date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-11-08
1,318
Rüstəm İbrahimbəyovun Milli Şuraya müraciəti
null
2013-11-08
1,319
Səudiyyə Ərəbistan Suriyada ordu qurur
"Qardian" qəzeti Səudiyyə Ərəbistanın minlərlə suriyalı dirənişçiyə təlim keçmək və silahlandırmaq üçün milyonlarla dollar xərcləməyi planlaşdırdığını yazıb. Qəzetin Suriya, ərəb və qərb qaynaqlarına əsasən verdiyi xəbərə görə, Riyad, Əsədi məhv etmək və gedərək güclərini artıran cihad tərəfdarı olan qruplara qarşı balans yaratmaq üçün sentyabr ayında qurulan "Ceyş Əl-İslam"a (İslamın Ordusu) dəstəyini artıracaq. 43 suriyalı qrupun yaratdığı "İslamın Ordusu", parçalanmış vəziyyətdə olan müxaliflər arasında vacib bir kadr olaraq qəbul edib. Pakistan təlim keçəcək Səudiyyə Ərəbistanın kəşfiyyat xidmətinin sədri Şahzadə Bandar Bin Sultan "İslamın Ordusu"nun təyyarə və tank əleyhinə silahlarla təmin olunması mövzusunda etirazın ləğv olunması üçün ABŞ-a təzyiq edib. Silah transferi üçün İordaniyadan sərhədləri açmağı istəyib.
2013-11-08
1,320
Əl-Qaidədən şok açıqlama
Əl-Qaidə lideri Ayman Əl-Zəvahiri Suriyada fəaliyyət göstərən və Əl-Qaidənin qolu olduğu bildirilən İraq Şam İslam Dövlətinin dağıdılması əmrini verib. "Axar.az"ın verdiyi xəbər görə, Əl-Qaidə lideri ayrıca Əl-Nüsrə Cəbhəsinin qlobal cihadçıların Suriyadakı "müstəqil qolu" olduğunu söyləyib. Zəvahiri Əl-Cəzirə televiziyasında yayımlanan səs yazısına "İraq Şam İslam Dövləti dağıdılacaq, İraq İslam Dövləti isə hərəkatlarını davam etdirəcək", - deyib.
2013-11-08
1,321
Paytaxtın Baş Planı təsdiq edilir
"Böyük Bakının 2030-cu ilə qədər Regional İnkişaf Konsepsiyası" layihəsinın müzakirələri davam etdirilir. Layihədə şəhərin inkişaf planları, infrastrukturun yenilənməsi, nəqliyyat, şəhərsalmanın idarə edilməsi kimi konseptual məsələlər əksini tapıb. Komitənin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev "Axar.az"a açıqlamasında adıçəkilən konsepsiya layihəsinin bu ayın sonunda yekunlaşacağını bildirib. Layihədə nələr gözlənilir? Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitekrtura Komitəsi və Bakı Layihə İnstitutunun mütəxəssislərinin birgə hazırladığı "Böyük Bakının Regional İnkişaf Konsepsiyası"nın əsas məqsədi Bakının mövcud vəziyyətinin iqtisadi və ekoloji analizləri əsasında Abşeron regionun yaxın 15-20 ildə əsas planlaşdırma sxeminin hazırlanması və qəbul olunmasıdır. Həmçinin, layihədə şəhərin şəhərsalmasının idarəetmə sistemini işləyib hazırlamaq planlaşdırılır. Burada mövcud tikililərin sökülərək daha müasirləri ilə əvəzlənməsi, yaşayış massivlərinin yenilənməsi, bəzi iri müəssisələrin köçürülməsi kimi məsələlər də əks olunur. Məsələn: layihəyə görə, Dəniz limanının və bərənin Qaradağ rayonu Ələt qəsəbəsisi yaxınlığına köçməsi, neftdaşıyan terminalın Abşeronun şərq sahilindən Sanqaçal terminalına köçürülməsi, "Qara Şəhər" adlanan yerdə fəaliyyət göstərməyən sənaye müəssisələrinin ləğv edilməsi və boşaldılmış ərazinin məskunlaşma üçün mənimsənilməsi, "Xutor" (88 hektar), "Kubinka" (46 hektar), şəhərin mərkəzində Nərimanov prospekti ilə Azərbaycan prospekti arasındakı ərazinin, həmçinin "20-ci sahə" kimi şəhər sahələrinin bölmələrinin regenerasiyası planlaşdırılır. Elektrik qatarları qayıdır Həmçinin, planda şəhərin və bütün Abşeron yarmadasının vahid nəqliyyat sxeminin tərtib edilməsi, şəhərin ekoloji yaxşılaşdırılması - torpaq, su və hava hövzəsinin təmizlənməsi, Bakıda şəhərsalma prosesinin vahid idarəetmə sisteminin təşkili nəzərdə tutulur. Adıçəkilən sənəd təsdiqlənərsə, Bakıətrafı qəsəbələrə elektrik qatarlarının hərəkəti bərpa oluna bilər. Müasir tələblərə cavab verən yeni elektrik qatarları əvvəllər olduğu kimi, Bakı və Bakıətrafı qəsəbələr istiqamətində hərəkət edəcək. Xatırladaq ki, əvvəllər Bakıətrafı qəsəbələrin əhalisi əsasən elektrik qatarlarının xidmətindən istifadə edirdilər. Qatarla birbaşa şəhərin mərkəzinə getmək imkanı olan sakinlər üçün bu, daha əlverişli idi. Layihədə Bakı Dəmir Yolu Vağzalında relslərin sayının azaldılması da planlaşdırılıb. Bu vağzal gələcəkdə yalnız elektrik və xüsusi qatarlar üçün fəaliyyət göstərəcək. Əsas dəmiryolu vağzalı isə Biləcəridə qurulacaq. Qeyd edək ki, Bakıda yerüstü metrobusların da fəaliyyət göstərməsi planlaşdırılır. Onların işləməsi konkret ərazilərin müfəssəl planları işləndikdən sonra mümkün olacaq. Hazırda dünyanın bir çox ölkələrində ekoloji baxımdan daha əlverişli olan elektrik qatarları, tramvay və trolleybus, yerüstü metrolardan istifadəyə üstünlük verilir. Bakının kifayət qədər böyüdüyünü və nəqliyyatla bağlı problemlərin hələ də qaldığını nəzərə alsaq, planın bu hissəsinin reallaşması faydalı olar. Xatırladaq ki, Bakının ilk Baş Planı 1898-ci ildə o dövrün məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.
2013-11-08
1,322
Dil qüsuru iradlarına aparıcılar nə deyir?
MTRŞ-nin bu ilin sentyabr-oktyabr ayları üçün apardığı monitorinqlərin nəticələri haqqında hazırlanan hesabatda özəl televiziya telekanallarda aparıcıların dil qüsurları öz əksini tapır. İlqar Mikayıloğlu – xalis bakılı MTRŞ-nin tənqid hədəfinə tuş gələnlər sırasında uzun illər televiziyada aparıcılıq edən, ANS-də efirə gedən "Günəbaxan" verilişinin aparıcısı İlqar Mikayıloğlu da var. Aparılan monitorinqin nəticəsinə görə, İlqar Mikayıloğlu xalis Bakı dialektindədir. Aparıcı monitorinqin nəticələri barədə "Axar.az"a bunları dedi: "Mən başımı aşağı salıb öz işimlə məşğul oluram. Ona görə bu məsələyə fikir bildirmək istəmirəm". Sənan Şəfizadə - hecaları tələffüz etmir Hesabatda qeyd olunur ki, ATV-də "İdman xəbərləri"nin aparıcısı Sənan Şəfizadənin nitqi aydın deyil. Bundan başqa, o, sürətli danışdığı üçün hecaları çox qısa tələffüz edir, bəzi hecaları isə tələffüz etmir. Sənan Şəfizadə "Axar.az"a hesabatla tanış olduğunu və bundan sonra çalışıb üzərində işləyib, qeyd edilən iradları aradan qaldıracağını bildirdi. Turan İbrahimov - nitqi aydın deyil Monitorinq zamanı "ATV səhər"in aparıcısı Turan İbrahimov haqqında da müşahidə əksini tapıb: " nitqi aydın və zəngin deyil, sözləri dolaşıq tələffüz edir". Turan İbrahimovla əlaqə saxlamağımıza baxmayaraq, o, haqqında səsləndirilən iradlara münasibət bildirməkdən qətiyyətlə imtina etdi.
2013-11-09
1,323
Bayrağımızın ay-ulduzu...
Hər bir xaqlın ən müqəddəs simvolları sırasında onun dövlət bayrağı xüsusi yer tutur, çünki dövlət bayrağı müstəqilliyin, suverenliyin rəmzidir. Azərbaycan xalqı da həm öz bayrağı, həm də bu bayrağın dünyada ən hündür dayaq üzərində dalğalanması ilə fəxr edir. Məlumdur ki, 1991-ci ildə xalqımız öz müstəqilliyini bərpa edərkən Azərbaycan Respublikası özünü 1918-ci ildə yaranmış Azərbaycan Cümhuriyyətinin varisi elan edərək, həmin cümhuriyyətin göy, qırmızı, yaşıl rənglərdən ibarət, üzərində ağ aypara və ağ səkkizguşəli ulduz əksi olan dövlət bayrağını da özünün rəsmi dövlət bayrağı kimi qəbul etdi. Noyabr ayının 9-u da bizim ölkədə bayraq günü kimi bayram edilir. Bu bayrama həsr edilmiş radio və televiziya verilişlərindən, mətbuatda bu münasibətlə dərc edilən məqalələrdən belə görünür ki, dövlət bayrağımız üzərindəki rənglərin mənası barədə hamı eyni fikirdə olsa da, onun üzərindəki aypara və ulduz embleminin mənası barədə deyilən fikirlər qətiyyən üst-üstə düşmür. Başqa sözlə, aypara və ulduz təsvirinin rəmzi mənası barədə hər kəs öz fantaziyasına, təxayülünə uyğun bir mülahizə söyləyir. Bu rəmzi işarələri hətta mütəxəssislərin də hərəsi bir cür yozurlar. Buradan da aydın olur ki, müasir dövrdə bu rəmzlərin mənası unudulmuşdur. Ancaq bir fakt belə düşünməyə əsas verir ki, Cümhuriyyət dövründə bu rəmzləri qəbul edərkən onların mənalarını da bilirmişlər. Bu fakt isə ondan ibarətdir ki, Türkiyə bayrağındakı ulduz beşguşəli, Azərbaycan bayrağı üzərindəki ulduz isə səkkizguşəlidir. Məlumdur ki, aypara və beşguşəli ulduz Türkiyə, daha dəqiq desək, Osmanlı bayrağına hələ XIV əsrin əvvəllərindən həkk olunmuşdur. Bir az irəli gedərək, bunu da deyək ki, həmin beş guşə o dövrdə müsəlman aləminə məlum olan beş səyyarənin və ya planetin rəmzidir. Onlar aşağıdakılardır: Ütarid (Merkuri), Zöhrə (Venera), Merrix (Mars), Müştəri (Yupiter) və Zöhəl (Saturn). Ancaq XX əsrin əvvəllərinədək Şərqdə daha üç planetin – Neptun, Pluton və Uranın adı da məlum olmuşdur. Görünür, Cümhuriyyət bayrağının təsisçiləri bütün bunları bildiklərinə görə ulduzu beşguşəli yox, planetlərin sayına uyğun olaraq səkkizguşəli formada təsvir etmişlər. İndi isə Aypara rəmzinə keçək. Bu rəmzin bir çox qədim xalqların mifologiyasında və tarixində çox qədim tarixi vardır. Əksər xalqların mifologiyasında Ay ana və ya məhəbbət ilahəsi, ümumiyyətlə isə qadın obrazı şəklində təsvir edilir. Bunlardan qədim Şumer, Misir, Akkad, semit, türk və s. mifologiyaları göstərmək olar. Qədim semit mifologiyasında İştar, yunan mifologiyasında Diana, qədim türk mifologiyasında isə Umay ana ilahəsi kimi təsvir edilirlər. Umay sözünün mənası da elə "Ana ay" (Uma-ay) deməkdir. Qədim etnosların çoxu belə düşünürdülər ki, Ay qadın, Günəş isə kişi cinsinə mənsubdurlar və onlar evlənmişlər. Ayın fazalar üzrə böyüməsini onlar Ayın hamilə qalması kimi başa düşürdülər. Ay yoxa çıxanda isə onlar belə hesab edirdilər ki, Ay hamiləlikdən azad olmağa gedir və azad olduqdan sonra kiçik halda geri qayıdır. Ona görə də bütün ulduzlar və planetlər Ayın törəmələri hesab edilirdilər. Tarixi məlumatlara gəlincə, aypara həm Bizans, həm də Osmanlı imperiyalarının simvolu olmuşdur. Bizim e.ə. 339-cu ildə Diana ilahəsinin atributlarından sayılan aypara Bizansın simvolu oldu. Diana isə şəhərin himayəçisi hesab edilirdi. Əfsanəyə əsasən qəflətən zühur edən ayparanın parlaq işığı Makedoniyalı Filippin Bizansa gözlənilməz hücumunun qarşısını almışdır. B.e. 330-cu ilində imperator Konstantin Bizansın adını dəyişib Konstantinapol qoymuş, İisusun anası Mariyanı isə şəhərin himayəçisi elan etmişdi. Səma kraliçası kimi Mariyanın da atributu aypara idi. İslam və türk aləmində isə ayparanın məzhəb və dövlət rəmzi kimi tanınması Osmanlı imperiyasının banisi Osmanın (1258-1326) adı ilə bağlıdır. Əvvəllər belə hesab edilirdi ki, 1453-cü ildə türklər Konstantinopolu tutduqdan sonra şəhərin rəmzi olan aypara emblemini də qəbul etmişlər. Ancaq sonrakı tədqiqatlar göstərdi ki, türklər hələ Konstantinapolu tutmazdan xeyli əvvəl – XIV əsrin əvvəllərindən öz piyada qoşun bayraqlarında bu rəmzdən istifadə edirmişlər. Belə halda türk ayparası Bizans ayparasından fərqli bir mənşəyə malik olur. Ayparanın mənşəyinə dair Osmanlıların özlərinin də belə bir sülalə rəvayəti vardır: Osman bir gün bir şeyxin evində qonaq olur. O, gecə şeyxlə yanaşı yatarkən yuxuda görür ki, şeyxin döşündən aypara çıxır. Aypara böyüyüb bədrlənmiş aya çevriləndə onun öz döşünə daxil olur. Bundan sonra Osmanın belindən bir ağac çıxıb böyüməyə başlayır. Ancaq böydükcə bütün dünyanı öz yaşıl yarpaqları və gözəl budaqları ilə örtməyə başlayır. Ağacın altında Osman dörd dağ zirvəsini – Qafqaz, Atlas, Tavr və Balkan dağlarının zirvəsini görür. Bu dağların ətəklərindən dörd çay – Dəclə, Fərat, Nil və Dunay çayları öz başlanğıcını götürürdü. Çöllərdə bol məhsul, vadilərdə günbəzlərinin üzərində aypara və ulduz rəmzləri olan şəhərlər, bu rəmzlərlə bəzədilmiş qalalar görünürdü. Birdən budaqlardakı yarpaqlar dartılaraq, iti qılınclara çevrilirlər. Külək qalxır və onları iki dənizin, iki qitənin qovşağında yerləşən və brilyant üzüyə bənzəyən Konstantinapol şəhərinə tərəf aparır. Osman bu üzüyü barmağına taxmaq istəyərkən yuxudan oyanır. Osman öz yuxusunu şeyxə danışır. Şeyx bu yuxunu Osmanın nəslinə hakimiyyət və şöhrət gətirəcək tale yuxusu kimi yozur və öz qızını Osmana ərə verir. Bu rəvayətin başqa bir variantında isə deyilir ki, Osman yuxuda, Şərqdən Qərbə doğru yönəlmiş aypara formalı iki buynuz görmüşdür. Hər halda Osmanın yuxusu çin olur və onun varisləri Osmanın fütuhatçılıq yürüşlərini davam etdirərək, Osmanın yuxusunda gördüyü əraziləri fəth edirlər. Həmin dövrdən də aypara rəmzi osmanlıların hərbi və dəniz bayraqlarında, minarələrin başında həkk olunaraq, Osman imperiyasının simvoluna çevrilir. XV əsrdə Osmanlı sultanı özünü bütün müsəlman aləminin himayəçisi və bir növ xəlifəsi elan etdikdən sonra isə aypara rəmzi digər müsəlman ölkələrində də yayılaraq, islamın da simvolu kimi qəbul olunmağa başlayır. Hal-hazırda aypara rəmzi Türkiyə ilə yanaşı bir çox başqa müsəlman ölkələrinin, o cümlədən Əlcəzairin, Tunisin, Mavritaniyanın, Malayzanın, Pakistanın, Sinqapurun, Azərbaycanın, Özbəkistanın və s. dövlətlərin də bayraqlarını bəzəyir. Ancaq islamın qədimdən güclü olduğu ölkələrdə (Məsələn, Səudiyyə Ərəbistanı, İran, Suriya, İraq, Misir, Yəmən və s.) aypara təsviri qədim islam ənənələrindən kənar hesab edildiyinə görə həmin ölkələrin bayraqlarında bu rəmzlər yoxdur. Filologiya üzrə elmlər doktoru Kamil Hüseynoğlu
2013-11-08
1,324
Qəbiristanlıqda dəhşət yaşandı - Video
"Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə əsasən, adının açıqlanmasını istəməyən bir qadın yaxın adamının məzarını ziyarət etmək üçün San Paulonun Ferraz da Vaskonselos şəhərinin yaxınlığında yerləşən qəbiristanlığa gedib. Qadın qəbiristanlıqda ikən bir məzardan inilti səsi gəldiyini eşidib. Başını səsin gəldiyi tərəfə çevirən qadın bir məzar torpağının arasından qol və başın qalxdığını görüb. Əvvəlcə şok keçirən qadın qol və başın çölə çıxdığını görəndə qəbiristanlıq işçilərinə məlumat verib. Hadisə yerinə gələn xilasedici qruplar məzardan çıxmağa çalışan adamı yarı huşsuz halda xilas edərək xəstəxanaya aparıb. Polis sağlamlıq vəziyyəti aydın bilinməyən adamın böyük ehtimalla ölü sanılaraq basdırıldığını bildirib.
2013-11-08
1,325
14 min adam göyərtidən zəhərlənib
Mütəxəssislər qida zəhərlənməsinə səbəb ola biləcək yeməklərin siyahısını açıqlayıb. Ekspertlər bildirirlər ki, həmin məhsullardan tamamilə imtina etmək də olmaz, lakin o məhsullarla ehtiyatlı davranmaq lazımdır. Bəlkə də bir çoxları təəccüblənəcək, lakin təhlükəli qidalar siyahısında birinci yerdə göyərtidir. Cəfəri, şüyüd, ispanaq, kahı, reyhan və digər bitkilər statistikaya görə ABŞ-da 14 min adamın zəhərlənməsinə səbəb olub. Zəhərlənmə sayına görə ikinci yerdə yumurtadır. Son 20 il müddətində ABŞ-da 350-dən çox adam yumurtadan zəhərlənib. Köhnə balıq da zəhərlənməyə səbəb olur. Siyahını təzə xiyar və pomidor tamamlayır. Onu da qeyd edək ki, tərəvəzləri təmizlədikdən sonra əlləri də yaxşıca yumaq vacibdir.
2013-11-08
1,326
Tarixin ən dəhşətli edam üsulları - Foto
Tarixdə ən qəribə edam üsullarının olduğunu bilirik. "Axar.az" bu dəfə sizə onlardan ən dəhşətlilərini təqdim edir. Allah iraq eləsin. Beton ayaqqabılar Amerika mafiyası tərəfindən tətbiq olunan bir işgəncə növüdür. Onlar qurbanlarının ayaqlarını qəliblərə yerləşdirib, üstünə sement tökür, dənizə atırdılar. Gilyotin Gilyotinlə edam məhkumun başının üst tərəfindən kəsmək prinsipi ilə düzəldilmiş bir edam alətidir. İlk dəfə Cekus Nikolas Pelleti adlı bir oğrunu edamında istifadə edilib. Aləti Cosef Ayqnas Gilyotin icad edib. İxtisasca həkim olan Gilyotin həmçinin deputat idi. O, edam cəzalarını icra etmək üçün bu cür vasitə düşünüb. Məqsədi daha "humanist" və əvvəlki rejimdən daha müasir, daha inqilabi bir edam cəzası tətbiq etmək olub. Çarmıx Çarmıx bir-birinin üzərinə çarpaz şəkildə yerləşdirilən iki taxtadan əmələ gələn dar ağacıdır. Farscadan tərcümədə "dörd mismar" mənasını verir. Qədim zamanlarda mövcud din və rejimə qarşı cinayət işlədiyi üçün edamına qərar verilənlər çarmıxa çəlkilərək öldürülürdülər. Bunun üçün məhkumun bədəni və ayağı çarmıxa şaquli vəziyyətdə bağlanır, qolları yana açılaraq, əlləri üfüqi şəkildə taxtaya mismarlanırdı. Günlərlə açıq havada, ac-susuz və taxtaya mismarlanmış şəkildə qalan məhkum yavaş-yavaş işgəncə çəkərək ölürdü. Xristian dininə görə Romanın prokuratoru Ponti Pilat tərəfindən İsanın da belə çarmıxa çəkildiyinə inanılır. XVI əsrdən sonra bir çox rəssam "İsa çarmıxda" əsərləri yaradıblar. Siciliya buğası Bu, qədim Yunanıstanda icad edilən edam formasıdır. Və Misgər Perilos tərəfindən tiran Parlas üçün icad edilib. O, tamamilə misdən içi boş və bir tərəfində qapısı olan buğa şəkilində edam vasitəsi düzəldib. Qurban buğanın içinə atılır və sonra buğanın altında qalanan alovla, metalın rəngi pul kimi qızarana qədər yandırılır. Və beləliklə, qurban içəridə qızararaq öldürülürdü. Buğanın başı elə bir sistemlə düzəldilmişdi ki, məhkumların çığırtıları qızmış buğa böyürməsini andırırdı. Deyilənə görə, edam bitəndən sonra buğanın içində çıxarılan qurbanın qovrulmuş sümükləri zinət əşyası kimi parlayırdı və bunlardan da boyunbağı düzəldilirdi.
2013-11-08
1,327
Britni Spirs dini mahnılar oxuyacaq
Məşhur müğənni Britni Spirs öz adını daşıyacağı musiqi səhnəciyində hit mahnılarla bərabər Hz. İsanın doğumu, yaşayışı və təlimi ilə bağlı da mahnılar oxuyacaq. Layihə Kolumbiya Universitetinin 23 yaşlı tələbəsi Patrik Blutsa aiddir. İngilis mətbuatının verdiyi xəbərə görə, musiqi səhnəsi ilk olaraq Brodvey teatrında baş tutacaq.
2013-11-08
1,328
Futbol izləmək sizi infarkt edə bilər
Sözsüz ki, idman sağlamlığımız üçün faydalıdır. Xüsusilə də hər hansı idman növüylə məşğul olmaq insanlara müsbət təsir göstərir. Lakin alimlər idman azarkeşlərinin sağlamlığında müəyyən problemlərin yarandığını söyləyir. Bu futbol azarkeşlərində daha qabarıq hiss olunur. Mütəxəssislər bildirirlər ki, futbol oyunlarını izləmək azarkeşlərin ürəyinə mənfi təsir edir. Alman ekspertlərə görə futbola laqeyd olanların infarkt riski aşarkeşlərlə müqayisədə azdır. Bu üzdən həlledici futbol oyununu izləməkdən imtina edə bilmirsinizsə, o zaman əvvəlcədən ürəyinizin qayğısına qalmağı unutmayın. Sevimli komandanızın oyunundan zövq almadan öncə, həkim məsləhəti almağınız vacibdir.
2013-11-09
1,329
Bundan sonra Türkiyədə sevişmək ərizə ilə olacaq
Türkiyənin baş naziri R.T.Ərdoğanın tələbələrin qaldığı evlərlə əlaqədar dediyi, "Buralarda nə baş verdiyi bəlli deyil. İş o yerə çatır ki, qapı qonşuları polisə xəbər verir. Qarmaqarışıq hər şey ola bilər. Valilər nə lazımdırsa, onu edir", - deməsi sosial şəbəkələrdə kəskin müzakirələrə səbəb olub. Ərdoğan daha sonra da açıqlamalarında israrla "eyni evdə qız-oğlan qalması mövzusunda çox ciddi şikayətlər var. Evlərdə qız və oğlanların bir yerdə qalması nə dərəcədə doğrudur?" deyə fikrini inkişaf etdirib. Ərdoğanın bu açıqlamarından sonra sosial şəbəkələrdə unikal bir ərizə forması medianın gündəminə düşüb. Və bu da valilər üçün hazırlanan "sevişmək üçün icazə ərizəsi":
2013-11-09
1,330
Rezin ördək Nyu Yorkun “Şöhrət Zalı”na düşdü
"Milli Oyuncaq Şöhrət Zalı" Amerikanın ən məhşur oyuncaq və oyunları daxil olan zaldır. Bu zalın əsası Ed Sobeyin rəhbərliyi altında 1998-ci ildə qoyulub. Hər il müəyyən kriteriyalara cavab verən oyun və oyuncaqlar bu zala seçilir. Bu ilin qalibləri isə rezin ördək və şahmatdır. Rezin ördək və şahmat taxtası Amerikanın 2013-cü il üçün "Milli Oyuncaq Şöhrət Zalı"na daxil olub. Onlarla yanaşı daha 10 rəqib olub. Məsələn, sabun kopürcəkləri, yaşıl əsgərlər, "Pac-Man" oyunu, ninza-tısbağaları, "Dostluq möcüzədir" serialının qəhrəmanları və s. Hər kəs oyun və ya oyuncağı nominasiyalandıra bilər, lakin finala çıxmaq üçün onun "mədəni ikona" statusu olmalıdır, bir neçə nəsil yaşamalıdır, oyuncaq dünyasına əsaslı təsir etməlidir. Şöhrət zalının jürisinə 23 ekspert daxildir. Onların arasında kolleksiyaçı, dizayner və psixoloqlar var. 15 il əvvəl əsası qoyulan kolleksiya Nyu-York ştatında yerləşir. Şöhrət zalında artıq 54 əşya var. Onların içində kublar, oyun ipi, oyun kartları və "Skrabl" var.
2013-11-08
1,331
Ərdoğanın “qız-oğlan” söhbəti lağa qoyuldu - Video
Daha öncələr də xəbər verdiyimiz kimi Türkiyə baş naziri R.T.Ərdoğan tələbələrin qızlı-oğlanlı bir evdə qalmasını qınayaraq, bunu yoxlamaq üçün icra hakimlərinə göstəriş vermişdi. Bu qərarı tələbələr sosial şəbəkələrdə sərt reaksiya ilə qarşılayıblar.Bu gün də sosial şəbəkələrdə valilikdən gələn müfəttişləri "aldatmağın" yolunu göstərən komik video-rolik yayılıb. Həmin videonu təqdim edirik:
2013-11-08
1,332
Bakı-Şamaxı yolunda qəza - Fotolar
Bu gün Bakı-Şamaxı yolunun 76-cı kilometrliyində yol nəqliyyat hadisəsi olub. "Axar.az"ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, Qasımov Nizami Murtuz oğlunun idarə etdiyi "Hyundai" markalı 90 JH 311 nömrə nişanlı avtomobillə Məmmədov Əlövsət Sabir oğluna məxsus "Opel" markalı 99 CC 072 nömrə nişanlı avtomobil toqquşub. Qəza nəticəsində "Opel" maşınında olan sərnişin xəsarət alıb. Hadisə ilə bağlı araşdırma aparılır.
2013-11-08
1,333
"Müsəlman Qardaşlar" dünyanı Ermənistana təzyiqə çağırdı
"Müsəlman Qardaşlar" Ermənistanı hədələdi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə Misirdəki "Müsəlman Qardaşları" da qoşulub. Publika.az xəbər verir ki, təşkilat üzvləri Ermənistandan Dağlıq Qarabağdan çıxmağı tələb ediblər. Bunu "Müsəlman Qardaşları"nın Küveytdəki nümayəndəsi Tarik əl-Suvaydan "Ərəb ölkələri dəyişikliklərdən sonra: sosial, iqtisadi və siyasi proseslər" beynəlxalq konfransı zamanı deyib. "Ermənistan özünün işğalçı siyasətindən əl çəkməlidir. Beynəlxalq ictimaiyyət bu ölkəyə qarşı təzyiqləri artırmalıdır. Düzdür münaqişənin həllində sülh danışıqları vacibdir, amma bu nəticə verməsə Azərbaycan işğal olunmuş ərazilərini hər vasitə ilə bərpa etmək haqqına sahibdir" deyə Tarik əl-Suvaydan bildirib.
2013-11-08
1,334
İran-Azərbaycan skandalı çözüləcəkmi - Sərhədçilər görüşdü
Azərbaycan və İran sərhədçiləri bu gün iki ölkənin sərhəd-keçid məntəqələrində yaranan problemlərin həlli üçün görüşüblər. Bu barədə Trend-ə İranın Azərbaycandakı Səfirliyindən məlumat veriblər. Məlumata görə, Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsində baş tutan görüşdə iki ölkə arasında sərhədlərin bağlanması ilə bağlı yaranmış problem müzakirə edilib və müzakirələrdə müsbət nəticələr əldə olunub. Görüşdə razılaşıblar ki, sərhədçilər sabah da müzakirələri davam etdirsinlər. Problemin yaxın günlərdə həll ediləcəyi vurğulanıb. Qeyd edək ki, İran Culfa və Biləsuvar sərhəd-keçid məntəqəsini dünəndən bağlayıb. Bu addım Azərbaycanın Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlamasına cavab olaraq atılıb. Xatırladaq ki, noyabrın 5-də saat 18:15 radələrində Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunun Dəmirçi kəndi yaxınlığında Araz çayında sahilbərkitmə işləri aparan traktora İran İslam Respublikası ərazisindən 2 nəfər hərbi geyimli şəxs atəş açıb. Məlumata görə, həmin vaxt sürücü atəşdən yayınmaq məqsədilə özünü traktordan ataraq dambanın arxasına keçib. Ərazidə xidmət aparan sərhədçilər atəş səslərini eşidib hadisə yerinə gəliblər. Hadisə yerinə baxış keçirilib və aidiyyəti üzrə məlumat verilib. İran rəsmiləri bildirir ki, bundan sonra Azərbaycan Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlayıblar.
2013-11-08
1,335
Anar Yusifoğlu uzun fasilədən sonra "Enerji"dən yazdı
Tanınmış telejurnalist Anar Yusifoğlu uzun müddət fasilədən sonra bu gün "Xalq qəzeti"ndə məqalə ilə çıxış edib. Yazını təqdim edirik: Azərbaycan regionun zəngin neft-qaz ehtiyatlarına malik olan ölkəsi kimi həm regional, həm beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. Ötən əsrin 90-cı illərinin ortalarında dünyanın aparıcı enerji şirkətləri ilə strateji əhəmiyyətli, gələcəyə hesablanmış neft müqavilələri bağlayan Azərbaycan paralel olaraq neft-qaz resurslarının xarici bazarlara nəqli üçün milli maraqlar üzərində qurulmuş strateji xətt yürüdür. Bu xətt enerji resurslarının çoxşaxəli nəql marşrutlarına malik olmaq və hər hansı bir marşrutdan asılı olmamaq prinsipi üzərində qurulub. Bölgənin enerji resurslarının çoxşaxəli nəql marşrutları həm Azərbaycan neftinin və qazının əsas alıcılarının, həm də Avropa qitəsinin maraqlarına cavab verir. Azərbaycan təbii qazının dünya bazarına "Cənub qaz dəhlizi" vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında dövlət başçısı İlham Əliyevin sərəncamı "Şahdəniz" perspektiv strukturunda ölkəmizin, müasir neft tarixində ilk dəfə olaraq zəngin qaz-kondensat yatağının kəşf edilməsi və 1996-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bu yataq üzrə dünyanın tanınmış neft şirkətləri ilə saziş imzalaması ölkə iqtisadiyyatına irihəcmli xarici sərmayə cəlb edilməsinə imkan yaradıb. 2006-cı ildə "Şahdəniz" yatağının istismarının birinci mərhələsinin başlanmasından sonra təbii qazın Cənubi Qafqaz qaz boru kəməri vasitəsilə Gürcüstan və Türkiyə bazarlarına çıxarılması Azərbaycanın enerji sənayesi tarixində yeni səhifə açaraq ölkəmizi qaz ixracatçısına çevirib. "Şahdəniz" yatağının istismarının ikinci mərhələsinin həyata keçirilməsi isə həcmi artmaqda olan qazın Türkiyə və Avropaya ixracını təmin edəcək müvafiq infrastrukturun yaradılmasını nəzərdə tutur. 2012-ci il iyunun 26-da "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" saziş imzalanmış və hər iki dövlətin qanunverici orqanları həmin sənədi ratifikasiya etmişlər. Trans-Anadolu qaz kəməri təkcə "Şahdəniz" layihəsi çərçivəsində hasil olunan qazı deyil, eyni zamanda, Azərbaycanın digər yataqlarından çıxarılan təbii qazı da dünya bazarına çatdırmaq potensialına malik olması ilə mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır. Böyük sərmayə qoyuluşu tələb edən təbii qaz yataqlarının işlənilməsinə və hasil edilmiş qazın boru kəmərləri vasitəsilə nəqlinə dair layihələrin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təxirəsalınmaz təşkilati və digər tədbirlərin görülməsini tələb edir. İri qaz istehsalçısına çevrilən Azərbaycan hasil etdiyi təbii qazın müxtəlif marşrutlarla ixracında maraqlıdır. Bu səbəbdəndir ki, ölkəmiz öz enerji təhlükəsizliyi üçün yetərli qaydada qaz ixracı marşrutlarının diversifikasiyasına nail olub. Lakin Azərbaycanın enerji sektorunun inkişafı, "Şahdəniz" layihəsinin ikinci mərhələsinə hazırlıq, "Ümid" yatağının kəşfi və işlənməyə hazırlanması, "Abşeron" blokunda iri qaz yatağının aşkarlanmsı və digər perspektiv strukturlarda görülən işlər yaxın illərdə ölkədə təbii qaz hasilatı həcmlərinin əhəmiyyətli surətdə artacağına işarə verir. Bu isə ölkəmizin ixrac imkanlarını genişləndirmək zərurəti yaradır. Proqnozlara görə, ilkin dövrdə "Cənub qaz dəhlizi" ilə ildə 10 milyard kubmetrədək "Şahdəniz" qazı Avropa bazarlarına daşınacaq. Trans–Adriatik (TAB) layihəsinin seçilməsi ilə bağlı qəbul olunmuş qərar, həmçinin konsorsiumun "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarı planlarında da mühüm bir addımdır. Bu layihə boru kəmərləri ilə birlikdə 40 milyard dollara başa gələcək və ildə 16 milyard kubmetr Azərbaycan qazını Avropa bazarına daşıyacaq. Ölkə başçısı İlham Əliyevin təbii qazın dünya bazarına çıxarılması ilə bağlı imzaladığı sərəncam Azərbaycan qazını Avropaya çıxaracaq 4 iri layihənin (Şahdəniz-2, SCP, TANAP və TAP) vaxtında həyata keçirilməsi üçün qarşıya çıxan hər hansı bir problemi operativ həll etməyə əsaslanıb. Azərbaycan Respublikasının enegetika naziri Natiq Əliyev bildirmişdir ki, "Şahdəniz-2" mərhələ çərçivəsində hasil ediləcək təbii qazın Türkiyədən Avropaya nəql edilməsi üçün TAP boru kəmərinin seçilməsi regionumuzun və ölkələrimizin nəhəng iqtisadi və enerji potensialından daha yaxşı və səmərəli istifadə etməyə imkan yaradacaq, TAP-ın seçilməsinə dair qərar investisiyaların artmasına, eləcə də Azərbaycanın həyata keçirdiyi regional və transmilli enerji layihələrinin gerçəkləşməsinə səbəb olacaq. Nazirin qənaətinə görə, "Cənub qaz dəhlizi"nin etibarlı və səmərəli işləməsi gələcəkdə Transxəzər layihəsinin gerçəkləşməsi ilə nəticələnəcək, eyni zamanda, "Azəri-Çıraq-Günəşli"blokunda yerləşən dərin qaz yataqlarının tezliklə mənimsənilməsinə, eləcə də "Abşeron", "Ümid", "Şəfəq-Asiman" və digər perspektivli strukturlarada nəhəng işlərin tezliklə başlanmasına imkan yaranacaq. Bununla da, yaxın onilliklər ərzində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarının həcmi bir qədər də artacaq və ölkəmiz Avropanın enerji təminatında daha yaxından iştirak edəcəkdir. Xarici işlər naziri Elmar Məmmədyarov isə bildirib ki, "Cənub qaz dəhlizi" layihəsi 2019-cu ildə yekunlaşsa, növbəti onillik ərzində Azərbaycan bundan böyük mənfəət götürəcək. "Cənub qaz dəhlizi" Avropa üçün yeni mənbədir" deyən nazirin sözlərinə görə, bütün regiona təsir edəcək layihə ölkənin ümumi xəritəsi və strateji əhəmiyyətini dəyişəcək. Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Əhməd Davudoğlu isə hesab edir ki, Bakı-Tbilisi-Ceyhan və "Cənub qaz dəhlizi" layihələri regionda sülh və inkişafı təmin edəcək. Ümumiyyətlə, Azərbaycan ərazisi ilə 2020-2025-ci illərdə 50-55 milyard kubmetr həcmində qazın nəql olunacağı gözlənilir. Əlbəttə, buraya digər ölkələrdən, xüsusən də Türkmənistandan da qazın nəqli daxildir. Bu amillər, eləcə də 2020-ci ilədək Avropanın enerji istehlakının 70 faizinin, 2030-cu ilədək isə 85 faizinin idxal hesabına təmin ediləcəyi barədə ekspert rəyləri fonunda Azərbaycan təbii qazının bu bazarlara nəqli xüsusən böyük əhəmiyyət kəsb edir. Avropa ölkələrinin əksəriyyətinin Rusiyanın təbii qazı ilə təmin olunduğunu nəzərə alsaq, köhnə qitənin bu asılılıqdan yaxa qurtarmasında yeganə çarənin qaz idxalının şaxələndirilməsində olduğunu görərik. Bu isə Azərbaycanın öz neft-qaz ehtiyatlarının şaxələndirilmiş ixracına verdiyi üstünlüklə uzlaşır. Rəsmi Bakı enerji xətlərinin diversifikasiya siyasətini həyata keçirir. Bu üzdən neft və qaz sərvətlərinin dünya bazarlarına çıxarılması üçün müxtəlif marşrutların seçilməsi strateji məsələdir. Hazırda regionda mövcud şərait bu işə siyasi motivlərin əlavə edilməsini diktə edir. Belə ki, enerji xətlərinin Ermənistan və İran ərazisindən keçməsi sərmayədarlar və konkret ölkələr üçün məqbul olmadığından bütün maraqların qorunduğu variantlara üstünlük verilir. Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə həyata keçirilən layihələr sırasında TANAP, TAP, Şahdəniz, Nabukko, Bakı-Tbilisi-Ərzurum və digər marşrutlar xüsusi yer tutur və həmin layihələr rentabelliyi baxımından daha çox cəlbedici görünür. Ümumilikdə isə dünya iqtisadiyyatında energetika sistemində təbii qazın rolu getdikcə artır. Xüsusilə, təbii qaz çatışmazlığının bəzi Şimal ölkələrində problem yaradacağı təhlükəsi var. Məhz buna görə qlobal iqtisadi böhranla mübarizə enerji mənbələri uğrunda mübarizə ilə paralel aparılır. Avropanın enerji asılılığından qurtarması üçün göstərdiyi cəhdlər, Rusiyanın bu asılılığı artırmaq üçün apardığı işlər daha intensivləşib. Faktiki olaraq bir neçə ildir ki, Avropaya qaz satışını reallaşdıracaq Şimal və Cənub dəhlizləri arasında mübarizə gedir. Bu mübarizədə kimin qalib gələcəyi isə onların iştirakçıları olan dövlətlərin təklif edəcəyi variantların cəlbediciliyindən asılı olacaq. Azərbaycanda iri həcmli yeni qaz ehtiyatlarının tapılması və qaz istehsalının artması onun satışını təmin edəcək yeni kəmərlərin yaradılmasını tələb etdiyindən rəsmi Bakı bu məsələdə müstəqil kursunu davam etdirmək əzmindədir.
2013-11-09
1,337
MAQATE İranla atom razılaşması bağlayır
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəhbəri Yukiya Amano 10-11 noyabr tarixində Tehrana səfəri ərəfəsində İranla Agentlik arasında əməkdaşlıq müqaviləsi bağlamağa hazırlaşır. "Axar.az"ın xarici mediaya istinadən məlumatına görə, MAQATE rəhbərinin Tehran səfərində İranın atom enerjisi ilə bağlı son illər dünyanın diqqətində olan məsələlər müzakirə olunacaq. Agentlik əməkdaşı bildirib ki, Yukiya Amano Tehranda çərçivə sazışı bağlamağa hazırlaşır, bu isə o deməkdir ki, Cenevrədə "Altılıq"ın müzakirəsi müsbət nəticələnib. Xatırladaq ki, "Altılığ"ın İranla atom enerjisi ilə bağlı Cenevrədəki müzakirəsinə noyabrın 8-də ABŞ, Fransa, Böyük Britaniya və Almaniya gəlmişdi. Bu gün – noyabrın 9-da isə Rusiya (Xarici İşlər naziri Sergey Lavrov) və KXR qatılacaq. Maraqlıdır ki, Əlcəzair və Marokkoya səfərini təxirə salataq, Cenevrəyə gələn ABŞ Dövlət katibi Con Kerrinin İran Xarici işlər naziri Cavad Zəriflə ikitərəfli görüş keçirəcəyi və 35 ildir kəsilən ABŞ-İran münasibətlərində yeni dönəm başlanacağı planlaşdırılsa da, Con Kerri gözlənilmədən "Altılığ"ın müzakirəsinin yekunları ilə bağlı "Heç bir nəticə əldə edilmədi" dedi.
2013-11-09
1,338
“Türkiyə səfirliyini göyə uçuracaqdım”
Bu sözləri 31 oktyabrda Stavropol şəhərində ələ keçirilən kamikadze dilə gətirib. Türkiyə mediası "RİA Novosti"nin bu xəbərini manşetlərinə daşıyıb. Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilən kamikadze "məqsədim Moskvaya getmək və Türkiyə səfirliyinin qarşısında terakt törətmək idi" – deyib. Kamikadzenin kimliyi isə hələ də açıqlanmayıb. 9 gün əvvəl bədəninə bağlanmış bomba ilə yaxalanan terrorçunun hansı səbəbdən Türkiyə səfirliyini partlatmaq istədiyi də hələ ki açıqlanmır.
2013-11-09
1,339
Somalinin İngiltərədəki səfiri öldürüldü - Foto
Somali hökuməti paytaxt Moqadişoda partlayış nəticəsində həlak olan 4 nəfərin kimliyini müəyyənləşdirib. "Axar.az"ın məlumatına görə, öldürülən 4 nəfərdən biri Somalinin Böyük Britaniyadakı fəaliyyətdə olan səfiri Abdulqədir Əli Duubdur. Hadisə yerində hüquq-mühafizə orqanları araşdırmalar aparır. İlkin ehtimala görə, partlayış terrorçuların avtomobilə vaxtla çalışan bamba yerləşdirməsi nəticəsində baş verib.
2013-11-09
1,340
Jurnalist həbs olundu
Karakasda (ABŞ) dərc olunan "Miami Herald" qəzetinin əməkdaşı Cim Uiss Venesuela hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Bu barədə "Miami Herald" qəzeti məlumat yayıb. Xəbərə görə, Uiss Venesuela milli qvardiyasının əsgərləri noyabrın 7-də saxlayıb, daha sonra isə hüquq-mühafizə orqanlarına təhvil veriblər. Amerikalı jurnalistin saxlanma səbəbi aqqında heç bir məlumat yoxdur. Yalnız o qeyd olunur ki, Cim Uiss son vaxtlar Venesuelanın daxili problemləri, defisit mallar və bələdiyyə seçkilərindəki saxtakarlıqlar haqqında araşdırma aparırmış. Bu həbslə bağlı narahatlığını dilə gətirən qəzetin icraçı direktoru Aminda Markes Qonsales Venesuela hakimiyyəti ilə jurnalistin dərhal azad olunması üçün danışıqlar apardığını bildirib. Ağ Ev isə hələ ki, bu həbsə münasibət bildirməyib. Xatırladaq ki, Venesuela ilə ABŞ arasındakı münasibətlər hələ keçmiş prezident Uqo Çaves dövründən pozulub. Çaves ABŞ əleyhinə çıxışları ilə xüsusilə seçilirdi.
2013-11-09
1,341
ABŞ-İran-Avropa Birliyi görüşü başa çatdı
ABŞ dövlət katibi Con Kerri, İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif və "Altılığ"ın koordinatoru, Avropa Birliyinin xarici əlaqələr üzrə nümayəndəsi Ketrin Eştonin Cenevrədə baş tutan görüçü artıq yekunlaşıb. "Axar.az"ın məlumatına görə, görüş barədə jurnalistlərə açıqlamanı Con Kerri verib. ABŞ Dövlət katibi 3 saat davam edən üçtərəfli danışıqlar barədə yalnız iki cümlə deyib: "Çox iş var. Biz işi davam etdiririk". Avropa Birliyi nümayəndəsinin mətbuat katibi Maykl Mann isə öz "Tvitter" statusunda bu görüşü pozitiv adlandırıb. Xatırladaq ki, danışıqlarda iştirak etmək üçün Rusiyanın Xarici İşlər naziri də bu gün Cenevrəyə yola düşür.
2013-11-09
1,342
Kuçinskinin satirik illüstrasiyaları – Düşüncə anı
Polşalı rəssam Pavel Kuçinskinin müasir cəmiyyətin həyatını əks etdirən illüstrasiyaları çox şey haqda düşünməyə məcbur edir. İnsan nədir? Cəmiyyət nədir? Biz hara gedirik? Və digər sualları öz işində işıqlandıran Kuçinski çoxları tərəfindən qəbul olunur. Mövzu seçiminin genişliyi sayəsində rəssam çox böyük şöhrətə sahibdir. Onu başqa ustalardan fərqləndirən öz stili var. O, hər rəsminə mümkün qədər dərin məna yükləməyə çalışır.
2013-11-09
1,343
Qadın ixtiraçıların kəşflərininin sirləri - Fotolar
Adətən kəşflərdən danışanda ən çox kişi ixtiraçıların adları çəkilir. Amma bu sahədə qadınlar da az deyil. Maraqlı odur ki, qadınlar ixtiralarını elm adına deyil, daha çox öz həyatlarını yüngülləşdirmək adına ediblər. İnad və üsyanın nəticəsində ortaya çıxan kəşflər... Qabyuyan maşın CosefinaKoşreyn xidmətçilərinin davamlı olaraq çiniqablarını sındırmasındanbezdiyi üçün qabyuyan maşın icad edib. O öz ixtirasını ilk əvvəllər restoranlara və otellərə satıb. Büzqalter Meri FilbsYakob indi bütün qadınların istifadə etdiyi büzqalteri icad edib. O bu icadı üçü 1914-cü ildə ABŞ-da patent alıb. Avtomobil şüşəsiləni Meri Anderson öz kəşfi ilə sürücülərin həyatını yüngülləşdirib. 1900-cü ilə qədər sürücülər yağış və qar yağanda hər tin başı avtomobillərini saxlayıbmaşının şüşəsini silmək məcburiyyətində idi. MeriAnderson 1903-cü ildə avtomobil şüşə təmizləyicisini icad etdiyində isə sürücülərin diqqətini dağıdacağı səbəbindən 10 il patent ala bilmədi. Ancaq sonunda hər kəs bu icadın xeyrini görməyə və ondan istifadə etməyə başladı. Kompüter Dr.QreysMörrey ilk böyük miqyaslı kompüteri icad edib. İkinci Dünya müharibəsindən sonra Harvard Universitetində icra etdiyi işlər nəticəsində ilk böyük miqyaslı kompüter "IBM-HarvardMark 1"i icad etdiyi üçün "kompüterlərin anası" olaraq tarixə adını yazdırdı. Mesaj şifrələmə HediLamarr gizli kodlaşdırma sistemini yaratdı. Avstriyalı HediLamarrfaşistlərə simpatiyası olan əriyləqatıldığı iclaslarda silahlarla əlaqədar çox şey öyrənib. Ancaq faşistlərə və ərinə qarşı böyük nifrət duymağa başlayan Lamarr sonunda Londona və oradan da ABŞ-a qaçıb. Faşistlərə qarşı İkinci Dünya müharibəsində istifadə edilmək üçün çıxardığı mesaj şifrələmə sistemi üçün 1941-ci ildə patent aldı və sistem 20 il sonra istifadə edilməyə başlandı. Alt paltarı Dünyanın ən zəngin qadınları siyahısında yer alanBləkli bu sərvətini icad etdiyi alt paltara borcludur. Çıxardığı elastik alt paltarları sayəsində qadınların daha zəif görünməsini təmin edən "Spanx" adlı alt paltarıBləklinin 500 milyon dollarlıq şirkətin sahibi olmasını təmin edib. "Kevlar" StefaniKuolekin 1963-cü ildə icad etdiyi, "Kevlar" adı verilən, sərt və dayanıqlı materialdan hazırlanan gödəkçələri indi polislərin və əsgərlərin geyindikləri gülləkeçirmezgeyimlərin ortaya çıxması ilə nəticələndi. Pampers MarionDonovan birdəfə istifadə edilən uşaq bezini 1949-cu ildə icad edib. Daha sonra o icadını daha da təkminləşdirərək1961-ci ildə bugün bütün anaların rahatlıqla istifadə etdiyi "Pampers"iyaratdı. Körpə daşıma EnnMur öz icadı ilə uşaqlı anaların həyatını yüngülləşdirdi. 1960-cı illərdə Qərbi Afrikada könüllü olaraq çalışan Muryerli qadınların körpələrini daşıma formasından təsirlənib. Lazerlə cərrahiəməliyyat Patrisiya Batsa katarakta əməliyyatında istifadə edilən yeni bir üsulu, lazerlə cərrahi müdaxiləni icad etdi və 1988-ci ildə patent alan ilk Afro-Amerikan qadın həkim olub. Günəş enerjisi Dr. Mariya TelkesMacarıstanda doğulub. 1925-ci ildən ABŞ-a yerləşən biofizik mütəxəssisi olan Telkes evlərdə istifadə edilən günəş enerjisiylə istilik sisteminin ixtiraçısıdır. Qatlanan yataq Sara E. Qud qatlanan yatağı icad etdi və 1885-ci ildə bu kəşfin patentini aldı. İsitmə sitemi Elis H. Parkermüasir dövrdə rahatlıqla istifadə etdiyimiz mərkəzi isitmə sitemini icad edib.
2013-11-09
1,344
Masazırda ev yandı
Abşeron rayonunun Masazır qəsəbəsində yanğın olub "Axar.az"ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 100 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
2013-11-09
1,345
Barak Obama və Netanyahu arasında gecə zəngi
Bu gün ABŞ prezidenti Obama İsrailin baş naziri Netanyahuya zəng edib və Cenevrədə keçirilən İranla "Altılığ"ın danışıqların təfərrüatını danışıb. Əsas məsələ İranın nüvə proqramı olub. Prezident İsrailə zəngində İranın nüvə silahını əldə etməsinə imkan verməyəcəyini və danışıqların əsas səbəbinin də bu olduğunu bildirib. "Axar.az" xəbər verir ki, razılaşmaya görə ABŞ və İsrail danışıqlar haqda bir-birlərinə məlumat verəcəklər. Danışıqlar daha "həssas" mərhələyə keçib, əvvəlcədən planlaşdırılmamasına baxmayaraq, görüşlərin 3 gün davam edəcəyi gözlənilir. Məlumat üçün qeyd edək ki, tərəflər ikitərəfli güzəşt olan "mərhələ konsepsiyası"nı müzakirə edir. İran uranı zənginləşdirmə hüququnu qorumaq şərti ilə nüvə sahəsində öz fəaliyyətini məhdudlaşdırmağa hazır olduğunu və bunun müqabilində bank və neft sanksiyalarının ləğv olnmasını istəyir.
2013-11-09
1,346
Fillipini viran qoyan qasırğa davam edir - Video
Filippində baş verən beşinci dərəcəli "Hayan" qasırğası ölkənin həyatını iflic günə salıb. Küləyin sürəti 315 km/saatdan 375 km/saat arasında dəyişir. Dalğaların hündürlüyü beş metrə çatır. Leyt əyalətinin Takloban və Palo şəhərlərində onlarla adam həyatını itirib. Təkcə Taklobanda yüz insanın öldüyü bildirilir. Filippin Mülki Aviyasiya İdarəsinin baş direktoru Con Endryüs bildirib ki, Takloban aeroportunun rəhbəri 100 insanın öldüyünü radio ilə paytaxta çatdırıb: "Yüzdən artıq adam ölüb... hələ bir o qədəri də xəsarət alıb". "Takloban şəhərində demək olar ki, bütün evlər dağılıb, yalnız bir neçəsi duruş gətirə bilib, onlar da yararsız hala düşüb. Hələ ki, əməkdaşlarımız şəhərdə əlaqə itdiyinə görə həlak olanların sayı haqda dəqiq məlumat verə bilmirlər", - Mülki Müdafiə üzrə Milli İdarənin rəsmi nümayəndəsi Rey Balido bildirib.
2013-11-09
1,347
Qanun naminə
Bir həftədir ki, "Qanun" nəşriyyatında gedən vergi yoxlamaları, nəşriyyatın bağlanma ehtimalı ətrafında müzakirələr gedir. Yazarlar, tərcüməçilər, naşirlər münasibət bildirir. Aşağıdakı sözlər sadəcə bir oxucuya aiddir. Sadiq oxucuya... Bu yazını yazarkən qələbəliyin içində qeyb olmuşam. Dörd il öncəni düşünürəm. Ölkənin ən qərbindən ən şərqinə gəldiyim günləri, tünlükdən, insan axınından qorxduğum günləri. Bugünki möhkəm dostluqlarım, fikir müəllimlərim, çevrəm və özünəgüvənim yox idi. Əlimi boşluğa uzatdım və ilk dostlarımı "Qanun" nəşriyyatın simasında kitablarda tapdım. O günə kimi heç vaxt kitaba pul verməmişdim. Və beləcə kitabxanamın təməli atıldı. Bu gün müxtəlif nəşriyyatlardan, müxtəlif dillərdə kitablar var o rəflərdə. Ancaq "Qanun" o rəflərə ilk övlad kimi əzizdir. Bir il sonra kitab sərgisində Şahbaz Xuduoğlu və əməkdaşlarla tanış olduqdan sonra nəşriyyat içində çap avadanlıqları və bilgisayarlar olan daş bina deyil, nəfəs alan, gülən, qayğıkeş insanlar idi. Həmin gündən sonra o binaya çox getmişəm. Tələbə yoldaşlarımla, bəzən tək başına. Məlum keçidin yanından kiçik cığırla nəşriyyata doğru gedəndə bura dünyadan ayrılmış bir yer kimi gəlib mənə. Deyirlər, uzaqlarda - eyni düşüncəli, eyni duyğulu insanların bir-birini bir sözdən başa düşdüyü ölkə var. Bu cığırla irəliləyəndə o ölkəni düşünmüşəm. "Bəlkə o ölkə çox uzaqda deyil" demişəm. "Qanun" deyəndə İlk Orxan Pamuk kitabımı xatırlayıram – "Mənim Adım Qırmızı". Daha sonra "Qara Kitab" nəşriyyatın mənə Gənclər günü hədiyyəsi. Nəşriyyatın səhifəsi üçün bir şəkli Səlcuqa (nəşriyyatın əməkdaşı) dəfələrlə çəkdirib sildirməyimi xatırlayıram. Tələbə bileti, şəxsiyyət vəsiqəsi ilə gedib nəşriyyatdan əli-qolu dolu çıxmağımızı xatırlayıram. Başqa bir sərgidə Günel Mövludla söhbət etməyimizi, ondan kitab almağımı və imzalatmağımı, yarmarkalardan birində Rəşad Məcidin bizə Qismətin "Meqapolis Hüzünlərini" hədiyyə etməsini, qızlarla imza üçün necə şairin başına toplaşmağımızı xatırlayıram. Şahbaz bəyin məni Pərviz Cəbrayılla tanış etməsini, imzalı "Yad Dildə"ni, birlikdə İskəndər Palanın qaldığı otelin foyesində yazarı gözləməyimizi, İrandakı məhbus şairlər Şəhriyar Del Gerani və Fərid Hüseyn üçün BMM-də toplaşmağımızı xatırlayıram. Şahbaz bəyin hər soruşduğum kitab haqqqında ərinmədən məlumat verməsini, rahat–rahat şikayətlərim haqqında onlara yazmağımı, "Gənc, bu kitabı oxumusanmı?", "Bu kitabı oxumağın məsləhətdi" deməsini xatırlayıram. Yarmarkalardan bir digərində tərcüməçi və yazıçı Nəriman Əbdürrəhmanlı ilə tanışlığımız, qısa söhbətimiz və mənə hədiyyə etdiyi iki kitabını xatırlayıram. BDU-un Jurnalistika fakültəsində partalara düzülən kitabları, qaça-qaça özümü çatdırdığım sərgi və yarmarkalarda əlində kitab gördüyüm gəncləri və bu mənzərələrin məndə yaratdığı sinə dolusu rahatlıq hissini xatırlayıram. "Qanun" nəşriyyatın, kitabların, sərgi və yarmarkaların, imza və görüş günlərinin sayəsində tanıdığım bir-birindən işıqlı gəncləri xatırlayıram. "Qanun" biz gənclərə mühit yaradıb, bizim üçün nəfəsliyə çevrilib. Mənzərəni sərgiləyə bilməsə də, mənzərədən parçalar göstərən ayna olub. Əli kitablı birini görəndə ona qarşı məndə güvən hissi yaranır. Düşünürəm ki, biz onunla uzaqdakı o ölkənin sakinləriyik. P.S. Yazı duyğulu alındı. Çünki bir duyğunun təsiri ilə yazılıb - əndişə.
2013-11-09
1,348
Yüksək çinli iki zabit vəzifədən uzaqlaşdırıldı - Korrupsiya
ABŞ Hərbi Dəniz Qüvvələri böyük korrupsiya əməliyyatında şübhəli bilinən iki zabitini müvəqqəti olaraq vəzifədən kənarlaşdırıb. "Axar.az"ın məlumatına görə, ABŞ-ın dəniz kəşfiyyat xidmətinin rəhbəri vitse-admiral Ted Branç və kəşfiyyat əməliyyatları şöbəsinin rəhbəri kontr-admiral Brüs Lavles gizli sənədlərə daxil olma iznini itirərək məcburi məzuniyyətə göndəriliblər. Onlar hələ vəzifəyə gəlmədən öncə bir Sinqapur kompaniyası ilə qeyri-qanuni iş münasibətlərində şübhəli biliniblər. Bu kompaniya uzun müddət ABŞ HDQ-dən hərbi gəmilərinə xidmət müqabilində turist səyahətləri, fahişə xidmətləri və pul mükafatı alıb. Məlumata görə, daha öncə də bu işlə əlaqədar üç yüksək rütbəli hərbçi həbs edilib.
2013-11-09
1,349
Ramin Deko Rauf Arifoğlunu niyə ittiham edir? - Qalmaqal
"Azadlıq qəzeti"nin müxbiri Ramin Deko "feysbuk" səhifəsində "Yeni Müsavat" qəzetinin baş redaktoru Raif Arifoğluna ittihamedici sual ünvanlayıb. R.Dekonun statusunda yazıb: Niyə Rauf bəyin cavabı "Yeni Müsavat"da çıxmadı? "Yeni Müsavat" qəzetinin saytında "Eynulla Fətullayevlə "Azadlıq" qəzeti barışdı?" başlıqlı yazı dərc olunub. Söhbət ondan gedir ki, "Yeni Müsavat"ın 4 noyabr tarixli sayında "ABŞ Bakıdakı seçki ilə bağlı telefon danışıqlarını dinləyib" başlıqlı yazıya Eynulla Fətullayev "Haqqin.az" saytında Rauf Kərimli imzasıyla "Как Сноуден рассказал Арифоглу про Сулейманова ("Snouden Arifoğluna Süleymanovla bağlı necə danışdı") adlı məqaləylə cavab verib. Biz, şəxsən mən Fətullayevin bu yazısına Arifoğlundan cavab istəmişəm. "Gmail" elektron poçtumla bu barədə Rauf bəyə yazdım. Cavabı belə oldu: "Cavabımız böyükdür və yazılı Sizə göndərirəm". Mən razılaşdım və göndərdi. "Eynulla Fətullayev, Elxan Süleymanov və FTX..." başlığı və "Bizə irad bildirənlər, görəsən, İlham Əliyevin məxfi söhbətlərini, Volodini, Vahid Ələkbərovu necə dinləyiblər..." yarımbaşlığı ilə göndərildi. Rauf bəy materialı göndərəndə xahiş etdi ki, "mümkünsə, bu gün sayta qoymayın. Öncə hər iki qəzetdə (yəni "Azadlıq" və "Yeni Müsavat"da) çıxsın, sonra sayta qoyarıq". Mən də redaktorla danışdım və razılığı Rauf Arifoğluya çatdırdım. Onu da qeyd edim ki, Fətullayevin yazdıqları qarşılığında Arifoğlunun cavabı xeyli yumşaq təsir bağışlayırdı. Deməli, məntiqlə bu yazı noyabrın 7-də hər iki qəzetdə çıxmalı idi. Amma ertəsi gün "Azadlıq"da çıxdı, "Yeni Müsavat"da yox... Eynulla Fətullayev etiraz etdi və bildirdi ki, o, yazısında "məlumatı "Yeni Müsavat"a Məmmədovlar, Həsənovlar ötürüb" deyərkən, heç də "Azadlıq"ın iddia etdiyi kimi Əli Həsənov və Novruz Məmmədovu nəzərdə tutmayıb. Bununla əlaqədar Eynulla Fətullayevin mövqeyini öyrənmək üçün "Azadlıq" olaraq, onunla əlaqə saxladıq. Eyni zamanda, Rauf bəyə də zəng etdik ki, Eynulla Fətullayevə cavabının öz qəzetində niyə çap olunmadığına aydınlıq gətirsin. Ancaq zənglərimizə cavab vermədi... "Siz mənim yazımdan istifadə etdiniz" "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu haqqında yönələn ittihama cavabı gecikməyib: "Mən bu yazını sizinlə yazışandan sonra "Haqqın.az" saytında dərc etdirdim. Eynulla Fətulayev mənim cavab haqqımı qəbul etdi və yazını manşetdən verdi. Buna görə də anlaşma əsasında "Yeni Müsavat"dan çıxartdıq. Sizsə məndən mövqe istəmişdiniz, mən də bu yazıdan istifadə etmək üçün onu sizə yolladım. İstifadə də etdiniz. Fətullayev "Azadlıq" qəzetini mənim yazdıqlarıma görə məhkəmə ilə hədələməyib ki! Sizin əlavələrinizə görə hədələyib. O əlavəni mən etməmişəm, siz etdiniz. Dərc olunan yazını da diqqətinizə çatdırıram: http://haqqin.az/news/12500".
2013-11-09
1,350
Ərdoğanla İlham Əliyevin İzmir səfəri təxirə düşdü
Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə Petkim Limanının təməl atma mərasimi üçün 13 noyabrda İzmirə gedəcəyini açıqlayan Baş nazir Rəcəb Təyyib Ərdoğanın proqramı ləğv edilib. Publika"nın xəbərinə görə, Ərdoğan İlham Əliyevlə Ankarada görüşəcək. Xatırladaq ki, Ərdoğan oktyabrın 30-da İzmirə gedəndə Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə 13 noyabrda yenə gələcəyini, Petkim Limanının təməlini atıb Heydər Əliyev Texniki və Sənaye Peşə kollecinin açılış mərasimini keçirəcəyini açıqlamışdı. Türkiyə və Aralıq dənizinin ən böyük konteyner limanlarından biri olması hədəflənən Petkim Limanının 400 milyon dollara başa gələcəyi gözlənilir.
2013-11-09
1,351
Yunanıstan Ukraynadan gələn silah gəmisini saxladı
Yunanıstanın Sahil Mühafizəsi dünən Ukraynadan gələn və Syerra-Leon bayrağı altında üzən gəmini saxlayıb. Gəminin bortunda 20 minə yaxın sənədsiz "Kalaşnikov" avtomatı və partlayıcı vasitə aşkarlanıb. Gəminin Türkiyənin İskenderun, Suriyanın Tartus və ya Liviyanın Tripoli limanına istiqamət götürdüyü təxmin edilsə də, məlumat dəqiq deyil. Gəmi heyəti həbs edilib. Aydın olub ki, gəmi daha öncə narkotik daşıyıcılığı ilə məşğul olub
2013-11-09
1,353
36 illik qəzet əməkdaşının qalmaqal yaradacaq xatirəsi
"Ədəbiyyat qəzeti" haqda son vaxtlar çox yazılır və tənqid olunur. Biz də "Axar.az" olaraq bu mövzuya toxunduq. Amma mövzuya tamam fərqli bir bucaqdan yanaşdıq. Qəzetin ən çox stajlı işçisi ilə qəzetin ötənlərdə "sükanı" arxasında olanlarla maraqlandıq. Baş redaktor Ayaz Vəfalıdan sonra koillektivdə ən çox çalışan Elmira xanım Rzayeva ilə əlaqə saxladıq. Elmira xanım 36 ildir ki, "Ədəbiyyat qəzeti"ndə işləyir. Əmək fəaliyyətinə 1977-ci ildə makinaçı kimi başlayıb. İşlədiyi illər ərzində üzvü olduğu kollektivdə baş verən və baş verməkdə olan hadisələrə ədəbi iddiası olmayan, lakin 36 il ədəbiyyat sözünün çətiri altında fəaliyyət göstərən bir mətbu orqanda çalışan insanın baxışları ilə ötənlərə nəzər salmaq istədik. Yusif müəllim aqil adam idi - Elmira xanım, "Ədəbiyyat qəzeti"ndə çalışdığınız müddətdə neçə redaktorla çalışmışınız? - İndiki redaktorumuz Ayaz Vəfalı beşincidi. - Bu beş redaktorun hansı ədəbiyyata daha çox yaxın, ədəbiyyatı daha çox düşünən olub? - Hər biri. Mən 1977 ci ilin axırlarında makinaçı kimi işə düzəldim. O zaman qəzetin redaktoru Yusif Əzimzadə idi. Onunla iki ay işlədim. Çox aqil və ədalətli adam idi. Cavan idim, işi o qədər də bacarmırdım. Məni kabinetinə çağırdı, "qızım, hiss edirəm sıxılırsan, utanırsan, zənn elə bura sənin ata evindir. Hər şey yaxşı olacaq. Uyğunlaşacaqsan",- dedi. Elə də oldu. Artıq 36 ildir burdayam. Nəriman Həsənzadə əvəzsiz adamdır - Sonra... - Sonra Nəriman Həsənzadə baş redaktor oldu. 1978-ci ilin fevral ayında gəldi. Soyuq havada bu adam kollektivə bir istilik gətirdi. Deyim ki, bəlkə də "Ədəbiyyat qəzeti"nin Nəriman müəllim qədər ikinci qayğıkeş, mehriban redaktoru olmayıb. Bu adama nəyi deyirdin, hansı problemini danışardın, "fikirləşərəm", "baxaram" sözünü dilinə belə gəlməzdi, həmən əlini atardı "dörd nömrəyə"("dörd nömrə" - hökumət telefonu kimi nəzərdə tutulur. –red.). Hər kəsə eyni dərəcə də diqqət göstərərdi. Qəlb qırmaq, insanı incitmək onluq deyildi. O, əvəzssiz bir adamdı. Redaksiyanı indi də unutmur, xeyirdə, şərdə başda olur... Ondan sonra qəzetə baş redaktor Cabir Novruz təyin olundu. Cabir Novruz qadınlardan uzaq qaçardı - Nəriman müəllimdən sonra qəzetə baş redaktor Cabir Novruz təyin olundu... - Mən kiminlə işləmişəmsə hər birinin özəl və gözəl xasiyyəti olub. Necə də olmasın, hamısı məşhur, diqqətdə olan adam idi. Cabir müəllimə gəldikdə isə, o da həlim xasiyyətli bir adam idi. Onun ən yaxşı xüsusiyyətlərindən biri o idi ki, rəhmətlik qadınlardan uzaq qaçardı. O, heç vaxt maşınına qadın götürməzdi. Əgər hara isə getmək lazım idisə, qadınlara, ya ayrıca maşın tutardı, ya da deyərdi ki, xidməti maşınımdan istifadə edin, sonra isə özü istifadə edərdi maşınından. - Bəlkə, dilə-dişə düşməkdən çəkinərdi, yoxsa maşında oturmağa yer varsa və eyni istiqamətə gedirsə, hava da ürəkaçan deyil, yağış, qar, çovğun?.. - Yox, o, maşınına özü olanda qadın qoymazdı. Taksi tutardı ayrıca, yaxud maşınla əvvəlcə qadınları yola salard. Sabir Əhmədlini kreslo çox pis dəyişdi - Bəs Sabir Əhmədlinin baş redaktorluğu necə yadınızda qalıb? Onun baş redaktor gəlməsi və bu vəzifədən getməsi qalmaqallı olub, deyəsən... - Sabir müəllim çox yaxşı yazıçı idi. Qəzetdə nəsr şöbəsinin müdürü işləyirdi. Kollektivdə onu hamı çox istəyirdi. Qardaşı Cəmil Əhmədov Böyük Vətən Müharibəsini qəhrəmanı – Sovet İttifaqı Qəhrəmanı idi. Oğlu Məhəmməd Qarabağda şəhid olmuşdu. Allah rəhmət eləsin, gözəl, yaraşıqlı, hündürboy cavan idi. O uşaq şəhid olanda hamımız sarsıldıq. Girdim yanına, başsağlığı verdim, hamımızın dərdidir, dedim. Dözümlü kişi idi. Sabir müəllimlə kollektivin heç bir problemi olmamışdı. Cabir müəllim redaktorluqdan gedəndə, AYB-nin tarixində bəlkə də ilk dəfə idi ki, kollektiv yuxarının göstərişi olmadan özü öz rəhbərini seçmək istəyirdi... - Beləliklə, kollektiv qərar qəbul etmişdi ki, Sabir Əhmədlini baş redaktor kimi görmək istəyirik? - Xeyr, kollektiv iclas keçirdi, iclasın protokolu yazıldı və AYB rəhbərliyinə ünvanlandı ki, qəzetin o vaxtkı redaktor müavini Ayaz Vəfalını redaktor kimi görürük. Bu, Ayazın haqqı idi. Onun ilk, yeganə iş yeri "Ədəbiyyat qəzeti" olub. Mən və bütün kollektiv bilirdi ki, qəzetin ağırlığı daima onun çiynində olub. Əvvəlki baş redaktorlar televiziya çəkilişlərində, başqa dövlət tədbirlərində olardılar, redaksiya ilə o qədər də təmas qura bilmədikləri vaxt arxayın idilər ki, Ayaz burdadır. Bu baxımdan da Ayazı çox istəyirdik. Məktub-protokol Yazıçılar İttifaqına Sabir Əhmədlidən göndərildi. Sabir müəllim getdi, və İttifaqın o vaxtkı rəhbərlərindən biri ilə qayıtdı. İclas çağırıldı və Sabir Əhmədli baş redaktor kimi təqdim olundu. Kollektiv narazılığnı bildirdi. Hamının əli işdən soyudu. Amma Ayaz müəllim bu vəzifəyə iddialı olmadığı üçün başımızı aşağa salıb işimizlə məşğul olduq. Üstündən bir müddət keçdikdən sonra məlum oldu ki, Sabir Əhmədli redaksiyanın keçirdiyi, özünün də təsdiq etdiyi, haqqında "layiqli namizəd Ayaz Vəfalıdır" dediyi və bunların qeyd olunduğu protokol gizlədilib. O, sadəcə, "kollektiv məni məsləhət gördü", deyib... - Amma kollektivdə daha sonra çox böyük narazılıqlar qalxdı, mətbuat uzun müddət bunu gündəmdə saxladı. - Hə, oldu. Sabir müəllimin redaktorluğu təsdiqlənən kimi iclas çağırdı və dedi ki, bütün kollektivi işdən azad edəcəm. Elə belə də dedi: əvvəl biçəcəm, sonra əkəcəm. Yeni adamları gətirəcəm. Sözsüz ki, narazılıqlar bundan da qaynaqlandı. Rəhmətlik Davud Nəsibi, Fəridə xanım vardı onu və digərlərini işdən uzaqlaşdırmaq istədi, hətta əmrlərini də vermişdi. Fəridə xanım çox ləyaqətli, ağır bir qadın idi. Ona elə söz demişdi ki, qadın özünə gələ bilmirdi. Bu, 1993-cü ildə baş verdi. 1996-cı ilə qədər Sabir müəllim bizim qəzetin baş redaktoru oldu. Qəzetin çox ağır vaxtları idi. Əmək haqqı belə yox idi. O zaman Ayazın çox yaxın dostu olan professor Qəzənfər Paşayevin hesabına qəzetimiz işıq üzü görürdü. Hər birimizin aldığımız maaş qədər vəsaiti Qəzənfər müəllim şəxsi hesabına ödəyirdi bizə. Bayramlarda ərzaqla köməklik göstərirdi. Bax, burda da bəzi məqamlar oldu ki, Sabir müəllim illərlə işlədiyi kollektivi incitdi. - Elmira xanım, Sabir müəllim haqda belə fikirlərə heç bir halda inanmaq mümkün deyil... - Yox, mən hələ etikadan kənar olar söhbətləri açıb ağartmaq istəmirəm. Amma faktdır və "Ədəbiyyart qəzeti"nin o dövrdə işləyən hər bir işçisi bunu təsdiq edə bilər və edirlər də. Sonra kollektiv onunla xudahafizləşməyi planlaşdırdı. Hamımız Ayaz Vəfalının redaktor olmasını istədik. AYB-nin katibliyində bir-neçə dəfə iclaslar çağırıldı. Sabir Əhmədli çox böyük yazıçı olsa da, kollektivlə işləyə bilmədi. Əksəriyyət deyir ki, bu qəzetə yazı vermərik - Yəqin ki, indiki redaktorunuz haqda ancaq xoş sözlər deyəcəksiniz... - Xeyr, mən nə var, onu deyirəm. Ayaz müəllim əvvəllər çox yaxşı işlədi. Bütün məsələlərdə kollektivi toplayardı, məsləhətləşmələr aparadı. Amma sonradan bu səngidi. Onun əxlaqı, mülayimliyi, insanı başa düşməyi və digər xususiyyətləri ona qarşı həmişə hörmət hissi saxlayacaq. - Amma qəzetinizin zəif çıxması haqda çoxlu iddialar var. - Ola bilər. Bilirsən, bizim qəzetə 200.000-dən çox vəsait ayrılır. Bu vəsaitlə həm də "Mir Literatura" qəzeti dərc olunur. Müəlliflərə qonorar vaxtında verilə bilmir. Nə müddətdir maaşlarımız qalxmır. O ki qaldı qəzetin zəif, güclü çıxmasına, bu mənə aid sual deyil. Qəzetin yaradıcı heyəti var. Həm də kim istəməz ki, qəzeti güclü çıxsın? Biz müzakirə edirik, qəzetin zəif çıxdığını söyləyənlərin əksəriyyəti deyir ki, bu qəzetə yazı vermərik. A bala, niyə, gəl güclü bildiyin əsərini ver də. Qoy qəzetdə sənin dediyin güclü yazı dərc olunsun. Çap edilməsə, sən deyən... - Gündəmdə belə bir xəbər də dolaşır ki, Qurultaydan sonra "Ədəbiyyat qəzeti"nə ola bilsin ki, yeni baş redaktor gətirilsin. Bir çox, "çevrilişlər" görən qəzet kollektivi, buna necə baxır? Bəlkə kollektiv yenə də öz içərisindən kimi isə seçmək istədi? Adil Cəmilin, Azər Turanın, Atababa İsmayıloğlunun, Aydın Xanın adı hallanır. - Şəxsən mənə qalsa, əgər özü getmək istəməsə, Ayaz müəllimin redaktorluğunun üstündə dayanardım. Yox, əgər getsə, mən ilk növbədə Adil Cəmilin redaktorluğuna səs verərəm. Elə Azər də buna layiqdir. Kənardan heç kəs lazım deyil.
2013-11-09
1,354
Aeroport yolunda ağır qəza - Fotolar
Bakı Hava limanı yolunun Ramana qəsəbəsindən keçən ərazisində "55 BX 013" dövlət nömrə nişanlı "Qazel" markalı avtomobil "10 TG 256" dövlət nömrəli nişanlı "Daevo" markalı iritutumlu marşrut avtobusula toqquşub. "Axar.az"ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, ölüm qeydə alınmayan qəzada "Qazel"in sahibi Ramana qəsəbə sakini Kazımov Kamil xəsarət alıb. Marşrut avtobusunun nömrəsi çıxarılığından, hansı xəttlə işlədiyini öyrənmək mümkün olmayıb. Qeyd edək ki, hadisə yerinə çağırılan təcili yardım işçiləri hələ gəlib çıxmayıblar. Dövlət Yol Polisi faktla bağlı araşdırmalara başlayıb.
2013-11-09
1,355
Andrey Şevçenko məşqçi olacaq
Ukrayna futbolunun məşhur ulduzu Andrey Şevçenko Noyabrın 8-i UEFA-nın "A" kateqoriyalı məşqçilik diplomunu qazanıb. 2004-cü ilin Qızıl top mükafatının qalibi 37 yaşlı futbolçu yarım ildən çox davam edən müvafiq təlim proqramını uğurla başa vurub. Qeyd edək ki, bu təlim futbolla bağlı praktik və nəzəri biliklərdən, eyni zamanda psixologiya və tibdən ibarət idi. Qeyd edək ki, UEFA qaydalarına əsasən "A" kateqoriyanı əldə etmiş hər bir futbolçu istənilən Avropa çempionatında işləyə bilər. Xatırladaq ki, Şevçenko 2012-ci il iyulun 27-də idman karyerasını başa vurduğunu bildirib.
2013-11-09
1,356
Filippini dağıdan “Hayan” qasırğası Vyetnamı təlaşa saldı
Filippində 100-dən çox can alan "Hayan" qasırğası Vyetnama doğru üz tutub. Vyetnam hökuməti şərq sahil kənarı rayonlardan 100 mindən çox insanı evakuasiya etməyə başlayıb. Hazırda qasırğa Vyetnama doğru 35km/s sürətlə yaxınlaşır. Meteoroloqların proqnozlarına görə, qasırğa Vyetnama bazar günü çatacaq.
2013-11-09
1,357
Zahid Oruc partiya yaradır
"Partiya yaratmaq üçün gərəkən resurslar, böyük maliyyə əsasları, həmçinin də bir başqa mənada ölkənin siyasi həyatının dərindən təhlili və formalaşacaq təşkilatın hansı xətti seçəcəyini müəyyənləşdirmək lazımdır". Bu sözləri "Axar.az"a açıqlamasında millət vəkili Zahid Oruc partiya yaratması ilə bağlı yayılan fikirlərə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, partiya yaratması ilə bağlı məlumatların gündəmdə qalması ona sərf etmir, ancaq ətrafındakı insanların partiya yaratmaqla bağlı təklifləri var: "Bu informasiyanın gündəmdə qalmağı müəyyən mənada mənə ziyan vurur. Çünki hansısa informasiyanı kimlərsə dövriyyəyə çıxarır və istəyirlər ki, bununla da özləri gündəmdə saxlayırlar. Faktiki olaraq, hazırki gerçəklikdə belə bir planım yoxdur. Amma onu da deməliyəm ki, ayrı-ayrı insanlardan, bizi tanıyan çevrələrdən, o cümlədən seçki komandamızın sırasından bu partiya quruculuğu və ya beyin mərkəzi, siyasi institut və təşkilat formalaşdırmağımla bağlı istəklər var. Bunu dəfələrlə mənə söyləyiblər. Hazırki gerçəklikdə sadaladığımız işləri görmək üçün təcrübəmin olmasına rəğmən atacağım addımları hesablamalıyam. Bu siyasi institutu və ya təşkilatı, beyin mərkəzini yaradandan sonra onu necə hərəkətə gətirmək və üstün bir formada imkanlarını sərgiləmək önəmli məsələdir".
2013-11-09
1,358
Nizami Xudiyev yeni vəzifəsindən danışdı
Milli Məclisin keçmiş deputatı, AzTV-nin sabiq sədri Nizami Xudiyev Yeni Azərbaycan Partiyasında (YAP) yeni yaradılan Mətbuat və ictimai əlaqələr üzrə komissiyanın sədri vəzifəsinə təyin olunmasına münasibət bildirib. Sabiq deputat ona göstərilən bu etimada görə təşəkkür edib. YAP yaranan gündən bu partiya ilə sıx əlaqədə olduğunu vurğulayan N.Xudiyev deyib: "Mən YAP yaranan gündən bu partiyadayam. Bu partiyanı qurub yaradanlardan biri də mənəm. Mərhum prezidentimiz Heydər Əliyevin ən yaxın köməkçilərindən biri də mən olmuşam".
2013-11-09
1,359
Xalq Cümhuriyyətinin Bayraq haqda sənədi – Foto
Bu sənəd Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli - hazırda Bayraq Günü olaraq qeyd etdiyimiz gün - milli bayrağın təsdiqi ilə bağlı qərarının çıxarışıdır. Ədliyyə Nazirliyinə təsdiq üçün göndərilən və üçrəngli bayrağımızı təsdiqləyən sənəddən çıxarışda yazılır: "Azərbaycan hökumətinin qərarlar jurnalından 9 Noyabr 1918 Dinlədilər: - Nazirlər Soveti sədrinin milli bayraq haqda məruzəsi. Qərar: - Mavi, qırmızı, yaşıl rənglərdən ibarət, ortasında ağ rəngdə ay və səkkizguşəli ulduz olan bayraq milli bayraq kimi tanınsın. Sənədin orijinalı Ədliyyə Nazirliyinə təsdiq üçün göndərilir".
2013-11-09
1,360
Premyer Liqada XIII tur (Yenilənib)
Bu gün TOPAZ Premyer liqasında XIII turun növbəti oyunları keçirilib. "Axar.az"ın xəbərinə görə, Ağdam təmsilçisi "Qarabağ" 1-ci dövrənin oyununda minimal hesabla məğlub olduğu "AZAL"la qarşılaşıb. Turnir vəziyyətində ilk sırada yer alan Ağdam təmsilçisi "AZAL"la qarşılaşmadan sülhlə ayrılıb. Turun digər oyununda bankirlər "Şəfa" stadionunda Zaqatala təmsilçisiylə öz meydanında qarşılaşıb. Bakının son turlarda uğurla çıxış edən "İnter" komandası bu dəfə "kiçik qardaş"la dueldən bərabərliklə ayrılıb. XIII turun ikinci oyun günündə sabah "Neftçi" komandası "Bakı" klubunu qəbul edəcək. Digər oyunda isə "Xəzər Lənkəran" – "Qəbələ" qarşılaşması baş tutacaq. 8 noyabr "Rəvan" 1-1 "Sumqayıt" 16:00. AZAL 1– 1 "Qarabağ" Qollar: Viktor İqbekoyi, 34 - Maksim Medvedev, 73 AZAL Arena stadionu. 17:00. "İnter" 0– 0 "Simurq" "Şəfa" stadionu.
2013-11-09
1,361
Mərhum Zakir Sadatlı ilə dostluq edirdim...
Seyran Süleyman - 1979-cu ildə Özbəkistanın Fərqanə vilayətinin Kuva şəhərində anadan olub. 1991-ci ildən isə Krimda yaşayır. Krım-tatar yazıçısı və tərcüməçisidir. O, Ukraynanın Milli Yazıçılar Birliyinin, Avrasiya Yazarlar, Dünya Gənc Türk Yazarlar birliyinin üzvüdür, "Yeni Dünya" Respublika qəzetinin məsul katibidir. Çağdaş Türk ədəbiyyatında imzası tanınan yazardır. Onunla müsahibəni sizə təqdim edirik. - Krım türkləri əzəli torpaqlarında indi özlərini necə hiss edir? - Krım Xanlığı dövründə Krımdakı tatarlar 4 milyondan çox idi. Krımın Rusiya İmperiyası tərəfindən işğalından sonra krım tatarlarının əsas hissəsi Anadoluya (Türkiyə), Rumıniya və Bolqarıstana köçüb. Xalqın yarısı məhv edilib. 1944-cü ildə isə bütöv Krım-tatar xalqı Stalinin göstərişi əsasında deportasiya olunmuşdu. Bizim xalq Krım tatarlarının milli hərakatının mübarizəsinin səyi və SSRİ-nin tədricən dağılması nəticəsində öz doğma yurdlarına qayıda bildi. İndiki Krımda 300 min, Krımdan xaricdə, keçmiş SSRİ ərazisində isə 100-150 mindən çox Krım tatarı yaşayır. - Krım türkləri olaraq ölkənin ictimai-siyasi həyatında necə təmsil olunursuz? - Bizi, Ukraynada olduğu kimi dünya arenasında da təmsil edən öz məclisimiz və qurultayımız var. Ukraynanın Ali Radasında cəmi bir krım-tatar deputatı var. Krımda 15 milli krım-tatar məktəbi fəaliyyət göstərir. Məktəb və məscidlərin açılmasında bizə Türkiyə kömək edir. Təəssüf ki, Ukraynada bizim xalqın bütün hüquqlarının bərpa olunması qanunu qəbul olunmayıb. Hərçənd ki, əvvəllər öz dövlətçiliyimiz, daha sonra isə öz muxtariyyətimiz olub, indi isə yoxdur. Bizi Ukraynada faktiki olaraq milli azlıq kimi təqdim edirlər, hərçənd biz Krımın yerli xalqı sayılırıq. - Əsrlərdir ki, Türkün əzəli torpağı olan Krımda başqa dövlətlərin bayrağı dalğalanır. Amma yer və dağ adları buralarda türkün qədimliyindən xəbər verir. İnsanlarınız necə, bu əzəli və əbədi türkçülüyü yaşadırmı? - Krım-tatarlarının deportasiyasından sonra praktiki olaraq bütöv toponimika, demək olar ki, bütün keçmiş türk şəhərlərin və Krım kəndlərinin adları dəyişdirilib. Məsələn, Qarabusarı Beloqorsk, Kezlev Evpatoriya, Bay Kiyat Vladimirovka, Azizköy Demyanovka və sair adlandırılıb. O qüvvələr bizim xalq barədə yaddaşımızı bütünlüklə məhv eləmək istəyirdi. Sadəcə, bəzi adlara dəyməmışdilər, məsələn, Baxçasaray şəhərinin adını. Belə deyirlər ki, bu şəhərin adını Puşkinə və onun "Baxçasaray fontanı" əsərinə görə dəyişməyiblər. Hələ də Krımın yerli toponimiyasını geri qaytarmayıblar. Krım tatarları türk dünyasının bir hissəsidir və hissəsi də olaraq qalacaq. Bizim böyük maarifçimiz İsmayıl Qaspıralı bütün ömrünü türk dünyasının birliyinin mübarizəsinə həsr edib. Onun "Tərcüman" qəzeti bu birliyə xidmət edirdi. İndi də Qaspıralı "Dildə, fikirdə, işdə birlik" sözü bütöv türk xalqı üçün öz aktuallığını itirməyib. - Seyran bəy, siz Simferopolda yaşaylrsız, orada türklərin yaradıcılıq işləri necədir? Türk teatrları, mədəniyyət mərkəzləri fəaliyyət göstərirmi? Bəs məktəb, tele-radio var? - Mən Belaqor rayonunda yaşayıram, lakin Simferopolda işləyirəm, yeri gəlmişkən, bu şəhərin yerli adı Ağməsciddir. Simferopolda Krım-tatar akademik musiqi-dram teatrı işləyir. Söz düşmüşkən deyim, bizim teatr bu yaxınlarda "Arşın mal alan" tamaşasını qoyub və anşlaqla qarşılanıb, hamının xoşuna gəlib. Bizim bu şəhərdə İ.Qaspıralı adına böyük krım-tatar kitabxanamız var. Krım türklərinin öz şəxsi "ATR" telekanalı, "Lalə" uşaq kanalı, "Meydan" radioumuz da var. Krım dövlət kanalında krım-tatar redaksiyası da fəaliyyət göstərir. Hər həftə bütöv krım-tatar dilində çıxan "Yeni dünya" adlı bircə respublika qəzetimiz var. Digər qəzetlər isə ya iki dildə, ya da bütünlüklə rus dilində çıxır. "Yıldız" adlı ədəbiyyat jurnalı, "Nenkecan" qadın jurnalı və "Armancıq" adlı uşaq jurnalımız da var. Simferopolda krım-tatar mədəniyyət mərkəzinin tikilməsi planlaşdırılır. Bizim Ukrayna Yazarlar birliyinin Krım şöbəsində 30 yazıçımız var. Hökümətin dəstəyi ilə Krımda krım-tatr dilində kiçik tirajla 5-6 kitab çap olunur. Bu təbii ki, azdı və müəlliflərin çoxu öz büdcəsi hesabına kitabları nəşr elətdirirlər və ya sponsor axtarırlar. İllərdir, çalışsaq da kiril əlifbasından Latın əlifbasına keçə bilmirik. - Necə düşünürsüz, zaman keçdikcə türklərin assimliyasiyası olunması təhlükəsi hiss edilmirmi? - Krım tatarlarının deportasiyada öz dillərində təhsil almaq imkanları yox idi. İndi də dilin itirilməsi ilə bağlı problem var, xalqın assimilyasiyası baha başa gəlir. Rus məktəblərində krım-tatarlarının öyrənilməsinə çox az vaxt sərf olunur. Həmçinin, qarışıq nikahların sayı da artıb, bu da milləti assimilyasiyaya aparır. - Azərbaycanda olmusuz, ölkəmiz haqda təəssüratlarınız necədir? - Məlum olduğu kimi , krım-tatar şairi və türkoloqu Bəkir Çobanzadə Bakıda dərs deyirdi və onun həyatının yarısı Azərbaycanla ayrılmaz bağlıdır. İsmayıl Qaspıralının qızı Şəfiqə Qaspıralı da Bakıda yaşayırdı və pedaqoji məkətəbə başçılıq edirdi. O, Azərbaycanın Milli Hökumətinin baş nazirinə ərdə idi. Mən də həmişə Bakıda olmağı arzulamışam. Keçən il "Gəldik, gördük, yazdıq" layihəsi çərçivəsində Dünya Gənc Türk yazarlar birliyinin sədri, Əkbər Qoşalının təklifi əsasında mən Bakıda, həmçinin Tovuz, Ağdam və Gəncədə olmuşam. Qarabağ problemi ilə yaxından tanış oldum və bütünlüklə Azərbaycan xalqının ağrısını paylaşıram. Sözsüz ki, Azərbaycanın işğal olunmuş torpaqları qaytarılmalı, burada sülh və əmin-amanlıq hökm sürməlidir. Bu il həmçinin mən Dünya Gənc Türk Yazarlar Birliyinin yubileyində olmuşam. Bakı möhtəşəm şəhərdir, burada xüsusi aura var, şərq və qərb, qədim və müasirlik iç-içədir, Bakıda yaşayaraq şeir yazmamaq mümkün deyil. Mən bu şəhəri sevdim, burada möhtəşəm qonaqpərvər adamlar yaşayır. - Azərbaycan yazarları ilə tanışlığınız necədir? - Çoxdur tanıdıqlarım. Ancaq mərhum yazıçınız Zakir Sadatlı ilə dostluq edirdim, biz onunla həmişə yazışırdıq. Mən onun "Salam, Baça" adlı hekayəsini tərcümə edərək Krımda dərc eləmişəm. Ümumiyyətlə Azərbaycandan xeyli yazıçının əsərini tatarcaya çevirmişəm.
2013-11-09
1,362
Səyavuş Kərimi: “Televizoru nə qədər söndürəcəyik, bilmirəm…”
Bəstəkar Səyavuş Kəriminin bu gün doğum günüdür. Ömrünün 59-cu ilini qeyd edən bəstakarın təvəllüd günündə onunla görüşüb söhbətləşdik. - Sizi təbrik edirik, can sağlığı arzulayırıq. Bəs özünüz özünüzə nə arzu edirsiniz? - Kor nə istər, iki göz, biri əyri biri düz. Sizin mənə arzu etdiyinizi, mən də özümə arzu edirəm. İnanın ki, ad günümü unutmuşdum. Bu yaxınlarda bir aforizm oxudum. Bu dünyanın ən gözəl hədiyyəsi, neməti can sağlığıdır. Həyat iki hissədən ibarətdir. Ağ və sarı... - 59 illik bir ömrü neçə yaşadığınızı düşünürsünüz? - Mənim ömrüm hələ qabaqdadır. Amma hərdən deyirəm, zaman nə tez ötüb keçdi. Sanki bir göz qırpımında. - Hansı illər üçün darıxırsınız? - İnsan yaşadığı bütün illər üçün darıxır və şirinliyi ilə acısı ilə xatırlayır. Hər yaşımın öz izi var ömrümdə. İnsan hərdən şıltaqlıq, uşaqlıq etmək istəyir - Ömür sizi qocalığa aparır. Qorxmursunuz ki? - Əsla, təki şərəfli qocala bilim. Həyatın ən pik nöqtəsi ölümə doğru gedirəm. Niyə qorxmalıyam ki? Ölümü də ləyaqətlə qarşılamaq lazımdır. - İtirdikləriniz çoxdur, yoxsa qazandıqlarınız? - İtirdiklərimin yarasını qazandıqlarım qaysaqlandırdı. Nə itirdiklərimiz, nə də qazandıqlarımız hesablanmır. Həyatda hər şey nisbidir. İnsan ən dogma ata-anasını itirir, amma zaman keçir, bununla belə barışır. - Gənc yaşınızda etdiyiniz, amma bu yaşınızda çəkindiyiniz hansısa bir əməliniz varmı? - Ən çox sözü cilalayıram. Bu yaşımda sözün çəkisinə daha çox fikir verirəm. Amma nə olsun ki, yaşlanırıq. İnsan hərdən şıltaqlıq, ərköyünlük, dəlilik, uşaqlıq etmək istəyir. - Olduğunuz kimi görünürsünüz? - Göründüyüm kimi insanam... - Bəstəkarlıq cətindir? - Yaradıcılığın bütün anları gözəldir. Etdiyin işi sevərək etmək kifayətdir. Həyatda cətin heç nə yoxdur. Yetər ki, sən həlli olan yollardan keçəsən. - Bu gün filmlərə, teleseriallara dəvət alırsınız? - Yox almıram. Alsam da, çəkilmərəm. Mən yetərincə tanınıram. Cəmiyyət Səyavuşun simasını tanıyır. Artıq kifayətdir. - Teleseriallardan söz düşmüşkən, hansısa serialı izləyirsinizmi? Bəyəndiyiniz varmı? - Yalan danışmayım. Yox, izləmirəm. Ancaq idman proqramlarına üstünlük verirəm. - İdmanla məşğul olursunuz? - Zamanında olmuşam. Ox atmışam, basketbol və futbol oynamışam. İdmanı çox sevmişəm. İndi kütlə incəsənət adamlarını arxasınca aparır - Azərbaycan mediasına arzunuz varmı? Deyirsiniz ki, gün o gün olsun, bizim efirimizdə də səviyyəli musiqi təbliğ olunsun. Bəyənmirsiniz bu günün ritmini? - Zaman vardı mədəniyyət və incəsənət adamları kütləni öz arxasınca aparardı. Amma indi kütlə incəsənət adamlarını arxasınca aparır. Nəticə də göz qabağındadır. Mədəniyyət daim tərbiyə edilməlidir. Bunu mədəniyyət naziri gəlib eləmir. Hamı öz evində etməlidir. Bu gün də arxasınca getmək mümkün olan insanlar, şəxsiyyətlər var. Ancaq təbliğ olunanlar başqadır. Televizoru nə qədər söndürəcəyik, bilmirəm. Onu bilirəm ki, bizim mədəniyyətimiz bu deyil. Gərək mikrobun, infeksiyanın, virusun düşdüyü nöqtəni tapaq və qarşısını peyvəndlərlə alaq. Oxumaq pis iş deyil. Sadəcə, oxumaq bilirsənsə, oxu... Həvəsin var oxumağa, ocağın kənarında dovğa bulayanda oxu... Belə insanları efirə buraxmaq olmaz. - Bu günkü mahnıların musiqisini bəyənmirsiniz, yoxsa sözlərini? - Bilirsinizmi, birinci ifadır. Pis mahnı yoxdur, pis təqdimat var. Nəğmə ilə şənlənirik, qəmlənirik. - Kimləri dinləyirsiniz - Adlarını bilmirəm. Yol gedəndə FM dalğalarında gənclərin səsini eşidirəm. Xoşuma gəlir. Özümə seçim qoymuram. Kim oldu dinləyirəm. Əsas odur ki, yaxşı musiqi eşidim. - Sənətçi üçün təhsil vacibdir? - Əlbəttə... Ali təhsil qıfılın açarıdır. - Bəs niyə bu günkü müğənnilər təhsildən qaçır? - Baxır oxumağa nə məqsədlə başlayıb. Əgər tanınmış insan olmaq fikrindədirsə, mütləq iki daşın arasında da olsa, təhsil alacaq. Əgər oxumağa biznes qurmaq üçün gəlibsə, təbii ki, təhsil almayacaq. Deyəcək, mənə lazım olan toydur. O da "tutursa", bəsimdir. Yəqin zaman gələcək bu məsələ həllini tapacaq. Gözləyək, yaxşı olar inşallah...
2013-11-09
1,363
Butun məhkəməsi ABŞ-a 150 milyon zərər vurub
Rusiyalı biznesmen Viktor Butun məhkəmə prosesi ABŞ büdcəsinə 150 milyon dollara başa gəlib. Məlumat üçün qeyd edək ki, But qanunsuz silah daşıma suçuyla 2008-ci ildə Banqkokda həbs edilib və ABŞ-a ekstradisiya edilib. 2012-ci ildə 25 il həbs cəzasına məhkum edilib. But günahsız olduğunu bildirərək 2 dəfə apelyasiya şikayəti versə də, onun işinə baxılmayıb. Noyabrın 8-i ABŞ Apelyasiya Məhkəməsi rusiyalı biznesmen Butun hökmü ilə bağlı gələcəkdə şikayətlərindən imtina edilməsi haqda müdafiə tərəfinin müraciətini təmin edib.
2013-11-09
1,364
Rusiya “Yaşıllar Hərəkatı”nın gəmisini bu cür ələ keçirdi - Video
"Yaşıllar Hərəkatı" 19 sentyabr tarixində Rusiya Sahil Təhlükəsizliyi "Arktik Sanrays" gəmisinə helikopterlə endiyi və silah gücünə gəmini ələ keçirdiyi anın videosunu paylaşıb. "Yaşıllar Hərəkatı"nın sivil etirazının ardından gəmi ələ keçirilib. Daha sonra isə gəmi Rusiya sahillərdə lövbər salıb və 28 aksiyaçı ilə iki azad jurnalist o gündən bəri həbs olunaraq mühakimə olunur. "Arktik Sanrays" gəmisinin 30 nəfərlik komandası hal-hazırda həm piratlıq, həm də xuliqanlıq ittihamı ilə mühakimə olunur. Bu iki ittiham bir yerdə isə 22 ilə qədər həbs deməkdir. Komandanın qeyri-zorakı olduğu açıq-aşkardır Komandanın təslim olma anında qeyri-zorakı olduqlarını vurğulayan "Yaşıllar Hərəkatı"nın Rusiya təmsilçisi Vladimir Çoprov "videoda göründüyü kimi "Yaşıllar Hərəkatı"nın beynəlxalq komandası basqın zamanı dirənmir. Sülhsevər olduqlarını göstərmək üçün əllərindən gələni edirlər və əllərini yuxarı qaldırırlar. Bunlar xuliqanların və ya piratların tərzi deyil",- deyib.
2013-11-09
1,365
Üçrəngli bayrağı ilk dəfə qaldıran şəxsi necə tutdular - 1956
Bu gün "Milli bayraq günü" kimi dövlət səviyyəsində qeyd olunur. Bu müqəddəs gündə üçrəngli bayraq sevdalısı olan, milli hərəkatçı, dissident Cahid Hilaloğlunun adını çəkməmək olmazdı. Cahid Hilal oğlu Şirinov 1928-ci ildə (doğum günü və ayı müəyyənləşdirilməyib) Azərbaycan SSR-in Ağdam şəhərində anadan olub. Kiçik yaşlarında ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. 1941-ci ilin avqustunda İranın Quzeyini işğal edən Sovet qoşun birləşmələrinə qoşulub valideyinlərindən xəbərsiz Arazı keçən 13 yaşlı Cahid iki il Güney Azərbaycanda qaldıqdan və müxtəlif məşəqqətlərlə rastlaşdıqdan sonra yenidən Bakıya qayıdır. 1947-ci ildə Bakıdakı 1 saylı orta məktəbi bitirib Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsinə qəbul olur. C. Hilaloğlu 1952-ci ildə institutu bitirib M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında işə başlayır. 1956-cı il martın 6-7-də Tiflisdə 200 min nəfərə yaxın insanın iştirak etdiyi mitinqin təsiri nəinki Gürcüstana, hətta onun sərhədindən uzaqlara da yayılır. Gürcüstandakı hadisələrdən bir müddət sonra - 1956-ci il mayın 28-də Cahid və yoldaşları Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümü münasibəti ilə Cümhuriyyətin üçrəngli bayrağını Qız qalasının üzərinə sancmağı qərarlaşdırır. Bu müqəddəs vəzifəni Cahid Hilaloğlu boynuna götürür. Bayrağı sancandan az sonra Cahidi milislər saxlayır. Amma qəribədir ki, ona cəza vermirlər. Araşdırma qrupu bunu o vaxtkı siyasi dustaqları başqa adla şərləyib tutmaq təcrübəsinə bağlayır. Nə qədər qəribə olsa da, bir neçə aydan sonra Cahid Hilaloğlunu palto oğurluğunda suçlayıb tuturlar. İşə Azərbaycan SSR Ali Məhkəməsi baxır və Cahid Hilaloğlu 1956-cı ildə 10 il azadlıqdan, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırılır. Azadlığa çıxdıqdan sonra Bakıya gəlsə də uzun müddət işsiz qalır. 1971-ci ildə Bakıya qayıdır və vaxtı ilə oxuduğu ali məktəbin Tədris Teatrında rejissor işləməyə başlayır. Ömrünün sonunadək orada çalışır.1991-ci il mayın 30-da nömrəsi bilinməyən bir "Volqa" avtomobili Cahidi vurur. Qəzada həlak olan C. Hilaloğlunu Ağdam şənərində dəfn olunur. (az.wikipedia.org). Cahid Hilaloğlu Azərbaycanın azad olacağı günün yaxınlaşdığını duyurdu. Çox təəssüf ki, həmişə arzusuyla yaşadığı günü görə bilmədi.
2013-11-09
1,366
Vəkillər “Atatürk” və “T.C.”nin müdafiəsinə qalxdı
Daha öncə xəbər verdiyimiz kimi, Türkiyə Cümhuriyyəti Nazirlər Kabineti 28 oktyabr 2013-cü il tarixində qərarlaşdırılan qaydasında Dövlət nişanları və təqdim edilmə üsullarına yenidən dəyişiklik edən 2933 saylı "Medal və nişanlar qanunu"nun 13-cü maddəsini əsas gətirərək Respublika, Dövlət və Ləyaqət nişanındakı "T.C." yazısı və Dövlət Nişanından isə "T.C." yazısı ilə bərabər Atatürkün silueti də ləğv edib. Buna etiraz olaraq Ankara Vəkillər Kollegiyası Dövlət Nişanlarından Atatürk və T.C. ibarəsininin silinməsini qəbul edən qanunun ləğvini və icra edilməsinin dayandırılmasını istəyi ilə məhkəməyə müraciət edib.
2013-11-09
1,367
Gizli faktlar silsiləsindən - Bayron
Bəzən çox sevdiyimiz məşhur şəxslər, dahi insanlar öz fərqli maraq dairələri ilə bizi təəccübləndirir. Bu faktlar eyni zamanda hər zaman maraq doğurur və bunu nəzərə alaraq məşhur yazıçıların həyatından maraqlı faktları təqdim edirik. Corc Bayron 24 saat dahi ola bilmərəm, yoxsa üzümü taraş etməyə vaxtım olmaz. Corc Bayron - Düşkün, depressiv psixozdan əziyyət çəkirdi. - Dahi şair Bayron topal, kökəlməyə meylli, lakin həddindən artıq sevgi dolu idi. Bəzi məlumatlara görə o, topal və köklüyünə baxmayaraq, Venesiyada qaldığı bir il müddətində 250 xanımla eşq macərası yaşayıb. - Bayronun müdhiş bir kolleksiyası var idi. Kolleksiyada onun sevdiyi qadınların saçlarından kəsilmiş tüklər saxlanılırdı.
2013-11-09
1,368
2 gün sonra o ulduzun adı açıqlanacaq
Avropanın ən prestijli musiqi mükafatlarından biri olan MTV Musiqi Mükafatının təqdimetmə mərasimi sabah Amsterdamda baş tutacaq. Bu il "İlin kişi müğənnisi" nominasiyası uğrunda Bruno Mars, Eminem, Cey Z, Castin Biber və Castin Timberleyk," İlin qadın müğənnisi" nominasiyası uğrunda isə Keti Perri, Ledi Qaqa, Selena Qomes, Teylor Svift və Mayli Sayrus yarışacaq. Qeyd edək ki, bundan əlavə "İlin mahnısı", "İlin qrupu", "İlin Hip-hop layihəsi", "İlin canlı ifası", "İlin videosu" və digər nominasiyalar üzrə mükafatlar təqdim olunacaq. Məlumat üçün bildirək ki, MTV Avropa Musiqi Mükafatı 1994-cü ildən hər il Avropanın məşhur şəhərlərindən birində keçirilir.
2013-11-09
1,369
“Bu gün azadlığımsan, sabah...”
"Tarixən biz türklər dövlətlər qurmuşuq, bayraqlarımız olub, o bayrağın arxasınca getmişik. Bayraq böyük bir simvoldur, dövlətçiliyin atributudur. Bayraq hər bir azərbaycanlı üçün müqəddəs sayılmalıdır". Bu sözləri Sabir Rüstəmxanlı bayraq Günü ilə bağlı fikirlərini bildirərkən deyib: "Üçrəngli bayrağımız Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov kimi böyüklərimizin böyük ideallarının və milli ideologiyamızın nəticəsidir". Xalq şairi, bu gün bayrağımıza göstərilən münasibətdən razı olmadığını qeyd edərək, "təəssüf ki, Azərbaycanda bayraq sevgisi biz istədiyimiz səviyyədə deyil. Xüsusən bəzi məmurlarımızda bayraq sevgisi yetərincə deyil, himnə münasibətdən fərqlənmir. Hətta Milli Məclisdə sessiyaların açılışında, bağlanışında hamı ayağa durur, amma bəziləri himni oxumaq istəmir, sanki dodağını yapışdırıblar. Dövlət, özəl qurumlar, vətəndaşlar niyə bayrağı, dövlət atributunu öz qapısından asmasın!? ABŞ-da, Kanadada, hətta Avstraliyada bayrağa xüsusi hörmətin şahidi oluruq. Türkiyədə bayrağa sevgi daha böyükdür. Bayraq evlərin, şəhərlərin, binaların bəzəyidir. Azərbaycanda da bayraq evlərin, binaların, şəhərlərin bəzəyi olmalıdır", - deyib. Xalq şairi Sabir Rüstəmxanlının "Bayrağım" şeirini təqdim edirik. "Bayrağım" Başımızın üstündə dalğalanan, dev bayrağım! Yarı torpaq, yarı göy, yarı alov bayrağım! Dalğalan, qoy havanla Bakımız küləklənsin, Düşmənin gözü çıxsın, sevənlər ürəklənsin! Bu məğrur ucalıqda tarixin ərintisi, Səni kəfən yerinə geyənlərin gur səsi! Səni ümid yerinə qəlbində gizləyənlər Əsarətin, işğalın sonunu gözləyənlər, Səni namus səngəri, Səni qutsal əmanət, Səni ocaq sayaraq gizli əzizləyənlər, Dərindən nəfəs alıb dincəlsinlər süsündən. Sənə əyri baxanlar dağlansınlar gözündən... Hava tutqun olanda Ayı çək qucağına, Ulduzun işıq səpsin yurdun hər bucağına! Mavi – türklük şərəfim, varlığımız əbədi! Yaşıl – dinim, imanım, Sevgimizin Məbədi! Qırmızı da al qanım, axdı vətən yolunda, Əsarət zəncirini atmaq üçün qolumdan! Ucal başımız üstə, ruhumuz kimi ucal! Qanadlanan eşqimiz, duyğumuz kimi ucal! Dünən səni cıraraq ayaqlara atanlar Qızıldan tökdürərək oxşasın sinəsində! Xəzər səndən rəng alsın, sən Xəzərdən coşqunluq. Yurdumun üzü gülsün bu birlik nəğməsindən! Sən Günəşə qalxsan da, bu torpaqdı beşiyin, Daha sənə əl çatmaz dursalar da qəsdində. Bu gün azadlığımsan Bakının göylərində, Sabah da bütövlük ol, ucal Təbriz üstündə!
2013-11-09
1,370
Təbriz stadionunda toqquşma, 10 azərbaycanlı həbs edildi
null
2013-11-09
1,371
Əli Həsənovdan İranla sərhəd-keçid probleminə - Münasibət
"Azərbaycan və İran arasında beynəlxalq, regional və ikitərəfli məsələlərdə normal münasibətlər mövcuddur" Azərbaycan Prezidenti Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İran-Azərbaycan sərhədinin Biləsuvar rayonu ərazisindən bağlanması məsələsinə qısa münasibət bildirib. PA-nın şöbə müdiri Ə.Həsənov "Publika.az"a açıqlamasında söyləyib ki, hazırda İran və Azərbaycan dövlətləri arasında heç bir problem yoxdur: "Azərbaycan və İran dövlətləri arasında beynəlxalq, regional və ikitərəfli məsələlərdə normal münasibətlər mövcuddur. O ki qaldı sərhəd keçid və gömrük məntəqələri ilə bağlı iki ölkənin müvafiq orqanları arasında yaranmış bu və ya digər anlaşılmazlıqlara, bütün bunlar həll olunan məsələlərdir. Yəqin ki, İran və Azərbaycan sərhəd rejimində yaranmış vəziyyətlə bağlı da müvafiq tərəflər açıqlama verəcəklər".
2013-11-09
1,372
Hitlerin çəkdiyi rəsm əsərləri
İkinci Dünya Müharibəsində milyonlarla insanın ölümünə səbəb olan, heyvanlara yazığı gəldiyindən ət yeməkdən imtina edən, amma insan dərisindən ayaqqabılar, çantalar düzəltdirən Adolf Hitler gənc yaşlarında Viyana Sənət Akademiyasının tələbəsi olub. Sizə təqdim etdiyimiz əsərlərdən də görünür ki, o, heç də qabiliyyətsiz olmayıb. Amma nə yazıq ki, bu gün tarixin yaddaşında rəssam kimi deyil, qanicən diktator kimi qalıb.
2013-11-09
1,373
"Mən Azərbaycanlıyam" müsabiqəsinin qalibləri
"Hicaz Production" və Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə H.Mahmudbəyov adına 2 saylı texniki-humanitar elmlər liseyində 9 noyabr Bayraq Gününə həsr olunmuş "Mən Azərbaycanlıyam - Bədii qiraət" müsabiqəsi keçirildi. Tədbiri giriş sözü ilə açan "Hicaz Productionun" rəhbəri Ayaz Məmmədov tədbir iştirakçılarını salamlayaraq tədbirin keçirilməsində əziyyəti olan hər kəsə təşəkkürünü bildirdi. Müsabiqədə 20 şagird növbə ilə ölməz şairlərin Vətənə, bayrağa aid şeirlərini səsləndirdi. Daha sonra Azad Şükürov, Sevda Teymurova, Əbdül Məcidli, Mahirə Yaqubova, Ərtoğrul Kamalov, Sahib Novruzov və Kamale Mirməcidlidən ibarət münsiflər heyəti 20 nəfər arasından ən yaxşı şeir oxuyan şagirdlərə 10 ballıq sistemlə səs verərək, ilk üçlüyü müəyyən ediblər. Qaliblər və onların ifa etdikləri şeirlər isə belədir: 1. Bəxtiyar Vahabzadənin "Bayraq" şeiriylə Nuranə Babazadə; 2. Almas İldırımın "Əsir Azərbaycanım" şeiriylə Şirin Alpənahova; 3. Abbas Səhhətin "Vətən" şeiriylə Əliyev Qərib. Qeyd edək ki, "Mən Azərbaycanlıyam - Bədii qiraət" layihəsi "Hicaz Production"un təşkilatçılığı, Mədəniyyət və İncəsənət Universiteti və H.Mahmudbəyov adına 2 saylı texniki-humanitar elmlər liseyinin dəstəyi ilə baş tutub.
2013-11-09
1,374
Müdafiə Nazirliyindən təkzib gəldi
Azərbaycan Müdafiə Nazirliyi Beyləqanda tankın qəza törətməsi barədə yayılan məlumatlara aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində Beyləqan rayonu ərazisində hərbi hissəyə məxsus tankın guya yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı məlumat yer alıb: "Müdafiə Nazirliyi olaraq bildiririk ki, bu məlumatın heç bir əsası yoxdur və xəbər dezinformasiya xarakteri daşıyır. Həmçinin, tövsiyə edilir ki, hərbi xarakterli məlumatların yayılmasına həssaslıqla yanaşılmalıdır və dəqiqləşdirilmədən verilməsi məqsədəuyğun deyil". Qeyd edək ki, ötən gün bəzi KİV-də noyabrın 7-də Beyləqanda yol ilə hərəkət edən tankın iki avtomobili əzərək daha sonra kanala düşməsi barədə məlumat yayılıb. (aznews.az)
2013-11-09
1,375
İranın küçə dəbi– Fotolar
İran İslam Respublikasının küçə dəbi və gənclərin əyləncə həyatı avropalılardan heç də geri qalmır. İran dünya gündəminə nüvə proqramı və Qərbin təzyiqləri ilə gəlsə də, bu "ağır" mövzular ölkə küçələrində rəngarəng libaslarla gəzən gənclərin dəb marağını kölgədə qoymur.
2013-11-09
1,376
Azərbaycanlı idmançı məşq zalında keçindi - Video
Rusiyada azərbaycanlı idmançı dünyasını dəyişib. "Axar.az"ın xəbərinə görə, Çerepovts şəhərində yaşayan həmyerlimiz Əli Novruzov məşq zamanı həyatını itirib. Qarışıq təkbətək döyüşlə məşğul olan 17 yaşlı Novruzov sparrinq rəqibi İvan Çekurovdan ürək nahiyəsindən aldığı zərbədən ayılmayıb. Hadisə noyabrın 6-da Döyüş Sənətləri Mərkəzidə baş verib. Mərhumun cənazəsi noyabrın 7-də Azərbaycana gətirilib və Qubada dəfn edilib.(apasports) Olayın görüntülərini təqdim edirik:
2013-11-09
1,377
Türk Dünyasının jurnalistikasına ağır itki
Türkiyənin ustad yazarı və televiziya jurnalisti Savaş Ay bu gün dünyasını dəyişib. O, 13 ildir ki, xərçəng xəstəsi idi. Ay yarım müalicə olunduğu Samatya dövlət xəstəxanasında keçinib. 1954-cü ildə Qaziantepdə dünyaya gəlmiş Savaş Ay 1974-cü ildə "Dünya" qəzetində işə başlayıb. "Tercüman", "Vatan", "Milliyet", "Sabah" qəzetlərində, atv, TGRT, Kanal D,Kanal 6, Show TV, Flash TV və Star TV telekanallarında işləyib.
2013-11-09
1,378
Rusiya müzakirəyə qoşuldu, İran inanmır
Hazırda Cenevrədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov İran XİN rəhbəri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin nümayəndəsi Ketrin Eştonla görüş keçirir. Bu gecə baş tutan ABŞ-İran-Avropa Birliyi (Con Kerri-Məhəmməd Cavad-Ketrin Eşton) görüşündən sonra İranın atom enerjisi ilə bağlı danışıqlarda irəliləyişlərin olmaması barədə mənbələrin məlumatı, üstəlik Con Kerrinin yalnız gərginliklə "çox iş var" deyə açıqlamasa uzu müddət müzakirələrdən sonra baş tutan bu görüşün nəticələrini şübhə altına alır. Bu arada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) sədri Yukiya Amanonun noyabrın 10-da İran səfəri zamanı əməkdaşlıq sazışı imzalamaq niyyətinin gerçəkləşməyəcəyi də narahatlıq yaradır. Xatırladaq ki, İranın atom energisi məsələsinin müzakirəsi üçün noyabrın 7-də Cenevrədə "Altılıq"la İran arasında danışıqlar başlayıb. Bu danışıqlar İranın atom enerjisi əldə etməsinə problem yaradılmayacağı təqdirdə rəsmi Tehranın uranın zənginləşdirilməsinə məhdudiyyətlə qoyacağı ilə bağlı vədindən sonra başlamışdı. Bu məhdudiyyətin əvəzində İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması da istənilirdi. Cenevrədəki görüşlər 2 gün nəzərdə tutulsa da, bu gün də davam etdirildi.
2013-11-09
1,379
Delfinlərin intiharı – tükürpədən mənzərə
"Axar.az"ın NTV - yə istinadən verdiyi xəbərə görə, ABŞ-ın şərq sahillərində artıq 750 delfin həlak olub. Bunun səbəbi müxtəlif virusların delfinlərdə pnevmoniya və beyin iltihabı əmələ gətirməsi hesab olunur. Bu barədə ABŞ milli okeanologiya və atmosferin tədqiqatı idarəsinin ekoloqları xəbər yayıb. Belə hadisələr vaxtaşırı olub, amma bu il fenomen Amerikanın sahilyanı zolağında təqribən on qat artıb. Mütəxəssislərin müşahidəsinə görə 1 iyul - 3 noyabr arası Nyu - York sahillərindən Floridaya qədər 753 delfin həlak olub. Viruslarin yaratdığı xəstəlik nəticəsində onlar özlərini sahilə ataraq intihar edib. Xatırladaq ki, yayda ABŞ-da delfinlərin kütləvi müəmmalı ölümü çoxlarını çoka saldı. Nyu - York, Nyu - Cersi, Delaver, Merilend, Virciniya ştatlarının çimərliklərində 330 ölü delfin tapılıb. Son 26 ildə bu rekord rəqəm olub. Bu məməlilərin qirğınına ekologiyanın ciddi korlanması da səbəblərdən biri kimi səsləndirilir.
2013-11-09
1,380
Ümid Partiyasında yeni təyinatlar
Ənvər Ağazadə yenidən Ümid Partiyası Ali Məclisin sədri seçilib Bu gün Ümid Partiyasının Mərkəzi Qərargahında partiyanın Ali Məclisinin sessiyası keçirilib. Sessiyada millət vəkili Ümid Partiyasının sədri İqbal Ağazadə iştirak edib. Modern.az-ın verdiyi məlumata görə, qurultaydan sonra ilk dəfə keçirildiyi üçün sessiyanı gündəliyinə təşkilat məsələsi, Ali Məclis rəhbərliyinin seçilməsi, Ümid Partiyası sədrinin sərəncamlarının təsdiqi və cari məsələ çıxarılıb. Öncə təşkilat məsələsinə baxılıb və Ənvər Ağazadə yenidən Ümid Partiyası Ali Məclisin sədri, Ali Məclisin katibi Anar İsayev və Sumqayıt Şəhər Təşkilatının sədri Elşad Rzayev Ali Məclis sədrinin müavinləri, Qadınlar Təşkilatının üzvü Həşimova Günəş Ali Məclisin katibi vəzifələrinə seçiliblər. Sonra Ali Məclis qurultaydan sonra Ümid Partiyası sədrinin verdiyi sərəncamları təsdiq edib. Sessiyada partiya sədri İqbal Ağazadə Ali Məclis üzvlərini və Azərbaycan xalqını Milli Bayraq günü münasibəti ilə təbrik etdikdən sonra, ictimai-siyasi vəziyyətlə bağlı geniş məruzə ilə çıxış edib. O, çıxışında, 9 oktyabr prezident seçkilərinə, ölkə daxili, beynəlxalq və regiondakı ictimai-siyasi vəziyyətə, son dövrlər dünyada, xüsusilə qonşu dövlətlərdə baş verən proseslər və proseslərin Azərbaycana təsiri, partiyanın gələcək fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələrə münasibət bildirib və Ali Məclis üzvlərinə öz tövsiyələrini etdi.
2013-11-09
1,381
Tarixdə ilk dəfə olaraq Olimpiya məşəli kosmosda - VİDEO
Xəbər verdiyimiz kimi, noyabrın 6-da Rusiya Olimpiya məşəlini kosmosa daşıyacaq kosmonavtları müəyyənləşdirdi. Bu gün isə kosmonavtlar bu istəyi gerçəkləşdirdilər və tarixdə ilk dəfə olaraq, Olimpiya məşəlini kosmosa apardılar. "Roscosmos" kosmonavtı Mixail Tyurin, NASA astronavtı Riçard Mastraçio, Yapon astronavtı Koiçi Vakata, rusiyalı kosmonavtlar Oleq Kotov və Serqey Ryazanski Olimpiya məşəlini Baykonurdan Beynəlxalq Kosmik Stansiyasına çatdırdılar. Əməliyyat 6 saat ərzində həyata keçirildi. Olimpiya məşəlinin noyabrın 11-də Yerə qaytarılması planlaşdırılır. "Axar.az" olaraq, Olimpiya məşəlinin kosmosa aparılmasını əks etdirən videonu təqdim edirik:
2013-11-09
1,382
Bakıda keyfiyyətsiz ərzaq satanlar cəzalandı - Monitorinq
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinq keçirib. "Axar.az"ın xəbərinə görə, monitorinqlər zamanı Bakının Binəqədi, Yasamal və Nərimanov rayonlarında, eləcə də Sumqayıt, Ağstafa, Mingəçevir və Qubada mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlandı. Ümumilikdə, monitorinqlər zamanı 560 kiloqrama yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunaraq satışdan çıxarılıb. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.
2013-11-09
1,383
Şagirdlər Tağı Əhmədovu təqlid etdilər - VİDEO
Bakı Metropolteinin rəisi Tağı Əhmədovun jurnalistlərə açıqlaması zamanı ANS-in əməkdaşının sualından qəzəblənərək mikrafonu itələməsi sosial şəbəklərdə aktiv müzakirə olunur. "Axar.az"ın "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, bu mövzunun müzakirəsi zamanı maraqlı videosüjet də paylaşılır. Videodan bəlli olur ki, Azərbaycanda orta məktəblərin birində keçirilən şənliklərin birində Tağı Əhmədovun açıqlamaları da səhnələşdirilib. Şagirdlər Metropolitein rəisini təqlid ediblər. Videonun youtube şəbəkəsinə yerləşdirilmə tarixindən görünür ki, bu səhnə bir neçə il əvvəl olub. Maraqlı videonu oxucularımıza təqdim edirik:
2013-11-09
1,384
Mahaçqalada növbəti partlayış - FOTOLAR
Bu gün saat 11:30-da Rusiyanın Mahaçqala şəhərində "Min bir xırdavat" mağazasında partlayış baş verib. "Axar.az"ın xəbərinə görə, hadisənin baş vermə səbəbi bilinmir. Ehtimal edilir ki, mağazada spirtli içkilərin satılması gizli qrupları hiddətləndirib və onlar mağazanı partladıblar. Hadisə nəticəsində zərər çəkən olmayıb. Xatırladaq ki, bu, Mahaçqalada son zamanlar baş verən ilk hadisə deyil. Bir gün əvvəl baş verən partlayış nəticəsində isə bir nəfər ölüb, biri yaralanıb.
2013-11-10
1,385
Böyük Öndərin son bir ili - FOTOLAR
Mustafa Kamal Qazinin vəfatının 75-ci ildönümüdür Bütün həyatını Türkiyənin bütövlüyünün əldə olunması, ölkədə sabitliyin bərpa olunması yolunda mübarizəyə həsr edən Mustafa Kamal Atatürkün 1937-ci ilin sonlarına yaxın səhhətinin pisləşməsi dövrü başladı. Qaraciyərində rahatsızlığın yaranması səbəbindən "Böyük Öndər" son günlərini davamlı olaraq, İstanbulda həkimlərin nəzarəti altında keçirdi. 10 noyabr 1938-ci il, cümə axşamı günü saat 09:05-də Dolmabaxça sarayında həyata gözlərini yumdu. "Axar.az" olaraq, M.K.Atatürkün ömrünün son bir ilində ona aid çəkilmiş şəkilləri oxucularımıza təqdim edirik.
2013-11-10
1,387
"Kainat gözəli-2013" müsabiqəsinin qalibi bəlli oldu - Foto
Emin Ağalarovun təşkilatçılığı ilə bu gün Moskvada, "Crocus City Hall"da baş tutan "Kainat gözəli-2013" gözəllik yarışmasının final mərhələs başa çatıb. "Axar.az"ın məlumatına görə, "Kainat gözəli-2013" titulunu "Venesuela gözəli" Qabriel İsler qazanıb. Qeyd edək ki, 86 iştirakçıdan finala 16 gözəl vəsiqə qazanmışdı. 120 min dollarlıq gözəllik tacından başqa, qalibə həm də 250 min dollar mükafat nəzərdə tutulurdu. Jüriyə ABŞ-ın "Aerosmith" rok qrupunun solist Stivan Teyler rəhbərli edirdi. Müsabiqəni İngiltərənin "Spice Girls" qrupunun eks-solisti Melani Braun və NBC telekanalının aparıcısı Tomas Roberts aparırdı. Konkurs üç mərhələdə keçdi: bikini-şou, gecə paltarında nümayiş və müsahibə. Şounun iştirakçıları arasında "Panic! At the Disco" qrupu və müğənni, "Crocus Group" Şirkətinin vitse-prezidenti Emin Ağalarov da vardı. Xatırladaq ki, "Kainat gözəli" müsabiqəsi ilk dəfə ABŞ-da, 1952-ci ildə keçirilib. 1972-ci ildən başlayaraq hər il bir ölkədə keçirilir. 1996-cı ildən müsabiqənin keçirilmə hüququnu milyarder Donald Tramp alıb. Moskvada ilk dəfə bu il – 5-9 noyabr tarixlərində keçirildi.
2013-11-10
1,388
Azərbaycanlı gənc Bayraq Günündə erməni saytlarını dağıtdı - Haker
Özünü "Hacker_Expert" olaraq tanıdan həmyerlimiz "feysbuk"da Bayraq Günü münasbiəti ilə Azərbaycan xalqını orijinal üsulla təbrik edib. O, bir neçə erməni saytını dağıdaraq, ora Azərbaycan Bayrağını yerləşdirib. "Hacker_Expert"in "feysbuk" statusunu təqdim edirik: "Bayraq bayramına aid status yazmadım… Amma Bayrağımıza erməni saytlarına girib baxa bilərsiniz… # Defaced (silinən) edilən o məhşur erməni saytlarının siyahısını aşağıdan görə bilərsiniz. http://agrofund.am/ http://hack-db.com/886787.html http://mobiles.am/ http://hack-db.com/886788.html http://lemona.am/ http://hack-db.com/886789.html http://amarket.am/ http://hack-db.com/886790.html http://norojakh.am/ http://hack-db.com/886791.html
2013-11-10
1,389
Ərdoğan təhqir edildi, polis istintaq başladı - FOTOLAR
"Gəzi Parkı" mövzusu ilə əlaqəli "Müdaxilə Varmı?" adlı sərgidəki bu portret böyük skandal yaradıb. "Axar.az"ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Prokurorluq şəkilin Baş nazir Ərdoğana təhqir hesab edilməsi səbəbilə istintaqa başlayıb. İstintaqa etiraz edənlər sərgidəki bütün rəsmlərini qara parçalarla bağlayıblar. Sərginin adı da "Qəti məlumat, müdaxilə var" şəklində dəyişdirilib. Polis orqanlarından alınan məlumata görə, istintaqı aparan Böyükçəkməcə Dövlət Prokurorluğu sərginin kuratoru Əli Şimşəyi polisə çağırıb.
2013-11-10
1,390
Yol terroru daha bir can aldı
Gecə saatlarında Bakı şəhərində ağır yol qəzası baş verib. "Axar.az"ın FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda "Nissan" və "Mersedes" markalı 2 minik avtomobili toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində "Nissan" markalı minik avtomobilinin sürücüsü Vüsal Qurbanəli oğlu Həsənov hadisə yerində ölüb.
2013-11-10
1,391
Bayrağımızı təbliğ etmək üçün Yallı getdik - VİDEO
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 6000 gənci bir araya toplayaraq "Bayraq Günü" nü qeyd edib. "Axar.az"ın məlumatın görə, "9 noyabr - Dövlət Bayragı günü" münasibəti ilə "Yallı gedək - Bayrağımızı təbliğ edək" adlı layihə həyata keçirilib. Layihə çərçivəsində Bayraq Meydanında 6000 nəfər gənc toplanaraq, xüsusi sifarişlə hazırlanmış papaqlı bayraq-geyimində Azərbaycan, daha sonra isə Azərbaycan Bayrağı və ingilis dilində Flaq Day formasını yaradaraq dövlət himnini səsləndiriblər. Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.2.9-cu (Gənclərdə dövlət rəmzlərinə hörmət hissinin gücləndirilməsi) və 6.2.12-ci (Vətənpərvərlik mövzusunda maarifləndirici və təbliğat xarakterli əyani vəsaitlərin və təşviqat materiallarının hazırlanması) yarımbəndlərinin icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilib. Çəkiliş "Euronews" kanalında da işıqlandırılıb.
2013-11-10
1,392
"Hayan" Filippində 10 min insan öldürdü - FOTOLAR
null
2013-11-10
1,393
Suriyada musiqi və rəqs qadağan edildi
"Əl Qaidə"nin Suriya qanadı musiqi və rəqsi qadağan edib. "Axar.az"ın "Musavat.com"a istinadən verdiyi məlumata görə, silahlılar Hələb şəhəri yaxınlığında keçirilən toya gələrək, qadağanı toy iştirakçılarının nəzərinə çatdırıblar. Qonaqlar və toy sahibi silahlıların sözünə əməl ediblər: musiqi söndürülüb və rəqslər dayanıb. Terror təşkilatı nümayəndələrinin sözlərinə görə, musiqi və rəqs İslam qaydalarına ziddir. Silahlılar xəbərdarlıq ediblər ki, musiqi dinləyən və qəqs edənlər şallaqlanacaqlar.
2013-11-10
1,395
Qazi Paşanın 75-ci ildönümü
Bu gün, Türkiyənin ilk prezidenti, görkəmli dövlət xadimi, Mustafa Kamal Atatürkün vəfatının 75-ci il dönümüdür. 1919-cu ildə başlayan Türk Qurtuluş Savaşının öndərliyini etmiş, daha sonra, müasir Türkiyəni formalaşdıran bir sıra islahatlar həyata keçirib. Əvvəlcə Osmanlı, sonra isə Türkiyə ordusunda zabit kimi uzun müddət qulluq edib. 1921-ci ildə Sakariya Meydan Müharibəsindən sonra "Qazi" adını alıb və ona ali marşal rütbəsi verilib. Ömrünün sonuna qədər (1938) 4 dəfə Türkiyə prezidenti olmuşdur. Türkiyə tarixində bu vəzifəni ondan daha uzun müddətə daşıyan prezident olmayıb. Xatırladaq ki, M. K. Atatürk qaraciyər rahatsızlığından 10 noyabr 1938-ci ildə həyatını dəyişib.
2013-11-10
1,396
Ər-Riyadda miqrant üsyanı: ölən və yaralananlar var
Səudiyyə Ərəbistanının paytaxtı Riyadda miqrantlarla təhlükəsizlik qüvvələri arasında çıxan qarşıdurmada 2 adam öldü, 68 adam yaralandı. "Axar.az"ın xəbərinə görə, paytaxt Riyadın cənubundakı Hayy Menfuha məhəlləsində dünən axşam şəxsiyyəti bilinməyən naməlum şəxslər barikada quraraq polisə müqavimət göstəriblər. Səhər saatlarına qədər davam edən üsyanda, Səudiyyə Ərəbistanı və xarici ölkə vətəndaşlarından yaralananlar oldu. Hadisə yerinin yaxınındakı iş yerləri və maşınlar ziyan görüb. Təhlükəsizlik qüvvələrinin hadisəyə müdaxiləsinin ardından qarşıdurmalara səbəb olan 561 adamın nəzarətə alındığı bildirildi. Toqquşma nəticəsində Səudiyyə Ərəbistanı vətəndaşı olan 2 adamın həyatını itirdiyi, 68 adamın yaralandığı deyilir. Səudiyyə Ərəbistanı və Ərəb mediası hadisənin səbəbi kimi ölkədə yaşayan Efiopiyalı miqrantların deportasiyası göstərilir.
2013-11-10
1,397
Böyük ərəb şairindən ilginc fikirlər
"Axar.az" Ərəb dünyasının yaşayan ən böyük şairi Adonisin "Hürriyət"ə müsahibəsini sizə təqdim edir. Ərəb dünyasının ən böyük şairlərindən biri Adonisin əsil adı Əli Əhməd Səid Eşberdir. Amma bu adla şeirlərini nəşr edən nəşriyyatlara qadağa qoyaraq Adonis adını götürüb. 1930-cu ildə Suriyanın Lazkiyə şəhərində doğulub. 1955-ci ildə siyasi səbəblə həbsxanaya düşüncə Beyruta qaçıb, "Ərəb şeirini azadlaşdırmaq" üçün şeir və ədəbiyyat jurnalları çıxarıb. 1976-ci ildə Parisə gedib. Burada Ərəb diktatorluğuna və səfalətə qarşı şeirlər yazıb. Ərəb Birliyinin UNESCO nümayəndəliyi vəzifəsində çalışıb. Nobel Ədəbiyyat Mükafatına illərlə namizəd olur. Almaniyada 3 ildə bir dünyanın ən böyük şairlərinə verilən, şeir dünyasının ən nüfuzlu mükafatı "Höte Mükafatı"nı qazanıb. 83 yaşında olmasına baxmayaraq, hələ də şeir yazır. Adonis 2001-ci ildə "Deutsche Welle"yə verdiyi bir müsahibədə baş verən hadisələri öncədən görürmüş kimi danışmışdı: "Əgər Ərəb dünyasında siyasət dəyişməzsə, əgər idarəçilər iqtidarda qalmaq yerinə xalqın rifahını düşünməzsə, bundan daha betər fəlakətlərlə üzləşməyə hazır olmalıdırlar" və gördüyümüz kimi, 10 il sonra Ərəb dünyası, məhz bu səbəblə "domino daşı" kimi yıxıldı. Daha sonra 2007-ci ildə "Əl-Ərəbiyə"yə verdiyi müsahibədə Ərəb mədəniyyətindən danışaraq demişdi: "Biz yox olmaq üzrə olan bir xalqıq. Nə insani bir əsər yaratma, nə də dünyanın qurulmasında iştirak etmə gücünə sahibik". "Nobel"in Orxan Pamuka verilməsini düzgün hesab etmirəm - "Nobel" mükafatı bu il də olmadı... - "Nobel" barədə danışmaq istəmirəm. Bu günə kimi aldığım mükafatların siyahısını unutmuşam. Amma onu da deyim ki, mükafat o qədər də vacib deyil. Vacib olan indiki günümüzlə bağlı daha fərqli şeylər yarada bilməkdir. Mənə görə Yaşar Kamal Türkiyənin ən böyük yazıçısıdır. "Nobel"in Orxan Pamuka verilməsini düzgün hesab etmirəm. Amma Yaşar Kamal onların istədiyi siyasi qəliblərə sığmır. - Bağdad, Hələb, Şam dağılır. Ərəb dünyası zənginliyini öz əlləriylə dağıdır. Bəs bu sizə təsir etmir? - Əlifbaya ev sahibliyi edən torpaqlarda muzeylər, köhnə kilsələr, evlər heç nədən məhv edilir. Bir inqilab öz zənginliklərini yox etməz. Mənim kədərim acı çəkməkdən daha ağırdı. Öz zənginliklərini öz əlləriylə yıxan Yaxın Şərq xalqının ağrısını yaşayıram. Mənim ölkəm Suriya şiddətlə parçalanır. - Suriyada baş verənlərə necə baxırsız? - Suriyada olub-bitənlər qorxuncdur. Təbii ki, bir şeylər dəyişməlidir, amma danışıqlarla. Müharibə, şiddət heç bir şeyi dəyişməz. - Ərəb dünyası Türkiyə haqqında nə düşünür? - Bəziləri Türkiyəni sevir, bəziləri də nifrət edir. Türkiyənin imici elə də gözəl deyil. Tayyib Ərdoğan sərt və qapalı bir idarəçidir. Türkiyənin Suriya siyasəti də qorxunc bir imic yaradıb. Türkiyə Suriyanı yox etmək istəyən barbarlara dəstək və cəsarət verib. Türkiyənin Suriya siyasəti "etik bir müvəffəqiyyətsizlikdir". - Hicab ətrafında olan mübahisələr bu aralar çox fəaldır. Qadınlar və Hicab məsələsinə necə baxırsınız? - Qadınları rahat buraxın. Necə istəyirlərsə, elə də geyinsinlər. Hicab məsələsi onların azad iradəsinə buraxılmalıdır. Kimə nə? Dövlətə gəlincə, dövlət buna qadağa qoymamalıdır. Mənim vaxtımda Şamda Hicab bir gözəllik simvolu idi. İndi Hicab simvolu da dəyişib. - Siz başından bəri "Ərəb Baharı inqilab-filan deyil" deyirsiz. Niyə? - Əvvəlcə Ərəb tarixinin yeni miladının Təhrir Meydanı olacağına ümid etdim. Amma 2-3 ay kimi qısa bir müddət ərzində işlər dəyişməyə başladı. Gənclər, şagirdlər, intellektuallar və qadınlar tərəfindən yaradılan bu fövqəladə sülhsevər inqilabı oğurladılar və şiddət ön plana çıxdı. Ərəb dünyasında yaşananlar bizə göstərdi ki, din təməlində qurulan bir ölkədə inqilab edə bilməzsiniz. Dini faşizm, mənə görə faşizmin ən pisidir. Bəlkə də indi Misirdə gerçək bir inqilaba gedirik. Hələ də ümidliyəm. - Bütün dinləri nəzərdə tutursuz? - Bəli aralarında dərəcə fərqi olsa da hamısı… İslama, ya da inanca qarşı deyiləm, əksinə insanların inam haqqını müdafiə edirəm. Amma bir iqtidar, bir güc tərəfindən təlqin edilən dini rədd edirəm. Bu səbəbdən siyasət və dini bir-birindən ayırmaq, dini insanla Allah arasında buraxmaq lazımdır.
2013-11-10
1,398
Son illərdə belə sarsıntı keçirməmişdim...
Elə bil içimi sökürdülər, ürəyimi köksümdən qoparırdılar... Son illərdə belə sarsıntı keçirməmişdim. Öncə elə bildim bu olay hansısa bir düşmən ölkəsində baş verir; Türkiyədən, türklərdən qisas almaq üçün edirlər bunu; Suriyada, İraqda, Yunanıstanda, Balkanların bir köşəsində unudulub qalmış türk nişanələrindən biriymiş, indi uçurub atmaqla tarix boyu yaşadıqları məğlubiyyətlərin, yenilgələrin intiqamını alırlar. Sonra bu vəhşiliyin Diyarbəkirdə,Türkiyənin bir il-vilayət mərkəzində, türklüyün çox qədim ocaqlarından birində baş verdiyini duyanda qanım dondu, ayağım yerə yapışdı... Bəli, Türkiyə cümhuriyyəti torpaqlarında "Nə mutlu türküm deyənə!" yazılmış onbeş-onaltı metrə uzunluğunda tarixi bir daş lövhə, abidə sındırıldı. Qaynaqçılar alov yaya-yaya dəmir bəndləri kəsir, qaldırıcı kran "mutlu", "türkəm ", "Atatürk" sözlərini vəhşi bir ehtirasla qırır, dağıdır, çöplük arabasına yığır, tamaşa edənlər bayram edirmişcəsinə əl çalırdılar. Elə bil Türkiyədə türklüyü uçurur, Oğuz xanların, Metelərin, Çağrı bəylərin, Alparslanların, Osman Qazılərin, Fatehlərin, bu torpaqlarda şəhid olmuş atalarımızın ruhunu yıxıb-yaxır, onların anılarını, bizə miras buraxdıqları nə varsa hamısını birdən torpağa gömür, yox edirdilər... Televizor da ayrıntıları ilə göstərirdi bu vandalizmi... Şaşılmışdım... Nə baş verir Türkiyədə? Dövlət çevirilişimi, inqilabmı oldu, yadelli düşmənlərin əlinəmi keçdi ölkə? Türk sözünü dilə gətirmək yasaqlandımı? Türkiyədə türk olmaq utanc gətirdimi? Yüzillər boyu dünyaya yön vermiş şərəfli bir millət bu qədərmi yox sayılır? Türkiyə qardaş dövlətdir. İçdəki siyasi mübarizələrə, politik partilər arasındakı hakimiyyət savaşlarına qarışmaq, kimisə suçlamaq, olaylara hakimlik etmək bizim işimiz deyil! Lakin mən bir türkəm və bu adın şərəfini qorumaq görəvi həm də mənə aiddir! Bir millət vəkili, siyasi partinin gənəl başqanı, Dünya Azərbaycanlıları Konqresinin eşbaşqanı olaraq dünyada hara getdimsə Azərbaycanın üzləşdiyi haqsızlıqlarla yanaşı, eyni zamanda Türkiyənin sorunlarından danışdım, Türkiyəni savundum, "türklər soyqırımı yapmamışdır, əsil çoyqırım türkə yapılmışdır" söylədim. Türk düşmənləri o soyqırımı davam etdirirlər... Diyarbəkirdə baş verən də onun bir görüntüsüydü... Mənim üçün Azərbaycan türkü ilə Anadolu türkü arasında fərq yoxdur. Araya sınır çəkməklə milli kimlik dəyişilməz! Türkiyənin uğurlarına sevindiyim kimi, onun acılarını da öz acım olaraq yaşayıram... Və bir çox suallar var ki, onları Türkiyə vətəndaşları kimi mən də sora bilərəm. Ey 75 milyonluq Türkiyə, Sən hara baxırsan? Baxırsansa niyə görmürsən? Baxmırsansa gözünü tutan nədir? Atatürkün qurduğu bir dövlətdə onun adı, xatirəsi niyə hər gün yeni sayqısızlıqlara tuş olur? Böyük Atatürk onun qurduğu dövlətin bu günkü yönəticilərinin qarşısında hansı suçun sahibidir? Gizli gedən Atatürkü cuçlama məhkəməsində böyük öndəri savunan bircə nəfər dövlət görəvlisi, rəsmi vəkil yoxdurmu? Günahı nədir Atatürkün? Bəlkə dünya imperializminin planlarını pozaraq, Osmanlının sonuyla türkün sonuna çıxacaqlarını zənn edənlərin niyyətlərini gözlərində qoyması; türkə düşmən kəsilən Avropa güclərinin hamısının bir yerdə burnunu ovması? Bəlkə Anadolu insanını - türklü, kürdlü, lazlı, cərkəzli, kölə olmaq təhlükəsindən qurtarıb, hamısının başını ucaldan, ləyaqətini qoruyan Türkiyə cümhuriyyətini qurması? Bəlkə XX yüzilin ən parlaq, dahi şəxsiyyətlərindən biri olması? Bəlkə dünyanın məşhur, amma saxtakar liderləri çeşidli adlar altinda öz imperiya təfəkkürlərini davam etdirəndə, onlara dərs verərək, imperatorluqdan imtina edib, öz halal yurduna sahiblənməsi? Bəlkə türkün əyilməzliyini və qüdrətini göstərməsi? Bəlkə dış güclərin etkisiylə Anadoluda düşmən halına gətirilən, didişən param-parça tayfa, əşirət, məzhəb, təriqət qatmaqarışıqlığının yerinə Türkiyəni bölünməz bir bütövə çevirməsi, türk kimliyini qoruyub yaşatması? Bəlkə apardığı demokratik islahatlar, xilafət düşüncəsinin yerinə demokratik təfəkkürü gətirməsi, Doğunun ən sivil, çağdaş, modern bir dövlətini qurması? Bəlkə bütün bunların hamısı? Bir sözlə, dərdiniz nədir sizin? Vicdanı olan hər kəs bilir ki, soruya çevrilən bu məsələlərin hər biri Atatürkü ötən yüzilin ən parlaq şəxsiyyətinə çevirmişdir! O, türk əsgəridir, məğlubiyyət bilməyən sərkərdədir, liderdir, təkrarsız fikir adamıdir, alimdir, gözəl insandır, dahidir, Türkiyənin qədərini yaşamış bir çox xalqlara yol göstərən xilaskardır... Ötən yüzilin şöhrətli Avropa liderlərinin dar irqçi-nasist düşüncələri dünya savaşlarına və 100 milyondan çox incanın canına mal olduğu halda Atatürk Türkiyəni sülh və barış yoluna çıxardı... Bir insan öz milləti və dövləti üçün bundan artıq nə eləməliydi ki, onun ruhunu sakit buraxsınlar? Bunların xalqdan və Allahdan qorxuları yoxdurmu? Gizli məhkəmə dedim. Bəlkə də belə bir məhkəmə yoxdur, ancaq gizli bir əl var. Bu əl gecə-gündüz türk və Atatürk izlərini silməklə məşğuldur. Bir də gözünü açırsan Atatürk hava limanının biletlərində də Atatürk sözünü bula bilmirsən. "İstanbul. Terminal 1 və ya 2". Vəssalam. Atatürkün daşı çox ağırdır! Ötən yüzildə yadelli düşmənlər qaldıra bilmədilər, başlarına düşdü. Məncə, indi də onu qaldırmağa çalışanlar öz başlarını da düşünməlidirlər... Türk gəncliyinə andı unutduranların niyyəti onlara fatihə öyrətməkdir ki, türklüyə fatihə oxusunlar... "Türk" sözü Türkiyədə, eləcə də Azərbaycanda niyə bu qədər qıcıq doğurur? Bəlkə elə düşünürlər ki, illər boyu bizim axırımıza çıxdılar və indi türkə nə qədər istəsələr həqarət edə bilərlər? Atatürk "türkəm" sözü arxasında yalnız türk etnik kimliyini düşünmürdü, Türkiyədə yaşayan bütün insanların birliyini, bərabərliyini düşünürdü! Bu etnik milliyyətçilik deyildi, vətəndaş millətçiliydi, dövlət təəssübüydü, Türkiyədəki xalqları birləşdirib qorumağın yeganə yoluydu. Amerikan, fransız, ispan qavramları də eyni şəkildə, öz ölkələrində birləşdirici amildir. Həmin ölkələrdə kim bu sözlərə həqarət edə bilər? Bunu anlamayanlar, zəhmət çəkib, tarixə baxsınlar. Oğuz xan dövlətin başına keçərkən ətrafındakılara "mən sizi oğuzladım" demişdi. Bu, bir işarəylə bütün fərqli etnosların bir anda oğuza çevirmək istəyi deyildi. Bu, o deməkdi ki, "bundan sonra mən sizin hamınıza bir gözlə baxıram"... Osmanlı, özbək isimləri də belə yaranmışdı. Atatürk "türkəm" yerinə nə deyə bilərdi? Anadoluda Şumer, Troya zamanından yaşayan bir türklük var, səlcuqlar onların qədim, ancaq unudulmamış iziylə gəlmişdilər. Bu dövəti quran, qanıyla, canıyla qoruyan insanlar türkdür. Bunu deməklə başqa xalqlar inkar edilmir, Atatürkün dahiliyinin nəticəsidir ki, bu gün Türkiyədə etnik-mədəni kimliklər də yaşayır, kimsə kimsənin özünü kürd və ya bosnak saymasına mane olmur. Lakin onların hamısını qardaşlıq duyğusuyla ətrafında cəmləşdirib əyilməz gücə çevirən türkdür. Türk hamıya qucaq açıb. İslam dünyasının çeşidli bölgələrində, Rusiyada, Çində zülm görənlər də Türkiyəyə qaçıb, Türkiyəyə sığınıb, türk olmaqla fəxr ediblər. İndi arxayınçılığa çıxandan, məhv olmaq təhlükəsi keçib-gedəndən sonra sığındığın qucağa təpik atmaq nankorluqdur. Bu gün türk sözünü inkara qalxanların Qurtuluş savaşındakı düşmənlərdən heç bir fərqi yoxdur! Ölkədə demokratiyanı gəlişdirmək bəyanatları, çeşidli açilımlar bir xalqı dirçəldib başqasını boğacaqsa bunun nəyi demokratiyadır? Türkü inkarla, adını dilə gətirməməklə başqa xalqların silahına və hər cür tələbinə boyun əymək qardaşlıq deyil, qardaşlığın axırına çıxmaq, Türkiyəni arasıkəsilməz münaqişələrə sürükləməkdir. Kürdü, lazı, gürcünü, kimi istəyirsiniz böyüdə bilərsiniz, hər xalqa sayğı göstərilməlidir, ancaq Türkiyənin və böyük Türk xalqının kicildilməsi, aşağılanması hesabına yox! Azərbaycanda heç vaxt türk-kürd ayrılığı olmayıb, qardaş kimi yaşamışıq. Amma bu gün terror başçıları əllərindəki silaha güvənərək, Güney Azərbaycandakı 35 milyon Azərbaycan türkünü yox sayaraq, az qala Urmiyanı da kürd şəhəri hesab edir, Təbrizə də dil uzadırlar. Bu iddialar məcbur eləyir deyək ki, əziz qardaşlar, cinlilər, hindistanlılar sürətlə çoxalırlar deyə, bütün dünyaya və ya bütün qonşu torpaqlarına iddia eləyə bilməzlər! Diyarbəkir yüzillər boyu Azərbaycan türklərinə məxsus olmuş bir şəhərdir, Uzun Həsən zamanında və bir sıra başqa dönəmlərdə Azərbaycanın paytaxtı olub. Çaldıran savaşından sonra on minlərlə Azərbaycan türkü ordan köçüb getdi və etnik tərkib dəyişildi. Bu gün türk sözünü meydandan götürmək olar, lakin Diyarbəkirin tarixindən, havasından, suyundan, dağlarının hafizəsindən silmək olmaz! Atatürk dünyaya göz yumarkən vaxtı soruşub: "Saat kaç?" Bu, onun son sözləri olub. Bilirdi ki, onun gedişiylə öz saatı dayansa da Türkiyənin, türk xalqının zamanı, yolu dayanmayacaq. Türk sözü Sakadan Balkanlara, Avroasiya boyda bir genişlikdə min illərdir dipdiri yaşayır. Nə yaxşı, Türkiyədə türk sözünə saldıranların əli oralara çatmır...
2013-11-10
1,399
Tehranda hava o qədər çirkləndi ki...
İranın paytaxtı Tehranda havanın normadan artıq çirkli olması səbəbiylə bütün məktəblərdə, körpələr evləri də daxil olmaqla, dərslər 3 günlük təxirə salındı. "Axar.az"ın xəbərinə görə, havada 2,5 mikrondan daha kiçik partikül sayında artım olması sağlamlıq üçün təhlükə meydana gətirib. Məsul qurum fövqəladə vəziyyət çərçivəsində dövlət idarələrinin iş saatlarının qısaldıldığını da bildirib. Tehran şəhər meri digər məktəblərdəki idman dərslərinin açıq sahələrdə keçirilməməsi barədə bütün məktəblərə xəbərdarlıq edib. Səlahiyyətlilər ürək və tənəffüs problemi olan vətəndaşların açıq havada gəzməmələrini tövsiyə edib. Paytaxt Tehranda əvvəllər də bir neçə dəfə hava çirklənməsi səbəbindən məktəblər və dövlət idarələri fəaliyyətini dayandırmışdı. Havanın həddən artıq çiklənməsinin səbəbi olaraq nəqliyyat vasitələrinin həddən artıq olması, eləcə də İraqdan əsən küləyin təsiri nəticəsində gələn qum dənəcikləri göstərilir.
2013-11-10
1,400
Tarif Şurası qiymətlərin qalxmasına "yox" dedi
Azərbaycan 2014-cü ildə gömrük tariflərini artırmaq niyyətində deyil. "Axar.az" Trend in məlumatına əsasən xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev 2014-cü il dövlət büdcəsində gömrük orqanlarının xətti ilə daxilolmaların artırılması mənbələri haqqında sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, daxilolmaların artımına ölkəyə idxalın gözlənilən artımı, sərhədyanı ərazilərdə ticarətin daha mədəni formada aparılması və onun gömrük bəyannaməsinə cəlb edilməsi rəvac verir. A.Əliyev qeyd edib ki, DGK son 10 ay ərzində dövlət büdcəsinə illik 1,38 milyard manat proqnozla 1,134 milyard manat köçürüb. Gələn il üçün daxilolmalar üzrə proqnoz 1,51 milyard manat səviyyəsində müəyyənləşdirilib. Qeyd edək ki, hazırda Azərbaycanda gömrük tarifləri 1995-ci ildə qəbul edilmiş qanun əsasında tənzimlənir.
2013-11-10
1,401
Əyləncə gecəsi qanla bitdi
Hyüstonun şimal səmtindəki evlərdən birində keçirilən əyləncə gecəsində bir neçə nəfər ölüb, daha 16 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Bu haqda Xarris dairəsinin şerifi xəbər verib. Onun sözlərinə görə, atışma gecə vaxtı Ençented Krik küçəsindəki evlərdən birində baş verib. Bu vaxt həmin binada keçirilən gecədə 60-70 nəfər yuxarı sinif şagirdi iştirak edirmiş. Atışmadan küyə düşən gənclər bayıra qaçmaq istəyərkən basabas düşüb və arzuolunmaz vəziyyət yaranıb. Polis hadisədə şübhəli bilinən iki nəfəri axtarır.
2013-11-10
1,402
Adam öldürməyə hazır olan taksi sürücüsü...
Adam öldürməyə hazır olan taksi sürücüsü... Adım Maildi. Əliyev Mail. Zəngilandan məcburi köçkünəm. 43 yaşım var, ailəliyəm, üç uşaq (iki qız, bir oğlan) atasıyam. Saray qəsəbəsində kirayədə yaşayıram. Taksi sürücüsüyəm. İt günü Günümü soruşan olsa, düşünmədən deyərəm: it günündə! İldən-gündən xəbərim olmur. Nəyimə lazım, nə fərqi var?! Ancaq indi bilirəm ki, sentyabrdı, (layihə sentyabrda hazırlanıb.- red.) dərslər, daha doğrusu, dərdlər başlayır. Alınmır, aldırırıq Çörəyimi daşdan çıxarıb dolanmağa çalışıram. Alınmır. Aldırırıq. Çünki buna məcburuq. Problemlərin altında xürd-xəşil olmuşuq. Ailədə 6 nəfərik. Anam, yoldaşım, uşaqlarım. İşləyən tək mənəm. Anam 80 manat pensiya alır, məcburi köçkün kimi 70 manat müavinət verirlər. Sürücülükdən isə qazancım ayda üç-dörd yüz arası olur. Onun da iki yüzünü verirəm maşının icarəsinə. Elə ay olur ki, onu da verə bilmirəm. İkisi də rüşvətdi, amma… Lisenziyanı soruşursunuz, ancaq baxın, lisenziya belədi ki, Nəqliyyat Nazirliyi ayda 60 manat istəyir. İşçiləriylə düz-qoş etmişəm, ayda 30 verirəm. Düzdü, ikisi də rüşvətdi. Amma neynəmək olar?! Birdəfəlik həll eləmək də olmur. İllik var, o da 1500 manatdı. Həm də bununla bitmir axı, bunun vergisi, sığortası, sosialı var… Onun pulunu verincə ölüb-dirilirəm Mən nə yaxşı ata, nə yaxşı ər, nə də yaxşı övladam. Sadəcə, onlara acından ölməmələri üçün çörək aparan bir fiquram. Qızımın biri onda, biri səkkizdə, oğlumsa ikidə oxuyur. Məktəb açılır, mən onlara hələ də paltar ala bilməmişəm. Hələ böyük qızın əlavə məşğələləri var. Onun pulunu verincə ölüb-dirilirəm. Yoldaşıma da demişəm ki, ac-susuz qalsaq da, uşaqları mütləq oxudub adam etməliyik. Bizim çəkdiyimiz zülmü çəkməsinlər deyə. And içə bilərəm ki, mənim uşaqlarım bir dəfə də olsun bulvara getməyib. "SOCAR"a, "BP"yə sürücü götürməyə 2000 manat istəyirlər Vəziyyət çox çətindi. Ancaq yoldaşım anlayışlıdı. Düzdü, bəzən onun da dözümü qalmır, deyinir, dava-dalaş çıxır evdə. Haqlıdı da. Amma neynəmək olar?! Taleyimizdi də. Uşaqlar çox şey istəmir. Telefon-filan, belə şeylər. Bircə böyük qızım hər gün deyir: @Ata, mənə kompüter al". Mən də aldadıram. Hər gün deyirəm, alacam. Amma necə?! Xəcalətliyəm ailəmin qarşısında. Belə, zəhmətkeş adamam ee, işdən qorxmuram. Babat maaş versələr, 24 saat işləməyə hazıram. Şirkətlərə müraciət edirəm, CV yazıb qoyuram, oralarda da iş yoxdu. Olanda da maaşı elə eynidi, üç yüz manat. Yenə beş yüz olsa, çulumuzu sudan birtəhər çıxararıq. Neft Şirkəti yaxşı maaş verir. "Socar", "BP" - onlarda da 500 manat maaşa 1000, 800 manata isə 2000 rüşvət istəyirlər. Bəs o iki ayı necə yaşayaq? Düzdü, iki aylıq maaşımı verib işlərəm. Ancaq fikirləşirəm ki, bəs o iki ayı necə yaşayaq? O hesabdan kənara çıxsaq, batarıq. Bizdən o pulu istəyənlər orayla əlaqəsi olan adamlardı, hətta taksi ilə durduğumuz əraziyə gəlib tez- tez təklif edirlər bizə. Prezidentimiz yaxşıdı… Gününü dəqiq bilməsəm də, bilirəm ki, prezident seçkisi oktyabrda olacaq. Mən həmişə seçkilərə getmişəm. İlham Əliyevin danışıqları məndə həmişə umid yaradır: Hər dəfə yaxşı olacağını deyir axı. İnanıram ki, yaxşı olacaq. O boyda kişi özü deyir ee bunu. O gün çıxışına baxdım, əlinə döndüyüm, gördüz necə tənqid etdi məmurları?! Demişəm də, prezidentimiz yaxşıdı, ətrafdakı məmurlar pisdi. Məncə, onun xəbəri olmur yerlərdəki məmurların özbaşınalığından-zaddan. Xalq azaddı, amma acdı Düzdü, biz neft ölkəsiyik, daha yaxşı yaşamağa haqqımız var. Odey, bax Kuveytə, ərəb ölkələrinə, gör xalqı necə yaşadırlar? Mən işimlə əlaqəli xarici vətəndaşlara çox danışıram. Onlar deyir, siz belə yaşayışa layiq deyilsiz. O gün bir türk vətəndaşı deyir: "İndi gərək sizin ən kasıb vətəndaşınızın belə qapısının dəstəyi qızıldan ola". Baxdım ki, düz deyir də, vallah. Hansı xalqdan əskiyik?! Əvvəllər ANS-ə baxıb inanırdım Televizora baxmağa vaxtım olmur. Axşam gedirəm evə, bir tikə çörək yeyib yatıram. Əvvəllər ANS-ə baxıb inanırdım ki, düz danışırlar. Düzünü desəm, bu dəqiqə evdə televizor işləmir. Kanallar qarışıb bir-birinə. 20 manat lazımdı usta gətirib kanalları yenidən yığdırmağa. İsrail əjdaha sənətkardı Ağadadaşı, Məhəbbət Kazımovu, Baloğlanı, İsrail xoşlayıram... İsrail əjdaha sənətkardı. Yazıçılardan Bəxtiyar Vahabzadəni, şairlərdən… hmmm… Nədi o, naxçıvanlı, Arazdı adı. Hə, ay sağ ol, Məmməd Araz. Adlarını eşitmişəm də, şəxsən hardan tanıyacam?! İyirmi beş ildi nazirdirlər Millət vəkili nədi? Hə, deputat… Deputatlardan heç birini, nazirlərin əksəriyyətini tanıyıram. İyirmi beş ildi nazirdilər də, necə tanımayım?! Məsələn, cənab Ramil Usubov, cənab Ziya Məmmədov və s. Xəyalıın belə qura bilmədiyi arzu Öz evimizin olmasıdı ən böyük arzum. Beş min manat tapsam, torpaq alaram. Heç birini bilmir Vallah, başımı elə itimişəm, həyat yoldaşımın, uşaqların heç birinin ad gününü bilmirəm. Bildiyim təkcə özümküdü. Fevralın 23-ü. Balıq bürcündənəm. Yoldaşına sonuncu hədiyyəsi Üç ay əvvəl yoldaşıma ətir bağışlamışam. Ucuz da olsa, "8 mart"da, "Sevgililər günü"ndə hədiyyə alıram. Heç vaxt Yox əşi, nə danışırsız, ailəlikcə yeyib-içmək üçün hansısa bir restorana, kafeye getmək nədi? Əlbəttə, bir qadın kimi belə şeylər yoldaşımın ürəyindən keçə bilər. Bəzən deyirəm də: gedək, birlikdə gəzək-filan. Deyir: çöldə xərclədiyimiz pulu bir dərdimizə-sovumuza verərik. "Bazlıq", xəyanət… Kişiyik də. Bazlıq da olmalıdı. Amma elə işlərə də kasıbçılıq imkan vermir. Hətta bir xanım deyəndə ki, gedək bir yerdə yemək yeyək, məcburən "yox" deyirəm. Düzdü, yoldaşım mənə görə bütün qadınların ən gözəlidi, amma bunun məsələyə dəxli yoxdu. Elə belə, ötəri münasibətlər xəyanət sayılmır, məncə. Bir dəfə xəyanətimi bilib bağışlayıb, ikinci dəfə bağışlamaz. Ona görə ehtiyat edirəm. Ümumiyyətlə, kişilər gərək qadınına belə şeyləri hiss elətdirməyə. Adam öldürə bilərəm Bəlkə də adam öldürə bilərəm. Namus üstündə. Necə yəni namus nədi? Hər şey. Namussuz adam necə yaşaya bilər? Namus qeyrətdi. Qeyrət nədi? Hər şey. İzah eləməkdə çətinlik çəkirəm, amma mənim üçün hər şeydi. Zəngilan qaytarılsa... Oynaya-oynaya gedərəm. İnanıram ki, qaytarılacaq. Ancaq artıq belə başa düşmüşəm ki, bizim taleyimiz öz əlimizdə deyil. Rusların əlindədi. Telefon zəngi Evdəndi. Yox, yoldaşıma deyə bilmərəm ki, bir jurnalist xanımla oturub, müsahibə verirəm. Gülməli gələr ona. Qısqanclığı bir yana, deyəcək ki, işin-gücün yoxdu? Nə xeyri var onun bizə?..
2013-11-10
1,403
Gəlinsiz qalan bəyin vəziyyəti necə olacaq?
Noyabrın 3-də Ağcabədidə baş verən qeyri-adi olay bütün ölkədə ajiotaja səbəb oldu. Hələ də haqqında danışılan gəlinin toydan qaçma hadisəsinə münasibətlər birmənalı deyil. Əksər hallarda hər kəs qadının tərəfində olsa da, bu dəfə vəziyyət fərqli oldu. Bəs bu vəziyyətdə bəyin hüquqlarını kim və hansı qanun qoruyur və ya qorumalıdır? Bəyin çəkdiyi xərc geri ödəniləcəkmi? Hüquqşünas Cəmilə Səmədovanın fikrincə, oğlan qızı qaçırırsa, bu, başqa haldır. Bu zaman bəyə 8-12 il arası həbs müddəti düşür. Amma indiki vəziyyətdə xanıma heç bir cəza vermək mümkün deyil. Hadisədə bəyin heç bir hüququ pozulmayıb. Yeganə olaraq bəyin toya çəkdiyi xərc geri ödənilməlidir. Hüquqşünas Aytəkin İmranovanın fikrincə isə, hazırda qanunvericilikdə bununla bağlı boşluqlar var ki, onları tənzimləmək mümkün deyil. Bu cür hallarda yalnız bəyin bütün maddi zərəri kompensasiya edilməlidir. A.İmranova qeyd edir ki, indiki durumda bəyin verdiyi bütün zinət əşyaları, nişanlı vaxtlarda verilən hədiyyələrin hər biri ona geri qaytarılmalıdır. Qeyd edək ki, çəkilən xərclərin ödənilməsi üçün artıq bəyin anası Zülfiyyə Əliyeva ərizə ilə polis bölməsinə müraciət edib. Onun iddiasına görə, toya ümumilikdə 10 min manata yaxın pul xərclənib. O, dəymiş ziyanın ödənilməsi və qıza verilmiş qızılların geri verilməsini tələb edir. Məsələ ondadır ki, bu, ölkədə baş verən ilk belə hadisə deyil. Buna bənzər hadisə ötən ay da baş vermişdi. Bakıda "Röya" şadlıq sarayında toy mərasimi keçirilən 1979-cu il təvəllüdlü Yusub gəlini pis vəziyyətdə qoyaraq, mərasimə gəlməmişdi.
2013-11-10
1,404
Taliban Pakistanı cadugərlikdə ittiham etdi
"DAWN" qəzeti taliblərə istinadən yazır ki, Pakistan hökumətinə qarşı savaş aparan "Tehriki-Taliban Pakistan" bu ölkənin iqtidarını cadugərlikdə ittiham edib. Taliblər bildirib ki, Pakistan hökuməti caduların yardımı ilə Talibanın keçmiş rəhbəri Həkimullla Məsudu aradan götürməyə çalışıb. "Təhriki-Taliban-i Pakistan" bildirib ki, noyabrın birində ABŞ pilotsuz təyyarələri tərəfindən öldürülən Məsud ömrünün son günləri bir ərəb mütəxəssisinin yanında "mənəvi şəfa" kursu keçib. Ona qədər isə Məsudda hər hansı xəstəliyin simptomu olmayıb, sadəcə başı ağrıyıb, bədəninin başqa əzalarında da ağrılar olub, ancaq Pakistan hakimiyyətinin cadu əməlləri üzündən halı qəfildən pisləşib. Səhra komandiri Maulan Fəzlullah "Təhriki-Taliban"ın yeni lideri seçilib, taliblər isə öldürülən Məsudun intiqamını almaq haqda fikirlərini dilə gətiriblər. Taliblər həmçinin elan ediblər ki, bundan sonra hakimiyyətlə sülh danışıqları aparmayacaqlar. Təşkilatın yeni rəhbəri özü də buna qarşı çıxır.
2013-11-10
1,405
Nazirliyin yarmarkasında insident; Məmur-satıcı davası
"Axar.az" xəbər verir ki, insident saat 13 radələrində yarmarkada meyvə satıcısı ilə özünü dövlət məmuru kimi təqdim edən şəxs arasında yaranıb. Qiymət və çəki üstündə yaranan insidentdə satıcı özünü məmur kimi təqdim edən şəxsi söyüş söyməkdə, təhqiramiz ifadələr işlətməkdə günahlandırıb. Səs-küyə yarmarkaya nəzarət edən polis əməkdaşları gəlib. Ancaq mübahisə edən tərəfləri sakitləşdirmək mümkün olmayıb ("Aznews.az"). Əraziyə çox sayda satıcı və alıcının toplaşdığını, səs-küyün artdığını görən polis əməkdaşı mübahisə edən tərəfləri problemi həll etmək üçün nəzarət otağına aparmağa məcbur olub. Nəzarət otağında satıcı özünü məmur kimi təqdim edən şəxsin onu təhqir etdiyini bildirməkdə davam edib və ondan xidməti vəsiqəsini göstərməyi tələb edib. Vəziyyətin daha da gərginləşdiyini görən polis əməkdaşı insidenti aradan qaldırmaq üçün Kənd Təsərrüfatı Nazirliyini əməkdaşını çağırmağa məcbur olub. Yalnız bundan sonra tərəfləri sakitləşdirmək və yarmarkanın fəaliyyətini tam bərpa etmək mümkün olub.
2013-11-10
1,406
Adana səmasında UNO göründü - Video
Türkiyənin Adana şəhərində ötən ay - oktyabrın 23-də görünən uçan cismin Uçan Naməlum Obyekt olduğu təsdiqlənib. "Axar.az" xəbər verir ki, Adanada, İncirlik hərbi bazası ilə E5 otobanının kəsişdiyi bölgədə görünən obyektin görüntüləri təhqiqata göndərilib. "Sirius UNO" Kosmos Elmləri Araşdırma Mərkəzində araşdırmalardan sonra görüntülərin montaj olmadığı, həqiqəti əks etdirdiyi rəsmən təsdiqlənib. Təşkilat açıqlamasında, "Fotoşəkillərdəki cismin UNO olduğu təsbit edilmişdir", - bildirilir.
2013-11-10
1,408
Mənşəyi bilinməyən çörək bişirilir - Şəmkirdə
Şəmkir şəhərində çörəkbişirmə sexi kimi fəaliyyət göstərən "Qaralar" MMC-nin işi dayandırılıb. Məlumatı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Gəncə ərazi idarəsi yayıb. İdarədən bildirilib ki, "Qaralar" MMC-yə məxsus çörəkbişirmə sexində aparılan reyd zamanı çoxsaylı nöqsanlar aşkar edilib. Yoxlama zamanı sexdə mənşəyi məlum olmayan sudan, duzdan, mayadan, yağlardan və digər məhsullardan istifadə olunduğu üzə çıxıb. Bundan başqa, xəmirin antisanitar şəraitdə hazırlanması və bişirilməsi də müəyyən olunub. Nöqsanlarla əlaqədar "Qaralar" MMC-nin fəaliyyəti dayandırılıb.
2013-11-10
1,409
Ceniferin “kuklası” aranı qarışdırdı
Dünyaca məşhur oyuncaq şirkəti olan "Mattel" tanınmış müğənni Cenifer Lopezin gəlinciyini hazırlayıb. Öz "Barbi" gəlincikləri ilə dünyada populyar olan şirkət məşhur müğənni Ceniferin gəlinciyində müəyyən yanlışlığa yol verib. Gəlincikdə müğənniyə xas olan bəzi özəlliklər əks etdirilməyib; onun ombaları gəlincikdə hədsiz kiçik təsvir edilib. Hadisədən sonra "Barbi" gəlinciklərini hazırlayan "Mattel" şirkəti etiraz reaksiyaları ilə qarşılaşıb. Lopezin fanatları "Twitter" sosial şəbəkəsində, "Şirkət bizi böyük xəyal qırıqlığına uğratdı", - kimi şərhlər yazıblar. Lopezin "kuklası"nı özü ilə müqayisə edənlər isə sosial şəbəkədə şəkilləri paylaşmaqla aksiyalarına haqq qazandırmaq istəyirlər.
2013-11-10
1,410
Millət vəkilinin kortejində qəza - 1 nəfər öldü
Erqani mahalında AK Partiya Diyarbəkir millət vəkili Mina Nataraz Bəyazın avtomobili karvanında maşınlardan birində yaranan nasazlıq nəticəsində yol qəzası baş verib. Qəza nəticəsində 1 nəfər ölüb, 2-si yaralanıb. "Axar.az"ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Çermik mahalından Diyarbəkirə dönən AK Partiyalı millət vəkili Bəyazın kartejindəki avtomobillərdən birini idarə edən Mədət Aydın qəzaya uğrayıb. Qəzada yaralanan sürücü Aydın Mədət, İrfan Avşar və Mehmet Cüneyd Güngör Diyarbəkir Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib. Yaralılardan Güngör bütün müdaxilələrə baxmayaraq, həyatını itirib. Digər 2 yaralının vəziyyətinin yaxşı olduğu bildirildi. Qəzanın ardından vali Mustafa Cahid Kıraç, AK Partiya Diyarbəkr millət vəkilləri Mehmet Süleyman Həmzəoğulları və Oya Eronat ilə Təhlükəsizlik rəhbəri Rəcəb Güvən Diyarbəkr Təhsil və Araşdırma Xəstəxanasına gəlib. Kədərli görünən millət vəkili gözyaşlarını saxlaya bilməyib.
2013-11-10
1,411
Başımızın üstündəki qılınc
Rusiyada yaşayan azərbaycanlılara qarşı başlanan "əcinnə ovu" kampaniyası getdikcə genişlənir. Hələ seçkidən xeyli öncə başlanan bu diskriminasiya prosesi ilə bağlı o zaman belə gümanlar vardi ki, Rusiya bu yolla Azərbaycan iqtidarına təsir göstərib, ona öz şərtlərinini qəbul etdirmək istəyir. Putinin seçki ərəfəsi səfərindən sonra ölkədə antirusiya ritorikasına son verməsi belə təəssürat yaratdı ki, şimal qoşumuzla diplomatik problem aradan qalxıb və demək, Rusiyada yaşayan azərbaycanlılara da münasibət dəyişəcək. Ancaq proqnozlar doğrulmadı: Orxan Zeynalov hadisəsi ilə azərbaycanlıların sıxışdırılması və təzyiqlərə məruz qalması yenidən gündəmə gəldi. Əlbəttə, bu baş verənlərə kriminal olaylar kimi baxmaq doğru olmazdı. Düzdür, Rusiya cəmiyyətinin kriminal göstəriciləri kifayət qədər yüksəkdir. Bu ölkədə əvvəllər də ruslar və başqa millətlərin nümayəndələri cinayətin qurbanı olublar. Lakin Orxan Zeynalovla bağlı baş verənlər və bu işin Rusiya Daxili İşlər Nazirliyi səviyyəsinə qədər qaldırılması onu göstərdi ki, olayın arxasında siyasi məqsələr güdülür. Rusiyanın azərbaycanlı (həm də qafqazlı, Orta asiyalı) miqrantlara qarşı başlatdığı bu sıxışdırma kampaniyası ilə həmvətənlərimizi oradan çıxarmaq istədiyi o qədər də inandırıcı görünmür. Çünki sayı iki milyona çatan azərbaycanlı miqrantların bu ölkədə xidmət sektoru sahəsində xüsusi ağırlığı var və bu boşluğun yaranması Rusiya üçün diqqətə alınmayacaq problem sayılmır. Daha çox ehtimal olunur ki, bu təzyiqlərin son vaxtlar daha da intensivləşməsi qarşıdan gələn Vülnüs samiti ilə bağlıdr. Rusiya Azərbaycanın Avropa Birliyinin təklif etdiyi assosasiya sazişini imzalamasından çox narahatdır və bu, strateji baxımdan Qərbin Qafqazda söz sahibi olması, Rusiyanın yaxın maraq dairəsi saydığı ərazilər üzərində təsirini itirməsi deməkdir. Ona görə də miqrantların sıxışdırılması ilə Azərbaycan təhdid olunur. Azərbaycanı bu təhdidə açıq edən səbəb ölkəmizdəki mövcud durumdur. Çünki bu gün Rusiyaya üz tutan yüz minlərlə azərbaycanlının əsas məqsədi qazanmaq, iş sahibi olmaqdır. Azərbaycanın son illər iqtisadi vəziyyəti öz vətəndaşlarını yüksək səviyyədə saxlamağa imkan versə də, mövcud vəziyyət - korrupsiya, inhisarçılıq, məmur özbaşınalığı – bu imkanları vətəndaşlardan alır və nəticədə, Rusiya yüz minlərlə narazı insanı geri qaytarmaq təhdidi əldə edə bilir. Demək, bu gün ölkədə mövcud olan problemlər aradan qaldırılmazsa, ölkədən didərgin düşmüş həmvətənlərimiz Rusiyanın əlində daimi təzyiq vasitəsi olacaq. Demək, bu gün xarici təhdidlərdən qurtulmağın yolu ilk növbədə bütövlükdə Azərbaycan vətəndaşlarının rahat həyatına imkan yaradan dəyişikliklərin edilməsindən keçir. Çünki Rusiya azərbaycanlı miqrantlardan bu gün təzyiq vasitəsi kimi istifadə edirsə, sabah daha radikal qərarlara əl atmayacağına da təminat yoxdur.
2013-11-10
1,412
Qitələrarası derbi - "Fənərbaxça" qalib gəldi
Bu gün Türkiyə "Spor Toto Super Liqa"sında "Fənərbaxça" əzəli rəqibi olan "Qalatasaray"la qarşılaşacaq. Lider "Fənərbaxça" son iki ilin çempionu "Qalatasaray"ı sınağa çəkəcək. Rəqibindən 6 xal geri qalan "cim-bom"luların əsas hədəfi "Fənərbaxça"yla arada xal fərqini azaltmaqdır. Turnir cədvəlində "Fənərbaxça" 25 xalla ilk sırada yer alarkən, "Qalatasaray" 19 xalla dördüncü sırada qərarlaşıb. Bu gün, əzəli rəqiblər 376-cı dəfə qarşılaşacaq. Geridə qalan 375 qarşılaşmada, Fənərbaxça 142 qalibyyət əldə edərkən, sarı-qırmızılılar 120 qələbə əldə edib. 113 qarşılaşmada isə qalib müəyyənləşməyib. Xatırladaq ki, "Qalatasaray" 14 ildir "Şükrü Saracoğlu"nda "Fənərbaxça"ya qalib gələ bilmir. Qeyd: "Axar.az" olaraq "Fənərbaxça" – "Qalatasaray" qarşılaşmasını onlayn təqdim edəcəyik. Aşağıda qeyd olunan ("Fənərbaxça" - "Qalatasaray") linkə daxil olaraq, qarşılaşmanı canlı izləyə bilərsiniz. "Fənərbaxça" - "Qalatasaray" Yekun hesab: "Fənərbaxça" 2 - 0 "Qalatasaray" Əmrə Belezoğlu, 23 dg. (pen.) Kristian Baroni, 66 dg.
2013-11-10
1,413
Səkkiz guşə ayaqlar altında - Ukraynadan baxış
Bu yaxınlarda Bakıda keçirilən III Beynəlxalq Humanitar Forumdan qayıtmış ukraynalı alim dostum Oleq Kupçikin qaldığı mehmanxana (Four season) dəniz kənarında yerləşir. Oradan Bayıldakı bayraq meydanı üzərində dalğalanan üçrəngli, ay və səkkiz guşə ulduzlu əzəmətli bayrağımız çox gözəl görünür. Bakıdan qayıtmış ukraynalı qonaqlar mənə bu bayrağın tarixi, onun üzərindəki rəng və elementlərin, işarələrin mənası ilə bağlı suallar verdilər. Xatırladım ki, Azərbaycanda üçrəngli dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib. 1920-ci il aprelin 28-də Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra bu bayraqdan imtina edilib. Azərbaycan dövlətinin rəmzlərinin toxunulmaz, müqəddəs olması Konstitusiyanın 23-cü maddəsində öz əksini tapıb. Bayrağımıza sayğı himnimizdəki aşağıdakı ifadələrdə öz əksini tapir: Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə, Cümlə gənclər müştaqdır! Şanlı Vətən, şanlı Vətən! Azərbaycan, Azərbaycan! Bu gün doğma Azərbaycanımızın üç rəngli bayrağı dövlət orqanları, səfirliklər, beynəlxalq təşkilatların üzərində əzəmətlə dalğalanaraq, müstəqilliyimizə, suverenliyimizə işarə edir. Bayrağımızda olan mavi rəng türkçülüyün; qirmizi rəng müasirlik və demokratiyanın; yaşıl rəng islamın simvoludur. Bəs səkkizguşəli ulduzun mənşəyi nədir? Umumiyyətlə, bir çox dövlətlərin bayraqlarında beş, altı guşəli ulduzlar var. Hələ qədim zamanlarda müxtəlif tayfalar 5,6,7,8 guşəli ulduzları özlərinin rəmzi kimi seçir və onların mistik məna daşıdığına inanır, bu rəmzləri müqəddəsləşdirirdilər. Səkkizguşəli ulduzun tarixi çox qədim zamanlara gedir. Qədim şumerlərdə səkkizguşəli ulduz heroqlif-işarə olaraq, "tanrı, səma, ulduz" anlamını daşıyırdı. Vavilonda isə bu ideoqramma "tanrı, günəş, ulduz, il" anlamındaydı. Qədim Hindistanda isə səkkizguşəli ulduz kişi və qadın birliyini ifadə edərək, həyat və yaradıcılıq rəmzinə çevrilmişdi. Qədim Çində isə dünyanın səkkiz tərəfinin (dörd əsas və dörd aralıq) olduğunu iddia edir və bunu səkkizguşəli ulduzla ifadə edirdilər. Səkkizguşəli ulduz eyni zamanda çoxallahlı inanclı sistemə dayanan qədim tayfalarda dörd qadın və dörd kişi ilahəsinin rəmzidir. Səkkiz şaxədən ibarət sufi təlimini səkkizbucaqlı ulduz simvolizə edir. Əgər yəhudilərin rəmzi olan və dövlət bayraqlarında təsvir olunmuş Davud ulduzu təpələrindən biri yuxarı, digəri isə aşağı baxan iki bərabər tərəfli üçbucaqdırsa, səkkizguşə ulduz isə 45 dərəcə bucaq altında üst-üstə qoyulmuş iki kvadratdan ibarətdir. Kvadrat dördtərəfli fiqur olduğundan, dörd istiqamətə, dörd fəsilə, həyatın dörd əsasına, yəni, "torpaq, hava, su, atəşə" işarədir. Türkmənistanın dövlət gerbi səkkizguşəli ulduz fonunda yerləşir. Türkmənistanın prezident standartında da səkkizguşəli ulduz yaşıl bayraq üzərində öz əksini tapıb. Bir çox müsəlman-türk tayfalarında səkkizguşəli ulduz memarlıq, tətbiqi incəsənət dekorasiyasına çevrilib. Səkkizguşəli ulduz Türkmənistanın paytaxtı Aşqabadın bir çox məscidlərinin günbəzini bəzəməklə, cənnətin darvazaları anlamını verir. Qədim türk məskənlərindən biri olan Krımın bir çox əski camilərinin günbəzlərini səkkizguşəli ulduz şəklində olan naxışlar bəzəyir. Yəni, bu gün də səkkizguşəli ulduz təkcə Azərbaycan və azərbaycanlılar üçün deyil, digər türk kökənli millətlər üçün də müqəddəs rəmzə çevrilib. Bəs bizim bayrağımızın üzərindəki səkkizguşəli ulduzun mənası nədir? Tarixçilərin bildirdiklərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda, orada rənglərin mənası göstərilib. Amma səkkizguşəli ulduzun mənası açıqlanmayıb. Bayrağın üzərindəki səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var. Hətta alim və tədqiqatçıların da bu məsələdə fikirləri üst-üstə düşmür. Tarixçi Cəbi Bəhramov: "Bayrağın üzərindəki səkkizguşəli ulduzun mənasına gəlincə bu, "Azərbaycan" sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada "Azərbaycan" sözü səkkiz hərflə yazılır. Tarixçi alim Cəmil Həsənli bildirib ki, ay-ulduz türk simvolları hesab olunur. Qədim türk mifologiyasına görə, ulduzların sayı həmin xalqların taleyində rol oynayır. Ulduzlar səkkiz guşə kimi düzüləndə, həmin xalqın taleyində xoşbəxt hadisə baş verir". Səkkizguşəli ulduzun mənasını tarixçi alim Akif Məmmədli belə açıqlayıb: "Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərkən səkkiz prinsipə əsaslanıb: bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir". Nəsib Nəsiblinin sözlərinə görə, ulduzun səkkizguşəli olması ilə bağlı müxtəlif versiyalar var: "Səkkizguşəli ulduz "cənnətin səkkiz qapısı" anlamına gəlir. Səkkiz rəqəmi daha çox şiəliklə bağlıdır. Bu, həmin dövrdə Azərbaycan əhalisinin çoxunun şiə olması ilə də izah oluna bilər. Həmin dövrdə Osmanlı dövlətinin bayrağı yeddiguşə ulduzlu idi". N. Nəsiblinin sözlərinə görə, Cümhuriyyət qurucularının məhz bu ideyaya görə bayrağı səkkizguşəli etdiklərini demək çox çətindir və risk tələb edir: "Bu, ehtimallardan yalnız biridir. Beş guşəli ulduz xristianlığı, altı guşəli ulduz yəhudiliyi, yeddi guşəli ulduz sünniliyi, səkkiz guşəli ulduz şiəliyi, doqquz guşəli ulduz isə bəhailiyi ifadə edir. Hər halda, səkkizguşəli ulduzun mənaları ilə bağlı elə bir konkret izaha rast gəlməmişəm. Yalnız ayla ulduzun xoşbəxtlik rəmzi olması haqqında məlumatlarla tanışam". Zabitlərimiz də çiyinlərində səkkizguşəli ulduzlu paqonlar daşıyırlar. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin də nişanının əsasını səkkizguşəli ulduz təşkil edir. Onu da qeyd edim ki, rəmzlərin və onlardakı işarələrin tarixi əhəmiyyəti vardır. Milli şüurun formalaşmasında da rəmzlərin əhəmiyyəti danılmazdır. İkinci Dünya müharibəsi zamanı almanlar Danimarkanı işğal edərkən əmr ediblər ki, şəhərin yəhudi sakinləri səhər tezdən döşlərinə altı guşəli Davud ulduzu taxaraq Kopenhagen şəhərinin mərkəzində yerləşən Stokholm meydanına toplansınlar. Ölkənin Kralı və Kral ailəsi döşlərinə altıguşəli yəhudi ulduzu taxaraq deyilmiş vaxtda yəhudilərlə bərabər meydana çıxırlar. Alman komendantı Kral ailəsinin bu cəsarətli addımından çaşaraq, nəzərdə tutduğu tədbirdən vaz keçir. Sadə bir rəmz yüzlərlə, minlərlə yəhudinin məhvinin qarşısını alır. Rəmzləri bilmək, yerində və vaxtında istifadə etməyin hikməti böyükdür. Ona görə də təkcə bayrağa yox, eyni zamanda ondakı işarə və simvollara da hörmət etmək lazımdır. Corc Buş ayaq altında Bir haşiyə çıxmaq istərdim. 1990–cı ildə Küveyti əski İRAQ torpağı hesab edərək Səddam Hüseyn oraya hücum etdi və qonşu ölkəni işğal etdi. Lakin 1991-ci ildə ABŞ prezidenti Corc Buşun göstərişi ilə ABŞ hərbi qoşunları İraq qoşunlarını məğlub edərək Küveytdən çıxmağa məcbur etdi. Bundan hiddətlənən və əlindən başqa bir iş gəlməyən Səddam Hüseyn Bağdadın ən bahalı və dəbdəbəli mehmanxanası olan "Ər Rəşid" hotelinin girişinə ABŞ prezidenti Corc Buşun rəsmini həkk etdirdi. Bunu ABŞ dövləti özünə qarşı hörmətsizlik və təhqir kimi qəbul etdi. 20 mart 2003-cü ildə İraqa qarşı başlayan müharibənin yadda qalan anlarından biri də odur ki, hərbi əməliyyata başçılıq edən amerikalı general Tommi Rey Frenk 10 aprel 2003-də Corc Buşa (kiçik) məktubla müraciət edir. General müraciətində ABŞ prezidentinə qarşı edilmiş təhqirə son qoyulduğunu və xüsusi tağım əsgərlərinin çəkic və lomlarla Bağdaddakı "Ər Rəşid" hotelinin girişinə həkk olunmuş Corc Buşun rəsminin çıxarıldığını, söküldüyünü bildirir. Həmin vaxt bu xəbər ABŞ-ın bir çox tanınmış qəzetlərində çap olundu. Bunları niyə yazdım? Bakıda olanda bir çox dövlət idarələrinin döşəməsində "gözəllik" üçün bu rəmzlərin həkk olunduğunu, idman meydançalarında oturacaqların üzərində bayrağın rəsm olunduğuna şahid oldum. Bayrağa bürünmək olar, amma onun üzərində oturmaq, onu ayaqlamaq olmaz. Bəlkə bu sayğısızlığa görədir ki, bu günə qədər Qarabağımız işğal altındadır, Xankəndində ücrəngli bayrağımız dalğalanmır. Bu cürmü milli şüura sahibik? Sonda Türkiyə Cümhuriyyətinin 15-çi ildönümü münasibəti ilə şair Mithat Cemal Kuntayın 1938-ci ildə yazdığı və bayraqlara həsr etdiyi şeri nəzərinizə çatdırıram. Bu şerin sonuncu iki bəndini hər bir Azərbaycan türkü əzbər bilir: On Beş Yılı karşılarken Kim derdi yarılsın da nihayet yerin altı, Bir anda dirilsin de şu milyonla karaltı. Topraklaşan ellerde birer meşale yansın. Kim der ki şu milyonla adam birden uyansın. Kim derdi seher yıldızı doğsun da bir evden, Kaçsın da cehennemler o bir dalma alevden, Canlansın ışık selleri olsun da o damla Beş devletin öldürdüğü devlet bir adamla. Kim der ki en son rakamlar da delirsin. On beş asır on beş yılın ebadına girsin. Dünyaları bir fert evet oynattı yerinden, Sarsıldı demirler evet azmin demirinden. Mazi yıkılıp gitti evet fesli, kafesli: Lâkin bugünün ey granit bünyeli nesli, Bir şey ele geçmez şerefin sade adından. Sen arşı bırak, varsa haber ver kanadından. Gökten ne çıkar? Gök ha büyükmüş ha değilmiş, Sen alnını göster ne kadar yükselebilmiş. Gökler çıkabildin, uçabildinse derindir, Tarihi kendin yazıyorsan, eserindir. Bahsetme bugün sade dünün mucizesinden, İnsan utanır sonra yarın kendi sesinden. Asrın yaşamak hakkını vermez sana kimse; Sen asrını üstünde izin varsa benimse; Bayrakları bayrak yapan üstündeki kandır Toprak, eğer uğrunda ölen varsa vatandır. Bir daha Bayraq bayramınız mübarək olsun! Əli-İsa Dəmirov Kiyev, 09 noyabr 2013.
2013-11-10
1,414
Avropanın peyki bu gecə Rusiyaya düşəcək
"Yer kürəsinin cazibə qüvvəsini öyrənmək məqsədilə kosmosa buraxılmış Avropa peyki (GOCE) Sakit okean rayonunda, bazar ertəsinə keçən gecə Rusiya ərazisinə düşə bilər". Bu haqda Rusiya Müdafiə Nazirliyinin Kosmik-Hava Müdafiəsi qüvvələri üzrə mətbuat və informasiya sözçüsü Dmitri Zenin deyib. "GOCE" peykinin noyabrın 10-dan 11-nə keçən gecə yerə çatacağı gözlənilir. Kosmik aparatın parçalarının dəqiq hara və nə vaxt düşəcəyinin xarici faktorlardan asılı olduğu bildirilir. 1,1 ton ağırlığında olan "GOCE" (Gravity field and steady-state Ocean Circulation Explorer) 2009-cu ilin martında Plesetsk kosmodromundan "Rokot" adlanan raketin yarıdımyla kosmosa buraxılıb. Aparatda quraşdırılmış cihazlar elə həmin ay yer kürəsinin maksimal dəqiqlikdə olan cazibə qüvvəsi üzrə xəritəsinin təsvirlərini almağı təmin edib. Aparatın bortunda yerləşdirilmiş elektroaktiv mühərriklər dəqiqliyin artırılması üçün orbitə yaxınlaşıb-uzaqlaşmağa şərait yaradıb və onu düşməyə qoymayıb. Oktyabrın 21-də isə işlək kütlə - ksenonun tükənməsi nəticəsində aparat tədricən enməyə başlayıb.
2013-11-10
1,415
Davudoğlu gözlənilmədən İraqa getdi
Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlu bu gün İraqın paytaxtı Bağdada gedib. "Axar.az"ın məlumata görə, Türkiyənin Xarici İşlər naziri "təzə bir başlanğıc" deyə dəyərləndirdiyi məqsəd üçün Bağdada yola düşüb. Davudoğlunun görüşəcəyi adamlar arasında İraqın Baş naziri Nuru əl Maliki və Xarici İşlər naziri Hoşyer Zebari də var. Qeyd edək ki, Xarici işlər naziri ziyarətinin ilk kadrlarını də Twitterdəki hesabından paylaşıb. Davudoğlu öz statusunda yazıb: İki günlük ziyarət üçün Bağdaddayam. Baş nazir Maliki başda olmaqla, çoxlu görüşüm olacaq.
2013-11-10
1,416
Almaniya baş örtüyü qadağasını götürür
Almaniyanın Düzeldorf İdarə Məhkəməsi dövlət vəzifəsində işləyən qadın məmurların baş örtüyünün hər hansı bir maneə yaratmadğıı barədə qərar çıxarıb. "Axar.az"ın məlumatına görə, məhkəmə qərarına səbəb Mettmann bölgəsindəki müsəlman bir qadının baş örtüsüylə işə gəlməsinə qarşı çıxan Mettmann Şəhər İdarəsinin məhkəməyə müraciəti olub. İddiaya baxan Düzeldorf İdarə Məhkəməsi xidməti vəzifələrdə çadranın heç bir maneə yaratmadığını bildirib. Məhkəmə müəllimlərə tətbiq olunan baş örtüyü qadağasının digər məmurlara aid olmayacağına da qərar verib. İslam Milli Görüş Cəmiyyətinin (IGMG) nümayəndəsi Oğuz Üçüncü çadra qadağasına qarşı alınan qərarı məmnuniyyətlə qarşıladıqlarını ifadə edib: "Müsəlman qadınlara qarşı tətbiq olunan çadra qadağası yalnız müəllimləri əhatə etməklə məhdudlaşmır. Qadağa digər peşə qruplarında və xüsusilə, özəl sektorlarda da ciddi ziyanlara gətirib çıxarıb. Dövlətin müsəlman qadınlara tətbiq etdiyi bu ayrı-seçkilik bitməlidir". Oğuz Üçüncü bildirib ki, bu qərardan sonra dövlət xadimləri müsəlman qadınların cəmiyyətdə fəal iştirakını təmin etmək üçün iş görməlidir.
2013-11-11
1,417
Nazir müavini öldürüldü
İranın Sənaye, Ticarət və Mədəniyyət nazirinin müavini Safder Rahmetabadi sui-qəsd nəticəsində öldürülüb. İranın rəsmi xəbər agentliyi İRNA-nın yaydığı məlumatda bildirilir ki, Rahmetabadinin Tehran Sebelan Meydanında şəxsi avtomobilinə minərkən başına və sinəsinə atəş açılıb və nazir müavini yerindəcə keçinib. Qatil və ya qatillərin kimliyi hələlik bilinmir. Hadisə yerində heç bir qalmaqal olmadığını bildirən polis məmuru qatilin Rahmetabadini tanıyan biri ola biləcəyini deyib. İran xüsusi-xidmət orqanları cinayətkarın tapılması üçün səfərbər olunub.
2013-11-11
1,418
Dağıstanda federallarla silahlılar toqquşdu
Dağıstanın Tabasaran rayonunda federal qüvvələrə silahlı müqavimət göstərən şəxs öldürülüb. Bu barədə Dağıstan hüquq-mühafizə orqanlarından məlumat verilib. "Axar.az" xəbər verir ki, operativ-istintaq tədbirləri çərçivəsində həyata keçirilən əməliyyat zamanı VAZ-2109 markalı "Jiquli" avtomobili "dayan" əmrinə tabe olmayıb və maşındakı sərnişin (və ya sərnişinlər) Federal Təhlükəsizlik əməkdaşlarına atəş açıb. "İnterfaks" atışma zamanı silahlılardan birinin qətlə yetirildiyi məlumatını yayıb. Atəş nəticəsində maşın alışıb. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən maşında daha bir silahlının olduğu barədə mediaya məlumat sızıb. Ehtimal olunur ki, maşın alışarkən o, aradan çıxmağa fürsət tapıb. Hazırda xüsusi əməliyyatın səhər saatlarına qədər təxirə salınması barədə qərar verilib, yanan maşın isə nəzarətə götürülüb. Əməliyyatın başlanmasına səbəb isə naməlum cinayətkarların Nəqliyyat Nazirliyinin mühafizəçilərinə etdiyi hücumdur. Xəbər verilir ki, 3 cinayətkar "Jiquli" markalı avtomobili saxlatdıraraq, sürücünün əl-ayağını bağlayıb, arxa oturacağa qoyublar. Daha sonra isə Dağıstanın Tübe Kumtorkalinski rayonuna gəliblər və axşam saatlarında Qafqaz şossesində körpüyə nəzarət edən Nəqliyyat Nazirliyi mühafizəçilərinin konteynerini atəşə tutublar. Atəş zamanı 3 mühafizəçidən biri ağır yaralanıb.
2013-11-11
1,419
Atatürk derbidə bu şüarla anıldı
Bu gün Türkiyə Super Liqasında əzəli rəqiblər "Fənərbaxça" və "Qalatasaray" arasında növbəti qarşılaşma baş tutdu. "Axar.az"ın xəbərinə görə, azərbaycanlı futbol azarkeşlərinin də yaxından maraqlandırdığı qarşılaşma Fənərbaxçanın qalibiyyətilə (2-0) nəticələndi. Qarşılaşmanın 34-cü dəqiqəsində azarkeşlər tərəfindən səsləndirilən "Mustafa Kamalın əsgərləriyik" şüarı oyuna öz damğasını vurdu. Bununla "Fənərbaxça" tərəfdarları Mustafa Kamal Atatürkün ölümünün 75-ci il dönümünü anmaqla bərabər, Əziz Yıldırımın yenidən "Fənərbaxça" idman klubunun prezidenti seçilməsi münasibətilə bir növ mesaj vermiş oldular. Xatırladaq ki, bir neçə gün öncə Ankarada Atatürkün "Nə mutlu türküm deyənə" şüarını əks etdirən 15 metrlik daş lövhənin sındırılması AK Parti hakimiyyətinin Cümhuriyyət Qurucusuna münasibətini bir daha ortaya qoymuş oldu.
2013-11-11
1,420
Bakıda Beynəlxalq çempionat keçiriləcək
Gələn il aprelin 21-dən 25-dək Bakıda ikinci Beynəlxalq kulinariya çempionatı keçiriləcək. "Axar.az"ın xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov "AzərTAc"a deyib. Onun sözlərinə görə, birinci çempionata 16 ölkənin kulinarları qatıldıqları halda, bu dəfə 40 ölkənin tanınmış ustaları dəvət olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq beynəlxalq çempionatda ayrı-ayrı iştirakçı ölkələrin süfrə ustaları həm də ustad dərsləri keçəcəklər.
2013-11-11
1,421
Şimali Koreya prezidenti 80 nəfəri edam etdi
Şimali Koreyanın 7 şəhərində təqribən 80 nəfər edam edilib. Edam edilənlər Cənubi Koreya veriliş və seriallarına baxmaq, əxlaqsız hərəkət, eləcə də pornoqrafiya və qumar oyunları yaymaqda günahlandırılıb. Cənubi Koreyanın "JoongAng İlbo" qəzetinə istinadən verilən xəbərə görə, edam noyabrın 3-ü baş tutub. Hər şəhərdə təxminən 10 nəfər güllələnib. Edamlardan biri stadionda keçirilib. 10 minə yaxın tamaşaçısı olan edama şəhər sakinləri hökumətin təzyiqi ilə gəlib. Məlumatlara görə, prezident Kim Çen İnin hakimiyyətə gəlişindən sonra noyabr edamları ən kütləvisi olub. Məlumat üçün qeyd edək ki, müxtəlif bəhanələrlə avqust ayında da edamlar olmuşdu və edam olunanlar arasında prezidentin eks-sevgilisi də vardı.
2013-11-11
1,422
Qazlı içkilər daha çox yeməyimizə səbəb olur
İndiana Universitetinin həkimləri araşdırmalarında içkilərin insan orqanizminə təsirini müəyyən etmək üçün təcrübələr keçirdib. Təcrübə nəticəsində qazlı içkilərin daha çox yeməyimizə səbəb olduğu məlum olub. Alimlər müəyyən ediblər ki, qazlı içkilərdən istifadə iştah problemini ortaya çıxardır. Könüllülərin müşahidəsi ilə aparılan təcrübə insanların müntəzəm olaraq bu növ içkilərdən içməsi zamanı aclığı dəf edə bilmədiyini və üstəlik daha çox qida qəbul etdiyi müəyyən olunub. Tədqiqatçılar təxmin edirlər ki, qazlı içkilərə olan meyl hormonlar sistemində balansın pozulmasına gətirib çıxardır. Bu növ içkilərdə şəkər əvəzedicilərinin çox olması beyindəki aclıq hormonlarına düzgün cavabvermə qabiliyyətini itirir.