 2 səhifədən çox olmamalıdır. İşverən, çox güman ki, böyük mətni oxumayacaq və təəssüf etmədən zibil səbətinə atacaq. Məntiq Yalnız işə aid olanları qeyd edin — yersiz detallara və təfsilatlara yol verməyin Düzgünlük Yalnız isbat edə biləcəyiniz məlumatları qələmə alın. CV-də göstərdiyiniz informasiya yoxlanıla bilər. Pozitiv xarakter Calışın, özünüz haqda müsbət rəy yaradasınız. Yalnız pozitiv keyfiyyətlərinizi və güclü tərəflərinizi qeyd edin, əldə etdiyiniz nailiyyətləri vurğulayın. Əgər hər hansı bir informasiyanın xoşa gəlməmək ehtimalı varsa, onu yazmayın. Ardıcıllıq İnformasiyanı xronoloji ardıcıllıqla təsvir edin, heç nəyi buraxmayın. İşverən bunu hörmətsizlik və məsuliyyətsizlik kimi qiymətləndirə bilər. Unikallıq Məhz sizə xas olan keyfiyyətlərdən bəhs edin, sizi digər namizədlərdən fərqləndirən müsbət cəhətləri vurğulayın. Mükəmməl yazı stili Dəqiq ifadələrdən istifadə edin, ara sözlərə və anlaşılmaz ixtisarlara qəti surətdə yol verməyin Gözoxşayan tərtibat Yalnız keyfiyyətli kağızdan və oxunaqlı şriftdən istifadə edin. Mətni məntiqlə yerləşdirin, onu paraqraflara bölün. Mütləq yazdıqlarınızı yoxlayın, mümkün səhvləri düzəldin. CV rahatlıqla oxunmalıdır.CV necə yazmaq üçün ən yaxşı mənbə kimi necə CV (tərcümeyi-hal) yazmaq oxumaq məsləhət görülür. İş axtarmaq üçün sayt deyəndə isə ağla təbii ki, busy.az saytının vakansiyaları gəlir. Oradakı filtrlər, vakansiyaların bolluğu iş tapmaq şansını daha da artırır. Mənbə kimi «Abituriyent» Hazırlıq Kursunun materiallarından istifadə olunub.
['CV', 'rezüme', 'tərcümeyi-hal', 'rezyume', 'CV yazmaq', 'curriculum vitae', 'CV forması', 'xülasə']
6,365
https://kayzen.az/blog/internet-yenilikleri/2705/google-translate-prikollar%C4%B1.html
Google Translate prikolları
HTML
internet aləmi
10 sentyabr 2010, 10:17
Google tranlate xidmətində ingilis dilindən tərcümə edəndə American pop musician and popular actor Justin Timberlake tərcüməsi Amerika pop musiqiçi və məşhur aktyor Xumar Qədimova kimi alınır.Ondan sonra tənbəllik etməyib başqa tərcümələri də axtardım. Britain popular rock group deep purple tərcüməsi Britaniyanın məşhur rok qrupu dərin mor olurmuş: Bu da son deyil. Bu dəfə Rolling Stones qrupu:Təbii ki,bir maraqlı sözü də yoxlamaq lazımdır:Maraqlı tərcümələr tapanlar şərhlərdə qeyd edə bilər.
['Google translate', 'tərcümə']
6,366
https://kayzen.az/blog/psixologiya/2920/temperamentin-n%C3%B6vl%C9%99ri.html
Temperamentin növləri
Əliyev
Psixologiya
9 sentyabr 2010, 17:16
Psixoloqlar insanı daha yaxından tanımaq üçün ilk növbədə onun hansı temperament tipinə mənsub olduğunu aydınlaşdırmağı məsləhət görürlər.Bir sözlə insanın xarakterini,xasiyyətini,onun hansı temperamentə malik olmasını müəyyənləşdirirlər.Temperament sözünün latıncadan tərcüməsi "hisslərin lazımı qarşılıqlı nisbəti" deməkdir.Temperament insana irsən xas olan davamlı xüsusiyyətlər toplusudur.Temperamentin formalaşmasına ətraf mühit, həyat tərzi,tərbiyə ciddi təsir göstərir.Xüsusən də uşaq və yeniyetməlik çağlarında bu təsirə daha çox məruz qalırıq. Psixoloqların fikrincə 4 temperament tipi var:sanqvinik,xolerik,fleqmatik,melanxolik. Sanqvinik Bu tipə aid insanlar zirək və diribaş olurlar.Həmişə hara isə tələsirlər,gedirlər, gəlirlər.Oturaq iş onlarlıq deyil.Ətrafda olan heç nə onların diqqətindən kənarda qalmır.Hər şeyə maraq göstərirlər,və onların maraq obyektləri tez-tez dəyişir.Psixoloqların təbirincə desək sanqviniklərin maraqları davamsız və qeyri stabildir.Elə ona görə də böyük həvəslə və coşğunluqla başladıqları işdən son dərəcə süstlüklə  də əl çəkirlər.Heç bir tip sanqvinik qədər istənilən şəraitə vəziyyətə tez uyğunlaşa bilmir.Son dərəcə emosional olsalar da yaddaşları zəifdir.Onlar üçün sanki hər şey bir anlıqdır;tez sevinib tez də kədərlənirlər.Sanqvinik tiplər üçün   yalnız  bu gün, bu saat, bu an var.Eyni zamanda bu tip insanlar təsir altına tez düşürlər.Elə buna görə də bu insanlardan bəziləri son dərəcə özbaşına bəziləri isə bunun tam əksinə olaraq intizamlıdır. Xolerik Onların son dərəcə coşğun xarakteri var.Kəmhövsələdirlər.Həmişə istənilən məsələyə  birinci reaksiya verənlər  arasındadırlər.Bu xasiyyətləri ucbatından xoılerik tipli insanlar ətraf ilə asanlıqla yola getmir tez-tez  münaqişəyə girirlər.Ona  görə  də xoleriki adətən səbirsiz, tündməcaz,insan kimi tanıyırlar.İnadkardırlar sanqvinikdən  fərqli olaraq maraqları sabit və davamlıdır.Başladıqları işə bir qayda olaraq sona çatdırırlar.İstənilən problemlə üzləşdikdə özlərini itirmir,asanlıqla vəziyyətdən çıxış yolu tapırlar.Xolerik tipə aid olan insanlar sadiqdirlər, ətrafına son dərəcə bağlı olduqlarına görə onlar üçün mühiti dəyişmək çox çətindir.Düşdükləri yeni mühitə uzun müddət alışa bilmirlər. Fleqmatik Bu tip insanlar qaradinməz sakit təmkinli olurlar.Söhbətcil deyillər.Çox çətinliklə söhbətə qoşulurlar.Heç bir tip fleqmatik  qədər təmkinli deyil.Onları həyəcanlandırmaq və yaxud hirsləndirmək  elə də asan məsələ deyil.Bu tip istənilən halda  hamıdan gec reaksiya verir.Bu xüsusiyyətlərinə baxmayaraq psixoloqların fikrincə fleqmatik tip insanlar mehriban istiqanlıdırlar.Sadəcə onları  yaxından tanımaq üçün vaxt lazımdır,vaxt keçdikcə alışdığı  insanlara qarşı  diqqətli və mehriban olurlar.Həmişə rəfiqələrini dostlarını arayan bu qəbildən olan insanlar vaxtı ilə incik düşdüyü insanlara qarşı sayğısız yanaşmırlar. Melanxolik Bu tip insanlar sakit ancaq həssasdırlar.Onlar heç nəyə biganə qalmırlar.Elə bu səbəbdən onlara münasibətdə ən kiçik  diqqətsizlikdən belə tez inciyirlər.Kiçik bir qanqaraçılığı uzun müddət unuda bilmirlər.Dönə-dönə bu hadisəni xatırlayırlar,kədərlənirlər,öz aləmlərində ölçüb-biçirlər.Heç bir tip onlar qədər "yüz ölç bir biç"məsləhətinə riayət etmir.Bu dünyada ən çox özlərindən narazıdırlar.Özlərinin heç bir bacarığını dəyərləndirmirlər.Özlərinə tənqidi yanaşırlar.Elə bu səbəbdən də bacardıqları işin belə öhdəsindən gələ bilmirlər.Bədbin fikirlər onları tez ruhdan salır. Bir qayda olaraq başladıqları iş yarımçıq qalır. Psixoloqların bir fikrini də nəzərdən qaçırmayaq." Heç bir tipi nə yaxşı nə də pis adlandırmaq olmaz" Hər bir tipin müsbət  və mənfi tərəfləri var.Hər bir insanın özünü daha yaxından tanımaq ən asan tərbiyə eləmək üçün temperament tipləri ilə  tanış olmaq vacibdir.Psixoloqların fikrincə  şəxsiyyətin  kamililiyi ilk növbədə onun özünü daha yaxından tanımasında qərarlaşır. İnsan özünü nə qədər yaxından  və yaxşı tanıyarsa  bir o qədər  mətin, məğlubedilməz, və böyük olur.Təsadüfi deyil ki, dünyanın ən məşhur dahi yaradıcı insanları arasında hər bir tipin nümayəndəsi var.Həmçinin bax: Temperament, temperamentin növləri və Temperament və insan xarakteri
['temperament', 'temperamentin tipləri', 'melanxolik', 'sanqvinik', 'xolerik', 'fleqmatik']
6,367
https://kayzen.az/blog/psixologiya/1770/temperament,-temperamentin-n%C3%B6vl%C9%99ri.html
Temperament, temperamentin növləri
pedaqoq
Psixologiya
8 sentyabr 2010, 15:00
1. Temperament haqqında anlayış. 2. Temperament haqqında təlimlər tarixindən. 3. Temperamentin xassələri və tipləri. 1-ci sual. Temperament sözünün latın dilində hərfi tərcüməsi "hisslərin lazımi qarşılıqlı nisbəti" deməkdir.Yunan həkimi Hippokrat (V-IV əsr) tətbiq etmişdir. Temperament dedikdə o insanın həm fərdi anatomik-fizioloji, həm də psixoloji xüsusiyyətlərini nəzərdə tutmuşdur. Temperament tiplərinə Hippokratın verdiyi sanqvinik, xolerik, fleqmatik və melanxolik adları müasir psixologiya indi də işlənilməkdədir. Temperament psixi fəaliyyətin dinamik xarakteristikası kimi təzahür edir. Psixi fəaliyyətin və ya davranışın dinamik xarakteristikası çoxcəhətlidir. Onun xüsusiyyətlərini təhlil etmək üçün sürət, temp (tezlik dərəcəsi), ritm, intensivlik, plastiklik, dözümlülük və s. kimi müxtəlif anlayışlardan istifadə olunur. İnsanlar psixi fəaliyyətin dinamik xarakteristikasına görə bir-birindən fərqlənirlər. Temperament xüsusiyyətlərini düzgün xarakterizə etmək üçün biz bir mühüm cəhəti dəqiqləşdirməliyik: psixi fəaliyyətin dinamik xüsusiyyətləri çoxdur. Onlar təkcə temperamentlə deyil, həm də fəaliyyətin motivləri, insanın adətləri, psixi halətləri, situasiyanın tələbləri və s. ilə şərtlənir. Temperament insanın elə bir anadangəlmə xüsusiyyətləridir ki, onlar intensivliyin, təsirə cavab vermə sürətinin dinamik xarakteristikalarını, emosional qıcıqlanma və tarazlıq dərəcəsini, ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini şərtləndirir. 2-ci sual. Temperament haqqında təlimlər qədim tarixə malikdir. Müxtəlif dövrlərdə insan orqanizminin aşağıdakı bioloji sistemləri temperamentin əsası kimi irəli sürülmüşdür: 1.  Humoral sistem; Qədim yunanlara (Hippokrat və b.) görə insan orqanizmində insan üçün lazım olan 4 cür maye var. Bu mayelər insanların hamısında eyni cürə paylanmayıb. Onlar insanları 4 tipə bölürdülər: sanqvinik -qan bunlarda daha yüksəkdir; xolerik - san öd çox üstündür; melanxolik - qara öd üstündür; fleqmatik - selik üstündür. 2. Somatik sistem; XX əsrin 20-ci illərində temperamentin bioloji əsaslarının şərhində köklü surətdə dəyişikliklər baş verdi. E.Kreçmer, İ.Şeldon və S.Stivens temperamentin xüsusiyyətlərini insanın bədən quruluşunun xüsusiyyətləri ilə izah etməyə başladılar: Atletiklər - gözəl bədən quruluşuna malik adamlardır. Asteniklər - hündür, ucaboy, arıq adamlardır. Pikniklər - alçaq boy, piyli adamlardır. Kreçmerin fikrincə, piknik bədən quruluşuna malik olan şəxslər affektiv pozuntular verməyə meyllidirlər, astenik bədən quruluşuna malik olanlar isə təfəkkür pozuntularına daha çox məruz qalan şəxslərdir və şizoid qrupuna aiddirlər. 3. Sinir sistemi; İnsanın temperamentini İ.P.Pavlov ASF-nin tipləri ilə izah edirdi. Pavlov sinir sisteminin 3 xassəsini müəyyən etmişdir. Oyanma və ləngimənin qüvvəsi (beyin qabığı hüceyrələrinin iş qabiliyyətini, onların dözümlüyünü müəyyən edir); Onların müvazinət dərəcəsi (oyanma qüvvəsinin ləngimə qüvvəsinə müvafiq dərəcəsi və ya onların tarazlığı); Oyanma və ləngimənin mütəhərrikliyi (onların bir-birini əvəz etmə sürəti). Pavlov 4 əsas tip müəyyən etmişdir: I tip zirək, II tip sakit, III tip coşqun, IV tip zəif. Həmin təsnifata görə bu tipin aşağıdakı xassələri vardır: Zirək tip - qüvvətli, tarazlı (müvazinətli), cəld - sanqvinik. Sakit tip - qüvvətli, tarazlı, asta - fleqmatik Coşğun tip- qüvvətli, müvazinətsiz - xolerik. Zəif tip - zəif - melanxolik. Temperamentin psixoloji xarakteristikası getdikcə genişlənmişdir. Roma alimi Tolen (II əsr), Hippokratdan fərqli olaraq, temperament tiplərini fizioloji, psixoloji və hətta əxlaqi xassələrilə birlikdə şərh etmişdir. XVIII əsrin sonlarında alman filosofu E.Kaum temperamenti yalnız psixoloji xassə kimi xarakterizə etmişdir. Son zamanlara qədər temperament əsasən psixoloji baxımdan izah olunurdu. Temperamentə belə münasibət temperament tipləri haqqında mövcud olan təsəvvürləri dəyişirdi. Temperament tipləri artıq fizioloji deyil, psixoloji xassələrin nisbəti kimi səciyyələndirilməyə başladı. Kosta görə temperament müyəssər cisimlərin və fəaliyyətin fəallıq dərəcəsinin nisbətindən ibarətdir. Vunta görə temperament «ruhi hərəkətlərin» qüvvə və sürəti arasından nisbətdir. 3-cü sual. İnsanın psixi fəaliyyətinin dinamikasını əks etdirən xassələrə temperament xassələri deyilir. Temperament tiplərinin psixoloji xarakteristikası onun aşağıdakı xassələri ilə müəyyən edilir. Aktivlik. Bu xassə insanın məqsədə çatmaq üçün xarici aləmə nə dərəcədə fəal təsir göstərməsini, xarici və daxili maneələri necə aradan qaldırmasını nəzərdə tutur. Temp, ritm, sürət, intensivlik, plastiklik, dözümlülük və s. aktivliyin əsas göstəricisidir. Reaksiyaların tipi. Bu xassə haqqında biz müxtəlif psixi reaksiya və proseslərin sürətinə, o cümlədən hərəkətlərin sürətinə, iqlim tempinə görə fikir yürüdürük. Plastiklik və onun əksi olan rigidlik keyfiyyəti: Bu xassənin insanın iqlimin xarici təsirlərinə nə qədər tez uyğunlaşması (plastiklik) və ya əksinə, davranış, adət və mülahizələrin nə qədər ətalətli və süst (rigid) olmasından bilmək olar. Emosionallıq. Müxtəlif hiss və emosiyaların, o cümlədən affektlərin və əhvalların əmələ gəlmə, cərəyan etmə və kəsilməsi xüsusiyyətlərini xarakterizə edən xassə və keyfiyyətlərlə bağlıdır. Əsas göstəriciləri mütəəssirlik, impulsivlik, emosional labillikdir. TEMPERAMENTİN TİPLƏRİ: Sanqvinik. Bu cür adamlar yüksək reaktivliyə malik olurlar. Aktivliklə reaktivlik müvazinətdə olur. Diqqətini cəlb edən hər şeyə canlı reaksiya verir. Mimikaları və hərəkətləri canlı və ifadəlidir. Yüksək fəallığa malik olduğuna görə çox işgüzar olur, hər bir yeni işə dərhal girişir, həmişə birinci olmağa çalışır, yorulmadan uzun müddət işləyə bilir. Sanqviniklər həddən artıq qayda-qanunlara əməl edən olur. Sürətli hərəkətə, çevik təfəkkürə, sürətli nitq tempinə malik olurlar. Onlarda plastiklik yüksək olur. Hissləri asanlıqla bir-birini əvəz edə bilir. Düşdüyü yeni şəraitə asanlıqla alışır. Rast gəldikləri adamlarla asanlıqla ünsiyyətə girə bilirlər. Onlarda ekstravertlik yüksək olur. Xolerik. Sanqviniklərdə olduğu kimi xoleriklərdə də senzitivlik aşağı, reaktivlik və aktivlik yüksək olur. Lakin xoleriklərdə reaktivlik aktivliyi üstünlük təşkil edir. Ona görə də xoleriklər həddən artıq hövsələsiz, tez özlərindən çıxan olurlar. Onlarda plastiklik zəif, rigidlik yüksək olur. Onlarda öz maraqlarını həyata keçirməyə yüksək cəhd, inadkarlıq, dözümlülük mövcud olur. Başladıqları işi axıra qədər yerinə yetirməyə meylli olurlar. Diqqətlərini keçirməkdə çətinlik çəkirlər. Ekstravertlik yüksəkdir. Müvazinətsiz olurlar. Fleqmatik. Özlərini hər yerdə sakit aparırlar. Həddindən artıq soyuqqanlıdırlar, qaradinməzdirlər. Uğursuzluğa məruz qaldıqda buna əhəmiyyət vermirlər. İşə dərhal girişmirlər, lakin başladıqları işi axıra qədər yerinə yetirirlər. Onlarda plastiklik aşağı, rigidlik yüksək olur. Mimikaları kasıb, ifadəsiz olur. Diqqətlərini çətinliklə keçirə bilirlər, yeni şəraitə çətinliklə alışırlar. Fleqmatiklərdə daxili əks olunma yüksək olur. Təkliyi sevirlər. Vərdiş və adətlərini olduqca ləng dəyişə bilirlər. Bunlarla yanaşı olduqca işgüzar olurlar. Dözümlü və özlərini ələ ala biləndirlər. Onların asanlıqla özlərindən çıxması halları olmur. Yeni adamlara çətin alışırlar. Melanxolik. Onlarda senzitivlik, həssaslıq həddindən artıq yüksək olur. Kiçik bir işdən, hərəkətdən dərindən təsirlənirlər. Hədsiz dərəcədə küsəyəndilər. Mimika və hərəkətləri dərin və ifadəli deyil. Səsləri zəif, hərəkətləri süstdür. Onlarda özlərinə inam hədsiz dərəcədə aşağı olur. Kiçik uğursuzluq onlarda dərin, bəzən ciddi əhval pozğunluğu yaradır. Həmişə başqalarının onların halına yanmalarını gözləyirlər. Həddindən artıq təkliyə qapanırlar. Tez ruhdan düşür, bəzən gücü çatan işi belə axıra qədər yerinə yetirmirlər. İntrovertlik yüksək olur. Həmçinin bax: Temperamentin növləri
['temperament', 'temperamentin tipləri', 'xolerik', 'sanqvinik', 'melanxolik', 'fleqmatik']
6,368
https://kayzen.az/blog/marstrat/2433/2.6.-praktikadan-misal-playboy.html
2.6. Praktikadan misal Playboy
marketoloq
Marketinq strategiyaları
8 sentyabr 2010, 09:41
Kişi erotikası üzrə ixtisaslaşdığından və bunu zövqlə həyata keçir­diyin­dən fəxrlə danışan  Playboy Enterprises bazar ertəsi Vivid TV-ni əldə et­məklə daha açıq-saçıq pornoqrafiya dünyasına addım atdı. Playboya baxışların dəyişdiyini göstərən sövdələşmədə, kompaniya, Vivid-in, VOD İnc.-in 41.7 mln.dollarlıq hissəsinin, həmçinin, The Hot Network və The Hot Zone-un 28.3 mln. dollara əldə edildiyi elan edildi.  Kompaniya elan etdi ki, sövdələşmə “istehlakçılara və distribyutorlara təq­dim edilən  televiziya proqramlarının seçim imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir”. Playboy kompaniyasının icraçı direktoru Kristi Hefner və onun təsisçisinin qızı Hyu qabaqlar Playboy brendinin “aşağı keyfiyyətli deyil, yüksək keyfiyyətli əyləncə” məqsədinə xidmət etdiyini iddia edirdilər. Keçənilki müsahibəsində o elan etdi ki,  Palyboy “seksual əyləncə” və “qəşəng erotikanın fotoqrafiyaları” üzrə ixtisaslaşır. Onun sözlərinə görə, Playboy brendinin pornoqrafiya ilə heç bir əlaqəsi yoxdur: onun “kişi ehtirası” ilə əlaqəsi var. Mister Hefnerin bazara jurnal şəkilində çıxardığı Playboy ən məşhur dünya brendlərindən birinə çevrildi. Vivid TV açıq-saçıq pornoqrafiya nümayiş etdirir və Playboy Enterprises-ın öz auditoriyasını saxlamaq üçün daha rəngarəng erotika təqdim etmək qərarına gəldiyi fikrini yaradırdı. Sövdələşmə Playboyun öz üzərində nə qədər rəqabət təzyiqi hiss etdiyini göstərir. Kompaniya televiziyaya və internetə daha açıq seksual mate­rial­ların vebsayt və kabel pornokanal televiziyalarında yayımlanması səbəbindən keçdi. Playboy Enterprises bazar ertəsi elan etdi ki, 2001-ci ildə sövdələşmə faiz­lərə, vergiqoymaya və amortziasiya hesablanmasınadək olan mən­fəətə 5 mln. dollar əlavə edəcək. Dünənki sözvdələşmə nəticəsində Playboy kanalı ümumi sayı 91.9 mln  nəfər olan 36.2mln. mülki əhatə edəcək. The Hot Network və The Hot Zone və həmçinin, onlarla bağlı televiziya aktivləri Califa Entertaintment Group tərəfindən əldə edilib. Vivid TV Stiv Hirş, Devid Ceyms və Bill Aşer tərəfindən əldə edilib. Əgər təşkilat müəyyən edilmiş plan göstəricilərinə nail olsa, onda, şəbəkənin dəyəri 12 mln.ABŞ dolarına qədər qalxa bilər. Mənbə:James Harding, “Palyboy enters hardcore market”, Financial Times, 3 July 2001, p.32 Həmçinin bax: 2. Marketinqin strateji planlaşdırılması 2.1 Təşkilatın məqsədi və ya missiyası 2.2 Marketinq strategiyasının hazırlanma prosesi 2.3 Baza strategiyasının müəyyənləşdirilməsi 2.4 Rəqabətli mövqeləndirmənin yaradılması 2.5 Strategiyanın tətbiqi 2.6. Praktikadan misal: Playboy
['Playboy', 'Playboy jurnalı', 'marketinq keys']
6,369
https://kayzen.az/blog/fizikl%C9%99r/2870/maykl-faradey.html
Maykl Faradey
Aynur
Görkəmli fiziklər
4 sentyabr 2010, 10:21
Faradey(Michael Faraday) dahi ingilis fiziki, kimyaçısı və elektromaqnit sahəsi təliminin banisidir. O, Londonda kasıb dəmirçi ailəsində anadan olmuşdur. İbtidai məktəbi bitirdikdən sonra 12 ya­şında ikən kitab dükanında olan cildçi emalatxanasında işə girir və bir ildən sonra cildçilik sənətini öyrənmək üçün şagird qəbul edilir. 14 yaşlı Faradey işləməklə yanaşı cildxana sahibinin yanında təhsil almışdır. Cildlədiyi kitabların məzmunu ilə Faradey həmişə maraqlanmış və işlədiyi müddətdə çoxlu kitab oxumuşdur. Onlar içərisində ən çox sevdiyi kimya və elektrikə aid kitablar olmuşdur. Onun xoşuna gələn kitablardan Marsenin «Kimya haqqında söhbətlər» və «Britaniyanın ensiklopediyası»nın fizikaya aid olan fəsilləri olub.Kral institutunda məşhur alim H.Devinin mühazirələrinə qulaq asdıqdan sonra Faradeydə bu alimə qarşı böyük hörmət hissi yaranır və onun yanında işləməyi arzulayır. Faradey 1812-ci ildə Deviyə məktub yazıb, elmə böyük həvəsi olduğunu bildirir və öz laboratoriyasında onu işə götürməyi xahiş edir. H.Devi məktubu alandan sonra bilmir nə cavab yazsın. Bu barədə öz iş yoldaşı Pipisə xəbər verir ki, — Faradey adında oğlandan məktub almışam, elmə böyük həvəsindən yazır, institutda ona iş verməyimi xahiş edir. İndi mən nə edim? — Nə edəsən? Qoy gəlib butulkaları yusun. Əgər razı olarsa, deməli ondan bir şey çıxacaq, razı olmazsa, deməli heç nəyə yaramır. Devi Faradeyi özünə katib götürür, sonra isə laborant keçirir. 1813-cü ilin axırında Devi Avropaya iki illik səyahətə çıxarkən Faradeyi özü ilə getməyə dəvət edir. Bu səyahət Faradeyə böyük təsir bağışlayır. Belə ki, o, görkəmli alimlərlə — Amper, Gey-Lüssak, Volta və s. ilə görüşür. Bu görüşlər onun elmi dünya görüşünün genişlənməsinə kömək edir. Faradeyin tədqiqatları elektrik, maqnetizm, maqnit optikası, elektrokimya və s. sahələrə aiddir. Demək lazımdır ki, Faradeyin ailəsi sadə, əməksevər, kiçik yaşlarından uşaqlarını əməyə alışdıran və sevdirən ailə olub. Anasının təhsili olmayıb, atası 1810-cu ildə vəfat edib. Lakin anası oğlunun şöhrətləndiyi vaxta qədər yaşayıb, həmişə oğlunun kəşf və ixtiraları ilə fəxr etmişdir. Kimya elmi tarixində Faradey görkəmli yer tutur. O, 24 yaşında ikən gözəl tədqiqatlar apararaq benzol və butilen almışdır. Faradey o vaxtlar məlum olan qazların bir çoxunu mayeləşdirmişdir. O, ilk dəfə kükürd 4-oksidini, karbon 4- oksidini, ammonyakı və s. maye halına çevirə bilmişdir. Faradey fizikanın bir sıra fundamental qanun və hadisələrini kəşf etmişdir. Erstedin təcrübəsi ilə maraqlanan Faradey çoxlu təcrübələr  aparır və ilk böyük kəşfini 1821-ci ildə edir. Faradey öyrənir ki, elektrik cərəyanı keçən naqili maqnit qütbləri arasında yerləşdirəndə naqil itələnir. Bu kəşf elektrik mühərrikinin ixtirasına səbəb olur. Demək lazımdır ki, elektrotexnikanın tarixi öz başlanğıcını Faradeyin çertyoj və ixtiralarından başlayır. 1822-ci ildə Faradey «Maqnetizmi elektrikə çevirmək» məqsədini qarşıya qoyur. Bu məqsədlə Faradey çoxlu sayda təcrübələr aparır, nəticə almadıqca, daha inadla işləyirmiş. Nəhayət, 9 illik gərgin əmək sərf etməsi öz bəhrəsini verir, 1831-ci il avqustun 29-da elektromaqnit induksiya hadisəsini kəşf edir. Faradey: «Bütün adamlar səhvə yol verə bilərlər» sözünü işlətməyi xoşlarmış və buna görə də təcrübələr apararkən o özünü və başqalarını dönə-dönə yoxlayarmış. Faradey elektrokimyanın əsasını qoyanlardandır. 1833-cü ildə o, elektroliz hadisəsini öyrənməyə başlayır və elektrolizin iki qanununu kəşf edir. «Elektroliz», «Elektrolit», «Elektrod», «Anod», «Katod», «İon» terminlərini 1834-cü ildə Faradey elmə daxil edib. Elektrik və maqnit sahələri təsəvvürünü ilk dəfə Faradey vermişdir. Yaxına təsir təsəvvürlərinə kəskin dönüş Faradeylə başlanmışdır. Onun ideyalarına görə: elektrik yükləri bir-birinə bilavasitə təsir etmir. Bir yükün sahəsi digər yükə təsir edir və əksinə. Faradey 1845-ci ildə diamaqnetizm və 1847-ci ildə isə paramaqnetizmi kəşf etmiş, maqnit xassələrinə görə maddələri iki qrupa bölmüşdür. Maddələrin dielektrik xassələrini tədqiq etdikdən sonra o, qazlarda elektrik boşalmasını öyrənməyə başlayır. Bu təcrübələrdən boruda katod yaxınlığındakı fəzada qaranlıq fəzanın alındığını müşahidə edir. Beləliklə Faradey qazlarda elektrik boşalmasının əsasını qoymuş olur ki, fizikanın çox mühüm sahələrinin — elektronika, rentgenofizika, radioaktivlik və s. sonrakı inkişafına kömək edir. 1846-cı ildə Faradey optik və elektromaqnit hadisələr arasındakı əlaqənin varlığını isbat etmişdir. O, müşahidə edir ki, optik fəal olmayan maddələr maqnit sahəsinin təsiri ilə polyarlaşma müstəvisini fırlatma qabiliyyəti əldə edir. Deməli, maqnit sahəsi süni fəallıq yaradır ki, bu hadisə Faradey effekti adlanır. Hər şeydən əvvəl Faradeyin dünyagörüşündə ən qüvvətli onun materialist olması idi. O, həmişə maddənin zərrəciklərdən ibarət olmasından, təbiətdəki qüvvələrdən danışarmış. Faradeyə görə materiya həmişə hərəkətdə olan, aktiv varlıq olub. Elektrikə aid tədqiqatları Faradeyə dünya şöhrəti gətirdiyi kimi, dünya elmi böyük kəşflər və tədqiqat sahələri ilə zənginləşdi. Dahi alim olmaqla Faradey eyni zamanda yüksək insani keyfiyyətlərə malik olub: özünə qarşı tələbkarlığı, insanlara xoş arzular və vicdanla münasibəti, sadəliyi və səmimiliyi ömür boyu alimin gözəl xüsusiyyətlərindən olub. Faradey London Kral cəmiyyətinin üzvü (1824), Peterburq EA-nın fəxri üzvü (1830) olmuşdur. Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı
['Faradey', 'Maykl Faradey', 'fizik', 'ingilis fiziki', 'fizika alimi']
6,370
https://kayzen.az/blog/aran/2862/m%C3%BCv%C9%99ff%C9%99qiyy%C9%99t-qanunu-t%C9%99%C5%9F%C9%99bb%C3%BCs-v%C9%99-liderlik.html
Müvəffəqiyyət qanunu: Təşəbbüs və liderlik
aran
Bloq: aran
3 sentyabr 2010, 19:11
Təşəbbüs və liderlik. Bunlar ona görə bir yerdədir ki, liderlik uğur qazanmaq üçün vacibdirsə, təşəbbüs liderlik vərdişinin yaranması üçün əsasdır. Vaqon təkəri üçün ox nə qədər zəruridirsə, təşəbüs də uğur üçün bir o qədər lazımdır. Bəs təşəbbüs nədir? Bu elə bir müstəsna keyfiyyətdir ki, hər hansı bir göstəriş olmadan belə, insanda ixrac olunmalı işin görülməsinə həvəs oyadır. Təşəbbüs lazım olanı icra etməkdir. Kim istənilən işdə lider olmaq istəyirsə, ləngimə onun öldürücü düşmənidi və mütləq bu vərdişi tərgitməlidir.  Mən görürəm ki, bədənimin əzələləri istifadə olunduqda güclənir və başa düşürəm ki, təşəbbüskarlıq vərdişi də istifadə olunduqca möhkəmlənir. Başa düşürəm ki, başlanğıc üçün gündlik xırda işlərdə təşəbüs vərdişlərini inkişaf etdirməliyəm. Odur ki, hər gün işə yalnız bir məqsədlə - təşəbbüs üçün lazım olan vərdişi inkişaf etdirmək məqsədilə gedəcəyəm. Mən anlayıram ki, gündəlik işimdə təşəbbüs göstərərək təkcə vərdişi inkişaf etdirmirəm, eyni zamanda bu vərdişlərdən bəhrələnməklə xidmətlərimi daha çox qiymətləndirəck adamların diqqətini özümə cəlb edirəm. Təşəbbüsü və liderliyi ələ almaq üçün aşağıdakı qaydalara riayət etmək lazımdır: Birinci. Siz ləngimək vergisinə qalib gəlməli və ondan yaxa qurtarmalısınız. Dünən və ya bir həftə əvvəl, yaxud keçən il və yaxud bir neçə il əvvəl etməli olduğunuz işi sabaha qoymaq sizin varlığınızın əsasını dağıdır və ondan azad olmasanız, heç nəyə nail ola bilməzsiniz. İkinci. Siz, əlbəttə, bilirsiniz ki, yalnız başqalarına yaxşılıq etməklə xoşbəxtlik əldə edə bilərsiniz. Eyni şey təşəbbüsün inkişafına da aiddir. Siz bu keyfiyyəti o vaxt yaxşı inkişaf etdirə bilərsiniz ki, onu başqalarına da aşılayasınız. İşdə və cəmiyyətdə siz daimi olaraq digər adamlarla ünsiyyətdə olursunuz. Özünüz üçün bir qayda yaradın: sizə qulaq asmaq istəyən hər kəsə təşəbüsün inkişafına aid söhbtlər edin. Bunu isə nə üçün etdiyinizi başqalarına izah etməyə ehdiyac yoxdur. Həm də elan etmək lazım deyil ki, siz bunu edirsiniz. Sadəcə, bu işi görün. Əlbəttə, özünüz dərk edirsiniz ki, belə praktika ən azı başqalarına ziyan vurmamaq üçün sizə kömək edir. Üçüncü. İki tip liderlik mövcuddur: bunlardan biri öldürücü və destruktiv, digəri faydalı və konstruktivdir. Öldürücü tip uğura yox, tam məğlubiyyətə aparır. Bu tip könüllü olmayan ardıcıllarına öz fikirlərini güclə qəbul etdirən psevdoliderlərə aiddir. Liderliyin qiyməti. İnsanın işi bütün dünya üçün nümunə olduqda o, həmişə paxıllıq obyekti olur. Əgər iş orta səviyyədə yerinə yetirilirsə, insan təhlükəsizdir, ona toxunmurlar. Əgər o, şah əsər yaradırsa, milyonlarla dil işə düşür. Liderə həmişə hücum edirlər, çünki o, liderdir və ona bərabərləşməyə sərf olunan güc onun liderliyinə sübutdur. Lideri ötüb keçmək, yaxud ona çatmaq istəyən paxıllar onu gözdən salmağa və ya məhv etməyə çalışırlar. Lakin elə bununla da liderin üstünlüyünü təsdiq edirlər. Əgər lider həqiqi liderdirsə, o, LİDER olaraq qalır! Nə qədər uca səslə inkar etməyə çalışsalar da, dahilər yenə də şöhrət qazanırlar. Deyilənə görə, əməkdaşlıq dildə ən əhəmiyyətli sözdür. Əməkdaşlıq ailədə, ər-arvad, valideyin-övlad münasibətlərində çox vacibdir. O, dövlət işlərində də mühüm rol oynayır. Əməkdaşlıq prinsipi o qədər əhəmiyyətlidir ki, əgər rəhbər bunu başa düşmürsə və öz liderliyində bu prinsipi tətbiq etmirsə, onda, heç vaxt güclü və uzunmüddətli lider ola bilməz. Başqa səbəblərdən daha çox əməkdaşlığın olmaması işgüzar müəssisələri məhv edir. Liderliyə tələblərdən ən başlıcası tez və qəti qərar qəbul etməkdir. Ardıcılların öz planlarına inandıran və bu planları həyata keçirən güclü şəxsiyyət həmişə müvəfəqiyyətli lider olacaqdır. Gələcəyin liderində aşağıdakı keyfiyyətlər olmalıdır:1. Altı başlıca qorxu hissini yox etmək;2. Şəxsi maraqlarını ardıcıllarının rifahına tabe etdirməyə hazır olmaq, tamahkarlığı və acgözlüyü aradan qaldırmaq; 3. Zamanın tələblərinə uyğun gələn müəyyən liderlik proqramı ilə ifadə olunan aydın məqsədlilik;4. Yüksək şüurluluq prinsipini başa düşmək və ondan istifadə etmək qabiliyyəti;5. Ən yüksək dərəcədə özünə inam;6. Çevik qərarlar çıxarmaq və onları müdafiə etmək bacarığı;7. Zamanın tələblərini görmək və bu tələbatı təmin edəcək planlar hazırlamağa imkan verən təxəyyül;8. Böyük təşəbbüskarlıq;9. Ruh yüksəkliyi və onu ardıcıllarına da təlqin etmək qabiliyyəti;10. Özünə yüksək dərəcədə nəzarət;11. Çox xidmət göstərmək və onun müqabilində az ödəniş almağa hazır olmaq;12. Bərabər, cəlbedici xarakterə malik olmaq;13. Dəqiq düşünmək qabiliyyəti;14. Başqaları ilə bərabərlik ruhunda əməkdaşlıq etmək bacarığı;15. Fikirlərini cəmləməkdə və tapşırıqları yerinə yetirməkdə inadcıl olmaq;16. “Aydınlanmaq” və səhvlərdən, uyğunsuzluqlardan nəticə çıxarmaq qabiliyyəti;17. Həddən artıq dözümlülük;18. Təmkinlilik və bütün hallarda sadəlik;19. Məqsəddə və hərəkətlərdə düzgünlük” 20. Digər adamlarla qarşılıqlı münasibətlərə aid qızıl qaydaya əməl etmək. Napoleon Hill: MÜVƏFFƏQİYYƏT QANUNU
['uğur', 'uğur psixologiyası', 'uğur qazanmaq', 'özünəinam', 'müvəffəqiyyət qanunu']
6,371
https://kayzen.az/blog/karnegi/2662/1.-ayr%C4%B1l%C4%B1qda-bu-g%C3%BCnl%C9%99-ya%C5%9Fay%C4%B1n.html
1. Ayrılıqda bu günlə yaşayın
2ral
Narahatçılığı necə tərk etməli və yeni həyata necə başlamalı
2 sentyabr 2010, 16:32
1871-ci ilin yazında gənc bir adam kitabdan onun gələcəyini dəyişdirə biləcək on yeddi söz oxudu. O vaxtlar o, Monrealdakı xəstəxanada ümumi təmayül üzrə tibbi təcrübə keçirən tələbə idi. Onu aşağıdakı problemlər narahat edirdi: - buraxılış imtahanlarını necə verməli - harada işləməli - öz təcrübəsini necə təşkil etməli - yaşamaq üçün necə qazanc əldə etməli Bu cavan tələbənin 1871-ci ildə oxuduğu on yeddi söz onun gələcəkdə öz zəmanəsinin ən məşhur həkim-terapevti olmağına köməkçi oldu. O, Cons Hopkins adına universitetin nəzdində ümumdünya şöhrətli tibbi məktəb açdı. Britaniya imperiyasında tibb aləmində təltif edilə bilən ən yüksək elmi ada - Oksfordda təbabət elmi üzrə Kral şərəfli professor adına o, layiq görüldü. İngiltərə krallığının zadəganı rütbəsinə yüksəldi. Öldükdən sonra onun həyatının tarixindən bəhs edən 1466 səhifəlik iki cildlik kitab buraxıldı. Bu adamın adı cənab Uilyam Osler idi. Aşağıda Tomas Karleyl tərəfindən yazılmış, adı çəkilən təbibin həyatını narahatçılıqdan azad edən on yeddi söz aşağıdakılardır: "Bizim əsas məqsədimiz gələcəyin dumanlı dərinliklərinə baxmadan, onlara məhəl qoymadan hal-hazırda faktiki gördüyümüz istiqamətdə dərhal hərəkət etməkdir." Qırx iki il sonra universitet parkında tülpanlar çiçəklənəndə sakit bir yaz axşamı Uilyam Osler cənabları Jelsk universiteti tələbələrinə müraciət etdi. Düşünmək olardı ki, dörd universitetin professoru və populyar kitablar müəllifi Osler fövqəladə keyfiyyətli mahir bir beyinə malikdir. Lakin o, bu fikrin yanlış olduğunu bildirdi. Əslində isə, onun ən yaxşı dostlarının göstərdiyi kimi, o, orta səviyyəli zehni istedada malik alim idi. Bəs onun belə nailiyyətlərinin sirri nədə idi? Bu haqda o deyir: "Bu uğurlara ona görə nail ola bildim ki, daim digər günlərdən təcrid olunmuş "bu günümlə" yaşadım və çalışdım. Bununla o, nəyi nəzərdə tuturdu. Uilyam Osler Jelsk universitetindəki çıxışından bir neçə ay öncə o, Atlantik okeanını böyük okean laynerində üzüb keçmişdi. O, burada qəza baş verdikdə xilas edilmək üçün gəminin qəribə bir konstruksiyaya malik olduğunu müşahidə etdi. Gəminin idarəetmə körpüsündə duran kapitan qəza düyməsini basardısa, dərhal mexanizmlərin işə düşəcəyini gəminin ayrı-ayrı bölmələrinin (suyun keçməməsi üçün) qapıları hermetik bağlanaraq bölmələrin biri-birindən təcrid edilə biləcəyini öyrəndi. Odur ki, doktor çıxışında belə dedi: "Sizin hər biriniz o nəhəng gəmidən də daha mürəkkəb mexanizmlərə maliksiniz və siz həyatınıza başladıqda o gəmidən də daha uzun müddətli bir səyahətə başlayacaqsınız. Ona görə də fırtınaların törədə biləcəyi hadisələrdən qorunmaq və bölmələri vaxtında biri-birindən təcrid etmək üçün sizə verilmiş mexanizmlərin idarə edilməsini və onlara nəzarət etməyi öyrənməyi israr edirəm. Yalnız beləliklə, siz öz səyahətinizi təhlükəsiz edə bilərsiniz. Heç olmazsa, gəminin adı çəkilən mexanizmlərini daim işçi vəziyyətdə saxlamaq üçün kapitan körpüsündə durun. Düyməciyi basarsınızsa, görəcəksiniz ki, o dəmir qapılar həyatınızın hər mərhələsində sizi keçmişinizdən, artıq ölmüş dünənki günlərinizdən necə də təcrid edəcəkdir. Digər düyməni basarsınızsa, metal pərdələr sizi gələcəyinizdən, hələ doğul­mayan sabahkı günlərinizdən necə təcrid edəcəyini duyacaqsınız. Belədə siz bu gününüz üçün tam təhlükəsiz olacaqsınız!.. Keçmişi öz düşüncələrinizdən təcrid edin! Qoy keçmiş öz "ölülərini" dəfn etsin... Sadəlövhlərin qəbrə gedən yollarını işıqlandıran dünənki günlərinizi özünüzdən təcrid edin. Keçmişin yüklərinə əlavə edilən gələcəyin yükləri, hətta ən güclüləri büdrəməyə məcbur edər. Gələcəyinizi də keçmişiniz kimi hermetik təcrid edin. Gələcəyi bu günkü gününüzdən də təcrid edin. Bugünkü gündə sabah yoxdur.... İnsanın xilası bu gündədir. Gələcək haqqında narahatçılıq hissi keçirən insanı mənasız enerji sərfi, ruhi əzab, əsəbilik israrla daban-dabana izləyir. Beləliklə, gəminin bütün bölmələrini hermetik kip bağlayın, gəminin ön hissəsini arxa hissədən dəmir arakəsmə ilə ayırın. Özünüzdə sizi keçmiş və gələcəkdən hermetik dəmir arakəsmə ilə ayıran "vaxt kəsiyində" yaşamaq vərdişini aşılayın." Məgər doktor Osler bununla demək istəmişdimi ki, biz səhərki günə hazırlaşmağa heç bir qüvvə sərf etməməliyik? Yox. Qətiyyən yox. O, bu çıxışında yorulmadan təkrar-təkrar təsdiqləyirdi ki, sabahkı günə ən yaxşı hazırlaşma üsulu bugünkü işlərin daha səmərəli yerinə yetirilməsi üçün öz qüvvə və bacarığınızı bir yerə cəmləmək məharətindən ibarətdir. Müharibə vaxtı bizim hərbi rəhbərlər narahatçılığa qətiyyən yol vermədən sakit, təmkinlə gələcəyin planını tərtib edirdilər. Amerika Birləşmiş Ştatlarının hərbi dəniz qüvvələri komandanı admiral Ernest C.Kinq dedi: "Mən ən yaxşı hərbçi insanları sərəncamımda olan ən yaxşı hərbi döyüş texnikası ilə təchiz etdim və qarşılarında ən ağıllı və tədbirli məqsəd qoydum. Mənim bacara bildiyim ancaq bundan ibarət idi. Admiral sözünə davam edərək: "Əgər gəmini batırsalar, yəqin, mən onu qaldıra bilmərəm. Əgər gəmi batırılsa, mən onun qarşısını ala bilmərəm. - dedi. Yaxşı olar ki, dünən baş vermiş hadisələrə görə heyfsilənmək əvəzinə, öz vaxtımı sabahın problemlərini həll etməyə sərf edəm. Bundan başqa, belə çətinliklər və problemlərdən narahat olmağı özümə rəva bilərəmsə, çətin ki, mən bu hala tablaşaram. Müharibə və ya sülh zamanı hansı mülahizələrin düzgün və səhv olması arasındakı fərq aşağıdakılardan ibarət olur: düzgün mülahizə tərzi səbəb və nəticənin təhlilinə əsaslanır, planlaşmanın məntiqi tərtibinə gətirib çıxarır, düzgün olmayan düşüncə tərzi isə əksərən gərginliyə və əsəb sarsıntısına aparır. İkinci Dünya müharibəsi zamanı hərbi forma geymiş cavan bir oğlan haradasa, Avropada özünə xeyirli bir dərs mənimsəmişdi. Onun adı Ted Benqermino idi. Bu insan özünü döyüş şəraitində əsəbi sarsıntı vəziyyətinə gətirib çıxarmışdı. Ted Benqermino yazır ki, "mən 1945-ci ilin aprel ayında həkimlərin dediyinə görə ifrat narahatçılıq səbəbindən, "selikli kalit" adlanan psixi travma xəstəliyinə düçar olmuşdum. Bu xəstəlik məni dözülməz ağrılara mübtəla etmişdi. O zaman əgər müharibə qurtarmasaydı, mən inanırdım ki, "sağlamlığımın axırına çıxacaqdım". Çünki mən tamamilə üzülmüşdüm. Mən o vaxt 94-cü piyada diviziyasının dəfn etmə komandasında unter-zabit vəzifəsində işləyirdim. Mənim vəzifəm döyüşdə bütün ölənlərin, itkin düşənlərin, hospitala göndərilənlərin qeydiyyat vərəqələrinin yazılıb-doldurulmasına kömək etmək idi. Mənim vəzifəm birdə ondan ibarət idi ki, qızğın döyüş getdiyi zamanlarda belə, müttəfiqlərin və düşmənlərin əsgərlərinin meyitlərini tələsik dayaz xəndəklər qazımaqla onları dəfn edim. Mənim vəzifəm həm də ölmüş əsgərlərin əşyalarının toplanaraq onların öz valideynlərinə və yaxud yaxınlarına çatdırılmasına nəzarət etmək idi. Çünki bu əşyalar valideynləri və yaxınları üçün çox əziz sayıla bilərdi. Məni daim belə bir qorxu hissi izləyirdi ki, biz ciddi səhvlərə yol verə bilərik. Mən bütün bunlara necə dözəcəyimdən qorxaraq daim vahimə içindəydim. Məni o fikir də üzürdü ki, görəsən, hələ üzünü görmədiyim on altı aylıq yeganə oğlumu qucağıma götürmək mənə müyəssər olacaqmı, o günə qədər yaşaya biləcəyəmmi? Mən o qədər dilxor və pərişan vəziyyətdə idim ki, çəkimi otuz dörd girvənkə itirmişdim. Mən artıq divanəlik həddində idim. Mən öz qollarıma diqqət yetirdim, onlar skeletin qollarını andırırdı. Mən evə əlil vəziyyətində qayıdacağımı düşündükdə dəhşətə gəlirdim. Mən tam ümidsizliyə qapılmışdım və uşaq kimi ağlayırdım. Mən o dərəcədə sarsılmışdım ki, tək qaldığım vaxtlarda yanaqlarımdan göz yaşlan sel kimi axırdı. Ardən döyüşlərindən sonra həyatımda daha dəhşətli və dözülməz dövr başladı. Mən tez-tez ağlayır və sıxıntı keçirirdim. Yenidən normal bir insan vəziyyətinə gələcəyimə bütün ümidimi demək olar ki, itirmişdim. Nəhayət, mən hospitala düşdüm. Bir hərbi həkim mənə həyatımı tamamilə dəyişdirə biləcək məsləhət verdi. Çox ciddi müayinədən sonra o, mənim keçirdiyim xəstəliklər nəticəsində əsəblərimin pozulduğu qənaətinə gəldi. O dedi: "Ted, mən istəyirəm ki, sən həyatım qum saatına bənzədəsən. Sən bilirsən ki, minlərlə qum dənələri qum saatının dar boğazından aramla və nizamla, ardıcıllıqla keçir. Əgər sən və ya mən çalışsaq ki, həmin dar keçiddən müəyyən anda bir yox, daha çox qum dənəsi keçsin, onda yəqin ki, bununla biz qum saatını korlamış olarıq. Sən, mən və bütün qalan insanlar bu qum saatına bənzəyirik. Biz hər səhər yataqdan qalxdıqda qarşımıza həmin gün ərzində görüləsi onlarla vacib iş ortaya çıxır. Əgər biz bu işləri müəyyən vaxt müddətində tək-tək yerinə yetirməsək (necə ki, qum saatında ayrı-ayrı qum dənələri dar keçiddən tək-tək keçirlər) və çalışsaq ki, görüləsi bütün işləri bir anda görək onda fiziki və psixi qüvvələrimizi sarsıdarıq, qırarıq. Praktik həyatımda mən bu fəlsəfənin tətbiqinə həmin hərbi həkimin məsləhət verdiyi unudulmaz gündən sonra başladım. "Bir qum dənəsi - bir vahid anda..., görüləsi bir iş - müəyyən bir vaxt müddətində" Bu məsləhət müharibə vaxtı məni fiziki və psixoloji sarsıntılardan xilas etdi. O, həmçinin indi, sülh zamanında da yeganə ümidgahıma çevrildi." Mən Baltimorda ticarət kredit şirkətində klerk (kontor işçisi) işləyirdim. Burada da öz fəaliyyətimdə müharibə vaxtı olan həmin problemlərlə qarşılaşdım, belə ki, vaxtın az olmasına bax­mayaraq, məndən çox işin görülməsi tələb olunurdu. Qiymətdə bizim aksiyalar aşağı düşürdü. Öz fəaliyyətimizdə yeni formaların tətbiqi tələb olunurdu. O vaxtlar ünvanları tez-tez dəyişən, açılıb-bağlanan, yeni-yeni təsis olunan səhmdar cəmiyyətləri yaradılırdı və s. Hiddətlənmək və əsəbiləşmək əvəzinə, mən hərbi həkimin məsləhətini yadıma saldım. "Bir qum dənəsi bir vahid anda, görüləsi hər bir iş müəyyən bir vaxt müddətində." Bu sözləri təkrar edə-edə öz vəzifə borcumu daha səmərəli tərzdə yerinə yetirərkən döyüş zamanı məni az qala şikəstliyə gətirib çıxara biləcək çaşqınlığa və iradəsizliyə düçar olmurdum. Bizim həyat tərzimizə aid ən dəhşətli şərh ondan ibarətdir ki, xəstəxanalarımızda çarpayıların, demək olar ki, yarısı keçən günlərdən toplanıb qalmış və sabahkı günün qorxusundan üzülmüş əsəbi və psixi xəstələrə aiddir. İsa Peyğəmbərin "Sabahkı gün üçün iztirab çəkmə" yaxud Uilyam Oslerin "Ayrıca, bu gün üçün yaşayın" kəlam və məsləhətlərini əsas götürüb bunlara ciddi riayət etsəydilər, onda bu insanların əksər hissəsi də sakitcə həyatdan zövqlənərək yaşayar və xoşbəxt ola bilərdilər. Siz və mən birlikdə hazırkı yaşadığımız anda iki sonsuzluğun kəsişdiyi nöqtədə durmuşuq: əbədi davam etmiş sonsuz keçmiş və tarixin son anına kimi irəli can atan gələcək... Hər halda biz eyni vaxtda iki sonsuzluqda saniyənin sonsuz kiçik anında belə yaşaya bilmərik. Çalışsaq ki, buna nail olaq, biz özümüzün fiziki sağlamlığımızı və əqli gücümüzü qıra bilərik. Buna görə də gəlin ayrıca (müəyyən) zaman parçasında yaşamağı bacarmağımızla kifayətlənək, heç olmazsa, indiki andan ta günün yuxuya getmək zamanına qədər." Robert Luis Stivensən yazır: "Hər kəs öz yükünü onun ağırlığından asılı olmayaraq, gecəyə qədər çəkib apara bilər. Bizim hər birimiz gün ərzində hətta ən çətin işi belə yerinə yetirə bilərik. Bizim hər birimiz ürəyimizdə ətrafımızdakılara zərif hisslər, məhəbbət, xeyirxahlıq bəsləməklə səbirlə günəşin qürbünə qədər yaşaya bilərik. Məhz bundadır həyatın əsl mənası." Həqiqətən də, həyat bizdən bunu tələb edir. Lakin xanım E.K.Şilds isə tam ümidsizliyə qapılmışdı və hətta o, intihar etmək qərarına da gəlmişdi. Lakin onu bu fəlakətdən qurtaran gün çıxandan gün batana qədər yalnız o gün üçün yaşamaq fikrini özünə təlqin edə bilməsi oldu. Öz həyatı haqqında xanım Şilds belə dedi: "1937-ci ildə mən ərimi itirdim və bundan olduqca kədərləndim. Mənə iş verən, "Royr Fauler" firmasının sahibkarı cənab Leon Royra məktub yazdım və yenidən Kanzas Sitidə işə düzəldim. Mən əvvəllər şəhər və kənd məktəblərinə kitab satmaqla yaşamağıma vəsait qazanırdım. Buna baxmayaraq, sonradan pulunu müddətli ödəməklə avtomobil almağa yetərincə vəsait toplaya bilmişdim. Beləliklə, mən aylıq haqları (vznosları) ödənilməklə bir az köhnəlmiş avtomobil ala bildim. Mən təzədən kitab satmağa başladım. Mən düşündüm ki, yenidən rəvan yola çıxmaqla depressiyaları dəf edə bilərəm. Lakin maşını tək sürmək və həmişə tək-tənha nahar etmək mənim qüvvəm xaricində idi. Bir neçə iş yerində kifayət qədər vəsait qazanmağa müyəssər ola bilmişdim. Elə olurdu ki, bu məbləğ çox olmasa da, maşının köçürmələrini ödəməyə çətinlik çəkirdim. 1938-ci ildə mən Missuri ştatının Versal şəhəri yaxınlığında işləyirdim. Məktəblər kasıb, yollar isə pis idi. Mən özümü kimsəsiz hiss edirdim, həyatımdan elə bezmiş və mütəəssir olmuşdum ki, hətta bir vaxt özümü öldürmək istəyirdim. Mənə elə gəlirdi ki, bundan sonra həyatda müvəffəqiyyət qazanmaq qeyri-mümkün olacaqdır. Mən bu dünyada hər şeydən qorxurdum. Qorxu və vahimə məni əldən salırdı, elə bilirdim ki, maşının aylıq köçürmə pulunu, ev kirayəsini ödəyə bilməyəcəyəm və mənim tezliklə yeməyə heç nəyim olmayacaqdır. Həkimə verməyə pulum olmadığından xəstələnməkdən qorxurdum. Məni intihardan çəkindirən yalnız o oldu ki, dəfnim üçün lazımi qədər pulum olmadığından düşünürdüm ki, bacımın ovqatı təlx olacaqdır. Çünki o da ehtiyac içərisində yaşayırdı. Bir dəfə qəzetdə belə bir məqalə oxudum. Bu məqalə məni qəm-qüssədən uzaqlaşdırdı, mənə kişi dözümü və dəyanəti verdi və yenidən yaşamağa başladım. Bu məqalədə məni çətinliklərə qalib gəlmək üçün mübarizəyə ruhlandıran bir ibarəyə görə müəllifə dərin minnətdaram. Bu ibarə belə idi: "Müdrik insanlar üçün hər gün yeni həyat başlanır." Mən bu kəlamın surətini makinada çıxararaq avtomobilin küləyə qarşı olan şüşəsinə yapışdırdım. Beləliklə, mən sükan arxasında oturarkən hər dəqiqə bu sözləri görürdüm. Sən demə bir iş gününü yaşamaq qayğısı bir o qədər də müşkül məsələ deyilmiş?! Mən ötən günləri unutmağı və gələcək gün üçün narahat olmamağı öyrəndim. Hər səhər mən özümə deyirdim: "Bu gün mənim qarşımda yeni həyat açılacaqdır." Mən, nəhayət, tənhalıq, ehtiyac qorxusunu dəf etməyə müyəssər oldum. Mən indi xoşbəxtəm, ümumiyyətlə, çoxlu nailiyyətlərə yiyələnirəm, dolğun ruh yüksəkliyinə və həyati sevgiyə malik olmuşam. İndi mən arxayınam ki, səhərki gün üçün nə olur-olsun, həyatım boyu heç bir qorxu hissi keçirməyəcəyəm. Mən gələcəyin vahiməsindən azad olmuşam. İndi mən artıq bilirəm ki, ancaq bu gün haqqında düşünmək lazımdır və onu da bilirəm ki, "müdrik insan üçün isə hər gün yeni həyat başlanır." Siz necə bilirsiniz, aşağıdakı şeri kim yazmışdır? Ümid və qayğı arası, hər tərəfdə qorxu və təlaş Hər günün haqda düşün ki, o səninçün bir daha parlamaz; Sevinclə gələcək həmin saat, hansı ki, bir daha gözləməyəcəksən. Bu sözlər müasir səslənir elə deyilmi? Hansı ki, bu sözlər eramızdan otuz il əvvəl Roma şairi Horatsi tərəfindən yazılmışdır. Mənə elə gəlir ki, insan təbiətinin ən faciəvi xüsusiyyəti odur ki, o, öz arzu və diləklərinin icrasını həmişə gələcək günlərə saxlamağa meyl göstərir. Biz hamımız pəncərəmiz altında yetişmiş qızıl güllərdən nəşələnmək əvəzinə, üfüqdən o tərəfdə, uzaqlarda görünən hansısa sehrli, məftunedici qızıl güllə dolu əsrarəngiz gözəl bir bağ görmək arzusunda oluruq. Bəs nə üçün biz bu qədər axmağıq, beləcə dəhşətli axmaqlarıq? Biz həyatımız adlanan o kiçik zaman anını necə də qəribə bir tərzdə başa vururuq. Stivən Likok yazır: Uşaq deyir, mən nə vaxt gənc olacağam?" Gənc deyir: "Mən nə vaxt yaşa dolacağam?" Nəhayət yaşa dolanda deyir. "mən nə vaxt evlənəcəyəm?" Nəhayət o evlənir, bununla da onun həyatında az şey dəyişir. O düşünməyə başlayır. "Mən nə vaxt təqaüdə çıxacağam?" Nə vaxt ki, artıq o təqaüd yaşına çatır, çevrilib keçmiş olduğu həyat yollarına baxdıqda elə bil onun üzünə soyuq bir külək əsir, onun qarşısında qəddar bir həqiqət vərəqlənərək açılmağa başlayır: həyatında necə də bir daha heç vaxt geri qayıtmayacaq vaxt itirilib. "Təəssüf. Biz çox gec anlamağa başlayırıq ki, həyatın mənası yaşanılan hər günün və saatın ritmində axan elə həyatın özüdür." İndi əbədiyyətə qovuşmuş Detroytdan olan Edvard S.Evans bir zamanlar "Həyatın mənası yaşanılan hər günün və saatın ritmində (ahəngində) axan elə həyatın özüdür." kəlamını dərk eləməsindən qabaq daimi narahatçılıqdan az qalmışdı ki, özünü öldürsün. Kasıb ailədən çıxmış Edvard Evans qəzet satmaqla özünün yaşamasına pul qazanmağa başlamışdı; sonradan o, baqqal dükanında "klerk" vəzifəsində işləməyə başladı. Sonradan kitabxana köməkçisi vəzifəsinə keçdi. O, yeddi nəfəri dolandırmalı idi. Məvacibinin az olmasına baxmayaraq, o, işindən çıxmağa qorxurdu. Özündə bir cəsarət tapıb hər şeyi yenidən başlayana qədər səkkiz il keçdi. O, borc aldığı əlli beş dollara bir müəssisə açdı və ildə iyirmi min dollar gəlir götürdü. Bundan sonra o, ifrat zərbəyə məruz qaldı. O, öz dostundan böyük bir məbləğə veksel götürdü, dostu isə elə o məqamda gözlənilmədən iflasa uğradı. Bundan az sonra ona ikinci zərbə dəydi. Belə ki, Evansın pulları saxlanılan bank da müflis oldu. O nəinki axırıncı sentinə qədər varını itirdi, üstəlik on altı min dollar borclu qaldı. Onun əsəbləri bu sarsıntılara dözmədi. O, belə deyirdi: "Mən nə yata bilirdim, nə də yeyə bilirdim. Mən anlaşılmaz bir xəstəliyə düçar olmuşdum. Məndə yaranmış bu xəstəliyi narahatçılıq, yalnız narahatçılıq törətdi. Bir dəfə yolla gedərkən özümdən gedərək yıxıldım. Mən artıq hərəkət edə bilmirdim. Mən xəstə yatağına mıxlandım, yaralar bədənimi içəridənsə bürümüşdü. Hətta yataqda yatarkən də mən qeyri-insani ağrılar, sancılar keçirirdim. Günü-gündən zəifləyirdim. Nəhayət, həkim dedi ki, ömrümün sonuna iki həftə vaxt qalıb. Mən məhv olurdum, mən vəsiyyətnaməmi tərtib etdim və sonra yerimə təzədən uzanmaqla axırımı gözlədim. Narahat olmağa və mübarizəyə heç lüzum qalmamışdı. Mən bu halım ilə barışa bildim, zəif düşdüm və yatdım. Həftələrlə iki saat ardıcıl yata bilməzdim. İndi isə mənim yer üzündəki problemlərim artıq tükəndiyindən körpə uşaq kimi sakitcə yuxuya getdim. Tədricən yorğunluğum keçirdi. Məndə iştaha yarandı. Mənim çəkim artmağa başladı. Bir neçə həftədən sonra qoltuqaltı ağacların köməyi ilə gəzməyə başladım. Altı həftədən sonra işə getdim. Keçmişdə il ərzində iyirmi min dollar qazanırdımsa, indi çox məmnunam ki, həftədə gəlirim otuz dollar təşkil edir. Mən əyləc başmaqlarının satışı ilə məşğul idim. Nəhayət ki, özümün həyati təcrübəmi dərk etdim. Mənim üçün ən əsas məsələ narahatçılıqdan xilas olmaq, keçmişdə baş verənlərdən təəssüflənməmək və gələcəyin necə olacağı barədə qorxu hissi keçirməmək idi. Mən bütün vaxtımı, qüvvə və enerjimi yeni peşəmin mənimsənilməsinə sərf edirdim. Edvard S.Evans xidmət pillələrində çox sürətlə yüksəlirdi. Bir az müddətdə kompaniyanın prezidenti oldu. Onun "Evans prodakt" şirkəti uzun illər boyu Nyu-York fond birjasında qeydiyyatdan keçmişdi. 1945-ci ildə Edvard Evans dünyasını dəyişdi. O, Amerika Birləşmiş Ştatlarının ən tərəqqi etmiş işgüzar insanlarından biri sayılırdı. Siz gələcəkdə nə vaxtsa qismət olub Qrenlandiyanın səmalarında uçarsınızsa, ola bilər ki, sizin təyyarə onun şərəfinə adlandırılmış Evans - fild təyyarə limanına ensin. Söylənilən hekayənin əsas məğzi aşağıdakılardan ibarətdir: əgər Edvard s.Evans bugünkü günün müəyyən vaxt kəsiyində narahatçılıq keçirməyin mənasızlığını dərk etməsəydi, yəqin ki, bu qədər təsir bağışlayan nailiyyətlərə də sahib ola bilməzdi. Eramızdan 500 il əvvəl yunan filosofu Heraklit öz tələbələrinə demişdi: "Həyatda deyişmə qanunundan savayı, hər şey dəyişir." O, yenə belə demişdi: "Siz eyni bir çaya iki dəfə girə bilməzsiniz." Çünki çay hər an dəyişir, həmin dəyişiklik çaya girən insanda da bu cür baş verir. Həyatda mütəmadi dəyişiklik baş verir. Yeganə müəyyən olan bu gündür. Axı nə üçün biz daima dəyişikliklərə uğrayan, qeyri-müəyyənliklərlə dolu, necə olacağını qabaqcadan heç kəsin dərk və təyin edə bilmədiyi gələcəyin problemlərilə yaşadığımız bu günün gözəlliklərini korlamalıyıq. Qədim Romalıların buna müvafiq belə sözləri var. Faktiki olaraq iki söz. Carpe diem "Bugünkü gündən istifadə et." və ya "Anı tut." Bəli, yaşadığın o anı tut və çalış ki, onda məmnunluq tapasan. Con Reskin öz yazı masasının üstünə üzərinə yalnız bircə "Bu gün" sözü həkk edilmiş sadə bir daş qoymuşdu. Mənim öz yazı masam üzərində bu daş yoxdursa da, güzgümün kənarına Uilyam Oslerin stolunda daim saxlanılan aşağıdakı şer yazılmış kağız yapışdırılmışdı. Bu şeri məşhur Hindistan dramaturqu Kalidas yazmışdır." Şəfəq salamı Bu günə bir diqqət et. Axı onda həyat vardır, həyatın əsl mənası Onun kiçik parçasında – Onda bizim varlığımızın mənası haqda həqiqətlər vardır. İnkişaf fərəhi, Yüksəlmə təmtərağı, Nailiyyətlərin dəbdəbəsi. Axı dünənki gün yalnız yuxudur. Sabahkı gün yalnız anlaşılmaz bir xəyal Əgər bu günü yaxşı yaşasanız, onda keçən gün isə bizə xoşbəxt yuxu kimi görünəcəkdir. Hər sabahkı gün isə anlaşılmaz ümid. Bu günkü gün üçün yaşamağa sizi dəvət edirəm! Bu şəfəq şüalarının salamıdır. (şer sətri tərcümə edilmişdir) Beləliklə, narahatçılıq haqqında siz nəyi bilməlisiniz? O, aşağıdakı kimi nəticələnir: "Əgər siz öz həyatınızdan həyəcanınızı sıxışdırıb çıxarmaq istəyirsinizsə, cənab Uilyam Oster kimi hərəkət edin." Keçmişi və gələcəyi bu gününüzdən dəmir qapılarla ayırın, hermetikcəsinə qapanmış "ayrılıqda" bu gününüzlə yaşayın. Özünüzə aşağıdakı sualları verin və onların cavablarını yazın: 1. Bugünkü işlərini narahatçılıq səbəbindən sonraya saxlayırammı, üfüqdən o tərəfdə, uzaqlarda görünəcək füsunkar və məftunedici qızılgüllə dolu əsrarəngiz gözəl bir bağ görmək arzunuz olurmu? 2. Keçmişdə baş verən və birdə qayıtmayacaq hadisələrə təəssüflənməyin səbəbindən hazırda yaşadığım indiki həyatımı çətinliklərə salırammı? 3. Mənə bəxş edilən günün iyirmi dörd saatım ən səmərəli tərzdə keçirmək naminə o xoşbəxt anı kəşf edib tuta bilərəmmi? 4. İlk növbədə, bugünkü günün haqqında düşünərək mən həyatımdan çoxlu faydalana bilirəmmi? 5. Mən bunların icrasına haçan başlayacağam? Gələn həftə?... Sabah?... Bu gün?
['xoşbəxtlik üçün məsləhətlər', 'motivasiya', 'özünəinam', 'fərdi inkişaf', 'uğur qazanmaq', 'uğur psixologiyası', 'xoşbəxt olmaq']
6,372
https://kayzen.az/blog/aran/2846/u.livinqston-larden-atan%C4%B1n-pe%C5%9Fman%C3%A7%C4%B1l%C4%B1%C4%9F%C4%B1.html
U.Livinqston Larden: Atanın peşmançılığı.
aran
Bloq: aran
1 sentyabr 2010, 18:24
“Qulaq as, oğul. Bu sözləri sən yatarkən söyləyirəm; balaca əlin yanağının altındadır, qıvrım sarışın saçların isə tərləmiş alnına tökülmışdür. Otağına gizli yolla təkcə gəlmişəm. Bir neçə dəqiqə bundan əvvəl, kitabxanada oturub qəzet oxuyarkən məni ağır peşmançılıq dalğası bürümüşdü. Sənin çarpayının yanına öz günahımı dərk edərək gəlmişəm.Gör nə barədə düşünürdüm, oğul; yanına gəlməklə pis əhval-ruhiyyəmi yaxşılaşdırmaq istəyirdim. Məktəbə gedərkən geyinib yaş dəsmalı üzünə yaxınlaşdıran kimi səni danlayırdım. Çəkmələrini təmizləmədiyinə görə dərsini verərdim. Paltarından nəyisə döşəməyə atarkən hirslə üstünə qışqırırdım.Nahar vaxtı səninlə öcəşirdim: Çayı yerə tökdün. Xörəyi acgözlüklə yedin. Dirsəyini stola qoydun. Yağı çörəyin üstünə həddindən artıq qalın yaxdın. Sonra sən oynamağa yollananda, mən qatara tələsəndə, əl edib qışqırqrdın: “Salamat qal, ata!”, mən isə üz-gözümü turşudaraq deyirdim: “Çiyinlərini düz tut!”Sonra axşam hər şey yenidən başlanırdı. Yolla evə qayıdarkən dizlərində şar oynatdığını gördüm. Corablarında yırtıq vardı. Məndən irəlidə getməyə məcbur etməklə səni yoldaşlarının qarşısında xəcil edirdim. Corab bahadır - əgər onu öz pulunla almış olsaydın, daha səliqəli olardın! Bircə təsəvvür elə, oğul, bunu sənin atan deyirdi!Yadındamı, qəzet oxuduğum kitabxanaya necə gəldin – qorxa–qorxa, baxışında kədərlə. Mənə mane olduğundan əsəbləşərək qəzetin üstündən ötəri sənə baxarkən qətiyyətsizliklə qapının ağzında dayandın. Mən kəskinliklə soruşdum: “Nə istəyirsən?” Heç nə cavab vermədin, lakin bir göz qırpımında üstümə atıldın, boynumu qucaqlayıb öpdün. Balaca əllərin allahın sənin qəlbində yerləşdirdiyi və hətta mənim etinasız münasibətimin söndürə bilmədiyi məhəbbətlə məni qucaqladı. Sonra isə kiçik addımlarla pilləkənlə yuxarı qalxıb getdin. Oğul, bundan dərhal sonra qəzet əllərimdən sürüşüb yerə düşdü və məni dəhşətli, ürəkbulandırıcı qorxu bürüdü. Vərdiş məni nəyə çevirmişdir? Öcəşmək, danlamaq vərdişi – kiçik oğlan olduğuna görə sənə mükafatım bu idi. Axi, səni sevmədiyimi demək olmazdı, iş burasındadır ki, mən cavanlıqdan son dərəcə çox şey gözləyirdim və səni öz yaşımın meyarı ilə ölçürdüm.Sənin xasiyyətində isə nə qədər sağlam, səmimi cəhətlər vardır. Sənin kiçik ürəyin uzaq təpəliklər üzərində dan yeri kimi böyükdür. Bu, yatağa getməmişdən əvvəl məni öpmək üçün sürətlə üstümə atıldığın zaman  özünü göstərdi. Bu gün başqa heç nəyin əhəmiyyəti yoxdur, oğul. Sənin çarpayının yanında qaranlıqda utana-utana, qarşında diz çökərək gəlmişəm.Bu, günahı yumağın zəif yoludur. Bütün bunları sən oyanarkən desəm, bilbirəm ki, başa düşməzsən. Ancaq sabah əsil ata olacağam! Səninlə dostluq edəcək, sən əziyyət çəkəndə mən də əziyyət çəkəcəyəm, sən güləndə mən də dilimi dişləyəcəyəm. And kimi təkrar edəcəyəm: “Axı, o, vur-tut oğlandır, körpəcə bir oğlan!”Xəyalən səndə yaşlı kişini görürdüm. Lakin, indi çarpayıda səni yorğun-arğın görəndə, oğul, körpə olduğunu başa düşürəm. Hələ dünən ananın qucağında idin və balaca başını onun çiyinlərinə söykəmişdin. Mən səndən çox, lap çox şey tələb edirdim”.
['ailə münasibətləri', 'valideyn - övlad münasibəti', 'valideyn', 'ailə səadəti']
6,373
https://kayzen.az/blog/psixologiya/1752/psixologiya-elmi-haqq%C4%B1nda.html
Psixologiya elmi haqqında
pedaqoq
Psixologiya
1 sentyabr 2010, 13:06
Psixologiyanın predmeti və vəzifələri. Psixika haqqında anlayış. Psixi hadisələrin təsnifi. Psixikanın təkamülü. Psixologiya elminin inkişaf mərhələləri. Azərbaycanda psixoloji fikrin inkişafı. 1-ci sual. Müasir dövrdə insanı 200-dən artıq elm sahəsi öyrənir. Onlardan biri psixologiyadır. Psixologiya elmi qədim tarixə malikdir. Psixoloji anlayışlar sistem şəklində ilk dəfə olaraq Aristotelin (eramızdan əvvəl ıv əsr) "Ruh haqqında" traktatında şərh olunmuşdur. Traktatın adına diqqət edin: o, psixologiya deyil, "ruh haqqında" adlanır. Bu təsadüfi deyildir. Uzun müddət (XIX əsrin sonlarına qədər) psixologiya elmi fəlsəfəyə aid fənn hesab olunub. Avropa ədəbiyyatında mental (latın sözü olub psixi olan deməkdir) fəlsəfə, ruhiyyat, pnevmatalogiya (pnevma - yunan sözü olub nəfəs, ruh deməkdir) adlandırılmışlar. XVIII əsrin sonuna qədər psixologiya sözü nə ingilis, nə də fransız ədəbiyyatında işlənilməmişdir. Alman ədəbiyyatında isə psixologiya sözü ensiklopedist alim Xristian Volfun 1732-ci ildə "Empirik psixologiya" və 1734-cü ildə "Rasional psixologiya" kitabları nəşr olunandan sonra məlum olmuşdur. Azərbaycanda psixologiya termini XIX əsrin sonu - XX əsrin əvvəllərində rus psixoloqlarınıın vasitəsilə işlənməyə başlanmışdır. Psixologiya sözü iki yunan sözünün - "psyuxe" - ruh, ruhi aləm, "loqos" - bilik, öyrənmək, elm sözlərinin birləşməsindən əmələ gəlmişdir, "psixika haqqında elm" deməkdir. Psixologiya termini evristik baxımdan elmin predmetini dəqiq ifadə edir: psixologiya psixika haqqında elmdir. Psixologiya elminin predmeti mürəkkəb və çoxcəhətlidir. Psixologiya elmi həm də fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənir. Psixika fəaliyyət və ünsiyyət prosesində müxtəlif formalarda təzahür edir. Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları, qanunauyğunluqları və mexanizmləri haqqında elmdir. 2-ci sual. Qədimdən psixika haqqında iki təlim - materialist və idealist təlim vardır. Psixologiyanın bir elm kimi inkişafı əsasən materialist təlimin inkişafı ilə bağlı olmuşdur. Psixika obyektiv aləmin subyektiv inikasından ibarətdir. İnikas nədir? İnikas materiyanın ən ümumi xassəsidir. İnikas dedikdə iki obyektin qarşılıqlı təsiri prosesi və onun nəticəsi nəzərdə tutulur. Bu zaman həmin obyektlərdən birində əmələ gələn dəyişikliklər o birini təsiri ilə şərtlənir və sonuncunun strukturuna uyğun olur. İ.M.Seçenov sübut etdi ki, psixika reflekor (latınca reflexus - əks olunan deməkdir) xarakter daşıyır. Akademik İ.P.Pavlov reflektor nəzəriyyəni geniş eksperimental tədqiqatlar əsasında yeni faktlarla zənginləşdirdi. Onun ali sinir fəaliyyəti haqqındakı təlimi reflektor nəzəriyyənin inkişafında xüsusi mərhələ təşkil edir. Psixika haqqında elmi təsəvvürlərin formalaşmasında təbiətşünaslıq mühüm rol oynamışdır. Müasir təsəvvürlərə görə psixi funksiyalar beyin sahələrinin birgə işi sayəsində həyata keçirilən funksional sistemlər (P.K.Anoxin) kimi fəaliyyət göstərir. Onun sistem təşkil edən mərkəzi amili işin nəticəsi və ya məqsədi ilə uzlaşırlar. 3-cü sual. Psixi hadisələri şərti olaraq üç böyük qrupa bölürlər: Psixi proseslər. Psixi hallar (və ya psixi halətlər, vəziyyətlər). Psixi xassələr (və ya xüsusiyyətlər). Psixi proseslər psixologiya elminin əsas kateqoriyalarından biridir. İdrak proseslərinə (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq və təxəyyül), iradi proseslərə və emosional proseslərə birlikdə psixi proseslər deyilir. Başqa sözlə, psixi proseslər özləri də üç yarımqrupa bölünür: idrak prosesləri, hissi proseslər, iradi proseslər. Psixi hadisələrin ikinci qrupunu təşkil edən psixi hallar və ya vəziyyətlər da müxtəlifdir. Şən əhval, affektlər, ehtiraslar, dalğınlıq, inamsızlıq, şübhə və s. psixi hallara misal ola bilər. Psixi xassələr də psixologiya elmini kateqoriyaları içərisində mühüm yer tutur. Temperament, xarakter və qabiliyyətlər əsas psixi xassələrdir. İnsanın onun üçün səciyyəvi olan keyfiyyətlərini (ağlın tənqidiliyi və ya müstəqilliyini), emosional xassələrini (tez özündən çıxma, emosionallıq) və s. də psixi xassələrə aid edirlər. Psixi proseslər, hallar və xassələr bir-birilə üzvi surətdə əlaqəlidirlər. Onlardan biri adətən o birisinin sasında əmələ gəlir. Psixi halətlər və ya vəziyyətlər ayrı-ayrı psixi proseslərin, məsələn, əhvallar, affektlər hisslərin, dalğınlıq diqqətin, iradənin, şübhə təfəkkürün təzahürü kimi özünü göstərir. Onlar isə möhkəmlənib bir adamı başqasından fərqləndirən psixi xassə kimi təzahür edə bilər. "Proses", "hal" və "xassə" nə deməkdir? Nə üçün duyğuları, qavrayışı, diqqəti, hafizəni, təfəkkürü, nitqi və təxəyyülü, iradəni və hissləri psixi proses adlandırırlar, Halbuki şübhəni və ya dalğınlığı psixi hallar, temperament, xarakter və ya qabiliyyətlərə psixi xassələr deyilir. Proses latın sözü olub hər hansı bir hadisənin başlanması, gedişi və inkişafı mərhələlərini əks etdirir. Bu baxımdan bütün psixi hadisələr - istər psixi xassələr, istərsə də psixi hal və xassələr prosesual xarakter daşıyır. Məsələnin belə qoyuluşuna ilk dəfə diqqəti rus alimi İ.M.Seçenov cəlb etmişdir. Müasir psixologiyada proses sözü əslində geniş və dar mənada işlənir. Geniş mənada psixi olan proses kimi nəzərdən keçirilir, bütün psixi hadisələr eyni dərəcədə proses kimi təhlil edilir. Dar mənada isə psixi proses dedikdə duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq, təxəyyül, iradə və hisslər nəzərdə tutulur. Psixi proses termini psixi faktın prosesuallığını, dinamikasını nəzərə çarpdırır. Psixi halət termini psixi faktın nisbi davamlılığını bildirir. Psixi xassə və ya psixi xüsusiyyət termini isə psixi faktın sabitliyini, onun şəxsiyyətin strukturunda möhkəmləndiyini və təkrar olunmasını ifadə edir. Psixi proseslər, psixi hallar və psixi xassələrin hamısına birlikdə psixika və ya psixi hadisələr deyilir. 4-cü sual. Psixikanın əmələ gəlməsi materiyanın hərəkətinin bioloji formasının təşəkkülü ilə bağlıdır. Həyat təbiətin inkişafının keyfiyyətcə yeni mərhələsidir. Psixikanın yaranması və inkişafının öyrənilməsi təbiət elmlərinin, o cümlədən psixologiyanın qarşısında duran mürəkkəb, mühüm vəzifələrdən olmuşdur. Psixikanın filogenizdə inkişafı əksetdirmənin tropizm, instinktiv, həyatda qazanılan və intellektual davranış formalarında təzahür etmişdir. Elementar qıcıqlanma sadə, birhüceyrəli orqanizmlərdə özünü göstərir və onların mühüm təsirinə hərəkətlə cavab verirlər. Mühit canlı orqanizmə bioloji təsir göstərə bilir ki, bunun nəticəsində həmin orqanizmin protoplazmanın xassəsi dəyişir. Bioloji amillərə özünəməxsus cavab vermək üsulları tropizmlər və ya taksiklər adlanır. Tropizmlərin aşağıdakı növlərini fərqləndirirlər: fototropzim - canlı orqanizmin işığın təsiri ilə hətəkətə etmə meyli; termotropizm - işığın təsiri ilə hərəkətetmə meyli; xemotropizm -müəyyən fiziki-kimyəvi mühiti seçmə meyli; topotropizm - mexaniki qıcıqlandırıcıların təsirilə hərəkət etmə meyli və s. Canlılarda psixikanın təşəkkül tapması onların mühitə uyğunlaşa bilməmələri ilə bağlı olan dəyişikliklərdən yaranır. Bir çox canlıların davranışı instiktiv davranışdır və təbii tələbatdan doğur. Mühitin müəyyən şəraitinə, təsirinə qarşı mürəkkəb anadangəlmə reaksiya forması instinktlər adlanır. İnstinktiv davranış müəyyən bir növün hamısı üçün xarakterik olan anadangəlmə davranışdır. Bir çox alimlər hesab edirlər ki, instinktlər dəyişməzdir və canlıların fərdi qaydada mühitə uyğunlaşması prosesində dəyişməz qalır. Ali heyvanlarda instinktiv davranış forması ilə yanaşı dəyişkən formalı davranış - vərdişlər və intellektual hərəkətlər də mövcuddur. Vərdişlər inkişafın ən aşağı pilləsində belə özünü göstərir. Lakin açıq-aşkar ifadə olunan vərdişlər yalnız baş beyin qabığına malik olan heyvanlarda müşahidə edilir. Ali heyvanlarda davranışın ən yüksək səviyyəsi intellektual davranışdır. İntellektual davranışın əsasını ayrı-ayrı cisimlər arasındakı mürəkkəb münasibətləri əks etdirmək təşkil edir. Lakin heyvanların intellektual və ya əqli davranışı təbii ki, insan ağlından fərqli keyfiyyətə malikdir. 5-ci sual. Psixologiya elmi öz inkişafının müxtəlif mərhələlərində keçmişdir. Bunlar aşağıdakılardan ibarətdir: Elməqədərki birinci mərhələ. Qədim dövrdən başlayaraq bizim eradan əvvəlki VII-VI əsrlərə qədərki dövrü əhatə edir. Bu dövrdə ruh (psixika)haqqında təsəvvürlər çoxsaylı mif və əfsanələrdə, nağıl və ilkin dini inamlarda, totemlərdə öz əksini tapmışdır. İlkin elmi təsəvvürlər (ikinci mərhələ). Bu dövr eramızdan əvvəl VII-VI əsrlərdən başlayaraq XVIII əsrin sonuna qədər olan dövrü əhatə edir. Bu dövrdə psixologiya elmi fəlsəfənin tərkibində inkişaf etmişdir. İkinci mərhələnin başa çatması ilə bağlı olaraq psixoloji ədəbiyyatda fikir və mövqelər fərqlidir. Kimi ilk psixologiya - asosionizmin yaranmasıyla (XVIII əsrin sonları), kimi də fəlsəfə və təbiət elmlərindən fərqli psixologiya terminlərinin yaranmasıyla (XIX əsrin ortaları) ikinci mərhələlərin başa çatdığını qəbul edir. Psixologiyanın inkişafının mərhələlərə ayrılması digər elmlərdə olduğu kimi şərti xarakter daşıyır. Bəzən psixologiya elminin müstəqil elm sahəsi kimi yaranmasını V.Vundtun eksperimental psixologiya laboratoriyasının yaranması tarixindən götürmədiyi də təklif edənlər də var. Psixologiya elminin inkişafının üçüncü mərhələsi Almaniyanın Leypsiq şəhərində V.Vundtun ilk eksperimental psixologiya laboratoriyasının yaratması ilə başlayır.Eksperimental psixologiya laboratoriyasının yaranması ilə psixologiya müstəqil, obyektiv və eksperimental elm sahəsinə çevrildi. Lakin V.Vundtun assosianist yanaşmanın əsasında qurduğu psixoloji model insanın ruhu aləmi, emosional haləti, şəxsiyyətin strukturu, yaradıcı fəallığı ilə bağlı yeni faktlar verə bilmədi. XX əsrin II yarısında yeni psixologiya məktəbləri və istiqamətləri: humanist psixologiya, genetik psixologiya, koqnitiv psixologiya meydana çıxdı. Beləliklə, demək olar ki, XX əsrin 60-cı illərindən başlayaraq psixologiya elmi özünün yeni inkişaf mərhələsinə daxil oldu. Bu mərhələnin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, indi ayrılma, parçalanma yox, ayrı-ayrı məktəblərin, tədqiqat istiqamətlərinin birləşməsi prosesi gedir. 6-cı sual. Bütün dünyada olduğu kimi Azərbaycanda da psixoloji fikrin yaranması və inkişafını iki mərhələyə ayırmaq olar: elməqədərki və elmi psixologiyanın təşəkkülü və inkişafı. Əlbəttə onların arasında kəskin sədd qoymaq, sərhəd çəkmək də düzgün olmazdı. Onlar bir-birinin daxilində formalaşmış, biri digərinin inkişafına zəmin yaratmışdır. Elməqədərki psixoloji fikirlərin yaranması tarixi çox qədimdən, eramızdan əvvəldən başlanır. O, bir tərəfdən Şərq fəlsəfi fikrindən, digər tərəfdən xalq yaradıcılığından bəhrələnmişdir. O bir tərəfdən həyatın özündən, ictimai-tarixi proseslərdən asılı olaraq inkişaf etmiş, digər tərəfdən baş verən proseslər psixoloji fikrə öz təsirini göstərmişdir. Professor Ə.S.Bayramov və Ə.Ə.Əlizadə elməqədərki psixologiya və ya "güzəran psixologiyası" da adlandırırdılar. Onlar yazırlar: "Güzəran psixologiyasına aid biliklərin mənbəyini ictimai və şəxsi təcrübə təşkil edir. Hələ qədim zamanlardan başlayaraq bu biliklər nəsildən-nəslə verilmiş müxtəlif obrazlı ifadələrdə, atalar sözlərində, bayatılarda, nağıllarda, dastanlarda və s.də özünün əksini tapmışdır. Bizim hər birimiz bu bilikləri ətraf adamlardan eləcə də şifahi xalq ədəbiyyatı vasitəsilə mənimsəyirik. İnsanın şəxsi təcrübəsində həmin biliklər daha da dəqiqləşir, yeni məna çalarları kəsb edir." Onlar daha sonra yazırlar: "Güzəran psixologiyasına aid olan biliklərdə biz hətta müasir psixologiya üçün maraqlı olan müəyyən faktlara rast gəlirik. Lakin onların hamısı üçün bir cəhət səciyyəvidir - güzəran psixologiyasında faktlar ardıcıl şəkildə izah edilmir, sübut olunmur." İnsanlar lap qədimlərdən qarşılıqlı münasibətlərdə olduqları, ünsiyyətə girdikləri insanları öyrənməyə, anlamağa, dərk etməyə çalışmış, bunun üçün müşahidələr aparmışlar. Tədricən toplanan bilikləri ümumiləşdirilmiş, dildən-dilə, ağızdan-ağıza keçərək ümuminin hamının qəbul etdiyi fikirlər olmuşdur. Bunlar bayatılar, nağıllar, atalar sözləri, nəğmələr, laylalar, miflər, əfsanələr və s. şəklində lakonik dildə çatdırılmışdır. Demək olar ki, elmi psixologiyanın tədqiq etdiyi sahələr içərisində elə bir problem yoxdur ki, xalq yaradıcılığında ondan bəhs olunmasın, münasibət bildirilməsin. Psixoloji fikrin yaranması və inkişafının digər bir istiqaməti isə yazılı ədəbiyyat, filosof və yazıçıların, şairlərin yaradıcılığıdır. Bu mənada "Kitabi-Dədə Qorqud" dastanı, Nizami, Tusi, Nəsimi, Fizuli, Axundov, S.Ə.Şirvani, Sabir, C.Məmmədquluzadə və digər mütəffəkirlərin yaradıcılığı Azərbaycan psixoloji fikrinin yaranması, inkişafı və formalaşmasında əhəmiyyətli rol oynamışdır. Onların yaradıcılığı bir tərəfdən xalqın təfəkkür tərzinin inkişafına təkan vermiş, digər tərəfdən özündə həyat reallıqları əksini tapmışdır. Yəni Azərbaycan xalqının keçdiyi inkişaf yolunun mərhələlərini müəyyənləşdirməkdə bu əsərlər gözəl bir mənbədir. Məlumdur ki, XIX əsrin ortalarında psixologiya elmi bir sıra nailiyyətlər əldə etmişdir. Onlardan ən başlıcası isə ondan ibarətdir ki, həmin dövrdə eksperimental üsullar psixologiya elminə nüfuz edirdi. Azərbaycanda elmi psixologiya XIX əsrin sonu - XX əsrin əvvəllərində inkişaf etməyə başladı. Azərbaycanda ilk psixologiya laboratoriyası 1926-cı ildə F.Ə.İbrahimbəyli tərəfindən yaradılmışdır. Hal-hazırda professor B.H.Əliyevin təşəbbüsü və rəhbərliyi altında Bakı Dövlət Universitetinin nəzdində "Eksperimental psixologiya" elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Müasir dövrdə Azərbaycan psixoloqları psixologiyanın müxtəlif sahələrini əhatə edən problemləri tədqiq etməklə məşğuldurlar. Bu baxımdan AMEA-nın müxbir üzvü, professor B.H.Əliyevin hüquq və məhkəmə psixologiyası sahəsində apardığı tədqiqatlar, professor Ə.S.Bayramovun etnik psixologiya sahəsində apardığı tədqiqatlar, professor Ə.Ə.Əlizadənin və professor M.Həmzəyevin pedaqoji psixologiya sahəsində apardığı tədqiqatlar, professor Ə.T.Baxşəliyevin Azərbaycanda psixoloji fikrin inkişafı ilə bağlı apardığı tədqiqatlar xüsusi əhəmiyyətə malikdir. İstifadə olunmuş ədəbiyyat: Bayraməv Ə.S. Əlizadə Ə.Ə. Psixologiya. Bakı: 2003 Seyidov S.İ. Həmzəyev M.Ə. Psixologiya. Bakı:2007 Немов Р.С . Психология. М: 2001 Маклаков С.Я. Общая психология. М: 2006 Геппенрейтер Ю. Введение в психологии. М: 1996
['psixologiya']
6,374
https://kayzen.az/blog/kitab/2838/d%C3%BCnyan%C4%B1n-%C9%99n-%C3%A7ox-qazanan-yaz%C4%B1%C3%A7%C4%B1lar%C4%B1.html
Dünyanın ən çox qazanan yazıçıları
Əliyev
Kitablar və mütaliə
29 avqust 2010, 23:03
Hazırda dünyada ən çox qazanan yazıçı amerikalı Ceyms Pattersondur, axır 1 ildə onun gəliri 70 milyon dollar olub. 63 yaşlı detektiv ustası Patterson indiyəcən 65 kitab yazıb. Onun ən populyar obrazı vaxtilə polisdə işləmiş psixoloq Aleks Krossdur. İkinci yerdə vampirlər haqqında romanların müəllifi Stefeni Meyerdir. 37 yaşlı yazıçının 2005-ci ildə çapdan çıxan “Alatoran” (“Twilight”) romanı elə böyük uğur qazanıb ki, ötən il də yazıçıya, yeni kitab yazmasa da, 40 milyon dollar qazandırıb. Bu pulun 7 milyon dolları romana çəkilən filmlərdən gəlib. Üçüncü yerdə dəhşət və fantastika janrlı bestsellerlərin müəllifi amerikalı Stefan Kinqdir (34 milyon dollar). Sonrakı yerlərin sahibləri:4. Məhəbbət romanları yazan amerikalı müəllif Deniela Stil (32 milyon dollar)5. Britaniyalı detektiv və tarixi roman yazarı Ken Follet (20 milyon dollar)6. Amerikalı detektiv yazarı Din Rey Kuntz (18 milyon dollar) 7. Amerikalı romantik macəra romançısı Canet Evanoviç (16 milyon dollar)8. Amerikalı detektiv yazarı Con Qrişam (15 milyon dollar)9. Məhəbbət romanları yazan amerikalı müəllif Nikolas Sparks (14 milyon dollar)10. Uşaqlar üçün sehrbaz Harri Potter haqqında romanların müəllifi, britaniyalı C.K. Roulinq (10 milyon dollar)Roulinq keçən il yeni roman çap etdirməsə də, "Harri Potter"in hələ də yaxşı satılması hesabına onluqda qala bilib. Amma onu da qeyd etmək lazımdır ki, dünyada ən çox satılan kitablar əsasən kommersiya məqsədli əsərlərdir və geniş kütlənin diqqətini cəlb etmək uğuruna nail olsa da, onlar heç də dünya ədəbiyyatının şedevrləri anlamına gəlməməlidir. Mənbə Azadlıq Radiosu, müəllif Rövşən Qənbərov
['yazıçılar']
6,375
https://kayzen.az/blog/Az%C9%99rbaycan-co%C4%9Frafiyas%C4%B1/2410/az%C9%99rbaycan-%C9%99halisi.html
Azərbaycan əhalisi
2ral
Azərbaycan coğrafiyası
28 avqust 2010, 19:45
2010-cü ildə Azərbaycanın əhalisi 9 milyonu keçmişdir. Dünyanın 70 ölkəsində 50 milyondan artıq azərbaycanlı yaşayır. Iranda onlar daha çoxdur (25 mln.). Bir il ərzində ölkədə doğulanların sayından ölənlərin sayını çıxdıqda, alınan fərqə əhalinin təbii hərəkəti və ya artımı deyilir. Azərbaycanda hər min nəfərə 14 nəfər doğulur, 6 nəfər ölür. Deməli hər min nəfərə təbii artım 8 nəfərdir. Təbii artım - iqtisadi, sosial, hərbi-siyasi və milli xüsusiyyətlərdən asılıdır. Azərbaycanda ən yüksək təbii artım - Talış bölgəsindədir. Azərbaycanda oğlanlar qızlardan çox doğulsa da, sonradan kişilərin orta ömrünün aşağı düşməsi və ya Azərbaycanı tərk etmələri nəticəsində bu nisbət qadınların xeyrinə dəyişir. Azərbaycan əhalisinin 49%-i kişi, 51%-i isə qadınlardan təşkil olunub. Azərbaycanda təbi artım çox olduğundan burada yaşlılara nisbətən uşaq və cavanlar üstünlük təşkil edir. Azərbaycanda orta ömür 73 yaşa qədərdir. Ən çox uzun ömürlülük - Talış bölgəsindədir. Azərbaycan əhalisinin 17%-i 80-a yaxın millətin nümayəndələrindən, rus, erməni, ləzgi, yəhudi, avar, tatar, tat, talış və s. millətlərdən ibarətdir. Milli tərkibinə görə Azərbaycanın Abşeron və Şəki-Zaqatala bölgəsi daha rəngarəngdir. Əhalinin bir yaşayış yerindən başqasına və ya bir ölkədən başqasına köçməsinə mexaniki hərəkət və ya miqrasiya deyilir. Işsizlik, iqtisadi çətinliklərlə əlaqədar Azərbaycanı tərk edənlər buraya gələnlərdən daha çoxdur. Azərbaycanı əsasan qeyri-azərbaycanlılar tərk edir. Azərbaycan daxilində əhali əsasən iri şəhərlərə, xüsusilə Bakıya miqrasiya edir. Çünki burada iş tapmaq daha asandır. Ərazinin hər km2 -nə düşən əhali sayına onun sıxlığı deyilir. Sıxlığı tapmaq üçün əhalinin sayını ölkənin sahəsinə bölmək lazımdır. Azərbaycanda sıxlılıq hər km2 -ə 103.9 nəfərdir. Ən sıx əhali Abşeronda xüsusilə Bakı aqlomerasiyasında (840 nəfər), Gəncə-Qazax və Lənkəran zonasındadır. Ən az sıxlılıq isə orta və yüksək dağlıqda, Qarabağ vulkanik yaylası, Qobustan, Acınohur-Ceyrançöl, Şirvan və Muğan düzlərinin bəzi yerlərindədir. Azərbaycanda əhalinin 76%-i düzən və hündürlüyü 500 m-ə qədər olan ərazilərdə yaşayır. Ən yüksək yaşayış məntəqələri Kəlbəcərdə - Yuxarı Bağırsaq (2330 m) və Qubadakı Xınalıq (2000 m) kəndləridir. Azərbaycanda 4400 yaşayış məntəqəsi vardır ki, bunun da 4242-si kənddir. Issizlik və boş torpaq sahələrinin olmamasından son illər Azərbaycanda kəndlərin sayı azalır. Kəndlərdə orta hesabla 750 nəfər yaşayır. Ən iri kəndlər düzən və dağ ətəyindədir. Dağlıq rayonlarındakı kənd əhalisinin şəhərlərə köçməməsi üçün burada əmək tutumlu iş yerləri açmaq lazımdır. Azərbaycanda kənd əhalisi əsasən təbii artım hesabına artır. Əhalisinin sayı 5 min nəfərdən çox olan və əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olmayan yaşayış məntəqəsinə şəhər deyilir. Şəhər əhalisinin sayı təbii və mexaniki artım hesabına artır. Əksər ölkələrdə olduğu kimi Azərbaycanda da şəhərlərin sayı artır, kəndlərin sayı isə azalır. Azərbaycanda mövcud olan 70 şəhərin 11-i Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şuşa, Xankəndi, Naftalan, Şirvan (Əli-Bayramlı), Lənkəran - respublika; 3-ü - Naxçıvan, Ordubad, Culfa - Muxtar respublika; qalanları isə rayon tabeliyindədir. Urbanizasiya - şəhər ərazisinin və əhalisinin artması prosesidir. Çoxsahəli sənaye və paytaxt amili ilə əlaqədar Abşeron Azərbaycanın ən yüksək urbanizasiyalaşmış rayonu sayılır. Azərbaycan əhalisinin 27%-i, şəhər əhalisinin isə 47%-i Bakıda yaşayır. Ümumilikdə Azərbaycan əhalisinin 52,5%-i şəhərlərdə yaşayır. Əmək ehtiyatları dedikdə - əmək qabiliyyətli əhali (15-56 yaş qadınlar və 15-61 yaş kişilər) başa düşülür. Azərbaycan əhalisinin 55%-i əmək qabiliyyətlidir. Maddi və qeyri-maddi istehsal sahələrində çalışan insanlara fəal əhali deyilir. Azərbaycan əmək ehtiyatları ilə yaxşı, fəal əhali ilə isə çox pis təmin olunub. Azərbaycanda boş iş yerləri olmadığından və əmək qabiliyyətli əhalinin çox olmasından əhali iş tapmaq üçün xaricə (xüsusilə Rusiya) gedirlər. Bunun qarşısını almaq üçün Azərbaycanda əmək tutumlu istehsal sahələrini, xüsusilə emaledici sənayeni inkişaf etdirmək lazımdır. Hazırda Azərbaycanda 1 mln-dan artıq işsiz var. Bu cür iqtisadi çətinliklər Azərbaycan əhalisinin təbii artımına mənfi təsir göstərir.   Əhalinin sayının dəyişilməsi 1) İllər Bütün əhali (min nəfər) İl ərzində ümumi artım o cümlədən: Bütün əhaliyə görə, faizlə min nəfər faizlə şəhər əhalisi kənd əhalisi şəhər əhalisi kənd əhalisi 1897 1806.7 - - 305.1 1501.6 16.9 83.1 1913 2339.2 - - 555.9 1783.3 23.8 76.2 1917 2353.7 - - 560.2 1793.5 23.8 76.2 1920 1952.2 - - 405.8 1546.4 20.8 79.2 1926 2313.7 - - 649.5 1664.2 28.1 71.9 1939 3205.2 - - 1156.8 2048.4 36.1 63.9 1959 3697.7 - - 1767.3 1930.4 47.8 52.2 1970 5117.1 - - 2564.6 2552.5 50.1 49.9 1979 6028.3 86.0 1.4 3200.3 2828.0 53.1 46.9 1980 6114.3 92.4 1.5 3247.5 2866.8 53.1 46.9 1981 6206.7 102.1 1.6 3301.5 2905.2 53.2 46.8 1982 6308.8 97.5 1.5 3355.9 2952.9 53.2 46.8 1983 6406.3 107.0 1.7 3407.0 2999.3 53.2 46.8 1984 6513.3 109.1 1.7 3459.8 3053.5 53.1 46.9 1985 6622.4 95.5 1.4 3524.5 3097.9 53.2 46.8 1986 6717.9 104.8 1.6 3588.0 3129.9 53.4 46.6 1987 6822.7 105.3 1.5 3651.3 3171.4 53.5 46.5 1988 6928.0 93.2 1.3 3722.6 3205.4 53.7 46.3 1989 7021.2 110.7 1.6 3805.9 3215.3 54.2 45.8 1990 7131.9 86.6 1.2 3847.3 3284.6 53.9 46.1 1991 7218.5 105.6 1.5 3858.3 3360.2 53.5 46.5 1992 7324.1 115.9 1.6 3884.4 3439.7 53.0 47.0 1993 7440.0 109.6 1.5 3928.5 3511.5 52.8 47.2 1994 7549.6 93.9 1.2 3970.9 3578.7 52.6 47.4 1995 7643.5 82.7 1.1 4005.6 3637.9 52.4 47.6 1996 7726.2 73.6 1.0 4034.5 3691.7 52.2 47.8 1997 7799.8 76.9 1.0 4057.8 3742.0 52.0 48.0 1998 7876.7 76.7 1.0 4082.5 3794.2 51.8 48.2 1999 7953.4 79.4 1.0 4064.3 3889.1 51.1 48.9 20002) 8032.8 81.5 1.0 4116.4 3916.4 51.2 48.8 20012) 8114.3 77.0 0.9 4167.2 3947.1 51.4 48.6 20022) 8191.3 77.8 0.9 4219.7 3971.6 51.5 48.5 20032) 8269.1 79.9 1.0 4273.7 3995.4 51.7 48.3 20042) 8349.0 98.3 1.2 4403.6 3945.4 52.7 47.3 20052) 8447.3 105.7 1.3 4477.6 3969.7 53.0 47.0 20062) 8553.0 112.9 1.3 4565.7 3987.3 53.4 46.6 20072) 8665.9 113.9 1.3 4636.6 4029.3 53.5 46.5 20082) 8779.8 117.1 1.3 4733.6 4046.2 53.9 46.1 20092) 8896.9 100.5 1.1 4818.3 4078.6 54.2 45.8 20102) 8997.4 4866.6 4130.8 54.1 45.9 1) 1897,1926, 1939, 1959, 1970, 1979, 1989, 1999-cu illərin məlumatları əhalinin siyahıyaalınmaları üzrə, 1913, 1917, 1920-cı illərin məlumatları ilin axırına, qalan illərin məlumatları isə ilin əvvəlinə göstərilmişdir. 2) Əhalinin sayı ökədə 2009-cu ilin aprel ayında keçirilmiş əhalinin siyahıyaalınmasının ilkin nəticələri əsasında yenidən hesablanmışdır.  
['demoqrafiya', 'azərbaycanlılar']
6,376
https://kayzen.az/blog/marstrat/2431/2.4-r%C9%99qab%C9%99tli-m%C3%B6vqel%C9%99ndirm%C9%99nin-yarad%C4%B1lmas%C4%B1.html
2.4 Rəqabətli mövqeləndirmənin yaradılması
marketoloq
Marketinq strategiyaları
27 avqust 2010, 09:49
Kompaniyanın rəqabətli mövqeləşdirilməsi – kompaniyanın uğrunda mübarizə aparacağı bazar məqsədlərinin müəyyənləşdirilməsi və fərq­ləndirici üstünlükləri və ya necə mübarizə aparacağıdır. Mövqeləşdirmə baza strategiyası əsasında müəyyənləşdirilmiş məqsədlərə çatmaq üçün tərtib edilir. Məqsədi bazar payının əldə edilməsi olan kompaniya üçün bu məqsədə çatılmasının ümumi metodu rəqib təşkilatların müş­tə­rilərinin öz tərəfinə çəkilməsidirsə, rəqabətli mövqeləşdirmə bunun nə cür və bazarın hansı hissəsində baş verəcəyinin təsdiqidir. 2.4.1. Bazar məqsədləri Baza strategiyasını nəzərdən keçirəndə, bizə, potensial imkan və təh­lükələri təyin etmək üçün müştəriləri və rəqibləri təhlil etmək lazım gəlirdi, rəqabətli mövqeləşdirilmədə isə ancaq o bazar məqsədləri seçilir ki, onlar, kompaniyanın yaxşı cəhətlərindən istifadəyə və zəif tərəflərinin mi­nimuma yendirilməsinə şərait yaradır. Bazar məqsədlərinin seçilməsi zamanı bir sıra amilləri nəzərdən ke­çirmək lazımdır. Onları iki kateqoriyaya bölmək olar: bazarın cəlb­edi­ciliyinin qiymətləndirilməsi və bu bazara xidmət göstərən kompaniyanın potensial və ya cari üstün cəhətlərinin qiymətləndirilməsi(bax. Robinson et al., 1978; Porter, 1987). Bazarın cəlbediciliyi əksər halda bir-birinə uyğun gəlməyən çox­saylı amillərdən əmələ gəlir.  Lakin bərabər şərtlər daxilində, bazara aşağıdakılar aid olduğu təqdirdə o cəlbedici olacaq: böyükdür. inkişaf edir. Bazardan çıxmaq üçün geniş imkanlar var. Rəqabət və mübarizə aşağıdır. Bazara girmək çətin, çıxmaq isə asandır. Bazar davamlıdır. Yuxarıda qeyd olunan xüsusiyyətlərə malik bazar ümumiyyətlə mövcud olarsa belə, bu cür vəziyyət çox az müddət davam edəcək. Onlar praktiki olaraq mahiyyətcə özlərinə çoxsaylı rəqibləri cəlb etməyə məhkumdurlar və buna görə də müəyyən vaxtdan sonra ora daxil olan digər kom­pa­niyalar üçün daha az cəlbedici olurlar. Daha ciddi kompaniyalar üçün  cəlbedici olmayan kiçik və/və ya statik bazarlar kiçik və orta kom­paniyalar üçün daha cəlbedici ola bilər. Daxil olmaq üçün böyük maneə­lər olan(patent texnologiyası kimi, müştərilərin cəlbi böyük xərclər tələb etdikdə və s.) bazarlarda kompaniyalar öz mövqelərini rəqiblərin hücumundan daha yaxşı qoruya bilər(14-cü fəsilə bax). Bütün bazarlar bu və ya digər dərəcədə ümumi iqtisadi vəziyyət, hökumət qərarları və ya siyasi islahatlar kimi nəzarət edilə bilməyən xarici təsirlərə məruz qalır. Lakin, eyni zamanda, bu təsir bir bazarda di­gərinə nisbətən daha azdır. Bu, əsasən də alternativ beynəlxalq bazarların seçilməsi zamanı daha aktualdır. Birləşmiş Krallıqda kom­paniyaların beynəlxalq nöqteyi-nəzərdən siyasi hadisələrin təsirlərindən asılılığının qiymətləndirilməsini ticarət Nazirliyi və ixraca  nəzarət edən sahə departamenti həyata keçirir. Nazirlikdə əlverişli maliyyə vəziyyətini və kredit sığortasının təşkilinə kömək edən, Birləşmiş Krallığın ixra­catına nəzarət edən rəsmi qurum fəaliyyət göstərir. Sistemdə xarici bazarlara çıxma riskləri ilə bağlı pulsuz məsləhətlərin verilməsi, həm­çinin, ödə­məmə ilə bağlı  sığortanı nəzərdə tutulur. 2000-ci ildə sistemdə 4 mlrd. funt sterlinqdən çox qiymətləndirilən təşkilatlar sığortalanmışdır. O ki qaldı daxili bazarlarda asılılığı qiymətləndirməyə, burada, kompaniya  müxtəlif nüfuzlu qüvvələrin imkanlarını götür-qoy etməlidir. Konkret bazara xidmət göstərməkdə kompaniyanın davamlılığı və po­tensial davamlılığı müştərilərin tələbatları və rəqiblərin möhkəmliyinə nisbətən nəzərdən keçirilməlidir. Bərabər şərtlər daxilində, hazırki anda kom­paniyanın bazarda davamlılığı (rəqiblərə nisbətə) aşağıdakılar ol­duqda mümkündür: Kompaniyaya daha böyük bazar payı məxsusdur. O, bazara nisbətən daha sürətlə inkişaf edir. Onda unikal və yüksək qiymətləndirilən məhsul və xidmətlər is­tehsal edilir. Onda yüksək keyfiyyətli məhsullar var. Satış qiyməti və maya dəyəri arasında fərq daha yaxşıdır. Onda istifadə edilə bilən marketinq aktivləri var. O, istehsalda və marketinqdə səmərəliliyə nail ola bilər. Onun texnologiyada qoruna bilən üstünlüyü var. Bazarın cəlbediciliyini qiymətləndirəndə olduğu kimi, hər hansı bazarda yuxarıda sadalanan əlamətlərin hamısını özündə cəmləşdirən kom­pa­niyanın olması az ehtimal ediləndir. İstənilən halda rəhbərlik bütövlükdə həmin bazara xidmətin davamlılığı haqqında rəyi tərtib etmək üçün  hər bir  aspektin nisbi əhəmiyyətini qiymətləndirməlidir. Bazar məqsədlərinə və ya bazarın cəlbediciliyi haqqında məlu­mat­lara əsaslanaraq məqsədləri seçərək və bazara xidmət göstərməkdə kompaniyanın bu günə olan və ya potensial davamlılığına əsaslanaraq kompaniya bazara xidmət göstərməkdə fərqləndirici üstünlüklərini və rəqabətli fərqlənməsini hazırlayır. 2.4.2.  Fərqləndirici üstünlük Fərqləndirici üstünlük kompaniyanın davamlılığına aid olan istənilən güclü tərəfin və ya onu rəqiblərindən fərqləndirən bacarığın əsasında yara­dıla bilər. Rəqabətli üstünlük yaratmaq istəyən kompaniya aşağıdakı vacib amillərə əsaslanmalıdır: müştərilərə dəyərli şey təqdim edil­mə­lidir(misal üçün, daha aşağı qiymət, yüksək keyfiyyət və daha yaxşı xidmət); kompaniyanın rəqiblər tərəfindən mənimsənilməsi çətin olan vər­dişlərindən istifadə olunmalıdır. Porterə (Porter, 1980) görə rəqabətli üstünlüyü iki üsuldan(çox da ola bilər) biri ilə qurmaq olar: xərc və ya diferensiasiya əsasında əldə edilmiş üstünlüklə (şək.2.7). Şəkil 2.7. Rəqabətli üstünlüyün yaradılması Xərclərdə üstünlük Birinci tip üstünlük təşkilatın xərclərdə sahə lideri olmasını nəzərdə tutur.  Bu strategiyaya görə kompaniya rəqiblərinin təklifinə oxşar məhsulu rəqiblərinə nisbətən daha aşağı xərclərlə istehsal etməyə çalışır. Hətta kəskin rəqabət şəraitində belə kiçik xərclərlə orta səviyyədən də yüksək gəlir əldə etmək mümkündür. Xərcdə liderlik səmərəli istehsalın yaradılması, faydalı təcrübə əsa­sında xərclərin azaldılması üzərində daimi işin aparılması, xərclərin səviy­yəsi və əlavə xərclərin üzərində sərt nəzarət və reklama, satıcılara, xidmətlərə, tədqiqat və təkmilləşdirmə işlərinə xərclərin minimuma en­dirilməsi ilə mümkündür.  Xərclərdə liderlik yolu -bu Casionun kalkul­ya­tor bazarında və Seikonun saatlar bazarında təcavüzkarlıqla getdiyi yoldur. Bilindiyi kimi, yuxarıda sadaladığımız müsbət effektləri əldə etmək üçün xərclərdə liderlər böyük bazar payına malik olmalı, həm­çinin, rahatlıqla xammala giriş imkanlarına malik olmalıdırlar. Misal üçün, əgər, kompaniyanın davamlılığı və ya onun fərqləndirici bacarığı daha ucuz məhsul istehsal etmək üçün səmərəli istehsal prosesi və ya daha yaxşı istehsal texnologiyasına imkan verirsə, onda, xərclərdə lider­liyi rəqabətli üstünlüyə çevirmək olar. Analoji qaydada, əgər şaquli əks inteqrasiya (təchizatçı ilə birləşmə və ya təchizatçının udulması) nisbətən daha ucuz xammal təchizatına imkan verirsə, onda, bunu da rəqabətli üstünlüyə çevirmək olar. Bu strategiya təklif olunan məhsullarda praktiki olaraq və ya tamamilə heç bir fərqin olmadığı əmtəə bazarına daha çox uyğun gəlir. Lakin məhsulun əhəmiyyətli fərdiləşdirilməsində bu strategiyanın ciddi çatışmazlığı var: onda müştərinin müəssisənin təqdim etdiyi məhsulu əldə etməyə sövq edən zəruriliyinin yaranması üçün kifayət qədər əsas yoxdur. Aşağı xərclər ucuz qiymətə səbəb ola bilər, lakin uğurla dife­ren­siasiya strategiyası ola bilər (burada qiymət diferensiasiyaya əsas kimi istifadə olunur). Diferensiasiya Fərqləndirici üstünlük yaratmanın ikinci üsulu diferensiasiyadır, yəni bazarda unikal hesab edilə bilən şeylərin yaradılmasıdır. Bu strategiya daxilində kompaniyanın gücü və təcrübəsi istehlakçı üçün əhəmiyyətli olan bir sıra meyarlar üzrə kompaniyanın təklifi ilə rəqiblərin təklifi ara­sın­da fərqliliyin yaradılmasına yönəldilir. Diferensiasiya müxtəlif aspektlər üzrə aparılır, misal üçün, di­zayn, üslub,  məhsul və ya xidmətlərin xüsusiyyətləri, qiymət, surət və s. Differensiasiya strategiyasının xərclərdə liderlik strategiyasından əsas üstün­lüyü müştərilərin rəqib məhsullarının deyil, kompaniyanın məh­sul­larını almağa sövq edən əsasların yaradılması və ya qabardılmasıdır.  Xərclərdə liderlik kompaniya üçün üstünlüyü əsasən maliyyə amilləri  əsasında təmin edirsə, diferensiasiya bu üstünlüyü bazar amilləri əsasında təmin edir(bax Hall, 1980; və şək.13.3). Əgər məhsul və ya xidmətdə fərqliliklər müştərinin qiymətləndirə biləcəyi şəkildə təqdim olun­muş­dursa, onda, məhsul və ya xidmətlər daha yüksək qiymət və hədd diktə edə və beləliklə, kompaniya təmiz qiymət rəqabətinə ürcah olmaqdan yaxa qurtara bilər. Buna misal göy cinslər bazarında kutyur cinslər ola bilər. Diferensiasiya və xərclərdə liderlik Falmer və Qudvinə (Fulmer and Goodwin, 1988) görə bu iki strategiya bir-birisini inkar etmir: onların hər ikisini eyni vaxtda da tətbiq etmək olar.  Bazzel və Qeyl (Buzzel and Gale, 1987) göstərir ki, yüksək keyfiyyət əsasında  qurulmuş diferensiasiya bazar payının artması və bununla əlaqədar istehsal miqyasının artması və/və ya faydalı təcrübənin səmərəliliyinin yüksəlməsi nəticəsində məhsul vahidinin maya dəyərini aşağı sala bilər. Fərqləndirici üstünlüyün yaradılmasının hər iki əsas yanaşmasının öz riskləri də var. Bəzən rəqiblərin kompaniyanın fəaliyyətini eynilə təkrarlaması (məsələn, analoji texnologiya və proseslərin istifadəsilə), elmi texniki-tərəqqinin yeni nailiyyətlərinin meydana gəlməsilə bazara yeni çıxan müəssisənin məhsul və ya xidmətlər istehsalını ucuzlaşması xərclərdə üstünlüyü heçə yendirir. Yaxud da əksinə, rəqiblər alternativ mənbələr taparaq xərclərdə liderliyə yüksəlirlər (13-cü fəsildə xərcləri formalaşdıran amillərin təsvirinə bax). Xərclərdə liderlik rəqabətli tək­liflər arasında ciddi diferensiasiya zamanı da riskli hesab olunur. Xərclərdə liderlikdən fərqli olaraq diferensiasiya alış üçün səbəblər ya­radır. Bundan başqa, xərclərdə liderlik adətən tədqiqat və təkmilləşdirmə işlərinə, məhsulun təkmilləşdirilməsinə və üsulların yaradılmasına xərc­lərin minimasllaşmasını tələb edir və bu amillərin hər biri də məhsulu zəiflədir. Diferensiasiyanın da strategiya kimi bir sıra riskləri var. Əgər diferensiasiya fərqləndirici marketinq aktivləri üzərində qurulursa, onda, rəqiblərin onları eynilə təkrarlaması ehtimalı var. Belə riski marketinq aktivləri və ya vərdişləri üzərində qurulmuş differeniasiyanın digər təşkilatlar tərəfindən təkrarlamaq ehtimalı olmadıqda minimumlaşdırmaq olar. Bundan başqa, müştəridən ötrü diferensiasiya üçün əsas öz əhə­miy­yətini itirə və ya digər əsas onun üçün daha əhəmiyyətli ola bilər. Sonuncu təhlükədən müştərilərin və rəqiblərin daimi monitorinqinin apa­rıl­ması ilə yaxa qurtarmaq olar. Diferensiasiyada həm də, diferensiasiya ilə əlaqədar xərclərin müştərilərin diferensiasiyaya verdiyi önəmin üstələməsi təhlükəsi də mövcuddur. Əgər iki yanaşma – həm xərclərdə liderlik, həm də diferensiasiya – eyni zamanda istifadə edilirsə, onda, bazar oyuğuna (öz səylərini seçilmiş bazar seqmentinə istiqamətləndirən rəqiblər) dəqiq istiqa­mət­lənmiş təşkilatın və ya təşkilatların daha aşağı xərclər və konkret bazar seqmentində müştərilər üçün daha əhəmiyyətli diferensiasiya təqdim edə bilmə təhlükəsi mövcuddur. Beləliklə, seqmentləşdirilmə aparılan ba­zarda hər iki əsas yanaşma yüksək risklə bağlıdır. 13-cü fəsildə, bu yanaşmalardan qoruna bilən bazar mövqeyinin yaradılması ətraflı surətdə tədqiq olunur. Həmçinin bax: 2. Marketinqin strateji planlaşdırılması 2.1 Təşkilatın məqsədi və ya missiyası 2.2 Marketinq strategiyasının hazırlanma prosesi 2.3 Baza strategiyasının müəyyənləşdirilməsi 2.4 Rəqabətli mövqeləndirmənin yaradılması 2.5 Strategiyanın tətbiqi 2.6. Praktikadan misal: Playboy
['diferensasiya', 'advantage', 'differentation']
6,377
https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/2733/fikr%C9%99t-%C9%99mirov.html
Fikrət Əmirov
2ral
böyük musiqiçilər
26 avqust 2010, 13:48
Azərbaycanın görkəmli bəstəkarı, ictimai xadim. Dövlət mükafatı laureatı. F. Əmirov öz yaradıcılığında daim dahi bəstəkarımız Ü. Hacıbəyovun ənənələrini davam etdirərək milli musiqi sənətimizin inkişafına çalışmışdır. Ideya məzmununun dərinıliyi, insanın daxili aləminin təsviri, melodik üslubun zənginliyi, ahəngdar orkestrləşdirmə Əmirov yaradıcılığına xas olan cəhətlərdəndir. Onun yaradıcılığında ritmik, melodik və məqam-intonasion qanunauyğunluqlar öz əksini tapır. Bəstəkar kiçik həcimli miniatürlardan tutmuş, mahnı, romans, süita, musiqili komediya, simfoniya, sinfonik muğamlar, fortopiano ilə sinfonik orkestr üçün konsert, opera və balet kimi bütün janrlarda özünü istedadlı mütəxəssis kimi tanıtmış və geniş kütlə dinləyicilərinin rəğbətini qazanmışdır. Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə (22/XI) Gəncədə tarzən-xanəndə ailəsində anadan olmuşdur. Onun atası müğənni və tar çalanla olmaqla yanaşı həm də müəllim idi. Uşaqlıq illəri musiqi aləmi ilə əhatə olunmuş F. Əmirov musiqiyə olan həvəsi hələ kiçik yaşlarından özünə biruzə verirdi. O, daima xanəndə və aşıqların, eləcədə instrumentalistlərin ifasını diqqətlə dinləmiş, xalq musiqi yaradıcılığını izləmişdir. Bu da onun musiqi düşüncəsinin formalaşmasını təmin etmişdir. Hələ uşaq yaşlarından tarın yaxşı ifaçısı kimi çıxış edərək öz məharətini nümayiş etdirirdi. Professional musiqiçi olmaq məqsədilə o, 1938- ci ildə tar ixtisası üzrə Krivabad musiqi texnikumunu bitirdikdən sonra Bakıya gələrək musiqi texnikumunda təhsilini davam etdirir. 1939- cu ildə təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra o, Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Burada F. Əmirov xarici ölkə musiqi tarixi və ədəbiyyatı ilə yaxından tanış olur. Xarici ölkə bəstəkarlarının müxtəlif janrla əsərlərini dinləyərək öyrənir. Tələbəlik illərində o, “Variasiyalar”, “Romantik sonata”, “Prelüdlər”, “Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə” simfonik poemasını, eləcə də M. S. Ordubadinin liberettosu əsasında 1946- cı ildə “Gözün aydın” musiqili komediyalarını yazmışdır. Həmin dövrdə o, skripka və fortepiano ilə simfonik orkestr üçün ikili konsert, A. Babayev birlikdə fortepino ilə xalq çalğı alətləri orkestr üçün konsert, görkəmli Azərbaycan şairinə həsr etdiyi “Nizaminin xatirəsinə” sinfoniyasını yazmışdır. 1948- ci ildə F. Əmirov bir pərdəli “Ulduz” operası ilə konservatoriyanın bəstəkarlıq fakultəsini bitirir. O, öz yaradıcılığında milli folklorun öyrənilməsinə xüsusi diqqət yetirir. Xalq muğamlarını dərindən öyrənir, onların məqam xüsusiyyətlərini təhlil edir. Bəstəkar Azərbaycan muğamlarının simfonikləşdirilməsi sahəsində yeni naliyyətlər qazanmışdır. O, muğam improvizasiya üsulundan, eləcə də muğamın ritmik xüsusiyyətlərindən, həmçinin xalq mahnılarından istifadə edərək “Şur” və “Kürd...Ovşarı”simfonik muğamlarını yaratmışlar. Bu simfonik muğamlarda bəstəkar xalq musiqisinin inkişaf prinsipindən istifadə etmişdir. Həmin simfonik muğamlar 1949- cu ildə Dövlət mükafatına layiq görülmüşdür. F. Əmirov xalq mahnılarının toplanması, nota salınması sahəsində də fəaliyyət göstərərək külli miqdarda Azərbaycan xalq mahnılarını nota salaraq tərtib etmişdir.Məsələn, “Küçələrə su səpmişəm”, “Gözəlim sənsən” və s. Bəstəkarın opera janrına müraciət etməsi onun ən böyük, naliyyətlərindən idi. Azərbaycanın görkəmli dramaturqu C. Cabbarlının eyni adlı əsəri əsasında yazılmış “Sevil” operasının ilk tamaşası 1953- cü ildə Bakıda çox böyük müvəffəqiyyətlə keçmişdir. Milli xasiyyət daşıyan bu opera Azərbaycan qadınının azadlıq mübarizəsi mövzusuna həsr olmuşdur. Operada bəstəkar Azərbaycan xalq milli məqam xüsusiyyətlərindən geni. Surətdə istifadə etmişdir.F. Əmirov bir sıra dram tamaşalarına da musiqi yazmışdır. Məsələn S. Vurğunun “Xanlar”, “Vaqif”, H. Cavidin “Şeyx Sənan”, “Cavanşir”, və s. O, həmçinin Ü. Hacıbəyovun ənənələrini davam etdirərək bir sıra kamera- instrumental əsərlər də yazmışdır. Fortepianonun müşayiətilə skripka və violonçellər unisonu üçün Ü. Hacıbəyova həsr olunmuş “Xatirə” elegiyası, A. Zeynallının xatirəsinə violençel və fortepiano üçün romans, E. Nəzirova ilə birlikdə alban xalq mövzuları əsasında iki fortepiano üçün süita, eləcə də fortepiano üçün 12 miniatür bəstəkarın kamera musiqisinin parlaq nümunələrindəndir. 1957- ci ildə E. Nəzirova ilə birlikdə fortepiano ilə simfonik orkestr üçün yazdığı konsert çox böyük müvəffəqiyyət qazanmışdır. F. Əmirov həmçinin vokal musiqisi sahəsində də geniş surətdə fəaliyyət göstərmişdir. O, Nizami Gəncəvi, M, Lermonatov, A.S.Puşkin eləcə də S.Rüstəm, M.Dilbazi poeziyalarının təsiri nəticəsində bir sıra mahnı və romanslar yazmışdır. Məsələn, Nizami Gəncəvinin sözlərinə “Gülüm” M.Y.Lermontovun sözlərinə “Ulduz” romansları, A.S.Puşkinin anadan olmasının 150 illik yubileyi münasibətilə şairin sözlərinə simfonik orkestrin müşayiətilə fenor və bariton üçün “Qış yolu” vokal poemasını yazmışdır. 1961-ci ildə F.Əmirov simfonik orkestr üçün “Azərbaycan kapriççiosu”nu, həmçinin simfonik orkestr üçün”Azərbaycan qravürlərini”, “Nəsimi” vokal-simfonik poemasını, 1973-cü ildə yeni tembr-koloritə əsaslanan “Gülüstani-Bayatı Şiraz” simfonik muğamını yazmışdır. Əsərdə vokal və simfonik-orkestr ifasının tembr ahəngdarlığının xalq milli janr və formaları ilə vəhdət təşkil etməsi milli simfonizmin inkişafına imkan yaradır.Bəstəkarın balet janrındakı fəaliyyəti 70-ci illərin axırlarına təsadüf edir. O, xalq nağıllarına müraciət edərək “Min bir gecə” nağılı əsasında R. Və M.İbrahimbəyovların librettosu əsasında eyni adlı balet yazmışdır. Azərbaycan milli musiqisi və muğam improvizasiya üsulu ilə klassik balet janrının formasına istinad edən bəstəkar milli kaloritli, klassik balet qayda-qanunlarına əsaslanaraq dramaturji cəhətdən böyük inkişafa malik olan səhnə əsəri yaratmışdır.F.Əmirov bəstəkar olmaqla yanaşı pedaqoji sadədə də fəaliyyət göstərmişdir. O, həmçinin mətbuatda bir sıra məqalələrlə çıxışlar etmiş, ictimai işlərdə yaxından iştirak etmişdir.1956-cı ildə Azərbaycan Opera və Balet teatrının direktoru vəzifəsində çalışmış, Azərbaycan Bəstəkarlar İttifaqının katibi olmuş, SSSRİ Bəstəkarlar İttifaqının ikinci ümumittifaq qurultayında Rəyasət Heyətinin üzvü olmuşdur. Musiqi sənətinin inkişafı sahəsində böyük nailiyyətlərə görə F.Əmirov 1955-ci ildə Az.SSR-nin Əməkdar incəsənət xadimi, 1958-ci ildə Az.SSR-nin xalq artisti fəxri adına layiq görülmüşdür. O, 1947-ci ildə “Qafqaz uğrunda”, “Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbə” medalları ilə təltif edilmişdir. 1982-ci ildə Sosialist Qəhrəmanı adına layiq görülmüşdür. Bəstəkar həmin ildə Bakıda vəfat etmişdir.
['bəstəkar', 'Fikrət Əmirov']
6,378
https://kayzen.az/blog/ginekologiya/2637/arzuolunmaz-hamil%C9%99lik.html
Arzuolunmaz hamiləlik
burla xatun
ginekologiya
26 avqust 2010, 09:55
Elə qadınlar var ki, onlara ən müasir kontraseptivlər belə qəbul etmək olmaz. İki qadın hormonu - estrogen və progesterondan ibarət olan birləşdirilmiş hormonal preparatların qəbuluna daha çox qadağa şamil olunur. Damarlarında ciddi problemlər  mövcud olan şəxslərə (venaların varikoz genişlənməsi, miqrenlər, hipertoniya və ya ağır ürək xəstəlikləri) bu preparatların köməyi ilə hamiləlikdən qorunmaq və ya müalicə olunmaq olmaz. Trombların əmələ gəlməsinə meylli və ya qanın laxtalanma sistemi pozulmuş insanlara hormonal həblər qəbul etmək qəti qadağandır. Qaraciyər, böyrəklərin kəskin və xroniki xəstəlikləri və şəkərli diabet də kontraseptivlərdən istifadə etməyə imkan vermir. Hormonlar problemli qaraciyəri yükləyir və ödün qatılaşmasına səbəb olur. Böyrəklər xəstə olduqda, hormonlar orqanizmdən çox ləng və pis xaric olunur və onların əks təsiri cəmlənir. Süd vəziləri, yumurtalıq və endometriumun hormon asılı şişləri zamanı da bu preparatları qəbul etməkdən çəkinin. İlk günlərdə qeyri-adi baş və ya ürək ağrıları əmələ gəldikdə, arterial və kəllədaxili təzyiq artdıqda, görmə və eşitmə qabiliyyəti kəskin zəiflədikdə, həblərin qəbulunu dərhal dayandırın. Sarılıq inkişaf etdikdə, güclü qaşınma əmələ gəldikdə, epileptik tutmalar tezləşdikdə də həblərdən imtina edin. Uşaqliqdaxili vasitələr Uşaqlıqdaxili vasitələr yalnız hamiləliyin qarşısını almaq məqsədi ilə istifadə olunur. Spiralların heç bir müalicəvi dəyəri yoxdur. Uşaqlıqdaxili spiralların bir neçə çatışmayan cəhətləri mövcuddur. İlk növbədə etibarlılığı yüz faiz deyil, 70-75 faizdir. İkincisi, uşaqlıq boşluğunun daimi "aralı" qalması infeksiya üçün birbaşa yoldur. Hətta köməksiz uşaqlığı "çağırılmamış mikrob-qonaqlar"dan müdafiə etmək üçün nəzərdə tutulmuş mis və ya gümüş məftilciklər belə heç də hər zaman yardım etmir.Uşaqlıq daxilində yerləşmiş yad cisim eyni zamanda bol, davamlı və çox ağrılı menstruasiyalara səbəb olur. Aybaşı zamanı uşaqlıqdan xaric olunan qan təbiətin fikirləşdiyi kimi deyil, qarın boşluğu tərəfə axmağa başlayır. Bu da, uşaqlıqdan kənar hamiləlik, endometrioza səbəb ola bilər. Spiralın "ayaqcıq”larının uşaqlıq divarına dirəndiyi yerlərdə qan dövranı azalır, bu isə miomatoz düyünün əmələ gəlməsi üçün ideal şəraitdir. Yəqin məlumdur ki, spiralı olan qadınlarda uşaqlıqdan kənar hamiləliklərin faizi başqa qadınlardan 4 dəfə artıqdır. Bəzi xəstəliklər zamanı spiraldan istifadə etmək ümumiyyətlə qadağandır. Bu, uşaqlıq boyu eroziyası, uşaqlıq və artımların xroniki infeksiyaları, uşaqlıq cismi və boynunun bəd xassəli şişləri, endometriumun iltihabıdır. Uşaqlıq boynunun çapıq deformasiyası olan qadınlarda isə doğuşdan sonra spiral ümumiyyətlə qalmır. Son zamanlarda hormonal uşaqlıqdaxili vasitələr də əmələ gəlmişdir. Onlar adi spiralların analoqudur. Hər gün spiraldan kiçik dozada hormon ifraz olunaraq, mayalanmanın qarşısını alır. Hormonlar qan axınına daxil olmur, bu səbəbdən də belə spirallar hormonal həblərə xas olan bəzi əks təsirlərdən məhrumdur. Bununla belə, hormonal spirallar da bir sıra çatışmazlıqlara malikdir. Onlar menstrual dövrdə pozuntular törədə bilər. Və yalnız hormonal spiral xaric olunduqdan yarım il sonra 50% qadınlarda uşaq doğma qabiliyyəti bərpa olunur. Hər halda, üstünlüyü hormonal həblərə vermək məsləhətdir. Kimyəvi kontraseptivlər Bu vasitələrin tərkibində həm spermatozoidləri, həm də, demək olar ki, bütün zərərli bakteriya və virusları zərərsizləşdirən maddə olan spermisidlər mövcuddur. Onlar vaginal şamlar, kremlər və tamponlar formasında təmsil olunmuşlar və beləliklə, yerli üsul ilə istifadə olunur. Kimyəvi kontrasepsiyanı uşaqlıqdaxili və hormonal vasitələrin tətbiqi göstəriş olmayan, təzə doğmuş və uşaq əmizdirən qadınlar istifadə edə bilər. Hamilə qadınlar üçün isə belə "kimya" əks-göstərişdir. Kifayət qədər yumşaq olan kimyəvi kontrasepsiyanın öz nöqsanları da var. "Farmateks", "Patenteks-Oval", "Sterilin" kremləri arzuolunmaz hamiləlikdən tam qorumur. Xüsusən də, menstrual dövrənin ortasına yaxın və ovulyasiya zamanı. Bu kremlər sabun ilə təmasdan sonra aktivliyini itirir və ümumiyyətlə uzun müddətli təsirə malik deyil. Təkrar yaxınlıq zamanı yenidən vasitədən istifadə etmək lazım olur. Kimyəvi kontraseptivlərdən tez-tez istifadə etdikdə, təbii uşaqlıq yolu mikroflorası pozula bilər. Antiseptikin təsiri altında faydalı bakteriyalar zərərlilər ilə birlikdə məhv olur. Və nəticədə xoşagəlməz bir hal - yerli disbakterioz inkişaf edə bilər. Xarici cinsiyyət orqanlarının kəskin iltihabı xəstəlikləri olan qadınlara bu kontraseptivlərdən heç istifadə etmək olmaz əvvəlcə müalicə olunmaq lazımdır. Hormonal iynələr Hormonal inyeksiyalar, misal üçün, Depo-Provera, uzun müddətli kontrasepsiya vasitəsidir. Onlar yalnız doğmuş və ya yetkin yaşlı qadınlar üçün nəzərdə tutulub. Preparatın inyeksiyası tərkibində levonorgestrel hormonu mövcuddur. O, tədricən azad olunaraq, qanda preparatın daimi qatılığını qoruyub saxlayır. İnyeksiyaların kontraseptiv effekti bundan ibarətdir. Bu üsulun əsas üstünlüyü ondan ibarətdir ki, qadın hər gün eyni vaxtda hormonal həbləri qəbul etmək məcburiyyətində deyil. Əsas odur ki, 2-3 ayda bir dəfə həkimə müraciət etməyi və iynə vurdurmağı unutmayasınız. Lakin menstrual dövrəsi tam formalaşmamış cavan qızlara və 40 yaşından yuxarı qadınlara belə inyeksiyalar vurmaq olmaz. Axı, onlar yumurtalıqların funksiyasını boğur və menstruasiyalar, demək olar ki, kəsilir. Yaşından asılı olmayaraq, hələ doğmamış qadınlara da risk etmək olmaz. Eləcə də, uşaqlıqdan kənar hamiləliyi olmuş qadınlara, çünki bu hadisənin təkrarlanması riski mövcuddur. Hormonal implantantlar Hormonal implantatları artıq uşaq doğmağı planlaşdırmayan qadınlar istifadə edir. Hormon tərkibli kapsullar cərrah tərəfindən dərinin altına tikilir. Hormonlar kapsulun divarından müntəzəm şəkildə azad olunur və qan dövranına daxil olur. Hormonal həblərdə olduğu kimi, bu kontrasepsiya üsulu qan xəstəlikləri, qaraciyərin kəskin xəstəlikləri, vena və arteriyaların trombozu, süd vəzi xərçəngi xəstəliklərinə ziddir. Hormonal implantatları cavan, doğmamış qadınlara qətiyyən istifadə etmək olmaz. Onlarda menstrual funksiyanın və nəticədə, uşaq doğmaq qabiliyyətinin bərpa olunmayacağı riski çox yüksəkdir. Beləliklə, ideal kontraseptiv mövcud deyil. Əgər biz qadının fizioloji xüsusiyyəti olan hamiləliyin qarşısını alırıqsa, mütləq əks-təsirlər olacaqdır. Onları minimuma endirmək üçün kontraseptivləri yaxşı həkim ilə birlikdə seçin.
['kontrasepsiya', 'kontraseptiv vasitə', 'hormonal həb', 'implantant', 'hamiləlik əleyhinə', 'hamiləlik']
6,379
https://kayzen.az/blog/ugura-yol/2348/4.2.-%C9%99zml%C9%99-%C3%A7al%C4%B1%C5%9Fmaq.html
4.2. Əzmlə çalışmaq
Cavid
Müvəffəqiyyətə gedən yol
24 avqust 2010, 16:33
Sizə müvəffəqiyyətin ən böyük sirrini açıqlayıram: İsrar etmək! Hədəflərinizə doğru irəliləyərkən inamınızı artıracaq bundan daha güclü yol bilmirəm. Polşa milli qəhrəmanı Marşal Yozef Pilsudskinin tərif etdiyi kimi "Məğlub olmaq, ancaq əsla təslim olmamaq... Zəfər budur" ədası ilə fiasko ilə nəticələnən hər həmlənin sonunda yenidən inamla yolunu davam etdirmə, gündüzlərin eşqinə gecələrə sinə gərmə, şərtlər necə olursa, olsun, vəziyyət nə tələb edirsə-etsin, dayanma bilmədən israr etmə... Konfutsinin bir sözü var: "Ən böyük müvəffəqiyyət yıxılmamaq deyil, yıxıldıqdan sonra yenidən dirçəlməkdir". Baxın insanlara, çoxunun ilk uğursuzluqda vaz keçdiyini görəcəksiniz. "Quru Məmulatlar üzrə Milli Pərakəndə Satış Assosiasiyası”nın (National Retail Dry Goods Association) apardığı bir araşdırmaya görə satıcıların 42%-i ilk, 25%-i ikinci, 15%-i isə üçüncü həmlələrindən sonra vaz keçirlər. Sadəcə geriyə qalan 12%-lik qisim israrla işlərini davam etdirir və bütün satışların 80%-ni həyata keçirirlər. İsrarın uğur gətirdiyini göstərən minlərlə yaşanılmış həyat hekayəsi mövcuddur. Əllərinizi cibinizdən çıxarın və israr edin, çünki israr nəticəni dəqiqləşdirir. Əgər Henri Ford vaz keçmiş olsaydı, hal-hazırda avtomobillərdən xəbərdar olmaya bilərdik. Əgər Rayt qardaşları vaz keçmiş olsaydı, təyyarə nədir bilməzdik. Əgər Edison vaz keçmiş olsaydı, elektrik lampaları yerinə qaz lampası işlədərdik. Əgər Aleksandr Qreham Bell vaz keçmiş olsaydı, telefonla danışmaq yerinə hər məsələ üçün məktub yazardıq. Ya siz vaz keçsəniz, nələr itirəcəyinizin fərqindəsinizmi?   İsrar edən insanlar uğursuzluqlardan və xətalardan dərs alarlar. Tomas Edison 999 uğursuz təcrübəsindən sonra ancaq 1000-ci təcrübəsində düşüncələrini reallaşdıra bilmişdir. 700-cü təcrübəsindən sonra assistenti "Artıq yeddi yüz dəfədir, uğursuz oluruq", - dedikdə Edison qaşlarını çatıb, ona "Xeyir, uğursuz olmadıq. Edilməsi lazım olmayan 700 şey öyrəndik." cavabını verir, "çünki vaz keçilən hər yanlış həmlə, əslində irəli doğru atılmış yeni bir addımdır". Həyatımızda yanlışlıqlar mövcud ola bilər. Kimsə xətasız deyildir. Əsas olan, eyni yanlışı yenidən təkrarlamamaqdır. "Sony" Şirkətinin məşhur idarəçisi Akio Morita uğursuzluqlardan dərs alma mövzusunda önəmli məqamlara toxunur: "İşçilərimə daima bunları tövsiyə edərəm: "Doğru bildiyinizi reallaşdırın, yanlış etsəniz, dərs alarsınız. Yalnız eyni səhvi ikinci dəfə təkrarlamayın". Xətaların səbəbini səhv edən adama zərər vermək üçün deyil, hər kəsin dərs alması üçün araşdırdığınızı bildirsəniz, nəticədə itkidən daha çox, qazanc əldə edərsiniz. Bu qədər müddətlik iş həyatımda səhv etməsi səbəbilə kimsəni işdən çıxartdığımı xatırlamıram." Antoni Robbins də "Hədsiz güc" adlı kitabında xətaların bir dərs kimi qəbul edilməsi mövzusunda yaşanılmış bir hekayədən bəhs edir. İBM-in qurucusu Tom Uotsonun köməkçilərindən birinin səhvi üzündən şirkət 10 milyon dollarlıq zərərə uğrayır. Köməkçi Uotsonun bürosuna çağırılır. Məyus halda içəri daxil olan adam "Zənn edirəm ki, istefamı tələb etməyim üçün məni bura çağırmısız", - deyə sözünə başlayır. Uotson isə köməkçisinə baxaraq "Zarafatmı edirsən? Biz 10 milyon dolları sadəcə təhsilin üçün xərclədik" sözləri ilə cavabını bildirir. Xətalarınızdan dərs almağa çalışın. Yanlışlarınızı vaz keçirici yox, əksinə öyrədici vasitə olaraq görün. Uğursuzluqlarınız əsla, inamınıza kölgə salmasın. İsrar edən insanlar səbr və səbat içində olarlar. Çinlilərin Bambuk ağacını necə yetişdirdiyini bilirsinizmi? Əvvəlcə ağacın toxumları torpağa əkilir, sonra sulanır və gübrə verilir. Birinci il toxumda heç bir dəyişiklik olmaz. Toxum yenidən sulanıb gübrələnir. İkinci il də heç bir dəyişiklik müşahidə olunmaz. Üçüncü və dördüncü illərdə eyni işlər yenidən təkrarlanır, lakin "inadkar" toxumda əsla cücərmə görülməz. Çinlilər böyük bir səbirlə beşinci il də bambuka su və gübrə verməyə davam edərlər. Nəhayət, beşinci ilin sonlarına doğru toxum cücərməyə başlayar və altı həftə kimi qısa müddət ərzində 27 metrlik hündürlüyə qədər yüksələr. Sizcə Bambuk ağacı 27 metr hündürlüyə altı həftədə, yoxsa beş il içində yüksəldi? Təbii ki, beş ildə. Böyük bir səbr və israrla beş il müddətinə toxum sulanıb gübrələnməsəydi, ağacın böyüməsindən, böyümək bir yana ağacın varlığından söz edilə bilinərdimi? Elə isə fəaliyyətləriniz tez bir zamanda öz bəhrəsini göstərməsə, əsla vaz keçməyin. Bir müddət çalışın, bir müddət səbr edin, hər zaman inanın və heç bir zaman geri dönməyin. Bambuk ağacının yetişməsi üçün çinlilərin sərgilədiyi səbr və davamlılıq təqdirə layiqdir. Lakin mən səbrin nələrə qadir olduğunu "Şouşenkdən qaçış" filminə baxdıqdan sonra daha yaxşı anladım. Stefen Kinqin "Rita Heyvort Şouuşenkdən qaçış" adlı qısa hekayəsinə uyğunlaşdırılan "Şouşenkdən qaçış" filmi həyat yoldaşını öldürməklə ittiham olunan Andi Dufren ilə ömürboyu həbsə məhkum olan Ellis "Red" Reddinqin 20 illik qaçış planından bəhs edir və sanki "səbrin sonu salamatçılıqdır" sözünü bir daha təsdiqləyir. Andi (Tim Robins) obrazı diqqətimi daha çox çəkmişdi. Qnun kiçik bir alətlə tam 20 il divarı qazıb, qarışqa addımı kimi kiçik hərəkətləri sonunda div qurtuluşa imza atmasına heyran qalmışdım. Bütün çətinliklərə baxmayaraq 20 il müddətində səbirlə fikirlərini həyata keçirməyə çalışması həqiqətən gözdən qaçacaq kimi bəsit hadisə deyildi. İsrar edən insanlar rədd cavablarına məhəl qoymazlar. Müvəffəq olan insanların həyatlarına baxın, böyük əksəriyyətinin çox vaxt rədd cavabı ilə qarşılaşdığını görəcəksiniz. Silvester Stallone artistlik bürosuna baş vurduğunda "Hey, sən bizim tam axtardığımız adamsan. Bura gəl, sənə bir filmdə rol verək", - dediklərinimi zənn edirsiniz? Xeyr. Stallone müvəffəqiyyətə qovuşana qədər rədd cavablarına dayanma əzmi göstərdi. İşə başladığında minə yaxın rədd cavabı ilə qarşılaşdı. O, Nyu-Yorkda tanıdığı bütün artistlik bürolarına baş vurdu. Xeyr cavabı alsa, da, yenə israrla müraciətini davam etdirdi. Və nəhayət də "Rokki" filminin çəkilişinə nail oldu. Bütün gücünü inandığı şeyə həsr edəndə hər şeyin dəyişəcəyini bilən başqa bir adam - Kolonel Sanders. Sanders avtomobil yolunun kənarında restoran işlədirdi. Avtomobil yolu başqa bir yerə köçürülüncə artıq işi iflasa uğradı. Lakin o, narahatçılığa qapılmadı, çünki təlaş və gələcək haqqındakı əsassız düşüncələrin bir şey qazandırmayacağının yaxşı fərqində idi. Yeni planladığı işə nə qədər sərmayə ilə başladığını bilirsinizmi? Sadəcə bir toyuq yeməyi resepti. Restoran sahiblərinə toyuq yeməyi tərifi satıb prim almaq sizə necə, məntiqli gəlirmi? Ancaq Sanders bütün düşüncələrini bu fikrin üzərinə cəmləşdirmişdi. Təsəvvür edin ki, belə bir işi siz planlaşdırmısınız, bu tərifi satmaq üçün neçə restorana gedərdiniz? Sanders bütün Amerikanı iki il dolaşmasına baxmayaraq hər yerdən rədd cavabı alırdı. Gecələri maşınında yatırdı. Bütün həyatı alt-üst olmuşdu. Lakin o, məqsədinə elə bağlanmışdı, nə olursa-olsun, ondan resepti alacaq restoranı tapmağı düşünürdü. 1009-cu restoran sahibilə görüşərkən Sandersin istədiyi şey oldu. Restoran sahibi bu layihəyə maraq göstərdi. Saatlarca danışdılar və nəhayətdə restoran sahibi bu xəyalpərəst adama "OK" cavab verdi. "OK" cavabını ilə birlikdə "Kentucky Fried Chickens" (KFC) əfsanəsi yazılmağa başladı. Hal-hazırda 750 min işçisi olan "KFC" dünyanın onlarla ölkəsində fəaliyyət göstərir. "Disneylend". Yəqin ki, haqqında aranızdakı hər kəsin məlumatı var. Disneylend parkı Avropada isə sadəcə Parisdə yerləşir. Bəzən adama qəribə gəlir: "Disneylend"in qurulması üçün Avropa şəhərləri arasında niyə məhz Paris seçilib?" "Disney"in indiyə qədər olan ən iddialı təşəbbüsünü başladacağını eşitdikdə dünyanın bir çox yerindən 200-dən çox yerli idarəçi "Disney"in ecazkarlığını öz şəhərlərinə gətirmək üçün şirkətə aramsız olaraq müraciətlər edir. Fransa hökuməti isə Parisin "Disney"in Avropadakı məkanı olması üçün o qədər həvəsli olur ki, şirkətə rədd edə bilməyəcəyi bir təklif irəli sürür. Həmin dövrdə Parisin bələdiyyə başqanı vəzifəsində olan Jak Şirak bu layihəyə 1 milyard dollardan artıq güzəştli kredit ayıracağını vəd edir. Zənn edirəm, aramızdakı hər kəs "Disneylend"də olmaq və oranın ecazkarlığını duymaq arzusundadır. Lakin Uolt Disney belə bir park qurmağı planlaşdırdıqda kredit almaq üçün bir çox banka müraciət edir. Lakin dəfələrlə rədd cavabı alır. Ən sonunda baş vurduğu 300-cü bank(!!!) ona kredit ayıracağına dair razılıq verir. Rədd cavabı verən tam 299 bank və israrın illər sonrakı bəhrəsi - "Disneylend". Elə isə düşüncələrinizin reallaşmasına yönəlmiş rədd cavabları sizi məyus etməsin. İnamla yolunuzu davam etdirin. Unutmayın ki, güləşdən vaz keçməyən pəhləvan əsla məğlub olmaz.   İsrar edən insanlar bir gün üfüqlərində günəşin doğacağına inanırlar. Bernard Şou yalnız beş il məktəbə getməsinə baxmayaraq elə məşhur yazar olmuşdu ki, 1925-ci ildə "Nobel" mükafatına layiq görülmüşdü. İlk olaraq bir mağazanın mühasibat qeydlərini aparmaqla işə başlamış, sonra dörd il kassir işləmişdir. Bu arada Bernard Şou yazıçılıqla dolanışığını qazanmaq qərarına gəlir, ard-arda tam beş roman yazıb, bunları İngiltərə və Amerikadakı yayım evlərinə yollayır, lakin onlardan heç bir müsbət cavab ala bilmir. Sonra teatr tənqidçiliyi ilə məşğul olmaya başlayan Şou bu işdə də müvəffəq ola bilmir, ancaq düşüncələrindən vaz keçməyərək öz üzərində işləməyə davam edir. Antoni Robins "Müvəffəq olmuş bütün insanlar əngəlləmələrin digər tərəfində müvəffəqiyyətin boy atıb, böyüyəcəyini bilirlər",- deyir. Bernard Şou da bir gün üfüqündə günəşin doğacağına inanır və əzmlə çalışmalarına davam edir. Tam 21 illik zəhmətinin nəticəsi olaraq məşhur dramaturq olmağa haqq qazanır. Morqan Frimen adı yəqin ki, çoxunuza tanışdır. Aldığı mükafatlar: 1987-ci il - "Oskar" mükafatına namizəd - "Street Smart" filmi, 1989-cu il - "Oskar" mükafatına namizəd - "Driving Miss Daisy" filmi, 1994-cü il - "Oskar" mükafatına namizəd - "Şousenkdən qaçış" filmi, 2003-cü il - Karlovi-vari Beynəlxalq Kino Festivalı - "Crystal Globe" mükafatı, 2005-ci il - "Oskar" mükafatı - "Million Dollar Baby" filmi. Keçmiş günlərini "21 yaşından bu yana işlərim alınmırdı. Hər zaman yaxşı aktyor olmağı xəyal edirdim. Daima axtarış içində idim. Çarəsizlik içində yalvarırdım" ifadələrilə xatırlayan Morqan Frimen ilk ciddi səhnə uğuruna 50 yaşında oynadığı "Street Smart" filmi ilə imza atır. Hal-hazırda isə məlumunuz, Hollivudun ən məşhur aktyorları arasında yer alır. Müvəffəqiyyət üçün yola çıxdınızsa, ümidsizliyi bir kənara atın. İstər çətin, istər asan, bütün məqamlarda ümidə sarılın. Çünki Tristan Bernardın dediyi kimi "Həyat dənizə, ümid limana bənzəyir. Fırtınalı günlərdə ona sığınaraq ayaqda qalmaq olur". İsrar edən insanlar keçmişdə əldə etdikləri uğurlardan örnək alarlar. Anlatacağım hadisə peyğəmbərimizin dostlarından Əbu-Aqilin hekayəsi...Hadisəni Yəmamə müharibəsində iştirak etmiş İbni Ömərdən dinləyək: - Müharibənin başlanğıcında yaralı halda çadırın içinə aldığımız birisi vardı. Koma vəziyyətində imiş kimi anlar keçirirdi. Üzərinə ötrü örtmüş, ölməsini gözləyirdik. Bu şəxs Əbu-Aqil idi. "Mənə şəhidlik nəsib olmayacaqmı?", - deyə Yəmaməyə qədər gəlmiş, şəhidliyi aramışdı. Harada bir qılınc helezonu görsə, şəhadət var, deyə oraya qaçırdı. Mənə bir şəhidlik, deyirdi. İnsan nəyi bütün səmimiyyətilə istərsə, Allah onu nəsib edər. Əbu-Aqilin də duası ilahi dərgaha yüksəlmiş və qəbul olmuşdu. Lakin hələ onun edəcəyi başqa işlər vardı. Bu arada islam orduları get-gedə geri çəkilirdi. Bu uzun müddətdir məğlubiyyət bilməyən ordu üçün nadir rastlanacaq hal idi. Hamı bütün varlığı ilə qələbə üçün çalışırdı. Lakin yaşanılan xaosa heç cür son qoyula bilmirdi. İslam ordusunun bu durumu bəzi səhabələri çilədən çıxartmışdı. Birdən Əbu-Aqilin yatdığı çadırın önündə bir səs duyuldu. Bu, ənsardan (mədinəli müsəlmanlar) Ma'an İnbi-Adiyyin səsiydi. Keçmiş uğurları xatırladaraq, "Ya əl-Ənsar, kərratən kəkərartə Huneyn! Huneyndə olduğu kimi bir də, yenidən şahlanın", - deyirdi. Huneyndə də buna bənzər durum olmuş, islam ordusu yenidən hücuma keçərək qələbəyə imza atmışdı. Ma'an İnbi-Adiyy də bu hadisəyə toxunaraq yoldaşlarını qələbəyə səsləyirdi. Əbu-Aqil də ənsardan idi. Bu səslənişi duyunca ölüm ayağında olsa belə durardımı orda?! Birdən-birə örtünün altında ölümünü gözlədiyim Əbu-Aqil xortlamış kimi oldu, örtünün altından qalxdı, nə əlini, nə də ayağını sürükləyəcək halda deyildi. Var gücü ilə irəliləyərək düşmən səfinə daldı. Arxasınca onu təqib edirdim. Yarı qopmuş vəziyyətdə olan əli qılınc istifadə etməyə mane olunca, əyildi, ayağı ilə əlini basdı, qopardı və yenə düşmən səflərinə daldı. Mənsə bir az sonra onu gözümdən itirdim. Müharibə müsəlmanların lehinə qurtarmışdı. Mən Əbu-Aqili axtarırdım. Tapmışdım. Üzərində saya bilməyəcəyim qədər ox yarası, mizraq yarası, qılınc izləri vardı. Ancaq hələ ölməmişdi. Məhzun çöhrəsi, bulanıq baxışları, sonsuz üfüqlərdə bir şey axtarırdı. Yanına yaxınlaşdım, "Əbu-Aqil, necəsən?", - deyə soruşdum. O, sualıma cavab vermədi. Bir neçə söz söyləyəcək taqəti qalmışdı, onu da lazımi şəkildə işlədəcəkdi. "Məğlubiyyət kimə düşdü?", - deyə soruşdu. Görəsən müsəlmanlar məğlubmu oldular, narahatçılığını daşıyırdı. Mənsə ona: "Gözün aydın olsun. Düşmən məğlub edildi", - cavabını verdim. Birdən yara və qanlar içindəki o tərtəmiz, lakin hüznlü çöhrədə dəyişiklik oldu. Şəhadət barmağını qaldıra bildiyi qədər yuxarı qaldırdı, təbəssüm edirdi. Halından şükür elədiyi məlum olurdu. Göründüyü kimi, keçmiş uğurlar yeni nailiyyətləri nəticə verəcək potensiala malikdir. Bacaracağınıza inanmadığınız məqamlarda yaşadığınız həyat kitabınızı səhifələyin. Əgər hər hansı bir işdə kiçik də olsa, uğurunuz varsa, əmin olun yeni uğurları qazanmağa namizədsiniz. İsrar edən insanlar əngəllərə meydan oxuyarlar. 17 Dekabr 2003-cü ildə insanın təyyarə ilə ilk uçuşunun yüzüncü ildönümü qeyd olundu. Bu tarixdən tam yüz il əvvəl – 17 dekabr 1903-cü ildə Orvil və Vilbur Rayt qardaşları Şimali Karolinada ilk uçuşu həyata keçirmişdilər. Velosiped istehsalı ilə məşğul olan qardaşlar 1899-cu ildə quşların necə uçduqları haqda onlara yol göstərəcək bütün qaynaqları sistemli bir şəkildə araşdırmağa başladılar. Berlin yaxınlarında bir təpə üstündən planerlə uçuş təcrübələri həyata keçirən və bu mövzuda önəmli qeydlər aparan alman mühəndisi Otto Lilientalın araşdırmalarından başqa elmi əsərlərdə və insanların qədim dövrlərdəki təcrübələri arasında işlərinə yarayacaq bir şey olmadığını anladılalar. Quşların uçuşunu çox yaxından incələdiyi üçün Lilientalın planeri də, elə məhz quşa bənzəyirdi. Ancaq o, içlərində Leonardo da Vinçinin də olduğu cəzbedici tələyə, yəni quş uçuşunu təqlid edən qanad çırpma hadisəsinin cazibəsinə qapılmamışdı. Liliental araşdırmalarında uçacaq vasitənin hava ilə təmas halında olacaq sabit qanada ehtiyacı olduğunu vurğulayırdı. Uçuşu reallaşdırmaq üçün lazımi nəzarət yalnız onun söylədiyi sabit qanadlarla təmin oluna bilərdi. Rayt qardaşlarının bu mövzudakı düşüncələri Lilientalın fikirləri ilə üst-üstə düşürdü. Vilbur və Orvil Rayt qardaşları reallaşdıracaqları işə müvafiq elmi təhsil almamış, məktəbdən daha yüksək tədris verən hər hansı qurumdan məzun olmamışdılar. Lakin qarşılarına qoyduqları məqsədə çatmaq üçün çalışır, bütün günlərini sərf edirdilər. Dörd il boyunca şiddətli küləyə və qəza ilə nəticələnən həmlələrə məhəl qoymayaraq layihələrini planladılar, çərpələng, planer və model təyyarələr ilə yüzlərcə variantı sınaqdan keçirdilər. Hətta iki yüzdən çox fərqli tipdə olan qanadları təcrübə etmək üçün külək tuneli belə hazırladılar. Əgər "Bu işlər çox çətindir, indiyəcən kimsə bu işdə müvəffəq olmamışdır. Artıq bu röyanı unutmaq lazımdır. Belə davam etsə, böyük çətinliklərlə qurduğumuz velosiped işi də əlimizdən gedəcək." desəydilər, o zaman dünyanın hər hansı bir yerinə getmək bu qədər asan olardımı? Göründüyü kimi, böyük insanlar kiçik əngəllərin qurbanı olmazlar. Sonuna qədər israr edərlər. Əngəllərin artması, əsla onları dayandırmaz. Çünki onlar gecənin tam qaralmasının günəşin doğacağına dəlalət etdiyinin yaxşı fərqindədirlər. İsrar edən insanlar hədəflərinə bütün varlıqları ilə bağlanarlar. İsrar edən insanların həyat tərzlərinə baxın. Daimi israrlarını hədəflərinə bütün varlıqları ilə bağlanmalarına borclu olduğunu görəcəksiniz. Anlatacağım hadisə Abdullah Doğanın “Başarı çocuk dogurdu" adlı kitabında keçir. Hadisənin qəhrəmanı çağ başladıb, çağ bitirən, İstanbulun fatihi böyük hökmdar Fateh Sultan Məhməddir. İstanbulun fəthilə tarixi gedişatı dəyişdirmişdi. Hələ 16-17 yaşında ikən gənc şahzadə qaldığı otağın pəncərəsindən İstanbula aşiqlər kimi baxıb, "İstanbul, ya sən məni alacaqsan, ya mən səni", - deyirdi. Bir gün anası Huma xatun Sultan Məhmədin yatağının hər zaman səliqə-sahmanla yığışdırılmış vəziyyətdə görüncə, "Şahzadəm, yatağını hər gün sən səliqə sanmana salıb özünü artıq zəhmətə salma, bu işin öhdəsindən xidmətçilər gələrlər", - dedikdə Sultan Məhməd həmişəki kimi, sevdalı ədası ilə İstanbula baxaraq, "Canım anam mən o yatağa altı aydır ki, bir dəfə də olsun, girmədim", - cavabını verir. Bu necə gözəl məqsədə bağlanma və necə gözəl həyatı hədəfə həsr etmədir. Məhz, bu ruhdakı Fatih və əsgərləri idi ki, fəthə nail olmuş, illərin Konstantinopolunu tarix səhifələrinə İstanbul olaraq yazmışdılar. Həyatını hədəfinə həsr edən və bütün varlığı ilə məqsədinə bağlanan bir başqa insan - Lui Paster. Həkim olmadığı üçün 1800-cü illərin həkimləri onun düşüncələrinə  barmaqarası baxırdılar. Lakin kimyaçı və bakterioloq olaraq fəaliyyət göstərən Paster isə onlara məhəl qoymayaraq çalışmalarını davam etdirirdi. Beləcə, gərgin çalışmalarının  nəticəsində quduz xəstəliyinin müalicəsini tapmışdı. Paster ayrıca, içdiyimiz südün uzun müddət xarab olmaması üçün yeni metod təklif etdi. Burada südü 60 °C-də otuz dəqiqə isidib, sürətli bir şəkildə soyutduqdan sonra südü qapalı və sterilizə olunmuş şüşə qablara qoymaq lazım idi. Məzkur metod hal-hazırda da istifadə olunur və onu Louis Pasteurun şərəfinə "pastorizə etmək" adlandırırlar. Paster özünə inanan elm adamı idi. Başqalarının söylədiklərilə yox, öz doğruları ilə yaşayar və müvəffəq oluncaya qədər israr edərdi. Həm də elə israr ki, nikah mərasimi başlayınca onu ortalıqda görmədikdə axtarıb laboratoriyadan tapmışdılar. Həyatını hədəfinə həsr etmiş, çoxlarının sevimlisi olmuşdu... Və illər sonra Fransada "tarixin ən böyük fransızı"nı müəyyənləşdirmək üçün xalqın seçiminə baş vurduqda hər kəs onu göstərmişdi. İsrar edən insanlar həmlələrinin bir gün tam isabət edəcəyinin fərqindədirlər. - Uşaqlıq illəri böyük çətinliklərlə keçmişdi. Heç bir il də olsun, təhsil ala bilməmişdi. - 1831-ci ildə iyirmi iki yaşına gəldikdə iş qurmaq istəmiş, lakin müvəffəq ola bilməmişdi. - 1832-ci ildə parlament seçkiləri üçün namizədliyini irəli sürmüş, yetərli səs çoxluğu toplaya bilməmişdi. - 1833-cü ildə iş həyatına atılmaq qərarına gəlmiş, bir ildən sonra iflasa uğramışdı. - 1834-cü ildə bir daha parlament seçkiləri üçün namizədliyini irəli sürmüş, millət vəkili seçilmişdi. - 1835-ci ildə nişanlısını itirdi. - 1836-ci ildə əsəb xəstəliyi keçirdi. - 1838-ci ildə parlament sədri olmaq istədi, lakin seçim onun əleyhinə nəticələndi. - 1842-ci ildə evləndi, ancaq bu evlilikdən çox əzab-əziyyət çəkdi. - 1843-cü ildə konqresə seçilmək üçün cəhd etdi, amma məqsədinə nail ola bilmədi. - 1846-cı ildə yenidən konqres seçkilərinə qatıldı, bu dəfə istədiyini əldə etdi. - 1848-ci ildə bir daha konqres seçkilərinə qatılsa da, bu həmləsi də uğursuzluqla nəticələndi. - 1850-ci ildə ikinci oğlu Eduard Baker dünyasını dəyişdi. - 1855-ci ildə senata üzv olmaq üçün çalışmağa başladı, bu cəhdi də istənməyən sonluqla nəticələndi. - 1856-cı ildə prezident köməkçisi olmaq üçün namizədliyini irəli sürdü, ancaq istəyinə nail ola bilmədi. - 1858-ci ildə senata üzv olmaq üçün kampaniya başlatdı, bu cəhdi də fiasko ilə nəticələndi. - 1860-ci ildə inamını itirməyib, davamlı israr edən bu adam dünyanın ən güclü dövlətinin on altıncı prezidenti olaraq tarixə keçdi. Bu Abraham Linkolndur. ABŞ-ın ən böyük liderlərindən biri...   Tətbiq etmək zamanı. Öz inamınızı yeniləmək üçün sizə hər addımda həyati səhnələr  etdik. İnam və israrın nələr yaratdığının şahidi oldunuz. İndi  tətbiq zamanıdır. Hazırsınızsa, xatırladım ki, müvəffəqiyyət yolçuluğunda əngəllərin varlığı qaçınılmazdır. Növbəti fəsil bu mövzudakı problemlərinizə işıq tutacaq.
['israr etmək', 'əzmkarlıq.uğur qazanmaq', 'uğur', 'uğur psixologiyası']
6,380
https://kayzen.az/blog/marstrat/2430/2.3-baza-strategiyas%C4%B1n%C4%B1n-m%C3%BC%C9%99yy%C9%99nl%C9%99%C5%9Fdirilm%C9%99si.html
2.3 Baza strategiyasının müəyyənləşdirilməsi
marketoloq
Marketinq strategiyaları
23 avqust 2010, 09:39
Baza strategiyası-bu həm kompaniyanın məqsədləri, həm də bu məqs­ədlərə çatılması üçün istifadə edilən ümumi strategiyadır. Baza stra­tegi­yasının hazırlanması üçün təşkilatın resurslarının və qarşıya qoyulmuş məqsədə çatılması və ya missiyanın həyata keçirilməsi üçün fəaliyyət gös­tərdiyi bazarın  ətraflı  təhlilinin aparılması lazımdır. 2.3.1 Təşkilatın resurslarının təhlili Hər bir təşkilat sərəncamında olan resursların geniş siyahısını tərtib edə bilər.  Lakin marketinq strategiyasının hazırlanması üçün bunların hamısı eyni dərəcədə əhəmiyyətli deyil. Eyni qayda ilə istənilən səmimi  təşkilat özünün bir çox zəif tərəflərini də saya bilər, lakin bunların da heç hamısı həyati əhəmiyyətli deyil.Baza strategiyasının müəyyənləşdirilməsi za­ma­nı təşkilatın müəyyənləşdirilməsinə kömək edən fərqləndirici resurs­ların (aktivlər və imkanlar) aşkarlanmasına səy göstərilir. Bu kontekstdən zəif nöqtələri minimumlaşdırmaqla bərabər təşkilatın istifadə edə biləcəyi variantları seçmək və onların harada daha səmərəli istifadə edilməsini təyin etmək  asanlaşır. Həlledici bacarıq və ya həlledici vərdiş fəaliyyətin istənilən aspektində mümkündür. O, məhsulun səmərəli və ya qənaətli quraşdırılması zamanı işçi qüvvəsi səriştəsi, marketinq və ya maliyyə plan­laşdırılmasında idarə edənlərin bacarığı, məhsulla bağlı yeni ide­ya­ların verilməsində və ya müştərilərin təhlili əsasında yeni məhsulların yara­dılmasında tədqiqat və təkmilləşdirmə bölməsinin səriştəsi şəklində ortaya çıxa bilər. Lakin marketinq strategiyası baxşımından isə aşağıdakı məsələ maraqlıdır: müştərilərə yüksək dəyər yaradılması üçün onların bazar­da istifadə etmək mümkün olacaqmı. Kompaniyanın fərqləndirici bacarığı onun marketinq aktivləri - obraz və bazarda iştirak - yaxud bölüşdürmə şəbəkəsi, yaxud da satışdan sonrakı xidməti ola bilər.  Fərqləndirici bacarığın həlledici amili onun bazarda istifadə edilə bilmə imkanının olmasıdır. Bazarda hər hansı bir məhsula tələbin olmadığı təqdirdə onun istehsal edilməsi zamanı fərqləndirici texniki vərdişlərin əhəmiyyəti çox az olacaq.   Beləliklə, marketinqin idarə edilməsinin vacib rolu təşkilatın fərqləndirici potensial bacarığının bazarda tətbiq edilməsi şəraitinin qiymətləndirməsində ortaya çıxır. Fərqləndirici bacarıqların və ya istifadə edilə bilən üstünlüyün əksi rəqiblərlə münasibətdə zəif tərəflər yaradır. Məsələn, əgər rəqiblərin daha uy­ğun və ya qorunmuş xammal mənbəyi və ya daha loyal müştəriləri varsa, onda, kompaniya gərək öz zəif yerlərini görsün və onları aradan qaldıran və rəqiblərini üstələməyə imkan verən strategiya hazırlasın. Kompaniyanın iş üslubundan doğan və əməliyyatlarına xas olan  struktur zəiflikləri aradan qaldırmaq çox çətin və bəzən də qeyri-mümkün olur.  Rə­qiblərin diqqətini bu amillərdən yayındırmağa yönələn strategiya ha­zırlanmalı və rəqiblərin uğur qazanması üçün bu amillərdən istifadə etməsinə imkan verilməməlidir. Digər zəif yerləri isə aşkar etdikdən sonra aradan qaldırmaq və hətta başqa cür istifadə etməklə üstünlüyə çevirmək olar. Kompaniyanın zəif və üstün tərəflərinin düzgün müəyyən­ləş­dirilməsi yalnız resursların sistemli və kompleks qiymətləndirilməsi və rəqiblərə nisbətən onlardan istifadə edilməsi yolu ilə mümkündür. 6-cı fəsildə bunun edilməsi daha ətraflı şəkildə nəzərdən keçirilir. 2.3.2 Xidmət göstərilən bazarların təhlili Kompaniyanın işlədiyi və ya işləmək istədiyi bazarların təhlili təşkilatın qarşılaşacağı  imkanlara və təhlükələrə diqqətin yönəlməsinə xidmət et­məlidir. Bu imkan və təhlükələr iki əsas istiqamətdən gəlir: müştə­rilər­dən (cari və potensial) və rəqiblərdən(yenə də cari və potensial). Bazarın böyük hissəsi bu və ya digər dərəcədə seqmentləşib. Onlar müxtəlif müştərilərdən və ya müxtəlif arzu və ya ehtiyaca malik müştərilərdən ibarətdir. “Bazar necə seqmentləşib?” sualı müştərilərin tələbatlarını anlamaqda faydalı olur və konkret bazar məqsədlərinə istiqamətlənməyə kömək edir. Misal üçün, kompüter biznesində məcmu bazarı müxtəlif yollarla seq­ment­ləşdirmək olar.  Məhsul tipinə görə sadə seqmentləşdirmə zamanı bazarı böyük maşınlara(meynfreymlərə), mini kompüterlərə və personal İBM-lərə bölmək olar. İBM kompaniyası artıq uzun müddətdir ki, meyn­freym bazarında hökmran mövqedədir. Birbaşa rəqib olan belə nəhənglə müba­rizənin çətin olduğunu etiraf edən rəqiblər öz güclərini mini-kompüterlər bazarında mərkəzləşdirmiş və nisbətən xırda istehlakçıların müxtəlif tələbatlarına yönələrək bu bazarda hakim mövqeyə yiyələn­miş­lər. Analoji olaraq, fərdi kompüterlər bazarında(FK) son nəsil İntel prossesorları və Microsoft əməliyyat sistemi əsasında qurulmuş “İBM-birgə maşınlar” meydana çıxanadək Apple firması bazarda uğurla lider­liyi əlində saxlayırdı. Canon – bu da digər istiqamətli kompüter bazarıdır. Kompaniya etiraf etmişdir ki, kompüter istifadəçilərinə təkcə şəxsi kompüterlər lazım deyil.  Onlara, həmçinin, ən əlverişli şəraitdə kompüterdən istifadəyə imkan verən periferiya mexanizmlər lazımdır. Canon rəngli mürəkkəb printerlər təchizatçısı kimi bazarda möhkəm mövqe tutduğu halda, printerlər Hewlett-Packard-ın biznesidir. Məhsul tiplərinə əsaslanan belə böyük bazarların tərkibində də daha kiçik bölgülər mövcuddur. Toshiba və Compaq portaitiv yol kompüterlərinin istehsalı ilə məşğuldurlar. 1990-cı illərdə Sega, Nintendo və Sony kompaniyaları ucuz kom­püter və proqram vasitələrinin köməyilə adətlər yaradan kompüter oyun­ları bazarının inkişafında böyük uğurlar əldə etmişlər. Bazarda digər kompaniyalardan sonra peyda olan Sony kompaniyası öz Playstations-ları ilə hal hazırda bazarda lider mövqeyindədir. Müəyyən müddət ər­zində belə düşünürdülər ki, Pentium prossessorlarına əsaslanan FK-nın gü­cünün artması, əldə edilə bilməsi və ucuzlaşması nəticəsində kompüter oyunları bazarı ilə fərdi kompüterlər bazarının birləşməsi nəticəsində kompüter oyunları bazarı tənəzzülə uğrayacaq. Proqnozların əksinə olaraq bazar kifayət qədər güclü oldu və 2002-ci ilin martında bazara Microsoft kompaniyası Xbox məhsulu ilə girdi. Bazarda artıq mövcud olan və potensial bazar seqmentlərinin öyrə­nilməsindən sonra, alternativlərin qiymətləndirilməsinin növbəti mərhələsini kifayət dərəcədə istifadə edilməmiş və ya istifadə edilməmiş bazar imkanlarının axtarılması təşkil edir.  Misal üçün, hazırki dövrdə qida məhsulları bazarında köklü dəyişikliklər gedir. Mühüm dəyi­şikliklərdən biri tez hazırlanan qida yarımfabrikatlarının istehlakının artımı, digəri isə sağlam qida istehlakına meyllənmədir. Bu dəyişik­lik­lərdən hər ikisi öz üstünlükləri üçün onlardan istifadə edən və ya etmək istəyən kompaniyalara yeni imkanlar açır. Misal üçün, Van den Berq(Van den Bergh) təhlükəli xolesterin yığılmasına gətirib çıxarmayan marqarin buterbordların potensialını duy­muşdu. Onun buterbord üçün Flora Pro-Active və digər bu qəbildən olan Benecol məhsullarıreal olaraq xolesterinin səviyyəsini aşağı salır, halbuki digər “yüngül yağlar” xolesterinin yığılmasına səbəb olur.  Bazarda radikal dəyişikliklər (öz sağlamlığına diqqətin artdığı və bu faktın yemək adətlərinə təsir göstərdiyində olduğu kimi) olanda və ya mövcud tələbatların rəqiblər tərəfindən ödənilə bilinməməsi halında imkanlar(digərləri üçün-K.X.) yaranır. Apple kompaniyasının mikro­kom­pü­terlər bazarında ilkin uğuru əsas etibarilə İBM-in ilk dövrlərdə bu bazara girməməsi ilə şərtlənmişdisə, Compaq və Dell-in uğurları İBM-in bölgü kanallarında dəyişikliklər etməməsindən qaynaqlanmışdı. Bazarda  tutulmamış yerlər ola bilər və bunun səbəbi kompaniyaların ya onu tuta bilməməsindən(kifayət qədər vərdiş və bacarığın olmaması səbəbindən), ya da tutmaq istəməməsindən irəli gəlir. Abel (Abell, 1990) imkanların duyulmasında və onlardan öz xeyir­ləri üçün istifadə edilməsində vaxtın düzgün seçilməsinin nə dərə­cə­də əhəmiyyətli olması üzərində dayanır. Onun strateji pəncərələr kon­sep­siyası göstərir ki, bazar tələbatları ilə təşkilatın imkanları arasında optimal uyğunluq ancaq qısa zaman müddətində mümkündür. İnvestisiya vaxta görə elə hesablanmalıdır ki, o, strateji pəncərələrin açıq vaxtına düşsün; əksinə, uğurlu uyğunluq pozulan kimi kapital qoyuluşunun ləğvi haqqında düşünülməlidir. Son iki onillikdə yapon kompaniyalarının dünya bazarlarında uğur qazanmasında əsas pay, onların bazara girməyin düzgün vaxtının - bazar tələbatlarının və onların bacarıqlarının harmonik uyğun gəldiyi vaxtı- seçə bilməsi qabiliyyəti olmuşdur. Təşkilat qarşısında yaranan imkanların nəzərdən keçirilməsi ilə yanaşı təhlükələrin də öyrənilməsi vacibdir. Bu təhlükələrin iki əsas yaranma mənbəyi vardır-kompaniyanın dərk etmədiyi və ya ayaqlaşa bil­mədiyi bazardakı dəyişikliklər və bazarda güc nisbətlərinin dəyişməsinə çalışan rəqiblərin fəaliyyəti. Dəyişən dünya təşkilatdan tələb edir ki, o, müştərilərin tələbat­la­rından xəbərdar olması üçün daima məlumatlar toplasın. Bəzi bazarlarda texniki təkmilləşmədən geri qalmamaq az əhəmiyyət kəsb etmir. 1970-ci illərin əvvəllərində cib kalkulyatorları loqarifm xətkeşlərinin bazarını məhv etdi, 1970-ci illərin ortalarında isə  elektron saatlar İsveçrə saatı istehsalçıları üçün ciddi problemə(lakin müvəqqəti) çevrildi.  Müştə­ri­lərin zövqü də dəyişir. Dəblər gəlir və gedir(və əksər vaxtlar marketinq mütəxəssislərinə təsirsiz ötüşmür), lakin dəblərin əhəmiyyətli olduğu bazarlarda ondan geri qalmamaq çox vacibdir. 7-ci fəsildə müştərilərin təhlili ilə daha ətraflı tanış ola bilərsiniz. Təşkilatın qarşısında yarana bilən ikinci təhlükə mənbəyi rəqib­lərdir. Əksər bazarlarda həm daxili, həm də beynəlxalq rəqiblər tərə­findən rəqabətin güclənməsi tendensiyası müşahidə olunur. Rəqiblərin yeni bazar imkanları axtarmaq cəhdləri və marketinq proqramları hazır­laması kəskinləşdikcə kompaniya öz marketinq fəaliyyətini təkmilləş­dir­məlidir. Birləşmiş Krallıqda bir çox sahələr güclənən beynəlxalq rəqabətə cavab verə bilmədilər və ya vermək imkanları olmadı və nəticədə onun zərbələrinə məruz qaldılar. Misal üçün, yüksək rəqabətli daşına bilən kompüterlər bazarında ilk yüngül 3 funtluq çəkiyə malik kompüterlərin meydana gəlməsi - ağır iş maşınlarını özləri ilə daşımaqdan bezən işgüzar istifadəçilərə lazım idi - həmin dövrdə FK istehsal edən kompa­niyalardan imtinaya, əsasən, bacarığını ölçünün kiçildilməsinə yönəldən Sony-dən istifadə edilməsinə səbəb oldu. Marketinqin güclü inkişaf etdiyi kompaniyalarda rəqabətin təhlili müştərilərin qiymətləndirilməsi və özünü qiymətləndirmə qədər vaxt aparır. Əhəmiyyətli səylər rəqiblərin üstünlüklərinin, çatışmamazlıqlarının və onların ehtimal edilən strate­giyalarının müəyyən edilməsinə yönəlir (8-ci fəsilə bax). 2.3.3 Situasiyalı təhlil (SWOT-təhlil) Təşkilatın yuxarıda təsvir  etdiyimiz zəif və güclü tərəflərinin (əsas eti­barilə onun daxili xüsusiyyətləri konteksindən) təhlilini bazarın təhlili (daxili xüsusiyyətləri) ilə birgə aparmaq olar  ki, bunu situasiyalı və ya SWOT-təhlil adlandırırlar(güclü tərəflər, zəifliklər, xarici imkanlar və təhlükələr) (şəkil 2.4) Situasiyalı təhlilin ikili məqsəd daşıyır. Birincisi, o, təşkilata və onun bazarına təsir göstərən daha əhəmiyyətli həm daxili, həm də xarici amillərin aşkarlanmasına cəhd göstərir. O menecerə həlledici məsələlər üzrə operativ məlumatlar verir. İkincisi, o, üstünlük və zəifliyin xarici imkan və təhlükə ilə üst-üstə düşməsini nəzərdən keçirməsinə baxma­ya­raq, strategiyanın hazırlanmasına kömək edir (şəkil 2.5) Onun köməyilə təşkilat harada öz gücünü hücuma, harada müdafiəyə sərf etməyi və harada öz zəiflikləri ucbatından bazar dəyişiklikləri və rəqiblər önündə gücsüz qala biləcəyini təyin edə bilər. Daxili Xarici Güclü tərəflər Biz öz rəqiblərimizlə müqayisədə nəyi daha yaxşı etməyi bacarırıq? İmkanlar Hansı dəyişikliklər bizim üçün yeni imkanlar açır? Əlverişli cəhətlər Zəif tərəflər Biz rəqiblərlərimizdən nələrdə geri qalırıq? Təhlükələr Hansı təhlükələrdən qaçmaq, hansılarına isə müqavimət göstərmək lazımdır? Təhlükəli cəhətlər   Şəkil 2.4. Situasiyalı təhlil   Xarici imkanlar Təhlükələr Güclü tərəflər İmkan yaranan sahədə güclü tərəfləri işə salmaq Təhlükələrə müqavimət göstərmək üçün güclü tərəflərdən istifadə etmək Zəif tərəflər Xarici imkanlardan səmərəli istifadə etmək üçün yeni güclü tərəflər yaratmaq Təhlükələrə müqavimət göstərmək üçün yeni güclü tərəflər yaratmaq 2.3.4 Baza strategiyası Yuxarıda təsvir etdiyimiz təhlilə əsasən kompaniya öz konkret bazar­la­rında uğur əldə etməyin həlledici amlillərini(bəzən bunları müvəf­fə­qiyyətin böhranlı amilləri də adlandırırlar) müəyyənləşdirməyə çalışır. Sənayenin uğurunun həlledici amilləri - onun fəaliyyət göstərməsi üçün həyati əhəmiyyətli olan amillərdir. Uğurun həlledici amilləri müvəf­fəqiy­yətli kompaniyalar ilə zərərə işləyən kompaniyaların və ya sahə liderləri ilə ortabab kompaniyaların müqayisəsi əsasında müəyyənləşdirilir. Əksər hallarda onlar kompaniyanın nəyə daha çox təsir göstərə bilməsini, yəni, əlavə konkret güclərin sərfi  ilə  harada daha maksimal effektin əldə edilə biləcəyini göstərir. Misal üçün, yeyinti məhsulları sənayesində uğurun həlledici amillərini istehsalçı ilə pərakəndə tacir arasındakı münasibətlər təşkil edə bilər.  Böyük şaxələnmiş strukturlarda(pərakəndə ticarətin yarım düjü­nün­dən də az paya malik əsas zəncirlərinin payına Birləşmiş Krallığın yeyinti məhsulları satışının 80%-ə qədəri düşür) belə bir hal mövcuddur ki, əgər yeni yeyinti məhsulu əsas ticarət mərkəzlərində bölüşdürülmürsə, onda, potensial bazarın əhəmiyyətli hissəsi itirilir. Əmtəə bazarlarında uğurun həlledici amilləri məsulun fərdiləşdirilməsinin yeganə vasitəsinin qiymət  olduğu zaman, dəyərin aşağı salınmasına imkan verən istehsalın səmərəliliyi ilə bağlı olur. Omae (Ohmae, 1982) qeyd edir ki, yapon lift təsərrüfatı üçün uğurun həlledici amilləri xidmətlə bağlıdır - sıradan çıxmış lift dərhal təmir edilməlidir, çünki, yaponların liftdə qalmaqdan zəhlələri gedir. Çoxnomenklaturlu və çoxfiliallı təşkilatlar üçün baza strate­gi­yasının hazırlanması zamanı başqa bir amilin də - təşkilatın müxtəlif fəa­liyyətləri vahid tamda nə cür birləşməsi, yəni, hər bir fəaliyyət nö­vünün təşkilatın ümumi portfelində rolunun da (3-cü fəsil) -  nəzərə alınması tələb olunur. Kompaniya öz bacarığını, bazar imkanları və təhlükələrini, öz sahəsində uğurun həlledici amilləri və konkret məhsulların və ya işlərin təş­kilatın ümumi portfelində rolunu müəyyənləşdirikdən sonra öz mar­ketinq məqsədlərini müəyyənləşdirir. Təşkilatın həm qısamüddətli, həm də uzunmüddətli məqsədləri olmalıdır. Uzunmüddətli məqsədlər bütöv­lükdə təşkilatın təyinatını göstərir: o uzunmüddətli perspektivdə nəyə çatmaq istəyir. Lakin bildiyiniz kimi, uzunmüddətli məqsədlərə nail olmaq üçün onları uzunmüddətli məqsədlərə xidmət edən daha qısa­müd­dətli məqsədlərə transformasiya etmək lazımdır. Kommersiya sfera­la­rında fəaliyyət göstərən təşkilatların uzunmüddətli məqsədləri əsasən mənfəətə və ya  bazar hökmranlığına hesablanır. Qeyri-kommersiya təş­ki­latları da öz qarşılarında qısamüddətli və uzunmüddətli məqsədlər qo­yurlar. Misal üçün, Qrinpisin uzunmüddətli məqsədi dünya ətraf mühi­tinin qorunması təşkil edir. Onun 1990-cı illərdə qısamüddətli məq­səd­lə­rinə isə təkcə rezonansa səbəb olan Shellin neft platformasının Şima­li Ame­rikada batması deyil, həm də inkişaf etməkdə olan ölkələrin hidroe­ner­getik sistemlərin təsiri altında ətraf mühitin məhvi kimi qlobal problemlərlə bağlı idi. Uzunmüddətli və qısamüddətli məqsədlər tez-tez qarışdırılır və bu məqsədlərin bir-birindən ayrı surətdə müəyyənləşdrilməsi qısamüddətli məqsədlərə nail olmanın uzunmüddətli məqsədlərə çatmağa heç nə verməməsi və bəzi hallarda isə hətta maneəçilik yaratması təhlükəsini yaradır. Misal üçün, uzunmüddətli məqsədlər -bazarda hökmran mövqe tutma - qarşısına qoyan kommersiya təşkilatı tez-tez qısamüddətli məq­sə­dinin -mənfəətin maksimallaşdırılması - ona uyğun gəlməməsi ilə üzləşir. Bununla belə əksər menecerlər uzunmüddətli iş nəticələrinə görə deyil, illik nəticələrə görə mühakimə olunurlar; buna görə də  onlar bazarda daha dayanıqlı mövqe yaradılmasını qısamüddətli məqsədlərə-mənfəətin əldə edilməsinə - qurban verirlər(bax, 1-ci fəsildə ümumi biznesin iştirak­çılarının motivləşdirilməsi nəzərdən keçirilir). Təşkilatın baza strategiyası – onun məqsədlərinə çatılması üsul­larıdır. Fərz edək ki, ən yaxın rəqibindən ən azı iki dəfə çox bazar payına malik kompaniya öz qarşısında uzunmüddətli məqsəd qoyur - X bazarında lider mövqeyini tutmaq. Bu zaman baza strategiyası bu məq­sədə çatmaq üçün ya mükəmməl texnologiyanın istifadəsinə, ya daha aşağı qiymətlərə, ya da daha yaxşı xidmətə və ya daha yüksək keyfiyyətə əsaslanmalıdır. Baza strategiyası kompaniyanın korporativ məqsədlərinə çatması üçün təşkilatın həlledici bacarıq ustünlüyündən istifadə edərək uğurun həlledici amillərinə təsir göstərir. Kompaniyanı mühafizə etməli olan baza strategiyası məhsulun və ya xidmətin həyat tsiklinin mərhələlərindən asılı olaraq müxtəlif ola bilər. 2.6 şəklində kompaniyanın məhsul və ya xidmətinin xüsusiyyətlərini təkmilləşdirmək üçün alternativ təsir üsulları verilmişdir. Təşkilat əsas seçimini  satışın həcminin artırılması və cari satışın gəlirlilik dərəcəsini artırılması (və ya hətta daralan bazarda satışın həc­mini azaltmaqla) arasında edir. Əgər məqsəd satışın artırılmasıdırsa, onda da təşkilatın sərəncamında iki əsas yanaşma olur.  Bütün bazarı geniş­ləndirmək olar (baxmayaraq ki, bunu istənilən vaxt etmək müm­kündür, lakin  həyat tsiklinin ilk mərhələlərində-inkişaf mərhələlərində bu daha asan olur).Yaxud da mövcud bazarda payın artırılması(kompaniya bunu daha çox inkişafın sonrakı/yetkinlik mərhələlərində istifadə edir). Bazarın genişləndirilməsi Bazar genişləndirilməsi məhsul və ya xidmətin yeni istifadəçilərinin aş­kar edilməsi və cəlb edilməsi və ya bazarı stimullaşdırmaq üçün yeni məh­sulların hazırlanması yolu ilə ola bilər. Yeni istifadəçilər kom­pa­niyanın fəaliyyət coğrafiyasını genişləndirir (həm ölkə daxilində, həm də ölkə xaricində). Asda kompaniyası(indi Wal-Marta məxsusdur) istehsal etdiyi yeyinti məhsullarına yeni müştərilər tapmaq üçün öz fəaliyyətini bazalarının yerləşdiyi Yorkşirdən cənuba yönəltdiyi vaxtda, Sainsbury yeni bazarlara hücuma ölkənin cənub-şərqindən şimalına istiqa­mət­lən­məklə həyata keçirdi. Yeni seqmentləri həm də məhsula olan mövcud və ya gizli tələbatlarla da əldə etmək olar. Əvəllər məhsullarını ancaq xəstə uşaqların valideynlərinə satan Lucozadenin mövqeyini yüksək kalorili içkilərə dəyişməsi məhsul bazarı üçün yeni seqmentlərin aşkar edil­mə­sinə şərait yaratdı. Klassik tipli “hər hansı əlavə xidmətsiz” easyJet və Ryanair kimi aviokompaniyalarının nəzərəçarpan inkişafının arxasında təkcə bazarın ələ keçirilməsi deyil, həm də “daha çox insanlar daha tez-tez uçurlar” prinsipi əsasında onun genişləndirilməsi durur. Ryanair avia­kom­paniyası ondan başqa heç kimin uçmadığı marşrutları dəqiq seçərək bəzi hallarda dörd dəfədən artıq sərnişin axını artımına nail olur. Freelander, Discovery, Range Rover brendlərinin sahibi olan Land Rover kompaniyası sürücülərə maşınlarını onların maşın markalarına dəyişməyi təklif etməklə tam ötürücü avtomobillərə tələbi artırmağa qərar verdi. İlk addımda vərəqələr və birbaşa poçt reklamları vasitəsilə müəssisənin ideyası ilə maraqlanan sürücülərin aşkar olunmasına başlanıldı. Daha sonra kompaniya diler mükafatı olmadan müştərilərə genişləndirilmiş test-drayv (sürmə sınağı) təqdim edən dilerlərlə şəxsi görüşlər keçirməyə, birbaşa poçt reklamlarının göndərilməsinə,  telefonla birbaşa marketinq aparmağa başladı. Kompaniyanın fəaliyyətinin 12 ayında müştərilərin məlumat bazasına 80 000 perspektiv potensial alıcı əlavə edildi, 10 000 test-drayv həyata keçirildi ki, onlardan 28%-i satışla yekunlaşdı.  Kompa­niyanın hesablamalarına görə, onun 1 mln. funt sterlinq həcmində qoyul­muş investisiyası 100 mln. funt sterlinq əlavə satışla nəticələndi (RoyalMail.com, November 2001). Bir sıra məhsullar üçün yeni istifadə formalarını müəyyən­ləş­dirmək olar. Misal kimi prezervativlərdən(1960 və 1970-ci illərdə demək olar ki, hamiləliyə qarşı vasitə kimi tamamilə istifadə olunmur və daha geniş yayılmış mayalanmaya qarşı dərmanlardan və analıqdaxili qurğu­lar­dan istifadə olunurdu) QİÇS-dən qorunma vasitəsi kimi istifadə olun­ma­sını göstərmək olar. Məişət vasitələri kateqoriyasından olan Flash təmizləyicisiniilk olaraq döşəmələrin silinməsi vasitəsi kimi satırdılarsa, indi, onu həm də vanna və tasların təmizlənməsi üçün uni­ver­sal məhsul kimi təqdim edirlər. Şəkil 2.6 Strateji istiqamətlər Payın artırılması İnkişaf etmiş bazarlarda bazar payının artırılması əsasən rəqiblərin he­sabına mümkün olur.  Bazar payının artırılmasının əsas üsulları bun­lar­dır: rəqib təşkilatın müştərilərini öz tərəfinə çəkmək; rəqiblərlə birləşmə (yaxud da onların əldə edilməsi); rəqiblərlə, təchizatçılarla və/və ya distrib­yutorlarla strateji əlaqələrin qurulması. Rəqib təşkilatların müştə­ri­lərini öz tərəfinə çəkə bilmək üçün kompaniya onlara rəqiblərindən daha yaxşı xidmət göstərməlidir. Bu, rəqiblərin zəif cəhətlərinin təyin edilməsi və ya kompaniyanın güclü bacarıq və cəhətlərinin daha yaxşı tətbiq edilməsi ilə mümkündür. Marketinq tədbirlər planına daxil olan hər bir elementi – məhsulu, qiyməti, reklam-təbliğat fəaliyyətini və bölüş­dürməni - elə tətbiq etmək olar ki, müştərilərə istehsal-kompaniyasını onlara lazım olan məhsul və ya xidmətə dəyişmək üçün əlavə dəyər və ya hər hansı bir üstünlük təqdim etmiş olsun. Bəzi məhsullar üçün bazarın alternativ genişləndirilməsi onların istifadə edilmə tezliyinin artırılması yolu ilə də ola bilər. Guiness reklam kampaniyası (Ogilvy& Mather reklam agentliyiyaratdığı Guiness kampaniyası) pivəni hadisədən-hadisəyə(təxminən ayda bir dəfə) içən müş­təriləri mütəmadi istehlaka(heç olmasa həftədə bir dəfədən az olma­yaraq) təhrik etməyə səy göstərirdi.  Colman’s kompaniyası müştəriləri daha çox xardal istehlak etməsinə çalışır, Hellman’s kompaniyası isə mayonezin təkcə yay salatlarına əlavə edilməsi kimi ənənəvi istifadə ilə məhdudlaşmamasına və mayonezdən daha rəngarəng istifadə edilməsinə səy göstərir.Qarabaşaq yarması əsasında quru naharlar indi sutkanın istənilən vaxtında yeyilə bilən sağlam qida kimi təqdim olunur. 1999-cu ildə Birləşmiş Krallığın uşaq xeyriyyə təşkilatı xeyriyyə məqsədləri üçün ianələrin payını artırmaq qərarını verdi. O, 35-54 yaş arası insanlara istiqamətlənmiş və “Uşaqlara gələcəklərini qaytaraq”  şüarı altında reklam və təbliğat işlərinə 1 milyon funt sterlinq pul sərf etdi. 6 aylıq kampaniya ərzində (2004-cü ilin aprel ayınadək) digər uşaq xeyriyyə təşkilatlarının payları azaldığı halda onun ianə payı 66% art­mışdı. Əvvəllər ianəçilərin 19%-ni təşkil edən əsas bazar məqsədi(ABC1 qrupundan uşaqları olan 35-54 yaşlılar), indi 34%-ə qədər artmışdı. Kompaniyanın vebsaytına həftədə 2000-dən çox adam girirdi(müqayisə üçün kampaniyaya qədər bu rəqəm 700 idi), heroinin istifadə edil­məsindən əziyyət çəkən körpənin təsvir edildiyi şiddətli müzakirələrə səbəb olmuş reklamın isə KİV-lərdə işıq üzü görməsi nəticəsində əlavə 630 000 funt sterlinq vəsait daxil oldu. Rentabelliyin artırılması Satışın həcmi aşağı olduqda rentabelliyi ümumi mənfəətin artırılması ilə yüksəltmək olar. Adətən bu qiymətin artırılması, xərclərin azaldılması və ya hər iki metodun tətbiqi ilə edilir. Çoxnomenklaturalı kompaniyalarda, bu, həmçinin yaxın məmulatların “təmiz” assortimenti hesabına, kom­paniya üçün sərfəsiz olan məhsulların istehsalının dayandırılması və  ma­liyyə cəhətdən daha həyat qabiliyyətli məhsullara istiqamətlənmə ilə mümkün ola bilər. Lakin dəryazı ələ götürməzdən əvvəl  belə “təmiz­ləmənin” uzunmüddətli mövqeləşdirməyə təsiri diqqətlə öyrənilməlidir. Misal üçün, ola bilər ki, ilk baxışdan  sərfəsiz görünən assortimentin saxlanması həddən artıq vacibdir: həmin assortimentsiz kompaniya bazar­da tam şəkildə və ya həmin bazarın oyuğunu yaradan şəxsi xüsu­siy­yətlərlə öz fəaliyyətini davam etdirə bilməz. Belə məhsullar, rəqib təşkilatları masasında yerə təminat verən, strateji oyunun sərhəd dirəkləri kimi nəzərdən keçirilməlidir Həmçinin bax: 2. Marketinqin strateji planlaşdırılması 2.1 Təşkilatın məqsədi və ya missiyası 2.2 Marketinq strategiyasının hazırlanma prosesi 2.3 Baza strategiyasının müəyyənləşdirilməsi 2.4 Rəqabətli mövqeləndirmənin yaradılması 2.5 Strategiyanın tətbiqi 2.6. Praktikadan misal: Playboy
['baza strategiyası', 'marketinq strategiyası']
6,381
https://kayzen.az/blog/qan-damar/2156/%C3%BCr%C9%99k-v%C9%99-qan-damarlar%C4%B1.html
Ürək və qan damarları
loğman
Qan-damar sistemi
21 avqust 2010, 09:04
Ürək-əzələdən təşkil olunmuş, içi boş orqandır. Ürəyin daxili hissəsi 2 qulaqcığa və 2 mədəciyə ayrılır. Qan qulaqcıqdan mədəciyə xüsusi axar vasitəsilə tökülür. Qulaqcıqlarla mədəciklər arasında taylı qapaqlar vardır ki, bu da mədəciyə tökülən qanın qulaqcığa geri qayıtmasına mane olur. Ürəyin sol hissəsində 2 ədəd, sağ hissəsində 3 ədəd qapaq olur. Ürəyin sol mədəciyindən çıxan aorta və sağ mədəciyindən çıxan ağ ciyər arteriyası arasında isə aypara qapaqları olur. Aypara qapaqları mədəciklərdən çıxan qanın geri axmasının qarşısını alır. Ürək qapaqcıqları qanın qulaqcıqdan mədəciyə, mədəcikdən isə aorta və arteriyaya birtərəfli axmasını təmin edir. Ürəyin yuxarı genişlənmiş hissəsi əsası, nisbətən daralmış aşağı hissəsi isə təpəsi adlanır. İnsan ürəyinin kütləsi təqribən 250-360q arasında dəyişir. İnsan ürəyi döş qəfəsinin sol nahiyyəsində assimmetrik vəziyyətdə yerləşir. Ürək perikard adlanan kisə ilə örtülmüşdür. Ürək xaricdən epikard, ortadan əzələvi qat olan miokard, daxildən isə endokarddan təşkil olunub. Miokard ürəyin əsas kütləsidir. O, xüsusi qrup eninəzolaqlı əzələ toxumasıdır. Skelet əzələlərindən bir neçə əlamətlərinə görə fərqlənir. Onun hesabına da ürək hər hansı 1 qıcığa bütövlükdə cavab verir. Ürək qeyri-iradi fəaliyyət göstərdiyi halda skelet əzələləri iradi olaraq yığılıb açılır. Ürək daxildə döş qəfəsi boşluğunda yerləşdiyi halda, skelet əzələləri nisbətən xaricdə sümüklər üzərində yerləşir. Paralel yerləşən əzələ liflərini 1-1-ilə birləşdirən tipik liflər olur ki, onlar da ürəyin avtomatizmini təşkil edirlər. Həmin  liflərin tərkibində ehtiyat qida maddəsi qlikogen daha çoxdur və Purginye lifləri adlanır. Ürək ritmik olaraq yığılıb-açılması üçün lazım olan qıcığı aşağı və yuxarı boş venalara birləşərək sağ qulaqcığa daxil olduğu nahiyədə yerləşən sino-atrial düyündən alır. Keyks Flak  düyünü ürək avtomatizminin funksional sisteminin başlanğıcıdır. Oyanma impulsu bu düyündən 800-1500 mm/san sürətlə 2 qulaqcıq arasındakı atriventikulyar sinus adlanan və ürək avtomatizminin 2-ci hissəsini təşkil edən sahəyə ötürülür. Lakin burada oyanma dalğasının sürəti çox zəif-200 mm/san olur. Bu sürətə malik oyanma  impulsları ürək avtomatizmi funksional sistemin 3-cü hissəsinə şatdırılır. 3-cü hissə sağ və sol mədəciklər arasındakı arakəsmədə yerləşir və Hissa dəstəciyi adlanır. Bu  dəstəcikdə oyanma  dalğalarının nəql olunma sürətə artaraq 4000 mm/san çatır. Hissa dəstəciyinin lifləri 2 ayaqcıq şəklində sağ və sol mədəciyin əzələ liflərində yayılırlar. Oyanma dalğaları ürəyin qulaqcığından mədəciyinə məhz Hissa dəstəciyi tərəfindən ötürülür. Ürək boyunca yayılan oyanma  impulsu mərkəzi sinir sistemi tərəfindən aparılır. Ürək fəaliyyətində 2 cür efferent sinir təsir göstərir ki, bunlara simpatik və azan sinir lifləri aiddir. Simpatik  sinirlər ürəyin fəaliyyətinə qüvvətləndirici və yaxud gücləndirici, azan sinir isə tormuzlandırıcı təsir göstərir. Ürəyin tsiklini ürək əzələsinin ritmik olaraq yığılıb-açılması təşkil edir. Sağlam insanda 1 dəqiqə ərzində ürək tsikli 65-75 dəfə olur. Hər ürək tsikli 3 fazadan ibarətdir: 1.Qulaqcıq və mədəciklərin yığılması-sistola fazası 2.Qulaqcıq və mədəciklərin ardıcıl boşalması-diastola fazası 3.Eyni vaxtda qulaqcıq və mədəciyin ümumi boşalması-pauza Bir ürək tsikli 0,8 saniyəyə bərabər olur. Bu vaxtın təxminən 0,1 saniyəsi qulaqcığın sistolasına, 0,3 saniyə mədəciklərin sistolasına, 0,4 saniyəsi isə ümumi diastolaya, yəni pauzaya sərf olunur. Qan damarları Qanın hərəkətini həyata keçirən sistemə ürək, arteriyalar, venalar və kapilyarlar daxildir. İnsanda qan dövranı qapalıdır. Qanın hansı sürətlə hərəkət etməsindən asılı olmayaraq bu prosesdə əsas yeri ürəkdə əmələ gələn təzyiq, damar divarlarındakı əzələlərin ritmik təqəllüsü və 1 çox xarici amillər tutur. Lakin ümumi götürdükdə qan dövranı orqanlarının fəaliyyətinə həm daxili sekresiya vəziləri, həm də sinir sistemi nəzarət edir. Damarlar quruluşuna və funksiyalarına görə arteriyalara, venalara və kapilyarlara bölünür. Ürəkdən orqan və toxumalara qan aparan damarlara arteriyalar deyilir. Ürəkdən çıxan ən böyük damar aorta damarı adlanır. Bu damarlar bütün orqan və toxumalara getməklə onları oksigen və qida maddələri ilə təmin edir. Arteriyalar orqan və toxumalara çatdıqda daha nazik şaxələrə ayrılır ki, onlar kapilyarlar adlanır. Kapilyarların arteriyalara yaxın hissəsi arteriola adlanır. Oradakı incə deşiklərdən qandakı qida və oksigen hüceyrəarası mayeyə ötürülür. Maddələr mübadiləsi nəticəsində hüceyrədə əmələ gəlmiş çöküntü məhsulları və karbon qazı hüceyrəarası mayedən kapilyarların venulla adlanan hissəsinə yığılır, orda isə postkapilyar venalara, kiçik və böyük mənfəzli venalara, aşağı və yuxarı boş venalara və nəhayət ürəyin sağ qulaqcığına tökülür. Qeyd etməliyik ki, qanın damar sistemi quruluşca müəyyən qədər oxşar olsa da, fərqli cəhətləri də çoxdur.  Oxşar cəhətləri odur ki, həm arteriya, həm də  venaların hamısı eyni saylı qatlardan ibarətdir. Xaricdən sıx birləşdirici toxuma qatı, onun altında saya əzələ qatı, daha sonra isə elastiki liflər qatı və daxili hüceyrə qatı var. Kapilyarlar isə tək qatlı yastı  hüceyrələr qatından ibarətdir. Arteriya, vena və kapilyarlar qeyri-iradi olaraq fəaliyyət göstərir. Ürək və qan-damar sistemi Fərqləndirici cəhətləri isə bunlardır: yuxarıda göstərilən qatlar arteriya damarlarında venalara nisbətən daha qalındır, vena damarlarında qanın geri axmaması üçün klapanlar-cibciklər var, aorta və arteriyalarda qanın hərəkət sürəti 0,5 m/s, venaların ürəyə yaxın yerlərində 0,2 m/san-dir. Eləcə də qan təzyiqi arteriyalarda yüksək olur. Arteriya damarları daha dərindən keçir, venalar isə əksər hallarda bədənin səthi ilə gedir ki, bunun böyük fizioloji əhəmiyyəti var. Venaların bədənin səthində olması qanın ürəyə doğru hərəkətinə əks təsir göstərən qüvvələrin azalmasını təmin edir. Arteriyanın dərindən keçməsi orqan və toxumaların yaxşı qidalanmasına şərait yaradır. Aorta və arteriyalar qanı ürəkdən periferik orqan və toxumalara aparır, venalar isə orqan və toxumalardan ürəyə aparır. Lakin bu qanunauyğunluq kiçik qan dövranında pozulur.
['ürək', 'ürəyin quruluşu', 'qan-damar sistemi', 'damar', 'qan damarı']
6,382
https://kayzen.az/blog/ramazan/2790/ramazan-ay%C4%B1n%C4%B1n-g%C3%BCnd%C9%99lik-dualar%C4%B1-s%C9%99kkizinci-g%C3%BCn.html
Ramazan ayının gündəlik duaları (Səkkizinci gün)
Cavid
Ramazan ayı
18 avqust 2010, 00:18
8-ci günün duası Allahummərzuqni fihi rəhmətəl-əytami və itamət-təami və ifşaəs-səlami və sohbətəl-kirami bitaulikə ya məlcəəl-amilin! Allahım bu ayda mənə yetimlərə mehribançılığı, aclara təam verməyi, salamı aşkar etməyi və kəramət əhli ilə oturub-durmağı nəsib et, ətalarına хatir ey arzu edənlərin sığınacağı! Bu günün duasında Allah-taaladan bizi bir neçə хeyir və bəyənilən əməli yerinə yetirməyə müvəffəq etməsini diləyirik. Yetimlərə mehribanlıq və qayğı göstərmək İslamda çoх təkid edilmiş məsələlərdəndir. Allah-taala Quranda yetimlər məsələsinə хüsusi diqqət yetirib və müхtəlif ifadələrlə müsəlmanları yetimlərə diqqətli olmağa, onların mallarına toхunmamağa əmr edib. Qiyamət günü keçmiş əməllərinə görə peşman olacaq insanlardan birinin yetimlərə ehtiram göstərməyənlər olduğunu buyurur.(Fəcr 17) Bu məsələyə hədislərdə də хüsusi təkid edilib və yetimlər üçün cəmiyyətin bütün üzvlərinin məsuliyyət daşıdığı bildirilib. Təsadüfü deyil ki, İmam Əli (ə) ömrünün son anlarında etdiyi vəsiyyətdə yetimləri nəzərdən qaçırmamaq və onlara qayğı göstərməyi хüsusi vurğulayıb. Buyurur: «Yetimlər barəsində Allahdan qorхun, Allahdan qorхun! Belə ki, onların ağızları üçün növbə təyin etməyin. Onlar sizin yanınızda məhv və heç olmasınlar.» Duanın davamında Allahdan bizə aclara təam yedirtməyi nəsib etməsini istəyirik. Maraqlıdır ki, Fəcr surəsinin yuхarıda işarə etdiyimiz ayəsinin davamında Qiaymət günü peşman olacaq insanların digər bir sifətlərinin onların bir-birlərini acları yedirtməyə həvəsləndirməmələri olması buyururlur. Peyğəmbər (s) bizə belə dua etməyi ona görə öyrədir ki, həm bu işdən qafil olmayaq və aclara ehsan edək, həm də bir-birmizi bu işə həvəsləndirək ki, Qiyamət günü peşmançılığımıza səbəb olmasın. Bu barədə diqqət edilməli ən zəruri məsələlərdən biri ehsanlara həqiqi acların dəvət olunmalarıdır. Çünki çoх vaхt ehsanlar verilir, yemək süfrələri açılır, amma həmin süfrədə bəzən yüzlərlə adamın olmasına baхmayaraq bir nəfər belə imkansız və həqiqi ac tapılmır. Bu da təbii ki, Allah-taalanın buyurduğu ehsan olmur. Çünki Allahın bəyəndiyi ehsan süfrəsinin qonaqları həqiqi imkansızlar olmalıdırlar və ehsana savab verilməsinə də səbəb bu olur ki, bir neçə acın qarnı həmin süfrədə doyur. Yoхsa öz evində bundan da yaхşı yemək imkanı olan şəхsi şan-şöhrət üçün ehsan və iftar süfrəsinin başında oturtmaq, qonşu və ya məhəlldə isə hansısa acın qalması İslam meyarları ilə bir araya sığmazdır. Duadakı digər bir istəyimiz salamı aşkar etməkdir. Salamı aşkar etməkdən məqsəd biri ilə qarşılaşarkən salamı ilk və gözəl şəkildə verməkdir ki, bildiyimiz kimi çoх böyük fəzilətlərdəndir. Bildiyimiz kimi Allah-taalanın salam vermək üçün nəzərdə tutduğu savabın çoхu salamı birinci verən şəхsə düşür. Çünki salamı ilk vermək insanın özünü kiçiltməsi və təvazökarlıq kimi əlamətlər vardır ki, İslamda ən bəyənilən sifətlərdəndir. Digər bir istək kəramət sahibləri ilə yoldaşlıq etmək və outur-durmaqdır. İnsan üçün ən böyük хoşbəхtliklərdən birinin onun yoldaşlarının yaхşı olması hamıya məlumdur. İnsanın dostunun yaхşı olması onun dünya həyatında təsirli olduğu kimi aхirətinə də təsir göstərir. Elə Qiyamətdə peşmançılıq çəkənlərdən biri də dostu pis olan adam olacaq. Qurani Kərim  həmin şəхsin «Vay halıma! Kaş filankəsi özümə dost tutmayaydım» deyəcəyini buyurur. Belə olan halda kəramət sahibləri ilə yoldaşlıq etmək də təbii ki, insanın daha da kamilləşməsi və nəhayət kəramət sahibinə çevrilməsi ilə nəticələnir. Bütün bunların gerçəkləşməsi isə yalnız Allahın köməyi ilə mümkündür. Odur ki, yeganə sığınacaq yerimiz olan Allaha üz tutur və bu mübarək günlərdə İslam Peyğəmdərinin (s) bizlərə Allahdan nə istəməyin bizim üçün gərəkli olduğunu buyurduqlarını Allahda istəyirik. Çünki Peyğəmbər (s) təkcə ilahi hökmlərin çatdırılmasında deyil bütün sahələrdə, o cümlədən bizim Allahla razü-niyaz etməyimizdə də bələdçimizdir. Bələdçisi elə yolun öz sahibi və memarı olan şəхs isə ona tabe olacağı təqdirdə mütləq nicat tapacaqdır.
['oruc duaları', 'Ramazan ayının duaları', 'oruc duası', 'gündəlik oruc duaları', 'Ramazan duası', 'ramazan duaları']
6,383
https://kayzen.az/blog/karyera/2737/rezyume-cv-haz%C4%B1rlamaq.html
Rezyume (CV) hazırlamaq
təpəgöz
Karyera və yüksəliş
17 avqust 2010, 23:41
Rezyume (CV,tərcümeyi-hal,iş anketi) şəxsin təhsili, iş təcrübəsi və peşəkar bacarıqları haqqında məlumatların sistemli xülasəsidir. Rezyume reklamın bir formasıdır və onun məqsədi sizin müsahibəyə çağırılmanızı təmin etməkdir. Bu müsahibə müxtəlif mədsədlər üçün keçirilə bilər: yeni işə qəbul olmaq, karyera pilləsində irəliləmək, peşəkar təşkilata üzvlük əldə etmək, qeyri-hökumət təşkilatının idarə heyyətinə üzv seçilmək və s. Hər bir reklamda olduğu kimi, sizin məqsədiniz diqqəti ən yaxşı xüsusiyyətlərinizə cəlb etmək və zəif tərəflərinizi göstərməməkdir. Əgər siz əmək bazarındasınızsa, rezyumenizin olması sizi daha məsuliyyətli və hazırlıqlı göstərir. İşlədiyiniz zaman rezyumenizi yeniləməyiniz sizə imkan verir ki, qarşınıza çıxan daha yaxşı iş imkanlarından istifadə edəsiniz. Əgər bir neçə il ərzində iş axtarmamısınızsa, rezyumenizi hazırlamanız sizi gələcək 2-3 il ərzində daha cəlbedici namizəd olmaq üçün nə etməli olduğunuz barədə daha məlumatlı edəcək. Rezyumenin yazılması sizin şəxsiniz ətrafında qurulan bir prosesdir: rezyumedə gözə çarpacaq şəxs Sizsiniz! İş təklif edən şəxslər öz şirkətlərində gəncləri görmək istəyirlər. Onlara sizin yeniliyiniz və ruh yüksəkliyiniz lazımdır. İş təklif edən şəxslər sizin gördüyünüz işdə maraqlı və məsuliyyətli olmağınızı istəyirlər. Onlar sizdən uyğun iş təcrübəsi istəyirlər, çünki bu sizin məhz bu növ işlə məşğul olmaq istədiyinizi göstərir. İş təklif edən şəxslər sizdən yolayovuqluq və yaxşı davranış gözləyirlər. Onlar sizin həmkarlarınızla yola getməyinizi və etibarlı əməkdaş olmağınızı istəyirlər. Siz dərk etməlisiniz ki, siz rezyumenizi gələcəkdə sizi işə qəbul edəcək şəxs üçün yazırsız. Məhz bu səbəbdən reymunenizə məhz sizin uyğun namizəd olduğunuzu təsdiq edəcək keyfiyyətləri yazmalısınız. Format və Üsluba Nəzarət Yaxşı təəssurat yaratmaq üçün sizin 45 saniyədən də az vaxtınız var. Bu sıradan işə qəbul edən şəsxin hər hansı bir rezyumeni “ola bilər” yaxud “ola bilməz” siyahısına aid etməzdən əvvəl ona sərf etdiyi vaxtdır. Əgər rezyumeniz sərrast deyilsə, çox güman ki, heç kəs onu diqqətlə oxuyub sizin bacarıqlarınızı qiymətləndirməyəcək. Rezyumenizi keyfiyyətli, məktub ölçülü kağızda çap etməyiniz çox vacibdir. Çalışın ki, rezyumeniz, müraciət məktubunuz və zərfiniz eyni rəngli kağızdan olsunlar. Vərəqin kənarlarında kifayət qədər boş haşiyə saxlayın və fikir verin ki, etdiyiniz düzəlişlər gözəçarpan olmasın. Kursivlə çap etməkdən çəkinin, çünki bu yazının oxunuşunu çətinləşdirir. Əgər kompyuter və ya printerinizin keyfiyyətindən əmin deyilsinizsə, rezyumenizin çapını peşəkarlara həvalə edə bilərsiniz. Rezyumenizin surətini çıxarmaq üçün ofset printer və surətçıxaran maşından istifadə edin. Görüntü baxımından, sizin əsas məqsədiniz məlumatın asanlıqla yadda qalmasını təmin etməkdir. Başlıqlardan istifadə etməklə mətni hissələrə bölün. Bu başlıqlar diqqəti sizin iş təcrübəsi və təhsil kimi müxtəlif bacarıqlarınıza cəlb etməlidir. Əsas məqamların altından xətt çəkin yaxud onları böyük hərflərlə yazın və olnarı vərəqin sol küncündə yerləşdirin. Ən mühün keyfiyyətlərinizi sadalamaq üçün siyahılardan istifadə edin. Qaydalara fikir verin. Əmin olun ki, başlıqlar və siyahılar qramatik baxımdan həmcinsdirlər. Qramatika, orfoqrafiya qaydalarından və durğu işarələrindən düzgün istifadə etdiyinizdən əmin olun. Rezyumenizin müsbət təəssurat yaratmaq üçün bir neçə saniyəsi var. Sizin şəxsinizin ön planda olması və oxuyan şəxsin diqqətinin cəlb olunması çox vacibdir. Yazı üslubunuz sadə və birbaşa olmalıdır. Uzun cümlələrin əvəzinə, qısa və konkret cümlələr işlədin. Bir qayda olaraq, bir səhifəlik rezyume yazmağa çalışın. Əgər sizin həddən artıq böyük təcrübəniz varsa və yüksək səviyyəli işə müraciət edirsinizsə, daha uzun rezyume hazırlaya bilərsiniz. Əsas olan bacarıq və nailiyyətlərinizin inandırıcı və dəqiq təsvirini təqdim etmək üçün kifayət qədər yer ayırmağınızdır.   Məzmunun tərtib olunması Potensial iş təklif edən şəxslərin çoxu müəyyən məqamların hər bir rezyumedə olmasını gözləyirlər. Bunlardan ən əsası ad, ünvan, təhsil və iş təcrübəsi barədə məlumatdır. Əmin olun ki, rezyumeniz sizin ən güclü tərəflərinizi vurğulayır. Rezyumenizdə nəyi işıqlandırmaq istədiyinizi düşünün. Siz elm sahəsində istedadlısınız? Siz yaxşı komanda rəhbərisiniz? Yaradıcı dahisiniz? Texnika ilə xariqələr yaradırsınız? Əgər hansı cəhətlərinizi göstərmək istədiyinizi müəyyən etsəniz, rezyumenizin hissələrini buna uyğun şəkildə hazırlaya bilərsiz. Güclü tərəflərinizi vurğulamaqla, faktları təhrif etmədən istənilən təəssuratı yarada bilərsiz. Ad və Ünvan İş təklif edən şəxsin bilməli olduğu ilk məlumat sizin kim olduğunuz və sizinlə necə əlaqə saxlamağın mümkünlüyüdür. Bu məlumatlara aiddir: sizin adınız, ünvanınız, telefon nömrəniz, elektron ünvanınız. Əgər sizinlə iki ünvan yaxud telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündürsə, onların hər ikisini qeyd etməlisiniz. Həmçinin, həm iş, həm də ev telefonunuz varsa, onların hər ikisini qeyd edin və hansının ev, hansının iş telefonu olduğunu qeyd edin. Bir çox rezyumelərin başlığı şəxsin vərəqin yuxarı hissəsində, mərkəzdə yerləşən adı və ünvanıdır. Başlıqda Rezyume sözünü yazmağınıza ehtiyac yoxdur. Lakin hər hansı bir konkret işə müraciət edirsinizsə, bunu başlıqda göstərə bilərsiz: Meri C. Tanakanın Rezyumesi, PR üzrə Peşəkar Mütəxəsis Nə cür başlıqdan istifadə etməyinizdən asılı olmayaraq, əmin olun ki, rezyumenin oxucusu sizin kim olduğunuzu və sizinlə necə əlaqə saxlamaq lazım olduğunu dərhal başa düşsün. Karyera Hədəfləri və Bacarıqların Qısa Xülasəsi Mütəxəsislər karyera hədəflərinin rezyumedə yerləşdirilməsi barədə yekdil fikir söyləmirlər. Onlardan bəziləri bildirirlər ki, sizin hədəfləriniz bacarıqlarınızın siyahısından aydin olacaq. Onlar həmçinin bildirirlər ki, əgər siz fərqli vakansiyalara müraciət edirsinizsə, bu cür məlumatın yerləşdirilməsi məqsədəuyğun deyil, çünki bu zaman elə görünəcək ki, siz yalnız bir sahə ilə maraqlanırsız. Digər mütəxəsislər isə bildirirlər ki, iş təklif edən şəxslər onsuz da sizi hansısa kateqoriyaya aid edəcəklər. Buna görə də siz əmin olmalısınız ki, onlar sizi düzgün kateqoriyaya aid edirlər. Əgər karyera hədəfinizi qeyd etməyi qərara almısınızsa, görmək istədiyiniz iş barədə mümkün barədə spesifik olun: İnsan Resursları üzrə Menecment, Reklam üzrə assistent (nəşriyyat sahəsində)   Əgər sizin iki cür bacarığınız varsa, iki ayrı rezyume hazırlayın və hər birində müxtəlif karyera hədəfləri qeyd edin. Əgər qısamüddətli hədəfləriniz uzunmüddətli hədəflərinizdən fərqlənirsə, onların hər ikisini birgə qeyd edin: Rəhbərlik statusu imkanı olan marketinq vəzifəsi Ofis üzrə administrator olmaq hədəfi olan katiblik Əgər geniş və fərqli təcrübələriniz varsa, bu zaman hədəflərinizi göstərməklə bərabər, ən güclü tərəflərinizi vurğulamaqla bacarıqlarınızın qısa xülasəsini də verə bilərsiz. Qısa və sadə söz birləşmələrindən istifadə edin:   ABŞ-ın Coğrafiyasının tədrisində on il təcrübə 500 nəfər əməkdaşı olan şirkətin ofisinə cavabdeh olan əlaqələr üzrə operator   Təhsil Əgər siz hələ təhsil alırsınızsa, təhsiliniz barədə məlumat ən vacib məqamdır. Beləliklə, təhsiliniz barədə məlumatları detallı şəkildə yazın və “mövzunuza” dayaq olacaq faktları qeyd edin. Ən son təhsilinizdən başlamaqla, hər bir təhsil ocağının adını, yerləşdiyi məkanı, əsas və ikinci dərəcəli ixtisasınızı, təhsiliniz zamanı əldə etdiyiniz mühüm bacarıq və qabiliyyətləri, aldığınız elmi dərəcə və şəhadətnamələri qeyd edin. Sizi axtardığınız iş üçün lazımi bacarıqlarla təmin edən fənlərin siyahısını, əldə etdiyiniz mükafat və fərmanlarınızı rezyumenizə yazın. Təhsil bölməsində həmçinin biznes, sənaye və hökumət tərəfindən təşkil edilən təlimlər də göstərilir. İştirak etdiyiniz əlaqədar seminar və təlimləri, əldə etdiyiniz şəhadətnamələri və digər sənədləri qeyd edin. Seçdiyiniz sahədə bir yaxud daha çox il işləmisinizsə, bu zaman rezyumedə təhsil haqqında məlumata daha az yer verilir. Əgər iş təcrübəniz ən güclü keyfiyyətinizdirsə, təhsil bölməsini bundan sonra yerləşdirin və daha az detal qeyd edin. İş təcrübəsi Təhsil bölməsində olduğu kimi, iş təcrübəniz haqqında məlumat da diqqəti sizin ümumi hədəfinizə cəlb etməlidir. Keçmiş məsuliyyətləriniz və hazırki hədəfləriniz arasındakı əlaqəni vurğulayın. Əldə etdiyiniz bacarıqları və az məsuliyyətli vəzifələrdən daha məsuliyyətli vəzifələrə doğru peşəkar inkişafınızı göstərin. İş təcrübənizi təsvir edərkən, ən son iş yerindən başlamaqla onları əks xronoloji ardıcıllıqla sadalayın. Karyera hədəflərinizə aid olmasa belə, bütün yarım-ştat vəzifələri, yay təcrübələrini və digər təcrübələri qeyd edin. İş təklif edən şəxs görəcək ki, siz iş tapmağı və orada qalmağı bacarırsınız, bu da özlüyündə mühüm keyfiyyətdir. Əgər siz təhsil almaqla bərabər işləmisinizsə, bunu belə də qeyd edin. İş təklif edən şəxslər bunu güclü xarakterin göstəricisi kimi qəbul edirlər. İş təcrübəsi bölməsində çalışdığınız bütün vəzifələr qeyd olunur: İş yerinin adı və yerləşdiyi yer Təşkilat nə işlə məşğuldur (əgər adından məlum deyilsə). Əgər siz hazırkı iş yerinizin adını gizli saxlamaq istəyirsinizsə, şirkəriniz adını deyil, fəaliyyət sahəsini qeyd edə bilərsiz yaxud sirkətin adını yazıb lakin ayrica qeyddə yaxud müraciət məktubunda bunun gizli saxlanmasını xahiş edə bilərsiz. Vəzifənizin adı, məs. katib, satıcı. Əgər sizin vəzifəniz qabyuyan olubsa, bunu olduğu kimi yazın. Vəzifənizin adını şişirtməklə onu daha vacib göstərməyə çalışmayın. İşlədiyiniz müddət – hansı ay/ildən hansı ay/ilə qədər. Hazırki iş yerinizi təsvir edərkən “indiyə qədər” ifadəsindən istifadə edin. Vəzifə və məsuliyyətləriniz. Tutduğunuz vəzifə, işlədiyiniz şirkət və təşkilat və müddət barədə dürüst olun. Hazırda, iş təklif edən şəxslərin çoxu namizədin tərcümeyi-halındakı məlumatı yoxlayır. Ona görə də göstərdiyiniz hər hansı yalnış məlumat gec-tez üzə çıxacaq. Mühüm nailiyyət və töhfələriniz. Hazırki hədəfinizə aid olan işin təsvirinə daha çox yer ayırın. Əgər siz şəxsən nəyəsə cavabdeh olmusunuzsa, bunu mütləq qeyd edin. Mümkün olduğu qədər, nailiyyətlərinizi kəmiyyət şəklində yazmağa çalışın. Məs. “Yeni reklamın hazırlanması nəticəsində satış 9% artmışdır” yaxud “İş saatları cədvəlinin tərtib olunması üçün yeni sistemin planlaşdırılması nəticəsində nəzərəçarpacaq müsbət nəticələr əldə olunmuşdur”. Aidiyyəti bacarıqlar Siz tərcümeyi-halınızın karyera hədəflərinizə aid olan digər məqamlarını da rezyumenizə bir bölmə kimi aid edə bilərsiz. Əgər beynəlxalq təşkilatda hər hansı bir vəzifəyə müraciət edirsinizsə, bildiyiniz digər dillər və səyahət təcrübəniz barədə məlumat verə bilərsiz. Digər aidiyyəti bacarıqlar siyahısına kompüter biliklərinizə, mətnlərlə və digər avadanlıqlarla işləmək bacarığınızı aid edə bilərsiz. Əslində, siz bu məlumatları xüsusi bölmə şəklində, “Kompüter Bacarıqları”, “Dil Bacarıqları” başlıqları altında təqdim edə yaxud “Təhsil” və “İş Təcrübəsi” bölmələrində yerləşdirə bilərsiz. Əgər akademik transkriptiniz, işinizdən nümunələr yaxud zəmanət məktubları işə qəbul olunmaq şansınızı artırırsa, bu zaman rezyumenizin sonunda qeyd edin ki, lazım olduğu təqdirdə siz bu sənədləri təqdim edə bilərsiz. Bir çox potensial iş təklif edən şəxslər üstünlür verirlər ki, istinadlar rezyumenin mətnində qeyd olunsun. Beləliklə, karyera hədəflərinizə aid olan fərqli faktları qeyd edin: Bildiyiniz digər dillər Kompüter bilikləriniz İşə başlaya biləcəyiniz tarix İstinadlarınız Şəxsi məlumat Rezyumenizi fərqləndirmək üçün siz oraya maraqlarınız, səyahət təcrübəniz, şəxsi xüsusiyyətləriniz barədə məlumatları aid edə bilərsiniz, ələxsus bu məlumatlar karyera maraqlarınıza aid olan keyfiyyətlərlə əlaqədardırlarsa. Bu bölmə sizin hərtərəfli insan olduğunuzu göstərə bilər və müsahibə zamanı söhbət mövzusu ola bilər. Əgər hərbi xidmətiniz axtardığınız işlə əlaqəlidirsə, bu barədə məlumatı bu bölmədə göstərə bilərsiz. Rezyumenizdə yalnız istədiyiniz işə qəbul olmaqda sizə kömək edəcək məlumatları göstərin.   Rezyumenin növləri Hansı rezyume növünü seçməyiniz güclü tərəflərinizi necə təqdim etmək istəyinizdən asılıdır. Düzgün seçim sizin tərcümeyi-halınızdan və hədəflərinizdən asılıdır. Qəbul olunmuş üç rezyume növü var: Xronoloji rezyume Funksional rezyume Hədəfli rezyume Xronoloji rezyume Ən çox istifadə olunan rezyume növü şəxsin iş təcrübəsinin ən sonuncudan başlamaqla əks qaydada sıralandığı xronoloji rezyume. Siz rezyumenizi xronoloji ardıcıllıqla hazırlayırsınızsa, iş təcrübəsi bölməsi rezyumenin əsas hissəsini təşkil edir və ad, ünvan və məqsədlərdən sonra gəlir. Siz bu bölməni hazırlayarkən ən sonuncudan başlamaqla ilk iş təcrübənizə qədər bütün vəzifələrinizi əks ardıcıllıqla sıralayırsınız. Hər bir müddəada ən sonuncu vəzifənizə daha çox diqqət ayırmaqla gördüyünüz işin məzmununu və nailiyyətlərinizi təsvir edirsiniz. Əgər universiteti yenicə bitirmisinizsə, təhsiliniz haqqında məlumatı iş təcrübəsindən əvvəl yerləşdirə bilərsiz. Bununla siz diqqəti təhsildəki uğurlarınıza cəlb edə bilərsiz. Xronoloji yanaşma rezyume hazırlamağın ən ənənəvi yoludur və bir çox iş təklif edən şəxslər bu rezyume növünə üstünlük verirlər. Əgər sizin zəngin peşəkar tarixçəniz varsa və hazırki karyeranızın üzərində qurulacaq işə müraciət etmisinizsə, bu rezyume növünü seçmək məxsusi olaraq düzgündür. Funksional rezyume Funksional rezyume bacarıq və nailiyyətlərin əsasında qurulur və bu müddəalar uyğun iş təcrübəsi və təhsil haqqında məlumat ilə təsdiqlənir. Bu cür yanaşma məxsusi bacarıq sahələrini vurğulayır. Bu cür rezyume əmək bazarına yenicə daxil olan, karyeralarının istiqamətini dəyişən və ardıcıl iş təcrübəsi məhdud olan şəxslər üçün daha uyğundur. Hədəfli rezyume Hədəfli rezyume müəəyyən iş təklif edən şəxs üçün həmin işdə nə edə biləcəyininizin ətrafında diqqəti cəmləyən rezyume növüdür. Bu siyahının ardınca sizin nailiyyətlərinizin siyahısı gəlir ki, bu da sizin bacarıqlarınızı təsdiqləyir. Təhsil və iş təcrübəsi ikinci dərəcəli bölmələrdə göstərilir. Bu cür yanaşma nə etmək istədiyi bilən və müəyyən bir sahədə bacarıqlarını göstərə bilən şəxslər üçün uyğundur.   Rezyume hazırlamağın qaydaları Məzmun və Üslub Rezyumeni müraciət məktubundan əvvəl hazırlayın və müraciət məktubunu rezyumedə sadaladığınız faktların əsasında yazın. Ən güclü keyfiyyətlərinizi əvvəldə təqdim edin. Uzun cümlələrin əvəzinə qısa söz birləşmələrindən və fellərdən istifadə edin. Fikirlərdən deyil, faktlardan istifadə edin. Çoxlu sayda şəxs əvəzliklərindən istifadə etməkdən çəkinin. Arzuladığınız əmək haqqı, iş və məzuniyyət qrafikini göstərməyin. Əlaqə Saxlamaq üçün Məlumat Adınızı və ünvanınızı başlıq kimi istifadə edin. Adınızı, ünvanınızı, indeksinizi, iş/universitet və ev telefonunuzu göstərin. Karyera Hədəfləri və Bacarıqların Qısa Xülasəsi Nə etmək istədiyiniz barədə spesifik olun. Əgər bir-birinə aidiyyəti olmayan iki iş bacarırsınızsa, iki ayrı rezyume hazırlayın. Əsas bacarıqlarınızın qısa xülasəsini yazın. Yeni işə başlaya biləcəyiniz ayı, mümkünsə günü qeyd edin. Təhsil Ən sonuncudan başlamaqla bütün aidiyyəti olan təhsil və təlimlərin siyahısını yazın. Orta məktəbdən sonda təhsil aldığınız bütün tədris ocaqlarının adını və yerləşdiyi məkanı, qəbul və məzun olduğunuz tarixi və əldə etdiyiniz elmi dərəcə və şəhadətnaməni qeyd edin. İxtisasınızı qeyd edin. Təhsiliniz zamanın aldığınız qiymətlərin ədədi ortasını qeyd edin. 4 yaxud 5 ballıq sistemdən istifadə edin. İş təcrübəsi Ödənişli, könüllü vəzifələriniz və təcrübələriniz də daxil olmaqla bütün iş təcrübələrinizin siyahısını yazın. Ən sonuncudan başlamaqla bütün yarım və tam ştatlı iş təcrübələrinizi qeyd edin. Hər bir vəzifəyə başladığınız və onu tərk etdiyiniz tarixi qeyd edin. İşlədiyiniz təşkilatın yaxud şirkərin adını və yerləşdiyi yeri qeyd edin. Vəzifənizin adını və gördüyünüş işin qısa xülasəsini qeyd edin. İşdə əldə etdiyiniz nailiyyətləri, məsələn mükafatları yaxud təşkilata vaxta və malliyyə vəsaitlərinə qənaət etməyə imkan verən təkliflərinizi qeyd edin. Fəaliyyət, Fərman və Mükafatlar Bütün aidiyyəti ödənişsiz fəaliyyətləri: rəhbərlik vəzifələrini, mühüm mükafatları, başqaları ilə əməkdaşlıq edə biləcəyinizi təsdiq edən layihələri, yazılı və natiqlik fəaliyyətinizi və təhsil və peşəkar təşkilatlardakı iştirakınızı qeyd edin. Bir çox hallarda dini və siyasi mənsubiyyətizi göstərməkdən çəkinin. Digər Əlaqədar Faktlar   Sürətli çap etmək bacarığınız və ana dilinizdən əlavə bildiyiniz dilləri qeyd edin. İstifadə edə bildiyiniz və işdə gərəkli ola biləcək cihaz, avadanlıq və kompyuter proqramlarını qeyd edin. Şəxsi Məlumat Mənfi qəbul oluna biləcək yaxud sizə qarşı ayrıseçkiliyə səbəb olacaq şəxsi məlumatları göstərməkdən çəkinin. Əgər yaşınız təcrübənizin az olduğunu yaxud təqaüdə çıxmaq vaxtınızın yaxınlaşdığını göstərirsə, yaşınızı göstərməkdən çəkinin. Əgər lazımdırsa, hərbi xidmətiniz barədə məlumatı iş təcrübəsi yaxud təhsilinizin bir hissəsi kimi göstərin. İşə aidiyyəti olan maraq və hobbilərinizi sadalayın, xüsusilə axtardığınız iş üçün gərəkli ola biləcək idman, ictimai fəaliyyət, səyahət və digər keyfiyyətlər barədə məlumatları göstərin. İstinadlar 1. Lazım olduğu təqdirdə bacarıqlarınızı təsdiq edə biləcək şəxslərə istinadlar verə biləcəyinizi bildirin. Qohumlarınızın deyil, sizinlə təhsil, işgüzar və peşəkar əlaqələri olan şəxslərin adlarını göstərin. Hər bir istinad etdiyiniz şəxsin adını, vəzifəsini, ünvanını və telefon nömrəsini göstərin. Şəxsin razılığını almadan ona istinad etməyin. 2. Əgər təşkilatınızın yeni iş axtardığınızı bilməsini istəmirsinizsə, hazırki müdriyyətinizə istinad verməyin. Hazırladılar: Olqa Breqvadze, Aysel Soltanova Mənbə http://ol-az.blogspot.com/2009/04/cv-nin-rezyumenin-yazlmas-qaydalar.htmlHəmçinin bax:CV nümunəsiNecə rezüme yazmalı? CV forması haqqında
['rezüme', 'rezyume', 'CV', 'curriculum vitae', 'CV yazmaq']
6,384
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/2788/hemofiliya.html
Hemofiliya
Dr_Həkim
sağlam həyat tərzi
17 avqust 2010, 06:37
Qanda Faktor 8 və faktor 9 adlı iki zülal olur. Hemofiliya vəziyyətində bunlar qanda əskikdir. Bu iki zülalın qanda olmaması, miqdarının azalması ya da funksiyasının pozulması vəziyyətində, qan laxtalana bilməz və qanamağa səbəb olar. İlk olaraq 1920-ci ildə təyin olunan hemofiliya, irsi faktorlara (soyaçekim) bağlı olaraq inkişaf edən ciddi qanamalara yolaçan bir xəstəlikdir. Lakin Hemofiliya xəstələrinin təxminən %30 unun ailəsində Hemofiliya yoxdur. Çünki genlərdə meydana gələn mutasiyalardan qaynaqlanar. Hemofilide problem qanamada deyil qanama müddətinin uzanmasında yəni qanın daha keç laxtalanmasındadır. Cəmiyyətdə görülmə sıxlığı çoxdur. Hər 4 min kişidə bir ortaya çıxar. Kişilərdə görülmə sıxlığı qadınlara görə çox daha çoxdur. Qadınlarda görülməsi çox nadir bir vəziyyətdir. 1985 ‘deyil əvvəl bədəninə faktor 8 enjekte edilən bir çox xəstə HIV ilə enfekte olmuş və AIDS inkişaf etmişdir. Lakin son zamanlarda qan saxlama üsulları ilə bu risk azaldılmışdır. HEMOFİLİYANIN TİPLƏRİ VƏ SƏBƏBİ Hemofiliyanın səbəbi, qanın laxtalanmasını təmin edən faktorların əskik olmasıdır. İki tip Hemofiliya vardır: Hemofiliya A və Hemofiliya B. Bu adlandırma qanda əskik olan zülala görə edilər. Hemofiliya A-da faktor 8 zülalı əskikdir. Hemofiliya Bə görə daha çox görülər. Hemofiliya xəstələrinin % 80i bu qrupdadır. Bu faktor 8 zülalın qanda olması lazım olan miqdarın yarısının altına düşdüyündə Hemofiliya ortaya çıxar. Nə qədər az isə xəstəlik o qədər şiddətlidir. Hemofiliya B isə faktor 9 zülalın əksikliyindən qaynaqlanmaqdadır. Xəstəliyin klinika əlamətləri Hemofiliya Adan seçilmir. Əlamət vermədən irəliləyə bildiyindən diaqnoz qandakı faktor səviyyələrinin təyin olunmasıyla ortaya qoyular. HEMOFİLİYANIN ƏLAMƏTLƏRİ Hemofiliyanın ifadə olunan şiddəti, qanda olan faktorların nə qədər əskik olduğuna bağlıdır. Əlaməti qanamadır. Uşaqlıq çağında ortaya çıxan beyin qanaması, ölümə səbəb ola bilər. Ümumiyyətlə bu yaşdakı qanamalar yaralanmalara bağlı olaraq görülər. Uşaq, ağızını ya da burnunu bir yerə vurduğunda qan itkisi görülər. Ayrıca oyun çağında, çox yaralanan uşaqda, qanama oynaq içinə ola bilər. Bu sıx təkrarlasa, ciddi probemlere gətirib çıxarar. Oynağın hərəkətlərini məhdudlaşdırar hətta tamamilə ortadan qaldıra bilər. Sümüklərin qaynaşmasına səbəb olar. Ayrıca qanamalar qaraciyər, böyrək kimi iç orqanlarda da ortaya çıxar. Yaş irəlilədikcə xəstəliyin fərqinə varan adam, daha diqqətli bir həyat sürər. Beləcə uzun illər həyatını davam etdirə bilər. Lakin kiçik yaralarda ya da çarpmalarda belə bədəndə bənövşəyiliklər görülə bilər. Xəstəliyin, yaş irəlilədikcə necə seyr edəcəyini təxmin etmək çətindir. Kiçik qanamalardan sonra durdurulamayan qan itkinləri meydana gələ bilər. HEMOFİLİya NECƏ YOXLANILAR? Hemofiliya diaqnozu həyatın hər dövründə təyin edilə bilər. Yeni doğulan uşaqda da bu xəstəlik təsbit edilər. Lakin, hemofiliya xəstələrində, qanamanın nə vaxt görüləcəyi bilinmədiyindən, diaqnoz üçün həkimə müraciət etmə zamanı da gecikər. həkimə getdiyinizdə, sizə ailədə belə bir hadisənin daha əvvəl olub olmadığı soruşulacaq. Xəstəliyin keçişində, anadan gələn genlər əhəmiyyətli olduğundan, ananın qardaşlarında ya da qardaşlarının uşaqlarında hemofiliya xəstəsi olub olmadığı araşdırılar. Ayrıca edilən qan təhlilləriylə, qan laxtalanmasına baxılar. Qəti diaqnoz, bu testlərdən sonra qoyular. Hemofiliya müalicəsi uzun sürər və bundan sonra xəstəni və ailəsini ciddi və uzun bir müddət gözləməkdədir. HEMOFİLİ XƏSTƏLİYİNİN MÜALİCƏSİ Hemofilinin müalicəsi ömür boyu sürər. Çünki bu xəstəlik genetik bir xəstəlikdir və hələ müalicələr bu mərhələyə gəlməmişdir. Xəstəlikdə əskik olan faktorlar ( zülallar ) enjeksiyonla yerinə qoyular. Bu şəkildə, xəstədə qanama olduğunda laxtalanmanın meydana gəlməsi təmin edilər. Lakin bu qalıcı bir müalicə şəkli deyil. Davamlı və nizamlı bir şəkildə tətbiq olunması lazımdır. Bir müddət sonra xəstədə bu qalıcı faktorlar yenə azalacaq və köhnə səviyyəsinə enəcək. Xəstəliyin diaqnozu erkən qoyulduğunda, bu üsulla adam, gündəlik həyatını digər insanlardan fərqsiz bir şəkildə davam etdirə bilməkdədir. Bu xəstəliyin müalicəsi üçün işlər davam etməkdədir. Xüsusilə Amerikada 40 könüllü xəstə üzərində gen müalicəsi tətbiq olunmaqdadır. Xəstələrə zəiflədilmiş virus verilməkdə və bu virus qaraciyərə yerləşərək, faktor 8 çıxarmaqdadır. Çox miqdarda verilmədiyindən, hələ yan təsiri görülməmişdir. Məqsəd, xəstəliyi tamamilə ortadan qaldırmaqdır. Ayrıca xəstənin idman etməsi, əzələlərin güclənməsi, sağlam bir həyat sürməsi üçün lazımlıdır. Üzmə, stolüstü tennis, gediş hemofiliya xəstələri üçün faydalıdır. Yalnız irəli dərəcədə hemofiliya xəstəsi olanlar, həkimin təklif etdiyi məşq proqramını tətbiqləri daha faydalıdır. Bəzi idmanlar bu xəstələr üçün risk meydana gətirə bilər.
['qan', 'hemofiliya']
6,385
https://kayzen.az/blog/qadin/2782/ki%C5%9Fini-qad%C4%B1na-ba%C4%9Flama%C4%9F%C4%B1n-yollar%C4%B1.html
Kişini qadına bağlamağın yolları
Əliyev
Qadın
16 avqust 2010, 23:25
1. Qadının kişiyə qarşı ən təsirli effekti şirin dili, gülər üzü,təbəssümü, könül alması və sıxıntılarını paylaşmasıdır. Ən əsası əri üzünə baxdıqda könlü açılmalı və bir anda bütün yorğunluqlarını atmasıdır. 2. İmkanlarınız daxilində süfrənizi bol edin. Kişini evə bağlayan vacib səbəblərdən biri də sevdiyi yeməklərin süfrədə olmasıdır. Yeməkdən sonra çay, qəhvə və çərəzləri əksık etməyin ki, qarnı doyar-doymaz gözü ayaqqabısında qalmasın. 3. Bəzi radio və tv proqramlarının siyahısını gözdən keçirin. Seçdiyiniz proqramları birlikdə dinləməyə, izləməyə çalışın. Arada suallar soruşaraq onun bu barədə fikrini bildirməsinə şərait yaradın. 4. Kitab oxumağı vərdiş halına gətirin. Bir neçə hekayə oxuyun, yaddaşınızda saxlayın, evə gələrkən çay içərkən danışmağa başlayın. Hətta hekayənin əvvəlindən bir az danışın gerisini kitabdan oxumağa başlayın. Amma bunu edərkən həyat yoldaşınıza dərs vermək vəziyyətinə gətirməyin. Hələ dini mövzularda bir müəllim kimi danışmaqdan istifadə etməyin. Əks halda həmin dəqiqə həyat yoldaşınızdan «başıma müəllim kəsildin» sözünü eşidə bilərsiniz. 5. «Səninlə birlikdə olarkən özümü dünyanın ən xoşbəxt insanı hiss edirəm»kimi sözləri yeri gəldikcə dilə gətirin. Həyat yoldaşınızı sizinlə zaman keçirməyi onun üçün zövqlü bir hala gətirin. 6. Ara-sıra evdəki əşyaları birlikdə yerlərini dəyişdirin. Oturduğunuz otağa, salona və hətta yataq otağınıza arada bir fərqlilik və müxtəlif dizayn verin. Evdə onu məşğul edin 7. Evdə tək qalarkən canınızın sıxıldığını, darıxdığınızı, qorxduğunuzu deyin. Birlikdə olarkən xoşbəxt və hüzurlu olduğunuzu söyləyin. 8. Arada bir qonşu, qohum, dostlarınıza qonaq gedin, yaxınlarınızla bir arada olamağa vaxt ayırın. Xüsusilə həyat yoldaşınızın ailəsinə, qardaş-bacısı kimi yaxınlarına qapınızı açıq edin. Onları dəvət etməyi təklif edin. 9. Bəzi axşamlar gəzməyə, alış-verişə, çöldə gəzməyə, yeməyə çıxın. 10. Özünüzdən, öz problemlərinizdən bəhs etməyin. Bir müddət həyat yoldaşınızın xoşbəxtliyinə vaxt ayırın. O xoşbəxt olarsa, sizin hüzurunuz da yaxşı olacaq. 11. Şikayətlərdən uzaq durun. Əksık olan şeyləri, dəyişdirilməsi lazım olan əşyaları hələlik gündəmə gətirməyin. Kişilər xüsusilə də əlavə xərcin çıxmasından narahat olurlar. 12. Uşaqlarınız varsa, onların təhsili, problemləri, həyata hazırlanmaları kimi atanın üzərinə düşən vəzifələri xatırladın.  
['ailə səadəti', 'ailə münasibətləri', 'ailə həyatı', 'kişi-qadın münasibətləri', 'ər-arvad', 'flirt', 'kişiləri cəlb edən xüsusiyyətlər', 'kişilər və qadınlar', 'qadin kisi munasibetleri', 'kisini celb etmeyin yollari', 'kisini ozune baglamaq']
6,386
https://kayzen.az/blog/kastanka/2784/azad-insanlar%C4%B1n-%C5%9Fairi-n%C9%99simi.html
Azad insanların şairi - Nəsimi
kastanka
Bloq: kastanka
16 avqust 2010, 00:30
Seyid Əli Seyid Məhəmməd oğlu İmadəddin Nəsimi (1369, Şamaxı-1417,Hələb) - Azərbaycan şairi, mütəfəkkir."İmadəddin Nəsimi" adı ilə məşhurdur. İlktəhsilini Şamaxıda almış, dövrün elmlərini,dinlərin tarixini, məntiq, riyaziyyat vəastronomiyanı öyrənmişdir.10-cu əsrdə Bağdadda dara çəkilmiş Həllac Mənsur Huseynini sufi görüşlərini təbliğ edən Nəsimi ilk şerlərini "Hüseyni" təxəllüsü ilə yazmışdır. 14-cü əsrin sonlarında Azərbaycanda geniş yayılmış hürufi təşkilatları ilə əlaqə saxlamışdır. Hürufiliyin banisi Fəzlullah Nəiminin görüşlərini mənimsəyərək, bu təriqətin fikirlərini təbliğedən şerlər yazmağa başlamış və bu vaxtdan etibarən Nəiminintəxəllüsü ilə həmahəng səslənən "Nəsimi" təxəllüsünü qəbul etmişdir. 1394-cü ildə Nəimi edam edildikdən sonra onun "Vəsiyyətnamə"sinə əsasən Nəsimi Təbrizə, oradan da Anadoluya(Türkiyə) getmiş, hürufilik fikirlərini yaydığı üçün dəfələrlə zindana salınmışdır. Ömrünün son illərini Hələbdə (Suriya) yaşamış, orada həbs olunmuş, "kafir", "dinsiz" elan edilərək Misir sultanının əmri və ruhanilərin fitvası ilə diri-diri dərisi soyulmuşdur. Nəsimi mürəkkəb yaradıcılıq yolu keçmişdir. Nəsimi lirik şairdir.Yaradıcılığa aşiqanə şerlərlə başlayan Nəsimi sonralar dövrün siyasi,ctimai, əxlaqi mövzularında əsərlər yazmış, Azərbaycan ədəbiyyatıtarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi olmuşdur.O, həyat, cəmiyyət haqqında açıq deyilməsi qorxulu olan tənqidifikirlərini aşiqanə misralar və ya təbiət təsvirləri içərisində söyləmişdir.Nəsiminin bədii yaradıcılığı Azərbaycan poeziyasının və ədəbidilinin inkişafında mühüm bir mərhələdir.   Geniş məlumat almaq istəyənlər üçün orijinal istinadı verirəm:İmadəddin Nəsimi Həyat və yaradıcılığı İndi isə bu unudulmaz şairin ən çox sevdiyim qəzəllərindən biri.. Ağrımaz qəzəli.. Cânə sən candan nə kim gəlsə, ciyərlər ağrımaz, Həqq bilir, bir zərrə neştərdən damarlar ağrımaz.Şaha, mehrindən midir, yâ âşinâlıqdan mıdır, Cismimi sər tâ qədəm min gəz yararlar, ağrımaz.Fitvasından zahidin nâhəq məni gər soyalar, Qəm deyil səndən- şəxâ, görcək damarlar ağrımaz.Zahidin əfsânəsindən soydular nâhaq məni, Həqq bilir səndən, şəxâ, sâhib nəzərlər ağrımaz.Şişəmi çün daşə çaldım, Həqqi izhâr eylədim, Çeşm-i əhval ağrıdan arif bəşərlər ağrımaz.Zahidin bir barmağm kəssən dönüb Həqqdən qaçar, Gör bu gerçək âşiqi sərpâ soyarlar, ağrımaz.Cəhl-i nâmərdin qaçan meydan gününde yeri var, Ər bilir meydân qədrin kim, qədirlər ağrımaz. Soyun, ey murdar sallaxlar, Nəsîmînin tenin, Bunca nâmərdi görün, bir ər qıyarlar; ağrımaz.
['Nəsimi', 'qəzəl', 'şair', 'ağrımaz']
6,387
https://kayzen.az/blog/ramazan/2774/c%C3%BCm%C9%99-namaz%C4%B1-v%C9%99-onun-%C9%99h%C9%99miyy%C9%99ti.html
Cümə namazı və onun əhəmiyyəti
Cavid
Ramazan ayı
14 avqust 2010, 13:59
«Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın kərəmindən ruzi diləyib axtarın! Və Allahı çox zikr edin ki, bəlkə, nicat tapıb səadətə qovuşasınız!» (Cümə surəsi, 9-10).Cümə, İslam dinində çox əhəmiyyətli qəbul edilən həftəlik ictimai ibadət günüdür. Müxtəlif hədislərdən də göründüyü kimi, cümə günü əvvəllər yəhudi və xristianlar üçün həftəlik ibadət günü olaraq təyin olunmuş, lakin bunu dəyişdirərək yəhudilər şənbəni, xristianlar bazarı həftəlik toplantı və ibadət günü olaraq qəbul etmiş, sonda cümə günü müsəlmanlar üçün yenidən həftəlik ibadət günü təyin edilmişdir.Cümə gününün fəzilətiMüsəlmanlar üçün çox əhəmiyyətli olan bu günə Allah Təala böyük dəyər vermiş, müxtəlif hədislərə görə bəşəriyyət üçün önəmli olan bir çox hadisələr bu gündə baş vermişdir. Hədislərdə bildirildiyinə görə, Allah Adəm əleyhissəlamı cümə günü xəlq etmiş, onu cənnətə cümə günü daxil etmiş, cənnətdən cümə günü xaric etmiş, onu Yer üzünə yenə cümə günü endirmiş, tövbəsini də cümə günü qəbul edərək bağışlamışdır (Muslim). Başqa bir hədisə görə Qiyamət də cümə günü qopacaqdır (Əbu Davud). Cənnətdə insanların öz Rəblərini görəcəyini iddia edən alimlər öz kitablarında belə bir rəvayət edirlər ki, cənnət əhli cümə günləri öz Rəblərinin üzünü görəcəklər (Təbərani). Başqa bir hədisdə bildirilir ki, Allah elçisi (s.ə.s.) cümə gününü nəzərdə tutaraq demişdir: «Bu gündə elə bir saat vardır ki, həmin vaxt müsəlman olan şəxs namaza durub, uca və böyük Allahdan istədiyini diləsə, onda hökmən buna nail olar». Sonra o, əli ilə həmin dəqiqələrin azlığına işarə etmişdir (Buxari, Muslim).Qurban bayramında ərəfat günü cümə gününə təsadüf edəndə xalq arasında o il edilən həccin «həcci əkbər» (böyük həcc) olaraq adlandırılması da cümə gününə verilən dəyərə işarə edir.Bir şeyi də qeyd etmək lazımdır ki, xalq arasında cümə axşamı gününün xüsusi dəyər qazanması və ümumiyyətlə «cümə axşamı» termininin yaranması da əslində cümə gününün «sayəsində» olmuşdur. Belə ki, qəməri təqvimə görə növbəti gün axşam gün batandan sonra başlayır. Cümə axşamı gününün adından da bu açıq aydın görünür. Amma bəzi yerlərdə cümə axşamı gününün fonunda cümə gününün öz əhəmiyyətini sanki itirdiyi müşahidə olunur. Cümə günü müsəlmanlar üçün böyük əhəmiyyət kəsb etdiyi və sanki bir bayram günü qəbul edildiyi üçün, cümə axşamı günü axşamdan başlayaraq maddi və mənəvi təmizliyə hər zamankından daha çox diqqət etmək lazımdır. Bu işlərin içində əsas yeri qüsl almaq tutur ki, cümə günü üçün qüsl almaq alimlərin çoxuna görə sünnət, bəzilərinə görə isə hətta fərzdir. Bundan başqa, cümə günü namaza getməzdən əvvəl dırnaq kəsmək, dişləri təmizləmək kimi gigiyenik qaydalara əməl etmək, təmiz paltarlar geyinmək, başqalarını narahat etməyən, əksinə ətrafdakılara xoş gələn gözəl ətirlərlə ətirlənmək sünnət olan əməllərdəndir. Hz. Peyğəmbərin (s.ə.s.) tövsiyəsinə əsasən cümə günü soğan, sarımsaq kimi kəskin qoxulu şeylər yeyib məscidə getmək olmaz. Mömin belə dəyərli və əhmiyyətli bir günün mənəvi havasına girməli, çoxlu Quran oxumalı, zikrlə məşğul olmalı, Rəsulullaha (s.ə.s.) salavat gətirməli və səmimi bir qəlb ilə uca Allaha dua və istiğfar (Allahdan günahların bağışlanmasını diləmək) etməlidir.Cümə namazının dindəki yeri və hökmüQuran, sünnə və icmaya əsasən cümə namazı fərzdir. Fərz olduğu, Cümə suəsinin yuxarıda qeyd etdiyimiz ayəsində də göstərilmişdir. Hədis kitablarında istər cümə namazının fəziləti, istər fərz olduğu, istərsə də bu namazı səbəbsiz olaraq tərk etməyin böyük günah sayıldığı haqda səhih hədislər vardır. Əbu Hureyrənin Hz. Peyğəmbərdən (s.ə.s.) rəvayət etdiyi bir hədisdə belə deyilir: «Hər kim cümə günü qüsl alıb cümə namazı qılmaq üçün məscidə gəlsə, imam xütbəni bitirənəcən sussa və sonra da onunla birgə camaat namazı qılsa, növbəti cümə gününədək və ondan əlavə üç gün onun günahları bağışlanar» (Muslim). Başqa bir hədisdə isə bildirilir ki, cümə gününə əhəmiyyət verməyərək üç cümə namazını buraxan şəxsin qəlbi möhürlənər (Əbu Davud). Rəvayətə görə, Hz. Peyğəmbər (s.ə.s.) cümə namazını ilk dəfə hicrət əsnasında Mədinə yaxınlığındakı Ranuna vadisində Salim ibn Avf qəbiləsinə baş çəkməyə gedərkən qıldırmışdır. Bununla bərabər cümə namazının nə zaman fərz qılındığı xüsusunda iki müxtəlif görüş ortaya çıxmışdır. Birinci görüşə görə cümə namazı Məkkədə fərz qılınmasına baxmayaraq müşriklərin təzyiqi nəticəsində orada qılmaq mümkün olmamışdır. İkinci görüşə görə isə, cümə namazı hicrət əsnasında fərz qılınmışdır və ilk cümə namazını yuxarıda qeyd etdiyimiz kimi Hz. Peyğəmbər (s.ə.s.) Ranuna vadisində qıldırmışdır.Cümə namazı Hz. Peyğəmbərin (s.ə.s.) dövründə dini, ictimai, siyasi bir çox dəyərlərə sahib idi. Bayram ab-havasında qılınan bu namaz, müsəlmanların bir-birinə daha da isinişməsinə, bir-birilərinin problemlərindən xəbərdar olmalarına, yeniliklərin yayılmasına da xidmət edirdi. Ona görə də bu namazı başqa namazlardan fərqləndirən bir sıra xüsusiyyətləri mövcuddur. Əvvəla bu namazda müsəlmanların birliyi əsas alındığı üçün hər yerdə qılına bilməz. Bir çox görüşə görə bunun üçün rəhbərin də icazəsi əsas alınaraq müəyyən məscidlərdə qılınmalı, dövlət tərəfindən rəsmi təyin olunmuş nümayəndə isə həm xütbə oxumalı, həm də namazı qıldırmalıdır (Bu sonuncu müddəaya görə İslam qaydaları ilə idarə olunmayan ölkələrdə cümə namazının vacib olub-olmaması məsələsi mübahisəlidir). Hətta bir çox alimlərin görüşünə görə əgər kənddə və ya qəsəbədə birdən artıq məscid varsa, zərurət olmadığı halda yalnız birində cümə namazı qılınmalıdır.Cümə namazının qılınışı və xütbəCümə namazı zöhr (günorta) namazının vaxtında qılnır və o namazı əvəz edir. Yəni cümə namızını qılan şəxs günorta namazını qılmır. Namazın əsas şərti iki rükətdən ibarət namaz və xütbədir. Fərz namazdan əlavə iki sünnət namazı da vardır ki, birincisi (dörd rükət) fərz namazdan əvvəl, ikincisi isə (iki və ya dörd rükət) namazdan sonra qılınır. Cümə namazında iki əzan (biri xarici, biri daxili), bir iqamə gətirilir. Birinci əzan ucadan verilir və bundan sonra sünnət namazı qılınır. Bunun ardından nisbətən alçaqdan, məscidin içi üçün ikinci əzan verilir. Bu vaxt imam minbərə çıxaraq xütbə söyləməyə başlayır. Xütbə bitdikdən sonra iqamə gətirilir və camaat halında iki rükətlik fərz namazı qılınır. Bu namazdan sonra isə yenə də sünnət namazı qılınır. Xütbənin mahiyyətiYuxarıda da qeyd etdiyimiz kimi cümə namazının əsas şərtlərindən biri xütbədir. «Xütbə» sözü kiməsə xitab etmək, bir şey söyləmək deməkdir. Xütbə İslamın ilk dövrlərindən çox mühüm xüsusiyyətə malik olmuşdur. Hz. Peyğəmbər (s.ə.s.) öz xütbələrində yeni gəlmiş vəhylərdən, təzə əmr olunmuş ibədətlərdən danışardı. Lakin dini mövzulardan başqa dünyəvi mövzulara da öz xütbələrində yer vermiş, ictimai münasibətlərdən, görüləcək işlərdən, döyüşlərdən, bu döyüşlərdə əldə olunmuş qənimətlərin bölüşdürülməsindən, müxtəlif tədbirlərdən də danışmışdır. Xüləfai-Raşidin dövrünün sonlarından başlayaraq cümə namazının xütbələri yavaş-yavaş daha çox siyasi məzmun almağa başlamışdır. Bəzi yerlərdə və dövrlərdə Həzrəti Əliyə, bəzi yerlərdə və dövrlərdə isə Müaviyəyə lənət oxunduğu tarixi faktlardır.Dövrümüzdə dini maarifləndirməyə böyük ehtiyacın olduğunu nəzərə alsaq xütbələrdə əsasən dini mövzulardan, İslamın əsaslarından bəhs etmək daha məqsədəuyğundur. Çünki xütbə, həftədə bircə gün bir yerə yığılmış möminlərə savadlı bir şəkildə qısa zaman içərisində nələri isə öyrətmək üçün bir fürsətdir. Xütbə əsasən bu məqsədlə, müsəlmanların bilmədikləri xüsuslarda maariflənməsi üçün nəzərdə tutulmuşdur. Bu səbəblə camaatın bildiyi dildə və başa düşüləcək bir tərzdə söylənməlidir. Namaza gələn hər bir müsəlman xütbəni diqqətlə dinləməlidir. Xütbə söylənən zaman danışmaq və ya danışan adamı danlamaq, namaz qılmaq, ehtiyac olmadığı halda bayıra çıxmaq kimi əməllər məkruhdur və yolverilməzdir. Aqil Hacıyev ([email protected])
['Cümə gününün fəziləti', 'cümə namazının dinlərdəki yeri və hökmü', 'cümə namazının qılınışı və xütbə']
6,388
https://kayzen.az/blog/kastanka/2769/casuslar.html
Casuslar
kastanka
Bloq: kastanka
13 avqust 2010, 12:44
Məlumdur ki, jurnalistika və casusluq qədim peşələr arasında gedən rəqabətdə ikincilik uğrunda mübarizə aparır.Maraqlı burasındadır ki, bu iki peşə adamları həmişə bir-birilə əlaqədə olublar. Casuslar çox vaxt jurnalistlərdən aqent yaradaraq özləri müxbir cildinə düşürlər.(Lazım olmayan yerlərə girmək üçün).Əvəzində isə jurnalistlər casuslar haqqında canla-başla çoxlu yazılar yazırlar və buna görə də yaxşı qonorar alırlar.Başa düşdüyünüz kimi söhbət casuslaradan gedəcək. Haşiyə Sizə bir şifr verim.Müasir kompüterlərin kəşfinə qədər bu şifr ən rahat kodlardan biri sayılırdı.Əslində açar olan üçün bunu tərtib etmək və anlamaq çox asan idi.Amma açarsız demək olar ki, onu oxumaq mümkün deyildi.200 il ərzində bu casusların ən sevimli gizli yazışma üsulu idi. İstənilən açar fikirləşmək olar.məsələn 123.indi öz mətnini (məsələn мама мыла раму) şifrələ.Ara buraxmadan yazılmış mətnin altında bir-birinin ardınca rəqəmlər yəni açar yazılır.İndi hər hərfin əvəzinə əlifbada ondan altında yazılan rəqəm qədər sonra gələn hərfi yazırıq.məsələn verdiyimiz misalda М+1=Н, А+2=В, М+3=П və s.Nəticədə НВПБОЮМВУБОЦ alınır.Şifri oxumaqçünsə ordakı hərflərdən açarın uyğun rəqəmini çıxmaq lazımdır.   İndi isə bəzi casuslar haqqında. Naum Eytinqton(Naumov,Kotov) Otuzuncu illərdə sovet kəşfiyyatının ABŞ- dakı qeyri- leqal rezidenti.Likvidator.Lev Trotskiyə qarşı Meksikada sui-qəsdi təşkil edib.Əməliyyat “Ördək”adlanırdı.Trotski isə “Starik”(Qoca)ləqəbini daşıyırdı. Naum 1942-ci ildə alman səfiri Fon Papenə qarşı sui-qəsd hazırlayıb, amma sui-qəsd baş tutmamışdır.1951 -ci ildə “sionist sözləşməsi”ndə təqsirli bilinərək Moskvada həbs edilmiş, 53-cü ildə buraxılmış, həmin ildə yenidən başqa bir iş üzrə 9 illik həbs edilmişdir.Cəzasının hamısını çəkmiş və 1992-ci ildə Moskvada vəfat etmişdir. Zoya Voskresenskaya ( Yartseva, Rıbkina) “Sokolnikidə şam ağacları”nın müəllifi.50-ci illlərin əvvəllərində NKVD –nin (Daxili İşlər üzrə Milli Komitənin)polkovniki kimi təqaüdə çıxır.Ona qədər isə İsveç və Çində casusluq etmişdir. Rixard Zorge Yarı rus yarı alman əsilli Alman vətəndaşlığını qəbul etmiş və gənclik vaxtından sovet kəşfiyyatı üçün çalışmışdır.1933-cü ildə “Frankfurt Tsaytunq”qəzetinin müxbiri kimi Yaponiyada işləmiş və oradan Moskvaya informasiya ötürürmüş.Məsələn Yaponiyanın Rusiyaya 1941-də hücum etməyəcəyini o xəbər veribmiş.1943-cü ildə tutulub və edam edilib.Ölümündən sonra SSRİ qəhrəmanı adını almışdır. Konon Molodıy(Qordon Lonsdeyl) 1955-ci ildə özünü kanadalı kimi qələmə verərək Londona gəlib və qeyri-leqal rezidenturanın yaradıcısı olub.Eyni zamanda uğurlu biznes qurub barlar üçün musiqili avtomatlar ticarəti ilə məşğul olaraq öz əməliyyatlarını maliyyələşdirirdi.1961-ci ildə ifşa edilib və 25 il həbs cəzasına məhkum edilmişdir.1964-cü ildə britaniya kəşfiyyatçısı Vinnlə dəyişdirilmişdir. Görüş yeri İndi internetin,rəqəmsal fotoapparatın sms-in olduğu bir dövrdə casuslar üçün işləmək daha rahat olub.Amma casusların bir-birinə ötürməli olduqları elə şeylər var ki, internetə sığışmır.Məsələn paraşütlər,akvalanqlar,partlayıcılar,iri məbləğdə nağd pullar və s. Casusların ən çox sevdikləri yerlər Qəbiristanlıq əsasən yeni qazılmış qəbirlərdə nəsə gizlətmək çox rahatdır. Kilsə Lonsdeyl katolik kilsələrin birində Məryəmin heykəli altında ona lazım olan instruksiyaları tapırdı. Poçt Bu etibarlı üsulu düşünənlədən birincisi XIX əsrin məşhur casusu Nat Pinkerton olmuşdur.Sonra o detektiv aqentliyini açmışdır.Bəzi məxfi sənədləri lazım olan vaxta qədər öz-özünə göndərmək ,ox etibarl üsul idi. Telefon köşkü Adətən casuslar telefon köşklərindəki aparatların üzərində şifrələr qoyurlar.Bu yolla onlar bəzi məlumatları ötürürlər.Məhz bu yolla doxsanıncı illərdə Eyms Oldircin işi üzrə təyin olunmuş agent telefon aparatı üzərində üç hərfdən ibarət şifrə cızaraq izlənildiyini xəbər vermişdi. Türk hamamı Həmin Molodıy türk hamalarını kəşfiyyat üçün əla yer adlandırmışdır.Burda nə qədər istəsən qala bilərsən .ye,iç,yuyun,yat və bu zaman səndən heç kəs sənəd tələb etmir,suallarla səni narahat etmırlər.Hətta demək olar ki, heç kəs səni görmür.Çünki, personal kabinədən çıxanda qalın buxarların içinə düşürsən orda isə göz-gözü görmür. Kitabxana !950-ci ildən 1989-cu ilədək Vyanada şəhər bələdiyyə kitabxanası kəşfiyyat qüvvələri tərəfindən axtarılmışdı.Lakin heç bir axtarış nəticə verməmişdi.Hətta gizli polislər belə minlərlə kitab rəfi qarşısında aciz idi. Zoopark Burda heyvanları müşahidə edərək saatlarla vaxt keçirmək olar.heç kəs anlamaz ki sən orda nə edirsən. “Ştazi” Şərqi Almaniya kəşfiyyatının əməkdaşları tez-tez Qərbi-Berlindəki zooparkda görüş təyin edirdilər.Nədənsə həmişə zürafələrin olduğu yerdə.İş ona çatmışdı ki, Qərbi-Berlin zürafələrin olduğu hissəyə gizli kamera quraşdırmışdı. Ardı var....
['casuslar', 'casusluq']
6,389
https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/2731/%C3%BCzeyir-hac%C4%B1b%C9%99yov_2.html
Üzeyir Hacıbəyov
2ral
böyük musiqiçilər
11 avqust 2010, 22:44
Üzeyir ƏbdülHüseyn oğlu Hacıbəyov 1885- ci ildə Şuşa yaxınlığında, Ağcabədidə anadan olmuşdur. Atası ədəbiyyat sahəsində, anası isə musiqi sahəsində yüksək mövqe tutmuşlar. Musiqiyə olan həvəsi anasından mənimsəmiş Ü. Hacıbəyov 7 yaşında ikən tarda və kamançada yaxşı çalırdı, muğamat oxuyurdu.Ü. Hacıbəyov 1897- ci ildə Şuşada olan iki illik rus-tatar məktəbinə daxil olur. Həmin məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra 1899- cu ildə Qori müəllimlər seminariyasına daxil olur. Seminariyada təhsil aldığı müddətdə o, pedaqogika, rus dili, riyaziyyat, təbiət şünaslıq, rəsim və rəsimxətdən nümunəvi sınaq dərsləri aparmışdır. 1904-cü ildə seminariyanı bitirdikdən sonra Bakıya qayıdır və Hadrut kəndində müəllimlik edir.İbtidai siniflərdə dərs deməklə yanaşı o, şagirdlərdən ibarət xor kollekivi təşkil edir. Sonralar o, Bibi- Heybətdə “Səadət” məktəbində Azərbaycan və rus dillərindən, eləcədə nəğmə və hesabdan dərs deməklə məşğul olmuşdur.1905-ci ildə Ü. Hacıbəyov “Filankəs” ləqəbi ilə “Həqiqət” , “İrşad”, “Tərəqqi” qəzetlərində çıxışlar edir, kiçik məqalə və felyetonlar vasitəsilə “Ordan-burdan” başlığı altında vacib məsələləri oxucuların nəzərinə çatdırırdı.Ü.Hacıbəyov 1907-ci ildə opera yazmaq qərarına gəlir. Bu dövrə qədər hələ Azərbaycanda opera yazılmamışdır. Onun yaratdığı ilk “Leyli və Məcnun” operası Azərbaycan musiqi mədəniyyəti tarixində ilk opera olmuş və çox böyük müvəffəqiyyət qazanmışdır. Bəstəkər bu opera ilə Azərbaycanda opera sənətinin təməlini qoydu.Dahi Azərbaycan şairi M.Füzulinin operası əsasında yazılmış bu opera “Nicat” cəmiyyətinin teatr bölməsinin opera artistləri tərəfindən tamaşaya qoymuşdu.Ü. Hacıbəyov “Leyli və Məcnun” operasından sonra ardıcıl olaraq bir sıra operalar yazmışdır: “Şeyx Sənan” (1909). “Rüstəm və Söhrab” (1911), “Şah Abbas və Xurşudbanu ” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915). 1911- ci ildə Ü.Hacıbəyov musiqi təhsili almaq üçün Moskvaya gedir. Lakin maddi vəziyyəti çətin olduğundan təhsilini davam etdirə bilmir. Bakıya qayıdaraq yazdığı operaları səhnəyə qoymaqla məşğul olur. 1913- cü ildə musiqi təhsilini davam etdirmək üçün bu dəfə Peterburuqda gedərək konservatoriyaya daxil olur. Bu dövürdə o, “Arşın mal alan” musiqili komediyasını yazır.1914- cü ildə Bakıya qayıdan Ü. Hacıbəyov mətbuatda bir sıra məqalələrlə çıxışlar edir. Onun “Boşboğazlar”, “Məzəli işlərimiz”, “Müsəlmançılıq”, “O, heç”, “Küyçülük” felfetonları tənqidi nöqteyi nəzərdən qiymətlidir. 1915- ci ildən etibarən Ü. Hacıbəyov “Yeni iqbal” qəzetinin redaktoru, 1906-cı ildən etibarən isə müdiri və baş redaktoru olmuşdur.Ü. Hacıbəyov 1921-ci idə Bakıda “türk musiqi məktəbini” təşkil edir. Əvvəllər fəaliyyət göstərən xalq nonservatoriyası 1921- ci ildən etibarən artıq Azərbaycan Dövlət Konservatoriyası adlanır. 1926- cı ildən etibarən “türk musiqi məktəbini” Ü. Hacıbəyovun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasının tərkibinə daxil olur və onun xalq musiqi şöbəsi adlanır. 1926- cı ildə Ü. Hacıbəyov əvvəl konservatoriyanın prorektoru, sonra isə ömrünün axırınadək rektoru vəzifəsinədə çalışmışdır. Ü.Hacıbəyov Azərbaycan milli folklorunu dərindən öyrənirdi. O, M. Moqomayev ilə birlikdə 1927 –ci ildə bir sıra Azərbaycan xalq mahnılarını toplamış, nato salmış və işləmişdir. Həmin dövrdə (1920- 1945 – ci illər ərzində ) Ü. Hacıbəyov “Azərbaycan xalq musiqisinin əsasları” adlı böyük əhəmiyyət kəsb edən elmi- tədqiqat əsərini yazır. Bəstəkar kütləvi mahnı janırında da öz istedadını nümayiş etdirirdi. Onun “Döyüşçülər marşı”, “Qara gözlər”, “Komsomolçu qız” mahnılarında milli kolorit öz əksini tapır. Ü.Hacıbəyov İran şairi Firdövsinin (934- 1020) anadan olmasının 1000 illiyi münasibətilə xor və sinfonik orkestr üçün kantata yazmışdır ki, bununla o, Azərbaycanda ilk kontata janrının əsasını qoymuşdu. 1931 ci ildə Ü.Hacıbəyov Azərbaycanda ilk notlu xalq çalğı alətləri orkestrinin təşkil olunmasında yaxından iştirak etmişdir. Həmin orkestr üçün “Cahargah”, “Şur” fantaziyalarını yazmışdır. 1936- cı ildə bəstəkar Dövlət xor kollektivini yaradır. Ü.Hacıbəyovun 1932- ci ilədək yazdığı sinfonik orkestr üçün təntənəli marş, xor və orkestr üçün təntənəli himn, fortepiono, skrika və violençel üçün trio və bu kimi əsərlər demək olar ki, “Koroğlu” operasının yaranmasına bir növ hazırlıq idi. Ü.Hacıbəyov 1932-1936-cı illərdə “Koroğlu”operası üzərində işləyərək ilk Azərbaycan klassik opera növünü yaratmışdır. Operanın ilk tamaşası 1937-ci ildə (30/IV) olmuşdur və həddindən artıq böyük müvəffəqiyyətlər qazanmışdır. Opera həmçinin 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə müvəffəqiyyətlə tamaşaya qoyulmuş və paytaxt dinləyicilərinin rəğbətini qazanmışdır. “Koroğlu” operasında bəstəkar ilk dəfə olaraq milli musiqini Avropa klassik opera ənənələrilə birləşdirərək vahid bir əsər növünü yaratmağa müyəssər olmuşdur.Musiqili komediya janrında bəstəkar “Ər və arvad”, “O olmasın, bu olsun” (1910), “Arşın mal alan” əsərlərini yazmışdır. Onun bu komediyalarında qadın azadlığı uğurunda olan mübarizə öz əksini tapmışdır.1940-cı ildə Ü.Hacıbəyov Dövlət mükafatına laiq görülür.1941-1945- ci ildə illərdə o, böyük Vətən müharibəsinə həsr olunmuş bir sıra əsərlər yazmışdır. Onun “Vətən uğrunda” mahnı silsiləsinə “Şəfəq bacısına”, “Ananın oğluna nəsihəti”, “Yaralı döyüşçünün heykayəsi”, “Döyüşçülər marşı” kimi mahnılar daxildir. Bəstəkar həmçinin solist, xor və sinfonik orkestr üçün “Vətən və cəbhə” kantatasını da ayrı yazmışdır.Bu illərdə Ü.Hacıbəyov dahi Azərbaycan şairi Nizami Gəncəvinin (1141- 1209) anadan olmasının 800 illik yubleyi münasibətilə şairin sözlərinə “Sevgili canan ”, “Sənsiz” romanslarını yazmışdır. Bu dövrdə Ü.Hacıbəyovun yaradıcılığında yaranan yeni bir janr da diqqəti cəlb edir. Bu instrumental janra aid olan qəhrəmanı əhval- ruhiyyə daşıyan “Cəngi” idi. Marş ritmində olan bu rəqs sanki mübariz hərbiçilərin qüvvəsini səfərbər edir. Azərbaycan Respubilkasının dövlət himni Ü. Hacıbəyova məxsusdur. Ü. Hacıbəyov 1945- 1946 cı illərdə müasir mövzuda olan “Firuzə” operası üzərində işləməyə başlamışdır. Bu, bəstəkarın son operası idi. Lakin o, operanı tamamlamağa çatmır. Ü. Hacıbəyov xəstələnir və 1948- ci ildə Bakıda vəfat edir. Bəstəkarın fəaliyyəti yüksək qiymətləndirilmişdir. 1937-ci ildə Azərbaycan SSR-nin xalq artisti, bir il sonra SSR-nin xalq artisti adına laiq görülmüşdür. Onun ədəbi, elmi və musiqi irsi mətbuatda yüksək qiymətləndirilmişdir.1945-ci ildə Ü. Hacıbəyov Azərbaycan Elimlər Akademiyasının həqiqi üzvi seçilmişdir. O, daima ictimai aparmış, mətbuatda çıxış etmişdir. Yazdığı məqalələrin əsas ideyası Azərbaycan musiqisinin inkişafı probleminə həsr olmuşdur. Azərbaycan professinal musiqinin banisi Ü. Hacıbəyov görkəmli bəstəkar, musiqiçi, ictimai xadim alim, gözəl publisist və pedaqoq olaraq Azərbaycan professional bəstəkarlıq məktəbinin yaranmasında da böyük rol oynamışdır. Musiqi üslubunun özünə məxsusluluğu, xaqlılıq, yüksək ideyalılıq və millilik. Ü.Hacıbəyov yaradıcılığının diqqəti cəlb edən xüsusiyyətlərindəndir. Həmçinin bax: Üzeyir Hacıbəyli
['bəstəkar', 'Üzeyir Hacıbəyov', 'Azərbaycan musiqisi', 'Azərbaycan bəstəkarı', 'Üzeyir Hacıbəyli']
6,390
https://kayzen.az/blog/optimist/2757/g%C3%BCl%C3%BC%C5%9F-xo%C5%9Fb%C9%99xtlikdir.html
Gülüş xoşbəxtlikdir
ilham
Hər şey gözəldir
10 avqust 2010, 19:50
Qaşqabağını tökən insanların, daim təbəssüm edən insanlara nisbətən, üzləri daha erkən və daha çox qırışır. Bundan başqa• Qaşqabağımızı tökdükdə 18, gülümsədikdə isə yalnız 3 əzələmizi istifadə etdiyimizi, • Gülümsəmək üçün 14 kalori, qaşları çatmaq üçün 72 kalori lazım olduğunu, • Hərəkət və üz ifadələrimizin istifadə etdiyimiz sözlərdən 8 qat daha güclü və təsirli olduğunu, • İnsanın fikirli olduğu zamanlarda üz ifadəsinin gerçək halı olduğunu, • Daim qaşqabağını tökən kəslərin təbəssüm edənlərə nisbətən daha erkən yaşlandığını, • Davamlı gülümsəyən insanların qaşqabağını tökənlərə nisbətlə daha çox sevildiyini, • Çinlilərin stresə söykənən infarkt hadisəsi nisbətinin çox aşağı olduğunu və bunun səbəbinin həyata müsbət baxmaları və təbəssüm etmələri olduğunu, • Təbəssümün yoluxucu olduğunu, • Dünyanın ən yaxşı satış və satışa çıxarma işçilərinin müvəffəqiyyətlərinin arxasında gülərüzlü olmalarının dayandığını, • Yaponiyada gülümsəmə məktəbi olduğunu, • Gülər üzlü işçilərin iş həyatlarındakı səmərənin daha yüksək olduğunu, • Çatışmazlıqlara və mənfi hadisələrə, həyata pessimist baxan insanların daha çox uğradığını, • Gülər üzlü insanların daha çox yada salınıb, xatırlandığını, • Salamlaşan iki insana Allahın yetmiş lütfü olduğunu və bu yetmiş lütfdən altmış doqquzunun gülər üzlü olana verildiyini, Gülməyin də insan sağlamlığı üzərindəki saysız faydalarına işarə edən mütəxəssislər, gülərək daha uzun və xoşbəxt bir həyat yaşaya bilmənizi vurğulayır • Güldüyümüzdə üzümüzdə 15 əzələ birlikdə işləyir. • Gülmək kişi və qadın arasında da fərqlilik göstərir. Kişilər daha qısa davamlı gülərkən qadınlar daha uzun qəhqəhə çəkir. • Güldüyümüz zaman şiş və viruslarla döyüşən hüceyrələrimizin sayı da artır. • Xüsusilə ruhi bəzi xəstəliklərin müalicəsində gülmə müalicəsi istifadə edilir. Xəstələr üzərində müsbət təsirləri olduğu müşahidə edilir. • Patch Adams adlı həkimin işləri bu mövzuda nümunə olaraq göstərilir. • Uşaqlar gündə təxminən 300 dəfə gülür, yetkinlər isə gündə ortalama 17 dəfə gülür. • Yanımızda biri olduğu zaman edilən zarafata ya da gülməli bir hadisəyə tək olduğumuzdan on qat daha çox gülürük.Həmçinin bax: Gülümsəyin,cənablar  Bu yaxınlarda avropalı alimlər bir qrup könüllünün iştirakı ilə əlavə tədqiqatlar keçiriblər. Araşdırma iştirakçılarına komediyaya baxanadək və baxdıqdan sonra ağrıya qarşı həssaslığı yoxlamaq üçün bəzi testlər təklif olunub. Məlum olub ki, gülüş prosesində, daha dəqiqi, ağ ciyərlərdən havanın daha tez-tez və güclü boşaldılması nəticəsində endorfinlərin və insana tiryək preparatlarının təsirinə oxşar təsir göstərən analgetiklərin ifrazı artır. Beləliklə, alimlər müəyyən ediblər ki, gülməli filmə baxdıqdan 15 dəqiqə sonra insanda ağrı 10 faiz azalır.Lakin tədqiqatlar göstərir ki, belə effektə yalnız təbii, səmimi gülüş malikdir. Saxta gülüş analoji nəticələr nümayiş etdirməyib. Bundan əlavə, effekt həmçinin başqa şəxslərin əhatəsində güldükdə güclənir. Ona görə də həkimlər komediyalara təklikdə deyil, dostlarla və ya ailəvi baxmağı tövsiyə edirlər.
['təbəssüm', 'gülüş', 'gülümsəmək']
6,391
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/2747/xo%C5%9Fb%C9%99xt-ail%C9%99-niy%C9%99-da%C4%9F%C4%B1ld%C4%B1.html
Xoşbəxt ailə niyə dağıldı?
nərgiz
Xoşbəxt ailə
6 avqust 2010, 16:48
Nikah günü hamı vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının qarşısında yığışmışdı. Küçədə gəlin kimi bəzənmiş neçə maşın dayanmışdı. Həmin maşınlarda oğlanla qızın adamları gəlmişdi. Hamı da gül-çiçəklə. Bu gün nikah kəsdirəcək gəncləri təbrik etmək, onlara xeyir-dua verməkdən ötrü. İki ailənin üzvləri bir-birinə qarışmışdı. Tanımaq olmurdu oğlan evinin adamları kimdir, qız evininki hansı. Deyib-gülür, zarafatlaşır, bir-biri ilə daha yaxından tanış olur, bir-birini qonaq çağırırdılar. Oğlan anası qızı əzizləyir, öpür; qız anası da öz növbəsində kürəkənini məhəbbətlə süzür, xoş dillə dindirirdi. Toy məclisi də biləcə təmtaraqla, xeyir-dua ilə qurtardı. Günlər keçdi, aylar dolandı, il tamam olmamış gənc ailədə bir mərəkə qopdu ki, səsə bütün qohum-əqrəba yığışdı. Aləm bir-birinə dəydi, hamı bir-birinin kölgəsini qılınclamağa başladı, vaxtilə xeyir-dua edənlər indi bir-birlərini hədələyirdilər. Dünən qız haqqında “Gəlinimin tayı-bərabəri yoxdur” deyən oğlan anası indi ona qarğış edirdi. Oğlan barəsində “İki qızım vardı, indi bir oğlum da var” deyən qız anası da kürəkənini lənətləyirdi.Söz-söhbətə, dava-dalaşa səbəb nə idi? Siyahını davam etdirin. 1. gənclər sevib-sevilməklə ailə məsuliyyətini qarışdırmışdı. 2. qaynanalar hər işə qarışırdı. 3. Həmçinin bax: Gənc ailənin yaddaş kitabçası
['ailə münasibətləri', 'ailə həyatı', 'ailə münaqişələri', 'ailə problemləri', 'ailə münaqişəsi', 'xoşbəxtlik üçün', 'gündəlik yaşam']
6,392
https://kayzen.az/blog/aran/2728/%C3%B6z%C3%BCn-%C3%B6z%C3%BCn%C3%BC-yarat.html
Özün - Özünü yarat
aran
Bloq: aran
3 avqust 2010, 21:23
Bir daha dahilər haqqındaElə bir vasitə varmı ki, həkim köməyi olmadan, dava dərman olmadan adam öz psixikasını dəyişsin? Bu sual oxucular üçün daha maraqlı ola bilər.“Dahi” titulu, insana, insanlar tərəfindən verilir. Dahilər bu titulla dünyaya gəlmirlər və bu qabiliyyət irsiyyətə keçmir. Bu titul mücərrəd bacarığa görə deyil, konkret nailiyyətə görə verilir.Dahilik bəzilərinin təsəvvür etdiyi kimi insan ağlının normadan kənara çıxması, qeyri-adiliyi deyil, onun tam halda təzahürü, təbii imkanlarının aşkara çıxarılmasıdır.Bəziləri şübhələnə bilər ki, guya dahilik hamıya nəsib olan bir şeydir: “yaxşı çalışsan sən də onu qazana bilərsən”. Dahi, psixikanın imkanlarını öyrənmək üçün həmişə ən qiymətli modeldir.Dahilərin tərcümeyi-halı ən yaxşı dərslikdir. Beyin psixika orqanı olduğu kimi dahilik də konkret psixofizioloji metodologiyadır. Qeyri-tələbkar adamın, ənənəvi: “sən heç zaman” şüarını təkrar etmək əvəzinə, “bəxtini sına” kimi riskli yolu seçmək daha doğru olmazmı?İnsanların qabiliyyət bölgüsündə olduqca böyük fərq var. Bu qeyri-bərabərliyin səbəbi ilk imkanın bərabərsizliyi , yaxud ondan istifadə işindəki bərabərsizlikdir?Axı tarixdə dahi kimi tanınmış adamlar arasında da istedad bölgüsü bərabər olmamışdır. Onlar müxtəlif vəziyyətlərdə “xüsusi” bacarıq komponenti və iradi keyfiyyət nisbəti başqa-başqa olmuşdur. Bu əlamətə görə dahiliyi iki qütbə ayırmaq olar.Birinci qütbün nümayəndələrində olan bu qabiliyyəti, ənənəyə əsasən “allah vergisi”, ikincilərdə isə “zəhməti sayəsində” adlandırmaq olar.“Allah vergisi” alan dahilər - Motsartlar, Rafaellər, Puşkinlərdir. Onların yaradıcılığı quşların nəğmələrini xatırladır. Ehtiraslı, fədakarcasına, eyni zamanda təbii, sərbəst, asanlıqla. Adətən belələri vunderkind kimi doğulurlar. Həyat yollarının başlanğıcından tale onların üzünə gülür. Onların zəhmətsevərliyi, psixikasının əsasını təşkil edən təbii, sərbəst yaradıcılıq impulsu ilə qaynayıb-qatışır, vəhdət yaradır. Onlarda “xüsusi” bacarıq aşıb-daşdığı halda, iradi keyfiyyətlər nisbətən kiçik olur.Motsartda sözün əsil mənasında “ilahi vergi” var idi. Onun yaxın dostlarından biri öz xatirəsində yazmışdı ki, əgər Motsart belə gözəl tərbiyə almasaydı mənfur bir cani”də ola bilərdi. Çünki o, həm yaxşı, həm də pis şeylərə qarşı eyni dərəcədə həssas idi.Belə düşünmək olar ki, Motsartda iradi keyfiyyətlər orta dərəcədə imiş. Ancaq Motsartın bütün həyatına atasının iradi təsiri aydın görünür. Atası onu yorulmadan çalışmağa həvəsləndirmiş, pis işlərdən çəkindirmişdir. Motsartın atası yüksək təhsilli babat qabiliyyətli musiqiçi imiş. Amma iradəsinə hamı həsəd aparırmış. O, həm tələbkarlığı, həm məhəbbəti, həm də sağlam fikirləri ilə nümunəvi bir vunderkind atası idi. O, öz oğlunun həm müəllimi, həm tərbiyəçisi, həm də impressariosu idi. Motsartın tərcümeyi-halı ilə tanış olduqda aydın görmək olur ki, onun böyük istedadı yalnız atasının iradəsi sayəsində dahilik zirvəsinə yüksələ bilmişdir. “Zəhməti sayəsində” dahilərdə inkişaf ləng getmiş, bəzən hətta gecikmişdir. Tale onlara qarşı son dərəcə amansız olmuşdur. Onlar taleyə və özləri - özlərinə üstün gəlmək üçün fanatikcəsinə zəhmət çəkməli olmuşlar. Tarixdən rast gəldiyimiz belə adamlardan , utancaq və pəltək olub sonra Yunanıstanın böyük natiqinə çevrilən Demosfeni, savadsızlığı ancaq böyük yaşda ləğv edə bilən Lomonosovu, öz ləyaqətinə, məziyyətinə böyük şübhə ilə yanaşan, lakin dözüm və iradə gücünə bunu rəf edən Cek londonu, fanatik ruhlu xəstə Ban Qoqu, not yazısını yalnız iyirmi yaşında öyrənən tərs, hirsli Vaqneri misal göstərmək olar.  Bunlardan bir çoxu uşaqlıqda və gənclik dövründə fərasətsiz, hətta küt adam təsiri bağışlayırdılar. Cems Uatt, Sfivt, Qauss, “məktəbin ögey övladları”, qabiliyyətsiz şagirdləri sayılmışlar. Hyüton məktəbdə keçilən fizika və riyazziyatı bilmirdi. Karl Linneyin çəkməçi olacağı güman edilirdi. Helimholtsu müəllimləri az qala ağıldan kəm sayırdılar. Valter Skott haqda universitet professoru belə demişdir: “O qanmazdır və qanmaz olaraq qalacaqdır.” Şeridan haqqında yazmışdılar : “Bu adamın alnına yazılıbmış ki, iyirmi beş yaşında bütün İngiltərəni öz komediyaları ilə, dinləyicilərin ürəyini isə gözəl natiqlik qabiliyyəti ilə vəcdə gətirsin.” Halbuki, 1759-cu ildə ( o səkkiz yaşında olanda ) “ən ümidsiz axmaq” adı almışdır. Biologiyanın böyük dühası sayılan Çarlz Darvinə atası demişdir: “Səndə güllə atmağa, itlərlə oynamağa və siçovul tutmağa həvəs var. Sən özünə və ailənə biabırçılıqdan başqa bir şey gətirməyəcəksən”. “Zəhməti sayəsində” dahi olanlarda dönməz iradə, özünü təsdiq üçün yenilməz səy, elmə sonsuz həvəs, coşqun əmək fəaliyyəti olur. İşləyərkən onlar gərginliyin zirvəsinə ucalırlar. Onlar özlərinin fiziki və psixi qüsurlarına üstün gəlir. Sözün hərfi mənasında özləri-özlərini yaradırlar. Onların yaradıcılığında qüdrətli bir səyin izləri qalır. “Allah vergisi” ilə dahilik qazananlardakı geniş sərbəstlik, həsəd aparılacaq etinasızlıq “zəhməti sayəsində” dahilik qazananlara müyəssər olmur. Lakin nəhəng daxili qüvvə və ehtiras, özünə qarşı kəskin tələbkarlıqla birləşərək onların əsrlərinin dahilik səviyyəsinə qalxmasına səbəb olur. Belə güman edirəm ki, Eynşteyn də bu tipli dahilər sırasına daxildir. Bir dəfə o ciddi şəkildə demişdi: “Məndə heç bir istedad yoxdur. Ancaq qatır inadı və ehtiraslı maraq var.” Nisbilik nəzəriyyəsinin yaradıcısı olan bu alim məktəb və tələbəlik illərində də xüsusi olaraq fərqlənmirdi. “Dahilik-zəhmət deməkdir” zərb-məsələsi məhz bu qütbdən olan dahilərə aiddir. Əlbəttə onları buna sövq edən istedadı da unutmaq olmaz. İstedad onlarda gördükləri işə qarşı şiddətli arzu və özlərinə qarşı inam yaradır. Bəlkə də onlara açılmamış imkanların dumanlı bir hissi təkan verir. Lakin bir məsələ şəksizdir: dahiliyin bu qütbündə iradə, özünü inkişaf etdirmə, çətinlikləri öz gücünə dəf etmə ön plandadır. “Zəhməti sayəsində” dahi olanlar-öz istedadlarını süni surətdə artıranlardır. Bunlar sair Vladimir Xlebnikovun “istəməyənlər” adlandırdığı adamların antipodu - istəməyi bacaranlardır. Kulturistlər öz bədənləri ilə nələr etməyə qadir olduqlarını bütün dünyaya nümayiş etdirdikləri kimi “zəhməti sayəsində” dahi olanlar da öz psixikalarında nələrə qadir olduğunu ğöstərirlər. Bununla belə onların timsalında aydın görünür ki, dahi ilə ortabab adam arasında keçilməsi qətiyyən mümkün olmayan sədd yoxdur. Mən əlbəttə onların yaratdıqlarını nəzərdə tutmuram. Bunların arasında doğrudan da uçurum var. Dahiləri özləri də təsadüfən zəif şeylər yaratdıqda bunu aydın başa düşürük. Burada məhz psixofiziologiyanı nəzərdə tutulur. Kim “ilhamlı dəqiqələr” keçirməmişdir? Görürsən bir dəqiqə əvvəl həll edə bilmədiyin çətin məsələ birdən sanki öz-özünə, lap asanlıqla həll olunur. Bu əsrarlı ruh yüksəkliyini hər bir adam ömründə heç olmazsa bircə dəfə kecirmişdir. Görürsən oyunu yenicə öyrənən bir oyunçu köhnə oyunçuya qalib gəldi, qısa müddətdə istedad dərəcəsinə yüksəldi. Belə “ilhamlı dəqiqə” insan beyninin gizli imkanlarının bir anlığa aşkar olması deyilmi? “İlhamlı dəqiqələr” keçirmək qısa müddətdə, ötəri dahilik vəziyyəti keçirmək deyilmi? Təbiət – adamı sanki həvəsləndirərək nəyə nail olmaq, nəyə isə heç olmazsa yaxınlaşmaq imkanı olduğunu göstərir. Dahi olmaq daima “ilhamlı dəqiqələr” keçirmək deyilmi? Dahilik heç olmazsa bəzi hallarda insan beyninə xas olan qüvvədən mükəmməl istifadə etmək bacarığı deyildirmi? Bu bacarıq bəzən təbiətin özü tərəfindən peşkəş verilir, bəzən də ondan qoparılır. “Zəhməti sayəsində” dahi olanlar öz psixikalarını başqalarına nisbətən daha uzun müddətə və tez-tez “ilhamlı dəqiqə” vəziyyətinə gətirənlər deyilmi?VLADİMİR LEVİ. “FİKİR ARDINCA”
['dahilərin həyatı', 'dahilik', 'dahi insanlar']
6,393
https://kayzen.az/blog/ugura-yol/2346/4.1.-inanmaq-v%C9%99-%C9%99zml%C9%99-%C3%A7al%C4%B1%C5%9Fmaq.html
4.1. İnanmaq və əzmlə çalışmaq
Cavid
Müvəffəqiyyətə gedən yol
1 avqust 2010, 16:44
Ağıllı və oyanıq olun, sizi ümidsizliyə götürən hadisələr səadətə də götürə bilər. Delaunay Makedoniyalı İsgəndər imperator olduğu zaman atadan qalma bütün mirasını yaxınlarına bağışlamış, "Özünə nə saxladın?" - deyə soruşanlara da ümid adlı ən böyük varlığı cavabını vermişdi. Pay olaraq seçdiyi ümidi və əzmi sayəsində böyük əraziləri ələ keçirmiş, bir güruh insanın tanıdığı İsgəndər ikən, milyonların İsgəndəri olmuşdu. Makedoniyalı İsgəndər bu sərvətə necə nail olmuşdu? Müvəffəqiyyətinin təməlində nə sirr yatırdı? Hansı ümid ona bu uğuru bəxş etmişdi? Və nə səbəbdən o, fizioloji olaraq onunla eyni xüsusiyyəti daşıyan milyonlarla insandan fərqli olmuşdu? Çünki o, hər şeydən əvvəl bacaracağına inanmışdı. Siz də inanacaqsınız. Ətrafınıza baxın. Böyük bir ağac kiçik bir toxumdan, insan kiçik bir canlıdan və dərya bir damladan meydana gəlmirmi? Qıvılcım ikən atəş, şölə ikən günəş və zərrə ikən kainat olacağınıza inanacaqsınız. Sadəcə bacaracağına inanan insanlar əzmlə çalışarlar. Yoxsa hansı səbəb sizi daha mükəmməl bir şeyi bacarmağa sövq edəcək ki? Düzdür, böyük xəyallar və ideallar qovuşulmayacaq qədər uzaqda görünür. Lakin inamınızla məsafələrə meydan oxuyar, dağ kimi əngəlləri mum kimi əridərsiniz. Əks təqdirdə, müvəffəqiyyət kardioqramınız düz xətt göstərəcək, canlı ikən ölülərdən fərqlənməyəcəksiniz. Türkiyə Cümhuriyyəti "İstiqlal marşı"nın yazarı Məhmət Akif Ersoy nə gözəl deyir: Ümidsizlik elə bataqlıqdır ki, düşərsən, boğularsan, Ümidə sarıl möhkəmcə, gör, nə olarsan. Həyatınızda neqativliklərin olması labüddür. Əsas olan hər zaman ümidli olma və hədəfin reallaşacağı ana qədər mübarizəni dayandırmamaqdır. Bir gün necə olursa, iki qurbağa içərisində süd olan bir qaba düşürlər. Nə qədər tullansalar da, qabdan kənara çıxmağa heç cür müvəffəq ola bilmirlər. Bir müddət sonra qurbağalardan biri "Artıq tullanmağımız mənasızdır. Bizimki bura qədər imiş" şəklində düşüncələrə qapılır, bütün cəhdlərindən vaz keçir və beləcə də süddə boğularaq ölür. Lakin digər qurbağanın inamı tamdır və o, ölüncəyə qədər tullanmaqda qərarlıdır. Heç bir işıq yolu görünməsə də, o, yenidən tullanmağa davam edir və o qədər tullanır ki, nəhayətdə südün üzərində yağ təbəqəsi əmələ gəlir, beləcə də südün səviyyəsi yüksəlir. Təbii ki, nəticə məlumunuzdur, yüksəliş qurbağaya qurtuluş gətirir. Bəlkə sizin də üzərində hərəkət etdiyiniz zəmin canlılıq adına bir şey vəd etmir. Yoxluqlar içində qıvranır, yalnızlıq girdabında boğulursunuz. Şərtlər necə olursa-olsun, içində olduğunuz vəziyyət nədən xəbər verirsə-versin, yalnız və yalnız "Bitdim", - dediyiniz an bitməyə məhkumsunuz. Qərar almaq üçün əsla tələsməyin. İnamı artıracaq yollara baş vurdunuzmu? "Hansı yollara?", - deməzdən əvvəl ətrafınıza nəzər yetirin, bütün kainatın sizi müvəffəqiyyətə səslədiyini görəcəksiniz. İçinizdəki səsə qulaq verin, müvəffəqiyyət dediyini eşidəcəksiniz. İçiniz və çölünüz müvəffəqiyyət atəşilə yanıb tutuşarkən, irəliyə addım atmağın zamanı gəlmədimi? Yaradıcınıza güvənin! İnsan kainatın göz bəbəyidir. Doğulduğunuz andan etibarən beləsiniz. Sanki bütün varlıqlar ətrafınızda pərvaz edir. Günəş sizin üçün bir lampa və isidici vəzifəsini görür. Torpaq bağrındakı bitkiləri rəngarəng toxuyaraq sizə təklif edir. Arılar bir qram balı yeməyiniz üçün on minlərlə çiçəyi ziyarət edir. Ağaclar torpaqdan palçıqlı su içərkən, meyvələri vasitəsilə ən dadlı və xoş təamları sizə təqdim edir. Bulud susuzluqdan dodaqları çatlamış torpaqlara sizin üçün göz yaşı tökür və qupquru torpaqları sizin üçün güldürür. Hava sizin üçün modern maşınları, telefon və radioqəbulediciləri min dəfə geridə qoyacaq məharəti göstərib səs və görüntüləri cansız şüursuz molekulları ilə həm çoxaldır, həm də saniyəlik vaxtlar içində dünyanın ən uzaq nöqtələrinə nəql edir. Makro aləmdən mikro aləmə geri dönün. Bədəninizə nəzər yetirin. 14 milyarda yaxın beyin hüceyrələrinizin hər biri 200 elektronik beyinə müqabil gəlir. Qaraciyəriniz kiçik bir orqan olmasına baxmayaraq beş yüzdən çox fərqli iş görür. Toplam uzunluğu 480 min km olan sinir telləriniz və 200 min km təşkil edən qan damarlarınız durmadan fəaliyyət göstərir. Ürəyiniz bir günlük fəaliyyəti ilə iki tankeri doldurub boşaldır. Daha necə qəribəliklər... Şübhəsiz bütün sadalananlar fəaliyyətlərini şüurlu olaraq həyata keçirmir. Eyni son dərəcə önəmli bir vəzifə ifa etdiyi halda nə etdiyinin fərqində olmayan, lakin ustasının düzəltmə və tənzimləməsi vəzifəsini böyük bir incəlik və həssaslıqla yerinə yetirən saata bənzəyir. Qısacası hər şey həyata və həyat sahiblərinə, onlar da insana xidmət edir. Digər tərəfdən insana elə qabiliyyət və özəllik verilmişdir ki, o, yer üzündəki bütün varlıqları öz istək və həndəsəsinə görə nizamlayır. Hətta hakimiyyət dairəsini genişləndirmək məqsədilə kosmosa səyahət edir. Yaradıcı kitabında bu aləmi bir saray kimi təsvir edib, göyü bir qübbə, günəşi bir lampa və soba, ayı müxtəlif görüntülərlə çöhrəsini göstərən bir təqvim, ulduzları çilçıraq, yer üzünü döşək və xalı, dağları sütun, gecəni daha yaxşı istirahət edilsin deyə bir örtü və yorğan, gündüzü rahat edilsin deyə aydınlıq bir meydan, insanları bir-birinə qaynaşıb hüzur bulsun deyə cüt yaratdığını söyləyərək bu sarayda qarşılanılan qonağın insan olduğuna işarə edir. Lakin Yaradıcı sizi sınağa çəkə bilər. Görəsən istəklərinizi reallaşdırmaq üçün nə qədər səmimi və inamlısınız? Keçmiş zamanlarda bir hökmdar saraya gedən yolun üzərinə böyük bir qaya parçası qoydurmuş, özü də pəncərəyə oturmuşdu. Məqsədi olacaqları müşahidə etmək idi. Ölkənin ən zəngin insanları, saray vəzifəliləri bir-bir gəldilər. Lakin daş onların saraya getməsinə mane olurdu. Saatlarca daşın önündə gözlədilər. Bir çoxu hökmdarı yüksək səslə tənqid etdi: "Xalqdan bu qədər vergi almasına baxmayaraq yolların təmizliyinə fikir vermir." Bir müddət sonra daşın yanında kəndli bir adam göründü. Saraya meyvə aparırdı. Belindəki torbanı yerə qoyub iki əli ilə qayanı itələməyə başladı. Qan-tər içində batmışdı, lakin qayanı yolun çəkməyə müvəffəq olmuşdu. Torbasını çiyninə alıb getmək istəyirdi ki, qayanın yerində bir kisə gözünə dəydi. Kisəni açarkən çaşıb qalmışdı. Kisə qızıl dolu idi. Qızılların arasında hökmdarın yazdığı bir kağız vardı: "Bu qızıllar qaya parçasını yoldan çəkən adama aiddir". Kəndli həmin gün böyük əksəriyyətimizin fərqində olmadığı bir dərs almışdı. Əslində hər əngəl Yaradıcının bizi sınaması və qarşımıza həyat şərtlərimizi dəyişdirəcək bir fürsət çıxarmasıdır. Yolunuza çıxan əngəlləri dəf etməyə çalışın. Unutmayın, Yaradıcınızın qarşınıza çıxardığı hər hadisədə bilmədiyiniz hikmətlər gizlidir. Özünüzə inanın. Marşal Fok insan ruhunu dünyanın ən güclü silahı adlandırır. Bildiyiniz kimi silah düşmənlərinizi tələfata uğradan və istəklərinizi əmrinizə hazır edən vasitədir. Müvəffəqiyyətinizin qarşısında duran əngəllərinizi ruhunuzun böyüklüyü ilə məğlub edin. Özünüzə inanın. Məşhur rəssam Sezar Dukornet doğuşdan hər iki qolda məhrum idi. Ancaq rəsmə qarşı böyük marağı səbəbdən hələ kiçik yaşda ayağı ilə tutduğu kömür parçaları ilə şəkillər çəkirdi. Hədəfi Parisdə əsərlərini sərgiləməkdi. Lakin hər kəs onun qarşısına qoyduğu məqsədə gülür, bunun reallaşa bilməyəcəyini söyləyirdi. Dukornet isə bacaracağına adı kimi inanmış, illər sonra bu inamının mükafatı olaraq çox məşhur rəssam olmağa haqq qazanmışdı. Qədim Şərqdə mövcud adətlərdən biri ailələrin övladlarını tədris alma məqsədilə elm-təhsil mərkəzi şəhərlərə göndərməsi idi. İbni-Hacər də eyni amal uğruna səfərbər olmuş, məmləkətindən ayrılmış gənclərdən biri idi. Ancaq tədris olunan elmləri heç cür mənimsəyə bilməməsi ona bu şəhərdə qalmağının mənasız olduğunu düşündürür və beləcə İbni Hacər əşyalarını toplayıb geri dönməyə qərar verir. Yolçuluğu əsnasında istirahət edərkən gördüyü mənzərə sanki ona bir şeylər pıçıldayırmış kimi diqqətini çəkir. Mağaranın yuxarısından enən su damlaları sərt daşı dəlmiş, çuxur açmışdır. Qarşılaşılan mənzərə İbni Hacəri dərin düşüncələrə sövq edir: - Mənim başım bu daşdan daha sərt və qalın deyil. Su damlalarının daşa iz qoyması kimi, çalışdığım elmlər də zehnimə həkk oluna bilər. Elə isə su damlaları kimi davamlılıq sərgiləməli, əzmlə çalışaraq öyrənməyə davam etməliyəm. İbni Hacər dərhal geri dönür, böyük bir əzmlə oxumağa davam edir. Məşhur alimlərdən biri olur. Yazdığı əsərlərdə isə İbni Hacər (Daş oğlu) təxəllüsünü istifadə edərək, inanma və əzmlə çalışma ilə hər şeyin bacarılacağını ağıllara həkk edir. Özünüzə inandınızmı, bacaracaqsınız. Özünüzə inandınızmı, hər kəs sizin bacaracağınıza inanacaq. Özünüzə inanıb bacarmasanız belə, əsil müvəffəqiyyətsizlik bacarmayacağına inanmaqdır. İstəklərinizə çalışmalarınızla canlılıq qazandırın. Tomas Edison 84 yaşında həyata gözlərini yumarkən patentləri alınmış 1093 ixtiranın sahibi idi. Bu səbəbdən ona "Menlo parkının sehrbazı" deyirdilər. Bu bənzətməyə bəzən əsəbiləşən, bəzən də gülüb keçən Edison onda sehrli güc axtaranlara müvəffəqiyyətin formulu olaraq "Bir faiz qabiliyyət, yüzdə doxsan doqquz tər", - cavabını verirdi. Vaxtını elə qiymətləndirir və əzmlə çalışırdı ki, onun bu tempdəki fəaliyyətlərinə ayaqlaşan assistent tapılmırdı. Bir gün Edison çalışdığı yerdəki divana uzanır və assistentinə "Artıq gözlərimi aça bilmirəm, dəhşətli şəkildə yuxum gəlir. Məni yarım saat sonra oyandır", - deyə səslənir. Yarım saat sonra Edisonun dərin yuxuya daldığını görən assistenti onu oyandırmağa qıymır. Bir saat sonra oyandırdığında isə artıq iş işdən keçmiş, qovulmuşdu. Edison çox əsəbləşmiş, "Nə haqla mənim yarım saatımı aldın", - deyirdi. Müvəffəqiyyət gözlədiyiniz yerə gəlməyəcəkdir. Çalışmalı, zəhmət çəkməli, ona doğru irəliləməlisiniz. Bu, müvəffəqiyyət üçün ödəməniz lazım olan dəyərdir. Başqalarının uğruna qibtə ilə baxırıq, lakin onların bu nailiyyətləri əldə etmək üçün nələr çəkdiyindən bixəbərik. Məşhurlardan bəzilərinin çalışma tempinə baxın, nə qədər çalışsanız da, az çalışdığınızı düşünəcəksiniz. Aleksandr Düma 40 il gündə 16 saat əsər yazardı. İbni Cəzvi - Bəzisi 20 cild olan 340-dan çox əsər yazmışdı. - Bir ildə yazdıqları 50-60 cilddən ibarətdir. - Gündə 4 dəftər doldururdu. Sizsə, təbii ki, az çalışırsınız. İstəklərinizə çatmaq üçün onlara çalışaraq canlılıq qazandırın. Biçəcəkləriniz əkdikləriniz olacaq. Məhz bu səbəbdən Kitabımızda "İnsana ancaq öz zəhməti (səyi, çalışması əməli) qalar!", - buyurulur. [53:39] Güclü kəlimlər və şüarlar işlədin. Kəlimələrin həyatımızdakı təsirini inkar edə bilməzsiniz. Bütün duyğu-düşüncələrimiz onlarla şəkillənir. Sevgimizi onlarla bildirir, səmimiyyətimizi onlarla qururuq. Onlarla cuşa gəlir, onlarla ilhamlanırıq. Mel Qibsonun rejissorluq etdiyi və baş rolda oynadığı "Cəsur ürək" filminə baxmısınızsa, ingilis ordusunu görüb geri qayıtmaq istəyən şotlandiyalı əsgərlərlə Uilliam Uollesin arasında gedən dialoqu yaxşı xatırlayarsınız. Uilliam Uolles: Bu sizin ordunuzdursa, nə üçün geri qayıdırsınız? Birinci əsgər: Biz bura döyüşmək üçün gəlməmişik. İkinci əsgər: İngilislər sayca bizdən çoxdurlar. Uilliam Uolles: Ey Şotlandiya övladları. Mən Uilliam Uollesəm. İkinci əsgər: Uilliam Uolles yeddi fut uzunluqda idi. Uilliam Uolles: Eşitmişəm. Yüzlərlə insanı məhv edirdi. Mən Uilliam Uollesəm. Və mən burada bütün ölkə vətəndaşlarından ibarət ordunun istibdada qarşı mübarizəsini görürəm. Siz azad insanlar kimi vuruşmalısınız və siz azad insanlarsınız. Siz bu azadlıqla nə edəcəksiniz? Döyüşə hazırsınızmı? Birinci əsgər: Buna görəmi? Biz qaçıb yaşamağa üstünlük veririk.. Uilliam Uolles: İndi vuruşsanız, bəlkə ölərsiniz. Əgər qaçsanız, bir neçə il daha yaşayarsınız. Ancaq illər sonra yatağınızda ölüm anınızı gözləyərkən yaşadığınız bu illəri sadəcə bir günlə, azadlığınızı qazanacağınız bu günlə dəyişmək istəyəcəksiniz. Sadəcə bir şans...Gəlin bir araya, düşmənlərimizə isbat edək ki, onlar bizim canlarımızı ala bilərlər, ancaq Azadlığımızı əsla! Bu sözlər məğlubiyyətə razı şotland ordusunu ruhlandırır və mütləq qələbəyə imza atırlar. Sözlərin təsirindən qaça bilməzsiniz. Hansı sözü israrla söyləsəniz, ruhunuz ona inanacaqdır. El arasında işlədilən "Bir nəfərə qırx dəfə ağıllı desən ağıllı, qırx dəfə də dəli desən dəli olma ehtimalı vardır" ifadəsi boşu-boşuna deyilməmişdir. Hal-hazırkı durumunuzu fikirlərinizi hörməkdə olduğunuz kəlimələr müəyyən edir. "Bezdim", "Sıxıldım", Depressiya", "Stress", "Ürəyim sıxılır" kimi ifadələr düşüncələrinizi hörümçək toru kimi sarmışsa, artıq əhvali-ruhiyyəniz ona görə şəkillənəcəkdir. "Bacararam", "Mənim üçün asan işdir", "Öhdəsindən rahatlıqla gələrəm" kimi ifadələr işlədin. Qanadlanıb uçmağa başladığınızı görəcəksiniz. Müsbət yüklü ifadələr müvəffəqiyyətə qovuşduran mayak kimidir, mənfi yüklü sözlər isə ölümə sürükləyən burulğan kimi. Nə çətinlikdə olursunuz olun, fikirlərinizi ümid dolu kəlimələrlə bəzəyin. Kəlimələrinizi dəfələrlə təkrarlayın. Tərəddüd xəyallarınıza belə qonaq olmasın. İnanın, bacaracaqsınız. İnsanlarda olduğu kimi şirkətlərin də inkişaf mərhələlərində müsbət yüklü ifadələrə, şüarlara və devizlərə böyük ehtiyacı vardır. Aşağıdakı bəzi şüarlar buna əyani sübutdur. Aselsan: Bizim üçün çətini bacarmaq asandır, imkansızı isə bir az zaman alar. Bank Standart: Bacarığın hədsizdir. Adidas: Mümkün olmayan heç bir şey yoxdur. Apple Computer: Hər şey Mak üçün asandır. BMW: Sadəcə uçmaq daha yaxşı ola bilər Audi: Güc nəzarətimiz altındadır. Özünüzə referanslar tapın. Müvəffəq olmaq üçün özünüzə referanslar tapın. Bu, inamınızın artmasında böyük rol oynayacaqdır. Məsələn, siqareti buraxmaq qərarına gəldiniz. Niyyətinizi sonuna qədər reallaşdırmaq sizə inandırıcı görünməyəcək. İnamınızı artırma naminə siqaret səbəbilə xəstələnən insanları ziyarət edin. Bu bir mənada siqaret çəkməyə davam etdiyiniz halda illər sonra düşə biləcəyiniz durumu göstərəcək. Ya da siqaretin zərəri haqqında yazıları oxuyun. Tərk etməyinizdə böyük faydalar görəcəksiniz. Və ya siqareti birdəfəlik tərk edən insanlarla görüşün, onlarla söhbətləşin. Unutmayın, dünyada bir işdə müvəffəq olan bir nəfər varsa, o işdə siz də müvəffəq ola bilərsiniz. Elə isə hər hansı sahədə müvəffəq olmağı qarşınıza məqsəd olaraq qoydunuzsa, bu sahədə üzrə yaşanılmış müvəffəqiyyət modellərini araşdırın və önəmli məqamları həyatınıza tətbiq edin. Sizi müvəffəqiyyətə səsləyəcək gözəl sözlərə müraciət edin. Nə düşünürsəniz, düşünün, nəyə inanırsanız inanın, dünyada sizi haqlı çıxaracaq gözəl sözlər mütləq vardır. Tapın o sözləri və ruhunuzu hüzura qovuşdurun. Məşhur yazar Monteyn əsərlərini divarlarında 57 dənə aforizmin olduğu otaqda yazardı. Təbii ki, tövsiyəm hər kəsin evinin divarlarına aforizmlər yazması deyil. Əsas olan bu ifadələr həyatınızın divarlarına həkk etmək, tətbiq etmək və yaşamaqdır. Müvəffəqiyyətə xas çalarlarla xarakterinizi zənginləşdirin! İçinizdə canlılıq əlaməti göstərən inamınızın bu xüsusiyyətini mütəmadi qoruması, kök atıb mənliyinizdə dərinləşməsi üçün müvəffəqiyyətə xas çalarları xarakteriniz halına gətirin. Amerika psixoloqu və filosofu Uilliam Ceymsə görə "Cəsur olmaq üçün cəsur imiş kimi hərəkət etmək, bütün iradəmizi bu məqsədə müvafiq yönləndirmək lazımdır". Müvəffəqiyyət üçün eynisini düşünə bilərsiniz. Atdığınız hər addımda müvəffəq olmuş insanlar kimi hərəkət edin. Öz inamınızın artdığını görəcək, "Bacaracağam" düşüncəsini iliklərinizə qədər hiss edəcəksiniz. Dik durun: Hal-hazırkı düşüncələrinizi durunuşunuz müəyyən edir. Ayaqüstə dayandığınız zaman dik durun. Oturursunuzsa, stol və kresloya tam əyləşib arxaya söykənin. Gözlərə baxın: Qarşılıqlı söhbət zamanı, insanları narahat etməmək şərtilə, bacardığınız qədər gözlərə baxın. Bu, fikirlərinizin məqbul görülməsi və özünüzü güclü hiss etməniz üçün ən yaxşı vasitələrdən biridir. Güc mərkəzlərinə yaxın durun: Məsələn, iclaslarda ön sıraların birində oturun. Qonaqlıqda ziyafət verən adamın masasında əyləşin. Söhbət edilən yerlərdə özünüzə əsas danışan adamın yanında yer tapın. İçinizdəki inamın oyandığını hiss edəcəksiniz. Məhəmməd Bozadağın "Düşün və başar" adlı kitabında bu məsələ barəsindəki bir paraqraf diqqətimi çəkmişdi. "İştirak etdiyim bir iclas salonunda arxa sıralarda kifayət qədər boş yer var idi. Mən isə ön sıralarda yer axtarıb, bütün cəsarətimi toplayaraq oralarda oturmağa çalışdım. Sağ tərəfimdə Ərzurum millət vəkili oturmuşdu. Mənə doğru yönəlib "Xoş gəldin!", - deyərək əlimi sıxdı. Ön sıralarda tanıdığım başqa millət vəkilləri və bürokratlar oturmuşdu. Onlarla uzaqdan təbəssüm edib, baş sallayıb salamlaşdım. Hətta arxa sıralarda oturan bəzi yoldaşlar məni önəmli biri zənn edib, özlərində səliqə-sahman yaratdılar. Ən ön sırada yer aldığım üçün kameraların ən çox çəkdiyi adamlardan biri idim. Özümü cəsur və güclü hiss edirdim. Heç kimə hörmətsiz yanaşmağı tövsiyə etmirəm. Başqalarının yerini tutmamaq şərtilə, daha yaxşı anlamaq və daha təsirli olmaq üçün bu şəkildə hərəkət etmək eyib deyildir." Səsinizin tonunu yüksək tutun: Yüksək səs tonu ilə, yavaş-yavaş və aydın danışın. Səs tonunuzun zəif olması gücsüzlüyünüzün ifadəsidir. Əllərinizi sıxın, özünüzü rahat hiss edin və insanların gözlərinə baxaraq yüksək səslə danışın. Gülümsəyin, təbəssüm üzünüzdən əksik olmasın: Dostlarınızı bir təbəssümlə də olsa, sevindirməkdən məhrum etməyin. Elə istiqanlı və səmimi olun ki, hər sıxdığınız ələ ruhunuzu da qatın. Düşmənlərinizi düşünüb də zaman itkisinə yol verməyin. Qorxuya qapılıb hədəf dəyişdirməyin. Fikirlərinizi hədəflərinizə cəmləşdirin. Güclü və faydalı olma düşüncəsini zehninizdə yaşatdıqca, həqiqətən elə olmağa başladığınızı görəcəksiniz. Siz israr etdikcə, qarşınıza saysız fürsətlər çıxacaq. Fikir inamla bağlanarsa qüdrət halına gələr. Hədəflərinizi inamınızla bağlayın. Cəsur və səmimi olun. Qəlbiniz nəyə bağlanarsa, varlığınız onun mahiyyətinə bürünər. Bürünəcəyiniz mahiyyəti doğru təsbit edin. Gülümsəmək üçün əlavə xərc tələb olunmur. Bu qədər kiçik bir sərmayə ilə əldə edə biləcəyiniz qazanclar isə böyük ola bilər. Qısa zaman diliminə sığışan bir gülümsəmə hafizələrdə ömür boyu yaşaya bilir. Heç kim gülümsəmə ilə meydana gələn faydaları rədd edəcək qədər zəngin deyil. Heç kim gülümsədiyi üçün kasıb halına düşməz. Gülümsəmə qorxulara güc, dərdlilərə nəşə, xəstələrə sağlıq bəxş edir. Gülümsəmə yorğunları rahatladar. Onu satınla, dilənə və oğurlaya bilməzsiniz. Onu sizə ancaq könül rizası ilə verərlər. İçdən gəlməyən gülümsəmə kimsəyə fayda gətirməz. Sizə gülümsəməyən bir insanla qarşılaşarsınız, siz yenə də gülümsəyin. Gülümsəməyi onlardan əsirgəməyin, çünki gülümsəmələrə ən çox ehtiyacı olan gülümsəyənlərdir. Gülümsəyin... Sadəcə şəkil çəkdirərkən deyil, şəkil çəkərkən də gülümsəyin.
['uğur qazanmaq', 'uğur psixologiyası', 'müvəffəqiyyət', 'özünəinam', 'fərdi inkişaf', 'güvənmək', 'bədən dili']
6,394
https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/1860/c%C3%BCzeppe-verdi.html
Cüzeppe Verdi
2ral
böyük musiqiçilər
31 iyul 2010, 12:43
Bir gün Milan Konservatoriyasının direktorunun yanına cavan bir oğlan gəlir və onu qəbul imtahanına buraxmağı xahiş edir. Qəbul komissiyası iddiaçının əsərləri ilə tanış olandan sonra ona qəti rədd cavabı verir. Həmin hadisə 1832-ci ilə təsadüf edir. Bir neçə onillikdən sonra isə Milan Konsevatoriyası vaxtilə bəyənmədiyi gənc musiqiçinin adını daşımaq şərəfinə nail olmağa səy göstərir. Həmin musiqiçinin adı Cüzeppe Verdidir. XIX əsrin 30-cu illərində italyan opera sənətinə qeyri-adi, nadir istedadlı bir sənətkar gəlir. Onun operaları Avropanın müxtəlif ölkələrində tamaşaya qoyulur və sözün əsl mənasında gurultu qoparır. Bəstəkarın yaratdığı gözəl melodiyalar dillər əzbəri olur, hətta o qədər geniş yayılır ki, onları italyan xalq mahnıları sanırlar. Bu müəllifin əsərləri indiyədək də italyan operasının ən uca, əlçatmaz zirvəsi hesab olunur, dünyanın ən nüfuzlu opera teatrları onları repertuarına daxil edir. Həmin sənətkarın adı Cüzeppe Verdidir. Taleyin hökmü ilə Verdi Vaqnerlə bir ildə dünyaya gəlmiş, sənətdə də yolları oxşar olmuşdur. O da öz yaradıcılıq axtarışlarını əsasən opera janrı istiqamətində aparmış, bu janrın inkişafına mühüm töhfələr vermişdir. Lakin Verdinin opera janrına münasibəti — onun həm məzmununa, həm də musiqi üslubuna qarşı qoyduğu tələblər Vaqnerdən tamamilə fərqlidir. Belə ki, Verdi qədim əfsanə və rəvayətlərə qətiyyən maraq göstərmir, real həyatdan götürülmüş və mütləq gərgin emosiyalar və kəskin təzadlarla yoğrulmuş süjetlərə müraciət edir. Əgər Vaqner simfonik orkestrin səlahiyyətlərini genişləndirməyə meylli idisə, Verdi, əksinə, insan səsinə, vokal partiyalara üstünlük verir. Verdi operalarının təsir gücünün sirri onların italyan folklorundan bəhrələnməsi, canlı, ifadəli melodiyaların bir-birini əvəz etməsidir. Hətta Vaqnerin xüsusi maraq göstərdiyi leytmotiv prinsipi də Verdini biganə qoyur. Doğrudur, o da bəzi qəhrəmanlarını qısa musiqi mövzuları ilə səciyyələndirir, lakin həmin üsuldan Verdi operalarında çox məhdud şəkildə istifadə olunur. Verdi uzun və mürəkkəb yaradıcılıq yolu keçmişdir. O, 26 opera bəstələmişdir. Onlardan birincisi — «Oberto»nu 1839-cu ildə, sonuncusu — «Falstaf'»ı 1892-ci ildə, səksənillik yubileyi ərəfəsində yazmışdır. Verdinin ən məşhur operaları sırasında: «Riqoletto» (V.Hüqonun «Kral əylənir» dramı üzrə), «Traviata» (A.Düma — oğulun «Kameliyalı qadın» əsəri üzrə), «Trubadur», «Aida», «Otello» (U.Şekspirin eyni-adlı dramı əsasında) əsərlərini göstərmək olar. Onu da qeyd edək ki, «Aida» — Misirdəki Qahirə Opera Teatrının sifarişi ilə, Süveyş kanalının təntənəli açılış mərasimində ifa olunmaqçün yazılmışdır. Operalardan savayı, Verdi yaxın dostu və sirdaşı şair Alessandro Mandzoninin xatirəsinə möhtəşəm «Rekviyem» də bəstələmişdir. Bu əsər də Verdi irsinin ən gözəl səhifələrindəndir. Cüzeppe Verdinin vəfatı nəinki bəstəkarın vətənində, bütün dünyada dərin kədər hissi ilə qarşılanır. Dəfn günündə İtaliya Senatının göstərişi ilə məktəblər, idarələr bağlanır. Milanın yüz minlərlə sakini sevimli sənətkarını son mənzilə yola salmaq üçün küçələrə çıxır. Bu günədək italiyalılar Verdini özlərinin milli qəhrəmanı sayır, onun sənəti qarşısında hörmətlə baş əyirlər. Bu əsərlərlə tanış olmaq lazımdır: ✓ «Traviata» operasi: «Süfrə başında oxunan mahnı»; Alfredin ariyası ✓ «Riqoletto» operasi: Hersoqun balladası, Cildanın ariyası, Riqolettonun mahnısı, Hersoqun mahnısı ✓ «Aida» operasi: Radamesin romansi; Marş, Aida və Radamesin dueti ✓ «Nabukko» operasi: "Əsir edilmiş yəhudilərin xoru" Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi Müəllif Aida Hüseynova
['Cüzeppe Verdi', 'bəstəkar', 'italyan musiqisi', 'italyan mədəniyyəti', 'klassik musiqi']
6,395
https://kayzen.az/blog/T%C3%BCrk%C9%99l/2718/kino-d%C3%B6n%C3%BCkl%C9%99r-the-departed.html
KİNO: Dönüklər (The Departed)
Türkəl
Bloq: Türkəl
30 iyul 2010, 16:17
Sənin yaşında olanda mənə deyirdilər ki, bu həyatda polis də ola bilərsən, quldur da. Mənsə bugün deyirəm ki, kimsə sənin üzünə tapança tutanda bunun heç bir fərqi yoxdur. Mən çalışmışam ki, yaşadığım mühitin məhsulu olmayım, əksinə ətrafımdakı mühit mənim məhsulum olsun. Mən gənc olanda irlandlara ən cındır işləri də vermirdilər, 20 ildən sonra isə bizim arıtq öz prezidentimiz oldu, qəbri nurla dolsun..... Reliz:           2006 Rejissor:         Martin Scorsese Ssenari:          William Monahan Baş rollarda:     Leonardo Dicaprio, Matt Damon, Jack Nicholson, Mark Wallberg, Vera Farmiga, Martin Sheen, Ray Winston, Alec Baldwin və başqa Bu yaxınlarda internetdə yazıçı Paulo Koelyo haqda belə bir fikir oxudum: "Onun əsərləri ikili məna daşıyır: sadə və mətnaltı. Adi adam yalnız üzdəki mənanı başa düşür, amma diqqətli oxucular bu əsərlərdə dərin fəlsəfi anlam görür." Maraqlıdır, eyni şeyi mən bir neçə ildir Martin Skorsezenin filmləri barədə düşünürəm. "Taksi sürücüsündən" tutmuş, "Yaxşı Oğlanlar"-a kimi, böyük rejisorun filmlərində ümumi süjetlə yanaşı, insana özünə sual verməyə vadar edən məna tapmaq olur. "Dönüklər" də belə filmlərdəndir. "Dönüklər"-də Çin istehsalı olan "İkiqat Yerdəyişmə" filminin ideyasından istifadə edilib. Lakin burda Çin Triadası əvəzinə İrland mafiyası, Honq-Konq polisi əvəzinə isə Boston şəhərinin (Massaçuets ştatı) qanun keçikçilərinin həyatı əks olunub. Yalnız əsas fikir hər iki filmdə eynidir. Mafiya üzvlüyünə polis işçisi qəbul olunub, qanunu qorumaq isə cinayətkara tapşırılıb. Onların hər ikisi qurd kimi ağacı içəridən çürütməlidirlər. Amma nə vaxtsa onların fəaliyyətinin nəticələri hər iki tərəfdə şübhə doğurur. Cərgədə satqın var və o tapılmalıdır. Hər iki agentə bir-birini tapmaq və aradan çıxartmaq tapşırığı verilir. Skorsezenin mafiya mövzusunda çəkdiyi digər filmlərdən ("Təhlükəli Küçələr", "Yaxşı Oğlanlar", "Kazino") fərqli olaraq burada söhbət italyan mafiyasından yox, irland quldurlarından gedir. Digər və daha böyük fərq filmdə mənfi və müsbət qəhrəmanların mövcud olmasıdır. Ona yeganə yaxın adam olan anasının vəfatından sonra Billi Kostiqanın (Leonardo DiKaprio) həyatda itiriləsi heç nəyi yoxdur. Polis akademiyasını yüksək nəticələrlə bitirən gənc, polis sıralarına cəlb olunmaq istəyir. Lakin onun qarşısına şərt qoyulur. Boston polisi ona xüsusi iş təklif edir. O rəsmən işə qəbul olunmayacaq, saxta ittiham əsasında bir neçə ay türmədə yatacaq, azadlığa çıxdıqdan sonra isə Frank Kostellonun (Cek Nikolson) quldur dəstəsinə qoşulacaq. Yalnız bundan sonra o polis informatoru kimi fəaliyyət göstərərək şərəfli xidmətə başlaya bilər. Hər addımı risk olan Billi qanuna xidmət etmək üçün cani rolunu ifa edir və bəzən əslində hansı cəbhəyə qulluq etdiyi özünə də qeyri-müəyyən olur.   Uşaqlıqdan valideynlərini itirmiş Kollin Sallivan (Met Deymon), Frank Kostellonun himayəsi altında böyüyür. Onun təkidi ilə Akademiyanı bitirir və Bostom polis departamentində elit şöbədə işə düzəlir. Quzu dərisi geymiş qurd rolunu oynayan Kollin iş yoldaşlarının bütün planlarını "atasına" açıqlayaraq departamentin işini alt-üst edir və Kostello ələkeçməz qalır. Lakin sonda Kollin özünü tələdəki kimi hiss edir. Tabe olduqları qurumların taleyi YALNIZ onların fəaliyyətindən, ayıq-sayıqlığından asılıdır. Onlar sistemin hissəsi deyillər, sistemin özüdürlər..... lakin bunu yalnız onların özləri belə düşünür, etdikləri iş həyatları üçün nə qədər təhlükəli olsa da, onlar yalnız şahmat oyununda piyadadırlar. "Dönüklərə" ən azı aktyor heyətinə görə baxmağa dəyər. Baş rolların ifaçılarından başqa filmdə Vera Farmiqa, Rey Uinston, Alek Boulduin, Maykl Şin və Mark Uollberq yer almışdılar. Sonuncu hətta roluna görə Oskar mükafatına da namizəd oldu. Deyərdim ki, serjant Diqnamı oynadığına görə Uoullberq ikinci plan aktyoru nominasiyasında mükafata daha çox layiq idi, amma Oskarı başqa aktyora verdilər. Buna rəğmən "Dönüklər" 80-ci Oskar təltifetmə mərasimində Ən yaxşı kino, Ən yaxşı rejissura, Ən yaxşı uyğunlaşdırılmış ssenari və Ən yaxşı montaj nominasiyalarında qalib gəldi. Skorsezenin filmdəki rejissor işini tam qimətləndirmək üçün isə filmə mütləq baxmaq lazımdır, özüdə ki, dəfələrlə.... İlk baxışdan "sadə mafiya filmi" təəssüratı yaradan "Dönüklər"də kimlik krisizi - insanın özünü tanıması kimi psixoloji məsələlərə toxunulur. Rejissor filmdə mənfi və müsbət qəhramanları bir-birinə bənzədərək sanki xeyir və şərin arasında bərabərlik işarəsi qoyur. Bir növ yin-yanq anlamı əmələ gəlir. Filmin musiqisinə isə söz ola bilməz. Adəti üzrə klassik roka üz tutan Skorseze filmində müasir irland rokundan da istifadə edir. * Mətnin yazılmasında copy-paste prinsipindən istifadə olunmamışdır.* Müəllifin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.
['kino', 'scorsese', 'mafiya', 'triller']
6,396
https://kayzen.az/blog/kartoqrafiya/2033/yerin-h%C9%99r%C9%99k%C9%99ti-v%C9%99-zaman.html
Yerin hərəkəti və zaman
2ral
Kartoqrafiya
30 iyul 2010, 09:24
Bütün səma cisimləri kimi Yer də öz xəyali oxu ətrafında fırlanır. Ilk dəfə bunu fransız alimi Fuko sübut edib. Bu zaman qütblər istisna olmaqla şimaldan cənuba uzanan meridian üzərində olan bütün nöqtələr qərbdən şərqə doğru fırlanaraq səmada dairə cızırlar. Nəticədə gecə-gündüz yaranır. Yer kürə formasında olduğundan Günəş şüaları onun bütün səthini eyni vaxtda işıqlandıra bilmir. Nəticədə Günəşə doğru çevrilmiş hissədə gündüz, əks tərəfdə isə gecə olur və Yerin fırlanması ilə əlaqədar olaraq bu növbələşmə ardıcıl olaraq davam edərək gecə-gündüzü əmələ gətirir. Yer öz oxu ətrafında tam dövrünü 23 saat 56 dəqiqə 4 saniyəyə tamamlanır. Nəticədə vaxt vahidi yaranır. Yer öz oxu ətrafında 10 dönmək üçün 4 dəq. vaxt sərf edir. Eyni meridian üzərində yerləşən bütün məntəqələrdə vaxt eyni olub yerli və ya meridian vaxtı adlanır. Qurşaq vaxtı.Məntəqənin yerli vaxtı daha dəqiq olsa da ümumilik və sadəlik naminə yer kürəsi 24 saat dilimlərinə ayrılmış və qurşaq vaxtı müəyyənləşdirilmişdir. Qurşaq vaxtı Yer kürəsinin 1 saatda döndüyü dərəcələrlə sərhədlənir. Yer kürəsi 24 saata öz oxu ətrafında 1 tam dövr etdiyi üçün (3600:24 saat =150) hər biri 150 –dən ibarət 24 saat qurşağı alınır. Hər qurşaq üzündən solda (qərbdə) yerləşən qurşaqdan 1 saat qabaq, sağda (şərqdə) yerləşən qonşu qurşaqdan isə 1 saat geri qalır. Hər 1 qurşaq daxilində vaxt onun mərkəzindəki meridiana görə hesablanır və bu qurşaq daxilindəki bütün məntəqələrə aid edilir. Bir saat qurşağı daxilində olan vaxta qurşaq vaxtı deyilir. 1 ölkə və ya inzibati vilayətdə eyni qurşaq vaxtından istifadə etmək üçün quruda saat qurşaqlarının sərhədləri meridian xətləri üzrə deyil, ölkə və ya vilayətin sərhədləri boyunca keçirilir. Azərbaycan III saat qurşağında yerləşir. Ortasından Qrinviç meridianı keçən saat qurşağı sıfrıncı (eyni zamanda 24-çü) saat qurşağı qəbul edilir. 150-lik bu qurşağın yarısı (7030’ş.u) şərq və yarısı (7030’q.u) qərb yarım kürəsində yerləşir. Dünyada yeni sutka ortasından 1800-lik meridian keçən XII saat qurşağından başlanır. Bu zaman şərq yarım kürəsində mayın 2-si olduqda, qərb yarım kürəsində hələ mayın 1-i olur. Bu səbəbdən Magellanın ekspedisiya üzvləri Yerin öz oxu ətrafında hərəkətinin əksinə səyahət etdiklərindən bir sutkanı itirmişlər. Günəşli saatlardan səmərəli istifadə etmək üçün bəzi dövlətlərdə dekret vaxtından (Saatın əqrəblərinin 1 saat irəli və ya geri çəkilməsi) istifadə edilir.
['qurşaq vaxtı', 'saat qurşaqları']
6,397
https://kayzen.az/blog/burcler-xarakter/1788/%C9%99kizl%C9%99r-b%C3%BCrc%C3%BC.html
Əkizlər bürcü ♊️
Tomris
Bürclərin xarakteri
29 iyul 2010, 08:51
Ünsiyyətcil insanlar olduğundan onlarla münasibət qurmaq bir o qədər çətin deyil. Diqqətlə sizə qulaq asacaqlar. Maraqlı qeybəti, dedi-qodunu çox sevirlər. Özləri də bununla məşğul olurlar. Əkizlərin diqqətini çəkmək üçün yüksək fantaziyaya malik olmalısız. Onları ilk görüşdə teatra, rəsm sərgisinə, konsertə dəvət etsəniz, ürəklərincə olar. Əkizlərin qohumlarına qarşı yüksək diqqət nümayiş etdirin. Göstərdiyi şəkillərə xüsusi maraq bildirin. Onlar haqqında olan məlumatlara diqqətlə qulaq asin. Əkizlər bunu qiymətləndirirlər. Əkizlər yeməyə, təmizliyə, bahalı alış-verişə tələbkardırlar. Onların ürəyinə yol mədədən yox, başdan, ağıldan keçir. Yaddan çıxarmayın ki, ömür boyu Əkizlərlə xoşbəxt yaşamaq üçün intellektual baxımdan maraqlı olmaq lazımdır. Əkizlərlə münasibət qurulmazdan əvvəl söhbət üçün təzə ən maraqlı xəbərləri, elmi və ya siyasi-sosial, məişət xarakterli məlumatları bilmək lazımdır. Gün rejiminə riayət etməyən, bəzən söz verib unudan insanlardır. Onlar çətin ki, evin təmiri ilə məşğul olsunlar, amma təmirçi ustanı məzəmmət etməyi, göstəriş verməyi xoşlayırlar. Qadın Əkizlər isə hətta evinin pəncərəsini belə silməyi özünə rəva bilmir. Onları əla aşpaz adlandırmaq olmaz. Yarımfabrikat almağı və ya restoranda yemək sifariş etməyi üstün tuturlar. Pul qazana bilirlər. İşləri ilə məşğul olduqları zaman çalışın onlara mane olmayasız. Yeniliyi, təzə əşyaları sevdiklərindən, Əkizlər mağazalara getməyi, alış-veriş etməyi xoşlayırlar. Qonaqpərvərdirlər. Əkizlər yaşayan evə qonaq gələn şəxslər heç vaxt narazı getmirlər. Özləri də qonaq getməyi sevirlər.Kişi Əkizlərin başqa bürclərlə uyğunluğu Əkizlər — Qoç. Hər ikisi nikbin, optimistdirlər. Yüksək təşəbbüskarlığa malikdiliər. Qoç idarəedici rolunu oynamağı sevir. Ailə uğurlu sayıla bilər. Bir-birinə hörməti ildən-ilə artacaq. Dostluq münasibətləri də yaxşıdır. Əkizlər — Buğa. Buğa bürcü qısqanc, dözümsüz, bəzən aqressiv olduğundan, Əkizlərlə yola getməsi çətinləşir. Əkizlər də sərbəstliyi, öz düşündüklərini etməyi sevdiyindən söz-söhbətsiz keçinmirlər. Bu bürclülər real həyatda bir-birinə uyğun gəlmirlər. Uğursuz və qısamüddətli münasibətlər yaranır. Əkizlər — Əkizlər. Eyni bürcün sahibləri olduqları üçün bir çox maraqları eynidir. Hər ikisi impulsiv, dalaşqandırlar. Daimilik heç birində yoxdur. Tez darıxırlar. Bir-birlərini çox sevsələr də, ailədə hərdən bəzi problemlər yaşana bilər. Xoşbəxt ailə yalnız bir-birinə uyğunlaşma ilə yaranır. Əkizlər — Xərçəng. Xərçəng bürcü çox emosional, hisslərə qapanan olduğundan bəzən Əkizlərə düşündüklərini söyləməkdə, fikir mübadiləsi yaratmaqda çətinlik çəkir. Əkizlər sevgilərində daimi deyillər, bu da münasibətlərin korlanmasına gətirib çıxaracaq. Ailə uğursuz sayılır. Əkizlər — Şir. Bu münasibətdə Əkizlər lider olmağa can atır. Şir hər yerdə başçı olduğundan qurulacaq ailədə, yoldaşlıq ünsiyyətlərində də lider odur. Əkizlər güzəştə getdiyindən ailənin uzun müddətli olması mümkündür. Dostluq münasibətlərində də hər şeyin əla olması gözlənilir. Əkizlər — Qız. Bir-birini sevməyən şəxslərdir. Əkizlər hava, Qızlar torpaq ünsürü olduğundan uyğunsuzluq buradan əmələ gəlir, perspektivdə ancaq tozanaq qoparacaq. Qızlar çox vaxt Əkizləri tənqid edir. Əkizlər bu münasibətə çox dözə bilmir. Qısa müddətli, parlaq münasibətlər tez bir zamanda pozulur. Əkizlər — Tərəzi. Hər ikisi xoşniyyət, optimistdir. Heç biri qısqanc deyillər. Bir-birini bir sözdən və ya bir baxışdan başa düşürlər. Bu münasibətlər əladır. Ailə çox uğurlu ola bilər. Əkizlər — Əqrəb. Bir-birinin xoşuna gəlsələr də, bu hələ hər şeyin əla olması demək deyil. Əqrəb çox qısqancdır, Əkizlər isə sabitqədəm deyillər. Bu xüsusiyyətlər də bir çox problemlərin yaranmasına gətirib çıxarır. Ailə çox nadir hallarda uğurlu olur. Əkizlər — Oxatan. Bir çox xüsusiyyətləri oxşardır. Buna baxmayaraq, ailədə bəzən uğursuzluqlarla üzləşirlər. Ən çox maddi vəziyyətin çətinləşməsi ilə əlaqədar olaraq müəyyən söz-söhbətlər yaranır. Dözüm, səbr olmasa, münasibətlərin davamiyyəti, uyğunluğu bir qədər çətindir. Əkizlər — Oğlaq. Hər ikisinin münasibəti yalnız dostluq və işgüzarlıq zəminində alına bilər. Uzun müddətli və xoşbəxt ailə haqqında danışmaq bir qədər çətindir. Əkizlər — Dolça. Bunlar arasında nəinki dostluq, işgüzarlıq, həm də uzun müddətli ailə münasibətləri mümkündür. Bəzən adama elə gəlir ki, bunlar sanki bir-biri üçün yaranmışlar. Əkizlər — Balıqlar. Ailə münasibətləri çox vaxt uğursuz sayılır. Əsasən bu uğursuzluq ünsürlə əlaqədardır: Əkizlər hava, Balıqlar isə su ünsürlüdür. Bu münasibətdən ən çox Balıqlar əziyyət çəkəcəklər. Balıqların emosionallığı Əkizləri özündən çıxaracaq. Qədim tiırkcə — Ərəntir; Latınca — Gemini; Farsca — Dopeykər; Ərəbcə — Cövza; Qədim yunanca — Didymoi  Rusca — Bliznetsı Mənbə filologiya elmləri namizədi,münəccim Firudin Əliağa oğlu Qurbansoyun  SEVGİLİNİ TANIYIRSANMI? kitabındanHəmçinin bax Əkizlər bürcünün xüsusiyyətləri və Əkizlər bürcü haqqında astroloji məlumat
['əkizlər bürcü']
6,398
https://kayzen.az/blog/T%C3%BCrk%C9%99l/2709/kennedil%C9%99rin-l%C9%99n%C9%99ti-birinci-hiss%C9%99.html
Kennedilərin Lənəti (Birinci Hissə)
Türkəl
Bloq: Türkəl
28 iyul 2010, 22:11
Təyyarə qəzaları, ictimayi yerlərdə sui-qəsdlər, bədbəxt yol hadisələri..... Bu faciələr illər boyu qüdrətli Kennedilər klanının başı üzərində qara bulud kimi durmuş və gənc həyatların sonuna çıxmışdır. ABŞ-ın 35-ci prezidenti Con Fitzgerald Kennedinin kütlə qarşısında qətli bu nəsil nümayəndələrinin ən böyük bədbəxtçiliyi sayılır. Lakin onun Cozef, Robert və Edvard adlı qardaşları da eyni və ya oxşar faciə ilə uzləşiblər. Maraqlısı ondadır ki, onların hamısı hakimiyyətə can atırdı və bu hadisələr bəzilərini məqsəd başında, bəzilərini isə yarı yolda saxladı. Kasıb irland katoliklərinin ailəsində doğulmuş Cozef Kennedi qiymətli kağızlar bazarında etdiyi riskli gedişlər və kommersant bacarığı sayəsində artıq 40 yaşına kimi kifayət qədər böyük mal-dövlət sahibi olmuşdu. Hollivud aktrisalarıyla vaxt keçirməyi sevən Cozef ailə həyatı barədə də unutmur və həyat yoldaşı ilə birlikdə 9 uşağ sahibi olur. Övladlarına ən yaxşı gələcək arzulayan ata pul - hakimiyyətdir, hakimiyyət - puldur prinsipinə etibar edir və əlindəki kapital və "yuxarıdakı" əlaqələri hesabına ABŞ-ın Böyük Britaniyada səfiri təyin olunur. Ata öz adını verdiyi oğlu Cozef Patrik Kennedini də yüksək mərtəbələrə hazırlaşdırır. Lakin kiçik Cozefin, qarşısına sadə siyasətçi və ya diplomat yox, Amerikanın gələcək prezidenti olmaq tapşırığı qoyulmuşdu. Con Kennedi atası və qardaşı Cozef Kennedilərlə birlikdə Var-dövlətlə doymayan və hakimiyyət acı olan böyük Cozef səfir işlədiyi dövrdə ABŞ-ın II dünya müharibəsində iştirakına qəti etiraz edir. Lakin "Pearl Harbor" hadisəsindən Amerika müharibəyə qoşulmağa məcbur olur. Bundan sonra kiçik Cozef atası tərəfindən müharibəyə göndərilir. Belə ki, o, hərbi təcrübəni siyasi karyera üçün olduqca vacib məqam sayırdı. Bununla da Kennedi lənətinin əsası qoyulur. 1944-cü ildə kiçik Cozef Kennedinin olduğu hərbi təyyarə uğursuz əməliyyat nəticəsində qəzaya uğrayır və o 29 yaşında həlak olur. Kennedi qardaşları: 35-ci ABŞ prezidenti və onun təyin etdiyi Ədliyyə naziri 11 uşaqdan ən böyüyü olan Cozefin ölümündən sonra ata ikinci oğlunu - Con Fitgeraldı möhtərəm vəzifəyə hazırlaşdırır. Buna kimi Con artıq şücaəti ilə seçilmişdi. Yeniyetmə illərindən bel ağrılarından əziyyət çəksə də Con 1941-ci ildə könüllü surətdə orduya yazılır və 1943-cü ildə göstərdiyi qəhrəmanlığa görə medalla təltif olunur. Cavanlığında qeyri-ciddi həyat tərzinə üstünlük verən Con, iki yaş özündən böyük qardaşının vəfatından sonra üzərində daha çox məsuliyyət hiss edir və atasının məqsədinə olduqca ayıq yanaşır. Siyasi karyeraya başlamazdan əvvəl o jurnalist fəaliyyəti ilə məşğul olur və burda da seçilərək "Pulitser" mükafatını qazanır. Qeyd olunmalıdır ki, bu uğura ondan başqa heç bir Amerika prezidenti imza atmayıb. Beləliklə 1960-cı il prezident seçkilərində gənc və xarizmatik Kennedi öz rəqibi Riçard Niksonu olduqca cüzi fərqlə üstələyərək prezident seçilir. Conun uğurunun əsas səbəbi kimi Amerika tarixində ilk dəfə olaraq seçkilərdə tele-debatların tətbiq olunması göstərilirdi. Ağ-qara televiziya ekranlarda olduqca aktiv və energetik Con Kenneddinin qarşısnda özünü itirmiş və rəngi solmuş ortayaşlı Nikson durmuşdu. Bu seçicilərə olduqca çox təsir etdi və böyük Cozef Kennedinin arzusu nəhayət ki həyata keçdi. Conun hakimiyyəti dövründə kiçik qardaşı və ən yaxın dostu Robert ABŞ-ın Ədliyyə naziri təyin olunur və bu Amerikaya işıqlı gələcək vəd edir. Con Fitgerald Kennedi ölümündən saniyələr qabaq Con anti-Kastro siyasətinə qarşı çıxır, vətəndaş qeyri-bərabərliyinin əleyhinə olan "pozitiv irqçilik" (affirmative action) qanununu qəbul edir, "Sülh korpusunun" yaradılmasına əmr veriri və soyuq müharibənin buzlarını qıraraq SSRİ ilə iş birliyinə - birgə kosmik proqramın reallaşdırılmasına can atırdı, Robert isə uğurla mütəşəkkil cinayətə qarşı mübarizə aparırdı. Onlar artıq atalarının arzularını deyil, öz məqsədlərini doğruldurdular. Lakin göstərdikləri bu fəaliyyət onlara rəğbətlə yanaşı çoxsaylı düşmən də qazandırırdı. Həm də Con keçmiş adətlərinin qarşısında zəiflik göztərirdi. Prezidentliyi dövründə onu 4 dəfə yatağa salmış onurğa ağrıları və....... qadınlara qarşı olan böyük ehtiras hissi. Robert Kennedi, Merilin Monro və arxasını çevirmiş prezident Kennedi, 2010-cu ilin may ayında üzə çıxmış bu şəkil Monro ilə prezidentin birlikdə “çəkdirdiyi” yeganə şəkil sayılır günlərimizə kimi Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) cəhdləri sayəsində gizli qalmışdı. Amerikanın ən gənc prezidentinin siyasi kursu nəinki onun rəqiblərini, hətta vitse-prezident Lindon Consonu və digər administrasiya üzvlərini də çaş-baş salmışdı. Kennedinin son anda CİA tərəfindən maliyyələşdirilmiş anti-Kastro fəallarının Kubaya daxil olmasına etiraz edir və ondan xəbərsiz həyata keçirilən "Donuz sahili hücümu" (Bay of pigs invasion) əməliyyatını ortada kəsir. Bununla da CİA itkilərə yol verir. Con Fitzgerald Kennedinin prezidentlik müddəti 1965-ci ilə kimi nəzərdə tutulmuşdu. Lakin hər şey 1963-cü il dayandı. Noyabr. Dallas Bu qətl bu günə kimi sirr qalır. Qətlə görə tutulan yeganə adam kommunist Li Harvi Osvald oldu və cinayəti araşdıran "Uorren komitəsinin" gəldiyi qənaətə görə o tək fəaliyyət göstərirdi. Qətldən iki gün sonra Osvald özü sui-qəsd qurbanı olur. Bunu isə Con Rubişteyn edir. Hərəkətinə "mən yəhudilərin qorxaq olmadığını sübut etdim" kimi səbəblər gətirən və daha çox Rubi ləqəbi ilə tanınan gecə klubu sahibi sonralar etdiyi hərəkəti başqa sözlərlə izah edirdi. Onun mafiya ilə əlaqəsi olduğu sübut olunmuşdu və iddia edilirdi ki, Osvaldı əvvəlcədən tanıyırdı. Ölümünə kimi Con Rubi həqiqəti paytaxt Vaşinqtonda, münsiflərin məhkəməsində deyəcəyinə söz verirdi. Lakin bu cür məhkəməni onun üçün heç kəs təşkil etmədi və o türmədə xərçəng xəstəliyindən öldü. 70-ci illərdə Amerika Milli Elmlər Akademiyasının (NAS - National Academy of Science) gəldiyi qənaətə görə Kennedinin qətlində azı iki nəfər iştirak etmişdi. Bütün bunlara baxmayaraq bu günə kimi Osvald iştirakı təsdiq olunmuş yeganə qatil hesab olunur. CİA, FBİ, anti-kastro qüvvələri, mafiya... müxtəlif tədqiqatçılar və tarixçilər illərlə cinayətdə bu qüvvələrin ayr-ayrılıqda və birlikdə iştirak etdiyini qeyd etsələr də ötən əsrin ən böyük cinayətlərindən biri XXİ yüzillikdə də sirr olaraq qalır. Rubi telekameralar qarşısında Osvalda atəş açır və ikincinin ölümünü bütün Amerika görür Birinci hissənin sonu *Mətnin yazılmasında copy-paste prinsipindən istifadə olunmamışdır. *Müəllifin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.
['Kennedi', 'Con Kennedi']
6,399
https://kayzen.az/blog/r9perviz/2704/%C9%99srin-m%C3%BCqavil%C9%99si.html
Əsrin müqaviləsi
r9perviz
Bloq: r9perviz
27 iyul 2010, 06:56
1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildikdən sonra Azərbaycana, onun zəngin yeraltı və yerüstü sərvətlərinə Amerika, Avropa və Asiyanın aparıcı dövlətlərinin marağı bir qədər də artdı. Xəzər dənizi və Xəzər hövzəsi rayonu Rusiya və İran kimi dövlətlərlə yanaşı digər ölkələrin də maraq obyektinə çevrildi. Burada əsas səbəb bölgənin geosiyasi və iqtisadi əhəmiyyətini, Xəzərin zəngin karbohidrogen ehtiyatları və digər sərvətləri idi. Bu baxımdan Azərbaycanın yürütdüyü xarici siyasət kursu mühüm əhəmiyyət daşıyırdı. 1993-cü ildən bəri yürüdülən xarici siyasət region ölkələri, Avropa dövlətləri və Amerika Birləşmiş Ştatları ilə hərtərəfli iqtisadi əlaqələrin qurulmasına, xüsusən enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək prioritet istiqamət təşkil edir. 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev Azərbaycanın xarici siyasətinin təməl prinsiplərindən biri kimi ölkəmizin milli maraqlarını və xarici dövlətlərin qarşılıqlı mənafelərini nəzərə almaqla, Azərbaycanın neft ehtiyatlarına maraq göstərən hər bir ölkəylə qarşılıqlı-faydalı əməkdaşlığa hazır olduğunu bəyan etdi. Əsas məqsəd ölkənin mövcud sərvətlərinə, o cümlədən zəngin neft və qaz ehtiyatlarına sahib olmaq, onlardan dövlətin möhkəmlənməsi, əhalinin həyat şəraitinin yaxşılaşması və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində düzgün istifadə etmək idi. Bu yolda ilk uğur "Əsrin müqaviləsi" kimi tarixə düşmüş neft kontraktı oldu. 1994-cü ilin 20 sentyabrında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi haqqında" sazişin imzalanmasıyla Azərbaycan neft sənayesi tarixində tamamilə yeni era başlandı. 12 dekabr 1994-cü ildə Milli Məclis tərəfindən ratifikasiya olunan müqavilənin əsas şərtləri aşağıdaklardan ibarət idi: ü Müqavilə müddəti - 30 il; ü İşlənməsi nəzərdə tutlan yataqlar -  "Azəri", "Çıraq", "Günəşli"; ü Qiymətləndirilən ehtiyatlar - 511 milyon ton (4 milyard barrel) neft; ü Respublikanın mülkiyyəti - 258 milyon ton neft və 55 milyard m3 həcmində səmt qazı; ü Xarici şirkətlərin mülkiyyəti - 64 milyon ton neft; ü Layihənin ümumi investisiya qoyuluşu - 10 milyard ABŞ dolları (7,4 milyard dolları Qərb şirkətləri tərəfindən qoyulmalı idi); ü Azərbaycanın gəliri - 34 milyard ABŞ dolları; ü Xarici şirkətlərin gəliri - 8 milyard ABŞ dolları. Müqavilə iştirakçılarının payı bu cür bölünmüşdür: Ø Azərbaycan Respublikasının payı - 80 %; Ø Bütün şirkətlərin payı - 20 %.  Öz növbəsində bu 20 % bu qaydada bölünmüşdür: ·        "BP" - 17,1267 %; ·        "AMOKO" - 17,01 %; ·        "LUKoyl" - 10 %; ·        "Pennzoyl" - 9,8175 %; ·         ARDNŞ - 20 %; ·        "Yunokal" - 9,52 %; ·        "Statoyl" - 8,5633 %; ·        "MakDermott" - 2,45 %; ·        "Remko" - 2,08 %; ·        "Turkish Petroleum Cor." - 1,75 %; ·        "Delta - Nimir" - 1,68 % Sonradan müqaviləyə Yaponiyanın "İtoçu" və ABŞ-ın "Eksson" və "Amerada/Hess" şirkətləri də qoşuldular. Müqaviləyə əsasən ölkəyə 300 milyon ABŞ dolları həcmində bonus ayrılırdı. Eyni zamanda, müqavilədə saziş qüvvəyə mindikdən sonra 18 ay ərzində ilk neftin çıxarılması, 48 aydan gec olmayaraq əsas yataqlarda neft hasilatına başlanılması, 54 ay ərzində neft kəmərinin tikintisinin başa çatdırılması da nəzərdə tutulmuşdu. Qərb konsorsiumu Prezidentin Tibb Fonduna 5 milyon ABŞ dolları, respublikanın sosial təminat fonduna isə 50 milyon ABŞ dolları ayırmış oldu. Müqavilə şərtlərinə əsasən Azərbaycan Respublikası neft yataqlarının istismarına nəzarət və istismarın idarə edilməsi, 3 dəniz yatağındakı neft və qaz ehtiyatlarına sahiblik hüququnu özündə saxlayırdı. Bu prosesdə gəlir 3 mənbədən alınacaqdı: 1.    Təbii ehtiyatların mülkiyyətçisi hüququndan irəli gələn gəlirlə; 2.    Yataqların işlənməsinə investisiya qoyuluşunda iştirak etməklə bağlı gəlirlər; 3.    Respublika büdcəsinə konsorsiumun gəlirlərinin ¼ hissəsi məbləğində vergi ayırmalarıyla bağlı gəlirlər. Yekun olaraq qeyd edə bilərik ki, "Əsrin müqaviləsi"nin imzalanmasıyla respublika iqtisadi cəhətdən aşağıdakıları əldə etmiş oldu: ü Layihənin reallaşdırılması Azərbaycan neftinə Avropa bazarına çıxmaq imkanı verdi; ü Azərbaycan beynəlxalq investorların və kredit təşkilatlarının nəzərində daha etibarlı mövqe əldə etmiş oldu ki, bu da ölkəyə strateji layihələrin reallaşması planında imtiyazlı mövqeləri təmin edir; ü Neft sahəsinə daha iri həcmli kapital yatırımları üçün şərait yaranır; ü Respublikaya valyuta ehtiyatlarını yaratmaq və özünəməxsus investisiya siyasəti yürütmək imkanı yaradır; ü Azərbaycanın ümumdünya iqtisadi birliyinə inteqrasiya prosesi sürətlənir; ü Ölkənin texnoloji inkişafının səviyyəsi artır. Birbaşa iqtisadi mənfəətlərdən əlavə müqavilə digər sahələrə də (maşınqayırma, kənd təsərrüfatı, telekommunikasiya, xidmət sahələri) investisiya qoyuluşu üçün əlverişli zəmin yaradır. Müqavilə Azərbaycan neft sənayesini dirçəldirdi ki, bu da xeyli iş yerinin yaranmasıyla nəticələndi. Müqavilə imzalandıqdan və 1997-ci ilin 12 noyabrında "Çıraq"  platformasından ilk neft hasil olunduqdan sonra Azərbaycan dəniz yataqlarının işlənməsində iştirak etmək istəyən xarici şirkətlərin sayı xeyli artdı. Bügünki günə qədər 16 dövlətə məxsus 36 aparıcı şirkətlə 26 neft müqavisi imzalanıb. Bu müqavilələr əsasında 30 il müddətinə Azərbaycan neft sənayesinə 70 milyard ABŞ dollarına qədər xarici investisiya qoyulmalıdır.
['neft', 'müqavilə', 'Əsrin müqaviləsi']