Unnamed: 0
int64
0
6.93k
url
stringlengths
41
313
title
stringlengths
3
153
author
stringclasses
256 values
category
stringclasses
371 values
date
stringlengths
17
23
content
stringlengths
3
89.6k
tags
stringlengths
6
314
6,200
https://kayzen.az/blog/logika/3780/m%C9%99ntiqi-t%C9%99f%C9%99kk%C3%BCr%C3%BCn%C3%BCz%C3%BC-yoxlay%C4%B1n.html
Məntiqi təfəkkürünüzü yoxlayın
Xrizoberil
Məntiq və IQ
9 fevral 2011, 19:08
1. -3 dənə 9 ilə 10 əldə edin -4 dənə 9 ilə 100 əldə edin -3 dənə 9 ilə 100 əldə edin -4 dənə 6 ilə 64 əldə edin *** 2. zəngin bir iş adamı təyyarə ilə uzun bir səfərə çıxmaq istəyir. elə bu niyyətlə şirkətdən çıxarkən gecə mühafizəçisi onun önünü kəsib onun bu təyyarə ilə səyahətə çıxmamasını tövsiyyə edir. buna səbəb də yuxusunda təyyarənin bir dağa dəyəcəyini gördüyünü deyir.Zəngin adam buna əhəmiyyət verməsədə ürəyində şübhə qalır və səfərə çıxmır. səhərisi gün həqiqətəndə təyyarə qəzaya uğrayır. Zəngin adam canını xilas etdiyi üçün mühafizəçiyə çoxlu pul verir, ancaq işindəndə qovur. sual: mühafizəçi işdən niyə qovulmuşdur? *** 3. Padşah bir günahkarı asdıracaqmış. vəzirinə deyir: - bir kağıza ölüm, digərinə isə yaşam yaz və torbaya qoy. günahkar hansını seçsə o olacaq. vəzir günahkar düşmanı olduğu üçün ikisinə də ölüm yazır. Gunahkar isə bunu bilirdi.Ancaq vəziri padşahın yanında günahlandıra bilməzmiş. sual: günahkar necə xilas olur?
['məntiq sualları', 'intellektual suallar']
6,201
https://kayzen.az/blog/Xrizoberil/3778/g%C3%B6z-q%C9%99lbin-el%C3%A7isidir.html
Göz qəlbin elçisidir
Xrizoberil
Bloq: Xrizoberil
9 fevral 2011, 16:04
Göz ürəyin elçisidir....Onun tərəfindən vəzifələndirilər. Gözəl və mənzərəli bir şey tapmışsa məmnuniyyət hiss edər. Lakin göz çoxu dəfə ürəyin başını bəlaya soxar. Çünki elə gözəlləri xəbər verər ki, nə hamısını əldə etməyə , nə də ayrılıqlarına dözümə ürəyin gücü yetər...Baxışlarını, Allah'ın icazəsi xaricində yollayanların həsrətləri davamlı olar. Çünki baxmaq sevgini doğurar və ürək bir tutquya sahib olar. Sonra bu əlaqə qüvvətlənər; vurğunluq dərəcəsinə çatar. Və ürəyi bütünlüklə əhatə edər. Göz baxmağa davam etdikcə vurğunluq halı ürəkdən ayrılmayacaq bir sevgi halına çevrilər. Artıq ürək kölə olmuşdur və layiq olmayana qulluq etməyə başlar. Bütün bunlar gözün baxmasının cinayətləridir...Bir kral ikən indi bir əsirdir o... Ürək düşdüyü hallar üçün, gözdən dərd çəkər. Göz isə: "Mən sənin məmurundum. Mənə vəzifə verən sən idin." deyər... Bütün bunlar, Allahın sevgi və bağlılığından boş qalan ürəklərin belasıdır....Qəlb, Allahı sevmək üçün yaradılmışdır. Buna görə, sevgilisi "O" deyilsə qulluğu başqasınadır...
['lirik dəqiqələr']
6,202
https://kayzen.az/blog/ad%C9%99tl%C9%99r/3777/d%C3%BCnya-%C3%B6lk%C9%99l%C9%99rind%C9%99-yeni-il-ad%C9%99t-%C9%99n%C9%99n%C9%99l%C9%99ri.html
Dünya ölkələrində Yeni il adət-ənənələri
Xrizoberil
adət-ənənələr
9 fevral 2011, 14:05
Bolqarıstanda yeni il axşamı uşaqlara alabəzək hədiyyələr və şirni bağışlamaq dəbdədir. Deyirlər ki, yeni il axşamı kim çox uşaq sevindirsə, təzə ildə onun o qədər fərəhli günləri olacaq. Bolqarıstanda daha bir adət illərdən bəri davam edir. Saat 12 ni vuranda bütün mənzillərdə işıqları söndürürlər. Üç dəqiqə davam edən qaranlıqda hamı bir- birini öpməlidir. *** Yunanıstanın bəzi əyalətlərində yeni ili yanvarın 3-də qarşılayırlar. Həmin gün kişilərə aid olan bütün hüquq və ixtiyar qadınlara verilir. Qadınlar qoyun və ya donuz kəsib təmizləyir, oxuya- oxuya gəzintiyə çıxırlar. Kişilər isə ev süpürür, qab- qacaq yuyur, uşaqlara baxır və özlərinə təskinlik verirlər ki, eybi yoxdur, bu vəziyyət cəmi bircə günlükdür. *** Almaniyada bayram axşamı gələn ilin bütün aylarında havanın nece olacağını müəyyənləşdirirlər. Onlar gələcək ilin ayları timsalında on iki ədəd baş soğan götürüb alt tərəflərini kəsir və ora duz səpərək süfrəyə düzürlər. Saat 12-ni vuran kimi soğanlara baxırlar. Hansı soğan duzu əridib udubsa, o aylar yağmurlu, qalanları isə quraqlıq keçəcək. *** Havanada yeni il axşamı böyük çəlləklərə su doldurub pəncərələrə qoyurlar. Saat 12-ni vuran kimi köhnə ilə yaxşı yol diləmək məqsədilə suyu küçəyə atırlar. Yeni il axşamı hamının süfrəsində mütləq üzüm olmalıdır. Hər adam axşam saatın zəngləri vurduqda on iki gilə üzüm yeməlidir. Bu o deməkdir ki, ilin on iki ayında sənin həyatın üzüm kimi şirin olacaq. *** Italiyada il təhvil olanda küçələrdə adamlar çox ehtiyatlı davranmalıdırlar. Çünki italyanlar yeni il axşamı lazımsız, köhnə əşyaları, hətta mebelləri belə pəncərələrdən küçəyə tullayırlar. *** Vyetnamda yeni il ay təqvimi ilə yanvarın axrında və ya fevralın əvvəlində qarşılanır. Bu zaman burada bahar havası olur. Yeni il süfrəsinə toplaşan qonaqlar əllərində çiçək dəstələri tuturlar. Vyetnamlılar yeni il axşamı əziz adamlarına çiçək açmış ərik ağacının budaqlarından düzəldilmiş çələng bağışlayırlar. *** Rumıniyada yeni il süfrəsi üçün içərisi sürprizlərlə dolu kökə bişirmək dəbdir. Yağlı kökənin içərisində daha çox pul, gümüş üzük, acı istiot qoyurlar. Yemək vaxtına kimin bəxtinə nə çıxdı, çıxdı. Bəxtinə istiot çıxan adam il boyu ehtiyatla dolanmalıdır ki, acı günlər ondan uzaq olsun. Kökəsindən pul və üzük çıxanları isə xoşbəxtlik gözləyir. *** Macarıstanda yeni il axşamı milli paltar geymiş cavanlar küçələrə çıxıb musiqi çala- çala gəzməyə başlayırlar. Dəstəbaşı təntənəli sürətdə elan edir ki, köhnə ili "dəfn" eləyib yenisini qarşıladığımız üçün hamı yeyib- içib şənlənməlidir. Küçələri gəzən cavanlar hansı evin qabağında dayansalar ev sahibi mütləq onları ləzzətli yeməklərə və şəraba qonaq etməlidir. Macarlar yeni il süfrəsinə qaz, ördək, toyuq bişirib qoymazlar. Guya yeni ildə quş əti yeyənin səadəti uçub gedə bilər. Subay qızlar bu adətə daha çox riayyət edirlər ki, yeni ildə ərə gedə bilsinlər. *** PS. egər sizin də bildikləriniz varsa şərhlərdə elavə edə bilərsiniz. Həmçinin bax: Müsəlmanlar Yeni ili qeyd etməlidirmi?
['adət-ənənə']
6,203
https://kayzen.az/blog/kayzenin-r%C9%99smi-bloqu/3776/happy-birthday.html
Happy birthday!
2ral
kayzen.az saytının rəsmi bloqu
8 fevral 2011, 22:58
Düz 1 il əvvəl Kayzen.az saytı qapalı şəraitdə fəaliyyətə başladı. Düz bir il əvvəl saytın yaradılmasında böyük əməyi olmuş və administrasiyaya bacardığı qədər köməklik etmiş, məsləhətlər vermiş bir insan kimi demək istəyirəm ki,məhz bu gündə  mən Kayzen.az saytında qeydiyyatdan keçmişəm. Bu əlamətdar gündə sayt administrasiyası kiçik konkurs təşkil edir. Əlavədə gördüyünüz cədvəldə bütün istifadəçilərin reytinqi 8 fevral 21:30 anına uyğun verilib. Əsl kayzençi üçün bir kitab almaq və dil öyrənmək ən faydalı şeydir. Buna görə də bir ay ərzində reytinqi ən çox artırmış istifadəçiyə 50 AZN pul və "Baku Language and Business Center" mərkəzində 20 faizlik endirim kuponu verilir. İnanırıq ki, mehriban kollektivə malik və əməkdaşlıq etdiyimiz BLBS-də kayzençilərimiz darıxmayacaq. Təbii ki,bizim Facebookdakı dostlarımızı da yaddan çıxarmaq olmaz. Bəzən mövzulara Facebookda daha çox şərhlər yazılır ki,nəinki Kayzendə. Ona görə də bir ay ərzində Facebookda kommenti ən çox like olunan istifadəçiyə də eyni hədiyyələr verilir. Bu bir ildə çox böyük uğurlara nail olan kayzen.az saytı onun istifadəçilərinin və administrasiyasının əməyi sayəsində çox böyük resursa çevrildi. Tez-tez girməyimə baxmayaraq kayzenə girəndə heç vaxt darıxmıram, çünki burada Azərbaycan gəncliyinə, inkişaf etmək istəyən insanlara çox faydalı məlumatlara rast gəlirəm. Bu bir il ərzində saytda bəstəkarların həyatından tutmuş onkoloji xəstəliklərə qədər bir çox mövzularda faydalı yazılar yazılmış, mikrobloqda həcmi az, mənası böyük fikirlər yerləşdirilmiş, darıxmamaq üçün qalereyada xeyli albomlar qoyulmuş, neçə-neçə insana sevinc bəxş olunmuşdur. Bu işdə əziyyəti olan hər bir kəsə təşəkkürlər.   UPD. Cədvəldə qeydiyyatdan keməmiş bir çox adamların da reytinqi var idi,ona görə də reytinq cədvəlində kiçik düzəliş oldu.
['rəsmi anons']
6,204
https://kayzen.az/blog/kisiler/3775/ki%C5%9Fil%C9%99rin-xo%C5%9Fu-g%C9%99lm%C9%99diyi-x%C3%BCsusiyy%C9%99tl%C9%99r.html
Kişilərin xoşu gəlmədiyi xüsusiyyətlər
Jeremy
Kişilər
8 fevral 2011, 22:42
Kişi və qadın olmasından asılı olmayaraq heç bir insan ideal deyil. Bəzi hallarda insan, xüsusilə kişi və qadın arasındakı münasibətlərdə, özündən asılı olmayaraq başqalarını öz hərəkət və davranışları ilə qıcıqlandıra bilər. Bu məqalədə kişiləri qadınların davranışında qıcıqlandıran bəzi faktorlarla tanış olacağıq.Beləliklə başlayaq :) Punktuallığın olmaması. Qadınların naz-qəmzəsi nə qədər görməyə alışdığımız şeylər olsa da, onlara görüş yerinə gecikmək də xasdır. Bəli bu sadəcə 10 dəqiqə də ola bilər. Xırda, hətta əhəmiyyətsiz bir şey kimi görənsə də, əmin olun bu kişiləri çox qıcıqlandıra bilər :) Bəli, çoxlarınız deyəcəksiniz, indiyə qədər sevgilinizlə görüşə heç vaxt gecikməmisiniz :) bəziləriniz isə iddia edəcək ki, gecikməklə sevdiyiniz insanları yoxlamaq imkanı qazanırsınız. Üçüncü bir qisminiz isə, kişilərin onsuz da sizə elə bir yardımının toxunmadığını bildirməklə, onlardan qisas aldığınızı deyəcəksiniz :) P.S. bəli, əziz xanımlar siz yenə də haqlısız, bizlər də ləngiyirik :) Provakasiya. Başlıq bəlkə qadınları çaşdıra bilər. Ancaq burada qadınlar tərəfindən ən çox səsləndirilən və kişilərin o qədər də sevmədiyi sual və ifadələr yer alıb. Beləliklə: “sən məni sevirsən?” “biz ciddi söhbət etməliyik” “Mən sənin xoşuna gəlirəm?” “Nə haqda düşünürsən?” “Kişi ol da!” və sairə :) adi və alışılmış ifadələr olsa da, inanın bunlar kişiləri qıcıqlandıracaq katalizatorlardır J təbii ki, burada da yazılanlarla razılaşmayan çoxlu sayda zərif cins nümayəndələri olacaq. Ancaq gəlin bir məqama toxunaq. Sizin inandığınız və səmimi qəlbdən sevdiyiniz insan sizə qarşı eyni hisləri bəslədiyi üçün siz birlikdəsiniz. O sizi digərlərindən fərqli bildiyi üçün sizi seçib. O sizi dünyanın ən zərif və incə varlığı kimi sevdiyi üçün siz birlikdəsiniz. Sizin sevdiyiniz şəxsə o cür ifadələrlə müraciət etməyiniz ilk növbədə sizin bu münasibətlərdən, onun hisslərindən əmin olmadığınızın göstəricisidir. Sevgililər arasında etibarın olmaması isə qıcıqlanmadan daha pis nəticələrə səbəb ola bilər.Qısqanclıq. Qadınların qısqanclığına həmişə səbəb var. qisqanclıq olmalıdır, həddində olan qısqanclıq kişilərə də xoşdur. Çünki bu sevgililərin bir-birinə laqeyd olmadığını göstərir. Ancaq beyindən çıxmayan qısqanclıq hər ikinizin əsəblərini tarıma çəkə bilər. Tənqid. Söhbətinizi iş yerinizdəki, universitetdəki və ya qonşuluğunuzdakı rəfiqələrinizin tənqidinə həsr etməyin. Çünki zaman tapıb bərabər olduğunuz vaxtları başqalarına deyil, özünüzə həsr edin :)Qadın gücsüzlüyü. Əlbəttə hər bir qadın onu qoruya bilən, problemlərinin daşını daş üstə qoymayan birinə ehtiyac duyur :) ancaq hər xırda məsələ üçün onun köməyinə arxalanmaq sizcə doğrudurmu? Axı siz əlil və ya şikəst deyilsiniz və o hər zaman siz istədiyinizdə yanınızda olmaya bilər. Belə olan halda kişilərin özünə sizin heç də köməksiz və gücsüz olmadığınızı sübut etməyiniz lazımdır. Bu müasir qadınlara xas olan xüsusiyyət olmalıdır.Günahkar axtarışı. Qorxaq, hər zaman inləyən insanlar istisna olmaqla kişilər hər zaman öz səhvlərini etiraf edirlər. Və sənin hər hansı bir uğursuzluqda özündən başqa hamını günahkar hesab etməyin sevdiyin insanı qıcıqlandıra bilər. Çünki eyni hadisənin şahidi olduğunuz zaman rəfiqəniz və ya dostunuz problemlərində hamını, hətta sizi də müəyyən qədər günahkar bilməsi sizi tam haqlı olaraq əsəbiləşdirəcək. O halda başqaları kimi hərəkət etmək ən azı yanlışlıqdır. Hər bir səhv insanın öz əməllərinin nəticəsidir. Və səhvləri ilk növbədə özündə axtarmaq uğur yolunda ilk addımdır.Məcburiyyət. Əlbəttə qadınların hər bir şıltaqlığına özünü hazır sayan mazoxistlər var:) birlikdə mağazaları dolaşmaq, birlikdə qeybət qırmaq :) öz məqsədlərinə çatmaq üçün qadınların bu metoddan istifadəsi geniş yayılıb:) İnanın gözəl günəşli günlərin birində bu sevgilinizi əməlli başlı bezdirə bilər :)Bəli biz mükəmməl deyilik, hər birimizin müəyyən xüsusiyyətləri ətrafımızdakı insanları qıcıqlandıra və əsəbiləşdirə bilər. Gəlin bu çatışmazlıqların daha da azalmasına çalışaq və öz vicdanımız, hisslərimiz və fikirlərimizlə harmoniya içində yaşayaq...
['qadın']
6,205
https://kayzen.az/blog/poeziya/3771/h%C9%99yat-s%C9%99n-n%C9%99-%C5%9Firins%C9%99n!-%7C-b%C9%99xtiyar-vahabzad%C9%99.html
Həyat sən nə şirinsən?! | Bəxtiyar Vahabzadə
Xrizoberil
Poeziya
8 fevral 2011, 21:45
Səndən doymaq olarmı, həyat sən nə şirinsən! Ancaq hamının deyil, sən həyatın qədrini yalnız bilənlərinsən!.. Özünü bu dünyada heç kəs qonaq sanmamış, Ancaq ömrün özü də bərabər paylanmamış. Ömür paylanan zaman görün kimə nə düşdü Üç yüz il boz qarğaya, on il şahinə düşdü. Həyat sən nə şirinsən, kim səndən doydu getdi? Gedənlər bu dünyada qəlbini qoydu getdi. Dünən qoca bir qarı dilində ahu-zarı. «Bu dünyanın əlindən gəlmişəm zara»- dedi. "Ölmürəm ki, bir dəfə canım qurtara"- dedi. Ürəkdənmi söylədi o, bu sözü görəsən? Xeyr, inanmıram mən! O yana- yana dedi: Dili söyləsə də, ürəyində o dərhal «Lənət şeytana!»- dedi.     Həyat, sevincin qədər əzabın da şirindir, Səni mənalandıran o keşməkeşlərindir. Iki yüz il yaşadı ləzzət içində Loğman, Yenə möhlət istədi ölürkən Allahından. Yatırdı göy çəməndə, çatdı ona Əzrail. Söylədi- İki yüz il ömür sənə bəs deyil?!   Mən canını almağa gəlmişəm, nə sözün var? Loğman dedi:- Sözüm yox, aldığını gəl apar. Ancaq mənə macal ver bircə anlıq əcəldən, Gəl canımı burda yox, o çəmənlikdə al sən. Əzrail razılaşdı… Ayağa qalxdı Loğman Yeridi, Daş asıldı ancaq ayaqlarından,   Asta- asta yeriyib çatdı dediyi yerə. Loğman baxdı göylərə, Loğman baxdı yerlərə Bu son baxışı ilə üstündə iki yüz il Yaşadığı cahanla vidalaşdı elə bil… Özü vidaşladısa, gözü qaldı cahanla O, düşündü bu anda: «Nə görmüşəm dünyada bu dünyaya gələndən? Ah… elə bilirəm ki,dünən doğulmuşam mən. Ömrümü verdim bada, Nə görmüşəm dünyada.»   Loğmanın gözü bu an bir gülə dəydi durdu. Ürəyini quş kimi gülə doğru uçurdu. «Ah… onu kim üzəcək, bircə biləydim,- dedi. O gülü də iyləyib sonra öləydim»,- dedi. Ancaq, ancaq nə fayda...Yetişmiş artıq əcəl, Loğman dedi:- Hazıram, al canımı indi sən, Əzrail dedi:- Ancaq agah eylə məni sən, Ölüm üçün nə fərqi bu çəmən, ya o çəmən? Neçin məni qoymadın orda alım canını? Loğman dedi:- Həyatın şirin olur hər anı Ordan bura gəlincə bir az ömür qazandım, Onu da bu dünyadan özümə fayda sandım.   Qoca öldü… Dedilər:- Yaranan bir gün ölər. Nəvələri çəməndən həmən gülü üzdülər, Loğmanın qəbri üstə qoydular, Titrədi gül, Gülün ətri ilə doldu bütün çayır, bütün çöl. O, ətriylə saxladı yolçuları yolundan, Torpağın altındasa bunu duymmadı Loğman.   Həyat sən nə şirinsən, kim səndən doydu getdi? Gedənlər öz qəlbini dünyada qoydu getdi. Səndən doymaq olarmı, çoxun,azın da şirin. Həyat qışın da şirin, həyat yazın da şirin! Cürbəcür yazılar var ömrün varaqlarında… Həyatımın qayğısız, fərəhli anlarında qədrini bilməmişəm. Hələ nə var ki… "ömrüm qabaqdadır"- demişəm. Otuzdan adlayınca, gündə otuz min kərə Başımı yellədirəm hədər keçən illərə. Səndən doymaq olarmı, həyat, sən, nə şirinsən! Ancaq hamının deyil, sən həyatın qədrini yalnız bilənlərinsən! bu şeri B.Vahabzadə C.Bayrona hərs etmişdir.... mənim isə ən çox sevdiyim, dilimdən düşürmədiyim bir şeirdir.
['həyatın qədrini bilməyənlər üçün', 'Bəxtiyar Vahabzadə', 'Bəxtiyar Vahabzadə şeirləri', 'Bəxtiyar Vahabzadə lirikası']
6,206
https://kayzen.az/blog/stil/3768/makiyaj-ed%C9%99rk%C9%99n-diqq%C9%99tli-olun.html
Makiyaj edərkən diqqətli olun!
Bakinets
Yaraşıqlı görünüş, gözəl imic
8 fevral 2011, 20:36
Özünə qulluq etmək və gözəl görünmək hər qadının arzusudur. Bunun üçün çox vaxt xüsusi qulluq vasitələrindən, makiyajdan istifadə edilir. Ancaq kortəbii istifadə edilən makiyaj müvəqqəti olaraq gözəl görünüş versə də, dərinin sağlamlığına ciddi ziyan vura bilər. Makiyaj vasitələrinin ən böyük əks təsiri allergik reaksiyalar yaratmasıdır. Bəs bunların qarşısını almaq üçün nə etmək lazımdır? 1. Makiyaj vasitələrini istifadə etməmişdən öncə test edin. Vasitələri alıb istifadə etməmişdən öncə onların test məhsulunu alın. Əgər bir məhsul 72 saat ərzində heç bir allergik reaksiyaya yol açmırsa onun qarşıdakı günlərdə də allergiya yaratmaq riski çox azdır. Bu məsələdə xüsusilə həssas dəriyə malik olanlar diqqətli olmalıdır. 2.Makiyajla yatmayın İstifadə edilən vasitələr üzdə uzun müddət qalmamalıdır. Xüsusilə yatarkən üz mütləq təmizlənməli, yuyulmalıdır. Dəri təmizlənəndən sonra nəmləndirici kremdən istifadə zəruridir. 3. Səhv makiyaj sızanaq və qara nöqtələr yaradır Makiyajın bilinən ən böyük əks təsirlərindən biri də qara nöqtələrin yaranmasıdır. Dəri tipinə uyğun olmayan vasitələrdən istifadə etdikdə üzdəki məsamələrin içinə yağ yığılır ki, bu da qara nöqtələrin yaranmasına səbəb olur. Daha yaxşı olar ki, makiyaj vasitələri seçəndə peşəkarlarla məsləhətləşəsiniz. 4. Nəmləndirici quruyandan sonra makiyaj edin. Nəmləndiricidən istifadədən dərhal sonra makiyaj etmək xoş olmayan görüntü yarada bilər. Bunun üçün nəmləndiricinin tamamilə dəriyə hopmasını gözləyin. Makiyajla bağlı önəmli məqamlardan biri də dodaq boyasından sonra dodaqlarda çatların meydana gəlməsidir. Bunun üçün daha yaxşı olar ki, yağlı nəmləndirici sürtülsün, ya da yağlı boyadan istifadə edilsin. 5. Yaxşı təmizlənməyən dəri tez qırışır. Makiyajla bağlı xətalardan birincisi onun doğru şəkildə təmizlənməməsidir. Dəridə qalan makiyaj vasitələri onun qalınlaşmasına, erkən qırışlara, məsamələrin böyüməsinə, dərinin rənginin solğunlaşmasına səbəb ola bilər. 6.Heç kimin makiyaj vasitələrindən istifadə etməyin. Başqasının makiyaj vasitələrindən istifadə edilməməsi ən başlıça qaydadır. Bu bir nəfərdə olan infeksiyaların yayılmasına yol aça bilər. Əgər açıq yaralar varsa bu risk daha böyük olur. Kosmetik vasitələrdən əlavə onların çəkilməsində istifadə edilən fırça, süngər, pambıq kimi vasitələrdən də şərikli istifadə yolverilməzdir. 7. Makiyaj etməmişdən öncə əllərinizi yuyun. Kosmetikadan istifadə etməyə başlamazdan öncə əllər mütləq yuyulmalıdır. 8. Makiyaj vasitələrini düzgün qorumaq lazımdır. Məhsullar təlimata uyğun istifadə edilməlidir. Onların qapaqları möhkəm bağlanmalı, isti yedə saxlanmamalı, istifadə müddəti bitən məhsullar atılmalıdır. Günəş şüasına, istiliyə məruz qalan məhsulların qoruyuculuq dəyəri məhv olur. Nəticədə məhsul tez xarab olur və bakteriyaların yaranması sürətlənir. 9. Dəridəki yaranı makiyajla qapatmayın. Dəridə hər hansı yara, sıyrıq, zədə varsa onların üstünü makiyajla örtməkdən çəkinin. Əks təqdirdə bura infeksiya düşə və problem daha da şiddətlənə bilər.   Mənbə: CNN Türk-dən tərcümə, ANS Press
['makiyaj']
6,207
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/3767/m%C9%99scid-tikintisi.html
Məscid tikintisi
Bakinets
islam dininin əsasları
8 fevral 2011, 20:32
Məscid ərəb dilində təzim yeri mənasını daşıyır. Yəni insanların Allaha kütləvi və tək ibadətləri üçün nəzərdə tutulan yer. Bu memarlıq tikilisinin məkanı düzgün seçilməlidir. Bütün müsəlman ölkələrində məscidlər günbəzli və minarəli bina üslubunda tikilir. Minarələrin sayı 1-dən 9-dək olmalıdır. Bir çox hallarda daxili həyətlərə malik olan məscidlərin daxili ibadət divarlarında təsvir qadağandır. Orada yalnız “Qurani Kərim”dən ərəb dilində sətirlər yazıla bilər. Allahı zikr etmək üçün üz tutduğumuz məscidlərin inşası elə də asan iş deyil. Onların yeri, strukturu yüz ölçülüb, bir biçilməlidir ki, Allaha da xoş getsin, bura gələn insanlara da. Bütün bunlarla yanaşı hər bir müsəlman ölkəsində tikilən məscid öz arxitektur görünüşü ilə fərqlənir. Elə götürək paytaxt Bakını. Burada da bir çox ibadət evləri var. Onlara baxıb gözümüz oxşayır. Amma bəzi məscidlərimiz binaların arasında görünməz olub. Bəs əslində məscidlər harada inşa olunmalıdır? “Məscidlər tarixən müsəlmanların sıx yerləşdiyi şəhərin ən görkəmli yerlərində tikilib. Düzdür, məhəllə məscidləri də çoxluq təşkil edib. Məqsəd insanların dini ocağa tez çatması üçündür. Yəni insanlar ibadət üçün hansısa nəqliyyat vasitəsindən istifadə edərək məscidə getməsinlər. Məscidlər salınarkən, bütün bunlar nəzərə alınır”, - deyə Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov vurğulayıb. Günü-gündən çoxalan göydələnlər inşa olunarkən isə ibadətgahlar unudulmamalıdır. İlqar İsbatov hesab edir ki, yeni binalar tikilərkən memarlar orada məscidlərin olduğunu nəzərə almalıdır. Eyni zamanda yeni binalara uyğun məscidlər xaricdən rekonstruksiya da oluna bilər. Amma dini qaydalara uyğun gəlmək şərtilə. Ekspertin sözlərinə görə, böyük müsəlman şəhərlərində olduğu kimi, burada da məscidlərin ətrafında yaşıllıqlar və ibadətdən sonra insanların dincəlməsi üçün ətrafında parklar salınmalıdır. O ki qaldı azanın səsinə, ekspertlər hesab edir ki, azan insanlara xoş təsirə malikdir. Yetər ki, həmin azanı verən texnika yüksək tələblərə cavab versin və insanların qulağına yatan səs olsun. “İlk məscid peyğəmbərin Məkkədən Mədinəyə hicrəti zamanı Mədinənin tən ortasında tikilib. Peyğəmbərin evi də məscidin yaxınlığında olub. Böyük şəhərlərdə, məscidlərin yanında bazarlarda tikilib. Bu da insanları rahat alış-veriş etməsi üçün olub. Məscidlər əyləncə məkanlarından kənarda tikilməlidir”, - deyə “Karvan” jurnalının şef-redaktoru, ilahiyyatşünas İsmayıl Əhmədov vurğulayıb. Ümumiyyətlə Azərbaycanda ilk dəfə məscidlər İçərişəhərdə inşa edilib. Daha sonra XVII-XVIII əsrlərdə məscidlər Şamaxıda tikilməyə başlayıb. Dini ekspetlər hesab edir ki, Bakıda Azərbaycan məscid tikintisi üslubunda tikilən ibadətgahların ən yaxşı nümunələri "Təzə pir" və “Göy məscid” kimi tanınan “Əjdərbəy” məscididir. Yerli tikinti üslubuna uyğun olmayan isə “Əbu-Bəkr” məscididir. Son illərin ən yaxşı tikilisi isə Qobu qəsəbəsindəki məscid hesab edilir. Mənbə: Karvan jurnalı
['məscid']
6,208
https://kayzen.az/blog/ad%C9%99tl%C9%99r/3766/d%C3%BCnya-%C3%B6lk%C9%99l%C9%99rind%C9%99-maraql%C4%B1-ad%C9%99t-v%C9%99-%C9%99n%C9%99n%C9%99l%C9%99r.html
Dünya ölkələrində maraqlı adət və ənənələr
Xrizoberil
adət-ənənələr
8 fevral 2011, 17:41
Indoneziyanın Roti adasında yeni doğulmuş uşağa ad qoymaq mühim məsələlərdən biri hesab olunur. Belə mərasimlərdə qohumlar mütləq iştirak etməlidirlər. Ad qoyan şəxs uşağın başı üstə dayanıb onun əcdadlarını sadalamağa başlayır. Uşağın valideynləri uşağa nəzarət edir, onun hər bir hərəkətinə göz qoyurlar. əgər uşaq adlar sadalanarkən ağlayırsa, deməli çağırılan ada layiqdir. Kişi adları eşidən körğə onların heç birini "bəyənmədikdə" ad qoyan qadın, adları yenə sadalamağa başlayır. əgər bütün sadalanan adlara öz qığıltısı ilə cavab vermirsə, demək heç bir ad xoşuna gəlmir. Onda oğlanı sadəcə olaraq Toy Beun (təzə kişi), qızı isə İna Beun (təzə qadın) adlandırırlar. Roti adasında qadın adlı kişilərə, kişi adlı qadınlara rast gəlmək mümkündür. *** Hindistanın qərbindəki Bikaner şəhərində böyük bir toy mərasimi keçirilmişdir. Bu şənlikdə eyni zamanda 2 min gələcək ər- arvad iştirak etmişdir. Buna səbəb odur ki, qüvvədə olan daimi adətə görə evlənmək istəyən oğlan və qızlar kəbinlərini ancaq dörd ildən bir; özü də müəəyən olunmuş gündə kəsdirə bilərlər. *** Yaponiyanın bəzi yerlərində boşanmaq istəyən ər və arvadı "qayalıq" yerə göndərirlər. Onlar orada qalırlar. Belə halda əlacsız qalmış ər və arvad barışmalı olur və yanlız bundan sonra onlar öz evlərinə qayıda bilərlər. *** Flores, Benqukula, Kruye, Lampunqe adalarında ərlik qızlar satılır və qiyməti baha olduğu üçün gənc oğlanlar evlənə bilmirlər. Buna görədə bu yerlərdə ərə getməmiş qızlar çoxdur.  *** Danışanda ən az söz işlədən xalq Mərkəzi afrikada yaşayanlardan biridir. Çünki onların dilində cəmi 26 söz var. *** Yaponiyanın bəzi adətlərində adamın ad gününü doğulduğu gündən deyil, təzə ildən qeyd edirlər. Bu əyalətlərdə anadan dekarbr ayının 31-də doğulan uşağı yanvarın birində 1 yaşlı hesab edirlər. *** adətən dueldə müxtəlif silahlardan istifadə edirlər. malakka yarımadasındakı Sakaya qəbiləsinin sakinləri isə duelə gələrkən tovuz quşunun lələklərindən istifadə edirlər. Şahidin (sekundantın) işarəsi ilə duelçilər ortaya çıxıb əllərindəki lələklərlə bir -birini qıdıqlayırlar. Ən mahir duelçi dörd saatdan artıq davam gətirməyib gülür. Kim daha tez gülərsə, onu məğlub hesab edirlər.
['adət ənənələr']
6,209
https://kayzen.az/blog/%C5%9F%C9%99xsi-gigiyena/3764/%C9%99ll%C9%99rin-yuyulmas%C4%B1-%C5%9F%C9%99xsi-gigiyenan%C4%B1n-%C9%99sas%C4%B1d%C4%B1r.html
Əllərin yuyulması – şəxsi gigiyenanın əsasıdır
Cavid
şəxsi gigiyena
8 fevral 2011, 16:21
Çoxsaylı araşdırma və elmi faktlar  təsdiqləyir ki, əllərin gigiyenası- insanları hər addımda izləyən  bir çox xəstəliklərin yayılmasını məhdudlaşdıran əsas tədbirlərdəndir. Bu gün təsdiq olunub ki, bağırsaq infeksiyalarının çoxu, hətta qrip belə əllər vasitəsilə keçir! Əllərin gigiyenasına riayət olunmaması dizenteriya, qarın yatalağı, hepatit, vəba, mədə, ya da on iki barmaq bağırsaq xorası, ağızdan keçən virus, salmanollez və s. kimi xəstəliklərə yoluxmağa ciddi təhlükə yaradır. Bunun nəticəsi xroniki ağırlaşma, hətta ölüm ola bilər.  Pul əsginasları xüsusilə köhnə, yıpranmış pullar üzərində 200 növə qədər müxtəlif dəri, infeksion, hətta zöhrəvi xəstəliklərin, o cümlədən vərəm mikrobakteriyalarının, qarın yatalağını oyadan, salmonellez və dizenteriya, A hepatiti virusları və qrip, bağırsaq qurdları və qotur xəstəliklərinin daşıyıcısı ola bilər. Bir ölkədən başqasına səyahət edən əskinaslar daha təhlükəlidir. Amerika alimləri müəyyən ediblər ki, əskinasların 94%-i 93 növ patogen bakteriya daşıyıcısıdır. Təhlükəyə ilk növbədə zəif immunitetli adamlar, uşaqlar, qocalar və işi ilə bağlı olaraq pula toxunanlar (satıcı, kassir, taksi sürücüsü ) məruz qalırlar. Əlləri axşam yatmazdan əvvəl, səhər yuxudan oyananda, qida qəbulundan öncə və hər dəfə çirklənəndə mütləq yumaq lazımdır. İnsanlarla fiziki ünsiyyətdən (əlsıxma), tualetdən, burun silmə və ya asqırmadan, heyvanlarla təmasdan sonra, yemək hazırlayarkən ya da qida qəbulundan, yatmazdan əvvəl, gəzintidən, təmizlik işlərindən sonra və ümumiyyətlə əllərin çirkləndiyi hər halda  yaxşıca yumaq tövsiyə olunur. Əllərinizi yalnız yeməkdən əvvəl yox, küçədən gələn kimi, tualetdən sonra, daxılınızdakı pulları saydıqdan və s. sonra da yumaq lazımdır. Təhlükəli mikrob və bakteriyaları məhv etmək üçün əlinizi axar suyun altına salmaq, sonra yaxşıca sabunlamaq, durulayıb, qurulamaq kifayət edir. Potensial xəstələnmə riskini azaldaraq siz yalnız sağlamlığınızı deyil, pullarınızı da qorumuş olursunuz. Yaxşı olardı ki, ilıq sudan istifadə olunsun, çünki mütəmadi olaraq soyuq sudan istifadə əlin dərisini cadarlaşdırır və kobud edir. Araşdırmalar göstərir ki, antimikrob əlavələri olmayan sabunla  adi əl yuma bizi infeksion yoluxmalardan qorumaq iqtidarında deyil. Adi sabunla tez-tez əl yuma vaxt aparmaqla narahatçılıq yaradır və bir qayda olaraq nəinki mikrobların yayılma imkanını azaltmır, hətta əksinə onların artımını 17 dəfə çoxaldır. Çanaq, kran və bir neçə gün ərzində dəyişdirilməyən ümumi dəsmal da həmçinin bütün mümkün mikroorqanizmlərin daşıyıcısıdırlar. Beləliklə, əllərinizi yuyarkən suyu bağlayaraq krana, təsadüfən çanağın kənarına toxunmanızla siz asanlıqla özünüzlə müxtəlif növlü mikrobları apara bilərsiniz. Qatı sabunların tərkibində dərinin üst qatına keçən  kalium-maqneziumlu birləşmələr var.  Tez-tez yuyulmadan şişən  epidermis antibakterial xüsusiyyətlərini itirir və özü müxtəlif mikroorqanizmlər daşıyıcısına çevrilir. Protex antibakterial sabunu unikal xüsusiyyətlərə malikdir. Ilk növbədə 99% bakteriaları məhv edir, hər yuyulmadan sonra dəridə müdafiə qatı yaradır, və nəhayət təravətli rayihə bəxş edir. Mütəmadi istifadə zamanı Protex yuyulmalar arası zaman kəsiyində bakteriyaların təkrar yaranmasının qarşısını alır, bununla da dərinin sağlamlığını təmin edir. Sonda isə aşağıdakı videorolikə baxmağınızı və şəxsi gigiyenamız haqqında daha çox fikirləşməyiniz məsləhət görülür:
['sabun', 'şəxsi gigiyena', 'profilaktika', 'gigiyena']
6,210
https://kayzen.az/blog/Xrizoberil/3763/da%C5%9F%C4%B1n-hekay%C9%99si.html
Daşın hekayəsi...
Xrizoberil
Bloq: Xrizoberil
8 fevral 2011, 14:35
Gənc bir rejisor, yeni Yaquarında rahatca sərpilib, bir az da sürətlicə, bir məhəllədən keçirdi. Park etdilmiş avtomobillərin arasından yola atılan bir uşaq ola bilər düşüncəsiylə diqqətini daha çox yol kənarına vermişdi. Bir şeyin yola atıldığını görüncə dərhal əyləci basdı, amma dayanana qədər keçən məsafədə yola uşaq atılmadı. Bunun yerinə, yeni avtomobilinin yan qapısına böyükcə bir daş çarpdı. Adam bir az daha sürətlə əyləcə yükləndi və daşın atıldığı boşluğa doğru geri-geri getdi.Əsəbiləşmiş olan gənc adam avtomobilindən atıldı və daşı atan uşağı qapdığı kimi yaxında park edilmiş olan bir avtomobilin gövdəsinə sıxışdırdı. Bunu edərkən də qışqırırdı : Sən nə etdiyini hesab edirsən avara? Bu etdiyin nə deməkdir? O gördüyün yeni və bahalı bir avtomobildir, atdığın o daşın məhv etdiyi yeri düzəltdirmək üçün çoxlu pul ödəmək məcburiyyətində qalacağam. Niyə etdin bunu ?"Kiçik uşaq kədərli və günahkar bir rəftar içində idi. "Lütfən, əmi, lütfən qızmayın. Mən çox təəssüf edirəm amma başqa nə edə bilərdim, bilmədim. Daşı atdım çünki işarə etməmə baxmayaraq digər avtomobillər dayanmadı. Uşaq, gözlərindən süzülən yaşları əlinin tərsiylə silərək park edilmiş bir maşının arxasına işarə etdi. "böyük qardaşım oradadır. Yoxuşdan aşağı diyirləndi və təkərli arabasından düşdü, mən onu qaldıra bilmirəm."Uşağın indi hıçqırıqlardan çiyinləri titrəyirdi və çaşıb qalmış adamdan soruşdu : "Onu qaldırıb təkərli arabasına oturtmama kömək edə bilərsinizmi? Deyəsən böyük qardaşım yaralandı və mənim üçün çox ağırdır.Nə deyəcəyini bilə bilməz halda, gənc rejisor boğazındakı düyündən udqunaraq xilas olmağa çalışdı. Yerdə yatan şikəst uşağı qaldırıb təkərli arabasına oturtdu, cibindən təmiz və ütülü dəsmalını çıxardıb, müxtəlif yerlərində meydana gəlmiş qanayan yara və sıyrıqları diqqətlicə silməyə çalışdı.Bir şeylər söyləyə bilməyəcək qədər duyğulanmış olan gənc adam, böyük qardaşının təkərli arabasını itələyərək yavaş yavaş uzaqlaşan uşağın ardından baxa qaldı. Yaquar markalı avtomobilinə geri dönüşü yavaş-yavaş oldu və yol ona çox uzun gəldi. Avtomobilin yan qapısında daşın buraxdığı iz çox dərin və dəqiq görülə bilən şəkildəydi, amma adam oranı heç bir zaman təmir etdirmədi. Oradakı izi, bu mesajı heç unutmamaq üçün saxladı :Heç bir zaman həyatın içindən, səni dayandırmaq və diqqətini çəkmək üçün bəzilərinin daş atmasına məcbur qalacağı qədər sürətli keçmə.Yaradıcı ruhumuza pıçıldayar və ürəyimizlə danışar. Bəzən, onu dinləmək üçün vaxtımız olmursa, bizə daş atmaq məcburiyyətində qalar.Pıçıltını dinlə... və ya daşı gözlə. Seçim sənindir!
['oxuyub ibrət götürək.']
6,211
https://kayzen.az/blog/az-proza/3751/q%C4%B1z-%C9%99man%C9%99ti.html
Qız əmanəti
Muza
Azərbaycan ədəbiyyatı
8 fevral 2011, 09:53
Əmanəti verən nyu-yorklu biznesmen Condur, çatdırmalı olan isə Tovuzdan olan, Moskvanın böyük topdansatış meyvə bazalarının birində işləyən biznesmen otuz dörd yaşlı Veysəldir. Con iki yüz əlli dolları Veysəllə Moskvadakı məşuqəsi, ginekoloq işləyən iyirmi səkkiz yaşlı Yekaterinaya göndərir. Conla Veysəl biznes partnoylarıdırlar, Con il ərzində çox vaxt Moskvada olur, gəmilərlə Amerikadan gələn meyvə-tərəvəzi Moskvanın böyük bazarlarına çatdırılması işlərinə baxır, boş vaxtlarında Veysəllə bazlığa, saunaya, gecə klublarına, qız striptizinə tamaşa eləməyə gedir. Əvvəllər bir yerdə ayda bir dəfə gecəsi səkkiz yüz – min dollar qiyməti olan elit fahişələri çağırırıdılar, Con Yekaterinanı, qısaca deyək Katyanı tapandan sonra gecə klublarının birində tanış olub evlərinə getmişdi, sonra da münasibətləri yaxınlıqla nəticələnmişdi, beləcə fahişələrdən uzaqlaşmışdı. Nyu-Yorkdan Moskvaya uçan Veysəlin təyyarədə ağlına gəldiyi ilk suallardan biri “Görən bu Katya nətəhər şeydi?” oldu. Moskvaya səhər enən Veysəl ofisə getdi, işçilərinə tapşırıqlarını verdi, banka dəydi, pul çıxartdı, lazımi zənglərini elədi, arada iki-üç məşuqəsinə sms atdı ki, “mən artıq Moskvadayam, orijinal hədiyyələr almışam”, yəni hazırlaşın, tezliklə “görüşəcəyik”, ən əsası Katyaya zəng edib ertəsi gün axşama görüş təyin etdi. Axşam evə gəldi, cakkuzidə su masajı qəbul elədi, çimdi, fenləndi, qoltuqlarının altına anti-prespirant sürtdü, üzünü “Braun”la qırxdı, yekə plazma ekranlı televizoru açdı, Moskvada otura-otura, çiyələk mürəbbəsi ilə kəkotulu çay içə-içə ANS kanalından ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti mənasız səfəri ilə bağlı reportaja baxdı, amma deyilənləri yox, ancaq diktorun səsini eşitdi, o artıq plan cızmağa başlamışdı: Katya ilə münasibətləri necə qurmalı, söhbəti nədən başlamalı, hansı kafeyə dəvət etməli və s. Bir sözlə Katyanın səsi Veysəlin xoşuna gəlmişdi. Onlar “Paveletski” metrosunun yanında bir-birini tapdılar. Katya sadə geyimdə idi, ağ ucuz plaş, adi göy rəngli cins şalvar, bir az rəngi getmiş sviter, bir də ki, ağ krossovkalar. Katya Veysəlin BMV X5 maşınında oturub söhbət etmək təklifinə etiraz etmədi. -    Çoxdan Conu tanıyırsız? – Veysəl soruşdu. -    Bir il olar. -    Mən də hardasa iki ildir ki, Conla işləyirəm, biz biznes partnyoruyuq. Bax bu sürdüyüm BMV-ni də onun köməkliyi ilə almışam. -    Onun köməkliyilə? – Katya nədənsə təəccübləndi. -    Hə o təşkil elədi, mənə bir az ucuz gəlib çıxdı. -    Aydındır. Con həmişə sizin haqqınızda xüsusi pafosla danışır. – Veysəl fikirləşdi ki, kompliment deməyin vaxtıdır. – açığı, mən buna elə indi tam əmin oldum. -    Ooo, çox sağ olun. Mənim haqqımda o daha nə deyib sizə? -    Bir də dedi ki, siz onu yaxşı başa düşürsüz. –Veysəl bunu uydurdu. -    Elə dedi? – Katya yenə təəccüblə soruşdu, Veysəl anladı ki, bu dəfə uydurduğu fikir deyəsən yersiz oldu, amma çaşmadı, sifətində bir cizgi belə dəyişmədi. -    Hə, elə dedi. – uydurmasını təkrar etdi. -    Maraqlıdı, ama o məni başa düşürmü? -    Necə? -    Heç, heç. – Katya əvvəl dediyinə peşman oldu, tez bu mövzuya son qoymaq qərarına gəldi. Veysəl üzünə ciddi fəlsəfi görkəm verdi: yəni qıza işarə vurdu ki, “heç, heç” desən də hər şeyi başa düşdüm. Sifətinə bu cür fəlsəfi ifadə vermək Veysəlin çoxdankı sınanmış fəndlərindən idi: çarpayılıq qızların sifətlərində əks olunan kədərli, sirli notları oxuyub, öz sifətinə ciddi, qəmli ifadə verməklə o sanki qızın dərdini bölüşməyə hazır olduğunu göstərmək üçün qızın qarşısında bu cür görünmək istəyirdi. -    Bilirsiz Katya, bayağı bir həqiqət var ki, bunu sözsüz ki, siz bilməmiş deyilsiz. – Veysəl susdu, Katyanın reaksiyasını öyrənmək istəyirdi. -    Nədi o bayağı olan şey? – Katya, deyəsən, yavaş-yavaş Veysəlin sehrinə düşməyə başlamışdı. -    Axı insanlar heç vaxt cinsindən asılı olmayaraq, həmyaşıdlar olsalar belə bir-birilərini tam başa düşə bilməzlər. -    Aydın məsələdi, bu mümkün olan şey deyil. Amma… -    Yox ammasız.  – Veysəl onun sözünü kəsdi, artıq coşmuşdu, içindəki pafoslu fikirlərini boşaltmalı idi. – Elə məsələ də orasındadır ki, qızlar çox zaman natamamlıq kompleksindən əziyyət çəkirlər, onlar elə gəlir ki, oğlanlar, kişilər sevdikləri qızları tam başa düşməlidirlər. Axı bu heç zaman mümkün olmayıb, söhbət tək qızla oğlan arasında olan anlaşılmazlıqlardan getmir. Bunu dünya filosofları, psixoloqları deyir. -    Yox bir dəyqə, siz məni tam başa düşmədiniz. -    Gördünüz, deyirsiz ki, məni tam başa düşmürsüz, ümumiyyətlə insanı tam başa düşmək mümkün deyil, mən elə bunu deyirəm. Katya etiraz etmirsizsə, sənlə danışaq. -    Okey, mənimçün problem deyil. -    Katya, səndə əsas problem bilirsən nədir? Mən o zaman Bakıda psixologiya fakültəsinə qəbul olmuşdum, yeri gəlmişkən mən Azərbaycandanam. -    Bilirəm. “Hmm, Con mənim haqqımda danışıb, sözsüz ki, yaxşı şey deyib, bu mənim xeyrimədir ki!” – Veysəl ürəyində sevindi. — ……İki il orda oxumuşam, ama sonra atdım psixologiyanı. – Veysəl həvəslə bu yalanları üyüdüb tökürdü, – Yazdığım kurs işlərindən biri qadın-kişi münasibətlərində qadınların natamamlıq kompleksinə həsr olunub. -    Maraqlıdır. -    Mənə elə gəlir ki, – Veysəl siqaret çıxarıb yandırdı – istərmirsən ki? -    Yox, çəkmirəm. “Bu yaxşı oldu, posteldə kefi istəyəndə siqaret çəkməyəcək, yoxsa siqaret iyi verən qızlara ikinci dəfə yaxınlaşmağa həvəs ölür məndə”. -    Onda etiraz eləmirsənsə çəkim? Açığı Veysəl siqaret çəkən deyildi, ancaq kostyumunun sol döş cibində çəkən qızlar üçün yüngül, nazik Dunhill, sağ cibində isə qırmızı Marlboro saxlayırdı, söhbət elədiyi qızlardan kimsə çəkmək istəyəndə ona Dunhill uzadır, üstəlik qızılı suya çəkilmiş alışqanı ilə siqareti yandırırdı. -    Buyur. -    Onsuz da tüstünü pəncərədən çölə üfürəcəm. –maşının pəncərəsini tam açandan sonra qutudan Marlboro siqareti çıxarıb yandırdı. -    Hə, bayaq dediz ki, mənə elə gəlir ki…nə elə gəlir? -    Bilirsən Katya, mən Conla çoxdan tanışam, səni isə birinci dəfədir görürəm. Amma, – qol saatına baxıb, – on dəyqəlik söhbət bəs edir ki, sizin münasibətlərinizdə problemin Conla bağlı olduğunu müəyyən edim. -    Hmmm. Onu necə müəyyənləşdirdin? – Katyanın gözlərində maraq, səbirsizlik alışıb yanırdı. -    Bunu baxışlarında hiss etdim. Açıq deyim, Con tipik kapitalizm cəmiyyətinin nümayəndəsidir, vəssalam. O səninlə münasibətlərini, incisən də deyəcəm, sırf praktiki maraqlarına görə qurur, bunu o iki yüz əlli dolları mənə verəndə hiss etdirm. Az qala yadımdan çıxmışdı pulu verim. -    Yox mən bu pulu götürməyəcəm. -    Sən məni düz başa düşmədin, xahiş edirəm pulu götür, sənə izah edəcəm ki, bu pulu götürməyə sənin tam haqqın çatır. Katya ona uzadılan konverti süni könülsüzlüklə də olsa götürür. -    Xətrinə dəymədim ki? – Veysəl guya alicənablıqla soruşur. -    Yox, yox sən olan şeyi deyirsən. Biz bəlkə gedək? Veysəl istədi desin ki, “oturmuşuq da, harasa tələsirsən?”, fikrindən vaz keçdi, qorxdu ki, qız onun əsl məramını anlayar, hürkər: Veysəl dünyanın tülküsüydü. -    Oldu gedək, elə mən də getməliyəm. Hara aparım səni? -    Yox sağ ol, mən metro ilə gedəcəm. -    Mənim vaxtım var, yəni apara bilərəm. -    Yox sağ ol, mən özüm gedəcəm. -    Gələn bazar günü üçün planın yoxdur ki? – Veysəl nəhayət ki, əsas mətləbə keçdi. -    Elə bir planım yoxdur. – Katya o dəqiqə başa düşdü ki, Veysəl onu harasa dəvət edəcək, “planım yoxdur” – deməklə onun dəvətini qəbul etdiyinə işarə vurdu. -    Okey, gələn bazar səni Azərbaycan restoranına dəvət edirəm. -    Sağ ol, beş ya altıncı gün zəngləşirik. Şənbə günüdür, onlar şam işığı ətrafında restoranda masa arxasında oturublar. -    Ürəyin nə istəyir seç. – Veysəl menyunu ehmalca Katyanın qabağına  itələyir. Hər ikisi ofisianta sifarişlərini verirlər. -    Burda tez-tez olursan? – Katya ətrafa göz gəzdirəndən sonra soruşur. -    Axşam yeməklərini adətən burda eliyirəm. Katya isə ürəyində “hmmm” deyir, Veysəl, tülkü, onun heyrətləndiyini o dəqiqə hiss edir. – Bilirsən, mən əvvəllər şam yeməyini müxtəlif restoranlarda yeyirdim, deyək bir gün Çin restoranında, o biri gün Yapon, başqa bir gün İspan, mən yemək məsələlərində müxtəlifliyi sevən adamam. Katya gülür: -    Müxtəlifliyi sevən yox, sadəcə qurman. Sən qurmansan, bunun adı belədir. -    Elə də demək olar, ama görünür bu yaşla bağlıdır, son vaxtlar ancaq öz mətbəximizə üstünlük verirəm. -    Sizdə mətbəx çox zəngindir, həm də yeməklər super dadlıdır. “Deyəsən məndən qabaq bizimkilərdən kimsə uje bununla olub.” – ani olaraq fikirləşir, qısqanclıq hissi bir andaca yanıb sönür. -    Elə də deməzdim, hər mətbəxin özünəməxsus dadı, estetikası var. Mən, məsələn, Yapon mətbəxini çox sevirəm, həftədə iki-üç dəfə suşi yeməsəm, elə bil nəyimsə çatmır. Elə olub ki, ofisə Yaponiyadan ofisə suşi sifariş etdirib gətirdirmişəm.  – gop eliyir. – Bəs sən hansı mətbəxə üstünlük verirsən? -    Mən? – bayaqdan Veysələ heyranlıqla qulaq asan Katya sanki yuxudan ayılır, – mən konket hansısa ölkənin mətbəxinə üstünlük vermirəm. Sizin yeməklər, məsələn, çox superdir. -    Azərbaycanda olmusan? -    Təəssüf ki, yox. “Desəydi ki, olmuşam, deməli yüz faiz bunu bizimkilərdən kimsə…” -    Azərbaycana nə vaxt gəlsən, Göygöl deyilən bir yer var, orda gölün qırağında səni lülə kababa qonaq edərəm. -    Çox sağ ol, yaxşı ideyadır. – Katyanın gülərüz sifəti bir növ genişləndi. Ofisiant masaya əvvəlcə salatlar, göy-göyərti, turp, sonra tikə, lülə kababı, yarpaq dolması, dovğa, ayran, bir də “Şirvan” konyakı qoyur, Veysəl qədəhləri süzür. -    Tanışlığımızın sağlığına içək? – ilk tostu Veysəl təklif edir. -    İçək, tanışılığımıza şadam. -    Mən də. İçirlər, yeyirlər, ordan-burdan söhbət edirlər, Katya xüsusi iştahla yeyir, hiss olunur ki, restorana tam ac gəlibmiş. İkinci qədəh konyakı yaşadıqları Moskva şəhərinin sağlığına içirlər. -    Con səni Amerikaya dəvət etməyib? – Veysəl soruşur. -    Ha! – Katya ironiya ilə cavab verir, yanaqları azca qızarıb, bir az keflidir, bu sual bir az da onu əsəbiləşdirib, – Amerikaya?!!.. O məni heç Moskvadan qırağa bir yana aparıb ki, sən Amerikadan danışırsan. Ha! -    Açığı, – Veysəl sifətinə süni ciddilik ifadəsi verdi. – mən elə ona görə avropalıları, amerikanları heç cürə həzm edə bilmirəm. -    Veysa. – Katyanın gözləri xumarlanırdı. -    Veysa yox Veysəl, ama Vasya da deyə bilərsən, burda mənə dostlar Vasya deyirlər. -    Vasya, təsəvvür edirsən? Mən bu adamla bir ildən çoxdur dostluq edirəm. O, yəqin bilirsən, hər dəfə Amerikadan gələndə bizdə qalır. Paltarlarını yuyuram, yeməyini bişirirəm, mənimlə yatır, bütün seksual enerjimi ona verirəm. Onun elədiyi bircə şey, evə ərzaq almaqdır, vəssalam, o da ki, özü də bizdə qalır deyə! Ama özünü elə aparır ki, guya mənim buna borcum var?!!! Təsəvvür edirsən?! Bura bax, gəl yenə vuraq, etiraz etmirsən ki? -    Yox, yox.- deyib Veysəl tez qədəhlərə konyak süzür. -    Mən bunu içirəm sənin sağlığına Vasyok, sən sadəcə əla oğlansan. Vasyok desəm?.. -    Yox Katyuş, incimərəm. Tosta görə sağ ol. Bir az sükut, konyak təmiz maldır, restoranda Veysəli yaxşı tanıyırlar, puluna görə hörmət edirlər, bir-iki ofisiant qızla firlanıb, arada restoranın rəqqasəsi Alyonaya girişmək istəyirdi, sonra biləndə ki, onu restoranın müdiri, öz yerlisi İmran saxlayır, fikrindən vaz keçdi. Veysəl içkidən demək olar ki, sərşox olmur, onda bəzilərindəki  kimi fikirlərində tormozlaşma yox, aktivləşmə gedir. O hiss edir ki, Katyanın yarımqəmli, yarımkefli əhvalından istifadə edib söhbəti öz istədəyi kimi davam etdirə bilər. -    Yadında Katyuş, birinci görüşümüzdə mən sənə amerikanlıların praqmatizmindən danışmışdım. Demişdim ki. onlar insanlarla münasibətdə ancaq öz maraqlarını güdürlər, onlarçün mənəviyyat, kiməsə təmənnasız xeyir vermək anlayışı yoxdur. -    Yadımdadı, elə sən səmimi insan olduğuna görə ilk görüşümüzdə öz ürəyimi  sənə açmışdım. Bağışla, mən səni öz dərdlərimlə yükləyirəm…. -    Yox-yox elə düşünmə, biz səmimi söhbət edirik, burda heç bir qəbahət yoxdur. -    … Artıq uzun müddətdir ki, yığılan əsəbilərimi boşaltdım sənin üstünə, biz bura şənlənməyə gəlmişik, mənsə.. -    Düzdür biz bura şənlənməyə gəlmişik, – Veysəl artıq dördüncü dəfə qədəhləri konyakla doldurur, – elə içək bu sağ-lı-ğı ki, sənin əsəblərin, necə deyərlər, yox olsun. -    Əla tostdur, bravo! – deyib qədəhi ehmalca Vasyokunkuna vurub başına çəkir.  – Oxx! Biz Conu deyəsən məhkəməyə verəcəyik. -    Bilirsən Katyuş, mən sadəcə düzlüyün tərəfdarıyam, hər halda Conu səndən qabaq tanıyıram, ama sən haqlısan. Axı nəyə görə o sizdə qala-qala, hələ sən ona qulluq edə-edə, seksual enerjini ona verə-verə, o sənə minnət qoymalıdı, sənə üstdən aşağı baxmalıdı?! Bu düzgün deyil axı! -    Vasya, təsəvvür et, bir dəfə məndən soruşdu ki, ad gününə nə alım, mən də utana-utana dedim ki, mənim bir aylıq aerobika kursları üçün abonent kartımın pulunu, beş yüz dollar hədiyyə edə bilərsən. Neynəsə yaxşıdır? -    Yəqin ki, hirsini boğmağa çalışıb. -    Tamamilə düz deyirsən, bir az fikrə getdi, mənə nə desə yaxşıdır? Dedi yarısını göndərərəcəm, səninlə göndərdiyi iki yüz əlli dollar həmin abonent kartının, mənim ad günü üçün göndərdiyi puldur. Yarısını isə, dedi sonra göndərəcəm. Yadında, mən o pulu götürmək istəmirdim, sən təkid etdin, sonra götürdüm. -    Dəhşət, nə simic adamıymış, hələ pulun yarısını göndərməyib? – ürəyində “Bu Con lap Çmoymuş ki, amma mənə sərf edir” – fikirləşdi. -    Elədir. -    Sən onda düz elədin ki, pulu götürdün. Sən ona həmişə təmənnasız xidmət göstərəsi deyilsən ki? Buna sənin tam haqqın çatır, bayaq da dedim bu amerikanlara ona görə nifrət edirəm ki, bizimkilərə, keçmiş Sovet respublikalarından olan adamlara ikinci sort kimi adamlar kimi yanaşırlar, üstdən aşağı baxırlar bizlərə, elə bil biz bunlara borcluyuq! -    Vas! – Katyanın gözləri süzülürdü, – sən doğrudan da güclü psixoloqsan. Bəs niyə psixologiyanı atdın? -    Psixologiya, bilirsən, daha çox nəzəri sahədir, mənsə kabinet adamı deyiləm, mənimki biznesdir, xarici ölkələrə səfər etmək, şirkətlərlə kontraktlar imzalamaq. Məsələ heç də pul qazanmaqda deyil, aydın məsələdi, pul qazanmaq da lazımdı,  – lovğalalıq damarı tutub, – amma məsələ tək pulda deyil, Katyuş. Mənə prosesin özü maraqlıdı, yeni biznes partnyorları tapmaq, danışıqlar aparmaq, kontrakt nəticədi, maraqlı olan kontrakta qədər olan işlərdi. Fransız biznesmeni bir psixologiyaya malikdir, deyək ekvadorlu, çilili, çinli tamam başqa-başqa psixoliyalara. – Veysəl qəsdən müxtəlif qitələrdə yerləşən ölkələrin adını çəkir: ürəyindən Katyanın “sən neçə ölkədə olmusan ki?” sualını verməsini umur. -    Sən indiyə qədər neçə ölkədə olmusan? -    İnanırsan, artıq sayını da bilmirəm. Avstraliyadan başqa bütün qitələrdə olmuşam, ama yəqin ki yayda orda da olacam. İspaniya, Fransa, İtaliyanın demək olar ki, bütün şəhər və kəndlərini gəzmişəm, sadəcə maraq üçün, onların psixologiyalarını öyrənmək üçün. -    Oo nə maraqlıdı? Sən evlisən? İstədi desin ki, “yox”, düşündü ki, otuz dörd yaşlı qafqazlının indiyə qədər evli olmaması ən azından Katya üçün inandırıcı olmayacaq, daha az olan yalana üstünlük verdi: -    Bir dəfə uğursuz evliliyim olub. Bəs sən? -    Yox mən evli deyiləm, heç vaxt da evli olmamışam. Hansı Avropa ölkəsində daha çox gözəl qızlar olur? – Katya bu sualı verəndən sonra bic-bic gülümsədi. Nədənsə, Veysələ elə gəldi ki, Katya bu sualı verməklə onu provokasiyaya çəkmək istəyir, onun qızlara olan münasibətini bilmək istəyir. -    Deməzdim ki, hansısa ölkədə çoxdur, hansındasa az, fransız qızının öz gözəlliyi var, ispan qızının öz. Ama bir şeyi dəqiq deyə bilərəm ki, Rusiyadakı kimi qəşəng qız heç bir ölkədə yoxdur. -    Elə deyirlər. Bəs sizdə, Azərbaycanda? -    Azərbaycanda da gözəl qızlar çoxdur, xüsusilə Bakıda. -    Çində olmusan? -    Bizneslə bağlı ildə iki dəfə Çinə gedirəm. -    Maraqlıdır. -    Çin demişkən, sən burda çin masajına getmisən? -    Aha. Bir dəfə. -    Masajı çinlilər edib? -    Yox bizimkilər, moskvalılar. -    Eh, o Çin masajı olmadı ki, – Veysəl özündən razı halda dilləndi – Mən yaxşı bir yer bilirəm, orda masajı profesional masajistlər, Çin qızları edir. Sən Konfutsinin Çin masajı haqqında aforizmini eşitmisən? – Veysəl heç özü də bilmədi ki, Konfutsi hardan beyninə gəldi: bu təbii ki, “Şirvan” konyakının təsiri idi. -    Yox eşitməmişəm. -    Konfutsi deyir ki, Çin psixologiyasını, mentalitetini bilmək istəyən adam mütləq çin masajının nə olduğunu öz bədənində hiss etməlidir.  – Əlbəttə Veysəl aforizmi konyakın   təsiri altında uydurmuşdu. – Kayuş, gələn bazar Çin masajı qəbul etmək pis olmazdı. -    Böyük məmnuniyyətlə Vasya, mən hə deyirəm. -    Sən əsl Çin masajını gələn bazar öz bədənində hiss edəcəksən. Masaya kəkotulu çay, limon, paxlava, şəkərbura, Katyanın istəyinə uyğun qoz mürəbbəsi gətirilir. Veysəl Azərbaycandakı uca, qarlı dağlardan,  dağlarda bitən kəkotundan, Novruz bayramından, şəkərbura, Gəncə, Şəki, Bakı paxlavasından danışdıqca Katya “Как ты вкусно рассказываешь” deyirdi. Nəhayət onlar küçəyə çıxdılar, Katya təmiz havada gəzişməyi təklif etdi, tezcə də Veysəlin qoluna girdi. Bir az gəzişdilər, yenə ordan-burdan söhbət etdilər, sonra Veysəl maşınla Katyanı evlərinə qədər apardı, vidalaşanda Vasya Katyanın əlini bir az əlində saxladı, bir az də bu vəziyyətdə söhbət etdilər, sonra bir-birilərinin yanaqlarından öpüb mehribancasına ayrıldılar. Hər ikisi ağ kimano geyimində bir otaqdadırlar, klassik həzin Çin musiqisinin sədaları altında uşaqsifət, balacaboy, gülərüzlü çinli qızlar qarnıüstə uzanmış Veysəlin, Katyanın belini masaj edirlər. Veysəl boş yerə kimano geyilən massaj salonunu seçməmişdi: paltarını soyunan Katyaya gözucu baxdı: pis deyil, gedər. Uzanıblar, Katya gözlərini yumub, üzündəki  ifadədən görünür ki, şirin xəyallara varıb. Çin masajının fəlsəfəsinə görə professional masajçı Tsi, yəni həyat enejisini təbiətin ritminə uyğun masaj olunan adamın bədənində düzgün yaymaqla bədəni təbiətlə harmoniya vəziyyətinə gətirməlidir. Veysəl də Katya kimi gözlərini yumub, hərdən lap azca, qıraqdan hiss olunmayacaq dərəcədə gözlərini aralayıb qıza baxır, sonra gözlərini yenə yumur, fikirləşir: yərin ki, növbəti bazar günlərinin birində yaxınlıq etmək problem olmayacaq. Veysəl indi çin fəlsəfəsinin əksinə qeyri-harmonik durumda olsa da, Katyanın gözlərini yumub ləzzət almağından xüsusi ləzzət alırdı, ürəyində öz-özünə deyirdi ki, “kayf elə ay Katyuşa, dünya sənin dünyandır”. -    Katyuş, ləzzət eliyir? -    Aha. – Katya elə gözüyumulu pıçıltı səslə cavab verir. -    Fərqi hiss edirsən? -    Aha. Onlar çin masajı salonundan çıxıb kitab evinə yollandılar, Veysəl özünə iki-üç detektiv roman, Katyaya “Çin fəlsəfəsindən aforizmlər” kitabını aldı, axşam isə çin restoranında şam işığı altında yemək yedilər, balla yaşıl çay içdilər. Axşam ayrılanda Katya Vaysyanın yanağından, Vasya isə əvvəlcə onun əlindən, sonra isə dodağından opdü, sonra isə onlar əməlli-başlı öpüşdülər. Veysəl maşını işə salıb yola düşəndə öz-özünə dedi: “Deməli hər şey qaydasındadır”. Veysəl həftədə iki-üç dəfə Katyaya zəng edir, hal-əhvalını tutur, “problem olsa mənə zəng et, çəkinmə” mesajını atır, arada Conu soruşurdu. Məlum oldu ki, Con Amerikadan ona zəng edir, amma Katya telefonu götürmür. Gecə söhbətləri get-gedə intimləşir, istiləşirdi, Veysəl belə işlərdə təcrübəli idi: gecə on bir, on ikidə başlayan bəzən fasiləsiz saat dördə, beşə qədər davam edən söhbətlərində o bayağı sevgidən yox, darıxmaq, havam çatmır, qəlbimdə boşluq var kimi bir az orijinal, əslində bayağı ifadələrdən yerində istifadə edir, daosizm, kamasutra ilə sevginin mahiyyətini Katyaya başa salırdı. Və növbəti bazar günlərinin birində Veysəl Katyanı Finn saunasına dəvət edəndə, Katya utanıb eləmədən beləcə dedi: -    Bağışla Vasyok, məndə aybaşıdır, iki həftə sonra görüşərik. -    Okey Katyuş, üzrlü səbəbdir, bağışlayıram. . Nəhayət Con biznes işləri ilə bağlı Moskvaya gəldi, söhbətlərinin birində Veysəl soruşdu: -    Katyanı görmürsən? Necədir? -    Telefonuma cavab vermir. – Con həvəssiz cavab verdi. -    Niyə? Nə olub ki? – Veysəl saxta təəccüblə soruşdu. -    Mən də başa düşmürəm. Nyu-Yorkda olanda da zəng edirdim, bura gələndən bir dəfə də olsun götürməyib zəngimi. -    İstəyirsənsə mən bu məsələni aydınlaşdıra bilərəm. – Veysəl guya barışdırıcılıq missiyasına girişib, özünü yaxşı oğlan kimi göstərmək istədi. -    Sən? – Con təəccübləndi. -    Hə də, – Veysəl “yaxşı oğlan” rolu oynamaqdan həzz almağa başlamışdı. – Hər halda çoxdan tanışsız, heç olmasa görüşüb söhbət edəydiz, səbəbləri aydınlaşdıraydız. -    Yox, yox ehtiyac yoxdur, – əlini yelləyərək, – mən artıq başqa bir qızla tanış olmuşam, – mənalı göz vurdu, – dizaynerdi, adı Maşadır, “Asturias” şirkətində işləyir. çox yaraşıqlı qızdır, MDU -da tələbə vaxtı gözəllik müsabiqəsində iştirak edib. İstəsəz sizi tanış edərəm. -    Olar. – həyacandan Veysəlin boğazı qurumuşdu, “gözəllik müsabiqəsi” sözünü eşidəndə içinə bir istilik gəldi, amma həyacanını gizlədə bildi. -    Səndən bir qonaqlıq. –Veysəlin xasiyyətini bilirdi, bildi ki, “yox” cavabı olmayacaq. -    Okey, həftə axırlarının birində sizi “Azərbaycan” restoranına dəvət edirəm. -    Okey, mən Maşa ilə də danışaram. Təşəkkür edirəm dəvətinə görə. “Sonra təşəkkür eliyərsən…” – Veysəl ani olaraq düşündü. Veysəl tələsmədi, ehtiyat etdi ki, gələn bazar onları dəvət etsə Con birdən onun məramını başa düşər. İki həftə sonra Veysəl Katya ilə saunada “görüşdü”, düz bir həftə sonra, bazar günü o təzə aldığı JEEP Pathfinder maşını ilə Conu və hündürboylu, dekolteli, düz, uzunayaqlı, tez-tez gülərkən ağappaq dişləri görünən Maşanı “Azərbaycan” restoranına qonaqlığa apardı. Restorana girəndə xüsusi ekzotik dizaynla bəzədilmiş salonu görəndə simic Con Veysəlin qulağına pıçıldadı “Bura baha deyil ki?”, Veysəl nırç elədi, Maşa pıçıltını eşitdi, nırçı da başa düşdü, ürəyində fikirləşdi “Varlıdır!!! Karyeram üçün bu da mənə lazım olacaq”……. Mart-aprel, 2010, Bakı Müəllif: Alpay Azər Həmçinin bax: Qız bişirmək
['bazlıq', 'Azər Alpay']
6,212
https://kayzen.az/blog/logika/3761/m%C9%99ntiq-suallar%C4%B1.html
Məntiq sualları
Xrizoberil
Məntiq və IQ
7 fevral 2011, 18:20
1. bir divarın üzərində 5 ədəd quş vardır. bu zaman oradan keçən ovçu tüfəngini çıxarıb 2 quşu vurur. geridə neçə quş qalır? 2. 2+2+2=224 bir işarəni dəyişərək bərabərliyi doğrulayın. 3. bir boşqabda 7 dənə portağal var. 7 uşağın hərəsinə bir portağal verir və elə edin ki biri boşqabda qalsın... 4. ilbiz bir gündə 2 m qalxıb 1 m düşürsə, 20 metri neçə günə qalxar?5. yağışlı bir gündə bir evdə parti keçirirlər. Parti əsnasında Əhmədin evdə olmadığını görürlər. Ertəsi gün hamısı məhkəməyə gedib olanları danış;rlar. hakim sorğuya alınacaqları deyər və bağban sözə başlayar: hava yağmurlu idi, oz kabinetimdə oturmuşdum.Ürəyim sıxıldığı üçün hava almağa çıxdım. partiyə baxmaq üçün evin pəncərəsinə yaxınlaşdım, pəncərə buxarlamışdı.Pəncərəni sildim və Əlinin cinayəti işlədiyini gördüm- dəyər. Daha sonra hakim bağbana- yalan deyirsən cinayətkar sənsən- deyər.Sizcə hakim niyə belə dedi?
['Məntiqi sual']
6,213
https://kayzen.az/blog/Xrizoberil/3759/molla-n%C9%99sr%C9%99ddin.html
Molla Nəsrəddin
Xrizoberil
Bloq: Xrizoberil
7 fevral 2011, 14:52
***bir gün padişah Molla Nəsrəddindən soruşur: Molla de görüm mən öləndə cənnətə gedəcəm, yoxsa cəhənnəmə? Molla Nəsrəddin padişahdan qorxmadan:- Məncə cəhənnəmə gedəcəksiniz padşahım. Padşahın əsəbdən saqqaları titrəmiş.Bu vəziyyətini görən Molla:- əsəbləşməyin padşahım. mən sizin cənnətə getməyiniz çox istəyərdim, amma cəlladlarınız qılıncları ilə günahsız öldürülən insanlardan cənnət dolmuşdur. Cənnətə sığa bilməyəcəyiniz üçün cəhənnəmə gedəcəyinizi söylədim. ***Bir gün Molla Nəsrəddin toyuqları qəfəsə doldurub bazara aparacaqmış. ağzına qədər dolu olan qəfəsi götürüb yola qoyulur. Yolda qəfəsə bir göz atmaq istəyir. Bu istidə toyuqları qəfəsdə aparağa yazığı gəlir. Düşünür ki, qəfəsi açıb toyuqları buraxsın, bazara qədər arxasında aparsın. Qəfəsi açan kimi toyuqların hərəsi bir tərəfə qaçır. bu işə canı çox sıxılan Molla əlinə taxta parçası alıb xoruzu qovmağa başlayır:- Səni namuzsuz,səni! Gecə yarısı səhər olduğunu bildiyin halda, gündüz vaxtı bazarın yolunu niyə bilmirsən? *** Molladan soruşurlar: -Ay Molla niyə hər sabah insanlar fərqli- fərqli səmtlərə gedirlər? Molla cavabında: - Egər insanlar eyni səmtə gedərlərsə dünyanın müvazinəti pozular!!!
['Molla Nəsrəddin']
6,214
https://kayzen.az/blog/daily-problems/3758/kibrit%C3%A7i-q%C4%B1z.html
Kibritçi qız
Xrizoberil
Gündəlik həyatın çətinlikləri
7 fevral 2011, 14:08
İlin son günü idi. Hava çox soyuq idi. Sıyıq sıyıq qar yağırdı. Axşam olmaq üzrə idi. Çöldə başı açıq, ayaqyalın kiçik bir qız gedirdi. Səhər evdən çıxarkən ayağında anasının köhnə bir ayaqqabısı vardı. Amma ayaqqabılar böyük gəlirdi. Qarda gedərkən salıb itirmişdi. İndi kiçik qızın ayaqları soyuqdan göyərmişdi. Əlindəki kibritləri satmağa çalışırdı. Lakin səhərdən bəri bir qutu belə sata bilməmişdi.Soyuqdan donmaq üzrə idi. Qarnı çox acmışdı. Evlərdən xoş ətirli yemək qoxuları gəlirdi. Kiçik qız, kibrit sata bilmədiyi üçün evə gedə bilmirdi. Çünki atası çox qızacaqdı. Onsuz da evləri də küçələrdən daha isti deyildi. Qızcığaz bir evin küncünə büzüşərək oturdu. O qədər üşümüşdü ki, bir kibrit yandırıb isinməyi düşündü. Qutudan bir kibrit çıxardı və yandırdı. Kibriti əllərinin ətrafında gəzdirdi. Sanki gurul gurul yanan bir sobanın alovu ilə sınayırdı. Kibrit birdən söndü. Bir kibrit daha yandırdı. Kibritin işığı divarı işıqlandırdı. Divar birdən itdi sanki. İndi evin içərisi görünürdü. İçəridə bir süfrə açılmışdı. Süfrədə nar kimi qızarmış bir toyuq dayanırdı. Tam əlini uzadıb qızarmış toyuğu götürəcəyi anda kibriti söndü. Kiçik qız o an qarşısında təkrar qaranlıq divarı gördü. Qız bir kibrit daha çaxdı. Bu dəfə bəzəkli bir şam ağacının altında tapdı özünü. Ətrafda növ növ oyuncaqlar vardı. Ağacın gözəlliyi qarşısında aclığını və üşüməsini unutdu. Oyuncaqları götürmək üçün uzandığında, əlində yanan kibrit yenə söndü. Ağac birdən ortadan itdi. Ağacın itdiyi yerdə parıl- parıl yanan ulduzlar dayanırdı. Dərhal bir kibrit daha yandırdı kiçik qız. Bu dəfə kibritin alovu daha çox işıqlandırmışdı ətrafı. Bu aydınlığın içində nənəsi meydana çıxdı. Nənəsi sevgiylə, gülər üzlə dayanırdı qarşısında. - Nənə! Deyə qışqırdı. Məni də apar nənə! Bilirəm, o isti soba, nar kimi qızarmış toyuq, o gözəl ağac kimi sən də gedəcəksən. Kibritin alovu kiçilməyə başlayınca tələsik kibritləri arxa arxaya yandırmağa başladı. Çox sevdiyi nənəsinin getməməsi üçün yalvarırdı. Alovların içində nənəsi daha da yaxınlaşmışdı. Qollarını kiçik qıza uzatdı. Bir kibrit daha yandırdı kiçik qız. Ortalıq gün kimi işıqlanmışdı. Nənəsini heç belə gözəl görünməmişdi gözünə. Onun sevgi dolu üzü bütün ağrılarını unutdururdu. Əlində qalan son kibriti də yandırdı. Bu zaman nənəsi qollarını uzadaraq onu qucağına götürdü. Kiçik qız birdən rahatladığını hiss etdi. Artıq nə soyuq vardı, nə də aclıq. Ertəsi səhər oradan keçənlər kibritçi qızı ölü tapmışdılar. Oturduğu küncdə incə şalına sarılmışdı. Üzündə şirin bir gülümsəmə vardı. Görənlər onun soyuqdan donaraq öldüyünü başa dümüşdülər. Kibritçi qızın qarşısında yanmış kibritlər dururdu. - Yazıq qızcığaz! Kibritləri yandıraraq isinmək istəmiş, deyirdilər. Ancaq heç kim, onun gördüyü gözəl xəyalları bilmirdi. Kiçik qız, çox sevdiyi nənəsinə qovuşmuşdu.
['ağlamalinski']
6,215
https://kayzen.az/blog/happy/3757/qa%C5%9F%C4%B1qdak%C4%B1-ya%C4%9F-hekay%C9%99.html
Qaşıqdakı yağ (hekayə)
Xrizoberil
Xoşbəxtlik üçün
7 fevral 2011, 13:52
Bir tacir xoşbəxtliyin sirrini öyrənməsi üçün oğulunu insanların ən müdrikinin yanına göndərmiş. Cavan bir çöldə qırx gün getdikdən sonra, nəhayət bir təpənin üzərində olan gözəl qalaya çatır. Müdrik burada yaşayırmış. Bir müdriklə qarşılaşmağı gözləyən bizim qəhrəman, girdiyi salonda qızğın bir mənzərəylə qarşılaşır. Tacirlər girib çıxır, insanlar bir küncdə söhbət edir, bir orkestr şirin melodiyalar çalır. Dünyanın dörd bir tərəfindən gəlmiş ləzzətli yeməklərlə dolu bir masa da vardı. Müdrik sırayla bu insanlarla danışırdı və bizim cavan öz sırasının gəlməsi üçün iki saat gözləmək məcburiyyətində qalır.Cavanın ziyarət səbəbini şərhini diqqətlə dinləyən müdrik, amma xoşbəxtliyin sirrini açıqlayacaq zamanı olmadığını söyləyir ona. Gedib sarayda gəzməsini, özünü iki saat sonra görməyə gəlməsini məsləhət verir. "Amma, sizdən bir xahişim olacaq," deyə əlavə edib, cavanın əlinə bir qaşıq verir, sonra bu qaşığa iki damla maye yağ qoyur". Sarayı gəzərkən bu qaşığı əlinizdə tutacaq və yağı tökməyəcəksiniz."-deyir. Cavan sarayın nərdivanlarını enib çıxmağa başlayır, gözünü isə qaşıqdan ayırmır. İki saat sonra müdrikin qarşısına yenidən çıxır. "Gözəl" demiş müdrik, "Yaxşı, yemək salonumdakı Əcem xalçalarını gördünüzmü? Bağbanın yaratmaq üçün on il çalışdığı bağçanı gördünüzmü? Kitabxanamdakı gözəl perqamentləri fərq etdinizmi?"- suallar verir. Utanan cavan heç bir şey görə bilmədiyini etiraf etmək məcburiyyətində qalır. Çünki müdrikin özünə verdiyi iki damla yağı tökməməyə çalışmış, başqa bir şeyə diqqət edə bilməmişdi. "Elə isə get, kainatın möcüzələrini tanı."- dedi müdrik. "Oturduğun evi tanımadan bir insana güvənə bilməzsən." İçi rahatlayan cavan qaşığı götürüb sarayı gəzməyə çıxır. Bu dəfə, divarlara asılmiş, tavanları bəzəyən sənət əsərlərinə diqqət yetirir. Bağçaları, ətrafdakı dağları, çiçəklərin gözəlliyini, olduqları yerlərə yaraşan sənət əsərlərinin zərifliyini görür. Müdrikin yanına dönərkən, gördüklərini bütün detallarıyla izah edir. "Yaxşı sənə əmanət etdiyim iki damla yağ harada?" deyə soruşur müdrik. Qaşığa baxan cavan, iki damla yağın tökülmüş olduğunu görür. "Yaxşı" demiş bunun üzərinə müdriklər müdriki, "Sənə verə biləcəyim tək öyüd var. Xoşbəxtliyin sirri dünyanın bütün möcüzələrini görməkdir, amma qaşıqdakı iki damla yağı unutmadan...
['hekayə', 'xoşbəxtliyin sirri']
6,216
https://kayzen.az/blog/dusundurucu-hekayeler/3755/%C9%99man%C9%99t-saxlamaq-haqq%C4%B1nda.html
Əmanət saxlamaq haqqında
Fianda
Düşündürücü hekayələr
7 fevral 2011, 01:08
Belə eşitmişəm ki,bir kişi səhər alaqaranlıqda evdən çıxıb hamama gedərkən yolda öz dostuna rast gəlir və deyir:"Mənimlə hamama getmək istəyirsənmi?" Yoldaşı deyir:"Hamamın qapısına qədər sənə yoldaşlıq edə bilərəm,lakin hamama gedə bilmərəm,işim var". Hamamın yaxınlığına qədər bir yerdə gedirlər.Yolayrıcına çatdıqda dostu xəbərdarlıq etmədən geri dönüb,başqa tərəfə gedir.Təsadüfən,bir oğru da həmin kişinin dalısınca öz oğurluq işləri üçün hamama gedirmiş.Birdən kişi geri baxır,oğrunu görür,lakin hələ ala-qaranlıq olduğundan onu dostu təsəvvür edir,qurşağından dəsmala bağlanmış yüz dinarı çıxardır,həmən oğruya verir və deyir:"Al qardaş,bu əmanətdir,al,mən hamamdan çıxandan sonra qaytararsan".Oğru qızılı alır,kişi hamamdan çıxana qədər heç yerə getməyib,orada gözləyir.Oğru onu çağırıb deyir:"Ey cavanmərd,qızılını geri al,sonra get,sənin əmanətin üzündən bu gün mən də işimdən avara oldum".Kişi deyir:"bu nədir,əmanət nədir,sən kimsən?" Oğru deyir:"Mən oğru bir adamam,sən isə hamamdan çıxana qədər bu qızılı mənə tapşıran adam".Kişi deyir:"Oğrusansa,bəs nə üçün mənim qızıllarımı aparmayıbsan?" Oğru deyir:"Əgər öz peşəmlə ələ keçirsəydim,min dinar olsaydı,sənə yazığım gəlməzdi,bir arpa da sənə qaytarmazdım.Lakin sən bunu mənə əmanət olaraq veribsən,insafsızlıq olar ki,sən alicənablıq edib mənə əmanət verəsən,mən də nanəciblik göstərib ona xəyanət edəm".Mənbə-Qabusnamə kitabı.
['əmanət', 'oğru']
6,217
https://kayzen.az/blog/optimist/3478/bazar-ert%C9%99si-g%C3%BCn%C3%BC-sindromu.html
Bazar ertəsi günü sindromu
burla xatun
Hər şey gözəldir
6 fevral 2011, 22:25
Çalışanlar bazar ertəsi günləri böyük bir stress yaşayır. Edilən araşdırmalara görə illərdir iş həyatında müvəffəqiyyətli olan kəslərdə belə bu stress görülür. Hər kəsin kabusu halına gələn ‘Bazar ertəsi sindromu' olaraq təsvir edilən iş günü stressini atmaq artıq çox asandır! İçinizdəki mənfi enerjini atıb bədəninizdə yenidən sevinc qaynağı meydana gətirməniz üçün budur mütəxəssislərdən 5 təklif! 2. Sevinc qaynağı-İdman: Yarım saat boyunca gəzmək depressiyaya qarşı alınacaq ən yaxşı dərmanlardan biridir. Xüsusilə günəş şüaları bədəndə xüsusi enerji yaradır. 3. Sevinc qaynağı-Davranış: Sizləri güldürəcək bir şeylər oxuyun və ya seyr edin. Sarı bir şey geyin və ya büronuzdakı vazanızın içinə sarı çiçəklər qoyun. 4. Sevinc qaynağı-Dərman: B vitaminləri alın. Bunlar sinirlərinizi yatırar və depressiyanı uzaqlaşdırar. 5. Sevinc qaynağı-Düşünün: Bir kağız götürüb həyata niyə bağlı olduğunuzu və niyə yaşamaq istədiyinizi yazın. Bunu edərkən müsbət düşünməyi unutmayın. UPD.İngilislər ən çox bazar ertəsi xəstələnir. bu faktı Əmək Qanunvericiliyi Agentliyinın apardığı tədqiqat ortaya çıxarıb. Təqqiqat onu da aydınlaşdırıb ki,  Britaniyada bazar ertəsi xəstəliklərin ən çox qeydə alındığı bir gündür. Sorğuda iştirak edən müəssisə rəhbərlərinin dörddə biri bildirib ki, indi işə gələ bilməyən əməkdaşlarından ənənəvi telefon zəngləri əvəzinə e-mail və ya mobil messajlarla bildiriş qəbul edirlər: «Amma telefonla verilən bildirişlər insanın həqiqətən də xəstə olduğunu müəyyən etməyə kömək edərdi». Bununla belə tədqiqatçılar bu qənaətə gəlib ki, xəstəliklər barədə bildirişləri elektron formada qəbul edən müəssisə rəhbərləri öz işçilərinə daha çox etibar və etimad göstərir. Bəlli olub ki, bazar ertəsinə düşən xəstəliklərin səviyyəsi Britaniya biznesinə 30 milyon funta (təqribən 45 milyon dollar) başa gəlir. Qeyd edək ki, tədqiqatda 1500 işçi sorğu-sual edilib.
['motivasiya']
6,218
https://kayzen.az/blog/qadin/3742/qad%C4%B1nlar%C4%B1n-ki%C5%9Fil%C9%99rd%C9%99-xo%C5%9Flamad%C4%B1qlar%C4%B1.html
Qadınların kişilərdə xoşlamadıqları
Jeremy
Qadın
5 fevral 2011, 20:32
Qadınların kişilərin bəzi hərəkətləri, davranışları və geyim tərzləri üçün xoşlanıb xoşlanmadıqlarını açıqlayan bir sorğu keçirilib və ortaya bu təəccüblü nəticə çıxıb. Ağ şalvar: Çox xüsusi bir kostyum olmadıqca ağ şalvardan çəkinin. Hələ bir ağ kostyuma əsla pul verməyin. Xüsusilə yayda geyilən ağ kətan şalvarlar, 80′li illərin "Miami Vice" zamanlarında qaldı. Yumurta daban ayaqqabı: Bilmirəm aranızda yumurta dikdaban ayaqqabı geyən varmı? Əgər varsa əsla geyməyin. Jeleli saçlar: Başına bir qutu jele vuranlar və saçları işıqda parlayan kişilər qadınları iyrəndirər. Saçlarınız hər vaxt təmiz olsun. Rəngli linza: Göz rənginiz nə olursa olsun onu sevməyə çalışın. Unutmayın, sizə ən çox yaraşan, doğuşdan sahib olduğunuz göz və saç rəngidir. Başqa bir kişidə rəngli göz çox gözəl dayanır ola bilər, amma əhəmiyyətli olan təbii gözəllikdir… Ayrıca qadınlar orijinal kişilərdən xoşlanar. Həddindən artıq əzələli bədən: Həddindən artıq əzələli bədənli kişiləri də sevmir qadınlar. İdman salonunda 500 kilo ağırlıqla bench press edən kişilər əsla seksual deyil. Qarınlı kişilər: Həddindən artıq əzələli bədənli kişilər bəyənilmədiyi kimi təqdir edərsiniz ki, həddindən artıq göbəkli kişilər də bəyənilmir. Önünüzdə balkon kimi dayanan bir qarınla gəzməyi istəməzsiniz hərhalda. Siz istəmirsinizsə hələ bir fikirləşin ki, qadınların iri qarınlı kişilərdən necə xoşu gəlmir. Tər qoxusu: Qadınlar təmiz kişiləri sevər. Ətir olmasa da bədəni təmiz olan kişiləri cazibədar sayırlar.. Tər qoxusu isə böyük bir təhlükədir qadına yaxınlaşmağınızda. Sarı dişlər: Unutmayın ki, siz necə qadının gülüşünə diqqət yetirirsinizsə, o da sizin gülüşünə diqqət yetirir. Əvvəlcə siqaret çəkirsinizsə dərhal buraxın. Dişlərinizi nizamlı bir şəkildə ağardıcı diş pastalarıyla fırçalayın. Ağız qoxusu: Bunu aradan qaldırmaq üçün bir çox üsul var, amma ağız qoxusu sizin fərqində olmadığınız bir mədə narahatlığından, ya da kanal müalicəsi istəyən çürük bir dişdən irəli gələ bilər. Əvvəlcə bitmək bilməyən bir ağız qoxusu probleminiz varsa həkimə gedin. Yediklərinizə diqqət yetirin, sevgilinizlə görüşməyə getmədən əvvəl soğan, sarımsaq kimi yeməklərdən uzaq olun. Ağız spreyi ya da nanəli saqqız işinizə yarayacaqdır. Şalvardan görünən paltar: Bəli, indi beli aşağı şalvarlar dəbdədi, amma heç bir qadın şalvarın altından alt paltarınızın görünməsini istəməz. Qızıl zinət əşyası: Çox zəngin ola bilərsiniz, qızılın rəngini də sevə bilərsiniz, amma qadınların ortaq fikiri: "Kişilərə bijüteriya, xüsusilə qızıl bijüteriya yaraşmır." Barmaq qalınlığında qızıl bir boyunbağı və ya üzük barmağını örtən qızıl üzüklərdən, xüsusilə də üzəri daşlı, cəngavər üzüyü kimi olanlardan taxan kişilər, qadınlar tərəfindən heç xoş qarşılanmır. Çirkli dırnaqlar: Qadınların kişilərdə ilk baxdıqları yerlərdən biri əllərdir. Bir kişinin təmiz əlləri, onun təmizkar olduğu fikrini yaradaraq qadının gözündə müsbət bir dəyərə çevrilər. Əyri və altı qara dırnaqlarla bəzənmiş bir əli heç bir qadın tutmaq istəməz. Burun tükü: Nəfəs alarkən tozun qaçmasını maneə törədən bu faydalı tüklər təəssüf ki, burundan fışqırma nöqtəsinə vardıqlarında qadınları iyrəndirməyə başlayırlar. Uzun bığ: Üzün şəklinə görə kəsilmiş bığlar ya da saqqallar əlbəttə havanızı dəyişdirəcək, amma bunların uzunluğuna diqqət yetirməlisiniz. Bir qadının qarşısında burma bığlarınızla şorba ya da ayran içirsinizsə halınız xarab! Kürək tükləri: Apolet kimi uzanmış çiyin tüklərini və kürəkdəki kürk mantonu atmaq məcburiyyətindəsiniz. Çünki istisnasız bütün qadınlar bunlardan nifrət edir. Qadınlar bir tük yumağına sarılmaq istədikləri zaman yataq otaqlarında baş tərəfə qoyduqları peluş ayıya sarıla bilərlər. Slip çimərlik geyimi: Amerika sahillərində slip geyən bir kişi görüldüyündə belə deyərlər: "Ya Alman ya da …" Alman deyilsinizsə və qadınlara maraq duyursunuzsa, slip çimərlik geyimlərini yox etməlisiniz.
['qadın psixologiyası']
6,219
https://kayzen.az/blog/psixologiya/3739/psixoloji-test-xarakterinizi-%C3%B6yr%C9%99nin.html
Psixoloji test: xarakterinizi öyrənin
Jeremy
Psixologiya
5 fevral 2011, 20:23
Test sizi maraqlandıran insanların şəxsiyyətini tez bir zamanda öyrənməyə imkan verir. Təlimat: Verilmiş 5 fiqura baxın.Bu fiqurları üstünlük verdiyiniz ardıcıllıqla düzün. 1-ci yerə seçdiyiniz fiqur sizin xüsusuyyətlərinizi və üstünlük təşkil edən xarakterinizi bildirir. 5-ci yəni sonuncu yerə qoyduğunuz fiqur sizin üçün qarşılıqlı münasibətlərdə çətinlik çəkdiyiniz adamları bildirir. İndi isə seçin.Seçıb qurtarmayınca mətni oxumayın! Kvadrat: Əgər siz ilk növbədə kvadratı seçmisinizsə,deməli yorulmaq bilməyən zəhmətkeşsiniz.Əalmətləri :Təşkilatçılıq, başladığı işi sona çatdırmaq səyi, çalışqanlıq, dözümlülük, səbr,sistemlilik, adətən kvadratların öz sahəsində yüksəkixtisaslə mütəxəsis olmasına imkan verir. Əgər əminliklə seçmisinizsə onda sizi sol yarımkürəli insanlara aid etmək olar.Kvadratlar həddən artiq diqqətcildirlər,adət olunmuş həyat tərzini  dəyişməyi sevmirlər,səliqə-səhmanı sevirlər. Kvadratlardan yaxşı inzibatçı, icraçı nadir hallarda menecer olurlar. Emosional quruluq soyuqluq insanlarla ünsiyyət yaratmasına mane olur.Riski sevmirlər. Üçbucaq: Liderlik əlamətidir.Qarşılarına məqsəd qoyan və nail olan möhkəm şəxsiyətlərdir. Sol yarımkürəli insanlardır lakin kvadratlardan fərqli olaraq xırdalıqlara yox əsas məqsədə yönəldirlər.Özlərinə inanan və həmişə haqlı sayan adamlardır.Şöhrətpərəstdirlər.Tez-tez risk edirlər.Öz səhvlərini etiraf etməkdə çətinlik çəkirlər.Hər bir işdə üstünlük təşkil edirlər.Onların məqsədi qələbə çalmaqdır. Düzbucaqlı: Bu füquru seçənlər hal-hazırda keçirdikləri həyat tərzindən narazı olub daha yaxşı həyat şəraiti axtarışı ilə məşğuldurlar.Bu fiqur keçid və dəyişiklik simvoludur demək olar ki,problemlər içərisində başını iitirib. Xarakterik əlamətləri:günbəgün dəyişirlər.Özlərini bəyənmirlər,lakin keçicidir.Hər cür yeniliyi asanliqla qəbul edirlər.Həddən artıq tez inanan,təsirlənən,sadəlövh olurlar.Lakin keçici haldır. Dairə: Dairə beş forma içərisində ən xeyirxahıdır.Ünsiyətə girməyi daha tez bacarırlar.Yaxşı dinləyicidirlər.Yüksək dərəcədə həssasdırlar.Başqalarının dərdinə şərik olmaq hissi güclüdür.Ona görə də insanlar onlara can atırlar.İnsanları çox gözəl oxuya bilirlər və yalançını dərhal ifşa edirlər.Mübahisəni sevmirlər.Biznes sahəsində zəifdirlər və rəhbərlik onlarlıq deyil,zəifdirlərQətiyətsizdirlər.sağyarımkürəli insanlardır. Ziqzaq: Yaradıcılıq simvoludur.Sağyarımkürəli düşüncə tərzinə malikdirlər,yəni məntiqdən çox intuisiya xasdır.Mübahisələrdə güzəştə getmir əksinə kəskinləşdirilər.Müəyyən qaydaya salınmış şəraitdə məhsuldar işləməyi bacarmırlar.Dəqiq,qəti müəyyən edilmiş vəzifə və iş üsulları onları qıcıqlandırır.Kimdənsə asılı olmağı xoşlamırlar,daha çox reallıqla deyil,ideyalarla maraqlanırlar,həyatının müəyyən bir hissəsi ideyalar dünyasında keçir.Coşqun,səbirsiz,sözü üzə deyən olurlar.Həmçinin bax: Beyninizi yoxlayın! və sevgi testi
['psixoloji test', 'insan psixologiyası', 'psixologiya testləri']
6,220
https://kayzen.az/blog/qadin/3735/depressiya-v%C9%99-xan%C4%B1mlar.html
Depressiya və xanımlar
Jeremy
Qadın
5 fevral 2011, 19:34
Ümumiyyətlə, depressiya nədir? Ümidsizlik dolu, kədərli vəziyyətin artaraq uzun müddətli hal alıb ictimai fəaliyyətdə və həyat fəaliyyətində ciddi problem yaradan bir vəziyyətinə depressiya deyilir. Depressiya hər bir insanda –kişi,qadın,yeniyetmə və qocalarda ola bilər.Məlum olmuşdur ki, qadınlarda olan depressiya kişilərə nisbətən 2 dəfə çox olur və bu depressiya kişi ,uşaq və qocalarda olan depressiyadan özünəməxsusluğu ilə fərqlənir.Hər birimizin həyatında baş verən ruh düşkünlüyü vaxtaşırı baş verən bir prosesdir.Lakin bu kədər dolu ab-hava uzun müddət davam edərsə , deməli, biz depressiyadan əziyyət çəkirik.Depressiyanın müxtəlif növləri vardır ki,bunlardan da bəziləri , hətta aylarla davam edib, həyat fəaliyyətimizdə böyük problemlər yarada bilər.Depressiya elə bir prosesdir ki, həyatımızın hər bir sahəsində-işdə, ailədə və şəxsi narahatlıq hissi çərçivəsində baş verə bilər.Əgər bir insan özünü imidsiz, zəif ,günahkar və aciz hiss edirsə, deməli, o depressiyaya düşmüşdür.Amma narahatlığa dəyməz, çünki bu , müalicə olunan bir xəstəlikdir.Qadınların depressiyada olmaları haqda belə bir məlumat vardır.ABŞ xəstəxanalarında hər il 12 milyona yaxın qadın depressiyadan müalicə olunur və hər 8 qadından biri isə depressiyaya düşmək ehtimalındadır.Qadınların kişilərə nisbətən iki dəfə çox depressiyaya düşmələri ilə bağlı müxtəlif fikirlər mövcuddur.Bunu, əsasən biloloji, psixoloji və sosial faktorlarla izah edirlər.Buna səbəb olan bioloji faktorlar aşağıdakılardır:-dövrü harmonik problemlər.Buraya yorğunluq ,emosional reaksiya ,əsəbilik və.s aiddir.-hamiləlik, sonsuzluq.Bu zaman qadınlarda müxtəlif harmonik dəyişikliklər baş verir ki, bu da onları daima böyük risk altında saxlayır;-menopauza və.s.Sosial –mədəni faktorlar isə bunlardır:-rol müxtəlifliyi.Qadınların həyatda tutduqları vəzifə və çoxşaxəli məsuliyyətindən yaranan faktorlar.Bunları ailəli qadınlara aid edirlər.-qeyri-bərabərlik təzyiqləri;-fiziki hədə-qorxular və.s.Psixoloji faktorlara isə aiddir:-bacarıq mexanizmi-bu ,elə bir prosesdir ki, bu zaman qadınlar depressiyadan çıxmaq üçün ətraflı götür-qoy edirlər.Bu isə nəinki yüngüllük , hətta daha da ağırlaşma yaradır.-stress cavabı.Qadınlarda kişilərə nisbətən depressiya zamanı və stress zamanı harmonlar yaranır ki, bu da depressiyanı artırır.-cinsi yetkinlik və gözəllik problemləri-bu, əsasən yeniyetmə və gənc xanımlarda baş verir.Onlarda özünəməxsus müxtəliflik hissi , forma dəyişiklikləri və yetkinlik hissləri depressiyanın yaranma mənbələrindəndir.Insanlar bəzən depressiyada olmalarına fikir vermədən yaşamağa davam edirlər.Halbuki bu , onların həyatında ağır nəticələrə gətirib çıxara bilər.Bəs bunu necə bilmək olar? Depressiyanın əlamətlərini belə ayırd etmək olar:-sıxıntılı vəziyyət;-həyat məşğuliyyətinə olan maraqların sönməsi və həvəsdən düşmə;-ümidsiz və günahkarlıq hissləri; -özünü öldürmək duyğusu;-az və yaxud çox yatmaq;-arıqlama və iştahasızlıq;Qadınların depressiya vəziyyətinə düşmələrinə səbəb kimi onların sosial-iqtisadi status azlığı bu prosesi sürətləndirir.Bu səbəbdən isə onların maddi təminatsızlığı, təhsillərini davam etdirə bilməməsi kimi məsələlər meydana çıxır ki, bu da depresiyaya ciddi təsir edir.Bilavasitə səbəblər isə ər-arvad problemləri və təminatsızlığı, cinsi fəqlər ola bilər.Bu risk faktorlarına aşağıdakıları aid etmək olar:-ailədə olan narahatlıq əhval-ruhiyyəsi və problemləri;-yetkinlik yaşında olub keçən şəxsi narahatlıqlar;-on yaşından əvvəl valideyn itkisi;-uşaqlıqda baş vermiş fiziki və cinsi təzyiqlər və.s;Depressiya vəziyyətində insan hər bir şey etməyə qadirdir.O ,özünü öldürə və digərlərinin həyatını da alt-üst edə bilər.Belə vəziyyətdə yaxşı olar ki, psixoloqlara müraciət olunsun ,çünki yuxarıda qeyd etdiyimiz kimi qadınlarda depressiyanın yaranma səbəbləri müxtəlif olduğundan bunun üçün xüsusi müalicə tələb olunur.Bu, mümkün olmadıqda , insan özü-özünü də müalicə etməyə qadirdir.Depressiyada özünə yardım vasitələrinə aerobik idman, istənilən bir kursa getmək və yaradıcılıq işləri ilə məşğul olmaq, gülərüzlü optimist insanlarla ünsiyyət yaratmaq aiddir ki, bunlar kifayət qədər yaxşı təsir edər. Lakin müəyyən edilmişdir ki, insanlar depresiyaya düşdükdə bu vasitələrə müraciət etmək istəmirlər.Bu zaman hərəkət etmək üçün Beynəlxalq Mənəvi Sağlamlıq İnstitutu bunları etməyi məsləhət görür:1) Ilkin halda qadınlara depressiyasını aradan götürülməsi üçün fiziki hərəkətlər-aerobika məsləhət görülür.2)İkinci məsləhət isə dietik qaydalardır.Belə ki, yeməkdə dəyişikliklər etməklə bunu aradan qaldırmaq olar.Bu zaman yeməkdə duz,yağlı qidalar,kofein və alkoqol tərkibli qidalar azaldılmalı və bol karbohidratlı qidalara üstünlük verilməlidir.3)Digər bir məsləhət dərman tərkibli qidalardır.B-6 vitamini,kalsium,maqnezium,vitamin E bir çox hallarda irəliləyişlərə gətirib çıxartmışdır.4)Digər məsləhət primula və giləmeyvə ağacı məhsullarıdır ki,bunlar da xüsusi əhəmiyyətə malikdir.5)Başqa əhəmiyyətli vasitə isə namaz qılınması və digər ibadətlərdir.Bütün yuxarıda sadalanan vasitələr qadınlarda harmonk dəyişikliklər zamanı tətbiq edilir.Ümümilikdə , bu müalicə vasitələrinin içində hər bir insan üçün , psixoloqlar şəxsi sakitləşdirici yolu tutmağı məsləhət bilirlər.Hər bir insan ilk öncə gələcək həyatını düşünməlidir,anlamalıdır ki, həyat hələ davam edir və bu həyatda özümüzü layiqli göstərmək bizim əsas vəzifəmizdir.
['depressiya']
6,221
https://kayzen.az/blog/u%C4%9Fur/3734/%C3%B6z%C3%BCn%C3%BCz%C9%99-inan%C4%B1rs%C4%B1n%C4%B1z-%C3%B6z%C3%BCn%C9%99inam%C4%B1n-15-%C5%9F%C9%99rti.html
Özünüzə inanırsınız? Özünəinamın 15 şərti
Jeremy
uğur psixologiyası
5 fevral 2011, 19:28
1. Öz güclü və zəif cəhətlərinizi etiraf edin və buna uyğun olaraq məqsədlərinizi dəqiqiləşdirin.2. Nəyin sizin üçün qiymətli olduğunu, nəyə inandığınızı, öz həyatınızı necə görmək istədiyinizi qətiləşdirin. İrəliləyiş olanda bundan yararlanmaq üçün planlarınızı analiz edin və onları bu günün nöqteyi-nəzərdən qiymətləndirin. 3. Hər bir şeyin kökünə varın. Keçmişinizi təhlil edərək sizi bu vəziyyətə gətirib çıxaran halları araşdırın. Sizi əzab çəkməyə məbur edən və ya kömək göstərə biləcəyi halda etməyən adamları anlamağa və bağışlamağa çalışın. Keçmiş səhvlərinizi, yanlışlıqlarınızı, günahlarınızı özünüzə bağışlayın. Əzablı xatirələrinizdən faydalı nəsə əldə edəndən sonra onları birdəfəlik yaddaşınızdan silin və bir daha onlara qayıtmayın. Pis keçmiş yaddaşınızda siz onu xatırlayana qədər yaşayır. Yaxşısı budur ki, yaddaşınızı başvermiş ən kiçik uğurlarla bağlı xatirələn üçün başaldın. 4. Günahkarlıq hissi və xəcalət sizə uğur qazanmağa mane olur. Onların badına getməyin. 5. Davranızın səbəblərini şəxsiyyətinizdə deyil, hazırki situasiyanın fiziki, sosial, iqtisadi və siyasi aspektlərində axtarın.6. Unutmayın ki, hər bir hadisəni müxtəlif cür qiymətləndirmək olar. Reallıq hər bir kəsin ayrı-ayrılıqda gördüyü deyil. Reallıq şeylərin müəyyən adlarla çağırılması haqda insanların öz aralarında razılaşmasının nəticəsindən başqa bir şey deyil. Belə yanaşma sizə imkan verir ki, insanlara daha səbirlə yanaşısınızvə alçaldıcı görünən hallara ürəyiaçıqlıqla tab gətirəsiniz. 7. Heç vaxt özünüz haqqında pis danışmayın. Ələxsus özünüzə «səfeh», «eybəcər», «bacarıqsız», «bəxtigətirməyən», «yönsüz» və s. kimi mənfi keyfiyyətləri özünüzə aid etməyin. 8. Sizin hərəkətləriniz konstruktiv tənqidə məruz qalarsa, müxtəlif cür qiymətləndirilə bilər. Rifahınız üçün bundan istifadə edin və başqalarının sizin şəxsiyyətinizi tənqid etməyə imkan verməyin.9. Unutmayın ki, bəzən məğlubiyyət uğurdur. Bu məğlubiyyət sizi məcbur edəcək ki, göstərdiyiniz səylərə dəyməyən yanlış məqsədlərdən nəticə çıxarasınız və sonrakı daha böyük uğursuzluqlardan yaxa qutarmış olasınız. 10. Natamamlığınızı hiss etməyə məcbur edən adamlar, məşğuliyyətlər və şəraitlərlə barışmayın. Əgər onları və ya özünüzü dəyişdirə biləcək qədər özünüzə inam hiss etmirsinizsə, onda sadəcə olaraq bütün bunlardan üz çevirin. 11. Özünüzü boşaltmağa, ürəyinizin səsini dinləməyə, təklikdə olanda ruhunuza yaxın olan işlə məşğul olmağa imkan tapın. Belə olsa özünüzü daha yaxşı anlaya bilərsiniz.12. Ünsiyyətdə olun. Bir-birinə bənzəməyən, özünəməxsusluğu ilə seçilən adamlarla, bacı və qardaşınızla ünsiyyətdə olarkən enerji mübadiləsindən zövq almağa çalışın. Təsəvvür edin ki, onlar da qorxu, inamsızlıq hissi yaşaya bilərlər və onlara yardım etməyə çalışın. Onlardan nə istədiyinizi və onlara nə verə biləcəyinizi dəqiqləşdirin. Sonra isə bu cür mübadiləyə hazır olduğunuzu onlara da anlatmağa çalışın. 13. «Mən»inizi həddən ziyadə qorumayın, çünki o, siz düşündüyünüzdən də möhkəm və plastikdir. O, «əyilir», amma «sınmır». «Mən»inizin qısamüddətli emosional zərbə alması daha yaxşıdır, nəinki fəaliyyətsizlikdə və izolyasiyada olması.14. Özünüz üçün bir neçə uzaq və ciddi məqsədlər seçin ki, onlara gedən yolda kiçik və aralıq məqsədlərdən keçəiniz. Aralıq məqsədlərə nail olmaq üçün hansı məqsədlərdən istifadənin daha zəruri olmasını ölçüb-biçin. Hər bir uğurunuzu diqqət mərkəzində saxlayın, özünüzü ruhlandırmağa və tərifləməyi unutmayın. Qeyri-təvazökar olmaqdan qorxmayın, çünki sizi heç kim eşitmir.15. Siz passiv obyekt deyilsiz ki, bütün xoşagəlməzliklər üstünüzə tökülsün, ot deyilsiniz ki, həyəcanla tapdalanmağınızı gözləyəsiniz. Siz kamillik piramidasının zirvəsiniz, valideynlərinizin ümidlərinin təcəssümüsünüz, Allahın yaratdığı mükəmməl varlıqsınız. Siz təkrarolunmaz şəxsiyyət, həyatınızın aktiv yaradıcısınız. Əgər siz özünüzə inamlısınızsa, onda maneə sizin üçün çağırışa çevrilir, çağırış isə sizi fəaliyyətə təhrik edir. Bu zaman utancaqlıq geri çəkiləcək, ona görə ki, «necə yaşamaq lazımdır fikri» ilə narahatlıq keçirmək əvəzinə siz həyatın qaynarlığına baş vuracaqsınız.
['özünəinam', 'motivasiya', 'motivasiyanı gücləndirmək', 'motivasiya edən sözlər', 'özünü kəşfetmə']
6,222
https://kayzen.az/blog/psixologiya/3733/psixoloji-test.html
Psixoloji test
Jeremy
Psixologiya
5 fevral 2011, 19:26
Psixi vəziyyətin qiymətləndirilməsi testi (Ayzenqə görə). Sizə müxtəlif psixi vəziyyətlərin təsviri təqdim olunur. Əgər bu vəziyyət Sizə daha çox xasdırsa(uyğundursa) - 2 bal, əgər hərdən bir olursa(o qədər də uyğun deyil) 1 bal, heç uyğun gəlmirsə 0 balla qiymətləndirin. 1. Özümdə əminlik hiss etmirəm. 2. Çox vaxt heç nədən üzüm qızarır 3. Narahat yatıram 4. Tez ruhdan düşürəm 5. Fikrimə gətirdiyim xoşagəlməzliklərdən narahat oluram 6. Çətinliklər məni qorxudur 7. Qüsurlarımı çək-çevir etməyi sevirəm 8. Məni inandırmaq asandır 9. Bədgümanam, hər şeydən şübhələnirəm 10. Gözləmək mənə ağır gəlir 11. Həllini tapmaq mümkün olan vəziyyətlər çox vaxt mənə çıxılmaz gəlir 12. Xoşagəlməz hadisələr məni məyus edir, ruhdan düşürəm 13. Böyük xoşagəlməzliklər zamanı kifayət qədər əsas olmadan özümü günahlandırmağa meylliyəm 14. Bədbəxtlik və uğursuzluqlar mənə heç nə öyrətmir 15. Çox vaxt mübarizədən imtina edirəm, çünki mənası yoxdur. 16. Çox vaxt özümü köməksiz hiss edirəm 17. Hərdən məyus oluram 18. Çətinliklər qarşısında özümü itirirəm, çaşqınlıq hiss edirəm 19. Həyatımın çətin anlarında hərdən özümü uşaq kimi aparıram ki, mənə rəhmləri gəlsin 20. Hesab edirəm ki, xarakterimdəki qüsurlar düzələn deyil 21. Son söz söyləmək haqqını özümdə saxlayıram 22. Çox vaxt söhbət zamanı müsahibimin sözünü kəsirəm 23. Məni qəzəbləndirmək asandır 24. Başqalarına irad tutmağı sevirəm 25. Başqaları üçün avtoritet olmaq istəyirəm 26. Aza qane olmuram, daha çox istəyirəm 27. Qəzəblənəndə özümü çətin ələ alıram 28. İdarə etməyi tabe olmaqdan üstün tuturam 29. Jestlərim (hərəkətlərim) kəskin və kobuddur 30. İntiqam alanam 31. Vərdişlərimi dəyişmək mənim üçün çətindir 32. Diqqətimi bir işdən başqasına yönəltmək asan deyil 33. Hər bir yeniliyə ehtiyatla yanaşıram 34. Məni fikrimdən döndərmək çətindir 35. Azad olunması gərəkən fikirlər çox vaxt beynimdən çıxmır 36. İnsanlarla ünsiyyət qurmaq asan olmur 37. Planın hətta əhəmiyyətsiz dərəcədə pozulması məni məyus edir 38. Çox vaxt inadkarlıq göstərirəm 39. Riskə həvəslə getmirəm 40. Qəbul etdiyim gün rejimindən kənara çıxmalar mənə kəskin təsir göstərir Nəticələrin işlənilməsi:Hər qrup suallar üçün balları hesablayın.1. (1-10) – həyəcanlılıq2. (11-20) – frustrasiya3. (21-30) – aqressivlik4. (31-40) – rigidlikBalların qiymətləndirilməsi və interpretasiyası.1. Həyəcanlılıq: 0-7 bal – həyəcanlılıq yoxdur, 8-14 bal – orta həyəcanlılıq, 15-20 bal – həddən ziyadə həyəcanlılıq.2. Frustrasiya: 0-7 bal – yüksək özünüqiymətləndirməyə malik deyil, uğursuzluqlara davamlıdır, çətinliklərdən qorxmur, 8-14 bal – orta səviyyə, frustrasiyanın yeri var; 15-20 bal – özünüqiymətləndirmə aşağıdır, çətinliklərdən qaçırsınız, uğursuzluqlardan qorxursunuz, frustrasiyadasınız.3. Aqressivlik: 0-7 bal – Siz sakit və təmkinlisiniz, 8-14 bal aqressivliyin orta həddi, 15-20 bal – Siz aqressivsiniz, təmkinli deyilsiniz, insanlarla işəməkdə və ünsiyyət qurmaqda çətinliklər var.4. Rigidlik: 0-7 bal – rigidlik yoxdur, bir işdən digərinə asan keçir, 8-14 bal – orta səviyyə, 15-20 bal – parlaq ifadə olunmuş rigidlik, davranışın, baxışların və inancların hətta onlar real şəraitə, həyata uyğun gəlmədiyi halda belə dəyişməzliyi. Sizə iş və ailədə həyatınızda dəyişikliklər etmək olmaz. yoxsa
['psixoloji test']
6,223
https://kayzen.az/blog/dusundurucu-hekayeler/3732/insan%C4%B1-d%C3%BCz%C9%99ltdim.html
İnsanı düzəltdim...
Xrizoberil
Düşündürücü hekayələr
5 fevral 2011, 18:22
Bir həftənin yorğunluğundan sonra bazar səhəri qalxdığında bütün həftənin yorğunluğunu çıxarmaq üçün əlinə qəzetini götürdü və bütün gün miskinlik edib evdə oturacağını düşündü.Elə bunları düşünərkən uşağı qaçaraq gəldi və kinoya nə vaxt gedəcəklərini soruşdu.Ata uşağına söz vermişdi, o həftə sonu kinoya aparacaqdı amma heç çölə çıxmaq istəmədiyindən bir bəhanə uydurması lazım idi.Sonra qəzetdəki dünya xəritəsi gözünə ilişdi.Əvvəl dünya xəritəsini kiçik parçalara ayırdı və uşağına; əgər bu xəritəni düzəldə bilsən səni kinoya aparacağamdedi sonra düşündü;"Nə yaxşı, xilas oldum, ən yaxşı coğrafiya professorunu belə gətirsən bu xəritəni axşama qədər düzəldə bilməz." Aradan on dəqiqə keçdikdən sonra uşaq atasının yanına qaçaraq gəldi və"Ata xəritəni düzəltdim artıq kinoya gedə bilərik" dedi.Atası əvvəl inana bilmədi və görmək istədi. Gördüyündə də hələ də heyrətlər içində idi və bunu necə etdiyini soruşdu.Uşaq; "Mənə verdiyin xəritənin arxasında bir insan vardı" dedi...İNSANI DÜZƏLTDİYİM ZAMAN, DÜNYA ÖZBAŞINA DÜZƏLMİŞDİ...
['hekayə']
6,224
https://kayzen.az/blog/dusundurucu-hekayeler/3722/dostluq.html
Dostluq
Yucin
Düşündürücü hekayələr
4 fevral 2011, 17:40
Bir gün padşah öz saray əhli ilə ovdan qayıdanda, çay kənarında bir adam görür. Adam oturub boş aş süzəni suya salır, çıxardır, aş süzəndəki su süzülür və yenə eyni ilə təkrar edir. Hadisə padşaha çox maraqlı gəlir. Vəziri göndərib adamı yanına çağırtdırıb ondan niyə belə etdiyini soruşur. Adam deyir, aş süzən mənim həyatımdır, süzülən su isə həyatımdan gəlib keçən dostlarımdır. Kimi ölüb, kimi vəfasız çıxıb kimi də dostluğunu davam etdirə bilməyib. Padşah adamdan dostluqda bu qədərmi vəfalı olduğunu soruşanda adam cavab verir, bəli mən vəfalıyam. Padşah adama dostluq təklif edir. Adam padşahın dostluğunu qəbul edib onunla saraya gedir. Belə illər keçir və dostluq günü-gündən möhkəmlənir. Günlərin bir günü səfər ərəfəsində padşah dostuna, mən səfərə çıx bilmədiyimdən ailəm sənə əmanət deyir. Dostu tərəddüd etsə də, padşahın sözünü yerə salmır. Amma ondan bir gün möhlət istəyib gedir. Səhəri gün padşaha bir sandıqça verib, mən səndən istəməyincə bu sandıqçanı açma deyib səfərə çıxır. Bir müddət yol getdikdən sonra istirahət üçün çadırlar qurulur. Padşahın arvadı həmən bu adamı öz çadırına çağırıb onunla yaxınlıq etməsini istəyir. Adam təbii ki, bunu edə bilməyəcəyini və onun əri ilə möhkəm dostluğu olduğunu söyləyincə, arvad üst-başını cırıb hay-həşir salır. Hər kəs gəlib adamı çadırda görüb vəziyyətin nə yerdə olduğunu anlayırlar. Adamı tutub padşahın sarayına gətirirlər. Arvad və hadisə yerində olanlar dostun öz dostunun zövcəsinə təcavüz etdiyinə şahidlik edirlər. Edam zamanı, padşah adamdan budumu sənin dostluğun soruşunca adam mən heç vaxt dostluğumuza xəyanət etməmişəm deyir. Amma bütün sübutlar adamın əleyhinə olur. Adama son söz demək imkanı verəndə, padşahdan səfərə getməzdən öncə verdiyi sandıqçanı gətirməsini xahiş edir. Sandıqçanı gətirirlər və dost dostundan sandıqçanı açmasını xahiş edir. Padşah sandıqçanı açır və dostunun özünü axtaladığını görür.Bax:Dost psixologiyası
['dostluq']
6,225
https://kayzen.az/blog/Xrizoberil/3719/namaz.html
Namaz
Xrizoberil
Bloq: Xrizoberil
4 fevral 2011, 12:03
Adam, minəcəyi avtobusun qalxmasına bir saatdan çox müddət olduğu üçün, terminalın yarı işıqlıq koridorlarını gözdən keçirirdi. Əllərini yumaq üzrə bir az irəlidəki məscidə yanaşdığında, iş forması geymiş bir gənc ona doğru gələrək: - Hər halda namaz qılacaqsınız, dedi. Dəstəmaz alma yerimiz də mövcuddur. Adam, əlindəki siqaretin külünü cavanın ayaqları dibinə silkələyərək: - Sən yəqin ki, buranın işçisisən deyə dilləndi. Nə işlə məşğul olursan burada?Cavan, küncdəki süpürgəyə işarə edərək: - Təmizlikçiyəm əfəndim, deyə kəkələdi. Adam, onu lağedici gözlərlə süzərək: - Mən, namazı sənin kimi heç nəyi olmayanlara buraxdım, deyə dişini ağartdı. Bu iş sizə elə yaraşır ki... Təmizlikçi gənc, adamın təhqirinə aldırmayacaq qədər olqun idi. Lakin namaza qarşı edilən hörmətsizlik, canını çox sıxmışdı. Verəcəyi cavabı bir müddət düşündükdən sonra, susmağı seçərək işinə döndü. Adam, məğrur addımlarla oradan uzaqlaşarkən, başının döndüyünü hiss etdi. Kürəyindən çıxardaraq qoluna götürdüyü paltonun ağırlığını da ilk dəfə hiss edirdi. Bir az əvvəl yediyi iki boşqab kabab, güman ki, təzyiqini yüksəltmiş və özünü halsız etmişdi. Bir neçə addım daha atdığında birdən pisləşərək dizləri üzərinə çökdü. Allahdan qolundakı palto ondan əvvəl yerə sərilmiş və yeni aldığı kostyumun çirklənməsini maneə törətmişdi. Adam, çömelmiş vəziyyətdə olmasına baxmayaraq gicəllənən başını yerə söykəyərək bir müddət istirahət etdi və təkrar durduqda, eyni narahatlığı hiss edərək hərəkətini təkrarladı. Lakin, başqaları tərəfindən görülmüş olmaqdan narahatlıq hissi duyurdu. Bunun üçün başını yerdən qaldırıb sağa-sola bakındığında, terminalın çayçısı olduğu aydın şəkildə hiss edilən bir gənclə burun buruna gəldi. Cavan, adamı hörmətli bir ifadəylə salamlarkən: - Allah qəbul etsin əmi, amma qiblə bir az daha sağa doğrudur- dedi.
['Namaz']
6,226
https://kayzen.az/blog/letife/3412/lenin-haqq%C4%B1nda-l%C9%99tif%C9%99l%C9%99r.html
Lenin haqqında lətifələr
burla xatun
Lətifələr
4 fevral 2011, 09:57
-Vladimir İliç, Sizin yanınıza kənddən nümayəndələr gəlib. - Nə gətiriblər? - Təzə balıq. - Neçə gün yol gəliblər? - İki həftə. - Balığın hamısını uşaqlara verin. Tatar, yəhudi və çukça Leninin hansı millətdən olması barədə mübahisə edirlər. Yəhudi deyir: - Şübhə yoxdur ki, o, yəhudidir. “r” səsini deyə bilmir, əlini jiletinin cibinə qoyur. Bu, yəhudi ədasıdır. - Yox – deyir tatar - Lenin tatar idi, Kazanda oxuyub, Kazanda yaşayıb.. Çukça: - Amma Lenin çukçadır. - Niyə? - Çox ağıllı idi... Kənddən Leninin yanına adamlar gəlir: - Vladimir İliç, ərzaq sapalağını ləğv edin. Aclıqdan otların hamısını yedik. Belə getsə, mal kimi böyürəcəyik. - Düz demirsiniz. Biz Feliks Edmundoviçlə bir çəllək bal yedik, amma arı kimi vızıldamırıq. -Vladimir İliç, qiyamçılar həbs edilib. Nə edək? - Güllələyin. Amma əvvəlcə çay içirdin. İsti çay haaa. Teleqram: ”Moskva. Kreml. Leninə. Yoldaş Lenin, kasıb yəhudiyə kömək edin”. Səhəri gün Rabinoviçi lazım olan yerə çağırırlar: - Ağlın başındadı? Lenin neçə ildir ölüb? - Əşşi, nə vaxt sizə lazımdır, Lenin daim diridir, kasıb yəhudiyə lazım olanda deyirsiniz çoxdan ölüb. 25 oktyabr 1917. Smolnı. Sosialist inqilabının qələbəsini elan edən Lenin deyir: - Bundan sonra bütün Rusiya ərazisində 8 saatlıq iş günü elan edirəm və bazar günü istirahət ediləcək. Sürəkli alqışlar. - Əgər biz işlərimizi yaxşı qursaq, həftədə iki gün istirahət edə bilərik. Adamlar qışqırırı: “Ura! - Əgər biz Fordun texnologiyasını zavodlarda tətbiq edə bilsək, hər həftə üç gün dincələcəyik. Hamı əl çalır, papaqlarını göyə atırlar. Bir az gözləyəndən sonra Lenin məzəmmətlə deyir: - Sizə baxıram, yoldaşlar, deyəsən, işləməyə heç həvəsiniz yoxdu! -Vladimir İliç, Siz niyə “Oxumaq, oxumaq, yenə də oxumaq” şüarını verirdiniz? - Mən elə şüar deməmişəm. Qələm yaxşı yazmırdı. Onu düzəldirdim. Doktor mavzoleydən çıxır: - Yaşayacaq! Həkimlər Leninin dirildirlər. Biri o birindən soruşur: -Əməliyyat necə keçdi? -Uğurla. -Pasiyentin ilk sözü nə oldu? -Lenin yaşadı, Lenin yaşayır, Lenin yaşayacaq. Krupskaya Brejnevin qəbuluna gəlir. - Məni tanıyırsınız, şübhəsiz... Suslov Brejnevin qulağına pıçıldayır: - Bu, Nadejda Konstantinovnadır! - Aaa. Nadejda Konstantinovna! - Familiyamı da xatırlayırsınız? Suslov pıçıldayır: - Krupskaya! - Əlbəttə, bilirəm, Krupskaya! Sizin əriniz Krupskini də tanıyıram. Bu xeyirxah qocanı kim tanımır? Kommunizmə gedən qatar dayanır. Yol qurtarıb. Lenin: – Hamı iməciliyə çıxsın. Yolu düzəldək. Relsləri kapitalistlərdən alaq. Biz olmasaq da, balalarımız kommunizmdə yaşayacaq. Stalin: -Qatarın briqadasını və stansiya işçilərini güllələyin. Qalanlar şpal döşəsin. Xruşşov: – Hamıya bəraət verilsin. Qatarın arxasında olan relsləri söküb qabağa düzün. Otuz ildən sonra kommunizmə çatacağıq. Brejnev: – Pəncərələrdəki pərdələri bağlayıb vaqonları yelləyin. Hər bir normal sovet adamı başa düşəcək ki, gedirik. Andropov – pəncərədən baxmaq istədi və öldü. Çernenko cəhd eləməmiş öldü. Qorbaçov platformaya çıxdı, baxdı: -Nə irəliyə yol var, nə geriyə. Ona görə qatarı yenidən qurmalıyıq. Balaca qız gecə yata bilmirdi. Ana uşağı sakitləşdirmək istəyib soruşur ki, niyə yatmır? Qız deyir: "Qorxuram" -Nədən? - Tərbiyəçi məktəbdə dedi ki, Lenin diridir və o balaca uşaqları çox sevir... Dzerjinski Leninə zəng edir: - Vladimir İliç, nə vaxt güllələyək – nahardan əvvəl, yoxsa sonra? - Mütləq nahardan əvvəl. Naharı isə fəhlələrin uşaqlarına verin. - Lenin axmaq deyildi. Onun ilk işi torpaq haqda dekret oldu. Amma kəndlilər torpaq üzü görmədilər! - Əvəzində kəndlilər də Leninə borclu qalmadılar – o da torpaq görmədi!..   Müəllif: Gülnarə RəfiqHəmçinin bax: Vladimir Leninin həyatı
['lətifələr', 'Vladimir Lenin']
6,227
https://kayzen.az/blog/maraqli-faktlar/3717/yad-planetlil%C9%99r-g%C9%99lm%C9%99l%C9%99r.html
Yad planetlilər (gəlmələr)
ismayil
Maraqlı faktlar
3 fevral 2011, 18:02
İnsanların 20 faizi yad planetlilərin mövcud olduğuna inanır. "Reuters Ipsos" bu barədə 22 ölkədə 23 min insan arasında sorğu aparıb. Nəticələrə görə, Hindistan və Çində əhalinin 40 faizi yad planetlilərin insan qiyafəsində aralarında olduğuna inandığını deyib. Bu iddiaya ən az inan isə Belçika, İsveç və Hollandiyada yaşayanlardı. Adıçəkilən ölkələrdə cəmi 8 faiz gəlmələrə inanan var. Sən demə, kişilər qadınlardan daha çox yad planetlilərə inanır. Belə ki, kişilərdə bu rəqəm 22, qadınlarda isə 17 faizdir. Qeyd edək ki, gəlmələrin olduğuna və onların insanların arasında yaşadığına inanaların əksəriyyəti 35 yaşdan aşağıdır.Faktlar: 1975-ci ilde Arizona ştatında meşede ağacqıranlar işleyirdiler. Onlar göy üzünde böyük, işıqsaçan disk formalı obyekt görürler. Fehlelerden biri Trevis Volton maraq xatirine desteden ayrılaraq, diskin altında dayanır. Bir anın içinde diskden çıxan ilıdrımaoxşar elektrik Trevisi vurur. Bunu gören fehleler qaçmağa başlayır. Sonradan onlar polislerle hadise yerine qayıdanda Trevisden eser-elamet görmeyibler. Onun axtarışı bir hefte davam etse de heç bir netice vermeyib. Amma bir gün gözlenilmeden Trevis sağ-salamat peyda oldu ve çox qeribe şeyler danışmağa başladı. O, diskden çıxan mavi rengli mexluqların onu özleri ile apardıqlarını deyirdi. Psixoloq, polis ve yalan detektoru işe qarışandan sonra Trevisin cefengiyyat danışmadığı melum oldu.1987-ci ilde Sankt-Peterburqda yaşayan mühendis öz menzilinden izsiz yoxa çıxdı. Qeribesi o idi ki, 7-ci mertebede yerleşen, qapı penceresi bağlı olan menzilde bütün qiymetli eşyalar ve pul toxunulmamış qalmışdı.Yadplanetlilerde doğum... 2000-ci ilde 24 yaşlı Avstraliya sakini Meqan Layker 2 ildir ere getmesine baxmayaraq, hamile qalmadığından hekime müraciet edir. Müayineden keçen zaman hekimler dehşete gelirler: Meqanın uşaqlığı çoxlu doğuş keçirmiş qadın orqanına benzeyirdi. Halbuki, Meqan doğmadığını deyirdi. O zaman psixoloqlar Meqanı uzunmüddetli, derin hipnoza salırlar. Ve qadın xatırlayır: onu 18 yaşında oğurlayıb, kosmik bazaya aparıblar. Onu müayine edib, şeffaf divarları olan kiçik qutuya salırlar. Orada ondan başqa da esir qızlar var idi. 3 hefteden sonra Meqanın qarnı şişir. 2 aydan sonra o, uşaq doğur. Uşağı derhal götürüb aparırlar ve bu üsulla Meqan düz 14 defe doğuş keçirir. Sonra qız geri qaytarılır ve tebii ki, onun yaddaşından bu hadiseler pozulur. Qazaxıstanda 15 yaşlı mektebli qız Valey Soloveya ile de 1944-cü ilde çox dehşetli hadise baş verib. Qız mektebden eve qayıtmır. Valideyinler ve milis onu axtarsa da tapa bilmir. 4 günden sonra Valeyi mekteb yolu ile eve qayıdan görürler. Qızı sorğu-suala tutsalar da, o, mektebde olduğunu, sadece teneffüsde 15 deqiqelik heyete çıxdığını deyir. 3 hefteden sonra Valeyin hamile olduğu melum olur. Yazıq qız camaatın üzüne nece baxacağını fikirleşib, çıxış yolu axtarır. Valeyi merkezi klinikaya yerleşdirib, etraflı müayineler aparılır. Psixiloji tesir ve hipnoz vasitesile qız mekteb heyetinde huşunun itdiyini, özüne gelende ise qesebeden çox uzaqdakı çölde olduğunu görür. O, üzerine eyilib, ona baxan yad, balacaboy, iri gözleri olan adamlar görür ve yene özünden gedir. Ultrases müayine qızın betninde 1 aylıq dölün normal inkişafda olduğunu gösterse de, hekimler bakireliyin pozulmadığını tesdiqleyir. Qız hemin klinikada doğur. İri, yaşıl gözlerini heç qırpmayan körpe doğulanda ağlamadı da... Hekimler ana ve körpeye ciddi nezaret etseler de, 2 aydan sonra uşaq yoxa çıxdı ve bu güne kimi axtarışdadır.Alimlerin qenaetine göre, UNO-lar Xezerin müxtelif tektonik derinliyinde olan çox böyük enerji resurslarından menbe kimi, bele demek mümkünse, Yere uçuşlar zamanı enerjidoldurma menteqesi kimi istifade edirler. Çoxları hetta ireli gedib, Xezerin derinliyinde onların eniş nöqtesinin olduğunu da deyirler. 1199-cu ilde Bakıda baş vermiş genişmiqyaslı enerji qezasından önce semada 4 ellipsformalı obyekt müşahide olunmuşdu. Bu obyektlerden biri işıqsaçan açıq-mavi rengli iri, yumru obyekt 40 deqiqe erzinde lente köçürülüb ve onun sorağı bütün dünyaya yayılıb.faklari bir yana qoyaq, yeni sonsuz boyukluyunde olan kainatda biz tekik?
['gəlmələr']
6,228
https://kayzen.az/blog/Xrizoberil/3715/iki-%C3%A7%C3%B6r%C9%99k-%C9%99skik.html
İki çörək əskik
Xrizoberil
Bloq: Xrizoberil
3 fevral 2011, 13:29
Bir gün iki adam, Rəbiyə-tül Adeviyyeni ziyarətə gəldilər. İkisi də açdı. Yeməyi halaldır deyə içlərindən yemək yemək keçdi. O anda qapıya biri gələrək, Allah rızası üçün bir şeylər istədi. Rəbiyə həzrətləri evdəki iki çörəyini buna verdi. Gələn sevinərək getdi. Bir saatdan sonra bir adam qucağında bir yığın çörəklə gəldi. Rəbiyə həzrətləri çörəkləri saydı. On səkkiz çörək vardı. Dedi ki: -Çörəklər gərək iyirmi olmalı idi. Çörəyi gətirən, ikisini saxlamışdı. Çıxarıb iki çörəyi də verdi. Oradakılar heyrətlə soruşdular. -Bu nə sirdir? Biz sənin çörəyini yeməyə gəlmişdik. Önümüzə qoyacağın çörəkləri qapıya gələnə verdin. Ardından çörək gəldi. Əskik olduğunu söylədin. Cavabında belə buyurdu: -Siz ikiniz gələndə qarınınızın aç olduğunu anladım. Önünüzə qoyacağım o iki çörəyi qapıya gələnə verdim. Allahu təaladan bu çörəklərin qonaqların qarınını doyura bilməyəcəyini, bunun üçün bir yerinə on verməsini istədim. Çünki Allahu təala Qur'an-ı kərimdə (En'am surəsi 160 ayəsində) birə on verəcəyini bildirir. Mən Onun bu vədinə güvəndim. İki çörək yerinə iyirmi çörək gələcəyini bildiyim üçün də çörəklərin əksik olduğunu söylədim.
['İki çörək əskik']
6,229
https://kayzen.az/blog/moda/2944/nax%C4%B1%C5%9Fl%C4%B1-paltar.html
Naxışlı paltar
burla xatun
Moda dünyası
2 fevral 2011, 23:14
Hər bir mövsümün öz naxışı, öz ornamenti, öz bəzək gülləri var. Saya geyimlər nə qədər gözəl-yaraşıqlı görünsələr də, onların hər mövsümdə xüsusi naxışlara, bəzəkli güllərə  ehtiyacı var. Yay mövsümünün əsas bəzəyi şübhəsiz ki, güllü-çiçəkli naxışlardır. Bu naxışlar geyimlərə xüsusi formada vurulur. Bunların bir çox növləri var: basma, tikmə, toxunma, boyama və sair. Şübhəsiz ki, hər bir xalqın geyim növlərində milli ornamentlərdən istifadə olunur. Çox vaxt geyimdə hər hansı bir naxışı görəndə, onun hansı xalqa mənsub olduğu o dəqiqə aydınlaşır. Bu sırada şərq ornamentləri xüsusi üstünlük təşkil edir. Azərbaycanda isə, geyimlərə vurulan naxışların əsas özəyini butalar təşkil  edir. Hər hansı bir milli geyimimizi götürün, orda bu və ya digər formada butalardan istifadə olunmasını görəcəksiniz. Slavyan geyimlərində isə, naxışları əsasən donların ətəyinə düzürlər. Orta Asiya xalqlarında isə,  məxməri naxışlardan istifadə olunur. Gəlin indi baxaq, görək bu naxışlar kimlərə necə yaraşır. Şübhəsiz ki, naxışların donlara vurulması heç də xaotik şəkildə olmamalıdır. 1. Naxışlar əsasən xanımlara yaraşır. 2. Kişilərin də özünəməxsus geyim naxışları var ki, bu bir ayrı mövzunun söhbətidir. 3. Miniatür, bəstəboylu xanımlara xırda güllü donlar yaraşır. 4. Ucaboy xanımlara isə uzunsov, iri güllü, naxışlı donlar məsləhət görülür. 5. Girdə sifət xanımlara isə, çarpaz naxışlı bəzəklər yaraşır 6. Şaquli naxışlı şalvar, yubka geyinmiş xanımlar hökmən çarpaz naxışlı köynək-tunik-jaket tipli üst geyimlərdən istifadə etməlidir. Unutmayın, hər naxışın arxasında bir xarakter və ən əsası bir milli geyim növü durur. Bu da sizin xarakterinizin əsas atributlarından biridir. Naxışlı, bəzəkli donları geyinin - ömrünüz də naxışlı və bəzəkli olsun!Printlər Printlər müxtəlif naxışlı donlar deməkdir. Təbiətdə nə qədər naxış varsa, bunların hamısı geyimlərdə öz əksini tapır. İri və xırda naxışların bir biri ilə kontrast təşkil etməyinə hökmən diqqət yetirmək lazımdır. Əgər iri naxışlı koftalar geyinirsizsə, yubkalar başqa naxışda olmalıdır. Yoxsa sizə diqqət yetirənin gözləri bu naxışlar arasında bərq vura bilər. Belədə sizin fakturanız itə bilər. Dolubədənli xanımlar, iri naxışlı donlarla ehtiyatlı olun. Əyninizə belə iri naxışlı donları geyinməklə, daha kök görsənə bilərsiniz. Burda hökmən balansı gözləyin. Bu cür geyimlərlə aksessuarlara da xüsusi diqqət yetirin. Xüsusi kəmər və ayaqqabılardan istifadə edin. Belə aksessuarlarda əyninizdəki naxışlı donlardan kiçicik bir element olsa, kifayət edər. Belə naxışlı geyimlərdə kombinə olunmuş donlardan daha çox istifadə etmək lazımdır. Bu geyimlərdə hər bir insanın zövgü də xüsusi rol oynayır. Bundan əlavə, hər fəslin də öz printləri var. Xanımlar, çalışın zövglə geyinəsiniz. Naxışlardan ovqatınıza görə, fəslə görə istifadə edin. Bizim milli geyimlərdə ən çox işlənən naxış növü butalardır. Butalar tək-tək, qoşa-qoşa, həm də üç-üç, bəzən daha çox  istifadə olunur. Üçlük butalar bir növ çiçək ləçəyini də xatırladır.Son illər bəzi geyimlərimizdə tək qərənfil və yaxud qərənfil ləçəkləri də tikilməyə, toxunmağa başlanıb. Heç şübhəsiz ki, qərənfil hüznlü xanım rəmzidir. Ancaq bənövşə kimi boynu bükük deyil. Şax, qamətli və məğrurdur. Bəzi geyim elementlərində qərənfil ləçəklərindən, qərənfil gülündən istifadə etmək bir növ qəhrəmanlığa, rəşadətə bir çağırışdır...Əvvəllər də geyimlərimizdə müxtəlif güllərdən istifadə olunub. Məsələn, ətəyi üç güllə bəzənmiş xanım donları, jiletlər, gödəkçələr, pencəklər buna gözəl misaldır. Bunların rəngi ağ gül, qırmızı gül və bir də sarı gül olardı. Son iyirmi il isə bu güllərin içindəki qırmızı gül, məhz qərənfil gülü olur. Müstəqilliyi, azadlığı uğrunda təkcə xalq, millət döyüşmür, onun milli geyimləri, donları, naxışları, butaları da mübarizə aparır. Belə geyimlərdə millətin həm qadını, həm kişisi çox qürurlu görünür. Əziz xanımlar, milli geyimlərlə təkcə zahirən yox, həm də daxilən azad insan olmaq olur. Çalışın hər zaman  hər yerdə, hətta dəbin özündə belə azad olasınız. Çünki, Azadlıq gözəllik deməkdir.Həmçinin bax: Qadın paltarlari (müxtəlif modellər)Mənbə: İctimai Televiziya
['etnik geyim', 'naxış']
6,230
https://kayzen.az/blog/dusundurucu-hekayeler/3710/u%C5%9Faq-g%C3%B6z%C3%BCyl%C9%99-baxa-bilm%C9%99k.html
Uşaq gözüylə baxa bilmək
Xrizoberil
Düşündürücü hekayələr
2 fevral 2011, 18:05
Kiçik qızın atası İspaniyanın ən ağır siyasi cəzalarının verildiyi bir həbsxanada məhkum idi. Fürsət tapdığı hər həftəsonu atasını ziyarət üçün anasıyla birlikdə həbsxabaya gedərdi. Yenə bir ziyarətə gedərkən atası üçün çəkdiyi rəsmi yanında apardı, ancaq həbsxana qaydalarına görə azadlığı xatırladan hər cür şeyin məhkumlara verilməsi qadağan idi. Bu səbəblə kağıza çəkdiyi quş şəkilini qəbul etməmiş və oradaca cırmışdılar... Çox kədərlənmişdi kiçik qız... Atasına söylədi bunu, o da "kədərlənmə qızım, yenə çəkərsən; bu dəfə çəkdiklərinə diqqət yetirərsən olarmı?" dedi. Kiçik qız digər ziyarətində atasına yeni bir şəkil çəkib apardı. Bu dəfə quş yerinə bir ağac və üzərinə qara kiçik xallar çəkmişdi. Atası şəkilə baxdı və soruşdu: "Hmmm! Nə gözəl bir ağacdır bu! Üzərindəki xallar nədir? Portağaldır? Kiçik qız atasına əyilərək, səssizcə: Hşşşşt! O xallar ağacın içində gizlənən quşların gözləridir!..
['Uşaq gözüylə baxa bilmək']
6,231
https://kayzen.az/blog/dusundurucu-hekayeler/3708/limon-a%C4%9Fac%C4%B1.html
Limon ağacı
Xrizoberil
Düşündürücü hekayələr
2 fevral 2011, 13:57
Zəngin bir iş adamının bağçasında, yan-yana əkilən iki limon ağacı vardı. May ayı sonlarında açan limon çiçəkləri, bütün bağçanın havasını bir anda dəyişdirər və mənzillərə həbsedilmiş insanlara baharın gəldiyini müjdələyirdi. Ancaq limon ağaclarından biri, digərindən cılız və görkəmsiz idi. Buna görə böyük ağac hər fürsətdə onu kiçik hesab edər və təpədən baxardı. Ev sahibi də kiçik boylu limon ağacından ümid kəsmiş görünürdü. Ona görə ağac, bu gedişlə quruyub öləcəkdi. Buna görə də onu çox sulamaz və qulluq etməyi çox istəməzdi.Günün birində əsən sərt bir çovğun, qarlı dağların yamaclarındakı bir qrup çiçək toxumunu iş adamının bağçasına uçurdu. Lakin bağçanın hər tərəfi hissələrə ayırılmış, yalnız limon ağaclarının altında yer qalmışdı. Bir an əvvəl cücərmək məcburiyyətində olan toxumlar, limon ağaclarının yanına gələrək onların altında cücərmək üçün icazə istədi.Böyük ağac, yaxşıca sıxılaraq:-Belə bir şey əsla mümkün ola bilməz, deyə atıldı. Bizlər quru qalmağı çox sevmərik. Əgər dibimdə çoxalsanız, suyu mənimsəyib məni qurudarsınız.Əslində böyük ağacın fikrini çəkindiyi başqa bir şey daha vardı. Çiçəklər rəngarəng açdıqlarında, limon ağacının sarıya çalan ağ çiçəkləri sönük qalacaq və bağça sahibinin gözündəki dəyəri azala biləcəkdi. Belə ki ağacın, özündən gözəl olanlara heçmi heç dözümü yox idi.Kiçik ağac, uzun boylu yoldaşının toxumlara verdiyi cavabı bəyənməmişdi. Çünki o, özünə həyat verənin, o həyat üçün lazımlı olan suyu da verəcəyini çox yaxşı bilirdi. Buna görə, ağılına belə gəlmirdi susuzluq.Toxumların təklifini qəbul edərək:-Sizlərlə birlikdə olmaq, mənə xoşbəxtlik verər, dedi. Beləliklə təklik də çəkmərik. Böyük ağac bu işdən xoşlanmamışdı. Lakin kiçik olanı:-Gözəl yaradılanlardan kimsəyə zərər gəlməz, deyə təkrarlayırdı. Gözəllərdən gözəlliklər doğular yalnız.Kiçik limon ağacı altında cücərən toxumlar, bir neçə həftə içində cənnət çiçəkləri kimi açıb bütün bağçanın göz bəbəyi halına gəldi. Bu vaxt ağac, əlindən gəldiyi qədər özlərinə köməkçi olmağa çalışır və çiçəklərin sevdiyi yarı günəşli mühiti təmin etmək üçün, köhnə yarpaqlarını tökürdü.Çiçəklər, qısa bir müddət sonra xoş ətirli qoxular yaymağa başladı. Bağça sahibi, o ana qədər heç duymadığı bu qoxunun haradan gəldiyini araşdırdığında, dəvətsiz qonaqları taparaq heyrətə düşdü. Adam, ancaq yuxularında görə bildiyi bu çiçəklərin gözəlliyini davam etdirə bilmək üçün səhərlər artıq daha erkən qalxır və onları ən keyfiyyətli gübrələrlə bəsləyib bol bol sulayırdı. Kiçik limon ağacı, köklərinin ən incə detallarına qədər çatan bu suları çiçəklərlə birlikdə içir və böyük bir sürətlə sərpilib böyüyürdü.Çiçəkləri sevgiylə qucaqlayan ağac, növbəti bahara qalmadan o ətrafın ən böyük ağacı halına gəldi və bir-birindən gözəl kəpənəklərin ziyarət yeri oldu. Daha sonra da öz çiçəklərini açaraq bağçanın gözəlliyinə gözəllik qatdı.İndi kiçik və tək qalmış olan limon ağacı isə, qonşusuna duyduğu qısqanclıqla için-için quruyurdu.
['hekayə']
6,232
https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/3409/nikkolo-paqanini.html
Nikkolo Paqanini
burla xatun
böyük musiqiçilər
2 fevral 2011, 12:49
Paqaninin atası boş vaxtlarında mandalinada çalmağı sevirdi. Aləti əlinə alan kimi arvadı qulaqlarını tutub evdən qaçardı ki, mandalinanın monoton donquldanmasını eşitməsin. 4 yaşlı Nikkolo atasının səhvlərini tapıb: «Ata, sən bu yerində xaric çalırsan...» deyərək atasına necə çalmağın yolunu həmən göstərə bilmişdi… Cılız Nikkolanı skripkanı ciyildətməklə əldən salmağında uzaqgörən kişinin məqsədi vardı. Bilirdi ki, böyüyəndə uşağın bir parça çörəyi olacaq. Doğuşdan bir az əvvəl Nikkolanın anasının gözünə mələk görünmüş və doğulacaq oğlunun bütün İtaliyada məşhur olacağını demişdi. Atası skripkanı tutmağı və kamanı simə sürtməyi oğluna göstədikdən sonra hər şeyi Nikkolonun istedadının ixtiyarına buraxdı. Dükana işləməyə gedəndə oğlunu otaqda bağlayıb onu saatlarla susuz və yeməksiz qoyardı. Atası Antonio, adətən, anbardan gələn qamma səslərinə qulaq verərək yuxulayırdı. «Buna bax bir, o yenə də kamanla jonqlyorluq edib, simləri çimdikləyir» deyib hirslənərək açar yerindən içəri baxanda heyrətdən ağzı açıla qalmışdı. İçəridəki qonşuların dediyi kimi əzabkeş, atanın zülmünə dözən uşaq deyildi. Çalanda duyduğu xoşbəxtlik onun cizgilərində yazılmışdı. Nəhayət, uşaq katalepsiya (bədənin orqanlarının quruması) xəstəliyindən üzülür. Onu ölmüş bilir, hətta tabuta qoyub basdırmağa aparırlar. Ancaq uşaq birdən özünə gəlib ayılır. Başına gələnlərdən nəticə çıxaran ata oğluna müəllim tutmağı qərarlaşdırır. Amma Nikkolonun çalğısını eşidən müəllimlər «mənim sənə öyrədə biləcəyim bir şey yoxdur» deyib çıxıb gedirdilər. Bir dəfə isə varlı genuyalı musiqisevər çox bahalı skripkalarından birini uşağın qabağına qoyub deyir ki, heç vaxt görmədiyi notlardan birini götürüb səhvsiz çalsan, bu aləti sənə verəcəm. Ömründə görmədiyi və eşitmədiyi əsəri üzündən səhvsiz çalandan sonra Nikkolo bu nadir skripkanın sahibi olur.Bravo! Bravissimo! Bis!...Zalda səs-küy səngidi, kulis arxasından Paqanininin yöndəmsiz fiquru — həm insan, həm də meymuna bənzər bir məxluq səhnəyə çıxanda hamının qanı damarlarında donurdu. Əynindəki köhnə frakı elə bil başqasının çiyninə biçilmişdi. Uzun əyri ayaqlarını bədənə heç uyğun olmayan çox böyük ayaqqabıları tamamlayırdı. Düzdür, Paqanini özü bu görkəmindən istifadə edib demonik obraz yaratmaqla publikanı qıcıqlandırmağı sevirdi. Uzun qara saçlarının arasından kömür kimi qara gözləri parlayırdı. Onun quşa bənzər profili, ordu batmış sifətindəki qalın bakenbardları, qətran rərgli saçları xanımların oturduğu yan lojadan çox yaxşı görünürdü. «O, sehrbazdı, əlində skripka olan İblisin özüdü. Görən, bu gün nə çalacaq?» deyən pıçıltılar lojada səslənən vaxt maestro qara əqiq rəngli gözlərini parıldadıb «Cadugərlərin rəqsi» deyə elan elədi. Alovlu baxışlarını ilk sıralarda gəzdirib kamanı usta Qvarnerinin şedevri sayılan skripkasına sürtüb inildətdi. Hamı o dövrdə çox məşhur olan melodiyanı o saat tanıdı. Küçələrdə də fitlə oxunan bu parça bir də səslənəndən sonra dəlisov tempdə ikili notlar, trel və stakkotolardan ibarət atəşfəşanlıq dinləyicilərin üstünə töküldü: «Bravissimo! Bis! Əla!» …  O, elə çalırdı, dinləyicilər hardasa ikinci skripkanın gizlədildiyini düşünürdülər. Sağlığında Paqanininin çox az əsəri çap olunmuşdu. Müəllif qorxurdu ki, çap olunsa, onun ifa sirlərinin çoxusu başqalarına məlum ola bilər.Qadın kapriziylə yazılan «24 kapris»… O, cavandı və yenidən vurulub. Fantastik oyunbazlığı, ağlasığmaz «kunsştyukları» bu dəfə şahzadə Eliza Baçokkinin -  Napoleonun bacısının ağlını başından aparıb. Eliza fransız imperatorunun ona təzəlikcə bağışladığı Lukka hersoqluğuna bu yaxınlarda köçüb və Parisdə qoyub getdiyi dəbdəbəni burda, yəni İtaliyada da yaşamaq istəyir. Bonapart ailəsinə məxsus işgüzarlıqla Eliza qısa müddətdə saray orkestrini toplaya bildi. Dirijor- kapelmeyster vəzifəsinə isə Paqanini dəvət edildi. Nikkolanın hüdudsuz bacarığına şahid olandan sonra Eliza növbəti konsertdə onların münasibətinə eyham vuran «qəfildən açılacaq kiçik, sehrli mücrü» bəstələməyi xahiş edir. Paqanini gitara və skripka duetini imitasiya edən iki sim – mi və lya simləri üçün yazılmış məşhur «Məhəbbət dueti»ni bəstələyir. Yenilik rəğbətlə qəbul olunsa da, himayədarı artıq xahiş deyil, tələb edirdi ki, növbəti miniatürü Paqanini bir simdə çalmalıdı! Bu ideya Paqanininin çox xoşuna gəldi və bir həftə sonrakı konsertdə sol simi üçün yazılmış «Napoleon» sonatası səsləndi. Şəhzadə Eliza və Paqanininin münasibətlərinin apofeozu az qala bir nəfəsə yazılmış «24 kapris» əsəri oldu. Qadın kapriziylə yazılan bu əsər Paqanininin yaradıcılığının zirvəsi sayılır. «Dünyanın sensasiyası»na kompromatReportyorlar Paqaninini indiki paparatsilərdən betər hərisliklə izləyir və «dünyanın sensasiyası»na kompromat toplayırdılar. O, azartla kart oynamağı və qadınları sevirdi. Bəzi ehtiraslı qadınlar onun çalğısından daha çox iblisanə görkəminə uyaraq maestoronu təqib edirdi. Baronessa Yelena Dobenyok Paqaniniyə olan sevgisindən lap başını itirərək ərini də atmışdı. Adətən, Nikkolo özü qadın ovsunu və cazibəsinin qurbanı olurdu. Artıq yetkin yaşlarında Ancelina Kavana ilə maraqlanmasına az qala öz karyerasını qurban verməli olacaqdı. Qızın atasının yaratdığı skandalın əks-sədası Fransa və Almaniya sərhədlərini də keçmişdi. Qızın azad həyat tərzi sürməsi, seksual münasibətə öz razılığı ilə girməsini sübut ediləndən sonra Paqaninini azad edirlər. Söz-söhbətlərsə yol getdikcə təzə faktlarla zənginləşirdi: guya Paqanini məşuqəsini öldürdüyünə görə türməyə düşüb. Əl-ayağı qandalda olanda da iblisanə çalğısından ayrılmayıb. Çoxsaylı qadınlarından heç kimə əslində ürəkdən bağlanmazdı. Yalnız birinci sevgisi Eleanora de Lyukka yeganə adamdır ki, Paqanini qohumlarıyla bərabər vəsiyyətnaməsində onun adını çəkib.Qəlbini İblisə satan ifaçıPaqanininin çalğısı o qədər valeh edirdi ki, maestronun ruhunu İblisə satması barədə şayiələr gəzirdi. Çoxları buna inanırdı, axı insan övladı belə çala bilməzdi! Onun əsərlərinin əksəriyyətini adi skripkaçılar ifa edə bilmir. 20-ci əsrin əvvəllərinə qədər çoxları inanırdı ki, Paqanini barmaqlarını cərrahiyyə yoluyla elastikləşdirib. Adi insan barmaqlarından az qala iki dəfə uzun və elastik barmaqları əslində Marfon sindromu adlanan irsi xəstəliyin fəsadları imiş. Rəngi qaçmış dərisi, oyuğa düşmüş gözləri, çox arıq bədəni və naqolay hərəkətləri və hörümçək ətrafları kimi barmaqları da bu xəstəliyin əlamətləridir. Cərrah əvəzinə xəstəlik özü barmaqları belə vəziyyətə salmışdı. Heç kim bilmirdi ki, onun çalğısı əzablarının səsidiÜzücü Avropa turnesi musiqiçi üçün acınacaqlı bitir: həkimlər onda ağciyər vərəmi tapıblar. İndi o özü də başa düşür ki, balaca soyuqdəymə, emosional natarazlıq onun həftələrlə, bəlkə də, aylarla çalğıdan ayıra bilər. Oğlu Axilla doğulanda maestronun 42 yaşı vardı. Bu uşağın anası «Feniks» teatrının aktrisası Antoniya Byanki idi. Bu əhvalat da böyük səs-küylə bitmişdi və Paqanini bu qadına çox böyük məbləğdə pul ödəmişdi ki, oğluna olan hüququndan imtina edib Axilla ilə onu rahat buraxsın. Paqanininin ən böyük problemi isə sağlamlığıynan bağlı idi. Onun çalğısını uzun-uzadı tərifləyən vaxtı Paqanini əyilmiş onurğa sümüyünün dəhşətli ağrılarını boğub  bu tərifi dinləməli olurdu. Dəfələrlə xəstə böyrəkləri ona yataqdan qalxmağa imkan verməmişdi. Bəzən böyrəyinin tutmaları səhnədə olarkən başlayardı və heç kim bilməzdi ki, onun çalğısı sehr olduğu qədər ağrı və əzabların də səsidir. Yaşı artdıqca tez-tez ürəkkeçmələri də olurdu. Bəzən boğazından qan fışqırırdı. Onun bir vaxt gözəl sayılan üzü çox tez dərin qırışlarla örtülmüş və 47 yaşında bütün dişlərini itirmişdi. Naqinin «Skripka sağlamlığınıza ziyan gətirmir ki?» sualına «Artıq yox, çünki o, bütün gücümü əlimdən alıb» deyə cavab vermişdi. Paqanini Stradivari, Qvarneri, Amati ustalarının məşhur skripkalarından ibarət çox qiymətli kolleksiyanın sahibiydi. Ən sevimli Qvarneri skripkasını isə Genuya şəhərinə bağışlamışdı ki, başqa bir artist onda ifa eləməsin. 19-cu əsrin konsert qonorarları indikiylə müqayisədə çox az olsa da, Paqanini özündən sonra bir neçə milyon frank qoyub gedib. «Bacarıqlılara həsəd aparır, istedadlılara ziyan vurur, dahilərdənsə qisas alırlar»Nitsada ölüm ayağında olarkən sonuncu priçastiyadan (xristian dini ayini) imtina etdiyinə görə Nitsa yepiskopu onun şərəfinə messa çalınmasına və qəbiristanlıqda basdırılmasına qadağa qoymuşdu. Maestronun cənazəsi olan tabutu 10 dəfədən artıq basdırıb, sonra isə çıxarıblar. Qoz ağacından düzəldilmiş tabutu gizlincə Genuyaya çatdırmaq istəsələr də, qorxaq şəhər qubernatoru gəmini heç limana yan almağa buraxmır. Həmin gəmi düz 3 ay gözləmə vəziyyətində suda qaldı. Matroslar danışırmış ki, gecələr tabutdan skripka səsləri gəlir. Uzun sürən danışıqlardan sonra tabutu Paqanininin dostu qraf Çassolenin qəsrindəki zirzəmiyə aparmağa icazə ala bilirlər. Amma qrafın qulluqçuları hamı bir nəfər kimi şikayət eləməyə başlayırlar ki, gecələr tabut qəribə işıq saçır. Tabutu bu dəfə Villafrank xəstəxanasının morquna aparırlar. Amma oranın da işçilərinin peşəsi meyitlə əlaqədar olsa da, Paqanininin tabutu onları çox qorxudurdu. Onlar vaxtaşırı ah-uf və skripka səsləri eşitdiklərindən vahimə içindəydilər. Yalnız ölümündən 30 il keçəndən sonra Paqanininin cənazəsi xristiancasına torpağa tapşırıldı. Bu səyahəti azmış kimi 17 ildən sonra tabutu yenə də qazıb çıxarırlar. Ətrafda şayiə gəzirdi ki, yerin altından canlı məxluqlar varmış kimi musiqi səsləri gəlir. Paqanininin nəvəsi skripkaçı Frantişek Ondrjiçekin iştirakıyla tabut açılır. Meyitin bədəni tam çürüsə də başı, xüsusilə də sifəti çox yaxşı qalıbmış. Bu fakt özü yeni şayiələr dalğasının yaranmasına təkan verir. Basdırılandan 4 il sonra da onun tabutunu çıxarıb yeni qəbiristanlığa köçürürlər.Lətifə:Konsertə gecikən Paqanini kareta tutub sürətlə getməyi xahiş edir. — Nə qədər verməli olacam? — 10 frank — Zarafat edirsiz? — Siz bu gün konsertə gəlib sizin bir simdə çalğınızı dinləyənlərin hər birindən 10 frank almayacaqsız? — Yaxşı, əgər siz məni teatra bir təkərdə çatdırsanız, mən sizə 10 frank verərəm.Müəllif: Gülnarə Rəfiq Mənbə: Bizim Yol qəzeti
['Paqanini', 'skripkaçı']
6,233
https://kayzen.az/blog/dusundurucu-hekayeler/3704/h%C9%99yat-%C5%9Fahmat%C4%B1.html
Həyat şahmatı
Xrizoberil
Düşündürücü hekayələr
1 fevral 2011, 14:58
Gənc bir adam öz bölgəsində çox tanınan bir müdrikin yanına getdi. Dərdi bir az fərqli idi. Gənc yaşında həmişə müvəffəqiyyət qazanmışdı. Atasından götürdüyü kiçik işi sürətlə böyütmüş, zəngin olmuşdu. Ətrafındakı hər kəs ona hörmət göstərirdi. Düşməni yox idi. Evlilikləri müvəffəqiyyətli olmuş, çox gənc yaşlarda başlayaraq bir neçə dəfə ata olmuşdu. Və gənc adamın dərdi də bundan sonra başlayırdı. Bu qədər erkən müvəffəqiyyət, sayılıb hörmət edilmək üzündən bütün ətrafındakı insanları "kiçik" görməyə başlamışdı. Gənc adam üçün "əhəmiyyətli" heç bir iş, heç bir insan, heç bir vəziyyət qalmamışdı. Heç bir danışığı bir neçə dəqiqədən çox dinləyə bilmir, oxumağa başladığı hər şeyi bir neçə dəqiqə içində əlindən buraxırdı. Müdrik adam gənc adamı uzun uzun dinlədi. Gənc adam danışdıqca danışdı. Sonra da müdrik adam soruşdu: "Edərkən zövq aldığın, hər şeydən daha çox maraqlanacağın heç bir şey yoxmu?" Gənc adam bir müddət düşündü və cavab verdi: "Şahmat..." dedi, "Amma şahmatı da çox yaxşı oynadığım üçün rəqib tapa bilmirəm." . Müdrik adam "Gözəl" dedi, "Burada bir şagirdim var, o da yaxşı şahmat oynayır." Şagirdini çağırdı, şahmat masası quruldu. Gənc adam və şagird qarşılıqlı oturdular. Müdrik adam birdən "Bir dəqiqə" dedi, "Bu şahmat qarşılaşması bir az fərqli olacaq. İtirən, başını da itirəcək. İtirənin başını mən öz əlimlə, öz xəncərimlə kəsəcəyəm. qəbulmu?" Şagirdi "bəli əfəndim" dəyincə gənc adam da daha zəif bir səslə "razıyam" dedi. Oyun başladı. "Hər şeyi ən yaxşı edən", "Hər şeydə ən müvəffəqiyyətli" gənc adam muncuq muncuq tərləyirdi. Etdiyi hər hücum müdrikin şagirdi  tərəfindən ustaca sovuşdurulurdu. Gənc adam tərləməyə davam edirdi. Bir müddət sonra müdafiə üsulları zəifləməyə başladı. Şagird usta hücumlarla gənc adamı sıxışdırmışdı. Gənc adam bir an müdrik adama baxdı. Gözləri qorxu dolu idi. Müdrik adam o an, bir əl zərbəsiylə şahmat masasını aşırtdı: "Tamam bitdi! Heç kimin başı kəsilməyəcək!" Gənc adam önünə baxırdı. Müdrik adam danışdı: "budur təkrar ehtirası yaşadın... Diqqətini cəmləməyi öyrəndin... Heç kimi kiçik hesab etməməyin lazım olduğunu gördün... Hər an ölümün yanında yaşadığın üçün hər şeyə dəyər verməyin lazım olduğunu anladın..." Sonra müdrik və şagirdi yerə saçılmış şahmat daşlarını birlikdə yığıb qutusuna qoydular.
['şahmat']
6,234
https://kayzen.az/blog/moda/2965/sarafanlar.html
Sarafanlar
burla xatun
Moda dünyası
1 fevral 2011, 09:48
Sarafan ilk baxışdan sadə geyim olsa da, əslində tikilişi müxtəlif mürəkkəblik və fantaziya tələb edir. Sarafanlar ilk dəfə kənd yerlərində peyda olub. 70-ci illərdə isə o şəhərə ayaq açıb, xeyli müasirləşib və demək olar ki, şəhərli qızların sevimli geyim növünə çevrilib. Sarafanların müxtəlif növləri var: toxunma, tikmə, qismən hörülmə və s. Sarafanların bər-bəzəyində hər modelyer öz fantaziyasına arxalanır.Sarafanların kənarları toxuna, krujevalar, büzmələr, taftalar tikilə, yaxud applikasiyalardan istifadə oluna bilir. Sarafanlara çox vaxt işgüzar xanımlar da müraciət edir. Çünki, sarafanlar olduqca rahat və sərin geyim növüdür. Müasir sarafanlar isə digərlərindən xüsusilə fərqlənir. Onlar ciddi siluetə malikdir: korsetli, qısa jiletli və yaxud beldən yuxarı açıq dekolteli, aşağı hissəsi isə dar ətəklidir. Sarafanların parçalarına gəldikdə , bunlar kətan, təmiz pambıq, ipək, viskoza, şifonlardır. Ən çox saya parçalardan istifadə olunur. Rəngli, xırda güllü, applikasiyalı, nazik zolaqlı parçalar sarafan üçün daha çox əlverişlidir. Sarafanlarda klassik qara, qəhvəyi, boz, göy, mavi və bej rənglərdən istifadə olunur. Sarafan əsasən, dizdən aşağı keçməməlidir. Uzun ətəkli sarafanlar isə, o qədər də xarakterik deyil. Çox vaxt kənd stilindədir, parlaqdır, maksi və mini formalı olmaqla, allı-güllü rənglərin toplusundan ibarətdir. Bir sözlə, sarafanlar bütün zövqlər üçündür. Xanımlar, yayı rahat və sərin keçirmək üçün küləyin “dostu “ olan sarafanlara güvənə bilərsiniz .
['sarafan']
6,235
https://kayzen.az/blog/Xrizoberil/3701/t%C3%BClk%C3%BC-v%C9%99-pi%C5%9Fik.html
Tülkü və pişik
Xrizoberil
Bloq: Xrizoberil
31 yanvar 2011, 18:45
Tülkü ilə pişik söhbət edirlərmiş. Tülkü dayanmadan necə hiyləgər və çox bilmiş olmasını deyərək özünü tərifləyərdi. Dediyinə görə düşmanları onu məhv edə bilməzlər, çünki hər zaman onlardan xilas olmaq üçün çoxlu oyun və hiylələr bilir.Pişik bir azda utanaraq: "Mən elə çox oyun bilmirəm.Düşmanlarımın əlindən də xilas olmaq üçün ancaq bir yol bilirəm- o da qaçmaqdır". Tülkü: Pişik qardaş, mən hər təhlükə qarşısında başımın çarəsinə baxa bilərəm, amma sənin halına üzülürəm. Qorxuram düşmanların bir gün səni ələ keçirə bilsinlər- dedi. 1 qədər sonra bir sürü çoban itlərinin bağırışmaları eşidildi.İtlər  onlara tərəf gəlirdi. Pişik dərhal yanlarındakı ağacın budaqlarına tullanaraq en üstdə yarpaqların arasında gizləndi. Tülkü isə: " görəsən o hiyləni işlətsəm yaxşıdır, yoxsa bunumu?- deyə düşünməyə başladı. Çünki o qədər hiylə bilirdi ki, hansını işlədəcəyinə qərar verə bilmirdi. Elə birini işlətmək istəyirdi ki, itlər tülkünü əhatə edib işini bitirdilər. Bütün bunları yuxarıdan seyr edən pişik: Yaxşı ki, çox hiylə bilmədiyini deyib şükr etdi.
['Tülkü və pişik']
6,236
https://kayzen.az/blog/psixologiya/3697/birini-sevs%C9%99n-s%C9%99rb%C9%99st-burax.html
Birini sevsən sərbəst burax...
Xrizoberil
Psixologiya
30 yanvar 2011, 22:57
1.Pessimist- getmək istəyəni burax getsin. Sənə qayıdarsa sənindir. Hələ də qayıtmasını gözləyirsənsə heç bir zaman sənin olmamışdır. 2.Optimist- getmək istəyəni burax getsin. Üzülmə geri dönəcəkdir. 3.Şübhəçi- getmək istəyəni burax getsin. Lakin onu izləməsi üçün birini tap. 4.Qərarlı- getmək istəyəni burax getsin. Geri qayıdarsa sənindir, qayıtmazsa get geri qaytar. 5.Ovçu- getmək istəyəni burax getsin. Qayıtmasını gözləmə, get və onu vur. 6.Boşvermiş- getmək istəyəni burax getsin. Dönməzsə unut getsin. 7.Səbrli- getmək istəyəni burax getsin. Geri dönənə qədər gözlə. 8.Paranoyak- o getmədən əvvəl sən get. 9.Faşist- getmək istəyəni burax getsin. Geri gəlməzsə vur. Mən gedib də dönməzsəm məni də vur. 10.Statistikçi- getmək istəyəni burax getsin. Geri dönmə ehtimalı yüksəkdir. Qayıtmazsa münasibətiniz alınmayacaq deməkdir. 11.Hüquqçu- getmək istəyəni burax getsin. Səyahət sərbəstliyi onun haqqıdır. 12.Bill Gates- getmək istəyəni burax getsin. Geri dönərsə yenidən yükləmə ödənişi alar, ona səni "up grade" etdik deyərik. 13.Hər zaman itirənlər- getmək istəyəni burax getsin. Onsuzda dönməyəcək. Sən də onun barəsində pis bir hekayə uydurarsan. Məni soruşacaq olsanız özümü "qərarlı"ya daha yaxın hesab etdiyimi yaza bilərəm. Bəs siz özünüzü hansına yaxın bilirsiniz?
['fərqli düşüncələr']
6,237
https://kayzen.az/blog/B%C4%B0M/3296/ab%C5%9F-iqtisadiyyat%C4%B1n%C4%B1n-tarixi.html
ABŞ iqtisadiyyatının tarixi
bankir
beynəlxalq iqtisadi münasibətlər
30 yanvar 2011, 11:48
Müasir Amerika iqtisadiyyatının kökləri 16, 17 və 18-ci əsrlərdə qazanc dalınca bu qitəyə gələn avropalı məskunlara qədər gedib çıxır. Yeni dünya o zaman uğurlu marginal müstəmləkə iqtisadiyyatından əvvəlcə kiçik müstəqil fermer iqtisadiyyatına, daha sonralar isə tədricən yüksək səviyyəli mürəkkəb sənaye iqtisadiyyatına çevrilmişdir. Bu təkamül ərzində Birləşmiş Ştatlar öz inkişafını izləyən son dərəcə mürəkkəb institutlar inkişaf etdirmişdir. Dövlətin iqtisadiyyata cəlb olunması məsələsi əsas mövzu olaraq qalsa da, bu cəlb olunmanın hüdudları ümumən getdikcə genişlənmişdir. Şimali Amerikanın ilk sakinləri yerli amerikalılar — 20 min il bundan əvvəl Asiya ilə Amerikanı birləşdirən torpaq zolağından bugünkü Berinq dənizinin yerindən keçərək buraya gəldiklərinə inanan hindu xalqları olmuşdu. (İlk dəfə Amerika qitəsi sahillərinə çıxarkən Hindistana çatdıqlarını güman edən avropalı tədqiqatçılar tərəfindən onlar səhvən «hindlilər» adlandırılmışlar). Bu yerli xalqlar tayfa şəklində, bəzi hallarda isə tayfa birlikləri şəklində yaşayırdılar. Onlar yalnız öz aralarında ticarət etdikləri üçün avropalıların buraya gəlməsindən əvvəl digər kontinentlərdəki insanlarla, hətta Cənubi Amerikadakı digər yerli xalqlarla da çox az əlaqələrə malik idilər. Bu xalqların yaratdıqları iqtisadi sistemlər onların torpaqlarında məskunlaşan avropalılar tərəfindən məhv edilmişdir. Amerikanı ilk dəfə «kəşf edən» avropalılar vikinqlər olmuşdu. Ancaq təxminən min il bundan əvvəl baş verən bu hadisə nəzərə çarpmadan qalmışdır; o vaxtlar Avropa cəmiyyətlərinin əksəriyyəti hələ də möhkəm şəkildə kənd təsərrüfatına və torpaq sahibkarlığına əsaslanırdı. Kommersiya hələ Şimali Amerikanın daha dərindən tədqiqinə və məskunlaşmasına təkan verəcək qədər böyük əhəmiyyət kəsb etmirdi. 1492-ci ildə italiyalı dəniz səyyahı Xristofor Kolumb İspaniya bayrağı altında Asiyaya cənub-qərbdən yol tapmaq məqsədilə yola çıxdı və «Yeni dünya»nı kəşf elədi. Sonrakı 100 il ərzində ingilis, ispan, portuqal, holland və fransız tədqiqatçıları qızıl, var-dövlət və şan-şöhrət axtarmaq üçün Avropadan Yeni dünyaya yollandılar. Lakin Şimali Amerikanın sərt səhra həyatı ilk tədqiqatçılara nə elə bir şöhrət, nə də elə çox qızıl qazandırdı, buna görə onların çoxu burada qala bilmədi. Tədricən Şimali Amerikada məskunlaşan insanlar buraya sonralar gəldilər. 1607-ci ildə bir qrup ingiltərəli burada ilk daimi yaşayış məntəqəsi saldı ki, o da sonralar Birləşmiş Ştatlara çevrildi. Həmin yaşayış məntəqəsi Ceymstaun indiki Virciniya ştatında yerləşir.Müstəmləkəçilikİlk məskunların özlərinə yeni vətən axtarmaları üçün müxtəlif səbəbləri vardı. Massaçusets zəvvarları qatı dindar, daxilən intizamlı ingiltərəlilər idilər və dini təqiblərdən qurtulmaq istəyirdilər. Virciniya kimi digər koloniyalar riskli biznes strukturlarına oxşar yaradılmışdı. Ancaq çox vaxt bu möminlik və qazanclar əldən-ələ keçirdi. İngiltərənin sonralar Birləşmiş Ştatlara çevriləcək əraziləri uğurla öz müstəmləkəsinə çevirməsi əsasən onun xartiya şirkətlərindən istifadə etməsilə bağlı idi. Xartiya şirkətləri öz iqtisadi mənfəətlərini artırmağa çalışan və həmçinin İngiltərənin milli mənafelərini genişləndirmək istəyən səhmdar (bir qayda olaraq tacirlər və iri torpaq sahibləri) qruplarından ibarət idi. Bu şirkətlər özəl sektor tərəfindən maliyyələşdirilsə də, kral hər bir layihəni ona iqtisadi hüquqlarla yanaşı siyasi və ədliyyə hakimiyyəti də verən xartiya və ya bəxşiş fərmanı ilə təmin edirdi. Ancaq adətən koloniyalar dərhal mənfəət qazana bilmədikləri üçün ingilis investorları öz müstəmləkə xartiyalarını çox vaxt məskunlara çevirirdilər. Vaxtında aradan qaldırılmayan siyasi çətinliklər hədsiz dərəcədə çoxalırdı. Kolonistlər taleyin ixtiyarına buraxılır, öz həyatlarını, öz cəmiyyətlərini və öz iqtisadiyyatlarını özləri qurmalı olurdular və beləliklə də yeni bir xalqın rüşeymləri formalaşmağa başlayırdı. İlk koloniyalar xəzdərili heyvan ovu və xəz satışı ilə məşğul olurdu. Bundan əlavə, Massaçusetsdə balıqçılıq başlıca gəlir mənbəyi idi. Ancaq bütün koloniyalarda əhali əsasən kiçik fermer təsərrüfatları hesabına dolanır və özünü təmin edə bilirdi. Azsaylı kiçik şəhərlərdə, Şimali Karolina, Cənubi Karolina və Virciniyanın geniş plantasiyaları arasında bəziləri ehtiyac içərisində yaşayır və faktiki olaraq bütün sərvətlər tütün, düyü və indiqo (mavi boya) almaq üçün ixrac edilirdi. Koloniyalar böyüdükcə yardımçı sənaye sahələri də inkişaf edirdi. Bir çox ixtisaslaşmış ağac emalı sahələri və dən üyüdən dəyirmanlar meydana gəldi. Kolonistlər balıqçı gəmiləri, sonra isə ticarət gəmiləri hazırlamaq üçün tərsanələr qurdular. Onlar, həmçinin, kiçik dəmirçixanalar tikdilər. 18-ci əsrdən başlayaraq regionların inkişaf istiqamətləri aydınlaşmağa başladı: Yeni İngiltərə gəmi tikintisinə və istehsal olunan sərvətlərin gəmi ilə daşınmasına üstünlük verirdi; Merilend, Virciniya və hər iki Karolinadakı plantasiyalarda (bunların çoxunda qul əməyindən istifadə olunurdu) tütün, düyü və indiqo yetişdirilirdi; Nyu-York, Pensilvaniya, Nyu-Cersi və Delavar kimi orta koloniyalar əsasən gəmi ilə kənd təsərrüfatı məhsulları və xəz daşımaqla məşğul olurdu. Qullar istisna edilməklə, əhalinin yaşayış səviyyəsi ümumən yüksək — faktiki olaraq İngiltərənin özündəkindən də yüksək idi. İngilis investorlar bu koloniyalardan çıxıb getdikləri üçün ərazi kolonistlər arasındakı sahibkarların üzünə açılmışdı. 1770-ci ildən başlayaraq Şimali Amerika koloniyaları I Ceyms (1603-1625) dövründən İngiltərə siyasi aləmində hökm surən özünüidarəçilik hərəkatının bir hissəsinə çevrilə bilmək üçün həm iqtisadi, həm də siyasi cəhətdən artıq hazır idi. İngiltərənin tələb etdiyi vergi normaları və digər məsələlər barəsində ciddi disputlar aparılırdı: amerikalılar İngiltərənin vergi rüsumlarının həcmini və mövcud qaydaları dəyişdirəcəyinə və onlara daha çox özünüidarə imkanları verəcəyinə ümid edirdilər. Bəziləri belə düşünürdü ki, İngiltərə hökuməti ilə münasibətlərin kəskinləşdirilməsi britaniyalılara qarşı kütləvi müharibəyə və koloniyaların müstəqillik qazanmasına aparıb çıxaracaqdır. 17-18-ci əsrlərdə İngiltərədəki siyasi çaxnaşmalar kimi, Amerika inqilabı da (1775-1783) həm siyasi, həm də iqtisadi xarakterli inqilab olmuş və ingilis filosofu Con Lokkun «Mülki hökumət haqqında ikinci traktat» (1690) əsərindən götürülən «yaşamaq, azadlıq və mülkiyyət üçün ayrılmaz hüquqlar» ifadəsini özlərinə şüar edən orta təbəqə tərəfindən geniş müdafiə edilmişdir. Müharibə 1775-ci ilin aprel ayında törədilən bir hadisə nəticəsində başlamışdı. Kolonial ordunun Massaçusetsin Konkord yaşayış qəsəbəsindəki toplanış məntəqəsini ələ keçirməyə çalışan Britaniya əsgərləri müstəmləkə milisləri ilə toqquşmuşdu. Kimsə — onun kim olduğunu heç kəs dəqiq bilməmişdir — atəş açmış və beləliklə də səkkizillik müharibənin başlanğıcı qoyulmuşdur. İngiltərədən həm də siyasi cəhətdən tamamilə ayrılmaq kolonistlərin əksəriyyətinin başlıca niyyəti olmasa da, bu müharibə sonda tamam müstəqilliklə və yeni bir dövlətin — Amerika Birləşmiş Ştatlarının yaradılması ilə nəticələnmişdir.Yeni dövlətin iqtisadiyyatı1787-ci ildə qəbul edilən və bu günə qədər qüvvədə olan ABŞ Konstitusiyası bir çox cəhətdən dahiyanə surətdə yaradılan bir sənəd olmuşdur. İqtisadi xartiya kimi o, həmin vaxtlar Meyndən Corciyaya, Atlantik okeanından Missisipi vadisinə kimi uzanan bütün ölkənin birləşdirilmiş və yaxud «ümumi» bazar olduğunu təsbit etmişdir. Bu sənəddə ştatdaxili ticarət üçün heç bir tarif və ya rüsum nəzərdə tutulmamışdır. Konstitusiya federal hökumətin xarici ölkələrlə kommersiyasını və ştatlar arasındakı ticarəti tənzimləyə, hamı üçün eyni olan iflas qanunları çıxara, çəki və ölçü standartlarını təsbit edə, poçt idarələri və yollar yarada, patent və əlyazma hüquqlarını idarə edən qanunlar çıxara biləcəyini təmin etmişdir. Sonuncu müddəa 20-ci əsrin sonlarında ticarət danışıqlarında böyük əhəmiyyət kəsb edən bir məsələnin — «intellektual mülkiyyət» məsələsinin əhəmiyyətinin ən erkən dərk edilməsi nümunəsidir. Amerika dövlətinin Qurucu atalarından biri, ölkənin ilk xəzinədarlıq katibi (naziri) Aleksandr Hamiltonun müdafiə etdiyi iqtisadi inkişaf strategiyasına görə, federal hökumət açıq subsidiyalar təmin etmək və idxal üzərinə qoruyucu tariflər qoymaqla yeni təşəkkül tapan sənaye sahələrinin inkişafına rəvac verməliydi. O, həmçinin, israrla federal hökumətin milli bank yaratmasını və inqilabi müharibə dövründə koloniyaların sərf etdikləri ictimai məsrəfləri öz üzərinə götürməsini təklif edirdi. Yeni hökumət Hamiltonun bəzi təkliflərinə əhəmiyyət verməsə də, son nəticədə idxal tariflərini Amerika xarici siyasətinin tərkib hissəsinə çevirdi və bu vəziyyət, demək olar ki, 20-ci əsrin ortalarınadək davam etdi. İlk dövrlərdə amerikalı fermerlər milli bankın kasıbların hesabına varlıların xeyrinə işləyəcəyindən ehtiyatlansalar da, 1791-ci ildə Amerika Birləşmiş Ştatlarının ilk Milli Bankı təsis olundu və 1811-ci ilə — onun davamçısı olan yeni bank yaradılanadək fəaliyyət göstərdi. Hamilton buna inanırdı ki, Birləşmiş Ştatlar müxtəlif yönlü gəmiçilik, manufaktura və bank işi vasitəsilə iqtisadi yüksəlişə nail olacaqdır. Hamiltonun siyasi rəqibi Tomas Cefferson öz fəlsəfəsini adi vətəndaşın siyasi və iqtisadi zorakılıqlardan qorunması üzərində qurmuşdu. O, kiçik fermerləri «ən dəyərli vətəndaşlar» kimi xüsusilə yüksək qiymətləndirirdi. 1801-ci ildə Cefferson prezident (1801-1809) oldu və daha da desentralizasiya olunmuş aqrar demokratiya siyasətinə döndü.Cənub və qərb hərəkatıİlk vaxtlar cənubda kiçik həcmdə becərilən pambıq məhsulunun istehsalı Eli Uitninin 1793-cü ildə lifayıran maşını (bu maşın xam pambığı çiyiddən və digər tullantılardan ayırırdı) ixtira etməsindən sonra gur inkişaf dövrünə qədəm qoydu. Plantasiyaçılar cənubda kiçik fermerlərdən torpağı satın alır, onlar isə adətən qərbə doğru irəliləyirdilər. Qul əməyindən istifadə sayəsində inkişaf edən iri plantasiyalar tezliklə bəzi ailələrin hədsiz dərəcədə varlanmasına səbəb oldu. Ancaq qərbə doğru irəliləyən təkcə cənublular deyildi. Şərqdəki bütöv kəndlər də bəzən öz yurd-yuvasını tərk edərək Orta qərbin daha münbit torpaqlarında yeni yaşayış məskənləri salırdılar. Qərbli məskunlar çox vaxt sərt və müstəqil, hər cür dövlət nəzarətinə və müdaxiləsinə qarşı çıxan adamlar kimi qələmə verildiyindən onlar birbaşa və ya dolayısıyla çoxlu dövlət yardımı alırdılar. Kumberlənd zirvəsi (1818) və Eri kanalı (1825) kimi hökumət tərəfindən çəkilən milli quru və su yolları yeni-yeni insanların qərbə köçməsinə imkan yaratmış, sonralar isə öz mallarını bazara daşımaqda qərb fermerlərinə kömək etmişdir. Həm kasıb, həm də varlı amerikalıların əksəriyyəti 1829-cu ildə ölkə prezidenti seçilən Endrü Ceksonu idealizə edirdi, çünki o öz həyatına cəbhə ərazisindəki taxta daxmada başlamışdı. Prezident Cekson (1829-1837) Hamiltonun milli bankının varisinə qarşı çıxır və belə güman edirdi ki, bu qurum qərbə qarşı şərq əyalətlərinin mənafeyini daha da möhkəmləndirir. İkinci dəfə prezident seçiləndə Cekson bu bank haqqında xartiyanın yeniləşdirilməsinə qarşı çıxdı və Konqres də onu müdafiə etdi. Onların bu hərəkəti ölkənin maliyyə sisteminə inamı sarsıtdı və həm 1834, həm də 1838-ci illərdə biznes aləmində çaxnaşmalara səbəb oldu. Vaxtaşırı iqtisadi uğursuzluqlar ABŞ-ın 19-cu əsrdə də iqtisadi cəhətdən sürətlə böyüməsinin qarşısını ala bilmədi. Yeni ixtiralar və kapital qoyuluşları yeni sənaye sahələrinin yaranmasına və iqtisadi yüksəlişlərə yol açdı. Nəqliyyat sistemləri təkmilləşdirilir, davamlı olaraq yeni-yeni bazarlar açılırdı. Buxar gəmiləri çay nəqliyyatını daha da sürətləndirdi və ucuzlaşdırdı, amma yeni-yeni boş və istifadəsiz ərazilərin mənimsənilməsinə yol açan dəmir yollarının inkişafı iqtisadiyyata daha güclü təsir göstərdi. Su və quru yolları kimi, dəmir yollarının da salınmasına ilk illərdə torpaq ayırmaları formasında iri həcmli dövlət yardımı göstərilirdi. Ancaq digər nəqliyyat formalarından fərqli olaraq, dəmir yolları həm də xeyli həcmdə daxili və Avropa mənşəli özəl kapital qoyuluşlarını özünə cəlb edirdi. Bu çılğın günlərdə sürətlə varlanmağın yollarını izah edən min cür sxemlər ortaya atılırdı. Maliyyə manipulyatorları bir gecədə zənginləşir, insanların çoxu isə illər uzunu güclə yığıb topladıqları əmanətlərindən bir gecədə məhrum olurdular. Bütün bunlara baxmayaraq, gələcəyi görmə qabiliyyəti ilə xarici investisiyaların birləşdirilməsi, qızıl mədənlərinin aşkar edilməsi və amerikalıların dövlətin və fərdlərin varlanmasına böyük inamı bu xalqı genişmiqyaslı dəmir yolu sistemi yaratmağa və ölkənin gələcəkdə sənayeləşməsi üçün möhkəm baza qurmağa qadir etdi.Sənayenin yüksəlişiSənaye inqilabı 18-ci əsrdə və 19-cu əsrin əvvəllərində Avropada başlamış və tezliklə Birləşmiş Ştatlara yayılmışdı. 1860-cı ildə, Avraam Linkoln prezident seçilərkən ABŞ əhalisinin 16 faizi şəhər yerlərində yaşayır və ölkənin milli gəlirinin üçdə biri istehsal sənayesinin — manufakturaların payına düşürdü. Şəhər sənayesi başlıca olaraq şimal-şərq regionları ilə məhdudla­şırdı; çit paltar məhsulları istehsalı aparıcı sənaye sahəsini təşkil edirdi, ayaqqabı manufakturası ilə birlikdə yun paltar və maşın avadanlıqları istehsalı da genişlənirdi. Yeni işçilərin çoxunu immiqrantlar təşkil edirdi. 1845-1855-ci illər arasında Avropadan buraya ildə təxminən 300 min işçi mühacir gəlirdi. Onların çoxu kasıb olduğundan şərq şəhərlərində, adətən düşdükləri limanlarda qalırdılar. Amerikanın Cənubu isə, digər tərəfdən, kapital qoyuluşu və sənaye məhsulları sarıdan şimaldan asılı olan kənd təsərrüfatı regionu olaraq qalırdı. Köləlik də daxil olmaqla, cənubun iqtisadi maraqları bu diyarın federal hökumətə nəzarəti davam etdiyi müddətdə güclü hakimiyyət tərəfindən müdafiə oluna bilərdi. 1856-cı ildə təşkil olunan Respublikaçılar Partiyası sənayeləşmiş şimal regionunu təmsil edirdi. 1860-cı ildə respublikaçılar və onların prezidentliyə namizədi Avraam Linkoln köləlik əleyhinə tərəddüdlə danışsalar da, iqtisadi siyasət barədə fikirlərini qəti və açıq şəkildə bəyan edirdilər. 1861-ci ildə onlar qoruyucu tarifləri uğurla qəbul etdirdilər. 1862-ci ildə ilk Sakit okean dəmir yolu haqqında fərman imzalandı. 1863 və 1864-cü illərdə milli bank haqqında məcəllənin ilk variantı hazırlandı. Ancaq ölkənin və onun iqtisadi sisteminin gələcəyini ABŞ-da baş verən Vətəndaş müharibəsində (1861-1865) şimalın qələbəsi birdəfəlik müəyyənləşdirdi. Qul əməyindən istifadə sistemi ləğv edilərək cənubdakı iri pambıq plantasiyalarının gəlirliyini xeyli zəiflətdi. Şimaldakı sənayeləşmə müharibə dövrünün tələbatları sayəsində sürətlə genişlənərək güclü inkişaf yoluna qədəm qoydu. Sənayeçilər sosial və siyasi məsələlər də daxil olmaqla, ölkə həyatının bir çox aspektlərinə hökmranlıq etməyə başladılar. 70 ildən sonra klassik «Küləklə sovrulanlar» filmində sentimental şəkildə təsvir edilən cənubdakı plantasiyaçı aristokratiya tədricən yox oldu.Kəşflər, inkişaf və sənaye maqnatlarıVətəndaş müharibəsindən sonra başlayan sürətli iqtisadi inkişaf ABŞ-ın müasir sənaye iqtisadiyyatı üçün möhkəm bünövrə yaratdı. Bu dövrdə çoxlu yeni kəşflər və ixtiralar edildi ki, bu da, necə deyərlər, İkinci sənaye inqilabı ilə nəticələnən dərin dəyişikliklərə səbəb oldu. Qərbi Pensilvaniyada neft tapıldı. Yazı makinası inkişaf etdirildi. Soyuducu dəmir yolu vaqonlarından istifadə edilməyə başlandı. Telefon, fonoqraf və elektrik işığı ixtira edildi. Və artıq 20-ci əsrin əvvəllərindən arabaları maşınlar əvəz etdi və insanlar aeroplanlarda uçmağa başladılar. Bu nailiyyətlərə paralel olaraq ölkənin sənaye infrastrukturu da inkişaf edirdi. Pensilvaniyanın cənubundan Kentukkiyə doğru uzanan Appalaç dağlarında zəngin kömür yataqları tapıldı. Yuxarı Midvestin (Orta qərbin) Gözəl göl regionunda dəmir filizi mədənləri aşkar edildi. Polad istehsalı üçün bu iki vacib xammalın bir araya gətirilə bilindiyi yerlərdə sürətlə zavodlar tikilməyə başlandı. Geniş mis və gümüş mədənləri kəşf edildi, onların ardınca qurğuşun və sement zavodları işə salındı. Sənaye sahələri böyüyüb inkişaf etdikcə kütləvi istehsal üsulları meydana gəlməyə başladı. Frederik V. Teylor müxtəlif peşələrə malik işçilərin funksiyalarını diqqətlə bir istehsal sahəsində cəmləşdirərək onların öz işlərini daha səmərəli görə bilmələri üçün yeni üsullar axtarıb tapmış və beləliklə, elmi idarəetmə sahəsinin bünövrəsini qoymuşdu (Əsl kütləvi istehsal üsulunun ilhamçısı Henri Ford olmuşdur; o, 1913-cü ildə avtomobil istehsalında hər bir işçinin yalnız bir işi yerinə yetirdiyi hərəkətli yığım konveyerini işə salmışdı. Bu uzaqgörənliyin nəylə nəticələndiyini görən Ford öz işçilərinə o dövr üçün çox böyük məbləğdə — günə 5 dollar məvacib təklif etmiş, onların çoxunun özləri istehsal etdikləri avtomobilləri almalarına imkan və beləliklə də bu sənaye sahəsinin genişlənməsinə şərait yaratmışdır). 19-cu əsrin «Qızıl əsr» adlandırılan ikinci yarısı maqnatlar dövrü kimi xarakterizə edilir. Bu dövrdə amerikalıların çoxu güclü maliyyə imperiyaları yaradan biznesmenləri idealizə edirdi. Belə biznesmenlərin uğuru, Con D. Rokfellerin neftin gələcəyinə olan inamı kimi, onların yeni xidmət və məhsul növü ilə bağlı uzunmüddətli gələcək potensialı görə bilmək qabiliyyətlərinə əsaslanırdı. Onlar maliyyə uğuru qazanmaq və hamıdan qüdrətli olmaq uğrunda aydın məqsədə malik və amansız dərəcədə rəqabətcil adamlar idilər. Rokfeller və Ford kimi belə nəhənglər sırasına dəmir yolları sayəsində varlanan Cey Quld, bankir C. Pirpont Morqan və polad istehsalı ilə məşğul olan Endrü Karnic daxil idi. Bu maqnatlardan bəziləri o günlərin biznes standartlarına uyğun olaraq fəaliyyət göstərən təmiz adamlar olsalar da, digərləri öz var-dövlətlərinə və qüdrətlərinə çatmaq üçün zorakılıqdan, rüşvətxorluqdan və fırıldaqçılıqdan istifadə edirdilər. Yaxşı və ya pis olmasından asılı olmayaraq, biznes maraqları hökumət üzərində güclü təsirə malik olmağı tələb edirdi. Belə sahibkarların bəlkə də ən parlaq nümunəsi olan Morqan həm şəxsi, həm də biznes həyatını çox dəbdəbəli şəkildə yaşayırdı. O və onun şərikləri qumarbazlıq edir, yaxtalarda üzür, israfcıl qonaqlıqlar verir, əzəmətli saraylar tikdirir və Avropanın ən bahalı incəsənət əşyalarını satın alırdılar. Rokfeller və Ford kimi adamlar isə əksinə, puritan keyfiyyətlər nümayiş etdirirdilər. Onlar kiçik şəhər dəyərlərini və həyat tərzini qoruyub saxlamışdılar. Həmişə kilsəyə getdikləri üçün başqaları qarşısında məsuliyyət hissinə malik idilər. Onların inancına görə, yalnız şəxsi keyfiyyətlər insana uğur qazandıra bilərdi; onlarınkı isə İncilin tələb etdiyi qaydada işləməkdən və qənaətcil olmaqdan ibarət idi. Bu adamların xələfləri gələcəkdə Amerikada ən böyük filantropiya — xeyriyyə fondlarını yaradacaqdılar. Avropa intellektuallarının yuxarı təbəqəsi ticarətə ümumiyyətlə ikrah hissiylə baxsa da, daha sürüşkən sinfi struktura malik bir cəmiyyətdə yaşayan amerikalıların əksəriyyəti pul qazanmaq ideyasına böyük rəğbət bəsləyirdi. Onlar biznes təşəbbüskarlığına baş vurmağın riski və ləzzətindən, eləcə də biznes uğurunun qazandıra biləcəyi yüksək həyat səviyyəsindən, potensial gücdən və sürəkli alqışlardan çox xoşlanırdılar. Ancaq Amerika iqtisadiyyatı 20-ci əsrdə yetkinləşdikcə sərbəst, təkbaşına yürüdülən biznes fəaliyyətinin uğuruna olan inam bir Amerika idealı kimi sönməyə başladı. Əvvəlcə dəmir yolu sənayesində, sonra isə hər yerdə korporasiyaların meydana çıxması ilə həlledici dəyişikliklər baş verdi. Biznes baronları bu korporasiyaların rəhbərliyinə çevrilən yüksək maaşlı «texnokratlar»la əvəz olundu. Korporasiyaların yüksəlişi öz növbəsində mütəşəkkil işçi hərəkatının yüksəlişiylə nəticələndi ki, bu da biznesin hökmranlığına və təsirinə qarşı tarazlaşdırıcı qüvvəyə çevrildi. 1980 və 1990-cı illərdə baş verən texnoloji inqilab maqnatlar epoxasının əks-sədalarını xatırladan yeni sahibkarlıq mədəniyyətinin meydana çıxmasına səbəb oldu. «Microsoft» şirkətinin rəhbəri Bill Geyts kompüter proqramları istehsal etmək və satmaq yolu ilə hədsiz var-dövlət qazandı. Geyts o qədər mənfəətli bir imperiya yaratdı ki, 1990-cı illərin sonlarında onun şirkəti ABŞ Ədliyyə Departamentinin (nazirliyinin) inhisarçılığa qarşı mübarizə bölməsi tərəfindən məhkəməyə cəlb olundu və rəqiblərini qorxutmaqda ittiham edildi. Ancaq Geyts bütün bunlarla bərabər həm də xeyriyyə fondu yaratmış və həmin fond tezliklə ölkədə ən böyük xeyriyyə fonduna çevrilmişdi. Amerikanın bugünkü biznes liderlərinin əksəriyyəti Geyts kimi yüksək səviyyəli həyat sürmür. Onlar öz korporasiyalarının işini idarə etməklə yanaşı, xeyriyyə fondları və məktəblərin idarə heyətlərində də çalışırlar. Ölkə iqtisadiyyatının vəziyyətinin və Amerikanın digər ölkələrlə əlaqələrinin qayğısına qalır, hökumət rəsmiləriylə məsləhətləşmək üçün tez-tez Vaşinqtona uçurlar. Bu adamlar, heç şübhəsiz ki, hökumətə müəyyən təsir göstərsələr də, onların fikrincə, «Qızıl əsr» dövründəki iri maqnatlar kimi ona nəzarət etmirlər.Hökumətin iqtisadiyyata cəlb olunmasıAmerika tarixinin ilk illərində siyasi liderlərin əksəriyyəti federal hökumətin, yükdaşıma sahəsi istisna edilməklə, özəl sektora ciddi şəkildə cəlb olunmasına soyuq yanaşırdı. Ümumiyyətlə, onlar «lesafer» konsepsiyasını, qanun və qaydalara riayət olunmasını təmin etməkdən başqa iqtisadiyyata hər cür dövlət müdaxiləsini inkar etmək doktrinasını qəbul etmişdilər. Bu münasibət 19-cu əsrin son dövrlərində kiçik biznes, fermer və işçi hərəkatlarının hökumətə, onların xeyrinə olaraq iqtisadiyyata müdaxilə etməsi barədə müraciətdən sonra dəyişməyə başlamışdır. Əsrin sonlarında Orta qərb və qərb regionlarında həm biznes elitasına, həm də fermer və işçilərin bəzi radikal siyasi hərəkatlarına şübhə ilə yanaşan orta sinif formalaşmışdı. Tərəqqiçilər kimi tanınan bu adamlar azad rəqabətin və azad sahibkarlığın təmin edilməsi məqsədilə biznes praktikalarının dövlət tərəfindən tənzimlənməsinə tərəfdar çıxırdılar. Onlar, həmçinin, ictimai dövlət sektorunda korrupsiyaya qarşı mübarizə aparırdılar. Konqres 1887-ci ildə dəmir yollarını tənzimləyən (Ştatlararası Kommersiya Aktı), 1890-cı ildə isə iri firmaları bir sənaye sahəsinin nəzarətindən qoruyan (İnhisarçılıq Əleyhinə Şerman Aktı) qanunlar çıxardı. Ancaq bu qanunlar uzun müddət təsirsiz qaldı və yalnız 1900-1920-ci illər arasında, tərəqqiçilərin fikirlərinə rəğbət bəsləyən respublikaçı prezident Teodor Ruzvelt (1901-1909), demokrat Vudro Vilson (1913-1921) hakimiyyətə gəldikləri dövrlərdə ciddi şəkildə tətbiq edilməyə başlandı. Ştatlararası Kommersiya Komissiyası, Ərzaq və Dərman Preparatları İdarəsi və Federal Ticarət Komissiyası da daxil olmaqla ABŞ-da bu gün fəaliyyət göstərən tənzimləyici dövlət agentliklərinin bir çoxu məhz bu dövrdə yaradılmışdır. 1930-cu illərdə — «Yeni kurs» dövründə hökumətin iqtisadiyyata cəlb olunması daha əhəmiyyətli dərəcədə artdı. 1929-cu ildə maliyyə birjalarının iflasa uğraması ölkə tarixində ən ciddi iqtisadi sarsıntılara — Böyük depressiyaya (1923\9-1940) səbəb oldu. Prezident Franklin D. Ruzvelt (1933-1945) bu iflasın nəticələrini zəiflətmək məqsədilə «Yeni kurs» siyasətini tətbiq etməyə başladı. Bugünkü Amerika iqtisadiyyatını müəyyən edən ən vacib qanun və institutların əksəriyyəti öz kökü baxımından «Yeni kurs» erası ilə bağlıdır. «Yeni kurs» qanunvericiliyi bank işi, kənd təsərrüfatı və ictimai rifah sahəsində federal hakimiyyətin rolunu genişləndirdi. O, maaşların minimum səviyyəsini və iş saatlarının həcmini müəyyənləşdirdi, poladtökmə, avtomobil və kauçuk kimi sənaye sahələrində həmkarlar ittifaqlarının genişləndirilməsi üçün katalizator rolunu oynadı. Bu gün ölkə iqtisadiyyatının fəaliyyəti üçün zəruri hesab edilən proqramlar və agentliklər yaradıldı: fond birjalarının işini tənzimləyən Qiymətli Kağızlar və Birja Komissiyası, bank depozitlərinə təminat verən Federal Depozit Sığortası Şirkəti, işçi qüvvəsi kimi çalış­dıqları dövrlərdəki xidmətlərindən asılı olaraq yaşlılara pensiya verilməsiylə məşğul olan Sosial Təminat İdarəsi. «Yeni kurs» siyasəti liderləri bizneslə hökumət arasında daha sıx əlaqələr qurmaq ideyasına təkan verməyə çalışsalar da, bu cəhdlərin bəziləri II Dünya müharibəsindən sonra yaşamağa qadir olmadı. Qısaömürlü «Yeni kurs» proqramı olan Milli Sənayenin Sağlamlaşdırılması Aktı münaqişələri həll etmək və bu yolla məhsuldarlığı və səmərəliliyi artırmaq məqsədilə dövlət nəzarəti altında biznes və işçi liderlərinin təşviqinə yönəldilmişdi. Amerika heç vaxt Almaniya və İtaliyadakı kimi biznes, həmkarlar ittifaqları və hökumət arasındakı sazişlərə bənzər faşizm üsul-idarəsinə meyl göstərməsə də, «Yeni kurs»un təşəbbüsləri iqtisadiyyatın bu üç aparıcı oyundaşı arasında hakimiyyətin yeni formada paylaşdırılmasını göstərirdi. Hakimiyyətin bu cür qovuşuğu müharibə dövründə Birləşmiş Ştatlar hökumətinin iqtisadiyyata geniş müdaxiləsi nəticəsində daha ciddi miqyas almışdı. Müharibə Məhsulları Şurası hərbi prioritetlərin qarşılanması üçün ölkənin bütün məhsul istehsalı imkanlarını əlaqələndirirdi. İstehlak malları istehsal edən müəssisələr hərbi sifarişlərə tabe edilmişdi. Məsələn, avtomobil sənayesi müəssisələri Birləşmiş Ştatları «demokratiyanın cəbbəxanasına» çevirmək üçün tank və təyyarə istehsal edirdi. Milli gəlirin artım sürətini qoruyub saxlamaq və istehlak məhsulları qıtlığının inflyasiyaya aparıb çıxarmasının qarşısını almaq üçün yenicə yaradılmış Qiymət Administrasiyası İdarəsi bəzi yaşayış sahələrində mənzil haqlarının həcminə nəzarət edir, şəkər tozundan benzinə kimi bir sıra istehlak mallarına norma qoyur, başqa sözlə desək, qiymətlərin artmasını önləməyə çalışırdı.Müharibədən sonrakı dövrün iqtisadiyyatı: 1945-1960Amerikalıların çoxu II Dünya müharibəsinin başa çatması və bunun ardınca da hərbi xərclərin azaldılmasının Böyük depressiya dövrünün ağır günlərini geri qaytaracağından ehtiyat edirdi. Amma bunun əksi oldu, istehlak məhsullarına ödənilməmiş qalan tələbat müharibədən sonrakı dövrdə güclü iqtisadi yüksəlişə təkan verdi. Avtomobil sənayesi uğurla öz əvvəlki ixtisasına qayıdaraq maşın istehsal etməyə, aviasiya və elektronika kimi yeni sənaye sahələri isə iri sıçrayışlarla böyüməyə başladı. Evlərinə qayıdan hərbçilər üçün mənzil tikintisində qismən yaradılan imkanlar sayəsində stimullaşdırılan xüsusi canlanma bu genişlənməni daha da sürətləndirdi. Ölkənin ümumi məhsul istehsalının həcmi 1940-cı ildə 200 milyard dollardan 1950-cı ildə 300 milyard dollara qədər artdı və 1960-cı ildə 500 milyard dollardan çox oldu. Eyni zamanda «uşaq doğuşunda canlanma» dövrü adlanan müharibədən sonrakı illərdə doğulanların sayının sürətlə artması istehlakçıların sayının çoxalmasına səbəb oldu. Getdikcə orta təbəqənin sıralarına daha çox amerikalı qoşulurdu. Müharibə sursatlarına olan ehtiyac nəhəng hərbi-sənaye kompleksinin (bu termin 1953-cü ildən 1961-ci ilədək ABŞ prezidenti olmuş Duayt Eyzenhauer tərəfindən irəli sürülmüşdür) yüksəlişinə rəvac vermişdi. Bu kompleks müharibə başa çatdıqdan sonra da öz fəaliyyətini davam etdirirdi. Dəmir pərdə meydana çıxdıqdan sonra Avropa ilə Birləşmiş Ştatlar öz döyüş qabiliyyətini xeyli gücləndirmiş olan və hidrogen bombası kimi güclü silah istehsalına vəsait ayıran bir dövlətlə — Sovet İttifaqı ilə «soyuq müharibə» vəziyyətinə düşdülər. Müharibənin darmadağın etdiyi Avropa ölkələrinə Marşall Planı çərçivəsində iqtisadi yardımlar axmağa başladı və həmin plan eyni zamanda Avropa bazarlarının bir sıra ABŞ məhsulları ilə zənginləşməsinə kömək etdi. Və hökumət özü iqtisadi məsələlərdə başlıca rol oynadığını qəbul etməli oldu. 1946-cı ildə qəbul edilən Məşğulluq Aktı «maksimum səviyyədə məşğulluq səviyyəsinə, istehsal və alıcılıq qabiliyyətinə nail olmağı» dövlət siyasəti kimi bəyan etdi. Birləşmiş Ştatlar müharibədən sonrakı dövrdə həmçinin bütün dünyada açıq, kapitalist iqtisadiyyatının təmin edilməsi məqsədilə Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi institutların yaradılmasına başçılıq etməklə, beynəlxalq valyuta strukturlarının yenidən qurulmasına ehtiyac duyulduğunu etiraf etdi. Biznes strukturları isə bu arada yüksək konsolidasiya səviyyəsi ilə xarakterizə edilən bir dövrə qədəm qoydu. Firmalar bir-biriylə qovuşaraq nəhəng, çoxcəhətli konqlomeratlar yaratdılar. Məsələn, Beynəlxalq Telefon və Teleqraf Şirkəti «Şiraton Hotels», «Kontinental Bankinq», «Hartford Yanğından Sığorta», «Avis Rent-a-kar» və digər şirkətləri satın alaraq özündə birləşdirdi. Amerikanın işçi qüvvəsi də öz tərkibi etibarı ilə xeyli dəyişdi. 1950-ci illər ərzində xidmət sahəsində çalışanların sayı artaraq istehsal sahələrində çalışanların sayına çatdı və sonralar onları ötüb keçdi. 1956-cı ildən başlayaraq ABŞ-da işçilər arasında ağ yaxalıq geyinənlər mavi yaxalıq geyinənləri üstələdilər. Eyni zamanda həmkarlar ittifaqları öz üzvləri üçün uzunmüddətli iş müqavilələrinə və digər üstünlüklərə nail oldular. Fermerlər isə bu illərdə çox ağır vəziyyətlərlə üzləşdilər. Məhsuldarlığın artırılması üçün göstərilən səylər, fermer təsərrüfatlarının iri biznes vahidlərinə çevrilməsi kənd təsərrüfatı məhsullarının həddən artıq istehsalı ilə nəticələndi. Kiçik ailə təsərrüfatları bu rəqabətə tab gətirməkdə çətinlik çəkir, getdikcə daha çox təsərrüfat öz fəaliyyətini dayandıraraq sıradan çıxırdı. Bu səbəbdən 1947-ci ildə fermer təsərrüfatlarında çalışanların sayı 9,7 milyon nəfər olduğu halda tədricən azalmağa başladı və 1998-ci ildə 3,4 milyon nəfərə düşdü. Digər amerikalılar da yaşayış yerlərini dəyişməli olurdular. Fərdi ailə evlərinə tələbatın artması və şəxsi maşınların sürətlə çoxalması amerikalıların çoxunun şəhər mərkəzlərindən şəhərətrafı rayonlara köçməsiylə nəticələndi. Kondisionerlərin ixtira olunması kimi texnoloji yeniliklər sayəsində bu miqrasiya cənub və cənub-qərb ştatlarında Hyuston, Atlanta, Mayami və Feniks kimi «Günəşli kəmər» üzərində yerləşən şəhərlərin inkişafını sürətləndirdi. Federal hökumətin sponsorluğu ilə salınan yeni şose yolları əyalətlərə yetişmək imkanını yaxşılaşdırdıqca biznes strukturları da dəyişməyə başladı. II Dünya müharibəsinin sonunda sayı cəmi səkkiz olan satış mərkəzləri getdikcə çoxşaxəli şəkil almış və 1960-cı ildə onların sayı 3.840-a çatmışdı. Bir çox sənaye müəssisələri tezliklə onların izinə düşərək böyük şəhərləri tərk etmiş, əhalisi az olan yaşayış məntəqələrinə köçmüşdü.Dəyişiklik illəri: 1960 və 1970-ci illər1950-ci illər Amerikada adətən xatircəmlik dövrü kimi xarakterizə edilir. 1960 və 1970-ci illər isə əksinə, böyük dəyişikliklər dövrü olmuşdur. Bu illərdə dünyanın müxtəlif yerlərində yeni dövlətlər meydana gəlmiş, qiyamçı hərəkatlar mövcud hökumətləri devirmiş, bəzi ölkələr böyüyərək Birləşmiş Ştatlarla rəqabət aparan güc mərkəzlərinə çevrilmiş və hərbi gücün yüksək inkişaf və ekspansiyanın yeganə vasitəsi olmadığının getdikcə daha aydın dərk edildiyi dünyada iqtisadi əlaqələr ən üstün əhəmiyyət kəsb etməyə başlamışdı. Prezident Con F. Kennedi (1961-1963) hökumətin daha fəal olması siyasətini həyata keçirirdi. 1960-cı ilin prezident seçkiləri kampaniyasında Kennedi amerikalılardan «Yeni cəbhə» çağırışlarına səs vermələrini xahiş edəcəyini söyləmişdi. Prezident olduqdan sonra isə dövlət xərclərini artırmaq və vergiləri azaltmaq yolu ilə iqtisadi böyüməni gücləndirməyə çalışmış, yaşlılara tibbi, əyalət şəhərlərinə isə maddi yardım göstərilməsi üçün təzyiq göstərmiş və təhsil fondlarını artırmışdır. Bu təkliflərin bir çoxu həyata keçməsə də, Kennedinin inkişaf etməkdə olan ölkələrə yardım üçün amerikalıların xaricə göndərilməsiylə bağlı fikri «Sülh korpusları»nın yaradılması ilə həyatda öz gerçək təcəssümünü tapmışdır. Kennedi, həmçinin, Amerikanın kosmosun tədqiqində irəliləməsinə şərait yaratmışdır. Onun ölümündən sonra kosmosun tədqiqi ilə bağlı Amerika proqramı Sovet nailiyyətlərini ötüb keçmiş və 1969-cu ilin iyul ayında amerikalı astronavtların Aya enməsi ilə özünün ən yüksək zirvəsinə çatmışdır. 1963-cü ildə Kennedinin qətlə yetirilməsi onun gündəmə gətirdiyi bir çox qanunvericilik aktlarının Konqres tərəfindən qəbul edilməsinə səbəb oldu. Onun xələfi Lindon Beyns Conson (1963-1969) uğurlu Amerika iqtisadiyyatının bəhrələrindən daha çox vətəndaşın faydalana bilməsini təmin etməklə «Böyük cəmiyyət» qurmağa çalışırdı. Hökumət «Tibbi qayğı» (qocalar üçün sağlamlıq qayğısı) və «Ərzaq yarlıqları» (kasıblara ərzaq yardımı) kimi yeni proqramlar və bir sıra təhsil təşəbbüsləri (tələbələrə yardım və eləcə də məktəb və kolleclərə qrantlar ayrılması) təsis etdikcə federal xərclər dramatik şəkildə durmadan artdı. Həmçinin Vyetnamdakı Amerika əsgərlərinin sayı artdıqca hərbi xərclər də böyüyürdü. Kennedinin rəhbərliyi dövründə kiçikmiqyaslı hərbi əməliyyat kimi başlayan bu hadisə Consonun prezidentliyi dövründə irimiqyaslı hərbi təşəbbüsə çevrildi. Nə qədər paradoksal görünsə də, hər iki müharibəyə — yoxsulluqla mübarizəyə və Vyetnam müharibəsinə çəkilən xərclər, qısa müddətə də olsa, iqtisadiyyatın çiçəklənməsinə səbəb oldu. Ancaq 1960-cı illərin sonlarında həmin xərcləri ödəmək üçün vergiləri qaldırmaq istəyərkən hökumətin uğursuzluğa düçar olması inflyasiyanı gücləndirdi və beləliklə də əldə edilən iqtisadi yüksəlişin nəticələrini heçə endirdi. 1973-1974-cü illərdə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) üzvləri neft istehsalına embarqo qoyarkən enerji vasitələrinin qiymətləri sürətlə yüksəlməyə başladı və qıtlıq yaratdı. Hətta bu embarqo qaldırıldıqdan sonra belə enerji vasitələrinin qiymətləri yüksək olaraq qaldı və inflyasiya ilə yanaşı, işsizlik səviyyəsinin də tədricən artmasına səbəb oldu. Federal büdcə defisitləri böyüdü, xarici rəqabət intensivləşdi və fond birjaları zəiflədi. Vyetnam müharibəsi 1975-ci ilə kimi davam etdi, prezident Riçard Nikson (1969-1974) impiçmentdə günahlandırılmaq təhlükəsi altında istefa verdi, bir qrup amerikalı Tehrandakı ABŞ səfirliyinin binasında girov götürüldü və bir ildən də çox orada saxlanıldı. Sanki ölkə, iqtisadi məsələlər də daxil olmaqla, bir çox hadisələrə nəzarət etməkdə aciz qalmışdı. Avtomobillərdən tutmuş polada, yarımkeçiricilərə qədər ucuz qiymətə və bir çox hallarda həm də yüksək keyfiyyətə malik müxtəlif idxal məhsulları Birləşmiş Ştatların bazarlarını doldurdu. Davamlı inflyasiyanın və biznes fəaliyyətində durğunluğun mövcud olduğu və bu səbəbdən də işsizlik səviyyəsinin artdığı bir iqtisadi şəraitin məğzini ifadə edən «staqneyşn» termini yeni iqtisadi nasazlığı daha doğru xarakterizə edirdi. İnflyasiya sanki özü-özünü qidalandırırdı. İnsanlar qiymətlərin durmadan qalxmasından ehtiyat etməyə başlayaraq daha çox mal alırdılar. Artan tələbat qiymətlərin daha da yüksəlməsinə, bu isə əməkhaqqılarının artırılması tələbinə, əməkhaqqılarının artırılması isə, öz növbəsində, hələ də yuxarı sıçramaqda olan qiymətlərin daha da bahalaşmasına səbəb olurdu. Yaşayış minimumu punktları avtomatik olaraq əmək müqavilələrinə daxil edilirdi və hökumət sosial təminat kimi bəzi ödənişləri inflyasiya dövrünün ən məşhur meyarı kimi tanınan İstehlak Qiymətlər İndeksinə uyğunlaşdırmağa başlamışdı. Bu tədbirlər işçilərə və işdən çıxarılanlara inflyasiyanın öhdəsindən gəlməyə kömək etdiyi halda, inflyasiyanın özünü də möhkəmlədirdi. Hökumətin daim artmaqda olan fond ehtiyacları büdcə defisitinin şişməsinə və hökumət borclarının böyüməsinə, bu isə, öz növbəsində, faiz normalarının yüksəlməsinə səbəb olur, istehsal və istehlak dəyərlərini getdikcə daha da artırırdı. Enerji vasitələrinin dəyərinin və faiz normalarının yüksək olması şəraitində kapital qoyuluşu xeyli zəiflədi və işsizlik səviyyəsi narahatlıq doğuran səviyyəyə qalxdı. Çıxılmaz vəziyyətdə qalan prezident Cimmi Karter (1977-1981) hökumət xərclərini artırmaqla iqtisadi zəifliyə və işsizliyə qarşı mübarizə aparmağa çalışdı və inflyasiyanı nəzarət altına almaq məqsədilə düşünülmüş əməkhaqqı və qiymət normaları direktivləri müəyyən etdi. Ancaq bu direktivlərin hər ikisi geniş mənada heç bir uğur gətirmədi. Hava yolları, yükdaşıma və dəmir yolları da daxil olmaqla, bir sıra sənaye sahələrinin tənzimlənməsinə xitam verilməsini nəzərdə tutan tədbirlər inflyasiya üzərinə, o qədər ağır olmasa da, bəlkə də ən uğurlu hücum hesab edilə bilərdi. Həmin vaxta qədər bu sənaye sahələri marşrut və gediş haqqı normalarına nəzarət edilməklə dövlət tərəfindən ciddi tənzimlənirdi. Dövlət tənzimləmələrinə xitam verilməsi ideyası Karter administrasiyasında sonra da müdafiə olundu. 1980-ci illərdə hökumət bankların faiz normalarına və uzun məsafəli telefon xidmətlərinə nəzarəti zəiflətdi və 1990-cı illərdə yerli telefon xidmətləri üçün də tənzimləməni yüngülləşdirdi. Ancaq inflyasiyaya qarşı mübarizədə ən kədərli rolu Federal Ehtiyatlar İdarəsi oynadı, o, 1979-cu ilin əvvəlində pul kütləsi üzərində ciddi qadağalar qoydu. İnflyasiyanın çökdürdüyü iqtisadiyyatın tələb etdiyi pul kütləsini təchiz etməkdən boyun qaçırmaqla faiz normalarının yüksəlməsinə səbəb oldu. Bunun da nəticəsi olaraq istehlak xərcləri və biznes borclanmaları birdən-birə aşağı düşdü, iqtisadiyyat tezliklə dərin tənəzzülə uğradı.1980-ci illərin iqtisadiyyatıÖlkə 1982-ci il boyu dərin tənəzzül keçirdi. Biznes müəssisələrinin iflası ilk illərə nisbətən 50 faiz artdı. Kənd təsərrüfatı məhsullarının ixracı azaldıqca, taxıl məhsullarının qiymətləri aşağı düşdükcə və faiz normaları artdıqca fermerlər xüsusilə pis vəziyyətə düşdülər. Kəskin geriləmənin dərmanı tapılmadıqca, iqtisadiyyat daha dərin destruktiv sikllərə yuvarlanırdı. 1983-cü ildən başlayaraq inflyasiya zəifləməyə, iqtisadiyyat əks istiqamətə meyllənməyə, Birləşmiş Ştatlar sürəkli iqtisadi inkişaf dövrünə qədəm qoymağa başladı. Sonrakı illərdə və 1990-cı illərin əvvəllərində illik inflyasiya norması 5 faizdən yuxarı qalxmadı. 1970-ci illərin iqtisadi sarsıntıları mühüm siyasi dəyişikliklər doğurdu. Amerika xalqı 1980-ci ildə Karterin yeritdiyi federal siyasətlə razılaşmadığını ifadə etdi və sabiq Hollivud aktyoru və Kaliforniya ştatının qubernatoru Ronald Reyqanı prezident seçdi. Reyqan (1981-1989) öz iqtisadi proqramını insanların öz qazandıqlarının çox hissəsinə sahib ola bilmələri üçün vergi normalarının azaldılmasını nəzərdə tutan iqtisadi nəzəriyyə əsasında qurmuşdu. Bu nəzəriyyəyə görə, vergilərin azaldılması insanları daha gərgin və daha uzunmüddətli işləməyə ruhlandıracaq ki, bu da, öz növbəsində, daha çox vəsait yığımına və investisiya qoyuluşuna səbəb olacaq, sonda məhsul istehsalının artması və ümumi iqtisadi yüksəlişin stimullaşması ilə nəticələnəcəkdi. Reyqanın vergi normalarını aşağı salması daha çox varlı amerikalıların xeyrinə olsa da, bu iqtisadi siyasət vergilərin azaldılması ilə yanaşı, əldə edilən faydanın həm də azgəlirli insanların xeyrinə olacağını nəzərdə tuturdu, çünki investisiya qoyuluşunun artması yeni iş yerlərinin açılmasına və əməkhaqqılarının artmasına aparıb çıxarmalıydı. Bununla bərabər Reyqanı ümumölkə miqyasında narahat edən başlıca məsələ onun federal hökumətin həddən artıq şişməsi və burnunu hər yerə soxmasına əmin olması ilə bağlı idi. 1980-ci illərin əvvəllərində vergiləri azaltmaqla yanaşı, Reyqan sosial proqramları da ixtisar etdi. O, hakimiyyətdə olduğu illərdə, həmçinin, istehlakçılar, iş yerləri və ətraf mühitlə bağlı məsələlərin dövlət tərəfindən tənzimlənməsinin məhdudlaşdırılması və ya tamamilə ləğvi uğrunda kampaniya apardı. Eyni zamanda o, Birləşmiş Ştatların Vyetnam müharibəsindən sonrakı dövrdə öz hərbi qüdrətinin kifayət qədər qayğısına qalmadığını düşünürdü və bu səbəbdən müdafiə xərclərinin xeyli artırılmasına nail oldu. Vergi normalarının azaldılması və hərbi xərclərin artırılması daxili proqramlara ayrılan xərclərdə xeyli dərəcədə ixtisarlar aparılmasına səbəb oldu. Nəticədə federal büdcə defisiti hətta 1980-ci illərin əvvəlində tənəzzül dövründəki səviyyəni belə ötüb keçdi. 1980-ci ildə 74 milyard dollar olan büdcə defisiti 1986-cı ildə 221 milyard dollara çatdı. 1987-ci ildə bu defisit 150 milyard dollara düşdü və iqtisadi yüksəliş yenidən start götürdü. Bəzi iqtisadçılar federal hökumət məsrəfləri və borclanmalarının xeyli dərəcədə artmasının yeni inflyasiya doğuracağından narahat olsalar da, Federal Ehtiyatlar İdarəsi qiymətlərin artmasına sayıqlıqla nəzarət edir, belə bir təhlükə meydana çıxdığı hallarda dərhal faiz normalarını yüksəldirdi. Pol Volkerin və onun xələfi Alan Qrinspanın rəhbərliyi dövründə Federal Ehtiyatlar İdarəsi ölkə iqtisadiyyatının yönləndirilməsində Konqresin və prezidentin rolunu zəiflədərək iqtisadiyyatın əsas tənzimləyici yol polisi rolunu oynayırdı. 1980-ci illərin əvvəllərində meydana çıxan sağlamlaşma meylləri heç də problemsiz ötüşmədi. Fermerlər, xüsusilə kiçik ailə təsərrüfatlarını idarə edən fermerlər hələ də böyük çətinliklərlə üz-üzə qalmışdılar. Onlar 1986 və 1988-ci illərdə — ölkənin orta bölümləri ciddi quraqlığa məruz qalanda, bir neçə il sonra isə güclü daşqınlardan zərər çəkəndə daha pis vəziyyətə düşdülər. Bəzi banklar pul kütləsi qıtlığı və xüsusilə əmanət və borc assosiasiyaları kimi tanınan ağılsız kredit fəaliyyətləri ucbatından sarsılmışdı; bu assosiasiyaların fəaliyyəti qismən sərbəstləşdirildikdən sonra ağılsız kredit verilməsi praktikası geniş intişar tapmışdı. Nəticədə federal hökumət bu cür institutların əksəriyyətini bağlamalı və vergi ödəyicilərindən toplanan pulların böyük bir qismini onların əmanətçilərinin haqlarının ödənilməsinə sərf etməli oldu. Reyqan və onun xələfi Corc Buşun (1989-1993) Sovet İttifaqı və Şərqi Avropada kommunist rejimlərinin dağılmasına rəhbərlik etdiyi 1980-ci illər 1970-ci illərdə ölkəni bürüyən iqtisadi süstlüyü tamamilə aradan qaldırmadı. Birləşmiş Ştatlar 1960-1970-ci illər arasındakı 10 ilin 7-də ticarət defisitinə malik olmuş, 1980-ci illər ərzində bu defisit daha da böyümüşdü. Asiyada sürətlə böyüyən iqtisadi güc mərkəzləri Amerikaya meydan oxumağa başlamışdı; başlıca olaraq uzunmüddətli planlaşdırmaya, şirkətlərin, bankların və hökumətin fəaliyyətlərinin sıx şəkildə əlaqələndirilməsinə xüsusi əhəmiyyət verən Yaponiya sanki alternativ yüksəliş modeli təklif edirdi. Bu arada Birləşmiş Ştatlarda «korporativ reyderlər» səhmlərinin dəyəri aşağı düşən müxtəlif korporasiyaları satın alaraq onların bəzi əməliyyatlarını satmaqla və yaxud onları ayrı-ayrı hissələrə bölməklə yenidən qururdular. Bəzi hallarda şirkətlər öz səhmlərini geri almaq və yaxud reyderlərə haqq ödəmək üçün ağlasığmaz həcmdə məbləğlər sərf edirdilər. Bu cür döyüşləri məyusluq içində izləyən təhlilçilər bu qənaətdəydilər ki, reyderlər ən yaxşı şirkətləri məhv edir və işçilərin bədbəxtliyinə səbəb olurlar. Çünki korporativ yenidənqurulmalar zamanı işçilərin çoxu öz iş yerini itirməli olurdu. Digərləri isə reyderlərin iqtisadiyyatın inkişafına faydalı şəkildə xidmət etdiklərini söyləyir, onların pis idarə olunan şirkətləri ələ keçirdiklərini, həmin şirkətləri artıq yükdən təmizlədikdən sonra yenidən gəlirli hala saldıqlarını və yaxud onları investorların mənfəət əldə edə biləcəkləri qaydada satdıqlarını, investorların isə həmin mənfəətlə daha məhsuldar şirkətləri investisiyalaşdırdıqlarını vurğulayırdılar.1990-cı illər və ondan sonra1990-cı illər Amerikaya yeni prezident kimi Bill Klintonu (1993-2001) bəxş etdi. Ehtiyatlı və təmkinli demokrat Klinton öz çıxışlarında keçmiş sələflərinin bəzi mövzularını dilə gətirsə də, sağlamlıq sığortası xərclərinin artırılması kimi ambisiyalı təklifi Konqresdən keçirə bilmədikdən sonra Amerikada «Böyük dövlət» erasının başa çatdığını bəyan etdi. O, yerli telefon xidmətlərinin rəqabətə açılması üzərində Konqreslə birlikdə çalışaraq bəzi sektorlarda işçi qüvvəsinin möhkəmləndirilməsinə təkan verdi. O, həmçinin maddi rifah müavinətlərinin azaldılmasında respublikaçılara qoşuldu. Klinton federal işçilərin sayını ixtisar etsə də, hökumət ölkə iqtisadiyyatında hələ də həlledici rol oynamaqda qalırdı. «Yeni kurs» siyasətinin əsas, «Böyük cəmiyyət» dövrünün isə əksər yenilikləri toxunulmaz qalırdı. Federal Ehtiyatlar Sistemi isə istənilən yeni inflyasiya əlamətlərinə diqqətlə göz qoyaraq ümumi iqtisadi fəallıq tempini nizamlamaqda davam edirdi. Buna baxmayaraq, 1990-cı illərdə iqtisadiyyat artan sürətlə sağlam inkişafa qədəm qoydu. 1980-ci illərin sonlarında Sovet İttifaqında və Şərqi Avropada kommunizmin süqutundan sonra ticarət imkanları sürətlə genişlənməyə başladı. Texnoloji inkişaf bir sıra yeni və son dərəcə zərif elektronika məhsullarının istehsalına yol açdı. Telekommunikasiya və kompüter şəbəkələşməsində baş verən yeniliklər geniş həcmdə kompüter texnikası və proqram təminatları sənayelərinin meydana çıxmasına səbəb oldu və bir çox sənaye sahələrinin işində inqilabi dəyişikliklər yaratdı. İqtisadiyyat sürətlə böyüyür, korporativ mənfəətlər sürətlə artırdı. İnflyasiya və işsizlik səviyyələrinin aşağı olması ilə kombinə edilən möhkəm əsaslı  mənfəətlər fond birjalarını dalğalandırdı; 1970-ci illərin sonlarında yalnızca 1000 punkt səviyyəsində olan Dou Cons orta sənaye kəmiyyəti 1999-cu ildə 11.000 punkta yüksəlmiş, amerikalıların hamısının da olmasa, əksəriyyətinin xeyli varlanması ilə nəticələnmişdi. Amerikalıların 1980-ci illərdə tez-tez uğurlu model kimi dəyərləndirdikləri Yaponiya iqtisadiyyatı uzun sürən tənəzzülə uğradı və belə bir aqibət iqtisadçıların çoxunu iqtisadiyyata daha çevik, planlaşdırmaya daha az yer verilən və daha rəqabətcil Amerika yanaşma üsulunun qlobal inteqrasiya mühitində ən yaxşı iqtisadi böyümə strategiyası olması qənaətinə gəlməyə vadar etdi. 1990-cı illərdə Amerikanın işçi qüvvəsinin tərkibində də nəzərəçarpacaq dəyişikliklər baş verdi. Fermerlərin sayının uzun müddətdən bəri azalması meyli bu illərdə də davam etdi. İşçilərin çox az qismi sənaye sahələrində, böyük əksəriyyəti isə xidmət sektorunda, mağaza satıcısından tutmuş maliyyə planlaşdırıcıları işində çalışırdı. Artıq poladəritmə və ayaqqabı istehsalı kimi sənaye sahələri Amerika iqtisadiyyatının dayaq sütunları olmaqdan çıxmış, onları kompüter texnikası və proqram təminatı əvəz etmişdi. 1992-ci ildə özünün ən yüksək həddinə — 290 milyard dollara çatdıqdan sonra federal büdcə kəsiri iqtisadi yüksəliş vergi gəlirlərini artırdıqca durmadan aşağı düşməyə başladı. 1998-ci ildə hökumət 30 il ərzində ilk dəfə aktiv balansa malik oldu; ancaq onun əsasən də «uşaq doğumunun canlanması» dövründə dünyaya gələnlərə vəd edilən gələcək sosial təminat ödənişləri formasında böyük məbləğdə borcu qalırdı. Sürətli yüksəliş və inflyasiya səviyyəsinin durmadan aşağı düşməsindən heyrətə gələn iqtisadçılar Birləşmiş Ştatların «yeni iqtisadi sistemə» malik olub-olmamasını müzakirə etməyə başladılar, çünki bu «yeni iqtisadiyyat»ın sürətlə böyümə tempi ölkənin əvvəlki 40 ili ərzindəki təcrübələrinə əsasən mümkün ola biləcəyi güman edilən böyümə tempindən güclü idi. Nəticə olaraq qeyd edək ki, Amerika iqtisadiyyatı bu illərdə əvvəlki dövrlərlə müqayisə edilməyəcək dərəcədə dünya iqtisadiyyatı ilə sıx əlaqələrə girmişdir. Özündən əvvəlki sələfləri kimi, Klinton da ticarət maneələrinin aradan qaldırılması üçün geniş səylər göstərmişdir. Şimali Amerika Sərbəst Ticarət Anlaşması (NAFTA) Birləşmiş Ştatlarla onun ən böyük ticarət partnyorları olan Kanada və Meksika arasındakı iqtisadi bağları daha da möhkəmlətmişdir. 1980-ci illər ərzində sürətli yüksəliş dövrü keçirən Asiya da Avropaya qoşularaq hazır məhsul istehsalı üçün yarımfabrikatlar göndərən başlıca təchizatçıya və Amerika məhsullarının ixracı üçün geniş bazara çevrilmişdir. Bütün dünyanı bürüyən zərif telekommunikasiya sistemləri bir neçə il öncə təsəvvürə belə gətirilməyəcək dərəcədə dünyanın maliyyə bazarlarına bağlanmışdır. Amerikalıların əksəriyyəti qlobal inteqrasiyanın bütün xalqların xeyrinə işlədiyinə əmin olsa da, artmaqda olan qarşılıqlı asılılıq həm də bəzi problemlər yaratmışdır. Birləşmiş Ştatların daha üstün olduğu yüksək texnologiyaya malik sənaye sahələrində işçilər yaxşı keçinirlər, ancaq işçi qüvvəsinin ümumiyyətlə ucuz olduğu bir çox xarici ölkələrlə rəqabət ənənəvi istehsal sahələrində əməkhaqqılarının vəziyyətinə mənfi təsir göstərir. Bundan əlavə, Yaponiya və Asiyanın digər yeni sənayeləşmiş ölkələrinin iqtisadiyyatı 1990-cı illərin sonlarında sarsıntılara məruz qalanda bu sarsıntının dalğaları bütün qlobal maliyyə sisteminə mənfi təsir göstərmişdir. Amerikanın iqtisadi siyasətini müəyyən edənlər başa düşdülər ki, daxili iqtisadi siyasət kursunu müəyyənləşdirərkən onlar hökmən qlobal iqtisadi şəraitin nəticələrini də nəzərə almalıdırlar. Amerikalılar 1990-cı illəri yenidən böyük əmin-amanlıq hissiylə başa vurdular. 1999-cu ilin sonlarına olan məlumatlara görə, ölkə iqtisadiyyatı 1991-ci ilin martından başlayaraq davamlı surətdə böyümüşdür. 1999-cu ilin noyabrında işsizlik əmək qabiliyyəti olanların 4,1 faizini əhatə etmiş, son 30 ildə ən aşağı göstəriciyə malik olmuşdur. 1998-ci ildə istehlak mallarının qiymətləri cəmi 1,6 faiz artmış (1964-cü ildən bəri bir il istisna edilməklə ən kiçik artım), yalnız 1999-cu ildə (oktyabr ayında 2,4 faiz) bir qədər yuxarı qalxmışdır. Qarşıda hələ xeyli çətinliklər durur, ancaq ölkə 20-ci əsri və onun gətirdiyi nəhəng dəyişiklikləri yaxşı əhval-ruhiyyədə başa vura bilmişdir. 
['iqtisadi tarix', 'Amerika iqtisadiyyatı', 'ABŞ tarixi', 'Amerika tarixi']
6,238
https://kayzen.az/blog/ginekologiya/2821/d%C3%BC%C5%9F%C3%BCkl%C9%99r.html
Düşüklər
Dr_Həkim
ginekologiya
29 yanvar 2011, 20:19
Uşaqdüşmələr hamiləliyin kəsilməsinin ən geniş yayılmış növüdür. Araşdırmalara görə, tibbi qeydə alınmış hamiləliklərin 10-25%-i düşüklə nəticələnir. Bir qayda olaraq düşüklər uzun sürən prosesdir. Adətən istənilən düşüyü sadəcə «düşük» adlandırsalar da, hər birinin öz adı və xarakteristikası var: 1. Zəruri və ya natamam düşük: Bu zaman qanaxma və uşaqlıq boynunun açılışı ilə müşayiət olunan qarın və bel nahiyəsində ağrı hiss edilir. Döl pərdəsi cırılarsa, düşük zəruridir. Əgər düşük natamam olarsa, qanaxma və ağrılar davam edə bilər. 2. Tam düşük: Embrion və ya mayalanma uşaqlıqdan çıxdığı zaman düşük tam hesab edilir. Bu zaman qanaxma və ağrı keçir. Tam düşük UZİ təsdiq edir. 3. Baş tutmayan düşük: Bir çox qadın düşük halını bu haqda bilmədən keçirir. Baş tutmayan düşük zamanı rüşeym ölür, amma döl uşaqlıqdan çıxmır. Bunun səbəbi məlum deyil. Amma bu prosesi hamiləlik əlamətlərinin və UZİ nəticəsində dölün ürək döyüntüsünün olmaması ilə müəyyən etmək olar. 4. Təkrar düşük: Bu halda ilk üç ayda 3 və daha artıq düşük baş verir. Bu problemdən qadınların1%-i əziyyət çəkir. 5. Anembrioniya: Bu, dölün yoxluğudur. Mayalanmış toxum hüceyrəsi bətnə girsə də, döl inkişaf etmir. 6. Uşaqlıqdankənar hamiləlik: Toxum hüceyrəsi uşaqlıqda deyil, başqa yerdə, çox zaman uşaqlıq borusunda yerləşir. Bu halda mütləq həkimə müraciət etmək lazımdır. Belə hamiləlik ananın sağlamlığı üçün böyük təhlükə törədə bilər. 7. Xorionadenoma: Bu mayalanma prosesində genetik səhv zamanı, yəni uşaqlıqda anomal toxumanın böyüməsi zamanı baş verir. Bu zaman rüşeym inkişaf etməsə də, hamiləlik əlamətləri hiss olunur. Yəni menstruasiyanın kəsilməsi, güclü ürəkbulanma, hamiləlik testinin müsbət cavabı və s. Uşaqdüşmənin səbəbləriDüşük müəyyən olunmayan müxtəlif səbəblərdən baş verə bilər. İlk üç aylıqda düşüyə səbəb xromosom anomaliyası, yəni dölün qeyri-standart xromosom dəsti olur. Xromosom anomaliyasının böyük qismi toxum hüceyrəsi və ya sperma qüsurunda, həmçinin hüceyrə bölünməsindəki müvəqqəti problem zamanı meydana gəlir. Mütəxəssislər düşüyün əsas səbəbləri kimi aşağıdakıları göstərirlər: hormonal problemlər, infeksiyalı xəstəliklər və ya qadındakı sağlıq problemləri, qeyri-sağlam həyat tərzi (aktiv siqaretçəkmə, narkotik asılılıq, pis qidalanma, kofeindən sui istifadə, radiasiya, toksik maddələrlə kontakt), toxum hüceyrəsinin uşaqlığa səhv düşməsi, ananın yaşı və travması. Həmçinin düşüyə səbəb olacaq faktorlara intim əlaqəni, ağır fiziki işi də aid etmək olar. Düşüklərin qarşısını necə almaq olur?Hərçənd çox vaxt uşaqdüşmənin səbəbi xromosom anomaliyasıdır, bu problemi həll etmək həkimlərin əlində deyil. Amma həkimlər hamiləlikdən öncə və hamiləlik vaxtı sağlamlığın qorunması üçün bir neçə məsləhət verirlər: Mütəmadi olaraq idmanla məşğul olun. Sağlam qida reciminə keçin. Streslərdən uzaq olun. Çəkinizi normal həddə saxlayın. Gündəlik foliy turşusu qəbul edin. Siqaret çəkməyin. Hamiləlik haqda öyrəndikdən sonra uşağın normal inkişafı üçün həyat tərzinizdə bəzi dəyişikliklər etməlisiniz: Qarın nahiyəsinə ağırlıq salmayın. Siqaret çəkməyin. Alkoqollu içkilərdən imtina edin. Reseptsiz buraxılan hər bir dərmanı qəbul etməmişdən öncə həkimlə məsləhətləşin. Kofeinin qəbulunu məhdudlaşdırın və ya ümumiyyətlə, ondan imtina edin. Zərərli atmosferdən uzaq olun – radiasiya, infeksiyalı xəstələrlə kontakt, rentgen şüalanması. Travmalı iş və ya idmanla məşğul olmayın. Uşaqdüşmənin əlamətləri: beldə ağrı, çəkinin azalması, sancı, tez-tez qarınişləməsi, qəhvəyi və ya al-qırmızı qan axıntısı, ürəkbulanma, ağ-çəhrayı seliyin əmələ gəlməsi, hamiləlik əlamətlərinin itməsi, döş həssaslığının itməsi.
['düşüklər', 'uşaqdüşmə', 'hamilə qadın', 'hamiləlikdə düşüklər', 'hamiləlikdə düşük']
6,239
https://kayzen.az/blog/dusundurucu-hekayeler/3689/t%C4%B1sba%C4%9Fa-v%C9%99-%C9%99qr%C9%99b.html
Tısbağa və əqrəb
Xrizoberil
Düşündürücü hekayələr
29 yanvar 2011, 18:50
Bir tısbağa bir əqrəblə həmdəm olub dostluq və qardaşlıq iddiası edirdi.Səhərdən axsama tək bir oturub durardı,Gecədən sübhə qədər onunla mırt vurardı. Bir dəfə təbii fəlakət üz verdi, doğma vətəni tərk edib başqa yerə köçməli oldular. Təsadüfən dərin bir çaya rast gəldilər. Tısbağa çayı keçməyə hazırlaşmağa başladı, əqrəb isə yerində donub qaldı. Tısbağa dedi: - Ey əziz dost! Sənə nə olub ki, fikir dəryasına batmısan? əqrəb dedi: -Qardaşım, bu çaydan, sudan necə keçəcəyimi düşünürəm. Mənim üçün nə sudan keçmək mümkündür, nə səndən əl çəkmək?! Sən gedirsən, dalınca axar gözümün yaşı, Çox çətindir dost gedə, qala onun yoldaşı! Tısbağa dedi: - Qəm çəkmə, mən səni dalıma alıb bu sudan keçirərəm. Atalar demişlər ki, dostu çətinliklə ələ gətirib, asanlıqla əldən vermək nadanlıqdır. Tısbağa bunu dedikdən sonra əqrəbi dalına alıb özünü suya vurdu. Çayın ortasına çatdıqda dalından xoşagəlməz səs eşitdi. Əqrəbə dedi: -Qardaşım, bu nə səsdir ki, mən eşidirəm? Bu nə əməldir ki, sən edirsən? Əqrəb cavab verdi ki, tikanımı sənin vucudunda imtahan edirəm. Tısbağa qəzəblənib dedi:- Ay insafsız, mən sənin üçün bu bəla bulağına düşmüş, şirin canımı bu fəlakət dəryasına atmışam nə minnət bilirsən, nə mürüvvət. Təşəkkür etmirsən cəhənnəm. Heç olmasa dinc oturub sancma! Xeyir verə bilmirsən, heç olmasa qaç şərdən,Dostluq edə bilmirsən, gəl olma sən bir düşmən. Onu da yaxşı bilirsən ki, sənin tikanın mənə zərər yetirə bilməz, neçin belə edirsən? Əqrəb dedi: dağru buyurursan, lakin nə edim ki, təbiətim belədir. Eşitməmişsənmi deyiblər: əqrəbin çalması deyil ədavət, zatındadır onun belə bir adət. Tısbağa bunu eşitcək dedi:- mənim də xasiyyətim suya batmaqdır. O saat dalı üstə çevrilib suya yatdı, əqrəb dərhal sürüşüb suya batdı və boğuldu. Bax:Dostluğun gücü
['yaxşılıq', 'yaxşılığın əvəzi']
6,240
https://kayzen.az/blog/Xrizoberil/3678/odu-odla-nec%C9%99-s%C3%B6nd%C3%BCr%C3%BCrl%C9%99r.html
Odu odla necə söndürürlər?
Xrizoberil
Bloq: Xrizoberil
28 yanvar 2011, 19:00
"Qoca gözlənilmədən ciddi görünüş aldı:- işə başlamaq vaxtı çatmışdır,- deyə səsləndi. - Siz çox gec başa düşmüsünüz, zavallı qoca - deyə, Middlton dilləndi, -alov bizdən dörddə bir mil aralıdır, həm də külək alovu dəhşətli bir sürətlə bizə sarı gətirir! - Belə de! Alov! Mən ondan qətiyyən qorxmuram. Afərin sizə. Əllərinizlə bu qurumuş otları qoparıb atın və torpağı otdan təmizləyin. Tez bir zamanda diametri 20 fut olan sahəni təmizlədilər. Trapper, qadınları böyük olmayan bu sahənin bir tərəfinə çıxartdı və onlara dedi ki, tez alışa bilən paltarlarını yorğanla örtsünlər. Bu ehtiyat tədbirləri gördükdən sonra yolçuları dəhşətli və hündür bir alov dövrəyə aldı. Qoca bu yerin əks tərəfinə keçərək çox quru ot cəngəsini əlinə götürüb tüfəngin lüləsinə keçirdi və qarşıda olan sahəni yandırmağa başaladı, oradakı alışqan materiallar dərhal yanmağa başladı, onda qoca yanan otu hündür kolluğa tullayıb dairənin mərkəzinə çəkildi və nəticəni səbirlə gözləməyi qərara aldı. Dağıdıcı xarakter daşıyan təbii fəlakət sanki " acgözlüklə" təzə bir şikarın üstünə cumurdu, bir dəqiqənin içində alov otu alışdırmağa başladı. Qoca dedi: - Hə indi od odu necə söndürdüyünü görəcəksiniz! Heyrətə gəlmiş Middlton səsləndi: - Məgər bu qorxulu deyilmi? Siz düşməni dəf etmək əvəzinə onu bizə daha da yaxınlaşdırırsınız? Yanğın getdikcı artırdı, o, üç tərəfə yayılırdı, dördüncü tərəfə isə yayıla bilmirdi. Çünki şərait yox idi. Ona görə də burada sönməyə başlayırdı. Yanğın gücləndikcə get- gedə daha çox  alovlanır, qarşısında nə varsa, hamısını təmizləyirdi. Alovun yerində tüstülənən qara torpaq qaralırdı. Bu ərazidə otu biçsəydilərdə torpaq belə təmiz olmazdı. Qaçqınların təmizlədikləri yeri alov qalan tərəflərdən bürüyürdü, lakin həmin sahə böyüməsəydi, onların vəziyyəti daha təhlükəli olardı. Bir neçə dəqiqədən sonra alov hər tərəfdən çəkilməyə başladı və adamları tüstüyə qərq elədi, lakin qabağa irəliləyən alov axınının adamlar üçün təhlükəsi yox idi. Oradakılar Trapperin işlətdiyi sadə qaydaya heyrətlə baxırdılıar..." (Kuperin "Preriya" romanından) Indi isə fizikanın qanunlarından istifadə edərək bu məsələyə bir qədər aydınlıq gətirim. Maraqlıdır nə üçün Trapperin alışdırdığı yanğın əks tərəfə deyil, əsas yanğına tərəf gedirdi? Axı, külək əsas yanğın tərəfdən əsirdi və alovu yolçuların üstünə qovurdu. Belə güman etmək olardı ki, Trapperin alovu əsas yanğına doğru deyil, geriyə - çölə doğru yayılmalı idi. Əgər belə olsaydı, yolçular odla əhatələnər və mütləq məhv olardılar. Trapperin sirri nədəfir? - Sadə fizika qanunu bilməsində! Küləyin yanan çöldən yolçulara tərəf əsdiyinə baxmayaraq, qabaqda- alovun yaxınlığında alova qarşı əks hava axını olmalıdır. əslində, əsas yanğının üzərində qızan hava yüngülləşir və çölün hər tərəfindən axıb gələn alova toxunmayan təmiz hava tərəfindən sıxışdırılaraq yuxarı qovulur. Bu zaman yanğındakı alova doğru havanın sorulması prosesi yaranır. Havanın sorulmasl hiss olunana qədər qarşı tərəfdə alov törətmək lazımdır. Məhz buna görə də Trapper tələsmədən lazım olan anı sakitcə gözlədi. Otu bir az qabaq, yəni havanın sorulmasını gözləmədən yandırsaydı, alov ətrafa yayılar və adamlar çıxılmaz vəziyyətdə qalardılar, işi yubatmaq da düzgün olmazdı. Alov həddindən artıq yaxınlaşardı.
['fizika']
6,241
https://kayzen.az/blog/Xrizoberil/3676/salman.html
Salman
Xrizoberil
Bloq: Xrizoberil
28 yanvar 2011, 15:46
"Peyğəmbər soruşdu: sizin hansı biriniz gündüzləri oruc tutur? >Salman dedi: Mən , ey Allahın rəsulu! Peğəmbər soruşdu: hansı biriniz gecəni sübhə qədər oyaq qalır? Salman: Mən, ey Allahın rəsulu! Peyğəmbər soruşdu: Hansınız gündə bir dəfə Quran xətm edir? Salman: Mən, ey Allahın rəsulu! Peğəmbərin səhabələrindən biri əsəbi halda dedi: Ey Allahın rəsulu, Salman iranlıdır, biz qüreyşilərdən üstün görünmək istəyir. Buyurdunuz ki, hansı biriniz gündüzləri oruc tutur, o dedi: Mən. Halbuki çox vaxt yemək yeyir. Buyurdunuz ki, hansı biriniz gecənin çox hissəsini oyaq qalır? Dedi: Mən. Amma gecənin çox hissəsini yatır. Buyurdunuz ki, hansınız Quranı bir gendə xətm edir? Yenə dedi ki, mən. Hansı ki, gündüzləri çox vaxt sakit durur.  O, Salmandan soruşdu: Ey Əba Əbdullah, sən demədinmi ki, hər gün oruc tutursan? Salman: Bəli.- dedi. -  Səni çox vaxt gündüzlər yeyən halda görmüşəm. Salman cavab verdi: başa düşmədin! Mən hər ayda üç gün oruc tuturam. Gözəl və böyük Allah buyurub: "hər kəs yaxşı iş görsə, on bərabər savabı var". Mən "Şaban" ayını (oruc tutaraq) "Ramazan" ayına birləşdirirəm, bu da ( il ərzində) bütün günləri oruc tutmaq demeəkdir. Kişi dedi: Sən dedin ki, gecəni sübhə qədər oyaq qalırsan? Salman cavab verdi: Yenə başa düşməmisən! Mən dostum rəsulallahdan eşitdim ki, hər kəs təharətlə (dəstəmazla) yatsa, elə bil ki, bütün gecəni oyaq qalmışdır. Məndə təharətlə yatıram. -  Demədinmi ki, hər gün bir Quran xətm edirsən? -  Bəli. -  Sən günün çoxunu sakit durursan. -  Başa düşməmisən! Mən dostum Rəsulallahdan eşitdim ki,Əliyə buyurdu: "Ey Əbəl- Həsən, sənin misalın mənim ümmətimdə " Qul huvəllahu -əhəd" surəsi kimidir. Hər kəs onu bir dəfə oxusa, Quranın üçdə birini oxumuş, iki dəfə oxusa, üçdə ikisini, üç dəfə oxusa, Qurani- kərimin hamısını tamamlamış sayılır. Beləliklə, hər kəs səni dili elə sevsə, imanının üçdə birini kamil edib, dili və qlbi ilə sevsə, imanının üçdə ikisini kamilləşdirib, qəlbi ilə sevib, əli ilə də sənə köməkedən şəxs imanının hamısını kamilləşdiribdir. And olsun məni haqq ilə seçən Allaha, ey Əli! Əgər yer əhli, səni göy əhli kimi sevselər, heç bir kəs Cəhənnəm atəşində yanmayacaq". Mən "Qul huvəllah" surəsini hər gün üç dəfə oxuyuram. O kişi elə dəhşətlə ayağa qalxdı ki, elə bir ağır daş udmuşdu". 
['Salman']
6,242
https://kayzen.az/blog/gender/3465/sexual-selection.html
Sexual selection
burla xatun
Gender-Cinslərin fəlsəfəsi
28 yanvar 2011, 10:14
Niyə gözəl qadın görən kimi kişilər ağıllı sözlər danışmağa başlayır? Müasir dövrdə həyatın sükanı kişilərin əlindədir. Fiziki güc tələb eləyən sənətlər bir yana qalsın, siyasət, iqtisadiyyat, hərb, inşaat kimi sahələrlə yanaşı nisbətən oturaq həyat tərzi tələb eləyən incəsənət, elm, hətta ədəbiyyatda da kişilərin yaratdığı hələ ki, ən yaxşılarından sayılır. Qəribədi, yazırlar, yaradırlar, təqdim eləyirlər, mübahisə edib sübuta yetirirlər, filmlər çəkirlər, göstərirlər, görünməz intellek nümayiş eləyirlər, amma yaradıcı sözünü onlara çox ehtiyatla deyirlər. Çünki Yaradanın tək olduğunu hamı anlayır. Bəd ayaqda dünyaya uşaq gətirən, evdə oturub bozbaşını bişirən qadınlara da yaradıcı deyirlər. Bir az haqsızlıq kimi görünür. Amma kişilərin ambisiyaları, fərqlənmək instiktlərinin təbii kökləri də var. Tovuz quşunun quyruğunu açıb forsla gəzişməsini görmüş olarsız. Ona baxanlardan kimsə fikirləşmir ki, «Eh, dişisinin xoşuna gəlməkçün belə «tryük» hazırlayıb». Amma əslində tovuz quşunun dişisinin xoşuna gəlməkdən savayı istəyi yoxdu. Onun heç vecinə də deyil ki, Məmməd, ya da Fatmanisə bu səhnəyə baxıb bayılacaq və cənnət haqqında düşüncələrə dalacaq. Yazıb pozan, nitqini, intellektini böyüdən kişilər – böyük ədəbiyyat adıynan, ya da reportyorluq işi kimi buna baş qoşan, fərq eləməz – ən qədim instinklərinə qulaq asır və yəqin ki, düz də eləyir. Tovuz quşu quyruğunu inkişaf elətdirdiyi illər, bəlkə də əsrlər ərzində kişilər dili inkişaf elətdiriblər. İndi deyəcəksiz ki, bəs niyə gözəl qadın görən kimi kişilər dilini sanki udur, danışa da bilmir? Gözəl qadın görəndə dilini yalnız axmaq kişilər udur, ağıllıları danışmağa başlayır, özü də necə?.. İnsan nitqində ünsiyyət üçün nəzərdə tutulmuş ehtiyacdan daha artıq söz ehtiyatı var. Mütəxəssislər psixologiyanın inkişaf mərhələlərin aşkarlamaqçün xüsusi eksperiment apararaq ortaya çıxarıblar ki, gözəl qadın görəndə kişilər nadir sözlərdən istifadə eləməyə başlayır. Bu bir daha sübut eləyir ki, insanın linqvistik bacarığı cinsi seçimin təsiri altında inkişaf edərək intellek nümayişi formasına gəlib çıxıb. Çünki hər hansı fikri çatdırmaqçün insana 2000 söz kifayət eləyir. Adətən izahlı lüğətlər elə bu qədər sözlə kifayətlənir. Bədii ədəbiyyatı dərindən anlamaqçün 9 min söz bilmək lazımdı. Hər hansı, lap çox ciddi və səviyyəli söhbətləri aparmağa 6-7 min söz tam kifayət eləyir. Amma orta statistik savadlı insan 20 min söz bilir. Bəzən 100 min və daha artıq söz bazası olan adamlara da rast gəlmək olur. Belə israfçılıq nəyə lazımmış ki? Bunu belə izah eləmək olar ki, «artıq» sözlər cinsi seçim, alimlərin «Sexual selection» adlandırdığı öz genlərinin imkanlarının tam nümayiş etdirilməsi vaxtı bir vasitə kimi inkişaf etdirilib. Belə nümayiş canlılar aləmində çox geniş yayılmış üsuldur. Bu vasitə «lovğa» fərdə canı bahasına başa gəlir. Məsələn, həmən tovuz quşu quyruğunu böyütdüyü illər, əsrlər ərzində başqa quşlar sürətli uçmaq, hürdürə tullanmaq kimi bacarıqlarını inkişaf etdiriblər. Amma tovuz quşu quyruğunun ucbatından yırtıcıların rahat ələ keçən qurbanı ola bilər. Deməli məntiqi belə nəticə çıxır ki, kimin quyruğu uzundursa, yırtıcı birinci onu yaxalayacaq, çünki o, qaçıb qurtula bilmyəcək. Dişi də anlayır ki, əgər o, belə böyük və gözəl quyruğu ilə üstəlik yırtıcılardan qurtulub nigah mahnısı oxuya bilirsə deməli onun çox yaxşı genləri var. Üstəlik uşaqları da sağlam olacaq. (Bu yerində yazıq yazarların, ədəbiyyatda hələ də öz sözünü deməyə imkan tapmamış və hələ də hər gecə yuxularında «Nobel mükafatı» görən «dilli» kişilərin arvadları və rəfiqələrinə bir başsağlığı vermək istərdim. Düzdü də, belə zəmanədə yazayasan və hələ də acından ölməyəsən, böyük qəhrəmanlıqdı! Üstəlik onun uşaqları da yazacaq, yazacaq, sonra danışacaq…). Dəbin əksinə gedib quyruğunu (quyruq sözünün yerinə nə istəsəz yaza bilərsiz, bu artıq zövq məsələsidir) bəsləməyən erkəyi seçmiş dişi həyata onun kimi fərsiz uşaqlar cətirmək risqini eləyir. Onlar da böyüyüb ataları kimi fərsiz olacaq, ona görə də dişiləri cəlb eləyib nəsil verə bilməyəcək. Bəli, bu hər bir canlı üçün böyük faciədir. Odur ki, yazın, danışın, dil boğaza qoymayın, əzizlərim. Biz sizi izləyirik, oxuyuruq. Seriallardan, şou proqramlardan artıq qalan vaxtımız sizə qurban olsun. Yaxşı ki, siz yazırsız və danışırsız. Quşlar kimi qanad açmır, tüklərinizi rəngləmir, böcəklər kimi ayaqlarınızın, halqalarınızın sayını artırmırsız. Biz sizi elə belə də bəyənirik… P.S. Mərhum tarzən Sərvər İbrahimov gözəl tarzən olduğu qədər də böyük müəllim idi. Bir dəfə adaxlıbazlığa görə dərsdən qalmış şagirdlərinə təxminən belə bir moizə oxumuşdu: «Sən gözəl tar çalmağı bilsən sən qızların dalıyca deyil, onlar sənin arxanca qaçacaq. Onda nəinki bütün qızlar, hətta mənim arvadım də sənin ola bilər, bunu başa düş!» Müəllif Gülnarə RƏFİQ [email protected] Mənbə: Bizim Yol
['kişi-qadın münasibətləri']
6,243
https://kayzen.az/blog/poeziya/3670/insan.html
Insan
Xrizoberil
Poeziya
27 yanvar 2011, 17:36
Insan qədim dünyaya Ilkin növraq olubdur. Əcdadımız meymun yox Ana torpaq olubdur! Dünyada ən möhtəşəm, Ən mehriban, ən əziz, Ən ecazkar, ən qadir, Ən müqəddəs, ən təmiz Nədir?-deyə sən məndən Soruşsan intizarla Mən tərəddüd etmədən Deyərəm iftixarla İnsanlıq ülviyyəti, İnsanlıq qüdsiyyəti, İnsanlıq dəyanəti, İnsanlıq ləyaqəti. Dünyanı iqlim- iqlim Səyahət edir insan, Dünyanı öyrənməmiş Dünyadan gedir insan. Zəngindəndə zəngindir Bərəkətli təbiət Fəqət bilmirəm niyə Səxavətli təbiət, Yaratdıqları haqda Dəyişdirib əmrini, Dünyada ya bir qartal, Ya bir qarğa ömrünü Xeyir- dua içində Verməyibdir insana Hər qətrə arzusunu Döndərə bir ümmana!
['insan']
6,244
https://kayzen.az/blog/paint/3383/pol-qogen.html
Pol Qogen
burla xatun
Məşhur rəsmlər və rəssamlar
27 yanvar 2011, 09:25
1895-ci ildə fransız müstəmləkəsi olan Taitinin əsas limanı — Papeetaya bir neçə ay əvvəl Marseldən çıxmış gəmi yan alırdı. Göyərtədə gəzişən sərnişinlərin gördüyü mənzərə heç də ürək gedən deyildi: kobud şalbanlardan yığılmış körpü, palma yarpaqlarıyla örtülmüş və ağardılmış evlər, taxta kilsə və «Jandarmeriya» yazılmış ikimərtəbəli koma. Bu gəmidə gəlmiş 47 yaşlı Pol Qoqen sınıq-salxaq ömrünü, ümidsiz arzularını qoyub qaçmışdı. Müasirlərinin gülüb ələ saldığı rəssamı, uşaqların unutduğu atanı və Paris jurnalistlərinin ələ saldığı yazıçını irəlidə heç nə gözləmirdi. Ticarətçilər və çinovniklərlə bir dəstədə vaxtından qabaq qocalmış, hündür və kürəyi əyilmiş insan da sahilə düşdü. Vaxt vardı, indi hamının rədd etdiyi rəssam firavan burjua sayılırdı. Sakit, işgüzar və əzzəvara Qoqen Qoqenin arvadı ətli-canlı, sarışın, danimarkalı Metta həyatından və ərindən razıydı. Bir cüt qara atla qoşqulu fayton, rahat, əntiq mallar və qədim farforla dolub-daşan malikanə, sakit, içməyən, işgüzar ər. Düzdür, onu danışdırmaqçün sözü ağzından maqqaşla çəkmək lazım gəlirdi. Amma at nalını bir əliylə əyə bilən Pol Qoqen başından papağını salmış ədəbsizi birja zalında şil-küt eləyə bilərdi. Onu özündən çıxaran olmasaydı, ayaqüstə yatırdı. O vaxt yazıq Metta hələ bilmirdi ki, malikanə, bank hesabı, hətta onun özü də əsl Pol Qoqenə heç bir dəxli olmayan anlaşılmazlıqdır, səhvdir. Taxta sabolu dəli «Birjanı atıram» deyən kimi ən əvvəl arvadı onu dəli adlandırmışdı. Sonra uşaqları da götürüb Kopenhagenə öz evlərinə köçmüşdü. Axı Qoqen Parisin küçələrində taxta başmaqlarda dolaşıb ondan ayrılmaq istəməyən oğlunu yedirməyə bir tikə çörək tapa bilmirdi. Uşaq da tez-tez xəstələnir, atasının nə həkimə, nə də rəng almağa pulu olmurdu. Çəkdiyi rəsmləriysə heç kim almaq istəmirdi. Axşamlar Paris küçələrinin sarı fonarları yananda, teatr və restoranlardan gözəl geyinmiş adamlar çıxıb tanınmış rəssamların sərgisindən bəhs edən afişaların yanında ayaq saxlayanda Qoqen yağışdan yaş olmuş taxta sabolarını gölməçələrdə şappıldadanda kasıblığını anlasa da, heç nədən peşman deyildi, o, bilirdi ki, irəlidə onu şöhrət gözləyir. Allahlıq iddiası Qoqenin ayaq basdığı torpaq göy qurşağının bütün rəngləriylə bərq vururdu: palmaların yaşıl rəngi, duru metal kimi parlaq su, rəngbərəng tropik meyvələrin fantastik rəqsi. O, gözünü yumub irəlilədi. Ona elə gəldi ki, öz rəsminin içinə, onun illərlə izləyən, rahat yaşamağa qoymayan dünyaya adladı. Bu dünyanın rəngləri Pol Qoqendə olduğundan daha parlaq idi. Onu dəli sayanlardan hər kimsə gün altında nazlanan Papeetaya bir baxışla baxsaydı, onun bura gəlməsinin səbəbini anlaya bilərdi. Taitinin torpaqları katolik missiyaya məxsus idi. Adaya gələn kimi Qoqen ilk öncə yepiskop Marteni görməyə getdi. Yeparxiya öz torpaqlarını əldən vermək istəmədiyi üçün Qoqen koma tikməyə kiçik torpaq parçası alana qədər o çoxlu messa dinləməli və dəfələrlə gunahların bağışlanma mərasimini keçməli oldu. Provans monastrında son günlərini yaşayan Marten ata yanına gələn Qoqen pərəstişkarlarına danışardı ki, onun ən böyük düşməni şöhrətpərəstlik  və xüdbinlik olub: «Pol Qoqenin sənətçün yaratdıqlarını yalnız tanrı mühakimə edə bilər, amma insan kimi o çox qəddar idi. Ağlı üstündə olan adam daimi çörək verən işini sənətə görə atarmı? O özü Yaradan olmaq fikrinə düşüb hər şeyi özünün xəstə fantaziyalarıyla əvəz eləmək istəyirdi. O, İblis kimi Tanrıya qarşı çıxdığından günlərini sərxoşluqda, əxlaqsızlında və biabırçı xəstəlikdə bitirib… » Sağlığında Marten ata bu mətni bazar günü moizələrində dəfələrlə təkrarlayıb. Marten atanın narazılığının başqa səbəbi də vardı. Qoqen onun ən sevimli məşuqəsi, 14 yaşlı Anriyettanı əlindən almışdı. Özünü Allah sayan rəssam artıq yoxdur Torpağı alandan sonra Qoqen nə kilsəyə gedir, nə də yepiskopu adam yerinə sayırdı. Tikdiyi koma ona min franka başa gəldi. Üç yüz frank isə 150 litr absent, 100 litr rom və iki şüşə viskiyə sərf edildi. Hələlik qalan pulu sabun, tütün və onun yanına gələn yerli qadınlarçün yaylıq almağa çatırdı. O içir, rəsm çəkir, taxta üzərində oyma eləyir, məhəbbətlə məşğul olur və hiss eləyirdi ki, son zamanlar onun beyninə hakim olan fikirlər yavaş-yavaş uçub gedir – özünü Allah sayan rəssam artıq yoxdur. Bir neçə il əvvəl o, ətrafındakıların hamısına nifrət edirdi. Qoqen kasıb və tənhaydı. Ənənəvi üslubda işləyən rəssamlar bahalı kostyumlarda gəzişir və öz işlərini hər hansı salonda asa bilirdilər. Amma Qoqen özünü tox tuturdu. İncəsənət yalnız özünün inandığı formada olmalıydı. «İri yumruqlarına baxmayaraq Pol da arvadıydı» Metta Pol Qoqenin ölümündən sonra dul qadın rolunu oynamaqda davam edərək jurnalistlə bir kupedə gedərkən təsadüfən ağzından qaçırdıqlarını «Qazett de Frans»ın müxbiri olduğu kimi yazmışdı. Kişi kostyumunu əyninə keçirmiş dolu «cənab» kiçik flyaqadan konyak sümürür və uzun Havana siqarının külünü birbaşa divana səpirdi: «Pol elə bil böyük uşağıydı. Bəli, qəddar, xüdbin və tərs bir uşaq. Sizcə, mənimlə niyə evlənmişdi, ona bəyəm qadın lazımıydı?.. O, ikinci anasını, yəni sakitlik, müdafiə, mehribanlıq axtarırdı. Bütün bunları ona mən vermişdim, oysa məni atdı. Beş uşaqla, özü də cibimizdə bircə frank olmayan vaxtda. Bəli, mən onun rəsm kolleksiyasını satıb ona bir qəpik də göndərməmişəm. İri yumruqlarına baxmayaraq Pol da arvadıydı. Sonra şeytan onun qulağına pıçıldadı ki, guya rəssamdı. Onun ucbatından mən, yaxşı ailədən çıxmış qadın dərs deməklə çörək pulu qazanmalı olmuşam. Həmin o axmaq şeytan camaatın başını piyləyir ki, pillu gicbəsərlər onun cızmaqarasını alsınlar». Kişi xasiyyətiylə fərqlənən Mettanı Qoqen yenə də sevirdi. Taitidə onun məktublarını gözləyirdi. Fransız dilini, eləcə də atalarını unutmuş uşaqlarından heç olmasa ad günlərində təbrik məktubu gəlməyəndə uşaq kimi məyus olurdu. Ailəsini atması onu son dərəcə incidirdi. Keçmiş sahibləri onu yenə də işə dəvət edir və 8 saatlıq iş günü, daimi maaş təklif edirdilər. O, yenə də rəsm çəkib hətta sata da bilərdi. Əgər sabahkı gününü fikirləşə bilsəydi… Yer üzünün cənnəti 150 litr absent çox çəkmədi. Özü də içir, yanına gələn yerliləri də içirdirdi. Sərxoş olandan sonra qamaka sərələnib gözlərini yumanda gözünün qarşısına üzlər gəlirdi. Qaranlıqdan kürən Van Qoqun dəlisov gözləri çıxır, əlindəki ülgüclə onu doğramağa cəhd edirdi. O vaxt Van Qoq öz qulağını kəsib «Məndən yadigar olsun» deyərək ovcuna qoymaq istəmişdi. Müəllimi ağsaqqal Pissaro da gözünün qarşısına gəldi. Uğura qarşı hərisliyini müəllimi ona heç bağışlaya bilmirdi. … Okeanın tünd göy lövhəsi, dor iplərində mahnı oxuyan külək, sahildəki ağ evlər – burda rəssamlar heç kimə lazım deyil. Gündüzlər əli qanayanadək bellə işləyir, gecələr tropik mığmığalar zülm verirdi. Sonra bu işindən də əl çəkib bir az uzağa, Martinikaya köçür. Çörək ağacının meyvələri orda su qiymətinə idi, suyun özünü bulaqdan götürüb içmək olardı. Yerli qadınlarsa bel bağından başqa heç nə geyməzdilər. Səfil, rədd edilmiş rəssam özünü cənnətə düşmüş kimi sandı, bu cənnət sonra onun rəsm lövhələrində canlanmağa başladı. «Ləyaqət göbəkdən aşağıda yerləşmir!» Yaratdıqlarını Fransaya aparıb göstərməyə bir qəpiyi də yox idi. Ona görə yol haqqını ödəməkçün matros kimi gəmiyə işə düzəlib Parisi heyrətə salacağını düşünürdü. Açdığı sərgi biabırçı surətdə uğursuz keçdi. Bütün Paris onun qırmızı itini yada salıb hələ çox güləcəkdi. Fransa zəhləsini aparan kimi o, Taitiyə yaşamağa köçür. Əvvəl o hər gecəni yeni qadınla keçirmək kimi yerli adətdən həzz alırdı. Sonra başa düşdü ki, bu sehrli adət-ənənə ona yaratmağa mane olur. Arabir qadın bolluğundan da şikayət edirmiş: «Bu axmaq qızlar lap başını itirib. Hər gecə yatağıma soxulurlar. Avropada cinsi münasibət sevginin nəticəsidir. Okeaniya adalarında isə əksinə, sevgi cinsi əlaqənin nəticəsidir. Kim haqlıdır? Əslində bədənini satan daha çox günahkardır. Qadınlar azad olmaq istəyirsə, buna onların haqqı çatır. Qadın  ləyaqətin göbəyindən aşağıda yerləşmədiyini anlayan gün o, özünü azad hiss eləyəcək». Qoqen özününkü adlandıra biləcək yeganə qadını axtarmağa başlayır. 16 yaşlı Teura adlı qızı seçir. Valideynləri onu çox ucuz qiymətə vermişdilər. Səhər Qoqen quyudan su gətirib əvvəl bostanı sulayır, sonra isə molbert arxasına keçir. Əgər Parisdə qoyduğu rəsmlərdən hansısa satılsaydı, bu xoşbəxtlik daimi ola bilərdi. İşlər satılmır və bir qəpik də xeyir gətirmirdi. Bir ildən sonra dostları onu Taitidən zorla çıxarmalı oldular. İt kimi yaşamaqçün o, arvadı və uşaqlarını qurban vermişdi Neçə il sonra Şarl Moris Parislə vida gecəsini xatırlayırdı. Sərgidə Qoqen çoxlu iş sata bilmişdi. Hər şey yaxşı idi. Amma birdən əyilməz və məğrur Qoqen başını əlləriylə tutub hönkürdü. Ağlayaraq deyirdi ki, məhz indi, artıq nəsə alınanda o, verdiyi qurbanın həcmini başa düşür. Uşaqlar Kopenhagendə qalmışdı, o, onları heç vaxt görə bilməyəcəkdi! Ömür ötüb, o isə həyatını it kimi yaşayıb. Can atdığı məqsədi hələ də əlçatmazdı. Ola bilər ki, onun yaratdıqları heç kimə lazım olmasın. Taitiyə qayıdan kimi Qoqen Parisi və Mettanı da ürəyindən çıxarıb tulladı. O, az işləməyə başlamışdı – əlləri və gözləri sıradan çıxmaq üzrəydi. Yerli gözəlçələrsə onun komasını tərk eləmək fikrində deyildi. Fransadan çıxmazdan əvvəl o sifilisə yoluxmuşdu. Ucuzvari rəqs meydanında qarmağına keçirdiyi qızın sağlam olmadığını ona polis demişdi. İndi ayaqları sözünə baxmır, iki əl ağacına dirənib gəzməli olurdu. Hər iki əl ağacı indi Nyu-York muzeyində saxlanılır. Komasının sütunlarında oyduğu abırsız oymalar Boston kolleksiyasına, yataq otağını bəzəyən yapon pornoqrafik estampları şəxsi kolleksionerlərə qismət olub. Dava-dalaş varsa, deməli, həyat da var! Onun uğuru Taitidən çox uzaqlarda, elə Parisin özündə baş qaldırmışdı. Əsərlərini alır, haqqında yazılar yazmağa başlayırdılar. Bu məqalələrdən heç xəbəri də olmayan Qoqensə yepiskop, qubernator və yerli jandarmlarla mübarizə aparırdı. O, yerliləri uşaqları missioner məktəbinə verməkdən və vergilərdən yayındırmağa çalışırdı. Cəmi 20 nüsxədən ibarət olan qəzetində (indi onların hər birinin qiyməti qızıla bərabərdir) çinovniklərin karikaturasını çəkir, məhkəmələrdə çəkişir, qəzəbli və axmaq nitqlər söyləyirdi. Əsl həyat artıq bitib, indi o, özünü inandırırdı ki, dava-şava varsa, deməli, həyat da var. Əslində Qoqen ikinci dəfə bura ölməyə gəlmişdi. Gətirdiyi pullar il yarım bəs eləməliydi. Hər ehtimala qarşı arsen pretaratını da (mışyak) hazırlamışdı. Özünü öldürməyə cəhd eləyəndə zəhərin dozası ölməkçün az, yaşamaqçün isə çox olmuşdu. Gecə səhərə qədər qaytarandan sonra üç gün yataqda qaldı. Özünə gələndən sonra o, heç nə hətta ölümün özünü də istəmirdi. Onun öləcəyi günə hələ üç il var… Dünyanın ən bahalı rəssamı 1903-cü ilin mayın 9-u gecə vəfat eləyib. Düşmənləri deyirdi ki, rəssam özünü öldürüb. Dostları inanırdı ki, onu öldürüblər. Balışının başında atılmış morfi şprisinin olması hər iki versiya üçün dəlil ola bilərdi. Yepiskop Marten onun dəfnini keçirdi, jandarmlar bütün varidatını sataraq (ən abırsız rəsmlər serjant Şarpiyonun xüsusi cəhdiylə zibilə atıldı) bədbəxt rəssamı basdırıb işi bağladılar. Əvvəlcə 200-250 frank qiymətləndirilən rəsmləri indi on minlərlə dəyərləndirilirdi. Metta özünə yer tapa bilmirdi, axı böyük bir varidat əlindən çıxmışdı. 20 ildən sonra onlar yüz dəfə də bahalaşdı. İndiyədək atalarına nifrət bəsləyən uşaqları analarının axmaqlığını söyməyə başlamışdılar. İndi onların atası dünyanın ən bahalı rəssamlarından biriydi. Müəllif: Gülnarə Rəfiq [email protected] Mənbə: Bizim Yol qəzeti Həmçinin bax: məşhur rəssam Amadeo Modilyani haqqında
['Qogen', 'məşhur rəssam', 'Pol Qogen', 'dahi rəssam', 'impressionist rəssam', 'məşhur rəssamlar', 'Paul Gauguin']
6,245
https://kayzen.az/blog/seks/2564/ehtirasl%C4%B1-qad%C4%B1n.html
Ehtiraslı qadın
ilham
Seks (18+)
26 yanvar 2011, 18:54
Necə edim ki oğlanların xoşuna gəlim? Oğlanların gözləri isə daim axtarır.Kimi? Əlbəttə, gözəl və ehtiraslı xanımı. Ehtiraslı və seksual qadının " baza«sında nələr olmalıdır? Cazibədarlıq nə hündür boyla, nə uzun ayaqlarla, nə gözəl saçlar, nə də qüsursuz üzlə ölçülmür. Çox 100 %-lik qızlar var ki, kişilər onlar tərəfə heç gözlərinin ucu ilə də baxmırlar. İstənilən qız, hətta gözəl olmayan qadın belə, xüsusi şərtlərə əməl edərək ən cazibədar və „can alan“ xanıma çevrilə bilər. Güzgünün qarşısına keçin, özününzə tamam başqa gözlə, lakin diqqətlə baxın: Ehtiraslı qadının bədəni İdman görünüşlü-əzələləri tarım çəkilmiş və qamətli görünüş hər dövrdə, hər bir kişinin ideal saydığı bədəndir. Düz kürək, boyun və çiyinlərdən uzaqsınızsa, ürəyinizi səxmayın. Ən münasib yerdə ən asan idman növü ilə məşğul olun. İdman hərəkəti sizi yaşınızdan ən azı 5 yaş cavan saxlayacaq. Gözəl qamətli, incəbelli xanımlara baxan kişilər fikirlərində ağlagəlməz seksual fantaziyalar qururlar. Seksual qadının fiqurası Kim deyir ki, kişilər kök xanımları xoşlamırlar? Əksinə, nağara çubuqlu ayaqlar, kürəyin 12 qabırğasının da birdən görünməsi heç də ürəkaçan deyil. Boyunuza uyğun çəki: BUDUR İDEAL BƏDƏN....Həddən artıq köklük, ağırlıq, bir sözlə, „yekəpərlik“ heç vaxt cazibə şərti sayılmır.Ən pəzəvəng kişilər də həmişə böyük çəkili və irigövdəli xanımlardan çəkiniblər. Çünki onunla „bacarmamaq“ qorxusu onların beyninə həkk olunub. Aşağı ətrafların enini və həcmini konkret olaraq 90 sm-ə çatdırmaq üçüçn əl-ayağa düşməyin.Son vaxtlar sübut olunub ki, kişiləri qadın budlarının köklüyü narahat etmir,əsas belin incəliyidir.Kişilər qollarının asanlıqla sarıla bildiyi və əllərinə sığışan belin „dəlisidirlər“ Seksual qadının saçları Saç qadını uzaqdan,arxadan və ani görünüşdə nəzərə çarpdıran ən başlıca amildir.Əgər saçlarınızın quruluşu və görünüşü şampun reklamındakı xanımların saçlarına bənzəmirsə, onları yığmağa və kəsməyə tələsməyin.Ən gözəl saç ,təmiz yuyulmuş,səliqəli daranmış yaxud fenlənmiş və mütləq xoş qoxu gələn saçlardır.Kişilərin 70%-i yatağa dağılmış saçların qarşısında tab gətirə bilmir. Ehtiraslı qadının yerişi »kişi yerişli", «qaçaraq» yerişli xanımlar .....hara tələsirsiniz?Belə yerişlə heç bir kişinin diqqətini cəlb etməyəcəksiniz.Ehtiraslı qadının yerişinin əlamətləri---yüngül, «qu kimi»,ayaqlar bərabər məsafədə atılır,qarın bir qədər içəri dartılmış,baş düz,çənə sinənin bərabərində olmalı,gözlər düz baxmalı,əllər yanınca yellənməməli.....Bədən hərəkətlərinizin plastikasını artırmaq üçün rəqsə getməyiniz məsləhətdi.İşdən evə yorğun gələn istənilən kişi qadının mətbəxə incə və nazlı yerişlə keçməsinə laqeyd qalmayacaq. Ehtiraslı qadının baxışları Anadangəlmə seksual və mənalı baxışı çox az adam qazanır.Dünyanın bütün modelləri,Merilin Monro uzunmüddətli,təcrübə və məşqin sayəsində «can alan» baxışlara sahib olublar.Güzgü qarşısında əyləşin: diqqətlə yalnız gözlərinizə baxın.yavaş yavaş fikirlərində yaxşı, maraqlı və şən hadisələr,sözlər canlandırın.Həmin an baxışınızın necə dəyişdiyini izləyin.sizin xoşunuza gələn baxışda dayanıb,seçin və həmin baxışı «məşq»etdirin.Əks cinsin nümayəndələrinə baxanda elə edin ki, gözlərinizin dərinliyi gülsün, onunla gözlərin danışsın. Seksual gülüş Heç bir kişi gülüşə, özü də qımışaraq gülən gülüşə biganə qala bilməz. Gülərkən,danışarkən dişlərinizin 32-sini,ağzınızın içini göstərməyin .Bu kişini qorxuda bilər.Ciddi,bir-birinə yüngülcə toxunan dodaqlar,incə gülüş,mütləü və mütləü təmiz dişlər....Araşdırmalara görə,ilk tanışlıq zamanı kişilərin 80%-i xanımın gözlərinə,dodaqlarına,dişlərinə baxır.dodaqlarınız ya həmişəlik onu sizə bağlayacaq,ya da əbadi uazqlaşdıracaq.Çox qırmızı vəya tünd rəngli dodaq bouasını görüş zamanı çəkməyin.Ümumiyyətlə,kişilər boyasız, bir qədər nəm dodaqları xoşlayır. Bədənin seksual ətri Çox vaxt olur ki, gözəl bir kişi ona yaraşmayan və çirkin bir qadınla görüşür və evlənir.Bu, çox gözəl qadınları özündən çıxarır. Amma əsəbləşməyə dəyməz. Əsas məsələ bədənin ətrindədir. Qadının dərialtı piy təbəqəsinin ifraz etdiyi xüsusui rəngsiz, lakin iyli maddə spesifik və özünəməxsus olur. Lakin bu qoxu hər kişiyə xoş gələ bilməz. Bədənlərinin bir-nbirinə xoş və «oyadıcı» təsir edən evli cütlüklərin nigahı daha uğurlu olur. Heç bir bahalı ətir və ya krem təmiz dərinin ətrini vermir. Fikir vermisinizsə, hamamdan çıxandan sonra kişiləri qadınlarına daha çox yaxınlaşır, xoş sözlər deyirlər, nəinki hər hansı ziyafətə gedərkən bəzənib-düzənəndə… Kişilər qadınlardan daha təmizkardılar, halbuki əksinə olmalıdır. Ayaqlarını, qollarınızı depilyatorla təmizləyirsinizsə, onu müntəzəm edin. Kişiləri bilmək olmaz. Hərdən onların «yoxlama» əməliyyatları olur. Buna hazır olun.
['ehtiras', 'seksual qadınlar', 'seksual istək', 'seksual şövq', 'cinsi həvəs', 'flirt']
6,246
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/3668/analar%C4%B1n%C4%B1za-t%C9%99%C5%9F%C9%99kk%C3%BCr-etm%C9%99yi-unutmay%C4%B1n.html
Analarınıza təşəkkür etməyi unutmayın
Xrizoberil
Xoşbəxt ailə
26 yanvar 2011, 18:53
Allah bütün həyatda olan analara cansağlığı,uzun ömür versin. Analarınızın qədrini bilin. Qədrini bilsəydiniz ona lazımınca təşəkkür edərdiniz: 1 yaşınızda sizi əlləri ilə bəslədi və yudu. Bütün gecəni ağlayıb onu oyaq saxlayaraq təşəkkür etdiniz. 2 yaşınızda olarkən sizə yeriməyi öyrətdi. Sizi çağıranda otaqdan qaçaraq təşəkkür etdiniz. 3 yaşınızda ikən sizə xüsusi qayğı ilə yeməklər hazırladı. Boşqabınızı masanın altına tökərək təşəkkür etdiniz. 4 yaşınızda əlinizə rəngli karandaşlar tutuzdurdu. Evin bütün divarlarına şəkillər çəkərək təşəkkür etdiniz. 5 yaşınızda ikən sizi sevimli geyimlərlə bəzədi. Gördüyünüz ilk palçıq yığınına yıxılaraq təşəkkür etdiniz.6 yaşınızda ikən sizinlə məktəbə qədər yeridi. Küçələrdə "GETMƏYƏCƏƏƏM" deyə ağlayaraq təşəkkür etdiniz. 7 yaşınızda sizə bir top hədiyyə etdi. Qonşunun pəncərəsini qıraraq təşəkkür etdiniz. 9 yaşınızda dualar öyrətdi. Siz hər dəfəsində unudaraq təşəkkür etdiniz. 11 yaşınızda sizi dostlarınızla birlikdə kinoteatra apardı. Sən bizimlə oturma! deyərək təşəkkür etdiniz. 12 yaşınızda ikən ziyanlı TV proqramlarını izləməyinizi istəmədi. O, evde olmayanda hamısını izləyib təşəkkür etdiniz. 19 yaşınızda ikən məktəb xərclərinizi ödədi, sizi məktəbə qədər ötürüb əşyalarınızı daşıdı. Dostlarınız lağ etməsin deyə məktəbin qapısında sağollaşıb təşəkkür etdiniz. 21 yaşınızda iş həyatı və kariyeranızla bağlı məsləhət vermək istədi. "Mən sənin kimi olmayacam" deyərək təşəkkür etdiniz. 25 yaşınızda ikən toy xərclərini ödədi, sizin üçün həm çox sevindi, həm də duyğulandı. Siz başqa bir şəhərə həyat yoldaşı tərəfindən təyin olunub gedərək təşəkkür etdiniz. 30 yaşınızda ikən uşaq saxlamaq haqda sizə öyüd vermək istədi. "artıq bu keçmişdə qalmış üsulları unut" deyərək təşəkkür etdiniz. 40 yaşınızda ikən sizə zəng vurub  bir qohumunuzun doğum gününü xatırlatdı. "Ana, işim başımdan aşır" deyərək təşəkkür etdiniz. 50 yaşınızda o, bərk xəstələndi, həftə sonunda onu görməyə getdiyinizdə çox sevindi. Ona yaşlıların uşaq kimi nazlı olduqlarını söyləyərək təşəkkür etdiniz... ...onu  hər zamankından daha çox sevin!!! Çünki  "Analar" həyatın ən yaxşılarına layiqdirlər! Həmçinin bax: Qəhrəman ana!
['analar', 'valideyn - övlad münasibəti', 'analıq']
6,247
https://kayzen.az/blog/poeziya/3667/iki-sevgi.html
İki sevgi
Xrizoberil
Poeziya
26 yanvar 2011, 14:32
Gözəl qız, sən saf susan, Iki qəlb arzususan. Mənsə səni sevirəm Susuzluğun od vurub köz kimi yandırdığı dodaq su sevən kimi. O isə səni sevir, rahatca bardaş qurub, - Kabab üstdən sərin su pis olmaz- deyən kimi. Gözəl qız, sən işıqsan, Yurduma yaraşıqsan. Mənsə səni sevirəm iynənin ucu boyda Işığa həsrət qalan göz işıq sevən kimi. O isə səni sevir, Bir şən mağarda, toyda, işıqlardan yaranmış yarşıq sevən kimi. Danış ucalsın səsin, Qırılmasın nəfəsin. Mən ki səni sevirəm, Bakıdan, Daşkəsəndən gələn bir səda kimi, Səs kimi, qüdrət kimi. O isə səni sevir, gizli deyil ki, səndən, Bu otaq küncündəki qəmli sükunət kimi. Bu mən, bu o, bu da sən, De görək nə deyirsən! Amma yaxşı fikir ver bu iki məhəbbətə. Daha heç nə demirəm Nöqtə, nöqtə və nöqtə... 
['İki sevgi']
6,248
https://kayzen.az/blog/poeziya/3666/t%C9%99msil.html
Təmsil
Xrizoberil
Poeziya
26 yanvar 2011, 13:14
Qarışqa tək qaçırdı Təngənəfəs yol ilə Görənlər soruşdular: -hara qaçırsan belə? Qarışqa tez dayandı Eşidəntək sualı Dedi: görməyizsiz Bu boyda qalmaqalı! Məhv ediblər bu gecə Nəhəng fili deyirlər Eşitmişəm bu işdə Məndən şübhələnirlər.
['Təmsil']
6,249
https://kayzen.az/blog/turizm/3521/%C3%A7ili.html
Çili
Bakinets
Turizm
26 yanvar 2011, 12:45
Cənubi Amerikanın cənub qərbində dövlətdir. Onu «Antraktidaya açılan darvaza» da adlandırırlar. Dünyanın ən cənub şəhəri Puerto-Uilyams, ən hündür dağ gölü Çunqara (dəniz səviyyəsindən 4570 m hündürlükdədir) və daimi fəaliyyətdə olan vulkanı Ualyatiri (6064 m) buradadır. Şimalda Peru, şimal şərqdə Boliviya, şərqdə Argentina, cənubda isə Dreyk boğazı ilə həmsərhəddir. Uzunluğu 4329 km, eni isə 170 km-ə bərabərdir. Sahəsi 756 min km2-dir. Paytaxtı Santyaqo şəhəridir. İqlimi müxtəlifliyi ilə seçilir. Əhalisi 17 milyon nəfərdir. Onların 25%-ni avropalılar (alman, ingilis və italyanlar), 70%-ni metislər, 3-%-ni (şimalda aymara, cənubda isə Konsepsiyon və Mont şəhərləri arasında araukana hinduları yaşayır) hindular təşkil edir. Ərazisi 13 regiona onlar da öz növbəsində 50 əyalətə bölünür. Rəsmi dili ispan dilidir. Bununla yanaşı, əhali ingilis, alman və müxtəlif etnik qrupların dilində (aymara, arakuana, mapuçe) də danışır. Pul vahidi Çili pesosudur. Çilinin görməli yerləri Çilinin görməli yerləri sırasında Çunqara və Miskantı gölü, Parinakota vulkanı, Atakama səhrası, El-Tatio qeyzeri, Kopakilya, Sapauira arxeoloji abidələri, sirli Pasxa adası, Amerika qitəsinin ən cənub rayonu və ölkəsinin sərhədlərindən çox uzaqlarda tanınan Pataqoniyanın adını çəkmək olar. Planetimizin ən isti nöqtələrindən biri olan Atakama səhrasından başlayaq. Elə olur ki, buraya yüz illərlə bir damla yağış belə düşmür. Buna baxmayaraq, ərazi iri lantşaftı, zəngin arxeoloji məntəqələri və unikal heyvanlar aləmi ilə tanınır. Burada160 kaktus, 200-ə yaxın heyvan növünə rast gəlinir. Çilinin ən sirli məkanlarından biri Pasxa adası sayılır. 5 saatdan sonra Santyaqodan qalxan təyyarənin illuminatorunda üçbucaq formasında olan vulkan mənşəli adanı görmək mümkündür. Ərazisində 3 min nəfər adam yaşayır. Burada tarixi V-VI əsrlərə aid və üzləri adaya baxan1000-ə yaxın heykəl var. Sanki onlar əhalini dənizdən gələn təhlükədən qoruyur. Çəkiləri bir-birindən fərqlidir. Ən böyüyününkü 90 tona yaxındır. Çili mətbəxi Yerli əhali toyuq ətinə üstünlük verir. Burada daha çox müraciət olunan və sevilən xörəklərdən biri kasuela de ave şorbasıdır. Bu toyuq əti, ədviyyat, kartof və düyüdən hazırlanır. Həmin xörək istənilən restoranın menyusuna daxildir. Xüsusilə də əyalətlərdə dadlı bişirilir. Əgər qarşınıza iri boşqabda cücənin yarısı, bir iki ədəd bütöv kartof və düyü gələrsə, bilin ki bu kasueladır. Mal əti, qızardılmış yumurta və kartofdan hazırlanan lomo a lya pobrenin də dadına baxmağı unutmayın. Milli kuranto şorbasının isə öz yeri var. Empanadas pirojkilərini isə mütləq yeməlisiniz. Onların içliyi ya mal əti, ya qaymaq, ya da balıqdan ibarət olur. Sevilən xörəklərdən biri də yodla zəngin olan dəniz kirpisinin şorbasıdır. Adları çəkilən xörəkləri qarğıdalı unundan bişirilən xumitas kökələri ilə yesəniz daha yaxşı olar. Çərəzdən sonra bir fincan qəhvə içilir. Çilililər qəlyənaltı etməyi də çox sevirlər. Onun tərkibinə salat, ətli şorba və ya empanadas daxildir. Bunun üçün sizə 2 dollar kifayət edər. Axşamlarsa adətən sendviç yeyilir. Adət-ənənə Çilinin sakinləri planetin ən qəribə insanlarıdır. İspan və hindulardan formalaşan əhalinin yaşadığı bu ərazi demək olar bütün millətlərin qarışığını özündə ehtiva edir. Onların hər biri isə ölkənin mədəniyyətinə özünəməxsus xüsusiyyətlər gətirib. Çilililər çox mehriban insanlardır. Əhali ilə siyasi mövzularda söhbət etməyə çalışmayın. Çünki söhbət saatlarla uzandığı kimi ətrafınıza kifayət qədər insan da toplaşa bilər. Küçədə spirtli içki içmək və siqaret çəkmək lazım deyil. Bu düzgün qəbul olunmur. Hətta, bəzi şəhərlərdə qadağan da olunub. Dövlət müəssisələrində, avtobus, stadion, məktəb, xəstəxana və bu kimi ictimai yerlərdə papiros çəkilməsini qadağan edən qanun 2006-cı ildən qəbul edilib. Qanunu pozan 15000 peso (30 dollar) dəyərində cərimə ödəməlidir. Şənbə və bazar günləri demək olar ki, hər yer bağlıdır. Ona görə də valyuta dəyişmək, mehmanxanada otaq kirayə etmək və təyyarəyə bilet almaq bu günlərdə tamamilə qeyri-mümkündür. Çilidə turistlərə məsləhət Burada mobil telefonlardan istifadə geniş yayılıb. İstənilən müddətə istənilən telefonu icarəyə götürə bilərsiniz. Bunu etmək üçün qaldığınız mehmanxananın administratoruna yaxınlaşmalısınız. Beynalxalq zənglər burada çox ucuzdur. Çili restoranlarının özüməxsus cəhətləri sizi sadəcə təəccübləndirə biləcək. Elə masa arxasına oturan kimi sizə pulsuz isti bulkalar yemək təklif olunacaq. Nahar və ya şam yeməyi isə təsəvvür etdiyinizdən də dadlı olacaq. Çaypuluna gəlincə isə o, ödənilən məbləğin 10%-ni təşkil edir. Bundan başqa, müxtəlif suvenirlər də ala bilərsiniz. Məsələn, mapuçi hindularının gümüşü bəzək əşyaları buna misal ola bilər. Eləcə də əl işləri və misdən hazırlanan məmulatları da qeyd etmək olar. Unutmayın ki, ölkə misin ən iri ixracatçılarından biridir. Ümumi dövriyyədə onun payı 40%-dir. Yüngül sənaye mallarına gəlincə, ənənəvi olaraq keyfiyyətlidir və Latın Amerikasının sərhədlərindən kənarda da onlara tələb var. Mənbə: anspress.com
['Çili', 'Cənubi Amerika', 'Latın Amerikası']
6,250
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/3394/%C9%99mir-teymur.html
Əmir Teymur
burla xatun
Böyük insanlar,şəxsiyyətlər
26 yanvar 2011, 09:57
Bir gün Teymur Azərbaycana işğalçı hücum eləyir. Gəlib bir diyarda məskunlaşır. O öz vəzirindən soruşur ki, bu dağ hansı dağdır? Vəzir cavab verir ki, «Ağrıdağdır». Teymur bir də soruşur ki, «Bu çay hansı çaydır?» Vəzir isə cavabında «Əyriçaydır, şah sağ olsun» deyir. Teymur qarşısındakı kəndin adını soruşur. Vəzir cavab verir ki, Qibleyi-aləm, Oğrukənddir». Teymur qəzəblənib qoşuna buranı tərk eləmək əmri verir: «Buranın ağrısı da, əyrisi də, oğrusu da öz içindədi. Daha mənim buranı işğal eləməyimə ehtiyac yoxdur». Quran oxumaqla və at çapmaqda keçən uşaqlıq Teymurilər nəslinin banisi Amudərya və Sırdərya çaylarının arasındakı vadidə yerləşən Müvəraünnəhrdə, Keş şəhərində (müasir Şəhrisəbz) türkləşmiş monqol tayfasında anadan olub. Atası Tuqay Barlas bəylərindən idi. Uşaq yaşlarından at çapmaqda, ox atmaqda mahir olan Teymurləng erkən gəncliyindən tayfalararası döyüşlərdə, hərbi yürüşlərdə iştirak etməyə başlamışdı. Əksər vaxtını Quran oxumaqda, şahmat oynamaqda və xüsusən at çapmaq məşğələlərində keçirirdi. Həmin dövrdə Müvəraünnəhr türk əmirlərinin əlində idi. Teymurun cəsarətini görən bir neçə dəliqanlı onun başına yığışdı. Düşmən tayfalara qarşı hərbi meydana atılanda onun cəmi on nəfər adamı vardı. Az keçmiş nüfuzlu türk əmirinin qızıyla evlənən Teymur İlyas Xacəyə qulluq etmək istəmir. O öz qaynı Hüseynlə ittifaq bağlayır. Monqollar ölkəni ələ keçirəndə Hıcı Xorasana qaçan vaxt qətlə yetirilir və Keşin hakimiyyəti Teymura qismət olur. Bəlx şəhərində toplanan türk minbaşılarının və tümən başçılarının qurultayında Teymur türk ənənələriylə ağ keçə üzərində yuxarıya qaldırıldı və üləma Seyid Bərkənin oxuduğu duadan sonra Müvəraünnəhrin əmiri elan edildi.Tam hüquqlu hakim olanda da Teymur başqa hakimlər kimi xan titulunu götürməyərək «Böyük əmir» rütbəsiylə kifayətlənirdi. Ölkənin paytaxtı kimi Səmərqəndi seçəndən sonra ona ölkənin sərhədlərində sakitliyi və daxilində səliqə-sahmanı bərqərarına 9 il lazım gəldi. Misir piramidalarından Böyük Çin səddinə qədər Ölkənin müdafiəsi üstündə baş sındırarkən əmir Teymur özüyçün 3 qanun müəyyyən elədi ki, ömrünün sonunacan onlra sadiq qaldı: öz ərazində müharibə eləməmək, müdafiəyə baş qoşmamaq və düşmənin zərbəsindən əvvəl həmlə eləmək. Ordunun və ölkənin möhkəmlənməsində Teymur Çingizxanın təcrübəsindən istifadə etdi. O vaxt Çingizxan Yasa adlanan qanunlar toplusu elan eləmişdi ki, bu qanunlar xalqın bütün həyatını müəyyən eləyirdi. Qadağalar şəklində elan olunmuş həyat tərzini təmin edən qaydalarda əmir Teymur bircə əsil-nəsil məsələsini çıxarmışdı. İndi bütün mükafatlar və rutbələr döyüş meydanında qazanılırdı. Qoşunu xalqla birləşdirmək məqsədilə əmir Teymur monqolların buynuzlu bayraqlarını qızılı aypara ilə əvəz elədi. İndi Teymur qoşunları qızılı ayparanın altında hücuma keçirdilər. Hər yeni qələbəni Böyük əmir tikili abidəylə əbədiləşdirirdi. Onlardan ən məşhurları – Registan, Şahi-Zində, Qur-Əmir məqbərəsi və Bibi Xanım məscididir. Onun əsgərləri hər yeni şəhərdə sənətkarları soraqlayıb sağ-salamat Səmərqəndə gətirməyə borclü idi. Əfsanəyə görə Dəməşqi yandırmazdan əvvəl Teymur məşhur məscidin gümbəzinin layihəsini çıxarmağı əmr edib ki, sonradan onu Səmərqənddə quraşdıra bilsin. İtirdiyi sevimli adamların da xatirəsinə abidələr ucaldardı. Bibi Xanım məscidi sevimli arvadı Alcay-ağanın xatirəsinə tikilib. Sevimli nəvəsini itirəndə isə Qur-Əmir məqbərəsinin tikintisinə əmr verir. Gələcəkdə həmən məqbərədə onun öz tabutu və teymurilərdən bir neçəsi də rahatlıq tapacaqdı. Onun imperiyası sanki gözəl yollardan hörülmüşdü. Səfərləri yorucu etməməkçün ara-sıra karvansaraylar, mehmanxanalar tikilirdi ki, səyyahlar atlarını dəyişib yorğunluğu çıxara bilsin. Yaxşı nəqliyyat sisteminə görə də Səmərqənddən gələn əmrlər bir neçə gün ərzində lazımı ünvana yetirdi. Gizli cəsuslar ölkə hakimiyyətindən və sadə camaatdan da xəbər daşıyrdılar. Həmin xəfiyyələr düşmənin hərəkəti, maddi durumu haqqında dəqiq informasiya verməklə yanaşı lazım gələrsə qorxu toxumu da səpirdilər. Bu vasitələrin hesabına əmir Teymur böyük əraziləri tam nəzarət altında saxlaya bilirdi. Tacirlər çox az rüsum verirdilər. Əvəzində onların toxunulmazlığına təminat verilirdi deyə ticarət yaxşı inkişaf edirdi. Tacirlər Hindistan, Çin, Avropa ilə sıx əlaqələr yaratmışdılar. Zəbt edilmiş ölkələrin şəhər hakimləri cinayətkarlıqla güclü mübarizə eləməli olurdular. Çünki qoyulan qanuna görə oğru tapılmasaydı şəhər hakimi zərəri öz cibindən ödəməliydi. Torpaqları birləşdirdikcə tədricə vergilər də azalırdı. «Yer üzünün məskunlaşmış əraziləri iki padşah arasında bölünməyə layiq deyil» Orta əsrlərdə beynəlxalq münsibətlər «ata-oğul-qardaş» anlayışları üzərində qurulurdu. Öz tayına «qardaş», səndən asılı olana «oğul» deyirdilər. Beynəlxalq əlaqələrdə qalib olan «ata»ya çeırilərək termin kimi işlədilirdi. O, ələ keçirdiyi ərazilərdə adının dualar zamanı çəkilməsini, pulların üstündə öz cizgilərinin əks edilməsini tələb eləyə bilərdi. Bu şərtlər gəlir vergisi qədər vacib sayılırdı. Əmir Teymur ispan kralını «oğlu» adlandırmaqda işguzar söhbətlərdə bir daha vurğulayırdı ki, uzaq İspaniya belə onun əmrinə müntəzirdir. Üçillik adlanan birinci səfərdə Teymur monqolları İrtışa qədər şimala, şərqdən isə Böyük Ulduza qədər qovalaya bilir. «Beşillik» yürüşdə Xəzər ətrafı əraziləri, Qərbi Persiya və Bağdadı əldə edir. Əmirin oğlu Ömər Şeyx Farsın, Miranşah Azərbaycan və Zaqafqaziyanın hakimi təyin edilir. Monqolları rus sərhədlərinə qədər sıxışdırandan sonra Qafqaz dağları Teymur imperiyasının şimal sərhəddi olur. Hindistana yürüşü nəticəsində Teymur sərhədlərini genişləndirməsə də çoxlu şəhərlər əldə edərək Səmərqəndə çox böyük sərvətlə qayıdır. Arxasıyca qanlı iz qoyaraq Dehliyə qədər gedib çatan əmir  geri qayıdanda 90 filin belində Səmərqənddə tikiləcək məscid üçün sal daşlar gətizdirirdi.Yeddi ililk yürüşün başlamasına Miranşahın havalanması təkan oldu. Çünki onun idarəçiliyindəki ərazilərdə narazılıqlar baş alıb gedirdi. Öz oğlunu da taxtdan salaraq Osmanlı sultanı Bəyazidlə döyüşə başlayır. Anqora ətrafında olan türkün türkə qılınc qaldırdığı döyüşdə Bəyazid məğlub olur və əsir düşür. Bağdadın hakimi Miranşahın oğlu Əbu Bəkr, Azərbaycanınkı isə o biri oğlu Ömər təyin edilir. Səmərqəndə qayıdnadan sonra Əmir Teymur çoxdan planlaşdırdığı nağıllar ölkəsi Çin üzərinə yürüşə hazırlaşır. Amma Çini də öz imperiyasına qatmağa ömrü kifayət eləmir. Kürən Avropalı? Əmir Teymurun hərəkətləri, səfərləri haqqında çoxsaylı məlumatlar yazmış tarixçilər onun görkəmi barədə çox az təsvirlər qoyublar. Əmirin əsiri ərəb İbn Arabşah onu hündür boylu, iri kəlləli və hündür alınlı kimi təsvir edir. Onun yazdığına görə Teymur çox güclü, cəsarətli, əla bədən quruluşlu, enli kürək kişi idi. Uzun saqqal saxlayırdı, saçı vaxtından qabaq ağarmışdı, bir ayağını çəkərək gəzir və qalın, bəm səslə danışırdı. Dərisini də qəribə olsa da ağ rəngdə təsvir edirdi.  1941-ci il 22 iyunda Qur-Əmir məqbərəsindən çıxarılmış sümüklərə əsasən əmirin portretini yaratmış antropoloq Gerasimov da bu təsvirə uyğun nəticələr əldə eləmişdi. Gerasimov sümüklərin sahibinin ayağını çəkməsini və əlinin qurumasını təsdiq eləmişdi. Alimin təsvirinə inansaq Teymur monqoloid yox, avropalı görkəmində idi. Əldə edilmiş skileti sahibi monqollar üçün hündür sayılan 170 sm-lik boyda idi. Teymurun vaxtından qabaq ağarmış kürən saçları və uzun bığları vardı. Saçın binokulyar altında tədqiqi saçların kürənliyinin tarixçilərin dediyi kimi xına ilə rənglənmiş yox, təbii olmasını təsdiqləyib. Kəllələrdən qüllələr Orta əsr bioqrafları Teymurun fitri yaddaş sahibi olduğunu, türk, fars dillərini bildiüyini yazırlar. Deyilənə görə əmir Teymur dahi sərkərdə və qəhrəmanların tarixçələrini çox yaxşı bilirmiş və döyüşdən qabaq əsgərləri ruhunu qaldırmaqçün onlara danışarmış. Bununla belə tarixçilər yazır ki, Teymur yazıb oxumağı bilmirdi. Savadsız adam müsəlman tarixçilərindən ən biliklilərindən olan İbn-Həldunu necə məftun edə bilərdi? Həmin ciddi-cəhdlə tarixçilər əmir Teymuru böyük şəhərləri başabaş qılıncdan keçirən, qansız və rəhmsiz qəssab kimi qələmə verirlər. Onun İran səfəri zamanı İsfahanda 70 min adamın başını üzüb kəllələrdən qüllə yaratması barədə də çox danışırlar. Guya Xorasan şəhəri Səbzəvarda o, adamları diri-diri divara hördürüb inildəyən canlı divarlar yaratmışdı. Sonra Teymurun Hindistan səfərində Orta Asiyaya aparmaq çətin olduğundan yüz min əsiri qırmasından da danışırlar. Guya o, Bağdad səfəri zamanı bir gün ərzində 90 min adamın qılıncdan keçirib kəllələrdən 120 qüllə ucaldıb. Şaiyələrə görə Misiri zəbt eləyəndə əmir Teymur bir damcı müsəlman qanı axıtmayacağına söz verdiyinə görə guya ki, xristianları qılıncdan keçirib müsəlmanları diri-diri torpağa basdırmışdı. Tarixçilər Teymurləngin qaniçənliyini fiziki əzablarıyla bağlayırlar. Bu gün əsassız yazılardan başqa əmir Teymurun törətdiyi «vəhşiliklər»dən bizə bir dənə də  təsdiq edici sübut məlum deyil. Kəsilmiş başlardan ibarət qüllələrin bir fraqmentini  arxeoloji qazıntılar ortaya çıxarmayıb. Orta əsrlərdə qulların yaxşı satıldığı vaxt kim öz varidatını məhv eləyərdi ki? «Mən, Tanrının qulu Teymur..» Əmir Teymur ruhanilərə, dərvişlərə xüsusi hörmətlə yanaşıb. Küfr elan edilmiş (fəlsəfə və məntiqlə maraqlanmaq) işlərlə məşğul olmağa qoymur və böyük gəlir gətirməsinə baxmayaraq ticarət şəhərlərində əyləncə yerlərini bağlatdırmaqla dinin qadağalarına riayət etməyə çalışırdı. Teymur Allaha dərindən inanır, daim yanında Quran gəzdirir və mütaliə edirdi. Ustadı Seyid Bərkə onun ən yaxın adamı və məsləhətçisi idi. Teymurun qılınc hesabına qazandıqlarını öz dualarıyla möhkəmləndirirdi. Böyük fateh öz məktublarını «Mən, Tanrını qulu Teymur..» sözləri ilə başlayırdı. Ölüm yatağında isə o, Seyid Bərkənin ayaqları altında basdırılmağı vəsiyyət etmişdi. Əmir Teymur düşmənə qarış amansız idi, lakin onunla açıq döyüşə girən igid sərkərdələri yüksək qiymətləndirirdi. Azərbaycanda Əmir Altın 300 nəfərlik qüvvə ilə uzun müddət Əlincə qalasını Teymurun ordusundan müdafiə etmişdi. Onun Mərənd hakimi tərəfindən xaincəsinə öldürüldüyünü eşidəndə Teymur buna təssüflənmiş, qatili həbs edib edam etdirmişdi. Böyük fateh əsir götürdüyü İldırım Bəyazidə də ehtiramla yanaşırdı. Onunla tez-tez fəlsəfi söhbətlər edir, şahmat oynayırdı. Birinci İbrahim İbn Soltan Məhəmməd ibn Keyqubad Şirvan taxt-tacını saxlamaq üçün Teymurla dil tapa bilmişdi. Türklərdə belə adət var ki, hədiyyə edəndə hər şeydən 9 dənə verərmişlər. Həmən qaydalara riayət edən Şeyx İbrahim özüylə 8 qul aparmışdı. Ondan soruşanda ki, niyə belədir, demişdi ki, doqquzuncu qul mən özüməm. Bu söz Teymurun o qədər xoşuna gəlir ki, onu Şirvan və Şamaxının rəsmi hakimi elan eləyir. Tədricən 1-ci İbrahimlə əmir Teymur arasında «ağa-qul» münasibətləri dostluğa keçir. İbrahim ona xərac vermirdi, amma Teymurun yolu Şirvana düşəndə təmtəraqlı ziyafətlər verməklə, qiymətli hədiyyələr göndərməklə kifayətlənirdi. Azərbaycana yolu düşəndə Teymur tez-tez düşərgəsini Qarabağda salırdı. O, monqolların dağıtdığı Beyləqanı abadlaşdırır, Arazdan suvarma kanalı çəkdirir. Əmir Teymur Karl Marksa da qalib gəldi Xalq arasında belə bir inam vardı ki, böyük sərkərdənin qəbrini açanda yenə də müharibə ola bilər. 1941-ci ildə Əlişir Nəvainin 500 illik yubileyi ərəfəsində təşkilat klmitəsinə Teymurun məqbərəsini açıb materialları tədqiq eləməyə icazə verildi. Qazıntılar 16 iyunda başladı. Əvvəl nəvəsi Uluqbəyin oğullarını, sonra Teymurun oğulları Miranşah və Şahruhun cənazəsini yerindən çıxardılar. Əmir Teymurun qəbir daşını yerindən tərpədəndə ətrafa boğucu qətran, kamfara, qızılcül və büxur ətrindən qarışıq boğucu qoxu yayıldı. Alimlər 21-dən 22-nə keçən gecə Teymurun sərdabasına düşdülər. Bundan bir saat keçmiş Almaniya SSRİ-yə hücum haqqında elan elədi. Teymurun sümükləri qəbirdən çıxarılıb Moskvaya gətirilmişdi. Stalin taleyini bir az da sınamaqdan çəkinib əmirin sümüklərini yerinə qaytarmağı əmr edir. Bü yaxınlaracan Qur — Əmir məqbərəsini ziyarətə gələnlərə Teymurləngin törətdiyi vəhşiliklərdən danışılır, zəbt edilmiş xalqların əzablarını təsvir edirdilər. Teymurun kanonlaşması 1995-ciildə Daşkəndin mərkəzində Marksın heykəlini yıxıb yerinə Əmir Teymura abidə qoyandan sonra başlayıb. Ölümündən sonra əmir Teymur Karl Marksa da qalib gəldi. Müəllif: Gülnarə Rəfiq Mənbə: Bizim Yol qəzeti Həmçinin bax: Teymurləng (Əmir Teymur) haqqında
['Əmir Teymur', 'topal Teymur', 'Teymurləng', 'emir teymurun heyati haqqinda', 'emir teymurun heyati']
6,251
https://kayzen.az/blog/yazar/3429/%C9%99li-v%C9%99-nino-m%C3%BC%C9%99llifi-kimdir.html
“Əli və Nino” müəllifi kimdir?
burla xatun
Yazıçılar
25 yanvar 2011, 13:15
“Əli və Nino” romanının müəllifinin kim olması barədə mübahisələr gah sakitləşir, gah da yenidən qızışır. Lakin Əsəd bəy və Qurban Səid adları altında kimin gizləndiyini müəyyən etmək əvvəldə olduğu qədər çox çətindir. Bu haqda dörd versiya mövcuddur: Birincisi – amerikalı jurnalist Tom Ris israr edir ki, Əsəd bəy və Qurban Səid adından nəşr olunmuş bütün kitabların müəllifi Lev Abramoviç Nussimbaumdur; İkincisi – həmyerlimiz, Almaniyada yaşayan xanım Nuridə Atəşi hesab edir ki, əsərin əsl müəllifi azərbaycanlı Məhəmməd Əsəd bəydir; Üçüncüsü – azərbaycanlı professor Həsən Quliyev belə nəticəyə gəlmişdir ki, Qurban Səid və Lev Nussimbaum əslində azərbaycanlı iş adamı İbrahim Arslan oğlunun oğlu, sonralar xalasının əri Bakıda yaşayan Abram Nussimbaumun oğulluğa götürdüyü Məhəmməd Əsəd bəyin təxəllüsləridir; Dördüncüsü – ABŞ-da nəşr olunan “Azərbaycan İnterneşnl” jurnalının baş redaktoru xanım Betti Bleyer Əsəd bəyin başqa müəlliflərin, məsələn, Yusif Vəzir Çəmənzəminlinin “işləmələrindən” istifadə etməsi barədə azərbaycanlı siyasi mühacirlərin və Bakıdan olan bir sıra alimlərin fikirlərinə şərik çıxır. Betti Bleyer ciddi araşdırmalar aparmış və xarici arxivlərlə yanaşı Bakıda, Tbilisidə və Kiyevdə yeni sənədlər aşkara çıxarmışdır. Mənim fikrimcə, xanım Betti Bleyerin gəldiyi nəticələr daha inandırıcıdır. Mənə gəlincə, mən bu mövzuda nəşr olunan materialları izləməyə çalışıram və maraqlı saydığım, indi sizinlə məmnuniyyətlə bölüşəcəyim faktları toplayıram. 1. Mənim kitabxanamda italyan dilinə “Əli Xan “ və “Asiyade” adları altında tərcümə olunmuş “Əli və Nino” və “ Qızıl Buynuzdan olan Qız” kitabları var. Onlar Mussolininin vaxtında mövcud olmuş Roma Şərq Ədəbiyyatı İnstitutu tərəfindən nəşrə hazırlanmışdır. Nəşrin təşəbbüskarı Əsəd bəyin dostu Cəmil Vakka-Mazara (əsl adı – Bello Vakka) olmuşdur. Bu iki kitab üzərində onların orijinal adları göstərilmişdir – “Əli Xan” və “Sarı saçlı qız” və Əsəd bəyin bioqrafiyası haqqında məqaləsində Cəmil Vakka qeyd etmişdir ki, müəllif azərbaycanlı iş adamı İbranim Arslanın oğludur. Buradan belə nəticəyə gəlmək olar ki, Azərbaycan dilində əlyazmalar vardır və müəllif azərbaycanlıdır. Lakin Əsəd bəyin milliyyətini araşdıran zaman bəzi tədqiqatçılar Cəmil Vakkanın fikrinin birinci hissəsinin, yəni orijinalın olmasının üzərindən ötüb keçərək, bunun ikinci hissəsinə istinad edirlər. Beləliklə, onlar özlərinə sərf edən variantı əsas götürür və guya kəşf etdiklərini bildirirlər. Əslində isə Əsəd bəyin Azərbaycan dilində heç bir əlyazması, Azərbaycan Dövlət Arxivində isə iş adamı İbrahim Arslan oğlu haqqında bir sətir belə yoxdur. Onun haqqında inqilaba qədərki Bakıda buraxılmış telefon soraq kitabçasında da məlumat yoxdur. Onun oğlu Məhəmməd Əsəd haqqında da heç bir məlumat yoxdur, onun Abram Nussimbaum tərəfindən oğulluğa götürülməsi barədə də heç bir sənəd yoxdur. Lev Abramoviç Nussimbaumun özü haqqında isə Bakıda, Kiyevdə və Tbilisidə çoxlu maraqlı məlumatlar (valideynlərinin nikahı, atasının doğum tarixi, Levin Bakıda ibtidai məktəbdə oxuması və s. haqqında şəhadətnamələr) aşkar olunmuş. Bu materiallarla xanım Betti Bleyerin tədqiqatlarından tanış olmaq olar.Tapılan sənədlərdən birində-Əsəd bəyin öz əli ilə yazdığı vəsiyyətnaməni Əsəd bəy – (Leo Nussimbaum,Lev Nussembaum) kimi imzalamış. Əsəd bəy adının şifrəsinin açılmasına da diqqət yetirmək lazımdır. “Lev” ərəb dilinə “Əsəd” kimi tərcümə olunur. “Abram” isə “İbrahim” kimi. Beləliklə, “Lev Abramoviç” “Əsəd İbrahim oğluna” çevrilir.Atası Abram Livoviç isə İbrahim Arslan oğluna. “Əli və Nino”nun alman dilində ilk və sonrakı nəşrlərində Cəmil Vakkanın çıxardığı nəticələrə istinad edilmir. Onda belə bir sual meydana çıxır: nə üçün o, italyan nəşrində belə yazmışdır? Bunun cavabını mən rus mühacirlərinin Parisdə nəşr olunan “Russkaya mısl” qəzetində tapdım. İtaliyanın Pozitano şəhərində yaşamış rus mühacirləri haqqında məqalədə yerli polis idarəsinə Əsəd Bəyin keçmiş arvadı Erika Lovendalın (nikahda – Erika Nussimbaum Əsəd bəy) şikayəti haqqında məlumat verilir. O, yazır ki, keçmiş əri Lev Nussimbaum özünü azərbaycanlı kimi qələmə verir. Iki kitabının Azərbaycan dilində orijinallarının olduğunu uyduraraq Cəmil Vakkanın dostunu italyan polisindən müdafiə etmək istəyi məhz bu halda bəlli olur. 2.Mənim toplumdan daha bir sənəd. Rusiya Dövlət Hərbi-tarixi arxivindən 1924-cü ildə İstanbulda yaradılmış mühacirətdə olan “Azərbaycan Milli Mərkəzi”n hesabatlarını aşkar etdim. Onun tərkibinə birinci Azərbaycan Respublikasının keçmiş liderləri – Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədov, Əkbər Ağa Şeyxülislamov, Mustafa Vəkilov, Miryaqub Mehdiyev və başqaları daxil idi. 21 mart 1933-cü il tarixli hesabatda Mərkəzin son nəşrləri kimi Hilal Münşinin “Azərbaycan Respublikası” adlı, 1000 nüsxə tirajla 5 çap vərəqi həcmində Berlində alman dilində nəşr olunmuş kitabı göstərilir. Bu bənddə bir qeyd var: “... Əsəd bəyin uydurmalarına cavab olaraq nəşr”. Beləliklə azərbaycanlı mühacirlər hesab edirdilər ki, Əsəd bəy özünün 1928-ci ildə “Der Döyçe Şpiqel” qəzetində nəşr olunmuş “Azərbaycan Respublikası” məqaləsində,”Şərqdə neft və qan” (1929) və “Qafqazın 12 sirri” (1930) kitablarında Azərbaycanın tarixini saxtalaşdırmışdır. Görünür, bu səbəbdən də mühacirət mətbuat və nəşrlərində Əsəd bəy adlı yazıçı haqqında məlumata rast gəlmirik. Qeyd etmək lazımdır ki, əslində Əsəd bəyin bütün kitablarında nöqsanlara yol verilmişdir. Mən rus mühacirət tarixini pis bilmirəm və bu səbəbdən onun rus dilində Bakıda nəşr olunmuş “Belaya Rossiya” adlı mühacirlər haqqında kitabı məndə qəribə təsir yaratmışdı. Mənim qeyd aldığım səhvləri və qeyri-dəqiqlikləri əslində iki cür izah etmək olar: ya müəllif, ya da anonim tərcüməçi o illərin hadisələrini pis bilirmiş. Yeri gəlmişkən, tərcüməçilər haqqında. İlk dəfə romanı alman dilindən Azərbaycan dilinə ötən əsrin 70-ci illərində “Azadlıq” radiostansiyasının Azərbaycan şöbəsinin əməkdaşı Məcid Musazadə Münhendə tərcümə etmişdir. Radio diktorları da bir il müddətində Bakıda dinləyiciləri bu romanla tanış edirdilər. Bu verilişlərin surətlərini mən mərhum Məcid Musazadədən almışdım, hal-hazırda onlar bizim Dövlət arxivindədir. İkinci dəfə tərcüməni həmin radionun əməkdaşı Mirzə Xəzər etmişdir. Məhz onun tərcüməsi 1990-cı ildə “Xəzər” jurnalında çap olunmuşdu. “Əli və Nino”nun Azərbaycan dilində başqa nəşrlərinə baxdıqda naşirlərin mətni haradan götürdükləri, tərcüməni alman dilindən kimin etdiyi bilinmir. Bakıda rus dilindəki nəşrlərdə isə, tərcüməçinin adı göstərilib, amma hansı dildən edildiyi göstərilməyib. Moskvada isə “Əli və Nino”nun rus dili nəşrində alman dilindən tərcüməçi Mirzə Hüseynzadə göstərilir. Halbuki o, alman dilini bilmir. Bütün bunlar romanın ilk tərcüməçilərinə hörmətsizliyi, daha geniş mənada isə nəşriyyat məsələlərində mədəniyyətin olmamasını göstərir. 3. Daha bir neçə fakt: a) bəzi tədqiqatçılar Əsəd bəyin guya “Əli və Nino”nun birinci nəşrindən götürdükləri fotoşəklini verirlər. Əslində orada onun heç bir fotoşəkli yoxdur. b) arxivdə keçən əsrin əvvəllərində uşaqların Aşurbəyovlar ailəsində qonaqlıqda çəkilmiş şəkli var. Rəhmətlik Sara xanım Aşurbəyli şəkildəki şəlpəqulaq uşağı göstərib deyərdi: “Leva Nussimbaum budur”. Lakin bəzi alimlərə görə bu, altı yaşlı Əsəd bəydir. Və, nəhayət. Qərbdə Əsəd bəyi ədəbiyyat Qudinisi adlandırırlar. Gəlin apardığımız tədqiqatlarda dəqiq olaq və çalışaq ki, istər-istəməz görkəmli illüzionistin ədəbiyyatda davamçısına çevrilmiş bir kəsin mistifikasiyalarına deyil, arxiv materiallarına istinad edək. Mənbə: 525-ci qəzet Müəllif: Ramiz ABUTALIBOV
['Əli və Nino']
6,252
https://kayzen.az/blog/az-proza/3652/toy-%C9%99hv%C9%99lat%C4%B1-%C3%A7ingiz-abdullayev.html
Toy əhvəlatı (Çingiz Abdullayev)
Muza
Azərbaycan ədəbiyyatı
25 yanvar 2011, 10:49
Keçən əsrin ortalarında heç Bakıda olmusunuz? Demək, siz bu cənub şəhərində daimi karnaval mühitinin hökm sürdüyünü hiss edə bilməmisiniz. Şəhərin ən gözəl xanımları ad ilə tanınardı, onların şəhərdə hər gəzintisi yerli əhalinin diqqətini cəlb edər, böyük heyrətə və vəcdə səbəb olardı.Bakı evlərində baş tutan hər hansı məclisdə Bakı ləhcəsi və Azərbaycan sözləri qarışdırılmış rus diliylə danışan müxtəlif xalqların nümayəndələri ilə tez-tez qarşılaşmaq mümkün idi.Belə ki, azərbaycanlılar, gürcülər, ruslar, yəhudilər, ləzgilər, tatarlar, ermənilər eyni dilə və eyni tələffüz tərzinə malik idilər, buna görə də çox vaxt onları bir-birindən ayırmaq  xeyli çətin idi.Pəncərələr açılarkən  qadınların gur,uca səslərinin sədası hər tərəfə yayılırdı. Bakının “Torqovıy” adlanan küçəsində isə təsəvvür edilməz “pijonlar” yürüyürdülər.Avropanın digər iri şəhərləri ilə müqayisədə Bakıda ən yaxşı neylon köynək və uzunboğazların, rəngbərəng  jaket və ağlasığmaz çantaların peyda olması heç də uzun çəkməzdi.Burda həyatı hədsiz sevir, ondan həzz almağı da bacarırdılar. Sanki təbiət özü dəniz kənarında yerləşən bu son dərəcə gözəl şəhərin sakinlərinə iltifat etmişdi. Bakı dəniz kənarında yerləşən yeganə paytaxt şəhər idi.Riqa Baltik körfəzinə çıxırdı, digər şəhərlərin isə yalnız çayları var idi. Bəlkə dəniz insanların xasiyyətinə də nəcəsə təsir eləmişdi? İnsanları daha təmkinli və sakit edən böyük su kütləsi və yod qoxusu.Qurunun altıda bir hissəsini təşkil edən bu böyük ölkədə sadəcə iki bənzər cənub şəhəri  vardı: qızmar günəş, dəniz, gülüş, xoşbəxtlik, çaxır, gözəl musiqi, füsunkar, cazibəli qadınlar və yaraşıqlı kişilər bir-biri ilə qarışıb təkrar olunmaz ahəng yaradaraq  fövqəladə çoxsəslilik yaratmışdı.Bu hadisə Bakıda 40-cı illərin axırlarında baş vermişdi. Bəşəriyyət tarixində baş vermiş ən dəhşətli müharibə başa çatmışdı. Göz önündə vahiməli bir səhnə canlanırdı. Minlərlə kimsəsiz, yalqız, valideyinlərindən məcburən məhrum olunmuş yetim uşaqlar, minlərlə əlil, bir də əksər qapılarda keçirilən saysız dəfn mərasimi. Görünür,  amansızlaşmağın, xudbinləşməyin tam zamanıydı.Amma insanlar qəribə metamorfozlar  yaşayır, bir haldan digər hala keçid alırlar. Qonşular bir-birinə yardım əli uzadırdılar. Yad insanlar tanımadıqları, lakin hamı kimi müharibə dəhşətini, o faciəni, doğma insanların itgisini, acısını dadan, sadəcə yoldan keçən birini belə ürəkləndirməyə çalışırdılar. Uşaqlardan çörək kartoçkalarının oğurlanması, hətta cinayətkarların öz aralarıda belə ən ayıb əməl hesab olunurdu.Camaat uzun sürən üzücü müharibədən sonra yenicə özünə gəlməyə başlamışdı. Bəli, hazırda dörd il davam edən müharibə, bəlkə də, bir o qədər uzun müddətli hesab edilməyə bilər, lakin dörd il-bu heç də  az müddət deyil, həmçinin bu dörd  il son dərəcə dəhşətli və qorxunc keçmişdi.Xəbər alın oğlunu müharibəyə yollayan o anadan, yoldaşı cəbhəyə göndərilən qadından,hər bir insandan, hər bir vətəndaşdan kim ki, səbirsizliklə həsrət dolu  dörd ilin başa çatmasını arzulayıb. Soruşun, onlar sizə bir qaydada müharibə illərinin nə qədər üzücü olduğunu hökmən söyləyəcəklər, bu illəri ən uzun müddətli illər kimi xatırlayacaqlar.Əslində, müharibə 1939-cu ildə başlamışdı, rus qoşunları Monqolustanda yaponların hücumunu dəf etməkdə idi. Ardınca minlərlə kişilər Sovet-Fin müharibəsinə səfərbər oldular. Sonra Böyük Vətən  Müharibəsi. Bu müharibə yenicə bitmişdi ki, qoşun hissələrinin böyük bir qismini yenidən Yaponiyaya qarşı döyüşlərə, uzaq şərqə göndərdilər. Məhz 1947,1948 və 1949-cu illərdə veteranlar artıq öz doğma yurdlarına qayıtmağa başladı.Uşaqlar atalarını tanımadan artıq yaşa dolmuşdular. Amma yenə də ,onlar dünyanın ən xoşbəxt uşaqları idilər. Bir çoxlarının gözü yolda qaldı. Doğmaları cəbhədən geri qayıtmadı. Bəziləri isə atasız, onun varlığını hiss etmədən böyüdülər.Məğrur Bakı qadınları başlarına kəlağayı örtərək yollara çıxıb hər yoldan ötənə  maraq və diqqətlə baxır, gözləri ilə hər birində öz əzizini, qohum-qardaşını arayırdı. Minlərlə insan doğmalarının, yaxınlarının itgin düşmə xəbərini alırdı. Buna baxmayaraq ümidlərini bir an belə itirmədən onlar yenə də inadla gözləyirdilər. Sağlam mühakiməyə rəğmən möcüzələrə inanırdılar və belə xariqələr hərdən baş verirdi.Bəlkə də o illərdə insanların bir-birinə bağlılığı, özgənin dərdinə şərik çıxıb özününkü kimi qəbul edərək kədərlənməsi, sevincinə sevinməsi məhz elə bununla bağlı idi.Bunlar  təkrarolunmaz, özünəməxsus daxili məkana malik xüsusi Bakı məhəllələri idi. “Diviçinskiy” adlanan küçədə bir neçə Bakı ailəsi yaşayırdı.Bu ev Kəbleyi Dəmirin  təşəbbüsü ilə XX əsrin əvvəllərində inşa edilmişdi. Kəbleyi Dəmir çox hörmətli insan idi. Kəbleyi adını da Kərbəlanı ziyarətdən sonra almışdı. Amma ehtiram, izzət sahibini təkcə buna görə dəyərləndirmirdilər. Bu zabitəli, ciddi insan həm də böyük bir ailənin başçısı idi. İnqilabdan sonra ailədə bəzi dəyişikliklər baş verdi. Evinin bir neçə otağını ona  saxlayaraq digərlərini dövlət müsadirə etdi. Kəbleyi Dəmirin ailəsi böyük olduğundan dövlət ona üç otaq ayırdı.O, heç vaxt quruluşa qarşı çıxmazdı, yeni hakimiyyətin də özünə xas olmayan tədbirli nəticə çıxarma təşəbbüsü məhz elə bundan irəli gəlirdi.Digər otaqlarda yeni sakinlər yerləşdi. Buralara ən birinci köçənlərdən biri isə həyat yoldaşı ilə Bakıya Voronejdən gələn Berta xala idi. Onun həyat yoldaşı nə vaxtsa Fridrix Engels adına təşviqat qatarının siyasi rəhbəri olmuşdu.Evin digər hissəsində beş uşaqlı və daim hamilə olan həyat yoldaşı ilə birgə Mustafa adlı ləzgi yaşayırdı. 20-ci illərdə yenidən qurulmuş, vaxtı ilə qonaq otağı hesab olunan əlavə tikilidə Kazandan Bakıya gəlmiş Həbibulla adlı tatar məskunlaşmışdı. O milliyətcə ukraynalı olan Qalina ilə evlənmişdi. Qalina da Bakı xörəklərini bişirmək qabiliyyətinə görə heç də yerli xanımlarından geri qalmırdı.Bax, beləcə, hamı bir həyətdə yaşayırdı. Hərdən mübahisə edər, hərdən küsüşər, amma heç biri ciddi incikliklə nəticələnməzdi. Bu həyətdə hər bir bayram birlikdə qeyd edilərdi- Novruz bayramı, Qurban bayramı,Pravoslav pasxası, yəhudilərin pasxa bayramı .Eyni zamanda “ 1 May”, “7 Noyabr”,  Yeni il ,hətta Lenin şənbələrində hamı bir nəfər kimi tərtəmiz həyəti təmizləməyə çıxardı. Qadınlar isə nədənsə məhz bu gün xalça-palazlarını çırpıb təmizəlmək qərarına gəlirdilər.Tez-tez hamı köhnə çinar ağacının kölgəsinə yığışaraq birgə çay içərdi. Kişilər nərd oynayar, qadınlar isə uşaqlarından, bazardakı qiymətlərdən gileylənib Almaniyadan yenicə qayıtmış və müharibədə əlil olub, sonralar isə iki ayağının olmadığına baxmayaraq yenidən evlənən Hüseynbala haqqında qeybət edərdilər. Hüseynbala qonşusu Mustafadan  otaq kirayələmişdi. Eyni zamanda o çox bacarıqlı təkənəçi idi. Onun kimi sənətkar heç vaxt işsiz qalmazdı.Bununla o nəinki iki uşaq anası olan təzə arvadını, hətta keçmiş həyat yoldaşı ilə doğma oğlunu belə təmin edirdi. O zaman iki ayağından  məhrum olan təkənəçi əminamanlıq, rifah rəmzi olmaqla yanaşı həm də iki ailəni bütövlüklə dolandırmaq iqtidarında olan bir insan idi.Onun xanımı Fatimə tez bir zamanda qonşuların könlünə yol tapmışdı,hamı onu çox sevirdi, bilirdilər ki, onun əkizləri atalarını tanımadan böyüyür.Cümə günü 1941-ci ilin 20 iyun tarixində onların toyu oldu, iki gün ötdü müharibə başladı və Fatimənin həyat yoldaşını cəbhəyə apardılar.1941-ci ilin sentyabr ayında onun ölüm xəbəri gəldi.1942-ci ilin mart ayında isə Fatimənin iki oğlan övladı dünyaya gəldi. Ətrafdakılar Fatiməyə çox böyük hörmətlə yanaşırdılar,həm acı taleyinə, həm də səssiz itaətkarlığına görə. O, bütün qonşulara əl tutar, yardım edərdi, öz övladları isə həmişə səliqə-səhmanlı və təmiz geyinərdi. Lakin onun üzünün gülməsini heç vaxt və heç kim görməmişdi. Deyirdilər birinci həyat yoldaşını çox sevirmiş. Berta xalanın həyat yoldaşı 1935-ci ildə dünyasını dəyişdi.Onun cəmi 42 yaşı var idi,lakin dəhşətli inqilabi keçmiş ona böyük təsir göstərərək ağır xəstəliyinə səbəb olmuşdu. Çox keçmədi ki,açılmış mədə yarası onun axrına çıxdı. Bəlkə onunku qismən gətirdi də, ən azından onu son mənzilə orkestrın müşayəti ilə yola salıb qəbrinin üstünə isə qırmızı ulduz ilə xatirə nişanı qoydular və haqqında çoxlu dəyərli sözlər söyləndi.Kim deyə bilər ki, bir neçə il də ömür sürsəydi şərait necə dəyişə bilərdi.Ola bilsin, onu hansısa bir ziyankarlıqda günahlandırar,yaxud vaxtilə eyni zamanda koreya,alman və yapon casusu olduğunu sübut edərdilər .Amma indi isə Berta xala yüksək təqaüd alırdı, hətta onu dəfələrlə yerli məktəblərdə  qəhrəman həyat yoldaşı haqqında hekayələr ilə çıxış etməyə dəvət edirdilər.Yaşlı anası 1939-cu ildə sanki müharibənin yaxınlaşdığını duyub Voronejdan Bakıya köçmüşdü. Rahil xalanın yetmişə yaxın yaşı vardı, buna baxmayaraq,ağıllı qadın olduğuna görə “Diviçinskiy” küçəsində yerləşən bu  Bakı məhəlləsinin mehriban kollektivinə qısa zamanda qaynayıb qarışa bilmişdi.Qeyd etməliyəm ki, bu küçə “28 Aprel” adına kinoteatrın yaxınlığında yerləşirdi. Bu kinoteatr isə müharibədən dərhal sonra- əsrin əvvəlində qurulmuşdu.Əslində bu küçənin adı “Dəvəçinskiy” olubmuş, lakin sonralar vaxt ötdükcə küçəni “Diviçinskiy”adlandırmışdılarRahil xalanı digərlərindən fərqləndirən çox əhəmiyyətli xüsusiyyəti var idi.O , mütəmadi olaraq yəhudi məbədinə baş çəkirdi. İnqilabın 25-ci ilində bu ağlasığmaz hərəkət, doğru sayılmırdı və mümkün deyildi. Berta xala hər zaman onu fikrindən daşındırmağa  çalışırdı, amma, təəssüf  ki, onu inandırmaq heç cür mümkün olmurdu. Rahil xala yəhudilərin fətir bayramında yedikləri fətirə-matsaya bütün məhəlləni qonaq edərdi. O, özünün dindar,mömin qadın olduğunu heç vaxt gizlətməzdi və xristian olan Qalinaya, şiə Hüseynbala ilə Kəbleyi Dəmirə, sünni  Mustafa ilə Həbibullaya böyük hörmət və ehtiramla yanaşırdı, halbuki onların heç birində dindarlıq hiss olunmurdu.Lakin 1942-ci ildə bu ailəyə faciəvi bir xəbər gəldi. Rahil xalanın oğlu yəni, Berta xalanın qardaşı Boris cənub qərb cəbhəsində itgin düşmüşdü.Həmin vaxt orada qızğın döyüşlər davam edirdi. Son dərəcə gülərüz, çalışqan Rahil xala bir anda, göz önündə elə bil yaşa doldu. Belə bir fəlakətin hər bir insanın başına gələ biləcəyini anlayaraq bütün həyət Rahil xalaya təskinlik verir, onu ovundurmağa çalışırdı.Mustafanın iki oğlunu birdən 1941-ci ildə cəbhəyə apardılar.O zaman Hüseynbala hələ bu həyətə köçməmişdi. 1943-cü ildə isə bədbəxt valideyn böyük oğlunun ölüm xəbərini aldı.Rahil xala oğlunun xəbəri ilə barışmaq istəmir, buna inana bilmirdi. İndi o sinaqoqa həmişəkindən də sıx baş çəkirdi, sanki oğlunun canının sağ olmasını Allahdan yalvararaq diləyirdi. Artıq qızı da onun bu mütəmadi səfərlərinə etiraz etmirdi. Qəribə idi, hakimiyyət özü belə dəyişmişdi. Müharibə illərində əzab çəkən insanlara daha məscidlərə, kilsələrə, sinaqoqlara baş çəkməyə icazə verilirdi. Hətta ən rəhmsiz hökumət belə bir ağır gündə insanlara dayaq, təsəlli tapmaqda yardımçı olmalı olduğunu anlayırdı.1945-ci il 9 may tarixində qələbə haqqında xəbər gəldi. Bu günü hamı ağlayırdı, kimi sevincdən,kimisə kədərdən. Kim ki, keçən əsrin ortalarında Bakıda yaşayıbsa belə bir hadisənin bu şəhərdə iki dəfə baş verdiyini təsdiq edə bilər. Birinci dəfə 1945-ci il 9 may tarixində qələbə hissini, sevincini yaşayanda, ikinci dəfə isə Stalin öləndə. O zaman insanlar belə düşünürdülər ki, Stalinsiz, rəhbərsiz həyat artıq davam edə bilməz və çoxları səmimi qəlbdən kədərlənirdi. Berta xala dindar qadın deyildi o keçmiş partiya üzvünün həyat yoldaşı, əslində ateist idi. Buna baxmayaraq qələbə günü anası Rahil xala ilə sinaqoqa birlikdə yollanmağa razılaşdı. Həyatında ilk dəfə idi ki, Berta xala Allahdan sidq ürəklə qardaşının tapılmasını, sağ qalmasını xahiş etdi. Və möcüzədir: onun qardaşı tapıldı. 1946-cı ilin sonlarında onlar sanki mümkün olmayan  xəbər aldılar- Boris evə qayıdır. Borisin sağ qalması həqiqətən də möcüzə idi, çünki Boris sünnət edilmiş yəhudi idi, bu isə əsirlikdə qaçılmaz ölüm demək idi. Sən demə Boris həqiqətən də əsir düşüb, lakin özünü yəhudi  yox, müsəlman kimi qələmə veribmiş. Artıq o zaman faşistlər yəhudiləri müsəlmanlardan çox yaxşı ayıra bilirmişlər. Sonralar Yuqoslaviyada partizanlara qoşularaq 1945-ci ilədək döyüşüb. Ağır yaralı olduğundan may ayında özlərinki tərəfə qayıtmağa çalışsa da bu mümkün olmayıb və məhz 1946-cı ildə evə qayıtmaqda israr edib.O gündən Berta sinaqoqa tez-tez getməyə başladı. Tezliklə Boris qayıtdı. Bütün həyət  Rahil xalanın yenidən cavanlaşmasına sevinirdi. 1949-cu ilin may ayında Kəbleyi Dəmirin böyük qızının toyu olmalı idi. Bakı ailələrinin adət ənənəsinə əsasən toya qabaqcadan hazırlıqlar görülürdü. Əvvəlcə evə elçilər gəlib gələcək danışıqlar üçün icazə aldılar. Ardınca isə kişi xeylaqları gəldi. Görüşün axrında qız ailəsi qızlarını ərə vermək razılıqlarını süfrəyə şirin çayın gəlməsi ilə bildirdilər. Sonra isə hədiyyələrin dəyış-düyüşü başladı. 1949-cu ildə bir tikə adi sabun və yaxud bir arşın parça böyük pay hesab olunurdu. Ailələr əllərindən gələni əsirgəmirdilər. Toy may ayının 16-na təyin olunmuşdu. 1949-cu ildə cavan oğlan ilə ailə qurmaq böyük bir möcüzə idi. Ölkədə on qıza üç-dörd cavan oğlan düşürdü.Toy gəlinin məhəlləsində olmalı idi. Stolları hazırlayırdılar, qonşu Bakı kəndlərindən ət gətimişdilər. Hər kəs əlindən gələni edir, can yandırırdı. Görünür, toy həddindən artıq şən və qonaqlar sarıdan bol olacaq. Yüz nəfərə qədər qonağın iştirakı nəzərdə tutulmuşdu. İndi hamı böyük saraylarda 500-600 nəfərlik səs- küylü məclislərə alışıb. O zamanlar  iyirmi nəfər qonaq belə çox hesab edilirdi, yüz nəfərlik qonaqlıq isə inanılmaz birşey idi.Toy məclisinə bütün qonşular dəvət almışdı. Hər kəs öz bildiyi, istədiyi kimi hazırlanırdı. Təkcə Bertanın əhval- ruhiyyəsi yerində deyildi. Axır zamanlar anası tez-tez xəstələnirdi. Rahil xalanın artıq səksənə yaxın yaşı var idi. May ayının on üçü, on dördü Rahil xala üçün təcili yardım çağırmışdılar. O isə xəstəxanaya  getmək istəmirdi. Belə bir təntənəli anda evi tərk etməyə haqqı olmadığını düşünürdü.May ayının on beşi Rahil xalanın halı xeyli yaxşılaşdı. O hətta evdə yeriyərək qızını sakitləşdirməyə çalışırdı. Toy gününün səhəri idi, yəni may ayının onaltısı həyətdən artıq qadınların, qonum-qonşunun səs-küylərinin gəldiyi bir zaman Berta anasına yaxınlaşaraq dəhşət içində onun öldüyünü anladı. Rahil xala yuxuda olarkən dünyasını dəyişdi. Bu, məhz pak, mürüvvətli, təmiz insanlara nəsib olan ən xoşbəxt ölüm idi. Ölərkən belə Rahil xalanın dodaqlarında təbəssüm var idi.Berta xala pərdələri çəkərək çarpayının başı tərəfində əyləşdi. Onun qarşısında çox çətin bir sual durmuşdu. O qərar qəbul etməli idi. Yəhudilərin ciddi qayda-qanununa əsasən ölünü qürub çağınadək basdırmalı idilər.Bir tərəfdən də anasının ölməsini Berta heç kəsə deyə bilməzdi. O zaman toy təxirə salınacaqdı, beləliklə də, camaatın bayramı yasa dönüb bütün həyatları pozulub puç ola bilərdi. Onlar həmişəlik bu günü yaddaşlarında saxlayıb baş vermiş hadisənin öz toy günlərinə təsadüf etdiyini xatırlayıb heç vaxt dərindən xoşbəxt ola bilməyəcəkdilər.Berta oturub ağlayırdı, vaxt isə amansızcasına gedirdi.Həyətdən gələn qonaqların sevincli səsləri, fərəhli təbriklərinin sədası gəlirdi. Bir az keçmədi ki, məclisə bəylə gəlin təşrif buyurdu. Bir neçə dəfə gəlinin anası Bertanın pəncərəsini döyərək onu toya dəvət etdi. Nəhayət ki, Berta qərara gəldi. O, ayağa qalxdı anasının üzərinə təzə mələfə sərdi, yuyundu, əynini dəyişdi, əvvəlcədən hazırladığı hədiyyəni götürüb çıxdı həyətə. Heç kəs baş verəndən xəbər tutmadı. Berta gülüb danışır, hətta cavanların sağlığına badə də qaldırdı. Hamıya isə anasının toyda iştirak etməməsini özünü pis hiss etməsi ilə izah etdi.Axşam toy bitəndən sonra Berta evə qayıdaraq gəlib anasının ölüsünün yanında oturub toyun necə keçdiyini anlatdı, sanki anası onu duyurdu. Səhəri günü Berta anasının gecə vaxtı dünyasını dəyişdiyini qonşulara xəbər verdi. Gəlinin anasından savayı heş kəs heçnə başa düşməmişdi, lakin o otağa daxil olanda xüsusi qoxunu hiss edib Bertanı qucaqlayaraq xeyli ağladı, beləcə, sanki öz minnətdarlığını bildirdi.Bu əhvalat, həqiqətən də, “Diviçinskiy” küçəsində babam Kəbleyi Dəmirin evində baş vermişdi. Bunu mənə nənəm danışmışdı. O biri dünyanın varlığına bir o qədər inanmasam da bir şeyi dəqiq bilirəm ki,  Bertanın anası mömin Rahil xala cənnətdədi. Toyları olan cavanlar yarım əsrə yaxın uzun və çox xoşbəxt ömür sürdülər. Onların beş uşağı,səkkiz nəvəsi oldu. İndi hətta nəticələri belə var. Berta otuz il sonra dünyasını dəyişdi. Bütün həyət onun yasını tutmuşdu. Bertanın yasına mən özüm də getmişdim, onun üzündəki təbəssümü hələ də xatırlayıram. Bertanın doğru əməli , bəlkə də, Allah tərəfindən onların ailəsinin ateizminin bağışlanmasıma səbəb oldu. Yəqin, heç kəsin geri qayıtmadığı o dünyada, Berta anası və həyat yoldaşı ilə görüşdü. Mən buna inanmaq istəyirəm.Tərcümə:Nərgiz Məhərrəmzadə“Kaspi-Ədəbiyyat”Müəllif: Çingiz Abdullayev
['köhnə Bakı', 'Çingiz Abdullayev']
6,253
https://kayzen.az/blog/az-proza/3431/ata-baba-pe%C5%9F%C9%99si.html
Ata-baba peşəsi
burla xatun
Azərbaycan ədəbiyyatı
24 yanvar 2011, 22:31
Bir saatdan artıq bir vaxt idi ki, zibilliyin içində balacaboy, sarı saqqallı bir kişi eşələnirdi. Köhnə uşaq arabasının içində üç-dörd boş butulka, bir-iki dəmir qırığı var idi. Qurşağa kimi böyük zibil yeşiyinin içinə girib qızıl axtarırmış kimi əlləri ilə zibilləri qarışdırırdı. Birdən arxadan yumşaq yerinə dəyən güclü bir təpik onu bütünlüklə zibil yeşiyinin içinə saldı. Bir anlıq nə olduğunu anlamadı. Başını yeşiyin içindən çıxardıb qışqırdı: – Əclaf, neynirsən? – Yaxşı eləyirəm. Sənə min dəfə demişəm ki, bura mənim sahəmdi. Get başqa yerdə eşələn. Elə bil bu zonada bircə zibillik buradı – deyə uzun, arıq kişi dilləndi. Onun üzündən zəhrimar yağırdı. Evinə oğru girmiş adam kimi hirslənmişdi. O biri kişi zibilliyin içindən çıxıb üzünü bozartdı: – Atanın həyətindən zibillik gətirmisən? Ürəyim harda istəyir, orda da eşələnəcəm – deyib üstünə yapışmış xiyar qabıqlarını təmizlədi. Arıq kişi balacaboyun sınıq-salxaq arabasına möhkəm bir təpik ilişdirdi. Arabada nə vardısa, hamısı yerlə bir oldu. Balacaboy kövrək və titrək səslə dilləndi: – Səndə günah yoxdu. Mənim taleyim belədi. Təpiklənə-təpiklənə bu mərtəbəyə yenmişəm... Sonra da arabanı dikəldib: – Amma yaxşı eləmədin, bunları burdan yığmamışdım. Hamısını sındırdın – deyərək oturdu daşın üstündə. Uzun kişi acgözlüklə zibilliyi eşirdi. Arada bir çönüb: – Amma mənim alnıma elə zibillikdə eşələnmək yazılıb. Atam rəhmətlik də həmişə zibillik eşib. Ona da atasından qalıb bu peşə. – Yaxşı övladsan, ata-baba peşənizi əla qoruyursan. Amma mən heç öyrəşə bilmirəm bu üfunətin içində nəsə axtarmağa. Uzun kişi şaqqanaq çəkib güldü: – Onda nə itin azıb burda?... – Heç özüm də bilmirəm. Bilirsən, sən məndən yaxşı eşirsən zibilliyi. Səhər tezdən üç zibillikdən yığdıqlarım bunlar idi, onu da sən vurub dağıtdın. Amma on dəqiqəyə doldurmusan arabanın içini. Uzun kişi başını yeşiyin içindən çıxarıb lovğa-lovğa: – Hamı öz işində peşəkar olmalıdı – deyib, gəlib oturdu balacaboyun yanında. Gözlənilmədən sual verdi: – Sənin arvadın var? – Yox. – Ölüb? – Məni atıb dostumla qaçıb. Bəs sən evlisən? – Dəlisən? Arvadı olana oxşayıram?- deyib barmağını gicgahına aparıb, fırlatdı. – Heç evlənməmisən? – Əvvəldən bu gündə olmuşuq. Atam zibil eşdiyinə görə heç kim qız vermədi mənə. Yerini rahatlayıb əllərini üstünə sildi, burnunu çəkdi. Birdən üzünə bir təbəssüm qondu: – Bir dəfə bir qızı sevirdim. İndi belə olduğuma baxma. O vaxt yaraşıqlıydım. Zibil-zad da eşmirdim. İy də gəlmirdi məndən. Qızın da mənə bir az könlü vardı. JEK-də buxalter işdiyirdi – deyib susdu. Balacaboy kişi maraqla söhbətin arxasını gözləyirdi. – Bəs sonra nə oldu? – Qız başqasına ərə getdi – Bəs deyirdin sənə könlü vardı? – O, könlünü mağazaya vermişdi. Qıza yalandan demişdim ki, bu yaxınlıqdakı mağazanın sahibiyəm mən. Biləndə ki, zibilçinin oğluyam, üzümə tüpürmüşdü. Ağzım fal imiş elə bil, o dediyim mağazanın sahibinin oğluna ərə getdi – deyib şaqqanaq çəkib güldü. Balacaboy kişi dərindən ah çəkib: – Burda gülməli nə var. Yəqin çox sevmişdin onu ki, itirməmək üçün yalan danışmışdın – dedi. Uzun kişi yenə güldü. Balacaboyun çiyninə bir şapalaq da vurdu. – Sevmək nədi? O qızın qəşəng dodaqları var idi. Onları öpmək üçün yalan danışmışdım. Amma yenə də alınmadı. Bayaqdan elə mən danışıram. Sən də danış də... Balacaboy kişi başını aşağı salıb gözlərini qıydı. Arvadı gəldi durdu gözünün qabağında. Onu təmiz məhəbbətlə sevmişdi. Amma indi ondan bu zibillikdən də çox iyrənirdi. Onu bu zibillikdə eşələnməyə möhtac buraxdığı üçün lənətlər yağdırırdı. Hər şeyini götürüb bir gecədə ən yaxın dostu ilə qaçmışdı. Evi də öz adına keçirdiyi üçün qapını bağlayıb onu çöllərə salmışdı. Başa düşə bilmirdi ki, onu niyə dostuna dəyişmişdi. Halbuki yaxşı işi-gücü vardı. Beş kişinin biriydi. Arvadı gedəndən sonra içkiyə qurşandı. Əlində olanları içkiyə verib qaldı zibilliklərin umuduna. Hardan hara gəlib düşdüyünə özü də məəttəl qalmışdı. Uzun kişi onu dümsüklədi: – Kolleqa, haralara getdin? Söz soruşdum, axı... Balacaboy yuxudan ayılmış kimi: – Əşşi, nəysə, keçib bunlardan – deyib ayağa qalxdı. Uzun da yerindən qalxıb, arabasına tərəf getdi. Arabanın içindən beş butulka götürüb qoydu balacaboy kişinin arabasına. – Bunlar qırdıqlarımın əvəzi. Sən yaxşı kolleqaya oxşayırsan – deyib yerindən tərpənəndə arabanın içindən qara bir çamadan sürüşüb yerə düşdü. Balacaboy: – Bu qaldı – deyib çamadanı uzun kişiyə uzatdı. O da bir çamadana baxdı, balacaboya, sonra da gülümsəyib: – Götür, bu da təpiyin əvəzi. Onsuz da ona pul verən tapılmayacaq. Bəlkə sənə lazım olar – deyib getdi. Uzun gedəndən sonra balacaboy ağzıbağlı çamadanı açmağa çalışdı. Nə qədər əlləşdi, aça bilmədi. Axırda hirslənib çamadanı zərblə yerə çırpdı. Bir an dayanıb mat-məəttəl baxandan sonra birdən çamadanı qaldırıb ağzını örtdü, bərk-bərk sinəsinə sıxıb, sağa-sola boylandı. Gözləri az qala hədəqəsindən çıxacaqdı. Bir azca toxtayandan sonra arabasını sürüb uzaqlaşmaqda olan “kolleqa”nın ardınca boylanaraq pıçıldadı: –Ay bədbəxt, elə doğrudan da sənin alnına ömür boyu zibil eşələmək yazılıbmış... Günel CABİR
['zibilxana', 'insan taleyi']
6,254
https://kayzen.az/blog/heyvan/3660/g%C3%B6yd%C9%99l%C9%99nl%C9%99r-tik%C9%99n-kor-termitl%C9%99r.html
Göydələnlər tikən kor termitlər
Xrizoberil
Heyvanlar aləmi
24 yanvar 2011, 15:02
Termitlər qarışqa kimi kiçik böcəklərdir, amma buna baxmayarıq onlar çox bacarıqlıdır. Bu kiçik canlılar qülləyə bənzər hündür yuvalar hazırlayırlar.Xarici görünüşdən sadə görünən bu qüllələr, heçdə sadə deyildir. Çünki termitlər yuvalarını eyni layihə əsasında hazırlayırlar. Burada bala termitlər üçün xüsusi otaqlar, mantar hazırlayan hücrələr, ana termitin otağı və s. otaqlar olur. ən əsas cəhət isə termit yuvalarında havanı dəyişmək üçün xüsusi bir ventilyasiya sisteminin olmasıdır. Termitlərin dərisi çox incə olduğu üçün onların rütubətli havaya ehtiyacı var. Buna görədə onlar yuvanın içindəki hərarəti və rütubəti müəyyən bir tarazlıqda saxlamalıdırlar. əks təqdirdə ölə bilərlər. Termitlər bunu necə edir bes? — termitlər havanı yuvanın içində xüsusi kanallarla dövr etdirərək və yer altında qazdıqları tunellərdən gələn sudan istifadə edərək hərarəti və rütubəti tənzimləyirlər. Təbii ki ,bunlar çox çətin işləridir, eyni zamanda düşündürücü işlərdir. Bu termitlərin gördüyü bir çox işin kiçik bir hissəsidir. Termitlərin xüsusiyyətlərindəm biri də uzunluğu bəzən 7 m çatan yuvalarını çox yaxşı qorumaqlarıdır. Yuvanın divarlarında bir dəlik açıldığı anda həyəcan siqnalı verilir. Keşikçilər başlarını divara vuraraq təhlükə yarandığını xəbər verir və vəziyyəti koloniyanın bütün üzvlərinə bildirirlər. Bundan sonra surfələr qorunur və yuvanın daha təhlükəsiz yerlərinə aparılır. Ata və ana termitin olduğu otağın girişləri də sürətlə divarlarla örtülür. Uçulan hissə həmin anda hərbçi termitlər tərəfindən əhatə olunur. Divarın təmiri üçün lazım olan materialı daşıyan işçilər onları izləyir. Bir neçə saat ərzində uçulmuş hissənin üzəri bir yığınla örtülür. Sonra isə içindəki hissələri bərpa etməyə başalyırlar. Termitlər çox planlı şəkildə hərəkət edir və her kəs öz üzərinə düşən vəzifəni yerinə yetirir. Həmçinin termitlərin çox qısa müddət ərzində bu işləri görə bilməsindən bizə aydın olur ki, onların arasında mükəmməl bir əlaqə var. Lakin termitlərlə bağlı daha heyrətamiz bir məkumatda var: bütün bu nizam — intizamı yaradan, göydələnə bənzər yuvalar tikən, yuvalarını qorumaq üçün təhlükəsizlik tədbirləri görən termitlər əslində.KOR CANLILARDIR. Onlar bütün bu işləri yerinə yetirərkən heç bir şey görmürlər. Bəs bu canlıların bu qədər bacarıqlı olmasının və plan qurmasının səbəbi nədir? — sualına təkamülçülər təsadüfən cavabını verir.Lakin bu səhv cavabdır. Allah Quran ayələrində belə məsələlər haqqında düşünməyimiz üçün bəzi heyvanlardan nümünələr vermişdir. Termitlər də Allahın onlara öyrətdiyi, yəni vəhy etdiyi kimi yaşayırlar. Hətta qarşılarını görməyən bu canlılar arasında qüsursuz bir əlaqə yaradan, onlara nələr edəcəklərini öyrədən, yuvadakı milyonlarla termitin hər birinin öz üzərinə düşən vəzifəni yerinə yetirməsini təmin edən Rəbbimizdir.
['Allahın möcüzəsi']
6,255
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/3613/ibn-sina.html
İbn Sina
burla xatun
Böyük insanlar,şəxsiyyətlər
24 yanvar 2011, 12:17
Avropada Avitsenna adı ilə tanınan böyük alim, həkim, şair, filosof Əbu Əli Hüseyn ibn Abdulla ibn Sina dünya mədəniyyəti xəzinəsini zənginləşdirən bir irs qoyub gedib.İbn Sina 980-ci ildə Buxara yaxınlığındakı Afşana kəndində anadan olub. Onun istedadı lap uşaqlıqdan üzə çıxıb. Deyilənə görə, balaca Hüseyn bir gün əlində saxsıdan bir oyuncaq oynadırmış. Birdən saxsı əlindən düşüb çilik-çilik olur. Buna çox sarsılan körpə ilk sözü tələffüz edir: «Niyə?» Və bütün ömrü boyu o, müxtəlif «niyə»lərə cavab axtarıb. Valideynləri ondakı istedadı görüb uşağa yetərli tərbiyə vermək üçün Buxaraya köçürlər. Buxara o vaxtlar böyük Samanilər dövlətinin paytaxtı, eyni zamanda nəinki Şərqin, ümumiyyətlə, dünyanın ən böyük mədəniyyət mərkəzlərindən biri idi. Şəhərdə böyük məscid və mədrəsələr, indiki terminologiya ilə desək, akademiya var idi. Buraya dünyanın müxtəlif yerlərindən elm və incəsənət adamları – filosoflar, arxitektorlar, həkimlər, şairlər gəlir, onlar çox zəngin saray kitabxanasından istifadə edir, elmi məclislər, disputlar düzənləyirdilər. Şəhərdə çoxlu kitabxanalar da vardı. Hətta onların bəzisində oxuculara pulsuz kağız, qələm, mürəkkəb verilirdi. Başqa yerlərdən gələnlərə isə mehmanxanada pulsuz yer, hətta təqaüd ayrılırdı. Bundan başqa, özünə hörmət edən varlı adamların hamısının fərdi kitabxanası olurdu. Buxaraya köçəndən sonra İbn Sinanı müəllimlərə tapşırırlar. Amma qısa müddətdə yeniyetmə onları heyrətə salır. O, paralel şəkildə, ərəb dilini, fəlsəfəni, stilistikanı, tibbi, astronomiyanı… öyrənmək üçün ayrı-ayrı müəllimlərin yanına gedirdi. Deyilənə görə, unikal zəkaya sahib olan ibn Sina səkkiz yaşında artıq Quranı əzbər bilirmiş. Necə çalışması barədə o, xatiratında belə yazır: «On altı yaşım olanda gecələri və gündüzləri elm öyrənməkdən başqa heç nə ilə məşğul olmurdum. Kitabxanalarda işimi qurtarıb evə qayıdandan sonra şamı yandırıb oxumağa başlayırdım. Bəzən yuxu məni təntidir, yatırdım. Amma yuxuda da məni narahat edən mövzular barədə düşünürdüm. Bütün elmləri öyrənənə qədər belə davam elədi». On yeddi yaşı olanda elmi dairələrdə İbn Sinanı yetişmiş alim kimi qəbul edirdilər. İyirmi yaşı olanda artıq ibn Sina bir neçə kitabın müəllifi idi: təbii elmlərə aid geniş ensiklopediya, qanunların 20 cildlik izahı, etikaya dair kitabı və tibbi lüğəti vardı. Tibb ilə maraqlanması On dörd yaşı olanda İbn Sina tiblə maraqlanır. Deyilənə görə, onu tiblə məşhur həkim Əbu Səhl Məsihi maraqlandırıb. Məsihi dövrün böyük alimi, Hippokrat və Qalenin davamçısı idi. Birgə çalışmaları Xarəzmdə olub. Buxarada saray çevrilişi olanda ibn Sina Xarəzmə köçür. Çox keçmədən böyük alim Əbu Reyhan Biruni və Məsihi də bura köçürlər. Xarəzmşah alimləri himayə edən bir insan idi. O, sarayda tez-tez disputlar təşkil edirdi. Onlar birlikdə çalışır, fizika və kimyadan təcrübələr edir, gecələr ulduzları, meteoritlərin düşməsini seyr edirdilər. Məsihi ilə ibn Sina insan bədəninin quruluşunu öyrənməyə başlayırlar. Hələ gənc ikən ibn Sinanın başına çoxlu elm təşnəsi olan şagirdlər toplaşır. Onların içində hətta ağsaqqal adamlar da olurdu. 18 yaşı olanda fizika, fəlsəfə və astronomiya üzrə Şərqin böyük alimləri ilə yazışır, diskussiyalara girirdi. Bibliyadan sonra ikinci İbn Sina taun, vəba, sarılıq kimi xəstəliklərin səbəblərini analiz edib, meningit, mədə xorası və bir sıra başqa xəstəliklərin müalicə üsullarını göstərib. İlk dəfə göz əzələlərinin quruluşunu da o təsvir edib. Ona qədər dünya tibb elmində hesab olunurdu ki, göz fənər kimi işıq şüalandırır və bu şüalar obyektə dəyib qaytması ilə insan görür. İbn Sinanın elmi irsi çox böyükdür. Tam dəqiq olmasa da, 450-yə qədər əsər yazdığı güman edilir. Bunlar çox müxtəlif sahələri əhatə edir: fəlsəfə, tibb, riyaziyyat, astronomiya, mineralogiya, poeziya, musiqi və s. Ən məşhur kitabı isə «Qanun ət-Tibb» adlanır. Beş cildlik kitabda farmokologiya haqqında əsas biliklər, ürəyin, qara ciyərin, beyinin detallı təsviri verilir. Bundan başqa, taun və vəbanın fərqi verilir, plevrit və ciyərlərin sətəlcəmi, cüzam, şəkər xəstəliyi, mədə xorası haqda o vaxt üçün çox qiymətli bildgilər toplanıb. Qısa müddətdə «Qanun» bütün dünyada tibb ensiklopediyası kimi qəbul olunur. Çap dəzgahı ixtira olunandan sonra ilk nəşr olunan kitab Bibliya, ikincisi isə «Qanun» olub. Avropada beş əsrdən artıq tibbi bu kitabdan öyrəniblər. Yalnız 800 il keçəndən sonra fransız alimi Paster yolxucu xəstəliklərin səbəbinin viruslar olması haqqında ibn Sinanın hipotezini sübut etməyə müyəssər oldu. «Yaxın günlərdə pişik doğacaqsan» Bundan başqa, ibn Sina nəbz haqqında nəzəriyyə də yartadı. «Nəbz dalğavari, milvari, ikizərbəli, uzun, titrək, kiçik, yavaş, əsəbi gərgin, alçaq, qarışqavari mişarvari, dolu və boş ola bilər» deyə o «Qanun»da  yazır. Deyilənə görə, o nəbzə görə xəstələrə diaqnoz da qoya bilirmiş. İbn Sinanın bu bacarığı barədə də bir əfsanə var. Deyilənə görə, İran şəhərlərinin birindən keçəndə xəstə adamlar toplaşıb xahiş edirlər ki, böyük loğman onlara heç olmasa diaqnoz qoysun. Vaxt az, növbə isə həddən artıq imiş. İbn Sina təklif edir ki, adamlar sıraya düzülsün. Hər kəs öz biləyinə bir kəndir bağlasın. İbn Sina sıranın önündən keçib o kəndirləri əlinə almaqla nəbzə görə hər kəsin diaqnozunu qoyacaq. Qoca bir qadın ona inanmadığından, sınamaq istəyindən  və ya zarafat məqsədi ilə donunun atında bir bir pişik gizlədir və kəndiri pişiyin biləyinə bağlayır. İbn Sina adamların xəstəliyini deyə-deyə gəlib çatır qadının bərabərinə. Onun kəndirini əlinə alandan sonra qarıya deyir: «Sən bu günlərdə pişik doğacaqsan». İbn Sina və Bəhmənyar İbn Sina tibb üzrə olduğu kimi, fəlsəfədə də dövrünün böyük alimi, Şərq peripatetikir məktəbinin görkəmli nümayəndəsi idi. O, başqa sahələrdə olduğu kimi, fəlsəfədə də nəhəng irs qoyub və çoxlu alimlər yetişdirib. Onun şagirdlərindən biri də böyük Azərbaycan filosofu Bəhmənyar ibn Mərzban olub. Onların tanışlığı haqqında maraqlı bir rəvayət var: İbn Sina tannmış alim olanda Bəhmənyar hələ uşaq imiş. Rəvayətə görə, bir gün ibn Sinanın laboratoriyasına qonşuluqda yaşayan bir uşaq gəlir. O deyir ki, ocaq qalamaq üçün olara köz lazımdır. Alimlər uşağa deyirlər: «Sən özünlə heç nə gətirməmisən. Közü necə aparacaqsan? Uşaq bir anlığa duruxur. Sonra yerdən bir qoşa ovuc torpaq götürüb deyir: «Közü bura qoyun». Alimlər uşağın fərastinə heyran olurlar. İbn Sina isə onun validenylərinin yanına adam göndərib xahiş edir ki, uşağın onun şagirdi olmasına icazə versinlər. Bəhmənyar ibn Sina haqda xatirələrində belə yazır:  "Bir dəfə şənbə günü fəxrlə dərsə gəlmişdik. Elə oldu ki, müzakirədə lazımınca iştirak edə bilmədik. Müəllimimiz dedi: "Görünür, sizin istirahət gününüz faydasız keçib" (o vaxtlar cümə istirahət günü olurdu). Mən də yoldaşlarım kimi cavab verdim ki, istirahət günü gəzməyə getmişik və buna görə də dərsimizi yaxşı öyrənə bilməmişik. Bu cavabdan sonra müəllim ah çəkərək, gözü yaşarmış halda söylədi: "Kəndirbaz işi ilə gündəlik məşğul olduğundan öz kamilliyi ilə hər şeydən baş çıxaran müdrikləri belə heyrətə sala bilir. Niyə sizin aranızda bir ağıllı və müdrik uşaq çıxmadı ki, dərs oxumağı avaraçılıqdan üstün tutsun?" İbn Sina özü yazırdı ki, Bəhmənyar ona doğma oğlundan da yaxındır. Onu da qeyd edək ki, Azərbaycan filosofu Şərq peripatetiklər məktəbinin ən böyük nümayəndələrindən biri, fəlsəfədə ibn Sinanın ən qüdrətli davamçısı olub. Qırx dərman əfsanəsi İndinin özündə Buxarada ibn Sina haqqında çox maraqlı əfsanə və rəvayətlər dolaşmaqdadır. Bu əfsanələrin birində deyilir ki, o, qocalanda elə qırx dərman düzəldibmiş ki, bununla ölünü diriltmək olarmış. Sonra şagirdinə tapşırır ki, bu qırx dərmanı o öləndən sonra lazımi ardıcıllıqla tətbiq etsin.  Çox keçmədən ibn Sina ölür və şagird işə başlayır. Dərmanlar çox möcüzəli təsir göstərirmiş. İbn Sinanın bədəni nəinki pozulmur, əksinə dərmanın təsirindən daha cavan və təzə olurmuş. Axırıncı şüşə dərmanı işlətmək zamanı gələndə artıq alimin bədəni bu saat yuxudan oyanıb danışacaq gözəl, gənc bir oğlanı xatırladırmış. Bu, şagirdi lap həyəcanlandırır. O, axırıncı – qırxıncı dərmanı istifadə üçün gətirəndə elə həyəcanlanır ki, əlinədki dərmanı saxlaya bilmir və möcüzəli tərkiblə dolu qab əlindən düşüb sınır. Bu əfsanədə ibn Sinanın biliyinin gücünə inam ifadə olunub. İllər boyu bu əfsanə onu sevdirməklə yanaşı, həm də insanları elmə, biliyə çağırıb, zəkasının gücünə diqqəti cəlb edib. Dünya şöhrəti Böyük alim hələ sağlığında çoxlu yüksək titullar qazanmışdır: Hüccətül-Həqq (Haqqın sübutu), Şeyxür-rəis (müdriklər başçısı), Həkimi büzürg (böyük həkim), Şərəfülmülk (ölkənin şərəfi)… İbn Sina hələ həyatda ikən haqqında əfsanələr dolaşırdı. Ölümündən sonra da onun adı hər zaman dillər əzbəri olub. Böyük dramaturq Aligyeri Dante məşhur «İlahi komediya»sında İbn Sinanı anaraq əsərdə onun fəlsəfəsindən yararlanır. «İlahi komediya»nın «Cənnət» adlı üçüncü əsas bölməsi o vaxtkı ənənəvi sxolastik görüşlərdən fərqlənir. Dante kosmik fəzadakı bütün cisimlərin böyük bir qüvvədən – məhəbbətdən güc alaraq hərəkət etdiyini yazır. Onun bu fikirləri ibn Sina və Nizami Gəncəvinin konsepsiyası üzərində qururlub. Məşhur ispan dramaturqu Löpe de Veqa «Valensia gicbəsərləri» əsərində ibn Sinanı yada salıb. Dahi fransız yazarı Fransua Rable həkimlik fəaliyyətində onun tibbə dair əsərlərindən yararlanıb. Böyük alim,ensiklopedik zəka sahibi olan  ibn Sina 1037-ci ildə 57 yaşında Həmədanda vəfat edib. Qəbri də oradadır.   İbn Sinanın aforizmləri * Kainatın ruhu həqiqətdir. *Əgər dostum düşmənlərimlə dostluq edirsə, onunla dostluğu davam etdirmək olmaz. Zəhərlə qarışmış qənddən özünü qoru. Ölmüş ilanın üstündə oturmuş milçəkdən özünü qoru. * Kim xoşbəxt olanda onu qiymətləndirmirsə, o, bədbəxtliyə yaxınlaşır. * Zaman keçmir, keçən bizik. * İşsizlik və avaralıq təkcə cəhalət yaratmaqla qalmır, onlar eyni zamanda xəstəlik mənbəyidir. Mənbə: Bizim Yol qəzeti
['ibn Sina']
6,256
https://kayzen.az/blog/sufi-d%C9%99rvi%C5%9F/3657/yeralt%C4%B1nda,-yer%C3%BCz%C3%BCnd%C9%99-v%C9%99-g%C3%B6yd%C9%99kil%C9%99r.html
Yeraltında, yerüzündə və göydəkilər
Xrizoberil
Sufi-dərviş hekayətləri
23 yanvar 2011, 16:54
Abbasi Xəlifesi Harun Rəşid, sənətkarlara, elm adamlarına böyük hörmət göstərir, onların söhbətlərini dinləmək üçün hər fırsatı dəyərləndirirdi. Onları məclisinə çağırır, sualar soruşur, öyüdlərini alırdı. Yenə belə məclislərdən birində xəlifə, Bəhlül Danayə belə bir sual verər: - Yeraltında, yerüstündə və göylərdə en çox olan şey nədir? Yeraltında ölülər, yerüstündə bitki və heyvanlar, göylərdə də mələklər olacaq yəqin ki? Bunların sayını da Allahdan başqa kimsə biləməz... Bəhlul: - Ey Xəlifə! Həm soruşursan, həm cavab verirsən. Hərçənd ki, bilirsən, məndən niyə soruşursan? Xəlifə Harun Rəşid: - Ağlıma elə gəldi soruşdum. Ancaq verdiyim cavab mənim təxminimdən ibarətdir. Əsil doğru cavabı sizdən öyrənmək istəyirəm. Bəhlül, xəlifənin gözlərinin içinə baxıb: - Elə isə dinlə! Doğru cavab sənin dediyin kimi deyil, yeraltında çox olan ölülər deyildir. Yeraltında çox olan o ölülərin peşmanlıqlarıdır. Onlar qəbrə qoyulduqları vaxt , etdikləri pisliklərə görə minlərcə dəfə peşmanlıq duymaqdadırlar. - Yerüzündə çox olanlar bitki və heyvanlar deyildir. Yerüzündə çox olan insanların hırs və tamahlarıdır. O insanların ömürləri boş xəyallarla keçər. Onların nə özlərinə, nə də başqalarına faydaları vardır. Allahın hüzuruna isə əməlsiz dönərlər. - Göylərdə çox olanlar isə söylədiyin kimi mələklər deyildir. Adil insanların ədalətindən doğan savablardır. Budur ey xəlifə! Sənə öyüdüm, ədalət geyimini geyin və adil davran. Bu dünyada düşmanlarını və şeytanı adil rəftar etməklə məğlub edə bilərsən!!!  
['Bəhlul Danəndə']
6,257
https://kayzen.az/blog/sevgi/3042/kompliment.html
Kompliment
Bakinets
Sevgi
23 yanvar 2011, 14:04
Gözəl olduğunu bilmək hər bir qadın üçün önəmlidir. Eyni zamanda kişi üçün də ən güclü və ən etibarlı olduğunu bilmək çox vacibdir. Bunu anlamaq, buna inanmaq ilk növbədə bunun həqiqət olduğunu bilməklə mümkündür. Buna sübut isə ətrafdakıların komplimentləri olacaq. Fikirlərinə laqeyd qalmadığınız insanların xoş sözləri sizə narkotika kimi təsir edəcək. Komplimentlər balaca, amma qiymətli hədiyyə kimidir. İstənilən hədiyyə kimi onu da həm almaq, həm də vermək xoşdur. 1. Komplimenti ürəkdən demək lazımdır. Əgər ikiüzlülüyü yaxşı bacarırsınızsa, onda yalan danışdığınızı anlamayacaqlar. Dediyiniz xoş sözə özünüz inanmasanız, qarşınızdakı sizi yaltaq kimi qəbul edəcək. Gülünc vəziyyətdə qalmamaq üçün səmimi olun. Əgər qarşınızdakına həqiqətən yaxşı söz demək istəyirsinizsə, həmin adamda gözəl, qeyri-adi nə isə tapa bilərsiniz. 2. Kompliment vaxtında deyilməlidir. Hər bir hədiyyə, sürprizin öz vaxtı olmalıdır ki, bunu hiss etmək lazımdır. İlk növbədə komplimenti niyə söylədiyinizi müəyyənləşdirməlisiniz. Əgər bunu yüngül flirt üçün edirsinizsə, onda komplimenti astadan elə deyin ki, bunu yalnız o eşitsin. Rəhbərlik qarşısında xoş görünmək istəyirsinizsə, komplimenti sizə müraciət olunanda deyin, məsələn, sizinlə salamlaşanda. 3. Spontan, emosional kompliment deyin. Belə komplimentlər daha çox bəyənilir. Belə iltifat hər hansı bir insanın xarici görünüşünü görən zaman baş verir. Siz özünüzdən asılı olmadan xoş söz işlədirsiniz. 4. Baxış ən yaxşı komplimentlərdən sayılır. Gözlər bəzən çox şey haqqında danışır. İnsan ona heyranlıqla baxan gözləri görəndə başa düşür ki, ona layiq olduğu ən dəyərli hədiyyəni veriblər. Heç kim heç zaman kompliment almaqdan doymur. Kompliment deməkdən çəkinməyin. Yaxşı sözlərə görə insanı cəzalandırmırlar, əksinə təşəkkür edirlər. Öz ünvanına sizin dilinizdən dəyərli söz eşidən adamın münasibəti sizə qarşı tamamilə dəyişə bilər. Müşahidə aparın: siz emosiyalarınızı xoş sözlər şəklində ifadə edəndə avtomatik olaraq avtoritetə çevrilirsiniz. Kimsə özünə yeni saç düzümü etdirsə, birinci olaraq sizin fikrinizi öyrənəcək; kiminsə çətin işi olanda onu qiymətləndirməyi birinci sizdən xahiş edəcək, çünki keçən dəfə onun işini bəyənmişdiniz. Təbii səslənən komplimentlər ağır çəkiyə malikdir. Xoş söz eşidən insan dünyaya fərqli gözlə baxacaq. Müsbət emosiyalar mənfi emosiyalardan daha güclü olduğundan, daha çox yadda qalır. Kişilərə komplimenti necə deməli? Qadınlar dəqiq bilir ki, kişi güclü, müstəqil və özünəgüvənən olmalıdır və onlara kompliment demək artıqdır. Amma burada yanılırıq. 100 kişidən 99-u təhtəlşüurda təriflənmə gözləyir. Kişilər üçün kompliment hərəkətə keçmə istəyidir. Vaxtında və savadlı söylənmiş kompliment istənilən kişini terminatora çevirə bilər. Kişilərə söylənən kompliment yalan yox, dəyərlərinin şişirdilməsidir. Komplimentin tələffüz tonu da böyük önəm kəsb edir. İntim formada asta səslə deyilən xoş söz kişilər tərəfindən daha çox qiymətləndirilir. Amma heç bir halda istehzaya yol verməyin. Daha geniş yayılan səhv qadınların kompliment söyləyəndə həddi aşmalarıdır. Bu halda kişi sizin söylədiklərinizə inanmayacaq və kompliment sirli qüvvəsini itirəcək. Komplimentin «işləməsi» üçün onu ünvanladığınız adamın xasiyyətini də bilmək yaxşı olardı. Hər bir kişi üçün professional və seksual keyfiyyətlərinin qiymətləndirilməsi vacibdir. Kompliment demək üçün sevgi mesajları və s. istifadə edə bilərsiniz. Xanımlara hansı sözləri demək olmaz? Amerika psixoloqları bu sözlərin siyahısını tərtib ediblər. Siyahıya əsasən, xanımların yanında hörmət qazanmaq və onların sənə olan sevgisini artırmaq istəyirsənsə, diqqətli olmaq lazımdır. Xanımın yanında "Mən heç vaxt...." ifadəsini işlətmək olmaz. Deyilənə görə, onlar bu sözlərdən belə qənaətə gəlirlər ki, siz özünüzdən hədsiz razısınız.Baş verən hər hansı hadisə ilə bağlı "Sən səbəb oldun" ifadələrini işlətmək məsləhət deyil. Mənim anam daha yaxşı yemək bişirir". Bu ifadə xanımda sizinlə xoşbəxt olacağına şübhə yaradır. Çünki qayınanaya qadınların münasibəti birmənalı deyil. Xanım gözəl göründüyü zaman ona deməyin ki, "Nəhayət, sən özünə yaraşan paltar geyindin", "Mən sənə fikir verəndə sən daha gözəl idin". Bu sözlər xanımı ruhdan salır və öz gələcəyinə şübhə yaradır.İşdən gələn zaman - yemək hardadır? Bura niyə çirklidir? Mən hələ çox gözləyəcəyəm? kimi suallardan uzaq durun. Məhz bu cür suallar xanımları qıcıqlandırır. Çünki onun gün ərzində gördüyü işlərdən xəbəriniz yoxdur. "Sən heç nə edə bilmirsən". Bu sözləriniz xanımı hətta depressiya vəziyyətinə də sala bilər.
['kompliment']
6,258
https://kayzen.az/blog/Xrizoberil/3639/x%C9%99yallar%C4%B1n%C4%B1z%C4%B1-kimins%C9%99-d%C9%99yi%C5%9Fdirm%C9%99yin%C9%99-icaz%C9%99-verm%C9%99yin.html
Xəyallarınızı kiminsə dəyişdirməyinə icazə verməyin...
Xrizoberil
Bloq: Xrizoberil
22 yanvar 2011, 22:20
İkinci sinifdə oxuyarkən, böyüdüyü zaman nə olmaq və nə etmək istədiyi mövzusunda bir inşa yazmasını istədi müəllimi… Uşaq bütün gecə oturub günün birində at fermasına sahib olmağı hədəflədiyini izah edən 7 səhifəlik bir inşa yazdı. Xəyalını ən incə detallarıyla izah etdi. Hətta xəyalındakı 200 hektarlıq fermanın layihəsin də cızdı. Binaların, axırların və qaçış yollarının yerlərini göstərdi. Layihəyə, 200 hektarlıq ərazidə yerləşən 1000 kvadrat metrlik evin detallı planını da əlavə etdi. Sabahısı gün müəlliminə təqdim etdiyi 7 səhifəlik tapşırıq, tam ürəyinin səsi idi… İki gün sonra tapşırığı geri götürdü. Kağızın üzərində qırmızı qələmlə yazılmış böyük bir «2» və «Dərsdən sonra məni gör» xəbərdarlığı vardı. «Niyə „2“ aldım?» — deyə maraqla soruşdu müəllimindən uşaq… «Bu sənin yaşında bir uşaq üçün həqiqi olmayan bir xəyaldı» — dedi, müəllimi… «Pulun yox. Səyyahçı bir ailədən gəlirsən. Qaynağınız yox. At ferması qurmaq böyük pul tələb edir. Əvvəl ərazini satın almalısan.Damazlık heyvanlar da almağın lazımdır. Bunu bacarmağın qeyri-mümkündür» və əlavə etdi: "Əgər tapşırığını həqiqi hədəflər təyin etdikdən sonra yenidən yazarsansa, o zaman inşanı yenidən nəzərdən keçirərəm." Uşaq evinə döndü və uzun-uzun düşündü. Atası ilə məsləhətləşdi. «Oğlum» dedi atası «Bu mövzuda qərarını özün verməlisən. Bu sənin həyatın üçün olduqca əhəmiyyətli bir seçimdir!.» Uşaq bir həftə qədər düşündükdən sonra tapşırığını heç bir dəyişklik etmədən geri apardı müəlliminə… «Siz verdiyiniz qiyməti dəyişdirməyin» dedi… «Mən də xəyallarımı..»
['hekayə']
6,259
https://kayzen.az/blog/Xrizoberil/3638/q%C4%B1z%C4%B1l-k%C3%BCr%C9%99.html
Qızıl kürə
Xrizoberil
Bloq: Xrizoberil
22 yanvar 2011, 21:55
Kosmik turist gəmisi "Alfa" ulduzuna növbəti səyahətə çıxmışdı. Ulduzun ətrafında fırlanan bir neçə planetin sakinləri ilə kosmik əlaqə yaradılandan sonra bu gediş - gəlişlər tez - tez baş verirdi. Gəminin bortunda beş nəfər ekipaj üzvü və otuz nəfər turist var idi. İrəlidə fırlanan kürsüdə əyləşən bələdçi Tamara çubuqla tabloda ulduzun xəyalı ətrafında hərəkət edən işıqlı ləkəni göstərdi: Əziz turistciyəzlər, bu cisim isə səyahətimiz zamanı rast gələcəyimiz obyektlərdən bizim üçün ən tərbiyəvi olanıdır. Alfalılar bizə ilk dəfə qonaq gələrkən yerdə bir sıra adamların qızıla olan hədsiz "məhəbbəti" onları yaman təəccübləndirmişdir. Onlar vətənlərinə qayıdandan sonra planetlərində olan bütün qızılı bir yerə topladılar, çəkisi yüz min ton olan bir kürə düzəltdilər və onu Alfanın ətrafında süni peykin orbitinə çıxartdılar. Onlar bu hərəkətləri ilə demək istəyirlər ki, qızılsız da xoşbəxt yaşamaq mümkündür. Bir neçə dəqiqədən sonra bu qızıl peykin yanından keçəcəyik. Daha yaxşı tamaşa etmək üçün müşahidə platformasına qalxacağıq. Skafandrları geyinin! Turistlər peykə tamaşa edib yerlərinə qayıdandan sonra bir nəfərin yoxa çıxdığı məlum oldu. Tez həyəcan siqnalı verildi. Radiolokasiya qurğularından alınan məlumata əsasən Braunun qızıl peykin üzərində olduğu aşkar edildi, Gəmi kapitanı Ömər şturman Feliksə iki nəfər matrosla xilasetmə qayğına minməyi və Braunu gəmiyə qaytarmağı əmr etdi. Sərnişinlər bütün xilasetmə əməliyyatını tabloda izləyirdilər. Braun peykin üzərində əllərini geniş açıb uzanmışdı və tərpənmirdi, Peykin ətrafında atmosfer olmadığına görə səs dalğaları yayılmırdı, ancaq hər bir turistdə olduğu kimi Braunda da fərdi radiokompleks var idi. Şturman onunla radio - əlaqəyə girdi: Mister Braun narahat olmayın, siz burada yerdə olduğunuz kimi ağır çəkili deyilsiniz. Azacıq əzələ cəhdi ilə aramızdakı yüz metr məsafəni qət edər və qayıqda olarsınız. Braunun cavabı hamını çaşdırdı: - Mənim nə qayığınızda, nə də gəminizdə heç bir işim yoxdur. Mən burada qalıram, özü də qızılın hamısı mənimdir! Ondan heç kimə bir misqal da verməyəcəyəm. Kapitan şturmanın özünü itirdiyini görüb radio ilə komanda verdi: - Vaxtı itirməyin! Bu dəcəli cəld maqnit kəməndinə salıb qayığa çəkin! Siz gələnə kimi biz burada sənədləri tərtib edərik və onu əks istiqamətdə uçan ilk gəmi ilə Yerə qaytararıq. Yoxsa o, Alfada bütün yerliləri rüsvay edir. Yerdə yüz kiloqram gələn Braunun peykin üzərində çəkisi yarım qramdan da az olmalı idi, belə ki, onu qızıl kürənin üzərindən hətta qurbağa da öz pəncəsi ilə vurub uzaqlaşdıra bilərdi. Qayıqdakı maqnit kəməndi öz gücünün cüzi bir hissəsi ilə Braunu dartıb gəmiyə çəkməli idi. Odur ki, şturman cihazın bu işin öhdəsindən gələ bilmədiyini söyləyəndə hamı təəccübləndi, ikinci qayıqla göndərilən on dəfə güclü maqnit kəməndi ilə Braunu sürüyüb qızıl peykdən qoparmaq mümkün oldu, Heyrətindən özünə gəlməyən kapitan turistlərin içində olan filosof Huanqa müraciət etdi: - Professor, sizə elə gəlmir ki, bu acgözü peykdən ayıra bilməməyimiz heç bir fiziki qanuna uyğun deyil? Axı, peykin məxsusi cazibəsi çox kiçikdir. Professor qımışdı: - Cavan oğlan, görünür, bəzi insanların qızıla, sərvətə olan hərisliyi cazibə qüvvəsindən də qat - qat üstündur!
['Əziz turistciyəzlər']
6,260
https://kayzen.az/blog/turizm/3180/maldiv-adalar%C4%B1.html
Maldiv adaları
Bakinets
Turizm
21 yanvar 2011, 10:56
Maldiv Respublikası Hind okeanının ekvatorial sularında, Hindistanın cənubunda 1200 adada yerləşən dövlətdir. Ərazisi 298 kv.km, əhalisi 396 min nəfərdir. Qlobal iqlim dəyişikliklərinin adanı su altında qoyacağı proqnozlaşdırılaraq, 2005-ci ilin 15 noyabrından Maldiv xalqına Avstraliyaya sığınmaq haqqı verilib. Maldiv adalarının 200-də yaşayış var. Bunların 90-da Maldiv xalqı yaşayır, qalan 110 ada “otel ada” kimi istifadə edilir. Maldiv xalqı müsəlman olaraq sünni mənsəbinə mənsubdur. İslam dininin adət və ənənələri burada ciddi qorunur. Maldivdə əvvəlcə buddistlər məskunlaşıb. Daha sonralar ərəb taciri Əbul Barakhat Əl-Bar Barinin təbliği ilə əhali İslam dinini qəbul edib. Zaman-zaman Portuqaliya və Hollandiyanın hücumuna məruz qalan ada 75 il ingilislərin müstəmləkəsi altında olub. 1965-ci ilin 26 iyulunda isə müstəqillik qazanıb. Əhalinin etnik tərkibi pakistanlılar, hindlilər, ərəblər və sinqalardan ibarətdir. Dövlət dili Maldiv Dhivehi (sinqa ləhcəsi) və ingilis dilidir. Pul vahidi rufiyadır. Maldiv adalarının görməli yerləri Tropik iqlimi olan adada hava musson yağışlarının təsiri ilə noyabrdan martadək quru, iyundan avqustadək isə yağışlı keçir. İlboyu isti hava hökm sürür. Havanın temperaturu +25-30, suyun temperaturu isə +25-33 dərəcə arasında dəyişir. Maldiv Respublikası əsrarəngiz sualtı dünyası ilə məşhurdur. Sualtı gözəllikləri buradan başqa heç bir yerdə görə bilməzsiniz. Maldiv akvalanqçılar üçün əsl “Məkkə” adlandırılır. Üzməyi bacaran turistlər ekzotik dəniz cəngəlliyinə səyahət edib, müxtəlif növ ekvatorial canlı heyvanları, rif köpək balığı, ilanbalığı, durnabalığı, nəhəng su tısbağası, səkkizayaqlı ilbizi yaxından görə bilərlər. Ən əsası canlı sualtı dünyanı görmək üçün heç yerə getmək lazım deyil. Qaldığınız otellərin ətrafında hər cür şərait var. Balıq tutmağı sevənlər üçün Maldiv əsl cənnətməkandır. Maldiv adalarının hər birində İslam incəsənətinin nümunələrini görmək mümkündür. Asiyada ən məşhur və böyük məscidlərdən biri paytaxt Maledə yerləşir. Sultan sarayına, Mərkəzi məscidə, balıq və suvenir bazarlarına tez-tez səyahətlər təşkil edilir. Turistlərə məsləhət Maldiv adalarında turizm 1970-ci illərdən başlayaraq inkişaf etməyə başlayıb. Turizm və balıqçılıq Maldiv iqtisadiyyatının ayrılmaz hissəsidir. 2004-cü ilin 26 dekabrında Hind okeanında olan sunami dalğası Maldiv adalarına da böyük ziyan vurdu. Buna baxmayaraq, ada yavaş-yavaş turizmə dəyən ziyanı aradan qaldırmaqdadır. Əsas nəqliyyat vasitələri yelkənli və motorlu qayıqlardır. Nəqliyyat daşınmalarının böyük hissəsi dəniz təyyarələri, helikopterlər və katerlərlə reallaşır. Adaların hər birinə keçid 1.5-2 saata qədər vaxt ala bilər. Geniş gəzinti üçün böyük qayıqlardan “vedis”lərdən istifadə edirlər. Bu adalarda taksi çox bahadır və onlardan yalnız paytaxt Maledə və Qan adasında istifadə edilir. Maldivdə şəriət qanunlarına ciddi əməl edilir. Ölkəyə özünlə bərabər spirtli içki, donuz əti gətirmək qadağandır və cəzası böyükdür. Turistlər içkini ancaq restoran, kafe və otellərdə içə bilərlər. Əgər siz əsrarəngiz okeanda balıq tutmaq istəyirsinizsə, 35-40 ABŞ dolları ödəməli olacaqsınız. Burada SPA salonları da geniş yayılıb. Hər otelin özünün belə mərkəzləri var. Üstəlik, tennis, voleybol üçün də meydançalar açılıb. Maldivdə mətbəx Maldiv xörəkləri ərəb və hind mətbəxinin qarışığından ibarətdir. Milli mətbəxdə dəniz məhsulları, düyü, ədvalar və acı souslardan geniş istifadə olunur. Ən sevimli yeməkləri tunes (iri yırtıcı balıq) və düyüdən hazırlanır. Maldivlər tunes balığı ilə olan yeməkləri kokos və istiotdan hazırlanmış sousla süfrəyə verməyi çox sevirlər. Hisə verilmiş balıq “xikimas”, balıqdan hazırlanmış piroq “kuli borkiba”, kokos və soğan “badciya”, milli balıq şorbası düyü ilə “qarudiya”, tunes balığı və kokosdan hazırlanmış kotlet “qulu”, balıq paşteti “rihaukuru”, istiot və sarımsaqlı qızartma balıq “teluli mae” və s. kimi milli xörəklərin də dadına baxa bilərsiniz. Toyuq və mal ətindən bayramlarda xüsusi yeməkləri hazırlamaq üçün istifadə edirlər. Maldivlər düyünü kokos və süddə, müxtəlif tərəvəzlərlə, dəniz və çörək ağacının məhsulları, banan, manqo, qabaq və şirin kartofla hazırlayırlar. Ən məşhur içkiləri südlü çay və ərəb üsulu ilə hazırlanmış qəhvədir. Qara çaydan çox az istifadə edirlər. Günəşin isti şüaları altında sərinləmək üçün müxtəlif meyvələrdən, şirin palma və palma südündən hazırlanmış şirə və yerli şirin süd “kiru sarbat” içə bilərsiniz. Şopinq Paytaxt Male alış-verişi sevənlər üçün əlverişli məkandır. Turistlərin sevdiyi ən məşhur suvenirlər köynək, şərf, saronqi, açıqca, balıqqulağı, ağacdan və mərcandan hazırlanmış suvenirlər, kiçik xalçalar, köpək balığı çənəsi və kokos yağıdır. Maldiv adalarından ən gözəl hədiyyə ağacdan hazırlanmış qara-qırmızı heykəlciklər də ola bilər. Mərcandan hazırlanmış büjiteriyalar günəşli adadan ən maraqlı nümunədir. Adadan həm də uyğun qiymətə sualtı ləvazimatlar da gətirmək mümkündür. Əgər siz alış-veriş üçün Maleni seçirsinizsə, cümə və şənbə günləri getməyiniz məsləhət deyil. Çünki həmin günlər istirahət günləridir. Vergidən azad olunmuş duty-free mağazalarında alış-veriş etmək istəyirsinizsə, Beynəlxalq Male hava limanı ən ideal məkandır. Maldiv bazarlarında Hindistan, Şri-Lanka və Cənub-Şərqi Asiyadan gətirilmiş suvenirlər var. Yerli sənətkarların hazırladığı “No shoes, no news - Maldives” tipli futbolkalar, mərcanla nəfis işlənmiş güllər, laklı, rəngli güllərlə işlənmiş qara-sarı sandıqçalar və bəzək əşyalarından da almağı unutmayın. Güllü naxışlarla toxunmuş keyfiyyətli həsirləri lülə şəklində büküb saxlaya bilərsiniz. Qızıl və gümüşdən hazırlanmış əl işlərini də münasib qiymətə satırlar. Palma yarpaqlarından hazırlanmış səbətlər, kokosdan hazırlanmış kasalar, Quran üçün altlıqlar sadə suvenir xoşlayanlar üçün maraqlı hədiyyə ola bilər. Mənbə: Aysel jurnalı Həmçinin bax: Vyetnam, və Macarıstan haqqında
['Maldiv adaları']
6,261
https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/3616/bax-iohann-sebastyan.html
Bax İohann Sebastyan
burla xatun
böyük musiqiçilər
20 yanvar 2011, 11:27
İohann Sebastyan Baxı dünyanın ən dahi bəstəkarı sayırlar. Türingiyalı Bax ailəsinin yeddi nəslinin bütün üzvləri musiqiçi olublar. Bu ailədə musiqiçilik atadan oğula sənət kimi ötürüldüyündən bəzən Almaniyada hər musiqiçiyə Bax, hər Bax soyadlı insana musiqiçi deyərdilər. «Mən bundan da yaxşı musiqi yazacam!» İohann Sebastyan Bax valideynlərini itirəndə heç 10 yaşı yoxuydu. Onun tərbiyəsiylə böyük qardaşı İohann Kristof məşğul olur. İlk musiqi savadını da qardaşından alır. Qardaşının göstərdiyi musiqi pyeslərini Bax qısa müddətə öyrənirdi. Amma qardaşı nəinki dövrün məşhur bəstəkarlarının əsərlərini öyrənməyə, heç notlara əl vurmağa da izn vermirdi. Həmin kitablar dəmir barmaqlıq çəkilmiş şkafda saxlanırdı. Gecə yarısı hamı yatandan sonra Sebastyan əlini barmaqlıqlar arasından salıb kitabı rahatca çıxara bilir. Çırağı olmadığından bu notları ay işığında köçürməli olur. Yalnız 6 aydan sonra musiqi «şikarı» tam əlinə keçən zaman qardaşı onu «cinayət başında» yaxalayır, həm kopyanı, həm də orijinalı əlindən alır. Belə cəzadan hiddətlənmiş Bax göz yaşları içində çığırır: — Əgər belədirsə, onda mən özüm musiqi yazaram, bu musiqidən min dəfə yaxşı yazaram! Kiçik Bax sözünü havaya tullayanlardan deyildi. Arzuladığı kitabı isə o, yalnız qardaşının ölümündən sonra bir daha əlinə keçirə bildi. Amma taleyin cəzası qardaşının cəzasından da ağır oldu. Gecə qaranlıqda əalışmaqdan Sebastyan gözünün nurunu itirmişdi. «Selyotka» macərası Tətil vaxtı kiçik Sebastyan 45 km uzaqlıqda yerləşən Hamburqa piyada gedirdi ki, qoca orqançalan Reynikenin çalğısını dinləyə bilsin. Əllərini boş ciblərinə salıb acından ayaqlarını dalıyca güclə sürüyən oğlan hər qonaq evinin qarşısında dayanırdı ki, mətbəxdən gələn qoxuları içinə çəkməklə mədəsindəki tufanı yatıra bilsin. Birdən pəncərə açılır və onun başına iki «selyotka» düşür. O vaxtlar Türingiyada bu, çox qiymətli yemək sayılırdı. Hərisliklə yeməyə girişən Sebastyan az qala dişini sındıracaqdı. Çünki hər balığın içində bir qızıl pul gizlədilmişdi. O, həm qarnını doyurur, həm də Reynikenin yanına bir də gəlmək şansı qazanır. Orqançalanın özbaşınalığı 19 yaşında Bax Arnştatda orqançalan vəzifəsində çalışır. Aldığı kiçicik məvacib yaşamağa çatsa da, protestant kilsəsində, feodal saraylarında vəziyyət — yəni musiqiçiyə münasibət dözülməz idi. Kilsəyə sifarişləri sözsüz yerinə yetirən peşəkardan başqa heç kəs lazım deyildi. Çılğınlığını heç vaxt cilovlaya bilməyən Baxın ətrafdakılarla konfliktləri ömrünün sonuna kimi arası kəsilmədi. Kilsə arxivinin protokol və aktlarından sətirlər: «Biz Baxı günahkar bilirik ki, o, xoralda çox qəribə variasiyalar edərək dözülməz tonları qarışdırmaqla dinləyiciləri çaş-baş qoyub… Orqançalan Bax uzun müddət icazəsiz işdən qalıb… Bax əvvəllər çox uzun-uzadı çalırdı. Superintendentin iradından sonra çox qısa çalmağa başlayıb… Orqançalan Baxa irad tutulur ki, o, kilsədə yad qızla musiqi çalmağa cəsarət edib...». Baxın toyu Bax həmən o «yad qız»la — əmisi qızı Mariya Barbara Baxla evlənir. Bu yaxınlarda tamamilə təsadüfən bəstəkarın öz tərtibatında öz toy məclisində ifa ediləcək əsərin partiturası tapılıb. Təsəvvür edək, əsərin sözlərinə görə bizim ustad, yəni bəy qatığın içində gəmi kimi üzür. Ətrafdakılar «Qatıq, qatıq» çığırır. O isə «Düşüncələr, niyə qəlbimi yaralayırsız?» sözləriylə lirik ariya oxuyur. Sonra orkestrdə xaric səslər artaraq fuqanı (bir neçə səsli çox ciddi və mürəkkəb musiqi forması) yolundan azdırır. Qonaqlar «Bu fuqa necə gözəldir!» oxuyurlar. Mətn «kim acdırsa, qovurma yeməyə gəlsin» sözləriylə bitir… Bu, tipik alman toyudur. Kilsədə İblis Bax şəhər müəllimi kimi geyinib gözdən qıraq kilsələrdə peyda olmağı sevərdi. Orqanda çalmaq arzusunu bildirib alətin arxasına keçərdi. Adətən, kilsədə olanlar belə qeyri-adi çalğı eşitmədiyindən heyrətlənir, insanın bu cür çala biləcəyini heç ağıllarına gətirməyərək qorxub qaçardılar. Onlar elə bilərdi ki, kilsəyə İblisin özü gəlib... Müasirləri Baxın orqanda çalmasından lap bayılırdılar. Ünvanına gələn təriflərdən heç qımıldanmayan Bax «Mənim çalğım bir o qədər də diqqətəlayiq deyil. Sadəcə, bəzi barmaqlarla lazım olan zaman lazımi klavişlərə düşmək lazımdı. Onda alət öz-özünə də çalacaq». Nə qədər qəribə olsa da, müasirləri orqan çalan Baxın ifaçılığını bəstəkar Baxın dərin fəlsəf düşüncələrindən daha qiymətli sayırdılar. 10 illik xibmətinə görə həbs Baxın güclü xarakteri vardı. Səbrli olduğu qədər də tərsiydi. Amma acığını basıb enerjisini yaradıcılığa yönəltməyi də bacarırdı. Axı Bax ailəliydi. O, uşaqlarını ac qoya bilməzdi. Boğaza yığılıb işdən çıxmağa cəhd edəndə isə hersoq Ernst ərizəni özünə qarşı təhqir və qayda-qanunları laxlatmaq cəhdi kimi qəbul etmişdi. Kopelmeyster və orqançalan Bax işdən çıxmaq haqqında hörmətsiz ərizəsinə görə həbs edilir. Bir aydan sonra hersoq xidmətdən getməyə icazə verəndən sonra onu azadlığa buraxırlar. Dövrünün ən savadlı hakimi sayılan hersoq Ernst 10 illik xidmətinə görə Baxa minnətdarlığını belə bildirdi. 20 uşaqlı bədbəxt ata Bax birinci arvadı vəfat edəndən sonra Anna Maqdalena ilə evlənir. Annanın gözəl sopranosu və vokalçı təhsili vardı. Bax yaxşı ər və qayğıkeş ata olmağa çalışırdı. Hər iki evlilikdən sayı 20-yə çatan uşaqlarını saxlamaqda maddi cəhətdən heç vaxt simic olmayıb. Amma ölüm Bax ailəsinə tez-tez qonaq gələrdi. Birinci arvadını itirəndən sonra Bax 20 uşaqdan 11-nin ölümünü görüb. Az qala hər il bir ailə üzvünü itirən Baxın vəziyyyətini təsəvvür eləmək çətin deyil. Baxı ruhi xəstə oğlu Qotfrid Henrinin və əyyaş həyatı sürən Qotfrid Bernardın fikri də rahat qoymurdu. Evə gəlməyəndə orda-burda borc yaratmaqla sağlığından xəbər verən oğlunu daima tanış-bilişdən məktubla soraqlaşıb arayardı. Bax musiqi sədaları altında yuxuya getməyi sevərdi. Axşam yatağa girəndə oğlanları növbəylə onunçün çalmalıydılar. Uşaqlar bu məcburiyyətdən bezsələr də, bir neçə dəqiqədən sonra otağı bürüyən xorultu səsinə çox sevinərdilər. Kristianın çalğısı altında ataları daha tez yatardı. Bir dəfə Emmanuel atasının yatdığını zənn edib əsəri yarımçıq çalıb aradan çıxır. Həll edilməmiş akkord Baxı yuxuda da rahat buraxmır. Yarıyuxulu vəziyyətdə durub valaylayaraq, mebelə dəyib əzilərək alətə yaxınlaşır, akkordu necə lazımsa həll edib tamamlayandan sonra yerinə qayıdıb yata bilir. Kilsədə hoqqabazlıq «Matveyə görə passionlar» əsəri ifa olunan zaman Gerberin imzası ilə kiçik qəzet resenziyası  nəşr olunur: «Bir nəcib cənabın kilsəsində yüksək vəzifəlilər, nazirlər, alicənab xanımlar toplaşaraq həvəslə passionun birinci psalmını dua kitabçasına baxaraq oxuyurdular. Amma bu teatr musiqisi başlandığı zaman hamı «bu, nə ola bilər?» deyə soruşaraq təəccüblə baxışırdı. Bir yaşlı qadın isə belə dedi: «Balalarım, Allah bizi qorusun.! Biz elə bil komik operaya gəlmişik». Bəstəkar Buttştedt isə Baxın kübar musiqini kilsəyə gətirməsinə qarşı daha aqressiv idi: «Artıq hər cür mahnı zir-zibilini kilsəyə də daşıyırlar. Bircə o çatmırdı ki, kişilər qadınları qucaqlayıb toylarda olduğu kimi stol-stulların arasında oynamağa başlasınlar». Bax musiqisini zövqsüz «xaltura» sayırdılar Dövründə orqançalan və müəllim kimi daha çox tanınan Baxın yazdığı messalar sağlığında ifa edilməmişdi. Müasir bəstəkarlar hələ də başını sındırır ki, belə əzəmətli əsəri bir nəfər necə yarada bilərdi. Bir neçə nəfər gecə-gündüz stuldan qalxmadan bəstələmək hələ bir yana qalsın, yalnız diktə altında notu yazıya alsa, bu cür qısa müddətə əsər yazmaq olardı. İndi hər bir normal pianoçunun repertuarına daxil edilmiş «Yaxşı temperasiya edilmiş klavir» toplusunu isə o, şagirdlərinə çalışmalar kimi bəstələmişdi. Orqançalan vəzifəsindən, hər bazar gününə təzə əsər yazmaq öhdəliyindən əlavə Bax həm də toy və matəm mərasimlərində ifa edilməkçün messalar yazırdı. Bu onun  əlavə qazancı olurdu. Amma şəhərin camaatı, deyəsən, ölmək fikrində deyildi. Ona görə də Bax ailəsi ehtiyac içində yaşayırdı. Arvadı şikayət edib bir azdan evdə bir tikə çörək tapılmayacağını bildirəndə Bax ona belə cavab verdi: «Əzizim, Leypsiqin havası çox yaxşıdır. Burda adamlar ölmək istəmirsə, mən neyləyə bilərəm?» Bəstəkar şəhər hakimiyyətinin vaxtaşırı təşkil elədiyi kübar konsertlərdə ifa edilmək üçün əsərlər yaradardı. Amma həyatsevər məzmunlu bu əsərlərin səslənməyini kilsə xadimləri və özünü ağır aparan aristokratiya zövqsüz əsərlər sayardılar. Çünki Bax musiqisi kilsədə ifa edilməkçün çox insansevər, işıqlı və ümidli idi. Dilənçinin ariyası Bax hara gedərdisə, daim musiqi içində olardı. Hətta dilənçinin oxumasında, yalvarışlarında musiqi intervallarını, tonların artıb-azalmasını tapmaq istəyirdi. Bununcün o, balaca bir səhnəcik də quraşdırmışdı. Əvvəl elə görkəm alırdı ki, guya nəsə verməkçün ciblərini axtarır. Bu zaman ağlayıb sızlayanların səsi çox zilə çıxardı. Sonra Bax xırda pul verərək intervalların azalmasını müşahidə edərdi. Daha sonra isə yüksək məbləğdə pul uzadar, yalnız yalvarışların tam sakitləşdiyi vaxt çıxıb gedərdi. Ölümqabağı son işıq Baxın gözləri anadangəlmə zəif idi. Cavanlığında çox oxumaqla onları bir az da korlayır. Bu xəstəlikdən əməliyyat yolu ilə qurtulmaq istəsə də, hər iki əməliyyat uğursuz keçir. Baxı iki dəfə cərrahiyyə əməliyyatı eləyən Con Teylor adlı həkimi müasir tədqiqatçıların əksəriyyəti şarlatan sayır. Onun müalicəsi nəticəsində bəstəkarın nəinki görmə qabliyyəti, hətta sağlam canı da dərmanların təsiri ilə sıradan çıxır. Ölümünə 10 gün qalmış gözləri sanki görməyə başlayır. Sonrakı iflic zərbəsindən Bax artıq ayıla da bilməyərək 66 yaşında dünyasını sakitcə dəyişir. Qoyduğu varidatı 1000 taler həcmində hesablanmışdı. Bura 5 klavisin, 2 lötnya, 3 skripka, 3 alt, 2 violonçel, spinet və 52 müqəddəs kitab aid idi. Bir baxmısan, bir də Bax... Baxın qəbri müqəddəs İohann kilsəsinin cənub divarı boyunca yerləşir. Qəbrin üstündə başdaşı qoyulmayıb. Kilsənin təmirində qazıntı işləri zamanı qəbiristanlığı sökəndə palıd tabutun içində çox yaxşı qalmış kişi skileti tapılır. Portretləriylə müqayisə edərək elmi-ekspertiza müyyən edir ki, bu, dahi bəstəkarın sümükləridir. Onu əhəngli sarkofaqa qoyub kilsənin mehrabında yerləşdirirlər. Yalnız ölümündən 100 il sonra dəfn olunduğu yerdə memorial lövhə vurulur. Daha 50 il sonra — 1943-cü ildə Müqəddəs İohann kilsəsi bombardman zamanı tamamilə dağılır. Geller və Baxın sarkofaqı isə xoşbəxtlikdən salamat qalır. Onun sümüklərini bu dəfə Müqəddəs Foma məktəbində dəfn edirlər. Bax vəsiyyətnamə qoymadığına görə əmlakının üçdə biri arvadına, qalanı isə 9 uşağına çatmışdı. Anna Maqdalena ərindən sonra 10 il xeyriyyə cəmiyyətlərinin hesabına yaşayaraq yoxsullar xəstəxanasında vəfat edir. Kiçik qızı Regina da dilənçi kökündə yaşayırdı. Ömrünün sonunda cavan Bethoven ona maddi cəhətdən dəstək olmuşdu. Baxın oğlanları Vilhelm Frideman, İohann Kristian və Karl Emanuel musiqidə o qədər məşhurlaşır ki, atalarının adı kölgədə qalır. Onlar məşhur bəstəkar olub hətta öz dövrlərində atalarından daha adlı-sanlı  sayılıblar. Yaşadıqları əsrin övladları olduğundan atalarının qiymətini anlaya bilməmişdilər. Onu yalnız qoca inadkar kimi xatırlayırdılar. Müasirlərinin unutduğu Baxı 19-cu əsrdə bəstəkar Mendelson onun əsərlərindən ibarət konsertlə yada saldı. O vaxtdan bəri Baxı heç kim unuda bilmir... Mənbə: Bimiz Yol Müəllif: Gülnarə RƏFİQ [email protected]
['Bax', 'bəstəkar', 'dahi', 'dahi insanlar', 'dahi bəstəkarlar', 'musiqi tarixi', 'dahilərin həyatı']
6,262
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/3404/isaak-nyuton.html
İsaak Nyuton
burla xatun
Böyük insanlar,şəxsiyyətlər
19 yanvar 2011, 10:01
Başına alma düşəndən sonra Yerin cazibə qanununu kəşf eləmiş Nyutonu kim tanımır ki. O vaxtdan bəri saysız hesabsız almalar başlara düşüb, amma dünya qanunlarını kəşf eləyənlərin sayını artırmayıb. Bizdə Nyutonlar olsaydı,… onların başına düşəcək alma həmişə tapılardı! Bu yaxında Qüds \"Nyutonun sirləri\" adlı sərgidə alimin 1704-cü ildə yazdığı məktubu nümayiş etdirilib. O, məktubunda dünyanın sonunun 2060-cı ildə olacağını yazıb. Bu proqnozunda İncil mətnlərinə əsaslanan, Daniil peyğəmbərin kitabını dəqiq tədqiq edən alim belə nəticəyə gəlib ki, Böyük Karlın 800-cü ildə yaratdığı frank imperiyasından sonra bəşəriyyətə cəmi 1260 il yaşamaq şansı verilib. \"Mümkün deyil\" demək istəyirsiz? Amma sağlığında \"Nyutonun beşiyi\" adlanan model yarananda da \"mümkün deyil\" deyənlər çox idi. Bu,  kinetik və potensial enerjinin bir-birinə keçib itməməsi qanununu əyani sübut eləyən mexaniki modeldir. Bir-birini itələyib hərəkətə gətirən metal şarların arasında əgər sürtünmə qüvvəsi müqavimət göstərməsə bu model əbədi işləyə bilərdi. Amma bu, reallıqda mümkün olan şey deyil. Taun epidemiyasının yetirməsi İsaak Nyuton İngiltərədə Qrantem yaxınlığında fermer ailəsində doğulub. Nyuton atasının ölmündən 3 ay sonra dünyaya gəlib. 3 yaşına çatanda anası Xanna keşiş Smitə ərə gedib qonşu kəndə köçəndən sonra onu nənəsi tərbiyə eləyib. Amma İsaak anasını çox sevir və onu atmasına baxmayaraq ona çox bağlı idi. Atalığından isə zəhləsi gedirdi. Atalığı rəhmətə gedəndən sonra Nyuton  yenidən ailəsiylə birgə yaşamağa başlayır. Ömrünün sonuna kimi anası Nyutonunun ən yaxın adamı olaraq qaldı. İbtidai təhsilini Qrantem məktəbində alandan sonra Kembric universitetinin Triniti-kollecinə subsayzer kimi daxil olur. Kollecdə oxuma haqqının əvəzinə qulluqçuluq eləyən tələbələri belə adlandırırdılar.  Həmin illərdə onun xasiyyətinin əsas keyfiyyətləri -  xırdaçılığı, hər şeyin kökündə duran səbəbi tapmaq istəyi, yalan və zülmə qarşı dözümsüzlük, ictimai tərifə etinasızlığı, artıq formalaşmışdı. Uşaqlıqda, müasirlərinin xatirələrinə görə, Nyuton qapalı həyata, tənhalığa üstünlük verən idi, çoxlu kitab oxuyur və hərəkətli oyuncaqlar - saat, dəyirman düzəltməyi sevirdi.  Kolleci bitirəndə Nyuton bakalavt rütbəsini alır. Təhsilini bitirəndən sonra taun epidemiyasının yayılması onu öz kəndində qapalı yaşamağa məcbur eləyir. Bu, bir neçə il onun üçün çox xeyirli olur, çünki evdən çıxmadan elmlə məşğul olmaq imkanı yaranmışdı. Cələcəkdə qanun şəklində çıxaracağı bütün ideyaların bünövrəsi bu illərdə qoyulur. Amma bu tapıntılar 20-40 il sonra nəşr olunur. Çünki Nyuton şöhrət arxasınca qaçmırdı. Onunçün həqiqət axtarışı hər şeydən vacib idi. Tezliklə Nyuton magistr rütbəsini də qazanır və müəllimi Barrou universitetdəki fikiza-riyaziyyat kafedrasını ona həvalə eləyir. İkinci daha kamil teleskopun nümayişindən sonra onu London Kral Akademiyasının üzvü seçirlər. Elmi nailiyyətlərindən savayı onun bioqrafiyasında Zərbxana (dəmir sikkələrin hazırlandığı yer) nəzarətçisi kimi işləməsi də var. Bu dövrdə o, dəmirin xassələrini öyrənirdi. Nyuton bu vəzifəyə görə ingilis pullarının  təkrar emalı ilə məşğul olmalıydı. İngilis pullarını səliqəyə saldığına görə ona yüksək maaşlı, ömürlük \"Zərbxananın Fəxri Direktoru\" adı verilir. Həqiqət okeanının sahilində Asketik həyat tərzi sürən Nyuton özünü tamamilə elmə həsr elədiyindən az qala dustaq kimi yaşayırdı. Bəzən yeməyi, yatmağı da unuda bilərdi. \"Mən özümü dəniz kənarında oynayan balaca oğlan kimi hiss edirəm. O, bir balıqqulağı, qəmbər tapanda sevinir. Amma bu zaman onun yanındaca hələ tədqiq olunmamış \"həqiqət okeanı\"  dalğalanır\". Nyutonu iş prosesindən ayıranda o, çox əsəbləşərdi. Hətta Kral Elmi Cəmiyyətinin jurnallarında məqalələrini çap eləmək xahişiylə Nyutona müraciət edəndə o, razılaşır, amma müəllifin adını göstərməmək şərti qoyur. Hamının çaş-baş qaldığını görüb, bunu belə izah eləyir: - Məşhurluq mənim tanışlarımın dairəsini artıra bilər. Mənsə həmişə onların sayını azaltmağa çalışıram. Nəhənglərin çiynində dayanmış uzaqgörən alim Nyutonsuz fizika tamam başqa yolla gedə bilərdi. Mexanika, optika, astronomiya, riyaziyyat sahələrində elmi işlərin müəllifi olan Nyutonun fizikanın inkişafında rolu xüsusidir. Nyutonun dövründən bəri 10-12 nəsil artıq bir-birini əvəzləyib. Amma Nyuton qanunlarının əsas hissəsi dəyişikliyə uğramayıb.  17-ci əsrin sonunda o, elmi kəşflərində Koppernik, Kepler və Qalileyin, yəni ondan əvvəlki iki əsrin işlərini tamamlayaraq universal sistem yarada bilib. Nyuton ümumdünya cazibə qanununu kəşf eləyib, güzgülü teleskop yaradıb və optika sahəsində çox vacib təcrübələrin müəllifi olub. Təcrübələr əsasında o, ağ işığın müxtəlif rənglərə parçalanmasını sübuta yetirib və ilk dəfə olaraq işıq dalğalarının uzunluğunu ölçüb. Nyuton qızmış cisimlərin soyuma qanununu da tapıb. Nyutonun göy cisimləri haqqında qanununa ingilis alimləri yaxşı münasibət bildirsə də, Avropa alimləri ümumilikdə nəzəriyyəni pis qarşılamışdı. Çünki Yer kürəsinin qütblərdən basılmış kimi yastı olması Nyuton nəzəriyyəsini bir daha təsdiqləyirdi, Dekart təlimini yox. Nyutonu Avropa qitəsində Quk, Leybnits, Flemstid kimi alimlərin işlərini oğurlamaqda, hətta küfr sözlər danışmaqda da suçlu bilirdilər. Ağ işığın rənglərə parçalanmasını sübut eləyəndən sonra Nyuton optika sahəsində təcrübələrini dayandırır və deyilənə görə, Quk adlı tənqidçinin sağlığında bu sahədən bir cümlə də yazmayacağına and içir. Çünki o, daim Nyutonu tənqid atəşinə tuturdu, o isə bundan son dərəcə əsəbləşirdi. \"Optika\" adlı fundamental əsəri Qukun ölmündən bir il keçmiş işıq üzü görür. Cazibə qanunu, hərəkət qanunu (Nyutonun 2-ci qanunu) və riyazi təhlil üsulu - bu 3 nəzəriyyə sistemi göy cisimlərinin tam tədqiqi üçün bu gün də kifayət eləyir. Eynşteynə qədər bu modeldə ciddi dəyişikliklər edilməyib. Beynəlxalq vahidlər sistemində güc vahidi, həmçinin Ay və Marsda kraterlər Nyutonun şərəfinə adlandırılıb. Fizika və riyaziyyat sahələrində elmi axtarışlarıyla paralel olaraq, Nyuton əlkimyaçılıqla da məşğul olurdu. Amma bu sahədə aldığı nəticələri çap eləmirdi. Uzun illər əlkimyaçılığın yeganə nəticəsi o olur ki, Nyuton ciddi şəkildə zəhərlənmə alır. Elmi nailiyyətlərinə görə Nyuton zadəgən tituluna də layiq görülərək lord  olur. İngilis tarixində ilk dəfəydi ki, elmi nailiyyətlərə görə belə titul verilirdi. \"Allah təkdir, İsa isə adi insandır… Üç Üqnüma da inanmıram!\" Nyuton dərin inamı olan xristian idi. O, təkcə dünyəvi elmlə deyil, həm də teologiya, ilahiyyat elmi ilə məşğul idi. Onunçün elm ilahiyyatdan ayrılmaz idi. O, insan qəlbini, eləcə də şeytanlar və mələkləri də maddi varlıq sayırdı. Ona görə də Nyuton  xristianlığı anlamaq baxımında azlıqların içindəydi. O, Allahı vahid varlıq kimi qəbul edir, İsanı isə sadəcə insan sayırdı. Buna baxmayaraq, İncili həqiqi fakt kimi qəbul edib, həyatını ona uyğun qururdu. Kəşf elədiyi qanunların hamısı onun üçün yalnız sona yaxınlaşan dövriyyənin qanunları kimi qalmaqdaydı. Apakalipsis, yəni axır zamana, dünyanın sonuna inanır və onun tezliklə olacağını düşünürdü. Özünün içindəki boşluğu da Allahın \"ərazisi\" sayırdı. Əslində o, elmə ilahiyyat fikirlərini qataraq daimi, əbədiyaşar Allahın sonsuzluğunun bir nişanəsi kimi \"möcüzə\" termini daxil eləmişdi. Bu barədə Engels yazırdı ki, \"Nyuton Ona (Allaha) ilk təkan vermək imkanını saxladı. Amma öz Günəş sisteminə başqa cür müdaxilə etmək imkanı vermədi\". Qəribəsi odur ki, Müqəddəs Üç Üqnüm kollecində çoxillik iş təcrübəsinə baxmayaraq o, Üç Üqnüma inanmırdı. Ömrünün sonuncu illərində dahi fizik 40 ilin araşdırmalarını aşkarlayan bir əsəri - \"Qədim çarlıqların xronologiyası\" əsərini tamamlayırdı.  O, İncil hadisələrinin öz xranoloji variantını da hazırlamışdı. Onun əsərlərini, xüsusilə də apokalipsis haqqında yazdıqlarını oxuyandan sonra müasirlərinin onu allahsız adlandırmağını qəbul etmək olmur. Fransız dilində pamflet kimi buraxılmış ittihama Nyutonun həmən cür, yəni pamflet formasında yazılmış cavabı indiyədək bir tarixi abidə kimi çox maraqlı fakt sayılır. Bakirə, yoxsa cinsi azlıqlardan?! Nyutonun intim həyatı barədə məlumat çox azdır. Bəzi bioqraflar hesab eləyir ki, o, bakirə həyatı yaşayıb, cismani sevginin dadını da bilməyib və hətta bununla fəxr də eləyirmiş. Amma sağlığında, xüsusilə də ölmündən sonra gəzən şaiyələr əsasında onun həyatının yeganə məhəbbəti haqqında fikir hələ də dolaşmaqdaydı. Guya Nyuton Fatio Dülyera adlı İsveçrədən olan  cözəl və cavan - riyaziyatçı oğlanı sevirmiş. Hər ikisinin fizika və riyaziyyata olan sevgisi onları ayrılmaz dosta çevirmişdi. Amma onları birləşdirən başqa bir səbəb, ümumi yataq məsələsi də vardı. Bu “dostluğun\" ömrü üzün çəkmədi. Onlar bir-birindən uzaqlaşandan sonra da sona qədər məktublaşır, bir-biriylə yenilikləri bölüşürdülər. Fatiodan ayrılıqdan sonra il yarım özünə gələ bilməyən Nyuton dərin ruhi sarsıntılar içində yaşayaraq ətraf mühitə düşməncəsinə, ədavətlə yanaşırdı. Bütün dostlarını onu tərk eləməkdə ittiham edərək  zəhərli, məzəmmət dolu məktublar yazırdı. Con Lokka yazdığı məktubundan: \"Ser, məndə elə təəssürat oyanır ki, siz məni növbənöv qadınlarla müxtəlif qanqaraçılıqlara qatmaq istəyirsiniz. Siz dünyada olmasaydınız daha yaxşı olardı!\". Lokk həmən məktuba sakit və təmkinli cavab yazandan sonra Nyuton dərhal üzr istəyərək \"Nə yazdığımı bilmirəm, deyəsən, gecənin yuxusuzluğundan sayıqlayıram\" - deyə, izahat vermişdi. Daha bir şaiyəyə inansaq, Nyuton, Çarlz Monteqü və cavan, gözəl, ağıllı Katrin Barton arasında \"sevgi üçbucağı\" yaşanırdı. Katrin Barton Nyutonun Londondakı evində 20 ildən artıq yaşamışdı. Nyutonun müasirləri deyir ki, o, sarayda yüksək vəzifə almaqçün Katrini nüfuzlu Monteqü ilə sevgiyə təhrik edirmiş. Sonralar Freydin psixoanaliz nəzəriyyəsiylə silahlanmış tarixçilərsə yazırdılar ki, Nyuton Katrin və Monteqünün sevgisindən ləzzət alırmış. Çünki özünü Monteqünün yerinə, Katrini isə anasının yerinə qoyurmuş. Bəzi tarixçilər hesab eləyirdi ki, Katrin və Nyuton arasında sevgi macərası yaşanıb. Çox guman ki, həqiqətən də Nyutonun qadınlara qarşı seksual marağı yoxmuş. Şaiyələrə inanmaqdansa, Nyutonun bakirə həyat yaşayıb yalnız elmlə məşğul olması fikrində dayanmaq daha yaxşı olardı. Epitafiya Vaxtından qabaq doğulan Nyutonun zəif, xəstəhal uşaqlığına baxmayaraq, o, 84 il ömür yaşadı. Milad bayramında doğulmasını taleyin bir işarəsi sayan alim çox rahat, yuxuda vəfat eləyib. Keninsinqtonda Vesminster abbatlığında Nyutonun qəbrində bu sözlər yazılıb: \"Burda İsaak Nyuton yatır. O, ilahi ağlı, parlaq gücü və riyazi hesablamalarıyla ilk dəfə planetlərin hərəkəti və formalarını izah edə bilib. Kametlərin uçma yollarını, okeanın qabarma və çəkilmələrini göstərə bilib. Ona qədər heç kimin anlamadığı  işıq şüalarının müxtəlifliyini aşkarlayaraq ilk dəfə rənglərin xüsusiyyətini izah edə bilib.. Bəsirət gözüylə gördüyü həqiqətlərin, Təbiətin ən yaxşı şərhçisi və qədim kitabələrin ən yaxşı təfsirçisi olaraq öz elmi ilə Yaradanı bir daha vəsf eləyib. İncilin tələb elədiyi sadəliyi öz həyatıyla sübuta yetirib. Qoy, yaşayanlar şad olsun ki, onların sıralarından bəşəriyyətin incisi sayılan belə insan övladı çıxıb… \" Triniti kollecində Nyutona qoyulmuş heykəldə isə Lukresiyanın sözləri həkk edilib: \"Zəkası ilə o, bütün bəşəriyyəti arxada qoyurdu\". Lətifə: Nyuton ağac altında oturub istirahət eləyir. Onun başına bir alma düşür. Zərbədən başının qaşıya-qaşıya o, alman yerdən qaldırır. Almanın içindən bir soxulcan çıxıb deyir: - Əla uçduq! Nyuton soxulcanı torpağa qoyaraq almanı onun üstündə qaldırıb sonra yerə buraxır. - İndi sən də Yerin cazibə qüvvəsinin bütün kefini öz üstündə hiss elə!!! Müəllif: Gülnarə Rəfiq Mənbə Bizim Yol qəzeti Həmçinin bax: Nyutonun həyatı haqqında və Nyuton-məşhur fizik UPD. İsrail Beynəlxalq Kitabxanası İsaak Nyutonun nəzəri mətnlərini rəqəmsal formatda nümayiş etdirib. Nyutonun 7 min 500 səhifəlik əlyazmaları internetə yerləşdirilib. Mətnlərdə "İncil"in şərhi, nəzəriyyəsi, qədim mədəniyyətlərin tarixi barədə məlumat verilir. Nyutonun şifrəli məlumatlar hesab etdiyi əlyazmalar da yayımlanıb. Böyük mütəfəkkir yazılarında qiyamətin 2060-cı ildə gələcəyi barədə fikirlər irəli sürüb.
['İsaak Nyuton', 'Nyuton']
6,263
https://kayzen.az/blog/Hagverdiyev/3612/heyvanlar%C4%B1n-s%C3%B6hb%C9%99ti.html
Heyvanların söhbəti
Hagverdiyev
Bloq: Hagverdiyev
19 yanvar 2011, 09:37
Qoyun, uzunqulaq bir yerdə otlayır, it quyruğunu bulayır, çoban da çomağını yerə dirəyib onlara baxırdı. Bir müddətdən sonra çoban iti çağırır yanına, ona tapşırıq verib gedir. Çoban uzaqlaşan kimi it başlayır tez-tez ucadan hürməyə ki, qurd-quş qorxudan yaxın gəlməsin. Ham, ham, ham!... İtin səsi uzunqulağı lap təngə gətirir və o, üzünü qoyuna tutub ucadan deyir: – Bu da, it kimi hürməkdən başqa bir şey bilmir?Söz itin xətrinə dəyir.– Ala, uzunqulaq, gərək bağışlayasan, mən eşşək kimi anqıra bilmirəm! Ham, ham, ham!..Uzunqulaq isə cavabında deyir:– Sən hələ düz-əməlli it kimi hürməyi öyrən, sonra danışarıq! İhaha, ihaha, ihaha!...– Ala get, anqır tayını tap! Bir bunun çuvalına-zadına bax! Gör ipək necə xar olub, sənin kimi eşşəyə çuval olub?! – deyə it uzunqulağı söz atəşinə tutur: – Boş yerə deməyiblər ki, eşşəyə geydirsən məxmərdən yükü, yenə eşşəkdir parıldar tükü! Ham, ham, ham!...Uzunqulaq itin söz hücumundan az qalır nokauta düşsün, lakin tez özünü əla alır.– Dünyanın işinə bir bax, özgəyə it hürər, bizə də bazarın tulası! İhaha, ihaha, ihaha!...– deyə uzunqulaq dişlərini ağardır.Qoyun vəziyyətin gərginləşdiyini görüb deyir:– Dostlar, bəsdirin də, hər gün bu qədər mübahisə olar? Kim istəyir anqırsın, kim istəyir hürsün, kim də istəyir mənim kimi lap məildəsin, məə, məə, məə!!! ...Ə qoyun, kəs səsini! İndi qurd eşidər, gələr! – deyə it həyəcanlanır. – Eşşəyin səsinə gəlmir, mənim səsimə gələcək? – deyə qoyun etirazını bildirir.– Ağzında eşşək deyirsən, onun anqırtısına kim gələr? – it deyir.– Nə tez qorxdun, ala, bayaqdan it kimi hürən sən deyildin, belə görürəm ki, qurd gəlsə sən bizdən bərk qaçacaqsan! – uzunqulaq rişxəndlə deyir.– Ay uzunqulaq, it bizə keşik çəkir, bizi qoruyur, gəl ona hörmətlə yanaşaq! – deyə qoyun eşşəyi ədalətli olmağa çağırır.– İtə yiyəsinə görə hörmət edərlər! O, bizi havayı yerə qorumur ki, özünü fikirləşir, gözləyir ki, çoban nə vaxt gələcək, yaxşı hürdüyünə görə ona bir tula payı verəcək! – uzunqulaq özünü sındırmır.– Sən dünyaya eşşək gəlib, eşşək kimi də gedəcəksən, ona görə də səni qınamıram, ancaq bu qoyun, səndən fərqli olaraq heç olmasa qədir-qiymət biləndir! – deyə it qoyunu alqışlayır.– Ala, buna qoyun deyirsən? Bu, özünü qoyunluğa vurub, dünyanın altın da bilir, üstün də! – deyə uzunqulaq təslim olmaq istəmir.– Bu qoyun, sənin kimi qanmazlardan min dəfə yaxşıdır, nə deyirsən başa düşür, ancaq, heyf ki, bu yazığın ömrü çox qısa olur, bir az əmələ gələn kimi kəsib yeyəcəklər, – deyə it qoyuna canıyananlıq edir.Uzunqulaq görür ki, belə getsə onu təkləyəcəklər, tez bu söhbətə son qoymaq üçün deyir:– Elə yaxşı edib kəsəcəklər, qoyun kimi yaşamaqdansa, – bir az pauza verib itə baxır – it kimi ömür sürməkdənsə yaşamamaq daha yaxşıdır! Birdəfəlik başa düşün ki, yaşamaq üçün, həyatda mənim kimi eşşək və qanmaz olmaq lazımdır! ....– deyə uzunqulaq qələbə ruhunda ürəkdən üç dəfə anqırır: – İhaha, ihaha, ihaha!... Bu dəm də çoban gəlib çıxır. Heyvanlar tez səslərini kəsirlər, qoyun və uzunqulaq başlarını aşağı salıb yenə sakitcə otlamağa başlayır, it də əvvəlki kimi quyruğun bulayır. Vüqar Haqverdiyev http://doqquziklim.net/?p=1873#more-1873
['Qoyun', 'uzunqulaq', 'it', 'çoban']
6,264
https://kayzen.az/blog/dusundurucu-hekayeler/3610/z%C9%99rd%C3%BC%C5%9Ft-bel%C9%99-dedi-fridrix-nit%C5%9Fe.html
Zərdüşt belə dedi (Fridrix Nitşe)
MASON
Düşündürücü hekayələr
18 yanvar 2011, 22:47
Bir gün Zərdüşt əncir ağacının altında yatmışdı, isti idi, o, əlini üzünə qoymuşdu. Bu vaxt bir ilan gəlib boynundan sancdı ki, Zərdüşt ağrıdan qışqırdı. O, əlini üzündən çəkdi və ilana baxdı; onda ilan Zərdüştü tanıdı, yendəmsiz halda dönüb getmək istədi. “Dayan görək, – Zərdüşt dilləndi, –əvvəl təşəkkürümü qəbul et! Məni vaxtında oyatdın, yolum yaman uzaqdır”. İlan dərdli-dərdli: “Yox, yolun çox qısadır, –dedi, – mənim zəhərim tez öldürür”. Zərdüşt gülümsündü. “Nə vaxtdan bəri əjdaha ilan zəhərindən ölür? – dedi. Amma hər halda gəl zəhərini geri götür. O qədər varlı deyilsən ki, mənə belə hədiyyə verəsən”.Onda ilan yenidən onun boynuna sarılıb yarasını yalamağa başladı. Zərdüşt bunu öz əshabələrinə danışanda onlar soruşdular: – “Zərdüşt, bu əhvalatda nə ibrətamiz, əxlaqi cəhət var”? Zərdüşt buna belə cavab verdi: Xeyirxahlar və ədalətlilər mənə əxlaqı dağıdan deyir: danışdığım əhvalatın da əxlaqı yoxdur. Düşməniniz varsa, heç vaxt onun pisliyinə yaxşılıqla cavab verməyin: çünki bununla onu utandırırsınız. Əksinə, sübut edin ki, sizin üçün yaxşı bir iş görüb. Ona qəzəblənin, amma onu utandırmayın! Sizi lənətləyirlərsə, alqış etməyiniz mənim xoşuma gəlmir. Siz də onlara qoşulub bir azca lənətləsəniz, yaxşı olar! Sizə qarşı böyük bir haqsızlıq ediblərsə, siz də tez beş xırda-para haqsızlıq edin! Haqsızlığın yalnız bir adamı necə əzdiyini görmək dəhşətdir. Bunu bilmirdiniz mi? Başqaları ilə haqsızlığı bölüşmək haqqın yarısıdır. Haqsızlığı o kəs öz üstünə götürməlidir ki, bunu daşımağa gücü çatsın! Kiçik də olsa bir qisas almaq heç almamaqdan daha insani bir şeydir. Əgər verilən cəza qayda pozanın haqqı deyilsə və ona şərəf gətirmir, onda bələ cəza nəyə lazımdır? Haqlı ola-ola özünü haqsız hesab etmək, haqlı olduğunu sübut etməkdən daha alicənab bir işdir. Amma insan bunun üçün gərək kifayət qədər zəngin olsun. Sizin soyuq ədalətinizi sevmirəm; sizin hakimlərin gözlərində həmişə cəllad və onun bıçağını görürəm. Deyin, hanı elə bir ədalət ki, mayası gözüaçıq sevgidən yoğrulsun? Mənə elə bir sevgi göstərin ki, yalnız cəza verən deyil, günahıda öz üstünə götürəndir. Mənə elə bir ədalət göstərin ki, məhkum edəndən savayı hamıya bəraət qazandırsın! Bunu da dinləmək istəyirsinizmi? Tam ədalətli olmaq istəyən kəsin gözündə yalan da xeyriyyəçiliyə çevrilir. Tam ədalətli olmağı necə də istərdim! Onda mən hər kəsə əməlinə görə verərdim! İndilik təsəllim odur ki, hamıya özümdən nəsə verirəm. Və sonda, qardaşlar, nəbadə tərki-dünyalara qarşı haqsızlıq edəsiniz! Tərki-dünya adam unutmağı bacarmır! O əvəz çıxmağı da bacarmır. Tərki-dünya adam dərin quyu kimidir. Ora daş atmağa nə var, amma elə ki, daş quyunun dibinə düşdü, onu dartıb çıxartmaq istəyən olacaq mi? Tərki-dünya adamın qəlbinə dəyməkdən qorxun! İşdir, onu incitdinizsə, onda onu öldürsəniz yaxşıdır! Zərdüşt belə dedi.  (Fridrix Nitşe- Friedrich Nietzsche)
['hekayə']
6,265
https://kayzen.az/blog/dusundurucu-hekayeler/3606/maraql%C4%B1-bir-hekay%C9%99.html
Maraqlı bir hekayə
MASON
Düşündürücü hekayələr
18 yanvar 2011, 02:28
Bir Zen hekayəsi: Bir vaxtlar bir-birinə rəqib iki tayfa yaşayırdı. Bu tayfaların ustadları (onlar yalançı ustaddırlar) öz müridlərinə tapşırmışdılar ki, digər tayfanın bölgəsinə belə baxmasınlar. Bu iki rahibin də hərəsinin bir uşaq xidmətçisi var idi. Onların bütün işlərini bu uşaqlar görürdülər. Birinci tayfanın rahibi öz uşaq köməkçisinə tapşırdı ki; “Heç vaxt digər tayfanın insanları ilə danışma, çünki onlar təhlükəlidirlər”. Amma uşaq, onsuz da uşaqdır. Yolda bir- birilə qarşılaşanda birinci tayfanın uşağı digərindən soruşub: “Hara gedirsən?” Digəri cavab verib: “Külək məni hara aparsa ora gedəcəm”. Yəqin ki, o, tayfada danışılan ağıllı Zen söhbətlərini dinləyib. Deyir ki; “Külək məni hara aparsa ora gedəcəm”. Möhtəşəm bir cümlədir bu. Saf Tao. Amma ilk uşaq çox utanıb, bu cavaba qarşılıq verə bilməyib. Çox hirslənmişdi və təhqir olunduğunu düşünürdü. “Ustam bu insanlarla danışmamağımı əmr etmişdi. Bu insanlar həqiqətən təhlükəlidirlər. Bu nə cavabdır verir mənə? Məni təhqir elədi”. Uşaq ustadının yanına gedib baş verənləri danışar: “Onunla danışdığım üçün üzr istəyirəm. Siz haqlıydınız, o insanlar həqiqətən çox təhlükəlidirlər. Bu necə cavabdır? Ondan hara getdiyini soruşdum. Bəsit, rəsmi bir sual verdim. Onun mən hara gedirəmsə ora - bazara getdiyini bilirdim. Amma o: “Külək məni hara aparsa ora gedəcəm” dedi. Ustad hər şeyi xidmətçisinə başa salıb: “Səni xəbərdar eləmişdim, amma məni dinləmədin. Mənə qulaq as, sabah eyni yerdə onu gözlə. O gələndə hara getdiyini soruş. Sənə: “Külək məni hara aparsa ora gedirəm deyəcək”. Onda sənin ondan daha fəlsəfi cümlə qurmağın lazımdır. “Ayaqların yoxmu?” deyə soruşarsan. Çünki ruh bədənsizdir və külək ruhu heç bir yerə apara bilməz. Buna nə deyirsən?” deyə soruşmuş. Uşaq tamamilə hazır olmaq istəyirdi. Bütün gecə bu cavabı öz-özünə təkrarladı. Ertəsi gün dan söküləndə eyni yerə gəldi və gözləməyə başladı. Digər uşaq düz vaxtında gəldi. Çox sevinmişdi, indi ona həqiqi fəlsəfənin nə olduğunu göstərəcəkdi. “Hara gedirsən?” deyə soruşdu və gözləməyə başladı. Amma digər uşaq: “Bazardan təzə göyərti alacam” dedi. İndi bütün günü öyrəndiyi fəlsəfəni neyləyəcəkdi? Həyat belədir. Ona hazırlaşmaq mümkün deyil. O spontandır və məhz buna görə gözəldir, mənalıdır. Səni hər zaman çaşdırır, sürprizlərlə qarşılaşdırır. Əgər gözlərin varsa, hər anın sürprizlərlə dolu olduğunu və öncədən heç bir şeyin planlaşdırılmadığını anlayacaqsan.P.S. Fikirlərinizi bölüşməyi əsirgəməyin!
['hekayə']
6,266
https://kayzen.az/blog/turizm/3516/iordaniya.html
İordaniya
Bakinets
Turizm
17 yanvar 2011, 10:48
İordaniya, rəsmi adı İordaniya Haşimi Krallığı Qərbi Asiyada yerləşir. Dövlət quruluşu konstitusiyalı monarxiyadır. Ərazisi Suriya Səhrasını və Aqaba körfəzini əhatə edir. İordaniya Suriya, İraq, Səudiyyə Ərəbistanı, Aqaba körfəzi, İsrail və Fələstinlə həmsərhəddir. Ölü dənizin idarə edilməsi hüququnu İsraillə, Aqaba körfəzini isə Səudiyyə Ərəbistanıyla paylaşır. İordaniyanin əksər hissəsi səhradır. Ölkənin paytaxtı Omman şəhəridir. İordaniyada dövlət dili ərəb dili, dövlət dini İslam dinidir. Əhalinin 95 faizini müsəlmanlar təşkil edir. Müsəlmanların 90 faizi sünniliyin şafii məzhəbinə aiddir. Az sayda şiə-imamlara və druzlara rast gəlmək olar (birlikdə 5%). Xristianlar əhalinin 5 faizini təşkil edirlər. Onlar əsasən şəhərlərdə məskunlaşıblar. İordaniya Krallığının ümumi ərazisi 89,342 km² , əhalisi isə 5mln-dan artıqdır. Şəhər əhalisi - 72%, kənd əhalisi - 28%-dir. Ən yüksək nöqtəsi Ram dağında (1754 m), ən alçaq nöqtəsi - 403 m-dir (dəniz səviyyəsindən). Qışı sərin, yayı isti və qurudur. Turistlərə məsləhət İordaniyanın pul vahidi İordaniya dinarıdır. Alış-veriş mərkəzlərinin xüsusi iş qrafiki yoxdur - hər bir dükan sahibi iş vaxtını özü müəyyənləşdirir. Ancaq supermarketlər, adətən saat 9-dan 13-ə qədər, 15-dən 20.30-a qədər işləyir (istirahət günü - cümə). Yerli əhalinin şəklini yalnız onların icazəsi ilə çəkmək olar. Strateji binaları çəkmək qadağandır. Qadın geyimləri mümkün qədər diqqətçəkən olmamalıdır. İordaniyaya səyahətdən yadigar nəsə saxlamaq istəsəniz mütləq alış-verişə çıxın. Turistlərin əksəriyyəti xalçalara, gümüş bəzək əşyalarına, müxtəlif heyvanların daş fiqurlarına, döyüş bəzəklərinə, qədim silahlara, zeytun ağacından hazırlanmış məmulatlara üstünlük verirlər. İordaniyadan hədiyyə almaq istəsəniz mütləq muncuqlu qadın geyimlərini (əl işi), balıqqulağından hazırlanmış mücrüləri seçin. Əgər sizə təcili pul lazım olsa, bilməlisiniz ki, İordaniyada banklar saat 8.30-dan 12.30-dək işləyir. Ramazan ayında banklar yalnız 8.30-dan 10.00-dək, bəzi böyük banklar isə nahardan sonra da işləyir. İordaniyanın görməli yerləri Əlbəttə ki, İordaniyada olub ecazkar gözəlliyə malik Qırmızı dəniz və Ölü dənizi görməmək günahdır. Ölü dəniz dünyanın okean səviyyəsinin ən dərin nöqtəsidir. Dəniz üzərindəki oksigenin miqdarı digərlərinə nisbətən 10 faiz çoxdur. Təmiz havası ilə yanaşı, dənizin 100% qara palçığı müalicəvi əhəmiyyəti ilə turistlərin diqqətini çəkir. Ölü dəniz sahilində istirahət üçün hər şey tapmaq olar: palçıq vannaları, idman zalları, restoranlar və s. Aqaba körfəzi isə Qırmızı dənizin ekoloji baxımdan ən təmiz zonasıdır. Burada turistlər üçün hər cür şərait yaradılıb. İstənilən zövqə uyğun müxtəlif otellər, restoranlar, mağazalar, qumlu çimərliklər tapmaq olar. Ən çox diqqət çəkən məkanlardan biri də Omman şəhərində olan “Roma teatrı”dır. Bu teatr öz qədimliyi ilə seçilir. Burada 33 sırada 5000-ə qədər tamaşaçı otura bilir. İordaniyanın məşhur yerlərindən olan Petra şəhəri də öz qədimliyi ilə turistləri cəlb edir. Bu şəhər Lut gölü ilə Aqaba körfəzi arasında yerləşir. Ceraş şəhəri də turistləri ən çox maraqlandıran şəhərdir. Burada Zevsin məbədi, eləcə də Artemidin məbədi adlı tarixi abidələr yerləşir. Şəhərdə Bizans dövrünə aid 17 kilsə də var. Milli bayramlar İordaniyaya səyahətiniz hansısa bayram günlərinə təsadüf etsə, burada gördükləriniz həmişəlik yaddaşınıza həkk olunacaq. Ümumiyyətlə, İordaniyada rəsmi istirahət günləri cümə, eləcə də bazar günləri sayılır. Cümə günü hətta mağazalar da işləmir. Burada İslam dini ilə bağlı bayramlarla yanaşı, Avropa təqviminə uyğun bayramlar da qeyd edilir. Bunlar: 1 yanvar - Yeni il, 1 may - Əmək günü, 15 yanvar - Ağac günüdür (Arbor Day). Ağac günü İsanın xurma ağacı altında doğulduğu gündür. Həmin gün bütün İordaniyada ağac əkirlər. 25 may (1946) - Müstəqillik günü kimi qeyd edilir. İordaniyanın yüksək səviyyədə qeyd edilən bayramları sırasında Müqəddəs Ramazan, Qurban bayramlarını göstərmək olar. Turistlər həmin bayram günlərinə xüsusi diqqət yetirməlidirlər. Çünki bayram günlərində iş olmur, heç yer işləmir. İordan mətbəxi İordaniyaya səyahət edənlər buranın yeməklərinin dadından doymurlar. Hər zövqə və cibə uyğun restoran tapmaq mümkündür. Buranın mətbəxi ərəb ənənələrinə söykənsə də, xüsusi üsulla hazırlanır və özünəməxsus dadı var. İordaniyanın hər yerində düyü, müxtəlif ot və göyərtilərdən istifadə olunur. İordaniya mətbəxində limon və zeytun da geniş yayılıb. Məşhur şirniyyatları fındıqlı paxlava, küncüt və peçenyedir. Bunları çayla içmək daha yaxşıdır. Eləcə də kanafa adlı desert - pendirli şirin vermişelin də dadına baxmaq lazımdır. İordaniyada mütləq şaurma yeməyi unutmayın. Şaurma təmiz toyuq və ya qoyun əti, göyərti, tərəvəzdən hazırlanır. Tipik İordaniya yeməyi isə mensaf adlanır. Bu bayram yeməyidir, düyü və qoyun ətindən hazırlanır. Adas isə sarı mərcimək və toyuq ətindən hazırlanır. Maraqlı yeməklərdən biri də maklyuba adlanır. Maklyuba kartof, badımcan, düyü, qoyun ətindən hazırlanır. Nəticədə kartoflu-düyülü-ət yeməyi alınır. Mənbə: "Aysel" jurnalı
['İordaniya']
6,267
https://kayzen.az/blog/paint/3604/modilyani-amedeo-modigliani.html
Modilyani (Amedeo Modigliani)
MASON
Məşhur rəsmlər və rəssamlar
17 yanvar 2011, 02:20
Parisə yağış yağırdı və kimsə itlərlə birgə islanırdı…İtlər onu tanıyırdı. İtlər, sərxoşlar, avaralar və Parisin bütün sənət mühiti onu tanıyırdı.Onun Parisdə şərab içmədiyi meyxana, tiryək çəkmədiyi dalan, hansısa qızla sevişmədiyi otaq və çılpaq rəsmlərini çəkmədiyi qadın, demək olar ki, qalmamışdı.Onu ölməmişdən dahi sayırdılar. Pikasso onun rəsmlərini dəli kimi qısqanırdı. Ən yaxın rəqibi, dostu və düşməni Pikasso kimi əsərlərini pula çevirə bilmirdi. Düzü, heç cəhd də eləmirdi.O, əyyaşın, avaranın, tərbiyəsizin biriydi.O, heç vaxt elitar salonlara, məclislərə can atmazdı. Onun üçün bir-iki dostla ucuz bir meyxanada, ya da hansısa küçənin tinində bir şüşə şərab içmək, tiryək çəkmək daha maraqlıydı, şiriniydi. Deyilənə görə, Pikassonun ölüm döşəyindəki son sözü onun adı olub.O, MODİLYANİ idi - AMADEO MODİLYANİ….Modilyani yəhudi əsilli italyan idi. Amma bəlkə dünyada ondan istedadlı və həm də ondan kasıb yəhudi olmayıb, olmayacaq da.Parisə yağış yağırdı. Allah ağlayırdı…Modilyani hər Parisə yağış yağanda fırçasını Allahın göz yaşlarında isladıb, səmanın mavisindən, günəşin sarısından, şərabın qırmızısından, otların yaşılından, tiryəkli beyninin dumanlı bəyazından və bəxtinin qarasından oğurladığı boyalarla çəkməyə başlayırdı.Qadınları çəkirdi. Geyimli, çılpaq qadınları…İnanırdı ki, gələcək sənətin sirri qadın cizgilərində gizlənib. Amma gözlərini çəkmirdi. Bütün rəsmlərdə həmişə gözləri quyu kimi boş qoyurdu. Bu, onun imzasıydı.Parisə yağış yağırdı. Amma onun çəkdiyi quyu gözlər dolmaq bilmirdi ki bilmirdi…Həkimlər bir gün ona diaqnoz qoydular ki, vərəmsən. Şərab içməməli, tiryək çəkməməlisən. Modilyani isə ölənə qədər çaxır da içdi, tiryək də çəkdi, rəsm də.Günlərin bir günü Jannanı gördü.18 yaşlı Jannanı. Vuruldular, sevişdilər.Jannanın atası bu münasibətin əleyhinəydi. Klassik ssenari. Çünki, onun fikrincə, Modilyani avara, tərbiyəsiz, məişət pozğunuydu. Amma artıq gec idi. Janna hamiləydi.Parisə yağış yağırdı. Gecə yarıydı. Bir evin işıqları səhəri açmaq istəyirdi…Modilyani Jannanın rəsmini çəkirdi. Amma gözlərini çəkmirdi. Janna gözlərinin olmadığını görüb soruşurdu:- Bəs gözlərim hanı ?Avara, tərbiyəsiz, əyyaş və rəssam Modilyani cavab verirdi:- Ruhunu tapanda gözlərini də çəkəcəm…Janna dünyaya uşaq gətirəndən sonra Modilyaninin vəziyyəti çətinləşdi. Çünki pulu yoxuydu. Pikassonun köməkliyi ilə dostları onun “Çılpaq qadınlar” silsiləsinin sərgisini təşkil etdilər. Janna sevinirdi. Sevinirdi ki, şəkillər alıcı tapsa, pulları olacaq. Sərginin açılışından heç on dəqiqə keçməmiş polislər gəlib sərginin qapadıldığını elan edirlər.Niyə?Çünki guya Modilyaninin şəkilləri əxlaqsızlığı təbliğ edir. Modilyani, həmişəkinin əksinə olaraq, dəlilik etmədən sərgidən çıxır.Parisə yağış yağırdı. Modilyani susurdu. Yağışın altında Jannayla boş küçələrdə gəzişirdilər. Çətirsiz idilər. Modilyani birdən Jannanın qollarından tutub onunla rəqs etməyə başlayır. Əyilib qulağına pıçıldayır:- Janna, mən sənə bu yağışdan başqa heç nə verə bilmərəm…Modilyani ölənə qədər Jannaya yağışdan başqa heç nə verə bilmədi. Parisin sənət mühitinin yığışdığı, o dövrün məşhur kafelərindən birində rəsm yarışması elan olunur. Modilyani Pikassonun gözlərinin içinə baxa-baxa, onu duelə çağırırcasına adını siyahıya yazır. Kafedə hamı susur. Hamı gözləyir ki, görəsən, Pikasso öz adını o qədər də ciddi olmayan bu yarışın siyahısına yazarmı? Pikasso aramla Modilyaninin yanına gəlir və öz adını onun adının altından siyahıya yazır. Bu yarışmada Modilyani və Pikassodan başqa rəsm sənətinin digər dörd böyük imzası da iştirak edir: Sote, Rivera, Kesler və Utrillo. Parisə yağış yağır. Hamı yatır. Yağışdan və rəssamlardan başqa..Bütün rəssamlar gecə-gündüz, təyin olunmuş zamanacan çəkməyə başlayırlar.Parisə yağış yağır. Və yağış, vaxtı yuyub təyin olunan günə aparır…Modilyani növbəti uşağa hamilə olan Jannaya sürpriz etmək istəyir. Nikah bürosuna gedib, ər-arvad olduqlarının rəsmiləşdirildiyi kağızı almaq istəyir. Alır da. Qayıdanda saatına baxır ki, yarışa hələ bir saat var. Ayaqları onu meyxanaya dartır. Girir. Bir qədəh şərab sifariş verir, dalınca bir qədəh də, sonra biri də… Sərxoş halda meyxanada qışqırır ki, bu gün mənim çoxlu pulum var, bu gün nə qədər istəsəm, içə bilərəm.Parisə qar yağırdı. Ölüm kimi bəyaz qar…Modilyani meyxanadan çıxır və səntirləyə-səntirləyə getməyə başlayır. Arxadan iki kölgə yaxınlaşır. Bayaq meyxanada Modilyaninin “çoxlu pulum var” sözlərini eşidən kölgələr onu yaxalayırlar. Ölümcül döyürlər.Parisə qar yağır. Sərgi başlayır.Hamı həyəcanlıdır. Parisin bütün sənət mühiti burdadı. Hakim bir-bir rəsmlərin üstündəki örtükləri çəkir. Rəssamın və rəsmin adını deyir.Birinci rəsm - Sote. “Mənim Qırmızım”. Salon alqışlayır.İkinci rəsm - Dieqo Rivera. “Meksika”. Salon alqışlayır.Üçüncü rəsm - Kesler. “Qorxu”. Salon alqışlayır.Dördüncü rəsm - Moris Utrillo. “Dəlilik”. Salon alqışlayır.Həyəcandan, intizardan nəfəslər kəsilir: “Görəsən, Pikasso nə çəkib?”Beşinci rəsm - Pikasso. Rəsmin adı… “Modilyani”. Bəli, Pikasso Modilyaninin rəsmini çəkmişdi. Salonda sürəkli alqışlar. Pikasso razılıqla başını yelləyir.Hamı yenidən nəfəsini içinə çəkir.Və nəhayət, sonuncu, altıncı rəsm - Modilyani. Rəsmin adı “JANNA”.Salon susur, donub qalır. Bir neçə saniyə özünə gələ bilmir.Janna hönkürtüylə ağlamağa başlayır.Ağlayır, çünki Modilyani ilk dəfəydi, bir rəsmdə gözləri də çəkmişdi. Artıq Janna dünyaya Modilyaninin gözləriylə baxırdı. Və artıq Modilyani də görürdü.Birdən Pikasso dəlicəsinə alqışlamağa başlayır. Bütün salonda gurultulu alqışlar qopur.Modilyani tənha küçələrin birində al-qan içində, ölümcül yaralıykən Janna artıq görməyə başlamışdı.Parisə qar yağırdı. Ölümcül qar…Hə, bax belə. Rəsmin adı “Janna”ydı. Göy paltarda, növbəti uşağa hamilə, gözləri yerində, Modilyaniyə baxan Janna.Parisə yağmur yağırdı. Modilyani ölürdü. Bütün dostları və Janna yanındaydı. Modilyani o gün güclə nəfəs ala-ala bir az daha dözür və ölür. Heç nə demədən ölür.Parisə yağış yağırdı və yağış Modilyaninin fırçasını təmizləyirdi…Yağmur Parisə və Modilyanin məzarına Jannanın gözlərindən yağırdı…Üç gündən sonra Janna qarnındakı körpəsiylə birgə özünü 5-ci mərtəbədən atıb öldürür.Parisə, Modilyaninin və Jannanın məzarlarına yağmur yağırdı. Yağmur yağırdı, ancaq yağmur. Yağmurdan başqa heç nə…MÜƏLLİF: QİSMƏT RÜSTƏMOVHəmçinin bax: Amadeo Modilyani
['incəsənət', 'rəssam']
6,268
https://kayzen.az/blog/fizikl%C9%99r/2405/rentgen-vilhelm.html
Rentgen Vilhelm
Aynur
Görkəmli fiziklər
16 yanvar 2011, 15:23
Fizika tarixində XIX əsrin sonu bir sıra görkəmli kəşflərin edilməsi ilə əlamətdardır ki, bu kəşflər bəzi fiziklərin dünyagörüşlərində elmi inqilab yaratdı. Rentgen şüalarının kəşfi məhz belə kəşflərdəndir. 1895-ci il noyabrın 8-də alman fiziki Rentgen gözə görünməyən qəribə xassəli şüalar kəşf edir. Qazların elektrik keçirməsinin və katod şüalarının tədqiqi, rentgen şüalarının kəşfinə səbəb oldu. Rentgen seyrəldilmiş qazlardan elektrik cərəyanı keçərkən qazın işıqlanmasını öyrənirdi. O, nasosla borunun havasını sorub, boru ilə çox yüksək gərginlikli cərəyan buraxarkən qaz işıqlanırdı. Yorulmuş alim, gecə öz təcrübəsindən ayrılıb gedərkən otağın işığını söndürüb qapıdan çıxandan sonra yadına düşür ki, qurğunu cərəyandan ayırmayıb. Rentgen qaranlıqda geri qayıdarkən borudan bir az aralı qəribə mavi işıq gördükdə təəccüblənir. O, cərəyanı ayırdıqda işıqlanma kəsilir. Yenidən qoşduqda kristallar işıqlanırdı. Rent­gen qalın kitabla borunu kristallardan ayırdıqda işıq­lanma zəifləməyirdi. O, mü­əyyən edir ki, borudan çıxan «yeni» şüalar kitabdan asanlıqla keçdi və zəifləmədi. Rentgen növbəti təcrübələrin birində boşalma borusunu çexolladıqda pla­tin-gümüş sianid ekranının işıqlandığını müşahidə edir. Rentgen ekranın flüoressensiya verməsinin naməlum «X» şüaları vasitəsilə baş verdiyini mülahizə edir. Yeniliyi görən Rentgen başa düşür ki, boşalma borusu işlədikdə güclü keçmə qabiliyyətinə malik olan şüalanma yaranır. O, öz kəşfini Vürtsburq təbiəti öyrənənlər cəmiyyətinin iclasında nümayiş etdirir və izah edir ki, yeni şüalanma, katod şüalarının borunun şüşə divarına dəyən yerində meydana çıxır. Yeni şüalar yüksək enerjili katod şüalarının istənilən maniə tərəfindən - xüsusi halda metal elektrodlar tərəfindən tormozlandıqda yaranır. Alim, yeni şüaların xassələrini ətraflı öyrəndiyinə görə, yığıncaq həmin şüalara Rentgen şüaları adı verir. Rentgen, şüaların sirrini öyrənərkən qəribə fotoşəkillər çəkir və yeddi həftə laboratoriyanı tərk etmir. Rentgen şüalarının sədası bütün dünyaya yayılır. Bu şüaların xassələrinə görə müxtəlif tətbiq sahələri barədə camaat arasında çoxlu şayiələr yayılır. Onlar qorxurdular ki, Rentgen şüalarının köməyi ilə onların fikirlərini oxumaq, divar arxasından onların mənzillərinə baxmaq mümkün olacaqdır. Bəzi qəzetlər hətta Rentgen şüaları ilə işığa salınmanın əxlaqsızlıq, ədəbsizlik olduğunu elan etdilər. Lakin onlar bilmirdilər ki, bu şüalar gələcəkdə təbabətin gözü olub, milyonlara şəfa verəcəkdir. Rentgenin tədqiqat işləri elektromaqnetizm, kristallar fizikası, optika, molekulyar fizika sahələrinə aid olmuşdur. Vilhelm Konrad Rentgen Almaniyada Lennep şəhərində anadan olub. O, ali texniki məktəb qurtardıqdan sonra, 1866-cı ildə fizika üzrə təhsilini davam etdirir və 1868-ci ildə dissertasiya müdafiə edib fəlsəfə elmləri doktoru olur. Rentgen əvvəlcə fizika kafedrasında assistent vəzifəsində, sonra isə Strasburqda görkəmli fizik Kundtun yanında işləmişdir. Burada Rentgen yaxşı eksperimentlər aparır və təkmilləşərək birinci dərəcəli eksperimentçi olur. O, qazlar üçün Cp/Cv nisbətini dəqiq ölçmüş, kristalların elastiklik, pyezoelektrik və piroelektrik xassələrini tədqiq etmiş, bir sıra mayelərin dielektrik nüfuzluluğunu təyin etmiş, hərəkət edən yüklərin maqnit sahəsini ölçmüşdür. Rentgen mühüm tədqiqatlarının bir çoxunu öz tələbəsi A.F. İoffe ilə birlikdə aparmışdır. 1888-1900-cu illərdə Rentgen Vürtsburq universitetində professor, 1900-cü ildən ömrünün sonuna kimi Münhen universitetində işləmişdir. Rentgenin kəşfi elm aləmində elə maraq doğurdu ki, dünyanın bir çox ölkələrinin laboratoriyalarında onun təcrübəsini təkrar etməyə başladılar. Moskvada P.N. Lebedev, Petroqradda isə A.S.Popov rentgen şüaları üzərində eksperiment apardılar. Kembricdə C.Tomson rentgen şüasının qazlardan elektrik cərəyanı keçərkən ionlaşdırma qabiliyyətini öyrənir ki, onun tədqiqatı sonra elektronun kəşfinə gətirib çıxartdı. Rentgen şüalarının kəşfi fizikanın sonrakı inkişafına böyük təsir göstərmiş, xüsusən radioaktivliyin kəşfinə səbəb olmuşdur. Rentgen şüaları xəstələrin müayinə və müalicəsinin əvəzsiz vasitəsinə çevrildi, bunları texnikada tətbiq etdilər, elmdə yeni dövr açıldı, atomun quruluşunun tədqiqinə başlandı. Atomun kristal daxilində düzülmə qaydasını rentgen şüalarının köməyi ilə öyrəndilər. Alimin kəşfi çox yüksək qiymətləndirildi. İlk Nobel mükafatı dünyada birinci olaraq fiziklər arasında Rentgenə (1901) verilmişdir. Vilhelm Rentgen Berlin EA-nın müxbir üzvü (1896) olmuşdur. Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı
['Rentgen', 'rentgen şüaları', 'görkəmli fizik', 'fizik']
6,269
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/3487/qan-qrupu-v%C9%99-nikah.html
Qan qrupu və nikah
burla xatun
Xoşbəxt ailə
16 yanvar 2011, 11:23
İnsan münasibətlərində qaçılmaz bir hal olan ailə məsələsinə baxanda təbiətcə skeptik olan deyərdi ki, sevginin gözü kordu. Optimist onun sözünü ağzında qoyub «Amma gör necə də gözəldi!» deyərdi. Pessimist isə boynunu büküb nəticə çıxarardı: «Hər bir halda nikah və məişət onun işinə baxacaq». Əgər sevgi uğurlu nikaha aparan yol deyilsə, deməli, başqa yollar da var. Alimlər belə şeyləri ortaya çıxarmağı sevir. Müxtəlif qan qruplarını və onların nikaha münasibətini dərindən öyrənəndən sonra məlum olub ki, qruplar biri o birindən çox fərqlənir. Ərin disturu... Bu adam haqqında ola bilər ki, hər şeyi bilirsiz: stomatoloqdan qorxur, yazda soyuqlamadan az qala «ölür», qaynanasının gəlişini kiçik təbii fəlakət kimi qarşılayır və hesab edir ki, bu fəlakəti hardasa, məsələn, məzuniyyətdə gözləyə bilər. Onun qan qrupunu tapa bildiz? Bizim yazdıqlarımızla yoxlayın, bəlkə, hələ bilmədikləriniz var? O (I) qan qruplu kişi Bu qan qrupundan olan kişi məhz bu qadına evlənəcəyini qararlaşdırıbsa, həmən fikrini tərəddüdsüz üzünə deyəcək. O, coşğunluqla yalan deyə, təkidlə sevgi obyektini izləyə də bilər. Məqsədi yolunda hər şeyə əl atdığından, adətən, arzuladığını əldə edir. Belə də olur ki, həmin kişiyə rədd cavabı verməyə hazırlaşan qadın bir də ayılır ki, artıq bir neçə aydır evlidirlər. Qadınlarçün kiçik hiyləgərlik: əgər birinci qan qruplu kişi sizə evlənmək təklifi veribsə, «həri» deməkçün vaxti xüsusi olaraq seçməlisiz. Sehrli kəlməni çox tez eşitsə, o, sizi daha az qiymətləndirəcək. Amma işi çox uzatsaz, inciyib gedə bilər. Özünüz baxın da... Evlənən kimi bu kişilər nüfuzlu ailə başçısı kimi təsir bağışlamağa çalışır. Əgər o, birincilik statusunu saxlaya bilməsə, nəticəsi çox acınacaqlı ola bilər: sərxoşluq, avantüralar, azart oyunlar, hətta narkotik. Ona görə də müdriklik göstərib onun liderliyini xüsusi qeyd edin. Bir azdan yanınızdakı avantürist sakit quzu balasına dönəcək. Belə kişi ailə üçün yaşayır. Uşaqlarından heç nəyi əsirgəməz. Birinci qan qruplu kişiyə ərə gedən qadın maddi prodlemləri unuda bilər. Təbiətcə əsgər olan belə kişi əlinə keçəni evə daşıyacaq. Amma onun professional karyerası ailə şəraitindən birbaşa asılıdır. Onların ayağı sürüşəndə də ailəsiylə risk eləmir. Boşanma qığılcımı evdə parlayan kimi qıraq maraqlarından həmən əl çəkəcək. A (II) qan qruplu kişilər Onlar ailə məsələsində çox cəsarətsiz olduqları üçün evlənmə təklifinə sadə, aydın dildə və o saat cavab vermək lazımdı. Cavab aydın olmasa, kavaler yoxa çıxa bilər və toy sözünü bir də dilinə gətirməz. İkinci qan qruplu iki növ kişilər var. Birinci tip ictimai insan və iş sevən adamdı, amma evə gələn kimi televizor qabağında divana çöküb səssiz heykələ dönür. Bu heykəl bir də işə getmək lazım gələndə canlanır. O biri tip isə əksinə, işdə ləngdir, özünü əldə saxlamağa çalışır. Evə gələn kimi tirana çevrilən insanın qarşısında Napoleon özü məsum uşağa çevrilir. Amma hər iki tip evlənəndən sonra «çiçək açdığından» qabaqcadan tədbir tökmək mümkün deyil. İkinci qrupun kişilərinə arxayın olmaq olar. Onlar sosial şərtlərdən və mənəviyyat kriterilərindən çox asılı olduğundan yaxşı ata və ər olurlar. Onlar ayaqlarını qırağa qoyublarsa, deməli, ya böyük stress, ya da əlçatmaz planlarla üzbəüzdürlər. Amma onlar xəyanət sahəsində ən hiyləgər, ən orijinal planların müəllifi olurlar. Arvadının ürəyini sındırmamaqçün bu əlaqəni bacardığı qədər məharətlə gizlətməyi bacarırlar. B (III) qan qruplu kişilər Ən ağlasığmaş evlənmə təklifini onlardan gözləmək lazımdı. Tamam başqa söhbətin ortasında heç uyğun olmayan intonasiya ilə təklif eşidə bilərsiz. Sualın cavabını eşitdiyiniz tərzdə, lap pulla fala baxaraq da verə bilərsiz. Evlənmək fikriniz olsa bilin ki, bu hələ harasıdı?! Bu qrup azad olmağı sevən qadınlarçün ideal insandır. O ailədə liderin kim olmasıyla heç vaxt maraqlanmayacaq. Uşaqlarla oynamağı sevsə də heç vaxt dərsləriylə məşğul olmaz. Kiçik məişət problemini həll edə bilsə də qlobal məsələlərə burnunu soxmağa onu heç kim məcbur edə bilməz. Onların karyerası da dostluq münasibətlərindən asılı olur. Çox vaxt sevgi və seksi bir-birindən ayırır, soruşsaz öz düşüncələrini sizinlə də bölüşə bilər. Amma qıraq əlaqələrini gizlətməyi heç bacarmır. Təcrübəli qadın tələ qurub onu «İnanıram ki, sən qadını qane eləməyi bacarırsan» sualıyla onu divanə pleyboya çevirə bilər. AB (IV) qan qruplu kişilər Bu kişilərdən konkret evlənmə təklifi alanacan qiyamət günü gələr. O özünü o yerə qoyacaq ki, guya heç nə vecinə deyil. Birbaşa təklif eləməməkçün min oyundan çıxacaq. O istəyir ki, evlənmə təklifini özü eşitsin. Onlar nigahın nə dərəcədə lazım olması barədə şübhələr içində yaşayırlar. Amma bu baryeri ötə bilsə yaxşı ər və arxalı ailə başçısı olurlar. Ondan sirr saxlamaq lazım deyil, o, arvadını hər bir şəraitdə anlayıb başa düşənlərdəndir. Belə kişiyə ərə gedən bir dünya problemlə izdivaca girdiyini də göz qabağına gətirməlidi. Kişi evdən qaçırsa bunun günahı dostları və hobbisindədi. Onların qıraqda sekslə maraqlanan çox az hissəsindən məhz donjuanlar, kozanovalar yaranır. Bu qan qrupunun ən yaxşı keyfiyyəti odur ki, onlar özləri darıxan deyil və yanındakıları da darıxmağa qoymurlar. Arvad olmaq də bir peşədir Heç kim mübahisə qurmaz ki, metallurq, yaxud mina tapan, raket quraşdıran olmaq çox asandı… Bəs kim deyir ki, evin xanımı, bir sözlə arvad olmaq asandır? Alimlər düşünür ki, qadınlar öz müsbət cəhətlərini qabartmağı və çatışmamazlıqlarını gizləməyi öyrənsələr həyatları daha rahat olar. Görək bunun qana nə qər dəxli var? O (I) qan qruplu qadınlar Sevdiyi kişinin yaxşı keyfiyyətləri – istedadı, karyerası, statusu ilə fəxr eləsə də bəzən sadə anlamlar – namus, sədaqət, incəlik kimi nigahçün çox vacib sayılan keyfiyyətləri nəzərə almırlar. Təbiətcə realist və qənaətcil olan bu qadınlarla evlənmə pulunu saymağı və xərcləməyi bacarmayan kişilərçün ideal variantdır. Bu qadınlar ailə həyatını və karyerasını uşaq yaşlarından planlaşdırır və istədiyinə çatırlar. Onların hissləri səmimi və sədaqətlidir. Əri tərəfindən sığallanmağı, ərköyünləşməyi sevən bu tipi incitsəniz cavabını çox gözləməli olmayacaqsız. Ailədə gözlənilməz bir şey baş verərsə o artıq bunu duyub və hazırlaşmağa da macal tapıb. Bəzən qənaətcillik simicliyə, planlaşma kobud hesablamaya keçib yaxınlarının arzu və istəklərini tapdaya da bilər. İşdə uğur qazanmaq bacarığını nəzərə alıb belə xanımların əri arvadının karyerasına sakit yanaşan kişilərdən olmalıdır. A (II) qan qruplu qadınlar Nigahın stabilliyi yolunda bu qadınlar intim münasibəti və hətta maraq dairəsini də qurban verə bilər. Səhvini evlilikdən sonra anlayanda belə nəticəyə gəlir ki, onu əriylə yalnız borc birləşdirir. Boşanma ərizəsini ən çox bu tip qadınlar yazır. Özünə çox şey icazə verdiyindən, bədxərclik elədiyindən və çəhrayı eynəklərini çıxarmadığından həyat onu daim cəzalandırır. Bir-birini yaxşı tanıyanacan, yaxud ilk uşaq doğulanacan onlar ərinin başına dolanırlar. Uşaqdan sonra tamam başqa dünyaya düşmüş qadının həyatında ər diqqətdən qıraqda qalır. Ev işlərindən qaçmaq imkanını da əldən buraxanlardan deyil. Bu qadınların əbədi sevgisini qazanmaqçün ailə qayğılarını öz çiyinlərinə götürməli olacaqsız. Axı onun sağlamlığı mənəvi durumuyla birbaşa əlaqədardır. B (III) qan qruplu qadınlar Cazibədar kişiləri gözdən buraxmayan, dilli-dilavər qadınlar kompliment sevdiyindən öz zəifliklərinin qurbanı olurlar. Bu qan qruplu qadınlar ən yaxşı həyat yoldaşları sayılır. Onlar həmişə enerjilidirlər, öz maraqlarını, hətta karyerasında nailiyyətləri də ailənin maddi güclənməsinə yönəldirlər. Onlar gözəl evdar xanım, ərinin tərəf müqabili və uşaqlarının dostu ola bilirlər. Adətən, ərinin kənar əlaqələrinə göz yummağı da bacarırlar. Hərdən bir kənar kişilərlə yüngül flirti özünə icazə verə bilər. Gecə yarısınadək ərinin hüzurunda dayana bilən bu qadınlar intellektual söhbətləri də çox sevirlər. Amma tez-tez əhval-ruhiyyədə dəyişikliklərə məruz qalırlar. Əsəb tutmaları gələndə o, işdəki hesabatını, evində qonaq olan qaynanasını, evini su basmasını, eləcə də işsiz ərini heç vecinə almaz. AB (IV) qan qruplu qadınlar Qətiyyətsizlik onların zəif yeridi. Bütün qan qruplu kişilərlə çox asan dil tapan bu qadınlar, adətən, xülyaların kişisinə rast gələndə onu görmür. Çünki ətrafında çoxlu adam olur və ideal kişi axtarışları onu məyus eləyir. Bu qadınlar ya hamıdan gec ərə gedir, ya da heç ailə qurmurlar. Bu qrupda dəfələrlə evlənmə təklifi almış amma yenə də bu addımı ata bilməyən qadınlar çoxdır. Nikahın ləzzətini yaşaya bilməyənlərin əli yanına düşmür, onlar özünə zəngin həyat qururlar. Müxtəlif maraqlarından, dostlarından savayı zəngin daxili aləmləri də olur. Ailə quranları isə evdə ərini və uşaqları valeh edəcək atmosfer yarada bilir. Həmişə kənar işlərlə başı qarışsa da ev-eşiiyi və uşaqları ideal vəziyyətdə olur. Dördüncü qrup qadınlar ən vəfalı və ünsiyyətdə ən rahat insanlardır. Ambisiyaların olmaması bu qadınların çatışmayan cəhəti sayılır. Nigahda uyğunluq O (I) qruplu kişi və qadın – Ümumi maraqları və bir qədər də yaş fərqi olarsa bir-birini sözsüz də anlaya biləcəklər. Kişi O (I)  və qadın A (II)  – Gözəl kombinasiyadır. Kişi ailəyçün çalışır, qadın ailəni dəstəkləyir. Amma kişidə tiranlıq baş qaldırsa arvadı onu atacaq. Kişi O (I) və qadın B (III) – Qadın həyatda uğur qazanan kimi kişini qısqanclıq götürəcək və qadına marağını itirəcək. Belə olanda buna «ikilikdə tənha» deyirlər. Kişi O (I) və qadın AB (IV) — Kişi onun arzularını reallaşdırmaqçün hər şeyi edəcək. Onlar bir-birini çox sevəcək, əgər natamamlıq kompleksi rahat buraxsa. Kişi A (II) və qadın 0 (I) — İdeal nigahdır. Onlar bir-birini tamamlayır. Kişi güclü və nəvazişli, qadın cazibədar və aktiv. A (II) qan qruplu kişi və qadın – Onların uşaq tərbiyəsi və ailə rifahı haqqında ümumi baxışları var. Münasibətlərin solmamasıyçün ümumi maraqların olması da lazımdır. Kişi A (II) və qadın B (III) – Kişi qadının gözündən düşməyənədək və kişiyə inamını itirməyənədək gözəl izdivacdır. Kişi arvadının əl-ayağını bağlamaq istəsə bu ailə tezliklə dağıla bilər. Kişi A (II) və qadın AB (IV) – Ciddi problemləri olmayan nigahdır. Hər ikisi öz sakitliyinin və ailənin sabitliyinin keşiyində durub. Amma ehtiras və mehribanlığın olmamasından hər ikisi bezə bilər. Kişi B (III) və qadın O (I) – Ailədə qadına çox böyük yük düşür. Qadın ərini daim tərifləsə və əzizləsə bəlkə bir şey alınar. Olmasa kişi evdən qaçacaq. Kişi B (III) və qadın A (II) – Kişinin yumşaq, yolagedən xasiyyəti olsa bu çox gözəl bir cütlük olacaq. Zirək kişi bu ailənin bünövrəsini laxlada bilər. B (III) qan qruplu kişi və qadın – Əvvəl böyük problemlər olacaq, çünki hər biri o birisini öz ritminə uyğunlaşdırmağa çalışacaq. İntim həyatı kənara qoysaq sonra onlar hətta yaxşı dost da ola bilərlər. Kişi B (III) və qadın AB (IV) – Onlar ər-arvaddan daha çoz yaxşı bacı-qardaş ola bilərdilər. Qarşılıqlı hörmət və anlaşma gözəl münasibətlər yarada bilər. Kişi AB (IV) və qadın O (I) – Onlardan yaxşı biznes partnyoru alınardı. Sevgi öz yerini hörmətsizliyə və inamsızlığa versə arada güc tətbiq edən tapılacaq. Kişi AB (IV) və qadın A (II) – Ehtiraslı qadın sentimental kişiylə yola gedərmi? Bu evdə harmoniyanın olmasıyçün qadın bütün bacarığını işlədəcək. Kişi AB (IV) və qadın B (III) – Onlar stabil və xoşbəxt ailə qura bilər. Bir-birinə olan sevgidən başqa onları heç nə birləşdirmir. AB (IV) qan qruplu kişi və qadın – Onların idealları və dəyərləri eynidir. İlk nəzərdən bir-birinə bu qədər yaxın olan insanlar yaxından tanıyandan sonra yana bilərlər. Qan qrupu uygunlugu haqda cədvəl Müəllif: Gülnarə RƏFİQ [email protected] Həmçinin bax: Qan qrupları və psixologiya
['qan qrupları', 'qan qrupu', 'nikah']
6,270
https://kayzen.az/blog/dusundurucu-hekayeler/3600/h%C9%99r-%C5%9Feyin-do%C4%9Frusunu-allah-bilir.html
Hər şeyin doğrusunu Allah bilir
Fianda
Düşündürücü hekayələr
15 yanvar 2011, 15:39
Bir dəfə bir insan çayın kənarı ilə keçib gedirdi.O,çayın dayaz yerində uşaqların çimdiyini görür.Uşaqlar çox şən idi,bir-birinə su atıb,əylənirdilər.Bu zaman kənarda bir uşağın oturub,digər uşaqlara həsrətlə baxdığın gördü.Niyə digər uşaqlara qatılıb oynamadığının səbəbini soruşanda uşağın şikəst olduğun,yeriyə bilmədiyin görür.Bu hadisə ona çox pis təsir edir,gözləri yaşarır və evə gedib Allaha dua etməyə başlayır:-Allahım,yalvarıram,şəfa verən sənsən,sənin şəfaətin hər kəsə çatar.bu gün gördüyüm o uşağa da şəfa ver,o da digər uşaqlar kimi oynasın,qıraqda oturub,həsrətlə baxmasın. Kişi səhərə kimi duaların əskik etmədi.Bir neçə müddətdən sonra onun yolu yenə çayın kənarından düşür.Çayda yenə də uşaqların olduğunu görür.Lakin bu dəfə onlar heç də şən deyildilər,onlar ağlayıb,kömək istəyirdilər.Kişi tez uşaqlara kömək etməyə yaxınlaşır,bu zaman gördükləri onu heyrətə gətirir. Bir zaman kənarda oturan şikəst uşaq artıq sağalmış və şüşə qırıntılarını uşaqların çimdiyi çayın dibinə tökmüşdü.Uşaqlar həmişəki kimi çimməyə gələrkən bu şüşələr əl-ayaqların kəsmişdi,xəstəlikdən sağalan uşaq isə etdiyi əməllərdən zövq alaraq,kənardan baxıb,gülürdü.Hər şeyin doğrusunu Allah bilir.Biz insanlar dua edərkən:niyə mənim duam qəbul olunmadı? deməyək.XEYİRLİSİ OLSUN İNŞALLAH.
['yaxşılığın əvəzi']
6,271
https://kayzen.az/blog/ginekologiya/2820/hamil%C9%99lik-haqq%C4%B1nda-qad%C4%B1nlar-%C3%BC%C3%A7%C3%BCn.html
Hamiləlik haqqında (qadınlar üçün)
Dr_Həkim
ginekologiya
15 yanvar 2011, 11:07
1 Hamilə qalmağın az və çox ehtimalı Texniki cəhətdən hamiləlik üçün əlverişli vaxt 12 saatdan 24 saata kimi hesab olunur. Bu zaman ovulyasiya baş verir və toxumalar yetişir. Aybaşı dövriyyəsi müxtəlifdirsə, onda ovulyasiya baş verən vaxtı təyin et, menstruasiya başlamazdan qabaq və sonra üzərinə 2 gün (təxminən, 5 gün götürülür) əlavə et və çıx. Bu, hamilə qalmağın riskli dövrü hesab olunur. Ümumiyyətlə, ovulyasiya aybaşıya 14 gün qalmış başlayır. Dəqiq günü təyin etmək üçün aybaşının neçə gün davam etdiyini bilmək lazımdır. Məsələn, aybaşın 32 gündən sonra başlayırsa, onda 14 çıxıb, 18-ə bərabər etmək lazımdır. Dövriyyənin birinci günü başlanğıc gün kimi hesablanır. Lakin nəzərdə tutulan 5 gün hamiləlik üçün riskli vaxt hesab olunur. Həmin dövrdən 3 gün qabaq da hamilə qalmaq olar. Ən təhlükəsiz dövr aybaşıdan 10 gün əvvəl və aybaşı vaxtı hesab olunur. Odur ki, yaxın gələcək üçün planlarının təqvimini indidən qurmağa başla. Hamiləlikdən qorunmaq üçün 2 Ovulyasiya necə baş verir Ovulyasiya başlamazdan 2-4 gün əvvəl uşaqlıqdan selik ifraz olunmağa başlayır. Bu da spermanın yumurtalıqlara asanlıqla daxil olmasına imkan yaradır. Ipucu: yumurtalıqda zəif ağrılar hiss olunur, bu o deməkdir ki, hüceyrələr parçalanmaya hazırdır. Bir çox qadınların həmin dövrdə seksual istəkləri artır. Belə olan təqdirdə qoruyucu vasitələrdən istifadə etmək vacibdir.3 Aybaşı olmur? Sən hamilə qala bilərsən Çəkin normadan aşağıdır və aybaşın müntəzəm baş vermir. Buna baxmayaraq, sekslə məşğul olan zaman qoruyuculardan istifadə etməlisən. «Səndə hər an ovulyasiya baş verə bilər», — deyə ginekoloq Xatirə Dadaşova xəbərdarlıq edir. Lakin aybaşının nə vaxt baş verəcəyini dəqiq bilmək olmur. «Çünki orqanizmdə lap kiçik dəyişiklik, məsələn, arıqsansa, çəkinin bir qədər artması ovulyasiyaya səbəb ola bilər».4Həbləri unut Ən riskli hamiləliyə qarşı həbləri birmüddətlik unuda bilərsən. Bu həblər, əsasən, hormonal pozğunluğa səbəb olur. Məsələn, orqanizmdə kəskin piylənmə, üzdə və bədənin müxtəlif yerlərində tüklənmə baş verə bilər. Hamiləliyə qarşı həblərə müraciət etməzdən öncə ginekoloqla məsləhətləş. Yoxsa, bir müddətdən sonra özünü tanıya bilməyəcəksən.5Anlaşılmazlıq baş verdikdə... Cəld hərəkət et. Apteklərdən və ya ailə-planlaşdırma mərkəzlərindən hamiləliyi dayandırmaq üçün həblərdən al və qəbul et. Bu həbləri nə qədər tez qəbul etsən, təsiri də bir o qədər tez olar. Fəsadları elə də qorxunc deyil. Sadəcə olaraq, başgicəllənmə, sinədə və qarın nahiyəsində zəif ağrılar olur. Əlamətlər cəmi 24 saat davam edir və istirahət günü götürməyə də gərək olmur. Xülasə, belə hallar hamiləliyin əlverişli gününü təyin etmək və səhvlərin nə dərəcədə riskli olduğunu başa düşməyə kömək edəcək. Bütün hallarda sevgilinlə sekslə məşğul olan zaman hamilə qalıb-qalmayacağını düşənərək, təlaşlanmaqdansa, əvvəlcədən tədbir gör. Amma yenə də ən yaxşı vasitə  hamiləliyə qarşı qoruyuculardan istifadə etməkdir. Şükür Allaha, indi istənilən aptekdə, istənilən ölkənin yüksək keyfiyyətli dərmanlarını və qoruyucu preparatlarını almaq mümkündür. Arzuolunmaz hamiləlik haqqında yazımızı da oxumağı məsləhət görürük.5 fakt: hamilə qalmaq üçün 1 Sekslə nə dərəcədə müntəzəm məşğul olursan Bəzi cütlər elə fikirləşir ki, sekslə müntəzəm məşğul olmaqla qadın daha tez hamilə qalır. Lakin çox vaxt onların səyləri boşa çıxır. Nə üçün? «Kişi ilə qadın arasındakı yaxınlıq üç gündən bir baş verirsə, kişi spermasının həcmi artır», -deyə həkim Seyran Quliyev bildirir. «Sekslə nə dərəcədə tez-tez məşğul olmaq şəxsi seçimdir, lakin bu zaman kişi spermasının həcmi azalır. Məsləhətim odur ki, cütlər rahat, qeyri-iradi seksə üstünlük versinlər. Yaxşı nailiyyətlər əldə etmək üçün həftədə 2-3 dəfə sekslə məşğul olsunlar».2 Nə vaxta kimi uzana bilər... 35 yaşa çatmış, sağlam olan qadının uşağa qalmaq şansı 10-15%-dir. Birillik səylərdən sonra qadınların 88%-i, iki ildən sonra isə 95%-i hamilə qalır. 30 yaşlı çütlərdə qadınlar 6 ay ərzində, 35 yaşlı cütlərdə isə 9 ay ərzində hamilə qalırlar.3 Sağlam orqanizm zərurəti Yüksək dərəcədə spirtli içki və ya kofein qəbulu maddələr mübadiləsinə mənfi təsir göstərir. Bu da ovulyasiyanın qarşısını alır. Kofein qəbuluna dair aparıcı prinsiplər yoxdur. Yaxşı olar, ondan imtina edəsən — kofein qan təzyiqini artırır, bu da hamilə qalmaq üçün müəyyən çətinliklər yaradır. Siqaretdən canını qurtar, çünki siqaretdəki kimyəvi məmulatlar hüceyrənin inkişafına təsir edən ekstrogen maddəsinin ifrazına mane olur. Siqaret çəkən qadınların 50%-i uşaqsalma ilə  üzləşir.Çəkiyə gəlincə, sən nə çox arıq, nə də ki çox kök olmalısan. Çünki hər iki hal hormonların səviyyəsinə və aybaşı dövriyyəsinə təsir göstərir. Çəkinə görə narahatsansa, onda həkiminə müraciət etməyi unutma.Hamilə qalmaq istədiyin yaş barəsində də diqqətlə fikirləşmək lazımdır. 35 yaşdan sonra hamilə qalmaq ehtimalı zəifləyir. 40 yaşında hüceyrələrin keyfiyyəti 50% aşağı düşür.4 Aybaşı dövriyyəsinin davamiyyəti nə deməkdir... Aydan-aya aybaşı dövriyyəsinin uzun və ya qısa olması təbii haldır. Hamilə qalmağında problem yaranırsa və yaşın 20-30 arasındadırsa, onda dövriyyə vaxtına fikir verməlisən ki, o getdikcə qısalmasın. Bu, menopauzanın erkən baş verməsinin əlamətidir.Normal aybaşı dövriyyəsi 21-35 gün arası hesab olunur. Nəzarət et ki, sənin dövriyyən 21 gündən aşağı, 35 gündən yuxarı olmasın. Dövriyyən normal deyilsə, qanaxmanın həcmi və rəngi müxtəlifdirsə, onda həkimə müraciət etməyə tələs. Sən onunla fibrom şişləri (uşaqlıq ətrafında yaranan şişlər), çoxkistalı yumurtalıq sindromu  (yumurtalıqlar ətrafında olur, aybaşının qeyri-müntəzəmliyinə səbəb ola bilər), vaxtından qabaq menapauza (40 yaşında olan qadınlarda aybaşının kəsilməsi), qalxanvari vəzdəki pozğunluq (bədənin funksiyasını ya zəiflədir, ya da sürətləndir) kimi problemləri müzakirə edə bilərsən. Yaxşısı, əvvəlcədən hamiləlik simptomları yaranan kimi onun qarşısını alasan.5 Xüsusi «sehrli» pozalar yoxdur Qadınların fikrincə, hamilə qalmaq üçün seksdən sonra yastıq üzərində uzanıb, ayaqları 20 dəqiqə müddətinə havada saxlamaq lazımdır. Bunu unut! Boş söhbətlərdir! Sperma ifraz olunduqdan sonra 90 saniyə ərzində uşaqlığa doğru hərəkət edir. Heç bir «Kamasutra» və ya digər akrobatik hərəkətlərə bənzəyən pozalar sənin hamilə qalmaq ehtimalını azalda bilməz. Əgər bu, doğrudan da belə olsaydı, dünyada hamı seksdən sonra fitnes-yoqa ilə məşğul olardı. Həmçinin bax: doğuş haqqında məsləhətlər və hamilə qadinlar haqqında
['hamiləlik', 'ovulyasiya', 'hamilə qadın']
6,272
https://kayzen.az/blog/daily-problems/3055/intihar.html
İntihar
Bakinets
Gündəlik həyatın çətinlikləri
14 yanvar 2011, 18:46
Dünyada hər 20 saniyədə bir adam özünü öldürür, hər 2 saniyədə bir insan isə intihara uğursuz cəhd edir. İntihar qurbanlarının sayı müharibə və qətl qurbanlarının birgə sayından daha çoxdur. Paradoksaldır ki, iqtisadi böhran zamanı ənənəvi olaraq intiharlar artmaq əvəzinə azalır. ABŞ-da dərc edilmiş "Təqlid effekti" kitabının müəllifi Loren Koulman qeyd edir ki, iqtisadi çətinliklər və müharibələr zamanı insanlar şəxsi təşəbbüsləri ilə dünyadan getməyə meyilli olmurlar. İntihar, bir qayda olaraq, ümidsizlikdən, etiraz əlaməti kimi, şəxsi şərəf hissinin qorunması naminə, ağlın qarışması nəticəsində, ağrıya dözməmək üzündən və ya qisasdan qorxmaq üzündən baş verir. Əsas «risk amili» kimi yoxsulluq, işsizlik, yaxınların itirilməsi, ailə münasibətlərində problemlər göstərilir.Əgər ailədə belə hal baş veribsə, onda adamlar intihara daha çox meyillidirlər. Burada uşaqlıqda alınmış mənəvi və fiziki travmalar önəmli rol oynayır. Həmçinin insanın sosial izolyasiyası və psixi problemləri, o cümlədən depressiya da mənfi təsir göstərir. Ancaq çox hallarda intiharların səbəbi qaranlıq qalır. Hələ də aydın olmayan səbəblər üzündən kişilər qadınlardan dörd dəfə çox özlərini öldürürlər. Ancaq qadınlar iki-üç dəfə daha çox intihara cəhd edirlər. Dünyanın müxtəlif ölkələrində aparılmış sorğular göstərir ki, yeniyetmələrin 80 faizi periodik olaraq özünü öldürmək barədə düşünür. Ancaq intiharların ən çoxunu pensiyayaşlı insanlar edirlər və bir qayda olaraq, onlar bu cür istəklərini əvvəlcədən etiraf etmirlər. Araşdırmalara görə, qeyri-ənənəvi seksual orientasiyalı insanlar ənənəvi orientasiyalı insanlara nisbətən intihara daha çox meyilli olurlar. Həyatından bezmiş qızlara məsləhətləri oxu. Amerika İntiharı Xəbərdarlıq Fondunun məlumatına görə, intihar cəhdləri daha çox aprel, iyun və iyul aylarında edilir. ABŞ-da və dünyanın bir çox ölkələrində 1970-80-ci illərdə intiharlar, əsasən, bayram günlərində daha çox baş verirdi. Dünya Səhiyyə Təşkilatının məlumatları göstərir ki, intiharların daha çox iqtisadi və sosial baxımdan yoxsul ölkələrdə baş verməsinə baxmayaraq, bu qaydadan istisnalar mövcuddur. Məsələn, Latın Amerikasının və Yaxın Şərqin bir çox "yoxsul" ölkələrində intiharların səviyyəsi Qərbi Avropanın “zəngin” dövlətlərinə nisbətən yetərincə aşağıdır. Bu zaman iqtisadi baxımdan tam rifahlı sayılan Baltikyanı ölkələrdə, Finlandiya və Macarıstanda intihar səviyyəsi ümumi Avropa göstəricisindən xeyli çoxdur. Ada dövlətlərində, məsələn, Kubada, Yaponiyada, Şri-Lankada, Mavrikidə və s.-də intiharların səviyysi inanılmaz dərəcədə yüksəkdir. Din və intihar arasında asılılıq da var. Əksər islam ölkələrində intihar sayı, demək olar ki, sıfıra bərabərdir, təxminən, 100 min adama 0,1 intihar sayı düşür. Əhalisinin daha çox xristianlığa və ya induizmə tapınan ölkələrində intihar səviyyəsi yetərincə yüksəkdir. Xristian dövlətlərindən hər 100 min əhaliyə 11,2 intihar halı, Hindistanda isə uyğun olaraq 9,6 intihar halı düşür. Buddist ölkələrdə bu göstərici daha yüksəkdir - 100 min adama 17,6 intihar halı qeydə alınır. Maraqlıdır ki, Çin kimi ateist dövlətlərdə bu göstərici 25,6-ya bərabərdir. Xristian və buddistlər arasında özünü öldürən kişilərin sayı özünü öldürən qadınlardan 3,5 dəfə çoxdur, müsəlman və induistlərdə isə bu fərq 3 dəfə aşağıdır. Ancaq dini inanclar heç də mütləq meyar deyil. Katolik İrlandiyada intihar halı katolik İtaliyaya baxanda üç dəfə çoxdur. Protestantların çox olduğu Böyük Britaniyada isə keçmiş müstəmləkəsi Avstraliyaya baxanda iki dəfə yüksəkdir. Bütün bu ölkələr həyat səviyyəsinə və başqa göstəricilərinə görə bərabərdirlər. «Gallup» xidmətinin məlumatları ehtimal etməyə imkan verir ki, ölkə nə qədər dindardırsa, intihar bir elə də az baş verir. Uzun illər boyunca «Gallup» dünyanın bir çox ölkələrində dindarlıq səviyyəsini müəyyən edib. İnsanın nə qədər dindar olmasını müəyyənləşdirmək üçün ona üç sual verilib: «Dini öz həyatının önəmli hissəsi sayırmı?». «Sual verilən həftə kollektiv ibadət yerinə, yəni məbədə gedibmi?». «Öz ölkəsində fəaliyyət göstərən dini qurumlara etibar edirmi?». Bu göstəricilər Dünya Səhiyyə Təşkilatının intiharlar haqqında statistikası ilə tutuşdurulub. Bəlli olub ki, bu iki göstərici arasında əlaqə var: dindarlıq artdıqca intihara meyil göstəricisi azalır. Dünyanın 67 ölkəsinin qiymətləndirildiyi siyahıda ən dindar Küveyt sakinləri sayılıb, onların dindarlıq reytinqi 83 balla qiymətləndirilib. Küveytdə hər il 100 min nəfərə 1,95 intihar hadisəsi qeydə alınır. Ancaq bu asılılıq da mütləq deyil. Dindarlıq reytinqində Mavritaniya ikinci yeri tutub və 81 bal alıb. Ancaq onda intiharların sayı daha yüksəkdir və hər 100 min adama ildə 8,15 intihar düşür. Dindarlıq göstəricisinə görə üçüncü olan və 79 bal alan Filippində isə intihar göstəricisi Mavritaniyaya baxanda xeyli aşağıdır və burada hər 100 min adama ildə 2,1 intihar halı baş verir. ABŞ-da dindarlıq reytinqi 61 balla ölçülür və siyahıda 25-ci yerdədir. Meksikada da dindarlıq reytinqi eynidir. Amma Meksikada hər 100 min sakinə ilə 4 intihar düşür, ABŞ-da isə 11,5.Mənbə: http://anspress.com/index.php?a=2&lng=az&nid=3781
['intihar']
6,273
https://kayzen.az/blog/sevgi/3470/sevginin-formulu.html
Sevginin formulu
burla xatun
Sevgi
14 yanvar 2011, 11:22
Bilirsizmi, adi qadından qeyri-adi qadın yaratmaqçün cəmi bir detal lazımdı: onu sevmək kifayətdir ki, həyatının ağ-qara dilləri rənglənsin. İnanmırsız? Bəlkə, təcrübədən keçirəsiz? Əlbəttə, siz artıq bunun dadını çox yaxşı bilirsiz. Odur ki, əzizi oxucum, sevgiyə inanmayanların dediklərini dinləməyin. Nifrətdən usanmış ürək heç vaxt sevə bilməz axı! Sən dünyanı heyrətləndirməkçün yaranmamısan, ey insan! Sən ömrünü elə yaşamalısan ki, xoşbəxtliyin tamını dadasan. Xoşbəxtlik və sevginin qapıları isə heç kiminçün bağlı deyil. Sədəcə, bəziləri bu qapının hansı tərəfə açıldığını hələ yaxşı bilmirlər. Sən ki dünyaya öz seçimiylə yaşamağa imkan verirsən. Bəs niyə öz seçiminlə yaşaya bilmirsən axı? Olarmı, oxucum, sənə «sən» deyə müraciət edim. Belə söhbətdə rəsmilik heç yerinə düşmür. Bu kiçik köşəni oxumağa səbrin çatmasa, heç incimərəm. Köşəni yazmağa məni sevgi yox, qorxu məcbur elədi. Qorxdum ki, sevgidən yazılanlara uyub əllərin yanına düşər, ümidini itirərsən. Onda sevginin gözəlliyini heç vaxt görə bilməzsən. Oxucum, əgər dərddən və qüssədən göz yaşı axıtmamısansa, itirdiyin insanın ardınca qəzəbindən zəncir çeynəyib qızmamısansa, demək, hələ sevməmisən. Sevgi sevinc deyil, sadəcə, bu sözlər hər ikisi eyni hərflə başlayır. Bütün dünyanın dərdini çiyninə şələləmisənsə, deməli, hər şey hələ də irəlidədi. Sevgi çeynənmiş, əzilmiş və heç vaxt da tüpürülmüş ola bilməz. Çünki bu, iki nəfərin arasında olan hiss deyil. Bu, sənin qəlbinin səsidir! Bu, sənin dünyagörüşündür! Bu, sənin o dünyadan gələn hədiyyəndir, ey insan! Nə vaxtacan sevgini başqalarının ürəklərində axtaracaqsan? Tapmayanda bunu əlində bayraq eləyib bütün dünyadan qisas alacaqsan? Qəlbinin nifrətini bir az azalda bilsəydin, bəlkə, orda sevgiyə də yer tapılardı. İnsanın sevgi obyekti özü ola bilməz. Bu, xəstəlikdi, ondan sağalmaq lazımdı. Nə vaxtacan özünü sevəcəksən, bezmədinmi? Öz sevgilin olmaqdan absurd nə olar ki?  Özünə inanmalısan ki, başqasını sevə biləsən. Sevginin əvəzində heç nə qazanmayacağını bəyəm indi eşidirsən? Ola bilər ki, heç vaxt sevməmisən. Bu da sənin taleyindi, qəbul elə. Bəlkə, kiminsə özünü (saçının rəngini, gözlərini, boy-buxununu), kiminsə himayədarlığını («evlənəcəkmi?», «arxamda duracaqmı?», «tək qoyarmı, görən?»), kiminsə varidatını («kimlərdəndi?», «əsilli-nəsillidir») arzulamısan.? Sevginin əvəzində yanındakını öz qulun kimi görmək istəmisən. Ürəyində axtaracaqlarını onun gözlərində tapmaq istəmisən. Vətəni də ona görə sevmisən ki, onun çoxlu münbit torpaqları, 9 iqlim qurşağı, bir eşelon şair, yazıçı, musiqiçisi var. Sən də bu torpaqda yaşayıb uşaqlarının qarşısında Vətəninlə fəxr eləmək istəmisən. Hünərin var, ermənilərin becərdiyi torpaqları sev! Uşaqlarına da de ki, heç vaxt ayaq basa bilməyəcəyin torpaqların sevgisindən xoşbəxtsən. Vətənə verdiyin dırnaq ucu boyda sevginin əvəzində bütün insanların sevgisini necə tələb eləyə bilərsən axı? İki-üç nəfərin axmaq söhbətlərini eşitməyə bəndsən ki, ürəyinin olan-qalan sevgisini silib zibil yeşiyinə tullayırsan. Yəqin ki, doğulmağı öyrədən kimi sevməyi də öyrətməliydilər sənə... P.S. Qəribədi, amma qızdırma içində yatan oğlum arabir diksinib qorxulu yuxularını gözünün səkisindən tullayan kimi yarıqapalı gözlərini süzüb klaviaturanın səsiylə onu dəng eləməyimi mənə o dəqiqə bağışlayır. «Mama, mən səni çox istəyirəm» deyib elə bil arxayınlaşırmış kimi yuxusunun ardını yatır. Xəstə olduğu üçün onun bu sözü eşitməkdən çox deməyə ehtiyacı var. Görürsüz də, uşaqlar sevməyi və sevgisini bildirməyi bizdən, böyümüş uşaqlardan daha yaxşı bilirlər. Müəllif: Gülnarə RƏFİQ [email protected] Mənbə: Bizim YolHəmçinin bax: Sevgi hissi nədir?
['sevgi']
6,274
https://kayzen.az/blog/turizm/3595/kasablanka-m%C9%99rake%C5%9F.html
Kasablanka (Mərakeş)
Bakinets
Turizm
13 yanvar 2011, 12:32
Kasablanka ispan dilindən tərcümədə casa "ev", blanka isə "ağ" deməkdir. Kasablanka əhalinin ən çox məskunlaşan şəhəridir. Kasablanka Mərakeş Krallığının işgüzar, maliyyə və sənaye paytaxtıdır. Atlantikanın iri limanına, Avropa, Afrika və Amerikanın kəsişmə nöqtəsi olmasına baxmayaraq, zəngin tarixə malik milli görünüşünü itirmir. Kasablanka okean sahilində dincəlmək üçün əla yerdir. Burada dekabr və yanvar aylarında hava +20 dərəcə, martdan oktyabradək isə +26 dərəcə olur. Kasablanka Şimali Afrikanın aparıcı ticarət şəhəridir. Mərakeş beynəlxalq ticarətinin böyük hissəsi buradan keçir. Əsas ixrac olunan mallar: yun, dəri, fosfatdır. Kasablanka, həmçinin ölkənin ən iri sənaye şəhəridir. Sənayenin ən aparıcı sahələri: balıqçılıq, konservləşdirmə, ağac emalı və mebel istehsalı, tikinti materialları, şüşə və tütündür. Kasablankanın görməli yerləri Şəhərin ən əzəmətli abidəsi fransız Mişel Pinsonun inşa etdiyi II Həsən Məcid məscididir. Tikintisi 4 il sürən məscid 1993-cü ildə açılıb. İnşasına 800 milyon dollar xərclənən məscid Məkkə məscidindən sonra böyüklüyünə görə ikincidir. Minarənin hündürlüyü 200 metrdir, binada kitabxana və Milli muzey də yerləşir. Daxildən freska (divar naxışı) ilə bəzədilib. II Həsən Məcid məscidi içərisinə başqa dinə mənsud olan insanların da buraxıldığı məscidlərdən biridir. Şəhərin gözəl tikililərindən biri də Mahakma du Paşa məhkəmə binasıdır. 1932-ci ildə inşa edilən Arxeoloji muzey Mərakeşin ən yaxşı muzeylərindəndir. Kasablankanın əsas meydanı Birləşmiş Millətlər meydanıdır. V Məhəmməd meydanı isə ən böyük meydandır, burada ərəb üslubunda çoxlu sayda bina var. Üzəri şəkilli parça ilə bəzədilmiş Əl Hank mayakı çox gözəldir. Mətbəxi Kasablanka turistləri milli mətbəxi ilə də heyran edir. Bir sıra müsəlman şəhərlərində olduğu kimi, burada da donuz əti və spirtli içki qadağandır, heyvanlar bismillahla kəsilməlidir. Mərakeş mətbəxində xörəklər asta-asta, ədviyyat və ya təzə göyərtilərlə hazırlanır. Ölkə ziddiyyətlərlə bol olduğu kimi, mətbəxi də elədir, yəni bir xörəkdə həm acı, həm şirin dad var. Ət xörəkləri, adətən quru və ya təzə meyvələrlə bəzədilir. Burada "ətli və heyvalı tacin" xörəyi çox məşhurdur. Mərakeş mətbəxində qonağın nemətlərdən ləzzət alması şərtdir. Ənənəvi naharda masaya çəngəl, qaşıq qoyulmur, xörəklər sağ əlin şəhadət və orta barmağı ilə yeyilir. Nahardan əvvəl masaya əlləri yumaq üçün kasada qızılgül ətirli isti su verilir. Süfrəyə birinci şorba gətirilir. Qoyun əti və paxladan hazırlanan "Harira" şorbası çox populyardır. Turistlərə məsləhət Göstərilən xidmətə görə çaypulunu çox verməyin. Pulu həm əldən-ələ vermək, həm də masanın üstünə qoymaq məsləhət görülür. Kasablankada axşam həyatının mərkəzi Korniş sahilidir. Burada gəzə, açıq restoranlarda otura, bar, gecə klubu və ya diskotekaya gedə bilərsiniz. Otellər qonaqlara balıqçılıq, yaxta və katerdə gəzinti də təklif edir. Alış-veriş etmək qərarına gəlsəniz, bazar məhəlləsi olan Habbusa gəlin. Burada zeytun, un məmulatları, dulusçuluq bazarları, həmçinin bir çox əntiq əşyalar mağazaları var. Bazarda yüksək keyfiyyətli dəri və ipək geyimlər əldə etmək olar. Müasir Kasablankanı avanqard və yeni texnologiyalar şəhəri adlandırırlar. Avropa və amerikalılar üçün Kasablanka gözəl həyat, cah-calal və macəralarla assosiasiya olunur. Müasir Kasablanka Afrikanın Qahirədən sonra ikinci böyük şəhəridir. Kasablanka şəhərinin tarixi Orta əsrlərdə Kasablanka Anfa kimi tanınan varlı şəhər idi. 1468-ci ildə portuqaliyalılar şəhəri dağıtdı və elə onlar da 1515-ci ildə bərpa etdilər. 1755-ci ildə baş verən güclü zəlzələdən sonra şəhər yenidən quruldu. 1907-ci ildə şəhəri fransızlar ələ keçirdi. Fransızların hakimiyyəti illərində şəhər sürətlə inkişaf etdi. 1943-cü ildə şəhərdə ABŞ prezidenti Franklin Ruzvelt və Böyük Britaniyanın baş naziri Uinston Çörçil arasında Kasablanka konfransı keçirildi. 1956-cı ildə Mərakeş müstəqilliyini elan etdi və fransızlar şəhəri tərk etdilər. Bundan sonra şəhər iqtisadi baxımdan ciddi problemlər yaşadı. Amma turizmin yüksək inkişafı və sənayenin artımı hər şeyi geri qaytardı. Həyat tərzi və xarici görünüşünə görə Kasablanka cənubi Avropa şəhərlərinə bənzəyir: iş dalınca qaçan insanlar, mini-yubkalar, hündür dabanlar, gün eynəkləri… Mənbə: "Aysel" jurnalı
['KAsablanka', 'Mərakeş']
6,275
https://kayzen.az/blog/kartoqrafiya/2031/%C3%BCf%C3%BCq%C3%BCn-c%C9%99h%C9%99tl%C9%99ri.html
Üfüqün cəhətləri
2ral
Kartoqrafiya
12 yanvar 2011, 22:00
Üfüqün 4 əsas (şimal, cənub, qərb, şərq) və 4 aralıq (şimal- şərq, cənub-şərq, şimal-qərb, cənub-qərb) cəhətləri var. Dənizçilər üfüqün cəhətlərini rumb adlandırırlar. Məhəldə cəhəti günəşə, ulduzlara, qnomona, kompasa, yerli cisimlərə və plana əsasən təyin edirlər. Bu üsullarla əvvəlcə şimal, sonra isə qalan cəhətlər təyin olunur. Məs: günorta vaxtı cisimlərdən düşən kölgə və ya ağacların gövdəsində bitən mamır şimalı göstərir. Gecə ən parlaq ulduz olan Qütb ulduzu da daima şimal qütbünün üzərində dayanır. Qarışqa yuvasının ağzı, tənha ağacın ən çox qol-budağı cənubda olur. Biz şimal qütbündə dayansaq bütün nöqtələr cənubda, cənub qütbündə dayansaq bütün nöqtələr şimalda yerləşmiş olacaqdır. Ilk kompas b.e.ə II əsrdə Çində ixtira olunub. Kompas əqrəbinin göstərdiyi əsas istiqamətlər şimal-cənub istiqamətləridir. Yer kürəsinin Şimal və Cənub coğrafi qütbləri yaxınlığında güclü maqnit sahəsinin olması maqnitlənmiş kompas əqrəbini bu səmtə yönəldir. Həmin sahələr maqnit qütbləri adlanır. Məhəldə müxtəlif obyektlərin bir-birinə nəzərən mövqeyini təyin etmək üçün azimutdan istifadə olunur. Şimala olan istiqamətlə verilən istiqamət arasında qalan və saat əqrəbinin hərəkəti üzrə ölçülən bucaqlara azimut deyilir. Azimutun dərəcə qiyməti 0-3600 arasında dəyişir. Azimutu məhəldə kompasla, planda isə transportirlə ölçürlər. Məhəldə təpənin hündürlüyünü ölçmək üçün hündürlüyü 1 m olan nivelir adlı cihazdan istifadə olunur. Yer səthinin 1 nöqtəsinin digərindən nə qədər yüksəkdə olduğunu göstərən hündürlüyə nisbi hündürlük deyilir. Başqa sözlə nisbi hündürlük 2 nöqtə arasında qalan hündürlük fərqidir. Okean səviyyəsindən hesablanan yüksəkliyə mütləq hündürlük deyilir. Başqa sözlə okean səviyyəsi ilə verilmiş nöqtə arasında qalan yüksəklik fərqinə mütləq hündürlük deyilir. Planda təpənin, dağın zirvəsinin mütləq hündürlüyü nöqtə ilə qeyd olunaraq, yanında rəqəmlə okean səviyyəsindən olan mütləq hündürlük (metrlə) yazılır. Yer səthi plan və topoqrafik xəritədə horizontallarla təsvir olunur. Horizontallar (izohipslər)-yer səthində okean səviyyəsindən eyni hündürlüyə malik nöqtələri birləşdirən xəttlərdir. Əgər yamac dikdirsə, horizontallar planda sıx, maildirsə bir-birindən aralı çəkir. Horizontalların sayının çoxluğu yamacın hündür olmasını göstərir. Planda qonşu horizontalların hündürlük fərqinə kəsmə hündürlük deyilir. Onun qiyməti planın aşağısında, xətti miqyasın altında belə yazılır: «horizontallar hər 5 m-dən 1 çəkilib». Berqştrix - horizontallara perpendikulyar çəkilmiş xətlər olub, səth axınlarının və yamacın meyllik istiqamətini göstərir. Berqştrixlər planda təpəni təsvir edən horizontallarda kənara, çökəkliyi təsvir edən horizontallarda daxilə doğru yönəlmiş olur. Planda eyni dərinliyə malik olan nöqtələri birləşdirən xəttlərə izobatlar deyilir.
['azimut', 'üfüq']
6,276
https://kayzen.az/blog/turizm/3518/vyetnam.html
Vyetnam
Bakinets
Turizm
12 yanvar 2011, 20:40
Vyetnam Asiyanın cənub-şərqində Hindçin yarımadasında yerləşir. Şimaldan Çin, qərbdən Laos və Kamboca ilə həmsərhəddir, şərq və cənub sahillərini Cənub Çin dənizi yuyur. Vyetnam parlamentli respublikadır. Dövlət başçısı prezidentdir. Paytaxtı Hanoy şəhəridir. Ərazisi təxminən 331 min kvadrat kilometr, əhalisi 86 milyon nəfərdir. Alçaq və orta dağlıqlar ölkə ərazisinin 80%-ni təşkil edir. Ölkədə ovalıqlar çox azdır, əksəriyyəti də şumlanıb. Qəribə qayaları, çəltik sahələri, yaşıl yaylaları, möhtəşəm çimərlikləri və mavi dənizi ilə turistlər və fotoqraflar üçün əsl cənnətdir. Ölkənin ən hündür zirvəsi Fanşipandır (3143 m). Vyetnamın ərazisində böyük və gur sulu Mekonq və Honqxa çayları axır. Ən böyük etnik qrup vyetlərdir (85%-dən çox), bundan başqa ölkədə çinlilər, kxmerlər, taylar və b. da yaşayır. Rəsmi dil Vyetnam dilidir. Əhalinin 85%-i buddist, 8%-i xristianlardır. Pul vahidi Vyetnam donqudur (VND). Vyetnam subekvatorial musson iqlim qurşağında yerləşir. Orta illik temperatur +26 və +29 dərəcə arasında dəyişir. İqlimin yeganə mənfi cəhəti havanın yüksək rütubətliliyidir. Yağış, adətən iyuldan sentyabradək yağır. İllik yağıntının miqdarı fərqlidir: dağlarda 2500-3000, digər ərazilərdə 700-900 mm-dir. Vyetnamda görməli yerlər Paytaxt Hanoy bir çox tarixi və arxitektura binaları, paqodaları (budda məbədi), Qaytarılmış qılınc gölünün ortasında yerləşən Tısbağa məbədi və s. ilə turistləri özünə cəlb edir. Vyetnam turizminin incisi Halonq (əjdaha) körfəzi hesab olunur. Körfəzi çoxları dünyanın səkkizinci möcüzəsi hesab edir. 1500 kvadrat kilometrlik dəniz ərazisində 1600 ədəd qəribə formada ada və qayalar səpələnib. Qışda orta temperatur +18-20, yayda +25 dərəcədən yuxarı olur. Çoxlu sayda meymunlar saxlanan Meymunlar adasına da gedə bilərsiniz. Şəhər bazarında ağ mərcanlar, balıqqulağı və dəniz mirvarisindən dekor və bəzək əşyaları satılır. Vyetnamda məşhur turizm və kurort mərkəzi Nyaçanq yerləşir. Axırıncı imperator Bao Pay burada özünün möhtəşəm yay sarayını tikdirib. Sarayda heyrətamiz okeanariumu olan Okeanologiya İnstitutu fəaliyyət göstərir. Teynin şəhərində bir çox dinləri - buddizmi, konfutsiçiliyi, daosizmi, xristianlığı, islamı özündə birləşdirən kaodaizmin əsas ziyarətgahı «ulu məbəd» Kaoday yerləşir. Ən çox turist cəlb edən yerlərdən biri də dağ kurortu Dələtdir. Kurort sərin iqlimi, həmişəyaşıl meşələri, mənzərəli gölləri və çayları ilə tanınır. Vyetnamın ən məşhur şəhərlərindən biri - Xoşiminin küçələri bazar, mağaza, kafe mərkəzidir. Turistlərə məsləhət Vyetnamın mağaza və bazarlarında ən aşağı qiymətlərlə yerli malları: təbii ipəkdən və nadir ağaclardan, sədəf və gümüşdən, daş, sümük və metaldan hazırlanmış məhsullar ala bilərsiniz. Hanoy və Xoşimində Avropa malları satılan çoxlu sayda ticarət mərkəzləri fəaliyyət göstərir. Qaranlıq düşəndən sonra rikşalarda (ikitəkərli arabaya qoşulub minik daşıyan adam) səyahətdən çəkinin. Şəhərlərdə orta sürət həddi 40 km/saat təşkil edir. Qətiyyən üstünüzdə böyük məbləğdə pul götürməyin, ələlxüsus da insanların daha çox olduğu yerlərə və bazarlara gedərkən. Burada krandan su içmək məsləhət deyil. Buzlu içkiləri yalnız böyük şəhər və ya otellərdə sifariş edin. Digər yerlərdə buz qaynanmamış sudan ola bilər. Buddistlərin məbədinə girərkən ayaqqabınızı qapının ağzında çıxarın, çıxarkən arxanızı məbədə çevirməyin. Məbədin ətrafında saat istiqamətində dolanın. Məbədlərin və yerli sakinlərin şəklini çəkərkən icazə almaq lazımdır (əksər hallarda bunun üçün pul ödəməli olacaqsınız). Vyetnamda hər zövqə uyğun əyləncə tapmaq olar - fillərlə gəzintidən, ilanlı restoranlardan, timsah qoruğundan tutmuş kazino və gecə klublarına kimi. Vyetnam bayramları Ölkədə keçirilən çoxsaylı bayramlar həm Vyetnam xalqının qədim adət-ənənələri və inancları, həm də daha sonralar tarixdə baş verən hadisələrlə bağlıdır. Tet - Vyetnamın ən təntənəli və şən keçirilən milli bayramıdır. Tetin gəlişi ay təqviminə əsasən hesablanır və baharın əvvəli hesab olunur. Bayramın gəlişinə bir neçə gün qalmış park və bağçalarda xrizantem, georgin, astra və rəngbərəng sabahgülü əkilir. Evdar xanımlar ban-tinq - yapışqan düyüdən piroq bişirirlər. Bayram üçün uşaqlara əlvan rənglərdən, gənc qızlara zərif rəngli ipəkdən, orta yaşlı qadınlara bənövşəyi rəngli parçadan paltarlar tikilir. Gənclər küçə və meydanlarda bər-bəzəkli kağız və karton əjdahalar gəzdirirlər. 29 iyun Buddanın anadan olduğu gün - buddizm tərəfdarları gün ərzində paqodalarda (budda məbədi) rahiblərə müxtəlif vegetarian yeməklər hazırlama, dua oxuma və s. kimi dini ayinlər yerinə yetirirlər. Bayram növbəti günün səhəri rahiblərə vegetarian yeməklər təqdim etməklə bitir. Bundan başqa, Vyetnamda Qələbə günü - Sayqonun azad edilməsinin ildönümü (30 aprel), Uşaqlar günü (1 iyun), Müstəqillik günü (2 sentyabr), Vyetnam Kommunist Partiyasının yaranma günü (3 fevral), Xoşiminin anadan olduğu gün (19 may) və s. qeyd olunur. Vyetnam mətbəxi Vyetnamda, ən çox da böyük şəhərlərində hər zövqə və cibə uyğun restoran tapmaq mümkündür. Vyetnam mətbəxi öz qeyri-adiliyi və zərif dadıyla fərqlənir. Nə Çin, nə Koreya, nə də yapon mətbəxinə oxşamır. Nanə yarpaqları, keşniş, lemonqras, balıq sousu, krevetlər, istiot, sarımsaq Vyetnam yeməklərinə özünəməxsus ətir verir. Acı olmayan, zərif ədviyyatlar, yağdan minimal dərəcədə istifadə, düyü yeməklərinin, tərəvəzlərin, dəniz məhsullarının rəngarəngliyi Vyetnam mətbəxini dadlı etməklə kifayətlənmir, həm də onu xeyirli edir. Ölkədə fransız mətbəxinin ənənələri geniş yayılıb. Vyetnam mətbəxində fransız təsiri özünü paştet və pendirdə göstərir. Ölkə, həmçinin fransızların qəhvəyə olan məhəbbətini də mənimsəyib. Vyetnam qəhvəsi (ka fe fin), adətən mokkonun (qəhvə növü) çox tünd ətri və dadını verir. Bütün Asiyada olduğu kimi burada da mətbəxin əsasını düyü, əriştə və ədviyyatlar təşkil edir. Nanə yarpaqlarından, paxladan, batat (şirin kartof), maniok, zəncəfil, reyhan, limon karışı və s-dən geniş istifadə olunur. Vyetnam mətbəxi öz müxtəlifliyinə görə çox fərqlənir. Deyilənə görə, 500-ə yaxın milli yemək nümunəsi var. Ən məşhur milli yeməklərinə: «kom» (düyü), «fo» (əriştə supu), «soy» (yapışqan düyü), «çaka» (balığın qızardılmış yumşaq əti), «çajo» (ət və tərəvəzli rulet) aiddir. Müxtəlif orijinal meyvələr də var: əjdaha meyvəsi, jajabe, xaki, lonqan, pomelo, üççəyirdəkli albalı, su alması. Düyü nişastasından və meyvələrdən hazırlanmış şirin desertlər burada çox populyardır. Yeməyin hazırlanmasında avropalılar üçün çox qəribə görünən inqrediyentlərdən, məsələn, ilanlar, qurbağalar, hörümçəklər, xırda quşlar və s-dən istifadə edilir. Vyetnam mətbəxinin əsasını müxtəlif tərəvəz və ölkədə çox məşhur olan balıqla bəzədilmiş ağ düyü təşkil edir. Bulkalar, un məmulatları da çox məşhurdur. Vyetnam, şərq, Avropa və vegetarian mətbəxinə rast gəlinir. Yeməklər stola heç bir sıralama olmadan gətirilir, hansı tez hazır olarsa, o da verilir. Vyetnamlılar özləri mətbəxlərini belə xarakterizə edirlər: «Xoşagəlməz iylə müşayiət olunan mükəmməl dad». Milli mətbəx Vyetnamın regionlarına görə çox fərqlənir. Şimal daha çox məşhur şorbası, qızardılmış əti, dəniz məhsulları ilə tanınır. Mərkəzi hissədə demək olar ki, Vyetnam milli mətbəxinin ən çətin yeməkləri hazırlanır. Cənubda ədviyyatlardan çox istifadə olunur. Mənbə: http://anspress.com/
['Vyetnam']
6,277
https://kayzen.az/blog/sevgi/3047/m%C9%99h%C9%99bb%C9%99t-sevgi-n%C9%99dir.html
Məhəbbət (sevgi) nədir?
Bakinets
Sevgi
11 yanvar 2011, 21:12
Məhəbbət – hələ də tam dəqiqliyi ilə açılmayan qapalı bir sirrdir. Əslində dünya elə məhəbbət üzərində bərqərar olub. Dahi şair M.Füzuli “Eşqsız ey dünya nədir dəyərin?” söyləyərkən elə buna işarə etmişdir. Bəs niyə hər kəsin sevgiyə ehtiyacı olduğu təqdirdə, məhəbbətin sirrini hələ də açan olmayıb? Məhəbbətin sirri bir aləm olduğunu düşünən Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayev ANS PRESS-ə şərhində əsl sevginin öz əksini tapmamış, tamamlanmamış bir hiss olduğunu söylədi. “Sevgi özündə 3 komponent birləşdirir. Dostluq, cinsi və seksual istək. Sevgi əlçatmaz olanda, daha güclü olur. Məsələn, gözəl qadını görürsən, sevirsən ailə qurursan və bir müddətdən sonra bu adi bir hala çevrilir. Başlayırlar bir-birinə xəyanət etməyə. Ən çox xəyanətə qadınlar meylli olur. Lakin bir də görürsən ki, gözəl arvadı olan kişi eybəcər bir qadınla yoldaşına xəyanət edir. Məlum olur ki, bu sevgi deyil. Əgər qadın ərindən başqa heç kimin xoşuna gəlmirsə, onda kişinin daxilində arxayınçılıq yaranır. Bu arxayınçılığın nəticəsində sevgi də, ehtiras da tükənməyə başlayır. Gərək kişi sevdiyi qadının həm sadiqliyinə əmin olsun, eyni zamanda bilsin ki, hər an onun rəqibi ola bilər” söyləyən D.Rzayev bu zaman sevginin möhkəm və ehtirasın sönməz olmasını vurğuladı. Elmi dildə məhəbbəti biokimya adlandıran Rzayev insanın hər bir yaşda müxtəlif cür sevdiyini qeyd etdi. Ehtirası müvəqqəti hiss adlandıran psixoloq qadınların həmişə onları sevməyən kişilərin arxasınca getdiyini vurğuladı. “Qadınla kişi arasındakı ehtirasın qadının müxtəlif ətirlər, zinət əşyaları, geyimlər, davranışlar, seksual hərəkətləri məhəbbətə çevrilə bilər. Qadın müxtəlif ətirlərdən istifadə etdikdə, xüsusi vannalar qəbul etdikdə, kişilər onlardan ötrü ölümə getməyə belə hazır olur” söyləyən psixoloq sevginin itməsinin günahını qadınlarda görür. Tibb elmləri namizədi, dosent Azər Manuçehri isə ANS PRESS-ə müsahibəsində sevginin qarşılıqlı hörmət əsasında möhkəmləndiyini bildirdi. “Sevginin əsas üç komponentinin cəmləşməsində görür. Birinci növbədə iki insanın eyni düşüncəli olması onlar arasında dostluq kimi dəyərləndirilə bilər. Bu dostluq əkscinsli nümayəndələr arasında yaranarsa, bunun sonradan məhəbbətə çevrilməsi istisna edilmir. Sevginin təzahürlərindən biri də əkscinslər arasında ehtirasın yaranmasıdır ki, bu hissiyyat onları birləşdirə və bir-birinə alışdıra bilər. Sevginin ən vacib elementlərindən biri də hörmət və inamdır ki, bu duyğular təklikdə mövcud ola bilməz. Yəni əgər kiməsə inanmırsansa, demək ona hörmət də etmirsən, özü-özlüyündə onun düzlüyünə şübhələrin var. Əsl sevgi bu ünsürlərin birlikdə cəmlənməsidir. Əgər eynifikirli qadın və kişi bir-birinə ehtiraslıdırlarsa, eyni zamanda onlar arasında qarşılıqlı inam, hörmət varsa, demək bu əsl məhəbbətdir” söyləyən həkim məhəbbəti su ilə yağın qarışdığı zaman ölməz olacağını vurğuladı.  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatırı Gəray Gəraybəyli isə məhəbbətsiz yaşayan insanların ruhi cəhətdən sağlam olmadığını vurğuladı. Sevginin insanda əminlik və yaşamaq həvəsi yaratdığını bildirən G.Gəraybəyli intiharların çoxunun məhəbbət baxımından sarsılan insanlar tərəfindən edildiyini vurğuladı. “Bəzən məhəbbəti puç olan qadın, yaxud kişilər aqressiv və qəddar insana çevrilir. Bu zaman insan psixoloji sarsıntılara məruz qalır. Onlarda nifrət və ətrafındakılara inamsızlıq yaranır” söyləyən həkim belə xəstələrin dərmanını yalnız təzə məhəbbətdə görür. Onun fikrincə, insan həyatda istədiyinə nail ola bilər. Buna onun savadı, biliyi, pulu və digər üstünlükləri kömək edər. Lakin insan xoşbəxtliyə yalnız əsl sevgiyə sahib olandan sonra nail ola bilər. Hansı ki, hələ də nə alim savadı, nə də Məcnun məhəbbəti ülvi sevginin sirrini aça bilməyib. Sonda hər kəsə həyatda sirrli həyat və xoşbəxtlik azrulayırıq.Həmçinin bax:Sevgi nedir?Mənbə: ANS-PRESS
['məhəbbət', 'sevgi', 'sevgi nədir?', 'Sevgi haqqında']
6,278
https://kayzen.az/blog/astronomiya/3118/astronomiya-n%C9%99dir.html
Astronomiya nədir?
Əliyev
Astronomiya
11 yanvar 2011, 15:03
Astronomiya ən qədim təbiət elmidir.O, göy cisimlərini öyrənir.Yunanca “astron”-göy cismi,ulduz,”nomos”-qanun,elm deməkdir.Bir neçə elmi istiqamətlərdən və ona daxil olan bölmələrdən ibarətdir. 1.Astrometriya, nəzəri astronomiya və göy mexanikası 2.Astrofizika və ulduz astronomiyası 3.Kosmoqoniya 4.Kosmologiya 1. Astrometriya zaman və məkanın ölçülməsi haqqında elmdir və 3 hissədən ibarətdir: sferik astronomiya fundamental astrometriya praktik astronomiya a)sferik astronomiyada müxtəlif astronomik koordinat sistemləri,bu sistemdə göy cisimlərinin və süni peyklərin koordinatlarının təyini və bu koordinatların zamandan asılı olaraq dəyişməsi ilə əlaqədar məsələlərin riyazi həlli üsulları vaxtın hesablanmasının nəzəri əsasları öyrənilir. b)fundamental astrometriyada parlaq ulduzların ekvatorial koordinatları dəqiq təyin edilir.Burada ulduzların hərəkəti öyrəlinir və kataloqları tərtib edilir. c)praktik astronomiyada astrometriya müşahidə cihazlarının nəzəriyyəsi, müşahidə aparılması,vaxt xidməti,coğrafi koordinatların təyini,dənizçilik və təyyarəçilik naviqasiyalarına,kosmik naviqasiyaya və geodeziyaya astronomiyanın tətbiqi ilə əlaqədar məsələlər öyrənilir. Nəzəri astronomiya və göy mexanikası-burada yerin fırlanma nəzəriyyəsi ay və planetlərin hərəkətinin nəzəriyyəsi,ulduzların nəzəriyyəsi,təbii və süni peyklərin nəzəriyyəsi, göy cisimlərinin fiqurları və onların hərəkətə təsirini nəzərə almaq üsulları və s.öyrənilir.Bu məsələlərin həllinə göy mexanikasının tətqiqat üsulları tətbiq edilir.Bundan başqa göy mexanikasında öyrənilən məsələlərə cazibə nəzəriyyəsi,n cisim məsələsi,yəni bir-birini Nyutonun ümumdünya cazibə qanunu ilə cəzb edən n maddi nöqtənin hərəkəti və s.daxildir.1-ci istiqaməti təşkil edən bu 3 bölməyə birlikdə klassik astronomiya da deyilir. 2.Astrofizika-müasir astronomiyanın ən böyük və sürətlə inkişaf edən bölməsidir.Özü 2 hissədən ibarətdir: a)praktik astrofizika b)nəzəri astrofizika Praktik astrofizikada astrofizika texnikası nəzəriyyəsi,bu texnikadan istifadə metodikası,alınan müşahidə materiallarının işlədilməsi metodikası,radioelektronika,hesablama texnikası avtomatlaşdırılması və s.problemləri,nəzəri astrofizikada isə astrofizika məsələlərinin qoyulması müşahidə materialları əsasında kainat obyektlərinin fiziki təbiətinin öyrənilməsi,bu obyektlərdə gedən fiziki proseslərin aşkara çıxarılması eləcə də bu obyektlərin mümkün qarşılıqlı əlaqə və təsirlərinin problemləri öyrənilir.Yeni müşahidə üsullarının yaranması və inkişafı müasir astrofizikada yeni tədqiqat sahələrinin yaranmasına səbəb olmuşdur.Onlardan radioastronomiya,qamma və rentgen astronomiya,ultrabənövşəyi astronomiya,infroqırmızı astronomiyanı göstərmək olar. Ulduz astronomiyası ulduzların,ulduz sistemlərinin,ulduzlararası mühitin fəza paylanması,hərəkəti,buradakı qanunauyğunluqları kinematik,dinamik və fiziki baxımdan aşkara çıxarılması kimi məsələləri öyrənir. 3.Kosmoqoniya-Günəş sistemlərinin,ulduz sistemlərinin mənşəyi və təkamülü problemlərini öyrənir. 4.Kosmologiyada isə kainatın quruluşu,onun 1 obyekt kimi fizikası,mənşəyi,təkamülü və ümumi qanunauyğunluqları öyrənilir. Kosmologiya problemlərini həll etmək üçün nisbilik nəzəriyyəsi və mürəkkəb riyazi əməliyyatlar tətbiq etməklə astrofizika və ulduzlar astronomiyasının müəyyən nəticələrindən istifadə olunur.Nisbilik nəzəriyyəsini tətbiq etməklə astrofizika problemlərini öyrənən elm sahəsi relyativistik astrofizika adlanır və kosmologiya ilə sıx əlaqədardır.Beləliklə,4 istiqamətin əhatə etdiyi problemlərdən görünür ki,onlar bir-birindən ayrılmazdırlar.Astronomiya nədir və astronomiya nəyi öyrənir? sualının cavabını bilmək də lazımdır.
['astronomiya']
6,279
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/3572/%C9%99s%C9%99bilik-v%C9%99-yor%C4%9Funluq.html
Əsəbilik və yorğunluq
burla xatun
sağlam həyat tərzi
11 yanvar 2011, 10:51
Əsəbisiniz? yorğunsunuz? Yuxusuzsunuz? Bu problemlər sizdə də varsa səbəbləri və çarələri haqqında biraz məlumatlanaq. Əsəb narahatlığı müxtəlif amillər və səbəblərlə bağlıdır. Bu narahatlığın aradan qalxmasında əsas şərtlərdən biri, insanın iradəli olmasıdır. Belə olduqda bədənin müqaviməti artır, o, xəstəliyə üstün gəlir. Bununla yanaşı, əsəb zəifliyi törədən amillərə qarşı müalicə aparmaq lazımdır. Həssas adamlar əsəb xəstəliyinə daha tez tuturlar.Bir sıra qidalar əsəblərin möhkəmlənməsində mühüm rol oynayır. Bu baxımdan armud, yumurta, süd, düyü, lobya, noxud, kartof, kələm, kahı, çörək, alma, zeytun yağı, təzə xama, pendir, badam içi kimi qida məhsulları mühüm əhəmiyyət daşıyır.Əsəb zəifliyi olan şəxslərdə adətən yuxusuzluq halları da müşahidə edilir. Belə şəxslər ilk növbədə yuxusuzluğa qarşı mübarizə aparmalıdır. Təsirli müalicə üsullarından biri açıq havada gəzinti, çimmək, müxtəlif əyləncə ilə məşğul olmaqdır. Əsəb xəstəliyi zamanı xüsusilə ürəyin qayğısını çəkmək lazımdır.Bir sıra mənfi amillər – nigarançılıq, təngə gəlmək və s. yorğunluqa və nəticə etibarilə əsəblərin zəifləməsinə səbəb olur. Həddindən çox yorğunluq əsəbləri qıcıqlandırır, yuxusuzluq baş verir, qan təzyiqi yüksəlir, ürək zəifləyir. Bu cür zəif adamlar yemək rejimini gözləməli, özünü çox yormamalı, yuxu rejimini saxlamalıdırlar.Əsəbi yorğunluq və narahatlıq hallarında, bir sıra bitki mənşəli dərmanların işlədilməsi müsbət təsir göstərir. Çobanyastığı çiçəyi yorğunluq, əsəb ağrıları və başağrıları zamanı faydalıdır. Bunun üçün 1 xörək qaşığı quru çiçəyi 100q qaynayan suda 1 saat dəmə qoyur, sonra süzərək bir azca şirin edir və işlədirlər.Əsəb pozğunluğunda 15–30q quru razyananı xırdalayıb 1L soyuq suya tökür, od üzərində 1 dəq qaynadırlar. Sonra onu 10 dəq ərzində dəmə qoyur, süzüb bir az bal əlavə edərək yeməkdən sonra 1fincan işlədirlər. Bu zaman baş ağrısı dayanır, yuxu gəlir və əsəblər sakitləşir. Bu baxımdan 10q pişikotu kökünün 1L suda qaynamasından alınan məhlul da faydalı sayılır.Əsəbdən yaranan ağrılar zamanı 5q xırdalanmış tərxunu 1 fincan qaynanmış suda bir müddət dəmə qoyur, yeməkdən sonra içirlər. Əsəbi narahatlığı olanlar üçün üzüm xeyirli vasitələrdən biri sayılır. Onun şirəsini işlətmək daha yaxşıdır. Ispanaq və vəzəri də yorğunluq və əsəbi narahatlıq zamanı faydalıdır. Xaşxaş yuxu gətirəndir və əsəbləri sakitləşdirir. Onun çiçəyindən də istifadə edirlər.Əsəbi hallardan sonra, çox fikirli və qəmli olarkən, 50 q-dək reyhanı (çiçək və yarpağı ilə birlikdə) 1L qaynanmış suda bir müddət dəmə qoyub süzür, bal ilə şirinləşdirib, yeməkdən sonra 1 fincan içirlər. Əsəbləri möhkəmləndirmək üçün badamı suda isladaraq qabığını soyub yemək məsləhətdir. Hər dəfə 10 ədəd badam yemək tövsiyə edilir. Zehni əməklə məşğul olan şəxslər yorğun və əsəbi olurlar. Onlar üçün yemək zamanı mərcimək və ərik işlətmək məsləhət görülür. Kahı əsəbilik, yuxusuzluq, əsəbdən olan üz ağrıları, ürək döyüntüsü, əsəbi qıcıqlar və öskürək zamanı məsləhət görülür.Çox yorğun olan və əsəbi narahatlıq keçirən adamlar üçün bal ən yaxşı qidalardan biridir. Alma, ərik və limon şərbəti də əsəbləri möhkəmləndirir, zehni fəaliyyəti gücləndirir. Əsəbi böhran və gərginlik hallarında portağal və naringi yemək əsəbi amilləri tənzimləməyə kömək edir.Əsəb xəstəliyi olanlar dağətəyi yerlərdə, yaxşı abhavası olan yaylaqlarda, sakitlik şəraitində istirahət etməlidirlər.Yuxusuzluğu törədən səbəblər müxtəlif ola bilər. Bundan asılı olaraq, yuxusuzluğu aradan qaldırmaq üçün müvafiq tədbirlərdən istifadə olunur.Bəzi hallarda yuxusuzluq həzm prosesinin pozulmasından irəli gəlir. Belə olduqda ürəyin fəaliyyəti pisləşir, qan dövranının normal davam etməsi pozulur. Bu zaman həzm prosesini gücləndirən tədbirlər görmək lazımdır.Yataq yeri rahat, otağın havası təmiz, qış zamanı yatarkən ayaqlar isti olmalıdır. 25q təzə dərilmiş və ya quru itburnu meyvəsini 1L soyuq suda 3 saat isladırlar. Sonra mülayim od üzərində 5 dəq qaynadır, 15 dəq dəm aldıqdan sonra süzüb bir azca şirin edərək, gün ərzində bir neçə dəfə içirlər.Yuxusuzluq və əsəbi narahatlığı olan adamlar, şam yeməyi zamanı kahı yeməlidirlər. Axşamlar yatmazdan əvvəl alma yemək də bu baxımdan faydalıdır. Belə adamlar özlərinin yemək rejimlərini elə tərzdə tənzim etməlidirlər ki, ardıcıl sürətdə çox ət, yumurta və tərkibində nişasta olan başqa yeməklərdən bir növ pəhriz saxlamış olsunlar. Bunun əvəzində yemək zamanı daha çox göyərti və turş meyvələr, o cümlədən limon işlətmək məsləhətdir.Yorğunluğu aradan qaldırmaq üçün səhərlər acqarına ən azı 5 dəqiqə qaçmaq və 10-15 dəqiqə gimnastika ilə məşğul olmaq lazımdır. Yaşıl çay için, tərkibində C, A və E vitaminləri və Omeqa-3 yağ turşuları olan qidalardan istifadə edin. Sintetik yox, təbii parçalardan tikilmiş paltarlar geyinin. Hər gün səhər və axşam duş qəbul edin.
['əsəbilik', 'yorğunluq']
6,280
https://kayzen.az/blog/poeziya/3593/n%C3%BCsr%C9%99t-k%C9%99s%C9%99m%C9%99nli.html
Nüsrət Kəsəmənli
Cavid
Poeziya
11 yanvar 2011, 02:40
Kəsəmənli Nüsrət Yusif oğlu (1946-2003) - şair, publisist, 1977-ci ildən Azərbaycan Yazıçılaır Birliyinin üzvü, respublika Lenin komsomolu mükafatı laureatı (1982).Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur (1966). Universitetin II kursunda ikən «Bakı» və «Baku» qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilmişdir (1969-cu ildə). Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olmuşdur (1978-1985).60-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır. 150-dək şerinə musiqi bəstələnmişdir. «Boş kəndlərin harayı», «Mövzu üzrə improvizasiya», «Ənbizlərin keşiyində», «Sovet Azərbaycanına səyahət» və s. sənədli filmlərin, «Afroditanın qolları», «Qarabağ əhvalatı» bədii filmlərin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI,VII Ümumittifaq müşavirələrində iştirak etmişdir.
['Nüsrət Kəsəmənli']
6,281
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/3386/yuri-qaqarin-ilk-kosmonavt.html
Yuri Qaqarin-ilk kosmonavt
burla xatun
Böyük insanlar,şəxsiyyətlər
9 yanvar 2011, 16:53
Qaqarin: «Mənim uçmaqdan başqa amalım, arzım yoxdu. Təyyarəçi uçmalıdır. Həmişə uçmalıdır.» Xruşov demişdi ki, «Bax, Qaqarin kosmosa uçdu, orda Allahı görmədi ki?». Onlar 20 nəfər idi. Adi, o qədər də güclü olmayan təyyarəçilər. Axı hansı komandir öz yaxşı yetirmələrini başqasına verərdi? Onları birləşdirən bir əlamət vardı, hamısının boyu balaca idi. Kosmonavtın yerləşəcəyi məkan balaca olduğundan raketin baş hissəsində ucaboy insan otura bilməzdi. Axı bu aparat insan üçün yox, kosmosa nüvə silahı daşımaq üçün layihələşdirilmişdi. Bu silah ABŞ üçün nəzərdə tutulurdu. Təyyarəçi olmaq arzusuyla 1934-cü ildə Smolensk ətrafında Qjatsk rayonunda sadə kəndjli ailəsində uşaq doğulanda heç kim bilmirdi ki, 27 il sonra o, ulduzlara uçmuş ilk insan olacaq. Qaqarinlər dindar olmasalar da doğulan uşaqlarını mütləq xaç suyuna çəkirdilər. Anası Anna Timofeyevna uşaqları səliqə səhmana öyrədən ciddi qadın idi. Onların hərəsinin öz iş vəzifəsi vardı. Məsələn Yura yeməkdən sonra qabları yumalıydı. Müharibənin əvvəlində Yura məktəbə gedir, amma faşist işğalı onu təhsilini davam eləməyə imkan vermir. Kənd azad olan kimi təhsilindəki boşluqları doldurmaqçün sənət məktəbinə gedir. O vaxtlar bütün oğlan uşaqları göylərə həsrətlə baxır və təyyarəçi olmağı arzulayırdılar. Eləcə də Yura. 7 illik təhsilini bitirib Saratov aeroklubuna daxil olunda boyunun balacalığından tibb komissiyasını çox çətinliklə keçə bildi. Elə həmən səbəbdən də təyyarəni fərli başlı otuzdura bilmirdi. Sonradan altına döşəkcə qoyub boyunu artırandan sonra enmə məsələləri də həll olundu. Ona görə də o, həmişə özüylə döşəkcə gəzdirərdi. İnsan kosmosu görsə havalanacaq? 20 namizəddən 6 nəfər seçildi. Tələsmək lazım idi, çünki amerikanlar Atlantika üzərindən uçub kosmosda 15 dəqiqə qalacaq astronavtı hazırlayırdılar. Orda 20 aprel tarixi nəzərdə tutulmuşdu. Ona görə də «Vostok» gəmisi mütləq 11-17 aprel tarixlərində amerikalılardan heç olmasa bir neçə gün əvvəl kosmosa uçmalıydı. Dövlət komissiyasının iclasında 6 nəfərdən ikisini familiyası səsləndi: Qaqarin və Titov. Kosmosa uçan ilk canlıların – Qaqarin, Belka və Strelka adlı itlərin əsas məqsədi eyni idi – sadəcə sağ qalıb salamat qayıtmaq idi. İtlərin sağ qayıtmasından sonra hamını insan psixikasının reaksiyası hamını narahat eləirdi.Təcrübələr zamanı təyyarəçilər deyirdi ki, özünü o qədər itirirsən ki, diqqətini cəmləmək mümkün olmur. İndi «25» rəqəmi altında gözlədilmiş paketi yada salmırlar. Bu paketdə gəmini əllə idarəyə keçirməkçün şifr gizlədilmişdi. Bu şifrəni kosmonavta ona görə deməmişdilər ki, əksəriyyəti düşünürdü ki, kosmosa çıxandan və Yer kürəsinə kənardan baxandan sonra insan ağlını itirə və təlaşa düşüb vaxtından qabaq uçuşu dayandıra bilərdi. Uçuş avtomatik rejimdə keçdiyindən Yuri Qaqarin idarəetməyə əlini də vurmadan ətrafını seyr eləmək və heyrətlənməklə məşğul idi. Əllə idarəyə ehtiyac olsaydı pilot konverti açmalı, şifrəni oxuyub 25 rəqəmini yığandan sonra idarəetməni əlinə ala bilərdi. Ona görə də konstruktorlar düyməni qorumaqçün bir neçə məntiqi hərəkət tələb edən qıfıllar qoymuşdular. Əgər pilot ağlını itirməsə konverti sakitcə açıb şifrəni götürüb yığa bilsə deməli gəmini də idərə edə biləcək. Unutmaq olmazdı ki, «Vostok» tipli gəmilərin 7 uçuşundan Qaqarin uçana qədər dördü uğursuz olmuşdu. «Yerin kölgəsinə girirəm!» İnsanın kosmosa uçuşu barədə TASS üç cür məlumat hazırlamışdı. Biri uğurlu, ikincisi isə gəminin orbitə çıxa bilməyib hardasa tayqa və ya okeanda düşəcəyi halda ölkələrə kosmonavtın axtarılması barədə müraciət tərtib edilmişdi. Üçüncü məlumat isə ilk kosmonavtın ölümü barədə xəbər verəcəkdi. Xoşbəxtlikdən ikinci və üçüncü məlumatlar lazım olmadı. … Həmən gecə kosmodromda gəminin komandiri və dublyorundan başqa start qabağı heç kim yatmırdı. Qaqarin liftlə qalxanda daha iki nəfər konstruktor onunla bərabər qalxır ki, sistemi qoşmağa və kabinaya oturmağa kömək eləsin. Qapaq qoyulur, qaykalar ehtiyatla bağlanır. Amma germetik bağlanmanı təsliqləyən siqnal gəlmir. Məcbur olub hamısını açıb bir də bağlayırlar. Ətrafındakıları gərgin saxlamamaq üçün Qaqarin kabinada zümzümə eləyir, axı o da anlayır ki, nəsə baş verir. İkinci cəhddən sonra gözlənilər siqnal səslənir… 1961-ci il 12 apreldə «Vostok» kosmik gəmisində insan ilk dəfə kosmosa uçuş elədi və orada 1 saat 48 dəqiqə qaldı. 108 dəqiqəlik uçuş vaxtı Qaqarin öz müşahidələrini, hərəkətləri və sağlamlığı haqqında məlumat verirdi. «Vostok» gəmisi radiozonanı 4 dəqiqəyə keçdi. Yuranın səsi eşidilirdi. Sonra onun sözlərini yazan maqnitofon yazısını dinləyəndə hamı bir-birinə dəyir. Bir neçə dəfə dinləyəndən sonra dəqiqləşdirirlər: «Yerin kölgəsinə girirəm!». O vaxtlar hələ heç kim bilmirdi ki, Yerin kölgəsi nə deməkdir. Əlbəttə ki, nəzəri surətdə bilirdilər, amma Qaqarin bunu ilk dəfə öz gözləriylə görmüşdü. Yerin başına fırlanandan sonra gəmi dayandı və Yerə tərəf istiqamət götürdü. Əyləc borularında nasazlığa görə mexanizm bir saniyə əvvəl dayandı. Gəminin bölünməsi 10 dəqiqə gecikmə ilə baş verdiyindən kosmonavt gözlənilən yerdən 110 km aralıda yerə endi. Mühafizə dəstəsi gəlib Qaqarini götürəndən sonra o «Tapşırığı yerinə yetirdim, verilmiş rayonda yerə endim. Özümü yaxşı hiss edirəm, sınıq və əziklər yoxdur. Qaqarin» deyə raport verdi. Sonrakı üç saatda Qaqarin suallara cavab verir, foto çəkdirirdi. Mərkəzlə əlaqə yaranan kimi o, Brejnev və Xruşova tapşırığı yerinə yetirməsi barədə şəxsən məlumat verdi. Sonra onu Moskvaya təyyarə ilə apardılar. Saat 9-da Kremldə hamı yemək masası arxasında toplaşıb sağlıqlar deyirdi. Amma qonaqlıq 11-də dağılışdı. Axı hamı bir sutka idi ki, ayaq üstəydi və gözlərini yuxu getməmişdi. Ulduzlar pəncərədən də içəri girə bilir Aprelin 13-dən etibarən Qaqarinin işi suallara cavab vermək, təssürat bölüşmək və foto çəkdirməkdən ibarət idi. Həmən axşamı o, artıq indicə sonuncu ilməsi vurulmuş mayor poqonlu kostyumunu geydi. Start haqqında xəbər gələn kimi Qaqarini bütün dünya sevdi və hamı onun şəklini gördü. Qəhrəmanın təbəssümü həmən dəqiqə əfsanəyə çevrildi. Görüşlər, göz yaşları, Xruşovla söhbət – o vaxtlar Qaqarin Xruşova allah kimi baxırdı. Sonra ölkənin və xaricin məşhurları onun əllərini sıxmağa, qucaqlamağa bir qədəh içməyə çalışırdı. Şöhrət isə bitmirdi, o adiləşirdi. Aviasiya polkunun baş leytinantı Yerə enən kimi bir neçə dəqiqədən sonra mayor olur. Az keçməmiş Xruşovda qucaqlaşıb şəkil çəkdirir, sabahısı gün isə partiya və dövlət liderləriylə Movzoleydə bir yerdə danyanır. Hamı onun portretlərini əllərində tutub onu alqışlayırdı. Qəhrəmanlar istehsal eləyən sovet maşını artıq işə düşmüşdü. Vəzifələr də elə bil ki, göydən səpələnirdi – kosmonavtlar dəstəsinin komandiri, Ali Sovetin deputatı, kosmonavtlar hazırlama mərkəzinin rəisi. Sonra isə Qaqarin şöhrəti sərhədləri adlayanda KQB nəzarəti altında onu dünyanı gəzdirib lovğalanmağa başladılar. Diplomatik görüşlər, konsultasiyalar, məzuniyyətlər, ölkələr, prezidentlər, zavodlar, fabriklər və yenə də insan seli... Bir də ki, o həmişə gülməliydi, heç olmasa təbəssüm göstərməliydi. Onun gülüşü də SSRİ-nin simvoluydu. SSRİ-də qəhrəmanların psixi durumuylu maraqlanmırdılar. O sözsüz xoşbəxt olmalıydı, yoxsa qəhrəman olmazdı ki?.. Bəzən Qaqarin şöhrət onu haldan salır, az qala huşunu da itirməyə az qalırdı. Çoxlu əfsanələrə inansaq Amerikada olarkən onun mehmanxana nömrəsinə Cina Lollobricida pəncərədən dırmaşmışdı. Qəhrəmanın yanına bütün yolları KQB agentləri yaxşıca bağlamışdılar. Dünya ulduzu pəncərədən içəri girərkən sadə kənd oğlanının vəziyyətini təsəvvür eləmək çətin olmaz… İlk kosmonavt simvoldur, risk eləmək olmaz Heç kim və heç vaxt bilməyəcək ki, Qaqarin əslində necə ölüb. Sovet höküməti yaratdığı əfsanələri qorumağı da bacarırdı. Müasirlərinin bəzi xatirələri da var ki, sovet dövründə onları ortaya çıxarmırdılar. Məsələn Qaqarinin oxuduğu vaxt uçilişdə işləyən Qriqori Serkovun xatirələri maraqlıdır. Uçilişdə belə bir qanun vardı ki, təyyarəni səlist, rahat oturda bilməyənləri uçuşdan həmişəlik kənarlaşdırırdılar. Qaqarinin uçuşunda çatışmazlıqlar olmasa da təyyarəni yerə oturdanda burnu hər dəfə qaçır və kəskin enmə alınırdı. Nəzəriyyəni çox yaxşı bilən Qaqarin hər dəfə təyyarəyə oturanda bu hadisə baş verirdi. Artıq onun qırıcı aviasiyadan getməsi məsələsi qoyulmuşdu. Bunu eşidən Qaqarin hətta «Mən uçmasam yaşaya bilmərəm» deyərək gizlində də ağlayırdı. Səbəb isə çox sadə idi - boyunun balacalığına görə enmə anında bir neçə santimetri çatışmırdı. Qaqarinə məsləhət görürlər ki, oturacağına döşəkcə qoyub hündürləşdirsin. Qaqarinin boyu ortadan aşağı sayılırdı - 165 sm. Növbəti imtahanda hər şey yaxşı alındı. O vaxtdan bəri Qaqarin döşəkcəsi olmadan təyyarəyə oturmur. Qaqarin ikinci uçuşu çox arzulayırdı. Amma onu qoymurdular. «İlk kosmonavt simvoldur, risk eləmək olmaz» deyirdilər. Kosmosa ilk uçuşdan sonra Qaqarinə uçmağı qadağan eləmişdilər. Bəziləri deyir ki, daimi qonaqlıqlarda içməyə adətkar olduğundan onu sükana yaxın buraxmırdılar. Əslində isə hökümət ilk kosmonavtı tarix üçün qorumaq qərarına gəlmişdi. Kosmosda Vladimir Komarov vəfat eləyəndən sonra isə Qaqarin üçün kosmosu həmişəlik bağladılar. Belə təntənədən ilk dəfə Krım sanatoriyasında başını partladanda ayılmışdı. Qaqrinin alnı partlamış və çapığı ömrünün sonuna kimi qalmışdı. Birinci versiyaya görə guya Yuri dənizdə çimirmiş və böyük dalğa balaca oğlanı batırırmış. Qaqarin uşağı xilas edib qayalığa çıxarda bilir amma öz başı qayalara dəyib partlayır. İkinci versiyaya görə isə Qaqarin gözəl tibb bacısıyla maraqlanıb, amma kimsə onun otağa girdiyini görüb. Qaqarin əsil centlimen kimi ikinci mərtəbənin pəncərəsindən tullanmalı olub. O, kərpiç tikilinin üstünə yıxılıb və başını partladıb. Sonralar partiya içclaslarında qonaq sifətində dəvətlər alan vaxt qəzetçilərə Qaqarinin şəklini çəkməyi qadağan eləmişdilər. KQB buna xüsusi nəzarət eləyirdi. Qəhrəmanlar cavan ölür 1968-ci ilin 27 martında Qaqarin məşq uçuşlarından birində qəzaya uğrayıb vəfat eləyir. Rəsmi hesabatda qəzanın hava şəraiti ilə bağlılığı səbəb kimi göstərilirdi. Amma qəzanın səbəbləri indiyədək tam aydın deyil. Həmən gün Qaqarin üç dəfə havaya qalxmalıydı. Birinci uçuşda xüsusi pilotaj proqramını yerinə yetirməliydi, çünki bunsuz onu açıq havaya buraxmazdılar. Bir az fikirliydi, çünki arvadı mədəsindən əməliyyat edilmişdi və hələ də xəstəxanadaydı. Əvvəl həkimdən keçdi, sonra komandirə yaxınlaşdı, mühəndisdən texniki hazırlığı öyrəndi və sonra sinoptikdən məlumat aldı. Havaya qalxandan 5 dəqiqə sonra Qaqarin xəbər verdi: «625, zonada yerimi tutdum». Bütün fiqurları yerinə yetirməkçün Qaqarinə 20 dəqiqədən artıq vaxt lazım idi. Amma beş dəqiqə sonra o, «Tapşırığı yerinə yetirdim. Enməyə icaz verin» dedi. Onunla birgə uçan Seryoqin uçuş vaxtı bir dəfə də efirə çıxmadı. Ola bilər ki, artıq havaya qalxan kimi onun halı dəyişmişdi. O artıq neçə gün idi ki, özünü çox pis hiss eləyir, hətta bir neçə gün idi ki, yediyinə də qaytarırdı. Uçuş vaxtı Seryoqinin halı pisləşir və öz ağırlığını rula salıb huşunu itirir. Qaqarin isə təyyarənin trayektoriyasını düzəltməyə nə qədər çalışsa da gücü çatmır.Qaqarin nə komandiri pis vəziyyətdə qoymaq, nə də onu ölümlə təkbətək buraxıb paraşutdan tullanmaq istədi. Axı o, Qaqarinin özü idi! Əlbəttə ki, o paraşutla tullansaydı heç kim, heç vaxt ona bir kəlmə də irad tutmazdı. Cəsədlərin hissələrinin loboratoriya analizləri bir daha təsdiqlədi ki, Qaqarin sonacan təyyarəni oturtmaqçün çarpışırdı, amma Seryoqinin hüceyrələri qəza anında artıq ölü idi. Birinci gün Seryoqinin meyitinin qalıqlarını və Qaqarinin portmonesini tapırlar. Qalan hissələri sabahısı gün tıpılır. Qaqarinin ölümü ilə bağlı söhbətlər ona görə kəsilmir ki, qəza yerinin tədqiq edən dövlət komissiyasının rəsmi rəyi indiyədək açıqlanmayıb. Dəlilllər toplanandan az keçməmiş bu məsələ məxfiləşdi və sakitcənə unuduldu. …Bir ay sonra Valentina qəza yerinə getdi. İri artıq su dolmuş çuxurun yanında o, bir qırıq gümüşü metal tapdı. O vaxtdan o gülümsəmir və heç vaxt da ağlamır. Hər il ilk kosmonavtın ad günü 9 martda ailə birlikdə yığışırlar. Qaqarinin qızları hesab eləyir ki, anaları ən xoşbəxt qadındır. Axı dünyada ikinci Qaqarin yoxdur. «Olursansa birinci ol» Qaqarin kosmosa uçuşdan əvvəl arvadına məktub yazıb qoymuşdu ki, sağ qayıtmasa ona versinlər. Bu məktubu Valentina təyyarə qəzasından sonra aldı: «Mənim əzizlərim, Valeçka, Lenoçka və Qaloçka! Sizinlə sevincimi bölüşmək istəyirəm. Axı sadə insana bu boyda böyük vəzifə etibar eləiblər – kosmosa yol açmaq! Bundan artığını arzulamaq olarmı? Axı bu tarixdir, yeni eradır! … Texnikaya inanıram, o bizi aldatmaz. Amma o da olur ki, adam durduğu yerdə yıxılıb başını partladır. Əgər nəsə olsa xahiş edirəm özünü dərdə salma. Qızları düzgün böyüt, qoy təmbəl olmasınlar. Öz həyatını da necə ürəyin istəyirsə, elə qur…. Bilmirəm niyə məktub qəmli alınır. Mən inanıram ki, sən bu məktubu heç vaxt oxumayacaqsan. Həmişə vicdanla yaşamışam. Çkalovun dediyi kimi «Olursansa birinci ol» sözlərini uşaqlıqdan unutmuram. Mən bu uçuşu yeni cəmiyyətə, Vətənə və elmə həsr eləyirəm.» Tale belə istəyirmiş. O, bəşəriyyətin yaddaşında həmişə cavan qalmalıydı… Lətifə: Mars canlılarının xalq məsəli: «Çağırılmamış qonaq Qaqarindən də pisdir». *** - Belə! Kabinəyə oturun…. Getdik!!! - Yo-ox… sağolun… mən piyada da gedərəm. - Oturun deyirəm, getmək lazımdı!!! - Minnətdaram… yolum uzaq deyil. - Yoldaş Qaqarin, tez olun kabinəyə girin. Adamların bayramını korlamaq yaxşı deyil, axı… Müəllif: Gülnarə Rəfiq [email protected]Mənbə: Bizim Yol qəzeti
['Yuri Qaqarin', 'kosmonavt']
6,282
https://kayzen.az/blog/burcler/3583/b%C3%BCrcl%C9%99r-yeni-ilin-ilk-ay%C4%B1nda-n%C9%99-v%C9%99d-edir.html
Bürclər yeni ilin ilk ayında nə vəd edir?
Cavid
Bürclər və onların xüsusiyyətləri
9 yanvar 2011, 07:25
Yanvar ayı üçün astroloji proqnozQoç Yeni ilin ilk ayı sizə çoxlu yeni görüşlər və yeni təəssüratlar gətirəcək. İş həyatınız kifayət qədər dolu olacaq, amma bu o demək deyil ki, istirahət barədə unutmamalısınız. Əksinə, imkan düşdükcə əylənməlisiniz. Kinoya və teatra gediş həmkar və dostlarınızla əla vaxt keçirməyinizə səbəb olacaq. Buğa 2011-ci ilin ilk ayı sizin üçün şən və sevgidolu keçəcək. Amma iş barəsində də unutmaq olmaz. Əgər tənbəllik etmədən çalışsanız ayın sonunda mükafat alacaq və ya tərifə layiq görüləcəksiniz. İstirahət etmək imkanı ayın ikinci yarısında yaranacaq. Ayın əvvəli iş yerində çox maraqlı olacaq. Əkizlər Sizə bu ay istənilən fiziki yüklənmədən uzaq durmaq məsləhətdir. Ən yaxşısı bir az işə ara vermək və istirahət etməkdir. Əks halda sağlığınızla bağlı ciddi problemlər yarana bilər. Maddi problemlərinizin olması gözlənilmir, baxmayaraq ki, işinizdə bir az sakitlikdir. Xərçəng Adətən sizə xas olan sakit və müntəzəm həyat tərziniz yeni ilin ilk ayında ciddi sınaqlara məruz qalacaq. Belə ki, qızğın surətdə inkişaf edən romantik münasibətlər sakitliyinizi pozacaq. Belə olan halda fikrinizi işdə cəmləşdirmək çətin olacaq. Yalnız bu yolla ciddi maddi sıxıntılardan qurtula bilərsiniz. Şir Dovşan ilinin ilk ayında peşəkar qayğılar sizi rahat buraxmayacaq. Amma işdə hökm sürən çətinliklər və xoşa gəlməyən hallara görə üzülməyə dəyməz. Bilin ki, evdə hər zaman sizi yaxınlarınızın sevgisi və istiliyi gözləyəcək. Sevgi sahəsində hər şey dəyişilməz qalacaq. Qız 2011-ci ilin yanvar ayı sizin üçün peşəkar fəaliyyət və şəxsi həyatınız arasında tam ahəngdarlıq içində keçəcək. Bürcünüzə xas xüsusiyyətlərdən biri insanlara təsir etmə bacarığınızdır. Bu ay həmin bacarığınızdan istədiyiniz qədər istifadə edə bilərsiniz. Tərəzi Yanvarda peşəkar və şəxsi həyatınız sizə əla əhval-ruhiyyə verəcək. Sizi yeni hisslər və unudulmaz təəssüratlar gözləyir. Bütün ay ərzində hər tərəfdən diqqətlə əhatə olunacaqsınız. Dostlarınızın dəstəyinə həmişə arxalana bilərsiniz. Əqrəb Yeni il ərəfəsində getdiyiniz qonaqlıqlar sizə çoxlu yeni tanışlıqlar qazandıracaq. Uğurlu tanışlıqlar karyeranıza da müsbət təsir göstərəcək. Şəxsi həyatınızda problemlər gözlənilir, həmçinin sağlığınızla bağlı narahatlıqlar yaranacaq. Amma bunlar ötəri problemlərdir. Oxatan Oxatanlar bu ay karyerada inanılmaz uğurlar əldə edəcəklər. Axır ki, müdiriyyət sizi layiqincə qiymətləndirəcək. Odur ki, məvacibinizin artırılması məsələsini rahat qaldıra bilərsiniz. Çox güman ki, nəticə müsbət olacaq. Amma nəzərə alın ki, bundan sonra daha gərgin işləməlisiniz. Oğlaq Oğlaqlarda sevgi sahəsində hər şey dəyişilməz qalacaq, odur ki, çoxdan başlı-başına buraxdığınız işinizə vaxt ayıra bilərsiniz. Bu ay digər vaxtlarla müqayisədə özünüzü daha yaxşı reallaşdıracaqsınız. Nəyi istədiyinizi aydın müəyyən edəcəksiniz. Bundan sonra hərəkətə keçmək asandır. Dolça Dolçaları bu ay ailə münaqişələri gözləyir. Hər şeyi normasına salmaq üçün xeyli əmək sərf etməlisiniz. Ən əsası isə əsəblərinizi cilovlamağınızdır. Sonradan peşman olacağınız hərəkəti etməyin, sözlərinizə də diqqət yetirin. İşdə hər şeyin sakit və dəyişilməz olması faktı sizi məmnun edəcək. Balıqlar Bu ay sizin üçün elə sürətli keçəcək ki, işlərinizi çatdırmaq üçün cəld hərəkət etməlisiniz. Yaxşısı budur bütün şəxsi və işgüzar məsələlərinizi əvvəlcədən planlaşdırasınız, yoxsa avral (təcili, növbədənkənar iş) qaçılmaz olacaq.
['bürclər']
6,283
https://kayzen.az/blog/happy/3581/xo%C5%9Fb%C9%99xt-olma%C4%9F%C4%B1n-yeddi-sirri.html
Xoşbəxt olmağın yeddi sirri
Cavid
Xoşbəxtlik üçün
9 yanvar 2011, 06:30
Bəzən insan böyük bir ümüdsüzlüyə düşür və onu nəyin xoşbəxt edəcəyini bilmir. Ümüd edirəm aşağıda qeyd olunanlar xoşbəxt olmağa müsbət təkan verəcək və kimisə xoşbəxt etməkdə köməyi olacaq.1. Hər şeylə qane olmağı bacarın. Qane olmaq bacarığı sizə xoşbəxtliyin qapısını açacaq. Malik olduğunuz hər bir şeyi dəyərləndirin. Malik olduqlarını dəyərləndirə bilməyənlər xoşbəxt ola bilməzlər; 2. İnamlı olun, özünüzə və qadir olduqlarınıza inanın. Bu sizin həyatda mövqeyinizi gücləndirəcək və siz insanlar arasında varlığınızı hiss edərək özünüzü xoşbəxt sanacaqsınız; 3. Mərhəmətli olun və bağışlamağı bacarın. Siz bununla ətrafdakılarınıza da xoşbəxtlik bəxş etmiş olarsınız. Xoşbəxt insanların arasında olmaq isə özü bir xoşbəxtlikdir; 4. Keçmişdə həyatınızda baş verən xoşagəlməz hadisələri və səhvlərinizi unudun. Keçmişin yükünü çiyinlərində daşıyan insan xoşbəxt ola bilməz. Enerjinizi gələcəyiniz üçün sərf edin. Bu sizi xoşbəxtliyə aparacaq; 5. Daha çox ünsiyyətdə olmağa çalışın. Ünsiyyət tələbatını ödəyə bilməyən insanlarda özünə qapalılıq və psixoloji gərginlik yaranır ki, bu da xoşbəxt olmağın qarşısına dəmir sədlər çəkir; 6. Həyat maraqlarınızı inkişaf etdirin, nə qədər çox maraq və istəkləriniz olsa xoşbəxtliyə gedən yollarınız da bir o qədər geniş olacaq; 7. Yaşamağınızın məqsədini dərk edin. Bu məqsəd uğrunda mübarizə aparın. Çətinliklər sizi yormasın. Düşünün ki, bu çətinliklərdən keçib məqsədinizə nail olanda əsl xoşbəxtliyin ləzzətini dadacaqsınız. Xoşbəxt olmağa tələsin. Bu sizin öz əlinizdədir.
['xoşbəxt olmağın sirri', 'ümüd', 'inam']
6,284
https://kayzen.az/blog/informatika/3566/hakerl%C9%99r-xakerl%C9%99r.html
Hakerlər (Xakerlər)
Vlad
İnformatika
7 yanvar 2011, 23:58
Haker (ingiliscə hacker,rusca хакер) proqramlaşdırmanı çox gözəl bilən, komyuterlər üçün yeni proqramlar yaradan və ya onları dəyişdirən, kompyuter texnologiyaların təhlükəsiz fəaliyyətini təmin edə bilən insanlara deyilir. Hakerlər həmçinin o şəxslərdir ki, onlar məişət texnologiyalarına məsələn, radioqəbuledicilərə, printerlərə və ya çiləyici sistemlərə müdaxilə edirlər ki, onların fəaliyyətində maksimum rahatlıq əldə etmək mümkün olsun. Haker sözü XX əsrin 60-cı illərində informasiya texnologiyalarının inkişafı nəticəsində əmələ gəlmişdir. Haker sözü ümumiyyətlə əksərən sərt mənada başa düşülür, lakin onun çoxlu mənaları da var: Hakerlər əksər adi istifadəçilərdən fərqli olaraq proqramları detallarına kimi tədqiq etməkdən həzz alır, onların imkanlarını genişləndirməyə çalışır. Bir kəs ki, proqramlaşdırmanı çox həvəslə, şövqlə aparır və ya proqramlaşdırmanı nəzəriyyədən daha çox real şəkildə aparmağı xoşlayır. Bir şəxs ki, sürətli proqramlaşdırmanı bacarır. Öz peşəsi üzrə ekspert, öz peşəsində şövqlə işləyən. Ola bilsin ki, astronomiya hakeri. Bir şəxs ki, intelektual cəhətdən limit (məhdudiyyət) qoyulmuş peşənin öhdəsindən gəlsin. Bir şəxs ki, proqramlaşdırma sahəsində malik olduqları biliklərlə şəxsi mənafelərinə xidmət etmək və ya başqasına ziyan vurmaq. Bir şəxs ki, kompyuterlər üçün zərərli proqramları-virusları hazırlayıb, onları yaymaq və antivirus proqramları satıb pul qazanmaq. Bir şəxs ki, haker dəyərlərini başa düşür və qiymətləndirir. Əksərən haker (hacker) və kreker (cracker) sözləri səhv salınır. Hakerlər həqiqi profesionallardır və onların kompyuterlərdən informasiya oğurlamaq, başqasının işlərinə burunlarını soxmaq kimi vərdişləri yoxdur. Bu cür adamlara krekerlər deyirlər. Həmçinin friker (freecker - kompyuterdən başqa elektronik cihazlardan havayı, pul vermədən istifadə edir. Məsələn havayı telefonla danışır) və karder (digərlərinin elektron kartlarından öz məqsədi üçün istifadə edir) kreker anlayışına yaxındır. Bundan başqa bu sözün kökü olan hack sözünün program təminatı terminologiyasında bir başqa istifadəsi də vardır. Bu bir proqramlaşdırma məsələsinin "bilərək qeyri-dəqiq həlli" mənasına gəlir və ən qısa vaxtda bu cür məsələlərin qeyri-hack metodları ilə həlli zəruridir. Hakerlərin kateqoriyaları Haker cəmiyyətinə o insanlar aiddirlər ki, onlar özlərini haker hesab edirlər və ya başqaları tərəfindən onlar haker hesab edilirlər. Bu cəmiyyətin nümayəndələri üç qrupa bölünürlər. Əksərən işlənən "kreker" sözü hakerlərin kateqoriyalarından daha çox onları dəqiqləşdirmək məqsədi güdür. Haker: Yüksək ixtisaslı proqramçı Bu zaman haker sözü daha çox pozitiv mənada, proqramlaşdırmanı yüksək dərəcədə aparan bir şəxs kimi başa düşülür. Bu cür hakerlər daha çox hörmətə layiq görülürlər və onlar əvvəlcədən heç bir hazırlıq görmədən çətin həll olunan problemin həll olunmasına nail olurlar. Haker: Kompyuter və şəbəkə təhlükəsizliyi üzrə ekspert Şəbəkə miqyasında isə haker o şəxsdir ki, şəbəkənin elementlərinə və kompyuterə girişə nəzarət edir, lazım gəldikdə onları məhdudlaşdırır. Bu şəxslər fərdi şəkildə şəbəkələrin normal fəaliyyətini nizamlayırlar. Bu cür hakerlər həmçinin internet vasitəsilə açılmaz kodları sındırmaqla və internet müharibələrinin iştirakçısı kimi də iştirak edir. Hakerlərin bu cür fəaliyyətləri cəmiyyətdə digər fəaliyyətlərə nisbətən daha dərin iz buraxır. KİV-lərdə əksərən bu cür hakerlərdən danışırlar. Hakerlərin bu fəaliyyəti əksərən neqativ qarşılansa da pozitiv fəaliyyət göstərən hakerlər da mövcuddur. Belə ki, bu kateqoriyadaki hakerları üç alt kateqoriyaya bölmək olar: "Qara kepkalılar" (Black hat) "Ağ kepkalılar" (White hat) "Boz kepkalılar" (Grey hat) "Qara kepkalı" hakerlar əsasən illegal -- özlərinə aid olmayan və səlahiyyətlərində olmayan sistemlərə daxil olub müxtəlif çaplı zərər verici məqsədli -- işlərlə məşğul olduqları halda "ağ kepkalı" hakerlər bunun tərsinə olaraq bu zərərlərin qarşısını almaq və sistemin özünü müdafiə qabiliyyətini artırmaqla məşğul olurlar. "Boz kepkalı" hakerlar isə digər iki növə tam aid ediləbilməyən, yəni həm illegal həm də legal fəaliyyətlərlə məşğul olan şəxslərdir. Hakerların illegal fəaliyyətlərinin arxasında duran səbəblərdən biri də özünü özünə və ya aid olduğu "yeraltı" cəmiyyətinə "sübut etmə" və bəzən də sadəcə olaraq "zövq alma" istəyidir. Bu tip davranışlar daha çox "Boz kepkalılarda" müşahidə olunur. Onu da qeyd etmək lazımdır ki, əvvəllər ümimiyyətlə haker fəaliyyətlərinə qeyri ciddi yanaşan iri proqram təminatı və kompyuter şəbəkəsi avadanlıqları istehsalçıları sonradan bir çox "qara kepkalı" hakerlarla əlaqəyə keçmiş və öz şirkətlərində işlə təmin edərək onların "ağ kepkalı" hakerlar cərgəsinə keçmələrinə səbəb olmuşdur. Bundan əlavə axtarış mühərriklərinin internetdə böyük əhəmiyyət qazanması ilə Axtarış Mühərriki Optimizasiyası(SEO) metodları meydana çıxmışdır. Bu cür metodlar da məhz "Qara Kepka" və "Ağ Kepka" metodları olaraq kateqoriyalaşdırılır. Haker: Texniki təminat dəyişdiriciləri Hakerlərin digər növü isə kütləvi şəkildə istehsalda olmaya texniki hissələr yaratmaq, onları yeniləşdirməklə məşğuldurlar. Bu fəaliyyətin son nəticəsi əsasən onunla qurtarır ki, kompyuterin hissələr tez-tez standart vasitələrlə yenilənir və ya onlar kompyuterlərə yarı-kosmetik düzəlişlər edirlər. Onlar bunu rahatlıq və ya estetik zövq üçün edirlər. Kompyuterə cürbəcür işıq effektləri quraşdırmaq bu cür hakerlər arasında geniş yayılmışdır. Bu tip hakerlərdən ən yüksək səviyyəliləri texniki hissələrin imkanlarını artıranlardır;bu cür insanlar əksərən profesional elektrik mühəndisləri olurlar. Bu tip hakerlərin fəaliyyətlərinə 1980-cı illərin sonu 1990-cı illərin əvvəllərində satıcı və kofe düzəldən maşınlara TCP/IP əlavə etməklə onları idarə etmək kimi nümunələr göstərmək olar. "Haker" sözünün mənşəyi və haker sözünün mənaları Çox böyük ehtimalla "Haker" (Hacker) sözü öz ilkin mənasında İnformasiya texnologiyalarının yüksək inkişafı nəticəsində Massaçusetts Texnologiya İnstitutunda 1960-cı illərdə meydana gəlmişdir. Termin meydana çıxdığı zaman heç də kütləvi şəkildə istifadə olunmamışdır. Buna səbəb isə kompyuterlərin geniş yayılmaması idi. Termin ilkin olaraq lokal söz kimi işlənmişdir və mənası hər hansısa bir problemin sadə amma kobud şəkildə həlli; tələbələrin hədsiz hiyləgərlik işlətmələri (əksərən bu şəkildə qaydaları pozanları məhz haker adlandırmışlar) demək idi. Beləliklə haker sözü 1960-cı illərədək kompyuter və informasiya texnologiyalarına aid olmayan mənalarda işlənmişdir. İlkin olaraq to hack (sındırmaq, kəsmək) jarqon kimi istifadə olunmağa başlamışdır. Bu o mənada işlədilir ki, hər-hansısa bir proqrama "ayaqüstü" düzəliş edəsən. Tədricən to hack sözü hacker sözünə kimi isimləşdi. Əsl haker kiminsə proqramındakı səhvi tapıb deməklə yanaşı onun həlli üsulunu verməyi çox lazımlı hesab edirdi. "Haker" sözü məhz buradan törəmişdir. Hakerlər heç də həmişə edilmiş dəyişiklikləri proqramdakı səhvləri düzəltmək məqsədi ilə etmirdilər - bəzən bu dəyişikliklər müəlliflərin istəklərinin əksinə olaraq proqramın fəaliyyətini dəyişdirə bilərdi. Bu cür hadisələrin sayı getdikcə artırdı və hakerlərin fəaliyyəti aşkar olunurdu, hakerlik isə müəllif və istifadəçi arasında əks əlaqəyə çevrilirdi, jurnalistlər üçünsə bundan maraqlı heç nə ola bilməzdi. Daha sonra gizli proqram kodları erası başladı. Əksər proqramların kodları əlçatmaz oldu, gizli proqram kodlarının açılması isə hədsiz çox vaxt aparmağa başladı, küllü vəsait tələb etməyə başladı. Nəticədə hakerliyin müsbət rolu heçə endi. Proqram kodlarının açılması və onlara redaktə etmək üçün yalnız güclü motiv lazım idi, tezliklə bəzi hakerlərdə bu motivlər tapıldı - onlar başa düşdülər ki, bu yolla pul və populyarlıq qazana bilərlər. Nəticədə haker sözünün yeni, təhrif olunmuş formaları meydana gəldi: bu termin daha çox kompyuter haqqında geniş biliklərini qeyri-qanuni və zərərverici fəaliyyətə sərf edən cani kimi başa düşülməyə başladı. İlk dəfə olaraq haker sözünü bu mənada Klifford Stoll tərəfindən "Ququ quşunun yumurtası" kitabında işlətmişdir, terminin bu mənada məşhurlaşmasında "Haker" kinofilminin də çox böyük rolu var. Hal-hazırda bu söz daha çox veb-təhlükəsizliyi pozulduğu zaman hak, hak etmək kimi istifadə olunur. Azad və açıq proqram təminatının müdafiəçisi kimi tanınan şəxslərdən bəziləri- məsələn Riçard Stollmen haker sözünü yalnız ilkin mənada işlətməyə çağırır. Tanınmış hakerlər Tim Berners-Lee Linus Torvalds Larri Uold Rasmus Lerdorf Riçard Stollmen Ceff Raskin Con MakKarti Erik Reymond Robert Morris Kevin Mitnik Dennis Riçç Ken Tompson Haker terminləri (haker slenqi) Sniffer: Kompyuter şəbəkəsində informasiya trafikini idarə edən bir vasitədir. Hücum edən adam gizlice informasiya axınını izləyir və lazım olduqda bu paketləri handle edə bilir. Spam Tool: Bir istifadəçiyə istəyi olmadan göndərilən reklam və ya kimdən göndərildiyi məlum olmayan emaillər yollayan bir proqramdir. Spoofer: Hakerlərin sistemlərə həmin sistemin istifadəçisi olduğu kimi gostərmək üçün istifadə etdiyi proqramdır. Ən çox istifadə olunanı spoofing üsulu smurfs hücumlardır. İstifadəçinin IP-lərinə furmadan paketlər yollayır və cavab aldığında o IP altına girir. Amma internet trafikinqi flood səbəbinə görə zəifləyir. Port Scanner: 65536 dənə porta girişi olan bir kompyuterin portlarının vəziyyəti haqqında hakerlərə bildirmək işinə yarayır. Word List: Brute Force istifade olunan bir kompyuterə qarşı istifadə olunan parolların yerləşdiyi bir mətn faylıdır. Brute Force: İstifadəyə haqqı olmayan istifadəçilərin parolu olan sistemə hakerlərin əlindəki wordlist vasitəsi ilə parolları yoxlayaraq tapmağa çalışan bir parol sındırıcı (passwd cracking) proqramdır. Flooder: İnternet əlaqənizi sürətli pingler göndərərək yavaşladan və DOS hücumuna səbəb bir proqramdır. Hijacker: İstifadəçinin internet browserine homepage olaraq qurulan porno sayt tipli linkləri verən və bunları dəyişdirməyin qarşısını alan bir nervi troyanı. Keylogger: Özünü startup-a yerləşdirən və bəzəndə gizlədən bir proqramdır. Məqsədi isə klaviturada yazdığınız hər şeyi komyuterinizdə gizli bir text faylına kopyalayır və bu proqramı sizə göndərənə göndərən bir proqramdır. Packer: Faylları sıxışdırmaya ve başlıqlarına (headerlərini) parol qoymağa yarayan ve beləliklədə serverlerin anti-virus və anti-troyan proqramlardan qoruyan bir vasitədir. MailBombers: İstifadəçinin email ünvanına minlərlə email göndərən və göndərənin kim olduğunu əngəlləyən bir proqram. Worm: Konkret mənası yoxdur. Virus kimidir. Bunu hazırlayanın fantaziyasına uyğun hazırlanır. Tapılan bir deşik vasitəsiylə informasiyaları, parolları onu hazırlayana göndərə bilən bir vasitə. Hostile Script: VBS, WSH, JS, HTA, JSE, VBE faylları uzantısına sahib olan text faylların işlənməsi əsnasında sistemdə müxtəlif problemlərin çıxmasına səbəb olur. Hostile Activex: İstifadəçinin xəbəri olmadan yada bilmədən qəbul etdiyi internet səhifəsində kompyuterə yerləşib xəbərsizcə ishə düşən hostile activexler hard diski silmədən, parolların oğurlanmasını və daha bir çox işləri görə bilir. Exploit: Sistem deşiyi (zəifliyi) olaraq bilinir. Hakerlər tərəfindən hazırlanan bu exploitlər sistemə girən bir yoldur. Dropper: İstifadəçinin kompyuterinə ftp server-i açaraq müxtəlif troyan və virusların istifadəçinin xəbəri olmadan kompyuterinə endirilməsini təmin edən bir vasitədir. RAT: Uzaqdan idare etmə proqramı kimi adlandırmaq olar. Bununla pis niyyətli hakerlər istifadəçinin kompyterinə girə bilir və istədiyi hərəkəti eləyə bilir. DOS:(Denial of Service) Hər hansı bir saytın dondurulması işinə yarayır. Sayta daha çox paket və ya flood göndərib Dos hücumla saytın işləməsini dayandırır. Malware: İstifadəçi məlumatı olmayan kompyuterdə işləyən, kompyuterə zərər vermək məqsədi güdən hər proqrama verilən ümumi bir addır. Proxy: İstifadçinin IP-sinə 80,8080 kimi portlardan bağlanıb əldə edilən IP-yə proxy deyilir. Java: Webmasterlərin tez-tez istifadə elədikləri java appetlərin işləməsinə yarayan bir proqramdır. Cookie: Web səhifələri tərəfindən kompyuterimizə xəbərsizcə buraxılan və bir səfərki girişimizdə səhifənin bizi tanımasını təmin edən kiçik txt fayldır. P2P software: Kazaa, Imesh tərzindəki proqramlara verilən və istifadəçilərin qarşılıqlı bir-birinə bağlanaraq fayıl alış - verişini təmin edən bir proqramdır. Kriptoqrafiya: Məlumatın anlaşılmaması üçün hər hansı bir funksiya ilə dəyişdirilməsindən(və yenə anlaşılacaq vəziyyətə gətirilməsindən)bəhs edən elmdir. Lag: Daha cox IRC istifadəsində hiss etdiyimiz yavaşlama, gecikmə hadisəsinə verilən addır. Adware: Reklam məqsədli olan istifadəçilərə istəkləri olmadan saytları açan, homepage-i dəyişdirən və bunun kimi hərəkətləri edən bir proqramdır. Fake Mail: Email istifadəçisini aldadaraq onun login və parolunu oğurlamağa yarayan bir hak üsulu.  
['haker', 'xaker']
6,285
https://kayzen.az/blog/zodiak-sade/3020/o%C4%9Flaq-b%C3%BCrc%C3%BCn%C3%BCn-xarakteri.html
Oğlaq bürcünün xarakteri
Tomris
Bürclər
7 yanvar 2011, 11:10
Oğlaq bürcü öz qeyri-adiliyi ilə fərqlənir. Belə ki, «Oxatan» dövründə nisbi sakitlik və münasibətlərdə mülayimlik bərqərar olursa, Oğlaq bürcünün Göy qübbəsinə hakimlik etdiyi ərəfədə yenidən «alovlar püskürür». Bununsa bir neçə incə səbəbi var. Əvvəla ona görə ki, bu «soyuq» Zodiak insanlarda ilk növbədə səbrsizlik, müsahiblərlə razılaşmamaq, ailə zəminində qanqaraldıcı hadisələr vəd edir. Üstəlik, bu bürc mövcud olduğu dövrdə siyasi çəkişmələr, cəmiyyətdə gedən proseslərdə gərginlik, o cümlədən, sosial partlayışlar da baş verir. Bu səbəbdən də sözügedən «təhlükəli» bürcün əhatəsində ehtiyatlılığı maksimal həddə çatdırmaq lazımdır. Ulduzlar sistemində 10-cu yeri tutan oğlaq bürcü bir qayda olaraq dekabrın 22-dən yanvarın 20-nə qədər davam edir. Ünsürü torpaq, planeti Saturn, düşərli günü çərşənbə axşamı, şənbə, düşərsiz günü bazar ertəsi, cümə axşamı, metalı dəmir, uğurlu rəngi tünd-yaşıl, qara, göy, uğursuz rəngi ağ, uğurlu daşı rubin, oniks, enerji verən çiçəyi ağ qərənfil, qara lalə, uğurlu rəqəmi isə 3 və 5-dir. Oğlaq bürcünü əmələ gətirən ulduzlar Göy qübbəsinin təxminən 400 kvadrat dərəcəlik sahəsini tutur. Onun tərkibinə adi gözlə görünən 50-yə yaxın ulduz daxildir. Astronomik sırada 5-ci yer tutan Saturn Roma allahı Saturnun şərəfinə belə adlandırılıb. Astrologiyanın yarandığı ilk dövrlərdə bu planeti yeraltı aləmin hakimi hesab edir, onun himayəsinə daxil olan adamlara qazıntıda, şaxtada işləməyi məsləhət görürdülər. Antik dövrün münəccimləri Saturnu «Qəmli xatirələr planeti» adlandırırdılar. Onun radiusu 60100 km, elementi torpaq, tərkibi soyuqluq, xatakteri isə şöhrətpərəstlikdir. Haqqında yazdığımız Zodiak işarəsi altında dünyaya gələn adamların olduqca əzablı taleyi olur. Hələ erkən yaşlarında gələcək həyatını proqramlaşdıran «Oğlaq»lar nadir hallarda istədikləri ömrü yaşaya bilirlər. Roma İmperiyası dövründə yaşayan məşhur astroloq Arbitr Petronin bu bürc haqqında olduqca dəqiq proqnoz verirdi. Belə ki, onun qələmə aldığı «Satirikon» kitabında «Oğlaq» barədə belə bir ifadə işlənir: «Oğlaq bürcü altında doğulanların dərd əlindən buynuzları çıxır». Bu məlumat məcazi mənada işlənilsə də, müəllif onun izahını ustalıqla verir. Petronin əsaslandırır ki, bu bürcün sakinləri yaşadıqları ömürdə, xüsusən də, 35 yaşına qədər hədsiz təzyiq və tənələrə, haqsızlıq və amansızlıqlara məruz qalır, son məqamda onların qəlbində hamıya qarşı kin-kidurət və qisasçılıq meylləri güclənir. Petroninin sözündə həqiqət var. Çünki Oglaq bürcü altında doğulanlar, bir-iki nəfəri çıxmaq şərtilə heç kimə xüsusi simpatiya bəsləmirlər. Amma bu, heç də o demək deyil ki, hamıya «yuxarıdan aşağı» baxırlar. Belə adamlar çox işləyir, rahatlıq bilmir, hətta xəstə ola-ola yenə də bekar durmurlar. Onlar hər şeydən əvvəl özləri üçün, öz ideyaları naminə mübarizə aparırlar. «Oğlaq»lardan ötrü özlərindən qabaqda heç kəs yoxdur. Bəzən öz doğma övladları da onlar üçün «daha vacib» hesab olunmur. Zodiak bürclərinin bu nümayəndələri həssas, savadlı, məğrur, təkəbbürlü, ehtiyatsız iş tutmayan, hamının hörmətini qazanmağa çalışan adamlardır. Onların ən mənfi xüsusiyyəti qəfil inadkarlıqları, fikirlərinin tez-tez dəyişməsi, xüsusən də qapalı olmalarıdır. «Oğlaq»lar yalan uydurub müsahiblərini inandırmaqda passivdirlər. Belələrinin söhbətinə qulaq asanda asanlıqla öyrənmək olar ki, nəyi ciddi deyir-nəyi yalan, nəyi süni deyir-nəyi sidq-ürəklə. Oğlaq və magiya bir-birinə zidd anlayışlardır. Bu, bir tərəfdən yaxşıdır. Çünki «Oğlaq»lar magik təsirə məruz qalmır, bədnəzərdən uzaqdırlar. Onlar uzun müddət heç bir narahatlıq keçirmədən «qara» mühitdə yaşaya bilir, çox güclü vampirlərlə, pisniyyət insanlarla ünsiyyət yaradırlar. Lakin «Oğlaq»ların da mənfi xüsusiyyətləri az deyil. Belə ki, onlar bəzən qarşılarına çıxan hər şeyi darmadağın edirlər. Oğlaq bürclülərin etmək istədiyi istənilən cadu, tilsim həm onun özünə, həm də düşməninə böyük zərər gətirə bilər. Yeganə bürcdür ki, onlarda özünüinkar, daxili təzadlar boldur. Belə ki, «Oğlaq»lar bir tərəfdən qara magiyadan hücum üçün maksimum yararlanır, digər tərəfdənsə əllə toxunula bilməyən hər şeyi inkar edirlər. İkinci səbəbə görə onlar magik mərasimlərlə maraqlanmırlar. Karmik astrologiyaya görə, oğlaq bürcündə olanlar anadagəlmə təşkilatçıdır. Əgər onun kollektivi yoxdursa, o, bu istedadını öz həyatını qurmağa tətbiq edəcək. Məqsədyönlülük, məsuliyyət, təcrübə və ciddilik «Oğlaq» üçün xarakterikdir. Onlar emosional deyillər, hətta bir qədər «quru adam» təsiri bağışlayırlar. Lakin çətin layihə və planları həyata keçirmək üçün lazım olan xarakterik xüsusiyyətlərə malikdirlər. Bu bürc altında doğulanların həyatındakı əsas hiss bədbinlikdir. Bu adam ilk baxışdan həyata nəzər yetirərkən əsasən ümidsiz dərəcədə dolaşmış xaosu və öz planlarını reallaşdırmağın qeyri-mümkün olduğunu görür. Lakin illər keçdikcə həyatda öz yerini tapır və həyata münasibəti dəyişir. Klassik astrologiyaya görə, «Oğlaq»lar son dərəcə sadəlövh və tez inanandır. Bu səbəbdən də ömürləri boyu başları qalda keçir, bəlalara düçar olurlar. Hindlilərin fikrincə, bu adamların ailədə necə olması yalnız özlərindən asılıdır. İstəsələr, bircə anda hamıda xoş əhval, yaxud da əsəbi gərginlik yaradarlar. Amma nümunəvi ailə başçısı (evdar xanım) olmağa da qabildirlər. Onlar ahıl yaşlarında törətdikləri günahlarını başa düşür, düz yola qayıdırlar. Əlbəttə ki, ömür vəfa etsə… Oğlaq bürcündə doğulan qadınlar dünyanın ən qəribə, ən sirli, müəmmalı varlıqlarıdır. Onlarla «oyun oynamaq», onları razı salmaq çox çətindir. Belə qadınlar heç vaxt istəməzlər ki, övladları ata tərbiyəsi alsınlar. Çünki onlar ailədə aparıcı şəxs olmaq üçün hər şeyə gedirlər. Belə qadınlar ömür-gün yoldaşlarını öz iradələrinə tabe etdirir, özlərindən asılı vəziyyətə salmaq istəyirlər. Bu xanımlar həmişə həyat yoldaşlarını passivlikdə günahlandırır, "əfəl" adlandırırlar. Yeri gəlmişkən, belə «Oğlaq»lara uzunmüddətli ər olmağı hər kişi bacarmır. Saturn öz himayəsində olan qadınlara (Oğlaq və Sutökən) yaraşıqlı, gözəgəlimli sifət verir. Hətta onlar 40 yaşında da 16 yaşında olan təravətlərini itirmirlər. Amma dediyimiz kimi, başlarına gətirilən müsibətlərə görə hamıya, bəzən öz övladlarına da nifrətlə yanaşırlar. Ərə gedənə qədər mənalı və romantik günlər yaşayan «Oğlaq» bəzən sonrakı dövrdə «qəddarlaşır». Onlar öz uşaqlarını xüsusi ampulada tərbiyə edir, hamıdan üstün görməyə çalışırlar. Təəssüf ki, bu proses övladları evlənənə qədər davam edir. «Mən çəkən əzabları sən də çəkməlisən»,- prinsipini əsas tutan bu qadınlar övladlarını əziyyətə alışdırmağa səy göstərirlər. Bu isə çox vaxt bədbəxt hadisələrlə, ayrılıqlarla nəticələnir. Sonda bir şeyi də qeyd edək ki, verilən məlumatlara görə bizi qınamağa dəyməz. Çünki istifadə etdiyimiz və dünya münəccimlərinin təsdiqlədiyi 6 mənbənin hamısında təxminən eyni məlumatlar yazılıb. Bu bürcün sakinləri həssas və duyğulu olduqlarından daha çox yaradıcılığa meylli olurlar. Onları qələmsiz təsəvvür etmək çətindir. Tərəzi bürcündən sonra müəllim-pedaqoq peşəsinə ən yaxın olan Zodiak da məhz Oğlaqdır. Belə adamlarda musiqi istedadı da olur. Onlar xırda biznes, texnika, dilçilik, incəsənət və s. sahələrdə asanlıqla məşhurlaşırlar. Məşhur «Oğlaq»lar: Yusif Səmədoğlu, Firudin Köçərli, Leyla Bədirbəyli, Anar, Zeynəb Xanlarova, Əlağa Ağayev, Əbülfət Əliyev, Eldəniz Zeynalov, Səməndər Rzayev, Mədinə Gülgün, Vidadi Babanlı, Yalçın Rzazadə, Ќuriyyə Əhmədova, Səfurə İbrahimova, Mikayıl Mirzə və b.
['oğlaq bürcü', 'qoroskop', 'oglaq burcu']
6,286
https://kayzen.az/blog/yazar/3455/aleksandr-d%C3%BCma-350-qad%C4%B1n-v%C9%99-647-kitab.html
Aleksandr Düma-350 qadın və 647 kitab
burla xatun
Yazıçılar
7 yanvar 2011, 09:43
Uğur, borclar və qadınlar onu daban-dabana izləyirdi Paris ətrafında iri torpaq sahəsində  «Monte Kristo» adlı qəsr vardı. Qəsrin devizi «Məni sevənlərin hamısını sevirəm» girişdə asılmışdı. Bu, Dümanın illərlə ürəyində daşıdığı arzusunun, qəhrəmanın diliylə çatdırdığı xülyaların real görüntüsüdü. Qəsrin 200 metrliyində İf qalasının kiçik kopyası ucalırdı. Onun hər daşında Dumanın bir kitabının adı oyulub. Spiralvari pilləkənın başındakı otaqda o, gecələri keçirir. Qonaqların səs-küyündən bezib bura gəlir ki, sakitlikdə yaza bilsin. Onore de Balzakın dediyinə görə Monte-Kristo qalası reallaşa bilmiş ən cəsarətli divanəlikdir. Axı, Düma torpağı da şifahi razılıqla almışdı. Həmin kəndli kefi istədiyi dəqiqə gəlib burda kələm əkə bilərdi. Bu sehrli qəsrin qapıları heç vaxt bağlanmazdı. Burda kimliyini soruşmadan hər kəsi qəbul edir, yedirir, lazım gəlsə yatmağa da yer verirdilər. Düma dostlarının sözünə baxıb hər qəpiyini güdə bilsəydi, arzularının qəsri əldən getməzdi… Qara qulun nəvəsi 3 yaşlı Aleksandrın atası öləndə anası ona birtəhər izah eləməyə çalışmışdı ki, atasını bir də görə bilməyəcəklər, çünki Allah onu öz yanına aparıb. Bunu eşidən oğlan əlinə silah alıb çardağa qalxmağa çalışır ki, atasını öldürən Allaha güllə atsın. Beş yaşında Aleksandra yazıb-oxumağı öyrədirlər. Gördüyünü və eşitdiyini heyrətamiz dəqiqliklə yadda saxlamaq istedadı da bu dövrdə ortaya çıxır. Anası onu skripkaçı kimi görmək arzusu ilə hər ay 10 frank ayırmışdı. 3 ildən sonra müəllimi «bu uşaqdan skripkaçıdan başqa hər bir hey alına bilər» deyib bu pulu ailədən qoparmağı insafsızlıq sayaraq dərsdən imtina edir. Ona latın dili və riyaziyyatı da öyrətmək cəhdləri eləsələr də, cəmi üç qaydanı yadda saxlaya bilir. Düma nəyisə bölüb kimnənsə bölüşməyi və pulunu saymağı ömrünün sonuna kimi öyrənə bilmədi. Onun atası Aleksandr Düma Napoleon qoşununun generalı və imperatorun ən yaxın dostlarından olub. Napoleonla arası dəyəndən sonra ailəsi demək olar ki, pulsuz-parasız yaşamalı olub. Arvadı və uşaqları dilənçi kökündə yaşayıb, balaca Aleksandr isə brakonyerliklə öz qarnını doyura bilirmiş. Həddi buluğa çatdıqca onun dərisi tündləşməyə və saçları da burulmağa başlayır. Aleksandr Dümanın nənəsi San Dominqodan olan qaradərili qul olub. Fransız babası isə bu qadından olan 4 uşağını qul kim satıb. Yalnız dörd ildən sonra böyük oğlu, Dümanın atasını geri  alıb. Qalan uşaqlarının taleyi məlum deyil. Düma soyadı isə qaradərili nənəsinin hədiyyəsidi. Markizin evində qulluqçu olduğundan ona Mari dü ma, yəni evdar Mari deyirdilər. Həyat səhnəsində Düma yalnız məhəbbət dramında rol alırdı İlk dəfə dramatik sənətlə tanış olandan bəri teatr onu tamamilə valeh eləyir. Aktyorların əl-ayağına dolaşır, onlara kömək eləməyə çalışmaqla bir qədər təcrübə toplayıb, hətta teatr da yaratmağa cəhd edir. Bu teatrda yerlər heç vaxt boş olmurdu. Parisə köçən kimi  atasının dostlarından kömək umaraq qapılara düşür. Kömək eləmək istəyən tapılırdısa, işlər irəli getmirdi, axı o, nə riyaziyyatı, nə xarici dilləri, nə də mühasibatı bilirdi. Nəhayət, gözəl xəttinin sayəsində Orlean hersoqunun dəftərxanasında  işə düzələ bilir. İndi o, anasını yanına gətirə bilər. Nəvə arzulayan Mari-Luiza hələ bir neçə il bilməyəcək ki, o, artıq nənədir. İlk əvvəl yazdığı əsərlərin altına  adını yazmazdı. Düma onu da anlayırdı ki, nüfuzlu əlaqələri olmasa irəli gedə bilməz. Ona görə də Napoleonun atası general Dümaya ünvanladığı məktubu lazımi adama hədiyyə verməklə aristokrat cəmiyyətinə yol  aça bilir. «Üçünci Henrix və onun sarayı» adlı dramının səhəri o yuxudan oyananda artıq məşhur adam idi. Amma  arabir evə qaçıb anasına dəyməyə məcbur idi. Dörd yaşlı nəvəsi olduğunu öyrənəndən sonra hipertonik kriz keçirib yatağa düşən anasının sağ beyin yarımkürəsi tamamilə sıradan çıxmışdı. Məşhur metaforadakı kimi əgər həyat teatrdısa,  Düma üçün orda yalnız məhəbbət dramı oynanılırdı.  Düma özü bu tamaşada ilk məşuqdan tutmuş aldadılan ərə qədər bütün rolları gözəl oynamışdı. Şəkillərdən göründüyü kimi iri qabaritli bu adam yemək vurğunuydu. Triumf günlərində yüzlərlə adamı başına yığıb şəxsən özü yeməkləri hazırlayırdı. Gəzdyi ölkələrdə isə ən birinci yemək reseptləri toplayarmış və «Böyük yemək ensiklopediyası» kitabına əlavə edərmiş. Durğu işarələrini yaza  bilməyən yazıçı Sutkada 14-18 saat işləməyi bacaran Dümanın məhsuldarlığı və yağışdan sonra əmələ gələn göbələklər kimi artan kitabları onun hazır romanları pulla alıb adına keçirməsi barədə şaiyələrin yaranmasına əsas verirdi.  Həqiqətən də Dümanın o dövrdə hamıda olduğu kimi köməkçiləri vardı. Amma Düma işin əsas hissəsini özü görür, yazdıqlarını xarakterizə edən incəlikləri mətnə özü daxil edirdi. Köməkçilərin əsas işi durğu işarələrini yerinə qoymaq idi, çünki bu işi  Düma heç sevməzdi. O, bəzilərinin mətni üzündən köçürə biləcəyindən artıq sürətlə yenisini yarada bilirdi. 40 sətirlik çap səhifəsini yazmaqçün ona cəmi 15 dəqiqə gərək olurdu. «Şevalye de Mezon Ruj» romanı mərcə yazılıb. O, mərc çəkib ki, yeni romanı 3 günə yaza bilər. Romanın birinci hissəsini 66 saata bitirən yazıçı yataq otağında bağlı qapının arasından yazılan səhifələri bayıra ötürərmiş. Dümanın «Afrika ehtirasları» Dümanın ürək sirdaşlarının sayını heç kim dəqiq bilmir. Deyirlər ki, sayı 350-yə çatır. 18 yaşlı Dümanın ilk qadını Adel Delvan ondan 4 yaş böyük idi. İki il davam edən münasibətləri onunla bitir ki, Adel başqasına ərə gedir. Bu, birinci və sonuncu qəlb qırıqlığı olur, çünki sonralar bütün ayrılıqların səbəbi Aleksadrının boynuna yazmaq olar. Parisə ilk gəlişində o, qonşusu, özündən 8 yaş böyük Mari-Katrin-Lor Labe ilə münasibət qurur. Bu əlaqənin nəticəsində oğlu, sonralar yazıçı kimi ad çıxarmış Aleksandr Düma-oğul doğulur. Sakit, utancaq və həyalı Lor tezliklə Dümanın zəhləsini tökür. Ona macəra qoynuna atılan qadınlar, kef məclisləri və gözəl həyat lazımdı. Axtardıqlarını Meloni Valdorda tapa bilir. Uzaq qarnizonların birində zabit əriylə yaşayan bu xanım şairəydi və dövrünün bütün məşhurlarını tanıyırdı. Onlar bir-birinə uzun və heyrətamiz məktublar yazır, özü də gündə heç olmasa beş dəfə. Melaninin vəsiyyətinə görə, Dümanın onu fəth elədiyi günü  ağ mərmərdən olan başdaşında həkk olunub. Gələcək həyat yoldaşı aktrisa İda Ferye ilə isə təsadüfən tanış olurlar. Bu qadın 20 yaşlı tosqun, əyri dişli, sarışın, çox pis diksiyası və ortabab istedadı olan bir aktrisa idi. Başqa aktrisalarla paralel sevgi macəraları yaşasa da, hamının təəcübünə eybəcər İda ilə evlənir. Deyilənə görə, Düma İdanı Orlean hersoqunun sarayına gətiribmiş. Bu etiketin kobud surətdə pozulması sayılırdı. Hersoq isə Dümaya yaxınlaşıb «Xanım Dümanı sarayımda görməyə çox şadam» deməsiylə ədəb dərsi verəndən sonra yazıçı İdaya evlənməyə bilməzdi. Evlənməsi Dümanı həyat tərzini dəyişməyə məcbur eləmədi. O, yeni məşuqələrini əldə elədikcə köhnələrini atmır, onların da maddi problemlərini həll eləməkdə davam edirdi.  Bəzən elə olurdu ki, onın məşuqələri sanki bəhsə girmiş kimi eyni vaxtda hamilə qalırdı.  Düma isə bütün bu uşaqlardan canını qurtarmağın və xanımını sakitləşdirməyin yollarını axtarmalı olurdu. Düma yaş üstə yaş qoyduqca məşuqələrinin yaşını azaldırdı. Düma həmişə iyirmi yaşlılara üstünlük verib -  17 yaşında da, 70 yaşında da... Mari Dorval Dümanı «mənim xeyirxah itim» adlandırırdı. O, ölümqabağı Dumanı yanına çağırıb xahiş edir ki, onu ümumi qəbirdə basdırmağa qoymasın. Ordenlərini özü qədər sevən Düma onları satmalı olur ki, aktrisanın son arzusunu yerinə yetirə bilsin. Sonra yazdığı «Mari Dorvalın son ili» adlı əsərindən gələn qonorarı qəbiristanlıqda torpaq alıb, orda rəfiqəsinə abidə qoymağa xərcləyir. Onun sonuncu sevgisi amerikalı yəhudi Ada Ayzeks Menken olub. Onların bir-birinə sarılmış fotosu o vaxtlar Paris mətbuatında çoxlu səs-küyə səbəb olmuşdu. Çünki həmin fotoqrafa bir qədər borcu vardı və bu yolla borcundan çıxmaq fikrindəydi. Bütün Parisin küçələrini bəzəyən bu fotoları aradan yığışdırmaqçün Dümanın oğlu və qızı çox əziyyət çəkməli oldular. Dəlisov d`Artanyan və acgöz Partos əslində kim idi? Düma hamı kimi şöhrət və gözəl qadınlar haqqında xülyalar qururdu. Bonapart vaxtı olsaydı, mundir geyərdi. Onun dövründə əsas döyüş meydanı teatr idi. Şöhrət arzusunda olan gənc mütləq yazmalıydı. Düma öz həyatını da teatra çevirmək bacarığı, qəhrəmanlarının həyatıyla yaşamaq istedadıyla seçilirdi. Yüzlərlə adamı yedirib içirdən ballar təşkilatçısının evində ən lazımlı avadanlıq tapmaq olmurdu. Milyonlar qazanan bu adam cibində bir qəpiksiz dolanırdı. Ağlasığmaz qonorarların hardan gəlib hara getdiyini heç özü də bilməzdi. Hamı bilirdi ki, nəinki dəlisov d`Artanyanın, həm də acgöz Partosun da prototipi əslində kimiydi. Ata və Oğul Düma Daha ciddi təbiətli oğulla atası arasında qarşılıqlı anlaşma tədricən əmələ gəlmişdi. Ata Dümanın yanına oğul  Düma qonaq gələndə evdə aləm bir-birinə dəyirdi. Ata otaqdan otağa qaçaraq yarıçılpaq qadınları qulluqçuların otaqlarında gizlətməkçün çarpışırdı. Oğul Düma «Ata, bu lap ağ oldu ki, sən öz keçmiş məşuqələrini və təzə ayaqqabılarını mənə verirsən. Mən məşuqələrlə yatmalı, ayaqqabılarını geyinib açmalıyam?» deyərdi. Dümanın şəxsi «romanının» sonu bir elə pis olmadı. Son günlərini oğlunun evində keçirib günbəgün sönməsinə baxmayaraq, nəvələrinin quvernantkasını İtaliyaya qaçmaq təklifiylə qızarmağa məcbur edirdi. Dünyasını dəyişəndə onun cibində cəmi 4 frank, yəni Parisə gəldiyi vaxt cibində olan qədər pul vardı. «Bundan sonra məni bədxərclikdə necə suçlamaq olar?» deyə zarafat da edirmiş. Lətifələr Rasistlərdən kimsə onın yanında zəncilərin əleyhinə sözlər deməklə onu əsəbləşdirməyə cəhd edirmiş. Bunu heç vecinə də almayan Dümaya müraciət edib: - Siz, məncə, zəncilər üzrə ən yaxşı mütəxəssizsiniz, cənab Düma, elə deyilmi? – demişdi. - Təbii, mənim atam mulat, babam zənci, ulu babamsa meymun olub. Gördüyünüz kimi, mənim ailəm sizin ailənin taleyinin əksini yaşayıb. *** Tamaşalara adam cəlb eləməkçün bəzən Düma belə bir elan çap eləyirdi: «Nel qülləsi» əsərində qızğın baxışlarla məni  qızarmağa məcbur edən cənab bu gün teatra gələcəkmi? Onunçün məktubum var. Sevgilin». Nəticədə yüzlərlə parisli məktubun ona ünvanlandığını zənn edib teatra axışardı. *** İda Ferye ilə ilk zifaf gecəsində arvadını öz dostu ilə bir yerdə yaxalayan Duma ən əvvəl  həyasız dostunun paltarlarını pəncərədən aşağı atır. Sonra bayırda havanın çox pis olduğunu görüb kaminin yanında gecələməyi ona icazə verir. Kaminin odu sönəndə arvadının oynaşına aralarında qızınmağı da təklif edir. Səhər açılanda hirsi tamamilə soyuyan Düma kişinin əlini arvadının qarnına qoyub «Gəl qədim romalılar kimi ictimai yerdə barışaq» deyir. Aforizmləri: - Mən orda olmasaydım, yəqin ki, çox darıxardım. - Tarix mənimçün mıxa bənzər bir şeydir, mən ora öz romanlarımı asıram. Tarixlə hər bir şey eləmək olar, təki nəticəsində uşaq alınsın. - Mənə tolazlanan daşları yığmaq zəhmətini çəksəydim, onlardan ucaldılan heykəl yazıçı şərəfinə qoyulmuş ən böyük abidə olardı. - İnsan həyatı davam eləməyin bir, həyatı məhv eləməyin isə minlərlə yolunu bilir. - Mən sevgililərimin sayını insanpərvərliyimdən artırıram. O, bircə dənə olsaydı, heç bir həftə dözməzdi. - Bir birinə heç bənzəməyən əsər yaratmaq mümkün deyil. Allah da insanı yaradanda onu uydurmayıb, öz timsalında yaradıb. - Ailə boyunduruğu o qədər ağırdır ki, onu ikilikdə, yaxşı olardı ki, lap üçlükdə daşıyasan. Müəllif: Gülnarə RƏFİQ[email protected]
['Aleksandr Düma', 'yazıçı']
6,287
https://kayzen.az/blog/maraqli-faktlar/2941/maraql%C4%B1-tibb-statistikalar%C4%B1.html
Maraqlı tibb statistikaları
ilham
Maraqlı faktlar
6 yanvar 2011, 18:11
— Hər bir insan yaşadığı müddət ərzində 22 kiloqram dəri itirir. — Hər min uşaqdan biri tək dişlə doğulur. — İnsanın xromosomlarının sayı 46, şirin su yosunununku isə 200 — İnsan bədənindəki damarların uzunluğu təxminən 96 min kilometrdir — İnsan aclıqdan əvvəl yuxusuzluqdan ölür. — Hər 20 nəfərdən birinin, xüsusilə də kişilərin qabırğasının sayı 1 ədəd artıqdır. — İnsanın saç telinin sayı təxminən 100 mindir. — Ürək gündə orta hesabla 100 min dəfə döyünür. — İnsan DNT-i ilə şempazelərinki arasında oxşarlıq yüzdə 98, 4-dür. — 300 sümüklə doğulan insan oğlu yetkinləşdikdən sonra bu say 206-ya düşür. — Sağlam bir insanın dırnağının tam şəkildə inkişafı 4-6 ay çəkir. — Diş minası insan vücudundakı ən sərt maddədir. — Böyrəklər qanı gündə 300 dəfəyə qədər filtirləyir. — Barmaqlar orta hesabla bir həyat boyunca təxminən 25 milyon dəfə açılıb yumulur. İnsan haqqında maraqlı və heyrətli faktlar oxumağınız da məsləhətdir. Məlumatlar Irving Wallace, David Wallechinsky və Amy Wallace tərəfindən qələmə alınan almanaxdandır. İnsan hüceyrələri Bir insandakı ümumi hüceyrə sayısı 100 trilyondur. Bir insandakı fərqli hüceyrə növləri 210-a yaxındır. Hər saniyə ölən hüceyrə sayısı təxminən 50 milyondur. Hər saniyə yaradılan yeni hüceyrə sayısı da təxminən 50 milyondur. Ümumi eritrosit sayısı 25 trilyondur. Ümumi leykosit sayısı 25-100 milyard arasındadır . Ümumi sinir hüceyrəsinin sayısı 30 milyarddır. (bir milçəkdə 100 min, siçan beynində isə 10 milyon sinir hüceyrəsi mövcuddur). Beyin qabığındakı (korteks) sinir hüceyrəsi sayısı 10 milyarddır. Beyincik korteksindəki hüceyrələrin sayısı 10 milyarddır. Bütün sinir hüceyrələrinin ümumi sinaps cəmi 100 trilyondur. Normal şəraitdə gündəlik ölən sinir hüceyrələrinin sayısı 50000-100000-dir. Bir xatırlama prosesində fəal olan beyin hüceyrəsinin sayı 10 milyon — 100 milyondur. Mədə turşusu istehsal edən hüceyrə sayı (kişidə) təqribən 1 milyard, (qadında) təqribən 820 milyondur. Ən kiçik hüceyrə olan spermaların boyu — 3-5 µm-dir. Beyindəki qlia hüceyrələrinin boyu isə 5 µm-dir. Ən böyük hüceyrə olan yumurta hüceyrəsinin diametri 100-120 µm-dir. Bir qaraciyər hüceyrəsinin ortalama böyüklüyü 30-50 µm-dir. Bir eritrositin diametri 7 µm-dir. Bir böyrək hüceyrəsinin nüvəsinin diametri 6.2 µm-dir. Metafazda düzülmüş xromosomların ümumi sahəsi 4.5 µm-dir. Bir mitoxondrinin diametri 0.5-1.2 µm-dir. Bir ribosomun diametri 12-20 nm-dir. Hüceyrə zərinin ümumi qalınlığı 8.0 nm-dir. Bir amin turşusu molekulunun boyu 0.8-1.1 nm-dir. Bir atomun diametri 0.1-0.5 nm-dir. Üst dəri Epidermis hüceyrəsinin ömrü 4.3 gündür. Ayaq dabanı epidermus hüceyrəsinin ömrü 19.1 gündür. Nəfəs borusunu döşəyən epitel hüceyrəsinin ömrü 47.6 gündür. Ağciyər alveol hüceyrəsinin ömrü 8.1 gündür. Eritrositlərin ömrü 120 gündür. Böyrək epiteli hüceyrəsinin ömrü 286 gündür. Sümük hüceyrəsinin ömrü 25-30 ildir. Sinir hüceyrələri isə ömür boyu çalışırlar. Qeyd: 1µm (mikrometr)= 1/1.000 (10-3)mm 1 nm (nanometr) = 1/1000µm= 1/1.000.000 (10-6) mm Həmçinin bax: İnsan hüceyrələri rəqəmlərdə
['maraqlı statistika', 'Homo Sapiens', 'maraqlı faktlar', 'bilirsinizmi?', 'maraqlı məlumatlar']
6,288
https://kayzen.az/blog/qadin/3563/ki%C5%9Fil%C9%99r-qad%C4%B1nlar-haqq%C4%B1nda.html
Kişilər qadınlar haqqında
bahar
Qadın
4 yanvar 2011, 21:18
Qadın ilk dəfə sevəndə ancaq sevgilisini, daha sonra isə sevgisini sevir: (F.LAROŞFUKO) Əgər bir kişi 40 yaşinadək heç sevməyibsə o yaşdan sonra sevməməsi daha məsləhətdir: (B.ŞOU) Hər şeydən əvvəl gözəl geyim,sonra da ona pərəstiş edən gözəl kişi-budur qadınların ənənəvi istəkləri.(K.Bovi) Qadın gülməyi bacaran zaman gülür və istədiyi zaman ağlayır.J.Baif3.Qadın elə bir mələkdir ki,biz uşaq ikən qoruyur,gənc ikən xoşbəxtliyimiz üçün çalışır,qocalanda isə bizə təsəlli verir.(A.Aqustin) Bir qadın, əgər bir kişi onun əlinə düşmədən əvvəl qucağına düşə bilsəydi daha cazibəli olardı. (Ambrose Bierce) Tanrı, qadınları artıq-əskik danışan yaraşıqlı kişilərdən qorusun. (Honore De Balzac) Bir qadına gözəl olduğunu söyləməyin; ona başqa bir qadının onun kimi olamadığını söyləyin və görəcəksiniz ki, bütün qapılar sizə açılacaq. (Jules Renard) Gözəl bir qadın, görənləri mədəni formada dəli eləyən bir rəsm kimidir. (Ralph Waldo Emerson) Ağıllı bir qadın xəzinədir. Gözəl ve ağıllı bir qadın gücdür. (George Meredith) Bir qadının üzündəki ifadə, üzərindəki geyimdən daha vacibdir. (Dale Carnegie) Bir qadın üçün, kinayəli bir baxılmaq gözdən qaçırılmaqdan daha yaxşıdır. (Mae West) Əgər bir qadın yetərincə hirsli, qərarlı və bacarıqlıdırsa, edəməyəcəyi heç bir şey yoxdur. (Helen Lawrenson) Dünya qadınsız var ola bilməz. Gələcək bizim əlimizdə. (Joan Collins) Qadınlar bütün dünyada ikinci sinif yaradılışdır, amma dünyanı bir arada tutanlar da onlardır. (Pam Brown) Qadınlar insanlara daha yumşaq davranırlar. Biz insanlara uşaq əlleriylə toxunuruq. (Shirley Caesar) Qadınlar müvəffəqiyyətlərini əldə etdikləri zənginliklərlə deyil, ətrafda topladıqları sevgiylə ölçərlər. (Linda Mcearlane) Hər zaman buna inandım: Bir qadının müvəffəqiyyəti başqa bir qadının müvəffəqiyyətini hazırlar. (Gloria Vanderbilt) Qadınlar çiyin-çiyinə sıralanarsa aralarından heç kim keçə bilməz. (Linda Mcfarlane) Qadın tam bir dairədir. İçinde yaratma, bəsləmə və döndərmə gücleri vardır. (Diane Mariechild) Sevgi haqqında ağıllı danışan kişi heç vaxt əsl sevmir: (J.LAND) Sevgi yorğunluqdan ölür, nifrətdən isə basdırılır: (J. LABRİŞER) Əgər hazırlaşırsansa kimisə sevəsən bağışlamağı öyrən: (A. VAMPİLOV) Əgər bir insan sevginin nə olduğunu izah edirsə, deməli o heç vaxt sevməyib! Kim heç olmasa bir dəfə sevibsə, o düşünmək qabiliyyətindən məhrum deyildir: (V. Borisov) Səni sevirəm-demək bir neçə saniyə çəkir, onu göstərmək isə bir ömür. Sevgi mənim əlimdə külək kimidir: hiss elemək asandir, tutmaq çox çətin. Qadın intiusiyası daha dəqiqdir, nəinki kişi əminliyi: R.KİLLİNQ. Qadın ALLAHİN ikinci səhvidir: FRİDRİX NİTŞE. Qadın xoşbəxtliyə dəvət deməkdir: ŞARL BODLER. Qadın pəncərədəki pərdə kimidir: naxışları balaca olsa da amma artıq dünyanı görə bilməyəcəksən: HENRİN HOROŞ. Qadın doğulmaq lazım deyil, qadın olmaq lazımdir: SİMONA DE BOVUAR. Hər şey insanın əlindədir, insan isə qadının: ALEKSANDR FYURSTENBERQ. Qadınlar yaradılmayıb ki onları başa düşsünlər, onlar yaradılıb ki, onları sevsinlər. Həmçinin bax: Dahilərin sitat obyekti: qadınlar
['qadınlar nə istəyir', 'qadınlar', 'kişi-qadın münasibətləri', 'qadın psixologiyası']
6,289
https://kayzen.az/blog/etiket/3537/ideal-s%C3%BCfr%C9%99.html
İdeal süfrə
burla xatun
Etiket və nəzakət qaydaları
4 yanvar 2011, 09:46
Dünyanın hər yerində, hətta ən inkişaf etmiş ölkələrdə belə evdə yemək masasının təşkil olunması qadınların öhdəsindədir. Ofisiant işləyən və yüksək səviyyədə masa təşkil etməyi bacaran kişilər də evdə bu işlə məşğul olmağı sevmirlər. Gündəlik problemlərin və qayğıların içində olan qadınların evdə süfrənin estetik bəzədilməsinə önəm verməmələri də bir faktdır. Etiraf edək ki, əksər hallarda ailə üzvlərimiz bəzəkli masanı ancaq qonaq gələndən-gələnə görürlər. Ən böyük yanlışlıq da elə budur. Bəs masanı necə təşkil etmək lazımdır? Əvvəlcədən qeyd edək ki, bütün hallarda, istər sadə ailə naharı olsun, istər dostlarla görüş, istərsə də böyük ziyafətlərdə masa gözəl və rahat tərtib olunmalıdır. Əvvəlcə masa örtüyündən başlayaq. Gündəlik istifadə üçün parça süfrə əvəzinə polietilen masa örtüklərindən istifadə etmək olar. Bu, xüsusilə balaca uşaqlar olan ailələrə aiddir. Gözəl bəzəkləri olan, yeri şəffaf polietilen masa örtükləri bu məqsəd üçün çox yararlıdır. Belə örtüklərin uzun müddət istifadəyə yararlı qalması üçün onları ilıq su ilə yumaq, sonra isə tamamilə qurulamaq lazımdır. Salfetlərin kağızdan olması məsləhətdir. Onlar həm daha gigiyenikdir, həm də əlavə yuyulmaq problemi yaratmır. Süfrənin tez çirklənməsinin qarşısını almaq üçün çəngəl-qaşıq üçün metal, yaxud şüşə altlıqlardan istifadə etmək olar. Böyük ziyafətlərdə mütləq yaxşı ütülənmiş ağ parça örtükdən istifadə etmək lazımdır. Çay süfrəsi üçün ciddi cizgiləri və yaxud əl işləmələri olan kətan örtüklər uyğun gəlir. Böyük qonaqlıqlar üçün salfetlər də örtük kimi ağ parçadan olmalıdır. Çay süfrəsinə də örtüyə uyğun tonda salfet qoyun. Üçbucaq, çiçək, zərf şəklində bükülmüş salfetlər masaya xüsusi yaraşıq verir. Ziyafət hazırlayan ev sahibi nə qədər qonaqpərvər olsa da, masada hər qonaq üçün yarım metr yer ayrılmalı olduğunu nəzərdən qaçırmamalıdır. Ona görə də çağıracağınız qonaqların siyahısını masanızın ölçüsünə uyğun tərtib edin. Əks təqdirdə, yerin darısqallığı, təbii ki, diskomfort və narazılıq yaradacaq. Şam və nahar üçün boşqablar aşağıdakı qaydada düzülür: böyük dayaz boşqab və onun içinə orta ölçülü boşqab qoyulur. Boşqabların sol tərəfinə isə içinə çörək qoyulmuş kiçik boşqab qoyulur. Kiçik boşqabın içinə bir qara, iki ağ çörək dilimi qoyulmalıdır. Əgər nahar üçün duru yemək nəzərdə tutulubsa, dərin boşqabları kənarda qoyulmuş kiçik masanın üstünə qoyun. İçərisində xörək olan şüşə qazanı da məhz bu masaya qoymaq lazımdır. Ev sahibi duru yeməyi özü bu masada boşqablara töküb qonaqlara ötürməlidir. Səhər yeməyi üçün hər nəfərə ancaq bir boşqab qoyulur. Ailə üçün çörək ümumi, qonaqlar olduqda isə, naharda olduğu kimi, sol tərəfdə kiçik boşqablarda qoyulur. Yumurta üçün şüşə, yaxud plastmas "yumurta badələri" qoyulmalıdır. Bir neçə çeşiddə isti yemək hazırlanan təntənəli şam ziyafətlərində hərəyə üç boşqab nəzərdə tutulur. Süfrədə çörəyin qurtarmamasına xüsusi nəzarət etmək lazımdır. Heç bir ziyafəti içkisiz təsəvvür etmək olmaz. İçki butulkalarını, xüsusilə də qırmızı şərab şüşəsini kiçik boşqablara qoymağa çalışın. Bu, örtüyə ləkə düşməməsi üçün lazımdır. Qırmızı şərabın ləkəsini təmizləmək, demək olar ki, mümkün deyil. Marinadlar, şorabalar və konservlər üçün müxtəlif ölçülü salat qablarından istifadə edilir. Salat, paştet və vineqretlər üçün ayaqsız büllur vazlar uyğun gəlir. Sousları müxtəlif quruluşlu kiçik, dərin keramik qablara tökürlər. Masaya kərə yağının verilməsinə ehtiyac olarsa, onu dördbucaq, kürə, yaxub başqa bəzəkli şəkillərdə kiçik boşqablarda qoymaq olar. Duz və istiot qabları iki nəfərdən bir qoyulmalıdır. İçkilərin sayından asılı olaraq, seçilən badələr, fujerlər və bakallar boşqabların qarşısına qoyulur. Onları sağdan başlayaraq kiçikdən böyüyə düzmək lazımdır. Araq üçün ən kiçik, şərab üçün orta ölçülü badələr nəzərdə tutulur. Zəif spirtli içkilərə ən böyük badələr xidmət edir. Ağ şərab üçün rəngli badələrdən istifadə etmək daha yaxşı olar. Şampan şərabı böyük bakallardan içilir. Qazlı içkilər və mineral sular üçün hündür bakallar qoyulmalıdır. Pivə böyük ziyafətlərə uyğun gəlməyən içkidir. Amma siz hər halda süfrəyə onu da əlavə etmək istəyirsinizsə, daha bir bakala ehtiyac yoxdur. Pivəni su bakalında içmək olar. Qrafinə ev içkiləri və ya adi su tökülür. Bahalı içkilər öz şüşələrində effektli görünür. Masada şampandan başqa bütün şərəb butulkaları ağzı açıq olmalıdır. Şampanı istifadə zamanı açmaq lazımdır ki, qazını itirməsin. Qaşıq və çəngəli iç üzü yuxarı olmaq şərtilə boşqabın sol tərəfinə, bıçağı isə sağ tərəfinə qoyurlar. Bıçağın kəsən hissəsi boşqaba tərəf olmalıdır. Əgər ziyafət üçün desert nəzərdə tutulubsa, bunun üçün badələrin arxasında ayrıca priborlar qoyulmalıdır. Süfrəyə düzülən istər soyuq, istərsə də isti yeməklərin rahat götürülməsi üçün onların içinə də qaşıq və çəngəllər qoyulur. Yağ və paştetlər üçün bıçaq uyğundur. Kolbasa, pendir kimi qəlyanaltıların yanına heç nə qoymaq lazım deyil, onları hər kəs öz çəngəli ilə götürə bilər. Masada basırıqlıq yaratmamaq üçün yeməkləri süfrəyə uyğun ardıcıllıqla vermək lazımdır. İlk olaraq soyuq qəlyanaltılar yeyilir. Bundan sonra onlar priborları ilə birlikdə süfrədən yığışdırılır və duru yeməyə keçilir. Duru yeməkdən sonra isə isti xörəklərə keçmək olar. Porsiyalarla hazırlanmış isti yemək hər qonaq üçün ayrıca, ümumi yemək isə hər 4 nəfərə 1 buludda qoyulur. Ziyafətlər üçün duru yeməkdən istifadə etmək məsləhət deyil. Bununla həm də qayğının biri azalmış olur. Deserti yemək priborları yığışdırılmamış və masa qaydaya salınmamış vermək olmaz. Eyni zamanda masanı desert içkilərindən başqa bütün butulkalardan azad etmək lazımdır. Çay süfrəsi yemək başa çatdıqdan yarım saat sonra hazır olmalıdır. Çay masasının təşkili zamanı ortaya içərisində peçenye, konfet, meyvə olan hündür vazlar, kiçik mürəbbə qabları, şirin piroqlar və tortlar olan buludlar qoyulur. Tortu və piroqu əvvəlcədən doğramaq lazımdır. Masanın bir neçə yerində kiçik qənddanlar və doğranmış limon qoyulur. Çay masasına konyak, desert şərabı, rom qoyula bilər. Masa tərtibatı üçün boşqablar diqqətlə seçilməlidir. Çox rəngarəng, zövqsüz bəzəkləri olan boşqablar bütün gözəlliyi heç edə bilər. Hündür güldanlarda qoyulmuş təzə çiçəklər istənilən masaya gözəllik verər. Masanın tərtibatı hər şeydən əvvəl ev sahibinin şəxsi zövqündən və imkanından asılıdır. Tərtibat zamanı qaydalara riayət etməsəniz belə, rahatlığa, uyğunluğa və gözəl görünüşə diqqət yetirin. Bir də unutmayın ki, qanunları bütün hallara şamil etmək olmaz. Hər halda hər kəsin öz zövqü var. Təbii ki, masa tərtibatında da...
['süfrə mədəniyyəti']
6,290
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/3500/ziqmund-freyd.html
Ziqmund Freyd
burla xatun
Böyük insanlar,şəxsiyyətlər
3 yanvar 2011, 11:30
Sigizmund (22 yaşında olanda adını dəyişib Ziqmund qoyur) Freyd Frayberqdə yəhudi ailəsində doğulub. Onun atası Yakob anasından - sayca üçüncü arvadından 20 yaş böyük idi. Əvvəlki evliliyindən böyük oğlanları olduğuna görə Freydin ilk dostu ondan bir yaş böyük olan qardaşı oğluydu. Atası yun satmaq biznesiylə qazanmağa cəhdlər eləsə də, deyəsən, ticarətdə əli gətirən deyildi. Atasının bu işdə fərsizliyi Freydin xasiyyətində dərin izlər buraxmışdı. Çünki bu balaca uşaq qəti qərara gəlir ki, atasının uğursuzluğunu öz nailiyyətləriylə ört-basdır edəcək. 3 yaşında olanda ailəsi antisemit sıxışdırmaya görə Leypsiqə, daha sonra Vyanaya köçməli olur. Bir az böyüyən kimi bacıları kiçik otaqda sıxışmalı olsalar da, Freydə ayrıca otaq verdilər. 8 uşaqlı ailədə hamı dərslərini şam işığında öyrənməli olduqları vaxt yalnız Ziqmunda neft lampası ayrılmışdı. Başqa uşaqlara musiqiylə məşğul olmaq qadağan idi, axı səs Ziqmundun dərslərinə mane ola bilərdi. Məktəbdə oxuyanda müəllimlərin tərifindən hiddətlənən yaşıdları qara, buruqsaç uşağı tez-tez ağlamağa məcbur edərdi. Başqasının gözünə baxa bilməmək kompleksini Ziqmund məktəb illərindən ömrü boyu özüylə daşıyıb. Əvvəl soxulcan, sonra insan rüşeymi, sonra isə it və pişiklər... Uşaqlığında vəkil olmağı arzulayan Freyd universitetə qəbul olunanacan Hötenin elmi araşdırmaları və Darvinin əsərlərinin təsiri altına düşərək özünü biologiya və fəlsəfəyə həsr eləməyə qərar verir. Triyestanın elmi laboratoriyasında ilk tədqiqatı soxulcanların cinsi orqanlarının axtarılmasına həsr edilmişdi. Görünməz inadkarlıqla yüzlərlə soxulcanın qarnını yortandan sonra, nəhayət ki, cinsiyyət vəziləri tapmağa nail ola bilir: «Belə çıxır ki, məndən başqa heç kim soxulcanın cinsi orqanını görməyib?!» Bu, Freydin ilk uğuru idi. Sonra o, fiziologiya ilə maraqlanaraq Freyd neyronlarını üzə çıxarır, amma tədqiqatını sona çatdırmadığına görə bu tapıntının da müəllifliyi başqalarına qismət olur. Ahıl yaşlarında artıq məşhur psixoloq olduğu vaxtlarda dostlarından birinə yazırdı ki, mikroskop altında heyvanların onurğa beynini öyrənərkən o, dünyanın ən xoşbəxt adamı olurdu. Balıqlar, sürünənlərlə əlləşməkdən bezəndən sonra o, insan rüşeymini, pişik, it və insan balalarının beynini öyrənməklə başını qatır. Amma bu, pul gətirən sahə deyildi. Yazdığı kitabları alan olmurdu: 9 il ərzində 257 kitab satılmışdı. 30 yaşlı bakir Ziqmund intelligent yəhudi ailəsindən olan Marta Bernesə vurulur. Ailə qurmaqçün lazımi maddi durumu olmadığından o, istəməsə də, xəstəxanada işləməliydi ki, evlənə bilsin. Həmin dövrdə o, kokainin ağrıkəsici təsirini tapmışdı. Nişanlısıyla istirahətə getdiyi qısa müddətdə gətirdiyi dərmanın keyfiyyətlərini dostları Keninqsten və Koller kəşf edib işi bitirməyə də macal tapırlar deyə bu kəşf Freydin adına biğlı deyil. Narkotikə öyrəşmə barədə isə Freyd bir qədər sonra xəbər tutacaqdı, çünki pasientlərdən bir neçəsi narkomana çevrilmişdi. Nişanlısına yazdığı məktublarında Freyd ondan bütün sevgisini tam tələb edirdi: «Bundan belə öz ailənizdə yalnız qonaq kimi yaşaya bilərsiz... Əgər mənə görə ailənizdən imtina edə bilmirsizsə, məni itirəcək, öz həyatınızı heçə döndərəcək, ailə həyatında xoşbəxt ola bilməyəcəksiniz... Mənim xasiyyətimdə tiranlıq hiss olunur». Martaya yazdığı məktubların sayı 1500 ədədi adlayıb. Qonşuluqda yaşamasına baxmayaraq, gecə-gündüz məktublaşan bu iki gənc yalnız 4 ildən sonra evlənə bildi. Pulsuzluğun ucbatından 30 yaşına qədər gözləməli olan Freyd deyilənə görə, zifaf gecəsinə kimi bakir insan kimi yaşamışdı. Seksual pozuntular üzrə mütəxəssisin hər hansı «seksual azğınlığından» heç söhbət gedə bilməzdi. 10 illik evlilik ərzində onların 6 uşağı dünyaya gəlir. Uşaqlarından cəmi birisi  - qızı Anna atasının yolunu davam etdirib uşaq psixoanalitiki olur. Əxlaqsızlıq, yoxsa terapiya? Freyd qadınları bioloji cəhətdən natamam və keyfiyyətsiz saydığına görə feministlərin qəzəbinə gəlmişdi. Amma Freyd isteriyanın yalnız qadın xəstəliyi olması barədə fikirləri darmadağın da eləyə bilmişdi. Bu isə kişilərin heç xoşuna gəlmirdi. Evlənəndən sonra ailəsini saxlamaqçün qəzetə elan verir: «Müxtəlif əsəb xəstəliklərini sağaldıram». Evinin bir otağını kabinetə uyğun bəzəyir. Freydin pasientlərinə rahat taxtda uzanıb beyninə gələn ilk fikri nə qədər absurd və ədəbsiz olsa da, dilinə gətirmək təklif edilirdi. Bununla da o, içində qalmış mənfi emosiyalardan və xəstəliyinin səbəblərindən canını qurtarmış olurdu. Amma xəstələrin saatlarla danışdıqlarını dinləməkdən ağır nə ola bilər axı? Axı o, insanların gözünə baxmağı da sevmir! Daha sonra xəstəni uzandırmaq və gözlərinə baxmamaqçün guya pasientin rahatlığıyçün arxada oturmaq qərarına gəlir. Ən vacibi isə bir dənə də sual verməməkdi, qoy nə istəyirsə, onu da danışsın! Bir də ki, seans mütləq baha olmalıdı ki, xəstə onu hiss etsin. Gün ərzində cəmi bir nəfəri havayı qəbul etmək olar. Həmin xəstə, demək olar ki, heç vaxt sağalmırdı. Saatlarla danışan xəstələrin qabağını almaqçün o, seansı 40-50 dəqiqəyə endirir. Artıq əsrlərin qovşağında cahanı başına almış ateizm onunçün çoxlu pasient ordusu hazırlayırdı. Tənqidçilər Freydi nə qədər çox söysələr, pornoqrafiya və əxlaqdan danışsalar, onun yanına axışanların sayı bir o qədər artırdı. İnsan qəlbində obraz və açar axtarışı Yuxulara böyük yer ayıran Freyd ilk tədqiqatını öz yuxularından başlamışdı. Ona görə də özünü daha yaxşı başa düşməyə başlamışdı. Psixoanalizin inkişafına Freydin atasının ölümü çox böyük təsir göstərib. Çünki o, analizə böyük yer ayırmışdı. Atasına qarşı duyduğu qısqanclıq, rəqabət hissi nəticədə vicdan əzabı, peşmançılıq və əlacsızlıq hissləriylə əvəz olunmuşdu. Belə ruhi «eşələnmələri» o, «insan qəlbində obraz və açar axtarışıyçün qazıntılar» adlandırırdı. 1900–cü ildə o, belə nəticəyə gəlir ki, insan qəlbinin bütün problemləri uşaqlıqda keçirdiyi dramlarla əlaqədardır.  Edip kompleksinin də açılışı həmin ilə təsadüf edir. Ən böyük açılışlar elədiyi ildə onun məruzələrinə rekord vuracaq qədər adam qulaq asıb: cəmi 3 nəfər! Psixoterapevtliyi davam etdirərək Freyd mədəniyyətdə – miflər, nağıllar, adət-ənənələrdə komplekslərin izlərini axtarmaq cəhdləri edir. Freyd bununla bağlı belə bir qanunu elan edir ki, insan bir yaşdan o birinə keçdikcə bəşəriyyətin keçdiyi inkişaf yolunun əsas etaplarını daha tez zamanda keçir. Ona görə də uşağın fantaziyalarından bizim əcdadlarımızın cilovlanmamış instinklərini duymaq olar. Hər bir şeyi seksuallıqla bağlamaq nəzəriyyəsinin bəzi məqamlarını müəllif özü korrektə eləməli oldu. Çünki dünya müharibəsinin yaratdığı nevrozların səbəbini seksuallıqda yox, müharibədə axtarmaq lazım gəlmişdi.  Ölümlə üzbəüz qalmış xəstələrin fəaliyyətini öyrənən alim indi ölüm instinkti terminini dilinə gətirərək onu ən vacib instinktər sırasında yerləşdirir. Ağzından qaçırdığın söz sənə baha başa gələ bilər?! 1902-ci ildə professor rütbəsini alması onun nailiyyətlərinin tanınması deyildi. Yaltaqlanmağı sevməyən Freyd ömründə ilk dəfə pasienti baronessadan bu rütbəni almaqçün imperatordan xahiş eləməyi rica eləmişdi. Onun kolleqaları anlamır və qəbul eləmirdilər. Freyd deyir ki,  təhtəlşüur, yəni şüursuzluq ağızdan təsadüfən qaçırılmış sözlərdə, təsvirlərdə, yalançı xatirələrdə özünü büruzə verir. Freyd öz tədqiqatlarında din, mifologiya, ədəbiyyat, mədəniyyət və cəmiyyət məsələlərinə də toxunurdu. Xüsusilə də lətifə toplamağı sevirdi. Onun dediyinə görə, ürəkdə boğulmuş hissləri tam azad eləməkçün bu, çox yaxşı vasitədir. Kitabların autodafesi Faşist diviziyaları şəhərə daxil olandan sonra qızı Anna Freyd Gestapo tərəfindən tutulur, amma tezliklə buraxılır. Freydin özünü, demək olar ki, faşistlərin pəncəsindən güclə qurtarıb Londona aparmaq mümkün olub. Freydə Avstriyanın sərhədlərini tərk eləməkçün icazə almağa görə tərəfdarları 20 min funt sterlinq həcmində rüşvət verməli olurlar. Bu pulu onun pasienti, yunan şahzadəsi Mari Bonapart ödəmişdi. Freyd son dəqiqəyə kimi inana bilmirdi ki, ölkə nasizmə qədər deqradasiyaya uğraya bilər. Qardaşı bütün sərvətindən məhrum olur, 4 xəstə və qoca bacısı isə tutulub konslagerdə məhv edilir. «Sivil insanın seksual həyatı ciddi şəkildə şikəstdi» «Ailədə bir-birinə incə sözlər deməyənlər tədricən münasibətlərin təravətini itirir və paslı qıfıla çevrilirlər» deyən Freyd 52 yaşına çatanda öz ailə həyatından bezməyə başladı. İşi başından aşan alim hətta bazar günlərini də yalqızlıqda, yaxud baldızı Minna ilə keçirirdi. «Biz ikimiz də Martadan (arvadı) fərqli olaraq itaətsiz və pis adamlarıq» deyən Freyd, deyəsən, yenidən vurulmuşdu. Tezliklə Minnaya qarşı da soyuduğundan qadın onu tərk edir. Bundan sonra Freyd intim münasibətlərdən tamamilə imtina eləyir. Amerikaya məruzə üçün getdiyi dövrdə Freyd dostlarından birinə şikayət edir ki, nədənsə amerikalı fahişələr haqqında gördüyü yuxular onu narahat edir. Bu məsələni təbii yolla həll etməyi məsləhət görən dostuna «Sən nə danışırsan? Mən axı evliyəm» demişdi. Seksual qüvvənin şəxsiyyəti formalaşdırması barədə fikirləri bütün dünyaya başa salan Freyd özünə qarşı çox tələbkar idi. Freyd deyir ki, mədəniyyət insanın seksual instinktini boğaraq onun şəxsiyyətinin formalaşmasına xidmət edir. Freydin öz həyatı buna çox cözəl misaldır: «Sivil insanın seksual həyatı ciddi şəkildə şikəstdi». «Mən özümün ən əsas pasientim olmuşam» 7 yaşından siqaret çəkməyə o qədər aludə olmuşdu ki, yaşlı vaxtında çənəsində bədxassəli şiş əmələ gəlmişdi. Dözülməz ağrılardan əziyyətinə son qoymaqçün Freyd dostu Maks Şurdan özünü öldürməkdə ona kömək etməsini xahiş edir. Həkim ona üçqat dozada morfin iynəsi vurduqdan sonra alim dünyasıyla əbədi vidalaşır. Freydin şərəfinə qoyulmuş xatirə lövhəsində cəmi iki hərf var: yunan əlifbasının psi və alfa hərfləri. Freyd onları psixoanalizi qısa şəkildə ifadə etməkçün istifadə edərmiş. Lətifə: Doktor Freydin kabinetində: - Doktor, mənim oğlum sadistdir: heyvanları təpikləyir, yaşlıları yıxır, kəpənəklərin qanadlarını qoparır və qaqqıldayıb gülür! - Onun neçə yaşı var? - 4 yaşı- Onda qorxusu yoxdur, tezliklə hər şey yoluna düşəcək. O, nəzakətli və xeyirxah insan olacaq. - Doktor, siz məni sakitləşdirdiz, sağ olun! - Dəyməz, frau Hitler... Müəllif: Gülnarə RƏFİQ [email protected] Mənbə: Bizim YolHəmçinin bax: Ziqmund Freydin dinə münasibəti
['Ziqmund Freyd']
6,291
https://kayzen.az/blog/seks/3498/hamil%C9%99lik-zaman%C4%B1-seks.html
Hamiləlik zamanı seks
burla xatun
Seks (18+)
2 yanvar 2011, 11:29
Ailə həyatının möhkəmlənməsi üçün cinsi əlaqə çox lazımdır.Hamiləlik isə ailə həyatında ən vacib məqamdır,bu zaman qadınların əhval-ruhiyyəsində,fiziki hərəkətlərində çox dəyişikliklər olur.Bütün bunları kişilər asanlıqla qəbul etmir.9 ay ərzində cütlər bir-birlərini yenidən tanımağa başlayır.Cinsi əlaqə problemlərin həllində əsas rol oynayır.Əgər atalar cinsi əlaqədən qorxullarsa həkimə müraciət etmək lazımdır.Hamiləlik dövründə yalnız bir neçə halda seksin təhlükəsi olar: • uşağın düşməsi təhlükəsi varsa və siz əvvəl də tez-tez uşaq salmısınızsa; • cift möhkəm deyilsə, ya ciftin yerləşməsində problem varsa; • çoxdöllü hamiləlik zamanı; • sizdə, ya yoldaşınızda cinsi orqanlarda infeksiya varsa (bir daha xatirladaq ki, bu məsələ hamiləliyə qədər həll olunmalıdır, hər iki valideyn həkimə müraciət etməli, xəstəliyi olub-olmadığını müəyyənləşdirməli, müalicə olunmalıdır, yalnız bundan sonra hamiləlik barədə düşünmək məsləhətdir). Cinsi əlaqənin gələcək körpəyə zərəri yoxdur ki? Yox. Uşaqlığın qalın əzələli divarları, eləcə də başqa orqanlar dölü qoruyur. Düzdür, orqazmdan sonra dölün tərpəndiyini güman edə bilərsiniz, ancaq gümanınıza səbəb uşaqlığın yığılmasıdır. Gələcək körpənizi incitmədiyinizə əmin ola bilərsiniz. Onun heç nədən xəbəri yoxdur! Bəs orqazm doğuşu tezləşdirmir ki? Uşaqlıq doğuşa hazır deyilsə və döl yetişməyibsə, uşaqlığın yığılmasının zərəri yoxdur. Amma əgər doğuşa çox az qalıbsa, orqazm doğuşun başlamasına təkan verə bilər. Yəni seks sancıları “gətirə” bilər. Hamiləlik dövründə qadının seksə marağı azalır? Bu suala bir sözlə cavab vermək mümkün deyil. Bəzi hamilələrin, əksinə seksə marağı əvvəlkindən çox olur. Bu halda cütlük hamiləlik dövrünü cinsi münasibətlərin ən gözəl dövrü kimi xatırlaya bilər. Amma bəzi hamilələrdə cinsi əlaqəyə maraq azalır, ya da tamam olür. Çox vaxt hamiləliyin ilk 3 ayında seksə maraq azalır (xüsusilə ilk dəfə hamilə olan qadınlarda belə olur). Buna səbəb, hamiləliklə bağlı narahatlıq, qorxu, eyni zamanda toksikoz, yorğunluq, süd vəzilərinin kobudlaşması, hormonal dəyişiklik nəticəsində emosional vəziyyətin dəyişkənliyidir. İkinci 3 ay ərzində seksə maraq adətən bərpa olunur. Hamilənin bədənində qan dövranı gücləndiyindən uşaqlıq yolunda sekresiya artır. Bu da eroqen yerlərdə hissiyyatın güclənməsinə, qadının orqazm qabiliyyətinin artmasına səbəb olur. Statistika göstərir ki, qadınların çoxu orqazmın nə olduğunu məhz hamiləliyin ikinci rübündə anlayırlar. Odur ki. fürsəti əldən verməyin. Son 3 ayda yenidən problem yarana bilər. Qarınları böyüyən qadınlar çox vaxt çəkinir, özlərini cazibədar hesab etmirlər. Bəzilərində yenidən toksikoz başlayır. Həyat yoldaşınızın cinsi istəkləri... Hər şey tərəflərin özündən-xüsusiyyətindən asılıdır. Sevdiyi qadının hamiləliyi kişini yumşaltmaqla yanaşı məsuliyyət hissini artırır. Axı cəmi bir neçə aydan sonra onun statusu tamamilə dəyişəcək—ata olacaq. Odur ki, yoldaşınızın seksə marağının azalması sizi qorxutmasın. Nəzərə alın ki, o da narahatdır. Xanımının sağlamlığı, hamiləliyin normal keçməsi onu da maraqlandırır və bəzən kişilər də gələcək körpələrini incitməkdən çəkinirlər. Hər bir kişi, açıq deməsə də, sonsuzluqdan qorxur. Odur ki, xanımının hamiləliyi kişini sevindirməklə yanaşı, daha ehtiyatlı edir. Bu da seksə təsir göstərir. Həm də bilin ki, qadınlar hamiləliklə bağlı dəyişiklikləri daha təbii qarşılayırlar. Amma kişi xanımının görünüşünün dəyişməsinə, yeni zövqünə və yeni əhvalına daha çətinliklə alışır. Seksin mənası sadəcə təbii artım yox,həm də partnyora qarşı diqqət,nəvaziş və sevginin göstəricisidir. Bir şeyi bilmək zəruridir; hamiləlik zamanı xüsusilə vacib olan ailə münasibətlərində harmoniyanı qorumaqdır. Qarşınızdakının da istəyini nəzərə alın, özünüzə də diqqətli olun. Özünüzə çox əziyyət verməyin. Hamiləlik dövründə seks çox da vacib deyil. Qarşılıqlı məhəbbəti ifadə etməyin yolu çoxdur! İlk 3 Ayda Hamiləliyin ilk 3 ayı, cütlər üçün ən çətin və ən uzun dövrdür. Mədə bulantısı və böyüməyə başlayan sinələrinizdəki ağrıdan ötəri özünüzü çox vaxt pis hiss edə bilər və cinsi istəksizlik duya bilərsiniz. Bu vəziyyətdə yoldaşınıza bir az səbrli olmasını və sizi anlamasını söyləməlisiniz. 3-7 ay arası Hamilə olduğunuzu artıq qəbul etmiş və bununla yaşamağı öyrənmisiniz. Bu dövrdə cinsi arzularınız geri gəlmişdir. Bu dövr bir çox qadın üçün ən güclü orgazmların yaşandığı dövrdür. Qan təzyiqinizdəki artım, hormonal sekresiyalarınız cinsi istəklərinizi qamçılayacaq. Vaginal mayeniz artdığından kiçik ağrı duymadən əlaqəyə girə bilərsiniz. Hələ körpəniz səbəbindən də qarınınız çox çox böyümədiyi üçün istədiyiniz mövqedə sevişə bilərsiniz. 7. aydan sonrası Qarınınız gedərək böyüdüyü üçün hər mövqedə cinsi əlaqəyə girə bilməzsiniz. Bu dövrdə daha çox yan yataraq sevişməyi təcrübənin.Yoldaşınızın qarınınızın üstünə çox çox basdırmamasına diqqət yetirin. Zatən hər mövqedə yata bilməmək, gün keçdikcə körpəniz üçün narahatlıq və ağırlaşan bədəninizi zorla hərəkət etdirmək cinsi istəklərinizi özbaşına yatıracaq. Bu vəziyyətdə ön sevişməyi uzun tutmalı və bir-birinizi uzun müddət oxşamalısınız. Diqqət,bilməniz lazım olan nöqtələr: Hamiləlikdə cinsi bərabərlik əsnasında gigiyenaya normalda olduğundan daha çox diqqət yetirməlisiniz. Cinsi əlaqənizin sıxlığını bu dövrdə bir az azaldın. Məsələn yeni bir əlaqə üçün əvvəlki əlaqənizin üzərindən 24 saat keçməsinə diqqət yetirin. Körpənizə zərər verməmək üçün daha çox sizin üstdə olduğunuz mövqeləri seçin. Ancaq qarınınız böyüdükcə əlbəttə ki bir az daha diqqətli olmalısınız. Hamiləyiksə cinsi əlaqəyə "yox" deməməliyik.Əksinə yeni kəşflər etməliyik.Sizləri maraqlandıran mövzulara və suallara aydınlıq gətirək. Uşaqlar valideynlərinin cinsi əlaqəylə məşğul olduqlarnı hiss edirlərmi? Bu onlara təhlükəli deyilmi? Uşağı matka pərdəsi qoruyur(o yetərincə qalındır).Uşaq heç nə hiss etmir.Hətta cinsi əlaqədən sonra orqazmda hərəkət hiss edirsinizsə,bu o demək deyilki,uşağa pisdir.Ya da o,nə baş verdiyini anlayır.Uşaqçün anasının ehtirasa gəlməsi çox önəmlidir.Bunun nəticəsində uşaq daha çox oksigen və qidalandırıcı maddələr qəbul edir. Hansı poza təhlükəlidir? Normal keçən hamiləlikdə demək olar ki,heç bir seks pozası təhlükəli deyil.Əsas gələcək ananın rahatlığıdır.Qarına yük düşməməsinə diqqət edilməlidir.Çox fiziki gücə yol verilməməlidir. Cinsi istək azalırmı? Qadınlarda adətən azalmır.Əgər azalırsa bu orqanizmin gücündən və uşağa ziyan vermək qorxusundan ola bilər. Nə vaxt cinsi əlaqə olmaz? Əgər hamiləlikdə problem varsa (qanaxma,düşmə ehtimalı və s.) ,ya kişidə hər hansı mikrob varsa cinsi əlaqə olmaz.Hər ehtimala qarşı həkim məsləhəti olmalıdır.Aybaşı olacağınız günlərdə olmaz-belə hallarda düşmə ehtimalı olur. Mənbə: qadın.net UPD. Yazı qadınlar üçündür.
['hamiləlik', 'cinsi əlaqə']
6,292
https://kayzen.az/blog/u%C4%9Fur/3292/d%C9%99rs.html
Dərs
2ral
uğur psixologiyası
1 yanvar 2011, 10:44
ABŞ-da iş axtaran gənc bir oğlan avtomobil sənayesinin maqnatı, məşhur sahibkar Henri Fordun qəbuluna düşmək istəyir. Fordun katibəsi oğlana müdirinin onunla yalnız 8 ay sonra görüşə biləcəyini deyir. Razılaşdıqları vaxtda görüşmək üçün gənc səkkiz ay sonra yenidən şirkətə yollanır. Katibə Fordun bir görüşü olduğunu, amma gəncin onunla birlikdə gedə biləcəyinı söyləyir. O, dünyanın ən məşhur sahibkarlarından biri ilə maşına əyləşir. Yolda  heç biri ağzını açıb danışmır. Bir qədər sonra ikisi birlikdə bir mağazaya girirlər. Mağaza sahibi onları ehtiramla qarşılayır. Gənc oğlan Fordun yanında daha 5 marketə baş çəksə də, ikisinin arasında heç bir söhbət olmur. Nəhayət, geriyə qayıtmaq üçün maşına əyləşəndə gənc dayana bilmir və Forda: “Bağışlayın, niyə mənimlə danışmırsınız? Axı biz sizinlə mənim işə götürülməyim barədə söhbət etməliyik. Mən 8 aydır ki, bu anı gözləyirəm”, – deyir. “Deməli, səninlə söhbət etməliydik hə?! Çox yaxşı...” – deyən Ford gəncdən maşından düşməsini xahiş edir və özü də oradan uzaqlaşır. Cibində bir qəpiyi belə olmayan və şəhərin kənar bir məhəlləsində qalan gənc əsəbindən nə edəcəyini bilmir və piyada evinə yollanır. Amma bütün gün boyu fikirləşirdi ki, məşhur sahibkar ona bu hərəkətlərlə nəsə çatdırmaq istəyirdi. Bu hadisədən necə dərs çıxarılmalı idi? Bir neçə gün fikirləşdikdən sonra öz-ozlüyündə müəyyən qərara gələn oğlan Fordla birgə getdikləri ilk mağazaya baş çəkir. Oranın sahibi oğlanı böyük ehtiramla qarşılayır və sanki Fordla söhbət edirmiş kimi, gəncə iltifat göstərir. Digər mağazalarda da eyni münasibəti görən oğlan market müdirlərinə işgüzar təklif verərək, onların məhsullarını pərakəndə məntəqələrə yaymaq istədiyini bildirir. Hər birindən müsbət cavab alır və əlində bir qəpiyi belə olmadan işə başlayır. Beş il sonra həmin gənc Amerikanın ən varlı sahibkarlarından biri olur. Və qərara gəlir ki, Henri Fordu ziyarət edib ona öz təşəkkürünü bildirsin. Katibədən görüş üçün vaxt istədikdə aldığı cavabdan heyrətə düşür: “Buyurun, cənab Ford elə sizi gözləyirdi”. Görüş zamanı Ford ona bunları deyir: “Həmin yerdə maşından düşürtdüyüm nə birinci, nə də axırıncı adamsınız. Amma onların arasında yalnız siz mənim nə demək istədiyimi başa düşdünüz. Və elə o gündən bəri mən sizin fəaliyyətinizi yaxından izləyirəm”. Gündəlik həyatda vəziyyətimizi yaxşılaşdırmaq üçün bir çox fürsətlərlə qarşılaşırıq. Amma bu fürsətlər “iş donu” geyindiklərindən onları düzgün dəyərləndirmək əlavə məharət tələb edir. Fürsətdən istifadə etmək yalnız qazanc gətirir: ya uğur, ya da ondan daha vacib olan uğursuzluq təcrübəsi qazanırsınız. Bəziləri “Sonsuz güc” adlı seminar və konfranslarda müəyyən psixoloji təsir altında insanları şüşə qırıntıları, köz və ya mismarların üzərində gəzdirərək onlara potensial güclərinin çox yüksək olduğunu təlqin edirlər. “Sehrbazlar” bunu “sonsuz güc” adlandırsalar da, məsələnin kökü sonlu, məhdud gücümüzün böyük potensiala malik olduğunu qəbul etməyimizdə və güc həddimizi bilərək yaşamağımızdadır. Fikirlərimiz məhdud olduğuna görə potensialımızın çox cüzi bir hissəsindən istifadə edə bilirik. Var gücümüzdən, yəni potensialımızdan istifadə etməyə başladıqda gizli bacarıq və qabiliyyətlərimiz ortaya çıxacaq, işlərimizi daha uğurla yerinə yetirəcəyik. “Nəzər nöqtəmiz dəyişdikdə, həqiqətlər də dəyişəcək” fikri daxili inamımızın əsasını təşkil etməlidir. Balacalıqda qoyunlar arasına düşmüş şir balasına günlərin birində bir qoyun deyir ki: “Sən qoyun deyilsən, heyvanların şahı şirsən”. Şir balası bu sözlərə inanmır və deyir: “Elə şey ola bilməz, görmürsən, əməlli-başlı qoyunam?!” Onun şir olduğunu başa salmağa çalışan qoyun isə: “Buna inanmaq istəyirsənsə, bizim kimi yox, daxildən gəldiyi kimi səs çıxartmağa çalış”, – deyir. Bala şir naəlac qalaraq, ürəksiz bir nərə çəkir. Elə o dəqiqə ətrafdakı bütün heyvanlar “yaşasın kral” deyib özünü “tapmış” şiri alqışlayırlar. Mənbə SƏMƏRƏLİ İŞ HƏYATI kitabı Müəllif SƏLİM ÖZDƏMİR Həmçinin Uğur qazanmaq üçün nə etməli? və müvəffəqiyyətin ən böyük sirri haqqında oxumağı məsləhətə görürəm.
['Henri Ford', 'uğur psixologiyası', 'uğur', 'uğur qazanmaq', 'fərasət']
6,293
https://kayzen.az/blog/ad%C9%99tl%C9%99r/3491/yeni-il-bayram%C4%B1.html
Yeni il bayramı
Əliyev
adət-ənənələr
30 dekabr 2010, 22:43
Yeni il Bayramı — ilin sonuncu günündən növbəti təqvim ilinə keçid ilə əlaqədər keçirilən ən populyar bayramdır. Dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Hər şeyin əvvəli olduğu kimi bu bayramın da öz tarixçəsi var. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir. Yeni il nə vaxt olur? Görəsən, planetimizdə neçə Yeni il bayramı var? Bu, heç də asan sual deyil. Əvvəlcə, Yeni ili, ənənəvi olaraq, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qarşılayanlardan başlayaq: bunlar MDB məkanı ölkələri, Avstraliya, Şotlandiya, İtaliya, Avstriya, Yaponiya, Rumıniya, Kanada, ABŞ, Finlandiya və bir çox başqa ölkələrdir. Bunun ardınca Yeni il yanvarın 14-də Yunanıstana qonaq gəlir və Müqəddəs Vasili günü adlanır. Uşaqlar çəkmələrini səxavətli Vasilinin onların içinə hədiyyə qoyacağı ümidi ilə sobanın yanına qoyurlar və arzularına çatırlar. Sonra Ay təqviminə uyğun Yeni il gəlir. Onun dəqiq tarixi yoxdur, çünki yazın ilk təzə Ayı (hilal) çıxanda qeyd olunur. Ay təqvimi ilə Yeni il bayramını Çində, Malayziyada, Vyetnamda, Sinqapurda, Koreyada, Monqolustanda və Asiyanın digər ölkələrində, habelə buddizmə sitayiş edənlər keçirirlər. Müsəlmanların Hicri təqvimi ilə Yeni il birinci ayın ilk günü daxil olur. Bu tarix hər il dəyişir. Sonra hər il gecə ilə gündüzün bərabərləşdiyi gün — martın 21-dən 22-nə keçən gecə qarşıladığımız sevimli Novruz bayramı gəlir. Novruz Əfqanıstan, İran və Pakistanda, Orta Asiya respublikalarında və ölkəmizdə qeyd olunur. Növbəti gün, martın 22-də Yeni il Hindistanı haqlayır. Qeyd etmək lazımdır ki, Hindistanda Yeni il kimi qeyd olunan səkkiz tarix var. Aprelin 1-də — zarafatlar və oyunlar günündə Yeni ili Odessada və Birmada qarşılayırlar. Aprelin 13-də Yeni il Şri-Lankaya və Nepala, 14-də isə Laosa gəlir. Mayya tayfaları Yeni ili iyulun 16-da qeyd edirdilər. Cibuti və Nigerdə Yeni ili avqust ayında, Suriyada sentyabrın 1-də, Efiopiyada sentyabrın 11-də,Qambiyada oktyabrın 7-də, Yəməndə noyabrın 18-də, Okeaniyada və Havay adalarında noyabrın ortalarında qarşılayırlar. Yəhudilər Yeni ili (Roş xa-Şana) Tişrey (sentyabr) ayının1-ci və 2-ci günü qeyd edirlər. Oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Hellouin (Samayna) adı ilə məşhur olan kelt Yeni ilini Şotlandiya, İrlandiya və Men adasında qarşılayırlar. Yeni ili nə vaxt bayram etmək başlıca şərt deyildir. Əsas odur ki, qarşıdan gələn hər Yeni il insanlara xoşbəxtlik bəxş etsin. Yeni il bayramının tarixi Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Xeyir tanrısı Mərdükün şər qüvvələr və ölüm üzərində hakimiyyəti başlayarmış. Bütün məhkəmə işləri, cəzalar təxirə salınarmış. Həmin dövrə aid gil kitabələrdən biri üzərində yazılmış mətnə görə, bu bayramda “qul ağaya çevrilərmiş”. Yeri gəlmişkən, “Karnaval” sözü babil dilindən tərcümədə “gəmi-dəniz” deməkdir. Bu da Mərdükün Dəclədə üzməsilə bağlı ayinlərdən gələn ifadədir. Bayram günlərindən birində Mərdükün dəhşət ilahəsi, ilanbaşlı Tiamatla döyüşü səhnəsi canlandırılarmış. Nəticədə, əlbəttə ki, Mərdükün qalib gələrmiş. Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babillərdən öyrənərək sonradan onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə bu ənənə Qərbi Avropaya yayılıb. Başqa bir mənbəyə görə, Qədim Şərqdə hələ İran dövlətinin yenicə yaranmağa başladığı dövrdə iranlıların artıq təqvimləri var imiş. Onlar bilirmişlər ki, ilin bir günü var ki, həmin gün ən qısa gündüz ən uzun gecəylə növbələşir. Və bu gündən sonra həyatverici Günəş səmada get-gedə daha çox bərq vurur, təbiət oyanmağa başlayır və həyat cansıxıcı qış – yəni ölüm üzərində qələbə çalır. Qədim hindlilər və farslar müasir təqvimlə dekabrın 22-nə təsadüf edən həmin günü “Günəş qapısı” adlandırarmışlar. Sonralar həmin gün Günəş Tanrısı Mitranın doğum günü kimi qeyd edilməyə başlayır. Möhtəşəm İran dövlətini diz çökdürən romalılar Mitranı da özününküləşdirirlər. Qədim Romada təqvim aylarındakı günlərin sayı müxtəlif idi. Hətta rüşvət verib onları dəyişdirmək də olardı. Lakin bir gün dəyişməz idi. Yeni il həmişə yanvarın 1-i gəlirdi və Mitranın doğum günü — İşığın Qaranlıq üzərində qələbəsi günü də bununla üst-üstə düşürdü. Əsrlər keçdi. Roma dövləti rəsmi olaraq xristian dövləti kimi tanındı. Və məlum oldu ki, İsa Peyğəmbərin doğum günü də elə dekabrın son günlərinə təsadüf edir. Beləcə bu bayram həm yeni ilin gəlişini, həm həyatın ölüm üzərində qələbəsini, həm də Milad gününü özündə birləşdirmiş oldu. Yanvar (latınca «Yanvarus») qədim Roma ilahisi Yanusun şərəfinə adlandırılmışdır.Qriqori təqvimində ilin 1-ci ayıdır. Qriqori təqvimi 1582-ci ildə qəbul edilmişdir. Rusiyada I Pyotrun fərmanına əsasən Yuli təqviminə keçilmişdir. Həmin fərmana görə yanvarın 1-i — İsa peyğəmbərin təvəllüd günü ilin əvvəli kimi qəbul edilmiş və XVIII əsr 1701-ci il yanvarın 1-dən başlanmışdır. 1918-ci ildə Sovet Rusiyası hökumətinin başçısı V.İ.Leninin imzaladığı dekretlə Qriqori təqvimi qəbul edilmişdir. Beləliklə, Qriqori və Yuli təqvimləri arasında XX əsrdə 13 günə bərabər olan fərq aradan qaldırılmışdır. 1918-ci il yanvarın 31-dən sonrakı gün fevralın 13-ü hesab edilmişdir. Azərbaycan Respublikasında illərin hesablanması üçün əvvəlki kimi, yenə Qriqori təqvimindən istifadə olunur. Buna müvafiq olaraq, yanvarın 1-i istirahət günü kimi qeyd edilir. 2006-cı ildən başlayaraq, yanvarın 1 və 2-si bayram günləri hesab edilir və iş günü olmayan istirahət günləri kimi qeyd olunur. Yolka Yeni il bayramını al-əlvan, bərli-bəzəkli şam ağacısız təsəvvür etmək qeyri-mümkündür. Əlbəttə, bu şam ağacı təbii küknar ağacından olsa və yarpaqları ətir saçsa daha gözəl olardı. Amma təbiəti qorumaq xatirinə süni şam ağacları ilədə da keçinmək olar. Bəs Yeni il bayramında yolka bəzəməyin mənası nədir? Çoxları şam ağacları bəzəmək ənənəsini də xristian diniylə əlaqələndirir. Əslində isə, həyat rəmzi olan şam ağacının bəzənməsi tarixi xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Romalılar isə əkin Allahının şərəfinə evlərini yarpaqlarla bəzəyirdilər. Druidlər palıd budaqlarına qızıl almalar asıb qış bayramını qeyd edirdilər. Orta əsrlərdə qırmızı almalarla bəzədilmiş həmişəyaşıl ağaclar dekabrın 25-də qeyd edilən Adəm və Həvva bayramının rəmzi idi. Yeni ilin şam ağacı haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində küknar ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Yeni dünyaya — Amerikaya yolkanı burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ evin qarşısında bu mərasim keçirilir. Beləcə şam ağacı bütün dünyada məşhurlaşıb. Santa Klaus və ya Şaxta baba Cəmiyyətimizdə rus dilindən (Дед Мороз) tərcümə edilən Şaxta baba kimi tanınan şəxsin dünyanın müxtəlif ölkələrində fərqli adları var: Sant Nikolas, Nikolas of Mariya, Santa Klaus, Pere Noel, müqəddəs ata Kristmas bunlardan bəziləridir. Yeni İl Bayramını, qış bayramını körpələrin öz doğma babalarından belə çox sevdikləri Şaxta babasız təsəvvür etmək mümkün deyil. Saç-saqqalı tamam ağ, başında qardan papaq olan bu mehriban qocanı dünyanın müxtəlif yerlərində müxtəlif cür adlandırsalar da, bu adlardan ən çox populyar olanı Santa-Klausdur. Bu obrazın yaranma tarixi əsrlərin dərinliyinə gedib çıxır və onunla bağlı ta qədimdən bəri yaranan əfsanə və rəvayətlər zaman keçdikcə dəyişikliklərə uğrayaraq şəkildən şəklə düşüb. Hazırda dünyada qeyd olunan “Yeni il” bayramının bir çox ənənələri Miladdan qaynaqlandığı üçün Şaxta baba-Santa Klaus obrazının əsli də xristian dünyasında axtarılır. Bugünkü Türkiyə Cümhuriyyətinin Muğla(Demre) vilayətinin Patara şəhərində Santa Klaus kilsəsi mövcuddur. Patara antik dövrdə mövcüd olmuş Hiziya dövlətinin şəhərlərindən biridir. Nikolas adlı bu keşiş 3-cü əsrin axırlarında Patara şəhərində varlı tacir ailəsində anadan olmuşdur. Orta yaşlarında rahib Nikolas Patara şəhərinin baş keşişi seçilmişdi. Əfsanəyə görə həmin şəhərdə kasıb bir kişinin 3 qızı vardı. Bu qızlar cehiz üçün pul tapa bilmirdilər. Keşiş Nikolas bundan xəbər tutub bir gecə gizlincə bu qızların evinə gəlir. Pəncərədən və bacadan evə qızlar üçün pul kisəsi atır. Qızların cehiz pulu düzəlir. O gündən xristianlar maddi problemi olanlara müqəddəs Nikolasın kömək edəcəyinə inanırlar. Keşiş Nikolas öləndən sonra onun qəbri milyonlar ümid yeri olmuşdur. Nikolas 343-cü ildə 65 yaşında vəfat etmişdir.1087-ci ildə müsəlman türklər Patara və Mura şəhərlərini fəth etmişdilər. Bundan sonra xristian tacirlər bir gecə gizlicə keşiş Nikolasın qəbrini açmış, sümüklərini oğurlayaraq, Bari adasına aparmışdılar. Xristian dünyasında Şaxta baba Müqəddəs Nikolay kimi tanınır. Provaslav kilsəsi Müqəddəs Nikolayı səyahətçilərin himayədarı hesab edir. Katoliklər isə onu kasıblara və uşaqlara yardım edən müqəddəs hesab edirlər. Müqəddəs Nikolay sonralar Mərkəzi və Şimali Almaniyada Weinachtsmann (alman dilində Weinachten — milad, mann isə kişi deməkdir), İngiltərədə isə Father Christmams – Miladın Atası adlandırılıb. Avropalı mühacirlərlə Birləşmiş Ştatlaradək gedib çıxan Müqəddəs Nikolay burada artıq Santa Klausa çevrilib. Şimali Amerika ədəbiyyatında və təsviri sənətində Santa Klaus öz ağ saqqalı, qırmızı kürküylə 8 maral qoşulmuş arabasında milad gecəsi peyda olaraq sobaların borusundan evlərə daxil olur və sobanın yanından asılmış corabların içinə uşaqlar üçün hədiyyələr qoyur. Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır. Avropa ölkəsi olan Fransada Şaxta baba Per Noel — yəni Noel ata adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər. Fransanın şərab ölkəsi olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür etmək olar. Yeni il mesajları Hər yeni il bir başqa gözəl… 20… yeni il sizlərə həyatınız boyunca unuda bilməyəcəyik gözəlliklər yaşatsın. Yeni iliniz mübarək olsun!!!Hər kəs bir başqasına kömək etsəydi, hər kəsin işi edilmiş olar. Yeni il paylaşmalarımızın ili olsun. Xoşbəxtlik, sağlamlıq və sevinclər gətirsin. Xoşbəxt illər diləyirəm.Heç səhv etməyən insan ümumiyyətlə heç bir şey edə bilməz. 20..-cu ildə səhvlərimizin az, müvəffəqiyyətlərimizin davamlı olması diləyiylə xoşbəxt illər..Sahib olduqlarımızla yaşamağı öyrənmək bir müddət, bir iştirak, yəni həyatımızın yoğurulmasıdır. Gələcək illər varlığımızı zənginləşdirəcək. Yeni il ilk addım… Nə qədər illər, xoşbəxt illər.Gül üçün tikana razı olarsınızmı, yoxsa tikanı da gülü də rəddmi edərsiniz? Yeni illərdə güllərlə dolu günlərin tikanları sizi düşmənləri qoruyan çırtlayar olsun. Xoşbəxt İllər!!Harada həyat varsa, orada ümid də vardır. Yeni ildə bütün ümidlər və müvəffəqiyyətlər səninlə olsun. Xoşbəxt İllər diləyirəm.Zamanı edə bilməyəcəyimizi şeyləri istəməklə keçirdiyimiz deyilər. Halbuki gücümüz bütün zamanları məcbur edər. Yetər ki özümüzə və dostlarımızın gücünə inanaq. Yeni ildə inancımızı gücləndirməmiz və xoşbəxt olmamız diləklərimlə..Dünyanı dəyişdirmək istəsən ürəyinə inan, dostlarına güvən, sevginə sarıl… Yeni il sənin müvəffəqiyyətlərinin açarıyla bütün qapıları açacaq… Xoşbəxt İllər!!İnsan, hədiyyəsini ürəyi ilə birlikdə verməzsə nə dəyəri vardır. Yeni illər Tanrının bizlərə verdiyi hədiyyədir. Ən xoşbəxt günlər səninlə olsun… Hədiyyəsinlə ucal..Ən pis günümüz heç gülmədiyimiz gündür. Yeni ilin dolu dolu və geniş ən səmimi gülümsəmələrə açılması diləyiylə xoşbəxt illər..Yeni il bizlərə müqəddəs olsun… Yeni il sizlərə də müqəddəs olsun… Sağlamlıq, müvəffəqiyyət və xoşbəxtlik dolu olsun..-cu ildə də heç ümidsiz qalmamağın və xəyallarına qovuşmağın diləyimlə. Yaxşı və sağlam illər!Qardaşlığın doğulduğu, sevgilərin birləşdiyi, bəlkə durğun, bəlkə yorğun, yenə də xoşbəxt, yenə də ümidli, yenə də sevgi dolu nə qədər illərə! 
['Yeni il', 'bayram', 'bayramlar']
6,294
https://kayzen.az/blog/optimist/3483/d%C3%B6rd-%C5%9Fey.html
Dörd şey
burla xatun
Hər şey gözəldir
30 dekabr 2010, 12:23
Dörd şey xoşbəxtlik əmələ gətirir- təmiz əsl, təmiz ürək, təmiz əl və müstəqil rəy. Dörd şey xoşbəxtliyə sübutdur - düz danışmaq, sirri möhkəm saxlamaq, həmişə təvazökar olmaq və halallıq ilə kəsb eləmək. Dörd şey hamıya lazımdır- itaət, nəsihət, şəfqət və əmanət. Dörd şeyi geri qaytarmaq olmaz- deyilmiş sözü, keçmiş qəzanı, atılmış gülləni və ötmüş ömrü. Dörd şeyi dörd şeysiz eləmək olmaz-düşmən ilə dost olmasan onu məhv etmək olmaz, səbr etməsən arzuna cata bilməzsən, təvazökarlıq etməsən məhəbbət artıra bilməzsən və səy etməsən elm əldə edə bilməzsən. Dörd şey işləri tamamlayır-böyüklərə yaxınlıq, tarixi bilmək, düz adamların tədbiri və dostların rəvayətlərini eşitmək. Dörd şeydən ehtiyat etmək gərək- tələsməkdən, acıq və qəzəbdən, paxıllıq və pislikdən, təkəbbürdən. Dörd şey bədbəxtlik nişanəsidir- tənbəllik, cahillik, insaniyyətsizlik və kimsəsizlik. Dörd şəxsdə dörd şey olmaz- yalançıda mürvət, paxılda xoşbəxtlik, məsud adamlarda rahatlıq, bədxasiyyətdə böyüklük. Dörd şey bütün xalqlar üçün yaxşıdır- ədalət və doğruçuluq, ağıl və bilik, təkamül və səbr, həya və utanmaq.
['Həyat sevgisi']
6,295
https://kayzen.az/blog/Cavid/3490/h%C9%99yat-sonsuzdur,-nec%C9%99ki-zaman-sonsuzdur-ikinci-hiss%C9%99.html
Həyat sonsuzdur, necəki zaman sonsuzdur (ikinci hissə)
Cavid
Bloq: Cavid
28 dekabr 2010, 15:52
Sübh yenicə açılmışdı, gecənin sükutunu küçədən asda-asda keçən maçınların səsi və  insanlarin ayaq səsləri pozurdu. Helə çox ərkən olduğundan elədə çox adam gözə dəymirdi. Vaxt keçir, səssizlik öz yerini hay-küy ilə dərsə tələsən tələbələrə verirdi. Burda həyat çox fərqlidir, istər insanların düşüncəsi istərsə də onların etmək istədiyi şeylər. Həftənin beş gününü çalışan insanlar istirahət günlərini çox fərqli və özləri üçün çox səmərəli keçirirlər. Bugün mənim üçün də bir az fərqlidir, dostum gəlir, uzun müddətdir ki görmürəm həm də insan tək qalanda hər şeyin qədrini daha yaxşı anlıyır. Bir həftə bundan evvəl olardi, bəlkədə daha çox dəqiq xatırlamıram, bir acnəbiyə rast gəldim. Bir az fərqli görünürdü, istər geyimi istərsədə davranışları. Bir az sükutundan sonra məndən haralı olduğunu soruşdu. Bir az səssiz qaldım, hardasa 65 yaşı olardı, danışanda bir az çətinlik çəkirdi, havanın soyuq olması səsinin də bir az titrəməsinə səbəb olurdu. Mən bir az da düşündüm görəsən mənimlə danışır. Yavaşca dönüb ətrafa baxdim, məndən başqa heç kim görünmürdü, artıq əmin oldu. Səs yenidən gəldi, məndən hardan olduğumu bir az ciddi səslə soruşdu. Azərbaycanlı olduğumu dedim, və onu təsvir etməyə başladım, elə təzəcə başlamışdım ki, sözümü kəsdi. Ehtiyac yoxdur, mən Bakını yaxşı tanıyiram, iyirmi il bundan qabaq olmuşam, səsimi çixartmadım, Bakının əvvəlki vəziyyətini dəqiqliklə təsvir etdi, orda olma səbəbini və tecrübəsini mənlə bölüşdü. Bakıdan çox razi qalıb,elə görünürdü, məndən indi hər şeyin necə olduğunu soruşdu. Mənsə uzun sürən sükutumdan sonra danışmağa başladlm və çox şey dəyişib, dedim. Daha da gözəlləşməsini və insanların da daha yaxşı yaşamasını ona danışırdım. Elə be vaxt avtobus uzaqdan göründü, buradan ele bir avtobus keçirdi ona görə onun da minəcəyinə əmin idim, elə mən də minib bir az arxaya doğru yeriməyə başladım.  Çox maraqlı bir söhbət edirdi, mənim də bilmədiyim şeyləri mənə danəşırdı, Bakıda keçirdiyi günlər, tanıdığı insanlar, bildiyi hər şeyi. Azərbaycanın ne problemi olduğunu da bilirdi, mənə heç vaxt vaz keçməməyi və daim mübarizə aparmağı söylədi. Bir neçə dayanacaqdan sonra evinin bu yaxınlarda olduqunu söylədi, menimlə sağollaşıb avtobusdan düşdü. Avtobus yenicə tərpənirdi, əli ilə yumruğunu sıxdı və mənə nəisə anlatmağa çalışırdı, nə dediyini anlamadım, bir daha diqqətlə hərəkətlərini izlədim. Avtobusdan düşmək istədim ancaq artıq çox gec idi, dayanacaqdan aralanmışdı, Bir az düşündüm, görəsən..... İkinci hissənin sonu
['bakı', 'əcnəbi və mən']
6,296
https://kayzen.az/blog/stil/2999/epilyasiya-haqq%C4%B1nda.html
Epilyasiya haqqında
burla xatun
Yaraşıqlı görünüş, gözəl imic
28 dekabr 2010, 09:53
Epilyasiyanın hansı növləri var? Cavab veririk: Hazırda bioepilyasiya, elektroepilyasiya, lazerli epilyasiya mövcudur. Köməkçi metodlar kimi ultrasəs və enzim prosedurlardan da istifadə edilir. Bəs, lazer epilyasiyası nədir və ondan istifadə nə dərəcədə effektivlidir və zərərsizdir? Lazer epilyasiyası sağ soğanağının işıq şüaları vasitəsilə məhv edilməsidir. İstifadə olunan dalğa uzunluğu ultrabənövşəyi şüalara malik deyil. Həmin dalğa uzunluğu işıq spektrinə aiddir və buna görə də, tamamilə zərərsizdir. Əgər lazer epilyasiyası qeyri-professional şəkildə aparılıbsa, o zaman dəridə müəyyən yanıqlar əmələ gələ bilər. Amma nəzərə almaq lazımdır ki, lazer epilyasiyasının effektivliyi tükün qalınlığından da asılıdır. Epilyasiya proseduru elektroliz vasitəsilə də aparılır. Elektroliz proseduru belədir: tük soğanağına xüsusi iynə yeridilir və müvafiq tezlikdə və gücdə elektrik cərəyanı verilir. Şuqarinq proseduru da var. Adından da görünür ki, (sugaq-ingiliscə şəkər deməkdir) tüklərin məhv edilməsi prosesində şəkərtərkibli maddələrdən istifadə olunur. Qadınları belə bir məsələ də maraqlandırır: tam epilyasiyaya nail olmaq üçün neçə prosedur keçmək lazımdır? Prosedurun sayı fərdidir, yəni o, bədənin hissəsindən, yaşdaş və hormonal fondan asılıdır. Amma qeyd etmək olar ki, prosedur minimum 3-4 dəfə aparılmalıdır. Narahat olmağa da dəyməz: bütün prosedurlar təhlükəsizdir. Qadınları fotoepilyasiya proseduru da maraqlandırır. Doğrusu, qadınların əksəriyyəti fotoepilyasiya barədə kifayət qədər məlumata malik deyillər. Fotoepilyasiya geniş spektrli işıq şüalarının təsiri demədir. Onun köməyilə istənilən dəri və tük növünə müxtəlif kompinasiyalı təsir parametrlərini müəyyənləşdirmək mümkündür. Hamilə qadınların epilyasiya prosedurundan istifadə etmələri məsləhət deyil. Çünki epilyasiya prosesi ağrısız olmadığından hamilə qadınlar belə mümkün stressdən uzaq dayanmalıdırlar. Mütəxəssislər lazer epilyasiya əməliyyatının; havaların hələ çox istilənmədiyi və günəşin özünü tez-tez göstərmədiyi bu aylarda etdirilməsini təklif edir. Dermatoloji həkimi Ayfer Aydın, “Lazerli epilyasiya üsulu” haqqında məlumat verdi. Lazer epilyasiyası nədir? Lazerli epilyasiya bədəndəki istənməyən tükləri ağrısız və dəriyə zərər vermədən yox edən qalıcı bir üsuldur. Xüsusi olaraq seçilən dalğa boyundakı lazer şüaları ət kökündə olan melanın pigmentini hədəf alar. Lazer şüasını əmən melanın pigmenti istilənər və ət kökü təxrib olar. Tüklərdəki melanın dəridəkinə görə daha konsentrədir. Bu da dərinin zərər görməsini önləyər. Lazerli epilyasiyadan təsirli nəticə ala bilmək üçün ən az 4 seans nizamlı olaraq davam etmək lazımdır. Seans sayı, dəri tipinə və tüklərdəki sıxlıq və rəngə görə dəyişər. Lazerli epilyasiyala uyğun inkişaf etmiş tüklər yox edildiyi üçün bu mərhələyə gəlməyən tüklərüçün uyğun mərhələ gözlənilər. Bu da seans sayının artmasına səbəb ola bilər. Dəri rəngi açıq, tükləri tünd olan kəslərdə olduqca sürətli və müvəffəqiyyətli nəticələndirər əldə edilməkdədir. Lazer əməliyyatı necə tətbiq olunar? Lazer, Selektif Foto-Termoliz (işıq istiliyiylə seçici təxrib) adı verilən bir mexanizm üzərindən təsir göstərər. Dəriyə lazer atışı edildiyində, işıq millisaniyələr içində dəridən əmilmədən keçər ancaq ət kökü və ət gövdəsi tərəfindən əmilər və ət kökü içində yüksək istilik meydana gətirərək ət kökünün təxrib olmasına gətirib çıxarar. Lazerin bədənə hər hansı bir zərəri vardırmı? Lazer tətbiqləri çox vaxt radiasiya kimi qəbul edilməkdə və zərərli təsir edər meydana gətirə biləcəyi düşünülməkdədir. Halbuki lazer ilə radiasiya arasında bir əlaqə yoxdur. Lazer tətbiqi əsnasında dəri altındakı təbəqə və orqanlara hər hansı bir təzyiq göstərdiyinə dair bir təsir müşahidə edilməmişdir. Lazerlə bədəndə ancaq ət kökü səviyyəsinə qədər çatıla bilər. Tətbiq əsnasında ağrı hiss edilir mi? Lazer əməliyyatı əsnasında tüklərin maqqaşla çəkildiyində meydana gələn ağrının bənzəri bir hiss qəbul edilər. Bədənin bəzi bölgələri daha həssas olduğundan, təbii olaraq bəzi bölgələrdə bu hiss daha güclü hiss edilə bilər. Ancaq lazer soyuducu ilə birlikdə istifadə edilməkdə olduğundan dərinin istiləşməsinə bağlı bir ağrı-acı meydana gəlməz. Soyuducu, əməliyyat əsnasında lazer atışı əvvəli-atış sırası və sonrasında dəriylə davamlı təmas halında tutularaq əməliyyat bölgəsini soyudar və dərinin üst təbəqəsini lazerin istiliyindən qoruyar. Soyuducu sayəsində ət kökündəki reaksiya da nisbətən az hiss edilər. Lazerli epilyasiya hansı bölgələrdə tətbiq olunar? Lazer, bütün bədənə tətbiq oluna bilər. Üz, peysər, qulaqlar, boyun, qol, qoltuqaltı, qıç, omba, kürək, göbək, çiyinlər və bel bölgələri və sinə və bikini xətti kimi həssas bölgələrdə də rahatlıqla tətbiq oluna bilər. Əməliyyatlar nə qədər çəkət? Lazer epilyasiya əməliyyatı tətbiq edilən bölgənin genişliyinə görə dəyişər. Neçə dəfə edilər? Əməliyyat köklərin böyümə mərhələsində 4-6 həftə aralıqla ya da tüklər çıxdıqca edilir. Cəmi əməliyyat sayı bədən bölgəsinə görə dəyişdiyi kimi, genetik faktorlar, yaş, cinsiyyət, hormonal profil kimi xüsusiyyətlərinizə bağlı olaraq da fərqliliklər göstərər. Müalicə məqsədinizi həkiminizə bildirdiyinizdə sizə görə uyğun bir müalicə sxemi nizamlanacaq. Müalicədən sonra dəridə nə kimi bir dəyişiklik müşahidə edilir? Həssas dərilərdə yüngül çəhrayılıq və ya qızarıqlıqlar ola bilər. Ancaq güclü bir soyuducu ilə birlikdə istifadə edilən lazerlərdə, əməliyyat sonrası çəhrayılıq-qızarıqlıq az qala heç görülməzdir. Əməliyyat sonrası losyon-krem ya da dərman istifadəsi lazımlıdırmı? Qızarıqlıq meydana gəlməyən bir müalicədən sonra hər hansı bir qoruyucu krem istifadəsinə gərək qalmaz. Qızarma meydana gəldiyi təqdirdə qoruyucu və bərpaedici kremlər istifadə edilməlidir. Lazer müalicələri əsnasında günəşə çıxmaq təhlükəlidirmi? Müalicə müddətin tərəfindən günəşdən çəkinmək tövsiyə edilər. Üzə tətbiq olunan bir müalicədən sonra makiyaj edilə bilərmi? Tətbiq sonrası dəridə qızarıqlıq meydana gəlmədiyi təqdirdə makiyaj vəsaitləri icra olunan bölgəyə rahatlıqla tətbiq oluna bilər ancaq dəridə qızarıqlıq meydana gətirən bir lazer müalicəsindən sonra kimi makiyaj vəsaitlərinin istifadəsi təhlükəli ola bilər. Lazer tətbiqindən sonra əməliyyat bölgəsindəki tüklərə nə olar? Əməliyyatdan sonrakı 3 gün içində tüklər səthə çıxmağa başlayar və tökülər. Bu müddət tüklərin səthə çixması və böyümədən tökülmələri üçün lazım olan bir müddətdir. Tökülmə tamamlandıqdan sonra o bölgədə bir neçə həftə müddətlə yeni tük çıxmaz. Yeni tüklər çıxması yeni bir seans lazım olduğu mənasını verməkdədir. Lazer əməliyyatlarına başlamadan əvvəl nə edilməsi lazımdır? Lazer əməliyyatlarına başlaya bilmək üçün o bölgədəki tükləri bir müddət kökdən almadan gözləmək lazımdır. Bu müddət içərisində uzanan tükləri kəsilə bilər ya da tük tökücü krem istifadə edilə bilər Əməliyyata başlamaq üçün tüklərin uzun olmaları lazım deyil, köklərin tük çıxarmış olması kifayətdir. Epilyasiya tətbiqlərinə artıq yalnız qadınlar deyil, kişilər də tez-tez müraciət edir. Kişilərin ən sıx tətbiq etdirilən bölgələr çiyin, kürək, sinə, boyun- peysər və almacıq sümüklərinin üzərindəki saqqallardır. Kişilər, lazer epilyasiya tətbiqlərində qadınlara görə bəzi üstünlük və qeyri-üstünlüyə sahibdirlər. Üstünlükləri, kişilərin daha qalın və tünd rəng ət köklərinə sahib olmaları səbəbiylə, lazerə çox yaxşı cavab verərlər və çox daha müvəffəqiyyətli nəticələndirər alına bilər. Kişilərin qeyri-üstünlüyü isə strukturları gərəyi yüksək kişilik hormonları səbəbiylə davamlı yeni ət istehsalı ilə qarşı-qarşıya olmalarıdır. Bu vəziyyət tez-tez yeni tətbiqləri və zəruri etməkdədir. Doğru müalicə ilə istənilən nəticə əldə edə bilərsiniz. Sağlam bir hormonal quruluş üçün beyindəki mərkəzlər, yumurtalıqlar, tiroid və böyrək üstü bezlərinin uyğunlaşma içində çalışması lazımdır. Həddindən artıq tüklənmə üz, sinə, qarın, kürək, qol və qıçların üst qisimində uzun qalın və sərt tüklərin çıxmasıdır. Bu vəziyyət kosmetik bir problemin yanında hormonal bir nizamsızlığı da göstərir. Ümumiyyətlə həddindən artıq tüklənmə qandakı androjenlərin (kişilik hormonları) artmasına bağlıdır.Androgenler kişilərdə daha yüksək səviyyələrdə olmaq üzrə, həm kişi həm də qadında olan hormonlardır. Androgenler incə, zəif və qısa olan tüklərin sərt və uzun tüklərə çevrilməsinə səbəb olar. Edilən hormon testləri ilə qandakı androjen və digər hormonların səviyyəsi təyin olunar. Ayrıca edilən ultrasonografik araşdırma və xüsusi radyolojik araşdırmalar ilə yumurtalıq və ya böyrək üstü vəzlərdə şişlər təsbit edilə bilər.Həddindən artıq tüklənmənin müalicəsində ən sıx istifadə edilən dərmanlar doğum idarə həbləridir. Bu həblərdəki östrojenlər qaraciyərdə androjenlərə bağlanaraq onların təsirini azaldır. Digər bir dərman olan Spironolakton androjenlərin dəridəki təsirinə mane olar. Böyrək üstü vəzlərin xəstəliklərinə bağlı həddindən artıq tüklənmənin müalicəsində kortizon istifadə edilər. Son illərdə GnRH analoqları deyilən bir qrup dərman ilə yumurtalıqlardan androjenə maneə törədilməklə həddindən artıq tüklənmə müalicə edilməkdədir. Hormon müalicəsi ilə yeni tük çıxmasına maneə törədilər. Əvvəldən çıxan tüklər hormon müalicəsi ilə tökülməzlər, müalicənin bitimindən sonra epilyasiya tətbiq olunaraq yox edilə bilərlər. Mənbə nida.az və internet-resurslar
['epilyasiya', 'hipertrixoz', 'lazer epilyasiyası']
6,297
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/3401/%C3%A7arlz-darvin.html
Çarlz Darvin
burla xatun
Böyük insanlar,şəxsiyyətlər
27 dekabr 2010, 09:53
Əksəriyyət nə vaxtsa, ola bilər neçə milyon il əvvəl insanın meymundan əmələ gəlməsi fərziyyəsini eşidib. Çoxları da əmindir ki, Darvinin nəzəriyyəsinin əsas mahiyyəti elə bundadır. Meymunla qohumluğu etiraf eləmək istəməyənlər də, dindarlar da Darvinin təkamül nəzəriyyəsinə müqavimət göstərir. «Sən ailəmizi biabır eləyirsən!» Kiçik ingilis şəhərinin sakini, yerli gimnaziyanın şagirdi Çarlz sinifdə müəllimlər və şagirdlərin məsxərəyə qoyduğu ən rahat nişangah idi. Məktəb tərbiyəçiləri onun mavi və həmişə yuxulu gözlərinə nə qədər baxırdılarsa orda hər hansı predmetə maraq  işartıları tapa bilmirdilər. Hətta ana dilini öyrənməyə də tənbəllik edirdi. O vaxtlar gimnaziyada şagirdlərdən tələb olunurdu ki, hamı bir nəfər kimi şer yazmalıdır. Çarlz hətta ən sadə sözlərə də qafiyə tapa bilmirdi, ya da tapmaq istəmirdi. Çarlz İngiltərənin nüfuzlu və hörmətli ailələsindən idi. Onun atası ser Robert (2 metrlik boyu və 200 kiloqramlıq çəkisi ilə) mahalda ən yaxşı həkimlərdən sayılırdı. Çarlzın ata babası isə daha məşhur idi, dünya səviyyəli alim – botanik olaraq öz elmi fikirlərini şerlə izhar edərdi. Əlbəttə, Çalzın yaşadığı yerdə bütün şagirdlər istedadlı deyildi, amma onlar niyəsə əzbərləməyə, başqasının şerlərini özününkü kimi qələmə verməyə çalışaraq gələcək karyeralarının təməlini qoyurdular. Çarlz isə olduğundan yaxşı olmağa heç cəhd eləmirdi. Onun yeganə marağı həşərat, kəpənək toplayıb kolleksiya tərtib eləmək idi. Onun tay-tuşu centlimen olmağa, qızların rəğbətini qazanmağa çalışanda o, saatlarla əlində tilov çayın sahilində oturub gözünü suya dikərdi. Bir az böyüyüb silah gəzdirmək haqqını qazanan kimi onu evdə tapmaq mümkün olmurdu. Ətraf meşələrdə günlərlə dolaşıb tərpənən, uçan hər bir canlıya atəş açardı. Axşam hava qaralanda evə bir bağlama quş gətirərdi. «Səni yalnız ov, itlər və siçovulları tutmaq maraqlandırır – deyə atası onu danlayardı – Sən ailəmizi biabır eləyirsən!». Ruhanilik təpəciyindən baxanda… Ser Robert oğluna məyus baxışlarla baxıb onda müsbət heç nə tapmayanda anlayır ki, Çarlzın taleyində iştirak eləməsə ondan fərli bir şey alınmayacaq. Ona görə də onu həkimləri hazırlayan tədris müəssisəsinə göndərdi. Çarlz burda bir daha əmin olur ki, cərrahiyyə xəstələrə sağalmaq əvəzinə əziyyət verir. Tibb sahəsi də Çarlzı heç maraqlandırmadı. Ser Robert oğlunu evə qaytarmalı oldu. Xoşbəxtlikdən, ya bədbəxtlikdən ailənin dostlarından biri Çarlzın kəlləsində ruhani ola biləcəyini təsdiqləyən təpəcik tapır. Çarlzın öz sözlərinə görə bu şiş o qədər böyük idi ki, bir düjün rahibə bəs eləyərdi. Sevinən ser Robert oğlunu ruhanilər hazırlayan universitetə göndərir. Amma burda da Çarlz özünü oxumaqla incitmir. Ov, balıqçılıq və həşərat kolleksiyası həmişəki kimi birinci yerdədi. İndi onun daha bir marağı da əmələ gəlmişdi. Pivəxanaya səhər girib gecə qaranlıqda ordan çıxandan sonra artıq ruhanilik təpəciyi də köməyə gəlmirdi. Kembricin ruhanilik fakultəsindən kursu bitirəndə onun adı heç nə ilə fərqlənməyən tələbələrin sırasındaydı. Nəticədə adı 178 nəfərin içində 10-cu yerdə oldu. Əslində bu tənbəl tələbə üçün pis nəticə deyildi. Kembrici bitirdikdə o, Anqlikan kilsəsinin keşişi rütbəsini almalıydı. Darvinin dediyinə görə Edinburqda tibb məktəbində keçirdiyi müddət onun ürəyində Anqlikan kilsəsinin doqmaları barədə şübhələr doğürmuşdu. Ona görə də qəti qərar verməmişdən əvvəl bir qədər düşünməkçün vaxt istəyir. Amma ayrılmış müddət ərzində həşərat kolleksiyaçısı olmaq ehtirasına bulunur: «Bir dəfə ağac qabığının altında iki qurda rast gəldim. Onları hərəsini bir əlimlə tutanda üçüncüsünü də gördüm. Onları əldən buraxmamaqçün sağ əlimdəkini ağzıma soxdum. O, nəsə çox acı bir maye buraxab dilimi yandırdı. Məcbur olub onu tüpürməli oldum. Təssüf, o biri qurdu da tuta bilmədim». «İşsizlikdən, avaraçılıqdan dözülməz heç nə ola bilməz» Əgər universitetin iki qəribə sayılan müəllimi balıqların, quşların, həşəratların dilini çox yaxşı bilən bu ləng cavana diqqət verməsəydi hər şey yəqin ki, başqa sonluqla bitə bilərdi. Onlar Çarlza dünya səyahətin çıxmağı təklif elədilər. Pulsuz loborant və kolleksiyaçı kimi nadir bitki və heyvanları toplamaq üçün Çarlz ən layiqli namizəd sayıldı. Avaraçılıqdan bezmiş Çarlz razı olsa da atası ser Robert və gəminin kapitanı etiraz eləyirdi. Atası düşünürdü ki, gəmidə Çarlz lap tənbəlləşəcək, kapitan isə ilk baxışdan lazımsız görünən artıq qarını doydurmaq istəmirdi. Çarlzı ekspedisiyaya daxil edirlər. Gəminin adı «Biql» idi. 5 il ərzində gəmidə üzərək o, vaxtaşırı hamıyla birgə sahilə çıxır, Amerikanın flora və faunasını öyrənərək qeydlər aparır, sonsuz pampas vadilərində gəzir, uca dağlara dırmaşır, heç yerdə rast gəlinməyən quşları və tısbağaları olan Qalapaqos adalarında uzun müddət yaşayır. Amma burda da Çarlz ağ qarğa kimi görünür. Bu ekspedisiyaya qoşulmuş adamların məqsədi materiallar toplayaraq vətənə qayıdandan sonra elmi rütbə almaq idi. Onlar nəsə nadir, sensasiya doğuracaq bir nümunə axtarırdılar. Astagəl Çarlz isə saatlarla bir canlını izləyə, sanki başqa planetdən gəlmiş kimi onun davranışını öyrənə bilərdi. Darvin dəqiq gündəlik aparır, dağ və daşlıq ərazilərin, heyvan və həşəratların zəngin kolleksiyasını yaradır. İndi onun 27 yaşı var və karyera haqqında planlar öz-özünə həll olundu. «Biql» gəmisinin göyərtəsinə adi loborant kimi çıxmış Çarlz səfərdən Çarlz Darvin adında alim kimi qayıtdı. İndi onun əlində zəngin materiallar, beynində isə yazacığı və deyəcəyi çoxlu fikirlər vardı. Ömrünün sonrakı 20 ilini topladığı materialların işlənməsinə sərf elədi. Vətənə qayıdandan sonra nəşr elədiyi gündəlik tezliklə çox məşhurlaşdı. Amma təbiətlə azad şəkildə yaşamağa vərdiş eləmiş alim insanlar arasında yaşamağa çətinlik çəkir və alimlər dairəsindən kənar münasibətlərdən qaçırdı. Uzaq ölkələrdə topladığı materiallar əsasında o, yer üzündə yaşamış canlıların yaranması və evolyusiyasını əks edən biologiya elmində çevriliş eləmiş fundamental əsərini yazdı. Nəvə özü istəmədən də məşhur bioloq babasının da şöhrətini kölgədə qoydu. Qohumla evlənmənin fəsadları 1839-cu ildə kuzinası Emme Vecvudla evlənir. Səs-küylü şəhər həyatı Darvin  üçün dözülməz olanda onlar London ətrafında Doun adlı malikanəyə köçdülər. Darvin burada 40 sakit, yeknəsək və səmərəli illər yaşadı. Səhər tezdən durar, kiçik gəzintidən sonra səhər yeməyini yeyib işə başlardı. Saat 8-gən 10-nun yarısınadək Darvinin ən səmərəli iş saatları  idi. Sonra çoxsaylı məktubları oxumaqla məşğul olardı. Daha sonra yenə də yarımçıq işinin üstünə qayıdar və günün sonunda hər şey rəvan gedibsə «bu gün yaxşı işlədim» deyib özündən razı qalardı. Havanın necə olmasından asılı olmayaraq gəzintidən qalmazdı. Adətən sevimli iti pinçer Polli yanında olardı. İtləri çox sevərdi və itlər də bunu dəyərləndirərdi. Doundakı sakit həyatı arabir qonaqların gəlişi ilə rəngarəngləşərdi. Ailə həyatında özünü xoşbəxt sayırdı. Uşaqlarının həyatıyla kiçik detallara qədər maraqlanar, onlarla yoldaş kimi rəftar edərdi. Ailənin hesablarının şəxsən özü sayar, ilin sonunda bir tacir kimi nəticələr çıxarardı. Ser Robertin qoyub getdiyi varidat onlara müstəqil və sadə həyatlarına tam bəs eləyirdi. Amma kitablarından gələn qonorarla Darvin xüsusi fəxr eləyərdi ki, öz çörəyini özü qazanır. Cavan alimlərə maddi dəsdək göstərən Darvin maddi stabillik əldə edəndən sonra elmin inkişafına da müəyyən məbləğ ayırmışdı. Darvinin doğulan 10 uşağından 3-cü hələ çağa olarkən ölüb. Qalan uşaqlarından neçəsinin sağlamlığı çox zəif olub. Darvin qorxurdu ki, bunun səbəbi həyat yoldaşı ilə yaxın qohumluğundandı. Sonralar elmi işlərində bu fikir də öz əksini tapıb. Homo sapiens Biologiya elminin tarixi iki hissəyə ayrılır: Darvindən əvvəlki dövr və Darvindən sonrakı. Onun təcrübələri qoyduğu səbrə həsəd aparmaq olar. Məsələn, yer soğulcanlarının üzərində təcrübəyə 29 il sərf eləmişdi. «Növlərin yaranması» kitabını nəşr eləməyə qərar verməyə 21 il lazım gəldi. Bu kitab çoxlu mübahisələrə səbəb oldu və Yer üzündə həyatın yaranması barədə ənənəvi versiyaların hamısını rədd eləyirdi. Həyatın bir neçə milyon il ərzində yaranması ən cəsarətli fikir sayılırdı. Axı İncildə deyilirdi ki, həyat 6 günə yaranıb. Darvin kəşf elədi ki, orqanizmlər yaşamaq, yemək və mühit uğrunda mübarizə eləyir. O, müşahidə edib ki, bir növün daxilində onların yaşama şanslarını artıra biləcək əlamətləri olan fərdlər olur. Onların nəsli əlamətləri yaşadaraq məhv olmağa qoymur. Buna təbii seçmə deyilir. Darvin ömrünün sonuna kimi şöhrət və populyarlığa etinasızlığı saxlayacaq. Əlbəttə, şer yazmağı o, heç vaxt öyrənə bilmədi. Amma bu təmbəl oğlan klassik ədəbiyyatı çox sevirmiş, həyatının mütaliəsiz təsəvvür eləyə bilmirmiş, ona görə də elmi əsərlərini gözəl dillə yazırmış. Ömrünün sonuna kimi hər gününü gündəlikdə qeydə almaq adətini də saxladı: «Keçən gecə qəribə yuxu gördüm. Otaq adamlarla və qəribə avadanlıqla dolu idi və biz qəribə ağlasığmaz təcrübələr qoyur, müzakirələr edirdik. Bu neçə gündü ki, ardıcıl davam eləyir və mən artıq düşünürəm ki, mənim biliklərim yuxuda zənginləşir. Arvadıma əlbəttə ki, heç nə demədim. Yuxularımı da yazmıram, yoxsa hamı düşünər ki, qoca havalanıb. Mən bunları yazdığım dəftəri köhnə qəzetlər arasında gizlətmişəm. Bəlkə də arvadım sobanı qalayanda onları artıq yandırıb». «Tanrının xeyirxahlığının sərhəddi yoxdur» Darvinin 1851-ci ildə qızı Enninin vəfat etməsi onun Allah barədə ənənəvi fikirlərdən tamamilə imtina eləməsinə gətirdi. Təcrübələrin sayı artdıqca tədricən İncilindəki dünyanın yaranışı barədə yazılanlar barədə şübhələri möhkəmlənirdi. Tədricən onda xristian allahına inam yoxa çıxır. Xeyriyyəçiliklə, missionerlərə köməklə məşğul olsa da bazar günləri hamı kilsəyə gedəndə o gəzintiyə çıxardı. O həmişə yazırdı ki, heç vaxt ateist olmayıb və Allahın olmasını inkar eləməyib. Darvinin din barədə yazdıqlarından: «Bu gün mən yaratdığım sistem demək olmaz ki, Yaradanın fikrini ifadə eləmir. Təbii seçmə sistemi daha dərin və sıx şəkildə bir-birinə bağlıdır və vahid yaradığılıq sistemini təsdiqləyir. Mən tədricən anladım ki, Əhdi-Ətiqin dünya yaranışı barədə yalanları, Tanrının qisasçı tiran olması barədə fikirlər indusların, yaxud hansısa vəhşi tayfaların dini təsəvvürlərindən heç də qiymətli deyil. Biz təbiət qanunlarını kəşf elədikcə sehrlərə inamımız azalır. O vaxtlar insanlar o qədər sadəlöhv idilər ki, İncilin hadisələrin baş verdiyi vaxtda yazılmasına da inanırdılar. Ona görə də mən xristianlığa ilahi vəhy kimi inamımı itirdim. Mən inamsız insanların – bura atamı, qardaşımı, bütün yaxşı dostlarımı aid eləmək olar – əbədi əzab çəkəcəyinə inana bilmirəm. Kainatı, dünyaları yaratmağa qadir bir varlıq olan Allahın xeyirxahlığının sərhədlərinin məhdud olmasına inanmaq çox çətindi. Murdar təlimdir!» Darvinin ölümdən əvvəl dinini dəyişməsi barədə şaiyələr o qədər artmışdı ki, şəhər əfsanələri statusunu qazana bilərdi. Amma tarixçilər və Darvinin varisləri bu fərziyyələri inkar edir. Təkamül bataliyasının nəticəsi 1867-ci ildə Darvin «Rour le merite» adlanan 4-cü Vilhelm Fridrixin elmi və ədəbi naliyyətlərə görə təsis elədiyi Prussiya ordeninə layiq görülür. Bonn və Breslavl, Leyden universitetləri Darvini fəxri doktor adına, Peterburq, Berlin, Paris akademiyaları isə müxbir üzv adına layiq görüblər. Amma hüşsuz təbiətli alim təltif edildiyi diplomları tez-tez itirir, sonra isə dostlarından maraqlanırdı ki, görəsən filan akademiyanın üzvüdür, ya yox. Yaşı artdıqca alimin ağlı kəsərdən düşmürdü. Yalnız ölüm onu elmi işindən ayıra bildi. Təkamül nəzəriyyəsi haqqında mübahəsələr üstündən 150 il keçməsinə baxmayaraq hələ də davam eləyir. Yubiley ərəfəsində təkamül nəzəriyyəsini hətta Vatikan da qəbul elədi. Arxiyepiskop Canfranko Ravazi elan elədi ki, Darvanin nəzəriyyəsi İncilin dünyanın və canlıların yaranması versiyasını inkar eləmir. Darvinin öz nəzəriyyəsini izhar elədiyi gündən 150 il keçir. Bu vaxt ərzində alimlər insan və canlılar haqqında çox şeylər öyrəniblər. Amma bu məsələ Darvinin müasirləri üçün qaranlıq olduğu qədər bizimçün də əlçatmaz qalır. Deyəsən, bu məsələdə təkamül prosesi dayanıb… Aforizmləri * İnsanı heyvandan fərqləndirən əsas keyfiyyət mənəviyyat, ya da vicdan hissidir. Mənəivyyatın yüksək səviyyəsi o vaxt bərqərar olur ki, biz öz fikirlərimizi nəzarət altında saxlaya bilirik. * Bir saatını boşuna sərf eləmiş insan hələ həyatın qədrini anlamayıb. Müəllif: Gülnarə Rəfiq [email protected] Mənbə: Bizim YolHəmçinin bax: Təkamül təliminin pərdəarxası
['təkamül nəzəriyyəsi', 'Çarlz Darvin', 'darvinizm', 'Darvin']
6,298
https://kayzen.az/blog/edebiyyat/3473/q%C9%99birbazlar-gi-de-mopassan.html
Qəbirbazlar / Gi de Mopassan
2ral
Ədəbiyyat
26 dekabr 2010, 15:51
Beş dost təzəcə nahar edib qurtarmışdı. Onların beşi də yüksək cəmiyyətə mənsub, varlı adamlardı; üçü evlənmişdi, ikisi isə hələ subay idi. Dostlar hər ay görüşür, gənclik illərini yadlarına salırdılar. Nahardan sonra söhbət edirdilər. Onlar əvvəlki kimi səmimi idilər, birlikdə vaxtları xoş keçirdi, bır yerə toplaşdıqları axşamları ömürlərinin ən yaxşı çağı hesab edirdilər. Hər şeydən danışırdılar, parisliləri maraqlandıran, əyləndirən her şeydən. Bütün başqa salonların əksəriyyətində olduğu kimi onlar da səhər qəzetlərindəki yazılardan başlayıb söhbəti uzadırdılar. Onların arasında ən məzəlisi Jozef dö Bardon idi. O, subaydı. Sözün əsil mənasında Parisli idi, macəranı sevirdi. Jozefə əxlaqsız, pozğun demək olmazdı, özü elə-belə həvəskar idi, şənliyi sevirdi, hələ cavandı, qırx yaşı ancaq olardı. O, əsil cəmiyyət adamı idi, xeyirxahlıqda tayı-bərabəri olmazdı, dahi olmasa da ağıllı idi, çox dərin biliyi olmasa da, hər sahədən məlumatı vardı, arif adam olmasa da çox şeyi duyurdu. O gördüyü, eşitdiyi, şahidi olduğu hadisələri, öz macəralarını məzəli, bəzən də fəlsəfi roman dili ilə danışırdı, bütün şəhərdə ağıllı bir adam kimi şöhrət qazanmışdı. Bütün məclislərdə masabəyi o idi. Hər dəfə yeni bir əhvalat danışmalıydı, buna hamı öyrəşmişdi. Ətrafındakıların xahişini gözləmədən özü danışmağa başlayırdı. Harda olsa da, özünü öz evindəki kimi hiss edirdi. Masaya dirsəklənir, rahat-rahat papiros çəkirdi. Boşqabının yanında yarımçıq şampan bakalı olurdu, papiros və ətirli kofe məclislərındə özünü sərbəst aparırdı. Bəzi adamlar öz evlərində, dındar məbəddə, balıq suda özünü sərbəst aparır, o isə hər yerdə sərbəst idi. Jozef tüstü qullablarına ara verib dedı: -Bir az əvvəl başıma qəribə bir macəra gəlib. Az qala hamı bir səslə dedi: - Danışın -Məmnuniyyətlə. Bilirsiniz ki, mən Parisdə çox gəzirəm, bəzək-düzək həvəskarları vitrinləri gəzən kimi mən də bütün günü tamaşalara, adamlara, yoldan keçənlərə, baş verən hadisələrə baxıram. Sentyabrın ortalarında hava çox yaxşı idi. Bir gün günortadan sonra evdən çıxdım, heç özüm də bilmirdim hara getməliyəm. Adam həmişə fikrində saxlayır ki, qəşəng qadınlardan birinə baş çəkmək olar. Fikirləşirsən, xəyalən onları müqayisə edirsən, hansının daha çox cəlb elədiyini, hansının daha yaraşıqlı olduğunu götür-qoy edirsən, axırda gününün necə keçməsindən asılı olaraq bir qərara gəlirsən. Amma gün günəşli, hava isti olanda çox vaxt adam heç kəsə qonaq getmək istəmir. Gün çıxmışdı, hava da isti idi. Damağıma bir siqar qoyub avara-avara çöl bulvarda gəzinirdim. Sonra ağlıma gəldi ki, gəzə-gəzə gedim Monmartr qəbiristanlığına, bir az da orada gəzinim. Qəbiristanlıqdan xoşum gəlir, orada istirahət edirəm. Melanxolik bir əhval-ruhiyyədə oluram-buna ehtiyacım var. Həm də qəbiristanlıqda gözəl dostlarımız var, onları daha görə bilmirik, hərdən onlara baş çəkirəm. Monmartr qəbiristanlığında bir məhəbbətim: məni çox incitmiş, çox narahat etmiş bir məşuqəm var. Xırdaca, gözəl bir qadındı, onun xatirəsi mənə əzab verir, çox təəssüf edirəm... Ürəkdən təəssüflənirəm... Gedib qəbrin önündə xəyala dalıram. Özü daha yoxdur. Mən xırda addımlarla qəbiristanlıq küçələrində gəzinirdim. Burada qonşular qonşuluq etmirlər, tək yatırlar, qəzet də oxumurlar. Qəbirlərin üzərindəki yazıları oxumağa başladım. Dünyada bundan maraqlı nə var ki? Fikrimi dağıtmaq üçün gəzindiyim vaxt anladım ki, darıxacağam; gərək balaca rəfiqəmin qəbrinə baş çəkəm, ona öz etibarımı bildirəm. Qəbrin yanına çatanda ürəyim bir az sıxılırdı. Mənim zavallı sevgilim, o elə gözəl, elə mehriban, elə ağ, elə təravətli idi ki ... bəs indi... qəbiri açsaq görərsən ki... Dəmır çərçivəyə söykənib lap astadan ona öz dərdimi söylədim, şübhə yox ki, heç nə eşitmədi. Aralanıb getmək istəyəndə qonşu qəbrin önündə diz çökmüş qara paltarlı, yasa batmış bir qadın gördüm. Onun zərif şalının arasından gözəl ağ sifəti görünürdü. Qara örtüyün altında sarışın saçları zərif günəş şüaları kimi işıq saçırdı. Mən dayandım. Yəqin bu qadının dərdi dözülməz idi. Üzünü əllərilə örtüb heykəl kimi donub qalmışdı. Gözlərinə çökmüş qaranlıq onu dərd aləminə, xatirələr dünyasına aparmışdı, elə bil ölmüş əzizinin dərdindən özü də ölmüşdü. Sonra duydum ki, o ağlamağa başlayır, çiyinləri həzin-həzin silkələnirdi. Əvvəlcə astadan ağlayırdı, sonra boynunu və çiyinlərini əsdirə-əsdirə ucadan ağladı. Birdən gözlərini açdı, göz yaşlarının arasından ürkək baxışlarla ətrafına nəzər saldı, elə bil qorxulu bir yuxudan ayılmışdı. Mənim ona baxdığımı görüb azacıq utandı, yenidən üzünü əllərilə örtdü. Hönkürtüləri süstləşdi, başı yavaş-yavaş qəbrə tərəf əyildi. Alnını qəbrə söykədi, şalı əziz qəbrin ağ künclərini örtdü. O inildəyirdi. Sonra taqətsizləşdi, üzünü qəbrə söykəyib süst qaldı, huşunu itirdi. Mən ona tərəf qaçdım, əllərini əlimə alıb döyəclədim, göz qapaqlarını üfürdüm ki, ayılsın. Eyni zamanda qəbrin üzərindəki yazını oxuyurdum. Yazı çox sadə idi: "Burada dəniz piyada qoşunu kapitanı Lui-Teodor Korrel dəfn edilib. Tonkində düşmən tərəfindən öldürülüb. Ona dua oxuyun". Mərhum bir neçə ay əvvəl ölübmüş. Gözlərim yaşardı, qadını ayıltmaq üçün daha ciddi cəhd göstərdim. Məqsədimə nail oldum, o ayıldı. Mən bərk həyəcanlanmışdım, özünüz bilirsiniz ki, pis adam deyiləm, özüm də cavanam, heç qırx yaşım yoxdur. Onun ilk baxışından anladım ki, nəzakətli qadındır, mənə təşəkkür edəcək. Belə də oldu. Gözləri yenidən yaşla doldu, hıçqıra-hıçqıra mənə öz taleyindən və zabitin Tonkində həlak olmasından danışdı. Evləndikləri gündən bircə il keçibmiş, əri onu sevib evlənibmiş, qadın atadan da, anadan da yetim imiş, cehizi çox deyilmiş. Mən onu ovundurdum, ürək-dirək verdim, qolundan tutub ayağa qaldırdım. Sonra dedim: — Burada qalmayın, gedək. O, mızıldadı: -Getməyə halım qalmayıb. - Mən sizə kömək edərəm. - Sağ olun, cənab, xeyirxah adamsınız. Siz də qəbir üstünə gəlmisiniz? - Bəli xanım. - Qadındır? - Bəli, xanım. - Arvadınızdır? - Rəfiqəmdir - Adam rəfiqəsini də arvadı qədər sevə bilər, ehtirasın hüdudu yoxdur. - Elədir, xanım. Biz birlikdə yola düşdük, o mənə söykənmişdi. Mən də onu elə tutmuşdum ki, az qala ayaqları yerdən üzülürdü. Qəbiristanlıqdan çıxanda zəif səslə dilləndi: - Qorxuram əhvalım pisləşə. - Bəlkə kafelərdən birinə girək, bir şey içmək istəyirsinizmi? - Bəli, cənab. Yaxınlıqda gözümə bir restoran dəydi, belə restoranlarda mərhumların dostları mərasimlərin sona çatmasını bayram edirlər. Restorana daxil olduq. Mən ona bir stəkan qaynar çay içirtdim, deyəsən əhvalı yaxşılaşdı. Dodaqlarında azacıq sezilən bir təbəssüm oyandı. Sonra mənə özü barədə danışmağa başladı. Deyirdi ki, həyatda tənha olmaq, gecə də, gündüz də evdə tək qalmaq daha heç kəsə məhrəm olmamaq, mehribanlıq görməmək adama əzab verir, adam qüssədən boğulur. Səmimi söhbətə oxşayırdı. O gözəl danışırdı. Mən heyran olmuşdum. Qadın çox gənc idi, iyirmi yaşı ancaq olardı. Mən onu tərifləyib xoş sözlər dedim, razılıqla təşəkkür elədi. Vaxt keçırdi, təklif elədim ki, onu faytonla evlərinə aparım. Razı oldu. Faytonda elə sıx oturmuşduq ki, çiyinlərimiz bir-birindən ayrılmırdı, bədənlərimizin hərarəti, paltarlarımızdan süzülüb qarışırdı. Dünyada bundan təsirli nə var ki! Fayton evə çatanda o zəif səslə dedi: -Pilləkəni tək qalxmağa halım qalmayıb, özü də dördüncü mərtəbədə oluram Siz mənə çox yaxşılıq eləmisiniz, bəlkə mənzilimə qalxınca mənə kömək edəsiniz? -Mən tələsik razılaşdım. O yavaş-yavaş qalxırdı, tövşüyürdü. Qapının qabağına çatanda mənə dedi: - Keçin bir az əyləşin, nəfəsimi dərib sizə təşəkkür eləmek istəyirəm. Lənət şeytana, keçdim içəri. Onun menzili yaxşı idi, bir az kasıb görünürdü, amma səliqəsinə söz ola bilməzdi. Biz balaca bir divanın üstündə yanaşı oturduq, o yenə öz tənhalığından danışmağa başladı. Zəng çalıb xidmətçisini çağırdı ki, mənə içmək üçün bir şey gətirsin. Xidmətçi görünmədi. Mən hiss elədim ki, onun xidmətçisi yalnız səhərlər evdə olur, sevindim. Belə xidmətçilər ancaq ev-eşiyi yığışdırır, bazarlıq edir, sonra çıxıb gedirlər. O, şlyapasını çıxartdı. Mavi gözlərini mənə zilləyəndə gördüm ki, o doğrudan da gözəldir, özü də elə yaxşı baxırdı ki, məndə dəhşətli bir arzu oyandı, özümü arzuma təslim etdim. Onu qollarım arasına aldım, qəfildən yumulmuş gözlərindən öpməyə başladım ... öpdüm ... Çox öpdüm ... o qədər öpdüm ki, gəl görəsən. O müqavimət göstərir, məni itələmək istəyir ve tez-tez deyirdi: - Qurtarın görək... qurtarın... yaxşı, qurtarın. Görəsən o nə demək istəyirdi? Belə hallarda "qurtarmaq" sözünün ən azı iki mənası olur. Onu susdurmaq üçün gözlərindən əl çəkib dodaqlarından öpdüm, beləliklə, "qurtarmaq" sözünə özüm istədiyim mənanı verdim. O çox müqavimət göstərmədi. Tonkində öldürülmüş kapitanın xatirəsini təhqir eləyəndən sonra bir-birimizə baxanda onun baxışında yorğunluq, eyni zamanda dözüm və mülayimlik gördüm, narahatlığım yoxa çıxdı. Mən də alicənab, iltifatlı və mehriban olmağa çalışdım. Bir saata yaxın söhbət eləyəndən sonra soruşdum: - Siz harada nahar edirsiniz? - Yaxınlıqdakı balaca bir restoranda. - Tək? - Əlbəttə. - Bəlkə mənimlə nahar edəsiniz? - Harada? - Bulvardakı yaxşı restoranların birində. O, bir az tərəddüd elədi. Mən əl çəkmədim. Axırda: — Mən yaman darıxıram ... çox darıxıram, deyə özünə haqq qazandırıb güzəştə getdi. Sonra əlavə elədi: -"Gərək elə don geyəm ki, tünd qara olmasın". O yataq otağına keçdi. Otaqdan çıxanda görkəmi dəyişmişdi, zərifliyi gözə çarpırdı, boz rəngli sadə paltar geymişdi. Bu paltarla həm qəbiristanlıqda həm də şəhərdə görünmək olardı. Nahar yaxşı keçdi. O şampan içdi, qızardı, cana gəldi, sonra birlikdə onun evinə qayıtdıq. Qəbirlər üzərində yaranmış bu əlaqə üç həftəyə qədər davam elədi. Amma hər şey adamı təngə gətirir, ələlxüsus, qadınlar. Mən səfərə çıxmağımı bəhanə gətirib ondan ayrıldım. Alicənablıqla ayrıldım. Əvəzində mənə çoxlu təşəkkür elədi. Məndən vədə aldı, and içdirdi ki, qayıdanda onun yanına gələcəyəm; deyəsən doğrudan da mənə bir az mehr salmışdı. Başqa qadınlarla eşqbazlıq elədim, az qala bir ay, qəbristanlıqda düçar olduğum məhəbbətin səbəbkarını görmədim, görmək həvəsinə düşmədim də. Amma onu unutmurdum... Onun fikri qəribə bir sirr, psixoloji problem, cavabsız bir tapmaca kimi məni məşğul edirdi. Günlərin birində, bilmirəm nədənsə fikirləşdim ki, Monmartr qəbiristanlığına getsəm onu görərəm. Getdim. Qəbiristanlıqda çox gəzindim, öz ölüləri ilə əlaqələri hələ tamam kəsməmiş bir neçə adamdan başqa heç kəsə rast gəlmədim. Tonkində öldürülmüş kapitanın qəbri üzərində nə ağlayan vardı, nə çiçək dəstəsi, nə də əklil görünürdü. Olülərin bu böyük şəhərinin başqa bir məhəlləsinə gedib çıxdım, qəfildən gördüm ki, irəlidəki səki ilə ağır yasa batmış cüt adam gəlir: bir kişi, bir qadın. Aman Allah! Onlar yaxınlaşanda mən qadını tanıdım. Bu həmən qadın idi! O məni gördü, qızardı, yaxından keçəndə azacıq toxundum, o isə mənə asta bir işarə elədi, gözucu bir göz vurdu. Mənası təxminən belə idi: "Məni tanımayın", eyni zamanda ikıncı bır məna da duyulurdu: "Yenə bizə gəlin, əzizim". Kişi görkəmli adama oxşayırdı. Şux qaməti vardı. Fəxri legionun zabiti idi, əlli yaşı olardı. Qadın ona söykənmişdi, eynilə qəbristanlıqdan çıxarkən mənə söykəndiyi kimi. Gedirdim, amma ağlım başımdan çıxmışdı, özüm-özümdən nələr gördüyümü, bu qəbiristanlıq ovçusunun hansı nəslə mənsub olduğunu soruşurdum. Görəsən, adi bir qızdımı, yoxsa, arvadının yaxud məşuqəsinin mehribanhğından məhrum olmuş qəmgin kişiləri qəbirlər üzərində ovlamağa adət eləmiş bir fahişədir? Görəsən o təkdir? Yoxsa belələri çoxdur? Bəlkə bu da bir peşədir? Bəlkə məhşur səkilərdə gəzən qadınların qəbiristanlıqlarda gəzənləri də var? Qəbirbazlar! Bəlkə qəbir üstündə yada salınan ehtiras qığılcımlarından istifadə etmək fikri, bu dərin fəlsəfə tək onun ağlına gəlib? Fikirləşirəm ki, görəsən həmin gün o kimin dul qadını sayılırmış? Tərcümə: Hamlet Qoca Müəllif: Gi de Mopassan Əsərin rusca adı- Плакальщицы (Ги де Мопассан) Həmçinin bax: Fransız ədəbiyyatı antologiyası Tənha qadınlar
['yüngül qızlar', 'Gi de Mopassan']
6,299
https://kayzen.az/blog/yazar/3390/gi-de-mopassan.html
Gi de Mopassan
burla xatun
Yazıçılar
26 dekabr 2010, 10:53
Mopassanın gəncliyinin şahidləri olan Zolya, ya da Floberə desəydilər ki, onun kitabları sevgidən yazılan romanlardan ən yaxşıları sayılacaq, onlar buna xeyli gülərdilər. Çünki möhkəm bədənli, valeh edici bığları olan unter zabit Mopassan qədər romantik sevgiyə nifrət edən çətin tapılardı. Seçməli olsaydı böyük hərflərlə yazılacaq sevgini o, böyük məmnuniyyətlə kobud, cismani sevgiyə düşünsmədən qurban verərdi. O, qadını «şüursuz və təbii şəkildə bədənini ikrah duymadan bağışlayan əbədi fahişə» hesab edirdi. Lev Tolstoyun fikrinə görə «Mopassan kimi qadını həyatın mənası hesab edən, yaşamın mənasını sevgidə görən ikinci yazıçı çətin tapıla. Amma onun kimi həyatın ən gözəl, ali tərəflərini təsvirində ən dəhşətli və eybəcərliklərini bu qədər aydın və dəqiq təsvir etmiş ikinci yazıçı olsun». Alma ağacından gen düşməz Mopassan doğulduğu yerə, tərbiyəsinə, həm də ana tərəfdən qohumluğuna görə normand idi. Atasının Lotaringiyadan olmasının heç bir rolu olmadı, çünki bu arvadbaz oğlunun üzünü fərli-başlı görməmiş arvadını iki uşaqla birgə qoyub getmişdi. Uşaqlığında bir dəfə onun bütün həyatını alt-üst edən səhnənin şahidi olur. O, atasının anasını şillələməsi səhnəsini görür. «Mən elə bildim ki, dünyanın axırıdır. Mən həyatın tərs üzünü görmüşdüm. Bu gündən etibarən onun yaxşı tərəfi mənimçün artıq yox idi». Valideynlərinin boşanması 11 yaşlı Gi üçün böyük zərbə oldu. Gi sıldırım qayalar, kobud balıqçılar və fermerlər arasında böyümüşdü. Onların ləhcəsində danışır, rəvayətlərini dinləməyi sevir, onların xeyirxahlığı ilə bərabər naqisliklərini da canına çəkmişdi. Asudə böyüyən Mopassan ürəyi istəsə balıqçılarla dənizə çıxır, balıq tutmağı və yelkənləri idarə eləməyi də öyrənmişdi. Uşağın 13 yaşı olanda anası onu oxumağa göndərir. Amma ciddi nizam-intizam onun ürəyicə deyildi deyə tez-tez qiyam qaldırır və evə qaçırdı. Anası ziyalı və qeyri-adi təbiətli bir qadın olsa da nevrozdan əziyyət çəkirdi. Mopassan nəql etmək istedadına görə anasına borcludur. Amma irsi əsəb xəstəlikləri də yazıçıdan yan keçməmişdi. Əgər sağlam həyat tərzi sürsəydi yəqin ki, faciəvi sonluqdan qaça bilərdi. Əla avar çəkən və pis yazan… Müharibədən sonra ailəsi müflisləşdiyinə görə o, dənizçilik nazirliyində çinovnik vəzifəsində çalışmalı olur. Dənizçilik nazirliyində 10 illik işini o, türmə adlandırdı. Boş vaxt eləyən kimi Mopassan Sena çayına yollanardı. Cibində siçanlar oynayan vaxt o burda əsərlərinin personajlarını arayırdı. Franko-prus müharibəsini sıravi əsgər kimi keçmiş Mopassan irsi xəstəliklərin qarşısını almaq məqsədilə fiziki sağlamlığının qeydinə qalaraq görkəmcə əsil pəhləvana dönmüşdü. Atlet bədənli Mopassan qayıqda avar çəkərək gün ərzində 50 mil üzə bilərdi. Nazirlikdə işlədikdən bir neçə ildən sonra arxivdə Mopassana yazılmış bir xasiyyatnamə tapıldı: «Yaxşı işçidir, amma pis yazır». Hələ gənc ikən Gi bir parisli xanıma vurulur. Sevgisini şerə çevirib bu xanıma göndərir. Axşam ümidlə dolu Gi gözəlin evinə getdi. Bağçaya yaxınlaşanda xanımın gülməkdən ürəyi gedərək onun şerlərini hamıya oxumasını qulaqlarıyla eşitdi. Həmin bu iztehza və ələ salmağı o, bütün qadınlara heç vaxt bağışlaya bilmədi. Zibil yeşiyi üçün yazılan kitablar Artıq gənc yaşlarından o, narahatlıq, gizli fikirlərini zarafatcıllıq və əyyaşlıq maskasının altındə gizləməyi öyrənmişdi. Mopassan çox az oxuyur, amma bu ona alma ağacının alma yetişdirdiyi kimi təbii şəkildə roman və novella yaratmasına heç mane olmur. İlk ədəbi əsərlərini Floberin yanına aparır. O isə oxuyandan sonra əlyazmanı zibil yeşiyinə atırdı. Təxminən 8 il belə davam elədi. Flober düşünürdü ki, kitablar çap edilməyə yaramır. İfrat realizm idealizmə qarşı etiraz kimi Mopassan Parisə gələndə başda Zolya olmaqla naturalizm romantizmin qalıqları üzərində qələbə çalırdı. Zolya romandan epopeya yaradan vaxt Mopassan novelladan «qəddar etiket» yapırdı. Zolya müharibədən danışan əsərlərdən ibarət kollektiv əmək forması kimi hərəyə bir əsər yazmaq təklif edəndə Mopassan ikiəlli razı idi. Özü əsgər olmuş və qorxaqların əlindən ziyan görmüş adam üçün müharibədən yazmaq nəfəs almaq kimi təbii bir şey idi. İlk əsər o qədər ustalıqla yazılmışdı ki, tənqidçilər də irad tutmağa bir söz tapmamışdılar. «Toppuş»un çapının səhəri günü o, artıq məşhur və tanınmış yazıçı idi. Müəllimi Flober də əsəri «şedevr» adlandırmışdı. İnnən belə novellalar toplusu görünməz tezliklə çap olunaraq müəllifi varlı adama çevirəcəkdi. Mopassanın yazıçılıq məhsuldarlığı valehedicidir. 29 cild kitabı o, cəmi 10 il ərzində yazmışdı. «Vaxtımın üçdə ikisini darıxmaqda keçirirəm. Bir hissəsində isə yazıram və yazdıqlarımı çox guman ki, dəyərindən baha satıram. Sonra isə bu dəhşətli peşə ilə məşğul olmağımın labüdlüyündən məyus oluram». Qızılı dəftərçənin qeydləri Mopassanın 35 yaşı var, amma o, artıq məşhurdur. Salonlar onu dəvət eləmək üstündə mübahisələr edir. Uzun müddət kubar cəmiyyətinə alışa bilmirdi, O, zadəgan qadınlarıyla ünsiyyətdənsə rahat əldə edələn qadınlara üstünlük verirdi. İndi onun Etreta və Kannda imarəti var. Amma arasıkəsilməyən başağrıları və əsəb gərginliyi onu burda rahat yaşamağa qoymur. İmarətindən bezən kimi Parisin dar küçələrindən birində ortabab mebellə bəzənmiş mənzil kirayələyir. Burda kamin qarşısında sərilmiş ağ ayı dərisi və fransız ətir şüşələri kubar məşuqələrinin yolunu gözləyir. Onlar adətən saat beşçün gəlirlər. Onlar bura gəlib Kolber küçəsinin yüngül qızlarının həyatı barədə Mopassandan məlumat almağı sevirlər. Qadınlar onun başına dolanır, əlyazmalarını müzakirə eləyir, səhvlərini düzəldirlər. Mopassanı hər hansı bir qadın nahara dəvət eləyirsə o, qırağı qızılı balaca dəftərçəsini çıxarıb sanki həkim təyinat verirmiş kimi ciddiliklə çox uzaq bir tarix deyib səliqəylə bu günü dəftərçəsinə qeyd eləyir. Axı o, kubar aləmini yaxşı öyrənməsə yaza bilməz. Burda hər şey var — qısqanclıq, şəhvət, təkəbbür, mərhəmət, qüssə, üzüntü… Ən dahilərinin yan keçə bilmədiyi şirnikləndirici cəmiyyətdən qaçmadığına görə yazıçını qınamazlar ki? Onsuz da ədəbiyyatda səriştəsi olmayanlar əsərin qəhrəmanını müəlliflə səhv salırlar və yazdığı hər əsərini avtobioqrafik hesab edirlər. Demək olar ki, həmişə də səhv etmiş olurlar. Çünki yazıçı qəhrəmanına xasiyyət verərkən özünkülərlə yanaşı kənardan gəlmə nüansları da istifadə eləyir. «Kitabımı bitirə bilməsəm özümü öldürəcəm» Mopassan hər gün yazı masasından qalxmadan səhər 7-dən işləyirdi. Əvvəl beynində kitabların süjetini detallara qədər özüyçün aydın elədiyindən yazıları demək olarki, səhvsiz, dəyişmələrsiz kağıza köçürülürdü. Ola bilər ki, elə bu cür gərgin iş rejimi Mopassanın axırına çıxdı. Onun gözləri ağrayır, yuxusuzluq və miqrendən əziyyət çəkirdi. Qardaşı ağlını itirib sonra vəfat edəndə yazıçı nədənsə qəti qərara gəldi ki, onun da həyatı məhz belə bitəcək. Bioqraflar hesablayıb ki, Mopassan təkcə 1885-ci ildə 1500 çap vərəqi yazı yazıb. Bu nəticələr Balzakı da, Dikkensi də, hətta Düma-atanı da arxadı qoyur. Ömrünün sonuna yaxın iş sürəti çox aşağı düşəndə yazıçı etiraf edir: «Bax bu, mənim «Anjelüs» romanımın 50 səhifəsidir. Bir il ərzində bunu yaza bilmişəm. 3 aya kitabımı bitirə bilməsəm özümü öldürəcəm». «Tanrıya eşq olsun, məndə siflis var!» 1877-ci ilin martında Mopassan dostu Roberə məktub göndərib civə və yodlu kalium ilə müalicə edildiyini yazır: «Tanrıya eşq olsun, alliluya, məndə sifilis var! Nəhayət ki, zökəmə yox, əsil xəstəliyə yoluxmuşam. Axı bu xəstəlikdən Birinci Fransisk vəfat eləmişdi. Mən fəxr eləyirəm. Ona görə də mən ona yoluxmaqldan gərək qorxmayım». O dövrün təbabəti bu xəstəlik qarşısında aciz olduğundan ona göz yummağa çalışırdı. Dode, Mallarme, Tulus- Lotrek, Qoqen, Nerval, Bodler, Van Qoq, Nitşe, Mane və bir çoxlarını Mopassanın «Mənim əziz sifilitiklərim» adlandırdığı insanlar bu xəstəlikdən vəfat eləmişdi. Deyəilənə görə sifilisi də Mopassan valideynlərindən «miras» almışdı. «Ağıl olmasa qadınına böyük zövq verə bilməyəcəksən» Mopassan yazmayanda, müalicə olunmayanda və avar çəkməklə məşğul olmaqdan azad vaxtında qadın ovuna çıxırdı. Qadınlar onu bəyənməsələr də tələyə düşürdülər. Sonra o, əsərlərində onların təsvirini verməklə acıq çıxırdı. Qadınlar onun məzəli əhvalatlarını dinləyərək gülməklə əylənirdilər. Bəzən yazıçı «dördünü birdən cilovlamışam» deyib fəxr eləyirdi. Üç yüzdən və daha artıq rəqəmlərdən danışırlar. Qadınlar onunçün belə yazırdı: «Onun dili pəltəkdir, amma danışıq tərzi o qədər ürəyə yatandır ki, danışığının qüsurunu unudursan. Özünə baxan deyil, pis geyinir, biabırçı köhnə qalstuklar taxır». Əsərlərinin qəhrəmanları da əksərən özü idi. «Əziz dost» — bu mənəm deyən yazıçının eyniadlı əsəri işıq üzü görən kimi bu ifadə də məşhurlaşdı. Romanın girişində yazıçı fəlsəfi düşüncələrə dalır: «Kişi üçün sevginin daha artıq nəsə olması mənə qəribə gəlir. Sədaqət, daimilik – nə axmaq fiikrlərdir. Məni heç kim bu fikrimdən döndərə bilməz: iki qadın bir qadından, üç qadın iki qadından daha yaxşıdır! Onu isə onlardan da yaxşı… Özünü bir qadınla məhdudlaşdıran adam dəniz ilbizini yeməyi xoşladığından il boyu səhər, günorta və axşam onu yeyən adama bənzəyir». «Arzuların təmin olunması naməlumluq üçün yer saxlamır və sevgini ən vacib qiymətli hissəsindən məhrum edir. Qadın üzərində hər yeni qələbə bir daha sübut eləyir ki, bizim qucağımızda onlar hamısı eynidir…» Dünyada heç bir qüvvə onun qadınlara olan ehtirasının qarşısını ala bilməzdi. Yazıçı öz sevgi macəralarıyla ədəbi əsərlərindən daha artıq fəxr eləyirdi. Mopassan həmişə deyirdi ki, qadınlar arasında uğurunun səbəbi onun ağlındadır: «Çoxları hesab eləyir ki, cəmiyyətin aşağı səviyyəsinin əhalisi oturaq həyat keçirən zənginlərdən daha yaxşı məşuqdur. Mənsə düşünürəm ki, kişinin ağlı olmasa heç vaxt qadınına böyük zövq verə bilməyəcək». Mopassan ömrü boyu ideal qadın axtarırdı: «Ömrü boyu yeganə qadını- Naməlum, Həsrətilə gözlədiyim, Arzuladığım qadını axtarmışam. Mən onu bütün mükəmməl keyfiyyətlərlə arzularımda bəzəmişəm…» Elə qadın həyatda yox idi. O bunu çox yaxşı bilirdi. Ona görə də etiraf eləyirdi ki, «Mən heç vaxt sevməmişəm». Xalqa yalnız kitablar məxsusdur Turgenev və Floberin fikrinə şərik çıxaraq Mopassan hesab edirdi ki, yazıçının yalnız kitabları xalqa məxsus ola bilər. Ona görə də şəxsi həyatını jurnalistlərdən bacardığı qədər gizlədirdi. Öz portretlərinin çapını qadağan eləyir, şaiyələrin qarşısını alırdı. Bir dəfə jurnalistin onun adını qadınla bərabər çəkdiyinə görə bu mübahisə az qala duellə bitəcəkdi. Hələ yazıçının səhhətində ciddi dəyişikliklər olmamış artıq qəzetlər onun dəlixanaya düşüb orda özünü öldürməsindən yazırdı. Sarı fransız mətbuatı Mopassanı «Əziz dost» romanına görə nifrət edirdi. Ona görə də yazıçı arabir guya təsadüfən onun dəli olub olmadığını müzakirə edən qəzetlər alırdı. «Əziz dost» gəmisi «Mən ədəbiyyata meteor kimi daxil olmuşam, gedəndə isə ildırım kimi gedəcəm» deyən Mopassanın xəstəliyi artdıqca ruh düşkünlüyü, xəstəlik qarşısında qorxu narahat idealizmə keçirdi. Yazıçı artıq faciəvi sonluqdan başqa heç nə görmürdü. 40 yaşında onda beyin paraliçinin əlaməti kimi allahlıq iddiası və qarabasmaları əmələ gəlmişdi. Hətta bir dəfə boğazını çərtmək cəhdləri də eləyib. Uğursuz özünə qəsddən sonra Mopassanı ruhi xəstələr üçün xəstəxanaya yerləşdirirlər. Mopassan öz sevimli gəmisinin adını romanına uyğun «Əziz dost» qoymuşdu. Bu gəmi kitabların qonorarından alındığından onunçün yaxşı rifah və güc, əzəmət rəmzi idi. Dəlilik tutması yazıçının yaddaşını pozanda dostları onun xatirələrini oyatmaq üçün bu yaxtanı sahilə yaxınlaşdırır və qolları möhkəm bağlanmış yazıçını sahilə gətirirlər. Gəmi sakitcə suda yırğalanırdı. Göy dəniz, mavi səma sanki xəstəni bir qədər sakitləşdirdi. Onun baxışları yumşaldı. O uzun müddət gəmisini melanxolik baxışlarla gözdən keçirdi. Dodaqları tərpəndi, amma heç nə danışa bilmədi. Onu aparanda dəfələrlə arxaya çönüb gəmiyə tamaşa eləyirdi. Gi de Mopassanı həmən vaxt əhatə eləmiş dostları süzülən göz yaşlarını saxlaya bilmirdilər… Öləndə nə huşu, nə də yaddaşı yerindəydi. Onun son sözləri «Ah, zülmət, zülmət» oldu. Lətifə: Qorki Mopassanın əsərlərini oxuyur: — Yaxşıdı, amma ədəbsizlikdir. Ardını oxuyur. — Yaxşıdı, amma həyasızlıqdı. Yenə də oxuyur. — Yaxşıdı, amma biabırçılıqdı. Oxuyub qurtardı. — Əxlaqsızlıqdı, (pauza)………, amma əladır! Müəllif: Gülnarə Rəfiq [email protected] Mənbə: Bizim Yol qəzeti Həmçinin bax: Kəndə səfər
['Gi de Mopassan', 'fransız ədəbiyyatı', 'fransa ədəbiyyatı', 'yazıçı', 'yazıçılar', 'məşhur yazıçılar']