Unnamed: 0
int64
0
6.93k
url
stringlengths
41
313
title
stringlengths
3
153
author
stringclasses
256 values
category
stringclasses
371 values
date
stringlengths
17
23
content
stringlengths
3
89.6k
tags
stringlengths
6
314
5,900
https://kayzen.az/blog/letife/4444/bir-az-g%C3%BCl%C3%BCms%C9%99.html
Bir az gülümsə...
Xrizoberil
Lətifələr
24 mart 2011, 22:48
- salam bu ayaqqabı neçəyədir? -500$- Dəhşət!!!!-bəs bu? - 2 dənə dəhşət... *** Nənə nəvəsinə deyir:- Balam bu gecə yenə yuxuda uçurdum.Nəvə:- Ay nənə, neçə dəfə demişəm ki, sənin dərmanların o biri qutudadır. *** Bir oğlan qıza yaxınlaşıb soruşur: -Sən bu günə kimi ağ atlı oğlan gözləmisən? qız: -Hə. oğlan: budur mən gəlmişəm. Qız: bəs oğlan hanı?! *** Bir dəfə Bakıdan Naxçıvana uçan təyyarədə bir nehrəmli keçib 1-ci sıradan deputatın yerində oturur. Təyyarədə oturan adamlar nə qədər edirlərsə onu durğuza bilmirlər. Bir uşaq icazə verin mən onu durğuzum. Uşaq nə deyirsə nehrəmli keçib tez 2ci sırada oturur. Hamı təəccüblənir, uşaqdan soruşurlar: Sən ona nə dedin ki? Uşaq: Heç , dedim ki, 1ci sıra naxçıvana getmir. *** Cavan vəkil atasının yanına gəlib: -Ata , məni təbrik edə bilərsən! Sənin neçə illərdir uda bilmədiyin məhkəməni uddum. Ata:-Axmaq! mən ömrüm boyu o məhkəməni uduzmaqla dolanirdim!! *** Kiçik bir uşaq, hamilə bir qadının qarnına toxunaraq: - Xala sizin qarnınızda nə var?Qadın: - Uşağım var övladım- deyə cavab verir. - Sizin uşağınızmı? - Bəli- Onu sevirsiniz? - Bəli- Çoxmu sevirsiniz? - Bəli övladım. - Bəs onda niyə yediniz? *** Çeçenistanda döyüşən bir rus Rusiyaya geri qayıtdığında bir bərbərə gedər. Bərbər ondan harada esgərlikdə olduğunu soruşar və o da Çeçenistan deyər.Bərbər işini davam etdirərək 5 dəqiqədən sonra, yenə harada xidmət etmisiniz deyə soruşur. Əsgər bərbərin unutqan biri olduğunu düşünüb Çeçenistan deyə cavab verir. 5dəqiqə sonra bərbər yenə siz harada esgərlik etmişdiniz deyə soruşanda rus əsgər əsəbləşib,sənə 3 dəfədir Çeçenistanda deyə cavab verirəm.Niyə 5dəqiqədə bir bunu soruşduğunu soruşar. Bərbər də belə cavab verir: Mən nə vaxt bu sualı soruşsam və səndə nə vaxt "Çeçenistan" deyə cavab versən saçların tikan kimi olur və mənim üçündə kəsmək daha rahat olur. *** Adamın biri həm axmaq, həm də gəvəzədir. Saqqalı süd kimi ağ olmasına baxmayaraq saçına heç ağ düşməmişdir. Bir məclisdə bu adamın saçıyla saqqalı arasındakı bu fərqin nədən qaynaqlandığı danışılar. Zəriflərdən biri deyər ki: - Bunda bilinməyəcək nə var? Bir şey çox istifadə edilsə əlbəttə ki tez köhnələr. Bunun da çənəsi çox istifadə edildiyi üçün köhnəlib ağarmış. Beyni isə heç istifadə edilmədiyi üçün saçlarına bir şey olmamışdır! *** Padşahın biri, "Mənə yalan söyləyə bilənə bir küp dolusu qızıl verəcəyəm!" deyir.Yalançılar, dərhal saraya qaçıb başlamışlar yalana :- "Bir quş, aslanı qapıb yuvasına apardı."- "Bunun nəyi yalandır? . .Quş qartaldır, aslan da quzu qədər kiçik bir bala... Götürüb aparar təbii!.."- Qonşu ölkədə bir eşşəyi kral etdilər!..."- "Ölkənin kralı, pəncərədən baxarkən tacını salmış. Tac da pəncərənin altındakı eşşəyin başına keçmiş. Tac kimin başındadırsa, kral odur təbii!."- "Padşahım, mən səmaya bir ox atdım. altı ay sonra geri döndü!.."- "Sənin ox bir ağacın üstünə düşmüşdür. Ağac, payızda yarpaqlarını töküncə, ilişəcək yer tapa bilməyib yerə enmişdir." Beləcə padşah, hər yalana gerçək bir bəhanə tapmış və kimsə padşaha bu yalandır dedirdə bilməmiş.Amma bir gün biri gəlib:- "Padşahım, sən mənim atamdan borc olaraq bir küp dolusu qızıl almışdın. İndi geri almağa gəldim. Yalandır desən mükafatımı ver. Yalan deyil desən borcunu ödə!.."
['lətifələr']
5,901
https://kayzen.az/blog/u%C4%9Fur/4437/%C9%99n-y%C3%BCks%C9%99kd%C9%99ki-qurba%C4%9Fa.html
Ən yüksəkdəki qurbağa
elshad
uğur psixologiyası
24 mart 2011, 15:35
Günlərdən bir gün qurbağaların yarışı varmış. Hədəf, çox yüksək bir qüllənin təpəsinə çıxmaqmış. Qurbağalar da yoldaşlarını seyr etmək üçün toplanmışlar. Yarış başlamış. Gerçəkdə tamaşaçılar arasında heç biri yarışmacıların qüllənin təpəsinə çıxacağına inanmırmış Yalnız bu səslər eşidilə bilirmiş:"Yazıqlar""Heç bir zaman bacara bilməyəcəklər!"Yarışmağa başlayan qurbağalar qüllənin təpəsinə çata bilməyincə tək-tək yarışı buraxmağa başlamışlar. içlərindən yalnız biri inadla, qorxmadan qülləyə dırmaşmağa çalışırmış. Tamaşaçılar qışqırırlarmış:"Yazıqlar" Heç bir zaman bacara bilməyəcəklər!...Sonunda biri xaric, digər qurbağaların hamısının ümidləri qırılmış yarışı buraxmışlar. Amma qalan son qurbağa böyük bir səy ilə mübarizə edərək qüllənin təpəsinə çıxmağı bacarmış.Digərləri heyrət içində bu işi necə bacardın öyrənmək istəmişlər. Bir qurbağa ona yaxınlaşmış, soruşmuş bu işi necə bacardını deyə. O anda fərqinə varmışlar ki... Qülləyə çıxan qurbağa kar imiş! MƏNFİ DÜŞÜNƏN İNSANLARI EŞİTMƏYİN....ONLAR ÜRƏYİNİZDƏKİ ÜMİDLƏRİ OĞURLAYARLAR!
['hekayə']
5,902
https://kayzen.az/blog/madd%C9%99l%C9%99r-m%C3%BCbadil%C9%99si/4436/%C5%9F%C9%99k%C9%99rli-diabet-x%C9%99st%C9%99liyi.html
Şəkərli diabet xəstəliyi
ayxansevda
maddələr mübadiləsi
24 mart 2011, 13:28
Şəkərli diabet endokrin sistemin xəstəliyi olub, tam və ya nisbi insulin çatmamazlığı nəticəsində qanda qlükozanın xroniki artımı ilə müşahidə olunur. Diabetdə karbohidratların, zülalların və yağların mübadiləsi pozulur. Diabetli xəstələrin sayı, xüsusi ilə də inkişaf etmiş ölkələrdə durmadan artır. Hesab olunur ki, ölkədən asılı olaraq əhalinin 2-10%-i şəkərli diabetlə xəstədir. Diabet, xroniki insulin çatışmamazlığından əmələ gəlir. Insulin hormon olub mədəaltı vəzin Langerhans adacıqlarında yaranır. Mədəaltı vəzin insulin hormonu orqanizmdə karbohidrat, zülal və yağ mübadiləsində iştirak edir. Karbohidrad mübadiləsinə insulin, qlükozanın orqanizmin hüceyrələrinə daxil olması ilə, qlükozanın orqanizmdə alternativ sintezini aktivləşdirməklə, qara ciyərdə şəkərin ehtiyatlarını artırması ilə və qlükoqen sintezi ilə tə'sir edir. Eyni zamanda o karbohıdratların parçalanmasının qarşsını alır. Zülal mübadiləsinə insulinin təsiri, zülal, nuklein turşularının sintezini gücləndirməkdən və zülalın parçalanmasını ləngitməkdən ibarətdir. Insulin qlükozanı yağ hüceyrələrinə daxil etməklə yağ tutumlu maddələrin sintezini gücləndirir, hücəyrənin enerji alma prosesini aktivləşdirir ve yağların parçalanmasını ləngidir. Insulinin təsiri altında natrinin hüceyrələrə daxil olması güclənir. Insulinin işinin pozulması onun hazirlanmasının çatışmamazlığı ilə, və yaxud onun toxumalara təsirinin pozulması ilə əmələ gəlir. Insulin hasil edən Langerhans adacıqlarının mədə altı vəzdə autoimmun prosesler nəticəsində dağılması, insulin hasilinin çatışmamazlığını əmələ gətirir və insulin çatışmamazlığı nəticəsində 1-ci tip şəkərli diabet yaranır. Xəstəlik zamanı fəaliyyət göstərən hüceyrələr 20%-ə qədər azalır və ya tam sıradan çıxırlar. 2-ci tip şəkərli diabet insulin təsirinin pozulması və/və ya insulinin çatışmamazlığı nəticəsində əmələ gəlir. Qanda insulinin normal və ya artıq olması, lakin orqanizmin hüceyrələrinin ona həssaslığının olmaması, insulinin tə'sir edə bilməməsi insulin rezistentlik adlanır. Insulin çatışmamazlığı zamanı qlükozanın hüceyrələrə daxil olması azalır, nəticədə qanda qlükozanın mənimsənilməsinin alternativ yolları aktivləşir ki, buda orqanizmin toxumalarında sorbitol, qlükoz-amin qlükoqonların, qlikoqemoqlabinin toplanmasına gətirib çıxarır. Sarbitol kataraktanın yaranmasına, xırda arteriya damarlarının — arteriol ve kapilyarların işinin (mikroanqenopatiya), sinir sisteminin funksiyalarının pozulmasına (neyropatiya) gətirib çıxarır. Qlükoz-amino qlükoqonlar oynaqların zədələnməsinə səbəb olur. Lakin qlükoza mənimsənilməsinin alternativ yolu enerji almaq üçün kifayət deyildir. Zülal mübadiləsinin pozğunluğu zülal birləşmələrinin sintezinin pozulmasına və zülalın parçalanmasının aktivləşməsinə gətirib çixarır. Bu əzələ zəifliyinə, ürək və skelet əzələlərinin işinin pozulmasına səbəb olur. Yağların perikis turşulaşması güclənir, damarları zədələyən toksik məhsullar toplanır. Qanda keton cisimcikləri adlanan mübadilə məhsulları artır. 1-ci tip şəkərli diabet əmələ gəlməsi səbəbinə görə bölünür: • autoimmun şəkərli diabet • idiopatik şəkərli diabet Autoimmun şəkərli diabet immun sistemin pozğunluğu nəticəsində yaranır. Bu vaxt orqanizmdə Langerhans adacıqlarının insulin hasil edən hüceyrələrini zədəliyən antitellər yaranır. Autoimmun prosesin inkişafına virus infeksiyaları, bəzi toksik maddələrin təsiri (nitrozaminlər, pestisidlər) səbəb olur. 1-ci tip idiopatik şəkərli diabetin səbəbləri məlum deyildir. 2-ci tip şəkərli diabetin əmələ gəlmə səbəbləri irsi meililik və xarici faktorlardır. Irsi meililik vacib rol oynayır, lakin mühüm əhəmiyyət kəsb edən xarici muhit faktorlarıdır. Sadalanan faktorlara baxaq: • Genetik. Diabetli qohumu olan şəxslərdə bu xəstəliyin əmələ gəlmə riski yüksəkdir. Əgər valideynlərdən biri xəstədirsə, şəkərli diabetin əmələ gəlmə riski 3%-9%-ə qədərdir. • Piylənmə. Bədən çəkisinin artıqlığı ve piy toxumasi miqdarının, xüsüsi ilə qarın nahiyəsində çoxluğu (abdominal tip) orqanizm toxumalarının insulinə həssasliğını azaldır ki, buda şəkərli diabetin əmələ gəlməsini asanlaşdırır. • Qidalanma pozulmaları. Çoxlu miqdarda karbohidratlı və sellüloza çatişmamazliği olan qidaların qəbulu piylənməyə və şəkərli diabetin artmasına gətirib çıxarır. • Xroniki stressler. Stress halları qanda ketaxolaminlərin (adrenalin, noradrenalin), qlukokortikoidlərin artmasına səbəb olur ki, buda şəkərli diabetin inkişafina şərait yaradır. Ateroskleroz, ürəyin işemik xəstəliyi, arterial hipertoniya uzun müddət davam etdikdə toxumaların insulinə həsaslığinı azaldır. Bəzi dərman preparatları diabetin əmələ gəlməsinə səbəb ola bilir. Bura sintetik qlukokortikoid hormonlari, sidikqovucu preparatlar, xüsusi ilə tiazid diuretikləri, bəzi hipotenziv preparatlar ve şişə qarşi dərman maddələri aiddir. • Autoimmun xəstəliklər (autoimmun tiroidit, böyrəküstü vəzin çatişmamazlığı) şəkərli diabetin yaranmasına şərait yaradır. Qanda şəkərin ac qarına səhər 3.3 mmol/l-6.1mmol/l (59-110 mq%) arasında olması norma sayılır. Qlukozanın miqdarının acqarına 110 mq%-den yuxarı olması şəkərli diabetin olmasını göstərir. Diabetin diaqnozunun təsdiq edilməsi üçün digər günlərdə qlükoza qanda təyin olunmali ve lazım olarsa qlükozaya tolerantlıq testi keçirməli və qanda qlikoqemoqlabin təyin olunmalıdır. Həmçinin bax: Şəkərli diabet
['diabet', 'şəkərli diabet', 'şəkər xəstəliyi']
5,903
https://kayzen.az/blog/maraqli-faktlar/4435/qad%C4%B1n-v%C9%99-al%C4%B1%C5%9F-veri%C5%9F.html
Qadın və alış-veriş
Cavid
Maraqlı faktlar
24 mart 2011, 07:51
ABŞ-ın "Nyu-York Deyli" qəzetinin araşdırmalarına əsasən qadınlar ömürlərinin üç ilini mağazalarda keçirirlər. Mərkəzin keçirdiyi sorğuda iştirak edən iki mindən çox qadının hər birinin bütün ömrü boyu mağazalarda alış-verişə orta hesabla 25 min 200 saat sərf etdiyi aydın olub.Qadınlar göstərilən vaxtın çox hissəsini təzə paltar, ayaqqabı və aksessuarlar axtarışına, təxminən dörddəbirini isə ərzaq alverinə sərf edirlər. Zərif cinsin nümayəndələri il ərzində mağazalara 300 dəfədən çox baş çəkir, buna 400 saat vaxt sərf edirlər. Onlar il ərzində təkcə baqqaliyyə mağazalarında 95 saat vaxt keçirirlər. 
['alış-veriş']
5,904
https://kayzen.az/blog/maraqli-faktlar/4432/%C3%A7ox-g%C3%BCl%C9%99n-%C3%A7ox-ya%C5%9Fayar.html
Çox gülən çox yaşayar
Cavid
Maraqlı faktlar
24 mart 2011, 07:40
ABŞ-ın Miçiqan ştatının Ueyn Universitetinin alimləri maraqlı bir fakt aşkar ediblər. Araşdırmalar nəticəsində məlum olub ki, şən və təbəssümlü insanlar daha çox yaşayırlar. Hesablamalar göstərmişdir ki, təbəssüm insan ömrünü orta hesabla 7 ilədək uzadır. Alimlər bu fenomenin nə ilə bağlı olduğuna hələlik cavab tapmayıblar. Lakin hesab olunur ki, təbəssüm insanın daxili harmoniyasını, nikbinliyini və həyata nikbin münasibətini əks etdirir. Odur ki, çalışın daha çox gülümsəyin və həyatda heç nəyin sizi üzməsinə izin verməyin.
['gülmək']
5,905
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/4431/ana-%C5%9F%C9%99fq%C9%99ti.html
Ana şəfqəti
elshad
Xoşbəxt ailə
24 mart 2011, 02:04
"Körpəmi görə bilərəmmi" dedi yeni ana. Körpə ananin qucağina verildi,anna körpəsinin kiçik üzünə heyranliqla baxirdi və birdən təəccübdən sanki nitqi tutuldu! Ananın və körpəsini seyr edən həkim sürətlə arxasını dondu və şüşədən baxmağa başladı. Körpənin qulaqları yox idi... Müayinələrdə, körpənin eşitmə bacarığının təsirlənmədiyi, yalnız görünüşü pozan bir qulaq məhrumluğu olduğu aydın oldu. Aradan illər keçdi, uşaq böyüdü və məktəbə başladı. Bir gün məktəb dönüşü evə qaçaraq gəldi və özünü anasının qollarına atdı. Hıçqırırdı... Bu onun yaşadığı ilk böyük xəyal qırıqlığı idi; ağlayaraq - "Böyük bir uşaq mənə əcaib dedi..." Kiçik uşaq bu qədərsizliyiylə böyüdü. Yoldaşları tərəfindən sevilirdi və olduqca da müvəffəqiyyətli bir şagird idi. Sinif başçısı belə ola bilərdi; əgər insanların arasına qarışmış olsaydı. Anası, hər vaxt ona - "Gənc insanların arasına qarış " deyirdi, ancaq eyni zamanda ürəyində dərin bir ağrıma və şəfqət hiss edirdi. Cavanın atası, ailə həkimi ilə oğulunun problemi ilə əlaqədar görüşdü; - "Heç bir şey edilə bilməzmi?" deyə soruşdu. Həkim; - "Əgər bir cüt qulaq tapıla bilsə, orqan nəqli edilə bilər" dedi. Beləcə gənc bir adam üçün qulaqlarını fəda edəcək biri axtarılmağa başlandı. İki il keçdi bir gün atası - "Xəstəxanaya gedirsən oğulum, anan və mən, sənə qulaqlarını verəcək birini tapdıq ancaq unutma bu bir sirr" dedi. Əməliyyat çox müvəffəqiyyətli keçdi və sanki yeni bir insan yaradıldı. Yeni görünüşüylə psixologiyası da düzələn gənc, məktəbdə və ictimai həyatında böyük müvəffəqiyyətlər əldə etdi. Daha sonra evləndi və diplomat oldu. İllər keçdi, bir gün atasından soruşdu: - "Bilmək məcburiyyətindəyəm, mənə bu qədər yaxşılıq edən adam kim? Mən o insan üçün heç bir şey edə bilmədim..." - "Bir şey edə biləcəyini sanmıram" dedi atası. - "Lakin razılaşma qəti, bu anda öyrənə bilməzsən, hələ vaxtı deyil..." Bu dərin sirr illər boyunca gizləndi. Ancaq bu sirrin bir gün ortaya çıxma zamanı gəldi... Həyatının ən qaranlıq günlərindən birində, anasının cənazəsi başında atasıyla birlikdə gözləyirdi. Atası yavaşca anasının başına əlini uzatdı; Şabalıdı saçlarını əliylə geriyə doğru itələdi; anasının qulaqları yox idi. - "Anan heç bir zaman saçını kəsdirmək məcburiyyətində qalmadığı üçün çox xoşbəxt oldu" deyə pıçıldadı atası. - "..və heç kim, ananın daha az gözəl olduğunu düşünmədi deyilmi?" Gerçək gözəllik fiziki görünüşə bağlı deyil, ancaq ürəkdədir! Həmçinin bax:Övlad gözü,ana ürəyiKasıb ananın xəzinəsi
['ana qayğısı', 'övlad sevgisi']
5,906
https://kayzen.az/blog/letife/4429/g%C3%BClm%C9%99c%C9%99l%C9%99r.html
Gülməcələr
ayxansevda
Lətifələr
23 mart 2011, 18:43
Bir gün bir kişinin maşınını oğurlayırlar. Bunu həmin kişinin dostu eləyir.Maşını oğranılan kişi hamını başına toplayır və deyir: -Kim mənim maşınımı oğurlayıb tez gətirsin, yoxsa yenə keçən dəfəki kimi olacaq.Dostu qorxub həmin günün axşamı maşını gətirir və deyir:- Bağışla, qardaşım, amma mənə çox maraqlı gəldi keçən dəfə nə olmuşdu ki??-Keçən dəfə də maşınımı oğurladılar mən də təzəsini aldım... * * *Bir gün dəlixana sakini müdirə şikayət eleyir. -Mənim otaq yoldaşım başına vedrə keçirir, əllərini də toka taxıb deyir: Lampoçkayam yandım, söndüm ,yandım söndüm.Məni yatmağa qoymur. Müdir də cavabında deyir: -Sən ona fikir vermə, yat.Dəli deyir: -Heç işıqda da yatmaq olar ??" * * *Bir gün dəlixanaya yoxlama komissiyası gəlir.Bu komissiya üzvlərindən biri dəlixana müdirinə müraciət edir və ona deyir: -Bu dəlixanadakı dəlilər niyə hərəsi rul əvəzinə əlinə bir şey goturub maşın sürürlər??Baş həkim əlinə qovluğu götürərək deyir: -Otur getdik görək düz deyirsən ğğğğğğnnnnn.. * * * Zooparkda dayanan yaşlı bir aslanla, azadlıqda olan gənc bir aslan yoldaş olurlar. Gənc aslan, "artıq müftə yemek yemek istəyirəm" deyərək, zooparkdakı yaşlı aslandan, onu da zooparka almasını istəyir. Bir neçə gün sonra, gənc aslan da zooparka qəbul edilir. İlk gün yeməkdə, yaşlı aslana ət, gənc olana banan gəlir. Eyni şey ikinci gün də olur. 10-15 gün yeməklər belə olunca, gənc aslan artıq bezir və yaşlı aslandan soruşur: -"Niyə sənə yeməkdə ət verilir, amma mənə banan verilir?" -"VALLAH boşda aslan heyəti yox idi, baxıcılarla danışdım, səni meymun kontingentinə götürdülər..."* * *Cavan oglan sevgilisini axşam evə ötürür.Evin qarşısında oğlan bir əlini divara söykəyərək- Məni bir öpərsənmi?.. Qız:- Dəlisən? evin qarşısında anamgil görər- deyir..Oğlan:-Nə olacaq ,canım , bu saatda kim görəcək, nə olar səni çox sevirəm...Qız:- Mən də səni, amma olmaz...Oğlan çox israr edir. Bu ara birdən pilləkanın işığı yanır və qızın kiçik bacısı çölə çıxır.Kiçik qız:-Atam deyir ki , o heyvan oğlu heyvana söylə əlini domofon düyməsindən çəksin?- dedi.  
['lətifələr']
5,907
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/4428/u%C5%9Fa%C4%9F%C4%B1n-t%C9%99rsliyini-nec%C9%99-aradan-qald%C4%B1rmal%C4%B1.html
Uşağın tərsliyini necə aradan qaldırmalı
ayxansevda
Xoşbəxt ailə
23 mart 2011, 18:04
Sizdə elə olubmu ki, uşağı nəyəsə ( geyinməyə, tökdüyü oyuncaqları yığışdırmağa və s .) məcbur etmisiniz, lakin görmüsünüz ki, bu əbəsdir, uşaq tərslik edir və siz onu cəzalandırmısınız, sonra özünüzü günahkar hiss etmisiniz? Nə vaxtsa olub ki, siz özünüzə söz vermisiniz ki, bütün işlərimi atacam , ancaq uşağımla məşğul olacam, mənə əziz olan insanlarla vaxt keçirəcəm, özümü bütünlüklə onlara həsr edəcəm. Lakin böyük təəssüf hissi ilə anlamısınız ki, bu mümkün deyil. Düşünürəm ki, uşaqda nizam-intizam yaratmazdan öncə valideyn ilk növbədə özündə dəyişiklik yaratmalıdır. Necə deyərlər birinci özündə intizam yarat sonra uşağında. Bunun üçün özünükontrol və özündə nizam-intizam yaratmaq lazımdır. Bu məqalədə siz özünükontrolun tərbiyədə necə effek verdiyinin , nəyi , necə etmək lazım olduğunu biləcəksiniz.Valideynlər hərdən uşaqdan çox şey gözləyirlər. onlar uşağı yükləyirlər. Onlar üçün şərtdir ki, uşaq onlar deyəni etsin, bəs özləri necə öz dediklərinə əməl edirlərmi? Valideyn oyuncaq üstündə vuruşan iki uşağa yaxınlaşır və onları məzəmmət edir : " Bu nədir, oyuncaq üstündə vuruşursunuz? Mən sizə göstərərəm oyuncaq üstə vuruşmaq, başqasının əlindən nəyisə almaq nə deməkdir! Oyuncaq artıq mənimdir."  Bu məsələnin həlli yolu deyil. Belə deyən valideyn unudur ki, o heç də öz problemlərini dediyi kimi sülh yolu ilə həll etmir. Bəzən valideynlər uşaqların yanındaca dalaşırlar, bir-birrinin üstünə qışqırırlar və əvəzində uşaqlarından tələb edirlər ki : "Nə badə vuruşarsınız ha!". Əgər istəyirsinizsə ki, uşağınız mehriban , ağıllı olsun , onda ilk növbədə özünüz mehriban , üzügülər, müdrik valideyn olmalısınız. Birinci bilmək lazımdır ki, siz uşağınızın tərbiyəsində nəyə nail olmaq istəyirsiniz, daha nəyi istəmirsiniz yox. Bunun üçün uşaqla münasibəti sevgi əsasında qurmaq lazımdır, qorxu üstündə yox. Özünüz sevməyi bacarırsınızsa , onda balanıza da özünü və ətrafdakıları sevməyi öyrədəcəksiniz. Belə bir hekayə var :" Biri var idi , biri yox idi. Bir ana ördək var idi. Onun çox uşağı var idi. O bilmirdi ki, onlarla nə etsin. Ana səhər balalarına yemək , verərdi, danlayardı, tənbeh edərdi ,axşam gəlincə yorğun - yorğun onları yatırtmağa tələsərdi ki, bir az dincəlsin." . Siz özünüzü bu Ana ördək kimi hiss etmisiniz, onun yerində olmusunuzmu ? Amma bu gün, sabah , hər vaxt uşaqlarınızla nə etmək lazım gəldiyini bilsəydiniz, necə də xoşbəxt olardınız. Elə deyilmi? Uşaqlar nəyisə düz etməyəndə onları danlamaq , cəzalandırmaq əvəzində onları başa salmaq , düzgün rəftarı öyrətmək necə də yaxşı olardı. Uşaqlar tərslik edəndə onların tərsliyini qarşılıqlı əməkdaşlığa çevirməyi bacarmaq yaxşı olardı , yoxsa klassik ögey ana rolunda çıxış etmək? Əgər uşağınız özünükontrolu itirsəydi, onun üstünə qışqırıb , acıqlanmaqdansa , siz ona özünü ələ almağı, sakitləşməyi  öyrədə bilərdinizmi? Zəmanə dəyişib, biz də dəyişməliyik. Insan stress anında özünü necə aparır? Biz özümüz işlərimiz düz gətirməyəndə və ya  kimlərsə irad tutanda ki, sən uşağını düzgün tərbiyə etmirsən-deyə  , özümüzü necə aparırıq? Nə olur onda bizə, müsbət cəhətlərimiz hara yoxa çıxır , görəsən? İşlərin yaxşı gedəndə insan öz- özünü sevir, uşaqlar özlərini yaxşı aparanda , bizim dediklərimizi edəndə onları sevmək daha asandır, yoldaşımız biz deyən kimi olanda onu da sevmək asanlaşır , elə deyilmi? Lakin həmişə belə olmur, hər şey planlaşdırdığımız kimi olmur. Həyatın elə anları olur ki, qəti qərar qəbul etmək lazım gəlir, daha  "mən nə edim, bacarmıram" - şikayətlənməyi yox. Bunun üçün özünükontrol vacibdi. Bunun 7 yolu var. Bunları öyrənməklə , konfliktlərə, xoşagəlməz vəziyyətlərə düşünülməmiş reaksiya vermərik, uşaqlara nəzarəti itirmərik. Özünükontrolun metodlarını özünüzdə tərbiyə edin. Bunlar aşağıdakılardır: 1. Heç kəs sizi əsəbləşməyə vadar edə bilməz. 2. Onun probleminə öz probleminiz kimi yanaşın. 3. Dəyişməyə məcbur edə biləcəyiniz yeganə şəxs siz özünüzsünüz. 4. Ona yaxınlaşmağa çalışın, uzaqlaşmağa yox. 5. Bir- birinizin yaxşı cəhətlərini görməyə çalışın. 6. Vəziyyəti olduğu kimi qəbul edin. 7. Konflikt- yeni bir şey öyrətmək üçün ideal fürsətdi- deyə düşünün. Uşaqlarınızla fəxr edin, onda onlar da sizinlə fəxr edəcəklər. Bu bir - birinizə yaxınlaşmağınıza səbəb olacaq. "Yox" sözünü elə deyin ki, sizi eşitsinlər. Bu qarşılıqlı hörmət hissini formalaşdıracaq.Uşağın tərsliyini dostluq münasibətinə çevirin. Bu gələcəkdə sizinlə əməkdaşlığa səbəb olacaq.Uşağınız isterika anında onun vəziyyətinin səbəbini araşdırın. Bu mərhəmət hissini yaradacaq. Uşaqlarınıza səhvlərindən nəticə çıxarmağı öyrədin. Bu onların məsuliyyətli böyüməsinə kömək edəcək. Necə deyərlər nə əkərsən , onu da biçərsən.
['övlad tərbiyəsi', 'valideyn - övlad münasibəti', 'uşaqlar və biz', 'uşaq tərbiyəsi', 'uşağa qulluq', 'valideynlərin rolu', 'valideyn-övlad münasibətləri', 'valideyn məsləhəti']
5,908
https://kayzen.az/blog/ayxansevda/4427/nanobeyin-n%C9%99dir-v%C9%99-ya-o-n%C9%99-%C3%BC%C3%A7%C3%BCnd%C3%BCr.html
"Nanobeyin" nədir və ya o nə üçündür?
ayxansevda
Bloq: ayxansevda
23 mart 2011, 15:49
Yaponiyada alimlər nanorobotları idarə etməyə imkan verən molekulyar struktur - "nanobeyin" hazırlayıblar. Alimlərin sözlərinə görə, "nanobeyin"dən superkompüterlərin istehsalı zamanı istifadə oluna bilər. Sukubada (Yaponiya) yerləşən Gənc Alimlərin Beynəlxalq Mərkəzinin əməkdaşları Somobrata Axarya və Anirban Bandiopadya eyni vaxtda bir neçə nanomaşını idarə etməyə imkan verən mürəkkəb molekulyar struktur yaradıblar. Tədqiqatçılar keçirdikləri eksperiment nəticəsində sübut ediblər ki, 17 ədəd DRQ molekulundan ibarət struktur (benzokvinon və tetrametildən ibarətdir) bir takt ərzində 16 komanda yerinə yetirən prosessorun gücündə fəaliyyət göstərir. 17 ədəd DRQ molekulu 4 milyarddan artıq müxtəlif kombinasiya kodlaşdıra bilən molekulyar maşın formasına salına bilər. Alınan molekulyar strukturun ölçüsü - cəmi 2 nanometrdir. Bu işləyən "nanobeynin" dünyada ilk nümunəsidir.Ehtimala görə, proyektləri hələ hazırlıq mərhələsində olan nanorobotların istehsalında "nanobeyin"dən istifadə etmək olar. Nanorobotlardan tibbi məqsədlər üçün geniş istifadə etmək olar. Xüsusilə də, onlar tibbi preparatları insan orqanizminin dərmanlara ehtiyacı olan hissələrinə çatdıra bilərdilər. Ancaq nanorobotlar nəzarət tələb edirlər, və onlara proqram yerləşdirmək üçün "nanobeyin" tələb olunur.Ancaq nanorobotlar kəşf olunana qədər alimlər əldə olunmuş nailiyyətlərdən müasir kompüterlər üçün yüksək səmərəli prosessorların istehsalı zamanı istifadə etmək fikrindədirlər. Onlar artıq gələcəyin prosessorunun əsasını təşkil edə biləcək "nanobeynin" daha böyük variantını hazırlayıblar
['texnoloji tərəqqi']
5,909
https://kayzen.az/blog/maraqli-faktlar/4424/3d-filml%C9%99rin%C9%99-baxmaq-ziyanl%C4%B1d%C4%B1r.html
3D filmlərinə baxmaq ziyanlıdır
Cavid
Maraqlı faktlar
23 mart 2011, 06:11
Kino tamaşaçılarının bir hissəsi artıq çoxdan dəbə minmiş "üçölçülü" təsvirli filmlərə baxa bilmir, çünki belə filmlərə baxdıqdan sonra vəziyyətləri pisləşir, onlarda ürəkbulanma, başgicəllənmə, başağrısı əlamətləri müşahidə olunur. Bu isə lokomosiya xəstəliyinin (orqanizmin bir yerdən digərinə hərəkəti) klassik əlamətləridir. Məsələ bundadır ki, ekranda yaradılan üçölçülü məkan illüziyası beyinin və görmə orqanlarının fəaliyyətinə pis təsir göstərir. Los-Ancelesdəki Cənubi Kaliforniya Universitetinin oftalmoloqu, professor Ceyms Saltsın sözlərinə görə, sağ və sol gözlər arasındakı əlaqənin zəifliyi səbəbindən insanların bəziləri üçölçülü təsvirləri qavraya bilmir. Belə filmləri layiqincə qiymətləndirmək üçün gözlər arasındakı əlaqə ideal, hər iki gözdəki təsvir eyni dərəcədə əla olmalıdır. Təsviri bütün istiqamətlərdə yaxşı izləmək yalnız bu halda mümkündür. Gözlərin filmə əlaqəli baxması üçün beyin əlavə impulslar göndərir. Film uzun çəkdikdə beyin və gözlər yorulur. Odur ki, üç saat davam edən seans zamanı tamaşaçıların nasazlıq hiss etmələrində təəccüblü heç nə yoxdur.
['3D filmlər']
5,910
https://kayzen.az/blog/dieta/4423/m%C3%BCasir-ar%C4%B1qlama-metodlar%C4%B1.html
Müasir arıqlama metodları
Cavid
Dietologiya
23 mart 2011, 06:08
Yay aylarında insanlar xarici görünüşlərinə xüsusilə diqqət yetirirlər. Qışda topladığı ağır çəkilər hən xanımları, həm də kişiləri narahat etməyə başlayır. Bu sahədəki reseptlər həm kişilərə, həm də xanımlara uyğun gəlir. Sadəcə kişilərin və qadınların arıqlaması üçün mövcud olan prosedurlar, idman oyunları fərqlidir. Məsələn, bu prosedurlardan bir neçəsi ilə tanış olun: - Arıqlamazdan əvvəl ilkin görkəmli şəkillərini fərqləndirmək üçün şəbəkəyə yerləşdir. Artıq heç nə əlavə eləmək və ya uydurmaq lazım deyil. Bu şəkillərdə sallanan buxaq və kök qarını görüb özün bir nəticə çıxara biləcəksən. - Bu işdə dost-tanışla mübahisə də xeyir gətirə bilər. Hətta kim tez arıqlaya bilərsə, mərcə də girə bilər. Şərti udana mükafat da təyin edə bilərsiz. Bu da sizin xeyrinizə işləyə bilər. - İştahanızı cilovlayın. Yeməyə acgözlüklə yanaşmayın. Çalışın hər bir qidanı həzm etməzdən əvvəl yaxşıca çeynəyəsiniz. Bunu mütəxəssislər belə məsləhət görür. - Süddən imtina edin. Latte, kapuççino və südlü qəhvə - bu kişi içkisi deyil. Qara qəhvəyə, əsasən də səhərlər, üstünlük verin. Özü də qəndsiz. -Yaşıl çaya meyilli olun, qazsız mineral sulardan daha çox istifadə edin. - Şam işığında yeməyə çalışın. Parlaq rəng iştahı artırır. - Boşqabda qoyulan yeməkləri xəyalən həndəsi formada bir neçə yerə bölün. Əvvəlcə tərəvəzi, sonra isə əti yeməyə çalışın. - Ən nəhayətdə, unutmayın, arıqlamaq istəyənlərin əsas evi idman salonları olmalıdır. Arıqlamaq üçün vasitələr 1) Qara düyü: “B” vitamini olması proteinləri bədəndə olan yağları parçalayır, həzmi asanlaşdırır. 2) Qreyfurt: Bədəni gücləndirir. 3) Qırmızı üzüm: Bağırsaq sistemini təmizləyir. Vitamin və minerallar sayəsində maddələr mübadiləsinin pozulmasının qarşısını alır. 4) Xiyar: Lif zəngini olması sayəsində toxluk hissi verir. Bundan başqa, sağlam bir su anbarıdır. 5) Nar: Çəkinizə nəzarət etmənizi asanlaşdırır. 6) Balaca lobya: Lobyalar arasında ən az yağı olan bu lobya növü vücudda suyu daha çox saxlayır. 7) Gül kələm: ”C” vitamini ilə boldur. Artıq çəkini itirməyə və həzm prosesinə kömək edir. Qara ciyərə xeyirlidir. 8) Alma: Yüngül meyvə olduğu üçün bağırsaqları hərəkətə gətirir. 9) Gilas: Artıq çəki itirməyə səbəb olur. 10) Yulaf: Toxluq və şişkinlik hissi verir. Hazırladı: Kimyə Rüstəmova Mənbə: Lent.az UPD. 2 ilə 130 kiloqram arıqlamağın yolu.Bu, qorxu nəticəsində mümkün olub. Həkimlər boyu 162, çəkisi təxminən 200 kiloqram olan qadını müayinə edərək onun ömrünün sonuna maksimum 2 il qaldığını bəyan edib, yaşamaq üçün onun təcili arıqlamalı olduğunu bildirib. Bundan qorxuya düşən qadın sağlam qidalanmaya keçib, eyni zamanda hər gün hovuzda üzüb.Nəticədə 2 ildə 130 kiloqram arıqlayan amerikalı «2011-ci ilin arıqlaması» tituluna sahib çıxıb.
['arıqlamaq']
5,911
https://kayzen.az/blog/maraqli-faktlar/4422/d%C3%BCnyan%C4%B1n-%C9%99n-bahal%C4%B1-futbol%C3%A7ular%C4%B1.html
Dünyanın ən bahalı futbolçuları
Cavid
Maraqlı faktlar
23 mart 2011, 05:48
"Barselona"nın argentinalı ulduzu Lionel Messi dünyanın ən bahalı futbolçusudur. Fransa mətbuatının verdiyi məlumata görə, Messinin illik gəliri 31 milyon avrodur. Burada söhbət Messinin həm klubdan aldığı əməkhaqqıdan həm də reklam çəkilişlərindən qazandığı gəlirdən gedir. İkinci pillədə "Real"ın portuqaliyalı yarımmüdafiəçisi Kriştianu Ronaldo gəlir. Onun illik qazancı Messininkindən 3,5 milyon az yəni 27.5 milyondur. "Mançester Yunayted"in hücumçusu Ueyn Runi ildə 20,7 milyon avro ilə 3-cüdür. Dünyanın an bahalı baş məşqçisi isə "Real" (Madrid) klubunun çalışdırıcısı Joze Mourinyodur. O, ildə 13,5 milyon avro qazanır. Sonrakı yerləri "Barselona"nın baş məşqçisi Pep Qvardipla (10,5 milyon) və "İnter"in sabiq çalışıdırıcısı Rafael Benites(10,2 milyon) tuturlar.
['Messi', 'Ronaldo']
5,912
https://kayzen.az/blog/ekologiya/4420/ekologiya-elmi-haqda.html
Ekologiya elmi haqda
ismayil
Ekologiya
22 mart 2011, 22:58
Ekologiyanın əsas tədqiqat obyekti orqanizm səviyyəsindən yüksək olan canlı sistemlərdir. Populyasiya, biosenoz, biosfer. Bu elm orqanizmlərin əmələ gətirdiyi birliklərin öz aralarındakı və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqəsini öyrənir. Ekologiya sözünü ilk dəfə 1858-ci ildə Q.D. Toro işlətmiş, 1866-cı ildən sonra alman bioloqu E. Hekkel bu anlayışı geniş yaymış və inkişaf etdirmişdir. Hekkel orqanizmi təbii sığınacaq yerində, yəni öz “evində” öyrənməyi ekologiya hesab etmişdir. Daha sonralar uzun müddət ekologiya biologiya sözünün dar mənasında işlənmişdir. Yalnız gərgin mübahisəli inkişaf yolu keçdikdən sonra müasir ekologiya formalaşmışdır. Orqanizmlərin həyat tərzini və orqanizmdən yüksək canlı sistemləri öz aralarında və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqədə öyrənən elm ekologiya adlanır.1872-ci ildə dünyada ilk dəfə оlaraq Jеllо-Ystоn milli parkı yaradıldı.1910-cu ildə Cеnеvrədə Sardaşın təşəbbüsü ilə dünyada birinci dəfə оlaraq «Təbiəti Mühafizə Cəmiyyəti» təşkil еdildi və 1913-cü ildə Bеrn şəhərində həmin cəmiyyətin birinci bеynəlхalq müşavirəsi оldu.Həsən bəy Zərdabi 1875-ci ildə «Əkinçi» qəzеtinin 1, 4, 8-ci, 1876-cı ildə 26-cı saylarında və 1899-cu il «Kaspii» qəzеtinin 172-ci sayında tоrpaqşünaslığın əsas müddəaları və əkinçilik mədəniyyəti haqqında ətraflı məlumatlar vеrmişdir, tоrpağın хışla dеyil, kоtanla şumlanmasını təklif еtmişdir.XVIII əsr də Rusiyada knyaz Vladimir Хоlinski Bеlоvеjskaya mеşə qоruğunun yaranması haqqında fərman vеrmiş, sоnralar isə I Pyоtr mеşələrin qоrunması, yеni zоlaqların yaradılması, tоrpağın, suyun, balıqların qоrunması haqqında müvafiq fərmanlar imzalamışlar. I Pyоtrun fərmanı ilə Mоskvada və Pеtеrburqda bоtanika bağları yaradıldı.XIX əsrin sоnu və XX əsr əvvəlində bеynəlхalq müqyasda təbiətin mühafizəsi istiqamətində böyük irəliləyiş başlamaqla bəzi qərarlar qəbul еdildi. 1911-ci ildə ABŞ, Rusiya, Kanada və Yapоniya arasında dəniz hеyvanlarının mühafizəsi haqqında ilk Bеynəlхalq saziş imzalandı.1913–1914-cü illərdə Rusiyada ilk dəfə yaradılan «Хarkоv təbiət həvəskarları cəmiyyəti» tərəfindən təbiətin mühafizəsinə dair sərgi təşkil еdildi. 1913-cü ildə Cеnеvrədə təbiətin mühafizəsi üzrə birinci bеynəlхalq müşavirə kеçirildi. 1948-ci ildə Parisdə təbiətin mühafizəsi üzrə Bеynəlхalq İttifaq, 1956-cı ildə Bеynəlхalq Biоmеtrоlоji cəmiyyət yaradıldı.1962-ci ildə BMT Baş məclisinin sеssiyası 1962-ci ildə BMT Baş məclisinin sеssiyasında ilk dəfə оlaraq təbiətin mühafizəsi məsələləri müzakirə оlunmuşdur.1963-cü ildə vəhşi fauna və flоranın mühafizəsi üzrə Bеynəlхalq Kоmitə yaradılmışdır.1971-ci ildə YUNESKO-nun ХVI sеssiyasında dövlətlər arasında «İnsan və biоsfеr» məsələləri üzrə uzunmüddətli еlmi işlərin aparılması qərara alınmışdır.1954-cü ildə Lоndоnda dənizlərin nеftlə çirklənməsinin qarşısının alınması haqqında bеynəlхalq qətnamə qəbul edilmişdir.1970-ci ildə BMT baş məclisi tərəfindən dünya оkеanlarının altındakı sərvətlərdən sülh məqsədi ilə istifadə оlunması haqqında bəyənnamə qəbul edilmişdir. 1978-ci ildə isə təbiətin mühafizəsinin ümumdünya stratеgiyası qəbul еdilmişdir.Atmosferdə parnik effekti yaradan toz və qazların toplanması nəticəsində istilik balansının dəyişməsi və qlobal istiləşmənin yaranması;Ozon təbəqəsinin ildən-ilə nazikləşməsi və ozon deşiklərinin yaranması;Torpağın deqradasiyası (şorlaşma, eroziya, münbitliyin aşağı düşməsi və s.);Torpaqda, suda, havada zərərli maddələrin toplanması;Okean səviyyəsinin qalxması;Bitki və heyvanların (flora və fauna) məhv edilməsi;Zərərli fiziki sahələrin intensivliyin yüksəlməsi (elektromaqnit sahə, səs-küy çirklənməsi və s.);Müəyyən qism sadalananlara istinad edərək təbii fəlakətlərin sayının artması;Həyatın keyfiyyətinin aşağı düşməsi (immun sistemi, genetik sistem və s. );Havanın kimyəvi tərkibinin çirkləndirlməsi və zəhərləndirlməsi ilə mübarizə tədbirləri sisteminə havanın qorunması deyilir. Bunun üçün nüvə silahları sınağını dayandırmaq, atmosfer havasının qorunması haqqında bütün ölkələrin qəbul etdikləri qanunlara əməl edilməsi, havanı çirkləndirən və zəhərləyən istehsal prosesləri texnologiyasını təkmilləşdirmək, sanitar-epidemioloji xidmətdən geniş istifadə etmək, qalıqsız və ya az qalıqlı işləyən prosesləri yaratmaq və s.
['ekologiya']
5,913
https://kayzen.az/blog/maraqli-faktlar/4419/v%C9%99ba-x%C9%99st%C9%99liyinin-m%C9%99d%C9%99niyy%C9%99tl%C9%99-n%C9%99-%C9%99laq%C9%99si.html
Vəba xəstəliyinin mədəniyyətlə nə əlaqəsi?
ayxansevda
Maraqlı faktlar
22 mart 2011, 22:22
Fəlakət kimi qəbul etdiyimiz hadisələrin bəzən xeyirli tərəfləri də olur. Bu sözə gözəl misallardan biri vəba xəstəliyidir. Qara ölüm adı verilən bu yoluxucu xəstəlik 663 il əvvəl ortaya çıxmışdır. Çin və Hindistandan tutmuş İslandiya  və Qrenlandiyaya qədər bütün Asiya və Avropa ölkələri o zamanlar bu fəlakətdən ziyan çəkmişdilər. Xəstəlik dünya əhalisinin sayının ciddi şəkildə azalmasına səbəb olmuşdu.Aralıq dənizinin cənubundan ədviyyat gətirən üç gəmi 1348-ci ildə Genuya limanına gəldi. Dənizçilər şəhəri gəzmək üçün sahilə enərkən gəmidə olan yüzlərlə siçan da şəhərin küçələrinə dağıldı. Bir neçə gün sonra isə şəhərin küçələrində çoxlu siçan ölüsü tapılmağa başladı.Daha sonra şəhər sakinlərində qəribə xəstəlik görünməyə başladı. Həkimlər səbəbini bilmədikləri bu xəstəliklə mübarizədə aciz qalır, hətta xəstələrə yaxınlaşmaqdan qorxurdular. Xəstəliyə ilk dövrdə yalnız kasıb təbəqənin nümayəndələri yoluxsa da, zaman keçdikcə qara ölüm cəmiyyətin bütün sinifləri ilə tanış oldu, aristokrat ailələrin saraylarında, zəngin tacirlərin evlərində qonaq oldu. Əhalinin çoxu evlərini tərk edib dağlara, meşələrə qaçsa da, xəstəlik orada da onları tapdı . Limana gələn üç ölüm gəmisi şəhərdən qovuldu. Qovulan gəmilərdən biri Marselə, digərləri də Aralıq dənizinin başqa limanlarına gedərək xəstəliyi orada da yaydılar. İnsanlar dünyanın sonunun gəldiyinə inanırdılar. Həqiqətən dünyanın sonu gəlmişdi. Ancaq bu son, feodalizm dövrünün sonu idi.  Yoluxucu xəstəlik iki il içində Avropa və Asiya əhalisinin yarısının həyatını son qoyub gəldiyi kimi çəkilib getdi. Avropada 25 milyon, Asiyada 24 milyon insan onun qurbanı oldu. Xəstəliyin yox olmasına səbəb 1350-ci ilin qışının şiddətli soyuq keçməsi oldu. Görünməmiş dərəcədə yağan qar uzun müddət yerdə qalaraq mikrobların ölməsinə səbəb olmuşdu. Xəstəliyin təsiri ilə milyonlarla insanın ölməsi Avropada böyük dəyişikliklərə gətirib çıxardı. Ölən insanlar cəmiyyətin bütün siniflərindən olduğundan bu siniflər yenidən formalaşdı. Minlərlə elm adamı öldüyündən epidemiyaya qədər elm və ədəbiyyat dili olan Latın dilini öyrədən adam qalmadı, dərslər milli dillərdə keçilməyə başladı. Beləcə, mədəniyyət geniş xalq kütlələri arasında yayıldı. Eyni səbəbdən də İngiltərədə aristokratiya sinfinin rəsmi dili olan fransız dili ortalıqdan qalxdı, ingilis dilində danışmağa başladılar.Vəba xəstəliyi feodalizm rejimini kökündən sarsıtdı. Epidemiyadan sonra işçi sinfinin sayı kəskin surətdə azaldığına görə bir çox yeni alət və mexanizmlər kəşf olundu. Geniş xalq kütlələri arasında yayılan elmi-texniki inkişaf dalğası Renessans dövrünün başlanmasına və yeni mədəniyyətin yaranmasına səbəb oldu
['vəba']
5,914
https://kayzen.az/blog/dusundurucu-hekayeler/4414/bir-u%C5%9Fa%C4%9F%C4%B1n-namaz-q%C4%B1lma-%C9%99hvalat%C4%B1.html
Bir uşağın Namaz qılma əhvalatı
elshad
Düşündürücü hekayələr
22 mart 2011, 13:05
Türkan xanım dindar bir ailədə böyümüşdü. Anası hər fürsətdə ona və qardaşlarına namaz qılmalarını söyləyər, hətta əsəbləşərək onlara xəbərdarlıq edərdi. Türkan xanım namazın qılınması lazım olduğuna inanır, amma yenə də qılmazdı, çünki qılmaq nəfsinə çətin gəlirdi. Bəzən başlayır, sonra tərk edərdi. Evləndi və uşaqları oldu. Anası hər gəldiyində eyni şəkildə namaz qılmaları üçün xəbərdarlıq etməyi davam etdirir, o da təkidlə qılmamağa davam edirdi. Çox istəməsinə baxmayaraq heç cür nəfsinə qalib gələ bilmirdi. Bir gün yoldaşları onlara qonaq gəldi. Onlardan biri anasını da gətirmişdi. Xala elə şirin danışırdı ki, onu dinləyən saatlar keçsə usanmazdı. Xala bir ara namaz mövzusuna toxundu. O izah edərkən, Türkan xanım anasını xatırlamış və anasının köhnə günlərdəki namaz xəbərdarlıqlarını düşünürdü. Indi də xalanı zövqlə dinləyirdi. Türkan Xanımın kiçik oğlu Zəkəriyyə, dörd yaşında idi. Oynadığı oyunu buraxmış, xalanın oturacağı dibində iki əlini yumruq edib üzünə söykəmiş bir şəkildə, tərpənmədən dinləyirdi. Anası Kərəm üçün mətbəxlə salon arasında var-gəl edərkən mövzu dəyişmişdi. O da onların yanına oturub söhbətin gözəlliyinə qapılaraq çayını içməyə başladı. «Ana, sənin yerinə mən namaza başlayacağam» Tam bu sırada mətbəxdən bir səs-küy gəldi. Arxasından da oğlunun qışqırığı eşidildi. Təlaşla mətbəxə qaçdı Türkan xanım. Indi də qorxuyla arxasından getdilər. Oğlu bir kürsü qoyaraq tualetə çıxmışdı. Bir ayağı əlüzyuyanın içində, digəri isə çöldə idi. Kürsü aşmış yerdə olanda da, oğlu da əlüzyuyanın kənarında qorxmuş bir şəkildə asılı dururdu. Qaçıb qucağına götürdü. Su içəcəyini zənn edərək: «Istəsəydin mən verərdim balam, ya düşüb bir yerinə zərər versəydin» deyə təlaşla qışqırdı. Türkan xanım oğlunun verdiyi cavabı, uzun illər keçməsinə baxmayaraq hələ də unuda bilmir çünki belə demişdi uşağı: «Ana, mən dəstəmaz alacaqdım. Xala dedi axı, namaz qılmayanlara Allah cəza verəcək. Mən də, sən cəza almayasan deyə sənin yerinə namaza başlayacaqdım. „ O an Türkan xanım, təpədən dırnağa titrədiyini hiss etdi. Allah, illərcə namaz qılmayan Türkan Xanıma oğlunun davranışıyla müdhiş bir dərs vermişdi. Balasına sarılıb dəqiqələrlə ağladı.  
['namaz']
5,915
https://kayzen.az/blog/aforizmler/4413/hikm%C9%99t-sahibl%C9%99ri-demi%C5%9Fl%C9%99r-ki.html
Hikmət sahibləri demişlər ki
elshad
Hikmət dənizi və aforizmlər
22 mart 2011, 12:18
HİKMƏT SAHİBLƏRİ DEMİŞKİ.. Dörd şey gözəldir, lakin dörd şey ondan daha gözəldir. 1. Kişilərin utanması gözəldir. Lakin qadınların utanması ondan daha gözəldir. 2. Hər kəsin ədalətli olması gözəldir. Lakin əmr sahiblərinin ədalətli olması daha gözəldir. 3. Qocanın tövbəsi gözəldir. Lakin gəncin tövbəsi daha gözəldir. 4  Varlının comərdliyi gözəldir. Lakin kasıbın comərdliyi daha gözəldir.  Dörd şey pisdir. Lakin dörd şey ondan daha pisdir. 1. Gəncin günah işləməsi pisdir. Lakin yaşlının günah işləməsi daha pisdir. 2. Cahilin dünya işlərinə dalması pisdir. Lakin alimin dünya işlərinə dalması daha pisdir. 3. İnsanların ibadətdə zəiflik etməsi pisdir. Lakin Dini müəllim və tələbələrin ibadətdə zəiflik etməsi daha pisdir. 4. Zənginlərin qüruru pisdir. Lakin kasıbın qüruru daha pisdir.
['nəsihətlər']
5,916
https://kayzen.az/blog/fotosessiya/4412/brabus-800-ibusiness.html
Brabus 800 İBusiness
Cavid
Fotosessiya
22 mart 2011, 04:35
Mercedes-Benz S-Class yeni Brabus İBusiness 2.0 modelini təqdim edir. Modelin ən böyük üstünlüyü avtomobilin salonunun Apple şirkəti tərəfindən Mac Mini və IPad 2 ilə təchiz olunmasıdır. Avtomobilin texniki göstəricilərindən isə danışmağa dəyməz. The Brabus 800 İBusiness 12 silindirli, 800 at gücü, 0-100 sürəti cəmi 3.9 saniyyəyə, maksimum sürəti isə saatda 360 və digər yüksək texniki göstəricilərə malikdir.
['Brabus']
5,917
https://kayzen.az/blog/kisiler/4411/qad%C4%B1n-g%C3%B6z%C3%BCyl%C9%99-ideal-ki%C5%9Fi.html
Qadın gözüylə ideal kişi
Cavid
Kişilər
22 mart 2011, 03:57
Qadınlar arasında aparılan sorğu-sual zamanı onlar xəyallarındakı ideal kişini təsvir ediblər. Söhbətlərdən gəlinən qənaət belədir: — Yavaş-yavaş sevişib, ancaq gözəl öpüşə bilən kişi xanımlar üçün idealdır. — Onlarla yataqda təmasda olarkən danışan, sevgi söhbətləri edən, onları sevdiklərini söyləyən kişi ideallar sırasındadır. — Gözləriylə bir qadına onu çox sevdiyini başa sala bilən kişi ideal kişilərdən sayılır. — Cinsi əlaqə zamanı qadını əzizləyən, hətta onun paltarlarını çıxarmağa həvəslə vaxt sərf edən kişilər  — Xəbərdarlıq etməyi bacaran və sözünü deyə bilən kişilərdə sevilir. — Xanımın yataqda və real həyatda nə istədiyini kəşf etməsinə imkan yaradan kişilər... — İdeal kişilər sırasında qadını cinsi əlaqə zamanı başdan və yoldan çıxarmağı bacaran kişilər də var. — Özlərini fiziki cəhətdən tamamilə sevişməyə hazır hiss edən kişi ideal kişidir. — Xanıma özünü hər dəqiqə gözəl hiss etdirmək bacarığına malik kişilər də sevilənlər sırasındadır.  — Və masaj etməyi bacaran kişilər qadınların ürəyincə olan kişilər sayılır.
['ideal kişi']
5,918
https://kayzen.az/blog/Cavid/4410/z%C9%99lz%C9%99l%C9%99-v%C9%99-sunami-i-yaponiya.html
Zəlzələ və Sunami I Yaponiya
Cavid
Bloq: Cavid
22 mart 2011, 03:44
Neçə gündür dünya Yaponiyadan danışır. Baharın gəlhagəlində təbiətin, qanın oyandığı bir ərəfədə heç kim bu fəlakətə hazır deyildi, heç kim bunu gözləmirdi. Amma o, gəldi - 11mart günü baş verən zəlzələ, ardınca da qorxunc Sunami. Neçə gündür gözlərimiz tv-lərdə, qəzet, jurnal, xəbər saytlarının səhifələrində yayımlanan Yaponiya Sunamisinin ürəkağrıdan şəkillərini seyr etməkdədir. Videoçəkimlərdə başlayan Sunaminin necə addım-addım ölkəni altına almasını - ev, maşın, zavod, gəmi, insan olduğunun fərqinə varmadan hər şeyi udduğunu seyr etmək tükürpədicidir. Sonra bütün bu zəlzələlərin, fəlakətlərin əlində əsir qalan aciz insanların əksləri sərgilənir gözlərimiz önündə. Qorxu, dəhşət yağan üzləri, yaralı bədənləri, çarəsizlik ifadə edən səsləri... Nə dediklərini anlamasaq belə təxmin edə bilirik, çünki özümüzü onların yerinə qoyuruq bir anlıq, çünki biz də insanıq, çünki heç birimiz başımıza gələcəklərdən sığortalanmadığımızı belə anlarda daha dərindən hiss edə bilirik. İnsandır bu. Bütün ömrü boyu yaşamaq üçün çarpışır. Yaxşı işim olsun, oldu. Yaxşı evim olsun, oldu. Yaxşı maşınım olsun, oldu. Yaxşı ailəm olsun, o da oldu. Yaxşı olsun, olsun, olsun.Bu gün olan hər şeyini atıb, tək bir canını xilas etmək üçün qurtuluş axtarır. Heç nəyi gözə almadan, özü ilə heç bir şey götürə, daşıya bilmədən tək canının xilas yolunu axtarır. Evinin damına çıxaraq, boğulmasın deyə əlinə keçən bir ağac parçasından yapışaraq, qışqıraraq, ağlayaraq, inildəyərək, yalvararaq...Və hələ xilas olarsa, bitməyən ağrıları - ailəsini, övladlarını, qohumlarını ümüdlə, "bəlkə sağdırlar, bəlkə möcüzə nəticəsində hardasa gizlənə biliblər" axtarışı. Daha sonra nə yeyəcəm, nə içəcəm, harada yaşayacam qayğıları. Bir sözlə yazıq, aciz və çarəsiz insan tablosu. ...Fəlakətin bizim kimi kənardan seyr edənlərə səbəb axtarmaq, alışdığımız kimi ad qoymaq qaldı. Bəziləri bu fəlakəti təbiətin növbəti şıltaqlığı, bəziləri təbiətin qanunu, bəziləri Allahın bəlası, bəziləri Allahın imtahanı adlandırdı. Kimisi ibrət aldı, kimisi fəlakəti lənətlədi, kimisi yardım üçün yollar axtardı, kimisi laqeyd-laqeyd "mənə nə?" dedi.Lakin heç kim qalxıb "Bu fəlakəti mən etmişəm!" deyə biləcək cəsarəti özündə tapa bilmədi. Bəli, dünyada baş verən hər bir fəlakətdə hərəmizin zərrə qədər də olsa payı var. Necə?Sürdüyümüz maşınlarla, istifadə etdiyimiz deodrantlarla, çirkləndirdiyimiz su ilə, zərərli tullantılarla zəhərlədiyimiz torpaq ilə, bizə xidmət edən zavodlarla, tikdiyimiz binalarla, baxmaqdan doymadığımız dalğa tv kanallarla, əlimizdən yerə qoya bilmədiyimiz mobil telefonlarla və s. Saymaqla bitməz ki... Təbiətin bizə, biz insanlara "cavab atəşi" idi bu fəlakət. "Bezdim, bitdim, dayan, dur, ey İnsan!" elanı idi."Bəlkə ibrət alasan?" sualı idi."Sən də məhv olan on minlərdən biri ola bilərsən!" xəbərdarlığı idi.İndi mütəxəsisslər Yaponiyada fəlakətdən sonra partlamalar baş verən Atom Eliktrik Stansiyasını zərərsizləşdirmək üçün yollar axtarır. Yayılan radioaktiv şüalar Xirosima, Nakosaki hadisələrinin insanlığa, təbiətə vurduğu dəhşətli ziyanın təkrarlanması təhlükəsini doğurur. Elə bu gün səhərki, xəbərə görə, artıq havada zəhərli maddələr aşkar olunub və insanlara evlərindən çıxmamaq tövsiyyə olunub. Bəli, evlərindən çıxmamaq... Bəs dünya bizim evimiz deyildi mi? Kim evində atom istehsal edər və nəyə görə? Kimlərəsə bu sual ağılsız və ritorik görünə bilər. Amma...İnsanlara zülm etməyi sevməyən Allah bizə doğru yaşamaq üçün göndərdiyi kitabında belə deyir;"İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar." (Rum, 41)
['zəlzələ', 'sunami']
5,919
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/4409/k%C9%99b%C9%99.html
Kəbə
Cavid
islam dininin əsasları
22 mart 2011, 03:37
Allah Beytül-Haram olan Kəbəni insanlar üçün bir qiyam etdi. İslam kainat təsəvvüründə Kəbə, göylə yeri birləşdirən əsas müstəvidə yerləşir. Ora səmanın rəhmindən ərzin göbəyinə uzanan mənəvi bir bəslənmə bağıdır. Yəni Kəbə yer üzünü səmaya, aşağını yuxarıya, alçağı ucaya, sonlunu sonsuza bağlayan bir göbək bağıdır.Kəbənin "kiçik aləm" olan insandakı qarşılığı qəlbdir. Yəni sevginin və imanın qərargahı olan qəlb. "Rəhmanın ərşi" olan, ilahi mərhəmətin təcəlli yeri olan qəlb. Kəbəni mələklərin təvaf etdiyi əl-Beytül-Mamurun yer üzündəki proyeksiyası sayan şifahi rəvayətdə, Kəbəni ilk dəfə kimin tikdiyi sualına iki fərqli cavab verilir. Birincisi, Adəm Allaha ibadət etsin deyə mələklər, ikincisi mələklərin yardımı ilə Adəmin şəxsən özü. Səbəbi də, insanlığın atasının Quranda simvolik bir dillə izah edilən cənnətdən "eniş" qissəsində açıqlanır:Adəm, Şeytanın fitnə və fəsadı ilə Allahın "yaxınlaşma" dediyi ağaca yaxınlaşmış və onun meyvəsindən dadmışdır. Bunun üzərinə tənzili rütbəylə (Tənzili rütbə - burada vəzifəsinin aşağı salınması.) məqamı endirilmişdir. O artıq məsuliyyət dünyasında tək başına qalmışdır  Bu, bir "hubut"dur. Yəni "eniş". Artıq insan, ucalacaqsa, öz iradəsi ilə ucalacaq. Qarşısında iki yol var - qədəri seçmək. Ya doğrunu, ya əyrini; ya haqqı, ya batili; ya ədaləti, ya da zülmü seçəcək. Seçkisinə görə bir aqibət qazanacaq; ya mükafatlandırılacaq, ya da cəzalandırılacaq.Şeytan da günah etdi, Adəm də. Lakin Şeytan günahını müdafiə etdi və İblis oldu. Adəm isə günahını etiraf etdi və "adam" oldu. Adəmi adam olmağa sövq edən arzu itirdiyi cənnəti idi. O, endirildiyi bu məqam üçün darıxır, dünyadakı təkliyinə heyfsilənirdi. Əzraqinin nəql etdiyi, şifahi yolla dildən-dilə dolaşan Adəmin Kəbəyə qovuşma hekayəsi qısaca belədir:Adəm cənnətdə ikən mələklərin əl-Beytül-Mamurdaki təsbih və təkbir səslərini eşidirdi. O da mələklərin bu xoruna qoşulurdu. Enişdən sonra qürbət və təkliyin ikisini birdən yaşadı.Peyğəmbərimiz də bir hədisində dediyi kimi: "Kun fi'd-dünya kə 'abiri's-səbil" [Bu dünyada bir qərib yolçu kimi ol]. Adəm, insan soyunun bax, bu dünyadakı uzun səfərinin ilk zəncirini təmsil edirdi.Adəm cənnətdən uzaqlaşdırıldıqdan sonra, əl-Beytü'l-Mamuru təvaf edən mələklərin təsbih və təkbir səslərini eşitmirdi. Həsrət qaldığı o səsləri yenidən eşitmək, o səslərə yoldaşlıq etmək ümidi ilə yanıb qovrulurdu. Məhz Kəbə Adəmin bu israrına cavab olaraq Allahın əmri, mələklərin də köməyilə inşa edildi. (Əzraqi, 1/36 və s.)Yenə şifahi rəvayətə görə, o təkliyini paylaşacağı ilk itkisi olan yoldaşını gündüzün imana şahid qılındığı Ərafatda tapmışdı. Hacının gecəsini imanına şahid etdiyi Müzdəlifədə isə bu iki sevgili birləşmişdi.Yer üzünün ilk məbədi olan Kəbə məhz bu səbəblərə görə insanoğlunun itmiş cənnətinə yenidən qovuşmasını təmsil edir. Təvaf bu qovuşmanın tərifi mümkün olmayan sevincini ifadə edir.İnsan Kəbəsiz, Kəbə insansız ola bilməzdi. Madam ki, insan toxumu yer üzünə düşdü, göydəki Kəbə də yer üzünə düşməli idi ki, bu toxum cins və təmiz meyvələrini versin. Və elə də oldu. Mələklərin ruhuna səcdəylə əmr olunduqları insan da, Kəbə sayəsində ruhuna hörmət göstərməyini öyrəndi. Təvafın dairəvi olmasının mənası bu idi: Yəni başladığı yerə qayıtmaq... İlk halına dönmək... Özünə dönmək... Bir eşqin döndüyü kimi öz mükəmməllik dövrəsini reallaşdırmaq...Namaz qılarkən hər vaxt Kəbəyə yönələn Müsəlman, tarixi insanlıqla yaşıd bir zəncirin təvazökar bir halqası olduğu şüurunu diri tutar. Bu Kəbəylə mömin arasındakı statik əlaqədir. Dinamik əlaqə isə həcc ibadəti sayəsində təmin edilmişdir.Kəbə, "kub, kubvari tikili" mənasına gəlir. İndiki ölçüsü təxminən 13x12x11 metrlə mükəmməl bir kub olma xüsusiyyətini pozsa da, Həzrəti İbrahimin orijinal tikilisinin kub formasında olduğu bir həqiqətdir. Bu həqiqəti Rəsulullah, Həzrəti Aişəyə qəlbini açdığı bir gün belə dilə gətirər:"Əgər cəmiyyətinin cahiliyyə ilə olan xatirələri yeni olmasaydı, bu Kəbəni yıxar İbrahimin təməlləri üzərinə yenidən tikərdim." (Buxari 574/2. № 1508; Müslim 2/969, № 1333)Tarix boyunca Məkkə vadisinə bir çox sel daşqınları olmuşdur. Bunların bəziləri Kəbəni yıxacaq qədər güclü idi. Məhz bu güclü sellərdən biri də Yəməndən daşıb gələn məşhur Arim seli idi. Miladi 605-ci ildə Kəbəni yerlə bir edən bu selin ardından cahiliyyə müşrikləri Allahın Evi və Həzrəti İbrahimin xatirəsi olaraq hörmət etdikləri Kəbəni yenidən inşa etdilər.Eyni il Ciddə yaxınlarında quruya oturmuş bir gəminin taxtasını satın alıb o gəmi yolçuları arasında olan Rum bir memara Kəbəni tikdirdilər. Vəsait çatmadığı üçün Həzrəti İbrahimin tikdiyindən kiçik tikdilər.Qısaltdıqları yer Kəbə novunun olduğu tərəf idi. (Müslim 2/970) Rəsulullahın, "Bura Kəbənin içidir" dediyi, ay şəklində bir divarla əhatəli olan [xətim] və Hicri-İsmayıl deyə bilinən yer, əslində İbrahimin arxitekturasında Kəbənin içərisində qalırdı. Rəsulullah bu qüsura görə Hacərül-əsvəd və Yəmən guşələrini salamladığı halda Hicr tərəfindəki iki guşəni heç salamlamazdı.Həzrəti Peyğəmbərin reallaşdıra bilmədiyi bu xülyasını Həzrəti Əbubəkrin nəvəsi Abdullah b. Zubeyr reallaşdırdı. Əməvi komandiri Haccacın sağ qolu olan və çox qan tökdüyü üçün "Müsrif" ləqəbiylə tanınan Müslim b. Ukbə, Əməvi müxalifi olan Abdullah b. Zubeyrin [öl. 73 h.] müqavimətini qırmaq üçün Kəbəni mancınıklarla yandırıb yıxdı. Qısa sürən rəhbərliyi dövründə Abdullah b. Zubeyr, Həzrəti İbrahimin təməllərini tapıb Kəbəni o təməllər üzərinə inşa etdi. Müşriklər Kəbəni gəlir gətirən bir sektora çevirmək və rüşvət qaynağı kimi istifadə etmək məqsədi ilə və eləcə də, insanların Kəbənin içərisinə girmələrini mane olmaq üçün yüksəltdikləri qapının astanasını köhnə halına gətirdi. Yenə orijinal quruluşda olan, bağlanan arxa qapını yenidən inşa etdi.Lakin bütün bu orijinallaşdırma səyləri Əməvi xəlifəsi Abdulməliyin əli ilə dağıldı və Kəbə arxitekturası köhnə halını aldı.Milyonlarla insanın toxunmaq üçün can atdığı bu sadə və təvazökar tikili, tövhidi simvollaşdırırdı. Bu kiçik tikili, sadəliyi və təvazökarlığına görə dünyadakı heç bir sənət əsəriylə qarşılaşdırılması mümkün olmayan orijinal bir tikili idi. Onu yenidən inşa və bərpa edən Həzrəti İbrahim, ürəyindəki tövhid eşqini, ancaq bu şəkildə daşa əks etdirmişdi. Tövhidin arxitekturaya çevrildiyi bu tikilidə hər cür zinət və israfdan şüurlu bir şəkildə uzaq qaçılmışdır. Bu tikili, onu hər görənə, insanın Allah qarşısındakı acizliyini xatırladırdı.Kəbə, insanın Allahın böyüklüyünü təqdir etdiyi acizliyini simvollaşdırırdı.Kəbə, insanoğlunun Allah üçün etdiyi və edəcəyi hər şeyin, Allah həqiqəti qarşısında nə cür simvolik və dəyərsiz qalacağını təmsil edirdi. İbrahim təslimiyyətin insana çevrilmiş halı olduğu kimi, Kəbə də təslimiyyətin arxitekturaya çevrilmiş halıdır.Kəbə, məkanın üç ölçüsü və zamanla birlikdə "eşq"in arxitekturası idi. Bir memara eşqi tikiliyə çevir desələr, elə hesab edirəm ki, ancaq bu qədər canlandıra bilərdi. Kəbənin həndəsi quruluşu Sonsuza duyulan arzunun sonsuzluğunu insana pıçıldayırdı.Milyonları onun ətrafında pərvanəyə çevirən məhz o arzudur. O, aşiqin təvazökarlığının bənzərsiz zövqünü ortaya qoyurdu.Kəbə, tikildiyi gündən bəri min illərdi Həzrəti İbrahimdən bir xatirə olaraq hörmət gördü. Bəzən onun tövhidi simvollaşdırdığını da unutdular. Həzrəti İbrahiminin qudası və möminləri olan Cürhümlülər, Hərəmdən götürdükləri bəzi daşlara həddindən artıq təzim edib, getdikləri yerə onları da apardılar. İlk nəsillər onların simvolik mənasını bilirdilər. Lakin sonrakı nəsillər, atalarının ibadət əsnasında Kəbəni düşünərək qarşısında dayandıqları və təvaf etdikləri bu daşları bütləşdirdilər. Məhz Ərəblərdə daşlara tapınma ənənəsinin tarixi belədir. (Əzraqi, 1/116)Ədətlələ ibadət arasında, təzim ilə xurafat arasında çox incə bir pərdə var. Əgər bu pərdə cırılsa, tövhidin şirkə, haqqın batilə qarışması çətin deyil. Bu hadisə bunun ən təsirli dəlilidir.Həzrəti İsmayıldan sonra Kəbə, Cürhümlülərin əlində idi. Onlardan sonra Ərəblərin ilk atalarından olan Amalikalılara keçdi. Şəkilsiz və düz daşlara tapınan Ərəblərə ilk surəti olan heykəli gətirən adam, comərdliyilə məşhur olan kral Əmr b. Luhey oldu. Bu, Hubel adlı büt idi. Dövrün İbrahimi şairi kralı buna görə tənqid etdiyi üçün Mədinəyə sürgün edilir.Ərəb qəbilələrindən əsli cənubdan olan Huzaa və əsli şimaldan olan Kusay arasındakı Kəbəni fəth etmək savaşını qəbilələr birliyinin adı olan Qureyşə mənsub Kusayy qazanar. Qureyş, Kəbəyə həddindən artıq hörmət edirdi. Hətta, bəzi tayfalar biz bu paltarlarla günah işləyirik deyərək, Kəbəni çılpaq təvaf edərdilər. Qadınlar çılpaq halda gecələr təvaf edər, təvaf əsnasında bir əllərini önlərinə digərini də arxalarına tutardılar.Həzrəti Peyğəmbər, Məkkəni fəth etdiyində Kəbənin içərisində hər növ inancı təmsil edən heykəllər, ikonalar, simvollar və şəkillər var idi. Tarixçilər onların sayını 360 olduğunu söyləyirlər. İşin maraqlısı onlar arasında yalnız batil inancların simvolları deyil Həzrəti İbrahimin bir portretiylə qucağında Həzrəti İsa olan bir Məryəm ikonasının da olması idi. Kim bilir, bəlkə də Məryəm və İsa fiquru, Kəbəni tikən Xristian memarın xatirəsinə hörmət olaraq Kəbəyə gətirilmişdi. Həzrəti İbrahim isə bir şirk adəti olan fal oxu çəkərkən təsvir edilmişdi.Müşriklər, öz inanclarına da hörmət göstərilmələri şərti ilə, bütün inanclara hörmət etməyi ənənə halına gətirmişdilər. Həzrəti Peyğəmbərdən də bunu istəyirdilər. Əgər Həzrəti Peyğəmbər gətirdiyi inancın simvolunun 361-ci simvol olaraq Kəbəyə qoyulmasına razı olsaydı, onlar bundan məmnun qalacaqdılar. Çünki, bu sayədə bölgənin ən böyük ticarət şəhəri olan Məkkənin ticari həcmi daha da böyüyəcəkdi.Daha doğrusu, müşriklər bütün bu bütlərə təzim etsələr də, onların hamısının üstündə bir Allah olduğuna onsuz da inanırdılar. Lakin Allah, onların bu əməlini şirk olaraq, yəni haqq-batil şirkəti olaraq görür və təməlindən rədd edirdi. Həzrəti Peyğəmbər, Məkkənin fəthində Həzrəti İbrahimin tövhidi ənənəsini yeniləyərək bütün bütləri yerlə bir etdi. O da iman atası İbrahim kimi bir büt qıran idi. Ondan sonra Kəbədə bir daha büt olmayacaqdır. Kəbə yenidən tövhidin mərkəzi olmuşdu.Təhlükəsizliyin və azadlığın məbədi Kəbənin Qurandakı adlarından biri əl-Beytü'l-Haram'dır. Haram, həm onun "toxunulmazlıq" statusuna, həm də "müqəddəsliyinə" dəlalət edir. Əsasən "haram" anlayışı, bütün assosiasiyası (Şüurda ayrı-ayrı təsəvvürlər arasındakı əlaqə) ilə birlikdə xarakterizə etdiyi obyektin "güvənli/ehtibarlı olmasına" bir işarədir. Zatən "iman"ın əxlaqi qarşılığı da "güvənmək" deyilmi? Bu halda, "iman" insana necə "güvən" verir və buna görə də mömindən "güvənirlik" xüsusiyyəti gözlənilirsə, Beytü'l-Haram da eləcə "güvən" verir və mömindən güvənirliyinin zədələməməsini istəyir. Ona Quranın verdiyi digər bir ad da əl-Beytü'l - Atiqdir. İlk qarşılığı "Azadlıq Evi"dir. Çünki, 'Itk kəlməsi, "köləni azadlığına qovuşdurmaq" mənasını verir. Həzrəti Peyğəmbərin də bir hədisində əl-Beytü'l Atiqin mənasını "azadlıqla" açıqladığı rəvayət edilir: "Allah Kəbəyə 'atiq dedi. Çünki, onu zalımların hücumlarından qoruyub azad etdi. Beləcə heç bir zalım onu zəbt edə bilmədi."Lakin 'atiq sözünün ikinci dərəcəli bir mənası da var: Biri "köhnə, qədim", ya da "qədimliyinə görə qiymətli"; digəri də "uca, şərəfli, üstün". Kəbənin "ilk olmaq", "ən köhnə məbəd" olmaq xüsusiyyətini zatən Quran başqa bir ayəsində vurğulamışdı. Kurtubi bu məzmunda Həzrəti Peyğəmbərin "Məbəd olaraq tikilən ilk ev Kəbədir" dediyini nəql edər. Kəbənin Quranda "təhlükəsizliyin məbədi" və "azadlığın məbədi" olaraq xarakterizə edilməsi nəyin göstəricisi idi?Bəli, Kəbə insanlığın ən qədim, ontoloji iki probleminin həll ünvanını göstərirdi: İnsanın və insanlığın təhlükəsizliyi və azadlığı. Bu problemlərin həlli, ancaq İbrahimi bir təslimiyyətlə mümkün idi.Bütlərindən təmizlənilib təhlükəsizlik və azadlıq evi olmaq funksiyasını yenidən boynuna götürmüş Kəbə bundan belə insanın ürəyindəki və zehinindəki bütləri qıracağı bir mərkəz olaraq istifadə ediləcəkdi. İnsanlar ehtiraslarından, görünən və görünməyən zəncirlərindən, idefiks, (Başdan çıxmayan fikir, həmişə vird edilən şey) ideoloji və şeytanı fanatizmləridən, Allaha burada söz verərək təmizlənəcəkdilər. Kəbə insanlığı qula, qulluqdan Allaha, qulluğa çağırmaqla, insanın azadlıq və təhlükəsizlik probleminə bir həll yolu göstərirdi. Bu yola girən əmin olar, gələcək üçün qayğı duymaz, keçmiş üçün də kədərlənməzdi. Çünki, Allaha təslim olan üzüləcək heç bir iş görmədiyi üçün, qayğı duymayacağı bir aqibətlə müjdələnirdi.Azadlıq və güvənlik kimi iki təməl dəyər əlbəttə bir çox şeyə birdən üsyan edilərək əldə edilə bilər. Bu həqiqəti Quran, "Allah Beytü'l-Haram olan Kəbəni qiyam yeri etdi." şəklində vurğulayır. Güvənlik evi olan Kəbə qiyam yeridir. Başda insanın neqativ mənliyinə qarşı olmaq üzrə, ehtiraslarına, təhrikçi zəifliklərinə və əsir edici şəhvətinə qarşı qiyam yeridir. Beytü'l-Haram, bütün şeytanı güclərə, onlara yaltaqlananlara, zalımlara və istismarçılara qarşı qiyam yeridir.Beytü'l-Haram, insana "lə" deməyi öyrədir. Ən nəcib üsyanı öyrədir. Büt qırmağı, İbrahim kimi atəşə könüllü atlamağı öyrədir. İsmayıl kimi qurban olmağı öyrədir. Həcər kimi Allahdan razı olmağı öyrədir. Həzrəti Məhəmməd kimi, "Bir əlimə günəşi, digərinə ayı qoysalar vallah iddiamdan imtina etmərəm." deməyi öyrədər. (İbn Hişam, Sira, 1/278, Qahirə)
['Kəbə']
5,920
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/4408/%C5%9F%C9%99h%C9%99rl%C9%99rin-anas%C4%B1.html
Şəhərlərin anası
Cavid
islam dininin əsasları
22 mart 2011, 03:34
Məkkə, ucsuz-bucaqsız bir səhranın bağrından fışqırmış vulkanik lava qayalığı meşəsinin ortasındakı dar bir vadidə qurulmuş təvazökar bir şəhərdir. Ətrafı tamamilə qara vulkanik qranit daşlarından ibarət olan sivri və çılpaq təpələrlə örtülüdür.Cənub-şərqində Əbu Qubeys və Əcyad dağları alçalıb yüksələn bir silsilə halındadır, üzləri Kəbəyə çevrilmiş təzim üçün qiyamda dayanmış kimi süzülürlər. Şimalında Hind dağları, Səbir dağları. Qərbdə bir az daha uzaqda yenə vulkanik əhəng təpələri. Məkkəni əhatə edən bu dağlarda bəzən səhra sarısına çalan əhəng daşları görülsə də, ümumiyyətlə tutqun qara qayalardan meydana gəlir. Torpaq yox deyiləcək qədər azdır. Onun üçün yaşıl örtüsü də yoxdur. Hündürlüyü [Sevr 650, Hira 500m.] çox yüksək olmamağına baxmayaraq hamısı bir qıf kimi sivri olduğu və çox vaxt da ayrılmaz qayalardan meydana gəldiyi üçün olduğundan uca və əzəmətli görünürlər.Məkkənin ortasında yerləşən, bu lava qayalıqlarından meydana gəlmiş bölgədə qara təpələrlə əhatəli irili xırdalı təxminən yüzlərlə hövzə var. Müzdəlifənin, Minanın və Ərafatın da bunlardan bir hövzə olduğu dərhal gözə çarpır.Bax, Məkkə şəhərinin yerləşdiyi coğrafi şərtlər budur. Məkkənin ilk nə vaxt qurulduğu sualına tarixi qaynaqların verdiyi fərqli cavablar bizi təmin etmir. Bu suala Quran müstəvisində cavab axtarsaq Ən'am 92-ci və Şura 7-ci ayədən yola çıxaraq Məkkənin yer üzündə insanoğlunun ilk qurduğu şəhər olduğunu düşünməliyik. Çünki, Quran ona "Ummu'l-Kura" adını verir. Yəni şəhərlərin anası:"Məhz bu, bütün şəhərlərin anası və onun ətrafında yaşayan hər kəsi xəbərdar etməyin üçün ucalardan endirdiyimiz və özündən əvvəlki vəhylərdən bu günə qalan bütün həqiqətləri təsdiqləyən bir kitabdır." [6.92]Bu ayədə və Şura surəsinin 7-ci ayəsində keçən "şəhərlərin anası" ifadəsi, bu ayələ birlikdə oxunmalıdır:"Bu bir həqiqətdir ki, insanlıq üçün tikilən ilk məbəd Bəkkədəki bərəkət və bütün bir insanlıq üçün rəhbərlik mərkəzi olan [Kabə]dir ki, orada həqiqətin açıq-aşkar dəlilləri var, ora bir zamanlar İbrahimin yaşadığı yerdir, kim oraya girsə, sağlamlığa və təhlükəsizliyə qovuşar. Bundan ötəridir ki, ona çatmağa gücü çatan bütün insanların Beyti həcc etməsi, Allahın insanlar üzərindəki haqqıdır. İnkarda israr edənlərə gəlincə, bilsinlər ki, Allah yaratdığı aləmlərdən üstündür, hər baxımdan Öz Özünə yetəndir." [3.96-97]Kəbə, yer üzündə qurulan ilk məbəddir. Məkkə isə bütün şəhərlərin anası, yəni insan soyunun ilk mədəniyyət beşiyidir. Müsəlman təsəvvürü Kəbə və Məkkəyə belə bir missiya verər. Lap yaxşı, bəs o zaman Kəbəmi Məkkəni, Məkkəmi Kəbəni doğmuşdur?İctimai antropologiya baxımından əvvəl insanların yerləşməsi, sonra bu insanların ictimai bir məkan meydana gətirməsi və ardından da bir məbədə ehtiyac duymalarından yola çıxaraq, Məkkə şəhərinin Kəbəni doğurduğu iddia edilə bilər. Lakin şifahi rəvayətdə Müsəlman təsəvvüründə Kəbə, Məkkəni doğan ana rəhmidir.Bir şərhə görə ilahi nüfuzu təmsil edən ərşin altında olan əl-Beytul-Mamurun yer üzündəki proyeksiyası olaraq tikilən Kəbə, insanlığın ilk atasına məbədlik etmişdir. Məkkə məhz bu ilk məbəd ətrafında şəhərləşmiş ilk məskunlaşma vadisidir. Yuxarıdakı ayədə keçdiyi kimi onun adlarından biri, bəlkə Məkkə olaraq məşhur olmazdan əvvəlki qədim adı Bəkkədir* Tövrat-Zəburda da bu adla anılır: "Nə müqəddəsdir Sənin evinin sakinləri ki, daima Sənə həmd edərlər, nə mübarəkdir o insan ki, qüvvəti Səndəndir, evinə gedən yollara könül vermiş adam Bəkkə Vadisindən keçərkən o onu işsiz gücsüz buraxar."(Zəbur/Məzmunlar, 84.6) Kitabı Müqəddəsin tərcüməçiləri qəribə və səbəbi aydın olmayan bir qənaətlə mətndə keçən Bəkkəni "göz yaşı vadisi" olaraq dəyişdirirlər. Bu tərcümənin mətnin əsliylə heç bir əlaqəsinin olmadığını ilk fərq edən Ö. Rıza Doğul, bu təhrifə təəccüb etdiyini söyləyir.(Əsri Səadət, 1/114, İstanbul, 1973)Həzrəti Peyğəmbər Məkkədəki Hərəm bölgənin "ilk olma" xüsusiyyətiylə əlaqədar belə buyurub:"Bu diyar Allahın yeri və göyü yaratdığı zamandan bəri müqəddəs qılındığı bir diyardır. Bu diyarın, Allahın əmriylə qiyamətə qədər toxunulmazlığı vardır. Buna görə təbii bitki örtüsü pozulmaz, ov heyvanları ürküdülməz."(Nesai, Mənsak, 10 [2861])İbn İshaq, Məkkəni "Allahın mələkutunun yer üzündəki paytaxtı olaraq" xarakterizə edir. (Sirətu İbn İsaq, Muqaddimə, Tah. M. Hamidullah, Konya, 1981) Yaqutu kimi bəzi başqa tarixçilər də onu "Yer üzünün göbəyi" olaraq adlandırar.Bu qətidir ki, Məkkə və Kəbənin tarixi Həzrəti İbrahimlə başlamayıb. Həzrəti İbrahim, bir yoxdan var edən [sıfırdan quran] deyil, bir ihya və inşa edəndir. İbrahim surəsinin 23-cü ayəsindən də bu açıqca anlaşılır.**Yer üzünün çox sonrakı dövrlərdə səhra ilə örtüləcək olan bölgələrinin, qədim zamanlarda ilk insan məskunlaşmasına ən uyğun təknə və yaşılı bol yerlər olduğu bu gün artıq məlum bir həqiqətdir. Əsasən 6 min ildə bir reallaşdığı təsbit edilən yer üzünün iqlim dəyişikliyi də bu məlumatı təsdiq edir. Belə aydın olur ki, insanoğlunun ilk çağlarında məskunlaşmaya çox əlverişli olan bu bölgə, qlobal iqlim dəyişiklikləri nəticəsində səhraya dönmüş və quraq hala gəlmişdir. Bu da bölgədən digər məhsuldar coğrafiyalara köç hərəkətlərini gətirmişdir. Həzrəti İbrahimin ilk atalarının da bölgədən köç edən bu karvanlar arasında olması ehtimal edilir. İlk baxışda gözə dəyən coğrafi həqiqət, bu ərazinin, günümüz şərtlərində insan məskunlaşmasına heç də əlverişli olmadığıdır. Bölgədə çay, göl kimi təbii bir su qaynağı yoxdur. Bölgədə əkinçiliyə yararlı əlverişli torpaq da yoxdur. Bölgədə heyvandarlığa əlverişli iqlim və otlaq da yoxdur. Uşağı İsmayılı və onun anası Həcəri bu kimsəsiz və quraq vadiyə gətirən Həzrəti İbrahim də bu həqiqəti bütün çılpaqlığıyla fərq etmiş olmalıdır ki, yuxarıda anlatdığımız İbrahim surəsinin 37-ci ayəsində bölgənin bu mənfi xüsusiyyətlərini sayaraq ailəsini sırf ibadət etsinlər, yaxşı bir qul olsunlar deyə bu insan həyatına əlverişli olmayan əraziyə yerləşdirdiyini ifadə edərək, Allahdan onların ruzi verilməsini niyaz edər.Kəbə, Ahbaru Məkkə yazıçısı Əzrakinin nəql etdiyi şifahi ənənəyə aid məşhur bir rəvayətə görə, səmada mələklərin təvaf etdiyi əl-Beytül-Mamurun yer üzündəki proyeksiyasıdır. Buna görə əl-Beytü'l-Mamur, "metafizik Kəbə" olmaqdadır. Nə vaxt Kəbə və Məkkədən söz edilsə, mütləq şifahi və yazılı qaynaqlarımızın müraciət etdiyi və Kəbənin Ərşdəki əsli olaraq düşündüyü əl-Beytul-Mamur təsəvvürü, nəzəri olaraq Qurana isdinad edir. Tur surəsinin 4-cü ayəsində əl-Beytul-Mamura and içilər.Təfsirçilər bu simvolik ifadəni fərqli şərh edirlər. Tarixçi Əzraqi kimi əl-Beytul-Mamuru yeddinci səmada olan və hər gün özünü yetmiş min mələyin təvaf etdiyi Kəbənin anası olan meta kosmik bir məbəd olaraq xarakterizə edənlərin yanında, təfsirçi Kadı Beydavi kimi onu tamamilə məcaza şamil edərək "möminin qəlbidir" deyənlər də vardır. Hər vəziyyətdə əl-Beytul-Mamur Kəbəni doğmuş, Kəbə Məkkəni doğmuş, Məkkə yer üzündəki mədəniyyət beşiyi olan bütün şəhərləri doğmuşdur.Bu təsəvvürdə Kəbə, sanki yer üzündəki həyatın qapısıdır. Həyat yer üzünü bu qapıdan girərək şərəfləndirmişdir. Təbii ki, yer üzünün şərəf qonağı insanoğlunun da ilk zühur etdiyi yerdir. Şifahi ənənəyə görə magma (Yer kürəsinin içində ərgin halda olan kütlə) halındakı yer kürəsidə ilk soyuyan bölgə buradır. Yenə tufandan sonra ilk quruyan yer də buradır. Bu vəziyyətdə həcc, insanın yer üzünə təşəkkürüdür. Çünki, Müsəlman təsəvvüründə Məkkə insan varlığına yer üzünün bağrını açdığı ilk məkan olaraq qəbul edilir.Şifahi ənənəyə görə əl-Beytul-Mamurun yer üzündəki proyeksiyası olan Kəbəni, ilk dəfə ibadət yeri olaraq istifadə edən, insan soyunun atası Adəmdir.Kəbənin olduğu yer bir vulkan ağzı görünüşünü verir. Yer üzünün meydana gəlmə çağında burada reallaşan böyük bir püskürmə ətrafı tamamilə əhatə edən təpələri meydana gətirmişdir. Hətta ikinci nəslə mənsub olan Atanın verdiyi məlumata görə Abdullah b. Zubeyr Əməvi ordusunun mancanaqlarıyla (Katapulta, qədimdə: ox və ya daş atan alət;) yıxdığı Kəbəni yenidən bərpa etdirərkən, işləyənlərə Kəbənin ana təməlinə qədər enmələrini əmr etmişdir. Təməl qazıldıqca sonunda dəvə böyüklüyündə daşların yerləşdirildiyi bir zəminə çatılmış, bütün səylərə baxmayaraq, onları yerindən tərpədə bilməmişdilər. Çünki, o iri daşların altından gələn, işləyənlərin həyatını təhdid edən yandırıcı, qovurucu bir hava axınıyla qarşılaşılmışdır. (Əzraqi, 1/41)Təxminən min illik bir müddət içərisində bəzən cənubdakı Yəmənin yüksək yaylaqlarından qopub gələn güclü sellərin sürüdükləriylə bu çuxur bir vadi halını almış və Həzrəti İbrahim ilahi bir planla bu ilk məbədi ihya etmək üçün bölgəyə göndərilmişdir. Kəbənin yerinin Həzrəti İbrahimdən əvvəl də məbəd olaraq bilindiyi İbrahim surəsinin 37-ci ayəsindəki "mən nəsilimi sənin müqəddəs evinin yanına əkinçiliyə əlverişsiz bir vadiyə yerləşdirdim." deməsindən də bu qənaət hasil olur.Kəbə, Həzrəti İbrahim və oğulu tərəfindən içində ibadət edilmək üzrə inşa və ihya edildiyində, Həzrəti İbrahim Allahın əmri ilə insanları bura ziyarətə çağırmışdır. Bu çağırış Allah qatında elə qəbul olunmuşdur ki, banisinin ölümündən minlərlə il sonra da belə dünyanın dörd bir tərəfindən insanlar bu mis rəngli, şoran və quraq əraziyə sevinc gözyaşlarıyla bir sel kimi axmağa davam edirlər.Yuxarıda çəkdiyimiz Məkkə coğrafiyasını göz önünə gətirərək bu sualı hər kəs öz - özünə verməlidir. Min illik ömrüm olsa və ömrüm boyunca dünyanı gəzib dolaşacaq imkanım olsa, dünyanın cənnət kimi sahilləri, meşələri, görkəmli dağları, xariqüladə gölləri, zümrüd yaşılı bölgələri, can alan çayları və təbiət cənnətləri var ikən mininci səfərimdə də bura gəlirdimmi?Bu suala veriləcək cavab sanıram "Kəbə olmasaydı əsla" olacaqdır. O halda Kəbənin belə bir məhrumiyyət coğrafiyasında olmasının daşıdığı bir məna vardırmı? Əlbəttə!Eynilə başda çəkdiyimiz dünya metaforasında/bənzətməsində olduğu kimi, bunun verdiyi mesaj da budur: "Allah bir diyarı müqəddəs etsə, insanları oraya məftun edər. İstəsə o diyar insan məskunlaşmasına əlverişsiz şoran və quraq bir vadi olsun. O halda ey insanlar, Allahı razı etməyə çalışın. Onu razı etsəniz gözəl olmasanız da, fərq etməz. Çünki, ucaltmaq da [Muizz], alçaltmaq da [Muzill] Ona aiddir. O bir insanı əziz etsə, dünya aləm birləşsə, onu zəlil edə bilməz. "Çünki, izzət Allaha, Rəsuluna və möminlərə aiddir" [63.8].*Bəzi nüfuz sahibləri Məkkə adının Bəkkənin transformasiyaya məruz qalmış şəkli olaraq qəbul edirlər. Onların başında ikincə nəslə mənsub tanınmış nüfuz sahibi olan Mücahid gəlir. Mavərdi, bu iki kəlmənin etimolojik fərqliliyindən çıxış edərək ayrı - ayrı adlar olduğu qənaətinə gəlir. Buna görə Məkkə, "sümükdən iliyin çıxarılaraq alınması", "azaltmaq", "aradan qaldırmaq, yox etmək" mənasında təməkkə kəlməsindən törədilib. Əsmainin fikrincə Bəkkə deyilməsi "insanların izdihama görə bir - birlərini qovub uzaqlaşdırmaları"dır. Bir görüşə görə Məkkə bir ərazinin hamısına, Bəkkə isə Kəbəyə verilən addır. Ya da Məkkə "haram bölgə"nin , Bəkkə isə "Məscidi Haramın" adıdır. Bizə görə, Bəkkə Məkkənin köhnə adıdır. Quranın, onun ilk olma keyfiyyətini dilə gətirərək bu adı istifadə etməsi, buna dəlalət edir. Əzraqi Məkkə və Kəbəyə aid 40 isim təsbit edib. İbn Zahidə isimli bir şair bunların otuzunu ehtiva edən bir şeir yazmışdır.**Məkkə, əsərləri bizə qədər gəlib çatan miladdan əvvəl qədim tarixşilər tərəfindən də təsbit edilmişdir. Məsələn Batlamyus, Məkkədən "Macoraba" olaraq bəhs edir. İslam Tarixinə aid bir əsər qələmə alan Dozyəyə görə "Makoraba" Məkkədir. Romalı tarixçi Cecilis [M.ə. 50] Məkkəni dünyanın ən qədim şəhəri olaraq tərif edər.Mənbə: Azerislam.com
['Şəhərlərin anası']
5,921
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/4407/m%C9%99kan-%C5%9F%C3%BCuru.html
Məkan şüuru
Cavid
islam dininin əsasları
22 mart 2011, 03:32
Məkkənin içində yerləşdiyi Ərəbistan Yarımadası, yer qabığının meydana gəlməsi əsnasında sanki bir əl tərəfindən bir paxlava dilimi kimi yerindən oynadılmış, okean bu dilimin kəsişmə xətlərinə girmiş kimi, iki körfəz arasında [Akabe və Fars Körfəzi] səhralarla örtülü bir quru parçasıdır. Yarımadanın şərqi alçaq, qərbi isə yüksəkdir. Bu halı ilə bir az yana çevrilmiş paxlava dilimini xatırladır.İsti bu yarımadanın qədəridir. Bu torpaqların çox az qismi istisna, yer dəmir, göy misdir. Yarımadanın şimal - qərbi boyunca dünyanın ən böyük səhralarından biri uzanır gedir: Nufud səhrası. Səhra bir qum okeanıdır. Çılpaq, yalnız və ürküdücü. Adı belə dilə gəldiyində dodaqlar qovrulur. Səhra bədəvisinin yandırıcı istidə həftələrcə sürən tənha səfərində rast gəldiyi tək bitki növü olan tikanlı "həmd" kollarından başqa həftələrcə heç bir yaşıllığa rast gəlinmədən getmək mümkündür. Hərdən bir əsən yandırıcı səhra küləyi, yolçusunu sərinlətmədiyi kimi ilk anda fərq edilməz bir zərəri də vardır. Səhra qum təpələrini bu külək təxminən gündə bir metrə qədər sanki bir okean dalğası kimi sürüyər. Getdiyinizdə keçdiyiniz bir təpəni dönüşünüzdə yerində tapa bilməməyiniz nadir hal deyil.Bəzən qopan qum fırtınaları eynilə mərhəmətsiz bir dəniz qasırğası kimi hər şeyi silib süpürər. Səhrada vahə, okeanda adadır. Səhranın gəmisi dəvələr, səhranın kapitanı sağlam bədənlər, səhranın kompası ulduzlardır. Səhra insanı üçün ən əhəmiyyətli şey "yol"dur. Yolunu itirmək [dəlalət] həyatını itirməklə sinonimdir. Yolunu tapmaqsa, [hidayət] həyatda qalmaqdır.Tarixin tanıdığı ən böyük simalar bu yarımadada yaşamışdılar. Hamısı da məna səhrasında yolunu itirən insanlığa doğru yolu [sıratı mustaqim] göstərmişdilər, onlara cığır açmışlar [şəriət], onlara bütün insanlıq öndərlərinin üzərində getdiyi qədim doğru yolu öyrətmişdilər. Onların başında Həzrəti İbrahim gəlir. Tövratın Təqvin/Yaratma kitabına görə adı qədim Ərəbcədə müqəddəs dilək sahibi mənasına [Ab-ram], İslam qaynaqlarına görə isə "mərhəmətli ata" [Əbun Rahimun] mənasını verən İbrahim, kim bilir bəlkə də Ərəbistanın quraq səhralarını buraxıb Mesopotamiyanın məhsuldar ərazisinə hicrət edən qədim Ərəb qəbilələrindən birinə mənsub idi. Qaldənin Ur şəhərində böyüməsinə baxmayaraq əslən oranın yerli sakini deyildi.Orada qərar tutmayan səhranın köçəri çoban qəbilələrindən biri olan İbrahimin qəbiləsi, bütpərəst Ur kralına qarşı verdiyi fərdi inanc savaşını qazanır, lakin hicrətə qərar verir. Harran yolu ilə əvvəlcə Suriyaya, oradan Fələstinə hərəkət edir. Övladı olmayan arvadı Sara, İbrahimin Misirli zənci cariyələrindən bir uşaq sahibi olmasını həzm edə bilmir. İbrahim ilahi işarələrin işığında, uşağını və onun anasını arvadının qəzəbindən qorumaq üçün, uzaq diyarlara aparır. Və onları gətirib buraxdığı yer, içərisində tək başına bir "sərha" ağacının olduğu quş uçmaz karvan keçməz quraq bir vadidir: "Rəbbimiz! Mən nəsilimi Sənin müqəddəs evinin yanına, əkinçiliyə əlverişsiz bir vadiyə yerləşdirdim. Rəbbimiz! Qulluq etsinlər deyə belə etdim. İnsanların könüllərini onlara meyl etdir. Şükr etmələri üçün onları məhsullarla ruziləndir." [14.37]Əlbəttə İbrahim, nəsilini buraxdığı bu vadiyə təsadüfən gəlməmişdir. O Adəmin izini təqib edirdi... Bütün peyğəmbərlər bir-birinin izini təqib etmirlərmi?
['Məkan şüuru']
5,922
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/4406/t%C9%99vaf.html
Təvaf
Cavid
islam dininin əsasları
22 mart 2011, 03:30
Kainatda var olan hər bir şeyin hərəkətli olduğunun, təvafdan daha gözəl bir ifadəsi ola bilməz. Atomdan kiçik olan parçacıqlardan atoma, atomdan planetə, planetdən ulduza, ulduzdan qalaktikaya, qalaktikadan qalaktikalar aləminə, xülasə mikrodan makroya hər bir şey təvaf halındadır. Materializmin qanunlarından olan mexaniki və sabit kainat təsəvvürü, kvant qanununun kəşfiylə tarixə qarışdı. Bilirik ki, kainatda hər şey təvaf halındadır. Elektron atom nüvəsini təvaf edir. Elə təvaf edir ki, tutulmur. Qan ürək mərkəzli insan bədənini təvaf edir. Əgər qan bu təvafını bir müddət dayandırsa, insanın bu dünyadakı qonaqlığı sona çatar. Yəni, qanın təvafını dayandırmasının digər adı ölümdür. Ay, dünyanı təvaf edir. Dünya, günəşi təvaf edir. Günəş, sistemiylə birlikdə aid olduğu qalaktikanın mərkəzini təvaf edir. Samanyolu qalaktikası bilinməyən bir mərkəzi [öz Kəbəsini] təvaf edir. Xülasə zərrədən kürrəyə hər şey təvaf halındadır. Əgər cahanşümül təvaf bir an dayansa, kainat sanki ürəyi dayanan bir bədən kimi məhv olacaq, öləcək.Qiyamət, kosmik təvafın dayanması deməkdir.Bu bildiyimiz dünyalar. Ya bilmədiyimiz, idrakımızın qavramaqdan aciz qaldığı bambaşqa dünyaların təvafı? Ya məna aləminin baş döndürən dövranı? Ya metafizik aləmlərin, ağlın idrakdan aciz qaldığı, zaman və məkan üstü hərəkəti?Ya aləmi mələkutun, görünməz varlıqlar kainatının meta kosmik təvafı? Bax, burada bir an dayanıb, cahanşümül xora qatılmaq mənasını verən təvafın edildiyi dünyanı və "Şəhərlərin Anası" [Ummu'l-Kura: 6.92] Məkkənin içində olduğu bölgəni, coğrafi və tarixi baxımdan qısaca təhlil edək.* Lord Kelvin, XIX yüz ilin sonuna doğru fizikanın az qala tamamlandığı fikrindədir. Ona görə yalnız istilik və işıq teoriyası üzrə bəzi kəşflərə ehtiyac var. Lakin H. Hertzin 1887 - ci də kəşf etdiyi "fotoelektrik təsir və istilik teoriyası" ilə, reallaşdırılan təcrübələr arasında qəribə uyğunsuzluqlar baş verdi.Mənbə: Azerislam.com
['Təvaf']
5,923
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/4405/mina-i-m%C9%99rif%C9%99t-yolunda-bir-fasil%C9%99.html
Mina I Mərifət yolunda bir fasilə
Cavid
islam dininin əsasları
22 mart 2011, 03:26
Rəsulullahın Zilhiccənin səkkizinci günü [tərviyə günü] Minada qonaq qaldığı yer Məscidi Hayf idi. Hələ Mədinədə ikən Həzrəti Əbu Bəkrə orada fasilə verəcəyini söyləmişdi.Həcc səfərinin ilk günü olan Tərviyə günü, yəni Qəməri aylardan Zilhiccənin 8-ci günü məhşər Minada başlayır. Rəsulullahın "Həccinizin mənasiqini məndən öyrənin" dediyi yerdən. Mina ilk dayanacaqdır. Məhşər yolunda bir məktəbdir, həcc məktəbi. Həccin məlumatı orada öyrənilir. Bilənlər, öyrəndiklərini orada bir də nəzərdən keçirərlər. Bu Həzrəti İbrahim və İsmayılın duasını yeniləmək mənasını verir: "Ey Rəbbimiz bizi sənə təslim olanlardan et! Soyumuzdan da davamlı sənə təslim olacaq öndər topluluqlar var et! Bizə necə qulluq edəcəyimizi göstər və bizi bağışla. Heç şübhə yoxdur ki, Sən tövbələri çox qəbul edən, rəhmətlə rəftar edənsən'." [2.128]Günün hamısını, ya da bir hissəsini Rəsulullahın xatirəsinə hörmət olaraq orada keçirərlər. Mümkündürsə günorta, ilkindi, axşam, şam və Zilhiccənin 9-cu günü səhər namazını orada qılar və oradan mərifət dənizinə qarışmaq üçün Ərafata hərəkət edərlər. Səfərin son detallarına nəzarət edər, namazlarını səfərdə qılınan kimi qılarlar. Zatən səfər hələ ihrama girərkən başlanmışdır. İhrama girən hər kəs Allah qonağı hesab olunur. O artıq namazları, qonaq kimi qılmalıdır. Yəni əsli üzrə, dörd rükətli fərzləri, iki olaraq.Səfər yolçuluq deməkdir, qonaq yolçu. Ərəb dilində səfər, "açıqlıq, reallıq, gizli olanın ortaya çıxması, görünməyənin görünən hala gəlməsi" mənasını verir. "Safira", təsəttürlü olmayan qadına verilən addır. Yolçuluğa bu adın verilməsi xeyli mənalıdır. Çünki yolçuluq insanın əsl üzünü ortaya çıxaran, insanın qara qutusunu açan, insanın taxdığı maskaları çıxarıb əsl üzü ilə görünməsiyi təmin edən bir vəziyyətdir. İnsanın pisi yaxşısı səfərdə bilinər. Buna görə Həzrəti Ömər tanış olmağı və dostluğu üç şeylə təyin etmişdir: Alış-verişlə, yoldaşlıqla, səfərlə.Yol yoldaşı yoldan əvvəl gəlir. Onun üçün əskilər bu həqiqəti köhnəlməz bir qəlibə tökmüşlər: "Əvvəl rəfiq sümmə't-tariq: Əvvəl yol yoldaşı, sonra yol". Hər hicrət Əbubəkr kimi bir yol yoldaşına möhtacdır. Ürəyini ürəyinə söykəyəcəyin, dərdini dərdinə qatacağın, birlikdə gülməyə deyil birlikdə ağlamağa və hətta birlikdə ölməyə can atacağın bir yoldaşa.Şifahi rəvayətə görə, Adəm də itirdiyi yol yoldaşı Həvvanı bu torpaqlarda tapmamışdırmı? Birlikdə istiğfar edib birlikdə ağlamaq, cənnəti yenidən birlikdə tapıb əbədi olaraq birlikdə olmaq üçün...Yola birlikdə çıxmanın mükafatı, mənzil-i maqsuda birlikdə çatmaqdır. Hicrətə birlikdə çıxmanın mükafatı, Mədinəyə birlikdə girməkdir. Tövbəni birlikdə etmənin mükafatı, əfvə birlikdə nail olmaqdır.Yaxşı bir yol yoldaşın varsa, yol azuqən olmasa da olar. Birinizin azuqəsi ikinizə çatacaq. Azuqədən əvvəl dost axtarmalısan. Niyyəti həcc olmayıb "el nə deyər" deyə gedən bir yol yoldaşı ilə yola çıxmaq, ət yemək niyyətiylə qurban səhminə (Şərikli qurbanda pay sahibi) girən adamın səhih niyyətlilərin də qurbanını ifsat (ifsat - pozmaq, qarmaqarışıqlıq çıxartmaq) etməyinə bənzəyər.Dözmək məcburiyyətində olduğun yoldaşın sənin kürəyində atın belində dayanan bir heybə kimi deyil, dəvənin belindəki bir donqa kimi dayansın. Artıq bədənindən bir parça halına gəlmiş, tərpənərkən düşməyən, rahatlıqla səni tərk etməyən, ürəyin yandığında susuzluğunu aradan qaldıracaq bir su çəni olaraq imdadına çatan, sənə səhraları aşmağa yardım edən bir "donqa" kimi. Əgər yanında belə biri varsa, niyə dayanmısan. Vur özünü Ərafat yollarına, "mərifət" yollarına.
['Mina']
5,924
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/4404/%C3%BCmm%C9%99tin-ilk-birliyi.html
Ümmətin ilk birliyi
Cavid
islam dininin əsasları
22 mart 2011, 03:23
Əslində bu həccin rəsmi olaraq başladığının da işarəsidir. "Mənasiqinizi məndən öyrənin" (Beyraqi 5/125, 9307) deyən Həzrəti Peyğəmbər həccdə üç yerdə ümmətə xitab etmişdir. İlk xütbəsini Zilhiccənin yeddinci günündə Məkkədə, günorta namazından sonra Kəbədə vermişdir. Digərlərindən fərqli olaraq bu xitabda biri dini digəri siyasi olmaq üzrə iki xütbə yerinə, tək xütbəylə kifayətlənmişdir.Əslində bu xitab həccin siyasi tərəfini təmsil edən universal bir məlumat idi. Bu məlumat İslam Ümmətinin lideri tərəfindən verilər. O yoxdursa, onun tərəfindən vəzifələndirilən "həcc başçısı" bu vəzifəni icra edər. Hicrətin 9-cu ilindəki həccdə də belə olmuşdur. Hicrətin 8-ci ilində Məkkə fəth olunmuş, 9-cu ilində Rəsulullah Həzrəti Əbubəkri öz yerinə vəkil təyin edərək "həcc əmri" elan etmişdir. Həzrəti Əbubəkr həccin siyasi tərəfini icra etmiş, bunun sayəsində o ilki həcc bir ümmət konqresi olma funksiyasını yerinə yetirmişdir. 10-cu ildə Rəsulullah şəxsən ümmətin həcc əmrliyini icra etmiş və üç yerdə, ən izdihamlı yerlərdə İslam ümmətinə xitab etmişdir: Zilhiccənin 7-ci günü Məkkədə, 9-cu günü Ərafatdakı Nəmirə Məscidində, bayramın ikinci gününə tay olan Zilhiccənin 11-ci günü günorta namazından sonra Minada Məscidi Hayfda. Məşhur vida xütbəsi bu xütbələrin bir yerə toplanmış mətnidir. Bu xütbələri Rəsulullah və rəşid xəlifələr ümmətin dini və siyasi lideri sifətiylə vermişdilər. Həcci ümmətin problemlərinin müşavirə edildiyi ümmət konqresi edən də məhz bu nəbəvi ənənədir.İndiki vaxtda ümmət lidersiz qalıb. Bu vəziyyət həccin bir tərəfini daima əskik buraxır, buna görə də həccdən gözlənilən ictimai nəticə heç cür həyata keçirilmir. Könül istəyərdi ki, heç olmasa Müsəlman xalqlarını idarə edənlər öz aralarında bir birlik meydana gətirsinlər. Bu birliyin dövr başçısı ya şəxsən, ya da vəkalətlə dünyanın kimsəsizi və yetimi kimi hiss edən ümmətin hacılarına başçılıq etsin. Onlara cahanşümül hədəflər göstərsin. Onları duyğu, düşüncə və hərəkət birliyinə dəvət etsin. Məkkədə hər il yandırılan mədəniyyət məşəlini, milyonlarla möminin doğulduqları torpaqlara apara bilmələrinə yardım etsin.Könül istəyərdi ki, ümmətin qanayan yaraları həcc mövsümündə alınacaq ortaq qərarlarla sarılsın. Dünyanın ac uşaqları doydurulsun. Çılpaq uşaqları geydirilsin. Bir yarım milyardlıq nəhəng bir kütlənin məzlumun yanında, zülmün qarşısında olunduğu bəyan edilsin. Könül istəyərdi ki, ümmətin ictimai birliyini təmsil edən bir əl, Məscidi Hərəmi dolduran məhşəri qələbəliyin təkbir səsləri ilə havada bir neçə dəfə dalğalatsın. Bu əlin təmsil etdiyi iddiaya, milyonlar sevinc gözyaşlarından bir ümman hədiyyə etsinlər. Könül istəyərdi ki, İslam ümmətini meydana gətirən xalqların liderləri kəfənlərini əyinlərinə keçirib idarə etmək iddiasında olduqları xalqlarla birlikdə Allahın hüzurunda başaçıq, ayaqyalın vakfəyə (Hacıların Ərəfatda dayanmaları) dayansınlar. Öz acizlik və kiçikliklərini, Allahın kərəm və ucalığını etiraf etsinlər. İdarə edənlərlə idarə olunanlar Allahın hüzurunda eyni səfdə, eyni uniformayla, eyni hədəf və məqsəd üçün bir araya gəlsinlər.Könül istəyərdi ki, Həzrəti Peyğəmbərin dilindən tarixin ən əhatəli və kamil insan haqqlarını bəyan edən məlumatın oxunduğu bu torpaqlarda pozulan haqqlar bərpa edilsin. Xarabalığa çevrilən ürəklər abadlaşdırılsın. Sınmış könüllər təmir edilsin. Qəmli insanlar sevindirilsin. Təfriqə dəf edilsin, ixtilaflar müzakirə edilsin.Könül istəyərdi ki, Müsəlman alimlərdən ibarət olan ümmətin ortaq ictihad şurası hər il həcc mövsümündə toplanaraq yeni məsələlərə yeni çarələr tapsın. Əski çarələrə yeni suallar versin. Ümmətin əzmini, yardımını, səyini, mədəniyyətini artıracaq qərarlar alsın. İslam cəmiyyətinin yıxılan divarlarını təmir etsin, insanın və insanlığın əzilən qürurunu dirçəltsin.Könül istəyərdi ki, həccdə sevgidən ibarət olan bir dünyanın toxumları atılsın. İnsanlar bu sevgi toxumlarını ürəklərində gəldikləri yerlərə aparsınlar. Hər kəs yaşadığı torpağı "hərəm" halına gətirmənin həyəcanı ilə məmləkətinə dönsün.O zaman hər həcc və hər hacı, yer üzünün və həyatın hörmət dəyərinə əlavə edilmiş əlavə bir dəyər olardı.
['birlik']
5,925
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/4403/mikat.html
Mikat
Cavid
islam dininin əsasları
22 mart 2011, 03:21
Əlini qolunu yelləyərək beləcə Hərəm bölgəsinə girə bilməzsən. Hələ Adəm olmadın, halbuki adam olmağın əvvəl Adəm olmağından başlayır. Möhtərəm qılınmış bir torpağın sərhədindəsən. Bu sərhədlərə mikat deyilir. Unutma ki, bu sərhədlər, mələk Cəbrayıl vasitəsilə Allah tərəfindən təyin olunmuşdur. Mikatı məhşərin sərhədi də saya bilərsən. Yola hansı texniki vasitə ilə çıxarsansa çıx, hökmən sənə ən yaxın mikatta məhşər paltarını geyinməlisən. Qadınsansa, hərəm bölgəylə kişidən daha harmoniksən. Çünki qadın da eynilə bu bölgə kimi "hərəm"dir, "məhrəm"dir. Yəni toxunulmazlığı vardır, "möhtərəm"dir. Belə ki, əlini və üzünü mütləq açmalı, özünü tanıtmalısan. Yüzün nə qiyməti var, maskaların bir-bir düşdüyü bir məhşərə gedirsən. Paltarın sadə olmalı, kəfəni xatırlatmalıdır. Bəzəkdən və zinətdən uzaq dayanmalısan. Unutma ki, bədənin arxa plana keçirildiyi, ruhun önə çıxarıldığı bir məhşərdəsən. Və yenə xatırla ki, ruhun cinsiyyəti yoxdur.Kişisənsə, əvvəl cinsiyyət simvolu olmaq üzrə, səni deşifrə edən bütün simvolları tərk etməlisən. Zənginlə yoxsulun, müdirlə işçinin, general ilə əsgərin, komandir ilə məmurun, dövlət başçısı ilə sıravi vətəndaşın eyni olduğu bir məhşərin sınağındasan. Rütbəni, məqamını, mövqeyini, ictimai statusunu, sərvətini, şöhrətini, elmini təmsil edən paltarlar geyə bilməzsən. Məhşər, dini, hərbi, siyasi, elmi, iqtisadi mövqelərinlə fors atıb, naz satacaq bir yer deyil. Oradakı tək rütbə, qalıcı gözəlliklərdir.Adəmsən. Adəm kimi irqlər üstü, Adəm kimi coğrafiyalar üstü, Adəm kimi mədəniyyətlər üstü, Adəm kimi rənglər üstü, Adəm kimi xalqlar üstü olmalısan. İrqini, qəbiləni, qövmünü, xalqını, aid olduğun ictimai və siyasi quruluşu bir kənara buraxmalısan. Bayraqları, ölkələri, sərhədləri arxanda buraxmalısan. Sən, həcdə sadəcə özün olmalısan. Bütün bunlar səni özün olmağına mane olan şeylərdir.  Adəm kimi yer üzü vətənin, şeytan düşmənin, insanlıq xalqın, İslam millətin, ədalət dövlətin, cənnət idealın, dünya ölkən, Məkkə paytaxtın, tövbə və dua dilin, eşq yükün, iman rütbən, Allah dostun olmalıdır.Adəm kimi cənnətdən dünyaya sürgünsən. Qürbətdəsən. Qəribəsən. Bir hubutu/enişi yaşadın. Bir ayə kimi yer üzünə nazil oldun. Sürgündə kök atacaq, bir toxum ikən min meyvə verəcəksən. Vüsalı axtaracaq, əşyalaşdırılmayan tək yerin olan ruhunun əllərində adam olacaqsan.Sənin kimi yer üzünün dörd bir tərəfindən Adəm olmağa, adam olmağa gələn yüz minlərlə, milyonlarla insanla görüşməyinə, bilişməyinə, tanış olmağına, qucaqlaşmağına əngəl olacaq hər cür maneəni həm kürəyindən, həm zehnindən, həm də ürəyindən söküb atmalısan.Yalnız əynindəki paltarları deyil, içindəki səni dəyərli etdiyinə inandığın duyğu və düşüncələri də mikatda buraxmalı, haram duyğu və düşüncələrlə Hərəmə girərək, ilahi məhramiyətə mənəvi təcavüz etməməlisən.Allahın hüzuruna anadan doğulduğun kimi, yəni 'ümmi olaraq' gəlməlisən. Anadan doğulmuş kimi saf və tərtəmiz dönmək istəyirsənsə, bunu mütləq etməlisən. Bunu yaxşı bil ki, varışın, dönüşünü müəyyənləşdirəcək. Üzərində dünyəvi rütbələrdən birini daşımağın, özəl münasibət görmək istədiyinə, imtiyaz arzuna dəlil sayılaraq, əleyhinə yazıla bilər.
['Mikat']
5,926
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/4402/h%C9%99cc.html
Həcc
Cavid
islam dininin əsasları
22 mart 2011, 03:18
Həcc ibadətini diriltməyə həccin klassik tərifindən başlamaq lazımdır. Həcc üçün deyilən klassik təriflərdə "gedə bilmə imkanı" vurğulanaraq, bunda məqsədin maddi imkan olduğu açıqlanır. Halbuki həccin tərifi verilərkən, Ali İmran surəsinin 97-ci ayəsinə istinad edərək əvvəlcə bu fərzin ümumiliyi vurğulanmalıdır. Ayədə keçən "ona bir yol tapa bilən" ya da "ona yol tapmağa gücü çatan" cümləsindəki səbil ["yol"] da, yalnız maddi imkana reduksiya edilməməlidir. Elə kasıblar vardır ki, pulu olmadığı halda həccə getmə imkanları yaranır və arzu etdikləri üçün bu ibadəti asanlıqla icra edə biləcəkləri fürsətlər meydana çıxır. Bu günə qədər olunan klassik həcc tərifləri, belə fürsətləri inkar edən və iqtisadi baxımdan zəngin hesab olunan insanlara xitab edən iqtisadi təriflərdir. Maddiyyatı ön plana çıxaran bu tərifə rəğmən Müsəlman ölkələrdən bir çox insanlar hər fürsəti qiymətləndirərək bu fərzi icra etmək üçün qanuni hər yola baş vurmaqda və israr etməkdədirlər. Təbii ki, Allah həcc etmək üçün heç bir fürsət tapa bilməyənlərin üzərindən bu öhdəliyi götürəcək. Buna görə, həcc hər möminin Allahla əhdini yeniləmək üçün fürsət taparaq simvollardan ibarət olan mənasiqi (İbadət edəcək yerlər. İbadət edərkən lazımlı olan üsul, yol və tərz.) bəlli zamanlarda və məkanlarda yerinə yetirməsidir. Həcci fərz edən Ali İmran surəsinin 97-ci ayəsi isə klassik tərifləri boşa çıxarar: "Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır." Bu ayədən yola çıxaraq, həcc etməyi imkandan çox imana bağlayan bir tərif daha tutarlı və bu işin ruhuna daha uyğundur. Ayədəki "ona bir yol tapa bilən" ifadəsi təfsirə ehtiyacı olmayacaq qədər açıqdır. "Ona bir yol tapa bilmək" hökmən "minlərlə dolları olmaq" mənasınamı gəlməlidir? Yoxsa "qanuni hər yola baş vurub məqsədinə çatma" mənasınamı? Unutmayın ki, ən böyük imkan imandır və möminin imanı otostop çəkərək (Eyni istiqamətlə gedən maşınlarda pulsuz səyahət etmək. Adətən yol kənarında dayanaraq maşınlara əl qaldırıb saxladır və gedəcəkləri istiqamətə yaxın bir məsafəyə qədər onunla gedirlər....) dünyanı gəzən otostopçuların maraq motivlərindən daha böyük fürsətlər doğura bilər.Unutmayın ki, əkini və suyu olmayan bir ərazidə Həcərin hələ südəmər olan balası İsmayılla birlikdə əldə etdiyi bütün imkan, bir boğça yemək, bir tuluq su idi. Və buna baxmayaraq, Həcər "Bizi kimə buraxırsan?" sualına "Allaha buraxıram." cavabını verən İbrahimə bunu söyləyirdi: "Allahamı? Mən Ondan razıyam." (Əzarqi, Ahbaru Məkkə, 1/55, Məkkəi Mekərrimə - 1416)Həccin sadəcə zənginlərə məxsus bir ibadət kimi qəbul ediləcəyi günlərin gələcəyini əvvəlcədən təxmin edən Həzrəti Peyğəmbər, həccə əsl ehtiyacı olanların kasıblar olduğunu baxın görün necə bir üslubla açıqlayır:  "Həcc və ümrə, körüyün maddənin çöküntüsünü təmizləyib yox etdiyi kimi kasıblığı və günahları yox edər. "(Tirmizi 3/175, № 810; İbn Mace, 1/964, №2887)Həcc, Həzrəti İbrahimin mirasıdır. Quranda Allah onun yolunu izləməyimizi əmr edər: "[O sizdən] atanız İbrahimin inanc sistemini [izləməyinizi istəyir]" [22.78]. Həzrəti Peyğəmbər də bu mənada bunu söyləyib: "Həcc ibadətlərini icra etdiyiniz yer/zaman/hal [meşair-işarələr, əlamətlər, nişanələr] üzərində durunuz. Çünki siz, atalarınız İbrahimin mirası üzrəsiniz." (Əbu Davud. Mənasiq, 63 2.189) Həzrəti İbrahim, özündən sonrakı bütün muvahhidlərin inanc atasıdır. İnsanlıq inancda onun uşaqları hökmündədir. Həcc eyni zamanda, insanlığın iman atasına olan hörmətinin bir ifadəsidir.Həcc insana "yolçu" olduğunun xatırladılmasıdır. Yalnız yolçu deyil, eyni zamanda yol olduğunun da... Çünki bu dünya və axirət dünyası ilə, ruhunun keçmişi və gələcəyi ilə, həyat səfərdən başqa heç nə deyil. Yəni həcc, "tükdən incə qılıncdan iti" bir sirat olan həyat yolunda, insanoğluna yeriməyi öyrətmək məqsədi daşıyan bir ibadətdir. Həcc, insanlığın Allaha gediş dastanını hər möminin öz şəxsində təkrar yaşamasıdır. Həcc, Adəm rolunu oynayan hər bir insanın, itirdiyi cənnəti axtarışa çıxmasıdır.Həcc, insanoğlunun uzaqlaşdığı fitrətinə yenidən qayıdışının simvolik bir təlimidir. Həcc, öz-özünə yadlaşan fərdin şəxsiyyətini tapıb özünü tanıyaraq, özü ilə barışıq yaşamaq üçün başlatdığı nəcib səfərin adıdır. Xülasə həcc, məhşərin məşqidir.
['Həcc']
5,927
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/4401/%C5%9F%C3%BCur-v%C9%99-ibad%C9%99t.html
Şüur və İbadət
Cavid
islam dininin əsasları
22 mart 2011, 03:15
İnsanın, insanlığın və təbiətin xüsusiyyətini pozan müasir ağılsızlığa qarşı, iman mərkəzli yeni bir həyatın inşası zəruridir. Bu zərurət yalnız Ümməti Məhəmmədin xilası üçün deyil, insanlığın və hətta təbiətin və exo sistemin salamatlığı üçün də keçərlidir.İnsanüzlü bir həyatın yenidən inşası üçün yeni bir cəmiyyətin inşası şərtdir. İnşa ediləcək bu yeni cəmiyyətin vəzifəsi yer üzündə tövhid və ədaləti yenidən təsis etmək olacaq. Bu keyfiyyətdə olacaq bir cəmiyyətin ən böyük xüsusiyyəti digər cəmiyyətlərə analıq edə biləcək ləyaqətdə olmasıdır. Quran, məhz bu cəmiyyətə "ümmət" adını verir. Ümmət, yəni kəlmə mənası ilə "ana cəmiyyət". İnsanlığa ana kimi yar olan, onları şəfqət və mərhəmətlə qucaqlayıb səadətə çağıran, bir xoşbəxtlik simvolu kimi ürək - ürək insanlığa hüzur daşıyan, onlara azadlığın və ədalətin həqiqi qapısını göstərən bir cəmiyyət. Qula qulluğu yox edib Allaha qulluğa çağıran, insanlığın dəyişməz dəyərlərinin o biri adı olan İslam ilə məxluqatın şərəf siyahısında ilk sırada olan insanı görüşdürən bir cəmiyyət.Yeni bir cəmiyyətin inşası üçün yeni bir insanın inşası qaçınılmazdır. Yeni bir insan; Allaha, özünə, cəmiyyətə və əşyaya qarşı məsuliyyətinin şüuruna çatmış, özü ilə davalı deyil barışıq olan, daha doğrusu özü və Rəbbi ilə tanış olan bir insan. Bəşər olmaqdan xilas olub insan olma şərəfinə çatan, öz səadətini üzvü olduğu insanlıq ailəsinin səadətində görən, özünə qarşı yadlaşmayan, başqa sözlə həqiqətə qarşı da yadlaşmayan, öz həqiqi yüzünü ürək aynasında seyr etməkdən çəkinməyəcək qədər doğru bir insan. Bilməklə kifayətlənməyib tanıma səviyyəsinə ucalan, hiss etməklə kifayətlənməyib şüura ucalan, baxmaqla kifayətlənməyib görən, eşitməklə kifayətlənməyib qavrayan, mücərrəd bir inancla kifayətlənməyib inancını həyata çevirən, şirkdən uzaq dayanmaqla kifayətlənməyib İbrahim kimi bütləri qıran, tövbə etməklə kifayətlənməyib Adəm kimi cənnətini axtaran, şeytana uymamaqla kifayətlənməyib şeytanı daşlayan, cəsədini qurban verməklə kifayətlənməyib İsmayıl kimi nəfsini qurban edən bir insan.Azadlıq və əminliyini imanı ilə zəmanət altına almış, şəxsini və şəxsiyyətini bədəl ödəyərək tapmış, izzət və şərəfi imtina edilməyəcək dəyərlər arasında bilmiş, xam ikən bişmiş bir insan.Yeni bir insanın inşası yeni bir idrakın inşası ilə mümkündür. İdrak yəni köhnəlməz ifadəsi ilə şüur. Modern fərdin alt-üst olmuş dəyər mühakiməsini yenidən əsl mövqeyinə çevirən bir şüur. Öz özünü dərk edən və başqası tərəfindən də o dəqiqə dərk edilən bir şüur. Sahibini sürüdən biri olmaqdan çıxarıb şəxsiyyət edən bir şüur. Bir düşünün: Dəvə də Məkkəyə gəlir, dəvənin üzərindəki insan da. Ərafata, Məşarilharama, Minaya dəvə ilə gedər. Əgər bir səbəbi varsa, dəvə ilə təvaf və say edə bilər. Siz dəvənin yerinə maşını qoya bilərsiniz, heç nə dəyişməyəcək. Ancaq dəvə ya da maşın hacı olmaz, insan hacı olar. İkisi arasındakı fərq şüur fərqidir. Dəvə nə üçün gəldiyinin fərqində deyil, lakin insan nə üçün gəldiyinin fərqindədir. Məhz bu səbəblə şüur, bir davranışı ibadətə çevirən yeganə eliksirdir.Nəyə lazımdır yeni bir şüur inşası? Çünki hər biri fərdi və ictimai xəstəliklərimizə məlhəm, problemlərimizin həlli olan ibadətlərin yenidən qazanılması, yalnız yeni bir şüurla mümkündür."İbadətlərin yenidən qazanılmasından" söz etdim. Bəli, çünki biz ibadətləri itirmişik. Nəbinin hələ o vaxtlar "namazı itirəcəklər" möcüzəvi xəbərində olduğu kimi (Əhməd b. Hanbəl, 3/28) namazı itirdik. Orucu itirdik. Zəkatı itirdik. Həcci itirdik. Bayramı itirdik. Qurbanı itirdik. Namaz qıldıq, oruc tutduq, amma ruhunu itirdik. Həzrəti Peyğəmbərin dili ilə desək, "bizə yalnız yorğunluğumuz və aclığımız" qaldı. Halbuki, bütün ibadətlər, fərdi və ictimai bir çox dərdə dərman olma xüsusiyyəti daşıyır. Məsələn; Qurana görə "namaz insanı pisliklərdən və ifratdan qoruyurdu" [29.45]. Oruc, "insanda Allaha qarşı məsuliyyət şüuru oyadırdı" [2.183]. Zəkat, "insanı və cəmiyyəti saflaşdırar və təmizləyər." Həcc, "insana ayaqları üzərində durmağı, qiyamı, müqaviməti, üsyanı öyrədirdi" [5.97]. Bütün bunlar cinayət, günah, anarxiya, haqsızlıq, zülm, təcavüzkarlıq, zorakılıq, zillət, miskinlik, tənbəllik, cəhalət, bədbəxtlik, ümidsizlik və daha bir çox xəstəliklərin dərmanı idi. İtən hər bir ibadət bizdən bir az səadəti uzaqlaşdırır, bizi bir az da fəlakətə yaxınlaşdırırdı. Ruhunu və şüurunu itirdiyimiz ibadətləri qurbanını kürəyində daşıyan Qabil kimi kürəyimizdə daşıyır, onlarla tezliklə dəfn edilməsi lazım olan bir ölü kimi davranırdıq. Halbuki, hər ibadət bizi əbədi xoşbəxtliyə daşıyan bir Burak (İslam qaynaqlarında Peyğəmbərin meracda mindiyi minik. Burak kəlməsi İldırım, şimşək, parıldamaq, işıldamaq mənalarına gələn Brek kəlməsindən törədilmişdir) olmalı idi. İbadətlərlə ənginliklərə "uçmalı" deyildikmi? Ruhunu itirdiyimiz ibadətlər bizi cənnətə deyil, ardında buraxdıqları doldurulmaz boşluğun uçurumuna yuvarladılar.  Hər ibadəti insanın Allaha göndərdiyi bir məktuba bənzədə bilərik. Şüursuz və ruhsuz ibadətlərimiz içi boş məktuba döndülər. Zərf vardı. Hətta çox gözəl, bəzək - düzəkli. Amma məktub yox idi. Halbuki zərf, qiymətini içində daşıdığı mesajdan alırdı. İçərisində məktub olmayan zərf yalnız boş bir zərf deyil, bəzi hallarda göndərilənə qarşı həm də təhqir mənası da daşıyırdı. Yəni, içərisi boş olaraq göndərilən bir zərfin daşıdığı bir mesaj varsa da, bu sahibini xəcalətli edən pis bir mesaj idi. Bax, içərisində şüur olmayan bir ibadət də, içi boş bir zərfi xatırladırdı. Nəticədə, mesaj yerinə çatmadı. İbadətdən gözlənilən nəticə alınmadı. Və bütün bunların nəticəsində ibadətlər itirildi.Namazı yenidən qazanmaq lazımdır.Orucu, zəkatı yenidən qazanmaq lazımdır.Xüsusilə həcci yenidən qazanmaq lazımdır.Onları iyləmək, dadmaq, hiss etmək, duymaq, geyinmək və yaşamaq lazımdır. Məhz o zaman bəlkə Peyğəmbərin bu sözünün mənasını qavraya bilərik: "Dünyanızdan mənə üç şey sevdirildi. Birincisi, gözümün nuru namaz..." (Əhməd b. Hanbəl, 3/28, №12315; Nesai, 5911) Lap yaxşı, qiblə şüuru olmadan namaz şüuru necə ola bilər? Əlbəttə, ola bilməz. Qiblə, - ərazi şüurunu, - ən gözəl şəkildə həcc ibadəti oyandıra bilər.İbadətlər içərisində həcci, peyğəmbərlər içərisində Həzrəti Məhəmmədə və səmavi mesajlar içərisində Qurana bənzədə bilərik. Necə ki, Həzrəti Peyğəmbər hər peyğəmbərin ən güclü xüsusiyyətlərini özündə birləşdirən bir şəxsiyyətdir, Quran bütün vəhylərin hamısını vücudunda daşıyan bir xitabdırsa, həcc də bütün ibadətlərin hamısını vücudunda birləşdirən başqa bir ibadətdir.Həcc, eynilə namaz kimi, məlum zamanlarda və məlum məkanlarda edilən rukunları ilə zaman şüuru və məkan şüuru qazandırır. Həcc, həm namaz və oruc kimi cismani, həm zəkat kimi maddi, həm cümə və cihad kimi ictimai və siyasi bir ibadətdir. Bu üç ölçünü bu cür diqqətəlayiq bir şəkildə vücudunda toplayan yeganə ibadətdir. Buna görə də Həzrəti Peyğəmbərin dilindən digər heç bir ibadət üçün verilməyən müjdələr həcc üçün verilmişdir. Yeganə bir şərtlə: Məqbul olması, xeyirli olması, yəni qəbul olunmuş olması şərti ilə. Həzrəti Peyğəmbər buyurub: "Allah qatında məbrur [qəbul olmuş] həccin qarşılığı şübhəsiz ki, cənnətdir." (Buxari, № 1683, Ay, Müslüm, Əbu Davud, Tirmizi və baçqaları)Gördüyümüz kimi, həccin məqbul olanı və olmayanı var. Məqbul olmayan həcc, sıxıntılı turistik səyahətdən başqa heç bir şey deyil. Qəbul olunmuş bir həcc isə, bütün digər ibadətləri dirildən bir həyat eliksiridir. Hər kəsi əmin edərəm ki, həccini diriltmiş bir insanın namazı, orucu, zəkatı, cihadı, dəvəti, fərasəti, bəsirəti, fitrəti və şəxsiyyəti yenidən diriləcək. Bu mənada həcc, sanki bütünlüklə bir "bası bə'dəl - məvt" ["yenidən diriliş"] hərəkətidir. İbadətlərin hamısını diriltmənin və yenidən qazanmanın ən qısa və möhkəm yolu həcci diriltməkdən keçir. Həcci dirildən bir fərd, şəxsiyyətini diriltmiş olacaq. Həcci dirildən bir ümmət isə itirdiyi qürur və şəxsiyyətinə yenidən qovuşacaq. Həcc universal bir diriliş müjdəsidir. Hacı, Allahla müqaviləsini yeniləmiş insandır. Məkkə özünü Həzrəti İbrahimə nisbət edən hər kəsin ortaq mərkəzidir. Özünü Həzrəti İbrahimə nisbət edən hər kəs onun inanc soyuna mənsubdur. Həzrəti İbrahim və İsmayılın duası, eynilə miladi VII əsr cahiliyyəsində qəbul olunduğu kimi, həcc təkrar dirildiyi zaman, XXI əsr cahiliyyəsində də qəbul olunacaq:"İbrahim, İsmayılla birlikdə Kəbənin təməllərini yüksəldərkən belə yalvardılar: 'Rəbbimiz! Bizdən qəbul buyur! Yalnız Sənsən bütün duaları eşidən, və könüllərdəkini bilən də yalnız Sənsən! Ey Rəbbimiz! Bizi Sənə təslim olanlardan et! Nəslimizdən də Sənə hər zaman təslim olacaq öndər cəmiyyətlər var et! Bizə necə qulluq edəcəyimizi göstər və bizi bağışla! Heç şübhə yoxdur ki, Sən, tövbələri çox qəbul edənsən, rəhmətlə rəftar edənsən'!" [Bəqərə, 127-128] Mənbə: azerislam.com
['süur', 'ibadət']
5,928
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/4400/h%C9%99cc-risal%C9%99si-i-t%C9%99qdim.html
Həcc Risaləsi I Təqdim
Cavid
islam dininin əsasları
22 mart 2011, 03:12
Həcc, bir sözlə möhtəşəm ibadət! Ehtişamı (Cəlal, möhtəşəmlik, əzəmət), mənasında deyil, mahiyyətindədir, yəni daşıdığı ruh və saxladığı potensialda gizlidir. Əgər həcc ibadəti itirdiyi ruhuna yenidən qovuşsa, içində daşıdığı potensial özünü büruzə verəcək və bu insanlıq üçün bir "bası ba'dəl - məvt" [yenidən diriliş] müjdəsi olacaq. Həcc, Quranın dili ilə, "Allahın simvollarından" [min şə'airillah] ibarət olan bir ibadətdir. Hər kəs bilir ki, hər simvolun simvollaşdırdığı bir həqiqət var. Daşıdığı həqiqətləri bir tərəfə buraxıb simvollara sarılmaq, əvvəlcə insanı öldürüb sonra cəsədinə sarılmağa bənzəyir. Bax, həcc ibadətini möhtəşəm edən ruh və potensial dedikdə bunu nəzərdə tuturduq. Yaxın zamanlara qədər həccə dəvəylə, atla gedərlərmiş. İndi avtomobillərlə gedirlər. Ərafata dəvəylə çıxarmışlar. Müzdəlifəyə, Minaya dəvəylə gedərmişlər. Ərafata, Müzdəlifəyə, Minaya gedən dəvə ya avtomobillə, onlara minən insan arasındakı fərq şüur fərqidir. Ona görədir ki, dəvə və avtomobil hacı olmur, nəyi nə üçün etdiyini dərk edən insan hacı olur. Həcc əsnasında, mübarək torpaqlarda yazılmış bu kitabın məqsədi, məhz bu şüur fərqini meydana çıxarmaq və həccin təkrar dirilişinə xidmət etməkdir.  Bu sadə risalənin səhifələri arasında gəzərkən, ürəyi bədənindən əvvəl hərəkətə keçib eşq, azadlıq və əminlik diyarına, yəni "nurun mərkəzinə" doğru qanadlanan ruhlar; Allahla müqaviləniz indidən mübarək olsun!
['Həcc risaləsi']
5,929
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/4399/zilhicc%C9%99-ay%C4%B1.html
Zilhiccə ayı
Cavid
islam dininin əsasları
22 mart 2011, 03:10
Ayların on ikincisi və hörmətli aylardan, "əşhurul-hurumun" ikincisi Zilhiccədir.Qaynaqlardan məlum olduğu kimi Qurban bayramı da daxil olmaqla Zilhiccə ayı, mübarək ayların ən mühimləri arasında yer almaqdadır. Əshabələrdən İbn Abbas (r.a) Peyğəmbərdən (s.a.s) bu ayla bağlı aşağıdakı hədisi nəql etmişdir: Peyğəmbər (s.a.s) Zilhiccənin ilk on günündə edilən ibadətlər digər aylarda edilən yaxşı əməllərdən, Allah nəzdində daha məqbuldur buyurunca orada olanlar; Ya Peyğəmbər (s.a.s) Allah yolunda edilən cihad da Zülhiccədə edilən ibadətdən daha sevimlimidir? dedilər. Peyğəmbər (s.a.s) bəli cihad da. Yalnız malını, canını təhlükəyə qoyaraq cihada çıxıb dönməyən (şəhid olan) kimsənin cihadı bundan daha fəzilətlidir buyurdu. (Təcrid, III, 188) Zilhiccənin səkkizinci gününə "tərviyyə günü", doqquzuncu gününə "Ərəfə günü" Qurban bayramı gününə ( onuncu gününə) "Nəhr günü" ondan sonrakı üç günə də "Təşriq günləri deyilmişdir. Ərəfə günü burada Qurban bayramından bir öncəki gün mənasında deyil Ərəfada vəqfa gününü nəzərdə tutan bir anlama gəlir. Həc surəsinin 28-ci ayəsində keçən Əyyamr-malumat: Müəyyən günlər ilə Bəqərə surəsinin 203-cü ayəsində keçən Əyyamı-madudat: "Sayılan günlər" İbn Abbas (r.a) tərəfindən "Zilhiccənin ilk on günü və təşriq günləri deyə təfsir edilmişdir. "Əyyamı malumat"ın tərviyyə və Ərəfa günü, Əyyamı madudatın təşriq günləri olduğuna dair rəvayət də vardır.  Bu günlər üçün xoş görülmüş bir ibadər vardır ki, buna "təşriq təkbirləri" deyilməkdədir. Allahu əkbər, Allahu Əkbər, lə iləhə illallahu vallahu əkbər Allahu əkbər vəlillahul-hamd şəklindəki təkbirləri Ərəfə günü sabah namazından bayram günü əsr namazına qədər namazların fərzlərindən sonra söylənilir. Zilhiccənin ilk yarısındakı günlər, Uca Allah qatında dəyərli günlər arasındadır. Hətta Cümə həftənin; Zilhiccənin ilk onu isə ilin mübarək günləridir deyilmişdi. Buna görə Zilhiccənin ilk onuna təsadüf edən Cümə hər iki fəziləti də toplayacağı üçün ilin ən mübarək günlərindən biri sayılmışdır. Peyğəmbər (s.a.s) və əshabələri bir çox fəzilətin bir arada toplandığı Zilhiccənin ilk yarısını, zikrlə, ibadətlə keçirər, yoxsullara kömək edərdilər. Dolayısı ilə onları örnək alaraq müsəlmanların o günlərdə ibadətlərinə diqqət etmələri, dualarını artırmaları, xeyir işlər çox görmələri, günahları üçün tövbə etmələri çox gözəl olardı.Bunu da xatırlamaq lazımdır ki, Zilhiccə ayının içində Həc və Qurban ibadəti vardır.Allah bizi bu aydan faydalananlardan etsin. Amin
['zilhiccə ayı']
5,930
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/4398/h%C9%99cc-%C9%99rkan%C4%B1.html
Həcc ərkanı
Cavid
islam dininin əsasları
22 mart 2011, 03:07
Həsrətlə gözlənilən Həcc ziyarətinin başlanmasına barmaqla sayılacaq günlər qalıb. Ziyarətçilər bu məsuliyyətli ibadətin həyəcanını lap dərindən hiss edir və səfər üçun yol hazırlıqları ərəfəsindədirlər. Lakin gəlin Ömərin oğlu Abdullahın (r.a) bir sözünü yada salaq: "Yola çıxanlar çoxdur, Həcc edənlər isə azdır." Allah təala Öz lütfündən bəxş edib kimlərəsə Həcc ziyarətini nəsib etmiş, kimlər isə çalışsalar da getmək nəsib olmamışdır. Uca Rəbbimiz Ona yaxınlaşmaq, ibadət və itaət yoluna çıxmağı kiməsə nəsib edibsə, onu həm sevir həm də imtahan edir. Kimsə bu sevgiyə uyğun layiqincə hərəkət edir, Uca Rəbbinə yaxınlaşmaq üçün ən uyğun üslublardan istifadə edir, kimlərsə bu sevginin və mərhəmətin qədrini bilməyərək imtahandan keçə bilmirlər. Yuxarıda Abdullah ibn Ömərin sözlərinə bir daha diqqət edək. Həccə getmək adıyla yola çıxanlar çoxdur, Həcc niyyətiylə gedənlər isə azdır. Möhtərəm və sevimli müsəlman bacım və qardaşım! Bil ki, Allah təala səni başqalarından üstün tutmuş, onlardan seçmiş və bu Həcc nemətini sənə bəxş etmişdir. Malını və canını sərf edərək Həccə çox çıxanlar olmuş, amma bu yolda gedib gələnə qədər elə əməllər etmiş ki, savablarını zay etmiş, yaxud Həcc onun üçün ibadət deyil, sadəcə turistik bir səyahət olmuşdur. Əgər salamat çatmaq, Rəbbinlə görüşəcəyin gün əməlinin məqbul olduğunu görmək istəyirsənsə, gərək həqiqi Hacı olasan. Niyyətini yenilə, ürəyini bir daha yoxla, dərinliklərində gizlənən dünya həyatı həvəsləri varsa, ora çatmamışdan silib at onları. Fikrində başqa planlar varsa, niyyətini və istəyini xalis etmək üçün Allaha dua et, yalvar! Bilirsənmi qəbul olunmuş Həccin savabı nədir?Bəlkə də bilməmiş olmazsan, bu səfərə çıxmamışdan yəqin bunu sənə bir neçə dəfə xatırladıblar. Amma mən bir daha xatırladacam. Diqqətlə oxu ki, bu səfərin, bu əməlin qarşılığının nə qədər böyük olduğunu dərk edə biləsən. Əl-Buxari rəvayət edir ki, Əbu Hüreyrə (r.a) belə deyib; Peyğəmbərdən (s.a.s) belə dediyini eşitdim; "Kim Allah üçün Həcc edərsə, mədəniyyətsizlik və pislik (çirkinlik, fasiqlik, günah) etməzsə anasından olduğu (yeni dünyaya gəlmiş tər-təmiz bir körpə) kimi geri dönər." Təsəvvür edirsənmi qardaşım, təsəvvür edirsənmi bacım! Neçə yaşın olursa olsun, indiyə kimi nələr törətmisənsə də, Həccini layiqincə yerinə yetirərsənsə, Rəbbinin rizasını qazanarsansa və O səndən bu ziyarətini qəbul edərsə, tər-təmiz evinə qayıdarsan. Təzələnmiş, həyatını yeni ağ səhifədən başlamış və nur saçaraq doğmalarına qovuşarsan. Həccin qəbul olunubsa, bunu əslində dönərkən özün də hiss edəcəksən. Daxilində keçirdiyin hisslərdən, qarşılaşdığın hadisələrdən və həcdən sonrakı həyatının yeni addımlarından. Bunun üçün qəlbində olan bütün səyahət, alış-veriş və sairə niyyətləri söküb at, könlünü və üzünü Rəbbinə tərəf tutaraq yalnız Onun rizası üçün çıxmış ol bu yola! Niyyət müsəlmanın həyatının ən əsas və əhəmiyyətli hissəsidir. Bir səfdə dayanıb camaatla namaz qılan onlarla və ya yüzlərlə insan görürsən. Hamısı eyni şəkildə və eyni qaydada namazlarını əda edirlər. Amma bəzilərinin namazı dərəcələrə yüksəlir, bəzilərinki isə başından yuxarı qalxmır. Halbuki hamısı eyni səfdə dayanmış, eyni imamın arxasında, eynilə namaz qılmışlar. Həmçinin həcc ziyarəti məqsədilə yola çıxanlar da çoxdur. Neçə-neçə karvanlar çıxmış, camaatlar səfər etmiş, evlərini və ailələrini tərk etmişlər, eyni vaxtda və eyni istiqamətdə. Eyni vaxtda da Həcc ziyarətlərini edib, eyni vaxtda da bitirirlər. Amma insan var geriyə anasından yeni doğulmuş kimi qayıdır, insan da var bir duası da qəbul olunmamışdır. Bu bədbəxt insan ya haram pul qazanmış, ya haram yemiş, ya qəlbində nifaq, iki üzlülük, riya və təkəbbür var, ya da bu səfərdə özünü idarə edə bilməmişdir. İmam Müslimin rəvayət etdiyi bir hədisdə deyir ki, Əbu Hüreyrə (r.a) belə deyib; Rəsulullah (s.a.s) belə buyurmuşdur; "Həqiqətən Allah təala pakdır (təmizdir) və yalnız təmiz olanı qəbul edər." Peyğəmbərimiz (s.a.s) həmçinin buyurmuşdur ki; "Bir kişi yola çıxıb uzun səfər etmiş, toz-torpaq və paltarı batmış halda əllərini göyə qaldırıb: Ya Rəbb, Ya Rəbb! - deyər. Yediyi haram, içdiyi haram, geydiyi haram və haramla qidalanmışdır (böyümüşdür). Ondan heç qəbul olunarmı?!" Ehtiyatlı və diqqətli ol, ey müsəlman! Allahın mərhəmətini dilə və Onun rəhmətinə nail olmağa çalış, Onun rəhməti saleh əməl edənlərə daha yaxındır. Əlbəttə heç düşünmə ki, düzgün niyyət etmək səhv bir əmələ bəraət qazandıracaqdır. Niyyət düzgünlüyü ilə yanaşı, əməllər də düzgün və doğru olmalıdır. Deməli Həccə niyyət etməlisənsə, Həccin əməllərini də düzgün formada, buyurulan və göstərilən kimi əda etməlisən. Tərəddüd etdiyin, bilmədiyin və ya unutduğun şey varsa, mütləq soruşmalı və araşdırmalısan. Çalış həcc əməllərinin hamısı bircə-bircə əda edəsən və heç nəyi tərk etməyəsən. Bəlkə də bu fürsət sənə bir daha verilmədi. Bir daha Peyğəmbərimizin (s.a.s) hədisinə qayıdaq, həccə gedənin mədəniyyətli və təmiz olmasını araşdıraq. Bilirsənmi ki, bu ibadətin və bu ziyarətin mükafatı çox yüksək olduğundan şeytan da sənin ətrafından əl çəkməyəcək, hər an səni səhvə və pisliyə sürükləyəcək. Hər bir saniyə ətrafında problemlər yaradacaq ki, sən bu imtahandan kəsiləsən və Allahın vəd etdiyi mükafatı əldə edə bilməyəsən. Bu yolun üstündə günah və haramlar da var, əziyyətlər və məşəqqətlər də var. Bu yola səndən başqa milyonlarla insan çıxıb. Son mənzilə çatdınsa, tam özünü idarə etməyi bacar. Ətrafında fitnə və ya azqınlıqlar görürsənsə, dayanıb müşahidə etmə, uzaq durmağa çalış, əlini və ayağını sən də bulama. Başqalarının xanımları, ana və bacıları da həccə gedirlər, çalış zərif cinsin nümayəndəsinə baxıb gözlərinlə günah etmə. Orada sənə pis baxan da, söz atan da, aldatmaq istəyən də, itələyən, əzən və ayağını basan da olacaq. Lakin sən mədəniyyətli olmalısan, səbr etməlisən, buraxmalı və vaz keçməlisən, həmin an şeytanın arzusunu ürəyində qoyaraq onu yandırıb kül etməlisən. Çalış şeytan səni aldatmasın, gözə gözlə, dişə dişlə cavab vermək lazımdır deyə çaşdırmasın. "Kimsə ayağımı əzib, qoy, mən də onun ayağına basım" demə. Dilindən ağır, kobud, istehza və lağlağı yönlü bir söz də buraxma. Qəzəbin başından tüstü də çıxarsa, söyüş söymə və ya söz atma. Çətinliklə hərəkət edən yaşlı birini görsən imkan ver, balaca uşaq görsən rəhm et, qadınlara həmişə yol aç! Haqlı olsan belə kiməsə nəyisə sübut etmək məqsədilə mübahisə etmə, çünki mütləq qışqıracaqsan və dilin dolaşacaq, sonra özündən çıxacaqsan. Əmrlərə və göstərişlərə riayət etməli, öz başına hərəkət etməməlisən. Rəhbərliyin sözlərinə əməl etmək də itaət və ibadətdir. Çalış həccinə qiybət, lağlağı, boş-boş sözlər qatma. Çalış gözünün nurunu mənasız şeylərə baxmaqla zay etmə. Çalış qulaqların musiqi, qışqırıq, mübahisə və söyüş eşitməsin. Çalış heç kimə əziyyət vermə, yanındakını da qəzəbləndirmə, özündən çıxarma! Allah təala Qurani Kərimdə buyurmuşdur ki; "Həcc ziyarəti məlum olan aylardadır. Bu aylarda həcci yerinə yetirməyi niyyət edən kəs həcc ziyarəti əsnasında qadınıyla yaxınlıq etməməli, günah işlər görməməli və mübahisələrə qoşulmamalıdır."(əl-Bəqərə, 197).Allah yolunuzu açıq və asan etsin! Sağ-salamat gedib qayıdasınız! Allah əməllərinizi və hər bir addımınızı sizin xeyrinizə yazsın! Allah sizi əfv etsin və öncədən Həcciniz qəbul olsun deyirəm! Mənbə: azerislam.com
['Həcc ərkanı']
5,931
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/4397/%C9%99rafa-g%C3%BCn%C3%BC.html
Ərafa Günü
Cavid
islam dininin əsasları
22 mart 2011, 03:05
Zilhiccə Qəməri ayının doqquzuncu günü. Yəni Qurban bayramından bir öncəki gün deməkdir. Bu gündə Zəvvarlar Ərafat dağına çıxacaqlar. Zəvvarların buradakı duruşlarına Vəqfa (Ərəfatda, Ərafa günü, günəşin çıxışından, Qurban bayramı sabahı şəfəq sökülüncəyə qədər, qısa bir vaxtda da olsa durmaq deməkdir) adı verilir. Peyğəmbərin (s.a.s) Ərafa günü haqqında belə dediyi nəql edilir; Ərəfə günü vəqfa zamanı Allah Talanın cəhənnəmdən azad etdiyi qulların sayı digər günlərdə azad edilənlərlə müqayisə edilməyəcək dərəcədə çoxdur. Allah Tala Ərafa günü vəqfa edənlərə yaxınlaşar. Sonra onları mələklərə göstərərək fərəhlə soruşar; bunlar nə istəyirlər ki, bütün işlərini buraxıb burada toplandılar deyər. (Müslim, Həcc 1348). Abu Qatada Peyğəmbər (s.a.s) belə rəvayət edir; Ümid edirəm ki, Ərəfa günün orucu bir il sonrakı və bir il əvvəlki günün günahlarını silsin. ( Tirmizi Savm 46, 749) Ancaq Ərafa günü vəqfa edəcək hacıların oruc tutmaları müstəhəbdir. (sevilən, xoşa gələn əməl) Fəqət hacı olmayanların oruc tutmaları isə mübahdır. (işləndiyi və ya tərk edildiyi zaman qınanılmayan əməl)Ərafa günü Ərafatda vəqfaya duran zəvvarlar topluluğa məhşərin kiçik bir misalını göstərirlər. Bütün zəvvarlar, ağı, qarası, sarısı eyni şərtlərdə, eyni tip geyimdə, rəhbəri, varlısı, kasıbı hamısı bir arada başları açıq, ehramlar içində, yalınayaq vəqfaya durmuş Allaha yalvararaq günahlarının bağışlanmasını istəyirlər. Sosial yönündən böyük bir bərabərlik ərz edən bu mənzərə İslamın insana baxış tərzini göstərməkdədir.
['Ərafa']
5,932
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/4396/h%C9%99cc-m%C3%B6vs%C3%BCm%C3%BC-bir-m%C9%99kt%C9%99bdir-i-%C3%BC%C3%A7%C3%BCnc%C3%BC-hiss%C9%99.html
Həcc mövsümü bir məktəbdir I Üçüncü hissə
Cavid
islam dininin əsasları
22 mart 2011, 02:59
Tövhid kəliməsini açıqdan demək, əqidənin dəlillərindəndirHəccə gedən müsəlman bu səfərdən və ibadətdən ən üstün dərs ala bilərsə, o da Allaha ixlasdır. Müsəlman bu səfərdə öyrənir ki, bütün ibadətlərə ixlasla Allah üçün olmalıdir, Ona şərik qoşulmamalıdır. Həcc edən şəxs həccə başlayarkən ilk işlətdiyi kəlimələr də bunu göstərir hansı ki: "Ləbbeyk Allahummə ləbbeyk, ləbbeykə lə şərikə ləkə ləbbeyk, innəl həmdə vən-ni'mətə ləkə vəl mulku lə şərikə lək" (Əmrinə tabeyəm Allahım əmrinə tabeyəm, əmrinə tabeyəm Sənin şərikin yoxdur əmrinə tabeyəm, həmd, ne'mət və mülk hamısı Sənindir, Sənin şərikin yoxdur)Müsəlman bu sözləri ucadan deyir və eyni zamanda bu sözlərin mə'nasını dərk edir, Allahın varlığını və təkliyini təsdiq edir, şəhadət gətirir. Necəki ne'mət Allahın əlindədir və hər şeyi verən yalnız Allahu Təaladır, eləcə də yalnız ibadətə layiq olan varlıq və şəriki olmayan hər şeyin sahibi Allahdır. Bütün ibadətlər yalnız Ona olmalıdır, Ondan başqasına tapınmaq olmaz. Həccdə yalnız Allahı düşünən müsəlman bilməlidir ki, bütün ibadətlər də Allah üçündür. Həcc kimi bütün başqa ibadətlərdə ixlasla Allaha edilməlidir. Məhz buna görə həccə gedən şəxs həcc müddətində yuxarıda keçən şəhadəti daim deməlidir. Çünki bir zamanlar müşriklər də həcc edərdilər, bütlərini anar onlardan istəyərdilər, lakin onlar bizim kimi demirdilər. Onlar Allaha şərik qoşurdular və dualarında Allahdan başqalarını anardılar. Onların dedikləri belə idi: "Əmrinə tabeyəm, Sənin şərikin yoxdur yalnız Sənin öz sahib olduğun şərikin var. Onun sahib olduqlarının hamısı Sənindir" Hətta Allahu Təala Qur'ani Kərimdə bir çox ayələrdə onların ibadətlərinin necə olduğunu aydınlatmışdı. Müşriklər Allahın var olduğunu bilir, Onun hər şeyi yaratdığını və hər şeyi verdiğini bilir və inanırdılar, lakin yenə də ibadətlərini Ona deyil vasitə saydıqları bütlərə edirdilər. Bu cür iman və ibadət isə Allah qatında qəbul olunmazdır.  Müşriklərin Allaha inanırdılar. Hətta İbnCərir və Təbəri İbn Abbasdan rəvayət edirlər ki; "Onlardan soruşulduqda göyü, yeri və dağları yaradan kimdir. Deyirdilər Allah. Lakin onlar yenə de müşrik idilər" Qur'ani Kərimdə gəlmişdir ki: ((İbrahim) demişdi: "İndi nəyə ibadət etdiyinizi görürsünüzmü?- Sizin və ulu babalarınızın? Aləmlərin Rəbbi istisna olmaqla, onlar (sizin bütləriniz) mənim düşmənimdir. )) (Əş-Şuara, 75) Deməli onlar Allaha ibadət etməklə yanaşı öz bütlərinə də ibadət edirdilər. İbrahim (ə.s) isə onlarla razı olmadı və Allahdan başqa bütün bütləri düşmən saydı. Allahu Təala müşriklərin söylədiklərini də Qur'ani Kərimdə göstərir: "(Ya Rəsulum!) Həqiqətən, əgər (Məkkə müşriklərindən): "Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram (öz əmrinə, insanların mənafeyinə kim tabe) etmişdir?" - deyə soruşsan, onlar mütləq: "Allah!" - deyə cavab verəcəklər. Elə isə onlar (tövhiddən, yalnız Allaha ibadət etməkdən) niyə döndərilirlər?" (Əl-Ənkəbut, 61)Allahın var olduğunu təsdiq etmək və hər şeyin sahibi O olduğuna şahidlik etmək kifayət olsaydı, Allahu Təala Qur'ani Kərimdə dəfələrlə müşriklərin bu əməlini tənqid etməzdi. Allahu Təala Qur'ani Kərimdə həmişə müsəlmanlara və bütün insanlara yalnız Ona ibadət olunmasını xitab edib. Möhtərəm müsəlmanlar! Həcc mövsümündə və bu mübarək ibadətdə müsəlman öyrənə biləcəyi və fayda görə biləcəyi ən üstün şey, tövhiddir. Allahu Təalanın tək olduğunu dərk edib, yalnız və yalnız Ona ibadət etməyi bacarmaq. İbadəti hər şeydən təcrid etmək və xalis olaraq yalnız Allaha baş əymək, Ondan istəmək, Ona yönəlmək, Ona güvənmək.Allah bizim ibadətlərimi şirkdən təmizləsin və bizləri müxlislərdən etsin!  Həccə gedənlərin Allahu Təala niyyətlərini xalis etsin və həcclərini qəbul etsin!
['tövhid', 'həcc']
5,933
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/4395/h%C9%99cc-m%C3%B6vs%C3%BCm%C3%BC-bir-m%C9%99kt%C9%99bdir-i-ikinci-hiss%C9%99.html
Həcc mövsümü bir məktəbdir I İkinci hissə
Cavid
islam dininin əsasları
22 mart 2011, 02:56
Həccin faydası, mənfəəti, fəziləti haqqında bir çox dərslər və məqalələr var. Həccin fəziləti və ibadətlər arasında yeri xüsusidir və Allaha yaxınlaşmaq üçün ən uca ibadətlərdəndir. Həcc İslamın əsas şərtlərindəndir. Bununla bərabər Həccin çox əhəmiyyətli faydaları da vardır ki, bunları çoxlarımız bilmirik və insan bunlara çox vaxtı diqqət etmir. Allahu Təala buyurur ki: ((İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq yoldan yollanan hər çür arıq (yorğun-arğın) dəvələr üstündə (süvari olaraq) gəlsinlər. Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və mə'lum günlərdə Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (bismillah desinlər). Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da yedirdin! Sonra həcc əməllərini (dırnaq kəsmək, saçını qırxmaq, yaxud qısaltmaq və s.) yerinə yetirsinlər (və ya kirlərini təmizləsinlər), nəzirlərini versinlər və (Nuhun tufanından salamat çıxmış, yaxud bəşər övladı üçün ilk ziyarətgah olan) qədim evi (Kə'bəni) təvaf etsinlər!)) (Əl-Həcc surəsi 27-29).  Deməli ((…öz mənfəətlərinin şahidi olsunlar..)) buyuran Allahu Təala Həccə getməyin faydası və mənfəəti olduğunu bildirir. Bu mənfəətlər həm dini həm dünyəvidir. ((…İnsanları həccə çağır ki…))ifadəsindən də görə bilərik ki, bu mənfəətlər yalniz həccə gələnlər üçündür və xüsusidir. Bu mənfəətlər yalnız həcdə vardır və başqa ibadətlərdə həmin mənfəətləri tapmaq mümkün deyildir.İbn Abbasdan rəvayət olunduğuna görə, yuxarıdakı ayələrdə adı çəkilən "mənfəətlər" dini və dünyəvi mənfəətlərdir. Dini mənfəət, yə'niki Allahu Təalanın qiyamət günündə öz qulundan razı qalmasıdır. Dünyəvi mənfəət isə, qurban kəsmək ondan istafadə etməkdir. Əbdür-Rəzzaq Mücahiddən rəvayət edir ki, ayədə nəzərdə tutulan dünyəvi "mənfəətlər" ticarət və ona bənzər Allahın razı qalacağı başqa fəaliyyətlərdir. Allahu Təala Əl-Bəqərə surəsində (198-ci ayədə) buyururki: ((Həcc mövsümündə) Rəbbinizdən (ticarətlə) ruzi diləməniz sizin üçün günah deyildir.Ərəfatdan qayıdarkən Məş'ərülhəramda Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu yada salın (Ona dua edin), çünki siz bundan əvvəl (doğru yolu) azanlardan idiniz!))  Əbu Davud İbn Abbasdan (r.a) rəvayət edir ki; "O zamanlar həcc mövsümündə camaat alış-verişdən və ticarətdən çəkinirdilər. Sonra Allahu Təala yuxarıdakı Əl-Bəqərə surəsinin 198-ci ayəsini nazil etdi.Deməli həccə gedərkən ticarətlə məşğul olmaq olar, bu da bir mənfəətdir. Lakin, bu ən əsas səbəb olmalı deyil, həcc məhz bu niyyətlə gedilməli deyil və alış-verişin həcc edilməsinə maneəçiliyi olmamalıdır.Dünyəvi və maddi mənfəətlərdən, qurban kəsməyi də saya bilərik. Beləki qurban kəsməklə qurban ətindən istifadə etmək bu dünyadaki maddi mənfəətlərdəndir. Lakin insanın həcdə əldə etdiyi mə'nəvi və ruhi faydalar bundan qat-qat üstündür. Beləki həccə getməyin böyük savabları vardır, hansıki başqa ibadətlərdə yoxdur. Həcc getmək məğfirətdir, günahların yuyulmasıdır. Həccə gedən və onu həqiqi yerinə yetirən adamın günahları elə yuyulur ki, sanki yeni anadan olub. Peyğəmbərimiz (s.a.s) həmçinin buyururki: ((Qəbul olunmuş həccin savabı yalnız Cənnətdir.)) Bir başqa hədisdə də buyurubki: ((Kim bu evi Həcc edərsə, söyüş söyməz (əziyyət verməzsə), fasiqliq etməzsə, günahlarından elə təmizlənər ki, yeni anadan olduğu kimi))Deməli Həccə gedən insan tam qəlbdən müttəqi olmalıdır, onu tam qaydaları ilə yerinə yetirməlidir və Həcci batil edən hər bir eyibdən uzaq olmalıdır, nəfsini qorumalı və şeytanı yaxın buraxmamalıdır. Həccə gedən insan ordan ən böyük mükafatla geri dönür. Allahdan məğfirət əldə edib, tər-təmiz qayıdır. Həccdən sonra yeni həyata başlayır, günahlardan uzaq olur və təmiz bir insan kimi davam edir. İbadətlərini çoxaldır, Allah daha yaxın olmağa çalışır. Bunların hamısı isə yalnız Peyğəmbərimizin (s.a.s) buyurduğu kimi ola bilər, qaydalara riayət edərək, sidq ürəklə, yəqin imanla, səmimi və xalis niyyətlə, həqiqi tövbə ilə.
['həcc', 'ziyarətin faydaları']
5,934
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/4394/h%C9%99cc-m%C3%B6vs%C3%BCm%C3%BC-bir-m%C9%99kt%C9%99bdir-i-birinci-hiss%C9%99.html
Həcc mövsümü bir məktəbdir I Birinci hissə
Cavid
islam dininin əsasları
22 mart 2011, 02:52
Bismilləhir-Rəhmanir-RəhimƏziz və hörmətli müsəlmanlar! Həcc mövsümü yaxınlaşır və bə'zilərimiz bu ilki həcc mövsümündə İslamın 5 şərtindən birini yetirməyə çalışır. Bə'zilərimiz artıq həcc etmişik, bə'zilərimiz də hələ hazırlaşırıq gələcəkdə getməyə. Bu fərzi yerinə yetirməyə həqiqətən də böyük hazırlıq lazımdır. Həcc ömürdə bircə dəfə olur. Bu mübarək ibadəti düzgün yerinə yetirə bilməsək çox şeylər itirə bilərik.Həcc mövsümü bir iman məktəbidir, bu məktəbə ömürdə bircə dəfə gedilir və mütləq bir şey öyrənilməlidir. Bu məktəbdən bir şey öyrənməmiş və ya fayda götürməmiş dönmək böyük ziyandır. Bu iman məktəbində müsəlmanlar çox faydalana bilərlər, hər bir hadisədən neçə-neçə ibrət dərsi götürə bilərlər, rəftarlarını və əxlaqlarını dəyişdirəcək yeni sifətlər əldə edə bilərlər, bir çox ictimai və əqidəvi nahiyələrdən səmərəli dərslər əldə edə bilərlər. Təbii ki, bu faydaları əldə edənlər arasında fərq vardır, kimisi hər bir anından istifadə edir və heç nəyi buraxmaq istəmir, kimisi isə çömçənin sudan götürəcəyi qədər faydalana bilir. Həcc məktəbindən özümüzə götürə biləcək ən əhəmiyyətli dərslər mə'nəvi dərslərdir, bunların da ən qiymətlisi və ən üstünu etiqadımızı sabit saxlamaq üçün yeni ibrətlər olacaqdır. Bu məqsədlə sizlərə həcc mövsümündən həqiqətən faydalanmaq üçün mənəvi dərslərdən bir neçəsini çatdırmaq istərdik. Bəlkə bundan bir çoxlarımız qafildir və bunu oxumaqla böyük fayda əldə etmiş olar.  Həcc, böyük bir məktəbdirŞəkk yoxdur ki, həcc ən gözəl və ən üstün ibadətlərdəndir. Həcc, Allaha yaxınlaşmaq üçün ən gözəl vəsilədir. Həcc, Peyğəmbərimizin (s.a.s) bildiriyi kimi İslamın 5 əsas şərtlərindən biridir. Peyğəmbərimizin (s.a.s) həcclə bağlı çox hədisləri rəvayət olunub və O (s.a.s) bu hədislərdə səhabələrinə həccin faydasını, vacibliyini və fəzilətini bildirir. O (s.a.s) səhabələrini həcc etməyə sövq edərdi, həccin böyük savablarını onlara çatdıraraq. Əbu Hüreyrə (r.a) Peyğəmbərimizdən (s.a.s) rəvayət edirki, belə demişdir: ((Ömrədən ömrəyə olan müddətdə günahlar bağışlanır, qəbul olunmuş həccin savabı isə yalnız Cənnətdir.))Hicrətin 10-cu ilində Peyğəmbərimiz (s.a.s) özü camaatla həcc etmişdir ki, onlara həccin əsasən necə yerinə yetirildiyini göstərsin və belə buyurmuşdu: ((Məndən, əda edəcəklərinizi (həccdə lazım olan əsas şeyləri) götürün, bəlkə bu ildən sonra sizi görmədim)). Buna görə də həmin həcc vida həcci adlandırılmışdı. Ondan sonra Allahu Təala bu ayəni nazil etmişdi: ((Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan ne'mətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i. a.) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim…)) (Əl-Maidə 3-cü ayə). Elə isə bu fərzi yerinə yetirmək istəyən müsəlman çox çalışmalıdır və diqqətli olaraq dərindən həccin əsas ədalarını öyrənməlidir. Bu mübarək və müqəddəs ibadəti düzgün, qüsursuz və lazımınca yerinə yetirmək üçün yalnız Peyğəmbərimizin (s.a.s) etdiyi kimi etmək lazımdır. Təbii ki hər bir müsəlman həccə getməyə can atır, niyyət edir, rəğbət bəsləyir və daxilində Allahu Təalanın evini görməyə (Məscidül Həramı Kə'bəni) böyük həvəs yaranır. Allahu Təala Əl-Bəqərə surəsinin 144-cü ayəsində Öz Rəsuluna belə buyurur: (((Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin!…)) Allahu Təalanın müsəlmanın qəlbi ilə Məscidül Həram arasında əlaqəni yaratması, müsəlmanı daim oraya çəkir və oranı ziyarət etməyə həvəsləndirir. Müsəlman, hər namazda üzünü yönləndirib qıldığı istiqamətdə olan bu müqəddəs yeri görmək istəyir, bu müqəddəs məsciddə də namaz qılmaq istəyir.Ona görə də ey müsəlman qardaşım və bacım, həcci yerinə yetirməyə qalxırsansa, bu fərzi yerinə yetirməkdə sənə imkan yaradan Allahu Təalaya böyük ne'mətinə görə həmd və şükür et! Bu ibadəti doğru olaraq yerinə yetirmən üçün Allahu Təaladan müvəffəqiyyət dilə! Qərbdən şərqə kimi müsəlmanların qibləsi sayılan Məscidül Həramı görmək şərəfinə nail olursansa, Allahu Təala üçün həcci haqqıyla yerinə yetirməyə çalış. Mənbə: azerislam.com
['həcc', 'əməllər']
5,935
https://kayzen.az/blog/azerbaycan/3875/az%C9%99rbaycan-almanlar%C4%B1.html
Azərbaycan almanları
Əliyev
Azərbaycan
21 mart 2011, 22:40
Cənubi Qafqazda ilk alman koloniyası bu günkü Gürcüstan ərazisində salınıb. 1818-ci ilin sentyabrında rus çarı I Aleksandrın himayəsilə Gürcüstana köçən alman kəndlilər Tiflis yaxınlığında Marienbaum adında şəhərcik salıblar. Bir il sonra Avropadan köçüb gələn almanların Gürcüstanda daha 5 koloniyası yaranıb. Almanların Azərbaycana ilk kütləvi köçü 1819-cu ilə təsadüf edir. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına (indiki Gəncə) köçən 194 alman ailəsi Şamxor (indiki Səmkir) yaxınlığında Helenendorf (indiki Xanlar rayonu) və Annenfeld adlı iki koloniya saldılar. Yaşayış məntəqəsi plan üzrə salınırdı. Həmin kəndlərdə geniş küçələr, aynabəndli, taxtapuşlu, zirzəmili və eyvanlı evləri tikilirdi. Sonralar Gəncə və Qazax qəzalarında almanların yeni koloniyaları- Georqsfeld (indi Şəmkirin Çinarlı qəsəbəsidi), Alekseyevka, Qrünfeld (indi Ağstafanın Həsənsu kəndidi), Ayxenfeld (indi Şəmkirin İrmaşlı kəndidi), Traubenfeld (indi Tovuz şəhəri), Yelizavetinka ( indi Agstafa şəhəri) və Marksovka yarandı. XIX əsrin sonu-XX əsrin əvvəlində Azərbaycanda yaşayan almanlarının əksəriyyəti protestantlığa etiqad edirdilər. Ölkəmizdə protestant kilsəsi 1857-ci ildə məhz Helenendorfda (Xanlar ərazisində) tikilib. Sonralar Gədəbəy, Şamaxı, Bakı, Şəmkir ərazisində də alman lüteran kilsələri tikilib istifadəyə verildi. Almanların Azərbaycana yerləşdirilməsindən sonra-əlli il ərzində Gəncə ətrafında iki, Şəmkirdə üç, Tovuzda bir, Ağstafada üç alman yaşayış məntəqəsi salındı və alman ailələrinin sayı 3400-ü ötdü. Tarixi qaynaqların da məlumat verdiyi kimi, almanların Azərbaycanın Qərb bölgələrinə gəlişi ilə doğrudan da o yerlərin kənd həyatında böyük mədəni dəyişikliklər baş verdi. Onların məskunlaşmasından sonra qərb bölgəsində yaşayan yerli azərbaycanlı kəndlilər də almanlar kimi altı zirzəmili, üstü çardaqlı, damı kirəmitli evlər tikməyə başladılar. O dövrədək həmin bölgələrdə zirzəmili və çardaqlı evlər olmayıb. Bəzi məlumatlara görə, kənd təsərrüfatında işlədilən dördçarxlı at arabalarının düzəldilməsi də almanların gəlişindən sonraya təsadüf edir. Cins inəkləri də ilk dəfə Azərbaycana almanlar gətiriblər. Sənaye üsulu ilə pendir və yağ istehsalı da məhz onlara məxsusdur. Azərbaycanda ilk yağ-pendir zavodu Ziqanter adlı alman tərəfindən Yelenendorfda (Şəmkirdə) tikilib. Almanlar kənd yerlərində elektrik enerjisindən istifadənin, elektrik dəmir yolunun, indiki Şəmkirin Dəllər qəsəbəsindən Gədəbəyədək uzanan neft kəmərinin ilk yaradıcıları olublar. Gədəbəy misəritmə zavodlarının əsasını da Azərbaycanda yaşamış Simens qardaşları qoyub. Xanlar Şampan Şərabı Müəssisəsinin əsasını da onlar qoyub. Sonralar Bakendorfun rəhbərlik etdiyi alman firmaları isə Bakıda - Balaxanıda, Suraxanıda, Ramanada, Sabunçuda sənaye üsulu ilə ilk neft çıxaran firmalardan olub. Rəfibəyov qardaşları almanlara zamin durublar Azərbaycandakı alman kaloniyaları azərbaycanlılarla çox mehriban və səmimi yaşayıblar. Bir hadisəni qeyd etmək yerinə düşər: 1914-cü ildə - I Dünya müharibəsi başlayanda rus çarı I Nikolay Krım, Moldova, Şimali Qafqaz və Volqaboyunda yaşayan almanların Sibirə köçürülməsini əmr edib. Bu zaman yalnız Gəncə quberniyasındakı almanlar köçürülməyib. O zaman Gəncə ictimaiyyəti, xüsusən də Rəfibəyov qardaşları Qafqaz canişininin yanına gedərək almanlara zamin durub və onların köçürülməsinə imkan verməyiblər. 1918- ci ildə bütün Azərbaycandakı koloniyalarda yaşayan almanların sayı 6 min nəfərə yaxın olub. O zaman onların əsas peşəsi əkinçilik və şərabçılıq idi. Məlumatlara görə, həmin dövrdə helenendorflu Forer və Hummel qardaşlarının istehsal etdiyi çaxır bütün Qafqaz bölgəsində hazırlanan çaxırın 58 faizini təşkil edirdi. Azərbaycan Demokratik Respublikası dövründə (1918-1920-c illər) almanlar ilk koloniyanın salınmasının 100 illiyini təntənə ilə qeyd ediblər. Stalinin əmri, Mikoyanın təşəbbüsü 1941-ci ilin sentyabrında Stalinin əmri və Mikoyanın təşəbbüsü ilə təqribən 20 mindən çox Azərbaycan vətəndaşı olan almanlar heç bir tutarlı dəlil olmadan Sibirə və Qazaxıstana sürgün ediliblər. Onların abad evlərinin çoxuna Mikoyanın havadarlığı ilə isə ermənilər yerləşdirilib. Tarixdən də məlumdur ki, 1941-ci ildə almanları Xanlardan sürgün edilənədək rayon ərazisində bir nəfər də erməni yaşamayıb. Almanlar sürgün olunduqdan sonra azərbaycanlılar onların evlərində yaşamağı özlərinə sığışdırmayıblar. Ermənilər isə bütün evləri zəbt ediblər. Ölkəmizdə alman arxitektorlarin layihələri əsasında inşa olunan tikililər çoxdur. Xanlar, Şəmkir, Daşkəsən, Gədəbəy rayonlarında xeyli yaşayış məntəqəsi onlar tərəfindən salınıb. Hərbi əsir almanların Azərbaycandakı əl işləri II Dünya Müharibəsində ruslara əsir düşən almanların bir hissəsi Azərbaycana gətirilərək tikinti sahəsində işlədilib. Dövlət İncəsənət Muzeyi, Hökumət Evi, Səhiyyə Nazirliyinin binası məhz almanlar tərəfindən tikilib. 1940-cı ildə Mingəçevir Su Elektrik Stansiyasının əsası qoyulub. 1941-ci ildə stansiyanın tikintisinə 10 minə yaxın alman hərbi əsir cəlb edilib. Gəncədəki məşhur alman kilsəsi XIX əsrdə tikilib. Tikintidə əsasən tuf daşından istifadə edilib. 1915-ci ildə almanlar Gəncə şəhərindən köçən zaman bina Pravoslav kilsəsinin istifadəsinə verilib. Hazırda burada Gəncə Dövlət Kukla Teatrı fəaliyyət göstərir. Məlumatlara görə, Almaniyadan Azərbaycana gətirilmiş əsirlərin ölkəmizdə dəfn olunduğu beş qəbiristanlıq var. Erməni millətçiləri almanlara da dağ çəkiblər Erməni millətçilərinin uzun illər azəri türklərinə qarşı apardığı terror və soyqırımı siyasətindən Azərbaycanda yaşayan almanlar da zərər çəkiblər. 1905-ci ildən 1907-ci ilin avqustunadək «Daşnaksütyun» partiyasının Gəncədə yerli təşkilatının rəhbəri Koryun partiya silahdaşları Arutyunov qardaşları ilə birlikdə Helenendorf (Xanlar) almanlarını partiyanın xəzinəsinə xərac verməyə məcbur ediblər, o cümlədən şərab istehsalçıları olan Forer və Qurrdan hərəyə 30 min rubl pul tələb ediblər. Qurr bu məbləği ödəyə bilmədiyi üçün qətlə yetirilib. Sovetləşmədən sonra ermənilər Azərbaycan almanlara «antisovetçi» damğası vuraraq onların bir hissəsinin güllələnməsinə nail olublar. Xanların sonuncu almanı Xanlarda yaşamış və 2007-ci il martın 29-da vəfat etmiş sonuncu alman Viktor Klayn sovetləşmədən sonra «antisovetçi» damğası vurularaq güllələnməyə məhkum edilənlərin qətlinin canlı şahidlərindən olub. Yeri gəlmişkən, Almaniyanın Azərbaycandakı səfirliyi Viktor Klaynın Xanlardakı evini muzeyə çevirib. Qeyd etdiymiz kimi, Azərbaycan almanlarının inşa etdikləri məşhur tiklilərin bəziləri Bakıda yerləşir. Bakıda-28 may küçəsində yerləşən alman kilsəsi-kirxa onlardan biridir. Azərbaycanda yaşayan alman icması hər bazar günü bu kilsəyə gəlib, öz dualarını oxuyur, ibadət edir və söhbət aparırlar. Kirxanın yanında daha bir bina var. Kapelhauz adlanan bu bina Alman mədəniyyət mərkəzidir. Bu bina Almaniya hökuməti tərəfindən 99 illiyə icarəyə götürülüb.. Hazırda Azərbaycanda çox az alman yaşayır. Onların böyük əksəriyyəti yaşlıdır və demək olar ki, alman dilini bilmirlər.
['almanlar']
5,936
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/3499/bal-ay%C4%B1.html
Bal ayı
burla xatun
Xoşbəxt ailə
21 mart 2011, 17:22
Evlilik hazırlıqları, toy özü nə qədər həyəcanlı, maraqlı bir mərasim olsa da o qədər də yorucu, gərginlik yaradan bir mərasimdir. Ona görə də adətən, yeni evlilər toy mərasimindən sonra tez dincəlməyə çalışırlar və bal ayı da bunun üçün əla fürsətdir. Bundan əlavə, bal ayı yorğunluğu aradan götürməklə yanaşı, həm də yeni evliliyin daha maraqlı başlanmasına, nəhayət ki, tamamilə baş-başa, problemlərdən, işdən uzaq qala bilmələri üçün əla fürsətdir. Nəzərdə saxlayın ki, bal ayını toydan həmən sonra etmək lazımdır, çünki sonra gecikmiş bir bal ayı, bal ayı deyil, sadəcə tətildir. Ən azından toydan sonra bal ayını təxirə salsanız bu sizin yenidən gərgin iş həyatına qayıtmağınıza və yeni qurduğunuzu evlilikdən tam həzz ala bilməmənizə səbəb olacaq.Nəyin bahasına olursa olsun bal ayınızı təxirə salmayın. Pulu bəhanə etməyin, bunun üçün toy pulundan da bir miqdar ayıra bilərsiniz. Unutmayın ki, bal ayı bir dəfə yaşanacaq və sizə unudulmaz dəqiqələr yaşadacaq ona görə də, bal ayınızı təxirə salmayın. Bir məqam a var ki, indiki dövrdə çox az miqdarda pul xərcləyərək, bal ayınızı keçirə bilərsiniz. Əgər iş qrafikiniz çox ağırdırsa, onda heç olmasa həftə sonunda şəhər kənarına çıxın. Bunun sizə necə müsbət təsir göstərəcəyini özünüz də hiss edəcəksiniz. Az da olsa özünüzə və sevdiyiniz insana vaxt ayırın. Nəzərə alın ki, dincəlmək üçün xarici ölkəyə getmək elə də vacib deyil, ölkəmizin Nabran, Bilgəh, Mərdəkan, Novxanı, Zaqatala, Lənkəran, İsmayıllı kimi gözəl məkanları var. Bal ayının harada və necə keçirilməsini müəyyənləşdirmək üçün isə ilk növbədə hər ikinizin necə bir iqlim sevdiyinizlə bağlı bir ortaq fikrə gəlməlisiniz. Ancaq dincəlmək üçün xarici ölkələrə getmək istəsəniz bal ayınızı mütləq ən az 2-3 ay əvvəlcədən planlamaq daha qənaətli olacaqdır. Məsələn, elə insanlar var ki, onlar qışı, qarı, sərin havanı, ya payızı, onun qızıl yarpaqlarını, romantikanı, digərləri isə günəşi, dənizi, əyləncəni, tropik iqlimi sevirlər. Seçdiyiniz məkan da bunlara uyğun olmalıdır. Bundan başqa, bal ayı keçirəcəyiniz məkanın xidmətləri, yeməkləri, yeni evlilər üçün təklif etdiyi sürprizlər, məkanın mədəniyyəti, qarşılaşacağınız və heç yerdə görməyəcəyiniz, maraqlı məqamları da nəzərə alın ki, bal ayınızı unudulmaz və maraqlı keçirəsiniz. Toy əyləncəsi bitdiyinə görə birlikdə gözəl bir yerlərə gedib yorğunluğu atmaq lazımdır. Bal ayınızı planlamadan öncə aşağıdakı məsləhətlərə bir göz atın. Bal ayında nələri etməli, nələri etməməli: 1. Bal ayı planını həyat yoldaşınız ilə birliktə etməlisiniz. Beləcə həm sizin həm də həyat yoldaşınızın istəyi doğrultusunda balayınız şəkillənir. 2. Yanınızda götürəcəyiniz əşyaların bir siyahısını tutun. Bal ayı alış verişinizi bu siyahıya görə edərək unutacağınız əşya sayısını mümkün olduğunca minimum endirirsiniz. 3. Bal ayında zaman planlamasını cox yaxşı etməlisiniz. Bu qısa zamana nə qədər çox əyləncə yerləşdirə biləcəyinizi planlamalısınız. 4. Həyat yoldaşınızla birlikdə yaşamağa alışmaq zaman ala bilər. Balayında bir birinizə qarşı aqresiv davranmamalısınız, söyləyəcəyiniz hər kəlməyi seçməlisiniz, çünki ağzınzdan çıxacaq hər hansı sehv bir kəlmə balayınızın gedişini poza bilər. 5. Otel üçün rezervasiyanızı son günə buraxmayın. Hər hansi bir problem çıxması ehtimalında düzəldəcək vaxtınız olmalıdır. Balayınızı geciktirməməyə diqqət edin.Evliliyinizin ilk günlərindəki həyacanla gedərsəniz daha yaxşı olar.
['bal ayı', 'xoşbəxt evlilik']
5,937
https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/4369/namaz-haqq%C4%B1nda-ibr%C9%99tamiz-hekay%C9%99.html
Namaz haqqında ibrətamiz hekayə
elshad
İslami Hekayətlər
21 mart 2011, 00:51
Qiyamət qopmuşdu.Qeyri-adi bir izdiham var idi.Hər yer insanlarla dolu idi.Kimisi çaşqın-çaşqın ətrafına baxır,kimisi sağa-sola qaçır,kimiləri yerdə diz çökərək başını əllərinin arasında gizləyirdilər.Sanki,ürəyi yerindən çıxacaqdı.Soyuq tər basmışdı.Dünyada ikən qiyamət,sorgu-sual və tərəzi haqqında çox şey eşitmişdi.Ancaq məhşər meydanındakı ürpərti,qorxunun bu qədər dəhşət verəcəyini heç vaxt düşünməmişdi.Hər kəs öz növbəsini gözləyir və növbəsi çatınca hesaba çəkilmək üçün çağrılırdı.Növbə ona gəlib çatmışdı.Onun adını çəkmişdilər.Təşviş içində sağa-sola baxır.Dodaqları titrəyə-titrəyə:-Məni çağırdınız? - deyir.İzdiham birdən aralanır,qarşısında bir yol açılır.İki nəfər qollarına girir.Bunlar məşhər meydanının xidmətçiləri idi.İzdihamın arasından çaşqın baxışlarla keçir.Meydanın mərkəzinə gəlirlər.Xidmətçilər yanından uzaqlaşırlar.Başı önünə əyilir...Bütün həyatı gözlərinin önündən gəlib-keçir.Öz-özünə:- Şükürlər olsun,gözlərimi dünyaya açdığım evdə hər zaman dininə ən gözəl şəkildə əməl etməyə çalışan insanları gördüm.Atam ibadətlərinə həddindən artıq həssas yanaşır,dostları ilə dini söhbətlər təşkil edir,malını İslam yolunda xərcləyirdi.Anam da onun kimi.Mən də hər zaman onlar kimi oldum.Bəşəriyyətə xidmət etməyə çalışdım,onlara Allahdan danışdım.Namazımı qıldım,orucumu tutdum.Fərz olan nə varsa,yerinə yetirdim,haramlardan uzaq durdum....Bunları düşünərkən yanaqlarından göz yaşları süzülürdü.Öz-özünə: "Rəbbimi sevirəm,heç olmasa,sevdiyimi düşünürəm," - deyirdi.Amma bir tərəfdən də: "Onun üçün nə etsəm,yenə azdır,bu,mənim cənnəti qazanmağıma kifayət etməz.Yeganə ümidim Allahın bağışlaması və rəhmətidir," - deyə düşünürdü. Hesab çox uzun çəkdi.Qorxudan muncuq-muncuq tər tökür,tir-tir titreyirdi.Gözləri tərəzinin millərində qalmışdı.Nəticənin nə olacağını gözləyirdi.Nəhayət,oradan onu çıxardaraq əvvəl olduğu yerə gətirirlər.Hökm veriləcəkdi.Öncə adı oxundu.Artıq ayaqlarının üstündə dayana bilmirdi.Gözlərini yumub həyəcan içində hökmü gözləyirdi.Birdən məhşərdəki izdihamdan bir uğultu qopdu.Qulaqları səhvmi eşidirdi,nədir,Onun adı "cəhənnəmliklər" siyahısında oxunmuşdu.Dizləri üstə çökdü,yıxıldı. "Ola bilməz" - deyə qışqırdı.Qalxıb sağa-sola qaçmaga başladı.Hıçqıraraq: "Mən necə cəhənnəmlik ola bilərəm?Həyatım boyunca Allah yolunda qulluq edən insanlarla bir yerdə olmuşam.Onlarla bərabər insanlarla Rəbbimi tanıtmağa çalışmışam," - deyirdi.Göz yaşları titrəyən vücudunu islatmışdı.Məşhər xidmətçiləri qollarından tutub izdihamı yararaq onu alovları göylərə yüksələn cəhənnəmə tərəf aparmağa başladılar.Xidmətçilərin qolları arasında çırpınırdı.Bir qurtuluş yox idimi?Bir yardım edən olmayacaqdımı?Dodaqlarından qırıq-qırıq yalvarışla qarışıq kəlmələr süzülməyə başladı: "Oruclarım... Oxuduğum Quranlar... Namazım... Heç biri xilas etməyəcəkmi?"Ağlaya-ağlaya yalvarırdı.Alova yaxınlaşmışdılar.Başını geriyə çevirdi.Son çırpıntıları idi. Rəsulullah (s.ə.s.):"Birinizin qapısının ağzından bir çay axsa və o çayda gündə beş dəfə yuyunsanız,üzərinizdə heç kir qalarmı?Namazda belədir.Allah onun sayəsində bütün günahları silər,"- buyurmamışdımı?Son dəfə:"Namazlarım da mı mənim dadıma çatmayacaq?"-deyə düşündü və "namazlarım...." deyə hıçqırdı.Xidmətçilər isə onu dibi görünməyən cəhənnəm çuxurunun başına gətirdilər.Alovların istisi üzünü yandırmağa başlamışdı.Sonuncu dəfə dönüb geriyə baxdı.Artıq gözləri də qurumuşdu.Ümidini tamam itirmişdi.Qollarını sıxan əllərin boşaldığını hiss elədi.Qolları yanına düşdü.Xidmətçilərdən biri onu arxadan möhkəm bir şəkildə itələdi.Ayaqları yerdən üzüldü.Bədəni bir anda uçurumun dibinə yuvarlandı.Alovların içərisinə doğru süretlə düşürdü.Bir neçə metrə düşmüşdü ki,bir əlin onun qolundan tutduğunu hiss etdi.Başını qaldırıb yuxarıya baxdı.Onu xilas edən uzun və ağ saqqallı nurani bir qoca idi.Qoca onu yuxarıya doğru qaldırdı.O,üst-başının tozunu təmizlədikdən sonra soruşdu-Siz kimsiniz?-Mən sənin namazlarınam.-Bəs məni xilas etməyə niyə bu qədər gec gəldin?Lap son anda çatdın.Az qalmışdı alovların içinə düşəm.Qoca acı-acı gülümsəyərək başını yellədi:-Sən məni həmişə axıra saxlayırdın,xatırladınmı?!Gözlərini açdığı zaman yatağında idi.Qan-tər basmışdı.Dərindən bir ah çəkdi və "Əlhamdulillah,çox şükür ki,yuxu imiş,"-dedi.Sonra çöldən gələn səsə qulaq asdı.Yatsı namazının azanı oxunurdu.Ox kimi yerindən sıçradı:dəstəmaz alacaqdı...
['islam', 'namaz']
5,938
https://kayzen.az/blog/ayxansevda/4368/saytda-haqs%C4%B1z-minuslar-haqq%C4%B1nda.html
Saytda "haqsız minuslar" haqqında
ayxansevda
Bloq: ayxansevda
20 mart 2011, 19:56
Saytda həddən artıq ədalətsiz "-" lar, bu yazını yazmağa sövq etdi məni. Açığı boş vaxtlarımda, istirahət üçün bu sayta müraciət edirəm. Necə deyərlər "müasir gənclər qəzet oxumur, bloq oxuyur"- desəm yanılmaram. Ancaq demək istədiyim bu deyil. Açacağım mövzu oxuduğum yazılar və onların şərhlərinə verilən "ədalətsiz minuslar"dır.Məsələn: "Fəvvarələr bağı haqqında" adlı yazı. Burada tenqo nə günah sahibidir ki, fəvvarələr bağındakı zontikli qız heykəli haqqında "...Bəlkə də elə ona görə qoyublar. Onsuz da həmin yerə gedəndə çox vaxt o cür geyimli qızlarla rastlaşıram. Həmin parkın ümumi görünüşünə uyğun düzəldiblər elə " şərhinə görə onu -1 ilə "minuslayıblar"? . İndi deyəcəksiniz ki: " Nə olsun biri onunla razılaşmır verib də minus!" . Yaxşı mən razı. Onda həmin məqalədə digər şərhə nəzər salaq.  Westsider: "Zontikli prostitutka ilə şəkil çəkdirmək istəyirəm, ona 20 manat uzadan zaman)))". Çox maraqlı şərhdir , elə deyilmi? Bilirsinizmi bu şərhə neçə səs veriblər? +3. Nəyə görə? Şit şərhinə görə? Keçək digər yazıya. " Onsuz da qoyun olacaqsan" adlı Ramzesin yazısına. Burada İdeal və Ramzes müəllimin müdrik olub - olmaması məsələsi üstündə mübahisə edir. Qeyd edim ki, olduqca səviyyəli bir şəkildə. Bir - birinin fikrinə hörmətlə yanaşırlar. Oxuduqca adamın ürəyi açılır. Axır ki, sağlam mübahisə ilə rastlaşdım - deyə düşündüm. Amma diqqətimi çəkən məqam təkcə bu olmadı. Ideal : "  Elə müəllimə müdrik demək olar? Qız hər halda azyaşlı olduğu üçün  onun özünü aparması müəllimdən tərbbiyə aldığı nümunədən və onun bilavasitə yaratdığı şəraitdən asılıdı. Əslində bu yaşda qız üçün keçmək olar. Bəs müəllim üçün necə? " . Bu fikrə -2 qiyməti veriblər. Niyə ? Nə var burda? Əslində özünü bayağı aparan tələbəyə, xüsusən də qız uşağına auditoriyada tələbə yoldaşları içərisində müəllimin " Tələsmə, quzu, onsuzda qoyun olacaqsan" deməsi nə dərəcədə doğrudur? Müəllim birbaşa qızı təhqir edir və mətnaltı müəllimə yaraşmayan tərzdə açıq-saçıqlığa yol verir. Yəni məni anladınız nə demək istədim. Belə misallar çoxdur, təbii ki. Mən bir neçəsindən fikrimi çatdırmaq üçün istifadə etdim .  Mikrobloqlarda da vəziyyət belədir. Hətta bu yaxınlarda istifadəçilərdən biri haqq səsini ucaldıb. Səhv etmirəmsə Cavid adlı nik : "Mənə haqsız olaraq "-" verən hər bir istifadəçi qanun qarşısında cavab verəcək)) " - deyə. Deməli mən tək belə düşünmürəm ki, haqsız minus verirlər. Nə isə... bu mənim subyektiv fikirlərimdi. Razılaşmaya da bilərsiniz. Minuslar insanı həvəsdən salır, yoxsa inanın, bu yazını yazmazdım. Allah amanında.  
['tənqid']
5,939
https://kayzen.az/blog/Quran/4358/quranda-r%C9%99q%C9%99m-m%C3%B6c%C3%BCz%C9%99l%C9%99ri.html
Quranda rəqəm möcüzələri
elshad
Quran
20 mart 2011, 15:05
Dünya kəliməsi 115 dəfə,Axirət kəliməsi 115 dəfə zikr edilir. Məleykə kəliməsi 88,Şeytan kəliməsi 88 dəfə yer alır. Həyat sözü 145,Ölüm sözü də 145 dəfə. Fayda kəliməsi 50 dəfə,Zərər kəliməsi də 50 dəfə. İnsanlar sözü 368 dəfə,Peyğəmbərlər sözü də 368 dəfə. İblis kəliməsi 11 dəfə,İblisdən Allaha sığınmaq kəliməsi də 11 dəfə. Müsibət sözü 75 dəfə,Şükür sözü də 75 dəfə. İnfaq kəliməsi 73 dəfə,Riza kəliməsi də 73 dəfə. O kimsələr ki, Allaha yolunda infaq edərlər. Allah o kimsələrdən razıdır. Zəhəb (qızıl) sözü 8 dəfə,Tərəf ( rahatlıq içində yaşamaq ) sözü də 8 dəfə. Sehr kəliməsi 60 dəfə, Fəsad kəliməsi də 60 dəfə. Sehr vasitəsilə yerüzündə fitnə çıxardılar. Zəkat kəliməsi 32 dəfə,Bərəkət kəliməsi də 32 dəfə. Zəkat malın bərəkətidir və o malı əsla əksiltməz. Şiddət sözü 114 dəfə,Səbr sözü də 114 dəfə. Kişi sözü 24 dəfə,Qadın sözü 24 dəfə. Namaz sözü 5 dəfə zikr edilir. (5 vaxt) Şəhr (Ay) sözü də 12 dəfə qeyd edilir. Bəhr (dəniz) sözü 32 dəfə fikr edilib,Bərr (torpaq) sözü 13 dəfə qeyd olunub. Buradakı maraqlı məqam, 32 dəfə zikr edilən Bəhr sözü suları, 13 dəfə qeyd edilən Bərr sözü isə quruya işarədir. Gəlin bu ikisini toplayaq: (32+13=45). Sonra 32 və 13 ün faizlərinə baxaq 32/45*100=71,1111111 və 13/45*100=28,8888888.Yer kürəsindəki suyun faiz dərəcəsi 71,11 %, qurunun faiz dərəcəsi isə 28,88 %. 1. Kulon qüvvəsi/Qravitasiya qüvvəsi=1040 (burda 10 üstü 40-dır)2. Kainatın radiusu/elektronun klassik radiusu=10403. Zamanın atom vahidi/kainatın yaşı=10404. Elektronun sıxlığı/kainatın orta sıxlığı=10405. Kainatdakı zərrəciklərin sayı=1040
['Quran möcüzəsi', 'islam və elm']
5,940
https://kayzen.az/blog/filosoflar/3615/c%C9%99lal%C9%99ddin-rumi.html
Cəlaləddin Rumi
burla xatun
Filosoflar
19 mart 2011, 22:41
Birinci rəşidi xəlifəsi Əbubəkrin nəslindən olduğu deyilən Mövlana Cəlaləddin Rumi 1207-ci ildə Bəlxdə doğulub. «Mövlana» din və elm adamlarına hörmətlə verilən ad olub «bizim ağa» deməkdi. «Cəlaləddin» adıdı və «dinin cəlalı» deməkdi. Atası Bəhaəddin Vələd dövrünün tanınmış din adamı idi.Ona fəxri «Alimlər Sultanı» adı verilmişdi. Qədim bir məsəldə «Alimlər Türküstanda doğulur, Bağdadda parlayır» deyilirdi. Cəlaləddin Ruminin taleyinə də belə yazılıbmış. Və qisməti ona bütün dövrlərin və zamanların ən böyük sufi alimlərindən olan Fəriddədin Əttar, İbn əl-Ərəbi, Şəms Təbrizi ilə görüşüb kamilləşmək imkanı verdi. Vaxt gələcək Avropanın fəlsəfə nəhəngi Hegel öz dialektika nəzəriyyəsini qurmaqda bu türk oğlundan faydalandığını deyəcəkdi. Hələliksə həyatı haqda. Ahəstə get, ey sariban...Evin əndərun hissəsində qadınlar xalı-xalçaları, paltar və parçaları, zinət şeylərini yerbəyer edir, bu yanda isə Bəhaəddin Vələd kitabları qablaşdırırdı. Tumac, dəri, parça üzlü bu kitabların üzü elə Bəlxin özündə köçürülmüşdü. Bunların içində Mütənəbbinin, Sənainin, Əttarın divanları, Qəzali və Xarəzmi kimi ilahiyyatçıların traktatları vardı. Bəhaəddin Vələd Xarəzmdə Nəcməddin Kübranın müridi olub, sonra özü şeyxlik mərtəbəsinə yüksəlmişdi. Bu gün Allahdan başqa heç kimin qarşısında əyilməyən «Alimlər Sultanı» dizini qatlayıb yüzlərlə fərsəx uzaqda olan şeyxi ilə vidalaşırdı. Bir qədər sonra isə onun cümə məscidindən ucalan qəzəbli səsi bütün şəhəri lərzəyə salacaqdı: — Ey Vəhşin qazısı, ey başda Fəxrəddin Razi olmaqla bütün mürtədlər, ey Xarəzmşah Məhəmməd! Bilin və agah olun! Fani dünyanın zülməti sizi kor edib, özünə vurğunluq sizdə laqeydlik və süstlük yaradıb. Ağıl və idrak sizdən aralanıb. Başçılarında təkəbbür olan məmləkəti isə şeytan idarə edir. Mən gedirəm, məndən sonra çəyirtgə kimi gələn monqol qoşunu bu məmləkətin daşını daş üstə qoymayacaq. Bu, Allahın cəzasıdı. Məşhur hədisdə deyilir: «Mən onları öz qəzəb və hirsimdən yaratdım» Xorasan qan gölündə üzəcək, şah özü isə qaçıb qürbətdə xəbər-ətərsiz öləcək». Xarəzmşah Məhəmməd sufilər arasında gözdən düşmüşdü. Böyük sufi şeyxi Məcdəddin ona təsir eləmək üçün anası Türkan xatundan istifadə eləmək qərarına gəlmişdi. Və hər şey yaxşı alınırdı. Sonradan ruhanilər guya şeyxin Məhəmmədin anasına eşq elan eləməsi haqda rəy yaradıb onun edam olunmasına nail oldular. O biri tərəfdən isə Xarəzmşah bütün xilafətin sahibi olmaq fikrinə düşmüş və hətta Bağdada onun adına xütbə oxunması haqda tələb də göndərmişdi. Bu tələbə çox sərt rədd cavabı göndərildi. Xarəzmşahın qoşunları isə Bağdada çatmamış qara-çovğuna düşüb məhv oldu. Onlarla minlik qoşundan yüzə qədər adam salamat qaldı. Bu da bir yandan onun nüfuzunu daha da laxlatdı. Azad sənətkarların — əxilərin gözündən düşən bir hökmdarın aqibəti elə belə də olmalı idi.Yol gedir NişapuraAta bu sözləri deyəndə onun 12 yaşlı oğlu Cəlaləddin damın üstündə əlləri fərəcəsinin (uzun qollu kişi üst geyimi) cibində axırıncı dəfə doğma şəhərə baxırdı. Àyrılığın acısını o, hələ sonra duyacaqdı. Qarşıda Nuşapur idi. Tale onları burada böyük alim Fəriddədin Əttarla görüşdürdü. Bəhaəddin Vələdi yaxşı tanıyan böyük şeyx qısa söhbətdən sonra Cəlaləddin haqqında böyük uzaqgörənliklə: «Bu oğlan bütün insanların qəlbində Allah qarşısında heyranlıq məşəli yandıracaq» – deyib özünün «Əsrarnamə»sini ona bağışlamışdı. Bir müddət sonra Çingiz xanın qoşunları Bəlxi yerlə yeksan etdilər. Xarəzmşah şərəfsizcəsinə qaçdı və ömrünü Xəzərdəki adalardan birində tənhalıqda başa vurdu. Fəriddədin Əttarsa monqollara əsir düşdü. Onu əsir alan bir monqol yüz gümüş sikkəyə satmaq istəyəndə böyük şeyx: «Bu, mənim qiymətim deyil» demişdi. Sonra bir alıcı «qula» bir tay saman qiymət qoyanda Fəriddədin: «Bax, bu layiqli qiymətdi» söyləmiş, qəzəblənən monqol onu qılıncla doğramışdı. Bu vaxt dünya şöhrətli filosofun yüz yaşı vardı. Sonralar Əttar fəlsəfəsi yaxından tanış olan Cəlaləddin onun haqqında belə demişdi: «Əttar məhəbbətin (ilahi eşq nəzərə tutulur) yeddi şəhərini gəzib, bizsə bircə küçəsini dolaşmışıq».Allahdan gəlib Allaha gedən qonaqNişapurdan çox dayanmayıb Bağdada yol alan qafiləni şəhərin həndəvərində keşikçi dəstəsi saxladı. «Kimsiniz və hara gedirsiniz?» sualına Bəhaəddin Vələd özünəməxsus təmkinlə cavab verdi: «Allahdan gəlib Allaha doğru gedirik». Bu qəribə yolçunun ərəbcə çox aydın dediyi bu qeyri-adi sözlər keşikçi başçısını şok vəziyyətinə saldı. Nə onları saxlaya, nə də buraxa bilirdi. Təcili Bağdadın şeyxlər şeyxi Sührəvərdiyə çapar göndərdilər. Xorasandan Gələn karvandakı kişinin hamının təəccübünə səbəb olan sözlərini eşidən Sührəvərdi: «Bu, yalnız Bəhaəddin Vələd ola bilər» – deyib özü onları qarşılamağa çıxmışdı.Ehtirasın mancanağa çevirdiyi adamlarBağdadda bir müddət qalandan sonra Konyaya gəldilər. İlk savadını atasından alan Cəlaləddin burada Seyid Bürhanəddinin müridi oldu. Seyid Bürhanəddin Cəlaləddinin atasını axtara-axtara gəlib bu yerlərə çıxmışdı. Artıq Bəhaəddin Vələd həyatda yox idi və Seyid onun oğluna mürşidlik etməli oldu. Cəlaləddin bütün günü ağır işlər görməli idi. Axşamlar isə iki dəfə yuyunub xoruz banına qədər atasının «Maarif» kitabını oxuyurdu. Mürşidi bu kitabı yüz bir dəfə oxumağı məsləhət görmüşdü. Birinci mərhələ qurtarandan sonra daha ağır bir iş tapşırıldı. O, iki müridlə birlikdə bütün günü sufi təkyəsi üçün sədəqə toplamalı idi. Sufi nəzəriyyəsinə görə kamilliyə gedən yolda mürid mütləq özünün «hökmfərma mən»ini öldürməlidir. Bu tələb – dilənmək də onunla bağlı idi. O, hər gün başqalarının qarşısında alçalmalı idi. Ən çətini isə ilahiyyatçı, üləma və fəqihlərdən dilənmək idi: çoxları onun «Üləmalar Sultanı»nın oğlu olduğunu bilirdi. Gecələr uzun müddət ayıq qalmaq, bədənə verilən məhrumiyyətlər ona adamların fikrini, xarakterini bircə baxışına, sözünə, güclə seziləcək hərəkətinə görə qiymətləndirmək imkanı verirdi. Öz ehtiraslarının əlində əsir olan bu adamlar mancanaq kimi bir şeydilər. Müəyyən təsir həmişə adekvat reaksiya doğurur: düşünmədən daş qoyur və atırlar. Yeməkxanalardakı sırtıq və sürtülmüş avara həmişəordalar tasa xırda pulu itə sümük atan kimi atırdılar. Varlı, dəbdəbəli evlərdə isə sədəqəni günahlarını yumaq üçün verirdilər. Karvansara və ticarət yerlərində hər şey qaydasınca hesabalnmiş şəkildə olurdu. Qazancın onda biri şəriətlə nəzərdə tutulduğu kimi sədəqə verilirdi. Əyanların özləri isə bir başqa cür idi. Əyan nə qədər varlı və yüksək mənsəbli olardısa, qulluqçular o qədər təkəbbürlü olurdu. Xacələr öz hökmdarının kişilik atributlarından fəxarət duyduğu kimi onlar da ağalarının verdiyi sədəqədən qürur duyurdular. Bir yaz və bir yaya Cəlaləddin şəhəri bütün əvvəlki illərdəkindən daha yaxşı tanıdı.. Aclıq imtahanı xeyli mürəkkəb idi. Aylarla davam edən çətinlikləri yola vermək üçün şeyxin məsləhəti ilə qarnına daş bağlayırdı.1001 günlük imtahanın son akkordlarıTəlimin yeni mərhələsində Seyidin rəhbərliyi ilə Cəlaləddin saatlarla Quranın bu və ya başqa surəsini ən narahat vəziyyətlərdə oxumalı idi. Gah qıçlarını qarnına doğru yığar, gah ayaqlarının birini uzadıb, o birini altına qatlayırdı. Surəni o vaxta qədər təkrar etmək lazım idi ki, ayələrin oxunuşundan yaranan melodiyalar obraz və görüntülər gətirsin. Min bir günlük müddət başa çatmaq üzrə idi. Sonda qırx günlüyə qaranlıq otaqda qalmalı idi. Arada cəmi iki dəfə mürşid ona tərəf çevrilib baxmadan boş su qabını götürüb dəyişdi. Qırxıncı gün qapını açdılar və şeyx ona yaxınlaşdı. Cəlaləddin onun fikrini oxumalı idi. Onun dodaqlarında qəmli bir təbəssüm yarandı və yavaş səslə:Dünyada kənarda olan heç nə yoxdur, Nə axtarsan, hər şeyi özündə taparsan – deyə pıçıldadı. Şeyxin fikrini oxuyan mürid daha mürid hesab olunmurdu. Seyid Bürhanəddin onu bağrına basdı. Həmin gün Cəlaləddinin başına çalma bağlayıb, uzun tərəfini sağ çiyninin üstünə atdılar. «İki dənizin qovuşduğu yer»Günlərin birində Konyada iki nəfər üz-üzə gəldi. Bu görüş, bu təsadüf Cəlaləddinin yenidən dünyaya gəlməsinə bərabər idi. Onun həyatının ən mənalı anları bu görüşdən sonra başladı. Bu yeri camaat sonralar Mərəc əl-Bəhreyn – iki dənizin qovuşduğu yer adlandırırdı. Gözlərini Cəlaləddindən çəkməyən yolçu: -Ey söz sərrafı, de görüm kimin məqamı daha ucadı, Məhəmməd peyğəmbərin, yoxsa Bəyazid Bistaminin? – deyə soruşdu. Qeyd. Bəyazid Bistami 9-cu əsrdə yaşamış məşhur zahid, sufizmin sütunlarından biridir. Sufilər arasında ilk dəfə şəxsi məni sevimli mənin içində əritmək fikrini irəli sürüb. Bistami: «Mən özüm özümü atmışam, ilan qabığını atan kimi. Öz mahiyyətimə baxdım və O oldum» yazırdı. Bu vəziyyət sonralar fəna adlandırılırdı. Sufilər arasında Bəyazid Bistami «Ariflər Sultanı» ləqəbi almışdı. Cəlaləddin: -Nə sualdır, əlbəttə, Məhəmməd peyğəmbərin – cavabını verdi. Cavab məlum idi və əsas sual bundan sonra verilməli idi: -Bəs Məhəmməd peyğəmbər «mənim qəlbim pasla örtülür və gündə yetmiş dəfə Allaha tövbə edirəm» deyir, Bəyazid Bistamisə «mən hər cür günahlardan xaliyəm, məndə Allahdan başqa heç kim yoxdur» — deyir? -Məhəmməd hər gün yetmiş məqam qət edir və hər dəfə yeni mərhələyə çatanda əvvəlki mərhələdəki qeyri-kamilliyinə görə tövbə edirdi. Bəyazid Bistami isə nail olduğu yeganə mərhələdən vəcdə gəlib bu sözləri deyib – deyə Cəlaləddin cavab veridi. Bu cavab Şəms Təbrizi ilə Cəlaləddini bir-birinə bağladı. Bir neçə aya Cəlaləddin tamamilə yeni bir insana çevrilidi. Təbrizdən olan «İnam Günəşi» Cəlaləddinin ilham mənbəyi və müəlliminə çevrildi. Müəlliminin Şəms – «günəş» adına muvafiq olaraq Cəlaləddin «Rumi» təxəllüsü götürdü. «Rumi» sözü əbcəd hesabı ilə 256 edir. İki yüz, əlli və altı rəqəmlərinin hərfi işarələrindən isə «nur» sözü düzəlir. Şəms Təbrizi üç ilə öz missiyasını həyata keçirib birdən-birə peyda olduğu kimi, birdən- birə də yoxa çıxdı. Amma onun təsiri bütün ömrü boyu Rumini izlədi. «Məsnəvi», qırx dörd min misralıq Böyük Divan, dörd min misralıq rübailər kitabı və «Fihi ma fih» (Onda olan Ondadır) kimi fəlsəfi traktatlarda Şəmsin Nuru aydın seçilir.Ölüm ayrılıq yox, vüsal deməkdirOnu ölümü bütün dinlərin, xalqların nümayəndələrini eyni dərəcədə sarsıtdı. Dəfnində hafizlər Quran, ravvinlər Tövrat, pravoslavlar Zəbur oxuyur, müridlər dövrə vurub rəqs edirdilər. Ortodoksallar qeyri-müsəlmanları dəfn izdihamından ayırmaq istəyəndə pravoslav keşişi belə demişdi: «O, həqiqət günəşi kimi fərq qoymadan bütün dünyanı nuruna boyamışdı. Bəyəm özü demirdi ki, məndən yetmiş iki millət dünyanın sirlərini öyrənəcək?» Ölümü və yası qəbul eləmirdi Mövlana: «Mən o sultanlardan deyiləm ki, taxtdan qəbrə atılırlar. Mənim alnımda ölümsüzlük möhürü var» – yazırdı. Vəsiyyət də eləmişdi: Mən öləndə əlləri qoynunda. Ayrılıq haqda dil deyib ağlamayın, O gün ayrılıq yox, vüsal günüdür. Günəş batırsa, demək bir də doğacaq, Toxum torpağa düşdümü, cücərəcək.SözləriSevgidə günəş kimi ol, Dostluq və qardaşlıqda axar su kimi ol, Qüsurları örtməkdə gecə kimi ol, Təvazödə torpaq kimi ol, Acıqlanmaqda ölü kimi ol, Hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün kimi ol! *** Gəl-gəl, yenə gəl! Nə olursan ol, yenə də gəl. İstər xristian, istər məcusi, istər bütpərəst ol. Bizim dərgahımız ümidsizlik dərgahı deyil. Tövbəni yüz dəfə pozmuş olsan belə, yenə gəl. *** Nə qədər insan gördüm ki, əynində paltarı yoxdur, nə qədər paltar gördüm ki, içində insan yoxdur. Quzğun bağda quzğuncasına qışqırır. Amma quzğun qışqırır deyə bülbül gözəlim səsini heç kəsərmi? *** İki barmağını gözünün üstünə qoy. Dünyanı görə bilirsənmi? Görmürsən dyə bu dünya yoxdurmu? Kitabdan məqsəd içindəki fəndir, amma istəsən, onu yastıq da edə bilərsən. *** Kəbəyə gedən nə qədər çoxlu yol var. Əgər yollara baxsaq, ayrılıq, fərqlilik çoxdur. Halbuki qayəyə, məqsədə baxsaq, varılacaq yer birdir. *** İnsan böyük bir şeydir və içində hər şey yazılıdır. Fəqət qaranlıqlar və pərdələr qoymaz ki, içindəkiləri oxusun.Mənbə: Bizim Yol qəzeti Cəlaləddin Ruminin Məsnəvisi-1 Cəlaləddin Ruminin aforimzləri,hikmətli sözləri A Aclıq dərmanların padşahıdır. Aclığı canla könüllə mənimsə, onu xor görmə. Adam bilmirsə nə istədiyini, həm səni zay edər həm özünü. Dibini görmədiyin su kimi, sonunu görmədiyin sevdaya qapdırma özünü. Allaha yaxınlıq nə yuxarı çıxmaq, nə də aşağı enməkdir. Allaha yaxınlıq varlıq libasını soyunmaqdır. Allahın xəzinəsi yoxluqdur. Yəni Allah varlıqları yoxluqdan yaratmışdır. Sən isə görünən varlıqlara aldandığın üçün yoxluğun nə olduğunu haradan biləcəksən? Ayrılıq zamanı insanın gözünü yumub-açması müddəti ona bir il kimi gələr. Ayın gecəyə səbr etməsi onu açıq-aydın bir hala gətirir. Gülün tikana səbr etməsi də onun gözəl ətirli olmasına səbəb olur. B Başqalarının hər zaman əfv edin, amma özünüzü əsla əfv etməyin. Bəzən bitmək bilməyən dərdlər yağış olur üstünə yağır. Amma unutma ki, rəngarəng göy qurşağı da yağışdan sonra çıxır. Bəzən öz səsini eşidə bilməyin üçün susmağın lazımdır. Bildiyin nə qədər çox olur olsun, qarşındakının anlaya biləcəyi qədər anlada bilərsənilərsən. Bil ki, günəşə baxmağa cəsarəti olmayan, kölgədə qalmağa, kölgəni işıq sanmağa məhkumdur... Bir çətinliyin olduğu zaman Rəbbinə dönüb, «Mənim böyük bir çətinliyim var» demə. Çətinliyinə dönüb, «Mənim böyük bir Rəbbim var» de! Bir adamın bir çox bacarıq, fən, məlumat sahibi olduğuna baxma! Verdiyi sözdə dayanırmı? Vəfası varmı? Əsl ona bax! Bir insan bilmirsə nə istədiyini, həm səni ziyan edər, həm özünü. Dibini görmədiyin suya dalmadığın kimi, əmin olmadığın sevgiyə təslim etmə özünü. Bir insanda, özünü yüksək görmə, ehtiras və şəhvət varsa, bunlar o danışarkən soğan yemiş kimi iy verər. Bir insanın necə güldüyündən tərbiyəsini, nəyə güldüyündən ağıl səviyyəsini anlarsan. Bir şam digər bir şamı alovlandırmaqla işığından bir şey itirməz. Burnuna sarımsaq tıxamısan, gül iyi axtarırsan. Biz Allahdan gələnə razı olsaq, Allah da bizdən razı olar. Bizi bilən bilir, bilməyən də özü kimi bilir. Bizi doğru yol göstərən, bizi pis əməllərdən çəkindirən namaz beş vaxtda qılınır. Halbuki həqiqi aşiqlər daima namazdadırlar. C Cahil birinin yanında kitab kimi səssiz ol. Cahil insan baraban kimidir. Səsi çoxdur, lakin içi boşdur. Ç Çıxacağım yerə səbri nərdivan edirəm. D Daş dövrü daşlar tükəndiyi üçün deyil, başlar dəyişdiyi üçün sona çatmışdır. Dedilər ki: Gözdən iraq olan könüldən də iraq olar. Dedim ki: Könülə girən gözdən iraq olsa nə olar... Dərdli adamın qərarsızlıqlarla — tüstülərlə dolu bir könül evi vardır; dərdini dinlərsənsə o evə bir pəncərə açmış olarsan. Dərdli insan içi tüstü dolu bir otağa bənzər. Onu dinləmək; o otağa bir pəncərə açmaq kimidir. Dənizin dibində incilərlə daşlar qarışıq tapılarlar. Təriflənəcək şeylər də qüsur və səhvlərin arasında tapılar.    İki barmağını gözünün üstünə qoy. Dünyanı görə bilirsənmi? Görmürsən deyə bu dünya yoxdurmu? Bax Rəbbim də belədir. Dilini tərbiyə etmədən əvvəl ürəyini tərbiyə et; çünki söz ürəkdən gəlir, dildən çıxır. Dostların ziyarətinə əli boş gəlmək, dəyirmana buğdasız getməkdir. Dünyada tikan toxumu əkən insanı gül baxçasında axtarma! E Eyni dildə danışan insanlar deyil, eyni duyğuları paylaşanlar bir-birini başa düşərlər. Edən özünə edər, edən tapar və çəkər. Unutma, qazanmaq böyük ömür istər. İtirməyə isə anlıq qəflət yetər. Eşitdim ki, qiybətimi etmisən, üzümə söyləməkdən qaçmısan! Mənim kimi bir acizdən qorxmuş, Allahdan qorxmamısan. Eşq elə bir kölgədir ki, parladıqda sevgilidən başqa nə varsa yandırıb-yaxar. Eşq sözə sığmaz. Eşq dibi görünməyən dənizdir. G Görünüşə aldanma; çünki heç bir şey göründüyü kimi deyil. Bu gün həyat verən su, sabah sizi öldürə bilər. Gözəllik baxdığın şeydə deyil, baxışda olmalı. Üz, gözün gördüyü deyil, könül gözüylə gördüyündür gözəl olan. Gözyaşının belə vəzifəsi varıymış… Ardından gələcək gülümsəmə üçün təmizlik edərmiş. Günün adamı olmağa çalışma, həqiqətin adamı olmağa çalış. Çünki gün dəyişər, həqiqət dəyişməz. H Hər şey incəlikdən, insan qalınlıqdan qırılır. Hər kəs eyni fikirdədirsə, heç kim kifayət qədər düşünmür deməkdir. Hər hansı bir insan vaxtını necə keçirəcəyini, üstün bir insan isə vaxtına necə qənaət edəcəyini düşünər. Hər kəs günəşi görə bilsəydi, günəşin işıqlarına dəlalət edən ulduzlara nə ehtiyac vardı? Hirs külək kimidir, bir müddət sonra dayanır; amma bir çox budaq qırılmışdır artıq. X Xoş o şəxsin halına ki, gənclik çağını qənimət bilib Allaha borcunu ödəyər. İ İki barmağını gözünün üstünə qoy. Dünyanı görə bilirsənmi? Görmürsən deyə bu dünya yoxdurmu? Bax Rəbbim də belədir. İki şeyi unut; etdiyin yaxşılığı və sənə edilən pisliyi. İki şeyi unutma; Allahı və ölümü. İnsan gözdür, görüşdür, qalanı isə ətdir. İnsanın gözü nəyi görürsə dəyəri o qədərdir. İnsanlar günahları ilə öyünüb savablarıyla lağ edirlərsə, şeytan ürəklərində təvaf edir deməkdir.    Hər kəs günəşi görə bilsəydi, günəşin işıqlarına dəlalət edən ulduzlara nə ehtiyac vardı? K Korlar bazarında ayna satma, karlar bazarında qəzəl atma. Külək atəş üçün necədirsə, ayrılıq da eşq üçün elədir: Kiçik eşqləri söndürür, böyük eşqləri isə alovlandırır.    Külək atəş üçün necədirsə, ayrılıq da eşq üçün elədir: kiçik eşqləri söndürür, böyük eşqləri isə alovlandırır. Küsmək və incimək üçün bəhanələr axtarmaq yerinə, sevmək və sevilmək üçün çarələr axtarın... Q Qabığı qırılan sədəf sənə üzüntü verməsin, içində mirvari vardır. Qula bəla gəlməz haqq yazmayınca  Haqq bəla yazmaz qul almayınca,  Haqq quldan intiqamı qul ilə alar  Dini irfan bilməyən bunu qul etdi sanar. Quru duanı burax, ağac istəyən toxum əkər. M Mən o eşqi qısaca söylədim,tamamilə anlatmadım.Əgər anlatsam,həm dodaqlar yanar,həm də dil. Mən sağ olduğum müddətcə Quranın qulu, köləsiyəm. O seçkin Hz.Məhəmmədin yolunun tozuyam. ALLAHa və Cənabi Əhmədə tutun. Məni bir mən bilirəm, bir də yaradan. Mənə bir mən lazımam, bir də anlayan. Məğlub olacağından qorxan, daim məğlub olar. Məsləhət verəcək insana yox, nümunə olacaq insana ehtiyac var. N Nə qədər bilirsən bil, söylədiklərin qarşındakının anlaya bildiyi qədərdir. Nə qədər acıdır insanın təsəllini içkidə, qumarda axtarışı. Çox mu çətin əlini səmaya qaldırıb Rəbbinə yalvarması?! Nə qədər insan gördüm ki, əynində libası yox,  Nə qədər libas gördüm ki, içində insan yox... P Pulunu ver, könülünü ver, canını ver… Amma sirrini vermə! Günlərini say, qazancını say, böyüklərini say, amma yerində sayma! R Rəsm rəssamı necə anlaya bilər ki,ona bütün qüdrəti verən rəssamdır.    Sevənlə seviləni ayrı varlıqlar sanırdım.  Məgər onlar bir imişlər. Mənsə biri iki görmüşəm. S Sanmasınlar yıxıldıq, sanmasınlar çökdük, bir başqa bahar üçün yalnız yarpaq tökdük. Sev səni sevəni dağda çoban olsa da, sevmə səni sevməyəni misirdə sultan olsa da! Sevənlə seviləni ayrı varlıqlar sanırdım.  Məgər onlar bir imişlər. Mənsə biri iki görmüşəm. Sən bir şeylər verdikcə dost görünən çox olar. Bir də sən istə gör, hamısı birdən yox olar! Sən uzatdığın əlini tutmayan ələmi inciksən? Tutmayacaq bir ələ uzatdığın üçün özünəmi hirslisən? Sən yerdə olanlara mərhəmət et ki,göydə olanlar da sənə mərhəmət etsin.Səndən aşağıda olanın halına acı ki,səndən üstün olan da sənə acısın. ‎Səsini deyil, sözünü yüksəlt! Yağışlardır yarpaqları böyüdən, göy gurultuları deyil. Süddən çıxanda bütün qaşıqlar axdır. Əhəmiyyətli olan, içindən çıxdığın südü ax buraxmaqdır. T Təklik Allaha məxsus, hər canlı bir yoldaş axtarar, Daşın ürəyi yox, amma onu belə yosun sarar. Təkliyin ən pisi, anlamayanların arasında qalmaqdır. U Unutma ki; insan dünyanın hakimi ola bilər, amma kiçik bir ürəyin əsiridir. Ürəyimi və ruhumu verməmin bir faydası yox, sən onsuz da bunlara sahibsən. Ona görə sənə bir ayna gətirdim. Özünə bax məni xatırla. Uzaqlıq deyib də dərd etdiyin nədir ki, ey sevgili. Biz yaradanı görmədən sevmədikmi? Y Yaşamaq müqavimət göstərməkdir. Sevmək güvənməkdir. Bunu unutma, insan çox vaxt dünyanın hakimi, bəzən də kiçik bir ürəyin əsiridir. Ya olduğun kimi görün,ya da göründüyün kimi ol. Yüz adamın içində aşiq, göydə ulduzlar arasında parıldayan ay kimi müəyyən olar. Müəllif: Vasif Sadıqlı, «Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri, tanınmış jurnalist Mənbə: “Bizim Yol” qəzetində çıxmış “Korifeylərin portreti” layihəsi çərçivəsindəki yazı
['mövlanə cəlaləddin rumi', 'Cəlaləddin Rumi', 'Mövlana', 'Mövlana hikməti']
5,941
https://kayzen.az/blog/letife/3420/kovboylar-haqq%C4%B1nda-l%C9%99tif%C9%99l%C9%99r.html
Kovboylar haqqında lətifələr
burla xatun
Lətifələr
19 mart 2011, 22:34
Kovboy əlində tapança gedir. — İki kərə iki neçə edir? — Bilmirəm. — Part! Axmaqları sevmirəm! — İki kərə iki neçə edir? — Nəyinə gərək? — Part! Kobudları sevmirəm! — İki kərə iki neçə edir? — Neçə lazımdır? — Part! Yaltaqları sevmirəm! — İki kərə iki neçə edir? — Part! Hər şeylə maraqlananları sevmirəm! Texasda opera premyerası. — Ata, müğənni oxuyanda niyə yellənir? — Hərəkət edən hədəfi vurmaq çətindi, oğlum!Kovboylar yeməkxanada viski içir. Birdən oraya yaralı kovboy girir: — Özünüzü qoruyun – deyir və ölür. Heç kəs ona fikir vermir. Bu vaxt ikinci yaralı kovboy daxil olur: — Özünüzü qoruyun, Ağ Bill gəlir – deyib ölür. Yenə heç kəs fikir vermir. Bu vaxt üçüncü yaralı kovboy daxil olur: — Özünüzü qoruyun, Ağ Bill gəlir. Hamını öldürür və qarət edir. Kovboylar ayağa qalxmaq istəyəndə kandarda ağ paltarlı, silahlı bir kovboy görürlər: — Puularınız çıxarın, əllərinizi boynunuzun dalına qoyun – deyir o. Nə etməli? Pulları qoyurlar. Ağ geyimli kovboy pulları kisəyə yığıb deyir: — İndi özünüzü qoruyun, Ağ Bill gəlir. Co və Bill dağlarda gəzirlər. Billi ilan vurur. Co radiotelefonla həkimə zəng edir. Həkim deyir ki, zəhəri yaradan sormaq lazımdı. Bill soruşur: — Həkim nə dedi? — Dedi ki, öləcəksən!Qoca kovboy ölür. Ətrafında qohumları, varisləri və həkim var. — Oğrular, yirtıcılar, qaniçənlər… – deyə o zarıldayır. Həkim deyir: — Hər şey qaydasındadır. O, hələ özününküləri yaxşı tanıyır...İki kovboy rastlaşır. — İşlər necədi? — Pis. Arvadım ayağını sındırıb. — Axırı necə olacaq? — Güllələməli oldum....-Təəccüblənirəm, Luiza. Neçə ildi, Billə yaşayırsan, bir dəfə də dalaşmayıbsınız. — Toydan sonra Bill ilə rançodan qayıdırdıq. Birdən atın ayağı sürüşdü. Bill dedi: «Bir». At ikinci dəfə sürüşəndə Bill dedi: "İki". At üçüncü dəfə sürüşdü və Bill “üç” deyə qışqırdı və tapançanı çıxarıb atı öldürdü. Mən dedim: “Bill, sən nə etdin? Bizim ən yaxşı atımızı öldürdün!”. Bill dedi: «Bir».Qoca kovboy gənc kovboyu həkimə göstərir: — Doktor, kürəkənimə kömək et. Dünən onun qıçından güllə ilə vurmuşam. — Bu, yaxşı deyil. Adam öz kürəkənini vurar? — Mən onu vuranda hələ kürəkənim olmağa razı deyildi.Kovboy bara girib 15 butulka pivə sifariş verir: — Atım içmək istəyir! At içir, kovboy pulu ödəyir. Təəccüblənmiş barmen soruşur: — Bəs özünüz içmirsiniz? — Nə danışırsız? Mən sükan arxasındayam!Vəhşi Qərbdə. — Ay yetim, al bu konfeti. — Mən yetim-zad deyiləm, o dee atam dayanıb.. Kovboy tapançanı çıxarıb kişini vurur. — Ay yetim, al bu konfeti .Kovboyun atı ölür. O, düzün ortasında üç sutka piyada gedir. Bir də görür ki, bir bitulka var. Ordan bir cin çıxıb deyir: — Nə arzun varsa de, yerinə yetirim. — Evə getmək istəyirəm. Cin onun əlindən tutub dartır: -Getdik! Kovboy acıqlanır: — Mən evə tez çatmaq istəyirəm! — Onda qaçdıq...Həmçinin bax: Yəhudilər haqda anekdotlarMənbə: Gülnarə Rəfiqin tərcümələri
['kovboy']
5,942
https://kayzen.az/blog/346/654/onsuz-da-qoyun-olacaqsan.html
onsuz da qoyun olacaqsan
ramzes
346 saylı marşrut
19 mart 2011, 17:13
Sizlərə eşitdiyim bir qiymətli kəlamı təqdim edirəm. Bir dəfə dərsdəydim. Qızlardan biri özünü çox pis aparırdı (yəni özünü buraxmışdı). Bu mənzərəni görən  müdrik müəllim dözə bilmədi və dedi: - “ Ay quzu tələsmə, onsuz da böyüyüb qoyun olacaqsan”. Təbii olaraq qız bu sözlərin mənasını düşünə bilmədi, amma ona quzu deyə müraciət edildiyi üçün çox sevindi. Həmçinin bax: Son zəng düşüklükləri
['qoyunlaşma', 'baranizasiya']
5,943
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/4351/islamda-iman-%C9%99saslar%C4%B1.html
İslamda iman əsasları
Cavid
islam dininin əsasları
19 mart 2011, 06:21
Allaha iman, Mələklərə iman, Kitablara iman, Peyğəmbərlərə iman, Axirətə iman, Qəza və Qədərə iman Bu altı ərkana dəlil Allahın bu kəlamıdır: Yaxşı əməl heç də (ibadət vaxtı) üzünüzü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyil. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanandır. (Bəqərə 177) Qədərə dəlil Allahın bu kəlamıdır: Şübhəsiz ki, Biz hərşeyi müəyyən ölçüdə (lazım olan qədər) yaratdıq. (Əl-Qəmər 49) İhsan:Bir rüknü var. O da budur: Allah elə ibadət edməlisən ki, sanki sən onu görürsən, əgər onu görmürsənsə bil ki, o səni görür. Buna dəlil Allahın bu kəlamıdır: Həqiqətən, Allah ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı iş görənlərlədir! (Ən-Nəhl 128) Və yenilməz qüvvət və mərhəmət sahibinə təvəkkül et. O Allah ki, səni namaza duranda da görür. Səcdə edənlər içində dolananda da. (Allah səni tək namaz qılanda da görür, camaatla bir yerdə qılanda da) (Əş-Şuəra 217-220) Sən nə iş görsən, Qurandan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. (Yunus 61) İnsanlar öləndən sonra diriləcəklər. Buna dəlil Allahın bu kəlamıdır: Sizi (ulu babanız Adəmi) də ondan (o torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq. (Taha 55) başqa dəlil Allahın bu kəlamıdır: Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi. Sonra sizi yenə ora qaytaracaq və (qiyamət günü dirildib oradan da) çıxardacaqdır. (Nuh 17,18) Dirilişdən sonra insanlar əməllərinə görə hesaba çəkilib onların əvəzlərini alacaqlar. Buna dəlil Allahın bu kəlamıdır: Göylərdə nə varsa, yerdə nə varsa, hamısı Allahındır. O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla (Cənnətlə) mükafatlandıracaqdır. (Ən-Nəcm 31) və başqa dəlil Kafir olanlar öldükdən sonra əsla dirilməyəcəklərini iddia edərlər. De ki :"Bəli Rəbbimə and olsun ki, siz mütləq diriləcəksiniz. Sonra da (dünyada) etdiyiniz əməllər sizə (bir-bir) xəbər veriləcəkdir. Bu Allah üçün çox asandır" (Əttəğabin 7) Allah bütün Rəsulları müjdəçilər və çəkindirənlər kimi göndəribBuna dəlil Allahın bu kəlamıdır: Biz Peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət və hikmət sahibidir. (Ənnisə 165) Onların birincisi Nuh (ə.s)-dır. Sonuncusu Məhəmməd (s.ə.s) - dir. O Peyğəmbərlərin sonuncusudur. Nuh (ə.s)-ın rəulların birincisi olmasına dəlil Allahın bu kəlamıdır: Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik.(Ənnisə 163)Allah Nuhdan (ə.s) Məhəmmədə (s.ə.s) qədər hər bir ümmətə tək Allaha ibadət etməyi əmr edən, tağuta ibadət etməkdən çəkndirən rəsullar göndərib. Buna dəlil Allahın bu kəlamıdır: Biz hər ümmətə «Allaha ibadət edin, Tağutdan çəkinin¿ deyə peyğəmbər göndərmişdir. (Ən-Nəhl 36) Allah bütün qullarına tağutu inkar etməyi və Allaha iman etməyi vacib buyurub. İbn Qeyyim (r.a) deyib : «Tağutun mənası: Qulun ibadətdə, tabelilikdə və itaətdə həddini aşması deməkdir. ¿ Tağutlar çoxdur. Başlıcası beşdir: Allahın lənəti üzərinə olan iblis, onun razı olduğu şəkildə ona ibadət olunanlar, insanları özünə ibadət etməyə çağıran, qeyb elmindən bir şey bildiyin iddia edən və Allahın əmr etdiyindən xaric bir şeylə hökm etmək. Buna dəlil Allahın bu kəlamıdır : Dində məcburiyyət (zorakalıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) aydın fərqlənir. Hər kəs Şeytanı (və ya bütləri) inkar edib Allaha iman gətirərsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidən və biləndir. (Bəqərə 256) Allah bizim millətimizə hidayət versin və bizi İslam dinində sabit etsin! Amin! Məqaləni Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin tələbəsi Musayev Cavid hazırladı
['islam']
5,944
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/4349/z%C9%99kat.html
Zəkat
Cavid
islam dininin əsasları
19 mart 2011, 06:10
Zəkatın dəlili və tövhidin təfsiri Allahın bu kəlamıdır: Halbuki onlara əmr edilmişdi ki, Allaha - dini yalnız Ona məxsus edərək, digər bütün batil dinlərdən islama dönərək - ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur! (Əl-Beyyinə 5) Dində zəngin sayılan kişi, qadın, hər bir müsəlmanın ildə bir dəfə malının qırxda birini kasıblara verməsi borcudur, fərzdir. Dinin zəngin saydığı şəxslər. Borcundan və keçinəcəyindən başqa 80,18 qram qızılı(bu qızıl istər işləyən pul, istər külçə, istər zinət əşyası və ya qab-qacaq olsun) Və ya 561 qram gümüş (bu gümüş istər işləyən pul, istər külçə, istər zinət əşyası və qabqacaq olsun.) 80,18 qram qızılın qiymətində pula malik olan, 561 qram gümüşün qiymətinə sahib olan və ya 89,18 qram qızıl və ya 561 qram gümüş tutarında ticarət malı olan)  Bu dəyərdə bir az qızıl, bir az gümüş və bir az da malı olan şəxs dində zəngin sayılır. Gümüş və ya qızıl başqa metalla qarışıq olur və qızılı və ya gümüşü daha çox olursa, xalis qızıl və ya gümüş sayılır və ona görə zəkatı verilir. Heyvan cinsinə gəlincə; Borcundan və keçinəcəyindən başqa, doğub, törəmək, süd vermək üçün ilin çox vaxtında çöldə otlayan : Qırx qoyun və ya keçi üçün içindən bir dənəsi və ya əvəzi verilir. Otuz inək və ya camış üçün bir yaşını tamamlamış bir buzovu və ya xötəyi verilir. Beş dəvəsi olan da dində zəngin sayılır.
['Zəkat']
5,945
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/4348/oruc.html
Oruc
Cavid
islam dininin əsasları
19 mart 2011, 06:05
Orucun dəlili Allahın bu kəlamıdır: Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz. (Bəqərə 183) Oruc tutmaq niyyətiylə dan yerinin ağarmasından günəş batıncaya qədər bir şey yeyib-içmək, qadına yaxınlaşmaq kimi şeylərdən özünü məhrum etmək surətiylə bədənlə edilən bir ibadətdir. Yetginlik yaşına gələn, ağıllı hər bir müsəlmanın Ramazan ayında bir ay oruc tutması fərzdir. Oruc dəlilər, uşaqlara fərz deyildir.  Qadınların aybaşı və zahılıq vaxtlarında oruc tutmaları haramdır.  Xəstələrin, yolçuları (səfərdə olanların), əmzikli qadınların Rmazanda oruc yemələrinə izn vardır.Yedikləri günlərin oruclarını Ramazandan başqa bir zamanda ödəyə bilərlər. Oruc tutmaq ücün niyyət etmək, niyyətin başlama və bitmə zamanını bilmək, dan yerinin ağarmasından günəş batıncaya qədər orucu pozan şeylərdən çəkinmək, orucun fərzlərindəndir. Ramazan orucunda niyyət vaxtı günəşin batmasından, ertəsi gün quşluq vaxtına qədərdir. Ödənən Ramazan orucu ilə, diləmə və kəffarət (cəza) oruclarında günəşin batmasından dan yerinin ağarmasına qədər niyyət etmək lazımdır. Niyyət qəlb ilə olur. 
['oruc']
5,946
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/4346/%C5%9F%C9%99had%C9%99t.html
Şəhadət
Cavid
islam dininin əsasları
19 mart 2011, 05:58
Şəhadətin dəlili Allahın bu kəlamıdır: Allah özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq (haqqa tapınaraq) O qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər. (Ali İmran 18) Mənası : Allahdan başqa heç bir haqq məbud yoxdur. Lə iləhə - Allahdan başqa ibadətolunanlari inkar edir İlləllah- İbadətin mülkündə şəriki omadığı kimi ibadətində də şəriki olmayan tək Allaha edilməsini təsdiq edir. Onun təfsiri Allahın bu kəlamıdır: Yadına sal ki, bir zaman İbrahim və qövmünə demişdi : «Mən sizin ibadət etdiklərinizdən (bütlərdən) tamamilə uzağam. Yalnız məni yoxdan yaradan Allahdan başqa! Şübhəsiz ki, O məni doğru yola müvəffəq edəcək.¿ (Əz-Zuhruf 26-27) Və Allahın bu kəlamıdır: Söylə ki : Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! (O kəlmə budur ki) : «Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək. Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: «İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)¿ (Ali İmran 64) Məhəmmədin (s.ə.s) Allahın rəsulu olmasına dəlil Allahın bu kəlamıdır: Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə, məşəqqətə düşməyiniz ona ağırdır, o (sizin iman gətirməyinizi) çox istəyir, möminlərə şəfqətli və mərhəmətlidir. (Ət-Tövbə 128) Məhəmmədin (s.ə.s) Allahın rəsulu olmasınıa şəhadətin mənası : Onun əmr etdiyinə itaət etmək, xəbər verdiyini təsdiq etmək, qadağan etdiyindən çəkinmək və çəkindirmək və Allah ancaq qoyulmuş qanunlar çərçivəsində ibadət etmək. 
['şəhadət']
5,947
https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/4345/ham%C4%B1n%C4%B1n-bilm%C9%99si-laz%C4%B1m-olan-%C9%99rkanlar.html
Hamının bilməsi lazım olan ərkanlar
Cavid
islam dininin əsasları
19 mart 2011, 05:52
Kəlimə olaraq "İslam", təslim olmaq, itaət etmək, boyun əymək deməkdir. Termin olaraq "İslam": Peyğəmbərin xəbər verdiyi şeyləri qəbul və onlara bütün varlığıyla təslim olmaq deməkdir. Dolayısı ilə İslam qəlbən təslim olmaqla bərabər, zahirən Allahın və Peyğəmbərlərinin əmirlərinə tabe olmaqdır. Bu mənada hər mömin, müsəlman, hər müsəlman da mömindir. Allah Təala buyurmuşdur: "Allah yanında (Məqbul olan) din əlbəttə, İslamdır." (Ali-İmran,19) "Bir din kimi sizin üçün İslamı bəyənib seçdim." (Əl-Maidə,3) "Tövbə edib Rəbbininzə dönün. Əzab sizə gəlməmişdən əvvəl ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz". (Əz-Zümər,54) "Yalnız müsəlman olduğunuz halda ölün!" (Əl-Bəqərə,132 və Ali-İmran,102). "Necə ola bilər ki, onlarAllahın dinindən baqşa bir din axtarsınlar? Halbuki, göylərdə və yerdə olanların hamısı istər-istəməz Ona təslim olmuşlar və onun hüzuruna qayıdacaqlar" (Ali-İmran,83) "Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!" (Ali -İmran,85)  İslamın rüknləri Bunların sayı beşdir. 1-Allahın varlığına, birliyinə, Həzrəti Məhəmməd (s.a.s) in Allahıq qulu və peyğəmbəri olduğuna qəlbi ilə inanması və dili ilə də bunu : "Əşhədu ən la ilahə illəllah və əşhədü ənnə Muhəmmədən Rəsulullah" - deyə söyləməsi. 2-Dinin dirəyi olan, olan gündə beş vaxt namazı qılması, 3-Dində zəngin sayılanların ildə bir dəfə malının zəkatını verəməsi, 4-Ramazan ayında oruc tutması, 5-Bədəni sağlam və kifayət qədər pulu da varsa, ömründə bir dəfə həcc ibadətini etməlidir.Mənbə: azerislam.com
['islam', 'vacibat']
5,948
https://kayzen.az/blog/az-proza/3648/q%C4%B1rm%C4%B1z%C4%B1-b%C3%B6y%C3%BCrtk%C9%99n-%7C-vahid-m%C9%99mm%C9%99dli.html
Qırmızı böyürtkən | Vahid Məmmədli
Muza
Azərbaycan ədəbiyyatı
17 mart 2011, 23:44
Enli yol kəndin düz ortasından keçərək, onu iki yerə bölür. Kəndin arxasında meşəliklərlə örtülü uca dağlar, bir qədər aşağıda isə şam və küknar meşələridir. İrəlidə kənd dənizin qumlu sahillərinə dirənir. Bu kənd bəlkə də dünyanın ən gözəl kəndidir. Özü də sərhəddə yerləşir. Bax meşənin arxasında görünən o dağların üstü ilə sərhəd xətti uzanır. Həmin xəttin o biri tərəfində Şərqin ən qədim və ən böyük ölkələrindən biri yerləşir…Uzun illər sərhədlər bağlı idi. Bu gözəl kənddən sərhəddin o biri tayında yerləşən ölkəyə gedib-gəlmək kənd sakinləri üçün mümkünsüz idi.İndiki kimi asan deyildi. Əvvəlki quruluş ləğv olunana qədər insanlar əkin sahələrində becərdikləri məhsulu dövlətə təhvil verib, aldıqları əmək günü məvacibi hesabına dolanırdılar. Amma bu kənd camaatının əlavə gəlir yeri də vardı.Hər il may ayının ortalarından payıza qədər, kəndin uşağından tutmuş qocasınadək kəndin ətrafında, meşə qırağında və elə bəzilərinə həyət çəpəri olan böyürtkən kollarının meyvələrini vedrələrə yığıb, satmaq üçün, hərə öz həyətinin qapısı ağzında üzü şəhərə, ordan da şimala və daha neçə -neçə ölkələrə gedib çıxan yol boyu düzürdülər.Beləliklə də kənd camaatı dolanır, oğul-uşaq sahibi olurdular.O vaxtlar kənddə iki böyük ev var idi. Biri sədrin idi, o birisi isə kənd məktəbinin direktorunun.Amma illər keçdi… Əvvəlki quruluş dağıldıqdan sonra sərhədlər açıldı. Bütün ölkədən, elə bu kənddən də sərhəddin o biri tərəfindəki ölkəyə gediş -gəliş asanlaşdı.Sərhəddə böyük gömrük məntəqəsi açıldı.İndii kənddə çox şey dəyişmişdi.Kənd camaatının geyimindən tutmuş, bəzi adətlərinədək.Hər gün də kəndin ortasından keçən ana yol ilə bir-birindən qəşəng, rəngarəng traylerlər şütüyürdü. Çox uzaq ölkələrdən yola çıxıb ta şimala kimi gedib çıxan traylerlər…Amma kənddə bir şey dəyişməmişdi. Bu da yenə enli yol boyu, hər kəsin həyət qapısı ağzında düzülmüş içəriləri böyürtkən dolu vedrələr…Bu kənddə bir qeyri adilik də vardı.Bu da onda idi ki, kənddə əsasən qırmızı böyürtkən bitirdi. Qara böyürtkən tək-tək adamların həyətlərinin ətrafında kök salmışdılar.  O vaxtlar qara böyürtkənlərə tələbat daha çox idi. Daha  da baha satılırdı. Şəhərdən gələnlər əsasən qara böyürtkən almaq istəyirdilər.Və bu kənddə ən çox qara böyürtkən kolları olan həyət Ünalın ata-anasının yaşadığı həyət idi. Ünal sərhədlər açıldıqdan xeyli sonra doğulmuşdu…İllər keçdi… Ünal böyüdü… İki gündən sonra onun oxuduğu məktəbdə son zəng olacaqdı.Ünal on birinci sinifi başa vuracaqdı.O, həyətlərindəki qoca tut ağacının gövdəli budağı üstündə oturub dünyanın ən şirin tutlarından yeyə -yeyə kəndin o biri tərəfində yerləşən evlərə doğru baxırdı.  Uzağa dikilmiş gözlərini oradan çəkməməyə onu məcbur edən hər an, hər saniyə sevgilisi Paknuru görmək ümidi idi. Paknur onunla bir sinifdə oxuyur. Hər gün də onu məktəbdə sinif otağında lap yaxından görür. Amma o, Paknuru görməkdən doymur.Paknuru sevdiyini hələ səkkizinci sinifdə qıza demişdi. Paknur ona nə hə cavabı vermiş, nədə ki, yox söyləmişdi. Eləcə yam-yaşıl gözlərini sinif otağının pəncərəsindən məktəbin arxasındakı ərik bağına doğru dikib:-Mən ingilis dili müəlliməsi olacağam,- demişdi.O da pəncərəyə doğru addımlayıb Paknur ilə yanaşı durdu.Aman Allah! Bu qız necə də gözəl idi. Sevgilisi bəlkə də kəndlərini dövrəyə alan dağlardakı çiçəklərdən daha təzətər, xoş qoxulu və cazibədar idi. İndii bu gözəlliyə heyran olduğu məkan, sinif otağı onun üçün ən müqəddəs, ən mərhəm və doğma yer idi. Məhz burda, sinif otağında o Paknura öz sevgisini bəyan etmişdi.Odur ki, Ünal da çox düşünmədən, -Mən də müəllim olacağam,-dedi.-Doğrudan?,- deyə Paknur, uşaq sadəlöhvlüyü ilə soruşdu.- Hə, qərarım qətidir. Bir yerdə, elə bu məktəbdə müəllim işləyərik,-dedi…Uğultulu turbo mühərrikin səsi Ünalı xəyallardan ayırdı.Az qaldı ki, tut ağacının budağı üstündən yerə gəlsin. Yola tərəf boylandı.Enli yolun ortası ilə qızılı rəngdə olan «Lombarcini» ildırım sürəti ilə keçdi. Son zamanlar bu yoldan çox yaraşıqlı maşınların keçdiyini görmüşdü Ünal, amma beləsini görməmişdi. Yadına düşdü ki, bu Abisalamın «Lombarcinisidir». O, irəli Abisalamın kənd evləri  arasında göylərə ucalan dörd mərtəbəli villasına doğru baxdı. Lombarcini bir daha uğuldayıb, onun səsi eşidilməz oldu. Abisalam maşını artıq öz həyətində saxlmışdı.…Bir vaxtlar bu kəndin demək olar ki, bütün uşaqları yaxşı oxuyur, yalnız bir arzu ilə yaşayırdılar.Şəhərə gedib, ali məktəbə daxil olmaq, oranı bitirib, ürəkləri istəyən bir işin qulpundan yapışmaq…Təkcə Abisalam məktəbdə yaxşı oxumurdu. Məktəbin direktoru həmişə ona deyirmiş ki, bala sən də oxu, get adam ol…Yaxşı oxusan müəllim, mühəndis, həkim ola bilərsən…Yoxsa avara-avara gəzməklə heç nə əldə edə bilməzsən.Amma məktəb direktoru nə qədər səy göstərsə də Abisalam ipə-sapa yatmır.Bildiyini  edir.Oxumadığı bir yana qalsın, davranışları ilə də dərslərin gedişini pozub, digərlərinin də oxumasına mane olur…Başqa çıxış yolu görməyən məktəb direktoru nail olur ki, Abusalam məktəbdən qovulsun.Həmin gün, səkkizinci sinifdən qovulan Abisalam kəndin ayaq hissəsindən keçən dəmir yolunun kənarındakı kiçik stansiyada qatara minib, kəndi tərk edir.Elə o vaxtdan da Abisalamı gördüm deyən olmur.Ancaq bir qədər sonra məlum olur ki, Abisalam şimaldakıuzaq ölkəyə üz tutb…O, vaxtdan yeddi il keçir.Bir neçə gündür ki, Abisalam kəndə qayıdıb. Özü də qızılı rəngli Lombarcinisi ilə.Amma Abisalam öz ata evinə qayıtmamışdı.Bir il əvvəl də o kəndə gəlmişdi. Onda gələndə çoxlu pul verib məktəb direktorunun hasar-hasara qonşuluğundakı həmkəndlisinin həyətini alıb, burdakı köhnə evi sökdürmüşdü.Hə onu məktəbdən qovduran direktorun qonşuluğundakı evi…Məktəb direktorunun evinə bitişik hasarın düz yanından bünövrə qazdırıb həmin bu dörd mərtəbəli villanı tikdirmişdi. İndii onun villası məktəb direktorunun köhnə evini kölgədə qoyurdu. Deyirdilər ki, Abisalam bünövrəni o qədər dərin qazdırıb ki, direktoun evi hətta çat verib…Cəmi altı-yeddi il bundan əvvəl məktəbdən qovulan Abisalamın indii hər şeyi vardı.Dörd mərtəbəli villası, qızılı rəngdə olan Lombarcinisi, şimaldakı o ölkədə də hələ nələri olduğunu Allah bilirdi.Kənd camaatı danışırdılar ki, Əfqanıstandan tutmuş, üzü bəri, neçə-neçə ölkələrdən, kəndin qurtaracağındakı gömrükdən  keçib  gələn və şimala doğru şütüyən yaraşıqlı, bər-bəzəkli traylerlərin də çoxu Abisalamındır…O Abisalamın ki, altı-yeddi il əvvəl Şimaldakı o ölkəyə gedərkən oradakı insanların dilini də bilmirdi…Kənd camaatı ondan da xəbərsiz deyildilər ki, axşamın saatlarında erkən yatıb, sübh tezdən oyanmağa adət etmiş məktəb direktorunu hər gün gecə ikidə-üçdə dəniz qırağındakı bahalı restoranların birindən qayıdan Abisalamın Lambarcinisinin turbo mühərrikinin uğultulu səsi yuxudan oyadırdı.Abisalam kəndə qayıtdığı gündən zavallı məktəb direktorunun yuxusuna haram qatılırdı. Məktəb direktoru o günü səbirsizliklə gözləyirdi ki, Abisalam nə vaxt şimaldakı ölkəyə qayıdacaq.Ünal isə indi tut ağacından Abisalamın villasına doğru baxıb fikirləşirdi ki, gözəl villadır. Lambarcini də gözəldir. Abisalamın hər şeyi var. Köks ötürdü…Amma yox,- fikirləşdi Ünal, -Abisalamın Paknur kimi sevgilisi yox idi…Bacı-qardaşlarının gülüş, qəhqəhə dolu səsləri onu xəyallardan ayırıb yenidən öz həyətlərinə qaytardı. Ata-anası, bacı-qardaşları həyətin arxasındakı kollardan böyürtkən yığırdılar.Hamının üzü gülürdü. Zarafat deyildi.Bu dəfə qap-qara böyürtkənləri xüsusi şövqlə yığmışdılar. Bu böyürtkənləri  yığıb satdıqdan sonra,  ata anası sabah ona son zəng günü geyinmək üçün gözəl ağ köynək, qara şalvar və par-par parıldayan ayaqqabılar alacaqdılar.Görəsən sevgilisi Paknur onu bu paltarlarda görüb nə deyəcəkdi…Atası iki vedrə qara böyürtkəni götürüb həyət qapısından çıxaraq, yolun kənarına qoydu. Anası arxada görünüb, – bəlkə kəndin ayağındakı bazara aparaq, orda daha tez satılar,-dedi.Son zamanlar bəzi həmkəndliləri böyürtkənləri kəndin ayaq hissəsində yol kənarında yığışıb, kiçik bazara bənzəyən yerdə satırdılar. Daha əvvələr olduğu kimi həyətlərinin qarşısına, yol kənarına qoyub gözləmirdilər.Amma hər dəfə həmin o, kiçik bazardan söhbət düşəndə atası narazılıq edib, hər vəchlə böyürtkənlərin oraya aparılıb satılmasına qarşı çıxırdı.Və hər dəfə də deyirdi ki, qismətdirsə elə burda da tez satacağıq.Amma bu dəfə anası israr edirdi. Birdən burda satılmaz uşağın üzünə baxa bilmərik. Birisi gün son zəngdir. Uzağı sabah ona yeni paltarlar almalıyıq. Mən uşağımı köhnə, nimdaş paltarlarda göndərə bilmərəm. Hələ qarşıdan da uşağın instituta imtahanları gəlir. Niyə axı sən istəmirsən ki, böyürtkənlər tez satılsın? Bəyəm kiçik bazara toplaşanların hamısının başı xarab olub?Atası yenə də dirənib kiçik bazara getmək istəmədi,- Bəli, orda olanların hamısı kəfəni boğazlarına dolyıblar. Hamının başı pul qazanmağa necə qarşıbsa hər şeyi unudublar. Bir gün gələcək ya özlərinin qarşısına çıxacaq, yadakı balalarının. Orda qazanılan pullar da haramdır.Atasının bu sözləri anasının daha da marağına səbəb oldu. İnadından əl çəkmədi. -Yaxşı, gedək , hər şeyi öz gözlərinlə gör,-   razılaşmaq məcburiyyətində qalan atası vedrələri də götürüb kəndin ayağına doğru yollandı. Anası da onun ardınca gedirdi.Həmkəndliləri qarşılarında böyürtkən dolu vedrələr  sıra ilə yol boyu dayanmışdılar.Anası diqqət yetirdi ki, onlardan başqa daha heç kimin qarşısındakı vedrələrdə qara böyürtkən yox idi. Demək olar ki, hamı qırmızı böyürtkən satırdı. Qadın bir qədər toxtadı. Yəqin ki, tez bir zamanda iki vedrə qara böyürtkənləri satacaqdılar.Şəhər tərəfdən gələn «Mersedes» onların qarşısında dayandı. Avtomaşından düşən qara eynəkli adam Ünalın ata-anasının qarşısındakı vedrələrə baxıb, qonşuluqdakı qırmızı böyürtkənlər olan vedrələrə yaxınlaşdı,- Bunun qıramı neçəyədir? Bu vedrəni gətir maşina,-dedi və yenidən qayıdıb maşina əyləşdi.Ünalın anası heç nə anlamadan mersedesə doğru baxdı. «Bəyəm böyürtkəni qramla satırlar?»Qonşu vedrəni əlinə götürüb avtomaşının pəncərəsinə doğru yaxınlaşıb cibindən  kağız bükülü çıxarıb içəri uzatdı. Eynəkli tez bükülünü qapıb, oturacağın altında gizlətdi. Əlini cibinə salıb çıxartdığı yüz dollarlıq əskinazı qonşuya uzatdı.Tez də maşını işə salıb bir qədər irəlidə Ünalgilin vedrələrinin qarşısında yenidən surəti azaltdı. Anası ağzını açıb cani-dildən,-qara böyürtkənləri götür, bu böyürtkənlər kimisini burda tapmayacaqsan,-demək istədikdə, atası başını bulayıb,-işin yoxdur, qoy getsin. Ona qara böyürtkən lazım deyil,-dedi. Qara eynəkli maşınını sürüb oradan uzaqlaşdı.Vedrəsi əlində qalan qonşu geri qayıdıb ətrafa döyükdü. Vedrəni yerinə qoyub dinməz durdu. Amma gözləri gülürdü.Həmin gün yol boyu düzülmüş insanların qarşısında xeyli maşın dayanır, tez də oradan uzaqlaşırdılar.Axşama yaxın idi. Qara böyürtkənlərlə dolu vedrələr hələ də ata anasının qarşısında idilər.Anası təəccüblə əvvəlcə atasına baxıb, sonra isə yaxınlıqdakı kefi kök həmkəndlilərinə dedi,-Deyəsən hamının başı xarab olub. Heç kim qara böyürtkən almaq istəmir. Görəsən maşınlar hamısı niyə qırmızı böyürtkən satanların qarşısında dayanır. Bu nədir belə?Birdən Ünalın anasını elə bil elektrik cərəyanı vurubmuş kimi qışqırmağa başladı:- Vicdansızlar, əskiklər, zatıqırıqlar, mən indi anladım, siz hamınız burda heroin, həşiş satırsınız. Qarşınızdakı o bərəkət, böyürtkənlər sizə haram olsun.Həmkəndliləri atasının üzünə baxıb:- Deyəsən burda çox qalmaq fikriniz var? Apar da bunu burdan,- dedilər.Atası anasına doğru çevrilib sakit səslə:- Dedim axı, bura bizlik deyil,- deyərək həmkəndlilərinə doğru,- Birisi gün uşağın son zəngidir. Ona əyin-baş almalıyıq. Yoxsa yüz il də qala mən bura gəlməzdim,- səsləndi.-Mən neynim ki, Siz qırmızı böyürtkən satmaq istəmirsiniz,-deyib qırmızı böyürtkən satan qonşu bic-bic gülümsədi.Ünalın anasının isə hirsindən bağrı yarılırdı. Hələ də sakitləşmək bilməyən qadının ağzından od püskürürdü: «Mənim bu gözəl kəndimi bir gör nə hala salmısınız? Əclaflar…»Uzaqdan polis avtomobili göründü…Qırmızı böyürtkən satan qonşu polis avtomaşınına doğru döyüküb geri çevrildi, -Ünal yaxşı oğlandır. O, son zəngdə yaxşı geyinməlidir,-deyib,-əlini cibinə salıb pul çıxardı. Pulları Ünalın atasına doğru uzadıb, yanında dayanmış oğlana, -bu vedrələri bizə evə apar, mürəbbə bişirərlər,-dedi.-Siz isə daha burda dayanmayın, di tez olun gedin,-deyib, Ünalın ata-anasını yola saldı.Atası boş vedrələri əlinə alıb evlərinə tərəf yollandı. Anası isə yol boyu deyinə-deyinə onun ardınca gedirdi…***Bu gün son zəng günüdür. Ünal bir gün əvvəl ata-anasının onun üçün aldıqları ağappaq köynəyi, qara şalvarı, sübh tezdən fırçalayıb par-par parıldatdığı ayaqqabıları geyninib, kəndin ortasından keçən enli yolun qırağı ilə məktəbə sarı yola düzəldi. Digər kənd uşaqları da yol boyu sıra ilə düzülmüş evlərdən çıxıb, məktəb istiqamətində addımlayırdılar.Ünal məktəbin həyətinə daxil olanda ilk növbədə gözləri sevgilisi Paknuru axtardı.  Həyətə toplaşmış hər kəsin üzü gülürdü. Bir azdan son zənglə bağlı tədbirlər başlayacaqdı. Paknur ön cərgədə məktəbə qalxan pillələrin üstündə durmuşdu. O, cənub bazarında satılan ən gözəl çil-çıraq kimi işıq saçırdı.Ünal bir qədəir arxada dayanıb sevgilisinə baxırdı. Son zəng çalınıb qurtardıqdan sonra yaxınlaşıb Paknurla söhbət edəcəkdi. Onu necə dəli bir məhəbbətlə sevdiyni bir daha deyəcəkdi. Deyəcəkdi ki, mən də test imtahanlarında xarici dillər olan qrupu seçəcəm. Dahə müəllim olmaq istəmirəm. İstəyirəm xaricdə yaşayaq. Böyük evimiz və Lombarcinimiz olsun.Səni o, maşında gəzdirim…Son zəng tədbirlərinin rəsmi hissəsi başlandı. Müəllimlər, əlaçı şagirdlər danışdılar. Direktor tədbiri yekunlaşdırıb indii  son zəng çalınacağını bəyan etdi. Ancaq bu vaxt zəng səsini məktəb qapısının ağzından gələn turbo məhərrikin uğultulu səsi eşidilməz etdi. Hamı çevrilib məktəbin dərvazalarına doğru baxdı. Ünal da dərvazalara doğru boylandı. Ancaq orada Abisalamın Lombarcinisinin üst hissəsi görünürdü. Yan qapı açılıb bağlandı. Bu qapını kimin açdığını, niyə bağlandığını heç kim görə bilmirdi. Ünal bir xeyli dərvazalara doğru baxdı. Sonra direktorun zəhmli səsi hamını geri məktəb istiqamətində çevrilməyə məcbur etdi.Ünal geri çevrildikdə sevgilisi Paknuru öz əvvəlki yerində görmədi. Gözləri ilə bir xeyli məktəbin bütün həyətini dolaşıb Paknuru axtardı.Amma onu tapa bilmədi.Həyəcanla uşaqların arasından keçib, irəli məktəbə qalxan pillələrə doğru addımladı. Paknur orada yox idi. Paknurun bayaq durduğu yerdə onunla yanaşı dayanmış rəfiqəsi Şəhrizada yaxınlaşdı:-Sən Paknuru görməmisən?-Aaaa, Sənin xəbərin yoxdur? Mən elə bilirdim ki, sən bilirsən.-Nəyi Şəhrizad?-Dünən Abisalamgil Paknura nişan gətirmişdilər. Son zəngi gözləyirdilər. Paknuru da götürüb, getdi Şimala Abisalam. Deyirlər onların toyları da elə bir neçə gündən sonra orda Şimalda olacaq…Ünal Şəhrizadın daha nələr dediyini eşitməyib məktəbin çıxış qapısına doğru qaçdı. Məktəbin qapısı ağzından keçən enli yol bom-boş idi. Cənub tərəfdən sərhəddəki gömrük məntəqəsindən keçib gələn iri traylerdən başqa yolda heç nə görünmürdü. Gözlərini Şimala doğru zilləyib Paknurun nə üçün belə etdiyini hələ də anlamayan Ünalın qarşısından trayler vıyıltı ilə keçdi.Yalnız indi, o fikirdən ayılıb təp-təzə, yaraşıqlı traylerə baxdı. Traylerin üzərində qıp-qırmızı iri böyürtkən şəkli vardı…Müəllif: Vahid MəmmədliHəmçinin bax: Qız əmanəti
['zəmanə']
5,949
https://kayzen.az/blog/stil/2893/pomada-dodaq-boyas%C4%B1.html
Pomada (dodaq boyası)
burla xatun
Yaraşıqlı görünüş, gözəl imic
17 mart 2011, 11:18
Pomada (dodaq boyası) makiyajda son nöqtədir. Düzgün uyğunlaşdırılmış pomada üzünüzü anında canlandırmaqdan əlavə hətta gözlərinizin parlaqlığını da vurğulaya bilər. Pomadanın rəngi zövqünüzə, geyiminizin rənginə, ya da dəbdə olan rənglərə görə seçilsə də, dodaqlarınızın formasını da nəzərə almalısınız. Dodaqlarınız dolğundursa, yumşaq tonlarda mat (parıltısız) pomadalardan istifadə etmək məsləhət görülür. Dodaqlarınız nazikdirsə, tünd rəngli pomadaya üstünlük verin 1. Pomadanıza uyğun rəngdə dodaq qələmi ilə ortadan uclara doğru dodaqlarınızı çevrələyin. 2. Dodağınızın hər tərəfini qələmlə doldurun. Beləcə həm pomadanızın davamlılığı artacaq həm də silinməyə başladığında dodaqlarınız cansız görünməyəcək. 3. Pomadanı fırçayla dodağınıza çəkin. 4. Pomadanın davamlılığını artırmaq üçün ilk qatı çəkdikdən sonra artığını salfetlə silin və ikinci qatı çəkin. 5. İşıltılı görüntü üçün dodaqlarızın tam ortasına rəngsiz bir parladıcı toxundurun. . Pomadaların tarixi Keçmişdə içindəki zəhərli boyalar səbəbi ilə qadınların ölümlərinə səbəb olan, kosmetik firmaları heyvanlarda sınayır deyə boykot edilən, qadınları həyat qadını olaraq damğaladan və bəzi cəmiyyətlərdə dini səbəblərlə qadağan edilən pomada hər şeyə baxmayaraq 125 ildən bəri ardıcıl olaraq emal edilir və indiki vaxtda çantasında pomada daşımayan bir qadını az qala tapa bilməzsiniz. Tarixdə bilinən ilk pomada bundan 8 min il əvvəl misirlilərin tətbiq etdiyi zəyi qaynadaraq əldə etdikləri qırmızı boya ilə dodaqlarını rəngləmələridir. Qədim Yunan və Romada ancaq yuxarı sinfin qadınlarına dodaqlarını qırmızıya rəngləmələrinə icazə verilərdi. Boyama işi çətin və zaman alıcı idi. Parisli bir ətir satıcısı 1884-cü ildə qırmızı boya ilə bal pətəyi və balzamı qarışdırıb ipəkdən parça bir rulo içinə yerləşdirib qələm şəklində satışa təqdim etdi. Qadınlar bu yeni kəşfi dərhal sevib ona sosiska (Saucisse) adını belə verdilər. Parisli səhnə sənətçisi Sarah Bernhardt isə bu yeni görünüşə mehebbet tanrısı Erosun sehrli çubuğu adını taxdı və səhnəyə çıxarkən istifadə etməyə başladı. Fransız mühafizəkarları bu yeni dodaq boyasına muxtelif səbəblərə gore qarşı çıxdılar,amma bacara bilmədilər. 1900-cı ildə indiki vaxtda hələ də istehsal edən Fransız firması Guerlain bu siqaret şəklindəki dodaq boyasını bütün Fransada satmağa başladı. 1912-ci ildə Guerlain çıxardığı qırmızı dodaq boyalarını Amerikaya gətirib New Yorkda satışa təqdim etdi və bu hadisə böyük bir sensasiya yaratdı. İlk başda yalnız qırmızı olan dodaq boyası pomada (Rouge) daha sonraları başqa rənglərdə də emal edildi. Pomadadan ən çox zərər görən restorançılar və quru təmizləyicilər oldu. Pomada ləkələrini stəkanlardan və köynəklərdən çıxarmaq olduqca çətin və zaman alıcı idi. Zamanla dodaq boyaları daha qalıcı oldu və hətta içinə qoyulan kimyəvi maddələrlə dodaqları şişirib böyütmək də mümkün idi. İnsanlar danışarkən bir-birlərinin dodaqlarına baxarlar. Qadınlar da bunu bildiklərindən kişilərin baxışlarını üzlərindəki qırışlar və sallanmalardan uzaq tutmaq üçün dodaqlarını qırmızıya rəngləyərək kişilərin diqqətlərini dodaqlarına çəkərlər. Rolling Stonesin solisti Mick Jagger-in boşandığı maniken yoldaşı Bianca Jaggerin söylədiyi kimi: «Səhərlər yorğun və canavar kimi bir üzlə qalxdığımda dodaqlarımı rəngləyər-rəngləməz özümü yenə normal bir qadin kimi hiss edərəm.»  Pomadanı (dodaq boyasını) necə çəkməli? Dodaq boyası seçərkən dərinin rənginə fikir vermək lazımdır. Pomadanı üz dərisinə əsasən seçmək mütləqdir. Nəinki üz dərisi, həmçinin dişlərin rəngi də nəzərə alınmalıdır. Pomada alarkən ilk növbədə pomadanın son istifadə tarixinə baxmaq lazımdır. Əgər bu informasiya yoxdursa, pomadanın köhnəliyini müəyyən etmək çətin deyil. Köhnə pomadanın pis iyi, üzərində ağ ləkələri və solğun rəngi olur. Pomadanın maksimal istifadə müddəti üç ildir, soyuducuda saxlanıldıqda və fırça ilə sürtüldükdə. Əgər pomadanı birbaşa dodağınıza vurursunuzsa, istifadə tarixi il, qabına günəş şüası dəyibsə. üç ay olur. Keyfiyyətli pomada rahat çəkilməli, dodaq da hamar qalmalıdır. Onu sildikdən sonra dodaqlarda dartınma və ləkə qalmamalıdır. Pomadanın növləri Pomadanın tərkibindən asılı olaraq nəmləndirici, qidalandırıcı gigiyenik, davamlı, super-davamlı və parıltılı növləri var. Nəmləndirici: Dodağı həm rəngləyir, həm də çatvermədən qoruyur. Onun tərkibinə avokado, kakao, günəbaxan, kokos, gənəgərçək yağı və çobanyastığı cövhəri daxildir. Çatışmayan cəhəti isə dodaqdan tez silinməsidir. Qidalandırıcı: Soyuq havada dodağı quruma və çatlamadan qoruyur, tərkibinə böyük miqdarda mum daxildir. Davamlı və super-davamlı: ləkə qoymur, dodaqda 24 saata qədər qalır. Onun tərkibinə efir yağları və rəngləyicilər daxildir. Davamlı pomadadan hər gün istifadə etmək məsləhət görülmür, belə ki, o, dodaqları qurudur. Gigiyenik pomada: Quruluq və çatın yaranmasının qarşısını alır. Qışda dodaqlar üçün əvəzsizdir. Tərkibində vitaminlər, qidalandırıcı, nəmləndirici maddələr var. Təəsüflər olsun ki, dodaqlara rəng vermir. Parıltı: təbii makiyaj zamanı istifadə olunur. Tərkibində yağ və vitaminlər, az miqdarda bitki rəngləyiciləri var. Parıltını vurarkən ehtiyyatlı olmaq lazımdır, çünki o, tez yayılır. Kosmetoloqlar qeyd edirlər ki, dodaq qurumasına qarşı ən yaxşı müdafiə gigyenik pomadalardır. Hansı vasitəni – parlaq pomada, dodaq parıltısı və ya rəngsiz gigiyenik pomada seçməyinizdən asılı olmayaraq hər bir kosmetik vasitə özünəməxsus tərzdə dodaqlarınıza qulluq edir. Qulaqlarımızı soyuqdan qorumaq üçün papaq taxır, əllərimizə əlcək geyinirik. Amma dodaqlarımızı qışın soyuğundan qorumağın yolu yoxdur. Bu da o deməkdir ki, onlara əlavə qulluq lazımdır. Dodaqları yumşaltmaq üçün istənilən bitki yağından (ən yaxşısı zeytun yağı) istifadə etmək olar. Bunu pomadanın altından da sürtə bilərsiniz. Çatlamış, quru və sərt dodaqları bal, xiyar suyu, çaytikanı yağı ilə sürtmək olar. Əgər dodaqları limon şirəsi ilə sürtsəniz, onlar uzun müddət təravətli və təbii görünüşünü saxlayacaq. Dodaqlarınıza həmçinin üz kremi, tərkibində E vitamini olan yağ və ya aloye olan gel çəkə bilərsiniz. Nəticədə dodaqlar nəm və yumşaq olacaq.   UPD. Braziliyalı alimlər araşdırıblar ki, dodaq boyası kariyes yaradır. Dodaq boyasından çox istifadə edən qadınların dişlərində kariyesin əmələ gəlmə riski böyükdür. Bunu braziliyalı mütəxəssislər dünyada məşhur olan 10 brendin dodaq boyasını analiz etdikdən sonra üzə çıxarıblar. Araşdırma göstərib ki, pomadaların tərkibindəki parafin kariyesə səbəb olur. Boyanın tərkibində onun miqdarı az olsa da, hər gün pomadadan istifadə sonda belə problemə aparıb çıxarır.   Pomadanı çəkmək texnikası Dodaqlarınızın gözəl görünməsini istəyirsinizsə, hər şeydən əvvəl onların qurumuş və çatlamış olmamalarını təmin etməlisiniz. Bunun üçün yanınızda daşıyacağınız bir çatlaq kremini (lipstick) lazım olduqda çəkməyiniz kifayət edəcək. Makiyaja başladıqda dodaqlarınız çatlaq olmamalı, çünki çatlaq dodaqlarda pomada təbəqə kimi qalxır və çox pis görünür. Xüsusilə qışda pomada seçiminizi dodaq qoruyuculu olanlardan etməlisiniz. Bəzi pudralı pomadalar gözəl görünmələrinə baxmayaraq dodaqlarınızı quruda bilər. Parladıcı tərzdə olanları seçsəniz, dodaqlarınızı da nəmləndirər. Pomada çəkməyə başlamazdan əvvəl nə qədər yüngül makiyaj etmiş olsanız da, dodaq qələmi istifadə etməlisiniz. Doğru çəkilən bir dodaq qələmi makiyajın təbiiliyindən heç bir şey azaltmaz. Əksinə, pomadanın qalıcılığını artırar.
['pomada', 'dodaqlar', 'dodaq boyaları', 'dodaq boyası', 'dodaq boyamaq', 'dodaq']
5,950
https://kayzen.az/blog/poeziya/4338/pey%C4%9F%C9%99mb%C9%99rimiz-i-nizami-g%C9%99nc%C9%99vi.html
Peyğəmbərimiz I Nizami Gəncəvi
Cavid
Poeziya
17 mart 2011, 06:59
Ey varlıq mülkünə böyük şahsüvar,Əqlin sultanısan, zəkavətin var.Sonusan o mürsəl peyğəmbərlərin,Sonun halvasısan, duzun əvvəlin.Varlıq baxçasının ilk gülü sənsən,Zamanın  sonuncu sərkədəsisən.Kifayət mülkünə sənsən hökmdar,Vilayət hökmüdür verdiyin qərar.Hər kəs lovğalıqla çıxsa qarşına,Bir ədəb qılıncı enər başına.Gözlər işıq alır ayaq tozundan,Aləm işıqlanır daima ondan.Səndən işığını almayan bir şamSönər öz yeliyə, qaralar müdam.Ey qəbilələrlə aydın dil tapan,Vazeh dəlillərlə zərbə vuransan.Allahın höccəti bütün səndədir, Səhərin sirri də o sinəndədir.Ey iki dünyanın saray ağası,O qabü qövseynin mahir ustası.Ey sonsuz göyləri gəzib bac alan,Yetmiş min pərdənin üstə ucalan.Ey əqlin və canın fövqündə duran,Sənə səcdə qılır yerlə asiman.Yer göyə dönmüşdür dininlə gerçək,Yox,yox döşəməndir bu sonsuz fələk.Ey altı cəhəti heyrətləndirən,Atını çapırsan yeddi göyə sən.Altı-yeddi min il keçir o andan.Ki bu dəbdəbəni eşitmiş cahan.Hər əqlə süfrəndə bir nemətin var,Qapında qul kimi dayanar ruhlar.Ağıl sənsiz olsa nə çıxar ondan,Sənsiz yaşayarsa ölüdür hər can.
['Nizami Gəncəvi']
5,951
https://kayzen.az/blog/maraqli-faktlar/4337/barmaq-izi-olmayanlar.html
Barmaq izi olmayanlar
Cavid
Maraqlı faktlar
17 mart 2011, 06:54
1993-cü ildə ABŞ-da kiçik bir qız uşağı, böyük bir ehtimalla pula görə girov götürmək üçün, evindən qaçırılıb uzaq bir yerə aparılır. Orada saxlanıldığı müddətdə qaçma planları quran uşaq, fürsət tapıb hər hansı bir zərər görmədən girovçuların əlindən qurtulur və yaxındakı bir yaşayış məntəqəsinə sığınır. Qızın tərifi ilə hadisədən bir neçə gün sonra cinayətkarlardan birini tutan polis, onun danışması nəticəsində digər cinayətləri və uşaq qaçırılarkən sürülən maşını saxlayır. Günahkarlar məhkəmədə dosyedəki bir çatışmamazlığı hiss edib qurtulmaq üçün maşının içində qız uşağının barmaq izinin axtarışını istəyirlər. Çünki uşağın da öz ifadələrinə görə qaçırılarkən maşında bir neçə yerdən tutmuşdu. Beləliklə də uşağın barmaq izlərinin maşının müxtəlif yerlərində olmalı idi. Ədliyyə ekspertizasının dedektivləri maşını başdan ayağa araşdırmasına və cinayətkarla yoldaşlarının barmaq izlərini tapmasına baxmayaraq, qəribədir ki, uşağın barmaq izlərinə rast gəlməmişdi. Bu hadisədən sonra müqəssirlər və vəkilləri çox sevinərkən, məhkəmə tibb ekspertizası və uşağın yaxınları çox kədərlənir.Hadisənin bundan sonrakı qismini yazının axırına saxlayaraq barmaq izi çalışmalarının necə aparıldığına və nə üçün belə bir peşmançılığın yaşandığına qayıdaq. Barmaq izi, hər şəxsin DNT proqramında yaradılışdan mövcud olub embriyonik dövrdə barmaqların ucunu örtən dərinin Əzəli Nəqqaş və Hafizi Əbədinin sonsuz elm və qüdrəti ilə işlənməsi nəticəsində meydana gətirilir. Nə üçün sonsuz elm və qüdrətdən bəhs edirik? Tək yumurta ekizlərindən başqa, heç bir insanın barmaq izinin bir-birinə bənzəməməsi, yaşayan, ölmüş və yaradılacaq bütün insanların barmaq izlərinin bilinməsi deməkdir ki, bu da ancaq Uca Yaradıcının elmi ilə mümkündür. Eyni spermdə döllənən tək bir yumurtadan yaradıldıqları və yaradılışlarında eyni DNT proqramları işlədildiyi üçün yalnız yumurta ekizlərinin barmaq izləri eynidir. Qiyamət surəsinin başındakı ayətlərdə qiyamət günü insanların yenidən dirildilməsi ilə əlaqədar "İnsan zənn edərmi ki, ölümündən sonra Biz sümüklərini toplayıb onu diriltməyəcəyik? Bəli, toplayarıq, həm də barmaq uclarına varıncaya qədər əvvəlki halda tərtib edərik!" (Qiyamət, 3-4) deyilərək, heç kimin bilmədiyi bir dövrdə barmaq izlərimizdəki incəliklərə diqqət edilməkdədir.Buna görə barmaq izləri müxtəlif cinayətlərin açılmasında istifadə edilməkdədir. Barmaq uclarındakı dəri qabarmalarının təşkil etdiyi naxışlar, bir-birini kəsən və ya bir-birinə paralel, oval yaxud dairəvi cizgilərin hərəkətləri ilə meydana çıxarılır. Mürəkkəblə tam islanmış bir süngərə toxundurulan barmaq daha sonra bir kağıza basılarsa, barmaq ucundakı naxış mürəkkəb sayəsində kağıza keçər. Bu formada arxivlənən barmaq izləri, gələcəkdə meydana gələ biləcək şübhəli bir vəziyyətdə yeni izlərlə müqayisə edilərək dəyərləndirilir. Bəs, toxunduğumuz əşyada barmaq izlərimiz necə qalır? Dərimizin hər tərəfinə paylanan tər bezləri, vücudumuzun hər bölgəsində müxtəlif sıxlıqdadır. Barmaq uclarımıza da bir çox tər bezi yerləşdirilmişdir. Barmağımızla hər hansı bir əşyaya toxunduqda tər bezlərinin deşiklərindən çıxan tərimiz, toxunduğumuz yerdə qalır və barmaq izi naxışımızın həmin yerə keçməsinə səbəb olur.Məqalənin əvvəlində danışılan hadisədə, kiçik qızın barmaq izinin maşında olmamasının səbəbi nədir? Barmaq izini buraxan tərin doxsan doqquz faizi sudur. Qalan bir faizlik qismində yağ turşuları, yağ, esterlər, amin turşusu və duzlar var. Edilən təhlillərdə, yeniyetmə insanların qoyduğu barmaq izlərinin, esterlərin tərkibində uzun karbon zənciləri və ağır metallar varkən, uşaqların barmaq izində esterlənməmiş və qısa zəncirli yağ turşuları var. Uşaqların barmaq izində olan qısa zəncirli yağ turşuları daha çox uçucudur. Buna görə də yetkinlərin barmaq izləri ümumiyyətlə bir neçə gün və ya daha uzun müddət pozulmadan qalır, uşaqların barmaq izləri isə 24 saat içərisində yox olur. Bu səbəblə uşaqlarla əlaqədar hadisələrdə suçu araşdırma çalışmaları mümkün olduğu qədər tez aparılmalıdır. Normal bir baxışda barmaq izləri görünmür. Məhkəmə tibb ekspertləri görünməyən barmaq izlərini görünən hala gətirib şəkillərini çəkə bilmək üçün bəzi metodlardan istifadə edir. Ən köhnə üsullardan biri toz pudra səpməkdir. Hidrokarbonların istilik ilə pozulmasından əldə edilən çox nazik qara karbon, barmaq izinin olduğu yerə səpilir, karbon zərrəcikləri barmağın əşya üzərində buraxdığı tərə yapışaraq izi görünən hala gətirir. Bu metodun daha da təkmilləşdirilmiş formasında isə, florans pudralar (parıldayan) istifadə edilməkdədir. Burada istifadə olunan ikinci üsul, yod üsuludur. Yod qızdırıldıqda buxarlaşır və yağların quruluşundakı karbon-karbon arasındakı cüt bağlar ilə reaksiyaya girir və qabartma formasındakı barmaq izi naxışını sarımtıl qəhvəyi rəngi bir rəngə çevirir. Tətbiq olunan üçüncü üsul isə ninhidrin üsuludur. Əvvəlki üsullar dəliksiz səthlərdə yaxşı nəticə verir, bu üsul, kağız və taxta kimi dəlikli səthlərdəki barmaq izi nümunələrində daha yaxşı nəticə verir. Bu üsulun təməli, amin turşuları ilə ninhidrin arasındakı mürəkkəb bir reaksiyadan ibarətdir. Qızdırıldıqda mühitdəki bir əsas ilə reaksiyaya girərək bənövşəyi rəngdə təsvirə çevrilir. Tərdəki amin turşuları kağız və ya taxtanın əsas maddəsi olan selluloz ilə hər hansı bir reaksiyaya girmədiyi üçün, bu texnika çox köhnə izlərin müəyyən edilməsinə də imkan verir.Tər kimi çox vaxt xəta ilə saf bir su zənn etdiyimiz bir ünsür belə, lazım olduqda bir çox məsələnin açılmasında istifadə edilməkdədir. Gözlə çətin olan barmaq izlərimiz isə gördüyümüz işlərin izlərini məkana naxış-naxış işləyərək buralarda bizə aid işarələrin qalmasına səbəb olur. Hər an zehinlərə və mənəvi lövhələrə qoyduğumuz milyonlarla təsvirin, Kainatın Sahibinin hüzurunda nələr ifadə edəcəyini düşündükdə, kainatda heç bir şeyin boş və əbəs yaradılmadığını anlayırıq. İndi isə qayıdaq məqaləmizin əvvəlindəki uşaq qaçırılma hadisəsinə. Əgər müqəssirlərin cəzalandırılmadığını düşünürsünüzsə yanılırsınız. Uşağın barmaq izləri maşının içində tapılmamışdı, ancaq suçluların sevinci çox uzun çəkmədi. Çünki uşağın üstündəki paltardan qopan, gözlə çox çətin görünən nazik parça lifləri, maşının oturacağından aspiratorla götürüldükdən sonra mikroskopla tədqiq edildi. Aparılan müqayisə ilə hadisəyə qarışanların günahları sübuta yetirildi və təqsirkarlar bu dünyadakı cəzalarını aldılar.
['barmaq izi']
5,952
https://kayzen.az/blog/maraqli-faktlar/4336/dirs%C9%99yimiz-d%C9%99y%C9%99nd%C9%99-niy%C9%99-elektirik-vurmu%C5%9F-kimi-oluruq.html
Dirsəyimiz dəyəndə niyə elektirik vurmuş kimi oluruq?
Cavid
Maraqlı faktlar
17 mart 2011, 06:50
İnsanın sinir toxuması xeyli nazikdir. Bir sinir hüceyrəsinin çəyirdəyi ölərsə, artıq onun müalicəsi mümkün deyil. Uşaq iflici kimi xəstəliklərdə sinir hüceyrəsi xarab olduğuna görə, əmr almayan əzələlər iflic olur. İflic olan uşaq yaşasa da, orqanları hərəkətsiz qalır. Sinirlər, əhəmiyyəti və nazikliyi ilə vücudda çox yaşı mühafizə ediləcəyi yerləşdirilməlidir. Görəsən elədirmi? Bəli, bədəndəki bütün sinirlər, əzələ qatları arasında basdırılmışdır. Hər üzvü bir hikmət dəryası olan vücudumuzda, sinirlərin etina ilə əzələ qatları arasında mühafizəsi də, onun nə dərin elmlərlə yaradıldığının göstəricisidir. Sinir hüceyrələrini ən xırdalığına qədər bilən ancaq onu Yaradandır. Əzələ qatları arasına basılı olmayan yeganə sinir, dirsəkdəkidir. Bu sinir, dərinin altından keçir. Bu səbəblə, dirsəyimizə bir balaca dəyən kimi elektrik vurmuş kimi sıçrar, acı duyarıq.
['dirsək', 'sinir']
5,953
https://kayzen.az/blog/maraqli-faktlar/4335/b%C9%99d%C9%99nimizd%C9%99ki-qan%C4%B1n-miqdar%C4%B1.html
Bədənimizdəki qanın miqdarı
Cavid
Maraqlı faktlar
17 mart 2011, 06:44
Vücudumuzdakı qan miqdarı, böyüklüyümüzdən asılıdır. Məsələn, 40 kilo ağırlığındakı bir uşağın qan miqdarı təqribən 2.5 litrdir. Əgər onun atası 80 kiloqramdırsa, qan midarı onun iki mislidir, yəni 5 litrdir. Bir aylıq körpədə təxminən 300 qram qan olur. Hündür yerlərdə daha az oksigen var. Düzdü hava təmizdir, ancaq sıxlığı az olduğuna görə oksigen miqdarı da azalır. Kifayət qədər oksigen ala bilmək üçün daha çox qana ehtiyacımız var. Görəsən, dəniz səviyyəsindən çox yüksəkdə yaşayanlarda qan miqdarı çoxdurmu? Bəli, kifayət qədər çoxdur. Vücud makinamızda, yaşadığımız yerə görə, ehtiyacımız olan qədər qan miqdarı mövcuddur.
['qan dövranı']
5,954
https://kayzen.az/blog/biologiya/4334/g%C3%B6zun-m%C3%B6c%C3%BCz%C9%99si.html
Gözun möcüzəsi
Cavid
Biologiya
17 mart 2011, 06:09
İnkarçıların məəttəl qaldığı, təkamülçülərin boğulduğu yer göz möcüzəsidir. Göz, düşünən hər insanın ağlını dayandıran bir sənət xariqəsidir. Gözü görüb də, gözü verəni düşünməmək, korluğun və ağılsızlığın elə özüdür. Prof. Dr. Cefri Larson Gözün nə qədər böyük bir möcüzə olduğunu anlamaq üçün elə uzun müddətli tədqiqat aparmağa ehtiyac varmı? Gözlərini bağlayıb, qaranlıq dünyanın çarəsizliyinə dalan hər insan, gözün nə böyük bir möcüzə olduğunu anlayacaq. Ruhumuzun dünyaya açılan pəncərəsi olan qiymətli gözlər, vücudun ən yaxşı qorunan bir yerinə yerləşdiriliblər. Bir qoz böyüklüyündəki gözlər, dörd-beş santimetrlik çuxurlarda olur. Gözlərin hər vəziyyətdə rahat hərəkətlərini təmin etmək üçün İlahi qüdrət, bunları xüsusi bir üzlüklə sarımış və yumuşaq bir yağ toxumasının içərisinə qoymuşdur. Qabaq tərəfdə üstdə və altda iki qapaq var. Hərəkətləri tamamilə iradəmizin xaricində olan bu qapaqlar, zərbələrə qarşı gözümüzü qoruyur. Dəqiqədə 30 dəfə fərqinə varmadan gözümüzü qırpırıq. Bu hərəkətlərin rahat olması üçün xüsusi bir mayeyə ehtiyac var. Göz mayesi bu vəzifəni yerinə yetirir. Davamlı hava ilə təmasda olan gözün qorunması, bu mayenin içərisinə qoyulan lizosim fermenti sayəsində baş verir. Bu ferment, gözü xəstəliklərə qarşı qoruyur.24 saatda 30 damcı göz yaşı çıxarır. Əgər bundan bir az çox olsaydı, boşaldıcı kanallar yetərsiz qalacaq, yaş xaricə axacaq və davamlı sulanan bir gözümüz olacaqdı. Əksinə, əgər az olsaydı, bu dəfə də gözün şəffaf təbəqəsi quruyardı. İsti havada göz yaşının buxarlaşmasını önləmək və qapaqlara rahat bir hərəkət imkanı təmin üçün də, bu mayenin tərkibinə sabuna bənzər maddə qoyularaq, gözün şəffaf təbəqəsi qorunmuşdur. İnsan elmdə bu qədər məsafə getməsinə baxmayaraq, sadə görünən bir damcı göz yaşını düzəltməkdən acizdir. Göz, möhkəm təbəqə adı verilən bir təbəqə ilə əhatə olunmuşdur. Sərt təbəqənin, gözün ön qismində görünən qisminə şəffaf təbəqə deyilir. Gözə gələn işıq, şəffaf təbəqədə sınaraq içəri keçirilir. Sərt təbəqənin altında yerləşən damar təbəqədə kapilyar damarlar və öndə, retinanın (tor qişa) arxası olan bölgədə boya hüceyrələri olur. Göz bəbəyinin ətrafını əhatə edən rəngli yuvarlaq da, damar təbəqəyə daxil olub "iris" deyilir. İrisin arxasına, nazik kənarlı göz lupası yerləşdirilmişdir. Damar təbəqənin altında bir üçüncü təbəqə daha var ki, iki qatdan meydana gələn bu təbəqənin üst qatında gözün içini "qaranlıq otaq" halına gətirən boya hüceyrələri, altda da işığa qarşı həssas hüceyrələr yerləşdirilmişdir. Bu təbəqəyə "retina" deyilir. Bu üç təbəqə ilə əhatə edilmiş gözün içi, yapışqan və şəffaf bir maye ilə doludur. Bu şəffaf maye, qan dövriyyəsi ilə davamlı yenilənməkdədir. Görmə hadisəsi necə baş verir? Göz, yeddi rəngi eyni tezliklərdə qəbul edir; ancaq beynə fərqli tezliklərlə nəql edir. Əgər bu tezliklərin kompüter əyarlarında bir xəta olsaydı, rəngli görmə hadisəsi mümkün olmazdı. Hər şeyi ağ-qara bir film izləyən kimi görərdik. Bunun sirri nədir? Elə isə, əvvəla materialistlər tərəfindən bəsit bir fotoaparat kimi izah edilməyə çalışılan gözün quruluşuna, həqiqi bir elmi nəzərlə baxmalıyıq. Cismin təsviri işıq yolu ilə şəffaf təbəqəyə əks edir. Göz bəbəyindən və onun arxasındakı nazik kənarlı lupadan sınaraq keçir və gözü dolduran maye içərisində yoluna davam edərək gözün arxa qismindəki işığa qarşı həssas hüceyrələrə çatır. Normal bir gözdə "sarı ləkə" deyilən bu bölgə gözün fokus nöqtəsidir. Təsvir bu bölgəyə çatmamışdan əvvəl təşəkkül edərsə göz miyopiya (uzağı görə bilməmə); irəlisində meydana gələrsə hipermetropdur (yaxını görə bilməmə). Gələn işıq, sınaraq gözə daxil olduğu üçün cismin təsviri tərs təşəkkül edir. Bu tərs təsvir görmə sinirləri vasitəsilə beyinə çatdırılarkən yolda düzəldilir və biz cismi düz görürük. Hadisənin digər tərəfi də budur: Retinaya gələn yeddi rəngin yeddisi də, sinirlər vasitəsilə eyni sinxron halında beynə göndəriləcək. Deyək ki, qarşıda bir metr hündürlükdə bir cismin şəkli retinaya keçəcək. Bu keçid əsnasında cismin işığı, boyası, rəngi retinadakı hər bir hüceyrəyə müəyyən ölçüdə əks edir. Əgər hüceyrələr, bir-biriləri ilə sinxron çalışmasalar, cismi müstəqil halda görmək mümkün olmaz. O cismi olduğu kimi görə bilmək üçün hüceyrələrdəki bütün fiziki keçidlərə bir-biri tərəfindən nəzarət edilməlidir. Yəni, biz, fotoaparatın arxasındakı kimi bir lent qoymuruq, minlərlə hüceyrə qoyuruq. Bu minlərlə hüceyrənin ahəng içində olub, ortaq bir lent nəql edə bilmələri üçün tamamilə kompüterləşdirilmiş bir sistemin nəzarəti vasitəsilə aralarında sinxronlaşmalıdırlar. Beləliklə, çox qısa və səthi izah etdiyimiz bu hadisələrin meydana gəlişi əsnasında çox müəzzəm qanunlar işləməkdədir. Təsvirin gözə çatmasındakı xariqəliyi bir tərəfə qoyun, göz içərisində işığın keçirdiyi mərhələləri bir az diqqətlə tədqiq etdiyimiz təqdirdə heyrətə düşməmək mümkün deyil. Hər şeydən əvvəl gözü meydana gətirən hüceyrələr, görmə qabiliyyətini necə və nə üçün qazandılar? Niyə vücudun digər hüceyrələri belə bir xüsusiyyətə sahib deyil, yalnız göz hüceyrələri bu fəaliyyətə təhsis edilib? Bundan başqa işığa qarşı həssas hüceyrələrin, vücudun başqa hər hansı bir üzvündə deyil, görmə işi ilə vəzifələndirilən gözdədir, həm də mükəmməl bir proqram və intizam içindədir, yerləşdirilmələri təsadüf ola bilərmi? Göz kimi dəyərli bir orqanımızın, bir qəsd və iradəyə dayanaraq yaradılması aşkardır. Bu iradənin sahibi olan Allah, gözü ruhumuza pəncərə edib, oradan bu aləmin saysız gözəlliklərini bizə tamaşa etdirməkdədir. Bu gözəlliklərin Yaradıcısına qarşı, ruhu sonsuz təqdir və şükran hisləri ilə dolmayan insan, yaradılışından gözlənən məqsədi tapa bilməyib deməkdir. Çox həssas bir quruluşa sahib olan gözlərimiz fövqəladə etinalı bir qoruma və baxım sistemi ilə təchiz edilmişdir. Gözün yuxarısında yerləşdirilən qaşlar, alından gələn tərlərin gözə çatmasına mane olduğu kimi, artıq işığı soraraq gözün narahat olmasının qarşısını alır. Avtomatik olaraq və öz istəyimiz xaricində çalışan göz qapaqlarımız və onların üzərində yaradılan kipriklər də gözü xaricdən gələ biləcək toz və sair zərərli maddələrdən qoruyur. Gözlərimiz, göz çuxurları içində sağa sola, aşağı və yuxarıya hərəkət edə bilir. Bu hərəkətlərin yerinə yetirilməsi üçün altı ədəd əzələ vəzifələndirilib. Bu əzələlərin nizamlı çalışmadığı halda çaşlıq və digər bir çox göz qüsurları meydana gələr. Gözün bu hərəkətlərini asanlaşdırmaq və gözü davamlı nəmli tutmaq üçün xüsusi bir yuma yağlama tərtibatı qurulmuşdur. Göz qapaqlarının daxili qisimlərində yaradılan yağ bezləri, bu vəzifəni yerinə yetirməklə, alın sümüyünün içindəki bir çuxurda yerləşən göz yaşı bezləri də ifraz etdikləri göz yaş ilə gözü davamlı yuyurlar. Göz yuvarlaqlarının ətrafı bundan başqa zərlə örtülərək mühafizə edilməkdədir. Niyə bir gözlə deyil, iki gözlə görürük? İki gözün varlığının hikməti nədir? İnsanlarda üç ölçülü görmə, dərinlik duyumu var. Bu iki hadisənin baş verməsi üçün iki gözə ehtiyac duyulur. Uzaqda olan bir obyektin bizə olan uzaqlığının dəqiq ölçülə bilməsi iki gözlə olur. Bundan başqa üç ölçülü görmənin baş verməsi üçün iki göz birlikdə və ahəngli çalışmalıdır. Göz belə bir müəzzəm sistemə malikdir. Onu optik alətlərlə müqayisə etmək, bu möcüzəvi sənət əsərinə kölgədir. Göz, bir çox cəhəti ilə bizim üçün hələ sirlərini qoruyan bir möcüzədir. Gözün əsl vəzifəsi isə tayı bərabəri olmayan sənət əsərləri ilə bəzənən və duyğularımızın xoşuna gələn şəkildə nizamlanan kainatı, diqqətli bir nəzərlə mütaliə etməkdir. Ancaq beləliklə göz nemətinin şükrü ödənilə bilər. İnsan, fotoaparat və televiziya kamerası kimi cihazları, gözü təqlid edərək düzəltmişdir. Bu alətləri kəşf edənləri təqdirlə anan insan, onu sonsuz gözəllikləri seyr edəcək bir cüt gözlə təchiz edən Yaradıcısını unutmamalıdır. Bu möcüzə alətini istifadə edərkən; baxıb görməyənlər və ya görüb anlamayanlar, çox böyük bir məsuliyyət altına girəcəklər.
['göz']
5,955
https://kayzen.az/blog/iqt-cog/2237/m%C9%99rk%C9%99zi-asiya-%C3%B6lk%C9%99l%C9%99ri.html
Mərkəzi Asiya ölkələri
2ral
İqtisadi coğrafiya
16 mart 2011, 22:48
Mərkəzi Asiya dünyanın yeganə regionudur ki burada yerləşən ölkələrin heç birinin dünya okeanına birbaşa çıxışı yoxdur. Bakı- Türkmənbaşı, Bakı- Aktau, Bakı-Bektaş bərə gəmilərinin işə düşməsi, bu region ölkələrinin iqtisadi əlaqələrinin Qafqaz və Avropa ölkələri ilə yaxşılaşmasına kömək edir. Mərkəzi Asiyada yerləşən Tyan-Şan, Pamir, Altay dağ sistemləri və Turan, Xəzəryanı ovalıqlar regionun özünəməxsus landşaftını yaradır. Burada – Qobi, Təklə – Məkan, Qaraqum, Qızılqum səhraları yerləşir. Regionun şimalında çöl zonası geniş yayılıb. Okeanlardan çox uzaq olduğundan buranın iqlimi kəskin kontinentaldır. Burada su, torpaq və meşə resursları çatışmır. Amudərya və Sırdərya regionun yeganə iri çaylarıdır. Həddən artıq suvarmada istifadə edildiyindən bu çayların suyu Aral dənizinə çatmır. Nəticədə bu göl quruyur və qurumuş ərazilərin üzərindəki duz, güclü küləklər vasitəsi ilə əhaliyə və əkin sahələrinə güclü ziyan vurur. Aral dənizinin quruması və Xəzərin isə səviyyəsinin qalxması regionun ən böyük ekoloji problemləridir. Region ölkələrinin 1/2 fəal seysmik qurşaqda yerləşir. Əhalinin milli tərkibi müxtəlifdir. Burada türk dil qrupuna məxsus- türkmənlər, özbəklər, qazaxlar, qırğızlar, qaraqalpaqlar; Iran dil qrupuna aid- taciklər və həmçinin monqollar yaşayırlar. Monqollardan başqa digər xalqlar Islam dininə sitayiş edirlər. Əhalinin təbii artımı yüksəkdir. Ən yüksək təbii artım Tacikistan və Monqolustanda; ən az təbii artım isə Qazaxıstandadır. Monqolustandan başqa qalan ölkələrdə təsərrüfat çoxsahəlidir. Bu inkişaf yerli xammal əsaslanır. Suvarma şəraitində yetişdirilən pambıqçılıq - regionun ən yaxşı ixtisaslaşmış sahəsi sayılır ( Monqolustandan başqa). Pambıq yığımına görə bu region dünyada 1-ci yerdə durur. Suvarma şəraitində həmçinin – çəltik, qarğıdalı, buğda və bostan bitkiləri yetişdirilir. Monqolustan və Qırğızıstanı çıxmaq şərti ilə region ölkələrinin k/t-da əkinçilik heyvandarlıqdan üstün inkişaf edib. Əkin sahələri içərisində isə Qazaxıstanı çıxmaq şərti ilə ( burada taxılçılıq hakim mövqe tutur), pambıqçılıq hakim yeri tutur. Monqolustan və Qırğızıstanda isə heyvandarlıq, xüsusi ilə qoyunçuluq güclü inkişaf edib. Qırğızıstan. Dağlıq ölkə olub, türk dünyasının ən hündür nöqtəsi olan Qələbə piki Tyan-Şan dağlarında yerləşir. Ölkə polimetal, civə, sink, qurğuşun, qızıl, Daş kömür, mərmər, neft, qaz ehtiyatları ilə zəngindir. Iqlimi əsasən mülayim, qismən isə subtropikdir. Təbii artım yüksək olsa da, sıxlıq çox azdır. Əhali əsasən kəndlərdə yaşayır. Sənayenin aparıcı sahəsi maşınqayırmadır. Əlvan metallurgiya yaxşı inkişaf edib. Qırğızıstan Mərkəzi Asiyada ən az pambıq becərən ölkədir, səbəbi isə relyefin əsasən dağlıq və iqlimin soyuq olmasıdır. Ölkədə şəkər çuğunduru, tütün, buğda, üzüm, kartof, və dərman xaş-xaşı becərilir. Heyvandarlığın əsas sahələri qoyunçuluq, maldarlıq və atçılıqdır. Dağlıq relyeflə əlaqədar avtomobil nəqliyyatı nəqliyyatı daha yaxşı inkişaf edib. Dağlıq göllər içərisində dünyada 2-ci yer tutan Issık-kul gölünün böyük turizm əhəmiyyəti var. Göl qışda donur. Türkmənistan. Ölkənin əsas hissəsi Turan cavan platformasına aid düzənlik hissədən, cənubdan isə cavan Kopetdağ silsiləsindən ibarətdir. Ölkənin əsas hissəsini Qaraqum sahəsi tutur. Neft, qaz, kalium duzu ölkənin əsas sərvətləridir. Qaraboğazqol körfəzində qlauber duzu çıxarılır. Ölkədə su, meşə və torpaq ehtiyatları çox azdır. Ölkə içməli suyu Amudərya çayından, ondan çəkilmiş Qaraqum kanalından və xüsusi qurğularda təmizlənərək şirinləşdirilən Xəzərdən əldə edir. Ölkədə quru səhra iqlimi hakimdir. Əhalinin təbii artımı yüksək olsa da sıxlıq çox aşağıdır v əsasən kəndlərdə yaşayır. Neft-qaz, kimya, balıqçılıq, yüngül və yeyinti sənayesi inkişaf edib. K/t-da bağçılıq, bostançılıq. Pambıq, çəltik, baramaçılıq, qaragül qoyunçuluğu inkişaf edib. Türkmənistan dünyada xalçaları və Axaltakə cinsli atları ilə məşhurdur. Nəqliyyatında Türkmənbaşı dəmir limanının mühüm əhəmiyyəti var. Bu liman bütün mərkəzi Asiya ölkələri üçün «dəniz darvazası» rolunu oynayır. Özbəkistan. Ölkənin əsas hissəsi Turan cavan platformasından ibarət Qızılqum səhrası əhatə edir. Ölkə neft-qaz, qonur kömür (Anqren), qızı, və s əlvan metallarla zəngindir. Iqlimi mülayim və subtropikdir. Əhalisinin sayına və sıxlığına görə Özbəkistan Mərkəzi Asiyada 1-ci yeri tutur. Əhalinin təbi artımı çox yüksək olub əsasən kəndlərdə yaşayırlar.(59%). Əmək ehtiyatları ilə yaxşı təmin olunmuş ölkə əhalisinin pambıqçılıq sahəsində çalışırlar. Ölkədə özbəklərdən başqa qaraqalpaq adlı türk xalqı da yaşayır. Almalıq- Özbəkistanın ən iri əlvan metallurgiya mərkəzidir. Ölkədə maşınqayırma, kimya, yeyinti, toxuculuq sənayesi pambıqçılığın inkişafı ilə əlaqədardır. Ölkədə pambıqyığan kombaynları, minik maşınları, azot və fosfor külçələri hazırlanır. K/t-da pambıqçılıq əsas yer tutur. Pambıq toxumundan alınan yağ Özbəkistanın əsas qidasıdır. Ölkədə həmçinin baramaçılıq, çəltikçilik, meyvəçilik, bostançılıq, üzümçülük, qaragül qoyunçuluğu da yaxşı inkişaf edib. Özbəkistanda Qarakalpak Muxtar Respublikası yerləşir. Qazaxıstan. Ərazisinin böyüklüyünə görə Türk dünyasının ən böyük müstəqil dövlətdir. O 2 qitədə- Avropa və Asiyada yerləşir. Ölkədə Qazax xırda təpəliyi, Xəzəryanı və Turan ovalığı, Tyanşan və Altay dağlarının bir hissəsi yerləşir.Mangistau yarımadasında dərinliyi-132 m olan Qarğıya çökəkliyi yerləşir. Kustanayda dəmir filizi, Qazax xırda təpəliyi və Balxaş gölü ətrafında mis, Karaqanda və Ekibastusda daş kömürü, Mangistau, Üstyırt və Ural-Emba yataqlarında çıxarılır. Iqlim mülayim kontinental olduğundan çay şəbəkəsi seyrəkdir. Şimaldakı çaylar Şimal Buzlu okeanına (Irtış), ərazinin 80% isə qapalı hövzəyə – Xəzər, Aral, Balkaş göllərinə aiddir. (Sırdərya, Ili, Çu və s) Əhalinin əsas hissəsi şəhərdə yaşayır və orta sıxlığı çox aşağıdır. Ümumi əhalinin 1/3 qazax, digərləri isə rus, ukrayn, alman və s-dir. Ən iri şəhəri Almata, paytaxtı isə Astanadır. Ölkədə neft, kömür, metallurgiya və kimya sənayesi güclü inkişaf edib. K/t-da əsas yeri taxılçılıq və heyvandarlıq tutur. Ölkədə həmçinin pambıq, şəkər çuğunduru, üzüm, çəltik, günəbaxan, tütün becərilir. Maralçılıq, atçılıq və dəvəçilik inkişaf edib. Ölkə özünü yerli xammal və yanacaqla tam təmin edir. Baykonur şəhərində məşhur kosmodrom yerləşir.
['Mərkəzi Asiya', 'Qırğızıstan', 'Türkmənistan', 'Özbəkistan', 'Qazaxıstan']
5,956
https://kayzen.az/blog/Xrizoberil/4332/s%C3%BCrpriz.html
Sürpriz...
Xrizoberil
Bloq: Xrizoberil
16 mart 2011, 22:06
Evin qapısı vurulduğunda, yaşlı qadın gücsüz qıçlarıyla qapıya doğru irəlilədi. Gələnlər, oğulunun əsgər yoldaşları idi.Hər ikisi də əlini öpdükdən sonra, uzun boylu olanı:- Çox vaxtımız yox anacığım, dedi. Yarım saat icazə qoparıb xeyir-duanı almaq istədik.Qadın, böyük bir təlaşla:- Olmaz elə şey!.. deyə atıldı. Bir şeylər yedirmədən, sizi buraxarammı? Yaşlı qadın, bu sözləri yoldaşının və oğulunun sağlığındakı günlərdən qalan vərdişlə bir anda söyləmiş, lakin işin sonunu düşünməmişdi.Digər əsgər, saatına baxdıqdan sonra:- Yaxşı anacığım, deyə cavab verdi. Qarnımız tox amma, yenə də iki yumurta qırsanız yeyərik.Əsasında cavan, qadına zəhmət verməmək üçün belə demiş və bağçada da toyuqları gördüyündən, işi ən sadə şəkliylə ötürmək istəmişdi. Onların son günlərdə yalnız iki yumurta etdiyini və evdə də başqa bir şey olmadığını haradan biləcəkdi?Yaşlı qadın mətbəxə doğru yönələrkən, indi yan otaqda oturan gənclərlə birlikdə əsgərlik etdiyi sırada şəhid edilən balasını düşünürdü. O da yoldaşları kimi, ev yumurtasını nə qədər çox sevərdi?Qadın, titrək əlləriylə yumurtaları qırmağa çalışarkən istər istəməz kədərlənir və qonaqlarına, kasıblığını hiss etdirməmənin çarələrini axtarırdı. Yaxşı amma, uşaqlar iki yumurta dedikləri halda, qablarında yalnız bir yumurta gördüklərində nə olacaqdı?Yaşlı qadın, başqa bir şey düşünə bilmədi. Və acizliyin verdiyi təvəkküllə yumurtaları götürüb qırdığında, nurlu üzü sevinc gözyaşlarıyla islandı.Hər iki yumurta da cüt sarılı çıxmışdı.
['Həyatın içindən']
5,957
https://kayzen.az/blog/turizm/4331/tunis.html
Tunis
Cavid
Turizm
16 mart 2011, 05:28
Afrikanın cənubunda yerləşən Tunisə qısa səyahətə hazırlaşın. Aralıq Dənizinin incisi olan Tunisdəyik. Nə şərqlidir, nə qərbli; əslində Tunis şərqdən yüksələn və üzünü qərbə çevirən bir ölkədir. Aralıq dənizinin möhtəşəm mavisini, Afrikanın dayanılmaz istisini və Ərəb coğrafiyasının əsrarəngiz havasını tapacaqsınız bu torpaqlarda. Tunis 1956-cı ildə Fransızlardan müstəqilliyini qazanıb. Bu torpaqlar bir dövrdə düz 4 yüzil Osmanlı dövlətinə bağlı qalmışdı. 10 milyon əhalisi olan ölkənin paytaxtı ölkə adı ilə eyni adı daşıyır. Əvvəllər paytaxt Tunisdə "Qədim Şəhər" deyilən qisim tamamilə divarlarla çevrili imiş. Divarlar təxrib olsa da Qədim Şəhərə aid bəzi qapılar hələ də yerindədir. Bu qapılardan içəri girib "Qədim Bazar"ı gəzmək olar. Nargilə bu ölkədə də ən çox istifadə ediləndir, bir çox Ərəb ölkələrində olduğu kimi. Bazarın içərisindəki tarixi "Sur Kafe" dolub daşır nargiləçilərlə. Bir tərəfdən məşhur tarixi Zeytuniyyə Camisini görürük. VIII əsrdə tikilən bu cami şəhərin ən qədim quruluşlarındandır. Qədim bazar caminin ətrafına tikilib. İndi isə sükanımızı ölkənin ən gözəl şəhərlərindən biri olan Seyyid Əbu Saidə çeviririk. Bu şəhər 17-ci yüzillikdə Avropa xristianlarının zülmündən qaçan Əndəlüs Müsəlmanları tərəfindən qurulmuşdur. Mühafizə altında olan bu şəhər mavi pəncərələri və ağ evləri ilə məşhurdur. Şairlərə və yazıçılara ilham qaynağı olan bir şəhərdir Seyyid Əbu Said. Küçələri daş döşəməli və dardır. İndi isə turistik şəhər Hammamətdəyik. Yeni şəhər adlandırılan qisim tamamilə turizmə xidmət etmək məqsədi ilə qurulan süni bir şəhərdir. Köhnə şəhərdə isə şəhəri müdafiə etmək məqsədi ilə bir Osmanlı qalası var. Turistlərin çox rəğbət etdiyi şəhər kiçik tısbağalar, dondurulmuş ilan və əqrəblər dükanlarda satılan qəribə hədiyyəlik əşyalardır.Mənbə: Ayna Telejurnalı
['Tunis']
5,958
https://kayzen.az/blog/turizm/4330/yeni-zelandiya.html
Yeni Zelandiya
Cavid
Turizm
16 mart 2011, 05:20
Avstraliyanın 1600 km cənub şərqindəki Yeni Zelandiya, iki adadan ibarətdir: Şimal və Cənub adaları. Bunlardan başqa bir düjün (on iki ədəd) də kiçik ada var. Bu adalar gəmi ilə bir neçə saat uzaqlıqda yerləşir. Yeni Zelandiyanın paytaxtı Vellinqton, ən böyük şəhəri isə Ouklanddır. Bir vaxtlar İngilis hegemonluğunda olan ölkə artıq müstəqildir. Yeni Zelandiya qarlı dağları, yaşıl meydanları, sahilləri, gölləri və şəlalələri ilə möhtəşəm mənzərələrə malikdir. Yeni Zelandiyanın ilk insanları Maorilərdir. Avropalılar buranı 1642-ci ildə kəşf ediblər. Ancaq 1700-ci ilə qədər yerləşməmişlər. Bu gün əhalinin əksəriyyəti Avropa mənşəlidir. Yalnız 15%-i maorilərdən ibarətdir. Avropa mənşəli Yeni Zelandiyalılara "pakeha" deyilir. Pakeha, maori dilində "ağ adam" mənasını daşıyır. Yeni Zelandiyadakı həyat standardı, dünyanın ən yüksək standardlarından biridir. İqtisadiyyat neçə illər idi ki, kənd təsərrüfatı ilə yaşayırdı. Bu gün isə kənd təsərrüfatı ilə birlikdə istehsalat da inkişaf edir. Ticarət önəmli yerə malikdir. Xüsusilə Yaponiya, Avstraliya, İngiltərə və ABŞ ilə ticarət əlaqələri mövcuddur. Yeni Zelandiyanın mülayim və rütubətli bir iqlimi var. Ən soyuq ay İyul, ən isti aylar isə Yanvar və Fevraldır. Yayda temperatur 18-29 dərəcə, qışda isə 2-13 dərəcə arasında olur. Yağışlar çox tez-tez yağır. Bir günün içində hava günəşli olduğu halda, qəflətən yağış başlayıb, ardınca yenidən günəş çıxa bilər.
['Yeni Zelandiya']
5,959
https://kayzen.az/blog/turizm/4329/tailand.html
Tailand
Cavid
Turizm
16 mart 2011, 04:59
Tailand - bacarıqlı filləri, əhlilləşdirilmiş timsahları, təbii gözəllikləri və müasir mənzərəsi ilə yanaşı, fərqli mədəniyyəti ilə nəzərlərimizi cəlb edən bir ölkədir.Adı bir vaxtlar Siyam Krallığı olan ölkə 1939-cu ildə Tailand adlandırılmışdır. Paytaxt Banqkokun tai dilindəki mənası "mələklər şəhəri"dir. 200 il bundan əvvəl kiçik bir balıqçı şəhəri Siyam Krallığının paytaxt qurulan şəhəri, indi Asiyanın ən önəmli şəhərlərindən biridir.  Kanallar şəhəri olan Banqkok qədimdə uzaq şərqin Venesiyası kimi tanınırmış. "Suların ən soylu anası" mənasında Çau Praya ilə şəhər iki yerə bölünür. Bu çayı Banqkokdan ayrı düşünmək mümkün deyil. Məhsuldar ovalar Çau Praya çayı ilə canlanmış və məhsul vermişdir. Şəhərin hər tərəfində məbədlər və saraylar görünür. Yalnız Banqkok şəhərində 400 ətrafında Budist məbədi olduğu deyilir.  Bir Budda məbədində Buddaya təqdim olunan yeməklər, çiçəklər, yandırılan tüstülər ilə qarşılaşmaq olar. Qəribə bir şeylə qarşılaşmaq da olar. Məsələn, ibadət etməyə gələn insan, məbəddəki rəqqaslarından birinə pul verib onu özü üçün xüsusi olaraq rəqs və dua etdirə bilər. Burada rəqs ibadətin bir hissəsidir, rəqsin uzunluğunu və neçə nəfərin edəcəyini verilən pul müəyyən edir.  Digər bir dayanacaq yeri isə "üzən bazar"dır. Suyun üstündə qurulmuş bu bazarda alış-veriş etmək üçün bir qayıq kirayə götürmək lazımdır. Quruluşunda təbii şərtlər təsirli olsa da, üzən bazar Banqkokun ən çox turist cəlb edən yeridir. Sampranq Tamaşa Mərkəzində dünyanın ən böyük fil şousu və timsah nümayişləri göstərilir. Təlimçilər ev heyvanları kimi timsahlar və fillərlə şou göstərirlər. Tailandlılara görə fillər müqəddəs heyvandır. Savaşlarda, yük daşımada həmişə yanındadırlar. Həmin fillər şou vaxtında da birlikdədirlər. Pop musiqisi ilə rəqs edən fillər, həm də musiqi ilə ritm tuturlar. Rəqsdən fillərin futbol oyunu başlayır. 11 metrlik cərimə zərbələri ilə fillər, ard-arda qol atmağa davam edirlər. Düzgün oynamadıqları zaman, təlimçiləri hakim kimi onlara sarı vərəqə göstərir və onları oyundan çıxarır.
['Tailand']
5,960
https://kayzen.az/blog/Cavid/4328/q%C4%B1z%C4%B1l.html
Qızıl
Cavid
Bloq: Cavid
16 mart 2011, 04:39
Tarix, insanların qızıla olan arzularının meydana gətirdiyi savaşların və sərgüzəştlərin hekayələri ilə doludur. Qızıl zənginliyin,   bolluğun simvolu olmuş; zənginlik isə çox vaxt insanları və xalqları güclü qılmışdır. Böyük mədəniyyətlərin dirçəliş və tənəzzülü, sahib olduqları qızıl miqdarının artması və azalması ilə düz mütənasib olmuşdur. Orta əsrlərdə kimyaçılar başqa metallardan qızıl əldə etmək üçün üsullar tampağa çalışmış, ancaq bu işləri nəticəsiz qalmış, insanlar qızılı tapmaq ümidi ilə yer üzünü gəzmiş və böyük çətinliklərə məruz qalmaqdan çəkinməmişlər. İnsanların uğrunda həyatlarını təhlükəyə atmaqdan qorxmadıqları və sahib olanları zəngin edən bu maddə nədir? Qızıl bir metaldır. Kimyəvi elementlərdən biridir (element, kimyəvi yollarla daha bəsit cisimlərə parçalanmayan bir cisimdir). Qızıl özünə xas sarı rəngdədir. Əksərən sıx metaldır. Yəni qızıl məsələn, dəmir və şüşə kimi daha az sıx maddənin eyni ölçüdəki bir hissəsindən daha ağırdır. Qızıl sıx olmaqla yanaşı həm də olduqca yumşaq bir metaldır. Metalların içərisində (çəkiclə döyülməklə) ən asan şəklə salına biləndir. Yəni qızıl çəkiclə döyülməklə nazik bir təbəqə halına gətirilə bilər, məsələn, bir qram qızıl döyülməklə 180 sm kvadratlıq bir təbəqəyə çevrilə bilər. Başqa bir sözlə, bir qızıl yarpağının qalınlığı 1 sm-in milyonda biri qədər ola bilər, bu qalınlıq 1000 atomun qalınlığı qədərdir. Qızılın dəyərli olmasının səbəblərindən biri də, az tapılan bir metal olmasıdır. İnsanların sahib olmaq istədikləri bir maddə nə qədər azdırsa, dəyəri də o qədər artar. Qızıl yerin səthində və dənizlərin dibindəki yer qabığında tapılır. Ancaq yenə də tapıldığı yerdə az miqdarda olur. Qızılın dəyərliliyini artıran səbəblərdən biri də, vaxt keçməklə xarab olmamasıdır. Minlərlə il bundan əvvəl düzəldilən qızıl pullar və heykəllər, dünən düzəldilmiş kimi parlaqlarını mühafizə etməkdədir. Digər bir çox metal isə hava ilə təmasda olduqda aşınmağa, yeyilməyə başlayır. Məsələn, dəmir oksigen və suyun meydana gətirdiyi pasla xarab olur. Dəmir atomları, oksigen atomları və su ilə birləşərək dəmir hidroksidi meydana gətirir. Bu qırmızı bir tozdur. Bu səbəblə dəmir mühafizə edilmədikdə getdikcə xarab olur və dəmir oksidə çevrilir. Qızıl isə kimyəvi olaraq sabit bir metaldır. Kimyəvi sabit maddələr, başqa cisimlərlə asanlıqla birləşə bilməz. Qızılı havanın oksigeni, su və turşular xarab edə bilmir. Buna görə də paslanmır. Metalların çoxu metal olmayan elementlərlə birləşməklə mineralları meydana gətirir. Təbiətdə, metallar ümumiyyətlə mineral yığınlarının içində tapılır. Metalı əldə etmək üçün minerallar mədənlərdən götürülüb bunların içindən saf metallar çıxarılır. Ancaq qızılın vəziyyəti başqadır. Qızıl kimyəvi sabitliyi səbəbi ilə başqa elementlərlə asanlıqla birləşərək mineral meydana gətirmir. Əksəriyyətlə, torpaqda və qayaların içində qızıl tozları halında saçılmış olaraq tapılır. Bu tozlar yalnız mikroskopla görülə biləcək ölçüdədir. Qızıla külçələrə və yaxud təbəqələr formasında da rastlaşılır. Qızıl başqa elementlərlə nadir hallarda birləşsə də, başqa cisimlərlə bir yerdə tapıla bilər. İçində qızıl olan mineralların tərkibində ümumiyyətlə, sink sulfat və dəmir disulfat da olur. Belə minerallara yalançı qızıl deyilir. Bunun səbəbi rənglərinin sarı olması və bəzən qızılla qarışdırılmasıdır. Koloradoda və Qərbi Avstraliyada, qızıl telluriumla birləşmiş halda tapılır. Bu birləşmələrə qızıl tellurid deyilir. Bəzi yerlərdə qızıl, kvars qayalıqları içində damcılar formasında olur. Qızıl damarları ehtiva edən bu qayalar, atmosferin təsirinə məruz qalan yerlərdə yağış və küləklərin təsiri ilə aşınıb parçalanaraq çınqıl və qum halına çevrilirlər. Qum yağış suları ilə axaraq sel yataqlarında toplanır. Kiçik qızıl külçələri və qızıl tozları da qumların içində yığılır. Sel yataqlarında qum içində olan qızılı, bu qumdan ayıraraq əldə etmək çox asandır. Bunun üçün yuvarlaq və yastı qabdan istifadə olunur. Qum bu qaba doldurulub suyu axıdılır. Sonra qab maili olaraq silkələnir. Beləliklə qum qabın kənarında toplanır və asanlıqla boşaldıla bilər. Qızıl qumdan çox ağır olduğu üçün qabın ortasında qalır. Keçən yüzillikdə tapılan yeni qızıl yataqları, "qızıla hücum" adlandırılan köçlərə səbəb olmuşdu. İlk böyük qızıla hücum 1849-cu ildə Kaliforniyada meydana gəlmişdir. Kiçik San Fransisko şəhəri bu köçlərin nəticəsində üç il ərzində gözlənilməyən dərəcədə böyümüşdür. Dünyanın hər tərəfindən buraya axın olmuşdur. Ancaq gələnlərin çox azı xəyallarına çatmış, bir çoxu ölmüş və ya əlləri boş geri qayıtmışlar. Amerikadakı son qızıla hücum 1897-ci ildə Alyaskada Klondayk River-dəki qızıl yataqlarına olmuşdur. Qızıl axtaranlar şaxtalı soyuğa və dəhşətli şərtlərə qatlanmaq məcburiyyətində qalmışdılar. 1852 və 1859-cu ildə Avstraliyadakı qızıl yataqlarına da maraq olmuşdur. Avstraliyanın əhalisi bu səbəblə 8 il ərzində iki dəfə artmışdır. Burada nəticə Amerikadakına görə daha yaxşı olmuşdur. Amerikadakı qızıl axtaranlar daha çox toz qızıl ya da kiçik külçələr tapa bilirdilər. Avstraliyada isə daha böyük külçələr tapılmışdır. Tapılan ən böyük külçə 270 kq ağırlığında Holtermann külçəsidir. Bu külçə 1872-ci ildə Avstraliyanın Nyu Souz Uels bölgəsində yerin bir neçə santimetr altındakı bir qızıl damarından çıxarılmışdır. Avstraliyada o vaxtlar başqa böyük külçələr tapılmışdır. Bunlardan birisi də Uelkom Streyncer külçəsidir. Bu külçə qarışıq halda 70 kq, saf qızıl kimi isə 65 kq idi. Okean dibindəki və çay yataqlarındakı qızılı tapıb çıxarmaq üçün xüsusi cihazlardan istifadə edilir. Kvars qayalıqlarında isə qızıl çox kiçik hissəciklər halında tapılır. 10 qram qızılı əldə etmək üçün bəzən bir tonluq bir qayanı parçalamaq lazım ola bilər. Bunun üçün qaya bir sistern içində küçük hissələrə ayrılır. Sonra bu hissələrin üstünə suda həll olunmuş sodium və ya kalium sianid tökülür. Bununla da qızıl məhlulu alınır. Bu məhlul da sinklə reaksiyaya girərək qızıl əldə edilir. Beynəlxalq ticarətdə qızılın çox vacib yer tutur. Hər ölkədə əldə edilən qızılın təxminən 60%-i dövlət tərəfindən külçə halında saxlanılır. Buna da ölkənin qızıl rezervi adı verilir. Dövlətlərin bir-birinə olan borclarında qızıl ödəməsi qəbul olunur. Külçə qızılın alqı-satqısı qadağandır. Ancaq qızıldan hazırlanan daş-qaşlar və müxtəlif əşyaların satılmasına icazə verilir. Qızılın çox yumşaq olması, daş-qaş hazırlanmasında təkcə qızılın istifadəsini çətinləşdirir. Ümumiyyətlə başqa bir metalla qarışdırılaraq istifadə edilir. Qarışıq əldə etmək üçün iki və ya daha çox metalla birlikdə əridilməklə atomlarının qarışması təmin edilir. Qızıl, mis, nikel və gümüşlə qarışdırılaraq daha möhkəm qarışıqlar əldə olunur. Zərgərlər qızılın saflığını karat adlı vahidlə ölçürlər. Saf qızıl 24 karatdır. Bununla yanaşı, qızıl, sənaye və elmdə də istifadə olunur. Məsələn, yaxşı elektrik keçirici olduğuna görə elektrik və elektronika dövrələrində istifadə edilir. Qızıl bəzən şüşə istehsalında istifadə edilir. Şüşəyə qatılan qızıl, istilik şüaları olan infrared şüaların 98%-ni əks etdirir. Beləliklə, qapalı yerlərin isinməsinin qarşısını alır və daha az havalandırma ehtiyacı meydana gətirir. İstilik şüalarının keçməsinin qarşısını alarkən, işıq şüalarının hamısının keçməsini təmin edir. Beləliklə də işıqlandırmaya mənfi təsir göstərmir. Bundan başqa, Günəş istiliyinin meydana gətirdiyi yüksək temperaturdan qorumaq məqsədilə ABŞ-ın düzəltdiyi kosmos vasitələrində nazik bir təbəqə kimi qızıldan istifadə olunmaqdadır.
['qızıl']
5,961
https://kayzen.az/blog/dusundurucu-hekayeler/4327/k%C9%99p%C9%99n%C9%99k-v%C9%99-%C3%A7obanyast%C4%B1%C4%9F%C4%B1.html
Kəpənək və çobanyastığı
elshad
Düşündürücü hekayələr
16 mart 2011, 02:11
Günlərin bir günü bir tırtıl gözlərini dünyaya açır. İnstinktləri ilə hərəkət edib önünə nə gəlirsə yeməyə və yeni yuvasını qurmağa başlayır. Bir müddət sonra yuvasına girər və yenidən doğuşun möcüzəvi gözəlliyi ilə möhtəşəm bir kəpənək olaraq ucsuz-bucaqsız təbiət içində xoşbəxtliklə qanad çırpır. Kəpənək dağlar təpələr aşar meşələrin üzərindən keçər və bir vadidə dincəlmək üçün aşağıdakı çiçəklər arasına enir. Çiçəklərlə bəzənmiş bu cənnət küncündəki bir dənəsi o qədər çiçəyin arasında kəpənəyin bütün diqqətini çəkir və qarşı qoya bilmədiyi bir istəklə bu çiçəyin yanına uçur. Bu çiçək bir çobanyastığıdır. "Salam sizi uzaqdan gördüm amma yaxından çox daha gözəlmişsiniz" deyir kəpənək. Utanır çobanyastığı bütün utancaqlığı ilə "xoş gəldin məndə təklikdən çox sıxılırdım yaxşı ki gəldin" deyir. Və aralarında xoş bir söhbət başlayır bir-birlərinə özləri haqqında danışırlar və axşam olur.Gecəni birlikdə keçirirlər səmaya dalıb ayı ulduzları seyr edirlər, dalıb eləcə yatıb qalırlar. Kəpənək səhər oyandığında çobanyastığını seyr edərək ona duyduğu hissin heyranlıqdan kənar bir duyğu olduğunu onsuz ola bilməyəcəyini hiss edir.Günəşin qızğın işıqlarının çobanyastığının narın yarpaqlarına zərər verməməsi üçün onun üzərində uçub ona kölgə edir ona sevgisini qışqırmaq istəyir ancaq "ya o məni sevməmişsə ya məni artıq yanında görmək istəməzsə" deyə qorxub hisslərini aça bilmir. Nə var ki çobanyastığıda eyni duyğular ilə yanmaqda və yenə eyni qorxu səbəbiylə eşqini etiraf edə bilməməkdədir. Bu şəkildə bir-birlərindən xəbərsiz iki sevgili saatlarla sürən xoşbəxt birliklərini davam etdirirlər. Və Kəpənək artıq yorğun düşdüyünü və getmə vaxtının gəldiyini hiss edir " mən artıq getməliyəm" deyir. Sonsuz bir ağrı içinə düşən çobanyastığı dərin bir kədər ilə " niyə yoxsa yanımda xoşbəxt deyilsənmi "deyə soruşur."Xeyr deyir kəpənək. Biz kəpənəklərin ömrü üç gündür və mən ömrümü tamamladım" deyir. Quru xəbər kimi bu sözlər çobanyastığının ürəyinə ox kimi batar həyata istəyini yox edir. Kəpənək son bir səylə "səni çox sevirəm" deyir. Çobanyastığı kədər içində ikən eşitmiş olduğu bu etiraf qarşısında sanki birdən donar qalar yalnız dodaqlarından "mən də" sözü zorla çıxır. Kəpənəyin ardından gözü yaşlı bir şəkildə baxarkən "məni sevirmiş! Bilsəydim kaş ki... Məndə daha əvvəl söyləyə bilsəydim kaş ki..." deyərək gözyaşlarını ürəyinə axıdır. Bu kədər çobanyastığının həyata istəyini yox edir, ləçəkləri saralıb solmağa bir-bir düşməyə başlayır. Hər yarpaq enişində içindən "məni sevirmiş" deyir. O gündən bu günə aşiqlər sevildiklərindən əmin olmaq üçün çobanyastığının yarpaqlarını qoparırlar sevir... sevmir, sevir... sevmir deyə...
['hekayə']
5,962
https://kayzen.az/blog/ayxansevda/4325/eyfel-q%C3%BCll%C9%99sinin-tarix%C3%A7%C9%99si.html
Eyfel qülləsinin tarixçəsi
ayxansevda
Bloq: ayxansevda
15 mart 2011, 20:10
Eyfel qülləsi, 1889-cu ildə Fransanın Paris şəhərində “Dünya Yarmarkası” üçün qurulmuşdu. Qüllə, Qustav Eyfel adlı məşhur fransız mühəndisin ideyası idi. Tikinti tamamlanan zaman dünyada ən uzun dəmir tikili halına gəldi. Eyfel, bu qülləni müasir elmin şərəfinə tikmişdi Mühəndis, ilk öncə qüllənin dizaynı haqqında Dünya Yarmarkası Komitəsinə bildirdi. Komitə üzvləri başqa planlara da baxdıqdan sonra 1886-cı ildə Eyfelin layihəsi qəbul edildi. Onlar bunun metal sənayesinin orijinal bir şah əsəri olacağını düşünürdülər. Bununla bərabər, bir çox insan Eyfelin planını sevmədi. Onlar, Parisin Notr Damm Kafedralı, Luvr və Versal kimi klassik binaları ilə dünyada ən məşhur şəhər olduğunu deyirdilər. Həmin adamlar, Eyfelin gülməli qülləsinin bu möhtəşəm tikililər arasında böyük bir tüstü borusuna oxşadığını deyərək Fransız hökumətinə bu barədə şikayət etdilər. Qüllənin şəhərin gözəlliyini məhv edəcəyi düşüncəsi ilə qorxuya qapıldılar. Ancaq bu şikayətlər layihənin icrasını dayandıra bilmədi. İki il içində tikinti tamamlandı və açılışı 1889-cu il yarmarkası üçün planlaşdırıldı. Qısa bir vaxtda bu yarmarkanın ən populyar, seyr edilməli tikilisi halına gəldi. Bu gün Eyfel qülləsi dünyanın ən məşhur tikililəri və Parisə gələn turistlər üçün ən görməli yerlər sırasındadır. Tərcümə etdi: Cambulat Əliyev  
['Eyfel qülləsi']
5,963
https://kayzen.az/blog/Cavid/4322/yaponlar%C4%B1n-ka%C4%9F%C4%B1z-%C9%99fsan%C9%99si.html
Yaponların kağız əfsanəsi
Cavid
Bloq: Cavid
15 mart 2011, 03:32
Oriqaminin tarixi ilə bağlı konkret məlumat olmasa da, kağızın tarixi ilə, demək olar ki, eynidir. Kağız ilk dəfə Çində icad edildiyi üçün ilk oriqami nümunələri də Çində meydana gəlmişdir. Daha sonra isə oriqami Çindən Yaponiyaya keçmişdir. Oriqaminin əsas inkişaf dövrü də elə yaponların adı ilə bağlıdır. Oriqaminin Yaponiyada inkişaf etməsinin əsas səbəbi isə yaponların kağıza verdikləri qiymətin nəticəsidir. Oriqami yapon dilində "ori" (qatlamaq) "kami" (kağız) sözlərinin birləşməsindən ibarət olub, "kağız qatlama" sənətidir. Oriqamidə əsasən kvadrat formalı kağızlardan istifadə olunur. Bu kağızları kəsmədən və yapışqandan istifadə etmədən qatlayaraq müxtəlif fiqurlar əldə edilir. Təkcə kağızlardan yox, kağız pullardan düzəldilən modellər də az deyil. Elə oriqami növləri var ki, bu növlərdə qayçıdan da istifadə olunur. Bu oriqami növləri "kiriqami" adlanır. Oriqami klassik və modulyar oriqami olmaqla, iki qrupa ayrılır. Klassik oriqamidə bir qayda olaraq, bir kağızdan istifadə olunur. Modulyar oriqami isə oxşar hissələrin bir-birinə birləşdirilməsi nəticəsində meydana gəlir. Modulyar oriqami ilə heyvan və ya əşya fiqurlarından çox, üçölçülü həndəsi fiqurların düzəldilməsində istifadə olunur. Modulyar oriqami üçün hissələrin sayında heç bir məhdudiyyət yoxdur. Ona görə də bu hissələrin köməyi ilə (konstruktor tipli oyuncaqlarda olduğu kimi) bir yox, bir neçə fiqur düzəltmək mümkündür. Oriqamidə daha çox kvadrat tipli kağızlardan istifadə olunsa da, əslində burada da konkret bir məhdudiyyət yoxdur. Müasir dövrdə oriqaminin müxtəlif növləri var. Kusudami və kiriqami isə bu növlərdən yalnız ikisidir. Bu oriqami növlərində yapışdırmaq və kəsmək azaddır. Kiriqamini oriqamidən fərqləndirən əsas cəhət isə kiriqamidə simmetrikliyin əsas olmasıdır. Oriqaminin Avropa ilə tanışlığı İpək Yolu ilə bağlıdır. Oriqaminin düzəldilməsində, demək olar ki, bütün növ kağızlardan istifadə etmək olar. Ancaq ayrı-ayrı modellər üçün ayrı-ayrı kağızlardan istifadə etmək lazımdır. Bu baxımdan klassik oriqamilər üçün nazik və möhkəm kağızlar xarakterik olduğu halda, modulyar oriqamilər üçün qalın kağızlar xarakterikdir.
['oriqami']
5,964
https://kayzen.az/blog/astronomiya/4321/ulduzlar%C4%B1n-s%C3%BCr%C3%BC%C5%9Fm%C9%99si.html
Ulduzların sürüşməsi
Cavid
Astronomiya
15 mart 2011, 03:26
Gecə vaxtı açıq havada göy üzünü seyr edərkən müxtəlif rəng və parlaqlıqdakı ulduzların meydana gətirdiyi o inanılmaz və möhtəşəm mənzərənin içindən bir ulduzun parlaq bir cizgi cızaraq sürüşüb getdiyini şübhəsiz ki, görmüsünüz. Bəziləri ürəyində bir dilək tutar, guya ulduz sürüşəndə o ulduzun öləcəyi və ölmədən əvvəl dilək diləyənin arzusunun yerinə yetəcəyi inancı çoxumuza məlumdur. Xalq arasında ulduz sürüşməsi kimi tərif edilən bu hadisənin əslində ulduzlarla heç bir əlaqəsi yoxdur. Ulduzlar yerdən milyardlarla kilometr məsafədəki uzaq günəşlərdir. Günəş sistemimizin içində günəş və planetlərin cazibə qüvvələri arasında ora-bura gəzən saysız meteoritlər mövcuddur. Bunlardan yerin yaxınlığından keçərkən cazibə sahəsinə daxil olanlar sürətlə atmosferə düşür. Sürtündüklərinə görə isinir, yanır və arxalarında parlaq, cizgi kimi bir iz buraxırlar. Axırda demək olar ki, düşmənin son anında müşahidə edilən parlamadan ardınca yox olurlar. Yer atmosferinə hər il cəmi 15 min ton olan 200 minə qədər meteorit düşdüyü qəbul edilir. Bu hesaba görə yerin kütləsi 4.5 milyard illik ömrü ərzində gələn meteoritlər sayəsində əməlli başlı artmalıdır. Yerə düşən meteoritlər üzərində aparılan tədqiqatların nəticəsində yerdə olmayan bir elementə rast gəlinməyib. Atmosferə girdikdə yanan və əksəriyyəti yox olan göy daşlarına meteor deyilir, bunlardan yerə çatmağı bacaranlara isə meteorit deyilir. Dünyamızın böyük bir qismi okeanlarla qapalı olduğuna görə yerə çata bilən göy daşlarının çoxu buralara düşür. Ancaq dünyanın bir çox yerində də quruda meteoritlərin meydana gətirdiyi izlər və çuxurlar mövcuddur. Dünyada məlum olan göy daşlarının ən böyüyü cənubi qərb Afrikada Qrutfenteyndə olan göy daşıdır və kütləsi 80 tona qədərdir. İndiyə kimi dünyada təxminən 20 nəfər insan göy daşı dəyməsi ilə yaralandığı təsbit edilmişdir. Fəzada minlərlə il ərzində, milyarlarla kilometr məsafə qət edən bir daşın, atmosferə çox uyğun bir yöndən girib yanmadan yerə qədər gəlməsi və nəticədə də bir insanın başına düşməsi hər insana qismət olmaz.
['ulduz']
5,965
https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/4320/h%C9%99yat%C4%B1n-%C9%99sl-m%C9%99nas%C4%B1.html
Həyatın əsl mənası
Cavid
İslami Hekayətlər
15 mart 2011, 01:36
Bütün təriflər, bütün həmdlər və sənalar şəriki, ortağı, övladı və bənzəri olmayan hər şeydən böyük olan Allaha məxsusdur. Allahın salavatı və salamı onun rəsulu və qulu, peyğəmbərlərin sonuncusu  olan Məhəmmədə (sav) onun ailəsinə olsun və əshabına olsun. Yaranmasından ölümünə qədər bəşərin yaşadığı müddət - insan ömrü. İnsan bu müvəqqəti həyatını dünyada keçirir; burada Yaradanı tərəfindən ona nemət olaraq  verilənlərdən faydalanır.  Yaxşı və ya pis işlərlə həyatını keçirir. Bütün bunlardan sonra Allahın hüzuruna qayıdar. Həyatımızın mənası və məqsədi - bu məvhumlar hamımız üçün mühim, maraqlı və tale yüklüdür. Yəgin ki, hər birimiz nə vaxtsa özümüzə sual vermişik: "biz haradan və nə üçün gəldik?", "bu dünyada nə üçün yaşayırıq?", "bizim və başqa canlılarin yaradılmasının məqsəd və mənası nədir?", "hansı məqsədlər üçün varıq?".  Bu suallar çox qədim dövrlərdən bəri bəşəriyyəti dərin təfəkkürə və arayışa sövq etmişdir.  Arayışlar bəzilərini doğru istiqamətə, bəzilərini isə yanlış istiqamətə yönəltdi. Bu düşünmə və ya düşünməmə nəticəsində kimisi həyatın mənasını Allaha qulluqda, kimisi ailəsini saxlamaqda, kimisi keyf çəkməkdə, kimisi pulda, kimisi iş həyatında, kimisi idmanda, kimisi musiqidə və kimisi də əyləncələrdə gördü. Bu sual qarşısında doğru cavabı tapa bilənlər həm dünya, həm də axirətlərini abad etdilər, bu sual qarşısında aciz qalanlar isə iki dünyalarını da bərbad etdilər. Göründüyü kimi bu sual və ona veriləcək cavab həyatın ən mühim məsələrindən olduğu üçün bunlar üzərində təfəkkür etməyə və bunları araşdırmağa böyük ehtiyac vardır. Məsələyə girmədən öncə bir az düşünək, ilk öncə fikirləşək hansı mövzuların tətqiqi, təcrübədən keçirilməsi insanın öz əqli və qüdrətindədir. İnsanın elmi cəhətdən dəqiq olaraq bildiyi və tətqiqatlarla sübut edə bildiyi məsələlər insanın yaşadığı və ya əldə edə biləcəyi, hissiyyat orqanları ilə biləcəyi fiziki və kimyəvi mühitlə bağlı məsələlərdir. Yəni insan cihazların köməyi ilə bəzi fikizi və kimyəvi qanunları kəşf edir, onlara uyğun ixtiralar edir. Bu kəşf və tətqiqatların nəticəsində kimya, fizika, biologiya və sair elm sahələri təşəkkül tapmışdır. Lakin bu elm sahələri yalnız mövcud fiziki və kimyəvi mühiti tətqiq etməkdə və bununla da həyatın qlobal metafizik sualları qarşısında aciz qalmaqdadır. Biologiya, kimya və fizika  heç bir zaman insanın yaşayış fəlsəfəsi, ölümündən sonra onun ruhu barəsindəki suallara cavab verəbilməz. Bu və buna bənzər hallarda insan əqli və qüdrəti aciz qalır. İnsanın hissiyyat orqanlarıyla dərk edə bilməyəcəyi məsələlərdəki acizliyi səbəbilə bizləri yaradan böyük hikmət sahibi Allah, hər zaman bəşəriyyət üçün bu məsələlərdə çıxış yolu kimi öz elçilərini göndərmişdir. Allahın elçiləri insanlara həyatlarının məna və məqsədini başa salmış, onları yanlış təsəvvür və yollardan çəkindirmişlər. Məhz buna görə də hissiyyat orqanları və dəqiq elmlərin aciz qaldığı sahələrdə ən uyğun olan yol peyğəmbərlərin göstərdiyi doğru yoldur. Çünkü onsuzda ağlımızla bu məsələlər dərk edilməz, ölçülməz və biçilməz. Ən doğrusu, bu məsələləri elmi ilə hər şeyi əhatə edən Allaha dayanmaqla həll etməkdir. Lakin bu o demək deyil ki, insan öz ağıl və sağlam məntiqi ilə təməl həyat prinsiplərini bilə bilməz. Əsla, məntiq və ağıl sahibi insan ətrafındakı varlıqların və özünün bir sistem və elmin məhsulu olduğunu görməklə sonsuz qüdrət və elm sahibi birisi tərəfindən yaradıldığını başa düşür. Onu yaradanın ali qüdrət və hikmətini düşündükcə insan onun adilliyini heç nəyi boş yerə, mənasız yaradmayacağını başa düşür. Bu ağıl yolu ilə insan özündən soruşur- "Allah məndən nə istəyir?".  Bu məsələlərin yalnız Allaha dayanmaqla həll edilməli olduğunu bildikdən sonra gəlin görək Allah bəşəriyyətə olan öz sonuncu kəlamında bu barədə nə deyir. İnsanın anadan olmasından ölümünə qədər yaşadığı müddət, ömür. "Həyat" haqqında tarix boyunca bir çox fəlsəfi nəzəriyyə irəli sürülmüş; həyatın başlanğıcı, gayəsi, mənası mövzusunda əsassız və insanı qane etməkdən uzaq müxtəlif şərhlər edilmişdir. Quran-ı Kərim bunlardan bəzilərini nümunə olaraq bizə bildirməkdədir: "(Qiyaməti inkar edənlər) belə deyirlər: "Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölürük və dirilirik (biri ölür, digəri anadan olur; biz ölürük, övladlarımız, nəslimiz isə yaşayır); bizi öldürən ancaq dəhrdir (zamanın gərdişi, ömür müddətidir; yaşa dolub qocalmağımızdır). Bu barədə onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar! "(əl-Casiyə (Diz çökmüş camaat) surəsi, 45/24) "Bizim həyatımız yalnız bu dünyadadır. (Birimiz) ölür, (birimiz) dirilirik. (Birimiz dünyaya gəlir, birimiz dünyadan gedirik). Biz (öləndən sonra bir daha) dirildiləcək deyilik!" (əl-Mu'minun (Mö'minlər) surəsi, 23/37) Ayələrdə bəhs edilən əqidə sahibləri "həyatın sadəcə bu dünya həyatından ibarət olduğunu" zənn edən, öldükdən sonra dirilməyi inkar eden ateist (dinsiz) və materyalistlərdir. "Dünya Həyatı" mövzusunda ən açıq-aydın və qane edici məlumatı Quran-i Kərim və Hədîs-i Şəriflər verir. Quranda "dünya həyatı" ifadəsi qırxa yaxın yerdə istifadə olunur. Bunun əksi olaraq da bəzən "âxirət" sözü "Ey qövmüm bu dünya həyatı keçici bir şeydir, axirətsə əbədi yurddur! (əl-Mü'min, 40/39) (Fussilət, 41/31; əz-Zuxruf, 43/35; əl-Ə'lâ 87/16); bəzən yevmu'l-qiyamət (əl-Qasas 28/61) ifadələrini istifadə edib. İlk insan və ilk nəbi Hz. Adəm (ə.s.) və onun həyat yoldaşı  Hz. Həvva Cənnətdə onlara qadağan olunan ağacın meyvəsindən yeyincə Allah (c.c.) onları yer üzüne endirdi: "Şeytan onları azdırıb olduqları yerdən uzaqlaşdırdı. Biz də (Adəmə, Həvvaya və Şeytana): "Bir birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər sığınacaq və yaşayış vasitələri var dedik."- dedik. (əl-Bəqərə (İnək) surəsi, 2/36) Allah kəlamı olan Quran, dünya həyatını belə ifadə və təsvir edir: "Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal- dövləti, oğul- uşağı çoxaltmaqdan idarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü  görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan (yalandan) başqa bir şey deyildir. " (əl-Hədid (Dəmir) surəsi, 57/20) "(Ya Rəsulum! Səndən yoxsulları öz məclisindən qovmağı tələb edən təkəbbür sahiblərinə) bu dünyanı misal çək: (Bu dünya) göydən yağdırdığımız yağmura bənzər. Yerdəki bitkilər onunla qarışıb (onu içib) yetişər, sonra isə dönüb küləyin sovurduğu quru çör-çöp (həşəm) olar. Allah hər şeyə (hər şeyi yaratmağa və məhv etməyə) qadirdır! " (əl-Kəhf (Mağara) surəsi, 18/45) "Şübhəsiz ki, dünya həyatı oyun-oyuncaq, əyləncədir. Əgər iman gətirsəniz və (pis əməllərdən, günahlardan) çəkinsəniz, O sizə mükafatlarınızı verəcəkdir. O sizdən mal-dövlətinizi (tamamilə Allah yolunda sərf etməyi) istəməz (yalnız zəkat verməyinizi istəyər). " (Muhəmməd surəsi, 47/36) Allah, ölümü və həyatı insanları imtahan etmək üçün yaratdığını belə ifadə edir: "Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır" (əl-Mulk (Mülk və ya hakimiyyət) surəsi, 67/2) "Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!" (əl-Bəqərə surəsi, 2/155) Allah, bu dünya həyatını edəcəyimiz əməllərə görə bizi hesaba çəkmək, yaxşı əməllərə mükafat, pis işlərimizə görə cəza vermək üçün yaratdığından, yaxşı və pis əməllərin nələr olduğunu peyğəmbərləri və kitabları vasitəsilə insanlara xəbər vermişdir. Bu, Allahın bizə qarşı rəhmət və mərhəmətinin göstəricisidir. Əgər insanlar Allahın peyğəmbərlər vasitəsilə bildirdiyi həyat tərzinə uyğun həyat sürərlərsə mütləq nicat aparacaqlar. Bu barədə düşünüb təfəkkürə dalsınlar deyə Allah insanlara ağıl da vermişdir. Allahın xəbər verdiyi əmr, qadağa və tövsiyyələr açıq ağılla birlikdə insanı düz yola (sırat-əl müstəqimə) aparır. Mələklərdən fərqli olaraq insanın daxilində onu pis yola və əxlaqsızlığa sövq edən nəfs və şeytan vardır. İnsan hər zaman nəfs və şeytanın azdırmalarına qarşı ehtiyatlı olmalı, onlarla mütəmadi olaraq mübarizə halında olmalıdır. Bu mübarizədə qalib olanlar mükafat, məğlublar isə cəza alacaqlar Allah öz Uca Kəlamında belə buyurur: "Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir). (əz-Zilzal (Zəlzələ) surəsi, 99/7-8). Dünyanın insanı özünə çəkən cəzbediciliyi vardır. Dünyanın bu xüsusiyyəti barəsində Quran ayələrində belə buyurulur: "Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır." (Ali-İmran (İmran ailəsi) surəsi, 3/14) "Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır. " (əl-Munafiqun (Münafiqlər) surəsi, 63/9) "(Bəzi adamların fəxr etdiyi) mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid e'tibarilə daha xeyirlidir! " (əl-Kəhf (Mağara) surəsi, 18/46) "Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün (Allah qarşısında) ancaq bir imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır!" (əl-Ənfal (Qənimət) surəsi, 8/28) Dünya bər bəzəyinin (mətainin) nələr olması haqqında Peyğəmbərimizin (s.a.v.) bir sıra mübarək hədisləri  də vardır. Bu hədislərə görə, nəfsin xoşuna gələn, insanı cəzb edən şeyler dünya metaidir (bər bəzəyidir): "Dünya şirin və xoş mənzərəlidir. Allah orada (dünyada) sizi başqasının yerinə keçirəcək ki necə əməl edəcəyinizi (hansı işlər görəcəyinizi) baxsın. Buna görə də dünyadan ehtiyatlı olun (qorunun), qadınlardan ehtiyatlı olun. İsrailoğullarının başlarına gələn ilk fitnə (imtahan) qadınlar arasında olmuşdur. " (Riyazu's-Sâlihîn, I, 84) Dünya həyatından sonra əbədi axirət həyatı vardır: Axirət dünyası isə çalışma və əməl yeri deyil, dünyadaki çalışmaların əvəzini qazanmaq yeridir. Ədəbi səadət və əbədi bədbəxtlik bu həyat nəticəsində qazanıldığı üçün dünya həyatı çox qiymətli, çox mühümdür. Bu həyat yaxşı qiymətləndirilməli, ömür boş və mənasız keçirilməməlidir. Uca Allah belə buyurur: "Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır" (əl-Həşr (Toplanma) surəsi, 59/18) "Ey insanlar! Şübhəsiz ki, Allahın (qiyamət barəsindəki) və'di haqdır. Dünya həyatı sizi aldatmasın. O tovlayan (Şeytan) da sizi tovlayıb yoldan çıxartmasın!" (Fatir (Yaradan) surəsi, 35/5) "Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin." (Ali-İmran (İmran ailəsi) surəsi, 3/133) Bununla belə mükəmməl dinimiz bizi axirətə yönəltməklə birlikdə, dünyaya qarşı da qapanmamağı, rahib və dərviş həyatı keçirməməyi əmr etmişdir. Qurani Kərim bizə çalışmağı, iş görməyi, səy göstərməyi əmr etmiş, dünya nemətlərindən halal olmaq şərtilə istifadə etməyi tövsiyyə etmişdir: "Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma. (O maldan qismətinin ancaq bir kəfən olduğunu bil. Pulunu mə'nasız yerə sağa-sola səpələmə; səhhətinin, sərvətinin, gəncliyinin qədrini bil. Sabah səni Allahın əzabından qurtara biləcək yaxşı əməllər et). Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından yoxsullara, qohum-əqrabaya xərcləməklə) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!" (əl-Qəsəs (Hekayət) surəsi, 28/77) "Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Və Allahı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız! (Hər iki dünyada muradınıza yetişəsiniz!) " (əl-Cumuə (Cümə) surəsi, 62/10) "İnsana ancaq öz zəhməti (sə'yi, çalışması, əməli) qalar!  Şübhəsiz ki, (qiyamət günü) onun zəhməti (sə'yi, əməli) görünəcəkdir! " (ən-Nəcm (Ulduz) surəsi, 53/39-40) Peyğəmbərin yolunun davamçısı olan həqiqi müsəlman hərşeyin yerini bilir, hər şeyi yerli yerində edər, dünya həyatını, ömrünü yaxşı əməllərlə qiymətləndirər. Uşaqlarının ruzisini halalından qazanmaq üçün çalışar, əlinin və ya beyninin əməyi ilə həyatını təmin edər. İbadətlərini vaxtında edər, qazandığından Allah yolunda da xərcləyər. İnsanlara, cəmiyyətinə yaşadığı dövlətə faydalı olmağa səy göstərər. Dünyası üçün axirətini, axirəti üçün dünyasını tərk etməz. İkisinin arasında ziddiyyətsiz və taraz bir həyat tərzi meydana gətirər. Allah bizi bu tərz həyatla ömür sürməyi nəsib etsin və sonumuzu xoşbəxt etsin.
['Islam', 'din']
5,966
https://kayzen.az/blog/Molla-N%C9%99sr%C9%99ddin/4319/g%C3%BCld%C3%BCr%C9%99n-v%C9%99-d%C3%BC%C5%9F%C3%BCnd%C3%BCr%C9%99n-insan.html
Güldürən və düşündürən insan
Cavid
Molla Nəsrəddin
15 mart 2011, 01:28
Səkkiz əsrə yaxındır ki, onun adı gələndə Anadoludan tutmuş, Çinə qədər uzanan böyük bir ərazidə yaşayan türklər istər-istəməz      gülürlər. Çünki onun adını eşidən kimi adamın yadına özündən asılı olmayaraq, onunla bağlı hansısa lətifə düşür. Bu gün Orta Asiya adlandırılan qədim Türküstanda və Azərbaycanda,Tatarıstanda, Başqırdıstanda, Xakasiyada, Krımda, Kabarda-Balkarda, Qaraçay-Çərkəsdə, Balkan ölkələrində, bir sözlə, hər yerdə kimdən lətifə soruşsan, həmin şəxsin söylədiyi ilk lətifə Molla Nəsrəddinlə bağlı olacaq. Söhbət türk dünyasının məşhur oğlu, insanlara sağlam, mənalı gülüş bəxş edən və söylədikləri ilə həm də onları düşündürən Molla Nəsrəddindən gedir. Bu insan müxtəlif ləhcələrdə danışan və bir-birindən minlərlə kilometr uzaqlarda yaşayan türklərin hamısı üçün doğma, başqa sözlə, özününküdür. Belə ki, Anadoluda məhəbbətlə onu Nəsrəddin Xoca, Azərbaycanda Molla Nəsrəddin, Orta Asiyada - Türküstanda Xoca Nəsrəddin adlandırırlar. O, elə əfsanəviləşib ki, özbək onun Özbəkistanda, qazax Qazaxıstanda, tatar Tatarıstanda, türkmən Türkmənistanda, azərbaycanlılar Azərbaycanda anadan olduğunu güman edir. Əslində Molla Nəsrəddin həm azərbaycanlı, həm özbəkistanlı, həm anadolulu, həm tatarıstanlıdır. Yəni harada türk yaşayırsa o da oralıdır. Nə qədər adı mifik bir şəxs kimi çəkilsə də, o, güldürərkən düşündürən və türk mədəniyyətinin tarixinə adını əbədi həkk etdirən bir şəxsiyyətdir. Onun dodaq qaçıran hər lətifəsində dərin bir məntiq var. Təəssüf ki, Molla Nəsrəddinin lətifələrindəki insanı heyrətə salan yığcamlıq və məntiq indiyədək tam araşdırılmayıb. Dünyada Molla Nəsrəddin kimi güldürən və eyni zamanda düşündürən, hər sözündə ən məşhur elm adamını belə, heyrətə salan elmi, fəlsəfi məntiqi olan ikinci bir şəxs tapmaq çətindir. Onun lətifələrində ən çətin bir vəziyyətdən çıxış yolu var. Molla Nəsrəddinin böyüklüyü də məhz bundadır. O, real şəxsiyyət olub Araşdırmalar göstərir ki, Molla Nəsrəddini əfsanəvi sayanlar, onu real şəxs kimi qəbul edənlərdən çoxdur. Buna səbəb onun bir çox lətifələrinin XIII-XV əsrlərdə yaşayan Əmir Teymuru, digər qisminin isə monqol-tatar - Hulaku dövrünü (XIII əsr) özündə əks etdirməsidir. Necə deyərlər, Molla Nəsrəddinlə bağlı lətifələrdə adları çəkilən tarixi şəxsiyyətlərin əksəriyyəti XIII-XVI əsrlərdə yaşayanlardır. Ona görə də Molla Nəsrəddin xalq arasında mifik şəxsiyyət təsiri bağışlayıb. Əslində Molla Nəsrəddinə xalq arasında məhəbbət və sevgi onun adının gah Əmir Teymurla, gah monqol hökmdarları ilə, gah da digər tarixi şəxslərlə əlaqələndirilməsinə gətirib çıxarıb. Bu lətifələrin hamısında Molla Nəsrəddinin öz ağlı, biliyi və güclü məntiqi ilə hökmdarlardan, dövrünün tanınmış elm adamlarından üstün olması fikri ortaya çıxır. Söylədikləri ilə hökmdarları heyran edən Molla Nəsrəddin bu baxımdan xalq üçün ideal bir şəxsiyyətdir. Bununla belə, Molla Nəsrəddinlə bağlı aparılan araşdırmalar onun tarixi şəxsiyyət olduğunu üzə çıxarıb. Tədqiqatlar Molla Nəsrəddinin Anadoluda dünyaya gəldiyini çoxlu faktlarla sübuta yetirib. Amma onun Anadolunun hansı bölgəsində və neçənci ildə anadan olması barədə dəqiq məlumatlar yoxdur. Ümumiyyətlə, araşdırmalar zamanı iki ehtimal ortaya çıxıb. Birinci ehtimala görə, Molla Nəsrəddin 1208-ci ildə Sivrihisarın Hortu kəndində anadan olub. Digər bir ehtimala görə isə o, Ağşəhərin Orta kəndində dünyaya göz açıb. Bununla əlaqədar araşdırmaçıların əksəriyyəti belə fikirdədir ki, Molla Nəsrəddin Sivrihisarın Hortu kəndində anadan olub, Ağşəhərdə isə vəfat edib. Molla Nəsrəddinin atası Hortu kəndinin imamı Abdullah əfəndi, anası isə həmin kənddən olan Siddiqə xatundur. "Bu böyük bıçaqla kitablarda gedən səhvləri düzəldirəm" Molla Nəsrəddin təhsilini Konyadakı bir mədrəsədə alıb. O, mədrəsədə oxuyarkən özünü hazırcavab bir uşaq kimi göstərməyə başlayıb. Yeri gəlmişkən, onun hazırcavablığı ilə birgə bir rəvayəti söyləmək yerinə düşər. Belə ki, deyilənə görə, o dövrdə müəyyən səbəblər üzündən Konyada bıçaq gəzdirmək qadağan edilmişdi. Amma bir dəfə gecə vaxtı Molla Nəsrəddin şəhərdə gəzərkən mühafizəçilər tərəfindən saxlanılır və onun üstündən iri bir bıçaq tapırlar. Özünü itirməyən Molla Nəsrəddin: "Əfəndilərim, üzr istəyirəm. Mən mədrəsədə oxuyuram. Bu böyük bıçaqla kitablarda gedən səhvləri düzəldirəm", - deyir. Mühafizəçilərə rəhbərlik edən şəxs: "Bu boyda bıçaqla səhv düzəldilməsinə nə ehtiyac var?" - deyə ondan soruşur. Molla Nəsrəddin isə: "Kitablarda elə səhvlər olur ki, onları bu boyda bıçaqla düzəltmək belə çətin olur", - deyə cavab verir. Molla Nəsrəddin Konyadakı mədrəsədə oxuyarkən atası vəfat edir. Bundan sonra o, kəndə qayıdır və Hortu kəndinin imamı vəzifəsində atasının işini davam etdirir. Amma Molla Nəsrəddin kənddə uzun müddət qala bilmir. 1237-ci ildə o, Ağşəhərə gələrək, Seyid Mahmud Heyrani və Seyid Hacı İbrahimdən dərs alır. Eyni zamanda o, Ağşəhərdə bölgə qazısı vəzifəsində işləyir. Bölgə qazıları o vaxtlar təcrübəli hakimlərin yanında işləyir və nisbətən kiçik mübahisələri həll edərdilər. Bu vəzifədə işlərkən də ona "Nəsrəddin Xoca" deyə müraciət edirdilər və o, bu adla da tarixə düşüb. Molla Nəsrəddinin ilk lətifələr kitabı Molla Nəsrəddinin xalq arasında lətifələri ilə məşhurlaşması da həmin dövrə aid edilir. Həmin lətifələrdə o, çoxlarını özünə mat qoyan, məmurların əyri işlərini gülə-gülə onlara anladan, güldürə-güldürə tərbiyə edən bir şəxs kimi təsvir edilir. Molla Nəsrəddinlə bağlı söylənilən lətifələrə ilk dəfə yazılı şəkildə Sarı Saltukun həyatından bəhs edən "Saltuknamə" əsərində rast gəlinib. Fateh Sultan Mehmetin oğlu Cemin (sonralar o tarixə Sultan Cem kimi düşüb) şahzadəliyi dövründə Molla Nəsrəddinlə bağlı lətifələrin qələmə alınması və kitaba köçürülməsi barədə göstəriş verilib. Şahzadə Cemin göstərişini yerinə yetirən o dövrün tanınmış alimlərindən olan Əbülxeyir Rumi 7 il xalq arasında gəzərək, Molla Nəsrəddinlə bağlı lətifələri toplayır və onları 1480-ci ildə kitab halında çap etdirir. O dövrdə Molla Nəsrəddin barədə dolaşan lətifələrin toplanaraq kitab halında çap olunması bu işdə maraqlı olan digər adamlar tərəfindən də həyata keçirilir. Belə əsərlərdən biri hazırda Londondakı Böyük Britaniya muzeyində saxlanılır. Əsərin adı "Həzə Tərgemei Nasraddin Əfəndi Rahme"dir. Amma bu kitabda toplanan lətifələrin çoxunun Molla Nəsrəddinlə bağlı olduğu şübhə doğurur. Molla Nəsrəddinlə bağlı lətifələr orta əsrlərdə Anadolunun sərhədlərini aşaraq, Avropaya da yayılmış və orada yaşayan xalqların diqqətini özünə cəlb etmişdi. Ona görə də Qərb tədqiqatçıları da Molla Nəsrəddinlə bağlı lətifələri bir yerə toplayıb kitab şəklində çap etdirmişlər. Həmin əsərlər arasında Pierre Millenin "Nasreddin et son epouse"adlı kitabı, Edmondo Savusseyin "La Litterature Populaire Turque" adlı əsərindəki Molla Nəsrəddin bölümü, Jean Paul Carnierin "Nasreddin Hoca et ses HistoiresTurgues" adlı əsərlərini xatırlatmaq olar. Qərbdə Molla Nəsrəddinin ibrət dolu lətifələri ona böyük rəğbət oyadıb. Əksər Qərb tədqiqatçılarının fikrincə, Molla Nəsrəddin haqqında söylənilən hər bir lətifə əslində kiçik elmi araşdırmadır və bunlar daha böyük elmi düşüncələrin ortaya çıxması üçün bir özül rolunu oynaya bilər. "Bilənlər bilməyənlərə söyləsinlər" Molla Nəsrəddinlə bağlı söylənilən lətifələrdən birində deyilir ki, bir gün Molla camaatı bir araya yığaraq soruşur ki, siz mənim bu dəqiqə nə deyəcəyimi bilirsinizmi? Camaatın bir hissəsi cavab verir ki, bəli bilirik; digər hissəsi isə "bilmirik" deyə, Molladan sözünü deməsini xahiş edirlər. Onda Molla özünəməxsus şəkildə əlavə edir ki, qoy bilənlər bilməyənlərə söyləsinlər. Əslində Molla məntiqi cəhətdən çox haqlıdır. Çünki elmin təməlində bilənin bilməyəni öyrətməsi dayanır. Molla Nəsrəddinlə bağlı bəzi lətifələrdə eşşəyin adı xüsusi çəkilir. Bəzi tarixi mənbələrə görə, həqiqətən də, Mollanın "Bozoğlan" adlı sevimli eşşəyi olub və bu heyvan əslində qanmaz adamların başa salınması, qanmazın qandırılması simvolu anlamına gəlir. Biz Molla Nəsrəddinin həyatı ilə bağlı lətifələri bu yazımızda təkrar vermək istəmirik. Çünki onsuz da türk dünyasında Molla Nəsrəddinlə bağlı həm dodaq qaçıran və həm də insanı qəhqəhə çəkib gülməyə vadar edən lətifə bilməyən tapmaq çətindir. O, əbədiyyətə qədər yaşayacaq Molla Nəsrəddin 1284-cü ildə Ağşəhərdə vəfat edib və orada dəfn olunub. Onun qəbri üzərində 6 sütun üzərində möhtəşəm bir qübbəsi olan türbə inşa edilmişdir. Qübbənin altında Molla Nəsrəddinə aid mərmər bir sənduqə var. Sənduqənin üzərində Mollanın ölüm tarixi tərsinə yazılmışdır. Qeyd edək ki, Molla Nəsrəddin Ağşəhərdə yaşadığı üçün burada da evlənmişdi. Qızlarından Fatma xatun ilə Dürri Mələkin məzar daşları son zamanlarda aşkar edilərək, Ağşəhər muzeyinə qoyulub. O, güldürə-güldürə düşündürür, gülə-gülə insanların qəlbində əbədiyyətə doğru gedir. Nə qədər türk dünyası, türklər var, o qədər də Molla Nəsrəddin yaşayacaq.
['Molla Nəsrəddin']
5,967
https://kayzen.az/blog/Cavid/4318/%C3%BCzvi-polimerl%C9%99r.html
Üzvi Polimerlər
Cavid
Bloq: Cavid
15 mart 2011, 01:20
Təbiətdəki canlılardan əldə edilən müxtəlif xammalları əşya istehsalında istifadə edirik. Yaradıcının sonsuz elm və qüdrəti ilə canlıların sintez etdiyi bu maddələrin bəzilərini (pambıq, ipək və yun kimi) insan min illərdir istifadə edir. Kauçuk kimi maddələr isə nisbətən təzə sayıla bilər. Dəri, sümük, ağac və selluloza lifləri ən çox istifadə olunan üzvi xammallar olmuşdur. Allahın qüdrəti sonsuzdur, fəqət təbiətin zənginliyi hədsiz deyil. Ona görə də ekoloji tarazlığı hər gün öz əlimizlə pozur və yer üzünü şüursuz şəkildə ölümə aparırıq. Bu gün tullantı bitki və heyvanlardan təbii yolla əldə edilən xammal, insan sağlamlığı üçün çox uyğun olsa belə, gedərək azaldığı və beləliklə də bahalaşdığı üçün bunların hər kəs tərəfindən istehlakı çətinləşir. Alimlər daha ucuz xammal istehsal etmək üçün dayanmadan çalışırlar. Belə ki, çox uzun bir keçmişi olmayan neylon, rezin, plastik və polivinilxlor (PVC) indi çox yayılmış maddələrdir. Ətrafımızda gördüyümüz, gündəlik həyatda istifadə etdiyimiz bir çox şey plastikdən, yəni polimerlərdən istehsal edilmişdir. Polimerlər (poli-çox, meros-hissə, qisim), bir-birinə oxşayan kiçik molekul vahidlərinin zəncirvari bir-birinə əlavə edilməklə meydana gələn nəhəng molekullardır. Tez-tez istifadə etdiyimiz neylon zənbillərdən maşın təkərlərinə, uşaq oyuncaqlarından qışda geyindiyimiz çəkmələrin dabanlarının istehsalına qədər bir çox sahədə istifadə edilməkdədir. Polimerlərin təbiətdə meydana gətirdiyi ən böyük problem, üzvi maddələr kimi çürüyüb parçalanmamalarıdır və yüz illərlə dünyanı kirlətmələridir. Ona görə də zibilliklərdən yığılıb istilik ilə və ya kimyəvi üsullarla yenidən istehsal edilməlidirlər. Polimerlərin bakteriya kimi faktorlarla parçalanmama xüsusiyyətləri ilə yanaşı bir yaxşı xüsusiyyəti də var. O da elektriki keçirməmələridir (izolyator). Hətta elektrik xətlərini qısaqapanmadan qorumaq üçün kabellər polimerlərlə örtülür. Ancaq Alan J. Heeger, Alan G. MacDiarmid və Hideki Şirakava adlı alimlər etdikləri ixtira ilə bir polimerin (poliasetilen) demək olar ki, bir metal qədər elektrik keçiriciyə çevrilə biləcəyini kəşf etdilər. Bu kəşfləri və sonrakı tədqiqatlarına görə 2000-ci il Kimya Nobel Mükafatını qazandılar. 1977-ci ildə Şirakava, MacDiarmid və Heeger; poliasetilen plyonkalarının xlor, brom və yod buxarları ilə reaksiyası nəticəsində, bu plyonkaların əvvəlki hallarından 109 dəfə daha çox keçirici ola bildiklərini təvafüqlü bir kəşflə müşahidə etdilər. Bu metodla alınan poliasetilenin keçiriciliyini 105 S/m2-ə çatdırdılar. Müqayisə etsək, yaxşı bir izolyator olan teflonun elektrik keçirmə qabiliyyəti 10-16 S/m, metallardan gümüş və misin elektrik keçirmə qabiliyyəti isə 108 S/m-dir. Bəs bütün polimerlər elektrik keçirmə qabiliyyəti sahib edilə bilərmi? Eyni atomlar necə bir dəyişir ki, maddəyə fərqli xüsusiyyətlər qazandırır? Necə olur ki, izolyator kimi istifadə edilən polimerlər, bir metal kimi keçirici ola bilir? Bütün bu sualların cavabını axtarmağa çalışaq. Keçirici polimerləri digər polimerlərdən ayıran əsas xüsusiyyət, sıra ilə dəyişən tək və cüt bağlardan ibarət olan zəncir quruluşuna sahib olmalarıdır. Bu formada sıra ilə dəyişən bağ quruluşuna "təsrifləndirmə" deyilir. Beləliklə, sadəcə təsrif olunmuş polimerlər elektriki keçirə bilər. Poliasetilen bunun ən gözəl nümunəsini təşkil edir. Polimerlərdə elektrik yüklərinin necə nəql edildiyi hələ də dəqiq kəşf edilməmişdir. Keçirici Polimerlərin Tətbiq Edilməsi Poliasetilenin metallik xüsusiyyəti göstərməsinə baxmayaraq hava ilə təmasda olduqda, dərhal oksidləşməsi və stabil olmaması istifadəsinə maneələr törədir. Buna görə də araşdırmalar atmosfer şərtlərində pozulub dəyişməyən, oksidləşməyən, işlənə bilən yeni keçirici polimerlər ətrafında aparılmağa başlanmışdır. İndi bir neçə keçirici polimer sənaye sahəsində tətbiq edilir. Ancaq gələcəkdə keçirici polimerlərin daha bir çox texnoloji tərəqqidə həyatımıza asanlıq gətirəcəyi gözlənilir. Politiofen törəmələri sahə təsirli tranzistor istehsalında istifadə edilə biləcək ümid verən keçirici polimerlərdəndir. Polipirol "stealth" adlı radara tutulmayan təyyarələrin xarici səthinin örtülməsində istifadə edilərək yoxlanılmışdır. Gələcəkdə mümkün ola biləcək sahələrdən isə superkapasitor və elektrolitik tipdəki kapasitoru göstərmək olar. Bundan başqa bəzi keçirici polimerlərin elektroxrom xüsusiyyətləri, bu polimerlərin yayda günəş işığı altında qaralan "ağıllı pəncərələr"də istifadə olunmasına imkan verir. Kəşf edildiyi gündən sonra keçirici polimer elmi bir çox sahədə inkişaf etməyə başlamışdır. Yüksək saflıqda polimerlər sintezləndikcə yarı keçirici polimerlər elektronik dövrələrin istehsalında da istifadə olunmağa başlandı. Hərbi və fəza texnologiyalarında yüngüllük çox vacibdir. Əgər elektronik dövrələr və batareyalar polimerlərdən olsa, istifadə olunan vasitələrin ağırlığı təxminən 90% azalacaqdır. Bəlkə də gələcəkdə motor blokları aluminiumdan, bir çox hissəsi sərt plastikdən və elektrik dövrələri keçirici polimerlərdən olan avtomobilimizi əlimizlə götürüb bir kənara qoya biləcəyik. Silikon Fizikasından Molekulyar Elektronika Dünyasına Qatı forma fizikası ümumiyyətlə silikon fizikası üstündə qurulmuşdur. Ancaq kimya, keçirici polimerlər sayəsində, çox yeni və kompleks quruluşların sintezlənə biləcəyi mikroskopik müxtəlifliklər təqdim etməkdədir. Dövrümüzün elektronika texnologiyası, molekulyar vahidlərə nisbətlə, böyük və tək hissədən ibarət kristallar üzərinə qurulmuşdur. Bu kristallar birləşdirilərək dop edildikdən sonra diod və tranzistor istehsalı üçün böyük elektrodlara bağlanır. Bununla yanaşı manipulyasiya texnikaları vasitəsilə vahidi 200 nm-yə çatan çox kiçik ölçüdə elektronik dövrələr düzəldilə bilər. Ancaq yenə də bu böyüklükdəki dövrələr, molekulyar vahidlərdən təxminən min dəfə çoxdur. Elm dünyasının indiki xəyalı, elektronik dövrələrin xassələrini bir molekulun içinə yerləşdirməkdir. Əgər bu həyata keçirilsə, böyük bir ehtimalla bu molekulyar keçirici polimer telləri ilə bir-birinə bağlanacaq və bu dövrələrin ölçüsünü 200 nm-dən 0,2 nm-yə endirmək mümkün olacaqdır. Ölçülərdəki bu azalma kompüterlərin sürətini və hafizəsini 108 dəfə artıra bilər. Belə bir tərəqqi, indiyə qədər davam edən qırx illik kompüter texnologiyasındakı tərəqqiyə bərabər olacaqdır. Bu səbəblə, keçirici polimerlərin molekulyar elektronika dünyasında çox böyük rolu var. Keçirici polimerlər mövzusunda Amerika və dünyanın bir çox ölkələrində tədqiqatlar davam edir. Hər il bu haqda yüz minlərlə məqalə dərc edilməkdədir. Gələcəyin dünyasında keçirici polimerlər, önəmli bir yerə sahib ola bilərlər. Maddəni meydana gətirən atomlar arasında bir çox kompleks münasibət mövcuddur. Allah (cc) maddənin içindəki bu qarşılıqlı əlaqəyə səbəb olan bir çox qanun qoymuşdur. Bu qanunlarla maddənin elektrik, optik, maqnetik və s. xassələri meydana çıxarılmışdır. Elm inkişaf edib atomlar və molekullar arasındakı qarşılıqlı münasibətlər və bunların bir-birlərinə olan təsirləri başa düşüldükcə, həm Allahın zərrələr aləmindəki ağlasığmaz fəaliyyəti bir az daha aydınlanacaq, həm də istehsal edilən yeni materiallar texnoloji inkişafa kömək edəcəkdir. Bundan iyirmi beş il əvvəl heç kimin ağlına izolyator kimi istifadə olunan polimerlərdən elektriki ötürən materialların alına biləcəyi gəlməzdi. Ancaq indi bu cür polimerlər gündəlik həyatımızda yavaş-yavaş öz yerini tutur. Uca Yaradıcının atomlar arasına qoyduğu kimyanı öyrəndikcə, insan daha bir çox yeni materialı sintez etmə imkanı tapacaqdır.mənbə: akademiya.net
['Polimerlər']
5,968
https://kayzen.az/blog/flora/4317/%C3%A7%C3%B6r%C9%99kotu-v%C9%99-onun-%C9%99h%C9%99miyy%C9%99ti.html
Çörəkotu və onun əhəmiyyəti
Cavid
Flora
15 mart 2011, 01:13
Müasir dərman istehsalının olmadığı dövrlərdə xəstəliklərin müalicəsində bitkilərin müxtəlif qisimlərindəki müəssir maddə ayrılmadan istifadə olunurdu. Dövrümüzdə dərman, kosmetika və qida sektorunda bitki qaynaqlı məhsullar saflaşdırılaraq və hər maddənin xüsusiyyətləri öyrənilərək istifadə edilməkdə və xam maddəsi bitki olan məhsullara tələb davamlı artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (WHO) təxminlərinə görə dünyada 20.000-dən çox bitki növü tibbi məqsədlə istifadə olunur. Çörəkotunun vətəni Şərqi Aralıq Dənizi ölkələri, Şərqi və Cənubi Avropadır. Çörəkotu digər ölkələrə buradan yayılmışdır. Çörəkotu 2000 ildən artıqdır ki, Mərkəzi və Uzaq Asiya ölkələrində bir çox xəstəliyin müalicəsində şəfa vəsiləsi olan bir bitkidir. Bəzi qidalarda (çörək, un məmulatları, biskvit) bəzək kimi istifadə olunan çörəkotu, aromatik (xoş qoxulu) xüsusiyyətləri səbəbilə bəzi qidalarda da ləzzət vəsiləsi kimi istifadə edilir. Çörəkotunun toxum suyu və yağının; böcəklərə, viruslara və bakteriyalara qarşı təsirli olduğu təsbit edilmişdir. Bu bitkinin yağından, işlətmə dərmanlarında qoxu və dad dəyişdirici kimi istifadə olunmaqdadır. Çörəkotunun Mahiyyəti Çörəkotunun tərkibinin müəyyən edilməsində istifadə edilən kimyəvi analiz üsulları çox müxtəlif olduğuna görə mahiyyəti haqqında çox dəqiq təsbitlər yoxdur. Çörəkotu toxumlarının tərkibində uçucu yağ (0.38-0.49%), sabit yağ (30-40%), protein (20-30%), saponin, melantin, nigellin və tanen mövcuddur. Çörəkotu toxumunun kimyəvi mahiyyəti, bitkinin biçin mövsümünə, növünə və yetişdirildiyi iqlimə görə müxtəlif olur. Qahirə yaxınlığında yetişdirilən çörəkotu toxumlarından əldə edilən uçucu yağın tərkibində 67 qarışığın olduğu və bu qarışıqların miqdarına görə ən vaciblərinin p-simen, timokinon, a-pinen və ß-pinen olduğu müəyyən edilmişdir. Bir araşdırmada, çörəkotu toxumlarında 6,4% su, 4% kül, 32% yağ, 20,2% xam protein, 6,6% xam lif və 37,4% karbonhidrat olduğu; sabit yağın 1,2% miristik, 8,4% palmatik, 2,9% stearik, 17,9% oleik, 60,8% linoleik, az miqdarda araşidik və 1,7% eikosadienoik turşulardan ibarət olduğu bildirilmişdir. Bundan başqa çörəkotu toxumlarında az miqdarda B1, B2 və B6 vitamini; proteinlərin təməl daşı olan amin turşuları; dəmir, kalsium, maqnezium, sink və selenium kimi minerallar da var. Çörəkotu toxumlarındakı müəssir maddə (kristal halında) nigellon, ancaq 1959-cu ildə izolyasiya edilə bilmişdir. Çörəkotunun İstifadə Olunduğu Yerlər Bir tədqiqatda çörəkotunun müxtəlif xərçəng hüceyrələrini öldürücü və şişlərə aid antitellərin çoxalmasını dayandırıcı xüsusiyyətlərə sahib olduğu öyrənilmişdir. Çörəkotunun normal hüceyrələrə zəhər təsiri vermədiyinə dair araşdırmalar da var. Çörəkotu toxumunda olan ß-sitosterol; ifraz fəaliyyətini artırma, qandakı xolestrol səviyyəsini azaltma kimi xüsusiyyətlərə malik bir molekul olub prostat böyüməsində müalicə təsirli dərman kimi istifadə olunur.Çörəkotu toxumları; idrar sökdürücü, qan təzyiqini azaldıcı, südü artırıcı, iştah açıcı kimi çox yönlü təsirlərə vəsilə ola bilən şəkildə yaradılmışdır. Yağı isə kəpəyə və saç tökülməsinə qarşı istifadə edilir. Çörəkotunun uçucu yağ turşularının; bakteriyalara, göbələklərə, bağırsaq qurdlarına və sestodlara (bağırsaq qurdu növü) qarşı təsirli olduğu öyrənilmişdir.Çörəkotu toxumunun və müxtəlif miqdardakı ekstraktlarının xəstəliyə yol açan bir çox mikro orqanizmlərə qarşı yararlı olduğu məlum olmuşdur.Bunlarla yanaşı xərçəng hüceyrələrini öldürücü xüsusiyyətlərə malik olduğu və vücuddakı immunitet sistemini gücləndirdiyi bir çox təcrübələrlə müşahidə olunmuşdur.Məhəmməd Peyğəmbərin (sas): "Bu qara dənəcik ölümdən başqa bütün xəstəliklərin şəfasıdır.", buyurduğu çörəkotu toxumları, tərkibi vücudun immunitet sistemini qoruyan və gücləndirən maddələrlə zəngin yaradılmış və insanların yararlanması üçün təqdim edilmişdir. Çörəkotunun İstifadə Edilməsi İnsanlar şəfa qaynağı olan bu bitkini xəmir məmulatlarında sevərək istifadə edir. Çörəkotunun birbaşa yeyilməsi və ya dəmləmə üsulu ilə gündə 2-3 stəkan içilməsi məsləhət görülür. Bir miqdar çörəkotunun üstünə isti su tökülərək 3-4 dəqiqə gözlənilir, sonra süzülərək içilir. Lazım olandan çox istifadə olunduqda ishala səbəb ola bilər. Gündəlik istifadə olunmalı miqdar maksimum 2 qramdır. Bəzən bazarlarda "çörəkotu yağı" adı altında satılan şüşələrə rast gələ bilərsiniz. Bu yağlara ümumiyyətlə çiçək yağları qarışdırıldığı üçün təsirsizdir. Çörəkotunu balla qarışdıraraq yeyənlər də var. Ancaq belə olan vəziyyətdə çörəkotunun toxumunun qabığı mədəmizdə tam həzm olunmadığına görə faydalı qisimlər xaric olmur və toxum tamamilə xaric edilir. Buna görə də çörəkotu toxumları bir qabda döyüldükdən sonra balla qarışdırılaraq yeyilməlidir.Mənbə: akademiya.netHəmçinin bax: Çörəkotu (qara zirə) haqqında
['çörəkotu']
5,969
https://kayzen.az/blog/azerbaycan/4316/az%C9%99rbaycan-haqq%C4%B1nda-bunu-ham%C4%B1-bilm%C9%99lidir.html
Azərbaycan haqqında bunu hamı bilməlidir
elshad
Azərbaycan
14 mart 2011, 23:44
Azərbaycan –öz sahəsi və əhalisinə görə Zaqafqaziyanın həm quru, həm də dəniz sərhədlərinə malik olan ən iri dövlətidir. Onu şimaldakı qonşusu olan Rusiyadan Böyük Qafqaz sıra dağları ayırır, şimal-qərbdə o, Gürcüstanla həmsərhəddir, Kiçik Qafqaz sıra dağları onu qərbdə Ermənistandan, cənubda isə İrandan ayırır, cənub-qərbdə onu İrandan həmçinin, Talış dağları ayırır. Dəniz sərhədi Azərbaycanı Qazaxıstan və Türkmənistandan ayırır. Ölkənin ən sıx əhalisi olan rayonları Abşeron yarımadası, Lənkəran ovalığı və Şirvan düzənliyidir. Burada əsasən pambıqçılıq rayonları yerləşən yarımsəhra Kür-Araz ovalığından fərqli olaraq bir çox növ meyvələr yetişir. Müxtəlif növ təsərrüfatların inkişafına respublikada müxtəlif təbiət şəraitlərinin mövcudluğu səbəb olur, çünki burada iqlim qurşaqları isti və rütubətli subtropiklərdən tutmuş qarlı dağlara qədər, torpaqlar isə dağ-çəmən süxurlardan boz torpaq və sarı torpağa qədər, dağ-meşə torpağından çürüntülü karbonata qədər, çimlidən torfluya qədər təmsil olunur. Azərbaycanın 1250 çayından ən irisi Kür çayıdır, onun ən iri qolları isə Araz, Alazan və İori çaylarıdır, və bu çaylar ölkənin şimal-şərq hissəsində axan əksər çaylar kimi respublikanın 800 km-dən artıq sahillərini əhatə edən Xəzər dənizinə tökülür. Yuxarıda adı çəkilmiş dünyada ən iri göldən başqa Azərbaycanda Göygöl, Hacıqabul, Böyük-şor və digər göllər vardır. Azərbaycanın torpaqları faydalı qazıntılarla zəngindir: filiz və polimetal, inşaat materialları, neft və qazla. Ölkənin zəngin və cürbәcür faunası Qafqaz maralları, cüyürlər, ceyranlar, ərəbdovşanları, gürzələr, ilanlar, qabanlar, boz ayılar, vaşaqlar, bəbirlər və hətta dağ keçiləri ilə təmsil olunur. Nadir növ heyvan və bitkilərin qorunub saxlanması üçün respublikada qoruqlar və müvəqqəti qoruqlar yaradılmışdır. Ən iri qoruq Qızılağac qoruğudur, burada 200 növdən çox köçəri quş qışlayır: qızılqaz, ördəklər, vağlar, qarabatdaqlar, qutanlar. Dəmirağac, Zelkova, Pterocarya, şabalıd yarpaqlı palıd ağacı, ağcaqayın, ürək yarpaqlı qızılağac kimi nadir ağac növləri Hirkan qoruğunda bitir. Həmçinin Zaqatala, Türyançay, Göy-göl qoruqları da məşhurdur, burada ibtidai insanın sakin olduğu yerlərə məxsus material mədəniyyəti əşyalarına rast gəlmək mümkündür. Biz Azərbaycan haqda nə bilirik? Bilirik ki, orada çoxlu günəş, neft və meyvələr var. Faktiki olaraq, bu ölkədə kütləvi turizmin uğurlu inkişafı və onu iqtisadiyyatın ən qabaqcıl və gəlirli sahələrindən biri etmək üçün bütün lazımi şəraitlər vardır. Azərbaycanda hər şey vardır: dağlar və dəniz, qoruqlar və qədim abidələr. Azərbaycanın ərazisində yer kürəsində olan on bir iqlim növündən doqquzu mövcuddur. Təbiət landşaftlarının bu cür müxtəlifliyi heç də çox ölkədə müşahidə olunmur. Azərbaycanda İstisu, Naftalan kimi kurortlar, eləcə də Xəzər dənizinin sahilində yerləşən məşhur istirahət zonaları vardır. Azərbaycanın ərazisində üç qoruq fəaliyyət göstərir: Qızılağac, Zaqatala və Türyançay qoruqları. Azərbaycanın gözəl iqlim və müalicəvi su kurortları təbii sərvətlər içərisində xüsusi yer tutur. Azərbaycanda çoxsaylı mineral çeşmələr vardır – Badamlı, Sirab, Darıdağ, Turşsu, Qayaltı,  ?rkivan, Slavyanka, Şıx, Suraxanı, Xaltan, Xaşı, Cimmi və s. ölkədə və onun kənarlarında layiqli olaraq çoxdan tanınmışdır, Naftalan neftinin nadir müalicəvi xüsusiyyətləri isə bütün dünyada məşhurdur. Orta əsrlərin Yaxın Şərq coğrafiyaçıları hesab edirdilər ki, cənnət Azərbaycanın ərazisində yerləşir. Azərbaycanlıların əksəriyyəti bu fikirlə razıdır. İki Qafqaz sıra dağları – Böyük və Kiçik Qafqaz ilə Xəzər dənizi arasında yerləşən Azərbaycan planetin nadir guşəsidir. Burada kiçik ərazidə planetdə mövcud iqlim zonalardan tropiklərdən başqa demək olar ki, hamısı vardır. Demək olar ki, bir neçə saat ərzində səhradan yarımsəhra, çöllük, subtropiklər, qalın yarpaqlı ağac meşələri və alp çəmənlərindən keçərək dağların əbədi buzlaqlarına çatmaq olar. Təbii ki, flora ilə fauna da eyni dərəcədə müxtəlifdir. Ölkə faydalı qazıntılarla da zəngindir. Azərbaycan qədimdən “odlar ölkəsi” adlandırılır. Buna səbəb səthə yaxın yerləşən neft və qaz yataqları idi. Çatlardan yuxarı çıxan təbii qaz tez-tez ildırım və ya tonqalın pis yandırılması nəticəsində alışırdı. Torpaqdan qalxan bu alov məşəlləri qədimdə adamlara çox güclü təsir bağışlayırdı. Buraya XIX əsrin sonuna qədər Hindistandan atəşpərəstlər ziyarətə gəlirdilər. Onların məbədləri bu günə qədər Bakının yaxınlığında Abşeron yarımadasında qalmışdır. Buradan Bizans sirli “yunan alovu” üçün neft aparırdı. Bu gün də yeni müstəqil Azərbaycan dövləti bütün dünyada əsasən öz neft mədənlərinə görə məşhurdur. Lakin bu cavan ölkə zəngin və qədim tarixə malikdir. Onun ərazisində ibtidai insanın sakin olduğu ən qədim yerlərdən biri – Azıx mağarası - aşkar edilmişdir. Bakının yaxınlığında Qaradağ dağlarında yaşı təxminən 10 min il olan qaya üzərində həkk olunmuş şəkillər qalmışdır. Eramızdan əvvəl birinci minillikdə Azərbaycanın ərazisində ilk dövlət - Manna dövləti yarandı. Eramızdan əvvəl VI əsrin əvvəllərində onu qədim dövrün ən əzəmətli dövlətlərindən biri olan Midiya əvəz etdi. Midiya çarlığının rəsmi dini zәrdüştlük – atəşpərəstlik olur. Son Midiya çarı Astiaqın nəvəsi məşhur Kir, çevriliş edərək Fars İmperiyasını yaradır və onun tərkibinə Midiyanı da daxil edir. Fars imperiyası dağılandan sonra Midiyanın cənub hissəsi ayrılıb müstəqil Atropatena dövləti olur (onun ilk hökmdarı Atropatın adı ilə). Orta əsrlərdə ərəblər “Atropatena” sözünü “Azərbaycana” çevirmiş – və beləliklə ölkənin indiki adı yaranmışdır. Şimalda isə Qafqaz Albaniyası dövləti yaranır və onun rəsmi dini V əsrdə xristianlıq olur. VIII əsrdə ölkənin hər iki hissəsi Ərəb xilafətinin tərkibinə daxil olur, və o vaxtdan burada əsas din islam dini olaraq qalır. XVIII əsrin əvvəlində Azərbaycan üç imperiya - Rusiya, İran və Osmanlı imperiyalarının mübarizə arenasına çevrilir. 1828-ci ildə Türkmənçay adlı yerdə İran ilə Rusiya arasında saziş imzalanmış və bu sazişə əsasən Azərbaycan bu ölkələr arasında bölünmüşdür. XIX əsrin sonunda - XX əsrin əvvəlində Bakıda ilk neft canlanması başlayır. Bakı şəhəri dünyanın neft paytaxtı olur. Yeri gəlmişkən, Nobel qardaşları öz əsas kapitalını məhz burada toplamışdırlar. 60-cı illərə qədər, Tümen neft mədənləri işlənən dövrə qədər Azərbaycan nefti sovet iqtisadiyyatının əsasını təşkil edirdi. İqtisadiyyat qızğın surətdə inkişaf edir, siyasi həyat qaynayır. 1917-ci ildə Rusiyada inqilab Azərbaycanın siyasi meydanına yeni qüvvələr gətirir. 1918-ci il 28 may tarixində Azərbaycan Demokratik Respublikası elan edilir. 23 aydan sonra o, bolşeviklərin 11-ci Qızıl Ordusunun hücumuna məruz qalaraq süquta uğrayır. 1922-ci ilin dekabr ayında Azərbaycan artıq hüquqi surətdə SSSR-nin tərkibinə daxil edilir. Azərbaycanın müstәqilliyi 1991-ci ildə bərpa edilmişdir. Lakin bu zaman ölkə Qarabağ münaqişəsinə cəlb edilmişdir. Bu münaqişə Dağlıq Qarabağ Muxtar Vilayətinin 1988-ci ilin fevral ayında ayrılma cəhdindən başlamışdır. 1990-cı ilin yanvar ayında, Moskva yönümlü hakimiyyət üzvlərinin parlament seçkilərində məğlubiyyətinin qarşısını almağa cəhd edərək, Moskva Bakıya sovet ordusunun hissələrini yeritmişdir. Nəticədə yüzlərlə dinc vətəndaş öldürülmüşdür. Ölkə müstəqilliyini qeyri-sabit daxili siyasi mühit və Ermənistanla müharibə şəraitində qarşılamışdır. Bir sıra çevriliş və cəbhədə məğlubiyyətlər nəticəsində Azərbaycan öz ərazisinin 20 faizini itirmiş və bu torpaqlar indiyə qədər erməni silahlı birləşmələrinin işğalı altında qalmaqda davam edir. 1993-cü ildə münaqişələrlə parçalanan ölkəyə Heydər Əliyev başçılıq edir. 1994-cü ilin aprelinə yaxın həm ölkədə, həm də cəbhədə vəziyyəti sabitləşdirmək mümkün olur. Elə o zaman bu günə qədər davam edən atəşkəs elan edilmişdir. Atəşkəs sayəsində ölkə xarici neft şirkətləri ilə bir sıra iri müqavilələr bağlamağa, sərmayələr cəlb etməyə və iqtisadiyyatının bərpasını başlamağa müvəffəq olmuşdur. Bu illər ərzində ölkə tamamilə bazar münasibətlərinə keçdi, dərin islahatlar apardı. MDB-də torpaq üzərində xüsusi mülkiyyət hüququnu tətbiq edən ilk ölkələrdən biri oldu. Azərbaycan bayrağı – üç rəngli uzununa zolaqlardan ibarətdir: mavi, qırmızı və yaşıl. Qırmızı zolağın ortasında – ağ aypara və səkkizguşəli ulduz vardır. Gerb – milli bayrağın rəngləri olan sipər fonunda ağ səkkizguşəli ulduzdur. Ulduzun mərkəzində qırmızı alov şölələri vardır. Gerbin alt hissəsi buğda sünbülü və palıd budağı ilə əhatə olunur. Ölkənin indiki Konstitusiyası 12 noyabr 1995-ci ildə qəbul edilmişdir. Konstitusiyaya əsasən Azərbaycan – dünyəvi demokratik respublikadır. Ölkənin başçısı birbaşa ümumi və gizli səsvermə yolu ilə beş illik dövr üçün seçilən prezidentdir. Azərbaycandakı ruslar Ruslar ilə azərbaycanlıların əlaqələri hələ Qədim Rusiya dövründən başlayır. Tver taciri Afanasi Nikitinin məşhur “Üç dəniz arxasına səyahət” əsərində bütöv hissələr, o cümlədən Rusiyanın xilası üçün dua Azərbaycan dilində yazılmışdır. Azərbaycana ilk rus mühacirləri XIX əsrin əvvəlində gəlmişdir. Onlar əsasən çar hökumətinin imperiyanın ucqar cənub hissələrinə köçürdüyü mərkəzi quberniyalardan gəlmiş sektant kəndlilər (malakanlar, adventistlər, tolstovlar) idi. Bu kəndlərin əksəriyyəti bu günə qədər durur. Belə ki, dağlıq İsmayıllı rayonunda yerləşən İvanovka kəndi ölkədə ən çiçəklənən kəndlərdən biri hesab olunur. Rusiyadan növbəti köçkün axını XIX əsrin sonu – XX əsrin əvvəlində Bakıdakı neft canlanması zamanı gəlmişdir. Bu vaxt Bakı Rusiya imperiyasının sənaye və eləcə də mədəniyyət mərkəzlərindən biri olmuşdur. Lermontov, Bestujev-Marlinski, Xlebnikov, Yesenin və bir çox digər rus şair və yazıçıları bu ölkəyə öz əsərlərini həsr etmişdir. XX əsrdə rusların Azərbaycana köçməsi Rusiyadakı vətəndaş müharibəsi, 20-ci illərdəki Volqa boyunda aclıq və ikinci dünya müharibəsi ilə əlaqədar idi. Bu gün Azərbaycanda 300 minə yaxın rus yaşayır. Onların əksəriyyəti iri şəhərlərdə – Bakıda, Gəncədə və Sumqayıtda yaşayır. Lakin Bakıdakı “rusdilli” əhali yalnız “etnik rusiyalılar” deyil. Burada rus dilində danışıq hər yerdə səslənir. Bakıda MDB-də yeganə olan rus dili və ədəbiyyatı müəllimlərinin hazırlıq institutu fәaliyyәt göstərməyə davam edir, rus məktəblərinin sayı isə sovet dövründən bu günə qədər demək olar ki, heç azalmamışdır. Azərbaycanın coğrafiyası haqqında mütləq oxuyun!
['Azərbaycan']
5,970
https://kayzen.az/blog/Xrizoberil/4315/allah-haramdan-qa%C3%A7an%C4%B1-qoruyar.html
Allah haramdan qaçanı qoruyar
Xrizoberil
Bloq: Xrizoberil
14 mart 2011, 22:23
Məşhur hökmdar Teymurdan sonra yerinə keçən oğullarından Şahruh atasının tərsinə elmə və biliyə dəyər verən, dindar, həlim, səlim biriydi. Alimlərlə oturub qalxmaqdan zövq alardı. Şahruhun ətrafındakı bilikli kəslərdən biri də Nemətullah Əfəndi idi. Eyni zamanda övliyadan olan Nemətullah Əfəndinin dilindən salmadığı bir söz vardı:"Allah haramdan qaçanı qoruyar" (Yəni adam haramdan qaçsa Allah ona haram yedirməz, nəsib etməz, demək istəyirdi.)Bu sözü tez-tez təkrar edər, bununla bir az da hökmdar və adamlarını xəbərdar etmək məqsədi güdərdi. Şahruh da bunun hər vaxt mümkün olmayacağını, insanın bəzən bilmədən də harama əl uzada biləcəyini irəli sürərdi. Şahruh bir gün sarayında xüsusilə Nemətullah Əfəndini qonaq qəbul etmək üçün bir ziyafət təşkil etdi. Başda hökmdar və Nemətullah Əfəndi olmaq üzrə qonaqlar süfrəyə oturdular. Baş yemək kəhrəba kimi qızarmış bir quzu çevirməsi idi. Hər kəs kimi Nemətullah Əfəndi də iştahla yeyir, yedikcə "Allah haramdan qaçanı qoruyar" sözünü təkrarlayıb dayanırdı. Hökmdar və adamları da bığ altından gülürdülər. Nəhayət yemək bitdi. Şahruh Nemətullah Əfəndidən soruşdu:- Allah haramdan qaçanı hər vaxt və hər vəziyyətdə qoruyarmı?- Bəli qoruyar, haramdan qaçana Allah haram nəsib etməz.- Amma müəllimim səni qorumadı, səndə bizimlə birlikdə haram yedin.- Xeyr, mən haram yemədim haramı siz yeddiniz. - Boşuna iddia etmə müəllimim, süfrədə yediyimiz quzunu mənim adamlarım oğurlamışdı, oğurluq malı idi o...- Ola bilər, sizə haram idi, amma mənə halal idi. Hökmdar:- Necə olar müəllimim, oğurlanmış bir quzu bizə haram, sənə halal?Nemətullah Əfəndi sözünü tamamladı:- Əgər inanmırsınızsa, quzunun sahibini tapıb soruşun...Həqiqətən hökmdarın adamları oğurladıqları quzunun sahibini tapdılar. Yaşlı bir qadın idi quzunun sahibi. Quzunu oğurladıqlarını, bişirib yediklərini etiraf etdilər və pulunu ödəmək istədiklərini söylədilər. Qadın pulunu götürməyi rədd etdi və özlərinə qarğış etdi.- Mən o quzunu pulu üçün deyil, bu ərazidə Nemətullah Əfəndi deyə mübarək bir şəxs varmış, ona hədiyyə etmək üçün yetişdirirdim, deyə açıqlama verdi.  
['ibrətli hekayə']
5,971
https://kayzen.az/blog/dusundurucu-hekayeler/4311/qad%C4%B1n%C4%B1-da%C5%9F%C4%B1maq.html
Qadını daşımaq
Xrizoberil
Düşündürücü hekayələr
14 mart 2011, 21:50
İki keşiş yolda gedərkən, bir su yığınından qarşıya keçmək üçün gözləyən gənc bir qadını görərlər. Keşişlərdən biri, gənc qadını qucaqladı və suyun o biri qarşısına keçirdi. O biri keşiş yoldaşının bu davranışını başqa bir şəkildə şərh etdi və bu səbəbə görə də heç də xoş qarşılamadı. Təxminən bir kilometr sonra isə, özünü daha çox tuta bilmədi, yoldaşına bu davranışının səhv olduğunu izah etmək istədi: "Belə bir şeyi necə edə bildin?" dedi. "Biz keşişik, burax bir qadını qucaqlayıb qarşıya keçirmək, onlara baxmamız belə qadağandır." O biri keşiş, yoldaşına belə cavab verdi:"Mən o gənc qadını bir kilometr geridə buraxdım" dedi. "Sən isə onu hələ daşıyırsan."  
['hekayə']
5,972
https://kayzen.az/blog/kartoqrafiya/2032/yerin-forma-v%C9%99-%C3%B6l%C3%A7%C3%BCl%C9%99ri.html
Yerin forma və ölçüləri
2ral
Kartoqrafiya
14 mart 2011, 21:09
Yerin kürə formasında olmasını ilk dəfə Pifaqor söyləyib. Erotosfen isə Yerin kürə olmasını sübut etmişdir. Yerin kürə formasında olmasını – gəmilərin sahildən uzaqlaşarkən üfüq arxasında tədricən yox olması, Ay tutulması zamanı Yerin Ay üzərində dairəvi kölgəsi və Yer səthindən yuxarı qalxdıqca üfüq dairəsinin genilənməsi sübut edir. N.Gəncəvi öz «Isgəndərnamə» əsərində Yerin əmələ gəlməsi, onun forması, hərəkəti və s. xüsusiyyətlərinə aid fikirlər söyləyib. Yerin ölçülərini ilk dəfə Eratosfen hesablayıb. O, yerin radiusunu, diametrini, 10-lik meridian qövsünün uzunluğunu və s. hesablayıb. Onun əldə etdiyi ölçülər Yerin müasir ölçülərindən çox az fərqlənir. Müasir hesablamalar Yerin kürə deyil, heç bir həndəsi fiqura bənzəməyən «Geoid» formada olmasını göstərir. Son zamanlar alimlər Yerin «ürəyə» oxşadığını nəzərə alaraq, onu «Kordioid» adlandırmışlar. Yerin müasir ölçüləri aşağıdakı kimidir: 1. Ekvator radiusu - 6378 km 2. Qütb radiusu - 6357 km fərq - 21 km 3. Ekvator çevrəsinin uzunluğu – 40 076 km 4. Meridian çevrəsinin uzunluğu – 40 009 km 5. Yerin ümumi sahəsi – 510 mln km2 6. Yerin su sahəsi – 361 mln km2 7. Yerin quru sahəsi – 149 mln km2 Qlobus (latınca kürə deməkdir) - yerin kiçildilmiş formasıdır. Ilk qlobusu XI əsrdə özbək alimi Əl-Biruni düzəldib. Qlobusda yerin əyriliyi nəzərə alaraq coğrayi obyektlər təhrifsiz (yəni səhvsiz) təsvir olunur. Qlobusun hər yerində miqyas eyni olur, yəni qlobus bərabərmiqyaslıdır. Burada yerdəki obyektlərin forma və ölçüləri miqyasa uyğun kiçildilərək düzgün təsvir olunur. 1492-ci ildə Martin Behaym hazırladığı qlobusu «Yer alması» adlandırıb. Bu qlobusda yalnız «köhnə dünya» (Avropa, Asiya və Afrika) təsvir olunub. Qlobusda üfüqün cəhətlərini dərəcə toruna (meridian və paralellərə) əsasən təyin etmək olar. Miqyasa görə qlobuslar 3 yerə ayrılır: 1. Kiçik miqyaslı – 1:83.000.000 2. Orta miqyaslı – 1:50.000.000 3. Böyük miqyaslı – 1:30.000.000 Ekvator, şimal və cənub yarımkürələri bir-birindən ayıran, yerin mərkəzindən keçən onun fırlanma oxuna perpendikulyar müstəvi üzərində yerləşən xəyali dairəvi xətt. Ekvator xəttinin uzunluğu 40,076 km dir. O yeganə ən böyük en çevrəsidir və onun coğrafi en 0° -dır. Ekvator yer kürəsində 11 ölkədən və 1 arxipelaqdan keçir: * Ekvador * Kolumiya * Braziliyia * Sao Tome * Qabun * Konqo Respublikası * Konqo Demokratik Respublikası * Uqanda * Keniya * Somaliya * İndoneziya * Qalapaqos a-rı
['Yer planeti', 'qlobus']
5,973
https://kayzen.az/blog/erzaq/3484/bitki-ya%C4%9Flar%C4%B1.html
Bitki yağları
burla xatun
Ərzaqlar
14 mart 2011, 11:04
Bitki yağlarının insan orqanizmi üçün faydalı olduğu məlumdur.Təsadüfü deyil ki, həkimlər gündəlik rasionda,yeməklərdə və salatlarda bitki yağlarından istifadə etməyi məsləhət görürlər.Zeytun,günəbaxan,qarğıdalı,soya,araxis-bunların hamısını sadalamaqla bitməz.Bəs hansılardan istifadə edək və hansılardan uzaq duraq? Günəbaxan yağı-ən faydalısı sayılır.Çünki doymamış turşularla zəngindir.Bu da immuniteti möhkəmləndirir və qan damarlarının elastikliyini artırır. Qarğıdalı yağı- E vitamininin zənginliyinə görə liderlər sırasına düşüb.Bu vitamin orqanizmin qocalmasını ləngidir.B qrupu vitaminləri ilə də zəngindir ki,bunun da saçlara, dəriyə çox faydası var.Rafinə olunmamış yağ isə fosfatla zəngindir.Fosfat beyinə lazım olan maddəlardəndir. Zeytun yağı- ürək-damar sisteminin müalicəsində böyük xeyiri var.Tərkibində doymamış turşular azlıq təşkil edir.Lakin bu yağ digərlərindən daha tez həzm olunur.Həzm sistemində,qaraciyər və öd kisəsi xəstəliklərində problemlər olduqda acqarına 1 qaşıq içmək məsləhətdir. Soya yağı- uçaq qidasında istifadə üçün ən xeyirli yağdır,çünkü o lesitin və xolinlə zəngindir.Bu maddələr uşaqlarda mərkəzi sinir sisteminin və görmə aparatının inkişafı üçün əvəzolunmazdır.Soyuq halda istifadəsi məsləhətdir. Kətan yağı- yağlı turşularla 2 dəfə zəngindir,bu balıq yağının tərkibində olandan daha çoxdur.Hamilə qadınların istifadəsi məsləhətlidir.Çünkü uşaq beyninin bətndaxili düzgün inkişafına və doğuşun yaxsı keçməsinə köməy olur.Bunun üçün gündəlik 1 qaşıq içmək kifayətdir.Bu yağı sıyığa və salatlara istifadə etmək olar.Qarqara etmək üçün də məsləhətlidir.O selikli qişadakı yaraları tez 1 zamanda sağaldır. Küncüt yağı- təzyiqi yüksək olanlara məsləhət görülür.Mikroelementlərlə zəngindir.A və E vitaminləri tərkibində kifayət qədərdir. Araxis,çaytikanı yağları- nəinki mövsümi infeksiyalardan,həmçinin yuxusuzluqdan da azad edir.Yaddaşı,diqqəti,eşitmə qabiliyyətini artırır. Bitki yağlarını necə qorumalı? Bitki yağlarının 3 düşməni var-işıq,isti və oksigen.Buna görə onları yanan pilətənin yanında və pəncərə qarşısında saxlamaq olmaz.Şüsə qabın ağzını kip bağlamaq lazımdır.Yağları alan zaman mütləq istifadə müddətinə baxılmalıdır.İstifadə müddəti keçmiş yağların mütləq dadı,ətri dəyişir.Yağda nə isə qizartdıqdan sonra,onu təkrarən istifadə etməyin.Çünkü bu zaman onun tərkibində dəyişikliklər baş verir və toksik,yəni kanserogen maddələr əmələ gəlir.
['bitki yağı']
5,974
https://kayzen.az/blog/maraqli-faktlar/4298/bunlar%C4%B1-bilm%C9%99k-maraql%C4%B1d%C4%B1r.html
Bunları bilmək maraqlıdır
Cavid
Maraqlı faktlar
14 mart 2011, 08:31
1. Hər gün hava yollarindan ortalama 10 milyon adam istifadə edir.2. Pirat Disklər orjinal disklərin gəlirlərini 52% azaldir 3. Hər gün hava yollarindan ortalama 10 milyon adam istifadə edir. 4. Son 3 ildə Azərbaycanda ən çox satilan maşin Mercedes-dir5. İndiyənə qədər 1 aprel zarafatlarindan 1000-ə qədər adam dünyasini dəyişib. 6. Yaponiyada küçələrin adları olmur 7. Kosmosda astronavtlar qışqıra bilmir, çünki orda cazibə qüvvəsi yoxdu, həmçinin onların gözlərindən yaş da gəlmir 8. Indoneziyada bazarlıq edərkən satıcı pulu yerə atsa son qiymət mənasına gəlir, yəni artıq razılaşıb.9. İndiyənə qədər 500 dəfəyə yaxin Azərbaycan əraziləri internetdə səhf verilib.10. Azərbaycan gerbindəki alovda ALLAH yazısını oxumaq mümkündür.11. ARDNŞ (SOCAR) dünyanın ən varlı 16-cı dövlət şirkətidir12. Sevdiyimiz zaman beynimiz "phenylethylamine" düzəldir.Bu ürək döyüntüsünü tezləşdirir və özümüzü xoşbəxt hiss etməyimizə səbəb olur. Bu kimyəvi maddə şokoladda da vardır13. Ürəyin işləməsini yazan ilk elektrokardiografiya cihazını 1903-cü ildə Willem Einthoven icad etdi 14. Antraktidanın beynalxalq telefon kodu 672 di15. Hərbi salamı sol əllə vermək bütün dünyada qadağandi.16. İlk metro stansiya 1860-ci ildə Londonda acilib. 17. İlanlar eşitmir. 18. Qarışqalar yatmır. 19. Kirpilər suda batmır. 20. Qütb ayıları solaxaydır. 21. Milçəyin 5 gözü var. 22. Zürafənin səs telləri yoxdur. 23. Delfinlər bir gözü açıq yatır. 24. Dəvənin üç qaşı var. 25. Milçəyin sürəti saatda 8 km-dir. 26. Kəpənəklər dadı ayaqları ilə hiss edir. 27. Fil tullana bilməyən yeganə məməlidir. 28. Kenqurular geriyə doğru gedə bilmir. 29. Pişiklər şirini hiss etmir. 30. Arılar yarım kiloqram bal hazırlamaq üçün iki milyondan çox çiçək tozu toplayır. Həmçinin bax: Maraqlı məlumatlar
['maraqlı faktlar']
5,975
https://kayzen.az/blog/maraqli-faktlar/4297/mcdonalds-yoxsa-subway.html
McDonalds yoxsa Subway
Cavid
Maraqlı faktlar
14 mart 2011, 07:25
Fast food şəbəkəsi Subway restoranlarının sayında əsas rəqibi McDonald'sı ötərək dünyanın ən böyük restoranlar şəbəkəsinə çevrilib. Wall Street Journal-ın verdiyi xəbərə görə, 2010 -cu ilin sonunda bütün dünya üzrə Subway- in 33749, McDonald's- ın isə 32737 satış nöqtəsi var idi. ABŞ-da olan restoranlarının sayına görə Subway McDonald's- ı hələ 9 il əvvəl ötmüşdü.Subway ABŞdan kənarda ilk restoranını 27 il əvvəl 1984 - cü ildə Bəhreyndə istifadəyə vermişdi. Hal-hazırda ABŞdakı restoranlar istisna olmaqla Subway- in bütün dünya üzrə 10 minə yaxın satış nöqtəsi vardır. Onların illik gəliri 4,7 milyard dollar təşkil edir. Yerli qida şəbəkələri Amerikan bazarını tam təmin etdiklərinə görə ilk öncə Asiyanın inkişaf etmiş bazarlarını mənimsəməyə çalışırlar. Belə ki, Subway 2020-ci ilə qədər ABŞdan kənarda restoranlarının sayını Amerikadakı səviyyəyə qədər çatdırmaq istəyir. Digər bir şəbəkə Starbucks yaxın zamanlarda Çindəki restoranlarının sayını 3 dəfə artırmaq fikrindədir. Çin bazarı ilə Dunkin' Brands də maraqlanır.McDonald's da həmçinin ABŞdan kənarda fəal inkişaf etməyi planlaşdırır.Bu şəbəkə restoranlarının sayına görə yox lakin gəlirin səviyyəsinə görə dünya lideridir.CNN qeyd edir ki, Subway -in bütün restoranları, McDonald's restoranlarının isə bir qismi françayzinq altında fəaliyyət göstərir.
['McDonalds', 'Subway']
5,976
https://kayzen.az/blog/ad%C9%99tl%C9%99r/4296/novruz-bayram%C4%B1n%C4%B1n-tarixi-v%C9%99-%C3%A7%C9%99r%C5%9F%C9%99nb%C9%99l%C9%99r.html
Novruz bayramının tarixi və çərşənbələr
Əliyev
adət-ənənələr
13 mart 2011, 13:07
Novruz bayramının bütöv mifoloji semantikasında xalq meydan tamaşalarından tutmuş, ayrı-ayrı mövsüm atributlarına, kulinar atributlarına qədər bu «mifoloji yol»un izləri özünü qoruyub saxlayır. Bu yolun bayramaqədərki dörd ilaxır çərşənbələr üzrə nəzərdən keçirilməsi daha məqsədəuyğundur. Məlumdur ki, Novruz bayramına qədər dörd çərşənbə geniş şəkildə qeyd edilir: 1.Su çərşənbəsi 2.Od çərşənbəsi 3.Yel çərşənbəsi 4.Torpaq çərşənbəsi Bu çərşənbələr insanın 4 ünsürdən yaradılması ilə bağlı dini-mifik görüşləri simvollaşdırır və ritual-mifoloji semantikasında yaradılış prosesini dinamik olaraq işarələyir. Bu aspektlərə ayrı-ayrılıqda diqqət edək. Su çərşənbəsi Məlumdur ki, istər qədim türk, istərsə də islami yaradılış haqqında görüşlərdə su ən dominant komponentdir. Hətta yaradılışdan əvvəl bütün varlığın yalnız sudan ibarət olması haqqında qədim türk mifi də mövcuddur. Ümumiyyətlə, dünyanın əksər xalqlarında su ilə bağlı miflərdə süyün bu keyfiyyəti-od, torpaq, hava ilə bərabər yaradılışın əsas komponentlərindən olması daha qabarıqdır. Əslində Novruz bayramının ilk çərşənbəsinin su adı ilə qeyd olunması insanın yaradılış prosesinin ilkin mərhələsinin qeyd olunmasıdır. Su çərşənbəsində xalq arasında bu gün də yaşadılan mərasimlər bu fikri təsdiq etməkdədir. Su çərşənbəsində suyun qutsal mahiyyəti ona inamda bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, sağlamlıq və xoşbəxtlik verən bir sakral inam obyekti kimi çıxış edir. Məsələn, Azad Nəbiyevin şərti olaraq «Qurd və su» adlandırdığı mifdə qurdun yaralanmış balası buz bulağın suyunun sakral-mifik gücü ilə yenidən həyata qayıdır. Mifik planda suyun bu yaradıcılıq, həyatvericilik funksiyası onun daha dərin mifoloji qatlarda insanın yaranmasında iştirak edən dörd ünsürdən biri olması ilə əlaqədardır. Azərbaycan folklorunda, eləcə də türk xalqlarının folklorunda suyla bağlı sakral görüşlər, inam və sınamlar da bununla əlaqədardır. Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə-od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin, od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Mövcud tədqiqatlarda bayram ərəfəsi odla bağlı ritual və mərasimlərin aktiv mövcudluğu daha çox odun sakral mahiyyəti ilə əlaqələndirilib. Məsələnin bu cür etnik-mifoloji kontekstinin müəyyənləşdirilməsi baxımından yanlış qoyulması bayramın atəşpərəstlik və dolayısı ilə irandilli xalqlarla bağlanmasına, bu da öz növbəsində xalqımızın etnogenezesinin qeyri-türk kontekstində axtarılmasına gətirib çıxarmışdır. Qədim türk mifologiyasının özündə odla bağlı müxtəlif motivlər mövcud olmuşdur və Novruzdakı odla bağlı rituallar bu görüşlərlə bağlıdır. Bayram ərəfəsində keçirilən əski rituallardan olan «Qodu xan» oyunu, onunla bağlı mətnlər bu kultun sırf türk mifologiyasından qaynaqlandığını sübut edir. Od kultunun yaradılışla əlaqəsi isə ilk dəfə olaraq epizodik də olsa Mirəli Seyidovun tədqiqatlarında əksini tapıb. Qam-Şaman mərasimindən söhbət açan alim yazır: «Törəndə, ocağın çevrəsində oturanlar dəfi gündoğan yöndən günbatana dığırlayırdılar. Dəfin gündoğandan günbatana doğru hərəkəti sözsüz ki, günəşə inamla ilişgilidir. Qamlar dəfə yaranışın bəlgəsi kimi baxırdılar. Yaradılış kosmoqoniya ilə ilişgili bu görüş öz əksini qam-şaman dəfində tapmışdır». Göründüyü kimi, alim şaman dəfini günəşin və yaradılışın simvolu kimi izah edir. Odun türk-mifik görüşlərində dünya ağacı ilə əlaqəsi də son dərəcə maraq doğuran mifoloji görüşlərdəndir. Əski türk inamına görə, odu insanlar ilk olaraq ağac koğuşunun dibindən əldə etmişdildər. Odla bağlı türk-mifik görüşləri müəyyən mənada atəşpərəstliklə birləşərək, Novruz bayramının ritual semantikasına trasfomasiya olunmuşdur. Lakin diqqətlə baxıldıqda odun novruz bayramının mərasim sistemində oynadığı funksiyanın genetik kökləri etibarilə yaradılışa gedib çıxdığının şahidi oluruq. Onun nəsil və coyun qoruyucusu olması sistemi bunu daha bariz göstərir: «Atəş türk xalqlarında müqəddəsliyi, qutsallığı qoruyan varlıqlardan biridir. Əski düşüncəyə görə, atəş ocağı, ocaq da evi, soyun davamını təmsil edir. Atəş tanrısı atəşi və ocağı qoruyur. Atəşə su tökülməz, ona pis söz deyilməz». Yel çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən yel çərşənbəsi də yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir. Belə ki, yaradılışla bağlı dörd ünsür mifində yaradılışın maddi əsası olaraq torpaqla su binar oppozisiyadırsa, bu materialın yaradılışa çevrilməsi prosesinə təkan verən vasitələr kimi, yellə od da binar oppozisiyadadır. Yaradılış mifologiyasında torpaqla suya daha çox statiklik, donuqluq, yellə oda isə dinamiklik, hərəkət xasdır. Bu mənada yel, hava birbaşa ilahi qüvvənin iradəsinin ifadəsi kimi çıxış edir. Əski türk mifoloji mətnlərində bu mifin məntiqdən irəli gələrək yel daha çox antropomorflaşdırılmış, canlı, çevik bir varlıq kimi təsəvvür edilmişdir. Bu təsəvvürlər daha çox «yel baba» mifik obrazında konsentrasiya olunmuşdur. Bəzi hallarda mənfi semantemdə də xatırlanan yel baba əksərən müsbət obrazda özünü göstərir. Torpaq çərşənbəsi Sonuncu ilaxır çərşənbə torpaq çərşənbəsidir. Yuxarıda da qeyd etdiyimiz kimi, torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq müqəddəsliyinin türk mifoloji görüşləri ilə bərabər, etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə yanaşı, yaradılışın maddi əsası olmasından irəli gələrək sakral mifoloji semantikaya da malikdir. Yazda torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu isə ilk növbədə insanın yaradılış mifindən qaynaqlanır. Novruzun tarixi kökləri Novruz təqvimi ən qədim təqvimlərdən biri hesab edilir və o, günəşin hərəkətinə əsaslanır: dəqiqliyi ilə ilahi məzmun daşıyır. Novruzla bağlı bizə məlum olan ən qədim təqvim miladdan öncə 505-ci ildə bərpa edilmiş «Yeni Avesta» təqvimidir. Buna Zərdüşti-salnamə də deyirlər. Elə buradaca qeyd edək ki, ən qədim «Avesta» haqqında verilən məlumatlar onun Azərbaycan mühiti ilə bağlı olmasını və maqlar tərəfindən təlim edilib yayılmasını təsdiq edir. Maqların tərtib etdiyi qədim «Avesta» təqviminə görə, ilin uzunluğu 360 gün hesab olunmuş, dəqiqlik itməsin deyə, ilə hər altı ildə bir ay, hər yüz iyirmi ildə isə daha bir ay əlavə edilmişdir. Məhz 505-ci ildə Əhəməni qarı Daranın dövründə bərpa edilmiş Zərdüşti-salnaməsinə görə ilin uzunluğu 365 gün hesab edilmiş, ilə hər dörd ildə bir gün, hər 120 ildə bir ay əlavə edilmişdir. İslam dininin meydana gəlməsi islami təqvim yaratmışdır: 636-cı ildə xəlifə Ömərin zamanında 622-ci il müsəlman erasının birinci ili kimi qəbul edilmiş və Hicri-Qəməri təqvim əsasında hesablanmışdır. Məhərrəm ayının biri Hicri-qəməri təqvimin birinci günü sayılmışdır. Ümummüsəlman dünyasında məhərrəm ayının 1-i imamların təziyə gününə təsadüf etdiyindən və üstəlik hicri-qəməri təqvim nəzərdə tutulan an dəqiqliyə imkan vermədiyindən bir çox çətinliklər ortaya çıxmışdır. Bir tərəfdən islami dünyagörüş Novruzun keçirilməsini saymamışdır, digər bir tərəfdən isə Hicri-Şəmsi təqvimin bərpası türk hökmdarı Atabəy Məlik Şah Cəlaləddin Səlcuqinin (1072-1092) dövründə baş vermişdir. Mənbələrin gah hicri 468, gah da hicri 475 rəqəmləri ilə qeyd etdiyi bu tarix Miladın 1076 və 1083-cü ilinə uyğun gəlir. Məlik şahın hakimiyyəti illərinə düşür. Cəlali adıyla məşhur olan bü təqvim novruz bayramının ruhani əhval-ruhiyyəsinin əksinə olaraq, bir daha rəsmiləşdirilməsinə, əslində isə türk ruhuna qayıdışa xidmət etməklə yanaşı, dəqiqliyi ilə də heyrətamizdir. Cəlali təqviminə görə, ilin uzunluğu 365 gün, 5 saat, 49 dəqiqə, 15 saniyə, 48 rəbiədir. Bu qədər mükəmməl bir təqvimin hazırlanması türklərin çox dərin astronomik biliklərə malik olduqlarını sübut etməkdədir. Həm məhərrəmin 1-də, həm də yaz gecə-gündüz bərabərliyi, yeni il anında qeyd etmək çətinliklərlə müşayiət edildiyindən, Cəlali təqvimi əsasında Novruzun keçirilməsi haqqında fərman verir. Bu fərman səfəvi şahı II Abbasın vəfatından bir az sonra unudulmağa başlasa da, xalq türk adət-ənənəsinə sadiq qalaraq, Novruz bayramını keçirməkdə davam etmişdir. 1673-cü il mart ayının 21-də Çuxursabad (Çuxursəd) bəylərbəyi Səfiqulu xanın qonağı olan fransız taciri Jan Batist Şardən orada Novruzun necə keçirildiyini izləmiş, belə bir nəticəyə gəlmişdir ki, o, mənşə etibarilə dini dünyagörüşlərlə bağlı deyildir: bəzi yerlərdə 3, bəzi yerlərdə isə 8 gün davam edir. Onu həm «Sultan Novruz», həm də «Təzə paltar bayramı» adlandırırlar. Şardənin təsvirinə görə, yastı damlarda və meydançalarda səmanı xüsusi alətlər vasitəsilə müşayiət edən münəccimlər günəşin Qoç bürcünə daxil olması ilə yaz gecə-gündüz bərabərliyi anının başlandığını işarə edirlər. Bu zaman artilleriya və muşketlərdən atəş açmaqla bayramın başlandığını xalqa xəbər verirlər: nağaralar, şeypurlar, qərəneylər səslənir. Şah bayramın 1-ci günü xalqını, 2-ci günü alimləri, xüsusilə astronomları, 3-cü günü din xadimlərini, 4-cü günü məhkəmə üzvlərini, 5-ci günü əyalət hakimlərini, 6-cı günü öz valideynlərini, sonrakı iki gün ərzində isə öz uşaqlarını təbrik edir. Küsülülərin barışdığı, hamının bir-birinə hədiyyə verdiyi bu bayramda təkcə paltarlar deyil, hisslər də, duyğular da təzələnir. Şardən İrəvanda Səfiqulu xanın sarayında yumurtaların boyandığının, qovurğa qovrulduğunun, ləziz xörəklər bişirildiyinin şahidi olur. Şardənin məlumatına görə, şah öz hərəmlərinə boyanmış və qızıl suyuna çəkilmiş yumurta göndərirmiş. Yaraşıqlı tərəzi gözlərinə qoyulmuş yumurtaların üzərində dörd incə təsvir və ya miniatür olurmuş. Ona görə ki, yumurtanı şeylərin mənşə və başlanğıcı hesab edirmişlər. XIX əsrin ilk illərindən rus imperiyası tərəfindən işğal edilən Azərbaycan türkü bir ildə 3 dəfə-məhərrəmin 1-də, yanvarın 1-də və yaz gecə-gündüz bərabərliyi anında yeni il keçirmək məcburiyyətində qalır. Bunlardan 1-ni ruhani aləm, 2-ni ilə dövlət himayə etdiyi halda, Novruzu xalq özü yaşadır. Novruz bayramına görə, ruhani atalardan və dövlət xadimlərindən təbrik gözləyən xalq tarixi-genetik yaddaş kodlarını qoruyub saxlayır. Bir də 1918-1920-ci illərdə cəmi 23 ay yaşayan AXC dövründə Novruz rəsmiləşdirilir, lakin şura hökuməti tərəfindən ləğv edilir. Yenidən illər keçir və nəhayət 1967-ci ildə Novruzun xüsusi qərarla dövlət səviyyəsində keçirilməsinə nail olan Şıxəli Qurbanov elə həmin il bayramın 7-ci günü-martın 27-də qəflətən vəfat edir. Və ən nəhayət Azərbaycan milli müstəqillik dövrünə qədəm qoyur. Novruz yenidən dövlətin qərarı ilə rəsmiləşdirilir. Ümummili liderimiz Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra milli-mənəvi dəyərlərimiz yüksək inkişaf mərhələsinə qədəm qoydu. Bu, ümumi mədəni siyasətin tərkib hissəsi və davamı olaraq Novruz bayramı, sözün həqiqi mənasında, yenidən xalqımıza qaytarıldı. Müəllif: Aygün Telmanqızı Mənbə: Olaylar.- 2009.- 24 fevral.- S. 15. Həmçinin bax: Novruz bayramının tarixi kökləri
['novruz bayramı', 'çərşənbələr', 'Novruz', 'milli bayramlar']
5,977
https://kayzen.az/blog/avtomobil/3874/sovet-l%C3%BCks-avtomobill%C9%99ri.html
Sovet lüks avtomobilləri
Əliyev
Avtomobil dünyası
13 mart 2011, 11:14
Vaxtilə sovet partiya və dövlət rəhbərlərinin istifadə etdikləri ZİM və «Çayka» markalı avtomobillər təkcə keçmiş SSRİ mənkanında deyil, bütün dünyada məşhur idi.ZİM-in “doğuluşu”QAZ-ın tarixində ən orijinal modellərdən biri 12-ci seriyadan olan, ömrünün ilk yeddi ili ərzində ZİM adlandırılan avtomobillər olub. 1948-ci ildə Molotov adına Qorki avtomobil zavodu altı yerlik avtomobil hazırlamaq barədə hökumətdən tapşırıq alıb. Tapşırığa görə, yeni avtomobil öz komfortuna, yanacağa qənaət etməsinə və dinamikliyinə görə prestijli ZiS-110 ilə kütləvi «Pobeda» avtomobilləri arasında aralıq mövqe tutmalı idi. Bu modelin hazırlanması üçün Qorki avtomobil zavodunun mütəxəssislərinə 29 ay vaxt ayrılımışdı. Zavodun mütəxəssisləri yeni modelin hazırlanmasında QAZ-ın əvvəlki buraxılışlarının bəzi elementlərindən istifadə etməli oldular. Gərgin zəhmət sayəsində 100 km məsafə üçün 18-19 litr yanacaq işlədən, 1940 kq çəkisi olan, maksimal sürəti saatda 125 km-ə çatan və 37 saniyə ərzində saatda 100 km sürət yığa bilən səssiz mühərrikli yeni model yaradıldı. Konstruktorlar kuzovu hazırlayarkən əsas diqqəti onun möhkəmliyinə yönəltmişdilər. Avtomobilin salonuna üç sərgə oturacaq yerləşdirildi. Orta cərgədəki oturacaqları yığmaq və qabaq oturacağın arxasına qatlamaq olurdu. Bu zaman arxada oturan sərnişinlərin ayaqları üçün olduqca geniş məsafə yaranırdı. ZİM-in uzunluğu 5,53 metrə çatırdı. Salon o dövr üçün zəngin işlənmiş, üçdiapazonlu radioqəbuledici ilə, bir həftəliyə qurula bilən saatla, siqaret çəkmək üçün elektrik alışqanı və külqabılarla ilə təchiz olunmuşdu. Bundan başqa, cihazlar panelində lampalar vardı ki, onların yanması sürücüyə əl əyləcinin dartılması və soyutma sistemində suyun temperaturunun çox qızması barədə xəbərdarlıq edirdi. ZİM-in maraqlı xüsusiyyətlərindən biri də onun kapotu idi. O, istənilən tərəfə açılırdı və tamamilə çıxarıla da bilərdi. Qatlanan arxa şüşə də bu avtobilin maraqlı xüsusiyyətlərindən idi. Bu, o zaman sovet avtomobilqayırma sənayesi üçün yenilik idi.Stalin ZİM-in baş konstruktorunu niyə cəzalandırıb?1949-cu il noyabrın 7-də QAZ-12-nin (ZİM) sınaq nüsxəsi Qorkidə bayram nümayişində iştirak edib. 1950-ci il fevralın 15-də avtomobil, qəbul edilmiş qaydalara uyğun olaraq, dövlət rəhbərlərinin xidmətinə verilib. Məlumatlara görə, sovet partiya və hökumət rəhbərləri yeni avtomobili çox bəyəniblər, deyilənlərə görə, hətta ölkə rəhbəri İosif Stalin özünü saxlaya bilməyərək maşını tərifləyib də. Lakin o, ZİM-in baş konstruktorunun Andrey Aleksandroviç Lipqart olduğunu öyrənərkən əsəbiləşib. Məsələ burasında idi ki, Lipqartın ondan öncə hazırladığı «Pobeda» modeli Stalinin xoşuna gəlməmişdi. ZİM Stalinin xoşuna gəlsə də, o, baş konstruktorun cəzalandırılmasını əmr edib. Rəhbərin göstərişindən sonra üç dəfə «Lenin», iki dəfə «Qırmızı Əmək Bayrağı» ordenləri ilə təltif edilmiş, beş dəfə «Stalin» mükafatı almış Andrey Aleksandroviç Lipqart 1951-ci ilin dekabrında QAZ-ın baş konstruktoru vəzifəsindən azad edildi və bir neçə aydan sonra isə Ural ZiS-ə sıravi mühəndis vəzifəsinə göndərildi. Çox maraqlıdır ki, ona sonuncu «Stalin» mükafatını məhz ZİM-ə görə vermişdilər. Konstruktor 1953-cü ilin martında, Stalinin ölümündən sonra rəhbər işə qaytarıldı, ancaq QAZ-a deyil, başqa müəssisəyə. ZİM 7 ilə yaxın rəhbər şəxslərin xidmətində oldu. Sovet hökumətinin rəhbərliyi artıq onu köhnəlmiş avtomobil hesab etdiyindən yeni, daha yüksək kateqoriyalı model hazırlamaq məsələsi gündəmə gəldi. Nəticədə Qorki Avtomobil Zovoduna QAZ-13 modelini hazırlamaq tapşırığı verildi.Sovet rəhbərləri üçün yeni maşın-“Çayka”Yeni avtomobilin ilk sınaq nümunəsinin yığılması 1957-ci ilin iyulunda başa çatdı. QAZ-13-ün ilk buraxılışı Sov.İKP-nin XXI qurultayının keçirildiyi ayda — 1959-cu ilin yanvarında hazırlandı. Bu avtomobilin istehsalı 1978-ci ilədək davam etdi. «Çayka» adlandırılan yeni model öz sələfindən, yəni ZİM-dən görünüşü və quruluşuna, texniki göstəricilərinə görə fərqlənirdi. «Çayka»nın kuzovu qapı şüşələrini qaldırıb-endirən elektrik qurğu ilə, şüşələrin qaldırılıb-endirilməsini mərkəzləşdirilmiş qaydada idarə edən sistemlə, şüşə yuyucusu ilə, «panoramlı» möhkəm şüşə ilə, dumana qarşı faralarla təchiz edilmişdi. ZİM-dən fərqli olaraq, «Çayka»nın arxa qapısı ortadan arxaya doğru deyil, qabaq qapilar kimi açılırdı. «Çayka»da beş oturacaq yeri, habelə oturacağın qatlanması sayəsində iki əlavə yer vardı. Ümumi çəkisi 2100 kq olan avtomobil saatda 160 km-dək sürət yığa bilirdi. Bu cür güclü avtomobil xeyli yanacaq işlədirdi-hər 100 kmə 21 litr. Xruşşovun Fidel Kastroya «qara qanadlı» hədiyyəsiO vaxtlar bir ildə Qorki Avtomobil Zavodunun konveyerindən 150-yə yaxın «Çayka» çıxırdı. Vaxtı ilə Nikita Xruşşov səxavət nümayiş etdirərək adları hamıya yaxşı tanış olan Fidel Kastroya, Yuri Qaqarinə, Mixail Şoloxova və Qalina Ulanovaya xüsusi xidmətlərinə görə «qara qanadlı» «Çayka» bağışlamışdı. Ötən əsrin 70-ci illərində əsasən qara və ağ rəngdə buraxılmış «Çayka»ları da artıq köhnəlmiş avtomobillər saymağa başladılar. İstismar müddəti başa çatmış avtomobillər adətən nazirliklərin qarajlarından nikah saraylarının sərəncamına verilirdi. Hazırda bütün MDB ölkələri kimi Azərbaycanda da ZİM və «Çayka»lar gözə dəyir. Bu «qocalmış» avtomobillər hansısa rəhbər şəxsi deyil, toy mərasimlərinə tələsən bəy və gəlinləri daşıyır.Mənbə: modern.az Avtomobil həvəskarlarının diqqətinə: Ən yüksək qiymət zəmanəti ilə avtomobilinizi yeni Changan ilə dəyişə bilərsiz.
['Çayka']
5,978
https://kayzen.az/blog/elshad/4289/ki%C3%A7ik-q%C4%B1z-v%C9%99-m%C3%BC%C9%99llim.html
Kiçik qız və müəllim
elshad
Bloq: elshad
13 mart 2011, 01:03
Kiçik bir qız müəllimi ilə balinalar haqqında danışırdı. Müəllim bir balinanın insanı udmasının fiziki olaraq qeyri-mümkün olduğunu söylədi, çünki balinaların boğazı çox kiçikdir. Kiçik qız "Yunus peyğəmbəri" bir balinanın udduğunu söylədi, əsəbləşən müəllim balinanın insanı uda bilməyəcəyini təkrarladı, bu qeyri-mümkün idi.Kiçik qız belə dedi:-Cənnətə getdiyim zaman Hz. Yunusa soruşacağam. Müəllim: "Ya Hz. Yunus cəhənnəmə getdisə?"- deyə cavabladı.Kiçik qız :- O zaman sən soruşarsan- dedi.
['hekayə']
5,979
https://kayzen.az/blog/ayxansevda/4285/halal-v%C9%99-haram.html
Halal və haram
ayxansevda
Bloq: ayxansevda
12 mart 2011, 12:55
 Bir gənc oğlan Kabədə hər dua edərkən bunları deyirdi: «Ey doğruların yardımçısı olan ALLAHım, Ey haramdan çəkilənlərin yardımçısı olan ALLAHım, sənə hər zaman və yalnız sənə həmd edərəm»Bu hər kəsin diqqətini çəkər və biri oğlandan soruşur: - "Niyə hər zaman eyni dua edirsən, başqa bir şey bilmirsən?"O da deyir: - Yeddi-səkkiz il bundan qabaq yenə Kəbədə idim.Bir gün içi qızıl ilə dolu torba tapdım. İçində düz min qızıl var idi. İçimdən bir səs gəldi:"Bu qızıllarla, bunları edərsən- deyirdi, -Xeyr,- dedim, -özüm özümə,- Bu mənim deyil, başqasının malı, haram olur. Birdən biri dedi: - Belə bir torba tapan varmı qışqırırdı, çağırdım onu: - Necə torba idi? İçində nə var idi? deyə soruşdum. Dedi torbanın içində min qızıl var idi - Torban burda deyərək torbanı verdim. Adam torbanı açıb mənə otuz qızıl verdi. Bazara getdim. Təmiz üzlü gənc bir yesiri satırdılar. Gəncin təmizliyi mənim diqqətimi çəkdi. Yanlarına getdim,  - Bu gənci neçəyə satırsız?dedim. Otuz qızıla dedilər. Adamdan aldığım qızılı verib gənci satın aldım. Bir iki il geçdi, gənc oğlan çox çalışqan idi. Onu aldığıma çox şad idim. Bir gün onunla gedərkən qarşıdan iki üç kişi gəlirdi..Gənc oğlan mənə dedi ki: - Ağam mən Fas əmirinin oğluyam, bu adamlar mənim atamın adamlarıdır. Məni tapdılar. Sizdən məni satmanızı istəsələr otuz min qızıldan aşağı satmayın, siz çox gözəl insansınız dedi. Kişilər yanıma gəldi: - Bu gənci bizə satarmısınız?dedilər. Sataram dedim. Altmış qızıl verərik dedilər. Məndə olmaz dedim. - Sən özün bunu bazardan otuz qızıla aldın, biz sənə iki qat veririk dedilər. - Elədirsə onda gedin bazardan alın dedim. Artdıra artdıra otuz min qızıla aldılar. Mən o otuz minlə iş yerləri açdım, ticarət elədim, varlandım.Bir gün dostlarım mənə: - Varlı bir ailənin gözəl bir qızı var. Atası bu yaxınlarda vefat edib. Onunla səni evləndirək,- dedilər. Məndə : - Olur - dedim. Nigahımız oldu. Dəvə yükləri cehizini gətirdilər. Cehizin arasında bir torba diqqətimi çəkdi. Qıza:" Bu nədir?"- dedim.- İçində 970 qızıl var. Atam Kabədə itirmişdi, otuzunu tapana verdi, qalanını mənə hədiyyə verdi, cehizinə qoyarsan dedi.Deməli tapdığım qızıllar mənim qismətim imiş. Verməsəydim haram yolla gələcəkdi. Verdim halal yolla özümə qayıtdı. Mənə yardım edib haramlardan qoruyan, Rəbbimə həmd edirəm!  
['dini hekayə']
5,980
https://kayzen.az/blog/Cavid/3126/adolf-hitlerin-%C3%B6l%C3%BCm-sirl%C9%99ri.html
Adolf Hitlerin ölüm sirləri
Cavid
Bloq: Cavid
12 mart 2011, 06:50
1945-ci il aprel ayının sonlarında 20-ci əsrin ən qanlı diktatorlarından biri olan Hitler Berlindəki yeraltı bunkerdə, əvvəlcə, həyat yoldaşı Yeva Braunu, sevimli itini, sonra isə özünü öldürdü. Bu barədə məlumat Berlinə hücum edən müttəfiq qoşunların rəhbərlərinə yalnız may ayının 2-də məlum oldu. May ayının əvvəllərində Berlinə daxil olan sovet əsgərləri bomba partlaması nəticəsində əmələ gələn böyük bir çuxurda Hitlerin və həyat yoldaşı Yevanın yarıyanmış cəsədlərini aşkar etdilər. Dərhal bu barədə Stalinə məlumat verildi. Tapılmış cəsədlərin, həqiqətən də, Hitlerin və həyat yoldaşının olub-olmamasını müəyyən etmək üçün Stalinin əmri ilə o dövrdə SSRİ-nin ən məşhur tibb ekspertləri dərhal Berlinə göndərildi. Sovet tibb ekspertləri uzun müddət Hitlerin və Yeva Braunun meyitini tədqiq etdilər. Eyni zamanda paralel olaraq SSRİ xüsusi xidmət orqanları Hitlerin özünü öldürməsi ilə bağlı əsir kimi ələ keçirilən və fürerin həyatının son dəqiqələrində onun yanında olan və ya bu işdən dolayı yollarla xəbər tutan adamların istintaqını davam etdirirdilər. Nəhayət, uzun araşdırmalardan və tədqiqatlardan sonra tibbi ekspertizanın nəticələri və kəşfiyyat araşdırmaları Hitlerin, həqiqətən də, yeraltı bunkerdə özünü öldürdüyü barədə qəti hökm çıxarılmasına imkan verdi. Bunun ardınca da Hitlerin ölümü barədə tibbi ekspertizanın nəticələri mətbuatda dərc olundu. Hitlerin ölümü ilə bağlı yeni şayiə SSRİ rəhbərliyi bir müddət Hitlerin və həyat yoldaşının meyiti ilə nə edəcəyini bilmədi. Sonra onları dəfn etdilər. Ötən əsrin 50-ci illərinin sonu, 60-cı illərin əvvəllərində Hitlerin sağ olması və Argentinada və ya Paraqvayda yaşaması barədə məlumatlar yayılmağa başladı. O vaxt dərhal SSRİ rəhbərliyi yenidən Hitlerin cəsədinin qalıqlarının ekspertizadan keçirilməsi barədə göstəriş verdi. Hitlerin cəsədi yenə də ən təcrübəli tibbi ekspertlər tərəfindən ekspertizadan keçirildi. Yenə də çıxarılan yekun rəy eyni oldu: əldə olan cəsədin qalıqları, həqiqətən də, Hitlerindir. Bu barədə dərhal beynəlxalq aləmə məlumat verildi və Hitlerin sağ olması barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirildi. Bəs əgər, həqiqətən də, yanmış cəsədin qalıqları Hitlerə məxsus idisə, onda fürerin sağ olması barədə yayılan şayiələrdən məqsəd nə idi? Bu suala birmənalı cavab vermək mümkün olmadı. Lakin həmin dövrdə SSRİ-də belə hesab edirdilər ki, Hitlerin sağ olması barədə mətbuata ötürülən sensasiyalı məlumatların arxasında Qərbin xüsusi xidmət orqanları dayanır. Guya onlar bu yolla SSRİ-yə  qarşı psixoloji mübarizə aparırdılar. Məntiqi baxımdan Hitlerin sağ olması barədə Qərb mətbuatında yayılan sensasiyalı məlumatların SSRİ-də belə qarşılanması düzgün idi. Amma Hitlerin ətrafında yaranan saysız-hesabsız, bəzən həqiqətdən daha çox fantastika təsiri bağışlayan iddiaların arxasında müəyyən həqiqətin ola bilməsi istisna edilmir. Hitlerin sağ olması ilə bağlı şübhələri artıran iki fakt məlumdur. Bunlardan biri, 1970-ci ildə  SSRİ-yə o dövrdə rəhbərlik edən Brejnevin gizli əmrilə Maqdeburqda (Almaniya) dəfn olunan Hitlerin və Yeva Braunun cəsədlərinin tələm-tələsik yandırılması ilə bağlıdır. Yandırılmış cəsədlərin külü dərhal da yaxındakı çaya atılıb. Aydın məsələdir ki, Brejnev Hitlerin və Yeva Braunun cəsədlərinin yandırılaraq yox edilməsi barədə gizli əmri boş-boşuna verə bilməzdi. Qərbdəki bəzi tədqiqatçılar bunun səbəbini SSRİ rəhbərliyinin kəşfiyyat məlumatlarına əsasən cəsədlərin Hitlerə və Yeva Brauna aid olmaması barədə qəti qənaətə gəlməsi ilə izah edirlər. Belə güman edilir ki, SSRİ kəşfiyyatı uzun axtarışlardan sonra Hitlerin, həqiqətən də, müharibədən sonra Cənubi Amerikada yaşaması barədə dəqiq məlumat əldə edib. Aldadılmış vəziyyətdə qaldıqlarını gizlətmək üçün isə SSRİ rəhbərliyinin saxta cəsədləri yandırmaqdan başqa yolu qalmayıbmış. İkincisi, inanmaq çətindir ki, fürerin ətrafındakılar özünü öldürən Hitlerin cəsədini torpağın daha dərinliklərində dəfn etməyiblər. Çünki məlum idi ki, fürerin cəsədi ələ keçiriləcəyi təqdirdə onu təhqir edəcəklər. Alman komandanlığı heç vaxt buna yol verə bilməzdi. Ona görə də argentinalı tədqiqatçının Hitlerin sovet əsgərlərinin əlinə keçən cəsədinin SSRİ rəhbərliyini aldatmağa və izi itirməyə xidmət etdiyini söyləməsi ağlabatan görünür. Hitlerin Berlindən qaçışı Abel Basti yazır: “1943-cü ildə sovet qoşunları cəbhədə təşəbbüsü ələ almışdılar və artıq Hitlerin müharibəni uduzacağının ilk əlamətləri görünməyə başlamışdı. Belə vəziyyətdə Almaniya rəhbərləri ölkədən qaçaraq, Cənubi Amerika ölkələrində sığınacaq tapmaq üçün plan hazırladılar. Bu planın hazırlanması və həyata keçirilməsi isə Hitlerin etibarlı silahdaşları olan Bormana və Müllerə tapşırılmışdı. Onlar bu məlumatın sızmaması üçün bütün imkanlardan istifadə edirdilər. Çünki sirr açılacağı təqdirdə məsuliyyəti onlar daşıyacaqdılar. Tədqiqatlar göstərir ki,1943-45-ci illərdə Argentina, Paraqvay, Çili və digər ölkələrdə saxta adlarla xeyli avropalı mühacir gəlmiş, bu ölkəyə pul köçürmələri fantastik şəkildə artmışdı. Həmin dövrdə saxta sənədlərlə Cənubi Amerikaya gələrək orada məskunlaşanların sayı o qədər çoxdur ki, kimin kim olduğunu ortaya çıxarmaq üçün bir ömür bəs eləməz. 1945-ci ilin aprel ayında sovet qoşunlarının Berlinə hücumu başlandı. Od tutub yanan Berlindən alman hərbi komandanlığı və hərbi hava qüvvələri təcili şəkildə bir neçə təyyarəni sağ-salamat İspaniyaya göndərə bildilər. Həmin dövrdə İspaniyada Hitlerin ən yaxın dostlarından və müttəfiqlərindən olan general Franko hakimiyyətdə idi. İspaniyadan isə təyyarədəkilər dərhal sualtı qayıqlarla Argentinanın Kaleta-de-los-Lores limanına gətirildilər”. Abel Basti apardığı tədqiqatlar nəticəsində bu qənaətə gəlib ki, od tutub yanan Berlindən İspaniyaya və oradan da sualtı qayıqlarla Argentinaya göndərilənlər fürer və onun ailəsi olub. Basti iddia edir ki, almanlar izi itirmək üçün həmin sualtı qayıqları məhv ediblər. O, dediklərinə sübut kimi Argentinanın Kaleta-de-los-Lores limanı sahillərində 30 metr dərinlikdə tapılan üç alman sualtı qayığını göstərir, bu qayıqlar barədə Argentinanın hərbi və mülki arxivlərində heç bir məlumatın olmadığını söyləyir. Hitlerin ardınca Berlinin təslim olmasına bir neçə saat qalmış onun ən yaxın silahdaşı və fürerin qaçırılma əməliyyatına rəhbərlik edən Bormanın da müəmmalı şəkildə yoxa çıxmasının üstü bu gün də açılmayıb. Belə güman edilir ki, Borman da Hitleri qaçırdığı yolla Cənubi Amerikaya qaçıb… Hitler 1964-cü ilə kimi yaşayıb? Basti məsələ ilə bağlı diqqəti həmin dövrdə Argentinaya rəhbərlik edən və nasistlərlə sıx əlaqəyə malik olan Peronun ölkəyə gələn almanlara himayədarlıq etməsinə çəkir. Onun sözlərinə görə, Peron ölkəyə gələnin Hitler olduğu bildirilməyib. Çünki bu sirr yayıla bilərdi. Basti Hitlerin Peronun yaxın dostu Eykxornun malikanəsində sığınacaq tapdığını deyir və buna sübut kimi bağbanın söylədiklərini fakt kimi ortaya qoyur. Bağban Basti ilə söhbətində Hitleri dəfələrlə bağda gəzərkən gördüyünü deyib. Basti izinə düşüldüyü səbəbindən Hitlerin ömrünün son illərini Paraqvayda keçirdiyini və orada 1964-cü ildə öldüyünü bildirib. O, haradansa əlinə keçən Hitlerin ölmüş şəkildə çəkilən şəklini də mətbuatda dərc etdirib. Amma Basti Hitlerin harada dəfn edildiyini hələlik bildirməyib. O bununla bağlı yazdığı kitabında geniş məlumat verəcəyini söyləyib. Təkrar ekspertiza lazımdır Hitlerin həyatını tədqiq edən və bununla bağlı “Reyxin sonuncu sirri: Hitler kaput” kitabının müəllifi Leon Arbatski Bastinin yeni ehtimalları ilə bağlı təkrar ekspertizanın aparılmasının vacibliyini söyləyib. Onun fikrincə, Rusiyada və ABŞ-da Hitlerin başının rentgen şəkilləri saxlanılır və bunlar müqayisəli şəkildə yenidən tədqiq edilməlidir. Amma o da şübhə doğurmur ki, əgər alman kəşfiyyatı izi itirmək üçün Hitlerin əkizinin cəsədini SSRİ kəşfiyyatına sırıyıbsa, onda onun başının rentgen şəkillərini də saxtalaşdıra bilərdilər. Necə deyərlər, Hitler ətrafında müəmmalar davam edir və onun Almaniyadan qaçaraq, Cənubi Amerikada yaşaması barədə deyilənlərə inanmaq da mümkündür, inanmamaq da. Amma Hitlerlə bağlı müəmmalara haçansa aydınlıq gətiriləcəyi də istisna edilmir. Mənbə: Zaman, akademiya.net Həmçinin bax: məşhur dövlət xadimi Adolf Hitler
['Adolf Hitler']
5,981
https://kayzen.az/blog/imad%C9%99ddinn%C9%99simi/4284/m%C9%99nd%C9%99-s%C4%B1%C4%9Far-iki-cahan.html
Məndə sığar iki cahan
Cavid
İmadəddin Nəsimi
12 mart 2011, 06:41
Məndə sığar iki cahan, mən bu cahanə sığmazam, Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam. Ərşlə fərşu kafü nun məndə bulundu cümlə çün, Kəs sözunüvü əbsəm ol, şərhu bəyanə sığmazam. Kövnü məkandır ayətim, zati dürür bidayətim, Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam. Kimsə gümanə zənn ilə olmadı həqq ilə biliş, Həqqi bilən bilir ki mən, zənnü gümanə sığmazam. Surətə baxu mə'nini surət içində tanı kim, Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam. Həm sədəfəm, həm inciyəm, həşru sirat ədinciyəm, Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam. Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş, Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam. Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm, Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam. Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm, Gör bu lətifeyi ki mən, dəhru zəmanə sığmazam. Əncum ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm, Çək dilinivu əbsəm ol mən bu lisanə sığmazam. Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm, Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam. Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə, Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam. Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm, Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam. Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm, Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam. Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm, Bundan uludur ayətim, ayətü şanə sığmazam
['İmadəddin Nəsimi']
5,982
https://kayzen.az/blog/poeziya/4282/gec%C9%99-x%C9%99lv%C9%99tc%C9%99-biz%C9%99-sevgili-yar-g%C9%99lmi%C5%9F-idi-i-nizami-g%C9%99nc%C9%99vi.html
Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi I Nizami Gəncəvi
Cavid
Poeziya
12 mart 2011, 06:12
Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi, Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi. Tər axıb gül yanağından, bulud örtmüşdü ayı, Onu düşmənmi qovub, könlü qübar gəlmiş idi. Ona mən göz yetirib xəlvəti baxdım, baxdım, Ovçunun ovlağına körpə şikar gəlmiş idi. Uyuyub hər ikimiz rahat olub bir yatdıq, Bəxtimin bağçasına güllü bahar gəlmiş idi. Dedi getmək dəmidir, söylə nə istərsən, yar? Bir öpüş istədim ondan, yeri var, gəlmiş idi. Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni, Odlara yandı dilim, sanki şərar gəlmiş idi. Ey Nizami, dedi, birdən ayılıb, gördüm o yox, Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.
['Nizami Gəncəvi']
5,983
https://kayzen.az/blog/yazar/3376/viktor-h%C3%BCqo.html
Viktor Hüqo
burla xatun
Yazıçılar
11 mart 2011, 22:56
Viktor Hüqonun 79-cu ad günündə Paris və Fransiya milli bayram kimi qeyd edirdi. Eylau küçəsində triumfal  arka quraşdırmışdılar. Hüqonun evinin qarşısından 600 min parisli keçəndə nəvələriylə pəncərənin qarşısında durmuş Hüqo öz pərəstişkarlarına minnətcasına baş əyirdi. Yarım il sonra küçənin adını da dəyişdirib Viktor Hüqo küçəsi qoyurlar. Öz küçəsində Hüqo hələ 4 il də yaşadı. Son mənzilə yola salınanda isə camaat onun tabutu ardıyca dəniş kimi axışırdı. İki ağ qızılgülləri çələngindən başqa heç nə ilə bəzənməmiş cənazə arabasının qabağınca 200 min parisli gedir, 2 milyondan artıq fransalı isə yol boyu düzülmüşdü. Vəsiyyətnaməsində Hüqo belə yazmışdı: «Mən 50 min frankı kasıblarçün qoyub gedirəm. İstəyirəm ki, məni yoxsullar üçün nəzərdə tutulan arabada yola salsınlar. Bütün kilsələrdə matəm mərasimindən imtina edirəm. Hamıdan mənim ruhumçün dua etməyi rica edirəm. Allaha inanıram. Viktor Hüqo» Zəif, yekəbaş və kədərli uşaq Fevralın 26-da Bezansonda Leapold və Sofi Hüqonun üçüncü oğlu dünyaya gəldi. Xaç valideynlərinin şərəfinə onu Viktor-Mari  adlandırdılar. Zirək, qırmızayanaq qardaşlarından fərqli olaraq zəif, yekəbaş, qəmgin bu uşağın gözlərindəki kədərin arxasında nələr durduğunu hələ heç kim bilmirdi. Mayor Leopold Hüqo ehtiraslı, italyanların «Həmişə hazır cənab» adlandırdığı kişi tipində idi. O arvadına vurğundu və arvadından evlilik borcunu icra eləməyi həddindən artıq tez-tez yerinə yetirməyi tələb eləsə də xanım Hüqo ailə üzvlərinin sayının fasiləsiz artmasına müqavimət göstərirdi. Məhz bu xəsiyyətini Viktor Hüqo atasından miras almışdı. Hüqo ailəsinin damarlarında  bir damcı da zədacan qanı axmırdı. Onlar burjua təbəqəsindən olaraq ailə, səliqə-sahman və qənaətcillik kultuna sitayiş edirdilər. Viktor Hüqo bu keyfiyyətini də ömrünün axırınadək saxlamışdı. Gündəlik xərclərini simicliklə dəftərçəsinə qeyd edərək (məsələn: alma- 1 su) həmişə haqq-hesab çəkərdi. Atası Napaleon ordusunun generalı olduğundan uşaqlığı bir şəhərdən o birinə keçməkdə keçib. 5 yaşından bəri Viktor atasının polkuna təhkim edilərək özünü əsgər sayırdı. Bir-biiriylə yola getməyən valideynləri ayrı yaşamaq haqqında icazə alandan sonra Volter gah atasıyla, cah da anasıyla yaşayırdı. Güclü qadın olan anasının təsiri altında böyüyən Viktorun sevgisini atası yalnız arvadının ölmündən sonra qazana bilmişdi. Artıq pansionda oxuyarkən o, ədəbi şöhrət haqqında şirin xəyallara dalırdı. Hüqo qardaşları jurnal nəşrinə baş qoşandan il yarım ərzində Viktor 11 ləğəb altında 112 məqalə və 22 şer çap elədi. İlk kiğabının çap xərcini böyük qardaşı Abel boynuna götürmüşdü. Sonralar Hüqo ilkin yaradıcılığını «axmaqlıq» adlandıracaq. Fransız Akademiyasının müsbət rəyini və Tulusda qazandığı mükafatları gördükcə ata Hüqo oğlunu Politexnik məktəbin şagirdi görmək arzusundan əl çəkməli olacaqdı. Bir çamodan məktubun sonu Hələ yeniyetmə olarkən qonşu qızı Adel Fuşeyə vurulur. Amma  anasının bu əlaqədən heç xoşlanmırdı və gənc sevgilinin cibində qara qəpiyi də yoxuydu. Anası vəfat edəndən sonra ata Hüqo onların görüşməsinə icazə verir. Viktor Hüqoya odalarına görə illik 1200 frank təqaüd kəsiləndən sonra maneələr aradan qaldırıldı. Epistolyar tərzdə sürən sevgi romanı bir neçə çamodan uzun-uzadı məktublarda cərəyan edərək sonda mülkiyyət və maddi  maneələri uğurla aşıb xoşbəxt sonluqla, yəni evlənmə ilə bitir. Atasının qoltuğuqdan çıxıb qələmiylə pul qazanaraq cəmiyyətə çıxan kimi onu Favn (Roma əsatirlərində çöl, lağ, meşə allahı) adlandırdılar. Gəncliyində monarxist və katolik olan, dostlarına əxlaq və ləyaqət haqqında uzun-uzadı məktublar yazan Hüqo ədəbi- teatral mühitə və çoxlu gözəl qadınların içinə düşən kimi fikirləridən tezcənə əl çəkir. Arvadı da intim məsələdə lap qaynanasına çəkərək ailə qayğıları və çirkli bələk əskiləri içində batmaq fikrində deyildi. Adelin «ali münasibətlər» haqqında uydurduqları yataq otağında darmadağın edilirdi. Çünki qısa müddətdə Hüqo ailəsində 4 uşaq dünyaya gəlmişdi. 8 illik evlilik ərzində 5 çox ağır keçən hamiləlikdən yorulan Adel sonra atletik seksuallığı ilə seçilən Hüqo ilə intim münasibətini tam kəsdi. Yataqdan sürgünədək Romanlarda olduğu kimi «səhnəyə» ailə dostu, eləcə də Viktorun fikir dostu Sent-Byov qatılır. Əsəbindən zəncir çeynəsə də Hüqo əlbəttə ki, monastra getmədi və Jülyetta Druye  adlı məşuqəsinin sevgisində ürəyini ovutdu. Keçmişdə ən cəsarətli pozalarda natura kimi çıxış edən amma zəif aktrisa olan Culyettaya rast gələndə Hüqo «Favn» ləqəbli məşhur şair idi. Arvadının gizlətmədiyi etinasızlığı və cəsarətsiz itaətkarlığı məşuqəsinin «sevgi sevincləriylə» müqayisəyə gələ bilməzdi. Hüqo məşuqəsini tirancasına özəlləşdirərək onu küçəyə nəfəs almaqçün çıxmağa da qoymurdu. Yanına gələ bilməyəndə əvəzində şerlərlə zəngin məktublarla canını qurtarardı. Culyetta onu uzun səfərlərində, hətta Gernsi adasına sürgün ediləndə də müşayiət edirdi. Julyetta bilirdi ki, Hüqo heç vaxt onunla evlənməyəcək, ona görə də heç can atmırdı da. Onun «paralel» maraqlarıyla da barışaraq  «tənha monastrında» Hüqonu səbrlə gözləyirdi. Axı dahilərə hər şeyi bağışlayırlar?! «Min yol, bir məqsəd» Arvadı Adellə soyuqluğu 11 ilin sadiq kişisinin iştahasını oyatdı. Hüqo üçün səhər tezdən cavan fahişəylə, günorta hər hansı aktrisa, axşamüstü bir kurtizanka ilə məhəbbət yaşaması adi gündəlik həyatı idi. Bu, gecə yarısından  səhərədək Culyetta ilə yataqda «dombalaq aşmağa» heç də mane olmurdu. Julyettanın açdığı bir sıra sirrlərdən sonra Hüqo özü üçün «Qadınlar hesab edirki, mən valehediciyəm» deyə bilirdi. Ağıllı və gözəl qadınları sevən Hüqo bu keyfiyyətləri tapmayanda da məyus olmazdı. Onun şəxsiyyəti və şöhtrəti yanında nəvəsi yaşında qadınların dolaşmasını təmin edirdi. Bircə evli xanımları heç vaxt yoldan çıxarmazdı. Julyetta sevimli məşuqəsi statusunda olarkən rəqiblərinin sayını hesablayaraq 2 il ərzində 200 –dən artıq qadının adını siyahıya almışdı. Hüqo sevgi «cəbhəsində» də intriqalar, sirrlər yaradır, məşuqəlrini gizli qapılardan içəri salaraq, heç ehtiyac olmasa da guya kimdənsə gizlənirmiş kimi yaddan çıxmız otaqlara, çardaqlara dartıb apararmış. 80 yaşında cavan qulluqçunu qucaqlamaq istəyərkən cavan nəvəsiylə üzləşəndə «Jorj, bir bax, onlar gör kimi dahi adlandırırlar?!» demişdi. Ömrünün son ilində də qoca Hüqo qadınların əlini öpüb kompliment deməklə kifayətlənmirdi. O hələ də yataq otağının pəncərəsindən cörünən «ulduzlu səma»nı kiməsə göstərə bilirdi. 83 yaşlı Hüqonun gündəliyində ölümündən 4 ay əvvələ qədər 8 qadınla görüşündən «batal səhnənin» təsvirləri var. Amma Julyetta «həqiqi arvadım» statusunu 50 il ərzində, 77 yaşında Hüqonun qucağında vafat edənədək itirmədi. Julyettadan sonra yaşadığı iki il ərzində özünə məhdüdiyyət qoymasa da sevimli xanımını itirməyindən bir qədər sınmışdı. Simic, əliaçıq, müqəddəs və günahkar Şairin enierjisi sanki fontan vururdu. O, sutkada cəmi 4 saat yatardı. Ədəbi şedevrlərini ayaqüstü yazan şair və lovğalanırdı ki, onun hər hansı fikirləri, ideyaları, hissiüatı, nəzəriyyəsi gəlir gətirməyə bilməz. «Paris Notrdam kilsəsi» romanı haqqında o deyirdi ki, bu təxəyyülün, qəribəliklərin və fantaziyanın məhsuludur. Amma əsəri yazmaqçün materialı 3 ilə toplamışdı. Əsəri naqşirə təhvil verəndə onun evi, ailəsi və 15 min frank illik gəliri vardı. Tezliklə daha çox qazansa da hər axşam qəpiyinəcən hesablamalar aparırdı. Simic və əliaçıq, hirsli və mərhəmətli, müqəddəs və cünahkar həyatı yaşayan şair onsuz da öz günahlarını, xəyanətlərini, sapmalarını əziz adamlarını itirməklə yuyacaqdı. Böyük qızı dənizdə boğulacaq, kiçik qızı isə heç ərə getməmiş havalacaqdı. Hüqo arvadının da, məşuqəsinin də ölmünü görəcəkdi.  O, iki oğlunun həyatdan getməsini yaşayacaqdı.  Bundan sonra ona iki nəvəsi Jorj və Jannanı böyüdən tənha baba kimi yaşamaq qalırdı. «Əzilmiş və alçaldılmışlar» Gəncliyində yazdıqları onu monarxist və klassikləri ənənsinə qayıtmağı tövsiyə edən monarxist şöhrəti qazandırmışdı. Onu tanınmış şair adlandıranda onun cəmi 20 yaşı vardı axı.  Sinfi münaqişəni mənəvi təsirlə əvəz eləmək, sülhə çağırış kimi ideyaları kitabların ön sözündə canlanırdı. Monarxizmdən uzaqlaşdıqca o, romantizm pozisiyasında daha əminliklə dayanırdı: «Bəsdir, avtoritetlərə qulaq verdik, təbiətin, həqiqətin və öz ilhamının səsini dinləmək lazımdı. Dahi, faciəvi, eybəcərliyi təsvir edən «personaj» yox, dahilik, məzəlilik, faciəvilik, gözəllik və eybəcərliyi özündə birləşdirən canlı insanlar yaratmaq lazımdı... Rədd olsun klassiklər, yaşasın teatrın allahı Şekspir...» Şairin rolu gerçək həqiqətdən düzcün ədalətə doğru yol açıb insana yol açıb göstərməlidi. Bu eybəcərlikdən gözəlliyə, qaranlıqdan işığa, heyvandan insana doğru gedən bir yoldur. Ona görə də əsil sənətkarın yaratdığı həqiqi əhvalat deyil, bu şairin həqiqətidir. Zülmətdən işığa, monarxiyadan terror respublikası vasitəsiylə mərhəmət respublikasına gedən yol .... «Paris Notrdam kilsəsi»ndə Esmiralda və Kvazimoda kontrastı, «Səfillər»də katorqada olmuş Jan Valjan və qanun qulluqçusu Javerin kontrastı, həyatda terror respublikası və mərhəmət respublikası arasında kontrastda həmişə yaxşılıq qalib gəlir! «Səfillər»in qəhrəmanı Jan Valjan bəşəriyyətin intibahı, sevgi və mərhəmətdən sonra oyanın insanlığın simvoludur. «Gülən adam»dakı kralın əmriylə eybəcərləşdirilmiş  Quinplen də şikəst edilmiş xalqın simvoludur: «Mən güclülərin şikəst elədiyi  bəşəriyyəti təmsil edirəm. Onun da hüququnu, həqiqətini, ağılınıÖ düşüngəsini mənim ağız və burnumu eybəcər hala saldıqları kimi şikəst ediblər». Sevgi eybəcər  Kvazimodanın ürəyində insani hisslər doğurduqca Frollonun içində heyvani hissləri oyadır. Onlar iki insan tipinin parlaq nümunələridir. «Azadlıq geri dönəndə qayıdıcam» Fransızlar Hüqo üçün belə yazırdılar: «Hüqo doğulanda əsrin iki yaşı vardı. Öləndə isə əsrin cəmi 15 il ömrü qalmışdı». 1841-ci ildə Hüqo «ölməzlər» Akademiyasına seçildi, daha sonra isə Fransanın Peri səviyyəsinə qaldırıldı. 1848-ci il fevral hadisələrində 8-ci Paris dairəsinin meri kimi nitqində Lui Bonaparta qarşı çıxış edəndən sonra Parisdən getməli oldu. Bonapart rejimi Parisdə tüğyan eləyən vaxt Hüqonun başına 25 min frank qiymət qoyulmuşdu. O Fransanı tərk edəndə səfərini sürgün adlandırdı. Hüqo Fransaya bir də 20 ildən sonra qayıdacaqdı... «Dəniz kənarında ağ koma» adlandırdığı villasında yaşayarkən Hüqo hər səhər tezdən durub soyuq suyla yuyunur, qara kofe içir, şüşəli eyvanda günəş şüaları altında işləyirdi. Sonra gəzişir, ailəsiylə və qonaqlarıyla nahar eləyir və hər gün düz saat 10-ci yatağa girirdi. Hər bazar ertəsi yerli kasıblardan 40 nəfər uşağı evə dəvət edib onlarla birgə yemək yeyərdi. «Səfillər»in davamı, «Əsrlərin əfsanəsi», «Gülən adam» Quinplen də Büllur qüllədəki balaca eyvanda yaranıb. Bu villanın qapıları vətəndən qovulan siyasi emiqrantların üzünə taybatay açıq idi. Sürgündə «Kiçik Napaleon» panfletinin işıq üzü gördüyü günü əsil Hüqonun doğulduğu gün sayırlar. Bu dövrdə buraxdığı «Qisas» və «Dalğınlıq» şer məcmuələri Hüqonu başqa cür tanıyan fransız oxucusunu heyrətə saldı. Bu kitabların ön sözündə «...bü kitabı elə oxumaq lazımdı ui, elə bil müəllifi artıq ölüb. Ömrümün 25 ili buradadır» yazılmışdı. Milli şair olmaqda davam edən Hüqonunu əsərlərini çap eləməyi qadağan etməyə 3-cü Napaleon ürək eləmirdi. Amma bu büllur otaqlı villa da yavaş-yavaş boşalmağa başlayır. Övladları onu simiclikdə ittiham edir. Hüqonun gəlirinin üçdə biri didərginlərə və kasıblara paylanırdı. Arvadı da müxtəlif bəhanələrlə tez-tez Parisə dönürdü. Axırda oğlu onun üzünə qayıdır ki, artıq «yalançı sürgün komediyası» oyununu oynamaq fikrində deyil. Sona qədər yanında təkcə Julyetta qalır. Zülmətdən işığa doğru 3-cü Napaleonun rejiminin süqutundan sonra Julyetta ilə Parisə qayıdan Hüqo imperiyaya qarşı çıxaraq respublikanın canlı simvoluna çevrilmişdi. Fransa yenidən respublika elan olunanda Hüqo «Var olsun Fransa, Yaşasın Hüqo» çağırışları altında Parisə qayıdırdı. O, Milli məclisin deputatı seçilərək terror respublikasına qarşı nitqlə çıxış eləmişdi. Geri dönəndə sərhəddi keçəndə Hüqo ağlayırdı. 68 yaşlı qocanın milli qvardiyaya yazılıb keşikdə durmasına heç kimin gülməyi gəlmirdi. Hüqo «Qisas» kitabının qonorarını silah tökməyə ianə edir. Yeni toplardan biri «Viktor Hüqo» adlandırılacaq. Məişət qayğıları, yanmış evi də qocanın gözündə deyil. Gündəlikdə yeni yazı əmələ gəlir: «Dünən mən siçovul yemişəm». Paris Kommunanı elan edəndə isə qoca Hüqo cavan oğlunun tabutunun ardıyca gedirdi. Hücuma keçən fəhlələr bir anlığa dayanıb dərddən beli əyilmiş, ağsaçlı imperiya qənimi oaln qocanı irəli buraxmalı olurlar. Yalnız oğlunun ölmü onu Paris Kommunası və vətəndaş müharibəsində iştirak etməkdən çəkindirdi. İndi o iki nəvəsini böyütməliydi. Artıq 75 yaşında olarkən Hüqo «Baba olmaq incəsənəti» adlı əsərini yazır. Ardıca qızı Adel havalanıb tamamilə başını itirmiş vəziyyətdə küçədən tapılıb evə gətirilir. O biri oğlu Fransua Viktor da 45 yaşında ağır xəstəlikdən vəfat edir. «Mən qara işıq görürəm» Hüqonun pafoslu ifadələri müasir oxucunun ürəyicə olmasa da bəşəriyyət ölümqabağı «Mən kitablarımda, dramlarımda, şerlərinmdə zəiflərin, rəzillərin dalında durub rəhmsizləri, güclüləri dilə gətirməyə çalışmışam. Mən təlxəyin, nökərin, katorqadan gələnin və fahişənin hüquqlarını bərpa eləmişəm» deyən insanı heç vaxt unutmaz. Viktor Hüqo Panteonda Volter və Russo ilə yanaşı yatır. O bu yeri özü qazanıb. Deyilənə görə ölüm yatağında olarkən Hüqo deyib: «Gündüzün işığı və gecənin zülməti arasında mübarizə gedir. Mən qara işıq görürəm».  Hüqonun vəfat etdiyi bu gün Julyettanın ad günüdür... Aforizmləri:  Aristokratlar qadınların təhqir bildiyi bir şey - qocalıqla fəxr edir. Onlar hər ikisi cavan qalmaq illüziyasını yaşayır.  Ən çox fantaziyalarımız bizə bənzəyir. Hər kəsin arzusu onun naturasına uyğun biçilib.  Xalqın böyüklüyü onun sayı ilə ölçülmür, necə ki, insanın böyüklüyü onun böyu ilə ölçülməz. Yeganə ölçü vahidi əqli inkişaf və mənəvi səviyyə ola bilər.  Camaatı teatrda cəlb eləməyin iki yolu var: dahilik və həqiqilik vasitəsiylə. Dahilik kütlələri, həyatilik isə ayrı-ayır adamları cəlb eləyir.  Nadanlıq çalasının üstünü örtsəz cinayətlərin də kökünü kəsmiş olarsız.  Sevgidə insana həmişə nəsə çatışmır. Xoşbəxt olanda cənnət istəyir, cənnətdə olanda açıq səma arzulayır. Sevənlər, bütün bunları sevginizdə tapmağı öyrənin!  Populyarlıq pula dəyişdirilmiş şöhrətdir.  Dünyada ən böyük səadət sevilməkdə əmin olmağındır. Müəllif Gülnarə Rəfiq Mənbə Bizim Yol qəzeti
['Viktor Hüqo']
5,984
https://kayzen.az/blog/yazar/3395/aqata-kristi.html
Aqata Kristi
burla xatun
Yazıçılar
11 mart 2011, 22:55
Kəskin süjetli janrın ustaları çoxdır, amma Aqata Kristi, bu sadə ingilis qadın detektivin yeganə kraliçası sayılır. Aqata Kristinin romanlarını tanıyanlar Britaniya muzeyinin qarşısında 1920-ci ilin tünd göy rəngli vaqonunu görsələr təəcüblənməzlər. Bu yazıçının ən məşhur romanlarında təsvir edilmiş «Mavi ekspress»dən biridir. Bu vaqona daxil olub romanın qəhrəmanları 12 nəfərin yaşadığı şəraiti görmək olar. Bu Aqata Kristinin ölümünün 25 illiyinə hazırlanmış xüsusi ekspozisiyadır. Sərgi yazıçının arxeoloji fəaliyyətinə həsr edilib. Əlbəttə, Kristinin arxeoloqluğu romanlarının uğuruylu bərabər tutula bilməz. Yəqin arxeoloq və detektiv peşələri arasında əlaqə çox böyükdür. Danışmağı bacarmayan qız Ailədə Aqata Kristini o qədər də dərrakəli uşaq saymırdılar. Qardaşı Monti və bacısı Mec zirək, dilboğaza qoymayan uşaqlardı, amma Aqata utanmaq və çaşqınlıqdan kəkələməkdən başqa bir şey bilmirdi. Oxumağı da fərli deyildi. Amma o vaxtlar qız uşağının oxuması nəsə bir abstrakt anlayış idi, hətta qızlar məktəbə getməyə də bilərdi. Kiçik xanımları ərə getməyə hazırlayırdılar və onlar naxış vurma, musiqi və rəqsdən ibarət «elmləri» bilsəydi bəs olurdu. Amma yazıya xüsusi fikir verilirdi, çünki gələcək kavalerin məktublarına layıiqli cavab yazmağı hər bir ingilis ledisi yaxşı bacarmalıydı. Tərslikdən Aqatanın yazısı da çox pisiydi. Ömrünün sonuna kimi o, artıq tanınmış yazıçı olan vaxtlarda belə ciddi qrammatik səhvlər buraxırdı. Bir dəfə dayə müşahidə elədi ki, Aqata tək qalanda öz-özüylə danışır. Daha doğrusu özüylə yox, başqalarının görmədiyi müsahiblə. Aqatanın anası hesab eləyirdi ki, qızlara 8 yaşından tez oxumağı öyrənmək olmaz. Bir gün dayə üzündə faciəvi ifadəylə 4 yaşlı qızın anasına xəbər verir ki, «Qorxuram ki, mem, miss Aqata artıq oxumağı bilir». Bu ana üçün fəlakət idi! «Alisa, möcüzələr ölkəsində» onun stolüstü kitabı idi. Artur Konan Doylun «Mavi karbunkul» eşitdiyi ilk detektiv roman oldu. Məhz o vaxt beyninin hansısa bir güşəsində özünə söz verdi: «Nə vaxtsa mən də detektiv roman yazacam!». Qəribəsi odur ki, uşaqlıqdan lap ahıl yaşlarınacan Aqata yuxuda eyni adamı görürdü. Özlüyündə onu Qatil İnsan, ya da Pistoletli Adam adlandırırdı. Olurdu ki, ailə yığışıb çay içərkən həmin İnsan sevimli adamının «içinə girir» və Aqatanı qorxudurdu. Bəzən Aqata nahara gecikəndə dayə ciddi sifətlə «Bu gün miss Aqatanın yuxusuna yenə də pistoletli Adam girib» deyə elan edərdi. Ailənin sonsuz sevgi dairəsinə dayənin monumental fiqurunu və kiçik iti də əlavə eləsək tam idillik səhnə alınırdı. Bu iti qıza bağışlayanda o özünü səadətdən itirib qaçıb gizlənmişdi. Aqata ayaqyolunda əllərini düyünləyib Tanrıya dua eləyirdi. Axı 5 yaşı olsa da o, anlayırdı ki, ingilis xanımı öz emosiyalarını gizləməlidir. Amma hələ ki, onları hara gizləməyin yerini dəqiq bilmirdi. Onun qorxularından dayə Nennidən başqa heç kim xəbər tutmurdu. Bir dəfə təsadüfən onlar gəzərək başqasının bağına girirlər. Kimin gəldiyinin fərqinə varmadan qonşu çıxırmağa başladı: «Bu saat sizi diri-diri yeyəcəm! Qaynar suda bişirəcəm!». 4 yaşlı uşağa qonşu adamyeyən simasında görünmüşdü deyən o, ağzını necə açdığını, əvəvl onu, sonra yekəpər dayəni ağzına atdığını təsəvvür eləmişdi. Sonrakı 3 gün Aqata heç kimlə danışa bilmirdi. Dayə Nenni ondan aralanmalı olanda həmsöhbət kimi Aqata yekəpər, sakit təbiətli aşbaz Ceyni seçmişdi. Axı o, təkrarsız pudinqlər bişirirdi. O vaxtdan bəri yemək Aqatanın köməyi və təsəllisinə çevrildi. Əlbəttə, onun nənələri də vardı. Aqata Marqarit nənənin yanına İvlinqə getməyi lap çox sevirdi. Onun qədim mebellə bəzənmiş, içi müxtəlif əşyalarla dolu kamodları olan böyük evi vardı. Sonralar jurnalistlər Aqata Kristidən qəhrəmanlarının prtotipləri barədə soruşanda belə demişdi: «Mən nənəmin köhnə əşyalarıyla oynayırdım. Onun qədim teatr çantasını tapdım. İçini silkələdim, ordan şirin çörək qırıntıları və bir neçə qırıq krujeva səpələndi. Bu da sizin mis Marpl». Aqata 10 yaşı olanda sinfin ən yaxşı pianoçusu kimi fortepianoda çalmalıydı. Həyəcandan titrəyən Aqata səhnəyə çıxan kimi donub qaldı. Sonra onu qucağa alıb səhnədən çıxarmaq lazım gəldi. Evə gedib bir sutka qızdırma içində yatandan sonra dəqiq qərara gəldi ki, səhnə onun yeri deyil. Atası vəfat eləyən kimi Aqatanın da uşaqlığı bitdi. Anası Aqatanı pianoçu karyerasına hazırlaşdırmağa başladı. Amma hamı anlayırdı ki, gözəl qabliyəti olsa da Aqata adam arasında çala bilməyəcək. Onda Aqatanı müğənni eləməyi qərarlaşdırdılar və Parisə oxumağa göndərdilər. Amma Aqatanın çox məlahətli və o qədər də zəif səsi vardı. Artıq 60 yaşında olanda yazıçı etiraf eləyir ki, opera müğənnisi olmağı həmişə arzulayıb. Opera müğənnisi olmağa səsi olsa da cəsarət və temperamenti çatmadı. İndi onların maddi problemləri də vardı. Həm də ki, Aqatanın kuğar cəmiyyətə çıxarmağın da vaxtı çatmışdı. Onlar Misirə səfər eləyirlər, çünki burda həyat dəfələrlə ucuz idi. İlk «sezonunu» Kairdə keçirən cavan, savadlı, üzügülər və dəhşətli dərəcədə utancaq Aqatanı zabitlər, arxeoloqlar, elm işçiləri görməyə bilməzdi. Qolf oyunları, pikniklər, klublarda söhbətlər… və əlbəttə ki, ballar! Belə balların birində Aqata cavan zabitlə tanış olur. Qızı anasının yanına ötürəndən sonra zabit dedi: «Qızınızı sizə qaytarıram. O, artıq rəqs eləməyi çox yaxşı bacarır. Ona bir az danışmağı da öyrətsəydiz pis olmazdı». Aqata öz hisslərini sözlə ifadə eləməyi heç vaxt bacarmırdı. Aqata Kristinin həyatı haqqında video «Mən qolfun dul qalmış arvadıyam» Kristinin bioqrafları deyir ki, gəncliyində Aqata baletlə məşğul olur, gözəl çalır və oxuyurdu. Gələcək əriylə Aqata rəqs meydanında tanış olub. Hündür sarışın və bir qədər ədəbsiz hərbçi Arçibald Kristi diqqətini cəlb elədi. Əsrin əvvəllərində pilot çox cəlbedici sənət sayılırdı. Tanışlığının üçüncü günündə Aqata evə gəlib elan elədi ki, nişanı qaytarıb cibində bir qəpiyi də olmayan Arçiyə ərə gedir. Artıq 1914-cü il idi, Birinci Dünya Savaşı başlamışdı. Arçi cəbhəyə getdi, Aqata isə qospitalda işləyirdi deyən onlar nadir hallarda görüşürdülər. Aqata əməliyyata kömək edir, xəstələrin yatağının qarşısında oturur, dərmanlar hazırlayırdı. Başqa qadınlar kimi qan görəndə Aqatanın ürəyi getmirdi. O özünü ələ alaraq çətin əməliyyatlarda da iştirak eləyirdi. Arçi isə qəhrəmanlıqlar göstərir, adlar və mükafatlar alır və təkcə məzuniyyət barədə düşünürdü. Amma ilk 3 günlük məzuniyyət zamanı onlar azı 3 dəfə həmişəlik küsüb barışdılar. Milad bayramı ərəfəsində isə onlar evləndi. Ağ paltar və fata əvəzinə Aqata plaş və qırmızı şlyapa geymişdi, Arçi isə həmişəki kimi mundirdəydi. Arçi bir gön sonra arvadını qoyub cəbhəyə qayıtmalı oldu. Onlar sonrakı 6 ayda görüşə bilmədilər.  Müharibə bitən kimi onlar da hamı kimi normal yaşadı. Kristi artıq tanınmış yazıçı, xoşbəxt ana idi. Arçibald isə Sitidə bizneslə məşğul olurdu. Qızlarının iki həftəsi heç bitməmişdi ki, Arçiyə kaloniyalarda iş təklif eləyirlər. Aqata heç tərəddüd eləmədən qızını anasına verib ərinin dalıyca «dünyanın axırı»na yollandı. Gəmi səyahətlərini sevməsə də uzun səfərlərdə rahat kupelərdə baş verən hadisələr artıq romanlarda peyda olmağa başladı. İlk kitabın qonorarı o qədr idi ki, onlar ev ala bildilər. Arçi heç gizlətmirdi ki, arvadının cızma-qaralarına qarşı etinasızdır. O, qolfla maraqlanırdı. Aqata həmişə deyərdi: «Mən qolyun dul qalmış arvadıyam». Qızı isə anasından daha artıq ataya bağlı idi. İkinci uşaqdan söhbət düşəndə Arçi deyərdi ki, ikinci avtomobil almaq daha məqsədəuyğundur. İlk evlərini Aqatanın romanına uyğun «Staylz» adlandırdılar. «Qadının sürüşkən kişini abra salacağına inam dünyanın ən qədim qadın ilüzayalarından biridir» Aqata 1926-cı ili «Ömrümün ən çətin ili» adlandırır. Həmin il onun anası  rəhmətə getdi. Borcları olduğuna görə valideynlərinin evini satmalı oldular. Ərini köməyə çağıranda o, «Yol uzundu və mən bazar günü qolf oyununu buraxmaq istəmirəm» demişdi. Aqatada amneziya əlamətləri peyda oldu. Çekdə harda imza atacağını, bəzən adını da unudurdu. Qızlarının ad günündə Arçi elan eləyir ki, müdürünün katibəsi Nensi Nilə vurulub və boşanma tələb elədi. Ərini itirməkdən daha artıq qızını düşünərək bir il boşanma ərizəsinə qol çəkmirdi. Bu bir il ərzində bir sətir də yaza bilmədi. Məşhur romanların müəllifi birdən özü yoxa çıxdı. İki həftədən artıq London polisi onun axtarışıyla məşğul idi. Onun avtomobilini yol qırağından tapmışdılar. Günahkarların siyahısında əri birinci dayanmışdı. Əri Arçi məşuqəsiylə istirahətə getməsini hamıya danışmaq istəmirdi. Heç kimin ağlına da gəlməzdi ki, bütün bunları Aqata özü quraşdırıb. Bu iki həftəni o, ərinin məşuqəsinin adı altında mehmanxanada yaşayıb. Maşını bilərəkdən Arçinin məşuqəsiylə əyləndiyi yerin yaxınlığında buraxıb və bilərəkdən içindən paltarlarını və şubanı götürməyib. Aqata istəyirdi ki, ərini onun ölmündə günahkar bilsinlər. O, mehmanxanada yaşayaraq ərinin əzab çəkməsi barədə yazılan məqalələri oxuyub ləzzət alırdı. Mətbuata elan olundu ki, Aqata yaddaşını itirdiyindən kimliyini unutmuşdu. Aqatanı sağ və salamat tapanda qəzetlər «Rocer Ekroydun qətli» romanını reklam kampaniyası olduğunu aləmə car çəkirdi. Aqata o qədər məşhurlaşır və jurnalistlər onun zəhləsini o qədər tökürlər ki, sonralar Kristi bir daha müsahibə vermədi. «Arxeoloqlar keçmişin detektivləridir» Tək qalandan sonra Kristi həmişə arzuladığı səyahətlərə başlayır. İlk səfəri «Şərq ekspresi»ndən başlayır. (Bu adda romanı ən məşhur kitablarındandır). Şumer sivilizasiyasının qazıntılarına Aqata dostlarının məsləhətiylə gəlir. Tarixi abidələrlə tanış olmaq istəyəndə ona Maksı ən yaxşı mütəxəssis kimi bələdçiliyə məsləhət bilmişdilər. Maks 39 yaşlı ömür boyu səyahət arzulamış yazıçı üçün yeni, qədim şəhərlər, məqbərələr dünyasını kəşf elədi. 25 yaşlı arxeoloq Aqataya evlənmək təklifini edəndə onu düz iki ay yola gətirmək lazım gəldi. 14 yaş fərqiylə uğursuz nigahdan az keçmiş evlənmək Aqataya dəlilik kimi gəlirdi. Nigah mərasimində Maksın əynində təzə aldığı ağ kostyum, Aqatanın əlində isə doğum tarixini dəyişdirdiyi yeni pasport vardı. Onların toyunda qohumlardan yalnız Aqatanın qızı Rozalinda iştirak edirdi. Çünki çoxları ondan üz döndərmişdi. Aqata bunu zarafata çevirərək xəyanətkarları «Qorxaq Siçan Ordeni»nə, atmayanları isə «Vəfalı İtlər Ordleni»nə bölüşdürürdü. Aqatanın bu nigahı görünməz dərəcədə uğurlu, uzun və xoşbəxt oldu. Yaş fərqinə gələndə isə Aqata hər şeyi zarafata çevirirdi: «Maks arxeoloqdu. Arxeoloqlarsə qədimliyi sevərlər. Ona görə də yaşım artdıqca mən ona daha maraqlı görünürəm». Onlar birlikdə bütün dünyanı gəzdilər. Tezliklə Aqata frofessonal fotoqraflar kimi çəkməyi də öyrəndi və bütün ekspedisiyalarda əriylə birgə oldu. Çadırda plitə üstündə yemək bişirərkən «qətl» hadisələrinin süjetlərini uydurmağı da yadından çıxarmırdı. Amma Qatil Adam arabir yuxularına girirdi. Amma o da olmasaydı Aqata Kristi bütün dünyanı ustalıqla qorxuda bilərdimi? «Mən danışdığımdan bir qədər yaxşı yazıram» Aqata Kristinin yazı yazmaq vərdişi qəribə idi. Detektiv yazmaqçün ona isti vanna və alma lazım olurdu. Saatlarla vannada oturub alma xartıldadaraq o beynində ölüm hadisələrinin labirintini quraşdırırdı. Ondan soruşanda ki, «Niyə zəhərlərdən çox istifadə edirsiz?» Aqata demişdi ki, «Qan içində uzanmış ölülərdən xoşum gəlmir. Odlu silahdan isə qaçıram, çünki bundan tamamilə başım çıxmır. Zəhərləmək isə o qədər asandır ki». Aqata Kristi yazıçılığına xobbi kimi yanaşır. Arxeoloq Maks Mellounla nigahda olarkən «məşğuliyyətiniz» soruşulan bölmədə «evli xanım» yazardı. Oxucuların hisslərinə hörmətlə yanaşdığından Aqata Kristi heç vaxt seksual cinayətləri romanının mövzusuna çevirmədi. Hamının sevdiyi personaj Erkül Puaro Aqata Kristinin ilk romanında ortaya çıxır. Bu qəhrəman son romanların birində vəfat edir. Maraqlıdır ki, bu roman nəşr olunandan 40 il əvvəl yazılmışdı. Amma naşirlər sevimli personajın ölmü olan kitabı çap eləməkdən boyun qaçırırdılar. Onun kolleqası Miss Marpl da ilk romanlardan birində peyda olmuşdu. Kristi 60 detektiv roman və 19 hekayə məcmuəsi çap eləyib. Başqa dillərə tərcüməyə görə Şekspirdən sonra o, birinci ingilis yazıçısıdır. Aqata Kristinin 16 pyesi Londonda səhnələşdirilib və onların əsasında filmlər çəkilib. Bu yaxınlarda Aqata Kristinin nəvəsi evlərinin çardağından nənəsinin 27 kasetə yazdığı audiomüsahibəsini tapıb. Aqata Kristi burda bütün həyatını kiçik detallara qədər danışıb. Burda bəzi intim məqamlar olduğuna görə kassetlərin hamısı ictimaiyyətə aşkarlanmayıb. Kasset kolleksiyası çardaqda 40 il gizli qalıbmış. Məşhur qəhrəmanı Erkül puaronun «ölüm»ündən sonra müəllifin də bu dünyada işi qalmamışdı. Son kitabının nəşrindən sonra o, dedi: «Mən indi artıq borca yaşayıram. Elə bil ki, dəhlizdə oturub çağırış siqnalını gözləyirəm. Mən ölümlə görüşə hazıram. Həmişə eskimo dondurmasını çox sevmişəm. Bir gün əziz qoca nənə üçün xüsusi təam hazırlanacaq və o, buzlu yola düşüb gedəcək. Və bir daha qayıtmayacaq…» Müəllif: Gülnarə Rəfiq [email protected] Mənbə: Bizim Yol qəzeti
['Aqata Kristi', 'detektiv yazar', 'ingilis ədəbiyyatı', 'yazıçı']
5,985
https://kayzen.az/blog/Xrizoberil/4277/%C3%A7%C9%99r%C3%A7iv%C9%99nin-arxas%C4%B1ndak%C4%B1-m%C9%99ktub.html
Çərçivənin arxasındakı məktub
Xrizoberil
Bloq: Xrizoberil
11 mart 2011, 18:36
Həyat yoldaşımı 1998 ilin payızında itirdim.Yeddi illik evliliyimizin iki ilini xərçəng xəstəliyinin müayinəsi üçün xəstəxanada keçirmişdik.Həyat yoldaşım, hər evlilik ildönümümüzdə ikimizin fotoşəkilini çərçivəyə qoyar, "Bunlar bizim həyatımızın kölgələri" deyərdi.. Öldüyündə, yeddi dənə şəkilimiz vardı. 97in bir gecəsində onu aldatdım. Halbuki ona davamlı onu nə qədər çox sevdiyimi və sonsuza qədər sadiq qalacağımı söyləyərdim. Ölmədən iki həftə əvvəl yenə eyni şeyi təkrarladım. Qəribə bir gülümsəməklə baxdı mənə və yalnız: "Bilirəm" dedi. İzmirə qar yağdığı gün, yəni bir ay əvvəl, evdəydim. Fotoşəkillərimizə baxırdım yenə... Hər çərçivənin altında bir hərf olduğunu ilk dəfə o gün fərq etdim. - A. - R. - X. - A. - S. - I. - N. Qalanı üçün illəri çatmamışdı. Amma zənn edirəm "Arxasına bax" yazmağa niyyətlənmişdi. Dərhal çərçivələrin arxasına baxdım. Heç bir şey yox idi. Sonra bir şey dürtdü məni, hamısını tək-tək sökdüm. İnana bilirsinizmi, hər birinin arxasından bir məktub çıxdı! Keçirdiyimiz hər il üçün sevgi dolu sözlər yazmışdı. 1997dəki şəkilimizin içindən çıxan zərf isə qapqara idi. Və içindən bu sözlər çıxdı: "14 Mart 1997/Gözlerin mənə başqa birinə toxunmuş kimi baxdı/ Söyləməyinə ehtiyac yoxdur, bilirəm..." 20..dəyik. Onu itirəli 4, aldadalı 5 il olur. İçim ağrıyır  indi. Çünki qadınlar bilir, hiss edir... Səni sevirəm deyənin sevgisindən şübhə et, çünki; eşq səssiz, sevgi dilsizdir...
['Həyatın içindən']
5,986
https://kayzen.az/blog/MASON/4276/sabah-d%C3%BCnyan%C4%B1n-sonu-olsayd%C4%B1-n%C9%99-ed%C9%99rdiniz.html
Sabah dünyanın sonu olsaydı nə edərdiniz?
MASON
Bloq: MASON
11 mart 2011, 18:24
Amerikada universitetlərdən birində professor dərsə başlayarkən tələbələrinə üz tutub deyir:-Fərz edin ki, bu gün dünyanın son günüdür. Sabah bu vaxt hər şey bitəcək. Xilas ola bilməyəcəksiniz. Bu gün nə edərdiniz?-Tələbələr müxtəlif cavablar verirlər:-İbadət edib Allahdan günahlarımı bağışlamasını diləyərdim.-Bütün sevdiklərimlə vidalaşardım.-Vaxtımı ailəmlə keçirərdim.-Ananma ya da atama baş çəkərdim.-Dostlarımla əylənərdim.-Ən sevdiyim yeməyi yeyərdim. -Meşədə gəzərdim.-Günəşin doğuşunu və batışını izləyərdim.-İncitdiyim insanlardan üzr istəyərdim.-Özümdə cəsarət tapıb onu sevdiyimi söləyərdim. və s.Müəllim tələbələrin cavablarını bir-bir lövhəyə yazır. Sonra gülümsəyərək deyir:-Uşaqlar, bunları etmək üçün dünyanın son günü olmalıdır məgər?P.S. İnsan hər gününü "DÜNYANIN SON GÜNÜ İMİŞ" kimi yaşamalıdır. Bu həyat nə qədər amansız, dünyamız nə qədər qəddar olursa olsun həyatdan zövq almağa, bu həyatı doya-doya yaşamağa çalışaq.Çünki həyat ondan zövq alanlar üçündür…Gəlin bu həyatı elə yaşayaq ki, nə biz bu dünyadan köçəndən sonra başqaları peşmançılıq yaşasın, nə də başqa biri həyatdan köçəndə biz peşmançılıq yaşayaq…
['düşündürücü hekayələr', 'maraqlı']
5,987
https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/4275/onlar-oruc-tutmad%C4%B1lar.html
Onlar oruc tutmadılar
Xrizoberil
İslami Hekayətlər
11 mart 2011, 17:53
Peyğəmbərimiz bir gün səhabələrinə oruc tutmalarını əmr edərək: - Mən icazə vermədən kimsə orucunu açmasın, buyurar. Hər kəs orucunu tutar. Axşam olunca, tək-tək müraciət edənlərə, iftar icazəsi verər. Bu vaxt bir adam gələrək: - Ya Rəsulullah! İki gənc qız oruc tutdu və yoruldular. Zat-i alinizə gəlməyə utanırlar. İcazə buyursanız iftar etsinlər, dedi. Rəsulu Əkrəm (s.ə.v.) icazə vermədi. Adam iki dəfə daha gəldi. Sonunda Rəsulullah - Onlar oruc tutmadılar. Bütün gün insanların ətini yeyənlər, necə oruclu olarlar? Get onlara söylə: Oruc tutdularsa, istifra etsinlər baxaq, buyurdu. Adamcığaz getdi, lazım olanı söylədi. Onlar da deyiləni etdi və qan parçaları qusdular. Adam Resülullah Əfəndimizə dönərək vəziyyəti bildirdi. Bunun üzərinə Peyğəmbərimiz (s.ə.v.): - Nəfsim qüdrətində olan Allaha and içərəm ki; əgər qusmayıb bu qan parçaları mədələrində qalsaydı, onları cəhənnəm atəşi məhv edərdi.
['dini hekayə']
5,988
https://kayzen.az/blog/ayxansevda/4274/kiml%C9%99r-c%C9%99nn%C9%99t%C9%99-daxil-olmayacaq.html
Kimlər cənnətə daxil olmayacaq
ayxansevda
Bloq: ayxansevda
11 mart 2011, 12:44
Peyğəmbər (s.ə.s) buyurur: «Duasının qəbul olunmasını, kədərlərinin açılmasını istəyən, borcunu ödəyə bilməyən, çətin vəziyyətdə qalmış kimsəni bu vəziyyətdən qurtarsın». «Ey ALLAH bəndələri! Bir-birinizə arxa çevirməyin, bir-birinizdən qırılmayın, bir-birinizlə qardaş olun. İki möminin bir-birindən küsməsi üç gündür. Əgər (üç gündən sonra) danışmasalar, bir-biriləri ilə kəlmə kəsməyənə qədər ALLAH onlardan üz çevirər».«Din qardaşı ilə üç gündən artıq küsülü olmaq doğru deyil. Üç gündən sonra onunla qarşılaşarsa, salam verib halını soruşmalıdır. O biri də salamı alarsa, birlikdə savaba çatarlar. Əgər salamı almazsa, günaha girər. Salam verən də küsülü durmağın məsuliyyətindən qurtulmuş olar».«Bir-birindən küsülü olan iki adamdan kim əvvəlcə salam verərsə, günahları bağışlanar. Salam verdiyi halda, qarşıdakı salamını almazsa, bu şəxsin salamını mələklər alar». Peyğəmbər (s.ə.s) buyurur: «Qeybət etməkdən çəkinin. O zinadan da pisdir. Çünki, zina edən tövbə etdikdə ALLAH onu qəbul edər, lakin qeybət edənin günahı qeybət olunan onu bağışlamadıqca bağışlanmaz». «Meracda olduğumda bir qrup insana rast gəldim. Onlar dırnaqları ilə üzlərini və sinələrini cırırdılar. Cəbraildən onların kim olduğunu soruşdum. O, «onlar insanların ətlərini yeyən (yəni qeybət edən) və onların eyiblərini danışanlardır» - deyə cavab verdi». «Qeybət nədir, bilirsiniz?». Səhabələr cavab verir: «Ən yaxşısını ALLAH və Rəsulu (s.ə.s) bilər». : «Qardaşınızın xoşuna gəlmədiyini onun haqqında söyləməkdir». Səhabələrdən biri sual verir: «Əgər söylədiyim xüsusiyyətlər onda varsa, onda necə?». ALLAHın Rəsulu (s.ə.s) buyurur:«Əgər söylədiklərin varsa, qeybət etmiş olarsan, əgər yoxdursa, onda ona böhtan atmış olarsan». «Dedi-qodu ilə məşğul olan Cənnətə daxil olmayacaq».«Qəzəb imanı sirkə balı xarab etdiyi kimi xarab edər».«Mömini şad edən məni şad etmiş, məni şad edən isə ALLAHı şad etmişdir».Peyğəmbər (s.ə.s) buyurur: «Müsəlmana hiylə quran bizdən deyildir».
['hədis']
5,989
https://kayzen.az/blog/letife/4273/molla-n%C9%99sr%C9%99ddin.html
Molla Nəsrəddin
Xrizoberil
Lətifələr
11 mart 2011, 12:41
Molla arvadını dəyişir Mollanın çox tənbəl, səliqəsiz bir arvadı var imiş. Ancaq qızı arvadın lap tərsi imiş: gözəl, səliqəli bir qız imiş. Odur ki, Mollanın çayını-çörəyini həmişə o hazırlayarmış. Gün o gün olur ki, qonşu kəndlərin birindən Mollanın qızına elçi gəlir. Danışırlar, razılaşırlar, Molla qızını ərə verir. Qız gedən gündən Mollanın da qara günləri başlanır. Nə çay verən olur, nə çörək hazırlayan olur, nə paltar yuyan tapılır. Molla bir ay dözür, iki ay dözür, axırda bir gün arvada deyir: -          Arvad, lap o təzə paltarını gey, hazırlaş gedirik. Arvad geyinib- kecinib düşür Mollanın yanına. Molla birbaş arvadı gətirir kürəkəninin yanına ki: -          Qardaş, başına dönüm, mən o qızsız dolana bilmirəm. Gəl, üstündə də nə deyirsən verim, arvadlarımızı  dəyişək. Aparmaz ki... Molla arvadı ilə gölə paltar- palaz yumağa gedir. Bunların başı qarışır, bir qarğa sabunu götürüb uçur. Arvad görüb qışqırır: -          A kişi, qoyma! Qarğa sabunu apardı. Molla deyir: -          Görmürsən yazığın üst- başı qapqaradır. Niyə qoymuyum? Lazım olmasa aparmaz ki... Özün ye! Bir gün Molla qızarmış toyuq yeyirmiş. Bir nəfər bunu görüb Mollaya yanaşır ki: -          Molla, ondan bir az da mənə ver! Molla deyir: -          Mənim deyil, arvadımındır. -          Ind ki, sən yeyirsən? -          Mən yeyəndə nə olar? Verəndə tapşırıb ki, heç kəsə vermə, özün ye! Qarışa bilmərəm Biri qaça- qaça gəlib Mollaya xəbər verir ki: -          Molla, tez ol gəl, evinizə od düşüb yanır. Qapınızı nə qədər döydümsə, heç kəs açmadı. Yəqin evdə adam yoxdur. Molla oturduğu yerdən heç tərpənməyib çox sakit deyir: -          Balam, biz arvadla işi bölüşmüşük. Çöl işi mənimdi, ev işi onun. Zəhmət olmasa, get onu tap, de ki, gedib söndürsün. Mən onun işinə qarışa bilmərəm. Mənim payımı ağlasın. Gecə Mollanın uşağı ağlayır. Arvad Mollanı yuxudan oyadır ki: -          Molla, axı biz bu uşağa şərikik. Yarısı sənindir, yarısı mənim. Nə olar, dur bir dəfə də sən onu ovut! Molla yorğanı başına çəkib deyir: -          Sən öz payını ovut, işin yoxdur, qoy mənim payımı ağlasın.  Iki- iki yataq Mollanın birinci arvadı öləndən sonra gedib bir dul arvad alır. Əvvəl- əvvəl bir neçə vaxt yaxşı dolanırlar. Yavaş- yavaş Molla başlayır ölmüş arvadını hərdən bir tərifləməyə. Mollanın bu hərəkəti arvada xoş gəlmir. O da acığa düşüb başlayır öz keçmiş ərini tərifləməyə. Bir gün yenə soyunub yerlərinə girəndən  sonra Molla başlayır. Molla başlayan kimi arvad da başlayır. O deyir, bu deyir... axırda Molla durub bir yorğana bürünüb qıraqda yatır. Arvad soruşur: -          Molla, nə oldu? Ora niyə getdin? Molla deyir: -          Istidir, dörd adam bir yerdə çox darısqal olur. Arvad soruşur: -          Molla dörd adam kimdir? Molla deyir: -          Sən, sənin keçmiş ərin, mən, mənim keçmiş arvadım. Yaxşısı budur iki-iki yataq. Böyük qiyamət, kiçik qiyamət Bir gün biri Mollanın yanına gəlib soruşur ki: -          Molla, sən bilərsən, qiyamət nə vaxt olacaq? Molla soruşur: -          Hansı qiyamət? Kişi soruşur: -          Neçə qiyamət var ki? Molla deyir: -          Iki. Kişinin özü öləndə olur kiçik qiyamət, arvadı öləndə olur böyük qiyamət.
['molla nəsrəddin']
5,990
https://kayzen.az/blog/ayxansevda/4272/as-salam-aleykum.html
As salam aleykum :)
ayxansevda
Bloq: ayxansevda
11 mart 2011, 12:39
Hz. Aişə ( r.a ) yoldaşı, Rəsuli Əkrəm ilə birlikdə oturmuşdu. Bir yəhudi adam içəri girdi. Girdiyi anda bilərəkdən - "..As Salam Aleykum.." ( Sizə Salam Olsun ) əvəzinə qəsdən "..As Səmu Aleykum.." ( Sizə ölüm olsun ) dedi. Uzun sürmədi, başqa biri daha gəldi. O da salam yerinə ölüm üzərinizə olsun dedi. Bunun təsadüf olmadığı məlum idi. ALLAH Rəsulunu (s.a.a) dillə incitmək üçün edilən bir plan idi. Fəxri Kainat səbrlə üzünü onlara tutub "..Və Aleykuma.."( sizədə ) - dedi. Aişə çox hirsləndi, və : - "..Ölüm sizin üzərinizə olsun.." - deyə, yəhudilərə qışqırdı.Rəsulu Əkrəm (s.ə.v) buyurdu : - "..Ey Aişə səbrsiz olub küfr etmə. Yumşaqlıq və səbirli olmaq, hər nənyin üzərinə qoyulsa, onu gözəlləşdirər, bəzəkli edər və hər nəyin üzərindən qaldırılsa gözəlliyini azaldar. Nə üçün əsəbləşib, hirsləndin..? "Aişə : - "..Görmürsənmi, Ya Resulullah. Bunlar həyasızlıq edərək, utanmadan Salam yerinə nə deyirlər? - "..Bəli, görürəm onun üçün "..Və Aleykuma.." deyib, bizə dilədiklərini onlara dilədim. Bu qədəri kifayətdir.  
['islam hekayələri']
5,991
https://kayzen.az/blog/elshad/4270/e%C5%9Fqin-g%C3%B6z%C3%BC-kordur.html
Eşqin gözü kordur
elshad
Bloq: elshad
11 mart 2011, 02:23
Bir zamanlar bütün duyğular bir yerə yığılıb gizlənpaç oynayırlarmış. Düşüncəsizlik, Xoşbəxtlik,Kədər, Eşq-də burda imiş. Danışırlarki kim birinci axtaracaq? Düşüncəsizlik heç düşünmədən Deyir mən.Duşuncəsizlik saymağa başlayır. 98,99,100 açir. Hamı gizlənmişdi.Xoşbəxtlik suyun içinə girmişdi. Kədər ağaca çixmisdı, Eşq özünə yer tapa bilmirdi. Artıq gec olduğunu görüb özünu tikanliğa atir. Düşüncəsizlik gozunu acir, Xoşbəxtlik suyun icinden cixir tapilir, Kədər o qədər üzülür ki, ağacda dayana bilmir yerə yıxılır tapılır. Sıra gəlir Eşq-ə. Çox axtarırlar Eşq-i,Birdən bir qişqirıq səsi eşidirlər, Hamısı qorxurlar, görürlər ki, bağirti səsi tikanliqdan gəlir. Hamısı qaçırlar tikanlığa sarı. Görürlərki, tikanlıqdan çixan Eşq-in gözlərindən qan gəlir. Təmiz qanın içindədi. Nə oldu deyə soruşanda? Eşq:ağlayaraq Gözümə Tikan batdı deyə cavab verir. Düşüncəsizlik,düşünmədən deyir ağlama dostum, mən sənin gözün olaram. Elə o zamandan Eşq-in gözü kor olur, Düşüncəsizlik isə Eşq-in gözü olur.Xoşbəxtlik və kədər eşqin dostu olaraq qalırlar . Ona gorə də insan düşünmədən Aşiq olur. ...
['sevgi hekayəsi']
5,992
https://kayzen.az/blog/kulturologiya/4261/rusiya-m%C9%99d%C9%99niyy%C9%99t-tarixi.html
Rusiya mədəniyyət tarixi
kulturoloq
Kulturologiya (mədəniyyətşünaslıq)
10 mart 2011, 21:10
Dünyanın ən qədim mədəniyyətlərindən biri olan rus mədəniyyətinin konkret olaraq hansı tarixdən və hansı sosial-ictimai proseslə əlaqədar təşəkkül tapdığı məlum deyil. Bir həqiqət inkaredilməzdir ki, rus mədəniyyətinin əsasında qədim slavyan mədəniyyəti durur. Bu gün ruslar və digər rus mənşəli xalqlar qədim slavyan mədəniyyəti ənənələrinə sadiq qalır, onun mütərəqqi keyfiyyətlərindən istifadə edirlər. İbtidaidən aliyə doğru tədrici inkişaf keçmiş rus mədəniyyətinin ən qədim qalıqlarının əsasında şərq slavyanlarının bütpərəst mədəniyyəti durur. Bu xalqlar müxtəlif region və ərazilərdə yaşasalar da, müxtəlif həyat normalarına, məişət tərzinə malik olsalar da, hətta orjinal xüsusiyyətləri ilə fərqlənsələr də tarixi kökləri eynidir. İlk xaç suyuna çəkilmə mərasimlərinin keçirilməsi, bütpərəstlik şəraitinə tədriclə son qoyulması, xristianlığın qəbulu, slavyan adət və ənənələrinin mənimsənilməsi rus mədəniyyətinin formalaşmasında əsaslı addım idi. Lakin Rusiyada xristianlığın üstünlüyü şəraitində iki müxtəlif istiqamətli dini təmayüllər müəyyən müddət paralel fəaliyyət göstərə bilmişdi. Bütpərəstlik aşağı təbəqəyə mənsub olan rus əhalisində daha çox hiss olunurdu. Rusiyada ikitəriqətliyin mənəvi bazası yox idi. Ona görə də daha çox nüfuza malik olan xristianlıq öz üstünlüyünü sübut edə bildi. Xristianlığın daha sürətlə yayılmasında xristian kilsəsi mühüm rol oynadı. Xristianlığın qəbulu rus mədəni həyatında mühüm hadisə idi. Artıq xalqın öz ədəbiyyatı, öz dilində və əlifbasında yazılmış dini və dünyəvi kəlamları mövcud idi. Onlar bütün istiqamətlərdə dini baxışlarla əlaqələndirildi. Ölkənin hər yerində xristian ibadətgahları, kilsələr tikildi. Bu mühüm işə ən mahir sənətkarlar cəlb olundu. Rəssamlar kilsələrin çöl və iç bəzəyini ən yüksək zövqlə tərtib etməyə borclu idilər. Xristianlığın qəbulundan sonra rus mədəniyyətinin inkişafında yeni mərhələ başlayır. Kiyev, Moskva, Petroqrad və digər şəhərlər sürətlə inkişaf edir. Hər yerdə yeni mədəniyyət mərkəzləri yaranır, təsviri sənət, ağac və daş memarlığı sürətlə inkişaf edir. Mədəniyyətin bütün sahələrində əsaslı dirçəliş hiss olunur. Rus mədəniyyəti tarixində və onun inkişafında bir çox görkəmli şəxsiyyətlərin rolu danılmazdır. Onlardan biri də I Pyotrdur. I Pyotrun Rusiyanı dünya miqyasında şöhrətləndirə bilən xidmətləri olmuşdur. Rusiyada «Pyotr islahatları» elmi konsepsiyası da meydana gəlmişdir. Milli sənaye müəssisələrinin yaradılamsı, qərb ölkələrinə giriş yolunun açılması, bu əsasda «Pyotr Avropaya pəncərə açdı» zərb məsəlinin meydana gəlməsi, Qərb dünyası ilə Rusiyanın ticarət əlaqələrinin genişlənməsi, ölkənin sərhədlərini qoruya biləcək güclü dəniz donanmasının yaradılması, ölkədə aramsız olaraq baş verən kəndli üsyanlarının qarşısının alınması, ordunun və ölkənin müdafiə sisteminin möhkəmləndirilməsi, ölkədə mənəvi mədəniyyətin hərtərəfli inkişafına şərait yaradılması, savadsız xalqı cəhalət yuxusundan oyatmaq və bir çox mütərəqqi tədbirlər məhz böyük islahatçının bəşəri xidmətləri idi. Pyotrun həyata keçirdiyi saysız-hesabsız tədbirlər o vaxtki həyatın bütün sahələrinə sirayət edirdi. Kilsə, məişət və bütün mədəniyyət sahələri də ciddi islahata uğramışdı. Mədəniyyət və məişət sahəsində islahatlar dünyəvi elmlərin, maarif və təhsil sisteminin avropasayağı qurulmasına yönəldilmişdi. Ölkədə savadlı, dərin bilikli kadrlara ehtiyac olduğundan dünyəvi məktəblər açılmağa başladı, təhsil dünyəvi xarakter aldı. Kilsə dərslikləri sıradan çıxarıldı, onları yeni elmi biliklər verən dərsliklər əvəz etdi. Elm və təhsilin dünyəviləşdirilməsi ilə əlaqədar kitab və elmi ədəbiyyat nəşri qaydaya salındı, Peterburqda və Moskvada yeni mətbəələr yaradıldı. Rus mədəni həyatında inkişaf etmiş Avropa ölkələrinin qabaqcıl təcrübəsi geniş təbliğ olunmağa başladı. Yaradıcı elm və mədəniyyət adamlarının xaricdə təhsil almağa göndərilməsi elmdə, təhsildə və mədəniyyətin müxtəlif sahələrində dünya təcrübəsinin öyrənilməsinə səbəb oldu. Peşəkarlığını artırmaq üçün xaricə göndərilən rəssamlar, memarlar və digər sənət adamları iki-üç il müddətinə xüsusi təqaüdlə təmin olunurdular. O dövrdə xaricdə təhsil almış onlarla istedadlı ziyalı Rusiyanın mədəni həyatında çox mühüm rol oynadı. Onlar rus mədəni mühitinə yeni əhval-ruhiyyə gətirdilər. Mədəniyyətlə əlaqədar xaricdən dəvət olunmuş görkəmli mütəxəssislərin təqdirəlayiq xidməti oldu. Onlar xüsusilə milli incəsənətin inkişafına əsaslı təsir göstərirdilər. O vaxtki rus hakimiyyəti dövründə Pyotrun xüsusi əhəmiyyət verdiyi memarlıq, təsviri sənət, gəmiqayırma, şəhərsalma və digər sahələr xüsusi sürətlə inkişaf edirdi. Rus mədəniyyətinin dirçəlişi təkcə qeyd olunan sahələrlə məhdudlaşmırdı. Döyüş səhnələrini əks etdirən əsərlər, dekorativ sənət nümunələri, portret janrında yeni əsərlər meydana gəlirdi. Binaların interyeri və zahiri tərtibatı üçün yüksək zövqlə tərtib olunmuş sənət nümunələrindən istifadə olunurdu. Bu dövrdə milli mədəniyyətin sürətli yüksəlişi davam edir. Qədim rus mədəniyyətinin tarixi ənənələrinə geniş yer verilirdi. Rus mədəniyyəti elm və təhsilin əsaslı inkişafı olmadan irəliləyə bilməzdi. I Pyotrun islahatları bu sahələrdə öz təsirini göstərmişdir. Əvvəlki dövrlərdə müəyyən mütərəqqi irəliləyişin olmasına baxmayaraq Rusiyada maarifçilik sahəsində inkişaf XVIII əsrin birinci yarısının sonlarından başladı. Artıq ölkədə bir sıra qəzet və jurnalların nəşrinə başlanmışdı. Onlar ölkənin elm, mədəniyyət, sosial-siyasi həyatını, eləcə də maarifçiliklə əlaqələr həyatını əks etdirirdilər. Rusiyada Avropa alim və ziyalılarının fəlsəfi, ictimai-siyasi ideyaları yayılmağa başladı. Ölkədə rus maarifçilərindən ibarət böyük ziyalılar ordusu fəaliyyət göstərirdi. Onlar dövlətin maarifçilik siyasətinin həyata keçirilməsinə, elmin rolunun artırılmasına, ölkənin aşağı təbəqələrinin istedadlı nümayəndələrinin aşkara çıxarılmasına qayğı göstərirdilər. Rus elmi dilinin yaradılmasında maarifçi alimlərin xidməti xüsusilə böyük idi. Rus elminin və mədəniyyətinin inkişafında M.V.Lomonosovun xidməti xüsusilə qeyd olunmalıdır. 1755-ci ildə onun təklifi və qraf Şuvalovun yardımı ilə Moskva Universiteti təsis edildi. 1764- cü ildə Peterburqda Zadəgan qızlar üçün Avropada ilk dəfə olaraq dünyəvi təhsil ocağı – əsilzadə xanımların Smolnı İnstitutu açıldı. 1764-cü ildə çar II Yekaterina gənclərin tərbiyələndirilməsi üçün baş müəssisə təsis etdi. Müəssisənin tələblərində əməksevərlik, nəzakət, əxlaq, kasıblara mərhəmət, səliqə-səhmanı inkişaf etdirmək və başqa mədəni tədbirlər nəzərdə tutulurdu. XIX əsrin sonu – XX əsrin əvvəllərində rus mədəniyyətinin inkişafında yeni mərhələ, yüksəliş dövrü başlayır. Bu mədəniyyət öz nailiyyətləri ilə görünməmiş zirvəyə yüksəlir, ümumdünya əhəmiyyətə malik bir mədəniyyətə çevrilir. Rus mədəniyyəti tədriclə klassik mədəniyyət nümunələrindən uzaqlaşdırılaraq yeni məzmun və məna kəsb etməyə başlayır. İnkişafın ümumən mürəkkəb, ziddiyyətli gedişində yeni ədəbi cərəyanlar meydana gəlir. Onların bir çoxu əqidə və izlədikləri məqsəd baxımından üst-üstə düşmürdülər. Tənqidi realizm, simvolizm, futurizm və başqa cərəyanlar müxtəlif konsepsiyalara xidmət etməklə hər biri rus mədəniyyətinin inkişafına daha çox fayda verdiklərini iddia edirdilər. Dövrün ədəbi cərəyanları özlərini insanları daha yaxşı birləşdirə bilən yeganə qüvvə kimi qələmə verməyə çalışırdılar. XX əsrin əvvəllərində rus mədəniyyətində mürəkkəb ictimai proseslər baş verdi. Bədii ədəbiyyatda, xüsusilə poeziyada yeni forma və üsullar təklif olunur. Müxtəlif şair və yazıçıların ümumi istiqamət verməyə səy göstərdiyi ədəbi cərəyanlar üst-üstə düşmür, müxtəlif bədii ideallara xidmət edən əsərlərin meydana gəlməsinə səbəb olurdu. Bütün bunlar mədəni inkişafın ümumi ahənginə uyğun gəlmirdi. Bir çoxları tarix boyu dərin kök salmış ənənələrə qarşı çıxır, Puşkin, Dostoyevski, Tolstoy kimi dünya şöhrətli mədəniyyət xadimlərindən imtina etməyi təklif edirdilər. Fundamental əsası olmayan belə halları Rusiyanın mədəni həyatında bir növ geri çəkilmə kimi qiymətləndirmək olardı. Bu proseslər bədii yaradıcılıqda forma və üsulların meydana çıxmasına səbəb oldu. Mütərəqqi ideyalı sənət adamları incəsənətin əsas vəzifələrini insanda gözəllik, humanizm hissinin aşılanmasında görürdülər. XIX əsrin sonunda Rusiyanın səhnə sənəti də tənəzzül dövrü keçirirdi. Repertuarda olan teatr tamaşalarının çoxu həyatın zəruri problemlərinə toxunmurdu, adi əyləncə səviyyəsindən irəli gedə bilmirdi. Ona görə də teatrın simasının ciddi surətdə dəyişilməsi zəruri idi. Teatr sənətindəki durğunluq A.P.Çexovun və M.Qorkinin əsərlərinin səhnəyə çıxması ilə aradan qaldırıldı. 1898-ci ildə Moskva Bədəye teatrı açıldı. Səhnə sənətinin baniləri olan K.S.Stanislavski və V.İ.Nemiroviç-Dançenko teatrın açılmasının təşəbbüskarları idilər. Onlar rus və dünya teatr mədəniyyətindən istifadə edərək günün tələbinə cavab verə biləcək incəsənət yaratmağa müvəffəq oldular. Bədaye teatrı ölkənin demokratik istiqamətli sənət ocağı idi. Ona görə də o, qısa müddətdə Rusiyanın qabaqcıl teatrına çevrildi. 1904-cü ildə istedadlı rus aktrisası V.F.Komissaryevskaya Sankt-Peterburqda öz teatrını yaratdı. Onun səhnəsində ölkənin görkəmli dramaturqlarının əsərləri tamaşaya qoyulurdu. Moskvada Malı teatr, Peterburqda Aleksandrinsk tearı rus mədəniyyətinin inkişafında mühüm rol oynadı. XIX əsrin sonunda Ukraynada, Belorusiyada, Azərbaycanda və digər ərazilərdə teatrlar fəaliyyətə başlamışdı. Şübhəsiz bu mədəni tərəqqidə rus mədəniyyətinin müsbət təsiri olmamış deyildi. Səhnə sənəti digər ərazilərə sürətlə yayılmaqda idi. Rus mədəniyyətinin inkişafında ölkənin imtiyazlı adamlarının və xeyriyyəçilərinin böyük xidməti olmuşdur. Tacir P.M.Tretyakov rus sənət əsərlərini topladıqdan sonra öz kolleksiyasını Moskvaya bəxş etmişdi. Onun qardaşı S.M.Tretyakov da öz Qərbi Avropa təsviri sənət toplusunu Moskvaya verməyi vəsiyyət etmişdi. S.j.Mamontov Moskvada fərdi rus operasını yaratdı. Onun Abramtsevo malikanəsi bədii həyatın mühüm mərkəzi idi. Bu malikanədə bir çox görkəmli rus sənətkarları yaşayıb-yaratmışlar. Moskva Bədaye teatrının banisi sənayeçi S.M.Morozov idi. A.A.Baxruşin topladığı kolleksiya əsasında fərdi ədəbi-teatr muzeyi yaratdı. Hazırda teatr muzeyi Baxruşinin adını daşıyır. M.D.Tenişeva Smolensk rus muzeyinin, öz malikanəsində bədiisənaye emalatxanalarının hamisi və təşkilatçısı idi. Rus tarixinin əvvəlki mərhələlərinin heç biri mədəniyyətin tərəqqisini XIX əsrdəki qədər görməmişdir. Mədəniyyətə dair elmi fikir XIX əsri rus mədəniyyətinin inkişafında qızıl dövr kimi xarakterizə edir. A.S.Puşkin yaradıcılığında öz əksini tapan Rusiyanın mənəvi mədəniyyəti ilə dünya musiqisi, ədəbiyyatı, təsviri sənəti, təbiətə dair elmləri, tarixi, fəlsəfəsi sürətlə irəliləməkdə ili. XIX əsr rus mədəniyyətində ədəbiyyat xüsusi yer tuturdu. Müxtəlif istiqamətlərdə inkişaf edən əsas cərəyan tənqidi realizm idi. O, rus cəmiyyətinin böyük bir hissəsinin arzu və ideallarına cavab verirdi. Bu baxımdan Puşkinin, Lermontovun, Qoqolun, Saltıkov-Şedrinnin, Dostoyevskinin, Tostoyun və digər realist yazıçıların əsərləri o dövrün dünya ədəbiyyatında fəxri yer tuturdu. XIX əsrdə musiqi və təsviri sənətin sürətli inkişafı müşahidə olunmaqda idi. Mədəniyyətin bu sahələrində bəşəri əhəmiyyəti olan insanları ədalətə, bərabərliyə, humanizmə səsləyən əsərlər meydana gəlirdi. XIX əsrin bütün gedişində və XX əsrin əvvəllərində rus mədəniyyətini demokratik istiqaməti, xalqın böyük gələcəyinə inam bütün istiqamətlərdə özünü göstərməkdə idi. Rusiyanın sovet dövrü mədəniyyti, dünya mədəniyyəti müstəvisində xüsusi yer tutur. Bu dövrdə mədəniyyət yeni istiqamət, kapitalizmdən fərqli olan yeni cəmiyyətin tələblərinə uyğun xarakter almışdı. Ölkənin görkəmli elm və mədəniyyət xadimlərinin bir çoxu yeni quruluşun tələblərinə uyğunlaşmağa çalışır, yeni ruhda və məzmunda əsərlər yaradırdılar. İ.Pavlov, N.Vavilov, K.Siolkovski, M.Şoloxov və bir çox başqalarını misal göstərmək olar. Onlar yeni quruluşa sədaqətlə xidmət edən yaradıcı şəxsiyyətlər idi. Lakin yeni rejimə qarşı çıxan, başqa cür düşünənlər da vardı. Onların bir çoxu repressiya dövründə totalitar rejimin qurbanı oldular. Elmi ateizm şüarı altında ölkədə olan bütün dinlərə qarşı yürüş təşkil olundu. Dövlət dindən, məktəb və kilsə vətəndaşlardan ayrı salındı. İqtisadiyata rəhbərlikdə inzibati amirlik üsullarının tətbiqi, yaradıcı ziyalıların üzərində partiya və dövlət nəzarətinin gücləndirilməsi totalitarizmin başlıca xüsusiyyəti idi. Totalitarizmin dağıdıcı siyasəti rus xalqına, eləcə də sovet rejimində yaşayan xalqlara qarşı yönəldilmişdi. XX əsrin ayrı-ayrı illərində mövcud olan əyintilər mədəniyyətə güclü təsir edə bilmədi. Öz tarixi, mütərəqqi ənənələrinə sadiq qalan böyük mədəniyyəti milli inkişaf tarixinə sadiq qalaraq dünya mədəniyyəti müstəvisində bütün mədəniyyətlərlə birlikdə gələcəyə doğru inamla addımlayır. Ümumlikdə rus mədəniyyəti dünya mədəniyyət tarixində ən aparıcı mədəniyyətlərdən olmuş və öz zənginliyi ilə fərqlənmişdir.
['rus mədəniyyəti', 'Rusiya']
5,993
https://kayzen.az/blog/turizm/3519/filippin.html
Filippin
Bakinets
Turizm
10 mart 2011, 11:15
Filippin Asiyanın cənub-şərqində 7100 adada yerləşir. Onlardan yalnız 860-da məskunlaşma vardır. Paytaxtı Manila şəhəridir. Şimalda Tayvan, cənubda Malayziya və İndoneziya, şərqdə Sakit okean, qərbdə isə Cənubi Çin dənizi ilə həmsərhəddir. Sahəsi 300 min kvadrat kilometrdir. Əhalisi 81 milyon nəfərdir. Onların çoxu filippinlilərdir. Əhalinin 43%-i şəhərlərdə yaşayır. Rəsmi dili Filippin dilidir. İspan və ingilis dili də istifadə olunur. İqlimi subekvatorial və tropikdir. İyundan sentyabradək yağışlar yağır. Orta illik temperatur yay və qışda +27 dərəcədir. Ən iri adaları Luson, Mindoro, Samar, Panay, Palavan, Neqros, Sebu, Leyte və Mindanao. 75%-i yayla və dağ massivlərindən ibarət olan ərazi 74 əyalətə bölünüb. Filippin Respublikası aktiv seysmoloji zonada yerləşir. Fəaliyyətdə olan və sönmüş vulkanların sayı 50-ə yaxındır. Çayları itiaxandır. Pul vahidi pesodur. Filippin mətbəxi Filippin mətbəxinin formalaşmasına ölkənin yerləşdiyi coğrafi mövqe də təsirini göstərib. Adanın sahillərini yuyan dənizlər Filippin süfrəsinə su aləminə məxsus nemətləri, xüsusən də tunes və skat balığını gətirir. Asiyanın bütün ölkələrində yetişdirilən düyü burada da önəmli yer tutur. Məşhur xörəklərindən buğda unu və yumurtadan hazırlanan «Pansit kanton»u xüsusi qeyd etmək lazımdır. Bu ölkədə əti müxtəlif üsullarla hazırlayırlar. Onlardan biri adobedir (əti soya sousu, sarımsaq və istiotla sirkədə saxlayır sonra da qızardırlar). Hər bir əyalətdə adobeyə yerli inqredient əlavə edilir. Məsələn, bu, kokoslu qaymaq və ya sarıkök ola bilər. Filippinlilərin «Leçe flan» adlanan məşhur desertinin dadına baxsanız yaxşı olar. Tərkibi yumurta sarısı və süddən ibarətdir. Ölkənin mətbəxinə daxil olan xörəklər sırasında «Leçon manok» (qril toyuq), «Kare-kare» (mal əti və yerfındıqlı qatı şorba), «Kinilaun»un (sirkə və ya soğan, tomat və ədviyyatlı kokos südündə ət) adını çəkmək olar. Filippində görməli yerlər Sebu Filippinin böyüklüyünə görə ikinci şəhəri və eyniadlı adanın paytaxtıdır. Əsası 1565-ci ildə qoyulub. Onun kəşfi 1521-ci ldə gəmisi burada lövbər salmış Fernando Magellanın adı ilə bağlıdır. Dünya qoruğu hesab olunan Palavan adasına da baş çəkməyiniz məsləhətdir. Burada uzunluğu səkkiz kilometr olan yeraltı çay vasitəsilə birləşən mağaralar çox diqqət çəkir. Adanın mərkəzində timsah ferması fəaliyyət göstərir. Zamboanqo şəhəri Filippin arxipelaqında ən romantik və maraqlı məkanlardan biri hesab olunur. Maniladan 250 km şimalda, yumşaq iqlimi və təmiz havası ilə seçilən dağ kurortu Bagio yerləşir. Bu şəhər dəniz səviyyəsindən 1525 m yüksəklikdədir və ölkənin yay paytaxtı sayılır. Borakaysa dünyanın ən gözəl adalarından biridir. O, eni 50 m, uzunluğu 4 km olan «Ağ çimərliyi» ilə məşhurdur. Festivallar Fiesta ölkə mədəniyyətinin ayrılmaz hissəsidir. Filippinlilərin bayram və festivallarının sayı (rəsmi olaraq 20 gün) həddindən artıq çoxdur. Əyalət, kənd və şəhərdə festivallar keçirilir. Sebuda «Diniyanq» bayramı (18-19 yanvar), Bagioda gül (23 fevral-3 mart), Malaybalayda «Kaamulan» (28 fevral-1 mart), Marinduk adasında «Moriones», Las-Pinasda beynəlxalq bambuk, Suriqaoda «Bonok-bonok» etnik, yay aylarında isə manqo və ananas festivalları keçirilir. Ati-Atixansa səhnələşdirilmiş bayramlardan biri sayılır və ölkənin ən qədim mərasimləri sırasındadır. Tarixi XIII əsrə aiddir. Bundan başqa, filippinlilərin balıq ovu turnirinin (yanvar ayı) də adını çəkə bilərik. Bayram günlərində gözəllik müsabiqəsi keçirilir, fiesta, universitet, şəhər və kəndlərin «şahı» və «şahzadəsi» seçilir. Turistlərə məsləhət İngilisdilli turistlər üçün Filippində dincəlmək çox rahatdır. Çünki bu dil ərazidə geniş istifadə olunur. Yerli sözləri öyrənmək də lazımdır. Belə ki, ölkə əhalisi 111 dialektdə danışır. Buraya dincəlməyə gəlmək üçün ən münasib vaxt yaydır. Çünki bayram və festivalların çoxu məhz bu fəsildə keçirilir. Manila və Sebuda yerləşən iri ticarət mərkəzlərindən lazım olan hər şeyi almaq olar. Dayvinqlə məşğul olmaq istəyənlər fürsəti qaçırmamalıdırlar. Çünki Filippinin ərazi sularındakı mərcan riflərinin uzunluğu 34 min km-dir. Bununla yanaşı, arxipelaqı əhatə edən dənizlərdə 2000-dən çox balıq, 6 dəniz tısbağası, 20 növ balina və delfin, eləcə də ağ köpək balığı vardır. Ümumiyyətlə, aktiv istirahəti (serfinq, paraşütdəntullanma) xoşlayanlar üçün bu adalar qrupu əla məkandır. Filippinlilər mehriban və sülhsevər insanlardır. Mənbə: http://anspress.com/index.php?lng=az
['Filippin']
5,994
https://kayzen.az/blog/letife/4255/b%C9%99lk%C9%99-bir-az-g%C3%BCl%C9%99k.html
Bəlkə bir az gülək =))
ayxansevda
Lətifələr
9 mart 2011, 21:52
1) Sarışın qız  avtobusda gedir və radioyaya qulaq asır.Radio:-Siz 101 FM ə qulaq asırsınız!Sarışın qız:- Aaa, bunlar haradan bildilər ki,mən 101 FM ə qulaq asıram?!2) Ər öz arvadını gözəllik salonun qarşısında gözləyir. Arvadı salondan çıxanda, əri ona baxıb, sakit səslə:- Vecinə də alma, əsas odur ki, cəhd elədin...3) Bir dəli digərinə:-Sənin arzun var?-Var.İstəyirəm ki, sehirli pəri, buludlardan ensin və mənə on min dollar versin..-Xmmm, bəs niyə on min, elə bir million istə də.. -Million dollar , real deyil. Real söhbət elə 4) Heyvanalar yığışıb çayda körpü tikmək qərarına gəlirlər. Bütün lazım olan materialları çağırıb qurtarandan sonra Şir hamını çağırıb soruşur ki, sualı olan var, ya yox. Uzunqulaq irəli çıxıb deyir:- Axı heç demədiz, körpünü çayın uzununa tikəcəyik, yoxsa eninə? 5) Həbsxana rəisi məhbusa:-Niyə yanına heç kim gəlmir, dost-tanışın yoxdur?-Rəis, onların hamısı burdadır, həbsxanada. 6) Ər arvadına:-Bir də pul istəməkdən ötrü məni öpmə.-Elə de ki, bir daha öpüşməyəcəyik də.... 7) Qadın çığır-bağirla polis bölməsinə daxil olur:-Ərimi tapın, mən onsuz yaşaya bilmirəm, o isə itib.-Bu nə vaxt baş verib?-Bir həftə əvvəl.-Bəs, indi niyə xəbər verirsiz?-Bu gün onun maaş günüdür. 8) Hakim müttəhimə:-Oğurluq edərkən, heç olmasa qoca ananız barədə düşündünüzmü?-Düşündüm, ancaq orada ona yarayan heç nə tapa bilmədim. Həmçinin bax: yəhudilər haqqında anekdotlar
['lətifələr']
5,995
https://kayzen.az/blog/dusundurucu-hekayeler/4254/balaca-q%C4%B1z%C4%B1n-h%C9%99diyy%C9%99si.html
Balaca qızın hədiyyəsi
ayxansevda
Düşündürücü hekayələr
9 mart 2011, 21:30
Ata 3 yaşındakı qızını, bahalı bir hədiyyə bağlama kağızını xarab etdiyi üçün danlamışdı. Kiçik qız, böyük bir paket qızıl zərli kağızı bir qutunu çox da səliqəli olmayan bir şəkildə bağlamaq üçün istifadə etmişdi...Bayram səhəri kiçik qız paketi gətirib "Bu sənindir atacan" dediyində ata kədərləndi, görəsən həddindən artıqmı reaksiya vermişdi qızına... Dünən gecə etdiyindən utandı...Halbuki, paketi açdığında yenidən hirsləndi. Qutunun içi boş idi... Qızına yenə qışqırdı:- Birinə bir hədiyyə verdiyində, qutunun içində bir şey olması vacibdir. Bunudamı bilmirsən?! Kiçik qız gözlərində yaşlarla atasına baxdı:- O qutu boş deyil ki ata, - dedi,- İçini öpüşlərimlə doldurmuşdum. Ata çox pis oldu... Qaçdı... Qızını qucaqladı... Bərabərcə ağladılar.  
['xoşbəxt ailə']
5,996
https://kayzen.az/blog/ayxansevda/4253/m%C3%BCdrikliyin-sirri.html
Müdrikliyin sirri
ayxansevda
Bloq: ayxansevda
9 mart 2011, 21:18
Ərəbistan yarımadasında bir Şeyx müdrikliyin sirlərini tapmaq üçün hüzuruna gələnləri növbə ilə qəbul edirdi.. Görüşmələrdə qəribə bir incəlik  var idi. Bu incəlik ondan ibarət idi ki : Şeyxin hüzuruna gələn hər elm sahibi izah etmək istədiklərini, Şeyxə məhz danışmadan anlatmalı idilər. Eləcədə Şeyx onlara danışmadan qarşılıq verməli idi.Bir gün Şeyxin ibadətgahına bir bədəvi gəldi. Məqsədi, Şeyxin yanında qalıb elm öyrənmək idi. Amma bunu dil ilə deyil, müdrik bir üsulla bildirməli idi Şeyxə.  Bədəvi ibadətgahın qapısında dayandı və gözlədi. Bu hissi görüşmə idi. Bir müddət sonra qapı açıldı, Şeyx qapıda dayanan bədəviyə baxdı. Hissi salamlaşmadan sonra, sözsüz danışmaları başladı. Gələn Bədəvi Şeyxin yanında qalmaq və elm öyrənmək istəyirdi. Bunu anlayan Şeyx ibadətgahı tərk etdi. Bir müddət sonra əlində ağızına qədər suyla dolu bir qabla qayıtdı. Və qabı bədəviyə uzatdı.  Bu, yeni bir bədəvini qəbul edə bilməyəcək qədər doluyuq demək idi. Bədəvi ibadətgahın bağçasına getdi. Yerdən bir gül yarpağı götürüb qabdakı suyun üstünə buraxdı. Gül yarpağı suyun əsasında üzürdü və su daşmamışdı.Şeyx gülümsədi və böyük sevinclə həmən bədəvini içəriyə dəvət etdi. Və dil ilə dedi :Suyu daşırmayan bir gül yarpağına hər zaman yer vardır.
['düşündürücü hekayələr']
5,997
https://kayzen.az/blog/dusundurucu-hekayeler/4252/g%C9%99ncin-hikm%C9%99ti.html
Gəncin hikməti
ayxansevda
Düşündürücü hekayələr
9 mart 2011, 21:05
Yaşlı bir ixtiyar sahibi ilə bir gənc oğlan, birlikdə bir küncdə əyləşib söhbətləşirdilər. Söhbət əsnasında önlərində gözəl geyimli, ağ libaslı biri peyda olur.İxtiyar sahibi və gənc oğlan çaşıb qalarlar. Bu kimdir belə, deyə.Ağ libaslı şəxs gənc oğlanın qarşısına bir kisə qızıl qoyur.Gənc:- Sağ ol, qızıla ehtiyacım yoxdu. - Olsun, mən sənə verirəm, istər özünə xərclə, istər fağır və yoxsullara payla. Qızıllar sənindi. Gənc çox israr etməz. Kisəni alır və dərhal hamısını ehtiyacı olduğunu bildiklərinə paylayar. Gənc oğlanın həmsöhbəti, yaşlı adam isə bütün bunlara şahid olar. Günün sonu gələr. Yaşlı adam elə həmin günün axşamı gənci, bir başqasından kömək istəyərkən görər və soruşar : - Nə üçün o bir kisə qızıldan özünə bircə qızıl belə ayırmadın, indi özün dilənirsən..?Gənc təmkilə cavab verər : - Axşama qədər yaşayacağımı düşünə bilməzdim.
['düşündürücü hekayə']
5,998
https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/3399/mosart-motsart-dahi-b%C9%99st%C9%99kar.html
Mosart (Motsart)-dahi bəstəkar
burla xatun
böyük musiqiçilər
9 mart 2011, 18:57
Balaca Volfqanq Motsart təbiətcə gülərüz olduğundan yıxılanda ağlamazdı. Anası onun ağladığını cəmi bir dəfə xatırlayır – o da atası Leopold çalğısını saxlayıb körpəni otaqdan çıxardıqda. Bir dəfə axşamçağı valideynləri evdə olmayanda Volfqanq alətə yaxınlaşıb bütün barmaqlarıyla aləti döyəcləyir. Səs kəskin olduğundan fiziki zərbə almış kimi uşaq üz-gözünü turşudur. Sonra ehtiyatla bir barmağını klavişə toxundurur. Eşitdiyi səsdən çox məmnun qalır. Bu gecədən etibarən klavisin onun ən sevimli oyuncağına çevrilir. 3 yaşında klavisində çalır, 5 yaşında alətin virtuoz ifaçısı sayılır, 6 yaşında isə musiqi bəstələyir. 8 yaşında 3 simfoniyanın müəllifi idi. 14 yaşında isə bütün Avropada nüfuzlu sayılan Boloniya Musiqi Akademiyasının üzvü idi. Pudralı, parikli vunderkind Zalsburqda Mosart muzeyi – «Mosarteume»də körpə Mosartın balaca not dəftəri indi də qalır. Ləkə düşmüş, kağızı bozarmış, not yazısında notların çubuğu silinmiş bu dəftərdə Leopold Mosart Volfqanq üçün musiqi çalışmaları yazardı. Bir dəfə heç 6 yaşı tamam olmamış Volfqanq atasından qulağına gələn melodiyanı nota yazmağı xahiş edir. Bu kiçik pyes Mosartın ilk əsəri kimi həmin bu dəftərdə yazılır. Mosart musiqi fikirlərini yazmağı bacarmasa da, musiqi dilində fikirləşməyi bacarırdı. Belə uşağın musiqi istedadı ətrafa səs salmaya bilməzdi. Pul qazanmaq imkanını əldən buraxmayan atası Leopold konsert turnesiylə şəhərləri gəzməyə başlayır. Avropanın ən yaxşı musiqiçi və müğənnilərinin çıxış etdiyi zadəgan saraylarına yol tapmaq şəhərin rəğbətini qazanmaq demək idi. Zadəgan saraylarında isə kiçik möcüzə, vunderkind Mosartdan danışmaqdan bezmirdilər. Avstriya imperatorlarının yay iqamətgahında imperator Mariya Tereza onları qəbul edir. Mosart bu qadınla salamlaşıb tələsik klavisinin arxasına keçməyə çalışır. Ancaq parıldayanacan sürtülmüş güzgü kimi parketin üstündə sürüşüb düz zalın ortasında yerə sərələnir. Hər dəfə qalxmağa çalışanda parik taxmış bu adamcığaz yenidən yıxılır və böyüklər gülməkdən uğunurlar. Mariya Tereza qızı Mariya Antuanettadan kömək etməyi xahiş edir. Nəhayət, ayaq üstünə qalxa bilmiş Volfqanq xilaskarına gülümsəyib bərkdən deyir: «Xeyirxahlığına görə səni alacam». Amma üç onillik keçməmiş, Mosart kasıblıqda öləcək, Mariya Antuanetta isə başını gilyotinə qoyacaq. Volfqanqın çıxışları kənd yarmarkasında akrobatların, jonqlyorların çıxışına bənzəyirdi. Akrobatik hoqqalar beləydi: enlikürək, qartalburunlu bir kişi estradaya çıxıb camaata bir parça göstərir. Sonra həmin parçayla alətin klaviaturasını örtür. Gənc ifaçı alətin arxasına keçib klavişləri görmədən bir neçə rəqsi sürətlə ifa edir. Sonra atası uşağın gözünü bağlayır. Zaldan bir neçə adam klavişləri səsləndirir, cib saatının zəngini çaldırır, klavisinin üstündəki badələri cingildədir. Mosart isə səsləndirilmiş notların adını deyir. Yaxud bir nəfər ağlına gələn bir melodiyanı çalır. İfaçı isə onun əsasında elə ordaca pyes bəstələyir. Səfərlərin uşaq sağlamlığına zərərini bilsə də, atası oğlunu əl meymunu kimi camaata göstərməkdən usanmırdı. Melodiyadan qurtulmaqçün onu yazmaq lazımdı Amma uşaq böyüdükcə ona maraq sönməyə başlayır. Artıq 20 yaşına qədəm qoyanda həyat Volfqanqa çox şey öyrətmişdi. Alqışların, səfərlərin, görüşlərin dadını görmüş maestrino indi Zalsburq sarayında kiçik əməkhaqqına sifarişlə musiqi yazmalıydı. Tabeliyində olduğu arxiyepiskopla münaqişəsi dərinləşirdi. Dəfələrlə kapellanın müğənniləri və ifaçıları qarşısında Mosart uşaq, avara və səfeh adlandırılır, aldığı pula heç dəymədiyi eşitdirilirdi. Moestronu konsertdə alqışlayanlar bilmirdi ki, qeyri-adi artist, insan qəlblərinə hakim olacaq bir adam kiminsə quludur. Hər konsertdən əvvəl o, çıxış etməkçün arxiyepiskopa dil tökməlidi. Arxiyepiskopsa izn verməməklə özünü hökmdar zənn edirdi. Mosartın səbr kasası dolur. O, işdən çıxmaq ərizəsi yazır. Hər gün kinayəli gülüşləri və boş-boş sözləri dinləyib cavabsız qayıtmalı olur. Onun get-gələ salınmasının səbəbi var: kimi qovlamağı, kimi saxlamağı arxiyepiskop özü həll edir. Kiminsə ərizəni birinci yazmağı onun şəninə toxunurdu. Bir ay keçir. Mosart yenidən xahis ərizəsiylə qəbula gəlməli olur. Katib Mosart haqqında deyilən «avara, uşaq» sözlərini öz qulağıyla eşitdiyindən cəsarətlidi. Mosart ərizəni masanın üstünə atıb çıxıb gedir. Katib onu pilləkəndə yaxalayıb arxadan təpiklə itələyir. Sonra bioqrafları yazırdı ki, arxasından aldığı bu təpik Mosartı azad insana çevirir. Volfqanq pillələrlə diyirlənib yıxıldığı günü ömür boyu unutmayacaq. Yerdən qalxır, gözləri qaraldığından heç nə görmür, yol fanarına söykənir. Ürəyi bulanır, qusduqdan sonra rahatlaşır. Səndələyə-səndələyə evə gəlib işığı yandırmadan yatağa düşür. Yorğunluq və yuxusuzluqdan gözünə çirkin üzlər, iyrənc ifadələr görünür. Volfqanqın beynində melodiya doğulur. Belə şey qabaqlar da baş verirdi. Bu melodiyadan canını qurtarmaqçün durub onu ya çalmaq, ya da yazmaq lazımdır. Melodiya çalındıqca reallaşıb qadın səsinə çevrilməyə başlayır. Sonra qapı açılır, döşəmə cırıldayır. Beynindən «birinci oktava, lya diyez» keçir. Yalın ayaqların yumşaq addımlarını eşidir. İki incə əl üzünə, isti dodaqlarsa dodağına toxunur... Bu onun ilk məhəbbəti Aloiziyanın bacısı Konstansadır. Gələcək ömür yoldaşı. Mosart kontrakta görə evlənməlidi!? Atasının təkidiylə o, 15 il əvvəl maestrinoyla fəxr eləyən Parisə gedir. Amma 15 il uzun müddətdir. O vaxt onun cəmi 7 yaşı vardı. Paris möcüzə uşağı artıq unutmuşdu. Bu dəfə Parisə görkəmsiz, kifir bir gənc gəlmişdi. Belə musiqiçilər zadəgan evlərində iş axtarmaq ümidiylə bura axışırlar. Həyatda yeri uğrunda mübarizə edən 20 yaşlı Volfqanqın nə köməkçisi, nə də arxası var. Mosart iri şəhərin bir başından o biri başına qaçıb, dərsi dərsə calayıb günlərini yaşayır. Daim nəm ayaqları, ağırlaşmış bədəni, sanki parçalanacaq başının ağrısı vecsiz tələbələrinin verdiyi mənəvi əzablarla müqayisədə bir şey deyildi. Azadlığa qovuşmasından 5 il keçir. Konstansa ilə münasibətləri Zalsburqa atasının qulağına gədər gedib çatır. Kanstansanın anası da qızını incidir ki, Mosartın ona yazığı gəlsin və tez evlənsin. Hətta Mosartı evlənməyə borclu eləyən sənəd də imzalamağa məcbur eləyir. Əgər evlilik baş tutmasa, Mosart Konstansaya hər il 300 florin verməyə borcludur. Sədaqətli Konstansa bu sənədi gizlincə oğurlayıb cırır. Mosart onunla sevdiyinə görə evlənir. Amma bu evlilik ona baha başa gəlir. O, yenə də seçim qarşısındadır: azadlıq, sevdiyi qadın, yaxud Zalsburq, ailəsinin, xüsusilə atasının sevgisi. O, birincini seçir. Uşaqlarını itirdikcə əsərlərini qazanırdı İtalyan operalarının hakimliyi zamanında Mosartın təmiz alman operası yazmağı ona qarşı cəbhə yaratmışdı. «Fiqaronun toyu» yarananda teatrda 3 opera hazırlanırdı. «Fiqaronun toyu»nu xalq çox sevsə də, zadəganlara çox darıxdırıcı gəlirdi. Hər dəfə zalı doldurmasına baxmayaraq, bu opera həmin il cəmi 8 dəfə qoyulur və sonrakı il repertuardan çıxarılır. Onu ispan bəstəkarı Martinin «Nadir əşya» operası əvəz eləyir. Bu da taleyin bir oyunudur. Çünki bu operanı bir neçə tamaşadan sonra heç kim xatırlamayacaq. Amma Mosart «Don Juan» operasında həmin operadan bir neçə xanə sitat gətirdiyinə görə tarix bu operanın adını da unutmayacaq. Mosatın həyatı heç vaxt rahat olmayıb. Amma «Don Juan»ın uğursuzluğundan sonra vəziyyət daha dözülməzdi. Ona sifariş verilmirdi, saraya dəvət olunmurdu. Mosartı unutmuşdular. Musiqidən qazandığı puldan savayı başqa gəliri olmadığıyçün bu durum dilənçilik səviyyəsinə enmək demək idi. İndi o, gecə-gündüz arvadı və oğlunu yedirməkdən ötəri pul tapmağın qayğısını çəkir. Tərs kimi onlar hər ikisi tez-tez xəstələnirdi. Əvvəl yeganə oğlunu, sonra doğulmuş daha iki uşağını torpağa tapşırır. İtkilər yaşadığı məhz bu dövrdə Mosart yaradıcılığının zirvəsi sayılan son 3 simfoniyasını, «Sehrli fleyta» operasını və sonuncu əsəri olan «Rekviyem»i yaradır. «Mən matəm musiqimi yazıb sonra öləcəyəm» Bütün gecəni ağrılardan yatmamışdı. Amma musiqi yazmaya da bilməzdi. Yazmayanda daha çox əzab çəkirdi. İçində qalıb əzab verən musiqidən azad olmaq lazımdı. Yuxusuzluqdan ağırlaşmış başı masaya tərəf əyilir. Başını qaldıranda qapı ağzında yarıqaranlıqda qara plaşlı, qara şlyapalı, qara qalstuklu, pudralı parikdə, qanı qaçmış solğun bənizli, boşluğa baxan ifadəsiz gözlü bir adam görünür. Bu adam dinmədən konvert uzadır və deyir: «Sifarişçi məxfi qalmağı arzulayır». Məktubda rekviyem yazmaq sifariş edilirdi. Mosart o zamana görə çox böyük sayılan məbləğ istəyir. Yad kişi həmin məbləği sayıb masanın üstünə qoyur. «Əsər hazır olandan sonra bu qədər də alacaqsız» deyib qeyb olur. Rekviyem?! Son zamanlar ölüm fikri onu rahat qoymurdu. «Mənim başımda xaosdur. Fikrimi toplayıb yaza bilmirəm. Qara plaşlı kişi məni izləyir, işləməyi tələb eləyir. Mən artıq heç nədən qorxmuram. Bilirəm ki, axırım istedadımı tam aça biləcəyimdən tez çatacaq. Amma taleyini dəyişə bilən varmı? Mən matəm musiqimi yazıb sonra öləcəyəm». Hər gün musiqi daha az, sükut daha çoxdur Soyuq, yağmurlu noyabr günlərindən biridir.  Mosartın evində üzücü səssizlik və dərman qoxusu hakimdir. Bu səssizliyi hərdən bir xəstənin otağından gələn qəmli musiqi pozur. Mosart şagirdi Züsmayerlə birgə rekviyem üzərində işləyir. Hər gün musiqi daha az, səssizlik daha çoxdur. Ölümündən bir az əvvəl Mosart müqəddəs Stefan kilsəsində kopelmeyster vəzifəsinə dəvət alıb. Eyni zamanda Macarıstan və Amsterdamdan sərfəli sifarişlər də gəlib. Onun həyatında ilk dəfə bir parça çörək axtarışından canını qurtarıb sakit yaşamaq imkanı var. Onun 36 yaşı hələ tamam olmayıb. Mosart və Solyeri Arabir kəskin zarafatlarıyla və ən vacibi intedadını gizlədə bilməməsiylə Mosart ətrafındakıların çoxunu düşməninə çevirmişdi. Hətta şagirdi Züsmayerin Konstansa ilə eşq macərasından danışırdılar. Özünü bəstəkarlığa hazırlayan tələbənin yolunda Mosartın istedadı bir qaya kimi durmuşdu. Müəlliminə bənzəməyə o qədər çalışırdı ki, illər keçəndən sonra not yazısında qrafoloqlar nəyin Mosarta, nəyin Züsmayerə məxsus olmasını ayıra bilmədilər. Üstəlik, Mosartın paxıllığını çəkən bəstəkar Solyeri ilə əlaqə saxlayaraq müəlliminin bütün sirrlərini ona açırdı. Solyerinin Mosartı zəhərləməsi barədə gəzən əfsanələrə baxmayaraq, sarayda daha məşhur olan bəstəkarın onu öz əliylə zəhərləməsi gülünc görünür. Amma bəzi bioqraflar Solyerinin ölümqabağı kilsədə yazılı etirafını əlində əsas tutaraq bu versiyada təkid edirlər. Rekviyemin sifarişçisi qraf Velzex Ştuppax civə yataqlarının sahibiydi. Solyeri və Züsmayerin əlbirliyi ilə və bu qrafın məsləhətləriylə Mosartın civə ilə zəhərlənməsi versiyası hələ də dillərdən düşmür. İtmiş qəbrin sirri Otağın ortasında klavisinin yanında tabut var: kobud taxtadan yonulub, taxtaların arasından dəliklər görünür, qara rənglə səliqəsiz boyanıb. Mosart bu tabutdadı. Otaqda şam yanır. Şagirdi Züsmayer səhər tezdən qaçıb maestronun şamdanını sələmçidən alıb ki, otaqda işıq olsun. Kilsədə onu son mənzilə çox az adam yola salırdı. Nə orqan çalır, nə də oxuyan var. Monoton latın kəlmələri fonunda kimsə ərini donuz kimi dəfn edən Konstansanın dalıyca alıb-verir, kimsə evə gedib Mosartın əlyazmalarını gizlətməyi düşünür. Çünki başa düşür ki, tezliklə onların qiyməti olmayacaq. Konstansanı ovudarkən dostları fikir eləməməyi məsləhət görürdülər. O da bu məsləhətə həvəslə əməl edir və fikri-zikri Mosarta görə təqaüd arxasınca qaçmaqdadı. Yüngül xasiyyətli olduğundan dahi insanla bir yerdə yaşadığını hiss eləməmişdi. Bunu ilk dəfə Mosartın əsərlərinin nəşrindən aldığı qonorarın həcmini görəndə başa düşmüşdü. Bəstəkarın ölümündən sonra arvadı qapı-qapı gəzib yazıq dul qadın obrazını oynamaqla indiki pula çevirəndə 5 milyon avro məbləğində qonorar toplaya bilmişdi. Mosartın ölümündən 18 il sonra Konstansa axır ki, qəbiristanlığa getməyi qərara alır. Dahi bəstəkarı basdırmış qoca artıq ölmüşdü. Lap sağ olsaydı belə, ümumi qəbirdə Mosartın cəsədini tapmaq mümkün olmayacaqdı. Ona görə də bəşəriyyətin dahi musiqiçisinin qəbri insanlarçün açılmaz sirr olaraq hələ də qalır. Müəllif: Gülnarə Rəfiq [email protected] Mənbə: Bizim Yol Həmçinin bax: Volfqanq Amadeus Motsart
['Motsart', 'Wolfgang Amadeus Mozart', 'bəstəkar', 'dahi insan', 'dahilər']
5,999
https://kayzen.az/blog/paint/3384/pablo-pikasso.html
Pablo Pikasso
burla xatun
Məşhur rəsmlər və rəssamlar
9 mart 2011, 18:56
«İncəsənət bizi həqiqəti anlamağa kömək edən yalandır» Mamaça təzəcə doğmuş donya Mariyaya qorxu hissiylə baxırdı, axı özünə gələn kimi uşağını görmək istəyəcəkdi. Doktor Salvador da təəssüflə cansız uşağa bir daha baxıb siqarının tüstüsünü birbaşa nəfəssiz çağanın üzünə üfürdü. Körpə öz-gözünü turşudaraq çığırmağa başladı. Dünya dahi rəssam və şöhrətpərəst Pablo Pikassonun səsini ilk dəfə belə eşitdi. Bu hadisə Malaqada, müəllim Xose Luis Blaskonun evində baş verirdi. Həvəskar rəssam olan müəllimin rəsmləri, demək olar ki, bütün şəhərin evlərini bəzəyirdi. Kiçik Pablonun məktəbdən acığı gələrdi, diplomu ona atasına görə vermişdilər. Oğlunun dahiliyini anlayan kimi atası rəssamlığın daşını atıb rəng və fırçaların hamısını ona hədiyyə eləyir. Amma kiçik şəhərdə yaşayıb atası kimi dovşan və quşları rəngləmək onun taleyi deyildi: «Mən ağlım başıma gələcək dövrü gözləyə bilməzdim. Gözləsəydim, sonra ağıl mənə mane olardı». Həyatın dibində Pablo Madrid Akademiyasına girsə də, az keçməmiş qərara gəlir ki, orda öyrənəcəyi bir şey qalmayıb. Amma şəhər xəstəxanalarının birində fahişələri müalicə eləyən dostunun yanına həvəslə gedərdi. Ağ xalat geyib assistent kimi müayinələrdə iştirak edərdi. Sonra yaxınlıqdakı kafeyə qaçıb gördüklərini – ağrıdan əyilmiş üzləri, əzabdan əmələ gələn pozaları, yara-xora basmış bədənləri tələsik vərəqə köçürərdi. Sonralar sənətşünasların «mavi dövr» adlandırdığı illərdə o, insan əzablarını çəkirdi. Korlar, dilənçilər, fahişələr bu dövrün qəhrəmanlarıdır. Pablo əmin idi ki, Parisi öz fırçasıyla fəth eləyə biləcək. Yola düzəldə bildiyi 300 frankla arzularının dalınca gəlib «Bato Lavuar»- «Üzən camaşırxana» adlı evdə otaq kirayələyir. İşıqsız, soyuq, nəm toyuq damına bənzəyən bu binada kasıb rəssamlar daldalanırdılar. Açar vurğunu olan Pablonun bu evdə bir dənə də açarı yox idi, çünki oğurlamağa bir şey də yoxuydu. Yaxşı ki, qonşuluqdakı alman rəssamı narkotikin ağrılarına dözə bilməyib özünü öldürdü. Təzəlikcə opiuma uymuş Pablo çəkməyi atdı. Çəhrayı dövrün pərisi Fernandanın emalatxanaya gəldiyi gün Pablo ona ürək şəkilli güzgü bağışlayır. Qiymətli «xəzinə»sini otaqda bağlayıb çıxsa da, Pikassonun tənbəl ilham pərisi evdən çıxmağa heç həvəsli deyildi. Həm də küçəyə geydiyi ayaqqabısı cırılmışdı. Pablonun yeni ayaqqabıya pulu çatmırdı. Evi qızdırmağa kömürləri olmayanda Pablo Fernandaya kömürsatana göz-qaş eləyib havayı kömür almağa icazə verirdi. Onlar səhər tezdən qapı qarşısına qoyulmuş süd və kruasanları oğurlamaqla dolanırdılar. Yeməyə heç nə tapılmayanda Fernandanın pişiyi hardansa onlara kolbasa oğurlayıb gətirirdi. Zaman keçirdi, Pikassonun rəsmləri alınmağa başlayırdı. Alıcılar nədənsə əlində revolver tutmuş şəkildə alver edən rəssamın manerasından çəkinmirdilər. İndi onun öz evinin qapısının açarı əmələ gəlmişdi. Yeni mənzilə köçəndə Pablo özüylə 3 siam pişiyini, sevimli itini, əhilləşmiş meymun və ağ siçanlar ailəsini də aparmışdı. Amma təzə evdə  bircə aclıq və pulsuzluq illərini birlikdə yaşamış Fernandaya yer tapılmadı. «Sınıq» «Gəlincik»lə Onları ayıran qadın «Gəlincik» ləqəbli Yeva Quel olmuşdu. Canlı, səs-küylü Fernandadan sonra Yevanın çox nazik və arıq görünürdü. Kubizm dövründə tanış olduqlarına görə Yevanın real portreti olmasa da rəssam onu başqa cür, «sınıq» və «qırıq» qadınlar seriyasında əbədiləşdirib. Onlar birlikdə cəmi 3 il yaşadılar, çünki Yeva vərəmdən vəfat elədi. Orijinal qisas Dyaqilevin «Rus baletləri» truppasıyla əməklaşlıq edən dostu şair Jan Kokto onu tamaşaya kostyumlar və dekorasiya hazırlamağa dəvət edir. Pikasso böyük həvəslə rəsm çəkir, dekorasiya hazırlayırdı. Pikasso özünü rus çar generalının qızı kimi təqdim edən Olqanı emalatxanasına dəvət eləyir. Emalatxanadan çıxanda yıxılıb ayağı burxulan Olqanı qucağına alanda «Mənim ucbatımdan əgər rəqs edə bilməyəcəksizsə, mən sizə evlənməliyəm» deyir. Onlar kilsədə rus adətləriylə nikah bağlayırlar. Əqidəcə ateist olan Pikasso kilsədəki mərasimə sevgilisinin xətrinə birtəhər dözür. Toydan sonra baleti atmış Olqa ispan dilini öyrənməyə çalışır ki, əriylə onun ana dilində danışa bilsin. İkimərtəbəli evin ikinci mərtəbəsi emalatxanaya çevrilmiş, birinci mərtəbə isə Olqanın güzgülü, portyeli salonuna ayrılmışdı. Pikasso bahalı kostyumlar və maşın alıb özünə sürücü tutsa də, nədənsə göy fəhlə paltarı geyib Fernandayla aclıq çəkdiyi illəri tez-tez xatırlayırdı. Onun dostları Olqanı əsəbiləşdirir, Pablo isə ailə səadəti adlanan həyatla yaşamaq istəmirdi. Pikasso kataloni sosiskaları yeməklə qənaət eləyəndə Olqa ərinin pullarını şampan və kürüyə israf eləyirdi. Rəssamın qisası da orijinal oldu. Bir vaxt arvadını romantik tonlarda çəkən Pikasso qoca kaftar, bədniyyət qadınları çəkməklə sözünü deməyə üstünlük verdi. Elə bil bir neçə il ərzində Pikassonun təxəyyülü yalnız bədheybətlər, divlər, yarıya parçalanmış bədənlər, formasız, şişkin qadınlar yarada bilirdi. Qurumuş döşləri, həddən artıq böyüdülmüş cinsi orqanları olan dəhşətli qadınlar seriyası çəkməklə Pikasso Olqadan qisas alırdı. Onların artıq sönməyə doğru gedən münasibətlərini heç təzəcə doğulan oğlu Paolo da canlandıra bilmir. 40 yaşında ata olmuş Pikasso oğlunun rəsmini hərisliklə çəkirdi. Bu uşaq onda heyrət oyadırdı. Pikasso yalnız heyrətlənəndə çəkirdi. Metrodan tapılan gözəlçə Pikassonun rəsmlərində əmələ gələn sarısaçlı xanımı kubizm üslubünda çəkildiyi üçün heç kim tanıya bilmirdi. Yeni ilham pərisinin adı Mariya Tereza Valter idi. Onlar küçədə rastlaşmışdılar. Yağışlı havada metrodan qaça-qaça çıxan 17 yaşlı gözəl Mariya Terezanı görəndə rəssamın 50 yaşı vardı. Pikasso ona yaxınlaşıb «Əminəm ki, biz səninlə ikilikdə o qədər gözəl şeylər yarada bilərik!» demişdi. Yalnız ehtiras üstündə qurulmuş bu münasibət qəribə olsa da, 10 il sürdü. Mariya Tereza onun cümə günlərinin qadınına çevrildi. Sərfəli unutqanlıq Məşuqəsinə evlərinə yaxın mənzil kirayələmişdi. Özünü təhqir edilmiş sayan Olqa ərinə azadlıq vermək fikrində deyildi və onu sevdiyini israr edirdi. Boşanma Pikassoya da sərf eləmirdi. Axı nikah müqaviləsinə görə çəkdiyi rəsmlərin yarısı Olqaya çatacaqdı. Olqa Pablonu küçədə qadınla görüb «Sənə vacib sözüm var. Məni tanımadığını demə. Elə görkəm almısan ki, sanki mən yoxam» deyərək dalınca qaçırdı. Dostları deyirdi ki, Pikassonun unutmaq bacarığı yaddaşından daha artıq unikal hadisədir. Olqanın ölümündən bir il əvvəl Pikasso təsadüfən onu çimərlikdə görür və tanımır. Olqa onun arxasıycan xeyli baxaraq onu izləməyin mənasız olduğunu anlayır… Mariya Tereza rəssama xeyli yeni duyğular bəxş etdiyindən Pikasso onu fasiləsiz çəkirdi. Doğulan qızı Mayanı «atası naməlum» kimi yazdırdılar. Pablo söz vermişdi ki, boşanan kimi qızını tanıyacaq. Amma bu dəfə də unutdu. Az keçməmiş Pikasso cümə günləri Mariyanın yanına gəlməyi də yaddan çıxardı. O, hər iki qadından əl çəkib yeni məşuqə tapdı. Həmişə ağlayan qadın Son zamanlar çəkdiyi al-qırmızı dırnaqlı, uzun barmaqlı qadının adı Dora Maar idi. Onlar kafedə tanış olmuşdular. Rəssam Doranın barmaqlarına və bıçağı barmaq arasında məharətlə oynatmasına valeh olmuşdu. Əlini kəsəndən sonra Dora elə bil ki, ağrını, qanı hiss eləmirmiş kimi əlcəyi əlinə keçirərdi. Pikasso həmin əlcəyi son gününə qədər emalatxanasında yadigar saxlamışdı. Dora fotoqraf və rəssam kimi sənət haqqında fikirlərini ispanca deyirdi. Professional fotoqraf olan Doranın bir çatışmazlığı vardı. O, son dərəcə əsəbi idi. Doranın üzünü ağlayanda daha gözəl sayan rəssam deyirdi: «O, mənimçün həmişəlik ağlayan qadın kimi qalacaq». Bu dövrdə yaranan «ağlayan qadınlar»ın hamısı Doranın obrazıdır. Axmaq şlyapalar, əyilmiş üzlər, vəhşicəsinə paralanmış bədənlər, göz yaşları da… Müharibədən sonra Pikasso Doraya Fransanın cənubunda bir ev hədiyyə elədi. Dora başa düşdü ki, bu hədiyyə vidalaşmağın bir yoludur. Amma yeni evdə yaşamaq ona qismət olmadı, çünki sevgilisiylə ayrılıqdan sonra ömrünün sonuna kimi psixi xəstəxananın pasienti kimi yaşadı. «Mənim kimi kişiləri atmırlar» Nəvəsi yaşında olan Fransuaza ilə Pablo restoranda bir vaza albalı yeyərkən tanış olub. Fransuaza rəngkarlıq dərsləri almaq üçün evini atıb gəlmişdi. «Belə gözəl qadın rəssam ola bilməz» deyən Pikasso onu evinə isti vanna qəbul eləməyə dəvət elədi. Faşist işğalı altında olan Parisdə isti vanna böyük dəbdəbə sayılırdı. Amma rəssam əlavə elədi: «Əgər mənimlə maraqlanırsızsa, gəlin. Rəsmlərimi görmək istəsəz, muzeyə də gedə bilərsiz». Fransuaza rəssamın yaradıcılığıyla maraqlanırdı bəyəm? İkinci dəfə qravirovka dərsləri almağa dəvət eləyəndə isə Fransuaza gözəl axşam paltarında gəldi. «Sən qravirovkanı öyrənməkçün belə geyinmisən?» sualının cavabında Pablo «Əlbəttə ki, yox. Mən düşünürəm ki, siz məni öyrətmək fikrində deyilsiz. Ona görə belə geyindim» sözlərini eşitdi. «Mən cavanla yaşayıramsa özüm də cavanlaşıram» deməyi sevən Pikasso növbəti sevgilisini tapanda ondan 40 yaş böyük idi. Pikasso nəinki vəfalı olmağı bacarmır, hətta sevdiyi qadınları incitməkdən ləzzət alırdı. Fransuazanın uşaq doğandan sonra nə günə düşəcəyini görməkçün onu, demək olar ki, məcbur elədi. Fransuaza o istəyən kimi iki uşağın doğandan sonra eksperimentin nəticəsi rəssamın xoşuna gəlmədi. O Fransuazanı fiziki qüsurlarını qabardaraq yenə də çəkirdi. Fransuaza çıxıb getməyə qərar verir. Uşaqları da götürüb gedən Fransuazanın ardınca «Mənim kimi kişiləri atmırlar» deyə çığırmışdı. O, yeganə qadın idi ki, rəssamı özü atmışdı. Monsinyor Pikasso Pikasso heyrət doğuracaq ilahə ilə yaşamalıydı ki, yarada bilsin. Bu dəfə onu dağ başına qaldırıb, az qala ona dua eləyən və əllərini öpən qadını tapanda Pablonun 72, Jaklinin Rokun 27 yaşı vardı. Jaklin Pikassonun ikinci və sonuncu arvadı olur. Onların toyu çox sadə idi. Hamı su içir və dünəndən qalma şorba və toyuq yeyirdilər. Jaklin heç fikir eləmirdi, çünki dahi ərini heç kimlə bölüşmək fikrində deyildi. Jaklin üçün o, səcdəgah idi. O, Pikassonu yepiskopa müraciət edirmiş kimi «monsinyor» çağırırdı. İllərlə onun kaprizinə, depressiyasına, bədgümanlığına dözür, pəhrizinə ciddi riayət edirdi. Əvvəl rəssamın dostlarını, sonra isə qohumlarını uşaqlaşdırdı. Ərini də inandıra bildi ki, uşaqları səbrsizliklə onun öləcəyi günü gözləyir. Uşaqları Klod və Palomo atalarını görməyə gələndə Jaklin «Otaqda monsinyor Pikasso, bizim kral olan vaxt siz necə pəncərəyə baxa bilərsiz?» də deyə bilərdi. Pikasso «Sən özünə yeni din kəşf eləmisən» desə də, bundan çox xoşhallanırdı. Ona görə də rəssamın son illəri çəkişmələr, nifaq və ədavətdə keçib. Hətta vəfat eləyəndə də Jaklin rəssamın uşaqlarına atalarının dəfnində peyda olmağı qadağan eləmişdi. Pikasso 91 yaşında vəfat edib. Özündən sonra 50 min lövhə, şəkil və qravürlər, heykəl və keramika işləri miras qoyub. Onun çoxsaylı varisləri arasında çəkişmələr bundan sonra başlayacaqdı. Ərinin dəfnindən sonra Jaklin yaşadıqları villanın içində özünə qapanaraq dəliliklə sərhəddə 3 il yaşadıqdan sonra özünə qəsd eləyir. İlahəni döşəmə əskisinə çevirməyin yolu 1942-ci ildə Pol Elüar Pikassonun xəttinə görə xasiyyətini təyin edərək belə yazmışdı: «Ehtiraslı, intensiv sevən və sevdiyini öldürən bir adamdır». Əslində Pikasso qadınlara canlı kimi baxmırdı. Gözəl cinsin nümayəndələrini iki yerə, «ilahə»lərə və «döşəmə əskilərinə» ayırıb sonra birinci tipi ikincisinə çevirməkdən böyük ləzzət alırdı. Qəribəsi odur ki, qadınlar özləri etiraz etmirdi. Onun bütün qadınları gözəl və cavan olub. Pikassonun 19, sonra 35, 50, 74 yaşı olanda onlar yenə də gənc olublar — 17, uzağı 23 yaşında. Pikassonun rəfiqələrindən heç biri uzun və xoşbəxt həyat yaşaya bilmədi. Mariya Tereza rəssamın ölümündən 4 il sonra mənzilinin qarajında özünü asır. Qızı Maya isə avtomobil qəzasında vəfat edir. Pikassonun oğlu Paola içkiyə qurşanır. Dora Maar sonacan dəlixanada özünə gələ bilmir. Jaklin yataq otağında özünü güllələyir. Əzəmətli Fernanda isə ömrünü kasıblıqda bitirir. Onu dəfn edəndən sonra onun otağında bir mücrü tapırlar. Onun içində ürək şəklində güzgü hələ də dururdu… Lətifə: Pikassonu qatarda gedərkən qarət eləyirlər. Bir rəssam kimi ondan oğrunun portretini çəkmək xahiş edilir. Onun eskizlərinə əsasən iki qoca, iki qarı, 3 tramvay və 4 yuyucu maşını həbs eləmək olardı. *** Pikassonun studiyasına milyoner xanım gəlir. Kubizm üslubunda çəkilmiş rəsmlə maraqlanıb soruşur: — Burda nə təsvir edilib? — 200 min dollar – deyə rəssam cavab verir. Müəllif: Gülnarə Rəfiq [email protected] Mənbə: Bizim Yol qəzeti
['Pikasso', 'rəssam', 'dahi insan', 'rəssamlar', 'dahilərin həyatı', 'Pablo Pikasso', 'məşhur rəssamlar', 'məşhur rəssam']