Unnamed: 0
int64
0
6.93k
url
stringlengths
41
313
title
stringlengths
3
153
author
stringclasses
256 values
category
stringclasses
371 values
date
stringlengths
17
23
content
stringlengths
3
89.6k
tags
stringlengths
6
314
500
https://kayzen.az/blog/yazar/22383/uilyam-%C5%9Fekspir.html
Uilyam Şekspir
Apollon
Yazıçılar
12 sentyabr 2018, 11:28
23 aprel dünya ədəbiyyatı tarixinin ən sevindirici, eyni zamanda, həm də kədərli günlərindən biridir. 1564-cü ildə həmin gün Uilyam Şekspir (onun xaç suyuna çəkilməsi günü kimi doğumundan üç gün sonranı qəbul etsəz, bu tarixlə də razılaşsaz) və elə həmin gün, amma 52 il sonra da dünyasını dəyişib. Migel de Servantes — məşhur “Don Kixot”un müəllifi də 1616-cı ilin 23 aprelində dünyadan köçüb, amma o özü etiraf edirdi ki, birincilik uğrunda yarışda palma budağı seçimi qarşısında qalsaydı, mükafat bütün dövrlərin və xalqların insanlarının dahi kimi qəbul etdiyi Şekspirin payına düşərdi. Şeksprin doğulduğu ailəyə tanınmış demək olmazdı. Atası Con əlcək istehsalı işində irəli getmiş usta olsa da, dəfələrlə qanunla konflikt yaşamışdı. Onu birbaşa evinin qabağında gübrə tayası yığıdığı üçün cərimə etmişdilər. Qara bazarda yun alveri etdiyi üçün izləyirdilər. Şekspirin — böyük oğulun vəziyyəti də şəhər rəhbərliyinin gözündə yaxşı deyildi və o, heraldika kollegiyasına (gerblərin təsdiqi kollegiyası) ailə gerbinin təsdiqi ilə bağlı ərizə yazıb müraciət edəndə, ərizəsi geri qaytarılmışdı. Uilyam Şekspir sonradan bir vaxtlar atasının məğlub olduğu yerdə buna müvəffəq oldu və öz gerbi üçün belə bir deviz də seçdi: “Non sanz droit” (“Haqsızlıqla olmaz”), — onun atasına qarşı edilən haqsızlıqlarla barışmadığını fikirləşmək olar. Bardın (el şairi) gənclik illəri haqqında çox az məlumat var. On səkkiz yaşı olanda o, toy gününə qədər dörd aylıq hamilə olan iyirmi altı yaşlı Enn Xatau ilə evlənmiş, 1585-ci ildə Şekspir ailəsində əkizlər dünyaya gəlmişdi. O dövrlər Şekspirin ailə vəziyyəti barədə dəqiq məlumat yoxdur. Ehtimal etmək olar ki, həmin dövrlərdə Uilyam katib, bağban, arabaçı, dənizçi, mətbəə işçisi, sonra da, hətta sələmçi olub. Şekspirşünaslardan biri hətta lap uzağa gedərək, gələcək yazıçının bir müddət fransiskan məbədində olduğu barədə fikir yürüdür. Təəssüf ki, onun gerçəkdən necə həyat sürməyi barədə fikir yürütmək bizə də çətindir. Şekspir haqqında aşağıdakı səhih məlumatlar 1592-ci ilə aiddir, o vaxt yazıçının dramaturq-qardaşlarından biri öz həcvində onu “özünü rəngbərəng lələklərlə bəzəmiş qara qəlbli mənsəbpərəst” adlandırmışdı. Bu sancmalar Uillin o vaxtlar artıq Londonda kifayət qədər uğur qazanmağına sübutdur. Düzdür, onun ilk vaxtlar yazdığı pyeslər müasir oxucuya bir qədər çiy görünə blər, amma o dövrlər üçün böyük iş idi. Onun yüngül komediyalarından olan “Səhvlərin komediyası”ndan və “Tita Andronika” faciəsindən — hansı ki, bu faciədə qan su yerinə axırdı — əldə etdiyi gəlir Şekspirə tipik kənd centlmeni həyatı yaşamağa imkan yaratmışdı və o özü də həmişə belə bir həyat sürmək arzusunda olmuşdu. O, daşınmaz əmlak məsələləri ilə məşğul olur, faizə pul verir, həmin pulları geri qaytarmaq üçün məhkəmədə iddialar qaldırır və nəhayət, “Qlobus” teatrının səhmlərini alır ki, bu da ona varlanmaq imkanı verir. Bundan əlavə o, arvadının gözündən yayınıb qadınlarla əylənir, vergi məmurlarını başından edir və ümumiyyətlə, özünü qanunlara, burjua maraqlarına tüpürən adam kimi aparır. Hə, nə deyirsiz, indi həmin adamın bizə bu qədər maraqlı və cəzbedici görünməyi çoxmu təəccüb doğurur? 1613-cü ildə Şekspir işlərini atıb Stratforddakı malikanəsinə köçəndə həyat artıq onun üzünə çoxdan gülmüşdü. Ədəbiyyat baxımından isə həyat onun üzünə növbəti əsrlərdə də gülməyə davam etdi. İndiyə qədər elə bir adam tapılmır ki, onun bu qədər gözəl və ustalıqla yazılmış pyesləri ilə müqayisə ediləcək nəsə yaza bilsin. Onun ustalığı haradasa ədəbiyyat aləmində başdanxarablar kimi yaşayan Semyuel Teylor Kolridc, Henri Ceyms, Çarlz Dikkens, Ceyms Coys və ser Con Hilhudla müqayisə edilə bilər. Hətta Şekspirin pyeslərini kraliça I Yelizavetanın yazdığını iddia edənlər də var ki, buradan da ortaya kraliçanın vəfatından — 1603-cü ildən — sonra onların kim tərəfindən yazıldığı sualı çıxır. Kim nə deyir-desin, gerçək Şekspir 1616-cı ilə qədər ömür sürüb. Həmin ilin yazında o, qəfildən xəstələndi — güman ki, çoxlu içki içdiyi üçün — və 52 yaşında, ömrünün ahıl yaşında (o vaxtlar ahıllıq yaşı elə o qədər hesab olunurdu) gözlərini əbədi yumdu. “Ad nəyi ifadə edir?” İngilis dilini öyrənmək istəyən hər kəs bu dilin orfoqrafiyasının nə qədər qarışıq olduğunu yaxşı bilir. Şekspir dövründə isə bu lap qarmaqarışıq idi. Bu baxımdan Shakespeare soyadını yazmağın səksən mümkün variantını ortaya qoya bilərik ki, onlardan da ən ekzotik görünən, məsəlçün, Shagspere və Shaxberd olandır. Hətta Bard özü belə soyadını yazmağa çətinlik çəkirmiş. O, bunu mümkün altı fərqli qaydada yazırmış ki, sonradan özü də dolaşığa düşmüş və Shackpere (1612-ci ildə yazdığı ərizədə), Shakspear (1612-ci ilə aid sənəddə), Shackpere (1616-cı ildəki vəsiyyətnaməsinin birinci səhifəsində) və nəhayət, Shakspeare (eyni sənədin üçüncü səhifəsində belə idi və buradan da onun son arzusunun nədən ibarət olduğunu aydınlaşdırmaq olar) imzası üzərində qərar tutmuşdu. Hər halda o, hər dəfə ən düzgün variantı tapmağa cəhd edirmiş. Maral əti həvəskarı Doğrudanmı ingilislərin böyük şairi və dramaturqu vur-tut dövrünün rəzil oğrularından biriymiş? Dillərdə gəzən əfsanələrə görə, guya 1580-ci ildə Şekspiri brakonyerlik etdiyi üçün həbs ediblər. Guya o, magistratın nüfuzlu nümayəndəsi ser Tomas Lyüsiyə məxsus torpaqlarda maral ovlayırmış. Şekspirin ölümündən az sonra Hlosterşirdən olan Riçard Devis adlı keşiş yazmışdı ki, dramaturq cavanlığında “xoşagəlməz işlərə baş qoşur, yəni maral və dovşan əti oğurlayırmış” ki, bunun cəzası olaraq Lyüsi onu “tez-tez qamçı ilə vurmuş, bəzən həbsə salmış və nəhayət, öz xeyrini düşünüb onu torpaqlarından qovubmuş”. Həqiqət nədən ibarət olursa-olsun, amma o dövrdə Şekspir həqiqətən də Stratfordu tərk etmiş, Londona gəlmişdi. Özü də bir yol tapıb ona qarşı zalımlıq edən adamdan qisas da ala bilmişdi. Deyilənlərə görə “Vindzorlu oyunbazlar”dakı hakim Şellou və eyni pyesdəki VI Henrix obrazları məhz Lyüsinin karikaturasıdır. Vergini ödə — Rahat yaşa O vaxtkı ölçülərlə götürsək, Şekspir 1597-ci ildə artıq böyük imkan sahibi idi. Və təbii ki, bütün varlılar kimi, o da öz sərvətini qorumaq üçün vergidən yayınmağa çalışırdı. Həmin ilin kral hesabatı cədvəlində onun adı vergidən yayınanlarla bir sırada çəklirdi. Üstündən üç il keçsə də, borc ödənmədən qalırdı. 1600-cü ilin vergi hesabatlarında onunla bağlı “13 şillinq 4 pens borclu” qeydi var və xəbərdarlıq edilir ki, dramaturqun işi Vinçester yepiskopluğunun dəftərxanasına göndəriləcək ki, orada Londonun ən məşhur borclular həbsxanası yerləşirdi. Daha sonrakı sənədlərdə Şekspirin (ya da onun vəkil etdiyi şəxsin) axır ki, haqq-hesab etdiyi göstərilir. Əsl Şeylok Şekspir bəlkə ömründə heç vaxt borclarını ödəmək barədə düşünməyib, amma başqalarından bunu hər zaman tələb edib. Çox adama məlumdur ki, xəsis borcverən kimi ad çıxaran Şekspir ehtiyacı olan dostlarına borcu onların “qara gözünə görə” vermirmiş. Bir dəfə gələcək kürəkəninin atası belə bir fikir işlətmişdi: “Cənab Şekspirlə iş görmək istəyəndə pulunuzdan möhkəm yapışın… təbii ki, bunu bacara bilsəz”. Şekspir məbləğindən asılı olmayaraq, ona borclu olan hər kəsi məhkəməyə verməklə ad çıxarmışdı. O, xəsislikdə Dikkensin Skrucuna oxşayırdı. O, stratforlu kasıblara bir penni belə əl tutmazdı, aclıq illərində isə ehtiyat üçün taxıl və maya gizlətmişdi. Alimlər indiyə qədər Şekspirin vəsiyyətnaməsindəki “arvadıma keyfiyyətinə görə ikinci çarpayını vəsiyyət edirəm” sözlərini yazıb başa çatdırmağa acizlik göstərir, bunu nəsə bir teatr məzəsi, yoxsa ölməkdə olan adamın simicliyinin son həddi kimi qəbul edib-etməməkdə çətinlik çəkirlər. Şekspir özünü lap “Benedikt taciri” pyesinin qəhrəmanı Şeylok kimi aparmışdı… Qanuni və qanunsuz uşaqlar Şekspirin qeyri-qanuni oğlanları onun bir neçə pyesində əsas rolları oynaıb, odur ki, Bardın nikahdankənar nəslinin varlığı heç də şübhə doğurmamalıdır. Dramaturq vaxtının çox hissəsini Londonda keçirir, arvadını Enndə və Stratfordda uşaqlarla bir yerdə qoyurdu. Evə qayıdarkən yolüstü Oksforda baş çəkir, əsasən də şərab taciri Con Davenanta məxsus meyxanada gecələyirdi. Davenantın Ceyn adlı yaxşı arvadı vardı və… nəsə… həmin qadınla Billi Şeks ala yorğan altında min oyundan çıxırdı… 1606-cı ilin fevralında onun bir oğlu dünyaya gəldi və uşağı… bəh-bəh-bəh… Uilyam Davenant adlandırdılar. Şekspir uşağın xaç atası oldu. Oğlan böyüdükcə ona olan heyranlıq bütün ulu babalarına olan heyranlıqları kölgədə qoydu. Uill Davenant dramaturq kimi ad çıxartdı, teatra rəhbərlik etdi və 1637-ci ildə sarayda şair-laureat adı aldı. Hətta 1667-ci ildə Con Draydenlə birlikdə “Tufan”ın yeni versiyası üzərində işlədi. Semyuel Batler Davenant haqqında belə deyirdi: “Özü də bilirdi ki, eynən Şekspir ruhunda yazır və barəsində Şekspirin oğlu kimi düşünməkləri ona (Davenanta) xoş gəlirdi”. O vaxtlar DNK testi yox idi və ona görə də bundan sonra gerçəyi öyrənmək mümkün deyil. Baş rolda Qadın gözəlliklərinin əsiri olan Şekspir bir dəfə tini burulanda dostu Riçard Byerbeclə rastlaşdı. Dostunun teatrın yaxınlığında yaşayan bir qadına gizli, romantik görüş təyin etmək üçün necə dil töküb yalvardığını eşitdi. “Özünü III Riçard” kimi təqdim elə, — Şekspir aktyora məsləhət verdi. Dahi dramaturq çox fikirləşmədən həmin qadının evinə getdi, əvvəldən bildiyi kod adını deyib evə keçə bildi və qadınla maraqlı eşq yaşadı. Bir qədər sonra Byerbec ora gələndə, Şekspir dostuna belə bir məktub göndərdi: “İstilaçı Uilyam özünü III Riçarddan tez çatdırıb”. Məsələ ondadır ki... Şekspirin əxlaqsız olmağı ilə bağlı deyilənlər əsla şübhə doğurmur. Boş yerə deyil ki, o, adını çəkmədiyi, amma Qarabuğdayı qadın adı ilə məşhur olan bir xanıma iyirmi altı məhəbbət (hətta erotik) sonet həsr edib. Bəs dünyada belə romantik şeirlər müəllifi kimi tanınan birinin iki komandaya oynamağına necə baxırsız? Alimlər inidyədək onun biseksual olub-olmadığı barədə mübahisə edirlər. Onun biseksuallığı ideyasını ortaya atanlar Şekspirin kişilərə həsr etdiyi 126 başqa sonetə (həmin sonetlərdə mənim dostum, mənim hökmdarım kimi ifadələr var) istinad edirlər. Şekspirin sağlığında çap olunan yeganə sonetlər kitabı da müəmmalı “Cənab W.H.” həsr olunub. Hə, Şekspir dostları Con Heminqsa, Riçard Byerbecə və Henri Kondellə də pul ayırıb və bunu dostlarının barmaqlarına üzük taxıb onun xatirəsini yad etməkləri məqsədilə edib. Belə şayiələr isə uzun illərdən bəri insanların fikirlərini qarışdırır. Şübhəli qohum-əqraba Bir sıra görkəmli şəxslər kimi Şekspirin də ətrafı şübhəli qohum-əqrəbadan xali olmayıb və onların arasında ən şərəfsiz kimi kürəkən Tomas Kuini yadda qalıb. Meyxana işlədən, axmağın, avaranın biri olan kürəkəni keyfiyyətsiz şərab alveri üstündə dəfələrlə məhkəməyə veriblər. Kuini Şekpsirin qızı Cuditin tayı olmasa da, o, buna mane olmayıb və onlar Bardın ölümünə iki ay qalanda, 1616-cı ilin 10 fevralında evləniblər. Hələ toy şirinisinin dadı damağından getməmiş Cudit ərinin ona başqa qadınla xəyanət etdiyindən xəbər tutub. Stratfordda böyük hay-küy qalxıb. Şekspir tez-tələsik Kuinin adını vəsiyyətnamədən çıxarıb. 26 mart tarixində eşqbaz əyyaşxana sahibi "şəhvani hisslərin əsiri" ittihamı ilə mühakimə edilib, onu kütlə qarşısında tövbə etdirməklə cəzalandırıblar. Doğrudur, bir qədər sonra qərar kiçik məbləğdə cərimə və məhdud dairədə tövbə ilə əvəz olunub. Bu iyrənc hadisədən sonra Şekspirin ölümünü kürəkənindən görənlər onu mirasdan məhrum etdiyi üçün qayınatasını öldürməkdə günahlandıranlar da tapılmışdı. Amma bu ehtimalları təsdiq edəcək heç bir dəlil-sübut tapılmayıb. Ölü nömrəsi Nə vaxtsa qalıqlarının sərdabədən çıxarılmasına əngəl yaratmaqdan ötrü (o vaxtın praktikasına görə) Şekspir məzarının üstünə belə bir and yazdırmışdı. Şairin sərdabəsindəki epitafiyanın sətri anlamı təxminən belədir: Mənim əziz dostum, Tanrı xətrinə, Burada yatan cəsədə toxunma. Ölmüş bir adamın sümüklərini tərpətmək günahdır. O sümükləri incidənlər, görüm Tanrının lənətinə gəlsin. Bir çox alimlər şairin məzarını açmaq, onun gerçəkdən necə göründüyünü dəqiqləşdirmək üçün qalıqlarının eksqumasiya olunmasını istəyirdilər, bəziləri iddia edirdi ki, Bard böyük bir xəzinə — çap olunmayan şedevrləri ilə bir yerdə basdırılıb. Amma bu vaxta qədər heç kəs onun lənətlərini ciddi qəbul etmədən belə bir addımı atmağa cürət etməyib. Mifologiya Gerçəkdən Şekspirin pyeslərini “kim yazıb” sualı ətrafında baş qaldıran mübahisələr böyük şairin şəxsiyyəti ilə bağlı bəzi miflərin yaranmasına səbəb olub. Bu şayiələrdən biri də onun “Kral Yakovun Bibliyası”nın yazılmağında işitirak etməyi barədə olan söhbətlərdir. Digər bir əfsanə isə ispan inkvizasiyasından qaçan italiyalı əsilzadə Mikelancelo Krollalans (onun da soyadı “Shakespear” — nizə ilə heyran edən) adlı bir nəfərin Şekspir adı altında gizlənməsi ilə bağlıdır. Barnum və Bard Hər il milyonlarla adam Şekspirin beşiyini görmək arzusuyla Stratford-on-Eyvona toplaşır. Amerikalı sirk impresarisi F.T.Barhumun bəxti isə daha çox gətirib, ehtimala görə Şekspirin doğulduğu ev haradasa sirk şəhərciyi yerləşən ərazidə, rəqs edən fil və it başlı oğlan heykəli olan yerdə olub. 1850-ci ildə Stratforda gələn Barnum Şekspirin evinin bərbad halda olduğunu görəndə gözləri yaşarıb (binanın bir hissəsindən ət dükanı kimi istifadə edilirmiş). O, evi almaq, binanı Amerika mülkiyyəti kimi rəsmiləşdirmək və xalqın sərəncamına vermək istəyib. Amma Barnum arzusunu həyata keçirə bilməyib, ingilis hökuməti buna mane olub və ev milli abidə statusu alıb.  Robert ŞNAKENBERQ  Tərcümə etdi: Əyyub QİYAS 
['yazıçılar', 'dünya ədəbiyyatı', 'Uilyam Şekspir', 'Vilyam Şekspir', 'Şekspir', 'dramaturq']
501
https://kayzen.az/blog/esse/22261/tarixin-baya%C4%9F%C4%B1la%C5%9Fmas%C4%B1-haqq%C4%B1nda-b%C9%99dii-f%C9%99ls%C9%99fi-esse.html
Tarixin bayağılaşması haqqında bədii-fəlsəfi esse
Apollon
Esse
11 sentyabr 2018, 11:59
Otuzuncu-qırxıncı illərdə Rusiyada, həmçinin digər Sovet respublikalarında baş verən hadisələr haqqında xeyli sənədli filmlərə baxdım, çoxlu yazılar və müsahibələr oxudum, müzakirələrə qulaq asdım. İntellektual pafos kimi çıxmasın, ümumiyyətlə, hadisələrin fəlsəfəsini tutmaq istəyirdim. Əvvəllər də tarixlə bacardığım qədər maraqlanmışam. Tarix çox sevdiyim azsaylı fənlərdən biri olub. Tarixi şəxsiyyətlər haqqında əsərləri, tarixi romanları böyük bir həvəslə, maraqla oxuyurdum. “Jozef Fuşe”, “Səmərqənd ulduzları”, “Spartak” əsərlərini oxuyarkən keçirdiyim emossiyaları hələ də xatırlamaqdayam. Son on ildə isə mütəmadi olaraq bir neçə aydan bir konkret bir tarixi hadisəni, tarixi dövrü mövzu kimi götürüb hərtərəfli, müxtəlif əks qütblü mənbələrlə tanış olmaqla, özüm üçün araşdırıram. Bununla həm həyatıma bir cıqqan məna qatıram, həm də tarixi daha ciddi öyrənirəm. Beləliklə, Böyük Fransa inqilabı, Dekabristlər üsyanı, Birinci Dünya müharibəsi, Rusiyada vətəndaş müharibəsi, Sovet-Fin müharibəsi, İkinci Dünya müharibəsi, Vyetnam müharibəsi və digər müharibələr, inqilablar, tarixi dövrlər, tarixi şəxsiyyətlər haqqında məlumat yükümü xeyli artırmağa müvəffəq oldum. Ən uzun çəkən öyrənmək prosesi İkinci Dünya müharibəsi ilə bağlı oldu. İkinci Dünya müharibəsi haqqında mənbələri öyrəndikcə faciənin miqyası məni dəhşətə gətirirdi və almanların bir xalq olaraq bu ağır yükün altından çıxmaqları möcüzə kimi görünürdü… Otuzuncu-qırxıncı illərdə Rusiyada, həmçinin, digər Sovet respublikalarında baş vermiş hadisələrlə maraqlandıqda tanış olduğum mənbələrdə tez-tez Stalin haqqında fikirlərə, faktlara rast gəlirdim. Bu da təbiidir. Çünki nəhəng bir ərazidə elmdən tutmuş incəsənətə, incəsənətdən tutmuş sənayeyə, sənayedən tutmuş kənd təsərrüfatına, kənd təsərrüfatından tutmuş təhsilə, təhsildən tutmuş səhiyyəyə qədər bütün sahələrdə nə baş verirdisə, nə qərar qəbul edilirdisə, hamısı bir insanın fikirlərindən, rəyindən, hətta şəxsi ovqatından asılı idi. Bir müşahidəmi yazmaq istəyirəm. Ümumilikdə götürəndə Stalin haqqında danışan, yazan, çəkən adamları,əsasən, üç qrupa bölmək olar:  1. Birinci qrupa aid adamlar birmənalı olaraq Stalini tiran, qaniçən, cəllad, xəstə təxəyyüllü bir adam kimi xarakterizə etməklə bərabər, Stalini həqiqi ziyalı təbəqəsini məhv etməkdə, məhv edilmiş həqiqi ziyalı təbəqəsinin əvəzinə surroqat ziyalı təbəqəsi yetişdirməkdə ittiham edirlər. Həmçinin, bu qrupa aid olan adamlar Sovet respublikalarında baş verən aclığın, dövlət səviyyəsində aparılan kütləvi terrorun, repressiyaların, İkinci Dünya müharibəsi zamanı verilən böyük itkilərin günahkarı kimi də Stalini görürlər... 2. İkinci qrupa aid olan adamlar isə birmənalı olaraq Stalini böyük, dahi şəxsiyyət, uzaqgörən siyasətçi, qüdrətli hərbçi, xalqların xilaskarı kimi xarakterizə edirlər. İkinci Dünya müharibəsində Sovetlərin qalib gəlməsini bu qrupa aid olan adamlar birmənalı olaraq Stalinin dəmir iradəsinin, qətiyyətinin nəticəsi kimi qiymətləndirirlər və Stalin tərəfindən aparılan hər cür repressiyalara, güllələnmələrə “bütün bunlar zəruriyyətdən yaranırdı” deməklə asanlıqla bəraət qazandırırlar...  3. Üçüncü qrupa aid adamlar birinci və ikinci qrupa aid adamlardan daha maraqlıdırlar. Bu qrupa aid olan adamlar Stalini qaniçən, kütləvi terorun, repressiyaların, aclığın, baş verən digər bəlaların səbəbkarı kimi xarakterizə etməklə bərabər, həm də onu dahi şəxsiyyət, uzaqgörən siyasətçi, dəmir iradəli adam kimi də qiymətləndirirlər... Birinci və ikinci qrupa aid olan adamlarla məsələ aydındır. Birinci və ikinci qrupa aid adamların mövqeyi nisbətən daha konkretdir. Məntiqlə bizi daha çox üçüncü qrupa aid adamlar maraqlandırmalıdır. Niyə? Doğrudan da, bir insan, bir tarixçi, bir publisist, yaxud kino adamı Stalini bəlaların, kütləvi repressiyaların, terrorun, İkinci Dünya müharibəsində verilən böyük itkilərin səbəbkarı kimi gördüyü halda niyə həm də onu dahi bir şəxsiyyət, uzaqgörən siyasətçi, qüdrətli hərbçi kimi qiymətləndirməlidir? Yadıma Sovet vaxtı Neftçi komandasının oyunları düşür. Elə ki, Neftçi qalib gəlirdi, şərhçi canfəşanlıqla Neftçi komandasının oyununu tərifləyirdi. Elə ki, rəqib komanda Neftçinin qapısına bir-iki top vururdu, şərhçi başlayırdı rəqib komandanın oyunçularının ustalıq səviyyəsinin tərifini göyə qaldırmağa. Yəni məğlubbiyyətimiz təbiidir, görürsünüz də, belə güclü komandaya qarşı oynayırıq, nə edə bilərik, əlimizdən nə gəlir?  Üçüncü qrupa aid adamlar Stalini baş verən bəlaların səbəbkarı kimi göstərib, həm də onu uzaqgörən siyasətçi, hərtərəfli məlumatlı adam kimi qiymətləndirməklərini, bu ziddiyəti belə formula edirlər; O, dahi idi, amma şərə xidmət edən dahi idi.  Əvvala, bəri başdan deyək ki, dahi şərə xidmət etmir. Bilin və agah olun, dəfələrlə yazmışıq, bir daha yazaq, yalnız insana xidmət edən istedad, ağıl, bilik qiymətlidir. İnsanlara bəla gətirən hər hansı istedad, bilik, bacarıq lənətlənməlidir. Bu söhbət, yəni Stalini şərə xidmət edən dahi kimi xarakterizə etmək, bir az bizim adamların Sovetin hər cür mükafatını, orden-medalını almış, ömür boyu kurortlarda, sanatoriyalarda, yaradıcılıq evlərində istirahət etmiş şair-yazıçıların əsərlərində gizli dissidentlik axtarmasına oxşayır. Partiyaya, partiyanın rəhbərlərinin şəninə şeirlər, poemalar yazmış adamların guya hansısa cümləsində, hansısa sətrində gizli məna varmış. Səydəşlikdir. Gizli mənaya qalsa, bu günün ən yaltaq adamının müsahibəsindən, yazısından yüz dənə o cür gizli məna tapıb çıxartmaq olar. Sabah vəziyyət dəyişəndə soxar adamın gözünə, həyasız–həyasız deyər ki, mən vaxtında sözümü demişəm. Çox güman, elə belə də olacaq. Ta nələr, hansı sifətlər görmədik! Tolstoy deyirdi ki, oğurluğun miqyası artdıqca oğruya da heyranlıq artır. Məsələn, toyuq oğrusu ömür boyu toyuq oğrusu olaraq da qalır. Bank oğrusu haqqında isə filmlər çəkilir, romanlar yazılır. Əslində isə məntiqlə əksinə olmalıdır. Yalan da belədir. Miqyası böyük olduqda inananlar daha çox olur. Məsələn, elə kitablar var ki, başdan-ayağa miflərdən, nağıllardan ibarətdir. Amma nə qədər insan bu nağıllara inanır, həyatlarını bu nağılların əsasında yaşayır, prinsiplərini bu miflərin üzərində qurur.  Sualımız isə hələ açıq olaraq qalır. Niyə ağlı başında olan, kifayət qədər savadlı, məlumatlı bir insan Stalinin törətdiyi cinayətləri sadalamaqla, ətraflı izah, şərh etməklə bərabər həm də onu dahi adlandırmalıdır. Burda daha çox iki mümkün variant ağla gəlir. Birincisi, yalanın böyük miqyası bu insanları çaşdırır. Elə Azərbaycanı, öz insanlarımızı götürək. Xeyli adam zövqsüzlükdən, yaradıcı təfəkkürün olmamasından əziyyət çəksə də, xeyli adam da tirajlı, mükafatlar almış, poemaları, romanları nəşr olunmuş şair-yazıçıların dayazlığına, bozluğuna, savadsızlığına, istedadsızlığına sadəcə inanmaqda çətinlik çəkirlər, buna inanmaq onların iqtidarı xaricindədir. Onlar inana bilmirlər ki, mükafatlar almış, əsərləri nəşr olunmuş Bəxtiyar Vahabzadə, Rəsul Rza, Anar Rzayev, Elçin Əfəndiyev kimi adamlar istedadsız, dayaz, mənasız ola bilərlər. Kiçik bir haşiyəyə çıxmaq məcburiyyətindəyik. Maşından əsla başım çıxmır. Mersedesin üstündəki nişanı “Zapı”nın üstünə bağlayıb mənə asanlıqla satmaq olar. Bir dostum təzə maşın almışdı. Maşını dəyişdiyini hiss etməmişdim. Yol gedəndə soruşdu necədir? Bilmədim nəyi nəzərdə tutur. Dedim nə? Hər iki əlini yana aşıb maşının salonunu göstərdi. Baxdım ki, doğrudan da, maşın dəyişib. İndi oturduğum təzə maşındır. Dostum başladı bu maşının yaxşı tərəflərini sadalamağa. Bir az da ona qəribə gəldi, deyəsən, azca da xətrinə dəydi ki, necə olub maşına oturanda maşının dəyişdiyini hiss etməmişəm. Belə, buna oxşar hallar çox olub. Bilmirəm, maşından başım çıxmır, məlumatlı deyiləm. Adam hər şeyi bilməli deyil. Əsas odur, adam bilmədiyi şeylər haqqında boş-boş danışmasın, mübahisə etməsin, bir sahənin bilicisi danışanda oturub mərifətlə qulaq assın, öyrənsin, bəhrələnsin... Davam edək. Üzü üzlər, dizi dizlər görmüş, min əməldən, min hoqqadan çıxmış bir zənən xeylağı özünü mənə məsum bir varlıq kimi tanıda bilər. Mümkündür. Amma ədəbiyyata dəxli olmayan bir mətni heç kim, heç bir mükafat, böyük tiraj mənə həqiqi ədəbiyyat kimi soxuşdura bilməz. Bütün varlığımla qətiyyətlə bəyan edirəm ki, Bəxtiyar Vahabzadənin, Rəsul Rzanın, Elçin Əfəndiyevin, Anar Rzayevin ədəbiyyata yaxından və uzaqdan aidiyyatı yoxdur. İndi görün, Bəxtiyar Vahabzadəni fəlsəfi, dahi şair kimi qiymətləndirənlərin bədii zövqü, yaradıcı təfəkkürü necə bərbad vəziyyətdədir və üstəlik nə qədər adamı da yalanın böyük miqyası çaşdırmaqdadır. Cəsarət çox mənalı sözdür. Cəsarət təkcə o demək deyil ki, əlində qumbara özünü tankın altına atırsan. Məşhur, mükafatlar almış, böyük tiraja malik hər hansı adamın dayazlığını, bozluğunu, mənasızlığını görəndə, hiss edəndə bunu açıq dilə gətirmək də cəsarət tələb edir. “Nə oldu, bu qədər millət filankəsin, filankəslərin istedadına inanır, elə bir sən ağıllı çıxdın” kimi sözlər eşitdikdə isə belə sözlərdən qorxmaq lazım deyil. Açıq demək lazımdır ki, bu qədər millətin zövqü, yaradıcı təfəkkürünün nə gündə olması göz qabağındadır, hə, mən ağıllı çıxmışam... Stalinin cinayətlərini sadalayıb, həm də onu dahi kimi qiymətləndirməyin, bu ziddiyyətin yaranmasının ağla gələn iki mümkün səbəbindən birini yazdıq. Deməli, adamlar Stalinin cinayətlərini sadalayıb, həm də onu dahi kimi ona görə qiymətləndirirlər ki, yalanın nəhəng miqyası onları çaşdırır.Onlar uzun illər böyük bir ərazini öz iradsinə tabe edə bilmiş, böyük bir ərazidə yaşayan adamları ürəyi istəyən kimi idarə etmiş bir adamın dayaz ola biləcəyinə inana bilmirlər. Uydurulan miflər, nağıllar onlara da müəyyən mənada öz təsirini göstərib. Guya Çörçill deyib ki, Stalin ölkəni kotanla təhvil alıb atom silahıyla təhvil verdi. Yalandır. Çörçill belə söz deməyib. Guya Stalin deyib ki, mən əsgəri ferdmarşala dəyişmirəm. Yalandır, belə söhbət olmayıb. Və bu cür yüzlərlə yalanlar, miflər quraşdırılıb. Hələ də quraşdırılmaqdadır.  Ağla gələn ikinci mümkün variant daha ağırdır. Stalinin cinayətlərini sadalayıb, onu həm də dahi kimi qiymətləndirən adamlar, tarixçilər, publisistlər bir faktı həzm edə bilmirlər. Onlar həzm edə bilmirlər ki, nəhəng bir ərazi və bu ərazidə yaşayan adamlar bir yolkəsən quldurun əlində tamam aciz qalmışdı. Onlar həzm edə bilmirlər ki, rus generalları yolkəsən bir qafqazlının qarşısında qorxudan əsirdilər. Onlar həzm edə bilmirlər ki, rus ziyalılarının taleyi, kimin güllələnməsi, kimin sürgünə göndərilməsi, kimin mükafat alması bir qafqazlı quldurun ovqatından, şəxsi münasibətindən asılı idi. Onlar həzm edə bilmirlər ki, bütün Rusiya əhalisinin geyimdən tutmuş kinoya, ədəbiyyata qədər zövqünü bir qafqazlı yolkəsən müəyyən edirdi. Bax bu ağır faktları həzm edə bilmədiklərinə görə, onlar Stalinin cinayətlərini, törətdiyi bəlaları sadaladıqları, rəqəmlərlə, faktlarla danışdıqları halda həm də onu şişirtməyə, dahi adlandırmağa məcbur qalırlar. Bir növ öz məğlubiyyətlərinə haqq qazandırırlar. Ki, bu cinayətləri adi bir adam törətmirdi, bunu hərtərəfli məlumatlı,istedadlı, bacarıqlı bir adam törədirdi.  “Babək” filmindən bir kadrı yadınıza salın. Xəlifə bütün dünyanın müsəlman hökmdarlarına ünvanladığı məktubun mətnini mirzəyə bu cür diqtə edir: «Eşidin və agah olun ki, bir olan Allahın köməkliyi ilə rum hökmdarının nəslindən olan, şimal hökmdarına qalib gəlmişik. Babək Xürrəmini əsir edib diz çökdürmüşük...”. Bu zaman mirzə üzünü xəlifəyə sarı çevirib sadəlövh bir sual verir: “Necə dedin, rum hökmdarının nəslindən olan?” Xəlifə isə mirzənin sualına əsəbləşir və deyir ki, düz eşitmisən, qoca, rum hökmdarının nəslindən olan… Daha biz bütün dünyaya car çəkib deyə bilmərik ki, iyirmi il müharibə edəndən sonra ayağı çarıqlı bir çobana, dünənki karvançıya, dinsizin birinə qalib gəlmişik.  Rusiyada da bax elə vəziyyət xəlifənin bütün dünyanın müsəlman hökmdarlarına ünvanladığı məktubun mətnini diqtə etməsinə bənzəyir. Tarixçilər, publisistlər, ümumiyyətlə, otuzuncu-qırxıncı illərdə baş verən hadisələr haqqında danışan nə qədər adamlar tarixin bayağılaşmasından utanırlar. Utanmaqdan yaxa qurtarmaqdan ötrü Stalinin şəxsiyyətini şişirdirlər. Beləliklə, həqiqətdən daha çox uzaqlaşırlar, özləri özlərini dolaşdırırlar. Doğrudan da, bəzən tarix səhnəsinə bayağı bir insan çıxır. Sonradan insanlar bu bayağılıqdan utanırlar və tarixi bayağılıqdan xilas etmək, həm də öz qorxaqlıqlarına bərayət qazandırmaq üçün hər hansı hadisəyə, şəxsiyyətə ciddilik donu biçib, əhəmiyyət qazandırmağa girişirlər. “Bu yolda” bütün biliklərindən istifadə edərək, terminləri ard-arda düzürlər, beynəlxalq siyasətdən, sosiologiyadan-zaddan danışırlar. Halbuki, nə qədər çətin olsa da tarixi olduğu kimi qəbul etmək, olanları olduğu kimi demək, tarixin bayağılığından utanmamaq, qorxmamaq daha yaxşı, daha düzgün mövqedir. Sənətin vacib missiyalarından biri də vəziyyəti, dövrü, hər hansı hadisəni sadələşdirməkdir. Bu mənada Korney Çukovskinin “Tarakan” şeiri sadəcə və sadəcə şedevrdir. Zəhmət olmasa, aşağıdakı cizgi filminə diqqətlə baxın (»youtube" linki) və Çukovskinin vəziyyəti nə qədər sadələşdirdiyinin şahidi olun. Çukovskinin çox qəribə, dərəli-təpəli bioqrafiyası var. Onun Kuprin, Çexov, Qorki, Blok və digər rus yazıçıları, şairləri haqqında yazdığı portret yazılar, xatirələr çox maraqlıdır. Əgər gələcəkdə vaxtım və həvəsim olsa, Korney Çukovskinin bioqrafiyası, yaradıcılığı haqqında ayrıca bir yazı yazacam. Hələlik onu deyə bilərəm ki, çox adam Çukovskini uşaq şeirlərinin müəllifi kimi tanısa da, Çukovskinin yaradıcılığı kifayət qədər geniş və maraqlıdır. Hələlik bu qədər. Seymur Baycan
['esse', 'tarix', 'Seymur Baycan', 'şəxsiyyətə pərəstiş']
502
https://kayzen.az/blog/paint/22399/bu-m%C9%99qal%C9%99-deyil-niy%C9%99-rene-maqrit-%C9%99b%C9%99di-dahidir.html
Bu məqalə deyil: Niyə Rene Maqrit əbədi dahidir?
Apollon
Məşhur rəsmlər və rəssamlar
11 sentyabr 2018, 11:45
Maqritin sürrealist təsvirləri klassik boyakarlıqla birləşdirən alma və qəlyanları bütün dünyada buzdolabı maqnitlərində görünməkdədir. Ancaq bütün bunların əsasında nə isə tükürpərdici və ekzistensial narahatlıq doğuran bir şey var. Biz heç bir zaman Rene Maqrit sənətinə təəccüblənməyə bilməyəcəyik. 1967-ci ildə vəfat edən bu belçikalı sürrealist əbədiyyən müasirdir; onun əsərləri heç bir zaman köhnəlməmişdir və əsla köhnəlməyəcəkdir. Onlar heç vaxt həll edilə bilməyəcək hiyləgər bilməcələrdir və XXI əsr, onlar üzərində baş sındırmaqdan, sadəcə, özünü saxlaya bilmir. Bu onillikdə Maqrit əsərlərindən ibarət, Teyt Liverpul bir yana, Nyu-York və Çikaqodakı böyük sərgilərin ardınca "Şəkillərin xainliyi" adı verilmiş Maqrit retrospektivi Parisin Pompidu Mərkəzində açılmaq üzrədir. Niyə muzeylər böyük Maqrit sərgilərini göstərməyə davam edir və niyə insanlar bu sərgilərə gəlməkdədir? Çünki o, gerçəkliyin təbiəti ilə bağlı bizim fəlsəfi fərziyyələrimizi bir yük maşını konseptual sənətkarların hamısından daha əsaslı şəkildə sarsıdır. 1960-cı illərin sonlarında Con Lennon konseptual sənətkar Yoko Onoya aşiq olaraq onun məsləkdaşı oldu, amma Pol Makkartni ona üstün gəldi: o, Maqritin üzərində «Au Revoir» («sağ olun») sözləri yazılmış alma rəsminə sahib idi (və indi də sahibdir). Bu əsrarəngiz şəkil «Bitlz» qrupunu Apple Corps-u (Apple korporasiyası) yaratmağa ilhamlandırdı (Maqriti məmnun edəcək bir cinasla, o «apple core» («alma özəyi») şəklində tələffüz edilir) və Stiv Cobsun «Bitlz»ı təqlid etməsiylə dolayı olaraq Apple kompüterlərinə indiki adını verdi. Ononun sənəti — ya da Martin Krid və ya Ay Veyveyin sənəti — provokativ və əyləncəli olsa da, incəsənətin bu növü (gəlin onu qısaca olaraq konseptual adlandıraq) çox vaxt incəsənətin özüylə bağlı suallar üzərində dayanıb durur. «Bu incəsənətdirmi?» — bu elə də dərin bir sual deyil — ancaq təkcə Kridin işıqları yanan və sönən otağı bizi bu sualı verməyə məcbur edir. Maqrit heç kəsi belə bir sual verməyə məcbur etmir. Biz qəbul edirik ki, onun rəsmləri incəsənətdir. Onlar rəsmlərdir, elə deyilmi? Onların hətta, qəşəng çərçivələri var. Bəli, bu incəsənətə bənzəyir. Onlar həm də gözəl boyanmışdır, demək olar ki, pedantik bir şəkildə. Birinci Dünya müharibəsindən əvvəl, ilk olaraq kubizmin yol açdığı görünüşdən kənar radikal qiymətləndirmə və ya onun sürrealist yoldaşı Maks Ernstin incəsənətin şüuraltı köklərinə daxil olmağa çalışdığı qəribə texnikalar onun üçün deyil. Maqrit, əsərlərini səmimi bir həvəskar pedantizmi və ən mühafizəkar ustanı belə məmnun edəcək perspektiv ənənəsinə inamla yaradır. Bunların xaricində, hər şey necəsə tərs gedir. Onun 1928-ci ildə çəkdiyi və Teyt Moderndə saxlanan «Qəzet oxuyan kişi» əsəri, eynilə başlığında deyilənləri təsvir edir. Nişastalanmış yaxalıqlı və işgüzar geyimli bir kişi, pəncərəsi yaşıl çəmən üzərində mavi göyə baxan səliqəli bir otaqda, dəmir sobanın yanında oturaraq qəzetini oxuyur. Bütün bunlar hamısı çox normaldır — hətta banaldır. Ancaq bu səhnə dörd yerə bölünmüş şəklin yalnız yuxarı sol hissəsini tutur. Digər üç paneldə hər şey eynidir — yalnız bir şey çatışmır: kişi orada deyildir. Onun stulu eynilə həmin olduğu yerdədir. Soba eynidir, masa, divardakı şəkil, pəncərədən görünən mənzərə — hamısı büsbütün eynidir. Ancaq kişi yoxdur. Bu nə deməkdir? Maqrit sürrealist hərəkatına aid idi, ancaq bu hərəkatın intellektual qəhrəmanı Ziqmund Freydin bu əsəri anlamaqda çox da köməyi dəymir (axı burada söhbət seksdən getmir). Bizim tez-tez istənilən incəsənət əsərinə gətirdiyimiz sentimental dəyərlər də burada yardımçı olmur. Kiminsə yoxa çıxdığı müasir bir installasiya, tamamilə bir «matəm» əsəri, itki və ölüm təsviri kimi şərh edilə bilər: ancaq biz instinktiv olaraq bilirik ki, bu rəsm hüznlü və kədərli deyil. Bu ona görədir ki, kişi azca da olsun, empatiya olmadan təsvir olunmuşdur. O, bir heçlik kimi görünür. Onun yoxa çıxması elə də böyük bir şey deyil. Yəqin ki, bu Maqritin nöqteyi-nəzərinin bir hissəsidir. Biz varıq, sonra da yoxuq. Biz getdikdə, dünya orada olacaq. Maddi əşyaların küt gerçəkliyi bu faktiki mövcudluğu davam etdirmək üçün insan qavrayışına ehtiyac duymur. Bu barədə Maqritin baxışı ilə düşünmək qorxuducu olur: belə ki, evinizi tərk edərkən və qapını kilidlədiyiniz zaman içəridəki bütün əşyalar hələ də mövcuddur, şüursuz halda, olduqları kimi, şüurlu insan tərəfindən bilinməyə, görülməyə heç bir ehtiyac olmadan. Bu ona baxmağın qorxunc yoludur, ancaq Maqrit rəsmini «deşifrə etmə»yin asan bir yolu yoxdur. Onun sənəti rahatca və sakitcə bizim öz-özlüyündə anlaşılan hesab etdiyimiz əsaslı şeylər haqqında dəhşətli suallar verir. «Siz heç bir şey bilmirsiniz»- deyə, yumru şlyapalı sehrbaz gülümsəyir və ayaqlarınızın altından xalçanı çəkib götürməklə göstərir ki, döşəmə belə yoxdur. Və hətta əlinizdə tutduğunuz da, heç qəlyan deyil. Mənbə: Jonathan Jones, «This is not an article: why Reny Magritte is a timeless genius» Guardian, September 22, 2016. İngilis dilindən tərcümə edən: Günay Rzalı
['məşhur rəssamlar', 'məşhur rəsmlər', 'René Magritte', 'Rene Maqrit', 'Rene Maqritte']
503
https://kayzen.az/blog/dieta/22395/art%C4%B1q-%C3%A7%C9%99kinin-qad%C4%B1n-ki%C5%9Fi-m%C3%BCnasib%C9%99tin%C9%99-t%C9%99sirl%C9%99ri.html
Artıq çəkinin qadın-kişi münasibətinə təsirləri
Apollon
Dietologiya
9 sentyabr 2018, 16:40
Artıq çəki problemi demək olar ki, hər qadını bu və ya digər dərəcədə narahat edir. Dietoloqlar, psixoloqlar, fizioloqlar uzun illərdir ki, bu problemi həll etməyə çalışır. Bunun üçün qadınlara min bir üsul təklif olunur. Lakin hələ də problem öz həllini tapmayıb. Çoxları artıq bilir ki, arıqlamaq üçün satılan bütün vəsaitlər müəyyən müddət təsir göstərir. Əldə edilən nəticəni saxlamaq üçünsə çoxlu qüvvə və enerji xərclənir. Hər zaman kalorini hesablamaq, özünü yeməkdən məhdudlaşdırmaq, idmanla məşğul olmaq, ağır pəhrizlər saxlamaq lazım gəlir. Bütün bunlarsa insan enerjisini yorur... 7 il qadın psixologiyasının və qadın-kişi münasibətlərinin öyrənilməsindən sonra mütəxəssislər bu qənaətə gəlib ki, qadın və kişi enerjiləri arasında balansın pozulması çəkinin artmasına səbəb olur. Xüsusən də qadınların çoxu 40 yaşdan sonra artıq çəkidən əziyyət çəkməyə başlayır, süstlük, yorğunluq, depressiya və tənbəllik kimi fəsadlar özünü göstərir. Psixoloqlar bildirib ki, artıq çəki, tənbəllik və depressiya qadın enerjisinə birbaşa təsir göstərir. Depressiyanın əlamətlərindən biri də fəallığın azalmasıdır. Xatırlatmaq lazımdır ki, kişi enerjisi — yan adlanır. Yan enerjisi işığı, günəşi, məntiqi, fəallığı, hərəkəti, sürəti, gücü və istəyi təmsil edir. Qadın enerjisi isə in adlanır. Bu, Ayı, qaranlığı, passivliyi, ürəyi, hissləri, yumşaqlığı, xəyalpərəstliyi və introvertliyi təmsil edir. Passivlik və tənbəllik bir qadın üçün təbiidir. Bəs qadın təbiəti özünə enerji yığmaq üsulunu tapmağa çalışmır? İndi isə torpağın altında dərin kökləri olan ağac təsəvvür edin. Ağacın yaşaması üçün nə lazımdır? Birinci, yaxşı torpaq, su və hava, sonra isə günəş. Toxum öz inkişafına torpaqda başlayır və bu dövrdə onu çox sulamaq olar. Torpaq və su sırf qadın ünsürləridir. Bəs su olmasa, nə baş verər? Əlbəttə ki, toxum göyərməyəcək və ağac quruyacaq. Əgər bitkilər quraqlıq ərazilərdə bitirsə, təkamül prosesində onlar su çatışmazlığına qarşı adaptasiya olurlar. Yarpaqlarında və gövdələrdə su ehtiyatı yığmağa vərdiş edirlər. Belə bitkilərin su ehtiyatı üçün xüsusi tikanları var. Bizim orqanizm də bu prinsip üzrə qurulub. Suyun orqanizmə faydaları haqqında indi çox danışırlar. Gün ərzində 1,5-dən 2 litrə qədər təmiz su içmək lazımdır. Əgər siz bunu heç vaxt etməmisinizsə, onda birinci ay sizi şişkinlik gözləyir. Daim su içmək vərdişi olmayan insanlar bir müddət şişkinlik problemi ilə qarşılaşacaq, çünki orqanizm su çatışmazlığı rejimində olacaq və qəbul etdiyi suyu ehtiyatda saxlamağa başlayacaq. Əgər bədəndə kifayət qədər su varsa, onu saxlamağa ehtiyac da yoxdur. Artıq çəki həyat fəaliyyəti və lazım olan enerjini saxlamaq üçün orqanizmin uyğunlaşmasıdır. Bundan başqa kişi enerjisini yalnız qadın enerjisi bəsləyir. Artıq çəki qadında pis əhvali-ruhiyyə yaradır ki, bu da tez-tez depressiyaya səbəb olur. Artıq çəki hər cür fəallığı avtomatik olaraq məhdudlaşdırır və tənbəlliyə gətirib çıxarır. Kişi fəallığı və gündüzü təmsil edir, amma passiv istirahət etmədən heç bir aktivlik mümkün deyil. Gecə düşmədən gün gəlmir. Nəticə etibarı ilə qadının passiv enerjisi kişinin fəallığı üçün ona enerji ötürür. Qadının ehtiyat enerjisi tükənəndə orqanizmdə heç nə qalmır və toxumalarda yağ toplanır. Köklük isə həmişə tənbəllik və az dəyişkənliklə müşayiət olunur. Boş vaxtı olan kimi qadınların çoxu bütün günü divanda uzanaraq keçirmək istəyir. Çünki qadın enerjisi sakitlik və dinclik deməkdir. Qadın enerjisi tükənmək üzrə olanda orqanizm onu saxlamaq rejimində işləməyə başlayır. Tənbəllik, süstlük, passivlik, depressiya kimi xəstəliklər də qadın enerjisinin sakitliyə ehtiyacı üzündən baş verir. İstirahət edə bilməyən qadına sevinc gətirən şeylər də get-gedə azalır. Artıq çəki, tənbəllik, passivlik və tənhalıqdan xilas olmağın yeganə üsulu qadının öz enerjisini özünə qaytarmaqdır. Bəs qadın enerjisini necə bərpa etmək olar? Artıq çəki, tənbəllik və depressiyadan necə xilas olmalı? 1. Bədəninizə ehtiyacı olduğu dincliyi verin. Bütün yükü öz çiyinlərinizdə çəkməyi dayandırın və özünüzə qulluq edin. Həddən artıq fəallıq bizi rahatlıq və sakitlidən uzaqlaşdırır. Yalnız daxili sakitliyini dinləyən qadın öz ruhu ilə təmasa keçə bilər. Tənhalıq və düşünmək üçün vaxt tapın. 2. İstirahət günlərini təmiz havada, təbiət qoynunda keçirməyə çalışın, çayın və dənizin kənarında oturub suyun səsini dinləyin. Çəmənlikdə ayaqyalın gəzməyə çalışın, ya da meşədə alovun yanında oturun. 3. Öz əllərinizə görə biləcəyiniz məşğuliyyət tapın. Bu, rəsm, nə isə toxumaq, muncuq tikmək və ya sevdiyiniz hər hansı yeməyin hazırlanması ola bilər. 4. Yoqa və tənəffüs gimnastikasına başlayın. Çox ağır məşqlərlə yüklənmək lazım deyil. Güc tələb edən məşqlər qadın enerjinin toplanmasına xidmət etmir. 5. Mütləq maraqlı qadın ədəbiyyatları oxuyun. Zaman-zaman nağıllar oxumaq çox faydalıdır. 6. Kiminsə qayğısına qalmaq çox xeyirlidir. Bu, uşaqlar, yaşlı insanlar, yaxud da heyvanlar və güllər ola bilər. 7. Qəlbinizə toxunan xoş musiqi tapın və dinləyin. 8. Şəkil qalereyalarına və sərgilərə gedin. Dünyadakı gözəlliklərlə təmasda olun. 9. Qidalanmanıza yenidən nəzər salın. Menyudan qoyun və mal ətini çıxarın. Qadın enerjisini meyvə və tərəvəzlər bəsləyir. Bütün bunları şüurlu səviyyədə edə bilərik. İnsan mürəkkəb varlıqdır. Şüurdan başqa şüursuz təbəqə də mövcuddur. Bunu hesaba almaq lazımdır. Torpaq və Su da qadın üsnürləridir. Torpaq ana ilə münasibətlərin rəmzidir. Ana ilə münasibətlər hər zaman mürəkkəb və ziddiyyətli xarakterə malikdir. Bu münasibətlərdə — məhəbbət də, nifrət də, birlikdə olmaq və getmək istəyi də var. Bu, ziddiyyətli hisslərinin qarışığıdır. Sizin kişi ilə münasibətləriniz ananıza olan münasibətləri əks etdirir. Sadə yamsılama haqqında danışmaq olmaz. Əlaqələr bəzən saf şəklində kopiyalana bilər, lakin bu ssenarilər üzrə baş vermir. Məsələ ondadır ki, həyatınız şüuraltında gizlənib. 10. Hər iki valideynlərlə münasibətləri aydınlaşdırmaq lazımdır, xüsusilə ana ilə. Çünki fundamental parametrlər Yerə bağlıdır. Məhz ana öz qadınlıq rolunu qızına ötürür. 11. Öz hissləri haqqında açıq danışmaq və göstərmək lazımdır. Təbii və səmimi olmağı öyrənin. 12. Bütün diqqətinizi nəticəyə deyil, prosesə yetirin. Həyatda sizə zövq verən işlərlə məşğul olun. Kişilər nəticəyə köklənib və onlar nəticədən fərqli zövq alır. Qadına isə proses təsir edir və o, prosesin özündən ləzzət alır. Odur ki, artıq əldə edilmiş nəticə üzərində çox düşünmək lazım deyil. Qadın üçün nəticə əldə etmək imkanıdır İdman zalı kişilər üçün ilk növbədə onun bədəninin nəticəsidir. Təəssüf ki, bir çox qadınlar da buna yönəlib. Daha dəqiq desək, onlar fiziki hərəkətlərlə özlərini sıxır, bununla da qadın enerjisinə qarşı etiraz doğurur. Qadınlar tez-tez şikayətlənirlər ki, idmanla nə qədər çox məşğul olsalar da, kiçik nəticələr qazanırlar. Çəki tərəzidə azalan istiqamətində irəliləmir. Üstəlik, tənbəllik, süstlük və depressiya əlamətləri başlayır. Məsələ sadəcə pəhrizlərdə və məşqlərdə deyil. Problem dərin psixoloji və enerji proseslərindədir. Yadda saxlayın! Qadın təbiəti üçün proses və prosesdən zövq almaq vacibdir, hətta əgər nəticə sıfır olsa da, bu, onu az narahat edir. Prosesin özü isə ona daha çox sevinc verir. Odur ki, qadınlar üçün çox vacibdir ki, onlara sevinc və məmnunluq hissi gətirən işlərlə məşğul olsunlar. Bunun üçün həyatda sizə zövq verən işlərin siyahısını yazın. Bəli, bəli, elə indi yazmağa başlayın. Depressiya, tənbəllik və artıq çəki qadın enerjisinin çatışmazlığı və bloklanması ilə bağlıdır. Bu xəstəliklərlə hər hansı işlə fəal məşğul olaraq mübarizə aparmağa çalışmayın, əksinə özünüzə dur deməyi və problemlərinizin dərin səbəbləri anlamağa çalışın. Siz problemlərin dərin səbəblərini anlamağa və dayanmağa çalışın. Qadın təcrübəsi bu problemin ən yaxşı həllidir. Təcrübə qadına problemləri yüksək səviyyədə həll etməyə, həm də kosmosla və təbiətlə qarşılıqlı əlaqəni öyrənməyə kömək edir. publika.az
['qadın-kişi münasibətləri', 'artıq çəki', 'kök qadın', 'depressiya', 'tənbəllik']
504
https://kayzen.az/blog/esse/22304/ki%C5%9Fil%C9%99rd%C9%99n-do%C4%9Fulan-qad%C4%B1nlar.html
Kişilərdən doğulan qadınlar
Apollon
Esse
8 sentyabr 2018, 17:31
Kim deyir, kişilər doğmur? Kişilər də doğur: sevgi dolu, uğurlu, dünyaya meydan oxuyan güclü qadınlar məhz kişilər tərəfindən doğulur. Bir az cəsarətindən, ən çox sevgisindən, bir xeyli də verdiyi güvəndən dünyaya gəlirlər. Necə, analar sancını, ağrını, əzabı, gələcək bütün fəlakətləri bilə-bilə uşaq dünyaya gətirirlər, eləcə də həmin kişilər bu riski gözə alır. Hər kişi bunu bacarmır. Bəziləri ömür boyu sonsuz olur. Qabriel də hamı kimi anasından doğulmuşdu. Böyük bacısıyla birlikdə rəqs edib, mahnı söylədikləri bir kafedə varlı zabit Etyenlə tanış olmasıyla başlayır onun eşq həyatı… Bacısı sevdiyi insana qoşulub yaşadıqları qəsəbəni tərk edir və bu, Parisə üz tutmaq üçün Qabrielə əla bəhanə olur. Qapısından qovulub, bacasından girdiyi Etyenin malikanəsində yaşamağa nail olur. Əvvəllər yalnız gecəlik sevişmə üçün onu evində saxlamağa razı olan, dostlarının qarşısına çıxarmaqdan utanan Etyen, bir müddət sonra ən böyük hobbisi olan atçılığı mükəmməl öyrənən gənc qadına bağlanmağa başlayır. Yaşadığı malikanə onlarla qadın görməsinə rəğmən, orada ən uzun qalan Qabriel olur. Hər gecə içən, kef məclisləri təşkil edən, əyləncə içərisində ömür sürən Etyen bir müddət sonra Qabrielə xaos kimi görünür. İnsanın ümidi öləziyəndə hər şeyi qəbul edir. Qapqara buludların arasında iynə ucu qədər işıq görəndəsə bütün dünyasını ona bağlayır. Qabriel üçün o işıq zülmət kimi gecənin birində yandı, Royla bərabər. İngilis əsilli Roy Etyenin dostu, Qabrielisə eşqlə tanış edən kişi olub. Etyen bunu hiss edir, qısqansa da büruzə vermir. Hətta Royun Qabrieli iki günlük ondan “borc almasına”, qısa tətilə aparmasına etiraz etmir. Qabriel iki günü iki min il kimi yaşadı. Malikanədə keçirdiyi 3 ilin ardından yaşadığı anlar ona dünyanın heç də boğucu yer olmadığını xatırlatdı. Gənc, yaraşıqlı ingilislə insanların içində əl-ələ, qol-qola, rəqs edərək keçirdiyi bu tətil gənc qadının Roya dəli-divanə kimi aşiq olmasıyla nəticələndi. Sonra da deyirlər, qadınlar nə istəyirlər? Nə istəyəcəklər sevgi, güvən, cəsarətlə əlindən tutulmasından başqa?.. Heç bir qadına hüceyrələrini tək-tək öldürən kişiylə birlikdə olmaq xoş deyil. Kişinin məhv etmək miqyası böyüdükcə, qadın ox kimi dartılıb, özünü onun yanından ən uzaq hədəfə atır. Qabrielə aşiq olduğunu hiss edən Roy iki gündən sonra onu Etyenə təslim edir. Artıq əmindi, bir-birinə bənzəyən insanların içində sevə biləcəyi yeganə qadını tapmışdı. Etyen bir vaxtlar evində saxlamaqdan imtina etdiyi, çevrəsindən gizlətdiyi qadının başqasını dəlicəsinə sevdiyini görəndə təlaşlanır. Çox kişi belədir. Əvvəllər əhəmiyyət vermədiyi qadının başqası tərəfindən sevildiyini, əl üstündə tutulduğunu görəndə dəyərini dərk edir, amma qatar çoxdan uzaqlaşmış olur. Etyen də belə kişilərdəndi. Qabrieli birdəfəlik itirdiyini anlayanda ona evlilik təklif edir. Halbuki bunun gənc qız üçün zərrə qədər əhəmiyyəti olmur. Çünki o, ilk dəfə özünə dəyər verən, qadınlığını hiss etdirən, sevgini gül kimi başına ələyən kişini artıq tapmışdı. Getməyə qərar verən və ya gedən qadının ayaqları altına sərvət töksən də, qayıdan deyil. Qadın sevdiyi kişi tərəfindən sevilmək istəyir. Ancaq gözlədiyi sevgini ala bilmir, üstəlik, dəyər görmürsə, həmin qadın dünyanın altını üstünə çevirəcək gücə sahib olacaq qədər təhlükəyə çevrilir. Gün keçdikcə, Qabriel də Etyenin qorxusuna çevrilirdi. Çünki evlilik, atelye açmaq təkliflərini rədd edən qadın Roydan başqa heç nə düşünmürdü. Etyen gənc qızın həyatını sarsıdan, əlindəki sonuncu qisas zərbəsini işə salır. Royun onunla evlənməyəcəyini, İngiltərənin ən zəngin ailələrindən birinin qızıyla nişanlı olduğunu, yaxın günlərdə ailə həyatı quracağını deyir. Dünya Qabrielin başına çökür. Ümidsizliyin, məğlubiyyətin, çarəsizliyin içində qıvrılır. Həmin gün özünə söz verir: “...heç vaxt evlənməyəcəm!” Royla görüşür, hər şeyi bildiyini deyir. Roysa onu sevdiyini, ölənə qədər belə davam edəcəyini söyləyir. Elə də olur! Qabriel onun sevgilisi olmağı qəbul edir. Roy ona moda sahəsində çox qabiliyyətli olduğunu, Parisdə kiçik bir atelye açacağını bildirir. Qabriel öz pulunu qazanır, bəzəkli tort kimi şlyapa geyinən, dəbdəbəli pərdə kimi gəzən qadınların tərzini dəyişir. Sevgilisisə dayanmadan onu ruhlandırır, daha böyük işlərə imza ata biləcəyinə inandırır. Budur, bir qadının kişi tərəfindən dünyaya gətirilməsi bu cür reallaşır. Ona güc verir, inandırır, dəstək olur, qayğı göstərir, təkcə özündə yox, hamının gözündə ucaldır. Bu qadınlar kişi sevgisindən doğulanlardır. Royla Qabrieli bir-birinə bağlayan tellər sadəcə sevgi, biznes olmur. Oxuduğu kitablar, çılğın ehtiras, bitib-tükənməyən planları olur. “Ehtiraslı Paris günləri”nin birində gənc sevgililər son dəfə görüşürlər. Roy birlikdə keçirəcəkləri bir aylıq tətil müjdəsini verdikdən sonra, yeni aldığı avtomobiliylə bir günlük İngiltərəyə üz tutur. Bir gün bir ömür olur. Roy avtomobil qəzasında həyatını itirir. Gənc qadın ağrısı iliyinə qədər işləmiş nakam eşqin iztirabını içində yaşaya-yaşaya iynəyə, sapa, parçaya sarılır, gecə-gündüz, yorulmadan çalışır, dünya səviyyəsində stilist olur. Dünyanın ən parlaq, təmtəraqlı modelyeri KoKo Şanel belə doğulur. Roydan sonra rusiyalı bəstəkar İqor Stravinskiylə sevgili olur. Ayrıldıqdan sonra İngiltərənin ən nüfuzlu adamı Vestminsterlə nişanlanır. Ancaq o nişan da, “həyatı boyunca evlənə bilməyən bu qadına” səadət gətirmir. Koko Şanel bu hadisədən 7 il sonra memar Paul İriblə evlənməyə qərar verir. Bilirsiniz nə olur? Toya bir neçə gün qalmış İrib ölür. Həyat onun dəlicəsinə sevdiyi Royun vaxtında verdiyi sözə xəyanət etməyə imkan vermir. Və Şanel evlənmək fikrini biryolluq yaddan çıxarır. Şanel Royun boşluğunu heç vaxt doldura bilmir. Qaysaqlanmış, amma bir balaca toxunan kimi qanayan yara kimi ömür boyu vücudunda qalır. Kiminin gəlişi, kiminin də gedişi fəlakət olur. Royun gedişi ikincilərdəndi. Kim deyir, kişilər doğmur? Kişilər də, doğur: sevgi dolu, uğurlu, dünyaya meydan oxuyan güclü qadınlar məhz kişilər tərəfindən doğulur. Şanel kimi! Türkan TURAN «525-ci qəzet»
['qadın', 'Koko Şanel', 'sevgi', 'güclü qadın', 'Coco Chanel']
505
https://kayzen.az/blog/yazar/22371/%C5%9Farlotta-bronte-v%C9%99-onun-%C5%9Fah-%C9%99s%C9%99ri-ceyn-eyr.html
Şarlotta Bronte və onun şah əsəri “Ceyn Eyr”
Apollon
Yazıçılar
6 sentyabr 2018, 23:01
İngilis yazıçısı Şarlotta Bronte 1816-cı ildə Yorkşirdə anadan olub. Bronte bacıları — Şarlotta Bronte, Anna Bronte, Emili Bronte XIX əsr ingilis ədəbiyyatında tənqidi realizmin banilərindəndir.  Şarlotta pansiyonda ödənişli təhsil alıb. Emili və Anna isə ev təhsili alıb. Məktəb haqqında Şarlottanın yaddaşında qalan acı xatirələr onun “Ceyn Eyr” əsərində özünü göstərir. Pansiyonu bitirdikdən sonra orada o, müəllimə kimi işləməyə başlayır. 1837-ci ildə o öz şeirlərini dövrün məşhur şairi Robert Santa göndərir. Ancaq cavab olaraq Robert Sant yazır ki, ömrünü tam olaraq şeirə həsr etmək qadın işi deyil.  1846-cı ildə 3 bacı öz şeirlərindən ibarət toplu nəşr etdirir. Kitabın adını «Bell» qoyurlar. Amma onlar kişi təxəllüsündən istifadə edirlər. Şarlotta — Karres, Emili — Ellis, Anna — Ekton. 1847-ci ildə eyni təxəllüslərlə öz şeirlərini Londona göndərirlər. Emilinin «Tufanlı aşırım », Annanın «Aqres Qrey» əsəri qəbul olunur. Şarlottanın «Müəllim» əsəri isə rədd edilir. Şarlotta 1847-ci ildə nəşriyyata “Ceyn Eyr” («Jane Eyre») əsərini göndərir. Kitab işıq üzü görür. Qısa müddətdə öz müəllifinə şöhrət gətirir. Dövrün tənqidçiləri tərəfindən yüksək qiymətləndirilir. Şarlottanın bu əsərində surətlərin parlaq xarakteri, həyati həqiqətlərin açılışı realizmin bir nümayəndəsi kimi onun istedadından xəbər verirdi. Şarlottanın ən çox bəyəndiyi yazıçı Uilyam Tekerrey idi. Hötenin dahilik saydığı xüsusiyyət onda var idi. Bu da insanların fərdi və subyektiv psixologiyasını bütün boyalarla göstərmək idi.  Erkən yaşda valideynlərini itirən Ceyn Eyr xalası Ridin evində yaşayırdı. Həyatı o qədər də yaxşı keçmirdi. Belə ki, Rid onun öz xalası deyildi. Anasının qohumu idi. Xanım Rid Ceynin valideynlərini sevmirdi. Çünki Ceynin anası adlı-sanlı ailədən olmasına baxmayaraq, kasıb keşişlə evlənmişdi.  Xanım Ridin ailəsi — özü, uşaqları, hətta qulluqçusu belə Ceyni aşağılayırdı. Ona həmişə orada məcburiyyətdən qaldığını xatırladırdılar. Yalançı, tərbiyə görməmiş adlandırırdılar. Ceyn Lovud məktəbində 8 ilini keçirir — 6 il şagird, 2 il müəllimə kimi. Bu məktəbdə qızlar eyni geyinir, saçları eyni yığılırdı. Bura artıq Ceyn üçün doğma evə çevrilir. Burada müəllimlər qəddar, tərbiyəçilər laqeyd idilər. Onların içərisində yalnız direktor — xanım Templ mehriban idi. O kimsəsiz qızlara qarşı daha mehriban idi.  Ceyn qərar alır ki, Lovuddan ayrılsın və mürəbbiyə kimi işləsin. Qəzetə elan verir. Tormfild adından ona samballı bir təklif gəlir. Burada onu evin işləri ilə maraqlanan xanım Feyirfaks qarşılayır. Ceynin şagirdi isə Roçesterin qızı Adel idi.  Tormfild Ceynə xoş gələcək vəd edirdi. Amma evdə bir sirr var idi. Roçester Tormfildə qayıdır. Onlar tanış olurlar. Roçester kobud amma ürəyi yumşaq, Ceyn soyuq və hörmətli idi. Tormfildə şaiə yayılır ki, Roçester xanım Blanşla evlənəcək. Amma heç gözləmədiyi bir vaxtda Roçester Ceynə evlənmə təklif edir.  Ceyn Con Rivers və bacıları ilə yaşamağa başlayır. Con Riversin bir xəyalı var idi. O istəyirdi ki, Hindistana gedib missionerliklə məşğul olsun. Bunun üçün özünə həyat yoldaşı seçməli idi. Ən yaxşı seçim Ceyn idi. Ceynə evlənmə təklif edir. Ceyn isə nəzakətlə təklifi rədd edir.  Roçester Ceyn Eyr ilə evlənməyə hazırlaşır. Lakin evlənən zaman bir adam vəkili ilə bərabər peyda olur. Məlum olur ki, həmin adam Roçesterin arvadının qardaşıdır. Roçesterin arvadı ruhi xəstədir. Bu səbəbdən Roçester hamıdan onu gizlətməyə çalışır. Bir müddət sonra Ceyn Eyr evi tərk edir.  Bir müddət sonra Ceyn Tormfildə qayıtmaq istəyir. Gəldikdə isə qarşısında sadəcə dağılmış bir yer görür. Həqiqətləri öyrənir və Roçesterin yaşadığı yerə gedir. Roçester bu yanğında gözlərini və bir əlini itirmişdi. Bundan sonra Ceyn artıq səmimi qəlblə Roçesterin gözlərinə və əlinə çevrilir.  Ceyn Eyr romanı Şarlotta Brontenin həyatı üzərində qurulan süjet xəttinə malikdir. Bacısı Emilidən fərqli olaraq Şarlotte öz yaradıcılığında sentimental və romantik təsirlərdən nisbətən uzaq idi. Əsərdə Ceyn çox romantik peyzajlar çəkir. Qeyd edək ki, romanda müəyyən qədər mistik elementlər var. Roçester sürəti isə romantik personajdır. Belə ki, onun keçmişində qaranlıq sirr var. Əsər 1847-ci ildə yazılıb. Bu illərdə romantizm ədəbi cərəyan kimi ingilis ədəbiyyatında istifadə edilmirdi. Bu ilk əsərlərdən idi ki, qadın azadlığı və hüquq bərabərliyini əks etdirirdi. Tənqidçilər Şarlotta Brontenin bu qəhrəmanın simasında qadına yaraşmayan əxlaqı təbliğ etdiyini deyirdilər. Çünki o heç kim tərəfindən alçalmağı qüruruna sığışdırmırdı. Ceyn üçün düzgünlük, doğru bildiyini etmək onun şəxsi xoşbəxtliyindən irəlidə idi. Onun xarakterinin sərtliyi Roçesterin evli olduğunu bilməsi və İrlandiyaya getməsində özünü göstərir. Ceyn Eyr öz dəyərlərini hər şeydən üstün tutan bir şəxsiyyət haqqında tarixçədir. Roçesteri yazıçı əsər boyu romantik üslubda təsvir edib və biz onu Ceynin sözləri ilə tanıyırıq. Əsərdə Roçester qaraqabaq və özünə qapanmış biridir. Onun sirri onu narahat edir. O, ətrafındakıların onun haqqında bilməsini istəmir. Bu səbəbdən Roçester bəzən kobud ola bilir. azertag.az
['qadın yazarlar', 'yazıçılar', 'Şarlotta Bronte', 'Jane Eyre', 'Ceyn Eyr', 'roman', 'Charlottes Brontes']
506
https://kayzen.az/blog/psixologiya/22385/qay%C4%B1nanan%C4%B1z-sizi-sevmirs%C9%99,-bel%C9%99-edin.html
Qayınananız sizi sevmirsə, belə edin
Apollon
Psixologiya
6 sentyabr 2018, 22:58
Sevgilinizin, nişanlınızın və ya həyat yoldaşınızın anası sizi sevmirsə, nə etməlisiniz? Atalar qızlarının sevgilisinə qarşı sərt mövqe nümayiş etdirdikləri kimi, analar da oğullarının sevgilisi, nişanlısı və həyat yoldaşına qarşı eyni cür davranırlar. Oğulları üçün ən yaxşısını istəyirlər. Bəs bu vəziyyətdə qızlar necə davranmalıdırlar? Bəzi analar açıq fikirli olduğu halda, bəziləri oğlunun sevdiyi xanımda ilk olaraq pis xüsusiyyətləri görür. Əgər sevdiyiniz kişinin anasının sizi sevmədiyini müəyyən etsəniz, bunun fərqinə varmamış kimi davranın. Onun səbəbləri çox ola bilər. Hətta bu səbəblərin sizinlə əlaqəsi olmaya bilər. Sevdiyiniz kişinin anası haqqında xoşagəlməz danışırsınız, mübahisələr edir, hörmətsizlik göstərir, çox süni davranırsınızsa, əlbəttə ki, yaxşı gəlin təəssüratı yaratmayacaqsınız. Bundan başqa, sevgilinizi anası ilə sizin aranızda seçim etməsinə məcbur edirsinizsə, bu da ən əhəmiyyətli səbəblərdən biridir. Üstəlik, nəzərə alın ki, kişilərin əksəriyyəti anasını seçəcək. Sevgiliniz nəyi səhv edir? Sevdiyiniz kişinin anasının hər dediyini təsdiq etməsi ən böyük səhvlərdən biridir. Bəli ananın düşüncələri qiymətlidir. Amma əgər anasının fikrini sizinkindən daha qiymətli hesab edirsə, münasibətlərinizi nəzərdən keçirsəniz, yaxşı olar. Sevdiyiniz kişi ikinizin də fikirinə əhəmiyyət verməlidir. Lazım olduğu zaman sizi qorumalı, aranı düzəltməyə çalışmalıdır. Əgər nə sizdə, nə də sevgilinizdə bir səhv yoxdursa, həll yolları var: 1. Sevdiyiniz kişiyə bu vəziyyəti danışın. Beləcə anası ilə sevgilisinin arasında bir problem olduğunu anlayacaq. Əgər əhəmiyyət verirsə, ikiniz arasındakı problemin həll yollarını axtaracaq. Bu müddətdə isə anasına qarşı hörmətsiz davranmamalıdır. 2. Ananızla bu barədə danışın. Bir ananın gözü ilə hadisəyə baxmağınız yaxşı olacaq. 3. Hər zaman nəzakətli olun. Sevgilinizin anası sizə nifrət edirsə, siz də ona nifrət duymayın əsla. Əksinə, bu nifrəti görməzdən gəlib gülümsəyin. Hər nə qədər sizə iynəli cavablar versə də, kübar davranın. Bu, sizi ucaldacaq. 4. Kübar, lakin özünə güvənən, iddialı biri olun. Sevdiyiniz kişi sizi müdafiə edirsə, bunu sizi hörmətli tutaraq etməlidir. Özünüzü əzdirməyin. Anasının düşüncələrinə hörmət edin və öz fikrinizi bildirin. Anasının bundan xoşu gəlməsə də, ən azından güclü xarakterli olduğunuzu görəcək. Əgər bunların heç biri işinizə yaramasa, anası heç bir formada dəyişməyəcək. Sizi sevməsi üçün məcbur etməyin və zamanın öhdəsinə buraxın. milli.az
['ailə münasibətləri', 'ailə münaqişələri', 'qaynana', 'qaynana gəlin münasibətləri', 'gəlin', 'gəlin və qaynana']
507
https://kayzen.az/blog/maraqli-faktlar/22338/z%C9%99m-z%C9%99m-suyu-il%C9%99-ba%C4%9Fl%C4%B1-maraql%C4%B1-faktlar.html
Zəm-zəm suyu ilə bağlı maraqlı faktlar
Apollon
Maraqlı faktlar
5 sentyabr 2018, 14:08
Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, dünyanın ən sağlam və faydalı sularından olan zəm-zəm suyunun sirri hələ də müəmmalı olaraq qalır. Bu gün texnologiyaların son dərəcə inkişaf etdiyi bir vaxtda belə zəm-zəm suyunun mənbəyi tapılmır.  «Zəm-zəm» sözü ərəbcə «dayan» mənasını verən «zome» sözündən yaranmışdır. Əsrlər boyu haqqında danışılan, ölümsüzlüyün sirri hesab olunan zəm-zəm suyu Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən araşdırılıb. Mənbəyi hələ də tapılmayan su dənizdən 80 kilometr uzaqlıqda yerləşir. Ətrafında heç bir başqa su quyusu yoxdur. Alimləri dəhşətə gətirən faktlardan biri budur ki, həcc mövsümundə milyonlarla zəvvarın su içdiyi quyu əsrlərdi qətiyyən qurumur. Bu quyuya suyun necə gəldiyi isə tam bir müəmmadır. Başqa quyulardan fərqli olaraq, onun divarlarında mamır və başqa bitkilər bitmir. Quyunun dərinliyi 30 m, diametri 1,08 metrlə 2,66 metr arasında dəyişir. İllər ərzində suyun səviyyəsində heç bir azalma müşahidə olunmur. İçilən suyun bir anda aclıq hissini aradan qaldırması elm adamları tərəfindən izah oluna bilmir. Suyun qəribə tamı olduğunu iddia edən alimlər bu qəribə dadın hardan qaynaqlandığını tapa bilmirlər. Avropa laboratoriyalarında aparılan araşdırmalarda, zəm-zəm suyunun tərkibində çox az miqdarda kükürd ehtiva etdiyi müəyyən olunub. Amerikada aparılan araşdırmalarda isə zəm-zəm suyunun tərkibində mikroorqanizm və bakteriya olmayan yeganə su olduğu təsdiqlənib. Digər sulara nisbətən çox daha qidalandırıcı və mineral maddələrlə zəngin zəm-zəm suyunun quyusu yer üzündəki ən müqəddəs torpaqlarda yerləşir. Məkkə şəhərində, Məscidül-həramın ərazisində yerləşən quyu islam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşir. İslam inanclarına görə, bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin körpə oğlu İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılmışdır. Hər il milyonlarla zəvvar Həcc və ya Ümrə ziyarətləri zamanı bu bulağın suyundan içir və özü ilə götürür. Deyilənə görə, İbrahim peyğəmbərin həyat yoldaşı Həcər xanım bulaqdan su doldurduqdan sonra onun dayanmasını, qurumamasını istəyərkən bir neçə dəfə «zəm-zəm»(dayan) sözünü təkrarlayıb. Suyun səviyyəsinin azalmamasının məhz bununla əlaqəli olduğu deyilir. Hər dərdə dəva olan suyun baş ağrısını, qızdırmanı anında kəsdiyi deyilir. Gözün görmə qabiliyyətini bərpa etməyə kömək edir. Yaponiyalı alim Masaru Emoto zəm-zəm suyunu tədqiq edib. Onun sözlərinə görə, möcüzəli su azan oxunan zaman şəffaflaşır. Bu, onu dünyadakı digər su quyularından ayıran əsas cəhərlərdən biridir. Onun sözlərinə görə, suyun tərkibində xlor yoxdur. Ren çayının suyundan içən insanın enerjisinin azaldığına dair məlumatların gerçəkliyini yoxlamaq üçün almaniyalı mütəxəssis Knut Pfeiffer maraqlı eksperiment keçirib. O, Ren çayının suyu ilə zəm-zəm quyusunun suyunu müqayisə edib. Renin suyundan içən mütəxəssis həqiqətən də bir neçə dəqiqə sonra özünü halsız hiss edib. Daha sonra bir stəkan zəm-zəm suyunu içən Knut 35 dəqiqə sonra vəziyyətinin normallaşdığını müşahidə edib. Baş verən hadisənin səbəbini izah edə bilməyən alim bunun son dərəcə möcüzəli məqam olduğunu deyib. Knut özünün maraqlı eksperimenti haqqında yazıb: «Mən bir qədəh şəbəkə suyuna (adi su) bir neçə damcı zəm-zəm suyu qatdım. Suyun tərkibi dəyişərək zəm-zəm suyuna çevrildi. Möcüzəli suyun qəribə xüsusiyyəti var. Öz tərkibini dəyişməyən su istənilən başqa suları öz tərkibinə qata bilir.» Digər yaponiyalı alim Masaru Emoto isə zəmzəm kristallarını mikroskop altında müşahidə edib. Suyun dəyişkən kristal quruluşa malik olduğunu görən mütəxəssis maraqlı hadisənin şahidi olub. Onun sözlərinə görə kristallar səsə reaksiya verir: «Zəng səsində tündləşən kristallar, Quran oxunanda paklaşır və şəffaf rəng alır». Yaponiyalı alim Masaru Emoto bildirib ki, zəm-zəm suyun fiziki və kimyəvi xüsusiyyətlər baxımından yer üzündəki bütün sulardan fərqlənir. Bu suyun yerinin dəyişdirilməsi və satışa çıxarılması ilə bağlı suallar isə cavabsız olaraq qalır. Bir qrup mütəxəssislər, eləcə də din xadimləri zəm-zəm suyunun satılmasında, yaxud yerinin Məkkədən çıxarılaraq dəyişdirilməsində heç bir problem görməsələr də, başqa bir qrup din xadimləri bunun günah olduğunu və belə bir şeyə heç kəsin icazəsinin olmadığını deyir. publika.az
['zəm-zəm suyu', 'maraqlı faktlar', 'Zəm-zəm', 'zem-zem suyu']
508
https://kayzen.az/blog/sevgi/22367/sevginin-k%C3%B6k-h%C3%BCceyr%C9%99si-simona-de-bovuar%C4%B1n-e%C5%9Fqi.html
Sevginin kök hüceyrəsi: Simona de Bovuarın eşqi
Apollon
Sevgi
3 sentyabr 2018, 19:11
Sənə məktub yazıram. Yazarkən, barmaqlarımın bu qədər gözəl sözü necə bir araya yığa bilməsinə heyrət edirəm. Sevgini beyinlə bərabər, barmaqların ucunda hiss etmək necə əsrarəngiz hiss imiş. Varlığının möcüzəsi sanki barmağımdan bədənimə işləyib. Yazmaq öpüşmək qədər gözəl deyil, yavan, hətta bir az tənha və olduqca hüzünlüdür. Amma ümidsizliyə qapılmaqdan yaxşıdır. Simona de Bovuar deyirdi ki: “Eşq məktubu yazmaq böyük axmaqlıqdır. Eşq kağıza köçürülməyəcək qədər alidir. Amma sevdiyin insanla arada Atlantik okean varsa, başqa nə edə bilərsən? Sənə bu qədər məsafədən nə göndərə bilərəm ki? Nə öpüşlərim dodağına yetişər, nə yanağımdan süzülən yaş gözünə görünər. Göndərə biləcəyim sözlərdir!” Bəs bizim aramızda nə var, Atlantik, yoxsa Sakit okean? Heç biri! Bizim aramızda 3860.84 kilometr məsafə, 5-6 ölkə, çaylar, göllər, dənizlər, milyonlarla insanlar var. Qitələrarası eşqdir. Amma bütün bu uzaqlıqlar sadəcə sözlərdədir. Çünki saçıma toxunsam saçımda, dodağıma toxunsam hərarətində, üzümə sığal çəksəm dərimdə, aynaya baxsam gözlərimin düz bəbəyində görünürsən. Sənə aşiq olduqdan sonra həyatım gözəlliklə qol-boyun oldu. Elə bu ərəfələrdə başa düşdüm ki, eşqin dadı fərqli olurmuş. Eynən yağış kimi… Sən yağış olub üzərimə yağdıqca, torpaq kimi içimə çəkib, canlanmaqla məşğul oldum. Yağışla torpağın qovuşduğu anda yaranan, o əvəzsiz qoxunu da sənə bağlayıram. Çünki o cür möcüzəvi qoxu sadəcə təbiət hadisəsi ola bilməz, mütləq sevgi ilə bir bağlantısı var. Sadəcə torpağın qoxusunu deyil, üfiqdən yenicə doğmağa başlayan günəşin qızartısının, fırtınalı gecədə çaxan şimşəkdən çıxan işığın, dan yeri sökülməmiş səmada təkcə görünən o ulduzun gözəlliyinin belə, səninlə mütləq əlaqəsi var. Ən dərin kitablarda, ən gözəl bəstələrdə, ən valehedici rəsm əsərlərində belə izin var. Bu günlərdə Simona de Bovuarı oxuyurdum. Duyğuların bənzərliyi, məni maqnit kimi ona doğru çəkir. Özümü insanlardan qaçırıb, kitabların qollarına atıram. Dedim axı, səni xatırladan hər izin arxasınca gedirəm! Fransız jurnalist və yazar Simona de Bovuar daha çox Jan-Pol Sartra olan sevgisi ilə tanınır. Simona Sartrı dəlicəsinə sevirdi.  Bir dəfə 1 il sonra Eyfel qülləsinin qarşısında, saat 12-də görüşmək üçün Sartr ilə vədələşirlər. Sartr həmin gün, düz saat 12-də görüş yerində olur. Burada sədaqət anlayışının rəsmi nikah, ailə təşkilatı, insanların bir-birlərinə yüklədikləri məna və dəyərlərdə yox, sadə sözlə də gerçəkləşə bildiyi isbatlanır. Sədaqət insanın xəzinəsidir. Xəzinə isə insanın qarşısına hər addımbaşı çıxmır. Simona Sartrı həyatının ən vacib insanı hesab edib. Sadəcə, sevgilisi olduğuna görə deyil, ona dəyər qatan kişi olduğuna görə də, belə düşünüb: “Sartrla qarşılaşdığım zaman hər şeyi qazandığımı düşünmüşdüm. İndi öz-özümə deyirəm: Qurtuluşu başqasında görmək yıxılmağın ən etibarlı yoludur”. Simona de Bovuar 20-ci əsrin ən üzdə olan filosof və yazıçılarından biri idi. Müasir qadın hərəkatının anası hesab edilirdi. Bir çox kitab, ədəbi mükafatlarına, qazandığı çoxlu uğurlara nəzər salanda özü belə demişdi: “Həyatımdakı ən böyük uğurum Sartrla münasibətimiz olub”. Hər qadının güc aldığı bir kişi olur. Hər kişini ucalmağa sövq edən qadın mütləq tapılır. Simona və Sartr dövrünün əfsanəvi cütlüyü idi. Hər zaman inandıqlarını söyləyərək, cəmiyyətə dərindən təsir edəcək gücdə olublar. Sartr o zamanlar Don Juandan heç də fərqlənmirdi. Zəif cüssəsi və insanı itələyən iri gözlərinə baxmayaraq, qadınları başdan çıxarmaq işində əsl usta idi. O, başdan çıxarmağın yazmaq və intellektdən qaynaqlandığına inananlardan olub. Həyatından onlarla qadın gəlib keçib. Simona bu təcrübəni yaşamağının lazım olduğunu açıqlayaraq Sartrı heyrətə salır. O vaxtdan sonra hər ikisi müxtəlif eşqə yelkən açırlar. Simonanın yelkəni amerikalı yazar Nelson Algrenin limanında dayanır. O, bənzərsiz, təbii, dərin və isti sevgini Algrendə tapır. 1947-ci ildə, Nelsonun vətənində tanış olurlar. Simona Amerika universitetlərinə seminar üçün dəvət edilir. Dörd ay ərzində Amerikanı gəzərək, həm bu ölkəni, həm də Nelsonu kəşf etməyə başlayır. Nelson Simonaya heyran olur. Simona da tanış olduğu gəncdən xeyli təsirlənir, ona məktublar yazır. Simona yaşadığı həsrətin şiddətini, darıxmağın miqyasını ədəbi ustalıqla sərgiləyir. Məktublar “hər şeyim” sözləri ilə başlayır, “həmişə sənin sevəcəm” cümləsi ilə nöqtələnir. İlk məktubu 23 fevral 1947-ci ildə Çikaqodan — Algrendən ayrılıb Kaliforniyaya gedərkən, qatarda yazır: “Əlvida demədim. Bəlkə də, bütün ömrüm boyunca səni bir daha görə bilməmək düşüncəsinə qapılmaq istəmədim. Apreldə yenidən Çikaqoya gəlmək məni çox xoşbəxt edəcək. Dünən sağollaşmaq bu qədər çətin oldusa, birlikdə beş-altı gün keçirib, daha da yaxınlaşdıqdan sonra, bu, daha da çətin olmayacaqdımı? Əmin ol, Çikaqoda keçirdiyim bu iki günü unutmayacağam, yəni səni”. Əslində, bu sətirlərdən aydın olur ki, Bovuar ilə Algren arasındakı əlaqə qısa müddətdə baş tutur. Sürətlə başlayan bu münasibət 17 illik sevgiyə çevrilir. Bovuardan gedən son məktub 1964-cü ilin noyabr ayına aiddir. Simona ilə Nelson məktublarını oxuyanda gözlərim yerindən çıxacaq şəkildə genişlənmişdi. Heyrətdən idi. 1947 və 2018-ci ildə bu qədər bənzər duyğular ola bilərdi? Bənzətmə olduqca kobuddur, amma 2018-ci ildə bu cür münasibətlərə rast gəlmək nəsli tükənməkdə olan canlıları xatırladırdı. Bu hissi yaşatdığın üçün sənə minnətdar olmalıydım, yoxsa duyğularımın sıradan çıxmadığı üçün şükr etməliydim? Məsafələri düşünüb ümidsizliyə qapıldığım anda Simona dadıma çatdı. Dünyanın iki ayrı qitəsində olmaqları, aralarındakı sevgiyə təsir edə bilmədi. Əgər o sevgi solmurdusa, bu, Simonanın gücündən idi. Çünki bir dönəmdən sonra qadın daşıyıcıya çevrilir. Ürəyində sevgini, bətnində körpəni, saçının hər telində bir dərdi, kürəyində bədbəxtliyi, çiynində ailəni, ömründə bir kişini daşımağa başlayır. Simona Nelsonu gözəl olan hər şeydə axtarırdı. Məktublarının birində bunu belə təsvir edirdi: “Paris bu gün hüznlü və cansıxıcıdır. Günortadan sonra Parisdən bir az uzaqlaşdım. Əslində, elə də uzaq deyil. Otuz kilometr ya var, ya yoxdur. Bura quşların cıvıldaşdığı, yaşıl çəmənlikləri, sıx ağacları olan bir yerdir. Yaxınlıqda mavili sarılı, kiçik bir pansion var. Orada iki həftə qalacağam. İndi saat yeddidir, günəş ağır-ağır batır, evin önündəki kiçik bağçada otururam. Dörd yanımı örtən mənzərə, əsən meh möcüzədir. Burada özümü xoşbəxt və sənə yaxın hiss edirəm”. Simonanın hissləri o qədər doğmadır ki… Kim bilir, birlikdə oturub, qəhvə içdiyimiz o məkana nə qədər üz tuturam. Üzündəki cizgiləri unutduğumu hiss edərək insanlardan qaçıb dəfələrlə təkliyə qapılıram. Təklikdə ən xırda xətlərini belə xatırlayıb, yaddaşıma həkk edirəm. Təqvimə baxaraq, getdiyin günü, bəlkə 1415 dəfə hesablamışam. Görüşəcəyimiz o naməlum vaxta doğru günləri sayıram. Sağollaşmadan getdin. İlk günlər bu məni ağrıtmışdı. Simonadan sonra, niyə belə etdiyini daha yaxşı dərk etdim. Simona həyatı boyu xeyli kişilərə məktub yazıb. Amma münasibətləri heç vaxt bir-birinə bənzəməyib. Məsələn, Sartrı dəlicəsinə sevib, amma Nelsonun ona hədiyyə etdiyi üzüyü ölənə qədər barmağından çıxartmayıb.  Bu, onun ilk və son taxdığı üzük olub: “Bu sətirləri sənin verdiyin qırmızı, parlaq dolma qələmlə yazıram, barmağımda da üzüyün var. Həyatımda ilk dəfə üzük taxıram. Parisdəki hər kəs çaşqınlıqla baxır, amma üzüyü çox bəyəndilər. Dodaqların, əllərin, isti güclü bədənin, üzün, gülüşün, səsin üçün darıxıram. Sənin üçün darıxmaq xoşuma gəlir. Bilirəm ki, gerçəksən, xəyal deyilsən. Bilirəm ki, biz yenə görüşəcəyik”.  Yazdığı hər sətirdən sevgi axır. Adama elə gəlir ki, dünyanın bütün sevgisini və həsrətini Simona yaşayıb və bitirib: “Tanış olduğumuz ilk anda, sənin nə qədər səmimi olduğunu anlamışdım, sənə vurulmağa o zaman başlamışdım, sonra da sevgim böyüdükcə böyümüşdü. Hər şeyin səmimidir, sözlərin, davranışların, sevgin, nifrətin, xoşbəxtliyin, kədərin, bütün həyatın səmimidir. Sənə məktub yazmaq xoşuma gəlir. Yazdıqlarımı oxuduğuna ümid edirəm. Fransız dilində özümü yaxşı ifadə edə bilərəm. Amma səni nə qədər çox sevdiyimi anlamağın üçün, ingilis dili biliyimin kafi olduğunu sanıram”. Sevginin dili, dini, irqi yoxdur. Sonra öyrəndim ki, məsafəsi də yoxdur. Hər an sənə nəsə yazmaq istəyirəm. Yazmasam, tək qalacağını düşünürəm. Oxumasan, unudulacağımdan qorxuram. Amma əminəm ki, unudulmaqdan yox, qorxum itirməkdir. Bu faciənin başıma gəlməsinə hazır deyiləm. Uzaqlıq Simonaya maneə deyildi. Nilsonla bağlı ən xırda hadisələri belə məktub vasitəsi ilə öyrənirdi. Məktub gecikəndə isə narahatlığını bu cür bildirirdi: “Getdiyim hər yerdən yazacam. Səni elə içdən, elə dərindən sevirəm ki, özüm belə bu duyğu qarşısında çaşıram. Başımı çiyninə söykəndiyini görmək, möhkəmcə qucaqladığını hiss etmək istəyirəm. Bir neçə gündür səndən cavab gəlmir. At yarışlarında pul uduzmusan yəqin ki… Səndən nigaranam. Özünlə bağlı hər şeyi yaz. Hətta ən əhəmiyyətsiz sayılanları da”. İnsan sevəndə, özünü, minlərlə rəngli kəpənək kimi hiss edir. Xoşbəxtlikdən güldən-gülə, çiçəkdən-çiçəyə qonaraq sanki havada rəqs edir. Sadəcə ətrafındakılara deyil, bütün dünyaya qışqırıb, bu sevgini çatdırmaq istəyir. Simona da belə edirdi. Hər kəsə danışmaq istəsə də, susub səssizliyə çəkilirdi: “Dostlarım məni görməyə gəlir, uzun-uzun danışırıq. Onlara səndən bəhs etmək istəyirəm. Bunu ingiliscə yazmağım çətindir. Əslində, bir müddət səninlə, baş-başa qaldığımızı hiss etmək istəyirəm. Məktubunu oxuyuram. Oxuyarkən o zarafatcıl səsini, gülüşünü eşidirəm. Elə bil yanımda oturmusan. Məni sevdiyini hiss edə bilirəm. Mənə nə qədər xoşbəxtlik verdiyini bilmirsən. Bunu mən də bilmirdim”. Bir-birlərini məktublarda görən, məsafələri məktublarla aşan, az qala bir-birlərini yazdıqları məktublarla tanıyan iki sevgili olub — Simona və Nelson. Hər fürsətdə biri digərinin yaşadığı şəhərə gedib. Sonda Simona De Bovuar belə yazmışdı: “Nelson, artıq səni o qədər çox sevirəm ki, lütfən, məni daha az sevməyə başlama”. Nə okeanlar, nə göllər, nə qitələr, heç biri sevgiyə maneə deyil. Sevgin qarşısında bütün məsafələr təfərrüatdır. Çünki sevgi hüceyrə işidir! Türkan TURAN «525-ci qəzet»
['yazıçıların məktubları', 'sevgi məktubları', 'yazıçıların sevgisi', 'sevgi']
509
https://kayzen.az/blog/yazar/22372/%C9%99zabl%C4%B1-%C3%B6m%C3%BCr-ya%C5%9Fam%C4%B1%C5%9F-yaz%C4%B1%C3%A7%C4%B1.html
Əzablı ömür yaşamış yazıçı
Apollon
Yazıçılar
3 sentyabr 2018, 19:09
Faciəli həyatı və «Ceyn Eyr» alı romanı ilə tanınan ingilis yazıçısı Şarlotta Bronte 1816-cı il aprelin 21-də İngiltərədə «Tronton» məzarlığına baxan keşiş ailəsində doğulub. Rahib atası və içki aludəçisi olan qardaşıyla yanaşı, dörd istedadlı bacıları olan Şarlotta şəhərin qaynar həyatından kənarda yaşamışdır. İrlandiyadan İngiltərəyə köç edən ailə daima yoxsulluq içərisində olmuşdu. Atası Patrix Brönte rahib idi. Anası Meri cavan yaşlarında xərçəng xəstəliyindən dünyasını dəyişdikdən sonra, ailənin bütün çətinlikləri Şarlottanın böyük bacısı Mariyanın çiyinlərinə düşür. Atası 1824-cü ildə çətin dolanışıq ucbatından onları Koun-Bricdə yetimlər üçün ponsionata verir. Bir müddət sonra oxuduqları məktəbdə yayılan vərəm xəstəliyinə yoluxan, Şarlottanın və o biri uşaqların qayğısına qalan böyük bacı Mariya, ardınca isə Elizabet rəhmətə gedirlər. Uşaqlarının arda-arda dünyalarını dəyişdiyini görən ata Şarlotta və Emiliyanı pansionatdan çıxarmağa məcbur olur. Atalarının ailədə sərt qaydalarına məhkum olan bacılar günlərinin çox hissəsini atalarının kitabxanalarında mütaliə etməklə keçirirlər. Ədəbiyyata maraqları olan bacılar şeirlər və hekayələr yazmağa başlayırlar. Həmin illərdə ingilis krallığının qadın yazıçılara qarşı olan kəskin münasibətini bildikləri üçün onlar şeir kitablarını kişi adları altında çap etdirirlər.  1842-ci ildə bacısı Emili ilə birlikə Brükselə gedən Şarlotta həm ingiliscə dərslər keçir, həm də alman dilini öyrənməyə başlayır. İki ilə yaxın müddətdə Brükseldə yaşayan Şarlotta məktəbin müdiri, professor Konstantin Hegerə vurulur. Ancaq professorun ailəli olması onu çox məyus edir. Və o yenidən evlərinə geri dönür. Şarlotta Bronte ilk romanını 1857-ci ildə Korrer ləqəbi ilə çap etdirir. Brükseldə müəllimlik eydiyi zamanlarda başına gələn hadisələri qələmə aldığı «Professor» romanı nəşriyyatlardan heç bir münasibət görmür. Lakin bu uğursuzluq onu qətiyyən ruhdan salmır və o əvvəlkindən də inadla öz üzərində işləməyi davam etdirir. Və bir müddət sonra, 1849-cu ildə Şarlottaya dünya şöhrəti gətirən «Ceyn Eyr» romanı işıq üzü görür və gözlənilməz müvəffəqiyyət qazanır. Çapından qısa müddət sonra roman Avropanın müxtəlif dillərinə tərcümə olunub, nəşr edilir. Romantik ədəbiyyatın ən möhtəşəm klassik əsəri kimi qəbul olunan «Ceyn Eyr» romanı mürəbbiyəlik etdiyi evin sahibinə aşiq olan kimsəsiz, gənc bir qızın həyatından bəhs edir. Bu romanda Şarlotta Brontenin öz həyatında baş vermiş olan hadisələri geniş formada qələmə alıb. Həyatı bir çox filmə və kitabalara mövzu olan Brönte ailəsi haqqında daim şayiələr dolaşıb. Bunlardan ən iddialı fikirlər isə James Tullinin yazdığı "Şarlotta Bronte cinayətləri" adlı avtobioqrafiq kitabdır. Bu romandan sonra artıq özünə xeyli oxucu toplamış, həmçinin maddi durumu da qaydasına düşmüş Şarlotta hər kəsi maraqlandırır. Oxucular bu gənc yazıçının kim olduğuyla maraqlanırlar. 1848-ci ildə Şarlottanın ailəsində ikinci ölümlər silsiləsi başlayır. Şarlottanın qardaşı ruhi sarsıntılar içərisində dünyasını dəyişir. Qardaşının ölümündən bir neçə ay sonra bacısı Emiliya lap cavan yaşında rəhmətə gedir. Sevimli bacısının itkisindən özünə gəlməyə macal tapmamış yazıçı bir qədər sonra kiçik bacısı Annanı da torpağa tapşırır. Qoca atasından savayı itirməyə bir kimsəsi qalmayan yazıçı özünə qapanır, tez-tez qardaş və bacılarının qəbirlərini ziyarət edib saatlarla onlara göz yaşları axıdır. Bir müddət sonra atasının yerinə keçən rahib Nikolasla ailə həyatı quran yazıçının həyatında heç bir dəyişiklik baş vermir. Dörd romana imzasını atmış Şarlotta Bronte hamiləliyinin sonuncu ayında 31 mart 1855-ci ildə bilinməyən xəstəlikdən dünyasını dəyişir. Samirə Əşrəf Ədalət.-2012.-24 oktyabr.-S.7.
['yazıçılar', 'qadın yazarlar', 'Şarlotta Bronte', 'dünya ədəbiyyatı']
510
https://kayzen.az/blog/maraqli-faktlar/22368/annaliza-mi%C5%9Fel-v%C9%99-ekzorsizm.html
Annaliza Mişel və ekzorsizm
Apollon
Maraqlı faktlar
2 sentyabr 2018, 19:00
Ekzorsizm (yunancadan tərcümədə — «ovsunlamaq») — cinlərin və ya şər ruhların insanlardan, yaxud müəyyən yerlərdən qovulması, insan cisminə keçmiş bəd ruhların, cinlərin cisimdən kənarlaşdırılması haqqında nəzəriyyədir. Bir çox xalqlar, sivilizasiyalar və dinlərdə insan bədəninin ruhlar tərəfindən işğal olunmasından bəhs edilir. Bir neçə əsr bundan qabaq şizofreniyanın bu və ya digər formalarını, o cümlədən də Turet sindromuna yoluxmuş insanları da cinlər tərəfindən işğal olunmuş hesab edirdilər. Annaliza Mişel 1952-ci ildə Almaniyada, katolik ailədə dünyaya gəlib. Uşaqlığında çəkilmiş şəkillərdən bəlli olur ki, o, çox şən və fəal gənc olub. Lakin 23 yaşında hər şey dəyişir. Zəif, döyülmüş, qorxmuş təsiri bağışlayan qız dəli kimi olur. Hesab olunur ki, cinlər gənc qızın bədəninə girib və Annaliza şeytana təslim olana qədər nə az, nə çox düz 8 il mübarizə aparıb. Annalizadan öncə anası qeyri-nikahdan uşaq uşaq dünyaya gətirir. Bu isə katolik ailəsi üçün utancverici idi. Sonradan, o, ailə həyatı quraraq Annalizanı dünyaya gətirməklə birinci qızının günahlarını yumaq istəyir. Təəssüf ki, Annalizanın böyük bacısı 8 yaşında ikən vəfat edir. Qız anasının günahına görə, özünü təqsirli hesab edirdi.  Annalizada ilk simptomlar 1968-ci ildən sonra başlandı. O zaman qız 16 yaşlı məktəbli idi. Tez-tez baş verən qıcolmalara görə, həkim ona epilepsiya diaqnozu qoyur. Annaliza məktəbi bitirdikdən sonra müəllim olmaq üçün kollecə gedir. Görünür, tibb sahəsi qıza kömək olmur və onun vəziyyəti getdikcə daha da pisləşir. Annaliza dua edərkən gözlərinə qəribə görüntülər görünür. Şeytanın səsini eşidib, buyruqlarına əməl etməyə başlayır. Daha sonra dini ikonalara nifrətini göstərməyə başlayır. Qızın bu vəziyyətini görən ailə dostu Annalizanı keşişə göstərməyi məsləhət bilir. Keşişlər eksorsizimə əl atmaq istəyirlər. 1975-ci ildə valideynləri həkimlərdən əl üzüb qızı Roma kilsəsinə verirlər.  Annaliza, valideynləri və keşişlər onun tezliklə sağalacağına ümid edirdilər.  Annaliza Mişelin özü etiraf edirdi ki, Neron, Hitler, Lusifer, Habil və digər 6 cin onu idarə edir. 10 ay ərzində atası və keşiş tərəfindən 67 dəfə cin çıxartma ayini keçirildi. Bu ayinlər zamanı qız o qədər zəifləyirdi ki, halsız olub yerə yıxılırdı.  Ölənə qədər yeməkdən tamamilə imtina etməsini təsvir etmək elə də çətin deyil. O, yemək yeməməklə cinin idarəsini zəiflədə biləcəyinə inanırdı. Ekzorsizm Annalizanı xilas edə bilmədi və gənc qızın vəziyyəti bu ayinlərdən sonra daha da pisləşdi. Hətta ifazatını yalayırdı. Həşəratları yeyir, dini ikonaları sındırır, it kimi ulayırdı. A.Mişel 1976-cı ildə aclıq və susuzluqdan ölür. 23 yaşlı qız ölərkən çəkisi 31 kq idi. Atası və ayini həyata keçirən iki keşiş onu öldürməkdə günahkar bilinirlər. Məhkəmə istintaqı zamanı ayin həyata keçirilərkən istifadə olunmuş audio və şəkillər təqdim olunur. Mişelin başına gələnlər hələ də naməlum olaraq qalır. Güman olunur ki, qız şizofreniya və şəxsiyyətin ikiləşməsi sindromlarından əziyyət çəkib. Xəyyam AĞA
['maraqlı faktlar', 'psixoloji pozğunluq', 'ekzorsizm', 'Annaliza Mişel']
511
https://kayzen.az/blog/esse/22333/qad%C4%B1n-x%C9%99yan%C9%99tinin-%C9%99n-ac%C4%B1-n%C3%BCmun%C9%99si.html
Qadın xəyanətinin ən acı nümunəsi
Apollon
Esse
30 avqust 2018, 17:20
Gərək sevəndə eləsini sevəsən ki, sonra o səmimi hislərə görə başına döyməyəsən. Düzdür, doğrudur və tamamilə zaddır. Zaddır, yəni ki, bu sevgidir, riyaziyyat deyil. Düstura, qaydaya, şərtlərə tabe olmur. Deməli, “gərək sevəndə…” məsələsi dünyagörmüş nənələrin “yaxşı oğlana ərə getmək” nağıllarından qəti fərqlənmir. Hardan bilmək olar axı? O qədər acı nümunələr var göz önündə… Məsələn, SSRİ-nin romantik vaxtlarında sevgiylə ailə quran, qoşa göyərçinlər kimi növbəyə durub mənzil alan, problemsiz-qayğısız ailə həyatı yaşayıb gözəl-göyçək qız övladı dünyaya gətirən iki nəfərin xoşbəxtliyinə kişinin bir qəzadan sonra şikəst qalması qənim kəsildi. Kişinin ayağı kəsilmədi, sadəcə əsayla gəzməli oldu. Amma bu əsa qadının gözünə necə girdisə, sevgi də uçdu, ailə müqəddəsliyi də. 11 yaşlı balaca qızcığazı atasıyla baş-başa buraxdı, özü isə başqasına qoşulub qaçdı. Bax, belə… Həmin kişini qadın xəyanəti daha da şikəst elədi. İndi böyüyüb 27-28 yaşına çatmış gənc qız həm iflic vəziyyətinə düşmüş atasına baxmaqla, həm də işləyib çörəkpulu qazanmaqla məşğuldur. Ərə gedəsi vaxtında…. Həyat budur, inanın, bir sözcük də uydurub-bəzəmədim. Kim bilir, bəlkə həmin xanım bu yazıdan xəbər tutacaq, onun faciəsi ilə “like” qazandığımı düşünüb söyəcək də… Bəlkə gözləri yaşarar da… Amma yenə də, məni bağışlamayacaq. Ən çox ona görə bağışlamayacaq ki, ətrafdakı hər kəsin ondan üz döndərdiyi vaxtda mən həddən artıq səmimi görünməyə, dəstək olmağa çalışdım. Bəlkə də, 500 dəfə əl uzatdım… Amma həmişə də əlim havada qaldı. Məğrurluq olan yerdə heç də hər şey düzgün anlaşılmır axı… Sandı ki, yazığım gəlir. Aramızda heç nə yox idi, “ola bilərdi” söhbəti də tamam başqa mövzudur. Sadəcə, bir müddət çalışdım dostluq edim, yeni iş tapmağa, təhsilini davam etdirməyə, həyatını dəyişməyə yardımçı olum… O isə qüruruna sığınıb uzaqlaşdı, zənglərimə də cavab vermədi. O vaxtdan çox keçib. Ara-sıra rastlaşırıq. Gözlər gündən-günə öz çuxurunda batdıqca, bəbəklərdə daha hündür bir dağ ucalır. Sanki qızcığazın dərdləri onun gözlərinə qalanır, bir dastan qəhrəmanı Həbəşzəncinin kəllə təpələri kimi, kənardan baxanı dəhşətə gətirir. Bəli, kimsənin köməyinə ehtiyacı yoxdur. Atası da son günlərini yaşayır. Bir gün o xanım tamamilə tək qalacaq. Həyatındakı yeganə kişini basdırandan sonra, bütün dünya onun üçün yadlaşacaq. Bu dünyanın təbiəti bir ata evi, bir də ata qəbri olacaq sadəcə…. Əlil ruhla hara qədər gedə bilərsə gedər. Qadınların yaxşı kişidən əvvəl yaxşı qadına ehtiyacı var… Məhz qadındır başqa qadını xoşbəxt edən, həyatda istiqamət verən, səhv yollardan qoruyan, dəyərlər aşılayan…. Məhv edən də qadındır. Feminizmə dəxli yox idi bu yazının… Qadın olmaq gözəldir. Sadəcə qadın olmaq! Rüfət Əhmədzadə
['esse', 'xəyanət', 'qadın xəyanəti', 'Rüfət Əhmədzadə', 'insan hissləri', 'qadın həyatı', 'qadın xoşbəxtliyi']
512
https://kayzen.az/blog/edebiyyat/22322/silviya-plat.html
Silviya Plat
Apollon
Ədəbiyyat
29 avqust 2018, 20:56
Silviya Plat müasir Amerika poeziyasının ən böyük simalarından biri hesab edilir. İlk romanı heç bir ay deyildi ki, nəşr olunmuşdu. Bu – “Şüşə qapaq altında” – elə sonuncu romanı oldu. Silviya əsərin nəşrindən bir ay keçməmiş intihar etdi.  31 yaşı vardı. Yaradıcılıq eşqinin qaynadığı dövr idi. İki uşaq anası olsa da, vaxt tapıb şeirlər yazır və artıq Amerikanın parlayan günəşini tənqidçilər tanımağa başlayırdı. Lakin o bir andaca bütün bunlara son verdi. Qayğıkeş ana ölümünü dəqiqliklə hazırlamışdı: əvvəlcə uşaqları üçün səhər yeməyi hazırlayır, süd, yağ və s. sonra mətbəxə keçib şəlpəni isladaraq qapının altına dürtür. Yuxu dərmanı qəbul edir, dördgözü açır və başını sobaya soxub yatır… Zalım atasını çox sevirdi Silviya Plat 1932-ci ildə Massaçusets ştatında anadan olmuşdu. Atası alman mühaciri idi. Çox sərt adam olsa da, Silviya atasını sevirdi. Atası ölərkən Silviyanın səkkiz yaşı vardı. Atasının sərt davranışları balaca Sliviyanın psixikasında silinməz izlər buraxdı. 1962-ci ildə yazdığı qalmaqallı “Atacan” və başqa şeirlərində bu təsir əks olunmuşdu. İlk şeir Silviyanın ilk şeiri dərc olunanda səkkiz yaşı vardı. “Şer” məktəb qəzetində dərc olundu. O dərslərini yaxşı oxuyur, şagirdlər arasında fərqlənirdi. Vaxtının çoxunu yazmaqla keçirən qızcığaz əlliyə yaxın hekayə yazmışdı. Əsərlərini qadın jurnallarına göndərsə də, hər dəfə rədd cavabı alırdı və bu, Silviyanı üzürdü. Bostonun sevimli itkini Təbiətən Silviya çox kövrək, depressiv xarakterli idi. İki işdə işləyən anası ailəni çətinliklə dolandırırdı. Silviyanın Smit kollecində oxuması üçün kifayət qədər maddi vəsait yox idi. Bir neçə dəfə isə Silviyaya yazıçı Olviya Hiqqins Prouti kömək etmişdi. Bir zamanlar oxşar tale yaşamış bu qadın gənc qızdakı istedadı görür, onun üzə çıxması üçün səy göstərirdi.  Silviyanın depressiyaları ağır hal almağa başlayır. 1950-ci il avqustun 24-də o, “Gəzintiyə çıxmışam...” adlı məktub qoyub səhər tezdən yoxa çıxır. Bütün Boston gənc qızın axtarışına başlayır. İki gün sonra onu evlərinin zirzəmisində huşsuz vəziyyətdə tapırlar.  Zirzəminin döşəməsinə yuxu həbləri səpələnmişdi. Bu, Silviyanın ilk intihar cəhdi idi. Anası söyləyirdi ki, qız son vaxtlar yalnız Ziqmund Freydin “Patopsixlogiya” əsərini oxuyurmuş. İngiltərə yollarında 1954-cü ildə “Dostayevskinin yaradıcılığında ikiləşmə” adlı diplom işini müdafiə edəndən sonra Silviya Kembric Universitetində təhsilini davam etditmək şansı qazanır. O, İngiltərəyə yollanır. Universitetdə Silviya teatr truppasında çıxış etməklə yanaşı, dövrünün böyük ədəbiyyatçılarının mühazirələrinə qatılır. Eyni zamanda hekayələr, essələr, məqalələr, şeirlər yazır. Onun əsərləri universitet jurnalında dərc edilir. Sevgili-qatil Universitetin ədəbi kuluarlarında 1954-cü illərin parlayan şairi Ted Hyuzun adı dolaşırdı. Qızlar bu gənc şairə valeh idi və onun sevgilisi olmağı səadət sanırdı. Silviya Tedin yaradıcılığından savayı, yaraşığına da heyran olur. O, Tedlə bağlı düzənlənmiş bir gecəyə dəvətsiz qatılır.  Gecədə Hyuzun bir neçə şeirini əzbər söylədikdən sonra onlar rəqs edirlər. Rəqs zamanı Silviya Tedin yanaqlarını dişləyir. Az sonra bu tanışlıq evliliklə bitir. Silviya hələ o zaman Ted haqqında bir şeirində yazırdı: “Bir gün mənim ölümüm də onun əlindən olacaq”. Mehriban cütlük 1956-cı ilin yayında onlar bal ayı üçün İspaniyaya yollanırlar. İki şair yaradıcılıq işlərində bir-birinə dayaq olur və Silviya bilmədiklərini Teddən öyrənir. Silviya onun əsərlərinin üzünü köçürür, redaksiyalara yollayırdı. Cütlük Bostona köçdükdə Silviyanın xəstəliyi yenidən baş qaldırır. Bütün günü işləyən şairə yaradıcılığa vaxt ayıra bilmir. Bu isə onu hədsiz dərəcədə üzür. 1958-ci ilin qışında Silviya pisixi müalicə almaq üçün xəstəxanaya yerləşdirilir. İlk uşaqları doğulanda ailə İngiltərəyə qayıdır. Tedin şöhrəti artmaqdaykən Silviya bütün gününü uşağın beşiyi başında keçirtməli olur. Yazmaq üçün o heç cür vaxt tapa bilmir. Bir yandan da baldızı, Tedin ailəsi ilə olan soyuq münasibətləri onu üzür. Şorgöz ər Qadın düşkünü olan Tedin saysız xəyanətlərindən Silviyanın xəbəri olsa da, onun dözməkdən başqa çarəsi yox idi. Silviya Amerikadakı dostları ilə məktublaşır, dərdini minlərcə kilometr uzaqdakı tanışlarına anladırdı.  İkinci uşağın doğulmasına baxmayaraq, pozulan münasibətləri bərpa etmək üçün ailə istirahətə yollanır. LakinTed ailəsini İrlandiyada atıb kanadalı şair Devid Vevilin arvadı Asya Vevilin yanına qaçır. Bu hadisədən sonra Silviya boşanmaq qərarı verir. Ağrılı illər Silviyanın artıq bir neçə şeir kitabı çap olunmuşdu. Bu illər onun üçün çox ağrılı keçirdi. Ailə münasibətlərində bəxtinin gətirməməsi, ərinin xəyanəti onu ruh düşkünlüyünə sürükləmişdi. Gənc şairə tamamilə gücdən düşmüşdü. Yalnız yazmaqla təskinlik tapa bilirdi. O, qəlbindən keçənləri inadla kağıza köçürürdü. 1960-cı illər Silviyanın yaradıcılığının zirvəsi idi. Şairə tezliklə dünya ilə vidalaşacağını sanki bildiyindən ciddi cəhdlə yazırdı. Artıq yarıavtobioqrafik “Şüşə qapaq altında” romanı da nəşrə hazır idi. Selincerin qadın nüsxəsi “Şüşə qapaq altında” Viktoriya Lukas imzası ilə çap olundu. Əsər gənc qız Ester Qrinvudun başına gələnlərdən bəhs edir. Kitabda Silviyanın həyatı ilə parallelllər o qədər çoxdur ki, tənqidçilər onu çəkinmədən avtobioqrafik əsər adlandırdılar. Əsəri “Çovdarlıqda uçurumdan qoruyan”ın qadın nüsxəsi hesab edirlər. Əsər milyondan çox nüsxə ilə dərc olunur.  Ərindən rəsmi ayrılmasa da, Silviya Plat iki uşağı ilə birlikdə Londona, Primrouz-hilldəki evə köçür. Bu evdə əvvəllər ədəbiyyat üzrə Nobel mükafatı lauretı Uilyam Batler Yeyts yaşamışdı. Silviya bunu yaxşı əlamət, bundan sonra həyatının düzələcəyini güman edir. O, yüksək məhsuldarlıqla yazırdı. Yanvar ayı boyu o dayanmadan çalışır və on beş günə iyirmidən çox şeir yazır. Lakin içindəki qəzəb Tedin xəyanətini unutmağa mane olur. Fevralın 11-də isə… o, intihar edir. Dirilmə Onun əsərlərinə istər İngiltərədə, istərsə də Amerikada böyük diqqət yaranır. Tənqidçilər Platı yüksək qiymətləndirirlər. Feministlər isə Silviya Platın intiharı ilə barışa bilmir, onun ölümünün səbəbini Ted Hyuzda axtarır, ona qarşı kampaniyalar təşkil edir, şeir gecələrini qışqır-bağırla boykot edirlər. Bədbəxt ər Müharibədən sonrakı dövrün 50 şairindən biri kimi ad qazanmış Hyuz bu qara ləkəni ölənə qədər üstündən ata bilmir. Çox çəkmir ki, birgə yaşadığı Asya Vevil də eyni ssenari üzrə intihar edir. Asyanın kiçik qızı Şura da bu zaman qazdan zəhərlənərək ölür. Növbəti faciədən sonra Ted Hyuzun adı şairlikdən başqa, qadın düşməni kimi də tarixə yazılır. Mirmehdi Ağaoğlu
['dünya ədəbiyyatı', 'Amerika yazıçısı', 'şair', 'Silviya Plat', 'Sylvia Plath']
513
https://kayzen.az/blog/dusundurucu-hekayeler/22259/yapon-q%C4%B1z%C4%B1n-insanl%C4%B1%C4%9Fa-%C3%BCmid-miras%C4%B1-buraxan-hekay%C9%99si.html
Yapon qızın insanlığa ümid mirası buraxan hekayəsi
Apollon
Düşündürücü hekayələr
29 avqust 2018, 20:50
II. Dünya Müharibəsini sona çatdırmaq məqsədiylə, Amerika Birləşmiş Ştatları tərəfindən Xirosimaya atom bombası atılanda, Sadako Sasaki bu şəhərdə yaşayırdı. Milyonlarla uşaq kimi o da bu faciəyə şahid oldu. Dağıdıcı təsirlərini dərindən hiss etdi. Sadako'nun mübarizə dolu hekayəsi, onu sülhün və nüvə silahsızlaşmasının rəmzinə çevirdi. Haqqında filmlər çəkildi, kitablar yazıldı. Kiçik yapon qızın insanlığa ümid mirası buraxan hekayəsi; Sadako Sasaki 1943-1945 illəri arasında Yaponiyanın Xirosima şəhərində yaşamış kiçik bir Yapon qız idi. Sasakinin 12 illik ömrü, ümid və yaşama bağlılığa dair dərin izlər buraxıb. Mübarizəsi belə başlamışdı; 1945-ci ildə Sasaki hələ 2 yaşında olarkən, ABŞ-ın atom bombası Xirosimadaki evlərinin sadəcə 2 kilometr uzaqlığına atıldı. Ailənin evi partlayışlardan yaranan yanğınlardan sonra bölgədəki digər evlər kimi məhv oldu. Sadako və ailəsi möcüzəvi bir şəkildə buradan qaçmağı bacarmışdı. Həm də heç bir xəsarət almadan. İlk baxışda, belə bir fəlakətdən fiziki heç bir ziyan görmədən xilas olduqlarını düşündülər. Atom bombasının radiasiya təsirindən xəbərsiz idilər... Kiçik qız aradan keçən illər sonra məktəbə getməyə belə başlamışdı. Dərslərinə qarşı son dərəcə diqqətli və müvəffəqiyyətli, müxtəlif sahələrdə səlahiyyət alan sosial bir şagird idi. 12 yaşına gələnə qədər, döyüşün izləri yox kimi idi... 12 yaşında, Sadakonun boynunda və qulaqlarının arxasında qəribə şişkinlik əmələ gəlməyə başladı. Bir neçə həftə sonra isə bədəninin müxtəlif yerlərində yaralar və ləkələr özünü göstərdi. Həkimlər, Sadakoya «atom bombası» xəstəliyi adı verilən qan xərçəngi diaqnozu qoydu. 1950-ci illərə gəldikdə leykemiya diaqnozları inanılmaz artım göstərmişdi. Atom bombasının yaydığı şüalar, bombadan zərər görmədiyini düşünən kiçik uşaqların həyatına müharibədən illər sonra özünü təsir göstərməyə başlamışdı. Sadako xəstəxanada yatdığı zaman sinif yoldaşlarından biri ziyarətinə gəldi. Yanında gətirdiyi qızıl rəngi kağızdan, oriqami sənətini istifadə edərək bir «Durna quşu» düzəltdi və ona verdi. Sonra qədim Yapon əfsanəsindən bəhs etdi Sadakoya; «Xəstə biri əgər kağızdan 1000 ədəd durna quşu düzəltsə, tanrılar bu adamın arzusunu yerinə yetirəcək və onu sağlamlığına qovuşduracaq». Sadako bu sözləri eşidəndə qəlbi ümidlə dolmuşdu. Xəstəliyini mərdliklə qarşılayıb, kağız durnaları hazrılamağa başladı... Bükdüyü hər durna ilə danışdı və təmiz ürəyindən bir söz dedi. Belə deyirmiş durnalarına; «Qanadlarınıza əmin-amanlıq yazacağam. Beləliklə, bütün dünyada uça biləcəksiniz» Təəssüf ki, balaca Sadakonun ömrü 1000 durna düzəltməyə yetmədi. Atom bombası atıldıqdan 10 il sonra 25 Oktyabr 1955-də həyata gözlərini yumdu. Yoldaşları, əskik qalan 356 durna hazırlayıb onunla birlikdə dəfn etdi. O gündən sonra Durna quşu sülhün və nüvə silahsızlanmasının simvolu halına gəldi. Sadakonun və atom bombasından ölən bütün uşaqların xatirəsinə Xirosimada bir abidə düzəldildi. Bu dünyada vaxtı qısa olsa da, düzəltdiyi durnalarla bir ümid irsi qoyub dünyaya kiçik Sadako… Barış Günü olan 6 Avqustda, dünyanın dörd bir yanından uşaqlar hazırladıqları durna quşlarını Sadakonun Xirosimadakı abidəsinə göndərir. marifia.com
['Sadako Sasaki', 'min durna quşu', 'həyat eşqi', 'müharibə və uşaqlar', 'müharibə uşaqları', 'müharibə şəraitində']
514
https://kayzen.az/blog/esse/22248/susmu%C5%9F-q%C9%99z%C9%99b.html
Susmuş qəzəb
Apollon
Esse
27 avqust 2018, 12:07
Sevginizi və ya qəzəbinizi kontrol (ört-basdır) eləməyə çox da əmək sərf eləməyin. Bütün hisslərin sözlə ifadə olunmaq azadlığı, hətta hüququ var. Məsələn, sözlə ifadə olunmuş (təbii ki, əxlaq çərçivəsində) qəzəb artıq xərclənmiş enerjidir, sönmüş vulkan kimi zərərsizləşdirilib. Əksinə, hansısa səbəbdən “içəri atılmış” qəzəb isə potensial nifrətdən, intiqam hissindən başqa bir şey deyil. Yəqin ki, onlarla adda “susmuş qəzəb” növləri mövcuddur, mən bu gün sizə yalnız ikisindən – təbii ki, özümə daha çox aydın olanından danışacam.  Birincisi (şərti olaraq “çarəsiz susma” adlandıraq), adətən, bərabərhüquqlu olmayan tərəflər arasında baş tutur, yəni asılı tərəfin əsas tərəfdən çəkinib susması. Buna işçinin müdir, uşağın böyük qarşısındakı çarəsizliyini dərsliklərin dili ilə desək, misal gətirmək olar. Dəfələrlə olub, yuxarı sinif şagirdlərinə nəsə irad tutanda onların ya üz-gözlərini narazılıqla qırışdırdığının, ya da dodağının altında nəsə mızıldandığının şahidi olmuşam. Həmişə o uşaqları ayağa qaldırıb mümkün qədər səmimi şəkildə inad eləmişəm ki, haqqımda fikirləşdiklərini üzümə desinlər. Bu, məşqçinin öz şagirdinə boks əlcəyi geyindirib rinqə-özüylə döyüşə çağırmasına bənzəyir: Vur, birinci məni vur, məni vur ki, özünümüdafiəni öyrənəsən… Belə olmasa, qarşımızda milli mentalitet, nə bilim böyüyə hörmət cəfəngiyatı altında çoxlu sınmış (sındırılmış) gənclər görəcəyik.  İkincisi, (adı “qəsdən susma” olsun) mübahisə edən iki tərəf arasında haqsız tərəfin yəqin ki, əsrlərdir istifadə etdiyi ən fəndgir üsuldur.  Haqsız tərəf nə desə, mübahisəni uda bilməyəcəyini onsuz da bilir və susmaqla etika, aristokratiya nümayiş etdirib xal qazanmaqla bərabər, qarşısındakını pis vəziyyətdə qoymaqla da məşğuldur. Onlar, adətən, hansısa üçüncü adama oynayırlar, hansısa kütləyə, hətta ikilikdə olsanız belə, özlərini dram teatrının səhnəsindəki kimi aparacaqlar. Bu, səbir oyunudur, dözmək tələb olunur, hirslənib özünüzdən çıxmağa qətiyyən icazə vermirəm, özünüzü ələ alın, bu tip mübahisələrdə rəqibi susdurmaq yox, danışdırmaq tələb olunduğundan məsələ daha qəlizdir.  İnanın, burda təkcə müəllif, yəni tamaşaçı kimi yox, həm də iştirakçı kimi (boynumuza alaq, biz hamımız bu cür vəziyyətlərə dəfələrlə düşmüşük) məni qarşı tərəfi dilləndirməyin yolları çox cəzb edir və fikrimcə, tam qələbəni təmin edən də elə budur. Axı susan tərəfə nəsə sübut eləməyə və ya nədəsə ittiham etməyə çalışmaq qarşında əllərini yanına salıb durmuş birinin başına fasiləsiz yumruq endirmək kimi bir şeydi. Maraqsızdı, elə deyilmi?! Əks hücum, bəli, bizə məhz bu lazımdı — qarşı tərəfin meydançamıza daxil olması. Odur ki, rəqib (şahmat taxtasında, güləş döşəkcəsində və yaxud adi mübahisədə olsun, dəxli yoxdur) öz içindəki potensialı ifadə eləməyə başlayanda əsl döyüş alınır.  Bununçün səsini qaldırmadan (burda çox böyük ustalıq tələb olunur) susmuş mələyin ən müdafiəsiz nöqtəsinə (hər haqsızın bir “Axilles dabanı” vardır) bircə sərrast zərbə kifayətdir, cavab atəşi açılacaq, əmin olun. Və sən gülərək ürəyində deyəcəksən, bax bu, əzizim, “danış ki, səni görüm”, indiyə qədər belə düşündüyünü mən zatən eşidirdim, amma bunu ifadə eləmək sənin özünə xeyirdi, qorxma, öz qəzəbini sözə çevir, onu özünçün də araşdır, adını qoy, daha çox qısqanclıqmı, nifrətmi, sevgidən doğan şıltaqlıqmı (bu da istisna deyil, duruma görə dəyişir, əlimizdə konkret situasiya olmadığından mən müxtəlif situasiyaları nəzərdə tuturam, hərə özününkünü götürsün) yoxsa keçici hirsmi olduğunu müəyyənləşdir. Vurmaq, ya vurulmaq yox, vuruşmaq lazımdı, eynən sevib-sevilmək kimi, hər şey qarşılıqlı olanda öz mahiyyətinə ulaşır.  Onsuz da “Susmaq qızıldır”ın müəllifi olan cəmiyyət həmişə bizim danışmaq azadlığımızı boğmağın tərəfində olacaq, əxlaq, etika qaydaları, milli mentalitet, kollektivdə hörməti itirmək qorxusu, “demaqoq” adlanmaq, “aqressiv görünmək təhlükəsi — hamısı bizi eyni nöqtəyə itələyir, tərksilah edib yerimizdə otuzdurur. Nəticədə isə münaqişələr dərinləşir, nifrət böyüyür, çözüm itir. Pis şeylər də yaxşı şeylər kimi məqamında deyilməlidir, sonra ürəkdə qalıb irinləməkdən başqa bir şeyə yaramayacaq, daldan atılan daş kimi… Mümkün qədər sadə dillə izah etməyə çalışacam, kiminsə üzünə deyilmiş hansısa irad arxasınca edilmiş iyrənc qeybətdən min dəfə yaxşıdı. Biz başqalarından başqalarına asanlıqla danışırıq, müzakirə edirik, növbə özümüzə gələndə hər şey düyünlənir. Çünki heç kim heç kimin özü deyil, hamı hamının özgəsidi. Səhər Əhməd
['esse', 'Səhər Əhməd']
515
https://kayzen.az/blog/esse/22277/do%C4%9Fmaq-ist%C9%99m%C9%99y%C9%99n-qad%C4%B1n.html
Doğmaq istəməyən qadın
Apollon
Esse
23 avqust 2018, 21:41
Bir qadının ən böyük haqqı ana olmaq istəməsidi. İstəməməsi də haqqıdı. Təkrar edirəm, bir qadın ana olmaq istəmirsə, bu, onun haqqıdı. Ancaq istəyirsə, mental olmazlarla buna əngəl yaratmaq, mütləq “ərə getməlisən” şərti qoymaq vəhşilikdi. Biz kimik başqa birinə yaşam şərtləri qoyaq. Təsəvvür edirsiz, biz kiminsə necə yaşamalı olduğuna qərar veririk. İnsana deyirik ki, ərə getmədən ana ola bilməzsən. O da ailə qura bilməyəndə düşür problemin içinə. Heç nədən olur bədbəxt. Halbuki dünyada həyatı gözəlləşdirən min bir mətləb var. Adamları əzab içinə salmağa nə haqqımız var? Kimik biz?  Bir qadın evli deyilsə, ana olmalı deyil deyə bir qayda yoxdu təbiətdə. İnsan dünyaya nigah kitabçası ilə gəlməyib. Nigah kitabçası qanuni seçimlərindən biridi. Şərt deyil. Qanun deyil. Seçimdi. Təbiət demir ki, evli olmadan analıq haqqın yoxdu. Bir qadın təkdisə, elə tək də olmalıdı qanunu yoxdu. Doğmaq haqqı var. Dünya elmi bunun üçün müxtəlif vasitələr tapıb. Süni mayalanma ilə qadına ana olmaq şansı verib elm. Elmin fərqi də budu. O şans verir. Sonacan şans. Bol-bol şans – təki mutlu olsun, təki yaşaya bilsin insan. Bioloji haqqını da, instinktiv haqqını da istifadə edə bilsin. Yaşamaq, xoşbəxt olmaq üçün şanslar verən elmdi. Həyatımızın komfortunu ona borcluyuq. Əlində böyüdücü başqalarının həyatını güdmək ayıbdı! Nə edir, hara gedir, kimlə yatır, kimlə görüşür. Bu azmış kimi dalıyca danışmaq, beş-üç adamı başına yığıb kimisə qınamaq, hələ cəza metodu da tapmaq tərbiyəsizlikdi. Öz həyatıdı. Özü bilər. Bizim cəmiyyət olaraq kiminsə həyatında iştirakımız yalnız ona dəstək kimi ola bilər. Qadın ana olmaq haqqını sınayıbsa, qınamaq haqqımız yoxdu.  Bu, qadının kimsəyə ziyanı olmayan seçimidi. O, bunu təkcə özü üçün etmir. Ölkəyə bir insan verir. Cəmiyyət uzağı uşağını böyütməkdə ona kömək edə bilər. Qadının “nigahsız ana” olduğu üçün qınanmasına izah yoxdu. Yox. Qınadığın üçün qınaq obyektidi. Sənin onla işin olmasa qınanmaz. Sənin, mənim, o birinin... İnsanlar bir nəfəslik həyat yaşayırlar. Burunlarından gətirməyək. Aman verək necə istəyirlər yaşasınlar. Eləcə də bir qadın ana olmaq istəmirsə, ondan mütləq ana düzəltməyə gərək yoxdu. Onu zorla ərə verib doğuzdurmaq lazım deyil. Sənin nəyinə lazım kim ərə gedir, kim yox? Bir qadın analıq məsuliyyəti istəməyə bilər. Əl çəkək rastımıza çıxan hər qızdan “nə vaxt tərpənirsən, nə vaxt doğursan” soruşmaqdan. Bəlkə biri özünü elmə, bəlkə biri yaradıcılığa, bəlkə tam ayrı sahəyə həsr etmək istəyir. Niyə hamını evləndirməyə çalışırıq? Aysel Əlizadə
['esse', 'Aysel Əlizadə', 'qadın', 'ana olmaq']
516
https://kayzen.az/blog/flora/22294/zirinc.html
Zirinc
Apollon
Flora
23 avqust 2018, 21:36
Zirinc kol bitkisinin meyvəsi olub zirinckimilər fəsiləsinə aidddir. Zirincin kolu daima öz yarpaqlarını tökür və yenisi ilə əvəz edir. Yarpaqlarının uc hissəsi isə sərt və tünd yaşıl rəngdə olur. Zirinc Antaraktida və Avstraliyadan başqa demək olar ki, dünyanın digər bütün yerlərində bitir. Ən çox isə zirinc ağacı şimal yarımkürəsində geniş yayılıb. Onu həyətyanı sahələrdə də yetişdirirlər. Qafqazda, Avropada, Krınmda, Şərqi Sibirdə, İranda Amerikada isə zirinc ağacı yabanı halda bitir və geniş yayılmışdır. Necə toplamalı? Zirinci yanlız tam dəymiş halda toplamaq və istifadə etmək lazımdır. Yetişməmiş zirinc zəhərli təsirə malik olur. Necə saxlamalı? Zirinci quruducu şkafda 40-50*C tempraturda qurutmaq lazımdır. Qurumuş zirinci 3 il saxlamaq mümkündür. Bu zaman meyvələr kağız və ya parça torbanın içərisində saxlanılır. Onu eyni miqdarda şəkər tozu ilə də qarışdırıb saxlamaq mümkündür. Bəzən zirinci duzlu suda da saxlayanlar olur. Bu zaman isə zirinc soyuq yerdə saxlanılmalıdır. Kulinariyada Kulinariyada ziricdən müxtəlif kompotların, içkilərin hazırlanması zamanı istifadə edilir. Zirincdən mürəbbələr, şirələr, jelelər, siroplar hazırlanır. Zirinc ət yeməklərinin bəzədilməsi məqsədilə də işlənilir. Bəzi Qafqaz regionlarında ondan plovların bişirilməsi zamanı istifadə olunur. Zirinc balverən meyvədir. Ondan şirə çəkən arıların yığdığı balın rəngi qızılı-sarı olur və dadı fərqlənir. Zirincdən müxtəlif marinadların hazırlanmasında da istifadə olunur. Zirinc kökünü qaynadıb saçları boyadıqda saçlar davamlı və keyfiyyətli rəngə boyanmış olur. 100 qram zirincin qida dəyəri: — Zülallar – 1 qr — Yağlar — 0 — Karbohidratlar – 9,5 qr — Su – 85 qr — Kalori – 29,5 kKal. Zirincin faydalı xüsusiyyətləri Zirincin tərkibində karotinoidlər(ksantofill, lütein,zeaksantin, xrizantemaksantin, auroksantin, flavoksantin, kalsantin və s.), karbohidratlar, dubil maddələr, pektin,təbii turşular, makro və mikro elementlər, beta-karotin var. Onun tərkibi C, E, K vitaminləri, 11 növ alkoloid, limon və alma turşusu, tanin və qətran maddəsi ilə zəngindir. Müalicəvi xüsusiyyətləri Zirinc orqanizmə güclü müalicəvi təsir göstərir. Qədim Misirdə ondan qanı təmizləmək məqsədilə istifadə edilib. Tibet monastrlarında zirinc cavanlaşma dərmanı kimi saxlanılıb. MDB ölkələrində zirincin kökündən, gövdəsindən və meyvələrindən qanaxma, Iltihab əlehinə istifadə edilib. Zirinc göbələk əleyhinə təsirə malikdir və qocalmanı ləngidir. Soyuqdəymə xəstəlikləri zamanı zirincdən xəstəliyin əlamətlərinin azaltmaq məqsədilə istifadə edilir. Onun qızdırmasalıcı, ağrıkəsici xüsusiyyətləri də var. Qaraciyər, sidik sistemi üzvlərinin xəstəlikləri zamanı da zirincin faydası böyükdür. Tibb sahəsində də ondan hazırlanan dərmanlardan istifadə olunur. Zirincdən berberin adlı dərman hazırlanır ki, bu dərman öd daşı və xolisistit zaman qəbul edilir. Berberini Hind həkimləri leyşmaniozdan əziyyət çəkən xəstələrə təyin edirlər. Müasir tibbdə zirincin spirtli məhlulundan hepatitlər zamanı istifadə edilir. Bu məhlulu ev şəraitində aşağıldakı qaydada hazırlamaq mümkündür: 30 qram zirinc yarpaqları 100 qram 70%-li spirtdə 15 gün sərin və qaranlıq yerdə saxlanılır. Bu zaman tünd sarı rəngdə maddə alınır. Maddənin turş dadı olur və ondan hepatitlər zamanı istifadə edilir. Bədxassəli şişlərin müalicəsində istifadə edilən bitki dəmləməsinin əsas tərkibini zirinc təşkil edir. Tərkibində zirinc kökü olan xolelitin preparatından öd daşı xəstəliyi, sarılıq, xolisistit zamanı geniş istifadə olunur. Çində zirinc kökünün dəmləməsini göz xəstəlikləri zamanı kompres kimi tətbiq edirlər. Almanlar zirincdən alınan cövhəri və ya zirincin meyvəsini mədə-bağırsaq sistemini xəstəlikləri və ağ ciyər xəstəlikləri zamanı qəbul edirlər. Fransa həkimləri zirincin bakteriasid, hipotenziv və soyuqdəymə əleyhinə təsirə malik olmasına inanırlar. Zirinc və onun yarpaqlarından dadlı çay dəmləmək olur. Yuxarıda adları çəkilən xəstəliklərin əlamətlərini azaltmaq üçün bu çaydan gündə 2 dəfə qəbul etmək lazımdır. Çayı dəmləmək üçün 1 çay qaşığı zirinc və ya zirinc yarpaqlarını 200 ml qaynar suya salıb bir saat saxlamaq və sonra içmək lazımdır. Çay arzu edilən nəticə alınana qədər içilməlidir. Zirincin zərərli xüsusiyyətləri Zirinc əzələlərin aktivliyini artırır. Bu səbəbə görə də hamiləlik zamanı zirinc və onun yarpaqlarından hazırlanan dəmləmələri qəbul etmək məsləhət görülmür. Çünki, bu uşaqsalmaya səbəb ola bilər.  Sakitləşdirici qəbul edən zaman da zirinc dəmləmələrindən istifadə etmək tövsiyə edilmir. Bu dərmanın sedativliyinin artmasına səbəb ola bilər və xəstələrdə baş hərlənməsi, ürəkbulanma, qıcolma, burun qanamaları müşayət oluna bilər. Zirinc tərkibli dərmanları qara ciyərin sirroz xəstəliyi zamanı, ginekoloji qanaxmalarda, hepatitin ağır formalarında qəbul eləmək məsləhət görülmür
['flora', 'xalq təbabəti', 'faydalı bitkilər', 'zirinc']
517
https://kayzen.az/blog/psixologiya/22302/monomaniya.html
Monomaniya
Apollon
Psixologiya
20 avqust 2018, 17:28
Monomaniya insanın yalnız bir düşüncədə olması, ona üstünlük verməsindən yaranan xəstəlikdir. Monomaniya xəstəıiyi müxtəlif növlərə ayrılır: 1. Kapqras sindromu. Bu cür insanlar ətrafındakı insanların həqiqi olmadığına və başqalarının onların yerinə keçdiyinə inanır. 2. Eretomaniya. Bu cür insanlar hər hansı bir kişi və ya qadının ona aşiq olduğunu düşünərlər, bu şəxslərlə tanış olmasa belə. 3. Freqoli sindromu. Aktyor Freqolinin adından götürülmüşdür. Bu cür insanlar ətrafındakı insanların görkəmlərini dəyişdirdiyinə, başqa birinə çevrildiyinə inanarlar. 4. Genital retraksiya sindromu. Xəstə öz penisinin bədəninə doğru çəkildiyindən şübhələnir. 5. Vendiqo sindromu. Xəstənin insan ətinə qarşı həddən artıq istək duymasıdır. 6. Demonomaniya. Xəstə kiminsə cin və ya iblis tərəfindən izlənildiyini düşünür. 7. Otello sindromu. Xəstədə həddən artıq qisqanclıq olur, həyat yoldaşının, həqiqi olmasa belə, onu aldatdığını düşünür və bunu sübut etməyə çalışır. Ədəbiyyatda monomaniya: Edqar Allan Po'nun yaradcılığında monomaniyaya tez-tez rast gəlinir. Nümunə olaraq Berenika, Qara pişik, Qırmızı ölümün masqası hekayələrini göstərmək olar. Fyodor Dostoyevskinin «Cinayət və Cəza» romanında da monomaniyanın növlərinə rast gəlinir. Muxtar Haşim
['psixologiya', 'psixoloji problemlər', 'monomaniya']
518
https://kayzen.az/blog/kitab/22313/insanlar-niy%C9%99-hekay%C9%99-oxuma%C4%9F%C4%B1-xo%C5%9Flay%C4%B1rlar.html
İnsanlar niyə hekayə oxumağı xoşlayırlar?
Apollon
Kitablar və mütaliə
20 avqust 2018, 17:20
Odun ətrafında danışılan nağıllardan tutmuş Netflix seriallarına qədər hər bir cəmiyyətdə hekayə nəqli vacib yer tutur. Təkamül nəzəriyyəsi mütəxəssisləri də bunun səbəbini araşdırırlar. 4 min il əvvəl Babil lövhələrinə yazılmış “Gilqameş” dastanının bu gün də həvəslə oxuması olduqca təəccüblüdür. Bu dastan bizim dövrümüzə qədər gəlib çatmış ən qədim ədəbi əsər sayılır. Yazıldığı tarixdən min il sonra belə bu əsərdən təsirlənərək yeni əsərlərin yaranması burda bəhs olunan hekayənin nə qədər populyar olduğunu göstərir. Bu hekayənin bu gün oxunması və orda dilə gətirilən “dostluq” kimi əsas fikirlərin ondan sonra yaradılan bir çox populyar hekayədə yer alması isə daha maraqlıdır. Hekayələrdəki bu kimi ortaq xüsusiyyətlər “ədəbi Darvinçilik” sahəsində araşdırmalar aparan alimlərin diqqətini çəkir. Bu mütəxəssislər yaxşı bir hekayənin əsas xüsusiyyətlərini və Homerin “İlliada” dastanından tutmuş “Harri Porter”ə qədər bir çox hekayənin populyar olma səbəblərini ortaya çıxarmağa çalışır. Reallıqdan qaçmaq? Yazının ortaya çıxmasından əvvəl insanların bir-birinə hekayə danışıb-danışmamağı barədə əlimizdə ciddi dəlillər yoxdur. Bununla belə təxmin edilir ki, hekayə danışmaq xüsusiyyəti minlərcə il boyu insan həyatının önəmli bir hissəsi olub. Fransada 30 min əvvəl insanların yaşadığı mağaralardakı rəsmlərdə təsvir edilən səhnələrə söz sənətinin də yoldaşlıq etdiyi məlum olub. Miçiqan Universitetinin əməkdaşı Daniel Krugerin fikrincə mağaraya baxdığınızda bir çox fərqli rəsmin çəkildiyini və bunların ovla əlaqədar hər hansı bir hadisəni nəql etdiyini görmək mümkündür. Yəqin o rəsmlərdə nəql olunan əhvalatlar qədim insanlar üçün böyük əhəmiyyət daşıyırmış. Günümüzdə sonuncu Buz Dövründən qalma bəzi hekayələrə də rast gəlmək mümkündür. Müasir dövrdə qədim insanlar kimi od ətrafında toplanmasaq da yetkin insan ayıq keçirdiyi vaxtın 6 faizini müxtəlif səbəblərlə “istehlak” etdiyi qurmaca hekayələrə ayırır.  Təkamül prizmasından baxdığımızda bu, reallıqdan qaçmaq üçün xərclənən uzun bir zamandır. Ancaq psixoloqlar və ədəbiyyatşünaslar bu hekayə asılılığının bir çox faydası ola biləcəyini iddia edirlər. Hekayə nəqli zehni itiləyən şüurlu oyuna bənzədilir. Bu yolla bizi əhatə edən dünyanı simulyasiya etməyimiz və xüsusi ilə sosial şəraitlə əlaqəli fərqli strategiyalar müəyyənləşdirməyimiz mümkün olur. Missuridə yerləşən Müqəddəs Luis Universitetinin əməkdaşı Jozef Karollun fikrincə hekayə nəqli bizə başqaları haqqında məlumat verir; empati və ağıl nəzəriyyəsi kimi məsələlərdə təcrübə bəxş edir. Həqiqətən hekayə oxuyan və ya hekayə dinləyən insanların beyinləri üzərində aparılan təcrübələr korteksin sosial və emosional qavrama ilə əlaqəli müxtəlif hissələrinin hərəkətə keçdiyini və insanların nə qədər çox hekayə oxuyurlarsa başqaları ilə o qədər asan empati qurduqlarını göstərib. Həmrəyliyin əhəmiyyəti Təkamül psixologiyası mütəxəssisləri insanın tarixdən əvvəlki fəaliyyətlərinin bu gün hələ də xoşumuza gələn hekayələri müəyyənləşdirdiyinə inanırlar. Misal üçün, insanlar getdikcə daha böyük icmalar şəklində yaşamağa başladıqlarında cəmiyyətdən çox alan, amma ona əvəzində heç bir şey qaytarmayan və ya bir qrupun zərərinə işlər görən insanların qarşısını almaq üçün həmrəylik göstərməsi, əməkdaşlıq etməsi lazım olurdu. Hekayə nəql etmək doğru olan sosial normaları yaymaq məqsədi ilə inkişaf edə bilərdi. Kruger bundan çıxarıla bilən dərsi ixtisarla belə ifadə edir: “Zülmə qarşı müqavimət göstərmək və zalım olmamaq”. Dünyanın müxtəlif bölgələrindən götürülmüş hekayə nümunələrində həmrəylik mövzusunun daha populyar olduğu müşahidə edilib. Filippində ovçu və yığıcı 18 qrupla aparılan araşdırmalar zamanı onların danışdıqları hekayə-nağılların 80 faizinin əxlaqi qərar vermək və sosial qadağalarla əlaqəli olduğu məlum olub. Bu mövzularda daha çox hekayə nəql edən toplumlarda daha çox həmrəylik olduğu müşahidə edilib. “Gilqameş” dastanına qayıdası olsaq burada Kral Gilqameş fiziki gücü və cəsarəti ilə tam bir qəhrəman kimi görünsə də eyni zamanda gücünü pis niyyətlər üçün istifadə edən, istədiyi qadınla yatan zülmkar-tirandır. Ancaq Endiku adındakı bir yad məxluqun qarşı çıxması ilə dostluq və həmrəyliyin əhəmiyyətini öyrənir. Dinləyicinin nəzərindən baxdıqda bu hekayədən çıxarılan nəticə bəllidir: Qəhrəman kral belə başqalarına hörmət etməyə məcburdursa siz də hörmət etməlisiniz. Oxşar temalara Homerin “Odisseya” poemasında da rast gəlinir. Sənaye inqilabından sonra fərdiyyətçiliyin artması ilə insanın həmrəyliyə marağının azaldığını düşünmək olar. Amma Kruger və Karrolla görə 19 və 20-ci əsrlərin əvvəllərində yazılmış ən populyar ingilis romanlarında da bu temaya rast gəlmək olar. Sevdiyimiz bu romanlardakı mənfi qəhrəmanların güclərini pis məqsədlərin üçün istifadə edərək cəmiyyətə təsir etməyə çalışdıqları, xeyirxah insanların isə acıqlı və eqoist olmadıqları müşahidə edilir. Qadınlar nəyə üstünlük verir? Təkamül nəzəriyyəsi eyni zamanda romantik hekayələrin və qadın qəhrəmanların qətiyyətli “ata” fiqurlarına və ya dəlisov əxlaqsızlara üstünlük verdiklərini nə müəyyənləşdirib. Uşaqların daima təhlükəsiz şəraitdə qalması baxımından “ata” seçimi anlaşılandır. Amma “seksual oğul hipotezası” kimi də qəbul təkamül teoriyasına görə ikincilərə üstünlük verilməsində əsas səbəb onların xarici görünüşcə gözəl görünmələri, hiyləgər və cazibəli olmaqları və genlərin davamı baxımından qadınların bu xüsusiyyətlərin övladlarına da keçməyini istəməlidir. Ədəbiyyatdakı mənfi xüsusiyyətləri bilməyimizə rəğmən yaraşıqlı, eşqbaz qəhrəmanların bizi daha həyəcanlandı bundan qaynaqlana bilər. Kruqer ingilis yazıçı Ceyn Ostinin romanlarını 200 il əvvəl yazsa da bu gün da oxunmasının və ekranlaşdırılmasının səbəbinin yazarın təkamül psixologiyasına uyğun gələn doğru qənaətlər əldə etməsi ilə əlaqələndirir. Mənfi qəhrəmanlar Hekayələrdəki mənfi qəhrəmanlar isə mənfi təsirin və ya xəstəliklərin yayılması qorxusunu alovlandırmaq xidmətini yerinə yetirir. Bu qorxu insanda təkamül nəticəsində ortaya çıxmışdır və qoruyucu təsiri vardır. Təbiət etibarı ilə qəbilə xüsusiyyətlərinə meylli olduğumuz üçün bu qəhrəmanlar əsasən kənar qüvvələrin nümayəndələrindən ibarət olur. Hollivud filmlərindəki mənfi qəhrəmanlar adətən buna görə əcnəbi aksenti ilə danışırlar. Bunların qarşımıza çıxarılması ilə bizim öz qrupumuza olan bağlılığımız və fədakarlığımız daha da möhkəmlənir. Məşhur çağdaş ingilis yazarlarından İan Makivanın fikrinə görə romanda istifadə olunan bu təkamül meylləri onun qitələri və əsrləri aşaraq bizə gəlib çatmasını təmin etmişdir: “İçində yaşadığımız dövrə uzaq və ya öz mədəniyyətimizə yad ədəbi əsərləri bəyənməyimizin səbəbi yazarla ortaq hissləri, bəzi dərin fərziyyə ehtiyatlarını bölüşməyimizdir.” Məhz bu dərin ehtiyatlara görə “Gilqameş” dastanı kimi bir hekayə dünən yazılıbmış kimi təzə və sadiq dostun əhəmiyyətini anlatan mesajı isə aradan 4000 il keçsə də hələ də qüvvədədir. Əlimizdə dəqiq faktlar olmasa da deyə bilərik ki, bu gün oxuduğumuz bəzi hekayələrin kökləri tarixdən əvvəlki dövrə gedib çıxır. Daniel Kruger “Gilqameş” dastanı və Əski-Ətiqdəki “Yaradılış” kitabında bəhs olunan tufanı Buz Dövründə Orta Şərqdə baş vermiş təbii fəlakətlərin kultroloji yaddaşımızdakı izi kimi görür. İndoneziyada Flores adasında yaşayan yerlilərin Ebu Qoqo adıyla təqdim etdikləri qısa boylu, cırtdana bənzəyən əfsanəvi varlıqların isə Homo Sapienslərlə eyni dövrdə yaşayan, amma 10 min il əvvəl nəsli tükənmiş alt insan növləri ilə eyni ola biləcəyi düşünülür. “O bölgənin əhalisi bu qısa boylu, danışa bilməyən, amma ona deyilənləri təkrarlayan insanlara dair nağıllar danışırlar. Bu nağılların on minlərcə il öncədən dövrümüzə qədər gəlib çıxması təəccüblüdür”, — Kruger deyir. Bütün bunlar hekayə danışmağın digər funksiyalarını göstərir: Çox qədim zamanlara dair kollektiv hafizə formalaşdırmaq. Asiya və Afrikada fərqli kultroloji qruplar arasında ağızdan-ağıza dolaşan nağılların yayılmasını tədqiq edən antropoloqlar “Dəmirçi” və “Şeytan” kimi bəzi nağılların 6 min il əvvəl buralara üz tutan ilk Hind-Avropa tayfaları ilə gəldiklərini və onların qitəyə yayılması ilə birlikdə nağılların da yayıldığını söyləyirlər.
['kitab oxumaq', 'mütaliyə etmək', 'hekayə oxumaq', 'hekayə']
519
https://kayzen.az/blog/f%C9%99ls%C9%99f%C9%99/22279/monten-h%C9%99qiq%C9%99tl%C9%99ri.html
Monten həqiqətləri
Apollon
Fəlsəfə
14 avqust 2018, 00:02
“Qadınların üzünü boyayıb dəyişdirənlər çox az ziyan vururlar, belə ki, qadınların təbii sifətini görməmək elə də böyük itki deyil. Bizim gözlərimizi deyil, şüurumuzu aldatmaq, nəsnələrin mahiyyətini dəyişdirmək, təhrif etmək istəyən adamlar qat-qat ziyanlıdırlar”. Mişel de Monten haqqında deyilir ki, o, Avropaya sərbəst düşünməyi öyrədən ilk adamdır. Amma Mişel həmçinin düşüncələrinə görə insanları gericiliyə səsləyən biri kimi də tanımlanır. Həyatı Monten 28 fevral 1533-cü ildə anadan olub. 1535-ci ildə fransızca bilməyən Horstanus adlı bir alman müəllimə “təhvil verilib”. Bu müəllim ona latın dilində danışmağı öyrədib. 1539-cu ildə 6 yaşında ikən Guyenne kollecində təhsilə başlayıb, burada 7 il təhsil alıb, latın şeirini mənimsəyib, qismən yunanca öyrənib. 1546-cı ildə Bordoda ədəbiyyat fakultəsində, 1548-də Tuluzada hüquq məktəbində təhsil alıb. 1554-cü ildə Bordonun meri olan atası Pyer Eykem İtaliya ilə müharibələrdə iştirak edib, “de Monten” zadəgan tituluna layiq görülüb. Anası Antuanetta de Lopez Araqonda məskunlaşan yəhudi ailəsindən idi. Monten Tuluza Universitetini bitirdikdən sonra 21 yaşında məhkəmədə vəzifə alıb. Monten 1562-ci ildə protestantlara qarşı savaş üçün kralın ordusuna qoşulub. 1565-də ailə həyatı qurub, 1568-də atasını itirib. Atasının mirası 5 oğlan, üç qız arasında bölünüb. 1570-ci ildə Bordo bələdiyyəsindən istefa verərək öz hücrəsinə çəkilib və kitabxanasına latınca bu sözləri yazıb: “1571-ci il. Monten 38 yaşında. Doğum ildönümündən bir gün öncə; məclisdəki vəzifəsindən bezmiş; fəqət sapsağlam kitabları arasına dönür və geri qalan günlərini orada səssizlik içində keçirməyə qərar verir”. 1572-ci ildə 38 yaşında ikən üç kitabdan ibarət “Esselər” əsərini yazmağa başlayıb. İlk iki kitab 1580-ci ildə işıq üzü görüb. 1580-1581-ci illərdə yazıçı İsveçrə, Almaniya, Avstriya və İtaliyaya səyahətə çıxıb. 1582-ci ildə Bordoda bələdiyyə sədri seçilib. Səyahət zamanı qələmə aldığı “Yol qeydləri” yalnız 1774-cü ildə çap olunub. Esse yaradıcısı sayılan yazıçı 13 sentyabr 1592-ci ildə vəfat edib. Özünü tanı “İnsanlardan qaçmaqla iş bitmir, yerini dəyişmək də bunun üçün kifayət etmir, gərək daxilimizdə kök salan kütlə xislətindən qurtulaq; gərək özümüzlə vidalaşaq və bundan sonra özümüzü yenidən kəşf edək”. Monten belə düşünürdü. İnsanın özünü tanıması onun üçün başlıca meyar idi. Monten üçün həmçinin özünü tanıtmaq da önəmli idi. Əsərlərini də dostlarına, qohumlarına, tanışlarına öldükdən sonra özünü öz dilindən tanıtmaq, yaddaşlarda qalmaq üçün yazırdı. Monten yazırdı ki, “mən sadə, təbii, gündəlik görkəmimdə, sərbəst və bərbəzəksiz görünmək istəyirəm, çünki kiminsə deyil, özümün şəklini çəkirəm”. Montenin düşündüyü bəşəri anlayışların öncəliyində ölüm dayanırdı. O, axır-əvvəl rastımıza çıxacaq ən təbii hadisəni məğrurcasına qarşılamağı məsləhət bilir. Çünki zatən bu baş verəcək. “Yalnız bir kərə baş verən şey üzücü ola bilməz. Bir anın içində baş verəcək hadisə qarşısında bu qədər uzun-uzadı qorxub əsməyin mənası varmı? Əgər hər bir halda sonda ölüm dayanırsa, çox yaşamaqla az yaşamağın arasında fərq ola bilərmi?”. Montenin ölüm haqqında dediyi təbiətin ən acı gerçəkliyidir, amma bu fakt bu qədər sadələşdirmək həmçinin pessimizmə sürükləmək deməkdir. Monten Aristotelə istinad edərək bir günlük yaşayan kiçik həşəratlarla insanın, insanla səma cisimlərinin ömürlərini müqayisə edir. Montenə görə, bir insan xoşbəxt demək üçün onun bütün həyatının parçalarına, xüsusən son anına diqqət etmək lazımdır: “İnsanı, onun taleyinə düşən pyesin son və əlbəttə ki, daha çətin pərdəsini oynayıb qurtardığını görməyənə kimi, xoşbəxt hesab etmək düzgün olmaz”. Son an Monten üçün önəmlidir. Xeyirxahlıqdakı amal nədir? Monten düşünür ki, hətta xeyirxahlığın özündə belə son məqsəd ləzzətdir. ““Biz özümüz üçün yox, cəmiyyət üçün doğulmuşuq” kimi gəlişi gözəl kəlama, qoy, onu başqaları ilə birgə eyni havaya oynayanlar doyunca təkrar etsinlər. Əgər onların zərrə qədər də olsa vicdanları varsa, etiraf etsinlər ki, imtiyazlar, vəzifələr və digər mənsəb dalınca heç də cəmiyyətə xidmət etmək məqsədilə deyil, daha çox ictimai işlərdən fayda götürmək üçün qaçırlar”. Monten vəzifə, imtiyaz üçün insanları idarə etmək istəyənlərin gerçək üzünün məhz şəxsi mənfəət, maraqlar olduğunu söyləyirdi. Necə ki, bugün də belədir, sabah da belə olacaq. Monten düşünürdü ki, adətən, yüksək mənsəbə yetənlər o qədər də qabiliyyətli insanlar olmurlar, tale öz səxavətini heç də ən ləyaqətli olanlara göstərmir. Üstəlik yüksək mənsəbdə olanlar arasındakı qarşılıqlı münasibətlərin dostluğa görə deyil, marağa görə olduğunu xatırladır. Xüsusən, hökmdara tərif yağdıranların ona olan səmimi münasibətdən doğmadığını deyir. Bununla bağlı o, imperator Yuliandan sitat gətirir: “Əgər bu təriflər, mənim ədalətsiz hərəkətimi mühakimə və məzəmmət edənlər tərəfindən səsləndirilsəydi, böyük məmnuniyyətlə bununla fəxr edərdim”. Monten qanunların aliliyinə inanırdı, dəyişikliklərin özü ilə bərabər faciələr gətirəcəyini düşünürdü. O, hər cür yeniliyə inamını itirmişdi, çünki öz dönəmində yeniliklərin məhvedici tərəflərini görmüşdü. Mishel-Monten-Qapaq“İnqilabların xeyri onları yaradanlara qismət olmur; onlar sadəcə suyu qarışdırıb bulandırırlar, balıqları isə bu sudan başqaları tutur”. “Qanunlar doğru olduqları üçün deyil, qanun olduqları üçün qüvvədə qalırlar” deyən Monten dövlətin, qanunların güclülüyündən yana idi. O, dəyişiliklərdən daha çox, onun gətirdiyi xaosdan ehtiyat edirdi. Çünki onun dönəmində, yeniliklər hər zaman qarışıqlıqlarla müşayiət olunmuşdu. Amma eyni zamanda məhkəmələrdə qanunların alış-verişinə qarşı idi: “Məhkəmə qərarının pul kisəsi ilə alındığı bir mühitdə yaşayan xalqı görməkdən daha əcaib heç nə ola bilməz”. Monten həmçinin zamanı qabaqlayaraq insanlara verilən işgəncələrə də qarşı çıxır, işgəncə növlərinin ən təhlükəli ixtiralar olduğunu yazır. Parisə sevgi Montenə görə, hər bir insanın arvadı, uşağı, pulu, sağlamlığı yerində olmalıdır, amma bütün xoşbəxtliyini bunlara bağlamamalıdır. Bunların arxasında yalnız özünün olduğu, dərdləşdiyi, özgür düşünə bildiyi bir köşəsi olmalıdır. Çünki əvvəlki sahib olduqlarını itirdikdə bu hal onun üçün yeni olmasın, faciəyə çevrilməsin. Paris bir fransız olaraq Monten üçün önəmli idi: “Fransaya nə qədər hirslənsəm də, Parisə pis gözlə baxa bilmərəm, uşaqlıqdan bəri ürəyim ona bağlıdır. O, mənim içimdə ən gözəl şeylərlə bir aradadır. Sonralar başqa gözəl şəhərlər gördükcə, onun gözəlliyinə daha dərin bir sevgiylə bağlandım”. Türklər haqqında Monten “Esse”lərdə Amerikanın kəşfindən, oradakı insanlara tətbiq edilən “alış-veriş”dən yazır, həmçinin qədim dünyada yaşayan hökmdarlardan tutmuş müasiri olduğu dönəmin krallarına, sultanlarına qədər hər mövzudan ilginc detalları bizə təqdim edir. Bu baxımdan Montenin türklər haqqında nələr düşündüyünə də diqqət edək. Monten Fatih Mehmetin adına çıxılan, tarixçilər arasında dartışmalı olan, saxta olduğu ehtimalı yüksək olan bir məktubdan söz edir. Fatihin Papa II Piyə yazdığı məktubdan sitat verir: “İtaliyalıların mənə düşmən olmalarına şaşıram. Biz də italiyalılar kimi troyalıların nəslindənik. Yunanlardan Hektorun intiqamını almaq mənim qədər onların da üzərinə düşür. Onlar isə mənə qarşı yunanların tərəfini tuturlar”. Həyat eşqi ilə bağlı yazdığı düşüncələrdə Monten Əmir Teymurun cüzamlı xəstələrə qarşı etdiyi hərəkətləri qınayır: “Teymurləng cüzamlılara qarşı tətbiq etdiyi zalımlığı insansevərlik kimi qələmə verirdi. Hər rastlaşdığı cüzamlını öldürməklə onları acı çəkməkdən qurtardığını düşünürdü. Halbuki, onlar ölməkdənsə, üç qat artıq cüzamla yaşamağa razı idilər”. Türk ordusunun nizam-intizamlılığını örnək göstərən Monten yazır ki, türklərdə barış zamanı kasıbın malını mənimsəyənin cəzası bir neçə kötək olsa da, savaş vaxtı bunu edənlər ağır cəzalandırılırdı. Pulunu ödəmədən bir yumurta götürməyin cəzası 50 zopa idi. Buna misal olaraq Monten Sultan Səlimlə bağlı oxuduğu kitablardan nümunə gətirir:  “Misiri tutduğu zaman Şam şəhərini əhatə edən bolluq və gözəllik dolu bağlara əsgərlərin heç birinin əli dəyməmişdi, üstəlik bağlı deyil, açıq olduqları halda”. Kitablar haqqında “Nadanlığın iki cür olduğunu söyləməyə tam əsasımız var: biri savadsızlıqdır, elmdən əvvəl gəlir, ikincisi lovğalıqdır, elmdən sonra gəlir”. Monten isə ona yaxşı yaşamağı və yaxşı ölməyi öyrədəcək özünüdərk elmi ilə məşğul olduğunu yazır. Monten maraqlı və əyləncəli kitablar kimi Bakkaççonun “Dekameron”unu, İoann Sekundun “Öpüşlər”ini, Rablenin əsərlərini qeyd edir: “Mənə həmişə elə gəlib ki, poeziyada ta qədimdən birinci yeri Vergili, Lukresi, Katull və Horasi tutur, xüsusilə də Vergilinin “Georgiklər” kitabı…” Monten sevdiyi müəlliflər arasında esselərdə sitat gətirdiyi Plutarx, Siseron, Senekanın adını çəkir. Montendən sonra Monten özündən sonrakı fikir adamlarının formalaşmasına birbaşa təsir edib. Monteskü, Russo, Bodler kimi nəhənglər ondan qidalanıb. Monteskü onun haqqında yazıb: “Yazarların çoxunda yazan adamı görürəm, Montendə isə düşünən adamı”. P.S. Yazıda Nadir Bədəlovun tərcümə etdiyi Montenin “Ləyaqətlə yaşamaq qabiliyyəti haqqında” və Sabahattin Eyuboğlunun tərcüməsində türkcə “Denemeler” (“Esselər”) kitabından istifadə olunub. Dilqəm Əhməd
['fəlsəfə', 'Mişel Monten', 'Mişel de Monten']
520
https://kayzen.az/blog/qadin/22272/%C9%99ziz-xan%C4%B1mlar,-bunlar%C4%B1-etm%C9%99yin.html
Əziz xanımlar, bunları etməyin
Apollon
Qadın
7 avqust 2018, 08:27
Əziz qadınlar, üzərinizdə işləyin. Zəkanızı itiləyin. Vaxtınızı mətbəxə, məişətə çox sərf etməyin. Özünüzü məişət quluna çevirməyin. Bütün günü sevgilinizi güdməyin. Sağlamlığınıza fikir verin. Keçmişdən qopmağa çalışın. Hərlənib — fırlanıb eyni şeyləri danışmayın. Mənası yoxdu. Özünüzü mənasızlığa qapdırmayın. İnsanın çata biləcəyi yüksəlişə çatmağa çalışın. Qeybətdən, dedi-qodudan uzaq olun.  Yalnız geyim, ayaqqabı, kosmetika, salon haqda düşünməyin. Baxımlı olmaq gözəldi. Ən gözəli ağıllı olmaqdı. Ən baxımlı qadını belə ağılsızlıq çirkin göstərir. Təbiiliyinizi qorumağa çalışın. Çox yeməyin. Formada qalın və bunu kimin üçünsə yox, özünüz üçün edin. Özünüzü sevin. Özünüzü incitməyin. Kişinin qurşağından aşağısı ilə başınızı yormayın. Xəyanət izinin peşinə düşməyin. Xəyanət faktı aramayın. Bilgi axtarın, öyrənin, özünüzü yetişdirin. Hüquqlarınızı bilin və müdafiə edin. Bütün insanlar qanun qarşısında eyni hüquqludu. Kişilərə şikar kimi baxmayın. Çatacağınız ən sonuncu mərtəbə kiminsə arvadı olmaq deyil. İnsan kimi yüksəlin. Kitab oxuyun, məlumat oxuyun. Teleseriallara dəyərli vaxtınızı xərcləməyin. Onun yerinə sənət filmləri izləyin. Böyük rejissorların çəkdiyi filmlərə baxın. Tarixi şəxsiyyətlər haqda oxuyun. Ömür seriala xərclənəcək qədər əbədi və daimi deyil. Kinoya, teatra, muzeyə, təbiətə gedin. Saatlarla telefonla boş-boş danışmayın. Uşağınız varsa, onu hər hansısa bir peşəyə yönləndirin. Gərəksiz diplom alması şərt deyil. Kim olur, olsun işini bacarsın, özünü reallaşdıra bilsin. Aşbaz olmaq istəyəni zorla hüquqşünas etməyin. Rəssam olmaq istəyəni zorla həkim etməyin.  Özünüzə maraqlı məşğuliyyət tapın, işləyin. Hobbi seçin. Gəzməyiniz ancaq toya getmək olmasın. Toylarda günlərinizi yelə verməyin.  Özünüzdən başqa qadınları sözdə aşağılamağa çalışmayın. Kimisə aşağılamaq sizi ucaltmır, bunu düşünün.  Ucalmaq üçün uca olun. Kiçik şeylərdən qaçın. Həyata daha yüksəkdən baxın. Xırdaçılıq etməyin. Ən əsası, özünüzü əzdirməyin. Bunu davayla, şüvənlə etməyin. Sadəcə əzilməyin. Sakitcə, təmkinlə və özgüvənlə yaşayın. Mutlu olun. Buna çalışın. Mutsuz olmağa çalışmayın… Aysel Əlizadə
['esse', 'qadın', 'Aysel Əlizadə', 'qadınlara məsləhətlər', 'xoşbəxt qadın']
521
https://kayzen.az/blog/f%C9%99ls%C9%99f%C9%99/22260/qad%C4%B1nl%C4%B1qdan-g%C3%BCc-alan-f%C9%99ls%C9%99f%C9%99-daosizm.html
Qadınlıqdan güc alan fəlsəfə - Daosizm
Apollon
Fəlsəfə
5 avqust 2018, 14:40
Lao Tzının fəlsəfəsini özümçün axıra saxlamışam həmişə. Bu fəlsəfəyə girişmək üçün hazır olmadığımı düşünmüşəm. Və bu kiçik essedə «Dao De Çinq»in tərcüməsi üzərində işlərkən diqqətimi cəlb etmiş bəzi məqamlar üzərində gəzişəcəm yalnız. Daha artığına iddiam yoxdur. Daosizimin özəl taleyi vardır. Məsələ ondadır ki, Şərqin Konfutsi, Budda, İsa, Məhəmməd kimi mistik filosoflarından fərqli olaraq Lao Tzı dünya fəlsəfəsinə və dolayısı ilə də bəşər mədəniyyətinə birbaşa böyük təsir göstərə bilmədi. Lokal hadisə, fenomen çərçivələrindən kənara çıxmadı. Hərçənd ayrıca bir fəlsəfi sistem, həyat tərzi, yəni din olaraq həyata vəsiqə aldı. Bunun, mənə görə, iki əsas səbəbi vardır. Birinci səbəb kifayət qədər bilinəndir və daosizmin elitar, qapalı düşüncə tərzi olması ilə əlaqədardır. Bəlkə də, «qapalı» sözü o qədər də yerinə düşmür, çünki Lao Tzı, prinsipcə, bütöv dünya görüşlü olmaq iddiasındadır və ekzistensiyanın bütün aspektlərinə aid öz «reseptləri», yanaşmaları vardır. Lakin diqqətlə baxdıqda, konfutsiçilikdən fərqli olaraq, burada sosial, siyasi aspektlərin ciddi işlənmədiyini görmək olur (hərçənd «Dao De Çinq»də imperatorlara, sərkərdələrə ünvanlanan məsləhətlər də mövcuddur). Məsələn, bu sözləri indi kim ciddiyə ala bilər ki? "Ölkənin balaca, əhalinin az olması daha yaxşıdır. İnsanların çoxlu alətləri olsa da, onları istifadə etmək lazım deyil" («Dao De Çinq», 80) Daos müdriki «tərki-dünya fəlsəfəsini» bir an belə tərk etmir, hətta ictimai aspektlərə toxunduqda belə. Bu isə onun reseptlərini «qeyri-ciddi» edir. Daosizm elmi-texniki inkişafın əleyhinədir. Sadə həyat düzənin pozulmasına qarşıdır. Bu, bir aşram, monastır, xanəgah fəlsəfəsidir, ruhani praktikadır, insanın fərdi təmizlənməsinə xidmət edən. Dünya isə başqa inkişaf yolunu seçdi. Daosizmin «uğursuzluğunun», yəni geniş yayılmamasının ikinci səbəbi də elə bununla əlaqədardır: Lao Tzı patriarxal, ambisiyalı gedişatla, mədəniyyətlə heç hesablaşmadı. Onun barədə məlumat çox azdır və demək olar ki, bütün informasiya mifik xarakter daşıyır. Onun arxivarius işlədiyi bildirilir. Qədim Çində müdriklərin savadlı olması kütlə üçün çox önəmli idi. Və savad kultu indi də Şərqdə əhəmiyyətini itirməmişdir. Amma «savadlı» təyinini Konfutsi üçün söyləmək daha münasibdir, nəinki Lao Tzı üçün. Zira Lao Tzı qətiyyən ənənəyə söykənmir. Əgər Konfutsi Qədim Çin mədəniyyətinin daxilindəki ruhani məzmunu aşkara çıxaran «restavrator»dursa, Lao Tzı sıfırdan yeni düşüncə modeli təklif edən müdrikdir. Və Konfutsi kimliyinin fərqindəydi: «Müəllim köhnəni təkrarlayarkən yenini tapa biləndir», — deyirdi özü haqqında (Lun Yü, 2:11 ). Ola bilsin ki, Lao Tzı da geniş savada malik olub (hər halda «Dao De Çinq»i öz xətti ilə yazdığı iddia olunur), lakin onun fəlsəfəsi kitablardan deyil, ürəyinin sükütundan doğulmuşdur. «Bulanıq suya dəyməsən, lili çökəcək, suyu durulacaq. Uzun müddət hərəkətsiz qalan, Zamanla özü dirçələcək». Beləcə dirçəlmişdi Lao Tzının ruhu da. Bəs, onun sükütundan hansı həqiqətlər doğulmuşdur? Nədən onun fəlsəfəsi hətta çinlilər üçün belə anlaşılmaz qaldı? Çox qəribə şeylər danışırdı o. Başqaları doludan danışanda, Lao Tzı boşluğun əhəmiyyətini vurğulayır. Əksəriyyət iş görmək, səy göstərməkdən dəm vururkən, Lao tzı heç bir şey etməmək, fəaliyyətsiz olmağın faydalarını göstərirdi. Hamı mübarizəyə çağırırkən, Lao Tzı təslimiyyətə sığınırdı. Mədəniyyət kişilik kultuna tapınırkən, Lao Tzı qadınlıqdan bəhrələnin, deyirdi. İnsanlar işığı şöhrətləndirirkən, Lao Tzı qaranlığı vəsf edirdi. Başqalarının fikir vermədiklərinə diqqət edirdi Lao Tzı. O, əmindir ki, yol məhz ona görə tamamlanmır ki, kölgədə qalan tərəf istifadə olunmur. Və Lao Tzı kölgədə qalan aspektlərin istifadə olunmayan qüdrətini kəşf etmiş olur. Beləcə göstərir ki, «Otuz mili bir təkərdə birləşdiririk. Mərkəzindəki deşik onu yararlı edir. Gildən qab düzəldirik. Daxilindəki boşluq onu yararlı edir. Qapı, pəncərə düzəldirik ki, ev olsun. Lakin evin də yararlığı daxilindəki fəzaya görədir. Həqiqətən, biz mövcudluqla əlləşirik, yararlılıq isə yoxluqdan gəlir.» Və qadınlıq. Lao Tzının zamanında da, ondan sonra da qadın «zəif insan tipi»ndən başqa bir şey deyildi, olmadı. Qadınların yüksək məqamları barədə deyilən pafoslu sözlərin fəlsəfi əsasını tapmaq olmur, təəssüf ki, çox zaman. Lao Tzı qadınlığı kişilikdən fərqli kosmos kimi kəşf edir. Tanrını kişiyə bənzədirlər, Lao Tzı onu qadına bənzədir: «Adi adamlar kimi deyiləm. Böyük Ananın döşündən bəslənirəm,» — deyir. Kişi yalnız kişi olaraq qalacaqsa, daxilindəki qadınlıq potensiyasından yararlanmayacaqsa, həqiqəti heç zaman dərk edə bilməyəcək deyir. «Göylərin qapısı açılıb-bağlananda, Sən bir qadın ola bilərsənmi?» — xəbərdarlığı edir. Qədim Çin fəlsəfəsinin bir böyük tapıntısı vardır — «Yin -Yan» («Qadın-Kişi») simvolu. Onu ikiyə bölünmüş dairə kimi təsvir edirlər. Ağ hissə (Yan) — kişilik, güc, işıq, qara hissə isə (Yin) — qadınlıq, zəiflik, qaranlıq deməkdir. Qaranın içərisində ağ, ağın içərisində qara cücərir. Vəhdət barədə ən şifrəli mesajlardan biri. Daosizm insanların vəhdətdən yararlanması üçün patriarxal təfəkkürün eşitmək istəmədiyi dildə danışır. Onun bu günə qədər «anlaşılmaz», «yad» qalmasının əsas səbəbi də budur. Nə deməkdir «qadınlaşmaq»? Qaranlığı İşıq qədər, xaosu düzən qədər, yumşaqlığı sərtlik qədər, boşluğu doluluq qədər, təslimiyyəti qalibiyyət qədər, zəifliyi güc qədər dəyərləndirmək deməkdir. İkinci mənasızlaşır, birinci dəyərləndirilmirsə. Xaosu düzən meyarı ilə qiymətləndirmək olmaz. Zəifliyi güc meyarı ilə qiymətləndirmək olmaz. Boşluğu doluluq meyarı ilə qiymətləndirmək olmaz. Qaranlığı İşıq meyarı ilə qiymətləndirmək olmaz. Qadınlığı Kişilik meyarı ilə qiymətləndirmək olmaz. Dəyərsiz bir şey kimi kənara atılan aspektdə böyük sirr və böyük həqqət qizlənmişdir. Lao Tzının fəlsəfəsinin açıq-aşkar qadınlıq qoxuması bundan irəli gəlir. O, ruhaniyyatda Yin aspektlərini tətbiq edən ilk müdrikdir. Yan'ı yalnız Yin tamamlaya bilər. Birinin repressiyası, digərini də çiçəklənməyə qoymur. Müasir feministik diskursa yeni perspektivlər açır daosim bu baxımdan. Yin (qadınlıq) varlığın anlaşılmamış, layiqincə dəyərləndirilməmiş və hətta repressiya olunmuş tərəfidir, düşünür Lao Tzı. Müdrik faydalı olanı faydasız olandan, fəaliyyəti passivlikdən, qələbəni məğlubiyyətdən, yüksəyi alçaqdan, parlayanı kölgədə qalandan, dolunu boşdan, işığı qaranlıqdan ayırmamalıdır. Çünki faydalı olan faydasız olandan güc alır. Fəaliyyət — fəaliyyətsizikdən. Dolu — boşdan. İşıq — qaranlıqdan. Kişilik — qadınlıqdan. Yin aspektini dəyərləndirməmək — varlığın kökünü dəyərləndirməməkdir. Varlığın kökü yoxluqdur. Bu fikri Lao Tzı açıq deməsə də, daosizm bunu deyir. Və qadın Yoxluğu — Varlığın kökünü təmsil edir. Qadını varlıq (kişi) meyarları ilə dəyərləndirmək, onun dəyərini, həyatda oynadığı funksiyanı, təmsil etdiyi hikməti anlamamaqdır. Kişi varlıqda varlığı təmsil edirsə, qadın varlıqda yoxluğu təmsil edir. Onun mürəkkəb durumu da bununla bağlıdır. Lao Tzının tanrısı daodur və ona çatmaq üçün varlığın kölgədə qalan aspektinə yiyələnmək lazımdır, yəni qadınlığa. «Dao (Yol) — boş qab kimidir; istifadə olunmur, lakin heç zaman dolmur. Ey, saysız-hesabsız əşyaların tükənməz mənbəyi!» Müşfiq Ötgün
['fəlsəfə', 'fəlsəfi esse', 'esse', 'daosizm', 'yin', 'yan', 'Lao Tzı', 'Dao təlimi']
522
https://kayzen.az/blog/heyvan/22193/lama-d%C9%99v%C9%99nin-qohumudur.html
Lama dəvənin qohumudur
Apollon
Heyvanlar aləmi
3 avqust 2018, 23:23
Təkcə insanların deyil, heyvanların da uzaq qohumu olur. Məsələn, Cənubi Amerikada dəvələrin kiçik qardaşları yaşayır. Onları lama adlandırırlar. Bəs bu şirin və yaraşıqlı heyvanın donqar səhra gəmisi ilə nə əlaqəsi var? Okeanın o biri tayında dağlarda Lap qədimlərdən Cənubi Amerikada dəvəkimilər fəsiləsinin 4 növü yaşayır. Bunlar lama, alpaka, quanako və vikunyadır. Özü də lama və alpakanı hələ inklərin vaxtında Peruda əhliləşdiriblər. Çilidə, Atakama səhrasının qayalıqlarında da yük lamalarının qədim təsvirləri aşkar edilib. Alimlərin fikrincə, bu rəsmlərin ən azı 5 min il yaşı var. Ehtimala görə, qayaüstü rəsmləri sahilboyu ilə dağlar arasında yerləşən ticarət yolu ilə hərəkət edən hindilər çəkiblər.  Alimlər müəyyən ediblər ki, əhliləşdirilmiş lamanın əcdadı quanakodur. And dağlarında dəniz səviyyəsindən 4000-5000 metr yüksəklikdə hələ də bu vəhşi heyvanların kiçik sürülərinə təsadüf olunur. Maraqlıdır ki, quanko “ayaqyolundan” istifadə edir. O, öz tualetini otlaqlardan və istirahət yerlərindən uzaqda düzəldir, bu yolla peyin qoxusu ilə sürünü axtarıb tapan yırtıcı heyvanları və ovçuları yayındırır. Bu cür ehtiyat tədbiri heç də lüzumsuz deyil. Axı hətta qədim inklər bu heyvanların ətini yüksək qiymətləndirib, onları tez-tez ovlayıblar. Amma hindilər vikunyaları heç vaxt öldürməyiblər. Onları bu heyvanların son dərəcə keyfiyyətli yunu maraqlandırıb. Vikunyanın yunu çox zərif və yumşaqdır. Ondan parça toxuyur, yüksək mənsəb sahibləri üçün geyim hazırlayıblar. İnklər ürkək vikunyaları qayalara, yaxud kəndirdən hörülmüş hasarlara qısnayır, yununu qırxır, sonra azadlığa buraxırmışlar. Lamaları məyus etməyin! Qədd-qamətli lama dəvəkimilər fəsiləsinə aid olsa da, daha çox buynuzsuz maralı xatırladır. Lamanın yunu ağ rəngdən tutmuş qonuru-qara rəngə qədər müxtəlif rənglərdə olur, amma vikunya və alpakanın yunu qədər qiymətli deyil. Buna görə də insanlar lap qədimlərdən yalnız yöndəmsiz dağ cığırları ilə ağır yük daşımaq üçün lama yetişdiriblər. Yolsuz və nəqliyyatsız dağlıq yerlərdə lamalar əvəzedilməzdir. Doğrudur, təcrübəli heyvandarlar yalnız erkək lamaları yükləyirlər. Dişi lamaları heç vaxt yükləmir və sağmırlar. Onları nəsilvermə üçün saxlayırlar. İşlək erkək lama dişinin də əvəzinə çalışır, amma qüvvəsini dəqiq hesablayır. Buna görə də çarvadarlar bu heyvanları lap çox yükləmirlər, çünki bunun mənasız olduğunu başa düşürlər. Onsuz da ağıllı lama özünü əbəs yerə yorub çox ağır tayı daşımayacaq, onu yerindən tərpətmək mümkün olmayacaq. Onu məcbur etməyin və ya cəzalandırmağın da heç bir mənası yoxdur. Lama sadəcə hirslənəcək, hayxırıb fərsiz çarvadarın üzünə tüpürəcək. Lamadan kamayadək Lamalar 3 yaşında yetkinləşir. Bu yaşda dişi lama artıq nəsil verə bilir. Onun hamiləliyi 10-11 ay çəkir. Ana lama körpəsinə dörd ay süd verir. Maraqlıdır ki, lama, quanako, alpaka və vikunyaları cütləşdirib hibrid nəsil almaq mümkündür. Lama və alpakanın cütləşməsindən xuarizo doğulur. Lama və quanakonun körpələrini karolin adlandırırlar. Vikunya ilə alpakanın nəsli pako-vikunya adlanır. Üstəlik, alimlər dişi lama ilə birhürgüclü dəvəni cütləşdirərək, onların balasını kama adlandırıblar. Dəvələrin amerikalı “qohumları” zahiri görünüşünə görə asiyalı həmcinslərindən seçilir. Onların hürgücü (donqarı) yoxdur, ölçüsü də kiçikdir. Onlar səhrada deyil, uca dağlarda yaşayır. Amma onları donqar həmcinsləri ilə isti yun, döyənəkli pəncə, üst dişlər, gövşəmək və tüpürmək kimi xüsusiyyətlər birləşdirir. Inklər lamalardan təsərrüfatda istifadə etməklə bərabər, onları allahlara qurban veriblər. Günəş allahına ağappaq lama balası ərməğan edir, rəngi tufanlı səmaya bənzər ala lamanı isə ildırım allahı üçün qurbanlıq seçirmişlər. Dəvələrdən fərqli olaraq, lama nadir hallarda tüpürür. Bu yolla o, daha çox yeməyinə göz dikən başqa lamalara etirazını bildirir. azertag.az
['heyvanlar aləmi', 'lama', 'lamalar']
523
https://kayzen.az/blog/esse/22271/seks-n%C9%99-vaxt-v%C9%99zif%C9%99y%C9%99-%C3%A7evrilir.html
Seks nə vaxt vəzifəyə çevrilir?
Apollon
Esse
3 avqust 2018, 22:42
Sevgi nədir? Əslində sevgi yalnızca baş-başa qalmaq istəyi deyil. Birlikdə olmaq istəyidir. Hər şeyi paylaşmaq istəyidir. Əgər cütlük ikilikdə darıxırsa deməli ilişgidə problem var. Sevgililərin ən böyük səhvi danışmamaqdır. Kimisə anlamaq üçün onunla danışmaq lazımdır. Susaraq anlaşmaq fikri yanlışdır. Və yalnız o zaman keçərlidir ki, susmaq lazımdır. İnsanlar çox vaxt tərsinə edirlər. Danışmaq lazım olanda susurlar. Ortada anlaşılmazlıq varsa onu danışaraq, açıqca hər şeyi söyləyərək çözmək olar. Örtülü bazar dostluğu pozar. Cütlüyün ilişgisi əsgərlik arxadaşlarından, iş yoldaşlarından seçilmirsə münasibət dostluğa çevrilir. Sevgililər yalnız dost ola bilməz. Ola bilsəydi anlayışların adları başqa-başqa olmazdı. Birinə dost, birinə sevgili deməzdik. Bütün ilişgilərdə dostluq olmalıdır fikrinin motivi başqadır. Çünki bunun əksini də demək olar. Bütün ilişgilərdə sevgililik olmalıdır. Dostunu sevməlisən. Absurd səslənir. Dostu sevmirsənsə necə dost ola bilərsən? Sevgiliylə dost olmaq doğaldır. Dost deyilsənsə necə sevgilisən?! Öyrəşmək Birgəlikdə öyrəşmək amili də var. İnsanlar uzunmüddətli birgəlikdə bir-birinə öyrəşir. Bu da sonradan ilişginin sevgi olub-olmamasını ayırd etməkdə zorluq yaradır. Bu gerçəkdir. İlişgilərdə 3 şeyi bir-birindən ayırd eləmək çətindir. Öyrənmək, ehtiras, sevgi. Əslində hər üçündə sevgi var. Yəni hər üçü də sevgidir. Dediyimiz kimi sevgisiz ilişki olmur. Sadəcə “yalnız bu birləşdirir” məsələsi sual və problem doğura bilər. İnsanları yalnız bir şey birləşdirməli deyil. Birgəlik üçün bu çox azdır. Hər şey də birləşdirə bilməz. Bu da çox çoxdur. Çox şey birləşdirirsə bu gözəldir. Türk alimi prof. Mehmet Z.Sungurun dediyi kimi, ailə “mən” –i unutmadan “biz” ola bilməkdir. Əgər ailə — birgəlik yalnız “biz” üzərində qurulubsa insanlar cinslərini unudur, ilişki sevgililik donundan çıxır. Şəxs, xarakter, dəyərlər dəyişir. Buddanın fikrincə, pis alışqanlıqlar insanın dəyərlərini, dəyərlər xarakterini, xarakter münasibətlərini korlaya bilər. Birgəlikdə özünü unutmaq, məni unutmaq pis alışqanlıqdır. Ehtiras Kişilərimiz arasında aparılan sorğuda qadının seksuallığı demək olar ki, səslənmir. Və ya çox az vurğulanır. “Qadınlarda dəyər verdiyiniz nədir” sualının cavabı təxminən belə sıralanır. 1. Ağıl 2. Əxlaq 3. Şirindillik-pozitivlik 4. Sadiqlik 5. Alicənablıq 6. Gözəllik-çəkicilik. Bizim ortamda qadın partnyor kimi seçilmir. Kişilər evlilikdən öncə qadının seksual dəyərlərini bilmədikləri üçün “qadın necə olmalıdır” sualına qadınlıq üstünlüklərindən baxaraq deyil, adamlıq üstünlüklərindən baxaraq cavab verirlər. Avropa və Rusiyada kişiləri qadının qadınlığı daha çox maraqlandırır. Bu, ilişgilərin möhkəmliyi üçün önəmli sayılır. Onların fikrincə qadın zərif, mehriban, seksual və zəif olmalıdır. Ağıl xüsusi olaraq vurğulanmır. Çünki bu dəyərləri olan qadın Avropa kişisi üçün artıq ağıllıdır. Digər tərəfdən onlar qadınları ağıllı hesab edirlər. Qadınlara psixoloqların bir neçə məsləhəti: 1. Narkoman və alkoqoliklərdən uzaq olun. Nəinki ailə qurmaq, telefon nömrənizi belə verməyin. 2. Xəsis kişilərdən qaçın. 3. Öz keçmiş ilişgilərindən sizə həvəslə danışan kişiləri seçməyin. 4. Yaxınları — dostu, valideynləri və s. ilə kobud davranan kişiləri uzaq tutun.  İçkiyə qurşanmış yaşlı bir qadın tanıyırdım. Cavanlığında çox şirin və çəkici olan bu qadın qocalığında da kutsal gözəlliyini itirməmişdi. İçkili halın arxasında gizlənən bir gözəllik idi bu. Əməlli-başlı araq düşkünü olmuşdu. Durum ağır idi. Küçədə yıxılırdı, yorğan döşəyə qusurdu. İçki sinir sistemini sıradan çıxarır. Adam dəlilik edir. Ağıl kontroldan çıxır. Adamın daxili problemləri varsa daha pis olur. Danışığını, hərəkətini bilmir. Adamların xətrinə dəyir. Bir dəfə söhbət etdik. Məlum oldu ki, əri cavanlıqda yaman içən olub. Psixoloqların fikrincə narkomanların və alkoqoliklərin eşləri gec ya tez özlərinə oxşayırlar. Belə adamlar maqnit kimi onları öz pis vərdişlərinə çəkir, ortamın ağır aurası partnyorun bütün enerjisini sorub çıxarır. Nəticədə adam gücsüzləşir. Və tabe olur. Gec olmadan canınızı qurtarın. Bir neçə ildən sonra həmin qadınla rastlaşdıq. İçmədiyini və tərgitdiyini dedi. Qadınlar bu konuda kişilərdən daha güclüdürlər. Ona görə dünyada kişi narkomanlar və alkoqoliklər qadınlardan qat-qat çoxdur. Yaradıcı adamların içində içkiyə, narkotikə qurşananlar daha çox olur. Bunun yeganə səbəbi yaradıcı adamların daxilən zəif olmasındadır.  Belə bir inanc var. Əgər kişi 25 yaşında hələ qadın tanımırsa bu uzun sürəcək, 30 yaşında evlənməyibsə evlənməyəcək, əgər 40 yaşında pulu yoxdursa deməli heç vaxt olmayacaq.  Qadınlar təcrübəli erkəklə evlənmək istəyirlər. Kişilərsə əksinə. Qadınlar özünə güvənən erkəkləri sevirlər. Çox maraqlıdır ki, məşhur seriallar gedərkən statistik göstəricilərə görə qadınlar filmin müsbət kişi obrazını daha çox sevir, nəinki yaraşıqlı cavanı. Deməli əslində qadınlar üçün kişinin gözəlliyi o qədər də önəmli deyil. Onlar boş yerə “kişi meymundan bir az yaraşıqlı olmalıdır” demirlər. Gözəl bir qadının yanında çirkin bir kişi görsək düşünərik: –Fərasətlidir. Bəli! Qadınlar fərasətli kişiləri sevir. Bir önəmli məsələdə qadınlar heç dəyişməzlər. Kişiyə güvənmək İstər maço olsun, istər layt. Güvən yarada bilməyən erkəyi qadınlar sevmir. Bizim cəmiyyətdə hər şey bir az fərqlidir əslində. Burda qadın kişini öz kurallarına və zövqünə uyğun seçmir. Vaxt çatır və o, sadəcə ailə qurmaq xətrinə ailə qurur. Sonrası artıq şans məsələsidir. Kişilərdə də durum eynidir. Onlar da qadını seçib, götür-qoy edib evlənmirlər. Evlənmək xətrinə evlənirlər. Bizim ailələrdə kişi xəyanətinə sakit münasibətin əsas səbəbi də budur. Ortada əsas faktor yoxdur. Sevgi! Sevdiyin adamın xəyanəti ağır gəlir. Sevgisiz ailə iş yerinə çevrilir. Sevgililik olmur. Sevgililik olmayan halda seks sadəcə bir görəvdir. Seks qadın kişi arasında olduqca önəmli və ciddi bağdır. Ər-arvad bir yataqda görəv başındadırsa ailə sevgidən başqa hər səbəb üzündən qurulub demək. Belə ailələrdə kişilərin kənar macəralarına qadınlar susurlar, göz yumurlar. Çünki ər anlayışı onlar üçün sevdiyi kişi-sevgili anlayışından tam fərqli bir şeydir. Ər öncə uşaqların atasıdır. Ana- atanın kürəkənidir. Bacı-qardaşın yeznəsidir. Ailə başçısıdır. Bütün bunlar ərin başqa qadının sevgilisi olmasına əsas yarardır. Çünki ər sevgili də olmaq istəyir. Arvadlarını mətbəx kombaynı, qabyuyan maşın, uşaqların anası hesab edən kişilərin qadınları da sevgili olmaq ehtiyacı duyur. Sadəcə dünyanın bütün ölkələrində qadının xəyanəti daha yolverilməz sayıldığı üçün ərinin sevgilisi olmayan qadın çox vaxt özünə kənarda sevgili axtarmır. Və bu onun özünə diqqətsiz münasibəti ilə nəticələnir. Baxımsızlaşır, qadın olduğunu unudur və tədricən tamamilə formadan çıxıb mexaniki arvada çevrilir. Çox vaxt da belə qadınların sinir sistemi sıradan çıxır; aqressivləşirlər. Avropa ailəsində xəyanət dəhşətli qarşılanır. Çünki ailə sevgi üzərində qurulur. Ailə qurana qədər onlar bir-birinin keçmiş ilişgilərini axtarıb aramırlar. Burunlarını sevgililərinin keçmişinə soxmurlar. Onlar üçün önəmli olan ailənin gələcəyidir. “Mənə qədər” o qədər də önəmli deyil. “Məndən sonra” isə çox önəmlidir. Bizim kişi evlənməmişdən qadının özünü deyil, bütün nəsil nəcabətini sorğulayacaq. Onun kimliyindən çox, öncələr kiminlə görüşdüyünü, kimi sevdiyini sorğulayacaq. Qızın ailəsi oğlanın genetik kodunu axtaracaq. Ulu babasının həyatını araşdıracaq. Evlilikdən sonra isə kişinin xəyanəti və çeşid-çeşid qadınlar barədə susulacaq. Kişi ilə qadının anlaşmamasının əsas səbəbi onların bir-biri ilə səmimi olmaqdan qorxmasıdır. Məsələn, kişi bəyəndiyi qadını tutaq ki, restorana dəvət edir. Qadın tez razılıq verməyə utanır, yüngülxasiyyət görünməkdən qorxur. Kişi isə düşünür: “Yəqin məndən xoşlanmır”. Əslində belə deyil. Qadınlara səmimi olmaları üçün şərait yaradın. Axı siz lidersiz. Bir gənc qadın masa bəzəyib, süstlənib ərinin işdən gəlməsini gözləyir. Ona sürpriz etmək istəyir. Kişinin də həmin gün tərslikdən işi uzanır. Qadın gecə yarısına kimi gözləyib əsəbiləşir və masanı dağıdıb yatır. Qadınlarınıza gec gələcəyiniz zaman xəbər edin. Arabir onlara zəng vurub hal-əhval tutun. Və bunu kontrol üçün deyil, ilgi üçün edin. Qadınların ən böyük çatışmazlığı küsməkdir. Küsməkdənsə kişini arayıb “sevgilim, bu gün evə erkən gəl” demək olar. Durumu öyrənmək olar. Yox, qadın belə deyil. Kişinin onu kosmosdan duymasını istəyir. Qadınların yüzillik davası kişinin onu intuitiv anlamasını istəməsidir. Onlar bircə şeyi unudurlar. Kişilərdə intuisiya çox da inkişaf etməyib. Onlar ağıllarını işlədən, praqmatik varlıqlardır. İntuisiya qadının istedadıdır. Və kişinin səni göydə anlamasını istəmək absurddur. Ona fikrini dolayısı yolla deyil, birbaşa deməlisən. Bu hər şeyi qolaylaşdırar. İnternetdə kişilərin kuralları haqda oxumuşdum. Özləri tərtib ediblər. Bir bəndində belə yazılıb: “Necə ki, siz bizim kafedə saatlarla pivə içib, maç seyr etməyimizi anlamırsız, eləcə də biz sizin xeyli çanta almanızı anlamırıq”. Kişilər çox nadir hallarda öz qadınlarında sevmədiklərini üzə vururlar. Ancaq qadın kişisinin çatışmayan cəhətini gündə yüz dəfə təkrar etməkdən bezməz. Əgər kişi qüsurunuzu üzünüzə vurmursa bu qüsursuz olmanız anlamına gəlmir. Statistik göstəricilərə görə qadınlar pulu olmayan erkəyə üstünlük vermirlər. Ən xırda səbəbə görə. Qadın üçün kişi məqsədyönlü, güclü, uğur qazanmağa meylli bir varlıqdır. Bu cür kişininsə mütləq qazancı olur. Əgər kişinin qazancı yoxdursa, deməli işgüzar deyil, məqsədyönlü deyil. Deməli zəifdir, tənbəldir. Qadınların zəif və tənbəl kişilərdən zəhlələri gedir. Onlar güclü, işgüzar kişiyə çox şeyi bağışlayırlar. Yanlış anlaşılmasın. Pulu olduğu üçün deyil, pul qazana bildiyi üçün. Məşhur “kişilərə ağıllı qadın lazım deyil” fikri də yanlış qarşılanır. Kişilər ağıllarını gözə soxan qadınları sevmirlər. Kişi naturaca liderdir. Bu təbiətin ona verdiyi üstünlükdür. İlk qəbilələrdə mağarada oturan qadın olub, ova gedən kişi. Qadının fiziki gücü ona ova getməyə imkan verməyib sadəcə. Bu liderliyi kişidən almaq lazım deyil. Liderliyi əlindən alınan kişi özünü aşağılanmış hiss edir. Ona ironiya ilə baxacaqsan, üzündə sarkazm olacaq, dodaqaltı güləcəksən və tamam. Kişi özünü pis hiss edəcək. Özünü yaxşı hiss etdiyi yerə gedəcək. Özünüzü kişidən ağıllı göstərməyə çalışmayın. Bunu bacaran qadın elə ağıllı qadındır. Kişinin əlindən qadını qorumaq instinktini, əgər bu instinkt onda təbiətən varsa, almaq günahdır. Bu onun ən həssas yeridir. Kişilər qadınlarını qorumaqdan sadəcə ləzzət alırlar. Əgər o sizə elementar “açıq-saçıq geyinmə, tək başına ora-bura getmə” deyirsə, bu qətiyyən onun sizə güvənmədiyi anlamına gəlmir. Bu onun sizə cavabdeh olma instinktinin formalarından biridir. Kişilər hətta qadının namusunu da öz boyunlarına götürməyə hazırdılar. Götürürlər də. Qadın onlar üçün dəyərdir. Qadınlarla kişilərin dəyər anlayışı fərqlidir. Kişilər öz dəyərlərinə daha məsuliyyətli yanaşırlar. Onların kurallarını kimsə poza bilməz. Bu üzdən sadəcə imkan verin sizi qorusun. O zatən başqa bir şey istəmir… “Kişilərə qadından çox şey lazım deyil, qadınlarsa hər şey vermək istəyirlər.” — V.P. Şeynov. Aysel Əlizadə
['esse', 'qadın-kişi münasibətləri', 'evlilik', 'cinsi həyat', 'xoşbəxt ailənin sirləri', 'xoşbəxt ailə', 'qadın kişi münasibəti', 'seks psixologiyası', 'seks və həyat', 'kişi və qadın', 'kişi və qadın münasibətləri']
524
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/22234/yuxu-haqq%C4%B1nda-20-m%C3%BCdrik-m%C9%99sl%C9%99h%C9%99t.html
Yuxu haqqında 20 müdrik məsləhət
Apollon
sağlam həyat tərzi
25 iyul 2018, 22:59
Ayurvedin (Hind xalq təbabət sistemi) yuxu haqqında 20 müdrik məsləhəti olduqca önəmlidir. 1. Yatmazdan əvvəl dabanlarınızı soyuq su ilə yuyun və təbii sakitləşdirici yağla silin. Əgər insan hər gün dabanlarını küngüt yağı ilə massaj edərsə, onun immun sistemi artar və dabanları heç zaman ağramaz. 2. Yatmazdan əvvəl bir neçə dəqiqə nəfəsalma hərəkətləri etmək və ya meditasiya ilə məşğul olmaq lazımdır. 3. Yatan zaman nə qədər az paltar geyinilərsə, bir o qədər yaxşı olar. Əsasən də yatanda corab geyinmək məsləhət görülmür. 4. Yatan zaman başı şərq istiqamətində qoymaq məsləhət görülür. 5. Heç vaxt yataq otağında yemək yeməyin və mətbəxtdə yatmayın. 6. Yatan zaman üzünüzü tamamilə ötrməyin. Bu adət nəfəsalmanı çətinləşdirir. 7. Yay aylarında açıq havada yatmaq çox faydalıdır. Yox əgər küçə tozludursa, yağış yağırsa və ya havada nəmlik çoxdursa o zaman qapalı məkanda yatmaq lazımdır. 8. Nəm olan yerdə yatmaq çox zərərlidir. Yataq otağı nəmli olmamalı və yataq rahat olmalıdır. 9. Ayurved yan üstə yatmağı məsləhət görür. Sol tərəfi üstündə yatmaq həzmi rahatlaşdırır və insana enerji verir, sağ tərəfi üstündə yatmaq isə orqanizmin istirahətini təmin edir. İnsan sol tərəfi üstündə yatanda onun sağ burun dəliyi nəfəsalmada daha yaxşı iştirak edir, bu da orqanizmə pozitiv enerji verir. Sol tərəfi üstündə yatmaq isə orqanizmin təbii yolla isinməsinə səbəb olur. 10. Ayurved kürəyi üstündə yatmağı məsləhət bilmir. Onun sözlərinə görə bu beyin və ürək üçün çox zərərlidir. Bunun səbəbi isə arxası üstə yatarkən hər iki burun dəliyinin yaxşı işləyərək orqanizmin temperatur balansını pozmasıdır. 11. Ən pis yatış forması qarnı üstə yatmaqdır. Bu cür yatış tərzi nəfəsalmanı tamamilə korlayır. Günəş şüaları altında yatmaq zərərli, ay işığı altında yatmaq isə faydalı hesab edilir. 12. Yatağa uzanmayaraq yuxlamaq orqanizm üçün çox zərərli hesab olunur. Bu zaman insan öz orqanizminə zərər vurmuş olur. Bu zaman orqanizmin həzm prosesi ləngiyir və orqanizm halsızlaşır. 13. Erkən yuxudan oyanmaq və tez yatmaq lazımdır. Düzgün rejimlə yatmaq yuxunun dərinləşməsinə və orqanizmin sağlamlaşmasına səbəb olur. Rejimlə yatıb qalxmaq orqanizmin həyat gücünü artırır. 14. Günbatan vaxtı yatmaq orqanizm üçün çox zərərlidir. Bu həzm prosesini çətinləşdirərək xoşagəlməz hadisələrin baş verməsinə səbəb olur. Günəşin ilk şüaları çıxan zaman yuxudan oyanmaq orqanizmin gücünü artırır, uzun müddət yatmaq isə insana mənfi enerji vürir. Ayurvedə görə gün batan zaman yuxlamaq insana bədbəxtlik gətirir. 15. Gündüz yuxusu tənəffüs orqanları üçün çox zərərlidir, bu yuxu başda ağırlıq hissinin əmələ gəlməsinə və digər narahatçılıqlara səbəb olur. Fiziki işlə məşğul olanlara və xəstələrə gündüz yatmaq məsləhətdir. Mədə və bağlırsaq xəstəliklərindən əziyyət çəkənlərə də qısamüddətli gündüz yuxusu faydalı hesab olunur. İsti klimat bölgələrdə yaşayanların da günorta vaxtı istirahət etmələrinə də icazə verilir. Bu zaman insanlar sərin yerdə yatmalıdırlar. Qədim zamanlarda yoqa ilə məşğul olanlara gündüz yatmağa qadağa qoyulub və yalnız xəstələrə günorta yatmağa icazə verilib. 16. Mədə dolu olduğu halda yatmaq rahat yuxunun qarşısını alır. Bunun səbəbi isə qidanın həzm oluna bilməməsidir. Həzm getmədikdə isə orqanizmdə çoxlu toksinlər meydana gəlir. 17. Havası təmiz olan otaqda yatmaq məsləhət görülür. Havasız və ya pis havası olan otaqda yatmaq orqanizm üçün çox zərərlidir. 18. Ayurvedə görə gecə yatmayan insan həmin yuxunun yarısını səhər qidası almadan bərpa etməlidir. 19. Yuxusuzluqdan əziyyət çəkənlərə yatmazdan əvvəl zəfəran və hind qozu əlavə edilmiş isti süd içmək, bədəni yağla massaj etmək, isti vanna qəbul etmək məsləhət görülür. Sakitlikdə oturub keçmiş xoş xatirələri yada salmaq da orqanizmə yuxugətirici təsir bağışlayır. 20. Hamilə qadınlara mürgüləmək məsləhət görülmür. Bu doğulacaq uşağın tənbəl olmasına səbəb olur. immunitet.az
['yuxu', 'sağlam yuxu', 'yatmaq']
525
https://kayzen.az/blog/ushaq_terbiyesi/22230/u%C5%9Faqlar%C4%B1n-pula-m%C3%BCnasib%C9%99tini-korlayacaq-12-ifad%C9%99.html
Uşaqların pula münasibətini korlayacaq 12 ifadə
Apollon
Uşaq tərbiyəsi
25 iyul 2018, 18:24
“Maliyyə Sağlamlığı” layihəsinin eksperti və Rusiya Maliyyə Nazirliyinin maliyyə savadlılığı layihəsi üzrə məsləhətçisi Mariya Maslennikova uşaqlarına uğur əldə etməyə mane olan valideynlərin maliyyəyə dair qoyduğu qaydaları sadalayır. Valideyn olduqda uşaqlarımıza təsirimizin nə qədər böyük olduğunu başa düşürük. Lakin məlumatsızlıq, stress və yorğunluqla bağlı, biz uşaqlıqda və ya həyatımız boyunca əldə etdiyimiz səhv düşüncələri və qaydaları şüursuz olaraq sevimli uşaqlarımıza ötürürük. Maliyyəyə dair nəsildən-nəslə keçən mənfi qayda və vərdişlər xüsusilə dramatik təsir göstərir. Bəs valideynlərin hansı qaydaları uşaqların pula qarşı münasibətini korlaya bilər? 1. “Uşağı uşaqlığından məhrum etməyin!” Belə bir fikir mövcuddur ki, uşaqları yetkinliyə çatana qədər pul kimi mövzulardan uzaq tutmaq lazımdır. Bununla da valideynlər uşağın oyunlar vasitəsilə, ciddi səhvlərlə üzləşmək riskinin minimum olduğu zaman, təcrübə əldə edə biləcəyi və rasional maliyyə davranışı vərdişini qazanacağı zamanı ötürürlər. 2. “Pul hər şeyi həll edir!” Yetkin insanların maddi dəyərləri həddindən artıq qiymətləndirməsi, pulun məqsədə, həyatda emosional baxımdan əhəmiyyətli dəyərə çevrilməsi, sevinc və özünüifadənin zəruri şərti olmasına səbəb olur. Puldan ifrat, səmərəsiz, göstərişli istifadə, ticarət mərkəzləri və supermarketlərdə saatlarla vaxt keçirmək bütün ailənin vərdişinə çevrilir. Digər tərəfi isə həyat keyfiyyətinin zərərinə olaraq qənaətə meyillilikdən ibarətdir. Axı pul sadəcə özünüinkişaf prosesinin sürətləndirilməsi üçün bir alətdir. 3. “Bizim bunu almağa imkanımız yoxdur!” Uzun müddət yaşamaq uğrunda mübarizə və qənaət rejimində olmaq, uşaqda ailənin maliyyə sabitliyi üçün qorxu hissləri yaradır və dünyanın hətta böyüklərin öhdəsindən gələ bilmədiyi son dərəcə təhlükəli yer olduğunu göstərir. Yaşamaq uğrunda mübarizə özünürealizə ilə əsla uyğun deyil. 4. “Nankor olma!” “Biz sənin üçün hər şey edirik, səni hər şey ilə təmin edirik, sən isə nankorsan!”, “Səni təmin etmək üçün, mən üç işdə işləyirəm”. Belə ifadələr ailədə isti münasibət yarada bilməz. Biz uşaqlarda günah, utanc, lazımsızlıq, ümidsizlik hisslərinə vasitəçi oluruq. Belə ailələrdə uşaqlar adətən çox erkən müstəqil olur və valideynlərlə əlaqəni itirirlər. Və ya əksinə, təslim olur, özlərinə inamı itirir, ömür boyu valideynlərdən asılı olurlar. 5. “Mənim uşağımda hər şeyin ən yaxşısı olacaq!” Sərhədlərin yoxluğu ərköyünlük, maliyyə israfçılığı, arzu və istəklərini başa düşməməyə gətirib çıxardır. Valideynlər uşağa seçim imkanı verməyərək həyatını planlaşdırdıqda, onun üçün nəyin yaxşı, nəyin pis olduğuna özləri qərar verdikdə, nəticə yaxşı olmur. 6. “Pul göydən düşmür, alın təri ilə qazanılır!” “Valideynlər işləməli, pul qazanmalıdırlar” Əmək və işinə qarşı daim mənfi münasibət, işin yalnız ağır və sevilməyən ola biləcəyini proqramlaşdırır. Bu zaman şəxsi nümunənizdə işin və işdə özünü reallaşdırmanın asanlıqla rifah, xoşbəxtlik və sevinc gətirə biləcəyini göstərmək vacibdir. Pul ailənin yaxşı münasibətləri üçün maneə olmamalıdır. 7. “Özünü yaxşı aparsan, sənə oyuncaq alacağam!” Pul ən yayılmış manipulyasiya vasitəsidir. Qiymət, ev tapşırıqları, xoşagəlməz tapşırıqların yerinə yetirilməsinin ödənilməsi valideynlərə hər hansı problemi tez və asanlıqla həll etmək lazım gəldikdə, adi hala çevrilir. Uşaqlar oyunun şərtlərini qəbul edir və bu davranış modelini təkrarlayırlar. 8. “Dedim pul yoxdur! Vəssalam!” Uşağa tərbiyə məqsədilə bəzən nə isə almaqda imtina etmək olar, hətta vacibdir. Lakin bu daim baş verirsə və səbəbi açıqlanmırsa, bu mənfi haldır. Uşaq bunu müxtəlif cür başa düşə bilər: məni sevmirlər, eşitmirlər, mənim hiss və istəklərim önəmli deyil, mən qərar verə bilmirəm, buna layiq deyiləm. 9. “Soğan olsun, nağd olsun!” Konservatizm adətən inkişafa mane olur. Uşaqlarda hər şeyə maraq, hərtərəfli dünyagörüşü, tənqidi və sahibkarlıq yönümlü düşüncə tərbiyə edin. Bəzən din və mədəniyyətdə var-dövlətin qınanması üstünlük təşkil edir. Lakin bəzi ölkələrin folklor və klassik əsərləri pula tamamilə fərqli yanaşır. 10. “Sərvət sudur: gəldi və getdi” Bu günlə yaşayırıq, yoxsa həyatımız boyu rifahımız üçün bir strategiyamız var? Fərdi maliyyə planlaşdırmasının əsas prinsipi həyatımız boyu sabitlik və maliyyə müstəqilliyi üçün ehtiyat, təhlükəsizlik yastığının yaradılmasıdır. Uşaqları kiçik məbləğlərlə şəxsi büdcə sistemini qurmağı öyrədin – bu müstəqil həyat üçün mühüm vərdişdir. 11. “Ətrafımızda fırıldaqçılar doludur, onsuz da aldanacağıq…” Keçmişdə maliyyə institutları ilə mənfi təcrübə, maliyyə sisteminin problemləri, gələcək böhran haqqında xəbər və şayiələr müasir maliyyə məhsullarından istifadə zamanı qorxuya səbəb olur. Maliyyə savadlılığının aşağı olması, gəlir əldə etməyə, ehtiyatları artırmağa və xəyalları gerçəkləşdirməyə mane olur. Uşaqlar da müasir maliyyə texnologiyaları ilə əlaqədən uzaq olmağa çalışırlar. 12. “Ot kökü üstündə bitər!” Siz həqiqətən inanırsınız ki, uşaqlar valideynlərindən yaxşı ola bilməz?! Hər kəsin öz fərdi yolu var. Özünə inam, valideynlərin dəstəyi çox vacibdir! Uşaqları vəziyyətin qurbanı olmağa və ya əksinə, öz həyatının yaradıcıları olmağa öyrətmək olar. Uşaqların maliyyə təhsilində çox şey valideynlərin təcrübə, bilik, məlumatlılıq, intizamından, həmçinin uşaqlarını hiss etmələri və aktual mövzulardan vaxtında danışmalarından asılıdır. Ailənin maliyyə gəlirinin istənilən səviyyəsində uşaqları pul ilə bağlı mənfi emosiya və qaydalardan qorumaq, öz qərarlarını verməyə, bacarıqlarını düzgün qiymətləndirməyə və həyat yollarını axtarmağa imkan vermək vacibdir. banker.az
['uşaq tərbiyəsi', 'uşaq düşüncəsi', 'pul xərcləmək', 'pula münasibət']
526
https://kayzen.az/blog/flora/22199/zanbaq-%C5%9F%C9%99rqin-sehrli-%C3%A7i%C3%A7%C9%99yi.html
Zanbaq - Şərqin sehrli çiçəyi
Apollon
Flora
19 iyul 2018, 14:21
Bir çoxlarının sevdiyi zanbaq və ya tülpan çiçəyinin adı “türban” mənasına gələn fars sözü “toliban”dan götürülüb. Həqiqətən də, zanbağın qönçəsi baş örtüyünə çox bənzəyir. Zanbağın vətəni İrandır. Bu çiçək İrandan Türkiyəyə gətirilib və adına lalə deyilib. Türk soltanının malikanəsində hər baharda ən azı 500 min zanbaq çiçək açardı! Hər il şərq təmtərağı ilə zanbağa həsr olunan bayram mərasimləri keçirilərdi. XVI əsrin ortalarında Avstriya imperatorunun elçisi ilk dəfə zanbağı məhz Türkiyədəki bağçaların birində görür. Tanımadığı çiçək onu heyran edir və nəticədə 1554-cü ildə çoxlu miqdarda toxum və soğancıq Vyanaya gətirilir. Bundan sonra zanbaq Avropanı fəth etməyə başlayır. Qısa bir müddət ərzində göz oxşayan çiçək nəinki Avstriyada, həmçinin Fransa, İngiltərə, Almaniya, sonradan isə Amerikada populyarlıq qazanır. XVI əsrin ortalarında zanbaqların artıq 300-ə yaxın növü məlum idi. Çiçək ən böyük şöhrəti Niderlandda qazanır. Burada zanbaqlar 1634-cü ildə peyda olub. Onları Niderlandın Amsterdam və başqa şəhərlərinin küçə və meydanlarında əkməyə başlayırlar. Hollandiyalı bağbanlar dünyanın müxtəlif ölkələrinə ixrac olunan zanbaqların çox sayda növünü yetişdirirlər. Hazırda dünyada zanbaqların 2500-dən artıq növü var. Onların arasında qara və göy, çoxləçəkli və hamar, kiçik və iri, alçaq boylu və 3 metrə qədər hündürlükdə olan növləri mövcuddur. Hər bahar İstanbulun Əmirgan parkında lalə (zanbaq) festivalı keçirilir. Festival vaxtı 300 min kvadratmetrdən artıq olan parkın bütün ərazisində zanbaqların müxtəlif növlərinin sərgiləndiyi gözəl və orijinal çiçək ləkləri quraşdırılır. Dünyaca məşhur Keukenhof çiçək parkı Amsterdamın cənub-şərqində kiçik Lisse şəhərciyində yerləşir. Bu, müxtəlif növ zanbaqlardan ibarət ala-bəzək xalça şəklində döşənən çoxsaylı çiçək ləklərindən, həmçinin yasəmən, qızıl nərgizgülü, qızılgül, yaraşıqlı səhləb çiçəyi və başqa çiçəklərin sərgiləndiyi üç oranjereyadan təşkil olunmuş Kral parkıdır. Parkın ərazisində hər il aralarında 100 müxtəlif növdə 4,5 milyon zanbaq, sünbülçiçəyi, nərgizgülü və digər bitkilərin olduğu 7 milyona qədər çiçək əkilir. azertag.az
['flora', 'güllər', 'çiçəklər', 'zanbaq']
527
https://kayzen.az/blog/%C3%B6lk%C9%99l%C9%99r/22201/braziliya-g%C3%B6zqama%C5%9Fd%C4%B1r%C4%B1c%C4%B1-i%C5%9F%C4%B1q.html
Braziliya - gözqamaşdırıcı işıq
Apollon
Ölkələr
19 iyul 2018, 12:45
Futbol və karnavallar, cəngəlliklər və çimərliklər, qəhvə, şəkər, seriallar, yoxsulluq və zənginlik: bunların hamısı Cənubi Amerikanın ən böyük dövləti Braziliyada cəmləşib. Onun hər bir regionu geniş olmaqla bərabər, həm də özünəməxsusdur. Braziliya sahəsinə görə Rusiya, Kanada, Çin və ABŞ-dan sonra dünyanın beşinci ölkəsidir. Ölkə, sakinlərinin sayına görə də beşincidir. Bu dövlət beş əsr ərzində yaranıb. Braziliyaya ilk köçənlər iki portuqaliyalı katorqaçı olub. Tezliklə koloniya genişlənməyə başlayıb. Braziliyanın aborigen əhalisi olan hindilər torpaqlarının qəsb edilməsinə qarşı mübarizə aparıblar. Amma qüvvələr nisbəti onların xeyrinə olmayıb. Min hindi tayfasından təqribən 200-ü qalıb.  Afrika qitəsinin sakinləri də Braziliya torpaqlarında məskunlaşıblar. Onları qul kimi işlətmək üçün portuqaliyalılar gətiriblər: 3,5 milyon afrikalı zorla Braziliyaya köçürülüb. İndiki braziliyalılar afrikalıların, hindilərin, italyanların, ispanların, almanların və hətta Rusiyadan olan mühacirlərin nəsilləridir. Portuqaliya bu ölkənin mədəniyyətinə böyük təsir göstərib. Braziliyanın rəsmi və az qala yeganə danışıq dili portuqal dilidir. Braziliyalıların böyük əksəriyyəti dini etiqadına görə katolikdir. Buna görə də Braziliya dünyada katolik məzhəbinə etiqad edən əhalinin ən çox yaşadığı ölkədir.  Braziliyalıların problemləridə az deyil. Amma onlar mehriban və şən xasiyyətləri ilə şöhrət qazanıblar. Braziliyalılar heç vaxt ruhdan düşmür və özlərinin “Qayda-qanun və tərəqqi” şüarını həyata keçirməyə çalışırlar.  Braziliyada ilboyu isti hava hökm sürür. Ölkənin üçdə bir hissəsi Amazon ovalığının ekvatorial meşələri ilə örtülüb. Amazon çayı boyunca uzanan meşələr təkcə Braziliyada deyil, bütün Yer kürəsində unikal yerdir. Burada 4 mindən çox ağac növü bitir, çoxsaylı heyvanların, ən çox da meymunların məskənidir. Dünyanın heç bir başqa ölkəsində bu qədər çeşiddə primat yoxdur. Braziliya şirin suda yaşayan balıqlarla da zəngindir.  Burada 3 min belə balıq novü var. Şimal-şərqə doğru irəlilədikcə Amazon cəngəlliklərini seyrək meşələr əvəzləyir. Burada kolluqlar, kaktuslar və südləyənlər bitir. Bu savannanı “Kampos serrados” və ya “Qaraqabaq çöl” adlandırırlar. Serradonun flora və faunası digər savannalardan xeyli zəngindir. Savannadan şərqdə və cənubda Atlantik meşəsi uzanır. Bu bölgə ağacların kəsilməsindən Amazon meşələrinə nisbətən daha çox əziyyət çəkib. Buradakı fauna nümayəndələrinin – şirəbənzər uzunquyruq meymunların, ərincəklərin (meymun növü), bir çox nadir quşların, habelə bitkilərin nəsli və kökü kəsilmək üzrədir. Münbit Braziliya torpaqlarında şəkər qamışı, soya, kakao, qəhvə, portağal bitir. Ölkə neft və bir çox başqa faydalı qazıntılarla zəngindir. Salvador, Rio-de-Janeyro və Brazilia ölkənin üç əsas şəhəri sayılır. Salvador (yaxud Baiya) Braziliyanın ilk tarixi paytaxtıdır. Şəhərin tam adı San-Salvador-da-Baiya-di-Todus-us-Santusdur. İçərisində qullar olan gəmilər bura yan alırmış. Salvador indi də Braziliyanın “Afrika qəlbi” sayılır. Salvador sakinləri Afrikanın Orişa ruhlarına etiqad edir və Braziliyanın milli Kapoeyra döyüş sənəti ilə məşğul olurlar. Bayramlar şəhəri olan Rio-de-Janeyro ölkənin ikinci paytaxtıdır. Məşhur Braziliya karnavalı bu şəhərdə keçirilir. Dünyanın hər yerindən turistlər Rio çimərliklərinə can atır. Dünyanın yeni möcüzələrindən biri və Braziliyanın rəmzi Xilaskar İsa heykəli də Rio-de-Janeyrodadır. Qeyd edək ki, 2016-cı il Yay Olimpiya Oyunları bu şəhərdə keçiriləcək.  Hazırda ölkənin rəsmi paytaxtı Brazilia şəhəridir. Mərkəzdə yerləşən supermüasir şəhər üç il ərzində ucaldılıb və yuxarıdan təyyarəni xatırladır.  Braziliyanın və bütün Cənub yarımkürəsinin ən iri şəhəri heç vaxt bu ölkənin paytaxtı olmayıb. Bu San-Paulu şəhəridir. Braziliyanın müstəqilliyi bu şəhərdə elan edilib. O, elə böyükdür ki, yerli sakinlər tıxaclarda vaxt itirməmək üçün çox vaxt vertolyotlardan istifadə edirlər. San-Paulu Braziliyanın sənaye mərkəzidir. Aviasiya sənayesi onun qürur mənbəyidir. azertag.az
['ölkələr', 'Braziliya']
528
https://kayzen.az/blog/paint/22147/piter-paul-rubens.html
Piter Paul Rubens
Apollon
Məşhur rəsmlər və rəssamlar
15 iyul 2018, 15:23
Flamand rəssamı Rubensi müasirləri “rəssamların kralı və kralların rəssamı” adlandırırdılar. Antverpenin ən gözəl guşələrindən birində rəssamın öz layihəsi əsasında inşa olunmuş evi və emalatxanası — “Rubens-hyuz” bizim günlərə gəlib çatıb. Bu evdən təqribən üç min tablo və çoxlu sayda gözəl rəsm əsəri çıxıb. Rəssamın hələ erkən əsərləri, məsələn, “Xaçın qaldırılması” (1610) və “Xaçdan endirilmə” əsərlərindəki obrazlar onun çox istedadlı olduğunu təsdiq edirdi. Sərt kilsə qadağaları çərçivəsində işləməyə məcbur olan Rubens əsərlərində cərəyan edən hadisələrin bütün dramatizmini, ağrı-acısını cəmi bir neçə fiqurun köməyi ilə ifadə edə bilmişdi. Rubens 1609-cu ildə Cənubi Niderland hökmdarları – infanta İzabellanın və ers-hersoq Albertin saray rəssamı olur. Onun emalatxanasında iş qaynayır, sifarişlərin ardı-arası kəsilmir. Əsərlərində ayrı-ayrı detalları yerinə yetirmək üçün ustad Van Deyk və Sneyders kimi böyük rəssamları əməkdaşlığa cəlb edir. Rubens əsərlərində sevdiyi mifoloji süjetləri təsvir edir: “Venera və Adonis”, “Sereranın heykəli”, “Levkippin qızlarının oğurlanması”. Bu əsərlərdə rəssamın İtaliya səyahəti zamanı öyrəndiyi klassik ənənələrlə yenilik axtarışları qeyri-adi şəkildə uzlaşır. Məsələn, “Levkippin qızlarının oğurlanması” tablosunda bu çeynənmiş mövzu tamamilə başqa tərzdə səslənir: dramatizm yerinə məhəbbətin gücü, insanın enerjisi, cəsarəti və gözəlliyi tərənnüm olunur.  1621-1625-ci illərdə Rubens Lüksemburq sarayının bəzədilməsi üçün nəzərdə tutulan və Mariya Mediçinin həyatını təsvir edən 23 tablo üzərində işləyir. Bu işin sifarişli olmasına, rəssamın bir o qədər də cəlbedici olmayan şəxsin həyatını canlandırmasına baxmayaraq, istedadı və məharəti çox gözəl dekorativ-rəngkarlıq ansamblı yaratmağa kömək edir. Rubens öz əsərlərində Olimp allahlarını və mifoloji personajları əks etdirir. Bu personajlar onun əsərlərini nəinki canlandırır, həm də baş qəhrəmanlarına çevrilirlər. Rubens 1635-ci ildə Sten qəsrini alır. Rəssam burada tez-tez mənzərə mövzusuna (“Sten qəsri fonunda mənzərə”) və insanın təbiətin qoynunda təsvirinə (“Kəndlilərin rəqsi”) müraciət edir. Rubens bütün yaradıcılığı boyu portret janrına böyük diqqət yetirir. Bunlar xaraktercə çox müxtəlif — gah rəsmi və təntənəli (Mariya Mediçinin, IV Henrixin portretləri, İspaniyanın əsarətində olan Niderlandının bir sıra hökmdarlarının şəkilləri), gah “Yelena Fourmanın portreti” (1632), “Həsir papaq” (1625) kimi canlı, eyni zamanda bərli-bəzəkli, dekorativ, gah da “Kameristkanın portreti” kimi insanın daxili aləmini açan “təmkinli” əsərlərdir. Rubensin yaradıcılığı dünya incəsənəti tarixinə böyük töhfə verib, Flandriyanın və digər ölkələrin bir çox böyük rəssamlarının inkişafına güclü təsir göstərib. Bir gün Rubens şagirdlərinin mətbəxdə söhbətini eşidir. Onlardan biri digərinə deyir: “Bilirsən, əslində o, bizsiz heç nə edə bilməz. Mən mənzərə, sən isə heyvan şəkilləri çəkirsən. İşin böyük hissəsini biz görürük. Bəs o, nə edir? Yalnız şöhrət qazanır...” Rubens heç nə demədən sakitcə emalatxanasına keçir və bir gecədə çoxlu sayda heyvanın, sevimli mifoloji qəhrəmanlarının təsvir olunduğu gözəl bir mənzərə yaradır. Ertəsi günü əsəri şagirdlərinə göstərib deyir: “Mən işi sürətləndirmək üçün sizi cəlb edirəm. Amma sizsiz də keçinə bilərəm. Bəs onda mənzərələrinizi və heyvanlarınızı harada çəkəcəksiniz?” azertag.az
['məşhur rəssamlar', 'məşhur rəsmlər', 'Peter Paul Rubens', 'Piter Paul Rubens']
529
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/22170/t%C9%99bi%C9%99tin-bir-par%C3%A7as%C4%B1y%C4%B1q.html
Təbiətin bir parçasıyıq
Apollon
sağlam həyat tərzi
10 iyul 2018, 22:02
Bizi yaşadan təbiətdə hər şey vahid ritmə tabedir. Təbiətin ayrılmaz tərkib hissəsi və bioenergetik sistem olan İnsan da həmin bioritmə və fizioloji sikllərə (dövrlərə) tabedir. Sosioloji sistemin bu qüvvələrə heç bir təsiri ola bilməz. İnsan bunu birdəfəlik dərk etməli və Təbiətlə öz münasibətini bu baxımdan qurmalıdır. Bütün canlıların varlığını tə’min edən təbii bioritmin ziddinə edilən hər bir hərəkət – disbalansa (balansın pozulmasına) və canlı orqanizmin sistemlərində harmoniyanın pozulmasına gətirib çıxarır. Bu da, son nəticədə, daha ciddi pozğuntulara, ağır xəstəliklərə və ömrün gödəlməsinə səbəb olur. Yadda saxlayın: hər 4 saatdan bir dəyişən ritmdə mövcud olan bir neçə təbii qüvvə sutka boyunca insana ciddi təsir göstərir. Həmin təsirləri aşağıdakı qaydada təsnifləşdirmək olar. Saat 06-10. İnsan zəyifləyib, ağırlaşıb, tənbəlləşib. Saat 6-da yuxudan duranda adam əzgin olur. Saat 10-14. Yüksək fiziki fəallıq dövrüdür. Maddələr mübadiləsinin, enerjinin, həzmolmanın yüksələn vaxtıdır. Onların (ələlxüsus iştahın) ən yüksək zirvəsi günortaya düşür.Saat 14-18. Sinirin, xüsusilə zehni sinirin ən fəal çağıdır. Saat 18-22. Bu vaxt adam zəyifləmiş olur, tənbəlləşir, ləng hərəkət edir, gün batandan sonra isə istirahət etmək istəyir, xəstə adamlarda ağrı-acı güclənir. Bu hissənin sonu yuxuya hazırlıq üçün əlverişli vaxtdır.Saat 22-02. Dərin yuxu dövrüdür. Axşam qəbul etdiyiniz qida bu vaxt həzmə gedir, toxumalar bərpa olunur.Saat 02-06. Dayaz, tez-tez dəyişən yuxu dövrüdür. Əsəb sistemi fəal işləyir. 06-da oyanan adam gimnastika etdikdən və yuyunduqdan sonra özünü bütün gün ərzində çox gümrah hiss edir, yüksək əhval-ruhiyyəyə malik olur. Bütün bunları nəzərə alaraq, həyatınız üçün çox faydalı olan aşağıdakı mütərəqqi rejimi seçməyi məsləhət görürük. Səhər. Yataqdan durmaq: saat 5-6. Zəngli saatsız durmağa vərdiş edin. Tualet. Ağzınızı, dişlərinizi təmizləyin, boğazınızı qar-qar edin, mədəni stimullaşdırmaq məqsədilə 1 stəkan çiy suyu ilıq şəkildə qurtum-qurtum için. Sonra Nişi Sisteminin 4 qaydasına (3-6 qaydalar) əməl edin. Bu Təmrinləri yerinə yetirəndon sonra kontrast hava və su vannaları qəbul edin. Buna imkanı olmayanlar bədənlərini soyuq su ilə silsinlər. Səhər yeməyindən tam imtina edə bilmirsinizsə, çox yüngül yeyin, unutmayın ki, axşam yedikləriniz hələ tam həzmə getməyib, məhz bundan sonra gedəcək. Odur ki, itburnu, moruq, qara qarağat yarpağından, qaragilə və yemşəndən dəmlənmiş çay içməklə kifayətlənin, belə çaya bir çay qaşığı bal və o qədər də alma sirkəsi qata bilərsiniz. Yarım saatlıq gəzinti- insana hava və su kimi lazımdır. İş (yaxud təhsil). Saat 12-13-dək əmək fəaliyyəti. 12-13 (yaxud 13-14) nahar fasiləsi. İlk dəfə doyunca yemək. Yeyəndən sonra 15-20 dəqiqə təmiz havada gəzmək çox faydalıdır. Mümkün olmasa, bir rahat guşəyə çəkilib, sakitcə oturun. İşin (təhsilin) davamı. Tez-tez çiy su içməyi unutmayın. İşdən sonra yarım saat piyada gəzin. Axşam.Evə çatan kimi döşəmənin üstünə uzanıb, bir neçə saniyə əzələlərinizi yumuşaldın. Sonra Nişi Sisteminin təmrinlərini yerinə yetirməyə başlayın. Kontrast hava və su vannaları qəbul edin. Şam yeməyi. Saat-18-19 (yaxud 19-20). Qida çox ağır olmasın, fermentsiz qidalardan istifadə edin. Yatmazdan əvvəl yarım saat təmiz havada sakitcə gəzişin. Yuxu vaxtı: 21-22 (uzaq başı- 22-23). Bu rejimə riayət edən hər kəs təbii ritm ilə həmahəng yaşayır və Ana Təbiətlə münaqişəyə girmir, Təbiət də onu cəzalandırmır, belə adam həmişə sağlam, gümrah, iradəli, şən, xoşrəftar və ədalətli olur, baş verən təbii və ictimai hadisələrin əsirinə çevrilmir. Biz dərk etməliyik: insan öz orqanizmini fizioloji qanunlardan başqa heç bir qanuna tabe etdirə bilməz! Etdirsə, hökmən altını çəkəcək – xəstələnəcək. Beləliklə də qarşımızda iki yol var: ya bu qanunlara dəqiq əməl edərək uzun illər sağlam, gümrah və bəxtiyar yaşamaq, ya da “kef çəkə-çəkə” dəhşətli xəstəliklərin burulğanına atılmaq, onların əlində girinc olmaq, Tanrının verdiyi ömrün onda birini, özü də zillət içində sürünə-sürünə yaşamaq. Üçüncü yol yoxdur. Axtarmayın! Biz, təəssüflər olsun ki, çox vaxt ikinci yolu tuturuq. Faydasız adətləri, zərərli vərdişləri, bə’zən insana zidd olan sosial normaları can-başla yerinə yetiririk. Çox vaxt tamam unuduruq ki,insan yaşamaq üçün işləyir,işləmək üçün yaşamır.Digər tərəfdən də şənbazlığın, lovğalığın, əşyabazlığın, modabazlığın, arvadbazlığın, kişibazlığın diqtəsi altında özümüzə qəsd edirik. Müdriklər deyib ki, hər bir sosial qanun, adət-ən’ənə yalnız o vaxt yaşamaq hüququ qazana bilər ki, o, Təbiətin Qanunları əsasında formalaşsın. Əks halda, Təbiət cəmiyyətdən və onun ayrı-ayrı üzvlərindən intiqam alır. Məhz buna görə də biz Təbiət Qanunları üzərində qurulmuş Nişi Sistemini hər birimizin həyat normasına çevirmək zərurəti qarşısında qalmışıq. Nədən başlamalı? Bir müdrik kəlam var, deyirlər, üzməyi öyrənməyin ən yaxşı yolu-üzməkdir. Başqa bir müdrik deyim də var: yolu-yeriyən qət edər. Bu iki kəlamı Nişinin Sağlamlıq Sisteminə tətbiq etsək, deməliyik: onu öyrənməyin ən yaxşı yolu -dərhal təmrinləri başlamaqdır. Şəxsən mən kitabı oxuyan kimi, ona baxa-baxa təmrinləri yerinə yetirməyə başladım. Bundan öncə çarpayını və yastığı dəyişdirdim. Yoluma bir sıra çətinliklər çıxdı. Xatırladıram ki, 60 illik ağır həyat və 30 ilin xəstəliyi öz işini görmüşdü: dizlərim bükülmürdü, qıçlarımı gen aça bilmirdim, oynaqlarım ağrıyırdı. Ən çətini isə psixoloji səddi aşmaq idi: axı mən düz 60 il tamam başqa cür yaşamışdım, yəni səhv yolla getmişdim. İlk vaxtlar sizin də yolunuza bəzi maneələr çıxa bilər. Onları dəf etməyə qadirsiniz. Tutduğunuz yoldan geri dönməyin! Siftə vaxtlar proqramı qismən yerinə yetirin, orqanizmi çox yükləməyin, cisminizi, şüurunuzu, həyat tərzinizi Sağlamlıq Sisteminə tədricən uyğunlaşdırın. Sonra proqramı tam şəkildə və dəqiq yerinə yetirin. «Vaxtım yoxdur» kəlməsini dilinizə gətirməyin. Poliklinikalarda, əcza-xanalarda, stasionarlarda, tanış həkimlərin yanında, türkə-çarələrin evində və s. yerlərdə itirdiyiniz vaxtın kiçik bir qismini Nişi Sisteminə sərf etsəniz, boş vaxtınız daha çox olacaq, çünki siz sağlam, gümrah, iradəli və nikbin olacaqsınız, iş qablyyətiniz birə beş artacaq. Dərmana, həkimlərə, fırıldaqçı «şəfa verənlər»ə xərclədiyiniz pul cibinizdə qalacaq. Onu cisminizə Günəş enerjisi, vitamin və digər faydalı elementləri daşıyan meyvvə-tərəvəzə xərcləyin. Bir vacib məsələni də yadda möhkəm saxlayın: digər müalicələr və sistemlər müvəqqəti kömək edir, professor Nişi isə sağlamlığın metodologiyasını yaradıb.Nişi sistemi sağlamlıq haqqında bütöv bir elmdir. Çox demirəm, ikicə həftə Nişi Sistemi ilə yaşasanız, onun bəxş etdiyi dincliyi, rahatlığı, gümrahlığı hiss etsəniz, sizi bu sistemdən heç tankla da qopara bilməzlər. Buna əmin ola bilərsiniz. Mənbə: «Möcüzəsiz möcüzə» kitabı
['insan sağlamlığı', 'insan və təbiət', 'harmoniya']
530
https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/22100/mixail-qlinka_2.html
Mixail Qlinka
Apollon
böyük musiqiçilər
10 iyul 2018, 11:08
Mixail İvanoviç Qlinka 1804 – cü ildə Smolensk quberniyasının Novospassk kəndində anadan olmuşdur. 1817 – ci ildə Mixail Peterburqda olan «Nəcib pansiona» daxil olur. Pansionda oxuduğu müddətdə o, fortepiano, skripka və musiqi nəzəriyyəsi üzrə Peterburqun ən bilikli müəllimlərindən dərs almışdır. 1823 – cü ildə pansionu bitirdikdən sonra Qlinka müalicə üçün Qafqaza gəlir. Burada o, Qafqaz xalq mahnı və rəqslərini dinləyir və öz yaradıcılığında istifadə edir. Bəstəkarın sənətkar kimi formalaşmasında A. S. Puşkin, A. S. Qriboedov (1795 – 1829), V. A. Jukovski (1783 1852) kimi görkəmli ədəbiyyat xadimləri ilə tanışlığının böyük rolu olmuşdur. 1828 – 1834 – cü illərdə İtaliya və Almaniyada yaşamış bəstəkar bir sıra bəstəkar və müğənnilərlə tanış olaraq müasir musiqini öyrənir, vokal yaradıcılığı sahəsində təkmilləşir. İtaliyada olarkən o, fortepiano və simli alətlər üçün sekstet, «Patetik trio», «Venasiya gecəsi», «Qalib» və s. romanslarını yazmışdır. 1832 – ci ildə Qlinka milli opera yaratmaq fikrinə düşür. 1834 – ci ildə Rusiyaya qayıtdıqdan sonra Jukovski tərəfindən təklif olunmuş İvan Susanin mövzusu Qlinkanı maraqlandırır. Operanın ilk tamaşası 1836 – cı ildə (27/XI) olmuşdur. 1837 – ci ildə Qlinka saray nəzdində olan kapellada işləyir. Bu dövrdə bəstəkar yeni – «Ruslan və Lyudmila» operasını yazmaq qərarına gəlir. Arzu edirdi ki, operanın librettosunu A.S. Puşkin yazsın, lakin librettonu bəstəkar özü yazmalı oldu. Bu opera üzərində Qlinka 5 ilə yaxın çalışır. Operanın ilk tamaşası 1842-ci ildə çox böyük müvəffəqiyyətlə keçmişdir. Qlinka eyni zamanda «Vals fantaziya», N.V. Kukolnikin (1808–1868) «Knyaz Xolmski» faciəsinə musiqi, 12 romansdan ibarət «Peterburqla vida» məcmuəsini və s. əsərlər yazmışdır. Bəstəkar 1844–cü idə Parisə, 1845–ci ildə İspaniyaya gedir. İspaniyada olarkən xalq mahnı və rəqslərini dinləmiş və nota salmışdır. Bu səfərin təsərrüfatı nəticəsində o, «Araqon xotası» uvertürasını, İspaniyadan qayıtdıqdan sonra (1848 – ci ildə) ikinci ispan uvertürasını yazır. 1848–1857–ci illəri Qlinka Peterburq, Varşava, Paris və Berlində keçirmişdir. O, 1848 – ci ildə «Kamarinskaya» simfonik poemasını yazır, «Taras Bulba» simfoniyası və "İki ərli" operası üzərində işləməyə başlayır. 1856–cı ildə Qlinka Berlinə gedir, 1857 – ci ilin yanvar ayında konsertdən qayıdarkən xəstələnir və 1857 – ci il fevralın 3 – də vəfat edir. Onun külünü Peterburqa aparırlar.
['dünya musiqisi', 'böyük musiqiçilər', 'bəstəkar', 'Mixail Qlinka']
531
https://kayzen.az/blog/astronomiya/22167/g%C3%BCn%C9%99%C5%9F-sistemi-planetl%C9%99ri.html
Günəş sistemi planetləri
luminat
Astronomiya
8 iyul 2018, 15:46
Planetlər Günəş ətrafında hərəkət edir. Onlar Günəşdən müxtəlif məsafədə yerləşirlər. Planetlərin hər biri özünəməxsus xüsusiyyətlərə malikdir. Neptun – səthinin temperaturu -218 °C-yə qədər enir. Qazlardan təşkil olunmuşdur. Günəş ətrafında tam dövrəni 164 Yer ilinə başa vurur. 14 peyki var. Onlardan ən böyüyü Tritondur.Uran – səthinin temperaturu -214 °C-yə çatır. 84 Yer ilinə Günəş ətrafında dövr edir. Səmada göy rəngdə görünür. Bu, planetin metan qazı ilə əhatə olunması ilə əlaqələndirilir. 27 peyki var. Ən böyüyü Titandır.Saturn – sətrafındakı halqalar qaz, buz və daş parçalarından ibarətdir. Səmada asanlıqla seçilir. Səthin temperaturu -178°C-dir. 62 peyki var. Roma mifologiyasına görə, əkinçilik tanrısıdır. Bu planetdə bir ilin uzunluğu təqribən 29 Yer ilidir. Saturnda günün uzunluğu 10 saat 14 dəqiqədir Yupiter – Günəş sisteminin ən böyük planetidir qaz tərkiblidir. Səthdə temperatur -140 °C olur. Roma mifologiyasında səma tanrısıdır. Yunan mifologiyasındakı Zevs tanrısına uyğun gəlir.Güclü küləklərin sürəti saatda 600 km-ə çatır. Ona görə də zolaqlı kimi görünür. 67 peyki var. İo peykində vulkanların püskürdüyünü ilk dəfə, azərbaycan astronomu Nazim İbrahimov müəyyən etmişdir.Mars — səmada qırmızı rəngdə görünən planetdir. Yunan mifologiyasında müharibə tanrısı hesab edilir. Marsın atmosferi karbon qazından ibarətdir. Gündüz Günəşə çevrilən tərəfində isti, əks tərəfdə isə -70°C soyuq olur. 687 günə Günəş ətrafında dövr edir. Marsın iki peyki var. Burada ən böyük dağ olan Olimpin hündürlüyü 25 km-ə çatır. Amerika kosmik tədqiqatlar mərkəzi (NASA) Marsı gələcəkdə insanlar üçün əlavə yaşayış məskəni hesab edir.Yer — Günəş sistemində həyatın, atmosferin və suyun mövcud olduğu yeganə planetdir.Venera – Yunan mifologiyasına görə, Venera məhəbbət və gözəllik tanrısıdır. Günəş və Aydan sonra səmada müşahidə olunan ən parlaq göy cismidir. Şərqdə Dan və ya Zöhrə ulduzu adlandırılır. 243 günə Günəş ətrafında dövr edir. Karbon qazından ibarət atmosferi vardır. Planetin gündüz Günəşə tərəf olan hissəsi +475 °C qızır, əks tərəfi isə -105 °C soyuyur.Merkuri — öz oxu ətrafında həddindən artıq yavaş fırlanır. Planetin gündüz Günəşə tərəf olan hissəsi +470°-480°C-dək qızır, əks tərəfdə isə temperatur -170°C olur. Roma mifologiyasına görə, səyahət, ticarət tanrısı hesab edilir. Zəif atmosferə malikdir. Bir ilinin uzunluğu 88 gündür. Səthi nəhəng çökəkliklərdən və kraterlərdən təşkil olunmuşdur. N.Gəncəvi adına da krater var. Planetlərin Günəş ətrafında dövr etmə müddəti Günəşdən uzaqlaşdıqca artır. Günəş sisteminə daxil olan planetlər (yunan dilində planasthai, “gəzişmək" sözündəndir) Günəş ilə müqayisədə çox kiçikdirlər. 12 756 km diametrə malik olan Yer kürəsi Günəşdən 109 dəfə kiçikdir. Hətta ən böyük planet olan Yupiterin də diametri Günəşin diametrinin 1/10 hissəsini təşkil edir. Yer kürəsindən Günəşə olan məsafə təxminən 150 milyon km-ə bərabərdir. Planetləri Günəşdən uzaqlığına, böyüklüyünə, kimyəvi tərkiblərinə, sıxlığına və fırlanma müddətinə görə 2 qrupa ayırırlar: daxili və xarici planetlər. Daxili planetlərə – Yer tipli planetlər də deyilir. Bu qrup planetlərə Merkuri, Venera, Yer və Mars daxildir. Onlar bərk maddələrdən, metallardan, su və qazlardan ibarətdir. Bu planetlər Günəşə yaxın yerləşirlər. Yupiter, Saturn, Uran, Neptun xarici planetlər qrupuna daxildir. Bu planetlərin tərkibi hidrogendən təşkil olunmuş nəhəng qaz kütləsindən ibarətdir. Günəşdən uzaqda yerləşir və daha sürətlə fırlanırlar. Günəşdən Yer kürəsinə qədər olan məsafə bir astronomik vahid və ya 1 AV adlanır.  Məsələn: Yer kürəsi – 150 milyon km. Mars 150 x 1,52 = 228 milyon km.
['Günəş sistemi', 'planet', 'planetlər', 'astronomiya']
532
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/22152/nikolay-kopernik.html
Nikolay Kopernik
Apollon
Böyük insanlar,şəxsiyyətlər
7 iyul 2018, 20:19
Milliyətcə polyak olan Nikolay Kopernik astronom, riyaziyyatçı, mexanik, iqtisadçı və ilahiyyatçı olmaqla yanaşı daha çox ilk elmi inqilabın əsası hesab edilən Günəş sisteminin heliosentrik modelinin müəllifi kimi tanınır.  Nikolay Kopernik 1473-cü il fevralın 19-da Polşanın Toruni şəhərində Almaniyadan gəlmiş tacir ailəsində anadan olub. 9 yaşında atasını itirən Kopernik 1491-ci ildə Krakov universitetinə daxil olmuş, burada riyaziyyat, tibb və ilahiyyat elmlərinə dərindən yiyələnmişdir. Amma o daha çox astronomiya elmi ilə maraqlanırdı.  1497-ci ildə Kopernik təhsilini davam etdirmək üçün İtaliya gedərək Bolonya universitetinə daxil olur. Burada o, ilahiyyat, hüquq və digər qədim elmlərlə yanaşı astronomiyanı da öyrənmək imkanı əldə edir. Kopernik Padua universitetində tibb elmini öyrənmiş və Ferrara universitetində ilahiyyat üzrə elmi dərəcə almışdı. 1497-ci il martın 9-da Kopernik astronom Domeniko Maria Novara ilə birgə ilk elmi təcrübəsini həyata keçirdi. 1503-cü ilin sonunda Kopernik hərtərəfli elmi biliyə malik bir şəxs kimi vətəninə qayıdır. Təxminən 1516-cı ildə qələmə aldığı “Kiçik mülahizələr” adlı əsərində Kopernik öz şərhlərini vermişdir. Həmin dövrə qədər təxminən 1500 il ərzində dünya sistemi haqqında qədim yunan alimi Ptolemeyin nəzəriyyəsi “hökmranlıq” edirdi. Bu nəzəriyyəyə görə, Yer kürəsi kainatın mərkəzində yerləşir, Günəş və digər planetlər isə onun ətrafında fırlanır. Göy cisimlərini müşahidə edən Kopernik belə bir qənaətə gəlir ki, Ptolemeyin nəzəriyyəsi yanlışdır. Otuz illik gərgin əməkdən, uzun müşahidələrdən və çətin riyazi hesablamalardan sonra Kopernik sübut etdi ki, Yer bir planetdir və bütün planetlər Günəş ətrafında dövr edir. Kopernik bildirirdi ki, Yer kürəsindəki müşahidəçi Yerin tərpənməz olduğunu, Günəşin isə onun ətrafında fırlandığını düşünür. Əslində isə Yer Günəş ətrafında fırlanır və bir il ərzində öz orbiti ətrafında tam dövrə vurur.  1543-cü ildə Kopernik «Göy cisimlərinin fırlanması haqqında» əsərini çap etdirmək qərarına gəlir. Dostları çap olunmuş kitabın bir nüsxəsini gətirib ona verəndə alim artıq ölüm ayağında idi. Kopernikin kəşfi elmdə çevriliş yaratmış və xurafata sarsıdıcı zərbə vurmuşdu. Kopernik 1543-cü il martın 24-də vəfat etmişdir. azertag.az
['astronom', 'riyaziyyatçı', 'mexanik', 'iqtisadçı', 'ilahiyyatçı', 'Nikolay Kopernik']
533
https://kayzen.az/blog/kitab/22155/g%C9%99nc-x%C9%99fiyy%C9%99l%C9%99rin-sevimli-q%C9%99hr%C9%99man%C4%B1-%C5%9Ferlok-holms.html
Gənc xəfiyyələrin sevimli qəhrəmanı Şerlok Holms
Apollon
Kitablar və mütaliə
7 iyul 2018, 19:17
Londonun Beyker-strit küçəsindəki evlərdən birinin qapısına xatirə lövhəsi vurulmuşdur. Lövhə buradan keçən bütün insanlara xəbər verir ki, 1881-ci ildən 1903-cü ilə kimi məşhur xəfiyyə Şerlok Holms burada yaşamışdır. Əslində isə belə bir adam olmamışdır. Şerlok Holms ədəbi qəhrəmandır, surətdir. Bütün dünyada böyüklər və uşaqlar onun macəraları haqqında kitabları təkcə ona görə sevmirlər ki, Şerlok Holms fədakar, cəsur və ədalətlidir. Holmsun ən başlıca üstünlüyü – ağlının itiliyidir. Onun ağlı ən düyünlü məsələləri və cinayətləri belə açmağa qadirdir. O, çox diqqətlidir. Hər bir əşya öz sahibi haqqında çox şey danışa bilər. Şerlok Holms düzgün mühakimələr yürütməklə dolaşıq işləri açır. O, həqiqətən istedadlı tədqiqatçıdır. Holms elmdən – kimya, psixologiya və təbabətdən silah kimi istifadə edir. Müvəffəqiyyətli axtarış üçün ona çoxlu bilik lazımdır. Odur ki, o, cürbəcür təcrübələr aparır. Məşhur xəfiyyə Holmsun özünün də əziz və adi vərdişləri vardır. O, musiqini və ədəbiyyatı sevir, skripkada çalır. Onda o qədər cəlbedici insani keyfiyyətlər var ki, bəzi oxucular onun həqiqətən də həyatda yaşamış olduğuna inanırlar. Şerlok Holmsu dünyaya da tanıdan görkəmli ingilis yazıçısı Artur Konan-Doyldur. Konan-Doyl, həkimliyə təzə başlayanda xəstə gözləyən zaman bekarçılıqdan darıxmamaq üçün xəfiyyə haqqında hekayələr yazmağa başlayır. Məşhur xəfiyyənin prototipi onun müəllimi, Edinburq Universitetinin professoru Cozef Bell olur. Konan-Doyal onun assistenti idi. Konan- Doyl hər gün müəllimini müşahidə edir və Şerlok Holmsun obrazını onun xüsusiyyətlərindən bəhrələnərək yaradır. O, 40 illik yaradıcılıq dövründə məşhur xəfiyyə haqqında olan dörd roman və çoxsaylı hekayələrdən başqa fantastik və tarixi romanlar yazsa da, ona dünya şöhrətini məhz Şerlok Holms gətirmişdir. Konan-Doyl özü də elə bir az Şerlok Holms idi. Təsadüfi deyildir ki, xüsusi diqqətcilliyə və gözəl təxəyyülə malik olan yazıçıya London polisi, Misir və Çin hökumətləri müraciət edib kömək istəyir, bir sıra cinayətləri açmağı ondan xahiş edirdilər. Yazıçı, Londonun küçələrindən keçəndə, yoldan ötənlər şlyapasını çıxarıb deyirdi: “Salam, mister Şerlok Holms”... On illər keçir, lakin oxucular indiyədək Konan-Doylun hekayələrinin qəhrəmanından çətin sirləri açmağı, cəsur olmağı və həmişə ədalətin keşiyində durmağa öyrənirlər.
['detektiv', 'Artur Konan Doyl', 'Şerlok Holms', 'detektiv əsər']
534
https://kayzen.az/blog/qadinlar/22146/janna-d%CB%88ark%C4%B1n-%C3%B6lm%C9%99z-%C3%BCr%C9%99yi.html
Janna DˈArkın ölməz ürəyi
Apollon
Məşhur qadınlar
6 iyul 2018, 16:33
İngiltərə və Fransa arasında çoxdankı (XII-XV əsrlər) müharibə tarixə Yüzillik müharibə adlı ilə daxil olsa da, o, yüz ildən çox davam edib və hər iki ölkənin başına saysız-hesabsız müsibətlər gətirib. Döyüş meydanlarında bir-birinin ardınca məğlubiyyətə uğrayan Fransa, demək olar, bütün cəngavərlərini itirir. Fransa torpaqlarını bir-birinin ardınca zəbt edən ingilislər fransız xalqını amansızcasına qarət edir və sıxışdırırdılar. Paris artıq düşmənin əlində idi. Növbə fransızların sonuncu istinadgahına, ingilislər tərəfindən mühasirəyə alınmış Orlean şəhər-qalasına çatır. Nə İngiltərə, nə də qiyamçı yerli feodallar tərəfindən Fransa tax-tacının qanuni varisi kimi qəbul edilməyən şahzadə (dofin) Karl Valua svitası və azsaylı qoşunu ilə birlikdə kiçik Şinon qəsrinə çəkilərək, xalqının əzab-əziyyətinə və əzilməsinə aciz halda tamaşa edirdi. Bir sözlə, belə davam etsə, Fransa müstəqil dövlət kimi Avropanın xəritəsindən tamamilə silinəcək… Amma məhz ölkənin başının üstünü qara buludların aldığı bir vaxtda səhnəyə heç kəsin tanımadığı, barəsində heç nə eşitmədiyi gənc bir qız – Janna DˈArk çıxır. O, fransızların ingilis işğalçılarına qarşı müqavimət hərəkatına başçılıq edir. Sadəcə, başçılıq etmir, misli görünməmiş sərkərdəlik məharəti nümayiş etdirərək, Yüzillik müharibənin gedişatını Fransanın xeyrinə dəyişdirir. Buna görə də onu hələ sağlığında ikən xalq qəhrəmanı, ölkənin xilaskarı adlandırırlar. Katolik kilsəsi isə XX əsrin əvvəllərində Janna DˈArka münasibətini yenidən gözdən keçirərək, onu Orlean qızı adı ilə müqəddəslər siyahısına salır. Bəs, Janna DˈArk mənşəcə kimi idi? Onu silaha sarılmağa nə məcbur etmişdi? Əvvəllər heç vaxt döyüşməyən bu qızcığazda sərkərdəlik istedadı haradan qaynaqlanırdı? Janna DˈArkın həyatında izaha gəlməyən sirlər və nağılvari epizodlar çoxdur.  Janna DˈArk sadə fransız kəndlisinin qızı idi. Uşaqlıq illəri Lotaringiya vilayətinin Domremi kəndində keçib. Həmkəndlilərinin dediklərinə görə, Janna müəyyən vaxta qədər yaşıdlarından heç nə ilə fərqlənməyib. Lakin 14 yaşında nə isə baş verir. Ən yaxın adamlarına etiraf edir ki, müqəddəslərin səslərini eşidir və hətta bəzən onları görür: “Onlar deyirlər ki, Allah özü ingilisləri torpaqlarımızdan qovub çıxarmağı mənə tapşırır”.  Doğmaları onu hər şeyi unutmağa və yaşamağa davam etməyə inandırmağa çalışırlar. Lakin Jannaya heç nə təsir etmir. O, yalnız bir məsələ barəsində düşünür: tezliklə Şinon qəsrinə gedib şahzadə Karl ilə görüşmək!* Janna doğma kəndini tərk edib böyük çətinliklə Şinon qəsrinə gəlir. Dofinin yaxın adamları gənc çoban qızı fırıldaqçı zənn etsələr də, onu Karlın yanına aparmağa razı olurlar. Janna Şinon qəsrinin yarıqaranlıq zalına daxil olan kimi düz şahzadənin yanına gəlir və onun qarşısında diz çökür. Zəif iradəli, şərəf və heysiyyət məsələlərində bir o qədər də prinsipial olmayan Karl Jannanın səhvə yol verdiyini, dofin olmadığını söyləyir.  — Allah xatirinə, şahzadə! – deyə Janna məzəmmətlə səslənir. — Fransanın həqiqi kralı siz və yalnız sizsiniz! — Məndən nə istəyirsən? – deyə dofin soruşur. — Mənə bir dəstə cəngavər verin. Onlarla birlikdə ingilisləri darmadağın edəcəyəm! Ətrafdakılar Jannanı məsxərəyə qoyurlar. Buna baxmayaraq, ona kiçik bir dəstə həvalə edirlər. Janna bu dəstə ilə birlikdə mühasirədə olan Orleana girməyə müvəffəq olur, müəyyən müddətdən sonra isə onun başçılıq etdiyi könüllülər dəstəsi qalanı almağa cəhd göstərən seçmə ingilis alaylarını darmadağın edir və pərən-pərən salır.  Bu məğlubiyyətdən hiddətlənən ingilis kralı Jannanın və onun dəstələrinin üzərinə nəhəng ordu göndərir. Sizcə, bu ordunun aqibəti necə olur? İngilislər bütün Yüzillik müharibə dövründə ilk dəfə çox böyük bir məğlubiyyətin acısını dadırlar! Karl Valua Jannanın müşayiəti ilə Reymsə gəlir. Fransa krallarının tacqoyma mərasimi lap qədim zamanlardan məhz burada keçirilir. Janna Karl Valuanın başına tac qoyur. Lakin o vaxtdan gənc qəhrəmanımızı uğursuzluqlar təqib etməyə başlayır. “Balaca çoban artıq öz işini görüb və inəklərinin yanına gedə bilər” – deyən saray əyanları onu kralın gözündən salmağa çalışırlar. Janna isə hesab edir ki, onun missiyası hələ başa çatmayıb. Krallığın yarısı hələ də ingilislərin tapdağı altındadır. Onun dəstələri Parisi azad etməyə can atır. Lakin şöhrətpərəst Karl ona geri çəkilmək əmri verir: paytaxta ağ atın belində qalib kimi onun deyil, sadə kəndli qızının daxil olması fikri onu dəhşətə gətirir. Janna kralın tələbini yerinə yetirərək, dəstəsini Parisdən geri çəkir. Bir gədər sonra, satqınlıq nəticəsində qiyamçı feodala əsir düşür. O da Jannanı ingilislərə satır. Əfsuslar olsun ki, kral Jannanı azad etmək üçün əlini ağdan-qaraya vurmur. İngilislər onu zəncirləyib hələ də əllərində olan Ruana gətirirlər, fransız kilsə xadimlərindən onu kafir və cadugər kimi mühakimə etməyi tələb edirlər. Jannanı onlarca müstəntiq, prokuror, inkvizitor dindirir, işgəncələrlə hədələyirlər. Yetkinlik yaşına çatmadığı üçün müdafiə olunmalı halda, onu vəkillə təmin etmirlər. Janna DˈArkı tonqalda yanmağa məhkum edirlər. Edamı izləyənlərin ürəyinə onları ömrü boyu təqib edən bir hiss – gözləri qarşısında günahsız bir insanın diri-diri yandırılması hissi hakim kəsilir. Edam səhnəsini izləyən bir neçə nəfər huşunu itirir. Yerindəcə quruyub qalan bir əsgərin ömürlük dili tutulur. Edama tamaşa edənlərdən biri sonralar əlini Bibliyaya basıb and içir ki, güclü alovun içindən qəflətən ağ bir göyərçinin pırıldayıb Fransa tərəfə uçmasının şahidi olub.  Bəli, özü balaca, qəlbi böyük olan Janna ölənə qədər özünə sadiq qalır. Bədəni yanıb külə dönsə də, al qanla dolu qəlbi salamat qalır. O hadisədən 500 ildən çox vaxt keçir. Lakin hələ indiyə qədər heç bir müdrik insan bu məsələni ağlabatan şəkildə izah edə bilməyib: nə üçün amansız alov gözəl və gənc Jannanın ürəyinə aman verir...  azertag.az
['mübariz qadın', 'qadın döyüşçü', 'Janna DˈArk', 'Janna Dark']
535
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/22091/aristotel-elmi-f%C9%99ls%C9%99f%C9%99nin-banisi.html
Aristotel - Elmi fəlsəfənin banisi
Apollon
Böyük insanlar,şəxsiyyətlər
2 iyul 2018, 21:32
Qədim yunan mütəfəkkiri Aristotel bizim eramızdan əvvəl 384-cü ildə Makedoniyanın Stagira şəhərində anadan olub. O, Şərq ölkələrində Ərəstun adı ilə də tanınır. Aristotel saray həkimi olan atasından biologiya və təbabətə dair ilkin bilikləri əldə edib, xəstələri qəbul etməsində ona yardımçı olub. Aristotel 17 yaşında məşhur mütəfəkkir və tarixçi Platonun akademiyasında oxumaq üçün Afinaya gedib. Rəvayətə görə, özünün tibbi biliyi sayəsində yolda bir varlı adamı yoluxucu xəstəlikdən xilas edib. Platonun məktəbində təhsil alan gənc oğlana iki ildən sonra ritorikadan mühazirə oxumaq etibar edilib. Aristotel reallığı dərk etməyə çalışıb. Hətta onun dilindən belə bir deyim də var: “Platon mənim dostumdur amma həqiqət daha vacibdir”.  Eramızdan əvvəl 342-ci ildən Aristotel 13 yaşlı çar oğlunun, tarixə Makedoniyalı İsgəndər kimi düşmüş şəxsin tərbiyəçisi və müəllimi olub. Lakin Makedoniyalı İsgəndər taxt-taca sahib olandan sonra onun yürüş salnaməsini yazmaqdan imtina edib. Müəllimliyə üstünlük verən Aristotel 334-cü ildə Afinaya qayıdaraq öz məktəbinin əsasını qoyub. Onun məktəbi Apollon Likey məbədinin yaxınlığında yerləşdiyindən məktəbə Likey adı verilib. Aristotel fəlsəfə, ritorika, məntiqdən dərs deyərkən ənənəvi mühazirə oxumaqdan imtina edib. O, dərsi söhbət və diskussiya şəraitində, gənclərlə birgə gəzərək onlara öyrədib. Aristotelin məktəbində fəlsəfədən başqa fizika, tarix, coğrafiya, astronomiya elmləri də öyrədilib. O, şagirdlərinə məsləhət görürdü ki, müvəffəqiyyət qazanmaq üçün qabaqdakıları ötüb keçmək lazımdır, arxadakıları isə gözləmək olmaz. Makedoniyalı İsgəndərin ölümündən sonra dinə qarşı cinayətdə təqsirləndirilən Aristotel təqibdən qurtarmaq üçün Evbey adasına qaçmış və eramızdan əvvəl 322-ci ildə orada mədə xəstəliyindən vəfat etmişdir. Aristotelin əsərləri bir çox elmləri əhatə edir. Formal məntiqin əsasını qoymuş mütəfəkkir astronomiya, biologiya, təbabət, kosmosun təşkili, Yerin quruluşu haqqında traktatlar yazmış, insanın cəmiyyətdə davranışına dair qaydalar hazırlamış, incəsənət haqqında öz nəzəriyyəsini hazırlamışdı. Estetikaya katarsis anlayışını – insan ruhunun təmizlənməsini Aristotel gətirib. İdeal insanın necə olması haqqında düşünən Aristotel xarakterdə 11 cizgini ayıraraq onları “məziyyət” adlandırıb. Bu, kişilik, mülayimlik, səxavətlilik, əzəmət, mərdlik, şöhrətpərəstlik, rəvanlıq, doğruluq, lütfkarlıq, səmimilik, ədalətlilikdir. Aristotelin fikrincə, sonuncu məziyyət — ədalətlilik cəmiyyətdə insan üçün ən vacib olan cəhətdir. Bütün bu keyfiyyətləri insan özü-özündə inkişaf etdirməlidir. Kosmos haqqında mühakimə yürüdən Aristotel öyrədirdi ki, Yer kainatın mərkəzində yerləşir və kürə formasındadır. Aristotel Yerin kürə şəklində olmasını ay tutulmaları haqqında müşahidələrinə əsaslanaraq sübut etmişdi. Alim daha çox qədim riyaziyyatçıların əsərlərini öyrənərək, ekvatorun uzunluğunu düzgün hesablamışdı. Onun “Meteorologiya” əsəri fiziki coğrafiyada ilk əsərlərdən biridir. Aristotelin başlıca xidməti onun bilikləri sistemləşdirməsində olub. O, dünyanı, cəmiyyəti, incəsənəti və təbii hadisələri öyrənmək üçün qanunları, yolları və qaydaları göstərib. Onun nəzəriyyələrindən bəziləri zaman keçdikcə köhnəlsə də, əksəriyyətindən alimlər əsrlər boyu istifadə etmişlər və indi də onlara söykənirlər. azertag.az
['yunan alim', 'mütəfəkkir', 'Aristotel']
536
https://kayzen.az/blog/edebiyyat/22070/ezop.html
Ezop
Apollon
Ədəbiyyat
28 iyun 2018, 15:54
Əfsanəvi Ezop qədim yunan təmsil ustasıdır. Təqribən eramızdan əvvəl VI əsrdə yaşayıb. Ezopun real şəxsiyyət, yaxud ümumiləşdirici obraz olması indiyə qədər məlum deyil. Onun bioqrafiyası qeyri-müəyyəndir. Ən inandırıcı versiyaya görə, Ezop kölə olub. Sonradan ona azadlıq verilib. Ezop Delfiya şəhərinin sakinləri tərəfindən öldürülüb.  Orta əsrlərdə Bizansda Ezopun məzəli bioqrafiyası yazılıb. Uzun illər həmin bioqrafiya Ezop haqqında dəqiq məlumatlar mənbəyi sayılıb. Burada Ezop dəyər-dəyməzinə alınıb-satılan, özü kimi kölələr, habelə nəzarətçiləri və ağaları tərəfindən daim incidilən bir şəxsdir. Lakin bu bioqrafiya Ezop haqqında həqiqətdən nəinki o, hətta yunan mənşəli deyil. Onun bioqrafiyası hətta yunanlar tərəfindən yazılmayıb. Ezopu qozbel, axsaq, meymun sifətli, əlqərəz, hər baxımdan Apollonun ilahi gözəlliyinin tam əksi kimi təsvir ediblər. O, heykəltəraşlıqda da belə təsvir edilib, o cümlədən bizim günlərə qədər gəlib çıxan maraqlı heykəldə də bu şəkildədir. Lakin bəzi tədqiqatçılar hesab edirlər ki, Ezopun anadangəlmə eybəcərliyi, onun hiyləgərliyi, müdriklər və kahinlər ilə müəmmalı əlaqələri uydurmadır. XX əsrə yaxınlaşdıqca Ezopun obrazı getdikcə daha aydın şəkil alıb. Əgər o, real şəxsiyyətdirsə, bir vaxtlar Qrim qardaşları kəndbəkənd gəzib nağıllar topladıqları kimi onun da təmsilləri xalqın müdriklik xəzinəsindən toplanıb. Ezopun məcmuə şəklində toplanmış təmsilləri bizim günlərə gəlib çatsa da, müəllifin real şəxsiyyət olmasını və fəlsəfi fikirlərin məhz onun tərəfindən deyildiyini təsdiq etmir.  Ezopun təmsilləri mənsur əsərlərdən ibarət topludur. Burada azı 400 təmsil yer alıb. Əfsanəyə görə, Aristofanın dövründə Afinada uşaqlara Ezopun müdrik təmsilləri öyrədilirmiş. Ezopun təmsillərini ilk dəfə hələ eramızdan əvvəl III əsrdə qədim yunan filosofu Demetri Falerski yeni şəklə salıb. Eramızdan əvvəl II əsrdə qədim yunan filosofu Babri Ezopun təmsillərini oxumağa və tərcümə etməyə başlayıb. Ezopun təmsil yaradıcılığının əsasını məhz onun tərcümələri təşkil edib. Bəzi tarixçilər məhz Babrini topunun həqiqi müəllifi sayırlar.  İllər və əsrlər bir-birini qovur, Ezopun təmsilləri Jan Lafonten, Lev Tolstoy, İvan Krılov, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq kimi tanınmış yazıçı və təmsil ustaalrı üçün “ilham” mənbəyinə çevrilir. Belə çıxır onların bizə məlum olan süjetləri sadəcə “Ezopun təmsilləri” deyilən xalq müdrikliyi toplusundan götürülüb. Amma gəlin onları məzəmmət etməyə tələsməyək. Əsas məsələ budur ki, bu təmsillər uşaqlara aydın dildə yazılıb. Ezopun təmsillərini hər dildə oxumaq olar. İlk baxışda təmsillər müxtəlifdir. Tülkü və üzüm Ac tülkü tənəkdən üzüm salxımının sallandığını görür. Onu dərmək istəyir, amma bacarmır. “Hələ dəyməyib”- deyə çıxıb gedir. Yəni birisi oynaya bilmir, deyir: yerim dardır. Kor maral Bir gözü kor maral dənizin sahilinə gəlib otlamağa başlayır. Görən gözü ilə quruya baxır ki, ovçu görünsə, qaçıb canını qurtara bilsin. Kor gözü isə dənizə tərəf olur, çünki oradan heç bir təhlükə gözləmir. Bu zaman dənizdə üzən gəmidəki insanlar onu görür və oxla vurub öldürürlər. Canını tapşıran zaman maral öz-özünə deyir: «Mən bədbəxt! Qurudan qorxurdum, fəlakəti ondan gözləyirdim. Sığındığım dəniz isə daha təhlükəli oldu!». Çox vaxt təhlükəli bildiyimiz faydalı, nicat saydığımız isə məkrli olur. Qarı və həkim Qarının gözləri ağrıyır. O, həkim çağırır. Söz verir ki, haqqını ödəyəcək. Həkim hər dəfə gəlib qarının gözlərinə məlhəm qoyur, amma qarı gözlərini yumanda, onun evindən nə isə çırpışdırır. Qarının evindən daha aparılası bir şey qalmayanda müalicə də başa çatır. Həkim öz haqqını tələb edir, qarı isə onun haqqını ödəməkdən imtina edir. Onda həkim qarını sürüyə-sürüyə hakimin yanına gətirir. Burada qarı dözməyib deyir ki, ancaq gözlərini müalicə edəcəyi təqdirdə haqq ödəyəcəyinə söz verib. Amma müalicədən sonra lap pis görməyə başlayıb. Qarı deyib: “Əvvəllər, evimdəki bütün əşyaları görə bilirdim. İndi isə heç nə görmürəm”. Yaramaz adamlar tamah üzündən özlərini belə ifşa edirlər! Bülbül və qırğı Bülbül uca palıd ağacının budağında oturub adəti üzrə cəh-cəh vururmuş. Acından çinədanı quruldayan qırğı bülbülü görən kimi şığıyıb onu caynağına alır. Bülbül sonunun çatdığını başa düşür. Qırğıdan xahiş edir ki, onu buraxsın: axı, o qırğının çinədanını doldurmaq üçün hələ çox kiçikdir. Əgər qırğı çinədanını doldurmaq istəyirsə, qoy daha iri quş ovlasın. Qırğı etiraz edir: “Caynağındakı qəniməti əldən verib, xəyali qənimətin dalınca qaçmaq, səfehlikdir”. Təmsil göstərir ki, daha çox qazanmaq ümidi ilə əlindəkini əldən verənlər ən səfeh adamlardır. Dəvə İnsan ilk dəfə dəvəni görəndə, onun nəhəng boyundan qorxaraq qaçıb gizlənir. Müəyyən müddət keçəndən sonra dəvənin mülayim və itaətkar heyvan olduğunu görür. Cəsarətini toplayıb ona yaxınlaşır. Sonra heyvanın səfeh olduğunu görüb elə cəsarətlənir ki, yüyənini oğlan uşağına tapşırır. Təmsilin əxlaqi dəyəri budur: vərdiş qorxuya üstün gəlməyə kömək edir. Balıqçı Bir balıqçı çox gözəl tütək çalırmış. Bir gün o, tütək və tor götürüb dənizə gedir, qayanın çıxıntısında dayanıb tütək çalmağa başlayır. Belə hesab edir ki, balıqlar bu şirin musiqi sədalarını eşidib özləri sudan çıxacaq. Lakin nə qədər çalırsa-çalsın, balıqlar gözə dəymir ki dəymir. Onda tütəyi bir kənara qoyub suya tor atır və çoxlu sayda növbənöv balıq tutur. Torun içindəki balıqları sahilə boşaldır. Balıqların çırpınmasına tamaşa edərək deyir: “Yaramaz məxluqlarsız: sizin üçün çalırdım – oynamırdınız, indi daha çalmıram – amma oynayırsınız”. Təmsil yersiz iş görən adamlar üçün nəzərdə tutulub. Tülkü və göyəm  Hasara dırmaşan tülkü yıxılmamaq üçün göyəm kolundan yapışır. Kolun tikanları onun dərisini deşik-deşik edir və incidir. Tülkü göyəmi qınamağa başlayır: axı o, yardım üçün ondan yapışıb, amma vəziyyəti daha da pisləşib. Göyəm etiraz edərək deyir: “Əzizim, məndən yapışmaqla səhvə yol vermisən. Axı, mən özüm hamıya yapışıram”. Yəni təbiətcə ziyankar adamlardan ancaq səfehlər yardım istəyir. Yoğunlamış tülkü Ac tülkü ağac koğuşunda çobanların unutduğu çörək və ət görür. Tülkü koğuşa girib bunları yeyir, lakin gödəni elə böyüyür ki, bayıra çıxa bilmir. Zar-zar zarıldayıb, ah-vay edir. Yaxınlıqdan keçən başqa bir tülkü onun zarıltısını eşidib yaxınlaşır, nə üçün ah-vay etdiyini soruşur. Səbəbini biləndən sonra deyir: “Bura hansı vəziyyətdə girmisənsə, o vəziyyətə düşənə qədər oturmalısan. Əvvəlki halını alandan sonra çıxmaq asandır”. Təmsil göstərir ki, bəzi çətinliklər vaxtı gələndə, öz-özünə həll olunur. azertag.az
['ədəbiyyat', 'təmsil', 'təmsil ustası', 'Ezop']
537
https://kayzen.az/blog/issoc/22078/kapitalizmin-g%C3%BCl%C3%BC%C5%9F%C3%BC-d%C9%99-saxtad%C4%B1r.html
Kapitalizmin gülüşü də saxtadır
Apollon
islam və cəmiyyət
28 iyun 2018, 15:51
Demək olar ki, hər kəs qısa və ya uzaq məsafəyə təyyarə ilə səyahət etmişdir. Bu səyahətdə olmayanlar belə mütləq bu səhnəni televizor izlərkən görmüşdür. Təyyarə qapısının girəcəyində bir və ya iki stüardessa dayanaraq sərnişinlərlə göz təması qurub onları gülər üzlə qarşılayır və “xoş gəlmisiniz” deyirlər. İsti bir qarşılama təyyarəyə minənləri çox xoşbəxt edər. Əslində bu qarşılama içdən gələn bir qarşılama deyil, şüuraltına verilən bir mesajdır. Stüardessa qapıda sərnişinləri qarşılamaqla “sən burada qonaqsan mən isə ev sahibiyəm, sən təyyarəni istədiyin kimi istifadə edə, zərər verə bilməzsən, sənə nə təqdim olunsa onunla kifayətlənərsən” mesajını verir. Hətta su və ya meyvə suyu istədiyimizdə stəkanı yarımçıq doldururlar, heç kim də buna etiraz etmir. Halbu ki, evimizdə uşağımızdan su istədikdə stəkanı yarım doldurub gətirsə, onu geri qaytarıb suyu tam şəkildə doldurtdururuq. Hələ üstəlik yarım saat danışıb suyu yarım doldurmaq olmaz kimi nəsihətlər veririk. Təyyarədə isə savadlısı, savadsızı, heç kim bu hərəkətə etiraz etmir. Çünki qapıda stüardessa şüur altına “buranın hakimi mənəm” mesajını vermişdir. Həm də bunu heç bir çətinlik çəkmədən bir təbəssümlə bacarmışdır. Həmçinin mediada yer alan reklamların ən cəzbedici görünəni bank reklamlarıdır. Nə qədər dostcanlı, nə qədər sevimlidirlər. Hər çətin vəziyyətdə qaçaraq gedə biləcəyimiz tək ünvan olduqlarının mesajını verirlər. Ən yaxın dost kimi görünürlər. O reklamlardan sonra insan banka gedib vəzifəli şəxslərlə oturub çay içərək dərdləşmək istəyir. Təbəssümləri ilə, görünüşləri ilə süniləşən bu insanları qara gün dostu hesab edərsiniz. Halbuki gerçək həyatda reklamda göründüklərinin tam əksidirlər. Əllərinə düşsəniz reklamda göstərdikləri təbəssüm bir kənara qalsın, canavarlaşaraq insanın həyatını qurudarlar. Bank reklamlarından gsm operatorları reklamlarına, içki reklamlarından hər cür təlabatların reklamlarına qədər hər yerdə saxta gülüşlərdən istifadə edilir. Saxta gülüşləri Orta Asiyada yerləşən ölkələrin yerli rəqslərini ifa edən qızlarda da görmək mümkündür. Rəqs edən qızlar səhnəyə çıxdıqları zaman sanki düyməyə basaraq dərhal gülümsəməyə başlayırlar. Rəqs edərkən baxsanız bu qızların heç bir dərdi yox imiş kimi görünürlər, işlərini də son dərəcə zövqlə icra edirlər zənn edərsiniz. Gülümsəyərək etdikləri rəqslərlə insanları qısa müddətə əyləndirirlər. Amma rəqs bitib səhnədən ayrılarkən yenə düyməni basıb lampanı söndürürmüş kimi üzlərində qeyri-məmnun bir ifadə ilə səhnədən uzaqlaşırlar. “Gözəl bir gülüş qaranlıq evə girən günəş işığına bənzəyər” (Tolstoy). Qloballaşan dünyada yalnızlaşan insan qaranlıqlara qərq olmuş iç dünyasını bir təbəssümlə aydınladacaq günəş işığına möhtacdır. Kapitalizm insanı ən həssas tərəfindən yaralamağı yaxşı bacardığı üçün gülüşü sektorun hər sahəsinə yerləşdirmişdir. Təbəssümə möhtac insan da saxta gülüşlərə aldanaraq bu sektorun oyuncağına çevrilir. Arnold Glashow “Gülüş əks təsiri olmayan yeganə ağrıkəsicidir” deyir.  İslamda hədəf cəmiyyəti bir-birinə yaxınlaşdırmaq, birlik və bərabərliyi təmin etməkdir. Peyğəmbər (s.ə.s.) bu təsiri bildiyi üçün ümmətinə nümunə olması baxımından bu gözəl davranışı çətin zamanlarında belə buraxmamışdır. Deyə bilərik ki, gülümsəmək Peyğəmbərimizin heç tərk etmədiyi bir sünnətidir. Cərir (r.a.) belə rəvayət edir: “Rəsulullah (s.ə.s.) müsəlman olduğum gündən bəri nə vaxt ehtiyacım olsa mənimlə görüşərdi. Məni görüb də təbəssüm etmədiyini heç görmədim” (Buxari-Müslim). Gülümsəmək qarşındakına güvən verir. Bir uşağa təbəssüm etdiyiniz zaman sizə doğru yaxınlaşar. Güvən, istilik verən bir duyğunun içini kapitalizm boşaldaraq öz mənfəətləri üçün istifadə etməkdədir. Bu səbəbdən bu gülüşlər xarici çox gözəl bəzədilmiş amma içi boş hədiyyə qutusuna bənzəyir. Xarici bir alimin gözəl sözü var: “Gülən üz qızıl ɑçardır”. Kapitalizmin ağaları da insanların duyğularını istismar etmək üçün xüsusilə reklamlarda saxta açarlarını bir növ çilingər ustalığı ilə istifadə edirlər. İslam dini duyğuların belə istismar edilməsini qadağan etmişdir. Peyğəmbər (s.ə.s.) təbəssümlə belə olsa bir müsəlmanın qardaşını aldatmasına icazə verməmişdir. “Bizi aldadan bizdən deyildir” deyə buyurmuşdur. “Gülər üzlə insanlara salam verməyin sədəqədir” (Camius-Sağir, 4/1513). Salamlar slm deyərək 3 hərfə sığışdırılarkən sədəqə savabı qazandıran gülümsəmələr aldadanların üzlərinə taxdığı maskalara çevrildi. Salamlarımızı sədəqə savabı qazandıracaq təbəssümlə bəzəyib, saxta gülüşlərə möhtac etmədən birlik və bərabərliyimizi artırması duası ilə… Xədicə Şahin «Bizim ailə» jurnalı
['islam', 'cəmiyyət', 'kapitalizm', 'yalançı təbəssüm']
538
https://kayzen.az/blog/ushaq_terbiyesi/22076/u%C5%9Faq-t%C9%99rbiy%C9%99sind%C9%99-day%C9%99l%C9%99rin-rolu.html
Uşaq tərbiyəsində dayələrin rolu
Apollon
Uşaq tərbiyəsi
27 iyun 2018, 11:54
Hər doğulan körpə valideynlər üçün bir sevinc və sevgi qaynağı olmanın yanında bəzi məsuliyyətləri də özü ilə bərabər gətirir. Valideynlər doğulan körpələrinin sağlam və qüsursuz olduğunu görüncə rahatlanır, lakin uşağı necə böyütmək və tərbiyə etmək mövzusunda zərrə qədər narahatçılıq keçirmirlər. Əslində, körpənin ən təhlükəsiz və etibarlı yeri ana bətnidir. Körpə dünyaya göz açdığı gündən etibarən isə artıq onun maddi, mənəvi və ruhi inkişafı üçün diqqətli baxıma və doğru tərbiyə edilməyə ehtiyaci var. Uşaq tərbiyəsində ən mühüm iş, tətbiq ediləcək metod və prinsipi düzgün seçməkdir. Uşaq ata-anasına əmanətdir. Onun təmiz qəlbi hər cür əyrilik və şərdən uzaq, saf və bərraqdır. Uşaq xeyrə alışdırılar, yaxşılıq təlqin edilərsə, xeyirli bir nəslin nümayəndəsi olaraq yetişər. Əksinə, ətraf mühitdən gördüyü mənfi xislətlər və davranışlar onun gələcək inkişafı üçün təhlükə yarada bilər. Bunda əsas faktorun ata-ana və dayələrin üzərinə düşdüyünü vurğulamaq lazımdır.  Niyə dayələr? Cünki zəmanəmizin tələblərindən biri də işləyən ata-anaların körpələrinin dünyaya gəlişi ilə bir müddət sonra ya ehtiyac üzündən ya da karyera qurma kimi səbəblərlə övladlarını dayələrə əmanət etmələridir. Təbii ki, dayələr də analar kimi uşaqların maddi baxımını üzərinə alır, yəni yedizdirir, içizdirir və yatızdırırlar. Əsas diqqət yetirilən xüsus onların mənəvi tərbiyəsinə nə dərəcə xidmət edə bilirlər? Çünki körpələrə maddi qayğının yanında mənəviyyatın aşılanması, düzgün xarakterin formalaşması və şəxsiyyətin oturması kimi prinsiplər təlqin edilməli, onun insan kimi yetişdirilməsinə diqqət yetirilməlidir. Təəssüflər olsun ki, bu kimi kriteriyalar hər valideynin fikir vermədiyi, nəzərdən qaçırdığı, xüsuslardır. Dayələr tutulduğu zaman əsas fikir verdikləri nöqtələr uşağı vaxtında yedizdirib yatızdırmaq və gəzdirməkdir. Onların düzgün xarakterlərinin formalaşmasına səbəb olan oyunlar, nağıllar və dastanları hər dayə bilməz. Halbuki uşaqlara maddi qayğının yanında mənəvi ruhun aşılanması və inkişaf etməsi üçün dini motivləri içinə alan nağıl və dastanları oxutmaq, yaxşı xislətlərə və davranışlara sahib olması üçün faydalı, ibrətamiz məsəllər və hekayələr (peyğəmbərlərin həyat hekayələri də ola bilər) danışmaq uşaqların yaxşı xüsusiyyətlərlə tərbiyə edilməsinə səy göstərmək, onun gələcəkdə ailəsinə və vətəninə yararlı və sağlam bir nəsil kimi yetişməsinə səbəb ola bilər. Dayələr aranarkən diqqət yetiriləcək əsas faktorlardan biri də dayələrin əsəbi, səbirsiz və sinir pozğunluğu yaşayan və ya problemli insanlar olmamalarıdır. Əsəbi bir insan etdiyi bir yanlış hərəkət qarşısında çığırıb-bağırmamalı, etdiyi yanlışı düzəltməyin yollarını səbir və təmkinlə başa salmalıdır. İmam Qəzzali bu xüsusda tərbiyəçilərin məsuliyyətinin nə qədər böyük olduğunu belə vurğulayır: “Təlim və tərbiyə ilə məşğul olan bir insan, bəşərin qəlbləri və ruhları üzərində tasarrufda olan insandır. Yer üzünün ən şərəfli varlığı insan cinsidir; İnsanın ən dəyərli varlığı da onun qəlbidir. Tərbiyəçi isə belə dəyərli olan insan qəlbini mükəmməlləşdirmək, təmizləmək və Allaha yaxınlaşmağa sövq etməklə məşğul olan insandır”. Bu səbəbdən valideynlər övladlarını dayələrə verərkən əxlaqlı insanlar olmalarını əsas faktor olaraq görməli, uşaqlarının yaxşını pisdən ayıracaq xüsusiyyətlərlə yetişməsini əsas səbəb kimi görməlidirlər. Dayələr də onlara əmanət edılən körpələrin həm ruhən və mənən, təmiz xislətli yetişmələrinin şüuru içində olmalarına diqqət yetirməlidirlər. Təlim və tərbiyədə uğur qazanmanın əsas şərti, tərbiyəçilərin sözləri və tövsiyələri ilə yaşayışlarının bir-birinə paralellik ərz etməsidir. Elm adamları Hz. Məhəmməd (s.ə.s.)in təbliğ və irşadlarındakı misilsiz uğurunun onun öz əmir və tövsiyələrini sırf özünun dəqiqliklə tətbiq etməsində görürlər. Buna görə öncə valideynlər bu mövzuda Rəsulullahı örnək almalı, əməl və davranışlarına fikir verməli, eyni zamanda əmanət etdikləri dayələri seçərkən onlara verilən məvaciblərinin az olmasına deyil, əxlaqi keyfiyyətlərinin üstün olmasına fikir verməlidirlər. Çünki xeyirli övlad xeyirli bir tərbiyənin məhsuludur. Samirə Mahmudova «Bizim ailə» jurnalı
['ailə həyatı', 'uşaq', 'uşaq tərbiyəsi', 'dayə', 'dayəlik', 'dayə seçmək']
539
https://kayzen.az/blog/astronomiya/22090/qaliley-qalileo.html
Qaliley Qalileo
Apollon
Astronomiya
26 iyun 2018, 13:43
Binoklu götürüb Aya baxaq. Orada nə görürük? Ay sanki yaxınlaşıb. Özü də əvvəlki kimi hamar görünmür. Onun səthində sanki pərgarla çəkilmiş çevrələri görürsənmi? Bunlar Aydakı dağlardır. Bilirsən, Ayı ilk dəfə bu cür kim müşahidə edib? Böyük italyan alimi, fizik və astronom Qalileo Qaliley. O, çox qeyri-adi insan idi. İlk baxışda əhəmiyyətsiz görünən hadisələrdən mühüm nəticələr çıxarırdı.  O vaxtlar insanlar hələ də Yer kürəsinin Kainatın mərkəzi olması, Günəşin, planet və ulduzların onun ətrafında fırlanması barədə kilsə təliminə inanırdılar. Kilsə başqa cür düşünənlərə amansız divan tuturdu. Cordano Bruno buna görə 1600-cü ildə tonqalda yandırıldı. Qalileo Qaliley 1564-cü il fevralın 15-də Piza şəhərində yoxsul zadəgan ailəsində anadan olub. O, uşaqlıqdan ağıllı, fərasətli və diqqətli idi. Qaliley atasının məsləhəti ilə Piza Universitetinin tibb fakültəsinə daxil olur. Lakin təbabətə maraq göstərmədiyindən universiteti buraxır, riyaziyyat və mexanikanı öyrənməyə başlayır. Qaliley 18 yaşında ilk kəşfini edir. Kilsədə çilçıraqların yırğalanmasını müşahidə edən gənc Qaliley görür ki, çilçırağın yırğalanma müddəti rəqsin amplitudasından asılı deyildir. O dövrdə adi saatlar yox idi. Qaliley müşahidə etdiklərini yoxlamaq üçün nəbzindən istifadə edir və düzgün nəticə çıxarır. Sonralar bu kəşf əsasında kəfkirli saat ixtira olunur. Qalileyə qədər hesab olunurdu ki, ağır və yüngül əşyalar eyni sürətlə düşmür. O, bu faktı eksperiment yolu ilə yoxlamaq qərarına gəlir. Maili olan Piza qülləsindən eyni ölçüdə taxta və çuqun kürələr atan alim kürələrin təqribən eyni vaxtda düşdüyünü müşahidə edir, onların sürətindəki cüzi fərqi isə çox doğru olaraq havanın müqaviməti ilə izah edir. Q.Qaliley həmin təcrübəni dəfələrlə təkrar edərək sübuta yetirir ki, cismin düşmə sürəti əvvəllər hesab olunduğu kimi onun kütləsindən asılı deyildir. Hollandiyada müşahidə borusunun ixtira olunduğunu eşidən Qaliley düşünür: “Belə borunu gecə səmaya yönəltmək olarmı?” İlk teleskopu Qaliley özü düzəldir. Bu teleskop çox zəif idi: yaxşı binokldan da az — cəmi üç dəfə böyüdürdü. Çox keçmədən Qalileyin müşahidə borusu artıq 32 dəfə böyüdür və hər aydın gecə səmaya tuşlanırdı. Qaliley Ayda dağları, Günəşdə ləkələri görür! Ləkələr günəş diski üzərində hərəkət edir. Deməli, Yer kürəsi və planetlər kimi Günəş də öz oxu ətrafında fırlanır. Qaliley Yupiterin dörd peykini kəşf edir, Veneranın fazalarını müşahidə edir. Alim aşkar edir ki, Süd yolu çoxsaylı ulduzlar topasıdır. Qaliley “Ulduzlar haqqında xəbərlər” kitabında müasirlərinə qeyri-adi kəşfləri barədə məlumat verir. Lakin kilsə də sayıqlığını itirmir. Alimi kilsə məhkəməsinə — qorxunc inkvizisiyaya çağırırlar. Qalileyi həbsə atırlar. Alimi işgəncə və tonqalda yandırmaq ilə təhdid edən inkvizitorlar onu Kopernikin təlimindən imtina etməyə məcbur edirlər. Böyük fizik və astronom, rəssam və yazıçı doqquz il ev dustağı olsa da, elmdən uzaqlaşmır, hətta kor vəziyyətdə də yeni kitablar diqtə edir. 1642-ci il yanvarın 8-də 78 yaşında vəfat edən Qaliley Florensiyada Santa-Kroçe kapellasında dəfn olunub. 1992-ci ildə katolik kilsəsi etiraf etdi ki, alimi səhvən mühakimə edib. Əfsanəyə görə, məhkəmə salonundan çıxan Qaliley deyib: “Hər halda o, fırlanır”. Bu, əfsanədir, lakin Kainatın quruluşu barədə XVI-XVII əsrlərdə yaranan elmi təsəvvürün mahiyyətini bu sözlərlə qısa ifadə etmək olar. azertag.az
['italyan alim', 'fizik', 'astronom', 'astronomiya', 'Qalileo Qaliley']
540
https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/22068/yozef-haydn_2.html
Yozef Haydn
Apollon
böyük musiqiçilər
23 iyun 2018, 19:14
Avstriya bəstəkarı, Vyana klassik məktəbinin nümayəndəsi Frans Yozef Haydn simfoniya və simli kvartet kimi musiqi janrlarının banilərindən biridir. Vaxtilə Pyotr Çaykovski Haydn haqqında deyirdi: “O olmasaydı, nə Mosart, nə də Bethoven olardı”. Haydnın taleyi sənətinin vurğunu olduğu digər böyük bəstəkar İohann Sebastyan Baxın taleyinə bənzəyir. Yozef Haydn 1732-ci il martın 31-də Avstriyanın Macarıstanla həmsərhəd Rorau kəndində, qraf Qarraxların malikənəsində, kareta ustası Mattias Haydnın ailəsində dünyaya gəlib. Yozef ailənin on yeddinci uşağı olub. Atası musiqini sevir, arfada çalır, anası isə yaxşı oxuyurdu. Ailə çətinliklə dolansa da, altı yaşlı Yozefi məktəbə qoyurlar. Burada o, demək olar, bütün musiqi alətlərində çalmağı öyrənir. İki il sonra isə Yozef Müqəddəs Stefan kilsəsinin kapellasında xorist işləməyə başlayır, lakin “tam peşə yararsızlığına görə” tezliklə xordan qovulur.  Y.Haydn dolanmaq üçün hər işdən yapışır: not köçürür, nəğmə müəllimi, küçə musiqiçisi, skripkaçalan və orqançalan, akkompaniator işləyir. Vyanada olanda evlərin çardağında, bəzən sadəcə parkda, skamyada gecələyir.  Amma gələcək bəstəkarın həyat eşqi və nikbinlik kimi gözəl keyfiyyətləri vardı. Ən yoxsul vaxtlarında tez-tez zarafatla deyirmiş: “İstedadlı olsaydım, məni tanıyardılar. Dərd burasıdır ki, mən, görünür, dahiyəm. Dahilərinki də belə gətirib: gərək, səbr edəsən”.  Varlı əyanlardan birinin yanına işə düzəlmək Haydn üçün səfalətdən qurtulmağın yeganə üsulu idi. Bax kimi onun da köməyinə dostları gəlir. Əvvəlcə qraf Morsinin yanında işə düzəlir və ilk simfoniyasını yazır. Simfoniya böyük uğur qazanır. Gənc bəstəkar knyaz Esterhazinin diqqətini cəlb edir. 1761-ci ildə Y.Haydn knyazın orkestrinin vitse-kapelmeysteri, beş il sonra isə baş kapelmeysteri olur. Haydn otuz il knyaza xidmət edir. Bu müddət ərzində çoxsaylı böyük əsərlər yaradır. Bəstəkarın musiqisi aydın, işiqlı və son dərəcə “canlıdır”. Haydn öz simfoniyalarını sanki rəngkarlıq əsərləri kimi adlandırır: “Axşam”, “Səhər”, “Günorta”, “Ov”, “Ayı”, “Toyuq”, “Kraliça”. O, melodiyasını sanki tamaşaçının gözündə canlandırır: günəş parlayır, dalğalar qumlu sahilə hücum çəkir, çaylar şırıldayır, quşlar cəh-cəh vurur, əyripəncə ayı yanlarını basa-basa yeriyir... Esterhazinin sarayında çalışdığı az qala otuz illik karyerası ərzində bəstəkar xeyli əsər bəstələyir, onun şöhrəti gündən-günə artır. 1781-ci ildə Vyanada olanda Volfqanq Amadey Mosartla tanış olur və dostlaşır. 1790-cı ildə Esterhazinin ölümündən sonra Haydn artıq dünya şöhrətli bəstəkar idi. Ona krallar, knyazlar və hətta imperatorlar simfoniya, kvartet və oratoriyalar sifariş verirlər. Vyana ətrafındakı kiçik evinə dünyanın hər yerindən onun dühasına böyük ehtiram əlaməti olaraq fəxri diplomlar, medallar, qiymətli hədiyyələr axışır.  Haydn özündən sonra böyük irs qoyub gedib: təqribən 30 opera, üç oratoriya, o cümlədən məşhur ”Dünyanın yaradılışı”, “İlin fəsilləri” oratoriyaları, 14 messa, 119 simfoniya, bariton üçün 163 pyes, 83 kvartet, 44 sonata və s. və ilaxır. Özü də bunlar onun bizim günlərə gəlib çatan əsərləridir. Axı Haydnın Esterhazinin yanında yaratdığı bütün əsərlər knyazın və onun varislərinin mülkiyyəti hesab olunurdu. Onlar isə böyük bəstəkarın partituralarından ibarət bu sərvəti dünya ilə bölüşməyə tələsmirdilər. 1932-ci ildə — bütün dünya Haydnın iki yüz illik yubileyini qeyd edəndə onun indiyə qədər məlum olmayan 400-dən çox əsəri dərc olundu. “Lya passione” isə yalnız 1959-cu ildə aşkar edildi. Bəstəkar Napoleon ordusunun Vyanaya hücumundan sonra — 1809-cu il mayın 31-də 77 yaşında vəfat edib. Evinin ətrafına top mərmisi düşəndə xidmətçilərini sakitləşdirərkən dediyi sözlər bəstəkarın son sözlərindən biri olub: “Övladlarım, heç qorxub eləməyin, çünki Haydn varsa, heç bir ziyan ola bilməz”. İki həftə sonra isə Şotland monastırının kilsəsində onun cənazə duası oxunub. Mərasimdə Mosartın Rekviyemi səslənib.  Bu maraqlıdır: Haydn Londonda konsertlər verəndə tez-tez müşahidə edirdi ki, Britaniya paytaxtının sakinlərinin çoxu incəsənəti sevdikləri üçün yox, məlum olduğu kimi, İngiltərədə çox güclü olan ənənələrə hörmət xətrinə musiqi dinləməyə gəlirlər. Orkestrə dirijorluq edən Haydn bəzən salona göz gəzdirib, bəzi sıralarda şirin-şirin yatan tamaşaçıları görürdü. Bəstəkar özünəməxsus yumor hissi ilə vəziyyətdən çıxış yolu tapır. O, məxsusi olaraq londonlular üçün simfoniya bəstələyir. Simfoniya rəvan və asta tempdə başlayır, elə bil qəsdən tamaşaçılara lay-lay çalır. Birdən sanki “göy guruldayır, ildırım çaxır”. Zərb alətlərinin qulaqbatırıcı səsi salonu silkələyir. Təbii ki, şirin yuxuda olanlar hövlnak ayılırlar. Sonra həzin musiqi süzülür, ardınca yenə də barabanlar guruldamağa başlayır. Həzin və gurultulu musiqi bir neçə dəfə bir-birini əvəzləyir. Heç kəs yata bilmir. Buna görə də simfoniya “Sürpriz”, yaxud “Zərb alətləri ilə simfoniya” adlandırılır. azertag.az
['böyük musiqiçilər', 'klassik musiqi', 'Joseph Haydn', 'Yozef Haydn']
541
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/22075/bir-birimizi-n%C9%99-q%C9%99d%C9%99r-tan%C4%B1y%C4%B1r%C4%B1q.html
Bir-birimizi nə qədər tanıyırıq?
Apollon
Xoşbəxt ailə
23 iyun 2018, 18:55
Yaraladılışdan insanlar qadın və kişi olaraq fərqlidirlər. Onların arasındakı münasibətlərin sağlam olması üçün iki cinsin də qarşı tərəfin özündən fərqli olduğunu bilməsi gərəkdir. Əks təqdirdə bizim hiss etdiyimizi onun da hiss etməsini və ya bizim istədiyimizi istəməsini arzulayarıq. Bu isə nə mümkündür, nə də doğru və lazım. Çünki insanlar bir şəkildə yaradılmamışdır. Biz sevdiyimiz insana necə davranırıqsa qarşı tərəfin də bizə elə davranmasını gözləmək, yetkinləşməmiş şəxsiyyətin göstəricisidir. Qadınlar, çox vaxt kişilərin onları dinləmədiyindən və anlamadığından şikayət edirlər. Kadının münasibətlərdə vacib saydığı məqam, paylaşmaq və yaxınlıq hiss etməkdir. Kişilər üçün isə bacarıqlı, başçı və güclü olduğunu hiss etməsidir. Kişilər həzzi uğur və nəticə qazanmaqda gördükləri halda, qadınlar paylaşma, dəyər verilməklə yaşayırlar. Bir qadın yoldaşını sevdiyi zaman onun inkişafına yardım etməyə, kişinin əskiklərini tamamlamağa və düzəltməyə çalışar və bu yolda hər fədakarlıq göstərər. Bu, təbii bir davranışdır. Qadın bunu edərkən yoldaşını qoruduğunu düşündüyü halda, kişi, xanımının onu idarə etdiyini düşünməyə başlayar. Güclü olduğunu sübut etməyə çalışan kişiyə qadın məsləhətlər verdiyi zaman kişi özünü əskik və zəif göründüyünü zənn edər. Qadın, kişi istəmədiyi halda yol göstərməyə çalışarsa bu, kişidə zəiflik və bacarıqsızlıq duyğusu yaradar. Kişidə, nə edəcəyini bilməyən insan hissini yaradan bir qadın, kişini anlamır deməkdir. Halbu ki, qadın kişiyə özünü yaxşı və güclü hiss etdirərək, “Başçı mənəm!” duyğusunu yaşadarsa o kişiyə çox şey etdirər. Qadını razı edən duyğular isə, dəstək görmək və dəstək vermək, paylaşmaq, yardımçı olmaq hissləridir. Qadın, kişidən daha çok estetik qayğılara, sevgiyə, ünsiyyətə, gözəlliyə dəyər verir. Sevgi və xoşrəftar onlar üçün daha önəmlidir. Bir kişinin yarışı qazanmaqdan vəya tərəfini tutduğu komandanın atdığı qoldan aldığı zövqü, qadın yaxınlaşma və paylaşma anında hiss edər. Kişi ondan yardım istədiyi zaman bunu zəyiflik olaraq qəbul etməsi psixoloji mövzulara marağını da azaldar. Psixoloji yardımı qəbul etməyi zəyiflik kimi qəbul edən kişi, daxili hissləri ilə hərəkət edən bir davranış göstərər. Bu da onun özünə güvənmədiyinin bir işarəsidir. Bir qadının da kişiyə istəmədən öyüd verməsi tənqid kimi anlaşılır. Kişinin özünü məsul hiss etməsi, problemli, zəif hiss etməsinə imkan vermədən ona öyüd verməyin yolunu bilən qadın, yoldaşı ilə ünsiyyət qurmağı bacarır.  Kişilər bu yöndən uşaq kimidirlər. Qəbul edildikdən sonra yönləndirilərlərsə düşüncədə yanılmazlar. Həyat yoldaşlarının bir-birlərinə verəcəkləri ən əsas hədiyyə, güvənlərini hissetmələridir. Bu, eyni zamanda qarşımızdakını dəyərləndirmə yoludur. Bir qadın, yoldaşının geyiminin yaraşmadığını gördüyü zaman “Bu sənə yaraşmır” deyərsə kişi özünü bacarıqsız hiss edər. Bunun yerinə “Məncə bunları geyinsən sənə daha çox yaraşar” demək, mənfi düşüncələri uzaqlaşdırar. Ancaq digər tərəfdəm qadın, fikrini söyləmədiyi zaman özünü işə yaramayan biri kimi hiss edər. Bu məqamda kişi, qadının fikrinə hörmət etməyi bacarmalıdır. Qadının psixoloji ehtiyacı əsasən, duyğuları anlamaq, ifadə etmək və dəyişdirməkdir. Kişi isə hər zaman çıxış yollarını düşünür və qadının duyğulara verdiyi önəmi diqqətə almır. Qadın da kişinin bu qədər duyğusuz olmasına bir məna verə bilmir. Ancaq bunun sirri, fərqli genetik quruluşda gizlidir və bu mövzuda göstəriləcək qayğı ilə düzəldilə bilər. Kişinin, qadının duyğularına dəyər verdiyi üçün onu dinləməlidir. Çarələr axtarmağa gərək yoxdur. Kişilərin etdikləri ən böyük yanlış, problem haqqında danışarkən dərhal həll etmək məcburiyyətində olduğunu düşünərək davranmalarıdır. Halbuki, qadın üçün, düşüncələrinin paylaşılması və yaxınlaşmak, çarədən daha vacibdir. Qadının duyğularını anlamağa çalışan kişinin, onu anlamasa da dinləməsi kifayətdir. Belə davranmağı bacaran bir kişi, xanımının özünü necə təqdir ettiyini heyrətlə görəcəkdir. Qadın kədərli olduğu zaman kişi onun duyğularını düşünmədən fikirlərini söyləməyə başlar. Kişi əsəbi olduğu zaman da qadın, yersiz tövsiyələrlə və danlamaqla onun özünü zəif hiss etməsinə səbəb olar. Kişi əslində özünə ağıl verilməsini deyil, olduğu kimi qəbul edilməsini istəyir. Kədərli olduğu zaman kişinin və qadının beyni fərqli işləyər. Kişi səssiz və yalnız olub, danışmaq yerinə düşünməyə üstünlük verər. Bir çarə tapdığı zaman sükutu pozar. Qadın isə kədərləndiyi zaman problemlərindən danışaraq özünü rahatladar. Kişi, yoldaşının çox danışdığını söylədiyi zaman qadın özünə qarşı laqeydlik hiss edər. Qadın və kişi bir problemlə qarşılaşdıqları zaman qarşı tərəfin dirəndiyini görürsə özlərinə bu sualı verməlidirlər:  “Zaman və yaxınlaşma forması düzgündürmü?” Cəld bir düşüncə tərzi ilə bu sualara cavab tapan cütlüklər, daha az xəta edərlər. Qarşı tərəfin duyğularını anlamaq, bu incəliklərin hiss etməklə mümkün olur. Hörmətə layiq olduğunu hiss edən qadın, məcbur etməz, daha rahat olar. Çox danışmağa da ehtiyac olmaz. Hörmət görmək üçün xüsusi bir mübarizəyə ehtiyacı olmadığına görə hər işə qarışmaqdan uzaq olar. Çünki onsuz da özünü dəyərli hiss edir. Çox ailələrdə, kişi evə gəldiyi zaman axşam sindromu yaşanır. Kişi evə gələn kimi, yoldaşı ya uşaqlardan ya da başqa bir problemdən şikayət etməyə başlayır. Kişi o anda yorğun, işdə yaşadığı sıxıntılardan yana əsəbi və halsız olaraq cavab verir. Buna görə də qadınlar problemləri anlatmaq üçün axşam kişilərinin rahatlamasını və sakitləşməsini gözləməlidirlər.  Cütlüklər bir-birləriylə ünsiyyət qura bilmirlərsə ya da tez-tez dava-dalaş içərisindədirlərsə, etməli olduqları ilk iş bir-birlərinin ünsiyyət dilini öyrənməkdir. Ailədəki problemlərə son vermək üçün tərəflərdən biri mütləq yumşalmalıdır və münasibətləri düzəltməyə doğru aparmalıdır. Bu mövzuda da toplum olaraq əsasən qadınlar fədakarlıq göstərirlər. “Şirin dil ilanı yuvasından çıxarar” deyirlər. Qadınlar da kişilərin həssas, davaya meyilli olduqlarını nəzərə alaraq bu qabiliyyətlərindən məharətlə istifadə etsələr. həm ailələri xoşbəxt olar, həm də kişilərin qəlbində xüsusi bir məqam tutmuş olarlar. İslam dinində də ərlə arvadın bir-birinə xoş davranması əsasdır. Yəni, sadəcə qadının ya da kişinin deyil, ikisinin də birbirinə gözəl davranması tövsiyə edilir. Bütün ailələrin xoşbəxt olması diləyi ilə… Qeyd: Yazıda Nevzat Tarhanın psixoloji əsərlərindən istifadə olunmuşdur. Gülnarə Seyidova
['xoşbəxt ailə', 'kişi- qadın münasibətləri', 'ailə həyatı']
542
https://kayzen.az/blog/paint/22071/fransisko-qoyya.html
Fransisko Qoyya
Apollon
Məşhur rəsmlər və rəssamlar
21 iyun 2018, 22:44
İspaniyanın Saraqosa şəhəri yaxınlığındakı kənddə mehrablara zər vuran yoxsul kişinin oğlu balaca Fransisko bir dəfə yaşadığı evin divarına donuz şəkli çəkir. Yoldan keçən bir nəfər bu uşaq rəsmində həqiqi istedad sezir və Fransiskoya oxumağı tövsiyə edir. Qoyya haqqında bu əfsanə İntibah dövrünün başqa fırça ustaları, xüsusən, bioqrafiyaları şübhə doğuran sənətkarlar barədə danışılanlara çox bənzəyir.  Həqiqətən, 14 yaşlı Fransiskonun hansı yolla saraqosalı rəssam Lusano Martinesin şagirdi olmasını yalnız təxmin etmək olar. Bircə bu məlumdur ki, Qoyya onun emalatxanasında altı il çalışıb. Amma adı daim dava-dalaşda hallanan bu gəncin qeyri-adi dəliqanlılığı haqqında dolaşan əhvalatların sayı-hesabı olmayıb. Məsələn, üç nəfərin ölümü ilə nəticələnən belə davalardan birindən sonra Qoyya Madridə qaçıb. Burada o, Martinesin daha bir şagirdinin — həmin dövrdə müəyyən mövqe tutmuş Fransisko Bayenin emalatxanasında işləməyə başlayır.  O da məlumdur ki, rəssam iki dəfə San-Fernando Kral İncəsənət Akademiyasının müsabiqəsində iştirak edir. Hər iki müsabiqə onun üçün uğursuz nəticələnir. Bacarıq və səriştəsi çatmayır. Buna görə də Romaya getmək qərarına gəlir. Yol pulu olmadığı üçün İspaniyada səyyar toreadorlar qrupuna qoşulur. Bu təhlükəli işlə pul qazanır və 1760-cı illərin əvvəllərində Romaya gəlir. Əlbəttə, İtaliya həyatı rəssama çox şey verir. Burada Parma Akademiyasının müsabiqəsində iştirak edir və çəkdiyi tabloya görə ikinci mükafata layiq görülür. Təəssüf ki, həmin əsər bizim günlərə gəlib çatmayıb.  Həqiqi uğuru Madridə qayıdandan sonra qazanır. Amma əvvəlcə üç ilə yaxın Saraqosadakı kilsə və sarayları divar rəsmləri ilə bəzəyir. Bayenin bacısı ilə evlənir. Baye dostuna kralın şpaler manufakturası üçün sifariş əldə edir. Şpaler əllə toxunan, xovsuz xalça-şəkildir. Bu xalçalar üçün eskizlər ən yaxşı rəssamlar tərəfindən xüsusi karton üzərində çəkilirmiş. Qoyya 15 il yağlı boya ilə karton üzərində təqribən 40 şəkil çəkir. Bu şəkillərdə əsilzadə və sadə ispanların həyatından bayram və məişət səhnələrini təsvir edir. Rəssam manufakturada işləməklə bərabər, çoxlu sayda portret çəkir. Həmin portretlər arasında həm sifarişlə çəkilmiş, həm də təsvir etdiyi insana rəssamın səmimi marağını əks etdirən əsərlər var. Artıq 1780-ci illərdə Qoyya öz istedadı ilə müvəffəqiyyət qazanan ciddi fırça ustasıdır. 1785-ci ildə rəssam San-Fernando Akademiyasının vitse-direktoru, 1786-cı ildə şpaler manufakturasının bədii rəhbəri təyin olunur. 1789-cu ildə saray rəssamı olur. Lakin taleyin zərbəsindən heç kəs sığortalanmadığı kimi, acı tale Qoyyadan da yan ötmür. Ağır xəstəlik nəticəsində nəinki iki il yaradıcılıqdan uzaq düşür, həm də eşitmə qabiliyyətini tamamilə itirir. Səslər aləmindən təcrid olunan 48 yaşlı rəssam daha güclü duymağa, dərindən anlamağa, daha səylə işləməyə başlayır.  1790-cı illərin ortaları onun yaradıcılığında dönüş mərhələsi olur. Şəxsi həyatında faciə yaşayan rəssam daha başqalarının faciəsinə biganə qala bilmir. “İnkvizisiya məhkəməsi”, “Dəlixana”, “Flagellantların nümayişi” (orta əsrlərdə günahlarını bağışlatmaq üçün özünə qamçı ilə əzab verməyi ruhun xilas olması vasitəsi sayan fanatik dini sektanın nümayəndələri) adlı kiçik kompozisiyalar rəssamın mənəvi iztirablarını, onda başqalarının dərdinə şərik olmaq hisslərinin gücləndiyini göstərir. 834 ofortdan (qravüranın növü) ibarət məşhur “Kapriços” ( ispan sözü olub, “fantaziya, təxəyyülün oyunu” deməkdir) silsiləsi 1790-cı illərdə Qoyyanın yaradıcılıq bioqrafiyasının ən əhəmiyyətli səhifəsidir. Bu qravüralar arasında süjet əlaqəsi olmasa da, hər birində rəssamın həyata fəlsəfi baxışı, əhatə olunduğu gerçəkliyə satirik münasibəti var. Bu silsilədən ən məşhur ofortlardan biri “Ağıl yatanda...” adlanır.  Qoyya 1808-1814-cü illərdə İspaniyanın Napoleon qoşunları tərəfindən işğal edilməsinə “1808 il mayın 2-də Puerto del Sol meydanında üsyan” və ”1808-ci il mayın 3-nə keçən gecə üsyançıların güllələnməsi” əsərləri ilə münasibət bildirir. İkinci əsər emosional təsirinə görə daha güclüdür. Daşqəlbli əsgərlər cərgəyə düzülüb. Onların qarşısında bir dəstə məğlub edilmiş, lakin mübarizə əzmini itirməmiş üsyançı dayanıb. Öldürülmuşlər və ölümün gözünə dik baxanlar arasında dayanan mərkəzi fiqur adsız qəhrəmandır.  Bütün qəlbi ilə vətəninin halına yanan rəssam o illərdə ailəsini itirir. Arvadı və uşaqları (oğlu Xavyerdən başqa) dünyadan köçür, dostları ölkənin hüdudlarından kənara sürgün edilir. Qoyya Mansanares çayı sahilində ev alır. Ətraf yerlərdə onun evini “Karın evi” adlandırırlar. Rəssam burada qapalı yaşayır, 22 rəsmdən ibarət “Disparates” (cəfəngiyyat, sərsəmlik) silsilə əsərlərini məhz burada yaradır. Qoyya evinin divarlarına dəhşətli yuxunu xatırladan rəsmlər çəkir. O, ətraf gerçəkliyi məhz bu şəkildə görür, amma əslində, içini göynədən hisslərini ifadə etməyə çalışır.  Ömrünün sonunda Fransaya köçür və dörd il Bordo şəhərində yaşayır. Burada dostları Leandro Maratinin (1825) və Pto de Molinanın (1826-1827) gözəl portretlərini yaradır. Qoyyanın dostu, fransız biblioqraf Antuan de Bril onun ölümündən sonra deyəcək: “Sən bütün zəmanələrdə bənzərsiz olacaqsan, çünki heç vaxt özün olmaqdan qorxmamısan”.  Bu maraqlıdır: Fransisko Qoyya çox davakar adam olub, haqsızlığı heç kəsə bağışlamayıb. Onun saysız-hesabsız duelləri barədə şayiələr kralın qulağına çatır. Kral saray rəssamını yanına çağıraraq duelə çıxmağı ona qəti qadağan edir. Kralın əmri Qoyyanı təəccübləndirir: — Əlahəzrət, axı, təbəələriniz üçün duel qadağan edilməyib? — Elədir ki var. Amma bu gündən etibarən sizin üçün qadağandır. — Nə üçün? – deyə rəssam soruşur. — Mənim təbəəm çox, Qoyyam isə yeganədir. azertag.az
['məşhur rəssamlar', 'məşhur rəsmlər', 'Fransisko Qoyya', 'Francisco Goya']
543
https://kayzen.az/blog/flora/22073/vitaminl%C9%99rl%C9%99-z%C9%99ngin,-%C5%9F%C9%99fal%C4%B1-bitki-%C3%A7aytikan%C4%B1.html
Çaytikanı - vitaminlərlə zəngin, şəfalı bitki
Apollon
Flora
21 iyun 2018, 11:34
Qədim diyarımız Naxçıvan həm də müalicəvi bitkiləri ilə tanınır. Bu bitkilərdən xalq təbabətində geniş istifadə edilir. Çaytikanı da belə faydalı bitki növlərindəndir. Bu bitki haqqında oxucularımıza müfəssəl məlumat vermək üçün AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmlər doktoru, dosent Varis Quliyevlə həmsöhbət olduq.  O bildirdi ki, çaytikanı iydəkimilər fəsiləsinə məxsusdur. Hündürlüyü 4-6 metrə çatan bu bitkinin gövdəsinin diametri 30 santimetrdir. Qaramtıl-boz rəngli budaqları üzərində tikanları vardır. Yarpaqları ardıcıl düzülüb, neştərşəkilli-dilimli, bütövkənarlı olub, üst hissəsi yaşıl, alt hissəsi isə gümüşü rəngdədir. Çoxalması toxum, kök pöhrələri və qələmlərlə olur. Fəsilənin təqribən 3 cinsinə daxil olan 55 növü vardır. Naxçıvan Muxtar Respublikasında təbii halda yalnız bir yabanı çaytikanı növü bitir. Bioresurslar İnstitutunun təcrübə sahəsində Abşeron rayonundan introduksiya edilmiş “Zəfərani” və “Şəfa” sortları becərilir. Öyrəndik ki, çaytikanı aprel-may aylarında çiçəkləyir. Çiçəkləri xırda, ətirli və sarı olur. Meyvələri avqust-sentyabr aylarında yetişir, fevral-mart aylarına kimi kolun üstündə qala bilir. Meyvəsi şirəli, narıncı və qırmızı rəngdə olub, əsasən, girdə, oval və uzunsov formadadır. Dadı şirin, turş, turşməzə, ananas ətirlidir. Meyvəsinin tərkibində 3,5 faiz şəkər, 3,2 faiz üzvi turşu, 6 faizə qədər zülal, 9 faiz yağ vardır. Toxumunda olan yağın miqdarı 12,5 faizə çatır. Çaytikanı həmərsin kimi vitamin mənbəyidir. Yetişmiş meyvəsinin 16 faizini toxum təşkil edir. Çaytikanı yağı özünəməxsus dad və iyə malik, açıq-narıncı rənglidir, A vitamini ilə zəngindir. Tərkibində yüksək miqdarda E və F vitaminləri də vardır ki, bu da dəridə maddələr mübadiləsini tənzimləyir.  Çaytikanından müalicəvi məqsədlə qədim zamanlardan istifadə edilir. Belə ki, Şərq xalq təbabətində çaytikanının meyvələri və yarpaqları mədə xəstəliklərinin müalicəsində, yel və dəri xəstəliklərində istifadə olunub. Qədim Yunanıstanda isə yarpaqlarının və budaqlarının həlimi ilə insanları müalicə ediblər, baytarlıq təbabətində də istifadə olunub. Tibbi ədəbiyyatlarda onun meyvəsindən bir çox xəstəliklərin, o cümlədən göz, şəkərli diabet, qaraciyər, hipertoniya və qanazlığının müalicəsində geniş istifadə olunması barədə ətraflı məlumatlar verilir. Bitkinin yağı qəbul edilməklə həzm sisteminin selikli qişasının iltihabının, mədə və onikibarmaq bağırsağın xorasının müalicəsi aparılır. Mədə və onikibarmaq bağırsağın xorası gündə 3 dəfə, yeməkdən 30 dəqiqə əvvəl bir çay qaşığı qəbul etməklə müalicə oluna bilir. Yağı isti süd və ya çayla da qəbul etmək mümkündür. Cavan budaqlarının qabığı dəmləmə halında daxili şişlərə qarşı mübarizədə olduqca effektlidir. Dəmləmə iki xörək qaşığı qabığı 2-3 saat 0,5 litr qaynar suda saxlamaqla alınır ki, onu da gündə 3-5 dəfə isti halda yeməkdən əvvəl yarım stəkan içirlər. Dəmləməni bal ilə də içmək məqsədəuyğundur. Meyvələrində olan vitaminlər isə dəri xəstəliklərinin müalicəsində, avitaminozda son dərəcə faydalıdır. Çaytikanı meyvələrində olan vitaminlərin hər birinin mühüm müalicəvi əhəmiyyəti vardır. Yoluxucu xəstəliklərə qarşı müqaviməti artıran A vitamini, xüsusən uşaqlar üçün çox faydalıdır. O, gözün görmə qabiliyyətinə müsbət təsir göstərir. B1 vitamini sinir sisteminin möhkəmlənməsinə və iş qabiliyyətinin artmasına kömək edir. B2 vitamini diabet, qaraciyər xəstəliklərinin müalicəsində, eləcə də qan­azlığında və antibiotik dərmanlarla uzunmüddətli müalicədən baş verən müxtəlif xəstəliklərdə müsbət təsirə malikdir. A və P vitaminləri birlikdə hipertoniya xəstəliyinin müalicəsi üçün əlverişli vasitədir. C vitamini orqanizmin normal inkişafını tənzimləyir, maddələr mübadiləsini yaxşılaşdırır, qan təzyiqini normallaşdırır, iltihabı aradan qaldırır. Ona görə də C vitamini bir sıra xəstəliklərdə (qan­azlığında, sinqada, anginada, səpkili yatalaqda) geniş tətbiq olunur.  Onu da qeyd edək ki, çaytikanının meyvəsindən müalicəvi əhəmiyyəti olan müxtəlif şirə, kompot, mürəbbə, cem, jele, püre, marmelad, vitaminli çay və sair hazırlanır. Adıçəkilən təamları sadə yollarla da hazırlamaq olur. Ev şəraitində meyvə şirəsindən yağ da əldə edilir. Varis Quliyevin dediyinə görə, çaytikanı həm də dekorativ bitki olduğundan ondan bəzək vasitəsi kimi istifadə etmək olar. O həmçinin torpaq bərkidəndir, atılan qrunt qarışığında torpağı azotla zənginləşdirərək münbitliyini artırır, rekultivasiya edir və orada yeni fitosenoz yaratmaqla torpağı əkinəyararlı hala gətirir. Çaytikanı bitkisinin mühüm bioloji xüsusiyyətlərindən biri də atmosferdəki molekulyar azotu mənimsəmək qabiliyyətidir. Təbiətin bizlərə bəxş etdiyi sağlam həyat mənbəyi olan belə bitkiləri qorumaq, artırmaq və onlardan səmərəli istifadə etmək hamımızın borcudur. Nail ƏSGƏROV "Şərq qapısı" qəzeti
['flora', 'faydalı bitkilər', 'çaytikanı', 'çaytikanının faydaları']
544
https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/22057/raxmaninov-sergey.html
Raxmaninov Sergey
Apollon
böyük musiqiçilər
19 iyun 2018, 23:35
Bəstəkar, pianoçu, dirijor Sergey Vasilyeviç Raxmaninov rus klassik musiqisinin ən görkəmli nümayəndələrindən biridir. O, 1873-cü il martın 20-də Rusiyanın Novqorod quberniyasında zadəgan ailəsində anadan olub. Raxmaninov musiqiçi ailəsində böyüyüb. Onun babası Arkadi Aleksandroviç həvəskar pianoçu və bəstəkar olub. Dahi bəstəkarın atası Vasili Arkadeviç Raxmaninov müstəsna musiqi bacarığına malik idi. Gələcək bəstəkarın fortepiano üzrə dərslərindən ilk müəllimi anası olub. Rahmaninov xatirələrində o zaman musiqi dərslərindən xoşa gəlmədiyini deyir. Lakin 4 yaşı olarkən o, artıq babası ilə birgə fortepianoda dörd əlli ifa edə bilirdi. Gələcək bəstəkar 8 yaşında ailəsi ilə birgə Peterburqa köçür. Həmin vaxta qədər Raxmaninovun musiqi qabiliyyətləri yetəri qədər hiss olunurdu. 1882-ci ildə onu Peterburq Konservatoriyasının aşağı yaş fortepiano sinfinə qəbul edirlər. Qeyri-adi musiqi duyumu və yaddaşı olan Raxmaninov 18 yaşında fortepiano sinfi üzrə məşğələləri uğurla başa vurur. Bir il sonra, 1892-ci ildə Moskva Konservatoriyasını bitirəndən sonra o, ifaçılıq və bəstəkarlıq fəaliyyətinə görə böyük qızıl medalla təltif edilir. Raxmaninov buraxılış imtahanı üçün cəmi 17 günə bəslədiyi bir aktlı «Aleko» (Puşkinin «Qaraçılar» poeması üzrə) operasını təqdim edir. İmtahanda iştirak edən Çaykovski bu əsərə görə ona üç üstəgəllə «beş» verir. Bir ildən sonra 19 yaşlı bəstəkarın operası Böyük Teatrda səhnəyə qoyulur. Konservatoriyanı bitirəndən sonra Raxmaninov aralarında «Sıldırım» simfonik fantaziyası, iki fortepiano üçün süita, «Musiqi anları», prelüdiya do-diyez minor, «Yanımda oxuma ey gözəl», «Sirli gecənin susqunluğu», «Adacıq» və «Yaz suları» romanslarını və bir sıra başqa əsərlər bəstələyir. Sevimli müəllimi Çaykovskinin ölümünə Raxmaninov fortepiano, skripka və violonçel üçün «Dahi sənətkarın xatirəsinə» hüznlü triosunu yazır.  1897-1898-ci illərdə Raxmaninov Savva Momontovun Moskva Xüsusi Rus Operasındakı tamaşalara dirijorluq edir, bununla da, onun beynəlxalq ifaçılıq karyerası başlayır. Raxmaninovun xarici ölkələrdə ilk çıxışı 1899-cu ildə Londonda baş tutur. 1900-cu ildə o, İtaliyada çıxış edir, 1898-1900-cu illərdə dəfələrlə Fyodor Şalyapinlə bir ansamblda iştirak edir. Raxmaninov 1904-1906-cı illərdə Böyük Teatrda dirijor işləyir. 1917-ci ildə Rusiyada Oktyabr inqilabı baş verir. Bir çox yaradıcı insanlar kimi, Raxmaninov siyasətdən, dövlət çevrilişlərindən uzaq adam idi. O, vətən üçün narahatçılıq keçirsə də, 47 yaşında onu birdəfəlik tərk etmək məcburiyyətində qalır. Raxmaninov əvvəlcə Danimarkada yaşayır və burada çoxsaylı konsertlərlə çıxış edir. 1918-ci ildə Amerikaya köçür. Rod-Aylend ştatındakı Providens şəhərciyində baş tutan ilk konserti ilə Raxmaninov 25 il fasiləsiz davam edən musiqi fəaliyyətinə başlayır. Sergey Raxmaninov Amerikada indiyə qədər çıxış edən xarici ifaçılar arasında görünməmiş uğur qazanır. Mühacirət zamanı Raxmaninov dirijorluq fəaliyyətini demək olar ki, dayandırır və öz əsərləri çalınarkən çox nadir hallarda dirijor pultu arxasına keçir. O, Boston simfonik orkestrinin, sonradan isə Sinsinnati şəhər orkestrinin rəhbəri postuna dəvət olunsa da, bundan imtina edir. İkinci Dünya müharibəsi illərində Raxmaninov ABŞ-da təşkil etdiyi bir neçə konsertdən yığılan pul vəsaitini Sovet Ordusunun fonduna köçürür. Raxmaninovun musiqi irsində 80-dən çox romans, konsert, simfoniya, prelüdiya, etüd, opera yer alır. Sergey Raxmaninov Nyu-York yaxınlığındakı Kensiko rus qəbiristanlığında dəfn edilib. azertag.az
['bəstəkar', 'pianoçu', 'dirijor', 'Sergey Raxmaninov', 'Raxmaninov', 'Рахманинов', 'rus bəstəkarı', 'məşhur pianist']
545
https://kayzen.az/blog/paint/22035/s%C3%BCrrealizm-v%C9%99-salvador-dali_2.html
Sürrealizm və Salvador Dali
Apollon
Məşhur rəsmlər və rəssamlar
19 iyun 2018, 20:28
Əslində dahilik çətin, qarışıq, anlaşılmaz olanı insan üçün sadələşdirmək, əlçatan eləməkdir. Sürrealistlər isə çətini asanlaşdırmaq yerinə qəlizləşdirir, tamaşaçını çıxılmazlığa salır. XX əsr avanqard cərəyanlarının ən sonuncusu olan sürrealizm fransız dilində “realizmdən üstün» anlamındadır. Bu cərəyan Avstriya psixiatrı Ziqmund Freydin nəzəriyyəsi, irrasionalizm (duyğuları idrakın əsas özəlliyi kimi qəbul edən fəlsəfi təlim) və alogizmə (məntiqsizlik, idrakı inkar edən düşüncə tərzi) söykənir. Adıçəkilən cərəyan ötən yüzilin 20-ci illərində Fransada ədəbiyyatçılar arasında yaranıb. Ədəbiyyatda Luis Araqon, Pol Elüar və başqaları bu cərəyanın ilk nümayəndələri sayılırlar. Z.Freydin “şüurdan instinktə keçid üçün azad assosiasiya nəzəriyyəsi” üzərində qurulan sürrealizm XX yüzildə ən məşhur və uzunömürlü sənət cərəyanlarından biridir. Bu cərəyan I Dünya müharibəsi illərində psixiatriya sahəsində işləyən və Freydin düşüncələriylə yaxından tanış olan Andre Breton tərəfindən sistemləşdirilib.  Sürrealistlər instinktləri, xəstə əhvalları, sayıqlama, qarabasma və yuxuları bədii yaradıcılığın başlıca qaynağı və estetik prinsipi sayırdılar. Sürrealizmə əcaiblik, gerçəkliyə uyuşmayan məntiqsiz düşüncə tərzi daha xarakterikdir. Bu cərəyanın əsas istəyi instinktin idrakdan üstünlüyünü göstərməkdir. Bretonun ətrafında Pol Elüar, Benjamin Peret, Rene Krevel, Robert Desnos, Marsel Duxamp, Andre Masson və başqa qələm sahibləri var idilər. 1924-cü ildə onlar özlərinin ilk “Surrealist manifesto” adlı kitablarını nəşr etdirirlər. Bretonun səylərinə baxmayaraq, sürrealistlər fikir birliyinə gəlmədilər. Bu yazarlar bir-birini nədəsə suçlayır və onlarla razılaşmayanları sıralarından çıxarırdılar.  Fransız filosofu Henri Berqsonun intuitivizm (həqiqətin duyğularla ortaya çıxmasını önə çəkən fəlsəfi təlim) təlimi də sürrealizmə təsir edib. Bu cərəyan öz qarşısına insanın sosial, mənəvi, intellektual azadlığına nail olmağı qoymuşdu və həm də incəsənətin kommersiya vasitəsinə çevrilməsinə qarşı idi. Di gəl ki, tarix başqa bir gerçəkliyi ortaya qoydu. S.Dali başda olmaqla bütün tanınmış sürrealist rəssamların əsərləri bu gün dünyada ən bahalı əsərlərdir.  Qeyd edək ki, sürrealistlərin sələfləri məntiqi inkar edən dadaistlər olublar. Bu cərəyanın Belçikadakı ən önəmli nümayəndəsi olan Rene Magritte gerçək məntiqə uyuşmayan, zahirən fəlsəfi görünən əsərlər yaradırdı. İspan rəssamı Ruan Miro da gözlənilməz biçim və rənglərdən istifadə edirdi. Onun əsərləri üçün ən başlıca özəllik qarmaqarışıqlıq idi. Rəssamın əsərlərində predmetlər var, ancaq onların nə ifadə etdiyi müəmmalı olaraq qalır, əsərlər ilk baxışdan kollaja oxşayır. 20-ci illərdə bir çox sənətkarlar kimi bəstəkarlar da sürrealizmin təsirinə düşmüşdülər. Sürrealizm özünü caz və bluz musiqilərinin improvizasiyasında da göstərirdi. 30-cu illər adıçəkilən cərəyanın ən uğurlu dönəmi sayılır. Dali və Magritte sürrealizmin prinsipial əsərlərini yaradırlar. Lakin bu dövrdə sürrealizm ədəbiyyatda önəmini itirir, L.Araqon, P.Elüar və başqaları ondan uzaqlaşırlar. 40-cı illərdə sürrealizmin mərkəzi ABŞ olur, Andre Breton, Salvador Dali və başqa yaradıcılar yaşamaq üçün buraya köçürlər. II Dünya müharibəsindən sonra Avropada faşizmə nifrət edən rəssamların çoxu Şimali Amerikaya üz tuturdular. Buna görə bir çox amerikalı rəssamlar da sürrealizmlə məşğul olmağa başlamışdılar. Sürrealizm Amerika incəsənətinin, mədəniyyətinin inkişafında ayrıca rol oynayıb. Sürrealizmin ən tanınmış nümayəndələrindən olan ispan rəssamı Salvador Dali eyni zamanda heykəltəraş, rejissor kimi də dünya incəsənət tarixində iz qoyub. O, 1904-cü ildə İspaniyanın Fiqeras şəhərində doğulub, rəssamlığa marağı uşaq yaşlarından yaranıb. 1916-cı ildə o, ilk dəfə modernist incəsənətlə tanış olur və bu, onun gələcək yaradıcılığına təsir edir. 1919-cu ildə Dalinin ilk fərdi sərgisi keçirilir.  1921-ci ildə o, Madriddəki San-Fernando İncəsənət Akademiyasında oxumağa başlayır. Burada ispan incəsənətinin bir çox nümayəndələri ilə yaxından tanış olur. Bu dövrdə kubizm və dadaizm cərəyanlarına da meyl göstərir. 1926-cı ildə müəllimlərə qarşı saymaz davranışına görə akademiyadan xaric edilir. Elə həmin il Parisdə Pikasso ilə tanış olur. 1929-cu ildə o, A.Breton tərəfindən təşkil olunmuş sürrealistlər dəstəsinə qoşulur. 1934-cü ildə Dali fransız şairi Pol Elüarın xanımı rus əsilli Qala (Yelena Dyakonova) ilə qeyri-rəsmi nikah bağlayır, ömrünün sonuna kimi bir yerdə yaşayırlar. Qala sonradan rəssamın bir çox əsərlərində əsas obrazlardan birinə və ilhamvericisinə çevrilir. 1936-cı ildə İspaniyada başlanan vətəndaş müharibəsi Salvador Dali ilə onun solçu düşüncələrə malik sürrealist yoldaşları arasında fikir ayrılığına səbəb olur. Dali bu dəstədən xaric edilir, buna cavab olaraq o, “sürrealizm mənəm” fikrini söyləyir. 1940-cı ildə Dali həyat yoldaşı Qala ilə birlikdə ABŞ-a köçür və 1948-ci ilədək orada yaşayırlar. 1949-cu ildə vətənə qayıdır, Kataloniyada məskunlaşır. Dalinin rəsm əsərləri hələ sağlığında sənət bilicilərinin diqqət mərkəzində olub. O bütün əsərlərində sürrealizmin prinsiplərinə sadiq olub. Onun əsərləri ən hazırlıqlı tamaşaçı üçün də bir müəmmadır. Rəssam nə demək istəyir? — hamı bunu bilməyə can atır və heç nə öyrənə bilmir, yəni hansısa məntiqi sonuca varmaq olmur.  Hələ də bəziləri bu düşüncədədirlər ki, Dali əsərlərində gələcək haqqında hansısa bilgilər qoyub. Guya orada gələcək haqqında önəmli, bəşərin yönünü dəyişəcək fikirlər yer alıb. Əslində bu, Dali haqqında yaradılan mifdir. Bu baxımdan Dalinin əsərlərində gələcəyi axtarmağın özü məntiqsizlikdir. Ona görə ki, onun əsərlərində ilk baxışdan insanı cəlb edən sirli müəmma açılmaq əvəzinə, daha da anlaşılmazlığa dirənir. Tamaşaçı idrak sonuca vara bilmir, çünki məntiq qırılır. Rəssam bizi inandırır və aldadır. Bu isə illüziyadır. Bu baxımdan məntiqsizlik onun əsərlərinin başlıca “məntiq”idir. Rəssamın diqqətçəkən bədii üsullarından biri illüziyalardan uğurla istifadə etməsidir.  Dalinin bu müəmma dolu dahiliyi bizə nə vəd edir? Əslində dahilik çətin, qarışıq, anlaşılmaz olanı insanlıq üçün sadələşdirmək, asanlaşdırmaq, əlçatan eləməkdir. O isə çətini asanlaşdırmaq yerinə onu qəlizləşdirir, tamaşaçını çaşdırır, çıxılmazlığa salır. Bu, əslində XX əsr incəsənətinin çox yayğın xüsusiyyətidir ki, bu gün modernist rəssamlar arasında dəbdədir. Onlar kiməsə nəyisə izah etməyə gərək duymurlar. Yəni, kim necə istəyir, anlasın. Beləcə həmin əsərlər illər boyu anlaşılmaz olaraq qalacaq... Dali 1500-dən çox rəsm əsəri çəkib. Eləcə də o, onlarla heykəl, daş üzərində müxtəlif səpkili əsərlər yaradıb, kitab illüstrasiyaları, teatr dekorları və kostyumların yaradıcısı olub. 1981-ci ildə rəssamın mərkəzi sinir sistemində problemlər yaranır, o, Parkinson xəstəliyinə tutulur. 10 iyun 1982-ci ildə həyat yoldaşı Qala vəfat edir. 1984-cü ildə Dalinin yataq otağında yanğın baş verir. Deyilənə görə, o, intihara cəhd edibmiş. Xidmətçiləri onu xilas edə bilirlər.  Dali ömrünün qalan hissəsini öz adını daşıyan teatr muzeyində yaşayır. 1988-ci ildə infarkt keçirir, 23 yanvar 1989-cu ildə ürək çatışmazlığından dünyasını dəyişir. S.Qaliboğlu «Mədəniyyət» qəzeti
['rəssamlıq', 'sürrealizm', 'Salvador Dali', 'məşhur rəssam', 'dahi rəssam']
546
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/22056/br%C3%BCs-li-%7C-d%C3%B6y%C3%BC%C5%9F%C3%A7%C3%BCn%C3%BCn-yolu.html
Brüs Li | Döyüşçünün yolu
Apollon
Böyük insanlar,şəxsiyyətlər
18 iyun 2018, 18:36
Dünya şöhrətli əlbəyaxa döyüş ustası, aktyor, kinorejissor, prodüser və ssenarist Brüs Li (əsl adı Li Yun Fan) 1940-cı il noyabrın 27-də San-Fransiskoda (ABŞ) Çin operası aktyorunun ailəsində anadan olub. Çin təqviminə əsasən oğlan uşağı Əjdaha ilində anadan olduğundan onun adını balaca Əjdaha kimi tərcümə olunan Li Syaolun qoyurlar. O, Honkonqda böyüyüb başa çatıb. Uşaq vaxtı “zəif” olan Brüs döyüş növləri ilə maraqlansa da idmanla ciddi məşğul olmayıb. Məktəbdə də xüsusi nailiyyətləri ilə fərqlənə bilməyib. 12 yaşında olarkən “Lya Sal” hərtərəfli inkişaf kollecinə qəbul olub. 13 yaşından rəqs məşğələlərinə maraq göstərən Brüs hətta 4 il sonra Honkonqda keçirilən ça-ça-ça üzrə çempionatın qalıbı olub. Brüs Li 19 yaşında ABŞ-a geri dönməyi qərara alır. Əvvəlcə o, San-Fransiskoya, oradan isə Sietlə yola düşür. Sietldə yerli restoranların birində ofisiant işləməyə başlayır. Brüs burada Edisonun texniki məktəbini bitirir və Vaşinqton universitetinin fəlsəfə fakültəsinə qəbul olur. Çox keçmir ki, döyüş sənəti ilə ciddi şəkildə məşğul olmağa başlayır və özünü bacarıqlı şagird kimi göstərir. O, üç gün ərzində, adətən öyrənilməsi həftələrlə davam edən kunq-funun baza hərəkətlərinə yiyələnir. Sonradan Brüs digər əlbəyaxa döyüş növlərini də mənimsəyir və bilikləri sayəsində özünün xüsusi kunq-fu stilini – Cit-Kunq-Do-nu yaradır. Brüs Linin aktyorluq karyerası döyüş sənətində istedadını nümayiş etdirdiyi televiziya seriallarından başlayır. O, sonradan hətta özünün kunq-fu məktəbini açır. Brüs Li vətəninə döndükdən sonra tammetrajlı filmlərdə çəkilməyə başlayır. Onun çəkildiyi ilk belə film “Böyük boss” (1971) ekran əsəri olub. Bu film böyük uğur qazanır və onun ardınca əvvəlcə Asiyada, sonradan isə bütün dünyada böyük populyarlıq qazanan daha iki film çəkilir (“Qəzəb yumruğu” və “Əjdahanın qayıdışı”). Super ulduz olan Li ekrandakı hər bir hərəkətini mükəmməl yerinə yetirməyə çalışaraq vaxtının çox hissəsini çəkilişlərə ayırır. Ümumilikdə aktyor 30-dan artıq filmə çəkilir. Bununla yanaşı o, bütün günü məşq edir və kunq-fu bacarığını daima artırır. Brüs, həmçinin özünün qida sistemini də yaradır. O, məşhurluq qazanan şəxsi məşq və metodikalarının da müəllifidir. Brüs Li 1973-cü il iyulun 20-də Honkonqda gözlənilmədən vəfat edib. İndiyə qədər də, dünyanın hər yerindən gələn pərəstişkarları onun Sietldəki qəbrini ziyarət edirlər. Onu bacarığı sayəsində bütün dünyada çox saylı davamçılara malik sözün əsl mənasında əfsanə-insan saymaq olar. Brüs Li döyüş sənəti sahəsinin əfsanəsinə çevrilib və bütün dünyada onun həyatı barədə bir çox filmlər çəkilib. Los-Ancelesdə və Honkonqda milyonların sevimlisi və dahi ustadın xatirəsinə abidələr ucaldılıb. azertag.az
['döyüş ustası', 'aktyor', 'kinorejissor', 'prodüser', 'ssenarist', 'Brüs Li', 'Bruce Lee']
547
https://kayzen.az/blog/qan-damar/22064/hipertoniya-v%C9%99-onun-n%C3%B6vl%C9%99ri.html
Hipertoniya və onun növləri
Apollon
Qan-damar sistemi
17 iyun 2018, 15:44
Arterial təzyiqin 140/90 mm civə sütunundan yuxarı qalxması arterial hipertenziya hesab edilir. Əgər arterial təzyiqin yüksəlməsi birincili olarsa, yəni digər patoloji proseslərlə əlaqədar deyilsə, ona hipertoniya xəstəliyi deyilir. Arterial təzyiqin yüksəlməsi digər xəstəliklərin əlaməti kimi meydana çıxarsa, bu, ikincili və ya simptomatik arterial hipertenziya adlanır. Sumqayıt şəhərindəki 4 nömrəli poliklinikanın həkim-kardioloqu İlhamə Zülfüqarlı deyib: «Xəstəliyin əmələ gəlməsi bir neçə əlverişsiz faktorun birgə təsiri ilə əlaqədardır ki, bunlara stress, abdominal piylənmə (bel dairəsinin qadınlarda 88, kişilərdə 102 santimetrdən çox olması), xörək duzundan həddindən artıq istifadə edilməsi və irsi meyillik aiddir. Əlavə risk faktorları- azhərəkətli həyat tərzi, qlükozaya tolerantlığın pozulması, fibrinogenin miqdarının artması arterial hipertenziyası olanlarda ürək-damar xəstəlikləri, ürək, böyrək, beyin və göz kimi hədəf orqanlarının zədələnmə riskini artırır. Hipertoniya xəstəliyi üçün baş ağrıları, başgicəllənməsi, tez yorulma, narahat yuxu, daxili gərginlik, ürək nahiyəsində ağrı, fiziki iş zamanı təngnəfəslik və ürək bulanma xarakterikdir. Xəstə gözlərində torabənzər kölgə və səyriyən ləkələrin olmasından şikayətlənir. Bəzən xəstələrin qulağında uğultu və küy olur. Arterial təzyiqin göstəricisindən asılı olaraq hipertoniya xəstəliyinin üç dərəcəsi ayırd edilir: sistolik təzyiqin 140-159, diastolik təzyiqin 90-99 mm civə sütunu olması birinci, sistolik təzyiqin 160-179, distolik təzyiqin 100-109 mm civə sütunu olması ikinci, sistolik təzyiqin 180 mm civə sütunundan, diastolik təzyiqin 110 mm civə sütunundan yüksək olması zamanı üçüncü dərəcəli arterial hipertenziya diaqnozu qoyulur. Kardioloqun dediyinə görə, hipertoniya xəstəliyinin müalicəsində əsas məqsəd ürək-damar ağırlaşmalarının və ölümün qarşısını almaqdan ibarətdir. Antihipertenziv müalicədə əsas məqsəd şəkərli diabetli xəstələrdə arterial təzyiqin 130/80, digər xəstələrdə isə 140/90 mm civə sütunundan aşağı salmaqdır. Xəstələr siqaret və alkoqoldan imtina etməli, bədən çəkilərini normaya salmalıdırlar. Həmin xəstələrdə bədən kütlə indeksi 25 kq/m2-dən aşağı olmalıdır. Həftədə 4 dəfə və hər dəfə 30-40 dəqiqədən az olmayaraq sürətli yerişlə yerimək məsləhət görülür. Həkim-kardioloq xəstələrin qidalanma qaydası barədə də danışıb: „Qidalanma zamanı bitki mənşəli məhsullara üstünlük verilməlidir. Rasionda kaliumla zəngin olan fındıq, qara gavalı, portağal, naringi, kələm, kartof, qara qarağat, süd, kəsmik, maqneziumla zəngin olan noxud, soya, lobya, üzüm, əncir, itburnu, iydə, qarğıdalı kimi meyvə-tərəvəzlərin və dəniz məhsullarının miqdarı artırılmalıdır. Kalium və maqnezium ionları damar tonusunu normallaşdırır, diurezi artırır və xolesterinin miqdarını azaldır. Artıq çəkisi olan xəstələrin həftədə bir dəfə detoks günlərinə əməl etməsi məsləhətdir, yəni həmin günlərdə xəstələr gün ərzində 1, 5 kiloqram alma və ya xiyar, 1,2 litr qatıq və ya meyvə, 600 ml tərəvəz şirəsi+200 ml su və ya 500 qram kəsmik məhsullarından yalnız birini qəbul edə bilərlər“. »Azərbaycan" qəzeti
['qan-damar sistemi', 'qan-damar sistemi xəstəlikləri', 'hipertoniya']
548
https://kayzen.az/blog/az-proza/22061/az%C9%99rbaycan-poeziyas%C4%B1n%C4%B1n-mikay%C4%B1l-m%C3%BC%C5%9Ffiq-zirv%C9%99si.html
Azərbaycan poeziyasının Mikayıl Müşfiq zirvəsi
Apollon
Azərbaycan ədəbiyyatı
17 iyun 2018, 15:43
Azərbaycan poeziyasının ən parlaq səhifələrini yazmış Mikayıl Müşfiqin ömrü və yaradıcılığı Azərbaycan gəncliyinə bütün zamanlarda örnək olaraq qalmaqdadır. Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Hər bir gənc istənilən mövzuda M.Müşfiqin şeirlərindən istifadə edə bilər. Xüsusən də milli mənlik şüuru, vətənpərvərlik, Vətənə sonsuz sevgi baxımından Mikayıl Müşfiq şeirləri ölçüyə gəlməzdir. Hansı şer nümunəsi Mikayıl Müşfiqin «Oxu, tar!» harayına çata bilər?!.. Oxu, tar, oxu, tar! Səsindən ən lətif şeirlər dinləyim, Oxu, tar, bir qadar, Nəğməni su kimi alışan ruhuma çiləyim. Oxu, tar! Səni kim unudar? Ey geniş kütlənin acısı, şərbəti, Alovlu sənəti! Mikayıl Müşfiqin «Oxu tar» harayı qəlbində Vətən sevgisi olan hər bir insanı riqqətə gətirməyə qadirdir. Bu haray hər bir Azərbaycan gəncini mərdliyə, qəhrəmanlığa, döyüşə ruhlandırmağa, hətta Vətən sevgisinin nə olduğunu bilməyənlərə də anlatmağa qadirdir. Oxu, tar! Mən səndə İstənən havanı çala da bilərəm. Mən səndən bu günün zövqünü ala da bilərəm. Sən bu gün silahsan əlimdə, Səni mən hansı bir hədəfə İstəsəm, çevirə bilərəm. Qəlblərdə gizlənən keçmişi Bir yeni nəğmənin əliylə Devirə bilərəm! Oxu, tar! Bu saat qarşında Nə qədər adam var! Utanma, oxu, tar! Mədənli Bakımın Pambıqlı Gəncəmin, İpəkli Şəkimin Acısı, şərbəti Alovlu sənəti. Oxu, tar, oxu, tar! Səni kim unudar? Gəncliyə bütün sahələrdə örnək ola biləcək Mikayıl Müşfiqin həyat yoluna qısaca bir nəzər salmaq yetər ki, bu əvəzsiz şəxsiyyətin Vətənə, dövlətçiliyə, milli-mənəvi dəyərlərə necə bağlı olduğu təsdiqini tapsın.  Mikayıl Müşfiq 5 iyun 1908-ci il tarixində Bakıda anadan olub. Ziyalı ailəsində doğulan və əslən Azərbaycanın gözəl guşələrindən biri olan Xızı rayonundan olan Mikayıl Müşfiq iki aylığında anasını, 6 yaşında isə atasını itirib. Valideynlərini belə erkən itirməsinə baxmayaraq şair həyatdan küsməyib və oxumağın, təhsilin dəyərini anlayaraq bu istiqamətə yönəlib. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alan şair o zamankı Azərbaycan Dövlət Universitetinin (indiki BDU) dil-ədəbiyyat fakültəsini bitirib. M.Müşfiq əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Yeddi il Bakı orta məktəblərində müəllimlik etmiş şairin son iş yeri olan 18 saylı Bakı şəhər orta məktəbi hazırda onun adını daşıyır. Poetik yaradıcılığa isə 1926-cı ildə «Gənc işçi» qəzetində çap etdirdiyi «Bir gün» şeirilə başlayan M.Müşfiqin bundan sonrakı həyatı unudulmaz şeirlər, hekayələr yazmaq və ciddi bədii tərcümələr etməklə keçir. M.Müşfiq 1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qurub. 1938-ci il yanvarın 6-da isə Sovet İmperiyasının cəza tədbirləri dövründə güllələnib. Belə qısa həyatına baxmayaraq, M.Müşfiq Azərbaycan xalqı üçün 30 illik ömrünə sığdırdığı əsl sənət xəzinəsini yadigar qoyub. Vicdanları pək şəffaf, insanları nurani, Müşfiq, bilə bildinmi, aləmdə şu dövranı?! Qaplar yarın artıq sağ dünyaları ürfanı. Hər yer güləcək, nura mötad olan ölkəmdə. Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə. Azərbaycan şeir tarixinə adını qızıl hərflərlə yazmağı bacaran Mikayıl Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəridir. Maraqlısı isə odur ki, ziyalılarımızın, böyüklərimizin, gənclərin kitaba, şeirə marağının azlığından şikayətləndiyi bir dövrdə M.Müşfiqin şeirləri ən passiv gənclərin belə yaddaşına həkk olunmağı bacarır. Yəqin ki, çox az adam tapılar ki, M.Müşfiqin «Yenə o bağ olaydı» şeirini ömründə bircə dəfə də olsa eşitməmiş olsun. M.Müşfiqin şeirlərini oxuyarkən adama elə gəlir ki, o yazdığı şeirlərdə gənclərin tərbiyəsi üçün bir konsepsiya tərtib edib. Onun vətən, ana, sevgili haqqında yazdığı şeirlərlə bəhrələnən, o şeirləri bütün varlığı ilə dərk edən gənclik yalnız yaxşı insan kimi formalaşa bilər. Sanki M.Müşfiqin bütün şeirləri insanın, gəncliyin mənəvi tərbiyəsi üçün yazılıb. Onun şeirlərində qadına yönəlmiş xüsusi diqqət, qadının bəşəriyyət üçün nə qədər uca varlıq olduğunun göstərilməsi hər bir gənc üçün örnəkdir. Bu şeirləri dərk edən oğullar vətəninə, anaya məhəbbəti öyrənməklə yanaşı, qadına hörməti də öyrənmiş olur. M.Müşfiqin şeirlərini dərk edən, onun vətənə, anaya, qadına, sevgiliyə həsr etdiyi şeirləri anlayan insan heç zaman cəmiyyətdə pis ad çıxara bilməz. Çünki bu mənəvi tərbiyə insana ən ülvi, ən romantik, ən müqqədəs hissləri duymağı öyrədir. Elə M.Müşfiqin şeirlərinin bütün nəsillər, xüsusən də gənclər tərəfindən sevilməsinin ən böyük səbəblərindən biri də yəqin ki, onun gəncliyin nəbzini tuta bilməsi olub. M.Müşfiq vətənimizdən bəhs etdiyi "Ölkəm" şeirində o, sanki Azərbaycanı görmək istədiyi, arzuladığı kimi tərənnüm etmişdir.  Dünyamızı seyr etdim min dürlü həvəslərlə, Gördüm coşuyor dillər pək nəşəli səslərlə, Baxdım doludur yarlar şən qəlbili kəslərlə Pək şad olaraq güldüm abad olan ölkəmdə. Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə. Vətənini dərin bir məhəbbətlə sevən Mikayıl Müşfiq onu hər zaman abad, müstəqil, azad görmək istəyirdi. Mikayıl Müşfiq Azərbaycanın istiqlalını arzulayan, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını alqışlayan və bu münasibətlə gözəl şeirlərini yazıb, cümhuriyyəti təbliğ edirdi. Müşfiq «Ey Dan ulduzu» deyib ölkəsinin yeni baharını alqışlayırdı.  Dönmə bir şəbnəmə yaz səhərində, Könül, günəş kimi parla yerində. Göylərin lacivərd ətəklərində Gedən bu qovğadan necə əl çəkim? Baxınız, dan yeri sökülmüş kimi, Dostlar bir cəbhəyə tökülmüş kimi, Uzaqdan-uzağa xam gümüş kimi Ağaran səhradan necə əl çəkim? Müşfiq öz şeirlərində arzularını dilə gətirirdi. Elə bu da sonralar Müşfiqi ortadan götürmək üçün «qırmızı imperiyanın» əlinə bəhanə vermişdi. Müşfiqi «məhşər ayağına» çəkənlər ondan bu şeirlərin "əvəzini çıxırdılar, hesab sorurdular. Onun yazdığı şeirlər isə yaz səhərində parlayan və heç vaxt sönməyəcək parlaq ulduz idi. Baxdım ki, duman görməz yüksəkləri billuri, İnsanları matəmsiz, istəkləri billuri, Dağlar, ovalar gülşən, hər bir yeri billuri, Hər şey gülüyor gördüm, pək şad oldum ölkəmdə. Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə. Qış getdi ölümlərlə, ölkəmdə bahar vardır, Bağlarda gözəlliklər, şən qəhqəhələr vardır, Sevdalı könüllərdə sevdikləri yar vardır, Daim sevişirlər, bax, məzdad olan ölkəmdə. Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə. M.Müşfiqin yəqin ki, ən təsirli şeirlərindən biri onun «Ana» şeiridir. Bu şeirin hər bir misrasını oxuyarkən insan təəccübünü gizlədə bilmir. İki aylığında anasını itirən M.Müşfiq «Ana» şeirində onu elə vəsf edir ki, bəlkə də uzun ömür yaşayan və bütün həyatı boyu ana nəvazişi ilə böyüyən bir şair belə «ana»nı belə tərənnüm edə bilməz.  Ana dedim, ürəyimə yanar odlar saçıldı, Ana dedim, bir ürpəriş hasil oldu canımda, Ana dedim, qarşımda bir gözəl səhnə açıldı, Ana dedim, fəqət onu görməz oldum yanımda.  Ana, ana!.. Bu kəlmənin vurğunuyam əzəldən, Onu gözəl anlatamaz düşündüyüm satırlar. Ana olmaz bizə hər bir «yavrum» deyən gözəldən, Çünki onun xilqətində ayrıca bir füsun var. Cəmi 30 il ömür yaşayan, özündən sonrakı nəsillərə bəlkə də yaşlı bir qocanın belə ömrünə sığışmayacaq qədər romantik şeirlər irsi qoyan M.Müşfiqin daha bir şeiri isə gənclər üçün sevginin bütün formalarını ümumiləşdirdiyi «Sevgilər» şeiridir.  Sevgi vardır ki, dodaqlarda açar güllərini, Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir. Sevgi vardır oxudur qəlbidə bülbüllərini, Böylə bir sevgi mənim ruhumu oxşar kimidir. Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür, Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu. Sevgi vardır ki, düşər yerlərə daim sürünür, Öylə bir sevgi də min dürlü xəyanətlə dolu. Sevgi vardır ki, bahardan bizə güllər gətirir İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar. Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar. Həqiqətən də hər bir ölkənin inkişafında ən böyük rollardan birini onun mənəviyyatı oynayır. Tanrıya şükürlər olsun ki, o mənəvi irsi bizə M.Müşfiq kimi şairlərimiz qoyublar. Gənclərin üzərinə düşən vəzifə isə bizə əmanət olunmuş mənəvi irsi öyrənməkdən, ruhumuzu o mənəvi irslə tərbiyələndirməkdən ibarətdir. Hazırda dünya alimləri eksperimentlər aparıblar və sübut olunub ki, uşaqlıqdan mənəvi aclığı doydura bilən vətən, ana haqqında, ümumiyyətlə, sevgi ilə bağlı şeirləri oxuyaraq böyüyən uşaqlarla, adi uşaqlar arasında kəskin şəkildə fərq olur. Belə ki, birincilər həyata daha yumşaq baxır, cinayət əməllərindən, dələduzluqdan, ədalətsizlikdən uzaq həyat yaşayırlar. Bu səbəbdən də M.Müşfiq kimi şairlərimizin şeirlərini nə qədər tez-tez oxusaq və uşaqlarımızı da körpəlikdən bu ruhda tərbiyə etsək, onların da, özümüzün də sağlam gələcəyini təmin etmiş olarıq. Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə hazırlanıb "Şərq" qəzeti
['Azərbaycan ədəbiyyatı', 'Azərbaycan şairi', 'repressiya', 'Mikayıl Müşfiq', 'poeziya']
549
https://kayzen.az/blog/musiqi/21758/opera-n%C9%99dir.html
Opera nədir?
Apollon
Musiqi
16 iyun 2018, 20:52
«Opera» italyan dilində "əsər" deməkdir. Opera söz və musiqinin, oxuma və səhnə hadisələrinin, vokal və instrumental ifanın vəhdətindən yaranmışdır. Başqa sözlə desək, opera poeziyanın, dramatik teatrın, rəngkarlığın, plastikanın, vokal və instrumental musiqinin sintezindən ibarətdir. Onun əsas mövzusunu xeyirlə şərin, işıqla qaranlığın, məhəbbətlə nifrətin mübarizəsi təşkil edir. Opera musiqiyə söykənən dram, yaxud komediyadır. Operada dramatik mətnlər müğənnilərin oxuması ilə təqdim olunur. Bu, həmişə orkestrin müşayiətilə baş verir. İlk operanın vətəni İtaliyadır. O, incəsənətin digər növlərinə nisbətən gənc janr hesab olunur. Rəngkarlıq, heykəltəraşlıq, memarlıq, vokal musiqisi minilliklər boyu inkişaf etdiyi halda, ilk operalar XVI və XVII əsrlərin qovşağında meydana gəlmişdir. Özünün tarixi və bədii dəyərini indimizə qədər qoruyub saxlayan ilk operanın müəllifi İtaliyanın dahi bəstəkarı Klaudio Monteverdidir. Onun musiqili nağıl adlandırdığı «Orfey» operası 1606-cı ildə səhnəyə qoyulmuşdur. Sonralar Avropanın digər ölkələrinə də yayılmış bu yeni incəsənət janrına müxtəlif adlar verilmişdir. Fransada qəhrəmanlıq operalarına «musiqili faciə» deyirdilər. Almaniya və Avstriyada alman mətninə yazılan, həm danışıq, həm də oxumaqla cərəyan edən əsərlər «oxumaqla gedən pyes» adlanırdı, Rusiyada operaya «səslə oxumaq dramı» adı verilmişdi. Sonralar hər yerdə «opera» adlanan bu əsərlər janr və üslub xüsusiyyətlərinə görə «komik opera», «ciddi opera», «opera-buffa», «böyük opera», «lirik opera», «romantik opera» növlərinə ayrılmışdır. Bəzi bəstəkarlar, məsələn, məşhur italyan bəstəkarı Cakoma Puççini öz operalarını «melodram» adlandırırdı. Müasir operanı saxta incəsənət növü sayan alman bəstəkarı Rixard Vaqner özünün yetkin əsərlərinə «təntənəli səhnə tamaşaları», yaxud «təntənəli misteriya» deməyi lazım bilmişdi. Opera aristokrat əyləncəsi olaraq yaranmış, sonralar geniş tamaşaçı kütləsinin əyləncə obyektinə çevrilmişdir. İlk opera teatrı 1673-cü ildə, yəni, bu janrın meydana gəldiyi vaxtdan təqribən qırx il sonra İtaliyanın Venesiya şəhərində açılmışdır. Sonralar bütün Avropaya sürətlə yayılmışdır. XIX əsrdə və XX əsrin başlanğıcında opera öz inkişafının yüksək zirvəsinə qalxmışdır. «Dafniya» adlı ilk operanı 1597-ci ildə italyan bəstəkarı və müğənnisi Cakopo Peri yazmışdır. Cakopo Periyə elə gəlirdi ki, onun yaşadığı dövrün incəsənət əsərləri yunan və Roma mədəniyyətinin klassik əsərlərindən geri qalır. Və buna görə də özünün başa düşdüyü tərzdə yunan tragediyası yaratmaq istəyində bulunmuşdu. Nəticədə meydana gəlmiş «Dafniya» yunanların yaradıcılığı nümunəsinə az oxşar bir əsəri xatırladırdı. «Dafniya» hazırda opera adlanan formada ilk əsər sayılır. Buna baxmayaraq, yeni bədii formanın ilk yaradıcısı italyan bəstəkarı Klaudio Covanni Antonio Monteverdi (1567-1643) hesab olunur. Onun «Orfey» operası indi də oynanılır. Venesiyada kütləvi tamaşalar qoyulan dövrdən sonrakı 65 il ərzində 7 teatr meydana gəlmiş və həmin teatrlar üçün 40-a qədər bəstəkar 357 opera yazmışdır. Almaniyada ilk opera 1627-ci ildə, Fransada 1647-ci ildə, İngiltərədə 1689-cu ildə, İspaniyada XVIII yüzilliyin başlanğıcında təşəkkül tapmışdır. Məlum olduğu kimi, Üzeyir bəy Hacıbəylinin Şərq aləmində ilk operası sayılan «Leyli və Məcnun» monumental əsəri 1908-ci ildə Bakıda tamaşaya qoyulmuşdur. Opera mövcud olduğu dövrdən bəri digər musiqi janrlarına güclü təsir göstərmişdir. Simfonik əsərlər XVIII əsr italyan operalarına yazılmış instrumental müqəddimədən yaranmışdır. Opera kollektivlərinin tərkibi solistlərdən, xordan, orkestrdən ibarət olur. Bəzi Avropa opera teatrlarında orkestrə orqan da daxil edilir. Təəssüflər olsun ki, sivil dünya musiqisinin ən yüksək zirvəsi sayılan klassik opera musiqisinə (o cümlədən «Toska» operasına) cəmiyyətimizdə biganəlik hallarına həddindən çox təsadüf edilir. Hətta tanıdığımız bəzi mədəni adamlar da klassik musiqini qiymətləndirmələrinə və sevmələrinə baxmayaraq, operanı sevmirlər və dahi bəstəkarların yaratdıqları bu gözəl əsərlərə biganəlik nümayiş etdirirlər. Bunun səbəblərindən biri bəlkə də bazar şouları ilə dolu olan telekanallarda dünya və o cümlədən də Azərbaycan bəstəkarlarının şah əsərlərinin təbliğinə tamamilə diqqət ayrılmamasıdır. Hətta telekanalların aparıcı telejurnalistlərinin arasında da opera biliciləri çox azdır. Bir dəfə telekanallardan birinin aparıcısı Müslüm Maqomayevin "Şah İsmayıl" operasını "Şah İsmayıl Xətai" adı ilə təqdim etdi. Bu yanlışlığın səbəbini soruşanda bildirdi ki, həmin adı hansısa musiqişünasın yazısından götürüb. Xeyli danışıqdan sonra jurnalistə anlada bildim ki, Müslüm bəyin Ərəbistan torpağına sevgili axtarışı üçün getmiş qəhrəmanı dastan personajıdır. Onu Azərbaycanın dahi şairi, böyük dövlət xadimi Şah İsmayıl Xətai ilə dəyişik salmaq olmaz. Müslüm Maqomayevin bu yaxınlarda təntənə ilə keçirilmiş anım günündə televerilişlərdə görkəmli sənət xadiminin «o, opera xanəndəsi idi» deməsi həmin şəxsin də opera ilə tamamilə yaxın olmadığını göstərdi. O, rus dilində işlədilən «opernıy pevets» ifadəsini «opera müğənnisi», kimi yox, «opera xanəndəsi» kimi işlətmişdi. «Xanəndə» muğam ifaçısına deyilir, opera müğənnisinə yox! Bu, əlbəttə ki, xoşagəlməz haldır. Telekanallarda vaxtaşırı operalardan söz açmaq və operanın nə olduğunu xırdalamaq vaxtı çoxdan çatmışdır. Acınacaqlı olsa da, qeyd etməliyik ki, hətta özlərini opera xiridarı kimi göstərməyə çalışanların bir çoxu opera səslərini də qarışıq salırlar. Tenor səslər üçün yazılmış partiyaları bas, yaxud bariton partiyaları adlandırırlar. İstedadlı jurnalistlərimizdən biri soruşanda ki, Bülbülün səsi basdır, ya baritondur, məni dəhşət bürüdü. Ona görə də səslər haqqında məlumat verməyi vacib sayırıq. Klassik operalarda aparıcı müğənniləri onların səs diapazonundan aslı olaraq soprano (lirik soprano, lirik-dramatik soprano, metso-soprano, dramatik soprano, koloratur soprano, dramatik koloratur soprano, kontralto) qadın səslilərə və kontrtenor, tenor (lirik tenor, lirik-dramatik tenor, dramatik tenor), bariton (bas-bariton), bas kişi səslilərə ayırırlar. Koloratur soprano ən zil və çevik qadın səsinə deyilir. Diapazonu «fa» birinci oktava-«fa», üçüncü oktavadır. Bu səs çox çevik və kövrəkdir, melizmlərlə, bülbül cəh-cəhini xatırladan ruladalarla («rulada» fransız dilində «irəli və geri» deməkdir) zəngindir. Məşhur Avstriya bəstəkarı İohan Ştrausun «Vyana meşəsinin nağılı»nda valsın atın nallarının ritmləri altında necə yarandığını və bəstəkarın sevdiyi qadının onu necə oxuduğunu eşidənlər əsl koloratur sopranonun nə olduğunu bilərlər (həmin mövzu sovet-alman müharibəsindən qabaqkı illərdə çəkilmiş eyniadlı filmdə işıqlandırılmışdı). Bu səs üçün opera partiyaları: Motsartın «Sehrli fleyta» operasında Gecə şahzadəsi, Offenbaxın «Qofmanın nağılları»nda Kukla, Rimski-Korsakovun «Qar qız»ında Qar qız. Azərbaycan qadın vokalçıları arasında bu səsə malik ifaçı, demək olar ki, yoxdur. Əvvəlki zamanlarda Milli operamızın yeganə koloratur sopranosu Elmira Axundova olmuşdur. Onun ifasında «Sevilya bərbəri» operasında Rozinanın partiyalarının lent yazısı, yəqin ki, Teleradio şirkətinin saxlancında qalır. Koloratur-soprano səsi ilə ifa edilən opera partiyaları Motsartın «Sehrli fleyta» operasında Gecə şahzadəsi, C.Offenbaxın «Qofmanın nağılları» operasında Kukla, Rimski-Korsakovun «Qar qız» operasında Qar qızdır. Azərbaycanın opera səhnəsində uzun illərdən bəri xalis koloratura olmadığına görə bəstəkarlarımızın operalarında həmin səs üçün partiya nəzərdə tutulmamışdır. Lirik soprano (diapazonu: «do» birinci oktava-«do», «re» üçüncü oktava) yumşaqlığı, ahəngdarlığı ilə xarakterizə olunur. Bütün diapazonda parlaqlıqla səslənir. Opera partiyaları: Cüzeppe Verdinin «Traviata» operasında Violetta, Pyotr Çaykovskinin "İolanta" operasında İolanta, Şarl Qunonun «Faust» operasında Marqarita, Üzeyir Hacıbəylinin «Arşın mal alan» komik operasında Gülçöhrə, Fikrət Əmirovun «Sevil» operasında Sevil və s. Azərbaycan opera səhnəsinin müasir qadın ifaçılarından İlahə Əfəndiyevanın, Fəridə Məmmədovanın, Gülnaz İsmayılovanın, Natəvan İsmayılovanın, İnarə Babayevanın səsləri lirik sopranodur. Lirik-dramatik soprano çoxhəcmli, ifadəli, zəngin çalarlı və qulağayatımlı səsdir. Opera partiyaları: «Yevgeni Onegin»də Tatyana, «Norma» operasında Norma, «Aida» operasında Aida və s. Mariya Kallass, Firəngiz Əhmədova, Fatma Muxtarova həmin səsin parlaq nümayəndələri olmuşlar. Müasir ifaçılardan Qərinə Kərimovanın geniş diapazonlu, güclü, həcmli və gözəl tembrli səsi çox dəyərli sayılan dramatik sopranodur. O, C.Verdinin «Aida», Üzeyir Hacıbəylinin «Koroğlu», Puççininin "Çio-Çio-san", Fikrət Əmirovun «Sevil» operalarında baş qadın rollarının öhdəsindən bacarıqla gəlir. Metso-soprano soprano və kontralto səslər arasında orta mövqe tutur. Unudulmaz Zəhra Rəhimovanın səsi böyük diapazonlu metso-soprano idi. Üzeyir bəy Hacıbəylinin tamamlanmamış «Firuzə» operasından Firuzənin ariyasını Zəhra Rəhimova kimi böyük şövqlə oxuyan olmamışdır. Respublikanın əməkdar artisti Fidan Hacıyevanın dolğun metso-soprano səsi çox sirayətedicidir. Səs tembrinin səciyyəviliyi Fidanı dərhal tanıdır. O, Corc Bizenin «Karmen» operasında Karmen, Cüzeppe Verdinin «Trubadur» operasında qaraçı qadın Azuçena, «Aida» operasında fironun qızı Amneris partiyalarını səsinin əsrarəngizliyi ilə uğurla yaradır. Azərbaycan opera teatrının gənc solisti Səbinə Əsədovanın metso-soprano səsi də öz qaltanlığı və məxməriliyi ilə dinləyicini məftun qoyur. Koloratur metso-soprano çox nadir səsdir. Bu səsə gözlənilməz çevik gedişlər etmək xas olduğu üçün ifaçının çox mürəkkəb passaclar, fiorituralar (avropasayağı zəngulələr) və ruladalar (melodiyada mahiranə gedişlər) nümayiş etdirməsinə imkan verir. İtalyan müğənnisi Seçilia Bartoli bu səsinin sayəsində dünyada məşhurdur. O, Motsartın «Don Juan», Rossininin «Sevilya bərbəri» və Donisettinin «Məhəbbət şərbəti» operalarında koloratur soprano üçün yazılmış partiyaları müvəffəqiyyətlə ifa edir. Kontralto ən aşağı məxməri tembrli ürəyəyatımlı köks səsidir. Azərbaycan opera səhnəsində kontralto tembrli səs yoxdur. Tenorlar da lirik, lirik-dramatik, dramatik tenor səslərə ayrılır. Lirik tenor çox mülayim tembrli və geniş diapazonlu çevik səsdir. Azərbaycan opera teatrı səhnəsində vaxtilə ən tanınmış lirik tenor Hüseynağa Hacıbababəyov olmuşdur. Onun ifasında Müslüm Maqomayevin "Şah İsmayıl" operasında Şah İsmayıl tamaşaçıların yüksək istəyini qazanmışdı. Hüseynağa Hacıbababəyov tamaşa zamanı oxunan muğam parçalarının mahir ifaçısi sayılırdı. Sonralar Dövlət Konservatoriyasının vokal şöbəsində təhsil almış H.Hacıbababəyov bir vokalçı kimi Rossininin «Sevilya bərbəri» operasında qraf Almavivanın partiyasını müvəffəqiyyətlə oxumuşdu. O, Üzeyir bəy Hacıbəylinin «Arşın mal alan» komik operasında tacir Əskər obrazının mahir yaradıcısı idi. Sonrakı dövrdə Rauf Atakişiyev bir lirik tenor kimi parlamışdı. Onun «Sevilya bərbəri»ndəki qraf Almaviva, Fikrət Əmirovun «Sevil» operasında Balaş, italyan bəstəkarı Qaetano Donisettinin «Məhəbbət şərbəti» operasında Nemorino, P.Çaykovskinin «Yevgeni Onegin» operasında Lenski, Şarl Qunonun «Faust» operasında Faust, Süleyman Ələsgərovun «Bahadur və Sona» operasında Bahadur partiyaları ifaçılıq zirvəsi sayıla bilər. Böyük sənətkar Rəşid Behbudovun da səsi lirik tenor idi. Dünya estradasının kumiri sayılan bu unudulmaz sənətçi Fikrət Əmirovun «Sevil» operasında Balaş partiyasının bənzərsiz ifaçısı kimi xatirələrdə silinməz izlər qoymuşdur. Azər Zeynalovun da səsi lirik tenor xarakterli səsdir. Azərbaycan bəstəkarlarının mahnılarının, neopalitan mahnılarının, ən başlıcası isə Azərbaycan xalq mahnılarının mahir ifaçısı kimi sevilən Azər Zeynalov opera solisti kimi də cazibədardır. Onun ifasında Fikrət Əmirovun «Sevil» operasında Balaş, Cüzeppe Verdinin «Traviata» operasında Alfred, Rujero Leonkavallonun «Məzhəkəçilər» (Opera Teatrımızın afişalarında səhv olaraq «Payatsı» yazılır) operasında Kanio, Üzeyir bəy Hacıbəylinin «Arşın mal alan» komik operasında tacir Əskər və «Məşədi İbad» operettasında Məşədi İbad bənzərsizliyi ilə seçilir. Həsən Enami də lirik tenor xarakterli səsi ilə F.Əmirovun «Sevil» operasında Balaş, Cüzeppe Verdinin «Riqoletto» operasında Mantuyalı hersoq partiyalarının öhdəsindən layiqincə gəlir. Azərbaycan opera teatrının solisti Samir Cəfərov da oxumaq texnikasını Qalina Vişnevskayadan, Xose Krrerasdan mənimsəmiş istedadlı və geniş səs imkanlı lirik tenordur. O, «Koroğlu» operasında Koroğlunun, «Traviata» operasında Alfredin partiyalarının öhdəsindən layiqincə gəlir. Lirik-dramatik tenor geniş diapazonlu çox qalın səsdir. Bülbül Məmmədovun səsi lirik-dramatik tenor idi. Üzeyir bəy Hacıbəyli «Koroğlu» operasında Koroğlu partiyasını Bülbülün səsi üçün yazmışdı. Bülbül Əfrasiyab Bədəlbəylinin «Nizami» operasında Nizaminin vokal baxımından çox çətin partiyasını öz səsinin çevikliyi, zilliyi və oynaqlığı sayəsində hədsiz dərəcədə gözəl oxuyurdu. Bübüldən sonra heç bir opera müğənnisi bu partiyanı oxumağa cürət etməmişdi. Dünyanın opera səhnələrində Alfred («Traviata»), Hersoq («Riqoletto») partiyalarını məhz lirik-dramatik tenorlar ifa edirlər. Dramatik tenor çoxhəcmli, qaltanlı, metal cingiltili, təbiəti etibarilə çox güclü səsdir. Azərbaycan opera səhnəsinin milli ifaçıları arasında bu səsə malik müğənni Yaqub Rzayev olub. Onun ifasında Koroğlunun, Balaşın, Xozenin ariyaları çox təsirləndirici alınırdı. Sivil dünya ölkələrinin opera səhnələrində Germanın («Qaratoxmaq qadın»), Manrikonun («Trubadur»), Turidunun («Kənd şərəfi»), Kalafın («Turandot») partiyalarını Mario del Monako, Franko Korelli, Plaçido Dominqo kimi çox yüksək zirvəli dramatik tenorlar ifa etmişlər. Təəssüflər olsun ki, Azərbaycanın opera səhnəsində layiqli dramatik tenor yoxdur. Bariton səslər də lirik, dramatik baritonlara ayrılır. Lirik bariton yüksək, aydın, çevik qalın səsdir. Diapazonu böyük oktavanın «lya» -birinci oktavanın «lya» notudur. Azərbaycan opera səhnəsində Məmmədtağı Bağırov, İdris Ağalarov kimi istedadlı baritonlar oxumuşlar. Hazırda operalardakı aparıcı bariton partiyalarını böyük diapazonlu səsə, oxu texnikasına malik olan Şahlar Quliyev ifa edir. Bariton Əvəz Abdullayevin Azərbaycan opera səhnəsinə gəlişi də böyük bir uğur kimi qiymətləndirilməlidir. Onun Cüzeppe Verdinin «Riqoletto» operasında ifa etdiyi təlxək Riqoletto partiyası tamaşaçıların böyük rəğbətini qazanmışdır. Əvəz Abdullayevin irəlidə böyük nailiyyətlərə imza atacağını inamla söyləmək olar. Dramatik bariton məxməri, həcmli, bütün diapazonda güclü səsə deyilir. Dünya səhnələrində Amonasronun («Aida»), Yaqonun («Otello») partiyalarını əsl dramatik baritonlar oxuyurlar. Bas ən aşağı (bəm) kişi səsidir. Diapazonu böyük oktavanın «do», birinci oktavanın «re», «mi» notlarıdır. Azərbaycanlı ifaçılar arasında bas səsli sənətkar Böyükağa Mustafayev olmuşdur. O, tamaşalarda bas partiyalarını ifa edən yeganə azərbaycanlı idi. Hazırda opera səhnəmizdə tamaşaya qoyulmuş klassik və milli operalarda bas partiyalarını qeyri-adi gur səsli Əli Əsgərov ifa edir. Onu dinləyən tamaşaçılar, xüsusən də xarici qonaqlar Əlinin səsinin möhtəşəmliyindən heyrətə gəlirlər. Azərbaycanlı dinləyicilər melodiyadan, dərin ideya məzmunundan məhrum olan operaları heç vaxt sevməmişlər. Dahi Üzeyir Hacıbəyli Azərbaycan bəstəkarlarının öz doğma xalqının musiqi dilində əsərlər yazmasını, xalqla öz doğma musiqi dilində danışmasını tələb edirdi. Bunun üçün bəstəkarların xalq musiqi dilinin bütün qanunlarını düzgün öyrənmələrinin, aydın bir dildə yaza bilmələrinin vacibliyini xüsusi vurğulayırdı. Xalqın qəlbinə mənəvi qida verə bilməyən bəstəkarın bəstəkar olmadığını deyirdi. Üzeyir Hacıbəyli xalq musiqisinin əsaslarına dərindən bələd olduğuna görə bütün operalarında melodiyalara üstünlük verə bilmişdi. Azərbaycan opera yaradıcılığının haqlı olaraq zirvəsi sayılan «Koroğlu»nu dinləyən hər kəs bütünlüklə melodiyalar aləminə baş vuımuş olur. «Koroğlu»nun musiqi dilinin xalqın musiqi dili ilə doğmalığı onun ölməzliyini təmin etmişdir. Ustad sənətkar qələminin məhsulu olan klassik operalar həmişəyaşarlıq zirvəsinə qalxmış əsərlərdir. Opera xalqın mədəni səviyyəsinin göstəricisidir. Operanı dinləmək və qavramaq bacarığı aşılanmış şəxs yüksək mədəniyyət sahibi hesab olunur. Arif HÜSEYNOV Azərbaycan.- 2009.- 18 oktyabr.- S. 5.
['musiqi', 'klassik musiqi', 'opera']
550
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/22053/tarixin-%C5%9F%C9%99xsiyy%C9%99t-yadda%C5%9F%C4%B1-adolf-hitler.html
Tarixin şəxsiyyət yaddaşı – Adolf Hitler
Apollon
Böyük insanlar,şəxsiyyətlər
16 iyun 2018, 20:49
Adolf Hitler:“İnsanları daha yaxşı tanıdıqca, itləri daha çox sevməyə başlayıram” Əslində milyonlarla insanın həyatına son qoyan bir şəxsin belə ifadəsi bir o qədər də təəccüblü görünmür. Təəccüblü görünən odur ki, məhz belə bir şəxs on iki il müddətində Almaniyanın siyasi və hərbi müstəvisində lider olaraq dünyaya sahib olmaq iddiası ilə yaşayıb. Modern.az tarixi vərəqləyir... Adolf Hitler 1889-cu ilin aprelin 20-də Avstriyanın Braunau şəhərində anadan olub. Ziddiyətli xarakterə malik olan Hitler yeniyetməlik illərində öz tənbəlliyi ilə həmyaşıdlarından həmişə geridə qalıb. Elə bunun nəticəsi olaraq orta təhsilini başa vurduqdan sonra buraxılış imtahanlarından kəsildiyinə görə orta təhsil haqqında şəhadətnamə ala bilməyib. Ancaq buna baxmayaraq Adolf həmin illardə öz rəssamlıq qabiliyyəti ilə fərqlənir. Rəssam olmaq arzusu onu Vyanaya aparır. O, burada İncəsənət Akademiyasına daxil olmaq istəyir. Lakin bu istəyi də baş tutmur. Akademiyadan rədd cavabı alan Adolf Münhen şəhərinə köçür. Minimum yaşayış tələbatını ödəmək üçün akvarel satmaqla məşğul olur. Bir neçə dəfə hərbi xidmətdən yayınan Hitler birinci Dünya müharibəsi başlananda alman ordusu sıralarına daxil olur. Bavariya alayının tərkibində qərb cəbhəsinə göndərilir. Burada o, yefreytor rütbəsi alır və bütün müharibə boyu ön cəbhədə vuruşur. Müharibədə ilk dəfə yaralandıqdan sonra göstərdiyi qəhrəmanlıqlara görə “Dəmir xaç nişanı” ilə mükafatlandırılan Hitler müharibədən sonra təbliğatçı kimi bolşevuzmə qarşı mübarizə aparır, alman milliyətçiliyinin təbliği ilə fəal məşğul olur. Qısa müddətdən sonra Adolf Hitler 1919-cu ilin payızında ordudan uzaqlaşır.  Yeni yaradılan “Alman Fəhlə Partiyası”na daxil olan Hitler tezliklə partiyada mövqelərini möhkəmlədərək onun lideri olur. O öz liderlik səlahiyyətlərindən istifadə edərək partiyanın adını dəyişir, onu “Almaniya Nasional Sosialist Fəhlə Partiyası” adlandırır. Partiya rəhbərliyinə güclü şəxsiyyətləri cəlb edən Hitler dövlət idarəçiliyini ələ keçirmək haqqında düşünür. 1923-cü ildə Rur ərazisinin Fransa tərəfindən işğal edilməsi Almaniyada yeni gərginlik yaradır. Əvvəlcə xalqı mübarizəyə səsləyərək ölkədə iqtisadi böhrana səbəb olan sosial-demokrat hökuməti, sonradan Fransanın tələblərini qəbul etməklə həm sağ təmayüllü qüvvələr, həm də kommunistlər tərəfindən tənqidlərə məruz qalır. Bu şəraitdə nasistlər Bavariyada hakimiyyətdə olan sağ konservativ-separatçılarla ittifaqa girərək Berlindəki sosial-demokrat hökumətinə qarşı birlikdə çıxış etməyə qərar verirlər. Bavariya sağlarının rəhbəri və Bavariya torpağının diktator səlahiyyətlərinə malik olan komissarı fon Karr rəsmi Berlinin bəzi tələblərinə əməl etməkdən, xüsusilə də nasist dəstələrini buraxmaq və «Xalqın nəzarətçiləri» qəzetini bağlamaqdan imtina edir. Lakin alman Baş Qərargahının qəti mövqeyi qarşısında geriyə addım atan Bavariya rəhbərləri Hitlerə bildirirlər ki, hələ Berlin hakimiyyətinə qarşı açıq şəkildə çıxış etməyə hazır deyillər. Bu, Hitleri vəziyyəti öz əlinə almaq istəyinə sövq və məcbur edir.  1923-cü ilin noyabrın 8-də axşam saat 9-da Hitler Bavariya hökuməti rəhbərlərinin mitinqinin keçirildiyi Münhenin «Bürgerbroykeler» pivəxanasına gəlir. İçəri girərək «Berlindəki xain hökumət»in devrildiyini elan edir. Noyabrın 9-u səhər tezdən isə Hitler və Lüdendorf üç min nəfərlik dəstə ilə birlikdə Hərb Nazirliyinə tərəf irəliləməyə başlayırlar. Lakin, Rezidentştrasse küçəsində polis dəstəsi onların qarşısını kəsərək atəş açır və qiyamçılar dağıdılır. On altı partiya üzvünün həlak olduğu bu hadisə Almaniya tarixinə «Pivə qiyamı» kimi düşür. 1924-cü ilin fevral-mart aylarında keçirilən məhkəmənin qərarı ilə Adolf Hitler beş il müddətinə həbsə məhkum edilsə də, cəmi 10 ay sonra azadlığa buraxılır. Həbsdə olduğu müddətdə özünün məşhur «Mənim mübarizəm» adlı kitabını yazır. Tezliklə bu kitab partiyanın əsas ideya mənbəyinə çevrilir. Hitler həbsxanada olduğu dövrdə partiyasınınnın fəaliyyətində kifayət qədər zəifləmə müşahidə olunur. Ona görə də o, məhbəs həyatından sonrakı elə ilk günlərdən partiyanın mövqeyinin möhkəmlənməsinə çalışır. Özündə sonsuz inam və hədsiz güc hiss edən Hitler hakimiyyətə doğru addımlarında uğurlar qazanır. O, daha yüksək təbəqələr arasında özünə dəstək axtarır, ordu rəhbərliyinin bir hissəsini özünə yaxınlaşdıra bilir, sənaye maqnatları ilə əlaqələr qurur. 1930 və 1932-ci illərdəki parlament seçkiləri nasistlərin Reyxstaqdakı sayını ciddi surətdə artırır. Bu hal digər parlament partiyalarını nasistlərə daha ciddi yanaşmağa, onlarla hesablaşmağa və hətta koalisiya hökumətində ortaq kimi nəzərdən keçirməyə sövq edir. 1930-cu il seçkilərində partiya 18,3 faiz səs toplayaraq 107 yerə, 5 mart 1933-cü ildə keçirilmiş seçkilərdə isə səslərin 43,9 faizini toplayaraq 288 yerə sahib olur və Reyxstaqda hakim partiyaya çevrilir. Adolf Hitler 30 yanvar 1933-cü ildə hakimiyyətə gəldikdən sonra Almaniyada nasistlər xeyli güclənirlər. Hitler ilk günlərdən etibarən ölkədə demokratik azadlıqları ləğv etməyə və siyasi rəqiblərinə qarşı açıq terrora başlayır. Buna haqq qazandırmaq məqsədilə 1933-cü ilin fevralın 27-də Reyxstaqın binasının yandırılması təşkil olunur. Bunun təqsiri kommunistlərin üzərinə atılır və 1933-cü ilin sentyabrında Leypsiqdə qondarma mühakimə prosesi də keçirilir. Fevralın 28-də faşist hökumətinin təklifi əsasında prezident Paul fon Hindenburq «Xalqı və dövləti müdafiə etmək» adlı fövqəladə fərmanla Veymar konstitusiyasının müəyyən etdiyi bütün azadlıqları ləğv edir. Bununla da Almaniyada Nasist partiyası istisna olmaqla bütün siyasi partiyaların fəaliyyəti dayandırılır. 1933-cü ilin martında Hitler federativ dövlətin tərkibinə daxil olan alman torpaqlarının muxtariyyətini ləğv edir. 1934-cü ilin avqustunda prezident Hindenburqun ölümündən sonra bütün hakimiyyət Hitlerin əlində cəmləşir. Adolf Hitler 1933-cü il dekabrın 18-də Versal müqaviləsinin bütün hərbi müddəalarını ləğv etməyə, alman ordusunun sayını artırmağa, bütün silah növlərinin istehsalının bərpa olunmasına, hərbsizləşdirilmiş Reyn zonasına ordu yeridilməsinə icazə verilməsini tələb edir. Hitlerçilərin səyi nəticəsində Almaniya Avropada müharibə ocağına çevrilir. Nəhayət, 1939-cu ilin sentyabrın 1-də Alman qoşunlarının Polşaya hücumu ilə ikinci dünya müharibəsi başlayır. Hitler diktaturası dünyanı özünə ram etmək ehtirası ilə yaşayır. İki gün sonra buna cavab olaraq Polşa ilə aralarındakı müttəfiqlik sazişinə əsasən İngiltərə və Fransa Almaniyaya müharibə elan edirlər. Tezliklə müharibənin miqyası genişlənir və Avropanı, sonra isə İtaliyanın səyləri ilə Şimali Afrikanı və Yaponiyanın qoşulması ilə Şərqi və Cənub-şərqi Asiyanı bürüyür. İkinci dünya müharibəsi çox böyük miqyas alır, demək olar ki, bütün dövlətləri əhatə edir. Qazandığı ilk uğurlardan eyforiyaya düşən Adolf Hitler məğlubiyyətini heç ağlına da gətirmir. 1941-ci ilin yazında o, Yuqoslaviya və Yunanıstanı işğal edir. Rusiya qoşunları müharibənin birinci mərhələsində darmadağın edilir. Estoniya, Litva, Belorusiya,Ukrayna, Moldova və Russiyanın bir hissəsi işğal olunur. Bu ərazilərdə çox sərt qanunlar qoyulur. Lakin 1942-ci ilin sonu, 43-cü ilin başlanğıcında Hitler Stalinqradda və Misirdə məğlubiyyət acısına dözməli olur. 1944-cü il Sovet ərazisi işğal olunmuş əraziləri bərpa edir. Qırmızı ordu Polşa və Baltikyanı ölkələri işğaldan boşaldır. Elə bu vaxt İngilis-Amerikan qoşunları Fransa və Normandiyanın bir çox ərazilərini işğalçılardan təmizləyir. 1945-ci ilin başlanğıcında ruslar və amerikanlar 3-cü reyxə hücum etmək qərarı verrilər. Bununla da əzəmətli Alman İmperiyası şərqdən və qərbdən ABŞ və SSRİ`nin hücumlarına məruz qalaraq süquta uğrayır. Faşizmin törətdiyi bu müharibə on milyonlarla insanın ölümünə səbəb olur – döyüşlərdə və əsirlikdə iyirmi yeddi milyondan artıq hərbçinin həyatına son qoyulur, iyirmi beş milyon dinc əhali bu müharibənin qurbanına çevrilir. Hitlerin dünyaya ağalıq iddiası məğlubiyyətlə sona çatır. 1945-ci ildə Antihitler Koalisiyası faşizm üzərində qələbə çalır. Dünyanın siyasi xəritəsi dəyişikliyə uğrayır. Beynəlxalq əməkdaşlıq qurmaq və növbəti toqquşmalara imkan verməmək üçün BMT yaradılır. “Mənim ömrüm alman xalqına məxsusdur. Mən həyatımı qadına bağlaya bilmərəm” söyləyən və məğlubiyyətlə barışmayan Adolf Hitler məşuqə kimi yanında saxladığı Yeva Braunla 1945-ci ilin aprelin 29-da yeraltı bunkerdə bir neçə nəfərin şahidliyi ilə rəsmi nigaha girir. Və nigah mərasimi başa çatdıqdan sonra hər ikisi intihar edir. Son illər bəzi təhqiqatçıların araşdırmalarına görə Hitler Yeva Braunla birlikdə 1964-cü ilə qədər Argentinada yaşayıb. Ümumiyyətlə Adolf Hitlerin həyatı ilə bağlı bu günə qədər də bir sıra müəmmalı fərziyyələr irəli sürülür. Bütün bu fərziyyələrə baxmayaraq ən əsası odur ki, bəşəriyyət 1945-ci ildə Hitler amansızlığından yaxa qurtara bildi. modern.az
['Hitler', 'Adolf Hitler', 'diktatorlar', 'tarixi şəxsiyyət']
551
https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/22038/r%C9%99%C5%9Fid-behbudov_2.html
Rəşid Behbudov haqqında
Apollon
böyük musiqiçilər
15 iyun 2018, 19:03
Görkəmli Azərbaycan müğənnisi və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Lenin, Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif olunmuş, bir sıra xarici ölkələrin mükafatlarına layiq görülmüş, Dağıstan xalq artisti, Gürcüstan əməkdar incəsənət xadimi Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalıoğlunun ailəsində dünyaya gəlib. Musiqiyə ilk addımları... Onun atası, Məcid Behbud alı oğlu Behbudov məşhur xanəndə, Azərbaycan muğamatlarının parlaq ifaçısı olmuşdur. O, Azərbaycanın xalq musiqi incəsənətinin beşiyi olan Şuşadandır. Anası, Firuzə Abbasqulu qızı Vəkilova əslən qazaxlı olmuşdur. Ömrünün sonlarına kimi Tbilisidə olan Azərbaycan məktəblərində rus dilini keçmişdir.  1933-cü ildə Rəşid məktəbi bitirir. Rəşidi Tbilisi parkında olan «Müstaid» yay konsertinə iştirak etməyə dəvət edirlər. O, böyük müvəffəqiyyətlə instrumental ansamblın müşayiəti ilə Azərbaycan xalq mahnılarını ifa edir.  Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid, 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olur. Və orada müstəqil tələbə orkestri yaradır. Behbudov solist kimi estrada ansamblında fəaliyyətə başlayır. Onlar Gürcüstanın bir sıra rayonlarında qastrol səfərlərində olurlar. Əsgər obrazı Qəflətən Behbudov Yerevan konsert kollektivinin birindən dəvət alır. Behbudov Bakıda qastrol səfərində olarkən quruluşçu rejissorlar onun Üzeyir Hacıbəyovun operettasında ifa etdiyi parçaları dinləyirlər və ona «Arşın mal alan» filmində Əsgər obrazı verilir. 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən «Arşın mal alan» filmi 1945-ci ildə efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov «Stalin mükafatı» ilə təltif olunur. «Arşın mal alan» filmi Behbudova dünya şöhrəti gətirir, ona yeni yaradıcılıq yolları açır. Onun yaratdığı lirik obraz — Əsgər obrazı, müğənninin şirin və könül oxşayan səsi həm Azərbaycan tamaşaçılarını, həm də xarici ölkə tamaşaçılarını valeh etmişdir. Rəngarəng yaradıcılıq 1946-cı ildən R.Behbudov M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. Sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artır. Tofiq Quliyevlə sənət əlaqələri bərkiyir. Behbudovun repertuarında Tofiq Quliyevin «Azərbaycan», «Neftçi mahnısı», «Züleyxa-xanım» və b. mahnılar yer alır. R.Behbudovun əlaqələri Fikrət Əmirovla da yaxşılaşır. Maestro bəstəkarın «Gülüş», «Ulduz» romanslarını, «Sevdiyim yardır» və b. mahnılarını ifa edir. 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Yüksək peşə mədəniyyətinə, böyük vokal və musiqi-səhnə ustalığına malik olan R.Behbudov Azərbaycanda opera sənətinin inkişafına sanballı töhfə vermişdir. Premyerası 25 dekabr 1953-cü ildə olmuş «Sevil» operasında əsas qəhrəman Balaş rolu Behbudova tapşırılır. 1954-cü ildə Behbudov yenə ekranda göründü, bu dəfə «Doğma Xalqıma» sənədli filmində, hansı ki, Azərbaycan incəsənətinin nailiyyətləri haqqında kinopoema olmuşdur. 1957-ci ilin fevral ayında Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Konsert Ansamblı yaranır. Həmin kollektivlərin fəaliyyəti estrada janrının inkişafına, onun geniş kütlələr arasında şöhrətlənməsinə kömək edir. 1959-cu ildə Rəşid Behbudova SSRİ Xalq artisti adı verilir.  1961-ci ildə Behbudov Xaçmaz, Kirovabad, Daşkəsən, Əli Bayramlı, Mingəçevir, Ağdaş, Göyçay və Naxçıvanda konsertlər verir. Geniş dinləyici auditoriyasına musiqili tamaşaların yeni təsir vasitələri üçün yaradıcılıq axtarışları aparan R.Behbudov 1965-ci ildə ölkədə ilk mahnı teatrı yaratdı, ömrünün axırınadək həmin teatrda solist və bədii rəhbər oldu.  70-ci illərdə isə, Rəşid Behbudov yenə ekranlarda «1001-ci qastrol» filmində görünür.* 1980-ci ildə isə, ona Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. Verdiyi konsertlər O dövrdə, «KQB»-nin bütün təzyiqlərinə baxmayaraq, Rəşid Behbudov bütün konsertlərini «Azərbaycan» mahnısı ilə başlayırdı. Azərbaycan sözü onun vizit vərəqəsi idi. Rəşid Behbudov SSRİ-də mikrofonsuz oxuması ilə məşhur idi. Onun məxsus olduğu yüksək səs tembri buna imkan verirdi. O, bir çox böyük ümumdünya incəsənət məclislərində, beynəlxalq gənclər festivalında, xalqlar dostluğu konsertlərində, Bolqarıstan, Macarıstan, Polşa, Finlandiya, İngiltərə, Şotlandiya, Hollandiya, İtaliya, Fransa, Belçika, Avstriya, Portuqaliya, Əfqanıstan, Türkiyə, İran, İraq, Suriya, Liviya, Hindistan, Misir, Efiopiya, Sudan, Kosta-Rika, Ekvador, Peru, Argentina, Boliviya və s. ölkələrdə olmuşdur. Bir çox görkəmli bəstəkarların mahnıları R.Behbudovun ifasında planet xalqlarının 50-dən çox dilində səslənmişdir. Daha sonralar Behbudovu qastrol səfərlərinə dəvət edirlər. O, səfərlərində incəsənət ustası xadimi kimi Azərbaycanı təmsil edir.  1952-ci ildə sovet incəsənət xadimləri Hindistana dəvət alırlar. R.Behbudov Hindistanda Azərbaycan bəstəkarları — Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirovun mahnılarını ifa edir. Behbudov Hindistanda özünə yeni dostlar tapır, onların arasında Baliqa-həkim və tanınmış kinoaktyorlar Nərgiz Xumara və Rac Kapur olur. 1957-ci ildə Hindistandan Azərbaycana hind musiqi instrumentləri kolleksiyasını Rəşid Behbudova hədiyyə yollayırlar. R.Behbudov bu ölkəyə səfəri haqqında «Uzaq Hindistanda» kitabını yazır. Azərbaycan kinosunun «Bəxtiyar»ı 1955-ci ilin ilk günlərindən sənətkar kinostudiyada çəkilməyə başlanılan yeni bir filmdə — «Bəxtiyar» filmində baş qəhrəman rolunda çəkilməyə dəvət olunur. Daha doğrusu, bu musiqili film bütünlüklə Rəşid Behbudovun sənəti üzərində qurulmuş bir filmdir. Filmin bəstəkarı sevimli sənətkarımız Tofiq Quliyev Rəşidin istedadının tam açılması üçün bir-birindən gözəl mahnılar yazır. Bu mahnılar — «Qızıl üzük», «Zibeydə», "İlk məhəbbət mahnısı", «Sevgi mahnısı», «Dostluq mahnısı» Azərbaycan mahnı janrının ən parlaq nümunələri olaraq bu gün də tamaşaçılar tərəfindən həvəslə qarşılanır. «Bəxtiyar» bədii filmi ənənəvi sxem üzrə yaradılsa da, onun müasir materialda olması, tamaşaçıların çox sevdikləri süjet üzərində qurulması, filmə mahnıların bəstəkar Tofiq Quliyev tərəfindən yazılması, ən başlıcası əsas rolda güclü və təmiz səsə malik müğənninin — R.Behbudovun çəkilməsi kinolentin müvəffəqiyyətini təmin etmişdir. Film gənc neftçi, istedadlı müğənni Bəxtiyar Muradovun həyat və yaradıcılıq yolundan bəhs edir. Bəxtiyar obrazını yaratmış R. Behbudovun çoxcəhətli istedadı bu filmdə yeni qüvvə ilə özünü göstərmişdir. Bəxtiyar rolunu oynayan Rəşid Behbudovun aktyor olmadığını göz önünə alarsaq, onun rolun öhdəsindən gəldiyi qənaətinə gəlmək olar. Film boyu obrazın replikaları çox olmasa da, aktyor-müğənni bəzi kritik məqamların öhdəsindən gələ bilmişdir. Buna misal olaraq Bəxtiyarın Saşanı vağzalda yola salarkən üzündəki kədər və filmin sonunda Ağabalanın üzünə hirslə baxaraq «Bu nə deməkdir? O nə danışır?» deməsi və Ağabalanın yaxasından tutaraq yerə yıxması səhnələri tamamilə alınan səhnələrdir. Ancaq onu da qeyd etmək lazımdır ki, alınmayan səhnələr də az deyil. Misal olaraq Saşa fit çalandan sonra Bəxtiyarın səhnədən ona acıqlı baxaraq dönüb səhnəni tərk etməsi ən alınmayan səhnələrdən biridir. Amma hər halda müğənninin ecazkar səslə oxuduğu mahnılar və əlbəttə, rolu səsləndirən Əli Zeynalovun məlahətli səsi filmin uğurlu alınmasına və bu gün də maraqla izlənməsinə səbəb olmuşdur. Ölümündən sonra Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.  Hal-hazırda qızı Rəşidə Rəşid atasının yolunu davam etdirir. Ölümündən sonra onun haqqında filmlər çəkilməyə başladı. 2000-ci ildə «Hər şey olduğu kimi» filmi çəkildi. Film dahi müğənni, xalq artisti Rəşid Behbudov haqqında toplanmış xronikal kadrlardan ibarətdir. Tamaşaçı bir daha onun məlahətli səsi ilə ovsunlanır. Filmin ssenari müəllifi: Kamil Şahverdi, Rejissor: Elçin Musaoğludur. Azərbaycanda ilk çoxseriyalı sənədli film «Lider TV»-nin məhsulu olan «Rəşid ömrü» filmi böyük sənətkarımız Rəşid Behbudova həsr edilib. «Rəşid ömrü» adlı dördseriyalı filmi televiziyanın «Lider Dizayn Xidməti» hazırlayıb. Filmin quruluşçu rejissoru və ssenari müəllifi Fuad Dadaşov, baş operatoru Sahib Səfərov, montajçı Tariyel Seyidovdur. 13 oktyabr 2001-ci ildə, Rəşid Behbudovun xatirə gecəsində Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin Rəşid Behbudovla bağlı söylədiyi xatirələrindən ən maraqlı məqamları: Heydər Əliyev: «Mən Rəşid Behbudovu ilk dəfə 1943-cü ildə, İkinci Dünya müharibəsinin o ağır dövründə Bakıda Zabitlər evində dinləmişəm. Ondan sonra mən Rəşid Behbudovun sənətinə, onun səsinə vurğunam və bütün ötən illər onun mahnıları, onun ifa etdiyi gözəl rollar, onun gözəl səsi məni həmişə heyran edibdir. Rəşid Behbudov mərhum Tofiq Quliyev ilə birlikdə Azərbaycanda ilk estrada mahnılarının yaradıcısı olubdur. Deyə bilərəm ki, Rəşid Behbudov dünyanı dolaşmış ilk Azərbaycan müğənnisidir, musiqiçisidir. İkinci beləsi olmayıbdır. Hansı ölkəyə gedirdisə, mütləq səfərindən əvvəl oranın gözəl mahnılarından bir neçəsini o ölkənin xalqının dilində hazırlayırdı, gedib orada oxuyurdu və böyük hörmət qazanırdı. Mənim böyük qardaşım, rəhmətlik akademik Həsən Əliyevlə bir neçə dəfə söhbətdə onun dediyi sözlər mənim yadımdan heç vaxt çıxmır. O deyirdi ki, biz yüz ildir dünyaya neft veririk, amma biz bununla özümüzü dünyaya tanıda bilmədik. Ancaq bir nəfər, bir insan, — Rəşid Behbudov öz mahnıları ilə, yəni Azərbaycan mahnıları və musiqisi ilə Azərbaycanı bütün dünyaya tanıtdı. Mənim onunla şəxsi dostluq münasibətim vardı. Hələ Azərbaycanın rəhbəri olmazdan xeyli əvvəl onunla şəxsi münasibətim, dostluğum vardı. Bu dostluqda məni ona bağlayan onun gözəl sənəti idi. O isə nədənsə, mənə də müəyyən qədər, hansı səbəblərə görəsə çox hörmət edən bir insan idi. Hələ o vaxt ki, mən respublikanın rəhbərliyində deyildim. Xatirimdədir, bir dəfə, — indi „Şəhriyar“ klubu adlanır, orada — xaricdən gəlmiş hansısa məşhur müğənninin konserti vardı, mən konsertə getmişdim. Orada kiçik bir loja var, onda mən artıq Dövlət Təhlükəsizliyi Komitəsinin sədri idim. Bir yerdə dinlədik. Sonra oradan çıxdıq, piyada gedirdik. Rəşid, bilirsiniz, dənizkənarı evdə yaşayırdı, mən isə, yəqin bilirsiniz, harada yaşamışam. Azərbaycan prospekti ilə Bülbül prospektinin kəsişdiyi yerdə, tində bir ev var, orada yaşayırdım, üçotaqlı mənzilimiz vardı. Oradan keçirdik, dedim, Rəşid, gedək bir çay içək. Dedi ki, çox məmnuniyyətlə. Bizim evə qalxdıq, oturduq, çay içdik, söhbət etdik. Mənim həyat yoldaşım mərhum Zərifə xanım bizə xidmət etdi. Mən Rəşidə bir neçə mahnı haqqında öz fikrimi dedim. Nədənsə, birdən mən ondan soruşdum ki, sən nə üçün Rauf Hacıyevin „Azərbaycan“ mahnısını indiyədək oxumursan? O dedi ki, nədənsə heç düşünməmişəm. Dedim, o mahnını sən bilirsən? Dedi ki, əlbəttə, bilirəm. Zərifə xanım oturdu, pianoda onu çaldı. Rəşid başladı bu mahnını bir balaca oxumağa. Bundan 10-15 gün keçəndən sonra o, mənə telefon etdi və dedi ki, bu mahnı artıq hazırdır». ...«1970-ci ildə, — mən bir il idi ki, Azərbaycana rəhbər seçilmişdim, — biz böyük bir nümayəndə heyəti ilə Qazaxıstana getdik. O vaxt Qazaxıstanın 50 illik yubileyi qeyd olunurdu. SSRİ-nin rəhbəri Brejnev oraya gəldi. Ona görə də bütün müttəfiq respublikaların birinci şəxsləri ora gəlmişdi. Bu, Azərbaycanın rəhbəri kimi başqa yerə mənim ilk səfərim idi. Mən nümayəndə heyətinə Rəşid Behbudovu da saldım. O vaxt o, həm müğənni idi, həm də SSRİ Ali Sovetinin deputatı idi, tanınmış bir adam idi. Mən nümayəndə heyətinin tərkibinə onu salaraq, birincisi, ona öz dostluq münasibətimi göstərdim, ikincisi də, dedim ki, elə bu, bizim nümayəndə heyətini daha da bəzəyəcəkdir. Çünki onu bizdən daha çox, yaxşı tanıyırlar. Oraya getdik. Harada bir yerdə olurduqsa, hamı „Rəşid Behbudov, Rəşid Behbudov, Rəşid Behbudov“ — deyirdi. Onda mən gördüm ki, kiçikdən böyüyə qədər hamı ona nə qədər məhəbbət bəsləyir.  »Şərq«in araşdırma qrupu Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə hazırlanıb
['Azərbaycan musiqisi', 'korifey müğənni', 'Rəşid Behbudov', 'müğənnilər', 'müğənni']
552
https://kayzen.az/blog/paint/22020/rembrandt-harmens-van-reyn.html
Rembrandt Harmens van Reyn
Apollon
Məşhur rəsmlər və rəssamlar
14 iyun 2018, 14:12
Böyük holland rəssamı Rembrandt Leyden şəhərində dəyirmançı ailəsində dünyaya gəlib. O, rəssam kimi ilk addımlarını doğma şəhərində atıb. Buna görə də Rembrandt yaradıcılığının erkən dövrünü Leyden dövrü adlandırırlar. O, üç il ərzində yerli rəssam Yakob van Svanenburqun, daha sonra Amsterdamda tarixi mövzularda əsərlər yaradan Piter Lastmanın yanında şagirdlik edib. Rembrandt 1625-ci ildə Leydendə öz emalatxanasını açır. Burada şagirdlərinə rəngkarlığın sirlərini öyrədir və «Müqəddəs Sebastyanın əzabları» adlı ilk əsərini yaradır.  1632-ci ildə Amsterdama köçür və tezliklə böyük şöhrət qazanır. Bu da doktor Tulpun bir qədər müdhiş mövzuda sifarişi sayəsində baş verir. Həkimin sifarişinə görə, rəssam onu şagirdləri ilə birlikdə təsvir etməli idi. Rembrandt sifarişə yaradıcı yanaşır. O, üzü tamaşaçıya doğru sıra ilə dayanmış adamları çəkmək ideyasından imtina edir.  İncəsənət tarixinə «Doktor Tulpun anatomiya dərsi» adı ilə daxil olan tablonun mərkəzində üstündə meyit uzadılmış masa görürük. Masanın arxasında Tulpun özü əyləşib. O, mərhumun dərisi soyulmuş qolunda vətərlərin quruluşunu şagirdlərinə başa salır. Tulpu yarımdövrəyə alan şagirdləri onu diqqətlə dinləyirlər. Bu tablonun ən maraqlı cəhəti Tulpun şagirdlərinin bir-birini təkrarlamayan çox canlı üz ifadələridir. Rəssam nəinki əsas personajın obrazını dolğun təsvir edə bilib, eyni zamanda onun digər personajlarla əlaqəsini əks etdirməyə müvəffəq olub, halbuki o, ənənəvi yolla getsəydi, buna nail ola bilməzdi.  Bu əsər çox yüksək qiymətləndirilir. Rəssam ardı-arası kəsilməyən sifarişlər almağa başlayır. O, Hollandiya ştatqalterinin xahişi ilə "İsa Məsihin əzabları" mövzusunda bir neçə əsər, çoxlu portret, habelə Bibliya və mifoloji süjetlər əsasında bir sıra kompozisiyalar, məsələn, məşhur «Danaya» və «Samsonun kor edilməsi» kimi məşhur əsərlərini (hər ikisi 1636-cı il) yaradır. Rembrandtın dahiyanə novatorluğunu başa düşmək üçün onun əsərlərini populyar mifik süjetlərdən istifadə edən başqa rəssamların əsərləri ilə müqayisə etmək lazımdır.  Məsələn, «Samsonun kor edilməsi» sadəcə Bibliyada təsvir edilmiş məşhur əhvalata illüstrasiya deyildir, inanması sayəsində həqarətlərə məruz qalmış, sevdiyi qadının hiyləsinin qurbanı olmuş igid bir insanın böyük faciəsini inandırıcı şəkildə əks etdirən bir əsərdir. Əsərdə dinamik və kəskin kompozisiya qurulub. Burada hər bir qəhrəmanın hərəkət və hisslərinin motivləri aydın ifadə olunub. İşıq və kölgənin kəskin kontrastı faciənin mahiyyətini qabardır. İnsanı dünya işığından məhrum edirlər, yəni onu əbədi zülmətə məhkum edirlər.  1642-ci ildə Rembrandt yenə də qrup şəklində portret üçün sifariş alır. Bu dəfə o, Amsterdam atıcı alayının kapitanı Frans Banninq Kok başda olmaqla, alayın on altı zabitini təsvir etməli idi. Şəkli çəkiləcək zabitlərin hər biri rəssama yüz qulden civarında haqq ödədiyi üçün tabloda daha yaxşı yer tutmağa ümid bəsləyir. Amma onların ümidləri doğrulmur.  Rembrandt yenə də ənənədən kənara çıxaraq, özünün ən mükəmməl əsərlərindən birini – «Gecə gözətçiləri» tablosunu yaradır. Əsərdə məğrur döyüşçülərin statik düzülüşü deyil, həyəcan siqnalı ilə doğma şəhərin müdafiəsinə qalxmış, amma hələlik dağınıq vəziyyətdə dayanmış döyüşçülər dəstəsi təsvir olunub. Cərgəyə durmağa hazırlaşan bu insanların qətiyyət dolu üzləri onların hər birinin döyüşə hazır vəziyyətdə olduğunu göstərir. Əsər sifarişçilərin böyük narazılığına səbəb oldu: əvvələn, Rembrandt 16 zabit əvəzinə 34 adam, o cümlədən, kim bilir, haradan peyda olmuş bala qız çəkmişdi, ikincisi, cəsarətli kompozisiyaya görə bəzi zabitlərin üzləri ya tamam görünmür, ya da ikinci və ya üçüncü planda təsvir olunmuşdu.  Bu hadisədən sonra Rembrandtla Amsterdam zadəganları arasında dərin ixtilaf yaranır. Üstəlik, rəssamın həyatında faciə baş verir: əvvəlcə üç övladı, sonra sevimli xanımı Saskiya vəfat edir. Rembrandt oğlu Titusla tək qalır. Amma taleyin zərbələrinə baxmayaraq, işləməyə davam edir. O, 1645-ci ildə «Müqəddəs ailə» əsərini yaradır. Əvvəlcə «Dülgərin ailəsi» adlanan bu əsərdə təsvir edilən süjetin dini mahiyyətindən çox ümumbəşəri mahiyyəti açıqlanır. 1650-1660-cı illərdə Rembrandt «Breyninqin portreti» (1652), «Virsaviya», «Qırmızı libaslı qocanın portreti», «Qoca qadının portreti» (hər üçü 1654-cü il) əsərlərini və Saskiyanın ölümündən bir neçə il sonra evləndiyi Hendrikye Stoffelsin gözəl portretini yaradır.  Amma bütün dahilər kimi, Rembrandt da yoxsulluğun cəngindən qurtara bilmirdi. Yeni sifarişlər yox dərəcəsində idi, çünki «Gecə gözətçiləri» əsərinin nümunəsində əmin olduğumuz kimi, ustad rəssam sifarişçilərin bayağı zövqünə tabe olmaq istəmirdi. Nəticədə 1656-cı ilin yayında Rembrandt müflis elan edilir. 1657-ci ildə onun bütün əmlakı hərracda satılır və rəssam mehmanxanaya köçməyə məcbur olur.  1663-cü ildə rəssam ikinci arvadını, beş il sonra isə oğlu Titusu itirir. Görünür, o, 1668-1669-cu illərdə yaratdığı «Gəzəyən oğulun qayıtması» adlı çox gözəl əsərini oğlunun ölümünə ithaf edib. Rembrandtın ölümü cəmiyyətdə əks-səda doğurmur. Yalnız 100-200 il keçəndən sonra onun əsərləri həm rəssamlar, həm də incəsənət xiridarları tərəfindən yüksək qiymətləndirilir. İndi dünyanın ən yaxşı qalereyaları Rembrandtın tabloları ilə fəxr edir.  Bu maraqlıdır: Rembrandt tamamilə müflis olanda öz əsərlərini mümkün qədər baha qiymətə satmaq üçün cürbəcür hiylələrə əl atırdı. Bəzən oğlu Titus atasının əsərlərini alverçilərin yanına gətirib deyirdi ki, tablolar oğurluqdur, ona görə də bahalıdır. Elə adamlar vardı ki, oğurluq əsərləri həvəslə alırdılar. Bəzən rəssamın özü əsərlərinin satıldığı hərraca gəlib bacarıqla onların qiymətlərini qaldırırdı. Amma ən səmərəli biclik saxta dəfn mərasimi olur. Arvadı və Titus hamıya elan edirlər ki, böyük Rembrandt vəfat edib. Halbuki rəssam Amsterdama getmişdi. Dəfn mərasimi keçirilir, hətta içərisi boş olan tabut torpağa tapşırılır. Bu «tamaşadan» sonra dahi rəssamın əsərlərini almaq istəyənlər onun evinə axışmağa başlayırlar. Bir ay ərzində ailə büdcəsinə təxminən 2 min qulden gəlir gəlir. azertag.az
['məşhur rəssamlar', 'məşhur rəsmlər', 'Rembrandt Harmens van Reyn']
553
https://kayzen.az/blog/azerbaycan/22027/b%C9%99nz%C9%99rsiz-yurd-yerimiz-x%C4%B1nal%C4%B1q.html
Xınalıq
Apollon
Azərbaycan
14 iyun 2018, 14:04
Xınalıq kəndi Quba rayonu ərazisində yerləşir. Rayon mərkəzindən təxminən 60 kilometr uzaqda, dəniz səviyyəsindən 2100-2300 metr yüksəklikdə yerləşir. Son illərədək bu kəndə gedən yol o qədər də rahat deyildi. Buna görə də bu yurda gedib-gəlmək o qədər də asan olmurdu. Əlbəttə yol problemi vardı. Amma onu da deyək ki, bu yurdun rayon mərkəzindən uzaq olması, bu yerlərə gəliş-gedişin az olması Xınalığın öz orijinallığını, milli ənənələrini qoruyub saxlamasına müsbət təsir etmişdir. Xınalığa ilk avtomobil yolu 1968-1969-cu illərdə çəkilıb. 2006-ci il oktyabrin 7-də isə müasir Quba-İspik-Xınalıq avtomobil yolunun açlışı olmuşdur. İndi həmin yolla avtomobillər rahat gedib-gələ bilir. Azərbaycan Prezidenti İlham Əliyev: “İndi Qubadan Xınalığa gəlmək adama ləzzət verir: gözəl mənzərə, gözəl dağlar, çaylar, bulaqlar, şəlalələr. Mən indi gələrkən bir neçə yerdə maşını saxlayaraq düşür, bu mənzərəyə tamaşa edirdim. Adam özünü çox yaxşi hiss edir. Mən bu gün özümü xüsusilə çox yaxşı hiss edirəm. Çünki mənim göstərişimlə bu yol çəkildi və bütün Xınalıq camaatına sevinc gətirdi”. Azərbaycanı özünəməxsus gözəlliyi, zəhmətkeş insanları, dili, milli etnoqrafik və memarlıq abidələri ilə şöhrətləndirən kəndlər, şəhərlər az deyil. Baba dağ, Şahdağ,Tufan dağı və Qiblə kimi yüksək dağlar arasında qərar tutan Xınalıq belə tarixi məkanlardandır. Təbiət bu yurda özünəməxsus gözəllik bəxş edib. Avropanın ən yüksək yaşayış məskənlərindən olan Xınalığın başının üstü, demək olar ki, ilboyu buzlaqlarla örtülü olur. Xınalıq sözünün mənşəyi haqqında müxtəlif rəvayətlər mövcuddur. Belə rəvayətlərdən birində bildirirlir ki, guya haçansa çox qədimdə bu torpaqda insanlar xına bitkisi becərməklə məşğul olublar. Kəndin adı da söylədiyimiz məsələ ilə bağlanıb. Xınalığın dağın zirvəsidə salınması bir vaxtlar onun müdafiəsi üçün əhəmiyyət kəsb edib. Deyilənlərə görə, qədim Xınalıq qala divarları ilə əhatə olunub və köçəri tayfalar kəndə hücum edərkən həmin qala divarlarını aşa bilməyiblər. Hazırada Xınalıq bütövlükdə özünəməxsus memarlıq strukturu olan yaşayış massividir. Burada küçələr o qədər geniş olmasa da hər biri əhalinin istifadəsi üçün kəsə və əlverişlidir… Dağ yolları Xınalığa aparır Yurdumuzun ən böyük neməti onun insanlarıdır. Azərbaycanda müxtəlif xalqlar, millətlər və etnik qruplar yaşayırlar. Hamısı da bu vətənin bərabərhüquqlu, doğma övladlarıdır. Xınalıq kəndi Quba rayonu ərazisində yerləşir. Rayon mərkəzindən təxminən 60 kilometr uzaqda, dəniz səviyyəsindən 2100-2300 metr yüksəklikdə yerləşir. Son illərədək bu kəndə gedən yol o qədər də rahat deyildi. Buna görə də bu yurda gedib-gəlmək o qədər də asan olmurdu. Əlbəttə yol problemi vardı. Amma onu da deyək ki, bu yurdun rayon mərkəzindən uzaq olması, bu yerlərə gəliş-gedişin az olması Xınalığın öz orijinallığını, milli ənənələrini qoruyub saxlamasına müsbət təsir etmişdir. Xınalığa ilk avtomobil yolu 1968-1969-cu illərdə çəkilıb. 2006-ci il oktyabrin 7-də isə müasir Quba-İspik-Xınalıq avtomobil yolunun açlışı olmuşdur. İndi həmin yolla avtomobillər rahat gedib-gələ bilir. Bu gün ölkəmizə gələn turistlər də Xınalığa rahat səfər edə bilirlər. Bu isə ölkə rəhbərliyinin xınalıqlılara qayğısının nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev 2006-cı ildə bu kənddə olarkən deyib: “İndi Qubadan Xınaliğa gəlmək adama ləzzət verir: gözəl mənzərə, gözəl dağlar, çaylar, bulaqlar, şəlalələr. Mən indi gələrkən bir neçə yerdə maşını saxlayaraq düşür, bu mənzərəyə tamaşa edirdim. Adam özünü çox yaxşi hiss edir. Mən bu gün özümü xüsusilə çox yaxşı hiss edirəm. Çünki mənim göstərişimlə bu yol çəkildi və bütün Xınalıq camaatina sevinc gətirdi”. Bənzərsiz dil, bənzərsiz məkan Burada evləri bir-birinə çox yaxın inşa edirlər. Ərazi dağlıq olduğundan çox zaman bir evin qapısı o biri evin damına açılır. Binaların belə tikilməsi şaxtalı-çoxğunlu çağlarda mənzillərin soyuqdan mühafizəsi üçün əhəmiyyətlidir. Xınalıqlıların öz dili var və bu dilin bənzərinə heç yerdə rast gəlmək mümkün deyil. Xınalığın öz dili olduğu kimi, özünəməxsus folkloru — dastanları, rəvayətləri, nağılları, bayatıları, tapmacaları var. Bu kəndin məşhur bir yazarı vardı — Rəhim Alxas. Rəhim müəllim ömrü boyu doğma yurdu dünyaya tanıtmağa çalışırdı. O, Xınalığın söz sərvətini sinədəftər ağsaqqallardan, nənələrdən toplayır, azəri türkcəsinə çevirib çap etdirirdi. Rəhim Alxas Xınalıq haqqında yazırdı: “Deyirlər ki, Xınalıq qədim vaxtlarda Qiblə dağının arxasında yerləşib. Neçə yüz illər boyu Xınalıq camaatı burada özünə yurd-yuva qurmuş, ocaq isitmişdi. Amma bir gün güclü zəlzələ baş verdi. Xınalıq yerlə-yeksan oldu, tamam dağıldı. Adamlardan ölən oldu, salamat qalanı da Qudyal çayının bu tərəfinə keçib bir təpənin üstündə özlərinə kənd saldılar, evlər tikdilər. Ona görə də bəzi adamlar deyirlər ki, “Kətiş” adı Qiblə dağına tuş gələn yer mənası verdiyi üçün xınalıqlılar öz kəndlərini belə adlandırırlar”. Bu da Xınalıq haqqında başqa bir rəvayətdi.  Şair Rəhim Alxas özünün “Xınalıq” poemasında doğma yurda sevgisini belə şeirə çevirib: “Bahar çağı Xınalığım Girən zaman dondan-dona, Dəyişmərəm bir kəndimi Yüz Parisə, min Londona” Xınalıqlılar Qafqaz Albaniyasinin qədim tayfalarindan sayılırlar. Tarixçilərin söylədiklərinə görə, Xınalığın 5000 illik tarixi var. Qədim yunan tarixçisi Strabon öz əsərlərində bu yurdun əcdadları haqqında məlumatlar verib… Ümumiyyətlə, bir çox qədim mənbələrdə bu yerin adı, bu ərazidə yaşayan tayfanın adı çəkilir. Bu kənd Quba xanlığı dövründə Xınalıq mahalının, sovet hakimiyyəti illərində Xınalıq kənd sovetliyinin mərkəzi olub, hazırda isə Xınalıq bələdiyyəsini əhatə edir. Son illər Xınalığın sərhədləri tarixi məkanı aşmışdır. Belə ki, Xınalıq çayının kənarında yeni məhəllə salınmışdır. Kəndin köhnə məhəllələrində təxminən 150 ev salamat qalıb. İndi bu kənddə 2 minə yaxın insan yaşayır. 2011-ci ilin əvvəlinə olan məlumata görə, Xınalıqda 370 təsərrüfat mövcud olub.  Dağların sinəsində gözəl torpaq örtüyünün, otlaqların, gözəl hava və su ehtiyatlarının olması ilboyu Xınalıqda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün imkanlar açır. Xınalıqlılar da dədə-babadan əsasən heyvandarlıqla, ovçuluqla və müəyyən qədər də əkinçiliklə məşğul olublar. Burada sənətkarlıq da müəyyən qədər inkişaf edib. Xüsusilə dəmirçilik, xalçaçılıq əhalinin sosial həyatında əhəmiyyətli yer tutur. Kəndə asfalt yolu çəkildikdən sonra turizm də inkişaf etməkdədir. Təmiz havası, ətirli bulaq suyu, özlərinin əkib-becərdikləri nemətlər burada yaşayan insanlara da saflıq bəxş etmişdir. Buna görə də Xınalıq həm də uzunömürlülər məskəni sayılır. Burada yaşı yüzü ötmüş və yüzü haqlamış insanlar çoxdur. Onlar ahıl çağlarında da elin-obanın inkişafına kömək etməyə çalışırlar. Xınalıq açıq tarix-etnoqrafiya muzeyidir Xınalıqda kəndin müxtəlif inkişaf mərhələlərinə aid arxeoloji və etnoqrafik materiallar, xalçalar, gil və mis qablar, das kitabələr, kitablar və daha bir çox əsyalar var. Amma burada olan memarlıq abidələri arasında məscidlərin xüsusi yeri var. Pir Comərd və ya Əbu Müslüm məscidi Xınalığın ən qədim və əsas piri sayılır. Belə bir fikir var ki Xınalıqlılar İslam dinini ilk dəfə elə bu Pir Comərddə qəbul ediblər. Kənddə İslam dinini ilk yayan isə Əbu Müslüm olub. Cümə məscidi Xınalığın ən böyük tikililərindəndir. Kənddə Şeyx Salbuzbaba məscidi, Qəmik məscidi, Cabbar baba piri, Möhüc baba piri və şixsalburuz baba, Xıdır Nəbi piri və Qüllə pirləri vardır. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: S.İsgəndəroğlu Zaman.-2015.-1 sentyabr.-S.13.
['Azərbaycan', 'Quba rayonu', 'Xınalıq', 'Xınalıq kəndi']
554
https://kayzen.az/blog/paint/21869/van-qoqun-%C9%99n-m%C9%99%C5%9Fhur-%C9%99s%C9%99rl%C9%99ri.html
Van Qoqun ən məşhur əsərləri
Apollon
Məşhur rəsmlər və rəssamlar
13 iyun 2018, 16:52
Məşhur rəssam Vinsent Villem Van Qoq 30 mart 1853-cü ildə Hollandıyanın Breda şəhəri yaxınlığındakı Qrut-Zundert məntəqəsində anadan olub. 1869-1876-cı illərdə Haaqa, Brüssel, London, Paris kimi şəhərlərdə rəssamlıq müəssisələrində adi satıcı vəzifəsində çalışıb. 1876-cı ildə İngiltərədə müəllim işləyib. Müəyyən dövrlərdə teologiyanı öyrənib, Belçikanın Borinaj şəhərində dini xadim kimi çalışıb. 1880-ci illərdən başlayaraq, təsviri incəsənətlə məşğul olmağa başlayır. Brüssel (1880-1881) və Antverpendə (1885-1886) rəssamlıq akademiyalarında oxuyur, Haaqada dövrünün tanınmış rəssamı A.Mauvedən məsləhətlər alır. Məhz bu məsləhətlər onun gələcək iş üslubuna təsir edir. 1880-ci illərdə onun əsərlərində tünd rənglərə, kəskin keçidlərə, «qəmgin» mövzulara rast gəlinir. Bu, həmin dövrdə rəssamın həyatında yaşanan dərin psixoloji problemlərə və gərginliklərə işarədir. 1888-ci ildə Van Qoq Arla gəlir. Məhz burada, o öz üslubunu tam formalaşdırır, işləmə stilini və təsvir metodlarını bütövlüklə yekunlaşdırır. Sanki, Arlda o metod axtarışlarını və üslub seçimi mərhələsini bitirib, yeni mərhələ işlərə başlayır. Həyatının son illərində rəssamın gərgin iş rejimi, saysız maddi problemlər tez-tez stresslərə, depressiyalara, ruhi çatışmazlıqlara gətirib çıxarırdı. Son illər Arl, Sen-Remi və Ovür-sür-Uaz kimi ruhi xəstələr üçün xəstəxanalarda keçir ki, sonuncu xəstəxanada 1890-cı il 29 iyulda həyatını sui-qəsdlə bitirir. Ölüm ayağında, qardaşı Teo onun yanında olur və bu sözləri eşidir: «La tristesse durera toujours» (Qəm daim davam edəcək). Van Qoq müasirləri tərəfindən birmənalı şəkildə qarşılanmayıb. Ümumilikdə, impressionizmə və daha sonra post-impressionizmə həmin dövrdə müxtəlif baxışlar var idi. Ümumilikdə Van Qoq 2000-dən artıq şəkil, eləcə də 3000-ə yaxın rəsm çəkib, onlardan ən məşhurları həyatının son iki ilini əhatə edir.  Qeyd etmək lazımdır ki, bu iki il stresslərlə, qulağını kəsməsi və yaxın dostu, rəssam Pol Qogen ilə ayrılması kimi hadisələrlə müşayiət olunub. Van Qoqun qardaşı ilə məktublaşmaları epistolyar janrın ən ciddi nümunələrindən sayılır. Bundan başqa İrvinq Stounun “Yaşamaq yanğısı” əsəri Vaqn Qoqun həyatından bəhs edir. 2017-ci ildə çəkilən “Sevgiylə, Vinsent” filmi başdan-ayağa kətan üzərində yağlı boya ilə çəkilmiş ilk tammetrajlı cizgi filmidir. Film Van Qoqun həyatının son günlərindən və indiyədək sirli qalan ölümündən bəhs edir. 1. Ulduzlu gecə, 1889 2. Günəbaxanlar, 1888 3. Süsən çiçəkləri, 1889 4. Doktor Qaşenin portreti, 1890 5. Terrasdakı kafe gecə vaxtı, 1888 6. Sarğı dolanmış qulaqla avtoportret, 1889 7. Katrof yeyənlər, 1885 8. Arlda yataq otağı, 1888 9. Buğda zəmisi və sərvlər, 1889 10. Çiçəkləyən badam budaqları, 1890   kulis.az
['məşhur rəssamlar', 'məşhur rəsmlər', 'Van Qoq', 'dahi rəssam']
555
https://kayzen.az/blog/edebiyyat/22019/lev-tolstoy.html
Lev Tolstoy
Apollon
Ədəbiyyat
13 iyun 2018, 16:42
Böyük rus yazıçısı və mütəfəkkiri qraf Lev Nikolayeviç Tolstoy 1828-ci il avqustun 28-də Tula quberniyasının Yasnaya Polyana malikanəsində anadan olub. O, böyük zadəgan ailəsinin 4-cü uşağı olub. Valideynlərini tez itirdikləri üçün onu bacı və qardaşları ilə birlikdə ailənin uzaq qohumu T.A.Yerqolskaya tərbiyə edib. Buna baxmayaraq, Tolstoy uşaqlıq illərini həmişə ən xoş xatirələrlə xatırlayır: ailə əhvalatları, zadəgan malikanəsində həyatın ilk təəssüratları onun əsərləri üçün zəngin material olur və sonralar “Uşaqlıq” adlanan avtobioqrafik povestdə təsvir olunur.  L.Tolstoyun 13 yaşı olanda ailəsi Kazana köçür. Gələcək yazıçı 1844-cü ildə Kazan Universitetinin fəlsəfə fakültəsinin Şərq dilləri bölməsinə daxil olur, sonralar hüquq fakültəsinə keçir. Universitetdə oxumaq L.Tolstoy üçün darıxdırıcı olduğu üçün təhsilini yarımçıq qoyub və dağlılarla döyüşmək üçün 1951-ci ildə qardaşı Nikolayla bilrikdə Qafqaza yola düşür. Təxminən üç il Terek çayının sahilindəki kazak stanitsasında yaşayır, tez-tez Qızlar, Tiflis və Vladiqafqaza gedir, hərbi əməliyyatlarda iştirak edir.  Qafqaz təəssüratlarının təsiri ilə yazdığı əsərlər Tolstoyun psixoloqluq, rəssamlıq və yazıçılıq istedadını üzə çıxarır.  Qafqazın valehedici təbiəti və kazak həyatının sadəliyi onu “Kazaklar” avtobioqrafik povestini yazmağa sövq edir. Qafqaz təəssüratları “Basqın” (1853), “Meşənin qırılması” (1855) hekayələrində, habelə çox sonralar yazdığı “Hacı Murad” povestində də əksini tapır. Qafqazda xidmət etdiyi illərdə L.Tolstoy əvvəlcə “Uşaqlıq” povestini yazır və onu “Sovremennik” jurnalına göndərir, amma adını açıqlamır. Povest 1852-ci ildə “L.N.” inisialı ilə çap olunur. Sonralar onun “İlk gənclik” və “Gənclik” povestləri işıq üzü görür. Bu əsərlər “Uşaqlıq” ilə birlikdə avtobioqrafik trilogiya təşkil edir. L.Tolstoyun ədəbi debütü çox uğurlu olur və onu dərhal məşhurlaşdırır.  L.Tolstoy döyüş əməliyyatları başa çatandan sonra hərbi xidmətdən azad olaraq bir müddət Sankt-Peterburqda yaşayır və ədəbi dairələrdə böyük ad-san qazanır. O, “Sovremennik” dərnəyinin üzvü olur, Nikolay Nekrasov, İvan Turgenev, İvan Qonçarov, Nikolay Çernışevski və digər tanınmış rus yazıçıları ilə dostluq etməyə başlayır. Kübar və əbədi həyatdan yorulan L.Tolstoy 1860-cı illərin sonunda özünün Yasnaya Polyana malikanəsində yaşamağa başlayır. Orada kəndli uşaqları üçün məktəb açır, 1859-1862-ci illərdə bu məktəbdə çalışır. O, “Yasnaya Polyana” adlı pedaqoji jurnal (1862-ci il) nəşr edir, ciddi proqramlardan və sərt intizam qaydalarından uzaq təhsil və tərbiyə sistemini təbliğ edir. 1862-ci ildə Sofya Andreyevna Bers ilə evlənir və kübar cəmiyyətindən uzaqda — öz malikanəsində patriarxal ailə başçısı kimi yaşamağa başlayır. Təhkimçiliyin ləğv olunması ilə əlaqədar islahatların aparıldığı illərdə Krapivensk qəzasında barışdırıcı münsif kimi mülkədarlarla kəndlilər arasındakı mübahisələri həll edir.  L.Tolstoy 1863-cü ildə özünün ən böyük əsəri – “Hərb və sülh” epopeyası üzərində işləməyə başlayır. Rus və dünya ədəbiyyatında unikal əsər olan bu roman üzərində iş altı il davam edir. Romanda istər uydurma, istərsə də real (məsələn, Napoleon, I Aleksandr, Kutuzov) 550-dən çox personaj təsvir edilib. Əsərdə müəllifin azadlıq və zərurət, tarixi prosesin hərəkətverici qüvvələri haqqında mülahizələri ilə müşayiət olunan tarixi-fəlsəfi məzmunlu fəsillərlə bədii məzmunlu fəsillər bir-birini əvəzləyir. Yazıçı ən yaxşı qəhrəmanlarını daxili təlatümləri ilə birlikdə, daim həqiqət axtarışında, özlərini və dünyanı dəyişdirmək əzmində olan insanlar kimi təsvir edib. Knyaz Andrey Bolkonski, qraf Pyer Bezuxov, Nataşa Rostova, knyaz qızı Marya məhz belə qəhrəmanlardır. Roman rus xalqının tarixi müqəddəratının həll olunduğu dövrə — 1812-ci ilin Vətən müharibəsində həsr olunub. “Hərb və sülh” romanı üzərində iş başa çatandan sonra yazıçının həyatının çox çətin dövrü başlayır. Ədəbi tənqid roman üzərinə sərt hücuma keçir, xüsusən də fəlsəfi-tarixi məzmunlu fəsillər pislənir. Bütün bu rəylər müəllifi çox incidir.  L.Tolstoy 1873-1877-ci illərdə özünün ikinci böyük romanını – “Anna Karenina”nı, daha sonra “Dirilmə” romanını yazır.  Lev Tolstoy uşaqlar üçün çoxlu nağıl, hekayə, təmsil və povest yazıb. O dövrdə uşaq kitabları, demək olar ki, yox idi. L.Tolstoy uşaqların başa düşdüyü sadə dildə yazdığı hekayələr hələ də öz aktuallığını və əhəmiyyətinin itirməyib. L.Tolstoy 1870-ci illərin əvvəlində “ Əlifba” və “Yeni əlifba” kitablarını tərtib və nəşr edib. Bu kitablar üçün orijinal hekayələr yazıb, nağıl və təmsilləri qələmə alıb. Ömrünün son illərində L.Tolstoy öz əqidə-etiqadı ilə Yasnaya Polyanadakı kübar həyat arasındakı ziddiyyətdən doğan dərin mənəvi əzab keçirirdi. O, 1910-cu il noyabrın 10-da malikanəsini xəlvətcə tərk edir, yolda sətəlcəm olur və noyabrın 20-də Ural dəmir yolunun Astapovo stansiyasında vəfat edir. O, Yasnaya Polyanada dəfn olunub. azertag.az
['dünya ədəbiyyatı', 'rus ədəbiyyatı', 'rus yazıçıları', 'Lev Tolstoy', 'Tolstoy', 'rus yazıçısı']
556
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/22033/%C9%99l-biruni.html
Əl-Biruni
Apollon
Böyük insanlar,şəxsiyyətlər
12 iyun 2018, 17:55
Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin dünya elminə verdiyi əvəzsiz töhfələr sonralar istər dəqiq, istər coğrafi, istər astronomik elmlərin inkişafına yeni bir təkan verərək sivil elmi tərəqqiyə yol açdı. Bir sözlə, təqribən on əsr bundan əvvəl yaşamış Biruninin elmdə qazandığı nailiyyətlər bu gün də öz dəyərini saxlamaqda davam etməkdədir. Bunu məşhur türk-islam aliminin-Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin elmin bütün sahələrini olduqca dəqiq bilməsi və hər elm sahəsində də insanları heyrətə salan elmi kəşflər etməsi də göstərir. Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin səyahətləri də məhz elmin müxtəlif sahələrini daha dərindən öyrənmək istəməsi, elmi kəşflərin əsasını qoymaq, yeni nə isə tapmaq istəyi ilə bağlı olub. Məşhur alim müxtəlif bölgələrə uzun sürən səyahətləri zamanı İran yaylasını, Xəzər dənizinin şərq və cənub sahillərindəki ölkələri, Türküstanın (Orta Asiya) böyük hissəsini elmi baxımdan tədqiq etmiş və bu tədqiqatları əsasında yeni elmi nəticələrə gəlib. O, tədqiqatlarını öz əsərlərində olduqca yüksək səviyyədə elmi baxımdan araşdırmış, ortaya mükəmməl elmi əsərlər çıxarmışdı. Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin böyük alim adını daşıması və dünyanı heyrətləndirməkdə davam etməsi də məhz bu amillə bağlıdır. Türklər mədəni, elmli və qədim xalqdır Qeyd etdiyimiz kimi Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin həm dünya, həm də türk dünyası qarşısında göstərdiyi ən böyük xidmətlərindən biri onun türk xalqlarının yaşadıqları ərazilər, onların adət-ənənə və mərasimləri barədə ətraflı məlumatlar əldə etməsi və bunu yazdığı əsərlərində incəliyinə kimi təsvir etməsidir. Birunini türk xalqlarının mədəniyyəti, elmi dünya görüşləri, təhsili, incəsənəti, mədəniyyəti, adət-ənənələri barədə yazdıqları, verdikləri məlumatlar günümüzdə türklərin simasında köçəri, mədəniyyətdən uzaq millət imicini formalaşdırmağa cəhd edən bəzi Qərb “alimləri”nə, türklərin tarixini saxtalaşdırmağa cəhd edərək onların dünya tarixindəki əvəzsiz xidmətlərinə kölgə salmaq istəyən psevdo tədqiqatçılara verilən ən tutarlı cavabdır. O, türklərin olduqca mədəni, insani keyfiyyətlərə malik olduğunu, saf həyat tərzlərini, dinindən, dilindən, irqindən asılı olmayaraq, bütün insanlara rəğbət, məhəbbətlə yanaşdıqlarını, qonaqpərvərliklərini, verdikləri sözlərə əməl etdiklərini, sədaqətli olmalarını xüsusi qeyd edib. Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni yazır ki, türklər mədəni, elmli və qədim xalqdır və mən belə bir xalqın içindən çıxmağımla fəxr edirəm. Böyük alim türklərin məşhur elm adamları, elmə, təhsilə xüsusi qiymət vermələrini onların öz ana dillərindən əlavə, ərəb və fars dillərini öyrənmələrini, onların özlərinə yad olan bu dillərdə elmi tədqiqatlar apararaq dünya tarixinə çoxlu sayda məşhur alimlər verdiklərini xüsusi vurğulayıb. Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni türklərin arasından çıxan məşhur elm xadimlərinin ərəb və fars dillərində ölməz elmi tədqiqat əsərləri yaratmasını həmin dövrdə adıçəkilən hər iki dilin bütün islam dünyasında elm, mədəniyyət dili kimi işlədilməsi ilə izah edir. O, eyni zamanda qeyd edir ki, türklər ana dillərində də parlaq əsərlər yaradıblar və bu əsərlər daha çox sadə türklər arasında geniş yayılaraq müəllifinə böyük şöhrət gətirib. Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni türklərin zəngin folklora mənsub olduqlarını, onlar arasında qopuz, dombur kimi musiqi alətlərinin geniş yayılmasını, şadlıqlarda özlərinə xas olan adət ənənələrdən istifadə etməsindən sevə-sevə bəhs edir. Məşhur alim yazır ki, mən çox ölkələri gəzdim, müxtəlif dillərdə danışan və fərqli həyat tərzi sürən çoxlu sayda insanlar arasında oldum, onları elmi baxımdan tədqiq etdim, həyatlarını, yaşayışlarını, elmi, dünyaya ətrafa baxış səviyyələrini dərindən öyrəndim, ancaq heç yerdə türklər qədər genişürəkli, mərd, qəhrəman və elmli, elmə böyük məhəbbət bəsləyən xalq görmədim. Coğrafiyaşünas alim Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin dünya elmi qarşısında digər ən böyük xidmətlərindən biri də onun özündən əvvəlki coğrafiyaşünaslardan irəli gedərək, Hind okeanı ilə Atlantik okeanının Afrikanın cənubunda dar bir boğaz vasitəsilə birləşdiyini bəyan etməsi oldu.  Orta Asiyanın topoqrafiyasına dair əsərində Amu-Dərya çayının bir neçə dəfə öz yatağını dəyişməsi barədəki tədqiqatları xüsusilə maraqlıdır. Məşhur türk-islam aliminin Azərbaycan da daxil olmaqla, türk dünyası qarşısındakı xidmətlərindən biri də Azərbaycanın o zaman məlum olan Bakı, Dərbənd, Bərdə, Beyləqan, Bəzz, Təbriz, Ərdəbil kimi qədim və böyük şəhərlərinin enlik və uzunluq dairələrini günümüzdəki qədər dəqiq təsvir etməsidir. Bununla da o orta əsrlər Azərbaycan türklərinin yaşadıqları coğrafi ərazilər və onların adət-ənənələrinin qədim türk xalqlarının ayrılmaz bir hissəsi olduğunu göstərib. Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin Azərbaycan coğrafiyasına aid elmi tədqiqatları həm də günümüzdə bu ərazilərdə türklərin yaşamadıqlarını deyən psevdo tarixçi tədqiqatçılara verilən tutarlı cavab, onların üzlərinə vurulan sərt şillədir.  Biruninin məşhur coğrafiyaşünaş alim olduğunu onun digər coğrafi tədqiqatları da sübut edir. Məsələn, məşhur türk islam alimi 994-cü ildə Amu-Dərya çayının qərb sahili ilə Kot şəhəri arasında yerləşən, Buşkanz şəhərinin ekliptik səthinin ekvatora nisbətən əyilmə ölçüsünü günümüzdə belə məşhur tədqiqatçıları heyrətə salan dəqiqliklə təyin etməsi olub. Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni coğrafiyaşünaslıq sahəsində 995-ci ildə daha bir cəsarətli elmi tədqiqat apardı. O bu elmi coğrafi tədqiqatı əsasında Yer kürəsinin modelini hazırladı. Bu, müxtəlif şəhərlərin, kəndlərin və coğrafi obyektlərin yerini dəqiq təyin etmək üçün diametri təqribən 5 metrə yaxın olan qlobus idi. Beləliklə, məşhur türk islam alimi dünya coğrafiya elmi sahəsində qlobusu hazırlayan alim kimi adını elm tarixinə qızıl hərflərlə yazdırdı. Məşhur türk islam alimi Pəncaba etdiyi səyahət zamanı hind elminə və mədəniyyətinə aid topladığı materialları və yerli insanlarla sıx əlaqəsi, onları daim müşahidə etməsi əsasında da Hindistana həsr olunmuş və günümüzdə bu ölkənin tarixini öyrənmək baxımından olduqca qiymətli olan əsər ortaya çıxarıb. “Nihayətü’l-Eməkin” və ya qısa şəkildə desək “Hindistan” adlandırılan bu əsərdə Biruni, ilk dəfə olaraq yerin günəş ətrafında hərəkətini və dünyanın hərəkətsiz deyil, dönən bir kütlə olduğunu Kopernikdən 500 il əvvəl bəyan edib. Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni bu elmi iddiasını ortya qoyarkən məşhur hind astronomu Brahmaquptanın “Yer hərəkətdə, göylər isə sükunətdədir” fikrini elmi cəhətdən əsaslandırmış və bunun doğru ola bilməsini şübhə altına alan bütün fikirləri alt-üst etmişdilər. Dəqiq elmlərdə uğurları Əl-Biruninin fizika elmi qarşısında da xidmətləri olub. O, cismlərin sıxlığını təyin edən cihaz düzəldərək, “Xüsusi çəki” kitabında ixtirası haqqında geniş məlumat verib. Məşhur türk islam alimi bundan əlavə, mayelərin də xüsusi çəkisini müəyyən etmək məqsədi ilə xüsusi cihaz ixtira edib. O bu cihazın vasitəsilə müəyyən edib ki, suyun sıxlığı ilə onun xüsusi çəkisi arasında qarşılıqlı asılılıq var və bu uca Yaradanın yerləri və göyləri nə qədər təkmil yaratdığını, göylərdə və yerlərdə olan bütün cismlərin riyazi dəqiqlik əsasında mövcud olduğunu, onların arasında qarşılıqlı əlaqələrin, cazibə qüvvəsinin varlığını xüsusi vurğulayıb. Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni yazır ki, göy cismləri arasında qarşılıqlı əlaqə olmasaydı, bəşəriyyət çoxdan məhv olar, kainat fəlakətə sürüklənərdi. Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin məşhur riyaziyyatçı alim olmasını onun şahmat taxtasına görə buğdanın sayını tapması da təsdiq edir. Astronomiya sahəsində isə alim rəsədxana qurur, səma cisimlərini müşahidə edən cihazlar ixtira edir. Buna paralel olaraq məşhur türk-islam alimi metalların və dəmirlərin xassələrini öyrənərək onların rəngini, iyini, yumşaqlığını müəyyən edir. O, mineralların sıxlığını tapır.  Böyük alim ömrünün sonuna yaxın yazdığı “Kitabü’l-Camahir fi Marifeti’l-Cevahir” kitabında müxtəlif mineralların və qiymətli daşların mənşəyi, xarakteri və mədənləri haqqında geniş məlumat verib. Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni sağlığında ikən 153 elmi tədqiqat əsəri yazıb. Alimin bu əsərlərindən 115-i dəqiq elmlər haqqındadır. Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin elmə, elm öyrənməyə böyük əhəmiyyət verməsini, onun ölümqabağı dedikləri də təsdiq edir. Deyilənə görə, 77 yaşlı qoca elm fədaisi Haqqın rəhmətinə qovuşmazdan əvvəl fəqih dostu Əbul-Həsən Əli ibn İsadan “hesab ciddat fasid” barədə soruşmuşdu. Dostu isə buna ehtiyac olmadığını deyəndə, alim bu məsələni bilib ölməyinin özünə rahatlıq gətirəcəyini söyləmişdi. Dostu onun xahişinə əməl etməyə məcbur oldu və bundan bir neçə dəqiqə sonra dünya elminin ən böyük simalarından biri olan məşhur türk islam alimi Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni Haqqın rəhmətinə qovuşdu. Amma Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni elmi kəşfləri ilə türk-islam dünyasının və bəşəriyyətin qəlbində yaşamaqda davam edir və əbədiyyətə qədər də davam edəcək. Əziz Mustafa Zaman.-2015.-8 aprel.-S.9.
['müsəlman alimlər', 'coğrafiyaşünas', 'fizik', 'alim', 'əl-Biruni', 'islam və elm', 'Biruni']
557
https://kayzen.az/blog/paint/22021/sandro-botti%C3%A7elli.html
Sandro Bottiçelli
Apollon
Məşhur rəsmlər və rəssamlar
12 iyun 2018, 13:13
İntibah dövrünün nümayəndəsi olan bu florensiyalı rəssamın əsl adı Alessandro Filipepidir. O, varlı dabbağın ailəsində anadan olub və öz dövrü üçün yaxşı təhsil alıb. Hələ uşaq ikən rəssamlığa meyil edib. On beş yaşında tanınmış florensiyalı heykəltəraş Andrey Verokkionun emalatxanasında işləməyə başlayıb, 1470-ci ildə isə öz emalatxanasını açıb.  Həmin dövrdə incəsənət vurğunu olan Lorenso Mediçi Florensiyada hakimiyyətə gəlir. Bottiçelli onun sevimli rəssamı olur. Bottiçellinin məşhur əsərlərinin çoxu Mediçinin sifarişi ilə çəkilib. Məsələn, «Münəccimlərin itaəti» (1477) əsərində körpə İsa Peyğəmbərə hədiyyələr gətirən Bibliya personajlarının obrazında bütün Mediçilər ailəsi təsvir olunub. Bottiçelli saray rəssamı olduğu üçün siyasi xarakterli sifarişlərdən yaxasını qurtara bilməyib. O, Barjello sarayının divarında Lorenso Mediçi əleyhinə sui-qəsdin dar ağacından asılmış iştirakçılarını təsvir edib. Bu sui-qəsd nəticəsində L.Mediçinin qardaşı Culiano Mediçi həlak olmuşdu.  «Bahar» (təxminən 1477-1478) və «Veneranın doğulması» (təx.1483-1484) Bottiçellinin ən məşhur əsərləri sayılır. Rəssamın sakit ləpələnən dənizdə balıqqulağında üzən Venera obrazı dünya incəsənətində ən füsunkar qadın obrazlarından biridir. Rəssam misilsiz gözəlliyə malik ilahənin simasına daha çox Məryəm ananın təsvirlərinə xas olan şövq verib.  Bottiçelli 1481-1482-ci illərdə Rosseli, Girlandayo və Perucino ilə birlikdə Sikstin kapellasının divarlarına freskalar çəkib. Bottiçellinin çəkdiyi «Musanın cavanlığı», «Koreyin cəzası» və «Cüzamlının şəfa tapması» freskaları rəssama doğma şəhərin hüdudlarını aşaraq çox-çox uzaqlara yayılan bir şöhrət qazandırıb. Florensiyaya qayıdan Bottiçellinin emalatxanasında iş qaynamağa başlayır, sifarişlərin ardı-arası kəsilmir. O, varlanır və böyük hörmət sahibi olur. Amma Bottiçelli «qara gün» üçün pul yığmağı bacarmırdı. Üstəlik, xasiyyətcə çox həssas adam idi. Erkən İntibah dövrünün bir çox digər sənətkarları kimi, o da 1940-cı illərdə fanatik rahib Savanarolanın təsiri altına düşür. Savanarola öz moizələrində Florensiya varlılarının tüfeyli və pozğun həyatını, Mediçinin zülmkarlığını haqlı olaraq pisləyirdi. Amma Savanarola incəsənətin üstünə də hücum çəkmişdi. O incəsənətdə işığın, həyat eşqinin və gözəlliyin hər bir təzahürünü günah hesab edirdi. Onun tərəfdarları dünyəvi kitablardan və incəsənət əsərlərindən tonqallar qalayırdılar. Bottiçellinin özü də Florensiya meydanlarından birində əsərlərini atəşə atmışdı və bundan sonra rəssamlıqdan əl çəkmişdi. Amma rəssamın çörək pulu qazanmaq üçün başqa sənəti yox idi. Buna görə də o, dəhşətli yoxsulluğun girdabına düşür. Savanarola 1498-ci ildə Roma Papası Aleksandrın əmri ilə həbs edilir, küfrdə ittiham olunur və edam edilir. Bottiçelli Savanarolanın ölümünə «Milad günü» (1501) tablosu ilə münasibət bildirir. Bu əsərdə nə əvvəlki Bottiçellidən əsər-əlamət var, nə də İntibah dövründən. Perspektiv qanunlarının, fiqurların obyektin yaxınlığından və ya uzaqlığından deyil, onun əhəmiyyətindən asılı olan miqyasının tamamilə inkar edilməsi – bütün bunlar orta əsrlərə qayıdışın əlamətləridir. Bottiçelli həyatının son illərini tənha həyat tərzi sürür. Ağır xəstə olan rəssam qoltuq ağacları ilə gəzir. Onun yerini "İntibah titanları" deyilən başqa sənətkarlar tuturlar. Onlar sənətdə işığa, sevincə, sadə bəşəri hisslərə yol açmağa müvəffəq olurlar. Amma onlara məhz Bottiçellinin erkən əsərləri yol göstərir. azertag.az
['məşhur rəssamlar', 'məşhur rəsmlər', 'Sandro Bottiçelli']
558
https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/22022/prokofyev-sergey.html
Prokofyev Sergey
Apollon
böyük musiqiçilər
11 iyun 2018, 10:16
Peterburq Konservatoriyasında qəbul imtahanı öz axarı ilə gedirdi. Bu il imtahanı məşhur bəstəkar Nikolay Andreyeviç Rimski-Korsakov götürürdü. Birdən auditoriyaya qəribə abituriyent daxil oldu. Üzdən ona 12 yaş vermək olardı. O, qucağındakı içi dolu iki qovluğun ağırlığına sözün həqiqi mənasında çətinliklə davam gətirirdi. Məlum oldu ki, qovluqlarda dörd operanın, iki sonatanın, bir simfoniyanın və bir neçə fortepiano pyesinin partituraları var və müəllif də bu arıq oğlandır. Rimski-Korsakov gülümsünərək “Bu, mənim xoşuma gəlir!” deyir, gənc musiqiçinin ifasını dinlədikdən sonra onu konservatoriyaya qəbul edir. 1909-cu ildə bəstəkarlıq fakültəsini əla qiymətlərlə bitirən Sergey Sergeyeviç Prokofyev təhsilini dirijorluq və fortepiano sinifləri üzrə davam etdirir. Bəstəkarın ilk əsərləri – fortepiano üçün 1 və 2 nömrəli konsertləri, İkinci və Üçüncü sonataları öz qeyri-adiliyi ilə bütün musiqi aləmini silkələyir. Tənqidçilər Prokofyevə qəzəbli hücumlar edərək, onu musiqisi ilə “adamın kəlləsini döyəcləyən futbol bəstəkarı” adlandırırlar.  Başa düşülməməsi Sergey Sergeyeviçi çox incidirdi. Həmin dövrdə yazdığı daha bir qəribə əsər – Hans Xristian Andersenin “Çirkin ördək balası” nağılı əsasında səs və fortepiano üçün poema onun qəlbini təlatümə gətirən hiss və duyğuları parlaq əks etdirirdi. Poemanı dinləyən Maksim Qorki demişdi: ”O, bu poemanı özü üçün yazıb”.  1914-ci aprelində S.Prokofyev konservatoriyanın beş ən yaxşı tələbəsi sırasında buraxılış müsabiqəsində iştirak etməli idi. Kurs yoldaşları klassik bəstəkarların əsərlərini seçmişdilər və yalnız S.Prokofyev müəllimlərinin məsləhətlərinə baxmayaraq, özünün fortepiano üçün 1 nömrəli Konsertini ifa etməyi qərara almışdı. O, məharətlə çaldı, amma komissiya üzvlərinin fikirləri haçalandı: onun təqdim etdiyi musiqi çox fərqli və qeyri-adi musiqi idi. Buna baxmayaraq, Prokofyevin istedadlı olduğunu hamı etiraf etdi. Buna görə də o, Anton Rubinşteyn adına mükafata layiq görüldü. O vaxtdan bəstəkarın həyatı aramsız yaradıcılıq axtarışlarda və prinsiplərini müdafiə etməklə keçdi. Bütün dahi insanlar kimi, o da öz dövrünü qabaqlayırdı. Məsələn, Fyodor Dostoyevskinin “Qumarbaz” romanı əsasında yazdığı eyniadlı opera bəstəkarın ölümündən on il sonra səhnələşdirildi.  1917-ci il inqilabına qədər S.Prokofyev artıq səs-küyə səbəb olmuş bir neçə əsərin, o cümlədən fortepiano üçün Üçüncü və Dördüncü sonataların, skripka ilə orkestr üçün 1 nömrəli Konsertin, Haydn musiqisinin təsiri altında yazdığı klassik simfoniyanın və fortepiano üçün çoxsaylı miniatürlərin müəllifi idi. 1918-ci ilin mayında S.Prokofyev xarici ölkələrə qastrol səfərinə çıxdı, amma ağlına da gətirmədi ki, vətəndən uzun illər ayrı düşəcək. Bəstəkar teatr üçün işləməyə başladı, onun “Üç portağala məhəbbət” adlı şən operası Çikaqoda oynanıldı. Xaricdə uğur qazanmasına baxmayaraq, Rusiya üçün çox darıxırdı. Bəstəkar deyirdi: “Mən ana yurduma dönməliyəm, qulaqlarımda doğma sözlər səslənməlidir, canımdan və qanımdan olan insanlarla danışmalıyam ki, burada çatmayanları – öz nəğmələrini və mənim nəğmələrimi mənə qaytarsınlar. Burada mən gücümü itirirəm”. Bəstəkar 30-cu illərin əvvəllərində vətənə qayıtdı. Artıq 1935-ci ildə “Romeo və Cülyetta” baletini Böyük Teatrın artistlərinin, dirijorlarının və quruluşçu rejissorlarının mühakiməsinə verdi. Bu musiqi “o qədər balet musiqisinə bənzəmirdi” ki, onu səhnəyə qoymağa heç kəs cəsarət etmədi. S.Prokofyev rədd cavablarına alışmışdı, amma zamanın onun lehinə işlədiyini bilirdi. Həqiqətən də, “Romeo və Cülyetta” 1940-cı ildə Leninqrad Opera və Balet Teatrında səhnəyə qoyuldu. O vaxtdan “Romeo və Cülyetta” və sonralar yazdığı “Zoluşka” baletləri dünyanın bir çox teatrlarında uğurla oynanılır.  S.Prokofyev böyük həvəslə uşaqlar üçün musiqi bəstələyirdi. Mərkəzi Uşaq Teatrının təklifi ilə “Petya və qurd” adlı cəmi 20 dəqiqəlik nağıl yaratmışdı. Bu nağıl balaca dinləyiciləri simfonik orkestrin əsas musiqi alətləri ilə tanış edirdi. Sergey Prokofyev yeddi simfoniyanın, səkkiz operanın, yeddi baletin, çoxsaylı instrumental pyeslərin, konsert və oratoriyaların müəllifidir. Onun “Aleksandr Nevski” filminə yazdığı musiqi çox populyar olub. azertag.az
['musiqiçi', 'bəstəkar', 'böyük musiqiçilər', 'Sergey Prokofyev', 'rus bəstəkarı', 'Прокофьев', 'Prokofyev']
559
https://kayzen.az/blog/kino/21859/ququ-qu%C5%9Fu-yuvas%C4%B1-%C3%BCz%C9%99rind%C9%99n-u%C3%A7u%C5%9F.html
Ququ quşu yuvası üzərindən uçuş
Apollon
Kino
11 iyun 2018, 10:06
Bəhsini edəcəyimiz film Ken Keseyin eyniadlı romanı əsasında ekranlaşdırılmışdır. Film 9 nominasiyada Oskara namizəd olmuş və 5 əsas nominasiyada ( Big Five ) Oskar mükafatını qazanaraq (ən yaxşı rejissor, ən yaxşı ssenari, ən yaxşı film, baş rolda ən yaxşı kişi aktyoru və baş rolda ən yaxşı qadın aktyor) bu əsas nominasiyalarda Oskarı qazanan 3 filmdən (digərləri “İt Happened One Night” və “The Silence of The Lambs” filmləridir) biri olmağı bacarmışdır. Bu film 1993-cü ildə ABŞ Konqres Kitabxanası tərəfindən “mədəni, tarixi və estetik olaraq önəmli” filmlər siyahısına seçilərək filmin ABŞ Milli Kino Arxivində mühafizə edilməsinə qərar verilmişdir. Həmçinin film 8,7 İMDb xalı ilə Top250-də 15-ci pillədə qərarlaşmışdır. Film ardıcıl 12 il İsveçdə yayımlanaraq göstərilmə rekordunu öz əlində saxlayır. Filmın baş rollarında Cek Nikolson, Luis Fletçer, Denni DeVito, Uilyam Redfild, Kristofer Lloyd və digərləri yer almaqdadırlar. Nikolsonun canlandırdığı Rendl Mekmörfi obrazını canlandırmaq üçün namizədlər çox olsa da, Nikolson bu rola seçilməyi bacarmışdır. Elə bu filmdəki möhtəşəm performansı onu dahi rejissor Stenli Kubrikin “The Shining” filmindəki baş rola daşıyacaqdı. Luis Fletçerin canlandırdığı tibb bacısı Retçed obrazı dünya kino tarixində ən pis və qəddar qadın xarakterlərdən biri kimi səciyyələnə bilər. DeVitonun canlandırdığı dəli Martini obrazı ən gözəl şəkildə canlandırılan dəli obrazlarından biridir. Filmdəki bəzi dəli obrazları isə həqiqi ruhi xəstələrdir. Rendl Patrik Mekmörfi cəmiyyətlə ciddi problemlər yaşayan, işləməyi sevməyən, qəzəbləndiyi zamanlarda şiddətə meyilli olan, fəqət əslində şən və həyatdan zövq almağı bacara bilən bir şəxsdir. Daha əvvəl müxtəlif səbəblərdən dolayı adı 5 cinayət hadisəsinə qarışmış və yetkinlik yaşına çatmayan bir qızla cinsi əlaqəyə girdiyi üçün məhkum olunmuşdur. Həbsxanada olarkən çalışma kamplarındakı məsuliyyətsiz və davakar davranışları ucbatından dəli ola biləcəyi şübhəsi onu bir ruhi əsəb dispanserinə göndərilməsinə yol açmışdır. Mekmörfi isə həbsxana yerinə ruhi dispanserin daha əyləncəli və təhlükəsiz olacağını düşünərək bu qərara etiraz etməmişdir, belə ki, ilk başlarda dispanserdə vaxt keçirəcək və qısa müddətdə öz azadlığına qovuşa biləcəkdi. Ancaq dispanser dönəmləri Mekmörfinin xəyal etdiyi kimi keçməyəcəkdir. Mekmörfi qısa müddətdə azadlığının əlindən alındığının fərqinə varacaqdır. Bu şübhələrə yol açan əsas işartılardan biri də Mekmörfinin reqbi üzrə çempionatın final mərhələlərini izləmək istəməsinə baxmayaraq tibb bacısı Retçedin digər ruhi xəstələr tərəfindən lazımlı səsin alınmamasını əsas gətirərək buna izin verməməsi olmuşdur. Bu hadisə Rendl və Retçed arasında amansız bir rəqabətin və mübarizənin başlanmasına yol açmışdır. Filmin təxminən 1 saatından sonra özünüzü sanki həmin dəlixanadaymış kimi hiss edəcəksiniz. Dəlilərin Mekmörfi ilə birlikdə siqaret bəhsinə oynadıqları kart oyunları ilə dispanserdən avtobusla qaçarkən başlarına gələn hadisələr duyğusal və gülməli, digər hadisələr isə acı və kədərlidir. Xüsusilə, dəlilərə hər gün zorla içirilən həblər isə çox cansıxıcı və düşündürücü mövzulardan biridir. Bu həbləri içən xəstələr heç bir hadisəyə hissiyyatlı şəkildə reaksiya göstərə bilmirlər. Azacıq müqavimət göstərənlər isə dəli Martini və ya Mekmörfi kimi elektroşok uyğulamasına məruz qalacaqlar. Burada cəmiyyətin insanlar üzərində basqısının zərərli ola biləcəyi və siyasətin, toplumun insanları sanki robotlaşdırmaq, manqurtlaşdırmaq cəhdləri mövzularına toxunulmuşdur. Bundan əlavə Mekmörfinin həmin bu dispanserdən qaçmaq üçün bir planı var və bu planı da digər bir “dəli” olan, lakin əslində özündə dəlilikdən əsər-əlamət olmayan hindu Şeflə birlikdə icra edəcəkdilər. Ancaq vaxt ötdükcə Mekmörfinin bu dispanserə öyrəşdiyini və buradan asılı qaldığını hiss etməsi onu daha da aqressivləşdirmiş və süstləşdirmişdir. Bu da Rendlın artıq azadlığının get-gedə əlindən alındığının fərqinə varması və onun da bir sistem köləsi durumuna gəlməsinə işarədir.  Filmin özü isə daha da kədərli halda sona yetir. Filmə hələ də baxmayanların ola biləcəyini nəzərə alaraq final səhnəsini necə olduğunu yazmayacağıq, lakin bu səhnədən doğan əsas nəticə haqqında bunu deyə bilərik ki, bu cəmiyyətin, yaxud cəmiyyətin yaratdığı əxlaq kodeksləri sisteminə uymayanların, ona müqavimət göstərənlərin sonu məhz bu cür olur. Filmdə (ssenarisindən ilham alınan əsər haqqında da bunu deyə bilərik) dram janrı ilə yanaşı bir elmi-fantastika ab-havası da hökm sürür. Belə ki, xəstələr hər zaman tibb bacıları və mühafizəçilər tərəfindən nəzarətdə olduqlarını bilməkdə, elə buna görə də güdülmə sindromunu öz üzərlərindən ata bilməməkdədirlər. Bütün bunlardan başqa dispanserin dəhlizləri və digər otaqları da həmçinin kameralar vasitəsilə izlənilməkdədir. Bu da xəstələrin hər bir hərəkətinin izlənilməsi anlamına gəlir, bunun üçün də xəstələr hər bir hərəkətinə fikir verməli və artıq hərəkətlərə yol verməməyə çalışmalıdırlar. Bütün bu mühafizə və müdafiə sistemlərini isə biz dövlət idarəetməsində panoptik güc uyğulaması şəklində tanımlaya bilərik. Bu uyğulamada müxtəlif güc yöntəmləri ilə (məsələn, kamera sistemi, məhkəmələr, polis sistemi və s.) müasir toplumda hər bir fərdin hərəkəti nəzarət altına alınmışdır. Bundan əlavə şəxsiyyət vəsiqəsi, formatından asılı olmayaraq müxtəlif qeydiyyat kağızları, hətta sosial şəbəkələr belə biz insanları nəzarətdə saxlamağa və panoptik uyğulamanı həyata keçirməkdə böyük önəm kəsb edirlər. Filmin elmi-fantastika ab-havasında olmasını biz həm də bununla izah edə bilərik ki, o dövr üçün aktual olan bəzi məsələlər günümüzdə də eyni dərəcədə önəmli bir rola malikdirlər. İnsanlar üzərindəki panoptik uyğulama və digər fərqli xüsusiyyətləri önə sürməklə (cins, millət, din, irq və s.) insanlar arasında ayrı-seçkilik yaratmaq bu gün də bəşəriyyəti narahat edən və onun gələcək inkişafını təhlükə altında qoyan əsas məsələdir. İlkin Vəliyev
['kino', 'məsləhətli kino', 'film', 'Ququ quşu yuvası üzərindən uçuş', 'kino tarixi', 'kinomatoqrafiya']
560
https://kayzen.az/blog/TAvA/22018/dan%C4%B1%C5%9Fmadan-g%C3%BCld%C3%BCr%C9%99n-mister-bin.html
Danışmadan güldürən Mister Bin
Apollon
Tanınmış aktyorlar və aktrisalar
10 iyun 2018, 18:30
Uşaqların ən sevimli komediyasının baş qəhrəmanı Mister Bini canlandıran Rovan Atkinson 1955-ci il yanvarın 6-da Böyük Britaniyada dünyaya gəlib. O, Erik Atkinson və Ella Mayin dördüncü oğludur. Atkinson çox gözəl təhsil alıb. O, Newcastle və Oxford Universitetlərinin məzunudur. Şöhrəti ona aktyorluq gətirsə də, Rovan daha əvvəl BBC şirkətinin layihəsi, komediya janrında “The Atkinson People” radio verilişində də baş rolu oynayıb. Rovan Atkinson Mr.Bin rolu ilə yaddaşda qalsa da o, 50-dən çox filmə çəkilib və bir neçə cizgi filminin qəhrəmanını səsləndirib. Aktyor uşaqlıqdan avtomobil həvəskarıdır. O bunu atasının traktorunun sükanı arxasına oturanda anlamışdı. Hətta Rovan həyatının ən xoşbəxt gününün sürücülük vəsiqəsi aldığı gün olduğunu deyir. Onun avtomobil kolleksiyasına “Aston Martin”, “Honda”, “Audi” və “MC Laren F1” avtomobilləri daxildir. Aktyorun bir o qədər də sevmədiyi avtomobil markası isə “Porche”dir. Avtomobil həvəskarı olduğu üçün Rovan The Car Magazine kimi Britaniya avtojurnalları üçün bəzən reportyorluq edir.  Şahzadə Uilyam və Katerin Midltonun toyunda, eləcə də Şahzadə Çarls və Kamilla Parker Boulesin toyuna Rovan xüsusi dəvət alıb. Atkinson Ceyms Bondun heyranıdır. O, hətta Ceyms Bond haqqında çəkilmiş “Never say never again” filmində də rol alıb. Rovan 1990-cı ildə Sunetra Sastri ilə ailə həyatı qurub. Onların bir qız və bir oğul övladı dünyaya gəlib. Mister Bin imkanlı şəxslər siyahısındadır. Bu gün onun var-dövləti orta hesabla 130 milyon dollar dəyərləndirilir. Aktyor təyyarə sürməyi bacarır. 2001-ci ildə ilə Keniyaya uçarkən pilot huşunu itirib və o, ayılana qədər təyyarəni Rovan idarə edib. 2012-ci ildə Mr.Bin təqaüdə çıxıb. Belə ki, aktyor bu rolun artıq onun yaşına uyğun olmadığını, buna fiziki gücünün də çatmadığını söyləyərək Mr.Bini canlandırmaqdan imtina edib. azertag.az
['aktyorlar', 'aktyor', 'Mister Bin', 'Mr. Bean']
561
https://kayzen.az/blog/kino/22025/federiko-fellini-nec%C9%99-rejissor-oldu.html
Federiko Fellini necə rejissor oldu?
Apollon
Kino
9 iyun 2018, 23:01
Federiko Fellini İtaliyanın Adriatik dənizi sahilində yerləşən Rimini kurort şəhərciyində anadan olub. Federiko məktəbdə çalışqan şagird sayılsa da, onu yalnız yaradıcılıq aləmi cəlb edirdi. Fərqi yox idi: o, həm mahir rəssam, həm də, məsələn, kukla teatrının aktyoru ola bilərdi. Amma valideynlərinin könlünü xoş etmək üçün 1939-cu ildə Roma Universitetinin hüquq fakültəsinə daxil oldu. Buna baxmayaraq, universitetin arxiv materialları göstərir ki, gələcəyin böyük kinorejissoru mühazirələrdə bir gün də olsun iştirak etməyib. O, Amerika komikslərinin böyük pərəstişkarı idi. Hollivudun kino aləmində reportyor olmağa can atırdı. F.Fellini özünü karikaturaçı, jurnalist və nəhayət, ssenarist kimi sınaqdan keçirməyə başlayır.  Dünya kinosu tarixində Federiko Fellini kimi adlı-sanlı, eyni zamanda mürəkkəb və təzadlı rejissor o qədər də çox deyil. Kino aləminə qədəm qoyana qədər o, yetərincə maraqlı həyat təcrübəsi toplayıb və sonralar həyatının bir çox epizodlarını öz filmlərində canlandırıb. Həyat təcrübəsi kinoda öz mövzusunu tapmaqda ona kömək edib. O, yaxşı tanıdığı və hiss etdiyi bir həyatı çəkirdi. Halbuki kinoya tamamilə təsadüfən gəlib. Bir vaxtlar kinonun onun həyatının işi olacağını isə heç ağlının ucundan keçirməyib. Axı o, cavanlıqda karikatura çəkməklə, habelə komikslərə mətnlər yazmaqla pul qazanırdı.  Maraqlarının belə pərakəndə olmasına baxmayaraq, Fellini şöhrətpərəst idi və “paytaxtı fəth etməyi” arzulayırdı. O, Romaya gəlir, burada bir neçə dəfə peşəsini dəyişir: müəyyən müddət jurnalist, sığorta agenti işləyir, karikaturalar çəkir, lakin aktyor Aldo Fabritsi ilə tanışlığı onun üçün əlamətdar hadisəyə çevrilir, çünki onun vasitəsilə teatr aləmi ilə tanış olur. Eyni zamanda o, radiotamaşalar üçün ssenarilər yazmağa başlayır. F.Fellini kinoda əvvəlcə ssenarist kimi işləməyə başlayır. Bu, 1940-cı ildə baş verir. Hazırcavablılığı ilə seçilən, məzəli əhvalatlar quraşdırmaqda mahir olan F. Fellini məşhur komik Makarionun iştirakı ilə üç kinokomediya üçün ssenari yazır. O, bir neçə il komediya və melodramlar üçün kinossenarilər yazmağa davam edir, sevimli işini — karikatura çəkməyi də unutmur. 1945-ci ildə rejissor Roberto Rosselini və dostu Fabritsi ilə birlikdə yeni bir ssenari üzərində işləməyə başlayır. Bu ssenari əsasında çəkilən “Roma açıq şəhərdir” filmi İtaliya kinosunda yeni istiqamətin – neorealizmin manifestinə çevrilir. Həmin vaxtdan etibarən F.Fellini tanınmış rejissorlarla əməkdaşlıq etməyə başlayır. O, R.Rosselini ilə birlikdə daha bir neçə film çəkir. Özünün dediyinə görə, kinoya vurulur və başa düşür ki, kino onun həyatıdır.  F.Fellininin ssenarilərinə başqa rejissorlar da müraciət edirlər.  Onun rejissor kimi debütü isə 1950-ci ildə çəkdiyi “Varyete işıqları” filmidir. Amma film elə bir uğur qazanmır. Odur ki, F.Fellini yenə də ssenari yazmağa başlayır.  Onun ikinci filmi isə bir təsadüfün nəticəsidir. F.Fellini sənədli filmlər çəkən tanınmış rejissor Mikelancelo Antonioninin sifarişi ilə ssenari yazır. Ssenari Antonioninin xoşuna gəlmir. Onda Fellini özü həmin ssenari əsasında film çəkmək qərarına alır. “Ağ şeyx” adı ilə ekranlara çıxan bu filmdə rollardan birini məşhur komik Alberto Sordi oynayır. F.Fellininin növbəti “Ana uşaqları” filmi 1953-cü ildə Venesiya Kinofestivalında “Gümüş şir” mükafatına layiq görülür. Bu mükafat rejissorun özünə inam hissini artırır.  Amma F.Felliniyə dünya şöhrətini 1954-cü ildə çəkdiyi “Yol” filmi gətirir. Bu film Beynəlxalq Venesiya Kinofestivalının mükafatı ilə yanaşı, “Oskar” mükafatına da layiq görülür.  Filmdə məzəli və həssas kloun qadın Celsomina rolunu oynayan aktrisa Cülyetta Mazina sonralar rejissorun arvadı olur və onun bir çox filmlərində çəkilir. Aktrisa dünya şöhrətli ərinin vəfatından sonra cəmi bir il yaşayır. Onun ürəyi sevdiyi adamın ayrılığına davam gətirə bilmir. “Yol” filmi təsəvvürəgəlməz amansızlıq, məşəqqətli həyat, fərqli dünyaların adamları olan, amma taleyin hökmü ilə həyat deyilən qayıqda bir yerdə üzmək məcburiyyətində qalan kişi və qadın – bir az dəlisov, bir az saf, pırtlaşıq saçlı, yöndəmsiz və eyni zamanda çox incə Celsomina ilə qaraqabaq, yekəpər, qaba və azğın Campo haqqında hekayətdir.  Fellini “Yol” filminin mövzusunu “Fırıldaqçılar” (1955) və “Kabiriyanın gecələri” (1957, “Oskar” mükafatı) filmlərində davam etdirib. Xeyirlə şərin çarpışdığı kəskin sosial xarakterli münaqişə mövzusu tədricən onun başlıca mövzusuna çevrilir. Rejissor ideyalarını canlandırmaq üçün məharətlə iri plandan istifadə edir: Cülyetta Mazinanın ifasında Kabiriyanın məşhur vida təbəssümünü bütün dünya xatırlayır.  Onun, demək olar, bütün filmlərinin böyük uğur qazanmasına baxmayaraq, rejissor yeni filmlər çəkmək üçün pul tapmaqda həmişə çətinlik çəkib. Məsələn, “Kabiriyanın gecələri” filmindən 11 prodüser, “Şirin həyat” filmindən 7 prodüser imtina edib. İmkanlı adamlar etiraf etmək istəmirdilər ki, onların doğma Romasında əxlaqsızlıq baş alıb gedir. “Şirin həyat” bəzilərində heyranlıq, bəzilərində etiraz hissləri doğurur. Onun müzakirələri qəzet-jurnal səhifələrindən parlamentə keçir. Deputatlar senzuranın işə qarışmasını, filmdəki bütün çirkabın kəsilib-götürülməsini tələb edirlər. Təkcə filmin məzmunu deyil, rejissorun yaradıcılıq metodu da tənqid hədəfinə tuş gəlir. Filmi qəliz cəfəngiyat sayırlar. F.Fellininin metodu həqiqətən mürəkkəb idi, ancaq nə qədər qəribə olsa da, bu filmləri həm sadə tamaşaçılar, həm də intellektual insanlar yaxşı başa düşür və qəbul edirdilər. Yeri gəlmişkən, “paparassi” anlayışı ötən əsrin 60-cı illərində Federiko Fellini sayəsində yaranıb. Paparattso adlı fotoreportyor rejissorun “Şirin həyat” filminin qəhrəmanıdır. Paparattsonun real prototipi italiyalı fotoqraf Tasio Sekkiaroli olub. T.Sekkiaroli ilk dəfə belə bir fakta diqqət yetirib ki, redaktorlar məşhurların qəfildən çəkilən fotoşəkillərinə görə daha çox pul ödəyirlər.  F.Fellininin bir sıra mükafatlara, o cümlədən Beynəlxalq Moskva Kinofestivalının Böyük mükafatına, habelə “Oskar” mükafatına layiq görülmüş “8 1/2” (1963) filmi də rejissorun yaradıcılıq fəaliyyətində yeni mərhələ açıb. Burada rejissor avtobioqrafiq formada filmlərin necə çəkilməsindən danışıb. Məşhur aktyor Marçello Mastroyanninin oyunu filmin uğur qazanmasına böyük töhfə verib.  F.Fellini başqa müəlliflərin ssenarilərinə də müraciət edib. Məsələn, 1976-cı ildə o, özünəməxsus incə yumorla böyük avantürist haqqında “«Federiko Fellininin Kazanovası” filmini yaradıb. F.Fellini fransız rejissorlar R.Vadim və L.Mol ilə birlikdə Edqar Ponun əsərlərinin motivləri əsasında “Sayıqlama içində üç addım” filminin çəkilişlərində iştirak edib.  Federiko Fellini bir neçə mövzunu bütün yaradıcılıq həyatı boyu inkişaf etdirib. Bu mövzuların bəziləri öz bitkin formasını ”Klounlar” (1970), “Roma” (1972), habelə “Oskar” mükafatına layiq görülmüş “Amarkord” (1974) kimi filmlərdə alıb. Bunlar xeyirlə şərin mübarizəsi, amansızlığın və ədalətsizliyin inkarı, xeyirxahlıq və gözəllik idealları kimi həyatın özü qədər əzəli olan mövzulardır.  Federiko Fellini 1993-cü il oktyabrın 31-də Roma şəhərində vəfat edib. O, maraqlı yaradıcılıq ömrü yaşayıb və filmlərini gələcək nəsillərə yadigar olaraq qoyub gedib. azertag.az
['kinematoqrafiya', 'kino', 'rejissor', 'Federiko Fellini', 'kinorejissor']
562
https://kayzen.az/blog/happy/21963/minimalizm-az%C4%B1n-g%C9%99tirdiyi-%C3%A7oxluq.html
Minimalizm: Azın gətirdiyi çoxluq
Apollon
Xoşbəxtlik üçün
6 iyun 2018, 22:22
Minimalizm fəlsəfəsini ən gözəl izah edən fikirlərdən biri Platona məxsusdur: “Əsas məsələ, çox şeyə sahib olmaq deyil, az şey istəməkdir”. Bir çox insan tərəfindən ümumiyyətlə bilinməyən bu fəlsəfi baxışın formalaşma tarixi XIX əsr kimi göstərilsə də, əslində bundan daha əvvəlki dövr fəlsəfəsində də minimalist fikirlərə, ideyalara rast gəlinir (Platonun fikrindən də göründüyü kimi). Məhşur filosof Diogeni ilk minimalistlərdən biri hesab etmək olar. Bundan başqa, Buddizm, Stoisizm, Taosizm, Xristianlıq və digər bir çox din və cərəyanlarda minimalist həyat tərzinin elementlərinə rast gəlmək mümkündür. Bəs minimalizm nədir? XIX əsrdə ilk növbədə sənət sahələrində özünü göstərən minimalizm, daha sonralar həyat tərzinə çevrilməyə başlamışdır. Bu fəlsəfi baxışın əsas ideyaları “Az çoxdur” şüarına əsaslanır. Minimalizm fəlsəfəsinin tərəfdarları sadəliyi tərənnüm edirlər. Ancaq bu sadəlik bəsitlik kimi başa düşülməməlidir. Əksinə, maddi asılılıqlardan imtina etmənin gətirdiyi mənəvi rahatlıq və ucalıq kimi anlaşılmalıdır. Müasir dövrdə texnlogiyanın inkişafı, məhsul çeşidliliyi və s. kimi imkanlar insanları çoxsaylı seçimlərə vadar edir. Bu seçimlər istər əxlaqi, istərsə də vaxtın dəyərləndirilməsi baxımından çox vaxt faydasız olur. Minimalizmin əsasında, maddiyyatçılıqdan imtina dayanır. İnsanların maddi nemətlərə (paltar, yemək, texnoloji avadanlıqlar və s.) olan asılılığı onların özlərini həqiqətən qiymətləndirməsinə imkan vermir. Belə ki, biz pul qazanmaq üçün çox işləyirik, buna görə də özümüzə ayırmaq üçün vaxt tapa bilmirik. Halbuki, maddi olanlardan imtina edib, özümüzü dəyərləndirməyə başlasaq həyat daha da mənalı olacaq. Əgər dünyada maddi olan hər şey müvəqqətidirsə, onda qısa olan ömrünüzdə vaxtınızı və enerjinizi onlara xərcləməyə dəyərmi? Maddiyyatçı düşüncəyə sahib insanlar ömür boyu işləyir, yaşamaq əvəzinə işləməyə qurban etdikləri həmin saatların əvəzində aldıqları pulları isə müvəqqəti olanlara xərcləyirlər. Bu fəlsəfi baxış həyatınızdakı hər şeydən imtina etməyi deyil, sadəcə həqiqətən ehtiyacınız olan şeyləri istifadə etməyi ifadə edir. Bu fəlsəfəni öz həyat tərzinə çevirən insanlar adətən, yalnız ehtiyacları olan şeylər üçün pul ödəyirlər. Ancaq, ucuzluq naminə keyfiyyətsiz məhsullardan istifadə heç də düzgün deyil. Belə ki, onlar gələcək vaxtlarda sizin üçün daha böyük xərc və problemlərə səbəb ola bilər. Minimalist həyat tərzi sizə hər mənada keyfiyyətli və mənalı bir həyat təklif edir. Minimalizm fəlsəfəsini həyatınızın istənilən sahəsində tətbiq edə bilərsiniz. Evinizdə, işinizdə, nitqinizdə, düşüncə tərzinizdə və s. Bəs bu fəlsəfi baxışı necə vərdişə çevirə bilərik? Bu fəlsəfə sadəliyin fəlsəfəsidir. Buna görə də, onu mənimsəmək və həyat tərzinə çevirmək üçün maddiliyə olan asılılığımızı aradan qaldırmalıyıq. Həddindən artıq paltara, əşyaya sahib olmamalı, danışığımızda və düşüncələrimizdə sadə olmalıyıq. Vaxtımızı mənasız yerə xərcləyən fəaliyyətlərdən uzaq dayanmalı, yeyib-içməyə, pul xərcləməyə aludə olmamalı, pul yığmaq əvəzinə dost yığmalıyıq. Bəs biz necə edirik? Qonşunun qızı Iphone 8 alıb, mən də almalıyam və yaxud, filan mağazadakı donu alıb, universitetdəkilərlə “yarışmalıyam”, bu məkanda şəklim yoxdur, orda oturaq və s. kimi düşüncələrə qapılırıq. Ancaq, əslində əşyaların formasına yox, məzmununa dəyər verməliyik. Telefon, paltar və yaxud yeməyin real funksiyası nədir? Bu cür mənasız və maddiyyatçı mübarizələr bizə stressdən başqa nə qazandırır? Ətrafınızda vaxtınızı, pulunuzu və enerjinizi xərclədiyiniz bir çox şeyin əslində dəyərsiz olduğunu görmək o qədər də çətin deyil. Bütün bu fikirlərdən elə bir təsəvvür yarana bilər ki, bu fəlsəfi baxış xəsislik və ya aşağı həyat səviyyəsi deməkdir. Xeyr, əksinə minimalizm sizə həyatı düzgün və mənalı formada dəyərləndirməyə və yaşamağa kömək edir. Həddindən artıq əşyadan, paltardan və s. xilas olmaq, stressdən xilas olmaq deməkdir.   Ramilə Bayramova
['xoşbəxtlik üçün', 'minimalizm', 'minimalist həyat tərzi', 'sadəlik']
563
https://kayzen.az/blog/edebiyyat/22012/stefan-sveyq-balzak-haqq%C4%B1nda-n%C9%99-d%C3%BC%C5%9F%C3%BCn%C3%BCrd%C3%BC.html
Stefan Sveyq Balzak haqqında nə düşünürdü?
Apollon
Ədəbiyyat
6 iyun 2018, 22:15
Balzak 1799-cu ildə Rablenin şən vətəni, bərəkətli əyalət şəhəri Turində anadan olub. İyun, 1799-cu il. Bu tarixi təkrarlamağa dəyər. Napoleon – əməllərindən narahat olan dünya onu hələ Bonapart adladırırdı – həmin il yarı-qalib, yarı-qaçaq şəkildə Misirdən öz ölkəsinə qayıtdı. Yad ulduz bürclərinin altında, piramidaların daşlaşmış şahidliyində döyüşmüş, başladığı böyük işi başa çatdırmaq üçün lazımlı olan bütün gücünü tamamilə itirmiş, sonra isə çox kiçik bir gəmiylə Nelsonun pusquda yatmış zabitləri arasından süzülərək ölkəsinə qayıtmışdı. Qayıdandan bir neçə gün sonra ona sadiq olan bir ovuc adamı bir yerə yığdı, müqavimət göstərən Məclisi darmadağın etdi və bir göz qırpımında Fransa iqtidarını ələ keçirdi. Balzakın anadan olduğu 1799-cu il, eyni zamanda, İmperatorluğun da başlanğıcıdır. Yeni əsr ilk illərində öz qarşısında “le petit général”ı (kiçik general), korsikalı kiçik macəraçını deyil, Fransa İmperatoru Napoleonu gördü. On-on beş il ərzində – Balzakın ilk gənclik illəri – çoşqulu xəyalları qartal qanadları ilə şərqdən-qərbə bütün dünyanı sararkən, azğın iqtidar ehtirasıyla yanıb alışan əlləri Avropanın yarısını artıq möhkəmcə tutmuşdu. Balzak ətrafındakı hər şeyə çox həssaslıqla yanaşan biri kimi, gözlərini dünyaya açmasının ilk on altı ili ilə imperatorluğun ilk on altı ilinin – ki dünya tarixinin bəlkə də ən fantastik dövrüdür bu – tamamilə üst-üstə düşməsinə laqeyd qala bilməzdi. Çünki ilk təcrübələr və alın yazısı, əslində, elə eyni şeyin daxili və xarici müstəviləri deyilmi? Bir şəxs, hər hansı bir şəxs, mavi Aralıq dənizinin adalarının birindən durub Parisə gəlir, – nə dostları və işi, nə də şan-şöhrəti var – gedib cilovsuz iqtidarı tamamilə ələ keçirir, sərt şəkildə sağa-sola sovurur və cilovlayır; bir nəfər, bir əcnəbi, bir cüt yalın əllə Parisi tutur, ardınca isə Fransanı və sonra da bütün dünyanı. Dünya tarixinin bu macərapərəst dövrü Balzakın yaddaşına inanılması çətin əfsanələr və ya tarixi hekayətlər şəklində köçürülmür, əksinə, bütün rəngləri ilə, susamışcasına klapanları açılan duyğu orqanlarından keçərək fərdi həyatına daxil olur; hələ əl dəyməmiş daxili dünyasını örtən minlərlə rəngli real xatirəylə birlikdə. Belə bir təcrübənin nümunəyə çevrilməsi qaçınılmaz idi. Balzak oxumağı, bəlkə də, uzaq zəfərlərdən qürurla və sərt bir tərzdə, az qala, romalı bir ehtiraslı bəhs edən yazılardan öyrənmişdi; uşaq barmaqları hər halda bacarıqsızcasına xəritənin üzərində irəliləmiş, Fransadan başlayaraq daşan bir çay kimi yavaş-yavaş Avropanın üzərində, Napoleon əsgərlərinin yürüşlərinin izinə düşərək hərəkət etmiş, bu gün Sen Dağını aşmış, sabah Siyerra Nevadanın bir tərəfindən o biri tərəfinə keçmiş, çayları ötərək Almaniyaya, qarları aşaraq Rusiyaya və oradan da ingilislərin köz kimi qızarmış top mərmiləri ilə düşmən donanmalarına atəşə açdığı Cəbəllütariq Boğazına qədər çatmışdı. Bəlkə də gündüzlər küçədə əsgərlərlə oynamışdı; üzündə kazakların qılınc izlərini gəzdirən əsgərlərlə. Gecələr də, çox güman ki, Austerlitsdəki rus süvarilərinin ayağı altındakı buz təbəqəsini yarmaq üçün Avstriyaya gedən top arabalarının sürətlə keçərkən çıxardıqları hirsli səs-küyə oyanmışdı. Onun bütün gənclik arzuları alovlu bir adda, tək bir düşüncədə, tək bir xəyalda əriyəcəkdi: Napoleonda. Parisdən dünyaya açılan böyük bağçada, az qala, dünyanın yarısını əhatə edən, ələ keçirilmiş şəhər adlarının yazıldığı bir zəfər tağı yüksəlirdi. Günlərin bir günü yad ordular marşlarla, əllərindəki bayraqlarla bu məğrur qübbənin altından keçərkən, Balzakın bu hakimiyyət duyğusu, kim bilir, necə böyük bir xəyal qırıqlığına uğramışdır! Çöldə, qaynamaqda olan dünyada baş verənlər daxilə təcrübələr şəklində girirdi. Dəyərlərin darmadağın olmasını həyatının çox erkən dövrlərində, uşaqlığında yaşadı; həm maddi, həm də mənəvi dəyərlər alt-üst olmuşdu. Balzak Respublikanın möhürünü daşıyan 100, yaxud 1000 franklık əskinasların dəyərsiz kağızlar kimi küləkdə uçuşduqlarına şahidlik etdi. Əlindən sürüşüb düşən qızılın üstündə bir an irəlidə boynu vurulacaq kralın kök profilini, bir an Yakobinlərin azadlıq beretini, bir an konsulun romalı simasını, bir an da imperator cübbəsi geymiş Napoleonu görürdü. Balzak əxlaqın, pulun, ölkənin, qanunların, iyerarxiyanın, yəni əsrlərlə pozulmaz sərhədlər daxilində buxovlanmış olan hər şeyin yavaş-yavaş çölə sızdığı, yaxud daşdığı üçün bu cür böyük dəyişikliklərin baş verdiyi zamanda, əvvəllər heç vaxt bu cür dəyişikliklərin baş vermədiyi bir əsrdə dəyərlərin nisbiliyini çox erkən yaşda dərk etmiş olmalı idi. …Üstəlik Napoleonu öz gözləri ilə də görmüşdü, həyata vəsiqə verdiyi şəxslərlə bir yerdə: Məmlük Rustanla, İspaniyanı hədiyyə etdiyi Jozeflə, Siciliyanı verdiyi Muradla, xain Bernadotla, krallıqlar fəth edib başlarına tac qoyduğu və keçmişlərinin heçliyindən çıxarıb öz mövcudiyyətinin ziyasına yüksəltdiyi hər kəslə birlikdə bir rəsmi keçid əsnasında atla keçərkən görmüşdü Napoleonu. Bir saniyə ərzində gözlərində cap-canlı bir görüntü aydınlanmışdı, tarixdəki bütün nümunələrdən daha böyük bir görüntü. O, böyük dünya fatehini görmüşdü və bir dünya fatehini görmək hər bir yeniyetmə üçün elə onun kimi olmaq arzusu ilə eyni deyilmi? Bu ərəfədə iki fərqli yerdə, iki səssiz dünya fatehi də vardı: Keniqsberqdə yaşayan, dünyanın qarmaqarışıqlığına müəyyən tərtib və nizam gətirməyə çalışan bir filosof (Kant) və Veymarda külliyyatı ilə Napoleonun ordularıyla əldə etdiklərindən daha azına malik olmayan bir şair (Höte.) Amma onlar Balzak üçün lap uzun müddət əlçatmaz ənginliklər olaraq qalacaqdı. Hər zaman yalnız bütövə sahib olmaq, əsla hissələri deyil, dünyanın hamısını ələ keçirmək impulsunu, bu alovlu ehtirası ilk növbədə Napoleon nümunəsinə borclu idi. Dünyanı ələ keçirmək məsələsində bu möhtəşəm iradə dərhal yolunu tapa bilmir. Balzak hələlik hansısa peşədə qərar tutmayıb. İki il əvvəl doğulmuş olsaydı, indi on səkkiz yaşında Napoleonun əsgərlərinə qoşulmuş, bəlkə də ingilis mitralezlərinin önünə çıxan hər şeyi yerlə-yeksan etdiyi Bel-Alyansda təpələrə hücum edirdi; amma dünya tarixi təkrarları sevmir. Napoleon çağının fırtınalı havasını ilıq, mülayim yaz günləri izlədi. XVIII Lüdoviqin (Lui) rəhbərliyi altında qılınc bəzək əşyasına, əsgər saray gözətçisinə, siyasətçi xətibə çevrildi; dövlətin yüksək mövqelərini artıq fəaliyyət yumruğu, təsadüfün həmin əsrarəngiz və bərəkətli buynuzu paylamırdı, əksinə, yumşaq qadın əlləri idi lütf və inayətləri bəxş edən. İctimai həyat durğunlaşmış, bayağılaşmış, hadisələrin qaynayan suları durularaq sakit bir gölə çevrilmişdi. Dünyanın silahlarla fəth edilməsi artıq mümkün deyildi. Bəziləri üçün nümunə olan Napoleon çoxları üçün artıq bir müqəvva idi. Beləliklə, geriyə yalnız bir sənət qalırdı. Balzak yazmağa başladı. Amma digərləri kimi pul qazanmaq, əylənmək, kitabxana rəflərini doldurmaq, bulvarlarda danışılmaq üçün deyil: onun ədəbiyyatda gözünü dikdiyi şey marşallıqdan çox imperatorluq tacı idi. Bir binanın ən üst mərtəbəsində işə başladı. Gücünü sınamaq istəyərmişcəsinə müxtəlif adlar altında ilk romanlarını yazdı. Bu, hələ döyüş deyil, yalnız döyüşün məşqi, manevr idi və müharibə hələ başlamamışdı. Müvəffəqiyyətindən məmnun olmadıqda, fəaliyyəti onu təmin etməyində, sənəti bir kənara atdı, üç-dörd il başqa peşələrlə məşğul oldu; bir notariusun dəftərxanasında katib işlədi, müşahidə etdi, baxdı, faydalandı, baxışı ilə dünyanın içinə sızdı və yenidən yazmağa başladı. Lakin bu səfər bütövü hədəf götürən həmin böyük itələyici güclə, təkcə böyük həlqələr şəklində fırlananı qavramaq, ilkin impulsun əsrarəngiz çarxına qulaq şəkləmək üçün, hissəni, görüntünü, fenomeni, dağınıq olana barmaqarası baxan nəhəng, fanatik ehtirasla başladı yazmağa. Hadisələrin şər qarışığından saf elementi, ədədlərin xaosundan cəmi, səs-küydən harmoniyanı, həyatın müxtəlifliyindən xüsusi olanı əldə etmək, bütün dünyanı öz süzgəcindən keçirmək, onu yenidən yaratmaq, “en raccourci” (bütöv xülasə) halında təqdim etmək və boyunduruq altına saldığı şeyə öz nəfəsi ilə ruh üfləmək, öz əlləri ilə istiqamətləndirmək: bax, onun hədəfi bu idi. Çeşidlilikdən heç bir şey itməməli idi; sonsuzluğu bir sonluluğa, əlçatmazı insan üçün mümkün olanın daxilinə yerləşdirmək üçün sadəcə bir proses var: sıxışdırmaq. Bütün gücü ilə fenomenləri bir araya sıxışdırmaq, onları süzgəcdən keçirmək və beləliklə, əhəmiyyətsiz olanları atıb yalnız saf, dəyərli formaları əldə etmək və sonra bu tək-tək dağınıq formaları əllərinin közündə sıxışdırmaq; onların həmin möhtəşəm çeşidliliyini açıq, dərk olunan sistem halına salmaq üçün çalışırdı; eynilə milyardlarla bitkini məhdud kateqoriyalara yerləşdirən Linney, saysız-hesabsız qarışıqları bir ovuc elementə çevirən kimyagər kimi – bax, onun ehtirası bu idi. …Napoleon kimi o da Fransanı dünyanın özü, Parisi də həmin dünyanın mərkəzi halına gətirir. Bu sahə daxilində, hətta Parisdə, çoxlu sayda çevrə cızır: nəcabətlilər, rahiblər, fəhlələr, şairlər, sənətçilər, alimlər. 50 aristokrat salonunu Kadiqnan Hersoqluğunun salonuna çevirir. Yüz nəfər bankiri Baron Nusinqenə, bütün sələmçiləri Qobsekə, bütün həkimləri Qorasi Byanşona. Bu insanları bir-birlərinə reallıqdakından daha yaxın məsafələrdə yerləşdirir, onları daha intensiv şəkildə bir-birləri ilə təmasa keçirir, daha şiddətli qarşıdurmalara daxil edir. Həyat yüzlərlə oyun forması ortaya qoysa da, onunki yalnız bir dənədir. Hibrid tipləri qəbul etmir. Onun dünyası reallıqdakından daha yoxsul, amma daha intensivdir. Çünki onun insanları özləri kimidir; ehtirasları saf elementlər halında, faciələri intensivləşdirilmiş formadadır. Napoleon kimi o da işə Parisi ələ keçirməklə başlayır. Ardınca hissə-hissə əyaləti – hər vilayət sanki öz nümayəndəsini Balzakın parlamentinə göndərir – və ən axırda Balzak müzəffər konsul Bonapart kimi ordularını bütün ölkələrə yeridir. Ən uzaq bölgələrə qədər gedir, adamlarını Norveçin körfəzlərinə, İspaniyanın günəşdən qovrulmuş qum düzənliklərinə, Misirin od rəngli səmasının altına, Berezinanın buz bağlamış körpüsünə – hər tərəfə – göndərir. Onun dünyaya hakim olmaq iradəsi də, eynilə, önündəki böyük nümunə kimi daha uzaqlara gedir… Ən dərin səfalətlərdən, kəndli daxmalarından Müqəddəs Sen-Jermen saraylarına gedir, Napoleonun xüsusi mənzillərinə sızır, hər tərəfdə dördüncü divarı və onunla birlikdə kilidli otaqların sirlərini yıxır, Bretanın çadırlarında əsgərlərlə birlikdə istirahət edir, birjada oynayır, teatrın kulislərinə baxır, alimlərin işlərinə nəzarət edir; dünyanın onun ovsunlayıcı alovları tərəfindən işıqlandırılmayan heç bir küncü yoxdur. Onun ordusu iki minlə üç min arası insandan ibarətdir, daha doğrusu, onları torpağı eşələyərək özü ortaya çıxarmış, öz ovucunun içində böyütmüşdür. Lüm-lüt, heçlikdən gəlirlər və o, bunları geyindirmiş, adlar və zənginliklər bağışlamışdır, eynilə, Napoleonun marşalları ilə davrandığı kimi; sonra isə geri almış, onlarla oyun oynamış, bir-birlərinə qarşı qızışdırmışdır.  Hadisələr çeşidi sayıla bilməyəcək qədər çoxdur, bunların arxa planında dayanan mənzərə isə möhtəşəmdir. Dünyanın «Bəşəri Məzhəkə» içində, bu formada fəthi bütün həyatın sıxlaşdırılmış şəkildə iki əl arasında möhkəmcə tutulması, eynilə Napoleonun modern tarixdə bənzərsiz olması kimi, modern ədəbiyyatda da bənzərsizdir. Amma dünyanı fəth etmək Balzakın gənclik yuxusu idi və heç bir şey reallaşan uşaqlıq xəyallarından daha möhtəşəm deyil. Onun Napoleonun şəkillərinin birinin altına bu sözləri yazması əbəs deyil: «Ce qu'il na pu achever par l'épée je l'accomplirai par la plume» (Onun qılıncla sona çatdıra bilmədiyini mən qələmlə tamamlayacağam). Qəhrəmanları da eynilə onun kimidir. Hamısında dünyanı fəth etmək arzusu var. Bir mərkəzi qüvvə onları əyalətdən, vətənlərindən dartıb Parisə sürükləyir. Onların müharibə meydanı oradır. Əlli min gənc insan, bir ordu, oraya axın edir. Əl dəyməmiş bakir bir qüvvə, boşalmaq istəyən, qeyri-müəyyən bir enerjiylə burada, bu dar sahədə mərmilər kimi bir-birlərinə çırpılır, bir-birini yox edir, havaya tullayır, uçuruma itələyirlər. Heç birinin yeri hazır deyil. Hər biri tribunanı özü ələ keçirmək məcburiyyətindədir və bu polad kimi sərt, elastik metal – ki bunun adı gənclikdir – döyülərək bir silaha, enerjiləri intensivləşdirilərək partlayıcı bir maddəyə çevrilir. Cəmiyyət daxilindəki bu döyüşün müharibə meydanlarındakından daha az ağrılı olmadığını ilk dəfə göstərə bilmək Balzak üçün fəxrdir: «Mənim burjua romanlarım sizin tragediyalarınızdan daha faciəvidir!» – deyə səslənir romantiklərə. Çünki Balzakın kitablarındakı gənc insanların ilk öyrəndiyi şey mərhəmətsizlik qanunudur. Saylarının həddindən artıq çox olduğunu bilirlər və – bu obraz ən sevimli qəhrəmanı Votrenə aiddir – bir qaba salınmış hörümçəklər kimi, bir-birlərini yeyib məhv etmək məcburiyyətindədirlər. Öz gəncliklərini, döyərək əldə etdikləri silahı da təcrübənin yandırıcı zəhərində əritmək məcburiyyətindədirlər. Təkcə sağ qalan haqlıdır. «Böyük Ordu»nun respublikaçı qiyamçıları kimi, küləyin əsdiyi bütün istiqamətlərdən gəlirləe, Paris yolunda ayaqqabılarını dağıdırlar; çöl yollarının tozu paltarlarına hopur və boğazlarında həzzə duyduqları böyük bir susuzluqla yanır. Zərifliyin, zənginliyin və gücün bu yeni, ovsunlayıcı mühitində ətraflarına nəzər yetirdikdə, yanlarında gətirdikləri bir neçə şeyin bu sarayları, bu qadınları, bu gücləri əldə keçirmək üçün olduqca yetərsiz olduğunu hiss edirlər. Qabiliyyətlərini istifadə edə bilmək üçün əvvəl onları əridib başqa formalara salmaq, gəncliklərini dayanıqlılığa, zəkalarını hiyləgərliyə, etibarlılıqlarını saxtakarlığa, gözəlliklərini şərə, qorxusuzluqlarını hiyləgərliyə çevirmək məcburiyyətindədirlər. Çünki Balzakın qəhrəmanları ehtiras küpüdür, hər şeyin bütövünü istəyirlər. Hamısının macərası eynidir: Bir tilbüri (iki nəfərlik yüngül fayton) yanlarından vıyıltı ilə keçir, təkərlər üstlərinə palçıq sıçradır, faytonçu qırmancı yelləyir, lakin faytonda gənc bir qız oturmaqdadır, saçlarının arasında ləl-cəvahirat parlayır. Bir baxış sürətlə əsib keçir. Qadın cazibədar və gözəldir, zövq simvoludur və Balzakın bütün qəhrəmanlarının bu anda tək arzusu vardır: Bu qadın, bu araba, bu xidmətçi, bu zənginlik, Paris, dünya mənə aid olmalıdır! Napoleon nümunəsi, bütün güclərin ən aşağı təbəqədən gələn bir şəxs tərəfindən beləcə satın alına bilinəcəyi nümunəsi onları məhv edib. Əyalətdəki ataları kimi bir üzüm bağı üçün, bir komissarlıq və ya qubernatorluq mövqeyi üçün, bir miras üçün mübarizə aparmazlar, əksinə, onların səyi, bəli, simvollar üçün, güc üçün, krallıq zanbaqlarının parladığı, pulun su kimi barmaqlar arasından axdığı o parlaq çevrəyə girmək üçündür. Beləliklə, Balzakın digərlərindən daha güclü əzələlər, daha alovlu danışıq qabiliyyətləri, daha enerjili impulslar, daha sürətli və daha canlı bir həyat bəxş etdiyi o böyük ambisiozlara çevrilə biləcəklər. Onlar yuxuları çin olan insanlar, öz diliylə desək, həyatın maddəsi içində şeir yazan şairlərdir. Hücum üsulları iki cürdür: bir yol dühaya aparır, digər yol isə artıq vərdiş olunmuşa. Güc əldə etmək üçün adam özünəməxsus bir üsul tapmalıdır, yaxud digərlərinin, cəmiyyətin metodunu öyrənməlidir. Özünü top mərmisi kimi başqalarından ibarət olan kütlənin içinə öldürücü bir şəkildə atmalı, kiminləsə o şəxsin hədəfi arasına girməli, ya da onu vəba kimi hiyləgərcəsinə zəhərləməlidir – deyir Balzakın o möhtəşəm, sevimli qəhrəmanı anarxist Votren. Balzakın özünün də kiçik bir otaqda işə başladığı Latın məhəlləsində (Quartier Latin) meydana çıxır onun qəhrəmanları, ictimai həyatın ilkin formaları: tibb tələbəsi Despleyin, ehtiraslı Rastinyak, filosof Lui Lambert, rəssam Brido, jurnalist Ryubampre. Formalaşmamış elementlər olan bu gənclərdən əmələ gələn həmin mühit saf və təməl bir xarakterə malikdir. Beləcə, bütün həyat Vokenin əfsanəvi pansionatındakı masa ətrafında toplanıb. Amma sonra bu insanlar həyatın böyük süzgəcinə tökülərək, ehtirasın alovunda bişərək və xəyal qırıqlıqlarında təkrar soyuyaraq, qatılaşaraq, sosial təbiətin müxtəlif təsirlərinə, mexaniki sürtünmələrə, maqnetik cazibələrə, kimyəvi həll edilmələrə məruz qalaraq forma dəyişdirir, həqiqi mahiyyətlərini itirirlər. Paris deyilən o qorxunc turşu bəzilərini əridərkən, gəmirərkən, bir kənara atarkən və məhv edərkən, bəzilərini də kristallaşdırır, sərtləşdirir və daşlaşdırır. Çevrilmənin, rəng dəyişmənin və birləşmənin bütün təsirləri onların üzərində reallaşır; birləşən elementlərdən yeni kompleks strukturlar meydana gəlir və on il sonra yerdə qalanlar, forma dəyişdirənlər, həyatın zirvəsində mənalı təbəssümlərlə bir-birlərini salamlayırlar: məşhur həkim Despleyin, nazir Rastinyak, böyük rəssam Brido. Halbuki Lambert və Ryubampre un kimi əzilmiş halda həyatın çarxına yapışıblar… … Hər şey iç-içə keçir, bütün güclər nisbidir və heç biri azad deyil. Bu cür sərhədsiz nisbilik hər cür davamlılığı, hətta xarakterin davamlılığını belə inkar edir. Balzak öz insanlarını daim proseslər tərəfindən yoğurulmağa, taleyin əlində gil kimi formalaşdırılmağa buraxır. İnsanlarının adları belə müəyyən birliyi yox, dəyişikliyi ehtiva edir. Balzakın iyirmi kitabında Fransa Əyan Məclisinin üzvü Baron Rastinyakın adı var. Bizə elə gəlir ki, bu hörmətsiz görməmişliyi, Parisdəki vəhşi, mərhəmətsiz yüksəlmə ehtirasının bu prototipini, qanunun boşluqlarından ankvil balığı kimi üzüb keçən və pozğunlaşmış cəmiyyətin əxlaqını ustacasına təmsil edən bu adamı tanıyırıq; onu küçədə, hər hansı bir salonda, yaxud qəzetdə görmüşük elə bil. Amma ortada bir kitab var və bu kitabda Rastinyak yaşayır; ana-atasının böyük ümidlər və az məbləğ pulla Parisə göndərdiyi kasıb, nəcabətli bir gəncdir, mülayim, itaətkar, təvazökar, həssas bir xarakterə malikdir. Bu kitab onun Vokenin pansionatına, müxtəlif xarakterlərin qaynadığı bu cadugər qazanına, Balzakın iyrənc kağızlarla örtülmüş dörd divar arasına hər cür temperamenti, xarakteri sıxışdırdığı bu dahiyanə xülasənin içinə necə düşdüyünü izah edir; o burada heç kəsin tanımadığı Kral Lirin, yəni Qorio Atanın faciəsini görür, Sen-Jermen məhəlləsinin bər-bəzəkli və bayağı şahzadələrinin şövqlə yaşlı atalarını soyduqlarını görür, cəmiyyətin bütün çirkinliklərini görür; bütün bunlar bir faciəyə çevrilib. Burada, nəhayət bu yaxşılıq timsalının tabutu arxasınca yalnız bir xidmətçi kişi və qaravaş qızla birlikdə gedərkən, bu hirsli anda, Parisin çirkli, sarı, bədxassəli şiş kimi ayaqlarının altında dayanan sirli Per Laşez təpələrinə baxır; bax, burada həyatın bütün müdrikliyini görür. Bu anda Votrenin, o məhkumun səsi qulaqlarında əks-səda verir; onun insanlarla poçt atı kimi rəftar etmək, arabaya çataraq qamçılamaq və hədəfə yetincə də, gəbərmək üçün tərk etmək gərəkdiyini söyləyən təlimini eşidir. Bu anda digər kitablardakı Baron Rastinyak, o hörmətsiz və mərhəmətsiz adam, qəfildən Əyan Məclisinin həmin ambisiya dolu üzvünə çevrilir. Bax, həyatın dönüş nöqtəsini ifadə edən bu anı Balzakın bütün qəhrəmanları yaşayır. Hamının hamıya qarşı apardığı müharibədə əsgərə çevrilirlər; hər kəs irəliyə doğru atılır, birinin yolu digərinin cəsədi üzərindən keçir. Hər birisinin öz Rubikonu, öz Vaterlosu olduğunu, eyni döyüşün saraylarda, daxmalarda və meyxanələrdə davam etdiyini göstərir Balzak; eyni zamanda, həmin cırıq-sökük paltarın altında rahiblərin, həkimlərin, əsgərlərin, vəkillərin də eyni impulslarla hərəkət etdiklərini göstərir. Bunu hər kəsin rolunu oynayan, Balzakın kitablarında on dəyişik qılıqda, hər vaxt eyni adam kimi, qəsdən eyni adam kimi qarşımıza çıxarılan qəhrəmanı anarxist Votren anlayır. Müasir həyatın dümdüz səthi altında mübarizələr altdan-altdan davam edir. Çünki xarici laqeydliklə daxili ehtiras tərs mütənasibdir. Heç kimə, bir vaxtlar krala, nəcabətliyə, rahiblərə ayrıldığı kimi, müəyyən bir yer ayrılmadığından, hər kəsin hər şeyə haqqı çatdığından bu vəziyyət onların güclərini on qat artırır. İmkanların azalması həyatda enerjinin iki qat artması şəklində təzahür edir. Balzakı cəzb edən şey enerjilərin həm xaricə, həm də özünə qarşı olan bu öldürücü mübarizəsidir. Onun ehtirası şüurlu bir həyat iradəsinin ifadəsi kimi meydana çıxan hədəfə tərəf istiqamətlənmiş enerjini nəticələri baxımından yox, mahiyyəti baxımından müəyyənləşdirməkdir. Yaxşı, yaxud pis, təsirli, yaxud boş yerə xərclənməsi onun vecinə deyil, yetər ki, intensiv olsun. Sıxlıq, iradə hər şeydir, çünki bu insana aiddir; halbuki uğur və şöhrət heç bir şeyə aid deyil, çünki onu təsadüf müəyyənləşdirir. Pencəyinin qollarında gizlədərək sobadan çörək oğurlayan qorxu içindəki kiçik oğru darıxdırıcıdır, amma professional olan, istifadə etmək üçün yox, ehtirasa görə oğurlayan, bütün varlığı dartıb almağa hesablanmış adam isə möhtəşəmdir. Faktları və təsirləri ölçmək tarixçilərin vəzifəsidir, səbəbləri və şiddəti üzə çıxarmaqsa, Balzaka görə sənətçinin. Çünki faciəvi olan təkcə hədəfə çata bilməyən qüvvədir. Balzak “héros oubliés”i (unudulan qəhrəmanlar) təsvir edir; onun fikrincə, hər çağda təkcə 1796-cı illə 1815-ci il arasında dünyanı fəth edən, tarixçilərin Napoleonu yoxdur, əksinə, o bunlardan dörd, yaxud beşini tanıyır. Biri bəlkə Marenqoda vurulub öldürülüb və adı Desaikdir. İkincisi bəlkə də həqiqi Napoleon tərəfindən Misirə göndərilmiş, böyük hadisələrdən uzaq qalıb. Üçüncüsü də bəlkə ən qorxunc faciəni yaşayıb: Bu əsl Napoleondur və heç vaxt hər hansı bir döyüş meydanında olmayıb, sel olub axacağı yerdə əyalətin bir küncündə saralıb-solub, amma digərlərindən daha az enerji xərcləməyib, kiçik şeylər üçün olsa da. Gözəllik və vəfaları ilə kraliçalar arasında şöhrət tapa biləcək, adları Pompadurun, yaxud Diana de Puatyeninki qədər ehtişamlı ola biləcək qadınlardan danışır; zamanənin uyğunsuzluğuna görə itib-batan, şöhrətin adlarının yanından ötüb keçdiyi, bu şöhrəti onlara yenə də bir şairin vermək məcburiyyətində qaldığı şairlərdən danışır; həyatın hər anında müdhiş bir enerjinin istifadə edilmədən israf edildiyini bilir; Yevqeniya Qrandenin, həssas əyalət qızının, həris atasının qarşısında titrəyərək pul çantasını əmi uşaqlarına hədiyyə edəndə mərmər heykəli Fransanın bazar meydanlarında parlayan Janna Darkdan daha az cəsur olmadığını dərk edir. Uğur saysız-hesabsız kariyeranın bioqrafiyasını yazan sənətçinin gözlərini qamaşdırmaz, ictimai rəyin bütün bəzəklərini və qarışıqlarını bir kimyagər dəqiqliyi ilə təhlil etmiş adamı yanıltmaz. Balzakın güzəştə getməyən, yalnız enerjiyə dikilmiş gözü faktların qarışıqlığı içində yalnız canlı çırpınışları görür. Napoleonun təxribata uğramış ordusu bütün gücüylə körpüyə çatmağa çalışarkən, Berezinada meydana gələn qarışıqlıqda, yüz dəfələrlə canlandırılmış və bir saniyəyə sıxışdırılmış çarəsizlik, xainlik, qəhrəmanlıq səhnələrinin içindən ən böyük həqiqi qəhrəmanları tapıb çıxarır: üstündən ordunun qaçdığı asma körpünü inşa etmək üçün sinələrinə qədər qalxan suyun içində üç gün boyunca işləyən, adlarını heç kəsin bilmədiyi qırx qabaqcıl adam. Parisin pərdələri endirilmiş pəncərələrinin hər birinin arxasında Culiyettanın ölümündən, Vallenşteynin sonundan, Lirin çarəsizliyindən heç də kiçik olmayan faciələrin yaşandığını bilir və bu cümləni təkrar-təkrar qürurla söyləyir: «Mənim burjua romanlarım sizin tragediyalarınızdan daha faciəvidir…» …Balzakın özü də əsərlərində əbədiləşdirdiyi həmin böyük düşkünlüklərdən biri idi. Xəyal qırıqlığına düçar olmuş şəkildə naşılardan və acizlərdən xoşu gəlməyən mərhəmətsiz dünyanın bütün yuxularından qovulmuş biri kimi, öz süktuna çəkildi və özü üçün dünyanın simvolunu yaratdı. Özünə aid olan, hakim olduğu və onunla birlikdə məhv olub gedəcək bir dünya. Reallıq yanından axıb getməkdədir, özünü otağına qapatmış, masanın başına dikilmiş, orada, kolleksiyaçı Eli Maq öz şəkillərinin arasında yaşadığı kimi, qəhrəmanlarından ibarət olan meşədə yaşamaqdadır. İyirmi altı yaşından etibarən həqiqəti demək olar ki, – hər dəfəsində böyük faciələrə çevrilən istisnaları çıxmaq şərtilə – xammaldan, öz kainatının çarxını hərəkətə gətirəcək yanacaqdan başqa bir formada görməmişdi. Demək olar ki, şüurlu şəkildə həyatın kənarında yaşayırdı, sanki bu iki dünyanın, özününki ilə başqalarınınkının arasında yaranacaq təmasın həmişə ağrılı olacağından qorxurdu. Axşam saat səkkizdə əldən düşmüş bir vəziyyətdə yatağa girir, dörd saat yatır, gecə yarısı oyanırdı; Paris, o gurultulu mühit qızdırmalı gözlərini yumanda, küçələrin uğultusunun üstünə qaranlıq çöküb dünya gözdən itəndə, onun dünyası üzə çıxmağa başlayır və o öz dünyasını digərinin yanında qurur, onun dağınıq elementlərini bir araya gətirir, saatlarla qızdırmalı bir sərxoşluq halında yaşayır, əldən düşən duyğu orqanlarını daim qəhvə ilə qırmanclayırdı. Bu vəziyyətdə on, on iki, bəzən də on səkkiz saat işləyirdi, ta ki hər hansı bir şey onu bu dünyadan qoparıb öz reallığına qaytarana qədər. Bu oyanış anlarında çox güman ki, Rodinin heykəlindəki baxışı daşıyırdı: göyün min qat yuxarısındakı o ani oyanış, unutduğu həqiqətə qayıdış, həmin qorxunc, böyük, az qala, qışqıran baxış, soyuqdan donmuş çiyininə paltar keçirən o əl, yuxudan oyadılan bir adamın, qışqıraraq adının deyildiyini eşidən bir lunatikin üz ifadəsi. Heç bir şairin əsərində itməyin sıxlığı, öz xəyallarına olan inanc bu qədər güclü olmayıb, şizofrenlər də özünü aldatmağın sərhədinə bu qədər yaxınlaşmayıblar. Ehtiraslarının qarşısını almağı, bir maşın kimi möhtəşəm şəkildə fırlanan çarxı qəfil dayandırmağı, aynadakı xəyalla həqiqini bir-birindən ayrıd etməyi, bu dünya ilə digər dünya arasında iti bir xətt çəkməyi həmişə bacarmırdı. Onun iş sərxoşluğu ilə qəhrəmanlarının həqiqətən mövcud olduğuna nə qədər inanması ilə bağlı bir kitab yazıldı. Ümumiyyətlə, əyləndirici, əksəriyyəti də bir az ürpərti yaradan anekdotlardan biri belədir: Yoldaşlarından biri otağına girir. Balzak dəhşət içində ona doğru atılır: «Təsəvvür edirsən? O bədbəxt qadın özünü öldürdü!» və ancaq yoldaşının qorxaraq geri sıçrayışından sonra, o qəhrəmanın, Yevqeniya Qrandenin, yalnız öz səmasında yaşadığını başa düşür. Belə uzun sürən, belə intensiv, belə əsl şizofrenik xəstəni patoloji dəlilikdən ayıran şey bəlkə də yalnız həqiqi həyatı ilə bu yeni reallığın qanunlarının eyni olmasıdır: mövcudiyyətin eyni səbəb-nəticə əlaqəsi; buna səbəb olan onun həyat tərzi deyil, sanki sadəcə iş otağının qapısından keçib əsərinə girirmiş kimi canlı olan qəhrəmanlarıdır. Amma bu təktərəfli düşkünlüyün mükəmməlliyə çatmasının səbəbi dəliliyin davamlılığı, möhkəmliyi və mütləqliyi idi; onun işi artıq tər deyil, əksinə, yalnız alov, sərxoşluq, xəyal və ehtirasdır. Bu, müvəqqəti bir cadu vasitəsi idi, həyatın aclığını ona unutduracaq bir yuxu dərmanı idi. Zövq dalınca qaçmağa, israf etməyə hər kəsdən daha uyğun gələn Balzak, bu qızdırmalı işin onun üçün həzz vasitəsindən başqa bir şey olmadığını özü də etiraf edib. Çünki bu cür cilovsuz arzuları olan Balzak da, kitablarındakı düşkün qəhrəmanlar kimi, təkcə onların yerinə başqa bir şey qoyaraq ehtiraslarından imtina edə bilib. Həyat duyğusunu qırmanclayan hər şeydən, eşq, ehtiras, oyun, zənginlik, səyahət, şöhrət və zəfərlərdən yaradıcılığı vasitəsilə yeddi qat daha artıq kompensasiya əldə edə bildiyi üçün əl çəkə bilib. Stefan Sveyqin məşhur "Üç Böyük Usta: Balzak, Dikkens, Dostoyevski" kitabından bir hissə Tərcümə: Misir Məmmədli sim-sim.az
['ədəbiyyat', 'dünya ədəbiyyatı', 'Stefan Sveyq', 'Balzak', 'Onore de Balzak']
564
https://kayzen.az/blog/azerbaycan/22005/az%C9%99rbaycan-%C3%A7ay-m%C9%99d%C9%99niyy%C9%99ti.html
Azərbaycan çay mədəniyyəti
Apollon
Azərbaycan
6 iyun 2018, 12:25
Azərbaycanda elə bir ev tapa bilməzsən ki, gün ərzində orada ən azıbir dəfə çay dəmlənməsin.Söylədiklərimiz sübut edir ki, Azərbaycanda özünəməxsus çaymədəniyyəti formalaşıb və odur ki, çay təkcə susuzluğu yatırma vasitəsihesab edilmir. Yəni azərbaycanlılar çay süfrəsi arxasında həm dəsöhbətləşir, deyib-gülür, bir-birinə ürəklərini açır, problemləri çözməyəçalışırlar… Çayın tarixi haqqında bir neçə cümlə Çay bitkisinin vətəni Çin hesab edilir. Bu ölkədə çay yarpağındanhazırlanmış həlimin insan orqanizmi üçün faydalı olduğu bilinəndənsonra bu bitkinin becərilməsinə başlanılıb. Tədqiqatçılarınaraşdırmalarına görə, çayla bağlı ilkin məlumatlara 5 min il əvvələ aidolan Çin əlyazmalarında rast gəlinir. Azərbaycan çayı Çayın Azərbaycana aid olan xüsusi növü var. “Azərbaycan çayı”adlandırılan bu növ əsasən Azərbayanın cənubunda becərilir. Çay azərbaycanlıların əsrlərdən bəri istifadə etdiyi, gündəlik tələbat duyduğuzəruri içki növü sayılır. Hələ qədim dövrlərdə saraylarda keçirilənrəsmi qəbullarda qonaqlara çay təklif edilərmiş. Elçilik mərasimlərindəqonaqlara çay təklifi adəti isə bu gün də davam etməkdədir. Armudu stəkanda çay... Azərbaycanda çay, adətən, armudu stəkanda içilir. Bunun konkretsəbəbi olmasa da, insanlarda belə bir fikir formalaşıb ki, çayın armudustəkanda içilməsi daha xoş təsir bağışlayır. Azərbaycanda çay süfrəyə,adətən, şirniyyat, mürəbbə, çərəz və limonla birlikdə verilir. Çoxmaraqlıdır ki, ölkəmizdə məclis və qonaqlıqlar həmişə çayla başlayırvə çayla da yekunlaşır. Həkimlər yeməkdən sonra çay içməyi məsləhətgörməsələr də, bir çoxları bu ləzzətdən özünü məhrum etmir. Çay necə dəmlənməlidir? Hər ölkədə çay müxtəlif cür dəmlənir. Sübut olunub ki, çayınkeyfiyyəti ilə yanaşı, onun necə dəmlənməsinin də əhəmiyyəti böyükdür.Bu mənada samovar çayının dadı bir aləmdir.Dəmlənmə prosesinə gəlincə, adətən, çaynikə onun tutumundan asılıolaraq quru çay tökülür, onun həcminin 3/4 hissəsi təzə qaynadılmış su ilədoldurulur və 4-7 dəqiqə arası dəmə qoyulur. Dəm çayı qaynamamalıdır. Belə olarsa, çayın keyfiyyəti aşağı düşür və ətri itir. Çay süfrəsi Azərbaycanda çay yalnız susuzluğu yatırtma vasitəsi olma mərhələsinibir növ geridə qoyub. Azərbaycanda susuzlayıb-susuzlamamasından asılıolmayaraq, qonaq qarşısına çay qoyulur. Bu, hər şeydən öncə, qonağahörmətin əlaməti sayılır. Elçilik mərasimlərimizin də tacı çay sayılır. Hər halda, mərasiminsonunda razılıq əlaməti olaraq, şirin çayın içilməsi də buna dəlalət edir.Azərbaycanda bir çox problemlərin müzakirəsi də məhz çay süfrəsiarxasında aparılır. İllərlə çıxış yolu tapılmayan bir problem bəzənyarımsaatlıq çay süfrəsi arxasında oturub müzakirə olunmaqla həll edilir.Sizə ətirli çay süfrəsi arxasında mənalı istirahət və könülxoşluğu arzulayırıq. Mənbə: «Azərbaycan-Macarıstan mətbəxi» kitabı. Kitab 2014-cü ildə Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Macarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə nəşr edilib.
['çay', 'çay mədəniyyəti', 'Azərbaycanda çay mədəniyyəti']
565
https://kayzen.az/blog/maliyye/20929/maliyy%C9%99-f%C4%B1r%C4%B1ldaq%C3%A7%C4%B1l%C4%B1%C4%9F%C4%B1nda-s%C9%99rh%C9%99d-tan%C4%B1mayan-milyon%C3%A7u.html
Maliyyə fırıldaqçılığında sərhəd tanımayan milyonçu
Apollon
Maliyyə və bank işi
5 iyun 2018, 12:49
Maliyyə fırıldaqçıları içərisində Barri Minkovun bioqrafiyası xüsusi olaraq seçilir. Barri 16 yaşı olduqda ABŞ-ın ən gənc milyonçusuna çevrilir. 1987-ci ildə, onun 20 yaşı tamam olduqda sahib olduğu ZZZZ Best şirkətinin kapitalizasiyası 280 milyon dollar təşkil edirdi. Sahibkar öz uğurları haqqında mühazirələr demiş və kitablar yazmışdı. 1988-ci ildə jurnalistlər belə aşkar edirlər ki, Minkovun şirkəti faktiki olaraq mövcud deyil və o IPO həyata keçirmək üçün bir neçə min sənədi saxtalaşdırıb. İlk baxışdan Barri Minkovun milyonçu olacağını təxmin etmək çətin idi. 1967-ci ildə Rezeda adlı kiçik Amerika şəhərində dünayaya gələn Minkov elə burada məktəbə gedir. Minkovun 9 yaşı olduqda anası onu özü ilə birgə işə aparır. Bir neçə həftədən sonra Barri elə həmin, xalça yuyulması ilə məşğul olan şirkətdə telemarketoloq vəzifəsində işə düzəlir. Onun bu biznesi sevdiyini demək olmaz. Lakin Barri məktəbi bitirdikdə xalça yuyulması ilə məşğul olan ZZZZ Best şirkətinin əsasını qoyur. O şirkəti üçün məkan olaraq atasının qarajını seçmişdi və bunun qarşılığında kiçik icarə haqqı ödəyirdi. Biznesin işləri yaxşı getmirdi. Minkov hələ yetkinlik yaşına çatmadığı üçün iki bank ona bankda hesab açmaqdan imtina edir. Gənc sahibkar hesablara imza ata bilmədikdə vəziyyət daha da qəlizləşir. ZZZZ Best şirkətinin xidmətləri də müştərilər tərəfindən narazılıqla qarşılanırdı. Bundan əlavə, Minkovu lazımi təchizatla təmin edən məhsul təminatçıları da pullarını vaxtında ala bilmədikləri üçün Minkovdan şikayətçi idilər. Minkov böyük gəlir əldə etmək üçün fırıldaqçılığa baş vurur. O ZZZZ Best şirkətinin saxta qarət halını təşkil edir və sığorta şirkətindən təzminat alır. O bu sxemdən bir neçə dəfə istifadə edir. Şirkətə vurulan “zərər” ciddi olduğundan sığortadan əldə edilən əhəmiyyəti gəlir ZZZZ Best şəbəkəsini genişləndirməyə, yeni əməkdaşlar tapmağa və atasının qarajından köçməyə imkan verir. Çox saylı fırıldaqçılıq əməllərinə baxmayaraq sahibkar cəzasız qalır və bu da onu daha böyük fırıldaqçılıqlar etməyə sövq edir. Minkov ZZZZ Best şirkətini sığorta şirkətlərinin sövdələşmələrini yerinə yetirən bir şirkət olaraq təqdim edərək banklardan kredit almağa başlayır. Onun bu fırıldaqçılıq əməlini həyata keçirməsinə isə sığorta agenti olan Tom Pedjet köməklik edir. Bankdan zəng etdiklərində dəstəyi məhz o götürürdü. Pedjet hər bir belə müqavilə üçün 100 dollar əldə edirdi, Minkov isə kreditdən cəlb etdiyi gəlirləri toplayırdı. Nəticədə şəriklər bank əməkdaşlarını bütün lazımi məlumat ilə təmin edən saxta Interstate Appraisal Services şirkətini yaradırlar. ZZZZ Best şirkəti doğurdan da xalaçaların yuyulması işi ilə məşğul olurdu. Lakin problem onda idi ki, şirkətin gəlirinin 84%-ni heç vaxt mövcud olmayan sığorta şöbəsi qazandırırdı. Barri Minkovun bioqrafiyasında hər yeni mərhələ daha böyük fırıldaqçılıq ilə müşayiət olunur. Sahibkar yenidən pula ehtiyac duyur və 1985-ci ildə Los-Angelos biznesmeni, təşkilati cinayətkarlıq ilə əlaqəsi olan Cek Kateyn-dən borc əldə edir. Minkov Kateynə borcunu qaytarmaqdıqda o cinayətkar nüfuzuna baxmayaraq sahibkarı məhkəmə yolu ilə cəzalandırmaq qərarına gəlir. Lakin məhkəmə prosesi baş tutmur. Çünki Kateyn 1987-ci ildə ürək tutmasından dünyasını dəyişir. Minkovun cinayətkarlarla əlaqəsi bununla yekunlaşmırdı. ZZZZ Best şirkətinin nəhəng səhmdarlarından biri Moris Rind idi. O 1976-cı ildə qiymətli kağızlarla fırıldaqçılıq əməlinə görə ittiham olunmuşdu. Barrinin digər partnyoru zinət əşyalarının oğurluğuna görə həbs həyatı yaşamış Robert Vidciano idi. Kifayət qədər məbləğ toplayan Barri öz şirkətinin səhmlərinin ilkin yerləşdirilməsi (IPO) ilə məşğul olmaq qərarına gəlir. Bunun üçün o 20 mindən çox sənədi saxtalaşdırır. 1986-cı ilin dekabr ayında şirkət IPO-a çıxdıqda Minkov onun səhmlərinin 53%-nə sahib idi. 1987-ci ilin yazında ZZZZ Best şirkəti 200 milyon dollar olaraq qiymətləndirilmişdi. O kağız üzərində olsa da, multimilyonçuya çevrilir. Lakin bu ona dəbdəbəli həyat tərzi sürməyə mane olmur. Sahibkar qırmızı Ferrari və Los-Angelosun bahalı qəsəbələrindən birində ev alır. Minkov sürətlə uğur nail olduğu kimi, sürətlə də uçuruma doğru gedir. ZZZZ Best şirkətinin müştərisi olan bir qadın mütəmadi olaraq şirkətdən şikayət edir və kartından tələb olunandan artıq bir neçə dollar da çıxıldığını iddia edir. Bu ilk belə hal deyildi və bundan əvvəl şirkət müştərilərinə həmin məbləği geri qaytarmışdılar. Lakin hansısa səbəbdən bu qadının tələbi rədd edilirdi. Belə olduqda qadın bütün Los-Angelos boyu gəzir və ilkin mərhələdə ZZZZ Best şirkətinin qurbanı olan daha bir neçə nəfər də tapır. O bütün topladığı məlumatları Los Angeles Times nəşrinə göndərir. 22 may 1987-ci ildə nəşr şirkətin tranzaksiyalarla bağlı fırıldağına aid yazı dərc edir. Ceyms Riçman kartından əlavə olaraq 1690, Barbara Li isə 1600 dollar çıxarıldığını iddia edirdi. Məqalədə buna oxçar daha bir neçə hal qeyd edilir. Bu yazı ZZZZ Best şirkətinin səhmlərinin 1 gün ərzində 28% enməsinə kifayət edir. Banklar ona verdiyi borcu geri çəkməklə təhdid edirdilər. Los Angeles Times-in araşdırması digər jurnalistləri də şirkətlə bağlı araşdırma aparmağa həvəsləndirir. 1988-ci ilə qədər şirkətin fırıldaqçılığı ilə bağlı bir neçə material da aşkar edilir və həmin ilin yanvar ayında Minkov və ZZZZ Best şirkətinin 10 əməkdaşı məhkəmə qarşısına çıxır. Onlar fırıldaqçılıq, reket, qiymətli kağızlarla maxinasiyalar, çirkli pulların yuyulması, vergidən yayınma da daxil olmaqla 54 fırıldaqçılıq halında ittiham edilirdi. 14 dekabr 1988-ci ildə Minkov qeyd edilən 53 fırıldaqçılıq halının hər biri üzrə təqsirli bilirnir və 25 illik həbs cəzasına layiq görülür. Sahibkar türmədə dinə üz tutur və türmə xristian dini icmasına daxil olur. Minkov 1995-ci ildə azadlığa buraxılır. Sahibkar Kaliforniyada Çetsvort şəhər kilsəsində keşiş olur. Sahibkarın sakit həyatı cəmi 2 davam edir. 1997-ci ildə kilsə üzvlərindən biri yaxınlıqda yerləşən maliyyə şirkətlərindən birinin fəaliyyətinə göz gəzdirməyi təklif edir. Minkov sənədlərə baxır və rəqəmlərdə səhv olduğunu aşkar edir. O bu haqda hökümətə xəbər veri və belə aydın olur ki, şirkət ümumi 300 milyon dollar yatırım ilə maliyyə piramidasıdır. Bu hal Minkovun yeni fəaliyyətinin əsası olur. Təcrübəli maliyyəçi və fırıldaqçı olan Minkov Fraud Discovery Institute adlı kommersiya təşkilatı yaratmaq qərarına gəlir. Təşkilat fırıldaq sxemləri aradırmaq ilə məşğul idi. Minkov 2009-cu ildə Lennar şirkəti haqqında hesabat təqdim edir. Hesabata əsasən şirkət səhmdarlardan sənədlərin gizlədilməsində, fırıldaqçılıqda və Ponçi sxemindən istifadə etməkdə günahlandırılırdı. Bu zaman Lennar şirkəti Minkovu məhkəməyə verir. Məhkəmə istintaqı nəticəsində belə məlum olur ki, Minkov hələ hesabatı təqdim etmədən öncə Lennar şirkətinin opsionlarını 20 dollara alıb və onların qiymətinin enəcəyinə pul yatırıb. Məhkəmə posesi iki il davam etdi və Minkov 2011-ci ilin iyul ayında 5 il azadlıqdan məhrum edilir və 583 milyon dollar təzminat ödəməyə təhkim edilir. Lakin bununla onun fırıldaqçılıq silsiləsi başa çatmır. KGTV telekanalı 2011-ci ilin iyun ayında kilsə üzvlərinin bir neçəsindən müsahibə götürür və belə məlum olur ki, Minkov onlarından əksəriyyətindən pul mənimsəyib. 2014-cü ilin yanvar ayında Minkov özünü ütün fırıldaqçılıq əməllərinə görə təqsirli olduğunu etiraf edir. 3 aydan sonra o 3,4 milyon təzminat ödəməyə və 5 illik həbs cəzasına layiq görülür və digər cəzası başa çatdıqdan sonra qüvvəyə minəcək. banker.az
['maliyyə fırıldaqçılığı', 'fırıldaqçılıq', 'milyonçu', 'milyonçular', 'Barri Minkov']
566
https://kayzen.az/blog/islam-v%C9%99-%C5%9F%C9%99xsl%C9%99r/21988/sa%C4%9Fl%C4%B1%C4%9F%C4%B1nda-c%C9%99nn%C9%99tl%C9%99-m%C3%BCjd%C9%99l%C9%99n%C9%99nl%C9%99r.html
Sağlığında Cənnətlə müjdələnənlər
Apollon
İslam tarixindəki şəxslər
5 iyun 2018, 12:24
İslam imanla əməlin vəhdətindən ibarət olan İlahi bir sistemdir. Onun bir tərəfində inam, digərində isə inandığına əməl etmədir. "İnsanlar yalnız: "İman gətirdik!" — demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?" (Ənkəbut 2). Yəni təkcə dillə iman gətirmək əbədi səadət yurdu olan Cənnət üçün kifayət deyil. Rəbbimiz insanları Allah yolunda (din, bayraq, vətən, haqq-ədalət uğrunda) mübarizədə mal, can və övladları ilə sınayır. Sınayır ki, kimin həqiqi, kimin də riyakar olduğu ayırd edilsin. Təəssüf ki, əksər insanlar ilan kimi sakit, fəqət zəhərli olan bu dünyanın maddiliyinə uyaraq, əməllərinin tərəziyə qoyulacağından bixəbərdirlər. Can verərkən çəkilən məşəqqəti, qəbr əzabının şiddətini, böyük və adil məhkəmədə sorğu-sualın rüsvayçı xəcalətini, irinli və atəşli əbədi Cəhənnəm əzabını unudan belə talesizlər barədə Peyğəmbər(ə) buyurub: «Mənim bildiyimi bilsəydiniz, az gülüb çox ağlayardınız». Belələri hz.Məhəmməd kəlamının hikmətini yalnız vəfasız, fani və ani dünyanın ölümlə oyanıb, axirətlə əvəz edildiyi zaman — əməllərinin həqiqi və ədalətli əvəzi onlara verildiyi vaxt biləcəklər. Fəqət tövbənin lüzumsuz, ata, ana və övladın, pul, mülk və vəzifənin, ad və sanın kara gəlməyəcəyi o durumda hər şey, dünyaya yenidən gəlib, yeni tərzdə yaşamaq qədər qeyri-real və mümkünsüz olacaqdır. Ən gözəl örnək Peyğəmbər(ə) əxlaqıdır Rəbb kəlamına görə, varlığın fitrəti, təbiəti və həyatın qanunu olan İslam, qiyamətə qədər Allah təminatı altındadır. İslam həm də yaşanan və yaşadan bir həqiqətdir. Bu həqiqətin yaşayıb yaşatması isə, əməlisaleh və imanlı bəndələrin qeyrətindən asılıdır. Onlar: «Sizdən əvvəl insanların başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz?» (Bəqara 214) Rəbb kəlamının pərdəarxası hikmətini iman və bəsirət gözü ilə görüb, ona felən əməl edənlərdir. Onlar Allah, Peyğəmbər(ə) və Quran əxlaqı ilə əxlaqlanıb həz.Məhəmmədi özlərinə örnək edənlərdir. Zira deyilib: «Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir» (Əhzab 21). Bu nümunəni yaşadıb, onu gələcək nəslə bir əmanət kimi ötürənlər isə Əshabi-Kiramdır. Əshabi-Kiram Məhəmməd(ə) ümmətinin ən üstünü, Peyğəmbər(ə)-yə iman gətirib, onun mübarək üzünü görənlərdir. Onlara Əshabi-Kiram deyilir. Əshab, səhabə sözünün cəmi olub dostlar, rəfiqlər, tələbələr mənasını ehtiva edir. Əshab barədə Peyğəmbər(ə) buyurub: «Allahdan qorxun, Əshabi-Kirama pis söz deməyin. Məni sevdiyiniz qədər onları da sevin. Bilin ki, Uhud dağı ağırlığında qızıl sədəqə də versəniz, onların ən kiçik savabına belə yetişə bilməzsiniz». Əshabın ən üstünü Hudəybiyədə (628 il) Rəsulu-Əkrəmə biət edib, söz verənlərdir. Belə ki, Əshabi-Kiramdan 1400 nəfər Hudeybiyədə Səmurə adlı ağacın altında Allah Rəsuluna belə dedi: «Ya Peyğəmbər! Allah sənə zəfər ehsan edənə qədər, şəhid olana qədər mübarizə aparmağa söz veririk». Quran bu hadisəni belə açıqlayır: "(Ya Peyğəmbər!) And olsun ki, ağac altında sənə biət etdikləri zaman Allah möminlərdən razı oldu. Allah onların ürəklərində olanı (Sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi. Onlara öz dərgahından xatircəmlik, rahatlıq göndərdi" (Fəth 18). Hudəybiyə andlaşmasında iştirak edən 1400 nəfərin ən üstünü Əshabi-Bədrdir. Sayı 113 nəfər olan Əshabi-Bədr, Bədr döyüşünün (623 il) iştirakçıları olublar. Döyüşdən qabaq həz.Peyğəmbər belə dua edib: «Ya Rəbb! Mənə vəd etdiyin yardımı bu gün lütf et! Allahım, əgər bu insanlar şəhid olsalar, Yer üzündə Sənə ibadət edəcək kimsə qalmayacaq». 113 nəfərin ən üstünü isə İslamı ilk qəbul edən 40 müsəlmandır. Bu 40 nəfərdən də ən üstünü Cənnətə girəcəkləri sağlıqlarında bəyan edilən 10 nəfərdir. Onlara Aşərai Mubəşşəra deyilir. Aşərai Mubəşşəra Peyğəmbər(ə) tərəfindən hələ sağlığında Cənnətlə müjdələnən 10 nəfər bunlardır: 1) Əbu Bəkr; 2) Ömər; 3) Osman; 4) Əli; 5) Talha, 6) Zubəyr bin Avvam; 7) Abd Rahmən bin Avf; 8) Sad ibn Əbu Vəqqas; 9) Said bin Zəid; 10) Əbu Ubəydə bin Cərrah. həz.Ömər deyib: «Xəlifə olmağa bu on nəfərdən layiqlisi yoxdur. Çünki Rəsulu Əkrəm onlardan daha çox razı idi». Təsadüfi deyil ki, bu on nəfərdən 4-ü xəlifə olub. Digərləri barədə isə buyurulub: «Hər peyğəmbərin bir həvarisi var. Mənim də həvarim Zubəyr bin Avvamdır» (həz.Məhəmməd); «Rəsulu Əkrəmin: „Heç kimə atam-anam sənə fəda olsun“ — söylədiyini eşitmədim. Həz.Peyğəmbər yalnız Uhud döyüşü günü (625 il) Sada dedi: „Atam-anam sənə fəda olsun, (ox) atmağa davam et“ (həz.Əli); „Hər ümmətin bir əmini var. Mənim ümmətimin əmini də Ubəydə bin Cərrahdır“ (həz.Məhəmməd); „həz.Peyğəmbərdən eşitdim: “Talha və Zubəyr Cənnətdə mənimlə qonşudurlar» (həz.Əli); Peyğəmbər(ə) isə buyurub: «Yer üzündə canlı şəhidə baxmaq istəyən Talhaya baxsın» (Bir döyüşdə Talha 70-dən artıq yara aldı. Həmin səbəbdən ona canlı şəhid deyilib). «Aşərai Mubəşşəra»dan dörd xəlifə Hələ sağlığında Cənnətlə müjdələnən Əbu-Bəkr İslam dövlətinin ilk xəlifəsidir (632-644). O, həz.Peyğəmbərin ən yaxın dostu və qaynatası, söz və əməlilə Allah Rəsuluna ən sadiq adamlardan biri olub. «Mən Allah və Peyğəmbərə itaət etdikcə, siz də mənə itaət edin. Əgər mən Allah və Peyğəmbərə itaət etməsəm, siz də mənə itaət etməyin» kəlamı, həz.Əbubəkrin inauqurasiya (biət) mərasimindəki çıxışındandır. Sağlığında Cənnətlə müjdələnən həz.Ömər, həm də ikinci xəlifə olub (634-644). Həz.Ömər müstəsna ədalət və təşkilatçılıq qabiliyyətinə malik bir dövlət başçısı olmaqla yanaşı, həm də Peyğəmbər(ə)-nin qaynatası idi. Onun təşkilatçılıq qabiliyyətini İslamşünas akademik Bartold belə səciyyələndirib: "Ömər həz.Məhəmməddən də artıq təşkilatçı idi". «Məndən haqlarını tələb edəndən Allah razı olsun» — kəlamı da həz.Ömərə məxsusdur. Mənbələrə görə, mədinəli münafiqlər həz.Ömərin ədalətini sınamaq üçün xəlifəyə söz verdilər ki, onun xəstə oğlunu sağaldacaqlar. həz.Ömər bu vədə inanıb, oğlunun müalicəsini onlara həvalə etdi. Münafiq xəstəni evinə aparıb, şərabla sərxoş edəndən sonra qızını ona təqdim etdi. Xəlifənin oğlu gecə nə baş verdiyini yalnız səhər anladı. Lakin artıq gec idi. Zaman keçdi və hamilə olan münafiqin qızı doğdu. Münafiq qızı və nəvəsini götürüb həz.Ömərdən ona sahib çıxmasını tələb etdi. Məsələnin doğruluğuna əmin olan xəlifə, şəriətin tələbinə görə, oğluna 100 çubuq vurulmasını əmr etdi. 40 çubuqdan sonra gəncin halı xarablaşdı. Səhabənin israrlı xahişini rədd edən həz.Ömər cəzanın tamamlanmasını tələb etdi. 80 çubuqdan sonra onsuz da xəstə və zəif olan gənc öldü. Xəlifə meyitə daha 20 çubuğun vurulmasını əmr edib, ağlaya-ağlaya dedi: «Görəsən, atalıq vəzifəmi yerinə yetirib, onu axirət əzabından xilas etdimmi?» Həz.Ömər aldığı qılınc yarasından öləcəyini hiss edib, sağlığında Cənnətə layiq bilinən Said bin Zəyd, Sad ibn Vəqqas, Abd Rəhman bin Avf, Talhə, Zubəyr, Osman və Əlinin xəlifəliyə layiq olduğunu dedi. Lakin Said bin Zəyd həz.Ömərin nəslindən olduğu üçün xəlifə onun namizədliyinə razılıq vermədi. Sağlığında Cənnətə layiq bilinən, lakin rumlularla döyüşdə həlak olan Əbu Ubəydə barədə isə həz.Ömər buyurdu: "Ölməsəydi, o da xəlifəliyə layiq idi". Sağlığında Cənnətlə müjdələnən həz.Osman həm də üçüncü xəlifə olub (644-656). Quranın vahid kitab halında tərtib edilməsi həz.Osmanın xidmətlərindəndir. Peyğəmbər(ə) buyurub: "Əgər qırx qızım olsaydı, onların hamısını bir-birindən sonra (biri öləndən sonra digərini) Osmana verərdim". Yeri gəlmişkən, Məhəmməd(ə)-nin bir qızı (Ruqayyə, v.e. 624) həz.Osmanda ərdə ikən vəfat etdikdən sonra Peyğəmbər(ə) ikinci qızını (Gülsüm, v.e. 631) da ona verib. Sağlığında Cənnətlə müjdələnən həz.Əli İslam dövlətinin dördüncü xəlifəsi olub (656-661). Əli kəramət, səxavət, ibadət, mərdlik, sadəlik və idrak rəmzidir. Onun «Nəhcül-Bəlağa» kitabı İslam aləmində müqəddəs Qurandan sonra ikinci kitab sayılır. Peyğəmbər(ə) sevimli qızı Fatiməni (v.e. 633) həz.Əliyə vermişdi. həz.Məhəmməd buyurub: "Əli haqqında pis söz söyləyən, bunu mənim haqqımda söyləyir. Mənim haqqımda pis söz söyləyən isə, Allaha pis söz söyləyənə bərabərdir. Allah da o kimsəni üzüqoylu Cəhənnəmə atar". "Əli olmasa idi, mən həlak olardım" kəlamı həz.Ömərə məxsusdur. Allah dörd xəlifəni sevməyi əmr edib Peyğəmbər(ə) özündən sonra İslam dövlətinə 29 il xəlifəlik edən bu dörd cənnət-məkan barədə ümumiləşdirdiyi bu tərifi verib: «Mən elmin şəhəri, Əbu-Bəkr bu şəhərin təməli, Ömər divarı, Osman tavanı, Əli də qapısıdır. Əbu Bəkr İslamın tacı, Ömər bəzəyi, Osman cövhəri, Əli gözəl qoxusudur. Allah namazı, orucu, zəkatı, həcci fərz etdiyi kimi, Əbu Bəkri, Öməri, Osmanı və Əlini sevməyi də əmr edib». Yeri gəlmişkən, Peyğəmbər(ə)-nin Əshabi-Kiram və Rəşidi-xəlifələr barədə söylədiyi kəlamlar təriqətindən asılı olmayaraq, İslam dini və onun tarixindən danışan hər bir din xadimi üçün bir örnək olmalıdır. «Bilin ki, Uhud dağı ağırlığında, qızıl sədəqə də versəniz, onların ən kiçik savabına belə yetişə bilməzsiniz». Yurdumuzdan başqa, hansı yurddan düşməni qovacağıq? Əshabi-Kiram istər Peyğəmbər(ə) sağlığında, istərsə də onun vəfatından sonra İslamın beş varlıq qayəsini təmin edən cənnətməkan varislər olub. Bu baxımdan, Məkkəni həz.Məhəmmədin fəth etməsilə İslam dövlətini yaratması, Qüdsün həz.Ömərin rəhbərliyilə müşriklərdən azad edilməsi, Həz.Əbu Bəkrin siddiqliyi, Həz.Əlinin kəramət və elmi nəinki müsəlman aləmi, hətta bütün bəşər üçün bir örnək olmalıdır. «Nə qədər ki, Allah evi (Beytül Müqəddəs) düşmən torpağı altındadır, mən sarayda yox, hərbi çadırda yaşamalıyam» Sultan Səlahəddin Əyyubi əqidə və əməli, Allahın Əhad və Samədliyinə, onun sonuncu Peyğəmbərinə iman gətirən və parçalanmış Almaniyanı vahid və qüdrətli dövlətə çevirən O.Bismarkın və daha neçə-neçə bəxtəvər Allah qullarının əməlləri bizim üçün nümunə mənbəi, dərslik və ibrət olmalıdır. İbrət olmalıdır ona görə ki, həmin əməli salehlərdən fərqli olaraq, sələflərimiz və biz 200 il ərzində ərazisi 410 min kv.km olan Azərbaycan adlanan məmləkətin parçalanmasına biganə qalıb, Rəbb əmanətinə xəyanət etmişik. Və nəticədə «Vətən imandandır» kəlamı iman, elm, iradə vəhdətindən uzaqlaşdığı üçün, sadəcə bir deyim olub. «Yurdunuzdan başqa, hansı yurddan düşməni qovacaqsınız?» (həz.Əli) kəlamını reallaşdırmayan bəzi «fağırlar» isə bu rüsvayçılıqdan qurtarmaq üçün Allahdan ölüm istəsələr belə, Allah bu ölümü şərəfli ölüm kimi qəbul etməz. Belələri unudurlar ki, məşhərdə sorğu-sual, xəcalət və nəhayət axirətdəki yer, ölümdən də betər ölümdür. Görəsən, sırf dünyaya və dünya malına uyanlar dərk edirlərmi ki, belə getsə canlarından artıq sevdikləri övlad, mal və mülkləri düşmənə qismət olmaqla yanaşı, özləri də axirət əzabından xilas olmayacaqlar?! Doğrudur, Peyğəmbər(ə) şəfaəti haqdır. Lakin Allah əmanətlərinə xəyanət edən bir quruma çox vaxt o şəfaət də kömək etmir. Çünki, şəfaətin bilavasitə sahibi Allahdır. Səhih hədisə görə: «Qiyamət günü cəza veriləcək ümməti barədə həz.Məhəmməd Allaha dedi: „Ya Rəbbim, onlar mənim ümmətimdir“. Rəbb buyurdu: „Bilmirsən onlar səndən sonra nələr etdilər. Onlar doğru yoldan dalı-dalı çəkildilər“. Allahım, dalı-dalı çəkildiyimiz mövqeləri geri qaytarmaq üçün iman, elm və qeyrət atlarımızı şahlandır. Amin! Vaqif Cəliloğlu Bakı xəbər.- 2010.- 3 may.- S. 12.
['cənnət', 'saleh əməl', 'cənnətlə müjdələnənlər']
567
https://kayzen.az/blog/elektron-biznes/22008/az%C9%99rbycanda-marketplace-biznes-modeli.html
Azərbycanda “Marketplace” biznes modeli
kayzen
elektron biznes
5 iyun 2018, 11:02
“Marketplace”  – Məhsul və xidmətlərin çoxsaylı müxtəlif şirkətlər tərəfindən təqdim edildiyi onlayn alış-veriş saytıdır. Avropa, ABŞ və Çində çox geniş yayılmış bu biznes modeli Unimall.az sayəsində artıq Azərbaycanda da populyarlıq qazanır. “Marketplace” modeli sayt ilə əməkdaşlıq edən şirkətlərə nə qazandırır: Fiziki mağaza açmadan onlayn biznes qurma imkanıMarketinq xərclərinə qənaətAlıcı qarşısında güvənSpesifik hədəf kütləsinə çatma imkanı Biznes sahibləri üçün əməkdaşlıq təklifi! UniMall.az topdan və pərakəndə satışla məşğul olan mağazalarla müştəriləri birləşdirən, sürətli və qısa vaxtda alış-veriş imkanı yaradan unikal onlayn ticarət səhifəsidir. Zamandan və məkandan asılı olmayaraq daha rahat alış-veriş etmək imkanı yaradan UniMall.az internet səhifəsi istifadəçilərin məhsul və xidmətlər haqqında daha asan, sürətli məlumat əldə etməsini təmin edir, onların internet vasitəsilə alış-veriş edərək vaxtlarına qənaət etmələrinə imkan yaradır. Mağaza və müştəriləri bir araya gətirən bu səhifədə çoxsaylı kateqoriyalarda  50 000-dən çox məhsul təqdim olunur. UniMall.az alıcılara sevdikləri mağazalarda olan yeni kolleksiya, endirim və aksiyalar haqda daim məlumatlı olmaq imkanı verir. Burada alıcılar mağazaların təqdim etdiyi geniş çeşiddə məhsulları öz zövqlərinə uyğun və  münasib qiymətlərlə əldə edə bilərlər. Müştərilərə onlayn və qapıda nağd ödəmə kimi imkanlar verən sayt, ev və ya ofisinizi tərk etmədən sifariş etdiyiniz məhsulları ən qısa zamanda istədiyiniz ünvana çatdırılmasını təmin edir. Unimall.az mağazası olan və orijinal məhsullarının onlayn platformada satışını təmin etmək istəyən şirkətləri də əməkdaşlığa dəvət edir.  Qeyd edək ki, şirkətlər sayt vasitəsilə yalnız öz mağazalarında mövcud olan məhsulları deyil, həm də sifarişlə gətirilə bilən məhsulları satışa çıxara bilərlər. Satıcılar istifadəsi çox asan olan xüsusi idarəetmə paneli vasitəsilə öz məhsul  və satış kampaniyalarını fiziki mağazalarında olduğu kimi idarə bilirlər. UniMall.az “Mudo Concept”, “Dekorjinal”, “Barizza”, “Sarev”, “Natural halı”, “United Sport”, “Azərmotors”,  “MB Motors”, “Ali&Nino”, “Kitabevim”, “Perfume House”, “KeproShop”, “Note Cosmetics”, “Kryolan”, “2Təkər”, “Solido”, “Ofisait”, “Çiçek Hazır”, “Gül Dünyası”, “RS Mobile” və digər tanınmış 100-dən artıq şirkətlə əməkdaşlıq edir. Əgər siz də öz mağazanızı UniMall.az saytında görmək istəyirsinizsə qeydiyyatdan keçməyə tələsin! Əməkdaşlıq pulsuzdur! Sorğu anketini doldurmaq üçün — https://unimall.az/partnyor-olmaq-sorgusu. Ətraflı məlumat – 070 303 95 95. Ümid edək ki, Azərbaycanda elektron ticarət və xüsusilə də onun marketplace modeli inkişaf edəcək.
['elektron kommersiya', 'şoppinq', 'unimall.az']
568
https://kayzen.az/blog/kino/21967/kino-tanr%C4%B1s%C4%B1n%C4%B1n-son-m%C3%BCsahib%C9%99si.html
Kino tanrısının son müsahibəsi
Apollon
Kino
3 iyun 2018, 12:04
Andrey Tarkovskinin 1986-cı ildə Fransız jurnallarından birinə verdiyi son müsahibəsi... – Mənim sonuncu iki filmim öz təəsüratlarımın əsasını təşkil edir. Bu filmlər nə uşaqlıqla, nə də keçmişdə olan nələrləsə əlaqəli deyil, xeyr. Filmlər daha çox bugünün təzahürüdü. Yəni, bu filmlər mənim reallığımdır. “Təəsürat” sözünə diqqət etməyinizi istəyirəm. Uşaqlıq xatirələri heç vaxt insanı sənətkar etmir. Sizə Anna Axmatovanın uşaqlıq dövrünə aid olan hekayələrini oxumağı tövsiyyə edərdim. Uşaq vaxtı insanın baxış bucağı dəfələrlə dəyişir. Bu yaxında mənə psixoloqdan bir məktub gəldi. O mənim işlərimi mənə psixi metodlarla anlatmağa çalışırdı. Sənətə bu cür yanaşmaq mənim zənnimcə çox primitivdi. Film incəsənət ola bilməz. Bu absurd səslənir. Hər sənətkar özündən sonra həyatda özünə aid nəsə bir həqiqət buraxır. Və bu hissə onu əbədiləşdirir. İdeya axtarışı kəliməsi isə sənətkar üçün bir növ təhqirdi. Bu meşədə göbələk yığmağa bənzəyir. Onları da bəzən tapmaq olur, bəzən yox. Hətta Pikasso da bu haqda demişdir ki, “Mən axtarmıram. Mən tapıram”! Mənim fikrimcə sənətkar axtarmaz. Sadəcə işə başlayar… Sənətkar həyatda öz həqiqətləri olan insandı. O əmin olmalıdı ki, onun sənəti, gördüyü iş həqiqətdir, reallığa uyğundur. Mən sənətdə “eksperiment” anlayışının əleyhinəyəm. Bu üslübda nə gəldi iş görənlər və işlərini “avanqard” üslubu kimi təqdim edənlər yalançı, işləri isə yalandı! Heç kim bilmir gözəllik nədir. Hər insanın bu haqda öz düşüncəsi var. Bu, zaman etibarı ilə, filosofların mübahisələri ilə hər dəfə öz tərifini dəyişir. Və bu məni düşünməyə vadar edir ki, deyəsən əsl gözəllik insanların onu gördüyü anlamlarda deyil, tamam başqa bir yerdə simvoldu, gizlənib və kəşfini gözləyir. Məncə gözəllik həqiqətin simvoludu. Mən bunu “Yalan və həqiqət” mənasında demirəm, yox. Həqiqət sadə bir məntiqə söykənir. Gözəllik bu baxımdan həqiqətdir. Çünki, heç bir tərif filan lazım olmadan sadəcə həqiqidir. İnsanların gördüyü gözəllik, misal olaraq Pikassonun bütün qadın rəsmləri. Onlar heç biri həqiqətə uyğun deyil. Bu mənada belə deyək ki, Pikasso özü gözəlliyi həqiqətdən ayıraraq onu məhv edib. Bu çox çətin bir mövzudu və sözlə başa salmaq çətindi. Gözəllik bir möcüzədir. Sadəcə insan bu möcüzəyə şahidlik etməyi bacarmır. Məncə insan yaşamaq üçün yaranıb. Və dediyim ki, həqiqətdi onun tutmalı olduğu yol. Məhz buna görə insan yaradır. Bəzən bunu həqiqət uğrunda edir. “Niyə yaradır, kim üçün yaradır?” kimi suallara cavab yoxdu. Əsl sənətkar təkcə hansısa bir obrazı deyil, bütün dünyanı yaratmağı bacarmalıdı. Bu dünyada o həqiqəti əks etməlidi. Sizdən bir balaca yuxarıda olan qəlbinizlə kontakt yaratmağı bacarmaq lazımdı. Orda bəlkə də möhtəşəm bir əsər yatır. Onu tapmaq lazımdı, üzə çıxartmaq lazımdı. Budur dahilik!* Vaxt var idi məni öyrədənləri müəllim sayırdım özümə. Amma indi tamam ayrı fikirdəyəm. Məni öyrədənlər hamısı dəlilər olub. Onları hərə bir cür təqdim edir, təsvir edir. Amma mən onlara “Tanrının dəliləri” deyərdim. Həmin dəlilərdən misal olaraq Lev Tolstoy, Bax, Leonardo Da Vinçi, Robert Bressonu kimi sənətkarların adlarını çəkə bilərəm. Niyə dəli adlandırıram onları? Çünki, onlar öz başlarında heç vaxt heç nə axtarmırdılar. Onlar başları ilə yaratmırdılar. Onlar məni həm qorxudur, həm də ilham verirlər. Onların sənətini qətiyyən anlamaq olmaz. Minlərlə səhifələr yazılıb haqqlarında, amma yenə heç kim heç nə anlada bilməyib. Şükür Allaha ki, elə anlada bilməyiblər. Bu bir daha təsdiq edir ki, möcüzələr anlaşılmaz olur. Azadlıq, xüsusən sənət baxımından olan azadlıq anlaşılmazdı. Bəli müxtəlif dövlətlərdə, müxtəlif insanlar öz böyük və ya kiçik azadlıqlarında yaşayırlar. Amma gəlin bir şeyi unutmayaq ki, hətta ən iyrənc şəraitdə belə ifadəolunmaz azad ruhlu və böyük insanlar olublar. Məncə azadlıqda seçim olmur. Azadlıq– mənəvi haldı. Məsələn sosial və ya siyasi cəhətdən tam “azad”, amma qəlbən özünəqapanmış, qorxaq olmaq. O ki qaldı sənət azadlığına, bu haqda isə ümumiyyətlə mübahisə etməyə dəyməz. Heç bir sənət növü azadlıqsız mövcud ola bilməz. Mənbə: Film Fiction N3
['kino', 'rejissor', 'rus rejissor', 'Andrey Tarkovski']
569
https://kayzen.az/blog/Quran/21995/quran-h%C9%99m-d%C9%99-d%C3%B6z%C3%BCml%C3%BCl%C3%BCk-n%C3%BCmun%C9%99sidir.html
Quran həm də dözümlülük nümunəsidir
Apollon
Quran
3 iyun 2018, 11:59
Monoteist dinlərin hamısında olduğu kimi, İslamda da fərd və millətin ən ümdə və ülvi vəzifəsi Rəbb kəlamlarını felən icra etməklə dinin varlıq qayəsini qorumaqdır. Fitratdan verilən bu dəyərləri qorumayan bəndə hansı dinə etiqad etməsindən asılı olmayaraq, formal olaraq özünü inanclı bəndə kimi təqdim edə bilər. Dinin tələb etdiyi qayələrin əmələ çevrilmədiyi bir bölgədə isə dindən yox, sadəcə formal olaraq hər hansı yəhudidən, xristiandan və müsəlmandan söhbət gedə bilər. Halbuki Rəbbimiz bəndəsinin nazil etdiyi dinə uyğun inanclı xəlifə olmasını istər. İslamda dinin varlıq qayəsi aşağıdakı təməl haqq və azadlıqların gerçəkləşdirilməsindən ibarətdir: 1) yaşamaq haqqı olan canının qorunması (dinindən, irqindən, dilindən, baxışlarından asılı olmayaraq hər bir ölkə vətəndaşının dövlət mühafizəsi altında olması), 2) düşüncə və söz azadlığının qorunması, 3) insan kimi yaşamasını təmin edən malının qoruması (ölkənin yeraltı, yerüstü sərvətlərinin hər hansı müdaxilədən mühafizə edilməsi), 4) hər bir vətəndaşın, icmanın dininin qorunması, 5) soy və tarixini davam etdirən nəslinin yaşamaq haqqının təminatı (gələcək nəslin qorunması). Qeyd edək ki, Peyğəmbər(ə) dövlətçiliyi dövründə ciddi qorunan bu təməl prinsiplər tarixən uzun və keşməkeşli yol keçdikdən sonra yenidən formalaşaraq, müasir beynəlxalq hüquq və ölkə konstitusiyalarda "Əsas İnsan və Ölkə Hüquqları və Azadlıqları" kimi təsbit edilib. Quranda qorunması vacib olan bu 5 prinsipin dünyəvi qanunlarla qorunmasına ilk təşəbbüs ilk vəhyin nazilindən yalnız 605 il sonra baş tutub. Belə ki, ilk dəfə 1215-ci ildə İngiltərə Ali Xartiyasında yazılıb: «Biz Allahın iradə və istəyini yerinə yetirmək məqsədilə qərara aldıq ki, hər bir insan yaradılışdan maddi və mənəvi dəyərlərə malikdir. Onların qorunması və inkişafı üçün dövlət və cəmiyyət məsuliyyət daşıyır». Bundan 572-il sonra, yəni 1787-ci il ABŞ Konstitusiyasının yaradıcılarından biri olan A.Homilton insan haqlarının yaradılışdan gəldiyini nəzərə alaraq, həmin dəyərləri hətta Ali Qanunda yazmağa lüzum görmədi. Quran hikmətindən doğan bu prinsiplərin qorunması barədə İnsan və Vətəndaş Hüquqları Bəyannaməsinin (1789, Fransa) Preambulasında isə deyilir: «Biz Allah qarşısında və Onun köməyilə yaradılışdan gətirilən insan azadlıqlarını tanıyırıq. Bu hüquqlara hörmət etməyən, ona qarşı çıxan hər kəs cəmiyyətin bədbəxtliyi və dövlətin çürüməsinə gömək edir». Sonralar bu haqqlar BMT tərəfindən vacib bir tələb olaraq BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsində (10 dekabr, 1948) beynəlxalq sənəd kimi qəbul olundu. Təəssüflə qeyd edək ki, bu azadlıqların istər səməvi kitablarda (xüsusən Quranda), istərsə də sonradan beynəlxalq sənədlərdə yer almasına baxmayaraq, hələ də dünyada irq, din, dil və düşüncə tərzinə görə diskriminasiyalar kifayət qədərdir. Məlumdur ki, İslamın 5 varlıq qayəsinin qorunmasında ölkənin suverenliyinə xidmət edən müdafiə tədbirlərilə yanaşı, həm də mənəvi-əxlaqi dəyərlərin xüsusi rolu var. Bu dəyərlərdən ən vacibi dözümlülük və tolerantlıqdır. Çünki öz dəyərlərinə hörmət edən və onların qorunmasına mükəlləf olan hər bir şəxs, başqa birisinin də inanc və düşüncələrinə hörmət etməli, onlara dözümlü yanaşmalıdır. Başqa sözlə, öz dininin müqəddəsliyini görmək istəyən bəndə başqasının inancına xələl gətirməməlidir. Hətta qarşı tərəf kafir, ateist olsa belə. Bu, Rəbb tələbidir: «Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər» (Ənam, 108). Ümumiyyətlə, Qurani-Kərimdə dözümlülüyü reallaşdıran əxlaqi prinsiplər bilavasitə və ya dolayısı ilə əmr və tövsiyə şəklində verilib. Bunlardan bəzilərinə nəzər salaq. "(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, təkzib olunmaz dəlillərlə), gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl tərzdə davran" (Nəhl, 125); «Dində zor işlətmək yoxdur». (Bəqara, 256) ayələri İslamın digər din və inanc sahiblərinə münasibətini ortaya qoyur. Təsadüfi deyil ki, sonuncu mükəmməl din olan İslam, yarandığı vaxtdan bu günə kimi zorən müsəlmanlaşdırmağa lüzum görməmişdir. İslam müsəlmanların fəth etdiyi torpaqlarda yaşayan heç kimi zorla İslama dəvət etməmişdir. Hər kəsi öz inancında sərbəst buraxan bu din, nələrin haq və batil olduğunu göstərməklə kifayətlənmişdir. Vaxtı ilə müsəlman dövlətinin idarəsi altında yaşayan qeyri müsəlmanların da, Azərbaycan daxil olmaqla bəzi çağdaş İslam ölkələrinin də bu prinsipə sadiq qalmaları deyilənlərin bariz nümunəsidir. Vurğulanması vacibdir ki, inanca və dinə qarşı zor işlətməmək əmri İslamın zəif olduğu dövrdə yox, onun siyasi, sosial və hərbi gücə sahib olmasından sonra nazil olub. «Dində zor işlətmək yoxdur» ayəsinin nazil olama səbəbi də çox maraqlı və ibrətamizdir. Təbəri (v.e. 923) və İbni Kəsirdən (v.e. 1377) gələn qaynağa görə, bu ayə ənsardan (Ənsar-Məkkədən hicrət etdiyi zaman Həz.Peyğəmbəri yaxşı qəbul və ona yardım edənlərə verilən ad) Əbul-Hüseynlə əlaqəlidir. Belə ki, xristian tacirlərilə sıx əlaqədə olan Əbul-Hüseynin iki oğlu xristianlığı qəbul etmişdi. Bu isə Əbul-Hüseyni çox darıxdırırdı. Heç bir tədbirin fayda vermədiyinə əmin olan Hüseyn əhvalatı Həz.Peyğəmbərə danışır. Bundan sonra atanın sıxıntısına son qoyan və övladların xristianlığı seçməsində sərbəst olduğunu bildirən «Dində zor yoxdur» ayəsi nazil oldu. Məlum ayəni şərh edən Əlmalılı Məhəmməd Həmdi (v.e. 1942) daha irəli gedərək deyib ki, burada yasaqlanan zor, güc yalnız dinin qəbulu ilə əlaqəli deyil, din həm də istənilən sahədə insana güc tətbiq edilməsini qadağan edir". Deməli, ayənin müasir təfsirlərindən biri də insan şərəf və ləyaqətinin alçaldılmasınınəqətiyyən yolverilməzliyidir. İslami əxlaqda dözümlülüklə yanaşı əfv etmək də çox önəmlidir. «Bilərəkdən və ya bilməzlikdən haqsızlıq edən, səhf və günah işlədən adamı bağışlamaq, cəzalandırmamaq» anlamını verən əfv, vətəndaş həmrəyliyini təmin edən mühüm dəyərlərdən biridir. Bu barədə Rəbbimiz buyurub: "(Ey möminlər!) Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, həsəd üzündən sizi iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər. Allahın əmri gəlincəyə qədər həmin şəxsləri əfv edin və onları qınamayın (dözümlü olun, onlardan üz çevirməyin)" (Bəqara, 109). Məlumdur ki, İslamdan qabaqkı Cahiliyyət dövründə pisliyə pisliklə cavab vermək qəbul edilmiş bir qayda idi. Bunun əksinə davranış zəiflik və acizlik kimi dəyərləndirildiyi üçün insanlar əfv etmək əvəzinə, çox vaxt cəzalandırmağa üstünlük verirdi. Qurani-Kərimə görə, bir pisliyin qarşılığı ona bərabər bir cəzadır və bu, ədalətin ölçüsü olsa da, bağışlamaq daha yaxşıdır: «Hər bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir» (Şura, 40). Həmin səbəbdən Peyğəmbər(ə) pislik edənlərə qarşı münasibətini «Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et» (Ərəf, 199) prinsipi üzrə qurmuşdu. «Allahdan qorxan kimsələr qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər» (Ali-İmran, 134) ayəsi isə nəfsin dərinliklərindən «vuracam, yıxacam» təhdidlərilə coşa-coşa gələn qəzəb selini boğmağın böyük ərlik, üstünlük, fəzilət olduğunu ortaya qoyan barış düsturudur. Bu baxımdan xalqımızın «yamanlığa yaxşılıq nər kişinin işidir» məsəli ilə üst-üstə düşən Quranın: «Rahmənin (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə gəzər, cahillər onlara söz atdıqları zaman (onları incitməmək üçün) salam verərlər» (Furqan, 63) ayəsi, dini və dünyəvi dözümlülüyün vəhdətinə sahib olan Azərbaycanın məxsusi dəyəri kimi qiymətləndirilə bilər. Lakin barış, sülh, əmin-amanlıq dini olan İslam bununla kifayətlənmir. Rəbbimiz buyurub: «Yaxşılıqla pislik eyni ola bilməz! Sən pisliyi (yaxşılıqla) dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən!» (Fussilət, 34). Göründüyü kimi, ayə düşməni dost etməklə ölkə daxilində vətəndaş həmrəyliyinin və ölkənin digər ölkələrlə dostlaşmasının açarıdır. İfrata varılmayan belə dözümlülüyün adına helm də deyilə bilər. Qəzəbin əksi olan helm mülayimlik, səbirli olmaq, əndazəni aşmamaq, haqqa uyğun davranmaq kimi terminləri əhatə edir. Helm həm də əlində ixtiyarı var ikən tələsik qərar verməmək, əks fikirli tərəfi əfv etmək anlamlarına uyğun gəldiyi üçün onu əsla şəxsin öz azadlıqlarından imtinası kimi qəbul etmək olmaz. Çünki fitratdan gətirdiyi haqları qoruya bilməyən bəndənin başqasının haqqlarına dözümlü olmasının dəyəri küləyin apardığı saman çöpünün dəyəri qədərdir. "Əgər Allah istəsəydi, onlar müşrik olmazdılar. Biz səni onların üzərində gözətçi qoymamışıq və sən onların vəkili də deyilsən!" (Ənam, 107) ayəsi Peyğəmbər(ə)-nin vəzifəsinin nədən ibarət olduğunu bəyan edir. Peyğəmbərlərin vəzifəsi nəzarətçi, vəkillik, kiminsə işinə müdaxilə yox, ancaq vəhyə tabe olmaq və onu təbliğ etməkdir. Vəhy isə haqqı təbliğ etməklə yanaşı, həm də hər hansı zorakılığı, güc tətbiqini qadağan edir. Əgər Allah batil (pis, çirkin) bir şeyin olmamasını istəsəydi, bunu edərdi və peyğəmbərləri də göndərməzdi. Peyğəmbərlərin əsas işi insanlara təməl haqqlarını tanıtmaqdır. Yuxarıda qeyd edildiyi kimi, dözümlülüyün vacibliyini əmr və tövsiyə edən Quran onun ifratından da çəkinməyə çağırır. Bunu: «Elə isə (Ya Peyğəmbər!) qoy onlar vəd olunduqları günə qovuşanadək (batil əməllərinə) dalsınlar və oynayıb-əylənsinlər!» (Məaric, 42) ayəsi də təsdiq edir. Quranda zikr olunan dözümlülük qarşı tərəfə itaət etmək deyil: «Kafirlərə və münafiqlərə itaət etmə. Onların əziyyətverici sözlərinə əhəmiyyət vermə, Allaha bel bağla. Allahın sənə vəkil olması kifayət edər» (Əhzab, 48). Beləliklə, Rəbbimizin buyurduğu kəlamlardan göründüyü kimi dinimiz tarix boyu insan şəxsiyyətinə, haqq və azadlıqlarına hörmət bəsləmiş, dini, irqi, dili, baxışlarından asılı olmayaraq insanlar arasında sülh, əminamanlıq, dözümlülük, tolerantlıq kimi əxlaqi dəyərlərin bərqərarı üçün lazım olan hər şeyi ehtiva etmişdir. Dinimiz çağdaş zamanda bəzi qərəzli məqsədlərlə uydurulan «islam terrorizmi», «islam təcavüzü», «islam qorxusu» kimi cəfəng iftiraları da rədd edir. Dinimiz həm də "İslam" və «Müsəlman» terminlərini eyniləşdirənləri «oxu və dərkə» dəvət edir. Dəvət edir ki, Rəbbimizin son və şah əsəri olan İnsan fitratdan gətirdiyi dəyərlərlə öz məxsusluğunu fəxrlə təqdim etsin. Vaqif Cəliloğlu Bakı xəbər.- 2010.- 18 oktyabr.- S. 15.
['islam dini', 'Qurani-Kərim', 'Quran əxlaqı', 'Quran']
570
https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/21974/seyid-mirbabayev-%7C-xan%C9%99nd%C9%99nin-taleyi.html
Seyid Mirbabayev | Xanəndənin taleyi
Apollon
böyük musiqiçilər
3 iyun 2018, 11:05
Mədəniyyət tariximizdə elə sənətkarlar olub ki, xalq onlara sevgisindən, bəzən də digər səbəbdən haqlarında rəvayətlər yaradıb. Həyatı əfsanələr haləsinə bürünmüş belə sənətkarlardan biri də xanəndə Seyid Mirbabayev olub. Seyid Mirbabayev (əsl adı Mir Tağı olub) 1867-ci ildə Bakıda anadan olub. Dindar ailədə böyüyür. Mədrəsə təhsili alır. Erkən yaşlarından dini məclislərdə yaxından iştirak edir. Xeyli vaxt atası və böyük qardaşı kimi mərsiyəxanlıqla məşğul olur. Sonralar musiqiyə maraq göstərir, xalq məclislərində xanəndə kimi çıxış edir. Çox keçmir, məlahətli və şaqraq səsi ona şöhrət qazandırır. Ötən əsrin əvvəllərində Bakının musiqi həyatında çox tanınır. Teatr tamaşalarının fasilələrində və Şərq konsertlərində mahir müğənni kimi çıxış edir. 1906-cı ildə o, Riqanın “Qrammofon” şirkətindən dəvət alır. Həmin il Riqaya gedərək səsini qrammofon vala yazdırır. Həmin vallar Avropanın bir çox şəhərlərinə yayılır. Bundan sonra xanəndənin şöhrəti dillər əzbəri olur. Bakının zəngin ailələri bir-birinin bəhsinə onu övladlarının toyuna dəvət edirlər. Deyilənə görə, Hacı Zeynalabdin Tağıyev də Seyid Mirbabayevin pərəstişkarı olub. Onu tez-tez evinə dəvət edib. Yola salarkən birə-üç haqqını verər, sonra da deyərmiş: — Seyid, səsindən muğayat ol, korlanmasın. Bu səs Allahın sənə verdiyi ən böyük nemətdir. Qədrini bilməsən, sonra peşman olarsan... Günlərin bir günü şəhərin zəngin ailələrindən olan Şıx Balayevin övladının toy məclisi olur. Məclisə Seyid Mirbabayevin musiqi dəstəsi dəvət olunur. Təmtəraqlı məclis qurulur. Seyid Mirbabayev tarzən Şirin Axundovla məclisi “Segah” muğamı ilə açır. Onlar məclisi necə şənləndirirdisə, hər havanı oxuyub qurtardıqdan sonra çalğıçılar qavalın içinə atılan əsginazları və qızıl pul şabaşlarını yığıb-yığışdırmağı çatdırmırlar... Onu da qeyd edək ki, Seyid Mirbabayevin “Bala şoranlıq” deyilən yerdə torpaq sahəsi varmış. O, ərazidə neft quyusu qazdırsa da, bu işdən bir fayda hasil olmamışdı. Toyun ən şən vaxtında bir nəfər məclisə daxil olur. Üzünü Seyid Mirbabayevə tutub deyir: — Ağa, muştuluğumu ver, quyu fontan vurdu! O gündən xanəndə Seyid dönüb olur sahibkar Seyid Mirbabayev... Belə deyirlər ki, bir gün Bakıda fəaliyyət göstərən əcnəbi iş adamları qonaqlıq təşkil edir. Ziyafətə şəhərin bir çox iş adamları kimi, Seyid Mirbabayev də dəvət olunur. Yeyib-içib şənlənirlər. Sonra bir alman sahibkarı üzünü məclis üzvlərinə tutub deyir: — Necə olardı, Seyid Mirbabayev bir “Segah” oxuyardı. Biz də feyziyab olardıq. Əcnəbi qonaqlar buna təəccüb edirlər. O, bildirir ki, bəs Seyid əsilzadə deyil. O, əvvəllər musiqiçi olub. Şəhərdə zəngin ailələrinin toy şənliklərində xanəndəlik edib. Seyid bu sözdən bərk tutulur. Ziyafəti yarımçıq tərk edir. Bu hadisə onun əhvalını dəyişir. Keçmişindən, əlində qaval «Segah» deyib varlı balalarının toyunu aparmasından xəcalət çəkir. Tarixin yaddaşında xanəndə-artist kimi qalmasın deyə, vaxtilə Varşava və Riqa şəhərlərində yazdırtdığı qrammofon vallarını iki-üç qat bahasına satın alıb məhv edir. Onun bu hərəkəti sənətinin vurğunu olan Hacı Zeynalabdin Tağıyevi yamanca sarsıdır. Hətta Hacı özünü saxlaya bilməyib deyib: — Belə şey olar, səsi ilə bülbülləri susduran, varlığı ilə fəxr etmək əvəzinə, xəcalət çəkir? Heyf o səsdən. Daha oxumayacağı bəs deyilmiş kimi, hələ Varşavada səsi yazılmış qrammofon vallarını da satışdan yığışdırıb. Eh, fani dünya! Demə, sahibkar olandan sonra Seyid səsindən utanarmış. O gün yanıma gəlmişdi ki, Hacı, mənim səsim olan qrammofon valını satın almaq istəyirəm. Çox əsəbiləşdim. Nə qədər yalvarıb-yaxarsa, qiyməti birə-yüz artırsa da, valı ona satmadım. O gün yenə təkrar gəlmişdi ki, Hacı, bəs hamıdan vallarımı geri aldım, səndən savayı. Cavab verdim ki, bala, hər axşam Seyidə qulaq asıb feyziyab oluram. Sonra da ona təklif etdim ki, sonuncu dəfə bir xeyriyyə konserti versin, oradan yığılan pulu qız balalarımızın təhsilinə sərf edək. Razılaşdı. Axırda soruşdum ki, Seyid, baha qiymətə geri aldığın valları neylədin? Başını aşağı dikib susdu və dedi: «Hacı, hamısını sındırdım...» Keçmişinə arxa çevirən xanəndə Seyid Mirbabayev də digər milyonçular kimi cah-cəlal qurmağa başlayır. Milyonçulara layiq imarət tikdirmək istəyir. Məsləhət üçün Hacı Zeynalabdin Tağıyevin yanına yollanır. Onun məsləhəti ilə Tiflisə gedir. H.Z.Tağıyev kontorunda çalışan hesabdar Mir Həbibi də ona qoşur. Qafqaz Canişinliyinə də bir məktub göndərir. Bildirir ki, bu məktubu Qafqaz Canişinliyi İdarəsinə verərsən. Bildirərsən ki, Qori Seminariyasını hamiliyə götürürsən… Seyid Mirbabayev Hacının məsləhətinə əməl edir. Tiflisə gedib Qafqaz Canişinliyi İdarəsinə müraciət edir. Qori Gimnaziyasını hamiliyə götürmək istədiyini bildirir. Tiflis şəhərində keçmiş xanəndənin atdığı addım böyük bir hadisəyə çevrilir. Yerli qəzetlər Bakı milyonçusunun əliaçıqlığından xeyli yazır. Şəhərdə hamı ondan danışır: “Varşavada səsi qrammofon valına yazılan ilk azərbaycanlı, təsadüf nəticəsində neft milyonçusu olan Seyid Mirbabayev elmin tərəqqisi üçün yüksək məbləğli ianə verdi...". Haqqında yazılanlardan razı qalsa da, «xanəndə» sözü Seyidi dilxor edir... 1920-ci il inqilabı zamanı Bakının bir çox milyonçuları kimi, Seyid Mirbabayev də Vətəni tərk etmək məcburiyyətində qalır. Gedərkən sərvətinin bir hissəsini özü ilə Parisə aparır. Gətirdiyi sərvət bir neçə il sonra əlindən tamam çıxır. 1929-cu ildə tamamilə müflisləşir. Bir gün səfil halda Parisin küçələrini dolaşarkən «Patterqrammofon» şirkətinin elanına tuş gəlir. Elanda şirkət inqilaba qədərki azərbaycanlı müğənnilərin səsi yazılmış köhnə valları satın aldığını bildirir. Əyin-başı çox pis vəziyyətdə olan Seyid şirkətə girir. Qarşısına çıxan ilk adama müraciət edir: — Müsyö, mən elanla bağlı gəlmişəm. Sizə səsi Varşavada qrammofon valına yazılmış, tanınmış azərbaycanlı xanəndə Seyid Mirbabayevin valını gətirə bilərəm. Yeganə nüsxədir. Şirkətin işçisi soruşur: — Müsyö, şərtləriniz necədir? — Yenidən buraxılacaq valların satışından əldə ediləcək pulun 50 faizi mənə çatacaq. İşçinin üzündə yaranan təəccüb onun diqqətini çəkir. Fikrinə əlavə edir — Çünki o səsin sahibi mənəm. İşçi bu əlavədən duruxur və sakitcə dillənir: — Gedin həmin valı gətirin. Seyid sevincək şirkətdən çıxıb yaşadığı pansiona gedir. Keçmişindən xatirə tək saxladığı valı əşyalarının arasından çıxardır. Bir vaxt ayaqlarının altında əzdiyi səs indi onu həyata qaytaracaqdı. Gözlərinin qarşısına ümid elədiyi gələcəyini gətirir… Valı götürüb şirkətə qayıdır. Təmkinlə içəri keçir. Dərindən köks ötürür. Valı şirkətin sahibinə uzadır. Bu an onun əli əsir. Uzatdığı val titrəyən barmaqlarının arasından sürüşüb yerə düşür və çilik-çilik olur. Son yaşamaq ümidi gözlərində ildırım kimi çaxıb sönür. Heç bir söz deməyib yerə çökür və bir müddət beləcə qalır. Birdən kimsə onu səsləyir: “Seyid, qalx ayağa, ayıbdır. Sənə ağlamaq yaraşmaz!” Qulaqlarına inanmır. Başını yuxarı qaldırır. Qarşısında Bakının tanınmış milyonçusu Teymur bəy Aşurbəyovu görür. Qucaqlaşıb öpüşürlər. O vaxt Teymur bəy Tehranda yaşayırmış. Parisə də alış-verişə gəlibmiş. Teymur bəy Seyidi özü ilə geyim əşyaları satılan mağazaya aparır. Əyin-başını tamam təzələyir. Sonra yaşadığı mehmanxanaya gedirlər. Həmin günün səhəri birlikdə Tehrana yollanırlar. Seyid Mirbabayev həmişəlik Tehranda qalır. Orada məskunlaşan bakılıların çayxanasında xanəndəlik edir… O, vətəni bir milyonçu kimi tərk edir. Ancaq kasıb bir xanəndə kimi səksən altı yaşında (1953) Tehran şəhərində dünyasını dəyişir… Savalan Fərəcov Mədəniyyət.- 2012.- 4 iyul.- S. 15.
['Azərbaycan musiqisi', 'xanəndə', 'Seyid Mirbabayev']
571
https://kayzen.az/blog/h%C9%99rb%C3%A7il%C9%99r/21989/%C3%A7inin-%C9%99fsan%C9%99vi-s%C9%99rk%C9%99rd%C9%99si-%7C-%C3%A7an-kay%C5%9Fi.html
Çinin əfsanəvi sərkərdəsi | Çan Kayşi
Apollon
böyük hərbi xadimlər
31 may 2018, 13:47
Çin dünyada özünəməxsus qədim tarixə malik olan ölkələrdən biri hesab edilir və dünya mədəniyyəti, sivilizasiyalar tarixinə müəyyən töhfələr veriblər. Bu baxımdan çinlilər günümüzdə belə milli mədəni dəyərlərini qoruyub saxlaya bilən və digər millətlər içində assimilyasiyaya uğramayan yeganə xalqlardan biri kimi tanınır. Çinlilər lap qədimdən özlərini Günəş imperiyasının övladları adlandırırlar. Onlar tarix boyu müxtəlif imperiyalar qurmuş, adlarını tarixin şanlı səhifələrinə yazdıran böyük hökmdarlar və məğlubedilməz sərkərdələr yetişdirmişlər. Hətta ingilislərin əsarəti altına düşmələrinə belə baxmayaraq, çinlilər yenidən ayağa qalxmağı, üstündən əsrlər ötəndən sonra yenidən qüdrətli və güclü dövlət qurmağı, sivil inkişafda müəyyən rol oynamağı bacardılar. Amma Çinin yenidən ayağa qalxaraq müstəmləkə zəncirini qıraraq müstəqilliyini əldə edə bilməsi heç də asan olmadı. Sivil inkişafa doğru gedən əzablı yollarda Çin xalqının içindən onu müstəqil dövlət kimi yenidən gələcəyə aparmağı bacaran liderlər yetişdi. Bu baxımdan ötən yüzillikdə Çin səmasında üç böyük ulduz parladı. Onlardan biri monarxiyanın devrilməsinə rəhbərlik edən Sun Yatsen, digərləri isə böyük hərbi sərkərdəlik bacarığı nümayiş etdirdiyinə görə generalissimus rütbəsinə yüksələn Çan Kayşi və xalq tərəfindən “Ellər atası” adlandırılan Mao Tszedun idi. Adətən, müasir Çində Çan Kayşidən danışarkən: “Mao tərəfindən Çindən qovulan, ancaq Maonu məğlub edən adam” ifadəsini işlədirlər. Həqiqətdə isə əsl adı Tszyan Çjunçjen olan Çan Kayşi 25 il ərzində milyonlarla çinlinin rəhbəri olmuşdur. Lakin o, sonralar SSRİ tərəfindən külli miqdarda hərbi texnika və canlı qüvvə ilə yardım göstərilən Mao Tszedunla döyüşdə məğlub olmuş və Tayvana qaçaraq oranı idarə etmişdi. Çan Kayşini Çində “Böyük adam” adlandıraraq, məşhur filosof Konfutsi ilə müqayisə edirdilər. Çin xalqı dəfələrlə döyüşlərdən qalib kimi çıxan Çan Kayşi qarşısında göylərdən göndərilmiş xilaskar kimi səcdə edirdi. Ona görə də hələ sağlığında ikən Çan Kayşinin şəxsiyyəti ilə bağlı əfsanələr yaranmışdı. Kasıb ailədə doğulan, ancaq hökmdar nəslindən olan uşaq 1887-ci il oktyabrın 31-də liman şəhəri olan Ninbo yaxınlığında anadan olan Çan Kayşi ailənin yazılı şəkildə saxladığı nəsil şəcərəsinə görə, məşhur hökmdar Çjou Hunun nəslindəndir. Onun atası adi kəndli idi və ailəsini dolandırmaq üçün duz alveri ilə məşğul olurdu. Bu nəslin mənsub olduğu adamların çoxu vətənpərvərlikləri ilə şöhrət qazanmışdılar. Gələcək generalissimus da məhz belə bir ruhda böyümüşdü. Anası ona “qızıl adam” mənasını verən Çjunçjen adını verərkən elə adı kimi də olmağı arzulamışdı. Çan Kayşinin 6 yaşı olanda onu özəl məktəbə qoyurlar. O, uşaqlar arasında həm biliyi, həm də tez-tez öz gücünü nümayiş etdirməsi ilə diqqəti cəlb edirdi.10 yaşı olmamış o, əvvəlcə, babasını, sonra isə atasını itirir. Amma anası oğlunun təhsilini başa çatdırması üçün əlindən gələni edir. Kənd məktəbini bitirdikdən sonra Çan əyalət mərkəzində təhsil alır. Burada o, Çin klassiklərinin əsərləri ilə tanış olur. Həmin əsərlərin təsiri altında Çan Kayşi hərbci olmaq fikrinə düşür. Bu məqsədlə də Yaponiyaya gedərək hərbi məktəbə daxil olur. Yaponiyada o, inqilabçı qüvvələrə qoşulur və Sun Yatsenlə görüşür. Qeyd edək ki, Yaponiya o vaxt Çindəki monarxiya əleyhinə çevrilən hər cür hərəkatı dəstəkləyirdi. Ona görə Yaponiyanın yardımı ilə 1911-ci ildə Çində monarxiya əleyhinə çevrilmiş inqilab baş verir. Vətənə qayıdan Çan Kayşi də bu inqilabda yaxından iştirak edir. İnqilab nəticəsində monarxiya devrilir və Sun Yatsen yeni hökumətin rəhbəri seçilir. Amma az sonra monarxiyaçılar qüvvələrini toplayaraq Sun Yatseni məğlub edirlər. İnqilabın rəhbəri təcili Yaponiyaya mühacirət etməli olur. Çan Kayşinin Sun Yatsenlə dostluğu onu daha da mətinləşdirir. 1912-ci ildə Sun Yatsenin başçılıq etdiyi Tumnmenxoy partiyası liberal burjua təşkilatları ilə Homindan partiyasında birləşir. Bundan sonra Çan Kayşi Sunun tapşırığı ilə Şanxaya gedərək orada inqilabi hərəkata başçılıq edir. O, Şanxayda inqilabi hərəkata maliyyə yardımı etmək üçün birjada işə düzəlir, eyni zamanda Sun Yatsenin tapşırığı ilə mövcud rejim əleyhinə bir neçə üsyan təşkil edir. Amma hər dəfə də üsyanlar ordu tərəfindən yatırılır. 1917-ci ildə Sun Yatsen Çan Kayşini özünün hərbi məsələlər üzrə məsləhətçisi təyin edir. Ümumiyyətlə, həmin dövrdə Sun Yatsen Çan Kayşiyə çox inanır və etibar edirdi. Sun Yatsen Çan Kayşinin hərbi işi çox gözəl bilməsinin və onun özünü peşəkar hərbçi kimi aparmasının heyranı idi. O bu insanın simasında gələcəkdə qurmağı planlaşdırdığı yeni sosialist dövlətin müdafiə nazirini, sərkərdəsini görürdü. Sun Yatsen bunu ətrafındakılardan da gizlətməmiş və fəxrlə: “Çan Kayşi mənim quracağım dövlətin ən böyük dahi sərkərdəsi olacaq. Qoy buna heç kim şübhə etməsin. Mən xoşbəxtəm ki, ətrafımda belə istedadlı insanlar var”,-demişdi. Çan Kayşinin sərkərdə kimi ilk uğurları 1921-ci ildə Çində baş verən dəyişikliklər nəticəsində Sun Yatsen ölkənin prezidenti seçilir. Bundan bir il sonra Çan Kayşi ölkədə baş verən bir neçə qiyamı yatırır. Lakin növbəti dəfə Sun Yatsendən narazı olan hərbçilər onun əleyhinə üsyan qaldırırlar. Vəziyyət olduqca ağırlaşır. Sun Yatsen hökuməti çətin vəziyyətə düşür. Belə bir vəziyyətdə dövlətə sadiq azsaylı qüvvələrlə üsyançıların üzərinə yeriyən Çan Kayşi qəfil zərbə ilə onları darmadağın edir. Bu qələbə Sun Yatseni o qədər riqqətə gətirir ki, o, dövlət rəsmilərinin gözü qarşısında Çan Kayşini özünün kiçik qardaşı və varisi adlandırır. 1923-cü ildə Sun Yatsen Çan Kayşini Moskvaya göndərir. Çan Kayşi Moskvada Trotski və Çiçerinlə görüşür və ordu quruculuğu ilə tanış olur. O, geriyə qayıdandan sonra Moskvada gördükləri barədə Sun Yatsenə məlumat verir və yeni ordu qurulmasını təklif edir. Bu iş üçün o, ilk mərhələdə sovet mütəxəssislərindən istifadə etməyin də faydalı olacağını söyləyir. Amma o, Sun Yatsenə: “Bu gün Rusiya bizim dostumuzdur, lakin sabah düşmənimiz olacaq. Onların siyasəti xalqları köləyə döndərməyə və yeni imperiya yaratmağa yönəlib”,-deyir. Sun Yatsen isə hazırkı mərhələdə ruslarla əlaqə saxlamağın daha düzgün olduğunu vurğulayır. 1924- cü ildə Sun Yatsen Çan Kayşini yeni qurulan ordunun komandanı təyin edir. Ordu quruculuğunu sürətləndirmək üçün hərbi zabit məktəbi açılır. Bu məktəbdə dərs demək üçün Rusiyadan hərbi mütəxəssislər dəvət edilir. 1925-ci ildə Sun Yatsen vəfat edir. Onun yerini müvəqqəti olaraq Çan Kayşi tutur. Bununla belə, Çan Kayşi Sun Yatsendən fərqli olaraq, ruslara və onların sosializm ideyalarına inanmırdı. O, sövqi təbii hiss edirdi ki, rusların məqsədi heç də sosializm qurmaqda çinlilərə yardım etmək deyil; bu yolla böyük və qədim milləti özünün siyasi hərbi təsiri altında saxlmaq, bu ölkədən özünün dünya ağalığı niyyətlərini həyata keçirmək üçün istifadə etməkdir. Ona görə də Çan Kayşi, ətrafındakılara: “Hamıya, hətta ingilislərə belə inanmaq olar, ancaq ruslara yox. İngilislər gəldi-gedərdi, onların zəncirini qırıb atacağıq. Ancaq ruslar qonşumuzdur, onlar heç vaxt bizim simamızda güclü və qüdrətli Çin dövlətinin dünyanın siyasi səhnəsinə çıxmasını qəbul etməyəcək, buna hər vasitə ilə mane olacaqlar”,-demişdi. Hadisələrin gedişi Çan Kayşinin uzaqgörənliyini bir daha sübut etdi. Bolşeviklərin əlaltıları olan yerli kommunistlərə qarşı sərt tədbirlərə əl atılır Həmin dövrdə ölkənin müxtəlif vilayətlərdə hakimiyyəti əldə toplayan qüvvələr vardı və onlar mərkəzi hakimiyyətə tabe olmaq istəmirdilər. Bunu nəzərə alaraq, ölkəni birləşdirmək və vahid idarəçilik tətbiq etmək üçün Kayşi hökumətə tabe olmayan əyalətlərə qoşun yeridir. Qoşunla birgə rus-bolşevik generalı Blyuxerin rəhbərliyi altında rusiyalı zabitlər də döyüşlərdə işltrak edirlər. Eyni zamanda bolşevik Rusiyası da Kayşiyə silahla yardım göstərir. Qanlı döyüşlərdən sonra Çan Kayşi dövlətə qarşı çıxan qüvvələri darmadağın edə bilir. Bundan sonra özünü daha sərbəst hiss edən Çan Kayşi Moskvanın vassalı kimi çıxış edən və bütün tapşırıqları Moskvadan alan Çin Kommunist Partiyasının fəaliyyətini qadağan edir. Eyni zamanda o, SSRİ ilə diplomatik əlaqələri kəsir. Buna görə Moskva sözəbaxmayan generalı cəzalandırmaq qərarına gəlir. Bu çərçivədə də 1931-ci ildə SSRİ-nin təhriki ilə Yaponiya Çinə hücum edir. Çan Kayşi yaponlarla qızğın döyüşə girir və düşmənin ölkənin içərilərinə irəliləməsinin qarşısı alınır. Əziz Mustafa Zaman.- 2016.- 22 aprel.- S.7
['hərbi xadim', 'sərkərdə', 'dövlət xadimi', 'Çin sərkərdəsi', 'Çan Kayşi']
572
https://kayzen.az/blog/paint/21980/%C3%B6z-pikassomuz-mikay%C4%B1l-abdullayev.html
Öz Pikassomuz - Mikayıl Abdullayev
Apollon
Məşhur rəsmlər və rəssamlar
29 may 2018, 21:10
Rəssam «İstiqlal» ordenini eks-prezident Heydər Əliyevdən şəxsən özü almışdı Rəssamların ağrı və əzabları, sevinci və ilıq təbəssümü daha şirin olur. Dünyanın nəhəngləri — Salvador Dali, Pablo Pikasso qürbət ellərdə fırça və boyalarla, kətan və iç dünyaları ilə Vətən, bəşəriyyət anlamını insanlığa doğmalaşdırdılar. Günlərin birində general Franko həsəd və paxıllıqdan yaxa qurtarmaq üçün Pikassoya məktub göndərdi: «Əzizim Pikasso, Madridə qayıt və mənim portretimi işlə». Bu zaman Pikasso artıq dünyanın övladı idi. Bircə cümlə ilə cavab göndərdi o cəllada: «Kəllənizi göndərin, məmnuniyyətlə işləyərəm». Hiddətlənən general onu ömürlük İspan vətəndaşlığından məhrum etdi. İndi dünyada nə həmin general var, nə də Pikasso. Yox…yox. Pikasso Parisin küçələrində uşaqların arenasındadır. Muzeylərdə insanlarla söhbət edir. Sevincək, ilıq təbəssümlə. O da bütün dünyanı gəzmiş, bəzəmişdi. Fırçanın və boyanın dili ilə dünyanın dərdlərini və dəhşətlərini sənətdə yaşadıb. Əsərləri bizi dünənimizə, bu günümüzə və sabahkı ömür yolumuza iti nəzər yetirməyə səsləyib. SSRİ-nin xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü, beynəlxalq Cəvahirləl Hehru mükafatı laureatı, respublikanın xalq rəssamı, professor Mikayıl Abdullayev bizim Pikassomuz idi. O, Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin II kursunda oxuyanda təhsilini başa vurub Moskvadan təzəcə qayıtmışdı. Sergey Gerasimov kimi dünya səviyyəli rəssamın əlindən su içən Mikayıl Abdullayev bildiklərini tələbələrindən əsirgəmirdi. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvü, daha sonra katibi idi. Mikayıl Abdullayevin əsərlərində təbiət müxtəlif şəkillərdə qarşımıza çıxır. O, təbiət aləmindən, kosmik ünsürlərindən həm təsvirlərdə, həm də rəmzi mənada faydalanırdı. Təbiətdən çox istifadə edirdi. Emalatxanada işləməkdən daha çox təbiətin qoynunu sevirdi. Masallıda uzun müddət ezamiyyətdə olan Mikayıl müəllim səfərdən əliboş qayıtmır, qiymətli tablolar yaradırdı. Mingəçevir seriyası onun gözəl işlərinin nəticəsi idi. Təbiəti olduğu kimi ağ kətana köçürür, ondan aldığı həzzi fırçanın dili ilə tamaşaçısına çatdırırdı. O, kağız və fırça ilə təkcə təbiəti yox, insan deyilən varlığın zəngin dünyasını kəşf etmiş, insanı zəiflik və zərifliyi ilə tanıda bilmişdi. Həqiqi obraz yaradıcısı Qeyri-adi üslub, duyulası bədii ümumiləşdirmə, ümumi fikrin, başlıca ideyanın rəmz və şərtiliklərlə ifadəsi hər bir rəssamın əsərlərini səciyyələndirən, eyni zamanda fərqləndirən xüsusiyyətdir. Sadaladığımız xüsusiyyətlər Mikayıl Abdullayevdə də vardı. Necə düşünürsünüz, böyük rəssam, bunlarsız keçinə bilərmi? Hindistan, Mingəçevir və Qarabağa həsr etdiyi əsərlər silsiləsi işləyirdi. Mikayıl müəllim onları mexaniki götürüb işləmir, onların həqiqi obrazını yaradırdı. Bu dəyərlər ona həmişə başucalığı gətirirdi. Onun əsərlərinin mövzu dairəsinə özündə sevinc notları ilə yanaşı, kədər, nisgil əhval-ruhiyyəsi, daşıyan kompozisiyalar da daxil edilib. 1941-ci il Böyük Vətən müharibəsi onun işlərinin, bəlkə də ana xəttidir. İstər bu dövrdə işlənmiş, istərsə də Masallı qadınlarının kənddəki ağır yaşayışı, əzab-əziyyətini əks etdirən tablolar monumental əsərlər seriyasındadır. Onları yaradarkən daxilən həyəcanlanır, iç dünyasını ağ kətana köçürürdü… Cıdır düzü, Topxana meşəsi ilə bağlı əsərləri onun yaradıcılığının leytmotivini təşkil edir. Müharibədən çox-çox qabaq Şuşaya gəlmişdi. Qarabağ mənzərələri, Şuşa camaatının güzəranı da uğurlu işlərindəndir.  İndira  Qandinin portretini naturadan çəkib Hind xalqının həyatı, azadlığı onun əsərlərində təfərrüatı ilə canlandırılıb. Beynəlxalq mükafatın ona verilməsi də hind xalqının, hind dövlətinin sənətkara qiyməti deyildimi? Hindistanla Mikayıl Abdullayevi sıx tellər bağlayırdı. Dövlət başçısı İndira Qandi ilə görüşləri çox olub. Onun portretini naturadan işləyib, üz-üzə oturub. Rəssamlıqda ən çətin işdir bu üsul. Əziyyəti çox olsa da portret İ.Qandinin xoşuna gəlmişdi. Bu işinə görə də 1966-cı ildə Mikayıl müəllim beynəlxalq Cəvahirləl Hehru mükafatının laureatı adını aldı. Ömür-gün yoldaşı Leyla xanım xatirələrində Mikayıl Abdullayevlə bağlı belə söyləyirdi: — «Mikayıl müəllim mənə bir həyat yoldaşı yox, dost, sirdaş idi. Çox mehriban yaşayırdıq. 81 illik ömrünün son 3 ilinədək o özünü yaxşı hiss edirdi. 2000-ci ilin 25 noyabr axşamı məlum zəlzələdən stress vəziyyətə düşənlərdən biri də o oldu. Evdə həmişə deyirdi ki, zəlzələ baş verəndə zirzəmiyə girib qorunmaq lazımdır. İlk təkandan sonra ikinci də güclü oldu. Biz mənzilimizdən eyvan vasitəsilə zirzəmiyə endik. Bir qədər sonra Mikayıl müəllim mənzilə keçəndə oğlumuzun içəridə siqaret çəkdiyini gördü. O, əhval-ruhiyyəmizlə maraqlandı, təkanların davamlı olacağını bildirdi. Dedi ki, təkan olsa, düşün aşağı maşının yanına. Bir neçə dəqiqə sonra yenə təkan oldu, həyətə düşüb bir neçə saat orada qaldıq. Qonşular da həyətdə idilər… 8-ci mərtəbədə yaşayan MEA-nın işçisi Arifə Aydınbəyova zəlzələdən sonra keçirdiyi infarktdan öldü. Bu hadisədən az sonra-dekabrda Mikayıl müəllim də ilk dəfə infarkt keçirdi. Poliklinikanın müalicə komissiyası ürəyinin kardioqram vərəqini çıxardıb diaqnozla müalicəyə başladı. Mikayıl müəllim çoxlu dərman qəbul etməyi sevmir, çox vaxt isə bunlardan imtina edirdi. Həkimlərin səyi ilə onun səhhəti normallaşdı. Tezliklə işini bərpa etdi. Emalatxanaya və dərs dediyi Rəssamlıq Akademiyasına gedirdi. Və birdən yanvar ayında yenidən özünü pis hiss etməyə başladı və yenidən poliklinikaya müraciət etdi. Xəbər gəldi ki, onu poliklinikadan xəstəxanaya göndərmək istəyirlər, tez özünü çatdır. Təcili tibbi yardım maşınının yanına özümü güclə çatdırdım. Xəstəxanada həkimlər də, özüm də onun sağlamlığı üçün əlimizdən gələni etdik. 3 il sərasər, gecə-gündüz onun qulluğunda dayandım. Lakin 2002-ci ildə o… İnfarkt xəstəliyi ona bütun gücü ilə işləməyə imkan vermirdi. Gözləri də zəifləmişdi. 7 illik irsi diabeti vardı. Anası da, bacısı da bu xəstəlikdən rəhmətə getmişdilər. Bildiyiniz kimi, onun çoxlu mükafatları, təltifləri var. Sovetlər vaxtında maaşını SSRİ Rəssamlıq Akademiyasının akademiki kimi oradan alırdı. 1992-ci ildə köhnə İttifaqın süqutundan sonra Rusiya prezidenti B.Yeltsin belə qərar çıxartdı: kim ki, əvvəlki müttəfiq respublikaların, ayrı dövlətlərin ərazisində yaşayır, o, maaşını özlərinin Akademiyasından almalıdır. Ona görə də bir neçə dəfə Respublika EA-nın prezidentinin qəbulunda olduq. Heç bir fayda görmədik. M.Kərimovun prezident seçilməsindən sonra Mikayıl müəllim dedi ki, bəlkə yeni prezidentin qəbuluna gedək? Görüş zamanı hər şeyi ona təfsilatı ilə danışdıq. Soruşdu ki, akademikliyə lazımi sənədləri niyə təqdim etməmisiniz? Onun əvəzinə başqalarının sənədlərinin verildiyini bildirdi. Mikayıl müəllim də qeyd etdi ki, ona bu barədə heç kim heç nə deməyib. Yoxsa çoxdan hazırlayıb təqdim edərdi. 43 illik təcrübəyə malik Mikayıl Abdullayev MEA-ya akademik seçilmədiyindən incimişdi. Deyirdi ki, belə sənətkar ermənilərdə olsaydı, onu çoxdan özlərinin milli qəhrəmanı edərdilər. Rusiya səfirliyinə köhnə SSRİ Rəssamlıq Akademiyasının akademiki kimi müraciəti də alınmamışdı. Demişdilər ki, özünüzün EA-nız var, ora gedin…  Mikayıl müəllim görkəmli sənətkar, böyük zəhmətkeş insan idi. O, Lenin ordeni, «Oktyabr inqilabı», «Xalqlar dostluğu… «İstiqlal» ordenlərinə, müxtəlif medal və fəxri fərmanlara layiq görülmüşdü. «İstiqlal» ordenini mərhum eks-prezident Heydər Əliyevdən şəxsən özü alan Mikayıl müəllim ondan razılıq edirdi. Məhz onun sərəncamı ilə M.Abdullayev Fəxri Xiyabanda dəfn olunub. Onun abidəsinin qoyulması, yaşadığı binanın önünə memorial lövhənin vurulmasını qərara almışdı. Abidə qoyulub, lövhəni isə məşhur heykəltaraş Zeynalabdin İsgəndərov hazırlayıb. Onun dəfnini yüksək səviyyədə təşkil edən Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov həmişə bizim ailəmizlə maraqlanıb». … Dünyanın özü boyda ağrıları var. Dünyanın özü boyda əzabları var və bu ağrılar, əzablar insan ruhuna işgəncələr verirsə, qovrula-qovrula kədərlə yaşamaqdan savayı özgə çarə qalmır. Yalnız güc-qüvvət tapanlar qurtuluş yolunu araya bilirlər. Yurdumuzun Pikassosu Mikayıl Abdullayev kimi!.. Nisə Rafiqqızı Olaylar.- 2010.- 12 noyabr.- S. 12.
['rəssam', 'Azərbaycan rəssamı', 'Mikayıl Abdullayev', 'rəsmlər']
573
https://kayzen.az/blog/paint/21976/ivan-%C5%9Fi%C5%9Fkin-%7C-m%C9%99nz%C9%99r%C9%99-ustas%C4%B1.html
İvan Şişkin | Mənzərə ustası
Apollon
Məşhur rəsmlər və rəssamlar
28 may 2018, 23:17
“Mənzərə” anlayışı ilə İvan Şişkinin adı qırılmaz tellərlə bağlıdır. Hər bir insanda möhkəm surətdə Vətənlə assosiasiya olunan doğma təbiəti öz tablolarında əks etdirmiş İvan Şişkin Rusiyada bəlkə də ən məşhur mənzərə ustasıdır.  Ortabab tacirin oğlu, qeyri-adi istedada malik İ. Şişkin Moskva Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq Məktəbini bitirib və üç il xaricdə yaşayıb. Qürbətdə olduğu illərdə daim qızıl çovdar zəmiləri, bol sulu çayları, yamyaşıl meşələri olan ucsuz-bucaqsız rus təbiətinin həsrəti ilə yaşayıb. Rəssamın vətənə qayıdan kimi yaratdığı şedevrlərdən biri “Günorta. Moskva ətrafında” (“Полдень. В окрестностях Москвы”, 1869) adlanır. Günəş şüaları elə məharətlə təsvir olunub ki, sanki ətraf həqiqətən parlaq işıq selinə bürünüb. Bundan sonra rəssam öz əsərlərində parlaqlığa, gözqamaşdırıcı işıq effektlərinə, həyatın dolğunluğunun təcəssümü olan yay fəslinə üstünlük verəcək. Onun “Vyatka quberniyasında şam meşəsi” (“Сосновый бор. Мачтовый лес в Вятской губернии”, 1872), “Çovdar zəmisi” (“Рожь”, 1878), “Ucsuz-bucaqsız meşə” (“Лесные дали”, 1884) əsərləri məhz bu tərzdə yaradılıb. Doğrudur, Şişkinin əsərləri arasında tamaşaçıda sanki həqiqətən qaranlıq çökmüş meşədə azmış kimi vahimə hissi yaradan sıx meşəyə də təsadüf olunur. “Meşənin dərinliyində” (“Лесная глушь”, 1872) belə əsərlərdəndir. Bu əsərə saatlarla tamaşa etmək olar, amma hər dəfə yenə də, məsələn, pusquda durmuş tülkü və uçaraq ondan uzaqlaşan ördək kimi nə isə yeni bir ştrix tapırsan. Doğrudur, bir çoxları hesab edirdi ki, rəssam lüzumsuz xırdalıqlara çox əhəmiyyət verir və buna görə də onu qınayırdılar. Axı 1880-ci illərin əvvəllərində artıq “ovqat mənzərəsi” janrı yaranmağa başlayırdı.  1880-ci illərin ikinci yarısında Şişkin dövrün ümumi nəbzini tutur və sənət yoldaşı İ.N.Kramskoy demişkən, ümumi atmosferə, təbiətin tamaşaçıya bəxş etdiyi “əhval-ruhiyyəyə” xüsusi diqqət yetirməyə başlayır. Amma o, dəbdə olan meyillərə təslim olmur və özünə sadiq qalır. Əvvəlki kimi kətan üzərində aydın, qabarıq, mürəkkəb, mükəmməl və eyni zamanda çox sadə mənzərələr yaradır. “Palıdlar” (“Дубы”,1887), “Günəşin işıqlandırdığı şam ağacları” (“Сосны, освещенные солнцем”), “Mordvin palıdları” (“Мордвинские дубы”), “Palıd meşəsində yağış” (“Дождь в дубовом лесу”, hamısı 1891), “Payız” (“Осень”,1892)... Bu tablolar heyrətamizdir. Onlara tamaşa edəndə düşünürsən ki, gördüklərin bir gerçəklikdir. İ.Şişkin çar II Aleksandrın sevimli rəssamı olur, hətta şahzadələrin rəsm müəllimi təyin edilir. Ustadın son əsəri “Şam meşəsi” (“Корабельный лес“, 1898) adlanır. Bu əsər üzərində iş başa çatandan dərhal sonra Şişkin dünyasını dəyişir. Ani ölüm onu növbəti əsərini yaratdığı zaman molbert qarşısında haqlayır.  Rəssam faciəli ömür yaşayıb: iki sevimli xanımını, oğullarını torpağa tapşırıb. Amma onun həyat eşqi ilə çağlayan bənzərsiz mənzərələrinə tamaşa edəndə, bütün bunların dərdli adamın məhsulu olduğunu düşünmək çətindir. Qəribə bir paradoksdur, amma bəlkə də sadəcə böyük sənətkarın fırçasından çıxmış bir ovsundur. Şişkinin mənzərələrində insan təsvir olunmayıb, amma onun varlığı daim hiss olunur: Şişkinin tablolarına baxan tamaşaçı özünü bu mənzərənin içində təsəvvür edir. Şişkinin tabloları qarşısında çox vaxt keçirsəniz, özünüz də buna əmin ola bilərsiniz. azertag.az
['rus rəssam', 'məşhur rəssam', 'mənzərə ustası', 'İvan Şişkin']
574
https://kayzen.az/blog/u%C4%9Fur/21013/b%C3%BCdc%C9%99nizi-d%C3%BCzg%C3%BCn-planla%C5%9Fd%C4%B1r%C4%B1rs%C4%B1n%C4%B1z.html
Büdcənizi düzgün planlaşdırırsınız?
Apollon
uğur psixologiyası
26 may 2018, 19:00
Büdcəyə nəzarət etmək və onu planlaşdırmaq fikrinə düşmək çox müsbət haldır. Lakin bunu düzgünmü edirsiniz? Bu zaman yol verdiyiniz səhvlər büdcə planlaşdırılmasının xeyrinizə işləmək əvəzinə ziyanla başa gəlməsinə səbəb ola bilər. Şəxsi və ailə büdcənizi planlaşdırarkən maliyyə vəziyyətinizi yaxşılaşdırmaq üçün aşağıdakı ən çox yol verilən səhvlərdən yayının. Şəxsi keyfiyyətlərinizi diqqətə almırsınız: Büdcəni real xərclər və davranışa əsaslanaraq planlaşdırmaq mütləqdir. Növbəti ay üçün büdcəni planlaşdırıb, sonra isə özünüzü və ailənizi bu çərçivəyə sığışmağa məcbur etmək məntiqli davranış deyil. Məsələn, büdcənizə nəzarət etmək qərarına gəldiniz, lakin əvvəldən bilirsiniz ki, bu büdcə planı hər hansı xırda alış-verişlərə pul xərcləməyə icazə verir. Bu halda ciddi məhdudiyyətlər heç bir işə yaramayacaq. Bu o demək deyil ki, düşünmədən pul xərcləyə bilərsiniz. Büdcəyə nəzarət edilməsinin məqsədi – sadəcə olaraq xərclənən hər manatı izləmək deyil, maliyyə vərdişlərinizi yenidən nəzərdən keçirmək və düzəlişlər etməkdir. Gözlənilməz xərcləri nəzərə almırsınız: Büdcəni planlaşdırarkən mütləq olaraq bilməkz lazımdır ki, bəzən adi zamanlarda olduğundan daha çox pul xərləməli olursunuz. Məsələn, təcili olaraq avtomobili təmir etdirmək və yaxud bahalı dərman almaq lazım gəlir. Həyatda hər şey baş verə bilər. Hansısa ay ərzində müəyyən qədər sərbəst vəsaitə sahib olduqda bunu bayram etməyə tələsməyin. Bu məbləği gələcəkdə baş verə biləcək gözlənilməz hadisə və xərclər üçün saxlayın. Şüuraltı olaraq büdcənizi qorumaq istəmirsiniz: Maliyyə planlaşdırılması qaydalar üzrə yaşamağı bacarmayan şəxslər üçün kifayət qədər çətin işdir. Əgər siz də bu xüsusiyyətlərə maliksinizsə, adi büdcənin planlaşdırılması ideyasını tənqid edəcəksiniz və bu üsulun faydasına inanmayacaqsınız. Qazandığınızdan daha çox xərcləyirsiniz: Bu halda üç çıxış yolunuz var: xərcləri azaltmaq, gəliri artırmaq və yaxud hər ikisini birləşdirmək. Hazırda olduğunuz vəziyyəti təhlil edin və bunu necə yoluna qoymaq barədə qərar qəbul edin. Tez-tez borc götürürsünüz: Kimdənsə borc pul götürdükdə elə düşüncə yarana bilər ki, guya büdcəniz çərçivəsində qalırsınız. Lakin axı əvvəl axır bu borcu geri qaytarmalı olacaqsız. Üstəlik bu borclar üst-üstə yığıldıqda, gələcəkdə maliyyə vəziyyətiniz daha qəliz vəziyyətə düşəcək. Əmanət toplamırsınız: Əmanət toplamadan gələcəkdə maliyyə müstəqilliyinə nail olmaq mümkün deyil. Bu səbəbdən də hər ay heç deyilsə kiçik bir məbləği əmanət olaraq kənara qoyasınız. Özünüzü həddindən artıq məhdudlaşdırırsınız: Büdcəni planlaşdırmağa başlarkən lap əvvəldən həyatınızı kökündən dəyişmək düzgün qərar deyil. Bunu mütəmadi olaraq etmək lazımdır. Daha çox pula qənaət etmək üçün bütün əyləncələrdən imtina etməyin. Özünüzə biraz dincəlməyə icazə verin. Büdcəyə nəzarət etmək üçün uyğunsuz zaman seçmisiniz: Əgər bu yaxınlarınızda ailə üzvləriniz artıbsa və yaxud bahalı əməliyyat keçirmisinizsə öz maliyyə məsələlərinizi dəqiq olaraq planlaşdırmağa başlamaq çox çətindir. Yeni vəziyyətə uyğunlaşacağınız ana qədər gözləyin və vəziyyət stabilləşəcək.
['büdcə', 'ailə büdcəsi', 'büdcənin planlaşdırılması']
575
https://kayzen.az/blog/yazar/21952/ayn-rand%C4%B1n-boris-spasskiy%C9%99-m%C9%99ktubu.html
Ayn Randın Boris Spasskiyə məktubu
Apollon
Yazıçılar
25 may 2018, 12:45
Hörmətli yoldaş Spasski, Bobbi Fişer ilə dünya şahmat çempionluğu uğrunda oyununuzu böyük maraqla izləyirəm. Şahmata elə də böyük həvəsim yoxdur, heç oynamıram da, yalnız oyunun əsas qaydalarından xəbərim var. Mənim peşəm yazıçılıq və filosofluqdur. Lakin televizorda bir oyununuzu izlədim və oyundakı ardıcıl həmlələrinizi şahmatçının ehtiyac duyduğu güclü düşüncə və planlaşdırma kombinasiyasının həqiqi isbatı olaraq dəyərləndirdim. Bu, şahmatçının nə qədər bilgini fikrində tutmalı, neçə parametri bir-biri ilə əlaqələndirməli, nə qədər irəlini görməli və planlaşdırmalı olduğunun isbatı idi. Sizin və rəqibinizin qeyri-adi intellektual bacarığa malik olmanız gün kimi aydındır. Sonra isə oyunun və oyunçuların zehni qabiliyyətinin onların məşğul olduğu reallığın metafiziki mütləqliyi sayəsində mümkün olduğunu sezərək sarsıldım. Oyuna “Kimlik qanunu” və onun nəticəsi olan “Səbəb-nəticə qanunu” hakimdir. Hər şey olduğu kimidir: vəzir vəzirdir, fil fildir və hər birinin edə biləcəyi hərəkətlər onların kimlikləri ilə müəyyənləşir: vəzir düz və ya diaqonal istənilən açıq xətt üzrə hərəkət edə bilər, bir fil irəliləmə hərəkəti edə bilməz; top şahmat taxtasının bir tərəfindən digər tərəfinə irəliləyə bilər, piyada isə yox və sair. Onların kimlikləri və hərəkətlərinin nizamı sabitdir – və bütün bunlar oyunçuların mürəkkəb, uzungedişli bir strategiya qurmasını mümkün edir, buna görə də oyun yalnız və yalnız oyunçunun (və rəqibinin) bacarığından asılı olur.  Bütün bunlar məni sizdən soruşmalı olduğum suallara yönəldir. 1. İki saatlıq beyin yoran zəhmətdən sonra – rəqibinizi dalana dirədiyiniz – kritik bir anda qeyri-müəyyən bir qüvvə qəfil rəqibinizin filinin vəzir kimi hərəkət edə biləcək formada oyunun qaydalarını rəqibinizin lehinə dəyişdirsə, oynaya bilərdiniz? Oynaya bilməzdiniz? Lakin real həyatda bu, sizin ölkənizin qanunudur və bu, oynamaq üçün yox, yaşamaq üçün ölkənizin vətəndaşlarının da içində olduğu vəziyyətdir. 2. Şahmatın qaydaları dialektik reallığa uyğun şəkildə ziddlərin vəhdətini təmin edəcək formada yenilənsə, belə bir halda sizin vəziriniz Ağdan Qaraya çevrilib rəqibinizin vəziri olsa və sonra da hər ikinizə aid olan Boza çevrilsə, oynaya bilərdiniz, yoxsa yox? Ancaq real dünyada bu, sizin vətəndaşlarınıza qəbul etməsi, mənimsəməsi və bununla yaşaması öyrədilən reallıq anlayışıdır. 3. Komanda olaraq oynasanız – yəni, təkbaşına düşünməyiniz və oynamağınız qadağan olunsa və bir qrup məsləhətçi ilə deyil, hər hərəkətinizi səsvermə ilə müəyyənləşdirən bir komanda ilə oynamaq məcburiyyətində olsanız, oynaya bilərdiniz? Çempionsunuz və komandadakı ən bacarıqlı şəxs sizsiniz, bəs komandanı sizin strategiyanızın ən yaxşısı olduğuna razı salmaq üçün nə qədər səy və vaxt sərf etməli olardınız? Bacara bilərdinizmi? Lakin real həyatda bu sizin ölkənizin nəzəri idealıdır və bu ölkənizin (bir gün) elmi iş, sənaye istehsalatı və bəşəriyyətin sağ qalması üçün lazım olan istənilən fəaliyyətlə məşğul olarkən təklif etdiyi metoddur. 4. Komandanın işləmə mexanizmi ağır templi olsa və arxanızda dayanan – heç nəyi izah etməyən, müzakirə etməyən, yeganə arqumenti və xüsusiyyəti silahlı olması olan – bir şəxs kürəyinizə silah dirəsə, edəcəkləriniz onun tərəfindən diktə edilsə, oynaya bilərdiniz? Oyuna davam etmək bir yana qalsın, oyuna heç başlaya bilərdiniz? Lakin real dünyada bu, sizin ölkənizdə insanların içində yaşadığı (və öldüyü) real siyasi mühitdir. 5. Oyunun qaydaları fərqliləşdirilsə və siz “proletar” qaydalarla, rəqibinizsə “burjua” qaydaları ilə oynadığı zaman Beynəlxalq Şahmat Federasiyasının professional anlayış, maraq və yanaşmasından razı qalardınız? Belə şərtlərlə oynaya bilərdiniz? Bu cür “çox qaydalı” sistemin çoxməntiqçilikdən daha absurd olduğunu deyərdiniz? Lakin real dünyada sizin ölkəniz başqa ölkələrin “burjua” məntiqi və ya “Aryan” məntiqi, ya da “üçüncü dünya” məntiqi və s. tətbiq etdiklərini iddia edərkən özünün “proletar” məntiqini izlədiyini və qlobal harmoniya və anlayış qayğısı daşıdığını ifadə etməkdədir. 6. Oyunun qaydaları istisnai hal olaraq bugünkü kimi qalsa, yəni (kütləni təmsil etdikləri üçün) piyadalar daha təsirli fiqurları (fərdləri) qurban vermək bahasına qorunmalı olan ən dəyərli fiqurlar hesab olunsa, oynaya bilərdiniz? Bu sualın cavabının heç-heçə olduğunu deyə bilərsiniz, çünki bu cür əxlaq qaydasını qəbul edən təkcə sizin ölkə deyil, bütün dünyadır. 7. Oyunun qaydaları dəyişməsə, lakin bərabərlik prinsipinə uyğun olaraq mükafatların paylanması qaydası dəyişdirilsə, yəni medallar qalib gələnə yox, məğlub olana verilsə, qalib gəlmək eqoistliyin göstəricisi sayılsa və qalib gələn şəxsin yüksək zəkaya malik olduğu əsas götürülüb, başqalarına fürsət tanımaq üçün bir il oyundan uzaqlaşdırılma ilə cəzalandırılsa, oyunu oynamağa razı olardınız? Siz və rəqibiniz qalib gəlmək üçün yox, məğlub olmaq üçün oynamağa çalışardınız? Bu, sizin düşüncənizə necə təsir edərdi? Mənə cavab vermək məcburiyyətində deyilsiniz, Yoldaş. Danışmaq və hətta bu kimi sualları ağlınızdan keçirmək azadlığınız belə yoxdur və mən onsuz da suallarımın cavabını bilirəm. Xeyir, yuxarıdakı heç bir şərtlər altında oynaya bilməzsiniz. Şahmat dünyasına baş vurmağınız bu kimi hadisələrdən qaçmaq üçündür. Hə Yoldaş, şahmat qaçışdır, reallıqdan qaçışdır. Şahmat yaşamaqdan qorxan normadan yuxarı zəkaya malik olan, amma ağlını məşğuliyyətsiz qoya bilməyən və onu həqiqi olmayan bir şeyə həsr etmiş və beləliklə rədd etdiyi canlı dünyanı anlaşılması çox çətin olduğuna görə başqalarına həvalə etmiş bir insan üçün “çıxış yolu”dur, “uydurma” bir oyundur. Zəhmət olmasa, bunu bu cür oyunlara qarşı olduğum kimi dəyərləndirməyin: oyunların insan həyatında vacib bir yeri var, onlar bizə lazım olan rahatlığı, istirahəti verir və şahmat daima özünü məqsədə doğru irəliləmək təzyiqi altında hiss edən insanlar üçün bu işi görür. Bundan əlavə, – idman yarışları kimi – bəzi oyunlar insan bacarıqlarının mükəmməllik səviyyəsinə çatdığını nümayiş etdirir. Lakin həqiqi dünyada qoltuq ağacı ilə gəzən qaçış üzrə dünya çempionu haqqında nə fikirləşərsiniz? Və ya ayaqları və əlləri ilə iməkləyən hündürlüyə tullanma ilə məşğul olan idmançı haqqında...? Siz şahmat professionalları insan bacarıqlarının ən üstünü olan intellektual gücün ifadəsi olaraq qəbul olunursunuz – ancaq bu güc 64 xanalı şahmat taxtasından kənarda sizi tərk edir və ağlınızı qarışmış, narahat hala gətirir. Çünki siz bilirsiniz, şahmat taxtası öyrənmə sahəsi deyil, həqiqətin yerinə qoyulmuş əşyadır. Bacarıqlı, erkən inkişaf etmiş gənc özünü dünya qarşısında sərsəmləyən vəziyyətdə görür: o, insanları başa düşmür, onu qorxudan insanların anlaşılmaz, ziddiyyətli, dağınıq davranışlarıdır. Düzgün diaqnoz qoyduğu, ancaq mübarizə aparmaq istəmədiyi insan irrasionallığıdır. Ağlının rahat olacağı sığınacaq arayaraq geri çəkilir, vəziyyətlə barışır və qaçır – və şahmat tələsinə düşür. Siz şahmat professionalları xüsusi bir dünyada yaşıyırsınız; təhlükəsiz, qorunan, nizamlı bir dünyada. Bu dünyada mövcudluğun bütün vacib və fundamental prinsipləri elə aydın və dəqiq yerləşib və tətbiq olunur ki, onlardan xəbərdar olmaq məcburiyyətində belə deyilsiniz (Bunlar mənim 7 sualımdakı prinsiplərdir). Bu prinsiplərin oyununuz üçün ilk şərtlər olduğunu bilməzsiniz, – və siz onlarla rastlaşanda reallıqda onları və ya onların pozulmasını tanımaq məcburiyyətində deyilsiniz. Siz dünyanızda onlara görə narahat olmaq məcburiyyətində deyilsiniz, etməli olduğunuz yeganə şey düşünməkdir. Düşünmək bəşəriyyətin sağ qalma yoludur. Bunu uğurla həyata keçirməyin həzzi – fərdin öz ağlının bəhrəsini görməsi – insana məlum olan bütün həzzlərin ən əhəmiyyətlisidir və bu, uşaq və ya böyük olmasından asılı olmayaraq, istənilən zəka səviyyəsindəki insanların ən dərin ehtiyaclarıdır. Bu səbəbdən, sizi şahmata nəyin cəzb etdiyini başa düşmək olur: bütün lazımsız maneələrdən təmizlənmiş və ağlınızın gücündən təntənə ilə istifadə etməkdən başqa heç nəyin əhəmiyyətli olmadığı bir dünya tapdığınıza inanırsınız. Lakin bunu tapmısınızmı, yoldaş? Riyaziyyatdan fərqli olaraq, şahmat zehni səyin əsas meyili olan abstraktlığı təmsil etmir; onun ziddi olanı təmsil edir: zehni səyi bir qrup konkret şeylərə cəmləyir və ağlın başqa heç nəyə yer qalmayacaq formada mürəkkəb hesablamalar aparmağını tələb edir. Hərəkət və mübarizə illuziyası yaratmaqla şahmat professional oyunçunun ağlını həyata qarşı tənqidi olmayan, həyata əhəmiyyət verməyən sülhə gətirir. Şahmat intellektual səylərin mühərrikini, yəni “Niyə?” sualını aradan götürür və qorxuducu bir şey buraxır: məqsədindən uzaq düşmüş, izolyasiya olunmuş intellektual fəaliyyət.  Əgər, psixoloji yaxud ekzistensialist xarakterli müəyyən səbəblərə görə, insan həqiqi həyatın ona qapalı olduğuna, bacaracaq və ya ardınca qaçacaq heç nəyə sahib olmadığına, heç bir hərəkətin mümkün olmadığına inanmağa başlayarsa, onda şahmat onun panzəhəri olar, yəni şahmat inanmağı və hərəkətsiz dayanmağı rədd edən üsyankar zehnini uyuşdurmaq üçün metoda çevirlər. Yoldaş, şahmatın sizin ölkədə indiki rejimdən əvvəl və sonra həmişə bu qədər populyar olmasının və amerikalı şahmat ustalarının bu qədər az olmasının səbəbi məhz budur. Gördüyünüz kimi, bu ölkədə insanlar hələ də hərəkət azadlığına malikdirlər. Sizin ölkənizin liderləri bu çempionluq oyununu ideoloji məsələ, Rusiya və Amerika arasındakı yarış olaraq elan etdiklərinə görə Bobbinin qalib gəlməsini istəyirəm, həmçinin bütün dostlarım da mənimlə həmfikirdirlər. Bu qarşılaşmanın ölkəmizdə gözlənilməz maraq oyandırmasının səbəbi amerikan xalqının sizin ölkənizin təcavüzkar, provokativ və aqressiv təkəbbürlülük siyasətinə və öz hökumətimizin hədsiz tolerant və ifrat mədəni səbrinə olan uzunmüddətli qəzəbinin və hirsinin nəticəsidir. Hamımız simasız, adsız kollektiv toplumlar arasındakı (bizə bir xeyir-şər mübarizəsi nümayiş etdirən iki cəngavərin orta əsrlər mübarizəsi kimi görünən) qlobal toqquşmalardan yorğun və bezmiş olduğumuz üçün ökəmizdə Sovet Rusiyasının hər hansı bir cür, hər hansı bir baxımdan və hər hansı bir şəkildə kürəyinin yerə vurulmasını görmək kimi kütləvi bir arzu vardır. (Lakin təbii ki, bu bir simvoldur, siz şeytanın könüllü müdafiəçisi deyilsiniz, bəlkə də hamımızın bildiyi kimi, dünyanın geri qalanı kimi – onun qurbanısınız.) Hər şeyə baxmayaraq, Bobbi Fişerin davranışı simvolizmi pozur; bu, şahmat ustasının ağlı ilə reallıq arasındakı qarşıdurmanın bariz bir nümunəsidir. Özündən arxayın, nizamlı və parlaq olduğu aşkar olan oyunçu həqiqi dünya ilə məşğul olmalı olanda çökür. O, uşaq kimi səhvlər edir, anlaşmaları pozur, ixtiyari tələblər irəli sürür və məktəb turnirindəki şahmat oyununda diskvalifikasiya ediləcək tərzdə kaprizli davranır. Buna görə o, həqiqi dünyaya, özünü ondan uzaq tutan şeytanı – yəni, irrasionallığı gətirir. Məktub imzalamaqdan, istənilən ciddi məsuliyyət altına girməkdən qorxan, həyatını necə yaşayacağını öyrənmək üçün mistik bir məzhəbin ixtiyari göstərişlərini axtaran bir adam, möhtəşəm və özünə arxayın bir adam deyil, əksinə ani hirs və bəlkə də xainlik hissi ilə boğuşan faciəvi dərəcədə çarəsiz bir qurbandır. Lakin ağıl prinsiplərinin şahmat taxtasının sərhədlərindən kənarda tətbiq oluna bilməyəcəyini, onların təkcə insan icadı olduğunu, kənardakı xaosa qarşı gücsüz olduğunu, həqiqi dünyada heç bir şansları olmadığını deyə bilərsiniz. Bu doğru olsa, heç birimiz sağ qalmazdıq və hətta doğulmazdıq, çünki insan növ olaraq uzun zaman əvvəl məhv olardı. Əgər yuxarıda bəhs etdiyim tipli irrasional qaydalarla insanlar bircə oyun belə oynaya bilmirlərsə, necə yaşaya bilərlər? İnsanın ixtirası – daha doğrusu, insanın səhvi – ağıl deyil, irrassionallıqdır. Təbiət (reallıq) şahmat qədər mütləqçidir və onun qaydaları (qanunları) da o qədər çox (hətta da çox) sabitdir – lakin onun qaydaları və qaydaların tətbiqi daha mürəkkəbdir və insan tərəfindən kəşf edilmək məcburiyyətindədir. Və eynən bir insanın şahmat qaydalarını əzbərləyə biləcəyi, lakin onları tətbiq etmək üçün ağlından istifadə etməli olması kimi hər insan təbiətin qanunlarını tətbiq etmək üçün, yəni uğurlu şəkildə yaşamaq üçün öz ağlından istifadə etməlidir. Uzun zaman əvvəl bütün ustaların böyük ustası bizə təbiətin və həyatın xüsusiyyətlərinin fundamental prinsiplərini vermişdir. Onun adam Aristotel idi.  Aristotel prinsiplərinə əsaslanan cəmiyyətdə yaşasanız, şahmata qaçmaq istəyərdinizmi? Bu ölkə sizin ağlınızın gücündən istədiyi ölçüdə sona qədər istifadə edəcəyiniz, uğurlarınızın mükafatını alacağınız və irrasional olmağı üstün tutan insanların sizə müqavimət göstərəcək güclərinin olmadığı və özlərindən başqa heç kimə zərər verməyəcəkləri, qaydaları obyektiv, sərt və aydın olan bir ölkə olardı. Bu cür sosial sistem yaradıla bilməz deyirsiniz, elə deyilmi? Lakin yaradıldı və tam mövcudluq məqamına yaxınlaşdı – sadəcə səviyyəsiz zehniyyətlər, silahlı insanlar və onların cadugər həkimləri insanların onu bilməsini istəmədilər. Ona kapitalizm adı verilib. Lakin Yoldaş, bu mövzuda heç-heçə etdiyimizi demək olar: sizin ölkəniz bu ifadənin mənasını bilmir və bu gün bizim ölkənin bir çox insanları da onun nə olduğunu bilmir. Hörmətlə, Ayn Rand. Kultura.az
['yazıçı', 'şahmatçı', 'Ayn Rand', 'Boris Spasski']
576
https://kayzen.az/blog/f%C9%99ls%C9%99f%C9%99/21972/death-infeksiya.html
Death İnfeksiya
CavidanNIK
Fəlsəfə
25 may 2018, 00:54
Hacıyev Cavidan  BDU –nun II  kurs, magistrantı   İnsanın insana canavar olmasını vurğulayan hər kəs statistika olaraq bəşəriyyətin yarandığından günümüzə qədər yalnız bir neçə yüz il müharibəsiz dövr olduğunu deyirlər. Müharibələr insanların kütləvi ölümünə səbəb olur. Ancaq yalnız müharibələr mi? XX əsrin əvvəllərində 2 Dünya müharibəsi milyonlarla insanın həyatını aparsa da, lakin İspan qripi heç də az ölümə səbəb olmamışdır. Lakin İspan qripi özü də kütləvi ölümlərə səbəb olan yeganə hal olmamışdır. Zika, ebola virusları qara taun və rəqs taunu və s. hadisələr də milyonlarla insanın tələfinə səbəb olmuşdur. Ancaq bu ölüm yoluxduruculuğu nəyinki kütləvi, bir çox fərdi hallarda da müşahidə olunur ki, bura da GİCS, narkomaniya və s. aiddir. Necə adlandırılmasından asılı olmayaraq, ölümü epidemik infeksiya halına gətirən bu halların simptomları görəsən nələrdi? Və kütlənin fəlsəfi fikirləri ilə bu halların əlaqəsi və qarşılıqlı təsiri varmı? Özəl yanaşma ilə baxsaq, əslində epidemiya – məyyus olmuş bəşərin bəşəriyyətdən aldığı qisasdır. Kinematoqrafiya dili ilə danışsaq, V for virus da deyə bilərik. Epidemiyanın qisasçılıq nəticəsi olmasını isə elə əsatirlərdə də görə bilərik. Litva əsatirlərində deyilir ki, Qiltene adlı gözəl bir qız ərə gedəndə, aldadılıb, diri-diri basdırılmışdır. 7 il qəbirdə qalan Qiltene, sonrada torpağın altından çıxmağı bacarsa da, cəsədi artıq ölüb, skeletə çevrilmişdir. Ruhu narahat olduğundan tələf olmuş bədəni tərk etmədi. Qəbirdən çıxan skelet özünün kapüşonlu balaxonunu (kəndlilərin geyindiyi üst geyim) geyinib, əlinə dəryaz götürərək, qəbirsanlıqda olan digər meyitlərin bədənlərinə dəryazı sürtərək, dəryaza vəba infeksiyasını keçirdi. Sonra isə həmin dəryaz ilə kapüşonlu skelet dünyanı gəzməyə başladı və yolunda kimi görürdüsə ya bu dəryazla öldürürdü və ya boynunu sındırırdı. (1) Beləcə əvvəllər gözəl bir qız olmuş Qiltene, ölüm və vəba tanrısına çevrildi. Qilteneni diri-diri gömməsəydilər, yenə də Qiltene ölüm tanrısına çevrilərdi mi? Əslinə baxsaq, bu hadisə adi bir kəndli qızın aldadılmasına görə çıxdığı qisasdır. Bu hadisə sadəcə mif olsa da, hər bir mifin söykəndiyi bir həqiqət olmuşdur. Tarixdə ən böyük epidemiya sayılan taunlar da sadəcə xəstəliyə yoluxmuş insanların digərlərini yoluxdurmaları ilə artırdı. Rəvayətdə deyilir ki, ortaəsr Avropa kilsələri cadugər qadınların köməkçilərinin pişiklər olduğunu deyib, pişiklərin kütləvi məhvinə başladılar. Pişiklərin olmadığı yerlərdə isə artıq siçanlar sərbəst gəzişə bilirdilər ki, kanalizasiyasız küçələrdə çirkablardakı viruslardan xəstələnən siçanlar çox rahatlıqla insanları yoluxdura bilirdilər. Tauna yoluxmuş insanlar isə kilsə rahiblərinin yanına gedib, dərdlərinə dərman tapmayanda, artıq bu rahiblərə inam da azalırdı. Belə inam azalmaları isə tədricən kilsə fəlsəfəsi olan sxolastikanın tənqidlərinə və son olaraq devrilməsinə gətirib çıxarmışdır. İronik bir fakt ondan ibarətdir ki, sonuncu sxolast-filosof sayılan Uilyam Okkam özü də taundan vəfat etmişdir. Lakin sxolast filosoflara heç də mənfi bir insanlar kimi yanaşmaq lazım deyil. Elə sonuncu sxolast sayılan Okkam özü əslində elmin inkişafının tərəfdarı olaraq, Allaha inamla xurafatı qarışdırmamağı deyirdi və təbiəti, dünyanı dərk etmək üçün elmin inkişaf etməli olduğunu qabardırdı. Hətda filosofun təklif etdiyi “qənayət prinsipi” tarixə “Okkam ülgücü” adı altında düşərək, daha çox ateistik tərəfdən şərh edilir (Bir şeyi az olanın vasitəsi ilə izah etmək olursa, çox olandan istifadə etmək lazım deyil). Taun zamankı insanların çöküşü, egoizmə qapılmaları, yadlaşmaları və epidemiya ötdükdən sonra artıq əvvəlki həyat tərzinə qayıda bilməmələri tarix boyu müşahidə olunan hallardan olub. İnsanın varlıqla yaşadığı bu problemləri isə Albert Kamyu özünün “Taun” əsərində təsvir etmişdir. Əsərdə tauna yoluxan birinin qəsdən eyvandan tüpürməsi, digərinin yoldan keçən sağlam insanları möhkəm qucaqlayıb, “Mən taun xəstəsiyəm” qışqırması və sair səhnələr insanların “Mən əzabla öləcəmsə, qoy digərləri də ölsün” fikirlərini görsədirdi. Taun əsərində səhnələrdən birində Kamyu söz oyunu edərək, keçən əsrin əvvəllərində milyonlarla insan öldürmüş digər epidemiyaya da işarə verirdi. Əsərdə səhnələrin birində bir turist karantin olmuş Oran şəhərindən qaçmaq istəyirdi. Bu zaman ona qoca qadın dedi ki, sən qorxmursan mı yaxınlarının ölümünə səbəb olacaqsan xəstəliyinlə? Həmin qadın İspaniyadan idi ki, burada da müəllif İspan qripi epidemiyasına da allyuziya verirdi. İspan qripi I Dünya müharibəsindən sonra milyonlarla insanın həyatını almış bir pandemiyadır. İspan qripinin özünə qədər olan epidemiyalara nisbətən daha çox faciyəvi olmasına əsas səbəblərdən biri nəqliyyat sisteminin inkişafı olmuşdur. Əvvəllər müharibələr daha lokal olurdularsa, indi müharibədə iştirak etmək üçün digər qitələrdən gəlirdilər. Səngərlərdə qeyri-insani şəraitdə virusa yoluxan əsgərlər isə, geriyə vətənlərinə qayıdanda digər insanları da yoluxdururdular. Bu isə insanların daha da miskinləşməsinə, nihilisləşməsinə gətirmişdir ki, nəticədə ekzistensializm daha da güclənmiş, bundan başqa incəsənətdə dadaizm cəryanı da yaranmışdır. Bunun səbəblərindən biri isə İspan qripinin tibb sistemini çökdürməsi ilə bərabər, cəmiyyətdə mövcud olan etika-estetika normalarını da sirkələtmişdir. Buna misal kimi, bəzi ölkələrdə hərbi rejimin tədbiq edilməsi, məktəblərin bağlanması, meyitlərin tabutsuz, bir başa eksqavatorla, kütləvi şəkildə dəfn olunması, bəzi yerlərdə meyitləri basdırmağa yerin olmaması, bəzi yerlərdə dükanlarda insanlara heç nə satılmaması kimi halları demək olar. Hətda ABŞda bir ara əl-ələ görüşmək belə qadağa olunmuşdur.  Mövcud olmağı mənasızlıq kimi görən dadaizm cəryanı, bəzi tədqiqatçıların fikrincə, postmodernizmin sələfidir. İspan qripinin daha bir nəticəsi isə yevqenika nəzəriyyəsinə vurduğu güclü zərbə idi. Bu nəzəriyyəyə görə, seleksiyanı keçmiş insanlar həm də fiziki olaraq daha sağlam idilər ki, bu insanlar artıq xəstəliklərə yoluxmamalı idilər. İspan qripi isə heç kimə acımadan, rast gəldiyi əksər insanları xəstəlikdən öldürürdü. XX əsrin sonlarına doğru tibbdə aşkarlanmış qlobal təhlükəli xəstəliklər arasında əsas yerlərdən birini də hal hazırda Dünyadakı insanların 1 %-nın yoluxduğu qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) tutur. QİÇSin statisrikası barədə onu deyə bilərik ki, QİÇSə yoluxmayan ölkə yoxdur, QİÇSə yoluxduğunu bilməyən ölkə var. Bu cinsi xarakterli xəstəlik olub, tam seksual sərbəstlik verən ölkələrdə də var, olduqca konservator ölkələrdə də. QİÇSin digər öncəki viruslardan əsas fərqi – dünya səhiyyəsinə və sosiologiyasına vurulmuş möhkəm sillə təsiri verməsindədir. Belə ki, QİÇSin artıq qlobal problem olduğunu qəbul edən ölkələr, öz daxillərində ailə-uşaq məsələlərinə daha çox fikir verməyə başladılar. Artıq ölkələrdə nigah öncəsi tibbi müayinə, insanların periodik müayinəsi və s. profilaktik xarakter daşıyan tədbirlər keçirilir. Bu tədbirlər sağlamlığın artması ilə bərabər, cəmiyyətdə əxlaq normalarının da möhkəmləndirilməsinə gətirir. Bu virusa yoluxmuş insanlar isə cəmiyyətdən daha da ağır qisas çıxmağa çalışırlar. Bir neçə il qərb ölkələrində yayılmış bir sub-hərəkətin üzvləri QİÇSə yoluxmuş adamlar idi. Onlar isə kinoteatrlara, binaların pilləkənlərində tutacaqlara və digər ictimai yerlərdəki tutacaqlara öz qanlarını sürtürdülər ki, yoluxma daha da qlobal hal alsın. Onların etdiyi çox amasızcasına görünsə də, onda bu suala səmimi cavab verək – həkim bizə yaxın müddətdə əzabla öləcəyimizi desə, biz nə edərdik? Buna görə də QİÇS ümumilikdə cəmiyyəti insanlara laqeyid və neqativ münasibətini müsbət tərəfə dəyişdirməyə vadar etdi, çünki QİÇSin inkişaf etməsi üçün ən yaxşı mühit – laeyid cəmiyyətdir. Narkotik maddələrin insanı zombiləşdirməsi heç də yeni fakt deyil. Bunun tarixi misalını isə haşhaşilər görsədiblər. Onlar insanları narkotik alüdəcisi edərək, onlara başqalarının qətlini və ya digər terror əməlini sifariş verirdilər və yalnız cinayət törədildikdən sonra mükafat olaraq yenidən narkotik doza verirdilər. Digər tarixi misalda Asiya dövlətlərini siyasi-iqtisadi mənada çökdürən tiryək müharibələrini demək olar. Bundan başqa bir çox qida şirkətlərinin, aşbazların satışdan daha çox gəlir əldə etmək məqsədi ilə yeməklərə, içkilərə tiryək qatmaları faktı məlumdur. Belə ki, artıq asılılıq yaranmış müştərilər, özlərin də səbəbini bilmədən yenidən və yenidən həmin qida məhsullarını alırdılar. Narkotik maddələr, arzuların rekviyemi olaraq, məyyus olmuş insanları istəmədikləri əməlləri törətməyə məcbur edərək, onları ölümə aparırlar. Bu rekviyem əsrlər boyu insanları yadlaşmaya aparsa da, bunu ilk görən ekzistensialistlər olmuşdur. Lakin ekzistensialistlər sadəcə yadlaşmanın mövcudluğunu demişdilər. Bəzi tədqiqatçılarisə Şopenhauerin iradə azadlığına istinad edərək, alüdəçiliyin səbəbi insanların fərdi hedonizmə meyl etmələrində görürlər. Vəba və İspan qripindən sonra tibb güclü inkişaf etsə də, 2014 – 2015-ci illərdə Ebola və Zika epidemiyaları, onlardan əvvəl quş və donuz qriplləri öncəki pandemiyalardan kifayət qədər yaxşı nəticə çıxarılmadığını görsətdilər. Quş və donuz qripləri inslarlara müvafiq canlının məhsullarının istifadəsindən keçirdi. Bununsa səbəbi bir çox ölkələrdə qida sənayesinə nazərətin formal xarakter daşıması idi ki, xəstə olan heyvan ətləri kütləvi satışa keçə bilmişdir. Ebola və Zika virusları isə müvafiq olaraq Afrikanın və Braziliyanın kasıb rayonlarında pandemiya halını almışdılar. Daha yüksək xəstəxanaların daha yüksək ödəniş istədiklərindən, bu viruslardan xəstəxanala edilən ilk müraciyətlərə də barmaqarası baxılaraq, əslində infeksiyanın yayılmasına süni şərait yaradılırdı. İnsanları kütləvi və fərdi şəkildə ölümə sürükləyən daha minlərlə problem var. Bu ölüm infeksiyalarının əksəri bioloji mənşəlli olsa da, belə yoluxduruculuqdan başqa ölümün ideoloji yoluxduruculuğu da var ki, bura kütləvi intiharlar, Verter sindromu, mavi balina və s. aiddir. Əslində bu infeksiyalar cəmiyyətdə tək halda olmur və biri digərinə gətirib çıxarır. Məsələn QİÇSə tutulan biri bəzi hallarda narko-asılılıqdan da əziyyıt çəkə bilər. Ən sonda isə özünü tam məyyus hiss edib intihar da edə bilər. Həmin intihar isə böyük səs-küy doğursa, Verter effektinə də gətirə bilər. Bu effekt zamanı oxşar məyyusluğu yaşayan digər insanlar, başqasının intiharından cəsarətlənərək, özləri də intihar edə bilər. Əslində fikir versək, Roma imperiyasında Yustinian vəbası və ötən günlərimizdə ən azı şərqi Avropanı titrədən mavi balınanın hər ikisi cəmiyyətin diqqətindən kənarda qalan insanlarla baş verir. Roma küçələrində evsiz eşiksiz qalan insanlar, xüsusi ilə də lupanar sakinləri küçədəki heyvanlardan viruslara  yoluxub onu digər şəxslərə təsadüfən, çox vaxt isə qəsdən ötürürdülər.  Mavi balinada da ən çox özünü valideyinlərinə sübut edə bilməyən, valideyinlərinin önəmsəmədiyi yeniyetmələr öz həyatlarına tam laqeyidləşib #oyunda olduqlarını bəyan edirlər. Əslində cəmiyyətimizin əsas problemi bizim bir birimizi önəmsizləşdirmək, görməməzlikdən gəlməyimizdir. Bunun nəticəsidir ki, kütlə içində yalqız qalan fərdlər bəzən bütün bəşəriyyətdən qisaslarını çıxmağa çalışırlar. Cəmiyyətsə bunları yüzilliklərdi görür və yüzilliklərdir daha ağır fəsadlarını yaşayır, lakin hələ də yadları görməzlikdən gəlir. Bu özlüyündə insanlarda nihilism, tənhalaşma, yadlaşma yaratmaqla birgə, həmçinin ictimai normaların, institutların da dəyərsizləşməsinə gətirib çıxarır. Məsələn, əvvəllər intihar, boşanma hadisəsiləri insanlar arasında böyük rezonans yaratsa da, dövrümüzdə bu hadisələr insanların gözündə də olduqca adiləşib və yalnız formal statistika xarakterini alıb. Kamyu kimi biz də analogiya aparsaq, cəmiyyət Sizif kimi daşın qayadan aşdığını görüb, onu yenə qayaya gətirir, yenə və yenə. Hər dəfə də yeni bir bəla olsa da. Bəlkə də epidemiyalar gələcəkdə də olacaq, daha ağır, daha dəhşətli. Bu death infeksiyaları dezinfeksiya etmək olar – onunçün ilk öncə insan təfəkküründən başlayıb, cəmiyyətdə heç kimin bioloji tullantı olmadığını, hamının bir fərd olduğunu və bu səbəbdən fərdi xoşbəxtlik hüququ olduğunu dərk etməliyik. Bax bu zaman biz görsədə bilərik ki, somasız da hamı xoşbəxtdir (6).   Ədəbiyyat: 1.                     Death (personification)/wikipedia.org 2.                     Уильям Оккам (1280 – 1349) www.solecity.ru 3.                     How the 1918 Flu Pandemic Revolutionized Public Health www.smithsonianmag.com 4.                     Философские и правовые обоснования проблемы смерти и умирания при СПИДе.Умирание и смерть: философия, психология, хоспис. vsem-mirom.narod.ru 5.                     Философские аспекты причин наркомании. Никитин Ю. А. / Известия Российского государственного педагогического университета им. А.И. Герцена, 2008. səh, 261 – 264 6.                     O. Hakslinin “Cəsur yeni dünya” distopiyasında, gələcəkdə hamının soma narkotikinin alüdəcisi olacağı və hər bir problemin soma qəbulu ilə həll olunacağı deyilir. İstənilən problemdən çıxışı soma qəbulundə görən insanların yeni həyat lozunqu isə “İndi hamı xoşbəxtdir” kimi səslənir. Biz bu sitata allyuziya verərək, onu demək istəyirdik ki, əgər cəmiyyətdə insan varlığı daha dəyərsizləşdirilməsə, onda narkotik olmadan da insanlar əsl xoşbəxtliyi duyarlar. Cəsur yeni dünya/Vikipedia.az
['ölüm', 'epidemiya', 'pandemiya', 'ölüm fəlsəfəsi']
577
https://kayzen.az/blog/kino/21908/i%C5%9Fd%C9%99-m%C9%99h%C9%99bb%C9%99t-mac%C9%99ras%C4%B1.html
İşdə məhəbbət macərası
Apollon
Kino
24 may 2018, 11:54
Eldar Ryazanovun filmi bu gün də insanlarda əvəzolunmaz hisslər oyadır 1971-ci ildə Eldar Ryazanov öz tərəf-müqabili Emil Braqanski ilə birgə dilogiyanın birinci hissəsi kimi «Əməkdaşlar» pyesini yaratdı. Pyesin ikinci hissəsi isə «Qohumlar» adlanırdı. Həmin ildə pyes Maykovski adına Moskva Teatrında, Leninqrad Komediya Teatrında və əyalət teatrlarında səhnəyə qoyuldu. «Əməkdaşlar» hər yerdə müvəffəqiyyət qazanırdı. Ona görə də Eldar Ryazanov həmin pyes əsasında film çəkməyə qərar verdi. Amma özünün fikrinə görə, film o qədər də maraqlı alınmamışdı...  Filmin premyerası 1977-ci ilin 26 oktyabrında Moskvada baş tutdu. «İşdə məhəbbət macərası» həmin dəqiqədən populyarlaşdı və 1979-cu ildə RSFSR-in Dövlət mükafatına layiq görüldü. İlk aylarda filmə demək olar ki, bütün məmləkət – 58 milyon insan baxmış, personajların sitatlarını qanadlı frazalara çevirmişdilər. Filmin süjeti, 40 yaşında yenidən Rusiya mətbuatında yer alıb. Film haqqında yenidən yazılar çap olunur. Ekran əsərinin hələ daha böyük yubileyləri qeyd edəcəyini ruslar fəxrlə deyirlər. Filmin pərdəarxası Filmdə səslənən «Təbiətin pis havası yoxdur» mahnısının sözləri Ryazanov tərəfindən yazılmışdı. Rejissorun sözlərinə görə, mahnını yazmaqdan ötrü bir çox şairlərin şeirlərini yığmış, amma nəticə əldə edə bilməmişdi. Filmin bəstəkarlarını utandırmamaqdan ötrü həmin işi onlara ingilis şairi Uilyam Bleykin adından təqdim etmişdi. Bir ildən sonra mahnı «Mahnı-78»in laureatına çevrildi.  «Mımra» obrazının yaradıcısını tapmaqdan ötrü «Mosfilm»in bütün «künclərini» axtarmalı olublar. Filmin operatoru Vladimir Naxalsev «Mımra» obrazı üçün babasının köhnə eynəklərini gətiribmiş. Veroçkanın həyat yoldaşının telefondakı səsi Oleq Basilaşviliyə məxsusdur.  Kaluqinanın kabinetindəki saat həmişə 9.30-u göstərir. Yəqin ki, saat sadəcə işləmir.  «İşdə məhəbbət macərası»nın qəhrəmanlarının işlədiyi Statistika İdarəsi italyan stilində tikilən Xomyakovun gəlirli, Moskvanın nadir binalarındandır. Kuznetski körpüsü, 3/6-da yerləşən binada inqilaba qədər «Volkova oğullarının bankı» yerləşirmiş. İvanov-Şistin arxitekturası əsasında tikilən binanı sonradan Dövlət Duması genişləndirərək, ərazini Kuznetski körpüsünə qədər çatdırıb.  Filmin təsiredici məqamlarından biri: Lyudmila Kalugina kabinetdən binanın damına çıxaraq ağlayır və Novoselsevə özünün iztirablı qadın taleyindən danışır. Bu məqamları çəkmək üçün çəkiliş qrupu 1912-13-cü illərdə tikilən başqa bir binanın – Nirnzee evinin damına çıxıblar. O zaman üçün «başı buludlara dəyən» o binanın damında restoran, şəkil qalereyası, özəl bir kinofirmanın çəkiliş pavilyonu yerləşirdi. Binanın damına qalxmaq üçün 20 qəpik ödəmək lazım gəlirdi. Axşam saat 9-da damda orkestr çalmağa başlayırdı. «Subayların evi» adlanan binanın mətbəxsiz kiçik mənzillərində tənha dövlət qulluqçuları yaşayırdı. İnqilabdan sonra onu milliləşdirmişdilər. Orada SSRİ prokuroru, SSRİ daxili işlər naziri Andrey Vişinski yaşayırdı. O, 8-ci mərtəbənin iki otağında yerləşmişdi və özünün xüsusi liftindən istifadə edirdi.  Yoldaş Samoxvalov (Oleq Basilaşvili) Qorki küşəsində (indiki Tverski) yaşayırdı. Həmin küçədə mədəniyyət naziri Furtseva, məşhur hərbçilər, akademiklər yaşayırdılar. Kaluginanın mənzili də mərkəzdə — Gertsen küçəsi 43-də (indiki B.Nikitskaya) yerləşirdi. O cür hündürmərtəbəli evlər 1973-cü ildə yalnız rəhbər şəxslərə, görkəmli elm və incəsənət adamlarına verilirdi. Hazırda həmin binada o vaxtdan çox şey dəyişib. Həmin ərazini yeni binalar əvəzləyib.  «İşdə məhəbbət macərası» filmində sadəcə personajlar danışmır, həm də onların soyadları, geyimləri və otaqları tamaşaçıya nəsə söyləyir. Samoxvalovun evində hər şey tələbə uyğun olmalıdır. O, hər şeydə birinci və eyni zamanda ciddi olmaq istəyir.  Filmin personajlarını mərkəz boyu «səpələyiblər». Müdiriyyət – Kalugina və Samoxvalov mərkəzdə yaşayırlar. Novoselsev və Veroçka işə rayonlardan – Novoslobodskaya və Çertanovadan metro ilə işə gəlirlər. Rıjova hər gün elektrik qatarı vasitəsilə Moskva ətrafı rayondan işə tələsir. Filmin ilk montajı 4 saat 40 dəqiqə uzanmışdı. Ancaq film iki seriyalı olmalı idi deyə, Ryazanov bəzi epizod və səhnələri qurban vermək məcburiyyətində idi. Ona görə də onlardan bir çoxu saxlanmayıb. Nəyi saxlamaq mümkün olubsa, fotolarda yer alıb. Kəsilən ən məşhur səhnələrdən biri çox məsuliyyətli həmkarlar işçisinin öldüyünü söyləyən yoldaş Bublikovun qəfildən peyda olması səhnəsi idi. Bublikov işə gələndə özünün matəm portretini və əklilini görür. Daha sonra demək olar ki, bu, bitməmiş epizoddur. Bunu artıq son baxış zamanı kəsiblər. Bu yəqin saxlanan yeganə kəsilmiş epizoddur. Deyirlər ki, dubllardan birinin çəkilişi zamanı Ryazanov qəfildən çəkilişi saxlayıb və İvanova tərəf sakitcə deyib: «O sizə yaxınlaşan kimi, var gücünüzlə: «Ura, yaşasın salamat olan yoldaş Bublikov» qışqırın. Onun reaksiyasının arxasınca baxarıq”. İvanov qışqıranda, özünü itirən Pyotor Şerbakov dörd bir tərəfə baxıb: «Hər şeyə görə sağ olun, əziz yoldaşlar» — deyir. İvanov hətta onun boynuna atılaraq onu öpməyə başlayıb.  Digər bir fraqment: Katibə Veroçka daima telefonla öz münasibətlərini aydınlaşdırır. Bütün ssenari boyu o, ailə problemləri ilə məşğul olur. Akedjakova bu rola sınaqsız təsdiq olunub. Filmdə onun öz münasibətini araşdırdığı əri tamamilə realdır. Həmin rola əvvəlcə Mixail Svitini təsdiq edirlər. O hətta bir neçə epizodda çəkilib. Sonra Ryazanov heç bir səbəb söyləmədən onu Aleksandr Fotyuşinlə əvəzləyib. Epizodların birində müxtəlif güllü çətirlərlə qadınlar müəssisənin qapısından çıxanda, Fotyuşin öz motosikli ilə Veranın arxasınca gəlir. Onun başında «dəbilqə” var idi. Vera öz rəfiqəsi Alyona ilə danışdığından, o, səbirlə gözləyir, nəhayət, öz „dəbilqə”sini Veranın başına qoyur. Həmin vaxtı yoldan keçən maşın tamamilə soyuq suyu aktrisanın üstünə çiləyir. Deyirlər ki, Veranın rəfiqəsi Alyonanın da rolu kifayət qədər böyük imiş. Amma nəticədə, birinci seriyanın sonunda eşqə düşən Rıjovanın dəhşətli sirrini biləndən sonra o, üzə çıxır. Artistlər 40 il sonra Əfsanəvi sovet komediyasının 2017-ci ildə 40 yaşı tamam oldu. «İşdə məhəbbət macərası» filmi Eldar Ryazanovun yaradıcılığında xüsusi yer tutur. Film əvvəlki kimi milyonları ekran qarşısında əyləşməyə məcbur edir.  Müdir Kaluqinanın — «Mımra»nın və zamanın əzdiyi statistika işçisi Anatoli Novoselsevin məhəbbət hekayəsini gözəl sovet artistləri oynayıblar. Filmdə əsas rolu sovet və Rusiya aktrisası Alisa Freyndlix oynayırdı. Bu komediya filmində o, tamaşaçıların qarşısına öz sevimli statistika idarəsinin ciddi və çox da gözəl olmayan rəhbəri kimi çıxdı. Lyudmila Prokofyevna Kaluqina – qeyri-müəyyən yaşlı, kobud çərçivəli köhnə eynəyini gözünə taxaraq, «cırılmış ayaqqabı» kimi bütün iş gününü işdə keçirir. Bu obrazı həyata keçirmək üçün Freyndlix həqiqətən də özünün tanınmaz halda eybəcərləşdirilməsinə razılaşaraq qəhrəmanlıq etdi. Və bu onda çox gözəl alındı. Məhz bu rola görə o, «İlin ən yaxşı aktrisası» adını aldı.  «İşdə məhəbbət macərası» filmindən sonra Alisa Freyndlix öz aktrisalıq karyerasını davam etdirdi. O, sovet kinematoqrafiyasında «Qızıl fond»a daxil olan onlarla filmə çəkildi və Böyük Teatrın aparıcı aktrisalarından biri oldu.  Andrey Myaqkov — «İşdə məhəbbət macərası» filmində sakit, orta dövlət qulluqçusu, tipik məğlub olan, arvadı tərəfindən atılmış iki uşaq atası Anatoli Efromoviç Novoselsev obrazını canlandırırdı. Novoselsev işdə vəzifəsinin bir az yüksəlməsi üçün çox da cəlbedici olmayan rəhbərinə qayğıkeşlik göstərmək istədi. Lakin gözlənilmədən o, rəhbərinə vuruldu və bunun üçün «qorxmaz cəngavər»ə döndü. Bu filmdən sonra o, SSRİ-nin Dövlət mükafatı ilə təltif olundu.  90-cı illərin əvvəllərində aktyor Andrey Myaqkov doğma Çexov adına MXT-də rejissorluqla da məşğul olmağa başlayır. Bu gün də tamaşaçıların rəğbətini qazanan çoxlu tamaşalar səhnələşdirib. A.Myaqkov demək olar ki, heç bir filmdə çəkilmir. Çünki onun üçün artıq simasını itirən müasir kinematoqrafiyanı başa düşmür. Aktyor Oleq Basilaşvili «İşdə məhəbbət macərası»nda Novoselsevin tələbə yoldaşı olan və məftunediciliyi, zərifliyi, utanmaz hesablayıcı obrazı olan Yuri Samoxvalovu oynayır. Hər zaman xarici səfərlərdə olan, uğurlu karyerist kimi o, statistika idarəsində peyda olur. Samoxvalov idarəyə gəldikdən sonra müdir köməkçisi vəzifəsinə təyin edilir. Hazırda onun 83 yaşı var və yeri gəldikcə filmlərə çəkilir, tamaşalarda oynayır. Svetlana Nemolyaevna üçün bədbəxt qadın Rıjova rolu ona gələcək karyerasında dəstək oldu. O, Olqa Petrovna Rıjova – Yuriy Samoxvalovun eks-sevgilisi rolunu nöqsansız oynadı. S.Nemolyaevna hazırda da kinolara çəkilir, tamaşalarda oynayır. Aktrisa bu yaxınlarda 80 yaşını qeyd etdi. Ölkə rəhbəri Vladimir Putin də aktrisanı təbrik etdi. Aktrisa Liya Axedjakova «İşdə məhəbbət macərası»ında hər kəsdən və hər şeydən xəbərdar, iddialı katibə Veroçka rolunu oynayıb. Film boyu o, telefon vasitəsilə əri ilə olan münasibətlərini çözməyə çalışırdı. Amma bu ona öz vəzifəsini yerinə yetirməyə mane olmurdu. Veroçka dəbi çox gözəl anlayırdı və hətta bunu hərdən öz direktoru ilə müzakirə etməkdən də çəkinmirdi. «İşdə məhəbbət macərası»ndan sonra Liya Axedjakova tamaşaçıları tərəfindən məhəbbətlə qarşılanır, indi də kinolara çəkilir və teatr tamaşalarında oynayır.  Filmdə Şuroçka rolunu oynayan Lyudmila İvanovna tamaşaçıların yaddaşında bütün kollektivin fikrini bilən «buxalteriya qadını» kimi qalıb. Karyerası ərzində L.İvanovna yüzlərlə kinoya çəkilib, teatr səhnələrində oynayıb. Aktrisa 2016-cı ildə 84 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, Moskvadakı Novodeviçye qəbiristanlığında dəfn olunub. “İşdə məhəbbət macərası” Eldar Ryazanovun aktyorlarını nəinki məşhurlaşdırıb, hətta onlara yaradıcılıqlarında yeni qapılar açıb. Filmin sağ qalan aktyorları dünyadan köçən artistləri kimi „biz Ryazanova çox borcluyuq” deyirlər. Onların hər biri Rusiya kinosunun maraqlı simaları kimi tanınıb və sevilib.  “İşdə məhəbbət macərası” Rusiya ekranlarında, xüsusən bayram günlərində efirə çıxmaq statusunu heç bir ekran əsərinə güzəşt getmir. Bu gün də təkcə rus tamaşaçıları deyil, ümumiyyətlə milyonlarla kinosevərlər „İşdə məhəbbət macərası”nı səbirsizliklə gözləyir və hər dəfə yeni hisslərlə izləyirlər. Bu hisslər 40 ildir ki dəyişmir... Filmin ən çox diqqət çəkən məqamı süjet boyu baş verən xəyanət, inciklik, sözbazlıq, başqasının ayağının altını qazmaq və s. olsa da, sonda məhəbbət qalib gəlir və böyük sevgi bütün mənfiliklərə nöqtə qoyur. Bu, Eldar Ryazanovun «İşdə məhəbbət macərası» idi. Rejissor özü həyatda olmasa da, insanlara gözəl sevgi hissləri yadigar qoyub… kaspi.az
['kino', 'rus kinosu', 'İşdə məhəbbət macərası']
578
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/21948/yaponlar%C4%B1n-qida-m%C9%99d%C9%99niyy%C9%99ti.html
Yaponların qida mədəniyyəti
Apollon
sağlam həyat tərzi
23 may 2018, 11:17
Uzunömürlülüyə görə, yaponlar mütləq rekordçulardır. Onlar həm də haqlı olaraq dünyanın ən arıq xalqlarından biri sayılır. Ölkə əhalisinin orta hesabla 3%-i artıq çəkidən əziyyət çəkir. Bu məsələdə yaponların qida mədəniyyətinin rolu az olmayıb. Yaponiyada hökumət tərəfindən rəsmən tövsiyə edən qida sistemi mövcuddur. Bu sistemi 2000-ci ildə bir neçə nazirlik hazırlayıb və o «Fırfıra» (populyar uşaq oyuncağının şərəfinə) kimi tanınır. Bu yazıda sizi yaponların qidalanma sistemi ilə tanış edəcəyik: «Fırfıra» qidalanma sisteminin əsas xüsusiyyəti odur ki, tərkibində aşağı miqdarda yağ olan karbohidratlar üstünlük təşkil edir. Həmçinin böyük miqdarda şəkər, duz, şirniyyat və içki məhsullarının istehlakını azaltmaq tövsiyə olunur. Bütün məhsullar bir neçə qrupa ayrılır, onların hər biri tövsiyə edilən miqdarda günlük porsiyalara (porsiyalar insanın cinsindən və yaşından asılıdır) bölünüb. Rasionun əsasını yarmalar, dənli bitkilər, tərəvəz, (təzə hazırlanmış şorbalar) təşkil edir, ardınca ət və balıq yeməkləri gəlir. Meyvə və süd məhsulları gündə 2 porsiya verilir. Nə yediyimizlə bərabər necə yediyimiz də vacibdir. Yaponiyada yeməkdən zövq almaq xüsusi bir mədəniyyətdir. Həmçinin orqanizm üçün ən optimal ritmi tapmaq və eyni saatda qidalanmaq tövsiyə olunur. Qidalanma sisteminə əsasən, düyü və balıq kimi beynəlmiləl mətbəxin yeməkləri, eləcə də yerli və mövsümi məhsullar daxildir.  Hər bir qida qəbulu balanslaşdırılmış olmalı və ona müxtəlif qrupların qida məhsulları daxil edilməlidir. Məsələn, Yaponiyada tipik məktəb naharı belədir: düyü, ət və ya balıq, miso şorbası, bir stəkan süd və meyvə. Şüurlu bəsləmə yaponlarda ibtidai məktəbdən formalaşır. Nahar fasilə deyil, həm də təhsilin ayrılmaz hissəsidir. Şagirdləri nahar fasiləsində heç kim tələsdirmir, yeməkdən sonra isə masanı uşaqlar özləri təmizləyir. Yemək və xərclənən kalorilərin miqdarı arasında balans nəzarət və müşahidə edilməlidir. Yaponiyada ehtiyat qida saxlamaq, çox yemək hazırlamaq qəbul edilmir. Üstünlük təzə məhsullara verilir. Çörək yox, düyü «Mən də həmişə qaynadılmış düyü yesəm, arıqlayaram», — deyə düşünürsünüzsə, yanılırsınız. Çünki yaponlar yalnız plov və suşi ilə qidalanmır. Əksinə, gündəlik qidalanma menyuları çox zəngindir. Məsələn, yaponların klassik süfrəsində balıq, yeməli yosun növləri, pörtülmüş tərəvəzlər, bir kasa düyü, soya, şirniyyatı əvəz edən meyvələr və matça çayı daxildir. Yəni ağızlarına bir neçə suşi atmaqla kifayətlənmirlər, doyana qədər yeyirlər. Ancaq bu yeməklərin heç biri yüksək kalorili deyil. Başlıcası onlar fəstfud məhsullarını sevmirlər. “Yapon qadınları nə qocalır, nə də kökəlir" adlı kitabın müəllifi Naomi Moriyama bu vəziyyəti ətraflı şəkildə izah edib: “Yapon qidalanma tərzi 26 faiz yağ ehtiva edir. Şəkər və kalori də olduqca aşağıdır. Balığa əsaslanan bu qidalanma tərzi yaponların daha yüksək dozalarda Omeqa-3 yağları qəbul etməsinə imkan verir. Yaponiyada işlənmiş və konservləşdirilmiş yeməklər də qərbə nisbətən azdır. Yaponların gündəlik qəbul etdiyi ümumi kalori miqdarı digər ölkələrə görə çox aşağıdır. Yaponların yediyi plov bizim bol yağlı plovdan deyil. Çünki onlar düyünü duzsuz və yağsız halda yeyir. Azərbaycan mətbəxini çörəksiz və xəmir xörəklərsiz təsəvvür etmədiyimiz kimi, yapon süfrəsini də düyüsüz təsəvvür etmək mümkün deyil. Hətta Yaponiyada «yemək yeyək» ifadəsini «düyü yeyək» birləşməsi əvəz edir. Bişirilmə texnikası Yaponlar demək olar ki, bütün yeməkləri az bişmiş və çiy halda istifadə edir. Yeməkləri daha çox qaynatma, buxarda bişirmə və dəmir tor kimi üsullarla hazırlamağa üstünlük verirlər. Yapon qadınları heç qızardılmış xörəklər bişirmir. Bu üsullarla yeməklər daha yumşaq şəkildə bişirildiyi üçün qida dəyərlərini də itirmir. Az öncə bəhs etdiyimiz sağlam bişirmə üsulları sayəsində yaponların yağa ehtiyacı qalmır. Buna görə də kərə yağının dadını belə bilmirlər, süd məhsullarını az hallarda istifadə edirlər. Kərə yağı daxil heç bir heyvan mənşəli yağ istifadə etməyən yapon qadınları bu ehtiyaclarını soya və küncüt yağları ilə qarşılayır. Beləliklə, sağlam yağlar həyat keyfiyyətlərinə də birbaşa təsir edir. Yeməklərini kiçik boşqablarda yeyən yaponlar boşqabı bizim kimi doldurmurlar. Porsiyalar kiçik olmalı və yemək tikələri yavaş-yavaş çeynənilməlidir. Şirniyyat mədəniyyətləri yoxdur Yaponlar bizim kimi kalorili yemək yeyib, üstündən də ağır şirniyyatlar yemirlər. Çünki Yaponiyada şirniyyat mədəniyyəti yoxdur. Onlarda şirniyyatları meyvələr əvəz edir. Damaq dadı bizdən olduqca fərqli olan yaponlar düyüdən hazırlanmış dondurmalara və qaynadılmış qırmızı lobyadan hazırlanmış faydalı desertlərə üstünlük verir. Nəticə Bu qaydaların sadəliyinə baxmayaraq, onlar çox səmərəli işləyirlər. Tədqiqatın təsdiqlənmiş nəticələri 2016-cü ildə dərc olunub. Tədqiqatlar zamanı bir qrup yapon alimləri 15 il ərzində təxminən 80 min həmyerlisinin qida vərdişlərini öyrənib. Məlum olub ki, yemək üzrə rəsmi tövsiyələrinə əməl edən, insanlar arasında, ölüm halları 15% azdır. Gördüyünüz kimi, yaponların qida sistemi tamamilə aydın və şəffafdır: Təmiz məhsullar və ənənəvi ləziz yeməklərə üstünlük vermək lazımdır, şiriniyyatların və yağların miqdarını məhdudlaşdırmaq, ümumiyyətlə, qidalanmaya şüurlu yanaşmaq lazımdır. publika.az
['sağlam qidalanma', 'qidalanma mədəniyyəti', 'yaponların qida mədəniyyəti', 'Yaponiya']
579
https://kayzen.az/blog/menecment/21661/q%C9%99rar-ver%C9%99n-insanlara-t%C9%99sir-etm%C9%99k-%C3%BC%C3%A7%C3%BCn-10-m%C9%99sl%C9%99h%C9%99t.html
Qərar verən insanlara təsir etmək üçün 10 məsləhət
Apollon
Menecment
18 may 2018, 13:30
Bestseller müəllifi və dünyanın ən titullu biznes mütəfəkkirlərindən biri Marshall Goldsmith əmindir ki, hər birimiz insanlar üzərində birbaşa hakimiyyətə malik olmadan, onlara müsbət təsir göstərə bilirik. Peter Drucker-in əsas ideyalarından imtina edərək, o bilavasitə rəhbər, top-menecer və ya sadəcə həmkar olmasından asılı olmayaraq, qərar verən insanlara təsir etmək üçün 10 məsləhət verir. Faktları qəbul edin Həyatınıza təsir edən hər bir qərar “düzgün”, “ağıllı” və “ən yaxşı” insan tərəfindəndən deyil, sadəcə qərar vermək səlahiyyətinə malik olan insan tərəfindən verilir. Bu faktdır. Elə insanlar var ki, onlar qərar vermək hüququna malikdirlər, fikri ilə razılaşaraq, biz “həyatın ədalətsizliyinə” görə daha əziyyət çəkmirik, digərlərinə daha effektli təsir göstərə bilirik və müsbət dəyişikliklərə hazır oluruq. Ən əsası isə biz daha xoşbəxt oluruq. İdeyalarınızı satmağı öyrənin Qərar verən insanlara təsir etmək cəhdi müştərilərə məhsul və ya xidmət satışına bənzəyir. Siz satmalısınız, lakin onlar almağa borclu deyillər. İnanın ki, müştərilərini məhsul almamaqda günahlandıran satıcıları heç kim xoşlamır. Halbuki, xarici satışlar zamanı məsuliyyəti öz üzərinə götürmək bacarığı açıq-aydın və əsas keyfiyyətdir, böyük şirkətlərdə işçilərin çoxu fikirlərini “almadığına” görə rəhbərliyi günahlandıraraq vaxtlarını boş yerə sərf edirlər. Harvard Universitetinin keçmiş professoru Kris Argyris-in, nəticə adətən “işin başqasına dövr edilməsi”nə gətirib çıxarır, deyə qeyd etməsi təsadüfi deyil. Biz fikrimizi başqalarının pis etdiklərinə cəmləşdirərək, özümüzü gücsüzləşdiririk. Bunun yerinə, biz elə edə bilərik ki, daha yaxşı olsun, kimi düşünməyimiz daha məhsuldar nəticə verəcək. Təsir prosesinin əsas elementi qərar verən şəxsin təhsili ilə bağlıdır. Buna görə qərarların verilməsinə təsir etmək istəyənlər yaxşı müəllim olmalıdır. Yalnız şəxsi məqsədlərə nail olmağa çalışmayın – ümumi fayda üçün işləyin Satıcının işlətdiyi bəzi sözlər mənasız səslənə bilər. Məsələn, belə bir cümlə yolverilməzdir: “Siz bu məhsulu almalısız, yoxsa mən məqsədlərimə çata bilməyəcəm”. İstənilən halda, yaxşı satıcılar şəxsi məqsədləri haqda deyil, alıcıların ehtiyacları haqda düşünürlər. Eynən bu cür, qərar verənlərə təsir edə bilən insanlar şöbənin və ya komandanın məqsədləri deyil, ilk növbədə, təşkilşatın ehtiyacları haqda düşünürlər. Böyük döyüşlərdə qələbə qazanmağa çalışın Enerjinizi əhəmiyyətsiz şeylərə sərf etməyin – rəhbərlərin buna vaxtı yoxdur. Hər hansı ideyanı təklif etməzdən əvvəl onu hərtərəfli təhlil edin. Real dəyişikliklərə səbəb olan problemlərə diqqət yetirin. Bu zaman xırda məğlubiyyətlərə hazır olun. Sizə önəmli problemlərin həll olunması üçün pul ödəyirlər. Avtomobilin xüsusiyyətləri və ya idman komandalarının uğurları barədə mübahisələrdə qalibiyyət heç bir şeyə dəyməz. İdeyalarınızın arxasında dayanan real maddi mənfəəti göstərin Hər bir şirkətin resurs və vaxt məhdudiyyəti var. Sizin ideyanın qəbulu, kiminsə parlaq hesab etdiyi digər ideyadan imtina deməkdir. Buna görə, xərcləri təmkinlə müzakirə etməyə, etirazlara adekvat şəkildə reaksiya göstərməyə hazır olun. Yadda saxlayın ki, nüfuzlu insanlar da səhvlər edir Qərar verən insanları hamı səriştəli hesab edir. Və bu doğrudur. Lakin onların adi insanlardan çox fərqləndiyini düşünmək qəribədir. Liderlərin də ən yaxşısı insandır. İnsanlar isə səhvlər edir. Buna görə də, top-menecerlər səhv etdikdə, onları qınamayın, əksinə, onlara kömək etmək haqda düşünün. Hörmət saxlamağı unutmayın Qərar verən insanlara da müştərilər kimi eyni diqqəti göstərin. Fikrinizi söyləməzdən əvvəl, bir suala dörd fərqli rakursdan cavab verməyə cəhd edin: İdeya şirkətimizə kömək edəcəkmi? İdeya müştərilərimizə kömək edəcəkmi? İdeya söhbət etdiyim insana kömək edəcəkmi? İdeya haqqında danışdığım insana kömək edəcəkmi? Bütün sualların cavabı “yox”dursa, sussanız yaxşıdır. Son qərarı dəstəkləyin Rəhbərliyin son qərarı əxlaqsız, qeyri-qanuni və ya qeyri-etik deyilsə, onu reallaşdırmağa başlayın. Bu halda, edə biləcəyiniz ən pis şey, işçilərinizə “Mənə dedilər ki, bu qərarı sizə çatdırım”, deməyiniz olar. Kolleqalarınızın gözündə həmin anda “kuryer”ə çevriləcəksiniz. Qərar verən şəxsləri elə qəbul edin, sanki təşkilatınızda iyerarxiya və rollar üzrə bölgü yoxdur. Rəhbərinizi işçilərin gözləri qarşısında kürəyindən vursanız, o da sizə eyni cavabı verəcək. “Qələbə qazanmağa” və ya “haqlı olmağa” çalışmayın Vəziyyəti yaxşılaşdırmaq haqda xoşagəlməz düşüncələrdənsə, fikirlərinizi başqalarının nəyi düzgün etmədiyi ilə məşğul etmək daha asandır. İstiqaməti itirməmək üçün, faydalar haqda düşünün. Fikrinizi dəstəkləyən nə qədər çoxdursa, onun reallaşma ehtimalı daha yüksəkdir. Keçmişi unudun, gələcək haqda düşünün Daim hər şeyin pis olduğunu deyən və gileylənən insanları idarə etmək çox çətindir. Uğurlu insanlar gələcəkdə onlara müəyyən məqsədlərə nail olmağa kömək edən fikirlərlə işləməyi xoşlayırlar. Gələcəyə baxaraq siz dünən nəyə nail ola bilmədiyiniz haqda deyil, sabah nə əldə edəcəyiniz haqda düşünəcəksiniz. Gələcəyə köklənən bu istiqamət qərar verən şəxslərə effektli təsir etmək şansını əhəmiyyətli dərəcədə artıracaq. Bu həmçinin sizə təşkilatın bütün səviyyələrində olan insanlar ilə uzunmüddətli münasibət qurmağa kömək edəcəkdir. Özünə inamın təbiəti: nə üçün “səhvlərimiz uğurla assosiasiya olunur”? Hər birimiz eşitmək istədiyimizi eşitmək istəyirik. Biz bütün dünyada bəhs olunan böyük işlərin bilavasitə bizimlə əlaqədar olduğuna inanırıq. Rəhbərlər də digərlərindən fərqlənmir, çünki özünə inam onlara uğur qazanmğa kömək edir. Özümüz haqda hərtərəfli düşünsək, daha uğurlu ola bilərik. Hamımız nailiyyətlərimiz və statusumuzla bağlı səhvlər edirik: Layihəyə verdiyimiz şəxsi töhfəmizi həddindən artıq qiymətləndiririk; Peşəkar bacarıqlarımız və həmkarlarımız arasında nüfusumuz haqda yüksək fikirdəyik; Layihəmizin şirkətin gəlirinə təsirini şişirdirik, real və gizli xərcləri isə azaldırıq. Bunu necə izah etmək olar? Sadəcə bizim səhvlərimiz əsasən məğlubiyyət ilə deyil, uğur ilə assosiasiya olunur. Uğurların müsbət əsasları olduğundan, onların böyük bir gələcək vəd etdiyini düşünürük. Uğurlu insanlar bəzən reallıqdan uzaqlaşırlar və bu heç də pis deyil. Möcüzələrə inam əminlik yaradır. Biz düşündüyümüz qədər qüsursuz olmasaq belə, bu əminlik həqiqətən daha uğurlu olmağa kömək edir. Axı real düşüncəli insanlar çox vaxt depressiya vəziyyətində olurlar. Özünə inama əsaslanan səhvlər məqsədlərə nail olmağa kömək etsə də, onlara görə biz çətinliklə dəyişirik. Başqaları bizə dəyişməyimizə işarə edəndə, biz onlara təəccüblə baxırıq. Niyə? Bu sualın cavabı üç əvəzlənən vəziyyəti nəzərdə tutur. Çaşqınlıq – inkar – hücum Əvvəlcə biz digər tərəfin bizi yanlış məlumatlandırmağa çalışdığı üçün çaşqınlıq içində oluruq: insan sadəcə nə danışdığını anlamır və yəqin ki, bizi dəyişikliyə ehtiyacı olanlarla səhv salıb. Digər tərəfin yanlış məlumatlandırılmadığını başa düşdükdə, biz inkar rejiminə keçirik: tənqid lazımlı ola bilər, lakin çox da əhəmiyyətli deyil, çünki uğurumuza mane olur. Nəhayət, arqumentlər kifayət olmadıqda, biz digər tərəfə hücum etməyə başlayırıq: “Mənim kimi uğurlu adam niyə uğursuza qulaq asmalıdır?” Eşitmək istəmədiklərimizə qarşı reaksiyamız bu cür olur. Bundan başqa, uğurlu insanlar keçmiş fəaliyyətlərini, şəxsi uğurlarına təsir etmə bacarıqlarını böyük pozitivliklə şərh etməyə meyilli olurlar, onlar əmindir ki, uğurları ədəbi davam edəcək və onlar həmişə talelərini nəzarətdə saxlaya biləcəklər. Nəticədə “dəyişikliklərə qarşı müqavimət kokteyli” alınır. Bu nə deməkdir? Yəni rəhbərinizin müsbət fikirləri ona uğur qazanmağa kömək edib, lakin eyni zamanda həmin fikirlər onun dəyişməsinə mane olur. Ona yüksək səviyyəyə çatmağa kömək edən məfhum, bu yüksəklikdə qalmağa və ya daha da irəliyə getməyinə mane ola bilər. Bu tələyə düşməyin! banker.az
['insan resursları', 'HR', 'menecer', 'menecerin xüsusiyyətləri', 'menecment']
580
https://kayzen.az/blog/evdarliq/20890/interyer-dizayn%C4%B1n%C4%B1n-%C9%99saslar%C4%B1.html
İnteryer dizaynının əsasları
Apollon
Evdarlıq
17 may 2018, 15:11
Dəhliz Mənzilə daxil olan adam ilk olaraq dəhlizə girir. Çox vaxt qonağın ev sakinləri haqda ilkin təəssüratı məhz elə dəhlizdən yaranır. Başlıca rollardan birini naxış materiallarının rəngləri oynayır. Balaca və qaranlıq dəhlizdə açıq materiallardan istifadə etmək yaxşı olardı, əksinə, geniş dəhlizdə daha çox tünd rənglər yarayar, məsələn: dolğun qırmızı və qəhvəyi rənglər. Dar dəhlizi zahiri genəltmək üçün divarların bəzəyində soyuq rənglərdən istifadə etmək lazımdır. Dəhlizi təchiz edəndə onun ölçülərini nəzərə almaq lazımdır və buna müvafiq olaraq, mebel seçmək lazımdır. Dəhlizi həddindən artıq doldurmaq lazım deyil, mebelin miqdarını maksimal məhdudlaşdırmaq lazımdır. Bu, paltarasan, ayaqqabı şkafı və güzgüdür, digərlərinə yer yoxdursa, yaxşısı budur başqa otaqda yerləşdirəsiniz. Yaxşı variant divarlarda qurulmuş güzgülü şkaf ola bilər. Bu halda dəhlizdə nə başqa şkaf, nə də güzgü yerləşdirməyə ehtiyac olmur. Dəhliz isə çox səliqəli və müasir görünür. Dəhliz çox vaxt döşəmə linoleumla örtülür, lakin toxuculuq örtüyü haqqında düşünmək də olar, çünki mənzilə girərkən o, dərhal rahatlıq hissini yaradacaq. Qonaq Otağı Qonaq otağının bir çox müxtəlif funksiyası var, lakin bir şey şübhəsizdir bütün ailənin əhvalı buranın rahatlığından asılıdır. Qonaq otağında əsas yeri yumşaq mebeli dəsti tutur. Bu mebel rahat və otağın ölçüsünə uyğun olmalıdır. Böyük və enli yumşaq mebel böyük otaqlarda yaxşı görünür. Balaca qonaq otağını isə belə mebel daha da balaca və dar edə bilər. Qonaq otağına xüsusi rahatlığı kamin verir. Əgər əsl kamin qoymağa imkan yoxdursa, onda süni kamin də olar. Müasir elektrik kamin növləri müxtəlifdir, tam təhlükəsizdir, estetik və sadədir. Dekorativ funksiyalardan başqa, onlar qızdırıcı rolunu da oynayırlar. Kamin dərhal diqqəti özünə cəlb edir. O, kompozisiyanın mərkəzinə çevrilir və qalan əşyaları öz ətrafında qruplaşdırır. Bu rolu müasir evlərdə ev kinoteatrı da oynaya bilər. Əgər qonaq otağı eyni vaxtda istirahət və yemək otağının funksiyasını yerinə yetirirsə, onda oradakı döşəməni ikisəviyyəli etmək olar, məsələn, podiumda istirahət zonası yerləşə bilər (divan, bir neçə kreslo və jurnal stolu), aşağıda isə – stol, stullar, bufet. Qonaq otağında mini-iş kabineti üçün yer ayırmaq olar. İş zonası və istirahət zonası arasındakı divar qismində otağın hündürlüyünün yarısına bərabər kitab stelajlardan istifadə etmək olar. Rəng qammasına xüsusi diqqət yetirilməlidir, yaxşı olardı dəqiq rənglər-dən: ağ və qara, təmiz qırmızıdan istifadə etməyəsiniz. Qonaq otağı üçün isti rəngləri yaşıl, tünd qırmızı, palıd rənginin bütün çalarlarını, sarı, narıncı seçmək yaxşıdır. Qonaq otağında jalüz məsləhət görülmür. Pərdələr isə çox da qalın olmamalıdır. Təbii xalı qonaq otağının koloritinə xüsusi əhəmiyyət verir. Qonaq otağının optimal işıqlandırılması üçün bir neçə tip çırağlardan istifadə etmək olar. Günün çox vaxtı keçən yerlərdə tavan, yaxud divar işıqlarından, həmçinin torşer və stolüstü lampalardan istifadə olunur. Divarlardakı rəsmlər, vazalar, keramika fiqurları və s. qonaq otağını daha rahat göstərir. Rəsmləri adam boyundan aşağı yerləşdirmək olmaz, ən maraqlı aksessuarları isə işıqlandırmaq yaxşıdır. Qonaq otağı üçün dekorativ elementləri seçəndə, otağın stilini nəzərə almaq lazımdır. Çalışın interyeri artıq aksessuarlarla doldurmayın, onda otaq muzeyə oxşayar.
['ev dizaynı', 'interyer', 'interyer dizaynı', 'dəhliz', 'qonaq otağı']
581
https://kayzen.az/blog/paint/21871/klimtin-m%C9%99%C5%9Fhur-r%C9%99sml%C9%99ri.html
Klimtin məşhur rəsmləri
Apollon
Məşhur rəsmlər və rəssamlar
17 may 2018, 14:53
Avstriya simvolist rəssamı Qustav Klimt Vyana sesession cərəyanının görkəmli nümayəndələrindən biridir. Klimtin yaradıcılığı rəsm əsərləri, monumental rəsm, eskiz və başqa incəsənət növləri ilə tanınır.  Klimtin əsas mövzusu qadın bədəni idi. Qustav Klimt 1862-ci ildə orta təbəqədən olan Moraviya əsilli ailədə anadan olub. Atası Ernst Klimt qravüraçı və zərgər idi. Rəssamın uşaqlığı yoxsulluq içində keçmişdi və o, bütün həyatı boyu ailəsinə maddi kömək etməli idi. Klimt 1876-cı ildə Vyana İncəsənət və Sənətkarlıq Məktəbinə (Kunstgewerbeschule) qəbul olur və 1883-cü ilə kimi orada təhsili alır. Klimt mühafizəkar təlim prinsiplərini asanlıqla qəbul edir. Buna görə yaradıcılığının erkən vaxtlarındakı işləri akademik səciyyə daşıyır. 1890-cı illərdən başlayaraq Klimtin diqqətini yapon, Çin, Qədim Misir və Mikena incəsənəti özünə cəlb edir. Beləliklə Klimtin üslubu yeni xarakter almağa başlayır. Bu dövrdən sonra rəssam sənətşünasları tez-tez heyrətləndirməyə başlayır. Özünün qeyri-ənənəvi və provakasion metoduna baxmayaraq Klimt nəhayət Avropanın ən yaxşı rəssamlarından birinə çevrilir.  Qustav Klimtin əsərləri arasında “Öpüş”, “Danaya”, “Həyat və ölüm” və başqa məşhur əsərləri var. Qadınları rəsm etməyi sevən və əsərlərində erotizmə önəm verən rəssam 1907-ci ildə Avstriyanın yəhudi əsilli böyük şəkər istehsalatçısı Ferdinant Blox-Bauerdən həyat yoldaşı Adelin portretini çəkmək sifarişi alır (Bu barədə ətraflı şəkildə bu linkdən oxuya bilrəsiniz). Deyilənə görə arvadı ilə rəssam arasında sevgi yaşandığı öyrənən rəssam bu yolla Klimtdən qisasını almaq istəyirmiş. Beləcə “Adeli Blox-Bauerin portreti” yaranır. İkinci Dünya Müharibəsindən sonra Amerikaya gedib çıxan tablo 2000-ci illərdə “Avstriyanın Mona-Lizası” kimi vətəninə qaytarılır. Klimt 6 fevral 1918-ci ildə vəfat edib. 2006-cı ildə rejissor Raul Ruisin “Klimt” filminin premyerası olur. Baş rolu aktyor Con Malkoviç canlandırıb.  Yudif və Olofrenin başı (Yudif I), 1901 Qadının üç yaş dövrü, 1905 Frisa Ridlerin portreti, 1906 Adel Blox-Bauerin potreti, 1907 Danaya, 1907 Ümid II, 1907-1908 Öpüş, 1908 Bakirələr, 1913 Berhoven frizi Həyat və ölüm, 1910
['məşhur rəssamlar', 'məşhur rəsmlər', 'Qustav Klimt']
582
https://kayzen.az/blog/esse/21555/yax%C5%9F%C4%B1,-yoxsa-%C9%99dal%C9%99tli-insan-olmaq.html
Yaxşı, yoxsa ədalətli insan olmaq?
Apollon
Esse
15 may 2018, 21:43
“Yaxşı insan olmaq asandır, çətin olan ədalətli insan olmaqdır” Viktor Hüqo Ətrafımda bir xeyli yaxşı insan var. Bəli, həqiqətən belədir. Həmin insanların mərhəmətini, sadəliyini, qonaqpərvərliyini, yardımsevərliyini çox görmüşəm. Oxşar isti münasibəti Qərb ölkələrində də görmək mümkündür, ancaq orda ədalətli olmaq yaxşı olmaqdan üstün tutulur və bu, onların davranışından aydın sezilir. Biz şərqlilər istiqanlı, aşırı ünsiyyətcil, mərhəmətə daha meyilli və qonaqpərvərik. Bu, danılmaz faktdır. Kənardan gələn qonaqlar bu enerjini aşkar görür və tez-tez dilə gətirirlər. Biz sevəndə belə dəlicəsinə sevir, nifrət edəndə belə qızğın şəkildə nifrət edirik. Təbiətimiz belədir. Bundan əlavə, genetik ötürücülərin də müəyyən təsiri var. Həm də gözümüzü açandan ətrafımızda bu cür davranışların şahidi oluruq. Görüb-götürürük və nəsillərə ötürürük. Bu çox təbii haldır. Bizdən fərqli olaraq, Qərbdə vəziyyət başqadır. Onu da qeyd edim ki, ümumiləşdirmə aparmıram. Ümumiyyətlə, kim ümumiləşdirmə aparırsa, həmin adam axmaqdır. Ancaq böyük nisbət söhbəti var. Çünki, doğurdan da, fərq ortadadır və bunu çox asan müəyyən etmək və görmək olur. Hə, ola bilər ki, Qərb ölkələrində qarşılaşdığınız adamların sizə qarşı çox da isti münasibəti və aşırı mərhəməti ilə qarşılaşmayasınız, ancaq onların bir çox hallarda ədalətsiz və haqqtapdayan hərəkətini də görməyəcəksiniz. Ədalətli şəxs başqasına zərər verməyi özünə ar bilər. Gəlin, sizə ədalətli insanın özəlliklərini sadalayım: ədalətli adam dürüst olur və o, ətrafdakılara zərər verməkdən çəkinir, hər kəsə layiq olanı verər. Ədalət nədir? Ədalət-zülm etməmək, hər kəsə haqqını vermək və ən əsası layiq olduğunu verməkdir. Ədalətli olmaq hamı il eyni şəkildə davranmaq yox, əksinə, hər kəsə haqq etdiyi şəkildə yanaşmaqdır. Ədalətli adama adil deyirlər. Bir insanın sahib olması vacib olan ən əsas xüsusiyyət onun adil olmasıdır. Ədalətli şəxs haqq və hüquq məsələsində hökm verərkən mütləq və mütləq neytral yanaşar. Hətta öz doğmaları, yaxınları əleyhinə belə olsa, ədalət prinsipindən vaz keçməz. O, öz şahidliyini heç vaxt gizlətməz və insanları aldadıb, onların arasında ayrıseçkilik, diskriminasiya etməz. Nə özünün, nə də yaxınlarının istəklərinə uyğun hərəkət etməz. Hadisə və situasiyalara mənfəət prizması ilə yox, haqq və ədalət prinsiplərini üstün tutaraq yanaşar. Kimə nə edəcəyini, necə davranacağını və haqqının nə olduğunu bilməyən adam davamlı olaraq haqq yeməyə və zülm verməyə meyilli olur. Niyə?  Çünki cahil adam ədalətli ola bilməz. Ədalətli olmağı özünə hədəf seçənlər bilmədiyi mövzularda nə danışar, nə də onları müzakirə edər. Ədalətli şəxslər tanımadığı adamlar haqqında hökm vermək, onlar haqqında nəsə yanlış söz söyləməkdən və iftira-şər atmaqdan çəkinər və qorxarlar. Bu məsələyə həssas yanaşarlar. Ədalətli insan mərd olduğu qədər, həm də mərhəmətlidir. Ancaq onun mərhəməti saxta deyil, tam səmimidir. Belə adamların qəlbində sevgi olar və həmin sevgi onları ədalətli olmağa sövq edər. Qəlbində səmimi sevgi olmayanlar qorxaqlığa, yaltaqlığa meyilli olurlar və onların daimi maddi gözləntiləri olur.* Ona görə də bu gün sizinlə aşırı mərhəmətlə davranan, qonaqpərvərliyinə şübhə etmədiyiniz şəxslər, sabah hər hansı həssas məqamda sizin yanınızda olmurlar. Mən əminəm ki, öz siyasi fəaliyyətlərinə görə Avropada yaşayan Emin Millidən, Günel Mövluddan və Orduxan Teymurxandan toplu halda imtina edən qohumları bir vaxtlar onlarla eyni məclisdə oturarkən Eminə, Günelə və Orduxana xüsusi qayğı və qonaqpərvər davranışları ilə, bəlağətli tərifləri ilə də yadda qalıblar. Ancaq vacib məqamda onlardan həmin fəallara qarşı amansız və ədalətsiz qınaq gəlib. Ədalət şəxləri yox, haqqı qorumaqdır. Belə adamlar iş yerində, ailə daxilində və olduğu hər yerdə problemləri ədalət psinsipinə söykənərək həll etməyə çalışırlar. Montaigne deyirdi ki, ədalətin olmadığı yerdə, əxlaq da yoxdur. İndi başa düşürsünüz ki, günü-gündən ölkədə əxlaqsızlığın miqyası bu qədər genişlənir?! Təəssüf ki, bizə uşaqlıqdan “ədalətli ol” yerinə, sadəcə, “yaxşı insan ol”- deyilir. Bu isə məhdud tərbiyədir. Yaxşı olmaq kifayət etmir. Cəsarətin simvolu sayılan ədalətli olmaq xüsusiyyəti bir adamda çatışmırsa, o şəxs, ilk aldığı zərbə ilə yaxşı olmağı da buraxacaq. Belə olan halda da qorxu və maddi gözləntilər ilə cəmiyyətin əsarətdə olan fərdlərindən birinə çeviriləcək. Bax buna görə də bu gün ölkəmizdə birlik, bərabərlik yoxdur. Hər hansı iş yerində bir və ya bir neçə işçinin haqqı yeyiləndə və yaxud da elə ümumi hamıya qarşı ədalətsizlik olanda, işçilər bir araya gəlib ədalətsizliyə qarşı etiraz etməyə cəsarət tapmırlar. Adekvat davranış yoxdur deyə bu kimi hallar bildiyimiz bütün hər yerə sirayət edib. Yenə deyirəm, bu cür dəhşət halların yaşanması çox normal və təbiidir. Çünki nə ailə, nə məktəb tərbiyəsində bizə ədalətli olmağı başa salmırlar. Heç yerli ədəbiyyatımızda da ədalətli olmağa çağırışlara çox rast gəlinmir. Nəticə də şübhəsiz belə olmalı idi. Hətta kiminsə yanında “ədalətli ol” deyəndə, “ə, boş-boş danışma” deyib adamı məsxərəyə də qoyanlar olur. “'Ədalət” Azərbaycanda ancaq kişi adıdır” kimi acı bir ifadə var. Biz buna göz yumub, laqeyd münasibət göstərərək, həyatımızı sürünərək keçirtməməliyik. Uşaqlarımıza, ətrafımıza daim ədalətli olmağı əməllərimizlə göstərməli və aşılamalıyıq. Bu xüsusiyyət insanın baş tacıdır. İndi, sizcə, yaxşı, yoxsa ədalətli insan olmalıyıq? Orxan Adıgözəl
['esse', 'insan', 'yaxşı insan', 'ədaləi insan', 'Orxan Adıgözəl']
583
https://kayzen.az/blog/islam-v%C9%99-qad%C4%B1nlar/21849/15-ya%C5%9F%C4%B1nda-nobel-m%C3%BCkafat%C4%B1-alan-c%C9%99sur-q%C4%B1z.html
15 yaşında Nobel mükafatı alan cəsur qız
Apollon
İslam və qadınlar
14 may 2018, 15:30
Məlalə Yusəfzayi 2009-cu ildə, hələ 11 yaşında ikən Təhriki-Taliban rejiminin nəzarəti altında olan bölgədəki yaşayışı və Talibanın vəhşilikləri barədə BBC üçün yazmağa başladığı bloq sayəsində məşhurlaşıb. 3 il əvvəl o məktəbə getməyə cürət etdiyi üçün başına güllə ilə atəş açılıb. Məlalə hazırda Nobel Mükafatı nominasiyasına layiq görülmüş ən gənc insandır. O, Pakistanda qadınların təhsil hüquqları uğrunda mübarizə aparan bir qızdır. Hindistanlı uşaq hüquqları müdafiəçisi Kaylaş Satyarti ilə birlikdə 2014-cü il Nobel Sülh mükafatı alıb. Onun anası Toor Pekai Yusəfzayi mediadan qaçsa da, BBC xəbər agentliyinə qızı Məlalə və onların Amerikadakı həyatı haqqında müsahibə verməyə razı olub: “O, mənim həmişəki balaca qızımdır, heç dəyişməyib, sadəcə bir az böyüyüb. O çox ağıllı qızdır, hətta balaca yaşlarında belə o hamıdan fərqlənirdi. Bizim münasibətlərimiz demək olar ki dəyişməyib. Biz yenə birlikdə ibadət edirik. O, əsla məşhur biri kimi davranmır. Bizim burdakı həyatımız əvvəlkindən çox fərqlidir. Biz tez-tez bacılarımızı, qardaşlarımızı, qonşularımızı görərdik. Kimsə məndən evimiz üçün darıxdığımı soruşanda həmişə cavab verirəm ki, əlbəttə darıxıram. Lakin mən burada Məlalə üçün qalıram, mən onu az qala ölü görmüşdüm, burada isə o təhlükəsizlikdədir. Başından vurulanda mən onun yatağının yanında oturub, mənə cavab verməsi üçün yalvarırdım. Qızım mənə uzun müddət sonra cavab verdi. İndi isə mən ona hər baxanda o mənə cavab verir. Bu məni xoşbəxt edir. Mən ingilis dili dərsləri ilə məşğul oluram, kampaniya və aksiyalara rəhbərlik edirəm, qohumlarımla əlaqə saxlayıram. Məlalə ilə aramızda 4 cür münasibət var. Əvvəla o, mənim qızımdır, mənim bacımdır, o, mənim dostumdur və müəllimimdir. Mən həmişə insanlara deyirəm “uşaqlarınızı dinləməyi bacarın”. Biz uşaq olanda valideyinlərimizlə aramızda böyük bir uçurum vardı. Lakin, Məlalənin atası mənə uşaqlarımızı dinləməyi öyrətdi. Mənim həyat yoldaşım həmişə fikirlərimi açıq deməyə mənə icazə verib. O, həmişə uşaqlara təhsil verməyin önəmli olduğunu və qızla oğlan arasında əsla fərq qoymamağı öyrədirdi. Məlalə sülh mükafatı alıb, lakin o hələ də hədələnir, o hələ də təhlükədədir”. Sui-qəsd cəhdi Məlaləni öldürmək üçün cəhdlər çox olub. Onlardan biri onun həyatında ən dəhşətlisidir. Naməlum bir kişi şagirdləri evə aparan məktəb avtobusuna daxil olaraq, kimin Məlalə olduğunu soruşub. Şagirdlərdən biri əli ilə Məlaləni göstərib. Silahlı şəxs hər iki qıza atəş açaraq hadisə yerini tərk edib. Yetkinlik yaşına çatmamış qız başından və boyun nahiyəsindən güllə yarası alıb. O günlərdə Taliban qruplaşmasının nümayəndəsi İhsanulla İhsan hücuma görə məsuliyyətin Talibana aid olduğunu bəyan edib və Məlaləni “kafirliyin və əxlaqsızlığın təcəssümü” adlandırıb. Onun sözlərinə görə, əgər Məlalə sağ qalarsa, Taliban ona qarşı yenidən sui-qəsd törədəcək.
['Məlalə Yusəfzay', 'gənc nobelli', 'Nobel mükafatı laureatı', 'cəsur uşaq']
584
https://kayzen.az/blog/u%C4%9Fur/21881/tarakan-teoremi.html
Tarakan teoremi
Apollon
uğur psixologiyası
13 may 2018, 19:38
MIT məzunu, Google Chrome-un rəhbəri Sundar Pichai: Bir gün bir restoranda bir tarakan tapıldı. Tarakan orda olan qadınlardan birinin üstünə çıxdı. Qadın qışqırmağa başladı. Qorxudan üzü ağappaq olmuşdu. Titrəyən əlləri ilə tullana-tullana üstündəki tarakanı yerə atmağa çalışırdı. Deyəsən, qorxan təkcə həmin qadın deyildi. Qadınla eyni masa ətrafında oturmuş digər adamlar da üst-başlarını təmizləmək üçün ayağa durub qışqırırdılar. Qadın istədiyinə nail ola bilmişdi. Tarakanı təmizləyə bilmişdi. Amma bu dəfə də tarakan başqa qadının üstünə düşmüşdü. Bu qadın da əvvəlki qadının verdiyi reaksiyanı vermişdi. Hətta bu qadın daha çox qorxmuşdu. Gözləri qıpqırmızı qızarmışdı. Qışqırığı bütün restoranı bürümüşdü. Bu qadın istəyinə daha tez nail oldu. Tarakanı üstündən təmizləyə bildi. Amma bu dəfə də növbə ofisiantda idi. Ofisiant qorxsa da, özünü cilovladı. Köynəyində gəzişən tarakanı müşahidə etdi. Dərin nəfəs alıb tarakanı tutdu və restoranın çölünə atdı. Qəhvəmi içə-içə olanları izləyəndə beynimdə bir sual yarandı: Qadınların bu hərəkətlərinin, qışqırıqlarının səbəbi tarakan idi? Əgər eləydisə, ofisiant niyə eyni reaksiyanı vermədi? Hadisəni çox rahat, mükəmməl şəkildə həll etdi. Səbəb tarakan deyildi, səbəb tarakanın yaratdığı narahatçılığı qadınların həll edə biləcək qabiliyyətdə olmaması idi. Anladım ki, atamın, həyat yoldaşımın və rəisimin qışqırması deyildi məni narahat edən, məni narahat edən bu narahatçılığın qarşısında özümü aciz hiss etməyim idi. Həyatdakı narahatçılıqları yaradan şey o problemlər deyildi, mənim həmin problemlərə verdiyim reaksiyalar idi. Anladım ki, həyatda hadisələrə reaksiya verməməliyəm, əvəzinə o hadisələrə cavab verməliyəm. Qadınlar tarakana reaksiya verdiyi halda, ofisiant isə cavab verdi. Reaksiyalar hisslərimizlə etdiyimiz davranışlar, cavablar isə ətraflı düşünülərək qətiləşmiş qərarlardır. Həyatı anlamağın ən gözəl yolu: Xoşbəxt olan biri həyatındakı hər şey problemsiz olduğu üçün xoşbəxt deyil. Xoşbəxt olmasının səbəbi həyatındakı problemlərə qarşı duruşunun güclü olmasıdır.
['uğur psixologiyası', 'çətiiklər', 'problemlər']
585
https://kayzen.az/blog/maraqli-faktlar/20961/b%C3%BCt%C3%BCn-d%C3%B6vrl%C9%99rin-%C9%99n-qani%C3%A7%C9%99n-qatili.html
Bütün dövrlərin ən qaniçən qatili
Apollon
Maraqlı faktlar
12 may 2018, 19:50
Bütün dövrlərin ən qəddar və qaniçən insanı qadın olub! Qətllər ona inanılmaz zövq qazandırırdı. Bu qadın yüzlərlə insanı birbaşa olaraq, öz əli ilə qətlə yetirmiş və “Ən məşhur ardıcıl qətllər törədən qatil” olaraq Ginnesin rekordlar kitabına daxil edilmişdir. Bu qadının adı isə qrafinya Yelizaveta Batori (1560-1614) idi. O uşaqlıqdan epilepsiya xəstəliyindən əziyyət çəkirdi. Bununla yanaşı, öz ağlı, üç dil bilməsi ilə seçilirdi. O Macarıstanın ən təhsilli gəlinlərindən biri idi. Yelizaveta hələ uşaq olarkən qulluqçusunu yarı can hala salana qədər döymüşdü. Hər şeylə maraqlanan Yelizaveta böyüdükdə “bunun böyük insanlarla necə baş verdiyini” yoxlamaq qərarına gəlir. O 14 yaşında lakeydən uşaq dünyaya gətirir. Lakin tezliklə lakey və uşaq izsiz şəkildə yoxa çıxır, “rüsvay olmuş” Yelizavetanı isə tez bir zamanda əsirlərin qəddar şəkildə edam edilməsi üzrə məşhur olan general Ferençə ərə verirlər. Generalın həyat yoldaşı olan Yelizaveta ailə həyatının elə ilk günündən öz qulluqçularına işgəncə verməyə başlayır. Bununla yanaşı, o işgəncə üçün yalnızca gənc qızları seçirdi. Ola bilsin ki, Yelizaveta onların gözəlliklərinə həsəd aparırdı. Çünki bəzi araşdırmalar onun qeyri-ənənəvi cinsi orientasiyaya sahib olduğunu sübut edir. Yelizavetanın istifadə etdiyi işgəncə üsulları isə dırnağın altına, dodaqların kənarına və sinəyə mismar çalmaq idi. Yayda isə o bala batırdığı gənc qızları qarışqalara yem edirdi. General Ferenç də öz qəddarlığı ilə ad qazansa da, hətta o belə ilk başda həyat yoldaşını bu dəhşətləri dayandırmasına çalışırdı. Lakin Yelizaveta həyat yoldaşı ilə dil tapmağı bacarır və artıq onlar bu işgəncələri birlikdə etməyə başlayırlar. Bu onların ümumi zövqü idi. Bir dəfə Yelizaveta öz qulluqçusunun üzünə zərbə endirdikdə onun burnundan qan açılır və damcı Yelizavetanın dərisinin üzərinə düşür. Bir müddət keçdikdən sonra o, qan damcısının düşdüyü yerin cavanlaşdığını “aşkar edir”. Bu andan etibarən qrafinya işgəncə ilə qətlə yetirdiyi gənc qızların qanı ilə duş vannası qəbul etməyə başlayır. Bunun üçün isə o yeni işgəncə üsulu kəşf etməli olur. Onun qəsrinin zirzəmisində müasir meyvə sıxacaqlarına analoji işgəncə aləti yaradılmışdı. Bu sıxacaqlardan qan birbaşa olaraq qrafinyanın vannasına gəlib tökülürdü. Onun canını aldığı 650 qurban qrafinyanı “bütün dövrlərin ən qaniçən ardıcıl qətl törədən qatili” adını almasına və Ginnesin rekordlar kitabına daxil olmasına səbəb olub.
['qatil', 'manyak', 'Yelizaveta Batori', 'qatil qadın', 'qaniçən']
586
https://kayzen.az/blog/idman-fiziologiyas%C4%B1/21798/aura-v%C9%99-%C3%A7akralar.html
Aura və çakralar
Apollon
idman fiziologiyası
12 may 2018, 18:56
Qədim fələsəfəyə əsasən insanın bədənində 7 enerji mərkəzi və ya çakra vardır. Hər çakra bədənin konkret hissəsində yerləşir və müəyyən orqanlara və problemlərə görə cavabdehdir.  Çakralardan buraxılan enerji ilə Aura — yəni insanın ətrafında işıq saçan, adi gözlə görünməyən energetik sahə formalaşır və hər çakra auranın həmin çakraya aid sahəsinin yaranmasında və dəstəklənməsində xüsusi rol oynayır. Çakralar tam açıq olmadıqda və ya zədələndikdə aura tutqun və zəif görünə bilər. Eyni zamanda, əgər siz sağlamsınızsa və emosional cəhətdən az-çox açıqsınızsa, sizin çakralarınız daha açıq və aktiv, auranız daha güclü, enerjili və sarsılmaz olacaq. İnsanın energetik bədənində aşağıdakı çakralar mövcuddur: Birinci çakra — Muladhara Birinci çarka büzdüm nahiyəsində yerləşir, rəngi — qırmızıdır. O, Yerlə əlaqəni təmin edir və insanın nəslinə görə cavabdehdir. O, insanın fiziki varlıq kimi sağ qalmaq arzusu ilə bağlıdır. Ac qalmaq, incidilmək və ya müflis olmaqla bağlı şüursuz, heyvani qorxu hissi birinci çakranın zədələndiyini bildirən əlamətdir. İkinci çakra: Svadhisthana Aşağı çakralardan ikincisi insanın çanaq nahiyəsində yerləşir, rəngi — narıncıdır. O, yalnız fiziki bədənin hissləri ilə yox, həm də insanın həyatdan (qidadan, sudan, münasibətdən) zövq almaq tələbatı ilə bağlıdır. Bu çakranın zədələnməsi özünü iki cür biruzə verir. Bir tərəfdən, bu, yeni zövqlərə, gözəl həyata güclü meyl ilə özünü göstərir. Digər tərəfdən, insan özünü zəif, çirkin, maraqsız hiss edir və bu, həyatdan zövq almağa mane olur. Üçüncü çakra: Manipura Üçüncü çakra günəş kələfi nahiyəsində yerləşir, rəngi — sarıdır. Yoqaya əsasən bu çakra insanın «mənlik» duyğusuna — özünə inam, əqidə, prinsipiallıq xüsusiyyətlərinə görə cavabdehdir. Əgər siz müntəzəm olaraq, «yox» demək istədiyiniz halda «hə» deyirsinizsə, bu, üçüncü çakranızın bərpasına ehtiyac olduğunu göstərir. Həmçinin insanın öz arzu və kaprizlərinin köləsinə çevrilməsi və yaxın insanların ondan uzaqlaşdığını hiss etməsi də bu çakranın zədələnməsi ilə bağlıdır.  Növbəti yuxarı çakralar mühüm mənəvi hisslərlə bağlı olduğu üçün onları təcrübəli yoqların və ya bioterapevtlərin nəzarəti altında aktivləşdirmək daha məqsədəuyğundur. Dördüncü çakra: Anahata Dördüncü çakra ürək nahiyəsində yerləşir, rəngi — yaşıl və çəhrayıdır. Sevmək hissi və təmənnasız olaraq öz sevgini vermək istəyi bu çakradan törəyir. Bu çakranın zədələnməsi özünü müxtəlif cür göstərir. Məsələn, dünyanın bütün dərdlərinin və bəlalarının fikrini çəkmək, çox vaxt səbəbsiz baş verən günahkarıq hissi. Bu çakranın zədənməsinin başqa bir göstəricisi hansısa məşhur şəxsə qeyri-sağlam məhəbbət və güclü pərəstiş hissi ola bilər. Güclü emosiyalar və ehtiraslar bu çakranın fəaliyyətinə mənfi təsir göstərə bilər və o, "çirklənə" bilər.  Bu çakranın zəifləməsi aşağıdakı çakraların ümumi zədələnməsi ilə də bağlı ola bilər. Bu halda, aşağıda yerləşən çakraları gücləndirmək lazımdır. Aşağıdakı çakralarda problem yoxdursa, dördüncü çakranın vəziyyətini yaxşılaşdırmaq üçün tamamilə yad insanlara kiçik yaxşılıqlar etməklə işə başlamaq məsləhət görülür. Bu zaman ürəyinizə dolan saf sevinc hissini yadda saxlamağa çalışın: bu hissdə bir zərrə də qürur və özündən razılıq yoxdur. Bəyənmədiyiniz insanla ünsiyyət zamanı isə ona xeyir-dua verin və diqqətinizi dördüncü çakranızdakı duyğuya yönəldin. Beşinci çakra: Vişuddha Beşinci çakra boğaz səviyyəsində yerləşir, rəngi — mavidir. Bu çakra hər bir insanda olan yaradıcılıq potensialına görə cavabdehdir. Çox vaxt bu yaradıcılığa cəmiyyətdə tələbat olmur. İnsan ürəyinin dolu olduğunu, demək istədiklərinin boğazında yğıldığını, amma başqalarının onu eşitmək istəmədiyini hiss edir. Əksər hallarda yaradıcılıq qabiliyyətinin özünü göstərməsinə daha aşağıda yerləşən çakralar mane olur (layihə hesabına məşhurlaşmaq, pul qazanmaq, mənfəət ədə etmək və s. kimi niyyətlər). Buna görə də həmin çakraları müntəzəm təmizləməklə yanaşı, aşağıdakı meditasiyanı icra edin. Təsəvvür edin ki, layihənizi həyata keçirmisiniz, lakin o, sizə heç bir xeyir gətirməyib. Sizin istedadınızdan bəhrələnmiş və ya xeyir tapmış insanları təsəvvürünüzə gətirərək, yaradıcılıq sevinci yaşamağa çalışın. Qeyd etmək lazımdır ki, adi gündəlik işə də yaradıcılıqla yanaşmaq mümkündür. Altıncı çakra: Acna Altıncı çakra burunun üstündən bir qədər yuxarıda — alında yerləşir, rəngi — göydür. Bu çakra beyin fəaliyyətinə təsir edir, təfəkkür funksiyalarına, beyin yarımkürələrinin işinə görə cavabdehdir. O, insanın məlum olmayanı dərk etmək, dünyanın tamlığını hiss etmək və orada öz yerini tapmaq meylləri ilə, intuitiv qavrayışa görə cavabdeh olan təftəlşüurla bağlıdır. Başqalarına məlum olmayanı görmək cəhdini yoqlar "üçüncü gözün" açılması ilə əlaqələndirirlər. Bu çakra ilə işləyərkən xüsusən ehtiyatlı olmaq lazımdır. O, bəsirət gözünü açır, telepatiya, telekinez qabiliyyətini inkişaf etdirir, istənilən elmi qavrama qabiliyyəti yaradır. Müxtəlif ayinlərə maraq və ya ovsunçuluğa can atmaq məhz bu çakranın zədələnməsi ilə bağlı ola bilər.  Altıncı çakranı açmaq üçün özünüzü bütöv, qüdrətli və xeyirxah həyat okeanının bir zərrəsi kimi hiss edin. Həyatınızda məna və sirli təsadüflər axtarın. Lakin bunun üçün müdrik təmkinlilik, düşmənlərə və qeybətçilərə yalnız mərhəmət və təəssüf duyma səviyyəsinə çatmaq tələb olunur. Yeddinci çakra: Sahasrara Yeddinci çakra ənsənin yuxarısında — təpə nahiyəsində yerləşir, rəngi bənövşəyidir. Bu, insanın Kosmosla bilavasitə əlaqəsini təmin edən enerji kanalıdır. İnsanın mənəvi mahiyyəti bu çakradan asılıdır. O, təvazökarlığı və ilahi iradənin qəbul edilməsini təmin edir. Yeddinci çakranın mövcudluğunu hiss etməyin əsas üsulu — mənsub olduğunuz dinin müqəddəs kitabını dərrakəli şəkildə oxumaqdır. Bu çakranın aktivləşdirilməsinə bəzi seçilmişlər nail olurlar. Bəs çakralarımız necə zədələnir?  Bəzi hallarda başqa insanların neqativ energetikası çakralarımızı bağlayır. Bu, nəzər dəymə, böhtan, tilsim və s. şəkildə ola bilər. Digər tərəfdən, çakralarımızın düşməni — biz özümüzük. Həddini aşmaq, qane olmamaq, paxıllıq, ədavət, səbəbsiz qəzəb — bütün bunlar bizim çakralarımızı, xüsusən ürək çakramızı — Anahatanı bağlayan öz «tullantılarımızdır». Vaxtaşırı «təmizlik» aparın: meditasiya edin. Lazımsız pis düşüncələrdən azad olmağa çalışın, məsələn, kiminsə hansısa təqsirindən keçin, hansısa xoşagəlməz və sizin üçün çoxdan lüzumsuz olan bir şeyi unudun, incikliyi və kinli düşüncələri ürəyinizdən və beyninizdən çıxarın. Bütün pisliklərlə vidalaşın. Öz bəla və uğursuzluqlarınıza gülün. Ürəyinizi yüngülləşdirin. idealistka.net
['aura', 'enerji', 'enerji mərkəzi', 'çakra', 'yoqa', 'hind təbabəti']
587
https://kayzen.az/blog/qadinlar/21907/alisa-freyndlixin-mac%C9%99ra-kimi-h%C9%99yat%C4%B1.html
Alisa Freyndlixin macəra kimi həyatı
Apollon
Məşhur qadınlar
8 may 2018, 11:26
Məşhur aktrisa, SSRİ Xalq artisti Alisa Freyndlix 1934-cü il dekabrın 8-də Sankt-Peterburqda (Leninqrad) dünyaya göz açıb. Atası Bruno Freyndlix əslən alman idi, ulu babaları I Pyotrun dövründə Rusiyaya köçmüşdülər. Atası Leninqrad Teatr Texnikumunu bitirdikdən sonra teatrda çalışırdı. Anası Ksenya Fyodrova da əvvələr aktisa olmuş, ancaq sonra teatrdan uzaqlaşaraq bankda mühasib işləmişdi.  II Dünya müharibəsi başlayandan sonra Alisa Freyndlixin valideynləri ayrılırlar. Atası alman olduğu üçün Daşkəndə sürgün edilir. Alisa anası ilə blokadaya alınmış Leninqradda ağır günlər keçirirlər. Müharibədən sonra atası Leninqrada qayıdır. Amma o artıq başqası ilə evlənmişdi. Bu nikahdan Alisanın bir bacısı da dünyaya gəlir. Sonralar onlar çox yaxın rəfiqə olurlar. Atası da Alisaya sevgisini əsirgəmir və sənət seçimində ona istiqamət verir. Beləliklə, Alisa 1953-cü ildə A.Ostrovski adına Leninqrad Teatr İnstitutuna qəbul olunur. Hələ tələbəykən “Tamamlanmamış povest” və “İstedadlar və pərəstişkarları” filmlərinə çəkilir. Kurs yoldaşı Vladimir Karasevlə ailə həyatı qurur. Lakin nikahları uzun sürmür, institutu qurtaranda ayrılırlar. Alisa institutu qurtarıb Leninqrad Dram Teatrının truppasına işə düzəlir. Burada bir sıra problemlərlə üzləşsə də, çətinliklər xasiyyətini möhkəmlədir.  Aktrisa 1961-ci ildə “Lensovet” teatrında işləməyə başlayır. Burada o, teatrın bədii rəhbəri İqor Vladimirovla tanış olur. Tezliklə onlar ailə qururlar. Bu nikahdan Varvara adında qızları dünyaya gəlir. İqor yaxşı həyat yoldaşı olmaqla yanaşı, həm də onun ən yaxşı müəllimi idi. Həmin dövrdə aktrisa F.Dostoyevskinin “Cinayət və cəza” əsərinin tamaşasında Katerina İvanovna rolunda və bir çox başqa tamaşalarda oynayır. Teatrdan fərqli olaraq, kinoda onu kiçik rollara dəvət edirlər, o isə teatrda işinin çoxluğundan belə rollara əhəmiyyət vermir. 1976-cı ildə Eldar Ryazanov onu “İşdə məhəbbət macərası” filmində Lyudmila Prokofyevna Kalugina roluna dəvət edir. Filmin ssenarisi ilə tanış olan aktrisa bu rolu çox bəyənir. Film böyük tamaşaçı auditoriyası toplayır və Alisa Freyndlixə keçmiş SSRİ miqyasında şöhrət qazandırır. Film ekranlara çıxandan sonra o, qadınlardan çoxlu məktublar alır. Qadınlar Alisa Freyndlixin canlandırdığı qəhrəmanın saç düzümü və paltarı çox xoşlarına gəldiyinə görə bu formada saçlarını kəsdirib, paltar tikdirdiklərini yazırlar.  Aktrisa daha sonra “Dartanyan və üç muşketyor” (şahzadə Anna), “Stalker” (Stalkerin həyat yoldaşı), “Köhnə dəbli komediya” (Lidya Jerber) və başqa filmlərdə çəkilir. Aktrisalıqla yanaşı, müğənniliyə də başlayır.  Alisa Freyndlix 1980-ci ildə İqor Vladimirovla boşanıb, teatrın gənc aktyoru Yuri Solovyovla ailə həyatı qurur. Amma bu nikah da uzun sürmür.  Bir çox mükafatlara layiq görülən aktrisa bir müddət filmlərə çəkilmir, demək olar ki, bütün rollardan imtina edir. Lakin 2002-ci ildə “Qadın məntiqi” teleserialında Olqa Petrovna roluna çəkilir. Bu serial ona böyük uğur gətirir. Baxmayaraq ki, şəxsi həyatı uğurlu olmayıb, aktrisa özünü çox xoşbəxt sayır. Çünki onun Varvara adında qızı və nəvələri var. Moskva Akademik Bədaye Teatrının məktəbində oxuyan nəvəsi Nikita isə onun yolunu davam etdirir.  Hazırladı: Səbinə Əlibalaqızı
['məşhur qadınlar', 'rus aktrisa', 'Alisa Freyndlix']
588
https://kayzen.az/blog/346/21561/xaraktersiz-ki%C5%9Fil%C9%99r.html
Xaraktersiz kişilər
Apollon
346 saylı marşrut
5 may 2018, 22:57
Çətin proseslərdən keçirik. Ölkədə külli miqdarda problem var. Xalq olaraq problemlər dəryasındayıq və 90 faizimiz üzə bilmir. Batmaq üzrəyik. Düzdür, hələ batmamışıq. Vücudları vicdan və ədalət duyğuları ilə dolu əzmkar insanların mənəvi qolları və təşəbbüsü hesabına bizi tam batıra bilməyiblər. Onlar bir çoxumuz üçün də təhlükəsizliyi təmin edən hava balonu rolunu oynayırlar. Ümid edirəm, uduzan, batan tərəf biz olmayacağıq. Bu cür batmağımıza səbəblər o qədər çoxdur ki… Tənbəllik, laqeydlik, yaltaqlıq, qorxaqlıq, ümumi passivlik – bu ünsürlərin hər biri öz-özlüyündə bu gün bizə bu sularda üzməyimizə mane olan, ağırlıq yaradan şeylərdir. Sadaladığım ünsürlərin hər biri insanın bütövləşməsinin qarşısını alır və onun həyat dənizində batmasına xidmət edir. Bu xoşagəlməz şeyləri, üzərində daşıyan insan isə çox zəif xarakterli və ya xaraktersiz biri sayılır. Bu gün isə mən, məhz ölkəmizdəki kişi cinsinə məxsus şəxslərin xaraktersizliyindən danışacam. Mənfi obrazı ilə özünəməxsus “fəaliyyəti” yadda qalan kişilərimizdən bir neçə dəfə yazmışam. Əcəb də eləmişəm! Cəmiyyətdə, ailədə, hətta idarəetmə sahəsi və hökumət dairələrində də dominantlıq edən kişilərdisə, onlar əllərində olan resurs bolluğundan doğru-dürüst istifadə etməli, ya da geri çəkilib, yerlərini əks cinsin nümayəndələrinə verməlidilər. Onsuz da bu gedişlə çox güman ki elə də olacaq. Qadınlar söz sahibi olacaqlar. Dəstəkləyirəm! Qoy, olsunlar. Ondan sonra bəlkə aydınlığa çıxa bilərik. Yoxsa ki, adını patriarxal rejim qoyub, özünü lap bambılıxal kimi aparmaq, sadəcə biabırçılıqdır. Bu biabırçılıq son vaxtlar özünü lap qabarıq göstərir. İş həyatında, ailədə, məişətdə və eləcə də münasibətlərdə kişilərin çoxu pis obrazla yadda qalırlar. Bu qənaətə təkcə şəxsi müşahidələrim hesabına gəlməmişəm. Əksər xanım tanışlarım, dostlarım yanlarında olan, münasibətdə olduqları, iş həmkarları barədə formalaşmış olan mənfi rəyi mənimlə və digərləri ilə tez-tez bölüşməkdədilər. Dövlət orqanında işləyən bir xanım tanışım, həmişə iş yerində bir çox kişinin yerli-yersiz şəkildə özündən vəzifəcə yuxarı olanlara yaltaqlanmasından elə ürək ağrısı ilə danışır ki, mənim də ürəyim ağrıyır. Əlavə edir ki, işdə ən fəal sözgəzdirənlər və “torbatikənlər” də məhz kişi cinsinə məxsus adamlardır. Bir dəfə yoldaşına başqa kişi ilə xəyanət edən bir qadından bunu nə üçün etdiyini soruşmuşdum. Cavabında mənə qayıtmışdı ki, “ərim çox şit-şit zarafatlar edir, qərar qəbul etmək qabiliyyətindən uzaq olmaqla yanaşı, həm də özünə əmin biri deyil!” Təbii ki, qadının xəyanətinə heç bir halda haqq qazandırmaq olmaz, fəqət bax, bu cür motivli xəyanətlər bu gün çoxluq təşkil edir. Həqiqətən acınacaqlı vəziyyətdir. Ümumilikdə əksər qadınlar yanlarında özünə əmin, qürurlu, qərarlı, fəal kişiləri görmək istəyirlər. Onları ədalətsiz, qorxaq, yaltaq və passiv kişilər cəlb etmir. Bu cür xaraktersiz kişilərlə ancaq bir halda yaxın əlaqə bağları yarada bilərlər — əgər o kişi pulludursa. Onlarla olduqları təqdirdə də, həmin qadınlar, çox vaxt əllərinə imkan düşdükcə, o kişilərə xəyanət də edirlər. Bu hal artıq cəmiyyətimizdə tez-tez rast gəlinən təbii bir hadisəyə çevrilib. Kişi xaraktersizdirsə, qadın, onun o halından ikrah hissi keçirir. Bu gün Azərbaycandakı ailə institutunun pis vəziyyətə düşməsinin əsas səbəblərindən biri də kişilərimizin xaraktersizliyidir. Belə hallar çoxaldıqca, təbii şəkildə, qadınlarımız getdikcə fəallaşır və cəmiyyətdə əsas aparıcı qüvvəyə çevirilirlər. Qadınlarımızın fəallığı superdir. Bayaq da qeyd etdim, səmimi şəkildə dəstəkləyirəm, amma üzüldüyüm tərəf isə burda getdikcə pozulan gender balansıdır. Çünki bu gedişlə kişilərin yaratdığı mənfi reputasiya həm ailə institutunun daha da pisləşməsinə gətirib çıxaracaq, həm də cinslərarası qütbləşmə dərinləşəcək. Bu da intriqaların miqyasının artması deməkdir. Nə etməli? Kişilər papaqlarını qarşılarına qoyub yaxşı-yaxşı düşünməli, təfəkkür etməli və passiv vəziyyətdən çıxmalıdılar. Çox oxumalı, öyrənməli, maraqlanmalı, özlərini inkişaf etdirməli və xarakterlərini möhkəmləndirməyə mütləq və mütləq çalışmalıdılar! Vallah, müsbət dəyişiklik mümkündür. Qadınların da sevib, hörmət bəslədiyi və can atdıqları kişiyə necə çevirilməli? Bax, bu barədə mən, indi konkret nələrsə yazmayacam. İnternetdə xeyli maraqlı ədəbiyyat və informasiyalar var. Dəyişmək istəyirsənsə, zəhmət çək, axtar, tap, öyrən və tətbiq etməkdən çəkinmə! Uğurlar, əziz kişilər! P.S. Yazım ümumiləşdirmə xarakterli deyil. Mən məhz əksər kişiləri nəzərdə tutmuşam. Qaraqəlbliliyə yol vermə! Orxan Adıgözəl
['xaraktersiz kişilər', 'zəif kişilər', '346 saylı marşrut', 'kişi xarakteri', 'xaraktersiz insan', 'kişilik']
589
https://kayzen.az/blog/paint/21868/pikassonu-pikasso-ed%C9%99n-10-%C9%99s%C9%99r.html
Pikassonu Pikasso edən 10 əsər
Apollon
Məşhur rəsmlər və rəssamlar
3 may 2018, 11:44
Tam adı Pablo Dieqo Xose Fransisko de Paula Xuan Nepomuseno Mariya de los Remedios Sipriano de la Santisima Trinidad Martir Patrisio Ruiz i Pikasso Pablo Ruiz Pikasso olan rəssam Pablo Pikasso 25 oktyabr 1881 – ci ildə İspaniyada anadan olub. XX əsr incəsənətinin ən tanınmış şəxsiyyətlərindən biri sayılan Pikasso rəssam, heykəltəraş, qrafik, keramist və dizayner kimi tanınır, o cümlədən Jorj Brakla birlikdə kubizm cərəyanının banisi sayılır. Pikasso uşaqlığından gəncliyinədək realistik tərzdə rəsmlər çəkməklə əsrarəngiz incəsənət bacarığı nümayiş etdirib. XX əsrin ilk onilliyində yeni mülahizələri, texnikaları və düşüncələri ilə təcrübə apardığından onun incəsənətdə istiqaməti dəyişmişdir. Pikassonun yaradıcılıq bacarığı özünü rəssamlıq, heykəltəraşlıq və dizaynla yanaşı, digər çoxsaylı təsviri və tətbiqi-incəsənət sahələrində də göstərirdi. Pikassonun yaradıcılıqda çevriliş etmiş nailiyyətləri ona dünya şöhrəti və həyatı boyu sərhədsiz uğurlar gətirmişdir ki, bu da onu XX əsr incəsənətinin ən məşhur şəxsiyyəti edib. Pikasso rəssamlığa çox erkən yaşlarında başlamışdı. İlk rəssamlıq dərslərini isə rəsm müəllimi olan atası Xose Ruisdən almış və tezliklə bu sənətə mükəmməl yiyələnmişdi. 8 yaşında ikən özünün ilk ciddi əsəri olan «Pikador»u yaradır və bunu bütün ömrü boyu özü ilə saxlayır. Pikasso 1894-1895-ci illərdə La-Korunyada incəsənət məktəbində təhsil alır. 1895-ci ildə Barselona incəsənət məktəbinə daxil olur. İlk əvvəl atasının adı — Ruiz Blasko adı ilə işləyir, lakin sonradan anasının soyadını — Pikassonu seçir. 1897-ci ilin sentyabr ayında Madridə yollanan Pikasso San-Fernand akademiyasına daxil olur. Pikasso Barselonaya 1898-ci ilin iyununda dönür və burada «Els Quatre Gats» kafesində fəaliyyət göstərən rəssamlar cəmiyyətinə üzv yazılır. Onun ilk rəsm sərgisi məhz bu kafedə nümayiş etdirilir. O, Barselonada yaxın dostları olan Karlos Kasagemas və Jaim Sabarteslə tanış olur. 1900-cü ildə Pikasso dostu Kasagemasla Parisə yollanır. Pablo Pikasso məhz burada impressionistlərin yaradıcılığı ilə tanış olur. Ömrünün bu illəri müxtəlif çətinliklərlə müşayiət olunur, dostu Kasagemasın intiharı isə gənc rəssamı dərindən sarsıdır. Məhz bu şəraitdə 1902-ci ilin əvvəllərində sonralar «mavi dövr» adlandırılacaq üslubda əsərlər işləməyə başlayır. Pikasso bu üslubu 1903-1904-cü illərdə Barselonaya dönüşündən sonra işləyir. Bu dövrə aid əsərlərində yoxsulluq, melanxoliyanın və kədərin xarakterik obrazları olan qocalıq və ölüm kimi mövzular açıq-aydın ifadə olunur, insanların hərəkətləri də çox yavaşıyıb («Absent həvəskarı», 1901; «Görüş», 1902, «Gənc və Dilənçi qoca», 1903). Çünki, Pikassoya görə dərdli adam daha səmimi olur. Rəssamın palitrasında mavi çalarlar üstünlük təşkil edir. İnsan iztirablarını əks etdirən Pikasso bu dövr əsərlərində korlar, dilənçilər, əyyaşlar və fahişələri canlandırırdı. Onların bir qədər uzunsov bədənləri ispan rəssamı El Qrekonun əsərlərini xatırladırdı. Məşhur "Şar üzərində qızcığaz" əsəri «mavi» və "çəhrayı" dövrlər arasındakı keçid mərhələsinə aiddir. Pikasso 1904-cü ildə Parisdə məskunlaşır. "Çəhrayı dövr" adlandırılacaq yeni mərhələ açılır. Bu illərdə «mavi dövrün» qəm və kədəri teatr və sirkin daha canlı obrazları ilə əvəzlənir. Rəssam əsərlərində çəhrayı-qırmızımtıl və çəhrayı-bozumtul çalarlara üstünlük verir. Əsərlərin personajlarına gəldikdə bunlar bir qayda olaraq sərsəri komediantlar, rəqqaslar və akrobatlar idilər. Bu dövr əsərləri sərsəri komediantların romantikadan məhrum olan faciəvi tənha həyatlarını əks etdirirdi («Akrobat ailəsi meymunla», 1905). Rənglərlə eksperimentlərdən və əhval-ruhiyyənin ötürülməsindən formaların analizinə keçən Pikasso Sezanın birtərəfli interpretasiyası və Afrika heykəltəraşlığını yeni janra çevirir. 1907-ci ildə Jorj Brakla görüşən Pikasso naturalizm və incəsənətin təsviri-idrak funksiyasını inkar edən bədii cərəyan olan kubizmin əsasını qoyur. Pikasso formaların həndəsi bloklara çevrilməsinə xüsusi diqqət ayırır (Horta de Ebroda fabrik, 1909), həcmləri artırır və sındırır (Fernand Olivyenin porteri, 1909), onları müstəvi və səthlərə bölərək fəza boyu uzadır (Kanveylerin portreti, 1910). Pikassonun rəsmlərində perspektiv itir, palitra monoxromluğa meyl edir. Kubizmin ilkin məqsədi ənənəvi üsullardan fərqli olaraq məkan və kütlənin ağırlıq hissini ifadə etmək olsa da, Pikassonun rəsmləri tez-tez anlaşılmaz müəmmalara aparıb çıxarır. Reallıqla əlaqəyə qayıtmaq üçün isə Pikasso və Brak əsərlərinə tipoqrafik şriftlər daxil edir, divar kağızı, qəzet parçaları, kibrit qutuları kimi elementlərdən istifadə edirlər. Onların əsərlərində bir qayda olaraq musiqi alətləri, tütün tənbəkisi və qutusu, notlar, araqla dolu şüşələr və bu kimi əsrin əvvəllərində bohemaların həyat tərzinə xas olan atributlar üstünlük təşkil etməyə başlayır. Kompozisiyalarda «kubistik kriptoqrafiya» – şifrələnmiş telefon nömrələri, evlər, sevgililərin adı, küçə adları yazılmış kağız parçaları, qəlyanaltılar meydana gəlir. Kollaj texnikası kubistik prizmaların kənarlarını daha böyük müstəvilərdə birləşdirir (Gitara və skipka, 1913) və ya çox rahat və yumoristik tərzdə tapıntını büruzə verir (Qızın portreti, 1914). «Sintetik» dövrdə təmkinli kompozisiyalarla koloritin harmonizasiyasına cəhd edilir. Pikassonun yaradıcılığında kubistik dövr onu Jorj Brakdan ayıracaq Birinci Dünya Müharibəsinin başlanmasından az sonra bitir. Lakin buna baxmayaraq Pikasso bir çox əsərlərində bu üsluba yenidən müraciət edir. Absent həvəskarı, 1901 Şar üstündəki qız,1905 Qəlyanlı oğlan, 1905 Avinyonlı qızlar, 1907 Üç musiqiçi, 1921 Yuxu, 1932 Ağlayan qadın, 1937 Gernika, 1937 Mariya Tereza oturmuş vəziyyətdə, 1937 Dora Maar pişik ilə, 1941 kulis.az
['məşhur rəssamlar', 'məşhur rəsmlər', 'Pablo Pikasso', 'Pikasso', 'dahi rəssam', 'rəssam']
590
https://kayzen.az/blog/orqanizmin-inki%C5%9Faf%C4%B1/21879/psixoloji-ya%C5%9Fla-ba%C4%9Fl%C4%B1-maraql%C4%B1-faktlar.html
Psixoloji yaşla bağlı maraqlı faktlar
Apollon
insan orqanizminin inkişafı
3 may 2018, 11:42
Hamı yaxşı bilir ki, pasport yaşı ilə bioloji yaşın heç bir əlaqəsi yoxdur. Bu, ən yaxşı qadınlarda nəzərə çarpır. Fikir verməmiş olmazsınız, elə qadın var ki, 30 yaşı olsa da, 50 yaşında görünür. Yaxud da əksinə 50 yaşlı xanımlar gözəllikdə cəsarətlə 25 yaşlı qızlarla rəqabət apara bilərlər. Bəs bu, niyə belə olur? Tədqiqatçılar iddia edir ki, uzunömürlülük məsələsində genetika və cavanlaşdırıcı vasitələr açar rol oynamır. Qocalma prosesi birbaşa beyinlə əlaqəlidir. Sosial-psixoloji yaş İnsanın psixoloji yaş anlayışı mövcuddur. Bizim zahiri görünüşümüzü, davranışlarımızı məhz o, müəyyənləşdirir və bu, baş-beyin proseslərindən tam asılıdır. Hələ XIX əsrin əvvəllərində kişi və ya qadın 35-40 yaşında qoca hesab olunurdu. Məşğulluq və daha çox informasiya bolluğu üzündən bəşəriyyət bütövlükdə uzunömürlü oldu. Odur ki, yaş təsnifatında dəyişikliklər etmək lazım olduğunu etiraf etmək vaxtı yetişdi. Dünya Sağlamlıq Təşkilatı yeni yaş qrupları müəyyənləşdirib. Bu gün gənclik dövrü 25-dən 44 yaşa qədər davam edir. Müasir insanın orta yaş dövrü 44-dən 60-a qədər, 60-dan 75-ə qədər ahıl dövrü sayılır. Qocalıq yaşı isə 75-dən başlayır və 90-a qədər davam edir. 90-dan çox yaşı olanlar isə uzunömürlü adlandırılır. Amma hər kəsə müvəffəq olmur ki, bədən və dərisini cavan saxlasın, xüsusilə 50 və 60 yaşa qədər. Alimlərin sözlərinə görə, beynimiz, daxili balansın olmaması və həyat tərzi həm ruhən, həm də zahirən gənc qalmağa mane olur. Xarici gözəllik bu 3 əsas amildən asılıdır. Milyardlarla dollar sərf edilən araşdırmaların əsas fərziyyəsində belə deyilir: Qocalıq prosesinin sürəti beynə bağlıdır. Bu asanlıqla sübut oluna bilər. Həyatımızın əvvəlində beynimiz dünyanı dərk etməklə məşğul olur, biliklərə sahib olur və müxtəlif nəticələrə gəlir. Dolayısı ilə bütün orqanizm bu proseslərdə iştirak edir və imkanları daxilində işləyir. Amma həyatda öyrənməyi və səlahiyyətlərini genişləndirməyi dayandıranda, dünya gözündə maraqsızlaşmağa və dərhal sonra yaşlanma prosesi başlayır. Beyin və bədən artıq fəal işləmir. Psixoloji qocalığı vaxtında aşkarlamaq əhəmiyyətlidir. Bunun 3 əsas göstəricisi var. Zamana münasibət Həyatınızda bütün gözəl hadisələrin artıq baş verdiyini və nələrsə gecikdiyinizi düşünmək onu göstərir ki, yaşlanmağa başlayırsınız. Psixoloji cəhətdən yaşlı adam xatirələri ilə yaşayır, gənc adam planları ilə. Bədbinlik, ümidsizlik hissi, planların olmaması, sonsuz xatirələr psixoloji yaşlılığın göstəriciləridir və bioloji katalizatorlardır. Qəribədir ki, Amerikada 60 yaşından sonra insanlar müxtəlif kurslara gedir və institutlara daxil olurlar. Hər yeni şey beynin fəaliyyətinə və optimist əhval-ruhiyyəyə köklənməyə kömək edir. Deməli, həm də cavanlaşdırır. Məhdudiyyətlər «50 yaşında 20 yaşımdakı kimi işləyə bilməyəcəm, gecikmişəm. Özümə müəyyən məhdudiyyətlər qoymalıyam, yaş o yaş deyil” kimi bu cür fikirlər göstərir ki, psixoloji yaşlılıq birbaşa özünə təəssüf hissi ilə bağlıdır. Əlbəttə ki, yaşa dolduqca çoxumuz özümüzə bəzi qadağalar qoyuruq. Bu həm ailə məsuliyyətləri, həm də fiziki göstəricilərlə əlaqəlidir. Amma həyatın hər bir dövründə yeni imkanlar açılır. Fiziki baxımdan bir iş görmək çətindirsə, daha çox yaradıcı bacarıqlarınızı inkişaf etdirməyə başlaya bilərsiniz. Yeni dilləri öyrənin, gəzin, yeni ölkələri ziyarət edin, müxtəlif tədbirlər təşkil edin. Beləliklə bir çox gənc sizinlə rəqabət apara bilməyəcək. Özünüzü məhdudlaşdırmayın, fürsətlər axtarın. Emosional stabillik Müasir elm və minlərlə tədqiqatlar sübut edib ki, şən və daim axtarışda olan insanlar daha uzun yaşayır və daha gözəl görünür. Psixoloji stabillik gənc qalmağın təminatıdır. Dəyişikliklərə və çətinliklərə sakitcə uyğunlaşa bilən, problemlərini çox ürəyinə salmayan və orada ilişib qalmayan insan daha gənc qalacaq. Xoşbəxt insanlarda üz qırışları tamam fərqli şəkildə formalaşır, qırışlar daha az nəzərə çarpır və onlar həmişə cəlbedici görünürlər. Yaxşını görmək bacarığı, yumor qabiliyyəti və hər açılan sabahlar üçün minnətdarlıq hissi psixoloji gəncliyin vədidir. Bu, beyində baş verən bir sıra hormonal və neyrokimyəvi proseslərə bağlıdır. Hər şeyə baxmayaraq, beyninizi inkişaf etdirin, sevin və ən əsası pasportunuzda yazılan doğum ilinə fikir verməyin. Bir çox insanlar müəyyən yaş dövrünə çatanda özləri üzərində işləməyi dayandırır. Çünki hesab edirlər ki, artıq gecikiblər və ya hər hansı məşğuliyyət növü onlar üçün deyil. Bu, sizin həyatınız, hissləriniz və bədəninizdir. Heç kəsin ixtiyarı yoxdur ki, sizə məhdudiyyətlər qoysun.
['yaş', 'psixoloji yaş', 'yaşlanma']
591
https://kayzen.az/blog/f%C9%99ls%C9%99f%C9%99/21883/s%C9%99rt-%C9%99xlaqi-normalar-fahi%C5%9F%C9%99liyi-%C3%A7oxald%C4%B1r.html
Sərt əxlaqi normalar fahişəliyi çoxaldır
Apollon
Fəlsəfə
3 may 2018, 11:42
Haçanacan namuslu olmaq yalnız qadın üçün ən önəmli bir dəyər sayılacaqsa, o çağacan da toplumun bir başında yerini bərkitmiş evliliyə qarşı, toplumun o biri başında elə bu evliliyin əkiz tayı sayıla biləcək bir adət də özünə yer eləyəcəkdir, onun adı fahişəlikdir. Elə bilirəm, Lekkinin (William Edward Hartpole Lecky) bəlli kitabındakı bu sözləri çoxları oxumuşdur: “Fahişəlik olmasaydı, nə bizim ailələrimiz müqəddəs sayılardı, nə də xanımlarımızla qızlarımız məsum olardılar”. Belə sözləri ancaq viktoriançı (İngiltərədə kraliça Viktoriyanın hakimiyyəti illərindəki sərt əxlaqi normalar dövrü) bir adam yaza bilərdi, ancaq burası da var, onun bu dediklərini danmaq da çox çətindir.  Lekkinin bu sözlərini oxuyan əxlaqçılar (moralistlər) quduzlaşıb özlərindən çıxdılar, onu utanmazlıqda suçladılar, ancaq onun bu sözlərini yalana çıxara da bilmədilər.  Moralistlərin deməsinə görə – mənə elə gəlir, onlar bunu düz deyirlər, – insanlar hamılıqla əxlaq normalarına boyun əyməyə başlayan kimi, fahişəlik büsbütün yoxa çıxacaqdır; ancaq onlar insanların hamılıqla əxlaq normalarına boyun əyməyəcəyini də çox yaxşı bilirlər, ona görə də insanların haçansa görməyəcəkləri bir işin, birdən onlar bunu eləyərlərsə hansı sonuclar verə biləcəyini düşünməyin də heç bir anlamı yoxdur. Düzdür, toplum onların varlığına görə utanır, ancaq onlarsız keçinə də bilmir...  Toplumda fahişəliyin olması onun üçün əskiklikdir, buna söz ola bilməz, ancaq bunun belə olması əxlaqçıların gördükləri işlərin də heç bir dəyərinin, kəsərinin olmamasından soraq verməkdədir. Z.Freydin deməsinə görə, bizim şüurumuz bir sıra düşüncələrimizi sıxışdırır, buna görə də onlar bizim altşüurumuzda özlərinə yer eləyərək qorunub saxlanırlar; eynilə bunun kimi, fahişəlik də toplumun altşüurunda qorunub saxlanmaqdadır. Ancaq belə bir sürgün ömrü yaşayan fahişəlik, özü də bunu istəmədən, onun varlığını buracan alçaldan toplumdan qisas almağa başlayır. Fahişəlik heç də həmişə alçaq iş sayılmamış, indi olduğu kimi göz qabağından qovulmamışdır. Başlanğıcda bizim indi fahişə adlandırdığımız qadınlar çoxtanrılıq məbədlərinin kahinləri olmuş, o çağlardakı toplumda onlara böyük sayğı göstərilmişdir, bu qadınlar tanımadıqları kişilərin cinsi istəklərini ödəməyin tanrılara qulluq eləmək olduğunu sanmışlar. Məbədlərdə yaşayan belə kahin qadınlar toplumda sayılıb seçilən qadınlar olaraq tanınmış, kişilər onlarla cinsi yaxınlıq eləməyi özləri üçün başucalığı sanmışlar. Bütsevərlərin məbədləri bağlandıqdan sonra, fahişəlik oradan çıxıb topluma ayaq açdı, onu başdan-başa bürüməyə başladı, indi isə onun məqsədi ancaq pul qazanmaqdır. Bildiyimə görə, bugünkü Hindistanda məbəd fahişəliyindən fahişəlik biznesinə keçid hələ bütünlüklə başa çatmamışdır. “Ana Hindistan” kitabının müəllifi Ketrin Meyo (Katherine Mayo) belə bir geriçiliyin indiyəcən qalmasının, bu ölkəni bütün suçlarda günahlandıra bilmək üçün əsas verdiyini deyir. Bugün, deyəsən Güney Amerika ölkələrindən başqa, dünyanın hər yerində fahişəlik azalmağa doğru gedir. Bu, bir yandan, indi qadınların fahişəlikdən başqa yollarla da özlərinə iş tapıb dolanışıq qura bilmələri ilə bağlıdır; başqa yandan da, indi toplumların çoxunda evlilikdən qıraqda da qadın-kişi əlaqələrinə yol verilməsinə görədir...  Fahişələrin sayını bacardıqca azaltmaq çox önəmli bir iş sayılmalıdır. Bunun üç başlıca niyəsi vardır: birincisi, fahişəliyin toplumun ümumi sağlamlığına qorxu yaratmasıdır; ikincisi, fahişəliyin qadın psixologiyasını çox korlamasıdır; üçüncüsü, fahişəliyin elə kişilərin də psixologiyasını korlamasıdır.  Fahişəliklə ömür sürən qadının yaşamı doğru-düzgün sayıla bilməz. Burada daima zöhrəvi xəstəliklərə yoluxmaq qorxusu bir yana qalsın, bundan da pisi, bu sayaq yaşamın insan psixologiyasını get-gedə sarsıdıb onu özülünədək dağıtmasıdır.  Fahişəliyə qurşanan qadınlar getdikcə ərincək, tüfeyli bir ömür sürməyə alışır, içki ilə tütün düşkünlərinə çevrilirlər. Toplumun ona aşıladığı: fahişəliyin insani əskiklik olması düşüncəsi, getdikcə onun şüurunda özünə yer eləyir, onun psixologiyasında iz qoyur, o, get-gedə özünün bütün müştərilərinin də onu alçaq saydıqları düşüncəsinə qapılır. Eynilə rahibələrdə olduğu kimi, fahişələrin də yaşadığı ömür onların sağlam instinktlərini korlayıb sıradan çıxarmağa başlayır. Bütün bu səbəblər isə, fahişələrin ağrı-acılar içində ömür sürməsinə gətirib çıxarır.  Çox ciddi əxlaqi normaların olduğu toplumlarda fahişələrin günü çox ağır keçir, həm də onlar güclü mənəvi sarsıntılarla üzləşirlər. Ancaq kişilərin də fahişələrlə ardıcıl münasibətləri varsa, bu, onların da psixikasında dərin izlər qoyur. Fahişəlik başlıca əxlaqi normalara kökündən ziddir, ona görə də, zöhrəvi xəstəliklərin kökü kəsilsə də, lap elə fahişələrə sayğı bəslənməyə başlansa da, bütün bunlara baxmayaraq, toplumda fahişələyinin kökünün kəsilməsinə çalışmaq insanlığın başlıca məqsədlərindən biri sayılmalııdr. Havelock Ellis öz əsərlərində fahişəliyin araşdırılmasına böyük yer ayırıb. Ancaq, mənə qalarsa, onun fahişəliyi doğrultmaq üçün gətirdiyi arqumentlər doğru sayıla bilməz.  O, öz sözünə çox uzaqlardan başlayır, hələ sivilizasiyanın yeni yaranmağa başladığı çağlarda kütləvi sekslə bağlı ayinlərin keçirildiyini yazır, o çağlarda adi günlərdə ciddi nəzarət altında olan cinsi istəklərlə bağlı duyğuların bu ayinlərin keçirildiyi günlərdə özbaşına buraxıldığını bildirir. Onun düşüncəsinə görə, fahişəlik öz kökünü bu, əski çağlardakı kütləvi sekslə bağlı ayinlərdən götürmüşdür və fahişəliyin bu gün də yaşaması, elə o keçmiş ənənələrin bugünümüzə gəlib çıxması ilə bağlıdır...  Bir sıra əxlaqi normaların bugünümüz üçün yararsız sayılmağa başlaması fahişəliyin azalmasına gətirib çıxarmağa başlamışdır. Əxlaqçılar belə münasibətləri düzgün saymasa da, mənim düşüncəmə görə, bir-birini sevən gənc oğlanlarla qızlar arasındakı azad münasibətləri bəyənməyə dəyər; belə münasibətlər gənc oğlanlarda qabalıqla amansızlığı, gənc qızlarda isə lovğalıqla vasvasılığı aradan qaldırır. Belə azad münasibətlərə qarşı çıxanlar isə, kimliyindən asılı olmayaraq, fahişəlyin saxlanması üçün çalışmış olurlar, fahişəlik isə dediyimiz kimi, aşırı əxlaqi normalarının hökm sürdüyü toplumlarda, tarazlığın pozulmaması üçün ortaya çıxmışdır.  Bertrant Rassel
['fəlsəfi fikirlər', 'Bertrant Rassel', 'əxlaq', 'əxlaq normaları', 'fahişəlik', 'Bertran Rassel', 'Bertrand Russell']
592
https://kayzen.az/blog/%C5%9F%C9%99xsi-gigiyena/21799/auran%C4%B1-nec%C9%99-t%C9%99mizl%C9%99m%C9%99k-v%C9%99-g%C3%BCcl%C9%99ndirm%C9%99k-olar.html
Auranı necə təmizləmək və gücləndirmək olar?
Apollon
şəxsi gigiyena
3 may 2018, 11:40
Aura — bədənimizin ətrafında enerji sahəmizi əhatələyən qoruyucu qalxanımızdır. Auranın təmizlənməsi nə üçün zəruridir?  Gündəlik həyatda neçə-neçə insanla ünsiyyətdə oluruq və özümüzdən asılı olmayaraq, bütün neqativ enerjiləri auramıza toplayırıq. Gün ərzində insanların astral bədənləri bir-birinə qarışır və nə qədər çox insanla görüşsək, astral bədənimizə bir o qədər çox düşüncə forması və enerji bağlanır. Viruslar və fiziki mikroblar kimi, nifrət, kin, paxıllıq, dilxorluq və qanqaralıq və s. neqativ düşüncə və duyğular auramızda toplanır, bütün enerjimizi azaldır, bu da səhətimizi pisləşdirir, insanları bizdən uzaqlaşdırır, qəzalar-bəlalar əmələ gətirir. Əgər bir insan xəstədirsə və ya depressiyadadırsa, demək, aurası kirlidir və onu təmizləmək üçün çoxsaylı meditasiya gərəklidir. Artıq qeyd etdiyimiz kimi, bütün xəstəliklər əvvəlcə aurada başlayır, sonra isə fiziki bədənə nüfuz edir. Auramız nə qədər təmiz olarsa, xaricdən gələn neqativ təsirlərdən bir o qədər mühafizə olunarıq. Auramızın təmizlənməsi mənəvi gigiyena üçün lazımdır Pozitiv enerjimizi mümkün olduqca artırmağımız çox vacibdir. Siz ancaq xoşbəxt, rahat və sevgi doluysanız, auranızın rəngi parlaq olar. Nəticə etibarilə, Auramız nə qədər parlaq və güclü olarsa, bir o qədər sağlam olarıq və bir o qədər doğru insanları ve fürsətləri özümüzə çəkərik. Bunun üçün də müntəzəm olaraq auramızı təmizləməliyik.  Auranı təmizləmək gündə sadəcə bir neçə dəqiqə alır və buna dəyər. İdeal olan, auranın gündə iki dəfə təmizlənməsidir. Bunu səhər oyandıqdan sonra və yatmazdan əvvəl edə bilərsiniz. Ən azı yatmazdan əvvəl auranı təmizləmək vacibdir. Gündəlik auramızı təmizləyərək özümüzü psixi hücumlara və narahatlıqlara qarşı qoruyuruq. Auramızı hansı vasitələrlə təmizləyə və gücləndirə bilərik? Təmiz hava və düzgün tənəffüs — güclü və sarsılmaz auraya malik olmağımız üçün olduca zəruridir. Tənəffüs prosesi auramızı enerji ilə doldurur və gücləndirir.  Yoqlar auranı balanslaşdırmaq üçün Pranayama texnikasından istifadə edirlər. Prana (yəni oksigen) — auranı təşkil edən həyatverici substansiyadır. Pranayama — beyin yarımkürələrinin oksigenlə tam təmin olunmasına şərait yaradan xüsusi tənəffüs texnikasıdır. Onu gündə bir-iki dəfə icra etmək çox faydalıdır. Nəticə etibarilə, auranı təmizləmənin və ya maqnit sahəmizi bərpa etmənin ən sadə yolu açıq havada, o cümlədən oksigen mənbəyi olan ağacların çox olduğu yerdə adi gəzinti ola bilər. Ağaclar — energetik sahəmizi təmizləmək üçün çox faydalıdır. Sizə uyğun olan ağaca söykənməklə energetikanızı təmizləyə bilərsiniz. Həmçinin torpaqla, bitkilərlə təması artırmaq üçün çəmənlikdə ayaqyalın gəzmək, bitki əkmək faydalıdır. Bütün bunlar sizi təbiətlə birləşdirərək, canlandırır, energetik auranızı gücləndirir və şəfa verir. Yoqların istifadə etdiyi xüsusi meditasiya üsulu — Torpaqlama insanın yerlə əlaqəsini bərpa etməsini təmin edir.  Meditasiya — Auranı gücləndirmək və çakraları açmaq üçün ən effektiv və əsas vasitələrdən biridir. Meditativ proseslər beyin qan dövranını artıraraq, beyini daha aktiv işləməyə məcbur edir. Çakraları açmaq və auranı gücləndirmək üçün xüsusi meditasiya texnikaları icra edilməlidir Duaların oxunması — İnsanı İlahi qüvvəyə yaxınlaşdırmaqla, mənəvi paklıq qazanmasına, yəni astral bədəninin təmizlənməsinə və aurasının güclənməsinə şərait yaradır. Məlum olduğu kimi, ibadət, ilk nöbədə insanın özü üçün lazımdır. Mənən təmizlənmək üçün ibadət etmək, mənsub olduğunuz dinin müqəddəs kitabını, dualarını mütləq anlayaraq oxumaq vacib vasitələrdən biridir. Bütün bu vasitələr hər biri ayrı-ayrılıqda gərəklidir. Onlar bədbinliyi, gərginlyi, yorğunluğu azaldır, insanda mənəvi paklıq, xeyirxahlıq yaradır, bədəni müsbət enerji ilə doldurur və bu enerji mütləq quruculuq, yaradıcılıq işlərinə yönəldilməlidir. Neqativ enerjini kənarlaşdıran əlavə vasitələr Ehtiyac olan hallarda auranızı neqativ enerjidən təmizləmək üçün aşağıdakı vasitələrdən istifadə edə bilərsiniz:  Duş qəbul edərkən ləyənin içərisinə bir çay kaşığı sirkə qarışdırmaqla başınızın üzərindən axıdaraq bütün bədəninizi yuyun. Zəiflik hiss etdiyiniz zamanlar auranızı bu cür təmizləyə və gücləndirə bilərsiniz. Od evin energetikasını təmizləmək üçün yaxşı vasitəsir. Mütəmadi olaraq şam yandırmaqla evinizdə energetik təmizlik apara bilərsiniz.  Bundan başqa, çoxlarına məlum olan üzərlik və ya adaçayını yandırıb qoxusunu yaymaq evimizdəki neqativ enerjini kənarlaşdıra bilər. idealistka.net
['aura', 'enerji', 'neqativ enerji', 'auranın təmizlənməsi']
593
https://kayzen.az/blog/sufi-d%C9%99rvi%C5%9F/21834/d%C3%B6rd-s%C3%B6z%C3%BCn-bir-anlam%C4%B1.html
Dörd sözün bir anlamı
Apollon
Sufi-dərviş hekayətləri
3 may 2018, 11:38
Türk, fars, ərəb və yunan küçə ilə gedirdilər. Yoldan keçən bir xeyirxah onlara bir dirhəm bağışladı. Fars dedi: — Gəlin bu pula anqur alaq. — Anqur nəyimizə gərəkdi, — ərəb dedi, — gəlin eynab alaq. — Heç hay-küy salmayın, — türk işə qarışdı, — anqur da, eynab da özünüzə qalsın, biz bu pula üzüm alacağıq! Yunan da özünü saxlaya bilmədi: — Eh, ondansa gəlin stafil alaq. Bir qalmaqal başladı ki, gəl görəsən. Bilgisiz adamlar bir-birilərini şil-küt elədilər, xəbərləri də olmadı ki, hamısının istədiyi eyni bir şey — üzümdü; bilmədilər ki, o bir dirhəm onların hamısını istəyinə çatdırar. Bir-birini başa düşməyənlərin dilini bilən, ürəklərin istəyini oxuyan bir kimsə çıxsaydı qarşılarına, o yazıq, o bilgisiz, bir-birinin qanına boyanan adamlar bilgi çırağının bircə közərtisiylə düşmənçiliyi bir yana atıb əminamanlıq və barışıq sarayının qapısına üz tutardılar.
['Rumi hekayələri', 'sufi pritçası', 'sufi-dərviş hekayələri']
594
https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/21857/m%C3%BCsl%C3%BCm-maqomayev-haqq%C4%B1nda-n%C9%99l%C9%99ri-bilirik.html
Müslüm Maqomayev haqqında nələri bilirik?
Apollon
böyük musiqiçilər
29 aprel 2018, 14:48
Müslüm Maqomayevin ölümsüzlüyünə aparan yol Əgər uşaq teatr rəssamı və dramatik aktrisanın ailəsində doğulursa və hələ üstəlik onun babası tanınmış bəstəkardırsa, hər şey onun incəsənətlə bağlı olacağını güman etməyə əsas verir. İndiki vəziyyətdə də məhz belə olub. Lakin heç kəs bu oğlanın hansı yüksəkliklərə ucalacağını və pərəstişkarlarının necə sonsuz sevgisini qazanacağını təsəvvür edə bilməzdi. Çətin günlərdə doğulmuş Oğlanın adını Müslüm qoyublar. O, qorxulu və dəhşətli 1942-ci ildə dünyaya gəlib. Düzdür Bakıda, müharibə alovundan uzaqda olub. Öz atasını Müslüm ümumiyyətlə xatırlamırdı: oğlu anadan olduqdan qısa müddət sonra Məhəmməd Maqomayev orduya çağırılır, tale isə onunla pis zarafat edir – o, Berlinin alınması uğrunda gedən döyüşlərdə qələbəyə bir neçə gün qalmış vəfat edir. Onun anası kifayət qədər tanınmış aktrisa Ayşət (səhnə ləqəbi ilə Kinjalova) ölüm xəbərini aldıqdan sonra Bakıdan Maykopa, buradan da Vışniy Voloçekə köçür. Müslüm əmisi Camalın himayəsində qalır. Camal ciddi qaydaları olan, lakin Müslümə qarşı ədalətli davranan biri olub. O, Müslümə özünü yetim kimi hiss etməyə imkan verməyib. Camal musiqi təhsili olmasa da, fortepiano və röyalda yaxşı çalmağı bacarıb. O, Müslümün qeyri-adi istedadını kəşf edib. Lakin bu istedadı inkişaf etdirmək lazım idi. Gözəl musiqi duyumuna və təmiz ilahi səsə malik Müslüm Bakı Konservatoriyası nəzdində bəstəkarlıq və fortepiano sinfi üzrə musiqi məktəbinə daxil olur. Lakin anası Ayşət övladı üçün darıxır və buna görə də Müslüm anasının yanına – Vışniy Voloçekə gedir. Böyük Bakıdan sonra kiçik şəhər həyatı onun üçün ayrı dünya olur. Burada onu başqa bir sənət növünə — teatra meyl gözləyirdi. Özü də tam daxildən. Bu, məşğələlər, orkestrla köklənərkən musiqi alətlərinin sirli səsləri və səhnə arxasının sehirli iyi idi. Bir il sonra anası onu Bakıya göndərir. Burada musiqi məşğələləri üçün daha geniş imkanlar var idi. Müslüm təcrübəli vokalistlərin dərs dediyi Bakı musiqi məktəbinə qəbul olunur. O, bütün ömrü boyu konsertmeyster Tamara Kretingenə sonsuz minnətdarlıq duyur. Görünür Müslümün fərqli və özünəməxsus ifasını kəşf edən Tamara onunla boş zamanlarında məşğul olmağa başlayır. O, Müslüm üçün o qədər də məşhur olmayan bəstəkarların nadir əsərlərini tapırdı. Bu, Müslümün dəfələrlə ifa olunan əsərləri yamsılamaq əvəzinə, öz interpretasiyasının yaratması üçün lazım idi. Xoşbəxtlikdən Müslüm yeniyetməlikdəki səs dəyişikliyindən yayına bilir. İndi onun edə biləcəyi yalnız bir şey var idi – inkişaf. Ölümsüzlüyə doğru ilk addım Onun tamaşaçılar qarşısında ilk önəmli çıxışı Bakı dənizçilər evində konsertə iştirakı olub. Onu buraya xüsusi nömrə ilə çıxış etməyə çağırmışdılar. Həmin vaxt ailəsi yeniyetmə Müslümə solo konsertlə çıxış etməyə icazə vermirdi. Çünki səsəinin batmasından qorxurdular. Lakin Müslüm səsinin artıq tam formalaşdığını düşünür və çıxış etmək qərarına gəlir. Bu çıxış çox böyük uğur qazanır. Gənc istedad hər kəsi ruhlandırır. Artıq 1961-ci ildə Müslüm Maqomayev Bakı hərbi dairəsinin mahnı və rəqs ansamblının solisti olur. Məhz bu zaman Müslümün ilk qastrolu baş tutur. Düzdür hələki yanlızca Zaqafqaziya üzrə. Bundan sonra onun müğənnilik karyerası yalnız yüksələn xətt üzrə gedir. Həmin 19 yaşında Maqomayev əməlli-başlı məşhur olur. O, bu məşhurluğu Helsinkidə keçirilən gənclər festivalında «Buxenvald harayı»nı möhtəşəm ifa etdikdən sonra qazanır. Məhz həmin haray 1963-cü ildə Kreml sarayında ifa edildikdən sonra sovet televiziya efirini partladır. İyirmi yaşlı Müslüm bir anda bütün Sovet İttifaqında məşhur olur. Uğur və müvəffəqiyyət o qədər sərhədsiz olur ki, solo konsert təklifləri yağış kimi onun üzərinə yağmağa başlayır. Özü də bu konsertlər idman sarayında, Çaykovski adına salonda baş tutur. Hədsiz dərəcədə tələbkar insan Klavdiya Şuljenko Maqomayev barədə bir dəfə belə deyir: «Maqomayev səhnədə görünən kimi böyük bir olay oldu. O, bütün gənclərdən öndə idi. O, hamının çox xoşuna gəlirdi». Maqomayev Azərbaycan Opera və Balet Teatrının solisti olur. Eyni zamanda estrada konsertərində zalları doldurmağa davam edir. Aydın olur ki, növbəti pillə dünya miqyaslı səhnələrdir. Hər şey çox tez baş verir. Milan. «La Skala» və başqaları 1964-65-ci illərini Maqomayev İtaliyada, məşhur Milan teatrı «La Skala»da təcrübədə keçir. O zaman belə bir şaiyə dolaşırdı ki, gənc solist Milan teatrının truppasına daxil olmaq barədə təklif alıb, lakin Maqomayev estradaya artan sevgisinə görə bundan imtina edib. Belə bir təklif şühəsiz ki, doğrudan da olmuşdu. Lakin aydındır ki, imtinanın səbəbi başqa olub. 1966 və 1969-cu illərdə Maqomayevin Paris «Olimpiya»sında konsertləri anşlaqla keçir. «Olimpiya»nın direktoru müğənniyə illik müqavilə təklif edir (bu məlumat təstiqlənib). Lakin Sovet Mədəniyyət Nazirliyi müdaxilə edərək bu təklifdən imtina edir. Nazirlik belə bir addımını Maqomayevin dövlət konsertlərində çıxış etməli olması ilə izah edir. Mədəniyyət Nazirliyi eyni zamanda Maqomayevə ümumiyyətlə müstəqil qərar qəbul etməyi qadağan edir. Sözə qulaq asmamaq isə mümkün deyildi. Çünki bu, Vətənə xəyanətdə ittiham olunmaq kimi ağır nəticələrə gətirib çıxara bilərdi. Moskvaya qayıtdıqda Maqomayev Böyük Teatrın tərkibinə daxil olmaq barədə təklif alır. Solist qərarlı şəkildə bundan imtina edir – ya özünü teatr cədvəlinə bağlamamaq istəyindən, ya da sadəcə prinsipiallığından. Onun repertuarı çox geniş idi. Buraya opera ariyalarından hit estrada mahnılarına qədər bir çox mahnı növləri daxil idi: estrada mahnıları (SSRİ-də ilk dəfə Maqomayevin ifasında məşhur Beatles-ın Yesterday mahnısı səslənir), rus romansları və əlbəttə ki vətənpərvər mahnılar. Sovet dövlət mükafatları onun üzərinə dayanmadan yağır. Bu sıraya beynəlxalq mükafatlar da daxil olur. İlk mükafat Polşanın Sopot şəhərində qazanılır: Kaan-dan gətirilən «Qızıl val». Heç bir bayram televiziya verilişi Müslüm Maqomayevsiz ötüşmürdü. Bütün dövrlərdə olduğu kimi, bu boyda böyüklük paxıllıq və qısqanclıqdan yan keçə bilməzdi. Hətta hər cürə əclaflığa hazır insanlar peyda olurdu. 1960-cı illərin sonunda baş verən hadisəni başqa nəylə izah etmək olar ki? Azərbaycandan xaricə getmək qadağası 1960-cı illərin sonlarında Müslüm Maqomayev hansısa yolla öyrənir ki, Rostov Filarmoniyası maliyyə problemləri yaşayır. Don kazaklarının mahnı və rəqs ansamblının hətta Moskvada qastrollara geyinmək üçün kostyumu belə yoxdur. Maqomayev konsert verməklə yardım etməyə razılaşır. Bu konserti o, Rostovda verir. Stadion 45 mindən çox tamaşaçı ilə dolur. Əslində Maqomayev yalnız bir hissə ilə çıxış etməyə razılaşır. Lakin tamaşaçılar sevimli ifaçılarını səhnədən buraxmaq istəmirlər. Buna görə də o, 2 saatdan artıq səhnədə olur. Bu çıxış üçün ifaçıya bir hissədə ifa üçün qanunla nəzərdə tutulan 202 rubl əvəzinə 606 rubl ödənilir. Tədbirin adminstratorları Müslümü əmin edirlər ki, bu məbləğ tamamilə qanunidir və Mədəniyyət Nazirliyi tərəfindən təsdiqlənib. Lakin bu tamamilə yalan olur. Bu qəribə hadisə solist barədə anti-korrupsiya xətti üzrə cinayət işi açmaq üçün səbəb olur. Bu barədə Parisdə «Olimpiya»da çıxış edən Maqomayevə məlumat veriləndə o, şoka düşür. Mühacir dairələr ona Fransada qalmağı və hər şeyin üzərindən xətt çəkməyi təklif edirlər. Lakin Maqomayev vətəndən uzaqda həyatı təsəvvür belə etmək istəmir. Təbii ki, o mühacir həyatının SSRİ-də qalan qohumları üçün necə nəticələnəcəyini də yaxşı anlayır. Düzdür araşdırma komissiyası Maqomayevin günahkar olması barədə heç nə tapmır. Belə ki Müslüm Maqomayev ödənilən məbləğə rəsmi şəkildə imza atmaqla qəbul etmişdi. Lakin buna baxmayaraq SSRİ- Mədəniyyət Nazirliyi Maqomayevə Azərbaycandan kənarda qastrollarda çıxış etməyi qadağan edir. Boş vaxtdan səmərəli istifadə edən Maqomayev imtahan verərək Azərbaycan Dövlət Konservatoriyasına qəbul olur və Şövkət Məmmədovanın sinfində təhsil alır. 1968-ci ildə isə oranı bitirir. Maqomayevə qarşı qəzəb yalnız DTK-nın sədri Yuriy Andropov o zamanki mədəniyyət naziri Yekaterina Furtsevaya zəng vurub Maqomayevin DTK-nın yubileyində çıxış etməsi üçün şərait yaratmasını tələb etdikdən sonra soyuyur. «Mən Müslüm Maqomayevin ifa etdiyi bir çox konsertlərdə iştirak etmişəm. Bu konsertlərdə heç vaxt aparıcı onun adını və soyadını tam elan etməyə imkan tapmayıb. Adətən Müslüm adından sonra o qədər alqış səsləri ucalırdı ki, bütün texnikaya rəğmən aparıcının onun soyadını elan etməsi səs-küy içərisinsə eşidilməz olurdu. Buna öyrəşmişdik. Necə ki, onun tək bir adının bizim incəsənətdə özünəməxsus yeri olduğuna öyrəşmişdik. Həm də ona alışmışıq ki, istənilən opera ariyası, istənilən mahnı onun ifasında həmişə gözlənilən möcüzə idi», -deyə Robert Rojdestvenski qeyd edib. Qeyd edək ki, Maqomayev Robertin bir sıra şeirlərinə bəstələnən mahnılar ifa edib. Bu mahnılardan bəzilərinin sözlərinin müəllifi Müslüm özü olub. Aydan AXUNDOVA
['Azərbaycan musiqisi', 'böyük musiqiçilər', 'Müslüm Maqomayev']
595
https://kayzen.az/blog/ekonomiks/21012/yoxsullu%C4%9Fa-qalib-g%C9%99lm%C9%99y%C9%99-k%C3%B6m%C9%99k-ed%C9%99c%C9%99k-ideya.html
Yoxsulluğa qalib gəlməyə kömək edəcək ideya
Apollon
Ekonomiks
29 aprel 2018, 14:16
Yoxsullar adətən borca pul götürür, əmanətə sahib deyil və qeyri-sağlam həyat tərzi sürür. Bəziləri belə hesab edir ki, yoxsulluq – xarakter defisitidir. Tarixçi və yazıçı Rutger Bregman bu ideya ilə razı deyil. Yoxsul insanların sadəcə pulu yoxdur və bunu dəyişmək olar. Prinston universitetindən psixologiya üzrə professor Eldar Shafir öz kolleqaları ilə birgə şəkər qamışı əkib-becərən hindistanlı fermerlər arasında maraqlı araşdırma aparıb. Onlar məhsul yığımından dərhal sonra ümumi illik gəlirin təqribən 60%-ni əldə edirlər. Belə çıxır ki, fermerlər ilin bir yarısını tam yoxsulluq, digər yarısını isə tam zənginlik içərisində keçirirlər. Araşdırmaçılar məhsul yığımından əvvəl və sonra fermerlərin IQ testindən keçməsini xahiş edirlər. Yoxsulluq içərisində həyat şərtləri 14 IQ balının itirilməsinə səbəb olub. Bu yuxusuz gecə və yaxud spirtli içkilərin effekti ilə bərabərdir. Belə vəziyyətdə uzun müddətli perspektivlər haqqında düşünmək mümkün deyil. Yoxsul insanlar özləri də axmaq olduqlarına görə axmaq qərarlar vermirlər. Onların yaşadığı həyat şərtlərində istənilən şəxs məntiqsiz addım atardı. Vəziyyətdən çıxış yolu – qeyd-şərtsiz əsas gəlir Müasir iqtisadçılar bu problemin həlli üçün müxtəlif vasitələr təklif edir. Məsələn, yoxsullara sənədlərin qaydaya salınmasında kömək etmək və yaxud onlar hesablarını ödəməyi unutmasın və borcları qalaq-qalaq yığılmasın deyə ismarıclar göndərmək. Bu qərar bir çoxlarının ürəyincədir, çünki əlavə vəsait xərci tələb etmir. Bu problemi bütünlükdə həll etməyə deyil, yalnızca bəzi simptomları aradan qaldırmağa yarayır. Qeyd-şərtsiz əsas gəlir işə qarşı münasibətimizi yenidən nəzərdən keçirməyə kömək edəcək. Hazırda milyonlarla insan öz işini mənasız hesab edir. 2013-cü ildə həyata keçirilmiş sorğuya əsasən, respondentlərin yalnızca 13%-i gördükləri iş ilə həqiqətən maraqlanırlar. Digər bir sorğuda isə, iştirakçıların 37%-i onların işlərinin ümumiyyətlə lazım olmadığını hesab edir. Qeyd-şərtsiz əsas gəlirlə bağlı çox sayda eksperiment həyata keçirilib. 1974-cü ildə Kanadada Dauphində keçirilən eksperiment isə bunlar sırasında ən vacibidir. Bu kiçik şəhərin sakinləri beş il ərzində zəmanətli gəlir əldə edirdilər. Hökumətin dəyişməsi ilə eksperiment dayandırılır, onun nəticələri isə 25 ildən sonra təhlil edilir. İqtisadçı Evelyn Forget aşkar edir ki, Dauphin sakinləri nəinki varlı, həmçinin ağıllı və sağlam olub (The Town With No Poverty). Şagirdlərin davamiyyəti yaxşılaşıb, xəstəxanaya yerləşdirilmə tezliyi 8,5% azalıb. Və insanlar öz işlərini atmırdı. Yalnız uşaqlı qadınlar və tələbələr daha az işləməyə başladı. Oxşar nəticələr digər ölkələrin eksperimentlərində də qeydə alınıb. Təbii olaraq bu zaman hər kəsdə sual yaranır: qeyd-şərtsiz əsas gəlir üçün pulu haradan alaq?! Əslində, bu düşünüldüyü qədər baha başa gəlmir. Məsələn, 2013-cü ildə iqtisadçıların hesablamalarına görə, Amerikada bütün ehtiyac içərisində olan şəxsləri yoxsulluq vəziyyətindən çıxarmaq üçün 175 milyard dollar lazım gələrdi. Bu ABŞ-ın müdafiəyə sərf etdiyi xərclərin dörddə bir hissəsi və yaxud ÜDM-un 1%-dir.
['yoxsul', 'yoxsulluq', 'kasıblıq', 'yoxsulluğa qalib gəlmək']
596
https://kayzen.az/blog/qadinlar/20870/rita-montal%C3%A7inid%C9%99n-100-il-ya%C5%9Fama%C4%9F%C4%B1n-sirl%C9%99ri.html
Rita Montalçinidən 100 il yaşamağın sirləri
Apollon
Məşhur qadınlar
26 aprel 2018, 15:54
«Mən heç vaxt ciddi xəstəlik keçirməmişəm. Qulağımın və gözümün zəifləməsi adi haldır. Əsas odur ki, indi gənclik dövrümdən daha iti və ağıllı düşünürəm. Bu sözlər 104 yaşında dünyasını dəyişən italiyalı alim-neyrobioloq Nobel mükafatçısı Rita Levi Montalçiniyə aiddir. Rita Levi Montalçini 1909-cu ildə İtaliyanın Turin şəhərində varlı yəhudi ailəsində dünyaya göz açıb. Gənc Rita tibb elminə dərin maraq göstərib və ali təhsilini də bu yöndə oxuyub. 1936-cı ildə universiteti bitirəndən sonra İtaliyanın faşist hakimiyyəti ölkənin yəhudi əsilli əhalisinə elmi və pedoqoji fəaliyyəti qadağan edir. Odur ki, gənc alim öz yataq otağını labortoriyaya çevirib, toyuq embrionları üzərində təcrübələr aparmağa başlayır. Faşist ordusu İtaliyadan çəkiləndən sonra Rita uzun müddət həkim kimi çalışır, qaçqınları müayinə edir. İkinci Dünya Müharibəsindən sonra xanım Montalçini 20 il Amerikanın Sent Luis şəhərində yaşayır və Vaşinqton Universitetində elmi fəaliyyətlə məşğul olur. Burada ailm boy faktoru sahəsində yeniliyə imza ataraq, ona dünya şöhrəti qazandıran Nobel mükafatına layiq görülür. Rita Levi 104 illik həyatı boyu bir dəfə də olsun ailə qurmayıb. Qüdrətli elm xadimi bunu belə izah edirdi: “Mənim həyatımda onsuz da mükəmməl insani münasibətlər, sevimli işim və əyləncələrim olub. Rəsmi nikaha heç vaxt gərək duymamışam”. Xanım Montalçini 2012-ci ildə 104 yaşında yuxuda dünyasını dəyişib. Doğmaları etiraf edirlər ki, alim ömrünün son günlərinədək elmi fəaliyyətlə məşğul olub. Böyük elm xadiminin dünyaya səs salan ən maraqlı fikirlərini, həmçinin 100 il yaşamağın sirləri Rita Levi Montalçinin elmi kəşfləri sayəsində dünya səhiyyəsi xərçəng və Alzeymer kimi xəstəlikləri daha dərindən qavramağa nail olub. Məşhur bioloq deyirdi: “100 il yaşamaq istəyirsinizsə səhər saat 5-də oyanın, gün ərzində cəmi bir dəfə yemək yeyin. Şüurunuzu zorla da olsa, işləməyə məcbur edin. 23:00-dan gec yatmayın. Yatmazdan öncə bir kasa şorba və ya bir stəkan naringi şirəsi içə bilərsiniz. Lakin mənim özümü nə yuxu, nə də yemək maraqlandırır. Ancaq bilirsinizmi, bioloji cəhətdən mümkün olsa belə, hər kəs 100 il yaşaya bilməz, bu, dünyanın nizamına ziddir. Hər birimiz 100 il yaşasaydıq planetdə körpələrə yer qalmazdı axı. Mən açıq və şux rəngləri sevirəm. Düşünürəm ki, rənglər incəsənətin özülüdür. Teatr və musiqi də mənim ömrümü uzadan səbəblərdən biridir. Roma Papasına olan məhəbbətim sonsuzdur, lakin Allahı qəlbim inkar edir. Etiraf edim ki, onu qəbul edənlərə qibtəylə yanaşıram”. Xanım Montalçininin ən maraqlı fikiri isə yəqin ki, budur: “Həzm sistemimi yaxşılaşdırmaq üçün pivə içirəm, iştahım olmayanda ağ şərab dada bilərəm. Təzyiqim düşəndə qırmızı şərab, qalxanda isə konyak qəbul edirəm. Angina zamanı „Vodka“sız keçinmirəm. — Bəs su? — Su? İndiyədək belə xəstəliyim olmayıb”. Hazırladı: Leyla Sarabi
['alim-neyrobioloq', 'neyrobioloq', 'bioloq', 'məşhur qadınlar', 'Rita Levi Montalçini', 'uzunömürlü olmaq']
597
https://kayzen.az/blog/f%C9%99ls%C9%99f%C9%99/21775/sokrat-metodu.html
Sokrat metodu
Apollon
Fəlsəfə
24 aprel 2018, 19:41
Məşhur filosof Sokrat mübahisə və dialoq zamanı söhbəti öz məcrasına doğru aparmağı yaxşı bacaran bir dahi kimi məşhurdur. Onun bu məharəti bir çoxlarını heyran qoyurdu. Bəs Sokratın sirri nədən ibarət idi? Mübahisə zamanı necə qalib gəlməyi bacarırdı? Hər şey çox sadə idi. O müsahibinin fikrini təkzib etmir, tərslik göstərmir, incimirdi. O sakit şəkildə suallarını verirdi. Beləliklə, mübahisədən qalib olaraq ayrılmaq üçün Sokrat hansı üsuldan istifadə etdiyi ilə tanış olaq: • Emosiyalarınızı nəzarət altında saxlayın. Səs tonunuzu yüksəltməyin. Sakitlik – sizin ən yaxşı köməkçinizdir. • Monoloqa keçməyin. Bu zərərli variantdır. Bu halda müsahibiniz onun fikrinə hörmət etmədiyiniz kimi təəssüratlar yaşayacaq. • Dialoq aparın. Bu mübahisə zamanı ən yaxşı üsuldur. Bununla rəqibinizin fikrinə hörmət etdiyinizi nümayiş etdirmiş olursunuz. • Müsahibinizin fikrini təkzib etməyin. Bu yersiz tərslik yaradacaq. • İndi isə əsas olanı edin – sual verin! İlk sualın qısa və aydın olması qəbulediləndir. Bu rəqibi polemikaya cəlb etməklə, gərginliyi azaldacaq. • Öz fikrinizi şərti olaraq bir neçə hissələrə bölün. Onların hər birindən qəti cavab hazır edin. O rəqibinizi sizə sərf edən cavabı verməyə doğru “sürükləyəcək”. • Cavablar sizin doğruluğunuzu və fikirlərinizi təsdiq etməlidir. Məntiqi şəkildə qurulmuş sual zənciri tez bir zamanda rəqibinizin öz ilkin fikrini təkzib etməsinə gətirib çıxaracaq. • Rəqibiniz artıq sizin fikrinizi öz dili ilə səsləndirmiş olacaq. O suallara cavab verərək sizin sahib olduğunuz son nəticəyə gələcək. Rəqib tərəfindən səsləndirilən fikir isə artıq onundur. • Mübahisə zamanı qarşı tərəfi səmimi olaraq anlamağa çalışın. Onun tutduğu tərəfə hörmət edin. • Onunla razı olmasanız belə onun fikirləri ilə maraqlanın. Nə qədər qəribə görünsə də, bu inandırmaq üçün ən yaxşı metodlardan biridir!
['fəlsəfə', 'Sokrat', 'Sokrat metodu', 'Sokrat tərzi', 'dialektik mübahisə']
598
https://kayzen.az/blog/346/21565/bomba-q%C9%99d%C9%99r-t%C9%99hl%C3%BCk%C9%99li-m%C3%BC%C9%99lliml%C9%99r.html
Bomba qədər təhlükəli müəllimlər
Apollon
346 saylı marşrut
22 aprel 2018, 18:24
Türkiyə Cumhuriyyətinin banisi Atatürk deyirdi: “Müəllim bir şama bənzər,özünü əridərək başqalarına işıq verər”. Həqiqətən müəllimlik müqəddəs peşədir. Bir nəfər bilgilərini, düşüncələrini və enerjisini onlarla və yüzlərlə insanlarla bölüşərək, həmin şəxslərin formalaşmasına, yetişməsinə nail olur. Nəticədə o şəxslər, bir müəllimin və ya müəllimlərin yaratdığı təsir gücü ilə sabah cəmiyyətdə, ailə içində və hətta ictimaiyyət daxilində belə mühüm, sanballı, öz müsbət keyfiyyətləri və bilgiləri ilə xeyirli insan olub, müsbət imic yarada bilərlər. Bəli, əgər cəmiyyəti təşkil edən insanların çoxu ağıllı və savadlıdırsa, o, ölkə inkişaf etmiş ölkə sayılır. İnkişaf etmiş ölkələrdəki insanlar daha mədəni, daha çox imkan və resursa malik olmaqla yanaşı, həm də uzunömürlü, sağlam olurlar. Söhbət təbii ki, böyük çoxluqdan gedir. İndi bir də bunun əksini düşünün! Bir ölkədəki müəllimlərin əksəriyyətinin özü az bilgili və savad sarıdan kasıbdılarsa, o zaman, həmin müəllimlərin “yetişdirdiyi” şagirdlərdən ibarət yüzminlər, sabah nə qədər geridəqalmış, mədəniyyətsiz və ən əsas savadsız insanların çoxluq təşkil etdiyi cəmiyyətin bir hissəsi olacaqlar. Həmin eybəcər mənzərəni təsəvvür etmək heç də çətin deyil.  Cəmiyyətin siması mənfi obrazla göz önünə gətirilirsə və mədəniyyətsiz, şəxsiyyətsiz insanlar cəmiyyətdə çoxdursa, demək ki, o ölkənin adının yanına, ümumiyyətlə, “inkişaf” sözünü yazmaq olduqca gülməli və bir o qədər də absurddur. Bu yerdə müqəddəslik yerini cahilliyə ötürür. Belə hal isə insanlıq üçün təhlükə mənbəyi hesab olunur. Burda da təbii ki, söhbət böyük çoxluqdan gedir.  Bu yaxında yaxın bir tanışım mənə universitetdəki qrup yoldaşının qarşılaşdığı dəhşətli bir hadisədən danışdı. Deməli, tələbə olmaqla yanaşı həm də repetitor müəllimə kimi fəaliyyət göstərən həmin qız, evinə gələn ibtidai sinif şagirdinin alnının ortasında gözəçarpan şəkildə qırmızı qələmlə yazılmış “2” rəqəmini görür. Dəhşətə gələn qız uşaqdan bunu kimin etdiyini öyrənir. Sən demə, bu iyrənc hərəkəti həmin azyaşlı uşağın ibtidai sinif müəlliməsi dərsi bilmədiyinə görə edibmiş. Hadisəni eşidəndə şoka düşdüm. Həmin səhnə göz önümdə canlandı və sanki başımdan qaynar su tökdülər. Bu sətirləri yazarkən belə hadisənin ağırlığı və mənfi təsiri məni çox məyus edir. İkrah hissi yaradan bu tükürpərdici olayın səbəbkarına şiddətli cəza verilərkən o anı qürur və məmnun baxışlarla izləmək keçir ürəyimdən. Hadisənin ardını yazım. Repetitor müəllimə, ilk olaraq bu barədə şagirdinin anası ilə söhbət edir. Valideyn isə bilgisiz və düşüncəsiz fağırın biri çıxır. Öz övladını müdafiə belə edə bilməyən — cahil! Gənc müəllimə vaxt itirmədən şagirdinin başına oyun gətirilmiş məktəbə gedir və birbaşa direktorla görüşür. Hadisəni nəql etdikdən sonra elə həmin şagirdin iştirakı ilə müəllimə ora çağırılır və töhmət alır. Həmin müəllimənin cəzası sadəcə ictimai şəkildə “üzr istəməklə” yekunlaşır. Bu da bunların “ədaləti”… Təbii ki, başqa ölkə olsaydı həmin müəlliməni peşəsindən birdəfəlik uzaqlaşdırmaqla bərabər, ən azı müəyyən pul və ya həbs cəzası ilə də “qiymətləndirərdilər”. Başqa bir tanışım məktəblərdən birindəki iş təcrübəsində danışır. Ordakı hadisələrdən də qısaca yazım. Deməli, təcrübəsini zənginləşdirməyə gələn gələcəyin müəlliməsi dərs deyən müəllimənin birinci sinif şagirdlərilə kobud və qeyri-etik davrandığını görür. Müəllimə, azyaşlı uşaqlara heyvan adları ilə xitab etməklə yanaşı, hələ uşaqları vururmuş da. Bu hal digər aşağı yaş qrupuna daxil olan siniflərdə də yaşanır. Yəni digər siniflərdəki müəllimlər də o gündədilər.. O cür idbar hadisələrə və haqsızlıqlar qarşısında niyə susduğunu və təpki vermədiyini soruşanda, həmin qız mənə belə cavab verdi: “Səsimi çıxarsaydım, müəllimə ilə aram pozulacaq və yekunda mənim iş təcrübəmi qiymətləndirəndə balımı kəsəcəkdi”. Cavabdakı laqeydliyə, köləliyə dözə bilməyib, o adama sərt şəkildə “sən vicdansızsan və bil ki, nə vaxtsa sənin də uşağın olacaq və məktəbə gedəndə müəlliməsi onunla o şəkildə davranacaq” — dedim.  Əslində belə laqeydsizliyin kökü ailəyə gedib çıxır. Despotik və qapalı ailədə böyüyən o qızın heç vaxt evin içində söz haqqı olmayıb. Bir çox dəyər qorxu və qeyri-müəyyən şəkildə aşılanıb və gəlib bu formaya çıxıb. Əlbəttə, elə şəxslərin cəsarəti olmayacaq. Elələri nəinki başqaları əziləndə və haqqı tapdananda reaksiya verməyə çəkinəcək, həmçinin doğru şəkildə özünü müdafiə etməyi belə bacarmayacaqlar. Müəllimlərimiz uşaqları, yəni bizim gələcəyimizi belə şəkildə yetişdirirsə, sabahlarımız necə olacaq? O uşaqların çoxu sabah psixopat olacaq. Bədbin proqnoz verməyi və ya pessimist düşüncədə olmağı xoşlamasam da, belə təşəkkül tapan cəmiyyət bomba qədər təhlükəli görünür mənə. Allah axırımızı xeyir eləsin! Orxan Adıgözəl
['müəllim', 'müəllimlik', 'pis müəllim', 'təhlükəli müəllimlər', '346 saylı marşrut', 'müəllimlik peşəsi', 'müəllimlik sənəti']
599
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/21808/yaln%C4%B1%C5%9F-qidalanma-v%C9%99rdi%C5%9Fl%C9%99rinin-sa%C4%9Flaml%C4%B1%C4%9Fa-t%C9%99siri.html
Yalnış qidalanma vərdişlərinin sağlamlığa təsiri
Apollon
sağlam həyat tərzi
20 aprel 2018, 13:36
Yalnış qidalanma orqanizmdə həzm problemlərinə, qəbizliyə və bunların nəticəsi olaraq, digər xəstəliklərə gətirib çıxarır. Düzgün qidalanma vərdişlərinə qidanı düzgün qəbul etmə qaydası və düzgün gündəlik rasion aiddir.  Bu gün həyat tempi sürətli olduğu üçün, əksər insanlar qidanı, demək olar ki, çeynəmədən udurlar. Unutmaq olmaz ki, qidanın maye vəziyyətinə gələnədək çeynənməsi bağırsaqların normal fəaliyyətini təmin edən amillərdən biridir. Eyni zamanda, yaxşı çeynəmək üçün dişlər də qaydasında olmalıdır. Dişlərin sağlam olması bağırsaqların normal fəaliyyəti üçün vacibdir. Buna görə də, dişlərə hər zaman qulluq etmək, onları qaydaya salmaq lazımdır. Bəs düzgün qida rasionu necə olmalıdır? Sağlam qidalanma vərdişlərini qazanmaq bir çoxlarımızın düşündüyü qədər qarışıq və ya məhdudlaşdırıcı deyil. Sağlam pəhrizin ilk prinsipi sadəcə müxtəlif cür təbii ərzaqlardan istifadə etməkdir. Bu vacibdir, çünki fərqli qidalar bizi fərli qida maddələri ilə təmin edir. İkinci olaraq, meyvə, trəvəz, dənli və paxlalı bitkilər, yəni kompleks karbonhidrat, lif, vitamin və mineral cəhətdən zəngin, az yağlı və xolesterolsuz ərzaqlar qida rasionunuzun əsas hissəsini təşkil etməlidir. Qalan hissəsini də az yağlı süd məhsulları, yağsız ət, toyuq və balıq tamamlamalıdır. Yeməkdə həm zülallara, həm də karbohidlara yer verilməlidir. Həmçinin qidada pektinlərin olmaması bağırsaqların peristaltikasını zəiflədərək qəbizliyə səbəb olur. Buna görə də daha çox meyvə və tərəvəz, xüsusən də kök və çuğundur istifadə etmək lazımdır. Eyni zamanda, rafinə olunmuş qidadan, tərkibinə dadlandırıcı, konservant, kimyəvi boyaq maddələri və s. daxil olan zərərli məhsullardan, eləcə də bağırsaqlarda qıcqırma əmələ gətirən və disbakterioz yaradan ağ çörək və şirniyyatdan imtina etmək (tam buğdalı un məmulatlarına üstünlük verilməlidir), şəkərin istifadəsini azaltmaq, imkan daxilində onu balla əvəz etmək lazımdır. Gecələr bir stəkan təbii qatığa 1 çay qaşığı bal əlavə edərək içmək faydalıdır.  Bundan başqa, qəbul etdiyiniz və sərf etdiyiniz kalori arasında tarazlığı qursanız, yəni vücudunuzun sərf edə biləcəyi kaloridən artıq yeməsəniz, piylənmə və artıq çəki problemi ilə qarşılaşmazsınız. Bu üç əsas qaydaya riayət etmək çox sevdiyiniz qidalardan imtina etməli olduğunuzu göstərmir. Hər gün sağlam rasionunuzu təmin etməyiniz şərtilə, nadir hallarda zərəli sayılan qidalardan da istifadə edə bilərsiniz. Sadəcə bu cür qidaları uzun müddət fasilələrlə və az-az yeməyə çalışın.  Sağlam qidalanmaq dadsız və ləzzətsiz qidalar yeməli olduğunuz demək deyil. Bunu adətən istifadə etmədiyiniz təbii qida maddələrinin dadını kəşf etmək fürsəti kimi baxın.
['sağlamlıq üçün', 'sağlam qida', 'sağlam qidalanma', 'yalnış qidalanma']