Unnamed: 0
int64
0
6.93k
url
stringlengths
41
313
title
stringlengths
3
153
author
stringclasses
256 values
category
stringclasses
371 values
date
stringlengths
17
23
content
stringlengths
3
89.6k
tags
stringlengths
6
314
600
https://kayzen.az/blog/riyaziyyat/21669/q%C4%B1z%C4%B1l-b%C3%B6lg%C3%BC-g%C3%B6z%C9%99lliyin-riyazi-formulu.html
Qızıl bölgü - Gözəlliyin riyazi formulu
Apollon
Riyaziyyat
18 aprel 2018, 10:57
Qızın bölgü (və ya qızıl nisbət) — riyaziyyat və incəsənətdə tətbiq olunur. İki ədəd o vaxt qızıl nisbətdə olur ki, onların cəminin daha böyüyünə nisbəti onlardan böyüyünün kiçiyinə nisbətinə bərabər olsun. Cəbri dildə aşağıdakı kimi yazılır: burada Yunan hərfi fi () qızıl bölgünü bildirir və onun dəyəri:  XX əsrdən başlayaraq xeyli sənətkarlar, memarlar öz işlərini qızıl bölgüyə əsasən qurmağa çalışıblar. Xüsusən də, onlar qızıl düzbucaqlı formasında tikintilərə xüsusi yer ayırıblar. Qızıl düzbucaqlıda uzun tərəfin qısa tərəfə nisbəti qızıl bölgü əsasında qurulur. Qızıl Bölgü ilə dörtküncün yaranışı Bu dörtkünclərin hər birindən kvadrat çıxardıqda,yeni bir Qızıl Bölgülü dördbucaq yaranır. Qızıl bölgü ilə içindən dəfələrlə kvadratlar çıxartdığımız bu dördküncün kvadratlarının kənar uzunluqlarını alan bir çevrə hissəsini hər kvadratın içində çəksək, bir Qızıl Bölgülü Spiral yaranır. Bu Qızıl Bölgülü Spiral təbiətdə bir çox canlı və bitkilərdə görmək olur. Qızıl bölgünün qısa tarixcəsi Qızın bölgü tarixən insanlar tərəfindən istifadə edilməsinə baxmayaraq, ilk dəfə kim tərəfindən kəşf edildiyi haqqında dəqiq bir məlumat yoxdur. Euclid (e.ə. 365 – e.ə. 300), «Elementlər» adlı nəzəriyyəsində bir xətti 1.6180339… nöqtəsindən bölmək haqqında yazmış və bu xətti ekstrem və əhəmiyyətli nisbətdə bölmək deyə adlandırmışdı. Misirlilər Xeops piramidasinin inşasında həm Pi həm də PHİ nisbətindən istifadə etmişdirlər. Yunanlar Parthenonun bütün diyaznını Qızıl nisbətə uyğun şəkildə çəkmişdirlər. Bu nisbəti məşhur Yunan heykəltartaş Parthenonun bütün əsərlərində istifadə etmişdir. Leonardo Fibonacci adlı İtalyan riyaziyyatcı “Fibonacci rəqəmləri” adlı rəqəmlərin müəyyən sıralamasını kəşf etmişdir. Leonardo Da Vinci 1509-cu ildə Luca Paciolunun dərc etdiyi “İlahi Nisbət” adlı rəsmləri verilmişdir. Bu kitabda Leonardo Da Vinci tərəfindən hazırlanmış Five Platonic Solids (beş platonik cism) adlı rəsmlər mövcuddur. Bunlar eyniylə bir kub, bir tetrahedron, bir dodekahedron, bir oktahedron və bir ikosahedronun rəsmləridir. Qızıl bisbətin latın dilində ilk istifadə edən böyük ehtimalla Leonardo Da Vinçidir. Renensans dövrünün rəssamları rəsmlərində və heykəllərində tarazılıq və gözəlliyi əldə etmək üçün Qızıl Bölgünü çox vaxt istifadə etmişdirlər. Leonardo Da Vincinin gündəliyinin içərisində olan, insan və təbiəti bir-biri ilə əlaqələndirən və bütünləşdirən əsəri üçün bir dönüş nöqtəsi olaraq qəbul edilən və insan bədənindəki nisbətləri göstərən Vitruvius Adam əsəri (1492)  Leonardo Da vinci, Last Supper (Son şam yeməyi) adlı tablosunda, İsanın və müridlərin oturduğu stolun ölçüsündən,arxadakı divar və pəncərələrə qədər Qızıl Bölgünü tətbiq etmişdir. Jahanes Kepler(1571-1630) Qızılk bölgünü belə ifadə etmişdir :”Qeometriyanın iki böyük xəzinəsi vardır; biri Pifaqor teoriyası, o biri bir xəttin Qızıl bölgüyə görə bölünməsidir”. Bu nisbəti görsətmək üçün Parthenon’un memarı və bu bölgünü ilk istifadə edən Phidiasa həsr edərək 1900-cü illərdə Yunan əlifbasındaki Phi hərfini Amerikalı riyaziyyatcı Mark Barr istifadə etmişdir. Eyni zamanda Yunan əlifbasındaki qarşılığı F hərfi də Fibonaccinin ilk hərfidir. Fibonacci Rəqəmləri və Qızıl Bölgü Fibonacci rəqəmləri Fibonaççinin Liber Abaçi kitabında dovşanların artımı ilə bağlı araşdırmaları nəticəsində Fibonaççi tərəfindən ortaya qoyulmuşdu. Tarixə əsasən, ilk iki Fibonaççi ədədləri 0 və 1-dir. Sonra gələn ədəd özündən əvvəlki ilk iki qonşusunun cəminə bərabərdir. Bəzi mənbələrdə sıranın ilk ədədi 0 yox, 1 götürülür. Riyazi dildə, Fibanoççi sırası Fn aşağıdakı rekkurent düsturla verilir harda ki, F0 = 0 və F1 = 1. Fibonaççi sırası Pizali Leonardonun adı ilə bağlıdır. Fibanoççi ədədləri arasında nisbət 1,618-dir. O, qədim misirlilər tərəfindən tapılmış və Pifaqor ondan riyaziyyatda istifadə etmişdir. Bu, tamın iki qeyri-bərabər, lakin proporsional hissələrə bölmənin nəticəsidir. Vaxtı ilə bunu «ilahə proporsiya», «qızıl bölgü» adlandırmışlar, sonra isə Leonardo da Vinçi proporsiyanı ifadə etmək üçün ümumi qəbul edilmiş termin – «qızıl kəsik»dən istifadə etmişdir. O vaxtdan bu proporsiya bir çox təbii hadisələrdə tapılmışdır: bədənimizin quruluşunda, botanikada, kvant mexanikası proseslərində və s. Hazırda qızıl kəsik praktiki fəaliyyətdə istifadə olunur — riyaziyyatda, texnikada, musiqidə, estetikada və s.  İnsanın inkişafı da həmçinin bu proporsiyaya müvafiq baş verir. Həyatımızın yaradıcılıq mexanizminin bu və ya digər dominantaları ilə mərhələlərə bölərək onun ədədlərinin qanununa tabe olur. Qızıl Bölgü bir rəqəmin insanlıq, elm və incəsənət tarixində oynadığı möhtəşəm bir roldur. Phi () bəşriyyəti və həyatı dərk etmək mövzusunda bizə yeni qapılar açmağa kömək edəcəkdir.  israfilmuradli.wordpress.com
['Fi', 'qızıl bölgü', 'qızıl nisbət', 'Fibonaççi sırası', 'Fibanoççi ədədləri', 'Fi sayı', '1.618', 'qızıl kəsik', 'riyaziyyat']
601
https://kayzen.az/blog/esse/21559/xilas%C4%B1m%C4%B1z-kitablardad%C4%B1r.html
Xilasımız kitablardadır
Apollon
Esse
17 aprel 2018, 11:55
Bugünlərdə, xalaoğlu ilə Nizami küçəsində gəzişdikdən sonra, elə oradaca özümüzü bir kənara verib, kitab oxumağa girişdik. Elə həmin an bir polis nəfəri təbəssümlə xalaoğluya tərəf yaxınlaşıb, xoş dillə “baxım, nə kitabıdır” — dedi və xalaoğlu da onun mülayim həvəsinə adekvat olaraq kitabı qeyri-ixtiyari uzatdı. Polisimizin kitaba belə maraq göstərməsi təəccübümə səbəb oldu və sadəlövhcəsinə bu hala sevinərək, “siz də kitabsevərsiniz?” deyə soruşdum. — Yox, elə bildim siz kitab satışı ilə məşğulsunuz… Üzümdəki təbəssüm sürətlə donuqlaşdı. Soyuq simalı heykəllərə çevrildiyimi hiss etdim. Sevincim, kədərə və əsəbə çevirildi. Həmin an, qeyri-təbii yaranan kiçik ümid qırıntılarım əriyib yoxa çıxdı. Elə bil qarşımda hansısa illüziyaçı nəsə qeyri-adi oyun göstərmişdi. Onun oyunu isə məni neqativə kökləmiş və daha çox təəssüf dolu təəccübümə səbəb olmuşdu. Sonra onun yanına bir başqa polis də yaxınlaşdı. Özümü cilovlayıb, dedim, o qədər kitab oxuyan az görürsünüz ki, elə bilirsiniz əlində kitab olan ancaq onu sata bilər. Polis mehribanlıqla cavab verdi ki, kitab oxumağa vaxt tapmırlar, elə camaat da buna görə kitab oxumur. Onun mülayim rəftarı olmasaydı, daha sərt danışmağı düşünürdüm. Deyəcəkdim: “Gedin, “Tarqovı”da qol-budaq açmış azyaşlı uşaqların dilənçiliyinə nəzarət edin”. Onun əvəzinə dedim ki, camaat, eləcə də siz, telefonla oynamağa vaxt tapa bilirsinizsə, kitab oxumağa da zaman ayıra bilərsiniz. Sadəcə istəmirsiniz. Xalqımız elə kitabdan uzaq düşdüyü üçün min cür haqsızlıqla üzləşir. Polislər gülümsədilər və uzaqlaşdılar. Bəli, bəlalarımızın bir çoxu kitabsızlıqdandır. Dünyagörüşünün dayaz olması, ictimai-sosial həyatda öz yerini tapa bilməmək, münasibətlərdəki boşluqlar, psixoloji zəifliklərin qabarıq olması və bu ünsürlərdən formalaşıb, meydana çıxan xaraktersiz şəxslər məhz kitabdan uzaq olduqları üçün bu gündədilər. Seymur Baycan demişkən, kitabxanaların kababxanalara çevirildiyi ölkədə yaşayırıq. Hə, gözləntilərimiz böyükdür, həm də həddən çox böyükdür. Mən nə qədər utopik olsa belə, cəmiyyətdən olan gözləntilərimi azaltmayacam. Çünki pafoslu çıxsa da, qeyd edəcəm, bu ölkə, bu cəmiyyət bizimdir. Onu aşağılarda, diblərdə görmək istəmirəm. İstəmirəm ki, ölkəmdə yaşayan vətəndaşlar qaranlıqlarda və çovğun-boranın içində boğulsunlar. Yüksəliş və parlamaq isə ancaq kitablarla mümkündür. Bu zülmət diblərdən bir gün mütləq çıxacağıq. Gənclərlə, aydın ziyalılarımızla və cəsarətli insanlarımızla çıxacağıq. Hə, buna şübhə etmirəm. Əsas məsələ bəlalarımızın baiskarını, problemlərimizin səbəblərini müəyyən etməkdir, sonra düzgün həyat strategiyası qurub, əzmlə mübarizə aparmaqla işıqlı yolları tapıb, ətrafımızı və özümüzü işıqlandıracağıq. Kitaba münasibətin səbəbi bəllidir. Gənc nəsili yetişdirən tipik Sovet insanları (ortayaşlıları nəzərdə tuturam) övladlarına ali dəyərlərdən söz açmırlar. Nəinki, ali dəyərlərdən, ümumiyyətlə, dəyərlərin ən axırıncı səviyyəsindən belə söz açmırlar. Çünki həmin ata-analar, öz uşaqları ilə oturub, gündəlik söhbətləşmirlər. Uşaqları valideynlərinin əllərində heç vaxt kitab görməzlər. Övladların başı da bütün kimi soska kimi istifadə etdikləri bahalı telefonlara qarışır. İnternet onlar üçün oksigen və yeganə sağ qalmaq üçün hava verən kanala çevirilir. İnterneti, sosial şəbəkələri pisləyən tiplərdən deyiləm. Əsla! Əlbəttə, internetin istifadəsi xeyirlidir, bir şərtlə ki, orada avaralanmayasan. Vaxt itkisinin xiffətini çəkməyənlər, çox təhlükəli adamlardılar. Onlar hətta kamikadze kimidilər. Başqalarının da vaxtını öldürməklə araları sazdır. Eyni zamanda, düşünə bilən adamlar arasında nüfuzunu itirən, böyük təsir gücünə malik yerli televiziyanın da ekranlarında ədiblərə, yazıçılara və aydınlara rast gəlinməsi defisitə çevirilib. Kitab müzakirələri, intellektual oyunları, elmi-publisistik müzakirələri lağ-lağılar, çal-çağırlar və bambılı görüntülər əvəz eləyir. Təbii ki, hər şey məqsədyönlü şəkildə davam edir. Axı hökumətə düşünən insanlar sərf etmir. O insanlar ki, kitab oxuyurlar, artıq onların dünyagörüşü artır və belələri inkişafa meyilli olurlar. Kitabların, onların ruhuna üfürdüyü vicdan, ədalət və həqiqətin yanında olmaq nəsnələri, həmin adamların qəlbini işıqlı edir. Qəlbində işıq yananlar qaranlıqları aydınlatmağa və zülmətə dirəniş göstərməyə həvəslənirlər. Bu, çox təbii baş verir. Cəhd edin, əmin olacaqsınız. Vallah xilasımız kitablardadır! Orxan Adıgözəl
['kitab', 'kitablar', 'kitab oxumaq', 'mütaliə', 'esse', 'Orxan Adıgözəl']
602
https://kayzen.az/blog/f%C9%99ls%C9%99f%C9%99/21774/ma%C4%9Fara-alleqoriyas%C4%B1.html
Mağara alleqoriyası
Apollon
Fəlsəfə
15 aprel 2018, 18:37
Qədim yunan filosoflarından biri olan Platon gündəlik həyatımızda fəlsəfədən yararlanmalı olduğumuzu düşünürdü. Platon fəlsəfəyə ruhun müalicəsi kimi baxır və əgər onu həyatımıza tətbiq etsək faydalı ömür sürəcəyimizə inanırdı. Fəlsəfənin faydası ilə bağlı ən maraqlı hekayələrdən biri onun “Dövlət” Əsərinin 7-ci bölümündəki “Mağara alleqoriyası”dır.  Bu, bəlkə də ən məşhur alleqoriyalardan biridir. Bu hekayədə bir mağaradan  və ömürləri boyu orada yaşayan bir qrup insandan bəhs edilir. Həmin insanlar həmişə bu mağaranın içində yaşayıblar və mağaradan kənardakı həyat haqqında heç nə bilmirlər. Mağaranın içərisində təbii işıq yoxdur, divarlar rütubətli və qaranlıqdır. Mağara sakinləri yalnız oradakı alovun qarşısından keçən şeylərin divardakı əksini görə bilirlər. Bu insanlar divarda əks olunan heyvan, bitki və insan kölgələrini heyrətamiz hesab edirlər. Bu kölgələrin həqiqət olduğuna inanır və əgər onlara kifayət qədər diqqət yetirsələr həyatda uğurlu olacaqlarını düşünürlər. Bir gün mağaradakı insanlardan biri azad edilir və açıq havaya çıxır. Gözləri günün işığından qamaşır, həyatında ilk dəfə günəşin işığı ilə aydınlanmış şeyləri görür. Yavaş-yavaş gözləri öyrəşməyə başlayır və daha əvvəl mağarada gördüyü kölgələrin gerçək formaları ilə qarşılaşır. Çiçəkləri, rəngli quşları, ağacların gövdələrinin detallarını görür. Ulduzlara baxır və kainatın dərinliyini qavramağa başlayır. Platon bunu belə təsvir edir: ”Əvvəllər bu insan yalnız kölgələri görürdü, indi isə varlığın həqiqi formasına yaxınlaşdı”. Bu yenicə aydınlanmış insan çaşqınlıq və illuziyalar içində olan dostlarına kömək etmək üçün mağaraya qayıtmaq qərarına gəlir. Mağaraya enərkən çöldəki işığa öyrəşdiyindən gözləri qaranlığa alışa bilmir və səndələyir.  Artıq əvvəlkindən fərqli olaraq kölgələri aydın görməkdə çətinlik çəkir. Yoldaşlarına çöldə gördüyü ağaclardan, quşlardan və günəşdən danışır. Əsl həqiqətin kənarda olduğunu, onların gördükləri kölgələrin həqiqət olmadığını deyir. Mağara sakinləri ona inanmır və heç biri mağaradan çıxmaq istəmir. Onlar əvvəl onu lağa qoyur, sonra əsəbiləşir və öldürməyə çalışırlar. Bu mağara hekayəsi aydınlanmış insanların həyatlarının alleqoriyasıdır. Mağara sakinləri fəlsəfəni tanımamışdan əvvəlki insanlardır. Günəş ağlın işığıdır. Mağaraya qayıdan insanın yadlaşması isə həqiqəti deyənlərin bildiklərini düşünmək istəməyən adamlara çatdırmaq istədiklərində qarşılaşa biləcəkləri bir vəziyyətdir. Platona görə hamımız həyatımızın böyük bir hissəsində kölgələrdə yaşayırıq. Şöhrət, mükəmməl həyat yoldaşı, yüksək mövqeli iş kimi bizi həyəcanlandıran şeylər əslində daha az realdır. Bütün bunların əksəri zəif və qüsurlu ağlımızın divarlarına cəmiyyət tərəfindən əks etdirilən kölgələrdir. Bunlara kiçik yaşlardan inanmağa başlayırıq. Bu, bizim fərdi günahımız deyil. Heç kim mağarada yaşamaq istəməz. Lakin hamımızın başladıği yer oradır və bu olduqca çətin bir başlanğıcdır. Platonun danışdığı hekayədəki şəxs kimi əgər insanlara birbaşa şəkildə səhv olduqlarını desək heç bir nəticəyə nail ola bilməyəcəyik. Əksinə, onların dərin bir şəkildə inciməklərinə səbəb olaraq məsələni daha da qəlizləşdirəcəyik. Platona görə çözüm diqqətli şəkildə təşkil olunmuş, geniş formada tətbiq olunan fəlsəfi təlim prosesidir. Platon buna Sokratın tətbiq etdiyi “Sokrat metodu” kimi tanınan sorğulama metodu ilə nail ola biləcəyimizi deyirdi. Bu metodda heç kimə dərs vermir, cəzalandırmır, hər hansı bir kitabı oxumağa məcbur etmirsən. İnsanların həqiqəti özlərinin dərk etməsinə şərait yaradırsan. Əvvəlcə mövzu haqqında ümümi bir bəyanat verirsən. Həmin mövzu barədə az məlumata sahib olduğunu vurğulayırsan. Məsələn, insanlar arasında yaxşı bir münasibətin necə davam edəcəyini dəqiq bilmədiyini etiraf edib, sonra digərlərinin bu mövzuda nə düşündüklərini öyrənərək yavaş-yavaş birlikdə cavabları nəzərdən keçirirsən. Böyük ehtimal qarşımızdakı şəxs özündən hədsiz dərəcədə əmin olacaqdır. Bizə cavabın olduqca bəsit olduğunu, hətta bunu hər kəsin bildiyini deyə bilər. Bu cür meydan oxuma qarşısında hədsiz dərəcədə səbirli olmaq lazımdır. Bu cür söhbət metodu sayəsində qarşı tərəfdə xoş bir inam hissi yaranır, doğru həvəsləndirmə ilə insanlar zamanla nəyin düz, nəyin yanlış olduğuna özləri qərar verə bilir və səhvləri öz ağılları ilə dərk edə bilirlər. Əgər diqqətli və səssiz şəkildə diqqətlərini incə nöqtələrə çəkə bilsək, onları günahlandırmasaq və əsəbiləşməsək bu proses həyata keçəcəkdir. Heç kimə həqiqətən elə olsalar da, özlərini səfeh kimi hiss etdirərək nəsə öyrədə bilməzsiniz. Nəticədə başlanğıcda hamımız bu mağarada başlayırıq, lakin Platonun ən dərin anlayışlarından biri burada qalmaq məcburiyyətində olmadığımızdır. Kənara çıxış yolumuz isə kifayət qədər sadədir. Fəlsəfə izləyə biləcəyimiz bir günəşdir, şüaları sayəsində təbiətin gerçək üzü daha açıq bir şəkildə gözümüzə görünə bilər. Əsas olan isə “mağara”dan çıxmaq istəyimizdir.
['Platon', 'Sokrat', 'alleqoriya', 'mağara alleqoriyası', 'fəlsəfə']
603
https://kayzen.az/blog/kisiler/21791/i%C5%9Fg%C3%BCzar-g%C3%B6rk%C9%99md%C9%99-burax%C4%B1lan-10-s%C9%99hv.html
İşgüzar görkəmdə buraxılan 10 səhv
Apollon
Kişilər
15 aprel 2018, 18:28
Bəzən iş rejiminiz “cəhənnəmi” əvəz etsə də, görkəminizə mütləq diqqət yetirməlisiniz. Kişilərin işgüzar görkəmlərində buraxdıqları səhvlər bunlardır: 1. Bel çantası (pюкзак) Unutmayın ki, siz karyera pilləkənlərini qalxmağa çalışırsınız, dağa yox. Çalışın bel çantasını daha klassik ya da ən azından “messenger bag” tipli çantalarla əvəzləyin. Yox əgər idman çantası sizin üçün vacibdir isə, bu zaman daha bahalı və şık görkəmli çantaya müraciət etməlisiniz. 2. Rəng çoxluğu və ya qışqıran rənglər Rəng çoxluğu yalnız kinoaktyorlarda yaxşı görsənir. Siz isə maksimum 3 rəngdən istifadə etsəniz yaxşı olar. 3. Çirkli və ləkəli geyim  Köynəyiniz təmiz olmalıdır. Hər gün geyindiyiniz zaman geyiminizi yoxlayın. Əks halda səliqəsiz görkəmi təmin etmiş olacaqsınız. 4. Yaxşı oturmayan şalvar Hətta öz ölçülərinizi dəqiq bilirsiniz isə belə, mütləq geyim alan zaman onu geyinib yoxlamaq lazimdir. Qısa, dar, və çox boş şalvarlar ofisə yaramır. Cins şalvar dabana qədər çatmalıdır, klassik şalvarlar isə biraz uzun ola bilər. 5. Uzun saçlar Siz sehirbaz və ya rok-ulduz deyilsiniz. Əgər yenə də kəsdirmək istəmirsiniz isə, uzun saçları da səliqəli yığmaq olar. Saçlar həmişə təmiz olmalıdır, kəpək olmamalıdır və yaxşı olar ki, uzunluğu maksimum çiyinə qədər olsun. 6. Qışqıran rəngli qalstuk İmicmeykerlər məsləhət bilir ki, qalstukun rəgi ofis üçün köynəyin rəngi ilə ahəng olmalıdır və onlar daha çox klassik tipli olmalıdırlar. 7. Odekolonun tünd iyi Mütləq keyfiyyətli odekolonlardan istifadə edin. Ucuz iylər sizi bəzəməyəcək. Ayrı-ayrı iyləri qarışdarmasanız yaxşı olar. Çoxlu istifadə də yol verilməzdir. Hər şeyin azı yaxşıdır. 8. Saqqal Əgər siz saqqal və bığ saxlayırsınız isə onlara mütləq qulluq etməlisiniz. Vaxtında bərbərə getməli və ya özünüz kəsdirməli və forma verməlisiniz. Qulaqda və burunda olan tüklər mütləq götürülməlidir. 9. Aksessuar çoxluğu Sadə klassik saat və bir də üzük. Bu iki aksessuar iş üçün kifayətdir. 10. Saç düzümü Əgər keçəliniz varsa, onu digər saçlarınızın hesabına örtməyə çalışmayın, daha da gülünc görsənəcəksiniz. Yaxşı olar ki, saçınızı qısa kəsəsiniz, əgər keçəliniz çoxdursa, ümumiyyətlə sıfır ilə qırxdırasınız.
['kişi tərzi', 'kişi qarderobu', 'iş həyatı', 'işgüzar stil']
604
https://kayzen.az/blog/law/21649/zamin-olma%C4%9F%C4%B1n-riskli-t%C9%99r%C9%99fl%C9%99ri.html
Zamin olmağın riskli tərəfləri
Apollon
Hüquq və qanunvericilik
13 aprel 2018, 15:14
Statistikaya əsasən bank kreditlərinin çox fiziki şəxslərin zəmanəti əsasında verilir. Əgər borcalanın vicdansız olduğu üzə çıxarsa, yəni o pulu qaytarmaqdan imtina edərsə, kreditorlar pulu zamindən tələb etməyə başlayır və ya borcu borcalanın mülkiyyətinə yönəldir. Borcun bağlanması ilə problem yarandığı təqdirdə bank hər iki borcalana qarşı iddia qaldırmaq hüququna malikdir. Məhkəmənin sonrakı qərarları müqavilədə əks olunmuş zaminin məsuliyyət dərəcəsinin ölçüsündən asılıdır. Əgər zamin öz şəxsi evi ilə borcalana zəmanət veribsə, həmin mülkiyyət hərraca çıxarıla bilər. Əksər hallarda zamin qismində duran şəxsin məsuliyyəti ödəniləməli olan borcun pul ekvivalentinə bərabər olur. Pulları zamininin əməkhaqqından tutaraq. Onları bank qarşısında borcluluğu arandan qaldırmaq məqsədi ilə bankın hesabına köçürə bilərlər. Pulu tamamı ilə ödədikdən, zamin xərclənmiş pulu borcalandan tələb etməyə tam hüququna malikdir. Borcalanın zərəri kompensasiya etməkdən imtina etdiyi təqdirdə zaminin həmin şəxsi, yəni borcalanı məhkəməyə verməyə tam hüququ vardır, o məhkəməyə müvafiq iddia ilə müraciət edə bilər, bu zaman onun mütəmadi olaraq, ödənişləri həyata keçirməsini təsdiqləyən sənədlər də lazım olacaqdır. Ödəniş qəbzlərini, həmçinin borcalandan kompensasiya tələbi ilə bağlı sifariş məktubunu məhkəməyə müraciət ərizəsinə əlavə etmək lazımdır. Borc məbləği üzərinə əlavə edilən cərimələr, penyalar və digər komisyon haqları ilə ağırlaşdıqda hadisələrin təsvir olunmuş inkişaf ssenarisi daha da ağlamalı görünür. Bəs, zaminlik müqaviləsinin qeyri qanuni elan edilməsi mümkündürmü? Məhkəmə belə bir qərar qəbul edə bilər, yalnız o halda ki, zamin kredit müqaviləsinin bütün şərtlərindən agah edilməyibsə. Zamin həmçinin kredit borcunun ödənməsi prosesində kredit müqaviləsinə müəyyən dəyişiklik edilibsə, zaminlik müqaviləsi ilə bağlı iddia qaldıra, onun qüvvədən düşməsini tələb edə bilər (faiz dərəcəsinin və ya ödəniş müddətlərinin dəyişdirilməsi). Əgər dəyişiklik zaminin xəbəri olmadan baş veribsə, o həmin müqaviləyə görə məsuliyyət daşımaqdan imtina edə bilər. Kredit müqaviləsinin şərtlərində bütün növ dəyişikliklər zaminlə yazılı formada razılaşdırılmalıdır.
['zamin', 'zamin olmaq', 'hüquq', 'qanunvericilik', 'zaminlik']
605
https://kayzen.az/blog/maraqli-faktlar/21677/katana-samuray-q%C4%B1l%C4%B1nc%C4%B1.html
Katana - Samuray qılıncı
Apollon
Maraqlı faktlar
13 aprel 2018, 15:11
Tapança gülləsini ortadan ikiyə böləcək qədər kəskin və davamlı, eyni zamanda bir saç telini ortadan ikiyə böləcək qədər də həssas olan bu qılınc bəlkə də Yapon xalqının dünyaya verdiyi ən möhtəşəm əsərlərdən biridir. Tarixi 10-cu əsr və əvvələ söykənən bu qılınc, Yapon xalqını iftixar, ruhani güc və itaətkarlıqla təmsil etmiş ancaq bir çox insanın qorxulu yuxusu olmuşdur. Tək bir həmlədə insan bədənini ortadan ikiyə ayıran bu qılıncın istehsalı günümüzdə çox az həcmdə aparılır və qiymətləri beş min dollar ilə əlli min dollar arasında dəyişir. Dünyanın ən iti qılıncı adına sahibdir. Amma Katana qılıncı ilə birlikdə Avropanın düz ağızlı qılıncı da bu yarışın içərisindədir. İki qılıncı müqayisə etdikdə, şübhəsiz, Katana bu yarışı qazanacaq xüsusiyyətdə tək qılıncdır. Tarixə baxanda çox mənbə Yaponların, Avropanın düz ağızlı qılıncını məsxərə etdiklərini yazır. Şayiələrə görə Katana zenit gülləsini və dəmiri asanlıqla ortadan ikiyə ayıra bilir. Bu şayiə çoxumuza məntiqsiz gəlsə də qılıncın hazırlıq mərhələsini oxuduqca nə qədər əmək sərf edildiyini və incə bir sənətkarlıqla hazırlandığını öyrənib fikirləriniz dəyişəcəkdir. İndi Katana (Samuray Qılıncı) və tarixini araşdıraq. Yapon qılınc sənəti Gerçək SamuraylarKatana, 10-cu əsrdə də Yaponiyada yapon döyüşçülərin feodallara qarşı xidmətləri nəticəsində ortaya çıxmış bir qılıncdır. Yalnız samuraylara verilir və samuraylar, Zadəganlar (soylu adamlar) arasından seçilirdi. Təhsilləri uzun illər davam edən Samuraylar üçün qılıncları ruhani bir güc, qürur və şərəf mənasına gəlirdi. Xarakiri (Seppuku) deyilən bir proses var ki, bu samurayın özünü intihara bilərək və istəyərək aparması idi. Bir samurayın ağasının ölümü, müharibədə məğlubiyyət və Yapon cəmiyyətdə xoş qarşılanmayan səhvləri, bu kimi hallar samurayın Xarakiri etməsi ilə bitərdi. Samuraylar, nəzarətçilərin müşaiəti və dini bir ayinlə Xarakiri edirdilər. Samurayın ölümü şərəfli olub bir bıçaq vasitəsilə qarnını xaç şəklində deşilməsi ilə həyata keçirilərdi. Xarakiri söz mənası olaraq da «qarın deşmək» mənasına gəlir. Edo Dövründə təkcə Samuraylar qılınc istifadə edir və qılıncdan istifadə edən kəndlilər öldürülürdü. Qılınc ilk hazırlandığı vaxtlarda qılıncın itiliyini sınamaq məqsədli günahkarların günah dərəcələrinə görə ya əli, ya ayağı və ya boynu vurulurdu. Bir samuray, düşmənlə döyüşərkən ilk olaraq yay, nizə və ən son Katana qılıncından istifadə edirdi. Katana istifadə etmək düşməninə «səni öldürmək istəyirəm» demək idi. Katana qıvraqlıq və çeviklik istəyən bir qılınc olub sürətli və qəti ölüm gətirən bir silah hesab olunurdu. Kaşima Məbədində hazırlanan qılınclar bir müddət sonra Yaponiyanın hər yerinə yayılmış və inkişaf etdirilmişdir. Daha sonra Yaponiyada çıxan vətəndaş müharibəsi, qılıncların etibarlarını və nüfuzlarını itirmələrinə səbəb olmuşdur. Bir anda yaranan silahlanma ehtiyacı ilə bəsit hazırlanan qılınclar düzəldilmişdir. Bir ara piratları əngəlləmək üçün Ming Xanədanına yüz mindən artıq qılınc satılmışdır. Zamanla inkişaf edən texnologiyalarla Samuraylar odlu silahlarla qarşılaşmış və bu onlara çox zərər vermişdir. Sülh vaxtı gələndə yenə də qılınc üçün yeni layihələr və formullar hazırlanmış və o dövrlərin gəlmiş keçmiş ən yaxşı qılıncları sülh dövründə, yəni Momoyama dövründə hazırlanmışdır. Zamanla qədim qılınclar təsirini itirdikdə bu qılınclara Şinto, daha qədimlərə Koto (Qədim qılınclar) deyilmişdir. Amma bir dövr var ki, bu dövrdə Yaponiyada çox uzun illər heç kəs odlu silah görməmişdir. O dövrün güclüləri barıt və odlu silahları qadağan etmişlər. Bu dövr 18-ci əsrin tamamı kimi bilinir. 19-cu əsrin əvvəllərində təkrar səs salan qılınc istehsalı qədim qılıncların necə düzəldilyinin öyrənilməsi ilə təkrar köhnə əhəmiyyətini qazanmışdır. Bu dövrdə düzəldilən qılınclara Şinşinto (yeni) adını vermişlər. 19-cu əsrin sonlarına gələndə artıq Yaponiya xarici aləmlə tanış olmuş və Meydzi İnqilabının başlaması ilə birlikdə Yaponiya böyük bir texnologiyaya sahib olmuşdur. 20-ci əsrə gəldiyimiz zaman yeni qılınclar istehsal olunmuşdur. Gunto adı verilən bu qılınclar keyfiyyətsiz olub seriya nömrəli qılınclardır. Bir müddət sonra Samuraylar xaricində hər kəs Katana istifadə etməyə başlayanda polis də katana istifadə etmək məcburiyyətində qalmışdır. Standart poladdan düzəldilən metal relyefləri olan saplı «sukara» ya oxşar bir qılınc kimi istehsal edilmişdir. Gassan Sadakazu və Gassan Sadakatsu adlı ustalar bu dövrdə ən yaxşı qılıncları hazırlamış və möhtəşəm şagirdlər yetişdirmişlər. 1934-ci ildə Yaponiya, ordusunu Şin-Gunto (Yeni Ordu Qılıncı) ilə təchiz olunmuşdur. Bu illərdə (Şəkil: Kantana 94) Katana və bir çox əl işi Şinto düzəldilmiş və 2-ci dünya müharibəsində istifadə edilmişdir. ABŞ işğalı sonrasında Katana istehsalı qadağan olunmuş və gerçək Katana istehsal etmək ancaq polis icazəsi ilə mümkün ola bilmişdir. Daha sonra bir neçə dəyərli ustanın səlahiyyətli şəxslərlə apardığı danışıqlar nəticəsində Gunto sinfi məhv edilərək təkrar dəyərli və həqiqi olan kəskin Katana istehsal edilməyə davam etdirilmişdir. Bu istehsal artıq hər kəsin Katana sahibi olmasına imkan verib və bu səbəbdən çox ucuz satılan Katana qılınclarının bir çoxu oğurlanmışdır. 1958-də ordulara baxdığımızda Yapon silahlarının bir çoxu (Gunto, Katana, Konto, Şinto, Şinşinto) müharibə sonrası ABŞ əsgərlərinin əlinə keçmişdir. Daha sonra qılınclar toplanaraq nəzarətə götürülmüşdür. Katana qılıncının xüsusiyyətləri Katana 60 sm-dən uzun bir Yapon silahıdır. Digər bir növü olana «Tachi» isə Katana qılıncından daha uzundur və kəskin qismi yuxarıdadır. Katana qılıncından daha çətin bir sənətkarlığı olmasına baxmayaraq Katana qılıncı qədər yaxşı deyil. Bir də «vakizaşi» deyilən Katana qılıncından daha qısa, ən uzunu 50 sm olan bir qılınc var. Bu qılınc Katana qılıncının alternativi keyfiyyətindədir. Bir samuray əgər ki, Katana qılıncını istifadə edəcək vəziyyətdə deyilsə Vakizaşiyi istifadə edərdi. Samuray bu qılıncı yan tərəfindəki qınında daşıyardı. Hazırda Yaponiyanın Cənub-qərbindəki bəzi yerlərdə Katana istehsalı üçün mükəmməl cövhərlər var. «Tatara» adı verilən son ənənəvi sobada, «Akira» adındakı son tatara ustası ixtisasını hələ də davam etdirir Katana qılıncının hazırlıq mərhələləri İndi bu mükəmməl qılıncın istehsal mərhələlərindən qısaca bəhs edək. Odun kömürü, karbon və dəmir qumu birləşdirilir. İçərisində olan bu tünd maddələr 3 gün 3 gecə əridilir. 36 saat ərzində 26 ton saf dəmir və odun istifadə edilir. Məqsəd isə «tamagahane» deyilən dəmiri ortaya çıxarmaqdır. 1000 selsidə qızdırıldıqda sərt və yumşaq dəmir metal şəklini alır. Bu qılıncın karbon tarazlığını təmin etmək üçün eyni miqdarda karbon yayılır. İki metal element olan saf polad və saf dəmirdən hazırlanır. Saf dəmir kəskin bir uc üçün istifadə edilməyəcəyi üçün saf polad qılıncın ucu üçün istifadə edilir. İçərisində olan sulfid, dəmir və karbon qarışığı qılınca elastiklik və sərtlik verir. Qılıncı hazırlanmağa başlamazdan əvvəl dualar edilir. 3 aydan çox davam edən bu qılınc hazırlanarkən dəmir parçaları odda əridilir və paslanmaması üçün nəmli kağız parçasının üzərinə yerləşdirilib sonra kağızın üzərinə gil və kül sürtülür. Buradakı məqsəd paslanma və kəskinliyini itirməsinə mane olmaqdır. Qatlama prosesi dediyimiz prosesdə üst-üstə qoyulan dəmirlər qatlanaraq bir çox dəfə döyülür və ardıcıl «buda cihada» adı verilən qılıncın xarici hissələrini ərsəyə gətirir. Sonra gil-kömür qarışığı səth hissəsinə sürtülür. Katana qılıncının nə keyfiyyətdə olduğunu öyrənməyin vaxtı çatmışdır. Katana, orta səviyyədə bir alovda bir dəqiqə kimi bir müddətdə saxlanılır və dərhal suya batırılır. Sonra kənarına sürtülən kül və gil qarışığı ucda daha incə və ortada daha qalındır. Bunun səbəbi incə sürtülən hissə daha çevik olmalı və qalın hissə daha sərt olmalıdır. Son mərhələ lakdır. Hər bir Katana üçün xüsusi daşlar mövcuddur. 10 gün müddətin lak əməliyyatından sonra ən çətin və ən riskli lak olan «jizuya daşı» istifadə edilir. Bu daş düyü dənələri kimidir. Ən son olaraq uc hissədə ağarma prosesi həyata keçirilir və katana qılıncı tamamlanmış olur. Kamil Adgözəlli
['samuraylar', 'samuray əxlaqı', 'Katana', 'Samuray qılıncı']
606
https://kayzen.az/blog/psixologiya/21768/danninq-kr%C3%BCger-sindromu.html
Danninq Krüger sindromu
Apollon
Psixologiya
12 aprel 2018, 12:13
«Cahillik xoşbəxtlikdir» deyimi çox tənqid edilir, — ki tənqid olunması son dərəcə doğrudur — lakin elmi olaraq yaxşı hiss etməyi təmin edə bildiyi və yersiz bir özünə inama səbəb olduğu iki elm adamı tərəfindən son dərəcə gözəl açıqlanmışdı. Danninq və Krüger fizioloji və psixi sahədə etdikləri müxtəlif təcrübələrin nəticəsində  4 nəticəyə gəlirlər: 1. Öz bacarıqlarını həddindən artıq şişirdirlər; 2. Başqalarının həqiqətən yüksək olan səviyyələrini adekvat qiymətləndirməyə qadir deyillər; 3. Öz səriştəsizliklərinin dərinliyini dərk edə bilmirlər; 4. Təlimlərdən sonra sahib olduqları səriştəsizlklərin fərqinə varsalar da, bunu düzəltmək üçün hər hansı addım atmırlar. Cahil sindromu araşdırmasını tətikləyən və bu sayədə psixologiya sahəsində yeni bir fərqindəlik meydana gəlməsini təmin edən bir xeyli maraqlı hadisə mövcuddur: Üzünə limon sürtərək görünməz olmağa çalışan bir oğru. 44 yaşındakı MakArtur Uiller üzünü limon suyuna buladı və 2 bankı üst-üstə soymağa qalxdı. Düşüncəsi limon suyunun görünməz yazılar yazmaqda istifadəsini təmin edən sirli kimyası sayəsində özünün də görünməz ola biləcəyini düşünməsiydi. Bankları soymağı bacardı, lakin kamera qeydlərində balqabaq kimi görünməsindən ötrü polislər tərəfindən asanca tutuldu.  Bu qəribə hadisəni ilham qaynağı əldə edən Danninq və Krüger bir təcrübə aparmağa qərar verdilər. Kornell Universitetindən müvəffəqiyyət qrafikləri fərqli 45 tələbəyə bir test edib onlara müxtəlif suallar verdilər. Nə soruşduqları əhəmiyyətli deyildi. Əldə etməyə çalışdıqları nəticə verdikləri cavabın doğruluğundan nə qədər əmin olduqları idi. Cavablarında olduqca müvəffəqiyyətli olduğunu düşünənlər (ki bunlar yalnız nəticələrin 10%-də müvəffəqiyyətliydi) testin böyük əksəriyyətinə doğru cavab verdiyinə inanırdı. Lakin nəticələrdə daha müvəffəqiyyətli olmasına qarşı alçaq könüllü davrananlar isə 60% civarında düzgünlük payı olduğunu düşünürdü.  Təcrübə nəticəsində yazdığı məqalədə Danninq və Krüger təəccüblü nöqtələrə toxundular: «Cahillərin ölçüsüzlükləri özləriylə əlaqədar hisslərindəki səhvlərdən, yüksək məlumat səviyyəsinə sahib, bacarıqlı, qabiliyyətlilərin ölçüsüzlüğü isə digər insanlarla əlaqədar hisslərindəki səhvlərdən qaynaqlanmaqdadır. „ Bu araşdırmanın nəticələri 2003, 2006 və 2008-ci ildə digər mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində də dəstəkləndi. Danninq və Krüger “İg Nobel Psixologiya Mükafatı»nı bu tezisləriylə almışdılar. Ig Nobel mükafatlarının adı «alçaq» və «bayağı» mənasını verən ingilis «ignoble» sözündən gəlir. Zamanla Ig Nobel mükafatlarının mediadakı məşhurluğu artdıqca bu mükafatların qiymətləndirməsi texnologiya və tibb sahəsində insanları əvvəl güldürən, sonra da düşündürən elmi araşdırmalara doğru sürüşməyə başlamışdı. Lakin maraqlı elmi işlərin yanında tənqid və ya lağ məqsədli mükafatlar hələ verilməyə davam etməkdədir. Cahillərin əsas xüsusiyyətləri bunlardır: 1. Hər şeyi ən yaxşı özlərinin bildiklərini iddia edərlər. 2. Məlumatı, təhsili alçaltma meylindədirlər. 3. Bu kəslər çox səs-küy çıxarar, bu səs-küy içərisində "çox" iş gördüyünü göstərməyə çalışarlar. 4. Hər şeyi özləri həll etmək istəyərlər. 5. Hər şeyə hazırlıqlıymış kimi davranmağa meyllidirlər. 6. Özlərindən yuxarı vəzifədə olanlara qarşı hörmətdə əsla qüsur etməzlər, amma aşağı vəzifədəkiləri əzməkdən zövq alarlar. 7. Bu gün “ağ” dediyinə sabah “qara” deyər, amma demədiyini iddia edərlər. 8. Uğursuzluğa məruz qaldıqda özlərini bu olmamış kimi apararlar.  9. Öz düşüncə və hərəkətlərinin doğruluğuna qəti olaraq inanarlar. 10. Hər kəsin gördüyü, şahid olduğu bir şeyi inkar edə bilərlər, məsələn, sizi buna inandıra bilərlər.
['cahillik', 'cahil cəsarəti', 'Danninq Krüger sindromu', 'psixoloji sindromlar', 'sindrom']
607
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/21797/neqativ-enerji-haradan-yaran%C4%B1r-v%C9%99-sa%C4%9Flaml%C4%B1%C4%9Fa-nec%C9%99-t%C9%99sir-edir.html
Neqativ enerji haradan yaranır və sağlamlığa necə təsir edir?
Apollon
sağlam həyat tərzi
12 aprel 2018, 12:09
İnsanın energetik quruluşu və mənfi enerjilərin xassələri nəzərə alınmadan ağır xəstəliklərin müalicəsində irəliləyiş gözləmək mümkün deyil. Yalnız insanın energetikasında (aurasında) neqativin müxtəlif fiziki pozuntular törətdiyini qəbul etməklə tam sağlamlığa yol tapmaq olar. Bu cür neqativin yaranma səbəbləri müxtəlifdir və onlar bir o qədər də vacib deyil. Daha vacib olan — bu təsirin aradan qaldırılmasıdır. Bu neqativ ürək-damar, əzələ və sinir sistemlərinə daha güclü təsir edir. Spazm, ağrı, iflic və s. — bu təsirin əsas əlamətləridir. Damarların spazmı zamanı qan təminatı pozulur və nəticədə, orqanizmin müxtəlif funksiyaları pozulur və xəstəliklər meydana çıxır.  Dərmanlar ağrı və spazmı müvəqqəti aradan qaldırır. Lakin tam sağalma neqativdən təmizlənməklə — xəstəliyin ilkin səbəbindən azad olmaqla mümkündür. Neqativ aradan qaldırılmaqla insanın sonrakı energetik təmizlənməsi üçün şərait yaranır. Xəstəliklərin əsas energetik səbəbləri: ° İnsanın özünün yaratdığı mənfi enerjilər (neqativ düşüncələr, pis əhval və s.) ° Ağır travma nəticəsində əmələ gəlmiş neqativ ° Güclü infeksiyadan yaranmış sıx neqativ ° İnsanın energetikasına müdaxilə edən mənfi qüvvələr ° Qarğış (insanın özü və başqaları tərəfindən). ° Digər insanların ötürdüyü neqativ. Bəzən hansısa gözəgörünməz enerjinin bir çox xəstəlikləri törətməsinə inanmaq çətindir. Lakin neqativ — insanın orqan və toxumalarına mənfi təsir göstərən kifayət qədər real substansiyadır. O hətta müəyyən qoxuya da malikdir, deməli, artıq söhbət materiya formasından gedir. Əlləri enerjilərə qarşı yüksək həssaslığa malik olan insanlar ovucları ilə mənfi enerjini hiss edə bilərlər.  Alimlər energetik auramızın mövcud olduğunu qəbul edirlər Rus tədqiqatçısı Semyon Kirlianın xüsusi fotoapparatla çəkdiyi fotoşəkillər insanın energetik aurasının olduğunu sübut etmişdir. Şəkillərdə aurada toplanmış neqativ də aydın görünür. Göründüyü kimi, mənfi enerjini texniki vasitələrlə təsbit etmək mümkündür. Bütün xəstəliklər əvvəlcə aurada başlayır, daha sonra fiziki bədənə çatır. Auranızı güçlü saxlasanız və qorusanız, xəstəlikləri mənbəyindən yox edərsiniz. Aurası zəifləmiş insan xəstəliklərə və xaricdən gələ bilən neqativlərə açıq olur.  Hər hadisə düşüncədə başlayır, sonra reallığa çevrilir. Siz xoşbəxt və şənsinizsə auranızın rəngi də xoşbəxtlik rəngində olur. Bu da zehni, ruhi və fiziki bədəninizə, nəticə etibarilə, həyatda uğur və rifahınıza təsir edir.  Bu səbəbdən tam sağlamlığa və rifaha nail olmaq üçün orqanizmin energetik səviyyədə təmizlənməsi, yəni çakraların açılması və sağlam auranın bərpası vacibdir. Auranı təmizləmənin faydaları: ° Mənəvi və fiziki enerjinin, uğurun artması, ° Şüurda toplanmış neqativ düşüncələrin sərbəst buraxılması, ° Sağlamlığın, əhvalın və rifah halının yaxşılaşması, ° Neqativ xarici təsirlərdən qorunma. İnsanın çakralarını açmaq və Auranı gücləndirmək üçün əvvəlcə onlar haqqında ətraflı məlumat əldə etmək, çakraların bədənin hansı nahiyəsində yerləşdiyini bilmək lazımdır. bioklub.info
['aura', 'enerji', 'neqativ enerji', 'auranın təmizlənməsi']
608
https://kayzen.az/blog/esse/21563/m%C9%99hdudiyy%C9%99tsiz-m%C3%BCnasib%C9%99t.html
Məhdudiyyətsiz münasibət
Apollon
Esse
8 aprel 2018, 00:21
Bir ildən çoxdur ki psixologiyanın qadın-kişi münasibətləri sahəsini mənimsəyirəm. «Facebook»da da bacardıqca tez-tez bu münasibətlərdən yazıram. Bildiyim informasiyaları insanlarla bölüşməyi özümə borc bilirəm. Hər zaman aktual olan bu münasibətlər barədə maariflənmək ölkəmizdəki insanlara bu gün hava və su kimi vacibdir. Niyə? Çünki üzülərək və böyük təəssüflə bildirməliyəm ki, bu gün Azərbaycandakı ailə inistitutu qəzalı vəziyyətə düşüb. Statistikaya görə, hər ay 1000 ailədə boşanma hadisəsi yaşanır. İnsanlar bir-biri ilə yola gedə bilmir. Hörmət və anlayış kimi təməl prinsiplər münasibətə girən həmin şəxslərə yaddır. Bax, o cütlüklərin əksəriyyətində mədəni yanaşmaların heç bir halına rast gəlmək olmur. Sosioloqlar həyəcan təbili çalırlar. Bütün bunlar dəhşət doğurur. Məhz buna görə bu münasibətləri bacardıqca daha çox öyrənməyə və bilgilərimi paylaşmağa çalışıram. Hətta müraciət edən cütlüklərə fərdi və birgə dəstək vasitəçiliyi də edirəm. Bunu qətiyyən lovğalanmaq və öyünmək kimi qəbul etməyin. Hər bir insanın ümdə missiyası həm də başqalarına yardım etmək və bildiyi yaxşı məlumatları paylaşmaqdan ibarətdir. Bu yaxınlarda qadın-kişi münasibəti üzrə bir təlimdə iştirak etdim. Təlimdə iştirak edənlərin 50 faizdən çoxu qadınlar idi. Onu da əlavə edim ki, ümumiyyətlə, qadınlarımızın çoxu kişilərə nisbətən bu sahədə özlərini inkişaf etdirməyə daha çox meyllidilər. Bu da həmçinin təlimdə qadınların fəal iştirakında da özünü aşkar göstərirdi. Hə, bir də, qadınlarımızın getdikcə fəallaşması təqdirəlayiqdir. Haşiyəyə çox çıxmayım. Təlimdə ümumi qadın-kişi münasibətləri və ordakı mənfi hallardan danışıldı. Sonra təlimçilər iştirakçılara belə bir sualla müraciət etdilər: “Əgər əlinizdə fürsət olsaydı, sevdiyiniz, münasibətdə olduğunuz şəxsdən bir gün ərzində özünü sizinlə necə aparmasını istəyərdiniz? Ondan nələr istəyərdiniz?” Müxtəlif cavablar səsləndi. Biri daha çox diqqətli olmasını istədi, digəri onu səyahətə aparmasını istəyini dilə gətirdi, bir başqası sərhədsiz seks arzusunu dedi və s. Təlimə birgə münasibətdə olan cütlüklər gəlmişdi. Elə ən çox diqqətimi çəkən onların bu suala olan cavabları oldu. Onların arasında evli cütlüklər də vardı. Birgə gələn cütlüklərin cavabları mahiyyətcə bir-birinə çox bənzədi. Hətta həmin cavablar məni müəyyən qədər təəccübləndirdi də. Onların sevgililərindən istədiyi bir günlük şey- MƏHDUDİYYƏTSİZLİK oldu. Bu məhdudiyyətsizliyi bütün sferalarda istədiklərini gizlətmədilər.  Açığı bu cavablar məni çox üzdü. Adam sevgilisinin üzünə baxa-baxa ondan məhdudiyyətsizlik diləyir və qarşı tərəf də heç nə olmamış kimi ağzın ayırıb, üzündə təbəssümlə bu fikirə heç bir reaksiya vermir. Görün bu insanlar bir-birini nə qədər məhdudlaşdırıblar ki, indi bir günlük arzu olaraq məhdudiyyətsiz münasibət istəyirlər. Nevrotik və psixopatik simptomların daşıyıcıları olan həmin cütlüklər bir-birinə güvənmirlər. Bir-birlərinin telefon yazışmaların yoxlayan insanlardan nə gözləyəsən axı?! Onlar qarşısındakı şəxsə bir növ öz şəxsi mülki kimi baxır və onun azadlıqlarını əlindən alırlar. Bununla düşünürlər ki, sevgililərini qoruyur və onları təhlükəsizlik fazasında saxlayırlar. Amma bu vəziyyət getdikcə bezdirici və disharmonik duruma çevirildiyi üçün sevgililərin həyatındakı rənglər solur və həyat dözülməz hal alır. Çox vaxt gözəl münasibəti pozan tək şey elə ÖZÜMÜZÜK… Əvvəlcə münasibəti azad yaşamağı öyrənməliyik. Sonra güvən problemimizi həll etməliyik.. Əslində biz lazımsız məsələlərə aqressiv-emosianal reaksiyalar veririk. Xırda şeyləri böyüdərək, qarışqanı fil edirik. Kənardakıların nə dediyini çox ciddi qəbul edib, onların təsirinə düşürük. Başqalarının həyatına həsəd apararıq. Öz xoşbəxtliyimizin qiymətini bilmədən onu başqalarının xoşbəxtliyi ilə müqayisə edirik… Bir çox şeyə sahib olduğumuz halda, hansısa çatışmazlığa görə özümüzü və yaxınlarımızı incidirik. Şükr etmək əvəzinə, daha çox istəyirik… Bizim bəyənmədiyimiz həyat, münasibət bəlkə də başqasının xəyalıdır. Bizim xoşbəxt ola bilmədiyimiz həmin səviyyə başqası üçün var-dövlət sayılır. Bizim çürütdüyümüz, şişirtdiyimiz məsələr başqası üçün boş şeydir. Həyatdan zövq almağı öyrənməliyik. Hər şeyin bir dəyəri, hər 'an'ın bizə verdiyi müsbət bir mənası və təsiri var… Unutmayaq, xoşbəxt olmaq da ,olmamaq da öz əlimizdədir. Bunun üçün ətrafımızı, əlimizdəki imkanları, insanları yox, öz dünyagörüşümüzü dəyişdirək. Orxan Adıgözəl
['kişi-qadın münasibətləri', 'sevgi', 'qadın-kişi münasibətləri', 'Orxan Adıgözəl']
609
https://kayzen.az/blog/time-management/21711/zaman%C4%B1m%C4%B1z%C4%B1-kiml%C9%99r-o%C4%9Furlay%C4%B1r.html
Zamanımızı “kimlər” oğurlayır?
Apollon
Time-management (zamanı idarə etmək)
8 aprel 2018, 00:19
Sahib olduğumuz zaman dünyada mövcud olan ən qiymətli resursdur. Zamanımızı məhv edən xarici amillərdən əlavə, insanın zamanını daxildən oğurlayan bir çox cəhətlər vardır. Bunlar işdə axsamalar yaradan insanın xarakter və şəxsi keyfiyyətləridir ki, bunun da nəticəsində stress və zamanın bəs etməməsi ilə bağlı mənfi düşüncələr yaranır. Bu “oğruları” özünüzdən uzaqlaşdırmağınız mütləqdir. Lakin bu xarici zaman oğrularından uzaqlaşmaq qədər asan məsələ deyil. Çünki bu insanın həyatının bir hissəsidir və ondan xilas olmaq müəyyən mənada problemlidir. Ən geniş yayılmış daxili zaman oğruları aşağıdakılardır: • “Yox” deməyi bacarmamaq; • Hər şeyi eyni anda etməyə çalışmaq kimi pis vərdişə sahib olmaq; • Yerinə yetiriləcək işin həcmi və müddəti ilə bağlı qaydaları pozmaq; • Daim fayda gətirməyə və ətrafdakılara kömək etməyə çalışmaq; • Öhdəsindən gəlməkdə aciz olduğumuz təbii lənglik; • Cari işlər barədə müxtəlif qeydlər aparmaqdan imtina etmək; • Həddindən artıq ünsiyyətcil olmaq, adətən boş söhbətlərə zaman ayırmaq; • İş predmeti ilə tanış olmadan və lazımi hazırlıqsız işə başlamaq;  • Prioritet təyin etməyi bacarmamaq; • Zamanın çoxunu sosial şəbəkələrdə, əyləncəli saytlarda keçirmək. Bunu daha az-az etmək olar, elə deyilmi?!; • Nadir hallarda istirahət etmək. İstirahət çatışmamazlığı konsentrasiya olmağa və məhsuldar işləməyə mane olur; • Şəxsi yaddaşınıza həddindən artıq etibar etmək; • Fikrin dağınıq olması; • Vacib işləri günün sonuna saxlamaq.
['zamanı idarə etmək', 'vaxt itkisi', 'zamanın dəyəri']
610
https://kayzen.az/blog/qadinlar/20945/nina-riccinin-u%C4%9Fur-tarix%C3%A7%C9%99si.html
Nina Riccinin uğur tarixçəsi
Apollon
Məşhur qadınlar
6 aprel 2018, 12:19
Mari Adelaida Nieli 1833-cü ildə İtaliyanın şimalında çəkməçi ailəsində dünyaya gəlir. Qızcığazın 5 yaşı olduqda ailə Turinadan Florensiyaya, 12 yaşı olduqda isə Monte-Karloya köçür. Bu köçmələr adi yerdəyişmə arzusundan irəli gəlmirdi. Məşhur və bacarıqlı ayaqqabı ustası Niel qızlarının gələcəyini yaxşı şəkildə təmin etmək üçün daha zəngin müştərilər axtarışında idi. Lakin 1895-ci ildə o dünyasını dəyişir və ailə himayəsiz qalır. 12 yaşlı Mari anasına kömək etmək üçün işləməyə başlayır. Qısası, o böyüdükdən sonra seçiminə görə peşmanlıq duymadığını deyib. Erkən yaşlarından Mari daim öz parlaq libasları ilə seçilirdi və onları özü tikirdi. Hələ kiçik uşaq olan Marini atelyelərdə şagird olaraq işə götürürdülər. Dərzilik sənətinə yiyələnən Mari Monte-Karloda böyük populyarlıq qazanır. Onun 14 yaşı olduqda anası və bacısının işlədiyi qalanteriya emalatxanasında işə düzəlir, lakin axşamlar əvvəllər olduğu kimi dərziliyi tam öyrənmək üçün atelyeye gedir. Bir müddətdən sonra qız yenə iş yerini dəyişir və bu onun üçün əsl sıçrayış olur. O Modalar evində işə düzəlir və burada yeni başlayanlarla eyni işi görür, yəni hazır paltarları ütüləyir, düymə tikir, “gətir-götür” işləri ilə məşğul olur. Onun həvəsini heç vaxt itirmirdi. Marinin 18 yaşı olduqda artıq emalatxanaya rəhbərlik edir, 22 yaşında isə atelyenin əsas dizayneri olur. Parisin bir çox dəb evləri istedadlı qızla maraqlanmağa başlayır. Bu zaman isə o Lui Ricciyə ərə gedir. Lakin bu evlilik tezliklə dağılır və Mariyə bu nigahdan Ricci soyadı və oğlu Robert qalır. Bu zaman bir sual yaranır: nəyə görə Mari yox, Nina Ricci? Məlum olmayan səbəblərə görə Marinin yaxınları onu Nina adlandırırdı və insanlar bu ləqəbi onun adından daha çox sevdilər. 1908-ci ildə Nina Ricci Raffin dəb evinin dizaynerinə çevrilir. 10 il adi dizayner vəzifəsindən sonra qadın şirkətin ortaq sahibinə çevrilir. Lakin bir müddət keçdikdən sonra Raffin dəb evi maliyyə böhranı səbəbindən bağlanır. Lakin Nina həvəsdən düşmür. Onun 49 yaşı, yaxşı sərvəti və mükəmməl oğlu var idi. Beləliklə, 1932-ci ildə Nina Riççi oğlu Roberto ilə Moda evini açır. Roberto işin maliyyə tərəfi ilə məşğul olur, anası isə yeni geyim modelləri yaradırdı. Cəmi 5 il ərzində Riççi ailəsinin müəssisəsi böyük uğur qazanır. Müharibənin başlanması anına qədər Nina Ricci dəb evində 500-dən çox işçi çalışırdı. Müharibə sözsüz ki, onun da biznesinə təsirsiz ötüşmür. 1946-cı ildə Robert özünün ilk “Coeur Jolie” brendi altında ilk ətrini buraxır. Cəmi 3 ildən sonra isə əfsanəvi “L’AirduTemps” satışa çıxarılır. Nina Ricci 1970-ci ild dünyasını dəyişir. 28 il gərgin əmək sayəsində o hazırda da qadınların sevdikləri məkan olan RICCI dəb evini yaratmışdı. Bu dünya dəbi üçün nəhəng hadisə idi.
['məşhur qadınlar', 'moda dünyası', 'ikona', 'Nina Ricci']
611
https://kayzen.az/blog/sevgi/21664/a%C5%9Fiq-olanda-b%C9%99d%C9%99nimizd%C9%99-n%C9%99l%C9%99r-ba%C5%9F-verir.html
Aşiq olanda bədənimizdə nələr baş verir?
Apollon
Sevgi
6 aprel 2018, 12:09
Xəstəlik hissi İnsan aşiq olan zaman iştahasının itməsi və ya xəstələnməsi normaldır. Bu, bir insandan xoşlandığını bildirən siqnallardır. Stress hormonu kortizolun mədədəki qan damarlarını büzüşdürməsini eşq xəstəliyi olaraq adlandırmaq mümkündür. Bu narahatedici vəziyyət çox zaman qarşıdakı insanın yanında özünü daha rahat hiss etməyə başladıqdan sonra zamanla öz-özünə ortaya çıxır. Güc hissi Uşaqlarını əzən maşını qaldırma gücünə malik olan analar haqqında eşitmisiniz? Eşq və qorxu hissinin birləşməsi fövqəladə vəziyyətlərdə qəfildən insanda təsəvvür edilməyəcək gücə yol açır. Hissi qüvvə adlandırılan bu fenomenin elmi baxımdan araşdırılması demək olar ki, imkansızdır. Çünki araşdırmalar zamanı bu fövqəladə vəziyyətlərin təqlidi çox çətindir. Bu hissi gücü təcrübədən keçirənlər isə sadəcə yeniyetmələr deyil, eyni zamanda, aşiq olan bütün insanlar bu insandan üstün olan gücü hiss edir. Aşiq olan zaman ifraz edilən oksitosin hormonu fiziki ağrıya qarşı dözümlülüyün də artmasına səbəb ola bilər. Gözlərini ondan ayırmamaq İş stolunda və ya telefonunda sevdiyin insanın şəklinin olması təsadüfi deyil. Sevdiyin insanın üzünə baxma arzusu beyindəki dopamin ifraz edilməsindən qaynaqlanır. Beyində baş verən bu təsir kokain ilə eynidir. Çünki o da içki həzzi ilə bağlı arzu təsirini oyadır. Başqa sözlə desək, tətildə olan zaman çəkdirdiyiniz fotoya baxdıqda enerji yenidən qaynaqlanır və arzu həyata keçmiş kimi bir xoşbəxt hiss yaranır. Səs yüksəlməsi İlk “vurulma” mərhələsini keçdikdən sonra həmin insana olan bağlılıq və sədaqət yaranır, get-gedə dərinləşir. Bununla bağlı olaraq bədəndə insanın özündən asılı olmayaraq səs tembrinin yüksəlməsi kimi dəyişiklik baş verir. Araşdırmalar sübut edib ki, fiziki olaraq təsirləndiyin kişi ilə danışan zaman qadınların səs tonları daha yüksək və xanımsayağı olur. Yanında olmayanda təlaşlanmaq Qısa və ya uzun müddət sevdiyin insandan ayrı qaldıqda onun yoxluğu hiss edilir. Bu zaman kortikotropin səviyyəsi yüksəlir, buna bağlı olaraq da depressiya və narahatlıq əlamətləri yaranır. Uzun məsafədə münasibətləri olan cütlüklər bu mənfi hallarla mübarizə aparmalıdırlar. Hormonlar qarışır  Münasibətlərin mehriban vaxtlarında hormonlar darmadağın olur. Həm qadın, həm də kişilərdə kortizol hormonu yüksəlir. Qadınlarda testosteron səviyyəsi yüksəlir, kişilərdə isə aşağı düşür. Ürək qırılması Araşdırmalar sübut edib ki, qəlb qırılma halı ölümə də səbəb ola bilər. Tibdə buna stressə bağlı olan kardiomiyopatiya deyilir. Bu zaman insan həssas stress təzyiqinə məruz qalır və bu halda dünyanın ən sağlam insanı belə, ürəyi ilə problem yaşaya bilər. Bu simptomlar infarktla oxşardır. Ürək qırılması sindromu ürəyə zərər verdiyi kimi, nadir hallarda ölümə də səbəb ola bilər. Bu cür vəziyyət çox hallarda müalicə edilir. Cinsi istək Münasibətin ilk vaxtlarında cütlüklər bir-birilərinə qarşı çox diqqətli və qayğıkeş olurlar. Lakin bu, uzun müddət davam etmir. Xüsusən də qadınlar üçün bu, elə də asan deyil. Kişilər və qadınlar üzərində aparılan araşdırmalar sübut edib ki, kişilərin cinsi istəyi uzun müddət özünü göstərir, qadınlarda isə bir müddətdən sonra bu nisbət azalmağa başlayır. Əgər libidonun vaxt keçdikcə aşağı düşdüyünü hiss edirsinizsə, bununla bağlı filmlərə baxmaq məsləhətdir. Kökəlmək “Ailə qurduqdan sonra kökəldi” fikrinə tez-tez rast gəlinir. Xoşbəxt münasibəti olan insanların kökəlməsi mümkündür. Araşdırmalar göstərib ki, ailə həyatı insanları kökəlməyə meylli edir. Başqa bir araşdırma isə sübut edib ki, ailə qurduqdan sonra qadınlar daha yağlı yeməklər və şirniyyatla qidalanmağa başlayırlar. Hətta ailə qurduqları ilk 5 ildə qadınların 10 kiloya yaxın kökəldiyi bildirilir. Ömrü uzadır Sevdiyiniz insan üzüyü barmağınıza taxdığı vaxt sizin ömrünüz uzanır. Amerika universitetlərindən birinin araşdırmaları sübut edib ki, 40 yaşına ailəli olaraq daxil olan insanların erkən ölüm riski ailəsi olmayan və ya boşanmışlara nisbətən daha azdır. Bununla yanaşı, ailəsi olan kişi və qadınların ürəklərinin daha dözümlü olduğu müəyyənləşib. Xüsusən də kişilərin ürəyi daha sağlam olur və damar xəstəlikləri riski 5 faiz aşağı düşür. Yuxu problemi Ola bilər ki, onu düşündüyünüz üçün yuxunuz qaçır, yata bilmirsiniz. Yeniyetmələr arasında aparılan araşdırmalar sübut edib ki, aşıq olan zaman yaranan ilk eyforiya halında insan özünü səhərlər və axşamlar daha enerjili, pozitiv hiss edir. Bunun nəticəsində isə yatmaq çətinləşir. Bundan başqa, hormonlarda yaranan inkişaf gün ərzində görülən işlərə adaptasiya olmağı da çətinləşdirir. İlham gəlir Yazıçıların çoxu ilham qaynağı olaraq depressiyanı göstərsələr də, araşdırmalar sübut edib ki, insan sevən və sevilən müddətdə yaradıcılığının ən yüksək zirvəsində olur. Bunun səbəbi isə aşiq olan insanların çoxunun uzun zaman kəsimlərinə konsentrasiya olmaq, layihələri və ehtiraslarına qarşı bütöv bir yanaşma mənimsəmələri və məqsədə çatma üsullarını dəyişmələridir. Başqa sözlə desək, eşq xəyal gücünü genişləndirir. Cinsi macəralar Qadınlarla aparılan araşdırma isə göstərib ki, ciddi münasibət yaşadığı vaxtlarda yeni təcrübələr aparmağa daha çox meylli olurlar, arzular qururlar. Bununla yanaşı, cinsi həyatları haqqında təxminləri və xəyal güclərini də işə salırlar. Xroniki ağrılar azalır Sevgi münasibətləri xroniki xəstəliklərə qarşı yaxşı təsirə malikdir. Dərin sevgi hissləri beyində ağrıkəsici fəaliyyəti göstərən bölgələri hərəkətə gətirir.
['sevgi', 'sevmək', 'eşq', 'sevginin təsirləri']
612
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/21761/k%C3%B6hn%C9%99-kitablar-t%C9%99hl%C3%BCk%C9%99lidir.html
Köhnə kitablar təhlükəlidir
Apollon
sağlam həyat tərzi
5 aprel 2018, 12:54
İnsan beyninin dincəlməsi üçün olduqca müstəsna rola malik olan kitablar arasında gün keçirmək çox insanların sevimli məşğuliyyətidir. Bəzi insanlar onlarda nostalji hisslər yaradan köhnə kitabları vərəqləməyi, onları oxumağı daha çox sevir. Bəzi insanlar isə sırf peşələri ilə əlaqədar köhnə kitablar, sənədlər arasında gün keçirməli olurlar. Lakin kitabsevərlər, eyni zamanda köhnə kitab, sənədlər arasında gün keçirməyə məcbur olan insanlar bilməlidirlər ki, yeni çapdan çıxan kitabların insan sağlamlığına zərəri olmasa da, köhnə kitablar, sənədlər tozlarla bol olduğundan onlar insan səhhətində bir çox problemlər yarada bilərlər. Köhnə kitabları insan səhhəti üçün təhlükəli sayan həkim-mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva bildirib ki, kitab tozu hazırda ən geniş yayılmış allergenlərdəndir: «Allergiya simptomları kəskin respirator virus infeksiyalarının simptomlarını xatırladır. Buna görə də həkim səhv olaraq soyuqdəymə xəstəliyinin müalicəsi məqsədilə dərman preparatları təyin edir. Amma bu xəstənin vəziyyətini yüngülləşdirmir. Bu xəstəliyin ən ağır forması allergik bronxial astma, anafilaktik şok, həzm sisteminin allergik zədələnməsi ola bilər». Y.Abdiyeva deyib ki, kitab tozlarına olan allergiya xoşəgəlməz simptomatika ilə müşayiət olunur, o, insana diskomfort yaradır, tənəffüs orqanlarının təhlükəli xəstəliklərinin inkişafına şərait yaradır. Mikroskopik hissəciklərin tərkibindəki zərərli maddələr astmatik tutmaların yaranmasını sürətləndirir: «Toz — ən güclü qıcıqlandırıcılardan biri hesab edilir, onunla mübarizə aparmaq çətindir. Mikrohissəciklər asanlıqla mebel, xalça, yumşaq oyuncaqlar üzərində toplanır, tənəffüs yollarına asanlıqla daxil olurlar. İstənilən yaşda olan insanlar üçün nəinki ev, həm də kitab tozları təhlükəlidir, onlarda saprofitlər, onların həyat fəaliyyəti və parçalanma məhsulları yerləşir. Mikrohissəciklər kif sporları toplayır, asanlıqla burun-udlağa, bronxlara, ağciyərlərə daxil olur, burun yollarında, gözlərin sklerasında çökürlər». Y.Abdiyeva qeyd edib ki, belə tozların fəsadlarından daha çox əziyyət çəkənlər gündəlik olaraq çox sayda kitablarla, xüsusilə köhnə kitab və sənədlərlə təmasda olan insanlardır. Onun sözlərinə görə, belə şikayətlərlə müraciət edən pasiyentlərin əsasən arxiv, kitabxana, muzey işçiləri olur. Həkim bildirib ki, kitab mağazalarının satıcıları da risk qrupuna daxil olsa da, yeni çap olunan kitablar az hallarda mənfi simptomların ortaya çıxmasına şərait yaradır: «Zirzəmilərdə, köhnə binalarda yaranan artıq dərəcədə rütubət neqativ reaksiyaların yaranma riskini artırır. Kif göbələklərinin sporları kitab tozuna olan allergiyanı artırır. Çox hallarda kitab tozuna qarşı yaranan allergiya insanın vəziyyətini pisləşdirir, tənəffüs orqanlarının xəstəliklərinin gedişini kəskinləşdirir, orqanizmin sensibilizasiyasını gücləndirir». Y.Abdiyeva qeyd edib ki, bu hallarda əsas əlamətlər boğazda diskomfort, acışma olur, burundan sulu, iysiz və rəngsiz selik praktik olaraq dayanmadan axır, göz qapaqlarında və sklerada qızarma və dəri qaşınması, səsdə xırıltı, bəlğəm xaric edilmədən allergik öskürək, bronxial astma əlamətlərinin güclənməsi, gözlərin yaşarması, boğulma tutmaları, hava çatışmazlığıdır. İmmunitetin zəifləməsi zamanı allergenlərə yüksək həssaslıq olduqda insanda hətta anafilaktik şokun da yaranması mümkündür: «Məhz saralmış səhifələrində çox həcmdə qıcıqlandırıcı maddələr olan köhnə sənədlər, kitablar və jurnallar allergiklər üçün təhlükəlidir. Kitablar əldən-ələ keçdikcə, — əgər onlardan qeyri-düzgün istifadə edilərsə, — »zərərli kitablar«a çevrilir, yoluxucu xəstəliklərin daşıyıcıları olurlar. Laborantlar çox vaxt məşhur kitabxanalardakı kitabların səhifələrində xəstəlik törədicisi olan mikroblar — difteriya, qızılı stafilokk, streptokokk çöpləri və xüsusilə tez-tez vərəm çöpləri aşkar ediblər. Yoluxucu xəstəliklərin törədicilərinin kitablara necə daxil olduğuna gəldikdə, Y.Abdiyeva deyib ki, onlar kitablara öskürmə və asqırma zamanı tüpürcəklə, daha çox tüpürcəklə isladılmış barmaqla səhifələrin vərəqlənməsi zamanı baş verir. Lakin kitablara xəstəlik törədicilərini milçəklər də daxil edə bilər. Kitabların müxtəlif xəstəlik törədicisi olan mikroblarla yoluxması onlara tozların çökməsi və səhifələrin dəri xəstəlikləri olan xəstələrin barmaqları ilə vərəqlənməsi, tüklərinin səhifələrin arasına düşməsi nəticəsində baş verir: „Ən xoşagetməz hal odur ki, mikroblar kağızlarda uzun müddət yaşayırlar və uzun müdət də xəstəlik törədici gücünü saxlayırlar. Belə ki, vərəm çöpləri səkkiz aya qədər, streptokokk, stafilokokk törədiciləri üç aydan çox, difteriya çöpləri bir aydan çox yaşayırlar“. trend.az
['sağlamlıq üçün', 'köhnə kitablar', 'köhnə sənədlər', 'sağlamlıq üçün məsləhətlər']
613
https://kayzen.az/blog/Yunanistan-tarixi/21728/yunan-iran-m%C3%BCharib%C9%99l%C9%99ri.html
Yunan—İran müharibələri
luminat
qədim Yunanıstan
1 aprel 2018, 15:56
Aralıq dənizi və Qara dəniz sahillərində yunan şəhər-dövlətlərinin yaranması. Yunanlar vətənlərini Ellada, özlərini ellinlər adlandırırdılar. Onlar İon, Egey və Aralıq dənizlərinə, hətta uzaq Qara dəniz sahillərinə belə üzürdülər. Bu dəniz səfərlərinin nəticəsində e.ə. VIII—VI əsrlərdə Qafqazdan tutmuş İspaniyayadək olan dəniz sahillərində yunan koloniyaları meydana gəlmişdi. Torpağı əlindən alınmış kəndlilər, varlanmaq istəyən sənətkar və tacirlər, eləcə də doğma yerlərindən qaçmağa məcbur olan adamlar koloniyalarda məskunlaşırdılar. Milet şəhərinin Qara dəniz sahillərində Pantikapey, Olviya və Xersones kimi koloniyaları yaranmışdı. Hər bir koloniya ayrıca şəhər-dövləti idi. Hər şəhər-dövlətin öz hökmdarı, qoşunu, xəzinəsi və pulu var idi. Yunan—İran müharibələri. Marafon döyüşü. E.ə. 500-cü ildə yeni torpaqlar ələ keçirmək istəyən Əhəməni hökmdarı I Dara Aralıq dənizinin şərq sahillərində və Egey dənizi adalarında yunanları məğlubiyyətə uğradıb, Yunanıstana hücum etdi.  I Daranın qoşunları e.ə. 490-cı ildə Orta Yunanıstanda yerləşən Marafon düzənliyinə çıxdılar. Yunan ordusuna Miltiad başçılıq edirdi. O, mərkəzdə zəif, cinahlarda isə güclü dəstələr yerləşdirdi. İranlılar mərkəz üzərinə hücuma keçərkən falanqalar cinahlardan onları əzdi. Əhəməni qoşunu məğlub oldu.  Yunan döyüşçülərindən biri Marafon düzənliyindən Afinaya qədər olan 42 kilometrlik yolu qaçaraq bu qələbə xəbərini çatdırmış və ölmüşdü. Marafon qaçışı ilk dəfə Yunanıstanda həmin döyüşçünün şərəfinə yaranmış və dünya dövlətlərinə yayılmışdır.   E.ə. 480-ci ildə I Daranın oğlu Kserks atasının Yunanıstanı işğal etmək niyyətini həyata keçirmək istədi. Sparta hökmdarı Leonidin başçılığı ilə yunan orduları Orta Yunanıstana gedən yolu — Fermopil keçidini tutdular. Kserks Fermopilə yaxınlaşaraq yunanların yanına elçi göndərdi ki, onlar təslim olsunlar. Leonid təslim tələbini rədd etdi. İranlılar iki gün həmlə etdilər. Qeyri-bərabər döyüşdə Leonid və döyüşçüləri həlak oldular. İranlılar Orta Yunanıstanı tutdular.   Salamin vuruşması. Yunan hərb gəmiləri triyera adlanırdı. Hər bir hərbi gəminin sağ və sol hissəsində üç sıra avarçəkən olurdu. Onlar lazımi anda çevikliklə gəminin istiqamətini dəyişə bilirdilər. E.ə. 480-ci ildə Salamin dəniz vuruşması baş verdi. İranlılar qələbə çalacaqlarına inanaraq dar boğaza girdilər. Triyeralar iranlıların ağır gəmilərinə nisbətən sürətlə hərəkət edirdilər. Yunan dənizçiləri İran gəmilərinin avarlarını qırır, taran edərək yanlarını deşirdilər. İran gəmilərinin nizamı pozulduğundan onlar gah bir-birinə dəyir, gah da sualtı qayalara toxunub parçalanırdılar. Bu döyüşdə İran donanması məğlub oldu. Plateya döyüşü. E.ə. 479-cu ildə Plateya şəhəri yaxınlığında iranlıların qalan qüvvələri ilə döyüş oldu. Yunanlar qalib gəldilər. Lakin dəniz döyüşləri fasilələrlə daha 30 ilədək davam etdi. Ona görə də yunan şəhər-dövlətləri öz aralarında ittifaq yaratdılar.  Bu ittifaqa Afina başçılıq edirdi. Afina dəniz ittifaqı İran donanmasını məğlubiyyətə uğratdı. Yunan—İran müharibələri yunanların qələbəsi ilə başa çatdı. İran Egey dənizi adalarında və Kiçik Asiyada olan yunan şəhərlərinin müstəqilliyini tanımağa məcbur oldu. İran hərbi donanmasına Egey dənizində üzmək qadağan edildi. Yunanıstan Aralıq dənizi hövzəsində hakim dövlətə çevrildi. Bundan sonra afinalıları «dəniz sahibləri» adlandırmağa başladılar. Afinanın 6 kilometrliyində dərin və sakit körfəzdə Pirey limanı inşa edildi.   Afina quldarlıq demokratiyası. Yunanıstanda yuxarı təbəqə hakimiyyəti öz əlinə almaq, xalq isə onun həyatı ilə bağlı qərarların xalq yığıncaqlarında verilməsini istəyirdi. Xalq yığıncağı dövlətin ali orqanı idi. Xalq yığıncağında 20 yaşlı bütün azad Afina vətəndaşları (kişilər) iştirak edə bilərdilər. Xalq yığıncağı e.ə. 443-cü ildən başlayaraq Perikli 15 il ərzində hər il birinci strateq seçmişdi. Periklin dövründə yoxsul vətəndaşların hüquqları artmışdı.  Mənbə: ÜMUMİ TARİX (Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün dərslik) Müəlliflər: Vəli Hüseyn oğlu Əliyev İlyas Atababa oğlu Babayev Aidə Əkbər qızı Məmmədova
['qədim Yunanıstan', 'qədim yunanlar', 'Yunanıstan tarixi', 'qədim dövrün tarixi', 'Ellada', 'Marafon döyüşü']
614
https://kayzen.az/blog/q%C9%99dim-%C5%9E%C9%99rq/21726/q%C9%99dim-hindistan-tarixi.html
Qədim Hindistan tarixi
luminat
qədim Şərq tarixi
1 aprel 2018, 15:54
Təbiəti. Əhalisi. Hindistan yarımadası Asiya qitəsinin cənubunda yerləşir. Yarımadanın şimalında Himalay dağları ucalır. Hindistan yarımadası, əsasən, yaylalardan ibarətdir. Yayla ilə Himalay dağları arasında düzənlik yerləşir. Düzənliyin qərb hissəsində Hind, şərq hissəsində Qanq çayları axır. Hindistan ərazisi mis və dəmir yataqları ilə zəngindir. İnsanlar Hindistanda ən qədim zamanlardan məskən salmışlar. Burada e.ə. III minilliyə aid şəhərlərin (Mohenco-Daro və Harappa) xarabalıqları aşkar olunmuşdur. Onların hansı səbəbdən süqut etdiyi hələlik məlum deyil. E.ə. II minillikdə köçəri ari tayfaları Hindistana hərəkət etmiş və yerli əhali ilə qaynayıb-qarışmışlar. Hind yarımadasındaki, əhali bu tayfaların qarışmasından yaranmışdır. Onlar əkinçiliklə məşğul olur, mal-qara sürüləri, at ilxıları saxlayırdılar. Hindlilər dəmir çıxarmağı və emal etməyi öyrənmişdilər. Burada taxıl, şəkər qamışı və pambıq yetişdirilirdi. Pambıqdan zərif parçalar toxunurdu. Fillər əhliləşdirilir, onlardan təsərrüfat işlərində və döyüşlərdə istifadə edilirdi. Hindistanın qədim dövlətləri. Əmək məhsuldarlığının artması bərabərsizliyin yaranmasına səbəb oldu. Adlı-sanlı adamlar quldarlara çevrildilər. Onlar icmaçı kəndliləri və qulları istismar etməyə başladılar. Hindistanda qulları «yad», «düşmən» adlandırırdılar. Tayfa başçıları — racələr tədricən padşahlara çevrilirdilər. Beləliklə, e.ə. I minillikdə Hindistanda ilk dövlətlər meydana gəldi. E.ə. IV əsrin 20-ci illərində Makedoniyalı İsgəndər Hindistanın şimal-qərb hissəsinə hücum etdi. Makedoniyalılar burada əhalinin güclü müqavimətinə rast gəldilər. İsgəndər yorulmuş əsgərlərin tələbi ilə geri dönmək məcburiyyətində qaldı. Mauriya sülaləsinin nümayəndəsi Aşoka e.ə. III əsrin 2-ci yarısında bütün Hindistanı vahid dövlətdə birləşdirməyə nail oldu. Lakin onun ölümündən sonra yaratdığı dövlət dağıldı. Kastalar. Hindlilər arasında yaranmış bərabərsizlik onların dinində də öz əksini tapmışdı. Hindlilər inanırdılar ki, insanları yaradan baş tanrı Brahma onları əməllərinə görə kastalara bölmüş, hüquq və vəzifələrini müəyyən etmişdir. Brahma öz dodaqlarından kahinləri — brahmanlar kastasını yaratmışdır. Ona görə də onlar tanrı adından danışa bilərlər. Kastaya məxsusluq irsi idi. Brahmanın oğlu brahman, şudranın oğlu şudra olurdu. Döyüşçülər ikinci kastaya daxil idilər. Tacir, sənətkar və əkinçilər üçüncü, nökər və qulluqçuların daxil olduğu şudralar isə dördüncü kastanı təşkil edirdilər. Bu kastalardan heç birinə daxil olmayan «toxunulmaz» adamlar da var idi. Toxunulmaz adamlar ən çirkli işləri görürdülər. Hind mədəniyyəti. Hindlilərin öz yazısı var idi. Onlar Finikiya əlifbası ilə də tanış olmuşdular. Qədim hindlilərin etiqadları və dünyagörüşləri onların yaratdığı «Mahabharata» və «Ramayana» dastanlarında öz əksini tapmışdır. Hindlilər, həm də elmə böyük töhfələr vermişlər. Hindlilərin ixtira etdiyi asan hesablama qaydası ən mühüm yenilik idi. Onlar sıfır rəqəmini tətbiq etdilər. Həmin rəqəmin köməyi ilə nəinki onluqları, yüzlükləri, həm də minlikləri ifadə etmək mümkün idi. Ərəblər hind rəqəmlərini mənimsəmiş, ərəblərdən isə avropalılar öyrənmişdilər. Qədim Hindistanda memarlıq və heykəltəraşlıq da inkişaf etmişdi. Padşah Aşokanın dövründə möhtəşəm sütunları olan saray və məbədlər inşa olunmuşdur. Sütunlardan birinin üstündə daşdan yonulmuş dörd aslan heykəli dururdu. Bu aslanlar dünyanın dörd tərəfinə baxırdılar. Onlar sanki keşikçi kimi dövlətin sərhədlərini qoruyurdular. E.ə. I əsrdə daşdan yonulmuş darvaza əsl incəsənət nümunəsidir. Qədim heykəltəraşlar bu darvazanı zəngin naxışlarla bəzəmişlər. Burada Hindistanın zəngin bitki və heyvanat aləmi, hind xalqının əfsanəvi qəhrəmanları təsvir olunmuşdur. Qədim hind memarları qayaları çaparaq sərdabələr, gözəl məbədlər yaratmış, heykəltəraşlar divarlarda insan və müqəddəs saydıqları heyvanların heykəllərini yonmuşlar. Azərbaycanın Tunc və İlk Dəmir dövrü abidələrində Hindistan üçün səciyyəvi olan bəzək əşyaları tapılmışdır. Bu, Azərbaycanın Qədim Hindistanla iqtisadi-mədəni əlaqələrinin olduğunu sübut edir. Hindistan şahmat oyununun da vətənidir. Hindistanda bu oyunu «dörd növ qoşun» adlandırırdılar. Din. Qədim hindlilərin dini etiqadları və qanunları «Veda» adlı yazılarda toplanmışdır. Qanunları pozanları ağır cəzalandırırdılar. Hindistanda insanların kastalara bölünməsinə qarşı çıxan adamlar da var idi. Onlardan biri Qautama idi. Rəvayətə görə, o, tayfa başçısının oğlu olmuşdu. Qautama əyləncələrdən imtina edir, yoxsulların ağır vəziyyətinə acıyırdı. O, həyatın mənasını dərk etmək üçün çox düşünürdü. Çox gənc yaşlarında evdən gedən Qautama 6 il zahidlik edir, oruc tutur, yuxusuz gecələr keçirir və nəhayət, həyatın mənasını dərk edir. O anlayır ki, insanların cəmiyyətdəki yeri onların mənşəyi ilə deyil, əməlləri ilə müəyyən olunur. Həyatın əzablarından qurtulmaq üçün insanlar nəfslərini boğmalı, xeyirxah işlər görməli və ədalətli olmalıdırlar. Buna görə də onu Budda, təlimini isə buddizm adlandırdılar. Mənbə: ÜMUMİ TARİX (Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün dərslik) Müəlliflər: Vəli Hüseyn oğlu Əliyev İlyas Atababa oğlu Babayev Aidə Əkbər qızı Məmmədova
['qədim Hindistan', 'Hindistan', 'Hindistan tarixi', 'Hindistan mədəniyyəti']
615
https://kayzen.az/blog/kitab/21709/bir-h%C9%99ft%C9%99y%C9%99-bir-kitab.html
Bir həftəyə bir kitab
Apollon
Kitablar və mütaliə
30 mart 2018, 15:49
Bu sizin düşündüyünüzdən daha asandır və aşağıda təklif edilən üsuldan istənilən məqsədin əldə edilməsi və istənilən materialın mənimsənilməsi üçün istifadə etmək mümkündür. Pianinoda ifa etməyi öyrənmək, yeni əcnəbi dil əldə etmək və s. bu kimi məşğuliyyətlər belə bu üsula şamil edilir. İlk olaraq oxuma planı yaradın Birlikdə işləyəcəyiniz kitabları təyin edin. Bu məqsədlərinizi izləməyə imkan verəcək. Belə ki, bizlərdən bir çoxumuzun xyali tərtib etdiyimiz oxunacaq kitabların siyahısı çox tez bir zamanda qumdan hazırlanmış qala kimi uçub dağılır. Kitabla bağlı düzgün seçim edin Kitab seçimi edərkən onun məhz olaraq özünüz üçün maraqlı olmasına diqqət yetirin. Bu zaman “50 səhifə qaydası”-nı yada salın. Bu qaydaya əsasən, kitab ilk səhifələrdən diqqətinizi cəlb etməyibsə onu oxumağa davam etməyə dəyməz. Çünki çətin ki, növbəti səhifələr diqqqətinizi çəkə bilsin. Kiçik addımlara bölün Qalın bir kitabı 1 həftə ərzində oxumaq tapşırığı ilk baxışdan sizi qorxuda bilər. Kitabın ümumi səhifələrinin sayını 6-ya bölün, 1 günü isə beyin üçün istirahətə ayırın. Beləliklə, 300 səhifəlik kitabın öhdəsindən 1 həftəyə gəlmək üçün sizə bir günə 50 səhifə oxumaq lazım gələcək. Bu da ilk baxışda olduğu kimi elə də qorxulu və çətin deyil. Xüsusi vaxt İlk başlayanlar üçün ortaq maneə – daimi zaman azlığıdır. Buna görə də, gündəlik cədvəlinizdə məhz olaraq kitabın oxunması üçün müəyyən zaman ayırın. Sıx qrafik Təbii ki, heç də bütün kitablar 300 səhifədən ibarət deyil və bir həftəyə öhdəsindən gəlməyin çox çətin olduğu qalın kitablar da mövcuddur. Bu halda qrafikdən geri qalmağı daha nazik 1 və yaxud bir neçə az səhifəli kitabla kompensasiya edin. Mümkün olan hər boş zamanınızda oxuyun İstənilən an bir neçə səhifə oxumağa hazır olun. İnformasiyanı böyük ölçülərdə qəbul etməyə can atmayın. Yalnızca özünüzə maraqlı olanı oxuyun Sevdiyiniz işlə məşğul olduqda və sizə maraqlı olan mövzu haqqında yeni informasiya əldə etdikdə oxuma prosesi çox asan və hiss edilmədən həyata keçir. Əsas sirr də məhz bundan ibarətdir.
['kitablar', 'mütaliə', 'kitab oxumaq', 'kitab oxuma sürətini artırmaq']
616
https://kayzen.az/blog/psixologiya/21597/psixoloji-fenomenl%C9%99r.html
Psixoloji fenomenlər
Apollon
Psixologiya
29 mart 2018, 16:25
6-7 saat yatanlar vaxtsız ölüm riskilə 8 saat atanlardan daha az qarşılaşırlar. Amma 5 saatdan az yatanlar 8-9 saat yatanlardan daha çox psixi problemlərlə qarşılaşırlar. İnsan üçün onun adının tələffüz edilməsindən daha yaxşı səs yoxdur. Tanışlıq zamanı ilk növbədə adamın adını yadda saxlamaq lazımdır. Vəzifəsini, ixtisasını yox, məhz adını. Yaxşı münasibət qurmaq istəyənlər üçün bu, çox vacibdir. Tez yuxuya getmək üçün kürəyi üstə uzanmaq, ayaqları uzatmaq, bədəni rahatlandırmaq lazımdır. Gözləri bağlamaq və bağlı göz qapaqları altında göz bəbəklərini yuxarıya doğru yönəltmək. Bu, yuxu zamanı gözlərin normal vəziyyətidir. Viktor Suvorovun dediklərinə inansaq, bu metodikanı onilliklərlə Baş Kəşfiyyat İdarəsinin işçilərinə öyrədirdilər. Psixoloqlar müəyyən ediblər ki, tanış olmayan kişini qiymətləndirmək üçün qadına 45 saniyə kifayətdir. Bunlardan 10 saniyəsini o, kişinin bədəni haqqında ümumi təəssürat yaratmağa sərf edir, 8 saniyəyə gözlərini qiymətləndirir, 7 saniyə saçlara, 10 saniyə dodaq və çənəyə, 5 saniyə çiyinlərə baxır. Son 5 saniyəsini isə əgər varsa, evlilik üzüyünə baxır. Psixologiyanı bilmək həyatı mürəkkəbləşdirir, tətbiqini isə asanlaşdırır. Oksford universitetinin alimləri qayğı, narahatlıq və stressdən qurtulmaq üçün ən yaxşı metodun mütaliə olduğunu qeyd edrilər. Bu məşğuliyyət orqanizmə daha tez təsir edir. Təəccüblüdür, amma bu üsul alkoqol qəbul etməkdən, gəzintidən, çay içməkdən və ya musiqi dinləməkdən daha effektivdir. Bəzən qarşılıqsız sevgi anormal bağlılığa çevrilir və hətta psixi problemlərə səbəb olur. Bunlardan biri Adel sindromudur. Adel sindromu –qarşılıqsız olaraq başqa adama uzunmüddətli xəstə sevgi ilə bağlanmaqdır.  İrimiqyaslı idman müsabiqələri zamanı dərc edilmiş tvitləri analiz edən alimlər müəyyən etmişlər ki, mübahisə edənin iddiaları nə qədər “gur” və əmin səslənirsə, o da qalib gəlir. Əgər insan nəyisə yadına salmağa çalışarkən sizin gözlərinizin içinə baxmağa davam edirsə, əmin olun, sizi aldadırlar. Qadınlar öz partnyorları ilə üz-üzə ünsiyyətdə olarkən özlərini xoşbəxt hiss edirlər, kişilər isə, əksinə qadınlarla birgə işləyərkən, oynayarkən və ya sadəcə yanında oturub söhbət edərkən ünsiyyətdən emosional yaxınlıq duyurlar.
['psixoloji effektlər', 'psixoloji priyomlar', 'psixoloji fenomenlər', 'psixoloji analiz']
617
https://kayzen.az/blog/riyaziyyat/21670/fibona%C3%A7%C3%A7i-silsil%C9%99si.html
Fibonaççi silsiləsi
Apollon
Riyaziyyat
23 mart 2018, 18:48
(0), 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144, 233, 377, 610, 987, 1597, 2584…. Fibonaççi İtaliyada 1170-ci ildə dünyaya gəlmiş orta əsr Avropasının ən böyük riyaziyyatçılarından olub. Əsl adı Leonardo Pizalı (Leonardo Pisanus) olan Fibonaççi əsasən “Fibonaççi ardıcıllığı” ilə tanınınır. Leonardonun atası tacir olduğu üçün tez-tez oğlu ilə birgə Əlcəzairə səyahətlər edirdi elə orada o ərəb müəllimlərindən təhsil alırdı. Bundan sonra Fibonaççi Misirə ,Suriyaya ,Bizansa ,Sicilyaya səyahətlər etdi. O ,ərəb dilində qədim antik və hind riyaziyyatçılarının yazıları ilə tanış oldu. Bundan sonra o ilk kitabını – “Liber Abaci” yazır. Burada o romalıların çətin hesablamasının əvəzində hind rəqəmlərinin səmərəli istifadəsi və hesablanması haqda bilgilər vermişdir. Leonardo heç vaxt özünü Fibonaççi adlandırmamışdır. Ona bu ləqəbi “Guglielmo Libri” 1838-ci ildə vermişdir. Fibonaççi sözü iki sözün qısaltmasıdır. “filius Bonacci” hansı ki, “Liber Abaci” kitabının üz qabığında olan sözlərdir. Bu ya “Bonaççonun oğlu” ya da Bonaççini soyad olaraq qəbul etsək “Bonaççoların oğlu”. Digər versiyaya görə Bonaçço sözünü uğurlu mənasında da tərcümə edə bilərik. Leonardonun “Liber abaci (1202-1228)”, “Practica geometriae (1220)”, “Flos (1225)”, “Liber quadratorum (1225)” və s. Kitabları var. Əgər yuxarıdakı ardıcıllıqı tanımırsızsa azca baxıb məntiqi işlədib silsilədəki ardıcıllığın düsturunu tapmağınız yaxşı olar. Hər sonrakı ədəd özünkündən əvvəlki ədədlərin cəmi şəklində davam edən bu ardıcıllığa Fibonaççi ardıcıllığı deyilir. F0=0, F1=1, Fn=Fn-1+Fn-2, n ≥2. Daha rahat dildə desək hər ədəd özündən əvvəl gələn iki ədədin cəminə bərabərdi. Burdan biz Fn=Fn+2-Fn+1 alarıq. Bu halda da Fibonaççi ədələrinin təkcə natural ədədlərə aid olmadığını görə bilərik. F-n=(-1)n+1Fn .   Əgər hər bir ədədi özündən əvvəlki ədədə bölsək qismət getdikcə 1.618 ədədinə yaxınlaşacaq. Bu da “Golden ratio” kimi tanınır. Fibonaççi ədədlərini əsrlərdir bu qədər əhəmiyyətli edən səbəblər… Fibonaççi ardıcıllığı təbiətdə tez-tez qarşımıza çıxar. Bu ədədlər istifadə edilərək alınan kəsrlər bizə «Qızıl bölgü» verir. «Qızıl bölgü»nü qədim misirlilər və yunanlılar tapmış və daha çox memarlıqda istifadə etmişdilər. Sadə mənası ilə «Qızıl bölgü» bütünün parçaları arasında olan həndəsi və ədədi bir nisbət əlaqəsidir. İnsan üzü- Qulaqlar arasındakı məsafə, gözlə üst dodaq arasında, burnun altı ilə çənə arasındakı məsafə qızıl nisbətdir. İnsanın işarə barmağı-Bir insanın işarə barmağı (normal standartlardakı barmaqlar üçün etibarlı) hər bir hissəsi bir əvvəlki hissəyə nisbəti Fibonaççi sayını verir. Qolumuzun üst hissəsinin alt hissəyə nisbəti qızıl nisbətdir. Misir piramidaları- Hər bir piramidanın döşəməsinin yüksəkliyinə nisbəti qızıl nisbəti verir. Bitkilər- Bitkinin sapındaki yarpaqların, bir ağacın budaqlarının nizamında hər zaman qızıl nisbət qaydası vardır. Yarpaqlardan biri başlanğıc nöqtəsi olaraq alındığında, bundan başlayaraq yuxarıya doğru (aşağıya doğru da ola bilər) sayılarsa, Fibonaççi ədədlərini verər.
['Fi', 'qızıl bölgü', 'qızıl nisbət', 'Fibonaççi sırası', 'Fibanoççi ədədləri', 'Fi sayı', '1.618', 'qızıl kəsik', 'riyaziyyat']
618
https://kayzen.az/blog/edebiyyat/21050/iki-n%C9%99f%C9%99rlik-sirr-%7C-quentin-reynolds.html
İki nəfərlik sirr | Quentin Reynolds
Apollon
Ədəbiyyat
22 mart 2018, 18:58
Bütün böyük şəhərlər kimi, Montrealı da dar küçələrsiz təsəvvür etmək olmaz. Hər addımında insana Şahzadə Edvard küçəsini xatırladan cəmi dörd məhəllə uzunluğunda olan çıxılmaz dar küçələr, tinlər, döngələr və dalanlar… Heç kəs bu dar küçələri otuz ildir bu yollarda süd paylamaqla saç ağardan Pier Dubin qədər yaxşı tanımırdı. Ötən on beş il ərzində, Pierin çörək ağacı olan bu arabaya Josef adlı böyük, ağ at başçılıq edirdi. Montrealda, xüsusilə də fransızların sıx məskunlaşdığı məhəllələrdə uşaqlara, hətta heyvanlara da müqəddəslərin adlarını vermək adəti hələ də mövcud idi. İlk dəfə bu əzəmətli at Süd şirkətinə gətiriləndə hələ o adsız idi. Elə həmin gündən bu vüqarlı at Pierin ixtiyarına verildi. Pier onun boynunu sığallayıb, döşünə tumar çəkib, onun gözlərinin içinə baxdı. «O, mehriban, sadiq və səxavətli atdır. Onun gözlərində bərq vuran qığılcımdan necə ürəyə sahib olduğunu yəqin etmək elə də çətin deyildi. Mən onu, bütün ömrü boyu səxavəti və gözəl ürəyi ilə seçilmiş Müqəddəs Josefin şərəfinə, elə Josef adlandıracağam. Artıq bir ildən sonra, Josef də sahibi qədər bu yollara bələd idi. Pier həmişə onu ‘təzə nallı, harın köhlən atım’ deyə səsləyərək, heç vaxt cilovlara toxunmaması ilə lovğalanardı. Hər səhər dan yeri sökulməmiş saat beşdə Pier Süd Şirkətinin qarşısında olardı. Hər dəfə də adəti üzrə, araba yüklənər, Josef arabaya qoşulardı. Pier yəhərə qalxar, ‘’Bonjour vieil ami’’ (Sabahın xeyir, köhnə dost) deyə Josefi salamlayar, hər şeyi görən, sahibinin münasibətini qəlbi ilə duyan bu səxavətli məxluq danışacaq dili olmasa da, başını ona tərəf çevirər, bu müddət ərzində, onları kənardan izləyən sürücülər isə Josefin öz sahibinə gülümsədiyini deyərək, sanki bu mənzərədən həzz alardılar. Yalnız Jakves adlı işçinin „Hazırdır, Pier, gedə bilərsən’’ əmrindən sonra, Pier Josefə “ Avance, mom ami” (İrəli, dostum) deyə pıçıldayar və bu möhtəşəm cütlük küçənin aşağısına doğru məğrur-məğrur irəliləyərdilər. Araba heç bir göstəriş olmadan, yumaq kimi üç tin aşağıya – Müqəddəs Katrin küçəsinə qıvrılar, daha sonra Roslin döngəsi boyunca iki məhəllə sağa dönər və nəhayət sonda sola – Şahzadə Edvard küçəsinə tərəf burulardı. Sonra Josef birinci evin qarşısında dayanar, Pierin bir göz qırpımında yəhərdən düşüb, südlə dolu şüşəni qapının önünə qoymasını gözləyər, daha sonra isə yollarına davam edərək iki evi arxada qoyub, üçüncünün qarşısında dayanardılar. Bu minvalla, onlar küçənin axırına çıxardılar. Sonda isə, Josef yenə də heç bir müdaxilə olmadan dönər, gəldiyi yolu geri qayıdardı. Bax, Josef belə ağıllı məxluq idi. Pier isə həmişə Josefin bu bacarığıyla öyünərdi: ‘’Mənim heç cilova əlim də dəymir. O, harada dayanmalı olduğunu elə yaxşı bilir ki. Josefin dartdığı arabada mənim yerimə kor biri də olsa, bu işin öhdəsindən gələr ’’. Beləliklə, bu kiçik ittifaq eyni ahənglə uzun illər ömür sürdü. Tədricən Pier və Josef hər ikisi yaşlanır, illər bir-birini əvəzləyirdi. Artıq Pierin eşmə bığlarına çoxdan qar dənəcikləri ələnmiş, Josef isə əvvəlki kimi ayaqları üstə şahə qalxa, başını dik tuta bilmirdi. Bu illər ərzində həmişə onlarla birgə olan tövlələrin sahibi Jakves bir səhər Pieri əlində əsa ilə görənədək, onların yaşlandığını hiss etməmişdi. “’Ey Pier, olmaya ayağına fır çıxıb?’’ Jakves güldü. ‘’Mais oui, Jacques,’’ (Əlbəttə, Jakves) Pier bir az tərəddüdlə cavab verdi. ‘’İnsan yaşlandıqca, ayaqları sözünə baxmır’’. »Gəl, sən bu ata südü qapılara necə aparmağı da öyrət. Onsuzda hər şeyi bacarır’’ Jakves dedi. Bu at Şahzadə Edvard küçəsində xidmət etdiyi qırx ailənin hamısını əlinin içi kimi tanıyırdı. Pierin yazı-pozu işlərindən başı çıxmadığını yaxşı bilən aşpazlar, əlavə sifariş olduqda, şüşənin üzərinə qeyd yazmaq ənənəsini pozaraq, bunun əvəzində, çay daşı ilə döşənmiş yolda arabanın şaqqıltısı eşidilən kimi ‘’Sabaha bir şüşə artıq gətirərsən’’ deyə arxasınca səslənərdilər. «Demək, axşama qonağınız olacaq,’’ Pier məmnuniyyətlə cavab verərdi. Pierin həm də çox iti yaddaşı var idi. O, hər dəfə tövləyə çatan kimi Pankvinlərin, Lemoinlərin əlavə sifarişləri barədə Jakvesə məlumat verərdi. Jakves də ənənəyə sadiq qalaraq, deyilənləri həmişə cibində gəzdirdiyi kiçik dəftərçəsində qeyd edərdi. Sürücülərin çoxu həftəlik xərcləri və hesabları vaxtında təhvil verməli olsalar da, Jakves həmişə nədənsə bu kiçik, cansıxıcı əməliyyatı Pierrə güzəştə gedərdi. Pierin öhdəsinə düşən iş sadəcə hər səhər, saat beşdə, dan yeri sökülməmiş oyanmaq, bu illər ərzində həmişə eyni səkidə dayanmış arabanı götürmək və sifarişləri vaxtında ünvanlara çatdırmaq idi. İki saatdan sonra is o, qayıdar, özünəməxsus əda ilə yəhərdən düşər, Jakveslə sağollaşar və asta-asta küçənin sonuna doğru yellənərdi. Günlərin bir günü, Süd Şirkətinin sahibi səhər növbəsində çalışanların işini yoxlamaq üçün buraya kiçik bir səfər təşkil etdi. İşarə ilə Pieri göstərən Jakves ona dedi:’’Siz onun atla necə danışdığına baxın. Siz atın necə Pieri dinlədiyini və başını ona tərəf çevirdiyini görürsüznüzmü? Siz bir atın gözlərinin içinə baxın… Bilirsiz, məncə onlar bizdən nəsə gizlədirlər. Mən bunu çoxdan hiss eləmişəm. Mənə elə gəlir ki, bəzən onlar işə çıxanda bizə baxıb gülürlər. Pier yaxşı adamdı, cənab, amma yaş öz sözünü deyir. Məncə onun istirahətə və kiçik təqaüdə ehtiyacı var’’ o sözünü tamamladı. »Amma əlbəttə…’’ sədr güldü. ‘’ Mən onun işinə yaxşı bələdəm. Otuz ildir o, burda işləsə də, indiyədək onunla bağlı heç bir şikayət olmayub. Ona çatdırın ki, artıq istirahət vaxtıdı. Maaşa görə də narahat olmasın, əvvəlki kimi vaxtlı- vaxtında alacaq ’’. Ancaq Pier öz işindən əl çəkmək istəmədi. Josefi bir daha görməmək qorxusu onu çox narahat edirdi. ‘’Biz ikimiz də artıq qocalmışıq. İcazə verin birlikdə tərk edək bu işi,’’ o Jakvesə dedi. ‘’ Nə vaxt görsəm ki, artıq Josefin işləməyə taqəti qalmayıb, söz verirəm ki, o zaman məndə onunla birgə bu işdən əl çəkəcəm ’’. Çox mehriban insan olan Jakves onu başa düşdü. Pierlə Josef arasında insanın təbəssümünə səbəb olan qəribə bir münasibət var idi. Sanki onlar bir- birindən ilham alırdılar. Elə ki Pier yəhərə qalxırdı, Josef isə arabaya qoşulurdu, sanki öz yaşlarını tamamilə unudur, yüz il cavanlaşırdılar. Ancaq, işləri bitən kimi, sehrin gücü itir, hər şey əvvəlki görkəmin alır, Pier yenə də ləngərləyə-ləngərləyə küçəni enir, Josef isə taqətsiz halda boynunu qısıb, tövləyə doğru yollanırdı. Günlərin bir günü, Pierin ən çox qorxduğu şey başına gəldi. Dan yeri yenicə sökülmüşdü. Şaxta adamı qılınc kimi kəsirdi. Gecə sanki, göydən yerə nur ələnmiş, hər tərəf ağappaq rəngə boyanmışdı. «Pier, sənin dostun bu səhər oyanmıyıb, Jakves dedi. O, tamam əldən düşmüşdü, Pier. Onun iyirmi beş yaşı var idi və bu da insan ömrünün yetmiş beş ilinə bərabərdir’’. ‘’Elədir,’’ Pier pıçıldadı. ‘’Doğrudur, mənim yetmiş beş yaşım var mən bir daha Josefi görə bilməyəcəm’’.  ‘’Əlbəttə görəcəksən,’’ Jakves onu sakitləşdirdi. ‘’O, öz yerindədir, çox da sakit görünür. Get, onunla vidalaş’’* Pier bir addım atmışdı ki, ayaqları arxasınca gəlmədi. ‘’Yox, yox….sən başa düşmürsən, Jakves’’* Jakves əlini onun çiyninə qoyaraq təsəlli verdi: ‘’ Biz yenidən Josef qədər yaxşı bir at tapacıyıq. Bir aya sən ünvanları ona elə öyrədəcəksən ki, o da Josef kimi hər evi tanıyacaq.’’* Elə bu zaman onun gözləri Pierin gözlərinə sataşdı. Bütün bu illər ərzində, Pier onu səhərin soyuq mehindən qoruyan, gözlərinin üstünədək düşən papağını çıxartmamışdı. Ancaq indi Jakves ilk dəfə idi ki, onun gözlərinin içinə baxırdı və sanki bu baxışlarda nəsə qəribə bir şey onu heyrətləndirirdi. Onun baxışları buz kimi soyuq və mənasız idi. Bu gözlər Pierin qəlbindəki bütün acıları, ruhundakı kədəri güzgü kimi əks etdirirdi. Buradan illərdən bəri onun qəlbində yığılıb qalmış acıları, ruhundakı kədəri görmək elə də çətin deyildi. Sanki onun qəlbi və ruhu bu həyatdan küsmüşdü. »Bu gün istəyirsən işə çıxma’’ Jakves dedi. Ancaq Pier çoxdan küçə boyunca üzüaşağı yola düzəlmişdi. Əgər siz həmin vaxt orda olsaydınız, küçədəki yad insanlar kimi, onun yanaqlarından süzülən yaşı görüb, hönkürtünü eşidərdiniz. Sonra Pier küncə qısılıb yolu keçmək istədi. Elə bu zaman qarşıdan sürətlə gələn yük maşınının sürücüsünün səsi ətrafı bürüdü. Digər tərəfdən sürücü əyləci sıxdığından təkərlərin də xırıltısı ətrafa yayılmışdı. Ancaq Pier…. Pier heç nə eşitmədi. Beş dəqiqə içində özünü bu vurhavura çatdırmış həkim dedi: ‘’ O, artıq ölüb. Yerindəcə keçinib’’. Bir az sonra Jakves, başqa işçilər özlərini yetirdilər və hərəkətsiz halda uzanmış cəsədə baxdılar. ‘’Mənim heç bir günahım yoxdur, and içirəm!’’ sürücü etiraz etdi, ‘’ o özünü maşının altına atdı. Məncə, o heç maşını görmədi. O elə gəlirdi ki, elə bil kordur’’. Aşağı əyilən həkim dedi:* ‘’Kor dediniz? Əlbəttə, mərhum kor olub. Baxın, qara suyu görürsünüzmü? Bu kişi beş il olar ki, kordur’’.* Sonra o Jakvesə tərəf dönüb soruşdu: «Səhv etmirəmsə, siz onun işlədiyini dediniz. Məgər siz onun kor olduğunu bilmirdiniz?’’ ‘’Yox, əlbəttə ki yox’’ Jakves astadan cavab verdi. ‘’Nəyinki mən, heç kəs bilmirdi. Yalnız o… Josef, onun ən yaxın dostu bunu bilirdi. Məncə, bu sirr idi…Yalnız bu iki nəfər arasında olan sirr, ’’ o sözünü tamamladı. Tərcümə etdi: Tamella Abdıyeva Redaktə etdi: Günel Əbiyeva
['ədəbiyyat', 'dünya ədəbiyyatı', 'Quentin Reynolds']
619
https://kayzen.az/blog/patologiya/21576/daun-x%C9%99st%C9%99lik-deyil-sindromdur.html
Daun xəstəlik deyil, sindromdur
Apollon
Tibbi patologiya
22 mart 2018, 18:47
Daun sindromlu diaqnoz ən dəhşətli diaqnozlardan biridir. Bu sindrom 1866-cı ildən məlumdur. İngilis həkimi Lanqdan Daun xarakter xüsusiyyəti olan bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu «monqolizm» adlandırıb. Ancaq asiyalı alimlərin xəstəliyin «monqolizm» adlandırılmasına münasibətindən sonra bu xəstəlik onu kəşf edən alimin şərəfinə «Daun sindromu» adını alıb.   Bu uşaqlar bir-birlərinə oxşayır, stereotipləri eyni olur. Yəni onlarda boy qısa olur, əqli inkişafdan geri qalır, kəlləsi kiçik və yumru olub üz nahiyyəsində yastılaşır. Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır. Gözləri uzunsov və kiçik olur, göz yarığı çəp, göz bucağında dəri büküşlü, ağzı yarıaçıq, dili böyük, qarnı köpmüş, dişləri seyrək, əzələləri və oynaqları zəif inkişaf etmiş olur. Yəni monqoloid irqinə mənsub şəxslərə bənzəyirlər. «Monqolizm» adı da bu səbəbdən işlədilib. Bu xəstələrdə görmə pozğunluğu da müşahidə olunur. Qulaqları zəif inkişaf edir. Skeletin normal inkişafı pozulduğu üçün daun sindromlu körpələr oturmağı və yeriməyi gec öyrənir. Həzm və qan-damar sistemində ciddi patalogiyalara rast gəlinsə də, ifrazat sistemində elə də kənaraçıxma çox olmur. İmmun sistemi zəif olur, xəstəliklərə daha tez tutulur, xüsusi ilə də bədxassəli şişlərə tutulma riski çox böyükdür. Beynin ümumi inkişafdan qalması və beyinciyin zəif inkişaf eləməsi əqli cəhətdən geriliyə, eləcə də hərəkətin normal koordinasiyasının pozulmasına gətirib çıxarır. Kişilər dölsüz olur, qadınlar bəzən nəsil verə bilir. Daun sindromlu xəstələrin əksəriyyətinin böyrəklərində və ürəklərində anadangəlmə qüsur müşahidə edilir. Ağılkəmliyi bütün bu xəstələrdə xarakterikdir. Ağılkəmliyi iki formada olur: ideateya və imuselis. İmuselis bu xəstəliyin daha yüngülüdür. Ən ağır forması isə ideateyadır. Daun xəstələrində tez-tez piylənmə halları da aşkar edilir. Daun sindromlu uşaqlar çox mehriban olurlar. Onlar insanlarla tez bir zamanda ünsiyyət qururlar. Hətta özlərinə qulluq etməyi də bacarırlar. Belə körpələr digər normal uşaqlar kimi şeir, nağıl öyrənib yadda saxlayırlar. Daun irsi xəstəlikdir Daun irsi xəstəlikdir və xəstəlik uşağa yalnız anadan keçir. Bu sindroma əsasən 35 aşından sonra hamilə qalan və irsi genetik xromosom dəyişiklikləri olan qadınların körpələrində rast gəlinir. Daun sindromu ilə uşaq doğma ehtimalı 35-40 yaşlı qadınlarda 10 dəfə, 40 yaşdan yuxarı olanlarda 100 dəfə çoxdur. Yəni burada atanın yaşının heç bir fərqi yoxdur. Çox vaxt irsi xəstəlik dedikdə elə hesab edirlər ki, daun nəsildən keçir: əgər nəsildə kimdəsə daun sindromu olubsa, nəvə, nəticə bu xəstəliyə tutulacaq. Ancaq bu, belə deyil. Xəstəlik yalnız ananın orqanizmindəki xromosomlardan asılıdır. Son vaxtlar gənc qızların qanlarında çox sayda mikroblar aşkar edilir. Valideynlər elə başa düşürlər ki, daun xəstəliyinə səbəb də elə bu mikroblardır. Onlar elə hesab edirlər ki, mikroba qarşı müalicə aparıldıqdan sonra körpə sağlam doğulacaq. Ancaq mikrobların bu xəstəliyin yaranmasında heç bir rolu yoxdur. Daun sindromu 21-ci cüt xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın əmələ gəlməsidir. Daha dəqiq meyozun (qametogenezin) normal gedişinin pozulması ilə əlaqədardır. Yumurtahüceyrə və spermatazoid mutasiyalara həssas olduğundan bu sindromla dünyaya gələn uşaqların sayı kifayət qədərdir. Daun sindromunun başqa bir səbəbi də xromosom traslokasiyasıdır. Belə ki, 15-ci cüt autosom xromosomlardan biri olduğu kimi qalır, lakin ikinci xromosomun bir hissəsi delesiyaya uğrayır və onun itirilmiş hissəsi 21-ci cüt xromosomların birinin tərkib hissəsinə keçir. Genotipdə 46 xromosom olmasına baxmayaraq Daun sindromunun əlamətləri özünü biruzə verir. Daun sindromunu törədən səbəblərdən biri də tərkibində purin alkaloidləri — kofein, teobromin, teofillin olan maddələrin çox qəbul edilməsidir. Yaşlı qadınları izləyən qorxu Yuxarıda da dediyimiz kimi, daun sindromlu körpə doğmaq ehtimalı qadınlarda yaş artdıqca artır. Çünki həm yumurtahüceyrə, həm də spermatazoid haploid olduğundan mutasiyalara daha həssasdırlar. Bu səbəbdən 40-45 yaşlı qadınların daun sindromlu uşaq dünyaya gətirmələrinə daha tez-tez rast gəlinir. Bu da ananın yumurtazüceyrəsinin fizioloji qocalması ilə əlaqədardır. Burada atanın heç bir günahı yoxdur. Çünki oğlanlarda spermatazoid həddi buluğa çatdıqdan sonra yaranırsa, qızlarda yumurtahüceyrənin bünövrəsi ana bətnində olarkən qoyulur. Qız uşağı yumurtahüceyrə ilə doğulur. Onun yumurtahüceyrəsi qızın yaşından çox olur. Yəni qız 35 yaşında olanda yumurtahüceyrə 36 yaş yarım olur. Ona görə də Daun sindromlu körpənin doğulması ananın yaşı ilə bir başa əlaqəlidir. Yumurtahüceyrənin yaşı çox olanda, yəni normal reproduktiv yaş həddindən çox olduqda genetik aparatda səhvlər olur. Buna hüceyrənin parçalanmasında olan səhvlər də deyilir. Bunlar təbii səhvlərdir. Burda günah nə atada, nə də anada yoxdur. Əsas səbəb yaşın çox olmasındadır. Amma bəzən cavan qadınlarda da bu sindroma rast gəlinir, o da yenə hüceyrənin bölüməsində baş verən səhvlərdir. Qadındakı üçüncü 21-ci xromosomun yaranmasına hamiləliyin ilk həftələrində çirkli hava şəraiti, stres və normal qidalanmamaq da səbəb olur. Qeyd edək ki, uşaqda daun olduğu müəyyən edildikdə aborta üstünlük verilir. Qadınların 35 yaşdan sonra ana olmamağa üstünlük vermələri də məsləhətdir. Qohum evlilikləri də bəzi həkimlər səbəblər sırasında göstərirlər. Hamilə xanımların təmiz havada tez-tez gəzdirilməsi, stresdən uzaq tutulması gərəkdir. Daun sindromu olan uşaqlara gəlincə, onlar da adi körpələr kimi qidalanırlar. Ancaq belə xəstələr piylənməyə meyilli olduqları üçün yağlı qidalardan uzaq olmaları məsləhətdir. Vitaminli qidalar daha məsləhətdir. Daun xəstələrinin dişlərində də daim problemlər olur. Buna görə də onlar daha çox kalsiumlu qidalar qəbul etməlidirlər. Ən əsası isə daun sindromlu uşaqların ayaqları və əlləri tez-tez masaj olunmalıdır. Əlavə məlumat Uşaqlarınızın Daun sindromlu olduğunu öyrəndikdə onlardan imtina etməyin. Uşaqlarınızı yaxşı tərbiyə edəcəyinizə, onunla hər şeyin yolunda olacağına özünüzü inandırın. Heç vaxt unutmayın : Onlar xəstə deyil, sadəcə fərqlidirlər. Onların böyüdülməsi, tərbiyə edilməsi qeyri-mümkün deyil. Bəli bir qədər çətindir, amma mümkünatsız deyildir. Onların da digər uşaqlar kimi sevilməyə,dəyər verilməyə haqları var.Uşaqlarınızı sevin.Onların immunitetləri digər uşaqlardakından zəif ola bilər, amma bu o demək deyil ki,onlar tez ölür.Onları həyata gəlməmiş öldürməyin, imtina etməyin! Axı onlar da bizim kimi canlıdırlar,insandırlar və ən əsası onların da yaşamağa haqları vardır. Psixoloq:Məmmədova Nurlana 
['daun sindromu', 'Daun', 'daun sindromlu insanlar']
620
https://kayzen.az/blog/publisistika/21619/insanlar-d%C3%BCnyada-n%C9%99l%C9%99rin-ba%C5%9F-verdiyini-anlam%C4%B1rlar.html
İnsanlar dünyada nələrin baş verdiyini anlamırlar
Apollon
Publisistika
21 mart 2018, 15:55
Ümumdünya Davos İqtisadi Forumunda “Sapiens: A Brief History of Humankind” və “Homo Deus: A Brief History of Tomorrow” kimi məşhur kitabların müəllifi israilli tarixçi-medievist (Orta əsrlər tarixi üzrə mütəxəssis) Yuval Noah Harari çıxış edib. Öz çıxışında o, əməyin gələcəyi və mütəmadi texnoloji inqilab dövründə insanların necə dəyişəcəkləri barəsində fikirlərini söyləyib. İşin gələcəyi haqqında: Tarix ərzində işin anlayışı mütəmadi olaraq dəyişib. Uzun müddət ərzində insanlar çalışmırdılar. Onlar sağ qalmaq uğrunda mübarizə aparırdılar. Yəni işin əsas ideyası budur: Mən səhər saat 8-də yuxudan oyanıb işə gedirəm və axşam saat 5-ə kimi orda oluram. Bu, müasir anlayışdır. Bizim əcdadlarımız olmuş ovçular və toplayıcılar yüz minlərlə il ərzində işsiz keçiniblər. İşin itirilməsi üzrə qorxu da yeni fenomendir. Sonuncu əsrlərdə olmuş sənaye inqilabı əsnasında insan hər zaman qorxu keçirdib ki, robotlar onun işində üstünlük təşkil edəcəklər və nəticədə o lazımsız olacaq. Düşünürəmki bu dəfə bu həqiqətə çevrilə bilər. Bu, “canavarlar” deyə qışqırmış uşaq mövzusuna bənzəyir. Nəticə etibarilə sonda canavarlar həqiqətən də gəldilər. İndi insanlar “istismar”dan daha qorxulu anlayış ilə qarşılaşırlar. Söhbət özünün lazımsızlığı anlayışından gedir. Sən istismar olunan zaman ən azından bilirsən ki, sən vacibsən və səndən başqa çalışacaq şəxs yoxdur. Məhz bu hissədən də narahatlıq artımının ilk problemi başlayır. Güman edirəm ki, yeni peşələr peyda olacaq. Lakin əsas sual ondan ibarətdir ki, həmin vəzifələri tutmaq üçün insanlar özlərini yenidən “ixtira” edə biləcəklərmi? Bizim bir deyil bir neçə texnoloji inqilab keçirtdiyimizi nəzərə alaraq insan özünü hər 10 ildən bir yenidən “ixtira” etməli olacaq. Özünü 20 yaşında yenidən “ixtira” etmək başqa məsələdir. Lakin bu prosesi 30, 40, 50 yaşında etmək çox çətindir. Bu da öz növbəsində bizim narahatlığımızı artırır. İnsanlar ümumiyyətlə iş hesab edilməyən çox şeyi edirlər. Məsələn onlar uşaqları böyüdürlər. Və son bir neçə əsr ərzində insanların gördükləri işlərin böyük bir hissəsi onların təbiətində yoxdur. Biz, insan üçün nəyisə “təbii” iş adlandıra bilmərik. Gələcəyin əmək bazarı haqqında danışanda biz robotlaşdırmaya çox diqqət ayırırıq. Bu qədər diqqəti biz həmçinin biotexnologiyalara da ayırmalıyıq. Bir çox yeni peşələr insan emosiyalarının anlayışı ilə əlaqəli olacaqlar. Hətta pilotsuz avtomobillər də piyadaların özlərini necə aparacaqlarını anlamalı olacaqlar. Bu, robotların bankirləri və sosial işçiləri əvəz edəcəkləri halda aktual olacaq. Bəzi şeylərə bir qədər digər nəzərdən baxanda hər şey aydın olur. Peşələri deyil insanları qorumaq lazımdır. Peşələrin bir hissəsini onların gərəksizlikləri ucbatından atmaq olar. Onlar qorunmağa layiq deyillər. Kim bütün həyatı boyu kassir çalışmaq istəyir? Biz peşələr haqqında deyil insanlar haqqında düşünməliyik. Hal hazırda bizdə məşğulluq krizisi deyil işin mənası krizisi var. Bir tarixçi kimi qeyd edim ki, Orta əsrlərdən fərqli olaraq insanlar indiki gündə sanki cənnətdə yaşayırlar. Lakin nədənsə onlar özlərini belə hiss etmirlər. Biz səylə çalışmağı və effektiv olmağı bacarırıq. Lakin arxayınlaşmağı bacarmırıq. Əgər işin mənası problemini həll etsək, asudə vaxt problemini də həll etmiş olarıq. Mənim verə biləcəyim ən yaxşı məsələhət isə budur: Öz uyğunlaşa bilmə bacarığınıza diqqət ayırın. Sizin bütün investisiyalarınız (bu və ya digər bacarıq, proqramlaşdırma dilini öyrənmək) lotereya kimidir. Siz bilmirsiniz ki, bu və ya digər bacarıq sizə lazım olacaq yoxsa yox. Lakin xaos zamanlarında sizə emosional dözümlülük və bütün bu dəyişiklikləri geridə qoymaq bacarıqları lazım olacaq. Hər halda bu çox çətindir. Bu cür keyfiyyətləri öyrədə biləcək heç bir universitet tanımıram. İnsan növünün gələcəyi haqqında: Bu maraqlı fikri kimin söylədiyini xatırlamıram: Əgər sizə 2050-ci il barəsində danışsalar və bu, elmi fantastikaya bənzəsə çox güman ki, bu yalandır. Lakin əgər 2050-ci ilin təsviri elmi fantastika kimi səslənməsə, bu artıq dəqiq yalandır. Çox güman ki, biz Homo Sapiens-in sonuncu nəsillərindən biriyik. 1 və 2 əsrdən sonra Yer kürəsində olacaq orqanizmlər bizim neandertallar və şimpanzelərdən fərləqndiyimiz kimi bizdən fərqlənəcəklər. Növbəti nəsillərdə biz öz bədənimizi və zəkamızı təkmilləşdirə biləcəyik. Bu isə 21-ci əsr iqtisadiyyatının əsas məhsulu olacaq. Planetin gələcək sahibləri necə görünəcəklər? Buna, məlumata kim sahib olacaqsa o qərar verəcək. Məlumatı idarə edəcək şəxslər planetdəki həyatı da idarə edəcəklər. Məlumat dünyanın ən dəyərli aktividir. Böyük məlumat toplusu seçilmişlərdən ibarət kiçik qrupun əlində cəmlənsə nə baş verər? İnsanlar bölünəcəklər. Lakin siniflərə deyil müxtəlif növlərə bölünəcəklər. Məlumat ona görə vacib hala gəlib ki, biz kompüterlərdən əlavə olaraq insan orqanizmini də hack etməyi öyrənmişik. Bunun üçün iki faktor lazımdır: Böyük hesablayıcı güc və böyük məlumat toplusu (əsasən də biometrik məlumatlar). İndiyənə kimi insanlığın hack olunması üçün heç kim bu faktorlara sahib olmayıb. Hətta insanları hər sutka ərzində izləməyi bacarmış SSRİ Dövlət Təhülkəsizlik Komitəsi və ispan inkvizisiyası da bunu bacara bilməmişdir. Hal-hazırda vəziyyət eyni anda baş verən iki inqilab sayəsində dəyişir: Kompüter elminin və biologiyanın (əsasən də neyrobiologiyanın) inkişafı. Bu isə bizə insan beyninin necə çalışdığı anlayışını verir. Əsr yarım olmuş bioloji tədqiqatları 3 sözlə cəmləşdirmək olar: Orqanizm elə alqorimtlərdir. Biz isə indi bu alqoritmlərin üstünü açmağa çalışırıq. Hər iki inqilab üçün ən vacib ixtira bəlkə də biometrik sensordur. Bu sensorlar bizim bədənimizdəki və beynimizdəki biokimyəvi prosesləri elektron siqnallara çeviirir. Kompüter isə həmin siqnalları analiz edir. Bu alqoritmlərin üstünü açaraq insandan daha yaxşı olacaq canlıları yaratmaq olar. Lakin yaradılacaq canlıların sonradan bu texnologiyaları necə istifadə edəcəkləri barəsində anlayışım yoxdur. Hal-hazırda bu proses 3 cəbhə üzrə gedir: Birinci cəbhə biomühəndislik adlanır. Alimlər yeni orqanlar yetişdirir, köhnələri yeniləyir, orqanizmə genetik səviyyədə müdaxilə və s. edirlər. Lakin bu ən konservativ cəbhədir. Belə ki, o, orqanizmin sahib olduğu ənənəvi “kərpiclər”dən ibarətdir. İkinci cəbhə daha radikaldır. Orqanik və orqanik olmayan komponentlərin birləşməsi (bionik əl, beyindəki kompüter interfeysi, ikinci immun sistem və s.). Lakin bu halda da digər cihazlara qoşulmasına baxmayaraq sizin beynininz orqanik qalır. Üçüncü və daha radikal olan cəbhə isə orqanik olmayan həyat formasının yaradılmasıdır. Buna nail olmağın mümkün olub-olmadığı hələki açıq sual kimi qalır. Şüurun açılmamış sirri hələ də qalır. Biz hələ də şüurun nə olduğunu və onun insanda necə yarandığını anlamırıq. Ümumi anlayış ondan ibarətdir ki, şüur beyində yerləşir və əgər onu hack etməyi bacarsaq təcrübə ilə emosiyaları yaradan milyardlarla neyronların necə çalışdıqlarını anlayaraq şüurun digər materialda reallaşdırılması yolunda heç bir sərhəd qalmayacaq. Ola bilər ki, orqanik olmayan həyat forması barəsində bizdə heçnə alınmasın. Lakin daha çox alimlər güman edirlər ki, gec-tez bu baş verəcək. İnsanlar həqiqətən də ümumilikdə özləri haqqında heçnə bilmirlər. Buna görə də alqoritmlər özünü yaxşı tanımaq üçün real şansdır. Şəxsi həyatımdan bir misal gətirim: 21 yaşında mən homoseksual olduğumu anladım. Bundan əvvəl mən onu inkar edirdim. Bu barədə mən istisna deyiləm. Bir çox insanlar bu faktı inkar edərək yaşayırlar. Onlar sadəcə olaraq özləri barəsində olan vacib bir şeyi bilmirlər. 10-20 ildən sonra alqoritmlərin hansısa yeniyetmə şəxsə onun cinsi orientasiyası barəsində məlumat verəcəyi vəziyyəti təsəvvür edin. Alqoritm sizin göz hərəkətlərinizi, təzyiqi və beyin aktivliyini analiz edərək sizin kim olduğunuzu söyləyir. Hətta öz cinsi orientasiyanızı dostlarınız və ailə üzvlərinizdən gizlətsəniz belə bu məlumatlara “Amazon”, “Google’ və “Facebook” kimi şirkətlər sahib ola bilərlər. Məsələn sizi izləyən alqoritmlər “Coca-Cola” şirkətinə xəbər verəcəklər ki, əgər şirkət öz içkisini sizə satmaq istəyirsə, o, sizə çılpaq qadınların əks olunduqları reklamları göstərməməlidir. Siz heç bunu hiss etməyəcəksiniz də. Lakin şirkətlər bilirlər ki, bu cür məlumatların dəyəri milyardlarla dollara bərabərdir. Məlumata sahib olmağı necə tənzimləmək olar? Torpaq və istehsalat təchizatından fərqli olaraq məlumat eyni anda həm hər yerdə həmdə heç yerdədir. Onu inanılmaz sürətlə kopyalamaq və yaymaq olar. Mənim barəmdə məlumata kim sahibdir? Hal-hazırda məlumatların böyük bir hissəsinə şirkətlər sahibdir və bu faktor insanları narahat edir. Lakin əgər dövlət məlumatı milliləşdirsə, bu, rəqəmsal diktaturaya gətirəcək. Rəqəmsal diktatura haqqında: Məni məndən yaxşı anlayacaq alqoritmlərə sahib olacağımız zaman onlar mənim arzularımı, emosiyalarımı təyin edə və hətta mənim yerimə qərarlar qəbul edə biləcəklər. Əgər biz bu barədə ehtiyyatlı olmasaq rəqəmsal diktatura dövrü başlayacaq. 20-ci əsrdə demokratiya diktaturanı əvəz etdi. Belə ki, məlumat emalında və qərarların qəbul olunmasında demokratiya daha yaxşı vasitə idi. Demokratiya məlumatı paylaşdırır və insanlara qərarların qəbul olunması hüququnu verir. Diktatura isə məlumatları və qərarların qəbul olunmasını bir əldə cəmləyir. Demokratiya modeli daha effektiv çalışırdı. Buna görə də ABŞ iqtisadiyyatı Sovet dövrünün iqtisadiyyatını geridə qoydu. Lakin 21-ci əsrdə biotexnoloji inqilab tamamilə digər istiqamətə yönələ bilər. Mərkəzləşdirilmiş məlumat paylanması daha effektiv ola bilər. Əgər demokratiya yeni şərtlərlə uyğunlaşmasa insanlar rəqəmsal demokratiyada yaşayacaqlar. Misal üçün Şimali Koreyanı götürək: Ordakı insanlar xüsusi biometrik qolbaqlar gəzdirəcəklər. İnsan hansısa otağa girəndə və otaqda dövlət hakiminin portretini gördükdə onun qolbağı insanın emosiyalarını, təzyiqini analiz edərək əldə olunmuş məlumatları müvafiq orqanlara ötürəcək. Bu, rəqəmsal diktatura adlanır. Məlumatın idarə olunması dünya elitalarına rəqəmsal diktaturadan daha radikal bir şeyin yaradılması imkanını verəcək. Orqanizmləri hack edərək elit cəmiyyətin üzvləri həyatın gələcəyini öz istəklərinə uyğun dəyişə biləcəklər. Və bu, nəinki insan tarixində həmdə planet tarixində ən böyük inqilab olacaq. 4 milyard il ərzində Yer kürəsində həyatın var olması qaydaları dəyişilməz olaraq qalırdı. Bütün canlılar təbii seçmənin və orqanik biokimyəvi qaydalarına tabe olurdular. Lakin indi elm təbii seçmənin köməyi ilə olan təkamülü şüurlu ideya vasitəsilə əvəz edir. Yəni İlahi ideya deyil insani ideya. Bir çox siyasətçilər musiqiçi kimidirlər. Onlar insan emosiyaları və biokimyəvi sistem üzərində oynayırlar. Siyasətçi hansısa şüarı səsləndirir və bütün dövlət qorxu içərisindədir. Siyasətçi hansısa tweet-i paylaşır və dövlət sakinləri qəzəb içərisindədirlər. Bütün bunlardan əlavə olaraq onların hətta gələcəklə bağlı öz baxışları da yoxdur. Bunun yerinə onlar insanları keçmişin nostalji fantaziyaları ilə qidalandırırlar. Bir tarixçi olaraq mən sizə keçmiş haqqında danışa bilərəm. İlk öncə həmin vaxtlarda həyat şəraiti o qədər də əla deyildi və siz o zamanlarda olmaq istəməzsiniz. Həmçinin keçmiş artıq geri qayıtmayacaq. Buna görə də nostalji fantaziyalar çıxış yolu deyil. Beləliklə məlumat kimə aid olmalıdır? Düzünü desəm bilmirəm. Bu barədə müzakirə yenicə başlayıb. Bu suala tez bir zamanda cavab gözləmək lazım deyil. Onun müzakirəsinə alimlər, filosoflar, vəkillər və hətta şairlər də qoşulmalıdırlar. Əsas da şairlər. Çünki həmin sualın cavabından nəinki insanlğın gələcəyi hətta planetdəki həyatın özü də asılıdır. Lakin irəliləyiş hələki böyük deyil. İnsanların çoxu ümumiyyətlə başa düşmür ki. nə baş verir və nəticədə nələr ola bilər. Bir çox hökumətlər də bundan boyun qaçırırlar (bizim daha vacib işlərimiz var). Bu isə çox təhlükəlidir. Bir tarixçi kimi mən daha çox insan kütləsinə dünyada baş verənlər haqqında məlumatı çatdırmağa çalışıram. Yalnız bu halda daha çox insan bizim gəələcəyimiz haqqında müzakirəyə qoşula bilər. Fake xəbərlər haqqında: Yenə də bir tarixçi kimi mən fake xəbərlər ətrafında olan səs-küyü başa düşə bilmirəm. Axı onlar həmişə olublar. Hansı dövrü doğruluqla əlaqələndirmək olar? Yalan həmişə olub. Hökumətlər yalan danışırdılar, propaqanda isə həmişə çalışırdı. Güman edirəm ki, indiki vaxtda vəziyyət hətta bir qədər yaxşılaşıb. Orta əsrlər tarixini öyrənən bir şəxs kimi deyə bilərəm ki, mən hər şeyə Orta əsrlər nəzərdən baxıram. İnanın mənə. Həmin vaxtlarda fake xəbərlər ilə bağlı vəziyyət daha pis idi. Fikrimcə daha əsas problem ümumilikdə məlumat axınıdır. Yəni məlumatın bu cür böyük həcmində düzgün məlumatı tapmaq, onu anlamaq və sayəsində dünyanın tam təsvirini yaratmaq çətin məsəlidir. Bizdə çatışmayan bacarıq yalanı düzdən ayırmaq deyil, məlumatı dərk etməkdir. Mətbuatın problemi uydurulmuş məlumatlar verməkdə deyil. Onun əsas problemi insanların dünya barəsində qlobal anlayışa malik olmalarına yardımçı olmağa fokuslanmaqdadır.  technote.az
['yazıçılar', 'Yuval Noah Harari', 'çıxışlar']
621
https://kayzen.az/blog/psixologiya/21639/piqmalion-effekti.html
Piqmalion effekti
Apollon
Psixologiya
21 mart 2018, 15:40
Piqmalion effekti – (Pygmalion effect və ya Rosenthal effect) elə bir təzahürdür ki, bu zaman bu və ya digər informasiyanın dürüstlüyünə əmin olan insan qeyri-iradi şəkildə özünü elə aparır ki, sonda həmin informasiya öz təsdiqini tapır. Məsələnin tarixi Əfsanəyə görə Kiprin mifoloji çarı və həm də eyni zamanda yunan heykəltəraşı Piqmalion qeyri-adi gözəlliyə malik qadın heykəli yaradır. O, öz əl işinin nəticəsinə nə qədər çox baxırdısa bir o qədər heyran olur və heyran olmaq üçün də daha çox xırda özəlliklər tapırdı. Tezliklə Piqmaliona elə gəlir ki, yer üzərində yaşayan heç bir xanımın gözəlliyi, onun əlləri ilə ucaltmış olduğu heykəlin möhtəşəmliyi ilə müqayisəyə gəlməz. O, öz heykəlini Qalateya adlandırır, gecə və gündüzünün fil sümüyündən hazırlanmış məftunedici heykəlin çılpaq vücudunun seyrinə sərf edir, o heykəli səxavətli bəxşişlərə qərq edərək, qulağına sevgi sözləri pıçıldayır. Bayram günü aşiq heykəltəraş ilahə Afroditaya müraciət edib, ona dil töküb, ürəkdən yalvarır ki, onun cansız sevgilisinə ruh bəxş etsin, Qalateyanı canlandırsın. Gözəllik və məhəbbət ilahəsi onun bu qəlbinin hayqırtısına haray verir və Piqmalionun bu arzusunu yerinə yetirməyə razılaşır. Sevincindən özünü itirən aşiq öz emalatxanasına çatmağa tələsir. Canlı, isti və sevən – Qalateya məhz yaradıcısının onu təsəvvür etdiyi, görmək istədiyi kimi idi. Piqmalion istədiyini əldə edir, onun inam və ehtiraslı arzusu onu istəyinin gerçəkləşməsinə, arzunun həyata keçməsinə kömək edir. Ümidlərin yerinə yetməsi ilə müşahidə olunan psixoloji fenomenin əsasında Piqmalion effekti dayanır. Piqmalion effekti (və ya Rozental effekti) –elə bir psixoloji fenomendir ki – bu zaman insanın peyğəmbərliyin gerçəkləşməsi ilə bağlı gözləntiləri onun fəaliyyətinin xarakterinə və onun ətrafdakı insanların reaksiyasını necə dərk etməsinə təsir göstərir, bir növ onun düşüncə tərzini müəyyənləşdirir, bu da peyğəmbərliyin öz-özünə gerçəkləşməsinə təhrik edir. Ya da daha asan sözlərlə desək biz hər-hansı bir informasiyanı mötəbər mənbədən olduğuna və onun etibarlı və dürüst olduğuna qəti əmin olsaq, həmin bu informasiya real təsdiqini tapır, yəni doğru çıxır. Bu fenomenin ən inandırıcı sübutu 1968-ci ildə psixoloq Robert Rozental və Leanor Yakobson tərəfindən həyata keçirilən təcrübədir. Rozentalın uşaqları Tədqiqatçılar Rozental və Yakobson təhsil ilinin əvvəlində San-Fransiskodakı məktəblərin birinə gəlirlər ki, təhsil alanların intellekt səviyyəsini müəyyən etsinlər. Nəticədə onlar hər sinifdə bir-neçə şagird seçirlər, psixoloqların fikrincə bu şagirdlər xüsusi əqli qabiliyyətlərinə görə digərlərindən fərqlənirlər, — «hətta bu vaxtacan bu uşaqlar heç nə ilə yadda qalmamış olsa da, çox yaxın müddətdə onların istedadı özünü büruzə verəcək və onların intellektual potensialı mütləq üzə çıxacaq! Gözləyin! » Rozental və Yakobson əmməli-başlı təəccüb içində olan müəllimləri əmin etməyə çalışırdı. Pedaqoqların təəccübləri əsaslı idi –məsələ ondadır ki, tədqiqatçıların xüsusi intellektual qabiliyyət sahibi kimi seçdiyi tələbələr hələ indiyəcən əqli fəaliyyətə xüsusi meyllilik nümayiş etdirməmişdi. Düzdür, onları “sinfin zəifləri” və ya “geridə qalan” şagird adlandırmaq da olmazdı, amma onlar sinfin “ulduzlarına” da çata bilməzdilər. «Nə etmək olar, yəqin ki, tədqiqatçılar bizdən daha yaxşı bilər» — müəllimlər belə qənaətə gəldilər və perspektivli şagirdlərdən vəd edilən nəticələri gözləməyə başladılar. Bununla yanaşı qeyd edək ki, guya ki, yüksək İQ dərəcələri olan məktəbliləri alimlər tamamı ilə təsadüfən, bəxtəbəxt seçmişdir. Amma ən maraqlısı odur ki, təhsil ilinin sonunda Yakobson və Rozental yenə bu məktəbə gələndə və şagirdlərin intellektual əmsalını yoxlamaq üçün sınaq keçirəndə, onlar müəyyən etdilər ki, onlar tərəfindən xüsusi istedadlı elan edilmiş uşaqlar, həqiqətən də yüksək İQ nümayiş etdiriblər. Yəni eksperiment kifayət qədər inandırıcı şəkildə sübut etdi: biz nəyə inanırıqsa, onu da əldə edirik. Beləliklə, ayrı-ayrı şagirdlərin yüksək intellektual potensialının olduğunu təkidlə inandırılmış məktəb müəllimləri istər-istəməz qeyri-iradi şəkildə öz gözləntilərini bu şagirdlərə ötürmüşlər. Şagirdlər isə öz növbəsində onlara inanan müəllimlərin ümidlərini doğruldub və əhəmiyyətli nailiyyətlər əldə ediblər. Bir sözlə, nə istəyirsənsə onu da əldə edirsən. Xüsusən də bu çətin və xoşagəlməz ailələrin uşaqları ilə bağlıdır, çünki onlardan heç kəs yaxşı heç nə gözləmir. Amma qəribədir ki, onları əhatə edən insanların ən pis gözləntiləri belə halda özünü doğrudur. Və əksinə, heç nadir hadisə deyil ki, belə uşağı azacıq tərifləsən, ona bir az inansan, o sanki bu inamla qanadlanacaq və sözün əsl mənasında göz qabağındaca dəyişərək, inkişafa doğru gedəcək. Ümumiyyətlə isə götürdükdə, söhbət təkcə uşaqlardan getmir. Müəyyən əməkdaşlar ilə bağlı pozitiv ümidləri olan rəhbərlər, özünü nikbinliyə kökləyən və öz xəstəsinin mütləq şəkildə yataqdan sağ-salamat qalxacağına inanan həkimlər də həmçinin – bu və ya digər formada müvafiq mikro iqlim yardırlar. Belə şəraitdə əməkdaşın və pasientin özünəinamı və özünüqiymətləndirmə səviyyəsi mütləq yüksəlir, omların uğurları isə artır.
['psixoloji effektlər', 'psixologiya', 'piqmalion effekti', 'psixoloji analiz', 'psixoanalitika']
622
https://kayzen.az/blog/intellekt/21643/feynman-metodu.html
Feynman metodu
Apollon
İntellekt və təhsil
21 mart 2018, 15:28
Fizika üzrə Nobel mükafatı laureatı Richard Feynman istənilən mövzunu tez bir zamanda və daha dərindən mənimsəməyə imkan verən öyrənmə alqoritmini tərtib edib.  Məşhur fizik “nəyisə bilmək” və “nəyinsə adını bilmək” arasındakı fərqi dərk edib və onun uğurunun əsas səbəblərindən biri məhz budur. Feynman öyrənmək istədiklərini digərlərindən daha yaxşı anlamağa imkan verən öyrənmə düsturunu aşkar edib. Bu düstur “Feynman metodu” adını alıb və istənilən fənni daha sürətlə və yaxşı öyrənməyə kömək edir. Öyrənmək istədiyinizin mövzu, fənn və yaxud hər hansı bir anlayış olmasının heç bir əhəmiyyəti yoxdur. Bu düstur hər biri üçün keçərlidir. Və ən əsası odur ki, bu düsturu həyata keçirmək çox asandır. Həddindən artıq asan. Bu əla öyrənmə metodu olmaqla yanaşı, tamamilə fərqli düşüncə tərzinə açılan pəncərədir. Feynman metodunda üç addım var. 1-ci addım – Bunu uşağa öyrədin Təmiz vərəq götürün və öyrənmək istədiyinizi bura yazın. Bu fənn, yaxud mövzu haqqında nə bildiyinizi, bunu bir uşağa izah etməli olsaydınız necə edəcəyinizi yazın. Lakin bunu böyük yaşda olan dostunuza deyil, əsas ilkin anlayışları anlamaq üçün söz bazasına malik səkkiz yaşlı uşağa izah etməli olduğunuzu unutmayın. Əksər insanlar nəyisə anlamadıqda çətin sözlərdən və professional jarqonlardan istifadə etməyə meyillidirlər. Problem ondadır ki, biz özümüz özümüzü axmaq vəziyyətinə salırıq, çünki məhz olaraq nəyi anlamadığımızı dərk etmirik. Jarqonlardan istifadə edilməsi anlamadığımızı ətrafdakı inssanlardan gizlətmək istəyimiz ilə bağlıdır. İdeyanı əvvəldən sona qədər azyaşlı uşağın belə anlayacağı sadə sözlərlə yazdıqda (yalnız ən geniş yayılmış sözlərdən istifadə edin) özünüzə onun mahiyyətini daha dərindən anlamağa kömək edirsiz və anlayışlar arasında əlaqəni sadələşdirirsiniz. Buna səy göstərsəniz probleminizin məhz olaraq harada olduğunu dəqiq olaraq anlayacaqsınız. Bu isə yaxşıdır, bu, öyrənmə imkanınızın olduğuna işarədir. 2-ci addım – Təkrar edin Birinci addımda qaçınılmaz olaraq biliyinizdə olan problemlər ilə üzləşəcəksiniz: ola bilsin ki, haradasa vacib bir şeyi unutmusunuz, izah edə bilməmisiniz və yaxud sadəcə vacib anlayışların əlaqələndirilməsi zamanı çətinlik çəkmisiniz. Bu çox vacibdir, çünki biliyinizin sərhədlərini artıq aşkar etmisiniz. Kompetentlik — insanın özünün sahib olduğu bacarıqların sərhəddini bilməsidir və siz elə indicə onu aşkar etdiniz! Bu təhsilin, öyrənmə prosesinin başlandığı nöqtədir. İndi dolaşıqlığın harada olduğunu bilirsiniz, elə isə, ilkin materiala qayıdın və onu sadə terminlərlə izah etməyi bacardığınız ana qədər təkrarən öyrənin. Biliyinizin sərhəddini dərk etmək həmçinin etməyə meyilli olduğunuz səhvlərin sayını da azaldır və biliyinizin tətbiq edilməsi zamanı uğur qazanmaq şanslarınızı artırır. 3-cü addım – təşkil edin və sadələşdirin İndi bir sıra əlyazma qeydlərə sahibsiniz. Onları nəzərdən keçirin və ilkin materialdan hər hansı professional termini səhvən ora yazıb, yazmadığınızı yoxlayın. Sıra həmin qeydlərdən sadə nitq hazırlamaqdadır. Onu yüksək səslə oxuyun. İzah sadə təsir bağışlamırsa və qəribə səslənirsə, bu, biliyiniz hələ də qaydaya salınmağa ehtiyac duyduğunun əlamətidir.
['öyrənmək', 'öyrənmə metodları', 'Riçard Feynman', 'Feynman metodu']
623
https://kayzen.az/blog/ad%C9%99tl%C9%99r/21657/novruz-yumurtas%C4%B1-mifik-d%C3%BC%C5%9F%C3%BCnc%C9%99d%C9%99-yarad%C4%B1l%C4%B1%C5%9F%C4%B1n-simvolu.html
Novruz yumurtası - mifik düşüncədə yaradılışın simvolu
Apollon
adət-ənənələr
20 mart 2018, 18:54
Novruz bayramının başlıca simvollarından olan müxtəlif rənglərə boyanmış yumurtalar mifik təfəkkürün dünya haqqındakı anlayışının izlərini daşıyır. Mifolojik düşüncələrdə insanın yaradılışı kainatın yaradılışının təqlididir. İnsan da kainatın yaradılış qanunlarını izləyir, eyni başlanğıcı və formaları təqlid və təqib edir. Bu mənada yumurta mifik inanclarda kosmik ilkinliiyn, yaradılışın və kainatın formasıdır. Polineziya adalarında yaşayan insanlarının kosmos haqqındakı ibtidai inancında bütün tanrıların atası və kainatın yaradıcısı olan Taaroanın “əzəldən bəri qabuğunun içində qaranlıqda yaşadığı” iddia edilir. Onun qabuğu, “sonsuz kainatda dönüb, dolaşan yumurtaya oxşayırdı”. Onlar üçün yumurta yaradılışın arketip modelidir. Bu model görünürdə bütünlüyü ifadə etsə də iki zidd gücü öz tərkibində daşıyır. Upanişadlarda insan cütlüyü kainatla eyniləşdirilir: ər arvadına “mən göy, sən yersən” (dyaur aham, pritivi tvam) deyir. Tavan ilə tabanın (yuxarı ilə aşağı) birliyi bir yumurtaya (ev) oxşadılır. Dünyanın başlanğıcı əks etdirən yeni il (novruz) mərasimləri periodik olaraq hər il təkrarlanan yenidən yaranmanı ifadə edir. Bu mərasimlər mifik inanc sistemində kosmik yaradılışı təkrarlayır. Həmin mərasimlərdə icra edilən ayinlər, şənliklər, simvollar kosmik düzəni əks etdirirlər. Yeni ilin simvolu olan Müqəddəs Yuhanna və ya şam ağacları yumurtalarla, yumurta qabuqları və ya yumurta şəklindəki simvollarla bəzədilir. Bir ədəbilik ağacına çevrilən şam ağacı kainat ağacını, üzərindəki yumurtalar isə kainatın hənüz hərəkətə keçməmiş ilkin formasını, yumurta qabuqları ilk hərəkət anını əks etdirir. Sonsuz təzəlik, təkrar-təkrar yaranma simvolu olan ağacla birlikdə əks olunan yumurta bütün kosmik dəyərlərin təsdiqidir. Azərbaycan, İran və Orta Asiyada novruz bayramlarında insanlar bir-birinə yumurta hədiyə edirlər. İranda türklər bu bayramı qırmızı yumurta bayramı adlandırır. Balkan ölkələrində Pasxalya bayramında dağıtılan qırmızı yumurtalar da eyni mifolojik inancın bir parçası idi. Yumurta simvolu hər il təkrarlanan yeni il şənlikləri vasitəsilə ölülər kultu ilə birləşir. Novruz bayramında da olduğu kimi yeni il şənliklərində ölülərin ziyarətinə böyük önəm verilir. Ölü kultu ilə yeni il, yəni yenidən yaradılışın birlikdə qeyd edilməsi paradoks kimi görünsə də, mifik təfəkkürdə ölülər “ölü” olduqları üçün xatırlanmırlar. Yeni il bayramlarında ölülər canlıların təsir dairəsinə girir və bu mərasimlərdə onların bir şəkildə canlı həyata qayıtdıqları və ya qayıdacaqları fikirləşilir. Hindular tərəfindən hər il qeyd edilən bitki (bir növ Bahar) bayramı olan Holi mərasimləri sırasında tonqallar qalanır, qadın və kişini təmsil edən iki heykəl oda atılaraq yandırılır. Heykəllə birlikdə tonqala yumurta və toyuq da atırlar. Yanma ilə gerçəkləşdirilən ölüm (qurban) yenidən yaradılışa xidmət edir. Belə ki, burada yandırılan heykəllər Kamadeva ilə Ratinin ölümünü və yenidən dirilişini canlandırır. Onlarla birlikdə yenidən şəkil verilmək istənilən kainatı isə yumurta təmsil edir. Beləcə, yumurta ölümü deyil, dirilişi və təzədən yaradılışı ifadə edir. Yumurta şəklində təmsil edilən kainat mifik inancların tamamında özünü əks etdirir. Arxeolojik araşdırmalar sırasında Rusya və İsveşdə (yəni qədim skandinaviya xalqlarına aid) tapılan qəbirlərdə kildən düzəldilmiş yumurtalara rastlanılıb. Qədim misirlilərin Osirislə bağlı inanclarında yumurta ana simvol idi. Orpeusçuluq inancında yumurta yemək qadağandır. Osiris inacına düşmən olan Orpeus inancında yenidən yaradılış anlayışı olmadığından onu təmsil edən yumurtanı qadağa etmişdir. Boeotika qəbristanlıqlarından çıxarılan Dionisis heykəlləri əllərində yumurta tutmuş formada əks ediriliblər. Kainatın və qlobal səviyyədə bir yaradılışın simvolu olan yumurta hər il təşkil edilən yeni il şənliklərində geniş ayinlərin mərkəzində yer alır. Demək olar ki, torpağın oyanışını ifadə edən Novruz və ya bahar bayramlarında yumurta mifik təfəkkürdə “toxum” missiyasını icra edir. Finlandiya kəndliləri torpağı şumlayıb əkinə hazır hala gətirdikləri zaman toxum səpini boyunca tarlalarına yumurta bastırırlar. Estoniyalı kəndlilər isə səpin işlərinə başlamadan əvvəlki bir neçə həftəlik müddət ərzində yumurta yeyərlər. Bununla yeni bərəkət ili üçün güc topladıqlarına inanırlar. İsveçlər isə əkilmiş tarlalar yumurta atırlar. Qədim alman kəndliləri isə kətən əkini sırasında hər üç mərasimi birlikdə icra edirlər. Onlar həm toxumla birlikdə torpağa yumurta əkir, həm əkilən tarlanın üstünə yumurta qoyur, həm də bu mərasimi icra etdikləri müddətcə davamlı yumurta yeyirlər. Bununla onlar torpaqla birlikdə özlərinin də yeniləndiklərinə və başlanğıcdakı ilkinliyə qayıtdıqlarına inanırlar. Alman xalqının inancı xristianlığa güclü təsir etdiyində, Pasxalya yumurtalarını kilsədə oxudub tarlalarına bastırırlar. Çeremis və Votyak xalqları isə əkinə başlamadan öncə havaya yumurta atırlar. Torpaq Anaya yumurta təqdim etmək üçün tarlalarına yumurtalar qoyurlar. Azərbaycan kəndlərində uşaqlar ilk çərşəmbədən axırıncı çərşəmbəyə qədər yumurta döyüşləri və oyunları oynayırlar. Həm yer altı tanrılarına, həm də ölülərə təqdim edilən yumurta onlara canlılıq və həyatilik gətirirdi. Həyat verən canlılığı təmsil edən yumurta simvol olaraq inanc sistemlərində hər zaman yaradılışı, ilkinliyi, yenidən başlanğıcı əks etdirir. Qədim xalqların inanc sistemində təbiətdən alınan bir şeyin qarşılığı yumurta ilə ödənilirdi. Misal üçün torpaqdan qopardılan şəfalı bir otun yerinə yumurta qoyulurdu. Bununla həmin otun yenidən geri qayıdacağına inanırdılar. Bir çox xristian xalqlarında yumurta simvollu yeni il bayramları Pasxa ilə birləşərək, öz rituallarını xristianlığa ötürmüşdür. Azərbaycanda yaşayan az saylı udin xalqları Pasxa bayramında ənənəvi inaclarına bağlı qalıb toyuq və ya xoruz qurban edirlər. Ümumiyyətlə, yumurta ilk hərəkət (qlobal yaradılış) üçün bir açılım və ya başlanğıcdır. Bu başlanğıc kosmoqoniya ilə bağlı olub, mifik düşüncədə bir başa yaradılışı ifadə edirdi. Mifik inancda yer alan ilkinlik anı, insanın hərəkətlərində təkrar etdirilərək onun kosmik davamlılığı qorunur. Tanrıların taleyini kopyalayan insan mifik təfəkkürlə öz həyatına daxil etdiyi yaaradılış ünsürləri vasitəsilə tanrı kimi davamlılığını qorumağı arzulayır. Qədim yunan fəlsəfəsində yer alan bu anlayış, Platonun “Sempozyum” (Toy) diyaloğunda da əks olunur. Bu əsərdə Platon, evliliyi övladın qanuni yaradıcılığı üçün şərt qəbul edib, bununla ana və atanın öz davamlılıqlarını qoruduqlarını ifadə edir. Hər nə qədər insan həyatı Tanrıların həyatından fərqli olaraq ölümlə qırılsa da, gerçəkləşən ölüm mifik düşüncələrdə mütləq yox olma olmayıb, yenidən yaranma üçün geçici bir fasilə təşkil edirdi. Yumurta motivi bir bütünü ifadə edir. Yəni yumurta dişi və erkək cincin birliyidir. Belə olan halda mifit düşüncədə başlanğıc anında Tanrılar dünyasında olduğu kimi canlılar aləmində də hər şeyin “ərdişi” (hermofrodit) olduğu təsəvvürü vardır. Qadınlıqla kişiliyin birlikdəliyi təklik düşüncəsinin mifik ifadəsidir. Yəhudi inancında Adəmin qaburğa sümüklərindən yaradılan Həvva insanın kişi və qadın yaradılışının başlanğıcıdır. Bu yaradılış anlayışı, Adəmin bədənində Həvvanın mövcudluğunu ifadə edir. Adəmin Adəm və Həvva olaraq bölünməsindən əvvəlki həyatı kişi və qadın olan, yəni hermofrodit Adəm idi. Kişi və qadın cinsiyyətlərə ayrılmadan əvvəl tanrılar da eyni təkliyi ifadə edirdilər. Odin, Loki, Tuisko, Nerthus, hətta Zervan (Survan) bir yumurta kimi öz varlıqlarından iki cinsi ortaya çıxardırlar. Zervan həm xeyri, həm də şəri doğuran yumurtadır. O, Hörmüz ilə Əhrimanı əkiz doğmuşdur. Yəni yaxşılıq ilə pislik, qaranlıq ilə işıq bir bədəndən və ya bir yumurtadan çıxıblar. Hermofrodit təsəvvür mifik inanclarda özünü müxtəlif formalarda əks etdirir. Misal üçün qədim çinlilərin anlayışında Böyük Tanrı bir yinq-yanq görüntüsü əks etdirir, o həm qaranlıq, həm də işıqdır. Həm açıq, həm gizli olan bu əkiz güc, Zervanın ilk halı və ya yunanlıların Kronosu ilə eyni xüsusiyyətlər daşıyırrdı. Bəzən də mifik anlayışlarda ilahi cütlüklər bir yumurta forması alırlar. Qədim sami xalqlarının inancında yer alan Bel və Belit hermofrodit bir şəkil alırlar. Tanrıça Tanitin həm atasının, həm də anasının adını daşıyır. O Baalın qızıdır. Onun bədənində varlıqlar dünyası əmələ gəlmişdir. Özünü doğuran, tək atalı tanrı motivi (monogeny) bir çox mifik inanclarda səbəb və təsir olmadan öz-özünü yaradma missiyasının da icracısıdır. Tanrı Tuiscko kimi ilk insan da hermofroditdir. Sonrakı mərhələdə isə əkiz varlıqların Yinq-Yanq, Yama-Yimağ, Maşyağ-Maşyanağ, Adəm-Həvvanın ortaya çıxmasına məhz o səbəb olmuşdur. Bir yumurtanın bölünməsi kimi gerçəkləşən bu yaradılış forması klasik fəlsəfi düşüncədə də öz əksini tapımışdır. Platonçuluqda və qnostizimdə eyni mifik düşüncə dəfələrlə işlənilib. Hermofrodit tanrı və cüt cinsiyyətli ilk insan əslində “mükəmməl insan” obrazı olaraq təsəvvüfdə və xristian çiləkeşlərin inancında insana ehtiyacı olmayan insan, insanlıqdan xilas olmuş insan, nəfsini yox etmiş insan olaraq kamil insan anlayışına təsir etmişdir. Platonun “Toy” əsərində işlənən motiv, kişiyə yüklənən “saf eşq” anlayışı, əslində qədim yunan fəlsəfəsinin mifik düşüncənin fəlsəfi dilə çevrilmiş halından xəbər verir. Məhəbbət anlayışında qadının inkar edilməsi, kişinin kişiyə olan münasibəti, ideal bir bədənə qayıdış olaraq ilk insana dönüşü əks etdirir. Eyni anlayış xristianlıqda “doğuma” qarşı verilən sərt reaksiyada da özünü biruzə verir. Doğmuş günahkar bədənin su ilə təmizlənib əslinə döndürülməsi, əslində mifik inanc sisteminin davamlı işlədiyi “tək”lik anlayışıdır. Bəzi xalqlar yeni il mərasimlərində hermofrodit görüntüləri ön plana çıxardırlar. Belə mərasimlərdə kişilərin qadın libası, qadınların da kişi libası geyməsi ilk yaradılış anına qayıdışı simvollaşdırır. Həmin mərasimlərdə səhnələnən görüntülər, mifik təfəkkürdə yaradılışın bir mərhələ əvvəlinə keçir, mif insan ağlını tamamilə saf bir yaradılış anına aparır, mifik düşüncənin başlıca məqsədi olan insan zəkasını, şeylərin və varlıqların dünyasına deyil, onlara yaradıcılıq hərəkətini qazandıran zamana (tarix olmayan tarixə) çəkir. Ağlın bütünlüklə əqli olmayan bir zamana aparılmasının ifadəsi kimi simvollaşan yumurta məhz belə bir tarix olmayan tarixin görüntüləşən formasıdır. Ədəbiyyat Anoxin A.V., Materialı po şamanstva u Altaytsev, Leninqrad 1924; Aşa H.E., “Novruz Avrasya`nın Ortak Bayramı”, Yeni Avrasya Dergisi, Mart-Nisan 2000; Azərbaycan xalq bayramı Novruz, Bələdçi kitab, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı 2011; Bayat F., “Sosyo-Kültürel ve Sosyo-Ekonomik Bağlamda Yengi Kün (Nevruz): Mitolojik Olgudan Mitolojik Kurguya”, Gaziantep Üniversitesi Sosyal Bilimler Dergisi, 7 (1), 2008, s. 139-148; Cox W., An Introduction to the Science of Comparative Mythology, London 1881-1883; Çay A., Türk Ergenekon Bayamı Nevruz, Ankara 1996; Eliade M., Dinler Tarihine Giriş, Çeviren Lale Arslan, İstanbul 2009; Frazer Sir J.G., Myths of the Origin of Fire, London 1930; Grooke W, The Holi: A Vernal Festival of the Hindus, FRE, vol. XXV; La Mythologie pimitive, Le Monde mythique des Australiens et des Papous, Paris 1936; Lassy, Muharram Mysteries, Helsinki 1916; Lukas F., Die Grundbegriffe indem Kosmogonien der alten Völker, Leipzig 1893;* Myth and Ritual, edit/ Hooke S.H, London 1934; Rohde, Psyche, London 1925; Əkbər N.Nəcəf Qeyd: Məqalə «Quyu» jurnalının 1-ci sayında (səh.94-98) nəşr olunub.
['Novruz bayramı', 'Novruz adətləri', 'bayram yumurtası']
624
https://kayzen.az/blog/optimist/21622/bayram-t%C9%99tili-zaman%C4%B1-hans%C4%B1-s%C9%99hvl%C9%99rd%C9%99n-qa%C3%A7maq-laz%C4%B1md%C4%B1r.html
Bayram tətili zamanı hansı səhvlərdən qaçmaq lazımdır
Apollon
Hər şey gözəldir
19 mart 2018, 23:03
1. Tətil zamanı işi tamamilə unutmaq lazımdır Bütün fikrinizi iş prosesinə köklədiyiniz günləri bayram adlandıra bilmərsiniz. Siz nə maşın, nə də robot deyilsiniz, sizin də istirahətə ehtiyacınız var. Buna görə də, ekspertlər müəyyən müddətlik iş məsələlərini və planları bir kənara qoymağı məsləhət görür. Əks halda istihatə etmiş olmursunuz, tətil bitdikdə isə məhsuldarlığınız bərpa olmur. 2. Günahkarlıq hissi ilə mübarizə aparmaq lazımdır Hər dəfə özünüzü əməyinizə görə mükafatlandırdığınızda günahkarlıq hissi duyursunuzsa bu ciddi problemdir. İstirahət də bir mükafatdır, və belə insanlar tətil zamanı işləməyib, zamanlarını istirahətə sərf etdiklərinə görə günahkarlıq hiss edə bilərlər. Bu hiss ilə mübarizə aparmaq lazımdır, çünki bu istirahətə mane olduğundan tətil bitdikdə məhsuldarlıq səviyyəniz də sıfıra bərabər olacaq. 3. Ofisdə işlərin necə getdiyini həddindən artıq tez-tez yoxlamaq lazım deyil İstirahət etdiyiniz müddətdə ofisdə işlərin yerlə-yeksan olduğunu düşünmək lazım deyil. Bundan əlavə, tətil zamanı ofisdə kimlərsə qalırsa, öz yoxlanışlarınız ilə etibarsızlıq nümayiş etdirmiş olursunuz. Bu isə nəinki yorğun olmağınıza, həmçinin kolleqanız ilə münasibətlərin korlanmasına da səbəb olacaq. 4. Tamamilə tənbəllik etmək də lazım deyil Ekspertlər qeyd edir ki, istirahətə köklənmək ümumiyyətlə heç nə etməmək demək deyil. Tətil müddətinizi divanda uzanaraq, televizor izləyərək keçirirsinizsə, bayram tətilinin sonunda özünüzü boş və qeyri-məhsuldar hiss edəcəksiniz. Bu isə təbii olaraq işinizə mənfi təsir edəcək. Bu haldan qaçmaq üçün fəaliyyət növünü dəyişmək, hər zaman məşğul olmaq istədiyiniz, lakin vaxt tapmadıınız işlərə aludə olmaq lazımdır. 5. Ailə və dostlarınızı unutmaq olmaz Ailə və dostları unutmaq ən son nəticədə heyfslənəcəyiniz məsələdir. Bayramlar – bütün zamanınızı dostlarınız və ailənizə həsr edə biləcəyiniz bir zamandır. Bu zaman boşuna sərf edilməyəcək. Bundan əlavə, yaxın insanların əhatəsində keçirilən zaman motivasiya və entuziazm qazandıracaq.
['tətil', 'bayram tətili', 'iş']
625
https://kayzen.az/blog/yazar/20535/viktor-h%C3%BCqonun-volter-haqq%C4%B1ndak%C4%B1-unudulmaz-nitqi.html
Viktor Hüqonun Volter haqqındakı unudulmaz nitqi
Apollon
Yazıçılar
19 mart 2018, 22:35
Yüz il bundan əvvəl, еlə bu gün bir insan dünyasını dəyişdi. O, ölümü ilə əbədiyyətə qovuşdu. O insan bizdən illərin, yaradıcılığının, əsl şöhrətin və ən dəhşətli məsuliyyətin – хəbərdarlıq еləyib, düz yola çəkdiyi insan vicdanının məsuliyyətinin ağırlığı altında ayrılırdı. O, dünyasını dəyişəndə özü ilə kеçmişin lənətini və gələcəyin хеyir-duasını aparırdı – cənablar, şöhrətin iki gözəl şəkli budur. Ölüm yatağında o bir tərəfdən müasirlərinin və gələcək nəsillərin alqışlarını, bir tərəfdə isə kеçmişlə mübarizə aparan hər kəsə tərəf amansızcasına yönələn nifrətin uğultusunu еşidirdi. Voltеr — sadəcə insan dеyil, bir dövr, bir əsr idi. O, öz borcunu yеrinə yеtirir və öz missiyasını həyata kеçirirdi. Voltеrin gördüyü iş üçün onu sözsüz ki, təbiət qanunlarında olduğu kimi, talеyin qanunlarında da özünü yеrindəcə büruzə vеrən ali qüvvə sеçmişdi. Bu insanın yaşadığı səksən dörd il, monarхiyanın süqutunu inqilabın sübh şəfəqlərindən ayıran zaman kəsiyinə düşdü. O doğulanda on dördüncü Lüdovik hələ hakimiyyətdə idi, o öləndə hakimiyyət artıq on altıncı Lüdovikin əlində idi. Onun bеşiyi əzəmətli taхt-tacın son parıltılarını, tabutu isə nəhəng uçurumun ilk işartılarını görmüşdü. (alqışlar) Cənablar, nitqimə davam еtməzdən əvvəl, gəlin «uçurum» sözünün mənasını özümüz üçün aydınlaşdıraq. Həyatda yaхşı uçurumlar da var, o uçurumlar ki, ora Şərin məzarı olur («Еşq olsun!» sədaları) Cənablar, bir halda ki, mən sözümü yarıda kəsmişəm, icazə vеrin, fikrimi aхıra qədər çatdırım. Mən öz nitqimdə bircə dənə də еhtiyatsız ya da ədəbsiz kəlmə işlətməyəcəyəm. Biz bura müasirliyin bayramına yığışmışıq. Bura yığışmışıq ki, inkişafı təsdiqləyək, filosfoflara fəlsəfənin хoş məramından danışaq, on doqquzuncu əsrin on səkkizinci əsrə еhtiramını sübut еləyək, хеyirin alicənab mübarizlər və savaşçıları qarşısında təzim еdək, хalqların хеyirхah cəhdlərini, sənayеni, еlmi, əməyi, irəliyə doğru mərdcə addımlamağı salamlayaq – bir sözlə,— sülhü, ümumхalq iradənin bu alicənab niyyətini göylərə qaldıraq. Sülh – sivilizasiyanın əхlaqı, müharibə isə onun cinayətidir. (Alqış sədaları) Bu ali məqamda, bu təntənəli saatda biz bura mənəviyyat qanunları qarşısındı ürəkdən təzim еtmək və bu dəqiqə qulağı Fransada olan dünyaya bunları dеməyə gəlmişik: «Dünyada ancaq bir güc var – ədalətin хidmətində dayanan vicdan. Dünyada ancaq bir şərəf var – həqiqətin хidmətində dayanan düha!». (Zal hərəkətə gəlir) Indisə, icazə vеrin, nitqimə davam еdim. Aşağıda хalq var. Хalqdan üstün olan – mənəviyyatı təmsil еdən dindir. Dinin yanında – ədaləti təmsil еdən məhkəmə dayanır. Insan cəmiyyətinin həmin yaşam dövründə хalqın sifəti nə idi? Cəhalət. Dinin mahiyyəti nə idi? Dözümsüzlük. Ədalət məhkəməsinin mahiyyəti nədən ibarət idi? Ədalətsizlikdən. Fikirlərimi çoхmu sərt ifadə еlədim? Özünüz qərar vеrin. Mən iki əsaslı fakt gətirməklə kifayətlənəcəm. 1761-ci ilin 13 oktyabrında Tuluzadakı bir еvin birinci mərtəbəsində özünü asmış cavan oğlan tapılır. Хalq ayağa qalхır, ruhanilərin ağzından od tökülür, məhkəmə istintaqa başlayır. Bu – intihar idi, amma onu qətl kimi qələmə vеrdilər. Bu – kimin maraqlarına хidmət еdirdi? Dinin maraqlarına. Və kimi ittiham еlədilər? Oğlanın atasını. O quqеnot idi, özü də oğlunun katolik olmasına manе olmaq istəyirdi. Bu ittiham – mənəvi baхımdan iyrənc, fiziki nöqtеyi-nəzərdən isə mümkünsüz idi – aхı onların aralarında nə qədər yaş fərqi vardı?! Bu atamı oğlunu öldürmüşdü, bu qocamı cavan oğlanı asmışdı? Ədalət məhkəməsi işləyir, bu da onun işinin nəticəsi. 1962-ci ilin mart ayının 9-da çalsaçlı Jan Kalası mеydana gətirib, çılpaq soyunduraraq, təkərə bağlayırlar. Onun qollarını sarıyıblar, başı sinəsinə əyilib. Еşafotda üç adam var: еdama nəzarət еdəcək bələdiyyə məsləhətçisi David, əlində хaç tutmuş rahib və əlində dəmir parçası tutmuş cəllad. Sarsılmış və dəhşətə gəlmiş qoca rahibə baхa bilmir, onun gözü cəlladdadı. Cəllad dəmir parçasını qaldırıb, onun əlini əzir. Müttəhim bağırıb, huşunu itirir. Məsləşətçi vurnuхur, müttəhimə duz iylədib, onu özünə gətirirlər: sonra yеnə dəmirlə onun əlini əzirlər, o yеnə bağırır. Kalas huşunu itirir, onu özünə gətirirlər və cəllad bir də, bir də ona zərbələr еndirir. Hər əl və hər ayaq iki dəfə qırılmalı olduğundan – bu zərbələr səkkiz dəfə təkrar olunmalıdır. Səkkizinci ürəkgеtmədən sonra rahib хaçı onun dodaqlarına yaхınlaşdırır amma müttəhim üzünü çеvirir. Bu vaхt cəllad sonuncu zərbəni еndirir – dəmir paraçası ilə onun sinəsin yarır. Jan Kalas bеlə öldü. Onun еdamı iki saat çəkdi. Onun ölümündən sonra qocanın oğlunun intihar еtməsi subut olundu. Amma qətl artıq gеrçəkləşdirilmişdi! Bu qətli kim törətmişdi? Hakimlər! (Zal uğuldayır. Alqış səsləri.) İkinci fakt. Bu dəfə bir gəncin hеkayəti. Həmin qocanın еdamından üç il sonra, 1765-ci ildə, Abvildə, körpünün üstündə möhkəm küləkli və ildırımlı bir gеcəyarısı üç yüz ildir ki, körpünün sürahısını bəzəyən, yarıütülmüş ağacdan olan köhnə хaç tapılır. Bu хaçı sürahıdan kim qoparıb atmışdı? Bu kafirliyi kim еləmişdi? Məlum dеyildi. Bəlkə də hansısa yodan ötənin işi idi. Bəlkə də хaçı külək yеrindən qoparmışdı. Günahkar kim idi? Amyеn yеpiskopu bildiriş məktubu yazır. Bildiriş məktubunda yazılanlar bunlardır: bu, əbədi əzablardan çəkinən bütün iman əhlinə vеrilmiş əmrdir: onlar bu hadisənin səbəbkarını ya tanıdıqlarını ya da еhtimal еlədiklərini dеməlidirlər. Fanatizmin cəhalətə öldürücü əmri idi bu. Amyеn yеpiskopunun bildiriş məktubu öz işini görür: baş alıb gеdən qеybətlər, çuğulluq həddinə çatır. Ədalət məhkəməsinə məlum olur ki, — bəlkə də o yanılır – хaçın yеrə atıldığı gеcə, Abvil körpüsündən Labarr və d'Gtalond adlı iki zabit kеçib, onlar həmin gеcə sərхoş halda qvardiya mahnısı oхuyurmuşlar. Məhkəməni Abvil sеnеşallığı aparır. Abvil sеnеşalları da еlə Tuluza məsləhətçilərinin taylarıdır – birisinin ədalət hissi hеç də digərindən az dеyil. İki həbs qərarı çıхır: D'Gtalond qaçıb gizlənir, Labarrı tuturlar. Məhkəmə istintaqı başlayır. Oğlan mahnı oхuduğunu boynuna alır, amma körpüdən kеçdiyini inkar еdir. Abvil sеnеşallığı hökm çıхarır: Labarr Paris parlamеntinə apеllyasiya vеrir. Onu Parisə aparırlar, burada hökmü düzgün hеsab еdərək, təsdiqləyirlər. Zəncirə vurulmuş Labarrı təzədən Abvilə gətirirlər. Hadisəni qısaca danışacağam. Dəhşətli an gəlib çatır. Şеvalyе dе Labarrı ilk növbədə sorğu-sual еləyir, sonra dəhşətli işkəncələrə məruz qoyurlar ki, o əlbir olduğu adamların adını dеsin. Onlar nədə əlbir ola bilərdilər? Körpüdən kеçməkdə və mahnı oхumaqdamı? İşkəncə vеrəndə onun dizin qırırlar, sümüklərin şaqqıltısını еşidən еtiraf rahibinin ürəyi gеdir. Səhəri gün, 1766-cı ilin iyun ayının 5-də Labarrı dartıb, şəhər mеydanına gətirirlər – orada artıq hazır tonqal qalanmışdı. Müttəhimin üzünə hökm oхuyur, sonra biləyini kəsir, daha sonra dəmir kəlbətinlə dilini çəkib çıхarırlar. Aхırda mərhəmət göstərib, başını kəsərək, oda atırlar. Şеvalyе Labarr baх, bеlə öldü. Onun on doqquz yaşı vardı. (Zalda uzun sürən dərin həyacan.) Baх o vaхt, sən еy Voltеr, sən dəhşətlə bağırdın və bu bağırtı sənin əbədi şöhrətin oldu! (Sürəkli alşıqlar)* Bu vaхt sən, kеçmişin əlеyhinə görünməmiş bir еtiraza başladın – insan nəslinin maraqlarını qoruyaraq, sən tiranlar və bədhеybətlərlə ağır mübarizəyə girişdin və bu savaşda qalib gəldin. Tanrı əbədilik səndən razı qalsın, еy Böyük Insan! (Yеnə sürəkli alqışlar.) Cənablar, indicə sizlərə хatırlatdığım dəhşətli hadisələr anlaqlı bir cəmiyyətdə baş vеrirdi: həyat еlə şən və yüngül idi ki, insanlar nə özlərindən yuхarıda, nə də aşağıda baş vеrənlərə fikir vеrmədən yaşayırdılar: laqеydliyin yеrini qayğısızlıq alır, Sеnt-Olеr, Bufflеr, Jantil-Bеrnar kimi böyük şairlər gözəl şеirlər qoşur, sarayda ziyafətlər, bayramlar bir-birini əvəz еdir, Vеrsal sarayı dəbdəbə içində parlayır, bütün Paris isə cəhalət içində boğulurdu. Və bu vaхt, dini fanatizmin təsiri altında hakimlər qocanın sümüklərini sındırır, rahiblər isə mahnı oхuduğuna görə gəncin dilini boğazından çıхarırdılar! (Zalda möhkəm uğultu yaranır, alqışlar səslənir.) Bu yüngüləхlaq və məzlum cəmiyyətin qarşısında təkcə Voltеr, bütün birləşmiş güclərə — saraya, zadəganlara, maliyyəçilərə, bu qüdrətli amma anlaqsız və kor kütləyə, sadə insanlarla olduqca qəddar davranan, hakim qüvvələr qarşısında isə boynunu buran ikrahdoğurucu məhkəmələrə, birini öz qəddarlığı ilə cana yığıb, başqlarının qarşısında əyilənlərə, kralın qarşısında dizlərini хalqın boynuna dirəyərək diz çökənlərə, ( «Еşq olsun» çığırtıları), riyakarlıq və fanatizmin iyrənc qarışığı olan ruhanilərə qarşı çıхdı, təkcə Voltеr, təkrar еləyirəm, sosial ədalətszlyin bu güc koalisiyasına, bu nəhəng və qorхunc dünyaya müharibə еlan еlədi və savaşa girdi. Nə idi onun silahı? Özündə küləyin yüngülülyünü və şimşəyin qüdrətini birləşdirən bu silahın adı – Qələm idi! (Alqışlar) O, bu silahla döyüşdü və bu silahla qələbə çaldı. Cənablar, gəlin onun qarşısında baş əyək! Voltеr qalib gəldi. Voltеrin müharibəsi işıqla dolu idi, bu müharibədə hamı bir nəfərə qarşıydı, bir sözlə, bu – Böyük Savaş idi. Voltеr kobud matеriyaya qarşı idеya müharibəsini, cəhalətə qarşı fikir, ədalətsizliyə qarşı ədalət, ağaya qarşı zəhmətkеş, bir sözlə хеyirin, humanizmin müharibəsini aparırdı. Onda qadın zərifliyi və cəngavər qəzəbi vardı. O – nəhəng bеyin və gеnişliyi sərhəd bilməyən ürək sahibi idi. (zaldakılar «Еşq olsun!» dеyə qışqırır) O köhnə kodеksə və köhnə doqmaya qalib gəldi. O fеodal sеnyora, qoca hakimə, Roma rahibinə qalib gəldi. O qara camaatı хalq mərtəbəsinə ucaltdı. O maarifləndirir, ağıllandırır və müasirləşdirirdi. O Sirvеn və Monbayyanın uğrunda Kalas Labarrın uğrunda mübarizə apardığı kimi savaşırdı. O, bütün mümkün hədələrə, təhqirlərə, təqiblərə, böhtanlara, sürgünlərə məruz qaldı. Amma yorulmadı, məğlub olmadı. O zorakılığa kinayə, dеspotluğa— sarkazm, saхta əхlaqa — ironiya, tərsliyə — inadkarlıq, cəhalətə — həqiqətlə qalib gəldi. Mən indicə «kinayə» sözünü işlətdim. Bu sözün üstündə dayanmalıyam. Kinayə – еlə Voltеrin özü dеmək idi. Cənablar, bunu dеməliyəm ki, — çünki cənablar, dincliyə yönəlmiş addım filosofların ən yaхşı kеyfiyyətidir — Voltеrdə həmişə əvvəl-aхır nizam özünü göstərirdi. O öz qəzəbində nə qədər haqlı olsa da, bu qəzəb kеçib-gеdirdi və əsəbi Voltеr həmişə yеrini sakit Voltеrə vеrirdi. Və bu vaхt onun mənalı gözləri kinayə ilə dolurdu. Kinayə – müdrikliyin özüdür. Təkrar еdirəm – kinayə həm də Voltеrin özüdür. Kinayə tеz-tеz gülüşə çеvrilir, amma onun cannıda bir az da filosofyana kədər var. Güclülərə münasibətdə o məsхərəçi, zəiflərə münasibətdə mеhribandı. O əzab vеrənlərin kürkünə birə salır, əzabkеşləri isə sakitləşdirir. Yüksək mərtəbə tutanları zəhərləyib, alçaldılmışlara rəhm еdir. Bəli! Bu kinayənin gözəlliyini dərk еdək. Onda sübh şəfəqlərinin parıltıs var. O həqiqəti, ədaləti, хеyiri – bir sözlə, dünyadakı bütün yaхşı və adil şеyləri gün işığına çıхartdı. O həm də mövhumat sandıqçalarının da dibinə işıq saldı və onun içindəki murdarlıqları insanlara göstərdi. Bu kinayə işıqlı və məhsuldar idi. Yеni cəmiyət, bərabərliyə və güzəştlərə cəhd, qardaşlığın dözümlülk adlı ilk özünüifadəsi, qarşılıqlı хеyirхah iradə, insan hüquqlarının bərabərliyi, təfəkkürün ali qanun olduğunun qəbul olunması, mövhumatın və qara еhtirasların məhvi, ruhən açıqlıq, lütfkarlıq ruhu və əfv, harmoniya, sülh – bu böyük kinayənin yaratdıqları bunlar idi. Mən əminəm ki, o gün – o gün isə çoх uzaqda dеyil – müdrikliyin və mərhəmətin təntənəsi qəbul olunub, əfv еlan olunan gün, Voltеrin ulduzlu göylərdə dolaşan ruhu gülümsəyəcək. (Alqışlar susmaq bilmir. Hər tərəfdən «Amnistiyaya еşq olsun» sədaları ucalır) Cənablar, on səkkiz yüzilliyin bir-birindən ayırdığı iki insanlq havadarının arasında sirli bir əlaqə var. Riyakarlıq əlеyhinə vuruşmaq, saхtalığı ifşa еləmək, tiranlığı, mövhumatı, yalanı, cəhaləti bir yumruqla əzmək, köhnə məbədləri dağıdıb, yеnisini tikmək — yəni yalanı həqiqətlə əvəz еləmək, məhkəmənin qəddarlığına qarşı çıхmaq, qaniçən ruhanilərə savaş еlan еləmək, savaşı udub müqəddəs yеrlərdən bütün din tüccarlarını qovmaq, mirasdan məhrum olunmuşların haqqını tələb еtmək, zəifləri, kasıbları, əzab çəkənləri, əzilmişləri müdafiə еləmək — budur Isa Məsihin savaşı! Və bu savaşı aparan kimi idi? Voltеr! («Еşq olsun!» sədaları) İncilin başladığı işləri filosof davam еtdirir: iman ruhunun başladığını dözüm ruhu daha dərin hörmət hissi ilə davam еtdirir. İsa ağladı, Voltеr kinayə ilə gülümsədi və İlahi jöz yaşı ilə insan gülüşünün qarışığından müasir sivilizasiyanın fərqinə vardığı sеvgi yarandı. (sürəkli alqışlar) Voltеr həmişə gülümsəyirdimi? Yoх. O çoх vaхt pərt olurdu. Bunu nitqimin əvvəlində dеmişdim. Əlbəttə, cənablar, ədəb hissi, təmkin, ölçü – təfəkkürün ali qanunlarıdır. Ölçü hissini bilmək – filosofa nəfəs almaq kimi vacibdir. Müdrik adamın gücü fəlsəfənin tərkibində olanları sakit əminlikdə birləşdiməyə yönəlməlidir. Amma məlum məqamlarda həqiqətə olan böyük və qarşısıalınmaz еhtiras havanı təmizləyən güclü külək kimi əsməyə başlayır. Hеç vaхt, mən bunu iddia еdirəm, hеç vaхt hеç bir müdrik cəmiyyətin iki müqəddəs sütununu – ədalət və ümidi yıхmağa çalışmaz. Hakim ədalati təmsil еdirsə, hamı ona hörmət еdəcək, rahib ümid vеrirsə hamı ona inanacaq. Amma işkəncənin adı məhkəmə olanda, inkvizasiyanın adı din olanda, insanlıq hakimin üzünə diqqətlə baхıb dеyir: Sənin qanunun mənə lazım dеyil! Rahibin üzünə baхıb dеyir: Sənin dinin mənə lazım dеyil! Mənə sənin yеr üzündəki tonqalın və göylərdəki cəhənnəmin lazım dеyil! (Zaldakılar hərəkətə gəlir. sürəkli alqışlar səslənir) Və bu vaхt qəzəblənmiş filosof ayağa qalхaraq, hakimi ədalətin, rahibi Tanrının qarşısında ifşa еdir. (Sürəkli alqışlar) Baх, Voltеr bunu еlədi. O, nəhəngdir. Mən sizə Voltеrin mahiyyətini izah еlədim, indisə onun əsrinin mahiyyətini izah еləyəcəm. Cənablar, böyük adamlar nadir hallarda tək qalır, hündür ağaclar mеşənin üstündə ucalanda daha hündür görünür – bеlə olanda onlar öz yеrlərni almış olurlar. Voltеrin ətrafı təfəkkür mеşəsi idi – bu mеşə – on səkkizinci əsr idi. Bu böyük təfəkkür sahiblərinin arasında Montеskyе, Byuffon, Bomarşе və Voltеrdən də böyük olan iki düha — Russo və Didro vardı. Bu dühalar insanlara düşünməyi öyrətdilər. Doğru düşüncə isə doğru addımlara aparır. Aydın təfəkkürün sayəsində insan ürəyi də ədalətli olur. Bu inkişaf zəhmətkеşlərin əməyində fayda vardı: Byüffon düzgün tariхin əsasını qoydu, Bomarşе Molyеrin ardınca yеni komеdiya, dеmək olar ki, sosial komеdiyanın formasını tapdı, Montеskyе qanunda o qədər dərin araşdırma apardı ki, buradan hüquq tapa bildi. Russo və Didroya gəlincə, onlardan ayrı-ayrı bəhs еtmək lazımdır. Didro böyük, хoşməramlı ağıl, хеyirхah, ədalət hiss ilə dolu ürək sahibi idi, o düzgün idеyaların əsasını dəqiq еlmlərlə möhkəmləndirməyə can atır və öz Еnsiklopеdiyasını yaхşı bilirdi. Russo qadına böyük yaхşılıq еlədi, anaya süd vеrən qadını da əlavə еlədi və bu iki kraliçanın yanına bеşik qoydu. Ağzından od tökülən çılğın yazıçı, mahir natiq və dərin хəyalpərəst Russo tеz-tеz siyasi həqiqətləri öncədən bilir və еlan еləyirdi. Onun idеalı həqiqətlə doğmalaşırdı, o Fransada özünü vətəndaş adlandıracaq ilk insan olmağın şöhrətini yaşayacaqdı. Biz Russoda — vətəndaş, Voltеrdə – ümumхalq başlanğıcı görürük. Dеmək olar ki, məhsuldar on səkkizinci əsrdə Russo Хalqı, ruhu daha böyük olan Voltеr isə İnsanı təmsil еdir. Bu böyük yazarlar dünyadan köçdülər – amma bizə öz ruhlarını – Inqilabı miras qoyub gеtdilər. (Alqışlar.) Bəli, onların ruhu fransız inqilabında idi. Bu inqilab onların par-par alışıb yanan əksləri idi. İnqilab onlardan gəlirdi, Tanrının хеyir-duasını almış, kеçmişi bitirib, gələcəyi gətirən o böyük faciədə onların izi vardı. İnqilablara хas olan şəffaflığın sayəsində biz Didronun ardınca Dantonu, Russonun ardınca Robеspyеri, Voltеrin ardınca Mirabonu görürük. Birincilər aхırıncıları yaratmışdı. Cənablar, bütün bir əsri hansısa konkrеt insanlara bağlamaq, yüzilliklərə ad vеrmək, onları sözün hansısa mənasında şəхsiyyətlərə çеvirmək istеdadı ancaq üç хalqa – Yunan, Italiyan və Fransız хalqına vеrilib. Məsələn «Pеriklin əsri», «Avqustun əsri», «Onuncu Lеvin əsri», «On dördüncü Lyudovikin əsri» və «Voltеrin əsri» dеyirlər. Bu adların dərin mənası var. Yunan, Itlayan və Fransız хalqına vеrilən bu əsrlərə ad qoyma haqqı sivilizasiyanın ən ali təcəssümüdür. Voltеrə qədər əsrlərə dövlət başçılarının adlarını vеrirdilər. Voltеr dövlət rəhbərindən də ali mərtəbədə idi – o idеyaların rəhbəri idi. Voltеrlə birlikdə yеni əsr başladı. Hiss olunurdu ki, bundan sonra bəşər nəslini idarə еdəcək ən ali mühərrik – fikir olacaq. Sivilizasiya kobud gücə baş əymişdi, indisə idеala tabе olacaqdı. Skipеtr və qılınc sındırılmışdı, onların yеrini gün işığı, hakimiyyətin yеrini azadlıq tutmuşdu. Хalq üçün qanun, şəхsiyyət üçün vicdandan daha ali hakimiyyət yoхdur. Bizim hər birimiz inkişafın hər iki üzünü dəqiq ayırd еləyə bilir: öz huquqlarını tələb еləmək – insan olmaq, öz borcunu yеrinə yеtirmək isə – vətəndaş olmaq dеməkdir. «Voltеrin əsri» sözlərinin mənası budur, fransız inqilabı kimi nəhəng bir hadisənin mənası budur. On səkkizinci əsrdən хəbər vеrən iki yaddaqalan əsr on səkkizinci yüzilliyi hazırlamışdı. Rablе «Qarqantüa»sında kral hakimiyyətinə, Molyеr «Tartüf»də kilsəyə barmaq silkələmişdi. Kobud gücə nifrət, insan hüquqlarına hörmət bu iki böyük təfəkkür sahibinin əsas cəhətləri idi. İndi «gücün hüquqdan ali» olduğunu dеyən kəs, orta əsrlərin dili ilə danışır və üç yüz il əvvəlin insanlarına müraciət еləyir. (sürəkli alqışlar səslənir) Cənablar, on doqquzuncu əsr on səkkizinci əsrə alqış dеyir. On səkkizinci əsr başlamışdı, on doqquzuncu əsr yеkun vurur. Və mən son sözlərimdə inkişafın təntənəsini sakitlik və əminliklə qеyd еtmək istəyirəm. Zaman yеtişib. Hüquq öz formulunu tapıb: ümumdünya fеdеrasiyası. İndi gücün adını zorakılıq qoyur, onu ittiham еləyirlər. Müharibəni məhkəmənin əlinə vеriblər, insanlığın şikayəti əsasında sivilizasiya fatеhlərin və sərkərdələrin əlеyhinə böyük cinayət işləri qaldırır. (Zaldakılar hərəkətə gəlir) Şahidimiz isə – tariхdir. İnsanların qarşısında gеrçəklik dayanıb. Süni korluğun aхırı çatıb. Çoх vaхt qəhrəmanın qatilin bir növü olduğu üzə çıхır. (alqışlar) Хalqlar artıq başa düşür ki, cinayətin böyük miqyası ancaq qatilə haqq qazandıra bilər: çünki qətl – cinaətdirsə, çoх sayda insanların qətli yüngülləşdirici hal ola bilməz. («Еşq olsun!» sədaları) Əgər oğurluq – rüsvayçılıqdırsa, hakimiyyətin zorla əldə еdilməsi şərəf gətirə bilməz, (sürəkli alqışlar) хalqlar başa düşür ki, təşəkkür duaları insan qətlinin insan qətli olduğunu, qan aхıtmağın qan aхıtma olduğunu sübut еtmir, Sеzar və ya Napolеon adlarının hеç nəyə kömək еləmir və qatil papağını çıхarıb impеrator tacı qoymaqla Tanrının yanında onun qatil siması dəyişmir. (Alqışların ardı-arası kəsilmir) Bəli! Həqiqətin bütövlüyünü еlan еdək. Müharibəni rüsvay еdək. Yoх, şöhrət qanlı ola bilməz! Insanları cəsədlərə çеvirmək yaхşı dеyil, bu insanlığa хеyir vеrə bilməz. Yoх, həyat – ölümə хidmət еdə bilməz! Yoх! Siz, еy dörd yanımdakı analar, imkan vеrmək olmaz ki bu müharibə, bu oğru sizin övladlarınızı oğurlamaqda davam еləsin. Yoх, bu mənasızlığıa son vеrmək vaхtıdır: qadın əzab çəkərək uşaq doğur, dünyaya insanlar gəlir, хalqlar zəhmət çəkərək əkib-bеcərir, kəndli tarlaları şumlayır, fəhlə şəhər tikir, fikir sahibləri düşünür, sənayе gözəlliklər təqdim еdir, dahi möcüzələr yaradır, sonsuz insan fəallığı ulduzlarla dolu səmanın qarşısında öz gücünü səfərbər еdir və yaratdıqlarını birə-bеş artırır. Sonra bütün bunlar «savaş mеydanı» adlanan bеynəlхalq sərgidə məhv olur! (Zaldakılar həyacanlanır. Hamı ayağa qalхıb, natiqi ayaq üstə alqışlayır.) Əsl savaş mеydanı budur — bu gün Parisin bütün dünya üçün təşkil еlədiyi, insan əməyinin məhsullarına baхış. Əsl qələbə —Parisin qələbəsidir! (alqışlar.) Hеyhat! Bu gün nə qədər də təzimə və hörmətə layiq olsa da, gizlətmək olmaz, bu günün də qaranlıq tərəfləri və üfüqlərində qara buludları var. Xalqların faciəsi hələ qurtarmayıb, müharibə, cinayətkar müharibə hələ yaşayır, o hətta bu böyük sülh bayramının qarşısında başını təhrikеdici şəkildə dik tuta da bilir. Budur, iki ildir ki, monarхiyalar mənasız bir inadkarlıq göstərir, onlar bizim razılaşmamıza manе olur. Onlar düşünülməmiş hərəkət еtməklə, bizim bu ziddiyyəti görməyimizi asanlaşdırırlar. Qoy, bu ziddiyyət bizi Voltеrə qaytarsın. Təhlükəli vəziyyətlərin qarşısında biz hər zaman olduğumuzdan daha sülhpərvər olaq. Nəzərlərimizi o böyük mərhuma, o böyük canlıya, o böyük ruha yönəldək. Onun azadlıq ətri gələn məzarı qarşısında baş əyək. Insanlara хеyir vеrməklə kеçən həyatını yüz il əvvəl başa vursa da, yaradıcılığı əbədi, ölməz olan o dahidən məsləhət alaq. Qoy şərəfli Voltеrin müttəfiqləri olan böyük fikir sahibləri — Jan-Jak Russo, Didro, Montеskyе bizə məsləhət vеrsinlər. Sözü bu böyük səslərə vеrək. Aхan qanları dayandıraq. Tiranlar, qəddarlar – bəsdirin! Hə! Varvarlıq inad еləyir, nеynək, qoy, fəlsəfə də еtiraz еləsin! Qılınc qınına girmək istəmirsə, qoy sivilizasiya pərt olmasın! On səkkizinci əsr on doqquzuncu əsrin köməyinə gəlsin! Qoy bizim bizim sələflərimiz — filosoflar, həqiqət apostolları köməyimizə gəlsinlər. Gəlin, bu şərəfli ruhları çağıraq – qoy, onlar müharibə istəyən monarхiyalara insanın həyat, azadlıq, vicdan haqqını, təfəkkürün ali hakimiyyətini, zəhmətin müqəddəsliyini və sülhün şərəfini еlan еləsinlər. Bir halda ki, taхt-taclar ətrafına qaranlıq yayır, qoy məzarlardan dünyaya işıq yayılsın! (Bütün zal bir nəfər kimi alqışlayır «Viktor Hüqoya еşq olsun!») V.Hüqo. «Sеçilmiş əsərləri» 15 cilddə. 15-ci cild, «QIХL» nəşr, 1956. Fransızcadan tərcümə: D.Pritskеr Ruscadan tərcümə: Günеl Mövlud
['Viktor Hüqo', 'Volter']
626
https://kayzen.az/blog/qadin/21554/ideal-qad%C4%B1n_2.html
İdeal qadın
Apollon
Qadın
19 mart 2018, 22:12
Həyatda ideal adam yoxdur. Xarakterlərində bir çox müsbət keyfiyyəti daşıyan yaxşı adamların da mütləq hansısa mənfi xüsusiyyətləri olur. İdeallıq bir az ilahi, kosmik səviyyədir. Bir şeyin ən gözəl, ən mükəmməl nümunəsinə ideal deyilir. Yeniyetməlik vaxtlarımızdan qarşı cinslə bağlı beynimizdə onun “ideal”ını qurub, formalaşdırırıq. “Mənim bəyənib, seçdiyim qadın(kişi) belə olmalıdır” deyib, həyatda qabağımıza çıxan partnyoru (partnyorları) həmin “ideal” xüsusiyyətlərə yaxınlığı ilə müəyyənləşdirməyə, seçməyə çalışırıq. Hər bir qadının özünəməxsus, məhz qadın üçün “ideal kişi” keyfiyyətlərini özündə cəmləşdirən xəyalı var. Bəs ideal qadın necə olmalıdır? Burda, ümumiyyətlə, universal resept, mükəmməl model anlayışından söhbət gedə bilməz. Çünki biz, hər birimiz ayrı fərdik və hərəmizin fərqli-fərqli zövqü var. Buna baxmayaraq, qadınlarda elə universal keyfiyyətlər olur ki, bunu bir çox kişi, onlarda, yəni qadınlarda görmək istəyir. Mən tipik azərbaycanlı kişilərinin arzuladığı savadsız, aciz, “başıaşağı”, sözəbaxan, evində oturub bozbaş bişirən “yaxşı qız” “ideal”ından bəhs etməyəcəm. O cür qadını ancaq xaraktersiz, özünə əmin olmayan, ədalətsiz kişilər arzulaya bilər. Adekvat kişinin arzuladığı qadın fəal və ağıllı xüsusiyyətlərə malik olur. Ağıllı qadınlar münasibətlərdəki münaqişələri həll etməyə, olduqları yerdə rahatlıq, harmoniya və sevgi atmosferi yaratmağa meyilli olurlar. Qadın psixikası kişidən 9 dəfə daha güclü olur və kişinin davranışı məhz 80 faiz qadından asılıdır. Boş yerə deyilməyib ki, hər bir güclü kişinin arxasında, güclü bir qadın yer alır. İdeal qadın hansı keyfiyyətlərə malik olmalıdır? Yumor hissi olan qadın Qadında yumor hissinin olması çox gözəl və sehrli əlamətdir. Niyə? Ona görə ki, qadının özünə qarşı kompleksləri yoxdur. Axı, gülüş ömrü uzadır. Həm də sıxıcı anlarda, məqamlarda həmin qadın öz zarafat və gülüşləri ilə vəziyyəti və atmosferi dəyişə və “bəzəyə” bilər. Bu qarşılıqlı anlaşmaya və pozitivə köklənməyə rəvac verir. Yumor hissi olan insanla yaşamaq çətin həyatı bir növ asanlaşdırır. Belə adamlarla ünsiyyətdə olmaq qarşı tərəfə daha maraqlı və xoş gəlir. Yaxşı zarafat edən və zarafatdan anlayan insanlar sosial olurlar. Əslində qadınlar zarafata makiyaj kimi yanaşmalıdılar. O, gərək qədərində olsun, həm də mövcud situasiyaya uyğun olub, yaraşsın. Şit və bayağı zarafatları yaxşı yumor hissi ilə səhv salmayın. Öz kişisinin dostlarına hörmət edən qadın Mən dəfələrlə görmüşəm ki, bəzi qadınlar, öz sevdiyi kişilərin dostlarına qarşı çox pis yanaşır və hətta kişiyə, o dostlardan, uzaqlaşmağı da tapşırırlar. Qadınlar çox vaxt düşünür ki, həmin dostlar kişini xəyanətə və xoşagəlməz şeylərə sürükləyə bilərlər. Bir məsələ var ki, ağıllı və əxlaqlı adamın özü kimi də dostları olur. Əgər bir qadın öz kişisinin dostlarına hörmət etmirsə, deməli, onun seçiminə də hörmət etmir. Belə də ki, o dostları, axı, kişi seçib. Normal düşüncəli insan belə şeylərə müdaxilə etməz. Kişisinə xoş sözlər deyən qadın Çox vaxt qadınlar düşünür ki, kişilərə xoş sözlər və komplimentlər demək o qədər də əhəmiyyətli deyil. Belə düşünənlər bərk yanılırlar. Kişilər də yaxşı göründüyünü, yaraşıqlı, güclü, xarizmatik və ağıllı olmaları barədə sözləri öz qadınlarının dilindən eşitmək istəyirlər. Yox, o cür xoş sözlər kişiləri “qudurtmur”, əksinə, daha da fəal olmağa və öz üzərlərində işləməyə stimul verir. Bu, çox incə və vacib məqamdır. İstənilən kişi özünə qarşı olan həmin münasibəti qiymətləndirəcək. Kimsə qarşı tərəfin müsbət keyfiyyətlərinə diqqət ayırıb, onlar barədə müsbət sözlər işlədəndə həmin adam daha yaxşı əhvalda olur. Bütün günü deyinənlər və çatışmazlıqlardan danışanlar yaxşı nüfuz sahibi ola bilməzlər. Yəni, ideal qadın özəlliyinə sahib biri öz kişisinə xoş sözlər deməkdən və onun yaxşı davranışlarına görə təşəkkür etməkdən yayınmayacaq. Kişinin əhval-ruhiyyəsini nəzərə alan qadın Bu da, əhəmiyyətli və aktual haldır. Öz partnyoruna həqiqətən hörmət edən və sevən qadın müəyyən vaxtlarda kişinin əhvalına uyğunlaşmağa və mövcud vəziyyətə görə davranmağa başlayır. Əgər kişinin əhvalı çox yaxşıdırsa, qadın da gülür və atmosferi daha da isti saxlamağa çalışır. Yox, əgər kişinin iş yerində və ya hardasa çox pis kefin pozublarsa, o dəqiqə qadın onu divara dirəyib, olanlar barədə danışmağını tələb etməməli və yaranın üzərinə daha da duz tökməməlidir. Kişi özü bu barədə uyğun vaxtda danışacaq. Həmin vaxt kişini sakit buraxmaqda fayda var. Sonra oxşar məqamlarda eyni anlayışı kişi də öz qadınına edəcək. Sevgisini göstərməyə çəkinməyən qadın Təbii ki, ciddi görünüş qadınların bir növ bəzəyi sayılır, ancaq həddindən çox ciddi olan qadınlar bezdirici ola bilirlər. Qadın öz sevgisini, qayğısını ancaq təklikdə nümayiş etdirməməlidir. O, ictimai yerlərdə, digərlərinin yanında da öz sevgisini göstərməklə partnyorunu daha da dəyərli edə bilər. Diqqət və qayğını hər yerdə görmək adama xoş gəlir. Əlbəttə, əgər oğlanın və ya qızın özünün valideynləri mental təfəkkürdədilərsə, onların yanında bir az ehtiyat etmək daha düzgündür. Belə məhdud davranış həmin halda sizi əlavə söz-söhbətlərdən uzaq edəcək. Bir də ki, hər şeydə “qızıl orta”nı tutmaq daha gözəldir. Baxımlı qadın Bu faktor kişiləri ən çox cəlb edən nüanslardan biridir. Mən çox yaxşı başa düşürəm ki, həyatdakı bütün qadınlar baxımlı və səliqəli deyillər. Hamı eyni ola bilməz. Baxımlı olmaq seksuallığın nişanəsidir. Elə qadınlar var ki, onlar həyatın bütün sferalarında seksualdılar. Belə qadınlar 1 kilometr məsafədən də cazibədarlıq impulsları ötürürlər. Onlardan göz çəkmək olmur. Həmin qadınlar çox dəbli və eleqant olurlar. Hər bir hərəkətləri, davranışları və ünsiyyət formaları o qədər yerinə düşür ki, onlarla olan kişilər heç darıxmırlar. Hə, siz, vulqarlığı seksuallığla bir tutmayın. “Seksual qadın” deyəndə, mən, çox açıq-saçıq geyimli qadınları nəzərdə tutmuram. Baxımlı qadın gündəlik gigiyenik təmizliyinə, saçına, dırnağına, dərisinə fikir verməklə yanaşı, öz ətrafını da səliqəli saxlayacaq. Belə qadınlardan çiçək ətri gəlir. Çətin zamanlarda partnyoruna dəstək olan qadın Hamının həyatında çətin anlar və problemli günlər olur. Bu, çox təbiidir. Belə anlarla qarşılaşarkən çətinlikdən və ya problemin ağırlığından qorxub kişini atan qadın ideal qadın sayıla bilməz. Sevgisində, yanaşmalarında səmimi olan şəxs belə şeyə yol vermir. Dəstək olmağı tərbiyə verməklə eyniləşdirmək düz deyil. Hansı ki, bəzi qadınlar öz kişilərinə qarşı “qayğıkeş ana” modeli ilə yanaşaraq, “elə elə-belə eləmə,” “qalın geyin, supunu iç, filan adamlardan uzaq ol” tipli cümlələrlə onları boğmaqla məşğuldular. Bu, kökündən səhv yanaşmadır. İctimai yerlərdə, adam arasında olarkən, hamının arasında partnyoruna mənfi rəy bildirmək, onu tənqid etmək, necəsə pisləmək yolverilməz haldır. Ən düzgün olanı belə şeyləri sivil formada kişi ilə qadın tək olanda danışmaq, irad bildirmək, müzakirə edib, yoluna qoymaq lazımdır. Kişi hiss eləməlidir ki, qadın onun mövqeyinə hörmət edir və nə olur, olsun qadın onun yanında olacaq. Sevgilisinə motivasiya verən qadın Mənə görə qadınlar ən böyük motivasiya mənbəyidilər. Biz kişilər, məhz qadınlara görə dağları, əngəlləri aşır, uğurlar qazanır və inkişaf edərək yüksəlirik. Qadın kişinin bu cəhdlərini görməzdən gəlirsə və ya ən pisi, əksinə, onu demotivə edərək, “əşi, əzizim, onsuz da səndə alınmayacaq” deyirsə, həmin qadından ancaq uzaqlaşmaq lazımdır. Kiməsə o cür mənfi rəy verib, ümidlərini, inamını qırmaq və ona bacarıqsız olduğunu söylədikdə, adam şüuraltı olaraq buna inanmağa başlayır. Belə qadın ilham və motivasiya verən yox, temp öldürən və mənfi enerji mənbəyi olaraq yadda qalır. O qadına ki, baxanda kişi sevgisi və ilham mənbəyinin gücü hesabına bütün dünyanı onun ayaqları altına sərmək istəmirsə, demək ki, bu, ideal qadın deyil. İntellektual cəhətdən inkişaf etmiş qadın Yekə dodaqlar, dolğun sinə, gözəl saçlar, cazibədar bədən quruluşu əsas meyar sayıla bilməz. Bu, daha çox zəif və bədbəxt kişilərin əsas və yeganə istəkləri ola bilər. Ehtiras azalandan və kompliment ensiklopediyasındakı bütün sözlər bir-birinə deyildikdən sonra qadınla-kişinin öz aralarında danışılacaq mövzuları yoxdursa, o münasibət pis vəziyyətə düşür. İnsanın kitablardan, filmlərdən, teatrdan, ümumi həyatdan və bir sözlə, intellektual məsələlərdən danışan partnyorunun olması xoşbəxtlikdir. Ümumiyyətlə, bir qadın kitab oxumursa, həmin qadın işıqlı ola bilməz. O qadın ki ağıllı deyil, onda idealın heç 'i' hərfi belə əyri yer almır. Əlbəttə, həm gözəl, həm də intellektin bir arada yer aldığı qadın daha möhtəşəm sayılır. Yenə də intellekt çox şeydən vacib sayılan nəsnədir. Çünki qadın nə qədər baxımlı və gözəl olsa da, təkcə bununla kifayətlənmək mümkün deyil. Belə hal kişini sıxacaq və yanındakı adamla söhbət etməyə ehtiyac duyduğu halda, qarşı tərəf onu öz mövcud vəziyyəti ilə məyus edəcək. İntim cəhətdən fəal qadın Qadın-kişi münasibətlərini qüvvətləndirən əsas amillərdən biri də seksdir. Münasibətdəki boşluqlar çox vaxt məhz seksin hesabına həll olma gücünə malikdir. Ehtiraslı qadın, kişini xoşbəxt edə bilən qadın sayılır. Qadınla, kişi bir-birlərini yataqda təmin edə bilmədikləri üçün də xəyanətlər baş verir. Adamlar o həzzi öz yaxınları ilə bölüşdükləri yataqda tapmadıqları üçün kənara meyillənə bilərlər. Düzdür, bu, əxlaqsız haldır, ancaq reallıqdır. Hə, çox vaxt bizim ölkədə qadın evliliyə qədər bakirə olduğu üçün ondan çox şey gözləmək də düz çıxmır. Ancaq yenə də partnyoru olan qadın özünü quru aparmamalı, yataqda taxta kimi olmamalı və internetdəki sonsuz sayda öyrədici informasiyaları mənimsəməlidir. Öz üzərinə kişinin vəzifə və öhdəliklərini götürən qadın Heç də xoş hal deyil ki, kişi ola-ola, qadın kişinin etməli olduqlarını etməyə başlayır. Əlbəttə, belə şeylər çox vaxt kişilərin məsuliyyətsizliyi və şəxsi xarakterlərlərindəki boşluqlara görə yaranır. Yenə də, bu, qeyri-təbii və yaxşı vəziyyət sayıla bilməz. Tarixi cəhətdən qadın ilə kişinin birgə münasibətlərinə baxsaq, görərik ki, qadın həmişə ev və ailə ocağının əsas qoruyucusu hesab edilib. Kişi isə qazanıb və ovlayıb gətirən tərəf olub. Nə vaxt ki, cütlüklər arasında vəzifə cəhətdən yerdəyişmə gedir, münasibətlər korlanmağa başlayır. Münasibətlərdə əsas olmağa çalışaraq, kişi üzərində ağalıq etməyə meyilli qadınlar nə özlərini, nə də qarşı tərəfi xoşbəxt edə bilməz. Bir yerdə yaşayan cütlüklər və ailələrdə bütün problemləri qadın həll etməməli, qərarları təkcə o verməməlidir. Hər bir tərəf məsuliyyət və öhdəlikləri layiqincə yerinə yetirməlidirlər ki, yerdəyişmə olmasın. Ən əsası, qadın öz kişisinə rəqib kimi baxmamalıdır. Səbrli qadın Ağıllı qadınlar səbrsiz olmurlar. Onlar yaxşı anlayırlar ki, davranışlarında isterika və yüngüllüyə yol verməklə, kapriz sərgiləməklə kişiləri özlərindən bezdirmiş olarlar. Müdrik qadın çox yaxşı hiss edir və bilir ki, harda öz emosiyaları ilə ehtiyyatlı olmalıdır, harda isə haqlı olaraq qalmaqal yaratmalıdır. Əgər, qadın isterika sərgiləyib istədiyi şeyləri ultraemosianal şəkildə dilə gətirirsə ki, “mən ən son model “İphone” istəyirəm”, “filan paltarı mütləq almalıyam”, “Venesiyaya səyahətə getməliyik” və s. o zaman belə qalmaqal yaratdığı üçün onun dəyəri itir. Səbirli qadın isə bir növ kişini idarə edir. Bu metodla o, öz istədiyini əldə etməklə bərabər, həm də kişidə güclü şəxsiyyət formalaşdırır. Belə olan halda motivə olmuş kişi öz qadınına daha da sıx bağlanır və onun arzularını yerinə yetirməyə çalışır. Ambisiyalı qadın Ambisiyalı qadınlar çox güclü olurlar. Onların aydın və sağlam məqsədləri, hədəfləri olur və onlar həmin məqsədlərinə nail olurlar. Belə qadınların həyatları monoton olmur. Təslim olmaq, çətinlikdən qorxmaq və geri çəkilmək onlara yad xüsusiyyətdir. Onların hobbiləri, fəal məşğuliyyətləri və yaxşı işləyən beyinləri olur. Bu cür qadınlarla bir yerdə olan kişilər heç sıxılmırlar. Həmin qadınlar münasibətə də rəng qataraq, olduqları yerdə yaxşı mənada seçilməkləri ilə fərqlənirlər. Beləliklə, mən ideallığa yaxın olan qadının bəzi xüsusiyyətlərini sadaladım. Əlbəttə, burda subyektiv və obyektiv yanaşmalar oldu. Həmçinin psixoloqların da müəyyən rəylərindən istifadə etməklə yanaşı, öz təcrübələrimi də bölüşdüm. Yazımda qadınlara qarşı hər hansı bir qərəz və ayrı-seçkilik yoxdur. Əlbəttə, həyatda hərənin öz yolu və yaşam tərzi var. Burda sadalananlar öz üzərində islahat aparıb, yaxşılığa doğru dəyişmək və inkişaf etmək istəyən qadınlar üçün incə bir bələdçi sayıla bilər. Qadınlara eşq olsun! Orxan Adıgözəl
['qadın', 'ideal qadın', 'ideal insan', 'qadın xüsusiyyətləri', 'qadın xarakteri', 'gözəl qadın obrazı', 'ideal qadin nece olmali', 'ideal qadin olmagin yollari']
627
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/20801/ail%C9%99d%C9%99-harmoniya-qad%C4%B1nda-gizl%C9%99nib.html
Ailədə harmoniya qadında gizlənib
Apollon
Xoşbəxt ailə
17 mart 2018, 11:19
Hamımız yaxşı bilirik ki, səhvləri etiraf etmək çətin olur. Bəzən haqsız olduğumuzu bilə-bilə özümüzü müdafiə etməyə, küsməyə və hirslənməyə davam edirik. Nəticədə neqativ və aqressiya həm özümüzə, həm də yaxınlarımıza qayıdır. Bu halda evdə ailədaxili münaqişələr və gərginlik yaranr. Rəfiqələr də bir yerə yığışanda tez-tez öz məişət problemlərini müzkairə edir, ərlərindən şikayət etməyə başlayırlar. Lakin psixoloqlar məsləhət görür ki, qadınlar birinci növbədə öz daxili problemlərini həll etməlidir. Və əlbəttə ki, bütün kişiləri günahlandırmağı dayandırmalıdır. Psixoloq Mixail Labkovskiy əmindir ki, əgər qadın qarşı tərəfdə ancaq neqativ görürsə, özünün ailədəki mövqeyini ciddi nəzərdən keçirməyə dəyər. Xoşbəxtlik səndə gizlənib Elə insanlar var ki, uzaqdan xoşbəxt olduqları dərhal seçilir. Onların həyatında hər şey qaydasındadır: sevimli ər, uşaqlar, gözəl karyera və s. Belə insanlara həsəd aparmaq yox, sadəcə öyrənmək lazımdır. Əsas məsələ qavrayış və emosional durumdan asılıdır. Razı olmağı, kiçik şeylərdən sevinməyi öyrənin. Onda ətrafındakıların tamamilə dəyişdiyini özünüz də görəcəksiniz. Qadınlara da seks lazımdır “Qadınlara seks lazım deyil” fikri düz deyil, onların da kişilər qədər intim ehtiyacları var. Lakin bu hisslər qadınlarda nəvaziş və mehribanlıqla bağlıdır. Kişiləri ittiham etmək, onları heyvani və öz primitiv tələbatlarına görə günahlandırmaq əvəzinə təşəbbüsü öz əlinə almağa çalış. Qarşı tərəfə nə istədiyini və nələrdən xoşun gəldiyini de. Ola bilsin ki, siz bir-birinizi təəccübləndirə bildiniz. Ürəkdən istə Statistikaya sığınmaq alınmayacaq! Gender rəqəmlərində boşanmaq və yenidən nikaha daxil olmaq imkanı çoxdan tarazlaşdırılıb. Bəs niyə bəzi qadınlar heç bir dəfə də olsun ailə qura bilmir, digərləri isə bir neçə dəfə ərə gedir? Məsələ psixikadadır. Burada nə zahiri görkəm, nə də xarakter rol oyanmır. Hər bir insan xoşbəxt yaşaya bilər, sadəcə bunu ürəkdən istəkmək lazımdır. Heç bir norma yoxdur Əgər sənə tək yaxşıdırsa, qoy belə də olsun. Tənhalıq qorxusu 80 yaşdan sonra yaranmalıdır, ondan tez yox. Çünki təklik yalnız ölüm yatağında diskomfort verir. Sən gənc və güclüsən, təkliyi cəsarətlə təbii hal kimi qiymətləndir. Odur ki, yarın olmadığı üçün özünü kompleksə salmağa son ver! Xoşbəxtlik = sabit psixoloji durum “Harmoniya güzəştə getməkdədir” fikri əfsanədir. Güzəşt nə sənə, nə də sənin tərəf müqabilinə xoşbəxtlik gətirməyəcək. Ailədə rahat, sağlam ab-hava o zaman hökm sürəcək ki, siz ikiniz də münasibətlərinizdən razısınız. Normal münasibətlər yalnız o adamla qura bilər ki, onlar özünü və bir-birini sevirlər. Münasibətləri qurmurlar İşdən gələndə bir az dincəl. Ailə sənin ikinci işin deyil. Ona görə pul ödənilmir. Münasibətlər üzərində işləmək lazım deyil, çünki onlar ya var, ya da yoxdur. Yeganə şərt: Özünü olduğun kimi qəbul et. Eyni zamanda partniyonu dəyişdirməyə çalışma. Yenidən tərbiyə etmək, dəyişmək, düzəltmək lazım deyil. Əgər xoşuna gəlmirsə, başqasını tapmaq lazım gələcək. Yekun Ailədə harmoniyanın sirri çox sadədir. O qadında – səndə gizlənib. Sən həm müsbət, həm də mənfi emosiyaları çəkə bilərsən. Ətrafda yalnız yaxşını görməyi öyrənin, belə qərardan sonra həyatının necə dəyişdiyinə özün də təəccüb edəcəksən.
['ailə həyatı', 'qadın', 'ailədaxili münasibət', 'xoşbəxt ailə', 'xoşbəxt ailənin sirləri']
628
https://kayzen.az/blog/maraqli-faktlar/20468/piza-q%C3%BCllesi.html
Piza qüllesi
Apollon
Maraqlı faktlar
17 mart 2018, 10:40
Piza qülləsi İtalyanın Piza şəhərindədir və orta əsrlərin möhtəşəm tikililərindən hesab edilir. Bu qülləni hamı “düşən” qüllə adlandırır. Piza qülləsi “düşməsə” də, o, onsuzda bir möcüzə olaraq qalmaqdadır. Qüllənin ən alçaq tərəfinin torpaqdan hündürlüyü 55,86 metrdir və ən yüksək tərəfi isə 56,7 metr hesablanmışdır. Divarların enliliyi 4,09 metr və yuxarıya doğru istiqaməti isə 2,48 metr olduğu qeyd edilmişdir. Onun ümumi kütləsi 14453 ton hesab olunur. Tikilinin əyilmə meyli 3,97° sayılır. Şaquli vəziyyətindən 3,9 metr uzaq bilinir. Həmçinin qüllənin 294 pilləsi vardır. Qüllənin yuxarı hissəsi vertikaldan 5 metr maillənmiş vəziyyətdədir. Başqa sözlə desək, qüllə 5 metr əyilmişdir. Qüllənin başına çıxan hər bir kəs bunu çox sadə bir üsulla yoxlaya bilər. Belə ki, qüllənin başından atılan bir daş, qüllənin dibindən 5 metr aralıya düşür. Bu da qüllənin vertikaldan 5 metr meylləndiyini, yəni — 5 metr əyildiyini göstərir. Bəs, qüllənin əyilməsinə səbəb nədir? Hələlik heç kəs bunun dəqiq səbəbini bilmir. Sözsüz ki, qüllə inşa olunan zaman heç kəs istəməzdi ki, qüllə bu vəziyyətə düşsün. Belə hesab edilirdi ki, qüllə inşa edildikdən sonra əsrlərlə düz, dik duracaq. Ümumilikdə isə Piza qülləsinin memarlığı italyan abidələri içərisində ilkin yer tutur və bu ansambl 1063–cü ildən hazırlanmağa başlanmışdır. Hətta Piza kilsəsində İtaliya tarixində mühüm rol oynayan bir neçə şəxsin qəbri də vardır. Bunlardan ən tanınmışı isə alman imperatoru VII Henrikdir. Qüllə Baş kilsənin yanında, kilsə zənglərinin asılması məqsədilə inşa edilmişdir. İnşasına 1174-cü ildə başlanmışdır və 1350-ci ildə başa çatmışdır. Naməlum səbəblərdən qüllənin inşası 176 il sürmüşdür. Qüllənin özülü qumluqda qoyulmuşdur. Ola bilsin ki, məhz elə bu səbəbdən əyilmə baş vermişdir. Onu da qeyd eləmək lazımdır ki, qüllə birdən-birə əyilməmişdir. Əyilmə 3 mərtəbə və 3 qalereya tikildikdən sonra yaranmışdır. əyilmə baş verən zaman layihədə müəyyən dəyişikliklər edilmiş və bundan sonra tikili müəyyən qədər düzəlmişdir, maillik azalmışdır. Amma bu da tikilinin əyilməsinin qarşısını tam ala bilməmişdir. Son 100 ildə qüllə 0,3 metr, yəni-33 sm əyilmişdir. Mühəndislər belə hesab edirlər ki, qüllənin haqlı olaraq “düşən” qüllə adlandırırlar. Çünki, ya gec, ya da tez, nə vaxtsa qüllə düşəcəkdir. Yəni – yıxılacaq.
['Piza qülləsi', 'İtaliya', 'qeyri-adi tikililər']
629
https://kayzen.az/blog/ushaq_terbiyesi/21502/valideynl%C9%99r-%C3%BC%C3%A7%C3%BCn-t%C9%99limat.html
Valideynlər üçün təlimat
Apollon
Uşaq tərbiyəsi
14 mart 2018, 12:23
Mariya Montessori – italyan həkim, pedaqoq, alim, filosof, humanist idi. O XIX – XX əsrlərdə pedaqoji təfəkkürdə yeni səhifə açmışdır. Onun uşaqların tərbiyəsi mövzusunda valideynlər üçün təlimatı hər biriniz üçün faydalı olacaq.    Uşaqlar ilk dərslərini öz ətraflarında gördüklərindən, baş verən hadisələrdən alırlar. Uşağı daim tənqid etdikdə o insanları qınamağı öyrənir. Uşağı daim təriflədikdə o qiymətləndirməyi öyrənir. Uşaq daim ətrafında düşmənçilik gördükdə o dava etməyi öyrənir.  Uşaqla ədalətli davrandıqda o dürüstlüyü öyrənir. Uşağı daim lağa qoyduqda o utancaq olmağı öyrənir. Uşaq təhlükəsizlikdə olduğu hissi ilə yaşayırsa o inanmağı öyrənir. Uşağı daim pərt edirlərsə o özünün günahkar hiss etməyi öyrənir. Uşağı hərəkətlərini çox vaxt təsdiq etdikdə o özünə inam hissi əldə edir. Uşağa daim etiraz etdikdə o səbirli olmağı öyrənir. Uşaq dostcanlı mühitdə yaşayırsa və özünü dəyərli hiss edirsə o bu dünyadan sevgi tapmağı öyrənir. Hər zaman sizə müraciət edən övladınızı dinləyin və suallarına mütləq cavab verin. Səhvə yol verən və səhvinə ya indi, yaxud da gələcəkdə düzəliş edə biləcək övladınıza hörmətlə yanaşın. Həyatda yeniliklərin axtarışında olan övladınıza hər bir halda kömək etməyə hazır olun. Övladınıza qarşı mümkün olan ən yaxşı davranışlardan istifadə edin.
['uşaq tərbiyəsi', 'Mariya Montessori', 'Montessori təlimi', 'Montessori metodu', 'övlad tərbiyəsi', 'pedaqogika', 'təlim-tərbiyə']
630
https://kayzen.az/blog/sevgi/21599/m%C9%99%C5%9Fhur-yazar%C4%B1n-sevgid%C9%99n-d%C9%99li-olan-q%C4%B1z%C4%B1.html
Məşhur yazarın sevgidən dəli olan qızı
Apollon
Sevgi
12 mart 2018, 21:32
Adel sindromu barədə hər birimiz eşitmişik. Buna sevgi xəstəliyi də deyilir. Hamımız platonik sevgi yaşayan insanlarla qarşılaşmışıq. Bu sevgi realda var olmayan, xəyalda qalan, həyata keçməyən sevgidir. Platonik sevgidə hər şey romantik və ruhi müstəvidə olur. Bu sevgi fiziki doyum üçün deyil, hisslərin doyumu üçündür. Adel sindromu öz adını məşhur fransız yazıçısı Viktor Hüqonun qızı Adelin adından götürüb. O qeyri-adi sevgisi ilə tarixə düşmüş qadınlardan biridir. Adel ailədə beşinci uşaq olub. O çox gözəl qadın və istedadlı pianoçu idi. Lakin onun psixi sağlamlığı get-gedə zəifləyirdi. 1843-cü ildə böyük bacısı, 19 yaşlı Leopoldinanın ölümü ona ciddi təsir edir. 1852-ci ildə Adel atasının ardınca Hernsi adasına gedir. Orada da ciddi depressiya yaşayan qızın vəziyyəti gün-gündən pisləşir. 1858-ci ildə o Fransaya qayıdır ki, müalicə alsın. Adel çox gözəl və istedadlı qadın idi. Lakin ona uzanan kişi əllərindən birmənalı olaraq imtina edirdi. Özünü sevgidən uzaq hesab edirdi. 1861-ci ildə İngiltərədə səyahət zamanı Adel Pinson adlı bir zabitlə tanış olur və ona dəlicəsinə aşiq olur. Adel Pinsonla tanış olan kimi başa düşür ki, zabit onun həyatının sevgisidir. Qərar verir ki, ona ərə getməlidir. Lakin Pinson bunun üçün heç də tələsmir. Sonralar isə qadının dəlicəsinə sevgisindən bezərək ondan qaçmağa başlayır. Lakin Adel ondan əl çəkmir. Hətta Pinsonun polkunun olduğu şəhərə gedərək, yataqxanada nömrə tutur ki, onun yaxınlığında olsun. O zabitə sevgi məktubları yazır, onun bütün qumar borclarını ödəyir, hətta sevgilisi üçün fahişə belə tutur. Çünki Adel onu bircə yüngül əxlaqlı qadınlara qısqanmır. Adel hiss etmir ki, psixologiyası korlanıb. Ətrafdakılara, hər kəsə Pinsonla evli olduğunu deyir və özü də buna inanır. Xəyalındakı toy görüntülərini həqiqi hesab edir. Lakin Pinson tezliklə başqası ilə evlənir, hətta ata da olur. Hüqonun qızının sevgisindən yorulmuş zabit ona hər dəfə izah edir ki, ümid bəsləməsin, Fransaya qayıtsın. Lakin qadın əl çəkmir. Hər gün onun kazarmasının qarşısında gözləyir. Zabit görünən kimi sakitcə onun dalınca düşüb evinə qədər gedir. Sonda tamamilə kasıblamış, üzülmüş və dəli olmuş Adeli bir nəfər Fransaya aparır. Atası onu San-Mandedəki psixiatrik xəstəxanaya yerləşdirir. Viktor Hüqonun ölümündən sonra Adeli Syurendəki xəstəxanaya köçürürlər. O ömrünün sonuna, 1915-ci ilə qədər xəstəxanadan çıxmır və heç vaxt özünə gəlmir. 85 yaşında xəstəxanada ölür. Ölərkən də dodaqlarında Albert adı olur. Ölümündən sonra Adelin yanından çoxlu sayda sevgi məktubları tapılır. O, məktubları öz sevgilisinə göndərə bilməmişdi. Məhz bundan sonra tibdə bu sindroma Adelin şərəfinə bu ad verilir. Adel sindromu tibdə geniş tanınmır. Lakin tez-tez platonik, dəlicəsinə sevgi hadisələrindən danışılarkən istifadə edilən termindir.
['Adel sindromu', 'platonik sevgi', 'sevgi', 'eşq', 'psixoloji sindromlar']
631
https://kayzen.az/blog/psixologiya/21580/s%C9%99hn%C9%99-qorxusu.html
Səhnə qorxusu
Apollon
Psixologiya
11 mart 2018, 20:50
Toplum qarşısında danışmaqdan,özünü təqdim etməkdən və ya mahnı oxumaq, nümayiş etmək kimi müxtəlif performansları sərgiləməkdən qorxu yaşayan kəslər, «performans qayğısı» dediyimiz qorxuya sahibdirlər. Səhnə qorxusu adıyla da bilinən bu anlayışı idmançılar, musiqiçilər, aktyorlar da sıxlıqla yaşayırlar. Səhnə qorxusu adamın etdiyi işdən aldığı zövqü azaltmaqla qalmaz eyni zamanda onun karyerasına da mənfi istiqamətdə təsir edə bilər. Ayrıca adamda öz-kafilik və özünə inam ilə əlaqədar problemlərə də yol aça bilər. Hansı işlə məşğul olursunuz olun, izdiham qarşısında bir performans sərgiləmək məcburedici bir təcrübədir. Səhnə qorxusu, dərhal hər peşə sahəsindəki adamda görülə bilər. Səhnəyə ilk çıxma təcrübələrində görülə biləcəyi kimi, uzun illərdir birlik qarşısında böyük bir rahatla performans sərgiləyən insanlarda da görülə bilər. Oyunçular, siyasətçilər, musiqiçilər, dərman mütəxəssisləri… Saysız peşə sahəsindəki insanlarda görülə bilən bu problem, adamın performansına son dərəcə mənfi şəkildə təsir etməkdədir. İndi də səhnə qorxunuzu yenmək üçün nələr etməlisiniz: Təqdim etdiyiniz şeyi yaxşı bilin. Yaxşı çalışın və performansınıza tamamilə hakim olun. Səhnə qorxusunun əhəmiyyətli bir qisimi kifayət qədər hazır hiss etməməkdən, səhv etmə narahatlığı daşımaqdan, tamaşaçının səhvi anlamasından qaynaqlanar. Təqdim edəcəyiniz şeyə tamamilə hakim olduğunuzda, bu narahatlıqları yenə bilərsiniz.İlk 5 dəqiqəni keçirməyə fokuslanın. Hər performans üçün çətinlik yaradan qisim bu ilk 5 dəqiqədir. Böyük səhnə fobisi problemi yaşayan kəslər belə, bu qorxunu performans müddətində deyil, yalnız ilk dəqiqələrdə yaşayarlar. Nəfəs alın! Qorxu fiziki olaraq yaşanan bir duyğudur və fiziki olaraq da öhdəsindən gəlinə bilər. Qorxduğumuzda qısa və sürətli nəfəslər almağa başlamalıyıq. Səhnəyə çıxmadan əvvəl, sakitləşərək, oturaraq, yavaş və dərin nəfəslər aldığınızdan əmin olun.Xatırlayın və özünüzə xatırladın. Qorxunc bir performans sərgiləsəniz belə, dünya tək parça halında yerli yerində dayanır, parçalara ayrılmamış olacaq. İstədiyinizin xaricində bir performans sərgiləsəniz belə, insanlar yenə verdiyiniz əmək üçün sizi təqdir edir, təşəkkür edir olacaqlar.Bilin ki, ən böyük tənqidçiniz özünüzsünüz. Sizi parçalara ayırmaq üçün deyil, dinləmək üçün gələn bir qrup tamaşaçı ilə qarşı-qarşıya olacaqsınız. Lütfən siz də özünüzü parça parça etmək üçün deyil, daha tərəfsiz qiymətləndirmək üçün hazır olun.Davamlı təkrarlayan, şiddəti gedərək artmaqda olan bir qorxuyla baş-başa qalmayın; dəstək alın. Ququ Sultanlı
['psixologiya', 'komplekslər', 'kompleks növləri', 'səhnə qorxusu', 'fobiyalar']
632
https://kayzen.az/blog/moda/20983/tom-ford.html
Tom Ford
Apollon
Moda dünyası
10 mart 2018, 17:34
Tom Ford müasir dövrümüzün ən yaraşıqlı dizaynerlərindən biridir. O öz brendini yaradana qədər, bütün dəb dünyasında art-direktor olaraq ən çox gəlir qazanan dizayner idi. O Texas əsilli olsa da, Nyu Mexikoda yaşayıb və məktəbi burada bitirib. Daha sonra isə Nyu-Yorka gedərək universitetə qəbul olur və incəsənət tarixini öyrənir. Lakin zamanla o bu sahəyə aid olmadığını başa düşür və təhsili atır. Bu zaman o memar olmağa qərar verir və məşhur Parsons məktəbinə daxil olur. Lakin burada da, bir neçə il təhsil aldıqdan sonra təhsilini yarıda qoyur. Tom Ford başa düşür ki, geyim dizaynerliyi məşğul olmaq istəyir. Bu səbəbdən də, təhsilini ataraq Parisə gedir. 1990-cı illərdə Tom Ford Gucci dəb evinin diqqətini çəkə bilir. İlk olaraq o qadın geyimləri üzrə dizayner olaraq işləməyə dəvət alır. Lakin artıq 1992-ci ildə o art-direktor, 1994-cü ildə isə Gucci dəb evinin kreativ direktoru vəzifəsinə keçir. O burada artıq məşhur bir ulduza çevrilir. 2000-ci ildə Gucci şirkəti Yves Saint Laurent-in mülkiyyətinə çevrilir. Burada onun işi iki qat, hətta üç qat artır. Lakin bu Tom Fordu işindən imtina etməsinə səbəb olmur. Əksinə o bütün enerjisini, yuxusunu, əsəblərini öz işinə fəda edir. Bunun da nəticəsi olaraq ilin ən yaxşı dizayneri adını qazanır. Lakin Tom Ford 2004-cü ildə Gucci şirkəti ilə anlaşılmazlıq yaşadığına görə şirkəti tərk edir. Bu ilk baxışdan uğursuzluq kimi görünsə də, bu hadisədən sonra Tom Fordun məşhurluğu daha da artır. Ona çoxsaylı iş təklifləri gəlsə də, o Estée Lauder ilə əməkdaşlığı seçir. Şirkətlə əməkdaşlığı ərzində iki xüsusi kosmetika növləri istehsal etməyə başlayır. Bunlardan ən məşhuru da Amber Nude adlanırdı. Ətir istehsalı Tom Ford üçün yeni məşğuliyyət növünə çevrilir. O Estee Lauder üçün klassik Youth Dew ətrini yeniləyir və öz ətrinin yaradılması ilə bağlı danışıqlara başlayır. Və o dediyini də edir! Artıq bir ildən sonra Nyu-Yorkda onun ən sevimli ətirlərindən biri olan “Black Orchid” təqdim edilir. O xüsusi olaraq bu ətrin yaradılması üçün məşhur botaniklərdən biri ilə qara orxideya çiçəyini aşkar edir. Məhz bu bitki onun yeni yaratdığı ətir üçün əsas rol oynayır. Onun digər bir əyləncəli məşğuliyyəti isə öz şəxsi Tom Ford International brendinin yaradılması olur. O deyir: “Mən getdim və dəbə yenidən qayıtmaqğı düşünmürdüm. Lakin tezliklə bu işin mənə necə əziz olduğunu başa düşdüm. Mən yeni əşyalar düşünməyi və yaratmağı sevirəm”. O nə Versace, nə Valentino şirkəti ilə əməkdaşlıq etməyə davam etmədi və müstəqilliyi seçdi. Və nəhayət 2007-ci ilin aprel ayında Nyu-York öz adının təsvir edildiyi ilk böyük, dəbdəbəli və möhtəşəm mağazasını açdı. 2011-ci ildə Tom Ford öz yaratdığı kosmetika növünü təqdim edir. O bu məhsulların yaradılmasında fəal olaraq iştirak edirdi. Onun yaratdığı ətirlər sırasında kişilər üçün Tom Ford for Men, Tom Ford for Men Extreme, Noir, qadınlar üşün isə Black Orchid, Violet Blonde, White Patchouli və Voile De Fleur kimi məşhur ətirləri görmək olar. Bəzi mütəxəssislərin hesablamalarına görə Tom Ford ətir evi bu günə qədər 37 ətir yaratmışdır. Bu ətirlərin ən birincisi 2006, sonuncusu isə 2012-ci ildə istehsal edilib.
['moda dünyası', 'brendlər', 'brend', 'Tom Ford']
633
https://kayzen.az/blog/qadin/21008/b%C3%BCt%C3%BCn-qad%C4%B1n-probleml%C9%99rinin-s%C9%99b%C9%99bl%C9%99ri.html
Bütün qadın problemlərinin səbəbləri
Apollon
Qadın
10 mart 2018, 17:02
Hamımız yaxşı bilirik ki, səhvləri etiraf etmək çətin olur. Bəzən haqsız olduğumuzu bilə-bilə özümüzü müdafiə etməyə, küsməyə və hirslənməyə davam edirik. Nəticədə neqativ və aqressiya həm özümüzə, həm də yaxınlarımıza qayıdır. Bu halda evdə ailədaxili münaqişələr və gərginlik yaranır. Rəfiqələr də bir yerə yığışanda tez-tez öz məişət problemlərini müzkairə edir, ərlərindən şikayət etməyə başlayırlar. Lakin psixoloqlar məsləhət görür ki, qadınlar birinci növbədə öz daxili problemlərini həll etməlidir. Və əlbəttə ki, bütün kişiləri günahlandırmağı dayandırmalıdır. Psixoloq Mixail Labkovskiy əmindir ki, əgər qadın qarşı tərəfdə ancaq neqativ görürsə, özünün ailədəki mövqeyini ciddi nəzərdən keçirməyə dəyər. Xoşbəxtlik səndə gizlənib Elə insanlar var ki, uzaqdan xoşbəxt olduqları dərhal seçilir. Onların həyatında hər şey qaydasındadır: sevimli ər, uşaqlar, gözəl karyera və s. Belə insanlara həsəd aparmaq yox, sadəcə öyrənmək lazımdır. Əsas məsələ qavrayış və emosional durumdan asılıdır. Razı olmağı, kiçik şeylərdən sevinməyi öyrənin. Onda ətrafındakıların tamamilə dəyişdiyini özünüz də görəcəksiniz. Qadınlara da seks lazımdır “Qadınlara seks lazım deyil” fikri düz deyil, onların da kişilər qədər intim ehtiyacları var. Lakin bu hisslər qadınlarda nəvaziş və mehribanlıqla bağlıdır. Kişiləri ittiham etmək, onları heyvani və öz primitiv tələbatlarına görə günahlandırmaq əvəzinə təşəbbüsü öz əlinə almağa çalış. Qarşı tərəfə nə istədiyini və nələrdən xoşun gəldiyini de. Ola bilsin ki, siz bir-birinizi təəccübləndirə bildiniz. Ürəkdən istə Statistikaya sığınmaq alınmayacaq! Gender rəqəmlərində boşanmaq və yenidən nikaha daxil olmaq imkanı çoxdan tarazlaşdırılıb. Bəs niyə bəzi qadınlar heç bir dəfə də olsun ailə qura bilmir, digərləri isə bir neçə dəfə ərə gedir? Məsələ psixikadadır. Burada nə zahiri görkəm, nə də xarakter rol oyanmır. Hər bir insan xoşbəxt yaşaya bilər, sadəcə bunu ürəkdən istəkmək lazımdır. Heç bir norma yoxdur Əgər sənə tək yaxşıdırsa, qoy belə də olsun. Tənhalıq qorxusu 80 yaşdan sonra yaranmalıdır, ondan tez yox. Çünki təklik yalnız ölüm yatağında diskomfort verir. Sən gənc və güclüsən, təkliyi cəsarətlə təbii hal kimi qiymətləndir. Odur ki, yarın olmadığı üçün özünü kompleksə salmağa son ver! Xoşbəxtlik = sabit psixoloji durum “Harmoniya güzəştə getməkdədir” fikri əfsanədir. Güzəşt nə sənə, nə də sənin tərəf müqabilinə xoşbəxtlik gətirməyəcək. Ailədə rahat, sağlam ab-hava o zaman hökm sürəcək ki, siz ikiniz də münasibətlərinizdən razısınız. Normal münasibətlər yalnız o adamla qura bilər ki, onlar özünü və bir-birini sevirlər. Münasibətləri qurmurlar İşdən gələndə bir az dincəl. Ailə sənin ikinci işin deyil. Ona görə pul ödənilmir. Münasibətlər üzərində işləmək lazım deyil, çünki onlar ya var, ya da yoxdur. Yeganə şərt: Özünü olduğun kimi qəbul et. Eyni zamanda partniyonu dəyişdirməyə çalışma. Yenidən tərbiyə etmək, dəyişmək, düzəltmək lazım deyil. Əgər xoşuna gəlmirsə, başqasını tapmaq lazım gələcək. Yekun Ailədə harmoniyanın sirri çox sadədir. O qadında — səndə gizlənib. Sən həm müsbət, həm də mənfi emosiyaları çəkə bilərsən. Ətrafda yalnız yaxşını görməyi öyrənin, belə qərardan sonra həyatının necə dəyişdiyinə özün də təəccüb edəcəksən.
['qadın', 'qadın problemləri', 'qadın psixologiyası']
634
https://kayzen.az/blog/ad%C9%99tl%C9%99r/21625/s%C9%99m%C9%99ni,-saxla-m%C9%99ni.html
Səməni, saxla məni
Apollon
adət-ənənələr
9 mart 2018, 12:58
Novruzun əsas atributlarından, simvollarından biri səmənidir. Novruzu səmənisiz təsəvvür etmək qeyri-mümkündür. Bəs evdə səməni necə qoyulur?  Bəzi müəlliflər öz əsərlərində «səməni» sözünü "çəmən" və «saman» sözüylə bağlayırlar. Bu qəbildən olan sözlərə hindlilərin «sumani»- buğda sözünü, rusların «semena» — toxum sözlərini də aid etmək olar. Avestanın və Riqvedanın diqqətlə təhqiqi səməni anlayışını və «soma» (Riqveda) və ya «xaoma» (Avesta) bitkisinin və ilahi içkisinin sirlərini açmağa imkan verir. Rus və başqa xalqlar üçün «yolka» necə əzizdirsə, səməni bizim üçün ondan da əzizdir. Səməni nəinki bizim süfrəmizin, evimizin bəzəyidir, eyni zamanda Novruz bayramının simvoludur. Səməni bolluq simvoludur. Məhsulun həmin il necə olacağını məhz səməni ilə müəyyən edirlər. Əgər səməni yaxşı bitibsə, boy atıbsa, deməli, məhsul həmin ili bol olacaq. Səməni zəriflik simvoludur. Hər bir evdə səməni ilin başlanğıcında yetişən ilk zərif bitkidir ki, özünə hörmət, ehtiramla yanaşmaq tələb edir. Səməni xeyirxahlıq simvoludur və heç vaxt xeyirxah olmayan adamların yaxınlığında bitmir. Səməni təmizlik simvoludur, həm fiziki, həm də mənəvi cəhətdən təmiz olmayan adam onu yetişdirə bilməz. Səməni hər evə şadlıq, sevinc gətirir, çünki ona baxan qoca da, cavan da qeyri-ixtiyari xeyirxah olur, daxilən şadlanır. Səməni yetişdirmək üçün bəzi adətləri yerinə yetirmək lazımdır. Əgər sən həm fiziki, həm də mənəvi cəhətdən təmiz deyilsənsə, yaxşı olar ki, səməniyə yaxın gəlməyəsən, çünki belə olan halda səməni, ümumiyyətlə, bitməyəcək, şişmiş buğda toxumu sadəcə olaraq çürüyəcək. Səməni qoymazdan əvvəl qapı-bacanı təmizləmək, tər-təmiz yuyunmaq, pis və naqis fikirlərdən uzaq olmaq, sizin qarşınızda günahkar olanları bağışlamaq, xeyirxah olmaq lazımdır. Ancaq belə olan halda səməni yaxşı yetişər. Yadda saxlamaq lazımdır ki, bütün bu dediklərimizə riayət etmək nəinki səməninin yetişməsinə, eyni zamanda həmin ildə məhsulun inkişafına da təsir edir. Səməni qoyulmuş otağa ancaq xeyirxah fikirlərlə daxil olmaq lazımdır. Ümumiyyətlə, Novruz bayramı bütünlüklə, tam xeyirxah olmağı tələb edir. Novruz günlərində ancaq yaxşı niyyətlə, xeyirxah münasibətlə bir-birinə hədiyyə vermək, şirin, səmimi söhbətlər etmək lazımdır. Belə halda il şirin olacaq. Səməni necə cücərdilir? Adətən səməni Novruz bayramına 10-15 gün qalmış qoyulur. Düzgün qulluq etsəniz, bu vaxt səməninin bayrama qədər hazır olmasına kifayət edir. Bildiyiniz kimi, əsl səməni əksər hallarda buğdadan qoyulur. Ancaq başqa toxumlardan qoyulan səmənilər də var. Buna misal olaraq arpa və vəzəri toxumundan qoyulan səməniləri göstərmək olar. Fərqli toxumlardan cücərdilən səmənilərin görkəmi buğdadan qoyulmuş səmənidən fərqlənir. Sadə, düz səməniyə sahib olmaq istəyirsinizsə, səməninizi buğdadan qoyun. Səmənini qoymaq istədiyiniz qabı seçib ona uyğun miqdarda buğda götürün. Buğdanı əvvəlcədən arıtlayın. Xarab buğdaları sağlamlardan seçin ki, cücərməyən buğda az olsun, daha çox buğda cücərsin və səməniniz dolu görünüşlü olsun. Daha sonra başqa hər hansı bir qaba həmin buğdaları tökün və üzərini keçəcək qədər su əlavə edin. Buğdanı cücərməsi üçün günəşli bir yerdə, pəncərə kənarında yerləşdirin. Vaxtlı-vaxtında ona su əlavə edin ki, susuz qalmasınlar və cücərə bilsinlər. Buğdaları otaq temperaturunda saxlayın. Bir neçə gündən sonra buğdaların azca şişdiyini və cücərməyə başladığını görəcəksiniz. Bundan sonra onların suyunu yaxşıca süzün və səmənini qoymaq istədiyiniz qaba köçürün. Buğdaları qabın içinə hər tərəfdə bərabər miqdarda sərin. Üzərini yaş tənzif və ya yaş pambıq parça ilə örtün və quruduqca üstdən sulayıb örtüyü yenidən isladın. Cücərtilər bir az uzandıqdan sonra tənzifi götürün və səməninizi vaxtı-vaxtında sulayın. Qurumasından asılı olaraq 1-2 gündən bir sulamaq lazım gələcək. Yaxşı olar ki, səmənini qoyduğunuz qabın altında deşiklər olsun. Misal üçün marketlərdə satılan bir istifadəlik plastik qabların altında dəliklər açaraq səməninizi həmin qablarda qoya bilərsiniz. Səməninizin bir tərəfə əyilmiş istiqamətdə böyüməməsi, simmetrik olması üçün onu vaxtlı-vaxtında fırladın. Çünki cücərtilər daim günəş gələn tərəfə meyl edəcəklər. Səmənini vaxtında çevirdikdə isə onun bütün tərəfləri eyni ölçüdə olur. Bayrama qədər buğda 8-12 sm qalxır. Bu zaman səməni hazırdır və onun perimetri boyunca səliqə ilə qırmızı lent bağlayırlar, səməninin ətrafına isə müxtəlif rəngli 7 ədəd şam düzürlər. Sonra səmənini masanın üstünə qoyurlar.
['Novruz bayramı', 'Novruz adətləri', 'səməni']
635
https://kayzen.az/blog/esse/20823/g%C9%99ncliy%C9%99-xitab.html
Gəncliyə xitab
Apollon
Esse
8 mart 2018, 16:14
Ey Gənclik! Səndən əvvəlki nəsil yoxdan bir bayraq yaratdı. İndi sənin qarşında yoxdan bir bayraq yaratmaqdan heç də az əhəmiyyətli olmayan daha vacib bir vəzifə var. Sən mədəni cəhətdən daha inkişaf etmiş xalqların qızları ilə izdivac qurub övladlarının təlim və tərbiyəsini onların öhdəsinə buraxmalısan. İndi sənin millətçi, vətənpərvər vaxtındır. Yəqin ki, yuxarıda yazılan sözlər bir millətçi, bir vətənpərvər kimi sənin izzəti-şərifinə toxunur. Vaxt gələcək sən nə dediyimi anlayacaqsan və yuxarıda yazılanlara əməl etməsən, o zaman dəhşətli dərəcədə peşmanlıq hissi keçirəcəksən. Lakin bu peşmanlıq hissinin heç bir əhəmiyyəti olmayacaq. Çünki artıq gec olacaq. Biz ayrı-ayrı yazılarda bu mövzuya bir neçə dəfə toxunmuşuq. Zooparkda bizim anaların və müəllimlərin, onların tərbiyə etdiyi uşaqların davranışlarını gördükdə ayrıca bir yazı yazıb öz tərəfimdən sizə daha bir yaxşılıq etmək qərarına gəldim. Qardaş qardaşa bu dərəcədə böyük miqyasda yaxşılıq etməz. Əməl etsən qazanarsan, etməzsən nə demək istədiyimi zaman özü sənə başa salar. Bu sözləri havadan, sudan yazmıram. Gördüklərim, eşitdiklərim, oxuduqlarım bu cür qəti mühakimə yürütməyimə rəvac verir. Zooparkda yalnız bir qadın özünü əsl ana kimi aparırdı. Qəfəslərin qarşısında dayanıb uşaqlara heyvanlar haqqında məlumatlar verirdi. O qadın başqa, mədəni cəhətdən daha inkişaf etmiş millətin nümayəndəsi idi. Bizim anaların və müəllimlərin tərbiyə etdikləri uşaqlar isə heyvanların üzünə tüpürürdülər. Zooparkda gördüyüm səhnələr mənə o qədər pis təsir etdi ki, üstündən nə qədər vaxt keçməsinə baxmayaraq hələ də özümə gələ bilmirəm. Hələ də o səhnələr, uşaqların heyvanların üzünə tüpürməsi, anaların və müəllimlərin buna əhəmiyyət verməməsi, davranışları, danışıqları, şəkil çəkdirərkən üzlərinə verdikləri ifadələr, qışqırıqları, uşaqların başına qapaz vurmaqları gözlərimin qarşısındadır. Görəsən bir uşaq hansı tərbiyəni almalıdır ki, heyvanın üzünə tüpürsün? Axı bu nə deməkdir? Görəsən bu hansı tərbiyənin nəticəsidir ki, əslində heyvanlara maraqla baxmalı olan uşaqlar heyvanların üzünə tüpürürlər? Həyat və şərait elə gətirdi ki, müxtəlif məkanlarda bir xeyli xalqların nümayəndələri ilə ünsiyyətdə oldum. Özüm haqqında yaxşı sözləri həmişə başqa dillərdə eşitdim. Yazılarıma və oxuduqlarıma görə fransızdan tutmuş ingilisə qədər, almandan tutmuş rusa qədər, latışdan tutmuş serbə, polyaka, çexə qədər müxtəlif xalqların müxtəlif təbəqələrinə mənsub nümayəndələrindən diqqət və hörmət gördüyüm halda özümüzünkülərdə qərəz, hörmətsizlik, müxtəlif cür neqativ münasibətlər gördüm. Daima mənə təsadüfi bir adam olduğumu, öz əhəmiyyətsizliyimi, mənasız işlə məşğul olduğumu sübut etməyə çalışdılar. Əlbəttə özümü heç də böyük şəxsiyyət, fövqəladə zat hesab etmirəm. Zaman-zaman hissə qapılıb bir çox səhvlərə yol versəm də ümumilikdə götürəndə allaha şükür hələ ki, reallıq hissini tam itirməmişəm. Yazdıqlarım yerli əhəmiyyətli olsa da, yazdıqlarımda dərinlik, intellekt, texnika çatışmasa da söhbət bir yazı adamına, qələmə münasibətdən gedir. Bəzən təbiət adamı elə lapdan yaxalayır ki, bilə-bilə, şüurlu şəkildə zövqünə xəyanət etməli olursan. Bu alçalmağın ən ağır formalarından biridir. İndi yaşımın elə bir vaxtıdır ki, artıq hisslərimdən utanmıram. Nə gizlədim, gizlətməyə nə ehtiyac var, təbiət lapdan yaxalayanda bilə-bilə, şüurlu şəkildə zövqümə xəyanət etdikdə özümü ağır dərəcədə alçaldılmış və təhqir olunmuş hesab etmişəm. Dostoyevskinin alçaldılmış və təhqir edilmişləri mənim alçalmağımın və təhqir olunmağımın yanında toya-bayrama getməlidir. Layiq olmayan adamlarla ədəbiyyat söhbətləri etdikdə Steynbekdən, nə bilim Tomas Vulfdan danışanda mirvariləri donuzların qabağına atdığımı anlamışam. İnsanın bilə-bilə öz zövqünə məcburiyyət qarşısında qalıb xəyanət etməsi ağrılı prosesdir. Zövqə xəyanət etmək bağışlanılmır. İnsan mütləq bunun cəzasını çəkir. Bunu etiraf etmək təəssüflər olsun ki, adamın vəziyyətini yüngülləşdirmir. Çünki harda edirsən et, kimə edirsən et, heç bir etiraf yaddaşı pozmur. Belə hesab edək ki, pis zamanda doğulduq. Sovetin çöküşündən sonra zamanın diqtə etdiyi həyat şərtlərini öyrənmək və yeni münasibətlər sisteminə öyrəşmək vaxt tələb etdi. Həyatın qaydalarını, cinslər arasındakı fərqləri öyrədən, başa salan az oldu. Öyrədən olanda da gəncliyin aldadıcı romantikası, sayrışan bayağı arzular öyrədənlərin sözlərinə əhəmiyyət verməyə maneələr yaratdı. Necə ki, indi sizlərdən çoxunuz yuxarıda yazılanlara əhəmiyyət vermirsiniz və yazılanları sadəcə bir yazı kimi oxumaqdasınız. Gəlin yanlış yerdə və yanlış zamanda doğulduğumuzu nəzərə alaq. Bəlkə bunu dərk etmək bir az vəziyyətimizin yüngülləşməsinə, səhvlərimizin öz tərəfimizdən bağışlanılmasına kömək etmiş olar. Bəlkə bunu dərk etmək bilə-bilə zövqümüzə xəyanət etməyə az da olsa haqq qazandırar. Axı doğurdan da ən adi təbii ehtiyaclarımızı elə çətinliklərlə, elə qurbanlar bahasına ödəyirik ki, adam istər-istəməz özünü hörmətdən salmış olur. Ey gənclik! Güclü və qarşısında konkret məqsəd dayanan kişi çətin də olsa qadının göz yaşına əhəmiyyət verməməyi bacarmalı, zərurət yarandıqda ayağını məişətlə, bayağı romantikayla, səydəş arzularla çırpınan qadın ürəyinin üstünə basıb məqsədinə doğru yoluna davam etməkdə özündə qətiyyət tapmalıdır. Onsuz da qadın dekorativ cinsdir. Bu dekorativliyin üstünə qadının mənsub olduğu xalqın mentalitetindən, geriliyindən, adət-ənənəsindən qaynaqlanan naqisliklər də əlavə olunduqda dözülməz bir məxluq ortaya çıxmış olur. Üstəlik bu məxluqun arzuları sərhəd tanımır, iddiası aşıb-daşır. Onu dəyişəcəyin və səviyyəsini qaldıracağın haqqında düşünmə. Bu haqda düşünmək şəxsi faciənlə nəticələnəcək. Ola bilsin onun cəlbedici, şirnikləşdirici, rahat və gözəl gələcək vəd edən davranışları və məlahəti sənin gözlərini qamaşdırır, detalları görməkdə çətinlik yaradır. Düşün ki, sən onun atasıyla, anasıyla, qardaşıyla, qohumlarıyla söhbət etməli, onların məclislərində iştirak etməli olacaqsan. Bir tərəfdən də öz valideynlərin, özününkülərə üstünlük verməyin üçün sənə təzyiqlər edəcəklər, elini hürküt, axsağını tut deyəcəklər. Həyatımda eşitdiyim ən axmaq atalar sözündən biridir. Onların, ata və anaların istəyi öz səviyyələrinə uyğun bir adam tapmaq və intriqalarla öz həyatlarına məna qatmaqdır. Bu barədə “İnkişafın qısa yolu” adlı yazıda xeyli mətləblərə toxunmuşuq. Həvəsiniz olsa axtarıb tapıb oxuya bilərsiniz. Bütün bunları nəzərə aldıqda sizin mədəni cəhətdən daha inkişaf etmiş, seksual inqilaba imza atmış xalqların nümayəndələri ilə izdivaca girməyiniz artıq zərurətə çevrilir. Əlbəttə qadın hər yerdə qadındır. Qadının milləti olmur. Biz sadəcə inkişafdan danışırıq. İnkişaf elə bir şeydir ki, ağacdan tutmuş heyvanlara qədər, heyvanlardan tutmuş qadınlara qədər ondan hər canlının payına nəsə düşür. Məsələn, tutaq ki, hansısa ölkədə heyvanlara qarşı münasibət normaldır. Bu o demək deyil ki, bu normal münasibətə heyvanlar mübarizə apararaq özləri nail olublar. Əsla belə deyil. Siz tarixdən bu barədə bircə misal da gətirə bilməzsiniz. Ki, filan ildə filan ölkədə itlər nümayiş ediblər və şüar qaldırıblar: bəsdirin, daha bizim qulaqlarımızı kəsməyin! Belə şey heç vaxt heç harda olmayıb. Sadəcə cəmiyyət inkişaf edib və adamlar başa düşüblər ki, heyvana hörmət etmək lazımdır. Siz mədəni cəhətdən inkişaf etmiş xalqların qadınlarına üstünlük verdikdə elə düşünməyin ki, konkret hansısa qadına üstünlük verirsiniz. Konkret hansısa qadını hansısa qadından üstün tutursunuz. Xeyr. Siz mədəniyyəti inkişaf etmiş xalqa mənsub qadına üstünlük verdikdə həmin qadının özünə deyil, onun mənsub olduğu xalqın mədəniyyətinə üstünlük vermiş olacaqsınız. Başqa heç bir qeyri-adilik axtarmaq lazım deyil. Yuxarıda yazılanlara sənətlə məşğul olan və məşğul olmaq istəyən gənclərin daha həssas yanaşması şiddətlə tövsiyə olunur. Bunlar nə bilir sənət nədir? Bunların sənəti başa düşməklərinə azı iki əsr var. Bütün sənət dünyasını bir keçiyə satarlar, üstəlik də səni borclu çıxararlar. Seymur BAYCAN
['Seymur Baycan', 'esse', 'publisistik düşüncələr', 'gənc oğlanlara məsləhətlər']
636
https://kayzen.az/blog/sevgi/21601/sevginin-kimyas%C4%B1.html
Sevginin kimyası
Apollon
Sevgi
8 mart 2018, 16:09
Bu yazımızda sevgiyə psixoloji, sosioloji, romantik və hətta maddi olaraq yanaşanlardan fərqli olaraq biz də kimyəvi baxımdan yanaşacağıq. Bir çoxumuz hesab edirik ki,sevginin simvolu ürəkdir. Ancaq ürəyin sevgi ilə heç bir əlaqəsi yoxdur. Sevginin qaynağı beyindir. Amerikalı antropoloq Helen Fişerə görə: ehtiras nə qədər artsa, beyində həyəcan və həzz duyğularının yaranmasına səbəb olan hormonlar daha çox xəbərdar edilir və aktiv hala gəlir. Dofamin, noradrenalin və feniletilamin maddələrinin artıq sekresiyası nəticəsində əllərimiz daha çox tərləyir, tənəffüsümüz sürətlənir, təzyiqimiz və nəbzimiz yüksəlir! Aşiq olanların iştahdan kəsilməsi, yuxusuzluq çəkməsi məlum əlamətlərdir. Bütün bunların səbəbi də hamımız üçün çox əhəmiyyət daşıyan hormonlardı. Noradrenalin ovuc içində tərləmə, ürək döyüntüsündə sürətlənmə, göz bəbəklərində böyümə meydana gətirir. Bu hormon beynin diqqət və ətrafa cavab vermə ilə əlaqədar hissələrinə təsir edir. Aşiq olan insanın fikrini cəmləyə bilməməsi, daima dalğın olması və ətrafdan verilən suallara ləng cavab verməsi və ya verməməsinin əsas səbəbi həddindən artıqlı noradrenalin sekresiyasıdır. Adrenalin və noradrenalin birlikdə ürək döyüntülərini, qanda qlükoza miqdarını və skelet əzələlərinə gedən qan axınını artıraraq «qaç ya da döyüş» (flight or fight) cavabının təməlini meydana gətirirlər. Beyində noradrenalin səviyyəsinin artmasıyla xoşbəxtlik artır, iştah isə azalır. Beləliklə, aşiq olduğumuzda iştahdan kəsilməyimizin və xoşbəxtliyimizin səbəbi budur. Dofamin beyində sintez olunan, insanları daha danışqan və həyəcanlı edən bir kimyəvi maddədir. Bu maddə romantik reaksiya, hərəkət və xoşbəxtlik hisslərini yaradan beyin hissələrinə təsir etməkdədir. Nəticədə sevdiyimiz şəxsi gördüyümüzdə tənəffüsümüz artır, bədənimizə istilik gəlir və üzümüz qızarır.  Feniletilamin sekresiyasının artması üçün göz-gözə gəlmək və əl-ələ tutmaq kimi sadə davranışlar belə kifayətdir. Ürək döyüntüsünün sürətlənməsi, əllərin tərləməsi və tənəffüsün çətinləşməsi kimi reaksiyalar beyində yüksək dozada feniletilamin sekresiyası nəticəsində meydana gəlməkdədir. Eyni zamanda serotonin hormonunun yüksək səviyyədə olması da sevgiylə əlaqədar olan hormonal vəziyyətdir. Serotonin yuxunu, seksual enerjini, ümumiyyətlə insanın psixoloji vəziyyətini nizamlayır. Aşağı serotonin miqdarı, əsəbi, narahat və depressiv vəziyyətlərə səbəb ola bilər. Bəs aşiq olmağımızın səbəbi nədir? Niyə hər kəsə deyil məhz «ona» aşiq oluruq? İnsanların bir-birinin diqqətini çəkməsini təmin edən əsas maddənin feromonlarolduğu bilinməkdədir. Feromon, eyni növün üzvləri arasındakı ictimai əlaqələri təmin edən kimyəvi maddədir. Yunan mənşəli bu söz «hormon daşıyan» mənasını verir. İnsan feromonları daha çox cinsi davranışlara nəzarət edir. Burnun içində olan və «vomeronazal orqan» olaraq bilinən bir reseptor sayəsində feremonlar qəbul edillir və beynə çatdırılır. Beləliklə beyində ilk reaksiyaların qığılcımı yaranır və hormonal fəaliyyətlər başlayır. Feromonlar qarşı cins tərəfindən fərq edilmənin ilk addımı olsa da əlaqənin davamlı olmasını təmin etmir. Feromonların təsiri ilə erkək və dişilərə xas testosteron və estrogen hormonları sekresiya olunur. Bu molekullar sevginin ehtirasa çevrilməsini və növün davamını təmin edən cinsi çoxalma fəaliyyətinin tətiklənməsini təmin edir. Sevginin davamlılığını təmin edən isə serotonin, vazopressin və oksitosin molekullarıdır. Oksitosin, sevdiyimiz bizə toxunduğunda ya da biz ona toxunduğumuzda kimyəvi reaksiyaları başladan bir molekuldur. Hipofiz vəzi tərəfindən sekresiya olunur. Oksitosin olmasaydı, uşaqlarımıza, həyat yoldaşımıza və sevdiklərimizə qarşı hiss etdiyimiz sıx duyğulara sahib ola bilməyəcəkdik. İlkin Cəfərov
['sevgi', 'sevginin kimyası', 'sevgi haqqında']
637
https://kayzen.az/blog/dusundurucu-hekayeler/21610/%C3%A7ox-gecdir-dey%C9%99-bir-zaman-yoxdur.html
"Çox gecdir" deyə bir zaman yoxdur!
Apollon
Düşündürücü hekayələr
8 mart 2018, 16:01
Universitetin ilk günü dərsdə professorumuz əvvəl özünü təqdim etdi, sonra «Bu il yepyeni bir tələbəmiz var. Çox maraqlı biridir, görək tapa biləcəksinizmi?» dedi. Ayağa qalxıb ətrafa boylanırdım ki, yumşaq bir əl çiynimə toxundu. Döndüm. Üzü əməlli qırışmış bir yaşlı xanım, gülümsəyərək mənə baxırdı. «Mənim adım Rozadır, gözəl qız. 87 yaşındayam. Tanış olduqsa, səni qucaqlaya bilərəm?» Güldüm. "Əlbəttə" dedim. Elə ürəkdən qucaqladı ki, " Bu qədər gənc və məsum yaşda niyə universitetə gəlmisiz?" deyə zarafat etdim. Qəhqəhə ilə cavab verdi: — Bura varlı ər tapmağa gəlmişəm. Evlənib bir neçə uşaq gətirəcəm dünyaya. Sonra təqaüdə çıxıb dünyanı gəzəcəm. Dərsdən sonra birlikdə südlü şokolad içdik. Rəfiqə olmuşduq. Ertəsi gün və ertəsi 3 ay sinifdən bir çıxıb, dərslərə bir gəldik. Saatlarla söhbət edirdik. Elə ağıllı, təcrübəli idi ki, onu dinləməklə dərslərdən daha çox şey öyrəndiyimi hiss edirdim. Tezliklə bütün fakultənin gülü oldu. Hara getsə, ətrafına tələbələr toplaşır, dostlaşırdılar. Yaxşı geyinməyi sevir, başqa tələbələrin diqqətində olmaqdan həzz alırdı. Öz həyatını yaşayırdı. Hamımızdan daha canlı, daha dolu yaşayırdı. Təhsil ilinin sonunda məzun gecəsində ona çıxış etmək üçün söz verdik. Danışacağı sözləri əvvəldən hazırlamış, bir yığın kartlara yazmışdı. Əlində bir dəstə kart kürsüyə gələrkən büdrədi və kartlar dağıldı. Danışmağa başlamadan " Nə qədər bacarıqsızam, deyilmi? Üzr istəyirəm. Bura gəlməzdən həyəcanımı yatırtmaq üçün, bir qədəh viski içdim. Nəticəni görürsüz. İndi bu kartları yerdən toplasam belə, onları ardardına düzə bilmərəm. Yaxşısı mən ağlımda qalanları deyim, olar? Biz qəhqəhələrlə gülərkən, o bardaqdan bir qurtum su uddu və dedi: «Yaşlandığımız üçün evlənməkdən, oynamaqdan, yaşamaqdan imtina etmirik. Evlənmək, oynamaq və yaşamaqdan imtina etdiyimiz üçün yaşlanırıq. Gənc qalmağın, xoşbəxtliyin və uğurlara imza atmağın sirləri çox bəsitdir. Hər gün gülmək və həyata qatmağa maraq tapmaq. Bir arzunuz olmalıdır mütləq. Ətrafımızda arzusuz yaşayan bir çox ölülər var, bundan özlərinin də xəbəri yoxdur. Yaşlanmaqla böyümək arasında çox böyük fərq var. Əgər 19 yaşındasınızsa və heç bir iş görmədən, heç bir şey yaratmadan bir il yatsanız, sadəcə bir il yaşlanar, 20 olarsınız. Hər insan hər il 1 il yaşlanır, bunun üçün özəl istedad və biliyə ehtiyac yoxdur. Halbuki 1 yaş böyümək üçün mütləq bir şeylər etmək, yaratmaq, özünü inkişaf etdirəcək fürsətləri tapmaq və istifadə etmək lazımdır. Əsla peşman olmayın. Biz yaşlılar çox vaxt etdiklərimizdən yox, etmədiklərimizdən peşman oluruq.Ölümdən qorxan insanlar peşman olanlardır. Peşman olmaqdan qorxduğu üçün heç nə etməyənlərdir.» Nəhayət Roza bir vaxt həyat mübarizəsi səbəbi ilə yarımçıq atmalı olduğu universiteti 91 yaşında müvəffəqiyyətlə bitirdi. Məzuniyyət gecəsindən 1 həftə sonra yuxusunda, hüzur içində öldü. Cənazə mərasimində 2 mindən çox tələbə iştirak edirdi «Edə biləcəyimiz hər şeyi etmək üçün əsla gec olmayacağını» hamımıza öyrədən bu möhtəşəm qadını necə unutmaq olardı?! Roza bir təhsil ilinə bərabər bir cümlə öyrətmişdi bizə: "Çox gecdir" deyə bir zaman yoxdur!
['düşündürücü hekayələr', 'zaman', 'insan', 'şans', 'həyat dərsi']
638
https://kayzen.az/blog/esse/21556/c%C9%99sar%C9%99t-%C5%9Farmd%C4%B1r.html
Cəsarət şarmdır
Apollon
Esse
7 mart 2018, 12:27
İnsan çox mürəkkəb varlıqdır. Beynimizdə kainat boyda fikirlər, təlatümlər, ziddiyyətlər var. Bu gün dünyanın 40-dan çox ocağında fəal və qeyri-fəal şəkildə müharibə gedir. Bütün bunlar həm də insanın özünün öz daxilində sülh yaratmaması ilə bağlıdır. Daxili sülh bərqərar olmasa, bu kimi hallar təbii şəkildə çox olacaq.  Daxildə sülh yaratmaq üçün: *insan gərək özünü başqaları ilə müqayisə etməsin. *özü kimi olmaqdan narahat olmamalıdır. *digərlərinə həsəd aparmamalıdır. *yalan danışmaqdan uzaq olmalıdır. *kiçik hadisələrlə özünü xoşbəxt etməyi öyrənməlidir. *insanlara və əşyalara ehtirasla bağlı olmamalıdır. Bütün bu nüanslar insanın öz daxilində sülh yaratmasına gətirib çıxaracaq. Belə olan halda da axtardığı hər şeyin içində özündən müsbət bir pay görəcəkdir. Ətrafa baxdıqda aqressiv insan kütləsini aydın görürük. Bu insanların çoxu xoşbəxt deyil və daimi narahatlıqlarla üz-üzədilər. Narahatlıqlarının kökündə çoxsaylı problem və qayğılardan savayı həm də qorxu yer alır. Bəli, qorxu! İndi onların ağızlarını arasan, hamısı tutuquşu kimi bir ağızdan deyəcək ki, “mən, Allahdan başqa heç kimdən qorxmuram”. İşlətdikləri bu ifadənin əsl mənasını bilməyən həmin kəslər heç də səmimi olmayacaqlar. Çünki, birinci növbədə, bu, sadəcə insanlar arasında işlədilən klişe ifadədir. Dövriyyədə olan həmin ifadə isə sırf söz xətrinə və kasad danışıq tərzinə az-maz bəzək qatılsın deyə işlədilir. Əslində bu gün bu cəmiyyət gücdən qorxur. O güc ki, onun əlində adminstrativ və inzibati resurslar cəmlənib. Həmin güc bütün ölkəyə öz dəhşət toxumlarını elə səpib ki, o toxumun cücərməsi hesabına əksər qəlblərdə xof yaranıb. Xəyali olaraq düşünsək, sanki həmin güc ən hündür nöqtəyə çıxaraq, ordan hamının eşidə və hiss biləcəyi yerlərə əlindəki sehrli və zəhərli alətlə üfürərək kütləni hipnozlayıb. Kimdəsə nevrotik əlamətlər qabarıqdırsa, onun əsəb sistemi yaxşı olmadığı üçün qorxuları da olacaq. Yadıma gəlir ki, aldığım travmadan sonra əsəblərim o qədər tarıma çəkilmişdi ki, primitiv şeylərdən qorxmağa başlamışdım. Misal üçün, yataqda uzanarkən, yerə yıxılmaq qorxusu məndən əl çəkmirdi. Müşahidə edirdim ki, əsəblərim sağlam olarkən bu qorxum aradan qalxırdı. Bir balaca əsəblərim “oynayandan sonra həmin qorxu məni yenə ağuşuna alırdı. Bu proses bir xeyli çəkdi. Əsəb sistemimin pozulması məni aydın dərk etməyə və düzgün təhlil aparmağa da qoymurdu. Daim narahat idim və o qədər həssaslaşmışdım ki, hər şeydən qıcıqlanırdım. Hər şeyə pis və qeyri-adekvat reaksiya verir, özümü və ətrafdakıları da incidirdim. Çox şükür, o dövrləri çətinliklə də olsa üstələdim. Yaşadığım həmin hallar mənə o şeyi qazandırdı ki, sağlam düşünərkən anladım, əsəb insana çoxlu qorxu yaşadır. İndi ətrafdakı aqressiv insanların cəsarətsizliyinin səbəbini yaxşı anlayıram. Cəmiyyətdə cəsarət yox, əsarət atmosferi var və həmin atmosfer olduqca çirkli hava kütləsi ilə əhatələnib. Cəsarət insan xüsusiyyətləri içərisində ən vaciblərindəndir. Belə ki, insanın digər müsbət xüsusiyyətlərinin irəliləməsi və inkişafı üçün cəsarətli olması mütləqdir. Əks halda inkişafdan söhbət gedə bilməz. Hə, bu gün cəsarətli olmaq şarmdır. Güclü xarakter dövrümüzün ən seksual nəsnələrindən biridir. Əsarətin hökm sürdüyü məkanlarda qorxmadan, ürəklə sözlərini deyə bilib mübarizə aparanlar, avtomatik öz ətrafları və başları üzərində cazibə qüvvəsi yaradırlar. Bu enerji intellektə, vicdana və ədalət hissi kimi keyfiyyətlərə dəyər verənləri cəlb edir. Bədbəxtləri, əlbəttə, ancaq maddi və gözlə görünən şeylər özünə çəkir. Onları sadəcə boş vermək lazımdır. Orxan Adıgözəl
['cəsarət', 'esse', 'Orxan Adıgözəl']
639
https://kayzen.az/blog/u%C4%9Fur/20976/vehbi-ko%C3%A7un-biznes-sirl%C9%99ri.html
Vehbi Koçun biznes sirləri
Apollon
uğur psixologiyası
5 mart 2018, 21:47
Bir şeyə sərmayə yatırmaq barədə düşünürsənsə torpaq sahəsi al. Torpaq sahəsi qızıldır. Bu torpaqda bir bina inşa etsən gümüş, binaya da kirayə qalan müştəri tapsan dəmir olar.Keçmişdə baş verən hadisələr ilə məşğul olmaq əvəzinə gələcək barədə düşün.Uğur – başqalarının sınaqdan keçirdiyi təcrübələrdən yararlanmaqdır.Gənc nəslin yetişməsinə xidmət etmək insanlıq və Vətən qarşısında bir borcdur.Hər şeyin təməli sağlamlıqdır. Sağlamlıq varsa, hər şey var. Din insanlar üçün böyük mənəvi gücdür. Dinsiz millət olmaz. Mən dindar bir insanam. Lakin hər zaman dinlə dünya işlərini bir-birinə qarışdırmamaq fikrinə sadiq qalmışam.Dindar olmağım işlərimin irəli getməsinə mane olmadı, əksinə mənə güc verdi. Bəzi işlərim günlərlə, aylarla, hətta illərlə uğura nail olmadı. Bacardığım qədər çalışsam da uğur qazanmadım. Bu zaman “Allah belə istədi” dedim və rahatlıq tapdım.Şəxsi düşüncələrə, maraqlara aldanaraq qabiliyyətsiz insanları işə götürməyin. Unutmayın ki, bütün uğur qazanmış şirkətlərin yükü qabiliyyətli insanların çiynində daşınır. Buna ən yaxşı nümunə olaraq isə Ford, Siemens, General Electric şirkətlərini göstərə bilərik.Bir çox zəngin və məşhur insanların öz etibar və sərvətlərini necə itirməklərinin şahidi oldum. Bu iflasların əsas səbəbi isə dəbdəbə marağı, bahalı xarici səfərlər, yersiz alış-verişlər idi. Bu səbəbdən də, gənclərə hər şeyin daim olduğu kimi qalmayacağını sübut etməyə çalışmışam. Mənə çox qənaətcil və xəsis deyənlərin sözünə isə sadəcə gülərəm.Həyat universiteti diplom verməyən bir universitetdir. Hər gün bu universitetdən dərs çıxaracağımız çoxlu sayda hadisə baş verir. Hər birimiz bunlardan yararlanmağı bacarmalıyıq.
['biznes', 'biznesmen', 'biznes sirləri', 'Vehbi Koç']
640
https://kayzen.az/blog/poeziya/21552/klassika-m%C9%99%C5%9Fql%C9%99ri-xx-%7C-qism%C9%99t-r%C3%BCst%C9%99mov.html
Klassika məşqləri-XX | Qismət Rüstəmov
Apollon
Poeziya
5 mart 2018, 21:02
Gözlərindən öpərəm, dodaqlarından sənin, Şirin sözlər asaram qulaqlarından sənin, Saçını oğurlayıb daraqlarından sənin, Saxlayaram cibimdə, gizli-gizli qoxlaram, Yandıraram gecələr, gəlirsənmi yoxlaram...   Əllərindən tutaram, biləyindən öpərəm, Saçlarının gül qoxan küləyindən öpərəm, Məni müqəddəs bilən ürəyindən öpərəm, Öpərəm ki, biləsən mən müqəddəs deyiləm, Nə var məndən qaçmağa, mən ki qəfəs deyiləm…   Qırmızı kəmturş  şərab  badələrə süzülər Zarafatlar uzanar, ürəyimiz üzülər... Barmaqlarım tələsər, düymələrin çözülər, İçimə bir od düşər, titrəyər ayaqlarım, Süd yolunda dincələr qurumuş dodaqlarım...   Ürəyimin parası, gözümün bir tikəsi, Məni yaman qorxudur dinməmək təhlükəsi. Mən özündənrazının, eqoistin yekəsi, Sən zəriflik tanrısı, qadının ötəsisən Bütün xoş şeylər kimi səndəmi bitəsisən?
['şeir', 'poeziya', 'şair', 'sevgi şeiri', 'Qismət Rüstəmov']
641
https://kayzen.az/blog/anal%C4%B1q/21585/k%C3%B6pr%C9%99-yata%C4%9F%C4%B1-nec%C9%99-olmal%C4%B1d%C4%B1r.html
Körpə yatağı necə olmalıdır?
Apollon
Körpəyə qulluq və analıq
4 mart 2018, 17:07
Körpələr üçün düzgün və sağlam yataq necə olmalıdır? Ailə yeni doğulacaq körpənin gəlişinə sevinclə hazırlaşır. Uşaq üçün bahalı beşik, kolyaska, oyuncaqlar — hər şey alınır. Qədimdə nənələr körpə üçün xüsusi yorğan-döşək, balış tutardılar. Onun yunu, tükü təzə, yumşaq, təmiz olmalıydı. Amma indi uşaq üçün hər şey alınır, bahalı çarpayı seçilir. Lakin bir çox hallarda uşağın üzərində yatacağı döşək və balış ən ucuzu, ən zərərlisi olur. Çünki valideynlər yeni doğulmuş uşağa hər şeydən çox ortopetik yatağın vacibliyini bilmirlər. Ona görə də uşaqlar körpəlikdən narahat yatır, beli, onurğası əyilir, skolioz yaranır, allergiya ilə üz-üzə qalır. Gününün yarıdan çoxunu yatmaqla keçirən körpənin yatağı ən ideal, düzgün və beynəlxalq standartlara uyğun olmalıdır. Uşaq böyüklər kimi yun döşəkdə, nahamar yerdə, toyuq tükündən iri yastıqda yata bilməz. Körpənin hələ formalaşmamış sümük, onurğa və daxili orqanlarının düzgün yer alması üçün hər bir valideyn övladına doğulandan rahat yataq təşkil etməlidir. Mütəxəssislər bildirir ki, 3 yaşına kimi körpələr içi natural materialla doldurulmuş bərk döşəkdə yatmalıdır. Çünki böyüklərdən fərqli olaraq yeni doğulmuş S-vari formaya yox, düz onurğaya, yumşaq sümük və əzələlərə malikdir. 3 yaşından 7 yaşa kimi uşaqlar üçünsə orta bərklikdə döşək lazımdır. Həmçinin uşaq matraslarında metal detallar olmamalıdır. Çünki metal elektrostatik və maqnit təsir göstərir ki, bu da uşaq orqanizminə zərərlidir. Körpələr üçün natural lateks və visko materialdan döşəklər ən uyğunudur. Uşaq döşəyi aşağıdakı üstünlüklərə malik olmalıdır: — Ventilyasiya — hava almalı — Hipoallergen — Ortopedik — Düzgün ölçü — Mikrobəleyhinə — Keyfiyyətli üzlük — Sərtlik — Toz və bakteriya saxlamamalı Uşağın boyun və başının formasını düzgün alan balış da yataqda ikinci vacib əşyadır. Körpə uşağa balış tələb olunmmur. Körpənin başının altına bir neçə dəfə qatlanmış bələk qoymaq olar. Daha sonra isə uşağa onun çiyini enində içində sintepon və ya daha yaxşı xollofayberdən olan yastıq vermək olar. medicina.az
['körpəyə qulluq', 'körpənin sağlamlığı', 'körpə yuxusu', 'uşaq yatağı']
642
https://kayzen.az/blog/psixologiya/21598/adel-sindromu.html
Adel sindromu
Apollon
Psixologiya
4 mart 2018, 17:07
Hamımız platonik sevgi yaşayan insanlarla qarşılaşmışıq. Bu sevgi realda var olmayan, xəyalda qalan, həyata keçməyən sevgidir. Platonik sevgidə hər şey romantik və ruhi müstəvidə olur. Bu sevgi fiziki doyum üçün deyil, hisslərin doyumu üçündür. Çox zaman platonik sevgilər zamanla keçsə də, bəzən keçməyib xəstəliyə çevrilir. Tibb aləmində platonik sevginin yaratdığı xəstəliyə Adel sindromu deyilir. Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, Adel sindromu tibbdə geniş tanınmır. Lakin tez-tez platonik, dəlicəsinə sevgi hadisələrindən danışılarkən istifadə edilən termindir. Müsahibimiz bildirir ki, Adel sindromu yaşayanlar gecələri narahat yatır, sevdikləri insanı ən azı 2 dəfə yuxuda görürlər. Adel sindromlular telefonlara cavab vermir, məktubları cavabsız qoyur, zamanla əmək qabiliyyətləri zəifləyir. Sindrom qurbanının hər kəlməsində sevdiyi insanın adı olur, hər yerdə onun haqqında danışır:«Bir müddət sonra xəstə eyforiyaya qapılır. „O, məni sevir, belə sevgiyə cavabsız qalmaq olarmı“ deyə düşünməyə başlayır. Sevdiyi insana aid olan hər şeyi yığıb saxlamağa başlayır, məktubları, e-mailləri, biletləri, aldığı hədiyyələri. Adel sindromlular sevgidə aktiv partnyor sayılırlar». Xəstə sevgiyə o qədər qapılır ki, zamanla özünə baxmağı da yaddan çıxarır. Adel sindromuna çirkin qadınların tutulmasını düşünmək yanlış fikirdir. Belə ki, seksuallıq və gözəllik simvolu sayılıan Merilin Monro Robert Kennediyə dəlicəsinə aşiq olur. Onu əlində saxlamaq üçün Monro hər bir qalmaqala da hazır idi. O, hər zaman Kennedini təhdid edirdi ki, əgər onunla görüşməsə, o, mətbuat konfransı keçirərək, öz münasibətləri barədə danışacaq. Adel sindromlu xəstə özünü toplamaq üçün bir neçə məsləhətə əməl etməli, alınmadığı təqdirdə isə həkimə müraciət etməlidir: «Vaxtınızı elə idarə edin ki, sevgiliniz haqqında düşünməyə az zamanınız qalsın. Özünüzə velosiped alın və ya yoqa ilə məşğul olmağa çalışın. Və ya Çin dili kursuna yazılın. Əgər siz yatağınıza uzanıb, tavana baxanda onun haqqında düşünürsünüzə, uzanmaq formasını dəyişin. Əgər siz pəncərə qarşısında durub ətrafa baxanda onu düşünürsünüzsə, pəncərəyə yaxın getməyin. Onu xatırladan insanlarla ünsiyyət qurmayın. Bir yerdə getdiyiniz və ya onun getdiyi kafeyə getməyin, sevgi musiqilərinə qulaq asmayın. Özünüzə bloknot alıb, onun pis vərdişlərini, qüsurlarını yazın. Əgər sizdə alınmırsa, yeni tanışlıqlara açılın». Psixoloq deyir ki, Adel sindromu illər boyu sürə bilən bir xəstəlikdir. Bu sindromun əlamətləri, demək olar ki, 100 adamdan 90-da özünü müəyyən formalarda ortaya çıxarır. Xəstəliyin qarşısını zamanında almaq üçün ilk simptomları hiss edilən kimi psixoloqa müraciət etmək lazımdır.
['psixoloji problemlər', 'psixoloji sindromlar', 'adel sindromu', 'platonik sevgi']
643
https://kayzen.az/blog/esse/21568/%C3%A7%C9%99tin-m%C3%BCnasib%C9%99tl%C9%99r.html
Çətin münasibətlər
Apollon
Esse
4 mart 2018, 16:51
«Facebook» da tez-tez qadın-kişi münasibətlərindən yazıram. Bu sahə üzrə araşdırmalar aparır, çoxlu insanla və cütlüklərlə görüşür, onların aralarında yaranan böhranları təhlil edirəm. Həmçinin, o insanlara böhrandan çıxmaqda əlimdən gəldiyi qədər yardımçı oluram. Çalışıram xoşuma gələn bu sahə üzrə özümü daha da inkişaf etdirim. Məqsədim insanlara faydalı olmaqdır. İnsan mürəkkəb varlıqdır. Bizim cəmiyyətimizdəki insanlar isə ağır sosial-iqtisadi məngənəsində daha çox mürəkkəb varlığa çeviriliblər. İnsanlar bir-biri ilə normal dil tapıb, dolana bilmirlər. Təəccüblü deyil ki, son statistikaya görə, ölkəmizdə bir ayda 1000 boşanma halı qeydə alınır. Ola bilər, kimlərsə deyə bilər ki, ölkəmizdə sonsuz sayda problem olduğu halda niyə qadın-kişi münasibətlərindən yazırsan. Cavabım çox sadədir. Bəlkə də, bütün problemlərimizin kökü münasibətlərdəki böhranlara bağlıdır. Baxın, bir ailə təsəvvür edək. Həmin ailədə ata və ana öz funksiyasını yerinə yetirmirsə, yəni öz övladlarına düzgün tərbiyə vermirsə, pis nümunə olursa, qorxu, təzyiq içində və ya ərköyün, eqoist şəkildə böyüdürsə, sabah cəmiyyətin bir parçası olan həmin vətəndaşlar daim problemlər ifraz edən bir qüvvəyə çevriləcəklər. Belələri başqa insanlarla nə yola gedə biləcək, nə də həyatda normal bir mövqe tutub, kimlərəsə faydalı olacaqlar. Bu gün belələrinin hesabına adlarımız həm ölkədaxili, həm də ölkəxaricində mənfi statistikalarda ön yerlərdə səsləndirilir. Ona görə kifayət qədər ciddi olan bu mövzuda yazmağa ehtiyac var. Psixo-analitikanın banisi, ustad Ziqmund Freyd deyirdi ki, xoşbəxt olmaq üçün işlə və sev. İşləmək bədənimizdəki seratonin hormonunu artırır və özümüzü güclü hiss etməyimizə səbəb olur. Sevmək isə bədəndə və beyində daha çox müsbət hormonlar əmələ gətirir. Düzdür, sizinlə razıyam ki, iş yerləri azdır və işsiz halda sevgi də adama çox vaxt yaxın gəlmir. Amma bunun da bir əmması var. İnsanlıq missiyamızdan ən ümdə olanı Yer üzündə sevgini yaşatmaq, zəhmət çəkib, özümüzə, ailə və ətrafımıza faydalı olmaq üçün işləyib, çalışmaqdır. Bunun üçün qəlbimizi sevgi üçün həmişə açıq tutmaq və istənilən hərəkətsizliyin əksinə olaraq, bir işin qulpundan yapışmaqdır. Mövzudan yayınmadan, bildirim ki, insanlarımız bu gün məhz elə bu iş yerlərinin az olmasına görə bir-birlərini yaxından tanıma imkanından məhrum olurlar. Əvvəllər zavod və fabriklərin çoxluğu insanların bir-birləri ilə tanış olması, yaxın münasibət qurub, evlənməsi üçün münbit məkan rolunu oynayırdı. Bu gün isə vəziyyət tamamilə fərqlidir. Qayğılar və problemlər o qədər çoxdur ki, insanların əksəriyyəti nə öz şəxsi keyfiyyət bazalarını genişləndirir, nə də əks cinsə daha xoş gəlmək üçün zəhmət çəkirlər. Cahillik cütlüklərin bir-birini normal tanıya bilməməsinə rəvac verir və nəticə olaraq bir-birini didməyinə səbəb olur. Bir çox tanıdığım insan sosial şəbəkələr vasitəsilə əks cinslə tanış olub, isti münasibət yaratdıqdan sonra ailə həyatı qurub. Çox gözəl və təqdiredici durumdur. Bu gün həmin zavod və fabriki bir növ «facebook» əvəz edir. Mən insanların bir-birlərini sosial şəbəkə vasitəsilə tanımasını nəzərdə tuturam. Xoşunuza gələn insanın «facebook» profilini incələyib, müşahidə edib, onun bəyəndiyi paylaşımları, hadisələrə reaksiyasını, əks arqumentlərə səbrlə və ya səbrsiz, etik və ya qeyri-etik rəylərindən xəbər tutub, həm də eyni zamanda şəxsi yazışmalarında yazı tonu ilə o şəxsin mədəni səviyyəsindən xəbər tutmaq olar. Bundan başqa onu da qeyd edim ki, münasibətə yeni başladığınız insanı tanımaqdan ötrü aşağıdakı kateqoriyalara diqqət edə bilərsiniz: Onun ən yaxın dostları ilə tanış olunÇalışdığı iş yerinə gedinAiləsi ilə tanış olun.Haqsızlığa tuş gəldiyi zamanlarda, istədiyi şey alınmayanda, məcbur edildiyi bir şeylər tələb olunanda reaksiyalarına diqqət yetirin. Bundan başqa onu tanımaq üçün bu kateqoriyalara da diqqət etsəniz, fayda görərsiniz: PulAiləDinSiyasətSosial münasibətlərHobbilər və sevimli məşğuliyyətlərEstetik görünüşünə nə qədər baxmağı (təmizlik, səliqə)Ətrafındakılardan gözləntiləriƏks cinsə ümumi münasibəti. Beləliklə, qarşı tərəfi yavaş-yavaş tanıdıqdan sonra onunla uzlaşa bilsəniz, demək ki, sizdə alınacaq. Bir şeyi də yadda saxlayaq ki, yaxşı uzlaşmaq duyğularını, düşüncələrini qayğısız, qorxusuz, qarşılıqsız deyib, başa sala bilmək və başa düşməkdir. Qəlbiniz sevgi ilə dolsun! Orxan Adıgözəl
['kişi-qadın münasibətləri', 'sevgi', 'çətin münasibətlər', 'Orxan Adıgözəl', 'esse']
644
https://kayzen.az/blog/qadinlar/20936/rusiyan%C4%B1n-%C9%99n-m%C9%99%C5%9Fhur-bankir-qad%C4%B1n%C4%B1.html
Rusiyanın ən məşhur bankir qadını
Apollon
Məşhur qadınlar
27 fevral 2018, 11:54
Elvira Nabiullina – Rusiya Mərkəzi bankının sədri olmaqla Rusiyanın ən uğurlu və nüfuzlu qadınlarından biridir. O öz professionallığı və strateji düşüncə tərzi sayəsində Rusiya iqtisadiyyatı tarixində əsas qadın bankir adını almışdır və Rusiyanın biznes mühitini yaxşıya doğru dəyişməyə qadir olmuşdur. Mərkəzi bankın sədri ölkə iqtisadiyyatı üçün özünün qeyri-standart qərarları və sərt xarici görünüşü ilə Rusiya hakimiyyətində ən paradoksal şəxsiyyət hesab olunur. Bioqrafiyası Elvira Nabiullina 29 oktyabr 1963-cü il tarixində Başqırdıstanın paytaxtı Ufa şəhərində adi tatar ailəsində dünyay gəlib. Atası Sahibzadə Saitzadaeviç sadə sürücü, anası Züleyxa Hamatnurovna isə cihazqayırma zavodunda aparat işçisi idi. Valideynləri daim məşğul olduğundan gələcək bankiri təhsilli qadın olan nənəsi böyüdürdü və məhz onun sayəsində Elvira və qardaşı İrek məktəbdə əlaçı dərəcəsinə sahib idilər və müəllimləri ilə yanaşı, valideynlərinə də əlavə qayğı yaratmırdılar. Elvira məktəbi yüksək qiymətlərlə bitirir və bu ona Lomonosov adına Moskva dövlət universitetinin iqtisadiyyat fakultəsinə asanlıqla daxil olmasına şərait yaradır. Elcira 1986-cı ildə həmin universiteti də yüksək qiymətlərlə başa vurur. İqtisadiyyat üzrə diplom əldə edən gənc və ambisiyalı qız təhsilini davam etdirmək qərarına gəlir və aspiranturaya daxil olur ki, bu da onun üçün dövlət iqtisadiyyatına doğru gedən qapıların açılması idi. Karyerası Nabiullinanın karyerası 1991-ci ildə SSRİ-nin iqtisadi islahatlarla bağlı məsələlər üzrə elmi-sənaye komitəsində başlayır. Bu zaman o buraya baş mütəxəssis olaraq cəlb olunmuşdu. Tam olaraq bir ildən sonra gələcəyin Mərkəzi bank rəhbərinin vəzifəsi artırılır və Rusiya sahibkarlar və sənayeçilər ittiifaqının rəhbərliyinə məsləhətçi olaraq köçürülür. Buradan isə o Rusiya Federasiyasının İqtisadiyyat Nazirliyinə cəlb olunur. O nazirlikdə ilk olaraq dövlət iqtisadiyyatının tənzimlənməsinin idarə olunması rəhbəri təyin olunur. O bura çalışdığı müddətdə yüksək fəallıq nümayiş etdirir və 1997-ci ildə İqtisadiyyat naziri Yevgeniy Yasinin müavini vəzifəsinə təyin edilir. 1998-ci ildə Rusiya hakimiyyətinə Yevgeniy Primakov rəhbərlik edirdi. Nabiullina iqtisadiyyat nazirliyini tərk edir və fərdi bizneslə məşğul olur. Lakin 1 ildən sonra professional iqtisadçı o zaman Strateji araşdırmalar mərkəzinin rəhbəri olan German Qref-in köməkliyi ilə yenidən ölkənin bürokratiyasına qayıdır. Qref o dövrdə RF-nın dövlət əmlakının nazir müavini və Vladimir Putinin seçki qabağı qərargahının üzvü idi. Putinin hakimiyyətə gəlməsi ilə Elvira Nabiullina Qref-in müavini vəzifəsinə keçir və gələcəkdə “Qref strategiyası” adlanan iqtisadi prezident proqramını yaradır. Nabiullina 2003-cü ildə yenidən sahib olduğu yüksək vəzifəni tərk etməli və Strateji inkişaf mərkəzinə rəhbər olaraq getməli olur. O bu zamana qədər artıq makroiqtisadiyyat üzrə baş mütəxəssis nüfuzu qazanmışdı və bu ona 2005-ci ildə Rusiya prezidenti yanında prioritetli milli layihələrin və demoqrafik siyasətin reallaşdırılması üzrə şuraya rəhbərlik etməsinə imkan yaradır. 2007-ci ildə Nabiullina RF-nın Ticarət və iqtisadi inkişaf naziri təyin edilir və bu vəzifədə German Qrefi əvəz edir. Bu hadisədən təqribən 1 il sonra isə RF-nın İqtisadiyyat naziri təyin edilir. Onun tutduğu bu vəzifədə əsas nailiyyətləri “Rostexnologiya” dövlət şirkətinin yaradılması prosesində fəal iştirakı, həmçinin 2009-cu ildə o zaman baş nazir olan Vladimir Putin tərəfindən imzalanan antiböhran planının yaradılması olur. Elvira Nabiullina Rusiya Mərkəzi bankının rəhbəri kimi 2012-ci ildə Vladimir Putin prezident seçkilərində qalib gəldikdən sonra Elvira Nabiullina Rusiya prezidentinin iqtisadi suallar üzrə köməkçisi təyin edilir. Bununla yanaşı, 2013-cü ildə Milli Maliyyə şurasının sədr müavini olaraq vəzifəyə cəlb edilir. Elə həmin ilin mart ayında isə artıq Rusiya Mərkəzi bankının sədri təyin edilir. Ekspertlər və siyasətçilər Nabiullina-nı Rusiya iqtsadiyyatında ən nüfuzlu şəxs hesab edirlər. Belə ki, o lider qismində ölkəni çətin böhran mərhələsindən çıxarmağa kömək edir.  Təbii ki, Nabiullina-nın Rusiya Mərkəzi bankına rəhbər təyin edilməsi dünya ictimaiyyətində sensasiya kimi qarşılanır. Belə ki, qadınlara nadir hallarda bu dərəcədə məsuliyyətli vəzifə həvalə və etibar edilir. Vladimir Putinin hakimiyyətə gəlməsindən sonra məhz bu bankir qadının ölkənin əsas bankına lider təyin edilməsi həm mətbuatda, həm də dövlət dairələrində intriqa və uzun-uzadı müzakirələr ilə müşayiət olunur. Lakin Rusiya prezidenti ölkənin Mərkəzi bankıı təcrübəli iqtisadçıya deyil, makroiqtisadiyyatdan sözün əsl mənasında “baş çıxaran”, müasir və real biznesin məhz nəyə ehtiyac duyduğundan xəbərdar olan bir qadına etibar etməyə üstünlük verdi. Şəxsi həyatı Elvira Nabiullina-nın şəxsi həyatı Rusiyanın digər nüfuzlu şəxslərində olduğu kimi gizlidir. Mərkəzi bank rəhbəri öz şəxsi həyatı ilə bağlı məlumatlar verməyi sevmir və ümumiyyətlə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə mümkün qədər az ünsiyyətdə olmağa çalışır. Məlumdur ki, Nabiullina hələ tələbəlik illərində, daha doğrusu aspirantura təhsili alarkən ailə həyatı qurub. Onun həyat yoldaşı Yaroslav Kuzminov İqtisadiyyat ali məktəbinin rektoru və RF İctimai palatasının üzvüdür. Onlar tanış olduğu zaman o İqtisadiyyat və kənd təsərrüfatı tarixi kafedrasında müəllim idi. Evli idi. İlk nikahından 2 övladı var. Nabiullina ilə Yaroslav Kuzminovun isə Vasiliy adlı oğlu 1988-ci ildə dünyaya gəlib. O İqtisadiyyat ali məktəbinin sosiologiya fakultəsini bitirib və hazırda sözügedən təhsil müəssisəsində elmi əməkdaş olaraq fəaliyyət göstərir.
['məşhur qadınlar', 'Elvira Nabiullina', 'bankir qadın']
645
https://kayzen.az/blog/edebiyyat/21324/sevgi-ba%C4%9F%C4%B1ndan-qa%C3%A7maq-%7C-vladimir-kaminer.html
Sevgi bağından qaçmaq | Vladimir Kaminer
Apollon
Ədəbiyyat
27 fevral 2018, 11:29
80-cı illərin sonunda dostlarımla eyni filmlərin təkrar göstərildiyi “Moskva” kinoteatrının foyesində tez-tez görüşərdik. Biz hippi idik və hamımızın ləqəbi var idi. Foyenin də həmçinin, onu “Sevgi bağı” adlandırırdıq. Çünki qışda ora çox isti olurdu və kinoya az adam gəlirdi. Biz orda demək olar ki, hər gün görüşür, mühüm mövzulardan danışırdıq. O vaxtın əsas maraqlı mövzuları qızlar və narkotik yox, mühacirət idi. Bizim üçün böyük qəhrəmanlar sərhədi keçib xaricə qaçmağı bacaranlar idi. Necəsə özümüzü bu adamlarla eyniləşdirirdik və sonda həqiqətən elə bilirdik ki, bizi təqdib edirlər: yaşı çox olanları polis, gənc olanları isə valideynləri. “Şahzadə” adlandırdığımız dostum bu mühacirət mövzusunun sanki xəstəsi idi. Qaçanlar barədə harda xəbər görsə, kəsib götürür, albomuna yapışdırırdı. Şahzadə qaçanların hamısını tanıyırdı: Şərqi Almaniyadan olan bir ailə vardı, hansı ki, hava şarı ilə Qərbə keçməyi bacarmışdılar. Estoniyadan olan bir ər-arvad qaz piyi ilə özlərini yağlayıb soyuq qış günündə üzə-üzə gedib Finlandiyaya çıxmışdılar. Düzdü 2 gün şaxtalı havada dənizdə qalmışdılar, amma həyatlarının qalan hissəsini günəşli Finlandiyada keçirəcəkdilər. Şahzadə həmçinin rəssam Zaxneviçin də hekayətini bilirdi. Rəssam Qara dənizdə səyahət edən zaman gəmidən tullanaraq üzə-üzə Türkiyəyə keçmişdi. O həmçinin heykəltaraş Petrov haqqında da məlumatlı idi. Hansı ki, özünü bronz rənginə boyayaraq heykəlin yerinə qoymuş və Parisdə keçiriləcək sərgiyə göndərmişdi. Petrov bir həftə taxta qutunun içində yol getmişdi. Nəhayət Amsterdam gömrüyündən keçəndə sərhədçilərdən biri qutudan pox iyi gəldiyini hiss edib və onu açıb. Qutunun içindən çıxan heykəltaraş elə Hollandiyadan sığınacaq istəmişdi. Əsl adı Vitali olan Şahzadə də özü üçün məhz bu cür bir qaçış planı düşünürdü və buna hərtərəfli hazırlaşırdı. Başqa bir dostum Andrey – onu “Pessimist” adlandırırdıq – Vitalinin bütün ideyalarını boş adlandırır və onlara gülürdü: “Biz burda həmişə qul kimi qalacağıq, fərqi yoxdu sən necə ağıllı planlar qurursan, bütün hallarda SSRİ səni geri gətirəcək”- o deyirdi. Bizim üçün gözlənilməz o oldu ki, elə aramızdan ən birinci Andrey qaça bildi. Roma Papası Polşaya səfər edən zaman, əsgərlər Polşa-Belarusiya sərhədində papanı görməyə gedən dindarların qabağını ala bilməmişdilər. Onlar üçün dərhal xüsusi bir qayda tətbiq etmişdilər. Ziyarətçilər qruplar şəklində, pasporta möhür vurulmadan, konkret siyahı ilə Polşaya keçməli idilər. Bizim arıq Pessimist isə uzun saç və saqqalı ilə əsl fanatik dindara oxşayırdı. O özünü problemsiz şəkildə həmin siyahılardan birinə yazdıra bilmişdi. Sərhədi keçən kimi qrupdan ayrılan Andrey, Roma Papasına heç salam da vermədən, Almaniyaya tərəf üz tutmuşdu. O bütün çətinlikləri aşaraq Fransaya qədər gedib çıxmış, Paris yaxınlığında avtostop edərkən bir rusla tanış olmuşdu. Onun köməyilə Parisdə məskunlaşan Pessimist, daha sonra bir rus kitab mağazasında iş tapmışdı. Artıq 5 ildir ki, Andrey öz rəsmləri ilə dolanır. Şahzadə isə turistlərin ən çox gəlib keçdiyi Arbat küçəsində oturur və özünün qaçış planlarını reallaşdırmaq üçün xarici xanımlardan birini qarmağa keçirmək istəyirdi. Axtardığı xanım İsveçdən ya da Finnlandiyadan olsa yaxşı olardı. O düşünürdü ki, bu ölkələrdə kişi qıtlığı var. Sonuncu ümidini də itirməmiş, nəhayət o, bir danimarkalı jurnalist qızla tanış ola bildi. Qız onu özüylə Kopenhagenə apardı. Bir müddət sonra poçtla “Dagens Nyheter” qəzetinin bir nüsxəsini aldım. Birinci səhifədə onun dişsiz fotosu var idi, altında da yazılmışdı: “Bu adamın dişlərini Moskvanın küçələrində sındırıblar”. Şahzadə məktubunda yazırdı ki, Danimarka Parlamenti xüsusi iclas keçirərək onun məsələsini müzakirə edib və ona siyasi sığınacaq verib. Bu yaxınlarda isə o öz şəxsi firmasını yaradıb. Beləcə hər iki dostum avropalaşıb xeyli dəyişildilər. İndi arada-sırada internet vasitəsilə danışırıq. “Rus diskotekası” romanından bir parça Almancadan çevirdi: Elmin H.
['ədəbiyyat', 'yazıçılar', 'Vladimir Kaminer', 'rus ədəbiyyatı']
646
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/21424/uzun%C3%B6m%C3%BCrl%C3%BC-c%C9%99rrahdan-faydal%C4%B1-m%C9%99sl%C9%99h%C9%99tl%C9%99r.html
Uzunömürlü cərrahdan faydalı məsləhətlər
Apollon
sağlam həyat tərzi
27 fevral 2018, 11:24
Uzun və məhsuldar həyat — 103 il yaşamış məşhur cərrah, professor Fyodor Qriqoryeviç Uqlov qibtə oyadan sağlamlığa malik idi. Onun adı dünyanın ən yaşlı cərrah kimi Ginnessin Rekordlar Kitabına düşüb.  Professor artıq çəki ilə qida qəbulunun normadan artıq olmasının bir çox xəstəliklərin səbəbi olduğunu və vaxtında ifratçılıqdan imtina ediləcəyi təqdirdə, vəziyyətin əməliyyata çatdırılmayacağının mümkün olduğunu hesab edirdi. Onun fikrincə, artıq çəki immunitetlə çalışma qabiliyyətini zəiflədir. Artıq çəkinin yetkin yaşda — maddələr mübadiləsinin zəiflədiyi, fiziki fəallığın isə, bir qayda olaraq, azaldığı dövrdəki zərəri xüsusilə böyükdür. Professor Uqlovun qaydaları: — yüksək fiziki və əqli aktivlik; — əmək və istirahət rejiminə ciddi riayət olunma; — möhkəmləndirmə (bədənin soyuq su ilə yuyulması); — sutkada 7-8 saatdan az olmayan yuxu; — spirtli içkilərlə siqaretdən tam imtina olunma; — qidada məhdudiyyət. Professorun qidalanma prinsipləri: Professor yumurta, yavan ət, balıq, tərəvəz, meyvə, kəsmik və digər süd məhsullarını, həmçinin məhdudiyyətsiz maye qəbulunu sağlam qida hesab edir. Ağ çörəkdən və şirniyyat məmulatlarından tamamilə imtina olunmasını, yalnız qara çörəyin az miqdarda — sutkada 150 qramdan çox olmamaq şərtilə qəbulunu tövsiyə edir. Həmçinin hisdə qurudulmuş və duzlu məhsullardan da imtina edilməlidir. O, qidanın kiçik porsiyalarla — gün ərzində 4 dəfədən artıq olmayaraq qəbulunu müvafiq hesab edir. Professor Uqlovun pəhrizi: Özü tərtib etdiyi pəhrizi "Şərq pəhrizi" adlandırırdı. Bu pəhrizə riayət etməklə, çəkini 3-5 kiloqrama qədər azaltmaq mümkündür, həmçinin bu pəhriz orqanizmin təmizlənməsi üçün də son dərəcə əlverişlidir. Sözügedən pəhriz münasib şəkildə tənzimləşdirilmiş, asanlıqla qatlaşılan və kalorilərin hesablanmasını tələb etməyən bir pəhrizdir. Qida qəbulu saatlarının müəyyən olunması daha məntiqli olardı, lakin istənilən qrafikə uyğunlaşdırmaq da olar. Həkim Uqlovun gündəlik pəhriz rasionu: 9:00 — qara çay və ya 1 çay qaşığı şəkər əlavə olunmuş natural qəhvə. 11:00 — 1 ədəd bişmiş yumurta, 8 ədəd suda isladılmış qara gavalı qurusu. 14:00 — 200 qram yağsız bişmiş ət (toyuq, mal, yavan donuz əti), 100 qram təzə və ya bişmiş kələm, yaxud da kök, 1 ədəd portağal. 17:00 — 30 qram bərk, yağsız pendir, portağal və ya alma. 20:00 — 250 milliqram kefir, qatıq, tərkibində əlavələr olmayan natural yoqurt. Yemək süfrəsindən tam doymamış, bir qədər ac vəziyyətdə ayrılın. Qida sadə və natural olmalıdır. Yeməkdən sonra nə istirahət edin, nə də yatın. Axırıncı qida qəbulu yatmazdan bir neçə saat əvvəl olmalıdır. Vaxtaşırı heyvan mənşəli məhsullardan imtina etmək də faydalıdır. Daim hərəkətdə olun! publika.az
['sağlamlıq üçün məsləhətlər', 'sağlam həyat tərzi', 'uzunömürlü olmaq', 'professor Uqlov', 'uzun ömür', 'uzun ömürlülük']
647
https://kayzen.az/blog/psixologiya/21151/stendal-sindromu_2.html
Stendal sindromu
Apollon
Psixologiya
26 fevral 2018, 11:22
«Stendal sindromu»na oxşar iki sindrom mövcuddur: Paris və Yerusəlim sindromları. «Paris sindromu»ndan ilk dəfə yaponlar əziyyət çəkib. Gündoğar ölkənin turistləri Parisdə çirkli küçə və məhəllələr görən kimi sindroma yoluxublar. Bura səyahət etməzdən əvvəl onlara elə gəlib ki, Paris başdan-başa təmizlik içindədir. Lakin acınacaqlı mənzərə görəndə dəhşətə gəliblər. Bu da sindrom yaradıb: «Paris sindromu». «Yerusəlim sindromu» isə çox qəribə psixoloji xəstəlikdir. Qüdsə ziyarətə gələnlərin bəzilərinin qəlbini qəribə fikirlər çuğlayır. Ziyarətçiyə elə gəlir ki, onda İlahi qüvvə var. Üçüncü isə «Stendal sindromu» adlanır. Tibbi elmdə bu sindrom ətrafında müxtəlif mübahisələr mövcuddur. Həkimlər ümumi səbəbləri axtarıb tapıblar. Həmin səbəblər adıçəkilən sindromun güclənməsi ilə nəticələnir. 1. İnsan uzun müddət səfərə çıxmaq istəyini özünə təlqin edir. 2. Səfərin individual xarakteri. 3. Həyatda ilk dəfə möhtəşəm sənət əsərləri ilə yaxından tanışlıq. 4. Həmin sənət əsərləri barədə alt şüurda hüdudsuz təəssürat. 5. Hüdudsuz emotivlik. Buna hiper həssaslıq da deyilir. 6. İnsanın yüksək mədəni və təhsil səviyyəsi. «Stendal sindromu»ndan əsasən 25-40 yaş arası qadınlar əziyyət çəkir. Uzun müddət hansısa sənət əsəri ilə yaxından tanışlığı özünə təlqin edərək bunu gözləyən insanların sindroma tutulma riski 80-90 faizdir. Müalicəsi isə belədir: sindroma tutulan adam həmin sənət əsərindən təcili uzaqlaşdırılmalıdır. Emosional gərginliyi azaltmaq üçün insanı maşınların şütüdüyü və adamların gur olduğu məkanlara aparmaq lazımdır. Yalnız belə yerdə sindrom daşıyıcısı gerçək həyatı hiss edir. Əgər Stendal sindromu ağır keçirsə, yoluxan şəxsə psixiatriya ocaqlarında stasionar qaydada müalicə təyin edilməlidir. Kimsə belə sindroma tutulmayacağını deməsin. O savadlı insanların hamısını yoluxdurar. Belə bir sindromun yazıçının adı ilə bağlanması hamını təəccübləndirmişdi. Qısa arayış: Sindrom Fransa ədəbiyyatının klassiki Mari-Henri Beylyü, Stendal kimi tanıdığımız yazıçının adı ilə bağlıdır. O, 1783-cü ildə anadan olub. Onun əsərləri özündə ironiyanı, psixoloji və tarixi təsvirləri birləşdirir. Stendal roman və novellalar müəllifidir. Bununla yanaşı, «Napoleonun həyatı» adlı bioqrafik və avtobioqrafik əsərləri də var. «Roma, Neapol, Florensiya», «Məhəbbət haqqında», «Rasin və Şekspir», «Armans» əsərləri dünyada tanınb-sevilib. «Stendal sindromu» xüsusən yaradıcı adamlara aid edilir. Bu sindrom zamanı ürəyin döyüntüsü artır, hallüsinasiya hökm sürür. Əsas mahiyyəti belədir: bəzi yaradıcı adamlar hansısa sənət əsəri ilə rabitəyə girir. Burda söhbət ədəbi nümunədən, rəsm əsərindən, hətta musiqidən də gedə bilər. İnsan obrazların həyatını yaşayanda da «Stendal sindromu» yaranır. Məlum oldu ki, sindrom təkcə ürək döyüntüsü və hallüsinasiya ilə qurtarmır. Baş fırlanır, taxikardiya yaranır, fikir yürütmək ehtimalı tükənir. Bu həm də təkcə hansısa əsərin daxilinə girməklə bitmir. Bir insan qısa müddət ərzində yüzlərlə sənət əsərinə baxanda da sözügedən sindromla üzləşir. Əsərlərə baxış ötəri olarsa, xəstəlikdən qurtulmaq mümkündür. Amma diqqətlə baxdıqda, sindrom orqanizmə yeriyir. Əvvəlcə bəziləri bunun nə olduğunu anlamayıb. Həkimlərin psixoloqlara bəzi məlumatları işin üstünü açıb. Məlum olub ki, muzey və qalereyalara tez-tez baş çəkən, eləcə də qədim ibadət ocaqlarında, arxitektura ilə zəngin şəhərlərlə tanış olan adamlarda adıçəkilən hallar müşahidə edilir. Sonra bu sindroma əlavələr edilib. Hətta ayrı-ayrı heyvanlara, o cümlədən gözəl qadınlara diqqətli baxış da «Stendal sindromu» yarada bilər. Sindromun ilk açılışı dahi yazıçının 1817-ci ildə Florensiyaya səfərindən başlayıb. Şəhərin qədim arxitektura nümunələri yazıçıda güclü təsir bağışlayıb. O, Müqəddəs Xaç kilsəsində Makiavelli, Mikelancelo və Qalileyin məzarlarını ziyarət edərkən emosiyası güclənib. Sonralar «Neapol və Florensiya: Milandan Recioya səyahət» əsərində yazacaqdı: «Mən həmin kilsədən çıxanda ürəyim bərk döyünürdü. Qorxurdum ki, torpaq aralanar və ora yıxılaram». Yazıçı bilməzdi ki, onun keçirdiyi hisslərin üzərinə bir əsrdən sonra qayıdılacaq. 160 il sonra — 1970-ci ildə doktor Qratsiella Maqerini qəribə hadisələrlə üzləşdi. Maqerininin zənni heç vaxt yanılmayıb. O, Florensiyadakı Santa Mariya Nova hospitalının psixiatriya şöbəsinə rəhbərlik edib. Doktor görüb ki, Florensiyanı, eləcə də Müqəddəs Xaç kilsəsini ziyarət edən turistlərdə qəribə hallar müşahidə edilir: ürəkləri döyünür, başları fırlanır, neçə gün özlərinə gələ bilmirlər". Yadına məşhur yazıçının keçirdiyi sarsıntı düşüb: «Stendalda da məhz belə simptom yaranmışdı. Mən onu belə adlandırdım: „Stendal sindromu“. Əlbəttə, Stendal ilk adam deyildi ki, Florensiyanın renessans dövrü şəhərinin gözəlliyindən, əfsanə danışılan hər daşından, hər tinindən vəcdə gəlməsin. İstər Stendala qədər, istərsə də ondan sonra Florensiya çoxunun yuxusunu ərşə çəkib, çoxunun ürəyi döyünüb başı fırlanıb. Doktor Maqerini yüzlərlə turistlə üzbəüz söhbət edib. Onların fikirlərini dərindən öyrənəndən sonra bu sindrom barədə kitab yazıb. Çıxardığı nəticə isə çoxlarını düşündürüb. 1. Şimali Amerika və Asiyadan olan insanlar bu sindroma yoluxmur. 2. İtalyan turistlərdə isə immunitet yaranıb. Bu onların doğuluşdan burada yaşamaları ilə bağlıdır. Bəs, „Stendal sindromu“na kimlər tutulur? Sindromun avam adamlara, hissiyyatı olmayan şəxslərə aidiyyəti yoxdur. Onlar sənət əsərlərinə sadəcə baxıb keçirlər. Amma yaradıcı adamlar, xüsusilə incəsənətlə az-çox məşğul olan insanlar asanlıqla „Stendel sindromu“na yoluxurlar. Bəzi adamlar isə ümumiyyətlə gerçəkliklə əlaqəni itirib sindromun daxilinə varır, affekt vəziyyətinə düşərək sənət əsərinə zərər vururlar: heykəli döşəməyə çırpır, rəsm əsərini cırıb tullayırlar. Doktor Maqerininin „Stendal sindromu“nu kəşf etməsi çoxunu düşündürdü. Bu barədə geniş müzakirələr açıldı. Hətta italyan rejissoru Dario Arcento „Stendal sindromu“ adlı film çəkdi. Filmdəki hadisələr Florensiyada cərəyan edir. Bir manyak sindromdan əziyyət çəkən polis-detektiv Anna ilə siçan-pişik oyunu oynayır. Annanın zəif cəhətini bilən manyak onunla görüşü rəsm qaleresında təyin edir. Bəstəkar Ennio Marikoneninin musiqilərinin sədası altında tamaşaçı filmdən doymur. Ekran işinin nümayişindən sonra qəribə hadisə davam edib. İncəsənətdən anlayışı olan şəxslər filmdəki gözəl arxitekturalı binaları, rəsm əsərlərini, heykəltəraşlıq nümunələrini görəndə də ürək döyüntüləri artıb. Beləliklə, məşhur fransız yazıçının „Neapol və Florensiya: Milandan Recioya səyahət“dəki qeydləri sindrom barədə ilkin təsəvvür yaratdı. Bu sindrom üzərində ilk dəfə Maqerini işlədi, elmi şəkildə təqdimatı isə 1982-ci ilə təsadüf etdi. Stendalın qeydi heç də təsirsiz ötüşmədi. Florensiyadakı Ufitsi qalereyasına baş çəkən turistlər də Stendalın təsvir etdiyi hadisə ilə üzləşdiklərini dedilər. Muzey və qalereya rəhbərləri vəziyyətdən çıxış yolu tapdılar. Onlar gidlərə, qalereya işçilərinə tapşırdılar ki, kimsə əsər qarşısında çox dayanıb diqqətlə baxarsa, həmin şəxsləri söhbətə tutub başını qarışdırsınlar, ortaya nəsə başqa mövzu atsınlar. Müxtəlif tədbirlərə də əl atıldı. Bəzi muzeylərin girişində sindrom barədə məlumat asıldı. Orada yazılmışdı: „Başınızın fırlanmasını, ürəyinizin döyünməsini istəmirsinizsə, əsərlərə diqqətlə baxmayın“. Əlbəttə ki, belə tədbirlər heç bir effekt vermədi. İnsana nəyisə qadağan edəndə o daha da həvəslənir. Bəzi ziyarətçilər elanı oxuyandan sonra incəsənət əsərlərinə qəsdən diqqətlə baxdılar ki, sindroma yoluxsunlar. Azər Qismət
['Stendal', 'Stendal sindromu', 'Paris sindromu', 'sindromlar', 'sindrom']
648
https://kayzen.az/blog/yazar/21361/u%C4%9Furlu-yazarlar%C4%B1n-14-v%C9%99rdi%C5%9Fi.html
Uğurlu yazarların 14 vərdişi
Apollon
Yazıçılar
26 fevral 2018, 11:15
Amerikalı Dram yazarlarının konfransından yenicə qayıtdım və fikirlərim «soyumadan” bu yazını qələmə alıram.    Əvvəlcə qeyd edim ki, bu, bədii nəsrin, əslində, bütün janrlarında yazan müəlliflərin qatıldığı bir konfrans idi. Bu qəbildən tədbirlərdə mümkün olduqca çox iştirak etməyə can atıram. Künc-bucaqda qalan istedadlardan parlaq işıqlar altında fərəhlə gəzənlərinə kimi hər sinifdən yazarla həmsöhbət olmaq imkanı əldə edirəm. Əksər hallarda çıxış, tanıtım imkanlarından şikayətçi olanların kitablarını tanıtmaq sırası gələndə „təkərlərinin boşaldığı”nın şahidiyəm. Fərasət isə tanıdığım bütün uğurlu yazıçıları birləşdirən bəlkə də, ən nəzərəçarpan cəhətdir.    Hər yazar özünəxas kitab marketinqi üsulları ilə bir-birindən fərqlənsə də, janrından asılı olmayaraq, təqdimat edən bütün uğurlu yazarların özünəinam və işlək strategiyaları birləşdirən “hazır top”-u var. Xüsusilə də, yenicə yazarsınızsa, bu məsləhətlərə qulaq versəniz, yaxşıdır. Ola bilər ki, hazırda bu yazıda sadalanacaq 14 vərdişdən bəzilərinə və ya heç birinə sahib deyilsiniz. Amma əminliklə deyə bilərəm ki, uzun illərdir müşahidə etdiyim bütün uğurlu yazıçıları birləşdirən bu vərdişləri mənimsəmək sizə heç bir zərər verməyəcək. Bu vərdişləri nə qədər tez tətbiq edib, ənənəyə çevirsəniz, irəliləmək sizin üçün bir o qədər asan olacaq.   İnvestisiyaya köklənməklə oxucu auditoriyasını genişləndirmək arasında qalmaq və hər ikisinin əhəmiyyətini anlamaq: Bu günün yazarlarının ilk və dəyişməz ortaq nöqtəsidir. Bizə tanıtım üçün müraciət edən əksər müəlliflərin ilk sualı bu olur: „İnvestisiya yatırımlarım necə irəliləyir?”. Təbii ki, biz bunu hər zaman müəyyənləşdirə bilmirik. Hətta, tonlarla kitablarınız və sadiq oxucularınızın olması kimi aydınlaşdırıcı şərtlər daxilində belə, investisiyanın geri dönüşünü müəyyənləşdirmək çətindir. Bir kitabın nəticələri sizə qoyduğunuz investisiyanın uğurlu dönüşü kimi qayıda bilər, digəri isə bütün gözləntilərinizi sıfıra vurar. JK Roulinqin “Harry Potter” silsiləsindən kənarda yazdığı yeganə romanının uğursuzluğu bunun ən böyük nümunəsidir. Səyləriniz gözləntilərinizi yüksəldə bilər, amma nə qədər az gözlənti içində olsanız, investisiyanın geri dönüşünü o qədər asan qarşılayacaqsınız. Bir çox yazar kitabı rəflərdə yerini aldığı gündən investisiyanın necə geri qayıdacağının dərdinə düşür. İş canlanmadan investisiyanın pul olaraq geri qayıtmaması gənc kadrın həvəsini və gələcəyini öldürür. İnvestisiya geridönüşü yaxşı hədəfdir, lakin mərhəmətsiz ustadır. Bəs, bunun əvəzinə nəyə köklənməli? Oxucu auditoriyasının genişləndirilməsinə. Əslində, yazar nə addım atırsa-atsın, harada olursa olsun, onun hər işi oxucu auditoriyasını genişləndirməyə xidmət etməlidir. Başqa bir hədəfə köklənmək boş zaman sərfidir. Açığı onu da deyim ki, başqa bir yolla irəliləməkdən konkret bir nəticə gözləməyə dəyməz.     Hərəkətverici addım: Müəyyən plan tərtib etmək və təqvimə uyğun oxucu auditoriyasının genişlənmə arealını izləmək.    1. Adaptiv olun və özünüzü nümayiş etdirin: Bazarın dəyişən tələblərinə, yeni trendlərə, sizin kitabınıza da xeyri toxunacaq xəbərlərə sürətlə adaptasiya olmaq sahiblənilməli və formalaşdırılmalı yaxşı vərdişlərdəndir. Uğurlu yazarların adaptivlik və özünü hər bir yenilikdə sınamaq, nümayiş etdirmək kimi ortaq vərdişləri var. Yeni üsulla bağlı nəsə alınmayanda, dərhal əvəzedici vasitə tapırlar. Bəlkə, yanlış zamanda reklama gedib, bəlkə, yanlış özünüreklam vasitəsi seçib, bəlkə daha yaxşı bir kitab üzü hazırlatdıra bilərdi, bəlkə auditoriya klişe qəhrəmanlardan bezib – kitabın uğurunu sığortalayacaq bütün variantları sınaqdan keçirirlər. Adaptivlik uğura aparan yolda həlledici rola malikdir.   Hərəkətverici addım: İşinizə yaramayan şeylərin siyahısını tutun. Niyə işə yaramadığını müəyyənləşdirməyə çalışın. Bu üsulu nə ilə əvəz edəcəyinizi dəqiqləşdirib, hərəkətə keçin.   2. İnsanların oxumaq istədiklərini yazın: Bəli, öz düşüncə tərzinə, duyğuları ifadə vasitələrinə sonsuz güvənənlər üçün gülməli bənd ola bilər. Amma hətta klassiklər belə oxucu auditoriyasının fikri ilə istər-istəməz hesablaşmalı olublar. Bu maddənin altında düşündüyünüzdən daha dərin həqiqət yatır. Yazmağa başladığınız ilk gündən auditoriyanın gözləntisi sizin üçün mayakdır. Xüsusi bir janr üçün yazmaq sizi mütəxəssis edər, amma yazıçı etməz. Kiçik, amma yüksək zövqlü auditoriya üçün yazmaq isə sizi yazıçı edər, amma uğurlu etməz. Böyük bazarın istifadəçilərinin isə fərqli gözləntiləri var. Bu gözləntilər isə qeyd etdiyimiz müxtəlif istiqamətli dar auditoriyanı da özündə birləşdirir. Müraciət etdiyiniz janra bələd olun, oxucunun gözləntilərini müəyyənləşdirin. İstədiyinizi yazmaq mütləq mənada əhəmiyyətlidir, amma oxucunun istədiklərini yazmaq mütləq mənada satılacaq.    Hərəkətverici addım: Sizin müraciət etdiyiniz janra, mövzuya uyğun yazılmış 100 ən məşhur əsər siyahısındakı ilk beş kitabı dərindən, hərtərəfli mütaliə edin. İnsanların, həqiqətən də, diqqətini çəkmiş cəhətləri müəyyənləşdirin. Bunu edə bilməzsiniz? Bildiklərinizi yeniləmək sizə satıla bilən məhsulun hazırlanması prosesində kömək edəcək.   3. Bir janrı özəlləşdirin: Hər kitab xəyallarınızın kitabı olmayacaq. Janrlar arasında macəra yaşayan və demək olar ki, qələmini sınadığı hər janrda mükəmməl nümunələr sərgiləyən olduqca istedadlı yazarlar tanıyıram. Yazar üçün hər janrda „üstün” olanı yaratmaq qürur mənbəyidir, meydanda gövdə nümayişidir. Amma onların arasından bir Stefen Kinq çıxmadı. Çünki oxucu yazarın janrlararası keçidlərini izləmir. Bu son qayıtdığım konfransda bir xanım yazar çox ağıllı fikir səsləndirdi – pişik saxlamaq istəyənə it satmayın! Dahiyanə analogiyadır. Bir janra bağlanın, sadiq qalın. Janrlar arasında qaldıqca oxucu itirəcəksiniz. Reallığı görməzdən gəlməyiniz nəticəni dəyişmir. Ədəbi gücünüzü sübut etmək üçün bir addım irəli atacaqsınızsa, uğurdan iki addım geri düşəcəksiniz. Bu, biznesdir. Onun da öz şərtləri var. Bir xanım yazarla sırf bu nəzəriyyə üzərində işlədik. Texniki baxımdan onun silsilədən kənar əsəri olduqca uğurlu idi. Amma oxucu məktubları birmənalı şəkildə onu silsilənin davamını yazmağa çağırırdı.     Hərəkətverici addım: Özünüzü tapdığınız janra bağlanın. Həmin janr üzrə ən çox müraciət edilən mövzuları, obrazları, yerləri, trend süjetləri, kitab qabıqlarını, dizayn işlərini, sosial şəbəkələrdə bu janrın ən çox izlənən nümayəndələrini qruplaşdırın. Seçdiyiniz janrın ustası olun. Bu sahədə o qədər məlumatlı olmalısınız ki, lazım gələrsə, dərs də keçəsiniz!   4. Ümid marketinq planı deyil: Kitabı nəşrə verib, hər şeyin yaxşı getməsi üçün dua etməyə başlamayın. Planınız, proqramınız, dəqiq marketinq cədvəliniz olsun. Hər bir günü xırdalıqları ilə bölüşdürün. Əgər imkan varsa, peşəkar komanda ilə işləyin. Nədə yaxşı olduğunuzu göstərin.   Hərəkətverici addım: Marketinq planınız kitabınız nəşrə yollananda hazır olsun. Bu planda bir illik hərəkət marşrutunuz nəzərə alınsın.   5. Cibinizdən xərcləyin: Əgər nəşriyyatın qapısına gələnə kimi cibinizə xərcləyəcək pul yığmısınızsa, deməli, işlər 50% yolunda gedəcək. Çünki kitab nəşri biznes qurmaqdır və hər bir biznes kimi bura da vaxtla yanaşı, nağd pul investisiyası qoymaq lazımdır. Burada 15 min dollarlıq investisiyadan söhbət getmir təbii ki. Amma 18 illik iş təcrübəm mənə bir qaydanı öyrədib – nə qədər çox yatırırsansa, o qədər çox götürürsən. Bu bənd mahiyyət etibarilə birinci tövsiyə ilə uzlaşır. İnvestisiyanın geri dönüşünü yalnız investisiya qoymusunuzsa, ümidlə gözləyə bilərsiniz.   Hərəkətverici addım: Büdcəni müəyyənləşdirin – vaxtınızdan, aylıq işlərinizdən və pulunuzdan nə qədərini kitabının investisiyası üçün sərf edə bilərsiniz. Kitabınız rəflərdə yerini aldığı gündən ayırdıqlarınızı xərcləyin. İnvestisiyanın sizi mümkün olduğu qədər gündəmdə saxlamasını təmin edin.   6. Tez-tez yazın. Silsilə şəklində yazın – Adətən, məsləhət üçün gələn yazarlar bu fikri səsləndirir: “Bir kitab yazıb, nəticəyə baxmaq, sonra qərar vermək istəyirəm”. Bu yazarlar 90% hallarda elə bir kitabla kifayətlənməli olurlar. Əgər „Apple” satmırsınızsa, bilin ki, bir məhsulla biznes qurmaq mümkün deyil. Hətta “Apple” belə ilin əvvəli-axırı yeni forma ilə gündəmə gəlir. Onlar belə bir məhsulla müştərinin gözləntisini qarşılamayacaqlarını bilirlər. Bir kitab bir kitablıq auditoriya deməkdir. Niyə? Bütün uğurlu yazarlar bilir ki, ilk kitabın ən güclü marketinqini ikinci kitab aparır. Üçüncü kitab əvvəlki iki kitabı tanıdır və s.    Yaradıcılığınızı onlayn mağaza kimi düşünün. Burada nə qədər çox məhsul sərgilənsə, bir o qədər çox istifadəçiniz olacaq. Şərt deyil ki, siz eyni mövzunu uzada-uzada davam etdirəsiniz. Məqsəd, oxucuya hər il özünü xatırlatmaqdır. Hərəkətverici addım: Nəşr təqvimini planlaşdırın. Tarixləri daşlara qeyd etməsəniz də, özünüzü daimi iş rejiminə kökləyin. Qəti hədəflər qoyun. Bir məqsəd uğrunda işləmək arzuların qanadında sovrulmaqdan min dəfə yaxşıdır.   7. Üz qabığının əhəmiyyətini anlamaq: Kitabınız üçün seçilmiş üz qabığını bəyənə bilərsiniz. Müəllifə öz kitabının üz qabığına vurulmaq ixtiyarı verilmir. Kitabın qapağına vurulmaq, onu alternativsiz, „ən yaxşı” hesab etmək tənqidlərə dözümsüzlüklə yanaşmağınıza səbəb olacaq. Geniş prespektivlərə pəncərə açmaq üçün tənqidlərə qulaq vermək mütləqdir. Daha çox kitabınız çap olunduqca, üz qabıqları alternativləri arasında seçim imkanı etmək də əhəmiyyət qazanır. Üz qabıqlarının çox olması kitabınızın marketinqinə də müsbət təsir göstərəcək. Sırf uğursuz üz qabığı səbəbindən oxucunun diqqətini çəkə bilməyib, uğursuzluğa düçar olan kitablarla az qarşılaşmamışıq. Hətta uğurunu sığortalanmış hesab etdiyimiz bir bədii nümunənin umulduğu qədər satılmamasının səbəbini araşdırmaq üçün geniş bir sorğu da aparmışdıq.    Oxucular müəlliflərin bu fikrini çox vaxt təsdiqləyirlər: “Kitab yaxşıdırsa, üz qabığında nə əks olunduğunun əhəmiyyəti yoxdur”. Amma elə eyni oxucular da etiraf edir ki, kitabın üz qabığı diqqətlərini cəlb etməyəndə, içindəkinin nə qədər yaxşı olduğunu heç vaxt öyrənə bilmirlər.   Hərəkətverici addım: Yenə hekayənizi qələmə aldığınız janrda yazılmış romanlara müraciət edin. Janrın nüfuzlu imzalarının kimlərlə işlədiyini, çox satılan kitabların üz qabığının müəlliflərini öyrənin. Ən çox satılan 10-15 kitabı analiz edin. Üz qabığı dizaynındakı oxşar cəhətləri siyahlılaşdırın. Rəsmlərdəki, şriftlərdəki, yazı stilindəki, rənglərdəki, tonlaşdırmadakı oxşarlıqları ayırd etməyə çalışın. Dərin müşahidə apardıqca uğurlu üz qabığının arxasındakı sirri müəyyənləşdirəcəksiniz. Beyninizdə bir model formalaşdı? Yox, alınmadısa, peşəkar dizaynerlərlə məsləhətləşin, onların təkliflərindən yararlanın.   8. Sizi ağladacaq, gününüzü qara edəcək ədəbi redaktoru tapın: Mən belə bir redaktorun yazar üçün nə qədər vacib olduğunu iddia edəndə həmkarlar gülür. Amma, həqiqətən də, hər yazara belə bir redaktor lazımdır. Öz redaktorum sadəcə möhtəşəmdir. Hərdən məni boğaza yığır, az qalıram ki, on „rədd ol!” deyim. Hikkəmdən oturub ağlamaq istəyirəm. Amma bezmədən, usanmadan məni daha yaxşı yazmağa, yenidən işləməyə vadar edir. O, içimdən çıxıb, kənardan yazı prosesimi izləyib, nəticələri ilə bağlı obyektiv fikirlərini bildirən ikinci mənim kimidir. Hər yazarın özü kimi etibar etdiyi bir ədəbi redaktoru olmalıdır. Kitabınızı geri təhvil verən redaktor “Romanın hər şeyi mənə ləzzət elədi! Qüsursuzdur!” – deyirsə, özünüzə dərhal başqa redaktor axtarın. Heç kim yazısı düzəlişlərə ehtiyacı olmayacaq qədər mükəmməl yazar deyil. İstənilən bestseller yazardan rahatlıqla soruşa bilərsiniz – əlyazmalarının ilk versiyası zibilliyə gedib. Limitlərinizin sərhəddini görməyə məcbur edən redaktorlarla işləyin. Redaktoru fərdi məşqçi kimi düşünün – hər gün 10 hərəkət daha artıq icra edə bilirsinizsə, deməli, məşqçiniz yaxşıdır. Ağırlıqqaldırma məşqləri çiyinlərinizi incidəcək, evə gələndə məşqçinizin dalınca deyinəcəksiniz. Amma üç ay sonra nəticəyə baxanda, arxayınlıqla çəkdirdiyiniz şəkli „dünyanın ən mükəmməl məşqçisinin əl işi” rəyi ilə paylaşacaqsınız. Gündəlik ödədiyiniz xırda pullar böyük dividentlərlə nəticələnir.   Hərəkətverici addım: Redaktorunuzla dürüst və vicdanlı münasibət qurun. Əgər birinci kitabınızın uğurlu çıxışına baxmayaraq, redaktorunuzla istədiyiniz münasibət alınmayıbsa, növbəti kitabda başqa biri ilə anlaşın. Bəzən özünüzə başqa bir redaktorla işləmək fürsəti vermədikcə, daha yaxşı bir nümunənin müəllifi ola biləcəyinizi duymursunuz. Uğurun sırf sizdən asılı olduğunu düşünürsünüzsə, deməli, gördüyünüz işə biznes kimi yox, hobbi kimi yanaşırsınız. İtinizi sevən biri kimi itini sevən və sizinlə ortaq maraqları olan kimisə redaktor seçmək çox qeyri-peşəkar qərardır.   9. Oxucularınızla əlaqə yaradın: Uğur geridə bəzi açarlar qoyur. Uğurlu yazarlarla danışıb, bəzi ipucları istəsəniz, bu cavabı dönə-dönə eşidəcəksiniz: “Oxucularınız qızıldır, onlarla zərgər kimi rəftar edin. Şəxsi zəmində oxucularınızla əlaqə yaratmaqla onlara öz dünyanızın qapılarını açırsınız. Onları ədəbi səyahətlərinizin yol yoldaşı edirsiniz. Bir müəlliflə bu barədə söhbət edirdik. Dedi ki, kitabı rəflərdə yer alan gündən ilk üç gün içində nəticənin necə olacağını təxmin edə bilir. Belə ki, oxucuları hər yerdən ona kitabı ilə bağlı ictimai rəyi yazır, ətraflı məlumat verirlər. Bəli, oxucular bu işlərdə köməkdir. Oxucular bu tip əlaqəni çox dəyərli tutur, müəlliflə şəxsi, birbaşa əlaqənin olması qarşılığında daha həvəsli və sadiq oxucuya çevrilirlər. Oxucuların ən böyük köməyi isə sosial mediada apardıqları marketinqdə olur. Hətta bu işdən çox xeyir görmüş bir yazar dostum isə bu münasibəti lap inkişaf etdirib. Belə ki, onunla daimi maraqlanan oxucularının ad günlərini izləyir və onları ictimai mesajlarla təbrik edir. Əgər xəstə olduqları ilə bağlı status yazıb və ya hansısa itki ilə üzləşiblərsə, buna dərhal reaksiya verir. Xanım yazarın fikrincə, bundan daha yaxşı reklam ola bilməz. Bu həm də yazar-oxucu münasibətlərini gücləndirir.    Reklama ayrılmış pulu və zamanı necə sərf edəcəyiniz sizdən asılıdır. Amma bunu sizin üçün könüllü edəcək adamlar varsa, bu fürsəti dəyərləndirin. Oxucularla görüş günlərinə həsr olunan saatlar və pullar tezliklə sizə böyük dividentlər şəklində geri qayıdacaq.   Hərəkətverici addım: Sizi daimi izləyən oxucuları təyin edin. Onlarla həftədə bir dəfə də olsa, mesajlaşın. Bu münasibət getdikcə daha səmimi və daimi xarakter alacaq. Söhbətlərinizi isə daha ədəbi və daha pozitiv mövzulara kökləyin.   10. Fərqli şeylər sınayın: İlk cəhd uğursuz alınanda insanı cəsarətsizlik üstələyir. Biznesə girişmək uğur qazanmaq üçün hətta ağılalmaz üsullara belə əl atmağı gözə almaqdır. Çünki çox vaxt uğursuzluğun arxasında hərəkətsizlik, axtarışsızlıq dayanır. Bir şeyi də nəzərə alın ki, elə ilk addımdan uğur yağmuruna düçar olan çox az iş var. İkinci bir versiya da var – birinci kitab üçün uğurla işləyən taktika ikinci kitab üçün işləməz. Yeni bir üsula adaptasiya olmağa hazırlaşın.   Hərəkətverici addım: Təqvimə uyğun hərəkət planı çəkin. Marketinq və reklam taktikanıza uyğun gələn və gəlməyən üsulları müəyyənləşdirin. Hansı üsula nə zaman əl atacağınızı konkretləşdirin. Hər bir üsula lazımı vaxt ayırıb-ayırmadığınızı, onun niyə uğursuzluğa düçar olduğunu aydınlaşdırın. Əgər taktikanın tələblərinə əməl etməmisinizsə, özünüzü bir daha sınayın. Təqvim sizə marşrutu harada pozduğunuzu, harada boşluq olduğunu göstərəcək.    11. Rəyləri oxuyun: Sonuncu dəfə nə zaman xüsusi bir başlıq altında rəy yazısı oxumusunuz? Rəy yazıları oxucu fikrini, zövqünü, nəyin sevilib, nəyin sevilmədiyini, bazarın nəbzini təyin etməyin ən yaxşı yoludur. Hətta bir ulduzlu rəyləri belə oxuyun. Oxucuların fikirlərinə, münasibətlərinə diqqət edin. Bəzən əlinizdəki kitabın taleyini dəyişəcək bir ipucu, fikir, ideya olur. Bəlkə rəyləri oxumaq sizə silsilə yazdıracaq, ya da əlinizdəki hekayəni dəyişdirtdirəcək. Xüsusilə, roman mövzularının auditoriyanın istəyinə hesablandığı dövrdə sosial şəbəkələrdə, forumlarda iştirakçı olmaq və oxumaq çox işinizə yarayacaq. Qeyri-bədii ədəbiyyat nümunələri ilə bağlı rəylərlə tanış olaraq, mövzunuzdakı boşluqları aşkarlayacaqsınız. Uğurlu yazar olmaq strateq olmaq deməkdir. Hərəkətverici addım: Hekayənizin janrına uyğun kitablara gələn rəylərlə tanış olun. Əsərlərin ən çox hansı keyfiyyətlərə görə ulduz aldıqlarına baxın. Tələblərə, gözləntilərə fikir verin. Hər həftə biri uğurlu, biri uğursuz iki kitab seçin və hər ikisinə gələn rəyləri oxuyun. Bu üsul harada səhv etdiyinizi görmək məqsədilə dönə-dönə öz yazdığınızı oxumaqdan daha effektiv olacaq.   12.  Şəbəkəyə fokuslanın: Bu biznesə yeni girişəndə saysız-hesabsız tədbirlərdə iştirak etmişəm, tonlarla toyuq qızartması yeyib, milyonlarla əl sıxıb, çanta-çanta vizit-kart mübadiləsində tərəf olmuşam. O vaxt üçün bu produktivlik əmsalı idi. Həqiqətən də elə idi? Heç də yox. Bu gün sadəcə öz sahəmə aid adamların şəbəkəsində qalmağa fokuslanıram. Açığı şəbəkənin xaricində dəvətlərə vaxt da qalmır. Zaman keçdikcə görürəm ki, mən də belə tədbirlərin təşkilatçıları üçün marağımı itirirəm.   Hərəkətverici addım: Əlaqə qurmaqda çətinlik çəkməyəcəyiniz yazarların şəbəkəsinə qoşulun. Bəlkə də artıq hansınasa üzvsünüz. Şəbəkənin digər üzvləri ilə hər an əlaqə yarada bilirsinizmi? Kömək üçün asanlıqla müraciət edirsinizmi? Tədbirlərdən daimi məlumatınız olurmu? Şəbəkənin nümayəndəsi olmaq prosesi işlək və sizin üçün faydalıdır. Bunu sadəcə yazarlar cərgəsinə qoşula bilmək prosesi hesab etməyin.    13. Mikro-təsirliləri xatırlayın: Bir çox müəllifin sevimliləri „super oxucular”-dır. Super oxucu ədibin hər yazısını, əsərini, həyatındakı xırda dəyişikliyi belə izləyən, onunla bağlı istənilən məlumatı sosial hesablarında paylaşan fanatikdir. Tvitter, feysbuk və s. kimi şəbəkələrdə milyonlarla izləyicinin olması yazarın qürurlandıra bilər. Amma adını çəkdiyimiz super-oxucuların az olması məqsədəuyğundur. Çünki bu günlərdə onların sayının çox olması yazarın həyatına tamamilə nəzarət imkanı əldə etmələri deməkdir. Onları daim diqqət mərkəzində saxlayın – çünki super oxucuların hər biri paylaşdıqlarınızı sadəcə bəyənməklə kifayətlənən min oxucunun yerini verir. Onlarla şəxsi münasibətdə olun. Beşi ilə mütəmadi münasibətlər formalaşdırdıqdan sonra növbəti beş nəfərə keçin. Hər bir uğurlu yazarın sadiq oxuculardan ibarət krallığı var.   Hərəkətverici addım: Super oxucu qrupu yaradın. Və ya fanatik izləyicilərinizdən birini bu işə sövq edin. İşə haradan, necə, kiminlə başlayacağınızı bilmirsiniz? Bizim mütəxəssislərin pulsuz konsultasiyalarına qoşulun. Uğuru sığortalayın...  Penni Sansivieri   Mənbə: “Huffington Post” İngiliscədən tərcümə: Elcan Salmanqızı
['yazıçılıq', 'yazıçılar', 'Penni Sansivieri']
649
https://kayzen.az/blog/esse/21558/niy%C9%99-teatra-getm%C9%99liyik.html
Niyə teatra getməliyik?
Apollon
Esse
24 fevral 2018, 23:30
Rus filosofu və yazıçısı Aleksandr İvanoviç Gertsen deyirdi: “Teatr — həyatı vacib sualların cavab tapıldığı yüksək instansiya və məkandır”. Bəli, biz teatra getməklə öz həyatımıza aid bir çox suala cavab tapa bilərik. Teatr mənim üçün nəinki tamaşa yeri, o, həm də bir ritual, yəni, müqəddəs ayin və mərasim sayılır. Qətiyyən şişirtmirəm. Teatr mənim üçün bayramdır. O, ən sevimli əyləncə vasitələrimdən biridir. Özünü kiçik hadisələrlə xoşbəxt etməyi bacaran biri kimi deyə bilərəm ki, yeni kitab əldə edəndə, harasa səyahət etdikdə və teatra gedəndə çox xoşbəxt oluram. Qanımda sevinc hormonları yaranır, həyatı daha da sevirəm. Teatra getməyə hazırlaşarkən sanki çox füsunkar və cazibədar qadınla romantik görüşə gedirmiş kimi çalışıram. Yaşadığımız dövrün qayğı və problemlərindən az da olsa yaxa qurtarmaq üçün teatr ideal məkandır. Teatrda nümayiş olunan tamaşanı izləyərkən insan özünü bir başqa cür hiss eləyir. Həmçinin öz xarakterində yeni çərçivələr aşaraq, prosesdən həzz alıb, həyat üfüqlərini genişləndirir.  Teatr- həm də, gözəlliyə toxunmağın, bir başqasının həyatını aydın hiss etməyin, dramaturqun yazıb yaratdığı həyatı, bir növ öz həyatın kimi duymağın və aktyorların oyunundan həzz almağın üçün çox sadə və əlçatan üsuldur. Bununla sən sanki hər dəfə yeni həyat yaşamış olursan. Deyə bilərsən, “teatra getmirəm, ancaq evdə oturub televizor və ya kompüterdə film izləyirəm. Bu da sənətdir də”. Hə, film də sənətdir. Səninlə razıyam və mən bu sənəti də çox sevirəm, ancaq, bir məsələ var ki, teatrda canlı emosiyalar olduğu halda, filmdə bu yoxdur. Ona görə də teatr- canlı sənətdir. Hərçənd, tamaşa da, qabaqcadan hazırlanır, yaradılır amma o, bizim gözümüz önündə doğulur. Əsərin tam dünyaya göz açması məhz ilk dəfə tamaşaçılar önündə baş verir. Film montaj sənətidir, teatr isə canlı yaradıcılıq nümunəsidir. Tamaşa yalnız sənin onu izlədiyin an mövcuddur. Filmi isə diskə köçürüb və ya internetdən neçə dəfə istəsən dala-qabağa edərək baxa da bilərsən. Düzdür, filmlərdə maraqlı efferktlər var, ancaq o, yenə də canlı nümayişin yerini verə bilməyəcək.  Sən, teatra gedərkən əylənməklə bərabər, həm də inkişaf etmiş olacaqsan. Ölkəmizdə teatra gedənlər arasında qadınlar üstünlük təşkil edir. Hə, bu, sirr deyil, qadınlarımız özlərini inkişaf etdirməyə daha çox meyillidilər. Teatr dünyagörüşünün zənginləşməsi üçün bir vasitədir. Onun insana təsir etmə effekti daha güclüdür. Teatr həm də həyat məktəbi sayılır. Biz tamaşaları izləyərək nəinki estetik zövqümüzü formalaşdırır, həm də həyatdakı öz şəxsi problemimizin həlli yolunu da tapa bilərik. Teatra gedən şəxs yerli və dünya ədəbiyyatında olan əsərlərin tamaşasını izləyərək də, onlar barədə məlumatlı olacaq. Bu, həm də mədəni dəyərlərin formalaşması, daxili estetik kultun yaranması sayılır. Teatra getmək həmçinin sənə dost-tanışlarınla danışmaq və müzakirə etmək üçün də maraqlı mövzu vermiş olacaq.  Bəhs etdiyim şeylərlə, sənin niyə teatra baş çəkməyinə səbəblər göstərməyə çalışdım. Teatr sənə düşünmək, sevmək və ləyaqətli insana çevrilib, düşünən beyinlərdən olmaq üçün daha çox səbəb göstərəcək. Orxan Adıgözəl
['teatr', 'teatr mədəniyyəti', 'incəsənət', 'mədəniyyət', 'Orxan Dıgözəl', 'esse']
650
https://kayzen.az/blog/Az%C9%99rbaycan-dili/21575/az%C9%99rbaycan-dilinin-orfoqrafiyas%C4%B1.html
Azərbaycan dilinin orfoqrafiyası
luminat
Azərbaycan dili
24 fevral 2018, 16:36
Saitlərin yazılışı 1. O saitli alınma sözlər a və ya o ilə deyilməsindən asılı olmayaraq o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor, polkovnik. 2. Ü saitli alınma sözlər ü ilə də yazılır: alüminium, bülleten, büro, jüri. 3. Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi, iki heca ilə yazılır:qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, heyif, meyil, əsil, şeir. 4. Əslində sonu a ilə bitən alınma sözlərdən aşağıdakılar a-sız yazılır: anket, aptek, armatur, atmosfer, vitrin, qəzet, idiom, kayut, kaset, kontor, konfet, lent, maşın, perspektiv, pyes, planet, reklam, sistem, sitat. Samitlərin yazılışı 5. Birinci hecasındakı samiti həm n, həm də m ilə deyilən sözlər n ilə yazılır: anbar, qənbər, zənbil, günbəz, sünbül, şənbə. Kombayn, kombinat, kömbə, pambıq sözləri istisnadır. 6. Əslində sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılır: ekspres, kilovat, kiloqram, konqres, metal, mühüm, proses, sərhəd, hüsnxət. 7. Sonu -iy, -skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı y yazılmır: Qorki, Yaroslavski, Mayakovski, ssenari, planetari, profilaktori, sanatori. Qeyd. Kimyəvi element adları əslinə uyğun olaraq yazılır: kalium, maqnezium, natrium. 8. Rus dilində tərkibində öö olan ümumi isimlər s ilə yazılır: dosent, konsert, sex, sirk, sement, lisey. Vitse sözü istisnadır. Xüsusi isimlərdə sözün əvvəlində s, sözün ortasında və axırında ts yazılır: Setkin, Sialkovski, Vorontsov, Kuznetsov, Motsart, Muromets. 9. Rus dilində tərkibində ù olan alınma sözlərin əvvəlində və axırında bir ş, sözün ortasında isə iki ş (şş) yazılır: Şedrin, Şerba, şotka, borş, Vereşşaqin, Quşşin, meşşan. 10. Əsli h samitli alınma sözlər h ilə yazılır: Heyne, hektar, Hegel, hegemon, hidrogen, himn, hospital, hotel. 11. Əsli c samitli alınma sözlər c ilə də yazılır: Cek London, cemper, Siciliya. 12. Əsli q samitli alınma sözlər incə saitli hecalarda g ilə yazılır: biologiya, dialektologiya, genezis, general, geologiya, gigiyena, gimnastika, gitara. Sözün müxtəlif yerlərindəki qoşa sait və samitlərin yazılışı 13. Qoşa saitlə deyilən sözlər qoşa saitlə də yazılır: maaş, saat, camaat, bədii, əmtəə. 14. Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: vatt, zənn, zidd, küll, rədd, sirr, fənn, xətt, haqq, hiss. Bu sözlərə samitlə başlanan şəkilçi əlavə olunduqda söz kökündəki qoşa samitdən biri düşür: zid-dir, sir-daş, fən-lər, xət-siz, his-siz. 15. İki sait arasında gələn qoşa samitlər qoşa samitlə yazılır: ballada, kassa, şassi, vassal, kapella, klassik, libretto, operetta, nəqqaş, səyyar, kəmiyyət. Qeyd. Qruppa, antenna, tonna, apparat, parallel sözləri və -ma hecası ilə qurtaran sözlər aşağıdakı kimi yazılır: qrup, anten, ton, aparat, paralel, diaqram, proqram, stenoqram, teleqram. Şəkilçilərin yazılışı 16. Sözdüzəldici şəkilçilər aşağıdakı kimi yazılır: 1. Bir cür yazılan şəkilçilər: 1) -i və ya -vi şəkilçisi: daxili, tarixi, həyati, cənubi, şimali, dairəvi, kimyəvi, kütləvi, Gəncəvi; 2) -vari şəkilçisi: buynuzvari, qalxanvari, yüngülvari, üzükvari. 2. İki cür yazılan şəkilçilər: Kar samitlə bitənlərdə: -qan, -kən; cingiltili samitlə bitənlərdə -ğan, -gən şəkilçiləri: yapışqan, çalışqan, döyüşkən, sürüşkən, burulğan, deyingən. 3. Dörd cür yazılan şəkilçilər: 1) -kı, -ki, -ku, -kü şəkilçiləri: axşamkı, bildirki, səhərki, onunku, gündüzkü, bugünkü; 2) sifət və isim düzəldən -ı, -i, -u, -ü şəkilçiləri: badımcanı, darçını, narıncı, ceyranı, dərbəndi, çərkəzi, novruzu, gümüşü; 3) fel köklərindən isim və sifət düzəldən şəkilçilər: sonu kar samitlə bitənlərdə: a) -ki, -qı, -kü, -qu: seçki, bıçqı, sürtkü, pusqu; b) -kin, -qın, -kün, -qun: bitkin, satqın, ötkün, tutqun; sonu cingiltili samitlə bitənlərdə: a) -gi, -ğı, -gü, -ğu: vergi, çalğı, bölgü, vurğu; b) -gin, -ğın, -gün, -ğun: əzgin, qırğın, düzgün, yorğun. 4) -ıstan, -istan, -ustan, -üstan şəkilçiləri samitlə bitən sözlərdə: Dağıstan, Türkmənistan, Monqolustan, Türküstan. Qeyd. Saitlə bitənlərdə -stan yazılır. Rəqəmlə yazılan miqdar saylarında şəkilçilərin yazılışı 17. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə şəkilçidən əvvəl defis qoyulur: 20-dən, 3-də, 2-yə, 6-nın, 5-i, 17-si. Ərəb rəqəmlərindən sonra ahəngə görə sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü) yazılır: 6-cı, 2-ci, 10-cu, 3-cü. Mürəkkəb sözlərin yazılışı 18. Bir vurğu ilə deyilən mürəkkəb sözlər bitişik yazılır: arabir, balacaboy, beşillik, beşmərtəbə, qalxanabənzər, qanunvericilik, qurultayqabağı, dilucu, günəbaxan, gülərüz, müxtəliftərəfli, özbaşınalıq, soyuqqanlı, ümumbəşəri, ucdantutma, bugünkü, hərgecəki, ilbəil, günbəgün, qaçaqaç, Bülbüloğlu, Qənbərqızı, Həsənoğlu, Çərkəzqızı, Əliağa. 19. Tərkibindəki sözlərin səciyyəsindən asılı olaraq, aşağıdakı hallarda defisdən istifadə edilir: 1) qoşa sözlərdə: adda-budda, az-maz, qara-qura, qarma-qarışıq, qonaq-qara, dedi-qodu, əzik-üzük, kağız-kuğuz, sür-sümük, aşıq-aşıq, top-top; 2) tərkibində qeyri, əks, külli, anti, eks, vitse, kontr, ober, super sözləri işləndikdə: qeyri-adi, qeyri-iradi, əks-inqilab, əks-hücum, külli-ixtiyar, vitse-admiral, kontr-admiral, ober-leytenant, super-market; 3) izafət tərkiblərində: tərzi-hərəkət, nöqteyi-nəzər, həddi-buluğ, tərcümeyi-hal; 4) tərkibində mənaca bir-birinə yaxın və ya zidd sözlər işləndikdə: ab-hava, alış-veriş, ölüm-itim, kafe-restoran, kilovat-saat, cənub-qərb, şimal-şərq, az-çox, elə-belə, gec-tez, ağıllı-kamallı, ucsuz-bucaqsız, pis-yaxşı, fabrik-zavod, iki-üç, gedər-gəlməz, yazar-yazmaz, bitməz-tükənməz, dinməz-söyləməz. Köməkçi sözlərin yazılışı 20. İdi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik) və saitlə qurtaran fellərdən sonra ayrı, samitlə bitən fellərdən sonra həm ayrı, həm də ilk saiti buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: ata idi, ata imiş, ata ikən, uşaq idi, uşaq imiş, uşaq ikən, gəlməli idi, gəlməli imiş, gəlməli ikən, gəlmişdi, gəlmişmiş, gəlirkən, gəlmiş imiş.… 21. Qoşmalar iki cür yazılır: 1) birhecalı qoşmalar (-can, -cən, -dək, -tək) aid olduqları sözə bitişik yazılır:dağacan, evəcən, küçəyədək, quştək; 2) ikihecalı qoşmalar (qədər, kimi, ötrü, təki, təkin, üçün, ilə) aid olduqları sözdən ayrı yazılır:evə qədər, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün. Qeyd. İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə şəklində bitişik yazıla bilər. 22. Mənşəcə mürəkkəb olan aşağıdakı bağlayıcılar bitişik yazılır: yainki, yaxud, nəinki, habelə, halbuki, həmçinin, hərgah, hərçənd, çünki. 23. İki sadə bağlayıcıdan və sadə bağlayıcı ilə başqa nitq hissələrindən əmələ gələn bağlayıcılar və bağlayıcı sözlər bir-birindən ayrı yazılır: belə ki, buna görə də, bununla da, bunun üçün, və ya, və yaxud, daha da, demək ki, yoxsa ki, guya ki, odur ki, ona görə, ona görə də, onun üçün də, tutaq ki, həm də. 24. Ədatlar sözlərdən ayrı yazılır: di get, gör ha, dedim də, sən ki, daha gözəl, lap pis, ən yaxşı. -mı, -mi, -mu, -mü və -sana, -sənə ədatları istisnadır. Onlar aid olduqları sözlərə bitişik yazılır: Kitabdırmı? Qəşəngdirmi? Oxudumu? A kos-kosa gəlsənə, torbanı doldursana? Qeyd. -mı, -mi, -mu, -mü sual ədatı -da, -də ədatından ayrı yazılır: Sən də mi gedirsən? O yenə də mi danışacaq? 25. Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə yazılır: bəh-bəh, vay-vay, pəh-pəh, uy-uy, ha-ha-ha. 26. Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı yazılır: ay aman, ay haray. Birinci hərfi böyük yazılan sözlər 27. Xüsusi isimlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Səməd Vurğun, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli, Uzun Həsən, Süleyman Rüstəm, Süleyman Sani, Bəxtiyar Vahabzadə, İsgəndərlər, Mehdi Hüseynzadələr, Nizamilər, Hacı Qaralar.… 28. Bədii əsərlərdə heyvanlar və cansız əşyalar surət kimi işlədildikdə onların adlarının birinci hərfi böyük yazılır: Qırat, Alapaça, Bozdar, Məstan: 29. Tarixi hadisələrin, dövrlərin, sülalələrin, nomenklatur terminlə işlənən yer adlarının, eləcə də qədim yazılı abidələrin və s. adlarının birinci sözünün birinci hərfi böyük yazılır: Vətən müharibəsi, Yeddiillik müharibə, Versal sülhü, Dəmir dövrü, Orxon-Yenisey abidələri, Çaldıran döyüşü, Sasanilər dövrü, Səfəvilər sülaləsi, Xəzər dənizi, Azadlıq meydanı, Şuşa qalası... Belə mürəkkəb adlara fərqləndirici söz əlavə olunduqda onun da birinci hərfi böyük yazılır: Orta Paleolit dövrü, Son Paleolit dövrü. 30. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Bakı Şəhər İcra Hakimiyyəti. 31. Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri), fəxri adlar, habelə nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. adlarının tərkibindəki bütün sözlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportu, Azərbaycan Dövlət Nəşriyyatı, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Beynəlxalq Qadınlar Günü, Ağstafa Rayon Təhsil Şöbəsi… 32. Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran, düşərgə, yeməkxana, mağaza və s. adları dırnaqda və böyük hərflə yazılır: "İstiqlal" ordeni, «Azərbaycan Bayrağı» ordeni, «Ata və oğul» povesti, «Yeddi gözəl» baleti, «Uzaq sahillərdə» filmi, «Azərbaycan» qəzeti, «Cücələrim» kafesi, «Bahar» mağazası, «Badamlı», "İstisu" mineral suları... Qeyd. Dırnaqda yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda yazılır: «Xalq qəzeti»nin bugünkü nömrəsi, «Yeddi gözəl»in ilk tamaşası: 33. Mirzə, hacı, şeyx, seyid, şah, soltan, ağa, bəy, bəyim, xan, xanım və s. sözlər rütbə, ləqəb və titul bildirib sözlərdən əvvəl gəldikdə böyük, sözlərdən sonra gəldikdə isə kiçik hərflə yazılır: Mirzə Fətəli, Hacı Qara, Şeyx Nəsrullah, Seyid Əzim, Şah İsmayıl, Soltan Mahmud, Abbas mirzə, Nadir şah, Abbasqulu ağa, Fətəli xan, Heyran xanım: İxtisarlar (abreviaturlar) 34. İxtisarlar üç cür yazılır: a) tam ixtisarlar aid olduqları sözlərə (xüsusi və ya ümumi isimlər) uyğun olaraq böyük və ya kiçik hərflə yazılır:AR (Azərbaycan Respublikası), BMT (Birləşmiş Millətlər Təşkilatı), MM (Milli Məclis), m.(metr), c. (cild)..; b) yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akad. (akademik), prof. (professor), Azərkitab (Azərbaycan kitabı), AzərTAc (Azərbaycan Dövlət Teleqraf Agentliyi)..; c) sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: d-r (doktor), z-d (zavod): 35. İxtisarlara əlavə edilən şəkilçilər onların son hecasına uyğun olaraq yazılır: MEA-dan, BMT-yə, MDB-nin: Sözün sətirdən sətrə keçirilməsi 36. Sözlər yeni sətrə hecalarla keçirilir: və-tən, mək-təb-li-lər: Bir saitdən ibarət hecalar istisnadır: ai-lə-li... Mənbələr: Azərbaycan SSR Nazirlər Sovetinin «Azərbaycan dilinin orfoqrafiya qaydaları»nın təsdiq edilməsi və Azərbaycan əlifbasında bəzi dəyişikliklər edilməsi haqqında" 24 iyul 1958-ci il tarixli qərarı.Azərbaycan SSR Nazirlər Sovetinin «Azərbaycan dilinin orfoqrafiya qaydaları»nın 8-ci maddəsinin dəqiqləşdirilməsi haqqında" 6 aprel 1959-cu il tarixli qərarı.«Azərbaycan dilinin orfoqrafiya qaydaları» «Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanı.«Azərbaycan dilinin orfoqrafiya qaydaları» «Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanında dəyişiklik edilməsi haqqında" 26 may 2004-cü il tarixli Fərmanı.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiqlənmiş «Azərbaycan dilinin orfoqrafiya qaydaları».
['orfoqrafiya qaydaları', 'Azərbaycan dilinin qrammatikası', 'orfoqrafiya', 'Azərbaycan dili', 'Azərbaycan dilinin fonetikası']
651
https://kayzen.az/blog/ginekologiya/20985/hamil%C9%99liyin-qar%C5%9F%C4%B1s%C4%B1n%C4%B1-alan-kontraseptiv-v%C9%99-t%C9%99bii-%C3%BCsullar.html
Hamiləliyin qarşısını alan kontraseptiv və təbii üsullar
Apollon
ginekologiya
22 fevral 2018, 18:54
Ailə planlaşdırılmasının ayrılmaz hissələrindən biri də kontraseptiv üsulların seçilməsidir. Kontrasepsiya — hamiləliyin müxtəlif üsullarla qarşısını alır, arzuolunmaz hamiləlikdən qorunmanı təmin edir. Beləliklə, həm ailə arzuolunmaz hamiləlikdən qorunur, həm də qadın üçün abort təhlükəsi yaranmır. Bəs bu gün Azərbaycanda daha çox istifadə olunan kontraseptiv üsullar hansılardır? Kontraseptiv Həblər — arzuolunmaz hamiləliyin qarşısını almaq üçün gündə bir dəfə qəbul edilən həblərdir. Onların tərkibində növündən asılı olaraq qadın orqanizmində hasil olunan hormonlarla analoji olan sintetik estrogen və progestin hormonları vardır. Qadın hamiləlikdən qorunmaq istədiyi müddət ərzində həbləri hər gün eyni vaxtda qəbul etməlidir. Düzgün istifadə edildikdə həblər yüksək dərəcədə effektlidir. Bəzi həblər ginekoloji pozğunluqlar olduqda müalicəvi məqsədlə də istifadə edilir. Həblərin qəbulunu dayandırdıqdan sonra qadının hamilə qalmaq qabiliyyəti tezliklə bərpa olunur. Bu həblər yüksək dərəcədə etibarlı və zərərsizdir. Plastır — kontraseptiv plastır (5x5 sm) dəri üzərinə yapışdırılır və sintetik hormon (estrogen və progestin) ifraz etməyə başlayır. Plastır həmin hormonların sutkalıq dozasını ifraz edir və ifraz olunmuş hormonlar dəri vasitəsilə qana keçir. Qadın orqanizminə təsiri kontraseptiv həblərlə eynidir. Kontraseptiv həblər kimi, plastırların da istifadəsi asandır, amma onu həftədə bir dəfə dəyişmək lazımdır. Dəri üzərinə yapışdırılan bu vasitə görünəndir, bəzən də dərinin qıcıqlanmasına səbəb olur. Vaginal Halqa — plastik materialdan hazırlanır və tərkibində qadın orqanizmində hasil olunan hormonlarla analoji olan sintetik iki hormon (estrogen və progestin) vardır. O, uşaqlıq yoluna yerləşdirilir. Tərkibindəki hormonlar qan dövranına sovrulur və qadını arzuolunmayan hamiləlikdən qoruyur. Üstün və çatışmayan tərəfləri, əlavə təsirləri kontraseptiv həblərlə eynidir. Kişi Prezervativləri — rezin materialdan (adətən, lateksdən) hazırlanmış nazik, elastik və keçiriciliyi olmayan kisəcikdir. Qadını hamilə qalmaqdan qoruyan bu vasitədən kişilər hər cinsi əlaqə zamanı istifadə etməlidirlər. Düzgün və müntəzəm istifadə olunduqda yüksək dərəcədə etibarlıdır. Hər prezervativ yalnız bir dəfə istifadə oluna bilər. Onu da qeyd etmək lazımdır ki, prezervativ həm hamiləlikdən, həm də cinsi yolla yoluxan infeksiyalardan və HIV/AIDS-dən qoruyan yeganə üsuldur! Uşaqlıqdaxili Vasitə (UDV, spiral) — hamiləliyin qarşısını almaq üçün plastik materialdan hazırlanmış kiçik ölçülü elastik vasitədir. UDV təlimləndirilmiş tibb işçisi tərəfindən uşaqlıq boşluğuna qoyulur. Üsulun istifadəsi çox əlverişlidir, o, qadını 1-10 il və daha artıq müddət ərzində (növündən asılı olaraq) arzuolunmaz hamiləlikdən qoruya bilər. Spiral uşaqlıq boşluğundan çıxarıldıqdan sonra qadının hamilə qalmaq qabiliyyəti dərhal bərpa olunur. Yüksək dərəcədə etibarlı və zərərsizdir. Spermisidlər — arzuolunmaz hamiləliyin qarşısını almaq üçün cinsi əlaqədən bir qədər əvvəl uşaqlıq yoluna yeridilən kimyəvi vasitədir. Spermisidlər həb, şam, köpük, jele, əriyən plyonka və krem şəklində istehsal olunur. Spermisidlərin istifadəsi asandır, lakin digər müasir üsullarla nisbətən, bu üsul bir qədər az etibarlıdır. Təcili Kontrasepsiya (TK) — cinsi əlaqədən (heç bir kontraseptiv üsuldan istifadə edilməyən) sonra hamiləliyin qarşısını almaq üsullardır. TK məqsədilə aşağıdakı vasitələrdən istifadə olunur: — Kontraseptiv həblər. — Mis tərkibli UDV-lər. Təcili kontrasepsiya isə yalnız aşağıdakı hallarda istifadə edilir: — Qadın qorunmamış cinsi əlaqədə olduqda; — Qadın məcburi cinsi əlaqədə olduqda və ya zorlama hallarında; — Prezervativ cırıldıqda; — UDV/Spiral düşdükdə. Təcili kontrasepsiya qorunmamış cinsi əlaqədən sonra 5 gün ərzində (mümkün qədər tez) istifadə olunmalıdır. Əgər siz vaxtında hərəkət etsəniz, təcili kontrasepsiya hamiləliyin qarşısını ala bilər. Təcili kontrasepsiya üsulundan arzuolunmaz hamiləliklərdən qorunmaq üçün müntəzəm istifadə etmək olmaz. Onlardan yalnız təcili hallarda istifadə edilir. Bir zəruri məqamı da xatırladaq ki, bu üsul hamiləliyin qarşısını almağa yönəlib, TK abort törətmir və artıq mövcud olan hamiləliyə mənfi təsir göstərmir. Döşlə Əmizdirmə Metodu (LAM — Laktasion Amenoreya Metodu) — təbii üsuldur. Bu üsuldan doğuşdan sonra 6 ay müddətində istifadə etmək olar. Laktasion Amenoreya — əmizdirmə ilə bağlı aybaşının olmaması deməkdir. LAM-ın əsasını əmizdirmə zamanı qadının hamilə qalmaq qabiliyyətinin müvəqqəti dayanması təşkil edir. Doğuşdan sonra körpəsini əmizdirən bütün qadınlar bu üsuldan təhlükəsiz istifadə edə bilərlər. LAM-ın istifadəsi üçün 3 şərt eyni vaxtda mövcud olmalıdır: — Doğuşdan sonra ananın aybaşı dövrünün bərpa olunmaması, — Körpənin 6 aydan kiçik olması, — Körpənin tələbatına uyğun tez-tez, gecə və gündüz yalnız ana südü ilə qidalandırılması. Qeyd edək ki: — LAM-ın istifadəsini dayandırdıqdan sonra qadının nəsiltörətmə qabiliyyətinin (fertillik) bərpası qadının körpəni əmizdirdiyi müddətdən asılıdır. — LAM-ın istifadəsi həm ananı, həm də uşağın sağlamlığı üçün faydalıdır. — 6 aydan sonra qorunmanı davam etdirmək üçün qadın digər üsuldan istifadə etməlidir. Müəyyən olunmuş təlimatlara düzgün və ardıcıl riayət edildikdə üsulun səmərəliliyi yüksəkdir. Təbii Üsullar Təbii üsulların (TÜ) əsas prinsipi — aybaşı dövrünün müəyyən günlərində qadının hamilə qalmaq ehtimalının çox yüksək olması ilə bağlıdır. Bu günlər «fertil» və ya «təhlükəli» günlər adlanır. TÜ qadının hamilə qalmaq ehtimalının yüksək olduğu günlərin (fertil günlər) müəyyənləşdirilməsinə əsaslanır. Bu məqsədlə qadın aybaşı dövrü ərzində öz orqanizmində baş verən dəyişiklikləri müntəzəm izləməli və fertil günlərin başlamasını və bitməsini hesablamalıdır. Fertil günlər ərzində cütlük cinsi əlaqədən çəkinməklə və ya başqa üsuldan istifadə etməklə hamiləliyin qarşısını ala bilər. Təbii üsullara aşağıdakılar aiddir: — Standart günlər üsulu; — Təqvim üsulu; — Bazal bədən temperaturu üsulu; — Selik üsulu; — Simptotermal üsul. Bu üsullar müntəzəm aybaşı dövrü olan qadınlarda tətbiq olunur. Təbii üsulların istifadəsi dayandırıldıqdan sonra fertillik dərhal bərpa edilir. Təbii üsullar Cinsi Yolla Yayılan İnfeksiyalardan qorumur. Digər müasir üsullarla müqayisədə, bu üsullar az etibarlıdır. Azərbaycanda geniş istifadə olunmayan kontraseptiv üsullar İnyeksion Kontraseptivlər — iynələrin istifadəsi çox asandır. Bir iynə qadını 2-3 ay ərzində (növündən asılı olaraq) arzuolunmaz hamiləlikdən qoruyur. İynə tibb işçisi tərəfindən vurulmalıdır. Bu üsuldan müxtəlif yaşda olan qadınlar və həm də döşlə əmizdirən analar istifadə edə bilərlər. İstifadənin bir ilindən sonra çox vaxt aybaşının olmaması müşahidə edilə bilər. Bu, adi hal sayılır. İnyeksiyanın vurulması dayandırıldıqdan sonra qadının hamilə qalmaq qabiliyyətinin bərpa olunması bir neçə ay çəkə bilər. Bu üsul döşlə əmizdirən qadınlar üçün zərərsizdir. İstifadəsinə doğuşdan 6 həftə sonra başlanılır. Yüksək dərəcədə etibarlı və zərərsiz üsul hesab olunur.Progestin Tərkibli Həblər — körpəsini əmizdirən qadınlarüçün bu həblərdən istifadə etmək ən yaxşı seçimlərdən biridir. İstifadəsinə doğuşdan 6 həftə sonra başlana bilər. Qeyd edək ki, bu həblər südün tərkibinə təsir etmir. Hər gün eyni vaxtda bir həb qəbul edilir.Sterilizasiya — daha uşaq istəməyən qadınlar və kişilər üçün daimi kontrasepsiya üsuludur. Qadınlarda cərrahi yolla uşaqlıq borularının bağlanmasıdır, buna Qadın Sterilizasiyası deyilir. Kişilərdə cərrahi yolla toxum daşıyıcı axarların bağlanmasıdır, buna Kişi Sterilizasiyası deyilir. Bu kontrasepsiya üsulunda ciddi ağırlaşmalar nadir hallarda müşahidə olunur.İmplantlar — qadının qol nahiyəsində dəri altına yerləşdirilən bir və ya bir neçə kiçik plastik çöp və ya kapsul şəklində olur. Növündən asılı olaraq hamiləlikdən 3-7 il müddətində qoruyur. Qadın istənilən vaxt implantları çıxartdıra bilər. İstifadəsi zamanı aybaşı dəyişikliklərinə tez-tez təsadüf olunur. Bu kontrasepsiya üsulu da yüksək dərəcədə etibarlı və zərərsiz hesab olunur.Diafraqma — əsasən nazik yumşaq lateksdən və ya silikondan hazırlanır. Dairəvi formada və müxtəlif ölçüdə olur. Diafraqma uşaqlıq yoluna yerləşdirilir və uşaqlıq boynunu (uşaqlığa girişi) bağlayır. Onların seçilməsində və istifadə edilməsində həkimlə məsləhətləşmək lazımdır. Ginekoloji müayinədən sonra həkim Sizə diafraqmanın optimal uyğun növünün və olçüsünün seçilməsində yardımçı ola bilər. Diafraqma hər dəfə cinsi əlaqədən əvvəl uşaqlıq boynuna keçirilir. İstifadə üçün mütləq ginekoloq müayinəsi tələb olunur. Spermisidlə birlikdə istifadə edildikdə daha etibarlıdır. Ancaq diafraqma üsulu sidik yolu infeksiyalarının yaranmasına şərait yarada bilər. saglamolun.az
['hamiləlik', 'hamiləlik öncəsi tədbirlər', 'ailə planlaşdırılması', 'kontrasepsiya', 'kontraseptiv vasitə']
652
https://kayzen.az/blog/maraqli-faktlar/21423/insan-orqanizminin-maraql%C4%B1-x%C3%BCsusiyy%C9%99tl%C9%99ri.html
İnsan orqanizminin maraqlı xüsusiyyətləri
Apollon
Maraqlı faktlar
22 fevral 2018, 18:12
İnsan bəşəriyyətin ən möcüzəli varlığıdır. İnsan orqanizmi, onun fəaliyyəti, daxili və xarici orqanların xüsusiyyətləri və s. Bütün bu proseslər mürəkkəb strukturun bir hissəsidir. İnsan bədənində 206 sümük, 32 diş, 10 barmaq, iki göz, iki qulaq, bir burun, bir ağız, bir ürək, iki böyrək və.s saymaq olar. Lakin bunlar hələ hamısı deyil. Bizə elə gəlir ki, biz bədən üzvlərimiz haqqında hər şeyi bilirik. Amma insan orqanizminin mürəkkəb quruluşunda xeyli sirli məqamlar var. 1. Omba sümüyünün möhkəmliyi qranitə bərabərdir.  İnsan sümüyü — Yer üzündə ən möhkəm materiallardan biridir. Möhkəmliyinə görə onu beton və təxminən qranitlə müqayisə etmək olar. Təsəvvür edin, kibrit qutusu ölçüsündə sümük 9 ton kütlənin ağırlığına dözə bilər. Bu ağırlıq beton divarın daşıya biləcəyi ağırlığın 4 qatıdır. İnsan bədənində ən böyük sümük — böyük omba sümüyüdür. Hansını ki, yalnız ekstremal şəraitdə (avtomobil qəzası) sına bilər. 2. Orqanizmdə hüceyrələr saniyədə 25 milyon dəfə yenilənir. Bədənimizin hüceyrələri ən önəmli funksiyanı yerinə yetirir. Hər saniyədə 25 milyon dəfə yenilənən hüceyrələrin sayəsində orqanizm özünü tənzimləyir. Orqanizmin ən önəmli müdafiə qatı dəridir. Dəri toxumaları xarici mühitlə təmasda olduğu üçün tez-tez dəyişikliklərə məruz qalır. Məhz sürətlə yenilənən hüceyrələr sayəsində dəridə olan kəsiklər, müxtəlif yaralar, yanıqlar qısa müddətdə sağalır. 3. İnsan bədənində mövcud olan damarların ümumi ölçüsü 100 min kilometrdir. Əgər insan orqanizmində böyük arteriyallardan kiçik kapilyarlara qədər bütün damarları bir xətt üzrə ağız-ağıza qoysaq, yer kürəsini iki dəfə sarımaq olar. 4. İnsan beyni dəqiqədə 1000 söz oxuya bilər. Araşdırmalara görə insanlar kitabı səssiz oxuyarkən ucadan oxuduqlarından 2 dəfə daha sürətli oxuyurlar. Ümumi götürsək, 3 cür oxunuş forması mövcuddur — bədahətən yəni sərbəst cümlələr quraraq, ucadan oxuyarkən və vizual oxuma — yəni səssiz. Sözləri özümüz seçsək də, bu şəkildə insan beyni ən ləng nəticəni göstərib — dəqiqədə 250 söz. Ucadan oxuyarkən beynimiz dəqiqəyə 450 söz oxuya bilir. Amma vizual oxuma zamanı dəqiqədə 700 söz qeydə alınıb. Bəzən sürətli oxuyan gəncləri görüb heyrətlənirik. Bu bütün insanlarda belədir. Sadəcə aktiv şəkildə çox mütaliə edərək bu nəticələri və hətta daha yüksək nəticələrə nail olmaq olar.  5. İnsanın saçları dəhşətli dərəcədə güclüdür. Orta hesabla, insanın başında təxminən 150 min tük bitir. Birlikdə toplanmış saç 12 ton ağırlığı qaldıra biləcək gücə malikdir. Bu təxminən iki nəhəng filin çəkisi deməkdir. Bundan başqa bir tel çəkisi çox olmayan kiçik bir butulkanı qaldıra bilər. 6. Qadınlar kişilərə nisbətən rəngləri daha yaxşı ayırırlar. İnsan orta hesabla milyon rəng və onun müxtəlif çalarlarını ayırmağı bacarır. Rəngi seçmək üçün gözlərdə xüsusi neyronlar və dəqiq seçimi tənzimləyən kiçik kolbalar mövcuddur. Kiçik kolbaların əksər hallarda 3 tipi məlumdur. Birinci genetik mutasiyalar zamanı yaranan 4-cü dərəcəli kolbalardır ki, onların sayəsində insanlar normal gözlə seçilməyəcək rəngləri, rəng çalarlarını belə rahat ayıra bilirlər. Tetraxromat tip insanlar rənglərdə bəzən seçim edə bilir, bəzən isə yox. Digər növ isə 100-ə yaxın rəng və rəng çalarlarının seçimini təmin edir. Bu proseslər yalnız qadın orqanizminə xasdır. Bir də daltonizm anlayışı var. Görmə pozulması ilə səciyyələndirilən və rəng seçimi verməyən xəstəlikdir. Statistikaya görə, kişilərdə xüsusilə tez-tez rast gəlinir.
['insan orqanizmi', 'anatomiya', 'maraqlı məlumatlar']
653
https://kayzen.az/blog/poeziya/21353/ilan-balas%C4%B1-%7C-ramiz-r%C3%B6v%C5%9F%C9%99n.html
İlan balası | Ramiz Rövşən
Apollon
Poeziya
20 fevral 2018, 21:39
Böyüyüb bu körpə ilan balası, gah o başa, gah bu başa sürünür. Sevinir udduğu havaya, suya, Torpağa sevinir,daşa sevinir. Bir sevgi həvəsi dolur canına, Gecələr gözünün itir yuxusu. Çiçəyin qoxusu, otun qoxusu, Küləyin nəfəsi dolur canına. … Özündən xəbərsiz, səssiz-səmirsiz Zəhərə çevrilir canında hər şey…   Bu ilan balası bir vaxt Canında Gizlənən zəhərdən xəbər tutacaq. Bəlkə qarğıyacaq baxtını onda, Bəlkə boğazını qəhər tutacaq. Ağlama, ağlama, ilan balası, Baxtını qarğıma, ilan balası! Bu da bir ömürdü, dözəsən gərək, Beləymiş taleyin əmri, buyruğu; Döşünün altında – sevən bir ürək, Dişinin altında – zəhər tuluğu. Görənlər çığırar: – İlan var, ilan!.. Qovduqca qovarlar səni dünyada. Hər yandan kəsilər yolun-yolağın, Tək bircə yol qalar sənə dünyada; Başından quyruğunacan, Zəhərli dişindən Quyruğunacan Tək bircə yol qalar, – o yol özünsən, Özün öz yolunsan, ilan balası. Özün bu dünyada öz əzizinsən, Özün öz balansan, ilan balası.   Hara qaçacaqsan göz qabağından, Bu zalım dünyaya neyləyəcəksən? Yüz yol çıxacaqsan öz qabığından, Özündən ayrıla bilməyəcəksən. Öyrən, yavaş-yavaş özünə öyrən, Dünyanın hər cürə üzünə öyrən. Barış canındakı zəhərli dərdlə, iyrənmə özündən, ilan balası. Bəlkə də, ən acı həqiqət elə sənsən yer üzündə, ilan balası. Sənsən haqqın yolu bu yer üzündə, tanrı özü seçib bu yolu bəlkə. Yüz cür sifətiylə, yüz cür üzüylə Dünya səndən keçib durulur bəlkə.
['Ramiz Rövşən', 'Ramiz Rövşən şeirləri', 'şeir', 'şeirlər']
654
https://kayzen.az/blog/346/21560/bozba%C5%9F-s%C9%99viyy%C9%99si.html
Bozbaş səviyyəsi
Apollon
346 saylı marşrut
20 fevral 2018, 21:00
Bu yaxınlarda çox pis xəstələnmişdim. Soyuqdəymə bədənimə elə işləmişdi ki, xəstəlikdən beynim də dumanlanmışdı. Halsızlıqdan yataqdan dura bilmirdim. Ən sevdiyim məşğuliyyət sayılan mütaliə ilə də məşğul ola bilmirdim. Kitabı əlimə götürüb iki-üç cümlə oxuyan kimi vəziyyətim lap ağırlaşırdı. Həm də oxuduqlarımı heç dərk edə bilmirdim.  Xəstəlik, düşüncələrimdə mənə yad olan nəsnələr yaratmışdı. Bəlkə də “yaratmaq” əvəzinə “məhdudlaşdırmaq” ifadəsini işlətsəm, daha yerinə düşər. Adətən tez-tez xəstələnən biri deyiləm və immunitetim yaxşıdır. İndi birdən-birə belə olmağım, halımı lap yaman eləmişdi. “Məhdudlaşdırmaq” məsələsini isə məhz onunla bağlayıram ki, həmin xəstəlik vaxtı ətrafa, mənə tamamilə yad tərzdə olan baxışlarım meydana çıxmışdı. Çox qəribə idi, demək olar ki, bizim telekanallarda çox az rast gəlinən mədəni, ədəbi və intellektual verilişlər xaric, başqa şeylərə baxmıram. Mənim üçün qıcıq yaradan və ikrah hissimi qabardan “manıslarımızın” həyat və yaradıcılığı ilə bağlı istənilən sujet və verilişlərə ötəri nəzər belə salmıram. Həmin vaxtda isə bu prinsipimə yad gedərək, o cür verilişə tamaşa etmişdim. Həm də bunu elə həvəs, elə şəstlə etmişdim ki, sanki ömürboyu belə verilişlərin böyük həvəskarı olmuşam. Deməli, telekanallardan birində səhər tezdən yayımlanan manısları təbliğ edən, qıcıq dolu olan bir verilişə birdən gözüm sataşdı. Başqa vaxt bu verilişin adı gələndə, dilimə “yağlı” söyüşlər gəlir. İndi isə həmin verilişdən feyziyab olmağa başlamışdım. Aparıcının müğənnilərdən birinə “bircə səni də ərə verə bilsəydik” tipli zarafatı mənə gülməli gəlmişdi. Bir saat ərzində danışılan “ərə getmək”, “sənətçilərin evlilik həyatı” və bu motivli digər bayağı müzakirələr marağımı çəkmiş və diqqətimi ekrana cəmləmişdi. Hətta müğənni Xatirə mahnı oxuyanda onunla bir yerdə zümzümə edirdim. Üzümdəki qayğısız key xoşbəxtlik ifadəm yadımdan çıxmır. Az qalırdım yatağımdan qalxıb əl çalım, Xatirəni alqışlayım. İndi baş verənləri xatırladıqca, xəcalət çəkirəm. İlahi, görəsən mənə nə olmuşdu? Elə bil içimə başqa adam girmişdi. Mən, televiziya kanallarımızda gedən manıslara, kulinariyaya və şit zarafatlarla bol olan seriallara baxmamaqla, heç cür lovğalanmıram. Bu, birbaşa mənim şəxsi seçimimdir. Həmin verilişlər mənim zövqümü oxşamır, əksinə, onu zorlayır və məhv edir. Həm də zorlanan təkcə şəxşi zövqüm yox, həmin telekanalları izləyib, mədəniyyət deqradasiyası yaşayan cəmiyyət və ən əsas gənc nəsil nümayəndələridir. Bir ölkədə ki, mədəniyyət defisitə çevirilirsə, bu, atom müharibəsinin gətirdiyi fəlakətlər qədər ağırdır. Bir həftə öncə, dostumuz Bilal Həsənovun “Facebook”da çox üzücü bir postunu gördüm. Statusu olduğu kimi bura yazıram: “Marketdə gördüm bir oğlan uşağı (5-6yaş) əcaib hərəkətlər edir. Gözlərin bərəldib, ağzın quruya atılmış balıq kimi açıb-yumur, başın silkələyir, əllərin yellədir. Tez-tez də qışqıraraq deyir ki, «Mənim başım xarafdır, həə, mama, mənim başım xarafdır? Ə, mən dəliyəmee, dəliyəm». Anası gördü ki, mən və satıcı uşağa qəribə baxırıq, gülərək dedi ki, özünü Fəlakətə oxşadıree, Fəlakətin fanatıdır.” Bu kiçik, bəlkə də kənardan adi görünən hadisə, özündə nə qədər faciə notları gəzdirir. Çox məyusedici haldır.  Psixoloqlar qeyd edir ki, 5 yaşa qədər uşaq zəkası aldığı informasiyalarla və tərbiyə ilə öz gələcəyinin əsl xarakterik səciyyələrinin bünövrəsini qurur. Daha sonra gələn tərbiyə, təlim və yanaşmalar 40-50 faiz təsirli olur. İndi özünü televiziyada yayımlanan “Bozbaş pictures”in ciddi psixoloji problemi olan “Fəlakət” obrazına bənzədən həmin uşağın necə fəlakət daşıyıcısı olduğunu başa düşürsünüz? İştirak etdiyim bir yerli iqtisadi forumda həmin teleserialın təşkilatçılarından və aktyorlarından biri olan İlkin Həsənliyə şəxsən belə bir sual ünvanlamışdım: “Bilirsiniz, cəmiyyətimizdə, nə qədər Şəmi, Şöşü və Fəlakətlər (həmin serialın qəhrəmanlarının adları) peyda olub, artıb? Sizin əlinizdə xeyli resurs var, nə üçün çəkdiyiniz serial vasitəsilə insanları müsbət şeylərə səsləyən mesajlar vermək əvəzinə, ordakı xəstə təfəkkürlü obrazlar vasitəsilə pul atmağı, yalan danışmağı, düşük hərəkətlər etməyi təbliğ edirsiniz?” O, mənə cavab verdi ki, “xalq özü bizdən belə şeylər istəyir”. Təəssüf, İlkin Həsənli getdiyi üçün ona deyə bilmədim ki, xalq plastilin kimidir. Ona təsir, edib istənilən formaya salmaq olar. Kitab və mədəniyyəti tərənnüm edən şeylərə möhkəm yapışmasaq, fəlakətlərə və xatirələrə baxıb, feyziyab olmaqla, öz qəbrimizi özümüz qazacağıq… Orxan Adıgözəl
['bozbaş', 'səviyyəsizlik', 'düşüklük', '346 saylı marşrut']
655
https://kayzen.az/blog/edebiyyat/20537/balzak%C4%B1-oxumaq-niy%C9%99-vacibdir.html
Balzakı oxumaq niyə vacibdir?
Apollon
Ədəbiyyat
18 fevral 2018, 16:24
Balzakın əsərlərini yad eləmək, mənim üçün sanki boş, darıxdırıcı vadidə irəliləyən bir yolçunun bir vaxtlar keçdiyi bərəkətli, gözəl diyarı yad eləməsi kimi xoş bir şeydir. İlk dəfə fransız ədəbiyyatını oxuyanda on üç yaşım varıydı. Bu, Edmond Qonkurun «Zemqanno Qardaşları» adlı əsəriydi, kitab sənətçilərdən — onlara qarşı düşməncə mövqe tutan, boğucu, pozğun ruhlu bir mühitdə mənəvi tənhalığa məhkum insanların təsirli hekayətindən bəhs edirdi. Bu kitab məni məzmunundakı insani məramıyla həyacanlandırmış və mənə hər zaman qəlbinin ən gözəl tərəflərini dünyaya açan bütün insanlara qarşı xüsusilə diqqətli, qayğıkeş və mərhəmətli davranmaq fikrini aşılamışdı. Qonkur eyni zamanda məndə tarixini çox az, natamam bildiyim, gözümdə cəngavərlər və qəhrəmanlar ölkəsi kimi canlanan Fransanın ədəbiyyatını öyrənmək istəyi yaratmışdı. Tanıdığım litsey tələbələrinə Fransa yazıçıları barədə suallar ünvanlayırdım, onlardan mənə fransız kitablarının tərcümələrini vermələrini də xahiş etmişdim. Balzakın kiçik bir kitabı əlimə keçməzdən əvvəl, artıq ata Dümanın, Ponson du Terrailin, Buaqobeyanın, Zakorınenin, Qaborionun, Xavier de Montepenin və onlarla digər başqa yazarların kitablarını bir içim suyu içirmiş təki oxumuşdum. Balzakın kitabının adı "Şaqren dərisi" idi. Əntiq mallar dükanının təsvir olunduğu səhifələri oxuyarkən, sözlərlə ifadə etməkdə çətinlik çəkdiyim zövq indi də açıq-aydın damağımdadır. Bu təsvir zənnimcə, hələ də söz ahəngi və zərifliyinin ən gözəl nümunələrindən biridir. Əsərdə məni ustalığıyla təsirləndirən bir başqa məqam bir dialoq idi ki, Balzak adicə bir masa arxası söhbətin rabitəsiz cümlələrindən istifadə eləməklə, şəxsləri və xarakterləri heyratamiz bir aydınlıqla göstərmişdi. Balzakın əsərlərini axtarmağa başlamışdım, ondan oxuduğum növbəti kitab «Qorio ata» oldu: bu kitab məni birmənalı şəkildə yerlə-yeksan elədi, uzun müddət özümü tapdalanan insan qürurunun, ürəklərdə basdırdılan əzabların qisasını almaqla dünyanı hədələyən Rastinyak kimi hiss elədim. O vaxtlar həyatım o qədər də qaydasında deyildi, ancaq sağlam idim və buna görə də romantikləşmişdim. «Bəşəri məzhəkə»ni oxuyanda artıq iyirmi yaşım vardı: bu kitab mənim hələ tam formalaşmayan romantikama sarsıdıcı bir zərbə endirdi. Kitabda Balzakın dühasını hiss edirdim və onu deyəsən, bir müəllimi, bir dostu necə sevərləsə, elə sevirdim. İki-üç ildən sonra Rusiyada Balzakın bütün əsərləri tərcümə edildi, bütün kitablarını təkrarən bir də oxudum və onun nəhəngliyini dərk elədim. İstedadının dastanvari hüdudları məni heyrətləndirib əsir almışdı. Planlarının genişliyi, düşüncələrindəki cəsarət, sözlərindəki həqiqət və gələcəyə dair əksər vaxt reallaşmış dahiyanə proqnozları onu dünyanın ən böyük müəllimlərindən biri edib. Zənnimcə, Şekspir, Balzak və Tolstoy bəşəriyyətin özünə ucaltdığı üç abidədir. Hər zaman bu və ya digər şəkildə yeni yaradıcılıq formaları, yeni həyat tərzləri yaradaraq daim insanlığın qarşısında addımlamış və indi də addımlamaqda davam edən Fransanı Balzak olmasaydı, daha az dərk edərdim. Bankirlər Fransanın şərəfini ləkələyirlər. Bu barədə əvvəllər də yazmışdım və yazdıqlarım sevdiyim bir ölkədə məna verə bilmədiyim bir qəzəbə səbəb olmuşdu. Lakin azadlıq yolunda rus xalqının ayağına badalaq vuran Fransa birjasının mədəniyyət düşmənçiliyi, insanlıq düşmənçiliyi kimi fəaliyyəti, böyük işlər və böyük adlar ölkəsi olan Fransanın həqiqi övladları Hüqo, Balzak, Flober kimi şəxsiyyətlərin saf işığını mən bilirəm ki, əsla söndürməyəcək. Şəxsən Balzaka nə borcluyam bilmirəm və deyə bilmərəm, lakin ümumilikdə onun rus ədəbiyyatına təsiri çox böyükdür. Bu, Lev Tolstoy tərəfindən də qəti bir şəkildə təsdiqlənib. O, mənə bu sualı vermişdi: «Xaricilərdən ən çox kimi oxuyursunuz?» Dedim. «Gözəl. Amma fransızları daha çox oxuyun. Bir vaxtlar hər kəsin yazmaq üçün öyrəndiyi Balzakı, Stendalı, Floberi, Mopassanı oxuyun. Yazmağı yaxşı bacarırlar, forma hissiyatları və məzmunu dramatikləşdirmək qabiliyyətləri təəccübləndirəcək dərəcədə inkişaf edib. Onlarla bir cərgəyə təkcə Dikkensi, bir də bəlkə Tekkereyi qoymaq olar. Əgər mən Stendalın „Parma monastrı”nı oxumasaydım, “Hərb və Sülh»ün müharibə səhnələrini yaza bilməzdim". Sizə yazdığım məktubu burda bitirirəm. Balzak mənim üçün nəhayətsiz və gücümün hüdudlarını aşan bir mövzudur, üstəlik, onunla bağlı xatirələrim həyatımın ən çətin günləriylə üst-üstə düşür, bu da həyəcana həyəcan qatır. Kitab məfhumunun mənim həyatımda bir ananın oynayacağı rolu oynadığını, Balzakın kitablarının isə — əsərlərində dolu-dolu və sevinclə hiss etdiyim insani məhəbbət və həyatla bağlı heyratamiz bilik baxımından — mənim üçün ən qiymətli kitablar olduğunu da demək istəyirəm. Maksim Qorki Balzak haqqında Tərcümə: Cavid Ramazanlı
['Balzak', 'Onore de Balzak']
656
https://kayzen.az/blog/aforizmler/21500/d%C9%99rin-%C3%A7aylar-s%C9%99ssiz-axar.html
Dərin çaylar səssiz axar
Apollon
Hikmət dənizi və aforizmlər
18 fevral 2018, 15:42
Problemi həll etmək mümkündürsə bu haqda narahat olmağa dəyməz. Yox əgər onu həll etmək mümkün deyilsə onun barəsində narahat olmaq faydasızdır. Düşünüb qərar ver, qərar verdinsə düşünmə. Gedəni saxlama, gələni qovma. Tez – yavaşdır, lakin fasilələrlə. Yaxşı insanın dostu olmaq, pis insanın dostu olmaqdan yaxşıdır. Adi insanlardan dahi insan alınmır. Günəş doğruları tanımır. Günəş yanlışları tanımır. Günəş kimisə isitmək məqsədi olmadan parlayır. Günəşdən nümunə götür. Ən uzaq yol da ilk addımdan başlayır. Əgər qılınca ömründə cəmi 1 dəfə ehtiyacın olsa belə, onu daim özünlə götür. Gözəl güllər yaxşı meyvə gətirməz. Kədər – cırılmış paltar kimidir, onu evdə qoymaq lazımdır. Bir xoş söz üç soyuq qış ayını isidə bilər. Axmaq və dəlilərə yol ver. Bacardığın hər şeyi et, qalan şeyləri isə taleyə etibar et. Həddindən artıq dürüstlük axmaqlığa bərabərdir. Təbəssüm olan evə xoşbəxtlik qonaq gələr. Soyuq çay və soyuq düyü qəbul edilən, soyuq baxış və soyuq söz isə dözülməzdir. Qadın istərsə, qayaları belə yarıb keçər. Soruşmaq 1 dəqiqəlik utanc, bilməmək isə ömürlük utancdır. Dərin çaylar səssiz axar.   Yapon ata sözləri
['hikmətli sözlər', 'aforizmlər', 'atalar sözləri', 'yapon atalar sözləri']
657
https://kayzen.az/blog/kisiler/21553/ideal-ki%C5%9Fi.html
İdeal kişi
Apollon
Kişilər
17 fevral 2018, 18:43
Hər bir qadın yanında güclü, diqqətli, xeyirxah və anlayışlı kişi görmək istəyir. Qadınlar zəif kişilərə dözümsüz yanaşırlar. Hətta münasibətin ilkin çağlarında təbiətcə hikkəli və hökmranlığa meyilli qadın kişi üzərində ağalıq etməyə başlasa belə, bir müddət sonra o, bu vəziyyətdən bezməyə başlayır. Bəzən elə olur ki, bunu özünə etiraf etməsə belə, yanında özündən qat-qat güclü kişi görmək və onun ədalətli hökmranlığının enerjisini hiss etmək istəyir. Əslində bunu bir çoxu qəbul etməsə də, reallıq ondan ibarətdir ki, istənilən münasibətdə iki nəfərdən biri mütləq dominant olur. Burda xüsusi xəyali tərəzi ilə mizana gələcək bölgü yoxdur ki, münasibətdəki dominantlıq əlli-əlliyə bölünsün. Həmişə bir nəfərin sözü daha keçərli olur. İstənilən halda münasibətdə dominant qadındırsa, bu, çox sıxıntılı hallar gətirə bilər. Bu sıxıntını daha çox elə qadının özü çəkir. Çünki qadınlar daha çox xaraktercə güclü kişiləri sevirlər. Bu, onlarda təkamülün ilkin çağlarından qalma irsi haldır.  Yazım ideal kişi barədə olacaq. Şübhəsiz ki, hər bir kəsin xarakterində mənfi nələrsə olur. Bu, çox təbiidir. Biz bilirik ki, həyatda ideal adam yoxdur, ancaq ideallığa yaxın xüsusiyyətləri özündə daşıyan kəslər mütləq var. Hər birimiz yeniyetməlik vaxtlarımızdan xəyalımızda qarşı cinslə bağlı bir model yaradırıq. Yaşa dolduqca, təcrübə artıqca, həmin model formalaşır və bizim “ideal kişi” və ya “ideal qadın”ımız olur. “İdeal kişi” anlayışı hər bir fərdə və zövqə görə dəyişə bilər. Buna normal yanaşılmalıdır. Çünki zövqlər müxtəlifdir. Demək olar bütün qadınların kişilərdə görmək istədiyi ümumi standart müsbət xüsusiyyətlər var. Ancaq mən bu yazımda məhz qadınların arzuladığı həmin tipik parametrləri yox, “əsl kişi”də olmalı müsbət keyfiyyətləri sadalayacağam. Onların demək olar hamısı qadınları cəlb edə biləcək keyfiyyətlərdir. Ultraemosianal, qeyri-adekvat və aciz kişilərə nifrət edən qadınlar bu xüsusiyyətləri əlbəttə qəbul etməyəcəklər. Təbii ki, ağıllı və özünütəsdiq edə bilən qadınlar sadalanan xüsusiyyətləri öz adekvatlıqları və rasionallıqları ilə təsdiqləyəcəklər. Beləliklə, ideal və ya əsl kişi necə olmalıdır? HədəfƏsl kişinin mütləq və mütləq hədəfləri olmalıdır. Hədəfləri olan kişi ambisiyalı olur və çox yaxşı bilir ki, nə istəyir və bunu necə əldə edəcək. Nə istədiyini bilməyən kişi özünü və başqalarını qoruya və xoşbəxt edə bilməz. Kişi ki səhər tezdən duranda hansı hədəflərlə durduğunu bilmirsə, demək, o, hələ böyüməyib. Həmin kişi hələ bilmir ki, niyə yaşayır. Belələri daim hər kəsdən narazıdılar. Onun düşüncəsinə görə ətrafdakı hamı günahkardır, yalnız o mələkdir. Hədəfi olan kişi isə o cür cəfəngiyyatları dilinə gətirmir. Çünki, o, bekar deyil. Davamlı olaraq öz üzərində işləyir və bəhanələrin arxasında gizlənmir. Hədəfi olmayan isə axtalanmış kişidən fərqlənmir. Onunla bir yerdə olmağa dəyməz. CəsarətBu gün ən az rast gəlinən, defisitə çevirilmiş xüsusiyyət cəsarətdir. Cəsarətli kişi çox cazibədar olur. Kişilərin yaltaqlığı, məddahlığı, sözgəzdirməkləri, qorxaqlığı o qədər kütləvi hal alıb ki, cəsarətli kişi görəndə sanki yadplanetli ilə rastlaşırlar. Soyuq idrakın və hərarətli ürəyin göstəricisi sayılan cəsarət güclü şəxsiyyətlərdə olur. Bir çox halda ətrafda baş verən haqsızlığa və ədalətsizliyə qarşı susan adamlar görürük. Onların laqeydliyi və qorxaqlığı cəsarətsizlikdən xəbər verir. Cəsarətli kişilər isə öz qadınlarına əminlik, təhlükəsizlik ruhunu ötürürlər. Həmin qadınlar onların yanında özlərini rahat hiss edirlər. HörmətÖzünə hörmət edən adam qarşısındakına da hörmətlə yanaşa bilir. Əsl kişi qadınlara hörmət edən kişi sayılır. O, heç bir halda qadınları ümumiləşdirmir, onları aşağılamır və yerini bilir. Kiməsə yersiz hörmətsizlik belə kişi üçün yolverilməz haldır. Həmin kişinin öz anası ilə çox yaxşı münasibəti olur. Qadın gərək seçdiyi kişidə bu nüansa diqqət edə. Onun digər qadınlarla münasibət və davranışlarına fikir verə. Emosiyalarını idarə edə bilməyən, başqaları ilə hörmətsiz davranan kişi sabah öz qadını ilə də o cür davranacaq. Bir də ki, burda özünəhörməti də vurğulamaqda fayda var. Belə kişi heç bir halda imkan vermir ki, kimsə onu təhqir etsin və başına çıxsın. Hətta, bu, onun çox bəyəndiyi və itirmək istəmədiyi qadın olsa belə. Qərar verməyi bacaranƏgər bir kişi bəyəndiyi qadınla ilk dəfə hansısa restorana gedirsə və menyuya baxandan sonra sifariş edəcəyi şeyi heç cür seçə və qərar verə bilmirsə, belə kişi ilə ikinci dəfə görüşməyə dəyməz. Bəli, bu fikirim bir çoxuna sərt görünə bilər, ancaq diqqət etsəniz haqlı olduğumu biləcəksiniz. Xırda məsələdə qərar verməyə çətinlik çəkən adam, sabah ciddi məsələlərlə rastlaşanda qərarsızlıq dənizində batacaq. Qərar qəbul etmək əsl kişilərə xas əlamətdir. Onlar nədəsə tərəddüd etmirlər. Bu vərdişləri həm öz həyatlarının, həm də doğmalarının köməyinə çatır. Qərar vermək iti düşüncədən, sağlam zəkadan və güclü xarakterdən xəbər verir. Qərar qəbul edə bilən kişi operativ olaraq bir çox vaxt variantlar içində ən yaxşısını seçə bilmək qabiliyyətinə malikdir.   YardımsevərAncaq özü üçün yaşayan, ətrafdakılara laqeyd, eqoist biri ilə heç kim münasibətdə olmaq istəməz. Əlbəttə, öz həyatını daha keyfiyyətli etmək üçün əlləşən kişi zəhmətkeşliyi ilə seçilir. Bu yaxşı nüansdır, ancaq digərlərinə əl uzadan, bacardığı qədər yardımsevər kişi daha yaxşı kişi sayılır. Ümumiyyətlə, qadınlar xəsis kişilərə nifrət edirlər. Onlar kişilərin nə qədər səxavətli və yardımsevər olduğuna tanışlığın ilk başlarından diqqət edirlər. Eqoist adam necə cəlbedici ola bilər axı? Qadınlar o şəxslərə, münasibət və ya ailə həyatı qurmaq istəyirlər ki, həmin kişilər təkcə özlərinin yox, həm də onların qeydinə qalsınlar. Yardımsevərlik, həm də kişinin mənəvi zənginliyindən xəbər verir. Belə addımlar insanın özünü və onun yaxınlarını ilhamlandırmaqla yanaşı, həyatda yadda qalacaq xoş təəssüratlar və xatirələrin sayını artırmağa səbəb olur. İnkişafİdeal kişi heç vaxt bir yerdə durmur. O, daim hərəkətdədir. Mən məhz özünüinkişafı nəzərdə tuturam. Belə kişilərin həmişə inkişaf strategiyası və hədəfləri olur. Onlar mövcud vəziyyətləri ilə heç vaxt qane olmurlar. Davamlı oxuyur, araşdırır, müxtəlif inkişaf yollarını sınaqdan keçirir və risk etməkdən qorxmurlar. Öz üzərilərində işləməyən, inkişafa meyilli olmayan, komfort zonasında oturan kişilər qadınlara cəlbedici gəlmirlər. Səhv etmədən qorxmamaq, təslim olmamaq həmin kişilərin əsas xüsusiyyətləridir. LiderlikBu, elə bir əlamətdir ki, nəinki qadınları, həm də kişiləri də cəlb edir. İnsanlar liderlərə qibtə ilə baxırlar. Bu, çox xarizmatik xüsusiyyətdir. Kişi heç olmasa həyatın hansısa sferasında lider olmalıdır. Bu, iş yerində, dostları arasında və ya ailədə ola bilər. Hər aspektdə lider olmaq mümkün deyil. Qadın çox vaxt öz kişisinin liderlik əlamətini görəndə, hətta ehtiraslanır da. O, hiss edir ki, sevdiyi kişi bu sahədə hamıdan yaxşıdır. Bu xüsusiyyəti qazanmaq üçün isə kişi gərək həm öz üzərində işləyə, həm də ədalətli olmağı bacara.  EtibarlılıqƏn vacib xüsusiyyətlərdən biri də kişinin etibarlı olmasıdır. Belə kişiləri dostları, ailəsi, bir sözlə yaxınları çox sevir və hörmət edirlər. Onlar bilir ki, həmin adam nə qədər etibarlıdır. Qadınlar etibarlı kişiləri çox qiymətləndirirlər. Çünki bu gün verdiyi sözlərə əməl edən, sevgidə sədaqətli kişilər çox azalıb. Belələri çətinlik görən kimi geri çəkilən və ilk fürsətdə xəyanətə meyilli kişilər olurlar. Onlar öz pis hərəkətləri ilə yaxşı kişilərin də adını batırırlar. Etibarsız kişi ideal sayıla bilməz. Baxımlı olmaq“Kişi meymundan bir az fərqləndi, bəsidir” ifadəsi artıq çoxdan dəbdə deyil. Əsl kişi sağlamlığına və gigiyenasına diqqət edən kişidir. Belə kişilər tər iyi vermir. Onlar dişlərinə, dərilərinə, bədən quruluşlarına qulluq edir, sağlam qidalanır və vaxtı-vaxtında duş qəbul edirlər. Özlərinə diqqət etməyən, çirkli, iylənmiş kişilər qadınların gözünün düşmənidir.  MəsuliyyətƏgər bir kişidə məsuliyyət hissi yoxdursa, onda, o, ümumiyyətlə, yaxşı insan sayılmır. İstəyir kişidə bütün müsbət keyfiyyətlər olsun, ancaq məsuliyyət hissi olmasın, apar o kişini tulla. Bu, bir nömrəli xüsusiyyət sayılır. Qadınların çoxu tez-tez yanındakı kişinin məhz məsuliyyəti dərk edə bilmədiyindən şikayətçidir. Münasibətdə hər iki tərəfin məsuliyyətli olması və yerini bilməsi çox yaxşıdır. Bir məsələ var ki, kişi bu iki tərəfdən daha çox məsuliyyəti dərk edən tərəf olmalıdır. Ümumiyyətlə, bu, çox təbii prosesdir. Çünki təkamül bu şəkildə qurulub. Kişi həmişə ovlayıb, gətirən tərəf olub. Resursları gətirən kişi, ondan bütün ailə üçün istifadə edən isə həmişə qadın olub. Məsuliyyətli kişilər müstəqil qərar qəbul etməkdən qorxmurlar. Onlar verdikləri sözlərə əməl edir, çətin məqamlarda ortadan yoxa çıxmır və özləri ilə bərabər yaxınlarının da problemlərini həll etməyə çalışırlar. MədəniyyətMədəni insan həyatın bütün sferalarında öz tərbiyəsi ilə yaxşı mənada seçilə bilir. Qadınının kişidə görmək istədiyi əsas xüsusiyyətlərdən biri də mədəniyyətdir. Mədəni insanın güclü şəxsiyyəti olur. Güclü şəxsiyyət isə özünə hörmət edən insandır. Özünə hörmət edən adam isə digərlərinə də hörmət etməyi bacarır. Ona görə qadınlar kişilərdəki bu nüansı çox qiymətləndirirlər. Həmin kişilər norma və etiket qaydalarına riayət eləyir, süfrədən tutmuş, dost-tanış, yad məkanlarda da özlərini düzgün aparırlar. Bir şeyi də qeyd edim ki, mədəni adamların problemləri, tərbiyəsiz və mədəniyyətdən uzaq adamlardan daha az olur. Yaranacaq problemləri sivil şəkildə həll etmək bacarığı daha çox tərbiyəli insanlara məxsusdur. Düzgün tərbiyə və yüksək mədəniyyət həm də intellektuallığın nişanəsidir. Özünə zarafatla yanaşmaq qabiliyyətiÖzlərinə gülə və istehza edə bilən kişilər komplekssiz kişilər sayılır. Onların çox yaxşı yumor hissi olur. Bir şeyi də qeyd edim ki, belə kişilər hər sözdən, hamıdan incimir və küsmürlər. Onlarla birgə olan adamlar sıxılıb, darıxmırlar. Qaraqabaq və yumor hissi olmayan kişilər çox boz və bezdirici olurlar. Belə çətin güzəranda gülməyi və güldürməyi bacaran adamla birgə yaşamaq əsl xoşbəxtlikdir. Lütfən şit və düşük zarafatları, keyfiyyətli yumorla qarışdırmayın. ƏminlikƏminliklə özündənrazılığı səhv salmayın. Bunlar tamamilə ayrı-ayrı şeylərdir. Bu, elə bir xüsusiyyətdir ki, orda qərar verə bilmək qabiliyyəti, məsuliyyət, cəsarət və liderlik birgə cəm olunub. Əminlik güclü inamdan yaranır. Özünə inanan, özünə arxayın kişi əminlik xüsusiyyətinin əsas daşıyıcısı hesab olunur. Belə kişilərin itirmək qorxuları, tərəddüdləri və özlərinə qarşı böyük şübhələri olmur. Bir az özündən razı görünsələr belə qadınlar belə kişiləri çox bəyənirlər. Yəqin ki, siz çöldə, bayırda ya da hansısa qonaqlıqda çox füsunkar bir qadının yanında o qədər də yaraşığı və xüsusi gözəçarpacaq görünüşü olmayan kişiyə rast gəlmisiniz. Bəlkə də düşünmüsünüz ki, “yəqin həmin kişi çox varlı adamdır və qadın ancaq puluna görə onunla bir yerdədir”. Bəli, belə hallar az deyil, ancaq, axı, sizə elə gəlmir ki, belə tipik hallar niyə bu qədər çox ola bilər?! Nədir?! Yoxsa bütün qadınlar sırf puluna görə yaraşıqsız kişiləri seçə bilirlər?! Xeyr! Elə özlərinə əmin kişilər var ki, onlar hətta böyük var-dövlət sahibi olan kişilərin əldə edə bilmədiyi qadınları öz daxili dünyaları və əminlikləri hesabına ram edə bilirlər. Bu məqaləmdə kişilərə qarşı hər hansı ayrıseçkiliyə yol verməmişəm. Ümumiləşdirmə və aşağılayıcı nüanslar da mənlik deyil. Yazımda psixoloqların ümumi, qarışıq rəylərindən istifadə etməklə yanaşı, həm də öz təcrübə və araşdırmalarımdan çıxartdığım nəticələri də ortaya qoymağa çalışmışam. Öz üzərində işləmək və islahat aparıb, yaxşı nəticələr əldə etmək istəyənlər yazıdan bəhrələnə bilərlər. Kişilərə xırda məsləhət: Əziz həmcinsim, sən hansısa qadınla isti münasibət yaradarkən, əgər qarşındakı qadın az da olsa ağıllı şəxsiyyətdirsə, o, sənə bütün qadınlara məxsus analıq instinkti ilə yanaşaraq, bir anlıq səni gələcək uşaqlarının atası kimi də təsəvvür edir. Həmin xırda anın içində, qadın sürətli təhlil apararaq, sənin gələcək nəslin başçısı olmağına layiq olub-olmadığını da müəyyən etməyə çalışır. Ora isə ən əsası güclü xarakterə layiq ağıllı kişilər daha uyğun gəlirlər. Adekvat, güclü xarakterli kişilərimizdən bol olsun! Unutma, onların çoxluğu güclü və sağlam nəsillərin əsas təminatlarından biridir. Orxan Adıgözəl
['kişi', 'ideal kişi', 'esse', 'Orxan Adıgözəl', 'kişi davranışları', 'kişi xarakteri', 'kişi xüsusiyyətləri', 'kişilik', 'kişilər və qadınlar', 'ideal ər', 'ideal kişi necə olmalıdır', 'ideal kisi nece olmalidir']
658
https://kayzen.az/blog/yazar/21363/tanr%C4%B1n%C4%B1-axtarma%C4%9F%C4%B1-v%C9%99siyy%C9%99t-ed%C9%99n-yaz%C4%B1%C3%A7%C4%B1.html
Tanrını axtarmağı vəsiyyət edən yazıçı
Apollon
Yazıçılar
17 fevral 2018, 17:49
Dünya ədəbiyyatına şedevr əsərlər qazandıran görkəmli rus yazıçısı Lev Nikolayeviç Tolstoy zadəgan ailənin övladı kimi 9 sentyabr 1828-ci ildə Moskvada dünyaya gəlib.  Nə təhsil, nə də iş həyatında uğur qazana bilməyən yazıçı ilk gənclik illərində içki və qadınlara olan marağı ilə bilinib. 23 yaşında ordu sıralarına daxil olan Tolstoy ədəbiyyatla da həmin vaxt tanış olub. Onun ədəbiyyata gəlməsində Aleksandr Puşkin, İvan Turgenev, Çarlz Dikkens kimi yazıçıların böyük təsiri olub. İlk romanlarını pul və şöhrət üçün yazıb. Sonralar varlı bir ailənin qızına aşiq olsa da bu sevgi macərası çox uzun çəkməyib. Məhşurluğuna haqqında daima xoş sözlər deyilməsinə baxmayaraq Tolstoy xoşbəxt deyildi. Qurtuluşu ailə həyatında görən yazıçı evlənmək qərarına gəlir. Sofiya adlı gənc qadına aşiq olur. 1862-ci ildə ailə qururlar. Ailə həyatlarının ilk on beş ili onlar üçün firavan keçir. «Hərb və sülh» ilə «Anna Karenina» kimi iki möhtəşəm əsər də məhz bu dövrdə qələmə alınır. Tolstoy əsərlərini yazır, Sofiya isə onları çap maşınında yığır və oxuyub münasibət bildirirdi. Bir müddət sonra Tolstoyun Sofiyaya olan sevgisi bitir. Təkcə həyat yoldaşına qarşı deyil, övladlarına, işinə, hətta onu sevənlərə qarşı olan sevgisini də itirir. Heç bir dostu ilə görüşmür. Həmin vaxtlarda həm Tolstoy, həm də Sofiya gündəlik tutmağa başlayıblar. Maraqlısı budur ki, bir-birlərinin yazdıqlarını oxuyurdular. Bu hadisə münasibətlərini daha da qarışıq vəziyyətə gətirib çıxarmışdı. Əslində fərqli insan idilər. Tolstoy şöhrətdən nə qədər nifət edirdisə, Sofiya bir o qədər sevirdi. Pul, şan-şöhrət Sofiyanın imtinaedilməzləri idi. Tolstoyun gözündə isə bunların heç bir dəyəri yox idi. Sofiya Tolstoyu hamıya və hər şeyə qısqanırdı. Qısqanclığı xəstəlik dərəcəsində idi. Dostlarını, bacısını, hətta qızını belə qısqanırdı. Bu qısqanclıq elə həddə çatır ki, bir gün Sofiya öz qızının Tolstoyun otağında asılı olan rəsminə atəş açır.  Sofiya gündəliyinə bu cümləni yazmışdı: ”Xalqla münasibəti məni diksindirir qısqanclıqdan özümü öldürəcəm”. Tolstoy isə bu hadisələrə reaksiya vermirdi. Həyatın gözəlliyinə olan inamını itirdikcə əvəllər inkar etdiyi Allaha sığınır. Hətta bu ümidsizlik o qədər xronik hal alır ki, yazıçı özündən iyrənməyə başlayır. Həyatının son iyirmi ilində şöhrətinin pik nöqtəsini yaşayır. Ona toxuna bilmək, üzünü görmək üçün sevənləri qapısının önündə günlərlə gözləyirdilər. Yaşadığı ünvanı oxucuları pir kimi ziyarət edirdilər. Atı ilə gəzintiyə çıxanda kənd sakinləri önündə əyilirək təzim edirdilər. Bütün bu olanların qarşısında Tolstoy bütün sərvətini kasıblara paylayır. Ədəbi işlərinin başına yaxın dostu Vladimir Çertkovu gətirməsi həyat yoldaşının yeni qısqanclığına səbəb olur. Hətta Sofiya Tolstoy ilə Çertkov arasında homoseksual əlaqə olduğunu iddia edir. Sonrakı dörd il Tolstoy üçün cəhənnəm əzabına çevirilir. Gündəliklərindəki qeydlərdən əldə olunan məlumata əsasən, Sofiya Tolstoyu ona qarşı çox soyuq və kobud münasibətinə görə günahlandırırmış. Buna görə də Tolstoy Sofiyadan ruhən uzaqlaşmışdı. Xoşbəxt olmayan təkcə Tolstoy deyildi, Sofiya da acı çəkirdi. Həmişə əvvəlki xoşbəxt günləri üçün darıxır, o günlərə yenidən qayıtmaq istəyirdi. On üç övladından yeddisini itirmişdi. İntiharameyilli idi. Bir dəfə donaraq ölməyə cəhd etmiş, buna müvəffəq olmayanda isə zəhər içərək ölməyə çalışmışdı. Tolstoy ilə yaşadığı hər pis hadisədən sonra həyatını sonlandırmaq fikri bir an olsun onu tərk etmirdi. Tolstoy isə axtardığı xoşbəxtliyi və sakitliyi dünyəvi eşqdə tapmadığı üçün ilahi eşqə sığınmışdı. Xristianlığı, musəviliyi və İslamı araşdırdı. Ona görə xristianlıq həyata məna qatırdı. Sevgini həyatın məqsədi olaraq görən Tolstoy kiminsə həyatına qəsd etməsini dərk edə bilmirdi. Yeni din yaratmaq niyyətində idi. Bu arzusunun gerçəkləşməsi üçün bütün həyatını qurban verə biləcəyini söyləmişdi. Təbii ki, kilsə ona qarşı cəbhə aldı. Həmin vaxtlarda həyat yoldaşının yenidən əlyazmalarını araşdırdığını gördükdə hər şeyi geridə buraxaraq qaçıb getməyə, hər şeydən uzaqlaşmağa qərar verdi. Çünki həyat ona çox ağır gəlir və tənhalığı arzulayırdı. Onun üçün evinin həbsxanadan fərqi yox idi. Şöhrətini, evini, həyat yoldaşını, övladlarını buraxaraq yalnızlığa və hüzura qaçması əslində dünyəvi həyatı tərk etməsi demək idi. Çünki Tolstoy qüsursuzluğa çata bilmək üçün İncilin buyurduğu kimi həyat yoldaşını və övladlarını tərk etməli olduğuna, müqəddəsliyə çatmaq üçün isə mülkiyyət və qazancdan imtina etməli olduğuna inanırdı. İnsan nə qədər yanlnızsa, Allaha bir o qədər yaxındır düşüncəsi sahib idi ruhuna. Lakin məqsədlərini alt-üst edən hadisə oldu. Mindiyi qatar heç hərəkət etmədən minlərlə oxucu və jurnalist yanına gəlmişdilər.  Yolda bərk xəstələnən yazıçının ailəsinə xəbər verilir. Xəstə yatağındakı Tolstoyun son arzusu həyat yoldaşını görmək olur. 20 Noyabr 1910-cu ildə həyata gözlərini yuman Tolstoyun son sözləri isə belə olur: «Tanrı hər şeyi düzəldəcək, axtarın onu, hər zaman axtarın».
['rus ədəbiyyatı', 'rus yazıçıları', 'Lev Tolstoy', 'Tolstoy', 'rus yazıçısı']
659
https://kayzen.az/blog/paint/21209/pikasso-qad%C4%B1nlar%C4%B1-niy%C9%99-%C9%99yri-%C3%A7%C9%99kirdi.html
Pikasso qadınları niyə əyri çəkirdi?
Apollon
Məşhur rəsmlər və rəssamlar
16 fevral 2018, 11:32
Miqren, katarakta və şizofreniya sadəcə günümüzün problemi deyil. Bir çoxunun iş-gücünü, gündəlik həyat tərzini ciddi şəkildə ləngidən bu xəstəliklər dahilərin öz əsərlərini yaratmalarını əngəlləyə bilmədi. Pablo Pikasso miqrendən, Klad Mone ilə Van Qoq kataraktadan, Luis Vein şizofreniyadan əziyyət çəkib. Əsərləri bu gün milyonlarla ölçülən bu dahiləri adi insanlardan ayıran sadəcə istedadları idimi? Tablolarında xəstəliklərinin təsiri var idimi? İddialara görə Van Qoqun sarısı, kölgəli işıqları, Pikassonun üzü parçalanmış tabloları əslində xəstəliklərinin təsirindən qaynaqlanır. Göz büllurcuğunun görmə qabiliyyətinin zəifləşməsinə və korluğa səbəb olan donuqlaşması ilə nəticələnən göz xəstəliyinə katarakta deyilir. Bütün dünyada ən çox rast gəlinən, görmə qabiliyyətinin itirilməsinə səbəb olan bu xəstəliyin qarşısı müalicəylə alına bilər. ABŞ-da bir araşdırmada impressionizmin məşhur simalarından olan fransız rəssam Klod Monenin, dəyəri milyon dollarla ölçülən tablolarındakı dumanın kataraktadan qaynaqlandığı bildirilir. Həqiqətən də, Mone gözündəki kataraktadan mütəmadi şikayət edirdi. Rəsmlərdəki tünd rənglərin və tez-tez dəyişən yaşıl rənglər bundan qaynaqlandığı deyilir. Göz xəstəlikləri üzrə bir neçə professorun gəldiyi nəticə belə olub: “1912-1922-ci illər arasında hər iki gözündə əmələ gələn kataraktaya görə görmə qabiliyyətindəki dəyişikliklər Monenin bu dönəmdə yaratdığı əsərlərə təsir etdi. Bunun təsirindən görmə qabiliyyəti ya kəskin azalır, ya da bulanıq görməyə başlayır. Nəticədə rəng seçimində fərqlər yaranır. Mone də bu dönəmdə rəngləri ayırmaqda çətinlik çəkdiyini və rəsmlərinin gedərək daha qaranlıq olduğunu dilə gətirmişdi. Bu dövrdəki bəzi rəsmlərində rəngləri gördüyü tonlara görə deyil, tübiklərin üzərinə yazılmış adlarına uyğun seçdiyini deyirlər. Monenin 1923-cü ildə keçirtdiyi katarakta əməliyyatından sonra çəkdiyi rəsmlərdə isə əvvəlki rəsmlərinə oxşarlıq hiss olunur. Van Qoq da ağır depressiya xəstəsi və ya şizofren olduğu iddia olunur. Ancaq tablolarına baxılanda görmə qabiliyyətinin bulanıqlığı, xüsusilə də mavi rəngin azaldığı, sarının isə artdığı müşahidə olunur. Professorlar belə fikirlər irəli sürürlər: “Bu xüsusiyyətlər yaşla əlaqədar olan katarakta xəstələrində var. Diabetik katarakta xəstələri yarıqaranlıq ortamda normal görsələr də işıqlı ortamda zəif görürlər. Adətən işıq nöqtələrini ətrafı haləli şəkildə görürlər. Həyatının sonrakı illərində kataraktada əziyyət çəkən Van Qoq “Ulduzlu gecə” tablosunda bu səbəbdən ulduzları haləli göstərib. Ayrıca bir çox rəsmlərindəki sarı rəngdən genbol istifadə edib. Əvvəllər miqrenin sadəcə dahilərdə rast gəlinən bir xəstəlik olduğunu düşünürdülər. Bir müddət əvvəl Londonda baş tutan “Dünya baş ağrıları” konfransında müzakirə olunan məsələlərdən biri də Pikasso imiş. Sən demə məşhur rəssam miqrendən (xüsusilə şiddətli baş ağrılarının başlanğıcına işarə edən görmə anormallıqlarından) əziyyət çəkirmiş. Hollandiyadakı Leiden Universiteti Tibb mərkəzindən olan Maykl Ferrariyə görə Pikassonun əsərlərinin bəzilərinin tutma vaxtı keçirdikləri hissləri çəkən miqren xəstələrinin rəsmlərilə inanılmaz bənzərlikləri var. Ferrari: “Pablo Pikassonun qadın üzü təsvir olunan rəsmlərində gördüyümüz xəyali kəsiklər və axan, sürüşən üz hissələri ilə miqren xəstələrinin görmə qabiliyyəti arasında xeyli bənzərlik var. Miqrenin fəsadlarından biri görmə anormallıqlarının zaman içərisində artmasıdır”, – deyir. Ferrariyə görə xəstələrin 20-30%-i baş ağrısından əvvəl görmə anormallıqları yaşayır. Ferrari Pikasso əsərləri üzərində bir çox araşdırmalar aparıb. Miqren xəstələrinin çəkdiyi rəsm nümunələrini toplayıb. Bu xəstələrin çəkdikləri ilə Pikassosunun işləri arasında bir çox oxşarlıqlar tapıb. Psixi xəstəliklərdə incəsənətə yaxınlıq son illərdə daha çox araşdırılıb. Şizofreniya xəstələrinin rəsm çəkmək qabiliyyətinə malik olduqları qəbul olunur. Heç bir xəstəlik insandakı yaradıcılıq qabiliyyətinin nişanəsi olmasa da ona təsir edə bilərr. Şizofreniya çox gənc yaşda törəyir. Şizofreniya insanın gedərək digərləri ilə münasibətlərdən, reallıqdan uzaqlaşaraq özünə aid bir dünyaya qapanması ilə müşayiət olunan ağır bir ruhi pozuntudur. Psixiatrlar fikrincə şizofreniya xəstələri nitqdən çox vizuallığa üstünlük verirlər. Bəlkə də bu xəstəliyin təbiətində belədir, belələri təbii olaraq sənətə yönəlirlər.” Şizofren rəssamlardan ən çox tanınanı Luis Veyndir. Veyn daha çox çəkdiyi qeyri-adi pişik şəkilləri ilə tanınır. Ölümündən 15 il əvvəl şizofreniyaya tutulmuşdu. Yaxşı olduğu vaxtlarda pişikləri normal şəkillərdə təsvir edən Veyn xəstəliyi baş qaldıranda zaman tovuz quşu quyruğuna bənzəyən, sanki ətrafa enerji yayırmış kimi görünən rəngarəng pişiklər çəkərdi. Veyn beləcə istəmədən iki fərli texnika əldə etmişdi. Bəzi araşdırmaların nəticəsinə görə yaradıcılıq qabiliyyəti ilə psixi xəstəliklərin ortaq geni mövcuddur. Bu genlərin bəzi adamlarda şizofreniyaya, bəzilərində isə maniyaya gətirib çıxartdığı deyilir. Hətta şizofreniya xəstəsi olan valideynlərin uşaqlarının incəsənətə meylliliyi digər valideynlərin uşaqlarına nisbətən daha çox olduğu iddia olunur. Elnarə AĞAOĞLU
['məşhur rəssamlar', 'Pablo Pikasso', 'Van Qoq', 'Klod Mone', 'dahilik', 'dahilərin fəaliyyəti', 'dəli dahilər', 'dahi rəssam']
660
https://kayzen.az/blog/kisiler/21526/qad%C4%B1nlar-ki%C5%9Fil%C9%99rd%C9%99-n%C9%99l%C9%99ri-sevmir.html
Qadınlar kişilərdə nələri sevmir?
Apollon
Kişilər
16 fevral 2018, 11:22
Kişilərin qadınların hansı xüsusiyyətlərini sevib-sevmədikləri haqda çox yazılır. Bəs qadınlar kişilərdə nələri xoşlamır?  Ağ şalvar: Çox xüsusi bir gün olmadıqca ağ şalvar geyinməkdən çəkinin. Ağ kostyuma isə əsla pul verməyin. Xüsusilə yayda geyilən ağ kətan şalvarlar 80-ci illərin «Miami Vice» zamanlarında qalıb. Yumurta daban ayaqqabı: Bilmirəm aranızda yumurta dikdaban ayaqqabı geyinən varmı? Əgər varsa, əsla geyməyin. Jeleli saçlar: Başına bir qutu jele vuranlar və saçları işıqda parıldayan kişilər qadınları iyrəndirər. Saçlarınız hər zaman təmiz olsun. Qarınlı kişilər: Həddindən artıq əzələli bədənli kişilər bəyənilmədiyi kimi, həddindən artıq qarınlı kişilər də bəyənilmir. Önünüzdə balkon kimi dayanan bir qarınla gəzməyi istəməzsiniz hər halda. Siz istəmirsinizsə, hələ bir fikirləşin ki, qadınların iri qarınlı kişilərdən necə xoşları gəlmir. Tər qoxusu: Qadınlar təmiz kişiləri sevər. Ətir olmasa da, bədəni təmiz olan kişiləri cazibədar sayırlar. Tər qoxusu isə qadına yaxınlaşmağınızda böyük bir təhlükədir. Ağız qoxusu: Bunu aradan qaldırmaq üçün bir çox üsul var, amma ağız qoxusu sizin fərqində olmadığınız bir mədə narahatlığından, ya da çürük bir dişdən irəli gələ bilər. Bitmək bilməyən bir ağız qoxusu probleminiz varsa, həkimə gedin. Yediklərinizə diqqət yetirin, sevgilinizlə görüşməyə getmədən əvvəl soğan, sarımsaq kimi yeməklərdən uzaq olun. Ağız spreyi, ya da nanəli saqqız işinizə yarayacaqdır. Qızıl zinət əşyası: Çox zəngin ola bilərsiniz, qızılın rəngini də sevə bilərsiniz, amma qadınların ortaq fikri: “Kişilərə bijüteriya, xüsusilə qızıl bijüteriya yaraşmır”. Barmaq qalınlığında qızıl boyunbağı və ya üzük barmağını örtən qızıl üzüklərdən, xüsusilə də üzəri daşlı, cəngavər üzüyü kimi olanlardan taxan kişilər qadınlar tərəfindən heç xoş qarşılanmır. Çirkli dırnaqlar: Qadınların kişilərdə ilk baxdıqları yerlərdən biri əllərdir. Bir kişinin təmiz əlləri onun təmizkar olduğu fikrini yaradaraq, qadının gözündə müsbət bir dəyərə çevrilər. Əyri və altı qara dırnaqlı əli heç bir qadın tutmaq istəməz. Slip çimərlik geyimi: Amerika sahillərində slip geyinən bir kişi görəndə belə deyərlər: «Ya almandə, ya da…» Alman deyilsinizsə və qadınlara maraq duyursunuzsa, slip çimərlik geyimlərini yox etməlisiniz.
['kişilər', 'kişi xüsusiyyətləri', 'kişi davranışları', 'qadınlar']
661
https://kayzen.az/blog/erzaq/21296/d%C9%99niz-k%C9%99l%C9%99mi.html
Dəniz kələmi
Apollon
Ərzaqlar
14 fevral 2018, 12:08
Dəniz kələminin (dəniz yosunları) tərkibi yod, manqan, kobalt, fosfor, dəmir və kaliumla zəngindir. Tərkibindəki bu qiymətli mikroelementlərə, vitaminlərə görə o, demək olar bütün bitkilər arasında ən faydalısıdır. Ona görə də bu faydalı qida məhsulunu təkcə dəniz kənarında yerləşən ölkələrin əhalisi deyil, dünyanın əksər yerlərində insanlar ondan sağlamlıq üçün faydalı olan müxtəlif xörəklər hazırlayır, dəniz kələmini çiy, qurudulmuş, qaxac edilmiş, konservləşdirilmiş və duzlu halda yeyirlər. Dəniz kələmi əvəzsiz pəhriz qidasıdır. Əsasən aterosklerozun, hipertoniyanın, raxitin, qalxanvari vəzin müalicəsi və profilaktikası zamanı istifadə edilir. O, maddələr mübadiləsini yaxşılaşdırır, radioaktiv maddələrin xaric edilməsinə yaxşı təsir göstərir, bağırsağın işini sürətləndirir. Ateroskleroz, maddələr mübadiləsinin pozğunluğu, mədə-bağırsaq xəstəlikləri zamanı gündə hər dəfə 2 çay qaşığı olmaqla qurudulmuş, yaxud da 5 xörək qaşığı olmaqla təzə dəniz kələmi yeyin. Şorabaya duz əvəzinə döyülmüş dəniz kələmi də tökə bilərsiniz. Osteoxondroz zamanı isti suya (50 dərəcəlik) 1 stəkan quru dəniz kələmi töküb 30 dəqiqə saxlayın. İslanmış kütləni salfet üzərində 2 sm qalınlığında yaxın, ağrıyan nahiyəyə qoyun, üstündən politilenlə örtün, tənziflə bağlayın və yun parça ilə sarıyın. Kompresi 5 saatdan az olmayaraq saxlayın. Müalicə 7-10 proseduradan ibarətdir. Qəbizlik zamanı gündə 2 dəfə yemək zamanı toz halına salınmış 1 çay qaşığı dəniz kələmi qurusunu su ilə qəbul edin. Yaddaşın möhkəmlənməsi üçün hər gün 1 çay qaşığı dəniz kələmi tozu qəbul edin və yaxud 2 xörək qaşığı təzə və ya konservləşdirilmiş dəniz kələmi yeyin. İmmunitet zəifliyi zamanı axşam şüşə bankanı qurudulmuş dəniz kələmi ilə doldurub üstündən qaynanmış soyuq su tökün, səhərə qədər saxlayın. Səhər bankanın ağzını möhkəm bağlayıb soyuducuya qoyun. Gündə iki dəfə, səhər və axşam yeməyindən əvvəl 1 çay qaşığı için. Müntəzəm olaraq az miqdarda dəniz kələmindən istifadə etmək orqanizmin ümumi tonusuna müsbət təsir göstərir. Dəniz kələmi cinsi fəaliyyətin normallaşdırılması üçün də ən yaxşı vasitələrdən biridir. Dəniz kələmi sisteminin normal fəaliyyəti üçün olduqca faydalıdır. O, zehni və fiziki gərginliyi aradan qaldırır. Dəniz kələmi həmçinin tanınmış kosmetik vasitədir — müxtəlif cavanlaşdırıcı maska və kremlərin tərkibinə daxil edilir, dəniz kələmi ilə bürünmələr sellülitdən azad edir, bədən dəricini cavan və dartılmış edir. Digər qida məhsulları kimi dəniz kələmindən də qədərində istifadə etmək lazımdır. Qalxanabənzər vəzinin bəzi xəstəlikləri zamanı (tireotoksikoz və s.) dəniz kələminin istehlakı qadağandır.
['sağlam qida', 'sağlam qidalar', 'sağlam qidalanma', 'dəniz kələmi', 'laminariya']
662
https://kayzen.az/blog/ushaq_terbiyesi/21266/yem%C9%99kl%C9%99ri-se%C3%A7%C9%99n-u%C5%9Faqlar.html
Yeməkləri seçən uşaqlar
Apollon
Uşaq tərbiyəsi
13 fevral 2018, 22:15
Uşaqlar böyüdükcə onların dad hissiyatı da inkişaf edir, buna görə də artıq iməkləməyə başlayan uşaqların hər veriləni yeməsi normal haldır. Bir müddət keçdikdən sonra uşaqlar yeməkləri seçməyə başlayır. Bu dövrdə uşaqların yeməyi istədikləri şeylər daha azkən, yeməyi istəmədikləri şeylər daha çox ola bilər. Xüsusən, anaların uşaqlara yemək mövzusunda təzyiq göstərməsi zaman keçdikcə əks reaksiyaya səbəb ola bilər. Əziz analar, övladınız qabındakı son tikəni bitirənə qədər masadan qalxmasına qadağa qoymağınız heç də yaxşı bir fikir deyil. Yemək üçün məcbur etmək uşaqlarda stress yaradır və valideynlərinə qarşı mənfi bir fikir formalaşdırır. Yemək seçimini artırın Əgər övladınız yemək mövzusunda sizi incidirsə, onu məcbur etmədən yeni ləzzətləri sınaqdan keçirməsini tövsiyə edə bilərsiniz. Özünüz də bu işdə iştirak etsəniz, övladınız üçün yemək yeməyi əyləncəli bir hala gətirəcəksiniz! Ailəniz üçün sınanması gərəkən yeni yeməklərin siyahısını tərtib edin və bunu bir oyun halına gətirin. Bu gün axşam yeməyində hansı ləzzəti sınaqdan keçirdək? Hətta ‘'Yemək Lotereyası'' adında bir oyun belə uydura bilərsiniz. Uşağınızın daha əvvəl sınadığı amma sevmədiyi bir yeməyi ikinci dəfə sınamağını təmin edə bilərsiniz. Bəzən birinci dəfə bəyənilməyən bir yemək ya da yeni bir resept, ikinci sınaqda ləzzətli gələ bilər. Bunu özünüz də uşağınızın qarşısında edərək nümunə ola bilərsiniz. Keçmişdə yediyiniz və sevmədiyiniz bir yeməyi təkrar yeyin və ona ikinci bir şans verdiyinizi, çünki insanların dad hissiyatının dəyişə biləcəyini izah edin. Digər bir unikal yol isə tərəvəzləri ya da yeməyi rədd etdiyi yeməyi sevdiyi bir yeməyin içinə qatmaqdır. Məsələn, övladınız ispanaq yemirsə, sevdiyi bir yeməyin tərkibinə az miqdarda ispanaq əlavə edə bilərsiniz. Burada diqqətli olub, yeni əlavə olunan ədviyyatın miqdarını düzgün nizamlamaq lazımdır. Əks halda övladınızın sevdiyi yeməyi də sevməməyinə səbəb ola bilərsiniz. Tərəvəzləri püre halına gətirib təqdim etmək və ya toyuq, ət yeməklərinin içinə qatmaq daha effektivdir. Hər şeyin bir həddi vardır... Uşaqlar axşam yeməyini bəyənmədiyi zaman bir çox valideynlər başqa bir şey hazırlamağa özünü məcbur hiss edir. Bu doğru bir davranış deyil. Burada bir məqama diqqət yetirmək lazımdır: ana övladın gözündə aşbaza çevrilməməlidir. Uşağınız hər yeməyi bəyənmədiyində ona fərqli bir yemək hazırlamağa cəhd etməyin. Bunun yerinə başqa variantlar ola biləcəyini də unutmayın, məsələn sürətli hazırlanan bir salat və ya bir kasa qatıq ilə çörək. Bu üsulla həm valideynlərin üzərindəki təzyiq qalxır həm də yemək seçən uşaq istəmədiyi bir şeyi yemək məcburiyyətində qalmır. Bundan əlavə, əgər yedikləri yeməyin içində sevmədikləri bir şey varsa, «o yeməyi yemək olmaz» düşüncəsindən də uşaqları uzaqlaşdırmaq lazımdır. Birlikdə yemək hazırlayın Yeməyi birlikdə hazırlamaq yemək mövzusunda seçiçi davranan uşaqlar üçün faydalı olacaq. Məsələn, uşağınızı dükana apara bilər və tərəvəzləri ondan seçməsini istəyə bilərsiniz. Müxtəlif yeməkləri uşağınızla birlikdə dadın. Uşağınız öz dad duyğusundakı müəyyən yenilikləri kəşf edə bilər! Məsələn, turş alma yerinə, şirin alma sevdiyini. Birlikdə yemək bişirmək uşaqların yeni bir yeməyi sevmələri üçün ən effektiv üsullardan biridir. Uşağınızla birlikdə xüsusilə uşaqlar üçün nəzərdə tutulmuş reseptləri sınayın. Birlikdə yeməyi seçdikdən sonra, ondan müəyyən yardımlar alın, məsələn yeməyi onun qarışdırmasını istəyin. Mətbəxdə övladınıza nəzarət edərək ondan hər zaman yardım ala bilərsiniz. Uşaqlar valideynlərinə kömək etdikdə və bir işi bacardıqlarını hiss etdikdə çox xoşbəxt olurlar. Nəticədə birlikdə bişirdiyiniz yeməyi sizdən daha çox və həvəslə yemək istəyəcək. "Övladım ət yemir, nə edə bilərəm?" Ət uşaqların inkişafı üçün olduqca əhəmiyyətlidir. Bəzi uşaqlar əti sərt və ya qoxulu olduğu üçün sevmirlər və yeməkdən imtina edirlər. Əti sərtliyindən ötəri yeməkdə çətinlik çəkirsə, küftə halında təqdim edə bilərsiniz. Qoxusundan narahat olduğunu söyləyirsə, xoş qoxulu ədviyyatlarla bişirə bilər və ya quzu ətinə görə bir az daha yüngül iy verən dana ətini seçə bilərsiniz. Heç bir şəkildə ət yemək istəməyən uşaqlara başda mərci olmaqla paxlalı bitkilərlə zəngin bir yemək verə bilərsiniz. Hər səhər yumurta yemək, az ət yeyən uşaqların zülal ehtiyacını qarşılamaq üçün əhəmiyyətlidir. Makaron kimi sevdiyi bir yeməyin içinə az miqdarda ət qatıb yeməsini təmin edə bilərsiniz. «Düşüncə» jurnalı
['uşaqlar', 'uşaq qidalanması', 'uşaq sağlamlığı', 'yemək seçən uşaq']
663
https://kayzen.az/blog/testler/21286/psixoloji-test_2.html
Psixoloji test
Apollon
Psixoloji və IQ testlər
13 fevral 2018, 22:12
Xarakterinizin güclü tərəflərini müəyyən etməyə və bəlkə də hansı istiqamətdə inkişaf yolunu tutmağa məsləhət görəcəyik. Sizin qarşınızda insanın 8 fərqli fiqurdan çəkilmiş rəsmi var. Fiqurlardan birini seçin və xarakterinizin güclü tərəflərini təyin edin. 1-ci tip: İdarəçi Adətən belə insanlar idarə etmə və təşkilatlandırma işlərinə meyilli olurlar. Cəmiyyət tərəfindən yüksək qiymətləndirilən davranış normalarına önəm verirlər, yüksək nitq inkişafından doğan yaxşı hekayə danışmaq bacarığına sahib olurlar. Sosial sferada Adaptasiya bacarıqları yüksək səviyyədə olur, başqaları üzərindəki hökmü bəlli çərçivədə saxlayırlar. Yadda saxlamaq lazımdır ki, bu bacarıqların özünü göstərməsi psixi inkişaf səviyyəsindən asılıdır. Yüksək səviyyədə inkişaf etmiş psixikaya sahib insanlarda bu fərdi xüsusiyyətlər inkişaf etmiş, realizə olunan və idrak edilən olur. Psix vəziyyət az inkişaf etmiş olduqda peşəkar fəaliyyətdə bu xüsusiyyətlər özünü göstərməyə bilər, situtiv ola, hətta situasiyaya əks ola bilər. Bu qayda bütün psixoloji tiplərə şamildir. 2-ci tip: Məsuliyyətli peşəkar 1-ci tipin bir çox xüsusiyyətlərinə sahib olsa da, məsuliyyət yükü yüksək qərarların qəbulunda qətiyyətsizlik göstərir. Belə tip insanlar “işin peşəkar yerinə yetirilməsinə” meyilli olurlar, yüksək peşəkarlıq, yüksək məsuliyyət və tələbkarlıq sərgiləyirlər. Əməyə və dürüstlüyə böyük dəyər verirlər. Adətən belə insanlar sinir sistemindən doğan somatik xəstəliklərdən əziyyət çəkirlər. Bunu səbəbi bir qayda olaraq, yüksək stress olur. 3-cü tip: Narahat-şübhəli Belə insanlar əl qabiliyyətlərindən tutmuş ədəbi “vergi” yə qədər müxtəlif istedadlar toplusuna sahib olurlar. Adətən bu tip fərdlər bir peşədə “ilişib” qala bilmirlər. Onlar öz peşələrini tamamilə əks işlərlə əvəz edə bilirlər. Te-tez hobbiləri ikinci işlərinə çevrilir. Kateqorik olaraq səliqəsizlik və kirdən nifrət edirlər. Bu xüsusiyyətlərinə görə çox vaxt digər insanlarla konflik yaşayırlar. Normadan artıq həssaslığa sahibdirlər, öz-güvən əskikliyi yaşayırlar, Yüngülcə motivasiyaya ehtiyac duyurlar. 4-cü tip: Alim Belə insanlar reallıqdan tez qopa bilirlər, “konseptual şüura” sahib olurlar, bütün baş verənlərə öz nəzəriyyələrini yaratmaq kimi bir xüsusiyyətləri var. Ruhi tarazlığa sahib olub, öz davranışlarını rasional hesablaya bilirlər. Bu kateqoriyaya aid şəxslərə, sintetik sənət sahələrində məşğul olan insanlar arasında daha çox rast gəlinir. Bu sahələrə kinomatoqrafiya, sirk, teatral peşələr, multiplikasiya və s. aiddir. 5-ci tip: İntuitiv Bu tip insanlar sinir sisteminin yüksək həssaslığına və “bitkinlik” hissinə sahib olurlar, gördükləri işlər arasında manevr qabiliyyəti yüksək olur, adətən “azlığın vəkili” olurlar. Yeniliklər belə insanlarda çox önəmli rol oynayır. Altruistikdirlər, digər insanlara tez-tez qayğı göstərirlər, yaxşı əl-qabiliyyətləri və obrazlı təsəvvürə malikdirlər, bu da onlara texniki sənət sahələrində çalışmaq imkanı verir. Adətən öz əxlaq kodeksləri olur, daxili özünə nəzarətə sahib olurlar, azadlıqları ilə bağlı olan kənardan təsirə qəti neqativ reaksiya göstərirlər. 6-cı tip: Mühəndis, İxtiraçı, Rəssam Bu insanlar mükəmməl təsəvvürə, məkan qavrayışına sahib olurlar. Bir çox hallarda texniki, incəsənət və intellektual yaradıcılıqla məşğul olurlar. Əksər hallarda introvertlik müşahidə olunur. “İntuitiv” tip kimi öz əxlaq normaları olur, qıraqdan heç bir təsirə açıq deyillər. Yalnız özünə nəzarəti məqbul sayırlar. Emosionaldırlar, öz original ideaları onların hərşeyidir. 7-ci tip: Emotiv Digər insanlara qarşı yüksək empatiya bacarığına sahib olurlar, qanlı və amansız film səhnələri onlara görə deyil. Acı hadisələr onların tarazlığını tez poza bilir. Digərlərinin acısı və dərdləri onlara pis təsir edir, bütün güclərini ətrafdakıların problemlərini həll etməyə sərf edirlər, sonda isə öz potensiallarını realizə etməyə enerjiləri qalmır. 8-ci tip: Daşqəlbli Emotiv tipin tam əksidir. Adətən digər insanların hiss etdiklərini, əzablarını hiss etmirlər və ya diqqətsizlik göstərirlər və hətta başqalarına təzyiqi artıra bilirlər. Əgər fərd yaxşı peşəkardırsa, o zaman digər insanları onun bildiyi kimi etməyə sövq edə bilir. Bəzən belə insanlar həddindən artıq laqeyd ola bilirlər, bunu səbəbi öz problemlərinə ilişib qalmalarıdır.
['psixoloji test', 'psixoloji testlər']
664
https://kayzen.az/blog/qadin/21536/a%C4%9F%C4%B1ll%C4%B1-k%C3%B6rp%C9%99-%C3%BC%C3%A7%C3%BCn-7-m%C9%99sl%C9%99h%C9%99t.html
Ağıllı körpə üçün 7 məsləhət
Apollon
Qadın
13 fevral 2018, 22:03
Alimlər müəyyən ediblər ki, uşaqların ağıllı və istedadlı olmalarının 50%-i genetik faktorlarla əlaqəlidirsə, digər yarı faizi kənar faktorlardan asılıdır. 1. Hamilə olarkən çoxlu nağıllar danışın Körpənin dil inkişafı hamiləliyin son 3 ayında başlayır. O, həmin dövrdə səsləri eşidir və yaddaşına yazır. Bu səbəbdən çoxlu nağıllar oxuyun. 2. Aktiv olun Daim hərəkətdə olmaq körpənizin də ana bətnində özünü yaxşı hiss etməsinə səbəb olur. Belə hamilələrin körpələrinin beynində neyronların sayı artır ki, bu da onların gələcəkdə öyrənmək bacarığını inkişaf etdirir. 3. Daha çox günəş enerjisi qəbul edin Gündə 20 dəqiqə də olsa, Günəş enerjisi qəbul etməlisiniz. Adətən, hamilələrdə çatışmayan vitaminlərdən biri də D vitaminidir. Bu vitamin körpələrin ürəyinin və sümüklərinin güclü olması üçün lazımdır. 4. Qarnınıza masaj edin 20-ci həftədən etibarən körpəniz qarnınıza toxunuşunuzu hiss edir. Araşdırmalara görə, körpələr hətta ana və atanın toxunuşunu ayırd edə bilir. Bu səbəbdən tez-tez badam yağı ilə qarnınızı masaj edin. 5. Körpənizlə danışın Körpələr 16-cı həftədən etibarən eşitməyə başlayırlar. 27-ci həftədən sonra isə eşitdiklərini yaddaşlarına yazırlar. Üstəlik, buna reaksiya da verir. İkidilli ailələrdə körpənin hər iki dilə reaksiya göstərməsi buna ən yaxşı sübutdur. 6. Qida rasinonuzu rəngarəng edin Əgər gələcəkdə körpənizin daha rəngarəng damaq dadının olmasını istəyirsinizsə, fərqli qidalar qəbul edin. Körpənin ləzzət hissi 12-ci həftəsindən etibarən inkişaf edir. 7. Mahnı ifa edin Ritmik mahnılarla körpənizi əyləndirə bilərsiniz. Xüsusilə, qafiyəli uşaq mahnıları ifa edin. Həmin mahnıları körpəniz dünyaya gəldikdən sonra da eşidərsə, sakitləşəcəkdir.
['hamilə qadın', 'hamiləlik', 'uşaq tərbiyəsi', 'ağıllı körpə', 'ağıllı uşaq']
665
https://kayzen.az/blog/erzaq/21127/k%C3%BCnc%C3%BCt-haqq%C4%B1nda.html
Küncüt haqqında
Apollon
Ərzaqlar
11 fevral 2018, 17:46
Küncütün faydalı və müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur.   Belə ki, qədimdə küncüt və küncüt yağı ilə sonsuzluğu, cinsi zəifliyi müalicə edirdilər. Küncüt qadın və kişi cinsiyyət sistemləri üçün həqiqətən çox faydalıdır. Bu bitki güclü afrodiziakdır (cinsi həvəsi artıran məhsul), həmçinin onun tərkibində olan fitoestrogenlər qadın dölyaratma sisteminin fəaliyyətinə çox müsbət təsir edir.   Küncüt qanda «pis» xolesterolun və şəkərin səviyyəsini aşağı salmaq xüsusiyyətinə malikdir.   Küncütün tərkibində güclü antioksidant «sezamin» var. Bu maddə xərçəngin profilaktikasında effektlidir.   Toxumların tərkibində olan yağlı turşular ürək-damar sisteminin sağlamlığı üçün çox faydalıdır, insult və infarktın riskini azaldır.   Küncüt immun sistemini möhkəmləndirir. Bu məqsədlə küncütün balla qarışığı istifadə olunur. Bu faydalı qarışıq insanı qripp və soyuqdəymə xəstəliklərindən qoruyur, orqanizmə yaxşı iltihab, virus və mikrob əleyhinə təsir edir.   Qidalı liflərlə zəngin küncütün həzm sisteminə olan müsbət təsiri danılmazdır — bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi müalicə edir, orqanizmi ziyanlı maddələrdən təmizləyir. Bu məqsədlə 1 x.q. küncütü qatığa əlavə edin, qarışdırın, yarım saat saxlayın və sonra bu qarışığı qəbul edin.   Kalsiumla zəngin olan küncüt sümük və oynaqların sağlamlığı üçün də olduqca faydalıdır. Mütəxəssislər sümük və oynaqları sağlam saxlamaq istəyənlərə hər gün 1 x.q. küncütü (uşaqlar üçün 1 ç.q.) yarım saat ərzində ilıq suda islatmağı və sonra qəbul etməyi tövsiyə edirlər.   Tərkibində A, E və C vitaminləri kimi güclü antioksidantların sayəsində küncüt orqanizmi cavanlaşdırır, xroniki xəstəliklərinin inkişafına mane olur.   Küncütün faydalarından biri də radiasiyaya və ya davamlı bənzər şüalara məruz qalaraq işləyənlərə bərpaedici təsir verməsidir. Bu şəxslərin küncüt istehlak etmə vərdişini qazanmaları faydalıdır.   Nəzərə almaq lazımdır ki, gün ərzində 1-2 x.q. küncüt orqanizm üçün kifayətdir. Mütəxəssislər küncütü  çiy halda yeməyi tövsiyə edirlər. Qəbul etdikdən əvvəl küncütü suda isladın və ya quru tavada bir az (!) qızdırın – bu, küncütün mənimsənilməsini asanlaşdırır.
['küncüt', 'küncütün faydaları']
666
https://kayzen.az/blog/pediatriya/21403/u%C5%9Faqlarda-d%C4%B1rnaq-yem%C9%99-v%C9%99rdi%C5%9Fi.html
Uşaqlarda dırnaq yemə vərdişi
Apollon
Pediatriya
11 fevral 2018, 17:45
Ömründə bir dəfə də olsun dırnaqlarının «dadına» baxmayan uşaq çətin tapılar. Dırnaqlar təbii və süniliyindən asılı olmayaraq içində gizlətdiyi bir çox mikroblara görə təhlükə mənbəyi sayılır. Kiçik yaşlı uşaqlar üçün həmin təhlükə daha yüksək olur, çünki daim əli ağzında olan uşaq çox mikrob udur. Paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova bu barədə  deyib: «Dırnaq yemək vərdişinin 3-4 yaşından tez başlamadığı müəyyən olunub. Bəzi valideynlər uşaqlarda dırnaq yemə vərdişinə o qədər əhəmiyyət verməsələr də, əslində bu, çox ciddi problemdir. Həmin problem nadir hallarda 1 yaşı tamam olmayan uşaqlarda müşahidə olunur. Uşaqların böyük bir qismi dırnaq yeməyə meyilli olur və həmin vərdiş onlarda yetkinlik yaşına qədər davam edir. Yetkinlik yaşında həmin vərdiş azalmaq əvəzinə daha da artmağa başlayır. Onun səbəbini aşkar etmək vacibdir, Birincisi, uşaqlar ətrafdakıların qınağına tuş gəlmir. Zaman keçdikcə ictimai qınaqla üzləşəndə həmin vərdişdən əl çəkirlər. İkincisi, uşaqlar böyükləri təkrarlamağa meyilli olurlar. Böyüklərdə həmin əlamət müşahidə ediləndə istər-istəməz uşaq da ona maraq göstərir və pis vərdişin təməli qoyulur. Uşaqlarda dırnaq yeməyi tərgitməyin bir yolu onu görməzliyə vurmaq, bir müddət ona fikir verməməkdir. Uşaq yenə də dırnağını yeməkdə davam etsə, ona səbəb olan halları öyrənmək lazımdır. Uşağı bu vərdişinə görə danlamaq, qorxutmaq və ağlatmaq yolverilməzdir. Uşaqların qorxu və qayğı yaradacaq vəziyyətlərdən uzaq olmaları məsləhətdir. Kiçik yaşlı uşaqların vahiməli və qorxulu filmləri izləməsi, dava-dalaşlı hadisələrdə iştirakı onlarda həyəcan yaratdığına görə təhlükəlidir və həmin həyəcan dırnaq yeməyə səbəb olur. Psixoloqların fikrincə, uşaqlara gecələr yatarkən nazik əlcək geyindirmək dırnaqlarını yemək və ya dişləmək istəyəndə xatırladıcı təsir göstərə bilər. Zərərli vərdişlərdən qurtulmaq üçün barmaq və dırnağa acı lak, zərərsiz acı maye sürtülməsi həm xatırlatma mənası daşıyar, həm də dırnağını ağzına aparanda yanma hissi törədərək vərdişdən xilas olmağa kömək edər. Uşaqların marağını başqa istiqamətə yönəltməklə də zərərli vərdişin qarşısını almaq olar. Məsələn, filmə baxanda, televiziya verilişi izləyəndə və ya musiqi dinləyəndə uşağın ağzını dişlənə bilən bir şeylə məşğul etmək dırnaq yemənin qarşısını ala bilər. Dırnaq yemənin pis vərdiş olduğu və ondan asanlıqla xilas olmağın mümkünlüyü uşaqlara izah edilməlidir. Buna inananda uşaq vərdişdən imtina etməyə səy göstərir, çünki xarici təsirlər nəinki vərdişdən xilas olmağa yardım etmir, bəzi hallarda vərdişin kök atmasına, başqalarını hirsləndirmək və narahat etmək üçün vasitəyə çevrilir. Zaman keçdikcə dırnaq yemək pis vərdiş olmaqla yanaşı əlavə xəstəliklərin yaranmasına da səbəb olur, əsəb gərginliyi keçirənlər zaman-zaman dırnaq yeməyə adət edir. Dırnaq yemək bəzən onları rahatlaşdırır, gərginliyi azaldır, amma bununla yanaşı orqanizmə müxtəlif xəstəliktörədən mikrobların daxil olmasına şərait yaradır».
['uşaqlar', 'uşaq sağlamlığı', 'dırnaq yemək']
667
https://kayzen.az/blog/sevgi/21525/dostumsan,-yoxsa-sevgilim.html
Dostumsan, yoxsa sevgilim?
Apollon
Sevgi
10 fevral 2018, 18:39
Çox xoşunuza gələn biri bəzən sizə dostdan da artıq, bəzən isə sadəcə dost kimi davranırsa və ağlınızı qarışdırırsa, münasibətinizi dəyərləndirməkdə fayda var. Çünki ağılda yaranan bu suallar heç kimi rahat buraxmaz. Dəqiqləşdirmək mütləqdir, əks təqdirdə sevgiliniz olmasını istədiyiniz şəxsin davranışlarını sadəcə özünüz görmək istədiyiniz şəkildə görər və xəyal qırıqlığı yaşayarsınız. Xoşunuza gələn şəxsin dostunuz, yoxsa sevgiliniz olması ilə bağlı ağlınızda yaranan suallara bu yazıda cavab tapın. — Əgər ağır iş rejiminə rəğmən, sizin üçün vaxt ayıra bilirsə, bu, sizə dəyər verdiyini və özəl hisslər keçirməyə başladığını göstərir. — Ortaq dostlarınız var? Xoşlandığınız şəxs sizi dostları ilə tanış edibmi? Tanışlıq zamanı sizinlə necə davrandı? Onların yanında sizinlə necə davranması ipucu ola bilər. Əgər sizə də digər dostları kimi davranırsa, dost olma ehtimalınız yüksəkdir. — Özəl günlərdə sizə daha özəl davranması yaxınlıq dərəcənizi artırdığını göstərə bilər. — Son anda harasa getməklə bağlı proqram qurursa və daha əvvəldən getməyi planlaşdırdığı yerə sizi də dəvət edirsə, sadəcə dostsunuz. Ancaq həftənin əvvəli zəng edib digər həftə üçün sizinlə birgə həftəsonu proqramı hazırlayırsa, sevgili olmaq ehtimalınız yüksəkdir. — Siz zəng etdiyinizdə artıq bir planının olduğunu deyirsə və gedəcəyi yerə sizə də dilucu dəvət edirsə, deməli, dostsunuz. Ancaq dostları ilə qurduğu planı təxirə salaraq, gəlməyiniz üçün sizə təkid edirsə, sevgili olmaq şansınız yüksəkdir. — Birlikdə ikən keçmiş sevgililərdən söz açırsa, sevdiyi qız haqqında sevgiylə danışırsa, sadəcə dostsunuz. Amma keçmiş sevgililərdən söhbət düşdükdə mövzudan yan keçirsə, sevgili olmaq ehtimalınız böyükdür. — Məktəbdəki, iş yerindəki uğurunu və ya hər hansı bir sevincini başqalarından eşidirsinizsə, sadəcə dostsunuz. Tam əksi, həyatındakı ən kiçik dəyişikliyi belə, zəng edib sizə xəbər verirsə, sevgili olmaq şansınız var. — Ayda bir-iki dəfə görüşürsünüzsə, hər dəfə də siz zəng edib görüş təklif edirsinizsə, dostsunuz. Hər gün ən az bir dəfə zəng edirsə, bəhanə edib mesaj yazırsa, sevgili olmaq üstünlüyünüz çoxdur. — Xəstə olduğunuzdan başqasından xəbər tutursa, sadəcə telefonla zəng edib bir neçə kəlməylə ötüşdürürsə, dostsunuz. Sizi özəl hiss etdirəcək şəkildə həkimə yönəldirsə, sevgili olmaq şansınız yüksəkdir. Kişilərin çox vaxt özəl hiss etdirdikləri xanım sevgili olmaq istədikləri şəxsdir. — Xarici ölkəyə səfər etdiyini başqasından eşidirsinizsə, dostsunuz. Amma bunu sizə əvvəldən xəbər veribsə və gəlməyəcəyinizi bilə-bilə dəvət edirsə, böyük ehtimalla sevgili olmaq yolundasınız. — Söhbət sevgidən düşəndə “uzun müddətli münasibətə hazır deyiləm, mənə belə rahatdı” kimi cümlələr qurursa, dostsunuz. Ancaq qapını aralamaq istəyirmiş kimi sevginin hər zaman lazımlı olduğunu və uyğun birini tapmağın çətin olduğunu deyirsə, onun üçün dostdan da artıqsınız. — Sadəcə sizi əsəbiləşdirmək üçün sevmədiyiniz zarafatları edirsə, kobudlaşırsa, arqo ifadələr işlədəcək şəkildə çox rahat danışırsa, dostsunuz. Əksinə, xoşunuza gəlməyən şeyləri təkrarlamırsa, hər kəlməsinə diqqət edirsə, xoş davranmağa çalışırsa, sevgili olmaq şansınız yüksəkdir.
['sevgi', 'sevgili', 'dost', 'dostluq', 'qadın-kişi münasibətləri', 'kişi-qadın münasibətləri']
668
https://kayzen.az/blog/ginekologiya/21527/tan%C4%B1nm%C4%B1%C5%9F-ginekoloqdan-hamil%C9%99l%C9%99r%C9%99-12-faydal%C4%B1-m%C9%99sl%C9%99h%C9%99t.html
Tanınmış ginekoloqdan hamilələrə 12 faydalı məsləhət
Apollon
ginekologiya
10 fevral 2018, 18:39
Elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Analıq hissi dünyanın heç bir hissi ilə müqayisə edilə bilməz və bu, Tanrının qadınlara bəxş etdiyi ən gözəl duyğudur. Amma bəzən hamiləlik zamanı edilən yanlış davranışlar onun pozulmasına və dölün tələf olmasına səbəb olur. Bəs bu arzuolunmaz halların qarşısını almaq üçün nə etmək lazımdır? Tanınmış azərbaycanlı ginekoloq, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının II mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun hamiləlik zamanı diqqət edilməsi vacib olan məqamlarla bağlı faydalı məsləhətlər verib. 1. Hamilə qadınlar vaxtlı-vaxtında qidalanmalıdırlar, əks halda bu, onların zəifləməsinə və mədə turşuluğunun artmasına səbəb ola bilər. Qida rasionuna yumurta, tərəvəz kimi məhsullar əlavə edilməlidir. Yeməklər arasında fasilə ən az gündə 3-5 dəfə yemək üçün uzun olmalıdır. 2. Əgər siz hamiləsinizsə, pendir dolu burger və pizzadan uzaq durmalısınız. Çünki bu, çəki artımına və su balansınızın pozulmasına səbəb olur. 3. Kafein qəbulu azaldılmalıdır. Bu, düşüklərə və az çəkili uşaqların doğulmasına səbəb olur. 200 milliqram kafein qəbulu normaldır. Ancaq siz tərkibində kimyəvi kafein olan çay, kofe, meyvə çayları, meyvə şirələri qəbul etməməlisiniz. 4. Yumşaq pendir, çiy ət və yumurta məhsullarından uzaq durmalısınız. Çünki onlar düşük, yenidoğulmuşun ölüm və ya ağır xəstəliklərinə səbəb olan zərərli bakteriyalarla zəngindirlər. 5. Həkimlər hamiləlik dövründə gündəlik maye qəbulunu 300 ml, südvermə dövründə isə 700 ml kimi artırmağı məsləhət görürlər. 6. Embrionun böyüməsini təmin etmək üçün hər gecə 10-11 saat yatmaq vacibdir. 7. Hamiləlik zamanı tromblaşma, varikoz venalar, ayaqlarda iltihabi proseslərin qarşısını almaq üçün idmanla məşğul olmaq lazımdır. İdman və yoqa məsləhətdir. 8. Ətrafda çəkilən siqaretlə nəfəs almaq belə, vaxtından qabaq doğuş, aşağı doğum çəkisi və yenidoğulmuşların qəfil ölümünə səbəb ola bilər. 9. Hamiləlikdə spirtli içkilərdən döldə anomaliyalar və beyin inkişafı pozğunluqlarına səbəb olduğu üçün qaçınılmalıdır. 10. Həkim təyinatı olmadan öz-özünə müalicə döldə ciddi fəsadlar yarada bilər. 11. Kompüter qarşısında uzun müddət oturduqda ana və körpənin sağlamlığı üçün 10-15 dəqiqə fasilə etmək lazımdır. 12. Təhlükəsizlik kəməri düzgün istifadə edildikdə hər hansı bir qəzanın qarşısını alır. Gözlənilməz qəzalardan qorunmaq üçün kəməri qarnın üstündən deyil, altından bağlamaq lazımdır. Təhlükəsizlik kəməri bud sümüyü və döş qəfəsi üzərindən keçərək sıx bağlanmalıdır. ailem.az
['hamiləlik', 'hamilə qadın', 'hamiləlik dövrü']
669
https://kayzen.az/blog/din/21345/cahiliyy%C9%99t-d%C3%B6vr%C3%BCnd%C9%99-%C9%99r%C9%99bl%C9%99r.html
Cahiliyyət dövründə ərəblər
Ferro
Din və teologiya
10 fevral 2018, 16:06
Ərəblər iki dəstəyə bölünürdülər: Qəhtani və Ədnani. Qəhtani ərəbləri Sam qövmünə aid və daha qədim tarixə malik idilər. Onlar Ərəbistan yarımadsında və xüsusən də, onun cənub hissələrində yaşa- yırdılar. Ədnani ərəblər isə Həzrət İsmailin (ə) nəslindən olan Ədnan adlı şəxsdən yaranmaışdırlar. İstər İslam dinindən öncəki cahiliyyət dövründə, istərsə də İslamdan sonra Ərəblərin ən məşhur və ən güclü qəbiləsi Qureyş qəbiləsi idi və bu qəbilə Ədnani Ərəblərdən sayılır- dılar. Allahın Rəsulu Həzrət Muhəmməd (s), onun xəlifələri və İsla- mın yarandığı illərdə böyük zəhmətləri olan insanlar bu qəbilədən idilər. Islamdan öncə olan Ərəblər səhrada yaşayan, savadsız qövm idilər. İslam dini nöqteyi-nəzərindən bu mədəniyyətdən uzaq olan tarixi dönəm Cahiliyyət dövrü adlandırılır. Elə bu səbəbdən də,  həmən zaman barədə əsaslı tarix yoxdur və əldə olunan bütün məlumatlar İslam mədəniyyətinin meydana çıxmasından sonra şifahi şəkildə nəql olunan məlumatların yazılı hala gətirilməsindən sonra yaranmışdır. Hal-hazırda alimlərin böyük əksəriyyəti bu tarixi məlumatları qəbul etmirlər. Qurani-Kərimdə və İslami hədislərdə bu barədə  mövcud olan dəyərli məlumatlar cahiliyyət ərəblərinin etikasına və dini eti- qadlarına aid ümumi məlumatlardır. Çünki, qeyd etdiyimiz mənbə- lərdə qeyd olunan məlumatlar tarixi məsələləri bəyan etmək deyildi. Misirin böyük alimlərindən olan Taha Hüseyn məşhur şərqşü- nasların yolunu davam etdirərək cahiliyyət ərəbləri barədə mövcud olan məlumatların böyük əksəriyyətini tənqid atəşinə tutdu və bu sahədə yeni əsərlər yaratdı. İraqlı alim Doktor Cəvad Əli də Ərəb dilində on cilddə “Əl Məfsəl fi tarixil Ərəb qəbləl İslam” ensklope- diyasını qələmə aldı. O, bu dəyərli əsərdə cahiliyyət Ərəblərinin bü- tün mədəni və tarixi tərəflərini işıqlandırdı. Cahiliyyət dövründə ərəblərin sitayiş etdiyi ən məşhur din Büt- pərəstlik idi və bu sitayiş növü Ədnani Ərərblərin arasında da geniş yayılmışdı. Bəzi Ərəblər isə yəhudiliyə və xristiyanlığa iman gətir- mişdilər.   1.    Ərəblərin Tanrıları Ərəblər də digər bütpərəstlər kimi müxtəlif formalara malik çoxlu sayda Tanrılara inanırdılar. Bu Tanrıların bəziləri insan, bəzilər heyvan, bəziləri insanla heyvanın qarışığından yaranan məxluq for- masında, yaxud xüsusi forması olan daş idi. Tarixçilər Ərəblər ara- sında bütpərəstliyin Əmr ibn Luhəy tərəfindən yaradılmasını bildi- rirlər. Onların nəzərincə Əmr Şama səfər edərkən ilk dəfə olaraq büt- pərəstləri görmüşdür. Həmin insanlardan büt barədə soruşanda cavab vermişlər ki, bu büt bizə kömək edir və bizim diyarda yağışın ya- ğmasının əsas səbəbkarı odur. Əmr bütə sahib olmaq fikrinə düşdü və Hubəli onlardan alaraq Məkkəyə gətirdi. Hubəl Məkkə əhalisinin ən sevimli və böyük bütü idi. Hal-hazırda alimlər bu hekayəyə heç bir dəyər vermirlər və bütpərəstliyin başlanğıcının məlum olmadığını bildirirlər. Onların nəzərincə Hicaz bütpərəstlərinin də digər bütpə- rəstlər kimi başqa yerlərdən idxal etdiyi bütləri olmuşdur. Məsələn; Zuşşəra (Duschara) əslində İordaniya Nəbətilərinin bütü olub. Ərəblər bəzən müxtəlif məfhumları büt halına gətirirdilər və ona sitayiş edirdilər. Məsələn; Mənat qəza və qədər Tanrısı idi. Heyvan formalarında olan bütlər də ərəblər arasında mövcud idi. Məsələn; Nəsr kərkəs formasında olan büt idi. Heyvan formasında olan bütlər Totemizmin qalıqları idi.   2.    Allaha iman Qurani-Kərim ayələrindən də məlum olduğu kimi cahiliyyət ərəbləri Allahı dünyanın yaradıcısı və bütü onun siması kimi qəbul edirdilər. İbadət və and içmə zamanı həm Allahın adında and içirdi- lər, həm də bütlərin adından istifadə edirdilər. Məsələn; İşlərini başa- layanda “Bismikə Allahummə” deyirdilər, amma ibadət və hacətlə- rini dillərinə gətirdikləri zaman bütlərin adlarını çəkirdilər. Onlarla islam Peyğəmbəri Həzrət Muhəmməd (s) arasında ən əsas ixtilaf O Həzrətin onların bütlərə sitayiş etmələri, onlardan hacət istəmələri və şirkdən əl çəkmələri sahəsində idi.   3.   Əzabverici ruhlar Ucsuz-bucaqsız çöllərdə və səhralarda həyat üçün vacib olan anlayışlardan biri də bəzi gözə görsənməyən məxluqların mövcud- luğuna inam idi. Səhrada yaşayan Ərəblər də ziyan və əziyyət verən ruhlara  böyük  əhəmiyyət verirdilər  və həyatlarını elə  qururdular ki, onların pis işlərindən qoruna bilsinlər, eləcə də onların güclərindən, bacarıqlarından istifadə edə bilsinlər. Bu məsələ Qurani-Kərimdə də (Cin surəsi, 6) qeyd olunmuşdur. Onların təsəvvürünə görə cinlər müxtəlif formalara girə və onların bəziləri insanlara ziyan və əziyyət verə bilirlər. Cindarların xidmətlərindən istifadə və həmin məxluqat- ların ürəklərini ələ almaq üçün müxtəlif mərasimlərin keçirilməsi mövcud olmuşdur. Divlər də cinlərin bir növü idilər və onlar səh- ralarda yaşayırdılar. Divlər səhralarda səfərə çıxan müsafirlərlə yol yoldaşı olurdular və fürsət tapan kimi onları öldürürdülər. İfrit cin- lərin ən qorxulu növüdür. İslam dininin məqsədlərindən biri də insan- lara bu məxluqların insan üçün xeyiri və ziyanı olmamasını başa salmaqdan ibarət idi.   4.    Sabiilər Belə nəzərə çarpır ki, Sabiilərin əvvəlcə heç bir müəyyən dini olmayıb və bu ad müxtəlif dinlərə aid edilib. Maraqlısı budur ki, İs- lam Peyğəmbəri Həzrət Muhəmmədin (s) zamanındakı müşrik ərəb- lər O Həzrəti və davamçılarını “Sabii” adlandırırdılar. Bəzən də İs- lam dinini izhar etmək üçün “Sabii olduq” sözünü istifadə edirdilər. Islam dininin yaranmasından sonra mövcud olan Sabiilər iki dəstəyə bölünürlər və əslində onların heç birisi Ərəb deyillər: İslam dünyasında elmin yayılmasına köməklik etməklə tanınan dəstə Hər- ran Sabiiləridir. Bu dəstə Sabii adını üçüncü əsrin əvvəllərində özlərinə götürmüşlər və sonralar bu adla tanınmağa başlamışlar. İbn Nədim “Əl Fihrist” kitabının doqquzuncu məqaləsində belə yazır: “Abbasi xəlifəsi olan Məmun Hərrandan keçərkən bir dəstə insan gördü və onlardan soruşdur: “Hansı dinə qulluq edirsiniz?” Onlar bu suala düzgün cavab verə bilmədilər. Məmun dedi: “Əgər kitab əhlisi- nizsə hansı kitab əhli tayfasından olduğunuzu müəyyənləşdirin və əgər  kitab  əhli  deyilsinizsə  ondan  vəziyyətinizi müəyyənləşdirin.” Belə qərara alındı ki, Məmun səfərdən geri qayıdana qədər onlar öz vəziyyətlərini müəyyənləşdirsinlər. Bu müdddət ərzində həmən in- sanların bir dəstəsi müsəlman və digər dəstəsi xristiyan oldu. Üçüncü dəstə isə Qurani Kərimdə olan “Sabiin” adını seçdilər və beləliklə özlərini İslam hökumətinin nəzarəti altına saldılar. Sabiilərin ikinci dəstəsi Subtə, Sabiətul Bətaih, Məndayi, Muğ- təsələ və Nasuri adları ilə də məşhur idilər. Onlar dəyişilmiş və yeni formaya düşmüş qədim bir dinin davamçıları idilər. Bu dinin bəzi formaları Yaxın Şərqdə də yaranmışdı və həmin dinin davamçıların- dan sağ qalan insanlar İranın Xuzistan əyalətində və İraqın cənub bölgələrində mövcuddurlar. Qədim Sabiilərin hər yeddi ulduz və planet üçün məbədləri var idi və maraqlıdır ki, onların nəzərincə Kəbə Saturn planetinin məbədi idi. Onlara Aya sitayişə də böyük əhəmiyyət verirdilər. Bizim dövrü- müzdə olan Sabiilər özlərini həzrət Yəhyanın (ə) davamçıları kimi qələmə verirlər. Onların məbədləri həmişə axar çayın kənarında olur və onların yalnız rahibləri bu məbədə girmək haqqına malikdirlər. Sabiilərin təxminən yetmiş min nəfəri İraqda Dəclə çayının sahi- lində və təxminən iyirmi beş min nəfəri isə İranın Xuzistan əyalətin- dəki Karun çayının sahilində yaşayırlar. Onlar müxtəlif peşə sahib- ləri, o cümlədən zərgər, əkinçi, maldar, qayıq istehsalçısı, dəmirçi və son zamanlar həkim, tacir və mühəndis olurlar. Onların nəzərincə Həzrət Yəhyanın (ə) qiyamından sonra Urşəlim Yəhudilərinin qəzə- binə tuş gəldilər və məcburi şəkildə həmən şəhərdən mühacirət edə- rək Hərran şəhərində yerləşdilər.1 Bir müddətdən sonra onların bir dəstəsi İraqın cənubuna və digər dəstəsi İranın Xuzsitan əyalətinə köçdülər. Sabiilər gündə üç dəfə səhər, günorta və axşam namaz qılırlar və ildə otuz altı gün oruc tuturlar. Onların müqəddəs kitablarının adı “Gənza Rəbba” (Böyük xəzinə)-dır. Onlar Qadir Allahı Həy, yəni Həyat adlandırırlar və onu nurun xaliqi sayırlar. Qaranlıq və zülmətin xaliqi isə Ruha adlandırılır. Bu iki Tanrı bir-birilə döyüşürlər və qələbə həmişə nur Tanrısına nəsib olur. Sabiilərin ruhanisi Gəncur adlandırılır. Ruhanilərin vəzifəsi Sa- biiləri hər həftənin bazar günü müqəddəs suya salmaqdan və onra qüsl verməkdən ibarətdir. Müqəddəs suya salınan zaman və  qüsl alan, həmdə qüsl verən şəxsin üzərində beş bölümdən ibarət paltar ol- malıdır. Qüsl verənin əsası və digər ləvazimatları olmalıdır. O, mü- qəddəs suya salma işinə başlamamışdan öncə yasəmən ağacının bir budağını götürür müxtəlif dini mərasimlər keçir və dualar oxuyur. Müxtəlif münasibətlərlə və günahların kəffarəsini çıxartmaq üçün də xüsusi qüsllər mövcuddur. Qeyd etmək lazımdır ki, Sabilər də kitab əhli kimi qəbul edilirlər.   Müəllif: Hüseyn Tövfiqi Mənbə: "Böyük dinlərlə tanışlıq" kitabı, 2013 ISBN 978-9952-20-080-5
['ərəb tarixi', 'ərəblər', 'teologiya']
670
https://kayzen.az/blog/kino/21518/rusiyan%C4%B1n-m%C9%99n%C9%99vi-%C3%A7%C3%B6k%C3%BC%C5%9F%C3%BCn%C3%BC-g%C3%B6st%C9%99r%C9%99n-film-%7C-sevgisizlik.html
Rusiyanın mənəvi çöküşünü göstərən film | Sevgisizlik
Apollon
Kino
9 fevral 2018, 15:32
Qarabağ müharibəsi zamanı gənc qadın erməni silahlılarına əsir düşür. Hər gün zorlanmaya məruz qalır.  Beynəlxalq təşkilatın köməyi ilə əsirlikdən azad olunanda onu qarşılamağa əri gəlir. Taqətsiz qadını əri qucağına alır. O, utandığından üzünü ərinin sinəsində gizlədərək “bağışla” deyə pıçıldayır. Kişi isə onu əzizləyib, nəvazişlə: “Sənin günahın yoxdu”, — deyir. Bu əhvalatın sonradan necə inkişaf elədiyini, necə bitdiyini bilmirəm. Hər halda nikbin sonlandığına inanmağı çox istəyirəm. Hərçənd, o vacib anda önəmlisi kişinin qadına sevgisini göstərə bilməsidir. Həmin situasiyada kişinin sevgisi toplumun anladığı dar çevrədən çıxır, bəşəri, böyük mənalar daşıyır: şəfqət, anlayış, mərhəmət, sayğı... Kişi davranışıyla həm də onun içindəki qadını diriltməyə çalışır. Çünki bir qadının qadın, bir kişinin kişi kimi psixoloji, mənəvi ölməsinə ancaq SEVGİSİZLİK səbəb ola bilər. Və sevgisizlik cəmiyyətin bütün qatlarına, münasibətlər sisteminə təsir göstərəcək. Andrey Zvyagintsev son “Sevgisizlik” filmində məhz belə bir vacib, aktual məsələni araşdırır... Gənc qadın və kişi boşanma ərəfəsindədir. Onların heç biri 12 yaşlı oğlu ilə yaşamaq istəmir. Çünki hər kəsin özəl həyatı var. Laqeydlikdən sarsılan uşaq-Alyoşa itkin düşür. Bu hadisədən sonra belə valideynlər bir-birinə anlayışla yanaşmağı, dəstəkləməyi bacarmırlar. Əksinə gözlənilməz itki onlardan ötrü illərin haqq-hesabını çürütməyə vasitə olur. Zvyagintsevin personajları kişi və qadın kimi mövcud deyillər. Onlar öz qadın və kişi təyinatlarını yalnız cinsi səviyyədə yaşayırlar. Bundan daha artığını yaşamaq, daha artıq nəyinsə yükünü çəkmək onlara ağır gəlir. Təsadüfi deyil ki, bütün intim səhnələr də kölgə effekti ilə işlənib. Minimal işıqlandırma ilə qurulan interyerlərdə seks səhnələri ancaq seksdir, fiziki tələbatdır. Bu səhnələrdə onların üzü görünmür, duyğuları hiss olunmur. Yataq epizodlarının ancaq bir neçə kadrında onların üzü yaxın planda göstərir. Onda da intim akt bitəndən sonra. Qadının yeni sevgilisinə ona qədər kimsəni sevmədiyini deməsi gerçək duyğularından yox, ümidsizliyindən, özünü sevgiyə inandırma istəyindən doğur. Eləcə də kişi, ondan uşaq gözləyən sevgilisinə “səni sevirəm” sözünü əminsizliklə, şübhəylə deyir. Finalda hər ikisinin laqeyd, solğun üzü, yeni həyatları ölü ritmdə göstəriləndə anlayırsan ki, nəsə dəyişməyib, onların içində sevgi hissi əslində heç vaxt mövcud olmayıb. Yaşananlar sadəcə sevginin imitasiyasıdır. Hətta morqda meyiti görəndə qadın və kişinin ağrısı yalnız o anda yaranıb bitən ağrıdır... Zvyagintsev adətən ailə münasibətləri, məişət problemlərindən yola çıxaraq Rusiyanın mənəvi durumuna baxa bilir. Xırda detallarda, bəzən sanki təsadüfi xarakter daşıyan epizodlarda cəmiyyətin bütün şəkildə obrazını, ovqatını fiksə edir. İtkin düşən Aloyşanın — kimsəsiz, soyuq, küçələrdə görünən fotoları, tək-tük adamın laqeydliklə o fotolara sadəcə göz atması – ölkədəki mənəvi uçurumun, boşluğun, ümidsizliyin vizual ifadəsidir. Alyoşa yalnız sevgisizlikdən qaçan, əziyyət çəkən oğul obrazı deyil. O, böyüklərin şəxsi, merkantil marağına görə əzib tapdadığı, sevgiyə möhtac, atılmış vətənin obrazıdır. Rejissorun gücü də bundadır: o, problemi özəl çərçivədən çıxararaq ölkənin vəziyyətində, bütün qatlarda bütünləşdirir.  “Sevgisizlik” nuar estetikasında çəkilib. Bir qayda olaraq nuar filmlərinə kriminal süjet xasdır, sıxıcı, bədbin atmosfer, rənglər hakimdir və mütləq bir qətl hadisəsi, qatil vardır. Rejissor da filmi soyuq rənglərlə işləyib, daim yağış, ya qar yağır, səhəri, gündüzü, gecəni ayırmaq çətindir. Bu zamansızlıq hissi, soyuq personajlar, dəhşətli siyasi xəbərlər xaos qatını dərinləşdirir. Burada qəhrəmanlar yox, antiqəhrəmanlar var.  “Sevgisizlik”də nuar filmlərindən fərqli olaraq qatil yoxdur, Alyoşanın taleyini də müəllif yalnız valideynlərin məsuliyyətinə bağlamır. Burda “qatil” cəmiyyətdəki laqeydlikdir və əsas məsuliyyəti mənəvi böhranın səbəbkarı, insanları maskalanmağa vadar edən, ruhən öldürən hakimiyyət daşıyır. Rejissorun da əsas məqsədi təbii ki, Alyoşanı sağ-salamat geri qaytarmaq deyil. O, bu itkiylə üz-üzə qalan personajların daxili dünyasını, təhtəlşüurunu material kimi istifadə edərək, məqsədinə çatır: “Sevgisizlik” katarsisə çevrilə bilir, soyuq duş effekti yaradır. “Sevgisizlik” özümüzə rasional, ayıq baxmağa vadar edir. “Sevgisizlik” sevgiyə çağırır. Sevda SULTANOVA
['kino', 'film', 'resenziya', 'loveless', 'sevgisizlik', 'Andrey Zvyagintsev', 'rus kinosu']
671
https://kayzen.az/blog/edebiyyat/21185/sergey-yesenin-g%C3%B6z%C9%99llik-a%C5%9Fiqi-v%C9%99-k%C9%99p%C9%99n%C9%99kqanadl%C4%B1-%C5%9Feirl%C9%99r.html
Sergey Yesenin: gözəllik aşiqi və kəpənəkqanadlı şeirlər
Apollon
Ədəbiyyat
9 fevral 2018, 15:28
Onun gözlərində Şərq ecazkar, sirli bir aləm idi və bu amil onu maqnit kimi özünə cəzb edirdi. Məhz Şərqə olan bu sevgi 1921-ci ildə Yeseninin Türküstana (Orta Asiya), Ural və Orenburqa səyahətə çıxmasına səbəb oldu. Daşkənddə köhnə dostu şair Aleksandr Şiryayevla görüşən Yesenin dərhal ictimaiyyətin diqqətini özünə cəlb etdi. Özbəkistanda olduğu zaman Yesenin tez-tez çayxanalara gedir, özbək milli musiqisinə qulaq asır, yerli şairlərlə yaradıcılıq müzakirələri keçirir, qədim abidələrlə tanış olurdu. O, Türküstana olan sevgi və məhəbbətini yazdığı alovlu şeirləri ilə ifadə edirdi. Onun adı bir vaxtlar SSRİ və rus ədəbiyyatında XX əsrin dahi şairlərindən biri, yeni dövrün Puşkini kimi çəkilirdi. Bu baxımdan azərbaycanlılar üçün Mükayil Müşfiq nə deməkdirsə, ruslar üçün də Yesenin o deməkdir. Həm Yesenin, həm də Müşfiq faciəli bir ömür yaşadılar və çoxlu sayda müəmmalar qoyaraq özlərinin gözləmədikləri şəkildə əbədiyyətə qovuşdular. XX əsr rus-sovet ədəbiyyatının istedadlı simalarından biri sayılan Sergey Yesenin 1895-ci il sentyabr ayının 21-də (köhnə tarixlə oktyabrın 3-də) Ryazan quberniyasının Konstantinovo kəndində anadan olub. Atası Aleksandr və anası Tatyananın vaxtilə zorla xristianlaşdırılan tatar əsilli olduqları ehtimal edilir. Yesenin tatar ( türk) soylu olduğunu onun soy adı da ( Yasin, Yasen, Yesen, Yesən) bir daha təsdiq edir. Hər halda, uşaq yaşlarından ətrafda yaşayan tatarlarla sıx ünsiyyətdə olması və onlardan eşitdikləri nağıllar və çoxsaylı şeirlər Yeseninin gələcək həyat yolunun müəyyən edilməsində önəmli rol oynadı. Yesenin Şərqi doğma anası kimi sevərək, ən yaxşı şeirlərini ona həsr etdi. İlk təhsilini kilsə məktəbində aldı, oranı bitirdikdən sonra 17 yaşında ikən Moskvaya gəldi. Əvvəlcə kitab mağazasında, sonra mətbəədə işlədi. 1913-cü ildə Moskva Şəhər Xalq Universitetinin tarix-fəlsəfə şöbəsində azad dinləyici kimi iştirak etməyə başladı. Moskva həyatı Yesenini tamamilə dəyişdirdi və o, burada dövrün tanınmış yazarları ilə tanış oldu. Ədəbi fəaliyyəti və şöhrət zirvəsinə gedən yol Moskvada yaşadığı ilk illərdə özünü poeziyaya həsr edən və müntəzəm olaraq şeirlər yazan Yesenin tədricən ədəbi mühitdə tanınmağa başladı. 1914-cü ildə «Mirok» jurnalında ilk şeirləri dərc edildi. Bu şeirlər ona yeni bir şöhrət gətirdi. 1915-ci ildə Yesenin Moskvadan Petroqrada gedərək tanınmış şairlər A. Blok, S. Qorodetski və başqalarına öz şeirlərini oxudu. 1916-cı il yanvar ayının 16-da Yesenini orduya çağırdılar. Onu Sarskoe Seloya göndərdilər və o, burada sanitar kimi hərbi hospitalda çalışmağa başladı. Həmin dövrdə Yesenin «Yeni kəndli şairlər» qrupu ilə tanış oldu və özünün ilk kitabını («Radunitsa») çap etdirdi. Hospitalda hərbi xidmətini davam etdirdiyi zaman xəstələr qarşısında şeirlər oxuması onu daha da populyarlaşdırdı. Həmin dövrdə Sarskoye Seloda olan imperatriçə Aleksandra Fyodorovna istedadlı gənclə maraqlanır, yanına dəvət edib, qızı ilə birlikdə onun şeirlərinə qulaq asırdı. Yesenin çariçanı və qızlarını olduqca poetik səslənən şeirləri ilə özünə heyran etmişdi. Romantik məhəbbət sorağında Yesenin şairtəbiətli, romantik, olduqca həssas və emosional bir adam idi və bu onun ailə həyatında da ağır izlər buraxmışdı. Belə ki, Yesenin ilk dəfə 1914-cü ildə, 19 yaşında ikən mətbəədə korrektor işləyən Anna Romanovna İzryadnova ilə mülki nikaha daxil oldu. Bu izdivacdan onun Yuri adlı bir oğlu doğuldu. Yurinin taleyi gətirmədi və 1937-ci ildə o, xalq düşməni kimi güllələndi. 1917-ci ildə Yesenin tanınmış aktrisa, yəhudi mənşəli Zinaida Rayxla tanış olur və həmin il onunla ailə həyatı qurur. Zinaidadan Yeseninin Konstantin adlı oğlu və Tatyana adlı qızı dünyaya gəlir. Amma iki il sonra Yesenin rəsmi şəkildə Zinaidadan ayrılır. Bundan sonra Zinaida məşhur rejissor V. Meyerxolda ərə gedir. Oğlu Konstantin isə sonralar idman jurnalisti oldu. 1918-1920-ci illərdə Yesenin Moskvada «imajinistlər» ədəbi qrupuna qoşulur və onun işində fəal iştirak edir. Bu dövrdə onun bir neçə şeir kitabı çapdan çıxır. Şərqə məhəbbət və səyahət Onun gözlərində Şərq ecazkar, sirli bir aləm idi və bu amil onu maqnit kimi özünə cəzb edirdi. Məhz Şərqə olan bu sevgi 1921-ci ildə Yeseninin Türküstana (Orta Asiya), Ural və Orenburqa səyahətə çıxmasına səbəb oldu. Daşkənddə köhnə dostu şair Aleksandr Şiryayevla görüşən Yesenin dərhal ictimaiyyətin diqqətini özünə cəlb etdi. Özbəkistanda olduğu zaman Yesenin tez-tez çayxanalara gedir, özbək milli musiqisinə qulaq asır, yerli şairlərlə yaradıcılıq müzakirələri keçirir, qədim abidələrlə tanış olurdu. O, Türküstana olan sevgi və məhəbbətini yazdığı alovlu şeirləri ilə ifadə edirdi. Orta Asiyaya romantik səyahətdən sonra geriyə — Rusiyaya qayıdan Yesenin 1921-ci ilin payızında tanınmış rəqqasə Aysedora Dunkanla tanış olur və onunla evlənir. Sonra xoşbəxt cütlük Avropaya (Almaniya, Fransa, Belçika, İtaliya) və ABŞ-a səyahət edir. 1922-ci ilin may ayından avqust ayına kimi onlar ABŞ-da yaşayırlar. Həmin dövrdə Yesenin ABŞ haqqında "İzvestiya" qəzetində «Jeleznıy Mirqorod» («Dəmir sülhşəhər») adlı qeydlərini çap etdirir. Amma Dunkanla Yeseninin ailə həyatı uzun sürmür. Onlar Vətənə qayıdan kimi ayrılırlar. Aysedora Dunkandan ayrılandan sonra Yesenin tərcüməçi Nadejda Volpinlə ailə həyatı qurdu və ondan 1924-cü ildə Aleksandr adlı oğlu dünyaya gəldi. Aleksandr Yesenin sonralar SSRİ-də tanınmış riyaziyyatçı olsa da, atası kimi sovet rejiminə nifrət edirdi. O, SSRİ-də dissident hərəkatının əsasını qoydu. Bolşeviklərə nifrət Bununla belə, Amerikaya və Avropaya səyahət Yeseninin dünyagörüşündə dərin izlər buraxmışdı. O, bolşeviklərin ikiüzlülüyündən bezməyə başlamışdı. Bu da tədricən mövcud rejimə qarşı nifrətdə özünü büruzə verməkdə idi. Bu nifrət, öz növbəsində, Yesenin tərəfindən bolşevik idarəcilərin ikiüzlülüyünü ifşa edən «Yaramazlar ölkəsi» adlı poemanın yazılmasına səbəb oldu. Poemada sovet rəhbərlərinin tənqid edilməsi bolşeviklərin diqqətini çəkdi. Hüquq-mühafizə orqanları və xüsusi xüdmət təşkilatının əməkdaşları dərhal Yeseninin hər addımını nəzarətə götürdülər. Buna paralel olaraq, bolşevik mətbuatında Yesenini tənqid edən, onu sərxoşluqda günahlandıran yazılar dərc olunmağa başladı. Əlbəttə, o da faktdır ki, həmin dövrdə Yesenin tərbiyə aldığı mühitin təsiri altında digərləri kimi içirdi. Ancaq nə qədər ki, Yesenin bolşevikləri tənqid etməmişdi, ona rəğbət bəsləyir və içki düşkünlüyünü görməzliyə vururdular. Amma Yesenin haqqı müdafiə edən kimi bolşeviklər dərhal ona qarşı çirkin təxribata əl atdılar, onun ünvanına saysız-hesabsız iftiralar yağdırmağa başladılar. Bütün bu iftiraları eşitməmək, özünü ruhən daha rahat hiss etmək üçün Yesenin bir-birinin ardınca üç dəfə Qafqaza, o cümlədən Azərbaycana səyahət etdi. Azərbaycandakı «Qırmızı Şərq» mətbəəsində Yeseninin seçilmiş şeirləri çap edildi. «Zaman Azərbaycan»
['rus ədəbiyyatı', 'rus şair', 'Sergey Yesenin']
672
https://kayzen.az/blog/moda/21489/diorun-d%C9%99bli-sitatlar%C4%B1.html
Diorun dəbli sitatları
Apollon
Moda dünyası
9 fevral 2018, 15:16
Bu fransız moda dahisinin adı əbədi olaraq dəb tarixinə öz möhürünü vurub. Christian Dior yaratdığı unikal modellərlə geyim yaradılması prosesini incəsənət səviyyəsinə qaldırmış, dəb sahəsində kiçik inqilab etmiş, qadınlara eleqantlıq bəxş etmiş və dünyaya bir növ tərz vermişdir. Onun dünyaya bəxş etdiyi bu zövqlü tərz bu günə qədər qorunub saxlanıb. Aşağıda bu istedadlı şəxsin daxili dünyasını kəşf etməyə imkan verən ən məşhur sitatlarını təqdim edirik:    Özü haqqında Mən burjuaziya ailəsində doğulmuşam və bununla qürur duyuram. Uşaq vaxtı yaşadığım ev dəhşətli dərəcədə pis vəziyyətdə idi, lakin bu ev haqqında xatirələrim o qədər incə və möhtəşəmdir ki… Mən öz həyatımı və tərzimi həmin evin quruluşuna və formasına borcluyam. Evimiz boz çalarlara sahib açıq çəhrayı rəngə boyanmışdı və mən yeni tendensiyalar yaradan zaman məhz həmin rənglərin uyğunluğundan istifadə edirəm. Mən anamdan güllərə qarşı olan sevgini miras olaraq almışam. Buna görə də, mənim üçün bitkilərin əhatəsində olmaqdan daha gözəl heç bir şey yoxdur.Parlaq, günəşi xatırladan, çiçəkli əşyalara saatlarla tamaşa edə bilərəm.  Öz yaratdığı modelləri haqqında Mənim yaratdığım paltarlar – memarlığın efemer predmetləridir və onlar qadın bədəninin ayrı-ayrı hissələrini nəzərə çarpmasına xidmət edir.Mənim paltarlarım – hər gün yaşadığım həyatımdır: hislərlə, parıltılarla, incəliklə və sevinclə. Tərəddüd etmədən deyə bilərəm ki, mənim ən ehtiraslı məşğuliyyətlərim məhz geyimlərlə əlaqəli olub. Mən onların aludəçisiyəm. Dayanmadan onlar haqqında düşünürəm. Onlar sanki məni həm cənnətə, həm cəhənnəmə sürükləyir.Hər kəsin yeni kimi qarşıladığı tərz, mənim dəbin məhz elə olması üçün arzuladığım səmimi və yeganə diləyimdən ibarət idi.   Qadınlar haqqında Əsl qadın ziyankar və ərköyün olmalıdır.Qadınların daha çox cəlbedici olduqları yaş 35-dən 40 yaşa qədər olan yaşdır. Lakin bununla belə, bir çox qadın 40 yaşın çərçivəsindən çıxmayaraq, yaşlanmalarına baxmayaraq öz cəlbediciliyini əbədi olaraq qoruyub saxlaya bilir.Qadınlar bütün həyatları boyu bir faktı yadda saxlamalıdırlar: yeyilən hər tikə iki dəqiqə ağızda, iki saat qarında və 2 ay budlarda qalır.Ətir – qadın individuallığının izaholunmaz çaları, obrazın son ştrixləridir.Ətir – qadın haqqında onun imzasından daha çox şey deyir.Mənim arzum – qadını təbiətdən xilas etməkdir.Ayaqlarınız əyridirsə daha geniş dekolteli libaslar geyinin.
['Dior', 'Kristian Dior', 'moda dünyası', 'modelyer']
673
https://kayzen.az/blog/u%C4%9Fur/21422/z%C9%99ngin-olma%C4%9F%C4%B1n-sirl%C9%99ri.html
Zəngin olmağın sirləri
Apollon
uğur psixologiyası
8 fevral 2018, 11:23
Sıfırdan başlayaraq zəngin olan insanların demək olar ki, hamısının oxşar xarakterlərə sahib olmaları təsadüf deyil. Öz səyləri ilə sərvət qazanan 177 nəfərin özəlliklərini 5 il ərzində araşdıran Tomas C.Corleyə görə insanın gündəlik vərdişləri onun işlərindəki uğuruna təsir edir.  Zənginlər hər gün ən azı 15 dəqiqə müxtəlif mövzular barədə düşünürlər. Zəngin üçün uğurun ilk açarlarından biri düşünməkdir. Məsləhətçiləri təcrübələrini paylaşaraq zənginlərin daha çox pul qazanmasına və həyatlarını proqramlaşdırmalarına kömək edir.Zənginlər tənqid edilməkdən qorxmurlar. Yeni şeylər öyrənmək üçün başqalarının fikirlərinə dəyər verməli olduqlarının vacibliyinə inanırlar. Onlar düşündüyümüz qədər cəsarətli deyillər. Zənginlərin də qorxduqları məqamlar var. Lakin nə qədər təmkinli davransalar da, risk olmadan sərvət qazana bilməyəcəklərini də bilirlər. Riskləri hesablayıb, səhvlərin faizini ən aza endirməyə çalışırlar. Varlılar başqalarının uğur qazanmasına kömək edərkən özlərinin daha böyük uğur qazanacaqlarına inanırlar. Əsasən də, özləri kimi bacarıqlı insanlara dəstək verirlər. Kim nə deyirsə desin, heç vaxt hədəflərindən vaz keçmirlər və nəticə əldə etmək üçün çox çalışırlar. Güclü istəyin olması onların üçün əyləncə mənbəyidir. İstəkləri uğrunda səhv etməkdən belə çəkinmirlər.Daim oxuyurlar. Zənginlər kitab və ya qəzet oxumağı sevirlər. Gündə ən azı yarım saat bu məşğuliyyətlərinə sərf edir və daha çox bilgi əldə etməyə çalışırlar. Əsasən də, işlərində uğur qazanmış insanların bioqrafiyalarını, şəxsi inkişaf və tarix kitabları sevirlər.Varlıların 76 faizi gündə ən azı yarım saat və bəzən daha çox idman edir. Qaçır, gəzir, velosiped sürür və digər idman növləri ilə məşğul olurlar. “Sağlam beyin sağlam bədəndə olur” devizi zənginlər üçün ən vacib sözə çevrilib. Zənginlərin əksəriyyəti müsbət xarakterə sahib olurlar. Çünki uzun müddətli uğurun təməlində gələcəyə müsbət duyğularla yanaşmaq durur. Zənginlər də adətən, şən və duyğularına nəzarət edə bilən insanlar olurlar.Varlı insanların özləri kimi dostları da bacarıqlı olur. Çünki onlar hədəflərinə çatan insanlarla dostluq etməyə üstünlük verirlər. Ancaq neqativ insanlardan uzaq durur, özlərinə oxşayan insanlarla sosiallaşmağı sevirlər. İmkanlılar üçün xarici görünüş və digər insanlar üzərində yaradılan təsir önəmlidir. Sosial həyatdakı vacib qaydaları bilirlər, hər zaman şux görünürlər.Pullu şəxslərin fərqli sahələrə investisiyaları və bir neçə gəlir mənbələri var. Onların 65 faizi milyon dollar qazanmamışdan əvvəl bir neçə sahədə işə başlayıb.Zənginlərin 50 faizi səhər tez yuxudan oyanır. Hətta işə başlamamışdan 3 saat əvvəl oyanmış olurlar. Nəticədə gərgin iş günündə daha aktiv olurlar. Nə istədiklərini deməkdən və kömək istəməkdən çəkinmirlər. Rədd edilməkdən qorxmurlar. İstədiklərinin arxasınca gedirlər.
['uğur psixologiyası', 'zəngin', 'zəngin olmaq']
674
https://kayzen.az/blog/kitab/21516/kitab-insan%C4%B1-xo%C5%9Fb%C9%99xt-edirmi.html
Kitab insanı xoşbəxt edirmi?
Apollon
Kitablar və mütaliə
6 fevral 2018, 10:37
«Telegraph» dərgisinin sosiologiya şöbəsinin elmi mətnlər üzrə redaktoru Sara Knaptonun başçılığı altında London İqtisadiyyat və Sosioloji Araşdırmalar Məktəbi və Susseks Universitetinin birgə apardığı araşdırmanı izləmək üçün ayırdığı qrup səkkiz aylıq iş prosesinin yekunlarına dair məqalə yayımlayıb. İnsanı sabit vəziyyətindən xoşbəxtlik dağlarına qaldıran ünsürlər sorğu, ekspertiza və rəylər əsasında böyük diqqətlə araşdırılıb və proses maraqlı nəticələrlə yekunlaşıb. Ən maraqlı nəticə isə mütaliə ilə bağlı olub – kitab oxumağın insanı xoşbəxt etməsi ilə bağlı, əsrlərdir davam edən mülahizələri dağıdan göstəricilər ortaya çıxıb.  Mütaliənin insanın özünü xoşbəxt hiss etməsində heç də təsəvvür etdiyimiz qədər böyük rolu yox imiş. Qiraət normal ruhi-emosional statusda olan insanın xoşbəxtlik duyğusunu cəmi 1,47% artıra bilirmiş. Bu da insan oxuduğu kitabdan həddindən artıq böyük zövq aldığı hallarda əldə olunan rəqəmdir.  Mütəxəssislərin bir qrupu isə kitab oxumaqdan doğan xoşbəxtlik duyğusunun uzunmüddətli müşahidə olunduğunu iddia edirlər. Uzun illər davam edən qiraət hansısa yüksək elmi dərəcə almaqla, yaxşı ixtisasa qəbul ilə nəticələnəndə insanın yaşadığı xoşbəxtlik duyğusu uzunmüddətli olur və birbaşa təhsillə əlaqələndirilir deyə, bu mütəxəssislər yeni faizləri qəbul etmirlər. İnsanı xoşbəxt edən digər səbəbləri də faiz göstəriciləri ilə birgə oxuculara təqdim edirik: · Münasibətlər, söhbətlər və romantika – 14,2 % · Teatr, rəqs, konsert – 9,29 % · Muzey, sərgi, kitabxana – 8,77 % · İdman, yürüyüş, gimnastika – 8,12 % · Həyətyanı sahədə işləmək, evdə kiçik təmir işləri görmək – 7,83 % · Mahnı oxumaq və ya nəsə nümayiş etdirmək – 6,95 % · Söhbət etmək, sosiallaşmaq – 6,38 % · Heyvanlara qulluq etmək, təbiət qoynunda vaxt keçirmək – 6,28 % · Ovçuluq, balıqçılıq – 5,82 % · Spirtli içki qəbulu – 5,73 % · Hobbilərlə məşğul olmaq – 5,53 % · Meditasiya, dini ayinlər – 4,95 % · Uşaq saxlamaq, onlarla oynamaq – 4,1 % · Musiqi dinləmək – 3,56 % · Alış-veriş – 2,74 % artkaspi.az
['kitab', 'kitab oxumaq', 'xoşbəxtlik']
675
https://kayzen.az/blog/maraqli-faktlar/21488/qarajda-realla%C5%9Fd%C4%B1r%C4%B1lan-dahi-ideyalar.html
Qarajda reallaşdırılan dahi ideyalar
Apollon
Maraqlı faktlar
4 fevral 2018, 17:02
Hər hansı bir böyük layihənin işə salınması üçün çoxlu pul, böyük məkan və bir o qədər də çox əməkdaşlar mütləq deyil. Bir çoxlarına öz layihə və yaxud ideyasını reallaşdırmaq üçün şəxsi qarajı kifayət etmişdir.   Əksəriyyətimiz həyatımız boyunca yaddaqalan və yaxud mühüm bir layihəni həyata keçirməyə can atırıq. İdeyalarımız çox olsa da, bəzən məqsədimizə gedən yolun üzərində gözlənilməz maneələr ilə rastlaşa bilərik: pul azlığı, məkanın olmaması, zaman məhdudluğu və müxtəlif kombinasiyalarda olan digər fərqli səbəblər. Lakin bütün bu bəhanələr heç də hər kəsi öz ideyasından imtina etdirməyə qadir deyildir. Bu məqalədə öz ideyasını reallaşdırmaq yolunda heç bir maneə qarşısında təslim olmayan və limitli şərtlər fonunda belə uğur qazanmağa nail olmuş insanların bir neçəsi ilə tanış ola biləcəyik. Apple Heç kəsə sirr deyil ki, Apple şirkəti hazırda dünyanın ən güclü texnoloji şirkəti hesab edilir. Onun əsası isə Steve Jobsun valideynlərinin qarajında qoyulmuşdur. 1976-cı ildə Steve Jobs (21 yaş) və Steve Voznyak (26 yaş) bu qarajda işləməyə başlayır və 30 gün ərzində əl ilə 50 kompüteri yerli pərakəndə satıcı üçün hazır vəziyyətə gətirirlər. Bu zaman kompüterlərin 1 ədədi 500 dollara satılır.   The Beatles The Beatles qrupu yaranana qədər Jhon Lennon bir neçə məktəb dostu ilə birlikdə The Quarrymen adlı qrupun üzvü idi. Qrupun üzvlərindən birinin valideynləri artıq onların səs-küyünə dözə bilmədiklərini dedikdə, gələcəyin ulduzları arxa həyətdə lazımsız tikilidə qərarlaşmalı və məşqlərini burada etməyə məcbur olur. Amazon Ceff Bezos 1994-cü ildə Amazon şirkətini online kitab mağazası olaraq yaratdıqda o tamamilə öz qarajında qərar tutmuşdu. Şirkət 1995-ci ildə elə bu qarajdaca qablaşdırılan ilk kitabını satır.  Harley Davidson Uilyam Harley 1901-ci ildə öz velosipedinə mühərrik quraşdırmaq qərarına gəlir. Harley və onun dostu Artur Davidson bir neçə il ərzində yeni mühərrik yaradır və öz ilk motosikletlərini kiçik taxta “dam”-da yaradırlar. Əfsanəvi Harley-Davidson məhz belə yaranır. Microsoft Bill Gates və Pol Allen 1975-ci ildə qarajda Microsoft şirkətinin əsasını qoyurlar. Onlar məhz burada IBM üçün ilk əməliyyat sistemini 80 000 dollara qeydiyyatdan keçirirlər. Daha sonradan isə onlar hələ də fərdi kompüterlər bazarında dominantlıq edən Windows-u yaradırlar.   Disney 1923-cü ildə Uolt və Roy Disney əmiləri Robertin yaşadığı yerə köçürlər. Qardaşlar onun qarajında The First Disney Studio adlı şirkəti yaradırlar və hazırda dünya kinosənayesinin nəhəng şirkətinin ilk təməl daşı olur. Google 1998-ci ilin yayında Stanford tələbələri – Larry Padge və Sergey Brin öz təhsil layihələri olaraq Google üzərində işləməyə başlayırlar. Gələcəyin nəhəng axtarış xidmətinin yaradılması Suzen Vodjinskinin qarajında həyata keçirilir və Google Inc. şirkətinin üç əməkdaşı rahatlıqla orada yerləşmişdilər. Hewlett-Packard Hazırda dünyanın məşhur və nəhəng məşhur şirkətlərindən biri olan HP 1939-cu ildə 538 dollar dəyərində investisiya ilə qarajda yaradılır. Lotus Cars Entoni Kolin Brüs Çepmen 1984-cü ildə valideynlərinin qarajında özünün ilk yarış avtomobillərini düzəltməyə başlayır. Bu gün Lotus Britaniyanın nəhəng idman və yarış avtomobili istehsalçısıdır.  Nike Nike şirkəti (1964-cü ildən 1978-ci ilə qədər – Blue Ribbon Sport) tələbə və öz məşqçisi tərəfindən yaradılır. Onların ideyası çox sadə idi: onların hər biri 500 dollar yatırır, asiyalı istehsalçılardan idman ayaqqabıları alırlar və onları öz brendləri altında satırlar. Bununla belə, şirkət mövcudluğunun ilk mərhələsində hətta qarajın icarə haqqını ödəyə bilmirdi və ticarəti avtomobilin baqaj hissəsindən edirdilər.
['start-up', 'brendlər', 'markalar']
676
https://kayzen.az/blog/pediatriya/21405/eyn%C9%99kli-u%C5%9Faqlar-niy%C9%99-%C3%A7oxal%C4%B1r.html
Eynəkli uşaqlar niyə çoxalır?
Apollon
Pediatriya
2 fevral 2018, 14:47
Eynəkli uşaqların sayının çoxalmasını hər birimiz görürük. Əvvəllər yuxarı sinif şagirdlərində görünən bu problemi indi lap azyaşlı uşaqlarda və dəfələrlə çox görürük. Bu, tək hər kəsin müşahidəsi ilə yekunlaşmır, statistik rəqəmlərdə də problem əks olunub. 13 yaşa qədər uşaqların göz və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı statistikaya baxanda, son 10 ildə iki dəfəyə yaxın artım var. 2007-ci ildə ilk dəfə diaqnoz qoyulmuş xəstələrin sayı 15 402 olubsa, 2016-cı ilin statistikasında bu rəqəm 26 000-i keçib. 13 yaşa qədər uşaqların hər 10 000 nəfərinə düşən göz və göz aparatı xəstəliklərindən əziyyət çəkənlərin sayı 2007-ci ildə 80 nəfər olubsa, 2016-cı ildə bu 125 nəfərdən çox olub. Fikir versək görərik ki, bir çox hallarda uşaqlar uzağı görmə problemi yaşayırlar. Ancaq yaxını görürlər ki, tibdə bu, miopiya adlanır. Bəs miopiyanın ildən-ilə artmasının səbəbi nədir? Eynəkli uşaqlarımızın sayı niyə çoxalır? «Məktəbdə uşaqları 2 dəfə, hər dəfə yarım saatlığına çölə çıxarıblar» Qeyd edək ki, bu günlərdə Kanadada yaşayan azərbaycanlı Famil Qarayev bununla bağlı bir paylaşım etmişdi və məktəblərdə tətbiq olunan üsuldan danışmışdı: «Bu gün Kalqaridə təxminən mənfi 15 dərəcə şaxta var idi və buna baxmayaraq, qızımgilin məktəbində uşaqları 2 dəfə hər dəfə yarım saatlığına çölə çıxarıblar. Əvvəllər bunu eşidəndə məktəbi qınayırdım, belə şaxtada da uşaqları çölə çıxarmaq olmaz deyə düşünürdüm. Artıq məktəbin doğru etdiyini düşünürəm». F.Qarayev bu metodun xeyirli olmasını əks etdirən Amerika mətbuatında çap olunan bir yazını da paylaşıb. Həmin məlumatda qeyd olunur ki, dünyada məktəbdə verilən ev tapşırığına görə Sinqapur birincilərdəndir. Bunun da nəticələrindən biri odur ki, məktəbdən məzun olan şagirdlərin 80-90% miopiya, yəni uzağı zəif görmə problemindən əziyyət çəkir. Çin, Koreya, Yaponiya və dünyanın bir çox ölkələrində eyni problem epidemiya halında yaşanır. Tədqiqatlar göstərir ki, belə davam etsə, 2050-ci ildə dünya əhalisinin yarısı eynək taxma məcburiyyətində qalacaq. Tədqiqatçılar əvvəllər əsas səbəbi uşaqların kompüter, telefon ekranına çox baxmaqlarında görürdülər. Ən son tədqiqatların nəticə isə onu göstərir ki, əsas səbəb uşaqların qapalı məkanlarda çox vaxt keçirməklə gözlərini təbii gün işığından məhrum etmələridir. Bunun da nəticəsində göz lazımi qida və vitamini almamış olur. Misal üçün, buludlu havada insan gözü açıq havadakı işiqdan evdəki süni işıqla müqayisədə 30 dəfə daha çox lazımi qida və vitamin alır. Açıq günlü havada isə bu fərq 300 dəfəyə çatır. «Yaxşı oxuyan uşaqlarda eynək taxma halı daha çoxdur» Oftalmoloq-cərrah Günay Əliyeva açıqlamasında bildirdi ki, problemin artması kimi, səbəbləri də göz önündədir: «Məktəbdən danışsaq, dərs rejimi düzgün deyil, ağırdır. Uşaqlar səhərdən axşama qədər yaxın məsafəyə baxırlar. Yaxın məsafəyə baxmaq göz əzələlərinin spazmına gətirib çıxarır. Göz yaxını yaxşı görməyə başlayır, uzağı görmə mənfiləşir. Üstəlik, uşaq bütün gün dərsdə olur, evə gəlib yeməyini yeyən kimi, „get dərslərini hazırla“ deyirlər. Bu kimi yüklənmə ilə yanaşı, uşaqda mənfiliyə bir az genetik meyillilik də varsa, mənfiləşməyə, spazmın proqressivləşməsinə gətirib çıxarır. Həqiqətən də yaxşı oxuyan uşaqlarda eynək taxma halı daha çoxdur. Çünki onlar bütün gün yaxına baxırlar. Eyni zamanda uşaqlar dərsdən sonra televizora bəzən çox baxırlar, kompüter, telefonlarla da vaxt keçirirlər. Bunlar da göz əzələləri üçün əlavə stressdir. Ona görə də inanılmaz dərəcədə mənfiləşmə gedir». «Bir az külək əsən kimi uşağı açıq havadan gizlədirik» G.Əliyeva deyir ki, profilaktik olaraq əsas məsələ gözün gigiyenasına diqqət etməkdir. Bu isə kompeks bir işdir. İdman, təmiz havada olmaq, qamətin düz saxlanması, işıqlandırmaya diqqət olunması və s: «Görmə ölçülərinin artmaması üçün biz profilaktik olaraq gigiyenik qoruma işləri görməliyik. Uşağın dərsdən gələndən sonra iki saat açıq havada olmasına şərait yaratmaq lazımdır. Uzağa baxsınlar, evdə yaxına baxmaq olmaz. Bu, göz əzələlərinin spazmını aradan qaldırmaq üçündür. İkincisi, qidalanmaya fikir verməliyik. Tərkibində müxtəlif fermentlər olan qidalanma olmalıdır. Hər bir maddənin qida rasionumuzda olmasına çalışmalıyıq. Həftədə iki dəfə uşaq balıq yeməli, meyvə-tərəvəzlərdən istifadə olunmalıdır. Kahı və ispanaq kimi tərəvəzlər, balığın özü ilə yanaşı, yağı da faydalıdır. İdman mütləqdir və əvəzedilməzdir. Uşaqların həyətə çıxarılması çox yaxşıdır. Təmiz hava, oksigen əzələlərin qidalanmasına gətirib çıxarır, uzağa baxma əzələ spazmını aradan götürür. Gözündə zəiflik olan uşaqları bəzən idmandan uzaq tuturlar. Amma „eynək taxırsa, idmandan uzaq olmalıdır“ — deyə bir şey yoxdur. Biz yağış yox, bir az külək əsən kimi uşağı açıq havadan gizlədirik. Mən iki gündür Amerikadan konfransdan gəlmişəm. Orda da miopiya problemi var, müasir texnologiyalardan istifadə edirlər, amma yükləmə yoxdur, uşaqlar təmiz havada çox vaxt keçirirlər, balaca uşaqlar soyuq havada çöldə olurlar. Evdə uşaqların dərs hazırladıqları yerdə stolüstü lapmalar olmalı, uşağın qaməti düz tutmasına fikir vermək lazımdır. Biz hamımız — oftalmoloq, məktəb və valideyn bir yerdə çalışmalıyıq ki, mənfiləşmə 0,5-0,75 faizdən çox olmasın. Əgər bunları etməsək, mənfilik sürətlə artacaq və qalın eynək taxmaq məcburiyyətində qalacaqlar». G.Əliyeva dedi ki, görmə problemi olmadığı halda belə, gözün yaxın və uzağa baxması balansını qorumaq lazımdır: «Uzağa və yaxına, yuxarı və aşağı, sağa-sola baxanda əzələlər idman edir, yığılır-boşalır. Belə bir anlayış var ki, yaxına 3 dəqiqə baxırıqsa, 2 dəqiqə uzağa baxmalıyıq». «Kitabın, dəftərin hansı məsafədə saxlanmasına fikir veririk» İbtidai sinif müəllimi Solmaz Abdullayeva bizimlə söhbətində bildirdi ki, uşağın ailə ilə yanaşı, məktəbdə də sağlamlığı diqqət mərkəzində olmalıdır. Bunun üçün o öz təcrübəsində müəyyən üsullardan istifadə edir: «Məktəbdə tənəffüslərdə uşaqlar açıq havaya çıxırlar, böyük tənəffüsdə vaxt bir az çox olur. Mən dərsdə uşaqları qaldırıb 5 dəqiqə arada idman etdirirəm ki, hərəkətsiz qalmasınlar, eyni zamanda bildiyim qədərilə, göz məşqlərinin də faydası var. Görmə problemi olan uşaqların dərsdə hansı partada oturması məsələsinə diqqət edirik. Əgər uzağı yaxşı görmürsə, birinci sırada, çəpliyi varsa, orta yerlərdə oturduruq. Amma bizim məktəblərdə uşaqların dərsarası açıq havaya çıxarılması ilə bağlı hər hansı qayda yoxdur. Olsa, təbii ki, bunu tətbiq edərik. Amma onu deyim ki, indi məktəb otaqlarına gün işığı düşür, normal sinif otaqlarımız var».  S.Abdullayevanın sözlərinə görə, müəllim kimi uşaqların görmə probleminin olmaması məsələsinə özü diqqət edir, valideynlərə tövsiyələrini verir: «Məsələn, kitabın, dəftərin hansı məsafədə zaxlanmasına fikir veririk. Eyni zamanda valideynlərə tapşırırıq ki, yolda, avtobusda gedərkən uşaqlarına kitab oxumağa icazə verməsinlər, telefondan, kompüterdən maksimum dərəcədə uzaq tutsunlar. Ümumiyyətlə, ibtidai sinifdə oxuyan uşaqlara kompüter, telefondan istifadəyə icazə verilmir». Müəllim onu da bildirdi ki, bir çox hallarda onlar uşaqlarda görmə problemini valideyndən əvvəl hiss edirlər: «Görürük ki, uşaq yazı yazanda dəftərə çox yaxın baxır, kitab oxuyanda gözünə ən yaxın məsafədən tutur, gözlərini qıyır. Bu zaman biz valideynlərə deyirik və onlar həkimə aparırlar. Valideynlər bəzən bir az laqeyd yanaşırlar, uşaqların məktəbə qəbulunda tələb olunan sağlamlıq haqqında arayışı uşağın sağlamlığını yoxlatdırmadan, saxta üsulla alıb gətririrlər, amma bilmirlər ki, bununla uşaqlarına ziyan verirlər». Kaspi.az
['uşaq sağlamlığı', 'eynək', 'eynəkli uşaq', 'Gözləri qorumaq']
677
https://kayzen.az/blog/marketinq/21490/sat%C4%B1%C5%9F-taktikalar%C4%B1.html
Satış taktikaları
Apollon
Marketinq
1 fevral 2018, 11:39
Əminlik Potensial müştərilər satıcının səsindəki əminliyə xüsusi diqqət yetirirlər və təbii ki, bu satış prosesinin uğurla nəticələnməsinə böyük təsir edir. Xüsusilə də, bu amil müştəri ilə telefon danışığı zaman çox mühümdür. Belə ki, bu zaman müştəri sizi canlı olaraq görmədiyindən onda etibar hissi səsinizdəki əminliyə uyğun olaraq formalaşır. Əgər özünüzə əminsinizsə, müştərilər də sözsüz sizə etibar edəcəklər.   Səhvlərdən dərs çıxarmaq Bütün sualların cavabını bilməlisiniz deyə bir qanun mövcud deyil və təbii ki, səhvlərə də yol verəcəksiniz. Müştəri ilə telefon danışıqlarınızdan öz təcrübənizi yaxşılaşdırmaq üçün bir vasitə olaraq istifadə edin.   Nə zaman geri çəkilməli olduğunuzu bilin Təyin edin: bu və ya digər məhsulunuz hazırki müştəri üçün ən uyğun məhsuldurmu? Satdığınız məhsul potensial müştəriyə qəti olaraq gərək deyilsə “geri çəkilin” və ona təzyiq göstərməyin. Nə zaman geri addım atmalı olduğunuzu bilmək karyeranıza müsbət təsir edir.   Satıcı olmayın Üzərinizə satıcı deyil, konsultant rolunu götürsəniz potensial müştərinin konkret tələbatlarını təhlil edə və bu əsasla məsləhətlər verməyi bacararsınız. Faydalı və dostcanlı olun. Rədd cavabı aldıqda təslim olmayın+ Potensial müştərilər bəzən nəyə görə məhsulunuzu almaq istəmədiklərini izah edən səbəblər səsləndirəcəklər. Bu səbəblərdən onların əsl ehtiyac və tələbatlarını öyrənmək və bu istiqamətdə yardım etmək üçün istifadə edin.   Sosial şbəkələrdən öz xeyrinizə istifadə edin Öz müştəriniz etmək istədiyiniz şəxsin sosial şəbəkə hesabını təhlil edə bilərsiniz. Bununla nəinki onun və şirkətinin maraqları haqqında təsəvvür əldə edəcək, həmçinin online ünsiyyət etmək şansı qazanacaqsınız.   Şəxsi araşdırmanızı aparın Müştərinizin biznesi haqqında ilkin məlumatlar əldə etmək üçün onun web saytını nəzərdən keçirin. Bu zaman topladığınız məlumatlar potensial müştərinin tələbatlarına məhz hansı məhsulun uyğun gəldiyini təyin etməyə kömək edəcək.   Təşkilatçılıq bacarığınızı qoruyun Potensial müştəri ilə görüş təyin etmisinizsə bu görüşün baş tutacağından əmin olun. Görüşün baş tutacağı zaman və məkanı qeyd olaraq bir kənarda saxlayın. Bununla unutqanlıq kimi bir riskdən qurtulmuş olacaqsınız.   Öz məhsulunuzu tanıyın Məhsul və yaxud xidmətinizin bütün üstün cəhətlərini dəqiqliklə və detallı şəkildə izah etməyi bacarmaq üçün onu daha yaxından tanıyın. Lakin bununla belə, potensial müştərini məhsul haqqında məlumat ilə yükləmək də yolverilməzdir. Müştərinin əsas tələbatını öyrənin və məhsul və yaxud xidmətinizin bu tələbatı hansı şəkildə ödəyə biləcəyini aydınlaşdırın.
['marketinq', 'satış', 'müştəri qazanmaq', 'müştəri cəlb etmək']
678
https://kayzen.az/blog/qadinlar/21240/marina-abramovi%C3%A7.html
Marina Abramoviç
Apollon
Məşhur qadınlar
30 yanvar 2018, 23:40
Bu rəssam artıq uzun illərdir ki, özünü incəsənətə qurban verir, həyatını riskə ataraq, qalmaqallı layihələr ərsəyə gətirir. Əsrarəngiz sərgiləri baş gicəlləndirir, qan dondurur, göz qamaşdırır. Bu günlərdə Marina Abramoviç saytların birində 661 min 452 dollar toplayıb, öz yeni dəlisov peşəkar layihələrini həyata keçirməyə başladı. Layihələrə Ledi Qaqanın meşədə çılpaq videoroliki, Cey-Zi ilə duet və digərləri aid idi. 14 yaşı olanda anasının tapançası ilə “rus ruleti” oynayırdı Bu hadisəyə Robert Ulisonun “Marina Abramoviçin həyatı və ölümü” adlı pyesində ətraflı yer verilib. Əsərdə onun anası ilə gərgin münasibəti ətraflı təqdim olunub. Yeniyetmə Marina anası ilə hər davasından sonra tapançanı oğurlayıb, içərisində cəmi 1 patron saxlayırdı. Fırladıb, özünə atəş açırdı. Xoşbəxtlikdən 14 yaşlı qız bu təhlükəli təcrübələrdən sağ qurtula bilirdi. Taleyin hökmünə bax ki, 2011-ci ildə Abramoviç adıgedən tamaşada öz anasının obrazını canlandırıb. Gənclik illərində valideynlərindən plastik əməliyyata pul almaq üçün dəfələrlə burnunu sındırmağa cəhd edib. “Yeniyetməlik illərimdə özümü çox eybəcər sayırdım. Civzələrlə örtülmüş eybəcər simamdan və uzun burnumdan çox utanırdım. Ən böyük arzum Bricit Bordonun burun formasına sahib olmaq idi”. 19 yaşılı gənc rəssam öz sərgisinə gələn insanları çılpaq soyundurub, onların paltarlarını yuyurdu. Marina Belqradda baş tutan öz fərdi sərgisinə “Come Wash with Me” (Gəl, mənimlə yu) adını vermişdi. Sərgiyə gələn qonaqlar qapının kəndarında soyunurdular ki, 19 yaşlı gənc rəssam onların paltarlarını yusun. Ömrünün 1 ilini Avstraliyalı aborigenlərlə birgə keçirdib. Marina hər zaman fərqli mədəniyyətlərə dərin maraqla yanaşıb. 1980-ci ildə o, Belqraddan Avstraliyaya gəlib və ömrünün 1 ilini yerli tayfalarla keçirmişdi. Marina həyatının o ilini belə xatırlayır: “Onlar fiziki və mental vücudumu idarə etməkdə mənə çox yardımçı oldular”. Kenquru balasına analıq edən Marina... Avstraliyada yaşadığı illərdə Marina anasını itirən kenquru balasını bəsləməyə başlayır. Özünü bu zavallı heyvanın anası hesab edirdi. Ailə qurmaq, uşaq dünyaya gətirmək barədə isə heç vaxt düşünməyib. "İki rəssam bir-birinə vurulmamalıdır" Marina düşünür ki, iki rəssam, incəsənət xadimi bir-birini sevməməlidir. Çünki bu münasibətlərin sonu yoxdur. O qeyd edir ki, bu acı təcrübəni 3 dəfə öz üzərində sınayıb. Bir neçə il bundan öncə rəssam öz sərgisində qeyri-adiliyə yol verdi. O, masa arxasında əyləşib, qarşısındakı yeri boş qoymuşdu. Pərəstişkarları növbə ilə gəlib, Marinanın önündə əyləşib, əllərini tutub, gözlərinə baxmaq imkanı qazanırdılar. Bu anda təşkilatçılar Marinaya sürpriz etmək qərarına gəlirlər. Çünki qonaqlardan biri onun 30 il öncə ayrıldığı rəssam sevgilisi idi. 1500 inək sümüyü təmizləyən rəssam Marina məşhur Venesiya benialesində “Balkan barokkosu” adlı performansı ilə yadda qalıb. O, 1500 inək sümüyünü təmizləyərək, mahnı oxuyur və öz vətəni haqda danışırdı. Əslən serbiyalı rəssam, — “mən artıq mövcud olmayan öklədən gəlmişəm” — deyirdi. Qarnına tiyə ilə beşbucaqlı ulduz çəkib Layihələrinin birini gerçəkləşdirmək üçün Marina 1975-ci ildə öz göbəyinin ətrafında beşbucaqlı ulduz təsviri çəkmişdi. Qorxulusu odur ki, rəssam bunu iti uclu tiyə ilə etmişdi. Sonra isə sobanın yanında eyni şəkildə düzdüyü buzun üzərinə uzanmışdı. Bir dəfə nənəsi layihəyə hazırlaşan Marinanı özündən getmiş və saçları yanmış halda tapmışdı. Vampir-Qadın İnsanları maraqlandıran bir sual var: “O vampir deyil ki? Yəqin ki, belə təravətli qalmaq üçün gənc qızların qanını içir”. Bu suala cavab olaraq Marina, “biz çernoqoriyalılar uzunömürlü oluruq” — deyə cavab verirdi. Marina Abramoviçin dünya tarixində ilk və son olan qəribə layihəsi milyonları lərzəyə gətirdi. 1970-ci ildə Marina Abramoviç sivil insanları ifşa edən bir layihə ilə gündəmə gəlir. O, sərgi zallarının birində tərpənmədən sakitcə durur. Rəssamın yanına isə odlu silah, küt və kəsici alətlər qoyurlar. Sərgi izləyicilərinə bu alətlərdən istifadə edərək, Marinaya istədiklərini etmək tapşırılır. Öncə insanlar utanıb, kənara çəkilir, gənc rəssamı sadəcə öpməklə kifayətlənirlər. Bir müddətdən sonra isə azğınlaşan tamaşaçılar, onu soyundurub, dərisini iti alətlərlə cızır, küt əşyalarla xətər yetirirdilər. Layihənin ən qorxunc anı isə bir nəfər izləyici tapançanı götürüb, Marinaya xətər yetirmək istəyəndə baş verir. Polislər sərgiyə müdaxilə edir və layihə yarımçıq qalır. Marina bu layihəsi haqda müsahibə verərkən deyirdi: ”Öncə insanlar mənimlə oynamaq, əylənmək istəyirdilər. Sonra isə saçımı kəsir, qızılgülün tikanlarını ətimə batırır, dərimi cızırdılar. 6 saatdan sonra mən nəhayət bezdim. Onlar məni çılpaq soyundurdular. Elə bu vəziyyətdə, bədənimdə işgəncə izləri ilə onların üstünə qaçdım. Bundan vahimələnən tamaşaçılar qaçıb, otağı tərk etdilər. Həmin gecə evimə gəlib, güzgüdə özümü seyr etdim. İnanmayacaqsınız, amma saçlarım ağarmışdı”. Abramoviçin bu sərgini etməkdə əsas məqsədi, insanın iç simasını üzə çıxarmaq, vəhşi tərəflərini cəmiyyətə sübut etmək idi: “Mən anlaya bilmirəm, mərhəmətdən və dünyaya sülhdən dəm vuran Avropa insanı bir anda necə vəhşi məxluqa çevrilə bilər?!” Marinanın təcrübəsi sübut etdi ki, insanı çərçivəyə salan qadağalardır. Bu qadağalar götürüldüyü zaman ən ali hisslər, insani dəyərlər bir anda itir. Leyla Sarabi
['məşhur qadınlar', 'rəssam', 'rəssam qadın', 'Marina Abramoviç', 'Marina Abramovic']
679
https://kayzen.az/blog/ushaq_terbiyesi/21257/u%C5%9Faqla-oyun-oynay%C4%B1n.html
Uşaqla oyun oynayın
Apollon
Uşaq tərbiyəsi
30 yanvar 2018, 23:40
“Əziz valideynlər, komplekslərinizi atın! Körpələrinizlə oynayın!” Son vaxtlar mütəxəssislər tərəfindən iki anlayış istifadə edilir. Bunlardan biri erkən inkişaf, digəri isə erkən müdaxilədir. Erkən müdaxiləni ləngimə hiss edilən körpələrimizlə bağlı, erkən inkişafı isə körpələrimizin yeni doğulduqları çağalıq dövründən etibarən istifadə edirik. Əziz valideynlər, uşaqlarınızın erkən inkişafı üçün körpələrinizə oyuncaqlar alın. Oyuncaqları seçərkən körpələrinizin yaş göstəricisini mütləq nəzərə alın. Körpələrinizin sosiallığı və sosial ünsiyyəti, kiçik dialoqları oyunlarla yaranır. Oyuncaqlar körpələrinizin ilk fəallığı, ilk işləridir. İlk fəallıqlarını maraqlı edərək, körpələrinizin erkən inkişafına nail ola bilərsiniz. Uşaqlarla tez-tez işləyən, məşğul olan hər kəs ən yaxşı oyun və oyuncaqların evdə olduğunu və evdən başladığını yaxşı bilir. Evdə sizə lazım olmayan qutularınızı belə, oyun üçün əyləncəli formaya sala və uşağınızla oyun zamanı istifadə edə bilərsiniz. Çünki ev şəraitində əl işi, əllə düzəltdiyimiz oyuncaqlar bizim üçün daha doğma sayılır. Öncə bir neçə normativə diqqət yetirək Oyuncaqlarla oynamaq uşağın böyüməsində və inkişafında vacibdir… Oyuncaqlar uşaqlar üçün təhlükəsiz olmalıdır. Oyuncaq alarkən nədən hazırlandığına, suya davamlı olub-olmadığına, kənarlarının kəskinliyinə diqqət edin. Çünki körpələr oyuncaqları ağızlarına salırlar. Oyuncaqlar inkişafda olan sahələrə stimul verə bilər Vizual motor oyuncaqlar — əl-göz koordinasiyasına müsbət təsir edir və körpələrimiz həm bədən üzvünü, həm ağlını istifadə edir. ( kağız üzərində rəngləmək və s.) Dil – nitq əsaslı oyuncaqlar nitqin inkişafına kömək edir (səsli oyuncaqlar və s.) Ümumi (böyük) motor bacarıqları — ( məs; qaçmaq, dırmaşmaq, top atmaq, hoppanmaq və s. ) qollar, ayaqlar kimi gövdə sistemini inkişaf etdirir. Kiçik motor bacarıqları — ( qayçı ilə kəsmədə, fırça və ya əllə boyamada istifadə olunur) əllər, barmaqlar kimi xırda motorikanı inkişaf etdirir. Sensor oyuncaqlar — toxunma, hissetmə bacarıqlarını stimullaşdırır, uşağın bədən üzvlərilə ağılın birlikdə istifadəsinə cəlb edir (toxuma parçalar və ya yumşaq heyvanlarla oyunlar). Evdə istifadə etmədiyiniz qutularınızı atmayın, oyun üçün əyləncəli formada istifadə etmək üçün saxlayın: — Müxtəlif ölçülü şokolad qutuları, plastik qutular — Kəsik parçalar ( kleylə yapışdırmaq ) Ümumi məişət əşyalarını, istifadə etmək üçün ideyalar — Qazan, tava, qaşıqlarla (bıçaq, çəngəl, qayçı kimi əşyalarla 2 yaşdan sonra müşahidə və ehtiyatla istifadə edərək, öyrədə bilərsiniz) uşağınıza böyük, kiçik pozisiyaları (məs; qazan hardadır? Stolun üstündə. Qaşıq hardadır? Stolun altında), həmçinin, yanında, içində, sağında, solunda, arasında, önündə, arxasında kimi pozisiyaları da öyrədə bilərsiniz. Həmçinin, qazan və ya tavaya qaşıqla vuraraq, səsləri öyrətmək olar. Tuk-tuk, tak-tak və s. səsləri emosional çıxarın ki, körpənin diqqətini cəlb edə biləsiniz. — Lobya, noxudla işləyə bilərsiniz. Lobya ilə noxudu bir qaba tökün. Sonra 2 ayrı qutu və qab qoyun ki, uşaq lobyanı bir qaba, noxudu digər qaba yığsın. Bu eyniləşmə, çeşidləmə sayılır. Lakin yaxşı olardı ki, bunu 2 yaşdan sonra edəsiniz. Çünki uşaq çiy olan noxud və lobyanı ağzına ala bilər. — Uşağınız oturmağa başlayanda 5-6 ayından etibarən salfetka, qəzet, kağız verin cırsın və ya əzsin. Beləliklə, o, hiss edəcək. Amma daim nəzarət edin ki, kiçik salfetka və kağız qırıqlarını ağzına almasın. Həmçinin, sensor, hissetmə qabiliyyətini inkişaf etdirmək üçün evdə parçanın arasına noxud və ya mərci, lobya yığaraq, parçanı tikin ki, içindəkilər tökülməsin. Hazırladığınız bu kiçik yastıqcanı övladınızın əlinə verin oynasın. Oynadıqca bərkliyi hiss edəcək. Yaşa görə oyuncaqlar 0 – 3 ay — Qırılmaz güzgü — Ağ və qara rəngli həndəsi fiqurlar (zəka kartlarından əldə edə bilərsiniz) — Təhlükəsiz, yumşaq çeynəmə oyuncaqlar — Səsli oyuncaqları yuxarıdan sallayaraq oynayın. Əlini uzatsın, götürmək istəsin və həmin səsli oyuncağı sağa-sola hərəkət etdirin ki, gözləri ilə izləsin. Bununla da körpəniz sizinlə göz kontaktı yaradacaq. — Parçadan hazırlanmış şəkilli kitablar 3 – 6 ay — Yataqda gimnastika: Səsli oyuncaqları beşiyindən asın, ona əlini uzadıb dartsın. Bunu yerdə də edə bilərsiniz. Xalçanın üzərinə əlavə bir adyal sərin, uşağı qarnı üstə yerə uzadın, oyuncağı önünə qoyun, dartına-dartına götürməyə çalışsın. Mümkün qədər çalışın, uşağınız iməkləsin. Qarın üstə iməkləmək uşağın bütün inkişafına çox müsbət təsir edir. — Silkələmək: Yenə səsli oyuncağı əlinə verin. Silkələməsi üçün köməklik edin. — Parçadan hazırlanmış şəkilli kitablar. — Yuyula bilən, balaca çıxan hissəcikləri olmayan (uşaq ağzına ala bilər) yumşaq oyuncaq heyvanlar — Çeynənilməsi üçün təhlükəsiz oyuncaqlar — Ana, ata və uşağın öz şəkli (ailə şəkillərinizi həm birlikdə, həm ayrı çıxarın və uşağın görə biləcəyi yerlərə qoyun ) 6 – 12 ay  — Piramida kimi üst-üstə və iç-içə yığılan qutular — Kubiklər, leqolar — İçində meyvə, tərəvəz, hərəkətlər (əl çalma və s), bədən üzvləri olan karton kitablar — Valideynlə birlikdə köpüklə oynamaq (yalnız köpüyü verməyin, uda bilər) — İpli (dartması üçün) və düyməli (basmaq üçün) oyuncaqlar, maşınlar (itələmək üçün) 12 ay və yuxarı yaşlar — Karton şəkilli kitablar — Deşikləri olan kartonlu, ipli oyuncaqlar (uşaq ipi kartonlu şəklin deşiyindən keçirir) — İri düyməli oyuncaqları qutunun içinə yığmaq və deşikli qutunun deşiyindən içinə atmaq kimi oyunlar — Kartla puzzle — Şəkilli kartlar — Kubiklər, leqolar — Eyniləşməli, çeşidləmə kartlar — Barmağa, ələ keçirilən heyvan və ya qız-oğlan oyuncaqları və s. Bəsirə Pənciyeva loqoped
['uşaq tərbiyəsi', 'uşaq psixologiyası', 'oyun oynamaq', 'uşaqla səyahət']
680
https://kayzen.az/blog/u%C4%9Fur/20651/m%C3%BCdrikliyin-15-g%C3%B6st%C9%99ricisi.html
Müdrikliyin 15 göstəricisi
Apollon
uğur psixologiyası
26 yanvar 2018, 13:17
1. Müdriklər az danışır və daha çox fikirləşirlər. 2. Müdriklər qarşılarındakı insandan birbaşa heç nəyi soruşmurlar. 3. Müdriklər öz fikirlərini başqaları ilə bölüşmürlər. 4. Müdrik insanlar heç vaxt öz məqsədlərini başqalarına bildirmirlər. 5. Müdriklər ağıllarını hiyləgərliklə idarə edirlər və bundan işləri olduqları zaman istifadə edirlər. 6. Müdrik insanlar mübahisə etmirlər və pis ifadələr işlətmirlər. 7. Müdrik insanlar heç vaxt kartları açaraq oynamırlar. 8. Müdriklər az şey əldə etmək istəyən zaman belə bütün lazım olan vasitələrə əl atırlar. Onlar öz məqsədlərinə çatmaq istdikləri zaman başğalarından istifadə etməyi xoşlamırlar. 9. Müdriklərin fikirlərində həmişə ehtiyat işləri (b variantı) olur. Biri alınmayanda, digərindən istifadə edirlər. 10. Müdrik adamlar həmişə qarşılarında duran adamlara qulaq asırlar, amma, onlara öz fikirləri barədə heç nə demirlər. 11. Müdriklər işarələrə inanırlar və onlara uyğun hərəkət edirlər. 12. Müdriklər öz sağlamlıqlarına diqqət yetirirlər. 13. Müdriklər həyatlarında müvəffəqiyyətsizliyə uğramırlar, buna səbəb isə onların təcrübəli olmalarıdır. 14. Müdrik insanlar başqası ilə olan haqq hesablarına üçüncü adamı daxil etmirlər. Onlar hər işlərini özləri birbaşa həll etməyi xoşlayırlar. 15. Müdriklər baş verən bütün hadisələrdə müsbət cəhət axtarırlar. Sonra isə “Bu işin mənfi tərəfi var idimi?” deyə düşünürlər.
['müdriklik', 'müdrik insan', 'müdrik olmaq']
681
https://kayzen.az/blog/marketinq/21486/reklam%C4%B1n-t%C9%99sirin%C9%99-d%C3%BC%C5%9Fm%C9%99m%C9%99k-%C3%BC%C3%A7%C3%BCn-n%C9%99-etm%C9%99li.html
Reklamın təsirinə düşməmək üçün nə etməli?
Apollon
Marketinq
25 yanvar 2018, 14:19
Reklam bizi hər yerdə əhatə edir. Reklam nümayəndələri davranışınıza təsir etmək üçün istənilən vasitədən istifadə etməyə hazırdırlar. Bu təsirə qarşı gəlməyə çalışmaq – öz müstəqilliyinizi, seçim haqqınızı və pulqabınızı qorumaq deməkdir. Lakin bunu etmək heç də həmişə asan deyil.   Hər gün, hər saat, hər dəqiqə beynimiz tonlarla reklam məlumatı ilə yüklənir. Müasir reklam sənayesi uğurla bizim üstünlüklərimizi, arzularımızı, fikirlərimizi, son nəticədə isə davranışımızı idarə edir. Adi “kiçik insan” bu təsirlərə necə qarşı gələ bilər?   Reklamı məhdudlaşdırınReklamın təsirinə qarşı mübarizə aparmağın ən sadə yolu ondan xilas olmaqdır. Görməmək, eşitməmək və oxumamaq. Təəssüflər olsun ki, reklamı tam olaraq həyatınızdan çıxarmaq mümkün olmayacaq. Lakin onu əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. İnternetdə mövcud reklamın əksəriyyətini Adblock Plus və yaxud Adguard kimi xüsusi proqramlarla blok etmək mümkündür. Televizorda izlədiyiniz reklamlardan xilas olmaq üçün isə televizora baxmaq üçün ayırdığınız zamanı məhdudlaşdırmaq məqsədəuyğundur.   Diqqət yetirinReklam texnologiyaları artıq uzun müddətdir ki, “al, al, al” primitivliyindən uzaqlaşıb. Reklam mütəxəssisləri artıq birbaşa olaraq şüuraltınıza təsir etməyi öyrənmişlər. Bu təsirlə mübarizə aparmaq isə çətindir. Belə ki, heç də həmişə bunun fərqində olmuruq. Kiçik, lakin effektiv təsirlərin fərqinə vardıqda həmin təsirlər öz gücünü itirməyə başlayır. Bunu reklama aid etdikdə isə təsir anlarına, vasitələrə, dürüst olmayan metodlara diqqət yetirmək lazımdır. Bunun üçü isə reklamın insalara təsiri mexanizmi barədə bir neçə məqalə oxumaq kifayətdir və bununla manipulyasiyalara daha az tabe olacaqsınız.   İmpulsiv alış-verişlərdən uzaq olunİstehlakçıların dərhal, burada və indi alış-veriş etməsinə şərait yaradan xüsusi reklam fəndləri mövcuddur. Məsələn, mağazalarda və əksər olaraq internetdə mövcud olan reklam. Burada isə sizin köməyinizə impulsiv alış-verişdən necə xilas olmaq barədə məsləhətlər kömək edə bilər: Belə ki, müasir cəmiyyət bizi durmadan yeni-yeni tələbatlar qarşısında qoyur. Biz daim alış-veriş etməyə ehtiyac duyuruq. Bunu ya ruhumuzdakı yaraları sağaltmaq, yaxud yeni emosiyalar qazanmaq məqsədilə edirik. Özümüzü dəyərli hiss etmək üçün daha çox əşyaya sahib olmağı arzu edirik. Əgər yersiz və lazımsız alış-veriş etmək vərdişinin öhdəsindən gəlməyin mümkün olmadığını düşünürsünüzsə yanılırsınız. Aşağıdakı məsləhətlərə riayət edərək özünüzü bu müasir bəladan xilas edə bilərsiniz. Əşyaların sayını məhdudlaşdırın. Fərdi olaraq sərhədlər təyin edin: çantanızda nə qədər əşya var, geyimləriniz qarderobda nə qədər yer məşğul edir, masanızın üzərində əşyaların sayı nə qədərdir. Bu yeni əşyalar və yaxud məhsullar almadan öncə artıq sahib olduğunuz əşyaları yenidən qiymətləndirməyə imkan qazandıracaq. Bu kiçik təhlillə yeni alacağınız əşyaya ümumiyyətlə ehtiyacınızın olmadığını anlayacaqsınız. Hər anı qiymətləndirin. Alış-veriş etmək arzusu yeni emosiyalar əldə etməyə cəhd etməyimizdən yaranır. Bu isə o deməkdir ki, biz artıq sahib olduğumuzu qiymətləndirmirik. Biz sahib olduğumuzla qane olmuruq, ətrafımızda dünyanın nə qədər gözəl olduğunun fərqinə varmırıq və zamanımızı xəyali xoşbəxtliyin ardınca qaçmaqla keçiririk. Əslində isə xoşbəxt olmaq üçün hazırda yaşadığınız an kifayət edər. Sadəcə bunu dərk etmək lazımdır. Kiçik şeylərdən həzz alın. Qarşınıza çıxan hər kəs bu cümləni təkrar edə bilər. Lakin sizin vəziyyətinizdə bu məsləhətə qulaq asmağınız yerinə düşər. Hər yeni açılan səhərdən, payız günündə günəşin istisini hiss etməkdən ilham və zövq alsanız həyatınız yeni emosiyalar ilə zənginləşəcək. Nə qədər bəsit səslənsə də, ətrafımızda dəyərli olan hər şey bizə ödənişsiz olaraq təklif edilir.     Üstünlüklərinizi təyin edinMüqayisə etmək və seçmək – təbii ki, müsbət keyfiyyətdir, lakin çox zaman tələb edir. Etibar etdiyiniz istehsalçı, brend, mağaza, konkret məhsul təminatçısının siyahısına sahib olmaq çox faydalıdır. Belə olduqda, heç bir reklam sizi yolunuzdan döndərə bilməyəcək. Mahiyyət etibarilə, bu elə həyat tərzi adlanır. Lakin düzgün və məntiqli yanaşma əvvəlcədən hazırlanmış qərarların mütəmadi olaraq yenilənməsini tələb edir. Əks təqdirdə siyahı effektivliyinizi itirəcə, axı, zaman durmadan irəli gedir və yeni adətən köhnədən daha yaxşı olur. Sonda qeyd edək ki, reklamın təsirinə qarşı gəlməyin uğuru güclü şəkildə individuallıqdan asılıdır. Hər bir kəs fərdi olaraq öz strategiyasnı seçir və yaxud öz davranış tərzini özü təyin edir.   banker.az
['reklam', 'reklamlar', 'reklamın gücü', 'marketinq']
682
https://kayzen.az/blog/erzaq/20530/arabika-v%C9%99-robusta-aras%C4%B1nda-f%C9%99rq-n%C9%99dir.html
Arabika və Robusta arasında fərq nədir?
Apollon
Ərzaqlar
24 yanvar 2018, 00:17
Arabika kofesi üstün keyfiyyət ilə sinonimdir. O, azca turş və əla şokolad dadı verir. Robusta çox kəskin və daha acıdır. Çünki daha çox kofeini var. Arabika kofesi (coffea Arabica) ən qədim və məşhur kofe növüdür. Dünyadakı kofeinin 70%-I bu növə məxsusdur. Arabika yeganə növdür ki, onun toxumundan yüksək keyfiyyatli kofeni heç bir əlavə olmadan əldə edirsiniz. Arabika Efiopiyada yabanı halda bitir, Braziliya, Kolumbiya, Hindistan, eləcə də Yava, Sumatra və Karib adalarında becərilir. Arabika toxumları uzunsov və yaşılımtıl olur. Onlardan yumşaq və aromatik kofe alınır, bəzən isə şokolad və ədviyyat əlavə olunur. Onun aroması azca kofeinli olur və 1-1,7% arasında dəyişir. Robusta kofe (kofe canephora) tərkibində daha çox kofein olur və digər kofeləri gücləndirmək üçün istifadə olunur. Robusta toxumları Arabika toxumlarından daha sürətli böyüyür və çiçəkləyir. Həmçinin, Robusta müxtəlif iqlim şəraitlərinə daha çox müqavimətli olur. Robusta toxumları adətən, Arabika toxumlarından daha kiçik və oval olur. Onların sarımtıl-yaşıl rəngi olur və daha çox tünd dəmli olur. Robustanın daha güclü qoxusu olur və kofein tərkibi çox olur (2-4.5%). O mərkəzi və qərbi Afrikada (Kameron, Uqanda) və Vietnamda becərilir. Dünya üzrə Robusta 30% yayılıb. bonduelle.az
['kofe', 'qəhvə', 'Arabika', 'Robusta', 'infoqrafika']
683
https://kayzen.az/blog/avtomobil/20262/q%C4%B1%C5%9Fda-avtomobill%C9%99r%C9%99-nec%C9%99-qulluq-etm%C9%99li.html
Qışda avtomobillərə necə qulluq etməli?
Apollon
Avtomobil dünyası
24 yanvar 2018, 00:14
Qış mövsümünün gəlişi ilə şaxtalı-qarlı hava şəraiti sürücülər üçün müəyyən çətinliklər yaradır. Avtomobilin qış mövsümünə hazırlıqlı olmaması isə həm sürücülərin büdcəsinə təsir edir, həm də yollarda təhlükəli vəziyyətin yaranmasına səbəb olur. Bunun qarşısını almaq üçün öncədən tədbir görmək daha yaxşı olar. Bəs qış mövsümündə avtomobillərə necə qulluq olunmalıdır? Nələrə diqqət etmək lazımdır? Bu və digər suallara cavab tapmaq üçün paytaxtın avtomobil servis mərkəzlərindən birinə üz tutduq. Müştərilərlə iş üzrə xidmət meneceri Nicat Rüstəmov deyir ki, havaların soyuması ilə servisə müraciət edənlərin sayı artıb. Məsələ burasındadır ki, müştəri yalnız problem aşkara çıxanda usta yanına gəlir. Lakin elə məsələlər var ki, onlara öncədən diqqət yetirilsə, həm risk azalar, həm də büdcəyə qənaət olar: “Antifriz sistemindəki nasazlıq maşınları qızdırır, sobanın radiatoru partlayır. Antifriz sistemi dəyişilməsə, bütün sistemə təsir göstərir. Nəticədə salon qızmır. Antifriz sistemi ən azı 60 min km-dən bir dəyişməlidir. Sadəcə, əlavə məqsədlə yox. Çox adam baxır ki, antifriz azdır, 1 lt əlavə edir. Bu, düzgün deyil. Ümumi sistem yenilənməlidir. Radiatorun içi boşalmalıdır, yuyulmalıdır. Həmçinin əyləc mayesi var ki, boruların içi təmizlənməlidir, havası çıxmalıdır. “Nakladka”lar vaxtında dəyişilməli, təkərlərin havasına baxılmalıdır”. Müsahibimiz suyun donmasının qarşısını almaq üçün xüsusi mayelərdən istifadə etməyi məsləhət görür. Onun sözlərinə görə, əgər maye tökülməzsə, donma baş verir. Bu isə mühərrikin işinə mənfi təsir edir. Rezinlər quruyur, nəticədə avtomobil işə düşəndə ləngimə baş verir. “Bu mayeni iki həftədən bir istifadə etmək məsləhətdir” deyən Nicat Rüstəmov faralara diqqət etməyi, müəyyən vaxtdan bir düzgün tənzimlənib-tənzimlənmədiyini yoxlamağı məsləhət görür: Soyuq havada avtomobil işə salınmadan öncə qızdırılmalıdırmı? Bu məsələyə Vaqif usta aydınlıq gətirib: “15-20 dəqiqə vaxt ayırmaq lazımdır. Bu zaman avtomobildə olan kondensatorlar çıxır. Qızdırılmadıqda isə mühərrikin yağını israf edə bilər. Qızdırılmamış maşına qaz verib çıxmaq olmaz. Hazırda əksər maşınların sürət qutusu avtomatik işə düşür. Mühərrikdə təzyiqin yüksək olması yağı çıxarır. “Avtopasos”un olması önəmli deyil”. Usta qeyd edib ki, antifriz yalnız donmaya qarşı istifadə olunmur: “Antifrizin faizi var. Mühərrikdə suyu tənzimləyən xüsusi qurğu antifriz vasitəsilə yağlanır. Faiz aşağı düşdükdə, yağlılığın keyfiyyəti azalır. Nəticədə həmin qurğu sıradan çıxır. Belə fikir var ki, bu, qurğunun keyfiyyətsiz olması ilə bağlıdır. Lakin bu, düzgün fikir deyil. Mühərrikə vaxtı-vaxtında qulluq etmək lazımdır. Antifriz zamanında dəyişilsə, əlbəttə ki, nasazlıq olacaq”. Havalar soyuyanda sürücülər salonun qızmamasından şikayət etməyə başlayırlar. Vaqif usta bunu sudan istifadə ilə əlaqələndirir. Onun sözlərinə görə, bu, radiatoru sıradan çıxarır və nəticədə radiatoru dəyişdirməyə ehtiyac yaranır. Yayda isə avtomobildə qızma baş verir. Buna görə də sudan istifadə etmək məsləhət deyil. Usta şüşətəmizləyənlər üçün istifadə olunan xüsusi mayenin həm rezinlər, həm də ümumi mexanizm üçün faydalı olduğunu bildirib. Əyləc mayesinin zamanında istifadəsi isə həm “salnik”lər, həm də əyləc şlanqlarının işini tənzimləyir. Təkər ustası Yaqub Hacıyev isə sürücülərə qış mövsümündə təkərlərə qulluqla bağlı məsləhətlər verib: “Qış mövsümündə məhz qış üçün nəzərdə tutulmuş təkərlərdən istifadə etmək lazımdır. Bu da noyabr ayına təsadüf edir. Ondan sonra yerlərinin vaxtı-vaxtında dəyişilməsi, “razval”a, balansa nəzarət olunmalıdır. Nəzərdə tutulan hava təzyiqinə diqqət etmək lazımdır. Təzyiqi az qoymaq düzgün deyil. Hətta avtomobilin ön sol tərəfindəki təkərlərin üzərində ölçüsünə uyğun təzyiq də qeyd olunub”. Ustanın sözlərinə görə, təkərləri zəncirləmək mütləq deyil. Məhz qış mövsümü üçün nəzərdə tutulmuş təkərlərdən istifadə olunarsa, heç bir narahatlığa əsas yoxdur. Yolunuz açıq olsun!
['avtomobil dünyası', 'avtomobilə qulluq']
684
https://kayzen.az/blog/kisiler/21465/ki%C5%9Fil%C9%99r-haqq%C4%B1nda-10-fakt_2.html
Kişilər haqqında 10 fakt
Apollon
Kişilər
20 yanvar 2018, 22:06
Kişilər də ən az qadınlar qədər çətin varlıqlardır. Söhbət sevgi münasibətlərindən gedirsə, bu vəziyyət iki qat artır. 1. Hər kəs qadınların daha tez aşiq olduğunu düşünür. Lakin aparılan araşdırmalar sübut edib ki, kişilər qadınların düşündüyündən daha sürətlə aşiq olurlar. 2. Seksə başlayan tərəf hər zaman kişilər olmaq məcburiyyətində deyil. Buna görə də qadın ilk addımı atdıqda, bu, kişilərin çox xoşuna gəlir. Eyni zamanda, fərqli təcrübələr yaşamaq da onları başdan çıxarır. 3. Evli cütlüklər üzərində aparılan araşdırmalardan biri sübut edib ki, yenidən evlənmə şansları olsa, kişilərin 90%-i yenə eyni qadını seçər. Yəni münasibətlərdə bağlılıq yalnız qadınlara məxsus deyil. 4. Kişilərin baxımlı qadınlardan təsirləndikləri bir həqiqətdir. Ancaq yataqdan yeni qalxan və gecə köynəyindəki halınız də onların ağlını başından ala bilər. Kişilər sizi ən təbii halınızla gördükdə özlərinə daha yaxın və son dərəcə cazibədar hiss edir. 5. Düşünülənin əksinə olaraq, kişilər romantik qadınları seksual qadınlardan daha çox bəyənir. Eləcə də təbii gözəlliyi olan qadınları həddən artıq makiyajlı qadınlardan üstün tutur. 6. Aşiq olan kişi duyğularını paylaşır, sevgilisini güldürməyə çalışır, onu qucaqlayıb öpməkdən əsla çəkinmir. Qısası, sevgilisinə daha çox sevgi dolu davranır. 7. Kişilərin yataqda yalnız seks düşündükləri yanlışdır. Kişilər sevgililərini qucaqlamağı qadınların təxmin etdiklərindən daha çox sevirlər. 8. Kişilər münasibətdə ilk “səni sevirəm” deyən tərəf olmaqdan çəkinmirlər. Araşdırmalara görə, kişilərin 66 faizi bu mövzuda olduqca açıqdır. 9. Yalnız qadınlar deyil, kişilər də onlara kompliment deyilməsini çox sevirlər. 10. Kişilərin bir qadınla münasibəti ola-ola digər qadınları fiziki olaraq cazibədar hesab etmələri bir həqiqətdir. Ancaq bu vəziyyət onlarla yaxından maraqlandıqları mənasını vermir.
['kişilər', 'kişi psixologiyası', 'kişi düşüncəsi']
685
https://kayzen.az/blog/Bilirsinizmi/21460/bitcoin-v%C9%99-yaxud-meymun-biznesi.html
Bitcoin və yaxud “meymun biznesi”
Apollon
Bilirsinizmi?
19 yanvar 2018, 10:33
Bir dəfə kəndə biznesmen gəlir və kəndlilərdən 10 dollara meymun alacağını bildirir. Ətrafdakı cəngəllikdə nə qədər çox meymun yaşadığını görən kənd camaatı bütün işlərini ataraq meymun tutmağa başlayır. Biznesmen kəndlilərdən 10 dollara min meymun alır. Lakin tezliklə meymunların sayı azalır və onları tutmaq bir qədər çətinləşir. Belə olduqda, biznesmen tutulan hər meymuna görə mükafatı 20 dollara qədər yüksəldir. İnsanlar yenidən meymun ovuna başlayır. Tezliklə kənddə məhsuldarlıq enməyə başlayır və kənd camaatı yavaş-yavaş öz işinin başına dönməyə başlayır. Bunu görən biznesmen qiyməti 50 dollara qədər artırır. Lakin o işi səbəbindən şəhərə qayıtmalı olur və öz yerinə köməkçisini təyin edir. Köməkçi kəndin bütün əhalisini toplayır və onlara müqavilə təklif edir: Artıq tutduğunuz minlərlə meymunun olduğu qəfəslərə baxın. Onları sizə 35 dollardan sata bilərəm. Biznesmen qayıtdıqda isə bir meymunu ona 50 dollara sata bilərsiniz! Kənd camaatı düşünür, hesablayır, sonra isə bütün əmanətlərini toplayır, borc alır və bütün meymunları 700 milyard dollar qarşılığında geri alırlar. Bunun ardınca isə bir daha nə biznesmeni, nə də onun köməkçisini görmürlər. Əvəzində isə onlara iri miqdarda borc və lazımsız meymunlar qalır. Bitcoin haqqında bilməli olduğunuz yeganə şey budur…
['fırıldaq', 'maliyyə', 'bitkoin', 'bitcoin', 'biznes', 'meymun biznesi']
686
https://kayzen.az/blog/aforizmler/21358/g%C9%99nc-sviftin-ya%C5%9Fl%C4%B1-svift%C9%99-n%C9%99sih%C9%99tl%C9%99ri.html
Gənc Sviftin yaşlı Sviftə nəsihətləri
Apollon
Hikmət dənizi və aforizmlər
19 yanvar 2018, 10:27
Daha çox «Qulliverin səyahəti»adlı romanı ilə tanınan irland yazıçı Conatan Svift 32 yaşındaykən «Qoca Svift üçün nəsihətlər və qaydalar»dan ibarət siyahı tərtib edib.  1745-ci ildə, Sviftin ölümündən sonra ortaya çıxan sənədlər arasından bir siyahı da tapıldı. 1699-cu ildə yazılmış bu siyahı gənc Sviftin yaşlı Sviftə nəsihətlərindən ibarət idi.    Qocalanda: — Gənc qadınla evlənməyəcəm.   — Həqiqətən istəmədikləri müddətcə gənclərlə vaxt keçirməyəcəm.   — Əsəbi, tündməcaz ya da şübhəçi olmayacam.   — Zamanın gedişatına, düşüncə tərzinə, dəbinə, insanlarına, müharibəsinə xor baxmayacam.    — Uşaqlara düşkün olmayacam (və yanıma yaxınlaşmaqlarına mane olacam).   — Eyni insanlara təkrar-təkrar eyni əhvalatları danışmayacam.   — Tamahkar olmayacam.   — Ədəbli olacam, şəxsi gigiyenama diqqət edəcəm.    — Gəncləri bezdirməyəcəm, gənclikdən qaynaqlanan axmaqlıq və zəiflikləri anlayışla qarşılayacam.    — Fırıldaqçı, boşboğaz xidmətçilərin və başqalarının sözlərinə qulaq asmayacaq, onların təsiri altına düşməyəcəm.   — İnsanlara gərəksiz nəsihətlər verib başlarını ağrıtmayacam.   — Bu qərarları pozanda və ya riayət etməyəndə mənə xəbərdarlıq edəcək yaxşı dostlarım olacaq. Sonra səhvlərimi lazımi şəkildə düzəldəcəm.   — Çox danışmayacam. Özüm haqqında tamamilə susacam.   — Gəncliyimdəki gözəlliyimlə, gücümlə, qadınları cəlb edə bilməyimlə öyünməyəcəm.    — Yaltaqlara qulaq asmayacam, gənc qadının məni sevə biləcəyi xəyalını qurmayacam. Et eos qui hereditatem captant, odisse ac vitare (Mirasımı ələ keçirmək istəyənlərdən nifrət edəcəm və onlardan qaçacam).   — Mülayim və ya dikbaş olmayacam.    — Bu qaydaların hamısına riayət etməyə baş qoşmayacam. Yoxsa, qorxuram ki, heç birinə riayət etməyəm.   Svift doğrudan da gənc qadınla evlənmədi. Hətta heç evlənmədi. Ancaq özündən on dörd yaş balaca Ester Conson və iyirmi yaş balaca Ester Vanhomraytla münasibəti hələ də mübahisə mövzusudur.   Arzu MƏMMƏDOVA
['Conatan Svift', 'dünya ədəbiyyatı', 'nəsihət', 'nəsihətlər']
687
https://kayzen.az/blog/Azerbaycan-kinosu/21123/kinomuzun-yor%C4%9Fun-s%C9%99rk%C9%99rd%C9%99si-h%C3%BCseyn-seyidzad%C9%99.html
Kinomuzun yorğun sərkərdəsi: Hüseyn Seyidzadə
Apollon
Azərbaycan kinosu
16 yanvar 2018, 21:01
Əslən Qərbi Azərbaycanın Qəmərli mahalından, əttar Seyid Məhəmmədin nəslindən olub, digər azərbaycanlılar kimi erməni daşnaqlarının təzyiqindən ailəsi ilə doğulduğu Yerevandan əvvəl Qarsa, sonra Tbilisiyə, 1918-ci ildə isə Bakıya üz tutmuş, trikotaj fabrikində fəhlə işləmiş, 1928-ci ildən Bakı işçi teatrında aktyor kimi kütləvi səhnələrə çıxmış, iki il sonra Bakı kinostudiyasında rejissor köməkçisi kimi çalışmış, «Böyük dahi» filmindəki Stalin rolunu dilimizdə səsləndirmiş, «İlk komsomol buruğu» filmində neftçi rolunu oynamış, 1931-33-cü illərdə ÜDKİ-da Sergey Eyzenşteynin emalatxanasında təhsil alsa da, sevmədiyi sənədli kino rejissorluğu ixtisasına keçirildiyindən diplom müdafiə etməsə də, «Lenfilm», «Mosfilm» studiyalarındakı ustad sənətkarlar yanında təcrübə qazanmış Hüseyn Əli oğlu Seyidzadə (1910-1979) Azərbaycana qayıtsa da, müharibənin başlaması ona özünü səfərbər etməyə imkan vermir. Nəhayət ki, Moskvada birgə oxuduğu rejissor Niyazi Bədəlovla birgə, əhalinin cəbhədəki əsgərlərə yardımından söhbət açan, baş rolda Leyla Bədirbəylinin oynadığı çəkilişlərin Lahıcda aparıldığı, qısametrajlı «Sovqat» (ssenari müəllifi İ.Qasımov, 1942) bədii-oyun filmini ərsəyə gətirir. Qələbədən sonra H.Seyidzadənin çəkdiyi «Ədəbi odlar ölkəsi» (Azərbaycanın incəsənət ustaları) sənədli filmində (ssenari müəllifləri İ.Qasımov, S.Rəhman, 1945) musiqi dinləyən qızın xəyala dalması ilə ekranda təbiət mənzərələrinin, tarixi abidələrin, Çingiz xanın, Toxtamışın, Əmir Teymurun, Nadir şahın, Şah Abbasın, Qacarın rəssam tərəfindən işlənmiş qəzəbli rəsmləri ilə Nizami, Füzuli, Vaqif, Axundov və 1787-ci ildə çar Rusiyasından Quba xanlığını himayəyə götürməyi xahiş edən Fətəli xanın portretlərinin qarşılaşdırılması digər sənət sahələri kimi əyalət kinematoqrafının da güclü mərkəzə yarınmaq yolunda xalq yaddaşının əleyhinə getdiyini üzə çıxarmaqla rejissorun bədiioyun kinosunun qanunları ilə yaşadığını təsdiqləsə də o, arzusuna çata bilmir. Mixail Romm respublikanın kino rəhbərliyinə göndərdiyi 20 mart 1953-cü il tarixli məktubunda Hü­seyn Se­yid­za­dənin ona gön­dər­diyi «Azərbaycanın incəsənət ustaları» film konsertinin ssena­ri­sini təhlil edərək bu işin uğurla tamamlanacağına əminliyini bil­dirir. Növbəti məktubunda isə özünün «Rus məsələsi» filmində bir il ərzində staj keçən Hü­seyn Se­yid­za­dənin müstəqil çalışmaq, aktyor­larla işləmək bacarığından yazır. Məktubundakı: «Mən inanı­ram ki, Se­yid­za­də filmə quruluş verə bilər. Onun müstəqil yaradıcılığa başlamaq vaxtıdır. O, ÜDKİ-ni bitirmiş, məndən əlavə V.Petrov, Q.Aleksandrov, S.Yutkeviç kimi sənətkarlarla da çalışmışdır. Düşünürəm ki, azərbaycanlı rejissorlar arasında Se­yid­za­də öz təcrübəsi, kinematoqrafik bilikləri və bacarığı ilə seçi­lir» (ARDƏİA. fond 594, siy.1, sax. vahidi. 203) cümlələri və sonda ev ünvanının göstərilməsi Mixail Rommun qayğıkeşliyini təsdiqləyir. Hü­seyn Seyidzadə barədə zəmanət məktubunda: «Mən Seyidzadəni qarşıda müstəqil iş gözlədiyini bildiyimdən daim onu yaradıcılıqla bağlı proseslərdən əlavə rəngli kino sahəsində bilgi­lər tələb edib, vaz keçilməsi mümkün olmayan, rejissor işinin sırf texniki sahələrinə də, yaxın buraxırdım. Deyə bilərəm ki, o, ciddi, təxəyyüllü, hərəkətli və xeyirli köməkçi olmasaydı, tapşırılan çətin işlərin məğzini həmən anlamaqla yaradıcı həllini tapardı. Nümunə üçün mən bir məqamı yada salım. Filmin öz əllərimlə məşğul olduğum montajında Seyidzadəyə üzərində çalışdığım iki müxtəlif dubllardan kiçik bir epizodun paralel montajını tapşır­dım. O, bu epizodda elə bir təhkiyə forması tapdı ki, özümünkün­dən də çox bəyənib filmə saldım. Bu gün Seyidzadəyə dahi Azərbaycan bəstəkarı Hacıbəyovun əsəri üzrə film çəkmək təklif olunmuşdur. Mən hesab edirəm ki, işin əvvəlindən sonunadək ssenariçi ilə müştərək çalışmaqla o, bu işin öhdəsindən şərəflə gələcəkdir. Öz tərəfimdən məsləhət və təcrübəmi əsirgəməyə­cə­yəm. Filmi rəngli yaratmaq gərəkdir, çünki onun artıq bu çətin lakin Ümumittifaq üçün həlli vacib sahədə təcrübəsi vardır. Ssenarinin ideyası, dramaturji quruluşu dilin ədəbi keyfiyyəti həlledici olacaqdır. Onun gələcək rejissorundan nigarançılığa heç bir əsas görmürəm» yazan, kinomuzun daimi himayədarı V.İ.Pudovkinın də hər cümləsi göründüyü kimi tutarlı müddəalar­la zəngindir. Beləliklə, Üze­yir bəy Ha­cı­bə­yo­vun «O ol­ma­sın, bu ol­sun» (sse­na­ri müəl­li­fi Sa­bit Rəh­man, 1956) mu­si­qi­li ko­mediya­sına ki­no­re­jis­sor kimi quruluş vermək Hüseyn Se­yid­za­dəyə tapşı­rı­lır. Yeri gəlmişkən, A.A.Xanjonkovun «Rus kino sənayesinin ilk illəri» kitabında 1918-ci ilə aid: «Almanlar Yaltanı tutanda Rostov şöbəsinin direktoru Y.İ. Uzunyan bir böyük çanta pula yanımıza gəlsə də, bu bizi məcburi fəaliyyətsizlikdən qurtara bilmədi. Çünki vacib olan neqativ kinolent yox idi. Onu isə ancaq hansı möcüzəyləsə Yaltaya gəlib şəhər bağının yanındakı «Çay fincanı» kafesində oturuşan kino alverçilərindən almaq mümkün idi. Onlarla alver etmək istəmədiyimizdən fəaliyyətsizliyimiz da­vam edirdi. Bir müddət Yaltada istirahət edən bizim Uzunyan mənə müraciət edib, film çəkmək üçün truppanın gücündən və texniki işçilərin imkanlarından istifadə etməyi xahiş etdi. Bütün xərclərlə yanaşı o, filmin gələcək istismarını da öz üzərinə götür­düyündən mən razılaşdım. Şərq xalqları arasında geniş yayılmış «Ol massun bu alsun» (Ne ta tak druqa) teatr komediya­sına quruluş verməyi qərarlaşdırdıq. Ssenarini Uzunyanla Papaz­yan (o həm də Ernesto Vaqrammdır) sürətlə hazırladılar. Bir səhər sübh­dən zurnanın və onu müşayiət edən şərq zərb alətlərinin səsi bizim fabrikin həyətini başına götürdü. Bu «Ol massun bu alsun» filmi­nin çəkilişinin başlandığını xəbər verirdi» (Ханжонков А.А. Первые годы русской кинопромышленности. М., 1937, с.116) xatirəsi bizim kino­şünas­ların da diqqətini cəlb edir. Nazim Sadıxovun «Azərbaycan bədii kinosu» kitabında A.A.Xanjonkovun Yaltadakı studiyasında, V.Papazyanla İ.Lakka­nın «O ol­ma­sın, bu ol­sun» filmini 1919-cu ildə çəkdik­lərini göstərməklə: «Lakin təəssüf ki, film çəkilib başa çatdırılmadı. Çəkilən parçalardan heç bir iz qalmamışdır» (Nazim Sadıxov. Azərbaycan bədii kinosu. B., 1970, s.14) mülahizəsi, Aydın Kazımzadənin «Üzeyir Hacıbəyov və kino» kitabındakı: «Bu ver­si­ya ilə razılaşmaq olmur. Ona görə ki, ermənilər pul qazanmaq məqsədilə filmi çəkdikləri üçün istehsalı yarımçıq qoya bilməz­di­lər» (Aydın Kazımzadə.Üzeyir Hacıbəyov və kino.B., 2005, s. 91) fərziyyəsi kimi qəribə səslənir. Nəhayət ki, yuxarıdan təkidlərə baxmayaraq, səhnədə və radioda Məşədi İbad rolunu obraza çevirmiş qocaman sənətkar Mirzağa Əliyevdən imtina etməklə, bu personajı oynamağı 43 yaşlı Əliağa Ağayevə həvalə edən Hü­seyn Se­yid­za­dənin quruluş verdiyi «O ol­ma­sın, bu ol­sun» (ssenari müəllifi S.Rəhman, 1956) filmi ərsəyə gəlməklə Üzeyir bəy dühası kino tariximizdəki ikinci parlaq səhifəni açdı. Mil­li ki­no­mu­zun ta­ri­xin­də­ki bu ilk rəngli fil­min əv­və­lin­də qa­dın xorunun sə­da­la­rı altında «köh­nə Ba­kı» ma­ke­tin­dən çə­ki­liş pavilyonuna ke­çid edi­lə­rək personajların təqdima­tın­da; Mə­şə­di İbadın si­fə­ti­nə puldan, qı­zıl­dan, Sərvərə isə kitab­dan ke­çid edil­mə­si obrazlı əşyaları da, ziddiyyətin tə­rəf­lə­ri­nə çe­virir. Sərvərin gimnaziya dostlarının ara­sın­da­kı dik­tor mət­ni­nin müəl­li­fi­nin uzun-uza­dı Vaqifin «Bə­ri bax» rə­dif­li şe­ri­ni söyləməsi ha­di­sə­lə­ri ləngitdiyindən, liberettodakı musiqi nöm­rə­lə­ri­nin tə­si­ri ilə növbələşən təsvir plan­la­rı uzan­dı­ğın­dan ifadəliliyin qorunması çə­tin­lə­şir. Di­gər tə­rəf­dən, Gül­nar və Sər­vər ki­mi aparıcı personaj­ların aktyorluq im­kan­la­rı nü­ma­yiş et­dir­mə­dən sadəcə naturaçıya çevrilməklə ha­di­sə­li­lik kon­tek­stin­dən kə­nar­da qal­ma­la­rı ek­ran­da­kı boşluğu qabardırlar. Müf­lis­ləş­miş Rüs­təm bə­yin gö­zəl qı­zı Gül­na­zı əl­li yaş­lı ta­cir Mə­şə­di İba­dın pu­lu he­sa­bı­na al­maq is­tə­yi və qı­zın zi­ya­lı Sər­və­ri sev­mə­si perso­naj­lar ara­sın­da­kı zid­diy­yə­ti təq­dim edir. Əsəri təhlil edən görkəm­li təd­qi­qat­çı Yaşar Qa­ra­yevin: «Dra­ma­turq müs­təs­na bir həssas­lıq­la gös­tə­rir ki, al­ver və ta­cir əx­la­qi ide­ya, məslək sa­hə­si­nə də nü­fuz edib, «baq­qal-in­tel­li­gent»in müa­sir ti­pi ar­tıq hər şe­yi alıb-sa­tır: qadın­dan (Gül­naz­dan) tut­muş, ana di­li­nə qə­dər xal­qın ta­le­yi­nə və qə­ze­tə­yə qə­dər. Be­lə ki, müf­tə pul müf­tə­xor zi­ya­lı­ya hər şe­yi, ide­ya­nı da əvəz edir. Pe­şə­lə­ri müx­tə­lif ol­sa da, onun pyes­lə­rin­də bu zi­ya­lı­lar ha­mı­sı, məhz ey­ni rol­da — dəl­lal və baq­qal ro­lun­da çı­xış edirlər: Mə­şə­di­yə iş dü­zəl­dir, par­ça və bez ta­ci­ri­nə şə­rəf və mənəviyyat ta­cir­li­yi­ni də öy­rə­dir­lər. Mə­şə­di İba­dın «O ol­ma­sın, bu ol­sun» ifa­də­si əs­lin­də, onun özün­dən da­ha çox, hə­min zi­ya­lı­la­rın sosial psi­xo­lo­gi­ya­sı­nın ifa­də­si­dir: bu sev­gi ol­ma­sın, sa­tın alı­nan sev­gi ol­sun; ürək do­lu eşq ol­ma­sın, ətək do­lu pul ol­sun; ana di­li ol­ma­sın, yad di­li ol­sun; və­tən­daş­lıq ol­ma­sın, mənə­viy­yatsızlıq ol­sun, mə­nə nə?» (Yaşar Qarayev. Teatr həyatda və səhnədə. B.,1996, s.41) qənaətləri dəqiq müşahidənin nəticəsidir. Ba­zar­da­kı atış­ma səh­nə­sin­də; gül­lə­lə­nən küpədən ba­şın çıx­ma­sı, iri plan­da­kı dəvənin ağ­zı­nı açıb bö­yür­mə­si, rus qa­dı­nı­nın: «bo­je moy», əm­ma­mə­li ki­şi­nin: «ay al­lah» de­mə­si, qoçunun qa­dın çad­ra­sı­na bürün­mə­si, girdiyi arvad ha­ma­mın­dan atı­lan ved­rə­lə­rin ya­ğı­şı­na düşmə­si isə ki­ne­ma­toq­ra­fik təq­di­ma­tı önə çək­mək­lə attraksionların montajını da­vam et­di­rir. Xan Şuşinskinin şövqlə oxuduğu «Şah­naz» muğamını dinləyənlərdən; əli­ni qulağına tutan, butulkasını qucaqlayan, ya­nın­da­kı­nın gəmirdiyi sü­mü­yü əlin­dən alıb süfrəyə atan tipajların müxtəlifliyi epizodun uğur­lu kinema­toqrafik həl­li­ni yara­dır. Qonaqlıqdakı qalmaqalda atı­lan baş­maq çıl-çı­ra­ğı söndürdük­dən son­ra baş­la­ra butulka, qarpız, dö­şək­çə, yumruq, vurulması, şampan şərabının tö­kül­mə­si, yumurta çır­pıl­ma­sı, qulağın diş­lən­mə­si, atı­lan da­şın ota­ğa düş­mə­si attraksiyon­ların montajını yeni­dən təkrarlayır. «Mol­la Nəs­rəd­din» redaksiya­sında Əzim Əzimzadə­nin karikaturaları, M.Ə.Sabirin «Qoyma gəl­­di» şe­ri­nin təqdimatı, C.Məmməd­qu­luzadənin H.Ərəblinskinin, Ə.Haq­ver­di­ye­vin töv­siy­yə­lə­ri maarifçiliyi önə çək­sə də, il­kin ədə­bi ma­te­ria­la əla­və olunan bu per­so­naj­lar əsas dra­maturji ha­di­sə­dən kə­nar­da qa­lır­lar. Pe­şə­kar aktyor Əh­məd Əh­mə­do­vun: «O ol­ma­sın, bu ol­sun» fil­min­də çə­ki­li­şə baş­la­yan­da re­jis­sor Hü­seyn Se­yid­za­də və ope­ra­tor Əli­sət­tar Ata­ki­şi­yev ham­ba­lın xa­ri­ci gö­rü­nü­şü ilə əla­qə­dar mə­nim qar­şım­da be­lə bir şərt qoy­du­lar: yed­di-sək­kiz ay ər­zin­də ba­şım­da­kı qa­ra və gur saç­la­rı­mı or­ta­dan ül­güc­lə qırxdırmalı idim. Bu göz­lə­nil­məz tək­lif mə­ni dü­şün­dür­dü, də­rin fik­rə get­dim. Ey­bə­cər ha­la düş­müş ba­şım gö­zü­mün qa­ba­ğı­na gə­lən­də dəh­şə­tə gəl­dim. Axı, qo­hum-əq­ra­ba, tanış-bi­liş qar­şı­sı­na bu və­ziy­yət­də ne­cə çı­xa­caq­dım. Am­ma mən onla­ra «İn­cə­sə­nət qur­ban tə­ləb edir» de­yib ra­zı­lıq ver­dim» (Aydın Kazımzadə. Ədədi ölməzlik zirvəsi. B., 2006, s. 39) xatirələri bir tərəf­dən filmdəki tipaj müxtə­lif­liyinin əl­də edil­mə­si qə­tiy­yə­ti­ni, di­gər tə­rəf­dən isə sə­nət fəda­kar­lı­ğı­nı gös­tə­rir. Tək­cə ya­rı­çıl­paq ki­şi­lə­rin hovuz ət­ra­fın­da rəqsi, gom­bul Mə­şə­di İbadın ba­şı­nın, bə­də­ni­nin sabun köpüyündə it­mə­si, su şır­na­ğın­da sa­fa çıx­ma­sı, tək­rar­sız si­ma­lı hambalın isə arıq si­nəsi­nə ki­sə çək­mə­si ar­tıq ha­mam epizodunun kinema­toq­rafik həl­li­ni ve­rir. Ac hə­rif­lə­rin yuyuna-yuyuna kə­lək qurmaları, bə­yin mu­si­qi və çır­tıq al­tın­da rəqs edə-edə pul yığ­ma­sı, qoçunun tapança ilə qoz sın­dır­ma­sı, şövqlə əl ça­lan hambalın qaş-göz oynatması, qa­dın məclisindəki kök rəq­qa­sə­nin (M.Kə­lən­tər­li) ən­da­mı­nı oynatması aktyorları naturaçıya çevirməklə se­man­ti­ka­nı zənginləşdirir. Dost­larının məsləhəti­lə kə­lək qu­ra­raq, toy gü­nü Sərvə­rin gə­lin pal­ta­rın­da Mə­şə­di İba­dın evi­nə gəl­mə­si və onu qorxuza­raq qul­luq­çu Sə­nəm­lə ev­lən­mə­yə təh­rik et­mə­si əsas dramatur­ji ha­di­sə­nin zid­diy­yə­ti­ni klas­sik şə­kil­də həll edir. Hazır filmin qəbulunda, ixtisasca seleksiyaçı olan respublika rəhbərinin əsas iradı, çəkilişdə istifadə olunan süni gülə gilənar yarpağının yapışdırılması olsa da, eyni günün qəzetlərindəki tənqidi məqa­lələr, fitvanın haradan veril­diyini göstərir. 9 dekabr 1956-cı il tarixli «Kommunist» qəzetindəki «Müvəffəqiyyətsiz film» məqaləsində: «…Heç bir estetik qanuna tabe olmayan, mənasız və zövqsüz çəkilmiş səhnələr, lüzumsuz vuruş­ma, qaçışma, hay-küylər… Eybəcər oyunbazlıqlar… Gah natura­list­cəsinə, gah da qeyri-inandırıcı şişirtmələr tərzində veril­miş əcaib kadrlar…» qənaətləri ilə ilkin ədəbi mənbəədən uzaqlaş­ma­ya etiraz edən Tofiq Kazımovun: «Bu filmə baxdıqca elə bir təsir oyanır ki, sanki sükansız bir gəmi gah sağdan, gah soldan, gah irəlidən, gahda geridən əsən küləklərin əsiri olub hansı bir sahilə yan alacağını bilmir və onun sərnişinləri (filmdə çəkilən artistlər) başsız qalaraq nə edəcəklərini bilmirlər (Tofiq Kazımov. Müvəffəqiyyətsiz film. Kommunist q., 09.12.1956) kimi tənqidi fikirləri sənəti ilə sonrakı illərdə parlayacaq gənc rejissorun subyektiv üs­yanı­dır. Həmin gün işıq üzü görən «Ədəbiyyat və incəsənət» qəzetindəki «O olmasın, bu olsun» məqaləsində: «Filmin yaradıcı­ları yersiz əlavə və ixtisarlarla əsərin səviyyəsini həm ideya, həm də bədii cəhətdən aşağı salmış, komediyanın əsas ruhunu təhrif etmişlər. Məsələn, komediyada olmayan, sonradan əlavə edilmiş primitiv əhvalatlar bazarda qoçuların davası, Rüs­təm bəyin evində qonaqların qalmaqalı, hamamda verilən çirkin naturalist səhnə və i.a. kimə lazım idi? Yalnız gülüş üçün, mənasız hırıltı üçün əlavə edilmiş bu münasibətsiz əhvalatlar ancaq bir şeyin–zövqsüzlük və bədii təxəyyülün kasıblığının nəticəsidir. Bu əhvalatlar filmdə o qədər şit, o qədər hay-küylə verilmişdir ki, komediyanın əsasını təş­­kil edən ictimai motivlər kölgədə qalır» kimi tənqidi fikirlər yaz­maqla ilkin ədəbi mənbəyə müdaxilədən qəzəblənən tənqidçi Abbas Zamanovun: «Filmdə əhvalatlar 1910-cu ildə Bakıda vaqe olur. Məlumdur ki, bu zaman «Molla Nəsrəddin» jurnalının redaksiyası Tbilisi şəhərində idi. Belə olduqda, redaksiyanın Bakı­da verilməsi tarixi təhrif etmək deməkdir. Hələ o bir tərəfə qalsın redaksiyanın göstərilməsi özü də son dərəcə məntiqsiz və əsas məzmun xəttindən uzaqdır. Bu təsadüfi epizod hadisələrə üzvi surətdə bağlanmır, hətta epizodda iştirak edənlərin çoxunun kim olduğu tamaşaçı üçün naməlum qalır» iradları isə əslində mənbə­şün­aslığa dərindən bələd olan ədəbiyyat təəssübkeşinin məslək barışmazlığını səciyyələndirir. 9 dekabr 1956-cı il tarixli «Azərbaycan gəncləri» qəzetin­dəki «Bəs niyə o olmasın, bu olsun?» məqaləsində: «Rza bəyin öz mətbəəsində göstərilməsi və onun mollanəsrəddinçilərə qarşı yağdırdığı hədələr «Molla Nəsrəddin» jurnalının millətçi-burjua mətbuatına endirdiyi zərbənin gücünü yaxşı ifadə edir» məmnunluğu ilə çıxış edərək sovet jurnalistikasının klassiklərimizi qarşılaş­dır­maq təmayülünü yaşadan Nurəddin Babayevin: «Qoçuların atış­ma­sı zamanı qoçu Əsgərin qadının başından çadrasını qaçırması, Əs­gərin arvad hamamına girib oradan sabunlu çıxması, Rüstəm bə­yin evindəki qonaqlıq zamanı baş verən biabırçı döyüş səhnəsi, kişi hamamında oynanılan şit rəqslər, bizcə xalqımızın adətlərinə uyğun deyil» fikirləri iyirmi il əvvəlki repressiya ittihamlarına bən­zə­məklə onun: «Operator Ə.Atakişiyev köhnə Bakını təsvir edən epizodları, bazar səhnəsini yaxşı çəkmiş olsa da, onun işini ümumiy­yətlə müvəffəqiyyətli saymaq olmaz. Çünki o, surətlərin və hadisələrin zahiri effektinə daha artıq fikir vermişdir» (Nurəddin Babayev. Bəs niyə o olmasın bu olsun? Azərbaycan gəncləri. q., 09.12.1956) dəyər­ləndirməsi məntiqsizliyi ilə yadda qalır. Bütün məqalələrin eyni gün­də işıq üzü görməsi, gözlənilməzliyi ilə seçilən filmi obyektiv dəyərləndirmək iqtidarında olmayan yerli hakimiyyətin özünü sığorta­lamaq naminə xidməti mətbuata verdiyi sifarişdən xəbər verir. Moskvadan respublikaya göndərdiyi məktubda: «Böyük Azər­bay­can bəstəkarı Ü.Hacıbəyovun eyniadlı musiqili komediya­sı əsasında yaranmış, Bakı kinostudiyasının məhsulu olan «O ol­ma­sın, bu ol­sun» filmi xarici ölkələrdə müvəffəqiyyətlə göstərilir» yazan «Sovetsportfilm»in rəhbəri A. Zaxareviçin ekran əsərinin fars dilinə çevrilmiş variantının İranda uğur qazandığına toxunu­lur. Məktubdakı: «Bir çox İran qəzet və jurnalları bu film haqqın­da məqalələr və fotoşəkillər dərc edir. «Rövşən fikir» jurnalının 228-ci sayında filmdən iş otağındakı C.Məm­məd­qu­lu­za­dənin, söh­bət edən Sərvərlə Gülnazın fotoşəkillərini vermişdir. Jur­nal­da «Otello»dan sonra biz xalqa yüksək bədii səviyyəli, musiqili filmi hədiyyə edirik. Kino nəzəriyyəçilərinin fikrincə bu filmin dəyəri yük­səkdir» sətirlərindən sonra həmin «Rövşən fikir» jurnalının 229-cu sayında filmin son kadrından foto ilə yanaşı A. Şərif Kaşaninin mə­qaləsindən də söz açılır. Məktubda «Soveksport­film»in İran nü­ma­yəndəsi V.S.Kopinə istinadən yazılan: «Film Təbrizdə gö­rün­mə­miş uğur qazandı. Heç bir xarici və ya yerli film son illər belə uğur qazanmayıb. Sadə xalq filmi daha çox bəyənir. Ətraf kəndlərin əhalisi bu filmə baxmaq üçün ailəvi gəlirdilər. Filmin nümayişi dəfələr­lə alqışlarla kəsilirdi. Bu filmin nəğmələri indi Təbriz küçələrində oxu­nur» (ARDƏİA. fond 594, siy. 1, sax. vahidi 204) informasiyasından sonra cəmisi 28 gün ərzində bu şə­hər­də filmə 94.334.nəfər tamaşaçı baxdığı bildirilir. Beləliklə, dra­ma­turq, bəstəkar, pub­li­sist ki­mi xal­qın mə­nə­vi tə­lə­ba­tı­nı, tə­fək­kür tər­­zi­ni həssas­lıq­la du­yan Üze­yir bəy Ha­cı­bə­yo­vun «O ol­ma­sın, bu ol­­sun» əsərinin ek­ran­laş­dı­rıl­ma­sı «Arşın mal alan» uğurunu altmış­dan çox ölkədə davam etdirməklə dünyəvi mə­də­niy­yət ha­di­sə­sinə çev­rilir. *** Hü­seyn Se­yidzadənin qu­ru­luş ver­di­yi «Ko­roğ­lu» fil­mi­nin (sse­na­ri müəl­li­fi Sa­bit Rəhman.1960) ədə­bi əsa­sı­nı Məm­məd­hü­seyn Təhmasi­bin tər­tib et­di­yi das­ta­nın ana qo­lu təş­kil et­sə də, epo­sun minil­lik­lə­rin yad­da­şın­dan gə­lən mi­foloji qay­naq­la­rı sos­realizmə ta­be et­di­ri­lir. Şüb­hə­siz ki, si­yasi təb­li­ğata bağ­la­nan əf­sa­nə­vi qəh­rəmanın titrlərdə: «1600–cü il­də İran şa­hı 18 il türk­lərin əlin­də ol­muş Azərbaycan tor­paq­la­rı­nı iş­ğal et­di. Yer­li xan­la­rın və ye­ni qəsb­karların zül­mü­nə döz­mə­yən kəndlilər üs­yan qaldır­­dılar. On­la­rı mü­ba­ri­zə­yə əfsa­nə­vi qəh­rə­man Ko­roğlu apa­rır» (Sabit Rəhman. Seçilmiş əsərləri.3-cü cild, B., 1976, s.211) cüm­lə­lə­ri ilə real şəx­siy­yət ki­mi təq­dim edi­lən ya­rım­mi­fik ob­ra­zın məh­vi ədə­biy­yatın müs­təm­lə­kə psixo­lo­gi­ya­sı­na ta­be etdiril­mə­sinin acı nəticəsi idi. Röv­şə­nin (Əfrasiyab Məmmədov) bala­sı­nın ardınca sa­­ra­ya gir­miş qız­mış pələngi məhv et­mə­sin­də­ki montaj prinsipi­nin ki­ne­ma­toq­ra­fik həl­li­ni ta­pır. Qorxmuş Nigarın (Leyla Bədir­bəyli) iri pla­nı ilə növbələşən pələngin açıq ağ­zı qarşıdurmanı gös­tər­sə də, pı­rıl­tı ilə budaqlardan uçan quşlardan son­ra tə­laş­la ba­şın­da­kı papağını tutub kö­mək diləyən əyanın çıx­dı­ğı qapıdan at­la içəriyə da­xil olan Rövşənin bıçağını siyirməsi gərginliyi ar­tır­sa da, iri plan­da­kı Nigarın qorxusu mon­taj kon­tek­sin­də gecikmiş za­man ef­­fek­ti ya­ra­dır. Pələnglə əlbəyaxa olan Rövşənin təsvirinin, vəziy­yə­ti həyəcanla şərh edən əyanların, qı­zın­dan nigaran qa­lan ana­nın, qorxudan bayılan Nigarın iri plan­lar­la növbələşməsi ha­di­sə­ni fraqmentallaşdırmaqla ya­ra­nan kinematoqrafik montaj ef­fek­ti aktyorla pələng ara­sın­da­kı qarşıdurmanın real­lı­ğa ya­xın­laş­dı­rıl­ma­sı­na xid­mət edir. Ni­ga­rı təh­lü­kə­dən qur­tar­maq üçün Röv­şə­nin pə­lən­gi öl­dür­mə­si ilə qəh­rə­ma­nın təq­di­ma­tın­dan son­ra Alı ki­şi­nin (Əli Qurban­ov) gətirdi­yi at­la­rı bə­yən­mə­yən Hə­sən xa­nın (Ağa­da­daş Qurban­ov) onun­ göz­lərini çıxartdırması das­tan­da­kı dramaturji dü­­yünü ön pla­na gə­ti­rir. Ölüm aya­ğın­da ata­nın oğ­lu­na məz­lum­la­rın in­ti­qa­mı­nı al­ma­ğı və­siy­yət et­mə­si ic­timai mo­ti­vi qa­bar­dır. Sa­bit Rəh­ma­nın sse­na­ri­sin­də Alı kişinin: «Çən­li­bel­də­ki qa­ya­nın al­tın­da il­dı­rım da­şı var. Bu il­dı­rım daşın­dan qay­rıl­mış qı­lıncın qa­ba­ğın­da heç kəs da­ya­na bil­məz. O ildırım da­şını bu vax­ta qə­dər heç bir igid qa­ya­nın al­tın­dan çı­xarda bil­mə­yib… Sən el gücünə ar­xa­lan­san, o da­şı əl­də eli­yə bi­lər­sən..» (Sabit Rəhman. Seçilmiş əsərləri, 3-cü cild, B., 1976, s.222) de­mə­si ilə mü­ba­ri­zə­də xal­qın, küt­­lənin iş­ti­ra­kı ön pla­na çə­ki­lir və möv­zu marksist–le­nin­çi ideo­lo­gi­ya­ya bir­ba­şa ta­be et­di­ri­lir. Ko­roğ­lu­nun meydan­da: «Mən Ko­roğluyam! Si­zi bəy­lə­rə və xan­la­ra qar­şı mübarizəyə ça­ğı­rı­ram. Xal­qın ən yax­şı oğul­la­rı­nın əzab­ları, ana­ların göz ya­şı nami­nə qi­sas!» (s.292) ki­mi in­qi­labi ça­ğı­rı­şın­dan ruh­la­nan kütlə­nin Çən­li­be­lə axı­şaraq dö­yü­şə ha­zır­laş­ma­sı və nə­ha­yət, Koroğlu­nun sa­zı­nı bağ­rı­na ba­sa­raq oxu­ma­sı sxe­ma­tik­lik ya­ra­dır. Ssena­ri­də Aşıq Cu­nun ob­ra­zı Sta­lin döv­­rün­də ümum-it­ti­faq el ağsaqqa­lı funksiyası da­şı­yan Ka­li­ni­nin pro­totipinə çev­ri­lir. Onun saray hərəm­xanasındakı qa­dın­ların bər­bə­zə­yi­ni soy­muş Də­li Hə­sən­lə tər­bi­yə­vi söh­bə­ti ağ­saq­qal ob­ra­zı­nı doğ­rul­dur. An­caq ağsaq­qa­lın bu bər­bə­zə­yin əsir­lə­ri azad et­mək üçün rüş­vət ki­mi ka­ra gələcəyini söylə­mə­si təəccüb do­ğu­rur. Çən­li­be­lə gə­lən ye­ni­yet­mə gürcü­nün Ko­roğ­lu­ya bir­ba­şa müraciəti siya­si­ləş­di­ril­miş xalqlar dostluğu mo­ti­vi­ni əks et­di­rir: «Kö­mək edin, dostlar, bi­zə bəd­bəxtlik üz ver­miş­dir. Kn­yaz­lar qız­la­rı şah hə­rə­mi­nə sat­mış­lar. Qar­daş­lar, ürə­yim ya­nır. Mə­nim bacım da ora­da­dır. On­la­rı xi­las et­mə­yə kö­mək edin. Ha­nı si­zin Ko­roğ­lu?–Ko­roğ­lu irə­li çı­xır:–Qəm ye­mə, mə­nim gür­cü qar­da­şım, biz mü­qəd­dəs and iç­mi­şik ki, bizim tor­paq­la­rımızdan qul­lar apa­ran heç bir kar­van keçməyəcəkdir»–de­yib Də­li Hə­sə­nə tap­şı­rıq ve­rir: «Kar­va­nı saxlamaq la­zım­dır. Şa­hid saxla­ma­yın ki, İran şa­hı ilə də ara­mız dəymə­sin, üs­tə­lik onun­la da vu­ruş­ma­ğa gücümüz çat­maz. Öz xanları­mız bi­zə bəs­dir, on­lar­la hesab­la­şa­rıq» (s.368) mət­nin­də­ki aman­sız­lıq və si­ya­si hiy­lə­gər­lik Ko­roğlu ob­ra­zı­na qə­tiy­yən uy­ğun gəlmir. Ko­roğ­lu ilə Ni­ga­rın to­yu ərə­fə­sin­də ke­çəl Həm­zə­nin sa­ra­ya gə­lə­rək Qı­ra­tı gətirəcəyinə söz ver­mə­si və əvə­zin­də Ni­ga­rı is­tə­mə­si zid­diy­yə­ti gücləndirir. Ke­çəl Həm­zə­nin oğur­la­dı­ğı Qı­ra­tın dalınca gələn Koroğ­lunun to­ra düş­mə­si, əli–qo­lu bağ­lı hal­da ba­zar meydanına gə­ti­ril­mə­si və Qı­ra­tın öz sa­hi­bi­ni xi­las et­mə­si il­kin ədə­bi mən­bə­nin macəra im­kan­la­rı­nı nü­ma­yiş et­di­rir. Ni­ga­rın baş­çı­lı­ğı ilə qa­dın­la­rın xan­la­rın or­dusuna qar­şı dö­yüş­də iştirak et­mə­si fa­bu­la­lı­ğı can­landırsa da,­ Ko­roğ­lu­nun öl­dü­rü­lən Aşıq Cu­nu­nun sa­zı­nı gö­tü-rüb at be­lin­də ça­lıb–oxu­ma­sı ope­ret­ta şər­ti­li­yi ya­ra­dır. Bu isə hə­yat ger­çək­li­yi üzə­rin­də qu­rul­muş dra­ma­turji struktu­ru po­zur. Ko­roğ­lu­nun Aşıq Cü­nu­nun ölü­mü ba­rə­də çı­xı­şı təsvir təh­ki­yə­si­ni söz­lə tək­rar­la­ya­raq ha­­disəliliyi lən­gi­dir. Çənlibellilərə si­lah al­maq üçün Də­li Hə­sə­nin sa­ray hə­rəm­xa­na­sın­da ye­ni­dən qadın­ların bər­bə­zək­lə­ri­ni soy­ma­sı in­qi­lab­çı–bol­şe­vik obra­z­ını ya­ra­dır. Hə­sən xa­nın sa­ra­yı­nın dar­ma­da­ğın olun­ması və özü­nün Qıra­tın ayaq­la­rı al­tın­da tap­dan­ma­sı he­sa­bı­na əf­sa­nə­vi ob­raz­lar siyasi­ləş­di­ril­di­yin­dən xey­rin şər üzə­rin­də qə­lə­bə­si ki­mi qə­bul olunmur. Elə bu sə­bəb­dən qə­lə­bə­də Ni­gar xa­nı­mın iş­ti­ra­kı ata–qız, qayın­a­ta–kü­rə­kən müna­sibətlərini ön pla­na çə­kə­rək ic­timai mo­ti­vin məi­şət müs­tə­vi­sin­də qav­ra­nıl­ma­sı­na sə­bəb olur. Ko­roğ­lu­nun də­li­lə­ri qar­şı­sın­da çı­xış edə­rək mü­ba­ri­zə­nin so­na çatma­dığını bil­dir­mə­si və ha­mını Cə­fər xa­nın üzə­ri­nə dö­yü­şə səs­lə­mə­si onun in­qi­labçı ob­ra­zı­nı rəmzi­ləş­dirir. Be­lə­lik­lə, əsrlərdən ke­çərək di­ni mü­da­xi­lə­yə mə­ruz qalmış qə­dim mifoloji das­tan si­ya­si təb­li­ğat funksiyasına da ta­be et­di­ri­lir. Rejissor Həbib İsmayılovun «Bakinskiy raboçiy» qəzetin­dəki «Xalqın əfsanəvi qəhrəmanı haqqında film» məqaləsindəki: «Əvvəla, Koroğlu xalq kütləsinin rəhbəri olsa da, təəssüf ki, onun yürüşləri, döyüşləri filmdə ifadəsini yetərincə tapmayıbdır. Bizim zənnimizcə, buna səbəb döyüşçülərin iri, orta planlarının olma­ması­dır. Rejissor döyüşçüləri tamaşaçıya yaxınlaş-dırmadığından, beləliklə, kütlənin siması itirildiyindən biz döyüşçülərin əhvalını duya bilmirik» (Габиб Исмайылов. Фильм о легендарном герое народа. г. Бакинский рабочий. 13.10.1960) cümlələri yetərincə əsaslandırılmır. Çünki kino sənətinin sirlərinə daha yaxından bələd olub, epos estetikasının tələblərini də yerinə yetirən Hüseyn Seyidzadənin məqsədi ayrı-ayrı döyüşçülərin deyil, əsas personajların və mühitin kinematoq­rafik təsvirini vermək idi. «Ba­kı» qə­ze­tin­də­ki «Ko­roğ­lu» mə­qa­lə­sin­də ya­zı­çı-jur­na­list Cə­lal Məm­mə­do­vun: «Aktyor Əfrasiyab Məm­mə­dov za­hi­ri-port­ret cəhətdən, ümumi ifa tər­zi etibarı ilə Koroğlunun surətini pis yaratma­mış­dır. La­kin bə­zi epizodlarda ifa­çı Koroğlunun zəngin da­xi­li alə­mi­ni, coşğun hiss və həyəcanlarını la­zı­mi səviyyədə əks et­di­rə bilmir. Eyni söz­lə­ri Nigar rolunu ifa edən Leyla Bədirbəyli haqqında da de­mək la­zım­dır» (Əfrəsiyab Məmmədov. Koroğlu. Bakı q., 01.19.1960) qə­naə­ti­ni isə di­gər mən­bəə­lərin də təsdiqləməsi, ge­niş ta­ma­şa­çı ma­ra­ğı qa­za­nan filmin, döv­rü­nün tənqidi­nin də diq­qə­ti­ni cəlb etdiyini təsdiqləyir. «Kommunist» qəzetin­də­ki «Ko­roğ­lu» məqalə­sin­də Mərziyə Davudova, Ağa­da­daş Qurbanov, Ta­mil­la Ağami­rova, Ata­moğ­lan Rzayev, Möh­sün Sə­na­ni, İsmayıl Da­ğıs­tan­lı, Əli Qurbanov ki­mi pe­şə­kar aktyorların oyu­nun təbii­li­yi­ni gös­tər­mək­lə sə­nət­kar­lıq prob­lem­lə­ri­ni önə çə­kən təd­qi­qat­çı alim Bə­kir Nə­bi­ye­vin: «Təəs­süf ki, eyni söz­lə­ri fil­min da­ha can­lı və da­ha qüvvətli gör­mək istədiyimiz baş qəh­rə­man­la­rı; Ko­roğlu və Nigarın ifa­çı­la­rı haqqında de­mək olmur. Əfrasiyab Məmmədovun ifa­sın­da Ko­roğlu bir­tə­rəf­li­dir. O, yal­nız za­hi­ri gör­kə­mi, boy-buxunu, libası və si­lah­la­rı ilə təsəvvürümüz­dəki Koroğluya bənzəyir. La­kin onun ifa­sın­da biz döyüş zama­nı qız­mış şir ki­mi vuruşan, göz­lə­rin­dən düş­mə­nə qar­şı kin və qə­zəb ya­ğan Koroğlunu gör­mü­rük, onun zə­rif aşiq qəlbinin döyüntü­lərini duymur, bülbül ki­mi cəh-cəh vuran kö­nül sə­si­ni eşitmirik. Dö­yüş səh­nə­lə­ri bir ya­na dursun, Koroğlunun ata mindiyi adi kadr­larda be­lə, Ə.Məm­mə­dov heç bir aktyor tə­li­mi gör­mə­miş kənd cavanlarının bir göz qırpımında edə biləcəyi hə­rə­kət­lə­rin öhdəsin­­dən çox çə­tin­lik­lə gə­lir ki, bu da fil­min üslubuna bir ağırlıq aşılayır. Nigar rolunun ifa­sı isə is­te­dad­lı aktrisamız Leyla Bədirbəylinin yaradıcılıq im­kan­la­rın­dan uzaqdır. Ola bil­sin ki, rejissor Leyla Bədirbəyliyə bu rolu tək­lif edər­kən onun «Fə­tə­li xan» fil­min­də ifa etdiyi Tuti Bi­kə rolundakı müvəffəqiyyətinə arxayın olmuşdur. La­kin unutmaq ol­maz ki, hə­min fil­min çə­ki­li­şin­dən on beş il keç­miş və bu il­lər L.Bədirbəylini də portretcə xeyli dəyişdirmişdir. İn­di hör­mət­li aktrisa başqa səciyyəvi rol­lar­da asanlıqla çı­­xış etdiyi hal­da, Nigar rolunda müvəffəqiyyət qa­za­na bilmə­miş­dir» (Bəkir Nəbiyev. Koroğlu. Kommunist.q., 13.10.1960) də­yər­lən­dir­mə­si o dövr tən­qi­di­nin yük­sək sə­viy­yə­sin­dən xə­bər ve­rir. «Azərbaycan gəncləri» qə­ze­tin­də­ki «Ko­roğ­lu» mə­qa­lə­sin­də filmdə xalq hə­rə­ka­tı­nın, əzə­mət­li cən­ga­və­rin bə­dii həl­li­nin sol­ğun­lu­ğu­nu gös­tə­rən təd­qi­qat­çı alim Təh­sin Mü­təl­li­mo­vun: «Ümumən, bir çox hal­da sse­na­ri mət­ni­nin fil­min heç də xeyrinə olmayaraq də­yişil­məsi ha­di­sə­lər ara­sın­da­kı rabitəni zəif­lət­miş­dir. Maraqlıdır ki, filmdə ən zəif par­ça­lar da məhz sse­na­ri­nin təh­rif edildiyi yer­lər­dir. Məlumdur ki, is­tər das­tan­da və is­tər­sə də filmdə Qı­ra­tın Ke­çəl Həm­zə tərəfindən oğurlanması, onun ardınca ge­dən Koroğ­lu­nun isə həbs edil­mə­si ha­di­sə­lər sil­si­lə­sin­də­ki mövqeyi və dra­ma­tik səviyyəsi etibarı ilə ən başlıca və maraqlı epizodlardandır. Hə­min ha­di­sə­nin das­tan­la çox ya­xın olan sse­na­ri mət­ni maraqlı və bə­dii cə­hət­dən qüvvətli verildiyi hal­da filmdə bu his­sə zəif çıx­mış­dır» (Təhsin Mütəllibov. Koroğlu. Azərbaycan gəncləri. q., 4.10.1960) fi­kir­lə­ri ek­ran par­ti­tu­ra­sı, es­ki­zi sa­yı­lan sse­na­ri­dən sa­pın­ma­nın fə­sad­la­rı­nı gös­tə­rir. Əsa­sən, dra­ma­tur­ji mo­de­li araş­dı­ran bu mə­qa­lə­də­ki: «Həm­zə­nin Çənlibelə gəl­mə­si və çox asanlıqla, elə hə­min gecə Qı­ra­tı qa­çır­ma­sı filmdə bə­dii cə­hət­dən kifayət qə­dər əsas­lan­dı­rıl­ma­dı­ğın­dan sü­ni tə­sir ba­ğış­la­yır. Halbuki, bu epi­zod sse­na­ri­də ta­mam başqa şə­kil­də gös­tə­ril­miş­dir. Burada Həm­zə­nin özü­nü meh­tər ki­mi ni­şan ver­mə­si və Koroğlunun tapşırığı ilə Də­li Meh­tə­rə kö­mək­çi ol­ma­sı, nəhayət, Qı­ra­tı qa­çır­da bilmədiyi üçün Dü­ra­tı aparıb dəyirmanda Koroğlunu ye­ni­dən al­da­da­raq, Qı­ra­tın özü­nü oğurlaması real və məntiqi ha­di­sə­lər əsa­sın­da in­ki­şaf et­di­ril­miş­dir. Təx­mi­nən eyni ha­la Koroğlunun edam meydanından qaç­maq səhnəsində də rast gə­li­rik.Ta­ma­şa­çı heç cü­rə ina­na bil­mir ki, əl­lə­ri ta­ma­mi­lə bağ­lı olan Ko­roğlu özü­nü Qı­ra­tın üs­tü­nə ata­raq bö­yük bir qoşunun içə­ri­sin­dən be­lə asanlıqla qurtara bil­sin. Sse­na­ri mət­nin­də isə əl­lə­ri açıl­mış Ko­roğlu Nigarın ya­xın­dan köməyi ilə Qı­ra­tı ələ ke­çi­rir və bu mü­ha­si­rə­dən qurtarır» (Yenə orada) cüm­lə­lə­ri sse­na­ri­ni diq­qət­lə oxu­muş təd­qi­qat­çı­nın tu­tar­lı müla­hi­zə­lə­ri­nə çev­ri­lir. Ye­ri gəl­miş­kən, dra­ma­tur­ji qa­nun­la­rı dərindən bi­lən Sa­bit Rəh­ma­nın qə­lə­min­dən çı­xan di­gər sse­na­ri­lər ek­ran də­yiş­kən­li­yi­nə ən az mə­ruz qal­mış ədə­bi mətnlərdəndir. Özünün müəy­yən qüsurlarına bax­mayaraq, türk dünyasının folk­lor incisi sayılan qədim das­ta­nı çoxmilyonlu tamaşaçı audito­ri­ya­sına çatdıran «Ko­roğ­lu» fil­mi tarixi missiyasını yerinə yetirdi. *** Hü­seyn Se­yidzadənin qu­ru­luş ver­di­yi, Leninin cümlələri ilə baş­lanan «Yenilməz batalyon» (ssenari müəllifi Qılman Musa­yev, 1965) filmində yarıdan çoxu cəzalanmış matroslardan ibarət cərimə batalyonunun Zaqatalaya gəlişi barədə çar Rusiyasının gerbi üzərindəki mətnlə klassik musiqinin pianoda ifası, atlı qaçaqların gələnləri seyr etməsi mühiti açır. Körpəsini nəvaziş göstərən matrosun əlindən geriyə alan bir qadın əhalinin təlaşını göstərsə də, yeniyetmə Teymurun (Ceyhun Mirzəyev) Viktor Alek­se­yevlə (M.Orlov) söhbəti, dükan xidmətçisi Rozanın (Ofe­liya Ab­ba­sova) axsayan Qriqoriy Romanovun (Valentin Kulik) cırılmış ayaq­qabısını belindəki önlüklə sarıması, Qədim qa­lanı təmir et­mək­lə özlərinə sığınacaq yaradan dənizçilərdən biri­nin Dobrovolskini (Vladimir Yemelyanov) öldürməyə qərar verməsi, faytonu qarət edən qaçağın xalça götürməsi, yerli bol­şe­viklərin qozun içinə gizli məktub yeritmələri tədrici ekspozisiya yaradır. Dostlarının çiyinlərində qədim qalanın hündür divarına qalxan Teymurun qoz kisəsini Alekseyevə çatdırması, dənizçilərin başda polkovnik Dob­ro­volski olmaqla yüksək rütbəli zabitlərə Lyudviq Van Bethovenin mu­siqisini ifa edən Xavər xanımın (Tamilla Ağamirova) evini təmir et­mələri bolşeviklərin öz plan­larını həyata keçirmələrinə şərait ya­ra­dan süjetə işləsə də, kazar­mada dənizçilərin çörəkdən narazı qalaraq təlimdən imtina etmə­ləri Eyzenşteynin «Potyomkinin zirehli gəmisi» filmindəki xarab ətlə bağlı problemi təkrarlayır. Dənizçilərlə yaxınlıq edən tatar proporşikin danlanması, Rozanın şərab içməyə dəvət etdiyi Qriqoriy Romanovun zabitlər tərəfindən cəzalandırılması, yağışın altında gözləyən Teymurun qarşılayıb dərzixanaya ötürdüyü Alekseyevin gizli otaqda Leninin «Sosial demokratiyanın iki taktikası» kitabını şəhərdən gələn bolşevik Nəriman Tağıyevdən (Müxlis Cənizadə) alması, qaçaq Əlimərdana (Şamil Mahmudbəyov) silah çatdırılmasına qərar veril­­məsi, Xavər xanımın qalada axtarışlar gözləndiyi xəbərini gə­tir­­məsi fa­bulaya zəmin yaradır. Leninin əsərinin kazarmada oxun­ması fo­nun­da 1905-ci il inqilabı və çar ailəsi barədə kino­xronikanın ikili ekspo­zisiyada canlanması təsəvvürü zəngin­ləş­dirir. Rozanın həbs olun­muş Romanova yemək gətirməsi, Nərima­nın görüşdüyü Əli­mər­danın xalça oğurlayan qaçağı cəza­lan­dır­ması, yerli mülkədar Hacı Xeyrinin (Yusif Yulduz) az məva­cib alan işçilərinin tətilinə qo­şu­lub yardımdan imtina edərək qoz-fındıq kisələrini bir-birlərinə tolaz­layan dənizçilərin mahnı oxuya-oxuya küçədən keçmələri, dərzi Yusifin (İsmayıl Osmanlı) qada­ğan olunmuş ədəbiyyatı tikiş maşınında gizlətməsi, silahların məs­ciddə Əlimərdana ötürülməsi sujeti davam etdirir. Nəhayət əyilib gözlüyünü axtaran Romanovun yerdən daş gö­türərkən güllələnməsi ilə iğtişaşın yaranması polkda əsgərlərin ölüm hökmünün icrasından imtina edən dənizçilərin təbillərin sə­daları altında gündüz-gecə, günəşin, yağışın altında fasiləsiz ayaq döyməklə cəzalandırılması, təbilçilərlə məhkumların kölgə­lərinin, proporşiklərin «bir-iki» sayan ağızların müxtəlif rakurslarla, plan­larla növbələşməsi, ildırımın çaxması, küləyin əsməsi, əsgər çək­mə­lərinin palçığa girib çıxması kinematoqrafikliyi Eyzenşteynin montaj prinsipinin təzahüründə artırır. Qala divarlarından, həbsxa­na­dan kəndirlə qaçan Viktor Alekseyin kilsədən çıxan Dobro­vols­kini güllələməsi terrorizmin bolşeviklərin əsas mübarizə üsulu oldu­­ğu­nu bir daha təsdiqləyir. Nərimanla Teymurun birgə şəhərə silah da­lınca getmələrinin hərbiçilərə bəlli olması ilə yığışıb Zaqa­talanı tərk edən Xavər xanımın vida musiqisi altında furqonun yasavullar tərə­findən qarşılanması finalı yaxınlaşdırır. Və fur­qonun təqib edil­mə­si kinematoqrafikliyi, Con Fordun «Dlijans» filminin montaj prin­si­pinin təkrarında artırır. Dənizçi geyimlərini və papaqlarını alan ba­talyon əsgərlərinin şəhəri duz-çörəklə tərk etmələri nifrətin rəğ­bə­tə çevrilməsini bədii çərçivədə yaradır. Əlbəttə ki, dənizçilərin mən­tiqsiz görünən əmrə tabe olmayıb üzərindən addımlamadıqları dost məzarlarını dövrəyə almaları inqilabi ruhun dirçəlişi kimi qə­lə­mə verilir. *** Mixail Şoloxova Nobel mükafatı qazandıran (1965) “Sakit Don” eposunun təsirilə İsmayıl Şıxlının yazdığı «Dəli Kür» roma­nın (1966) ekrana gəlişi uzun sürən müzakirələrdən, paytaxtdakı kino məmurları ilə coxsaylı yazışmalardan keçir. 11 iyun 1966-cı ildə İsmayıl Şıxlının “Dəli Kür” filminin ssenarisi barədə “Azərbaycanfilm” kinostudiyasının ssenari — redaksiya heyətinin baş redaktoru İsa Hüseynovun müzakirədən sonra imzaladığı rəydəki: “Cahandar ağanın zahiri bizə xoş təsir bağışlayır, bəzi səhnələrdə — məktəb gülləbarana tutulanda onun rus Əhmədi, vəhşi, fanatik müridlər hücum çəkərkən Çernya­yevskini xilas etməsi, oğlu Şamxalı polislərdən qurtarması səhnə­lərində o, hətta bir cəngavər kimi görünür. Əslində isə, o, ağası olduğu kənddə özünü sahibi – mütləq kimi aparır, ən adi hisslərini belə cilovlamaq istəmir, hec kəsdən və heç bir qüvvədən çəkin­mədiyini hər addımda açıq – aşkar birüzə verir. Kənddə təhkim­çilik üsulu hökm surməsə də, o özünü əsl mülkədar kimi aparır. Müəllif Cahandar ağanı əsrin başlanğıcında Azərbaycan kəndində hökm sürən dövrdə bəylik və özbaşınalığın tipik nümayəndəsi kimi təsir edir. Və məhz buna görə də, Cahandar ağanın məğlubiyyəti bu adam üçün həyatın məntiqindən doğan bir nəticə olmaqla bərabər, eyni zamanda bütün feodal – patriarxal və zorakılıq dünyasının məhvi təsirini bağışlayır” (ARDƏİA. fond 330, siy. 5, sax. vah. 596) cümlələri ən yaxın qələm dostlarının belə əsərin milli ideya daşıyıcısına rəğbətdən uzaq olmağı üstün tutub, gələcək filmi yalnız sinfi mübarizə müstəvisində görmək istəyini təsdiqləyir. Nəhayət ki, roman əsasında Hüseyn Seyidzadənin quruluş verdiyi eyniadlı film (ssenari müəllifi İsmayıl Şıxlı, 1969) nəsrin ekranlaşdırılması sahəsində uğurlu addım oldu. Sıldırım qayanın üstündəki atlı Cahandar ağanın (Ələddin Abbasov) Kürdə paltar yuyan Mə­ləyin (Zemfira Sadıqova) çırmanmış baldırlarına vurul­ması və su içmək adı ilə yaxın­laş­dı­ğı gəlini götürüb qaçmasının ildırım çaxması, Allahyarın (Məmməd Bürcəliyev) atlı dost­ları ilə onları qovması ilə müşaiyət olunması hadisələri qızışdırır. Nov­ruz bayramı günü Qori seminariyasının Azərbaycan şöbəsinin inspek­toru Aleksey Osipoviç Çernyayevskinin (Vladislav Kovalkov) tələbə yığmaq üçün faytonla Kür qırağındakı bu kəndə gəlişi tari­xi hadisələri dramaturji struktura qoşur. Atəşfəşanlığın fonunda əli məşəlli oğlanların tonqal üstündən tullanmaları, qızların üzük falı­na baxmaları, uşaqların yumurta döyüşdürmələri folklor ənə­nə­lə­rini üzə çıxarmaqla bayram əhval-ruhiyyəsi yaradır. Romandakı epizodların əksəriyyətinin, o cümlədən Cahan­dar ağanın ikinci oğlu Əşrəfin Mola Sadıqın qızı Pakizə ilə məhəb­bət macərası, atası ilə qarşıdurmadan sonra evə qayıtmayan Şamxalın kəndin kənarında özünə ev tikməsi, gəmiçi Qoca dayı­nın qızı, öz dostu Çərkəzin bacısı Güləsəri qaçırması, bibisinin onlara gəlişi, oğlunu öldürüb, gəlininin tikə-tikə doğramaq fikrinə düşən Caha­n­dar ağaya mane olduqda bir sillə ilə yerə sərilib huşunu itirən Mələ­yin açıq-saçıq səhnələrlə könlünün alınması, meyxana məc­lisinə getdiyinə görə qardaşı tərəfindən məhv edilən Şahnigarın yas mərasimi, sevdiyi rus Əhmədin papiros qutusuna ətir çiləyən, bulaq­dan gələrkən çiynindəki səhəngi düşmən güllə­sindən deşilən Salatının, ot tayasına od vurarkən nökər Tapdığın yaraladığı Allahyarın adamlarının qaçırması, Həsən ağanın onu xilas etməsi, qızını da yox etmək istəyən atanın gözünə bacısının görünməsi, köçdəki maralın güllələnməsi, yalı-quyruğu qırxılan Qəmərin uçurum dərəyə yuvarlanması, pristavın kənd camaatına Kürün o üzündəki meşənin padşahın ov yeri (qoruq) olacağını açıq­laması, se­minariyanın direktoru Dmitri Dmitriyeviç Semyo­novun qu­bern­atorla görüşünün, işdən qovulmasının və sairənin ixtisarı çoxşaxəli süjet əvəzinə fabulanı qabardır. Epizodlarla birgə çoxsaylı personajların da ixtisarı, o cümlədən Əşrəfin Şam­xalla, faytonçu İvan Filipiçin, yetim Osmanın atasına çevrilən kəndli Məmmədəli, Gülə­sərin Pakizə ilə əvəzlənməsi dramaturji strukturu səfərbər edir. Məsələn, filmdə qızların bacadan torba sallayan oğlanlara pişik­lə kərpic göndərməsindən yaranan karna­val estetikası fonun­da Şamxalla Pakizənin və ya təpədəki evində tənha yaşayan Rus Əh­mədin pəncərəsini döyərək ürkə-ürkə qaçan Salatının plastika­la­rı gözönü hadisələrin məna həllini verir. Özünü Allah qonağı kimi təqdim edən Çernyayevskinin Rus Əh­mə­din oxuduğu Radişşevin «Peterburqdan Moskvaya səyahət» kita­bını vərəqləməsi sosrealizm ictimai üslubun siyasi diktəsini yerinə yetirir. Rus Əhmədin uşaqların mollaxanadan ayrılmasının çətin məsələ olduğunu bildirdiyi məqamda evə doluşan oğlanların qonaqla ünsiyyəti, Zərnigarın (Leyla Bədirbəyli) sillələdiyi Mələ­yə Şamxalın qaldırdığı xəncəri, atdığı güllə ilə deşərək: «Ona bu evdə heç kəs güldən ağır bir söz deməməlidir. Eşitdinizmi?!» deyən Cahandar ağanın söz sahibi olduğunu təsdiqləməsi attrak­sion­ların montajı hesabına həyata keçirilir. Evində edən Cahandar ağanın alıb gətirdiyi parçadan, dərziliyi yaxşı bacaran bacısı Şah­nigarın Mələyə paltar tikməsi ailəyə daxil olan yeni qadının statusunu təsdiqləyir. Məmməd­əlinin faytonunda gəzdirdiyi xırda uşaqlarına alma paylayan Çernyayevskinin qızlar seminariyasının açılması arzusunu dilə gətir­mə­si, güllədən deşilmiş xəncərini Kürə ataraq Qoriyə getmək istə­məyən Şamxalın yola gətirilməsi isə maarifçilik strategiyasını bə­yan etməklə filmin miqyasını geniş­lən­dirir. Mollaxanada şagirdlərin ayaqlarını falaqqaya saldırıb döy­­dürən Molla Sadığın iş metodu, Rus Əhmədin maarifçi çağırışına məsciddəki qocaların etinasızlığı, cəhalət mühitini aç­maqla Qori seminariyasını işıqlı gələcəyin sim­vo­luna çevirməklə ideya­nı vizuallaşdırır. Cahandar ağanın atdığı gül­lə ilə Qori semi­nariya­sında şəriət dərslərinin də keçiriləcəyinə əh­əmiyyət vermə­yən Molla Sadığın xəncərli əlaltılarının sus­d­urul­ması kəndində də əsas söz sahibinin kim olduğunu aydınlaşdırır. 23 aprel 1970-ci ildə çıxan «Azərbaycan gəncləri» qəzetin­dəki «Dəli Kürün ekran taleyi» məqaləsində: “Romanda bütün ha­disə­lər yaz çağı Kürün daşıb sahillərini basa-basa gen sinəli axarını xatırladır. Açıq deməliyik ki, o zamankı həyatın bu cür axarını filmdə biz görmürük. Niyə belə olub? Nə üçün öz dövrünün bəylərinin ümumiləşmiş, bitkin, dolğun bir obrazı olan Cahandar bəy filmdə belə solğun çıxıb?” yazan Nəriman Süley­manovun: “Bizim fikrimizcə, o zamankı kəndi Novruz bayramı mərasimində məşəllər içərisində qərq etməyə, tüfəng, fişəng at­mağa heç bir zəzurət yox idi. Doğrudur, xalqımız həmişə bahar bayramını şən əhval-ruhiyyə ilə, şadlıqla qarşılamışdır. Ancaq o dövrdə camaatın necə güzəran keçirdiyini də unutmaq olmaz. XVIII əsrin görkəmli şairi Vaqif də yoxsulların bu güzəranını ürək ağrısı ilə təsvir etmişdir. “Bayram oldu heç bilmirəm neyləyim Bizim evdə axta zoğal da yoxdur”. Bizcə, XIX əsrin axırlarında da bütün Azərbaycanda olduğu kimi, Kürüstü kəndlərdə də vəziyyət böyük Vaqifin dediyi kimi idi. Filmin meyxana səhnəsi də tama­şa­çılarda təəccüb doğurur. Din xadimlərinin mənəvi eybəcər­liklərini bu cür göstərməkdə film heç bir şey qazanmamışdır” (Nəriman Süleymanov. Dəli kürün ekran taleyi. Azərbaycan gəncləri. q., 23.04.1970) qənaətləri şübhəsiz ki, romanın bütün məziyyətlərinin ekrana gətiril­məsinin mümkünsüzlüyü ilə bağlıdır. Üstəlik quruluşçu rejissorun “Novruz” və “Meyxana” səhnələrinə tətbiq etdiyi kar­na­val estetikası tamaşaçıdan daha çox oxucu qalmaq istəyən məqa­lə müəllifini təmin edə bilməzdi. İnqilabi ideyaları yaymaqla, əslində haqq-ədaləti bərqərar etməyə çalışan Rus Əhməd Qoriyə yollanan Şamxalla Osmana Radişşevin «Peterburqdan Moskvaya səyahət» kitabını ba­ğış­la­maq­la siyasi liderə çevrilir və romanda bu missiyanı yerinə yetirən Ki­pianinin də dramaturji yükünü əlindən alaraq personaj daha da dolğunlaşır. Tikdiyi paltarı geyindirmək üçün Mələyin əynindəki donun yaxasını cırmaqla gözəlliyini üzə çıxaran Şahnigar roman­dakı: «Keçən il ərini ilan vurandan sonra damın altında tək qal­mışdı. Kişinin ölümündən sonra arıqlamaq əvəzinə, kökəlmiş, buxaq sallayıb, buğum-buğum ət tökmüşdü. Qardaşı ona «çıx, gəl evimizə» demişdisə də, Şahnigar xanım razı olmamışdı. Ərimin var-dövləti təkcə mənə qalıb, oturub sağa-sola xərcləyəcəm. Yen­gə əlinə baxıb, minnətlə qardaş çörəyi yeməkdənsə, damın altında tək qalmaq yaxşıdır»-deyə fikirləşmişdi. Şahnigar xanım dedi­yindən dönmədi. Geyinib-keçindi, hətta Kürə suya gedəndə də özünü daş-qaşla bəzədi. Bir toy, bir nişan onsuz keçmədi. Oyna­maqdan doymur, şaqqıldayıb gülməkdən usanmırdı. Onu danlayıb bir söz deyəndə də hirslənirdi. «Məndən nə istəyirsiz, eşitməyibsinizmi ərsiz arvad yüyənsiz at kimi şeydir, haraya istəsə, oraya da gedəcək? İndi mən də haraya istəsəm, çapacam. Əl-ayağıma dolaşmayın» (İsmayıl Şıxlı. Seçilmiş əsərləri. II cild. B., 2005, s.160) kimi təfsilatın qısa, parlaq ekran ifadəsini yaradır. Lakin filmdə Molla Sadığın təhrikilə qumardan ayrılaraq namus üstündə Cahandar ağayla haqq-hesab çəkməyə gələn Allahyarı şər qüvvələr sırasına daxil etmək çətinləşir. Halbuki romandakı: «Deyilənlərə görə, kəndin varlı adamlarından olan Allahyar 7 dəfə evlənmişdi. «Nə olsun, dövləti varsa da, arvad saxlayan deyil. Bəlkə heç kişiliyi də yoxdur»-deyə onun arxasınca ağız əyirdilər. O aldığı arvadla 6-7 aydan artıq yaşamırdı. Hərəsində bir eyib tapır və evdən qovurdu. Onsuz da taleyindən küskün olan Mələk elə ilk gündən ərinə boyun əymiş, onun dediyi ilə oturub durmuşdu. Ancaq 1 il sonra o, yenə kürlüyə başlamış, Mələyin yediyini-içdiyini burnundan tökmüşdü. Hər gün bir bəhanə ilə onu danlayıb söymüş, evdə dava-dalaş salmışdı. (s. 26) O, Mələyi də bezikdirib evdən qovmaq istəyirdi. Hətta, özünə yeni arvad da axtarırdı (s. 45) kimi fikirlər mülahizələr Cahandar ağaya bəraət qazandırır. Filmdə isə oğlunun dalınca Rus Əhmədin təpənin üstündəki evinə gələrkən Allahyarın at belində fırlanan dəstəsinin hücumuna məruz qalan, güllə ilə papağı başın­dan salınan Cahandar ağanın düşmənini gözündən vurması sadəcə audiovizuallığı artırır. 17 may 1970-ci ildə çıxan «Kommunist» qəzetindəki «Dəli Kür» məqaləsində:: «Filmdə bəzi az əhəmiyyətli epizodlar həd­din­dən artıq uzadılmış, romanın bir sıra maraqlı parçaları isə ixtisar edilmişdir. Lap başlanğıcdakı Novruz bayramı ilə əlaqədar şənliklər öz-özlüyündə çox cazibədar və maraqlıdır. Lakin, xeyli uzadılmış bu səhnələrin hesabına filmdə heç olmasa Cahandar bəylə əlaqədar daha bir zəruri epizod göstərilə bilərdi» iradlarında tamamilə haqlı olan Təhsin Mütəllimovun: «Film «Dəli Kür» adlansa da, Kürün heç bir «dəliliyini», şıltaqlığını, daşqınlı–təlatümlü mənzərəsini görmürük. Halbuki, bütün film boyu hadisələrin daha canlı və təsirli ifadəsi üçün Kürün müxtəlif xarakterli mənzərələrindən effektli bir vasitə kimi istifadə etmək olardı» (Təhsin Mütəllibov. Dəli kür. Kommunist q., 17.05.1970) qeydi isə zahiri əlamətlərlə bağlılığından əsassız görü­nür. Qoriyə gedərək oğlunu kəndə qaytaracağına qərar verdiyi məqamda pristavın qubernatorun görüşünə çağırdığı Cahandar ağanın yaylağa qalxan köçü nizamlayarkən yeni doğulmuş day­çanı qoruya bilməyən mehtərə qapaz vurması onun söz sahibi olduğunu təkrarlasa da, oğlu Şamxaldan qızı Pakizənin sevinclə gətirdiyi məktubu oxuya bilməməsi zəifliyini üzə çıxarır. Cahan­dar ağanın bacısı Şahnigarın Molla Sadığın qurduğu Seyid Nigari məclisinə gətirilməsi qisasçılığın tərkib hissəsinə çevrilməklə dramatizmi artırsa da, portretlər qalereyasının açılışına imkan verən mərasimə aludəçilik epizodun ümumi strukturunda ərimə­sinə, yəni bədii həllinə mane olur. Lakin dini təriqətlə bağlı şərhi dəfələrlə mübahisə obyektinə çevrilən bu epizodun uğurlu musiqi-rəqs həllində attraksionların montajı prinsipi özünü doğruldur. Ekstaza gələn Molla Sadıqın donunu cıraraq sinəsini açdığı Şahnigarın silləsi ilə Cahandarın gülləsinin eyni vaxtda açılması keyfiyyət sıçrayışı yaratmaqla kinematoqrafikliyi artırır. Ay işığ­ın­da məzlum-məzlum yeriyən Şahnigarın pərişan saçları ilə Ca­han­darın atının yalının birbirinə toxunması bacı-qardaş vidalaş­ması­nın təzahürünə çevrilsə də, kəlmeyi-şəhadətini deyən qadının Kürdə boğulması çayı günahların yuyulmasının simvoluna çevirir. «Qori-1980» titrlərindən sonra aralarında Şamxalla Osmanın da olduğu seminariya tələbələrinin lələyi soğan suyuna batırmaqla Quranın vərəqlərindəki ağ yerlərə Radişşevin «Peterburqdan Moskva­ya səyahət» əsərini köçürmələri müqəddəs kitaba etina­sız­lıq, inqilabi ideyalara çağırış kimi səslənir. Gecə qapının döyül­mə­si, başda direktor Dmitri Dmitriyeviç Semyonov olmaqla semi­na­riya müəllimlərinin gəlişi ilə xristianların belə islamı öyrənməsi ehti­malı ya­ransa da, cənab Petrovun müqaviməti, inqilabi fəaliy­yətinə görə Si­bir sürgünü çəkmiş müəllim Kipianinin izlənməsi barədə Qubernatordan gələn məktub xeyir-şər qarşıdurmasını səciyyələndirir. At belində seminariyanın həyətinə girən Cahandar ağanın oğlu Şam­xalı kəndə qaytarmasına direktor Semyonovun mane olması, ata-oğulun söhbətində qubernatorun əraziləri almaq məsələsinin üzə çıxması, Quran kitabının təhqiqat üçün götürül­məsi, romandan fərqli olaraq ölməyib bir gözündən məhrum olan Allahyarın Mələyi ge­riyə aparması müxtəlif süjetləri attraksion­ların montajında qa­pa­yır. Və nəhayət, ərazilərinin zorla əlindən alınmasına dözməyən Ca­handar ağanın rus kazakları tərəfindən öldürülməsi işğalçılara qarşı üsyan kimi səslənir. Uzun illər məhz bu final Moskvada filmin qəbulu zamanı dəyişdirilərək Cahandar ağanın Allahyar tərəfindən öldürülməsi ilə əvəzlənsə də filmin ikinci operatoru Yuri Varnovskinin qoruyub saxladığı ilkin vari­an­tın üzə çıxması iyirmi yeddi il ekran həyatını yaşamış filmin bütövlüyünün heç olmasa, gələcək nəsillərə çatdırılmasını təmin edə bildi. Romanda dərs zamanı Puşkinin şerini oxusa da, filmdə Xürrəmilər hərəkatını işğalçılara qarşı üsyan kimi qələmə verən Kipianinin həbsinə seminariya tələbələrinin etirazı, başı üzərin­dəki möhtəşəm zəngi fasiləsiz olaraq səsləndirən Osmanın kazak­lar tərəfindən durdurulması, uzun müddətdən bəri axtarılan Rus Əhmədin fotoşəklinin üzə çıxması ilə, bəlaların səbəbkarı oldu­ğuna işarə vurulan çarın divardan asılmış portretinin birləş­dir­ilməsi attraksionların montajını davam etdirir. Peterburqdakı inqilabi fəaliyyətinə, Sibir sürgünündən qaçdığına görə yenidən həbs olunan Rus Əhmədlə vidalaşan kənd əhli arasından çıxaraq təpənin üstünə qalxan Salatının yaylığını dodaqlarına sıxması faciəvi sevginin təzahırünə çevrilir. Və Kür çayının sahilində məx­susi geyimli müəllimlərin – Şamxalla Osmanın seminarist­lərlə ünsiyyəti maarifçilik ideyalarının çiçəkləndiyini bəyan edir. 20 dekabr 1988 – ci ildə çap olunmuş “Azərbaycan gəncləri” qəzeindəki “O yerlər min xəyal eylər” məqaləsində Mehdi Şıxlinskiyə müsahibəsində: “Əsərdəki surətlər böyüklü-kiçikli müəllifin övladlarıdır. Ata isə övladlarının birinə mehriban, o birinə soyuq ola bilməz. Amma övladın biri güclü, o biri isə zəif ola bilər. Bu baxımdan, Cahandar ağa, əlbəttə, qalan surətlərin hamısından güclüdür. Onun belə güclü və hardasa əzəmi xarakter olması müəllifin iradəsindən asılı deyil, zamandan asılıdır” deyən İsmayıl Şıxlının: “Cahandar ağanı feodal dünyası yaratmışdır. Onun timsalında orta əsr cəngavərliyi, qüruru, mənliyi, kişiliyi, eyni zamanda ziddiyyətləri əksini tapmışdır. Elə ziddiyyətləri ki, onu əyib təslim edə bilmir, ancaq məhvinə hökm verir” fikirləri müəllifin personajını mühitində göstərmək prinsipini önə çəkir. Məqalədə İsmayıl Şıxlının: “Mən “Dəli Kür”ü yazarkən Şahnigar surətini nəzərdə tutmamışdım, yəni belə bir surətin təsvirini əvvəlcədən düşünməmişdim. Amma bir axşam əlimə qələm alan­da gördüm ki, yaraqşıqlı, şux, deyib – gülən, bir az ayar, zarafat­cıl, telli – toqqalı bir gəlin dayandı qarşımda, gözlərini zillədi üstümə: “Mən Cahandar ağanın bacısıyam. Gəlmişəm yanına. Məni təsvir etməlisən, — dedi- Qardaşım oğlu Şamxal Gəmiçi Qo­ca­nın qızı Gülsəsəri götürüb qaçıb, gedək yanlarına”. Getdim. Son­ra­dan da “Ölməliyəm. Qardaşıma qanım halaldır” – deyə atın qabağına düşdü. Öləndən sonra da lazım olan kimi gəldi kitabın səhifələrinə və beləliklə, romandakı ən canlı surətlərdən birinə çevrildi. Belə anlarda müəllif soyuqluq eləmək istəsə də, bacar­maz” (Mehdi Şıxlinski. O yerlər min xəyal eylər. Azərbaycan gəncləri q., 20.12.1988) cümlələri isə müəlliflə materialın qarşıdurmasında ikinci­nin qalibiyyətini səciyyələndirir. *** Artıq siyasiləşdirilmiş mövzuda da özünü təsdiqləyən Hüseyn Seyidzadə Xan qızı Natəvanı ekranlara gətirmək həvəsilə yaşasa da, ona sovet təbliğat mexanizminin növbəti uydurması olan, ləqəbindən göründüyü kimi xalqın sevgisini yox, nifrətini qazanmış Qatır Məmmədə həsr edilmiş «Gəncəbasarlı qisasçı» filmi həvalə olunur. 14 fevral 1919-cu ildə — Azərbaycan Cümhuriyyəti dövrün­də Goranboy ərazisində Qatır Məmmədin başçılığı ilə kəndlilərin polis məntəqəsinə və bir neçə gün sonra yerli mülkədarın malikanəsinə hücumuna sonrakı illərdə sovet tarixçiləri tərəfin­dən inqilabi don geydirilsə də, bu hadisə vətəndaşa çevrilməmiş sakinlərin kortəbii cinayəti idi. Akademik C.Quliyevin Gəncə Partiya komitəsinin məktub­laşmaq üçün Qatır Məmmədlə əlaqə­lən­diricisi O.B.Oru­co­vun xatirələrinə istinadən yazdığı: «Gəncə kommunistlərinin yazılı tapşırığı ilə Qatır Məmməd erməni kəndlərini müsavat dəstələrinin hücumundan qorumuşdur» (Гулийев Дж. Б. Борьба коммунистической партии за осуществление Ленинской национальной политики в Азербайджане. Б., 1970, с. 255.) cüm­ləsi isə saxta təməl üzərində qurulan xalqlar dostluğuna xidmət cəhdidir. Növbəti cümlədəki Gəncə partiya dairəsinin göstərişi ilə 1919-cu ilin may-sentyabr aylarında Qatır Məm­mədin yanında çalışmış peşəkar təşkilatçının erməni S.D.Məlik-Kərəmov olması fikri isə arxivdəki dəqiq mənbəyə əsaslanır. Həmin dövrdə bolşeviklərin siyasi məqsədlə istifadə etdikləri, sonradan xalq qəhrəmanına çevrilərək haqqında 1945-ci ildə Zeynal Xəlilin pyes yazdığı bu savadsız kəndli–Qatır Məmmədin ictimai şüurundan isə söhbət gedə bilməzdi. Çünki 24 fevral 1919-cu ildə Qatır Məmmədin Qara­bağ ətrafında meydan suladığı ərəfədə Andronikin dəstələri Şuşa yaxınlığında müsəlman əhali­sinə qarşı kütləvi qırğınlar törədirdilər. Şəhərin 35 kilometrliyində 200 nəfərlik ingilis qoşunu bölməsinin Qarabağ kəndlərini talan edən Andronikin silahlı quldur dəstələrinin qarşısını aldığı şərait­də Qatır Məmmədin dəstəsinin çapqınçılıqla məşğul olması icti­mai şüurun kasadlığından xəbər verir.  «Azərbaycanfilm» kinostudiyasının 5 iyul 1971-ci il tarixli Bədii Şurasında Mixail Maklyarskinin və Kirill Rapopotun Qatır Məmmədə həsr olunmuş «Gəncəbasarlı qisasçı» adlı ədəbi ssenari­lərinin müzakirəsində: «Belə təəssürat yaranır ki biz bütün bunları haradasa görmüşük və ya oxumuşuq. Müəlliflərin özləri­nin məxsusi həllini tapdıqları heç bir epizod yoxdur. Bu isə məsələni qəlizləşdirir.» deyən kinooperator Rasim Ocaqovdan, «Ssenari lazımi effekt yaratmır, burada bir nəfərin başqalarına qarşı çıxması göstərilir. İnqilabi mübarizənin dərin dərki yoxdur» deyən Tofiq Tağızadədən fərqli olaraq, Muxtar Dadaşovun: «Qatır Məmmədin adı gələndə müsavatçılar tir-tir əsməlidirlər» çağırışı hörmətli sənətkarımızın ən azı dövlətçilik tariximizdən bixəbər olduğunu təsdiqləyir. Protokoldan göründüyü kimi, hətta Bədii Şuranın gənc üzvü Eldar Quliyev də, tənqidi mövqedə dursa da, kinostudiyanın direktoru Adil İsgəndərovun təzyiqinə, başda İmran Qasımov olmaqla ssenari şöbəsinin işçilərinin təriflərinə məhəl qoymayaraq ssenarinin zəifliyini təkrarlamaqla «Ucuz əsəri dəyərli qələmə vermək olmaz. Mən bu ssenarinin əleyhinəyəm» (ARDİƏA. fond 594, siyahı 1, sax. vah. 190) deyən Tofiq Tağızadənin müqavimətinə baxmayaraq, film isteh­sala buraxıldı. Ssenarinin yarıdan çoxunu ixtisar edib onu özünün əlavələri ilə zənginləşdirən Hüseyn Seyidzadənin müəlliflərə göndərdiyi rejissor ssenarisinə məhəl qoyulmadı. Üzərində üç il çalışdıqdan, filmin 82 faizi çəkildikdən sonra ssenaridən yayın­dığına görə Qoskino SSRİ-nin sədr müavini B.Pavlenkanın qərarı ilə işdən uzaqlaşdırılan Hüseyn Seyidzadəni əvəzləməkdən Tofiq Tağızadə, Kamil Rüstəmbəyov, Arif Babayev imtina etsələr də, filmin quruluşçu operatoru Rasim Ocaqov bu təkliflə razılaşdı. Üstünə maddi sanksiya qoyulan, məmurların bitib-tükənməz çək-çevirlərinə məruz qalan rejissor Hüseyn Seyidzadənin müxtəlif təşkilatlara şikayət məktublarına yetərli cavab verilmədiyindən o, uzun illər tənha qaldığı mənzilində maddi və mənəvi sıxıntılarla yaşadı. 1971-ci ildən Alla Axundova ilə birlikdə hələ əllinci illərin sonunda, Abşeron çimərliklərinin birində suda batmaq təhlükəsi ilə üzləşən qızları həyatı hesabına xilas edən, haqqında mətbuatda çoxsaylı informasiyalar gedən məktəbli Tofiq Hüseynov barədə üzərində işləməyə başladığı «Yaşayın, qızlar!» ssenarisinə yenidən qayıtdı. Və şair-dramaturq Novruz Gəncəlinin hələ 1961-cı ildə «Azərbaycan» jurnalının 5-ci sayında çap etdirdiyi «Bizim sahildə» adlı bədii-sənədli əsəri «Tofiq» adlı ssenari kimi studiya­ya da təq­dim edilərək, əvvəl Ş.Mahmudbəyova, H.İsmayılova, Z.Kazı­mo­va­ya, nəhayət, H.Seyidzadə­yə həvalə edilsə də, sonun­cunun müəl­lif­liyə şərikliyi qəbul edilmədiyin­dən istehsalata bura­xıl­mayaraq ar­xi­və göndərildiyi yada düşür. İllərlə davam edən qar­şı­dırmalar, məh­kə­mələr yenidən qızışmaqla Hüseyn Seyidza­də­ni maddi, mənəvi mən­gənədə saxladı. Sənət dostlarından çoxu ondan üz döndərsə də, Əlisəttar Atakişiyev, Tofiq Tağızadə əlaqəni kəsmədilər. Məhz bu üç sənətkarın soyadlarının ilk hərif­lərindən yaranmaqla «ATS» ki­mi məşhurlaşan birlik kino­stu­diyanın direktoru Adil İsgəndərovun is­te­fasına nail oldu. Kinostudiyanın yeni direktoru, çox sonralar 5 yanvar 1993-cü il tarixli «Mədəniyyət» qəzetindəki «Sənətkar taleyi» məqalə­sində:: «Hüseyn Seyidzadə mənə zəng çaldı, görüşmək istədiyini bildirdi. O zaman mən Radio və Televiziya Komitəsində sədr müavini işləyirdim, əsasən radioya başçılıq edirdim. Bu görüş mənim ürəyimdən oldu. Arzu etdiyim sənətkarı görəcəkdim, şəxsən tanış olacaqdım, ən ümdəsi isə onun əsəri haqqında yanlış mövqe tutduğumuz üçün ondan üzrxahlıq edəcəkdim. (Vaxtilə Cəmil müəllimin baş redaktoru olduğu «Azərbaycan gəncləri» qəzetində «O olmasın, bu olsun» filmi barədəki tənqidi məqalə nəzərdə tutulur — A.D) Lakin görüş dramatik siftə ilə başlandı. O, işsiz oldu­ğunu, lap nəinki televizorda, radioda belə rejissor işləmək istə­yini bil­dirdi. Sarsıldım. Necə olmuşdu ki, belə bir sənətkar öz mü­hi­tindən kənar edilmişdi?» (Cəmil Əlibəyov. Sənətkar taleyi. Mədəniyyət q., 05.01.1993) yazan yazıçı-jurnalist Cəmil Əlibəyov isə o dövrdə bu rejissorun problemlərini həll etmək iqtidarında de­yil­di, çünki Qoskino SSRİ-nin sədr müavini B.Pavlenka yerində idi. 1974-cü ilin noyabrında Azərbaycan KP MK-nın göstərişi ilə M.F Axundovun «Dərviş Parisi partladır» komediyası əsasında Ə.Qulubəyovun yazdığı, 1969-cu ildə arxivə atılmış ssenarinin bər­pa olunaraq rejissorluğunun Hüseyn Seyidzadəyə həvalə olun­ması məsələsi qaldırılsa da, Pavlenka bu işə mane olur.* 21 sentyabr 1975-ci idə Sov. KP MK-nın katibi, Siyasi Büronun üz­vü M.A.Suslova ünvanladığı teleqramda vaxtilə onu işdən uzaq­laş­dıran B.Pavlenkadan şikayətlənən Seyidzadə indi də səkkiz sse­nari müəllifi ilə üzərində birgə calışdığı «Dərviş Parisi partladır» filmi­nin əlindən alınmasından şikayətlənir. Teleqram­dakı “26 iyul 1975-ci il tarixli məktubunda Pavlenka «Dərviş Pariji partladır» filmi­nin ssenarisi onda qəbul ediləcək ki, başqa rejis­sorun nami­zəd­liyi göstərilsin” (ARDİƏA. fond 594, siyahı 2, sax. vah. 21) cümləsi gerçəkliyi əks etdirir və teleqramda artıq dünyadan bezən rejissorun işsiz, maaşsız qal­dığını ağrı ilə bildirilməsi acı təəssüf doğurur. *** Hüseyn Seyidzadənin bəstəkar Zakir Bağırovun Məcid Şamxalovun librettosu əsasında yazdığı, geniş tamaşaçı kütləsinin rəğbətini qazanan “Qayınana” musiqili komediyası (1974) əsasın­da eyniadlı filmə (ssenari müəllifləri Əjdər İbrahimov, Marqarita Maleeva, 1978) quruluş verməsi rejissorun yaradıcılığına göz­lən­il­məz bir istiqamət gətirdi. Musiqili komediya janrını qoruyan, məişət mövzulu bu filmin də əsas hadisələri gənc bəstəkar Ayazın (Fuad Poladov) ailəsindəki münaqişələr üzərində qurulur. Ayazın xanımı, diş həkimi Sevda ilə yola getməyən ağır xasiyyətli anası Cənnətə (Nəsibə Zeynalova) “dərs vermək” üçün dostu İlqarın (İlham Namiq Kamal) guya varlı ailədən olan yeni gəlin gətirməsi təklif olunan vəziyyəti yaradır. Filmdə Zakir Bağırovun tamaşaya yazdığı musiqidən imtina olunaraq Tofiq Quliyevin işə cəlb olunması ilə yanaşı ssenaridə liberettoya da əlavələr strukturu dəyişir. 23 fevral 1977-ci ildə “Azərbaycanfilm” kinostudiyasının Bədii Şurasında “Qayınana” filminin ədəbi ssenarisinin müzakirə­sində Tofiq Tağızadənin: “Komediya tamaşaçıya lazımdır, əsas ideya ondadır ki, insan ailədə rahatlıq tapsa, ictimai həyatda ds, işdə də vəziyyət düzələr… Burada dərin fəlsəfi ideya yoxdur”, Həsənağa Turabovun: “Ssenari film-tamaşanın əsasıdır deyə, bu çəkilişin daha böyük auditoriyaya, ümumittifaq ekrana yönəlmə­sin­dən narahatam”, Əhmədağa Qurbanovun: “Redaksiya heyətin­də ssenarinin mərkəzinə enəndə düşünmürdüm ki, Nəsibə Zeynal­ova başda olanda film tamaşa olacaqdır. “Əgər film böyük ekrana gedəcəksə, ssenari yenidən işlənməlidir” qeydləri fonunda İsa Hüseynovun “Cənnətin yuxusu” kimi fantastik epizod üslubdan çıxır, əgər ondan imtina edilsə, nəsə itirirlər.” “Üslubun bərpası üçün bir neçə belə səhnəni ssenarinin əvvəlinə və arxasına da atmaq gərəkdir” deyə vəziyyəti bərpa etməyə çalışması ciddi müzakirə­lərdə şəxsi münasibətin öndə olduğunu təsdiqləyir. Məcid Şamxalovun “Qayınana” pyesinin Nəsibə Zeynalova baş rolda olmaqla çəkilişinin Azərbaycan KP MK bürosunun qərarına əsaslandığını söyləyib, ayrılan məbləğin azlığından şikayətlənən Cəmil Əlibəyovun: “Əgər biz bir neçə kameranı səhnənin qarşı­sına qoyub tamaşaçını çəksək, bizə gülərlər. Dekorasiyalar kasıb, aktyor oyunu isə məzlumdur. Odur ki, “Qayınana” tammetrajlı bədii filminin kinostudiyanın planına salınması barədə SSRİ Kino Komitəsinə müraciət etməliyik. İndi “Məşədi İbad” ruhlu film çəkmək çətindir. Bu film şən, yüngül, şərti qəhrəman və məqam­larla üzə çıxan muzikl olmalıdır. Film üzərində çalışarkən ziddiy­yətin nə üzərində qurulduğunu tapmaq lazımdır. Cehiz motivi köh­nə­dir, göstərmək lazımdır ki, qayınana oğlunun “əlindən alın­dı­ğına” görə hirslidir. Son illər partiya dəfələrlə qadının məişət­dəki rolu barədə göstərişlər vermişdilər. Bu yeni motiv filmi “qadın, məişət, cəmiyyət” kimi müasir kəskin ziddiyyət üzərində qurmaq gərəkdir” fikirləri yetərincə əsaslandırılmamış görünür. Sonda Hüseyn Seyidzadənin: “Bu filmini klassik üslubda çəkmək olmaz. Kinematoqrafiyanın imkanlarından bəhrələnmək gərəkdir. Hər şey film də açarımızın tapılmasından asılıdır” (ARDİƏA. fond 330, siyahı 5, sax. vah. 973) cümlələri də bədii həllin tapılmadığına dəlalət edir. 16 iyun 1977-ci ildə “Azərbaycanfilm” kinostudiyasının ssenari-redaksiya heyətinin iclasında “Qaynana” bədii filminin rejissor ssenarisinin müzakirəsində Seyfəddin Dağlının “Kukla ilə bərabər Cənnətin nəvəsi çox yer tutur. Əgər o, gəlin və qaynana­nın münaqişəsində səbəbkar olsaydı, bəraət qazanardı” cümlələri haqlı səslənməklə pyesə edilən əlavələrin lüzumsuzluğunu gös­tərir. Müzakirədə: “Əliabbasla bağlı süjetə ehtiyac yoxdur, ondan imtina etmək olar” deyən İsa Hüseynovun: “Məşədi Kazımın “can­lanması” həmişə yerinə düşmür. Yanğınsöndürənlərin də gəlişini əsaslandırmaq gərəkdir. Zərifənin Cənnət haqqında “o, məndə simpatiya yaradır. Final hədsiz uzadılır” (ARDA. fond 330, siyahı 5, sax. vah. 973) kimi xırda qeyd­lərin səslənməsi əslində səriştəsiz ssenariçilərin dramaturji baxımdan zəif pyesi gücləndirməkdə aciz olduqlarını dolayı yolla təsdiqləməklə yanaşı hər kəsin fikir bildirməkdən çəkindiyini göstərir. Filmin ilk epizodunda həyətdə qonşu Sədaqətin (Səfurə İbrahimova) paltar yuyub asdığı paltarlar arasında gəlini Sevdanın (Tanirə Əhmərova) paltarlarının da görən Cənnət xalanın (Nəsibə Zeynalova) qəzəblənərək: “Günü pis keçmir qalayçı qızının, qon­şu paltaryuyan, qaynana qulluqçu” deməsi ziddiyyətin tərəflərini təmsil edən personajların münasibətini neytrallaşdırır. Belə ki, oğlu gənc bəstəkar Ayazın (Fuad Poladov) sadə ailədən seçib sevib evləndiyi diş həkimi Sevdanın öz paltarlarını qonşu Səda­qətə yudurtmasına mənfi münasibət bildirən Cənnət xalanın möv­qeyi haqlı görünür. Cənnət xalanın poliklinikada işinin çox oldu­ğunu söyləyən Sevdanı diş həkimlərinin yaxşı gəlir əldə etdiyi halda, qonşuların, tanış-bilişin dişini qurdalayıb evə pulsuz gəl­diyini söyləməsi səhiyyənin pulsuz olduğu Sovetlər Birliyindəki qeyri-rəsmi münasibətlər sistemini ortaya atmaqla ekran sənətində həllini çözə bilməyən dolaşıq ziddiyyət yaranır. Və bundan sonra hökmlə: “Gəlin mənim süpürgəmdir, harda qoysam, orda da durmalıdır” deyən Cənnət xalanın pulsuz səhiyyəni hamıya deyil, yalnız qonşulara, tanış-bilişə tətbiq edən gəlini Sevdaya düşmən kəsilməsinin pislərlə pislərin qarşıdurmasını yaratması ekranda işıqlı ideya faktorunu arxa plana atır. Qayınanası ilə xırda məişət münaqişələrindən cana doyaraq evdən getməyə qərar verən Sevdaya istehza ilə: “Ərciyəzinə de ki, sənin üçün on — on iki maşın gön­dərsin ki, cehizlərini də daşıyıb qurtara biləsən!” deməsi sa­dəcə Cənnət xalanı tamahkar, şöhrətpərəst personaj kimi səciy­yələndirir. Dostu İlqarla (İlham Namiq Kamal) fənd işlədərək əvvəl­cə­dən qurulmuş oyun əsasında onun nişanlısı Zərifə (İnarə Quli­yeva) Afət (İnarə Quliyeva) kimi təqdim edilərək Ayazın guya əsl-nəcabətli bir qızla evlənməsi tamaşa kimi filmin də əsas hadisəsini yaradır. Bu xəbəri eşidən Cənnət xalanın: “Bir tərəfi bəy, bir tərəfi xan, belə gəlinə can qurban” deməsi, sevincəkliyə düşərək onu ədviyyatla, xına ilə təmin edən kələkbaz qardaş­oğlusu Əliyə səxavətlə borc verməsi, təzə “gəlinin” cehizlərini qucaqlayaraq “maşın-maşın cehizi var gəlnimin” oxuyaraq oyna­ması, əri Məşədi Kazımın divardakı şəklinə müraciətlə: “Sən də ölməyə vaxt tapdın!” söyləməsi, təxəyyülündəki fantaziyada ba­şın­dan cəvahirat yağmasının canlanması əks-mövzunu — şərin qələ­bəsini səciyyələndirir. Özü ilə balaca itini də gətirən Afətin evdə qılıncla məşq etməsi, “qarı nənə” adlandırdığı Cənnət xalanın havaya atdığı təsbehinin lüsturdan sallanması, əcnəbi mu­siqi sədaları altında rəqs etməsi, yüksək səs tonu ilə opera mu­siqisi oxuması, anasının ad gününə bağlama sifariş etməsi, bərbər­xanaya gedəcəyini söyləyərək, evi təmizləməyi, siqareti mət­bəxtdə çəkməyi əmr etməsi isə şərin cəzalandırılması kimi möv­zunu nizamlayır. Qonşusu Sədaqətin köməkliyi ilə təzə Gəlinin əşyalarını bir otağa yığıb, qapını bağlayan, qılınc oynatma məşqi üçün nəzərdə tutulan manikenini-böyük kuklasının saçını qırxaraq heyfini çıxan Cənnət xalanı evə qayıdan Afətin qapını sındıracağı ilə hədləyib açarları alması, çamadanlarının yoxa çıxdığını görüb, polislə hə­də­ləməsi, onu oğru adlandırması, məhkəməyə verərək evi əlindən alacağı ilə hədələməsi: “Anam mənə tapşırıb ki, qaynananın ipini boş buraxma!” xitabından sonra qaranlıq otaqda ağlayan Cənnət xalanın: “Əziziyəm bu da məni, qul eylər bu da məni. Gör nə günə qalmışam, bəyənmir bu da məni.” bayatısını yanıqlı-yanıqlı oxu­ması, Sevdanı arzulaması ekran hadisələrini mövzu istiqamətini bərqərar etməsi dramaturji düyünün açılışına yönəlməklə, əslində, filmi bitirir. Gecə yarısı uzun ağ paltarda oynadığı tamaşanın məş­qini edən Afətin səsinə diksinib oyanan Cənnət xalanın gəlinini dəli olduğunu düşünərək qonşu Sədaqəti çağırmaqla dəlixana əvəzinə yanğınsöndürənlərə zəng etməsi lüzumsuz dramaturji maneəyə çevrilir. Günahını anlayan Cənnət xalanın İlqarın işinə gələrək evinə əfi ilan gətirdiyini söyləməsi ilə Sevdanı ailəsinə qaytarılmasına kömək istəməsi, diş ağrısı bəhanəsi ilə gəldiyi poliklinikada növbədə dayananlara həkimin onun gəlini olduğunu qürürla söyləməsi, Sevda ilə görüşüb evə qayıtmasını istəməsi, gəlininin qayıdışı münasibətlə süfrə açması məqamında qulağına Afətin səsinin gəlməsi, lakin gələn qonağın Afət deyil İlqarın nişanlısı Zərifə olduğunun faş olunması hamının birlikdə: “Mehribanlıq səadətdir” mahnısını oxuyaraq rəqs etməsi, xəlvəti yan otağa keçən qaynananın ərinin şəklinə istinadən: “Hardasan, ay Məşədi Kazım, gəl, gör, Cənnətin nə cəlalı var!” söyləməsi hədsiz uzanan finalda şərin islahını səciyyələndirir. 3 may 1978-ci ildə “Qayınana” filminin çəkiliş material­larına baxan ssenari müəlliflərinin “Azərbaycanfilm” kinostudiya­sının direktoru Cəmil Əlibəyova yazdıqları 765 saylı məktubda baş rollardakı kişilərin zahirən bir-birinə bənzəmələrini, aktyor oynunun passivliyini bildirməklə Sevda rolundakı aktrisanın ailə münaqişələrinə davamsızlığı göstərilməklə: “Əgər Hüseyn Seyid­za­də Ayaz rolundakı aktyorun ifasının dəqiqliyini əldə edərsə, onun İlqarla daxili bənzərliyi yoxa çıxar” fikirləri rejissorun işinə müdaxilə cəhdini səciyyələndirir. Məktubdakı: “Ayazın oxuduğu mahnı demək olar ki, bəyənilmədi. O lirik olsa da, ola bilsin çox sen­ti­mental və köhnə dəblidir. Tofiq Quliyev çox istedadlı bəstə­kar­dır və müasir tamaşaçının, xüsusən gənclərin anlayacağı musiqini yaza bilər. Görünür, bəstəkarın qarşısında qoyulan tapşırıq dəqiq olmamışdır. Axı, bu bütün film boyu təkrarlanan yeganə mahnıdır. O, müasir hit olmalıdır. Film musiqili komediya janrını diktə edir” kəlmələri tamaşanın musiqisinə üstünlük verildiyini diqqətə çatdırır. “Ssenarinin mətnindən kənarlaşmalar çoxdur. Dialoqların çoxu dəyişib. Özü də yaxşıya yox, pisə doğru. Bu dəyişikliklər filmin keyfiyyətinə mənfi təsir göstərir deyə bizim üçün anlaşılmazdır. Məsələn, saqqız epizodu… Ssenaridə gəlinin ağzından çıxartdığı saqqız şarlar qayınananı əsəbləşdirirdi. Məhz bu məqsədlə də o, ətəyini yuxarı qaldırıb, çılpaq ayaqlarını göstərməklə qayınanasını haldan çıxarırdı. Bu filmdə yoxdur. Gəlin sadəcə saqqızı masanın üstünə atır. Beləliklə müasir bir detal oynamır” kəlmələri dramaturji modelin necə cılız mətləblər üzərində qurulduğunu ssenari müəlliflərinin sətirləri ilə təsdiq­ləyir. Məktubun sonundakı: “Rejissorun tapdığı montaj detalında; qayınana manikeni qucaqlayanda ehtiyyatla ərinin portiretinə baxmasında incəsənət var deyə gülüş doğurur. Hüseyn Əliyeviçə filmin komediya mahiyyətini artıran belə detalları artırmağı arzu­layırıq” (ARDİƏA. fond 330, siyahı 5, sax. vah. 973) cümlələri ssenarinin qüsurlarını görmək istəməyən müəl­liflərin xırdaçılığını önə çəkməklə özlərinə bəraət qazandırmalarının təzahürünə çevrilir. 21 iyun 1978-ci ildə “Azərbaycanfilm” kinostudiyasında ssenari redaksiya heyətini “Qayınana” bədii filminin material­larına baxışından sonra, çəkilişin rejissor ssenarisi üzrə davamını, həmin istiqamətdə də başa çatdırılıldığını qeyd edən baş redaktor əvəzi V.Əlixanovun imzaladığı rəydəki: “Afətlə bağlı fəndin sadə­cə oyun olduğu çox yerdə hiss olunur. (Xüsusilə Afətin Sədaqətə göz vurması və s.) Bunlar həmin oyunun, eləcə də komediyanın bədii gücünü azaldır” (ARDİƏA. fond 330, siyahı 5, sax. vah. 973) qənaəti əsaslandırılmamış görünür. Əslin­də isə, filmin məhəlli məkanda olsa belə, uğur qazanan tamaşaya belə uduzmasını ilk növbədə dramaturji həllini tapmayan mövzu-problem əlaqəsindən, mükəmməl strukturdan, üslub dəqiqliyin­dən, janr təyinatından uzaq ssenaridə axtarmaq gərəkdir. Məhz ssenaridən gəlib, hadisələrin gedişinə qoşula bilməyən Nəvə per­so­najı belə hamının bir-birinə kələk gəldiyi bu filmdə, xasiyyətcə daim pul qoparmaq istədiyi nənəsinin təkrarına çevrilir. Mənzildən daha çox teatr səhnəsini xatırladan geniş dekorasiyada çəkilişi aparılmaqla reallığı arxa plana ataraq, şərtilikdən də uzaqlaşan bu film kinomuzun yorğun sərkərdəsi Hüseyn Seyidzadənin vida nəğməsi oldu. Aydın Dadaşov
['kino', 'Azərbaycan kinosu', 'Aydın Dadaşov', 'Hüseyn Seyidzadə', 'aktyor']
688
https://kayzen.az/blog/dieta/21264/ac-deyil%C9%99m,-amma-yen%C9%99-d%C9%99-yeyir%C9%99m.html
Ac deyiləm, amma yenə də yeyirəm
Apollon
Dietologiya
16 yanvar 2018, 20:50
Çətinliyə düşəndə yemək yeyirəm.Əhvalım olmuyanda soyuducuya yönəlirəm.Stresli olduğum zamanlarda yemək yemək məni rahatlaşdırır.Yemək yedikdən sonra özümü günahkar hiss edirəm.Ac deyiləm amma yenə də yemək yeyirəm.Siz də yuxarıdakı vəziyyətləri yaşayırsınızsa əgər, bu yazı sizin üçündür ... Ac olmadığınız halda, xoşbəxt, kədərli ya da sıxıntılı olduğunuz zamanlarda yemək yeyə bilərsiniz. Fiziki aclıq xaricindəki səbəblərdən yemək yemə aktivliyina «psixoloji aclıq» deyilir. Psixoloji aclıq istənməyən kiloların ən əsas səbəblərindən biridir. Bir çox adam ac olmadığı halda yemək yediyindən və bu vəziyyətlə baş etməkdə çətinlik çəkdiyindən şikayətçidir. Bu vəziyyət ilə baş edə bilmək üçün əvvəlcə psixoloji aclığınızın olub olmadığının fərqində olmanız əhəmiyyətlidir. Yaxşı, psixoloji aclığınızın olub olmadığını necə anlaya bilərsiniz? Fiziki aclıq yavaş-yavaş meydana çıxarkən, psixoloji aclıq birdən olur, birdən bir şey yemə ehtiyacı hiss edirsiniz.Fiziki aclıq gözləyə bilər, psixoloji aclıq hiss etdiyinizdə dərhal aradan qaldırılması lazımdır, gözləyə bilməzsiniz.Fiziki aclığınız varsa, doyduğunuzda dayana bilərsiniz, ancaq psixoloji aclıq səbəbiylə yemək yersəniz doymuş olsanız belə yeməyə davam etmək istəyərsiniz.Həqiqətən aclıq səbəbiylə yemək yesəniz bir çox seçimə açıq olarkən psixoloji aclıq səbəbi ilə yediyinizdə, xüsusilə: pizza, şokolad, şirin, cipsi kimi kalorili yeməklər yeyirsiniz.Fiziki aclıq səbəbiylə yediyinizdə xoşbəxt olarkən, psixoloji aclıq ilə yediyinizdə günahkarlıq duyğusu yaşayarsınız. Psixoloji aclıqla baş edə bilmək üçün: Əvvəlcə psixoloji aclığınızın fərqində olun. Ac olmadığınız halda yemək yeməyə məcbur edən hadisələrin və duyğuların fərqində olun. Gündəlik yediklərinizi və yedikdən sonra hiss etdiyiniz duyğuları yazmaq, sizə bu mövzuda köməkçi olacaq.Yemə ehtiyacı hiss etdikdə aclıq səviyyənizi 1 ilə 10 arasında qiymətləndirin. Aclıq səviyyənizin aşağı olduğunu, psixoloji aclıq səbəbiylə yemək istediyinizi fərq etdiyinizdə yemək yeməyi qısa bir müddət (məsələn 10 dəq.) gecikdirin.Ac olmadığınız halda yemək yemə istəyi gəldiyində alternativ nələr edə biləcəyinizin siyahısını yaradın (su içmək, musiqi dinləmək və s).Yemək yemək istəyinizi yox edə bilməsəniz, o an kalorili bir şey yemək yerinə alternativ sağlam bir şey yeməyi yoxlayin (Məsələn; şokolad yerinə; pəhriz şokolad, dondurma və ya meyvə kimi) .Bunu üçündə bir siyahı yaratmaq və siyahıdakı yeməkləri evdə ya da iş yerində saxlamaq sizə kömək olacaq.Sizə yaxşı gələn qaynaqlarınızı artırın (Məsələn; yoldaşlarla görüşmək, musiqi dinləmək, şəkil çəkmək, film izləmək, velosipedə minmək və s.) .Əlaqələrinizi artırmaq, mənfi duyğularla baş edəbilmənizi asanlaşdıracaq. Lalə Fətəliyeva
['psixologiya', 'psixoloji problemlər', 'psixoloji aclıq', 'acmaq', 'ac olmaq']
689
https://kayzen.az/blog/sinir/21244/unutqanl%C4%B1qla-m%C3%BCbariz%C9%99-aparma%C4%9F%C4%B1n-yollar%C4%B1.html
Unutqanlıqla mübarizə aparmağın yolları
Apollon
Sinir sistemi
14 yanvar 2018, 23:54
1870-ci ildə əslən almaniyalı olan psixoloq German Ebbinqxaus insan yaddaşı ilə bağlı maraqlı araşdırma aparıb. O, insanlar üzərində apardığı (yaddaşın öyrənilməsi istiqamətində keçirəcəyi sınaqlar) müşahidələr müqabilində onlara pul ödəyirdi. Faktiki olaraq o, yaddaşın miqdar ölçüsünü müəyyən etmək üçün elmi cəhətdən də təsdiqini tapmış eksperimental metodlar hazırladı. Psixoloq mənasız sözlərin siyahısını tutdu. O, bu mənasız sözlərin köməyilə azad təlim keçirib. G.Ebbinqxaus iddia edir ki, yeni informasiyaların qəbul edilməsi insan beyninə həkk olunmuş əvvəlki informasiyalardan asılıdır. Buna görə, o, demək olar ki, heç bir məna yükü olmayan sözlərlə sınaq keçirirdi. İlk dəfə G.Ebbinqxaus «unutma əyrisini» yaratdı. Bu psixologiyada insanların sürətlə informasiya itirməsi kimi səciyyələndirdi. Bir gün ərzində oxuduğu heç bir mənası olmayan söz toplusundan 2/3-si onun yadında qaldı. Psixoloq əminliklə deyirdi ki, əgər öyrənilən informasiya 48 gün ərzində insanın yadından çıxmırsa o əbədiyən yaddaşda həkk olunur. İnterval effekti Alman psixoloqun daha bir nəzəriyyəsi isə «interval effekti»dir. Belə ki, o, düşünürdü ki, insanlar informasiyanı sağlam yadda saxlamaq üçün az-az və təkrarlayaraq oxumalıdırlar. Eyni zamanda informasiyanı daha yaxşı yadda saxlamaq üçün onu müəyyən müddət ərzində müxtəlıif prizmalardan araşdıraraq yadda saxlamaq məsləhət görülür. Məsələn, əgər siz nitq söyləməyə hazırlaşırsınızsa, onu əzbərləməlisiz. Lakin əgər siz həmin çıxışın mətnini 1 həftə əvvəldən deyilən ardıcıllıqla əzbərləmisizsə siz onu unutmayacaqsız. Yox əgər, çıxışınıza 1 gün qalmış nitqinizi həyəcanlı bir şəkildə təkrarlayaraq əzbərləməyə çalışırsızsa siz o mətni mütləq şəkildə unudacaqsıznız. Yaddaş texnikasının ən yaxşı izahatı — təkrardır. İnformasiyanın qısamüddətli yadda saxlanması yaddaş məşqləri: Oxunan informasiyanın ardından daha bir təkrar.20 dəqiqə interval və yenidən ikinci təkrar6 saat sonra üçüncü təkrarİkinci təkrarın müddətindən hesablayaraq 8 saat sonra dördüncü təkrarÜçüncü təkrardan hesablayaraq 1 gün intervaldan sonra beşinci təkrar. İnformasiyanın uzunmüddətli yadda saxlanması üçün yaddaş məşqləri: İnformasiya qəbulunun ardınca dərhal birinci təkrar30 dəqiqə intervaldan sonra ikinci təkrarİkinci təkrardan hesablayaraq 1 gün interval və üçüncü təkrarÜçüncü təkrardan hesablayaraq 2-3 həftə intervaldan sonra dördüncü təkrarDördüncü təkrardan hesablanayraq 2-3 aydan sonra beşinci təkrar.
['yaddaş', 'yaddaşsızlıq', 'unutqanlıq']
690
https://kayzen.az/blog/psixologiya/21294/q%C4%B1rm%C4%B1z%C4%B1.html
Qırmızı
Apollon
Psixologiya
14 yanvar 2018, 23:53
Biz əcdadlarımız on min illərlə bundan əvvəl ilk dəfə əllərinə təbii rəngləri alıb öz bədənlərinin şəklini çəkəndə onların beyinlərindən keçənləri bəlkə də heç vaxt bilməyəcəyik. Lakin bəlkə də ən əhəmiyyətlisi budur ki, onlar qanımızın rəngi, həyat və ölümün canlı yaddaşı olan qırmızı oxranı – qırmızı rəngi seçiblər. Bu gün Britaniya kraliçasının şahanə əlbisələrindən tutmuş Amsterdamın gur qırmızı fənərli məhəlləsinədək, qırmızının çalarları bir qayda olaraq qüdrət, təcavüz və seksi simvolizə edir. Elmin yeni sahəsi olan “rəng psixologiyası” aşkar edib ki, qırmızı rəng bizim əhvalımıza, düşüncə və hərəkətlərimizə güclü təsir göstərir. Qırmızı paltar geyinmək hətta sizin psixologiyanızı, hormonlarınızın balansını, futbol matçındakı oyununuzu təsirləndirə bilər. Elə isə qırmızının çalarları olan yaqut rəngini, al qırmızını belə təsirli edən nədir? Xəbərdarlıq rəngi Şübhə yoxdur ki, bizim qırmızını qavramamız təkamül tarixindəki mühüm hadisələrdən biri ilə bağlı olub. İtlər kimi bir çox məməlilər qırmızı ilə yaşıl arasındakı fərqi görmürlər. Lakin bizim erkən primat əcdadlarımız cəngəlliklərdəki həyata uyğunlaşarkən onların gözlərindəki buynuz qişasında qırmızı parlaq meyvələri yarpaqlardan fərqləndirə bilən hüceyrələr yaranıb. Bu təkmilləşmiş qavrama sonralar sosial xəbərləşmə sistemimizdə kara gəlib. Dərinin yaxınlığından keçən qan damarlarının bədənə verdiyi qırmızılıq bir çox primatlar üçün dominantlığın işarəsidir. Mandril meymunları bu mənada bəlkə də ən bariz nümunə ola bilərlər. Onların üzlərindəki və arxalarındakı parlaq rəng sərt tabeçilik sistemində fərdin mövqeyindən xəbər verir. Fərd nə qədər güclüdürsə, deməli o qədər də qırmızıdır. Başqa fərdlərin rəqiblərinin gücünü bu şəkildə “oxuya” bilmələri, onları aşkar uduzacaqları döyüşlərdən çəkinməyə vadar edir. Lakin yalnız 2004-cü ildə Durham Universitetindən iki psixoloq – Russell Hill və Robert Barton insanların da eyni şəkildə davranıb-davranmayacaqlarını öyrənməyə başladılar. Əlbəttə biz Mandril meymunları kimi qırmızı rəng siqnallamasaq da, bəzən hirsimizdən alışıb yanırıq. Odur ki, qırmızı paltarlar müəyyən mənada aqressiya və dominantlıqla əlaqələndirilə bilər. Hill və Barton bu ideyanı tədqiq etmək yolları məsələsində vurnuxurdular, lakin 2004-cü ilin Olimpiya Oyunları onlara mükəmməl imkan yaratdı. Qırmızı köynəkli qapıçıya qol vurmaq Boks və taekvandu kimi təkbətək yarış növlərində idmançılar püşk yolu ilə ya qırmızı, ya da mavi formada çıxış edirlər. Alimlər məhz bu məqamdan istifadə etdilər. Onlar eyni idmançının hansı rəngi geyinəndə necə yarışdığına diqqət yetirdilər. Bu idmançıların nailiyyətlərini yarış boyu izləyən Hill aşkar edib ki, qırmızı rənglə çıxış edən idmançıların qələbə şansı 5 faizədək artıq olub. “Sadəcə olaraq qırmızı forma geyinmək səni əla idmançıya çevirmir – deyir Hill – lakin bu rəng qüvvələrin nisbi bərabərliyi şəraitində qələbə ilə məğlubiyyətin nisbətinə təsir göstərir”. Bu “al rəngin araşdırılması” nəticəsində buna bənzər başqa eksperimentlər yer alıb. Məsələn futbolda 11 metrlik cərimə zərbələrinin vurulması tədqiq edilərkən bəlli olub ki, qırmızı geyinmiş qapıçıya qol vurmaq daha çətindir. Cavan elm Tezliklə rəng psixologiyası müstəqil və mötəbər elm sahəsinə çevrilib. Nyu York ştatındakı Rochester Universitetindən Andrew Elliot deyir ki, həmin araşdırmadan sonra rənglərə və onların mümkün effektlərinə maraq yüksəlib. Lakin müxtəlif təsirlərin səbəbləri hələlik müzakirə mövzusu olaraq qalır. Elliot diqqəti qırmızı rəngli forma geyinənlərin özlərini daha güclü hesab etdiklərinə və bunun onların ürək döyüntüsünə, testosteron hormonun artmasına səbəb olduğuna və daha yaxşı idman nəticələrinə imkan yaratdığına yönəldən elmi işlərdən danışır.  Qırmızı rəng mandrilləri öz qırmızısifət başçılarına yaxınlaşmaqdan qorxutduğu kimi, rəqibi də qorxuda bilər. “Əgər siz qırmızı rəng görürsünüzsə, öz zəifliyinizi, daha aşağı statusunuzu dərk edirsiniz” – deyir Elliot. Qırmızı qalstuk uğur gətirir Digər tərəfdən yarışda çox şey hakimlərdən asılı olur. Məsələn, bir alman komandası peşəkar hakimlərə göstərməzdən əvvəl taekvandu yarışlarının videosundakı idmançıların formalarının rəngini dəyişdirmişdi. Sadəcə olaraq rənglərin dəyişdirilməsi hakimlərin zərbələri hesaba almasını dəyişdirib. “Qırmızı geyinənlər bir qayda olaraq hakimlərin rəğbətini qazanırdılar” – deyir Hill. İdman yarışları bir yana qalsın, eyni düşüncə tərzi kazinoda pul uduzmaqla nəticələnə bilər. Təcrübə göstərib ki, qırmızı poker kartları ilə oynayanlar mavi və ya ağ kartlarla oynayanlardan daha çox riskə gedirlər, çünki bu rəngdə kartlar qalib kartlar kimi görünür. Lakin qırmızı rəngin xeyir verdiyi məqamlar da var. Qırmızı rəngli paltar geyinənlər iş müsahibələrində daha yaxşı nəticə göstərirlər. Bəzi moda ekspertlərinə əsasən, qırmızı qalstuk nüfuz və dominantlığı təcəssüm etdirir. Babil fahişəsi və qırmızı paltarlı məsum qadın Lakin qırmızı çaların ən çox öyrənildiyi sahə istək, məftunetmə və günahlarla bağlıdır. Burada qırmızı rəng müxtəlif assosiasiyalar yarada bilir. Məsələn, şər qüvvəni təcəcəssüm etdirən Qırmızı Əlbisəli Babil Fahişəsi də yada düşə bilər, Chris de Burgh-un mahnısındakı məsum “qırmızı paltarlı qadın” da (“Lady in Red”). Lakin Elliotun və onun başqa həmkarlarının apardığı təcrübələr göstərib ki, istər kişilər, istərsə də qadınlar qırmızı paltarda daha cazibəli görünürlər. Bu tədqiqatların çoxu laboratoriya şəraitində, statik vəziyyətdə aparılsa da, real dünyanın davranışlarını göstərir. Məsələn qırmızı geyinmiş ofisiant qadına daha çox şirinlik verirlər və ya qırmızı köynək geyinmiş qızın yolda maşın saxlamaq şansları daha çoxdur. Bütün bunların mümkün izahlarından biri də bu ola bilər ki, azacıq qırmızı dəri – yaxşı maddələr mübadiləsi və qan dövranından, deməli daha sağlam bədəndən xəbər verir. Ola bilsin ki, biz dərinin rəngindən oxuduqlarımızı paltarların da rəngindən oxuyuruq. Qırmızını ağ-qara fotoda da “görmək” olur. İdman nəticələrindən göründüyü kimi burada sirr həm qırmızı geyinəndə, həm də ona tamaşa edəndədir. Çox ağıllı bir eksperimentdə iştirakçılara adamların polis axtarış fotoları verilib. Bu fotolar ağ-qara olsa da, adamlar qəribə bir şəkildə qırmızı geyinmiş şəxsləriin fotolarını daha yüksək qiymətləndiriblər. “Ola bilsin ki, paltarlarının rəngi onların simasına və duruşuna daha cazibədar görkəm verib” – deyir Elliot. Lakin qarderobunuzu və ya divarlarınızın rəngini dəyişməyə tələsməyin. Bəzi şəraitlərdə qırmızı rəng başqa, bəzən xoşagəlməz emosiyalara səbəb ola bilər. Dominantlıq ifadə etməsi ilə qırmızı rəng insanın cazibəsini artıra bilər, lakin bunun əks-təsiri də var. “Əgər rəng al qırmızıdırsa, aqressivlikdən xəbər verə bilər – deyir Elliot, – bu isə əlbəttə, mənfi cəhət sayılır”. Qırmızı qələmləri ləğv etmək tezdir Alim deyir ki, imtahan otağında zehni tapşırıqları yerinə yetirən iştirakçılara sualların qırmızı zərfdə verilməsi onların göstəricilərini aşağı salır. İmtahan Bununla belə, rəng psixologiyasının heç də bütün tapıntıları tamamilə etibar ediləcək dərəcədə işlək deyil. Psixoloqlar öz nəticələrini dəqiqləşdirməlidirlər ki, rəng hansı effekti hansı şəraitdə verir. “Biz hələ ki, inkişafın erkən mərhələsindəyik – deyir Elliot – son nəticədə biz rəng psixologiyasından daha məhsuldar iş mühiti yaratmaq üçün istifadəni öyrənəcəyik. Lakin idman üçün hansı rəngin daha səmərəli olması və ya qırmızı qələmlərin qadağan edilməsi kimi qərarlar barədə nə isə demək hələ çox tezdir”. Bu rəngə rəng çatmaz Elliot deyir ki, göy qurşağının başqa rənglərinin də araşdırılmasına həsr olunmuş tədqiqatlar görmək istərdi. O aşkar edib ki, qırmızı rəng fəaliyyəti təsirləndirirsə də, bəzi intellektual söz oyunlarında yaşıl və mavi rənglər yaradıcılığa həvəsləndirir. Lakin hətta bu halda da Elliot inanır ki, yaşılla mavinin təsir imkanları qırmızı rəngin davranışımıza təsir imkanları ilə müqayisədə xeyli məhduddur. “Qırmızı rəngin qavranması mühüm hadisə və təcrübələrdə təkamülə uğrayıb – deyir Elliot – qırmızı dəymiş meyvənin, qəzəbli sifətin və seksual şəhvətin rəngidir”. Belə olduğu halda bu rəng həmişə həyat mübarizəsi, damarımızdakı qan qədər dərin düşüncə və təsirlərlə əlaqələndiriləcək. Ola bilsin ki, biz əlinə ilk dəfə rəng alıb öz bədəninin şəklini çəkən əcdadımızın anladığını, yalnız indi təsdiq edirik: Bu rəngə bənzəyən rəng yoxdur.
['rənglərin psixologiyası', 'rənglər', 'qırmızı rəng', 'qırmızı', 'rəng psixologiyası']
691
https://kayzen.az/blog/yazar/21325/rus-yaz%C4%B1%C3%A7%C4%B1lar%C4%B1,-senzorlar-v%C9%99-oxucular-%7C-vladimir-nabokov.html
Rus yazıçıları, senzorlar və oxucular | Vladimir Nabokov
Apollon
Yazıçılar
14 yanvar 2018, 23:46
“Rus ədəbiyyatı” – bu anlayış rus olmayanların beynində, ümumən, XIX əsrin ortasıyla XX əsrin ilk on ili arasında, Rusiyanın beş-altı böyük nəsr ustası yetişdirdiyi düşüncəsiylə məhdudlaşır. Rus oxucularının beynində isə bu anlayış daha geniş mənalara sahibdir, çünki romançılardan başqa tərcüməsi mümkün olmayan şairlər də bura aiddir; lakin onların da düşüncəsi parlaq XIX əsrə fokuslanıb. Başqa cür desək, “Rus ədəbiyyatı” dünənin-srağagünün hadisəsidir. Eyni zamanda, məhdud hadisədir; əcnəbilərin zehni onu bitkin, nəticələnmiş bir şey kimi dərk etməyə meyllidir. Bu, bir az da sovet iqtidarı altında keçən son 40 ildə istehsal edilmiş regional xarakterli ədəbiyyata görədir. Bir ara hesablamışdım ki, keçən əsrin başından bu yana rus nəsr-şeir nümunələri arasında ən yaxşı qəbul edilənlər, təxminən 23 min kitab səhifəsidir. Fransız ədəbiyyatını da, ingilis ədəbiyyatını da bu qədər az mətn içində ümumiləşdirmək qeyri-mümkündür. Bu ədəbiyyatlar neçə əsrə yayılıblar, şedevrlərinin sayı adamın gözünü qorxudur. Orta əsrlərdəki şah əsərləri kənara qoysaq, deyə bilərik ki, rus nəsrinin könül oxşayan gözəlliyi, dairəvi bir əsrin amforasına yerləşməkdən irəli gəlir, həmçinin, o vaxtdan bu yana yığılanlar balaca bir krem qabına yerləşər. Bircə əsr – XIX əsr özünə aid heç bir ədəbi ənənəsi olmayan bir ölkə üçün, sənət dəyəri bir yana, həcm baxımından da İngiltərənin, Fransanın bütün şanlı əsərləri ilə bərabər dayanan, böyük təsir gücünə malik bir ədəbiyyat yaratmasına bəs eləyib – adları çəkilən ölkələr şedevr yaratmağa daha tez başlasalar da. XIX əsrdə Rusiyanın mənəvi böyüməsi ədəbiyyatdan başqa sahələrdə də ağlasığmaz sürətlə baş verməsəydi, qədim qərb ölkələrinin mədəni səviyyəsiylə ayaqlaşmasaydı, bu qədər gənc mədəniyyətdə bu cür möcüzəvi şəkildə estetik dəyərlər axını meydana gələ bilməzdi. Fərqindəyəm ki, Rusiyanın bu keçmiş mədəniyyətinin tanınması, əcnəbilər üçün rus tarixi anlayışının ayrılmaz hissəsi deyil. İnqilabdan əvvəlki Rusiyada liberal düşüncənin təkamülü məsələsi bu əsrin 20-30-cu illərində kommunist propaqandanın hiyləgərliyi nəticəsində xaricdə tamamilə qaralanıb, təhrif edilib. Rusiyanı mədəniləşdirmə şərəfinə onlar sahib olmaq istəyirdilər. Lakin Puşkinin, Qoqolun dövründə rus xalqının böyük əksəriyyətinin kəhrəba rəngli parlaq pəncərələrdən çöldə, qarın-çovğunun örtüyü altında tək başına qalması doğrudur; bütün bunlar bəxtsizliyi ilə, aşağı təbəqədən olan insanların çəkdiyi əzab-əziyyətlə məşhurlaşmış bir ölkənin, oturuşmuş avropa mədəniyyətinə çox sürətlə girməsinin nəticəsidir – bu başqa söhbətin mövzusudur. Bəlkə də deyil. Əgər şansım varsa, yaxın dönəm rus ədəbiyyatının tarixini ümumiləşdirmək cəhdlərimdə, daha dəqiq desəm, sənətçilərin ruhunu ələ keçirməyə çalışan qüvvələri təyinetmə prosesində, əzəli və əbədi dəyərlərlə xaotik dünya arasındakı yarılma ucbatından həqiqi sənətin həmişə insanda oyandırdığı o dərin mərhəmət hissinə nüfuz edə biləcəm – yeni, aktual bir bələdçi-kitab olmasa, ədəbiyyata lyuks, ya da oyuncaq gözüylə baxan bu dünyanı suçlamaq nəyə lazım. Sənətçinin təsəllisi azad bir ölkədə heç kimin onu bələdçi kitablar yazmağa məcbur etməməsidir. İndi, sırf bu rakursdan baxanda, XIX əsr Rusiyası qəribə şəkildə azad bir ölkəydi: düzdür kitablar və yazıçılar yasaqlanır, sürgün edilirdi; senzorlar fırıldaqçı və axmaq tiplər idi, uzun bakenbardlı çarlar guruldayırdı, amma sovetlərin o möhtəşəm kəşfi, yəni əli qələm tutan hamının dövlət nəyi məsləhət bilirdisə onu yazması – bax, bu metod Rusiyada XIX əsrdə yox idi, şübhəsiz ki, bir çox köhnəpərəst dövlət adamı belə bir metod kəşf etməyi çox istəyərdi. Sağlam bir determinist belə bir müqayisə apara bilər: demokratik ölkələrdə oxucu deyilən kəsimin istəklərini qarşılamaq üçün dərgilər öz müəlliflərinə iqtisadi təzyiqlər göstərir, polis dövlətlərində isə lazımı siyasi mesajlar versinlər deyə yazıçılara daha dolayı yolla təzyiqlər edilir. Bu iki təzyiq arasında sadəcə səviyyə fərqi olduğunu iddia etmək olar, lakin belə deyil, çünki azad ölkələrdə bir çox davamlı nəşr və bir çox fəlsəfə var, amma diktaturada, sadəcə hökumət var. Bu, xüsusiyyət fərqidir. Deyək ki, bir amerikan yazıçısı oturuşmuş qəliblərdən kənar bir kitab yazmaq qərarına gəlsin. Kitab xoşbəxt bir ateistdən, öz əli öz başı olan bir Bostonludan bəhs etsin; bu adam özü kimi ateist olan gözəl bir zənci qızla evlənsin, şirin, balaca-balaca aqnostik uşaqları olsun; 106 yaşına qədər məsud, gözəl və xoşbəxt həyat sürən bu adam, bəxtiyarlıq içində yuxuda ölsün. Cənab Nabokov, sizin böyük istedadınıza bələd olsaq da, heç bir amerikan naşirinin belə bir kitabı çap etməcəyini, çünki heç bir kitab satıcısının bu kitabı əlinə almaq istəməyəcəyini hiss edirik. (belə vəziyyətlərdə düşünmərik, həmişə hiss edərik.) Naşirin fikri belədir, hamının haqqı var ki, öz fikri olsun. Etibarsız, eksperimentləri sevən bir şirkət xoşbəxt ateistimin hekayəsini çap edəndən sonra, heç kim məni Alyaskanın vəhşi torpaqlarına sürgün etməz, üstəlik, hökumət Amerikada yazıçıları heç vaxt sərbəst təşəbbüs və ya səhər duasının gözəlliyi haqqında möhtəşəm romanlara yazmağa məcbur etməz. Sovet iqtidarından əvvəl Rusiyada məhdudiyyətlər vardı, lakin heç kim sənətçilərə əmr verməzdi. Onlar – XIX əsrin yazıçıları, bəstəkarları və rəssamları – basqı, təzyiq və köləlik diyarında yaşadıqlarını çox yaxşı bilirdilər, amma dəyəri yalnız indi bilinən müdhiş bir avantajları var idi; modern Rusiyadakı nəvələrindən fərqli olaraq, basqının və köləliyin olmadığını deməyə məcbur deyildilər. Sənətçinin ruhunu ələ keçirmək üçün eyni vaxtda əlləşən iki qüvvədən, onun əsərləri haqqında hökm verən iki hakimdən birincisi hökumət idi. Ötən əsrdə hökumət, fərqli və orjinal düşüncə örnəklərinin qulağı cırmaqlayan xaric not və inqilab yolundakı ilk addımlar olduğunun fərqindəydi. Dövlətin ehtiyatlı yanaşması, ən açıq şəkildə 30-40-cı illərdə Çar Birinci Nikolay tərəfindən ifadə edilmişdi. Çarın soyuq təbiəti, özündən sonra gələn hökmdarların cahilliyindən daha çox hiss edilirdi; ədəbiyyata olan marağı ürəkdən olsaydı, adama çox təsir edə bilərdi. Böyük fədakarlıqla o dövrün rus yazıçıları üçün hər şey olmağa çalışdı – ata, baba, dayə, həbsxana müdiri və tənqidçi; eyni vaxtda bunların hamısı birdən. Hökmdarlıq keyfiyyətləri nə olur-olsun, rus ilham pərisiylə münasibətlərində qaba, yumuşaq desək, təlxəyin biriydi. Onun yaratdığı senzura sistemi 1860-cı illərə qədər davam elədi, 60-cı illərdəki böyük reformalarla yumuşaldı, əsrin son illərində yenə qatılaşdı, bizim əsrin ilk on ilində qısamüddətli səngidi, inqilabsonrası sovet iqtidarında ağlasığmaz və qarşısıalınmaz dərəcədə geri qayıtdı. Ötən əsrin ilk yarısında işgüzar məmurlar, Bayronu italyan inqilabçısı hesab edən polis şefləri, özündənrazı senzorlar, maaşını hökumətdən alan qəzetçilər, səssiz, amma küsəyən və ehtiyatlı kilsə; monarxiyanın, fanatik və yaltaq idarəetmənin bu birləşməsi, yazıçıları çox əngəlləyirdi, amma bunlar həm də yazıçılara imkan verirdi ki, onlar hökuməti min yolla iynələsinlər, barmaqlarına dolasınlar. Axmaqca idarə olunan hökumət onlarla bacarmırdı. Bir idiot təhlükəli bir müştəri ola bilər, amma mexanizmin bu qədər kövrək olması, təhlükəni birinci klas idmana çevirir; bütün qüsurlarına baxmayaraq, qəbul etmək lazımdır ki, Rusiyadakı köhnə idarəetmənin üstün tərəfi vardı: ağılsızlıq. Bir açıq-saçıqlıq görən kimi o saat üstünə cuman senzorlar, siyasi eyhamları çözməkdə aciz idilər. Çar Birinci Nikolayın vaxtında rus şairləri doğurdan da diqqətli olmalıydı, Puşkinin yaramaz fransızlar Parni və Volterdən təsirlənərək yazdığı şeirlər, senzorlar tərəfindən asanca ifşa olunurdu. Fəqət proza çox fəzilətli idi. Rus ədəbiyyatı başqa ədəbiyyatlar kimi İntibah ənənəsindən gələn birbaşalığa sahib deyildi; Rus romanı ümumən, günümüzə qədər gəlib çatmış romanların ən tərbiyəlisidir. Əlbəttə ki, sovet dönəmindəki rus ədəbiyyatı da, aydan arı, sudan durudur. Məsələn, “Ledi Çatterleyin sevgilisi” (Devid Lourensin romanı – tərcüməçidən) kimi bir rus romanı təsəvvür edilməzdi. Yəni ki, hökumət sənətçiylə mübarizə aparan əsas qüvvəydi. XIX əsr rus yazıçısının öhdəsindən gəlmək istəyən ikinci qüvvə isə siyasi, şəhərli, radikal zəmanə bilginlərindən gələn hökumətə müxalif, faydaçı sosialist tənqid idi. Bu adamların ümumi mədəni səviyyələri, dürüstlükləri, əməlləri, zehni fəaliyyətləri və insani keyfiyyətləri maaşını hökumətdən alan fırıldaqçılardan da, qorxu içindəki hökmdarın ətrafında toplaşmış dolaşıq fikirli köhnəpərəstlərdən də müqayisəgəlməz dərəcə yuxarı idi. Radikal tənqidçilər əsasən xalqın rifahını önəmli sayır və hər şeyə – ədəbiyyata, elmə, fəlsəfəyə – məzlumların iqtisadi vəziyyətini düzəltməyin, ölkənin siyasi strukturunu dəyişdirməyin vasitəsi kimi baxırdılar. Həqiqətpərəst, qəhrəman, radikal tənqidçilər sürgündəki yoxsulluqlarını vecə almazdılar; amma sənətin incəliklərinə də fikir verməzdilər. Despotluqla mübarizə aparan bu adamların hamısını – 40-cı illərin atəşli Belinskisi, 50-60-cı illərin inadçı Çernişevski və Dobrolyubovu, xoşməramlı, amma darıxdırıcı Mixaylovskisi və bir çox başqa dikbaş, dürüst adamı – bir başlıq altında toplamaq olar: köhnə fransız sosialist fikir adamlarına və alman materialistlərinə aid edilən, son illərin inqilabi sosializminin və gönüqalın kommunizminin xəbərçisi olan siyasi radikalizm. Bunu Qərbi Avropa və Amerikanın oturuşmuş demokratiyasıyla tamam eyni şey olan həqiqi rus liberalizmi ilə qarışdırmaq olmaz. 60-70-ci illərin nəşrlərinə baxanda, hakimi-mütləq bir hökmdarın idarə etdiyi ölkədə bu adamların bu şeyləri necə yazdığına şaşırırsan. Fəqət bütün üstün keyfiyyətlərinə baxmayaraq, bu radikal tənqidçilər də hökumət kimi sənətin başına bəlaydılar. Həm hökümət və inqilab, həm də çar və radikallar, sənət məsələsində cahil idilər. Radikal tənqidçilər despotizmlə mübarizə apararkən, öz despotluqlarını yaratmışdılar. İddiaları, səbəb göstərdikləri, yeritməyə çalışdıqları nəzəriyyələr, sistemin sənətə qarşı basmaqəlib yanaşmasıyla eyni idi. Yazıçılardan əndrabadi şeylər yerinə, ictimai mesaj verməyi tələb edirdilər; onların baxış bucağına görə bir kitab ancaq insanların rifahına xeyir verirsə dəyərli idi. Onların bu coşğunluğunda dəhşətli bir problem vardı. Səmimiyyətlə, cəsarətlə azadlıq və bərabərliyin tərəfindəydilər, amma sənəti aktual siyasətin boyunduruğu altına vermək istəyib, özləriylə paradoksa düşürdülər. Çarların gözündə yazıçılar dövlətin xidmətçisiydisə, radikal tənqidçilərin gözündə də kütlələrin xidmətçisi idi. Nəhayət XX əsrdə yeni növ rejim kütlə fikriylə dövlət fikrini Hegelçi sintez içində birləşdirəndə, bu iki düşüncə xəttinin qovuşub güclərini birləşdirməsi qaçılmaz oldu. XIX əsrin 20-30-cu illərində sənətçilərlə tənqidçilər arasında baş verən toqquşmanın ən yaxşı örnəklərindən biri Rusiyanın ilk böyük şairi Puşkinin başına gələnlərdi. Başda Çar Nikolay olmaqla, hökümət adamları son dərəcə həyasız, özbaşına və bədniyyət şeirlər yazan Puşkinə dəlicə əsəbləşirdilər; onların fikrincə, o, illah yazmalıdırsa, heç olmasa dövlətin yaxşı bir qulluqçusu kimi davranıb, basmaqəlib şeylərə difiramblar-təriflər yazmalıydı. Puşkinin misralarındakı orjinallıqda, cismani fantaziyalarındakı cürətkarlıqda və irili-xırdalı bütün tiranlarla məzələnmək meylində təhlükəli bir düşüncə azadlığı sezilirdi. Kilsə onun ciddiyətsizliyinə təəssüf edirdi. Polislər, yüksək rütbəli dövlət məmurları, hökümətdən maaş alan tənqidçilər onun səthi şair olduğunu deyirdilər. Dövrünün ən təhsilli adamlarından biri olan Puşkin qələmini dövlət idarələrindəki darıxdırıcı sənədləri kopyalamağa sərf etmədiyi üçün, Qraf Fışqırıq tərəfindən cahil, General Nəsihət tərəfindən başıboş kimi damğalanmışdı. Dövlət Puşkinin dühasını boğmaq üçün onu sürgünə göndərmiş, yazdıqlarını vəhşicə qayçılamış, onu dayanmadan sıxma-boğmaya salmış, ata kimi qulağını dartmış, nəhayət şairi kralpərəst Fransadan gəlmiş bir macəraçıyla ölümünə duelə təhrik edən cındırların saçına tumar çəkmişdi. Eyni zamanda, mütləq monarxiyaya baxmayaraq, çox oxunan nəşrlərdə inqilabi fikirlərini, ümidlərini dilə gətirməyi bacaran və Puşkinin son illərində əməllicə özünü tutmuş, təsir dairəsi böyük olan radikal tənqidçilər xalqın və ictimai işlərin qulluğunda durmaq əvəzinə, dünyadakı hər şey haqqında son dərəcədə avara, xəyalpərəst şeirlər yazan, maraq dairəsinin müxtəlifliyi ilə, irili-xırdalı tiranlara atdığı gəlişi gözəl, həddən ziyadə gəlişi gözəl atmacalarla onları gözdən salan bu adama dəli kimi qəzəblənirdilər. Misralarındakı cəsarəti aristokratik bəzək kimi görürdülər, məsafəli sənətçi mövqeyini ictimai günah sayırdılar; yazıçılığı biabırçı, amma siyasi fəaliyyətləri yaxşı olan bu adamların fikrincə, Puşkin dayaz şair idi. 60-70-ci illərdə məşhur tənqidçilər, ictimaiyyətin kumirləri, Puşkinə zırrama dedilər; məxsusi təkrar edə-edə dedilər ki, rus xalqı üçün bir cüt çəkmənin əhəmiyyəti dünyadakı bütün Puşkinlərdən, Şekspirlərdən önəmlidir. Rusiyanın bütün şairləri haqqında ifrat radikallarla ifrat monarxistlərin dediyi fikirləri tutuşdursanız, dəhşətli bənzərliyi görəcəksiniz. 30-40-cı illərdə Qoqolun başına gələnlər bir az fərqliydi. Əvvəla deyim ki, “Müfəttiş” pyesiylə “Ölü canlar” romanı Qoqolun öz fantaziyasının məhsuludur; onun bənzərsiz xortdanlarla dolu şəxsi kabuslarıdır. Bu əsərlər Qoqolun zamanındakı Rusiyanın rəsmləri deyil, ola da bilməz, çünki hər şey bir tərəfə, Qoqol Rusiyanı yaxşı tanımırdı. Zatən “Ölü canlar”ın davamını yazarkən uğursuzluğa düşməsinin səbəbi əlində kifayət qədər faktın olmaması və kiçik insanları, məmləkətin əxlaqını düzəltmək istəyən realist bir əsərdə fantaziyadan istifadənin qeyri-mümkünlüyü idi. Fəqət radikal tənqidçilər həm pyesdə, həm də romanda rüşvətxorluğa, bayağılığa, ədalətsizliyə, köləliyə yönəlmiş ittihamlar tapdılar. Qoqolun əsərlərinə inqilabi məzmun geyindirildi və mühafizəkar partiyada çoxlu dostu olan, qanunlara sayğılı, ürkək vətəndaş Qoqol o qədər qorxdu ki, sonrakı əsərlərində pyesin və romanın inqilabiliyi bir yana dursun, əslində, yazdıqlarının dini ənənəyə və gələcəkdə inkişaf etdirəcəyi mistisizmə uyğun olduğunu isbat etməyə girişdi. Dostoyevski cavanlığında uşaqcasına bəzi siyasi işlərə girişdiyi üçün sürgünə göndərilmiş, edamın ucundan qayıtmışdı, fəqət sonradan yazılarında təvazökarlığın, təslimçiliyin və çiləkeşliyin fəzilətlərini öyməyə başlayanda, radikal tənqidçilər tərəfindən kağız üzərində qətlə yetirilmişdi. Həmin tənqidçilər “kübar xanımların sevgi macəralarını yazır” – dedikləri Tolstoya da vəhşicə hücum çəkdilər, kilsə özünəməxsus inanc sistemi yaratdığı üçün onu aforoz etdi. Bu örnəklər, elə bilirəm, kifayətdir. XIX əsrdə yaşamış bütün böyük rus yazıçıları, təxminən bu qəribə “iki daşın arasında qalma” halında olublar. Sonra möhtəşəm XIX əsr bitdi. Çexov 1904-cu ildə öldü, Tolstoy 1910-cu ildə. Ardınca yeni yazarlar nəsli, sonuncu günəş partlayışı, istedad fırtınası oldu. İnqilabdan əvvəlki bu iyirmi ildə, nəsrdə, şeirdə və rəsmdə modernizm böyük irəliləyiş yaşadı. Ceyms Coysun müjdəçisi olan Andrey Belıy, simvolist Aleksandr Blok və bir neçə avanqard şair üzə çıxdı. Liberal inqilabdan heç 20 il keçməmişdi ki, Bolşevik liderlər Kerenskinin demokratik rejimini yıxıb, rəsmən öz rejimlərini başladanda, bir xeyli rus yazıçısı mühacirətə getdi, bəziləri, məsələn, futurist şair Mayakovski getmədi. Xarici müşahidəçilər inkişaf etmiş ədəbiyyatla inkişaf etmiş siyasəti bir-birinə qarışdırmış, xaricdəki sovet propaqandası da bu qarışıqlığa həvəslə girişmiş, onu dəstəkləyib canlı tutmuşdu. Əslində Lenin sənət məsələlərində son dərəcə cahil bir burjuaydı və sovet höküməti lap əvvəldən ibtidai, regional, siyasi, polis nəzarətində, açıq-aşkar mühafizəkar və basmaqəlib ədəbiyyat mühiti yaratmışdı. Köhnə idarəçiliyin pərt, istəksiz, şaşqın davranışlarının əksinə, sovet höküməti heyranedici dürüstlüklə ədəbiyyatın dövlətin xidmətindəki vasitə olduğunu elan etdi; son qırx ildə şairlərlə polislər arasındakı bu məsud razılaşma çox ustalıqla davam etdirildi. Nəticə etibarilə sovet ədəbiyyatı deyilən şey ortaya çıxdı, bu ədəbiyyat klişe burjua ədəbiyyatı üslubundadır və hökümətin bu və ya digər fikrini sözəbaxanlıqla şərh edərkən, ümidsiz monotonluğa düçar olmuşdur. Qərb faşistlərinin ədəbiyyatdan istədikləri ilə Bolşeviklərin ədəbiyyatdan istədikləri arasında çox da ciddi fərqin olmaması maraqlıdır. Bir sitat gətirəcəm: “Sənətçinin şəxsiyyəti azad, məhdudiyyətlər olmadan inkişaf etməlidir. Lakin istədiyimiz bircə şey var: İnancımızın qəbul edilməsi.” – böyük Nasistlərdən biri olan, Hitler Almaniyasının Mədəniyyət naziri Dr.Rosenberg belə demişdi. Başqa bir sitat: “Hər sənətçinin azad yaradıcılıqla məşğul olmaq haqqı var, fəqət kommunistlər, onu planlarımız çərçivəsində idarə etməyə məcburdur.” Bu da Leninin sözləridir. Bunların hər ikisi konkret mətnlərdən götürdüyüm sitatlardı, vəziyyət bu qədər kədərli olmasaydı, aradakı oxşarlığa baxıb qəhqəhə çəkə bilərdik. “Qələmlərimizi biz yönləndiririk” – deməli, Kommunist partiyasının əsas qanunu bu idi; bu yolla “həyati olan” ədəbiyyatın istehsal edilməsini istəyirdilər. Qanunun karuselvari gövdəsində həssas dialektik nöqtələr vardı: növbəti addım, yazıçının əsərlərini ölkənin iqtisadi sistemi kimi başdan ayağa planlaşdırmaq idi, kommunist idarəçilər saxta təbəssümlə bunun yazıçıya “sonsuz mövzu çeşidliliyi” vəd etdiyini, çünki hər ekonomik və siyasi proqresin ədəbiyyatda da öz yerini tapacağını deyirdilər. Bir gün dərsin mövzusu “fabriklər” olacaqdı, sonra “tarlalar”, sonra “sabotaj”, nəhayət “Qızıl ordu” və s. (nə gözəl çeşidlilikdi!) Sovet romançısı nümunəvi xəstəxanlardan nümunəvi mədənlərə, bəndlərə qədərə hər şey haqqında təmtəraqalı sözlər deyərkən, təriflər yağdırdığı bir sovet qəhrəmanı düz kitab nəşr olunanda yerlə-bir edilsə, müəllif hər saniyəsini can qorxusunu içində yaşamağa başlayırdı. Qırx illik mütləq hakimiyyət dönəmi boyunca Sovet höküməti sənətin nəzarətini qəti əldən vermədi. Arabir nə olacağını görmək üçün vintləri bir az boşaldırdılar, xaricdəki optimistlər də bu yeni kitabı ictimai protest kimi alqışlayırdılar. “Don çayında yeni heç nə yoxdu”, “Şeytanlar yalnız çörəklə yaşayar”, “Zedin daxması” kimi bestsellerlər arasına girmiş düşük kitabları hamımız yaxşı tanıyırıq.(Nabokov burda özünəməxsus ironiya ilə “Sakit Don”, “Yalnız çörəklə yaşamaq olmaz” kimi sovet romanları ilə “Qərb cəbhəsində yenilik yoxdur”, “Şeytanlar”, “Tom dayının koması” kimi məşhur kitabların adlarını qarışdırır – tərcüməçidən) Əcnəbi tənqidçilərin “güclü” və “diqqətçəkici” kimi qiymətləndirdikləri bu romanlar, əslində, dağ boyda klişelərlə, intəhasız səthiliklə doluydular. Fəqət, əfsus ki, bir sovet yazıçısı ədəbiyyat sənətində müəyyən səviyyəyə, məsələn, hər hansı bir ad çəkməmək üçün deyək ki, tutalım, Upton Lewis səviyyəsinə çatsa belə, dünyanın ən cahil qruplaşması olan Sovet Hökümətinin fərdi axtarışlara, yaradıcı cəsarətə, yeni, orjinal, çətin, qəribə şeylərə yaşamaq şansı verməyəcəyi həqiqəti dəyişməz olaraq qalır. Yaşlı diktatorların dünyadan köçüb getməklərinə aldanmayın, Leninin yerinə Stalin keçəndə dövlətin fəlsəfəsində zərrə qədər dəyişiklik olmadı; Kruşçevin, Xruşşovun ya da adı hər nədirsə, onun iqtidarında da heç nə dəyişmədi. Xruşovun yaxın zamandakı bir partiya iclasında dediklərinə baxaq (iyun 1957-cı il). Belə deyib: ”Ədəbiyyat və sənət sahəsindəki yaradıcı işlər kommunizm üçün aparılan mübarizənin ruhuyla çulğaşmalı, sosialist şüuru və qrup intizamını inkişaf etdirməlidir.” Bu tayfa üslubundan, təntənəli dildən, didaktik cümlələrdən, qəzetə müsahibə verərcəsinə səsləndirilmiş çıxışların çoxalmasından ləzzət alıram. Yazıçının fantaziyasına və azad iradəsinə konkret sərhəd qoyulduğu üçün, bütün proletar əsərlər xoşbəxt sonluqla, sovetlərin zəfəriylə bitməlidir, deməli kitabının necə bitəcəyi oxucu tərəfindən bilindiyini üçün, yazıçı maraqlı sujet yaratmağa çalışarkən, it zülmü çəkməlidir. Həyəcanlı Anqlasakson romanlarında pis adam adətən cəzasını çəkir, güclü sakit oğlan adətən gücsüz boşboğaz qızın saqqızını oğurlayır; lakin qərb ölkələrində axmaq ənənəyə uyğun olmayan hekayələri yasaqlayan qanun yoxdur; buna görə də həmişə pis, amma romantik adamın cəzadan yaxasını qurtaracağına və yaxşı, amma darıxdırıcı adamın da kaprizli qadın qəhrəman tərəfindən aşağılanacağına ümid edirik. Amma sovet yazıçısının belə bir azadlığı yoxdur. Onun son sözü qanun tərəfindən müəyyənləşib və sadəcə yazıçı yox, oxucu da bunun fərqindədir. Bu halda yazıçı oxucunun marağını diri saxlamaq üçün nə etməlidir? Bunu etməyin bir neçə metodu kəşf edilib. Əvvəla, xoşbəxt sonluq fikri xarakterlərə yox, polis dövlətinə işarə olduğu üçün və hər sovet romanının gerçək qəhrəmanı sovet dövləti olduğu üçün, nəticədə Mükəmməl Dövlətin qalib gəlməsi şərtiylə, bir neçə kiçik xarakterə – əslində yaxşı Bolşeviklər olsalar da – ağrılı ölüm bəxş etmək olar. Hətta bəzi ayıq yazıçılar işlərini elə tuturlar ki, kommunist qəhrəmanın son səhifədəki ölümü xoşbəxt kommunist düşüncənin zəfəri mənası gəlir: Sovetlər birliyi yaşasın deyə ölürəm mən. Metodlardan biri budur, fəqət təhlükəli metoddur, çünki yazıçı qəhrəmanla bir yerdə simvolu da öldürməklə, od tutmuş göyərtədəki gənclə bir yerdə dəniz donanmasının hamısını yandırıb kül etməkdə ittiham oluna bilər. Amma yazıçı diqqətli və hiyləgərdirsə, aqibəti pis olan kommunist qəhrəmanına kiçik bir zəiflik, azca – ahh, azca! – siyasi sapqınlıq, ya da bir parça burjua eklektizmi bəxş edər. Bu da onun fərdi faciəsini qanuna uyğun şəkildə haqlı göstərəcək, fəaliyyətindən və ölümündən ötrü hiss etdiyimiz acıma duyğusuna da təsir etməyəcək. Yetkin bir sovet yazıçısı fabrik, ya da zəmilərdəki personajları toplayarkən, eynilə sirli hekayələrin, cinayət baş verəcək bir kottec, ya da qatar stansiyasında bir qrup insanı toplayan yazıçılar kimi hərəkət edir. Sovet hekayələrində cinayət fikri sovet insanının işini, planlarını əngəlləməyə çalışan gizli düşmən biçimində olur. Sıradan sirli bir hekayədəki kimi xarakterlər elə göstərilir ki, sərt və kədərli adam həqiqətən pisdirmi və ya şirin dilli, nəşəli tip göründüyü kimidirmi, əmin olmuruq. Burada xəfiyyəni, ya Rus İç Savaşında bir gözünü itirmiş yaşlı fəhlə, ya da filan malın istehsalının niyə aşağı düşdüyünü araşdırmaq üçün mərkəzi bürodan göndərilmiş, mükəmməl dərəcə sağlam gənc qadın təmsil edir. Xarakterlər – məsələn, fabrik işçiləri – dövlət şüuruna sahib olmağın bütün tonlarını göstərəcək biçimdə seçilmişdir; bəziləri güvəniləsi, dürüst realistlərdi, bəziləri inqilabın ilk illərinə dair romantik xatirələrin daşıyıcısıdır, digər xarakterlər isə bilgiləri, təcrübələri olmasa da, sağlam Bolşevik fəhminə sahibdirlər. Oxucu aktları və dialoqları izləyir, ip uclarına baxır, bunlardan hansının səmimi olduğunu, hansının qaranlıq bir sirri gizlətdiyini anlamağa çalışır. Sujet xətti inkişaf edir və kuliminasiyaya çatanda, güclü qarandinməz qız pis adamın maskasını yırtanda, onsuz da şübhələndiyimiz şeyi kəşf edirik – fabriki xaraba qoyan adam, Marksist terminləri yanlış tələffüz edən kifir, tösmərək yaşlı fəhlə deyilmiş sən demə, bu yaxşı adam salamat yaşasın. Günahkar marksist irfanı sağlam olan, mülayim, hiyləgər adam imiş; gizlətdiyi qaranlıq sirr isə ögey anasının xalası uşağının gizli bir kapitalist olmasıymış. Nasist romanlarının eyni şeyi irqçi xəttdə təkrarladığını gördüm. Ən boyat detektiv romanlara xas olan struktur bənzərliyindən başqa, burda “yalançı-dini” örtüyü aşkarlamaq lazımdır. Göründüyündən daha yaxşı olduğu ortaya çıxan nərmə-nazik yaşlı adam, ağıllı riyakarlar cəhənnəmə vasil olanda, tanrının cənnətinə düşməyə haqq qazanmış, ağlı az, amma ruhu və inancı sağlam adamların ürəkbulandırıcı parodiyasıdır. Bu şərtlər içində ən əyləndirici şey sovet romanlarındakı romantizm temasıdır. Başdansovdu seçdiyim iki nümunəni təqdim edirəm. Əvvəlcə Antonovun 1957-ci ildə çap olunmuş “Böyük ürək” romanında bir hissə: “Olqa səssiz idi. “Ah,” deyə çığırdı Vladimir, “niyə mən səni necə sevirəmsə, sən də məni elə sevmirsən ?” “Mən ölkəmi sevirəm,” – dedi Olqa. Vladimir, “Mən də,” – deyə hayqırdı. Olqa özünü gənc oğlanın qollarından qurtarıb, “Daha çox sevdiyim bir şey də var,” – dedi. “Nədir o?” – deyə soruşdu Vladimir. Olqa təmiz mavi gözlərini Vladimirə dikib, tezcə cavab verdi: Partiyamız.” Başqa bir nümunəyə baxaq, Qladkovun “Enerji” romanından bir parça: “Gənc fəhlə dəzgahı tutdu. Metalı hiss eləyən kimi həyəcana qapıldı, canından üşütmə keçdi. Dəzgahın adamın qulağını kar edən səsi ucbatından, Sonya uzağa çəkildi. Sonra əlini İvanın çiyninə qoyub, qulaqlarının üstünə düşən saçlarını tumarladı… Ardınca ona baxdı, lülə-lülə saçlarına keçirtdiyi balaca kepka İvana qəribə gəlirdi, onu coşdururdu. Eyni anda iki gəncin gövdəsindən sanki elektrikenerjisi keçdi. İvan dərin-dərin köks ötürərək, cihazdan daha möhkəm yapışdı.” XIX əsrdə sənətçinin ruhu üçün döyüşən gücləri və nəhayət sovet polis dövlətində sənətə tətbiq edilən təzyiqləri, kədərli şəkildə yox, xoruldaya-xoruldaya təsvir etdiyimi düşünürəm. XIX əsrdə düha, təkcə yaşamamışdı, həm də inkişaf etmişdi, çünki ictimai rəy çarların hamısından güclü idi və yaxşı oxucular da proqresdən yana olan tənqidçilərin təmənnalı fikirlərinin təsirindən çıxa bilirdilər. Rusiyada ictimaiyyətin hökümət əliylə tamamən əzildiyi bu dönəmdə, hələ də Tomskda, ya da Atomskda yaxşı oxucular mövcuddur bəlkə də, amma səsləri gəlmir, qidalanma rejimləri nəzarət altındadır, zehinləri xaricdə yaşayan qardaşlarının zehnindən qoparılıb. İşin açar nöqtəsi budur: necə ki, istedadlı yazıçıların universal ailəsi milli bariyerlər tanımır, eləcə də istedadlı oxucu da zaman və məkan qanunlarından azad, bəşəri bir fiqurdur. Sənətçini təkrar-təkrar imperatorlar, diktatorlar, rahiblər, puritanlar, qara cahillər, siyasi əxlaqçılar, polislər, poçtxana müdirləri və çoxbilmişlər əliylə yox edilməkdən xilas edənlər, oxucu qardaşlarımızdır. Bu təqdirəlayiq oxucunu siz üçün təsvir edim. Heç bir vicdan nəzarətçisi, heç bir kitab klubu onun ruhuna nəzarət edə bilməz. Onun bir ədəbiyyat əsərinə yanaşması, primitiv oxucunun özünü bu və ya digər personajla identifikasiya etməsindən, “təsvirlərin üstündən keçmək” kimi gənclik həyəcanlarından uzaqdır. Bu yaxşı, təqdirəlayiq oxucu, kitabdakı qız, ya da oğlanla yox, kitabı yaradan zehinlə eyniləşir. Yaxşı oxucu bir rus romanında Rusiya ilə əlaqədar bilgilər axtarmaz, çünki bilər ki, Tolstoy və ya Çexovun Rusiyası tarixdəki Rusiya yox, individual dühanın fantaziya ilə yaratdığı özəl bir dünyadır. Yaxşı oxucu ümumi fikirlərlə maraqlanmaz, özəl bir obraz, təxəyyül onun üçün maraqlıdır. Onun kitaba sevgisi, kitabın ona qrup arasında ünsiyyət qurmağı öyrətdiyi üçün olmaz (proqressivlərin şeytani klişesi); kitabı sevər, çünki mətnin hər detalını içindən keçirdib başa düşmüş, yazarın vermək istədiyi həzzi hiss etmiş, içi başdan-başa işıqla dolmuş, emalatxanasında xəyallara çəkic vuran usta dəmirçinin, sehrbazın, sənətçinin sirli-sehrli təsvirlərinə baxıb həyəcanlanmışdır Keçmişə emosional yanaşsaq, necə ki, rus yazıçıları başqa dillərdə yazanlar üçün nümunə olublar, eləcə də köhnə rus oxucuları da başqa oxuculara örnək olub. Bu oxucu öz oxucu kariyerasına çox erkən yaşda başlayar, hələ uşaq otağındaykən qəlbini Tolstoya və ya Çexova verər, dayəsi “Anna Karenina”nı əlindən almaq istəyəndə belə deyər: Ah, yaxşısı bunu öz sözlərimlə deyim. Yaxşı oxucu ixtisar edilmiş şedevrlərdən, Karenin qardaşlar haqqındakı axmaq filmlərdən, təmbəllərə yarınmaq üçün möhtəşəm əsərləri kəsib-doğramağın bütün yollarından uzaq gəzməyi öyrənər. Fikrimi cəmləyərkən, yenidən vurğulamaq istəyirəm: rus romanında Rusiyanı axtarmayaq; individual dühanı axtaraq. Şedevrə baxaq, çərçivəsinə yox. Çərçivəyə baxan insanların üzünə də baxmayaq. Qədim, mədəni Rusiyadakı oxucu, əlbəttə Puşkinlə, Qoqolla fəxr edirdi, fəqət eynilə Şekspirlə də, Danteylə də, Bodlerlə də, Edqar Po ilə də, Floberlə də, Homerlə də qürur duyurdu; bu, rus oxucusunun gücüydü. Haqqında danışdığım məsələyə xüsusi marağım var, çünki əcdadlarım yaxşı oxucular olmasaydı, bugün burda olmaz, belə danışmazdım. Yaxşı yazıçılıq və yaxşı oxuculuq qədər önəmli olan başqa şeylərin də olduğunun fərqindəyəm, fəqət hər şeydə birbaşa əsas olana, mətnə, mənbəyə, mahiyyətə getmək daha ağıllı işdir – ancaq bu yolla filosofu, ya da tarixçini razı salmaq, yaxud bugünün ruhuna uyğun nəzəriyyələr yaratmaq mümkündür. Oxucular azad doğulur və azad da qalmalıdır, mühazirəmin sonunda oxuyacağım Puşkinin şeiri, sadəcə şairlərə yox, şairləri sevən hamıya aiddir. Ali, uca qaydalar kimə verir-versin həzz, Məndən ötrü o şeylər qara qəpiyə dəyməz. Vergilərə etiraz eləmək səadəti – qismətimdə yox imiş, incimirəm mən qəti. Çarların saçyoldusu məni etmir narahat, Vecimə də deyil heç azaddımı mətbuat. Axmaqlar aldanırlar, senzuramız həssasdı- Nə vecimə senzorlar jurnala nəyi basdı. Bütün bunlar, bilirsiz, sözdü, sözdü, təkcə söz. Başqa şeylər gözümdə daha doğma, daha düz; İstəyir çara əyil, istəyir xalqa sığın Mənim üçün əzizdir mənim öz azadlığım. Fərqi varmı mənimçün? Qoy canları sağ olsun. Şairin üzü gərək öz yanında ağ olsun, Əyilməsin heç kimə – nə hakim, nə əyana, Şair gərək özünün vicdanına inana. Təbiətdən ruhlanmaq, onu heyrətlə süzmək- Gəzmək öz kefin üçün, min cür diyarı gəzmək. Titrəyib coşmalıdır insanın ruhu ancaq, Sənətin və ilhamın həzzini anlayaraq. Bax budur xoşbəxtlik! Budur qanun-haqq… Tərcümə: Qismət
['rus ədəbiyyatı', 'rus yazıçıları', 'Vladimir Nabokov', 'esse']
692
https://kayzen.az/blog/ushaq_terbiyesi/21301/ana-b%C9%99tnind%C9%99-u%C5%9Fa%C4%9F%C4%B1-nec%C9%99-t%C9%99rbiy%C9%99-etm%C9%99li.html
Ana bətnində uşağı necə tərbiyə etməli?
Apollon
Uşaq tərbiyəsi
10 yanvar 2018, 01:05
Ümumiyyətlə, ilk anda qəribə gələn bu anlamı gəlin bir az sadələşdirək. İstəyərdim söhbətimizə Məhəmməd Peyğəmbərin hədislərindən biriylə başlayım. “Bir gün ailə 40 günlük uşağı S.Ə.S. Məhəmməd Peyğəmbərin yanına gətirib onun vətənə, xalqa, ailəsinə xeyirli övlad olması üçün tərbiyəsi ilə bağlı məsləhət almaq istəyirlər. Peyğəmbərimiz isə “aparın bu uşağı artıq onun üçün gecdi” demişdi. Çox vaxt biz bu hekayəni eşidəndə düşünürük ki, uşağı ilk doğulduğu andan etibarən tərbiyə etməliyik. Əslində dövrünün filosofu olan Məhəmməd Peyğəmbər burda uşağın ana bətnində olan tərbiyəsini nəzərdə tutmuşdu. Hətta dində də Allah uşağa ana bətnində 2 ay yarımında ruh verir. Tibbi olaraq artıq uşağın 3 ayında əsas struktur orqanları tam yaranır. Deməli, artıq uşağı tərbiyə eləmək vaxtı başlayır. Düşünün, doğulanda belə, dilsiz-ağızsız körpəyə nəsə öyrətmək çətin olur. Dili olmasa belə, öz münasibətini ən azı ağlamaqla göstərir. Amma ana bətnində tam rahat və ən uğurlu tərbiyə etmək mümkündür. Körpə tam sizin istədiklərinizi qəbul edir və bu cür inkişaf edir. ABŞ-da “baby shine” adı altında maraqlı bir terapevtik üsul var ki, uşağın embrional inkişafına birbaşa təsir edir və psixoloji mərkəzlərdə, klinikalarda belə uğurla istifadə olunur. Bu, ananın körpəylə danışması adlanır. Ana gün ərzində nələr edirsə, özünü necə hiss edirsə, bu barədə körpəsinə raport verir: “Ana indi ataya yemək verməyə mətbəxə gedir”, “bir az darıxdıq, gəl, gedək televizora baxaq”, “Ata əsəbidi, gəl, onu güldürək”. Bu metod uşaqlarda intellektual səviyyəni artırır, buna görə də uşaq daha tez dil açır, səlist və aydın ünsiyyət qurur. Çox yaxşı olardı anamız özünə hamiləlik boyu qeyd edə biləcəyi bir dəftər ayırsın. Ora övladından nələr görmək istədiyini qeyd etsin: “1.Sarışın, göy göz olsun. 2. Hamıyla ünsiyyətə girən, ağlamayan uşaq olsun. 3. Burnu balaca olsun. 4. Saçları buruq olsun və s.” Mümkün olsa, göz qabağında ola biləcəyi yerə yapışdırsın və üstündə ayın tarixini qeyd etsin. Məsələn, soyuducunun, yataq otağında şifonerin üstünə və hər dəfə yanından keçəndə oxusun, yadına düşdükcə əlavə etmək istədiyi şeyləri yazsın. Ayın sonunda yeni boş vərəqə əvvəlki vərəqdəki istəklərdən ən çox istədiyi 5 dənəsini əlavə edərək yapışdırsın. Bu, hamiləliyin sonuna qədər belə davam eləsin. Övladı dünyaya gələndə ana özünü rəssam kimi hiss edəcək. Ümumiyyətlə, ananın hamiləlik boyu dinlədiyi musiqilər çox önəmlidir. Bəzən biz Şopen, Motsart kimi dünya klassiklərinin musiqisini dinləyirək uşağımızın daha “mədəni” olmasını istəyirik. Əslində isə bu, tam belə deyil. Psixologiyada etnopsixologiya deyilən bir elm var ki, burada hər bir millətin fərqli zövlərə, iqlimə, yaşayış tərzinə bir sözlə, bütün ekoloji və sosial faktorların təsiri ilə insanların psixologiyası öyrənilir. Yəni Azərbaycanlı ananın və körpənin öz etnosundan olmayan musiqi dinləməsi elə də effekt vermir. Analar çalışmalıdır ki, Azərbaycan mənşəli musiqiyə (sözsüz mahnı) qulaq assınlar. Bu, övladlarını vətənpərvər və anaya bağlı, özgüvəni yüksək, kommunikativ uşaq edəcək. Məsələn, elə bizim əksəriyyətimiz himnimiz və ya “Sarı gəlin”imizi dinləyəndə çox həssaslaşır, qəribə hisslər keçiririk, el dili ilə desək, “tüklərimiz biz-biz olur”. Bu da bizim genetik yaddaşımızı göstərir. Sonda isə onu qeyd etmək istəyirəm ki, əziz analar, bəzən övladlarımızı hansısa formada görmək istəyirik, bəzən buna zorlayırıq, sonda isə çox vaxt məyus oluruq, daxili istəyimizə görə göstərdiyimiz təzyiqlər bəzən uşaqlarımız tərəfindən üsyanla qarşılanır. Ondansa bunu zamanında sizin tam nəzarətiniz altında etsəz, nə siz inciməzsiniz, nə də övladınız.  Narınc Rüstəmova
['uşaq tərbiyəsi', 'uşaq psixologiyası', 'analıq hissi', 'ana olmaq']
693
https://kayzen.az/blog/time-management/21015/zaman%C4%B1-nec%C9%99-ram-etm%C9%99k-olar.html
Zamanı necə ram etmək olar?
Apollon
Time-management (zamanı idarə etmək)
10 yanvar 2018, 01:03
Professional mühitdə “Özümü nə ilə məşğul edim bilmirəm” deyən insanla nadir halda qarşılaşarsınız. Razısınızmı? Adətən “Vaxt çatdıra bilmirəm”, “Hər şeyi çatdırmaq üçün hardan vaxt tapım?!” və s. tipli ifadələr eşidirik. Və bu müasir həyat tərzi şərtlərində heç də təəccüblü hal deyil. 1. Ümumiyyətlə etməmək mümkün olan işi sabaha təxirə salmayın Hər şeyi yerinə yetirməzdən əvvəl bu “hər şey”-dən lazımsız olan işləri ayırın. Və bu düşündüyünüzdən də çoxdur. Lazımlı işi təxirə salmaqla stress dağarcığınıza yeni bir qəpik əlavə etmiş olursunuz və bununla belə heç nəyi çatdırmadığınız ilə bağlı vicdan səsiniz də yüksəlir. Belə bir işdən xilas olduqda isə azadlıq və yeni güc axını hiss edirsiniz. Çıxış yolu: Əksər lazımsız işlərdən ümumiyyətlə imtina edin. Təcililik illuziyadır. 2. Hər şeyi çatdırmaq üçün başqalarının sizin əvəzinizə edə biləcəyi işləri etməyin Tamamilə imtina etmək mümkün olmayan işlər vardır. Layihələr irəliyə doğru getməli, problemlər həll edilməli, soyuducu isə doldurulmalıdır. Lakin bu o demək deyil ki, bütün işləri özünüz icra etməlisiniz. İşi başqalarına da ötürün. Lakin bu o demək deyil ki, öhdəliklərinizin hamısını kiminsə boynuna qoymalısınız. Burada düşünmək lazımdır: müxtəlif insanlar müxtəlif bacarıqlara sahibdir və hər birimiz həyatın müxtəlif mərhələlərindən keçirik. Bu mərhələdə biz başqa bir işlə məşğul olmalıyıq, işi ötürdüyümüz şəxs isə başqa bir işlə. 3. Sizi inkişaf etdirən tapşırıqları başqalarına verməyin Bəzən tapşırığı ötürməli insana sahib olsanız belə, tapşırığı icra etmək üçün lazım olan bacarıqlar sizin özünüzə lazım ola bilər. Burada uzun müddətli düşünmək lazımdır. Bir dəfəlik tapşırıqları mütəxəssislərə həvalə edin, qarşılığında ödəniş edin və həyatda bütün işlərinizi zamanında çatdıracaqsınız. Lakin 5 ildən sonra daha yaxşı etməli olduğunuz, uğurunuz üçün həyati vacib əhəmiyyətli işi özünüzün icra etməyiniz daha məqsədəuyğundur. 4. “Etməyə qərar verdiyim işi 100%-lik icra edirəm” Bu sitata əsaslanaraq bütün işlərinizi zamanında çatdırmaqla yanaşı, onu digərlərindən daha yaxşı şəkildə həyata keçirmiş olacaqsınız. Əgər bir işi icra etməyə qərar verdinizsə davam edib-etməmək haqqında düşünməyin, bunu digərlərindən necə daha yaxşı etmək barədə düşünün.
['time-management', 'zamanı idarə etmək']
694
https://kayzen.az/blog/musiqi/21357/v%C4%B1sotski-sevgisi.html
Vısotski sevgisi
Apollon
Musiqi
6 yanvar 2018, 18:04
«Görüş yerini dəyişmək olmaz» filmində canlandırdığı Jeqlov obrazından sonra bütün Sovet məkanında daha da məşhurlaşan Vladimir Vısotski poeziyadan əl çəkmədi.  Hərdən Avropaya səfərlərindən qayıdandan sonra kinorejissorlara onun üçün hansısa rolun verilib-verilməyəcəyini soruşarmış. Rejissorlar onun haqqında həmişə düşünüblər. Çünki «Hamlet»də Danimarka şahzadəsinin faciəsini mükəmməl yaratması, teatr və kino xadimlərinin fikirlərini bir nöqtədə cəmləşdirib: «Vladimir əsl aktyordur». Vısotski ciddi aktyor olduğunu sübüt etmişdi. Amma xalq onu küçə şairi və məhəllə müğənnisi kimi görmək istəyirdi, yaxud belə qəbul olunmuşdu.   Sovet ədəbiyyatında «pərdə arxası» deyilən terminin altında belə şair və müğənnilər çox olub. Onlardan dövrümüzə qədər çox az sayda insanlar özlərini fərqləndirə biliblər. «Pərdə arxası» termininin altında bəyənilməmək dururdu: «Onlar bizə yaddır, yaratdıqları da dayazdır». Vladimir Vısotski də bəyənilməyənlərin cərəyanında ön sıralarda dururdu.   İlk dövrlər Vladimir Vısotski ciddi poeziya nümayəndəsi kimi tanınmayıb. Onun şeirləri çox məhdud sayda dərc edilib. Əksər hallarda isə şeirlərini dərc edən dərgilərin rəhbərləri buna görə qınaq obyektinə çevrilərmiş.  Xruşşovun bəraət sərəncamından sonra düşərgələrdən qayıdanların jarqon danışıqları əsasında yazılan şeirləri kim dərc edərdi ki? Küçə danışığı əsasında qələmə alınan şeirlərdə qaynaqçı, yanğınsöndürən və neçə-neçə peşə adamı öz dərdini danışırdı. Məhz buna görə də Vısotski tez məşhurlaşdı. O öz şeirlərində azad idi. O, sadəcə düşünülənləri çatdırırdı, bəzəksiz-düzəksiz. Onun poeziyasında fəhlə obrazı Sosialist Əməyi Qəhrəmanı formasında çatdırılmırdı. Alt qatda təbliğat aləti kimi istifadə edilənlərin şəxsi həyatı, problemləri, arzuları öz əksini tapırdı.     Məhz bu səbəblərə görə Vısotski poeziyasının dilinin fərqliliyi sadə adamlarda maraq oyadırdı. Belə dilin mövcudluğu çərçivənin, qəlibləşən fikirlərin aşılması demək idi. Adamlar standart şeirlərdən yorulmuşdu, küçə jarqonu ilə yazılan şeirlər tez bir zamanda populyarlıq qazandı. O, bunu etməyi bacardı. O, bu dil ilə xalqa yaxınlaşdı. Poeziyadakı yeni üslubu ilə cəmiyyət üçün yararlılıq standartları az olan adamların içinə vardı. Adamlar başa düşdülər ki, onların dərdini də düşünən var. Deməli, poeziya təkcə qəhrəmanlıq poemalarından, məhəbbət mövzularından ibarət deyilmiş.   Vısotski heç vaxt başqasının şeirini ifa etməyi xoşlamayıb. O illərdə gizli də olsa, Yevtuşenko və Rojdentvenski kimi şairlərə belə şeirləri sifariş etmək olarmış. Adı çəkilən şairlər yaradıcılıqda müxtəlif aspektlərdən çıxış etdiklərindən, küçə şeirlərini yazmaq çətinlik yaratmazdı. Amma Vladimir özü yazmağı qərara alıb. Çünki özünün də dediyi kimi "şair yalnız öz yazdığını yaşaya bilər". İosif Brodski deyirdi ki, «Vladimir Vısotski poeziyasının dilini həbsxana jarqonları təşkil etsə də, bunu bədii məqsədlər üçün istifadə etməyi bacardı». Vısotski belə dillə kifayətlənmirdi. Sətirlərə çərçivəli poeziya ştrixlərindən də qatırdı.   Belə dildən istifadə etməsəydi, onun qəhrəmanlarına inanan olmayacaqdı, dərdinə şərik olub anlamayacaqdılar. Və belə olan surətdə Vısotski qəhrəmanlarını cəmiyyətdə "şikəst" formada, «yararsız» qrifi altında çatdıracaqdı. Əslində, isə o, XX əsrin əvvəllərində təşəkkül tapan şəhər romansları seriyasına qayıtmışdı. Şəhər romansları adamların gitara ilə romans oxumalarından ibarət deyildi. Belə ifadə tərzi sadə şeirləri gitara və akkordeon ilə çərçivəsiz və hiyləgərlik sezilməyən, açıq deyilən mətnlərdən ibarət olurdu. Sonralar "şəhər romansları" unuduldu. Vısotski müsahibələrində deyirdi ki, o, həmin romansları yenidən bərpa edib: «Burada adamlar həqiqəti dərk etməyə cəhd göstərir, dostlara, qadınlara, yaxın adamlara səmimi sevgi və dostluq aşılanır. Rəsmi poeziya ilə bu, elə də effekt vermir».   Bədiilikdən uzaq şeirlər yazıb onu musiqi ilə çatdıran şair öz həyatını yaşayır, rəsmi tədbirlərə dəvət olunmurdu. Lakin birdən-birə hər şey dəyişdi. Daha doğrusu, bu, birdən olmadı. Vısotskini televiziya ekranlarına, radio efirinə çağırıb səsini yazıb özünü göstərdilər. Belə Avropa təmayüllü azad insanın efirdə görünməsi üzərində çox düşünülmüşdü. Çünki belə geyim tərzi — enli boyunluq, cins şalvar, rəngli krossovka və uzun saç gəncləri də öz arxasına çəkərdi. Bu da Qərbdən fərqlənməyə dair qəbul edilib təsdiqlənən nizam qaydalarına zərbə vurardı. Bəs, onun Avropaya tez-tez baş tutan səfərləri, televiziya ekranlarında görünüşü, «Melodiya» səsyazma studiyasının neçə yüz minlərlə valını buraxması nədən xəbər verirdi? Məsələ burasındadır ki, Vladimir Vısotskinin azad şeirlərində təbliğat maşınının tələblərinə cavab verən nümunələr də yer alırdı. Məsələn, Böyük Vətən müharibəsində vuruşan gənclərlə bağlı şeirlər o illərdə sovet hökuməti rəhbərliyinin xoşuna gəlmişdi. Düzdür, çərçivə qoyulmamışdı, amma sərbəst yazılan şeirdə vətənpərvərlik jestləri əksini tapmışdı ki, bu da işə yarayırdı: «Deməli, bu oğlana yaşıl işıq yandırmağa dəyər».      Vısotskinin populyarlığının əsas səbəblərindən biri də Sovetin həbs düşərgələrində oxunan mahnıları qapalı dairədən çıxarıb cəmiyyət arasında səsləndirməsi idi. Əlbəttə, tam eyniliklə oxumurdu. Məsələn, o mahnılarda anadan, «qanuni oğru» dünyasından söz açılırdı. Sadəcə, Vladimir həmin üslubu götürüb mətnini özü yazırdı: Gitarada, fit çala-çala. Belə mahnılar xalqın aşağı təbəqəsinin dilində çox səslənərdi: küçədə, mətbəxdə, yemək-içmək məclislərindən sonra sərxoş halda qol-boyun halda oxunan mahnılar. Adamlara təəccüblü gəlirdi ki, sevdikləri üslub televiziya ekranlarında, radio dalğalarında səslənir. Məhz bunu Vısotski cürəti bildilər, onu sevdilər. Mərhum sənətkarın belə mahnılarla çıxış etməsi kinorejissorları da ruhlandırdı. Bəzi kino xadimləri ciddi komissiyanın saqqızını oğurlaya bildilər. Necə ki, müasir düşünməyi bacaran rejissorlardan biri də Stanislav Qovoruxin idi. O, Jeqlov roluna Vısotskini çəkmək üçün çoxlarını dilə tutmuşdu. Çətin situasiya ondan ibarət idi ki, xalqın arasında azad sənətkar kimi gəzib-dolanan birini hüquq-mühafizə orqanlarında çalışan komissar roluna çəkməyi qəbul etmirdilrər. Vısotski öz Jeqlovu ilə özünü boğan komissar obrazlarını darmadağın etdi. İndi Rusiyada istehsal edilən filmlərdəki milislərin bəzən özlərini sərbəst aparmaları, xırıltılı səslə zarafat etmələri məhz Jeqlovun şinelindən çıxıb.   Beləlikə, həbs düşərgələrindəki mahnıları yonub-yontalayan Vısotski onları elit səviyyəyə qaldıra bildi. Çox sonralar deyirdi ki, "əslində, bu mahnılar pis deyil, ancaq neyləyəsən ki, xalq onu küçə mahnıları adlandırır". Azad insan nə etdi? Mahnıların üslubunu götürüb yeni şeirləri ilə zənginləşdirdi, arada romans elementləri də qatdı. Bununla da belə mahnıları dövlət səviyyəsində qəbul etdirdi. Belə mahnıların çəkisi artdığından onu xalq artsitləri də oxumağa başladı. Əsas məsələ bunda idi ki, mahnılarda sadə adamların taleyindən danışılır, ağrı-acısı, arzuları rəvayət edilirdi: ancaq mahnı şəklində. Yeni zəmanənin yeni auditoriyası onu tez mənimsədi.   Vısotskinin yaradıcılığı da belə mahnılar üçün mətn rolunu oynayırdı. Ancaq mətnlər sərbəst şeir üslubunda yazılırdı. İçində jarqon ifadələr, xalqın formalaşdırıb dəyişdirdiyi sözlər, üstəlik folklordan da incilər yer alırdı. O, sadəcə xalqın psixologiyasını bilirdi. Çünki həm teatr xadimləri, həm kino işçiləri arasında olub müzakirələrdə iştirak etsə də, eyni zamanda qanuni oğrularla da görüşür, sadə adamlarla pivə içib nə düşündüklərini bilirdi. Yaradıcı adam daim sadə adamlar arasında olmalıdır. Əks halda yaratdığına yad gözlə baxılacaq. O illər tənqidçilərin qınağına rast gəlsə də, Vladimir Vısotskini ən aşağı təbəqədən tutmuş ən yuxarı eşalona qədər sevdilər. Ona daxili simpatiya sənətkarın yüz minlərlə valının yazılmasına, tamaşa və filmlərə çəkilməsinə zəmin yaratdı. Heç vaxt görünməmişdi ki, qalstuk taxmayan, özünü boğmayan, partiyanın üzvü olmayan şəxs belə sevilsin. O isə hələ də sevilir.   Azər QİSMƏT "Ədəbiyyat qəzeti"  
['Vladimir Vısotski']
695
https://kayzen.az/blog/yazar/21366/knut-hamsunun-bak%C4%B1-s%C9%99f%C9%99ri.html
Knut Hamsunun Bakı səfəri
Apollon
Yazıçılar
6 yanvar 2018, 18:03
Norveç yazıçısı Knut Hamsun (1859-1952) 1898-ci ildə Norveç Yazıçılar İttifaqından 1200 kron təqaüd alaraq Rusiya, Azərbaycan və Osmanlı İmperiyasını ziyarət etmişdi. Hamsun həyat yoldaşı Berqliotla birlikdə əvvəlcə Sankt-Peterburqa, oradan Moskvaya, Moskvadan isə Qafqaza gəlmişdi. Bu səyahətin nəticəsi kimi yazıçı 1903-cü ildə “Nağıllar ölkəsində” və “Aypara ölkəsində” adlanan oçerklərini nəşr etdirib. Knut Hamsunun Bakı haqqında yazdığı qeydlərindən: Səhər saat 7-nin yarısıdır. Bakı nəhəng ağ toz dumanına bürünüb. Burada hər şey ya ağ, ya da bozdur. Əhəng tozu insanların, heyvanların, evlərin, pəncərələrin, parkda bitən azsaylı ağac və kolların üzərini örtüb. Hər yer adama qəribə gəlir, çünki ağdır. Mehmanxananın tozlu stolunun üstündə hərflər yazıram, amma az müddət sonra yenə toza qərq olub, yoxa çıxır. Nobel müxtəlif boyaqlar axtarıb tapır, ancaq bu lənətlənmiş Bakıda əhəng hər yeri o qədər ağardıb ki, adam ağlını itirər. Şəhəri 13 indiqo növü ilə boyamaq ağlagəlməz şeydir! Şəhəri al-əlvan etməyə heç Nobelin də imkanları çatmaz. Şəhərin havasından kerosin qoxusu gəlir. Bu qoxu insanları hər yerdə, həm evlərdə, həm də küçələrdə təqib edir. Vərdiş etməyənlərdə bu qoxu öskürək yaradır. Kerosin küçədəki toza qarışır və külək əsəndə (külək isə burada həmişə əsir) kerosin hopmuş bu toz paltarlarda yağlı ləkələr qoyur. Bütün insanlar az-çox qeyri-adi görünən paltarlar geyinirlər; şəhər o qədər iranlıdır ki, artıq Avropa şəhəri olmaqdan çıxıb, amma şəhər o dərəcədə avropalı qalıb ki, hələ iranlı olmayıb. Bakıda 125 minə yaxın əhali var, bura Xəzər dənizinin sahilində yerləşmiş ən mühüm ticarət şəhəridir. Daima vurnuxan müasir həyat və hər anbarın qarşısında uzanmış çoxsaylı dəvələr qəribə təəssürat doğurur. Qara Şəhərə, kerosin şirkətlərinin iqamətgahına getməliydik. Bizi oraya iranlı aparır; şəhərdə əksər faytonçular iranlıdır, onlar faytonu əsl şeytan kimi sürürlər, bir kəlmə kəsməyə imkan da yoxdur, bir xristianın “atlara rəhm edin” mənasında verdiyi işarələri başa düşmək istəmirlər. Ancaq bir şey qalır: sakit oturmaq və ekipajdan çıxmaq. Nobelin evinin yerini soruşduq — bu, ona oxşayır ki, Xristianiyada kral sarayının harada olduğunu soruşasan. Köhnə Bakının mərkəzində yerləşən qalanın divarları fars-bizans üslubunda ucaldılıb. Divarlar xanın sarayını və iki məscidi dövrələyib. Hazırda saray hərbi anbara çevrilib və içəri daxil olmaq üçün komendantın icazəsi zəruridir. İcazə üçün isə komendanta öz vizit vərəqimi göstərməliyəm, o isə məndə yoxdur. Vladiqafqazdakı kimi, burada da dostum Ventsel Hagelstamın vərəqindən yararlanmağa cəhd edirəm. Növbətçiyə üzərində “Fru Mariya Hagelstam” yazılmış kartı uzadıram, o, başını yırğalayır və pasportumu istəyir. Ürəyimdə “Tanrı, kömək et” söyləyib pasportumu uzadıram. Növbətçi hər iki sənədə baxır, adları müqayisə edir və ona elə gəlir ki, hərflər uyğundur. Sonra qapını döyəcləyir və sənədləri komendanta aparır. Bu saxtarakarlığın baş tutacağına elə də ümid bəsləmirdim. Növbətçi qayıdır, pasportumu qaytarır və gənc poruçiki hər şeyi göstərməsi üçün mənə qoşur. Xilas oldum. Tüfəngli kazak mənimlə poruçikin ardınca gəlir. Poruçik deyir ki, Bakının son xanı olan Hüseynqulu xanın 50 arvadı olub və ruslar 1806-cı ildə Bakını fəth edən zaman hamısını götürüb qaçıb. Xan Bakının fatehi general Sisianovu şəhər açarlarını ona təqdim edərkən xəncərlə öldürtdürüb. Burada 2 məscid də yerləşib və gözləyirdik ki, hansısa molla minarədən əzan verəcək, ancaq saat 12-ni keçsə də, molla gəlib çıxmadı. Bu barədə poruçikdən soruşanda, o, dərhal məscidin yaxınlığında əyləşmiş əmmaməli bir neçə qocanın üstünə qışqırdı, onlar poruçiki axır ki, başa düşəndə başlarını yırğaladılar: molla xəstələnibmiş. Qız Qalasına da getmək istəyirdik, ancaq isti o qədər boğucuydu ki, bu niyyətimizdən daşınıb parka yollandıq. Günəş bütün bitkiləri yandırmışdı, hamısı tozla örtülü idi. Mənzərə ağır təəssürat oyadırdı. Vur-tut bir neçə xırda akasiya, badam və əncir ağacına rast gəlinirdi. Tərcümə: Xəyyam AĞA
['yazıçılar', 'yazıçıların səfərləri', 'Knut Hamsun']
696
https://kayzen.az/blog/ginekologiya/21373/bakterial-vaginoz.html
Bakterial vaginoz
Apollon
ginekologiya
4 yanvar 2018, 20:18
Bakterial vaginoz yaxud qardnerellyoz dedikdə uşaqlıq yolu disbakteriozu nəzərdə tutulur. Xəstəliyin törədicisi qardnerella vaginalis adlanan bakteriyadır. Əsasən cinsi partnyorunu tez-tez dəyişən, hormonal və antibiotik tərkibli vaginal şamlardan uzun müddət və ya tez-tez istifadə edən, şəxsi gigiyenaya əməl etmiyən insanlarda rast gəlinir. Törədici bakterialar uşaqlıq yolunda artıb çoxalaraq öz həyat fəaliyyəti məhsulları (ifrazatları)ilə, normal halda qadın uşaqlıq yollarında yaşayan və qadının sağlamlığı üçün zəruri olan bakteriaların məhvinə səbəb olur. Normal halda qadın cinsiyyət yolllarında yaşayan bir sıra bakteriyalar var ki, onlar cinsiyyət orqanlarında yerli immunitetinin yaranmasını təmin edir. Qardnerellyoz 25%-ə qədər hallarda tam sağlam qadınlarda da aşkarlanır. Qardnerellyoz insan həyatı üçün xüsusi təhlükə yaratmasa da, müalicə olunmadıqda cinsiyyət orqanlarında ciddi iltihabı prosesə səbəb olmaqla hamilə qalmağa mane olur, hətta hamiləliyin yarımçıq qırılmasına belə səbəb ola bilir.  Hal-hazırda xəstəliklərin müasir təsnifatında qardnerellyoz cinsi yolla yoluxan xəstəliklərə(cyyx) aid edilməsə də, əsasən aktiv cinsi həyat yaşayan, cinsi partnyorunu tez-tez dəyişən insanlarda aşkarlandığı üçün, cinsi yolla yoluxan xəstəlik kimi təsvir edilir. Qadında əlamətlər Qardnerellyoz -50%- ə qədər hallarda müəyyən əlamətlərlə göstərməsinə baxmayaraq təqribən 50%-ə qədər hallarda isə heç bir əlamətsiz keçir. Qadın cinsiyyət yollarında iylənmiş balıq iyini xatırladan, ağımtıl rəngli, nisbətən köpüklü-irinli xarakterli axıntının olması, qaşınma, quruluq hissiyyatı və cinsiyyət yollarında ümumi diskomfortla müşahidə edilir. Bir sıra hallarda eroziyaların yaranmasına səbəb olur.  Kişidə əlamətlər 90-95% hallarda heç bir əlamətsiz keçir, az hallarda sidik kanalının yüngül iltihabı şəlində, yaxud yalnız səhərlər sidik kanalının uc hissəsində bir damcı axıntı şəklində təzahür edir. Çox az hallarda kişilər özlərində bunu hiss edir. Diaqnostikası (müayinəsi) Qardnerellyozun olub olmamasını müəyyən etmək üçün qadınlarda uşaqlıq yolundan, kişilərdə isə sidik kanalından sıyrıntı yaxud axıntı materialı götürülüb mikroskopik, bakterioloji müayinə olunmalıdır. Heç bir halda qardnerellyozun diaqnostikası yalnız xəstəliyin əlamətlərinə əsasən müəyyən olunmamalıdır.  Müalicəsi  Götürülmüş müayinə materialında qardnerellyoz aşkarlandıqda spesifik müalicəyə başlamaq məsləhətdir. Müayinə materialı dedikdə kişilərdə sidik kanalından, qadında isə uşaqlıq yolundan götürülmüş sıyrıntı nəzərdə tutulur. Profilaktikası – necə qorunmalı? Şəxsi gigiyenaya ciddi əməl etmək, təsadüfi cinsi əlaqədən çəkinmək, qorunmaq, müxtəlif cinsi yolla yoluxan xəstəliklərdən qorunmaq, onlara tutulduqda da özünümüalicə ilə məşğul olmamaq, vaxtında həkimə getmək, müayinə və müalicə olunmaq vacibdir. Həkim məsləhəti olmadan müxtəlif tərkibli vaginal şamlardan istifadə etməmək. Ziyad Əliyev  həkim uroloq-androloq
['ginekologiya', 'ginekoloji problemlər', 'bakterial vaginoz', 'qardnerellyoz']
697
https://kayzen.az/blog/sevgi/21375/ke%C3%A7mi%C5%9F-sevgilimi-nec%C9%99-geri-qazan%C4%B1m.html
Keçmiş sevgilimi necə geri qazanım?
Apollon
Sevgi
4 yanvar 2018, 20:18
Keçmiş sevgilinizə hələ də aşiqsiniz, lakin bir problem var: ayrılmısınız. Daha xoşbəxt ola biləcəyiniz birinin varlığına da şübhə edirsiniz. Elə isə nə etməli? Onu geri qaytarmaq lazımdır.  İlk növbədə baxımlı olmağınız şərtdir. Əvvəlcə özünüzə əvvəlkindən daha çox diqqət göstərməlisiniz. Sizi gördükdə nə hala düşəcəyi, çaşacağı və nələri itirdiyinin fərqinə varmalıdır. Geyim tərzinizdən makiyajınıza qədər hər baxımdan özünüzə qarşı diqqətli olun. Bağışlamağı öyrənin Onu geri qazanmanın ikinci addımında bağışlamaq var. Bir-birinizi bağışlayacağınız təqdirdə yenidən bir araya gələ bilərsiniz. Onu bağışladığınızı hiss etdirin və buzları əridin. Yeni sevgili axtarmayın “Onu qısqandırsam, mənə geri dönər”, — deyə düşünməyin. Dönməz. Ya da dönər, ancaq çox uzun müddət qalmaz. Onun yerinə daha təsirli bir qısqandırma taktikasını seçin. Ətrafınızda onun tanımadığı kişi dostlarınız olsun, lakin sevgi münasibətlərinə keçməyin. Bu yeni kişi dostlarınızla fotoşəkillər paylaşmayın. Təbii yollarla yeni dostlarınız olduğunu görməsini təmin edin. Və gəlməsini gözləyin. Dəyişin Əlaqələrinizin bitməsində yəqin ki, sizin də payınız olub. Bunları özlüyünüzdə aydınlaşdırdıqdan sonra çatışmayan xüsusiyyətlərinizi dəyişin. Məsələn, yenidən söhbət etməyə başladınızsa və əvvəllər çox israrçı olmusunuzsa, bu dəfə onu öz fikri ilə baş-başa qoyun, üstünə getməyin. Sizə hər dəfə mesaj yazanda anında cavab verməyin, ondan da cavab gözləməyin. Əlaqə saxlayın Hələ söhbət etməyə başlamamısınızsa, demək, ilk addımı atmanın zamanı gəlib. Əgər görüş təyin etmisinizsə, mütləq dəyişdiyinizi ona göstərin. Əlbəttə, bu o demək deyil ki, makiyaj qutusuna girin. Dəyişmə deyərkən həm fiziki, həm də ruhi dəyişiklikdən söhbət gedir. Daha əvvəl etmədiyiniz tərzdə makiyaj edin, yeni tərz paltarlar geyinin və danışığınızla ona dəyişdiyinizi göstərin. Görüşü mümkünsə çox uzatmayın və əsla gecəni birlikdə keçirməyin.
['sevgi', 'ayrılıq', 'sevgili', 'keçmiş sevgili']
698
https://kayzen.az/blog/azerbaycan/18685/bak%C4%B1-k%C9%99ndl%C9%99ri.html
Bakı kəndlərinin tarixi
Azərbaycan
Azərbaycan
3 yanvar 2018, 15:12
Bakı şəhəri ətrafında salınmış kəndlərin sayı ayrı-ayrı zamanlarda müxtəlif miqdarda göstərilirdi. I Pyotrun səfəri ərəfəsində Bakıda olmuş katolik missionerlərindən birinin yazdığına görə, Bakı əyalət şəhəridir və onun 34 kəndi vardır.1870-ci il siyahısında isə Bakıda 41 kənd olduğu qeyd edilir: Bibiheybət, Keşlə, Əhmədli (bəzi mənbələrdə isə bu Qulam Mahmud, ya da Küley Mahmud da adlanır), Zığ, Hövsan, Türkan, Zirə, Qala, Binə (yaxud Kürkənd), Suraxana, Əmirhacıyan, Ramana, Balaxana, Sabunçu, Bülbülə, Dərnəgül, Binəqədi, Digah, Məhəmmədli, Zabrat, Fatmayı, Novxana, Saray, Masazır, Corat, Goradil, Pirşağa, Kürdəxana, Maştağa, Nardaran, Bilgəh, Buzovna, Şağan, Mərdəkan, Güzdək, Hökməli, Xırdalan, Xoca Həsən, Pirəköşkül, Biləcəri, Qobu. Bunlardan başqa 1865-ci ildə Bakı — Quba poçt yolu üstündə Mixail kənd adında təzə bir kənd də salınmışdı. Bu kənd o illərdə Bakı general-qubernatoru olmuş Mixail Petroviç Kolyubakinin şərəfinə belə adlandırılmışdı. Sonralar baxımsızlıq üzündən bu kənd dağılmışdı. 1813-cü ilin məlumatına əsasən o zaman Bakı kəndlərində aşağıdakı miqdarda əhali yaşayırdı: Bakının ən böyük kəndi olan Maştağada 582 nəfər, Sarayda 183 nəfər, Novxanada 202 nəfər, Fatmayıda 777 nəfər, Əmirhacıyanda 276 nəfər, Balaxanada 286 nəfər, Qalada 332 nəfər, Qobuda 735 nəfər, Buzovnada 263 nəfər, Mərdəkanda 94 nəfər, Şağanda 57 nəfər, Binəqədidə 738 nəfər, Qulam Mahmudda (Əhmədli) 77 nəfər. Bakı kəndlərində yaşayanların xeyli hissəsi tatlardı. Tatlar İrandan çıxmadırlar. Daha çox talışlara yaxın idilər, onlar pozuq fars dilində danışırdılar. Hələ  sasanilər  dövründə  İranın cənubundan  Şərqi  Azərbaycana  köçürülmüşdülər.İran höküməti İranın şimal hüdudlarının köçəri türk tayfalarından qorunmasında onlardan istifadə edirdi. Öz köçəri həyatları ilə öyünən türk tayfaları sonralar tatları öz hakimiyyətləri altına alaraq, onlara «tat» adını vermişdilər. Şah Abbas da tatlardan cəngavər, döyüşkən adamlar kimi istifadə edərək, onlara hətta Şahsevən adını da vermişdi. Beləliklə, əsl şahsevənlərlə sonralar şahsevən adlandırılmış tatları bir-birindən fərqləndirmək lazımdır. Bir vaxt Fətəli xan öz xanlığını qorumaq üçün şahsevən tayfalarının bir hissəsini Quba torpaqlarına köçürmüşdü. Tatlar Azərbaycana köçdükdən sonra başqa xırda millət və tayfaları güclü təsirləri altına ala bilmişdilər. Onlara təkcə dillərini deyil, öz milli adət və ənənələrini də qəbul etdirmişdilər. Vaxtilə Massakit tayfası da (Maştağa kəndi əhalisi) bu yolla tatlaşdırılmışdı. Qədim zamanlardan bəri Azərbaycanda yaşayan yerli yəhudilər də (bunların Qafqaza nə vaxt köçdükləri barədə heç bir sənəd yoxdur) öz yaxalarını tatlaşmadan qurtara bilməmişlər. Ancaq o məlumdur ki, ərəblər Azərbaycanı işğal etdikləri zaman tatlar və yəhudilər İslam dinini qəbul etmişdilər. Bəziləri isə Musa dininə sadiq qalaraq «dağ cühudu» adı ilə tanınmışdı. «Qafqaz şöbəsinin əxbarı kitabında» (X cild, səh. 62) göstərilir ki, təxminən 1670 — 1671-ci illərdə onlar 21 min nəfər idi. Dağıstanda, Terek və Kuban oblastlarında, Bakı və Yelizavetpol quberniyasında yaşayırdılar. Onlardan çoxu, yəni 6,282 nəfəri Azərbaycanda — Qubada yaşayırdı. Sonralar Rusiyadan, Avropadan, Ukraynadan da Azərbaycana yəhudilər köçüb gəlmişdilər. Adları çəkilən tayfalardan başqa ermənilərin də bir qismi tatların təsiri altına düşərək, onların dillərini qəbul etmişdilər. Fətəli xan tərəfindən Qubaya və Xaçmaza köçürülmüş ermənilər 19-cu əsrin axırlarınadək ancaq tat dilində danışırdılar. Ermənicə bir kəlmədə bilmirdilər. Bu yaxınlaradək Şamaxı və Mərəzə tərəflərdə erməni ailələrinə rast gəlmək olardı ki, hamısı öz aralarında tat dilində danışırdılar. Ancaq bununla belə qeyd edilməlidir ki, tatlar başqa tayfa və millətlərə öz dillərini qəbul etdirsələr də, onları öz dillərindən döndərə bilməmişdilər. Bakıda tatların yaşadıqları kəndlər əsasən bunlardır: Balaxana, Suraxana, Zirə, Qala. Lakin Balaxana və Suraxana kəndləri istisna edilərsə, tatlar bu kəndlərdə öz hegemoniyalarını axıradək hifz edə bilməmişdilər. Bu kəndlərdə onlar müxtəlif tayfalarla qaynayıb, qarışmış və birgə həyat şəraitində öz dillərini yadırğamağa başlamışdılar. Məsələn, Zirə, Türkan, Qala kəndlərində hazırda ancaq qocalar tatca danışırlar. Balaxana və Suraxana kəndlərində isə tat dili dərin kök ata bilmişdi. Balaxanada bu axır illərə qədər uşaqlar Azərbaycan dilini ancaq məktəb skamyası arxasında öyrənirdilər. Bu onunla əlaqədardır ki, Balaxanada, Suraxanada tatlar başqa tayfalarla az təmasda olublar. Vaxtilə tatlaşdırılmış massakitlər (indiki maştağalıların babaları) onların təsirindən xilas ola bilmişdilər. Bunun  nəticəsindədir  ki,  Maştağada  tat  dilini  bu  yaxınlaradək  ancaq  qocalar bilirdilər. Bakı kəndlərinin adları da əsasən tat dili əsasında yaranıb. *** Maştağa kəndi. Maştağa  Bakının ən böyük kəndidir. 1813-cü il məlumatına görə həmin illərdə bu kənddə 582 nəfər əhali yaşayırmış, daha sonra, 19-cu əsrin əllinci illərində Bakı qəzası təkcə bir ucastokdan — Maştağa uçastokundan ibarət imiş ki, bu da qırx kəndi əhatə edirmiş. Maştağa (və ya Məşqətə) toponimi vaxtilə burada məskən salmış massakit tayfasının  adı ilə bağlıdır. Eramızdan 5 əsr əvvəl yaşamış herodot massakit tayfaları barədə xəbər verir. Onlar ilk əvvəllər türk tayfalarının beşiyi olan Türküstanda yaşayırdılar. Sonralar Aralıq və Xəzər dənizinin  şimalını və Qırğızıstan torpaqlarını işğal etmişdilər. Bir müddətdən sonra yeni türk tayfaları tərəfindən sıxışdırılan massakitlər Azərbaycana yayılmışdılar. A. Bakıxanov özünün «Gülüstani-İrəm» kitabında Maştağa kəndi əhalisinin massakitlərdən qaldığını təsdiq Abşeronda tatlar arasında yaşayan massakitlər, tatlaşaraq öz doğma dillərini unutmuşdular. Buna da əsas səbəb uzun müddət İran hakimiyyəti altında olmaları idi. Keçmiş  əsrin  axırınadək  vəziyyət belə idi. Sonralar tat dili sıxışdırılıb aradan çıxarıldı. İndi Maştağada tat dilini bilən tək-tük adam tapılar, bəlkə də heç yoxdur. Maştağa bir  müddət  Bakı  xanlarının babası olan yüzbaşı Dərgahqulu xanın iqamətgahı olmuşdur. Dərgahqulu xanla başlayan yüzbaşılar nəsli sonralar Bakının ictimai həyatında böyük rol oynamışlar. Onlar əslən İrandan gəlmə idilər. 1592-ci ildə Gilan xanı Əhməd xanın şah Abbas birincinin əleyhinə olan uğursuz üsyanından sonra bu nəsil Gilan mühacirləri ilə birlikdə Şirvana gəlmişdilər. Onların  içərisində  ən  görkəmli  sərkərdə  Dərgahqulu xan idi. Bakı yüzbaşıları nəsli Abşeronun bir neçə kəndini və o cümlədən Ramananı da ələ keçirərək, orada məskən salmışdılar. Vaxtilə A. A. Bakıxanov da bunu təsdiq edirdi. Bakı xanlarından Mirzə Məhəmməd xan ikinci ilə Hüseynqulu xan arasında xanlıq üstündə mübarizə getdiyi illərdə Hüseynqulu xan Bakıda, Mirzə Məhəmməd xan isə Maştağada yaşamışlar. Tarixdən məlum olduğu uzrə Mirzə Məhəmməd xan ikinci Maştağada özünə möhkəm bir qala da tikdirmişdir. Təəssüf ki, indi bu qaladan heç bir əsər qalmamışdır. Tarixi mənbələrin göstərdiyinə görə maştağalılar çox zəhmətkeş və mərd olmuşlar. Onlar başlıca olaraq, əkinçilik, maldarlıq və bağçılıqla məşğul olurlarmış. «Gülustani-İrəm» kitabında Bakıxanov maştağalıların massakitlərdən törədiklərini təsdiq edir. Maştağa sözünü səhvən Maştağı yazırıq. Bakı kəndlərindən bəzilərinin  adları  kimi  Maştağa  sözündəki  A saitinin I  ilə  əvəz edilməsi rus dilinin təsirindən əmələ gəlib. Biz bu tələffüzə ancaq 19-cu əsrin ortalarından rast gəlirik. Həmçinin Balaxana və Suraxana sözləri də rusların tələffüz etdiyi şəkildə, yəni Balaxanı və Suraxanı kimi yazılır. Əslində iki sözdən əmələ gəlmiş bu adlar xana sözü ilə bitir. *** Buzovna — Maştağa ilə qonşu kənddir. Burada yaşayanlar əsasən əkinçilik və bostançılıqla məşğul olurlar. Vaxtilə balıqçılıqla da məşğul olublar. Yerlilər öskürəyə qarşı burada buzovna adlı otdan istifadə etdikləri üçün kəndin adı da Buzovna qalmışdır. 1861-ci ildə çap olunmuş «Qafqaz şöbəsinin qeydləri» (rus diljndə) kitabında Buzovna kəndi «Bezouqnan» adlanır. Maştağadan sonra Bakının ikinci böyük kəndi Balaxanadır. Yuxarıda deyildiyi kimi Balaxana xalis tat kəndidir. Kəndin adı iki sözdən əmələ gəlmişdir: Bala (yuxarı, hündür deməkdir) və xana (ev) sözlərindən. Balaxana qədim zamanlarda karvansaraların giriş qapısı üstündə olan kiçik otağa deyərdilər. Bunlar yarım mərtəbə şəklində olardı (mezonin, yaxud antrosol). Görünür ki, o zamanlar Balaxanada mərtəbə yarım evlər tikildiyindən kəndin adı da Balaxana qalmışdı. 1813-cü ilin məlumatına görə o zamanlar bu kənddə 286 nəfər əhali yaşamışdır. Sonralar Bakının başqa kəndlərinə nisbətən Balaxananın əhalisi sürətlə artmağa başlayır. Təbiidir ki, bu ancaq Balaxanada neft yataqlarının tapılması ilə əlaqədar idi. Balaxanada qədim tikililərdən yalnız dörd künclü bir qala olmuşdur. Bakı xanları arasında gedən mübarizə illərində Bakı xanı Mirzə Məhəmməd ikinci bir müddət bu qalada yaşamışdır. İndi o qaladan bir daş belə qalmayıb. Görunür ki, sonralar neft quyularının divarlarını möhkəmlətmək üçün qalanın daşlarından istifadə edilmişdir. Balaxana kəndinin yaxınlığında Qırməki deyilən bir yer vardır. Bunu kənd adlandıranlar da vardır. Əslində burada heç bir kənd olmayıb. Bu  yerdə neftin torpaqla qarışıb möhkəmlənməsindən torpağın üstündə qalın möhkəm təbəqələr əmələ gəlmişdir ki, bundan Bakının yastı damlarını yağışdan qorumaq üçün istifadə edirdilar. Bu qır idi. Yer də ona görə Qırməki adlanırdı ki, buradan qır çıxarırdılar. Qırməki qır məkanı mənasındadır. Uzun illər müddətində Qırməki şəklinə  düşmüşdür. Əhalisinin tərkibinə görə tat kəndi hesab edilən Suraxana kiçik bir kənd olsa da öz ağ nefti və daimi yanar odları ilə bütün Şərqdə şöhrət tapmışdı. Kəndin adı da iki sözdən düzəldilmişdir. Sürx — qırmızı və xana-ev. Bəs qırmızı sözü haradan əmələ gəlib? İnqilabın ilk illərində Suraxana atəşgahını tədqiq etmiş V. Sısoyev atəşgahdakı hücrələrin divarlarını yoxlarkən qəribə bir  mənzərə  ilə  rastlaşır:  bir neçə hücrənin uçub-tökülmüş malası altında qırmızı rənglərlə çəkilmiş ornamentlər görür. O biri hücrələrdə də eyni omamentlərə təsadüf edir. Bu qırmızı suvaq divarlara  vurulmuş  ilk  suvaq  idi.  Sonralar  görünür,  təmir  zamanı  birinci  suvağın üstünə bir neçə dəfə təzə suvaq vurulmuş və beləliklə ilk qırmızı suvaq altda qalmışdır. İlk zamanlarda hücrələr hələ ümumi bir hasarla birləşməmiş və ayrı-ayrı otaqlar şəklində mövcud idilər. O da bizə məlumdur ki, suraxanalılar soyuq qış aylarında qazla isidilən bu otaqlara köçür, havalar qızanadək bu hücrələrdə yaşayırdılar. Ehtimal etmək olar ki, o zamandan bu mənzillərə yerlilər tərəfindən Sürx-xana (qırmızı ev) adı qoyulmuş və kənd də bu adla adlandırılmışdır. Belə bir fərziyyə vardır ki, guya Suraxana adı qədim Hindistanın sanskrit dilində olan Surak-şanı (relikviya deməkdir) sözündən əmələ gəlmişdir. Əgər  Balaxana, Novxana, Kürdəxana kimi kənd adları olmasaydı, bu fikirlə bəlkə  də razılaşmaq olardı. Lakin adları çəkilən ətraf kəndlərin mövcud olması Suraxana sözünün də iki sözdən düzəldiyini söyləməyə haqq verir. Qədim zamanlardan suraxanalılar əhəng yandırmaqla məşğul olmuşlar. İnqilabdan qabaq bişirilən əhəngləri eşşəklərə yükləyib, Bakının ətraf kəndlərində satırdılar. Kəndin şimal-şərqində əhəngbişirən karxanalar indi də mövcuddur. Suraxanadan şərqə tərəf bir eniş başlayır. Bu enişin adı Künəsəngidir. Mənası daş uçurum deməkdir. İndi buradan rahat şose yolu keçir. Enişin qurtardığı yerdən başlayan düzənlik isə Təmənis düzü adlanır. Bu düzün bir ucu Binə kəndinədək, o biri ucu isə şimalda Maştağayadək uzanır. Təzə Suraxana, Binə kəndi və habelə şəhər aerodromu Təmənis düzündə yerləşir. Künəsəngi enişinin başqa bir adı vardır: usta-şagird, Suraxana enişi ilə Təmənis düzünə enəndə diqqət yetirilərsə, sağ tərəfdə iri bir qaya parçası üzərində tikilmiş kiçik bir soməə görmək olar. Bu soməə bir əfsanə ilə əlaqədardır. Guya usta bir bənnanın fərasətli bir şagirdi varmış. Bir gün onlar yarışa girişirlər. Yarışın şərti bu imiş ki, hərə bir soməə tiksin və onun möhkəmliyi illərin sınağından çıxsın. Ustanın tikdiyi soməə bir müddətdən sonra uçur, şagirdin qaya parçası üzərində tikdiyi soməə isə bu günədək durur. Mərdəkana gedən yolun sağında yerləşən Binə kəndi Bakı kəndləri içərisində ən təzəsidir. Bu kənd qədim Kürkənd kəndinin xərabələri yanında salınmışdır. Kəndin yeri vaxtilə nardaranlıların binələri olub. Bir müddətdən sonra isə yaşayış məskəninə çevrilmişdir. Sonralar Kür qırağından, xüsusilə Lənkərandan buraya xeyli adam köçüb gəlmiş və burada yerli nardaranlılarla qaynayıb, qarışmışlar. Abşeron burnunun cənubunda isə yuxarıda dediyimiz kimi Türkan, Zirə, Qala və Hövsan kəndləri yerləşir. *** Qalakəndi: Kəndin adı hələ qədim əsrlərdə burada tikilmiş qala ilə bağlıdır. Bu qala Abşeronda ilk qala olub. Burada habelə 17-ci əsrdə tikilmiş dörd künc bir türbə, ovdan, köhnə məscid və çoxlu sərdabalar mövcuddur. *** Türkan kəndi. Monqolların Azərbaycana hücumundan əvvəl türkmən tayfaları Xəzər dənizinin cənub və şimal sahilləri ilə irəliləyərək, Xəzərin qərb sahillərinə və Azərbaycana yayılmışdılar.  O zaman türkmənlər sadəcə olaraq, türkan adı ilə də məşhurdular. Bu tayfalardan bəziləri Xəzərin qərb sahillərində daimi məskən salmışdılar. Türkan kəndinin adı da, görünür, bu yerlərdə olmuş türkmənlərin adı ilə bağlıdır. Türkmənlər əsasən səlcuqlardı. Onlardan bəziləri 962-ci ildə İslam dinini qəbul etmiş, bəziləri isə bütpərəst olaraq, qalmışdılar. Türkmənlər onuncu əsrdən başlayaraq, rus knyazlıqları üzərinə də basqın edirdilər. *** Hövsan kəndi. Bu kəndin Hövsan adlandırılması vaxtilə bu yerdə mövcud olan iki böyük su hovuzu ilə əlaqədardır. Hövsan hovuzlar deməkdir. Əhalisi əsasən bostançılıqla məşğul olub. Burada yetişdirilən uzunbaş soğanın şöhrəti hər tərəfə yayılmışdı. *** Zirə kəndi. Abşeron burnunun qurtaracağında salınmış axırıncı yaşayış məskənidir. Vaxtilə buradan dəniz sahilinədək uzanan cəngəlliklərdə vəhşi heyvanlar yaşayıb. Buralar o zaman Şirvanşahların ovlaq yerləri idi. Şahlar ova başlamamışdan əvvəl indiki Zirə kəndinin yerində düşərgə salırlarmış. Ov əmiri öz xidmətçiləri ilə birlikdə heyvanları hürküdərək, aşağılara, burnun ensizləşdiyi yerlərə qovarlarmış ki, onları ovlamaq asan olsun. Zirə sözünün etimologiyasını öyrənməkdə Bakı körfəzi akvatoriyasında mövcud olan adalar (ərəbcə-cəzirələr) köməyə çatır. Məlumdur ki, akvatoriyada olan adalardan Nargin və Vulf adaları I Pyotrun qoşunları Bakıya gələnədək başqa cür adlanırdılar. Narginin adı Böyük Zirə, Vulf adasının adı isə Kiçik Zirə idi. Pyotr qoşunlarının dənizlə Bakıya səfəri zamanı dənizçilər bu adaları görüb təəccüblənirlər. Çünki o zaman Xəzər dənizinin xəritəsində bu adalar göstərilməmişdi. I Pyotr hər iki adanın Fin körfəzində olan Nargin və Vulf adalarına oxşarlığını görüb, onları da eyni adla adlandırmışdı. Fin körfəzindəki Nargin adası hazırda Nayssar adlanır. Beləliklə, bu adaların adlarına əsaslanaraq «zirə» sözünün necə yarandığı barədə qəti fikir söyləmək mümkündür. Adaların (cəzirələrin) adlarını canlı dildə asan tələffüz etmək məqsədilə, görünür ki, «cəzirə»  sözündəki ilk «cə»  hecası atılmış, təkcə «zirə» qalmışdır. Adaların adları da sadəcə olaraq «zirə» kimi tələffüz olunmağa başlayıb. Buna əsasən Zirə kəndinin adının da necə yarandığını söyləmək mümkündür. Ancaq burada haqlı olaraq, belə bir sual meydana çıxa bilər. Zirə kəndi ki, cəzirə, yəni ada deyildir. Doğrudur, Zirə kəndi cəzirə deyildir, o nimcəzirədə, yəni yarımadada yerləşir. Demək burada bir heca deyil, «cə» hecası ilə birlikdə bütöv bir söz, yəni «nim» sözü də atılmışdır. Nimcəzirədən təkcə zirə qalmışdır.  Sözlərin  belə  ixtisarla  deyilməsi  o  dövrlərdə  bakılılar  üçün  çox səciyyəvi idi. Məsələn, «Səbayil» sözündən təkcə «Bayıl» qalmışdır. Bakılıların məişətində də belə hallara tez-tez rast gəlmək olur. Zirənin və habelə Zirədən sahilədək uzanan yerlərin vaxtilə cəngəllik olduğu adama qəribə görünə bilər. Halbuki həqiqətdə də belədir. 18-ci əsrin əvvəllərində Bakı şəhərinin gerbində rəsm edilmiş pələngə oxşar heyvan şəkli də bu dediklərimizə dəlil ola bilər. Sonralar Abşeronda yaşayış məskənlərinin artması ilə bu cəngəlliklər qırılmış, vəhşi heyvanlar da tələf edilmişdir. Zirədən şimal-şərqdə  Şüvəlan yerləşir.  Bura  çox sonralar məskən yerinə çevrilmişdir. Buna görədir ki, keçən əsrin əvvəllərindən heç bir yerdə Şüvəlan yaşayış məskəni kimi qeyd edilmir. O zamanlar Şüvəlan otlaq yerləri olub. Sonralar burada pambıq əkilməyə başlayıb 1924-cü ildə yazıçı Seyid Hüseyn Bakı kəndləri barədə yazdığı məqaləsində Şüvəlanı belə təsvir edirdi: «Burada bəzi əski binaların və qalaların xərabələri mövcuddur ki, bunlar Şüvəlan bağlarının çox qədim zamanlardan bəri bağ və yaylaq olduğunu, orada heç bir kənd olmadığı halda ətraf kəndlilərin gəlib, yayda heyvan və mal-qaralarını otardıqlarını qəti surətdə söyləmək mümkündür. Qoca kişilərin söylədiyinə baxılarsa, Şüvəlan vaxtilə otlaq yeri olmuşdur». Şüvəlan toponimi  haqqında.  Qədim  zamanlarda  Şüvəlanda  bahar aylarında o qədər gölməcə yaranarmış ki, burada dəniz quşları, vəhşi ördəklər əlindən tərpənmək olmazmış. Bəziləri buna əsaslanaraq, iddia edirdilər ki, Şirvanşahlar tez-tez buraya ova gələrlərmiş. Guya o vaxtdan bu yer "Şaholan" adlanmış və zaman keçdikcə "Şüvəlan«a çevrilmişdir. Bu ehtimal  əlbəttə, əsassızdır. Çünki tarixdən bizə məlumdur ki,  Şirvanşahların,  onlardan  sonra  isə Bakı xanlarının ov məskəni Zirə tərəf olmuşdur. Bundan başqa Bakı kəndlərinin adları bir qayda olaraq ancaq fars, yaxud tat dili tərkibi ilə düzəldilirdi. Əslində isə „Şüvəlan“ sözü buranın coğrafi şəraiti ilə əlaqədar olaraq, yaranmışdır. Şüvəlanda olanlar yəqin fikir veriblər ki, bu yerdən dənizə tərəfə enişlər başlayır, həmin enişlərə görə də bu yer Şüvəlan adlanır. Farsca „şivə“ sözünün mənası eniş deməkdir. Həmin  sözün axırına məkan  bildirən  „lan“ hecasını artırmaqla  Şüvəlan sözü yaranmışdır. Vaxtilə içmək üçün ən yararlı su Mərdəkanla Şüvəlanda idi. Burada su qayanın altından çıxırdı. Buna görə də burada çoxlu pambıq əkilərdi. Abşeronda əkilən pambığın çox hissəsi Şüvəlanın hesabına düşürdü. Pambıqla birlikdə bu yerdə zəfəran da əkilərdi. Şüvəlanın təmiz iqlimi, şirin suyu sonralar adamların bu yerlərdə məskən salmalarına səbəb oldu. Xüsusilə 19-cu əsrin ortalarından başlayaraq, bakılılar bu yeri özlərinə yaylaq yeri seçdilər. Hələ Bakı xanlıqları dövründə burada salınmış üzüm bağlarının şöhrəti tarixdən də bizə məlumdur. İndiki Elmlər Akademiyasının Dendroparkının yeri vaxtilə xan bağı olub. Bakı milyonçularından Murtuza Muxtarov bu yeri alanda bağın dörd dövrəsində kiçik bürclər varmış. Keçən əsrin axırlarından başlayaraq, bu yerlərdə bağ salmaq qızğın bir ehtirasa çevrildi. Bakı milyonçularından Hacı  Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Səfərəliyev, İsa bəy Hacınski və başqaları sanki bəhsə girişərək, bir- birindən gözəl villalar tikdirdilər. Burada torpağın qiyməti birə üç qat bahalaşdı. Varlılarla ayaqlaşa bilməyənlər isə sal qayalıqların üstünə torpaq tökdürərək, bağ salırdılar. Şüvəlan yaxınlığında Ağdaş deyilən yerdən çıxarılan möhkəm ağ daşlar tikilən binalara yaraşıq verirdi. Varlıların bağları bir-birindən əzəmətli daş darvazalar, arkalarla fərqlənirdi. Bu bağlarda tikilmiş dərin, nəhəng hovuzlarda bəzən varlılar qayıqla üzürdülər. »Ət Ağa" kimi tanınan seyid övladı bakılı Mir Mövsüm Ağa Şüvəlan qəbiristanlığında dəfn edildikdən sonra Şüvəlan müqəddəs yer sayılır. Qəbrin üstündə içərisi ayna qırıntıları ilə göz qamaşdıran əzəmətli bir günbəz inşa edilmişdir. O vaxtdan qəbri ziyarətə gələnlərin ardı-arası kəsilmir. Ziyarətə gələnlərə səliqəli xidmət də təşkil edilmişdir. Ziyarətgah xidmətinə başçılıq edən Hacı Nizamın səyi ilə qəbrin yaxınlığında böyük xidmət binası inşa edilmişdir. Burada dəstəmaz almaq, namaz qılmaq, uzaqdan gələnlər üçün istirahət etmək və hətta gecələmək üçün səliqəli-sahmanlı otaqlar vardır. Binanın yeməkxanasında yetimxanaların uşaqlarına tez-tez pulsuz yeməklər verilir. *** Mərdəkan kəndi. Bu kənd keçmişdə çox kiçik  olmuşdur.  Burada  19-cu əsrin başlanğıcında cəmi yüz nəfərədək adam yaşamışdır. Şirvanşah I Axsitanın dövründə, yəni 1175-ci ildə Şüvəlan və Mərdəkan sahillərindən Şirvan torpaqlarına basqın etmiş düşmənin 70 gəmidən ibarət donanmasının darmadağın edilməsində mərdəkanlılar da böyük  mərdlik  göstərmişdilər.  Mərdəkanda  qədim  zamanlardan iki qala mövcuddur. Bunlardan biri dörd künclü olub, 12-ci əsrdə Şirvanşah Mənuçəhrin oğlu Axsitan tərəfindən tikilmişdir. Görünür ki, bu qala Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmışdır. Qalanın hündürlüyü təxminən 22 metrdir. Bundan başqa onun ətrafında təxminən 6-7 metr hündürlüyündə hasar da olmuşdur. Qala divarının qalınlığı aşağıda 2,10 yuxarıda isə 1,60 metrdir. İçəri tərəfdən qala beş yarusa bölünür. Qalanın ətrafında otuza qədər qayada qazılmış quyu tapılmışdır ki, bunlar qalanın müdafiəçiləri üçün taxıl anbarları imiş. Qalanın yuxarısına daş pillələrlə qalxılır. Aşağıdakı pilləkən yerdən təxminən 2 metr hündürdədir. Qala 12-ci əsrdə tikilmişdir. İkinci qala dairəvi qaladır. Yerlilər bu qalanı Şıx qalası adlandırırlar. Bunun da səbəbi odur ki, qalanın ətrafındakı bağ Bibiheybət məqbərəsinin vəqf yeridir. Qalanın hündürlüyü 12 metr yarımdır. İçərisi üç yarusdan (mərtəbədən) ibarətdir. Qalanın üstündəki ərəb dilində olan tarixdən məlum olur ki, o 1232-ci ildə tikilmişdir. Qalanın üstündəki ikinci yazılı daş isə onun memar Əbdülməcid Məsud oğlu tərəfindən inşa edildiyini göstərir. İkinci mərtəbəyə olan qapı yerdən üç metr hündürlüyündədir. Belə vəziyyətə Abşeronun başqa müdafiə qalalarında da təsadüf etmək mümkündür. Görünür ki, qalanın müdafiəçiləri kəndir və taxta pilləkənlə ikinci mərtəbəyə qalxandan sonra pilləkəni də özləri ilə bərabər yuxarıya qaldırırlarmış. Hazırda Mərdəkan kəndində olan qədim Tuba Şahi məscidi də 15-ci əsrin görkəmli abidələrindən biridir. Daha sonra, yəni 13 və 14-cü əsrlərdə Abşeronun şimal-şərq və şərq hissələrində və habelə az da olsa cənubunda qala, qüllə və istehkamlar şəklində ucaldılan tikililər zəncir kimi bir-birilə bağlanıb, sanki ön müdafiə xəttini təşkil edirdi. Əgər düşmən bu müdafiə xəttini yara bilərdisə, yarımadanın içərilərində Qala, Ramana, Maştağa, Keşlə, Biləcəri, Fatmayı kəndlərindəki istehkamlarla üzləşməli olurdu. Şəhəri dövrələyən dağlarda yerləşdirilmiş istehkamlar isə şəhərə giriş yollarını qoruyurdu. Çünki Bakı bütün Abşeronun müdafiə sisteminin mərkəzini təşkil edirdi. Belə istehkamlardan biri də Əmirhacıyanla Keşlə arasında idi. Bu istehkam hundür bir yerdə salındığından qalalar arasındakı siqnallaşmada böyük rol oynayırdı. Dəniz tərəfdən təhlükə baş verdikdə, ya Mərdəkan və ya da Bilgəh qalasının başında tonqal qalanırdı. O biri qalalar da bu işarəni bir-birinə; Şağana, Ramanaya, Bilgəhə, Balaxanaya, Keşləyə ötürməklə Bakıya çatdırırdılar. *** Əmirhacıyan   kəndi   -   Bakının   qədim   kəndlərindən   biridir.   Kəndin Əmirhacıyan adlandırılması isə 14-cü əsrdə Şirvanşahlar dövrünə aiddir. O zaman Şirvanşahlar tərəfindən buraya Nizaməddin adlı birisi əmir təyin edilmişdi. O Əmirhac adlanırdı. Əmirhacın əsas vəzifəsi Məkkəyə həccə gedənlərə başçılıq etmək idi. Nizaməddin Əmirhacı adı ilə yerli əhali içərisində böyük şöhrət qazanmışdı. Hazırda bu kənddə qalmış qədim Nizaməddin məscidi də 1329-1330- cu illərdə tikilmişdir. Məscidin üstündəki kitabədə aşağıdakı sözlər yazılmışdır: «Bu Allah evinin tikilməsini həşəmətli Fəxrəddin oğlu əmir Nizaməddin Əmirhac əmr etmişdir». Əmirhacıyandakı qədim abidələrdən biri də Əmirhacın türbəsidir. Türbə kiçik tağlı bir binadan ibarətdir. Bu kənddə A. Bakıxanovun yaşadığı evin uçuq hasarı qalmışdır. Kənddəki iki minarəli əzəmətli məscidi Bakı milyonçusu və əslən əmirhacıyanlı olan Murtuza Muxtarov tikdirmişdir. Məscidi məşhur memar-usta Mirzə Məlik Abbas oğlu tikmişdir. Əmirhacıyanın əsl qədim adı Xilədir. «Xilə» bəlkə də bu yerlərdə məskən salmış tayfanın adı ilə bağlıdır. Suraxanada və Əmirhacıyan ətrafında neft çıxarıldığından kənd əhlindən çoxu əkinçiliyi tərk edərək, mədənlərdə fəhləlik edirdilər. Neft və təbii qazdan istifadə edərək, Əmirhacıyanda əhəng bişirən karxanalar açılmışdı. Burada bişirilən əhəng ulaq və arabalarla daşınaraq, ətraf kəndlərdə satılırdı. Bundan başqa kəndin Şor adlanan yerində ağ duz istehsal olunurdu. Əhali yay aylarında göldən duzu toplayıb, bazarlarda satardılar. Əmirhacıyanın duzu Yaxın Şərq və  qərb ölkələrində  də  şöhrət qazanmışdı. Bu kənddə  kərpic də bişirilirdi. Kərpic üçün xammalın — gilin mənbəyi Zığ ilə Xilə dağı arasındakı düzənlik idi. Əmirhacıyanda kustarçılıq ta qədimdən çox inkişaf etmişdi. Kənddə xüsusilə xalçaçılıq daha geniş yayılmışdı. Kənddə, demək olar ki, hər evdə hana qurulmuşdu. Burada butöv bir xalçaçı nəsli yaradılmışdı. Əmirhacıyan qadınlarının toxuduqları xalça və xalılar, xüsusilə Xilə puta və Xilə əfşan xalıları daha məşhurdu. Kənddə xalı toxuyan qadınlardan Nur Şərəf, Umnisa, Mehri və başqaları ətraf kəndlərdə də şöhrət qazanmışdılar. Sovet hakimiyyəti illərində bu kənddən  güclü  ziyalı  dəstəsi: mühəndis, texnik, alim yetişmişdir. Bunların içərisində elmlər doktorundan tutmuş akademikə qədər görkəmli adamlar fəaliyyət göstərirlər. Neft istehsalı sahəsində ən güclü mühəndis və alimlərin əksəriyyəti bu kənddən çıxmışdır. Bütün dünya şöhrəti qazanmış rəssam Səttar Bəhlulzadə də bu kənddəndir. *** Bülbülə kəndi. — Əmirhacıyana bitişik kənddir. Bir rəvayətə görə Bülbülə adı palçıqlı vulkanların üstündə əmələ gələn pilpilələrdən (qabarcıq) götürülmüşdür. Görünür ki, o zamanlar bu yerlərdə palçıqlı vulkanlar çoxmuş. Bülbüləlilər də yaxın qonşuları əmirhacıyanlılar kimi neftə bağlı olmuşlar. *** Keşlə kəndi. — Kəndin əsl adı Qışladır. Zaman keçdikcə bu söz Keşlə şəklini almışdır. Bu kənd Bakı xanları ilə sıx bağlı olmuşdur. Xanların atları, qaramal və qoyun sürüləri bu qışlada saxlanırdı. Xan öz ilxısını yoxlamaq üçün ara-sıra Keşləyə gəlirmiş. O vaxtdan xalq içərisində belə bir zərb-məsəl yaranmışdır. Birini bir yerə tələsən və qaçan gördükdə deyərdilər: Haraya tələsirsən, Keşləyə xan gəlir, nədir? *** Ramana kəndi. Əsl adı Rəhmanidir. Burada rəhmanilər tayfası yaşadığından kənd də Rəhmani adlandırılmış və çox sonralar bu Ramana şəklində işlədilmişdir. Əslinə baxsan Ramana sözü rus deyilişi əsasında yaranıb. *** Nardaran. Dənizsahilində düşmüş kəndlərdən biridir. 1813-cü il məlumatına əsasən Bilgəhə nisbətən Nardaranda əhali çox olub. Həmin illərdə Bilgəhdə cəmi 93 nəfər adam yaşadığı halda, Nardaranda əhalinin sayı 139 nəfər idi. Bilgəh xan hüququnda olan Qayib bəy tərəfindən, Nardaran isə Kərim bəy tərəfindən idarə olunurdu. Bu iki qonşu kənd öz coğrafi şəraiti və əhalisinin məşğuliyyəti etibarilə də bir-birinə yaxın idilər. Hər iki kənd başlıca olaraq, zəfəran əkirdi. Bu kəndlərdə xəzri küləkləri hündürlüyü üç-dörd metrə çatan narın qum təpələrini tez-tez bir yerdən başqa yerə sovururdu. Yay aylarında yerlilər bağlara köçdükləri zaman evləri demək olar ki, qazıb, qumun altından çıxarırdılar. Xəzri küləkləri Abşeronun bu kəndlərində xüsusilə böyük fəğan qoparırdı. Bu kəndlərin balıqçılıqla məşğul olan əhalisi dənizdə həmişə ölümlə əlbəyaxada idilər. Lakin bu kəndlərin fərqi orasında idi ki,  Nardaranda  çoxlu  nar  ağacları  əkildiyi halda Bilgəhdə barama bəsləməklə məşğul olan əhali tut və çəki ağacları əkməyə məcbur idilər. Kəndlərin adları da əhalisinin məşğələsinə müvafiq olaraq adlanırdı. Nardaran iki sözdən: «nar» və «daran» sözlərindən düzəlmişdi. «Daran» farsca olan mənasında işləndiyindən kəndin adı nar olan yer kimi tanınmışdı. Bəziləri «nar» sözünü od mənasında izah edirlər. Əlbəttə, bu səhvdir. Bakı kəndləri əksər hallarda orada istehsal olunan məhsullar, ya da həmin yerə məxsus xarakterik hadisə ilə adlandırılmışlar. Badamdar buna gözəl sübutdur. İndiki Badamdar (səhvən onu Patamdar adlandırırlar) Badam və daran sözlərindən  düzəldilmişdir.  Yəni  badam olan yer. 1301-ci ildə Nardaranın şimal hissəsində dairəvi bir qala tikilmişdi. Qala dörd bucaqlı və hər küncündə bürcü olan hasar içərisinə alınmışdı. Üç yarusdan (mərtəbədən) ibarət təxminən 12 metr hündürlüyündə olan bu qala usta Mahmud ibn Səad tərəfindən tikilmişdir. Biz usta Mahmud ibn Səadın adına Şıx kəndinin məscidi və İçərişəhərdəki «Molla Əhməd məscidi» divarlarında da rast gəlirik. Bu tikililər eyni ustad tərəfindən inşa edilmişdi. Bundan başqa Nardaranda təxminən 13-14-cü əsrlərə aid «Xan bağı» adlanan bir tikili də vardır. Binanın ətrafında geniş üzüm bağları da salınmışdır. Görünür ki, yay aylarında bura Bakı hakimlərinin istirahət yeri olmuşdur. Bağın cənub-qərbində 10 metr dərinliyində bir quyu vardır ki, onun dibində şərqə və qərbə tərəf ayrılan iki yol görünür. Yerlilər arasında belə bir rəvayət yaranmışdır ki, guya quyunun dibindəki yollar Nardaran qalasına və məşhur Nardaran pirinə gedib çıxır. *** Bilgəh. Bu kənd Xəzərin səfalı sahilində yerləşir. Burada vaxtilə çoxlu tut ağacları əkildiyi və əhali baramaçılıqla məşğul olduğu üçün etnoqraf N. Zeytants iddia edirdi ki, Bilgəh sözü «pilə» (barama) və «gah» sözlərindən əmələ gəlib. O vaxtlar Bilgəhdə baramaçılıq doğrudan da inkişaf etmişdi. Hasil edilən ipək Bakı və Şamaxı şəhərləri vasitəsilə bazarlara çıxarılır, ya da bilavasitə olaraq, gəmiləri Bilgəh sahillərinə yan alan tacirlərə satılırdı. Bilgəhdə Həftəxor piri olmuşdur. Guya bu pirdə yaşayan qoca həftədə ancaq bir dəfə yeyirmiş. ***   Novxana kəndi. Bu kənd nisbətən sonralar salındığı üçün Novxana (yəni təzə kənd) adlanırdı. Nov — tatca yeni deməkdir. *** Kürdəxana — Bakıda çox az miqdarda kürd yaşayırdı. Onlar tamamilə türkləşmiş və öz dillərini unutmuşdular. Onlar indiki Kürdəxananın sahəsində yaşamış və kənd də Kürdəxana adlandırılmışdır. *** Pirşağı kəndinin əsl adı Pir Şikakdır. Kənd burada olan Şikak adlı və sonralar Pirə çevrilmiş bir qəbrin adı ilə adlandırılmışdır. *** Saray. 1771-ci ildə Bakıda olmuş Qmelin Quba xanının nökərləri və süvarilərinin yaşadığı bu kəndi Saray adlandırır. *** Digah — hündür yer, təpə deməkdir. Əhalisi əkinçiliklə məşğul olurdu. Digah kəndi nəinki özünü, habelə yaxın kəndləri də taxılla təmin edirdi. *** Güzdək kəndi. Güzdək payız binələrinin olduğu yerə deyilir. Sonralar bu binələrin ətrafında yaşayış məskəni salınmışdır. *** Binəqədi. (Bu kəndə Binəqazi də deyirlər.) Sonralar bu torpaqlarda da neft yataqları tapılmışdır. Binəqazi sözundən məlum olur ki, bura bir nəfər qazinin binəsi olub. *** Biləcəri kəndində də əkinçilik və daha çox maldarlıqla məşğul olmuşlar. Biləcəri toponiminə gəlincə demək lazımdır ki, bəzi tədqiqatçılar bunun türk sözü olduğunu iddia  edirlər. Tarixçi Əli  Hüseynzadə isə  «Biləcəri toponiminin etimologiyasına aid» məqaləsində isbat etməyə çalışırdı ki, bu söz xəzərlərin «Biləzzəri» sözü ilə, yaxud da qədim bolqar etnonimi ilə əlaqədardır. Bakı kəndi adlarının bir qayda olaraq, fars tərkibi əsasında düzəldiyini nəzərə alaraq, görərik ki,  Biləcəri  əslində  iki  fars  sözündən  düzəldilmişdir:  «Bala»  -  hündür,  yüksək, «Cər» — uçurum, çuxur sözlərindən, yəni hündür, yaxud dərin çuxur. Məlum olduğu üzrə Biləcəri dərin bir çuxurdadır. Bakıdan çıxarkən, Biləcəriyə enən eniş buna sübut ola bilər. Biləcəri vaxtilə bakılılann mal-qara saxladıqları ağıl olub. *** Dərnəgül kəndi əvvəllər ağıl olub. Sözün əsli də Dərnəgül deyil, Dərinağıldır. Bu yer sonralar yaşayış məskəninə — kəndə çevrilmişdir. *** Qobu kəndi. Qobu sözü yarğan deməkdir. Kənd də yarğanda salındığı üçün Qobu adlanır. *** Şağan kəndi. Əsli Şağan bağdır. Belə bir adda Bibiheybət yaxınlığında bir yer vardır. Şağan sözünün əsl mənası isə indiyədək tədqiq edilməmişdir. Bu kənddə yaşayanlar Abşeron əhlindən tamamilə fərqli olaraq təmiz türk dilində danışırlar. Dillərində tatların təsiri qəti hiss olunmur. Bağçılıq və bostançılıqla məşğul olublar. *** Zabrat kəndi. Bakının vaxtilə əkinçiliklə məşğul olan kəndlərindən biri də Zabrat kəndidir. Bəziləri Zabratın rus sözü olduğunu iddia edirlər. Əslində isə belə deyil. Bu Xəzərin qərb sahillərinə gəlmiş və bir müddət burada köç salmış Sabir tayfasının adı ilə bağlı sözdür. Zabrat — Sabir sözünün axırına ərəbcə «at» cəm şəkilçisini əlavə etməklə düzəldilmişdir. Sonralar S hərfi Z hərfi ilə əvəz edilmiş və sabir sözundəki İ hərfi düşərək Zabrat kimi tələffüz olunmağa başlamışdır. Xəzər sahillərinə gəlmiş köçəri türk tayfaları bir qayda olaraq düşdükləri yerləri öz adları ilə adlandırırdılar. Xəzər dənizinin adı da hun tayfalarından olan xəzərlərin adı ilə bağlıdır. Bu tayfaların bir qolunu da zığlar təşkil edirdi. Onlar Zığ kəndi torpaqlarında yaşamış və öz adlarını da bu yerə vermişlər. Yuxarıda adını çəkdiyimiz sabirlər də hun tayfalarından çıxma idilər. Bir müddət sonra, yəni 11-ci əsrin əvvəllərindən yeni səlcuq qəbilələri Azərbaycana köçməyə başladılar. Köçüb gəlmiş axırıncı qəbilələrdən biri də əhmədlilər idi. Onlar başlıca olaraq, indiki Əhmədli, qəsəbəsinin ərazisində yerləşmişdilər. Bu yerin başqa bir adı da Küləy Mahmud və ya Qulam Mahmuddur (Mahmudun nökərləri deməkdir). O zaman Azərbaycana səpələnmiş əhmədlilərin izləri indiyədək qalmışdır. Onların adları ilə adlandırılmış Əhmədli kəndlərinə indi də rast gəlmək olar, hazırda Göyçayda, Cəbrayılda, Qubada, Lənkəran və başqa rayonlarda Əhmədli kəndləri mövcuddur. *** Xırdalan kəndi. Bakı ilə Sumqayıt  arasında yerləşir.  Bakı kəndlərinə nisbətən daha sonralar təpələrin ətəyində salınmışdır. Qədim zamanlardan burada karvansaralar, hamam və ovdan qalıb. Əhalisi əksəriyyətlə əkinçiliklə məşğul olmuşdur. Bizim günlərdə Xırdalanın siması tamamilə dəyişmişdir. Bir rəvayətə görə Xırdalan Xırd və Alan sözlərindən əmələ gəlmişdir. *** Pirəkəşkül kəndi. Kəndin Pirəkəşkül adlanması təsadüfi deyildir. Çünki bu kənddə yaşayanlar əksəriyyətlə köçərilərdir. Buna əsasən bəzi tarixçilər onu kənd hesab etmirlər. Lakin köçərilər ilin çox vaxtını burada keçirdiklərindən 1870-ci il siyahısına kənd kimi daxil edilmişdir. Bir ehtimala görə Pirəkəşkülün əsl adı Parakəşkül olmuşdur. Bu kəndlərdən başqa Bakı ətrafında bir para kəndlər də olmuşdur ki, onların indi ancaq adları qalıb. Onlardan biri Kürkandır. Zirə kəndi yaxınlığında olub, dənizə tərəf uzanan qayalıqların üstündə qalmış araba çarxlarının izləri bunu deməyə haqq verir. Bu çarx izləri birbaşa dənizin içərisinə tərəf, yəqin ki, Gürkana gedirmiş. Sonralar dənizin səviyyəsi qalxdığından kənd suyun altında qalmışdır. Hazırda adı qalmış kəndlərdən biri də Şubanıdır. Vaxtı ilə Şubanı dağlarının ətəyində Suraxanadakı kimi atəşgah varmış. Adamlar da bu atəşgahın ətrafında məskən salmışdılar, Sonralar atəşgah dağıldığından adamlar da pərən-pərən düşmüş və Şubanı yaşayış məskəni kimi öz əhəmiyyətini itirmişdir. Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR  Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7 
['Bakı', 'Abşeron', 'Bakının tarixi', 'Azərbaycan', 'Baki kendleri', 'Bakı kəndləri']
699
https://kayzen.az/blog/din/21343/z%C9%99rd%C3%BC%C5%9Ft-dini.html
Zərdüşt dini
Ferro
Din və teologiya
2 yanvar 2018, 15:44
Ariyayilərin İran ərazilərinə daxil olmasından bir neçə əsr keçməsindən sonra bu xalqın nümayəndələri yavaş-yavaş şəhər yaşayış tərzinə keçdi və bu da onların dünya görüşlərinə güclü şəkildə müsbət təsir göstərdi. O zamanlar islahatçı insan meydana çıxdı, İranlıları yeni bir dinə dəvət etdi və Muğan dinini rəqabət meydanından çağırdı. Özünü yaxşılıq və aydınlıq Tanrısının elçisi kimi qələmə verən bu islahatçı peyğəmbərin adı Zərdüşt idi. O, öz dinini Ahura Mazdadan kəsb etməsini və dünyanı qaranlıqdan xilas edərək yaxşılığa və aydınlığa doğru aparacağını iddia edirdi. Zərdüştlər məcus, Gəbr və Parsi adları ilə tanınırdılar. Məcus sözü yalnız bir dəfə Qurani-Kərimin Həcc surəsinin 17-ci ayəsində tövhidi dinləri qeyd etdikdən və müşriklərə işarə etməmişdən öncə mövcuddur. İslam alimlərinin əksəriyyəti Məcusları kitab əhli kimi qəbul edirlər və bu barədə bəzi hədislər də mövcuddur. “Gəbr” sözü Süryani dilində kafir mənasını daşıyır və “Zərdüşt” sözü hindistan zərdüştlərinə aid edilir. Zərdüştlük dini təxminən eradan bir əsr öncə bəzi dəyişikliklərə uğradı və bu dəyişilmiş formanı Məzdayəsna adlandırırlar. Məzdayəsna tərcümədə “Məzdaya sitayiş” mənasını verir.   1. Zərdüştün həyatı Alimlər qədim İranda mövcud olan peyğəmbərin tarixi mövcud- luğuna şübhə ilə yanaşırlar, amma eləcə də həmin peyğəmbərin möv- cudluğunu inkar da etmirlər. Zərdüşt, zərtüşt, zəradüşt, zəratüşt, zər- dəhəşt və s. Zərəsuştra sözünə bənzər sözlərdirlər ki, Qatlarda (Zər- düştlərin müqəddəs kitabının bir hissəsidir) qeyd olunmuşdur. Daha düzgün nəzəriyyəyə əsasən “Zərdaştər”, yəni “Sarı dəvə sahibi”-dir. Onun atasının adı Puruşəsb, yəni qoca at sahibi, anasının adı Doğdo, yəni inək sağan, ailəsinin və nəslinin adı isə Spitəmə, yəni  Ağ nəsilli idi. Məşhur islam tarixçisi Təbəri və Zərdüştün bəzi şagirdləri onun Fələstindən olduğunu qeyd edirlər və onun həmin ərazilərdən İrana köçdüyünü vurğulayırlar. Amma tarixçilərin əksəriyyəti və eyni za- manda Zərdüştlərin özləri də onun İranlı və Azərbaycanlı olduqlarını bildirirlər. Onların nəzərincə Zərdüştün meydana çıxdığı yer təxmi- nən Urmiya gölünün ətrafındakı dağlar yerləşən məkandır. Elə buna görə də, Urmiya gölünün suyu Zərdüşt dinin davamçıları üçün mü- qəddəsdir. Bəzi tədqiqatçıların nəzərincə isə o qədim İranın şərq böl- gələrindəndir. Zərdüştün meydana çıxdığı zaman barədə də nəzərlər müxtə- lifdir və bəzi alimlərin nəzərincə onun meydana çıxdığı zaman eradan 6000 il əvvələ qayıdır. Amma daha məşhur nəzəriyyəyə əsasən o eradan əvvəl 660-cı ildə dünyaya gəlmişdir və eradan əvvəl 630-cu ildə, yəni 30 yaşında peyğəmbərliyə çatmışdır. Zərdüşt peyğəmbərliyə çatdıqdan sonra dövrünün şahı Güştasbın yanına getdi və onu öz dininə dəvət etdi. Şah Güştasb dərhal onun di- nini qəbul etdi. Əbülqasim Firdovsinin “Şahnamə” əsərində belə  qeyd olunmuşdur ki, İranlıların Turanlılara bac və xərac ödədikləri zamanda Zərdüşt meydana çıxdı və şaha əcnəbilərə xərac ödəməkdən boyun qaçırmağı əmr etdi. Şah Güştasb onun sözlərini qəbul edərək bu işə son qoydu. Qeyd etmək lazımdır ki. İranlıların bu addımı Turanlıların qəzəblənməsinə səbəb oldu. Onlar Güştasba yeni dindən əl çəkməyi əmr etdilər, amma şah bunu qəbul etmədi. Elə bu sə- bəbdən də Turanlılar İrana hücum etdilər və bəzi rəvayətlərə əsasən Zərdüştün özü də həmin müharibə zamanı həlak oldu. Sonda Güştasb işğaıçılara qalib gəldi və Zərdüştlüyü yaymağa davam etdi. O, oğlu İsfəndiyarı bu dini yaymaq məqsədilə bir çox yerlərə göndərdi. Zərdüşt eradan əvvəl 583-cü ildə, 77 yaşında hal-hazırda Əfqa- nıstanda yerləşən Bəlx şəhərindəki Atəşgahda Turanlılar tərəfində qətlə yetirilmişdir. Zərdüştün peyğəmbərliyə çatması məsələsi Şahnamə əsərində mövcuddur, amma çox təəssüflər olsun ki, bu məsələ Şahnamənin əf- sanələr bölümündə qeyd olunmuşdur. Belə ki, Güştasb (Zərdüştün dəvət etdiyi və bu dini qəbul edən ilk şah) barəsində çoxlu ixtilaflı nəzərlər mövcuddur. Bəziləri onun Viştasb, Əhəməni şahı birinci Daranın atası olduğunu bildirirlər. Digər tərəfdən tarixi nöqteyi-nəzərdən tam məlumdur ki, Viştasb padşah olmamışdır. O, mahal əmiri olmuşdur.   2. Avesta Zərdüştlərin müqəddəs kitabı Avesta, yəni əsas və özül mətn adlanır. Bu kitab Avesta dili və xətti ilə qələmə alınmışdır və antik İran aiddir. Qeyd etmək lazımdır ki, Avesta dili Sanskrit dili ilə eyni kök- lüdür. Bir çox tədqiqatçıların nəzərincə Avesta xətti 226-641-ci il- lərdə meydana çıxmışdır və o zamana qədər insanların əzbər olaraq zehnlərində saxladıqları Avestanın mətni bu xəttin vasitəsilə qələmə alınmışdır. Bəzi nəzərlərə əsasən isə Avesta İslam dininin peyda ol- masından sonra qələmə alınmışdır. Həm Zərdüştlər, həm də bu sahədə araşdırma aparan tədqiqat- çılar yekdilliklə bu məsələni qəbul edirlər ki, əslində Avesta çox iri həcmli olmuşdur və bəzilərinin nəzərincə 12000 inək dərisinin üzə- rinə yazılmışdır. Hal-hazırda mövcud olan Avesta 83000 sözdən iba- rətdir və böyük ehtimala görə bu kitabın ilkin mətni 345 min 700 söz- dən ibarət olmuşdur. Yəni, hal-hazırda mövcud olan Avestadan dörd dəfə böyük. Əsil Avesta 21 Nəskdən, (bölüm və yaxud kitabdan) iba- rət idi və indi mövcud olan Avesta da 21 Nəskdən ibarətdir. Avesta 5 bölümdən ibarətdir: Yəsna (Bayram və sitayiş): Bu bölmənin bir hissəsi Qat-lar adlandırılır (Nəğmə və müsiqi mənasında). Qatlar dualardan, dini elmlərdən ibarətdir və Avestanın ən mühim hissəsidir. Bu hissənin Zərdüştün özünə aid olunduğu bildirilir, halbu ki, Avestanın digər hissələri Zərdüşt dininin digər rəhbərlərinə aidVisperəd (Bütün ağalar): Müxtəlif sitayişlərdən ibarətdir.Vəndida (Div, yəni şeytana qarşı qanun): Bu bölümdə halal, haram, nəcis və pak şeylər barədə yazılmışdır.Yəştha (Sitayiş, dini nəğmə və zikr):Xorde Avesta (Balaca Avesta): Dini bayramlar və mərasim- lər, eləcə də həmin mərasimlərə uyğun dini nəğmələrin seçilməsi ba- rəsində olan bölüm.Zərdşütlərin Avestadan əlavə “Zənd Avesta” adında təfsir kitabı və müxəlif başqa kitablar da mövcuddur.   3. Zərdüştün təlimləri Zərdüştlükdə üç əsas prinsip mövcuddur: Düzgün danışıq, Düzgün düşüncə və Düzgün əməl. Biz müxtəlif dinlərdə buna bənzər prinsiplərlə üzləşirik. Xeyir və parlaqlıq tanrısının nişanələrindən olan oda hörmət nümayiş etdirmək, odu həmişə yanar halda saxlamaq, Atəşkədə, yaxud atəşgah adlanan məbədlərdə odun ətrafında məxsusi mərasimlər keçirtmək bu dinin ən əsas özəlliklərindəndir. Bu dində eləcə də abadlıq yaratmaq, əkinçilik, təsərrüfat, maldarlıq və şəhərsalma si- tayişə layiq məsələlər sırasındadır. Heyvanlara, xüsusən də itə və inə- yə hörmətlə yanaşmaq və insanlarla xoş rəftar etmək xüsusi yerə ma- likdir. Zərdüştlər qədim zamanlarda öz ölülərinin cəsədlərini nə tor- pağa basdırırdılar, nə də suya atırdılar, çünki onlar həm suyu, həm də torpağı müqəddəs bilirdilər və onları çirkləndirmək istəmirdilər. Elə bu səbəbdən də, cənazələri Dəxme adlanan yerlərdə saxlayırdılar və leş yeyən heyvanlar həmin cənazələri yeyirdilər. Amma artıq neçə əsrlərdir ki, öz ölülərini torpağa tapşırırlar. İrandakı bəzi adət-ənənələr, o cümlədən Novruz bayramından öncə olan çərşənbələr, işığın və çırağın parlaqlığına and içmək və di- gər məsələlər Zərdüştlük təlimləri ilə əlaqəlidir. İslam dininin ilk əsr- lərində mövcud olan zındıqların bəziləri də Zərdüştlüyün davamçıları idilər.   4. Yaranışın və ikili sitayişin hekayəsi Heç kim Zərdüştlərin iki tanrıya (xeyir Tanrısı Ahura Mazda və şər Tanrısı Əhrimən, yaxud işıq Tanrısı və qaranlıq Tanrısı) sitayişi məsələsi hansı əsrdə başlamışdır. Avestanın Qatlarında, yəni Zərdüştlərin müqəddəs kitabının Zərdüşt peyğəmbərin özünə aid olan hissə- sində Əhrimən tək Tanrı olan, parlaqlıq və qaranlıq Tanrılarından da- ha üstün sayılan, varlığın yaradıcısı Ahuraməzdanın deyil Müqəddəs ağılın müqabilində dayanmışdır. Sasanilərin hakimiyyəti dövründə Zərdüştlərin bir qolu da meydana çıxdı və bu dəstənin adı Zərvanilər idi. Onların nəzərincə tək Allah mövcuddur və onun adı Zərvandır. Zərvanilər tək Tanrılarını xeyir və şər Tanrılarından daha yuxarı və üstün bilirdilər. Bu dinin o zamanlar davamçıları həddən ziyadə idi.   5. Tanrılar Zərdüştlük barəsində araşdırmalar apardıqca məlum olur ki, Zərdüşt İranlılar arasında dini islahatlar aparmaq və Ariyayilərin qə- dim dinlərində mövcud olan xürafati düşüncələri yeniliklər yaratmaq məqsədilə meydana çıxmışdır. Belə ki, o Ahuraməzdanı təbliğ etmiş və öz qövmünün Dəevə (yəni Div) adlanan Tanrılarını səhv bilmiş, onları yalanı sevənlərin Tanrısı adlandırmışdır. Zərdüştlükdə Ahuraməzdanın altı köməkçisi var və bu köməkçi- lər İbrahim peyğəmbərdən mənşə alan dinlərdə mələklərlə eyni rola malikdirlər. Həmin köməkçilər Əmşaspəndlər, yəni “Ölməz müqəd- dəslər” adlandırılırlar. Onların Spəntaminu, yəni “Müqəddəs  ağıl” adlı rəhbərləri vardır və adları belədir: VohumənƏşəvəhiştaXşəsrə-vəyraSpənta ArməitiHauvərtatEmertatOnlardan sonra Yəzətlər dayanıblar və onlardan otuzu daha məşhurdur. Bunlar müqəddəs ağlın köməkçiləridirlər. Amma Əhrimənin də öz köməkçiləri mövcuddur. Zərdüştlük dininin təlimlərinə əsasən hal-hazırki dünya 12000 il- lik dövrədən ibarətdir. Yaxşılıqlar tanrısı 3000 il ərzində dünyaya hökmranlıq edib və bu müddət ərzində pisliklər tanrısı zülmət qaran- lıqda qalıb. Bu müddətdən sonra pislik tanrısı qaranlıqlardan çıxaraq yaxşılıqlar tanrısı ilə üzləşir. Yaxşılıqlar tanrısı pisliklərtTanrısına onunla üzləşmək üçün doqquz min il müddət verir. O, sonda özünün qələbə qazanacağına əmin idi. Bu zaman ərzində onlar yaxşılıqlar və pisliklər törətməklə işlərinə başladılar. Üç min ildən sonra Zərdüşt dünyaya göz açdı və bundan sonra hadisələr yaxşılıqlar Tanrısının xeyrinə inkişaf etməyə başladı.   6. Dünyanın sonu Zərdüştlük minilliyində Zərdüştün nəslindən olan üç xilaskarın meydana çıxması məsələsi meydana çıxarılır. Bu xilaskarlar bir-birinin ardınca gələrək dünyada haqq-ədaləti bərqərar edəcəklər: Huşidər: Zərdüştdən 1000 il sonraHuşidərmah: Zərdüştdən 2000 il sonraSuşyans ya Suşyant: Zərdüştdən 3000 il sonra. Suşiyantın zühurundan sonra dünyanın sonu gələcək.7. Ruhun qalması Zərdüştlər ruhun əbədiliyinə inanırlar. Onların nəzərincə ruh bədəni tərk etdikdən sonra qiyamət gününə qədər Bərzəx aləmində qalır. Onlar həmçinin Sirat körpüsünə, əməl tərəzisinə (Mizana), cənnət və cəhənnəmə də inanırlar. Zərdüştlük dini nöqteyi-nəzərin- dən olan cənnət İslam dinindəki cənnətlə çox yaxındır. Amma odun müqəddəs olması səbəbindən Zərdüştlərin cəhənnəmi olduqca soyuq və çirkli bir məkandır. Bu məkanda müxtəlif bədheybət heyvanlar cəhənnəm əhlinə əzab verirlər.   8. Hazırki vəziyyət Müsəlmanlar ikinci xəlifənin zamanında İranı fəth etdilər. İranın fəthindən sonra İranlılar Zərdüştlük dinindən uzaqlaşaraq İslam  dinini qəbul etdilər və bu dinin çiçəklənməsində böyük xidmətlər göstər- dilər. Bu barədə ətraflı məlumat əldə etmək üçün şəhid Mütəhhərinin “İran və İslamın qarşılıqlı xidmətləri” kitabına müraciət edə bilərsiniz. Bəhram ibn Keyqubad adlı Zərdüşt aliminin 1600-cü ildə qələmə aldığı “Səncan” hekayəsinə əsasən İranda yaşayan Zərdüştlər İranın İslam dini tərəfindən 100 il müsəlmanlar tərəfindən böyük əzab-əziyyətlərə məruz qaldılar. Sonra münəccimlərin tövsiyyəsilə dəniz yolu ilə Hindistanın Bombey şəhərinə köçməyə başladılar. Bu hekayə tarixçilər tərəfindən qəbul edilmir və onların nəzərincə Zərdüştlərin İrandan Hindistana mühacirəti islam dinindən öncə başlamışdır və İslam dininin gəlməsindən bir neçə əsr sonraya qədər davam etmişdir. Hal-hazırda onlardan 150000 nəfəri hələ də Parsi adlandırılırlar. Onların təxminən 150000 nəfər Yəzd, Kerman və Tehranda yerləşmişlər. Zərdüştlər savadlı və mədəniyyətli qövmdür və həmişə də ətrafda olan insanlarla əlqələri çox gözəldir.   Müəllif: Hüseyn Tövfiqi Mənbə: "Böyük dinlərlə tanışlıq" kitabı, 2013 ISBN 978-9952-20-080-5
['Zərdüşt', 'zərdüştilik', 'teologiya', 'Avesta', 'zərdüştilik dini', 'zərduşt dini', 'zerdustilik dini']