Unnamed: 0
int64 0
6.93k
| url
stringlengths 41
313
| title
stringlengths 3
153
| author
stringclasses 256
values | category
stringclasses 371
values | date
stringlengths 17
23
| content
stringlengths 3
89.6k
| tags
stringlengths 6
314
|
---|---|---|---|---|---|---|---|
5,300 | https://kayzen.az/blog/ginekologiya/6393/hamil%C9%99likd%C9%99-d%C3%BCzg%C3%BCn-qidalanma.html | Hamiləlikdə düzgün qidalanma | Dr_Həkim | ginekologiya | 23 iyul 2011, 22:50 |
Yəqinki bu mövzu bütün qadınları maraqlandırır. Hamiləlik qadının ən həssas dönəmidir. 0, yeməyinə, istirahətinə, geyiminə ciddi fıkir verməlidir. Hamilə qadının qidası keyfiyyətli olmalı və düzgün təşkil edilməlidir. Qida hamilə qadının orqanizminin fizioloji tələbatını ödəməli, dölün inkişafını təmin etməlidir.Çünki, uşaq bətində olarkən ananın qəbul etdiyi bütün maddələri: zülal, yağ, karbohidratlar, vitaminlər və mikroelementləri alır. Dölün inkişafının hər bir mərhələsində o, müəyyən tərkibli qida maddələrinə ehtiyac duyur. Bu da onun çəkisinin qeyri-bərabər artması ilə izah olunur. Belə ki, bətndaxili inkişafın 4-cü ayının axırına dölün çəkisi cəmi 70 q olursa, 5-ci ayın axırında artıq 230 q-a çatır. Yəni bir ay ərzində çəkisi demək olar 3 dəfə artır. Dölün düzgün in'kişafı hamilə qadınnın qidasından çox asılıdır, Qidanın keyfiyyətsiz və həddindən artıq az qəbulu edilməsi qüsurlu uşaqların doğulmasına səbəb olursa, yüksək kalorili və asan həzm olunan yeməklər isə artıq çəkili uşaqların doğulmasına gətirb çıxarır. Bundan başqa, çəkisi 5 kq-dan artıq olan yeni doğulmuş uşaqlarda çox vaxt müxtəlif xəstəliklər, uşağın sonrakı inkişafında isə pozğunluqlar müşahidə edilir. Deməli, hamilə qadının yeməyinin düzgün, səmərəli olması hamiləlik zamanı, doğum vaxtı, doğumdan sonrakı dövrdə ağırlaşmaların və həmçinin yeni doğulmuş uşaqların xəstələnməsinin qarşısını alan profilaktik tədbirlərdən biridir. Hamiləliyin ilk həftələrindən qadının ağzının tamı dəyişir. Elə qadınlar var ki, qeyri- müəyyən maddələrə meyl edirlər. Bəziləri diş tozuna, təbaşirə bəziləri də gilə, torpağa. Qadının təbaşir yeməsi onun orqanizmində kalsiumun çat.şmamas.na dəlalət edir. Çünki dölün bətndaxili inkişafının 3- cü ayında sümük sisteminin inkişaf. ilə əlaqədar kalsiuma təlabat artır. Kalsiuma təlabatın artması isə dişlərin xarab olmasına gətirib çıxarır. Hamilə qadının orqanizmindən kalsiumun çox sərf edilməsinə yol verməmək üçün yeməklə çoxlu kalsiumun daxil olmasına çalışmaq lazımdır. Kalsium duzları heyvan və bitki məhsullarının demək olar hamısında vardır. Lakin ən asan həzm olunan kalsium mənbəyi süd və süd məhsulları, yumurta sarısıdır. Hər bir hamilə qadının yeməyi fərdi qurulur. Burada vərdişi, iqlim şəraitini, qadmın əmək fəaliiətini nəzərə almaq lazımdır. Hamillələr müxtəlif qidalara üstünlük verməlidirlər. Həmişə eyni qida ilə qidalanan qadının uşağı zahirən sağlam doğulsa da, birqayda olaraq, onlarzəif böyüyür, tez-tez xəstələnir, hafizələri zəif olur. Hamilə qadının yeməyinin tərkibində ətdən, balıqdan, süd məhsuilarından, müxtəlif yarma və tərəvəzdən, meyvə və giləmeyvələrdən hazırlanan xörəklər olmalıdır. Onun qidasının 25-30 % -ni zülallar, o qədər də yağlar və-40-45 % ni karbohidratlartəşkil etməlidir. Belə nisbətdə qurulmuş qida rasionu, hamilə qadının orqanizminin bütün təlabatını ödəyir vətjnəzm sisteminin normal fəaliyyətini təmin edir. Zülallar insan orqanizminin bütün toxumalarında mövcuddur. Hamilə vaxtı uşaqlığın, dölün, ciftin, süd vəzilən'nin böyüməsi ilə əlaqədar zülala ehtıyac artır. Zülalı az olan yeməklər qadınlarda qanazlığı törədir, müxtəlif yoluxucu xəstəliklərə qarşı onların müqavimətini azaldır. Ət, ballıq, yumurta, süd, kəsmik, pendir, buğda, kələm, kartof, lobya, düyü, qarabaşaq yarması kimi məhsullar zülalla zəngindir. Hamilə qadının yeməyinə bunları daxil etmək lazımdır. Hamiləliyin ikinci yarısında və ya son aylarında qida rasionunda əti azaltmaq, qızardılmış yeməklərdən, bulyondan, balıq şorbalarından çəkinmək lazımdır. Bildiyimiz kimi karbohidratlar insan yeməyinin çox hissəsini təşkil edir. Karbohidratlar hamiləlik dövründə enerji sərfinin əvəzini ödəyən maddədir. Gün ərzində hamilə qadın 350-400 q-dan çox karbohidrat almamalıdır. Bu dölün çəkisinin artmasına səbəb olar. Əgər hamilə qadın şirniyyat və yağlı şeylər çox yeyirsə doğulan uşağın çəkisi artıq olur ki, bu da doğum zamanı çətinliklər törədir. Karbohidratlar ən çox bitki mənşəli ərzaqlarda: çörəkdə, yarmalarda, qənddə, meyvə və tərəvəzlərdə olur. Meyvə və tərəvəz hamilə qadın üçün daha xeyirlidir. Ona görə ki, tərkibində vitaminlər, mineral duzlar və bağırsağın funksiyasını yaxşılaşdıran sellüloz vardır. Meyvə-tərəvəzi çiy yeməkyaxşıdır. İstifadə etdiyimiz ərzaqların içində ən yüksək enerji dəyərini yağlar verir. Onların tərkibində yağ həll edən A, D, E, K vitaminləri olur. Hamilə qadının orqanizmi süddə və süd mitpullawnda (kərə yağı, qaymaq, xama, pendirdə) olan yağların və həmçinin bitki yağlarını daha yaxşı həzm edir. Lakİfı hamitelik zamanı yağları az işlətmək lazımdır, çünki yağın çoxluğu qadının və uşağın sağlamlağına zərər yetirə bilər. Hamiləlik zamanı ən çox A, D, E, C və bütün B qrupu vitaminləri lazımdır. A vitamini boyun böyüməsinə şərait yaradır, orqanizmin infeksiyalarla mubarizə etmək qabiliyyətini artırır. Bu vitaminin olmaması ciftin pis inkişaf etməsinə, dölün böyüməsinin ləngiməsinə və hətta onun tələfinə səbəb ola bilər. Bu vitamin kərə yağında, pendirdə, yumurta sarısında, qara ciyərdə və balıq yağında daha çoxdur. Bir çox meyvə-tərəvəzdə ( yerkökü, kahı, göy soğan, şüyüd, pomidor turşəng, ərik,itburnu) xüsusi maddə - karotin vardır ki, bu da insan orqanizmində A vitamininə çevrilir. B qrupu vitaminləri hamilə qadının orqanizmində bir çox proses və funksiyalacm həyata keçirilməsində iştirak edir. Qaraciyər, mal əti, qara çörək, pivə mayası, qoz, vələmir, arpa, qarapaşaq yarması B vitaminlər qrupu ilə zəngindir.
C vitamini- askorbin turşusu hərtərəfli təsirə malikdir. Gün ərzində hamilə qadına 100-200 mq askorbin turşusu lazımdır. Bu vitamin təzə meyvələrdə, tərəvəzlərdə, giləmeyvələrdə (göy soğan, kələm, kahı, pomidor, qarağat, çiyələk, itburnu, limon, poprtağal, alma) olur. Soyuq və isti aylarda orqanizmi C vitamini ilə təmin etmək üçün gün ərzində 1 stəkan itburnudəmləməsi içmək məsləhət görülür. D 2 vitamuni- bu vitaminin çatışmaması dölün sümüklərinin düzgün inkişaf etməsinə və dişlərin mayasının düzgün qoyulmamasına səbəb ola bilər. Hamilə qadında bu vitamin çatışmaması qanazlığı, ümumi zəiflik, sümük və əzələlərdə ağrı verir. Balıq yağı, kürə, kərə yağlı pendir, yumurta sarısı, qaraciyər bu vitaminlə zəngindir. E vitamini mayalanma prosesinə şərait yaradır. Döllənmiş uşaqlığın böyüməsinə, aplün bətndaxili inkişafına, doğumdan sonra südün çoxalmasına yaxşı təsir göstərir. Buna görə də E vitaminini nəslin artırılması vitamini adlandırırlar. Bu vitamin bitki yağlarının, yumurta sarısının, göy noxudun, kahının, qarğıdalının, qaraciyərin, böyrəyin tərkibində olur. K qrupu vitaminləri qanın laxtalanması prosesində iştirak edir ki, bu da doğum vaxtı böyük əhəmiyyətə malikdir. Hamilə qadın hərgün müxtəlif cür yeməklə ryeyərsə, bu vitaminə olan tələbat ödənilər. Hamilə qadın spirtli içkilər içməməli, tünd və duzlu yeməklər yeməməlidir. Hamilələlik atdıqca hamilə qadının bütün orqanlarına düşən yük artır. Qida ilə daxil olan maddələr qaraciyərdə asan həzm edilən birləşmələrə çevrilir. Böyrəklər nəinki hamilə qadının, həmçinin dölün mübadilədə iştirak etmiş məhsullarını xaric edir. Hamilə qadın hamiləliyinin ikinci yarısında maye qəbulunu azaltmalıdır. Düzgün qidalanma hamiləliyin ən yaxşı əlamətidir. Gəlin buna dəqiq riayətedək.Mənbə: Mənim Balam jurnalı
| ['Hamiləlik', 'vitaminlər'] |
5,301 | https://kayzen.az/blog/maraqli-faktlar/6392/islamda-maraql%C4%B1-m%C9%99lumatlar.html | İslamda maraqlı məlumatlar | Ferid_Zeynalli | Maraqlı faktlar | 23 iyul 2011, 22:07 |
1-Kişilər içərisində Həzrət Mühəmməd (s)-ə iman gətirən birinci şəxs imam Əli (ə)-dır.2-Qadınlar içərisində Həzrət Mühəmməd (s)-ə iman gətirən birinci şəxs həzrət Xədicə (ə. s)-dır.3-Həzrət Peyğəmbəri-Əkrəm (s) Əmirəl-möminin Əli (ə)-a buyurdu: "Allah hər şeydən əvvəl əqli yaratdı (və ona buyurdu: Hər şeyi sənin vasitənlə alacağam, sənin vasitənlə əta edəcəyəm və sənin vasitənlə savab və cəza verəcəyəm)."4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Bu ümmətdən götürülən birinci şey həyadır."5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Din işlərində əldən gedən ilk şey əmanətdir."6-İnsanın yer üzündə mürtəkib olduğu ilk günah həsəddir. (Qabilin Habilə qarşı həsəd etməsi.)7-Hər (qəməri) ayın əvvəlində qusl vermək müstəhəbdir.8-Hər günün əvvəlində ruzi qazanmaq üçün getmək müstəhəbdir.9-Yemək yeyəndə birinci Allahın adını çəkmək lazımdır.10-Miqdad Peyğəmbər (s)-dən sonra "Əli (ə) şiəsi" adı ilə məşhur olan birinci şəxsdir.11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "(Qiyamət günündə) əməl tərəzisində ölçüləcək birinci əməl yaxşı əxlaqdır."12-İslam yolunda şəhid olan birinci qadın Əmmarın anası Süməyyə idi.13-Küfrə səbəb olan birinci əməl namazı tərk etməkdir.14-Ağızdan çıxan birinci söz mütəal Allahın adı olmalıdır.15-Allah-taalanın bağışladığı birinci şəxs başqalarını bağışlayandır.16-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Sizi dəvət edən birinci (mömin) şəxsin dəvətini qəbul edin."17-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Behiştə daxil olan ilk şəxslər şəhidlər olacaqlar."18-Təqvanın birinci yeri ariflərin qəlbidir.19-İmam Sadiq (ə) buyurmuşdur: "Salamı birinci verən şəxs Allahın və Onun Rəsulunun yanında ən əziz şəxsdir."20-Hər ayın birinci günü bacardığınız qədər sədəqə verin.
21-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Behiştə daxil olan birinci şəxs Əlidir."22-Kəbənin üstündə azan deyən birinci şəxs Əli (ə) olmuşdur.23-Allahın evi Kəbədə dünyaya gələn birinci şəxs Əli (ə)-dır.24-İbadət mehrabında şəhid olan birinci şəxs Əli (ə)-dır.25-Peyğəmbər (s)-lə namaz qılan (İslamda camaat namazı qılan) birinci şəxs Əli (ə) olmuşdur.26-İlin birinci günündə (Novruz bayramında) oruc tutmaq müstəhəbdir.27-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allahın yeganəliyinə, mənim peyğəmbərliyimə və Əlinin imamətinə şəhadət verən birinci daş qırmızı əqiq idi."28-İmam Sadiq (ə) buyurmuşdur: "Günahların əvvəli altı şeydən ibarətdir: 1-Dünya malına məftun olmaq. 2-Vəzifəpərəstlik. 3-Yeməyi sevmək. 4-Qadınları sevmək. 5-Rahatlığı sevmək (tənbəllik). 6-Yatmağı sevmək."29-Həzrət Peyğəmbəri-Əkrəm (s)-ə nazil olan birinci surə "Ələq" surəsi idi.30-Həzrət Peyğəmbəri-Əkrəm (s) ümməti üçün gətirdiyi birinci vacibi əməl namaz idi.31-Müsəlman şəxs öləndən sonra ondan soruşulan birinci əməl namazdır.32-İşlərin ən yaxşısı namazı əvvəl vaxtında qılmaqdır.33-Birinci məqtul (öldürülən şəxs) həzrət Adəm (ə)-ın oğlu Habildir.34-Allahın torpaqdan yaratdığı birinci peyğəmbər (və yaxud birinci insan) həzrət Adəm (ə)-dır.35-İnsanın həyatına səbəb olan birinci şey sudur.36-İslamda birinci tabut həzrət Fatimeyi-Zəhra (ə) üçün düzəldi.37-Həzrət Peyğəmbər (s)-in birinci müharibəsi "Bədr" müharibəsi idi.38-Həzrət Məhdi (ə) zühur edəndə, o həzrətə beyət edən birinci şəxs həzrət Cəbraildir.39-Həzrət Nuh (ə)-a iman gətirən birinci qadın zövcəsi Amurə idi.40-Məkkədən Mədinəyə ayaq yalın hicrət edən birinci qadın imam Əli (ə)-ın anası Fatimə binti Əsəd olmuşdur.
| ['hikmətli sözlər'] |
5,302 | https://kayzen.az/blog/Ferid_Zeynalli/6391/h%D3%99ccin-t%D3%99sirl%D3%99ri.html | Hәccin tә`sirlәri | Ferid_Zeynalli | Bloq: Ferid_Zeynalli | 23 iyul 2011, 21:56 |
1. Sәrvәtin аrtmаsı -İshаq ibn Әmmаr dеyir: İmаm Sаdiqә (ә) әrz еtdim ki, mәn hәr il hәccә gеtmәk vә yа аilә üzvlәrindәn bir nәfәri hәccә göndәrmәk qәrаrınа gәlmişәm. İmаm (ә) buyurdu: "Bu iş üçün qәti qәrаrа gәlmisәnmi?" Dеdim ki, bәli. İmаm (ә) buyurdu: "Әgәr bеlә еtsәn mаl-mülkünün аrtаcаğınа әmin оl. Müjdә оlsun sәnә böyük sәrvәtlә."2. Qәlblәrin аrаmlığı -İmаm Bаqir (ә) buyurmuşdur: "Hәcc аyinlәrinin icrаsı qәlblәrә аrаmlıq vеrir."4. Yохsulluqdаn çıхmаq -Hәzrәt Pеyğәmbәr (s) buyurmuşdur: "Hәcc аyinlәrinin icrаsı yохsulluğun аrаdаn qаldırılmаsınа sәbәb оlur."[186] İmаm Sаdiq (ә) buyurur: "Еhtiyаclаrın tә'min оlunmаsındа vә yохsulluqdаn uzаqlаşmаqdа hәcc kimi аrdıcıl tә'sirli iş görmәmişәm."5. Bәlаlаrın dәf'i -İmаm Sаdiq (ә) buyurur: "Hәcc аyinlәrinin icrаsını vә аrdıcıl hәccә gеtmәyi sizә tövsiyә еdirәm. Çünki аrdıcıl hәccә gеtmәk dünyа аcılаrı, qiyаmәt gününün qоrхusunu sizdәn uzаqlаşdırаr.6. Sаğlаmlıq, ruzinin аrtmаsı vә imаnın islаhı -İmаm Sаdiq (ә) imаm Sәccаdın (ә) dilindәn bеlә nәql еdir: "Hәcc vә ümrә yеrinә yеtirin ki, bәdәnlәriniz sаğlаm, ruziniz bоl, imаnınız möhkәm оlsun, öz yаşаyış хәrclәrinizi, хаlqın еhtiyаclаrını vә аilәnizin еhtiyаclаrını ödәyәsiz." 7. Günаhlаrın bаğışlаnmаsı, dünyа vә ахirәt pәrişаnlığının аrаdаn götürülmәsi -İmаm Sаdiq (ә) buyurur: "Hәr kәs Kә'bәyә mә'rifәtlә bахsа, bizim hаqq vә hörmәtimizi tаnısа, Kә'bәnin hаqq vә hörmәtini tаnımış kimidir. Bеlә оlаrsа Аllаh оnun günаhlаrını bаğışlаyаr, dünyа vә ахirәt pәrişаnlığınа sоn qоyаr."8. Cәhәnnәm оdundаn qurtuluş, dаimi хеyir -İmаm Sаdiq (ә) buyurur: "Ömür bоyu bir dәfә hәccә gеdәn, vаcib hәcci yеrinә yеtirәn kәs, hәqiqәtәn, аlоvdаn оlаn bir kәndiri bоynundаn аçmışdır. Hәyаtındа iki dәfә hәccә gеdәn kәs ömrünün sоnunаdәk хеyir içindә оlаr. Hәr kәs üç dәfә аrdıcıl hәccә gеtsә vә sоnrа bu işi tә'хirә sаlsа, hәr il hәccә gеtmiş kimidir."9. Hәcc sәfәrinә hаzırlаşmаq Аllаh yоlundа cihаdа hаzırlаşmаq kimidir -İmаm Sаdiq (ә) buyurur: "Hәccә gеtmәk üçün kәcаvә hаzırlаyаn kәs Аllаh yоlundа cihаdа gеtmәk üçün аt vә silаh hаzırlаyаn kәs kimidir."10. Kә'bә әtrаfındа bir hәftә tәvаfın sаvаbı -İmаm Sаdiq (ә) buyurur: "Аllаh еvini yеddi dövrә еdәn kәs üçün Аllаh 6 min хеyir iş ("hәsәnә") yаzаr vә оnun 6 min pis işini pоzаr. Bu аdаmın dәrәcәsi 6 min dәfә аrtırılаr. (İshаq ibn Әmmаr) Bu şәхsin 6 min istәyi qәbul оlunаr. (Sоnrа buyurur:) Mö'minin istәyini yеrinә yеtirmәk Аllаh еvini оn dәfә tәvаf еtmәkdәn üstündür."
11. Bеhişt vә'di -Hәzrәt Әli (ә) buyurur: "Аltı nәfәr üçün bеhiştә zәmаnәt vеrirәm: Sәdәqә vә yа хеyir iş üçün еvdәn çıхаn vә ölәn kәs, хәstәni ziyаrәt üçün еvdәn çıхаn vә ölәn kәs, Аllаh yоlundа sаvаş üçün еvdәn çıхаn vә ölәn kәs, hәcc аyinlәrinin icrаsı üçün еvdәn çıхаn vә ölәn kәs, cümә nаmаzı qılmаq üçün еvdәn çıхаn vә ölәn kәs, bir müsәlmаnın dәfni üçün еvdәn çıхаn vә ölәn kәs!"
12. Bütün günаhlаrın bаğışlаnmаsı -Hәzrәt Pеyğәmbәr (s) buyurmuşdur: "Hаcı, Аllаh еvinin ziyаrәtçisi üçün üç hаldаn biri gözlәnilir. Yа dеyilәr ki, kеçmiş vә gәlәcәk günаhlаrın bаğışlаndı; yа dеyilәr ki, kеçmiş günаhlаrın bаğışlаndı vә yеnidәn bаşlа; yа dеyilәr ki, qоhumlаrın vә övlаdlаrın Аllаhın pәnаhındаdır. Üçüncü әn üstün hаldır."
13. Şеytаnа bir dаş аtmаqlа bir kәbirә günаhın bаğışlаnmаsı -İmаm Sаdiq (ә) buyurur: "Аtılаn hәr dаş böyük bir günаhı аrаdаn qаldırаr."14. Hаcının kәsdiyi qurbаn cәhәnnәm оdunа sipәrdir -İmаm Sәccаd (ә) buyurmuşdur: "Hаcının kәsdiyi qurbаn оnu оddаn qоruyаn sipәrdir."15. Mәlәklәrin şәfаәti -İmаm Sәccаd (ә) buyurur: Sәfа vә Mәrvә аrаsındа sә'y еdәn (аstа yеrişlә qаçаn) аdаmın şәfаәti üçün mәlәklәr аyаğа qаlхаr. Оnun şәfаәti qәbul оlunаr."16. Sәfа vә Mәrvә аrаsındа sә'y müqаbilindә yеtmiş mö'min bәndәni аzаd еtmәk sаvаbı -İslаm Pеyğәmbәri (s) әnsаrdаn оlаn bir kişiyә buyurdu: "Sәfа vә Mәrvә аrаsındа qаçdığın vахt şәhәrindәn çıхıb hәccә piyаdа gеdәn аdаmın sаvаbını аlırsаn, yеtmiş mö'min qulu аzаd еtmiş kimi оlursаn."17. Bir hәcc müqаbilindә bütün dünyа -İmаm Bаqir (ә) buyurur: "Ölülәr öz qәbirlәrindә bеlә аrzu еdәr: "Kаş dünyа vә dünyаdа bizә vеrilәnlәr әvәzindә bir hәccin sаvаbını аlа bilәydik."18. Hәmişәlik әzаbdаn qurtuluş -İmаm Bаqir (ә) buyurur: "Hәr kәs bu еvә (Kә'bәyә) dахil оlsа vә Аllаhın оnа vаcib еtdiyi hәr şеydәn аgаh оlsа, qiyаmәt gününün әbәdi әzаbındаn аmаndа qаlаr."19. Dünyа vә ахirәti әldә еtmәk -Hәzrәt Pеyğәmbәr (s) buyurur: "Dünyа vә ахirәti istәyәn insаn bu еvә üz tutsun. Hәqiqәtәn, hаnsı bәndә оrаyа gәlib Аllаhdаn dünyа istәdisә, оnа çаtdı, Аllаh оnun istәyini yеrinә yеtirdi. Kim Аllаhdаn ахirәt istәdisә оnun dа bu аrzusu qәbul еdildi."20. Nurа qаtılmа -Әbdürrәhmаn ibn Sәmurә dеyir ki, bir gün hәzrәt Pеyğәmbәrin (s) yаnındа оlduğumuz vахt о buyurdu: "Mәn dünәn gеcә tәәccüblü bir şеy gördüm!" Biz sоruşduq ki, еy Аllаhın rәsulu, cаnımız sәnә fәdа, nә gördün? Hәzrәt (s) buyurdu: "Ümmәtimdәn оlаn bir kişinin qаrşıdаn vә аrхаdаn, sаğdаn vә sоldаn, yuхаrıdаn vә аşаğıdаn zülmәtә qәrq оlduğunu gördüm. Bu vахt оnun hәcc vә ümrә әmәli gәlib оnu zülmәtdәn çıхаrdı vә nurа dахil еtdi."
| ['islam fəlsəfəsi'] |
5,303 | https://kayzen.az/blog/Ferid_Zeynalli/6390/k%D3%99b%D3%99.html | KӘ`BӘ | Ferid_Zeynalli | Bloq: Ferid_Zeynalli | 23 iyul 2011, 21:50 |
Müsәlmаnlаrın qiblәgаhıdır, әmin-аmаn еvdir, İslаmın nişаnәsidir, tәvаf mәhәllidir, müsәlmаnlаrın tоplаnış mәrkәzidir, ilаhi sınаq mәkаnı, sığınаcаq yеridir.
Nәfsаni çirkinliklәrdәn pаklаnmа, tәkәbbür vә хüdpәsәndlikdәn uzаqlаşmаq, ticаrәt vә qаzаnc, tәvаzö әldә еtmәk, gеniş ilаhi rәhmәtin nаzil оlduğu vә bеhiştә çаtmаq, iхlаs әldә еtmәk vә şеytаnın vәsvәsәlәrindәn qurtuluş yеridir.İlаhi әzәmәt qаrşısındа insаnlаrın tәvаzö mәkаnı, insаnlаrın ilаhi qüdrәti е'tirаf nişаnәsidir.
| ['Kəbə'] |
5,304 | https://kayzen.az/blog/Ferid_Zeynalli/6388/pey%C4%9F%C9%99mb%C9%99rimizs.%C9%99.s-namaz-haqq%C4%B1nda-buyurmu%C5%9Fdur.html | Peyğəmbərimiz(s.ə.s) namaz haqqında buyurmuşdur | Ferid_Zeynalli | Bloq: Ferid_Zeynalli | 23 iyul 2011, 20:09 |
*1. Kim Sübh namazını qılsa mən ona kömək edər və behiştə apararam. Kim Zöhr namazını qılsa Həzrəti Əli (ə) onu özü ilə behiştə aparar. Kim əsr namazını qilsa Fatimeyi Zəhra (s.ə) onu özü ilə behiştə aparar. Kim Şam namazını qılsa Həzrəti Həsən (ə) onu özü ilə behiştə aparar. Kim Xiftən namazını qilsa Həzrəti Hüseyn (ə) onu özü ilə behıştə aparar.*2. Namaz Dinin vacib əməllərindəndir.*3. Allahın razılığına səbəb olur.*4. Peyğəmbərin(s.v.s) yoludur.*5. Mələklərin məhəbbətini cəlb edir.*6. Hidayət və imandır.*7. Mərifət nurudur.*8. Ruzunun bərəkətidir.*9. Bədənin rahatlığıdır*10. Şeytanın xoşuna gəlməyən əməldir.*11. Kafirlərin müqabilində cihatdır.*12. Duanın qəbul olunmasına səbəb olandır.*13. Əməllərin qəbul olmasıdır.*14. Möminin axirət azuqəsidir.*15. Ölüm mələyinin yanında şərafətdir.
*16. İnsanın qəbr dostudur.*17. Qəbrdə insan üçün istirahətdir.*18. Nənkir və Mənkirin azuqəsidir.*19. Qiyamətdə bədənin tacıdır.*20. Müsəlmanın üzünün nurudur.*21. Atəşlə insan arasında pərdədir*22. Atəşlə insan arasında dəlildir.*23. İnsanın libasıdır*24. Cəhənnəmdən nicat vasitəsidir.*25. Sirat körpüsündən keçiddir.*26. Behiştin açarıdır.*27. Hurul-eyinin məhəbbətidir.*28. Behiştin qiymətidir.*29. İnsanın ən yüksək məqama çatdirandir.*30. Namazda Allaha təsbih,təhlil,təkbir,təcmid və təsdiq olunduğuna görə danışıq və duadır.
| ['islam fəlsəfəsi'] |
5,305 | https://kayzen.az/blog/Ferid_Zeynalli/6387/pis-dost-ilahi-c%C9%99zad%C4%B1r.html | Pis dost ilahi cəzadır | Ferid_Zeynalli | Bloq: Ferid_Zeynalli | 23 iyul 2011, 20:06 |
«Fussilət» surəsinin 25-ci ayəsində pis yoldaş Allahın düşmənlərinə bir cəza kimi qiymətləndirilir. Ayədə buyurulur: «Biz onlar üçün elə dostlar qərar verdik ki, pis işləri onlar üçün yaxşı işlər kimi cilvələndirərlər». İmam Sadiq (ə) buyurur: «Mömin şəxsə yaraşmayan işlərdən biri də budur ki, məclisin gedişini dəyişməyə qüdrəti çatmadığı halda günah edilən məclisdə otursun..."İslam Peyğəmbəri (s) buyurur: «İnsan öz dostunun və yoldaşının dinindədir». İmam Sadiq (ə) buyurur: «Mömin bir şəxsə avara, axmaq və yalançı adamlarla dostluq etmək yaraşmaz». İmam Cavad (ə) buyurur:ُ «Pis adamla oturub-durma, çünki o qınından çıxmış qılınc kimidir: Zahiri görkəmi yaxşı, təsiri isə pisdir». Süleyman ibn Cəfər deyir: Bir gün İmam Kazim (ə) mənə buyurdu: -Nə üçün səni Əbdürrəhman ibn Yəqubla bir yerdə görürəm?
Dedim: -O mənim dayımdır». İmam buyurdu: -Onun Allaha düzgün əqidəsi yoxdur. Sonra buyurdu:ُ -Ya onunla otur-dur və bizi tərk et, ya da bizimlə ol və onu tərk et!
| ['islam prinsipləri'] |
5,306 | https://kayzen.az/blog/s%C3%BCnn%C9%99/6386/pey%C4%9F%C9%99mb%C9%99r-sevgisi.html | Peyğəmbər Sevgisi | Old_Baku_ | Sünnə | 23 iyul 2011, 17:42 |
Allah-Təala onu bütün aləmlərə rəhmət olaraq göndərdi və bütün bəşəriyyəti o iki Cahan Günəşinin (s.ə.s) sevgisi hörmətinə xəlq etdi. Quranın qəlbi olan Yasin surəsindəki Yasin kəlməsi Rəsulallahın (s.ə.s) adlarından biridir və "Ey mənim məhəbbət dəryamın dalğıcı olan Həbibim!" deməkdir. Bəli, Haqq- Təala bütün peyğəmbərlərinə adları ilə müraciət etdiyi halda Rəsuli-Əkrəmə "Həbibim!" dedi. Sevginin böyüklüyü sevilən üçün edilən fədakarlıqlarla ölçülər. İnsan şüuru Allahın Rəsulullaha olan ölçüsüz sevgisinin böyüklüyünü bütünlüklə dərk etməkdən acizdir. Elə bir sevgi ki, o sevginin hörmətinə bütün bəşəriyyət, aləmlər xəlq oldu... Elə bir sevgi ki, "Məhəmməd hörmətinə" deyərək, bağışlanmaq diləyənlərin günahı bağışlandı... Elə bir sevgi ki, "Məhəmməd hörmətinə" deyilərək, edilən dualar, arzular geri çevrilmədi... Əlbəttə ki, biz bu fövqəladə sevgini dərk etməkdən acizik! Hələ əshabın Rəsulullaha olan sevgisi... Bu sevginin ucalığı ən yüksək zirvələrdir. Onun üçün hər şeyi qurban verməyə hazır olan səhabələr sinələrini döyüşlərdə ona qalxan edərdilər. "Anam, atam, malım və canım sənə fəda olsun, ya Rəsulallah!" deyərdilər. Peyğəmbər (s.ə.s) onlara ailələrindən, bütün yaxınlarından daha yaxın, daha əziz və doğma idi. Onun uğrunda ölmək, canlarını ona fəda etmək əshabi-kiram üçün böyük bir şərəf idi və onlar bu şərəf uğrunda yarışırdılar. Onların qəlbi Rəsulallah sevgisinin yanğılı tərənnümlərinin təcəllisi idi. Dastanlaşan bu sevgilərdən bir neçə missal: Hicrət zamanı girdikləri mağaradakı ilan dəliklərini Rəsulullaha zərər gəlməsindən qorxduğu üçün paltarından cıraraq qapayan və bir dəliyi də başqa bir şey olmadığı üçün ayağı ilə tutan, Rəsulullahdan hədis nəql edəcəyi zaman ağlayaraq danışmağa çətinlik çəkən, vəfatı zamanı çox sevdiyi Peyğəmbərinə qovuşmaq həyəcanı ilə qızı Aişəyə (r.a) "Bu gün bazar ertəsi günüdür. Əgər ölsəm məni sabaha saxlamayın, çünki mənə günlərin ən sevimlisi Rəsulullaha ən yaxın olanı, ona bir an əvvəl qovuşacağım andır" deyən Əbu Bəkr Siddiq (r.a) həsrətli sevgisini dilə gətirmişdir. Uhud döyüşündə iki oğlunu, atasını, ərini və qardaşını şəhid vermiş xanım səhabə onlara fikir belə vermədən "Rəsululahdan xəbər verin! O sağdırsa demək salamatçılıqdır" deyərək qəlbindəki sevginin, təlaşın yalnız Rəsulullah sarıdan olduğunu ifadə etmişdir. Allahın Rəsulunu bir gün də olsa görmədən dözə bilməyən aşiqlərdən biri Abdullah bin Zeyd (r.a) onun vəfatından sonra böyük bir kədərlə "Ya Rəbbi! Gözlərimi kor eylə! Rəsulullahdan sonra başqa bir şey görməyim!" deyə dua etmiş və elə oradaca kor olmuşdu. Hədis rəvayət edərkən əqrəbin onu sancmasına baxmayaraq, Rəsulallaha olan təzim və hörməti səbəbiylə hədisi bitirməmiş ayağa qalxmayan İmam Malik həzrətləri Mədinədə Peyğəmbərimizin gəzdiyi torpağa hörmət məqsədilə ata minməmiş və ayaqqabı geyinməmişdi.
Fəxri-Kainat (s.ə.s)-ə sonsuz eşqlə bağlı olanlardan Seyid Əhməd Yəsəvi həzrətləri Rəsulallah 63 yaşında vəfat etdiyi üçün 63 yaşından sonra yer üzündə gəzmək istəməyib, ömrünün sonuna- 73 yaşına qədər torpağın altındakı bir otaqda irşad həyatına davam etmişdir. İmam-ı Nəvəvi həzrətləri Varlıq Nuruna duymuş olduğu misilsiz hörmət səbəbilə onun necə qarpız yediyini görmədiyi üçün, onun qarpız yemık tərzinə zidd hərəkət etmək qorxusuyla ömrünün sonuna qədər qarpız yeməmişdir. Hələ Bilal Həbəşi (r.a)... Onun Rəsulullaha olan yanğılı həsrəti bir başqa idi. Elə bir həsrət ki, Rəsulullahın vəfatından sonra onun xatirələriylə dolu Mədinədə qala bilmədi, Şama getdi. Bir daha azan oxuya bilmədi. Səhabələrin israrlı yalvarışlarından sonra minarəyə çıxsa da hıçqırıqlar boğazına tıxandı. Bütün ömrü boyu onun həsrəti ilə yanıb-qovruldu. Səhabələr ölüm yatağında olan xəstələrə Rəsulullaha qovuşacaqları üçün qibtə ilə baxırdılar. Hətta bəziləri Rəsulullahın əlləri dəydiyi üçün saçlarını belə kəsdirməmişdilər. Yalnız Əshabi-kirammı? Yalnız ümmətimi Varlıq Nurunun?.. Yox!.. Üstündə xütbə oxuduğu xurma kötüyü belə onun ayrılığına dözə bilməmiş, hicranı ilə yanaraq inləmişdi. Allahın həddi-hüdudu olmayan məhəbbətindən var olmuş və olçüsüz məhəbbətlə sevilmişdi Peyğəmbərimiz (s.ə.s)... O Rəsulus-səqəleyn (insanların və cinlərin Peyğəmbəri) bütün varlıqların iftixar qaynağı, dünyada və axirətdə bütün bəşəriyyətin varlıq nuru olaraq qalacaqdır! Allah-Təaladan qəlblərimizi daim onun sevgisi ilə bəzəməsi bizi şəfaətinə nail etməsi ümidi ilə ...
Mənbə:İrfan Dərgisi
Nübar İsazadə
| ['sünnə'] |
5,307 | https://kayzen.az/blog/dua/6385/%C5%9F%C3%BCk%C3%BCr-ed%C9%99n-qul-olmaq.html | Şükür edən qul olmaq!! | Old_Baku_ | Namaz, dua, zikr | 23 iyul 2011, 17:33 |
Uca Rəbbimiz Qurani-Kərimdə belə buyurur: "( Ey qullarım!) Siz məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın (nankorluq etməyin)." (əl-Bəqərə, 152) Allah-Təala bu ayə ilə biz insanları Özünü zikr etməyə və verdiyi sayısız nemətlərə qarşılıq olaraq şükür etməyə dəvət etməkdədir. Heç şübhə yoxdur ki, biz insanlar Allah-Təalaya layiqincə həmd və şükür edə bilmirik. Hətta tam əksinə, Ona qarşı nankorluq edirik. Bu həqiqəti Uca Rəbimiz belə ifadə edir: "Həqiqətən insan Rəbbinə qarşı çox nankordur. Və özü də buna şahiddir. Həqiqətən o insan var-dövlətə çox hərisdir." (əl-Adiyat, 6-8) Bu ayədən də gördüyümüz kimi, var-dövlətə hərislik, dünyaya və dünya malına olan sevgi çox vaxt insanı Allahdan, Ona şükür etməkdən qafil qoymaqdadır. Halbuki əlimizdə olan nemətlər üçün Rəbbimizə layiqincə şükür etsək, Ona yaraşan şəkildə həmd və tərif etsək, bunun müqabilində Haqq Təala bizə olan nemətlərini daha da artıracaqdır. Bu haqda da Müqəddəs Kitabımızda belə bildirilir; "Əgər şükür etsəniz, sizin üçün nemətlərimi mütləq artıraram." (İbrahim, 7)
Biz bəndələrin Allah-Təala qarşısında ən mühüm vəzifəsi Onun gözəl adını dildən düşürməmək və lütf etdiyi saysız-hesabsız nemətlər üçün Ona şükür etməkdir. Bəndələr Allah-Təalanı üç şəkildə zikr edib xatırlayarlar: Dil ilə - Bu, Onun gözəl adlarını xatırlayaraq, verdiyi hər şeyə həmd və şükür edərək, Qurani-Kərimi oxuyaraq və Ona dua edərək olur.
Qəlb ilə - Onun varlığını göstərən dəlilləri təfəkkür edib daxili şübhələri ataraq, kainatın sirlərini anlamağa səy göstərib, Allahın hər əmrinə boyun əyərək zikr etmək.
Bədən ilə - Bu da orqanların hər birini Allahın əmr etdiyi kimi yerli-yerində istifadə edərək zikr etməkdir. Bu zaman Allah-Təala da nemətlərinə qarşı nankorluq etməyən, Onu unutmayan şükür edən bəndəsinə mərhəmət edər, ona verdiyi nemətlərini daha da artırar, dualarını qəbul edər və onu içinə düşdüyü kədər və sıxıntılardan xilas edər. Bundan əlavə, şükür hər nemətin öz cinsindən olmalıdır. Bu da üç şəkldə olur.
Bədənin şükrü - Bu, Allah-Təalanın bəxş etdiyi fiziki sağlamlığın şükrüdür ki, bu da yalnız namaz, oruc kimi bədəni ibadətləri yerinə yetirməklə olur. Var-dövlətin şükrü - Allah-Təalanın lütf etdiyi var-dövləti Onun rizası üçün zəkat, fitrə, sədəqə və infaq kimi xeyirli işlərdə xərcləməklə olur. Yəni Allah-Təalanın ona verdiyi pulu-paranı cibindən çıxarmayıb; " Ya Rəbbi! Sənə çox şükür, həqiqətən bu nemətlərin yeganə sahibi Sənsən. Bütün bunları mənə bəxş edən sənsən" deməklə, şükür edilmiş olmaz. Elmin şükrü- İstər dünyəvi, istərsə də dini elimlər olsun faydalı elm əldə etmək, hər kəsə qismət olan bir nemət deyildir. Bunun üçün də kimə belə bir nemət bəxş olunubsa, bildiklərini başqalarına öyrətmədikcə bu nemətin şükrünü etmiş sayılmaz. Əsasən də dini elimləri təhsil edib, imkan daxilində bunu insanlara çatdırmayıb, başqa işlərlə məşğul olmaq, çox vəbalı olan bir işdir. Çünki hal-hazırda dini elimləri təhsil edənlərin sayı xeyli azdır. Sevimli Peyğəmbərimiz (s.ə.s) hər bir işinin, əməlinin dərhal arxasından Allah-Təalaya şükür edər və Onu xatırlayardı. Məsələn, yemək yedikdən, su içdikdən, yataqdan qalxdıqdan, miniyə mindikdən, namaz ibadətini bitirdikdən dərhal sonra Uca Yaradanı xatırlayar, Ona həmd və şükür edərdi. Bununla da bizə şükür etməyin nə qədər mühüm bir ibadət olduğunu göstərmişdir.
Allah Rəsulu (s.ə.s) bəzi gecələr ayaqları şişənə qədər namazda ayaq üstə durar, dua edər, ağlayar və ibadət edərdi. Yenə bir gecə o qədər ibadət etmişdi ki, ayaqları şişmiş, daha ayaq üstə dayanmağa halı qalmamışdı. Bunu görən xanımı Həzrət Aişə (r.anhə): " Ey Allahın Rəsulu, Allah-Təala sizin keçmiş xətalarınızı bağışlamışkən, sizə cənnətdə olacağınızı müjdələmişkən heç bir bəndəyə verilməyən bu qədər nemətlər (peyğəmbərlik, merac kimi) verilmişkən bu qədər ibadət edib, özünüzə niyə əziyyət edirsiniz?" - dedi. Allah Rəsulu isə cavabında bu mükəmməl cavabı verdi: "(Bəs Allah-Təala sənin saydığın bu qədər neməti mənə lütf etmişkən, mən də bunların müqabilində) Şükür Edən Qul Olmayımmı?" (Buxari, Təfsir 324/4557)
Mənbə:İrfan Dərgisi
Aqil Əliyev
| ['islam'] |
5,308 | https://kayzen.az/blog/romantika/6383/sad%C9%99c%C9%99-oxuyun.html | Sadəcə oxuyun | elshad | Romantika və düşüncələr | 23 iyul 2011, 02:30 |
Başımı aşağı saldım, pessimist dediniz. Dik tutdum, optimist dediniz. Getmək istədim, qorxaq dediniz.Getmədim, qaldım. Onda da boş inad dediniz.Dizlərimi yerə qoyub ağlayanda zəif dediniz.Göz yaşlarımı qurudub gülməyə başladım, bivec dediniz.Səssiz qaldım, bütün dediylərinizə susdum, qoyun dediniz.Danışdım, hər səhvinizi üzünüzə, vurdum boşboğaz dediniz.Mənə işiniz düşdü, qardaş dediniz.Dedim, “bağışlayın, köməy eliyə bilməyəcəm bu dəfə”, əclaf dediniz.Özümçün bir şeylər elədim, eqoist dediniz.Hamıyçün eləməyə başladım, yalançı ürəyiaçıqlıq bildiniz.Məmnun olmuyanda mənə naşükür dediniz.Şükür edib, təşəkkürlərimi bildirdim həddinnən artıq inandığımı dediz. Sizinçün qapını açmadım, mədəniyyətsiz dediniz.Açdım, yaltaq dediniz.
Mən hər dəfə havaya qalxanda, quş kimi uçanda siz yerdən mənə baxdınız. Uçmaq istədiniz mənim kimi. Amma qırdığınız qanadlar sizi göyə qaldırmadı. Başladınız mənə gülməyə ki, onsuz da bir gün çaxılacaqsan.Gözlərimdəki od sizi qorxudur. Ama bunu bildirmirsiniz. Sizə elə gəlir ki, bildirmisiniz. Güc qışqırıb bağırmaqla, hədə-qorxu gəlməklə bəlli olmur. Əllərinizdəki dolu vedrələr nə qədər qorxduğunuzu göstərir. Ama cəsarətiniz belə çatmır ki, qaldırasınız o vedrələri. Onda niyə gətirmisiniz? Hə, bildim, axı ehtiyat igidin yaraşığıdır. Qorxaq “yanğınsöndürənlər”.Mən su olub sellərlə gəldim, dənizlərlə daşdım, yağışlarla yağdım, doldurdum bütün çuxurlarınızı. Bəndlər çəkdiniz, Böyük və möhkəm çətirlər düzəltdiniz siz. Bədbəxt istehsal xətalrarı, üzməyi öyrənməyə çalışmadınız.Torpaq olanda parçaladınız məni gözlərinizdə, böldünüz. Fərqsiz yarılarda fərq axtardınız.Üstümə ayaq basdınız, sonra isə tapdaladnıız məni, ləkələdiniz, bilmədən ki, bu gün tapladığınız mən sabah qəbirdə gözlərinizə, qulaqlarınıza dolacam.Üşüdünüz, başqalarının paltarlarını geyindiniz.Baqa çərçivələrdə öz rəsiminizi itiridiniz.Şəffaf şüşənin hər iki üzündə ləkə tapdnıız.Ləkəlilərin içindəki təmiz ləkəlilər,Mənləri uzaqlaşdırdınız aranızdan ,Mənlər Biz oldu,Bizlər güzgünüzə çevrildi.Qorxdunuz,Güzgülərdən, ya güzgüdəkilərdən? Özünüzə belə etiraf etməyə cəsarətiniz çatmadı.
Hər döngədə yeni bir yalan.İndi tüpürün dabana, qaçın ən böyük addımlarınızla,Addımlarınızı atdığınız hər yer tələlərlə doludur !Siz sistemdəki errorlarsınız !Nəfəsiniz tükənməsin deyə içinizə çəkdiniz!Atmosferin qaz tərkibi dəyişir, boğulacaqsınız !
| ['romantika', 'sentimental hiss', 'duyğular', 'düşüncələr'] |
5,309 | https://kayzen.az/blog/Quran/6381/quran-m%C3%B6c%C3%BCz%C9%99l%C9%99ri_2.html | Quran möcüzələri | Ferid_Zeynalli | Quran | 23 iyul 2011, 00:20 |
Qandakı OksidləşməQurani Kərimin Mutəffifin surəsi 13-cü ayəsində "Ürəklərin üzəri Pas bağladı..." şəklində bir cümlə vardır. Diqqət yetirsəniz palçıqlandı və ya tozlandı kimi sözləri deyil də "Pas bağladı" ifadəsi istifadə edilməkdədir. Paslanma "Dəmirin Oksidlənməsi" deməkdir. Maraqlıdır ki Quranda bəhs edildiyi kimi bədənimizdəki qanda (səbəbin qan dövranının mərkəzi olan ürəkdir) dəmir davamlı oksidlənməkdədir.
Yəni Quranda bəhs edildiyi kimi ürəyimizdə və damarlarımızda hər gün hər saat paslanmağa bənzər bir reaksiya reallaşmaqdadır və dəmir oksidlənməkdədir. ciyərlərimizə çəkdiyimiz oksigen qandakı hemoglobinde olan dəmir sayəsində bədəndə daşınmaqdadır. Yəni aldığımız oksigen qandakı dəmir ilə reaksiyaya girməkdədir və bir mənada paslanmaqdadır. Lakin biz bu reaksiyası gözlə görə bilmirik. Qısacası bu ayədə elmi və möcüzəvi bir bənzətmə edildiyini düşünülür
| ['Quran möcüzəsi'] |
5,310 | https://kayzen.az/blog/Ferid_Zeynalli/6379/r%C9%99sulullahs-buyurdu%C4%9Fu-alti-c%C3%BCml%C9%99-g%C3%B6z%C9%99l-hekay%C9%99.html | Rəsulullah(s) buyurduğu ALTI CÜMLƏ (gözəl hekayə) | Ferid_Zeynalli | Bloq: Ferid_Zeynalli | 22 iyul 2011, 23:06 |
Rəsulullah(s) həzrəti-Əli əleyhissalama buyurdu: "Ey Əli, altı yüz min qoyun istəyirsən, yoxsa altı yüz min dinar, yaxud altı yüz min söz(öyüd)?"
Əli(ə) cavabında, "ey Peyğəmbər, altı yüz min söz istəyirəm", -dedi. Həzrəti Peyğəmbər(s) buyurdu: ya Əli, altı yüz min sözü altı cümlədə toplayır və sənə deyirəm.
1-İnsanların müstəhəb işlərlə məşğul olduqlarını görəndə, sən vacibatları kamil etməyə çalış.
2-İnsanları dünya işləri ilə məşğul görəndə, sən axirət işləri ilə məşğul ol.
3-İnsanların başqalarının eyibləri ilə məşğul olduqlarını görəndə, sən öz eyiblərini gör.
4-Görsən ki, insanlar öz dünyalarını bəzəyir, sən öz axirətini bəzəməyə çalış.
5-Görsən ki, insanlar əməllərinin çox olmasına(kəmiyyətinə) çalışır, sən öz işinin sağlamlığı və təmizliyinə(keyfiyyətinə) çalış.
6-İnsanların məxluqata sığındığını görsən, sən ancaq Xaliqə və Yaradana (Allaha) sığın!
| ['hedisler'] |
5,311 | https://kayzen.az/blog/T%C9%99tbiqi-kulturologiya/6378/n%C9%99z%C9%99riyy%C9%99-il%C9%99-praktikan%C4%B1n-v%C9%99hd%C9%99ti.html | Nəzəriyyə ilə Praktikanın vəhdəti | kulturoloq | Tətbiqi Kulturologiya | 22 iyul 2011, 21:51 |
İlk öncə Nəzəriyyənin mahiyyəti haqqında açıqlama verək.Nəzəriyyə-insan tərəfindən yaradılan( yazılan,söylənilən) və praktikaya ( ictimai həyata) tətbiq edilməsi vacib olan fərziyyələrdir.Bütün elmlərdə-(ictimai-humanitar, texniki, fəlsəfi həttda dində də nəzəriyyə çox gözəl şərh edilir.Nəzəriyyə təcrübə üçündur.Nəzəriyyə olmasa təbii ki, praktika da olmaz, praktika ilə nəzəriyyə arasında qarşılıqlı əlaqə vardır. Nəzəriyyədən praktika yaranır, praktikadan yeni nəzəri müddalar yaranır.Bir sözlə nəzəriyyə praktika üçün yaranıb və onsuz təsəvvur etmək olmaz. Praktika olmasa nəzəriyyə öz mahiyyət etibarı ilə əhəmiyyətini itirir.
Məs:Əgər biz tətbiqi sosiologiyada sosioloji tədqiqatlar proqramından danışırıqsa, onun necə qurulması aparılmasından geniş səpkidə nəzəri fikirləri oxuyuruqsa və onun əməli olaraq ictimai həyata tətbiq etmiriksə onda, bizim oxuduqlarımız nəzəriyyə olaraq qalır.Çalışmaq lazımdır ki, nəzəriyyəni praktikaya çevirək.
Bu məsələni din sahəsində də aid edə bilərik.Din də müxtəlif görüləsi vacib, müstəhəb (bəyənilməyən əməllərdən çəkinmək) əməlləri biz əməli olaraq həyatda reallaşdırmasaq , onda o, öz praktik əhəmiyyətini itirir.
Məs:Dindən çox gözəl , bəlağətili , nüfüzedici bir şəkildə danışan şəxs deyir: filan işi belə etmək lazımdır, digər əməl günahdır və s.Amma onun öz əməlləri tamam dediklərinin əksi olur.Deməyim odur ki, Dindən danışmaqdan "Gözəl natiq" olmaq çox asandır, amma əməli-saleh (dediklərinə əməl etmək) olmaq bir qədər çətindir. Ona görə praktikanın çox böyük əhəmiyyəti vardır.Əgər biz söylənilən fərziyyələri real həyata özumuz tərfindən tətbiq edilmirsə söylədiklərimiz , oxuduqlarımız bizim üçün quru bir nəzəriyyə olaraq qalacaqdır!!!
Müəllif: Rzayev Camal
| ['Kulturologiya'] |
5,312 | https://kayzen.az/blog/kulturoloq/6377/qiyam%C9%99t-%C9%99lam%C9%99tl%C9%99ri.html | Qiyamət Əlamətləri | kulturoloq | Bloq: kulturoloq | 22 iyul 2011, 21:48 |
Xahiş edirəm axra qədər oxuyun!!! Sonda qiyamtə əlamətləri mövzusu ilə bağlı ən təsir edici yazı, vidio və s "Linklər" təqdim olunacaq. Allah -Təala Qurani-Məciddə buyurur: " Həqiqətən, qiyamt gələcək , buna heç bir şəkk-şübhə yoxdur". (Həcc surəsi, 7-ci ayə) Bir dəfə Rəsuli-Əkrəm (s) cənabları məsciddə xütbə oxuyurdu.Cəmaət içində bir nəfər qalxıb dedi:
-Ya Rəsuləllah, Qiyamət haçan olar? O, Cənab (s) buyurdu: Bu barədə sual olunan sual edəndən artıq bir şey bilmir; amma Qiyamət "Qəflətən" olacaq . Quranda xəbər verildiyi kimi , Qiyamətin nə vaxt bərpa olacağı yalnız Allah-Təala özü bilir.Amma onun nişanələri və əlamətləri vardır. O Cənabın(s) söylədiyi əlamətlər aşağıdakılardır:
Elm məhv olar.
Çox zəlzələlər gələr.
Fitnə-fəsad çoxalar.
Dünyanı hərc-mərclik əhatə edər.
Cəmaət öz istəkləri dalınca gedər.
Imarətlər xərabə qalır.
Xərabəlri tikib təmir edərlər.
Böyük yaşayış yerlərindən biri Şərqdə , biri Qərbdə Biri də Ərəbistan yarımcəzirəsində yerə qərq olar.
Günəş qərb tərəfdən baş vurar.
Dəccal zahir olar.
Yəcuc və Məcuc tayfası gəlib dünyanı əhatə edər.
Məryəmin oğlu Həzrəti-İsa asimanda yerə nazil olar.
Yəmən tərəfdən ipəkdən yumuşaq bir yel əsər.
Insanlarda bir zərrə iyman qalmaz.
Sonra Ədən tərəfədən bir od gələr.O, Cənabdan (s) soruşsular ki, bu hadisə haçan olar? Buyurdu:
Onda ki, Quran oxuyanlarınız əmirləri tərifləyər;
Əmirlərinizə təzim edərsiz.
Fəqir və kasıbları zəlil və xar edərsiz.
Havacat oxumaq , çalıb-çağırmaq yayılar.
Zinanı aşkar edərlər.
Binaları ucaldallar.
Quranı müxtəlif həvalar və məqamlar üstündə oxuyarlar.
Batil əhli həqq əhlinə hakim olar .
Mərufə əmr və münkərdən nəhy edən kəslər azalar.
Namazı gözdən salıb zay edərlər.
Xalq öz şəhvətlərinə tabe olar, öz nəfslərinin istədiklərini edərlər.
Zalim əmirləri hər işdə qabağa salarlar.
Özləri xəyanətkar , vəzirlər isə fisq-fücür sahibləri olar.
Qurana hərislik artar
Alimlər münafiq olar... davamı tezliklə!!!
Əhmdəağa Əhmədov İslam Təlimi kitabına əsaslanmışdır.
Qiyamət əlamətləri mövzusu ilə bağlı ətraflı maraqlananlar üçün ən təsir edici seçilmiş "Linklər" M sıxın edin!!! Bu mövzu ilə internetdə 10 minlərlə resus tapılmışdır ən təsir edici yazı, kitab, şəkil, vidio və s aşağıda M sıxın!!!
http://big.az/forum/index.php?showtopic=406
http://tac.az/index.php?newsid=43485
http://legend.az/6345-qiyametin-elametleri.html
http://islamaz.com/index.php?newsid=58
http://www.main-board.eu/azerbaycan/360289-qiyametin-elametleri.html
http://www.islamevi.az/modules/mydownloads/singlefile.php?lid=95
http://az.harunyahya.tv/videoDetail/Lang/18/Product/1213/QIYAMƏTIN_ƏLAMƏTLƏRI
http://bizimera.tv/index.php?newsid=3691
http://dusunek.net/2010/11/04/qiyamet-elametleri-yaxinlasir/
http://birlik.az/aktual/qiyametin-elametleri-vefa-quluzade-qerbe-inanmir.html
http://www.baxabax.com/Video/7492/Qiyamətin_əlamətləri.html
http://favorit.az/din-islam/5796-qiyametin-elametleri.html
http://www.dinifetvalar.com/?p=3166
http://www.bakunights.net/heyat-terzi/din/6337-qiyametin-399lametleri.html
http://imanmedia.ge/index.php?newsid=448a
| ['islam fəlsəfəsi'] |
5,313 | https://kayzen.az/blog/dua/6376/g%C9%99lin-namazlar%C4%B1m%C4%B1z%C4%B1-q%C4%B1laq.html | Gəlin namazlarımızı qılaq | Ferid_Zeynalli | Namaz, dua, zikr | 22 iyul 2011, 21:46 |
Görəsən hər kəsin getdiyi bu dünyada namazdan vacib olanı nədir? Vaxtın yoxdur? İmkan tapa bilmirsən? Halbuki bunların həyatları təhlükədə idi və namaz üçün çox gözəl bəhanələri də var idi. Bəs Bədr döyüşü haqqında nə deyək?Müsəlmanlar düşmənlərdən 10 qat az idilər. Döyüşün qızğın vaxtı Zöhür namazı gəlmişdir. Halbuki, onlar namazlarını qılmayada bilərdilər. Çünki cihadda idilər. Amma onlar iki dəstəyə ayrılmışdılar. Birinci dəstə ikinci dəstə namazlarını qılıb qurtarana qədər döyüşmüşlər, sonra ikinci dəstə qabağa keçərək birinci dəstə peyğəmbərin (s.a.s) imamlığı altında namaz qılmışdılar. Sizcə onların vaxtı var idimi?Nə isə dostum. Bu bəhanə yaramaz.Aha. Demək istəyirsən ki, iş adamısan? Yaxşı bəs böyük səltənət sahibi olan Süleyman peyğəmbər haqqında nə deyək? Halbu ki, böyük var dövlət və ölkə başçısı olmasına baxmayaraq Allaha ibadətinə vaxt tapırdı.Bəlkə demək istəyirsən ki, uşaqlara baxmağım imkan vermir? Yox dostum buda alınmadı. Adəm peyğəmbərin hər il əkiz uşaqları olmasına baxmayaraq ibadətə çox gözəl vaxt tapırdı.
Hə sonra dostum? Görək sonra nə maneçilik var. Aha tapdım. Bəlkə evdə olmursan deyə namaz qılmaq üçün yer tapa bilmirsən? Şəklə bax Sizcə bu qoca yeri varmı?Dura bilmirsən? Oturan yerdə qıl. Otura bilmirsən? Onda yenə səklə bax görürsənmi gəzə bilməyən kişiniUzanan yerdə başınla namaz qıl. Başını tərpədə bilmirsən? O zaman gözlərinlə qıl. Yoxsa gözlərinlədə qıla bilmirsən? Dostum ürəyin var. Ürəyinlə namaz qıl. Görürsən yenə alınmır bəhanələr...Yoxsa deyəcəksən əşi əsas odur ki, ALLAHa sevgim və inamım var. ALLAHın varlığına şəhadətim var. Önəmli olan ürəyin təmizliyidir. Onda dostum de görüm sənin ürəyin Peyğəmbərin ürəyindən təmizmi olacaq? Ondan çoxmu sevgi dolu ürəyin var? Amma Rəsulullahın (s.a.s) namaz üstə durmaqdan dizləri şişmişdir. Görürsən dostum. Bəhanələr işə yaramır.Dostum gəl uzatmayaq. Nə deyirsən indi? Deyəcəksənmi "ey ürəyim tövbə et, Allaha olan sevgilə coş, mən namaza başlayıram." Hazırsanmı? Dostum ölümdən sonra səfərin uzaq amma azuqətin çox azdır... Nə qədər gec deyil başla. Tövbə et. Bu dünya sınaq üçündür. Nəfsinə uyub aldanma. Sabah-sabah deyə-deyə namazı saxlama. Ölüm haqdır. O bir gün gələcək. Mütləq gələcək.
| ['namaz'] |
5,314 | https://kayzen.az/blog/Ferid_Zeynalli/6375/%C3%BC%C3%A7-qaranliq-m%C9%99rh%C9%99l%C9%99-quranda.html | ÜÇ QARANLIQ MƏRHƏLƏ Quranda | Ferid_Zeynalli | Bloq: Ferid_Zeynalli | 22 iyul 2011, 21:29 |
Quranda insanın ana qarınında üç mərhələli bir yaradılışla yaradıldığı bildirilməkdədir:... Sizi analarınızın qarınlarında, üç qaranlıq içində, bir yaradılışdan sonra (bir başqa) yaradılışa (çevirib) yaratmaktadır�(Zümer Surəsi, 6)Yuxarıdakı ayədə azəricəyə "üç qaranlıq içində", "üç qatlı qaranlıq içində" olaraq çevrilən Ərəbcə "fi zulumatin selasin" ifadəsi embrionun inkişafı əsnasında olan üç qaranlıq bölgəyə işarə etməkdədir. Bu bölgələr sırasıyla:
1) bədənin divarı qaranlığı2) Rəhm divarı qaranlığı3) Amniyon pərdəsi qaranlığıdır.Görüldüyü kimi bu gün müasir biologiya, körpənin embrioloji inkişafının yuxarıdakı ayədə bildirildiyi şəkildə, üç fərqli qaranlıq bölgədə reallaşdığını ortaya qoymuşdur.
| ['Quran möcüzəsi'] |
5,315 | https://kayzen.az/blog/dua/6374/camaat-namaz%C4%B1n%C4%B1n-savab%C4%B1.html | Camaat namazının savabı | Ferid_Zeynalli | Namaz, dua, zikr | 22 iyul 2011, 21:20 |
Peyğəmbər (sas) buyurub: Cəbrəil (ə) gəlib ərz elədi:Ey Muhamməd Allah sənə salam göndərir və sənə iki hədiyyə gondərib ki onları heç bir peyğəmbəri üçün göndərməmişdir. Dedim o iki hədiyyə nədir? Ərz elədi birincisi 3 rəkət gecə namazıdır ki bir rəkəti vitr iki rəkəti isə şəf namazıdır. İkinci hədiyyə isə gündəlik namazları camaatla birgə qılmaqdır. Cəbrəildən (ə) soruşdum ki gündəlik namazları camaatla birgə qılmağın mənim ümmətim üçün nə qədər savabı var dedi: Ya Muhəmməd əgər iki nəfər camaat namazına durarsa onların hər birinin qıldığı namazın hər rəkəti üçün təklikdə qılınan 150 namazın savabı verilər.Əgər 3 nəfər camaat namazaına durarsa hər rəkətə verilən savab 600 namazla bərabərlik edər.Əgər 4 nəfər namaza durarsa 2200 namazın savabı verilər.
Əgər 5 nəfər olarsa 2400 savab.6 nəfər olarsa 4800 savab.7 nəfər olarsa 9600 savab.8 nəfər olarsa 19200 savab.9 nəfər olarsa 36400 savab.10 nəfər olarsa 72800 savab. Amma 10 nəfərdən çox olarsa, əgər asimanlar kağız, dəryalar mürəkkəb, ağaclar qələm olarsa və insanlar və cinnlər mələklərlə birgə istəsələr onun savabını yazalar bir rəkətinin savabını belə yaza bilməzlər.
Mənbə: Bəharul-Ənvar cild 85 səh: 15.
| ['namaz', 'namazın faydası'] |
5,316 | https://kayzen.az/blog/qadin/5772/janna-dark-frans%C4%B1zlar%C4%B1n-%C3%B6lm%C9%99z-q%C9%99hr%C9%99man%C4%B1-1412-1431.html | Janna d'Ark- fransızların ölməz qəhrəmanı (1412 - 1431) | nilufer | Qadın | 22 iyul 2011, 20:23 |
Fransa su üzərindəki quru bir yarpaq kimi sonu bilinməyən bir istiqamətə sürüklənməkdəydi. Yaxın adamları ilə birlikdə bir qəsrə sığınan kral nə edəcəyini bilmirdi. Əslində onun belə bir vəziyyətdə əlindən gələ biləcək bir işi də yox idi. Fransa ingilislərin ayaqları altında inləyir, ölkə ingilislər üçün kölə kimi çalışırdı. Kralın ingilislərə qarşı savaşa girə biləcək güclü bir ordu təşkil etməsi üçün nə ərzağı, nə də silah-sursatı vardi. 15-ci əsrin 20-ci illərində yüzillik müharibələrə meydan olan Avropa hər gün qılınc səsləri ilə oyanaraq yüzlərlə qurban verirdi. Nəhayət, 1420-ci ildə İngiltərə kralı V Henri ilə Fransa kralı VI Karl (Charles) arasında Trua şəhərində sülh anlaşması imzalandı. Bu anlaşmaya görə, Fransa İngiltərənin tabeçiliyi altına keçirdi. Anlaşma imzalanandan az sonra hər iki kral müxtəlif səbəblərdən dünyasını dəyişdi. Bundan sonra İngiltərədə 2 aylıq körpə olan VI Henri kral elan edilir və ona qəyyumluq edənlər faktiki olaraq ölkəni idarə etməyə başlayırlar. Tacın 2 aylıq körpəyə keçməsi xəbəri Fransada həm üzüntü, həm də qəzəblə qarşılanır. Fransanın yeni kralı VII Karl ölkəsinin 2 aylıq bir körpənin tabeçiliyində yaşamaq niyyətində olmayacağını bildirərək İngiltərə ilə yenidən müharibəyə başlayır.
Buna cavab olaraq, İngiltərə Fransadakı yardımçılarının, burqundiyalıların dəstəyi ilə adıçəkilən ölkənin yarısını işğal edir. Qeyd edək ki, İngiltərənin ikiaylıq kralının hamisi cəsarətli sərkərdə və siyasətçi, kralın dayısı hersoq Bedford idi. O dərhal fransızlara cavab zərbəsi endirərək onları pərən-pərən saldı. İngiltərə və onların vassalları olan burqund ordusu əvvəlcə Luara şəhərini ələ keçirdilər. 1428-ci ildə isə onlar Orlean şəhərinə yaxınlaşaraq onu mühasirəyə aldılar. Amma ingilislər gursulu La Louirr çayı qarşısında uzun müddət donub qaldılar. Ona görə də ingilis komandanlığı müharibənin davam etdirilməsi üçün çayda suyun səviyyəsinin azalmasını gözləməyi qərara aldı. Bu da Fransanın tam şəkildə ingilislər tərəfindən işğal edilməsinə mane olaraq, qarşı tərəfə döyüşlərə daha yaxşı hazırlaşmaq fürsəti verir.
Buna paralel olaraq, VII Karl tacqoyma mərasimi keçirmək və bununla da xalqı öz ətrafında birləşdirmək istəyir. Tacqoyma mərasimi isə o dövr Fransanın adət ənənəsinə görə yalnız Reymsdə keçirilə bilərdi. Ancaq Orlean və digər iri şəhərlər kimi, Reyms də İngiltərənin işğalı altında idi. Belə bir vəziyyətdə Fransa kralı VII Karlın tacqoyma mərasimi keçirmək üçün Reymsə getməsi və qarşıdan gələn döyüşlərdə ingilisləri məğlub edə bilməsi inandırıcı görünmürdü. Necə deyərlər, Fransanı ingilis əsarətindən yalnız möcüzə qurtara bilərdi. Amma insanların hər yerdən ümidləri kəsilərək ingilis işğalı altında pərişan yaşadıqları bir vaxtda gözlənilmədən ortaya Janna dâArk çıxdı...
Savaş uşağı
O,1412-ci il, yanvar ayının 6-da Fransanın şimal-şərqində Meze çayının kənarında yerləşən Domeremi kəndində anadan olmuşdu. Onun atası - lap qədimlərdən kənddə yaşayan və əsas peşələri əkinçilik olan Jak d'Arkla anası İzabelin 5 uşağı vardı. Ortancıl övladları olan Janna ailənin adi uşaqlarından biri idi. O, tay-tuşları kimi, kiçik yaşlarından ailəyə gücü çatan işlərdə köməklik edirdi, kənddəki həmyaşıdları kimi, o da gənc yaşlarında ərə gedərək ərinə çoxlu uşaqlar doğacaq və bununla da vəzifəsini bitirərək dünyadan köçüb gedəcəkdi. Onu o dövrdə həmyaşıdlarından fərqləndirən tək bir amil vardı. Bu da d'Arkın dinə böyük hörmət bəsləməsi və bu məsələdə özünü kilsənin qızğın tərəfdarı kimi göstərməsi idi. Sonralar kilsəyə olan bu sevgisinə görə yaxın yoldaşlarından biri onu “Tanrının və Həzrəti Məryəmin xidmətçisi“ adlandırmışdı. Heç kim bu cılız qızcığazın gələcəkdə qəhrəmanlıq göstərəcəyinə və döyüş meydanlarında ad-san qazanan cəngavərlərin və məşhur sərkərdələrin bacara bilmədikləri müqəddəs bir vəzifənin öhdəsindən gələ biləcəyinə inanmırdı. Amma hər şey birdən-birə dəyişdi... Janna d'Arkın uşaqlıq illəri Fransa ilə İngiltərə arasında davam edən 100 illik müharibənin ən qızğın vaxtına təsadüf etmişdi. 1415-ci ildə İngiltərə kralı V Henri Fransa ordusunu məğlub edərək, ölkəni işğal etdi. Bundan sonra ölkədə ingilislərin vassalları olan Dofinlərin və Burqon əsilzadələrinin hakimiyyəti dövrü başladı. Burqonlara məxsus quldur dəstələri tez-tez Fransa kralına sadiqliyi ilə tanınan Domeremi kəndinə hücum edərək əllərinə keçəni öldürür və evləri talayırdılar. Belə bir qorxulu uşaqlıq dövrü yaşayan Janna müharibənin və məğlubiyyətin bütün ağrılarını öz üzərində hiss etmişdi. İngilis işğalını özünə dərd edərək yaşayan balaca qızcığaz (Janna d'Ark) kilsədə Allaha dualar edərək, yerlərin və göylərin sahibindən Fransanın xilası üçün yardım istəyirdi...
Ona missiya verilir
Bu dualarınmı və ya başqa şeylərin təsirindənmi o, 12 yaşında ikən qarabasmalar görməyə başladı. Sonralar, özünün də dediyi kimi, guya Tanrı Həzrəti İsanın həvariləri vasitəsilə onunla danışırdı. Bu qarabasmalar zamanı o, parlaq bir işıq görür və Müqəddəs Mikael və Müqəddəs Katerina (Cahtherine) ilə təmaslara girirdi. Bu isə o dövrdə rast gəlinən bir iş deyildi: O ya dəli olmuşdu, ya da görücü idi. Amma hər halda onda digər həmyaşıdlarında olmayan bəzi şeylərin olduğu şübhəsiz idi. Amma o Tanrı ilə nələrdən danışırdı? Təbii ki, Fransanın gələcək taleyindən. Janna, əvvəlcə, özü bu barədə heç kimə danışmırdı. Lakin onun ətrafındakıların dediklərinə görə, Tanrı Jannadan Fransanın işğaldan azad edilməsini və ölkə kralının vəliəhdinin taxta çıxarılmasını istəyirdi. Üstəlik, Tanrı bu missiyanın həyata keçirilməsini d'Arkın üzərinə qoymuşdu. Dini həssaslığı onu ən cüzi günahlar işləməkdən xilas etmişdi və onun bu halı qarşısında, adətən müəyyən günahlar işləməyi özlərinə ayıb hesab etməyən din xadimlərini belə, çaşbaş salmışdı. Qarabasmalar zamanı Tanri ilə görüşdüyünü söyləyən Janna bunu əvvəlcə gizli saxlayırdı.
Lakin 1428-ci ildə onun dediyinə görə, Tanrıdan bunu ətrafındakılara açıb danışmaq və ətrafına tərəfdarlar toplamaq barədə göstəriş aldı. Bundan sonra o, ətrafına tərəfdaşlar toplamaq üçün müqəddəs missiyasından bəhs edən məktublar yazaraq, vəliəhd VII Karla və digər insanlara göndərməyə başladı. Amma o bununla kifayətlənməyərək 1429-cu ilin fevral ayında Domeremi kəndi yaxınlığındakı Vokulyeredə yerləşən kral ordusunun kapitanı Roberu de Borikura müraciət edərək, müqəddəs missiyası barədə ona məlumat verdi və kralla görüşmək arzusunda olduğunu söylədi. Borikur ona yardım etməyi qərara aldı və əvvəlcə, krala məktub yazaraq ona məsələ barədə məlumat verdi. Bunun ardınca isə o, Jannaya kişi paltarı geyinməsini əmr etdi və onu bir neçə silahlı əsgərin müşayiəti ilə mühasirədə olan Orlean şəhərindən 150 kilometr məsafədə yerləşən Åžinon qəsrində yaşayan kralın yanına göndərdi. Həmin dövrdə Karl de Pontieu (Charles de Ponthieu) ölkəni öz ardınca ingilislərin üzərinə apara biləcək bir lider deyildi. Fransa su üzərindəki quru bir yarpaq kimi sonu bilinməyən bir istiqamətə sürüklənməkdəydi. Yaxın adamları ilə birlikdə bir qəsrə sığınan kral nə edəcəyini bilmirdi. Əslində onun belə bir vəziyyətdə əlindən gələ biləcək bir işi də yox idi. Fransa ingilislərin ayaqları altında inləyir, ölkə ingilislər üçün kölə kimi çalışırdı. Kralın ingilislərə qarşı savaşa girə biləcək güclü bir ordu təşkil etməsi üçün nə ərzağı, nə də silah-sursatı vardi. Belə bir vəziyyətdə özünü Janna d'Ark kimi təqdim edən cavan bir qızdan krala məktub gəldi. Məktubda yazılmışdı: “Mən Tanrının elçisi Janna d'Arkam. Siz mənə (mənim rəhbərliyim altına) bir ordu verin, mən də sizə Fransanı verim“. Aldığı məktubdan çaşbaş qalan Karl Jannaya dərhal yanına gəlməsini və onunla tanış olmaq istədiyini bildirdi. Janna isə, yuxarıda qeyd etdiyimiz kimi, kapitan Borikurun məsləhəti ilə paltarını dəyişdirərək kişi paltarı geyindi və silahlı əsgərlərin müşayiəti ilə atını kralın sığındığı qəsrə sürdü. Bu arada isə ətrafındakılar krala bu qızın ingilis casusu və ya ən pis halda şeytan ola biləcəyi barədə xəbərdarlıq etdilər. Yeri gəlmişkən, onu da xatırladaq ki, orta əsrlər Avropasında qadınların cadu vasitəsilə şeytanla əlaqəyə girdiyi barədə təsəvvür formalaşmışdı. Nəticədə sonralar minlərlə qadın bu iftiraların qurbanlarına çevrilərək odda diri-diri yandırılmışdılar. Başqa vaxt olsaydı, bəlkə də, VII Karl Jannanı şeytan hesab edəcəkdi. Ancaq indiki halda onun itirəcəyi bir şey yox idi. Ona görə də kral ətrafındakıların məsləhətlərinə fikir vermədən Janna ilə görüşmək istəyindən vaz keçmədi. VII Karl: "Əgər bu gənc qız dediklərində səmimidirsə, onda o dindarlığı və Fransaya olan sevgisi ilə bütün Avropanı silkələyərək ayağa qaldıra bilər",- demişdi.
Kralla üz-üzə və ya imtahan
Kral hər ehtimala qarşı Janna ilə görüşdə onu sınamaq qərarına gəldi. Bu məqsədlə o, yerində etibar etdiyi adamlardan birini oturtdu, özü isə Janna ilə görüşdə iştirak edənlərin arasına qatılaraq maraqla bu gənc qızın nə edəcəyini gözləməyə başladı. Janna kralın hüzuruna çıxdı və kral taxtında vəliəhd kimi oturan adamı süzdü. Dərhal da hiss etdi ki, bu, heç də kral deyil və onu, deyəsən, imtahana çəkirlər. Əvvəlcə, buna əhəmiyyət verməmək və qarşısına qoyulan missiya barədə məlumat vermək istədi. Ancaq daxilindən gələn bir səs: “Belə etsən, sənə inanmayacaqlar“, - deyə onu silkələdi. Yalnız bundan sonra o, tütrək bir səslə taxtda oturan adama: “Siz yaxşı bir adama bənzəyirsiniz, amma kral deyilsiniz. Lütfən, izin verin kralın özü ilə danışım“, - dedi. Onun bu sözlərindən görüşdə iştirak edənlərin hamısı şok vəziyyətinə düşdü. Sonra Janna görüşdə iştirak edənlərə baxaraq, kralı tanıdı və bütün diqqətini toplayaraq yalvarıcı səslə nə üçün onun yanına gəldiyini bir daha təkrar etdi. Karl onun bu sözlərindən sanki sehrlənmişdi və qarşısındakına inanmaq istəyirdi. Lakin ətrafındakılardan biri bunu görərək: “O, bakirə olduğunu da iddia edir, haradan bilək ki, doğru söyləyir“, - dedi. Orta əsrlərin Fransasında əxlaqı dəyərlərin ciddi bir əhəmiyyət daşımadığı və qadınların mənəvi saflığının ayaqlar altına atıldığı bir vaxtda gənc qızların bakirə qalması ağlasığmaz bir iş hesab edilirdi. Ona görə də kral məsələnin araşdırılması barədə göstəriş verdi. Amma rahib qadınlar tərəfindən yoxlanıldığı zaman Jannanın doğru dediyi üzə çıxdı.
Bundan sonra isə din adamları onu müqəddəs vəzifəsi ilə bağlı sorğu-suala tutmağa başladılar və qızdan möcüzə göstərməsini tələb etdilər. Jannanın onlara cavabı isə çox sərt oldu: “Fransızlar ingilislər tərəfindən zülm altında inləyərkən sizlər - Allaha xidmət etdiklərini söyləyənlər məndən möcüzə göstərməyi tələb edirsiniz. Mən gənc bir qızam. Hələ əməlli-başlı döyüş görməmişəm və özümü düşmənlə savaşda sınaqdan çıxarmamışam. Mən buraya gələnə kimi düşmən işğalı altında olan 2500 kilometrlik bir yol keçdim. Məgər bu sizin üçün yetərli deyilmi? Siz mənə bir ordu verin, mən sizə möcüzəni Orleanda göstərim“, - dedi. Onun bu sözlərindən sonra kral gənc qızın yalan danışmadığını dərhal anladı... O, sövq-təbii hiss etmişdi ki, özünü Allahın elçisi olduğunu söyləyən və üzərinə müqəddəs bir missiya qoyulduğunu israrla deyən qızın komandanlıq etdiyi ordu ruh yüksəkliyi ilə düşmənlə ölüm-dirim savaşına girəcək. Ona görə də kral ömründə əlində əməlli-başlı qılınc düşmənlə üz-üzə gəlməyən bir qıza ordunun komandanlığının tapşırılması barədə dərhal əmr verdi. Amma ordu yox idi. Buna baxmayaraq, qısa bir müddətdə minlərlə fransız həvəslə Jannanın yanına axışdı. Onlar son nəfəsə kimi Jannanın rəhbərliyi altında düşmənlə döyüşməyə hazır olduqlarını bəyan etdilər.
“Əgər tutduğunuz torpaqları azad etməsəniz, onda bu gün çox qan töküləcək"
Ordunun başına keçdiyi gündən bir əlində Fransanın bayrağı, digər əlində isə qılınc at üstündə səngərdən-səngərə şığıyan və düşmənini dəhşətə gətirən Janna sanki qələbələr üçün doğulmuşdu. Bəzən ayaqlarına və əllərinə oxlar sancılırdı, lakin o, bunları sanki hiss etmirdi və döyüşün ən qızğın yerlərinə atılaraq əsgərləri düşmən üzərində qələbələrə ruhlandırırdı. Döyüşdən əvvəl Janna ingilislərə belə bir məzmunda məktub göndərirdi: “Əgər tutduğunuz torpaqları azad etməsəniz, onda bu gün çox qan töküləcək. Amma inanın, bu axıdılan qanlar bizim qanımız olmayacaq“. Zəfər zəfər dalınca gəlirdi. Bir il ərzində Janna 'Arkın rəhbərliyi altında fransız ordusu düşmən əlində olan Orleanı, Patayı, Truanı və digər şəhərləri azad etdi. 1429-cu il, iyul ayının 16-da Janna 'Arkın başçılıq etdiyi ordu, nəhayət, Reymsi azad etdi. Reymsi azad etdikdən sonra Janna Karlı tacqoyma mərasimi keçirməyə razı saldı. 1429-cu il, iyul ayının 17-də Reymsdə təntənəli tacqoyma mərasimi keçirildi və VII Karl taxta çıxdı. Kral dərhal 'Arka və ailəsinə əsilzadə titulunun verildiyini bəyan etdi. Sevinən az olmadı. Amma 'Arkı ən çox əsgərləri sevirdilər. Onlar üçün Janna əfsanəvi bir qəhrəman idi və ona görə də onlar düşmən üzərinə ac pələnglər kimi atılaraq onları pərən-pərən salırdılar.
Janna xəyanət nəticəsində ingilislərin əlinə keçir...
Taxta oturmasına görə Jannaya minnətdar olduğunu gizlətməyən kral VII Karl hələ ondan daha böyük qələbələr gözləyirdi. Belə ki, Fransa hələ tam şəkildə ingilislərdən azad edilməmişdi. Ölkənin əsas şəhərlərindən olan Paris düşmən əlində idi. Janna da tezliklə Parisi azad etmək arzusu ilə yaşayırdı. Lakin taxta çıxandan az sonra VII Karl dəyişməyə başladı və o, düşmən əlində qalan torpaqları savaş yolu ilə deyil, dinc danışıqlar vasitəsi ilə azad etmək niyyətinə düşdü. Ona görə də kral Parisi azad etmək istəyən Jannaya lazımi qədər yardım göstərmədi və ona kömək üçün əlavə hərbi qüvvələr göndərmədi. Janna bütün bunlardan çox üzülmüşdü. O, Karlı: “Tanrının istəyini yerinə yetirməyə mane olmaqda“ günahlandırmağa başladı. Karl da Jannanın ordu və xalq içində olan nüfuzundan narahat olmağa başlamışdı. Ona görə də o, Jannanın aradan götürülməsini istəyirdi. Buna görə də Janna xəyanət qurbanı oldu.
Əvvəlcədən də fransızları ingilislərə sataraq onlarla əlbir olan burqundlular Kompanye meşəsi ətrafında gedən döyüşlər zamanı Jannanın azsaylı ordusu ilə döyüşə girdilər. Lakin Janna bu döyuşdə də düşməni məğlub edərək qalaya girdi. Lakin burqundlular qalanın qapılarını bağlayaraq, onun ardınca fransız əsgərlərinin içəriyə daxil olmasına imkan vermədilər. Mühasirədə az qüvvə ilə döyüşən Janna burqundluların əlinə keçdi. Burqundlular, əvvəlcə, kralın onlara müraciət edərək, Jannanı pulla alacağını düşünürdülər. Lakin VII Karl Jannanın azad edilməsi üçün heç nə etmək fikrində deyildi. Belə olan halda burqundlular, 10 min livr pula Jannanı ingilislərə satdılar. İngilislər fransızlara gözdağı vermək üçün onun edamını bir şouya çevirdilər.
Jannanı ingilislərə satılan yepiskop Pyerin başçılıq etdiyi ruhanilərdən ibarət məhkəmə 1431-ci ildə Ruan şəhərində iclasını keçirdi. Məhkəmə Jannanı “şeytan“ adlandıraraq, onu cadugərlikdə və kişi paltarı geyinməkdə günahlandırdı və ona ağır cəza kəsilməsini tələb etdi. Əvvəlcə, Janna özünü cəsarətlə müdafiə etdi və əleyhinə qaldırılan iddiaların yalan olduğunu cəsarətlə ifşa etdi. Lakin sonra keşişlərdən birinin təsiri altında günahlarını etiraf etdi. Məhkəmə belə olduğu halda, onu ömürlük həbs cəzasına məhkum etdi. Amma sonra yenə də onun ölümünü istəyən ingilislərin göndərdiyi keşiş Jannanı aldadaraq ondan yalnız Allah qarşısında cavabdeh olduğunu deməsinə və bunun doğru ola biləcəyinə onu inandıra bildi. Belə olanda, Janna yenidən günahsız olduğunu söylədi. Bu da Janna üzərində yenidən məhkəmə qurulmasına səbəb oldu.
Məhkəmə onun tonqalda yandırılması barədə qərar qəbul etdi. Amma bütün bu iddialar o qədər mənasız idi ki, ingilislər özləri də bunu gizlində etiraf edirdilər. Amma bu gülünc iddiaların müəlliflərindən biri də ingilislərə fransızları satan yepiskop Pyer Cauchon idi. Lakin o da Jannanın öldürülməsini istəmirdi. Keşiş Jannanın ömürlük həbs edilməsinin tərəfdarı idi və bununla bağlı qərarını da ingilis ağalarına bildirmişdi. Lakin ingilisləri Jannanın sağ qalması qane etmirdi və onlar adı sağlığında ikən əfsanələrə dönən qəhrəman qızın edam edilməsində israrlı idilər. Bunu görən kilsə məhkəməsi Jannaya münasibəti dəyişdirdi və o, kafirlikdə suçlandırılaraq haqqında edam hökmü çıxarıldı. 1431-ci il, may ayının 30-da Ruandakı köhnə bazarda qurulan tonqalda bu qəhrəman qızı yandırdılar. Janna son anadək özünü mətanətlə apardı və bu dəhşətli edamı mərdliklə qarşıladı. Onun bu mətanəti edam hökmünü həyata keçirənləri belə, heyrətə salmışdı.
Kilsə Janna dArkı müqəddəslər sırasına daxil edir
Kral VII Karl bundan sonra 1435-ci ildə Arras şəhərində çətinliklə də olsa burqundlularla separatçı sülh anlaşması imzalaya bildi. 1436-cı ildə isə sərkərdə və dövlət xadimi Bedford vəfat etdi. Onun vəfatından sonra ingilislər uğursuzluq zolağına düşdülər. Bundan istifadə edən VII Karl ingilislərə zərbələr endirərək, onları Fransadan qovmağa başladı. 1453-cü ildə Bordo azad edildi. Bundan sonra ingilislər Kale şəhəri və ətrafı istisna olmaqla, bütün Fransanı tərk etdilər. VII Karl yalnız bundan sonra Jannanı xatırladı və onun göstərişi ilə 1455-cı ildə kilsə məhkəməsi işə yenidən baxaraq, Janna 'Arkın günahsız olduğunu elan etdi. 1909-cu ildə kilsə Janna 'Arkı müqəddəslər sırasına daxil etdi. 1979-cu ildə isə Fransa hökuməti hər il may ayının ikinci bazarının Janna 'Ark günü elan edilməsi barədə qərar qəbul etdi.
Mənbə: Zaman qəzeti
| ['Janna Dark'] |
5,317 | https://kayzen.az/blog/cqk/6373/bilirsinizmi.-15-sual.html | BİLİRSİNİZMİ?... 15 sual. | Fianda | Nə? Harada? Nə zaman? (ЧГК) | 22 iyul 2011, 16:04 |
1. Yarasalar uçma istiqamətini necə müəyyən edir?2. İşıq və kölgənin planet üzərindəki sərhədi necə adlanır?3. Abş-ın bayrağında neçə zolaq var?4. Ən qədim ədəbi janr hansıdır?5. Dünyanın ən gənc hökmdarı kim olub?6. Ən güclü canlı hansıdır?7. Bazar gününü ilk dəfə kim təyin edib?
8. Bakı şəhəri nə vaxtdan paytaxt elan edilib?9. Şəki xan sarayını hansı xan tikdirib?10. İlanlardan hansı diri bala doğur?11. Hansı dövlətin ali məktəbi yoxdur?12. Hansı göyərçin köçəridir?13. Bakıda açılmış ilk muzey hansıdır?14. Şərqdə ilk rəsədxana harada tikilib?15. Bakı metropoliteni neçənci ildə istifadəyə verilib?
| ['intellektual suallar'] |
5,318 | https://kayzen.az/blog/Ferid_Zeynalli/6372/h%D3%99zr%D3%99t-%D3%99li-%D3%99kb%D3%99rin-%C9%99-m%C3%BCsib%D3%99ti.html | Hәzrәt Әli Әkbәrin (ə) müsibәti | Ferid_Zeynalli | Bloq: Ferid_Zeynalli | 22 iyul 2011, 15:41 |
"Mәqtәl"lәrin birindә yаzılır: Әli Әkbәr (ә) mеydаndаn qаyıdıb аtаsının yаnınа gәldi vә dеdi:
Аtа! Susuzluq mәni әldәn sаlıb. Qılıncın vә zirеhin аğırlığı tаqәtimi әlimdәn аlıb. İmаm Hüsеyn (ә) buyurdu: Әli cаn, bir аz düşmәnlә döyüş tеzliklә bаbаn Pеyğәmbәrin (s) әlindәn su içәcәksәn. О gеtdi vә susuzluqdаn vә düşmәnin çохluğundаn yеrә yıхıldı. Düşmәnin qılınclаrı оnun bәdәnini tikә-tikә еtdi. İmаm Hüsеyn (ә) оnun yаnınа gәlib buyurdu: "Sәni öldürәni Аllаh öldürsün!" İmаm mübаrәk әli ilә оnun dоdаğının qаnını tәmizlәdi. Bilmirәm, niyә İmаm (ә) Әli Әkbәrin (ә) cәnаzәsini аpаrmаq üçün Bәni-Hаşimin cаvаnlаrındаn kömәk istәdi?...
| ['Dini şəxsiyyətlər'] |
5,319 | https://kayzen.az/blog/kisiler/6370/daha-yara%C5%9F%C4%B1ql%C4%B1-g%C3%B6r%C3%BCnm%C9%99k-%C3%BC%C3%A7%C3%BCn-10-sa%C4%9Flam-v%C9%99rdi%C5%9F.html | Daha yaraşıqlı görünmək üçün 10 sağlam vərdiş | ayxansevda | Kişilər | 22 iyul 2011, 00:09 |
Mükəmməl görünmək üçün Hollywood aktyorları kimi bıçaq altına düşmək lazım deyil, bunun üçün daha asan və faydalı yollar var. Həqiqətən, bu heç də çətin deyil. Çünki hamısı da özünüzə və bədəninizə daha yaxşı baxmanızla əlaqədar şeylərdir. Daha sağlam bir həyat tərzi fiziki baxımdan daha yaxşı görünmənizi təmin edər və dərinizdən göz altı torbalarınıza, hətta saçınızın parlaqlığına qədər hər şey üçün faydalı olar.
Səhərlər aynada gördüyünüz adamın hər zamankından daha cazibəli olmasını istəyirsinizsə, bu 10 sadə sağlamlıq və qidalanma tövsiyələrii tədbiqiniz yetərli.
1. Cildinizə xüsusi önəm verin. Təraş üçün xüsusi köpük və lasyonlardan istifadə edin. Dərinizin qıcıqlanmaması üçün keyfiyyətli ülgüclərə üstünlük verin/ Duş üçün gel , antiperspirant ,ətirlərdən istifadə edin.
2. Dumansız yaşayın. Siqareti tərgidin. Siqaretin sağlamlığa və xarici görünüşdə yaratdığı fəsadlar heç kimə sirr deyil.
3. Düzgün qidalanın. Sağlam bir pəhriz; daha parlaq bir dəri və saçlar, daha cazibədar bir bədən deməkdir.
4. Yuxu rejiminə fikir verin. Ən az səkkiz saat yatın. Bu vacibdir. Eyni zamanda təzyiqi və stressi azaldır. Bunun sayəsində, alnınızdaki və göz kənarınızdaki qırışlar da azalar.Yuxusuzluq, gözlərinizin altının torba-torba olmasına da səbəb olar.
5. Su için. Dərinin, xüsusilə də günəşin səbəb olduğu zərərlərə qarşı düzgün işləyə bilməsi üçün suya ehtiyacı vardır. Gündə səkkiz stəkan su içmək, toksinlərin bədəndən atılmasına da köməkçi olar və qidaları, dərinin daha dərin laylarına daşıyır.
6. Arıqlayın. Köklük təkcə qadınların eybi deyil. Kişilər də kökələndə, xüsusən qarın buraxanda çox eybəcər və kobud görünürlər. Nəzərə alsaq ki, piylənmə özü bir baxımsızlıq sayılır, bu məqama xüsusi diqqət ayrılmalıdır.
7. Antioksidan qəbul edin. Meyvə və sebzelerdeki A, C və E vitamini kimi antioksidantlar, bədən üçün mütləq lazımlıdır. Bunlar dərini bərpa edir və elastikliyini artırar, ürək böhranı və xərçəng riskini azaldır.
8. Spirtli içkilərdən bacardıqca uzaq durun.
9. Dik durun. Düz qamət hər şeydən önəmlidir. Bacarsanız idmanla məşğul olun.
10 . Zövqlə geyinin . Ən önəmlisi sizə yaraşanı geyinin. Bəziləri dəbdir deyə nə gəldi geyinirlər. Təki moda ilə ayaqlaşsınlar. Balacaboy, qısa ayaqlı , bir az qarnı olan kişi dar cins şalvar geyəndə düşünmürmü ki, onun vücüd qüsurları daha qabarıq görünür?
Türkcədən tərcümə
| ['kişilər'] |
5,320 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/6364/evlilikd%C9%99n-sonra.html | Evlilikdən sonra | Samir012 | Xoşbəxt ailə | 21 iyul 2011, 19:22 |
İlk günün səhəri bir-birini yataqdan qalxdıqları halları ilə görən qadın və kişi ilk peşmanlıq duyğularını hiss edirlər. Eyni evin içində yaşamağa başladıqdan sonra bir-birlərinin daha əvvəl bilmədikləri dəyişik vərdişlərinə və şəxsiyyətlərindəki anormallıqlara şahid olurlar. Daha əvvəl gözlərində böyütdükləri bu insan zamanla dəyərini itirir və bu vəziyyət qısa müddətdə aralarında soyuqluq yaranmasına səbəb olur. Daxildə bəslədikləri bu mənfi duyğular zaman keçdikcə artaraq davam edir. Aradakı sevgi anlayışı səthi olduğundan, bir müddət sonra sevgi zənn edilən duyğuların zəruri bir vərdiş halına çevrildiyini görürlər.
İlk aylar ayıb olmasın deyə bir-birlərinə bu hisslərini bildirməyən və yaxşı dolanmağa çalışan ər-arvad, zaman keçdikcə hörmətlərini itirməyə, kobud, dözümsüz və düşüncəsiz olmağa, bir-birlərindən soyuduqlarını müəyyən edən davranışlar göstərməyə başlayırlar. Lakin bunu ətrafa bildirməməyə çalışırlar. Ancaq ətrafları onsuz da bunun fərqindədir və bu təbii bir hadisə olaraq qəbul edilir. Evliliyin ilk günlərinə "bal ayı" deyilməsi bunun maraqlı bir göstəricisidir: aydındır ki, qısa bir müddət sonra bal ayı bitəcək, bezginlik, çətinlik, hətta münaqişə dolu aylar və illər başlayacaq. Gələcəkdə isə uşaqlar, dolanışıq dərdi kimi ümumi problemlər və bunların yaratdığı psixoloji mühit evdəki vəziyyəti təyin edir. Ev sakinləri arasında davamlı gərgin və əsəbi münasibətlər yaşanır. Pul davamlı danışılan mövzudur. Ər-arvad arasında sahiblənmə, qısqanclıq kimi mövzular bitməz-tükənməz bir gərginliyə və münaqişələrə səbəb olur. Kişinin həmişə işindən bəhs etməsi, arvadının danışdıqlarını dinləməməsi, davamlı televiziya seyr etməsi, arvadına və uşaqlarına qarşı maraqsız və əsəbi olması evin təbii mühiti halına çevrilir. Evdə ümumiyyətlə dağınıqlıq hakimdir. Həmçinin təmizliyə də diqqət edilməz. Buna görə qəfil gələn qonağın evin bu halını görməsi istənməz. Evdəki mebellər, süfrələr, və s. əşyalar ev sakinlərinin rahatından çox insanların fikirlərinə görə nizamlanır. Qonaqlar üçün xüsusi bir otaq ayrılır. Bu otaqda ev sakinləri çox oturmurlar. Evin ən bahalı və yaxşı əşyaları orada qonaqlara göstərilir.
Uşaqlar isə evdən sonra ən böyük göstəriş ünsürüdür. Onsuz da ilk başdan etibarən valideyinlərin uşaqla bağlı düşüncələrində yalnış fikirlər vardır. Ana və ata uşağı sahiblənir, ona həyat verənin özləri olduğunu düşünür və o düşüncə ilə davranırlar. Hər şeyi yaradanın Allah olduğu və hər şeyin əsl sahibinin O olduğu düşünülmür. Uşağı sahiblənən ata-ana bir müddət sonra da onu istifadə edərək ətrafa göstəriş etməyə, bir növ "özlərini göstərməyə" başlayırlar. Uşağın ağıllı, ya da gözəl olmağını tez-tez vurğulayır və bununla öyünürlər, sanki uşaqdakı gözəllik, ya da zəka özlərindən gəlirmiş kimi davranırlar. Hətta uşağın hər hansı bir gözəl yönü haqqında «mənə oxşayıb» kimi şərhlər edərək özlərinə pay çıxarırlar. Zaman keçdikcə uşaqla göstəriş etmənin ölçüsü genişlənir. Oxuduğu məktəb, dostları, gəzdiyi yerlər göstəriş olsun deyə hamıya bu haqda danışırlır. Adamlıq dini ailələrində uşağın göstəriş vasitəsi olması ilə yanaşı, onu həyatlarının məqsədi və mənası halına gətirmə vərdişi də çox məşhurdur. Bəziləri uşaqlarını həyatlarının tək məqsədi olaraq görür və bütün həyatı boyunca uşağa yaxşı bir gələcək hazırlamağa çalışdıqlarını söyləyirlər. Halbuki bütün insanların həyatlarının tək məqsədi Allaha qulluq etmək olmalıdır. Həyat ancaq Allaha həsr edilməlidir. Bir insanın uşağına baxması da, ancaq Allah rızası üçün ediləcək ibadətdir.
Qadınların bütün həyatı evlilik hədəfinə görə nizamlanmışdır. Gənclikdən etibarən bu hədəf həyatın ən əhəmiyyətli məqsədi olaraq qəbul edilir. Qızların çəkiləri, paltarları, təhsilləri, zövqləri, ətrafları həmişə yaxşı və qazanclı bir evliliyə görə nizamlanır. Gənc qızların bir çoxu universitetə "ər tapmaq" üçün qəbul olurlar. Çünki ər, xüsusilə də zəngin ər, həyatın zəmanəti olaraq görülür. Gənc qız xəyalinda onu dolandıracaq, qoruyacaq, bir ər modeli meydana gətirir və bütün gəncliyini onu tapmaq üçün keçirir. Halbuki Quranda bizə bildirildiyinə görə insana ruzi verən, qoruyub-gözləyən, özündən kömək istənməyə layiq olan, ancaq və ancaq Allahdır.Bu məntiqə görə qurulan evlilik əsl sevgi üzərinə qurulmamışdır və özlərinin də tez-tez ifadə etdikləri kimi bir «müəssisə»yə çevrilmişdir. Evlilik dövründə də bu «ticarət» müqaviləsinin müvəffəqiyyətlə tamamlanmasının həyəcan və xoşbəxtliyi yaşanacaq. Ancaq çox qısa bir müddət sonra ortaya çıxan sevgisizlik, hörmətsizlik insanlarda «səhf etdim» hissini ortaya çıxaracaq. Ümumiyyətlə bu məntiqli insanlarda evlilikdə geriyə dönüş yoxdur. Olsa belə bu da rahatlıq gətirməyəcək. Çünki evlənib ayrıldıqdan sonra da eynilə evlilik kimi, adamlıq dininin tələbləri tətbiq olunaraq yerinə yetiriləcək, bundan sonrakı həyat da adamlıq dininin tələblərinə uyğun olaraq davam etdiriləcək. Əgər bir səhv axtarılacaqsa bunu tək-tək hadisələrdə deyil, bütün bu hadisələrin təməlində yer alan və bütün bu yalnış sistemin üzərində yüksəldiyi və insanları hər halda bədbəxtliyə, hüsrana və itkiyə sürüyən batil fəlsəfədə yəni, «adamlıq dini»nin özündə axtarmaq lazımdır.
| ['ər-arvad', 'evlilik', 'evlilik haqda', 'evlənmək'] |
5,321 | https://kayzen.az/blog/islam-v%C9%99-%C5%9F%C9%99xsl%C9%99r/6361/islam%C4%B1-q%C9%99bul-etmi%C5%9F-ilk-insan.html | İslamı qəbul etmiş ilk insan | Ferid_Zeynalli | İslam tarixindəki şəxslər | 21 iyul 2011, 17:24 |
Əli əleyhissəlamın bu dövrdəki ilk iftixarı onun ilk növbədə İslamı qəbul etməsidir. Daha dəqiq desək, Əli (əleyhissəlam) bu dövrdə özünün əvvəldən olan İslami əqidəsini aşkar etmişdir. Əli (əleyhissəlam) əvvəldən təkallahlığa inanmış və əsla bütpərəst olmamışdır. Yə'ni, Əli əleyhissəlamın İslamı qəbul etməsi bu mə'naya deyil ki, o, bütpərəstlikdən əl çəkmiş və İslamı qəbul etmişdir. (Ancaq peyğəmbərlərin digər səhabələrinin İslamı qəbul etmələri bu mə'nayadır.)
İslamı qəbul etməkdə irəli düşmək elə bir dəyər, fəzilətdir ki, Qur'an açıq-aşkar ona işarə edərək buyurmuşdur: «Bir də öndə olanlar, öndə olanlar! Bunlar [Allahın dərgahına, Allahın lütfünə və mərhəmətinə] yaxın olanlardır.»
Qur'anın İslamı qəbul etməkdə irəli düşməyə xüsusi diqqəti o qədərdir ki, hətta Məkkənin fəthindən qabaq müsəlman olanlar Məkkə fəthində sonra müsəlman olanlardan üstün sayılır. Gör indi hicrətdən qabaq müsəlman olanlar nə dərəcədədirlər? «Sizlərdən [mal-dövlətini] fəthdən [Məkkənin fəthindən] əvvəl [Allah yolunda] sərf edənlər və [müşriklərə qarşı] vuruşanlar [başqaları ilə] eyni deyillər. Onlar [mallarını Allah yolunda] fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə e'tibarı ilə daha üstündürlər. Bununla belə, Allah-taala onların hamısına [həm birincilərə, həm də ikincilərə] ən gözəl mükafat [Cənnət] və'd buyurmuşdur.»Məkkənin fəthindən (hicrətin səkkizinci ilindən) qabaq müsəlman olanların dərəcələrinin üstün olması ona görədir ki, onlar İslamı qəbul edəndə İslam dini hələ Ərəbistan yarımadasına tam yayılmamışdı, müşriklərin qərargahı olan Məkkə şəhəri İslamın düşməni olaraq qalırdı. Müsəlmanlar hələ qorxu içərisində yaşayırdılar. Düzdür, müsəlmanlar Mədinəyə hicrət etdikdən və Mədinənin böyük qəbilələri Ovs və Xəzrəcin və bir çox başqa qəbilələrin İslama gəlməsindən sonra müsəlmanlar bir qədər gücləndilər və bir çox müharibələrdə meydandan qalib kimi çıxdılar. Belə bir zamanda İslamı qəbul etmək böyük üstünlüyə malikdirsə, şübhəsiz ki, İslamın ilkin çağlarında (hicrətdən qabaq) Qüreyşin və bütpərəstlərin camaata meydan oxuduqları bir dövrdə İslamı qəbul etmək daha çox üstünlüyə malik olmalıdır. Buna əsasən də, peyğəmbərin səhabələri arasında İslamı qəbul etməkdə irəli düşmək (və hətta birinci olmaq) böyük bir şərəfdir.Beləliklə də, Əli əleyhissəlamın İslamı birinci qəbul etməsinin də nə dərəcədə üstün olması mə'lum olur.Əli əleyhissəlamın ilk müsəlman olması haqda sübutlarƏli əleyhissəlamın birinci şəxs olaraq İslamı qəbul etməsi haqda kitablarda o qədər sübutlar qeyd etmişlər ki, onların hamısını bu kitabda qeyd etmək mümkün deyil. Ancaq nümunə üçün onların bir neçəsini oxucuların nəzərinə çatdırırıq:a) Hamıdan əvvəl Peyğəmbərin (səlləllahu əleyhi və alih) özü Əli əleyhissəlamın İslamı birinci qəbul etməsini təsdiqləmiş və camaat arasında buyurmuşdur: «Qiyamət günü Kövsər (hovuzunun) bulağının başında mənə birinci birləşən şəxs İslamı birinci qəbul etmiş şəxs Əli ibn Əbutalib olacaqdır.»b) Alimlər və rəvayətçilər söyləmişlər:«Həftənin birinci günü Məhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbər seçildi və Əli (əleyhissəlam) səhərisi gün onunla birgə namaz qıldı.» v) Həzrət Əli (əleyhissəlam) özü «Qasiə» xütbəsində buyurur: "O vaxt (İslamın təzəcə vaxtı) İslam dini peyğəmbərlə Xədicənin evindən başqa yerdə yox idi. Mən isə onların üçüncüsü idim. Vəhy və nübüvvət iyini duyur və görürdüm.»q) Həzrət Əli (əleyhissəlam) başqa bir hədisdə özünün İslamı qəbul etməkdə irəli düşməsi barədə belə buyurmuşdur: «İlahi! Mən Sənin yoluna gəlmiş ilk şəxsəm. İlk dəfə olaraq mən Sənin xəbərini eşitdim və Peyğəmbərin (səlləllahu əleyhi və alih) də'vətini qəbul etdim. O vaxt məndən başqa ancaq Peyğəmbər namaz qılırdı.»d) Əli (əleyhissəlam) buyurardı: «Mən Allah bəndəsi, peyğəmbərin qardaşı və çox doğru danışan bir şəxsəm. Bu sözü məndən başqa kim deyərsə, bilin ki, o yalançıdır. Mən camaatdan yeddi il qabaq Peyğəmbərlə birgə namaz qılmışam.»e) Üfeyr ibn Qeys Kendi deyir: «Mən cahiliyyət dövründə ətriyyat satıcısı idim. Ticarət səfərlərimin birində Məkkəyə getdim və (Məkkə tacirlərindən biri olan) Abbasın qonağı oldum. Günlərin birində Məscidül-həramda Abbasla birgə oturmuşduq. Günəş göyün ortasına çatanda, sifəti parlaq ay parçasına bənzər bir cavan kişi məscidə gəldi. Göyə baxdı və sonra üzünü Kə'bəyə çevirərək namaz qılmağa başladı. Bir az keçməmiş gözəl bir gənc oğlan da gəlib ona qoşularaq onun sağında durdu. Sonra çadraya bürünmüş bir qadın gəlib o iki nəfərin arxasında durdu. Beləliklə, üçü də namaz qılmağa başladı.Mən (bütpərəstliyin mərkəzi olan Məkkədə üç nəfərin ayrı dinə sitayiş etməsindən) çox təəccübləndim. Üzümü Abbasa tutub dedim: "Bu çox böyük hadisədir!" O da mənə dedi: "Bu üç nəfəri tanıyırsan?" Dedim ki, xeyr. Abbas dedi: "Birinci gəlib hamıdan qabaqda duran mənim qardaşım oğlu Məhəmməd ibn Abdullahdır. İkinci gələn başqa bir qardaşımın oğlu Əli ibn Əbutalibdir. Üçüncü gələn də, Məhəmmədin (səlləllahu əleyhi və alih) həyat yoldaşıdır. Məhəmməd (səlləllahu əleyhi və alih) iddia edir ki, onun dini Allah-taala tərəfindən nazil olub. İndi yer üzündə bu üç nəfərdən başqa heç kim bu dinə qulluq etmir.»Bu hadisədən çox gözəl mə'lum olur ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) də'vətini əvvəllər həyat yoldaşı Xədicədən başqa ancaq Əli (əleyhissalam)Peyğəmbərin (səlləllahu əleyhi və alih) hamisi və canişiniİslam peyğəmbəri öz də'vətini üç il gizli saxladı. Ancaq xüsusi və gizli şəkildə də'vətini həyata keçirirdi. Kimdə qəbul hissi görürdüsə, onu da İslama də'vət edirdi.Üç ildən sonra vəhy mələyi nazil olub bildirdi ki, Peyğəmbər də'vətini aşkara çıxartmalı və ilk növbədə öz qohum-əqrabasından başlamalıdır.
Bu barədə Allah-taala Qur'anda belə buyurmuşdur: Və ən yaxın qohumlarını qorxut!Sənə tabe olan mö'minləri qanadın altına al! [Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!] Əgər [yaxın qohumların] sənə qarşı çıxsalar, onlara belə de: «Şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam!»Ümumi və aşkar də'vətin qohum-əqrəbadan başlanmasının səbəbi odur ki, əgər bir nəfərin də'vətini onun öz qohum-əqrabası qəbul etməsə, onun sözü başqalarına əsla tə'sir göstərməyəcəkdir. Çünki yaxın qohum-əqrəba onun pis və yaxşı cəhətlərinə çox gözəl bələddirlər. Bu səbəbdən onların iman gətirməsi, peyğəmbəri təsdiq etməsi onun doğruluğuna sübut hesab olunur. Əksinə, qohum-əqraba onun də'vətini qəbul etmədikdə bu, iddianın düzgün olmadığını bildirir. Buna görə də, Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama tapşırdı ki, Bəni-Haşim qəbiləsinin qırx beş nəfər böyük şəxsiyyətlərini nahara qonaq çağırıb onlar üçün ət yeməyi bişirsin. Süfrəyə süd qoymağı da unutmasın.Qonaqlar hamı bir nəfər kimi tə'yin olunmuş vaxtda gəlib çıxdılar. Yemək yeyildikdən sonra Peyğəmbərin (səlləllahu əleyhi və alih) əmisi Əbu-Ləhəb öz yersiz söhbətlərilə məclisi bir-birinə vurub məclisin hazırlığını aradan apardı. Beləliklə də, məclis heç bir nəticə vermədən başa çatdı. Qonaqlar da durub hərə öz evinə getdi.Peyğəmbər (səlləllahu əleyhi və alih) qərara gəldi ki, səhəri gün yenə qohumlarını nahara də'vət etsin və Əbu-Ləhəbdən başqa dünən gələnlərin hamısını bir daha evə çağırsın. Yenə Əli (əleyhissəlam) qonaqlar üçün yemək və süd hazırlayaraq qohumları nahara və peyğəmbərin söhbətinə qulaq asmaq üçün evə çağırdı. Qonaqlar yenə də tə'yin olunmuş vaxtda gəlib çıxdılar. Yemək yeyildikdən sonra Peyğəmbər (səlləllahu əleyhi və alih) söhbətə başlayaraq buyurdu: «Mənim öz qohumlarım üçün gətirdiyim şeydən yaxşı bir şey heç kim öz qohumları üçün gətirməyib. Mən sizin üçün dünya və Axirət xeyrini gətirmişəm. Allahım mənə əmr edib ki, sizi tövhidə, təkallahlığa və öz nübüvvətimə də'vət edim. Bu işdə kim mənə kömək etməklə mənim qardaşım, varisim və sizin aranızdakı nümayəndəm olar?»Peyğəmbər (səlləllahu əleyhi və alih) bunu deyib bir az sükut etdi. İstəyirdi görsün kim onun sualına müsbət cavab verəcək. Ancaq bütün məclisi sükut bürümüşdü. Hamı təəccüblü halda başını aşağı salıb fikirləşirdi. Bu zaman on dörd yaşlı Əli ibn Əbutalib məclisin sükutunu pozaraq ayağa qalxdı, üzünü Peyğəmbərə (səlləllahu əleyhi və alih) tutub buyurdu: «Ey Allahın Rəsulu! Mən bu işdə sənə kömək edərəm!» Bunu deyib peyğəmbərlə bey'ət etmək üçün (razılıq əlaməti olaraq) əlini ona tərəf uzatdı. Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama əmr etdi ki, yerində əyləşsin.İkinci dəfə Peyğəmbər (səlləllahu əleyhi və alih) öz sözlərini yenə təkrar etdi. Yenə də Əli (əleyhissəlam) ayağa qalxıb bu işə hazır olduğunu bildirdi.Peyğəmbər (səlləllahu əleyhi və alih) ikinci dəfə də Əli əleyhissəlama oturmasını əmr etdi.Üçüncü dəfə də Əli əleyhissəlamdan başqa peyğəmbərə cavab verən olmadı. Təkcə Əli (əleyhissəlam) ayağa qalxıb Peyğəmbərin (səlləllahu əleyhi və alih) müqəddəs fikrini dəstəklədi. Bu vaxt Peyğəmbər (səlləllahu əleyhi və alih) əlini Əli əleyhissəlamın əlinin üzərinə qoyaraq Bəni-Haşim qəbiləsinin böyükləri arasında Əli (əleyhissəlam) barədə öz tarixi cümləsini buyurdu: «Ey mənim qohum-əqrəbam! Əli mənim qardaşım, varisim və sizin aranızda xəlifəmdir (canişinimdir).»Beləliklə, sonuncu peyğəmbərin birinci xəlifəsi İslamın əvvəllərində və çox az insanın müsəlman olduğu bir dövrdə tə'yin olundu.
Peyğəmbərin (səlləllahu əleyhi və alih) öz peyğəmbərliyini Əli əleyhissəlamın İmaməti ilə bir gündə qeyd etməsi, yə'ni, Peyğəmbər camaata (qohum-əqrəbasına) «mən sizin peyğəmbərinizəm» buyurduğunu «Əli mənim canişinimdir» buyurduğu ilə birgə qeyd etməsi İslam dinində İmamət məqamının nə dərəcədə yüksək olduğunu sübut edir. Bundan mə'lum olur ki, bu iki məqam (nübüvvət və İmamət məqamı) bir-birindən ayrı deyil və İmamət məqamı nübüvvətin təkmil edicisidir.
istifade olundu......
Əxtəb Əl-Mənaqibi Xarəzm, səh.18."Vaqiə" surəsi, ayə 10-11."Hədid" surəsi, ayə 10.Əl-İstiab fi mə'rifətil əshab, c.3, səh.28. və buna oxşar çoxlu sayda hədislər.İbn Əbil Hədid, Şərhi Nəhcül-bəlağə, c.13, səh.229.Tarixül-üməm vəl-mülük, c.2, səh.57.Tarixül-üməm vəl-mülük, c.2, səh.212."Şüəra" surəsi, ayə 214-216.Əli (ə)-ın müsəlman olduğu, həmçinin Peyğəmbər (s)-i himayət edəcəyini e'lan etdiyi vaxt yaşının neçə olduğu barədə əlavə mə'lumat almaq üçün "Şər'i Nəhcül-Bəlağə", c. 13, səh. 234-235; "Rövzətül-kafi", səh. 339-a müraciət edin.Tarixül-üməm vəl-mülük, c.2, səh.217; Əl-Kamilu fit-tarix, c.2, səh.63; Şərhi-Nəhcül-bəlağə (İbn Əbil Hədid), c.13, səh.211.
| ['Dini şəxsiyyətlər', 'həzrəti Əli'] |
5,322 | https://kayzen.az/blog/Ferid_Zeynalli/6360/duaya-bir-baxi%C5%9F.html | Duaya bir baxiş | Ferid_Zeynalli | Bloq: Ferid_Zeynalli | 21 iyul 2011, 16:55 |
Dua ehtiyacsız Allaha ehtiyacın bildirilməsidir. Dua mütləq varlıq olan Allah qarşısında miskinliyin, fəqirliyin bəyanıdır. Dua vəfasız gədanın vəfalı Xaliqdən, zəif varlığın qadir varlıqdan istəyindən ibarətdir. Dua zəif və çarəsiz bəndənin mehriban, həkim, eşidən Yaradandan kömək diləməsidir. Dua pak, iqtidarlı, bağışlayan, dost, yeganə məbudun hüzurunda təvazö, xuşu, itaətkarlığın izharıdır.
Dua Allahın məhbubu, yol əhlinin məşuqu, ariflərin gözünün nuru, vurğunların yalvarışı, zülmətə düşənlərin çırağı, imkansızların sığınacağı, ehtiyaclıların qəlbinin nurudur.
Mənbə: Kumeyl duasının şərhi kitabından seçmələr
| ['islam prinsipləri'] |
5,323 | https://kayzen.az/blog/Fianda/6359/g%C3%B6zl%C9%99r-biz%C9%99-n%C9%99-deyir.html | Gözlər bizə nə deyir?! | Fianda | Bloq: Fianda | 21 iyul 2011, 16:45 |
Gözlər qəlbin aynasıdır deyirlər. Bir çox hallarda sözlə izahı olmayan hissləri bir baxışla izah etmək mümkündür. İllər ötdükcə insanın dünyaya baxışı ilə yanaşı gözlərin ifadəsi də dəyişilir. Sən demə hətta insanın gözlərinin rəngi də onun xasiyyəti barədə kifayət qədər informasiya verir.MAVİ Mavi gözlü insanların həyatının ən qaynar dövrü 14-38 yaş arasındadır. Bu qəbildən olan insanlarda 38 yaşdan sonra yorğunluq əmələ gəlir və onlar artıq sakit həyata meyl edirlər. Gözünün rəngi mavi olan qadınlar, adətən,bir qədər laqeyd olur. Ətrafdakı insanların onlar haqqında nə düşündükləri bu cür xanımları çox da maraqlandırmır və onlar söz-söhbətə fikir vermədən həyat sürürlər. Mavi gözlü kişiləri isə bütün həyatları boyu yalnız bir məsələ düşündürür: hansı peşəni seçməli? Onlar işlərini tez-tez dəyişdirirlər.QONUR Qonur gözlərə malik olan kişilər düşdükləri mühütdən asılı olmayaraq özlərini həmişə yaxşı hiss edirlər. Onlar deməək olar ki, bütün hallarda hətta ən çətin vəziyyətlərdən belə çox asanlıqla çıxırlar. Belə adamlarda ruh düşkünlüyü olmur. Qonur gözlü kişiləri yalnız professional məsələlər maraqlandırır və bütün problemləri özlərinə uyğun tərzdə həll edirlər.
Qəhvəyi Qəhvəyi gözlü insanların həyatı 40 yaşdan sonra başlayır. Bu cür qadınlar adətən, fikirçəkən olurlar. Bu onların ən başlıca cəhətidir. Kişilərdə isə bir qədər fərqli xüsusuyyətlər var. Onlar çox ehtiyatlı olurlar.YAŞIL Yaşıl gözlü insanların həyatının ən gözəl dövrü cavanlıqdır. Onların həyatında bütün unudulmaz anlar məhs bu dövrdə 15-25 yaş arasında olur. Yaşıl gözlü qadınlar ailə qurarkən çox ehtiyatla, uzun çək-çevirdən sonra qərar verir. Həyat yoldaşlarından əsas tələbləri isə bacarıqdır.BOZ Gözünün rəngi boz olan insanlar adətən, olduqca uğurlu və xoş həyat sürən kəslərdir. Onların bəxt ulduzları doğulan gündən parlamağa başlayır. Ruzili və şanslıdırlar. Hətta latoreya və digər bəxtsınayıcı oyunlarda da həmişə şanslıdırlar.
| ['Gözlər', 'xarakter'] |
5,324 | https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/6357/a%C4%9Flayan-s%C9%99ccad%C9%99.html | Ağlayan səccadə | Ferid_Zeynalli | İslami Hekayətlər | 21 iyul 2011, 13:53 |
Yorğunluğun verdiyi ağırlıqla dərhal yuxuya getmişdi. Bir iniltiylə oyandı adam. Ətraf hələ də qaranlıq idi. İniltini yuxu gördüyünə yordu. Dodaqları susuzluqdan çatlayırdı, elə susamışdı. İşıqları yandırmadan mətbəxə gedib suyunu içdi və yatağına döndü. Tam yatmaq üzrəykən, eyni inləmə səsi təkrar eşitməyə başladı. Amm...a yuxuydumu,həqiqətmiydi fərqində deyildi. Səsin gəldiyi istiqamətə yönəldi. O an yuxuda olduğuna yaxşıca əmin oldu. Çünki eşitdiyi səsin sahibi evin tək səccadəsi idi. Adam çaşdı və qorxulu bir səslə -İnləyən sənmiydin? -Bəli dedi səccadə -Nə üçün ağlayırsan? Səccadə yenə içə işləyən bir səslə: - Səni yuxundan oyandıran susuzluğunu, doyana qədər, su içərək sərf idin. Halbuki mənim susuzluğumu aradan qaldıracaq kimsəm yox! - Necə susayarsan, sən canlı belə deyilsən dedi adam. Səccadə: - Mənim ehtiyacımda bir cür sudur amma içdiyin deyil. Mənim susuzluğumu ancaq tövbəkar qulların gözyaşları aradan qaldırar. - Anlamadım dedi adam maraqlı gözlərlə səccadəyə - Ağlaram çünki Allahın qulları; qəbirinin aydınlığa çatmasını, qaranlıqlarda qalmamağı, o müqəddəs gündə aydın olmağı istəyərlər. İstəyərlər də bu vaxtda qalxıb iki rükət namazı qılmazr. Həmişə baxıram sənə, bir gündə qalxıb şükr üçün iki rükət namaz qılmazsan. -Məni rahat burax deyib döndü adam.Səccadə davam etdi. - Ey Allahın qulu; bax səhər namazının vaxtı gəldi. Azanlar; namaz yuxudan xeyirlidir deyə səslənir. Ah səhər namazı , ah bu səhər namazı ! Namazlar arasında müstəsnadır. Həm ürəyə həm də ruha həyat verənir o .Bəs etmir? Gecə gündüz dünya üçün çabaladığın , Əziz və Qahhar olan Allahın çağırışına niyə razılıq etməzsən!!! Adam sıxılaraq: -Ey səccadəm, məni rahat burax . Gündüz kifayət qədər yoruluram, bir az daha yatım deyib yatağın istiliyinə buraxdı özünü. - Səccadə qorxmadan adamı xəbərdar etməyə və yatırtmamağa çalışırdı.
- Demək ki sən dünyaya axirətdən daha çox əhəmiyyət verirsən. Adam hirsləndi: -Yetər artıq lütfən danışma deyə qışqırdı.Səccadə bu sözün qarşısında əvvəlcə susdu. Daha sonra səsini yaxşıca alçaldaraq ; -Ah o fəcirva xtındakı adamlar, ah o fəcir vaxtındakı adamlar dedi. Sən O nurlu peyğəmbərin bu vaxt üçün nələr söylədiyini bilməzsənmi. "Hər kim ki günəş doğmadan və batmadan əvvəl namazlarını əda etsə atəşə girməyəcək", "Münafiqlərə ən ağır gələn namaz səhər və şam namazıdır. Onlar ki o iki namazdakı əcri bilsəydilər sürünə sürünə gedərlərdi...(BUXARİ C.8 S.258 )" Bunun üzərinə adam yatağından qalxıb; -Haqlısan səhər namazı həqiqətən əhəmiyyətli dedi.. Səccadə: -Elə isə qalx və namaz qıl dedi. -Sabah inşallah , mütləq qalxacağam amma bu gün çox yorğunam dedi adam. Səccadə son bir ümidlə ; -Adam Saleh əməllərin nə qədər böyük əcri olduğunu idrak edə bilməzsə bütün zamanlarda bu əməllər çətin gələr. Məsələ yatmaqsa, qəbir də yuxudan çox nə var! Gəl sözümü dinlə Ey Allahın Qulu! Bu andan sonra adamdan tək söz eşidilmədi. Səccadə də bir müddət səssiz qaldı. Adam yuxuya davam etdi. Amma əfsus! Adam ömüründəki ən uzun yuxusuna dalmışdı belə. Səccadənin son sözlərini eşidə bilmədi. O an səccadə adamın öldüyünü anlayınca qısıq bir səslə bunları söyləyirdi. -Ey tövbəsini sabaha təxirə salan, sabaha çıxa biləcəyini bilirsənmi !!! Ölüm pusquda həmişə, biz dünya üçün günah işlərkən. Vaxt çox məhdud. Gün gəlib keçər fərqində olmadan. VƏ KİM BİLİR BU GÜN BƏLKƏ DƏ SƏNİN SON GÜNÜNDÜR...
| ['islam hekayələri', 'islami hekayələr', 'dini hekayə'] |
5,325 | https://kayzen.az/blog/psixologiya/6356/toy-psixologiyas%C4%B1.html | Toy psixologiyası | Samir012 | Psixologiya | 21 iyul 2011, 02:45 |
Yəqinki çoxlarınız bu cür mövzulara kifayət qədər maraqla yanaşırsınız, hətta bu ola bilsin ki, özünüzdən də asılı deyil. Adamlıq dinində insanların həyatlarında çox əhəmiyyət verdikləri müəyyən dönüş nöqtələri vardır. Bunlardan biri də toylarıdır. Toy xüsusilə qadınlar üçün o qədər əhəmiyyətlidir ki, o gün gəldiyi zaman hər şeyin dəyişəcəyini, bütün xəyallarının reallaşacağını düşünürlər. Lakin çoxları üçün toy günü həyatlarının ən çətin və ən gərgin keçən günüdür. Bunun səbəblərindən bəziləri bunlardır: Toyda gəlin, kürəkən və ailələri müəyyən mənfəət güdərkən, qonaqların da özlərinə xas ayrı mənfəətləri vardır. Nişan və toy qonaq-ailələrin uşaqlarına yaxşı namizəd tapmaları üçün ideal yerlərdir. Bu səbəblə qızlarını, ya da oğlanlarını mümkün olduqca bahalı paltarlar geyindirib özləri ilə aparırlar. Toyda romantik söhbətlər edilir. Bəziləri yerli-yersiz, səbəbsiz ağlayırlar. Niyə ağladığını özü də bilmir. Ən çox ağlayan ailənin ən yaxınları və böyükləri olur. Söhbət əsnasında "qucağımda böyüdü" deməyi də unutmurlar. Gəlinin səhər tezdən paltar və saç hazırlığı başlayır. Hər kəs o gün şən və cömərddir. O gün hər kəs professional təşkilatçı kimi davranır. Ətrafındakılara əmrlər verir, pul paylayır. Ana lazımlı-lazımsız hər şeyə və hər kəsə pul verir, ata isə buna narazı olduğunu bildirir. Bu zaman ərzində tez-tez bir küncə çəkilib ağlayanlar olur. Sonra sıra şəkil çəkdirməyə gəlir. Baxıldığında səmimiyyətsiz çəkildiyi bəlli olan şəkillər çəkdirilir. Bu şəkillər daha sonra bir ömür boyu insanlara göstəriləcək. Onsuz da çəkilmə məqsədi budur. Gəlinin necə və nə cür gəlin paltarı ilə evləndiyini, kürəkənin gənckən necə "marka" geyindiyini gələcəkdə hər kəsin görməsi lazımdır. Nikaha gedərkən avtomobilin ətrafı arı pətəyi kimi dolur. Ailələr gəlinlə kürəkənin harada nə edəcəklərini, kimlərə nə cavab verəcəklərini, harada gülümsəyib, harada ağlayacaqlarını əvvəlcədən qərarlaşdırıblar. Toya gələn qonaqların da kiçik mənfəələri vardır. Yaxınlarda qızını nişanlayacaq, ya da evləndirəcək olan varsa, yaxşı bijüteriya taxır ki, onun qızına da bahalı şeylər taxılsın. Qonaqların hamısı gecənin ulduzu olmağı istəyirlər. Paltarlar ona görə nizamlanır. Tərəflər qızıl taxma mərasimini xüsusilə video kamera ilə yazırlar. Məqsəd kimin nə taxdığını təsbit etməkdir. Qonaqlar üçün onun aldığı qızılın hamınınkı ilə bərabər dəyərdə olması əsas məqsəddir. Daha yaxşısını taxmaq "həriflik", daha pisini taxmaq isə kasıblıq əlaməti olaraq qəbul edilir. Hər kəs boynuna düşəni etmişdir. Qonaqlar pulsuz yemək yeməkdən xoşbəxtdirlər. Ailələr də həm özünü göstərmiş, həm də yaxşı alış-veriş etmənin xoşbəxtliyini yaşayırlar. Gəlin və bəy isə olduqca yorğun və narahatdır. Hər kəsin gözü onlardadır. Xüsusilə diqqətli davranmaq məcburiyyətindədirlər.
Təsvir etdiyimiz kimi bir toydakı insanların hamısının ağlında buna bənzər şeylər vardır: Digər insanlara özünü göstərmək, maddi hesablar və diqqətlə yerinə yetirilməsi vacib olan səmimiyyətdən uzaq davranışlar. Bu insanların demək olar ki, heç birinin ağlında Allah yoxdur. Heç biri məşğuliyyətlərindən ayrılıb Allahı düşünməyi, ONU təsbih etməyi, Rəbbimizə həmd etməyi düşünmür, hərəkətlərinin Allahın razılığına uyğun olub-olmadığının və gərəksiz yerə xərclədikləri pulun israf hökmünə girə biləcəyinin fərqində belə deyillər. Yuxarıda saydıqlarımız adamlıq dini cəmiyyətində mədəni, ictimai və maddi cəhətdən standart səviyyəyə sahib bir əksəriyyətin evlilik əsnasında göstərdikləri klassik davranış və münasibətlərin, sahib olduqları psixologiyaların təsviridir. Təbii ki, bundan daha fərqli psixologiyada və mühitdə evlənən kəslər də vardır. Cəmiyyətin müxtəlif təbəqələrinin evlilik mövzusunda istər tanışlıq, istər evliliyə hazırlıq, istərsə də mərasimlər baxımından bir-birindən olduqca fərqli tərzləri ola bilər. Bəziləri ailələr vasitəsilə tanış olarkən, bəziləri də oxuduğu universitetdə və ya işlədiyi iş yerində evlənəcəyi adamla tanış olur. Bəzisinin toyu adi toy salonunda, bəzisininki beş ulduzlu oteldə çox daha dəbdəbəli və ehtişamlı olur. Bəziləri daha klassik, ənənə və adətlərə uyğun bir tərzdə, bəzisi daha müasir Avropa tərzində, bəziləri də fərqli və orijinal bir şeylər etməyə çalışaraq diqqət çəkməyə, maraq toplamağa çalışarlar. Ancaq fərqli olan yalnız məkanlar, dekorasiyalar, ya da cütlərin bir-birləri ilə tanış olma formalarıdır. Əhəmiyyətli olan məsələ adamlıq dini cəmiyyətinin hər təbəqəsində evliliyin son dərəcə yanlış bir məntiqlə tətbiq olunmasıdır. Evlilik bir-birini sevən və hörmət edən iki insanın nikah bağı ilə bağlanması deyil, içində yüzlərlə cahiliyyə adətinin və qəribə ayinlərin iştirak etdiyi, mənfəətə əsaslanan səmimiyyətsiz və riyakar davranışlarla bəzədilmiş qəribə müəssisə halını almışdır. Mədəni və ictimai strategiyaları nə olursa-olsun hər təbəqədən adamlıq dini mənsublarının evlilik məntiq və psixologiyaları bir-birlərilə eynidir: Yəni, Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir.(Hədid Surəsi, 20) ayəsində ifadə edilən xüsusiyyətləri eynilə daşıyır və tətbiq edirlər. Onsuz da adamlıq dinində Allahın razılığının ən çoxunu axtarmaq, Allahın sərhədlərini qorumaq, Onun təyin etdiyi şəkildə bir həyat yaşamaq kimi anlayışlar yer almadığına görə, geriyə qalan yeganə yol nəfs, istək, həvəs, ehtirasların yolu olmuş olur. Formalar, üsullar dəyişsə də zehniyyət həmişə eyni olaraq qalır.
| ['toylar', 'evlilik'] |
5,326 | https://kayzen.az/blog/biologiya/6355/xromosomlar-i-irsiyy%C9%99tin-maddi-%C9%99sas%C4%B1-kimi.html | Xromosomlar I İrsiyyətin maddi əsası kimi | Samir012 | Biologiya | 21 iyul 2011, 02:22 |
Hüceyrənin nüvəsində öz-özünü törətmək qabiliyyətinə malik olan mitoz vəmeyoz bölünmələrdə müəyyən boyayıcılarla rənglənən xırda hissəciklərə xromosomdeyilir.Hüceyrənin bölünməsi zamanı orada adi işıq mikroskopu ilə əsas rəngləyicilərləyaxşı rənglənən kiçik bədənciklər görünür. Onları ilk dəfə 1880-ci ildə alman alimiV.Valdeyer müşahidə etmişdir. O, onları xromosomlar adlandırmışdır. (Yunancaxromo-işıq, soma bədən deməkdir). Xromosomların uzunluğu 0,2-dən- 50 mmk-aqədər, diametrləri isə 0,2-dən- 2 mmk-a qədər dəyişir. Hər növ bitki və heyvanlarınorqanizmlərinin hüceyrələri müəyyən və sabit sayda xromosoma malikdir. Bu canlıxarakterik nişanələrdir.Məsələn, yumşaq buğdanın hüceyrələrində 42, bərk buğdanınhüceyrələrində 28 xromosom olduğu halda, təkdənli buğdada 14 xromosom olur.Xromosomların sayı heyvan yaxud bitkilərin böyüklüyündən və onların inkişafsəviyyəsindən asılı olmur. İnsanda 46, askariddə 2, xərçəngdə 208, siçanda 40, pişikdə60, drozofildə 8, atlarda 66, iri buynuzlu mal-qarada 60, qoyunlarda 54 xromosomvardır. Canlı orqanizmlərin hüceyrələrində olan xromosom ikiqat diploid ( yunanca ikiqat, eydos- növ adlanır) halda olur. O, iki cinsi hüceyrənin birləşməsindən əmələ gəlir.Onlardan hər biri tək-qat- haploid xromosom sayına malik olur. (yunanca-haplos təkqat, eydos növdür). İnsanlarda diploid xromosom sayı 46-ya bərabərdir. O, hər biri 23xromosomdan ibarət olan cinsi hüceyrələrin birləşməsindən alınır. Haploid xromosomsayın, diploid xromosom sayı isə 2n hərifi ilə işarə edilir. İnsanlarda həmin sayınəmələ gəlməsi aşağıdakı kimidir.Diploid xromosom yığımları cüt-cüt olurlar, onların hər biri eyni forma və eyniölçüdə olur. Bir-birlərinə belə oxşar, yaxud cüt olan xromosomlar homoloji adlanırlar.Buna xromosomların homolojiliyi deyilir. Bir haploid yığımda xromosomlar forma vəölçüləri üzrə fərqlənirlər. Xromosomların ölçüsü və forması daimidir, buna görə dəonları bir-birindən ayırmaq mümkün olur. Hətta onları nömrələmək belə mümkündür.Məsələn qarğıdalıda haploid xromosom yığımının nömrələri 1-dən 10-a qədərdir. Belədə adlanır - I, II və s. Xromosomlar saplardan ibarət olub öz oxu üzərində yerləşmişolurlar. Onlar xromenemlər adlanır. (yunanca xorma-işıq, nema-sap, tel deməkdir). Onların sayı müxtəlifdir. Hər bir sapın (telin) qalınlığı 20-dən 200 A (Anqstremmikronun 1000:1 hissəsidir) dir. Xromosomun bütün boyu üzrə DHT-dən ibarətdənəcik, yaxud bölmələr yerləşirlər. Onlar xromomer adlandırılmışdır. (yunanca -xromo-işıq, meros - bölmə).Xromosom bir dəstə xromonemdən ibarətdir, burada elə bil xromomerlərdüzülmüşlər Xromosomların tipləri:1,6- metasentrik (bərabərçiyinli)2- submetasentrik (bir çiyni digərlərindən nisbətən kiçik)3,4,5- akrosentrik (qeyri-bərabər çiyinli)
7- ikincili dartılması olan akrosentrik xromosom 8- peykli xromosom.Xromosomların tellərlə birləşdiyi sahələr nüvənin bölünməsi zamanısentromerlər adlandırılmışdır. Həmin yerdə xromosom nazikdir. Bu ilkin çəkilmədir.Bəzi xromosomlar ikinci çəkilməyə malik olurlar; o, xromosomun əsas hissəsini əlavəsahəsindən ayırır.Hər növ orqanizm özü üçün xarakterik xromosom yığımına, yəni kariotipəmalikdir.Kariotip orqanizmin sayı, ölçüsü və forması ilə səciyyələndirilən xromosomvəhdətidir.Mənbə: Nizami Seyidəliyev." Genetika, seleksiya və toxumçuluq " adlı dərs vəsaiti.Həmçinin bax: Nüvənin quruluşu və tərkibi , Orqanizmlərin quruluşu
| ['Xromosomlar', 'irsiyyətin staloji əsasları'] |
5,327 | https://kayzen.az/blog/fotosessiya/6353/d%C3%BCnyan%C4%B1n-h%C9%99r-yerind%C9%99n-g%C3%B6z%C9%99l-m%C9%99scidl%C9%99r.html | Dünyanın hər yerindən gözəl məscidlər | ORIGINAL | Fotosessiya | 21 iyul 2011, 02:01 | ['islam', 'məscid', 'fotossesiya'] |
|
5,328 | https://kayzen.az/blog/biologiya/6354/n%C3%BCv%C9%99nin-qurulu%C5%9Fu-v%C9%99-kimy%C9%99vi-t%C9%99rkibi.html | Nüvənin quruluşu və kimyəvi tərkibi | Samir012 | Biologiya | 21 iyul 2011, 01:51 |
Nüvə hüceyrənin əsas hissəsi olub irsiyyətdə çox mühüm rol oynayır. 1831-ciildə Robert Braun tərəfindən öyrənilmişdir. Nüvə çox zaman yumru və ya ellipsvarıformada olub, özünün membranı ilə sitoplazmadan ayrılır. Adi işıq mikroskopundanüvə hüceyrə bölünmədiyi dövrdə eyni cinsli bir kütlə kimi görünür. Hətta onuniçərisində bir və ya bir neçə yumru cisimciklər-nüvəciklərdə müşahidə olunur.Nüvənin daxili boşluğunda olan şirəyə karioplazma deyilir. Nüvənin kimyəvitərkibi əsasən zülallardan 70-90% DNT və RNT-dən ibarətdir. Nüvəcikdə az miqdarDNT, lakin çoxlu miqdarda RNT və zülal vardır. Nüvəcikdə ribosom RNT-si sintezivə ribosomların formalaşması baş verir.Ribosomlar endoplozmatik şəbəkənin üstmembranında sintez olunur. İki xırda zülal elementinin yəni subvahidciklərin birləşməsinə bir ribosomdeyilir.İki ribosom birləşməsinə bir dimer deyilir. 5-dən 70-ə kimi ribosombirləşməsinə poliribosom deyilir. İrsiyyət üçün ən vacib hesab edilən zülal sinteziribosomlarda həyata keçirilir.Nüvənin tərkibində genetikləri çox maraqlandıran hissə xromosomlardır.Xromosomların forması, davranışı, hüceyrənin mürəkkəb bölünməsi mitoz prosesindəöyrənilir.
Mənbə: Nizami Seyidəliyev." Genetika, seleksiya və toxumçuluq " adlı dərs vəsaiti Həmçinin bax: Orqanizmin hüceyrə quruluşu
| ['nüvə', 'nüvənin tərkibi'] |
5,329 | https://kayzen.az/blog/biologiya/6348/genetika-n%C9%99dir.html | Genetika nədir | Samir012 | Biologiya | 21 iyul 2011, 01:16 |
Genetika canlıların irsiyyət və dəyişkənliyindən bəhs edən elmidir.İnsanlar çox qədimdən müşahidə etmişlər ki, canlılar aləmi çoxalma yolu iləhəmişə özünə oxşar nəsil verir. İnsandan insan, atdan at, qoyundan quzu, inəkdən buzov, almadan alma, üzümdən üzüm, pambıqdan pambıq törəyir.Hələ bizim eramızdan əvvəl yeddinci və onuncu minillikdən başlayaraq ayrıayrıinsan qəbilələri yabanı bitki növlərini mədəni sortlara çevirməyə başlamışlar.Bunun nəticəsində vəhşi heyvanlar və yabanı bitkilər yeni əlamət və xassələr əldəedərək daha sürətli təkamül prosesinə məruz qalmışlar.Qədim insanlar yalnız kortəbii şəkildə özləri üçün lazımi əlamətə malik bitki vəheyvanları qoruyub saxlamağa çalışırdı. Onların əhliləşdirdikləri yabanı bitki sortlarıyeni şəraitdə inkişaf edib əlavə xassələrdə qazqnsalar da öz əcdadlarının ən mühüm xassələrini qoruyub saxlamış və nəsildən - nəslə vermişlər.Əcdad əlamətlərinin nəsildən nəslə ötürülməsi irsiyyət adlanır. Məsələn, əksər otyeyən heyvanların yeni doğulmuş balalarında çox cəld hərəkət etmək xassəsi vardır. Çünki,bu heyvanların vəhşi halda yaşamış əcdadları yırtıcılardan qorunmaq üçün sürətlə qaçmaq xüsusiyyətinə malik olmuşlar. Lakin unutmaq olmaz ki, əcdad əlamətlərinin heç də hamısı nəsildən - nəsilə verilmir. Yaşayış şəraiti və müxtəlif kənar amillərin təsiri nəticəsində bu əlamətlər dəyişkənliyə uğrayır və sonrakı nəsildə başqa şəkildə üzə çıxır. Beləliklə, bəzi əlamət və xassələrin valideyndən fərqli nəsildə dəyişilmiş halda üzə çıxması dəyişkənlik adlanır. Məsələn, itlərin əcdadları vəhşi halda yaşadıqları zaman səsləri dəqiqliklə qəbul edirdilər, ona görə də onların qulaqları dikolmuşdur. Əhliləşdirildikdən sonra itlərin bəzilərində bu funksiya aradan çıxmış və qulaqları sallaq olmuşdur. Yaxud, qanın laxtalanması xassəsi müxtəlif amillərin təsirindən pozulur və ailədə elə uşaqlar doğulur ki, onların qanı laxtalanmır. Belə uşaqlarda kiçik bir yaralanma qanaxmasına səbəb olur və ölümlə nəticələnir. Bu,dəyişkənlikdir.Müasir genetika elmi bitki və heyvanların məhsuldarlığını artırmaq, sağlamlıq,uzunömürlülük kimi problemin həllinə təkan verir. Bununla da genetika iləseleksiyanın möhkəm əlaqəsi yaranır. Genetika elmi seleksiya ilə birlikdə yeni-yenibitki sortları yaradır.Hazırda genetika elmi böyük yaradıcı qüvvəyə malikdir. Müasir elmi-texnikitərəqqi dövründə genetikanın bir çox sahələri meydana gəlmişdir. Kosmik genetika,tibbi genetika, sitogenetika, kariosistematika, mutasiya genetikası, mühəndislikgenetikası, davranışın genetikası, pedaqoji genetika, cinsiyyətin genetikası və s. elmsahələri bu qəbildəndir.Həyatın əmələ gəlməsi nəzəriyyəsinin, kənd təsərrüfatı, tibbi elmi, kosmikbiologiya və radiobiologiyanın öyrənilməsi və insanın həyata hərtərəfli təsirininaraşdırılması baxımından genetika mühüm inkişaf mərhələsinə qədəm qoymuşdur. 2005-ci ildə İsveç alimləri gen mühəndisliyi nəzəriyyəsinin köməyi iləlaboratoriya şəraitində 35 kiloqram çəkiyə malik olan "Qreta" adlı toyuqyaratmışdırlar.Valideynlərin əlamət xüsusiyyətlərinin nəsildən-nəslə ötürülməsinə irsiyyətdeyilir. Nəsil valideynlərindən əcdadın milyon illər sürən təkamül prosesində(filogeniyasında) qazandığı nə varsa onları hazır şəkildə əldə etmiş olur. İnsan rüşeymi9 ay ərzində bu yolu keçərək formalaşır və dünyaya öz məğrur səsi, gözəl əlamət vəxassələri də gəlir. Buna səbəb irsiyyətdir.Genetika insihalını (sözünü, terminini) ilk dəfə 1906-cı ildə B.Betsonişlətmişdir.Valideyn nəslindən, birinin digərindən bu bə ya başqa əlamətinə görəfərqlənməsinə dəyişkənlik deyilir.Genetika elmi irsiyyət və dəyişkənliyi, onun səbəbini, mexanizmini, onları idarəetmək yollarını öyrənən bioloji fənn kimi meydana gəlmişdir.
Genetika bütün biolojifənnlərlə, o cümlədən kənd təsərrüfatı və tibbi elmləri ilə də sıx əlaqədardır. Bu elminəsas mövzusu olan irsiyyət və dəyişkənliyin öyrənilmə tarixi çox qədim dövrlərəaiddir. Lakin proqramla əlaqədar olaraq mətində yaxın dövrlərin tarixi haqqındaməlumat verilir.Hələ Ç. Darvin 1859-cu ildə göstərmişdir ki, təkamülün hərəkətverici qüvvəsiolan təbii seçmə iki faktora əsaslanır: irsiyyət və dəyişkənlik ilk dəfə İ.Q.Kelreyter(1733-1806) müxtəlif bitki növlərinin nümayəndələrini çarpazlaşma yolu ilə hibridləralmağa çalışırlar.Genetikanın inkişafında mühüm mərhələ, bu elmin banisi Çex alimi QreqorMendelin (1822-1884) işləri ilə başlayır. 1900-cu ildə üç alim-hollandiyalı Q.de-Friz,alman K.Korrens və avstriyalı K.Çermaq bir-birindən xəbərsiz bitkilər üzərindəçarpazlaşdırma aparıb, Mendelin kəşflərinə uyğun nəticələr çıxartdılar. Onlar öznəticələrini Mendel qanunları ilə elmə daxil etdilər.Genetikanın inkişafında mühüm mərhələlərdən biridə Amerikan alimi TomasMorqandan (1866-1945) başlayır. O, drozofil adlanan milçək üzərində yenieksperimental işləri apararaq irsiyyətin xromosom nəzəriyyəsini irəli sürdü. Təcrübələrgöstərir ki, irsiyyətin maddi əsasları olan genlər xromosomlarda yerləşir.XX əsrin ortalarında genetik tədqiqatlar daha da dərinləşdirildi. Elektronmikroskopunun, nişanlanmış atomların və s. genetik tədqiqatlara tətbiqi irsiyyətinmolekulyar səviyyədə öyrənməyə və yeni obyektlər-virus və bakteriyalar üzərindətədqiqat aparmağa imkan verdi. Bu dövrdən genetika, biokimya və mikrobiologiya iləbirlikdə inkişaf etməyə başlayaraq, özünün yeni sahəsini - molekulyar genetikanımeydana çıxartdı.Müasir genetika həyat sirlərini öyrənməkdə nəinki genetik analizdən, həmçininkimyəvi, fiziki, riyazi, kibernetika, biokimyəvi , fizioloji və digər metodlardan genişistifadə edir.Bütün elmlər kimi genetikanın özünəməxsus tədqiqat üsulları vardır.1.Hibridoloji üsul. 2.Sitoloji üsul. 3.Onntogenetik üsul.Mənbə: Nizami Seyidəliyev." Genetika, seleksiya və toxumçuluq " adlı dərs vəsaiti
| ['Genetika', 'seleksiya'] |
5,330 | https://kayzen.az/blog/islam-v%C9%99-%C5%9F%C9%99xsl%C9%99r/6341/imam-%C9%99linin%C9%99-q%C4%B1rx-s%C9%99hab%C9%99si.html | İmam Əlinin(ə) qırx səhabəsi | Ferid_Zeynalli | İslam tarixindəki şəxslər | 20 iyul 2011, 20:17 |
İMAM ƏLİNİN (Ə) QIRX SƏHABƏSİ1-Abdullah ibn Abbas: O, Peyğəmbər (s)-in əmisi oğlu, imam Əli (ə)-ın səfiri, nümayəndəsi və İslam ordusunun sərkərdəsi idi. İmam Əli (ə) uşaqlıq çağlarından ona İslam maarifini öyrətməyə başladı. O, fiqh, təfsir və təvil elmlərində, hətta ənsab elmində başqalarından tam şəkildə fərqlənirdi. Peyğəmbər (s) onun haqqında belə dua etmişdi: "İlahi! Onu din alimi et və Quranın təvilini ona öyrət." Cəməl, Siffeyn və Nəhrəvan müharibələrində imam Əli (ə)-ın ordusunda iştirak edərək şücaətlə döyüşürdü. O, Siffeyn müharibəsində imam Əli (ə)-ın ordusunun sol cinahının sərkərdəsi idi, imam Həsən (ə) və imam Hüseyn (ə) da onun ordusunda döyüşürdülər. İbni Abbas imam Əli (ə)-ın tərəfindən Bəsrənin valisi təyin edildi, və o həzrətin şəhadətindən sonra imam Həsən (ə)-ın hüzurunda idi. Abdullah ibn Zübeyr onu Taifə sürgün etdi. Ömrünün axırlarında gözləri tutuldu, amma yenə də İslam maarifini yaymaqdan əl çəkmədi, nəhayət yetmiş bir yaşında ikən Taifdə vəfat etdi.
2-Əbuzər Qəffari: Əbuzər adı ilə məşhur olan Cündəb İslamı qəbul edən ilk şəxslərdəndir (dördüncü, yaxud beşinci müsəlmandır). Məkkədə həzrət Peyğəmbər (s)-in hüzuruna gəlib İslamı qəbul etmiş, sonra öz tayfasının yanına qayıtmışdı. O, Ühüd, Bədr və Xəndək müharibələrində iştirak etmiş və Xəndək müharibəsindən sonra Mədinəyə köçmüşdür. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allah Əbuzəri bağışlasın! O, tək-tənha yaşayar, tək-tənha ölər və məhşərə də tək-tənha gələr." Həmçinin buyurmuşdur: "Hər kəs İsa ibn Məryəmin təvazökarlığına baxmaq istəyirsə, Əbuzərə baxsın."Osman onu Rəbəzəyə sürgün etmiş və hicrətin 31-ci (yaxud 32-ci) ilində elə orada vəfat etdi.
3-Bilal Həbəşi: O, həzrət Peyğəmbər (s)-in səhabələrindən və İslamı qəbul edən ilk şəxslərdəndir, qara dərili bir qul olmuş və Bəni-Cəm qəbiləsində yaşamışdır. O, İslamı qəbul etdikdən sonra Peyğəmbər (s)-in qatı düşmənlərindən olan Üməyyə ibn Xələf göstəriş verdi ki, onu Məkkənin yandırıçı qumları üstündə uzadıb, sinəsinin üstünə ağır daş qoyaraq ondan Allahı inkar etməsini istəsinlər. Lakin Bilal yeni qəbul etdiyi dinində sabitqədəm olmuşdur. Həzrət Peyğəmbər (s)-in göstərişi ilə Əbu Bəkr onu alıb, azad etmişdir. Bilal Peyğəmbər (s)-in apardığı müharibələrdə iştirak etmiş və o həzrətin azançısı və Mədinədə də azan deyən ilk şəxs olmuşdur. Peyğəmbər (s)-in vəfatından sonra bir dəfədən artıq azan deməmişdir, o da xanım Fatimeyi-Zəhra (ə)-ın göstərişi ilə olmuşdur. Bəzi tarixçilərin nəzərinə görə, "Həyyə əla xəyril-əməl" (xeyirli əməllərə tələsin) cümləsi azandan çıxarıldıqda, artıq o, azan deməyi tərk etmişdir. O, Əbu Bəkrlə beyət etməmiş və Ömərə demişdir: "Peyğəmbər (s)-in canişin və rəhbər təyin etmədiyi şəxsə beyət etmərəm!" Buna görə də Ömərin göstərişi ilə Mədinədən Dəməşqə sürgün edildi və orada da altmış, yaxud yetmiş yaşında ikən vəfat etdi.
4-Cabir ibn Abdullah Ənsari: O, Bədr müharibəsində iştirak etmişdir. Atası Abdullah da Ühüd müharibəsində şəhid olmuşdu. Onun vəsfində çoxlu rəvayətlər nəql olunmuşdur. İmam Baqir (ə)-ın dövrünə qədər yaşamış və Peyğəmbər (s)-in salamını o həzrətə çatdırmışdı. Cabir Peyğəmbər (s)-in apardığı bir çox müharibələrdə iştirak etmiş, imam Əli (ə)-ın vəfalı səhabəsi olmuş və Siffeyn müharibəsində şücaətlə döyüşmüşdü. İmam Hüseyn (ə)-ın qırxında o həzrətin qəbrini ziyarət edən ilk şəxs idi. Ömrünün axırlarında gözləri tutulmuş və doxsan yaşında ikən vəfat etmişdir.
5-Şəhid İbrahim Əştər: Malik Əştərin oğlu İbrahim şiə tarixinin şücaətli qəhrəmanlarından və imam Əli (ə), imam Həsən (ə) və imam Hüseyn (ə)-ın səhabələrindən biridir. O, Siffeyn müharibəsində atası ilə birgə Müaviyənin əleyhinə vuruşmuş və Muxtarla birlikdə Kərbəla şəhidlərinin intiqamını almaq üçün qiyam etmişdi. İbrahim 67-ci hicri qəməri ilində Mosulda Übeydullah ibn Ziyad və Həsin ibn Nümeyri ələ keçirib, hər ikisini qətlə yetirdi. Muxtar məğlubiyyətə uğradıqdan sonra Əbdül-məliklə beyət etmədi, Şam və Müsəb orduları arasında baş verən müharibədə öldürüldü. Onun başını kəsib Əbdül-məlikin yanına apardılar, bədənini isə yandırdılar.
6-Şəhid Üveys Qərəni: O, həm həzrət Peyğəmbər (s)-in, həm də imam Əli (ə)-ın səhabəsi olmuşdur. Həzrət Peyğəmbər (s) onu İslama dəvət etdikdə, dərhal iman gətirmişdi və İslamı təbliğ edən ilk şəxslərdən biri olmuşdur. Anası xəstə olduğu üçün Peyğəmbər (s)-i heç vaxt görə bilməmişdi. Əlbəttə, bir dəfə Mədinəyə gəlib Peyğəmbər (s)-i görmək istədi, lakin o həzrət evdə olmadığına görə Peyğəmbər (s)-i ziyarət etmədən Yəmənə qayıtdı. Peyğəmbər (s)-ə o qədər məhəbbət bəsləyirdi ki, Ühüd müharibəsində o həzrətin dişlərinin sınmasını eşitdikdə, onun da dişləri ağrımağa başladı. Peyğəmbər (s) Üveys Qərəniyə olan məhəbbətini aşkar edib buyurdu: "Hər kəs Üveys Qərənini görsə, mənim salamımı ona söyləsin." O, bəzi gecələri rüku, bəzi gecələri də səcdə halında keçirirdi. Həmişə imam Əli (ə)-ın hüzurunda İslamın düşmənlərinə qarşı döyüşürdü. Siffeyn müharibəsində ağır bir döyüşdə şəhadət məqamına nail oldu.
7-Şəhid Əbu İshaq Bəsii: O, Abdullahın oğlu və Yezid ibn Həsinin bacısı oğlu idi. İmam Əli (ə), İbni Abbas və digər səhabələri görmüşdü. Şiə və sünnü alimlərinin nəzərinə görə o, hədis elmində etimadlı şəxslərdən biridir. Əbu İshaq qırx il işa namazının dəstəmazı ilə sübh namazını (gecəni səhərə kimi oyaq qalıb) qılmışdı. Doxsan yaşında ikən Kərbəlada şəhadətə çatdı.
8-Şəhid Əbul-buxtəri Tayi: O, imam Əli (ə)-ın xüsusi səhabələrindəndir. Yəmən əhlindən olub, Kufədə yaşamış, şiə alimlərindən, hədisçilərindən olan tabeindir, əmanətdar və etimadlı şəxslərdən olmuşdur. Allah yolunda cihad etmiş, Həccac ibn Yusifin əleyhinə Məhəmməd ibn Əşəsin etdiyi qiyamda iştirak edib, şəhid olmuşdur.
9-Əbu Tufeyl Kənani: O, imam Əli (ə)-ın xüsusi səhabəsi, Cəməl, Siffeyn və Nəhrəvan müharbələrində o həzrətin bayraqdarı olmuşdur. Siffeyn müharibəsində şücaətlə döyüşmüş və Müaviyənin ordusunu məğlub etməkdə böyük rəşadət göstərmişdir. Buna görə də imam Əli (ə) ona təşəkkür etmişdir. O, Ühüd müharibəsi günlərində dünyaya gəldiyinə görə Peyğəmbər (s)-in səhabələrindən sayılırdı. O, Peyğəmbər (s)-in səhabələri arasında vəfat edən sonuncu şəxs olmuşdur.
10-Şəhid Əbu Heysəm ibn Teyhan: O, İslam dinindən qabaq Allahpərəst, ənsar arasında İslam dinini qəbul edən ilk şəxs idi və İslam dinini yaymaqda ciddiyyətlə çalışmışdır. Siffeyn müharbəsində iraqlı əsgərləri döyüşə təşviq etdi və elə bu müharibədə Əmmardan sonra şəhadətə nail oldu.
11-Əbu Əyyub Ənsari: O, Peyğəmbər (s) və imam Əli (ə)-ın səhabəsi olmuşdur. Həzrət Peyğəmbər (s) onun atasının gözlərinə şəfa vermiş və Mədinəyə hicrət edəndə, Mədinə məscidi tikilib qurtarana qədər onun evində məskunlaşmışdı. Əbu Əyyub Peyğəmbər (s)-in apardığı bütün müharibələrdə iştirak etmişdi. O həzrətin vəfatından sonra imam Əli (ə)-ın haqqını müdafiə etmiş, Osmanın qətlindən sonra imam Əli (ə)-la beyət edən ilk şəxs olmuş, Cəməl, Siffeyn və Nəhrəvan müharibələrində döyüşmüş və imam Əli (ə) tərəfindən Mədinəyə vali seçilmişdir.
12-Şəhid Əbu Səmamə: O, imam Əli (ə), imam Həsən (ə) və imam Hüseyn (ə)-ın səhabələrindən olmuş, Siffeyn müharibəsində iştirak və imam Həsən (s)-la beyət etmişdir. İmam Həsən (ə) şəhid olduqdan sonra Kufədə camaatı imam Hüseyn (ə)-a beyətə dəvət edirdi. Süleyman ibn Sürədin evində toplaşanlarla birlikdə imam Hüseyn (ə)-a bir məktub yazaraq o həzrəti Kufəyə dəvət etdilər. O, Kufədə həzrət Müslümlə birgə İbni Ziyadın əsgərlərilə döyüşdü. Gecə ikən Kufədən çıxıb, imam Hüseyn (ə)-a qoşularaq Kərbəlaya getdi və Aşura günü günortadan sonra şəhadətə çatdı. Onun qəbri imam Hüseyn (ə)-ın hərəmində "şəhidlər məqbərəsi"ndə yerləşir.
13-Şəhid Əbu Düçaçə: O, Peyğəmbər (s)-in səhabələrindən olmuş və o həzrətin vəfatından sonra imam Əli (ə)-la beyət etmişdir. Onun Yəmamə müharibəsində göstərdiyi şücaət və apardığı qəhrəmancasına döyüşlər məşhurdur. Bir nəzərə görə bu müharibədə, başqa bir nəzərə görə isə Siffeyn müharibəsində şəhid olmuşdur. İmam Sadiq (ə) onun haqqında buyurmuşdur: "Məhdi (ə) zühur edəndə Əbu Düçaçə onun səhabələrindən olacaqdır."
14-Əbu Rafe: O, Abbas tərəfindən Peyğəmbər (s)-ə hədiyyə edilən bir qul idi, Cəfərlə birlikdə Həbəşistana getdi. Həzrət Peyğəmbər (s) onu Səlma ilə evləndirdi. O, Mədinəyə hicrət etdikdən sonra bütün müharibələrdə iştirak etmişdi. Peyğəmbər (s) onun barəsində buyurmuşdur: "Hər bir peyğəmbərin amanı vardır, mənim də amanım Əbu Rafedir." Peyğəmbər (s) vəfat etdikdən sonra o, imam Əli (ə)-la beyət etmiş və o həzrətin vəfalı dostlarından biri olmuşdur. O, fiqh elmində "Əs-sünənu vəl-əhkamu vəl-qəzaya" adlı ilk kitabı yazmışdır.
15-Səd ibn Malik: O, ənsarın alimlərindən, həzrət Peyğəmbər (s) və imam Əli (ə)-ın böyük səhabələrindən və imam Əli (ə)-a beyət edən ilk şəxslərdəndir. Sədin atası Malik Bədr müharibəsində şəhadət məqamına çatmışdı, özü isə on üç yaşında ikən Ühüd müharibəsində iştirak etmiş, lakin yaşının az olmasına görə, ona cihad icazəsi verilməmişdi. Sonra Xəndək və digər müharibələrdə həzrət Peyğəmbər (s)-lə birgə olmuşdur.O, Peyğəmbər (s)-dən min yüz yetmiş hədis rəvayət etmişdir. Hicrətin 64-cü ilində yetmiş beş yaşında ikən Mədinədə vəfat etmiş və Bəqi qəbiristanlığında torpağa tapşırılmışdır.
16-Əbu Səhər ibn Əbrəqə: O, imam Əli (ə)-ın səhabələrindən idi, Siffeyn müharibəsində Şam əhalisindən olan bir qrupla birlikdə Müaviyənin ordusundan ayrılmış və imam Əli (ə)-ın ordusuna qoşulmuşdur.
17-Əmr ibn Əl-həməq Xüzai: O, imam Əli (ə)-ın səhabələrindən biridir, pak bir insan olmuş və o həzrətin hüzurunda İslam elmlərinə yiyələnərək yüksək məqamlara nail olmuşdu. Əmr Cəməl, Siffeyn və Nəhrəvan müharibələrində döyüşmüşdür. İmam Əli (ə) şəhadətə çatdıqdan sonra Hücr ibn Ədiyə kömək edir və Bəni Üməyyənin imam Əli (ə) haqqında nalayiq sözlər deməsinə mane olurdu. Buna görə də İbni Ziyad Əmri tutmaq əmrini verdi. Əmr Mosula qaçıb bir mağarada gizləndi. Həmin mağarada onu bir ilan sancdı və o, dünyasını dəyişdi. Əmri təqib edənlər, onun cəsədini tapıb, başını bədənindən ayırıb İbni Ziyadın yanına gətirdilər. O da Əmrin başını Müaviyəyə göndərdi. Müaviyə isə kəsik başı nizəyə keçirtdi. Bu işi İslam tarixində ilk dəfə Müaviyə görmüşdü.
18-Əbu Ümrə: O, imam Əli (ə)-ın xüsusi səhabələrindəndir. Həzrət onun qulağına "İsmi-əzəmi" (Allahın ən böyük adlarını) oxumuş və bunun sayəsində Quran hafizi olmuşdur. O deyir: "Mənim gözəl səsim var idi, ona görə də şer oxuyurdum. İmam Əli (ə) mənə buyurdu: "Nə üçün Quran oxumursan?!" Dedim: Quran oxuya bilmirəm. Həzrət buyurdu: "İrəli gəl." Mən o həzrətin yanına getdim, qulağıma bir söz dedi, lakin onun nə dediyini başa düşmədim, sonra ağzının mübarək suyunu mənim ağzıma atdı. Bundan sonra Quranı əzbərlədim." İmam Baqir (ə) bu barədə buyurmuşdur: "Əli (ə) Əbu Ümrənin qulağına Allahın ən böyük adını oxudu."
19-Əbu Qütadə Ənsari:
Onun əsl adı Haris ibn Rəbidir. Peyğəmbər (s) və imam Əli (ə)-ın səhabəsi və mahir süvari olmuşdur. Buna görə də onu "Peyğəmbər (s)-in farisi" (at sürəni) adlandırırdılar. O, Ühüd və ondan sonrakı müharibələrdə iştirak etmiş və Peyğəmbər (s)-dən sonra Xalidin ordusunda olmuşdur. Lakin Xalidin çirkin və yaramaz əməllərindən xəbərdar olduqda, ondan ayrılıb, Mədinəyə qayıtdı və and içdi ki, heç vaxt Xalidin bayrağı altında olmayacaq. İmam Əli (ə)-ın dövründə öz şücaətini göstərmiş, o həzrətin bütün müharibələrində iştirak etmiş, nəhayət Kufədə dünyadan getmişdir. Vəfat edəndə ona imam Əli (ə) namaz qıldı.
20-Şəhid Ümeyy ibn Qeys: O, imam Əli (ə)-ın səhabəsi olmuş və Siffeyn müharibəsində şəhadətə çatmışdı. Onun etimadlı şəxs olmasını sünnülər də qəbul etmişlər. Bir gün qardaşı Əlqəmə onu yuxuda görüb axirət aləmi barədə soruşdu. O, cavabında dedi: "Biz müxaliflərimizlə bir yerə toplaşıb mübahisə etdik və güclü dəlillərlə müxaliflərə qalib olduq."
21-Übeyy ibn Kəb: O, həzrət Peyğəmbər (s) və imam Əli (ə)-ın səhabəsi olmuş, Bədr müharibəsində iştirak etmiş və vəhyi yazanlardan olmuşdur. Həzrət Peyğəmbər (s) onunla Səid ibn Zeyd arasında qardaşlıq əqdi oxumuşdu. O, Quran təfsirçisi və qabaqcıl qarilərdən olmuşdur. İmam Sadiq (ə) onun haqqında buyurmuşdur: "Biz Quranı onun qiraəti ilə oxuyuruq. O, Əbu Bəkrin xilafətini qəbul etməyən on iki nəfərdən biridir."
22-Şəhid Asim Əzdi Kufi: O, həzrət Peyğəmbər (s) və imam Əli (ə)-ın səhabəsi olmuş, imam Əli (ə)-ın apardığı müharibələrdə iştirak etmiş və nəticədə ayağına bir ox dəyərək onun axsamasına səbəb olmuşdur. O, Aşura hadisəsində Kufədən məxfi şəkildə çıxıb Kərbəlada imam Hüseyn (ə)-a qoşulmuş və Aşura günü sübh çağı İbni Sədin ilk hücumunda qəhrəmancasına döyüşərək şəhadət məqamına nail olmuşdur. Onun qəbri Kərbəlada imam Hüseyn (ə)-ın hərəmində "şəhidlər məqbərəsi"ndə yerləşir.
23-Şəhid Əşrəs ibn Həssan Bəkri: O, imam Əli (ə)-ın vəfalı səhabəsi olmuş, Siffeyn müharibəsindən sonra "həkəmiyyət" hadisəsində xəvariclə döyüşmüşdür. O, imam Əli (ə) tərəfindən Ənbar şəhərinin valisi təyin edilmişdir. Müaviyə öz qoşunu ilə həmin şəhərə hücum etdikdə, Həssan şücaətlə vuruşmuş, nəhayət şəhadətə çatmışdır.
24-Şəhid Əyən ibn Zəbiə: O, imam Əli (ə)-ın səhabələrindən olmuş və o həzrətin apardığı müharibələrdə iştirak etmişdir. Müaviyə Abdullah ibn Amiri Bəsrəyə göndərdi ki, Osmanın tərəfdarlarını Əli (ə)-ın əleyhinə döyüşə dəvət etsin. Digər tərəfdən də, imam Əli (ə) Əyəni Bəsrəyə göndərdi ki, orada öz qəbiləsi ilə söhbət edib, onları Abdullah ibn Amirin əleyhinə qiyama qaldırsın. Lakin onun söhbətləri heç bir təsir göstərmədi, geri qayıtmaq istədikdə, xəvaricdən bir qrupu onu şəhadətə yetirdilər.
25-Şəhid Üməyyə Tai Kufi: O, imam Əli (ə)-ın səhabələrindən, Kufədəki mübariz şiələrdən olmuş və həmişə Həzrətin apardığı müharibələrdə iştirak etmişdir. Onun Siffeyn müharibəsində göstərdiyi şücaət misilsiz idi. O, imam Hüseyn (ə)-ın Kərbəlaya daxil olmasını eşitdikdə, bir qrup şiə ilə birlikdə Kufədən məxfi şəkildə çıxıb Məhərrəm ayının 8-də o həzrətə qoşuldu. Aşura günü sübh vaxtı İbni Sədin qoşununun ilk hücumu nətiçəsində şəhadət məqamına nail oldu. Onun qəbri Kərbəlada imam Hüseyn (ə)-ın pak hərəminin "şəhidlər məqbərəsi"ndə yerləşir.
26-Şəhid Ənəs Kahili Əsədi: O, həzrət Peyğəmbər (s) və Əhli-beyt (ə)-ın səhabələrindən olmuşdur. İmam Hüseyn (ə)-ın İraqa doğru hərkət etməsini eşitdikdə, (yaşlı olmasına baxmayaraq,) imam Hüseyn (ə)-a kömək etmək üçün Kufədən məxfi şəkildə çıxıb, Kərbəlaya getmişdir. İmam Hüseyn (ə) onun barəsində buyurmuşdur: "Ey şeyx! Allaha şükürlər olsun ki, sənin köməyini mənə nəsib etdi." Ənəs düşməndən on səkkiz nəfərini qətlə yetirdikdən sonra şəhadətə çatdı. Onun qəbri imam Hüseyn (ə)-ın hərəminin "şəhidlər məqbərəsi"ndə yerləşir.
27-Şəhid Sabit ibn Bünani Ənsari: O, həzrət Peyğəmbər (s)-in və imam Əli (ə)-ın vəfalı səhabələrindən olmuş, Bədr və digər müharibələrdə iştirak etmişdir. Mərhum Əllamə Əmini onu Qədir-Xum hədisini nəql edən ravilərdən biri saymışdır. Peyğəmbər (s) onun şəhid olacağını ona xəbər vermişdi. O, Siffeyn müharibəsində şəhadət məqamına nail oldu.
28-Şəhid Sabit ibn Übeyd Ənsari: O, həzrət Peyğəmbər (s)-in böyük səhabəsi olmuş və adı da Bədr səhabələri sırasında yazılmışdır. O həzrətdən sonra imam Əli (ə)-a vəfalı qalmış və Siffeyn müharibəsində şəhadətə çatmışdır.
29-Şəhid Cüveyriyyə: O, imam Əli (ə)-ın vəfalı və etimadlı səhabələrindən biri idi. O həzrət həmişə onu görməyi arzu edir və ona buyururdu: "Hər dəfə səni görəndə xoşhal oluram." Cüveyriyyə o həzrətin hədislərini nəql edən şəxslərdən olmuşdur. Nəhayət, Müaviyənin dövründə Əhli-beyt (ə)-a məhəbbət bəslədiyi üçün ayağını kəsdilər və ağacdan asaraq faciəli şəkildə şəhid etdilər.
30-Şəhid Həbib ibn Məzahir: O, imam Əli (ə), imam Həsən və imam Hüseyn (ə)-ın xüsusi və vəfalı səhabələrindən, habelə elmdə, zahidlikdə, təvazökarlıqda məşhur və Quran hafizi idi, çoxlu Quran tilavət edirdi. Kərbəlada yaşlı olmasına baxmayaraq, canla-başla döyüşüb, küfr ordusundan altmış iki nəfəri öldürdükdən sonra şəhadətə çatdı.
31-Şəhid Hüçr ibn Ədiy: O, həzrət Peyğəmbər (s)-in yaxın səhabələrindən olmuş, o həzrətin apardığı müharibələrdə iştirak etmiş və təqvası dillər əzbəri olmuşdu. Həmişə dəstəmazlı olar, gecələri ibadətlə keçirərdi. İmam Əli (ə)-ın da vəfalı səhabələrindən olmuş, Siffeyn, Çəməl və Nəhrəvan müharibələrində şüçaətlə döyüşmüş və Siffeyn müharibəsində imam Əli (ə)-ın ordusunun sərkərdəsi olmuşdur. Hücr o həzrətin şəhadətindən sonra Kufədə Müaviyənin əleyhinə çoxlu təbliğat apardı, nəhayət onun əleyhinə qiyam etdi. Ziyadla onun qoşunu arasında döyüş baş verib, onun özü və dostlarının şəhadətə çatması ilə nəticələndi.
32-Şəhid Həkim ibn Cəbələ Əbdi: O, həzrət Peyğəmbər (s) və imam Əli (ə)-ın səhabəsi olmuşdur. İmam Əli (ə)-ı sevməkdə məşhur idi. İmam Əli (ə) onun barəsində buyurmuşdur: "Həkim xalqı haqqa dəvət etdi və bu dəvətilə yüksək məqama nail oldu." Cəməl müharibəsi başlamazdan və imam Əli (ə) müharibə meydanına gəlməzdən öncə o həzrətin düşmənlərilə döyüşüb üç qardaşı və bir neçə dostu ilə birgə şəhadət məqamına nail oldu.
33-Şəhid Rüşeyd Hücri: O, imam Əli (ə)-ın şagirdi, sirdaşı və məxsus səhabəsi olmuşdur. Günlərin birində imam Əli (ə) öz səhabələri ilə birlikdə xurma bağına gedib, bir xurma ağacının altında oturdular. Həzrət buyurdu ki, həmin ağacdan xurma dərsinlər. Onlar da xurma dərib, yedilər. Bu zaman Rüşeyd Hücri dedi: "Ya Əmirəl-möminin, bu nə gözəl xurmadır!" Həzrət buyurdu: "Ey Rüşeyd! Səni bu xurma ağacından asacaqlar." Bundan sonra Rüşeyd həmişə o ağacın yanına gəlib, ona su verərdi. Nəhayət, bir gün o, həmin ağacın budaqlarının kəsildiyini gördü və öz-özünə dedi: "Deyəsən, mənim əcəlim yaxınlaşıb." Bir neçə gündən sonra İbni Ziyad məmur göndərib, onu çağırtdırdı və Əli (ə)-a tərəfdarlıq etməməsini tələb etdi. Lakin o, bu işdən imtina etdikdə, onun əl-ayağını və dilini kəsdirib, həmin ağacdan asdırdı.
34-Şəhid Əmmar Yasir: O, həzrət Peyğəmbər (s) və imam Əli (ə)-ın səhabələrindən idi. Anası Süməyyə İslam yolunda ağır əzab-əziyyətlər, dözülməz işkəncələrə məruz qaldıqdan sonra şəhadətə çatmışdı. Həzrət Peyğəmbər (s) hər dəfə onu gördükdə, buyurardı: "İlahi, Yasirin ailəsini (Əmmarın anasını) bağışla! Əlbəttə ki, Allah onu bağışlamışdır." Əmmar Peyğəmbər (s)-dən sonra Əbu Bəkrin xilafət kürsüsündə əyləşməsinə etiraz edən on iki nəfərdən biri idi və Siffeyn müharibəsində şəhadətə çatdı. İmam Əli (ə) onun şəhadətindən sonra buyurdu: "Əmmarın matəminə qəmgin olmayan şəxsin müsəlmanlıqdan nəsibi yoxdur. Həqiqətən, Əmmarın yeri behişt, qatilinin yeri isə cəhənnəmdir!" Sonra Həzrət ona namaz qılıb, Siffeyndə torpağa tapşırdı.
35-Şəhid Kumeyl ibn Ziyad Nəxəi: O, imam Əli (ə)-ın ən yaxın dostlarından olmuşdur və səhabələrin arasında böyük ehtirama malik idi. O, imam Əli (ə) tərəfindən Heyət məntəqəsinə vali təyin edilmişdi və ariflər onu o həzrətin sirlərinin sahibi kimi tanıyırdılar. İmam Hüseyn (ə)-ın da səhabəsi olmuşdur. Həccac İraqın valisi olduqdan sonra onun qətlinə hökm verdi. Kumeyl bu xəbəri eşitdikdə, qaçıb gizləndi. Həccac onu tapa bilmədiyi üçün Kumeylin qohum-əqrəbasının (beytül-maldan olan) hüquqlarını kəsdi. Kumeyl bu vəziyyətdən xəbərdar olduqda, qayıdıb özünü Həccaca təslim etdi və ona dedi: "Allah-taala qiyamət günündə mənimlə sənin aranda hökm edəcəkdir! Əli (ə) mənə xəbər vermişdir ki, məni sən öldürəcəksən." Həccac əmr etdi ki, onun başını bədənindən ayırsınlar. O, doxsan yaşında şəhadətə çatdı. Qəbri Kufə ilə Nəcəf arasında yerləşən Səviyyədədir.
36-Şəhid Malik ibn Əştər: O, imam Əli (ə)-ın ordusunun sərkərdəsi, o həzrətin ən yaxın dostu və səhabəsi, güclü, şücaətli, zahid, təvazökar, hörmətli və şan-şöhrətli bir şəxs idi. Malik öz mövlasının məktəbində insaniyyət dərsini öyrənmiş və öz qüdrət və gücünü yalnız haqq-ədalət yolunda sərf etmişdir. Siffeyn müharibəsində xəvaricin həkəmiyyət məsələsi ilə əlaqədar israrları olmasaydı, artıq o, Müaviyənin və onun dostlarının kökünü kəsmişdi.İmam Əli (ə) 38-ci hicri-qəməri ilində onu Misrə hakim təyin edib, onun üçün hökumət işləri və dünyanın bütün hökmdarları ilə əlaqədar olan nəsihətli və hikmətli bir əhdnamə yazdı. Müaviyə bir casus göndərib, onu Əriş məntəqəsində zəhərlənmiş bal ilə şəhid etdi. İmam Əli (ə) onun şəhadətindən sonra buyurdu: "Mən Peyğəmbər üçün neçə idimsə, Malik də mənim üçün elə idi. Kaş, sizin içərinizdə onun kimi iki nəfər dostum olaydı!"
37-Şəhid Məhəmməd ibn Əbu Bəkr: O, imam Əli (ə)-ın xüsusi səhabələrindən, şiə aləminin ən böyük və yüksək məqama malik olan şəxsiyyətlərindən biridir. Məhəmməd o həzrətin xüsusi səhabəsi olmaqdan əlavə, həm də onu övladı sayılırdı. Onun anası Əsma, Cəfər ibn Əbi Talibin həyat yoldaşı idi. Cəfər şəhid olduqdan sonra, Əbu Bəkrə ərə getdi və Məhəmməd bu izdivacdan dünyaya gəldi. Əsma Əbu Bəkrin ölümündən sonra imam Əli (ə)-a ərə getdi və bununla da Məhəmməd o həzrətin evində tərbiyə olundu. İmam Əli (ə) Malik Əştərin şəhadətindən sonra Məhəmməd ibn Əbu Bəkri Misrə hakim təyin etdi. Müaviyə Əmr Asın başçılığı ilə Misrə bir qoşun göndərdi və onlarla Məhəmməd ibn Əbi Bəkrin arasında müharibə baş verdi. Əmr As Osmanın tərəfdarları ilə əlbir olub, Məhəmməd ibn Əbu Bəkri məğlub etdi və onun boynunu vuraraq cəsədini yandırdı. Onun qəbri Misirdədir.
38-Miqdad: O, həzrət Peyğəmbər (s)-in səhabələrindən və İslamı qəbul edən ilk müsəlmanlardandır. Peyğəmbər (s)-dən sonra "Əli (ə) şiəsi" adı ilə məşhur olan birinci şəxs idi. Həzrət Peyğəmbəri-Əkrəm (s) onun barəsində belə buyurmuşdur: "Allah-taala mənə əmr etmişdir ki, dörd nəfərə - Əliyə, Miqdada, Salmana və Əbuzərə məhəbbət bəsləyim." İmam Baqir (ə) buyurmuşdur: "Üç nəfər kafir olmadı: Salman, Əbuzər və Miqdad." O, hicrətin 33-cü ilində Mədinənin yaxınlığında vəfat etdi. Qəbri Bəqidə yerləşir.
39-Şəhid Meysəm ibn Yəhya Təmmar: O, imam Əli (ə)-ın xüsusi səhabəsi, yaxın tərəfdarı, ardıcılı olmuş və o həzrətin məktəbində təlim-tərbiyə görmüşdü. Həzrət ona gizli sirləri və qeybi xəbərləri öyrətmişdi. Bəzən gələcəkdə baş verəcək işlər haqqında xəbər verirdi. Quran təfsirində və fiqh elmində yüksək məqama çatmışdı. O, Bəni Əsəd qəbiləsindən olan bir qadının qulamı idi ki, imam Əli (ə) onu alıb, adını Meysəm qoymuşdu. Meysəm ismət və ədalət arasında olan bir məqama malik idi. Quran elmlərini o həzrətdən əxz etmiş, o da şəhadətindən öncə İbni Abbasa öyrətmişdi. Nəhayət, Übeydullah ibn Ziyad onu tutub dar ağacından asdı.
40-Hani ibn Ürvə: Hani imam Əli (ə)-ın səhabəsi idi, Fəhd qəbiləsində öz şücaəti ilə məşhur olmuş və Siffeyn müharibəsində iştirak edib, şücaətlə döyüşmüşdü. Bu müharibədə Şam ordusundan Yəmur ibn Üseyd adlı bir nəfər meydana çıxıb, imam Əli (ə)-ın ordusundakı döyüşçüləri mübarizəyə dəvət etdikdə, Hani demişdi: "Sübhanəllah! Nə üçün onunla mübarizə aparmaq üçün tələsmirsiniz?!" O, xəstə və yorğun olduğu halda, meydana gedib, ağır mübarizə apardıqdan sonra, onu qətlə yetirmişdi.
| ['Dini şəxsiyyətlər'] |
5,331 | https://kayzen.az/blog/kitab/6337/kitab-oxumaq-insanda-stressin-s%C9%99viyy%C9%99sini-3-d%C9%99f%C9%99-azald%C4%B1r.html | Kitab oxumaq insanda stressin səviyyəsini 3 dəfə azaldır | cahandar | Kitablar və mütaliə | 20 iyul 2011, 18:00 |
Əksər Avropa ölkələrində istirahət mövsümü kitab oxumaq üçün fürsət hesab olunur. Amma bu gün çoxumuz nəinki istirahət mövsümündə, heç bikarçılıqdan ürəyimiz sıxılanda da kitab oxumaq barədə düşünmürük. Günümüzün çoxunu ya çayxanada, ya kompyuter arxasında, ya da televizor qarşısında keçiririk. Hələ mən kitaba pul xərcləyənlərə cəmiyyətimizdə birtəhər baxılmasından danışmıram. Halbuki kitab oxumağın insan psixologiyasına və səhhətinə bir sıra müsbət təsirləri var... "Kitab oxuyarkən ürək Döyüntüsü normallaşır" Kitab oxumağın orqanizmə faydasını araşdıran britaniyalı mütəxəssislər də maraqlı nəticələr əldə ediblər. Onların qənaətinə görə, cəmi 6 dəqiqə kitab oxumaq insanda stresin səviyyəsini üç dəfə azaldır: "Başqa üsullarla müqayisədə kitab oxumaq insanı daha tez sakitləşdirir və yüngülləşdirir".
Mütəxəssislərin araşdırmalarına görə, qiraət edərkən əzələlərin gərginliyi aradan qalxır və ürək döyünməsi normallaşır. Kitablar uşaqların zehinlərinin, hisslərinin, danışıq qabiliyyətinin inkişafında da önəmli rol oynayır. Kitab oxumaq uşağın təxəyyülünü genişləndirir, daxili dünyasına müsbət təsir göstərir.
"Oxumaq vərdişi ailədə qazanılmalıdır"
Psixoloqlar hesab edirlər ki, kitab oxumaq vərdişi ilk əvvəl ailədə qazanılmalıdır. Bu səbəbdən də valideynlər uşağı müxtəlif kitablarla təmin etməli, ona tez-tez kitab oxumalıdırlar. Britaniyalı mütəxəssislər hesab edirlər ki, valideynlər kitab almağa uşaqları ilə birgə getməlidirlər. Bu zaman onlara kitab seçmələri üçün istədikləri qədər vaxt verilməlidir: "Başlanğıcda övladınıza rahat əldə tuta biləcəyi, içində qısa hekayələri və maraqlı şəkilləri olan kiçik kitablar alın, çünki o, məhz belə kitabları sevir".
"Kitabxanaların çoxunda 30 yaşdan yuxarı oxucu yoxdur"1978-ci ildən Sumqayıt şəhərindəki 14 saylı kitabxanada çalışan Hafizə Pirimova deyir ki, sovet dövründə insanlar daha çox kitab oxuyurdular, nəinki indi. Lakin Hafizə xanım hesab edir ki, o dövrün insanları çox kitab oxumalarına baxmayaraq, daha az dünyagörüşünə malik idilər, həyata dar çərçivədən baxırdılar: "Həmin dövrdə insanlar öz işlərini yerinə yetirmək üçün sanki kimdənsə əmr, tapşırıq ğözləyirdilər". Müsahibimizin sözlərinə görə, müstəqillik dövründə, xüsusilə də 1993-1997-ci illərdə ölkəmizdə kitab oxuyanların sayı xeyli azalıb: "Lakin 2000-ci ildən başlayaraq, insanların kitaba marağı ilbəil artır. Hazırda bizim əsas oxucularımız məktəblilər və tələbələr olsalar da, kitabxanaya üzv olanlar arasında evdar xanımlar da var".
Kitabxanaların çoxunda 30 yaşdan yuxarı oxucuların yox səviyyəsində olduğunu bildirən Hafizə Pirimova "Oğlanlar, yoxsa qızlar daha çox kitab oxuyurlar?" sualımıza belə cavab verdi: "Daimi oxucularımızdan 710 nəfərinin 495-i evdar xanımdır. 650 tələbə oxucumuzun isə 504 nəfəri qızdır".
"Bizim "bəh-bəh"lə izlədiyimiz seriallara inkişaf etmiş ölkələrdə baxmırlar" Psixoloq Narınc Rüstəmova qəzetimizə açıqlamasında: "Qızlar 11 yaşda, oğlanlar 12-13 yaşlarında daha çox informasiya almaq ehtiyacı hiss edirlər. Buna görə də onların kitaba, internetə marağı daha çox olur",-dedi. Psixoloq hesab edir ki, ölkəmizdə kitab oxuyanların sayının az olmasının əsas səbəbi əhali arasında televizor aludəçiliyinin geniş yayılmasıdır: "İnsanlar televizora rahat informasiya almaq vasitəsi kimi baxırlar. Bir çox insanlar, əsasən də yaşlı nəsil günün xeyli hissəsini seriallara baxaraq keçirir". Müsahibimiz deyir ki, bizim "bəh-bəh"lə baxdığımız seriallara inkişaf etmiş ölkələrdə, demək olar ki, baxmırlar". Psixoloq həmçinin qeyd etdi ki, ortayaşlı və orta yaşdan yuxarı insanların az kitab oxumasının digər səbəbi ailə qayğıları, səbirsizlikdir. Bir qrup insanlar "mənə oxumaq lazım deyil, hər şeyi bilirəm" düşüncəsi ilə yaşayırlar. Gənclər isə daha aktiv həyata meyil göstərirlər. "İnsanlarda kitaba marağı artırmaq üçün nə etmək lazımdır?" sualımıza Narınc xanım belə cavab verdi: "Təbliğat aparılmalıdır. Məsələn, valideynlər kitabı evdə təbliğ etməli, imkan varsa, kitabxana qurmalı, övladları ilə birgə kitab oxumalıdırlar. Cəmiyyətdə isə kitabla əlaqədar tədbirlər, treninqlər, bayramlar keçirilməli, bukletlər paylanmalıdır. Bukletlərdə hər kitab haqqında qısa məlumatlar yazılmalıdır. Beləliklə, zaman keçdikcə, insanların kitaba marağı artacaq, kitabı həyatlarının bir parçasına çevirəcəklər".
Maraqlı statistika Araşdırmalar göstərir ki, inkişaf etmiş ölkələrdə daha az televizor seyr edib, daha çox kitab oxuyurlar. Almaniyalı professor Fişer isə: "İnsan düşündükçə beyin tutumu, düşünmə imkanları və qabiliyyəti inkişaf edir. Beyin işlədikcə inkişaf edən, istifadə edilmədikdə isə ən sürətlə kütləşən insan orqanıdır. Bu kütləşməni aradan qaldırmaq üçün bir həftə zehini məşğələ etmək lazımdır. İllərlə işləməyən beyinin nə hala düşdüyünü özünüz təsəvvür edin". Bir yaponiyalı ildə 25, isveçli 10, fransalı 7 kitab oxuyur. Türkiyədə hər 7 nəfərə 1 kitab düşür. Azərbaycanda isə bu göstərici minimum səviyyədədir. Bu statistikadan da görünür ki, ölkələrin kitab oxumaları ilə inkişafı düz mütənasibdir. Daha gözəl cəmiyyət üçün, daha çox oxumaq diləyi ilə...
Mənbə:Big.az
| ['kitab oxumaq'] |
5,332 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/6336/qara-il%C9%99-bozun-f%C9%99rqi.html | Qara ilə bozun fərqi... | ORIGINAL | Düşündürücü hekayələr | 20 iyul 2011, 14:02 |
Mən sözümə qulaq asan,bir dediyimi iki etməyən bir uşaq istəyirəm.Orta yaşlı Sabir oğlu Rafiqin bu xarekterdə böyüməsini istəyirdi.Sabirin dostu Kamal isə onun bu fikirləri ilə razı deyildi:
-Məncə,bu,doğru fikir deyil.Uşaq nadinclik edə bilər.Ancaq bu nadinclik uşağın nə özünə,nə də başqalarına ziyan verməməlidir.Bir də uşaq nəyi nə vaxt istəməli olduğunu bilməlidir.Ona görə də,o özünə inanmalı,qətiyyətsiz olmamlıdır...
Kamalın bu sözləri otdaqda bir anlıq səssizliyə səbəb oldu.Ancaq bu sakitliyi otağa çay gətirən Təranə pozdu.15 yaşlı qızcığaz çayları payladıqdan sonra Kamal onun qolundan tutub: -Qızım,sənə bir sualım var,-dedi... Təranə Sabirin böyük qızı idi.Onlar üç bacı,bir qardaş idilər.Ailənin böyük uşğı olduğu üçün məsuliyyətini yaxşı başa düşürdü.Hamı onu ağıllı bir qız kimi tanıyırdı... -Təranə,qara ilə boz arasındakı fərq nədir? Qəfil verilən sual Təranəni çaşdırdı.Əslində belə bir sualı qonaqlar da gözləmirdilər.Sabir bir tərəfdən Kamalın qəfil sualını düşünür,bir tərəfdən də Təranənin verəcəyi cavabı gözləyirdi.Təranə bir qədər düşündükdən sonra dedi: -Məncə,qara rəng dəqiqliyi ifadə edir.Halbuki boz rəng qara qədər dəqiq deyil.Yəni boz rəngin çalarlarını əldə etmək mümkündür,ancaq qaranın belə çalarları yoxdur.Qara qətiyyətə,boz isə qətiyyətsizliyə işarədir...
-Təşəkkür edirəm qızım,çox gözəl cavab verdin... Kamal Sabirə dönərək: -Qətiyyətli,nə etdiyini bilən,cəsarətli insanların xarekteri Təranənin izah etdiyi qara rəngə bənzəyir.Onların davranışları açıq-aşkardır.Ancaq özünə inanmayan,qəyiyyətsiz,başqalarının təsiri altında qalan insanlar isə boz rəngə oxşayırlar.Yəni,belə insanlar bir gün qaraya,o biri gün boza çevrilə bilərlər.İnsanlar bu mənada qara kimi olmalıdırlar.İnsanların özlərinə inamları uşaqlıqdan formalaşır.Əgər oğlun Rafiq haqqında düşüncələrin ailədə də özünü göstərirsə,deməli,sən boz rəngə uyğun uşaq yetişdirmək istəyirsən...Mənbə: "Ailəm" jurnalı
Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.
| ['düşündürücü hekayələr', 'qara və boz', 'yanaşma tərzi'] |
5,333 | https://kayzen.az/blog/issoc/6335/islam-da-%C5%9F%C9%99hv%C9%99t-duy%C4%9Fusu.html | "İslam"da şəhvət duyğusu | Old_Baku_ | islam və cəmiyyət | 20 iyul 2011, 13:35 |
Şeytanın insana nüfuz etdiyi iki əsas nöqtə vardır.Bunlar: " İddialar və Şəhvətlərdir"dir.Günah işləyən bir kimsənin günaha girməsinə səbəb olan şey bu iki nöqtədən başqası deyildir.Bu iki ünsür müsəlmanları Allahın rizasını əldə edəcəyi işləri görməkdən,cəhənnəmdən uzaqlaşıb cənnətə girməkdən məhrum edir.Bu yazıda həmin iddia və şəhvətlərin ən mühümlərini (qorxunclarını) bəyan etməyə çalışacağam.
Bu iddiaya görə,şəhvət gücü insanda var olan ən böyük və ən təhlükəli güclərdən biridir.Təhlükəsi bu gücün basdırılmasından doğur.Çox basdırıldığı təqdirdə,partlayışa səbəb olur.Qadının örtünməsi onun gözəlliyini örtər,nəticədə bu örtünmə kişiləri şəhvət duyğusunun içinə sürükləyər və onlar partlama nöqtəsinə çatarlar.Belə ki,zaman-zaman bu şəhvət basqısı təcavüz hadisələri və s. Şəkildə kişilərdə üzə çıxır.Bu problemin həlli qadınların örtülərdə xilasında yatır. Qurani-Kərimdə "Ya Peyğəmbər! Zövcələrinə,qızlarına və möminlərinə övrətlərinə deki,örtüklərini örtsünlər.Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir." ( Əl-Əhzab 59) Onların bu iddiaları doğru olsaydı,Amerika ,Avropa və bənzər ölkələrdə təcavüz hadisələri,qadınlara yönəlik hücumlar və əxlaqi suçlar ən az baş verən hadisələrdən olmalı idi.Çünki Amerika və Avropa fərdi azadlıq iddialarıyla bu mövzüya həqiqətən böyük əhəmiyyət verir.Hətta bu,o dərəcədədir ki,açıq-saçıq jurnallar bütün dükanlarda sərbəst satılmaqdadır.Gecə saat 12:00-dan sonra verilən televiziya proqramları intim yöndən təhrikedici ,açıq-saçıq şoularla doludur.Bu ölkələrdə yaz mövsümü gəldikdə,qadınla mayka ilə gəzirlər.CD-lər satan və üzərində "sadəcə böyüklər üçün" ibarəsi yazılı dükanlar Amerikanın hər yeində vardır.Belə dükanlarda insanı dəhşətə gətirən sapıq və qorxunc intim əlaqələr və şəhvətli qamçılyan yayınlar sərgilənməkdədir.Hər hansı bir gənc onları orada seyr edə və evinə apara bilir.Bu ölkələrdə əxlaqsızlıq yuvaları olduqca yayğındır.Hətta bəzi ölkələrdə müştərilər görə bilsin deyə,qadınlar vitrinlərdə sərgilənməkdədir. Yaxşı,bütün bu ölçüsüz səbərtsizlik və açıq-saçıqlığın doğurduğu nəticələr nələrdir?Nəzərdə tutulan şəhvət duyğusunun təsirindən qurtuluş iddiası nəticə vermişdirmi?Bəs qadınlar təcavüz hadisələrdən qoruna bilir mi?
Amerika statistikası Amerikada Federal idarə tərəfindən "Crime in U.S.A" (Amerikada Cinayət) başlığı altında hesabat nəşr edilmişdir. Kitabın altıncı səhifəsində 1988-ci ildən bəhs edilərək belə deyilir:Amerikada hər altı dəqiqədə bir zor işlədilərək təcavüz hadisəsi baş verir.Mətndəki "zor işlətmək" ifadəsi isə "silah işlətmək" mənasındadır. Bu statistikaya görə,Amerikada 1978-ci ildə təcavüz hadisəsi 147.389 dəfə olmuşdursa,bu rəqəm 1987-ci ildə 221.764 rəqəminə çatmışdır.
Statistikaya ayə ilə bir açıqlama Bu və bənzər hesabatlar o ölkədəki təəcavüz artmasına işarə etdiyi kimi,eyni zamanda Allah-Təalanın bu ayeyi-kəriməsinin də yaşanan bir izahıdır: "Ya Peyğəmbər! Zövcələrinə,qızlarına və möminlərin övrətlərinə de ki,örtüklərini örtsünlər.Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir..." (Əl-Əhzab,59) Demək ki,örtünməyən və cazibədarlığını sərgiləyib bütün gözəlliklərini nümayiş etdirən bir xanım hər zaman ayədə bildirilən əziyyət məfhumuyla üz-üzə gələ bilər. Örtülü olan xanıma gəlincə,əli və üzü xaric bir yeri görünmədiyinə görə,cazibə və zinətini gizləmiş olur.Beləliklə,örtülü xanım qarşı cinsin şəhvətini təhrik etməkdən uzaq olur. Şübhəsiz ki,Allah-Təala qadınlara əziyyət verilməməsi üçün hicabı fərz etmişdir.Çünki qadınların açıq-saçıq halda küçələrə tökülməsi şəhvət duyğularını qabardan və təcavüz hadisələrinin törənməsinə səbəb olan birinci amildir.
Mənbə: "İRFAN" jurnalı
| ['islam'] |
5,334 | https://kayzen.az/blog/ekonomiks/1443/5.-t%C9%99l%C9%99b-anlay%C4%B1%C5%9F%C4%B1-v%C9%99-elastikliyin-praktiki-t%C9%99tbiqin%C9%99-dair-%C3%BC%C3%A7-misal.html | 5. Tələb anlayışı və elastikliyin praktiki tətbiqinə dair üç misal | iqtisadçı | Ekonomiks | 20 iyul 2011, 12:42 |
Tələb anlayışı və elastikliyin praktiki tətbiqinə dair üç misal Taxılın məhsuldarlığının yüksəlməsi haqqında xəbər fermerlərdə həyəcan yarada bilərmi? Nə üçün neft ixrac edən ölkələrin təşkilatları (OPEK) çıxarılan xam neftin qiymətini yüksək səviyyədə saxlaya bilmədilər? Narkotiklərə qoyulan qadağalar bu əsasda törədilən cinayətkarlığı artırır və ya azaldır? Sizə elə gələ bilər ki, bu sualların heç bir ümumi əlaqəsi yoxdur. Lakin bunların hər biri tələb və təklifin qarşılıqlı fəaliyyət göstərdiyi bazarlara aiddir. Bu suallara cavab vermək üçün biz tələb, təklif və elastikliyin çevik vasitələrindən istifadə edirik.
Məhsuldarlığın yüksəlməsi haqqında xəbər fermerlərdə həyəcan yarada bilərmi? CAN GOOD NEWS FOR FARMING BE BAD NEWS FOR FARMERS? Bunun üçün fəslin əvvəlində qoyulan məsələyə qayıdaq. Taxıl becərilməsi üzrə ixtisaslaşdırılmış fermerlərə və taxıl bazarına yeni yüksək məhsuldarlıqlı taxıl növünün meydana çıxması necə təsir edir? Yadınızdadırsa, bu cür suallara cavab tapılması üç addımı birləşdirməlidir (fəsil IV). Birincisi, biz tələb və təklif əyrilərinin dəyişməsinə baxırıq. Ikincisi, biz bu əyrilərin dəyişmə istiqamətləri haqqında suala cavab veririk. Üçüncüsü, biz bazar tarazlığındakı dəyişikliyi əyani təsəvvür etmək üçün tələb və təklif qrafiklərindən istifadə edirik. Hər şeydən əvvəl, biz belə bir nəticəyə gəlirik ki, buğdanın yeni növü təklif əyrisinə təsir edir. Belə ki, hər hektardan əldə olunan buğdanın həcmi artır və fermerlər hər bir mümkün qiymətdə bazara daha çox buğda çıxarırlar. Başqa sözlə, təklif əyrisi sağa doğru yerini dəyişir. Bu hadisə istehlakçıların hər bir mümkün qiymətdə buğda məhsulları almaq istəyinə heç bir təsir etmədiyindən, tələb əyrisinin vəziyyəti dəyişmir. Beləliklə, təklif əyrisi S1 vəziyyətindən S2 vəziyyətinə doğru hərəkət edir, buğda satışının miqdarı 100-dən 110-a artır, buğdanın qiyməti isə 3 dollardan 2 dollara düşür (şəkil 5.8.).
Yeni texnologiyanın tətbiq edilməsi ilə buğda təklifi S1-dən S2-yə doğru artır, onun qiyməti isə düşür. Belə ki, buğdaya olan tələb qeyri-elastik olduğundan, satış həcminin 100-dən 110-a yüksəlməsi qiymətin 3 dollardan 2 dollara enməsinə mütənasib deyildir. Fermerlərin satışdan ümumi gəliri 300 dollardan (3 doll.x100) 220 dollara (2 doll.x110) enir. Yeni texnologiyanın tətbiq olunması fermerlərin vəziyyətində necə əks olunur? Buğdanın qiymətinin onun satışının həcminin hasilinə bərabər olan PxQ kimi müəyyən olunan aqrarçıların satışdan ümumi gəlirində nə baş verdiyinə baxaq. Yeni növ buğda növünün yaranması onun istehsalını artırmağa imkan verir (Q artır), lakin buğdanın hər bir kiloqramının qiyməti azalır (P azalır).
Satışdan ümumi gəlirin artması və ya azalması tələbin elastikliyi ilə əlaqədardır. Real həyatda buğda kimi əsas qida məhsullarına olan tələb adətən qeyri-elastikdir. Çünki bu əmtəələr nisbətən baha deyil və çoxlu əvəzedicilərə malikdirlər. Tələb əyrisinin qeyri-elastikliyi (şəkil 5.8.) məhsulun qiymətinin artmasının satışdan ümumi gəlirin azalması ilə nəticələndiyini göstərir: buğdanın qiyməti satılmış buğdanın miqdarına nisbətən daha çox azalır. Satışdan ümumi gəlir 300 dollardan 220 dollara qədər azalır. Əgər yeni texnologiyanın tətbiqi fermerlərin fəaliyyətinin iqtisadi göstəricilərini pisləşdirirsə, onda nə üçün fermerlər onu tətbiq edirlər? Bu sualın cavabı rəqabətli bazarın fəaliyyəti ilə əlaqədardır. Belə ki, hər bir fermerə buğda bazarının az bir hissəsi məxsusdur, o, buğdanın qiymətini olduğu kimi qəbul edir. Aqrarlar belə hesab edirlər ki, məhsulun istənilən qiymətində buğdanın yeni növündən istifadə etmək və çox buğda satmaq sərfəlidir. Onun düşüncəsi buğdanın təklifinin artması, məhsulun qiymətinin aşağı düşməsi, hər bir istehsalçının həyat səviyyəsinin aşağı düşməsi kimi əksər fermerlərin gəldiyi nəticədən heç nə ilə fərqlənmir. Ola bilər ki, bu misalı siz fərziyyə kimi qəbul edəsiniz, lakin bu, XX əsrdə Amerika iqtisadiyyatında baş verən əsas dəyişiklikləri izah etməyə kömək edir. Iyirmi il bundan öncə əksər amerikalılar fermalarda yaşayırdı. Kənd təsərrüfatının inkişafı metodları haqqında elmi biliklər aşağı səviyyədə olduğundan, əksər amerikalılar özlərini və vətəndaşlarını qida məhsulları ilə təmin etmək üçün torpaqda çalışmışlar. Sonralar kənd təsərrüfatı istehsalının texnologiyasının təkmilləşdirilməsi hər bir fermer tərəfindən istehsal olunan məhsulun həcminin artmasına səbəb oldu. Qida məhsullarının təklifinin artması onlara olan qeyri-elastik tələblə birlikdə fermerlərin gəlirlərinin azalmasına gətirib çıxardı. Bu da öz növbəsində, aqrar sahədə çalışanları şəhərlərə köçməyə vadar etdi. Bu proses aşağıdakı statistik məlumatlarla əyani təsvir oluna bilər. 1950-ci ildə ABŞ-da fermerlərin sayı 10 mln. nəfər və ya əmək qabiliyyətli ölkə əhalisinin 17%-ni təşkil edirdi. 1993-cü ildə aqrar sahədə çalışanlar 3 milyona qədər ixtisar olundu (əmək qabiliyyətli əhalinin 2%-i). Mövcud dəyişiklik kənd təsərrüfatında əmək məhsuldarlığının əhəmiyyətli artımı ilə əlaqədardır: fermerlərin sayının 70% azalmasına baxmayaraq, 1998-ci ildə taxıl və ət istehsalı 1950-ci ilin səviyyəsindən 2 dəfə yüksək olmuşdur. Kənd təsərrüfatı məhsulları bazarının təhlili dövlət siyasətinin zahiri təzahürünü izah etməyə imkan verir: fermerlərə kömək üçün nəzərdə tutulmuş kənd təsərrüfatı proqramları istehsalda istifadə olunan torpaqların ixtisar edilməsini stimullaşdırır. Bu nə üçün baş verir? Bu cür proqramların məqsədi kənd təsərrüfatı məhsullarının təklifini azaltmaqdan və beləliklə, onun qiymətini qaldırmaqdan ibarətdir. Məhsullara olan tələb qeyri-elastik olduğundan, fermerlər bazara az taxıl təklif etməklə, satışdan ümumi gəlir əldə edirlər. Müstəqil olaraq hər bir fermer bazar qiymətini olduğu kimi qəbul etdiyindən, öz sahəsini əkilməmiş qoymağa razı olmaz. Ancaq bütün fermerlər məhsul təklifini azaltsalar, onların hər birinin həyat səviyyəsi yüksələrdi. Kənd təsərrüfatı texnologiyasının tətbiqini və ya aqrar siyasətin nəticələrini təhlil edərkən yadda saxlamaq lazımdır ki, fermerlər üçün nə yaxşıdırsa, bütövlükdə cəmiyyət üçün də onun yaxşı olması vacib deyil. Əməyə olan tələb fasiləsiz olaraq azaldığından, yeni texnologiyanın tətbiqi fermerlərə mənfi təsir göstərir, lakin qida məhsullarına xərcləri azaltdığı üçün şübhəsiz ki, əhali üçün xeyirlidir. Analoji olaraq, kənd təsərrüfatı məhsullarının təklifinin azaldılmasına yönəldilmiş siyasət istehlakçıların hesabına fermerlərin gəlirlərini artırmağa imkan verir.
Nə üçün OPEK neftin qiymətini yüksək səviyyədə saxlamağa müyəssər olmadı?WHY DID OPEC FAIL TO KEEP THE PRICE OF OIL HIGH? Son bir neçə on ildə dünya iqtisadiyyatının ən həyəcanlı hadisələri yəqin ki, neft bazarında baş vermişdir. 1970-ci ildə neft ixrac edən ölkələrin təşkilatı (OPEK) neftin dünya qiymətini qaldırmaq haqqında qərar qəbul etdilər. Bu da istehsalçı dövlətlərin gəlirlərini kəskin artırdı. Neftin qiymətinin qaldırılmasının əsas üsulu neftçıxaran ölkələrin əlaqələndirilmiş şəkildə satışa çıxarılan neftin miqdarını məhdudlaşdırılması olmuşdur. 1973-cü ildən 1974-cü ilə qədər olan müddətdə neftin qiyməti (inflyasiya hesaba alınmaqla təshih olunmuş) 50%-dən çox artmışdır. Bir neçə ildən sonra OPEK bu üsulu yenidən təkrar etmişdir: 1979-cu ildə neftin qiyməti 14%, 1980-cı ildə 34% və 1981-ci ildə isə 34% artmışdır, ancaq OPEK ölkələri gördülər ki, neftin qiymətini yüksək həddə saxlamaq onu qaldırmaqdan daha çətindir. 1982-1985-ci illərdə neftin qiyməti ildə 10% azaldı. Bir vaxtlar sıraları sıx olan OPEK üzvləri arasında inamsızlıq yarandı. 1986-cı ildə onların birgə fəaliyyətlərini əlaqələndirmək mümkün olmadı və neftin qiyməti 45% aşağı düşdü, 1990-cı ildə neftin qiyməti (inflyasiyanın ümumi səviyyəsi nəzərə alınmaqla təshih olunmuş) 1970-ci ilin səviyyəsinə qayıtdı və 1990-cı illər ərzində qorunub saxlanıldı.
Bu, qısa və uzunmüddətli dövrdə tələb və təklifin dinamikasını əyani təsvir etmək üçün yaxşı misaldır. Qısamüddətli dövrdə neftə olan tələb və təklif nisbətən qeyri-elastikdir. Təklif ona görə qeyri-elastikdir ki, kəşf olunmuş neft ehtiyatlarının miqdarını və onun hasil güclərini sürətlə dəyişmək mümkün olmur. Tələb isə ona görə qeyri-elastikdir ki, neftin qiymətinin dəyişməsinə istehlakçıların reaksiyası zəif olur. Məsələn, çoxlu benzin işlədən köhnə avtomobillərin əksər sürücüləri sadəcə olaraq, yanacağa görə daha çox pul ödəyəcəklər. Beləliklə, 5.9. şəklinin (a) qrafikinin göstərdiyi kimi, qısamüddətli dövrdə tələb və təklif əyrisi kifayət qədər dikdir. Neftin təklifinin S1-dən S2-yə qədər dəyişməsi qiymətin P1-dən P2-yə qədər əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarır.
Neftin təklifi azaldıqda bazarın reaksiyası müvəqqəti şəraitdən asılıdır. Qısa müddət ərzində tələb və təklif nisbətən qeyri-elastikdir [qrafik (a)]. Beləliklə, təklif əyrisi S1 vəziyyətindən S2-yə doğru dəyişdikdə, neftin qiyməti əhəmiyyətli dərəcədə artır. Əksinə, uzun müddət ərzində tələb və təklif nisbətən elastikdir [qrafik (b)]. Bu halda, təklif əyrisinin analoji yerdəyişməsi (S1 vəziyyətindən S2-yə doğru) qiymətin cüzi artımı ilə nəticələnir. Uzun müddət ərzində vəziyyət köklü surətdə dəyişir. OPEK üzvü olmayan neft istehsalçılarının qiymətin artmasına reaksiyası neft yataqlarının kəşfi və yeni neft hasilatı güclərinin işə salınması üzrə qüvvələrinin intensivləşdirilməsindən ibarətdir. Alıcılar isə qiymət artımına məhsulun istehlakını azaltmaqla, köhnə səmərəsiz avtomobilləri yeniləri ilə əvəz etməklə cavab verirlər. Beləliklə, 5.9. şəklinin (b) qrafikinin göstərdiyi kimi, tələb və təklif əyrisi uzun müddət ərzində daha elastikdir. Uzun müddət ərzində təklif əyrisinin S1 vəziyyətindən S2-ə doğru yerini dəyişməsi əmtəənin qiymətinin qismən artmasına səbəb olur. Apardığımız təhlil göstərir ki, OPEK neftin qiymətini nə üçün ancaq qısa müddət ərzində saxlaya bilmişdir. Təşkilata daxil olan ölkələrin neft hasilatını azaltması təklif əyrisinin sola doğru yerdəyişməsinə gətirib çıxarır. Təşkilatın üzvü olan ölkələrin hər biri neft satışını azaltsa da, qısa müddət ərzində qiymətlər o qədər qalxır ki, onların gəliri əhəmiyyətli dərəcədə artır. Əksinə, uzun müddət ərzində tələb və təklif daha elastik olduğundan, təklif əyrisinin üfüqi istiqamətdə yerdəyişməsilə müəyyən olunan təklifin analoji məhdudlaşması qiymətin qismən artmasına gətirib çıxarır. Beləliklə, OPEK tərəfindən uzun müddət ərzində qiymətin aşağı salınması az mənfəətlidir. OPEK bu gün də mövcuddur və əvvəlki kimi müəyyən vaxtlarda neftin təklifini aşağı salmağa və müvafiq olaraq qiyməti artırmağa çalışır. Ancaq neftin qiyməti (inflyasiyanı nəzərə almaqla) 1981-ci ildəki ən yüksək nöqtəsinə qayıda bilmədi. Hazırkı dövrdə bu təşkilatın rəhbərləri başa düşürlər ki, uzun müddətlə müqayisədə qısa müddət ərzində qiymət artımını təmin etmək daha asandır.
Narkotiklərin qadağan olunması onunla əlaqədar olan cinayətləri azaldırmı? DOES DRUG INTERDICTION INCREASE OR DECREASE DRUG-RELATED CRIME? Müasir cəmiyyətin ən kəskin problemlərindən biri narkotiklərdən gizli istifadə olunmasıdır. Xüsusilə bu, narkomanların həyatını təhlükə altına qoyur və onların ailələrini dağıdır. Başqa nəticə isə ondan ibarətdir ki, narkomanlar bu zəhəri almaq üçün lazım olan pulu əldə etmək məqsədilə cinayətlər törədirlər. Narkotiklərdən gizli istifadəni məhdudlaşdırmaq üçün ABŞ hökuməti hər il milyard dollar sərf edir. Tələb və təklifdən istifadə edərək, narkotiklərin qadağan olunması siyasətini təhlil edək. Fərz edək ki, hökumət narkotik ilə mübarizə aparan federal agentlərin miqdarını artırır. Qeyri-qanuni narkotiklər bazarında nə baş verir? Adəti üzrə bu suala cavab vermək üçün üç mərhələni təhlil edək. Birinci, tələb və ya təklif əyrisinin yerdəyişməsinə baxaq. Ikinci, yerdəyişmənin istiqamətini müəyyən edək. Üçüncü, bu yerdəyişmənin əmtəənin tarazlıq qiymətinə və onun tarazlıq həcminin tarazlığına necə təsir etməsinə baxaq. Narkotiklərin qadağan olunmasında məqsəd onlardan istifadəni azaltmaq olduğundan, onun satıcılara birbaşa təsiri alıcılardan fərqlənir. Hökumət ölkəyə narkotiklərin daxil olduğu bütün kanalları bağladıqda və qaçaqmalçıların yaxalanmasını aktivləşdirdikdə, narkotiklərin dəyəri artır və deməli, hər bir mümkün qiymətdə onların təklifinin həcmi məhdudlaşır. Hər bir mümkün qiymətdə bu zəhəri almaq istəyən alıcıların miqdarı – narkotiklərə tələb dəyişmir. Şəkil 5.10.-dakı qrafikdən (a) göründüyü kimi, narkotiklərin daxil olmasının məhdudlaşdırılması təklif əyrisin S1 vəziyyətindən S2 vəziyyətinə doğru yerini dəyişir, tələb əyrisi isə dəyişməz qalır. Narkotikin daxil olmasının məhdudlaşdırılması onlardan istifadəni azaltdığından, narkotiklərin tarazlıq qiyməti P1-dən P2-yə qədər artır, əmtəənin tarazlıq həcmi Q1-dən Q2-yə qədər azalır. Bu dəyişiklik narkotiklə əlaqədar olan cinayətlərin miqdarına necə təsir göstərir? Bu suala cavab vermək üçün onların istehlakçılarının ümumi sayındakı dəyişikliyə baxaq. Qiymətin artması narkomanların çox az bir hissəsini bu öldürücü vərdişdən ayırır, bu da narkotik maddələrə olan tələbin qeyri-elastik olduğunu göstərir (şəkil 5.10.). Əgər tələb qeyri-elastikdirsə, əmtəənin qiymətinin artması satışdan ümumi gəlirin artmasına gətirib çıxarır. Başqa sözlə, narkomanların narkotik əldə etmək üçün sərf etdikləri pulun məbləği artır. Cinayət törədərək pul əldə edən narkomanlar daha çox məbləğə ehtiyac duyurlar. Beləliklə, narkotiklərin qadağan olunması narkotikin əldə olunması naminə törədilən cinayətlərin sayının artmasına gətirib çıxara bilər.
Narkotiklərin qadağan olunması onun təklifini S1-dən S2-yə qədər azaldır [qrafik (a)]. Əgər narkotikə olan tələb qeyri-elastikdirsə, istifadə olunan narkotiklər azaldıqda belə, onların satın alınması üçün narkomanlara lazım olan pulun məbləği artır. Əksinə, narkotiklərin mənfi təsiri haqqında maarifləndirmə proqramları narkotikə olan tələbi D1-dən D2-yə qədər azaldır [qrafik (b)]. Qiymət, istehlak olunan narkotiklər və habelə narkomanlar üçün lazım olan pulun məbləği də azalır. Narkotiklərin qadağan olunması proqramı tez-tez əks nəticə verdiyindən, bəzi analitiklər problemin həlli məqsədilə alternativ yanaşmalar irəli sürürlər. Siyasətçilər narkotik təklifini məhdudlaşdırmaq əvəzinə ona olan tələbi azaltmağa cəhd edə bilərlər. Xüsusilə, insan sağlamlığı üçün narkomanlığın nəticələri haqqında maarifləndirmə proqramları həyata keçirə bilərlər. Bu proqramlar müvəffəqiyyət qazandığı halda, tələb əyrisi D1 vəziyyətindən D2 vəziyyətinə doğru sola yerini dəyişəcəkdir [şəkil 5.10., qrafik (b)]. Nəticədə, tarazlıq həcmi Q1-dən Q2-yə qədər azalır, əmtəənin tarazlıq qiyməti isə P1-dən P2-yə qədər aşağı düşür. Həmçinin, satışdan əldə olunan ümumi gəlir də (narkotikin qiymətinin onun təklif olunan həcminə hasili) azalır. Beləliklə, narkotiklərin qadağan olunması üzrə tədbirlərdən fərqli olaraq, maarifləndirmə proqramları narkotikdən istifadənin azalmasına və bununla əlaqədar cinayətlərin miqdarının azalmasına kömək edə bilər. Narkotiklərin qadağan olunmasının tərəfdarları tələbin elastikliyi dəyişə bildiyindən, qısa və uzun müddət ərzində bu cür siyasətin təsirinin müxtəlif olduğunu təsdiq edə bilərlər, çünki tələbin elastikliyi dəyişə bilər. Qiymətlərin yüksəlməsi narkomanların narkotikdən istifadə etməsinə əsaslı təsir göstərmədiyindən, qısa vaxt ərzində narkotiklərə tələb qeyri-elastikdir. Ancaq uzun müddət ərzində tələb daha elastik ola bilər, çünki daha yüksək qiymət gənclər arasında narkotiklə eksperimentlərin miqdarını azaldır və müəyyən vaxtdan sonra narkomanların sayının azalmasına gətirib çıxarır. Bu halda, narkotiklərin qadağan olunması qısa müddət ərzində narkotiklə əlaqədar olan cinayətləri çoxaldır, uzun müddət ərzində isə onların azalmasına gətirib çıxarır.
Nəticə Atalar sözündə deyildiyi kimi, əgər tutuquşular «tələb və təklif» sözlərini əzbərləsələr, onlar da iqtisadçı ola bilər. Tələb və təklifin vasitələri iqtisadiyyata əhəmiyyətli təsir göstərən çox mühüm hadisədir və dövlət proqramlarını təhlil etməyə sizə imkan verir. Bir qədər də keçdikdən sonra siz özünüzü yaxşı iqtisadçı adlandıra bilərsiniz (və ya heç olmazsa, yaxşı təhsil almış tutuquşu).
| ['tələb analizi', 'elastiklik', 'tələbin elastikliyi', 'təklifin elastikliyi'] |
5,335 | https://kayzen.az/blog/islam%C4%B1n-%C9%99saslar%C4%B1/6334/allah%C4%B1n-99-ad%C4%B1-v%C9%99-m%C9%99nalar%C4%B1.html | Allahın 99 adı və mənaları | Ferid_Zeynalli | islam dininin əsasları | 20 iyul 2011, 10:23 |
Bismilləhir-Rahmənir-Rahim
ƏSMAÜL — HÜSNA
ALLAHIN 99 ADLARI
"Ən gözəl adlar Allahındır, Onu bu adlarla çağırıb dua edin....."
"Əraf" surəsi, 180-cı ayə.
İmam Sadiq (ə) buyurmuşdur: «Allah-Təalanın 100-dən bir əskik (yəni 99) adı vardır, hər kim onun bu adlarına iman gətirərək saysa behiştə düşər»
Həmin adlar bunlardır:
_____________________________________________________________________
1. ALLAH — bütün gözəl sifətləri özündə ehtiva edən
2. ƏL-VAHID — yeganə
3. ƏL-ƏHƏD — bənzərsiz
4. ƏS-SAMƏD — ehtiyacsız
5. ƏL-AXİR — hər şeydən sonra mövcud olacaq
6. ƏS-SƏMİ — hər şeyi eşidən
7. ƏL-BƏSİR — hər şeyi görən (haqq-nahaqq)
8. ƏL-QƏDİR — hər şeyə qüdrəti çatan
9. ƏL-ƏVVƏL — hər şeydən əvvəl mövcud olmuş
10. ƏL-QAHİR — zalımları qəhr edən
11. ƏL-ƏLİYY — yüksək, uca
12. ƏL-Ə'LA — ən yüksək, ən uca
13. ƏL-BAQİ — əbədi, daimi, qaları
14. ƏL-BƏDİ — həmişə ixtira edən
15. ƏL-BARİ — yaradıcı
16. ƏL-ƏKRƏM — ən kəramətli
17. ƏZ-ZAHİR — aşkarda olan (yaxud aşkardakıları bilən)
18. ƏL-BATİN — gizlində olan (yaxud gizlindəkiləri bilən)
19. ƏL-HƏYY — diri
20. ƏL-HƏKİM — çox hikmətli
21. ƏL-ƏLİM — hər şeyi bilən, çox elmli
22. ƏL-HƏLİM — çox mülayim
23. ƏL-HƏFİZ — ən yaxşı qoruyucu, mühafizəçi
24. ƏL-HƏQQ — həqiqət
25. ƏL-HƏSİB — hər şeyi hesaba alan
26. ƏL-HƏMİD — həmd edilən (yaxud həmdə layiq)
27. ƏL-HƏFİYY — öz yaratdıqlarını çox sevən
28. ƏN-NUR — nur
29. ƏR-RƏBB — bəsləyən, pərvəriş edən
30. ƏR-RAHMƏN — çox mərhəmətli
31. ƏR-RƏHİM — həmişə mərhəmətli
32. ƏR-RƏUF — mehriban, şəfqətli
33. ƏR-RAİ — hər şeyi görən
34. ƏR-RƏQİB — nəzarətçi, keşikçi
35. ƏZ-ZARİ — yaradan (yaxud bəndələrinin aqibətini müəyyən edən)
36. ƏS-SƏLAM -hər təhlükədən salamatlığa çıxaran, əmin-amanlıq və salamatlıq verən
37. ƏR-RƏZZAQ (ƏR-RƏZİQ) — ruzi verən
38. ƏL-MÖ'MİN — iman bəxş edən (yaxud iman bəslənilən)
39. ƏL-MÜHƏYMİN — himayə edən
40. ƏL-ƏZİZ — çox izzətli
41. ƏL-CƏBBAR — zalımlara əziyyət verən
42. ƏL-MÜTƏKƏBBİR — məqamı uca tutulan, böyüdülən
43. ƏS-SƏYYİD — ağa, başçı
45. ƏŞ-ŞƏHİD — hər şeyə şahid olan və nəzarətçi olan
46. ƏS-SADİQ — sədaqətli, doğrucul
47. ƏT-TAHİR — pak, saf
48. ƏL-ĞƏNİYY — ehtiyacsız, varlı
49. ƏL-ĞİYAS — köməkçi
50. ƏL-FATİR — yaradan, vucuda gətirən
51. ƏL-FƏRD — tək, yeganə
52. ƏL-FƏTTAH — çətinlikləri həll edən
53. ƏL-FALİQ — dan yerini yaran, parçalayan
54. ƏL-QƏDİM — əzəli, olmadığı zaman təsəvvürə gəlməyən
55. ƏL-MƏLİK — mülk sahibi
56. ƏL-QÜDDUS — müqəddəs
57. ƏL-QƏVİYY — çox qüvvətli
58. ƏL-QƏRİB — çox yaxın
59. ƏL-QƏYYUM — dayanıqlı, sarsılmaz, sabit
60. ƏL-QABİZ — sıxan, canları alan, və ya qəbz edən
61. ƏL-BASİT — açıb sərən və ya səxavətli
62. QAZİYUL-HACAT — hökm verən, ehtiyacları həll edən
63. ƏŞ-ŞAFİ — şəfa verən, sağaldan
64. ƏL-MƏCİD — şan-şöhrətli, əzəmətli, ulu
65. ƏL-VƏLİYY (ƏL-MÖVLA) — dost (ağa, sərvər)
66. Əl-LƏTİF — lütf edən
67. ƏL-MƏNNAN — bəndələrinə çox ehsan edən
68. ƏL-MÜHİT — hər şeyi əhatə edən
69. ƏL-MÜBİN — hər şeyi bəyan edib aşkarlayan
70. ƏL-MÜQİT (ƏL-MÜĞİS) — ruzi verən (dada yetişən, yardımçı)
71. ƏL-MUSƏVVİR — hər şeyi formaya salan
72. ƏL-KƏRİM — çox kəramətli
73. ƏL-KƏBİR — çox böyük
74. ƏL-KAFİ — kifayət edən, hər şeyə bəs edən
75. KAŞİFÜZ-ZÜRR — zərərin üstünü açıb ifşa edən
76. ƏL-VİTR — tək-tənha
77. ƏL-ƏZİM — əzəmətli
78. ƏL-VƏHHAB — nemət bağışlayan
79. ƏN-NASİR — köməkçi, yardımçı
80. ƏL-VASE — çox əhatəli, geniş
81. ƏL-VƏDUD — bəndələrini çox sevən
82. ƏL-HADİ — hidayət edən, doğru yol göstərən
83. ƏL-VƏFİYY — vəfalı, sadiq
84. ƏL-VEKİL — himayəçi
85. ƏL-VARİS — qiyamətdə hər şey məhv olduqdan sonra tək qalacaq vücud
86. ƏL-BİRR — yaxşı sifətlərin sahibi
87. ƏL-BAİS — qiyamətdə ölüləri dirildəcək zat
88. ƏT-TƏVVAB — tövbələri qəbul edən
89. ƏL-CƏLİL — cəlallı
90. ƏL-CAVAD — səxavətli
91. ƏL-XƏBİR — hər şeydən xəbərdar olan
92. ƏL-XALİQ — xəlq edən, yaradan
93. XEYRUN-NASİRİN — ən yaxşı yardımçı
94. ƏD-DƏYYAN — hesabat gününün sahibi, hakim
95. ƏŞ-ŞƏKÜR — şükr edilən (yaxud şükrə layiq)
96. ƏS-SANE — yaradıcı
97. ƏL-ƏDL — ədalətli (yaxud ədalətin özü)
98. ƏL-ƏFÜVV — əfv edən, bağışlayan
99. ƏL-ĞƏFUR — günahları bağışlayan
| ['Allah', 'tanrı', 'Rəbb', 'Allahın adları', 'Allah böyükdür', 'Allaha məhəbbət', 'allahın 99 adı'] |
5,336 | https://kayzen.az/blog/orqanizmin-inki%C5%9Faf%C4%B1/4605/toxumalar-v%C9%99-orqanlar-sistemi.html | Toxumalar və orqanlar sistemi | luminat | insan orqanizminin inkişafı | 20 iyul 2011, 08:50 |
Eyni mənşəyə, quruluşa və funksiyaya malik olan hüceyrələr yığımına və hüceyrələrarası maddələrə toxuma deyilir.İnsan orqanizmində toxumaların 4 əsas tipi mövcüddür: 1. epitel, 2. birləşdirici 3. əzələ və 4. sinir toxuması. Epitel toxuması müdafiə, ifrazat və mübadilə reaksiyası daşıyır. Epitel toxumasının növlərinə – çoxqatlı, vəz, kirpikli və s. epitel aiddir. Birləşdirici toxumalar qrupuna qan, limfa, qığırdaq, sümük, piy toxumaları daxildir. Sümük və qığırdaq toxuması orqanlara möhkəmlir verir, dayaq funksiyası daşıyır. Əzələ toxuması yığılmaq və boşalmaq qabiliyyətinə malik olub hərəki funksiya daşıyır. Əzələlər – saya və eninəzolaqlı olmaqla iki yerə ayrılır. Skelet əzələlərinin əsasını eninəzolaql və bəzi daxili orqanların əsasını saya əzələ toxuması təşkil edir.
Sinir toxuması – onurğa sütunu və kəllə qutusu boşluğunda yerləşir və onurğa beyninin və baş beynin əsas kütləsini təşkil edir. Sinir hüceyrəsinə, çıxıntıları ilə birlikdə neyron deyilir. Neyronun cismi və iki cür çıxıntıları olur. Neyronda qısa sıxıntılarının (dendritlərinin) miqdarı çox olur. Neyronun uzun çıxıntısı (akson) bir ədəd olur və uzunluğu bəzən 1-1,5 metrə çatır. Orqanlar və orqanlar sistemi. Toxumalar orqanları əmələ gətirir, onların yaranmasında bir çox toxuma iştirak edir. Orqanların bəziləri bədən boşluğunda yerləşir və daxili orqanlar adlanır. İnsan orqanizmində sinir, qan-damar, ifrazat, həzm, çoxalma orqanları sistem əmələ gətirir və bu sistemlərin fəaliyyəti bir-biri ilə funksional vəhdətdədir. Orqan və orqanlar sisteminin müvəqqəti birləşməsinə funksional sistem deyilir.
Orqanizmdə funksiyaların tənzimi üsulları. Üzvlər sisteminin və tam orqanizmin işi iki yolla tənzim olunur: humoral tənzim və sinir sistemi vasitəsilə. Humoral (humor – latınca maye deməkdir) tənzim orqanizmin daxili mühit mayesinin tərkibinə daxil olan kimyəvi maddələrin təsiri ilə əlaqədardır.
Daxili sekresiya vəzilərinə isə hipofiz, qalxanabənzər vəzi, çəngələbənzər vəzi, böyrəküstü vəzlər. mədəaltı vəzi, və s. aiddir. Daxili sekresiya vəzilərinin ifraz etdiyi bioloji fəal maddələr hormon adlanır. Qanla orqanizmin müxtəlif orlanlar sisteminə gətirilən bioloji fəal maddələr olan hormonlar, orqanizmin həyat fəaliyyətinə müəyyən təsir göstərirlər. Hormonlar orqanizmin böyüməsini, inkişafını və maddələr mübadiləsi proseslərini tənzimləyir.
Funksiyaların sinir tənzimi. Baş beyindən və onurğa beynindən çıxan sinirlər orqanizmin bütün üzvlərinin işini əlaqələndirir və onların uzlaşmış fəaliyyətini tənzim edir. İmpulslar sinir membranı vasitəsilə yayılır. Müəyyən sinir lifləri hissi orqanlardan impulsları qəbul edib, onları sinir mərkəzinə nəql edir və impulsları sinir mərkəzlərindən üzvlərə ötürür. Nəticədə yeni impulslar alan üzvlərin fəaliyyəti orqanizmin ümumi vəziyyətinə uyğunlaşdırılır. Beləliklə, orqanizmin fəaliyyəti vəhdət şəklində həyata keçirilir. Daxili mühitin kimyəvi tərkibi hər hansı səbəbdən dəyişilərsə, sinir və humoral faktorlar işə qarışıb, onu özünün əvvəlki səviyyəsinə qaytarır.
İnsan orqanizmi həmişə təbii amillərin – havanın temperaturunun və rütubətin dəyişilməsinin, günəş şüasının artıb-azalmasının, qar, yağış, tufan, yanğın və zəlzələlərin təsirinə məruz qalır. Əgər göstərilən amillər mövcud yaşayış şəraitini dəyişdirirsə, belə halda orqanizm imkanlarını yeni şəraitə uyğunlaşdırır. Ətraf mühitdə gedən dəyişmələrə uyğun olaraq orqanizm funksional sistemlərinin işini yenidən qurur. Başqa canlılarla müqayisədə insan ətraf mühitin şəraitinə daha tez uyğunlaşır. İnsan cəmiyyəti özünə lazım olan şəraiti min illər boyu mövcud olduğu vaxtlarda məqsədyönlü şəkildə yaratmışdır. Ona görə də insan yerin bütün coğrafi regionlarında yaşamağa uyğunlaşa bilir. Uzaq şimilda, səhralarda, suyun altında, vadilərdə, yüksək dağ yerlərində, yerin altında və kosmosda. Aya uçan kosmonavtların belə kəskin temperatur şəraitində yaşamaları onların geyimlərinin – xüsusi skafandrların köməkliyi ilə mümkün olur.
İnsanın biososial təbiəti. İnsanın inkişafı və formalaşması iki proqramın təsiri nəticəsində mümkün olur: bioloji və sosial. Bioloji proqram insan orqanizminin quruluşu və fizioloji funksiyalarını müəyyən edir. O insan cəmiyyətinin uzunmüddətli təkamülü sayəsində formalaşmışdır. Bioloji proqramın daşıyıcısı valideyndən yeni nəslə verilən xromosomlardır. Sosial (sosialis – latınca ictimai deməkdir) – proqrama insanı əhatə edən xarici mühit və başqa adamların təsiri aiddir. Sosial proqramın məzmunu insan şəxsiyyətinin formalaşmasını təmin etməkdir.
| ['toxumalar'] |
5,337 | https://kayzen.az/blog/xaricdetehsil/5444/edinburq-universiteti.html | Edinburq Universiteti | luminat | Xaricdə təhsil | 20 iyul 2011, 08:50 |
Edinburq Universiteti (University of Edinburgh) Avropanın ən nüfuzlu və tanınmış dövlət ali məktəblərindən biridir. Universitet Böyük Britaniyada, Şotlandiyanın paytaxtı Edinburq şəhərində yerləşir. Böyük Britaniyanın ən gədim təhsil ocaqlarından olan bu universitet Şotlandiyada yaradılan dördüncü universitetdir. Edinburq Universiteti Britaniyanın tədqiqat universitetlərini birləşdirən "Russell Qrupu"na, eləcə də, "21 universitet" adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasına daxildir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Edinburq Universiteti 100 ən yaxşı ali məktəb arasında 21-ci yerdə sıralanıb.
Yerləşir:
Böyük Britaniya, Edinburq şəhəri
Yaranma tarixi:
1582-ci il
Tipi:
Dövlət
İllik gəlirləri:
592 milyon funt-sterlinq
(1 funt-sterlinq 1,6 ABŞ dollarına bərabərdir)
İşçi heyəti:
6983 nəfər
Tələbələrin sayı:
26138 nəfər
Rəsmi saytı:
www.ed.ac.uk.
Tarixi
Edinburq Universitetinin yaranması şotlandiyalı yepiskop Robert Reydin adı ilə bağlıdır. 1558-ci ildə R. Reyd vəfat edir. O, vəsiyyətnaməsində universitet yaratmaq məqsədilə fond təchiz edilməsini qeyd edir və bütün var-dövlətini fonda bağışlayır. 1582-ci ildə kral VI Ceyms universitet yaradılması haqqında hazırlanmış xartiyanı imzalayır. Həmin dövrdə insanların daha çox məskunlaşdığı zəngin İngiltərədə cəmi iki universitet olduğu halda, Edinburq Universiteti Şotlandiyada yaradılan dördüncü ali məktəb olur. 1708-ci ilədək burada bir rəhbər və dörd müəllim çalışır. İlk vaxtlar ali məktəbdə incəsənət, məntiq, etika, metafizika, riyaziyyat və astronomiya elementləri daxil olmaqla fizika elmləri öyrədilir, Aristotelin ideyaları izah edilir. Artıq XVIII əsrdə Edinburq Universiteti Avropa maarifçiliyinin mərkəzinə çevrilir.
Universitetin ən qədim binalarından biri hazırda Hüquq Məktəbinin yerləşdiyi Old (qədim) Kollecdir. Əvvəllər bu binada anatomiya və cərrahiyyə elmləri öyrədilib. XIX əsrin sonlarında Old Kollecdə təhsil alan tələbələrin çoxluğunu nəzərə alaraq, 1875-ci ildə yeni tibb məktəblərinin tikintisinə başlanılır. 1840-cı ildə burada Müstəqil Kilsə Kolleci inşa edilir. 1920-ci ildən universitetin İlahiyyat Məktəbi kimi fəaliyyət göstərən bu təhsil müəssisəsi hazırda Yeni Kollec adı ilə tanınır. 1884-cü ildə Robert Bell Edinburq Universitetində Tələbə Assosiasiyası yaradır. 1889-cu ildə Tələbə İttifaqı rəhbərliyi tərəfindən Edinburq Universiteti Təşkilatının təməli qoyulur.
2002-ci ildən universitet 3 kollec və 22 məktəbə bölünür. Hazırda məktəblərin əksəriyyəti yüksək dərəcəli muxtariyyət və daxili təşkilatçılıq hüququna malikdir. 12 avqust 2002-ci ildə Edinburq hersoqu Şahzadə Filip ən müasir xəstəxana, baytarlıq klinikaları, elmi-tədqiqat institutları açmaq üçün universitetə 40 milyon funt vəsait ayırır. Beləcə, iki böyük teatr, bir tibb kitabxanası, xəstəxanalar, məktəb, fakültə və institutlar, tədqiqat mərkəzlərindən ibarət olan və Kiçik Fransa adlanan ərazidə yerləşən Edinburq Kral Xəstəxana kompleksi yaradılır.
Büdcə xərcləri və təhsil haqqı
ötən il Edinburq Universitetinin illik dövriyyəsi 592 milyon funt-sterlinq təşkil edib. 2009-cu ildə universitetə edilən yardımların məbləği 249 milyon funt-sterlinq olub. 2009-2010-cu tədris ilində Edinburq Universitetində əyani təhsil almaq üçün təhsil haqqı orta hesabla 3225 funt-sterlinq təşkil edib. 2010-2011-ci tədris ilində isə bu rəqəmin 3290 funt olacağı müəyyənləşdirilib. ümumiyyətlə, bu məbləğ tələbənin oxuduğu kollecdən, məktəbdən, seçdiyi ixtisasdan asılı olaraq dəyişir. Təhsil haqqını ödəmək üçün tələbəyə kredit təklif olunur. Kreditin məbləği tələbənin ailə büdcəsindən asılıdır. Tələbə kredit borclarını universitetdə təhsil alarkən tədricən ödəyir. Tələbəyə kredit verildiyi gündən hər sentyabr ayı borcun uzərinə faiz əlavə olunur. Bundan irəli gələrək, tələbə borcunu nə qədər tez qaytararsa, o qədər ona sərfəlidir. Əyani və yarımçıq təhsil haqqı isə yenə də tələbənin oxuduğu kollec və məktəbdən asılıdır.
Universitet bu gün
Edinburq Universitetinin hazırkı kampusu yeddi hissədən ibarətdir: Mərkəzi rayon, Kral Binaları, Kiçik Fransa, Əsas Qərbi, Pasxa Buş, Summerhall, Kral Mili. Kampusun ən qədim hissəsi Mərkəzi rayondur. Bu ərazidə Corctaun meydanı, 2008-ci ildə yaradılmış İnformatika Forumu (İnstitutu), Duqald Stüart binası, Old Kollec, Humanitar və sosial elmlər kolleci, İnformatika və Hüquq məktəbləri, kitabxana və s. yerləşir. Summerhall adlanan ərazidə Royal Dik baytarlıq tədqiqatları məktəbi və məktəbə aid geniş təsərrüfat sahəsi mövcuddur. Kral Mili yaxınlığında 1998-ci ildə universitetə birləşdirilən Mori Təhsil Evi yerləşir.
Edinburq yaşamaq və oxumaq üçün təhkükəsiz şəhərdir. Burada təhsil alan tələbələr üçün, demək olar ki, bütün şərait yaradılıb. Tələbələr, magistrantlar, doktorantlar yataqxanalar, restoranlar, idman, müxtəlif əyləncə mərkəzləri, media-oxu zalları, rahat nəqliyyat, hətta iş yerlərilə də təmin olunurlar.
Edinburq Universitetinin akademik strukturuna 22 məktəbdən ibarət olan 3 kollec daxildir:
Humanitar və sosial elmlər kollecinə İncəsənət, mədəniyyət və ətraf mühit, İlahiyyat, Biznes, Sosial elmlərdə səhiyyə, Tarix, klassika və arxeologiya, Hüquq, Ədəbiyyatlar, dillər və mədəniyyətlər, Mori Təhsil Evi, Fəlsəfə, psixologiya və dil elmləri, İctimai və siyasi elmlər, Fasiləsiz təhsil məktəbləri aiddir.
Tibb və baytarlıq kolleci Biotibbi elmlər, Kliniki elmlər və səhiyyə, Molekulyar və kliniki tibb, Royal Dik baytarlıq tədqiqatları məktəblərindən ibarətdir.
Elmlər və mühəndislik kollecinə Biologiya elmləri, Kimya, Geoelmlər, Mühəndislik, İnformatika, Riyaziyyat, Fizika və astronomiya məktəbləri daxildir.
Edinburq Universiteti müxtəlif proqramlar üzrə onlayn distant təhsil təklif edir. Dünyanın istənilən İnternet şəbəkəsinə qoşulan nöqtəsindən informasiya texnologiyaları və hüquq, innovasiyalar, intellektual mülkiyyət, tibbi etika, memarlıq, elektron tədris, anesteziya təcrübəsi, kliniki təhsil, tibbi informatika, cərrahiyyə, beynəlxalq baytarlıq və s. ixtisaslar üzrə universitetin magistratura pilləsində təhsil almaq mümkündür.
Edinburq Universitetinin kitabxanası hələ universitet yaradılmamışdan əvvəl ayrıca kitabxana kimi fəaliyyət göstərib və hazırda Şotlandiyanın ən böyük universitet kitabxanası hesab olunur. Onun təməli 1580-ci ildə qoyulub və hazırda Əsas Kitabxana adlanır. Burada 2 milyondan çox kitab, əlyazma, dissertasiya işi, mikroforma və s. mövcuddur. Onların əksəriyyəti Corctaun meydanında səkkizmərtəbəli binada yerləşən Əsas Kitabxanada - Avropanın ən böyük akademik kitabxanasında toplanıb. Artıq XVII əsrdə universitet kitabxanasının ehtiyatı 2400 cild kitaba bərabər idi. Hazırda kitabxanada 1200-dən çox əlyazma (inkunabula), XVI əsrə aid 9000, XVII və XVIII əsrlərə aid 35000, XIX əsrə aid 60000 çap edilmiş kitab saxlanılır. Kitabxanada reformasiya dövrünə (XVI əsrdə Qərbi Avropada katolik kilsəsinə və papa hakimiyyətinə qarşı dini mübarizə şəklində cərəyan edən feodalizmə qarşı ictimai-siyasi hərəkat) aid zəngin kolleksiya toplanıb. Şekspirin yaradıcılığına aid 1872-1889 və 1964-cü illərdə əldə edilmiş kolleksiyalar da kitabxananın ən dəyərli sərvətlərindəndir. Universitetdə fəaliyyət göstərən digər kitabxanalardan Darvin, Pasxa Buş baytarlıq, Ceyms Klerk Maksvell, Hüquq və Avropa, Mori evi, Yeni kollec, Robertson mühəndislik və elmlər, Roslin İnstitutu, Royal Xəstəxana, Şotland tədqiqatları, Baytarlıq, Qərbi ümumi hospital kitabxanalarını qeyd etmək olar.
Edinburq Universitetinin muzeyində 200000-dən çox incəsənət əsəri, qədim tapıntılar, modellər, musiqi alətləri, elmi-texniki avadanlıq və s. mövcuddur. Portret Kolleksiyası adlanan incəsənət nümunələri universitet yarandığı gündən toplanıb və hazırda təhsil müəssisəsinin divarlarını bəzəyir. Universitetin Qədim musiqi alətləri muzeyi beynəlxalq mahiyyətə malikdir. İki binada yerləşən bu muzey hər zaman cəmiyyət üçün açıqdır. Universitetin elmi nailiyyətlərinə, inkişaf yoluna aid kolleksiyalar Təbii tarix muzeyində, DNK kitabxanasında nümayiş olunur. Universitetin nəzdində Talbot Rays qalereyası, Təsviri incəsənət, Polşa tibb məktəbi, Kimya, anatomiya, resurs mərkəzi kolleksiyaları, Cokburn Geologiya, Şotland tədqiqatları, arxiv muzeyləri fəaliyyət göstərir.
Hazırda Edinburq Universitetində 6983 professor-müəllim heyəti çalışır. 1953-cü ildən universitetin kansleri Edinburq hersoqu Əlahəzrət Şahzadə Filipdir. Onun təşəbbüsü ilə 2002-ci ildə universitetin Tibb korpusu tikilib. Universitetin tədrisinə və tədqiqatlara verdiyi mühüm nailiyyətlərə görə 2003-cü ildə Şahzadə Filip Kansler Mükafatı ilə təltif edilib. Edinburq Universitetində kanslerdən əlavə rektor fəaliyyət göstərir. 2009-cu ilin martından universitetin rektoru Yan Makvirterdir. Kansler olmadıqda rektor Baş Şuraya rəhbərlik edir.
Universitetdə təhsil alan tələbələrin ümumi sayı 26138 nəfərdir. 2009-2010-cu tədris ilində universitetə qəbul ücün 37791 müraciət daxil olub. Edinburq Universitetində "Erasmus" proqramı çərçivəsində Avropa ölkələrilə tələbə mübadiləsi üçün 350, Şimali, Cənubi Amerika, Asiya, Avstraliya ölkələri universitetləri üçün isə 170 yer ayrılıb.
2009-2010-cu tədris ilində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində bir azərbaycanlı gənc - Əli Roman oğlu Əmircanov Edinburq Universitetinin iqtisadiyyat ixtisası üzrə bakalavr pilləsində təhsil alır. Həmin universitetin magistratura pilləsində maliyyə və investisiyalar ixtisası üzrə təhsil almış Elvin Əhliman oğlu Şükürlü isə ötən il məzun olub. Gələcəkdə Edinburq Universitetində azərbaycanlı gənclərin sayının artmasına və onların adlarının universitetin məşhur məzunları sırasında olmasına böyük ümid bəsləyirik.
Edinburq Universitetinin məşhur məzunları
Culius Nyerere
Tanzaniyanın sabiq prezidenti
Yun Po Sun
Cənubi Koreyanın sabiq prezidenti
Uiliyam Uolker
Nikaraqua Respublikasının sabiq prezidenti
Qordon Braun
Böyük Britaniyanın sabiq Baş naziri
Con Rassel
Böyük Britaniyanın sabiq Baş naziri
Henri Templ
Böyük Britaniyanın sabiq Baş naziri
Çarlz Tupper
Kanadanın sabiq Baş naziri
Maykl Cullen
Yeni Zellandiyanın maliyyə naziri
Devid Yum
məşhur Şotland filosofu
Adam Smit
Şotland iqtisadçısı, müasir iqtisadi nəzəriyyənin banisi
Artur Konan Doyl
məşhur yazıçı, Şerlok Holms haqqında detektiv romanların müəllifi
Valter Skott
dünya şöhrətli yazıçı
Robert Stivenson
məşhur macəra romanlarının müəllifi
Edvard Appleton
fizika üzrə Nobel mükafatı laureatı
Çarlz Barkla
fizika üzrə Nobel mükafatı laureatı
Maks Born
fizika üzrə Nobel mükafatı laureatı
İqor Tamm
fizika üzrə Nobel mükafatı laureatı
Piter Doherti
tibb üzrə Nobel mükafatı laureatı
Ceyms Mirrlees
iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
Piter Mitçell
kimya üzrə Nobel mükafatı laureatı
Hazırladı: Lamiyə ƏLİYEVA
| ['Edinburq'] |
5,338 | https://kayzen.az/blog/islam-v%C9%99-%C5%9F%C9%99xsl%C9%99r/6333/%C9%99mir%C9%99l-m%C3%B6minin-h%C9%99zr%C9%99t-%C9%99li.html | Əmirəl-mö'minin Həzrət Əli | Ferid_Zeynalli | İslam tarixindəki şəxslər | 20 iyul 2011, 07:39 |
Əmirəl-mö'minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə'lumatHəzrət Əli (əleyhissəlam) «Amul-fil»-in (fil ilinin) otuzuncu ilində (hicrətdən iyirmi üç il əvvəl) rəcəb ayının on üçü Kə'bə evində dünyaya göz açmışdır. Atası Əbutalib, anası Fatimə Əsəd qızı olmuşdur. Hicrətin qırxıncı ili ramazan ayının iyirmi birində Kufə şəhərində şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Nəcəf şəhərindədirHəzrət Əli əleyhissəlamin həyatinin bölmələriHəzrət Əli əleyhissəlamın be'sətdən (Məhəmməd (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçilməzdən) on il qabaq dünyaya gəlməsini, İslami hadisələrdə Peyğəmbərlə (səlləllahu əleyhi və alih) çiyin-çiyinə olmasını və o Həzrətin vəfatından sonra otuz il yaşamasını nəzərə almaqla onun (Həzrət Əlinin) altımış üç illik mübarək ömrünü aşağıdakı beş hissəyə bölmək olar:1)-Təvəllüddən Peyğəmbərin (səlləllahu əleyhi və alih) be'sətinə qədər;2)-Be'sətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) Mədinəyə hicrətinədək;3)-Hicrətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatınadək;)-Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından Əli əleyhissəlamın xəlifə olmasına qədər;5)-Həzrət Əli əleyhissəlamın xəlifəlik dövrü (şəhadətinə qədər).1. Əli əleyhissəlamın dünyaya gəlməsindən Həzrət Məhəmmədin (səlləllahu əleyhi və alih) be'sətinə (peyğəmbərliyə seçilməsinə) qədərYuxarıda qeyd etdik ki, əgər Əli əleyhissəlamın ömrünü beş hissəyə bölsək birinci hissə o Həzrətin təvəllüdündən Peyğəmbərin (səlləllahu əleyhi və alih) be'sətinə qədərki dövrü əhatə edəcək. Əli əleyhissəlamın ömrünün bu hissəsi on ildən çox deyil. Çünki Həzrət Əli (əleyhissəlam) doğulanda Peyğəmbərin (səlləllahu əleyhi və alih) artıq otuz yaşı var idi və o, peyğəmbərliyə qırx yaşında olarkən yetişmişdir. Deməli, Məhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbər seçilərkən Əli əleyhissəlamın cəmi on yaşı var idi.bir basa sehifeden paylasilmasina halalliq verirem....by ikoƏli (əleyhissəlam) Peyğəmbər qucağındaƏli (əleyhissəlam) ömrünün həssas olan ruhi və fiziki cəhətdən formalaşma dövrünü Məhəmməd (səlləllahu əleyhi və alih) peyğəmbərin evində və onun tə'lim-tərbiyəsi altında keçirmişdir. İslam tarixçiləri bu barədə yazırlar:«Bir il Məkkədə aclıq üz vermişdi.Bu zaman peyğəmbərin əmisi Əbutalib böyük bir ailəyə başçılıq edirdi. Onları çox çətinliklə dolandırırdı. Peyğəmbər (səlləllahu əleyhi və alih) Bəni-Haşim tayfasının varlılarından olan digər əmisi Abbasa təklif etdi ki, Əbutalibin dolanışığına kömək etmək məqsədilə gedib hərəmiz onun bir uşağını götürüb öz evimizdə saxlayaq. Abbas Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu təklifi ilə razılaşdı. Beləliklə də, Abbas Cə'fəri, Peyğəmbər (səlləllahu əleyhi və alih) isə Əli əleyhissəlamı öz öhdəsinə götürüb öz evlərinə apardılar. Əli (əleyhissəlam) Məhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbər seçilənədək onun evində qaldı. Peyğəmbər (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçildikdən dərhal sonra Əli (əleyhissəlam) onun peyğəmbərliyini təsdiq edib onun ardıcılı oldu.»Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlamı öz öhdəsinə götürərkən buyurmuşdur: «O kəsi seçdim ki, Allah -taala da onu mənim üçün seçmişdir.»Peyğəmbər (səlləllahu əleyhi və alih) öz uşaqlıq illərini babası Əbdül Mütəllibin vəfatından sonra əmisi Əbutalibin evində keçirtdiyinə görə istəyirdi ki, böyüdükdən sonra Əbutalibin uşaqlarından birini öz öhdəliyinə götürsün. Beləliklə də, əmisi Əbutalibin və Fatimə Əsəd qızının onun üçün çəkdikləri əziyyətlərin əvəzini çıxsın. Əbutalibin uşaqları arasında Əli əleyhissəlamı Peyğəmbərin (səlləllahu əleyhi və alih) gözü tutmuşdu.Əli (əleyhissəlam) öz xəlifəlik dövründə «Qasiə» xütbəsində uşaqlıq illərinin tərbiyəsinə işarə edərək buyurmuşdur: «Siz (peyğəmbərlərin səhabələri) mənim peyğəmbərlə yaxın qohumluğumu və mənim onunla olan xas mövqeyimi yaxşı bilirsiniz. Bilirsiniz ki, mən uşaq olarkən Peyğəmbər (səlləllahu əleyhi və alih) məni öz qucağına alıb bağrına basar və məni öz yatağında yatızdırardı. Belə ki, mən onun bədəninə yapışaraq onun iyini hiss edərdim. O, mənə yemək yedizdirərdi.Mən anasının ardınca düşən uşaq kimi həmişə onun ardınca düşərdüm. Gündə bir əxlaqi məsələni mənə öyrədər və tapşırardı ki, ona riayət edim.»bir basa sehifeden paylasilmasina halalliq verirem....by ikoƏli (əleyhissəlam) hira mağarasında
Məhəmməd (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçilməzdən qabaq ilin bir ayını Hira mağarasında keçirərdi. (Hira Məkkənin Şimal səmtində bir dağdır. Həmin dağın başında bir mağara var. Mağaranı dağın adı ilə əlaqədar olaraq Hira mağarası adlandırmışlar.) Bu bir ay ərzində ibadətlə məşğul olardı. Əgər bir nəfər ac onun yanına getsəydi, ona yemək verərdi. Bir ay başa çatdıqdan sonra əvvəl gəlib Kə'bəni yeddi, ya da müəyyən bir miqdarda təvaf edib sonra evə qayıdardı.Tarixi faktlardan mə'lum olur ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama olan xüsusi əlaqəsinə görə onu da özü ilə Hira mağarasına aparardı.Vəhy mələyi (Cəbrail) ilk dəfə Hira mağarasına gəlib Məhəmmədin (səlləllahu əleyhi və alih) Allah-taala tərəfindən peyğəmbərliyə seçilməsi xəbərini çatdıranda, Həzrət Əli (əleyhissəlam) da onun yanında idi. O gün də peyğəmbərin Hira mağarasına ibadətə gedən ayın günlərindən biri idi.Əli (əleyhissəlam) «Qasiə» xütbəsində bu barədə buyurur: «Peyğəmbər (səlləllahu əleyhi və alih) hər il Hira mağarasına ibadətə gedərdi. Məndən başqa heç kim onu görməzdi... Ona ilk dəfə vəhy nazil olan zaman mən Şeytanın fəryadını eşitdim. Peyğəmbərə (səlləllahu əleyhi və alih) dedim: "Bu nə qışqırıqdır?" Cavab verdi ki, bu, Şeytanın qışqırığıdır. Qışqırmasının səbəbi də odur ki, o, camaatı yer üzündə aldatmaqdan naümid oldu. Mən eşidənləri sən də eşidirsən, mən görənləri sən də görürsən. Təkcə fərqimiz budur ki, sən Peyğəmbər deyilsən. Sən mənim vəzirim, canişinimsən və xeyir-bərəkətlisən.»Bu ifadənin Peyğəmbərin (səlləllahu əleyhi və alih) Peyğəmbər olduqdan sonra Hira mağarasındakı ibadətlərinə aid olmasının mümkünlüyünə baxmayaraq, ötən sübutlardan və peyğəmbərin Hira mağarasında ibadətə məşğul olmasının adətən peyğəmbərlikdən qabaq olmasından başa düşmək olar ki, bu ifadə peyğəmbərlikdən qabaqkı dövrə aiddir.Hansı halda olursa-olsun bu ifadə bunu göstərir ki, Əli (əleyhissəlam) ruhunun paklığı və uşaqlıq dövründən Peyğəmbər tərbiyəsi ilə tərbiyələnməsi nəticəsində elə uşaqlıq dövründən adi insanların eşitmədiyi və görmədiyi (və yalnız peyğəmbərlərin eşidib gördüyü) şeyləri eşidib və görüb.İbn Əbil Hədid Nəhcül-bəlağənin şərhində yazır:«Səhih1 kitablarında rəvayət olunmuşdur ki, Cəbrail birinci dəfə peyğəmbərə nazil olub onun Peyğəmbər seçildiyini bildirdikdə Əli (əleyhissəlam) da peyğəmbərin yanında idi.2»bir basa sehifeden paylasilmasina halalliq verirem....by iko2. Be'sətdən Peyğəmbərin hicrətinədəkHəzrət Əli əleyhissəlamın ömrünün ikinci hissəsini be'sətdən Mədinəyə hicrətə qədərki dövr təşkil edir. Bu hissə on üç ildən ibarətdir. Həzrət Əli əleyhissəlamın İslamın dirçəlişi yolunda göstərdiyi bir sıra şücaətlər və xidmətlər bu hissəyə aiddir. Elə xidmətlər ki, İslamda Əli əleyhissəlamdan başqa heç kimə nəsib olmayıb.istifade olundu Mürucuz-zəhəb (Məs'udi), 21965, 2, səh. 349; Təzkirətül-xəvas, səh. 10; Nurul-əbsar... (Mö'min Şəblənci) səh. 76. Əli (ə)-ın atasının adının İmran və kunyəsinin Əbu Talib olması və ya müstəsna olaraq adının elə kunyəsi olması yaxud, onun Əbdümənaf olması barədə nəzər müxtəlifliyi vardır. Şiə alimləri arasında "rical" katiblərindən olan Cəmaləddin Əhməd ibn Ənbə (təv. 828 hicri) üçüncü nəzəri səhih hesab etmişdir. ("Ümdətüt-talib fi mənaqibi Ali Əbi Talib", səh. 20-21) İbn Əsir: Əl-Kamilu fit-tarix .c.2, s-58; İbn Hişam: Əs-sirətün-nəbəviyyə, Təhqiqi-Mustəfas-Siqa; Təbəri: Tarixül-üməm vəl-mülük; Darul-qamusul-hədis, c.2, səh.213; İbn Əbil-Hədid: Şərhi Nəhcül-bəlağə, c.13, səh.119. Əbul-Fərəc İsfahani, Məqatilut-talibin, səh.15. Nəhcül-bəlağə, 192-ci xütbə (Sübhi Salehin redaktəsi olan nüsxə). Hira mağarası Peyğəmbərin (səlləllahu əleyhi və alih) orada peyğəmbərliyə seçildiyi yerdir. Bə'ziləri onu Həra kimi tələffüz edir. Lakin doğru tələffüzü Hiradır. (Mütərcimdən) İbn Hişam: Sireyi Nəbəviyyə, c.1, səh.252. Səhih kitablar sünni məzhəbinin mö'təbər bildiyi altı kitabdır. O kitablar bunlardır: 1) Səhihi-Müslim. 2) Səhihi-Buxari. 3) Sünəni-Termizi. 4) Sünəni-İbn Macə. 5) Sünəni-Nəsai. 6) Sünəni-İbn Davud. (Mütərcimdən)2 Şərhi-Nəhcül-bəlağə (İbn Əbil Hədid), səh.208.
| ['Həzrət Əli'] |
5,339 | https://kayzen.az/blog/aforizmler/6332/q%C4%B1rx-inc%C9%99lik.html | Qırx incəlik | Ferid_Zeynalli | Hikmət dənizi və aforizmlər | 20 iyul 2011, 04:19 |
1-Ən vəfasız söz Kufədir.2-Qadının ən gözəl ismət paltarı hicabdır.3-Aclıq ağılı artırır.4-Ən böyük dərd nadanlıqdır, tələskən və səbirsiz adam özü-özünün düşmənidir.5-Məğlubiyyətə uğramaq qələbəyə nail olmaq üçün bir körpüdür.6-Yaxşı əxlaq insanın qol-qanadıdır.7-Yaxşı əməl yerinə yetirmək istəyən şəxs bunu təxirə salmasın, çünki Şeytan onu bu əməldən yayındıra bilər.8-Pis yerlərə gedən şəxs ittiham olunar.9-Yersiz iş işsizlikdən yaxşıdır və orta səviyyəli iş ən yaxşı işdir.10-Vicdan insanın daxili qoruqçusudur, qeybət Şeytana pərəstiş etməkdir.11-Dünya çətinliklərinə dözüb, zirvələrini fəth etmək üçün himmət göstərmək lazımdır.12-Qəzəbi güzəştlə söndürmək olar.13-Hadisələr günlər kimi ötüb keçir, ona görə də saleh əməllər yerinə yetirmək üçün tələsmək lazımdır.14-İnsanlara qarşı kin bəsləmə, çünki səni qəmgin edər.15-Səbir hər bir çətinliyin açarıdır.16-Xəstələnməzdən qabaq sağlamlığınızın qədrini bilin.17-Xeyirxah iş qızıla bənzər, onu əxlaq sandığında qoruyub saxlayın.18-Pas dəmiri yeyər, həsəd isə qəlbi.19-Dəlilsiz hadisə olmaz.20-Hər bir səhv işə görə min dəlil gətirsən, onda min bir səhv olar.
21-Sınıq şeylərin içində yalnız sınıq qəlb çox qiymətlidir, qəlbi yalnız göz yaşları ağardar.22-İnsan o vaxt təqaüdə çıxar ki, Allah onu dəvət etsin.23-Şeytanın hücumu səssizdir, nəfəs çəkmək ömürdən gedir.24-Hər şeyin yanğısı küldür, ömrün yanğısı isə xatirə.25-Məğlubiyyət yatmış enerjiləri oyadır.26-Behiştin sənədi, bu dünyada günahlardan çəkinməkdir.27-İnsanın ömrü behiştə getmək üçün bir (qızıl) fürsətdir və ömrün bərəkəti yaxşı iş görməkdədir.28-Əgər azad olmaq və zülmə qalib gəlmək istəyiriksə, hər bir şeyimizdən keçməyə hazır olmalıyıq!29-Məzlumun qarğışı zalımın qılıncından itidir.30-Yaşamaq üçün fikirləşin, lakin qüssələnməyin.31-Vicdan həmişə həqiqət yaradır.32-Dünya arzular qəbiristanlığıdır.33-Göz yaşı bir gövhərdir ki, yalnız gözdən çıxandan sonra qiymətli olur.34-Həsəd ruhun zindanıdır.35-Hər yazı bir dəfə oxumağa dəyər.36-Ağır iş ilk baxışda qeyri-mümkün görünür.37-İşin bəlası ona bağlı olmamaqdır.38-Tövbə daxili yumaqdır.39-Azadlıqsevərliyi Kərbəla hərəkatından öyrənmək lazımdır.40-Qəzəb dəlisovluqla başlayır, peşmançılıqla qurtarır
| ['dini kəlamlar'] |
5,340 | https://kayzen.az/blog/s%C3%BCnn%C9%99/6326/%C9%99f%C9%99ndimizin-s.a.v.-t%C9%99vaz%C3%B6karl%C4%B1%C4%9F%C4%B1.html | Əfəndimizin (s.a.v.) təvazökarlığı | Old_Baku_ | Sünnə | 18 iyul 2011, 23:46 |
Təvazö,üzü yerdə olma və təvazökarlıq mənalarına gəlir ki,təkəbbürün ziddidir.Onu insanın Haqq qarşısında yerinin şüurunda olub ona görə davranması və xalq arasındakı vəziyyətini də bu anlayışa görə qiymətləndirirb,özünü insanlardan bir insan və ya varlığın hər hansı bir parçası qəbul etməsi də şərh edə bilərik. Əfəndimizin (s.a.v.) təvazökarlığı da fətanətinin ayrı bir ölçüsü olaraq ulduz kimi nurlanmaqdadır.O,şöhrəti artıb hər kəs tərəfindən qəbul edildikcə,təvazökarlığı daha da dərinləşmişdir.Təvazökarlıq,sanki,Onunla birlikdə doğulmuş kimi idi; ömrünün sonuna qədər də inkişaf edərərk dəvam etdi."Kim təvazökarlıq etsə,Allah onu ucaldar,kim də təkəbbürlük etsə,özünü böyük aparsa bu,onu alçaldar,"-deyən və dediyini ən yaxşı şəkildə tətbiq və təmsil edən Odur (s.a.v.). " O,hər vaxt özünü insanlardan hər hansı bir insan olaraq görmüş və heç bir zaman özünü onlardan üstün tutmamışdır."-şəklində Hz.Əliyə isnad edilən xoş bir söz vardır.O,həyatını həmişə o xətdə dəvam etdirmiş və insanlardan bir insan olaraq qalmağa çox diqqət etmişdir. Bu mənada sistemin gözəlliyini göstərən ictimaiyyət arasında bəzi hadisələr: Allah Rəsulu hər kəsə qaynayıb-qarışmışdır.Çox vaxt Onun məclisinə ilk gələnlər,Peyğəmbərin kim olduğunu bilə bilməzdilər.Ancaq səhabənin rəftarları ilə və ya O danışmağa başlayanda, Allah rəsulu olduğunu anlayardılar.Hicrət əsnasında mədinəlilərdən o günə qədər Allah Rəsulunu görməmiş olanların bir çoxu o gün Əbu Bəkrin əlini öpməyə qaçmışdılar.Yəni,onu Allah Rəsulu sanmışdılar.Ancaq o, əlinə bir yelpik alıb Əfəndimizi sərinlətməyə başlayınca,Allah Rəsulunun kim olduğu aydın olmuşdu.Əfəndimiz (s.a.v.) özünü Əbu Bəkrdən ayıran hər hansı bir davranışa yol vermirdi. Məkkəni fəth edib şəhərə girərkən necə bir təvazökarlıq göstərdiyi dillərdə dastan olmuşdu. Miniyimin üzərində elə ikiqat idi ki,haradasa başı miniyi heyvanın başına dəyəcəkdi.O şanlı Nəbi o şanlı diyara belə bir təvazökarlıq ruhu ilə girmişdi.Böyüklərdə böyüklüyün əlaməti təvazökarlıqdır.Kiçikliyin əlaməti isə təkəbbürlükdür.Allah Rəsulu insnalar içində ən böyük insandır.Elə isə,təvazökarlıq da elə olmalı idi. Qazı İyaz nəql edir: "Bir gün xəstə olan bir qadın gəldi.Əfəndimizin (s.a.v.) əlindən tutaraq çəkdi və Ona: "Gəl mənim evimdəki bu işimi gör,-dedi." Qadın Allah Rəsulunun qolundan çəkir,O da arxasınca gedirdi.Səhabə də onların arxasınca düşür.Allah rəsulu tərəddüt etmədən qadının dediyi işi görür,sonra geri dönür.
Hər kəs Onu ucalardan daha uca görə bilər.Lakin O,belə deməkdədir:"Heç kim öz əməli ilə cənnətə girə bilməz"."Sən də?"-deyənlərə də:"Bəli,Mən də.Əgər Allah (c.c.) mərhəmət etməzsə. Bu mənada Cənabi-Haqq da Quran dili ilə,Rəsuluna Təvazökarlığı əmr etmirmi? "Sənə tabe olan möminlərə təvazökarlıq qanadlarını endirə bildiyin qədər endir,"-kimi nə qadər ayələr var Quranda. Həyat yoldaşı,anamız Aişə buyurur: " Allah Rəsulundan əxlaqı olaraq daha üstün birini görmədim.Onu kim çağırırsa,çağırsın,istər səhabələrindən biri,istərsə ailəsindən biri,mütləq "Ləbbeyk-buyurun" deyərək cəvab verərdi. Bəli,Əfəndimiz (s.a.v.) belə insan idi.Təvazökarlığı və əxlaqı ilə bütün insan övladlarından fərqlənirdi.Onun təvazökarlığı qarşısında bizim təkəbbürlüyümüz Allah (c.c.) qarşısında necə qarşılanar? siz düşünün artıq. Mənbə:"Şəmail görünüş və davranışları ilə ən gözəl insan peyğəmbərimiz" kitabından
Bu mətn internet aləmində ilk dəfə yayımlanır.Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.
| ['Sünnə'] |
5,341 | https://kayzen.az/blog/erzaq/3083/duz.html | Duz | Ferro | Ərzaqlar | 18 iyul 2011, 20:12 |
İnsan orqanizmi sutka ərzində orta hesabla 10 qrama qədər duz tələb edir. Duz həzm prosesi üçün ən vacib maddələrdən biridir və insan orqanizmi onu müntəzəm qəbul edir. Bu nemət çox ehtimal ki, dəniz sahili ərazilərdə yaşayan xalqlara daş dövründən məlumdur. Çünki onu kəşf etmək üçün yalnız diqqətli müşahidə lazım idi. Ləpələr qayalara çırpılır, geri çəkiləndə qayaların koğuşunda su qalır. Bu su da buxarlanır və yerində duz kristalları parlayır. İnsan onu qaşıyıb dadına baxır, sonra da xörəklərində işlədir. Beləcə, duzun faydalı olduğu tədricən aydınlaşır və o məişətə daxil olur. Vaxtı ilə fələstinlilər Ölü dənizin suyundan acı təm verən duz hasil edirdilər. Duz qida maddələrinin dadını dəyişir, artırır. Qədim Misirdə duzdan həm xörək üçün, həm də balığı və ev quşlarının ətini duzlamaq üçün istifadə edirdilər. Şumerdə duza səcdə var idi. Onun əldə edilməsi və paylanması dövlətin nəzarəti altında aparılırdı. Qədim vaxtlarda Hollandiyada məhbusları cəzalandırmaq üçün onlara duzsuz yemək verərdilər. Nəticədə adamlar bir neçə aydan sonra həyatla vidalaşırdılar. Bu göstərir ki, duz olmadan yaşamaq mümkün deyil, həyat mənasını itirir. Hazırda duz bütün xalqlara məlumdur. Ondan hamının istifadə etmək imkanı vardır. Deməliyik ki, 100-150 il bundan əvvəl ayrı-ayrı xalqlar duzdan korluq çəkirdilər. Bəzi ölkələrə duz uzaqlardan gətirilirdi.Afrikada zuluslar qidanın təbii duzu ilə kifayətlənirdilər. Braynantın yazdığına görə əllərinə azca duz keçəndə onlar onu şəkər kimi yalayırdılar.
Yer üzərində zəngin duz yataqları mövcuddur. Bu yataqlar qədim dövrlərdən istismar edilməyə başlanmışdır. Məsələn, Qafqazda xörək duzunu ilk dəfə azı 5 min il bundan əvvəl çıxarmışlar. Şərqin qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan şəhərinin yaxınlığındakı duz mədəninin istismarının tarixi daş dövrünə gedib çıxır. Əsrlərlə buradan Şərqin müxtəlif ölkələrinə duz daşınmışdır. XIX əsrdə Naxçıvan Azərbaycanın Bakı və Gəncə qəzalarını duzla təmin edirdi. Məlumata görə, 1866-cı ildə Naxçıvanda 11 min ton duz çıxarılmışdır. Statistikada göstərilir ki, 80-ci illərdə Naxçıvan orta hesabla hər il 4800 ton duz verirdi. Qafqazın qədim duzçıxarılan rayonlarından biri də Qara dənizdən şimalda yerləşən ərazidir. Antik dövrdə bu yerlərdə külli miqdarda balıq duzlayıb, ixrac etmişlər. Burada Opuk və Çikprak gölləri keyfiyyətli duzuyla məşhur olmuşdur. XIX əsrin ortalarında buradan müxtəlif ölkələrə hər il 10 min tona yaxın duz göndərilmişdir. Roma imperiyası öz tələbatını ödəmək üçün İspaniya, Ərəbistan, Misir və bir sıra başqa ölkələrdən daş duz gətirirdi. XIX əsrdə Avropanın bir sıra ölkələrində, o cümlədən Almaniya, İspaniya, Fransa və Polşada duz çıxarılmağa başlanmışdır. Polşanın Veliçke adlanan yerində məşhur duz mədəni yerləşir. Duz mədəni aşkar ediləndən 1812-ci ilə qədər burada 30 milyon tona yaxın duz çıxarılmışdır. Rusiyanın duz mədənləri Orenburq quberniyasında, Krımda, Bessarabiyada və Həştərxanda yerləşirdi.
Təmiz mədənlərdə duz istifadə üçün hazır şəkildə çıxır. Lakin duza kənar maddələr, məsələn, torpaq və qum qarışanda onu əridib məhlul hazırlayır, «çirki»ni ayırır, sonra məhlulu buxarlandırıb ağ duz alırdılar. Bu baxımdan göllər, bəzən də dəniz suyu duz istehsalı üçün mənbə olurdu. Qədim xalqlar duzu dolayı şəkildə əldə etməyi də bacarırdılar. Məsələn, Fransanın qədim tayfalarından olan qallar yanan kömürün üstünə duzlu su tökürdülər. Su buxarlandıqdan sonra kömürün üzərində ağ örtük - duz əmələ gəlirdi. Onu yığıb istifadə edirdilər. Roma hakimi Ank Marsinin dövründə dəniz suyundan ilk dəfə geniş miqyasda duz istehsal etməyə başlayırlar. Ostiyada duzxana təşkil olunur. Çinin Çanlu şəhərində duz istehsalı olduğunu Marko Polo xüsusi qeyd edir. O yazır: «Bu şəhərdə çox şoran torpağı dağ şəklində yığırlar, üstünə su buraxırlar. Su torpağın dibinə hopur. Sonra oradan axan suyu ləyənlərə yığıb ocaqda qaynadırlar. Bax belə bir qayda ilə ağ və narın duz alırdılar. Onu aparıb qonşu ölkələrdə satırdılar». Yunanıstanda duz gölü var idi. Landanın məlumatına görə bu gölün suyundan əla ağ duz alınırdı. XVI əsrdə buradan Meksika, Qonduras və Kubaya qədər duz aparırdılar.
XX əsrin əvvəllərində Yaponiyada dəniz suyundan xörək duzu istehsal edilirdi. Suyu şor olan göllərin sahilində məskən salmış qədim tayfalar xörəyə duz vurmaq üçün çıxış yolu tapmışdı. Onlar göldən yosun yığıb xörəklərinə əlavə edirdilər. N.N.Mikluxo-Maklay müşahidə etmişdi ki, Astrolyabiya körfəzinin ətraflarında yaşayan papuaslar duz əvəzinə dəniz suyundan istifadə edirlər, yəni xörəyi şor suda sadəcə olaraq bişirirdilər. Mikluxo-Maklayın başqa bir məlumatına görə, papuaslar duzu əvəz edən xüsusi toz da hazırlayırdılar. Beləki, onlar uzun müddət dəniz suyunda qalmış ağacları yarır, gündə qurudur və yandırırlar. Alman kül duz əvəzinə işlədilirdi. Tunquslar vəziyyətdən başqa cür çıxırdılar. Onlar əti dəniz suyunda bişirirdilər.
Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı
Duzdan istifadənin hətta əhəmiyyətli dərəcədə azaldılması ürək xəstəliklərinin yaranması riskini azaltmağa qadir deyil. Aparılan yeni araşdırmalar göstərir ki, müxtəlif ölkələrin səhiyyə sistemi nümayəndələrinin bu məhsuldan istifadənin azaldılmasına dair çağırışlarına baxmayaraq, bunun sağlamlığın yaxşılaşması ilə bağlı heç bir elmi dəlili yoxdur. Bu barədə "The Telegraph" qəzeti yazır.Bundan əlavə, normal arterial təzyiqə malik adamlara belə məhdudiyyət hətta daha çox ziyan vura bilər. İndiyədək alimlər belə bir məlumatı rəhbər tuturdular ki, duzdan istifadənin azaldılması qan təzyiqini aşağı salır. Yüksək qan təzyiqi isə ürək xəstəlikləri və insultun inkişaf riskinin əsas amillərindən biridir.Trend-in məlumatına gögrə, Danimarkanın Kopenhagen Universiteti hospitalının mütəxəssisləri 167 pasiyentin iştirakı ilə tədqiqat aparıblar. Tədqiqat iştirakçıları duzdan istifadəni orta hesabla bir litrdə 150 mmol azaldıblar. Bu, həkimlərin tövsiyə etdiyindən xeyli çoxdur.Yüksək qan təzyiqi olan pasiyentlərdə bu, təziyiqin 3,5 faiz azalmasına səbəb olub. Təzyiqi normada olanlarda isə təzyiq bir faizdən çox aşağı düşüb. Bununla belə, qanda ziyanlı xolesterinin səviyyəsi 2,5 faiz artıb. Üstəgəl, dəyişiklik orqanizmdə ürək xəstəlikləri riskinin artması ilə bağlı olan bəzi hormonların və kimyəvi maddələrin konsentrasiyasının yüksəlməsinə səbəb olub.
| ['xörək duzu'] |
5,342 | https://kayzen.az/blog/Old_Baku_/6323/%C9%99xlaq%C4%B1-g%C3%B6z%C9%99ll%C9%99%C5%9Fdir%C9%99n-15-%C9%99m%C9%99l.html | Əxlaqı gözəlləşdirən 15 əməl | Old_Baku_ | Bloq: Old Baku | 18 iyul 2011, 18:01 |
* Özün üçün istədiyini başqaları üçün də istəmək,özün üçün arzu etmədiyini başqaları üçün də arzu etməmək.
*Olduğun kimi görünmək və yaxud göründüyün kimi olmaq.
*Kiçiklərə sevgi,böyüklərə hörmət bəsləmək.
*Öz əsəblərinə hakim olmaq.
*Sözünə əməl etmək,əhdə vəfakar olmaq.
*Doğruluqdan və dürüstlükdən zərrə qədər olsun kənar olmamaq.
*Etibarlı olmaq.
*Küdurətdən,eqoizmdən uzaq durmaq,təvəzökar olmaz.
*Xəsis,tamahkar olmamaq,əliaçıqlıq etmək.
*Hər şeydə səbrli olmaq.
*Əsla ədalətdən əl çəkməmək.
*Maddi və mənəvi təmizliyə riayət etmək.
*Allahın verdiyi səhhəti və sağlamlığı qorumaq.
*Boş vaxtlarını xeyrli işlərlə keçirmək.
*Namaz qılmaq
Bu mətn internet aləmində ilk dəfə yayımlanır.Mətni tərtib edənin icazəsi olmadan yayımlamaq qadağandır.
Tərtibçi:Əhmədov.R
| ['islam'] |
5,343 | https://kayzen.az/blog/issoc/6322/dinsizlik-yoxsa-qudur%C4%9Fan%C3%A7%C4%B1l%C4%B1q.html | Dinsizlik yoxsa qudurğançılıq | Cavid | islam və cəmiyyət | 18 iyul 2011, 14:14 |
Bir gün gələn bir gün gedir. Bu ki həqiqətdir. Həyatın axarı belədir. İnsan bu dünyaya gələndə sevinirik, o dünyaya köçəndə kədərlənirik. Ayrılıq ağırdır. Amma bununla barışmaqdan başqa çarə yoxdur. Bu dünyada qalanların vəzifəsi isə gedəni son mənzilə yola salmaqdır. Özü də necə? Müsəlman olduğumuza görə şəriət qaydalarına əməl etməklə! Bu en yaxşı seçimdir.Təəssüf ki, son vaxtlar dəfn, yas mərasimlərinin keçirilməsi ictimaiyyətdə ciddi narahatlıq doğuran məsələ kimi gündəliyə gəlib. Ölü sahibi mərhumun dəfni üçün qəbir yeri tapmaqdan tutmuş yas mərasiminin keçirilməsinədək əzab-əziyyətlə dolu bir prosesi yaşamalı olur. Xüsusilə Bakı şəhərində bu problem artıq ciddi xarakter alıb. Məlum səbəblər ucbatınqdan paytaxtın əhalisi xeyli artıb. Bakının hazırkı infrastrukturu bu qədər əhali üçün açıq-aşkar azlıq edir. O cümlədən mərhumları dəfn etmək üçün qəbiristanlıqda yer almaq üçün dəridən-qabıqdan çıxmaq lazım gəlir. Mövcud qəbiristanlıqlar doludur, yer qıtdır. Yeni qəbiristanlıqlar da elə çox deyil. Amma ölünü dəfn etmək lazımdır! Müsəlmanın cənazəsi ortada qala bilməz. Bax elə buradaca dinsizlik başlayır. Qəbir yeri almaq üçün ölü sahibinin qəbiristanlığın rəhbərliyinə rüşvət verməkdən başqa yolu qalmır. Qəbir yerini satmaq isə haramdır!Hələ bu harasıdır? Ən çətini yas mərasiminin keçirilməsidir. Yası yola vermək üçün yer tapmaq, yaxud çadır qurmaq və ehsan verməkdən ötrü külli miqdarda xərc çəkmək lazım gəlir. Məbləğlər böyükdür, həm də müxtəlifdir - baxır olü sahibinin imkanına. Kasıb vəziyyətdən çıxmaq üçün son qəpiyindən belə keçməli olur, hətta başqalarına ağız açıb borca-xərcə düşür. Varlının isə heç bir çətinliyi olmur. Əksinə, hansı var-dövlətin sahibi olduğunu nümayiş etdirmək üçün əlinə, bir növ, fürsət düşür. Açdığı yas süfrəsində bircə quş südü çatışmır: cürbəcür yeməklər, şirniyyatlar, meyvələr, içkilər... Elə bil ki, ərzaq məhsulları sərgisidir! Guya ki, bununla mərhumu çox istədiyini sübut etmək istəyir. İfratçılıq, israfçılıq baş alıb gedir. Özü də bütün bunları din adına edir.Doğrudanmı bütün bunların dinə, şəriətə dəxli var? Əslində isə dini baxımdan vəfat edən müsəlmanı son mənzilə yola salmaq üçün dörd əməli yerinə yetirmək vacibdir: qüsl, kəfən, cənazə namazı və dəfn. Ölü sahibinin mərhumun ruhuna ehsan vermək haqqı var. Amma dəfndən sonra ehsan vermək kimi bir hökm yoxdur. Ehsan yaxşılıq mənasındadır. Ehsan kasıblara verilməlidir. Elə isə yas mərasimi keçirib kasıba da, varlıya da ehsan vermək nə dərəcədə düzdür? Bir də görürsən ki, yas məclisinə gələn varlı-hallıları ayrıca əyləşdirir, onlara başqalarından fərqi, "xüsusi xidmət" göstərirlər. Bilmək olmur ki, bu, yas mərasimidir, yoxsa qonaqlıq. Axı qonaqlıq vermək üçün restoran, kafe kimi başqa yerlər var! Varlı şəxs bu cür hərəkəti ilə başqalarına pis nümunə göstərir. Digər sərvət sahibləri də yarışa girirmiş kimi ondan geri qalmaq istəmirlər. Beləcə, yeni "ənənə"nin əsası qoyulur və bu "ənənə" getdikcə bütün cəmiyyətə sirayət edir.İslam dininin israfçılığa, yersiz xərc çəkməyə münasibəti isə birmənalıdır. Ulu Tanrı müqəddəs Kitabında buyurur: "Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!" (Əraf, 31). Yaxud: "Qohum-əqrəbaya da, miskinə də, müsafirə də haqqını ver. Eyni zamanda sağa-sola da səpələmə! Həqiqətən, sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!" (İsra, 26-27). Peyğəmbərimiz Məhəmməd salavatullah buyurur: "Ye, iç, geyin və sədəqə ver! Ancaq israf etmə və qürrələnmə!" Qurani-kərimin başqa ayələrində, həmçinin digər hədislərdə də israfçılıq birbaşa qadağan edilir. Elə isə Allahın buyruğuna əməl etməyib qadağan etdiyi yolla getmək dinsizlik deyil, bəs nədir?
İsrafçılar bununla da kifayətlənmirlər. Bu gün qəbiristanlıqlarımız açıq səma altında heykəltaraşlıq emalatxanasını xatırladır. Burada da "yarış" gedir - qəbirüstü abidələr "yarış"ı. İmkandan asılı olaraq adi başdaşı qoyanlar da var, bir-birindən dəbdəbəli heykəllər ucaldanlar da. Qınayan olmasa, qəbirüstü villalar da tikərlər. Bütün bunların isə qəbirdə uyuyanlara heç bir dəxli yoxdur. Axı onlar bu dünyada deyil, haqq dünyasında, Tanrının dərgahındadırlar! Elə isə bu dəbdəbə kimə lazımdır?Dinimiz bütün vəziyyətlərdə orta mövqe tutmağın tərəfdarıdır. Yenə də müqəddəs Kitabımıza müraciət edək. Allah-taala buyurur: "Onlar xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar" (Furqan, 67). Yaxud: "Nə əldən çox bərk ol, nə də əlini tamamilə aç! Yoxsa həm qınanarsan, həm də peşman olarsan!" (İsra, 29). Tanrının buyuruqları tamamilə aydındır. Uca Yaradan həm israfçılığı, həm də xəsisliyi qınayır, müsəlmanın əməl etməli olduğu düzgün yolu göstərir. Bu, yas mərasimlərinə də aiddir. Yas məclisində mütləq yemək-içmək verilməlidir? Axı bir stəkan çay da ehsandır! Görəsən, bizdən başqa hansı müsəlman ölkəsində bu cür "dəb" mövcuddur? İsrafçılıq təkcə yasda yox, toy mərasimlərində də "vüsət" alıb. Övlad toyu görmək hər bir valideynin arzusudur. Amma toy bədxərclik üçün əsas vermir. Hər şeyin hədd-hüdudu olmalıdır. Bizdə isə tərsinədir. Şadlıq evlərində qiymətlərdən danışmağa dəyməz. Üstəlik, imkanlı adamlar elə bil bəhsə girib daha dəbdəbəli toy etmək üçün marafona çıxıblar: bahalı restoranlar, bahalı müğənnilər, bahalı toy maşınları... Hələ bununla kifayətlənməyib xaricdən müğənni dəvət edənlər də var. Bir nəfərin yemək-içmək haqqı da kəlləçarxa vurur. Bir neçə saatdan sonra toy qurtarır, stolların üstü isə yemək-içməklə doludur... Bütün bu artıq xərci başqa xeyirxah işlərə yönəltmək olmazmı? Axı köməyə ehtiyacı olanlarımız da var!Yəqin ki, yuxarıda deyilənlərə etiraz edənlər də tapılar: öz pulumuzdur, hara xərclədiyimizi özümüz bilərik. Belələri başa düşməlidirlər ki, atalar demişkən, "sirkə nə qədər tünd olsa, qabını çatladar". Var-dövlətin axırı yoxdur. Bu dünyadan gedənlər özləri ilə heç nə aparmayıblar. Qurani-kərimdə məhv olmuş sivilizasiyalardan söhbət açılır və göstərilir ki, bu mədəniyyətlərin süqutu həmin cəmiyyətlərdəki varlı təbəqələrin mənəvi fəsada uğramasından başlayır: "Biz bir məmləkəti məhv etmək istədikdə onun (naz-nemət içində yaşayan başçılarına (Allaha itaət etməyi, iman gətirməyi) əmr edərik. Lakin onlar (Allaha asi olub) çox pis işlər törədərlər. Beləliklə, (o məmləkətlərə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik" (İsra, 16).Cəmiyyətimizdə pis "ənənə"nin kök salmasına rəvac verənlər düşünməli, gördükləri əməllərin mahiyyətini dərk etməlidirlər. Onsuz da onların bu əməllərini bəyənən yoxdurMənbə: Azərbaycan qəzeti
| ['din', 'adətlər'] |
5,344 | https://kayzen.az/blog/f%C9%99ls%C9%99f%C9%99/4722/orta-%C9%99srl%C9%99rin-avropa-f%C9%99ls%C9%99f%C9%99si.html | Orta əsrlərin Avropa fəlsəfəsi | pedaqoq | Fəlsəfə | 18 iyul 2011, 01:52 |
Yunan fəlsəfəsindən danışarkən biz qeyd etmişdik ki, həmin fəlsəfə antik cəmiyyətə xas olan demokratiya zəminində yaranmışdır. Orta əsrlər fəlsəfəsi isə feodalizm dövrünün (V– X əsrlər) məhsulu olmuşdur. Orta əsrlər öz tarixini Qərbi Roma imperiyasının süqutundan (476– cı il) başladığı halda, bu dövrün fəlsəfi təlimi I– IV əsrdən formalaşmışdı. Bu, özünü stoiklərin, epikurçuların və neoplatonçuların etik konsepsiyalarında göstərirdi. Əlbəttə bu dövrün fəlsəfəsində antik fəlsəfənin görkəmli nümayəndələri olan Sokrat, Platon və Aristotel kimi parlaq simalar olmamışdır. Çox vaxt orta əsrlər fəlsəfəsini bütövlükdə sxolastika adlandırırlar. Orta əsrlər fəlsəfəsinin əsas cəhətlərini ifadə edən və öz mahiyyətinə görə teosentrik olan sxolastika həmin dövrdə filosofluq etmənin əsas üsulu kimi çıxış etmişdir. Bu fəlsəfə üçün bütün varlığı müəyyən edən reallıq təbiət deyil, allah olmuşdur. Orta əsrlər sxolastikasının ikinci vacib əlaməti «Məktəblərin» təsiri ilə müəyyənləşmişdir. Burada, avtoritetə tabeçilik və ona sədaqət mühüm yer tutmuşdur. «Məktəbə» mənsub olmaq, onun ideologiyasına riayət etmək əsas şərt idi. Lakin zaman keçdikcə bu fəlsəfənin digər bir cəhəti– köhnə, vaxtını keçirmiş formullara meyllə ifadə olunan formalizm də meydana çıxmışdır. Buradan isə orta əsrlər fəlsəfəsinin daha bir cəhəti– onun şəxssizliyi xarakteri üzə çıxmışdır. Bu halda təfəkkür üsulunda abstrakt– ümumi qarşısında şəxsi geri çəkilir.
Orta əsr fəlsəfəsində məktəb hakimdir və burada mücərrəd mühakimə əsas yeri tutr. Orta əsr sxolostikasında teoloji dünya anlamından meydana çıxan iki vacib prinsip də mövcud olmuşdur. Bunlar ontologiyanın başlıca prinsipi olan kreatsionizm (yaxud yaranma) və qnoseologiyanın başlıca prinsipi olan vəhy prinsipləri idi. Hər iki prinsip bir– birilə sıx əlaqədə olub vahid, şəxsi allahın mövcudluğunu irəli sürürdü. Daha dəqiq desək, əgər yunan fəlsəfəsi politeizmlə (çoxallahlıqla) əlaqədar idisə, orta əsrlər fəlsəfəsi də monoteizmlə (təkallahlıqla) bağlı idi. Ona görə də müxtəlif təlimlərdən ibarət olmasına baxmayaraq, yunan fəlsəfəsi bütövlükdə naturalist xarakter (hər şeyi, o cümlədən insanı da əhatə edən bütöv olan– təbiətdir) daşımışdır. Orta əsr fəlsəfəsinə isə dini xarakter (hər şey– allahdır) xas olmuşdur. Orta əsrlərin Avropa fəlsəfəsi, hər şeydən əvvəl, iki böyük şəxsiyyətin– Avqustin və Akvinalı Fomanın adı ilə bağlıdır. İlkin xristianlıq fəlsəfəsi tam şəkildə Avqustinin təliminə əsaslanmışdır. Əslində, sonrakı dövrün sxolastikası da Avqustin ənənələrinə sadiq qalmışdır. Akvinalı Foma isə Avqustinin təlimini Aristotel təlimi ilə sintezləşdirmişdir. Avqustin (354– 430) orta əsr fəlsəfəsinin görkəmli nəzəriyyəçisi, teoloq və filosof olmuşdur. Onun fəlsəfi ideyaları «Həqiqi din haqqında», «Azad iradə haqqında», «Tövbə», «Allah şəhəri haqqında» əsərində öz əksini tapa bilmişdir. «Allah şəhəri haqqında» əsəri daha mühüm yer tutur. Orada filosof insan birliyinin bir– birinə əks olan iki növünü təhlil etmişdir. Bunlardan birincisi, «dünyəvi şəhər», daha doğrusu özünə məhəbbətə əsaslanaraq allahın inkarına aparıb çıxaran dövlətçilikdir, ikincisi isə «Allah şəhəri»dir ki, burada allaha məhəbbət özünə nifrət səviyyəsinə qədər inkişaf etdirilir. Qeyd etmək lazımdır ki, Avqustinin «Allah haqqında təlimi» sxolastikaya həlledici təsir göstərimişdir. Allah ali varlıqdır, dünya qaydalarını şərtləndirən əbədi və dəyişməz ideyaların mənbəyidir. Allah zərurətə görə deyil, öz iradəsinə görə dünyanı heç nədən yaratmışdır. Yaradılma haqqında ehkam ağırlıq mərkəzini təbii başlanğıcdan fövqəltəbii başlanğıca keçirir. Antik dövrün allahları təbiətlə qohum idilər, xristian allahı isə təbiətin fövqündə dururdu. Ona görə də həmin allaha transendent allah deyirdilər. «Allah şəhəri haqqında» əsərində Avqustin yazırdı ki, dünya zamanda deyil, zamanla birlikdə yaradılmışdır. Beləliklə, fəal yaradıcı başlanğıc təbiətdən, kosmosdan alınaraq allaha verilirdi. Ona görə də orta əsr fəlsəfəsində kosmos yunan fəlsəfəsində tutduğu mövqeyini itirmişdir. Avqustin təlimində dünya haqqında təlim ikinci reallıq haqqında təlim kimi verilmişdir. Onun təlimində antik dualizm (əql və materiya) rədd edilir, əvəzində monizm əsas mövqeyə çıxır. Monizm prinsipinə görə, yalnız mütləq başlanğıc– allah vardır, qalanları isə ikincidir, allahın yaratdığıdır. Allah və onun yaratdığı dünya iki reallıqdır. Onlar mütləq şəkildə ontoloji olaraq bir– birindən ayrılırlar. Allah həqiqi varlıqdır, o əbədidir, dəyişməzdir, heç nədən asılı deyildir, hər şeyin mənbəyidir (əslində antik filosofların varlığa aid etdikləri atributları orta əsr fəlsəfəsində allaha aid edilirdi). Avqustin fəlsəfəsində tale, qismət təlimi mühüm yer tutur. Həmin təlimdə göstərilirdi ki, subyektiv olaraq insan azad fəaliyyət göstərməsinə baxmayaraq, o nə iş görürsə, allah onun vasitəsilə edir. Özünün qararı ilə allah bəzi adamları xilas edir, digərlərini cəhənnəm əzabında cəzalandırır. Xristian tale, qismət təliminin mahiyyəti belədir. İlahi tale qismət prinsipi iki bir– birinə zidd şahlıqların mənbəyidir. Bu iki şahlıq axirət dünyası və real dünyadır. Real dünya müharibələrlə, zorakılıq üzərində qurulmuşdur. İlahi dünya isə kilsənin köməyi ilə formalaşır. Avqustin özünün ilahiyyətə dair əsərlərində dəfələrlə kilsə anlayışlarına müraciət etmişdir. Çünki həmin anlayışlar Avqustinin dünyagörüşündə həlledici yer tuturdu. Sonralar sxolastiklər, xüsusilə Akvinalı Foma üçün həmin anlayışlar fundamental mahiyyətə malik olmuşdur. Avqustin özünün fəlsəfə təlimini teologiya haqqında təlim kimi təqdim etmişdir. O, teologiyanı təbii elm hesab edirdi. Avqustinin fikrincə, allah müdriklik simvoludur. Ona görə də müdrikliyi sevən filosoflar allahı da sevməlidirlər. Avqustinin adı ilə başqa bir mühüm ənənə də bağlıdır. O, insan ruhunun psixologiyasına diqqətli olmuşdur. Onun üçün insan ruhunun incəlikləri allah tərəfindən yaradılan başqa şeylər kimi sirli bir aləmdir. Bu incəliklər ruhun xilası üçün, onun günahlarından təmizlənməsi üçün olduqca vacibdir. Bu səbəbdən tövbə böyük əhəmiyyət kəsb edir. Fəlsəfədə tövbə anlayışının başlanğıcına görə Avropa mədəniyyəti Avqustinə minnətdar olmalıdır. Jan Jak Russonun «Tövbə»si, L.Tolstoyun «Tövbə»si Avqustinin «Tövbə»sindən bəhrələnmişdir. Orta əsrlərdə sxolostikanın məşğul olduğu əsas mövzu biliyin etiqada münasibəti məsələsi olmuşdur. Bu problem etiqadın əql üzərindəki prioriteti problemi idi. Fəlsəfi mübahisələrdə bu problem «universalilər», yaxud da ümumi anlayışların təbiəti haqqında məsələ kimi formalaşmışdı. Nəticədə iki nöqteyi– nəzər, iki baxış yaranmışdı: 1) insanın fikri və nitqindən asılı olmayaraq «universalilərin» real varlığının təsdiqi:
2) əks təsdiq– insandan asılı olmayan «universalilərin» mövcudluğu reallığının inkarı. Birinci nöqteyi– nəzər realizm adlanırdı. İkincisi isə nominalizm idi ki, insan fikrindən asılı olmayan ümumi anlayışların mövcudluğunu inkar edirdi. Bunun əvəzində isə o, ayrı– ayrı şeylərin «adlarının» mövcudluğunu təsdiq edirdi (nominalizm– latınca ad sözündədir). Göründüyü kimi, orta əsrlərdə yaranan realizm platonizmə yaxın idi. Çünki həmin baxışa görə, ümumi anlayışlar üç halda öz mövcudluğunu göstərir: 1. «Maddi cismə qədər», daha dəqiq desək, ilahi zəkada mövcudolma; 2. «Maddi cismin özündə», onun mahiyyəti və forması kimi mövcudolma; 3. «Maddi cisimdən sonra», insan idrakında abstraksiya nəticəsində mövcudolma. İfrat realistlərin fikrincə, universalilər (ümumi anlayışlar) şeylərdən, maddi cisimlərdən asılı olmayaraq müstəqildir onlardan əvvəl mövcuddur. Nominalistlər isə realistlərin bu fikrinin əksinə olaraq universalilərin müstəqil, obyektiv mövcudluğunu inkar edir, ümumi anlayışların ancaq insan idrakında, təffəkkürdə mövcudluğunu qəbul edirdilər. Bəzi nominalistlərə görə, ancaq təkcələr real mövcuddur, ümumilər isə illüziyadır, universalilər ancaq maddi cisimlərə, şeylərə verilmiş adlardır, onlar maddə cisimlərsiz mövcud ola bilməzlər. Nominalizm iddia edirdi ki, ancaq fərdi olanlar, konkret maddi cismlər real mövcuddur, məhz onlar ancaq təfəkkür predmeti kimi öyrənilə bilər. XII əsrdə Qərb sxolastikasının ən böyük nümayəndələrindən biri Pyer Abelyar (1079– 1142) olmuşdur. Universalilər haqqında olan mübahisədə o, həm ifrat nominalistlər, həm də ifrat realistlərin əleyhinə çıxış etmişdir. Abelyara görə, yalnız təkcə şeylər («substansiyalar») mövcud ola bilər, onlar öz aralarında bir– birinin eynidir.
Universalilər də həmin eyniliyə əsaslanmışdır. O nominalizmə bu cür haqq qazandırırdı. Lakin onun fikrincə, ümumi anlayışların, yaxud ideyaların reallığı da (allahın zəkasında) qəbul edilməlidir. Onlar allahın yaratdığı şeylərin nümunələridir. Abelyar əqlə haqq qazandırır, sxolastika mötədil realizmin inkişafına şərait yaradır. Bu isə sxolastiklərin mürtəce hissəsində güclü narazılığa səbəb olurdu. Abelyar öz məktəbini (Parisdə) təsis edərək orada uğurlu fəaliyyət göstərmişdir. Avropanın müxtəlif yerlərindən onun şagirdləri yanına axışırdı. Onun həyatında öz şagirdi Eloiza ilə macərası mühüm yer tutmuşdur. Bu macəra bədbəxtliklə nəticələnir. Eloiza rahibə, filosofun özü isə monastra getməli olur. Bununla yanaşı, mürtəce teoloqlar onu eretik kimi mühakimə edərək məcbur edirlər ki, o, özünün ilahiyyət traktatını camaatın gözü qarşısında yandırsın. Ölümünə az qalmış onun təlimi ikinci dəfə mühakimə edilmişdir. Əsərlərinin içərisində yazdığı «Mənim müsibətlərimin tarixi» (1192– 1196) adlı avtobioqrafik əsəri mühüm əhəmiyyət kəsb edir. Burada dövrün maraqlı dünyagörüşü və fəlsəfi xarakteristikası mühüm yer tutur. O, belə hesab edirdi ki, filosof üçün başlıca cəhət nə avtoritetə, nə adamların rəyinə qulaq asmaq deyil, əqlin prinsiplərinə riayət etməkdir. Orta əsrlərin Qərb sxolostikasında ən görkəmli yerlərdən birini Akvinalı Foma (1225– 1274) tutur. Akvinalı Foma Dominikan ordeninin rahibi, orta əsrlərin tanınmış teoloqu və təbiətşünası Böyük Albertin şagirdi olmuşdur. Ölümündən sonra Akvinalı Foma Roma katolik kilsəsinin qərarı ilə (1323) övliyələr cərgəsinə–müqəddəslər sırasına salınmışdır. Əsas əsərləri «Bütpərəstlər əleyhinə külliyyat» və «Teoloji külliyyat»dır. Bundan əlavə o, həm də Aristotelin və digər filosofların əsərlərinin şərhçisi olmuşdur. Akvinalı Foma sxolastikanın sistemləşdiricisi, tomizmin banisi hesab olunur. O, öz fəlsəfəsini Aristotel təliminin idealist ünsürlərini (hərəkətsiz), dünyanın ilk təkanvericisi haqqında təlim və s. gücləndirmək yolu ilə işlənmişdir. Akvinalı Fomanın fəlsəfəsinə neoplatonizmin də təsiri olmuşdur. Onun fəlsəfəsinin əsas müddəalarını nəzərdən keçirək: Hər şeydən əvvəl, Foma Arsitotel məntiqinin köməyi ilə xristian teologiyasının başlıca prinsiplərini əsaslandırılmışdır. Bu zaman Aristotel təlimi elə dəyişdirilmişdir ki, bu təlim yaradılma ehkamları və İusus Xristosun allah– insan olması doğmaları ilə ziddiyyətə girməsin. Ali başlanğıc allah olan– varlığın özüdür. «Bütpərəstlər əleyhinə külliyyat» da o göstərirdi ki, ali ilahi mütləq sayılan İusus Xristos bir tərəfdən insan obrazındadır, maddidir, digər tərəfindən Allaha məxsus keyfiyyətlərə malikdir. O, ilahi (ideal) və insanın (maddi, materiya) vəhdəti simvoludur. Beləliklə, Akvinalı Fomaya görə, ali həqiqət– allahın özüdür, İlahi həqiqətdir. Bilik tam şəkildə insan əqlinə xasdır, lakin o məhduddur. Ona görə də insan əqlin dərk edə biləcəyi həqiqəti qəbul etməlidir. Etiqadın və əqlin münasibəti belədir ki, burada üstünlük etiqada verilməlidir. Onun fikrincə, fəlsəfə ilahi həqiqətin dərk edilməsi ilə məşğul olandır. Daha dəqiq desək, teologiyadır. Ümumiyyətlə, akvinalı Foma fəlsəfəni ilahiyata, yaxud da teologiyaya müncər etmişdir. Bu zaman akvinalı Foma etiqada münasibətdə əqlin və elmin azadlığını qətiyyən qəbul etməmişdir. O, «ikili həqiqət» nəzəriyyəsinin (elm yalnız formadan istifadə edərək öz varlığını təsdiq etməyə çalışırdı) əleyhinə çıxış etmişdir. Foma allahın varlığını kosmoloji sübutlar vasitəsilə təsdiq etməyə çalışırdı. O, sübutu allah haqqında anlayışlardan çıxarmırdı. Hər bir hadisənin səbəbi olması prinsipindən çıxarırdı. Bir səbəbdən digərini çıxararaq Foma belə bir nəticəyə gəlirdi ki, bütün real hadisə və proseslərin ali səbəbi kimi Allahın mövcudluğu zəruridir. «Teologiya külliyyatı» traktatında o, varlığın 5 yolla sübutunu göstərirdi. Akvinalı Fomanın təliminin üçüncü əsas prinsipinin məqsədi müqəddəs təlimin birinci dərəcəli əhəmiyyət daşıdığını əsaslandırmaq olmuşdur. Onun fikrincə, müqəddəs təlim– elmdir. Lakin elmin təbiəti ikili xarakter daşıyır. Məsələn, hesab, həndəsə və s. elmlərdə olduğu kimi; onlardan bir hissəsi təbii idrakı üsullarla özünü göstərir, digəri isə ali vasitələrlə özünü sübut edir. Bax, müqəddəs təlimlər belə elmdir. Ali vasitə, ali qüdrət isə allahın özüdür. Nəhayət, Akvinalı Fomanın təliminin dörüncü prinsipi onun sosial problemlərə münasibəti ilə bağlıdır lakin onda sosial problemlər də katolik təlimi ruhunda həll edilmişdir. Dövlət hakimiyyəti– allahdandır. İdarəçilik forması şəraitlə əlaqədar dəyişdirilməlidir. Akvinalı Foma üçün ideal dövlət forması monarxiyadır. Vətəndaş cəmiyyətində birinci rol kilsəyə verilməlidir. Dövlətdə dünyəvi həyat gələcək mənəvi– rühani həyata yalnız hazırlıqdır. Hökmdarın hakimiyyəti ali ruhani hakimiyyətə tabe edilməlidir. Onun başında isə səmada İusus Xristos, yerdə isə Roma papası durmalıdır. Akvinalı Fomanın tomizm adlanan təlimi katolikliyin ideoloji dayağı və nəzəri silahı olmuşdur. Orta əsrlər Avropa fəlsəfəsinin əsas cizgiləri belədir. O, Qərbi Avropada da (mərkəzi Roma olmuşdur), Şərqdə də– Bizansda (mərkəzi Konstantinopal olmuşdur) inkişaf etmişdir. Bütövlükdə orta əsrlərin fəlsəfəsini bir anlayışla teosentrik fəlsəfə kimi ifadə etmək olar. Bu fəlsəfədə dünyagörüşü dini etiqada əsaslanmışdır. Həmin fəlsəfədə mərkəzi yeri– Allah tutmuşdur.
| ['sxolastika', 'Avqustin', 'Foma Akvinski'] |
5,345 | https://kayzen.az/blog/sevgi/6321/ger%C3%A7%C9%99k-ya%C5%9Fanm%C4%B1%C5%9F-sevgi-hekay%C9%99si.html | Gerçək yaşanmış sevgi hekayəsi | ORIGINAL | Sevgi | 17 iyul 2011, 22:47 |
Mənim hekayəm 15 yaşından başlayır.Elə bir hekayə ki,necə olduğunu hələ anlamıram!15 yaşındaydım.O,həm məktəb ,həm də məhəllədə qalan bir tanışım idi.Başlanğıcda sadəcə bir tanış,mən elə də zənn etmişdim sonra nece oldu anlamadım,özünü sevdirməyi bacardı.Sevdim doğurdan da çox sevdim,amma bunu ikimiz də bir-birmizə deyə bilmirdik.Mən də qız olduğum üçün təbii ki,ondan gözləyirdim...1 il sadəcə baxışlamızla sevdiyimizi demədən keçdi.Bir gün səhər duranda məni başqa birisi üçün istəməyə gələcəklərini öyrəndim,buna qarşı çıxdım,yalvardım amma dinləmədilər.Gələnlər varlıymış,məni xoşbəxt edəcəkmiş,pulsuz həyat olmazmış...Yalvardım,yaxardım amma döndərə bilmədim fikirlərini .Atasız olmağmın acısıyla məni onunla nişanladılar.Ölmək istədim amma edə bilmədim...Bəs,o nə etdi?..Gözlərimə baxmadı artıq,onu sevmədiyimi düşündü yəqinki.Amma mən yenə mənə sahib çıxar deyə gözlədim amma olmadı.Toy günüm (mənim üçün ölüm günüm) gəlmişdi artıq.Toya gəlmədi? deyə düşünəcəksiniz,gəldi.Çox uzun bir vaxtdan sonra ilk dəfə idi ki,görürdüm.Saç-saqqal bir-birinə qarışmışdı,axırıncı dəfə gözlərimin içinə baxdı: "xoşbəxt ol" dedi və getdi...Mənim üçün artıq hər şey bitmişdi,yanımda bir yadla yeni həyata başlamışdım.İllər keçdi,uşaqlarım da oldu,onlar mənə bəlkə hər şeyi unutdurdu amma onu əsla...İllər sonra onu gördüm,mənə isə sadəcə olaraq: "Səni nə qədər çox sevdiyimi deyə bilmədim,kaş ki,deyə bilsəydim..." dedi.Sonradan öyrəndim ki,heç kimlə evlənməyib,heç unutmayıb,bir gün sevdiyini deye biləcəyi günü gözləyib...Nə olardi ki,bu illər əvvəllər olsaydı,yanımda o olsaydı,uşaqlarmın atası o olsaydı...Pul ilə xoşbəxtlik olur deyənlərə son sözüm.Əgər qəlbin bir başqasına aiddirsə,dünyanın ən zəngini olsan belə yenə fayda verməz...
ALLAH heç kimi sevdiyindən ayırmasın.AMİN!Həmçinin bax:Sən bu vəziyyətdə olsaydın nə edərdin?Olmuş məhəbbət hekayəsiMaraqlı eşq hekayəsiBu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.
| ['sevgi hekayəsi', 'məhəbbət hekayəsi', 'məhəbbət', 'eşq'] |
5,346 | https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/6316/hz.yusif.html | Hz.Yusif | Dior | İslami Hekayətlər | 17 iyul 2011, 22:20 |
Bir gün Yusifin camalı önündə nəfsini cilovlaya bilməyən Züleyxa belə deyir:-Yusif,sənin gözəl saçların var!Yusif (ə):-Cəsədimdən ilk ayrılacaq saçlarım olacaq.-Sənin gözlərin də çox gözəldir!Yusif (ə):
-Cəsədimdən ilk tökülən şey gözlərim olacaq.-Sənin nə qədər gözəl üzün var!-O,torpaq üçündür,torpaq onu çürüdəcəkdir - deyə Yusif cavab verir.Mənbə:Hacı Sabir Həsənlinin Peyğəmbərlər tarixi kitabından.
| ['Hz.Yusif', 'peyğəmbərlər'] |
5,347 | https://kayzen.az/blog/u%C4%9Fur/6313/h%C9%99r-birimiz-axtar%C4%B1%C5%9Fday%C4%B1q.html | Hər birimiz axtarışdayıq | ayxansevda | uğur psixologiyası | 17 iyul 2011, 21:47 |
Hər birimiz fərqliyik. Öz istək və arzularımız var. Məqsədimiz , amalımız, hədəfimiz. Bəzilərimizin isə bəlkə də həyatının mənası yoxdu, ya ümidsizliyə qapılıb, ya da bədbin olduğu üçün heç nəyi yenidən başlamaq istəmir. Lakin hamını birləşdirən bir şey var - daim axtarışda olmaqdır. Hər kəs nəsə umur, nəsə gözləyir, nəsə istəyir. Kimi isə arzulayır, ümid edir.Elə insan ki, daim onu dəstəkləsin, sevsin , inansın.Elə insan ki, ona heç vaxt xəyanət etməsinElə insan ki, onu həmişə duysun , anlasın, başa düşsün.Elə insan ki, onun qayğısına qalsın, xəstəlikdə də, sağlıqda da.Elə insan ki, onu hamıdan ağıllı bilsin.Elə insan ki, onunla nəfəs alsın, arzulasın, onun yanında özünü xoşbəxt hiss etsin.Elə yuva ki, ora gəldikdə hamı onun gəlişinə sevinsin, bayram etsin.
Elə sabah ki, yeni doğmuş günəşi onunla birgə seyr etsin.Elə uğur və yüksəliş ki, yaxınları onunla fəxr etsin.Elə sevgi və qayğı ki, bu onu yaşamağa , yaratmağa həvəsləndirsin.Bütün bunları gözləmək, arzulamaq olar, bu təbiidir, normaldır. Lakin əgər baş vermirsə ümidsizliyə qapılıb, həyatdan küsməkdənsə, özünü uğursuz insan saymaqdansa kimin üçünsə sadiq, mərhəmətli, anlayışlı və sevən , sevdiyi uğrunda hər çətinlik və narahatçılıqların öhdəsindən gələn pozitiv insan olmaq gərəkməzmi. Məncə belə düşünmək və yaşamaq daim şikayətlənməkdən daha faydalı, örnəkverici və maraqlıdır.Hər kəsə həyatında məna tapmaq, xoşbəxt olmağı arzulayıram.Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.
| ['insan düşüncələri', 'insan psixologiyası'] |
5,348 | https://kayzen.az/blog/kisiler/6304/qad%C4%B1nlar%C4%B1n-ki%C5%9Fil%C9%99rd%C9%99-sevm%C9%99dikl%C9%99ri-5-x%C3%BCsusiyy%C9%99t.html | Qadınların kişilərdə sevmədikləri 5 xüsusiyyət | ayxansevda | Kişilər | 17 iyul 2011, 21:03 |
Çoxbilmişlik
Qadınlara görə kişilərin onlarla məsləhətləşməmələri özlərini çoxbilmiş hesab etdiklərindəndir. Belə ki, bu qadınları ən çox hövsələdən çıxaran nüanslardandır. Kişi onlarla hesablaşmır, hər şeyi etdikdən sonra deyir, hətta deməyə də bilər. Qadınlar istəyir ki, kişilər onları ağılsız , adi sevimli gəlincik hesab etməsin.
Unutqanlıq
Necə olur ki, kişilər matç vaxtlarını, kim, nə vaxt "qol" vurub, hətta necə vurub, qapıçı kim idi və s. bu kimi "əhəmiyyətsiz" hətta "lazımsız" məlumatları əla hafizələrində saxlayırlar, amma onların nə vaxt tanış olduğunu , o vaxt yəni ilk görüşdə o nə geyindiyini , ildönümü, ad günlərini unudur. Həə, bu qadınların 90% nin yaralı yeridir. Kişilərin bu xüsusiyyəti qadınların depressiya düşmələrinə də səbəb olur.
Başqasına baxmaq
Bir çox kişilərdə olan bu xüsusiyyət heç bir qadının xoşuna gəlmir. İllər boyu kişilər gözəl xanımları olsa belə , gördüyü gözəllik qarşısında ram olur və baxmaya bilmir. "Təbii ki, baxmaq göz qaydasıdır", lakin qadınlar belə düşünmür
Fikrin yayınıq olması, laqeydlik
Hər qadın sevgilisinin öz yanında rahat olmasını istər. Ancaq hər şeyin olduğu kimi rahatlığın da bir sərhədi olmalıdır.Bir də görürsən ki, kişi evdə çox oturduqda ya televizora baxır, ya yuxu aparır onu. Qadınlar " burda başqası olsaydı dil -dil ötərdin, zarafatlarından qalmazdın, mənə çatanda səni ya yuxu basır, ya da borcların yadına düşür, əhvalın pozulur"- deyib yaman əsəbləşirlər. Qadınlar üçün bu stressdir.
Gözlətmək
Qadınların həyatda ən çox əhəmiyyət verdikləri şey geyim seçmək, makiyaj təzələməkdir. Onlara görə bu işlərə sərf olunan vaxt ən dəyərlidir. Buna görə kişiləri gözlətmək problem deyil . Lakin əgər xanımınızı sinirləndirmək istəyirsinizsə 10 dəqiqə gözlədin yetər.
Həmçinin bax:
Kişilər bunarı yaxşı-yaxşı bilməlidlr
Qadınların xoşlamadığı xasiyyətlər
Qadınlar nə istəyir: heç özləri də bilmir
Türkcədən tərcümə.
Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır. Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.
| ['qadın', 'qadın psixologiyası'] |
5,349 | https://kayzen.az/blog/PR/6290/ictimai-%C9%99laq%C9%99l%C9%99r-%C3%BC%C3%A7%C3%BCn-vacib-olan-elm-sah%C9%99l%C9%99ri.html | İctimai əlaqələr üçün vacib olan elm sahələri | marketoloq | Public relations | 17 iyul 2011, 12:17 |
İctimai əlaqələr başqa kommunikativ elm sahələri ilə sıx bağlıdır. Nəzərə alsaq ki, ictimai əlaqələr müəyyən mənada gələcəyin elmidir, onda cəsarətlə bütün mövcud kommunikasiya elmlərini bu sahəyə tətbiq etmək mümkündür.
Kommunikasiya nəzəriyyəsi. İctimai əlaqələrin ən ümdə vəzifəsi müəyyən xarakterə malik informasiyanı cəmiyyətdə yaymaqdır. Buna nail olmağın müxtəlif yolları mövcuddur. Məsələn, bu məqsədlə cəmiyyətdə sayılıb-seçilən «fikir liderləri»ndən» istifadə etmək yaxşı nəticələr verir, çünki kütlə yalnız daha çox məlumatı olanlarla ünsiyyətdən sonra bu və ya başqa hadisəyə münasibətini dəyişir. Çox vaxt stereotip təsəvvürlər müəyyən bir ideyanı qəbul etməyə mane olur. Bu zaman yeni stereotiplər yaradıb onları cəmiyyətə «yeritməyə» ehtiyac duyulur. Hər hansı yeni ideyanın «vətəndaşlıq hüququ» alması cəmiyyətin skeptik və «tənqidçi» zümrəsini inandırmaqdan çox asılıdır. Bir müddətdən sonra yeni ideya sərbəst «hərəkət etməyə» başlayır. Onu da nəzərə almaq lazımdır ki, hamı KİV-dən öz düşüncə tərzinə uyğun informasiyanı seçib yadda saxlayır və müəyyən məqama qədər fikrini dəyişmək istəmir. Yaranan boşluğu aradan qaldırmaq üçün peşəkarlar çox güclü təsir qüvvəsinə malik olan şifahi ünsiyyət metodlarından da faydalanırlar. Bunun üçün camaat arasında gəzən şayiələr öyrənilir və lazım olan informasiya ilə əvəz olunur.Kinesika. Bu elm jestləri tədqiq edir. Müxtəlif millətlərdə jestlərin müxtəlif mənaları ola bilər, lakin bir şeyi inkar etmək olmaz ki, auditoriyanı ələ almaqda jestlərin rolu böyükdür. İnsanın yerişi, duruşu, baxışı, səsinin tembri, bəlağəti onun psixoloji vəziyyətini ifadə edir. Bəzən müvəffəqiyyətin yarısı məhz bu məqamlardan asılı olur.Semiotika. Məlumdur ki, bu elm rəmzlər sistemini öyrənir. İnformasiyanı çatdırmaqda rəmzlərin rolu böyükdür. Əgər konkret işarə — rəmz ilə əhaliyə hər hansı informasiyanı çatdırmaq mümkündürsə, bu üsuldan istifadə etmək daha səmərəli nəticələr verə bilər. Şirkətin, məhsulun emblemi və loqotipinin özü də bir işarədir və bu işarənin auditoriyaya təsirini gücləndirmək üçün təşkilatlar külli miqdarda vəsait sərf edirlər.Neyrolinqvistik proqramlaşdırma (NLP). PR mütəxəssisləri psixoanaliz, kütləvi psixoterapiya kimi spesifik elm sahələrini də öyrənməli olurlar. NLP kommunikasiya nəzəriyyəsinin və psixoterapiyanın sintezi olub, psixoanaliz üzərində qurulmuş ünsiyyətin əsasını təşkil edir. İnformasiyanı qəbul etdiyimiz zaman istər-istəməz konkret bir «dalğaya» kökləndiyimizdən bizə təqdim olunan mətnin, onun emosionallığının, bu mətndə istifadə edilən təşbehlərin, hətta sözarası söylənilən lətifələrin də mühüm əhəmiyyəti var. İnformasiyanı çatdırmağın məqamı da düzgün seçilməli, auditoriyanın əhval-ruhiyyəsi nəzərə alınmalıdır. Freydin təhtəlşüur nəzəriyyəsinə əsaslansaq, görərik ki, insanlar onlara lazım olmayan məlumatı beyinlərindən sıxışdırıb çıxarmağa çalışırlar. Belə məqamlarda tələsmək lazım deyil. Zaman özü yeni informasiyanın xeyrinə işləyir, ilk andan müqavimətlə üzləşən informasiya getdikcə aktivləşir. Beləliklə, insanın psixoloji mexanizmləri işə düşür. İctimai əlaqələrdə məqsəd sadəcə olaraq müəyyən bir informasiyanı ünvanına çatdırmaq yox, həm də bütövlükdə ideya haqqında təsəvvür yaratmaqdan ibarətdir. Ona görə də bəzən fərdin, bəzən də kollektivin istəklərindən, təcrübəsindən istifadə etmək, təsəvvürlərdə passiv şəkildə mövcud olan modelləri fəallaşdırmaq lazım gəlir. Kütləvi psixoterapiyaya gəlincə, şəxsi nümunə, səmimiyyət, ayrı-ayrı qruplarla görüş, əyanilik faktorları nəzərdən qaçırılmamalıdır.Ritorika. İctimai əlaqələr üzrə aparılan işin uğuru çox zaman şifahi ünsiyyətdən asılı olur. Nitq vasitəsilə auditoriyaya təsiri öyrənən elmlərə ritorikadan başqa, arqument nəzəriyyəsi və praqmatika aiddir. Məzmunlu nitq (mətn), tutarlı arqumentlərin seçilməsi, onların səmərəli sıra düzümü və nəhayət, bütün bunların yüksək natiqlik mədəniyyətinə malik olan şəxs tərəfindən icra olunması arzu edilən nəticəni verə bilər. Hələ dahi Siseron məhz belə nitq vasitəsilə kütləni duyğulandırmağı, ona qorxu hissi aşılamağı və ya auditoriyanı natiqin uzaqgörənliyinə, səmimiyyətinə, ədalətinə inandırmaqla onun etibarını qazanmağı ritorikanın əsas məqsədi hesab edirdi. İctimai əlaqələrin məqsədi də, yuxarıda qeyd etdiyimiz kimi, elə bundan ibarətdir — müəyyən bir informasiyanı konkret auditoriyaya onun daha çox inandığı kanal vasitəsilə peşəkar səviyyədə çatdırmaq və beləliklə onun etibarını qazanmaq. Belə məqamlarda dəmir məntiq, inkaredilməz arqumentlər, tərəf-müqabilinə ciddi münasibət əsas vasitəyə çevrilir. Yüksək nitq mədəniyyəti, lakoniklik, auditoriyanın əhval-ruhiyyəsini duymaq, danışıqda ikimənalılığa yol verməmək şifahi nitqi səciyyələndirən keyfiyyətlərdir.Konfliktologiya. İctimai əlaqələr sistemində öyrənilməsi vacib olan sahələrdən biri də konfliktologiyadır. İstənilən mübahisəli məsələnin yoluna qoyulması ictimai əlaqələrlə bilavasitə məşğul olan şəxsin işidir. İctimai əlaqələr mahiyyət etibarilə mübahisələri çözməyə, böhran vəziyyətini aradan qaldırmağa, bir sözlə, təşkilatla cəmiyyət arasında konfliktə yol verməməyə xidmət edir. Təşkilatdaxili məsələlərdə də bu elmin vacib funksiyaları var, belə ki, kollektivdə işçilər və menecerlər arasında harmonik, səmimi münasibətlərə nail olmaq üçün konfliktologiyaya bələd olmaq lazımdır.Heç bir konfliktdən faciə düzəltmək lazım deyil. Əslində iş olan yerdə həmişə konflikt də olur. Yalnız ölü sistem konfliktsiz ötüşür. Münaqişələri aradan götürməyin ən yaxşı yolu danışıqlardır. Problemi bu yolla həll etmək mümkün olmadıqda nüfuzlu «arbitrlər»ə» — vasitəçilərə müraciət etmək olar. Digər yol hüquqa, qanunvericiliyə arxalanmaqdır. Nəhayət, bu da nəticə vermədikdə bəzi hallarda güc tətbiq etmək, problemi zor yolu ilə həll etmək mümkündür. Beləliklə, konfliktin istənilən səviyyədə çözümü var, amma nəzərə almaq lazımdır ki, problemi nə qədər yüksək səviyyədə həll etməyə çalışsaq, bir o qədər çox vaxt, vəsait və əsəb sərf olunacaq. Buna görə də hər konfliktə bürokratik don geyindirməklə onu rəhbərlik səviyyəsinə çıxarmaqdansa, necə deyərlər, problemi işçi qaydada həll etmək daha məqsədəuyğundur. Bu, təcrübəli PR mütəxəssislərinin gəldikləri ümumi nəticədir.PR elmi və fəaliyyəti ölkəmizdə ilk addımlarını atır. Pablik rileyşnz ictimai idarəçiliyin müxtəlif sahələrinə sirayət edir. Artıq çoxdan yığılıb qalmış problemlərin həllində bir sıra kommunikativ elm sahələrini özündə birləşdirən ictimai əlaqələrin köməyindən geniş istifadə etmək gərəkdir. İctimai əlaqələr həm elm, həm də incəsənətdir və bu sahədə yeni peşəkarlar nəsli yetişməlidir. Bu isə nəzəri biliklərin praktik təcrübəylə sıx bağlılığı nəticəsində mümkündür.
Müəllif: Rafiq İsmaylov
Mənbə: İctimaiyyətlə Əlaqələr: BÜTÜN YOLLAR KİV-DƏN KEÇİR kitabı
| ['public relations', 'ictimaiyyətlə əlaqələr', 'PR', 'ictimai əlaqələr'] |
5,350 | https://kayzen.az/blog/cahandar/6281/m%C9%99sl%C9%99h%C9%99t-edir%C9%99m-ki.html | Məsləhət edirəm ki... | cahandar | Bloq: cahandar | 17 iyul 2011, 02:06 |
Məsləhətim budur ki,bütün internet istifadəçiləri Kayzen.az kimi,daim inkişafda olan,dəyişən,dəyişdirən saytda qeytiyyatdan keçsin. Cahandar ©
Məsləhətim budur ki,məsləhət almağı heçkim özünə heç zaman ar bilməsin. Cahandar ©
Məsləhətim budur ki,qızlarla oğlanlar bir-biriləri ilə dostluq etməsin. Cahandar ©
Məsləhətim budur ki,insanlar səmimi olsun!!! Cahandar ©
Məsləhətim budur ki,sevgisiz evliliklərə yol verilməsin. Cahandar ©
Məsləhətim budur ki,hər kəs təhsil alsın!! Cahandar ©
Məsləhətim budur ki,Xəyanətə və yalana YOX deyilsin!! Cahandar ©
Məsləhətim budur ki,qaynayan qəhvədanı qazın üstündə unutmayasınız!! :)) Cahandar ©
Məsləhətim budur ki,futbola baxanda top qapıya girəndə kişilər "Qooooollll!!!" deyə bağırmasınlar.(Qonşuda birinin ödü partlayıb :). ) Cahandar ©
Məsləhətim budur ki,gülməli olmayanda lətifələrə yalandan(xala xətrin qalmasın) gülməsinlər. Cahandar ©
Məsləhətim budur ki,hər kəs əsəsən yay aylarında antipresperant(rexona) istifadə etsin. Cahandar ©
Məsləhətim budur ki,bu topikdə hər kəs öz məsləhətlərini qeyd etsin. Cahandar ©
P.S. " ©" işarəsindən öndəki ad yazının həmin üzv tərəfindən müəllif hüquqlarının qorunduğunu bildirir.Və yalnız həmin üzvün adı yazıldıqdan sonra yazıdan istifadə edilməsinə icazə verilir
| ['Məsləhət.'] |
5,351 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/6278/anan%C4%B1n-d%C3%BC%C5%9F%C3%BCnc%C9%99l%C9%99ri.html | Ananın düşüncələri | ayxansevda | Xoşbəxt ailə | 17 iyul 2011, 00:53 |
Artıq oğlu böyümüşdü. Dörd yaşına az qalmışdı. İllərin necə sürətlə keçdiyinə məəttəl qalmışdı. Axı, necə belə ola bilər. Hələ dörd il bundan əvvəl bu uşaq bu dünyada yox idi. İndi isə artıq böyüyüb, öz istəkləri və arzular var. Artıq heç nə tək ondan asılı deyil. İndi dünyaya gəlişi ilə onu dünyanın ən xöşbəxt insanına çevirən bu kiçik varlıq məsum gözləri ilə ona baxır:" Ana, anaaa, yaxşı da gəl , öyrət mənə sürməyi"- deyə onu səsləyirdi. O, bu təmiz, bulaq gözü kimi saf gözlərə baxmaqdan doymazdı. Bu gözlərdə elə bir istilik və sevgi duyurdu ki, bunu heç bir söz ilə izhar etmək mümkün deyildi. Oğlunun səsi onu xəyallardan, nostalji hisslərindən ayırdı:
- Hə, bu saat , balam. Amma bil, iki təkər üstündə sürmək elə də asan deyil. Dörd təkər deyil. Gərək ürəkli və cəsarətlə davranasan.
Oğlu velosiped sürməyi gözəl bacarırdı. Hələ iki yaşı tamam olmamışdı ki, artıq özündən böyüklərdən də yaxşı sürməyi bilirdi. Bu bacarığına görə iki təkər üzərində sürməyi oğluna öyrətmək qərarına gələndə elə də tərəddüd etmədi. Oğlu da inadkar uşaq idi:
-Ana, mən qəşəng sürəcəm , hə, qorxmayacam hə? Cavab ver də, düz deyirəm?
Beləcə , ana- bala məşq etməyə başladılar. Əvvəl - əvvəl uşaq qorxurdu:
- Məni buraxma haa, velosipedi tut, buraxma , yıxılaram.
- Qorxutma özünü, özünə inan , axı demişdim sənə, qorxmamalısan.
-Aaaaaa, yıxılıraaam, tut məni.
- Olmadı ki. Özünü qorxutma, sən bacararsan.
- İndi mən yıxılsam, qan axar məndən hə? Sonra da mən ölərəm , bəs sənin oğlun kim olar?
Ana bu şantaja gülümsədi. Bu balaca indidən anasına təsir etmək istəyirdi. Həmişə birlikdə televizor izləyəndə, reklam çarxlarında göstərilən cürbəcür uşaq oyuncaq və konfetlərini gördükdə " Ana, ataya de, bundan alsın mənə" - deyərdi, ana da tezliklə reklamların bitdiyini arzulayardı. Çünki gördüyü hər bir şeyə " Ataya deyərsən alsın haa, yadından çıxmasın" - cümləsini eşitməli olurdu. Səhər yuxudan duran kimi " Dedin?" sualına cavab tapmaq lazım idi. "Ay bala, imkan ver bir səhər açılsın da, alar,mütləq alar"- deyirdi.
- Deməmisən. Yoxsa ata alardı.
Bir az fikirləşib:
- Ana, atanın pulu olsa alar həə? Ata işə pul qazanmağa gedib, düz deyirəm?
- Elədir-oğluna baxıb, onu bağrına basar , doya-doya öpərdi.
- Ana boğuldum. Məni az qala yedin.
- Şirinsən axı.
- Mən konfetəm?
- Konfetdən şirinsən- deyə ana cavab verərdi.
Beləcə günləri keçərdi. Bu gün isə daha məsuliyyətli gün idi. Daha doğrusu bu balaca üçün.
-Gəl sürək. Tut haa.
Bir neçə dövrə vurduqdan sonra oğlu sərbəst velosipedi idarə etməyi öyrənirdi. O, isə yorulmuşdu. Velosipedlə birgə qaçmaq, oğluna dəstək olmaq, onun bütün enerjisini əlindn almışdı.
-Əla gözəl, çox yaxşı bacardın.
Oğlu bu sözlərdən daha çox fərəhlənib, daha sürətlə sürürdü. Anasının onunla fəxr etməsi ona daha çox cəsarət verirdi.Beləcə , axşam oldu, artıq evə getmək zamanı idi.
-Ana, mən qəşəng sürdüm, həə?
- Elədir , məstan.
Oğlu bu sözü bir də eşitmək üçün sualı təkrar etdi. Ana da oğluna xoş olsun deyə bir daha , xüsusi vurğuyla sözlərini təkrarladı. Oğlunu çimdirdi, yedirtdi və yatağına uzatdı. Balaca o qədər yorulmuşdu ki, o saat yatdı. Onun isə gözlərinə yuxu getmirdi. Balasına sevə -sevə baxırdı. Gün ərzində baş verənləri düşünürdü. Beləcə, onu yuxu apardı.Gecə yarı səsdən ayıldı. Balası yuxuda danışırdı:
- Bilirəm, mən qəşəng sürürəm, özdə iki təkər üstündə. Anam deyir.
O , güldü. Anladı ki, balası yuxu görür, deyəsən yuxuda dostlarının yanında qürurlanır. Ehmalca onu öpdü və yatağına qayıtdı. Düşündü, həyatın nə qəribə işləri var, bu günahsız, köməksiz körpə bütünlüklə ondan asılıdı. Həm maddi, həm mənəvi. Onun dəstəyi ilə bu gün balasının həyatında fövqaladə hadisə baş verib. Elə bir hadisə ki, balası bunu hətta yuxuda belə yaşayır. Bu gün o, " iki təkər üstündə sürməyi öyrəndi".
Kim bilir sabah onları nə gözləyir? Daha başqa sabahlar nələr baş verəcək. Gələcəkdə oğlunun öz ayaqları üstündə durmağı öyrətmək, yeni uğurlar əldə etməyə kömək etmək onun başlıca vəzifəsidir. Bütün bunlar onun dəstəyindən asılıdır. Bu gün ona velosiped sürməyi öyrətdi, bunun üçün az vaxt və enerji sərf olunmadı. Yetərincə çalışdılar. Bu hələ nədi ki? Bunun üçün o, belə yorulmuşdu. Sabah daha ağır, çətin sınaq və imtahanlar onu gözləməkdədir. Bunları düşünüb yuxuya daldı.
P.S Hər bir uğur əldə etmiş kişinin arxasında bir qadın dayanır. Bu ya ana, ya həyat yoldaşı ola bilər.
Müəllif: Zeynalova V.M
Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.
Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.
Həmçinin bax:
Ana sevgisinin gücü haqqında hekayə
Ana məhəbbəti
Ana olmaq nə deməkdir?
| ['ana qayğısı', 'valideyn- övlad münasibəti', 'övlad sevgisi'] |
5,352 | https://kayzen.az/blog/flora/6276/kudzu-nosmoke.html | Kudzu (Nosmoke) | Dior | Flora | 16 iyul 2011, 20:24 |
Bitkinin adı: Pueraria lobataFəsiləsi:FabaceaeKudzu bitkisindən müalicəvi məqsədlə çiçəklərindən,yarpaqlarından və köklərindən geniş istifadə olunur.Tərkibində flavanoidlər,nişasta,glukoza,saxaroza,fruktoza,asparagin və s vardır.Bu bitki ürəyin fəaliyyətini normallaşdırır,yüksək arteriyal təzyiqi endirir,beyin qan dövranını tənzimləyir,baş ağrısını,qulaqlarda olan küyü aradan qaldırır.
Artıq 2500 ilə yaxındır ki,Yaponiyada və Kitayda bu bitkinin köklərindən alkoqolizmlə və nikotindən asılılıqla mübarizədə geniş istifadə olunur.Avropada isə daha çox kudzu köklərinin ekstraktından nikotindən asılılığın müalicəsində geniş istifadə olunur.Kudzu ekstraktı bir neçə dərman preparatlarının tərkibinə daxildir.Bunlardan Kudzu,Kudzu Root və Nosmoke preparatlarını misal göstərmək olar.Nosmoke preparatı nikotinlə mübarizədə istifadə olunan ən effektiv vasitədir.İki təbəqədən ibarət çeynənilən Nosmoke saqqızı 2 istiqamətdə təsir göstərən maddələrdən ibarətdir: saqqızın birinci təbəqəsi Kudzu köklərinin ekstraktından ibarət olub,tədricən siqaretə olan ehtiyacın azalmasına şərait yaradır,ikinci təbəqə isə Rooibos ekstraktından ibarət olub,siqareti tərketmə ilə yaranan əsəbilik,həyəcan kimi xoşagəlməz əlamətləri azaldaraq daha yüksək əhval-ruhiyyə ilə əvəz olunmasını təmin edir.Saqqızı gün ərzində 8 dəfə 20 dəqiqədən artıq olmamaq şərtilə çeynəmək məsləhət görülür.Bu preparat nikotinsizdir,ürəkbulanma və gəyirmə kimi əlavə təsirləri yoxdur.
| ['siqaret çəkmək', 'nosmoke', 'kudzu'] |
5,353 | https://kayzen.az/blog/cahandar/6275/yalan-v%C9%99-b%C3%B6htan.html | Yalan və Böhtan. | cahandar | Bloq: cahandar | 16 iyul 2011, 17:51 |
Hec bir subut olmadan hər hansı bir insanı yalan və böhtanla şərləmək dinde hansi cezalarla cezalandırılır?
Bəli məsələn şallaqlamaqdır!Qəzfin (zina isnad etməkləböhtan atanların)cəzası;
Qəzf: Namuslu qadına zina etməyi isnad edərəkböhtan atmaqdır.
Allah taala bu əməli haram edərək buyurur:"İsmətliqadınlara zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahidgətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç vaxt qəbuletməyin. Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir. Bundan (namuslu qadınlara atdığı böhtandan) sonra tövbəedib özlərini islah edənlər istisna olmaqla. Çünki Allah (tövbə edənləri)bağışlayandır, rəhmlidir!" (ən-Nur: 4-5). Əbu Hureyrə (Allah ondan razı olsun!) Peyğəmbərin(ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurduğunudeyir:
"Yeddiböyük günahdan çəkinin!" Səhabələr soruşdular: Ey Allahın Elçisi! Onlarhansılardır? Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu:"Allaha şərik qoşmaq, sehr, haqsız yerə Allahın haram buyurduğu insanıöldürmək, sələm yemək, yetimin malını yemək, qızğın döyüş meydanından qaçmaq,namuslu, iffətli və zinadan bixəbər mömin qadınlara böhtan atmaq"Buxari: 5\ 293\ № 2766. Müslim: 1\ 92\ № 89. . Peyğəmbər (ona və ailəsinə Allahın salavatı vəsalamı olsun) möminlərin anası Aişəyə (Allah ondan razı olsun!)atılan böhtana görə, qəzf etməyin cəzasını tətbiq etmişdir. O, bu böhtandaiştirak edənləri çubuqlatdırmışdı.
Iffətlivə namuslu qadınlara zina isnad edib böhtan atmaq onlara, ailələrinə,atalarına, qardaşlarına və qəbilələrinə əziyyət verdiyindən və başlarını aşağısaldığından haram edilmişdir. Əslində bu böhtan yalan bir iftiradır. Bu böyük vətəhlükəli yalan olduğuna görə onun cəzası da qorxuducu və çəkindirici olmalıdırki, şərəfsiz insanlar belə əməllərdən çəkinsinlər.
Mənbə-Bakılılar.az.forum
| ['yalan.'] |
5,354 | https://kayzen.az/blog/optimist/6274/b%C9%99y%C9%99nir%C9%99m.html | Bəyənirəm! | ORIGINAL | Hər şey gözəldir | 16 iyul 2011, 17:28 |
Mən KAYZENİ bəyənirəm! ORİGİNAL © Hər bir işdə xeyir görən göz və könülləri bəyənirəm! ORİGİNAL © Vətənin keşiyində duran Mübariz oğullarımızı bəyənirəm! ORİGİNAL © İşində məsuliyyətli,vicdanlı,düzgün,qərəzsiz olan insanları bəyənirəm! ORİGİNAL © İnsanın özünə,daxili zənginliyinə,dünyagörüşünə görə qiymət verənləri bəyənirəm! ORİGİNAL © Sözü gözünün içinə baxaraq,başqalarının ona deməyə çəkindiyi halda "tappatarap" üzünə deyənləri bəyənirəm!)) (bəzi istisnalar vardır) ORİGİNAL © Haqqlı tənqiddən özünə nəticə çıxaran və qarşındakına fikirlərinə hörmət qoyanları bəyənirəm! ORİGİNAL © Şirindil insanları bəyənirəm! (heyf ki,məndə yoxdur) ORİGİNAL ©
Valideyninə,əzizlərinə hər zaman hörmət edənləri bəyənirəm! ORİGİNAL © Heç bir cinsi aşağılayıcı sözdən istifadə etməyən,qarşındakınının dinindən,dilindən,milliyyətindən,irqindən asılı olmayaraq ona hörmətlə yanaşanları bəyənirəm! ORİGİNAL © Komputerlə olarkən Alt+Shift basmağa ərinməyib,Azərbaycan şriftiylə ana dilində yazanları bəyənirəm! Kayzendə "Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır" sonluğu ilə bitən topikləri və ümumiyyətlə copy-paste olmuyan səviyyəli yazıları bəyənirəm! (Kayzen məhz buna görə digər saytlardan seçilir,sayəmizdə də seçilər İNŞALLAH) ORİGİNAL © "Qınayıram!" topiki sayəsində,2ral və Cavid-in Facebook-da "Bəyənirəm!" səhifəsi açmaq ideyasını bəyənirəm!)) ORİGİNAL © Hər şeydə bir xeyir axtaran bu topiki diqqətlə oxuyub,əhvalı yüksəlmiş şəkildə ürəklə səs verən kayzençiləri bəyənirəm!)) ORİGİNAL © P.S. " ©" işarəsindən öndəki ad yazının həmin üzv tərəfindən müəllif hüquqlarının qorunduğunu bildirir.Və yalnız həmin üzvün adı yazıldıqdan sonra yazıdan istifadə edilməsinə icazə verilir.Topik Facebook-da Bəyənirəm! səhifəsinin ideyasından bəhrələnərək yazılmışdır və müəllifin icazəsi olmadan yayını qadağandır!Sizin də "bəyənirəm" sonluğu ilə bitəcək sözünüz varsa buyurun))
| ['bəyənirəm', 'hər şey gözəldir'] |
5,355 | https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/6273/tarixd%C9%99ki-m%C9%99%C5%9Fhurlar%C4%B1n-haz%C4%B1rcavabl%C4%B1l%C4%B1%C4%9F%C4%B1.html | Tarixdəki məşhurların hazırcavablılığı | Old_Baku_ | Böyük insanlar,şəxsiyyətlər | 16 iyul 2011, 14:29 |
1. Çörçill avam kamerasından danışarkən, müxalifət partiyasından bir qadın- millət vəkili Churchillə hirsli halda deyir: - "Əgər həyat yoldaşınız olsaydım, qəhvənizin içinə zəhər qatardım." Çörçill olduqca sakit halda qadına tərəf dönər və belə deyər: - "Xanım, əgər arvadım siz olsaydınız, o qəhvəni sevə-sevə içərdim" 2. Sokrat və yoldaşı heç cür yaxşı dolana bilmirmişlər. Bir gün yoldaşı Sokrata qışqırmış, ağzına gələni söyləmişdir. Ərinin heç bir reaksiya vermədiyini gorən qadın bir vedrə suyu götürüb onun başına boşaltmışdır. Sokrat çox sakin: - "Bu qədər göy gurultusundan sonra onsuz da bir yağış gözləyirdim" demişdir. 3. Bernard Shaw ilə Churchill heç yola gedə bilməz və tez-tez bir-birlərini iynələyərlərmiş. Bernard Shaw, bir oyunun ilk gecəsinə Churchilli dəvət etmiş və dəvətnaməyə də belə bir ismarıc qoymuşdur: - "Sizə iki nəfərlik bilet göndərirəm. Bir dostunuzu götürüb gələ bilərsiniz. Təbii dostunuz varsa." Churchill, dərhal cavab göndərmişdir:
- "Təəssüf ki o gecə başqa bir yerə söz verdiyim üçün oyununuzu seyr etməyə gələ bilməyəcəyəm. İkinci gecə gələ bilərəm, təbii ki oyununuz ikinci gecə də oynasa. "
4. Bir gün Əflatun (Platon), tələbələrindən birini qumar oynayarkən görmüş və şiddətlə danlamışdır. Tələbəsi: - "Yaxşı, amma mən çox az bir pula oynayırdım" deyə etiraz etdikdə Əflatun cavab vermiş: - "Mən səni itirdiyin pul üçün deyil, itirdiyin zaman üçün danlayıram." 5. Dünya nemətlərinə əhəmiyyət verməyən yaşayış və fəlsəfəsiylə məşhur filosof Diogen, bir gün çox dar bir küçədə zənginliyindən başqa heç bir şeyi olmayan qürurlu bir adamla qarşılaşır. İkisindən biri kənara çəkilməsə keçmək mümkün deyil. Məğrur zəngin aşağı təbəqə insanı kimi gördüyü filosofa: - "Mən bir avaranın qarşısından kənara çəkilmərəm" deyər. Diogen kənara çəkilərək çox sakin bu qarşılığı verər: - "Mən çəkilərəm." 6. Məşhur bir filosofa:
- "Sərvət ayaqlarınızın altında olduğu halda niyə bu qədər kasıbsınız?" deyə soruşulduğunda: - "Ona çatmaq üçün əyilmək lazımdı ona görə" demişdir. 7. Qulaqlarının böyüklüyü ilə məşhur Qalileyə rəqiblərindən biri: - "Cənab ,demiş, "Qulaqlarınız bir insan üçün bir az böyük deyilmi?" Galiley: - "Bəli, mənim qulaqlarım bir insan üçün böyük, amma səninkilər bir eşşək üçün çox kiçik deyilmi?" 8. Bir yığıncaqda bir gənc Mehmet Akifi alçaltmaq istəyərək: - "Bağışlayın, siz baytarsınızmı?"demişdir. Mehmet Akif heç halını pozmadan belə cavablamış: - "Bəli, bir yeriniz ağrıyır?" 9. Yavuz Sultan Səlim, bir çox osmanlı padşahı kimi səfərə çıxacağı yerləri gizli saxlarmış. Bir səfərdən əvvəl vəzirlərindən biri təkidlə səfərin ediləcəyi ölkəni soruşduqda, Yavuz ona: - "Sən sirr saxlamağı bilirsənmi?" deyə soruşmuş. Vəzir: - "Bəli hökmdarım, bilirəm" dedikdə, Yavuz cavabı yerindəcə demiş: - "Yaxşı, mən də bilirəm." 10. Bir filosofdan soruşmuşlar: - "Şansa inanırsınızmı?" Filosof: - "Bəli, yoxsa sevmədiyim insanların nailiyyətlərini nəylə açıqlayardım"Həmçinin bax:Dahi insanların həyatında gülməli hadisələr
Mənbə:Big.az
| ['məşhurlar'] |
5,356 | https://kayzen.az/blog/letife/6271/m%C9%99z%C9%99li-l%C9%99tif%C9%99l%C9%99r.html | Məzəli lətifələr | Old_Baku_ | Lətifələr | 16 iyul 2011, 13:43 |
1.Bir narkoman kilsəyə gəlib orda yanan şamlari söndürməyə başlayir.Bunu görən keşiş qaçaraq gəlib şamlari yandirir.Narkoman keşişi itələyib deyir:Sən nə edirsən bu gün mənim ad günümdü.
2. Təzə ərə getmiş qadin üz gözü qaralmiş halda ailə həkiminin yanina gəlir.Həkim deyir:Bildiyimə görə sizin əriniz səyahətdədi axi.Bəli,mən də elə bilirdim...
3. Bir nəfər televiziya kanalına məktub yazır: "Sizdən xahiş edirəm. Xəbərlər vaxtı ekranın altında heç bir reklam yazısı yazmayın. Arvadım elə bilir karaokedir.
4. Gecə vaxtı oğul atanın çarpayısına yaxınlaşır: - Ata, sən yatmısan? - Hələ yox. - Onda mənə pul ver - Oğlum mən yatmışam
5. Müəllim : - Deyirsən ki, sinif yoldaşin Əkrəm səni meymun adlandirib. Bəlkə bu sözü sənə hirsləndiyindən təsadüfən deyib ? Şagird : - Yox yox müəllim, nə danişirsınız ? O, uzun-uzadi mənə baxandan sonra belə dedi 6. Müəllim : - Sənin riyaziyyat məsələni yenə anan həll edib ? Şagird : - Üzr istəyirəm, neyləyim ? Atam da mənim kimi riyaziyyatdan hec nə bilmir...
7. Bir ovçu digərinə deyir : - Köpeyinizi almaq istəyirəm. Amma onun sahibinə necə sadiq oldugunu bilmirəm ? - Çox sadiqdir. 100 % əmin ola bilərsiniz. - Necə sübut edə bilərsiz ? - Bunu size sübut etmək çox asandir. Mən onu 5 dəfə satmişam, hər dəfə qaçib gəlib
8. Molla arvadi ilə gölə paltar-palaz yumağa gedir. Bunlarin başı qarışır, bir qarğa sabunu götürüb uçur. Arvad bunu görüb qışqırır : - A kişi, qoyma ! Qarğa sabunu apardi. Molla dedi : - Görmürsən, yazığın üst-başi qap-qaradır. Niyə qoymuyum ? Lazım olmazsa aparmaz ki ...
9. İki dəli dəniz kənarında gəzirlər.Biri o birinə: -Buna bax ee, ölü quş. O birisi göyə baxıb: -Hanı?
10. Bir nəfər meşədə azır.Başlayır qışqırmağa: -Kömək edin!!!!!!!! Hiss edir ki, arxadan səs gəlir.Çönüb, görür ki, ayı öz mağarasından çıxır.Ayı deyir: -Nə olub? Nə qışqır -bağır salmısan? -Azmışam meşədə! =( -Bildim də, bəs niyə qışqırırsan? -Deyirəm bəlkə, kimsə səsimi eşidər. Ayı qollarını çirmələyərək, kişiyə yaxınlaşaraq deyir: -Mən eşitdim səni. Sənə bu lazım idi?
11. İki nəfər söhbət edir: - O gün bütün qəzetlərə, elan vermişəm ki, özümə qadın, ömür gün yoldaşı axtarıram. -Nədir, cavab verən olmadı? -Ehhh, 1 kisə məktub gəlib. Sadəcə 90% də yazılıb ki: "Sən canın gəl mənimkini apar,canım qurtarsın!".
12. Sənin ərinin ixtisası nədir? -Alkaqolik -Yox, mən ixtisasını soruşuram, alkoqolik vaxt öldürmək üçün sənətdir. -Demə,demə. O bu işə tam ciddiyyatı ilə yanaşır.
13. Heyvanalr yığışıb çayda körpü tikmək qərarına gəlirlər. Bütün lazım olan materialları çağırıb qurtarandan sonra Şir hamını çağırıb soruşur ki, sualı olan var, ya yox. Uzunqulaq irəli çıxıb deyir: - Axı heç demədiz, körpünü çayın uzununa tikəcəyik, yoxsa eninə?
14. Erməni Moskva kitabxanasında bir kitab axtarır, lakin tapa bilmir. Kitabxanaçı ondan soruşur: -Ay bala, nə axtarırsan, Erməni: -"Ermənistanın qədim tarixi"ni - deyir. Kitabxanaçı: -Nağıl və fantaziya ikinci bölümdədir.:D 15. Ər arvadına: -Bir də pul istəməkdən ötrü məni öpmə. -Elə de ki, bir daha öpüşməyəcəyik də...
16. Arvad ərinə: -Ay kişi, mənə avtobus pulu ver. -Xırdam yoxdur, on manatlıqdır. -Ver, görünür, taksi ilə getməli olacağam.
17. Həkim: -Siz çox gərginsiniz? Gərək bir az rahatlanasız... Məsələn, mən belə hallarda arvadımı götürüb restorana gedirəm... -Məsləhətə görə çox sağ olun həkim, mən elə belə də edərəm. Sizin arvadınız indi hardadır? 18. Qadın çığır-bağirla polis bölməsinə daxil olur: -Ərimi tapın, mən onsuz yaşaya bilmirəm, o isə itib. -Bu nə vaxt baş verib? -Bir həftə əvvəl. -Bəs, indi niyə xəbər verirsiz? -Bu gün onun maaş günüdür.
19. Hakim müttəhimə: -Siz yumurtalarla birlikdə toyuğu da oğurladınız? -Əlbəttə, mən qərara gəldim ki, balaları anadan ayırmaq olmaz.
20. Bir dövrün bütün as və klass futbolçuları cənnətdə görüşür. Cənnətin baş mələyi də futbol maraqlısıymış. Şeytanı çağırtmış: -Cənnətlə cəhənnəm arasında bir matç təşkil edək nə deyirsən? -Boşuna oynamayaq, biz qazanarıq", demiş şeytan. -Olar heç? Ən yaxşı futbolçular bizdədir, nə qədər də pis futbolçu varsa sizdədir... Şeytan şeytan kimi gülümsəmiş: -Amma bütün hakimlər də bizdədir.
Həmçinin bax:
Maraqlı lətifələr
Mənbə:Big.az
| ['lətifələr'] |
5,357 | https://kayzen.az/blog/kayzenin-r%C9%99smi-bloqu/6270/reytinq-hesablanmas%C4%B1na-dair-suallar.html | Reytinq hesablanmasına dair suallar | kayzen | kayzen.az saytının rəsmi bloqu | 16 iyul 2011, 13:30 |
Son zamanlar çoxları reytinq sisteminin hesablanmasına aid suallar verir. Əlaqə formu, şəxsi mesaj və şərhlərdə çoxları reytinqin hesablanmasından şikayət edir,sualar verir.
Reytinq sistemi bölməsində bu arədə kifayət qədər yazılıb. Lakin bir sıra cavablanmamış suallar da var.
Topikə verilən səs sayı ilə reytinq sayı uyğun gəlməyə bilər.Ola bilər ki,topikə 10 nəfər hamı + versin,amma topikin reytinqi +18 olsun.Bu ona görə baş verir ki,reytinqi çox yüksək olan istifadəçilərin verdiyi səs də yüksək olar.Elə istifadəçilər var ki,onların verdiyi bir səs reytinqi aşağı olan 5 adamın səsinə bərabər olsun.
Süni şəkildə reytinq artımına cəhd etmək olmaz. Bir istifadəçinin topiklərinə dalbadal + verməkləona yaxşılıq etmirsiniz.Baş səhifəyə maraqlı, faydalı,qrafik təsviri olan, bədii tərtibatı gözəl olan,copy-paste olmayan məqalələrin çıxarılması məsləhət görülür.
Bəzən isifadəçinin reytinqinin bir neçə dəqiqə ərzində çox kiçik miqdarda azalıb (artıb) sonra yenidən əvvəlki vəziyyətinə düşməsi baş verir. Bu normaldır. Süni intellekt hesablama aparır
Xoşa gəlməyən məqalələrə minus verməkdən çəkinməyin. Düzdür,Kayzendə olan məqalələrin böyük əksəriyyəti maraqlıdır,amma bütün məqalələrə də + vermək olmaz.Xoşunuza gəlməyən şərhlərə və topiklərə minus verməkdən çəkinməyin.
Məqalənizin Facebook səhifəsində yayımlanması üçün onun baş səhifəyə düşməsi, içində fotoşəkil olması vacibdir.
Ən əsası, reytinq xəstəsi olmayın. Əsas kəmiyyət yox,keyfiyyətdir.
| ['reytinq sistemi'] |
5,358 | https://kayzen.az/blog/erzaq/5072/%C3%A7aytikan%C4%B1-ya%C4%9F%C4%B1.html | Çaytikanı yağı | nilufer | Ərzaqlar | 16 iyul 2011, 10:54 |
Çaytikanı giləmeyvələrni xarici görünüşünə və müalicəvi keyfiyyətlərinə görə qızıl meyvələr adlandırırlar. Onların tərkibində çoxlu miqdarda orqanizm üçün qiymətli mikroelementlər – maqnezium, alüminium, silisium, dəmir, marqans, titan, F, E, K, P, V qrupp vitaminləri var. Karotin isə hətta yerkökündə olduğundan da artıqdır. Çaytikanı meyvələrindən alınmış yağ da dəyərliliyinə görə heç də giləmeyvələrdən geri qalmır: o, unikal müalicəvi keyfiyyətlərə malikdir, bu baxımdan digər bitki yağları arasında analoqu olmayan müalicə vasitəsi sayıla bilər.
Çaytikanı yağını xarici örtüklərin gec sağalan yaralarında, yanıqlarda, donmalarda, yataq yaralarının müalicəsində, trofiki xoraların, ekzemanın müalicəsində uğurla işlədirlər. Bunun üçün yağı pipetka ilə zədə nahiyəsinə damızdırmaq, üzərinə tənzifdən salfet qoymaq və bintlə fiksasiya etmək lazımdır. Sarğıları hər gün və ya günaşırı dəyişmək lazımdır. Lakin yadda saxlayın ki, qurumuş sarğıları güclə dartmaq və ya zədə nahiyəsindən zorla ayırmaq məsləhət deyil. Çünki bu zaman nəinki ağrı, hətta qanaxma da baş verə bilər. Bu zaman həmin nahiyəyə yalnız yağ damızdırmaq məsləhətdir.
Çaytikanı yağı hansı xəstəliklər zamanı işlədilir?
Mədə və onikibarmaq bağırsağın xora xəstəlikləri zamanı: yeməkdən 30 dəqiqə əvvəl yarım ç.q. gündə 3 dəfə çaytikanı yağı qəbul etmək məsləhət görülür. Kurs müalicə – 10 gündür. Uşaqlıq boynunun eroziyası, kolpitlərdə: hər gün uşaqlıq yoluna çaytikanı yağı hopdurulmuş tamponlar daxil edilir. Kurs müalicə 10-12 prosedurdur.
Ağız boşluğunun, damağın selikli qişasının bəzi zədələnmələri zamanı: çaytikanı yağından islatma qoyulması müalicəni tezləşdirir. Diqqət! Çaytikanı yağı və onun preparatları ilə müalicə həkim nəzarəti altında aparılmalıdır. Kəskin xolesistit (öd kisəsinin iltihabı), hepatit (qaraciyərin iltihabı), pankreatit (mədəaltı vəzin iltihabı), ishal zamanı çaytikanı yağını daxilə qəbul etmək əksgöstərişdir.
Hazırladı: S. Aytən Mənbə: İqtisadiyyat qəzeti
| ['çaytikanı', 'çaytikanı yağı'] |
5,359 | https://kayzen.az/blog/d%C9%99rmanlar/5076/homeopatiya.html | Homeopatiya | nilufer | dərmanlar | 16 iyul 2011, 10:52 |
Homeopatiya—qədim müalicə növüdür. Tibbi istiqamət kimi 18-19-cu əsrlərdə formalaşmağa başlamışdır. Onun əsasını alman həkimi Honemanın qoyduğu hesab edilir. Belə ki, o, apardığı müşahidələr və təcrübələr nəticəsində aşkar etmişdir ki, eyni maddələr yüksək dozada xəstəlik və hətta ölüm törədə bilirsə, kiçik dozalarda isə əksinə, həmin maddələr orqanizmi sağaltmaq qabiliyyətinə malikdirlər. Məsələn, ilanın zəhəri qan-damar sistemini zədələdiyi halda, homeopatik dozalarda ürək-damar sistemi xəstəliklərindən məsələn, hipertoniya, varikoz və s. əziyyət çəkənlər üçün xeyirlidir.
Bəs onları bütün xəstəliklərdən müalicə vasitəsi hesab etmək olarmı?
Homeopatların bu barədə fikri belədir: - Əlbəttə ki, yox. Bütün xəstəlikləri müalicə edən dərman yoxdur. Homeopatiya da həmçinin. Bəziləri homeopatiyanı dərman bitkiləri ilə müalicənin bir növü hesab edirlər. Əslində isə homeopatik preparatları istənilən təbii mineral, bitki və heyvani mənşəli xammaldan-mineral, turşu, üzvi maddələr və həmçinin bitkilərdən hazırlayırlar. Homeopatik preparatların ən çox yayılmış forması qranulalardır, yəni dənəciklər şəklində. Həmin dənəciklərdə homeopatik məddələrin konsentrasiyası az olduqca, təsir gücü bir o qədər yüksək olur.
Bəs homeopatik preparatların üstünlüyü nədədir?
Hər hansı kimyəvi və yaxud bitki tərkibli həb müəyyən xəstəlikləri müalicə etmək üçündür. Homeopatik dərmanlar isə xəstəliklə mübarizədə orqanizmə kömək edirlər. Nəticədə bir homeopatik preparatla bir xəstəliyi deyil, xəstəlik çələngini müalicə etmək mümkün olur. Nəhayət, homeopatik preparatlar kimyəvi preparatların təsir edə bilmədiyi, hətta ziyan vurduğu zaman köməyə çatır. Allergik təzahürlər (qida allergenlərindən dəri formalarına qədər), endokrin pozğunluqlar, mədə-bağırsaq, dayaq-hərəkət sistemi pozğunluqları, ağciyər, sinir-psixi dəyişikliklər və s. Yalnız cərrahi əməliyyata mütləq göstəriş olduğu halda homeopatiya gücsüzdür.
Əslində homeopatiya təhlükəsiz metoddur. İnsan həyatının ilk günlərindən sona qədər qəbul edə bilər. Hətta onların bir çoxları hamiləlik dövründə də əks göstəriş sayılmır. Son illər məlum olmuşdur ki, homeopatik preparatları digər dərmanlarla birgə təyin etmək olar. Lakin qeyd etmək lazımdır ki, bu preparatları qəbul edərkən bir sıra qaydalara riayət etmək vacibdir: spirtli içkilərdən imtina etmək, dəqiqliyə riayət etmək və s. Həm də onları uzun müddət—1,5-2 il qəbul etmək lazım gəlir.
Mütəxəssislər homeopatik preparatların zərərsiz olduğunu qeyd etsələr də, hər halda sizin sağlamlıq vəziyyətiniz haqqında ətraflı məlumata malik olan həkimin məsləhəti ilə onları qəbul etmək daha düzgün və təhlükəsizdir. Lakin bəzən də homeopatik preparatları qəbul edəndən dərhal sonra vəziyyətin pisləşməsi müşahidə olunur. Mütəxəssislər bu halı orqanizmin düzgün reaksiyası hesab edirlər.
Homeopatik preparatların qəbulu zamanı bir neçə qaydalara gözlənilməsi lazımdır: -qranulları əllə deyil, çay qaşığı ilə qəbul edin;
-qranulları acqarına—yeməkdən 30 dəqiqə əvvəl, yaxud 1,5 saat sonra qəbul etmək düzgündür. Onları udmaq, çeynəmək məsləhət deyil, ağızda həll etmək daha düzgün hesab edilir. -əgər 2 preparat təyin edilərsə, onları bir yerdə deyil, növbə ilə qəbul etmək məsləhətdir. -homeopatik preparatları parlaq işıqdan və istidən qoruyun: onları soyuq, quru iysiz yerdə saxlayın. -onları işləyən elektrik cihazlarından (televizordan, kompüterdən, mobil telefonlardan, mikrodalğalı sobalardan) uzaqda saxlayın.
Hazırladı: S. Aytən Mənbə: İqtisadiyyat qəzeti
| ['homeopatiya', 'dərmanlar'] |
5,360 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/6269/qaynana-il%C9%99-m%C3%BCnasib%C9%99t.html | Qaynana ilə münasibət! | cahandar | Xoşbəxt ailə | 16 iyul 2011, 10:32 |
Əlinizi ürəyinizin üstünə qoyub and içsəniz belə hamiya məlumdur ki qaynana ilə gəlin arasında heç vaxt ideal münasibətlər olmayıb və ola da bilməz. Bu həqiqət dunyanın özü kimi köhnə bir həqiqətdir.Sadəcə ona görə ki, iki qadın bir evdə sahibə rolunda heç vaxt ola bilməzlər necə ki, iki qadın bir kişinin ürüyində eyni zirvəni fəth edə bilməz .İki qadin kişini özünə cəlb etmək üçün həmişə rəqabətdə olub və olacaq da. Ümumiyyətlə iki qadın bir yerdə həmişə biri birinə rəqibdirlər.
Bütün bunlara rəğmən həmişə kompromiss variantlar axtarmaq lazım gəlir.Qeyd etmək lazımdır ki, belə hallarda çox vaxt gəlin ğüzəştə getməli olur.Sadəcə ona görə ki, gəlinə yeni yerdə möhkəmlənmək üçün vaxt lazımdır.Bu cəhətdən qaynana daha güclü və daha üstün görünür.Bununla belə qaynanaya da evdə yeni bir gücün yetişməsi ilə barışmaqadan başqa çarə qalmır ( onun fikrincə məhz gəlin illərdən bəri formalaşmış ana oğul münasibətlərinin arasına girir).
Əgər bu möhkəm dairəni qırmaq dağıtmaq mümkün deyilsə, onda mümkün qədər mülayim münasibətlər qurmağa çalışmaq və evdə şəraitə uyğun sülh və əminamanlıq üçün yeni hərəkət planları hazırlamaq lazimdir.Həmişə yadda saxlamaq lazımdır ki ,qaynananız yaşlı qadındır və ona qarşı sizin münasibətiniz bütün yaşlılara qarşı olduğu kimi olmalıdır, yəni ən azından hörmət mütləq olmalıdır.Təcrübə göstərir ki, bu hörmət müəyyən vaxtdan sonra mütləq oz bəhrəsini verəcək.Sadəcə bir həqiqəti başa düşmək lazımdır ki, bu qadın (qaynana) da oğlunu sizin kimi dərindən sevir. Ona görə də qaynananı ailədən kəskin şəkildə və birdəfəlik uzaqlaşdırmağa çalışmayın bu heç də yaxşı nəticə verməyəcək.
Çinlilər deyirdilər ki, sevgi səbəb və sübutdan doğur.Sübut edin ki, sizin həyat yoldaşınız sizin üçün nə qədər vacibdir. O özü bunu birinci qiymətləndirəcək.
Həmişə kompromisə gedin lakin eyni zamanda öz mövqeyinizi də ortaya qoyun .«Xarakter göstərin» amma bunu yerli — yersiz etməyin hər xırda bir şey üçun mubahisə etməyə dəyməz… Qaynananızın fikirlərinin sizin üçün önəmli olduğunu xüsusi vurğulayın, məişət problemləri ilə bağlı ona suallar verin, məsləhətləşmələr aparın.Səbirli olun tez və ani nəticəni gözləməyin. Bəzən qaynananın gəlinə qarşı istəyinin yaranması üçün illər tələb olunur.
Yeni gənc ailələrdə böyük problemlərdən biri də bu ailənin ayrı və ya valideyinlərlə birgə yaşaması ilə baglidir.Bu barədə müxtəlif fikirlər var və hər biri də özünə görə doqru sayıla bilər. Qaynananın yaninda yaşayan gəlin hökmən bu evdəki qayda qanuna tabe olmalıdır. Bu qaydaları qaynana təyin edib və onların dəyişilməsi mümkünsüz görünur. Belə halda gəlin müəyən mənada asılı vəziyyətə düşür və konfliktlərin yaranması üçün şərait yaranır.Bununla belə ayrı yaşadıqda belə qaynana ilə gəlin arasında problem ola bilər. Belə ki belə hallarda çox vaxt qaynanalar fikirləşirlər ki, gəlin onlarin oğullarını əllərindən alır. Belə hallarda gəlin çox ehtiyatli olmalıdır. Bura mənim evimdir ailəmdir get öz evində ağalıq et kimi frazalardan qəti istifadə etmək olmaz.Bu həm səviyyəsizlikdir həm də konfliktin dərinləşməsinə səbəb olar.
Daha bir neçə məsləhət, bu məsləhətlər problemi tamamilə aradan qaldırmasa da hər halda munaqişəli vəziyyətlərin azalmasında xeyirli olar. Qaynananızla daima temasda olun .Hətta onunla rəfiqəlik də etmək lazımdır ( bu bir qədər çətin görsənsədə). Əgər ayrı yaşayırsınızsa qaynananıza tez- tez zeng edin ,onun əhvali ilə maraqlanın.Heç vaxt həyat yoldaşınızı anasının əleyhinə qaldırmağa cəhd etməyin. Vəziyyət gərginləşəndə onun kimin tərəfini tutacağına heç kəs 100% qarant verə bilməz.
P.S-"Əlinizi ürəyinizin üstünə qoyub and içsəniz belə hamiya məlumdur ki qaynana ilə gəlin arasında heç vaxt ideal münasibətlər olmayıb və ola da bilməz".
Bu fikir açıq həqiqətdirsə,nə yazıq ki,mentalitetimizdə bu belədirsə də,bir dəfə gəlinlər arasında sorğu keçirdim və 30 nəfərdən 1 nəfər gəlini «Qaynanamla ilə rəfiqə kimiyik.Onu özümə ana bilirəm» söylədi.Bəli,inanmadım,düşündüm ki,bir gəlin olaraq özünü sındırmır,hamı kimi olmaq istəmir,fərqlilik axtarır.Sonradan bir qadınla söhbəti zamanı mehribanlıqları,sevgi dolu baxışlarından «Anasıdır» sandım.Çünki çox oxşayırdılar.Lakin,yaxınlaşıb soruşduğumda qaynana «Xahiş edirəm Qaynana sözünü yanımda,bizim ünvanımıza işlətməyin,biz Ana-balayıq.o söz hörmətsiz sözə çevrilib.bizim münasibətlərdə Qaynana sözünün aramıza soyuqluq salmasını istəmirəm» dedi.Heyrət və fərəh dolu hisslərlə onlardan uzaqlaşdım.Düşünürəm ki,qaynanalar oğullarını gəlinlərinə qısqanmasa,və oğlanları buna şərait yaratmasalar bu xoşagəlməz «Qaynana-Gəlin» «teoremi» aradan qalxar.Gəlin anlamalıdır ki,qaynana pis-yaxşı onun(sevdiyinizin) Anasıdır,oğul hər ikisini özünəməxsus sevir!Qaynana da bilməlidir ki,oğlu evlənibsə o xanım alıb,evə qulluqçu ya «süpürgə» deyil.Odur ki,qarşılıqlı anlaşmalar olsa bu problem çözümsüz qalmaz!!Çox ümid edirəm ki,indi də olmasa,gələcək zamanlarda bu anlayış Azərbaycanımızda,müsəlman ölkələrində olmasın.
| ['qaynana', 'gəlin və qaynana', 'gəlin', 'qayınanaGəlin Qaynana'] |
5,361 | https://kayzen.az/blog/cahandar/6268/depressiyaya-s%C9%99b%C9%99b-vasvas%C4%B1l%C4%B1q.html | Depressiyaya səbəb vasvasılıq. | cahandar | Bloq: cahandar | 16 iyul 2011, 02:47 |
Alimlər belə qənaətə gəliblər ki, ifrat vasvasılıq depressiyaya gətirib çıxara bilər.
Həm evdə, həm də ofisdə daim təmizlik işləri aparan insan zərərli bakteriyalarla yanaşı, orqanizmin fəaliyyəti üçün faydalı olan virusları da məhv edir.Daha əvvəl sübuta yetirilibdir ki, bəzi bakteriyalar insanın immun sisteminin möhkəmlənməsi, orqanizmin müxtəlif iltihab proseslərinə və allergik reaksiyalara müqavimətinin artması üçün zəruridir. Tədqiqatlar nəticəsində sübuta yetirilmişdir ki, lazımi bakteriyaların çatışmazlığı insan beyninin fəaliyyətinə mənfi təsir göstərir. Beyin əhvalı yüksəldən," xoşbəxtlik hormonu"deyilən bioloji aktiv maddə serotonin hasil etmir.Tədqiqatın müəllifi Endryu Millerin fikrincə, ruh düşkünlüyü immun sisteminin fəaliyyətindən asılıdır. Yaşa dolduqca insanın immun sistemi inkişaf edir və möhkəmlənir. Külli miqdarda bakteriyaların və parazitlərin müqavimətinə məruz qalan immun sisteminin onların təsirini məhdudlaşdırmaq imkanları artır. Hazırda ətraf mühit çox təmiz olduğu üçün immunitetimiz infeksiyalarla səmərəli mübarizə apara bilmir.Alimlərin fikrincə, Qərbdə insanlar depressiyadan inkişafda olan ölkələrə nisbətən daha çox əziyyət çəkirlər, çünki onların immun sistemi zərərli bakteriyalara qarşı mübarizəyə uyğunlaşmamışdır. Məsələn, Böyük Britaniyanın hər on sakinindən biri depressiyadan əziyyət çəkir, halbuki Nigeriyada bu xəstəliyin əlamətlərinə hər yüz adamdan birində təsadüf edilir./azərtac/
| ['depressiya'] |
5,362 | https://kayzen.az/blog/marketinq/5130/u%C4%9Furlu-reklam-kampaniyas%C4%B1-%C3%BC%C3%A7%C3%BCn.html | Uğurlu reklam kampaniyası üçün | Əliyev | Marketinq | 15 iyul 2011, 22:50 |
Reklamda universal qanunlar və düsturlar olmur, ən yaxşı halda ümumi sxemlərdən danışmaq olar. Lakin bir qanunun istifadəsində geniş sahə mövcuddur – sağlam düşüncə qanununun istifadəsi sahəsi.Reklamda çox şey öz başlancığını şəxsi təcrübədən və sağlam düşüncədən götürür. Bu, reklamda həyatın başqa sahələri ilə paralellər quraraq, aydın və çox aydın olmayan təcrübələri çox vaxt aşkar etməyə yardım edir. Lakin insanın davranışı və xarici təsirlərə reaksiyası çox vaxt qanunauyğunluğu nümayiş etdirir və bunlar reklama öz şəxsi qaydalarını, təlimatlar və normativlər toplusunu yaratmağa imkan verir. Marketinqin və reklamın hər bir əsas bölməsinə aid olan əsas prinsipləri aşağıda qısa və dürüst ifadə etməyə çalışdıq.
Marketinq
* Marketinq satışa istehlakçıların tələbatına yönəlmiş, qarşılıqlı əlverişli yanaşma nəzərdə tututr. Marketinqin əsas ideyası istehlakçıların tələbatını ödəməkdir. * Marketoloq mala istehlakçı gözü ilə baxır. Satış təşkilatçısı isə, əksinə mala istehsalçı gözü ilə baxır. * Hər bir marketinq fəaliyyətinin məqsədi, brendin uzunmüddətli olmasını təmin etmək üçün, bazarda davamlı hissənin qazanılmasıdır. Bazarın payı – ancaq vasitədir, məqsəd isə davamlı mənfəət əldə etməkdir. * Marketinq uğurunun davamlı olması üçün marketinq-miksin bütün elementlərinin bir-birini tamamlaması və gücləndirməsi, vahid komanda şəklində fəaliyyət göstərməsi lazımdır. * Reklamın uğuru marketinq uğuruna keçmirdə, reklamın müvəffəqiyyəti də öz özlüyündə mənasızdır. * Müasir dünyada marketinq əmtəə ilə yox, brendlə bağlıdır. O malın satışı ilə yox, tələbatın ödənilməsi ilə bağlıdır.
Brendinq
* Brend – istehlakçıların həyatında hiss olunacaq dərəcədə mənalı rolu olan mallardır. Bu məna, istehlakçıların mal dərəcəsindən gözlədiyi təminatı, brend tərəfindən tələbatları (necə ki, funksional, eləcə də emosional) ödəməkdən irəli gəlir. * Brend istehlakçının maldan yaxud xidmətdən aldığı faydaların cəmidir, qazanclar, dəyərlər, şəxsi xüsusiyyətlər, sürətlər, təəssüratlar, assosiasiyalar və təcrübələrdən ibarətdir. * Brendlər arasında keyfiyyət fərqinin cuzi olduğu üçün insanlar brendləri onların imici, şəxsiyyəti və qəbul edilən keyfiyyətindən daha çox seçməyə başlayırlar. * Güclü brendlər kifayət qədər loyal istehlakçıya malikdirlər. İstehlakçıların sədaqətli olmaları brendə yüksək qiymət və sabit bazar payı kimi üstünlüklər və uzunmüddətli perspektivdə mənfəət təmin edir. * Brendə loyallıq qısa müddətdə yaranmır. O uzun vaxt ərzində yaradılır. Bu marafona bənzəyir. Burada sadə və cəld qərar vermək mümkün deyil. * Güclü brendlər öz istehlakçıları şüurunda müəyyən imicə yaxud sözə assosiasiya və ifadə yaradırlar. * Güclü brendlər öz dərəcələrində keyfiyyət üzrə hər zaman liderdirlər. * Sabitlik faydalıdır. Öz vədlərinə, dəyərlərinə, simalarına, eyniliyinə, keyfiyyət və reklamına sabitliyi qoruyan brendlər adətən öz kateqoriyalarında ən güclüləridir. * Güclü brendlər öz istehlakçılarının ehtiyaclarının və arzularının dəyişməsinə uyğun olaraq inkişaf edirlər.
Reklam
* Reklam hər zaman marketinq problemlərinin həllinin ayrılmaz hissəsidir. Bu məqsəd deyil, ancaq marketinq problemlərinin həlli “vasitəsidir”. * Effektiv reklam adətən nə etmək lazım olduğunu açıq bilməklə, onun həyata keçirilməsinin də açıq olması ilə alaqəlidir. * Reklam brendin üstünlüyünü ancaq o vaxt yarada bilər ki, istehlakçıların qane olunması məqsədi onların informasiyaya malik olmasından üstün olsun. * Adətən istehlakçının mal yaxud brend almaq arzusu motivi, onun öz arzuları və tələbatlarını ödəməkdən irəli gəlir. * Reklam çox vaxt istehlakçı ehtiyacını və arzusunu brendə tərəf yönəldərək satışa dolayı təsir göstərir. * Müasir dünya brendlərində reklamın mənası tələbatın arzuya çevrilməsindən ibarətdir. * Yüksək səviyyə tələbatları və arzuları insanın öz gözündə fərdiliyini və imicini əks etdirir. Bunlar çox vaxt brend seçiminə təsir göstərir. * Adətən istehlakçı öz qarşısında simvolik olaraq istehlakçı imicini əks etdirən brendi seçir.
* Brend reklamının “sehri” ondan ibarətdir ki, istehlakçılar reklamda özlərini görürlər, lakin olduqları kimi deyil, görmək istədikləri kimi. İsrehlakçıların arzularına və niyyətlərinə toxunan reklam daha effektivdir. * Brend reklamı üçün ən əsası istehlakçıların dəyişən tələbatlarının və arzularının arxasınca özünü çatdırmaqdır. Dəyərli və üstün qalmaq üçün brend və onun reklamı daimi inkişaf etməlidirlər.
Kreativ və media
* Əsaslı səviyyədə reklam müraciəti ya «rasional», brendin üstünlüyünün yaradılması məqsədilə «şüura əsaslanan» olmalı, ya da «emosional» olub, hisslərə və emosiyalara əasslanan olmalıdır. Bütün strateji reklam yanaşmaları bu iki yanaşmadan birinə əsaslanır. Mahiyyət etibarilə, yanaşmalar onlarda iştirak edən şüur və emosiyaların dərəcəsi ilə fərqlənir. * Reklama emosional yanaşmalar üstünlük təşkil edir ki, bu da istehlakçılarla daha güclü əlaqələrin qurulmasından ibarətdir. Son nəticədə (emosional) mal kateqoriyasından istehlakçıların xeyrinə yönəldilmiş və onların diqqətini cəlb edən istənilən reklam yalnız mal xarakteristikaları və ya atributlarına diqqəti cəlb edən reklamdan daha çox təsir edir. * İstənilən reklamın uğuru istehlakçıların beynində kreativliklə deyil, «effektivliliklə» müəyyən edilir. Reklamda kreativlik məqsəd deyil, yalnız vasitədir. Bu, istehlakçıya daha çox təsir edən reklam müraciətlərinin yaranması ilə özünü doğruldur. * Effektiv reklam yaratmaq üçün əvvəlcə istehlakçılara nəyin daha maraqlı olacağını anlamaq, sonra isə bu barədə maraqlı surətdə onlara çatdırmaq lazımdır. * Həm «üslub», həm də öz «mahiyyəti» olan reklam həmişə daha önəmli və uzunmüddətli təəssüratlar doğurur. * Mediaplanlaşdırmanın ən vacib vəzifəsi reklam müraciətinin məqsədli auditoriyaya elə çatdırılmasıdır ki, bu, nəzərə çatdırılsın və qiymət effektivliyinin tələblərinə riayət edilmiş olsun. * Əgər brend haqqında məlumatlandırma prinsipial mühümdürsə, onda mediaplanlaşdırma böyük «əhatə dairəsi»nin təmin edilməsinə yönəldilmişdir. Əgər yaradılması daha mühümdürsə, bu, daha böyük «tezliyin» təmin edilməsinə yönəldilir. * Media vasitələrinin fraqmentasiyası media planlaşdırılması üzrə mütəxəssislərə daha az xərclərlə «seçilmiş» məqsədli auditoriyaya nail olmağa imkan vermişdir. Lakin eyni zamanda elə o da, kütləvi auditoriyanın əldə edilməsini daha məsrəfli etmişdir. * Media vasitələrinin fraqmentasiyası ona gətirib çıxarmışdır ki, məqsədli auditoriya nümayəndələrinin media vərdişlərin dərk etməsi onların «alıcı vərdişləri»nin dərki kimi mühüm olmuşdur. * Özünəxidmət və «impuls» alqı zamanı hərəkətlər «mağazada» reklamı və satışın stimullaşdırılmasını istənilən brendin reklam planının mühüm tərkib hissəsinə çevirmişdir. * Birbaşa (direkt-) marketinq istehlakçılarla brend loyallığı arasında həm də birbaşa satış aləti kimidir. * Birbaşa marketinqin istehlakçılarla, fərdi davranışa qədər selektiv davranış qabiliyyəti müxtəlif maraqlar olan seqmentlərin loyallıtı üçün fərdi təkliflərin və proqramların hazırlanması üçün istifadə oluna bilər.
Digər reklam sahələri
* Malları və ya reklamı başqa ölkədə yaymaqdan əvvəl onu istehlakçıların tədqiqi ilə bütün kross-mədəni fərziyyələri yoxlamaq lazımdır. * Reklam fəaliyyətində oyuna böyük məbləğdə pullar qoyulduğundan, onun evvektivliyini qiymətləndirmək üçün reklam tədqiqatları aparmaq zəruridir. * Reklam tədqiqatları istehlakçə tədqiqatlarından onunla fərqlənir ki, onlar yalnız reklamın məqsədli auditoriyasının nümayəndələri ilə qarşılıqlı əlaqəsinin qiymətləndirilməsində və onun effektivliyinin ölçülməsində cəmləşmişdir. Bunlar istehlakçıların hərəkətinə aiddir. * Reklam və brendlərin yaradılması daha çox gələcək satışda maraqla əlaqədardır. Satışın stimullaşdırılması isə, əksinə, satışa birbaşa və dərhal təsir göstərir. * Marketoloqlar tez-tez satışın stimullaşdırılmasından cari satışın asan və sürətlə həyata keçməsi üçün istifadə etməyə çalışırlar. Lakin satışın stimullaşdırılması satışın həcminin artmasını yalnız qısamüddətli dövr üçün mümkün edir. Uzunmüddətli perspektivdə o, brendin loyallığını yuyub aparır. * Satışın stimullaşdırılmasından tez-tez və uzun müddət istifadə brend reklamı əvəzinə uzunmüddətli perspektivdə mənfəətin aşağı düşməsinə və brendin sabitliyinin azalmasına səbəb ola bilər. * Brend siyasəti və satışın stimullaşdırılması qarşılıqlı istisnalar deyil. Brend oxşarlığına və dəyərləriniə müvafiq bonus təklif edən satışın stimullaşdırılması ideyasından istifadə zamanı brendin imici yüksələ bilər. * Marketoloqlar adətən brendi mağazalarda satmaq üçün ticarətin stimullaşdırılmasına əl atır, reklam və istehlakçıların stimullaşdırılmasından isə onları brendə cəlb etmək üçün istifadə edirlər. Marketinq satışı sabit surətdə maksimuma qaldırmaq üçün bunların hər ikisinin optimal kombinasiyasını yaratmağa çalışırlar. * Marketoloqlar və reklamçılar istehlakçıların qanını qaraldan şeylərdən qaçmalıdır. Onlar istehlakçıların simpatiyasını itirməyə yol verə bilməzlər.
Müəllif: Sancey Tivari (Sanjay Tiwari), marketinq üzrə məsləhətçi, Stenford biznes məktəbinin professoru. Material ingilis dilindən ixtisarla tərcümədə dərc olunur. Mənbə: Banker.az saytı
Həmçinin bax: Marketinq elminə aid yazılar
| ['reklam', 'marketinq', 'brendinq'] |
5,363 | https://kayzen.az/blog/zodiak-sade/3022/%C9%99qr%C9%99b-b%C3%BCrc%C3%BCn%C3%BCn-xarakteri.html | Əqrəb bürcünün xarakteri | Tomris | Bürclər | 15 iyul 2011, 19:34 |
Əqrəb bürcünün ünsürü su, planeti Mars və Pluton, düşərli günü çərşənbə axşamı, düşərsiz günü bazar ertəsi, cümə, uğurlu rəngi sarı, tünd-qırmızı, al və moruğu, uğursuz rəngi boz, metalı dəmir və polad, uğurlu daşı akvamarin, rubin, Ay bülluru, topaz, enerji verən çiçəyi qərənfil, pion və xirozentema, uğurlu rəqəmi 4, 5, 8, 9, 10, 66, müxalif bürcü Buğa, talismanı əqrəb, ölüm işarəsi, şanslı ölkələri isə Almaniyanın Bavariya və Saksoniya hissəsi, Norveç, Əlcəzair, İsveç, Mərakeş və Seylondur.
Əqrəb işarəsi altında dünyaya gələn adamlar öz xüsusiyyətlərinə görə, iki sinfə bölünürlər: mistiklər və materialistlər. Birincilər hər şeyi ilahiyyatla bağlayır, ikincilər isə əsasən, fağır və sakit görünsələr də, öz məqsədləri uğrunda hər şeyə gedirlər. Hətta onlar süst və sıxıntı içində yaşasalar da, özlərinin şəxsi maraqları xatirinə buna dözürlər. "Əqrəb«lər daim narahatlıq hissi keçirən adamlardır. Bu işarə altında dünyaya gələnlər çatışmaz hərəkətlərini, o cümlədən hiyləgərliklərini çox ustalıqla gizlədə bilirlər. Onların nə istədiyini, hansı addımı atacaqlarını özləri deməsə, təyin etmək çətin olur. Yəqin elə bu səbəbdən də orta əsrlərdə „Əqrəb“ləri „əsl sifətini maska altında gizlədən adam“ adlandırırdılar.
Əqrəb bürcündə doğulanlar ətraflarında baş verən hadisələrdən tez nəticə çıxarır və özləri üçün ölçü götürməyi ustalıqla bacarırlar. Belələri ətrafda baş verən hadisələri taraz saxlamağa çalışan, xaraktercə qapalı və küskün adamlardır. Onların psixoloji dəyanəti və bol enerjisi imkan verir ki, dağı dağ üstünə qoysunlar. Buna baxmayaraq, „Əqrəb“lərin çatışmazlaqları da kifayət qədərdir. Belə ki, onların məsuliyyətsiz addımları ucbatından nəinki özləri, hətta ətrafındakılar da zaman-zaman əziyyət çəkirlər. Hisslərə qarşı həssas olan bu adamlara qarşı xəyanət olunarsa, stressdən ölə də bilərlər. Onların yaddaşı yalnız 30-35 yaşa qədər normal olur. Sonrakı dövrlərdəsə bəzən yarım saat əvvəl gördükləri işlər də yadlarından çıxır. Bu zodiakın xarakteri çox zəngindir. Belə ki, belələrində yüksək enerji, diribaşlıq, güc və diqqəti cəlb etmək bacarığı var. Amma onların amansızlığı, tündməcazlığı və bir qədər kobudluğu da olur.
Bu şəxslər böyük enerjiyə malikdirlər. Digərləri ilə müqayisədə daha məhsuldar çalışırlar. Lakin başlanmış işi axıra çatdırmadan, nəticəni görmədən işi məhv etmək də onlara xas bir şeydir. „Əqrəb“lərdə psixiatr və cərrah, həmçinin hərbçi olmaq istedadı var. Onlar özlərinə qarşı səxavətli, digərlərinə qarşı xəsisdirlər. Həmişə özlərinə qarşı tələbkar olurlar. Bu adamlar hər zaman hədiyyələri qəbul edir, lakin eyni qaydada hərəkət etməyi — kiməsə hədiyyə almağı ağıllarına belə gətirmirlər. Pul onlar üçün hakimiyyət və nüfuz rəmzidir. Məhz buna görə „Əqrəb“lər pulu çox sevirlər.
Karmik astrologiyada „Əqrəb“ daima özünü və ətraf mühiti dəyişən, daxilənsə çox emosional şəxsiyyət kimi izah olunur. Onun içində güclü emosiyalarla müşaiyət olunan psixi dəyişikliklər baş verir. Lakin çox qapalı olduğundan bütün bunları hiss etdirmir. „Əqrəb“lərin hamısı qapalıdır, bu səbəbdən də az qala heç kəs onların daxili aləmindən, emosiyalarından, özünə hörmət və ləyaqət hisslərinin mahiyyətindən xəbər tutmur. Belələrinin gözəl ixtiraçılıq qabiliyyəti var və bacarıqlarından yararlanıb insanları idarə edə bilirlər. Amma onlar bütün bunları özləri üçün edirlər, yoxsa başqası üçün — bilinmir. „Əqrəb“lərin etikasının əsas xətti də məhz budur. Danılmaz bir həqiqət də var ki, şəxsi maraq güdən „Əqrəb“ çox asanlıqla məhrumiyyətlərə uğrayır. Karma dərəcəsinə görə, Ali Əqrəb hər cür şərdən uzaq olan fərddir. O, şərdən birbaşa Tanrı tərəfindən qorunur. Bu insanın ətrafında güclü magik sahə yaranır ki, bu sahəyə düşən ən pis adam belə günahlarını etiraf etmək, tövbə etmək istəyir. Bu zaman insan qəfil həyata daha ciddi yanaşmağa, həqiqətpərəst olmağa, xeyirxahlığa doğru güclü impuls hiss edir.
»Əqrəb«lər həm də şəri neytrallaşdırıb yerində xeyir cücərtmək istəyirlər.
Müasir astrologiyada bu adamların mənfi xüsusiyyətləri geniş şəkildə izah olunur. Qeyd olunur ki, öz ambisiyalarına nail olmaq üçün həmişə vəzifəyə can atan „Əqrəb“lərlə daimi ünsiyyət qurmaqdan çəkinmək lazımdır. Çünki hücum üçün onların silahları həmişə hazır vəziyyətdə olur. Zahiri görünüşdən çox cəlbedici, gözəl olmalarına baxmayaraq, qadın-Əqrəblər əsl cadugər olurlar. Onlar ağlasığmaz, qeyri-adi hərəkətlər törətməkdə mahirdirlər. Əgər avtomobil sürücüsü yolu keçən qoca piyadanı vurubsa, siz əmin ola bilərsiniz ki, bu sürücü Əqrəb bürcündədir.
»Əqrəb«lər özlərindən başqa heç kəsə inanmır, mühüm işlərin həllində kənardan kiminsə kömək edəcəyinə bel bağlamırlar. Heç vaxt cəfəng şeylərə baş qoşmur, boş xülyalarla yaşamırlar. Əgər övladlarınızdan bu bürcdə doğulanı varsa, onların müstəqilliyinə mane olmayın. Onsuz da onları öz yollarından döndərə bilməyəcəksiniz. Yüz illərin təcrübəsi göstərir ki, „Əqrəb“lərin bədbəxt olmasının əsas səbəbkarı məhz onların valideynləri olur. Bu səbəbdən də bəri başdan ciddi ölçü götürməyə dəyər.
Magiyaya ən yaxın ünsür Su, ən yaxın bürcsə Əqrəbdir. Onlar elə doğulduqları andan özlərində böyük magik enerji daşıyırlar. Buna görə də bu bürcün sakinləri öz enerjilərindən istifadə etməyi öyrənməlidirlər. Əks halda, ətraf mühit üçün böyük təhlükə törədə bilərlər. „Əqrəb“lər öz düşmənlərinə qarşı cadu, tilsim etməkdən çəkinməlidirlər. Onsuz da fövqəltəbii üsullarla onlara zərər yetirmək istəyən insanların bütün cəhədləri boşa çıxa, bəzən hətta özlərinə qarşı yönələ bilər. Magiyada „Əqrəb“lər o qədər güclüdürlər ki, onlara qarşı ehtiyatlı olmaq məsləhət görülür. Bundan başqa, onlar çox seksual və cəlbedici olur, öz ehtirasları ilə hər bir istəyə çatırlar. Lakin onlar öz bacarıqlarından çox istifadə etməli deyillər. Ümumiyyətlə, barəsində danışdığımız şəxslər peyğəmbərlik etməyi xoşlayırlar, lakin onların heç də hər məsləhətinə əməl etmək lazım deyil.
Antik dövrün münəccimləri „Əqrəb“ləri üç qismə bölürdülər: özünü sancan; həm özünü, həm başqasını sancan; yalnız başqalarını sancan. Onlar öz müsahiblərinin zəif yerini asanlıqla tutduqları üçün bəzən ciddi düşmənlər də qazanırlar.
»Əqrəb«lərin bioenergetik sahəsi də digər bürclərdən kəskin surətdə fərqlənir. „Qoç“da baş, „Şir“də ürək, „Balıqlar“da ayaq nahiyəsi olduğu halda, haqqında yazdığımız bürcdə həmin orqan yumurtalıqlara və cinsiyyət üzvlərinə düşür. Bu, daha çox ehtiras simvolu olan Marsın himayəçilik etməsilə bağlıdır.
»Əqrəb«lər hələ kiçik yaşlarından idmana, xüsusən də güləşə və yüngül atletikaya meylli olurlar. Amma bu sahədə şöhrət zirvəsinə nadir hallarda yetişirlər. Çünki ailə qayğıları, şəxsi problemləri həmişə onların arzularına sipər çəkir. Onlar fiziki cəhətdən güclü olduqlarından qan-damar sisteminin fəaliyyəti qənaətbəxş olur. Amma idmandan əl çəkən kimi orqanizmlərində — əsasən də böyrəklərində kəskin duzlaşma yaranır, sidik ifrazatında çətinlik çəkirlər.
Əqrəb bürcündən olan adamlar əksər hallarda balaca boya, cəldliyə və qaynayan gözlərə malik olurlar. Belələri heç vaxt yanılmırlar. Hətta dilucu və ya yersiz sözlərini də hansı məqsədlə dediklərini yaxşı bilirlər. Onları aldatmaq çətin və sadəcə olaraq mümkün deyil. Əgər „Əqrəb“ müsahibinizə yalan satıb ürəyinizdə „aldatdım“ deyə düşünürsünüzsə, yanılırsınız. Çünki belə adamlar üzdə sizə inanan kimi görünsələr də, əslində yalan danışdığınızı sizdən də yaxşı bilirlər. Yəqin ki, „çoxbilmişlikdən balaca qalıb“ qədim el məsəlini də məhz Əqrəb işarəsi altında doğulanlara şamil ediblər.
Əqrəb bürcü altında doğulan adamlar heç də başqaları kimi ən müxtəlif sahələrdə çalışmağı bacarmırlar. Amma onlarda bir müsbət keyfiyyət var ki, əgər fikirlərinə bir şey salıblarsa, mütləq axıra qədər gedirlər. Məsələn, əgər onlar həkim olmaq istəyirlərsə, nə valideynləri, nə dostları, nə də yaşadıqları mühit bu yolda sədd ola bilməz.
Orta əsrlərdə „Əqrəb“lərə diaqnostika həkimi, cərrah, müəllim, məhkəmə işçisi olmağı məsləhət görürdülər. Bununla yanaşı, sərkərdə, fəal mafiya üzvü, detektiv, psixoloq, siyasi xadim və başqa peşə sahibləri də yetişir.
Həmçinin bax:
Əqrəb bürcünün xüsusiyyətləri
| ['əqrəb bürcü', 'eqreb burcu', 'eqreb burcunun ozellikleri', 'eqreb burcunun xususiyyetleri', 'eqreb burcu haqqinda melumat'] |
5,364 | https://kayzen.az/blog/Old_Baku_/6264/m%C3%B6c%C3%BCz%C9%99.html | Möcüzə | Old_Baku_ | Bloq: Old Baku | 15 iyul 2011, 16:59 |
Şaxtalı qış aylarından biri idi.Gecə yağan qar artıq kəndi ağ rəngə bürümüşdü.Şaxtanı özü ilə bərabər gətirən qışın, qarıda gətirməsi heç kəsi təəccübləndirmədi.Dan yeri ağarmağa başlayırdı.Balaca Murad yuxudan sübhdən qalxmağa vərdiş etdiyindən hər səhər hamıdan tez oyanırdı.Artıq günəş üfüqdə öz yerini almış,hər tərəfi işıqlandırırdı.Amma nədənsə Murad hələ oyanmamışdı.Sanki,yuxuda arzuladığı həyata qovuşmuş və ayılmaq istəmirdi.
Murad,anası,atası və qardaşı ilə yaşayırdı.Lakin bu yaşayış tərzi heçdə xöşbəxt ailə obrazını canlandırmırdı.Çünki gündə evə sərhoş halda gələn daş ürəkli atası,anası Ruqiyyə xanımı amansızcasına döyürdü.Bu döyülməklər Cavanşir kişidə vərdiş halına çevrilmişdi.Oğlu Kənan əsgərlikdə vətən borcunu yerinə yetirməkdə idi.Bu olan-bitəndən xəbərsiz olan Kənan,evə döndüyündə onu nələrin gözləyəcəyini bilmirdi.Hərbi xidmətin bitməsinə çox az bir zaman qalmışdı.Ruqiyyə xanım hər gün döyülməktən xəstə düşmüşdü.Günü-gündən xəstəliyi şiddətlənir,sağalmaz duruma gəlirdi.
Evin kiçik oğlu Muradın cəmi 6 yaşı var idi.Sevgi,mərhəmət,şəfqətə ən çox ehtiyac duyduğu bir vaxta,hər gün atasının,anasını döyməsinə tamaşaçı kimi qalırdı.Atasına mane ola bilmədiyindən gözləri dolaraq otağa qaçıb ağlamaqdan başqa əlindən heçnə gəlmirdi.Kiçik və azyaşlı olmasına baxmayaraq çox dərrakəli,bacarıqlı uşaq idi.Bu xüsusiyyətlərilə həmyaşıdlarından fərqlənirdi.Ancaq 1-ci sinifə getmək hələ ona nəsib olmamışdı.Məktəblilərin dərsə gedəcəyi vaxt pəncərəyə qaçaraq onları izləyirdi.Nə vaxtsa onlar kimi formasını geyinərək,məktəbə getmək onun ən böyük arzusu idi.Kənd həyatı olduğundan burada hər uşaq məktəbə getmirdi.Atalar uşaqlarını məktəbə yollamaq yerinə tarla,mal-heyvan otarmağa göndərməyi daha doğru görürdülər.Bütün bunlara baxmayaraq Muradın kitaba və elmə qarşı sevgisi sonsuz idi.Qardaşı Kənan nəyin bahasına olursa olsun Muradı oxudacağına əsgərliyə getməzdən əvvəl söz vermişdi.Murad hər gün qardaşının əsgərlikdən dönməsinə neçə gün qalmasını divarda asdığı təqvimdə qeyd edirdi.Təqvim artıq 2 iyulu göstərirdi.Nəhayət o gün gəlib çatmışdı.Bu gün Kənanın əsgərliyinin sonuncu günü idi.Qapı döyüldü.Murad qaçaraq qapını açdı.Gələn qardaşı Kənan deyil,atası idi.Cəvanşir kişi yenə evə sərhoş halda gəlmişdi.Ruqiyyəni divanda uzanıq şəkildə görən daş ürəkli ata, oğlu muradı itələyərək,Ruqiyyəyə:
- Bezmişəm səndən də,bu evdən də.Nə vaxt baxıram xəstəsən yataqdasan (Paltarından tutub onu durquzur),bir daha divana itələyərək mətbəxə keçir,siqaret yandırır. Bu dəfə balaca Murad dözmədi: - Ata,anamızı qardaşımın gələcəyi belə bir gündə də döyürsən? Axı o günahsızdır. Ağlaya ağlaya sözünə davam etmək istəyən zaman atası sözünü ağzında kəsir,balacaya da qıyır.Artıq bu azğınlıqdır.Murad atasının silləsindən yıxılmış alnı qanamışdır. Qapı döyüldü,evdə sakitlik,qan-qaraçılıq kiminsə qapını açması lazım idi.Qapının səsi,bu səsi 1 il 6 ay gözləyən Murad indi qapıya yaxınlaşmaq istəmirdi.İçin-için ağlayan Ruqiyyə "əgər qapının arxasında oğlumdursa nələr baş verəcək?" fikri ilə az qala bağrı çatlayacaqdı.Qəddar ata isə mətbəxtdə siqareti ard-arda yandırır,sanki qəlbindəki şeytan bu ailənin sonuna çıxacağına and içmişdi.Qapı daha bərk döyüldü,Muradın kövrək və sevincək səsi: -Qardaşımdır,odur,onun döyməsidir!!!-deyə qapıya doğru qaçdı. Gələn igid əsgər,Kənan idi.O,gəlişinə süfrə açıldığını,valideyinlərinin,qardaşının süfrə başında gözlədiyini zənn edirdi.Əvəzində isə........ Kənanı görən ana taqədsizlik və sevincdən huşunu itirir.Murad qardaşının qoynundan yerə sıçrayıb,anasına sarı qaçdı.
Murad:-Ana! Ay ana! Mənim yazıq anam gözlərini aç.Ay ana!.... ağlayır. Kənan:-İlahi, anama nə oldu? Murad sənin alnına nə olub? (anasını qucağına aldı) Ata,bu nə məsələdir? Qəddar ata heçnə olmayıbmış kimi pəncərədən seyr edirdi. Kənan anasını qucağına alıb təcili rayon xəstəxanasına yetişməyə çalışdı.Həkimlər Ruqiyyə xanımın vəziyyətinin ağır olduğunu,bahalı analizlərdən keçməli olacağını bəyan etdilər.Kənan başını itirmiş,nə edəcəyini bilmirdi.Gözləmə zalında Murad,onun olmadığı zamanda olub keçənləri qardaşına danışmışdı.Atanın azğınlaşması,pulsuzluq ananın sağalmaz sayılan xəstəliyi,Muradın pərişanlığı onun ürəyinə yük salmışdı.O həkimlərdən anasının aldığı çox saylı zərbələrdən xərçəng xəstəliyinə tutulduğunu eşitmişdi.Çarə yalnız Allahda idi. Atadan bütün bunlara görə haqq-hesab zamanı yetişmişdi.Məgər zəhmətkeş ananın,ailəcanlı qadının haqqı bu idimi? Artıq Kənanın gözləri heçnə görmür, dəliqanlı cavan bunun hesbını atadan almaq üçün evə getmişdi.Bütün bunlar azmış kimi o evdə qarşılaşdığı mənzərəni gördükdə sanki quzğunlaşmış canavara döndü.(Otaqda atası qadınlarla eyş-işrət məclisi qurmuşdur).Atasına vurduğu sillələrdən artıq özünün də xəbəri yox idi.Sanki ata sillələri aldıqca qəlbindəki şeytan oyanır, nədənsə oğluna qarşı çıxmırdı.Yerdən ayağa qalxdı,çıxıb getdi. Bu hadisədən iki ay ötürdü.Cavanşir daha evə gəlməmişdi.Axı hansı üzlə balalrının və yoldaşının üzünə baxacaqdı.Ancaq peşmançılıq hissi onu rahat buraxmırdı.İki ay öncə oğlunun sillələrindən sonra dənizin qırağına getmiş,gecəni skamyada keçirtmişdi.Səhər tezdən nurani bir kişi onu oyatmış uzun-uzadı söhbət etmişlər.
Qoca " Qadınlar haqqında Allahdan qorxun. Onları Allaha əmanət olaraq aldınız,onları döymək (günahsız yerə),incitmək,pis ailə başçısı olmaqla harama girmişsən.Tövbə et, günahlarının bağışlanmasını dilə.Mütləq Allah tövbə edənlərin tövbəsini qəbul edəndir" demişdir.Qocanın nuraniliyi etdiyi söhbətlərdən Cavanşir çox təsirlənmiş,günlərini məsciddə keçirir savab işlərlə məşğul olurdu.2 ay ərzində övladlarını, Ruqiyyəni xəstəxana qarşısında kənardan izləyirdi.Onlara yaxınlaşmağa cəsarəti çatmırdı. Bu 2 ay ərzində Muradla Kənan əllərindən gələni əsirgəmir,fəhləlik edib,xəstəxanın xərclərini ödəyir,duaları ilə Allahdan möcüzə istəyirdilər.Həkimlər Ruqiyyəni xəstəxandan çıxarmalarını və dərmanların bu xəstəlik qarşısında aciz olduğunu bəyan etmişlər. Bir gün qardaşlar məsciddə namaz qıldıqları zaman 3-cü şəxsin onların yanına yaxınlaşıb namaza durduğunu hiss etdilər.Namazı bitirər-bitirməz atalarını gördüklərinə inanmadılar."Qəddar" atanın məsum baxışlarından hər şey aydın idi.Allah bağışladığı halda onun bəndələrinin bağışlamamsı doğru sayılmazdl.İndi onlar 2 deyil,3 nəfər namaza dayanar Allahdan möcüzə diləyərdilər. Zaman keçdi Ruqiyyə də Cavanşirin səhvini anladğını bilir,doğru yola qayıtdığını öyrənmişdi.İndi yalnız xəstəliklə mübarizə aparmaq qarşıda durmuşdu.O sağalacaqdı mı? Yoxsa ölümcül xəstəliyin qoynunda yenicə xöşbəxtliyə addım atərkən ailəsini tərk edəcəkdimi?.....
Səhər açıldı.Quşların cəh-cəhi,havanın xoş keçməsi insanda xoş əhval ruhiyyə oyadırdı.Onlar bugün ailəlikcə yenidən verilmiş analizin cəvabını öyrənməyə getməli idilər.Ruqiyyə axır zamanlar özünü yaxşı hiss edirdi.Xəstəliyinin sağalmaz olduğunu bildiyi üçün,bunun səbəbini Cavanşirin dəyişilməsində,Muradın məktəbdə təhsil almasında görürdü.O, öləcəyi günü gözləyir,bu xəstəliyin möcüzə ilə sağalacağına inanmırdı. Gözləmə zalında tibb bacısının Ruqiyyəni səslədiyini eşidəndə həyəcandan ürək döyüntülərini hiss edirdi.Tibb bacısı təəccüb dolu təbəssümü ilə onlara yaxınlaşdı,həkimin otağına dəvət etdi.Həkim onları ayaq üstə qarşıladı. "Bu inanılmazdır.İlahi,tibb aləmində buna yalnız MÖCÜZƏ deyərlər!".Xəstəlikdən əsər əlamət yox idi.
Hər zülmət gecənin işıqlı bir sabahı olduğu kimi bu ailənində sonu nə gözəl ki belə bitti.
Müaəllif:Əhmədov Rəhman (Old Baku)
Bu mətn internet aləmində ilk dəfə yayımlanır.Müəllifin icazəsi olmadan yayımlamaq qadağandır.
| ['ibrətli hekaye'] |
5,365 | https://kayzen.az/blog/istinad-h%C9%99r%C9%99k%C9%99t/5059/osteoporoz-x%C9%99st%C9%99liyi.html | Osteoporoz xəstəliyi | nilufer | istinad-hərəkət apparatı | 15 iyul 2011, 14:13 |
Osteoporoz skeletin metobolik xəstəliyi olub, sümük toxumasının zədələnməsi (nazikləşməsi), sümüklərin deformasiyası və sınığı ilə nəticələnən xəstəlikdir.
Osteoporoz niyə baş verir?
Sümüyün normal inkişafı üçün orada Ca, P, mikroelementlər, zülallar, vitaminlər kifayət qədər olmalıdır. Əgər uşaq bətndaxili dövrdə bunları ala bilmirsə, gələcəkdə onda osteoporoz inkişaf edə bilər. Sümük toxumasının əsas hissəsi, təxminən 85%-i uşaqlıq və gənclikdə toplanır. 25 yaşında artıq maksimuma çatır. 35 yaşdan sonra sümük kütləsi azalmağa başlayır. Bu azalma kişilərdə ildə 0,5%, qadınlarda isə 4%-lə özünü büruzə verir. Bu onunla izah edilir ki, 35 yaşdan sonra sümüklərdən kalsiumun yuyulması daha intensiv gedir. Bu hal hamıda baş verir, lakin bəzilərində daha qabarıq şəkil alır. Qadınlarda 40-45 yaşlara qədər, yəni menopauzaya qədər sümüklərin möhkəmliyini estrogenlər (cinsi hormonlar) qoruyub saxlayır, lakin sonra onların ifrazı azaldığından sümük kütləsi də azalmağa başlayır.Menopauzanın ilk 5 ilində bu proses daha intensiv gedir. Cərrahiyyə əməliyyatları vasitəsilə yumurtalıqların çıxarılması, hormonal müalicə aparılması qadınlarda menopauzanın erkən başlanması riskini yüksəldir. Estragenlər isə qalxanvari ətraf vəzi hormonunun antaqonistidir. Bu hormon qanda Ca-u artırır. Bu hormon artdıqca sümüklərdən Ca-un çıxması baş verir. Hamiləlik (çoxsaylı doğuş) və laktasiya (süd vermə) dövründə qadınlar daha çox Ca itirmiş olurlar. Risk yaşla əlaqədar olaraq artır. 50 yaşdan sonra xəstəliyə düçar olma riski daha yüksəkdir, yayılma sürətinə görə isə ürək-damar xəstəliyi və süd vəzisinin xərçəngi ilə bir cərgədə durur. Genetik meyllik, menopauzanın erkən baş verməsi risk amillərinə aiddir.
Osteoporoz yalnız qadınlarda olur?
Bu xəstəlik kişilərdə də olur. Lakin qadınlara nisbətən kişilərdə kalsiumun yuyulması az baş verir. Çünki cinsi hormonlar bunun inkişafına mane olurlar. 60 yaşına çatmamış kişilərin 10%-də osteoporoz müşahidə edilir. 65 yaşından yuxarı kişilərdə isə risk qadınlardakı qədərdir.
Hansı əlamətlər osteoporozu xarakterizə edir?
Sümüklərin kövrəlməsi, sınması, deformasiyası. Bu isə boyun qısalması, belin bükülməsi, bel ağrıları, köks qəfəsi şəklinin dəyişməsi və həcminin azalmasına səbəb olur. Sümüklərdə, əsasən də ətraf sümüklərində baş verən sınıqlar xəstənin hərəkətinə mane olur. Ən təhlükəli yerlər – onurğa, bud sümüyü, mil sümüyü oynaqlarıdır. Hətta ən yüngül yük daşımaq belə bu sümüklərdə sınıqların baş verməsi ilə nəticələnə bilər. Bəzən osteoporpozun yeganə əlaməti olaraq uzun müddət ayaqüstə duranda beldə ağrılar baş verir, uzandıqda isə keçir. Tez yorulma, gecələr ayaqlarda qıcolmalar, parodontoz, dırnaqların kövrəkləşməsi və saçların vaxtından əvvəl ağarması müşahidə oluna bilər.
Osteoporozu sürətləndirən amillər hansılardır?
Siqaret çəkmək sümük hüceyrələrinə zərərli təsir etdiyinə görə qadınlarda menopauza daha erkən baş verir. Uzun müddət pepsi-kola içmək məsləhət deyil. Çünki onun tərkibində fosfor çoxdur. Bu da Ca sorulmasını azaldır. Alkoqol, hormonlar (böyrəküstü vəzi hormonları), heparin (antikoaqulyantlar), qıcolmaya qarşı vasitələr, sidikqovucular və s. qəbul edilməsi, qaraciyər və böyrək xəstəlikləri, bəzi şişlər, revmatizm, hərəkətsiz həyat tərzi riski yüksəldir. Fiziki aktivlik sümük kütləsini artırdığı üçün hərəkət etməyən insanlarda və yataq xəstələrində sümük kütləsi azalmış olur. Əgər bir insan 1 il müddətinə hərəkətsiz qalarsa, o zaman onun bədənindəki sümüklər möhkəmliyini 50% itirmiş olar. Qadınlarda kişilərə nisbətən, arıqlarda köklərə və alçaq boylularda hündürlərə nisbətən sümük əriməsi daha tez baş verir. Endokrin xəstəliklər – şəkərli diabet, qalxanvari və qalxanətrafı vəzin xəstəlikləri, xroniki böyrək, qaraciyər çatmamazlığı və Ca-un bağırsaqlardan sorulmasının çətinləşməsi sümük əriməsinə şərait yaradır.
Osteoporoza şərait yaradan səbəblər hansılardır?
Ca-un bağırsaqlardan sorulması üçün D vitamini lazımdır. Dəridə olan inaktiv D vitamini günəş şüalarının təsirindən aktiv hala keçir.
Günəş şüaları qəbul etməyən insanlarda D vitamini azalmış olur və bu zaman Ca bağırsaqlardan sorulmur. Günəş şüası az olan ölkələrdə süd və süd məhsullarına D vitamini əlavə edirlər. D vitamini balıq yağında, kərə yağında, yumurtada, qaraciyərdə, süddə olur.
Osteoporoz necə aşkar olunur?
Sümük kütləsini heç bir narahatçılıq olmadan 10-15 dəqiqəlik müayinə edərək ölçmək mümkündür. Rentgen, ultrasəs müayinəsi bu haqda məlumat verir. Densitometriya üsulu ilə skeletin hansı sümüklərində ərimə baş verməsi daha aydın aşkar olunur.
Osteoporozdan qorunmaq üçün nə etməli?
- Ca-la zəngin olan pəhrizə riayət etməli, piyada gəzməli, ağırlıq daşımamalı, günəşli günlərdə, açıq havada dərinin günəşlə təmasını təmin etməli; -siqaret, alkoqol və bəzi dərmanlar (sümük kütləsini azaldan) qəbul edilməsindən çəkinməli; –sümük mübadiləsinə təsir edən xəstəliklər müalicə olunmalıdır. Oturaq həyat tərzi keçirən insanlar hər saatdan bir 10 dəqiqə istirahət və ya gimnastika etməlidirlər.
Osteoporozun profilaktikası üçün hansı qidaları qəbul etməli?
- Süd və süd məhsullarının tərkibində həkim məsləhəti ilə gündə 1-1,5q Ca preparatları qəbul edilməlidir. Ca ilə zəngin olan qidalar - mal əti, qoz, üzüm, şüyüt, cəfəri, şomu, lobya, brokkoli, soya, kələm, portağal, tomat suyu və s. qəbul edilməsi məsləhət görülür. Osteoporozun erkən və düzgün müalicəsindən sonra yaxşılaşma və prosesin dayanmasına nail olmaq mümkündür.
Hazırladı: S.Aytən Mənbə: İqtisadiyyat qəzeti
| ['osteoporoz'] |
5,366 | https://kayzen.az/blog/ekonomiks/1441/5.-t%C9%99l%C9%99b-%C9%99yril%C9%99rinin-n%C3%B6vl%C9%99ri.html | 5. Tələb əyrilərinin növləri | iqtisadçı | Ekonomiks | 15 iyul 2011, 12:05 |
Tələb əyrilərinin növləri Adətən iqtisadçılar tələb əyrilərini onların elastikliyinə uyğun olaraq təsnifi edirlər. Əgər elastiklik 1-dən yuxarıdırsa, əmtəəyə olan tələb elastik kimi qiymətləndirilir. Yəni, faiz ifadəsində əmtəənin miqdarının dəyişməsi faiz ifadəsində onun qiymətinin dəyişməsindən nisbətən yüksəkdir. Tələbin elastikliyi 1-dən aşağı olduqda, tələb qeyri-elastik adlanır. Başqa sözlə, əmtəənin miqdarının dəyişməsi onun qiymətinin dəyişməsindən nisbətən aşağıdır. Əgər elastiklik 1-ə bərabərdirsə, əmtəənin miqdarı onun qiymətinin dəyişməsinə tam uyğun olaraq dəyişir və tələb vahid elastiklik kimi xarakterizə olunur. Qiymətə görə tələbin elastikliyi əmtəəyə olan tələbin həcminin qiymətin dəyişməsindən asılılığını göstərir və o, tələb əyrisinin meylliliyi ilə sıx bağlıdır (II fəslə əlavədə əyrinin meylliyi və elastik məsələlərin izahına bax). Burada böyük barmaq qaydasına əməl etmək sərfəlidir: həmin nöqtədən keçən tələb əyrisi nə qədər çox maillidirsə, tələbin elastikliyi bir o qədər yüksəkdir; mövcud nöqtədən keçən tələb əyrisi nə qədər sərtdirsə, qiymətə görə tələbin elastikliyi bir o qədər azdır.
Yaddaş guşəsi
Orta nöqtə üsulu ilə elastikliyin hesablanması Əgər tələb əyrisinin iki nöqtəsi arasında qiymətə görə tələbin elastikliyini hesablamağa çalışsanız, siz o dəqiqə xoşagəlməz problemi müşahidə edəcəksiniz. A nöqtəsindən B nöqtəsinədək hesablanmış elastikliyin qiyməti B nöqtəsindən A nöqtəsinədək hesablanmış elastikliyin qiymətinə uyğun gəlməyəcəkdir. Misal üçün, aşağıdakı məlumatlara diqqət yetirək. A nöqtəsi: qiymət 4 dollar. Miqdar – 120 B nöqtəsi: qiymət 6 dollar. Miqdar – 80 A nöqtəsindən B nöqtəsinə doğru əyri boyunca hərəkət zamanı qiymət 50% artır, əmtəənin miqdarı isə 33% aşağı düşür: qiymətə görə tələbin elastikliyi 33/50 və ya 0,66 təşkil edir. Əksinə, B nöqtəsindən A nöqtəsinə hərəkət zamanı qiymət 33% aşağı düşür, əmtəənin miqdarı isə 50% artır: qiymətə görə tələbin elastikliyi 50/33 və ya 1,5 olur. Bu problemdən yayınmağın üsullarından biri orta nöqtə üsulundan istifadə edilməsidir. Bu üsul elastikliyin qiymətin ilk və son nöqtələrdə miqdarının (faizlə) əyrinin orta nöqtəsində qiymətin dəyişməsinə olan nisbəti kimi müəyyən olunmasını fərz edir. Məsələn, 4 və 6 dollar arasında orta nöqtədə qiymət 5 dollardır. Deməli, 4 dollar nöqtəsindən 6 dollar nöqtəsinədək hərəkət zamanı qiymət 40% artır (Nə üçün? Ona görə ki, (6-4 doll.)/5 doll.×100% = 40%). Analoji olaraq, 6 dollardan 4 dollara doğru hərəkət zamanı qiymət 40% aşağı düşür. Madam ki, orta nöqtə üsulu əyrinin hərəkət istiqamətindən asılı olmayaraq, dəyişikliyin qiymətini tapmağa imkan verir, ondan daha çox iki nöqtə arasında qiymətə görə tələbin elastikliyinin hesablanmasında istifadə edirlər. Bizim misalda A və B nöqtələri arasında orta nöqtə aşağıdakı kimidir: Orta nöqtə: Qiymət = 5 dollar. Miqdar = 100 Orta nöqtə üsuluna əsasən, A nöqtəsindən B nöqtəsinə hərəkət zamanı qiymət 40% artır, miqdar isə 40% azalır. Analoji olaraq, B nöqtəsindən A nöqtəsinə hərəkət zamanı qiymət 40% aşağı düşür, miqdar isə 40% artır. Hər iki istiqamətdə qiymətə görə elastiklik 1-ə bərabərdir. Əgər sizdə elastikliyin hesablanması zərurəti yaranarsa, orta nöqtə üsulunu yada salın. Bu kitabda biz qeyd olunan üsula tez-tez müraciət etməyəcəyik. Bizim məqsədimiz üçün tələbin elastikliyi – tələbin həcminin qiymətin dəyişməsinə reaksiyası daha əhəmiyyətlidir, nəinki onun hesablanması.
5.1. saylı şəkildə tələb əyrisinin beş növü təsvir olunmuşdur. Ekstremal şəraitdə əmtəəyə tələbin sıfır elastikliyi tamamilə qeyri-elastikdir, tələb əyrisi isə şaqulidir (hər bir mümkün qiymətdə təklif olunan əmtəənin miqdarı dəyişmir). Elastikliyin artdığı ölçüdə tələb əyrisi daha çox maili olur.
Elastikliyin artması ilə tələb əyrisi daha çox maili olur. Ekstremal hallarda tamamilə elastik tələbə xas olan qiymətə görə elastiklik sonsuzluğa doğru meyl edir. Bu halda tələb əyrisi absis oxuna nisbətdə üfüqi vəziyyətdə olur və onu əks etdirir ki, qiymətin cüzi dəyişməsi tələbin həcminin əhəmiyyətli dərəcə dəyişməsinə səbəb olur.
Satışdan ümumi gəlir və tələbin qiymət elastikliyi
Bazar tələbi və təklifinin dəyişməsini təhlil edərkən, alıcılar tərəfindən ödənilən və əmtəə satıcıları tərəfindən əldə edilən pul məbləği kimi dəyişən amilin təsirini nəzərə almaq zəruridir. Hər bir bazarda satışdan ümumi gəlir=PxQ: əmtəənin qiymətinin satılmış əmtəələrin miqdarına olan hasilinə bərabərdir.
Satışdan ümumi gəlir qrafiki (şəkil 5.2.) tələb əyrisi altında düzbucaqlı kimi təsvir olunmuşdur. Onun hündürlüyü P-ə, uzunluğu isə Q-ə bərabərdir. RxQ kimi hesablanan düzbucaqlının sahəsi bu bazarda əldə olunmuş satışdan əldə olunan ümumi gəlirə bərabərdir. Əgər R=4 dollar, Q=100 olarsa, məcmu mədaxil 4 dollar x100 və ya 400 dollara bərabər olacaqdır.
Tələb əyrisi boyunca hərəkəti zamanı satışdan ümumi gəlir necə dəyişilir? Bu, qiymətə görə əmtəəyə olan tələbin elastikliyindən asılıdır. Əgər tələb qeyri-elastikdirsə (şəkil 5.3.), qiymətin artması satışdan ümumi gəlirin artmasına səbəb olur. Qiymətin 1 dollardan 3 dollara qalxması tələbin həcminin 100-dən 80 vahidə enməsinə gətirib çıxarır, məcmu mədaxil isə 100 dollardan 240 dollara qədər artır. P-nin artması ilə müqayisədə Q nisbətən az azaldığından, əmtəənin qiymətinin artması P və Q-nin hasilinin artması ilə nəticələnir.
Əgər tələb elastikdirsə, biz əks nəticə alırıq: qiymətin artması satışdan ümumi gəlirin azalması ilə nəticələnir. Məs: əgər əmtəənin qiyməti 4 dollardan 5 dollara, tələbin həcmi 50-dən 20 vahidə düşərsə, məcmu mədaxil 200 dollardan 100 dollara qədər azalır (şəkil 5.4.). Beləliklə, tələb elastik olduğundan tələbin həcminin azalması o qədər böyükdür ki, əmtəənin qiymətinin artmasını örtür. Başqa sözlə, P-nin artması ilə müqayisədə Q-nin azalması çox olduğundan, qiymətin artması P və Q hasilinin azalmasına səbəb olur.
Şəkil 5.3. və 5.4.- də göstərilən misallar son dərəcə təsadüfi olsalar da, onlar ümumi qaydaları əks etdirirlər:
- qiymətə görə tələbin elastikliyi 1-dən az olarsa, əmtəənin qiymətinin artması satışdan ümumi gəlirin artımına, qiymətin azalması isə onun azalmasına səbəb olur;
- tələbin qiymət elastikliyi 1-dən çox olarsa, əmtəənin qiymətinin artması satışdan ümumi gəlirin azalması, qiymətin azalması isə onun artması ilə nəticələnir;
- tələbin qiymət elastikliyinin 1-ə bərabər olduğu xüsusi hallarda əmtəənin qiymətinin dəyişməsi satışdan ümumi gəlirə təsir göstərmir.
Gəlirə görə tələbin elastikliyi (The Income Elasticity of Demand)
Qiymətə görə tələbin elastikliyindən başqa iqtisadçılar elastikliyin digər göstəricilərindən də istifadə edirlər. Onlardan ən maraqlısı gəlirə görə tələbin elastikliyidir, yəni istehlakçıların gəlirlərinin dəyişməsindən əmtəə tələbinin həcminin asılılığıdır. Gəlirə görə elastiklik aşağıdakı kimi hesablanır:
Yaddaş guşəsi
Elastiklik, satışdan ümumi gəlir və tələb əyrisi
Tələb əyrisi heç də həmişə elastikliklə xarakterizə olunmur. Dəyişən elastikliklə tələb əyrisinə misal şəkil 5.5.-də göstərilmişdir. Xətli tələb əyrisi daim mailliyə meyllidir. Yadınıza salın ki, əyrinin mailliyi qiymətin dəyişməsinin əmtəənin miqdarının dəyişməsinə nisbəti kimi müəyyən olunur. Bu halda, qiymətin hər bir dollar artması tələbin həcminin 2 vahid azalmasına səbəb olduğundan, tələb əyrisinin mailliyi sabit kəmiyyətdir.
Tələb əyrisinin daim maili olması o demək deyildir ki, onun elastikliyi də sabit kəmiyyətdir. Bu, onunla əlaqədardır ki, elastiklik faizlə ifadə olunmuş dəyişənlərin dəyişməsi nisbəti kimi müəyyən olunduğu halda, maillilik iki dəyişənin dəyişməsi nisbətini ifadə edir. 5.1. cədvəlində verilmiş olan cədvələ, şəkil 5.5.-dəki müvafiq tələb əyrisinə və qiymətə görə tələbin elastikliyinə dair hesablamalara baxaq. Aşağı qiymət və tələbin yüksək nöqtəsində tələb əyrisi qeyri-elastikdir. Yüksək qiymət və tələbin kiçik nöqtəsində tələb əyrisi elastikdir. Cədvəl 5.1.-də satışdan ümumi gəlirlə elastiklik arasında qarşılıqlı əlaqəni əks etdirən tələb əyrisinin hər bir nöqtəsində satışdan ümumi gəlir verilmişdir. Məs. qiymət 1 dollara bərabər olduqda, tələb qeyri-elastikdir, qiymətin 2 dollara qalxması satışdan ümumi gəlirin artması ilə nəticələnir. Əmtəənin qiyməti 5 dollar olduqda, tələb elastikdir, qiymət 6 dollara yüksəldikdə isə satışdan ümumi gəlir aşağı düşür. Qiymət 3 dollardan 4 dollara çatdıqda, tələbin elastikliyi vahidə bərabər olur, satışdan ümumi gəlir isə hər bir qiymətdə dəyişməz qalır. Cədvəl 5.1.
Qiymət doll.
Miqdar
Məcmu mədaxil (qiymət x miqdar)
Qiymətin dəyişməsi, %
Tələbin həcminin dəyişməsi, %
Elastiklik
Tələbin xarakteristikası
0
14
0
200
15
0,1
qeyri-elastik
1
12
12
67
18
0,3
qeyri-elastik
2
10
20
40
22
0,6
qeyri-elastik
3
8
24
29
29
1,0
vahid elastik
4
6
24
22
40
1,8
elastik
5
4
20
18
67
3,7
elastik
6
2
12
15
200
13,0
elastik
7
0
0
IV fəsildə qeyd etdiyimiz kimi, əmtəələrin əksəriyyəti normal əmtəələr kateqoriyasına aiddir: istehlakçıların gəlirlərinin artması onlara olan tələbi artırır. Belə ki, tələbin həcmi və gəlir bir istiqamətdə dəyişir, normal əmtəələr gəlirə görə müsbət elastikliklə xarakterizə olunur. Bir sıra əmtəə və xidmətlər, məsələn, avtobusda gəzinti, ən aşağı əmtəələrə aiddirlər: istehlakçıların gəlirlərinin artması tələbin həcminin azalmasına səbəb olur. Beləliklə, tələbin həcmi və gəlir müxtəlif istiqamətlərdə dəyişir, ən aşağı əmtəələr gəlirə görə mənfi elastikliklə xarakterizə olunur. Normal əmtəələrin gəlirə görə elastikliyi əhəmiyyətli dərəcədə fərqlənir. Istehlakçı pul gəlirlərinin həcmindən asılı olmayaraq, onlardan bir neçəsini əldə etməyə məcbur olduğundan, geyim və qida məhsulları kimi ən zəruri əmtəələr gəlirə görə aşağı elastikliklə xarakterizə olunur. Balıq kürüsü və xəz kimi təmtəraqlı əşyalar isə gəlirə görə böyük elastikliklə xarakterizə olunurlar, çünki istehlakçıların gəlirləri azaldıqda onlar fikirləşirlər ki, bahalı olmayan əmtəələrsiz də keçinə bilərlər. Qiymətə görə tələbin çarpaz elastikliyi. Bir əmtəəyə tələbin həcminin başqa məhsulların qiymətinin dəyişməsindən asılılığını müəyyən etmək üçün iqtisadçılar qiymətə görə tələbin çarpaz elastikliyi göstəricisindən istifadə edirlər. O, birinci əmtəəyə olan tələbin həcminin faizlə dəyişməsinin ikinci əmtəənin qiymətinin faizlə dəyişməsinə nisbəti kimi hesablanır. Beləliklə: Qiymətə görə tələbin çarpaz elastikliyi = I əmtəəyə olan tələbin həcminin faizlə dəyişməsi : II əmtəəyə olan tələbin həcminin faizlə dəyişməsi Çarpaz elastikliyin kəmiyyəti götürülmüş əmtəələrin bir-birini əvəz etməsindən və ya onların bir-birini tamamlamasından asılıdır. IV fəsildə qeyd etdik ki, bir-birini əvəz edən əmtəələr – qamburqer və ya hotdoq kimi biri digərinin əvəzində istifadə oluna bilən əmtəələrdir. Xotdoqun qiymətinin artması insanları daha çox qamburqer almağa vadar edir. Xotdoqun qiymətinin qalxması ilə qamburqerə olan tələb bir istiqamətdə dəyişənə qədər bu əmtəələr üçün qiymətə görə çarpaz elastiklik müsbət olacaqdır. Eyni zamanda, kompüter və proqram təminatı kimi adətən birgə istifadə olunan əmtəələr kompleksləşdirici əmtəələr adlanır. Belə əmtəələr üçün qiymətə görə çarpaz elastiklik mənfi olacaqdır. Bu, öz əksini kompüterin qiyməti qalxdıqda proqram təminatına olan tələbin azalmasında tapır.
| ['elastiklik'] |
5,367 | https://kayzen.az/blog/cahandar/6262/ist%C9%99r-inan,ist%C9%99rs%C9%99-d%C9%99-inanma.html | İstər inan,istərsə də inanma. | cahandar | Bloq: cahandar | 15 iyul 2011, 11:57 |
46 il sonra!!!!!!!!
75 yaşlı qadının qarnından 3.7 kiloqramlıq ölü uşaq tapılıb.Uşaq nə az,nə çox 46 il qadının qarnında qalıb.Əvvəlcə qadın qarnındakı ağrılardan şikayət etməyə başlayıb.Sonra qadının üzərində əməliyyat aparmaq lazım gəlib.Ölü uşaq da bu əməliyyat nəticəsində meydana çıxıb.Yaşlı qadın axırıncı dəfə 1956-cı ildə müayinədən keçib.O vaxt tibbi texnika yaxşı inkişaf etmədiyi üçün qadının hamiləliyini müəyyən etmək də mümkün olmayıb.Həkimlərə görə hamiləlik normal şəkildə davam edib.Lakin hamiləliyin doqquzuncu ayında ölüm baş verib.Uşaq "təbii izolyasiya" ilə əhatə olunduğundan anaya heç bir ziyan verməyib.Ona görə bu günə qədər sağ-salamat gəlib çıxıb.Bundan başqa uşaq ana bətnində yox,qadın boşluğunda inkişaf edib.Bu isə həm ananın,həm uşağın ölümü deməkdir.
Bəzən belə də olur.
Munir Furar əlcəzairdə yaşayır.Boyu 2 metr 44 sm,çəkisi 180 kq-dır.6 qardaşın ən balacası olsa da,64 ölçülü ayaqqabı geyinir.29 yaşlı bu nəhəng adamların ona həddindən artıq maraq göstərməsindən də narahat olmur.
Qocadakı həvəsə bax!!!
Kenyada 30 nəvəsi olan,84 yaşındakı bir qoca bu ildən etibarən 1-ci sinifdə oxuyur.Kirmani Muraci adlı bu şəxsin oxuduğu sinifdəki orta yaşın 7 olduğu və onun iki nəvəsinin həmin məktəbin yuxarı sinfində oxuduğu bildirilib.Məktəbin direktoru Jane-Obinçu,Muraci onlara müraciət edəndə bunun bir zarafat olduğunu sanıblar və ona bu ilin ilk rübündə gəlməsini deyiblər.Lakin Muraci məktəb paltarıyla gələndə hamısı heyrətə düşüb.. :))))
Mənbə-"GəncPlus" qəzeti-Arxiv.
| ['bilirsinizmi?'] |
5,368 | https://kayzen.az/blog/cahandar/6261/eyn%C9%99k-se%C3%A7m%C9%99k%C3%A7%C3%BCn-fikir-veril%C9%99c%C9%99k-n%C3%BCanslar.html | Eynək seçməkçün fikir veriləcək nüanslar | cahandar | Bloq: cahandar | 15 iyul 2011, 11:17 |
Eynək seçmək qəliz məsələdir.Eynəyinin üzünə ideal yaraşmasını istəyirsənsə,aşağıdakı məsləhətlərə qulaq ver.
Üz quruluşlarına görə:
Dairə-Sənə düzbucaqlı çərçivəsi olan eynəklər yaraşır.Belə forma vizual olaraq dairəvi üz quruluşunu bir qədər uzunsov göstərəcək və bununla da üzündə xüsusi xoş ifadə yaranacaq.
Ellips-Oval üz quruluşu olanlar diqqəti almacıq sümüyünə yönəltsələr yaxşı olar.Əgər sənin də üz quruluşun bu formaya uyğun gəlirsə,rombşəkilli eynəklər taxa bilərsən.
Kvadrat-Üzünün yuxarı və aşağı almacıqları iri olanlar bu cür cizgiləri bir az «yumşaltmalıdırlar».Bunun üçün oval formalı,zərif çərçivəli eynək məsləhətdir.Bu sənə gözəllik verəcək.
Üçbucaq(geniş alın)-«Ağır» buxaqlı və ensiz almacıqları ilə seçilən üz cizgiləriindən diqqəti yayındırmağın ən ideal yolu parlaq və qeyri-adi çərçivələrdir.Onunla üzdəki disproporsiyanı gizlətmək olar.
Üçbucaq(çənə)-Almacıq sümükləri geniş,çənə hissəsi isə sivri olan üz quruluşlarına şüşəsi bir qədər irəliyə çıxmış və çərçivəsi nazik eynəklər yaraşır.Kəpənəkvari və «pişik gözləri» daha münasibdir.
Ürək-Alnın və almacıq sümüklərin geniş,çənən isə ensizdir?Onda səni təbrik edirik,çünki istənilən formalı eynəyi çəkinmədən ala bilərsən.Sənə al da yaraşır,şal da!!
Romb-Nadir üz quruluşudur.Bu geniş alnı,ifadəli,amma çox qabarıq olmayan almacıq sümüyü və sivri çənəsi olan qadınlara aid üz formasıdır.Onlara trapesiya formalı eynəklər yaraşır.
mənbə-Jurnallar toplusundan yığılmış nəticə.
Bu yazı İnternet aləmində ilk dəfə yayımlanır.
| ['eynək seçimi', 'eynək'] |
5,369 | https://kayzen.az/blog/cahandar/6260/qism%C9%99t-bel%C9%99ymi%C5%9F.html | Qismət beləymiş!! | cahandar | Bloq: cahandar | 15 iyul 2011, 02:41 |
Bir vaxtlar məndə xoşbəxtlik qatarının sərnişini idim.Sevgi deyilən o ülvi hiss bir vaxt məni də öz ağuşuna alıb,sonsuzluqlara aparırdı.Sevirdim.Sevdiyim qədər də sevilirdim....Onunla tanışlığımız təsadüfən oldu.Bu təsadüf bir-birindən xəbərsiz yaşayan iki gənci bir-birinə qovuşdurdu.Qovuşduğumuz anın istisi getməmiş eləcə də bir-birimizdən ayırdı.Bir sözlə,taleyin "qəm" adlı möhürü bizim də payımıza düşdü.
....Evləndiyimiz müddətdən 2 ay sonra hiss etdim ki,Rafiq narkotik maddələr qəbul edir.İlk anda buna inanmasam da gördüklərim artıq buna əyani sübut idi.Ən nəhayət,valideyinlərim bu işdən hali olduqdan sonra,tələb etdilər ki, Rafiqdən boşanım.Bu işə könlümüz olmamağına baxmayaraq hər şey onlar deyən kimi oldu.Ayrılıqdan sonra hiss edirdim ki,Rafiq bu əzablara dözmür.Bu iztirabların,acıların sonu onun ölümü ilə nəticələndi.Ölümündən bir neçə il keşsə belə,mən yenə sevirəm.Nə bilim,bəlkə də ayrılmasaydıq,onun yaşamasına və düzgün ypla qayıtmasına köməkliyim dəyə bilərdi.Artıq bundan sonra xoşbəxtliyimi haradasa tapacağıma inanmıram.Neylək,sən demə qismət belə imiş.
Müəllif:Cahandar Həsənli.
Mənbə-internet aləmində ilk dəfə yayımlanir.
| ['düşündürücü hekayə'] |
5,370 | https://kayzen.az/blog/sahmat/6243/%C5%9Fahmat-oyunu.html | Şahmat oyunu | Qiyasli | Şahmat | 15 iyul 2011, 00:23 |
Şahmat — taxta lövhə üzərində keçirilən strateji oyun növüdür. Şahmat dünyanın ən qədim oyunlarından biridir. Rəvayətə görə şahmat Hindistanda yaradılmışdır.Daha sonra şahmat İrana, oradan ərəb ölkələrinə, oradan da Avropaya yayıldı.Şahmatın Avropaya yayılmasında isə açar ölkə İspaniya idi. Bizans İmperatorluğunun da şahmatın inkişafında rolu az olmadı. İlk vaxtlar şahmatın adı satranc olmuşdur. Sonradan dəyişikliklərə uğramış və şahmat adını almışdır. İndiyə qədər də bəzi ölkələrdə şahmata satranc deyilir.
Əvvəllər şahmat çox asta bir oyun idi. Ancaq 1400-cü illərin sonlarında iki uzaqmənzilli fiqurun (fil və vəzir) kəşf edilməsi oyunun sürətini artırdı. Şahmatla bağlı ilk kitabın müəllifi Luçena isə bu kitabda (1497-ci il) şahmatın yeni qaydalarını elan etdi. O vaxtdan indiyə qədər bu qaydalar olduğu kimi qalır. Şahmat iki tərəfin - ağ və qara fiqurlarla oynayan rəqiblərin mübarizəsidir. Hər tərəfin bir şah, bir vəzir, iki top, iki fil, iki at və səkkiz piyada olmaqla 16 fiquru olur. Şahmat lövhəsi 64 - 32 ağ və 32 qara xanadan ibarətdir.
İspaniyadan sonra İtaliya, Fransa, Almaniya, Amerika Birləşmiş Ştatları və Rusiyada da şahmat çox sürətlə yayılmağa başladı. 19-cu əsrin sonlarında isə artıq şahmatın ilk ulduzları məlum idi: Anderssen, Morfi, Rubinşteyn və Steynits. 1850-ci illərdən başlayaraq, ilk peşəkar turnirlər keçirilməyə başlandı. Nəticədə, 1886-cı ildə o dövrün ən güclü iki şahmatçısı Steynits və Sukertort arasında ilk dünya çempionatı keçirildi. Steynits bu çempionatda 10 qələbə, 5 heç-heçə və 5 məğlubiyyətlə qalib gəldi.
Şahmat üzrə ilk dünya çempionu Vilhelm Steyinitz olmuşdur. Sonradan dünya çempionları bu ardıcılıqla olmuşdur: Emanuel Lasker, Xose Raul Kapablanka, Aleksander Alyoxin, Maks Eyve, Mixail Botvinnik, Vasili Smıslov, Mixail Tal, Tiqran Petrosyan, Boris Spasski, Rober Fişer, Anatoli Karpov, Harri Kasparov, Vladimir Kramnik, Veselin Topalov. Sonuncu dünya çempionu hindistanlı Visvanathan Ananddır.Lakin qeyd etmək lazımdır ki,şahmat çempionlarının tanınmasında problemlər var.Çünki 90-cı illərin ortalarında dünya şahmat tacının sahibi uğrunda iki - FİDE xətti və Harri Kasparovun təşkilatçılığı ilə yaranan təşkilatın xətti ilə yarışlar keçirilirdi.Bu isə eyni zamanda dünyada iki şahmat çempionunun olmasına gətirib çıxarmışdı.Lakin 2005-ci ildən etibarən şahmat çempionları yalnız FİDE xətti ilə müəyyən olunur.
Azərbaycanda da şahmatın böyük inkişaf yolu var. Daha qədim zamanlarda Azərbaycanda böyük şahmatçılar olmuşdur.
Şahmat oyunu haqqında məşhur deyimlər
Şahmat beyin işgəncəsidir. Kasparov
Şahmat haqqında deyirlər ki, həyat üçün çox uzundur, amma bu, şahmatın deyil, həyatın qüsurudur. İrninq Çernyov Şahmatın əsası onun nə olduğunu düşünməkdir. Devid Bronşteyn Şahmat taxtası insan zehninin gimnastika zalıdır. Paskal Şahmat taxtasında bütün dənizlərdən daha çox macəra var. Pyer Mak Orlan Uduzan həmişə səhvdir. Panov Şahmat bəşəriyyətin lənətidir. H.G.Uells Şahmat analiz sənətidir. Botvinnik Mənə qalib gələn hər kəsə nifrət edirəm. Liza Leyn Yaxşı oyunçunun həmişə yaxşı şansı olur. Kapablanka Yaşım artdıqca piyadalara daha çox dəyər verməyə başlayıram. Keres İçki-işləyənlərin lənətidir. Işləmək-içənlərin lənətidir. Şahmat isə düşünənlərin lənətidir.
C. Ross Piyadamı verməkdənsə, barmağımı verərəm. Ruben Fayn Şahmatdakı peşmanlıqdan daha böyük peşmanlıq yoxdur. H.G.Uells Rəqib şahın kəlləsi üçün heç bir əvəz böyük deyil. Koblentz İki cür fəda var: doğru olanlar və mənimkilər. Tal Yumşaq qəlblisinizsə, şahmat oynaya bilməzsiniz. Fransız atalar sözü Ən yaxşısı rəqib daşlarını fəda etməkdir. Tartakouer Yaxşı gediş görəndə, gözləyin, daha yaxşısını axtarın. Em. Lasker Daş itirməmək üçün çox oyunlar itirilib. Tartokouer Səhvlər taxtanın hər yanında edilməyi gözləyirlər. Tartakouer Şahmat taxtasında yalan və ikiüzlülük çox yaşaya bilməz. Em. Lasker
♜
♞
♝
♛
♚
♝
♞
♜
♟
♟
♟
♟
♟
♟
♟
♟
♙
♙
♙
♙
♙
♙
♙
♙
♖
♘
♗
♕
♔
♗
♘
♖
Həmçinin bax: Şahmat terminləriDahilər və şahmat
| ['şahmat'] |
5,371 | https://kayzen.az/blog/m%C3%BCalic%C9%99/6254/anemiyal%C4%B1-x%C9%99st%C9%99l%C9%99r.html | Anemiyalı xəstələr | Zeyneb_Ehmedova | Xəstəyə ümumi qulluq və müalicə-diaqnostika | 14 iyul 2011, 15:23 |
Anemiya zamanı qanın tərkibində hemoqlobin və eritrositlərin miqdarı azalır.Belə xəstələrin müayinə edərkən onların rənglərinin avazıması nəzərə çarpır.Anemiyaların bəzi növlərində xəstənin müayinəsi zamanı tiprik əlamətlər görünür.Məs:anadangəlmə hemolitik anemiyalı xəstənin müayinəsində xəstədə qülləvari baş,damağın yuxarıda durması,dişlərin əyri bitməsi görünür. «Reyno» xəstəliyinin əlamətləri müşahidə edilir.Dəmir defisitli anemiyalı xəstənin müayinəsində xəstədə həm anemik,həm də sideropendik simptom müşahidə edili.Belə ki,xəstədə başgicəllənmə,qukaqlarda küy,gözlərə qaranlıq çökmə əlamətləri ilə yanaşı dad pozğunluğu,udma aktının pozulması,dildə ağrılar və s əlamətlər olur.
B-12 defisitli xəstəni müayinə edərkən, onda həm anemik,həm də dispeptik,həm də sinir-psixi simptomlar olduğu görünür.Aplastik anemiyalı xəstəni müayinə edərkən belə xəstədə çimdikləmə və jqut simptomlarının müsbət olduğu,damaq nahiyəsinə qansızmalar və burundan qanaxmalar müşahidə edilir.Anemiyalı xəstələrə qulluq göstərərkən hər bir anemiyanın xarektirik xüsusiyyətini nəzərə almaq lazımdır.Belə ki,dəmir defistli anemiyası olan xəstəyə qulluq edərkən onun qida rasionuna tərkibində «Fe» çox olan qidalar verilir,xəstənin dilində yanğı və ağrı olduğuna görə turş,qıcıqlandırıcı qidalar verilmir.Belə xəstələr təbaşir,torpaq,əhəng yediklərinə görə çalışmaq lazımdır ki, onların yaxınlığında bunlar olmasın.Hemolitik anemiyalı xəstəni soyuqdəymədən,donmadan,müxtəlif infeksiyonlardan qorumaq lazımdır,çünki bunlar xəstənin vəziyyətini ağırlaşdırır və hemolitik krizlərin əmələ gəlməsinə və xəstənin vəziyyətini ağırlaşdırılmasına səbəb ola bilər.
B-12 defisitli anemiyalı xəstələrə qulluq edərkən xəstənin qidalanmasına ciddi fikir vermək lazımdır,çünki bu xəstələrin dilində ağrılı sahələr olur və turş,qıcıqlandırıcı yeməklər xəstənin dilində bərk ağrılar törədir.Bu xəstələri daim müşahidə altında saxlamaq lazımdır,çünki bunlarda əzələ atrofiyası və əzələ zəifliyi olduğuna görə bunlar sərbəst hərəkət edə bilmirlər.
Aplastik anemiyalı xəstələrə qulluq edərkən xüsusilə diqqətli olmaq lazımdır. Bu xəstələr həddən artıq zəif,halsız olurlar,A/T çox aşağı olur,badamcıqlarda infeksion-irinli ağırlaşmalar olduğuna görə xəstəyə ancaq duru yeməklər verilməlidir.
Tibb bacısı anemiyalı xəstələrin poliklinikaya mühtəzəm gəlməsinə nəzarət edir,qanı təkrar yoxlamaq üçün laboratoriyaya göndəriş kağızı yazır,analizlərin cəvablarını alır.Anemiyada xəstənin həyatı təhlükədə olduqda qan köçürülür.
Müəllif:Zeynəb Əhmədova
Mənbə:Tibbi kitablardan birləşdirilmiş məqalə
| ['anemiya', 'qan azlığı'] |
5,372 | https://kayzen.az/blog/m%C3%BCalic%C9%99/6253/leykozlu-x%C9%99st%C9%99l%C9%99r.html | Leykozlu xəstələr | Zeyneb_Ehmedova | Xəstəyə ümumi qulluq və müalicə-diaqnostika | 14 iyul 2011, 15:19 |
Qanyaradan hüceyrələrdən törəyən və bir qayda olaraq sümük iliyini zədələyən qanyaradan sistemin şişləridir.Kəskin leykozda xəstələrin vəziyyəti son dərərcə ağır olur.Belə xəstələrə qulluğun böyük əhəmiyyəti var.Ciddi yataq rejimi gözləmək,alt paltarını vaxtlı-vaxtında dəyişmək lazımdır.Xəstə az-az yeməlidir,qida yaxşı bişirməli,vitaminlərlə,zülallarla zəngin olmalıdır.Tibb bacısı xəstəni yedizdirib,içizdirir,ağız boşluğunu təmizləyir.İçilən mayeni azaltmaq lazım deyil.Diaqnozu təsdiq etmək və leykozun xarakterini aydınlaşdırmaq üçün,adətən daş sümüyünü punksiya edib,sümük iliyini sterilizə edir,sümük iliyindən yaxma hazırlanacaq şüşəni efirlə silir.
Kəskin leykozu stasionarda müalicə edilər.Qanın tərkibini tez-tez yoxlamaq lazımdır.Xroniki leykozlu xəstə leykoz kəskinləşməyən dövrdə yüngül,həmişəki işini görə bilər,o şərtlə ki,üzünün əmək rejimini və istirahətini səmərəli təşkil etsin.Açıq havada gəzsin.Günəş altında gəzmək xəstəliyin kəskinləşməsinə səbəb olur.Xəstələr dispanser müşahidəsində olmalıdır.Lazım gələrsə,qan yaranmanı ləngidən preparatlarla müalicəni ambulatoruyada dəvam etdirmək olar.Müalicəni bu cür apardıqda əsas şərt qanı müntəzəm surətdə laboratoriyada yoxlamaqdır.
Müəllif:Zeynəb Əhmədova
Mənbə:Tibbi kitablardan birləşdirilmiş məqalə
| ['tibb'] |
5,373 | https://kayzen.az/blog/islam-ve-aile/6252/ana-haqq%C4%B1.html | Ana haqqı | Old_Baku_ | İslam və Ailə tərbiyəsi | 14 iyul 2011, 14:10 |
Peyğəmbərimizin (s.a.v.) hüzuruna bir nəfər gələrək belə dedi: - Ya Rəsulullah,ölüm döşəyində yatan bir gənc var,ona “Lə ilahə illəllah deməsi təqid ediləndə bunu təkrar edə bilmir.
Peyğəmbərimizdə (s.a.v.): - Namaz qılardımı?-deyə soruşdu.Adam: - Bəli,qılardı.-deyə cəvab verdi.Sonra Peyğəmbərimiz (s.a.v.) qalxdı,həmin gəncin yanına getdi və ona: - “Lə ilahə illəlah de!”-buyurdu. - Deyə bilmirəm. - Nə üçün deyə bilmirsən?-deyə soruşanda,gələn adam: - Anasına qarşı üsyankar idi.-dedi.Peyğəmbərimiz (s.a.v.) isə: - Anası sağmı?-deyə soruşdur.Ordakılar:
- Bəli,sağdır.-dedilər.Peyğəmbərimiz: - Çağırın gəlsin”-buyurdu.Onlar da qadını çağırdılar.
Qadın gəldi və Əfəndimiz (s.a.v.) belə soruşdu: - Bu xəstə sənin oğlundurmu? - Bəli, oğlumdur. - Bax,burada böyük bir od-ocaq qalansa və “Oğluna haqqını halal edərsənsə,onu bu odda yandırmayacayıq.Əgər halal etməzsən həmin odda onu yandırarıq”desələr nə edərdin? - Ona haqqımı halal edərdim. - O halda (sənə üsyan edən bu oğlunu cəhənnəm odundan qorumaq üçün haqqını halal edib)ondan razı olduğunu Allahı və məni şahid göstər. - Allahım,Səni və Peyğəmbərini şahid tuturam.Oğlumdan razı oldum.(haqqımı ona halal etdim)
Peyğəmbərimiz (s.a.v.) xəstə gəncə: - “Lə ilahə illəllah de!”.- buyurdu.Xəstə dərhal şəhadər gətirdi.Sonra Əfəndimiz: - Allah həmd olsun ki,O,mənim vasitəm ilə bu gənci cəhənnəm odundan qurtardı!-dedi.
Mənbə: Dini biliklər kitabı
| ['düşündürücü hekayə'] |
5,374 | https://kayzen.az/blog/islamihekay%C9%99tl%C9%99r/6251/siz-kimsiniz.html | Siz kimsiniz? | Old_Baku_ | İslami Hekayətlər | 14 iyul 2011, 14:07 |
Bir rəvayətdə belə deyilmişdir:-“Qiyamət günü namaz qılanların dərəcələrinə görə cənnətət göndərilmələri əmr edilir.İlk təbəqədəkilərin üzləri ulduzlar kimi parıldayar.Onları mələklər qarşılayıb “Siz kimsiniz?” deyirlər.Onlar da belə cəvab verirlər:-“Biz Mühəmmədin (s.a.v.) ümmətindənik.Dünyada ikən namaz qılanlarıq.”Mələklər də:“Sizin dünyada ikən əməlləriniz nə idi?”-deyə soruşanda onlar belə cəvab verirlər:-“Biz əzanı eşitdiyimiz zaman,dəstəmaz almağa qalxardıq.Bizə bunu etməyə heç bir şey maneçilik edə bilməzdi.”Bundan sonra mələklər deyərlər:“ İndi qovuşduğunuz bu hal sizə layiqdir.”Sonra ikinci təbəqənin insanları gəlir.Bunlar gözəllik və uzlərinin parlaqlığında əvvəlkilərdən daha üstündürlər.Bunların üzləri ay kimi parlayır.Mələklər onlardan soruşurlar:-“Siz kimsiniz?”Onlar belə cəvab verirlər:“Biz dünyada ikən namaz qılan kimsələrik.”deyəndə mələklər təkrara soruşur.-“Sizin namazlarınız necə idi?”
Onlar belə cəvab verirlər:-“Biz namaz vaxtı girməmişdən əvvəl dəstəmazımızı alırdıq.” Mələklər onlara belə deyirlər:-“Siz indi qovuşduğunuz bu hala layiqsiniz”Sonra üçüncü təbəqədəkilər gəlir.Onların vəziyyətləri əvvəlkilərdən daha üstündür.Mələklər onlardan soruşur:-“Sizin məkanınızdaha yüksək və üzləriniz əvvəlkilərin hamısından daha parlaqdır.Sizlər kimlərsiniz.”deyəndə onlar belə cəvab verirlər:-“Biz dünyada ikən namaz qılardıq.”Mələklər yenə soruşurlar:-“Sizin namazlarınızın xüsusiyyəti nə idi?”-“Biz,əzana məsciddə qulaq asardıq.(Əzandan əvvəl dəstəmaz alıb,məscidə girər,namaz vaxtına qədər oturub,əzanı gözləyərdik.)”Bundan sonra mələklər onlara belə deyirlər:-“Siz də bu qovuşduğunuz nemətlərə layiqsiniz.”Mənbə: Dini biliklər kitabı
| ['müsəlmanlar'] |
5,375 | https://kayzen.az/blog/%C3%B6lk%C9%99l%C9%99r/6184/italiya.html | İtaliya | Qiyasli | Ölkələr | 14 iyul 2011, 12:47 |
İtaliyanın paytaxtı Roma şəhəridir. (Bakı vaxtından 3 saat geri) Bütün yollar bu şəhərə gətirir, şəhər 7 təpə üzərində yeləşir. Roma – çoxəsrlik tarixə malik qədim bir şəhərdir. Roma imperiyasının yaranmasından bu günə qədərki İtaliya tarixi Romada əks olunmuşdur. Bütün abidələri, məbədləri, arenaları saymaq çətindir, Romanın möhtəşəmliyini anlamaq da çətindir. Ancaq bunu anlayaraq onun bütün gözəlliklərini dərk etmək mümkündür. Bu səbəbdən çoxları İtaliyanın ürəyində - Romada olmadan İtaliyanı başa düşmək olmaz deyirlər.
Əhalisi: təxminən 58 milyon Etnik qruplar; italyanlar – 98%, almanlar, slovenlər, albanlar, yunanlar, fransızlar. Orta uzunömürlülük (1992-ci il üçün); kişilərdə - 74 yaş, qadınlarda – 81 yaş. Doğum səviyyəsi (hər 1000 nəfərə) – 2. Ölüm səviyyəsi (hər 1000 nəfərə) – 10.
Dövlət dili: italyan dili Turizm sahəsində işləyən hər kəs ingilis və fransız dilini başa düşür. Alp dağlarının ətəklərində və Adriatik dənizi sahillərində alman dilini başa düşürlər. Sardiniya əhalisi katalon dialektində danışır.
İqlimi
İqlimi subtropik və mülayim Aralıq dənizi iqlimidir. İqlimin müxtəlifliyi coğrafi uzunluqla izah edilir. Italiyanın şimalında, Padan ovalığında subtropikdən mülayimə keçid iqlimi hökm sürür – isti yay (iyul +22C + 24 C) və soyuq qış (yanvar, təxminən 0). Italiyanın ada hissəsində iqlim Aralıq dənizi iqlim tipidir, ilin 2/3 hissəsi orada açıq mavi səma, isti və quru yay (iyulda +26C), qış idə isti və mülayim hava (yanvarda +8C +10C) müşahidə olunur. Alp dağlarını çıxmaq şərtilə qar nadir hallarda yağır. Alp dağlarında 1500 m.-dən hündür ərazilər ilin 200 günü qar ilə örtülüdür. Yarımadanın cənubunda martdan oktyabra kimi quru, isti Saxara küləyi- «sirokko» əsir. Bu dövrdə temperatur +35 C kimi yüksəlir.
İqtisadiyyatı
Pul vahidi avrodur. Restoranların və mağazaların əksəriyyəti pulu dəyişdirmir. Oteldə komissiya haqqı bankdakına nisbətən yüksək olduğundan orada pulu dəyişdirməsəniz yaxşıdır. Banklar bir qayda olaraq, 8.30- 13.30 kimi, və nahardan bir saat sonra (adətən 15.00 - 16.00) açıq olur. İri şəhərlərin aeroportlarında və dəmir yolu vağzallarında da pul mübadiləsini etmək olar. Mübadilə avtomatlarının sayı günbəgün artmaqdadır (onlar əsasən Aİ valyutalarını və ABŞ dollarını dəyişdirirlər). Avtomatlardan istifadə qaydaları elə onların üstündə, bir neçə dildə yazılmışdır. Şəhərlərdə, restoranlarda və böyük univermaqlarda kredit kartlarının köməyilə hesablaşmaq olar; American Express, Diner’s Club, Visa və Master Card. Balaca şəhərlərdə və kəndlərdə bu hesablaşma üsulu populyar deyil.
Aİ-yə daxil olmayan ölkələrdən İtaliyaya gömrüksüz idxal normaları; 200 ədəd siqaret, 50 siqaret və ya 250 q tütün, 1 l spirtli içki, 50 q ətir. Aİ ərazisinə gömrüksüz idxal normaları; siqaret – 400 ədəd, nazik siqara( birinin çəkisi – 3 qr.) – 400 ədəd, tütün – 1 kq, 22% li spirtli içki – 20 l, şərab – 90 l, köpüklənən şərab – 60 l, pivə - 110 l. Yuxarıda göstərilən miqdardan artıq gətirilən məhsullar kommersiya məqsədli hesab olunur və onların nəqli üçün rəsmi qoşma sənədlər olmalıdır.
Avtomobil icarəsi: İtaliyada təqribi qiymətlər- qeyri-məhdud yol qət edilmə ilə»ekomom» klass avtomobil gündə 54$ və həftədə 237$ başa gələcək. Bu məbləğə 19$ li vergi daxil edilməmişdir. Bəzi iri firmalara İtalyan qanunvericiliyi ƏDV götürməmək hüququ verir. Belə firmalardan - Auto Europe ( tel. 207/828 – 2525 və ya 800/223 – 5555), Europe by Car (tel. 800/223 – 1516 və ya 800/252 - 9401), Kemwel Group (tel. 914/ 835 -5555 və ya 800/678 – 0678). Avtomobil icarəyə götürmək üçün beynəlxalq sürücülük vəsiqəsi lazımdır. Maşının saz halda olmasına və yol qəzası halında sığortalanmasına əmin olun. Bir qayda olaraq, icarəyə verən firma tərəfindən verilən sığorta maşının oğurlanmasına aid olmur. Oğurlanma zamanı xərcləri örtən sığorta üçün gündə 10 $- 15$ ödəməlisiniz. Sərxoş halda maşın sürmə cəriməsi yüksəkdir. Hətta həbsə alma da ola bilər. İtaliyada yol polisi çox ciddidir, və rüşvətə işarə olsa avtoinspektor avtomobilisti həbsə göndərə bilər. Bir çox yanacaq doldurma məntəqələri 19.00 –dan sonra işləmirlər, günorta 2-3 saatlıq fasilə ilə işləyirlər. Bundan başqa bazar günü isə istirahət günüdür. Əsas trasslarda YDM lər gecə-gündüz işləyirlər.
Bayram və istirahət günləri
6 yanvar, pasxa bazar ertəsi, 25 aprel – faşizmdən qurtuluş günü, 1 may - əmək günü, 2 iyun – respublika elan olunması günü (Romada paradla keçir), 15 avqust – Uspeniye (ferraqosto), 1 noyabr- bütün müqəddəslərin günü, 5 noyabr, 25 dekabr - milad (adətən evdə yaxın və qohumların əhatəsində keçirilən ən sevimli bayramdır). Bundan başqa hər bir kənd və şəhər öz müqəddəsinin ad gününü qeyd edir; Roma – Petr, Milan – Amvrosiy, Turin – İoann və s. İyul və avqustda bir çox firmalar işi dayandırır və tətilə bağlanırlar. Həmçinin, milad bayramı və yeni ildə də.
Dəyərli məsləhətlər: - İtaliyaya getməyə hazırlaşarkən, nəzərə alın ki, rayonların əksəriyyətində ingiliscə danışmırlar. Danışsalar da siz heç nə başa düşməyəcəksiniz. Bu xoşagəlməzlik sizi ən gözlənilməz yerlərdə, restoranlarda və ya otellərdə yaxalaya bilər. Buna görə həmişə deməyə sözünüz olsun deyə danışıq kitabçasını götürməyi unutmayın. - Pulları, qiymətli əşyaları, passport və aviabiletləri oteldə portyenin seyfində (bəzi otellərdə bu xidmət ödənişlidir) ya da özünüzlə gəzdirin. Otelin seyfinə təhvil verilməmiş qiymətli əşyalara görə administrasiya məsuliyyət daşımır. - Mübadilə məntəqələrində və bank şöbələrində valyuta dəyişdirərkən valyutanın kursundan başqa, mübadilə üçün götürülən faizə də nəzər yetirin. Bu faiz bir qayda olaraq, heç yerdə yazılmır. Ona görə də onu kassirdən soruşmaq lazımıdır. Valyuta mübadiləsinə görə faiz 10% qədər olmaldır. - Vaxtınızı boş yerə sərf edib ucuz restoran axtarmayın. Bütün restoranlarda qiymətlər təqribən eynidir (+ - 20%). Əlbəttə ki, şəhərin mərkəzində restoranlar baha, ətrafında ucuzudur. Bu halda seçim kriteriyası rahatlıq və assortimentdir. əgər yeməkdə qənaət etmək istəyirsinizsə, «Makdonalds»a, «Burger King»ə və ya «Avtoqril» ə baş çəkə bilərsiniz. - Qatarlara bilet alan zaman uşaqlarınızın yaşını qeyd edin. Əgər tələbəsinizsə bunu da deyin. İtalyan dəmir yolu nəqliyyatında güzəşt sistemi çox maraqlıdır və bunu bilərək siz kifayət qədər yaxşı qənaət etmiş olarsınız. Lakin, vaqona girməzdən əvvəl perrondakı xüsusi avtomatda bileti komposterləməyi unutmayın. - Əgər taksidən istifadə etmək istəyirsinizsə, taksilərin dayandığı dayanacağı tapmaq lazımdır. Məhz burada taksi tapmaq mümkündür, çünki küçədə əlinizi yelləməklə taksi tutmaq mümkün olmayacaq. Heyni zamanda taksini telefonla da (oteldə) sifariş etmək olar, amma əgər italyan dilini bilirsinizsə. - Otelin nömrəsindəki barda olan içkilər nömrənin qiymətinə aid edilmir. Bar-soyuducudan içdiyiniz və ya yediyiniz hər şey sonradan hesaba daxil ediləcək və oteli tərk edərkən sizə təqdim olunacaq. Eyni şey telefon danışıqlarına da aiddir. Nəinki şəhərlərarası və ölkələr arası danışıqlar, hətta şəhər daxili danışıqlar da ödənişlidir. - Nəqliyyatda gediş haqqı salonun daxilindəki avtomatlarda komposterləşdirilən talonlarda ödənilir (əgər bu tramvay və ya avtobusdursa, metroda isə - turniketdə). Tramvay və avtobuslardakı talonlar satılmır və onları dükanlarda və ya keçidlərin kassalarında almaq mümkün deyil.
Leonardo Da Vinçi və Dantenin, Kolizey və Piza qalasının, makaron və pizzanın vətəni olan möhtəşəm İtaliya bu gün də gözəl dağ və dəniz peyzajları, orta əsr şəhərlərinin qeyri-adi memarlığı və hər yerdə hiss olunan qədim mədəniyyəti ilə bütün dünyadan tuirstləri cəlb edir. İntibah dövrü mədəniyyətinin izləri burada memarlıqdan, rəssamlıq və musiqidən tutmuş hər şeydə görünür. «Əbədi şəhər» Roma – öz meydanları və fontanları, qədim abidələri və Vatikan muzeyləri ilə ürəyinizi fəth edcək. İntibahın beşiyi olan Florensiya şəhəri heç də Romadan geri qalımır. Burada demək olar ki, hər bir ev incəsənət abidəsidir. Sevgililərin arzusu və karnavallar vətəni olan Venesiya şəhəri 122 adaya bölən, çoxsaylı kanallarla hərəkət edən qondolalarla bütün turistləri cəlb edir. Neapolda siz şən mahnılarla və dağılmış Pompeylə, portağal meşəcikləri və boz Vezuvi ilə, Milanda isə mövsümün ən dəbli geyimləri ilə tanış olacaqsınız. İtaliya həmçinin gözəl çimərlikləri ilə də fərqlənir. Burada aktiv istirahət etmək üçün hər cür şərait var. Bütün dünyadan turistlər bura xizək sürmək, dəniz dibi və kanyonları tədqiq etmək, çaylarla səyahət etmək və Avropanın «çəkmə»si üzərindən uçmaq üçün gəlirlər.
Həmçinin bax:
İtaliya tarixi: orta əsrlər
İtaliya iqtisadiyyatı
| ['İtaliya', 'ölkələr'] |
5,376 | https://kayzen.az/blog/%C3%B6lk%C9%99l%C9%99r/6185/%C3%A7exiya-respublikas%C4%B1.html | Çexiya Respublikası | Qiyasli | Ölkələr | 14 iyul 2011, 12:45 |
Çex Respublikası, Çexiya (çex. Česká republika, Česko) — Şərqi Avropada dövlət. 1 may 2004-cü ildən Avropa İttifaqının üzvüdür, Şengen zonasına daxildir. Ölkə tarixən 2 vilayətdən — Bohemiya və Moraviyadan ibarətdir. Sileziya torpaqlarının da bir hissəsi Çexiyanın ərazisinə düşür. Çex Respublikasının əhalisinin sayı 2010-cu ilin martın 31-nə olan məlumata əsasən 10 509 377 nəfərdir.Ölkənin paytaxtı Praqa şəhəridir. Praqa — 1 212 097 nəfər və Brno — 719 555 nəfər əhali ilə Çexiya Respublikasının ən böyük şəhərləridir.
Çexiyanın əsasını qoyan Çex və onun qızı Libuşenin nəslinin birbaşa davamçısı — çex hökmdarlarından biri, XIII əsrin sonlarında hökmdarlıq edən IV Karldır. Onun dövrünü Çexiyanın intibah dövrü hesab etmək olar. Karlın hökmdarlığı ərəfəsində müqəddəs Vita məbədi, Karlov körpüsü, saysız-hesabsız saraylar, qəsrlər tikilib. Məhz bu ərəfədə Çexiyada Avropanın ən yaşlı universitetlərindən biri açılır. Çexiya tarixində təbliğatçı və islahatçı Yan Qusun əməyi danılmazdır. O, katolik kilsəsinin ədalətsiz mövqeyini, kasıblara qarşı münasibətini açıq-aşkar göstərmişdir. Bu mövqeyinə görə, onu tonqalda yandırmışdılar.
Çexiyanın tarixi
Bohemiya bölgəsində yaşayan keltlər ölkənin tarixdə məlum olan ilk yerli əhalisidir. V əsrdə şərqdən slavyan qəbilələri gələrək Elba çayının vadisində yerləşmişlər. Altı əsr ərzində müntəzəm olaraq slavyan, alman və macarların işğallarına məruz qalmışdır. XIV əsrdə qurulan Alman İmperiyası uzun illər ölkəyə hakim olmuş, XVII əsrin əvvəllərində Avstriya-Macarıstan İmperiyasına məğlub olaraq bu torpaqları itirmişdir. Avstriya, Bohemya və Moraviyaya, Macarıstan isə Slovakiyaya hökm etməkdə idi. I Dünya müharibəsi nəticəsində Avstriya-Macarıstan İmperiyasının yıxılması ilə 1918-ci ilin oktyabrında Çexoslovakiya Respublikası adıyla müstəqilliklərini elan etdilər. Ölkədəki etnik qruplardan almanların qiyamları və Almaniyanın təzyiqi ilə Bohemya bölgəsi almanlara verildi (1938). Bir il sonra Hitlerin əmri ilə alman ordusu Çexoslovakiyanı işğal etdi.
İkinci Dünya Müharibəsi nəticəsində 1945-ci ildə ölkə bu səfər də Rusiya tərəfindən işğal edildi. Çexoslovakiyanın şərqdəki Rütenya əyalətini öz torpaqlarına qatan Rusiya, təzyiq nəticəsində Çək Kommunist Partiyasını iqtidara keçirərək sosialist bir rejim qurdurdu. Yeni rəhbərlik öz anlayışı gərəyi azadlıqları məhdudlaşdırdı. Azadlıq tərəfdarı olan kəsləri həbsxana və ağıl xəstəxanalarına dolduraraq ölkəni Rusiyanın peyki vəziyyətinə gətirdi. 1955-ci ildə Varşava Müqaviləsi Təşkilatı na daxil oldu. 1960 dan sonra əkinçilik kollektifleştirildi. Nəqliyyat ticarət və ağır sənaye dövlətləşdirildi. Mədəniyyət və dini inanclara təzyiq altına alındı. 1968-ci ildə Stalin tərəfdarlarının yerinə keçən Aleksandr Dubcek və Ludvik Suoboda ölkədə liberal bir siyasət izləyərək iqtisadiyyatda xaricə açılma istiqamətində müxtəlif islahatlar etdilər. Mətbuat və nəşr quruluşlarına azadlıq verildi. Kommunizmin diktatorluq rejimindən xilas olub insanca yaşamaq üçün səy sərf edən liderlər Rusiya idarəçiləri tərəfindən şiddətlə tənqid edildi. Çexoslovakiyadakı bu liberal islahatlar nəticəsində bir peykini itirmə qorxusu eşidən Rusiya ölkəni işğal etdi. Ölkələrə müstəqillik şüarları öyrədən Rusiya özünün etdiyi işğala qarşı gələn xalqı insafsızca tankların palitraları altında əzdi və ölkə idarəçilərini şiddətlə cəzalandırdı. Yüz minlərlə Çexoslovakiyalı, Rus zülmünə dözə bilməyərək Avstriya və Almaniyaya qaçdı.1989 da bütün şərq bloku ölkələrində olduğu kimi, Çexoslovakiyada da yumşalma siyasəti başladı. Çox partiyalı sistemə keçildi və 1990 da ilk sərbəst seçki kecirildi. Kommunistlər qazana bilmədilər. Milliyyətçi Partiyalar iqtidar oldular. 1992 İyununda Çexoslovakiyanı meydana gətirən Çex və Slovakiya respublikalarında ayrı-ayrı edilən seçkilərdən sonra iki respublikanın bir-birindən ayrılması gündəmə gəldi. Edilən görüşmələr nəticəsində 25 Noyabr 1992 günü edilən andlaşma ilə 31 dekabr 1992 tarixində iki respublika bir-birindən ayrıldı.
Çexiyanın iqlim və təbii ehtiyatları
Dənizdən uzaq Mərkəzi Avropa ölkəsi olan Çexiya, digər Mərkəzi Avropa ölkələrində olduğu kimi qışı sərt keçən quru iqlimə malikdir. Yayı sərin keçən ölkədə, illik orta temperatur ildən ilə fərqlənir. Qışda ölkədə hava hər zaman sıfır dərəcədən aşağı olur. İllik orta yağıntı bölgələrə görə 1000-1500 mm arasında dəyişir. Yüksəkliyi çox olmayan düzənlik bölgələrdə yağıntı miqdarı 1000 mm ətrafında olur, yüksək dağlıq ərazilərdə dağların yağış buludlarını tutması və sıxlaşdırıcılıq vəzifəsi görməsi, illik yağıntı miqdarının orta hesabla 1500 mm ətrafında olmasını təmin edir. Yağıntılar qışda ümumiyyətlə qar şəklində olur.
Çexiyanın 30%-i meşələrlə əhatələnmişdir. Xüsusilə Bohemya dağları və Karpatların yüksək bölgələrində iynəyarpaqlı meşə bölgələri, yüksəkliyi çox olmayan yerlərdə qayın, palıd və gürgen meşələri üstünlük təşkil edir. Meşəlik bölgələrdə yaşayan vəhşi heyvanlar — çöl donuzu, çöl pişiyi və dağ keçisidir. Yeraltı ehtiyatları məhduddur. Avropanın ən çox uran çıxaran ölkəsi olan Çexiyada kömür, stibium, maqnezit, civə, qrafit, kaolin və az miqdarda neft də çıxarılır. Çıxarılan uranın miqdarı, bu maddənin strateji əhəmiyyəti baxımından açıqlanmır.
Çexoslovakiya
II Dünya Müharibəsinin başa çatmasından sonra Sosialist blokuna qatılan Çexoslovakiya 1968-ci ildə Sovet qoşunlarının Praqa baharı adı ilə tarixə düşən, sosializmdən uzaqlaşma meyllərinin qarşısını hərbi müdaxilə yolu ilə almasından sonra 1990-cı ilə qədər kommunist rejimi ilə idarə olunmuşdur. Çexiya və Slovakiya Respublikası olmaqla iki federasiya subyektinin birləşməsindən yaranan Çexoslovakiya 350 üzvlü Federal Məclis tərəfindən idarə olunurdu. Federal Məclis bütün ölkədən seçilən 200 deputatlı Xalq Məclisindən və hər federasiya subyektindən 75 üzv olmaqla 150 deputatlı Millət Məclisindən ibarət idi. Dövlət başçısı, baş nazir və nazirlər Federal Məclis tərəfindən öz üzvləri arasından seçilirdi. 1989-cu ildə Şərqi Avropanın sosialist bloku ölkələrində baş qaldıran demokratikləşmə və çoxpartiyalı sistemə keçid, Çexiyada da müşahidə olundu. 1990-cı ildə ilk çoxpartiyalı seçkilər keçirildi. 1992-ci ilin iyununda Çexoslovakiyanı təşkil edən Çexiya və Slovakiya Respublikalarında ayrı-ayrı seçki keçirildi. Çexiyadakı seçkilərdə qalib gələn Vatslav Klaus baş nazir oldu. Bu seçkilərdən sonra aparılan danışıqlardan sonra 31 dekabr 1992-ci ildə iki respublika bir-birindən ayrıldı.
İqtisadiyyat
Çexiya sənayeyə arxalanan iqtisadiyyata malikdir. Sosializm idarəetmə üsulu zamanı torpaqlar dövlətinkiləşdirilərək kollektiv əkinçiliyə keçildi. Bu səmərəliliyi aşağı saldı və ölkə əvvəlkindən daha çox ərzaq məhsulu idxal etmək məcburiyyətində qaldı. Ən əhəmiyyətli əkinçilik məhsulları buğda, arpa, yulaf, çovdar, qarğıdalı, çuğundur, kartof və balqabaqdır. Heyvandarlıq geniş təşəkkül tapmışdır. Ən çox ev heyvanlarının yetişdirildiyi ölkədə böyük baş heyvanların sayı kiçik baş heyvanların sayından çoxdur. Meşələrdən əldə edilən məhsullar ehtiyacı ödəməklə yanaşı, ixrac da edilir. Yeraltı ehtiyatları ölkənin ehtiyacını ödəmədiyi üçün bu malları idxal etmək məcburiyyətindədir. Dəmir kondensatının əhəmiyyətli qisimini idxal etməsinə baxmayaraq dünyada polad istehsalında ilk on ölkə içinə girə bilməkdədir. Şərq bloku ölkələrin maşın, kimyəvi maddə, silah, tekstil məhsulu ehtiyaclarının böyük bir kımını Çex Respublikası qarşılamaqdadır.
Nəqliyyat
Çexiya inkişaf etmiş avtomobil və dəmir yolu şəbəkəsinə malikdir. Dəmiryollarının dörddə birində elektrikli qatarlar çalışmaqdadır. Praqa və ölkənin digər böyük şəhərləri hava nəqliyyatı ilə bir-birinə bağlıdır.
Köpüklü içkilər diyarı
Çexiyada pivə çəkmə sənəti geniş yayılıb. Çexlərdə pivə nəsilləri birləşdirən dəyər kimi qiymətləndirilir. Pivənin məşhur Budvar növü bir çox vitaminlərlə zəngindir. Bu pivənin suyu 300 metr dərinliyi olan artezian quyusundan çıxardılır. Çex pivəsinin dadından həzz almaq istəyirsiniszə xüsusi barlara gedin.
| ['Çexiya'] |
5,377 | https://kayzen.az/blog/%C3%B6lk%C9%99l%C9%99r/6186/t%C3%BCrkiy%C9%99.html | Türkiyə | Qiyasli | Ölkələr | 14 iyul 2011, 12:44 |
Türkiyə (türk. Türkiye), rəsmi adı Türkiyə Respublikası türk. Türkiye Cumhuriyeti). Paytaxtı Ankara olan və Köhnə Dünya adlandırılan Avropa, Asiya və Afrika qitələrinin bir birinə ən çox yaxınlaşdığı nöqtədə yerləşən ölkədir. Ölkə torpaqlarının böyük hissəsi Anadolu yarımadasında, bir hissəsi isə Balkan yarımadasının çıxıntısı olan Trakiyada yerləşir. Ölkə üç tərəfdən Aralıq dənizi, Qara dəniz və onlar arasında yerləşən Mərmərə dənizi və Egey dənizi ilə əhatə olunur. Türkiyə şərqdən Gürcüstan, Ermənistan, Azərbaycan və İran, cənubdan İraq və Suriya, qərbdən Yunanıstan və Bolqarıstan ilə həmsərhəddir. Türkiyə altı müstəqil Türk dövlətlərindən biridir. Əhalisinin əksəriyyəti İslam dininə inanır. Ölkənin rəsmi dili Türk dilidir, lakin əhalinin 15,7%-ni (ehtimal) təşkil edən Kürdlər və Zazalar, Kürd dili və Zaza dilini də geniş işlədirlər.
Türkiyənin coğrafiyası
Asiyanın cənub-qərbində, Qara dəniz və Aralıq dənizi arasında, Anadolu yarımadasında yerləşir. Ərazisi (daxili su hövzələri ilə birlikdə) 780 580 km² təşkil edir.Türkiyə şərqdən Gürcüstan, Ermənistan, Azərbaycan və İran, cənubdan İraq və Suriya, qərbdən Yunanıstan və Bolqarıstan ilə həmsərhəddir. Ölkənin Mərmərə, Egey, Aralıq və Qara dənizlərlə əhatə olunması ona dünya okeanına çıxış imkanı verir.Ən uca dağı Ağrı dağı, ən böyük gölü Van gölüdür.Ölkə 7 bölgəyə və 81 vilayətə ayrılır.Ölkənin cənubuna Aralıq dənizi iqlimi hakimdir.
Türkiyənin tarixi
Müasir Türkiyənin yerləşdiyi Anadolu yarımadası tarix boyu çoxlu sivilizasiyaların mərkəzi olmuşdur. Burada Osmanlı dövlətinin qurulmasından əvvəl Bizans İmperiyası mövcud olmuşdur. 1299-cu ildən başlanmış proseslər nəticəsində 1326-cı ildə mərkəzi Bursa şəhəri olan Osmanlı dövləti quruldu. Ərazilərin genişlənməsi ilə paytaxt Ədirnəyə köçürüldü. Daha sonra 1453-cü ildə Konstantinopolun tutulması ilə şəhərin adı dəyişdirildi və paytaxt İstanbul elan edildi. Dünya tarixində Osmanlı İmperiyası ən uzunömürlü (600 ildən çox) və ən böyük imperiyalardan (Osmanlı İmperiyasının üç qitədə torpaqları olmuşdur) biri hesab olunur. Ətraflı Türkiyə tarixi
XIX əsrin sonlarında zəif idarəçilik,imperiya tərkibində seperatçılığın güclənməsi və Avropa ərazisində Osmanlının vaxtaşırı məğlubiyyəti İmperiyanı hədsiz zəiflətdi. Zəiləməkdə olan İmperiya Birinci Dünya Müharibəsini uğursuzluqla başa vurdu.
Müharibədən sonrakı dövrdə Avropa dövlətlərinin öz aralarında imzaladıqları müqavilələrin faktiki məqsədi Osmanlının bölüşdürülməsi idi. İzmir Yunanıstanın payına düşmüşdü və 15 may 1919-cu ildə yunanlar İzmirə daxil oldular. Bundan sonra Türkiyədə professional hərbiçi Mustafa Kamal Atatürk paşanın başçılğı ilə Azadlıq hərəkatı başlandı.
İqtisadiyyat
Qurtuluş illərində Osmanlı Dövlətinin çöküş vaxtında savaş məğlubiyyətləri keçmişiylə başlayan Türkiyə iqtisadiyyatı 1923-cü ildən sonrakı illərdə ağır vəziyyətdə idi. İstanbul və İzmirdən başqa digər heç bir sənaye şəhəri və təhsil mərkəzi mövcud deyildi. Ən həyati vacib məhsullar belə ölkədə istehsal olunmurdu. 12 milyonluq əhalinin əksəriyyəti,ilk növbədə yoxsul insanlar,savadsız idi.Anadoludaki böyük torpaq sahibləri də sənaye burjaziyasını yaratmaqda maraqlı deyildilər.
Türkiyənin əhalisi
Türkiyə Statistika Qurumunun 31 dekabr 2010-cu il tarixinə olan rəsmi təxmininə əsasən Türkiyə Cümhuriyyəti əhalisi 73,722,988 nəfərdir . Konda : Araştırma ve Danışmanlık tərəfindən Türkiyə hökumətinin sifarişi ilə 1993-cü ildə Türkiyə Respublikasının etnik və sosial quruluşunu öyrənmək məqsədiylə apardığı araştırmanın yekunlarına əsasında 2006-cı ilə verdiyi təxminə əsasən Türkiyənin 72,975 milyon nəfər əhalisinin 76%-ni Anadolu türkləri , 15,7%-ni Kürdlər və Zazalar, 2,8%-ni digər türk xalqlarının nümayəndələri , 0,7%-ni ərəblər , 4,7%-ni isə digər etnik qruplar təşkil edir .Türkiyə Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Onlardan ən geniş yayılmışı İslamdır. Türkiyə əhalisinin 98%-i müsəlmandır.
Türkiyədə təhsil
Quruluş illərində yığılan 12 milyon əhalinin çoxu oxuma-yazma bilmirdi. Günümüzdə bu səviyyə 90%-dir. Türkiyə təhsil sistemi, 8 illik vacib təhsilə əsaslanır. Daha sonra, 4 illik orta təhsil sistemi var. Universitetə keçid "Tələbə Seçmə Sınağı" vasitəsi ilə həyata keçirilir. Genişlənmiş təhsil sistemləri bazasında xalq təhsili mövcuddur. Açıq təhsil sistemi də çox vaxt şagird tərəfindən işlədilməkdədir.
1930-cu illərə qədər cəmi 2 universitetin - İstanbul Texniki Universiteti və İstanbul Universitetinin mövcud olduğu halda, bu günkü Türkiyədə onların sayı 157-dir.Türkiyənin ən qədim universiteti olan İstanbul Universitetinin quruluşu 1456-cı ilə, ilk texniki universitet olan İstanbul Texniki Universitetinin quruluşu isə 1773-cü ilə təsadüf edir. 1961-ci ildə Anayasanın 120-ci maddəsində universitetlər özəl quruluşlar olaraq yer alır. 27 sentyabr 1960-cı il tarixli 115 saylı qanuna əsasən 1946-cı il tarixli 4936 saylı qanunun bəzi maddələri dəyişdirilmişdir, yeni maddələr əlavə olunmuşdur. Bu qanunla Milli Təhsil Nazirliyinin Universitet üstünə səlahiyyətləri azalmışdır.
Bayramlar və xüsusi günlər
Rəsmi bayramlar
1 yanvar - Yeni il
23 aprel - Milli Müstəqillik günü və Uşaq Bayramı
19 may - Atatürkü anma, Gənclik və İdman Bayramı
30 avqust - Zəfər Bayramı
29 oktyabr - Respublika Bayramı
Dini bayramlar
Ramazan Bayramı (3 gün)
Qurban Bayramı (4 gün)
Həmçinin bax:
Türkiyənin tarixi
| ['Türkiyə', 'ölkələr'] |
5,378 | https://kayzen.az/blog/sevgi/6250/sevgid%C9%99n-nifr%C9%99t%C9%99-bir-add%C4%B1md%C4%B1r.html | Sevgidən nifrətə bir addımdır! | cahandar | Sevgi | 14 iyul 2011, 11:55 |
Həyat bir neçə mücərrəd anlayışlar üzərində qurulub bu isə öz növbəsində heç bir qanun və çərçivə tanımadan insan yaşamının ayrılmaz hissəsinə çevrilir. Yaşanan və yaşadılar həyat nüansları insanı xoş simalı mələyə və ya pis niyyətli iblisə çevirir. Bizi güldürən və kövrəldən bu hisslər hansıdır və niyə onların açılışını qavraya bilmirik, niyə zəkamız bunların qarşısında acizdir? Bunlar bizim hər an qarşılaşdığımız duyğulardır: "Sevgi və nifrət"!.Deyirlər sevgiyə gedən yol nifrət körpüsündən başlayır, əzim, cəsarət, tükənməyən iradə va məftunluq hissi artıq səviyyədə olanlar bu yolu sonuna qədər gedərlər-sevgi qalibi, tükənən enerji, istək duyğusunun yorğunluqla əvəz edənlər bu yolu yarım qoyarlar-sevgi canisi, sınmaz qəlbini qururuna qurban verənlər bu yola addım atıb sonra qaçarlar - nifrət bahisi olarlar.Qısa şəkildə bizdən öncə qeyd olunmuş sevgi və nifrət haqqında fikirlərə və gəldiyimiz yekun nəticəyə nəzər salaq: Qədim yunan filosofları "sevgini ilahi tərəfindən bəndəsinə verilən hədiyyə, nifrətin isə bəndənin özü yaratdığını" söyləyiblər. Demək insana sevginin hədiyyə olduğu təqdirdə nifrətin isə özünün əldə etdiyi haqqında fikirlər bəzən həyatımızda tam yerini tapır. İnsan göz açdığı, böyüdüyü və vətandaşlığını daşıdıyı quru bir torpağı ana yurd adlandırır, hansı ki, gözünü həyata açan körpə yanında ilk dəfə anasını görür və onun nəvazişi qayğısı altında yaşa dolur, ananın onun üzərində olan əziyyətini görüb ona olan sevgini sonsuz olduğunu qavrayır, daima onun üçün canından belə keçməyə hazır olur və vətənə olan sevgini anaya olan məhəbbət ilə eyni tutur, vətəni ana vətən adlandırır və ya əks nümunə illərcə birlikdə həyatının ayrılmaz hisəsi olan sevimli dostuna duyduğu sevgini insan dostun bir tək səhf addımı nəticəsində nifrət hissi ilə əvəz edir, onu həyatından çıxardır və hisslər aydın şəkildə şaxələnir. Bu iki hiss bir-biri ilə tam təzad təşkil edir, sevgi insanın simasında gülərüzlülük, parlaq gözlər,nifrəti isə qaraqabaq, acı simalı cizgilərlə verilir.Barbara Bretton Tək va Yalniz əsərində (one and only) sevgi disturunu: öyrəşmə+alışma+əbədi birlik, nifrət: nakam sevgi+qəlbin ömürlük həbsi+ürəyin və beynin əbədi dayanması kimi qiymətləndirmişdir. Bundan belə nəticəyə gəlmək olar ki, nifrət sevgi sahəsində yaranır və hər ikisinin yekunu əbədiyyətlə nəticələnir biri əbədi birlik digəri isə əbədi əzabla sonlanır. Amma bunu da qeyd etməliyik ki, bəzən həyatda istisna hallarda vardır nifrət sevgi ilə əvəz olunur, nifrət bəslədiyin birinə zamanca alışınca ona olan sevgini aşkar edirsən və buda danılmaz faktdır.
Ən əsası budur ki, Sevgi yarada bilmiriksə Nifrətə doğru atılan addımların qarşısını alaq!Editor: Sevgi və Nifrət arasında incə bir fərq daha var.. Sevgi açmış bir çiçək ikən, nifrət isə daha toxumdur.. mənbə-www.evlənirik.biz
| ['nifrət'] |
5,379 | https://kayzen.az/blog/cahandar/6249/ayaqla-ba%C4%9Fl%C4%B1-m%C9%99sl%C9%99h%C9%99t.html | Ayaqla bağlı məsləhət. | cahandar | Bloq: cahandar | 14 iyul 2011, 11:23 |
Ayaqlara qulluq-xarici görünüşünüz və sağlamlığınızın ən vacib şərtlərindəndir.Qadınların əksəriyyəti ayaqlarına o qədər də fikir vermirlər.Lakin belə münasibət düzgün sayıla bilməz.
Varikozdan(damar genişlənməsi müdafiə) Damarların genişlənməməsi üçün ayaqların əzələləri yaxşı formada olmalıdır.Onları bərkitmək üçün ən yaxşı vasitə gəzintidir.Gün ərzində,təxminən,30 dəqiqə gəzinti ilə ayaqları varikozdan qorumaq olur.Rahat ayaqqabıda gəzmək məsləhətdir.Dabanlı ayaqqabıda gəzinti əzələlərin həddindən artıq gərginləşməsinə və damarda qanın laxtalanmasına gətirib çıxarır.Bəzi adamlarda varikoza qarşı irsi meyillilik var.Kapilyarlar üçün müntəzəm məşqlər xeyirlidir.Belə məşqlər çox yüngül olur və az vaxt aparır.Səhər tezdən oyananda yataqda dartının.Sonra kürəyi üstə uzanın,əllərinizi başınızın altına qoyub ayaqlarınızı uzadın və 1-2 dəqiqə pəncələrinizi gah sağ,gah da sol tərəfə döndərin.Sonra kürəyi üstə uzanın,əllərinizi və ayaqlarınızı qaldırıb havada 1-2 dəqiqi tərpədin.Sağlam pəncələr həmişə isti və çəhrayı rəngdə olur. Yorulmuş ayaqlara kömək. Yorulmuş və şişmiş ayaqları buz ilə silmək olar.Yaxşı olar ki o,sürvə yarpaqlarının,yaxud çobanyastığı güllərinin cövhərindən(şirəsindən)hazırlansın.Həmçinin,ardic giləmeyvəsindən hazırlanmış vannalar da qəbul edə bilərsiniz.Belə vannalar ayaqların yorğunluğunu aparacaq. Pəncələrinizi ovuşdurun. Pəncələrə qulluq etməklə siz bütün orqanizmin sağlamlığını yaxşılaşdıra bilərsiniz.Pəncədə orqanizmin müxtəlif orqanlarla bağlı olan nöqtələri yerləşir.Masajı xüsusi qaydada etmək məsləhətdir.Əvvəlcə pəncəni,sonra isə ayaq barmaqlarını iki əllə yaxşı-yaxşı ovxalayın. Mənbə-Jurnal "Aysel"2007.
| ['ayaqlar'] |
5,380 | https://kayzen.az/blog/Az%C9%99rbaycan-co%C4%9Frafiyas%C4%B1/5856/az%C9%99rbaycan%C4%B1n-%C3%A7aylar%C4%B1,g%C3%B6ll%C9%99ri-v%C9%99-sular%C4%B1.html | Azərbaycanın çayları,gölləri və suları | luminat | Azərbaycan coğrafiyası | 14 iyul 2011, 09:15 |
Hidroqrafik cəhətdən Azərbaycan Respublikası Xəzər dənizi hövzəsinə aiddir. Respublikanın hidroqrafik şəbəkəsi (çayları, gölləri) uzun geoloji dövrdə yaranmış və bu müddətdə xeyli dəyişikliklərə uğramışdır. Hazırda rast gələn bir sıra qədim çay dərələrinin qalıqları buna misaldır. İndi də hidroqrafik şəbəkə təbii amillər və insanların təsərrüfat fəaliyyəti nəticəsində dəyişməkdədir. Süni su axarları (kanallar) və su anbarları da hidroqrafik şəbəkəyə aid edilir.
Azərbaycan Respublikasının hidroqrafik şəbəkəsinin əsasını çaylar təşkil edir. Respublikanın ərazisindən müxtəlif uzunluqda 8359 çay axır. Bunlardan 8188 çayın hər birinin uzunluğu 25 km-dən azdır. Uzunluqları 100 km-dən çox olan 24 çay vardır. Respublikanın ərazisindən axan ən böyük çaylar: Kür, Araz, Qanıx (Alazan),Qabırrı (İori), Samur, Tərtər, Türyan, Ağstafa, Həkəri, Viləş və s.
Respublikanın çayları 3 qrupa bölünür:
1) Kür hövzəsinin çayları, (Qanıx, Qabırrı, Türyan, Ağstafa, Şəmkir, Tərtər, Xaçın və s.);
2) Araz hövzəsinin çayları (Arpaçay, Naxçıvan, Oxçu, Həkəri, Köndələnçay və s.);
3) Bilavasitə Xəzərə tökülən çaylar (Samur, Qudyal, Vəlvələ, Viləş, Lənkəran və s.).
Kür-Araz ovalığından Kür və Araz çayları axır. Bilavasitə Xəzərə tökülən çaylar Böyük Qafqazın, əsasən, şimal-şərq yamacından və Talış dağlarından başlayıb, Samur-Dəvəçi və Lənkəran ovalıqları ilə axır.
Çay şəbəkəsinin inkişafına və dəyişməsinə müxtəlif fiziki-coğrafi amillər-iqlim, relyef, geoloji quruluş, torpaq və bitki örtüyü təsir edir.
Yüksəkliyin artması ilə çay şəbəkəsinin sıxlığı əvvəlcə artır və müəyyən hündürlüyə çatandan sonra tədricən azalır. Ən sıx çay şəbəkəsi (1-2 km/km2), Talış zonası istisna olmaqla, orta dağlıq zonada 1000-2500 m hündürlükdədir.
Talış zonasında isə (1,6-2,2 km/km2) 500-1000 m yüksəklikdədir. Ümumiyyətlə, Azərbaycan Respublikasının əzarisində çay şəbəkəsinin orta sıxlığı 0,39 km/km2-dir. Ovalıqlarda isə həmin kəmiyyət 0,05 km/km2-dən azdır.
Kür çayı hövzəsinin sahəsi (86 000 km2) Arazla qovuşana qədər Arazın hövzəsinin sahəsindən (101 937 km2) azdır. Lakin Kürün sululuğu Araz çayından iki dəfə çox olduğundan, onlar qovuşduqdan sonra da çay Kür adlanır.
* * *
Azərbaycanın çayları
Axım xüsusiyyətlərinə görə Azərbaycan Respublikasında çaylar üç qrupa bölünür:
1) daimi axan çaylar;
2) quruyan çaylar - axımı yazda qarlar əriyəndə və yağış yağdıqda yaranır;
3) müvəqqəti axan çaylar - axımı yalnız şiddətli yağıntılar zamanı olur.
Bu qruplar arasında fərq yaradan əsas amillərdən biri axına qarışan yeraltı suların miqdarıdır. Birinci qrup çaylara yeraltı sular daim axıb gəldiyi halda, ikincidə bu proses cəmi bir neçə ay davam edir. Üçüncü qrupda yeraltı suların rolu yoxdur.
Azərbaycan Respublikasının çaylarının qida mənbələri də müxtəlifdir. Çaylar əsasən qar, yağış və yeraltı sularla qidalanır. Böyük Qafqaz çaylarında qar, Kiçik Qafqazda yeraltı sularla qidalanma üstünlük təşkil edir.
Azərbaycan Respublikası Kür və Araz çaylarının aşağı və qismən orta axınında yerləşir.
Kür çayı Qafqazın ən böyük çayıdır. Onun uzunluğu 1515 km, sahəsi isə 188 min kvadrat kilometrdir. Kür çayı Türkiyə ərazisindəki Qızılgədik dağının şimal-şərq yamacından, 2740 m mütləq yüksəkliyə malik sahədən başlayır. O, Gürcüstan ərazisindən keçərək, Azərbaycan ərazisinə daxil olur. Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə qovuşur.
Araz çayı ilə birləşənə qədər Kürün öz sahəsi 86 min kvadrat kilometr təşkil edir. Araz çayı Kürün ən böyük sağ qoludur. O, öz başlanğıcını Türkiyədə yerləşən Bingöl dağından 3300 m yüksəklikdən götürür. Ümumi uzunluğunun (1072 km) 364 km-i Türkiyənin ərazisinə mənsubdur. Ümumiyyətlə Araz çayı Azərbaycanla Türkiyə və İran arasında sərhəd təşkil edir. Çayın axırıncı 80 km-i Azərbaycanın ərazisindən axır və Sabirabad şəhərin ərazisində Kür çayına tökülür.
Bu çaylar iqliminə görə yazda qar və yağış suları ilə, payızda isə yağış suları ilə gursululuq əmələ gətirən çaylar qrupuna daxildir.
Respublika çaylarının illik axımına atmosfer prosesləri böyük təsir edir. Fevraldan marta doğru hava temperaturunun intensiv artması 1500 m-dən artıq hündürlüklərdə qarın əriməsinə səbəb olur. Aprel və may aylarında yağışlar nəticəsidnə qarın əriməsi daha da sürətlənir. Çox yüksəkdə (2500-300 m-dən antıq) qarın intensiv əriməsi aprel-mayın əvvəllərində başlayır və iyunun axırlarında qurtarır. Qar örtüyü çayların su rejiminə yay aylarında da təsir edir. Belə ki, torpaq-qrunta hopub süzülən (infiltrasiya olan) qar suları yenidən səthə çıxaraq azsulu dövrdə çayların suyunu artırır.
Alçaq çay hövzələrində (Talış sahəsi müstəsna olmaqla) yağıntının çox hissəsi yaz və yayın paylanmasına az təsir göstərir. Talış sahəsində əsas rütubət ehtiyatının çoxu ilin soyuq yarısında düşən yağışlardır. Respublika çayları yay aylarında azsulu olur. Bəzən iyul və avqust aylarında yağan leysan yağışları çaylarda güclü daşqın və sellər yaradaraq təsərrüfata böyük ziyan vurur. Güclü sellər Böyük Qafqazın Zəngəzur silsiləsinin cənub-qərb yamaclarındakı çaylarda müşahidə olunur.
Böyük və Kiçik Qafqaz çaylarında axımın çox hissəsi ilin isti yarısında, Talış çaylarında isə ilin soyuq yarısında keçir. Əsas axımı (60-80%) ilin isti yarısında keçən çaylar üstünlük təşkil edir. Axımın il ərzində bu cür qeyri-bərabər paylanması onun təsərrüfat baxımından istifadə edilməsini çətinləşdirir.
Ümumiyytələ, su rejimi xüsusiyyətlərinə görə Azərbaycan Respublikasının çayları 2 qrupa bölünür:
1) gursulu və daşqın rejimli; 2) daşqın rejimli.
Daşqın rejimli çaylara Lənkəran təbii zonası çayları, Qobustan və müvəqqəti axan çaylar aiddir. Qalan çaylarda su rejimi fazası gursululuqdur.
Relyefin mürəkkəbliyi və başqa təbii amillərin təsiri ilə axım ərazi üzrə bərabər paylanmamışdır. Ərazidə axım modulu, ümumiyyətlə, hündürlüyə görə artır. Lakin bu artım müəyyən hündürlüyə qədərdir (Böyük Qafqazın şimal-şərq yamacıda 2800 m, cənub yamacında 2000-2200 m, Kiçik Qafqazda 2200-2400 m). Göstərilən hündürlükdən yuxarıda axım modulu azalır. Oroqrafik xüsusiyyətinə görə Talış sahəsində axım ilə orta yüksəklik arasında bir-birinə zidd iki qanunsuzluq var. Talış silsiləsində axım modulu hündürlüyə görə azalır. Peştəsər və Burovar silsilələrində isə artır.
Azərbaycan Respublikasının çoxsulu çayları Böyük Qafqazın cənub yamacındadır. Burada orta illik axım modulu 45 l/san. km2-dən artıqdır. Alazan-Əyriçay çökəkliyinə (Alazan-Həftəran vadisinə) doğru axım modulu 5 l/san; km2-ə qədər azalır. Böyük Qafqazın şimal-şərq yamacında orta illik axım modulu 18-20 l/san. km2-dən artıqdır. Axım modulunun hündürlüyə görə artması burada nisbətən bərabərdir. Axım modulunun intensiv artımı Yan silsilə ilə Baş Qafqaz silsiləsi arasındakı sahədə müşahidə edilir (Qusar, Qudyal, Vəlvələ və s. çayların yuxarı axınları). Orta illik axım modulu həmin sahədə 10-20 l/san. km2 arasında dəyişir.
Mənbəyini yan silsilənin yamacından götürən çayların axımı Baş Qafqaz silsiləsindən başlanan çaylarınkından xeyli fərqlənir. Axımın artması burada daha şiddətli gedir və onun orta illik modulu 1000-2000 m yüksəkdə yerləşən sahədə 6-18 l/san. km2 arasında dəyişir. Bu atmosfer yağıntılarının çox düşməsi ilə əlaqədardır. Baş Qafqaz silsiləsindən Xəzər dənizi sahilinə doğru axım tədricən azalır (0,5 l/san. km2-ə qədər). Dənizkənarı ovalıqda şimal-qərbdən cənub-şərgə doğru axım tədrijən azalaraq Abşeron yarımadasında 0-a çatır.
Kiçik Qafqazda axımın paylanması Böyük Qafqaza nisbətən olduqca mürəkkəb xarakter daşıyır. Bu, ərazinin oroqrafiyasının mürəkkbəliyi və dağ silsilələrinin müxtəlif istiqamətdə olmaları ilə izah edilir. Axımın ən yüksək kəmiyyəti Gamış və Qapıcıq dağlarının yamaclarından axan çaylarda müşahidə olunur. Burada axım modulu 28 l/san, km2-dən artıqdır. Atmosfer yağıntıları bəzi yerlərdə Qarabağ yaylasının məsaməli süxurları arasında itərək rayonu susuz sahəyə çevirir, bəzi yerlərdə isə bulaq şəklində səthə çıxaraq çayların sululuğunu artırır.
Bu cəhətdən Tərtər, Həkəri və başqa çayların yuxarı axınları daha səciyyəvidir və onların yeraltı sular hesabına qidalanması illik axım həcminin 70-80%-ə qədərini təşkil edir. Kiçik Qafqazın cənub-şərqində (Qarabağ silsiləsindən başlayan çay hövzələrində) axım modulu 0,8-dən 22 l/san. km2-ə qədər, Naxçıvan MR-da isə 0,5-dən 10 l/san. km2-ə qədər dəyişir. Arazboyu düzənliklərə doğru axım modulu 0,5 l/san. km2-dən aşağı düşür.
Talış sahəsində axım modulu şimaldan cənuba və qərbdən şərqə doğru artır. Axımın maksimum kəmiyyəti (25 l/san, km2-dən çox) ərazinin mərkəzi hissəsində Təngərud və Astara çayları hövzələrində minimal kəmiyyəti isə (0,5-0,8 l/san. km2) ərazinin Viləş çayından şimaldakı hissəsində, həmçinin Lənkəran və Viləş çaylarının mənbələrində muşahidə olunur. Azərbaycan Respublikasının azsulu sahələri Qobustan, Naxçıvan MR və Kür-Araz ovalığıdır.
Azərbaycan Respublikasının çayları çoxlu xırda səpinti və müxtəlif qırıntı materialları axıdır. Həmin materiallar çay hövzələrində gedən yuyulma porsesinin nəticəsidir. Azərbaycan Respublikasının çayları bulanıqlıq dərəcəsi ən böyük olan çaylardandır. Bulanıqlıq dərəcəsinin orta illik miqdarı ərazi üzrə 0,07 ilə 9,8 kq/m3 arasında dəyişir. Onun minimumu Qarabağ yaylasında, maksimumu isə Böyük Qafqazın cənub yamacında müşahidə edilir.
Ən intensiv səthi yuyulma Böyük Qafqazın cənub yamacında (1000-6800 t/km2), ən zəifi isə Qarabağ yaylasında (5-10 t/km2_) müşahidə edilir. Böyük Qafqaz çaylarının sutoplayıcı sahələrində səthi yuyulmanın intensivliyi (0,53 mm/il) Kiçik Qafqaz (0,03 mm/il) və Talış (0,04 mm/il) çaylarının sutoplayıcısında odluğudan təqribən 13 dəfə çoxdur.
Çayların su ehtiyatı və istifadəsi
Azərbaycan Respublikasının çaylarının çoxillik orta su ehtiyatı 10,3 mlrd. m3-dir. Bu, respublika ərazisinə qonşu dövlətlərdən daxil olan su ehtiyatı (20,6 mlrd. m3) ilə birlikdə 30,9 mlrd. m3 təşikl edir. Respublikanın hər kvadrat km ərazisinə 90 min m3 ehtiyatı düşür. Adambaşına düşən suyun miqdarı ildə 1270 m3 təşkil edir. Su ehtiyatının böyük hissəsi Kür çayı hövzəsinin payına düşür. Çayların su ehtiyatının il ərzində və ərazi üzrə qeyri-bərabər paylanması ondan istifadəni xeyli çətinləşdirir və ilbəil artmaqda olan su tələbatını ödəyə bilmir. Bu vəziyyət çayların axımını tənzimləməyi tələb edir.
Hazırda respublikada hər birinin həcmi 1 mln. m3-dən artıq olan 60-dan çox su anbarlarında 21 mlrd. m3-ə qədər su toplanmışdır. Bu sulardan x.t.-nın müxtəlif sahələrində (suvarma, su təchizatı, sənaye, balıqçılıq və s.) istifadə edilir. Suya tələbatın ödənilməsində Orta Kür su anbarları kaskadının yaradılması diqqəti cəlb edir. Müasir dövrdə məhdud olan su ehtiyatlarının təmizliyini qorumaq və onların sənaye və kommunal məişət tullantıları ilə çirkləndirilməsinə qarşı mübarizə məqsədi ilə ciddi tədbirlər görülür.
Kanallar
Azərbaycan Respublikasındakı kanallardan, əsasən, suvarma məqsədi üçün istifadə edilir. Suvarma kanallarının ümumi uzunluğu 47058,8 km-dir. Bunun 8580,3 km-i təsərrüfatlararası, 38478,5 km-i təsərrüfatlardaxili kanallardır. İl ərzində suvarma mənbələrindən kanallar vasitəsilə suvarma məqsədi üçün 11 mlrd. m3-ə qədər su götürülür. Respublikada suvarılan torpaqların ümumi sahəsi 1,4 mln. ha-dır (1988).
* * *
Göllər
Azərbaycan Respublikasında 250-yə yaxın göl var. Bunların əksəriyyəti kiçikdir. Hacıqabul, Sarısu, Masazır, Candargöl və s. nisbətən böyük göllərdir.
Orta və yüksək dağlıq ərazilərdə göllərin (Kürəkçay hövəsindəki Göygöl və Maralgöl, Şəmkir çayı hövzəsindəki Göygöl, Böyük və Kiçik Alagöllər) gözəl mənzərəsi var. Respublikanın gölləri erozion-buzlaq, erozion-çay, tektonik və abrazion mənşəlidir.
Abşeronda bir sıra axarsız və şor relikt göllər var. Yayda bunların xeyli hissəsi quruyur və şoranlığa çevrilir. Dağ göllərindən mal-qaranın suvarılmasında, Hacıqabul, Sarısu, Ağgöl və s.-dən balıqçılıqda və qismən suvarmada, Abşeronun şor göllərindən kimyəvi maddələrin alınmasında, həmçinin müalicə palçığından istifadə edilir.
Çayların yuxarı axınındakı göllər Batabat qrupu, Qanlıgöl (Naxçıvan çayı hövzəsi), Göygöl (Şəmkir çay hövzəsi) və s. süni su anbarlarına çevrilmişdir. Onlar yayda çayları əlavə su ilə təchiz edir.
Su anbarları
Çayların axımını tənzimləmək məqsədi ilə 60-dan artıq su anbarı tikilmişdir. Su anbarlarının yaradılması su ehtiyatı və enerjisindən səmərəli istifadə üçün görülən əsas tədbirlərdəndir.
Böyük su anbarları ("Mingəçevir", "Şəmkir", "Araz su qovşağı", "Sərsəng") kompleks əhəmiyyətə malik olduğu halda, digər su anbarlarının əksəriyyəti irriqasiya məqsədi ilə tikilmişdir.
Buzlaqlar
Azərbaycan Respublikası ərazisində buzlaqlar çox azdır. Baş Qafqaz silsiləsinin Bazardüzü (sah. 3,62 km2), Bazaryurd (1 km2), Tufan (0,51 km2) və Şahdağ (1,08 km2) zirvələrində buzlaqlar var.
Buzlaqlardan başqa, nisbətən geniş yer tutan və yayda əriməyən qar qalıqlarına rast gəlinir. Bunlar okean səviyyəsindən 4000 m-dən çox hündürlükdə yerləşir.
* * *
Azərbaycanın böyük çaylarının əsas morfometrik göstəriciləri
Sıra №-si
Çaylar
Hara tökülür (hansı sahildən)
Uzunluğu km-lə
Sutoplayıcı sahə km-lə
Hündürlüyü m-lə (mənbə)
Hündürlüyü m-lə (mənsəb)
1
Kür
Xəzər dənizi
1515
188000
2740
-28
2
Alazan
Mingəçevir hovuzu
413
16920
2560
75
3
İori
-
389
4840
2560
51
4
Əyriçay
Alazan (sol)
134
1810
3200
135
5
Türyançay
Kür (sol)
180
1840
3680
-4
6
Göyçay
Qarasu (sol)
115
1770
1980
-1
7
Qarasu (Şirvan)
Hacıqabul gölü
134
8920
-1
-19
8
Xrami
Kür (sağ)
220
8340
2422
255
9
Ağstafaçay
Kür (sağ)
133
2586
3000
210
10
Kürəkçay
Kür (sağ)
126
2080
3100
18
11
Tərtər
Kür (sağ)
200
2150
3120
3
12
Xaçınçay
Kürə (sağ) çatmır
119
657
2100
10
13
Qarqarçay
Ağgöl
115
1490
2080
-0,5
14
Araz
Kür (sağ)
1072
101900
2990
-11
15
Şərqi
Araz (sol)
126
2630
2985
780
16
Arpaçay Əkərə
Araz (sol)
128
5540
3080
268
17
Samur
Xəzər dənizi
216
4430
3600
-28
18
Qusarçay
Xəzər dənizi
113
694
3780
-28
19
Qudyalçay
Xəzər dənizi
108
799
3000
-28
20
Sumqayıt
Xəzər dənizi
198
1751
2000
-28
21
Pirsaat
Xəzər dənizi
199
2280
2400
-11
22
Bolqarçay
Mahmudçala gölü
168
2170
1710
-17
23
Viləşçay
Xəzər dənizi
115
935
1880
-28
Həmçinin bax: Azərbaycanın daxili suları
| ['Azərbaycan çayları', 'Azərbaycan coğrafiyası'] |
5,381 | https://kayzen.az/blog/346/6248/iyr%C9%99nc-xalalar.html | "İyrənc" xalalar | ORIGINAL | 346 saylı marşrut | 14 iyul 2011, 01:48 |
Yayın istisi.Başında şal əynində xalat, onun üstündən qolsuz düyməli jilet, ayağında qaloş, əllərində içi meyvələrlə dolu səbət, ya da taralar olan "xala".Bir də onlara lağ edən, bəzən də iyrənircəsinə yanından tez uzaqlaşan şəhərlilər.Tanış mənzərədir, az qala hər gün müşahidə edirik, əlbət yaxşı baxsaq.Maraqlıdır, həmin "xala"lardan niyə iyrənirik?!Köhnə paltarları nimdaş, danışıqları qəribə görünə bilər...Lap qaloşları da de moda olar...Şalları köhnədir. Amma bu "xalalar" əksəriyyətimizdən fərqli olaraq səhər o başdan işə gedər...Əvvəl satacaqları meyvələri ucuz alar, sonra onları səbətlərə ehmalca yığar...Qabar və büzüşmüş əlləri ilə onları parıldadar və "Ya Allah" deyib qoca şəhərin küçələrinə - "işə gedərlər"...Bacardıqları qədər satarlar...Günortaları evdən götürdükləri pendir çörəyi dəsmalın arasından çıxarar, heç kimin görmədiyi yerdə xəlvətcə yeyər və bundan utanmazlar, nə də olsa iş-işdir...Sonra yenə küçə-küçə, qapı-qapı gəzər və par-par yanan meyvələrini satmağa çalışarlar...Axşam olar, evə dönərlər, yorğun-arğın...
Uşaqları onlardan iyrənməzlər, öpüb qarşılayarlar...Pendir-çörəyin heyfini pomidor-yumurtadan çıxarlar...Sonra hamımız kimi, bəlkə də hamımızdan yaxşı çimib təmizlənərlər...Amma bundan sonra hamımız kimi istirahət etməzlər...Çünki sata bilmədikləri mer-meyvənin batacağından qorxarlar, mürəbbə, kompot düzəldərlər...Bitdimi?!Bitmədi, sabah balalar nəsə yeməlidirlər...Yemək də bişirər bu "xala"lar...Sonra yatarlar...Yuxuları şirin olmaz, səhəri, satacaqlarını və qoca şəhəri düşünər, kaş ki bu gün ora yox, bura getsəydim deyə fikirləşərlər...Səhər o başdan ayılar, pendir-çörəyi dəsmala bükər və müdirin qorxusundan yox, gecikib pis mal almaq qorxusundan evdən tələm-tələsik çıxarlar...Yolda qolsuz jiletlərini tərs geyindiklərini görüb özlərinə gülər və "huşsuzam" deyərlər...Elə bu dəm biri onu görüb qırağa atılar, üz-gözünü turşudar..."Huşsuzam" deyə bir də təkrar edərlər, bu şəhərdə insanların məndən iyrəndiyini yadımda saxlaya bilməyəcək qədər huşsuz...Müəllif:Vüqar Qurdqanlı
| ['həyatın içindən', 'azərbaycanlılar'] |
5,382 | https://kayzen.az/blog/sevgi/6247/ayr%C4%B1lacaq-yollar.html | Ayrılacaq yollar | ayxansevda | Sevgi | 14 iyul 2011, 01:08 |
Onsuzda ayrılacaq yollar. Hərə öz həyatını yaşayacaq.
Ayrılacaq yollar, səssiz-səmirsiz, sualsız-cavabsız, heç kəsin rəyini bilmədən, soruşmadan, nəzərə almadan.
Ayrılacaq yollar, göz yaşlarını görmədən. Göz yaşları sarsılacaq etinasızlıqdan. Yandıracaq bir vaxt gülən yanaqları, kor edəcək xoşbəxtlikdən bir vaxt ulduz kimi parlayan gözləri.
Ayrılacaq yollar, bir -birimizdən necə uzaq düşdüyümüzü onda anlayacağıq. İndi bunu duymuruq. Hər gün səsimizi eşidir, bir - birimizi görür və xöşbəxtlik üçün bu kifayət edir bizə. Əslində münasibətimiz arzuya bənzəyir. Ümidi itirməmək arzusuna. Nə vaxtsa bir daha görüşməyəcəyik deyə düşünmək belə istəmirik. Çox qəribə arzudur. Amma insanı xöşbəxt edə biləcək qüvvəyə malikdir. Bu arzunu nəyə bənzətdiyimizdən asılı olmayaraq, onsuzda hər şey dəyişəcək. Hisslərimiz belə. Hisslərimiz haçalanacaq, istək və arzularımız da dəyişəcək , yeni arzular yaranacaq. Lakin bir arzu, şah arzu - xoşbəxt olmaq arzusu olduğu kimi qalacaq.
Ayrılacaq yollar, bəs niyə insan ağlayır, nalə qoparır, fəryad edir. yoxsa unudulmaq qorxusu, adiləşmək , bütövlüklə yaddaşdan silinmək qorxusu üstün gəlir insana o anda?İnsan dərk etmək istəmir ki, olacağa çarə yoxdur. Bəlkə də dərk edər, amma ürək dərk etmir, anlamaq istəmir.
Ayrılacaq yollar, hansısa zaman kəsiyində yollar kəsişir, amma yenə də hər yol öz istiqaməti ilə davam edir, çünki hər yolun öz istiqaməti və sonu var.
Ayrılacaq yollar, bəs bununçünmü yaşayırıq? Hər şeyin ayrılması üçünmü? Yolların ayrılması üçünmü? Ürəyimizin köksümüzdən ayrılması üçün yaşayırıq yoxsa?!
12 mart 2003
Müəllif: Zeynalova V.M
| ['hisslərimiz', 'düşüncələr'] |
5,383 | https://kayzen.az/blog/ekologiya/6245/ekologiya-v%C9%99-biz.html | Ekologiya və biz | Zahid_GDMLI | Ekologiya | 14 iyul 2011, 00:06 |
Hər dəfə meşəyə göbələk yığmağa gedəndə, yaxud dəniz kənarında təmiz hava almağa və ya günəş vannası qəbul etməyə yollananda ətrafda böyük miqdarda plastik əşyalardan ibarət zibilliklərə rast gəlirik.
Bu ürəkbulandıran mənzərələri müşahidələrdən sonra hər dəfə təəccüblənməkdən özümüzü saxlaya bilmirik: bu qədər təbiətə məsuliyyətsiz yanaşmaq olarmı? İstirahətimizə mənfi çalar qatan bu mənzərədən sonra təbiətə etinasız yanaşanları tənbeh etməyə başlayarıq. Amma özümüz də heç düşünmürük ki, plastik qablardan və torbalardan istifadə etməklə təbiətə zərbə endiririk. Çünki plastik qabların tullantı kimi "səyahəti" uzun illər davam edir.
Təbii ki, belə mənzərələr təkcə Azərbaycanda rast gəlmək mümkün deyil. Dünyanın bir çox ölkəsində bu problem aktual mövzu kimi gündəmdən düşmür. Plastik qablar məişətimizə müəyyən yüngüllük gətirsə də, ətraf mühitimizə təhlükə törətməkdə davam edir. Diqqət yetirin: 1 ədəd plastik qabın tam çürüməsi üçün nə az, nə çox, düz 300 il lazımdır. İnsanlarsa ətrafa saysız-hesabsız plastik qablar atmaqdan yorulmaq bilmirlər.
Çıxış yolu varmı? Əlbəttə ki, var. İlk yolumuz ekoloji maariflənmə prosesini sürətləndirməkdən ibarətdir. Yəni təbiətlə harmoniya içərisində yaşamağımızı öyrənməliyik. İkinci yol tullantılan təkrar emalındadır. İnkişaf etmiş ölkələrdə zibiliklərin həcminin azaldılmasının yolunu tullantı əşyaların yenidən emal olunmasında görürlər. Avropa ölkələrində bu məsələ artıq öz həllini tapıb. Azərbaycanda da bu məsələ ətrafında müzakirələr gedir. Ümid edirik ki, tikilib istifadəyə veriləcək tullantıların emalı zavodu ekoloji probllemlərin böyük hissəninin həll olunmasında öz müsbət rolunu oynayacaq.
E.Rza
| ['ekologiya', 'insan', 'çirklənmə'] |
5,384 | https://kayzen.az/blog/%C3%B6lk%C9%99l%C9%99r/6183/isve%C3%A7r%C9%99.html | İsveçrə | Qiyasli | Ölkələr | 13 iyul 2011, 23:29 |
İsveçrə (Almanca: Schweiz, Fransızca: Suisse İtalyanca: Svizzera və Romanca: Svizra), rəsmi adıyla İsveçrə Konfederasiyası, Orta Avropada Alp Dağlarında və dənizə sahili olan bir ölkə. Şimalında Almaniya, qərbində Fransa, cənubunda İtaliya və şərqində Avstriya ilə Lixtenşteyn ilə qonşu olan və tarixi olaraq bir konfederasiya olan ölkə 1848-ci ildən bəri bir federasiyadır. Bankçılıq və maliyyə sektorlarında çox güclü bir iqtisadiyyata sahib olan İsveçrə uzun müddətdir siyasi və hərbi tərəfsizlik ənənəsinə malikdir. Bu səbəblərdən ötəri bir çox beynəlxalq təşkilatların məclisləri bu ölkədə kecirlir. Ölkənin rəsmi Latınca adı olan Confoederatio Helvetica, Helvetler Konfederasiyası mənasını verməkdədir. Dörd rəsmi dildən hər hansı birinə prioritet verməmək məqsədiylə Latınca istifadə edilməkdədir. Ölkə qısaltması olaraq (CH) istifadə edilməsinin səbəbi də budur. Fransızca (Confédération suisse), İtalyanca (Confederazione Svizzera) və Romanca(Confederaziun svizra) rəsmi adları "İsveçrə Konfederasiyası" olaraq çevrilərkən Almanca rəsmi ad olan Schweizerische Eidgenossenschaft "İsveçrə And Qardaşlığı" ya da "İsveçrə Müqavilə Ölkəsi" mənasını verər.
İsveçrənin tarixi
Erkən dövr
1291-ci ildə Uri, Schwyz və Unterwalden kantonlarının meydana gətirdiyi üç meşə kantonu nümayəndələri bir Federal Bəyannamə imzaladılar. Bəyannaməyə imza atan tərəflər, o zamanlar Müqəddəs Roma German İmperiyasında Avstriya Qraflıqını əlində tutan Habsburg xanədanının hökmünə qarşı çıxa bilmək üçün birləşməyi təklif edirdilər. 15 Noyabr 1315-ci ildə Morgarten Vuruşmasında Habsburg ordusunu məğlub oldu. İsveçrəlilər, Müqəddəs Roma German İmperiyası içində İsveçrə İmperiyasın Konfederasiyasının varlığını güvən altına aldılar.
1353-ci ildə gəlindiyində ilk birləşən üç kantona əlavə olaraq Glarus və Zug kantonlarıyla Lüzern, Zürih və Bern şəhər dövlətləri də birliyə qatılaraq 15. əsrə qədər varlığını davam etdirən (Zürih bir torpaq anlaşılmazlığı səbəbiylə 1440-cı ildə konfederasiyadan atılmışdır) və səkkiz əyalətdən ibarət olan "Köhnə Federasiyası" qurdular.1470-ci ildə Bourgogne Qraflıqı I. Charlesə qarşı qazandıqları zəfərlər və İsveçrə pullu əsgərlərinin müvəffəqiyyətləriylə federasiyanın həm gücü həm də zənginliyi artdı. İsveçrə kantonları sıralaması edilərkən ənənəvi olaraq, şəhər dövlətlərini ardınca qurucu kantonlar ilk səkkiz "Köhnə Kanton" olaraq qabaqda deyilir, 1481-ci ildən sonra federasiyaya qatılan digər kantonlar tarix sırasına görə düzülər. Müqəddəs Roma German İmperatoru I. Maximiliana qarşı İsveçrəlilərin 1499-cu ildə qazandığı zəfər nəticəsində, İsveçrə, Müqəddəs Roma German İmperiyasından ayrılıb de facto müstəqilliyini qazanmışdır...
1506-cı ildə II. Julius, indiki vaxtda hələ Vatikanı qoruyan İsveçrəli Gözətçiləri işə götürdü. Federasiyanın genişləməsi və ilk döyüşlərdə əldə edilən məğlub olmamaqla qazanılan məşhurluq. 1515-ci ildə Marignano Vuruşmasındakı İsveçrə uduzması ilə ilk dəfə dayandı. Bəzi kantonlarda Huldrych Zwinglinin İslahatının müvəffəqiyyətli olması 1529 və 1531 illərində kantonlararası döyüşlərin (Kappeler Kriege) çıxmasına səbəb oldu. Katolik və Protestant kantonlar arasında anlaşılmazlığın davam etməsi üzərinə 1656 və 1712 illərində Villmergen Vuruşmaları ilə qarşılıqlı şiddət davam etmişdir. 1648-ci ildə Westfalya Barış Andlaşması ilə Avropalı ölkələr İsveçrənin Müqəddəs Roma German İmperiyasından ayrılmasını və tərəfsizliyini tanıdı.
1798. Fransız işğalı
1798-ci ildə Fransız İnqilabı orduları İsveçrəni işğal edərək məcburi yeni bir konstitusiyanı tətbiq etdilər. Bu konstitusiya ilə ölkənin hökuməti mərkəziləşdirilir və kantonlar ortadan qaldırılırdı. Helvet Respublikası olaraq bilinən yeni dövlətin xalq arasında heç dəstəyi yox idi. Xarici işğal qüvvətləri tərəfindən məcburi qəbul etdirilən bu hökumət dini inanc azadlığı da daxil olmaq üzrə əsrlər tərəfindən sürən ənənələri yıxmışdı. Bu dövlət, İsveçrəni Fransanın bir peykindən başqa bir şey etməmişdi. Tez-tez ortaya çıxan qiyamlar, Fransız birliklərinin varlığı səbəbiylə müvəffəqiyyətə çata bilməmişdi. Sentyabr ayında Nidwalden üsyanının Fransızlar tərəfindən qanlı bir şəkildə yatırılması xalq tərəfindən pis qarşılanmışdır. Fransa ilə digər ölkələr arasında döyüş çıxdıqdan sonra İsveçrə, Avstriya və Rusiya kimi başqa qüvvətlər tərəfindən də işğal edilmişdi. İsveçrəlilər, mərkəzi hökuməti dəstəkləyən "Respublikaçılar" və kantonların avtonomluğunun təkrar verilməsini istəyən "Federalistler" arasında ikiyə bölünmüşdü. Napolyon Bonapart, hər iki tərəfin qabaqda gələn siyasətçilərini 1803-cü ildə Parisdə bir yerə gətirdi. Bu yığıncağın nəticəsində İsveçrənin avtonomluğunu böyük nisbətdə geri verən və 19. kantondan ibarət olan bir Konfederasiyası quran Vasitəçilik Qanunu çıxmışdır. 1815-ci ildə Viyana Konqresi ilə İsveçrənin müstəqilliyi və tərəfsizliyi bütün Avropa gücləri tərəfindən tanınmışdır. Bu tarixdə, Valais, Neuchatel və Cenevre kantonlarının federasiyaya qatılmasıyla birlikdə İsveçrə tarixdəki ən son genişləməyi reallaşdırmışdır.
1848 konstitusiyası
1845-ci ildə katolik və protestant kantonlar arasında bir vətəndaş müharibəsi (Sonderbundskrieg) baş verdi. O zamanlar hökumətdə olan Radikal Partiyanın yaymağa çalışdığı daha unitar bir İsveçrə fikirindən xoşlanmayan katoliklər Sonderbund adını verdikləri xüsusi bir andlaşma ortaya çıxardılar. Radikalların da bu andlaşmağa qarşı çıxması üzərinə ortaya çıxan döyüş bir aydan az sürdü və təxminən yüz itki verildi. Kiçik qiyamları saymasaq bu vuruşma, İsveçrə torpaqlarında yaşanan son silahlı qarşıdurma idi. Vətəndaş müharibəsidən sonra İsveçrə referendum tətbiqinə keçdi və 1849-cu ildə federal konstitusiya qəbul edildi. Bu konstitusiya ilə mərkəzi nüfuz qurulur və kantonlar yerli mövzularda öz özlərini idarə edə bilirdilər. Əhali artımı, Sənaye İnqilabı və tək pul vahidi istifadə edilməsi səbəbiylə 1872-ci ildə bu konstitusiya əhəmiyyətli nisbətdə düzəldilmişdir. Bu konstitusiyayla müdafiə etmə, ticarət və qanuni mövzularda federal məsuliyyət də təşkil edilmişdi.
İsveçrənin siyasəto
İki palatalı İsveçrə parlamenti Federal Məclis, Federal Şuradan ayrı olaraq təməl iqtidar mərkəzindən ibarətdir. Federal Məclisi meydana gətirən Əyalətlər Şurası və Milli Şura qanun çıxarmaq da daxil olmaq üzrə hər baxımdan bərabər gücə malikdir. 1999-cu il konstitusiyasına görə, federasiyaya xüsusi olaraq nümayəndə edilməmiş bütün güclər kantonların əlindədir. Əyalətlər şurasının 46 üzvü (hər kantondan iki və yarım kantondan bir olmaq üzrə) bir başa hər kantonda seçilir. Milli Şuranın 200 üzvü isə nisbi təmsil əsaslarına söykənərək seçilər. Hər iki məclisə seçilənlərin vəzifə müddəti 4 ildir. Referendumlar yoluyla hər vətandaş federal hökumət tərəfindən qəbul edilmiş qanunların etibarlılığını sorğulaya bilər və federal konstitusiyaya düzəltmə edilməsini istəyə bilər. Bu haqqlar İsveçrəni doğrudan demokratiya tətbiq olunan bir ölkə olmasını göstərir. İcra etmə və dövlət başçılığı vəzifəsi yeddi üzvdən ibarət olan Federal Şurada toplanmışdır. Hər nə qədər konstitusiyaya görə Məclis Şura üzvlərini seçsə və nəzarət etsə də, qanunuma müddətini istiqamətləndirmə və federal qanunları tətbiq mövzusunda Federal Şura yavaş yavaş qabaqda gələn bir rola qovuşmuşdur. Xüsusi təmsil vəzifələrini icra etmək üzrə şurası meydana gətirən yeddi adam içindən bir adam bir illiyinə İsveçrə Konfederasiya Başçısı olaraq seçilər. 1959-cu ildən dekabr 2003-cü ilə qədər Federal Şurada İsveçrənin dörd əhəmiyyətli siyasi partiyası, federal məclisdəki təmsil nisbətlərinə görə ibarət olan "sehrli düstura" görə təmsil edilmişdir: 2 üzv Xristian Demokratlardan (CVP/PDC), 2 üzv İctimai Demokratlardan (SPS/PSS), 2 üzv Liberal Demokratlardan (FDP/PRD), və 1 üzv də İsveçrə Xalq Partiyasından (SVP/UDC). Şuradakı bu ənənəvi üzv dağılımı hər hansı bir qanun ilə təyin olunmamışdır və 2003 seçkilərindən sonra Xristian Demokratlar ikinci kürsülərini, o il məclis seçkilərində ən güclü partiya olaraq çıxan İsveçrə Xalq Partiyasına tutmuşdur. Federal Yüksək Məhkəmənin vəzifəsi kanton məhkəmələrindən gələn şikayətlərə və federal rəhbərliyin administrativ qərarlara baxmaqdır. Yüksək Məhkəmə hakimləri, altı illik vəzifə müddəti üçün Federal Məclis tərəfindən seçilir.
İsveçrənin coğrafiyası
41.285 kvadrat kilometrlik sahəylə İsveçrə nisbətən kiçik bir ölkədir. 7,4 milyonluq əhaliyə sahib olan ölkədə əhali sıxlığı kvadrat kilometrə 182 nəfərdir. İsveçrədə üç əsas vilayət vardir : İsveçrə Alpları, İsveçrə platosu, və Jura Dağları. Alplar, ölkəni orta və cənubundan qət edən yüksək sıra dağlarıdır. İsveçrə Alplarının yüksək dorukları arasında (ən yüksək zirvəsi 4.634 metrlik Dufour Zirvəsidir) bəzilərində buzlaq olan saysız vadi yer alır. Buradan mənbəyini götürən Reyn, Rhône, Inn, Aare və Ticino kimi Avropanın başlıca çayları Cenevre Gölü, Sürix Gölü, Neuchatel Gölü və Konstanz Gölü kimi göllərə tökülür. Ölkənin daha sıx əhaliyə sahib olan şimal hissəsi daha düzənlik də olsa şimal-qərbdə olan daha kiçik Jura Dağları kimi dağlıq da ola bilər. İsveçrənin iqlimi ümumiyyətlə mülayim olsa da yüksək dağlardakı çətinlikli şərtlərdən İsveçrənin cənub ucundakı isti Aralıq dənizi iqliminə qədər bölgədən bölgəyə dəyişiklik göstərir. Yüksək dağlarla ayrılan bir çox vadinin varlığı səbəbiylə İsveçrənin ekosistemleri çox həssasdır və az qala hər vadidə özünə xas ekologiyalar meydana gəlmişdir. Dağlıq bölgələrdə də digər yüksəkliklərdə tapılmayan zəngin bir bitki örtüyü vardır.
Alman Dili - 17 kanton;
Fransız Dili - 6 kanton;
İtalyan Dili - 2 kanton;
Roman Dili - 1 kanton.
İsveçrə və din
İsveçrədə ölkə miqyasında bir dövlət dini olmasa da Cenevre və Neuchatel kantonlarının xaricindəki bütün kantonlarda vergiləndirmə yoluyla Roman Katolik, Köhnə Katolik ya da İsveçrə İslahat Kilsələri dəstəkləniyər.
İsveçrədə ən məşhur din 44 % ilə Roma Katolik Kilsəsidir. Ardından 38,5 % ilə protestantlıq gəlir. İmmiqrantlar ilə birlikdə 4,3% lik bir müsəlman əhali ilə 1,8% lik bir ortodoks əhali də yerləşmişdir. Fərqli dillərə sahib bir əhaliyə sahib olan İsveçrənin sabitlikli və bitərəf bir ölkə olması, bu ölkənin bir konsensus ya da ahəng dövləti olaraq təyin olunmasına gətirib çıxarmışdır.
Tarixi olaraq ölkə katoliklər və protestantlar arasında təxminən bərabər olaraq dağılmışdır. Hətta Appenzell kimi bəzi kantonlar rəsmi olaraq katolik və protestant hissələrə ayrılmışdır və bir çox kəndin girişində üstün olan din, "bu kənd katolikdir və ya protestantdır" adlı plakatlar asılmışdır. Ancaq bəzi ümumi modellər də var. Böyük şəhərlərarasında paytaxt Bern, bankçılıq mərkəzi Sürix və Bazeldə protestantlıq daha uütün olsa da Lüzern kimi digər şəhərlər əksəriyyətlə katolikdir. Cenevrə ilk Kalvincilik mərkəzi olaraq tanınmışdır və dünyadakı fransızların əksəriyyətinin katolik olmasına baxmayaraq Fransız İsveçrəsinin əksəriyyəti protestantdır. Digər tərəfdən İsveçrənin quruluşunda olan Almanca danışılan Schwyz, Uri, və Unterwalden kantonlarıyla İtalyanca danışılan Ticino kantonu ümumiyyətlə katolikdir.
Mədəniyyət
İsveçrənin mədəniyyəti qonşuları tərəfində çox təsirləndisə də illər boyunca əhəmiyyətli regional fərqliliklər göstərən özünə xas bir mədəniyyət meydana gəlmişdir. Xüsusi olaraq Fransızca danışılan bölgələrə Fransaya, Almanca danışılan bölgələr Almaniyaya və İtalyanca danışılan bölgələr də İtaliyaya, ölkələrindəki digər bölgələrdən daha yaxındır. İsveçrədəki qüvvətli bölgəçilik səbəbiylə homogen bir İsveçrə mədəniyyətindən danışmaq mümkündür.
Mədəni olaraq aktiv olan bir çox İsveçrəli, ölkələrindəki məhdud imkanlar səbəbiylə xaricə çıxmağı seçmişdir. Eyni zamanda İsveçrənin tərəfsizliyi və aşağı vergi nisbətləri də bütün dünyadan bir çox yaradıcı insanı bu ölkəyə çəkmişdir. Döyüş zamanlarında siyasi sığınma ənənəsi bir çox sənətçinin bu ölkəyə gəlməsində köməkçi olarkən indiki vaxtda bunu aşağı vergi nisbətləri təmin etməkdədir.
İsveçrə homoseksualların həm dini, həm də dövlət nikahına icazə verilən ilk dövlətdir. İsveçrə hökuməti homoseksualların rəsmi nikahına 1 may 2009-cu ildə icazə vermişdi. Bunun ardınca, kilsə də homoseksualların yolunu açaraq, 22 oktyabr 2009-cu il tarixli qərarı ilə dövlətin qərarını dəstəkləmişdir. Müqəddəs Sinodun 250 üzvünün 70 faizi qərarın lehinə səs verib. Qərar 1 noyabr 2009-cu il tarixdən qüvvəyə minəcək. May ayında parlamentdəki müzakirələri təqdir edən Kilsə, qərar vermək hüququnu sinoda həvalə etmişdi. İsveçrədə kilsə dövlətdən 2000-ci ildə ayrılıb.
| ['İsveçrə'] |
5,385 | https://kayzen.az/blog/ayxansevda/6239/t%C9%99b%C9%99ss%C3%BCm%C3%BCn-qiym%C9%99ti.html | Təbəssümün qiyməti | ayxansevda | Bloq: ayxansevda | 13 iyul 2011, 16:41 |
- O, baha deyil, qiyməti də yoxdur, lakin çox şey verir.- O, bir anlıq davam edir, lakin hərdən yaddaşda uzun müddət yaşaya bilir.
- Heç kim elə varlı deyil ki, onsuz keçinə bilsin və elə bir kasıb yoxdur ki, onunla varlansın.- Axı, həyatda bir çox şeylərini itirmiş insan qədər ona ehtiyac duyan digərini tapmaq çətindir. Bir təbəssüm onun valığına hakim olar, qəlbini doldurar və yeni həyata başlamaq ümidini verər.
| ['təbəssüm'] |
5,386 | https://kayzen.az/blog/istinad-h%C9%99r%C9%99k%C9%99t/6235/oynaqlar%C4%B1-t%C9%99mizl%C9%99y%C9%99k.html | Oynaqları təmizləyək | Zeyneb_Ehmedova | istinad-hərəkət apparatı | 13 iyul 2011, 14:22 |
Oynaqları ən gözəl təmizləyən bitki dəfnə yarpağıdır.15-20 ədəd dəfnə yarpağını 1 litr suya töküb zəif odun üzərinə 5 dəqiqə qaynadın.sonra termosa töküb 3-4 saat saxlayın.Süzüb soyutduqdan sonra 10-12 saat ərzində kiçik qurtumlara için.Dəfnə yarpağından hazırlanmış dəmləməni ildə 1 dəfə 3 gün müntəzəm içmək lazımdır.
Diqqət! Prosedurlardan əvvəl mütləq 1 litr su ilə təmizləyici imalə edin.Ümumiyyətlə yoğun bağırsağı təmizləmək lazımdır.Dəfnə yarpağı çox güclü vasitədir.Ona görə də onu çox ehtiyatla təmizləmək lazımdır.Mədə və bağırsaqda xoşagəlməz hisslər olsa,dəmləmənin qəbulunu mütləq saxlayın Emallı qazanda 1 stəkan xırda doğranmış günəbaxan köklərini 3 litr suya qatın və 1-2 dəqiqə qaynadın.Dəmləməni süzüb 2-3 gün ərzində gündə 3-4 stəkan qəbul edin.Müalicəni ildə 1 dəfə 3 həftəlik kursla aparmaq lazımdır.Məhlulu qəbul edərkən menyunuzdan acı,duzlu,hisə verilmiş,sirkəli qida məhsullarını çıxardın 1 stəkan xırda doğranmış cəfəri kökünü yarım litr südə qatıb,termosda gecədən səhərəcən saxlayın.Dəmləməni ilıq halda gündə üç dəfə səhər və günorta axşam isə yatmazdan əvvəl qəbul edin.Müalicənin müddəti 10-12 gündür 2 xörək qaşığı düyünün üzərinə 0.5 litr su tökün və 1 saat saxlayın.Sonra düyünün suyunu süzün və üsyünə təzə su tökün.Bunu 5 gün təkrarlayın.Altıncı gün suyu süzün.düyüdən suda duzsuz sıyıq bişirin.Bu sıyığı səhgərlər acqarına yeyin və bundan sonra 4 saat boyunca hec bir qida qəbul etməyin.müalicənin kursu 40 gündür
Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır
Mənbə *sağlamlıq* jurnalı
| ['sağlamlıq'] |
5,387 | https://kayzen.az/blog/s%C3%BCnn%C9%99/6234/pey%C4%9F%C9%99mb%C9%99rin-ail%C9%99-%C3%BCzvl%C9%99ri-il%C9%99-m%C3%BCnasib%C9%99ti.html | Peyğəmbərin ailə üzvləri ilə münasibəti | Old_Baku_ | Sünnə | 13 iyul 2011, 13:30 |
Hz.Peyğəmbər (aleyhissalatu vəssalam) ailə üzvləri ilə söhbət edərdi.Əfəndimiz ailəsinin üzvlərinin hər biri ilə şəxsən və baş-başa xüsusi söhbət etdiyi kimi,onların hamısı ilə söhbətlər də edərdi.Zövcələri ilə keçirəcəyi söhbətləri bir əsasa bağlamışdı.Hər səhər məsciddən çıxdıqdan və ikindi vaxtı namaz qıldıqdan sonra,həyat yolaşlarının hər birinə tək tək baş çəkər,müəyyən bir müddət onlarla söhbət edərdi.Xüsusilə də ailə üzvlərini cəm şəkildə bir yerə yığmaq məqsədi ilə,hər axşam söhbət edərdi.Bu yığıncaqlarda Rəsulullahın,zövcələrinə "xürafə"deyilən ibrətli hekayələr belə danışdığı,hamısını güldürdüyü və zarafatlar da etdiyi rəvayət edilmişdir. Hz.Aişə,oyadığı bəzi oyuncaqları olduğunu,qonşuların yanına gəldiklərini,onlarla birlikdə oynadıqlarını deyir.Hz.Peyğəmbərin də oların gəlməsinə mane olmadığını,əksinə yardımçı olduğunu,bəzən də oyuncaqları səbəbi ilə ona zarafat etdiyini bilidirirdi.Bayramlarda Həbəşilərin göstərdikləri əyləncələri Hz.Aişənin seyr etməsinə həm icazə vermiş,həm də yardımcı olmuşdur.Bu mənada Bəzən Hz.Aişə ilə qaçaraq yarışdığı da rəvayət edilmişdir. Hz.Aişənin rəvayət etdiyinə görə o,bir gün Rəsulullah üçün bulamac bişirir.Yanlarında Sevda (r.a.)anamız da var idi.Aişə Sevdaya "Buyur,sən də ye!"-deyir.O imtina edincə,onu "Yeməsən üzünə yaxacam",-deyir.Sevda yeməməkdə israr edincə bulamacı Sevdanın üzünə yaxar.Bu zarafata Əfəndimiz (s.a.v.) gülür və "Nə dayanırsan,sən də Onun üzünə yax,"-deyir.Sevda yeməyi Aişənin üzünə yaxır.Rəsulullah (s.a.v.) ona da gülür. Əfəndimiz (s.a.v.) bəzən də sözlü zarafatlar etmişdir.Hz.Əfəndimiz (s.a.v.) ailəsindən biri kimi qeyd edə biləcəyimiz xidmətçisi Ümmü Əymən ilə əlaqədar bir zarafatı da belədir: Ümmü Əymən (r.a.) bir gün Hz.Əfəndimizin yanına gəlib: -Məni bir şeyə mindir,-deyir.Rəsulullah: -Səni dəvə balasına mindirəcəm,-buyurur.Ümmü Əymən: -Ey Allahın Elçisi ! Dəvə balası məni daşıya bilməz,-deyincə, Hz.Peyğəmbər (s.a.v.) : - Səni dəvə balasından başqa bir şeyə mindirmərəm,-deyərək hər dəvənin əslində dəvə balası sayıldığını eyham edər.
Əfəndimiz (s.a.v.),ailə fərdlərinə qarşı çox həssas davranıb,onlara böyük qiymət vermişdir.Müxtəlif söz və davranışlarla,onların maddi və mənəvi köməkçisi olmuşdur.Zövcələrinə fəzilətlərini söyləməsi,onları sevdiyini ifadə etməsi,dəvəsinə mindirməsi,eyni qabın suyu ilə bir yerdə yuyunması,zövcəsinin dəvə və yaxud ata minməyində ona kömək etməsi və dizini ona dayaq etməsi ,bir sıxıntı ilə kədərlənib ağlayan xanımının gözyaşlarını əlləri ilə silərək ona təsəlli etməsi kimi Rəsulullahın (s.a.v.) bir çox davranışı,zövcələrini məmnun etmək üçün edilmişdi. Hz.Peyğəmbər sadəcə ailə üzvlərinə deyil,onlara yaxın insanlara da hörmət və ehtiramla yanaşmışdır.Evinə gələn yaşlı bir qadına çox nəzakət göstərdiyini görən Hz.Aişə,qadın getdikdən sonra bu nəzakətin səbəbini soruşduqda,belə cəvab alır: "Ey Aişə,bu qadın,Xədicənin rəfiqələrindəndir.(Xədicə-Peyğəmbərimizn zövcəsi yəni həyat yoldaşı) Onun sağlığında bizə gəlib-gedərdi. Dostluğa vəfa imandandır.Hz.Aişə,Peyğəmbərin,Hz.Xadicənin yaxınlarına olan bu bağlılığı səbəbi ilə,hər dəfə qoyun kəsəndə onun yoldaşlarına da mütləq bir pay göndərdiyini bildirir. Rəvayətlərdə Əfəndimizin (s.a.v.) evdəki bəzi işlərdə zövcələrinə kömək etdiyini də görməkdəyik."Rəsulullah evdə nə edərdi?"-deyə Hz.Aişədən soruşanlara ,Aişə (r.a.) bu cavabı vermişdir: "Ailənin qulluğunda durar,namaz başlayınca da evdən çıxardı." Bu işlərin nəələrdən ibarət olduğunu sualına da belə aydınlıq gətirərdi: "ayaqqbı təmir edər,paltar yamamağı və paltar təmizliyi,qoyunu sağmağı,öz işlərinin görməsi və s.-cəvabı verilməkdədir. Bununla yanaşı,Əfəndimiz zövcələrinə qarşı son dərəcə zərif davranmışdır.Rəsulullahın,ailə üzvlərinin əylənmələrinə də diqqət yetirdiyini qeyd etmək lazımdır.Əfəndimiz (s.a.v.) toylarda,bayramlarda,bəzi mərasimlərdə əyləncəyə yer verilməsinə icazə vermişdir. Peyğəmbərimiz doğma ailəsi ilə yanaşı,digər insanlara da mərhəmətini əsirgəməmişdir.Bu da İnsanlığın ən gözəl nümunəsidir. Mənbə: Şəmail görünüş və davranışları ilə ən gözəl insan Peyğəmbərimiz (s.a.v.) kitabı (Xəzər Nəşriyyatı) Istifadə edilən başlıca qaynaqlar: İbn Hişam.Abdulmelik İbn Hibam İbn Eyyub el himyeri (v213/828) Müslim,Ebul-Huseyni el haccac en-Neysaburi (206/261 h) Sahihu Muslim,1-4,Daru ihyait-turasil-Arabi,Beyrut tsz.En-Nesai.es-Suyuti,(849-911).et-Tebrizi. Yardım-Əli,Peyğəmbərimizin Şəmaili,Damla Yayınevi,İstanbul,1997
| ['sünnə'] |
5,388 | https://kayzen.az/blog/stil/2955/h%C3%B6r%C3%BCkl%C9%99r.html | Hörüklər | burla xatun | Yaraşıqlı görünüş, gözəl imic | 13 iyul 2011, 11:56 |
Hörüklərdən danışan kimi, o dəqiqə göz qabağına qoşa hörüklü kənd qızı gəlir. Əlbəttə hörüklər hamı kimi, kənddən şəhərə gəlib. Kənd qızların səhəri, saçlarını hörməkdən başlanır, çünki, tarlada, bağ-bağçada, həyət-baca işində hörülməmiş saçlarla çıxmaq olmaz. Sonralar bu hörüklər şəhər qızlarına da xüsusi yaraşıq gətirdi. Hörükləri məşhur xanımlar da dəbə gətirdi. Məsələn, Diana Krüqer bu hörükləri Kann festivalına qədər aparıb çıxardı. Cenifer Lopes xüsusi hörülmüş saç formasıyla səhnəyə çıxdı.
Dəbdə hər şey rəngarəng və müxtəlif olduğu kimi, hörüklər də belədir. Onların da müxtəlif növləri var: qalın, nazik, klassik, incə fransız hörüklər. Hörüyü xüsusi formada və ələlxüsus da bərk hörmək lazım deyil. O ki qaldı belə hörüklərin sünü və təbii formalarına, modelyerlər bu sahədə fantaziyalarını əsirgəmir. İndi isə sizə, xanımlar, belə hörük formalarından bir neçəsini təqdim edirik: 1.Yana hörülmüş hörük 2.Saçaqlı hörüklər
3.İkiqat fransız hörüyü 4.Balıq quyruğuna oxşayan hörük 5.Klassik fransız hörükləri 6.Başa dolanan hörükHəmçinin bax:Qadın saçlarına qulluq
| ['saçlar', 'qadın saçları', 'hörüklər'] |
5,389 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/6232/m%C9%99h%C9%99bb%C9%99t-s%C3%B6nm%C9%99sin-g%C9%99r%C9%99k.html | Məhəbbət sönməsin gərək! | cahandar | Xoşbəxt ailə | 13 iyul 2011, 11:55 |
İnsanlar bir-birlərini sevərək evlənirlər.Xoşbəxtlik,səadət və övlad xatirinə ailə qururlar.Elə isə nə üçün boşanırlar?Nəyin xatirinə vaxtilə bağlanmış nigahdan imtina edirlər?Xalq hakimi boşanma haqqında işə baxır:- Nə üçün ayrılmaq istəyirsiniz?- Xasiyyətimiz tutmur,bir-birimizi daha sevmirik.O,məni başa düşmək istəmir.Kobud və xudpəsənddir.Ailə qayığısı çəkmir.Yalnız özünü düşünür.-Bəs sən özün?(sual cəvabsız qalır).Hər dəfə bəhanələr gətirilir.İki təzad:toy və boşanma,məhəbbət və nifrət,sevinc və kədər.
Azadlıq ən böyük nemətdir.Biz bu azdlığı başa düşür və ondan sui-istifadə etmirik.Lakin heç də hamı şəxsi həyatda azadlığı düzgün başa düşmür və ondan ağıllı sürətdə istifadə etməyi bacarmır.Məhz bu zaman real ziddiyyət baş qaldırır;Şəxsiyyət azadlığının səviyyəsi onun mənəvi-psixoloji və estetik mədəniyyətinin səviyyəsini qabaqlayır.Bəzən ciddi səbəb olmadan nikahı pozdururlar.Məs:İki hərfin-"Z" və "R" hərflərinin ücbatından az qala gənc ailə dağılacaqdı.Yeni doğulan körpə üçün ad seçilərkən ər-arvadın sözü düz gəlmir.Ata deyir qızın adını "Gülnar" qoyaq,ana deyir "Gülnaz"!! mübahisə uzun sürür,ər-arvad yektin rəyə gəlmirlər...Nəhayət ər-arvadının fikrini nəzərə almadan,doğum haqqında şəhadətnamədə qızın adını "Gülnar" yazdırır.Bununla mübahisə söz-söhbət daha da artır və iki hərf "R" və "Z" boşanma haqqında məsələ qaldırmaq üçün kifayət olur.Xöşbəxtlikdən halq hakimi gənc ər-arvadı başa salmağa və barışdırmağa müvəffəq olmuşdur.Məhəbbəti mühafizə etmək, saxlamaq çətindir.Onu inkişaf etdirmək bundan da çətindir.Toya qədərki məhəbbət pöhrədir,onun qol-qanad atması,gözəl və sağlam ağac olması üçün bu pöhrəni bəsləmək,böyütmək lazımdır.Onu böyütmək üçün bacarıq,məharət və qüvvət çatmamışdırsa,buna yalnız təəssüflənmək olar.Müəllif-Cahandar
| ['məhəbbət'] |
5,390 | https://kayzen.az/blog/stil/5014/m%C9%99%C5%9Fhur-qad%C4%B1nlar%C4%B1n-g%C3%B6z%C9%99llik-reseptl%C9%99ri.html | Məşhur qadınların gözəllik reseptləri | burla xatun | Yaraşıqlı görünüş, gözəl imic | 13 iyul 2011, 11:54 |
Gözəl və cazibəli görünmək hər bir qadının arzusudur. Lakin Tanrının zərif məxluqlara bəxş etdiyi məlahəti, təravəti qorumaq, onu davamlı etmək əlbəttə ki, qadının özündən də çox asılıdır. Deyirlər, çirkin qadın yoxdur, baxımsız qadınlar var. Baxımlı qadınlar cəmiyyət tərəfindən də daha hörmətlə qarşılanır, onlarda özünə inam və əminlik daha yüksək olur. Bu isə qadınları mənən daha güclü və cəsarətli edir. Qadın gözəlliyini bərpa etmək, qorumaq və davamlı etmək üçün müasir kosmetologiya, plastik cərrahiyyə daha nələrə əl atmır. Lakin etiraf edək ki, təbii vasitələrdən istifadə edərək gözəlliyini və təravətliliyini təmin edən qadınlar daha çoxdur. Adi insanlardan tutmuş ən məhşur qadınlaradək. Onlar müasir kosmetologiyanın ən son nailiyyətlərindən istifadə etmək imkanına malik olsalar belə, təbii vasitələrdən bəhrələnməyi unutmurlar. Yəqin ki, bəzi tanınmış qadınların istifadə etdiyi sadə gözəllik reseptlərini bilmək sizin üçün də maraqlı olar:
Məsələn, məşhur model Sindi Krouford dərisindən təbii südü əsirgəmir. O, pulverizatora bərabər miqdarda süd və su dolduraraq dərisini nəmləndirir və süd məhlulu üzündə quruyur. Belə məhlulu soyuducuda 1 gün saxlamaq olar.
Ceyn Fonda cücərmiş buğda dənlərindən belə bir maska hazırlayır: 1 xörək qaşığı suda 1 xörək qaşığı dənləri qarışdırır və üzərinə 1 yumurta sarısı əlavə edir, üzünə çəkir. Maska quruduqda üzərinə ikincisini çəkmək lazımdır. 20 dəqiqə sonra su ilə yumaq, sonra krem çəkmək lazımdır.
Aktrisa Cenifer Lav etiraf edir ki, dərisində əmələ gələn civzələri adi diş pastası ilə qurudur. Diş pastasını iltihab nahiyələrinə nöqtə kimi sürtərək.
Aktrisa Mina Suvari aloye şirəsini duş qəbul etdikdən sonra bədəninə sürtür.
Sofi Marso isə belə bir reseptdən istifadə edir: hər səhər duşdan sonra bədəninə zeytun yağı sürtür, hopandan sonra qalıqlarını salfetlə silir.
Culiya Roberts zeytun yağını əlləri üçün istifadə edir, vaxtaşırı olaraq ilıq vannalar edərək.
Lüsi Lyu qarğıdalı unundan bədəni üçün skrab kimi istifadə edir. O, unu su ilə qarışdırır, yüngül massaj edərək bədəninə sürtür, sonra ilıq su ilə yuyur.
Sindi Krouford dərisini kofe çöküntüsü ilə pilinq edir. Kofe sellülitlə mübarizəyə kömək edərək dərini hamar saxlayır. Problemli nahiyələrə kofe sürtüb, sonra su ilə yumaq kifayətdir.
Ketrin Zeta-Cons öz cazibədar saçlarına görə zeytun yağına minnətdardır. O, həftədə 1 dəfə zeytun yağını quru saçlarının dibinə sürtür, başını selofanla, sonra isə dəsmalla örtür. Yarım saat sonra şampunla yuyur.
Cenifer Eniston şampuna 2 aspirin həbi əlvə edir ki, bu da saçlara parlaqlıq verir və tökülməsinin qarşısını alır.
Aktrisa Sara Cesika Parker belə bir krem düzəldir: 2 xörək qaşığı qaymağı 1 xörək qaşığı zeytun yağı və 1 çay qaşığı limon şirəsi ilə qarışdırır. Alınan qarışığı başının dərisinə çəkir, 10 dəqiqə sonra ilıq su ilə yaxalayır.
Bütün qadınlarımızın sağlam, təravətli və yüksək əhval-ruhiyyədə olmasını arzulayırıq. Qadın sağlamdırsa, deməli gözəldir.
Mənbə: İqtisadiyyat qəzeti
| ['gözəllik sirləri', 'gözəllik sirrləri', 'gözəllik', 'gözəl görünüş'] |
5,391 | https://kayzen.az/blog/cahandar/6230/sa%C4%9Flam-d%C3%BC%C5%9F%C3%BCnc%C9%99li-ki%C5%9Fi.html | Sağlam düşüncəli kişi | cahandar | Bloq: cahandar | 13 iyul 2011, 05:09 |
Əgər kişi həyat yoldaşı seçdiyi qadını həmişə toy günündə olduğu kimi görmək istəyirsə,ona daim qayğı göstərməlidir.Zənnimcə müasir,sağlam düşüncəli kişini səciyyələndirən cəhətlər:
əməksevərlik,mənəvi təmizlik,məsuliyyət hissi,düzlük, doğruçuluq,ağıllılıq, iradəlilik,tərbiyəlilik, xeyirxahlıq,təvazökarlılıq, nəzakətlilik, qayğıkeşlik, xanımlara hörmətcillik, haqqa tərəfdarlıq və.s
Bəzi gənclər,"kişilər" kişilik haqqında yanlış və bısit təsəvvürə malikdir:lovğalıq,hadisələrə səthi münasibət,özünü yersiz tərifləmək meyli,qərəzli kobudluq,həyasızlıq,söyüşcüllük(zəmanəmizdə son vaxtlar daha çox təsadüf edilir),yüngülxasiyyətlilik,papiros çəkmə,spirtli içkilərə aludəçilik,ədəbsizlik və.s.bunlar şübhəsiz yanliş və zərərlidir.
Bəli,son nəticəmiz budur ki,istər kişi,istərsədə qadın müsbət keyfiyyətlərə malik olmalı,ilk öncə özünə daha sonra qarşıdakına hörmət etməlidir!!!Bu Uca Rebbimizə də xoş gedər və nəticədə cinslər arasında sağlam münasibətlər yaranar!!!!
müəllif-Cahandar.
| ['kişi-qadın münasibətləri'] |
5,392 | https://kayzen.az/blog/qadin/6229/qad%C4%B1n%C4%B1n-%C5%9F%C9%99r%C9%99fi.html | Qadının şərəfi | cahandar | Qadın | 13 iyul 2011, 04:49 |
Qızın,qadının mənəvi kamilliyinə,əxlaqi saflığına tarixən kişi ləyaqətinin,namusunun göstəricisi kimi baxmışlar.Öz şərəfini,ismətini ucuz tutan bəzi qızların,qadınların yüngül xasiyyətliliyi ailəyə tənə gətirmişdir.Atalar demişkən "Qız üz qızardar","Xəstəlik üz qızartmaz,qizardar qız adamı","Arvadın isməti,ərin izzəti","Qazan qarası gedər,namus qarası getməz","Dünyada hər şey satılıb-alınar,namusdan başqa"və.s.
Xalq yazıçısı İ.Şıxlının "Dəli Kür" əsərinin qəhrəmanı Cahandar ağa üçün "dünyada hər şeydən əziz təmiz adla yaşamaq idi.Kişi ki,adamların gözünün içinə şah baxa bilmədi,ölsə yaxşıdır.Gözü kölgəli ömür sürməkdənsə arvad kimi ləçək bağlamaq.....məsləhətdir"
Bir dəfə Cahandar ağaya deyirlər ki,tez özünü evə çatdırsın.Onun alaçıqlarına basqın ediblər.O dərhal atının tərkinə qalxır.Cahandar ağa "evdəkilərin birinin ölümünə,mal qaranın oğurlanmasına dözə bilərdi.Ancaq arvad uşağın namusuna sataşılmış olsaydı....",belə rüsvayçılığa tablaşa bilməzdi.
Qız şərəfi və qadın isməti kimi nəcib keyfiyyətlərin qorunub saxlanması sevgi və ailə münasibətlərinin əsas şərtlərindəndir.Qızlıq şərəfi və qadın isməti olmadan saf məhəbbəti,təmiz və möhkəm ailəni təsəvvürə gətirmək qeyri mümkündür.Nəzakətli və mərifətli,ciddi və təvazökar xanımlara hamı hörmətlə yanaşır.
Namusunu ucuz tutan,mənliyini asanlıqla əldən verən,ötəri hissin əsiri olan,tutqun və dumanlı hisslərin yolunu ağıl şüası ilə işıqlandıra bilməyənlər ictimaiyyətin nəzərində pislənir.Təsadüfi deyilməmişdir ki,ağıl ilə həya ekiz qardaşdır,birini itirsən,digərini tapmazsan.
Xanımlarımızı dırnaq arası "Xanımlardan" olmamağa çağırıram!!!
Müəllif-Cahandar.
| ['qadın', 'namus'] |
5,393 | https://kayzen.az/blog/Az%C9%99rbaycan-tarixi/5982/a%C4%9Fqoyunlu-d%C3%B6vl%C9%99ti.html | Ağqoyunlu dövləti | Qiyasli | Azərbaycan tarixi | 12 iyul 2011, 23:49 |
Ağqoyunlular — 1284-1291-ci illər arasında, Xorasandan Anadoluya köçmüş oğuz türklərinin tayfa birliyi olub, Azərbaycan, Bayburt, Harput, Diyarbəkir, Bitlis bölgələrində məskunlaşmışlar. Səlcuqlar dövlətinin zəifləmıəsi, Anadoluda Elxanlilər sülaləsinin hökmranlığının sona çatması və bəyliklərin formalaşması dövründə Ağqoyunlu dövləti qurulmuşdur.
Ağqoyunlu dövlətinin yaranması
XIV əsrin sonunda Oğuz türkləri Ağqoyunlu tayfa ittifaqının başçısı Bayandur tayfasından Pəhləvan bəy idi(1370-1388). Qara Yuluq Osman Bəy isə (1394-1435) mərkəzi Diyarbəkr olan Ağqoyunlu bəyliyinin əsasını qoymuşdur və adına pul kəsdirmişdir. Ondan sonra bəyliyə onun övladları Cahangir Mirzə və 1453-cü ildə Həsən bəy (Uzun Həsən) Bayandur başçılıq etmişdir.
1467-ci ildə Muş döyüşündə Qaraqoyunlular*ın məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə Uzun Həsən Ağqoyunlu dövlətinin əsasını qoyur.
Dövlət quruluşu
Həsən bəy Bayandur (Uzun Həsən) Osmanlı və Teymuri hökmdarları kimi sultan titulunu qəbul etmişdir.Sonrakı Ağqoyunlu dövlət başçıları padişah titulunu daşıyırdılar. Dövlətdə baş komandan əmir-əl-üməra adlanır, padişahdan sonra ikinci şəxs sayılırdı. Sonrakı yeri mövlana adı daşıyan sədr-əzəm tuturdu.O, ruhanilərə, vəqflərə, mədrəsə, dini məsələlərə və məhkəmə işlərinə başçılıq edirdi. Sonra baş vəzir gəlirdi. O,daxili idarə vəxarici işlərə, maliyyə məsələlərinə nəzarət edirdi. Bü şəxs həm də padişahın möhürdarı və sahibi-divan idi.Orduda ali rütbəli şəxs əmir adlanırdı. Ölkə əyalət-vilayət, tümən və nahiyələrə bölünürdü. Dövlətin paytaxtı Təbriz şəhəri idi.
Xarici dövlətlərlə münasibət
Ağqoyunlu dövləti Avropa ilə geniş əlaqə yaratmışdı. Ağqoyunlu dövlətinin Qərb ölkələri ilə belə geniş əlaqə yaratmaqda məqsədi beynəlxalq ticarət əlaqələrini, ilk növbədə ipək ticarətini səhmana salmaq və ordunu müasir silahlarla təchiz etmək idi. Ağqoyunluların xarici siyasətində əsas istiqamət Osmanlı imperiyası ilə münasibətlər təşkil edirdi. Sultan II Mehmet Fateh ipəyin daşındığı Avropa-Şərq ticarətində vasitəçiliyin Osmanlı dövlətinə keçməsinə çalışırdı.II Mehmet tərəfindən Kiçik Asiyanın şərqinin tutulması Ağqoyunlu dövləti üçün ciddi təhlükə törətdi.Münasibətlərin kəskinləşməsində Trabzon məsələsi də az rol oynamadı. Həsən bəy Bayandur Trabzon imperiyasının (1204-1461) imperatoru IV İohanın qızı Feodora (Dəspinə xatun) ilə evlənmişdi. Ağqoyunlular Trabzona öz mülkləri kimi baxırdı.Trabzon Ağqoyunlu tacirlərinin Qara dənizə yeganə çıxış yolu idi. II Mehmet Ağqoyunlu ilə müharibəyə Trabzon üzərinə hücumla başladı. Uzun Həsən Trabzonun müdafiəsinə qalxdı. 1461-ci ildə Trabzona hücuma keçən osmanlılarla ağqoyunlular arasında Qayluhisar adlanan yerdə ilk döyüş oldu. Osmanlı ordusuna ağır zərbə vuran Uzun Həsən anası Sara xatunu II Mehmetlə danışıqlara göndərdi.Onun bu danışıqda iki məqsədi vardı.
* II Mehmeti Ağqoyunlular üzərinə hücumdan daşındırmaq
* Trabzona hücum fikrindən döndərmək.
Sultan öz düşərgəsində Bolqar dağında Sara xatunu hörmətlə qarşıladı.Onlar bu danışıqlarda bir-birinə «Ana»-«oğul» deyə müraciət edirdilər.Sara xatun birinci vəzifənin öhdəsindən gəlsə də II Mehmet Trabzona hücum etmək fikrindən əl kəçmədi.1461-ci ildə 30 günlük mühasirədən sonra 1461-ci il avqustun 15-də trabzonu tutdu.1461-ci ildə bağlanmış Yassıçəmən sülhü Ağqoyunluların sarayında təzələndi.Trabzonun osmanlılar tərəfindən fəthi ilə Ağqoyunlular öz müttəfiqini və Qara dənizə yeganə çıxış yolunu itirdilər.Qara dəniz sahillərindəki Genuya tacirləri ilə əlaqə kəsildi.
Uzun Həsən Osmanlı dövlətinə zərbə endirmək üçün Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmağa başladı. Avropanın xristian dövlətləri Osmanlını zəiflətmək üçün Uzun Həsəndən istifadə edirdilər. Uzun Həsən Qaraman bəyliyi, Kipr, Rodos kimi xırda dövlətlərlə və Venesiya respublikası ilə ittifaqa girmişdir. 1472-ci ildə Venesiya respublikası və Ağqoyunlu dövləti arasında Osmanlı dövlətinə qarşı hərbi ittifaq bağlanmışdır. Venesiya ilə Ağqoyunlu arasında müqaviləyə etbar edərək 1472-ci ilin yazında Ağqoyunlular Osmanlı dövlətinə hücum etdi. Döyüşdə Osmanlı ordusuna qalib gələrək Aralıq dənizi sahillərinə çıxdı.Lakin Venesiyanın vəd etdiyi odlu silah və artilleriya mütəxəssislərini gətirəcək gəmilər gəlib çıxmadı. Venesiya bu zaman Osmanlıdan ticarət imtiyazları almaq üçün gizli danışıqlar apardı.Şahzadə Mustafanın başçılıq etdiyi 60 minlik Osmanlı ordusu Ağqoyunlu ordusunu Beyşehir yaxınlığında məğlubiyyətə uğratdı.1473-cüilin yazında Osmanlı ilə Ağqoyunlular arasında hərbi əməliyyatlar yenidən başladı.1473-cü ilavqustun 1-də Fərat çayı sahilində baş vermiş Malatya döyüşündə Uzun Həsən qalib gələrək Osmanlı sultanı II Mehmetin sülh təklifini rədd etdi. 1473-cü il avqustun 11-də Otluqbeli (Tərcan) döyüşündə Uzun Həsən odlu silahlarla təchiz olunmuş osmanlılar tərəfindən məğlub oldu. Bu döyüşdə Osmanlı yeniçəri alayları xüsusilə fərqləndilər.
1474-cü ildə Uzun Həsənin oğlu Uğurlu Məhəmmədin Şirazda qaldırdığı qiyam yatırıldı. Uğurlu Məhəmməd İstanbula qaçdı və II Mehmet qızını ona ərə verdi. Onu Azərbaycan-Türkiyə sərhəddindəki Sivasa hakim təyin etdi. Uzun Həsən oğlunu ələ keçirib edam etdirdi. II Mehmet qızını və nəvəsi Əhmədi İstanbula apardı. Uzun Həsən Osmanlılara qarşı müharibədə Ağqoyunlulara kömək etmədiyinə görə 1474-1477-ci illərdə Gürcüstana yürüş edərək qalib gəldi. Bağlanan sülhə görə, Tiflis də daxil olmaqla Şərqi Gürcüstan Ağqoyunlu dövlətinin hakimiyyəti altına düşdü. 1478-ci ildə Uzun Həsənin ölümündən sonra oğlu Yaqub taxta çıxdı. Atasının siyasətini davam etdirən sultan Yaqub Şirvanşahlarla daha da yaxınlaşıb qohum oldu. Ancaq eyni zamanda Ərdəbil hakimləri ilə münasibətlər pisləşdi.
Ağqoyunlu hökmdarları
Pəhləvan BəyTur Ali Bəy — 1300 — 1360 (Pəhləvan Bəyin oğlu)Kutlu Bəy — 1360 — 1389 (Tur Ali Bəyin oğlu) məzarı indiki Bayburt Sinor (Çayıryolu) kənddindədirƏhməd Bəy — 1389-1403 (Kutlu Bəyin oğlu)Qara Yuluq Osman Bəy — 1403 — 1435 (Kutlu Bəyin oğlu)Cəlaləddin Əli Bəy (Qara Yuluq Osman Bəyin oğlu)Nurəddin Həmzə Bəy (Qara Yuluq Osman Bəyin oğlu)Cihangir Mirzə (Cəlaləddin Əli Bəyin oğlu)Uzun Həsən (Cəlaləddin Əli Bəyin oğlu)Xəlil Bəy (Uzun Həsənin oğlu)Yaqub Mirzə (Uzun Həsənin oğlu)Baysungur Bey (Yaqub Mirzənin oğlu)Rüstəm Bəy (Məqsud Bəyin oğlu-Uzun Həsənin oğlu)Əhməd Bəy (Uğurlu Məhəmməd Bəyin oğlu-Uzun Həsənin oğlu)Murad Bəy (Yaqub Mirzənin oğlu)---Ərəb iraqı, KirmanMəhəmməd Bəy (Yusif Mirzə oğlu-Uzun Həsənin oğlu) — FarsAbdul Müzəffər Nur Əlvənd Bəy (Yusif Mirzə oğlu-Uzun Həsənin oğlu)--- Azərbaycan
| ['Ağqoyunlu', 'Azərbaycan tarixi', 'Agqoyunlu dovleti'] |
5,394 | https://kayzen.az/blog/Az%C9%99rbaycan-tarixi/5984/qaraqoyunlu-d%C3%B6vl%C9%99ti.html | Qaraqoyunlu dövləti | Qiyasli | Azərbaycan tarixi | 12 iyul 2011, 23:48 |
Qaraqoyunlu dövləti - Şirvan istisna olmaqla bütün Azərbaycan, indiki Ermənistan ərazisi, Gürcüstanın bir hissəsi, Qərbi İran və İraqı əhatə edən dövlət. Qaraqoyunlular Oğuz türk-əsilli tayfa ittifaqıdır. Bayraqlarında təsvir olunan qoyunun rənginə görə Qaraqoyunlu (1410-1468) adlanırdı.
Qaraqoyunlu dövlətinin yaranması
24 may 1388 - Qara Məhəmmədin başçılıq etdiyi Qaraqoyunlu tayfasının qoşunları Teymurun müttəfiqi olan Cəlairi əmirlərinin müqavimətini qıraraq Təbrizə daxil olublar. Bu, Qaraqoyunlu qüvvələrinin Teymurun hökmranlığına qarşı ilk uğurlu döyüşü idi. 1408-ci ildə Teymurilər Azərbaycandan qovuldu, 1410-cu ildə isə Qaraqoyunlu dövlətinin yarandığı elan edildi. Tanınmış Qaraqoyunlu hökmdarları Qara Məhəmməd (1380-1389), Qara Yusif (1390 – 1420), Qara Isgəndər (1420 – 1435), Cahan Şah (1435 – 1467) olmuşdur. Qaraqoyunlu sülaləsinin banisi Baharlı tayfasından olan Bayram Xoca olmuşdur. Qaraqoyunlu tayfa ittifaqı hakimiyyətinin əsası 1380 - 1389-cu illərdə Qara Məhəmməd tərəfindən qoyulmuşdur. 1387-ci ilin yazında, Çapaqcur döyüşündə Qara Məhəmməd Əmir Teymurun hərbi qüvvələrini məğlub etdi. Lakin onun ölümündən sonra Əmir Teymurun orduları Qaraqoyunlu birliyinin mərkəzi olan Van şəhərini tutdular.
Qara Yusif dövrü
Qaraqoyunlu dövlətinin banisi isə Qara Yusif olmuşdur. Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan başqa Ermənistan, Şərqi Gürcüstan, Ərəb və fars İraqını və həmçinin digər kiçik malikanələrin ərazilərini öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olub. Tayfa ittifaqı kimi fəaliyyət göstərən qaraqoyunlular Teymurun hakimiyyətində olan Təbrizi ələ keçirtməyə çalışırdılar. 1394-cü ilin yayında Teymurun ordusu Bağdad yaxınlarında qaraqoyunlu və cəlayirli birləşmiş qoşunlarını məğlub edir. Bu məğlubiyyətdən sonra çarəsiz qalan Qara Yusif (1389-1420) cəlairli Sultan Əhmədlə birlikdə Osmanlı Sultanı İldırım Bəyazid in (1389-1402) himayəsinə girir.Teymur bu iki lideri geri tələb etsə də, İldırım Bəyazid bundan qəti surətdə boyun qaçırır. Qara Yusif vəziyyəti daha da gərginləşdirmək istəmədiyi üçün Osmanlı dövlətini tərk edərək, öz adamlarını ətrafında toplayır və Teymur əleyhinə ittifaq yaratmaq məqsədilə Sultan Əhməd Cəlairilə birlikdə Misirə getdi. Misir məmlük sultanı Berkuk onları yaxşı qarşılasa da onun varisi Fərəc Əmir Teymurun əmri ilə Qara Yusiflə Sultan Əhməd Cəlairini həbs etmişdi. Əmir Teymurun ölümündən sonra Qara Yusiflə Sultan Əhməd Cəlairi Azərbaycana qayıtdılar. Təbrizdə möhkəmlənən Sultan Əhməd ilk növbədə Əmir Teymura qarşı mübarizədə qətiyyətlə müqavimət göstərmiş Əlincə qalasının bərpa edilməsi və vergiləri azaltmaq haqqında fərman verdi. Teymurun Azərbaycana hakim təyin etdiyi Miranşahın oğlu Əbubəkr Təbrizə yaxınlaşanda şəhər əhalisi Sultan Əhməd Cəlairiyə köməklik göstərmədi. Sultan Əhməd Bağdada qaçdı. Təbrizlilərin köməyinə yetişən Qara Yusif 1406-cı ilin payızında Şənbi Qazan yaxınlığında Əbubəkrlə təkbətək döyüşdə onu yendi və Teymuri ordularını darmadağın etdi. 1408-ci ildə Təbriz yaxınlığında, Acıçay (Sərdrud) sahilində oğlu Əbubəkrin qisasını almağa gələn Miranşahın ordusu da Qara Yusif tərəfindən 1408-ci ildə darmadağın edildi və Miranşah öldürüldü. Teymurilərin Azərbaycanda hakimiyyətinə son qoyuldu.
Keçmiş müttəfiqi Qara Yusifin nüfuzunun artmasından qorxuya düşən Sultan Əhməd Cəlairi Şirvanşah İbrahimlə ittifaqa girdi. Şirvanşah İbrahim Sultan Əhmədə oğlu Kəyumərsin başçılıq etdiyi hərbi dəstə göndərdi. Lakin onların birləşməsinə imkan verməyən Qara Yusif Kəyumərsin başçılıq etdiyi ordunu darmadağın etdi, onun özünü isə əsir aldı. Kəyumərsin cavanlığına qıymayan Qara Yusif onu azadlığa buraxsa da, doğma atası Kəyumərsini guya Qara Yusiflə işbirliyində suçlayaraq edam etdirdi. Qara Yusif 1410-cu ildə II Şənbi-Qazan döyüşündə Sultan Əhmədi məğlubiyyətə uğratdı. 1410-cu ildə paytaxtı Təbriz şəhəri olan, Şirvanşahlar dövləti istisna olmaqla bütün Azərbaycan torpaqlarını, indiki Türkiyə Cümhuriyyətinin şərq əyalətlərini, indiki Gürcüstanın şərqini (Borçalını), indiki Ermənistanı, Qərbi İran və İraqı əhatə edən Azərbaycan - Qaraqoyunlu dövləti yarandı. Dövlətin paytaxtı Təbriz şəhəri seçilir.Ali idarəçilik Qara Yusifdə olsa da, təngələrdə (pullarda) oğlu Pirbudağın adı göstərilirdi. Şirvanşah I İbrahimin oğlu Kəyumərsi qoşunla Sultan Əhməd Cəlairiyə yardıma göndərməsi onunla Qara Yusif arasında düşmənçiliyə gətirib çıxarmışdı. I İbrahim Şəki hakimi Seyid Əhməd və Kaxetiya çarı II Konstantinlə birlikdə Qara Yusifə qarşı koalisiya yaratdı. 1412-ci ilin payızında Şirvanşah və onun müttəfiqlərinin birləşmiş qüvvələri ilə Qara Yusifin qoşunu arasında Kür çayı sahilində bir ay davam etmiş döyüş oldu. I İbrahim, Seyid Əhməd və II Konstantin məğlub olaraq əsir düşdülər. Şirvanşah İbrahimi taxtda öz yanında oturdan Qara Yusif onu 1200 İraq tüməni bac ödətdirdikdən sonra əsirlikdən azad etdi. Lakin İbrahim Qara Yusifdən vassal asılılığını qəbul etmək müqabilində Şirvanı idarə etmək hüququ da aldı. Lakin ona qoşularaq Qara Yusifə qarşı çıxmış müttəfiqlərinin aqibəti daha acınacaqlı oldu. Seyid Əhməd və 300 gürcü aznauru ilə birlikdə II Konstantin edam edildilər. Hələ 1407-ci ildə gürcü dəstələrini öz ərazilərindən qovmuş Borçalı türkləri 1416-cı ildə Qara Yusifin hakimiyyətini tanıdılar. Borçalıda möhkəmlənən Qara Yusif Üç qalanı (gürcücə Samtsxe) da tutdu.
Cahanşah dövrü
1420-ci ildə Qara Yusifin ölümündən sonra dövlətin daxilində çəkişmələr başlanır və ölkə parçalanma təhlükəsi ilə üzləşir. Teymurun oğlanları Şahrux və Baysunqur bundan istifadə edərək bir neçə dəfə Azərbaycan üzərinə hücuma keçirlər. Qara Yusifin oğlanlarından İskəndər Azərbaycanda hakimiyyəti ələ keçirərək, Şirvana hücum edərkən şirvanşah 1 Xəlilullahın köməyinə Şahrux gəlir. Cahanşah da qardaşına qarşı çıxış edir. İskəndər birləşmiş qoşunların təzyiqinə davam gətirməyərək, Şirvandan baş götürüb qaçır. 1435-ci ildə İskəndərin məğlubiyyətindən sonra Şahrux Azərbaycan hakimliyini Cahanşaha tapşırır. İskəndər növbəti dəfə öz hakimiyyətini bərqərar etmək məqsədilə Təbrizi tutmaq istəyir, ancaq Cahanşahla Şirvan əmirlərinin birləşmiş qoşunları onun ordusunu darmadağın edirlər. O, Naxçıvan yaxınlığındakı Əlincə qalasına qaçır və burada öz yaxın adamlarının sui-qəsdilə öldürülür və beləliklə Cahanşah Azərbaycanın müstəqil hökmdarı olur. Görkəmli dövlət xadimi, şair, hürufi fəlsəfəsinin tanınmış nümayəndəsi Müzəffərəddin Cahanşah həqiqi 1397-ci ildə Xoy şəhərinin yaxınlığında yerləşən kiçik bir kənddə doğulmuşdur. Cahanşah Azərbaycan Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin üçüncü oğlu idi. 1440-41 -ci ildə o, Gürcüstan üzərinə uğurlu bir yürüş edir, bir neçə ildən sonra isə ərəb İraqına hücum çəkərək, Bağdadı alır. Bundan sonra kiçik yaşlı oğlu Məhəmməd Mirzəni İraq hakimi təyin edir. Mosul şəhərini isə qardaşı İskəndərin oğlanları Əlvəndə, Rüstəmə, Tərxana və Mahmuda verir. Atası və qardaşı İskəndərdən fərqli olaraq Teymurilərdən Şahrux və Osmanlı sultanı ilə dostluq siyasəti yeritməklə Cahanşah nəinki Qaraqoyunlular dövlətinin əvvəlki sərhədlərini bərpa edir, hətta onun ərazisini qonşu torpaqlar hesabına genişləndirir. Lakin bütün bunlara baxmayaraq, Qaraqoyunlular dövləti Teymurilərdən asılı olaraq qalırdı. Qaraqoyunlular dövləti yalnız 1447-ci ildə Şahrux Xorasanda dünyasını dəyişəndən sonra tam müstəqillik qazanır. Hakimiyyətsizlikdən istifadə edən Cahanşah Sultaniyyə, Qəzvin və Həmədanı Qaraqoyunlu torpağlarına qatır, elə həmin ildə Gürcüstan üzərinə yürüş edir. Bu vaxt İskəndərin oğlu, Mosul hakimi Əlvənd Mirzə Cahanşaha qarşı üsyan qaldırır və ətraf yerləri tutaraq özünü müstəqil elan edir. Bu barədə xəbər çatan kimi Cahanşah Təbrizə qayıdır və öz qoşunlarını Əlvənd Mirzənin üzərinə göndərir. Əlvənd məğlubiyyətə uğrayır və Ağqoyunlu hökmdarı Cahangirin yanına qaçır. Bu isə Cahanşahı məcbur edir ki, öz qoşununu Cahangirin üzərinə yönəltsin. Cahangirin qoşunları əzilir və onun torpaqlarının bir hissəsi Cahanşahın tabeçiliyinə keçir.
Qaraqoyunlu dövlətinin süqutu
Həmin vaxtlarda gün-gündən möhkəmlənən və görkəmli sərkərdə və siyasi xadim Uzun Həsənin idarə etdiyi Ağqoyunlu dövləti formalaşırdı. Uzun Həsən tez-tez Cahanşahdan vassal asılılığında olan torpaqlara hücum çəkirdi. Onun fəallaşdığını görən Cahanşah Osmanlı sultanının məsləhəti ilə qəti qərar verir. Qoşun toplayaraq, onu Ağqoyunluların paytaxtı Diyarbəkirə yönəldir. Lakin yaxın adamlarının təkidi ilə o, döyüşə girmir və qoşunu qışlamağa göndərir. Bundan istifadə edən Uzun Həsən 1467-ci ilin yazında Ermənistanın cənubundakı Muş düzənliyində qəflətən Cahanşahın qoşunlarına hücum çəkir və onu məğlub edir. Az sonra o, qoşunlarından xəbərsiz halda (Səncəq) Çubuqcur adlanan yerdə əyanları ilə ziyafət keçirən Cahanşahın üzərinə yeriyir və İskəndər adlı bir döyüşçü Cahanşahı öldürür. Bu hadisə 1467-çi ilin 4 oktyabrında baş verir. Cahan şahın cəsədini Təbrizə gətirir və onu özünün tikdirdiyi "Göy məscid"də dəfn edirlər. Qaraqoyunlu dövləti özünün mövcudluğunun 58-ci ilində süqut edir.
| ['Qaraqoyunlu', 'Azərbaycan tarixi'] |
5,395 | https://kayzen.az/blog/346/6228/q%C4%B1nay%C4%B1ram!-2.html | Qınayıram!-2 | ORIGINAL | 346 saylı marşrut | 12 iyul 2011, 23:09 |
Salam əvəzinə «slm», təşəkkür yerinə «twk» yazanları qınayıram! Zahid GDMLI©Axundov kitabxanasına qız tutmağa gedən tələbələri qınayıram! telebe©Divarlara X+Y=LOVE yazanları qınayıram Cavid©İt hürər karvar keçər məsəlindəki iti qınayıram Cavid©Şəhərin mərkəzində səviyyəsizcəsinə qızlara söz atan kim varsa hamısını qinayıram!) Nike©Kayzendə başqa saytlardan copy-paste edənləri qınayıram! Türkəl©Hərbi xidmətə gedməmiş,silah görməmiş,əziyyət görməmiş amma bu dəqiqə Bakıda «xod» gedən,X5,RangeRover sürən,kasıbın üstünə xox eliyən,varlı atasına güvənən oğlanları qınayıram! Karizma© Siqaret çəkən qızları qınayıram! Dr Həkim©Kiminsə acığına,prinsipə gedib borc xərclə hansısa bahalı şadlıq sarayında toy edən və hələ əlavə olaraq da özündən şadlıq evinə yenidən pul ödəyən və «PALATKA» Toyunu bəyənməyənləri qınayıram!!! BaKiNeC©Qınayıram deyib, qınayıram deməklə kifayətlənənləri qınayıram! Yucin©Qaysı olmuyanda bağa gəlmiyən dostları qınayıram! Yucin©«Red Bull»dan «kayf» tutan Azərbaycan gəncini qınayıram! Yucin©Kitab oxuyanları lağa qoyan şəxsləri qinayıram! Nailə Qasarayeva©Reytinq xətrinə hər nə gəldi yazanları qınayıram! Nailə Qasarayeva©Gününü qeybət eləməklə keçirənləri qınayıram! Nailə Qasarayeva©Dilimizdə düzgün danışmayanları çiçək əvəzinə «цiцək», görə əvəzinə «cörə» deyənləri qınayıram! ayxansevda©Ağlaya ağlaya qabağa gedənləri qınayıram! Bakılı©Yuxuya gedəndən sonra mənə girişən ağcaqanadları qınayıram!) Someone©İtlə yolda gedən qıza söz ataraq, «gözəl qız,məni o itin yerinə gəzdirərsən?» sualını verir.Qız isə «Adam ol,yanımda gəzdirərəm» cavabını verir.Qızla tanış olmağına görə bu dərəcədə şərəf və ləyaqətini alçaldan oğlanları qınayıram! Lamiyə©Heç bir rüzum olmadığı halda,qızın çantasını daşıyan oğlanları qınayıram! ORİGİNAL ©Öz anasından,bacısından,atasından,dilindən,qaldığı və olduğu yerdən utanan,dostlarını geyiminə və maddi imkanına görə seçənləri qınayıram! ORİGİNAL ©Orijinal mahnıların üzərinə əyləncə saytlarının «səsli» loqolarını qoyanları qınayıram! (xaricdə mahnının keyfiyyətini artırmaq haqda düşünürlər,bizdə isə...) ORİGİNAL ©Kişi kimi danışan maviləri qınayıram! ORİGİNAL ©Nəqliyyat vasitəsindən (metro,marşurt və s.) düşməmiş özünü içəri «soxmağa» çalışanları qınayıram! ORİGİNAL ©Özü camaata baxıb sonra camaatı ona baxdığına görə qınayan qızları qınayıram! ORİGİNAL ©Qapalı yerdə (metro,ofis,marşurt və s.) gün eynəyi taxmağı azmış kimi,üstəlik altdan-altdan oğlanları süzən qızları qınayıram! ORİGİNAL ©«Meşə çaqqalsız olmaz» məsəlindəki çaqqala görə bütün meşəni çaqqal yerinə qoyanları qınayıram! ORİGİNAL ©Siqaret çəkməklə,spirtli içki qəbul etməklə özlərinin «kişiləndiyini» hesab edən oğlanları qınayıram! ORİGİNAL ©Sevgilisi ilə bir yerdə olmağına baxmayaraq,gözü onda-bunda qalan şəxsləri qınayıram! ORİGİNAL ©«Boloniya sistemi» adıyla əslində «tələbələrin loxlanması sistemi» siyasətini keçirən təhsilimizi qınayıram! (hərə bu sistemi fərqli tərzdə edir,amma sondakı nəticə eynidir) ORİGİNAL ©Kayzendə yerləşdirilən topikin ona maraqlı gəlib-gəlməməsindən asılı olmayaraq həmişə eyni üzvlərə səs verən yaxud səs verməyənləri, topikə "çox sağolun", «təşəkkür edirəm», «nə yaxşı yazmısan» tipli şərhlər yazıb amma səs verməyənləri, son zamanlarda «gözyummaqla» məşğul olub saytın keyfiyyətini aşağı salan saytın rəhbərliyini qınayıram! ORİGİNAL ©Özlüyündə «Qınayıram! topiki varıydıdaaaa,bu „Qınayıram-2“-ni niyə yazmısaneee» deyə düşünənləri və topiki bəyənib səs verməyənləri qınayıram!)) (onsuzda bu topiklə «Qınayıram!» topikinə son qoyuram,kimin nə qınanılası obyekti olsa bura ürəyni boşaldar) ORİGİNAL ©
P.S. " ©" işarəsindən öndəki ad yazının həmin üzv tərəfindən müəllif hüquqlarının qorunduğunu bildirir.Və yalnız həmin üzvün adı yazıldıqdan sonra yazıdan istifadə edilməsinə icazə verilir.
Həmçinin bax:
Qınayıram!
| ['qınayıram', 'tənqid'] |
5,396 | https://kayzen.az/blog/cahandar/6227/yuxu.html | Yuxu. | cahandar | Bloq: cahandar | 12 iyul 2011, 21:19 |
Doyunca yatmamaq zehni fəaliyyətə eynilə tam yuxusuzluq kimi zərbə vurur.Filadelfiya Tibb İnistutunda aparılmış elmi tədqiqatın nəticələri bunu göstərir.Alimlər fərqli qruplara bölünmüş sınaq iştitakçılarının yaddaş və reaksiya çevikliyini həftə boyu müşahidə ediblər.Bir qisim iştirakçı gündə 4,6 və 8 saat yatıb,qalanları isə üç sutka gözlərini yummayıblar.Sonra isə göstəriciləri müqayisə ediblər.Alimlər aşkar ediblər ki,hər gün 6 saat və daha az gecə yuxusu yatanlar reaksiya və yaddaş testlərinə tamam yatmayanlar kimi pis cavab veriblər. Müəllif Cahandar
| ['yuxusuzluq'] |
5,397 | https://kayzen.az/blog/qadin/6226/ki%C5%9Fil%C9%99rin-sevm%C9%99diyi-suallar.html | Kişilərin sevmədiyi suallar. | cahandar | Qadın | 12 iyul 2011, 21:15 |
Bu paltar məni kök göstərir?Sizin öz gözaltınız,nişanlınıza,hətta həyat yoldaşınıza verə biləcəyiniz ən dəhşətli sual!Yadda saxlayın:kişilər etiraf etməsələr də,özünə inanan qızları sevirlər.Bu sual isə inamsızlıq saçır.Bu sualı anaya,bacıya,rəfiqəyə,stilistə ünvanlamaq lazımdır. Əgər ölsəm mənə nə qədər yas saxlayarsan? Allah eləməmiş əgər o həlak olarsa,siz nə qədər tək qalarsınız?Məhəbbətdə heç nəyi öncədən planlaşdırmaq olmur.Bir də ki,qadınların heç nədən özlərini qurban kimi qələmə verməsi kişilərin heç xoşuna gəlmir.O qiza yaman baxırsan,yoxsa xoşuna gəlir? Bu sual da sizin özünüzə əmin olmadıqınızı göstərir.Bu isə heç yaxşı deyil.Axı o həmin qızla deyil,sizinlədir.Deməli,xırda qisqanclığa əsas yoxdur.Qaşınmayan yerdən qan çıxarmağa dəyməz! Məndən əvvəl neçəsi ilə görüşmüsən? Bu sizi həqiqətən çox maraqlandırır?Cavab nəyi dəyişəcək ki?Keçmişi nə dəyişmək mümkündür,nədə pozanla silmək.Odur ki kişinin xoş və ya naxoş xatirələrini oyatmağa cəhd göstərməyin.Bu günün qədrini bilin və gələcəyinizi düşünün.
Kimi daha çox sevirsən:məni,yoxsa ananı?Kişilərin 99 faizi bu sualdan hürkür.Həqiqətən də onlar bu sualın düzgün cavabını bilmirlər.Sizi bağlayan münasibət və ana-oğul münasibəti prinsipcə fərqlidir.Buna görə də onları müqaisə etmək olmaz!Vəssalam!!İndi siz düzgün cavabı bilirsiniz vəbirdə bu mənasız sualı verməyəcəksiniz!! Sən məni doğurdan sevirsən?,Bu sualı vermək-elə "Mən sənin məhəbbətinə inanmıram" deməkdir.Halbuki,siz bunu soruşmaq istəmirdiniz.Kişilərin çoxu hisslərdən danışmağı sevmirlər,onlar öz hisslərini əməlləri ilə,ya da elə birlikdə olmaqları ilə ifadə edirlər.Bu da kifayətdir.Qadinlar,diqqətli və anlayışlı olun! Həmçinin bax:Kişilərin nifrət etdiyi suallarKişilərin xoşlamadığı sözlərKişilərin zəhləsi gedən xüsusiyyətlərMüəllif-Cahandar.
| ['kişilər', 'kişi psixologiyası', 'kişi-qadın münasibətləri'] |
5,398 | https://kayzen.az/blog/cahandar/6225/i%C5%9Ftahaya-s%C9%99b%C9%99b-y-neyropeptidi.html | İştahaya səbəb Y neyropeptidi | cahandar | Bloq: cahandar | 12 iyul 2011, 21:09 |
Məlumdur ki,hədsiz iştaha artıq çəkinin yaranmasına təkan verir.Daha çox qarın nahiyəsində toplanan piy toxumalarından qurtulmaq da xüsusilə çətin olur.Üstəlik,qarın nahiyəsində piyin yığılması-piylənmənin ən təhlükəli formalarındandır.Çünki ürək-damar xəstəliklərinin,arterial hipertoniyanın,şəkərli diabetin,həmçinin xərçəngin bir sıra formalarının yaranma risqi artır.
Kanada alimlərinin son araşdırmaları zamanı məlum olub ki,qarındakı piy toxuması iştahanı stimullaşdıran hormonun hasilatında iştirak etdiyinə görə iştahanı artirir.Bu nahiyədəki artıq piy insanı daha çox yeməyə vadar edir ki,o da öz növbəsində belin daha da yoğunlaşmasına aparıb çıxarır.Əvvəllər belə hesab edirdilər ki,tosqun adamların güclü iştahası baş beyindəki Y neyropeptidin normadan artıq hasilatı ilə bağlıdır.Demə,dərialtı piy toxuması da bu hormonu hasil etməyə qabildir.Nəticədə insan qapalı dairəyə düşür:baş beyində hasil olan Y neyropeptidi onu daha da yeməyə vadar edir ki,bu da qarındakı piy qatının qalınlaşmasına səbəb olur,o da öz növbəsində piy toxumalarının daha da artmasına gətirib çıxarır.İstisna deyil ki,gələcəkdə qanda Y neyropeptidinin səviyyəsini müəyyən edən diaqnostik test yaradılsin,həm də bu hormonun təsirini məhdudlaşdıran preparatlar icad edilsin.
Müəllif-Cahandar.
| ['tibb'] |
5,399 | https://kayzen.az/blog/dusundurucu-hekayeler/6224/dua.html | Dua | ORIGINAL | Düşündürücü hekayələr | 12 iyul 2011, 19:49 |
İki dost (biri gənc,biri yaşlı) balıq tutmaq üçün qayıqla dənizə çıxdılar.Bir qədər üzdükdən sonra tilovlarını sahildə unutduqlarını gördülər.Gənc dost üzüb tilovu sahildən gətirməyi təklif etdi.Yaşlı dost isə əllərini açdı və qısa bir dua oxuduqdan sonra ayağını suyun üzərinə qoydu.İlk addımı bir az tərəddüdlü idi,ancaq ikinci addımında arxayınlaşdı və bu "arxayın addımlarla" suyun üstü ilə yeriyərək sahilə qədər getdi.Bir azdan artıq o,tilovu götürmüş və yenidən qayığa qayıtmışdı.Bunu görən gənc dost heyrətindən donub qaldı...Bir az balıq tutmuşdular ki,bir azdan yemləri qurtardı.İndi yenə sahilə getmək və yem gətirmək lazım idi.Bu dəfə gənc əllərini açdı və yaşlı dostunun oxuduğu duanı oxudu.Ayağını suyun üzərinə qoymaq istəyirdi ki,sürətlə suyun içərisinə batdı.Yaşlı dost gənc dostunu qayığa qayıdana qədər gözlədi.Sudan çıxanda gənc dostun üzündə xəcalət qarışıq bir ifadə var idi.Yaşlı dost əvvəlcə susdu,sonra iliklərinə qədər islanmış dostuna: "Unutma ki,dua etməyi bildiyin kimi,dənizdəki qayaların yerini də bilməlisən"-dedi.Artıq izaha ehtiyac yox idi...Mənbə: "Ailəm" jurnalı
Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır
| ['düşündürücü hekayələr', 'dua'] |