date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2013-11-11 | 1,423 | Müdafiə Nazirindən daha bir dəyişiklik | Yeni müdafiə naziri Zakir Həsənovun kadr islahatları davam edir. Məlumata görə, bu dəfə nazirliyin mətbu orqanı olan "Azərbaycan ordusu" qəzetinin baş redaktoru, polkovnik-leytenant İbrahim Rüstəmov vəzifəsindən kənarlaşdırılıb. Baş redaktorun işdən azad edilməsi ilə bağlı əmr hələlik imzalanmasa da, o, müalicə üçün hospitala göndərilib. İbrahim Rüstəmov bu barədə AzNews.az-a açıqlamasında "Azərbaycan ordusu" qəzetində fəaliyyətinin davam etdirdiyini bildirib. Hazırda hospitalda olduğunu deyən baş redaktorun sözlərinə görə, işdən azad olunacağı ilə bağlı ona heç bir məlumat verilməyib. Məsələ ilə bağlı Müdafiə Nazirlyinidən əldə etdiyimiz məlumata görə isə, İ.Rüstəmovun hospitalda müalicə kursu yaxın günlərdə başa çatacaq. Məlumata görə bundan sonra İ.Rüstəmovun öz xahişi ilə işdən azad edilmək barədə ərizəsi alınacaq. Artıq "Azərbaycan ordusu" qəzetinin baş redaktoru vəzifəsinə kimin təyin ediləcəyi də bəllidir. Qeyd edək ki, İ.Rüstəmov baş redaktor vəzifəsinə 3 ay əvvəl təsdiqlənmişdi. (aznews.az) |
2013-11-11 | 1,424 | ABŞ-da ilk dəfə Atatürkə heykəl qoyuldu | Türkiyənin Vaşinqton səfirliyi və ABŞ-da yaşayan türk-amerikalılar, Atatürkün ölümünün 75-ci ildönümündə, ölkənin cəmiyyət sahəsində sərgilənən ilk Atatürk heykəlinin açılışını edib. Vaşinqtonun ən əhəmiyyətli meydanlarından sayılan "Sheridan Circle"dəki mərasimə 200-ə yaxın adam qatılıb. ABŞ-da yaşayan türk-amerikalılar, dünən tarixi bir günə şahidlik edib. Təxminən iki il davam edən icazə və hazırlıq dövrünün ardından, ABŞ-dakı Türkiyə səfirliyi və "Amerika Atatürk Cəmiyyəti"nin (AAT) qatqısıyla bu ölkədə ilk dəfə Atatürkə heykəl qoyulub. 200-ə yaxın adamın izlədiyi açılışdan sonra ölümünün 75-ci ildönümündə Atatürk üçün Vaşinqton Türk Səfirliyinin binasında bir anım mərasimi təşkil edilib. Qeyri-mümkünü bacardıq Türkiyənin Vaşinqton səfiri Namiq Dan, mərasimdəki çıxışında əhəmiyyətli bir mövzuya toxunaraq, heykəlin qoyulmasında əməyi keçənlərə təşəkkür edib. Ardından AAT-ın başçısı Xüdai Yavalar da kürsüdə qısa bir çıxış edib. "Hürriyət"ə heykəlin qoyulması ilə bağlı danışan Yavalar, bunun ABŞ-a gəldiyi 1958-dən bəri özünün ən böyük arzusu olduğunu söyləyib: "Heykəlin qoyulması üçün rəsmi icazə almaq illərlə vaxt aldı. Bu, həlli haradasa qeyri-mümkün bir iş idi. Amma amerikalıların Atatürk sevgisinin təsiriylə bu icazəni almağı bacardıq",- dedi. İki metrlik bürünc heykəl Bütün xərcləri AAT və Yavalar Ailəsi tərəfindən tərəfindən qarşılanan 208 sm.-lik bürünc heykəl üçün il yarım əvvəl bir yarışma təşkil etdiklərini söyləyən Yavalar, ölkənin məşhur heykəltaraşlarından Jeffri Hellin əsərinin seçildiyini söyləyib. Hell isə əsəriylə əlaqədar "Hürriyət"ə heykəlin 6 aylıq bir işin nəticəsi olduğunu deyib: "Uzun müddət Atatürkün o dövrki fotoşəkillərini araşdırdıq. Sonunda hər kəsin ən çox bildiyi, 40 yaşının sonunda çəkilən şəkilinin üzərində işləməyə qərar verdik. Heykəldə müəllimə xas olan şəkildə, Atatürk əlində bir kitab tutub. Digər əliylə də bir mövzu izah edir. Heykəl bütünlüklə Atatürkün lider rolunu əks etdirir". |
2013-11-11 | 1,425 | Mandelanın nəvəsinə cinsi təcavüz | Güney Afrikanın dünyaca ünlü keçmiş lideri Nelson Mandelanın nəvəsi uşaqlıqda təcavüzə uğradığını bildirib. Bu iddia Zoleka Mandelanın xatirələrindən bəhs edən "When Hope Whispers (Ümid pıçıldayarkən)" adlı kitabında dilə gətirilib. Zoleka Mandela bu kitabda "səkkiz yaşımdan on dörd yaşıma qədər mənə baxması lazım olan insanların cinsi təcavüzünə uğradım",- deyib. Nəvə Mandela bu insanların kimlər olduğunu isə açıqlamayıb. Zoleka yaşadığı təcavüz dolu illərdən anasını günahkar gördüyünü, ancaq artıq onun da yaşadığı şəraitdə daha yaxşı analıq edə bilmədiyindən anasını anladığını bildirib. |
2013-11-11 | 1,427 | Bakıda ağır qəza: 2 yaralı - Foto | null |
2013-11-11 | 1,428 | Daşkəsəndə ev yandı | "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Daşkəsən rayonu, Bayan kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m (hər mərtəbəsi 80 kv.m) olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2013-11-11 | 1,429 | Fransanı üsyan bürüyür | Şənbə günü Fransanın şimal-qərbində baş tutan vergi əleyhinə olan üsyanda çevik polis alayı yüzlərlə nümayişçini gözyaşardıcı bombayla dağıtmağa çalışıb. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə əsasən, nümayişçilər təbiətsevər ticarət nəqliyyatını dəstəkləmək məqsədiylə 3.5 tondan ağır ticarət avtomobillərinə vergi tətbiq edilməsini nəzərdə tutan "eko-vergi"yə qarşı şüarlar səsləndiriblər. Hadisə zamanı bir nümayişçi nəzarətə götürülüb. Sosialist hökumət, sərt reaksiyalara görə ay sonunda "eko-vergi" tətbiqini təxirə salmışdı. Lakin bu, nümayişçiləri sakitləşdirməyə bəs etməyib. Ay sonunda daha geniş miqyaslı nümayişlər planlaşdırılır. |
2013-11-11 | 1,430 | MTV Musiqi Mükafatının qalibləri bəlli oldu | "Axar.az" saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Avropanın ən prestijli musiqi mükafatı olan MTV Avropa Musiqi Mükafatının qalibləri müəyyənləşib. "İlin qadın ifaçısı" nominasiyasına Keti Perri, "İlin kişi ifaçısı" nominasiyasına isə gənc müğənni Castin Biber layiq görülüb. "İlin ən yaxşı mahnısı"nın mükafatı Bruno Marsa təqdim olunub. Bundan əlavə, "İlin ən yaxşı rok qrupu" Green Day, "İlin ən yaxşı klipi" Mayli Sayrus, "İlin hip-hop ifaçısı" Eminem, "Şərqi Avropanın ən yaxşı ifaçısı" adına isə Polşadan olan Kamil Bednarek layiq görülüb. Xatırladaq ki, MTV Avropa Musiqi Mükafatının təqdimetmə mərasimi Amsterdamda baş tutub. |
2013-11-11 | 1,431 | “Qalatasaray” yenə “Kadıköy”dən məyus qayıtdı - Video/Qollar | Ötən həftə Türkiyə Superliqasında dünya futbol ictimaiyyətinin maraq dairəsində olan bir qarşılaşma baş tutdu. "Fənərbaxça" doğma "Kadıköy"də "Qalatsaray"ı qəbul edirdi. Mövsümün əvvəlində Fatih Terimlə yollarını ayıran "Cim Bom" "Kadıköy"də 14 illik qalibiyyəysizlik sindromunu italyan baş məşqçi Roberto Mançininin rəhbərliyi altında qırmaq istəyirdi. Amma təcrübəli Ərsun Yanalın rəhbərlik etdiyi "Fənər" son Türkiyə çempionunun bu arzusunu gözündə qoydu. İlk hissədə qarşılıqlı hücumlarla yadda qalsa da, vaxtilə "Qalatsaray"da parlamış Əmrə Bəlləzoğlu penaltidən doğma komandasını önə keçirdi. İkinci hissədə daha çox hücum edən "Cim Bom" olsa da, 66-cı dəqiqədə "Fənərbaxça" Kristian Baroninin sayəsində 2-ci topu "aslan"ın qapısından keçirdi. Bu qalibiyyətdən sonra "Fənərbaxça" xalını 28-ə çıxardaraq liderliyini daha da möhkəmləndirdi. "Qalatasaray" isə 19 xalla 6-cı pillədə qaldı. |
2013-11-11 | 1,432 | Avropa peykindən yerə qırıntılar çatdı | ""Axar.az"ın daha öncə də haqqında məlumat verdiyi Yer kürəsinin cazibə qüvvəsini öyrənmək məqsədilə kosmosa buraxılmış Avropa peyki (GOCE) Sakit okeana düşüb. Son dəfə alimlər peyki Moskva saatı ilə saat 2:42-də 121 km hündürlükdə Antarktikanın üzərində müşahidə edib. Avropa Kosmik Agentliyinin rəhbəri Klinkrad bildirib ki, 1 tonluq süni peyk atmosferə hər il daxil olan 100-150 tonluq süni kosmik hissələrin sadəcə, cüzi bir hissəsidir. Tarix boyu belə bir enişdən bir nəfərin də zərər çəkməyib və bu hadisə də istisna deyil. Rusiyanın Hava Kosmik Müdafiəsinin rəhbəri "Ria Novosti"yə bildirib ki, onlar GOCE-nin parçalarının Moskva vaxtı ilə saat 4:00 da Mouson dənizi rayonuna düşəcəyini gözləyirdilər. Lakin Kosmik agentlik aparatın düşəcəyi təxmini yer haqda heç bir dəqiq məlumat vermir. |
2013-11-11 | 1,433 | Bu ölkədə qız qaçırmaq qanunidir | Qırğızıstanda köhnə bir ənənə - qız qaçırma 1994-cü ildən dövlət tərəfindən icazəli olub. Cavan oğlanlar qələbəlik küçələrdə avtomobil sürə-sürə gözəl bir gənc qızı müəyyənləşdirir, qızı seçəndən sonra zorla avtomobilə mindirərək sürətlə evlərinə gətirir və rəsmi olaraq evlənirlər. |
2013-11-11 | 1,434 | Əsəd uşaqları hədəf aldı - Video | Suriyanın Dəra şəhərinin bir məhəlləsi Əsəd rejiminə bağlı ordu tərəfindən raket və top atəşinə tutulub. Atəş nəticəsində çoxu uşaq olmaqla onlarla mülki şəxs yaralanıb. Yaralılar xəstəxanaya aparılıb, vəziyyəti ağır olanlar isə tam təchizatlı xəstəxanalara köçürülüb. |
2013-11-11 | 1,435 | İlham Əliyev İslam ölkələrinə səsləndi | Bu gün Bakıda İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatına (İSESCO) üzv ölkələrin uşaq məsələləri üzrə məsul nazirlərinin "İslam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri" adlı IV konfransı işə başlayıb. Konfransda 10 beynəlxalq təşkilat və 51 ölkədən nazir və ekspertlər iştirak edir. Baş nazirin müavini Əli Əhmədov tədbirdə açılış nitqi ilə çıxış edib və konfrans iştirakçılarına Prezident İlham Əliyevin təbrik məktubunu oxuyub (APA). Məktubda deyilir: "Ümidvaram ki, Azərbaycanın paytaxtında keçirilən bu konfrans İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatına üzv ölkələr arasında qarşılıqlı faydalı münasibətlərin dərinləşməsinə, səmərəli əməkdaşlığın güclənməsinə öz müsbət təsirini göstərəcək və islam dünyasında uşaqlar və urbanizasiya problemlərinin həllinə layiqli töhfəsini verəcək. Qloballaşma dövründə böyük sosial vüsət alan urbanizasiya hər bir ölkədə yaranmış çox saylı problemlərin həllini tələb edir. Azərbaycanda regionların inkişafı ilə əlaqədar reallaşan dövlət proqramlarında şəhərlərin infrastrukturu, ekoloji mühiti və müvafiq sosial təchizatları əhalinin bütün təbəqələrinin, o cümlədən uşaqların ehtiyaclarını nəzərə almaqla qurulur. Bu sahədə görülən işlər şübhəsiz ki, gələcəkdə də davam etdiriləcək. Uşaqların sağlamlığı, təhsili ilə bağlı hüquqlarının təmin olunması müasir dövrdə demokratik cəmiyyətin inkişafının əsas prioritetlərindəndir. Azərbaycan Respublikasında aparılan dövlət siyasəti nəticəsində uşaq hüquqlarının bütün sahələrinin, o cümlədən urbanizasiyadan irəli gələn problemlərin həlli üçün əlverişli mühit formalaşdırılmış və bu istiqamətdə konkret proqramlar, layihələr həyata keçirilir". Azərbaycan prezidentinin təbrik məktubunda daha sonra qeyd olunub ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında islam ölkələrinin tutduğu mövqe və Azərbaycanın ərazi bütövlüyünün qorunmasına dair qəbul edilən müvafiq qərarlar ölkəmizdə yüksək qiymətləndirilir: "Bu münaqişə nəticəsində doğma yurdlarından məhrum olub, qaçqın və məcburi köşkün həyatı yaşamaq məcburiyyətində qalmış bir milyon soydaşımızın əsas hüquqlarının bərpası həm də onların uşaqlarının hüquqlarının təmin olunması deməkdir. Sözsüz ki, bu sahədə birgə səylərimiz son nəticədə öz bəhrəsini verəcək. Dayanıqlı inkişafın strategiyası uşaq hüquqları və urbanizasiya məsələlərinin həlli üçün müxtəlif beynəlxalq qurumların, o cümlədən İSESCO-nun fəaliyyətinin daha da gücləndirilməsini tələb edir. Əminəm ki, konfrans bütün bu məsələlərə diqqət yetirəcək, geniş müzakirələr aparacaq və onların həllinə yönəlmiş məqsədyönlü tədbirlərin həyata keçirilməsi yolunda mühüm addımlar atacaq". |
2013-11-11 | 1,436 | Zəlzələ Tacikistanda 100-dən çox evi tamamilə dağıdıb | Ötən gecə Tacikistanda zəlzələ nəticəsində 256 ev qismən, 104 ev tamamilə dağılıb. Zəlzələnin episentri Düşənbədən 21-26 km uzaqlıqda olan Rudaki rayonu ərazisində olub. Məlumatı Fövqəladə Hallar Komitəsinin mətbuat katibi Orif Nozimov verib. Elmlər Akademiyasından verilən məlumata görə, dünən gecə Tacikistan ərazisində 3 dəfə güclü təkan olub. Seysmoloqlar episentrdə 4.0 olan zəlzələnin Tacikistan saatı ilə bu səhər saat 7:05-də qeydə alındığını bildirib. Ötən gün isə ilk təkanlar bazar günü səhər saat 10:05-də episentrdə 5 bal gücündə, ondan sonra isə yenə 17:03-də, eyni maqnituda ilə qeydə alınıb. |
2013-11-11 | 1,437 | PKK-ya qoşulan azərbaycanlı şair “Axar.az”a danışır | İndi PKK da məni xəyanətkar sayır O, 90-cı illərdə Azərbaycanda ən çox ümüd verən və oxunan şairlərdən idi. Şeirləri dostlarının dilində əzbərdi. Elə o da dostlarının şeirlərini həmişə sevə-sevə oxuyardı, əzbərdən deyərdi. O zamanlar dərc olunmaq, şeirləri paylaşmaq, tanınmaq indiki qədər heç də asan deyildi. Şeir dərnəklərində, müxtəlif ədəbi tədbirlərdə birlikdə olardıq. Təkcə bu məclislərdə yox, özümüzün də məxsusi tədbirlərimiz olardı. Salam Sarvan, Vasif Süleyman, bu sətirlərin müəllifi, bir də o - şair Həjar Şamiloğlu. Şeir gecələrimiz olardı, şeirləşərdik. Nağıllardakı kimi telimizi yandırmaq, balaca işarə vermək kifayət edərdi ki, bir yerə toplaşaq. Balaxan Qərib də qoşulardı bizə… Türkün düşməni, "vətəni xaini" İndi o yoxdur, uzun müddətdir ki, Azərbaycanı tərk edib. Ara-sıra şeirlərinə təsadüf edirik, oxuyuruq, təbinin yerində olduğunu görürük. Haqqında dostları bir şair kimi xoş sözlər danışsa da, siyasi baxışlarına görə onu qınayanlar da az olmadı. Ona türkün düşməni, PKK-nın MDB üzrə təmsilçisi, "vətəni xaini" də dedilər. O isə: "İdeyalarımın, arzularımın ardıyca getmişəm. Mən Azərbaycanı sevdiyim qədər başqa bir ölkəni sevə bilmərəm. Mən Azəri türklərinə bağlı olduğum kimi heç kəsə bağlı ola bilmərəm",- deyir. O, kürdəm deyir, bu mənim millətimdir və millətimi sevməyi də özümə yasaq edə bilmərəm deyir… 20 ilin ayrılığından sonra "İtkin düşmüş" lahiyəmin qonağı şair Həjar Şamiloğludur. O, hal–hazırda Bişkekdə yaşayır. Yenə də türk torpağndadır, türk dövlətinin bayrağı dalğalanan bir məmləkətdə doğulduğu başqa bir Türk dövlətinin, Azərbaycanın xiffətini çəkir, Kəlbəcəri yuxuda görür, dostları ilə şeirləşir… O özü belə deyir. Onunla "Feysbuk" vasitəsi ilə etdiyim söhbəti təqdim edirəm: Mən özüm ərköyün öyrətdim səni... - Salam Həjar, necəsən? "Mən özüm ərköyün öyrətdim səni..." deyən oğlan, indi ərköyünlüklə aran necədir? - Salam qardaş. Sağ olasan. Ərköyünlükmü qalar indiyə... Ümid edirəm səndə hər şey qaydasındadır. - Sağ ol, yaxşılıqdır. Neynirsən, nə işlə məşğulsan? - Facebookda çox "dostum" var, çoxu tanımadığım adamlardır, məşğul edirlər... Kitab çıxardıram. Balaca, nəşriyyata oxşayan bir şey açmışam. İldə 2-3 kitab buraxıram. - Yaxşı işlərdi. Sifarişçilərin kimdir? Qırğız türkləri, yoxsa manifest-zad dərc edirsən? - Əsas şeir kitablarıdır. Orta Asyada yaşayan kürd şairlərinin şeir kitablarıdır. Burda 10-15 nəfər şair var. - 10-15 kürd şairi, ya ümumiyyətlə o qədər şair? Azərbaycan yazarlarının kitablarına müraciət etmisən heç? - Buradaki oxucu kontingenti rusca və qırgızca oxuyur. Orta Asiyada 200 minə yaxın kürd, bir o qədər də azərbaycanlı olar. - Azərbaycanca da yazan var orda? - Tək-tük. - Əlaqələriniz var? - Qazaxıstanda aylıq qəzet buraxırlar. Qırgızıstanda heç yazar, şair, jurnalist tanımıram. Heç eşitmədim. Qazaxıstanda yerli türklər var, qəzet buraxan. Onlarla əlaqəm var. Redaktoru Rövşəndir. - Babat qəzetdir? - Sırf azərbaycanca qəzet görmədim. Altı ayda, ildə bir xususi nömrələrini görmüşəm. Ancaq türkcə qəzet, deyəsən ayda bir dəfə çıxır. İstanbulda 50 min tirajla kitab - Həjar, 20 il bir igidin ömrüdür… Ümumiyyətlə igidin ömrü nə qədər olar? - Deyirlər ki, "igidlik", "qəhrəmanlıq" bir anlıq şeydir. Yəni müharibədə əlində bomba ilə Zoya Kosmedemyanskaya kimi irəli atılsan, igid olursan. Ancaq mənə görə İGİDLİK bir həyat tərzidir. Bu mənada igidlik bir ömür qədər uzun ola bilər. - Bu illər ərzində olubmu 20 ilin arxasında qalan 25 yaşlı Həjarı axtarasan? - Zaman ölməz, yaşananların zamanı da. 2005-ci ildə 2 aya yazdığım və İstanbulda 50 min tirajla çap edilən bir romanımın giriş sözündə belə yazmışdım: "Bu kitabı yazmanın havasına girər girməz, burda ikən daha çox orada olduğumu hiss edirəm. Keçən qısa bir zamanı, uzun bir zaman olaraq dərk edirəm. İndiki zamanım axıb getdikcə, keçmiş zamanı durdura bilir, dondura bilirəm. Zamana zəfər çalmaq kimi bir şey bu. İnsanların bu ölümlü dünyasında yaşayanlar ölür, amma yaşananlar ölmür. Yaşananların zamanı da ölmür". Mən həmişə "o oğlan"am - Həjar, "Nənəsinin oğul dərdinə anasından betər ağlayan" oğlanla xəyalında da olsa söhbət edə bilirsənmi? - Mən həmişə o oğlanam… - De görüm, Orta Asiyadan Azərbaycandakıları - bizləri internetdə də olsa oxumağa hər hansı həvəsin varmı? Kimi oxuyursan indi? - Şair ruhlularda şeir əsnəmək təsiri edir. Yəni biri qabağında əsnədiyində səni də əsnəmək tutur. Həmişə bir-iki yaxşı şeir oxuyanda mən də yazmaq istəyirəm, yəni məni də əsnəmək tutur. Bu səbəblə də şeir oxumamağa çalışıram. Çünki prinsip olaraq yazmaq istəmirəm. Sözün doğrusu, səndən və Salamdan başqa kimsənin şerlerini oxumuram. - Bizim bir dostumuz da var, səni çox sevən və şeirlərini əzbərdən deyən. Kimdir o, yadına sala bilərsən? - Vasifin şeirlərini keçən il çox oxudum. Çox şeyə "Feysbok"dan baxıram. Vasif dostluğumda yoxdu, bu səbəblə gözümə dəymir şeirləri. 9 kənddən qovulan Hörmüz - Həjar, mənə səmimi de, bu didərginlikdən bıkdığın vaxtlar oldumu? Sənin millətinə olan dəli sevginin olmasına baxmayaraq, bu suala cavab verməndə israrlıyam. - Mən 9 kənddən qovulan Hörmüzəm. Bakıdan ayrıldıqdan sonra əsil dostlarım çox az oldu. O da köhnələrə dayanan dostluqlardı. İdeya yoldaşlarım oldu sadəcə. Hər zaman tək və tənha oldum. "Didərginlikdən bıqdığım vaxtlar oldumu?" sualının cavabını özün tap... Vasifin sən paylaşdığın şeirlərini oxudum.Vasif hər zaman olduğu kimi səmimidir. Şerlərinin hər misrasından görmək mümkündür. - Bəyəndinmi? Dəyişməyib ki, ruhu? - Vasif həmən, Vasifdi (Vasif Süleyman nəzərdə tutulur.- F.B.). Ruh, üslub eynidir. Səndə və Salamda axtarışlar çoxdur. Siz dəyişməkdən qorxmursuz. - Biz heç dəyişmədik. Sən necə, dəyişə bildinmi? Əslində, dəyişmək yaxşı bir şeydi. Amma dəyişikliyə uğradlmayan şeylər də olmalıdır. - Şeirdəki axtarışlar mənasında "dəyişməkdən" bəhs edirəm. Azəri Türklərinə görə farslarla da savaşardım - Həjar, sən ideya savaşına çıxdın, yoxsa silahlandın da bu illər ərzində, sənə münasibət birmənalı olmadı. - Müharibəyə, savaşa hər zaman nifrət etdim. Azərbaycanda da fiziki olaraq güclüydüm, bilirsən. İdaman ustasıydım. Sənin gəmində, mənim Zığdakı həyətimdə etdiyimiz tryükləri unutmamısan, yəqin. Ancaq davadan mənim qədər qorxan az adam tapılar. Mənimki ədalətsizliyə baş qaldırmaqdır. Bunun kürdlərlə də çox əlaqəsi yoxdur. Əgər şərtlər müsait olsaydı, İranda Farsların Azəri Türklərinə qarşı zulmünə qarşı da savaşardım, Çindəki Uygurların əzilməsinə qarşı da. Mən bir sosialist deyiləm, heç bir zaman da sosialist olmadım. Həyatın mənasını ədalətsizliklərə qarşı mübarizə etmək olaraq müəyyənləşdirdim. Mənim hekayəm budur. - Nə vaxt yazıldı axı bu hekayələr sənin iç qatında, biz bilmədik, görmədik, bizim gördüyümüz, tanıdığımız Şamilin oğlu Həjar Azərbaycan sevdalısı idi axı… - 1994-cü ildən Türkiyə, bir xalqın dilinin qadağan edildiyi, bir xalqın varlığının kökündən inkar edildiyi bir dövlətdi. Küçədən kürdcə danışanlara cəza verir, zindana atırdılar o zamanlar. Türkiyə bu mənada dünyanın yeganə dövləti idi... Əzilənlərin yanında olmaq istədim. Məni Bakıdan çıxaran bu oldu. Dünyada ədalətsizliklər çoxdur. Erməninin elədiyi ədalətsizliklər, Rusların başqa millətlərə qarşı ədalətsizliyi, Farsların, İngilislərin ədalətsizliyi... Ancaq "xalqın varlığının qadağan edilməsi, insanın qəbul edə biləcəyi bir şey deyildi. Mən həmişə Azərbaycan sevdalısı olmuşam. Kürd təşkilatları ilə davalıyam - Bu hekayəni yaşayanlar yəqin ki, çoxdur, məsləkdaşların arasında? - Əlbəttə çoxdur. İnqilabçılar hər zaman sonradan ayaq altında qalırlar. Dünyanın hər yerində belədir. İnqilabın meyvəsini başqaları yeyər. Bunu başdan bilirdim. İndi bütün Kürd təşkilatları ilə davalıyam. Heç kimsənin yanında olmaq istəmədiyim üçün bütün təşkilatlar mənə rəqib kimi baxır. Bu yolu da özüm seçdim. Fikirdə hər zaman müstəqil oldum. Bu müstəqilliyimi Kurdüstanın dövlətləşməsinə, Azərbaycanın dövlətçiliyinin ABŞ-a qədər güclənməsinə belə dəyişmərəm. - Aydın olan o oldu ki, sənin ardınca düşdüyün sevdanı çirkaba buladılar. Ya da elə ideya çirkablı imiş. O insanlar ki, o təşkilatlarda varmış, amacları kürdün varlığı yox, özlərinin rahatlığı imiş. - Bunların yeni siyasəti qəliz məsələdir. Birmənalı anlamaq çətindir. Mən bəşəri bir şeydən bəhs edirəm. Fransada da, Azərbaycanda da, Çində də belə olub və olacaqdır - özünü qabağa atan fədakarlar hər zaman ən böyük zərbəni alıb, ən az hörmət görərlər. De, Qarabağ savaşçıları çoxmu hörmət görür? Öləndən sonra istərsən məzarı başında min metrlik heykəl ucalt. İnsanlara sağlığında qiymət vermək lazımdır. Cabir Novruzun belə bir şeri vardı. - Sənin atan çox hörmətli kişi idi. Sağlığında da qazandı hörmətini. Axirətə qovuşandan sonra da əksilmədi o sayğı. "Bir anam türk, bir anam kürd", demişdi. "Kürd anama sataşanı boğaram, türk anama sataşanı doğraram". Bu istilikdə mən soyuqluq görmədim. Səmimi idi. Sən bu səmimiyyətin arxasında dura bilmədin, deyəsən… - Yox, yox, sözləri müəyyən edən həyat şərtləridir. - Həjar, sən həyatını burulğanlara atan birisi olmadınmı? Sən yelkənləri cırılan, dor ağacı qırılan, yarı yolda qalan bir gəminin sərnişininə bənzəyirsən... İndi PKK da mənə, "bizə xəyanət etdin",- deyir - …Sən neyləyirsən? Əsas işin nədir? Şer yazmaqdan xaric? "Millətin səsi"ində baş yazar idin, deyəsən, qəzetin seyrək çıxır. - İndi çıxmır. Sən sualıma cavab vermədin axı. - … - Həjar, səni satqın hesab edənlər var - bu barədə niyə münasibət bildirib, indiyədək bir aydınlıq gətirməmisən? - Müqayisə hər zaman doğru olmaz. İnsanları müqayisə etmək məcburiyyətində buraxmamaq lazımdır. Birinin alma, armud, üzüm də eyni dərəcə də xoşuna gələ bilr. Mən nədən satqın olum ki, dostlarımı atmadım, hər yerdə Azərbaycan dedim… - Burda inananlar var ki, sən heç vaxt Azərbaycana xəyanət etməzsən. Doğrudanmı hansısa ölkədə yaradılacaq Kürd dövlətini Azərbaycandan çox sevirsən? - Bu xəyanət-məyanət məsələsi... Mənə görə heç bir əhəmiyəti yoxdur. Cavab verərək vaxtımı boşuna xərcləmək istəmirəm. Mənə görə bu cür mübahisələr boş işlərdir. İnsan birinin ondan xoşlanmamasından və xoşlanmasından çox şey itirməz. Məşəqqət - özünün səhv yolda olduğunu anladığın, düşündüyün andan başlar. - PKK-da oldun… - PKK da indi mənə, "bizə xəyanət etdin",- deyir. Mən PKK-nın bu sözlərini də Azərbaycandakı "xəyanət" hekayətləri qədər vecimə almıram, Faiqim. - "Gəzməyə qürbət ölkə..." demişlər. Bu qürbətin gəzişməsi doğrudanmı gözəl oldu sənin üçün? - Bir bənd son şeirimdən deyim: Mən səni içimdə tanrıca bildim, Mən səni səndən gözəl yaratdım. Sən səndə ölümlü bir insan idin, Mən səndən ölümsüz heykəl yaratdım. Qapını döyürlər. İndi dönərəm... - Qapın yaxşılığa döyülsün. - Faiq can, qonşuydu. Göyçaylı bir yoldaşdır. Sabah qızının nişanıdır, məndən hazırlıq üçün kömək etməyimi istədi. İndi əynimi dəyişib çıxacam. Sonra dərdləşərik. Özünə yaxşı bax. - Bir-birinizdən muğayət olun. Qonşunu təbrik elə. P.S. Bəs görəsən uzun illərin ayrılığını yaşayan, doğulduğu Azərbaycanda satqın, vətən xaini, eyni zamanda mərd insan, gözəl şair kimi tanınan Həjarı tanıyırlarmı? Yazarlara müraciət edəsi oldum. Mövlud Mövlud, gənc yazar: - Bilirəm ki, sizin cavanlıq dostunuzdur. Mən bircə eşitmişəm ki, o, istedadlı adamdır. Birqatlı sevgi-məhəbbət şeirləri var. Təxminən belə: "Son görüşə qaranəfəs gəlmisən, dərdin alım, otur dincəl, ayrılaq..." Sonra dedilər ki, guya PKK-ya qoşulub. Amma bu yaxınlarda səhv etmirəmsə, o, "bütün bu danışılanlar yalandır",- deyib. Özü də deyirlər, çox mərd adamdır. Nə bilim, eləsi də var deyir, PKK ilə əlaqəsi var. Özü ilə şəxsən tanış deyiləm deyə, bu məsələlər barədə bir fikir deyə bilmərəm. Hər halda mənə elə gəlir ki, şair-yazıçı o adamdır dövlətçiliyin müqəddəs olduğunu başa düşür. Aqşin Yenisey, yazar: - Onun bir şerini bilirəm. Deyirlər kürd separatçısıdır, onu sevib oxuyan türklərə nifrət edir. Onu da deyim ki, onun şeirlərindən başqa haqqında yaxşı bir şey danışan görməmişəm. Səhər Əhməd, şair: - Bircə şeirini bilirəm. O vaxt tədbirdə Salam söyləmişdi. Gözəl şeir idi. Hələ yadımdadı. Mən ozüm ərköyün öyrətdim səni, indi dözəm gərək şıltaqlığına. Səni saflığına qurban olasan, səni bağışladım uşaqlığına. Elbariz Məmmədli, şair: - Həjar, Bərzaninin MDB üzrə müşaviridir. 3-4 il bundan əvvəl böyük Kürd Ensklopediyasını çap eləyib. Tariximizdə ən görkəmli adamları kürdləşdirib. Rus saytlarında axtar, bəlkə tapdın. Şairliyinə sözüm yoxdur. Amma Azərbaycan sevdalısı deyil. Bizim onunla bu haqda söhbətimiz olub. Şərif Ağayar, yazar: - Sadəcə, ikicə şeirini eşitmişəm. Ramiz Rövşən havasında yazsa da, istedadlı şeirlərdir. Bu qədər. Başqa nə yazısını, nə məqaləsini oxumuş, nə də üzünü görmüşəm. Haqqında gəzən söz-söhbətlərlə bağlı isə ciddi heç bir bilgim olmadığı üçün danışa bilmirəm. Salam Sarvan, şair: Həjar mənim 20 ildi ayrı düşdüyım gənclik dostumdu. Yaxşı şair, xarakterli kişi. O, mənimçün unudulmaz adamdı. Həjarın şeirləri Həjar Şamiloğlu Mәn özüm әrköyün öyrәtdim sәni Mәn özüm әrköyün öyrətdim sәni, İndi dözәm gәrәk şıltaqlığına. Sәni saflığına qurban olasan Sәni bağışladım uşaqlığına. Nә var tellәrinә sığal çәkməyә, Nә var әllәrindәn tutmağa, nә var. Mәnim mәhәbbәtim mәndən böyükdür Bir qızın könlünә yatmağa nә var… Mәnim mәhəbbәtim sәnlә toxdamaz, Keçәr bu dünyanın bağrından keçәr. Ucuz düşәrsәn ha, işdi, qәzadı Birdәn mәni sevmәk ağlından keçәr?!. Sәn mәndәn min ağaç uzaq ol, uzaq Mәn sәnә boy verim, boyumu tut get. Getdi mәnim sәnlә toy çaldırmağım Mәnә bir baxış çal, toyumu tut get. Ahıl yaşamışam cavan ömrümü, Unama fikrimdәn cavanlıq keçib. Sevgidәn yetimәm, sevincdәn acam Könlümdәn bir loxma yavanlıq keçib. Mәn özüm әrköyün öyrәtdim sәni İndi dözәm gәrәk şıltaqlığına. Mәnim saflığıma qurban olasan Sәni bağışladım uşaqlığına… Ayrılıq Heç bilmәdik necә sevdik sevәndә Heç bilmirik indi necә ayrılaq. Görәn necә ayrılırlar sevәnlәr, Bilirsәnsә, gәl elәcә ayrılaq. Gәlmәli ki deyildik biz, gәlmisәn? Mәn tabsızam, sәn niyә bәs gәlmisәn? Son görüşә qaranәfәs gәlmisәn, Dәrdin alım, otur dincәl, ayrılaq. Neylәdiksә, düz ayrıla bilmәdik, Ayrılmaqdan tez ayrıla bilmәdik. Get bir az da döz, ayrıla bilmәdik, Bu dәfә dә gәl, belәcә ayrılaq… Tәcnis Çöhrәsi çiçәkdәn göyçәkdi onun Bütün incilәrdәn göyçәk incidi. Dodağı göylәrdәn göy çәkdi onun Bu göyçәk nә yaman göyçәk incidi. Kövrәkdi, incәdi incidәn dә o, Elә inciyәn dә, incidәn dә o. Vallah, incimirәm incidәndә o Adamı o qәdәr göyçәk incidir. İnciyi incidi, inci dәrindi, Kirpiyim, o gözdәn inci dәr indi. Bütün bu dünyanı incidәr indi Ay aman, ay haray, Göyçәk incidi! Hәsrәt, ürәyimi sev, incә düşür- Qәlbimdәn bir pay da sevincә düşür. Qüssәnin özü dә sevincә düşür Nә vaxt ki, adamı göyçәk incidir. |
2013-11-11 | 1,438 | İran-Azərbaycan sərhədi açıldı - FOTO | İran tərəfindəki avtomobil parkında gözləməkdə olan Naxçıvan sakinlərinə məxsus maşınların demək olar ki, əksəriyəti dünən Biləsuvar ərazisindən Azərbaycan tərəfinə buraxılıb. "Axar.az"ın xəbərinə görə, hazırkı saatlarda İran tərəfində yük avtomobillərinin olmadığı bildirilir. Piyadaların keçidində isə məhdudiyyətlər yoxdur. Səhər saatlarında qarşı tərəfə keçmək istəyən Azərbaycan vətəndaşları gözləmədən sərhəddən keçiblər. Biləsuvar Gömrük İdarəsindən verilən məlumata görə, İran tərəfi Azərbaycan avtomobillərini qəbul etməməsi ilə bağlı hələ ki, heç bir açıqlama vermir. 5 gündür ki, Biləsuvar Sərhəd Buraxılış Məntəqəsində hərəkətsiz halda dayanmış yük avtomobilərində isə artıq bir sıra texniki problemlər də yaranmağa başlayıb. Yükün təsirindən avtomobillərin təkərləri sıradan çıxır. (anspress) |
2013-11-11 | 1,440 | İrəvan-Tiflis kartof qalmaqalının səsi Bakıdan çıxdı | İrəvan-Tiflis kartof qalmaqalının səsi Bakıdan çıxdı Bir sıra xəbər portallarında yayılan məlumata görə, Azərbyacan gömrükçülərinin və Kənd Təssərüfatı Nazirliyinin əməkdaşlarının Meyvəli Ticarət Mərkəzində apardığı araşdırmalar zamanı Gürcüstandan gətirildiyi ehtimal edilən kartofda xəstəlik aşkar olunduğu üçün yükləndiyi maşınlar möhürlənib. Araşdırmalar zamanı məlum olub ki, kartof əslində Gürcüstan yox, Ermənistandan gətirilib. Məsələnin ciddiliyini nəzərə alaraq, bayram olmasını nəzərə almadan, Kənd Təsərrüfatı Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevlə əlaqə saxladıq. Nazirlik rəsmisi qısaca olaraq faktı təsdiqləsə də, geniş açıqlama vermədi: "Bildiyiniz kimi, bu gün bayram olduğu üçün iş günü sayılmır. Ona görə geniş məlumat verə bilmərəm. Sabah əlaqə saxlasanız, geniş açıqlama verərəm". Qeyd edək ki, sözügedən məsələ Gürcüstanla Ermənistan arasında da qalmaqal yaradıb. İrəvanla Tiflis "zəhərli kartof" qalmaqalı yaşayır "Axar.az" erməni mətbuatına istinadən bildirir ki, Ermənistandan Gürcüstana ixrac olunan kartofda bir sıra infeksiyalı xəstəliklərin aşkar olunması iki ölkə rəsmilərinin qarşılıqlı ittihamları ilə müşahidə olunur. 2013-cü ildə Ermənistanın Gürcüstana ixrac etdiyi 3.2 min ton kartofun 1137 tonu infeksion xəstəliyin aşkar olunmasına görə geri qaytarılıb. Gürcüstan tərəfi bildirib ki, Sadaxlı gömrük nəzarət məntəqəsində Ermənistandan Gürcüstana keçirilən axırıncı partiya yoxlanılarkən ciddi xəstəliklər aşkarlanıb və bu, rəsmi Tiflis ilə İrəvan arasında gərginlik yaradıb. Gürcüstan Ermənistanı bu cür infeksiyalı məhsullar ixrac etməkdə ittiham edərək rəsmi İrəvandan təzminat tələb edir. Ermənistan isə Gürcüstan tərəfini bu cür yalanlarla İrəvandan pul qopara bilmiyəcəyini bəyan edir. Məsələ o yerə çatıb ki, artıq rəsmi şəxslər bununla bağlı bəyanatlar verməyə başlayıb. Ermənistanın Epidemiologiya və Gigiyena qurumunun sədri Artur Nikoyan daha da qabağa gedərək Gürcüstanı hədələyib: "Gürcüstana ixrac olunan kartofu Ermənistan əhalisi də yeyir. Necə olur ki, bizdə bu cür infeksiyalara rast gəlinmir, amma gürcülər infeksiya olduğunu iddia edir?! Bu cür iddialar absurddur və Gürcüstanı bu cür yalan bəyanat verməməyə səsləyirəm". Qurum sədri həmçinin qeyd edib ki, Ermənistan hökuməti gürcü tərəfinin iddialarının əsassız olduğunu sübuta yetirmək üçün Qidaların Təhlükəsizliyi Komitəsinin sədrini Gürcüstana da göndərib: "Bizim Qidaların Təhlükəsizliyi Komitəsinin sədri noyabrın 5-6-da bu ölkədə səfərdə olub. Bu məsələ yerində araşdırılıb və gürcü tərəfinin iddiaları sübutunu tapmayıb". Qeyd edək ki, Gürcüstan sözügedən məsələ ilə bağlı Ermənistandan kartof ixracını dayandırıb. Qalmaqalın kimin xeyrinə yekunlaşacağı hələ ki, bilinmir. Məsələnin maraqlı cəhəti odur ki, Ermənistan-gürcüstan arasında bu cür kartof qalmaqalı yaşandığı halda həmin infeksiyalı məhsulların Azərbaycana gəlməsi, lakin dərhal aşkarlanaraq maşınların möhürlənməsi və satışdan çıxarılması diqqəti çəkir. |
2013-11-11 | 1,441 | E.Behbidovun heç nədən hay-küyü - Yenilənib | İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudovun ofisi qarət edilib. Bu barədə "Axar.az"a məlumatı təsdiqləyən komitə başçısı dedi ki, hadisə dünən gecə saatlarında baş verib və ona ciddi maddi ziyan dəyib: "Anlamadığım odur ki, ofisimizin yerləşdiyi bina yetərincə müdafiə olunduğu halda necə qarət ediblər? Otağın divarını söküb və ordan da otağa keçiblər. Katibənin otağının qapısını sındırıblar və bahalı DVD-ni və bir neçə qiymətli əşyanı aparıblar. Dəhlizdə televizor var. Onu da aparmaq istəyiblər, ancaq yekə olduğuna görə apara bilməyiblər". Elçin Behbudov həbsdə olan keçmiş polis işçisi Hacı Məmmədovun özünün çəkdiyi və ona hədiyyə etdiyi rəsmlərin oğurlanmadığını da dedi: "Hacı Məmmədovun yağlı boya ilə çəkdiyi rəsmlər var idi. Ona toxunmayıblar. Yəqin bilsəydilər ki, o çəkib, aparardılar". E. Behbudov bildirdi ki, hadisə barədə Səbail Rayon Polis İdarəsinə məlumat verilib və əməliyyat qrupu hadisə yerində araşdırma aparır. *** Bir saatdan sonra isə məlum olub ki, E.Behbudovun ofisində oğurluq və talan olmayıb, sadəcə, onların ofisdən köçdüyünü düşünən fəhlələr divarı umurublar, əşyalar isə ortalıqda qalmasın deyə, başqa otağa yığıblar: "Ofisə gələndə divarın söküldüyünü gördük, əşyalar yox idi. Dərhal polisə müraciət etdik. Məlum oldu ki, binada təmir işləri aparan fəhlələr bizim oradan köçdüyümüzü, otağın boş olduğunu zənn edib divarı uçurublar. Ondan sonra da əşyaların ortalıqda qalmaması üçün digər otağa yığıblar. Artıq bütün əşyalar mənə təhvil verilib". |
2013-11-11 | 1,442 | İranda sünni-şiə qarşıdurması | "Axar.az" xəbər verir ki, "BBC"yə müsahibə verən İran XİN Məhəmməd Cevat Zarif bildirib ki, Şiə və Sünnilər arasındakı məzhəb gərginliyi dünyanın təhlükəsizliyi üçün ən ciddi təhlükələrdən biridir. İranlı nazir bildirib ki, bəzi adamlar dar düşüncəli siyasi mənfəətləri üçün düşmənçilikləri qızışdırır. Suriya, İraq və Pakistan, hal-hazırda məzhəb qarşıdurmalarından istifadə etməyə çalışan başlıca ölkələr arasındadır. Nazir sünnilərlə şiələr arasındakı qarşıdurmanın "təkcə bölgələr üçün deyil, dünya üçün ciddi təhlükə" olduğunu vurğulayıb. Məzhəb ayrılığı və vəhşilik 2003-cü ildə İraqın ABŞ tərəfindən işğalından bu yana şiə və sünnilər arasındakı məzhəb gərginliyi daha da şiddətlənib. Bu il İraqda təxminən 6 min 500 nəfər vətəndaş məzhəb qarşıdurmalarında öldürülüb. Bu, 2008-ci ildən bəri ən böyük göstəricidir. Şiə məzhəbindən olan Suriya prezidenti Bəşər Əsəd şiə dövləti olan İranın müttəfiqlərindən biridir. Suriyaya qarşı vuruşan, daha çox sünni üsyançılardan ibarət olan qüvvələr isə Türkiyə və Səudiyyə Ərəbistanı daxil olmaqla, sünni qüvvələr tərəfindən dəstəklənməkdədir. İran çağırış edib Nazir Zarif bütün tərəflərin Suriya mövzusundakı fikir müxtəlifliyini unudaraq məzhəbçiliyə qarşı çıxmalı olduğunu söyləyib və birbaşa ad çəkmədən Sünni Ərəb liderlərini məzhəblərdən qaynaqlanan şiddəti "qızışdırmaqda" günahlandırıb: "Heç kim məzhəblərdən qaynaqlanan şiddəti qızışdırmamalıdır. Hər kəsin təhlükəsizliyi üçün zərərli olacaq qarşıdurmanın qarşısını almaq üçün bu şiddəti dayandırmalıyıq". |
2013-11-11 | 1,443 | Bolqarıstanda hökumət əleyhinə etiraz aksiyası keçirilib - FOTO | Bolqarıstanın paytaxtı Sofiya şəhərində 8 min vətəndaşın iştirakı ilə "Ədalət yürüşü" adlı etiraz aksiyası keçirilib. "Axar.az"ın xəbərinə görə, Tələbələrin təşəbbüsü ilə keçirilən aksiya ölkədə kommunist rejiminin süqutunun 24-cü ildönümünə həsr edilib. Nümayişçilər baş nazirin və hökumətin istefası tələbi ilə çıxış ediblər. Aksiyanın keçirildiyi müddətdə Sofiyanın mərkəzində nəqliyyatın hərəkəti dayandırılıb. |
2013-11-11 | 1,444 | Üzeyir Cəfərov Müdafiə nazirinin “uğursuz təyinatlar”ından yazacaq | Zakir Həsənovun Müdafiə naziri təyin olunmasından sonra ordu sıralarında bir çox dəyişiklilər baş verdi. Yeni nazirin kadr islahatları bəzi yüksək çinli zabitlərin vəzifədən getməsinə səbəb oldu. Mətbuatda yeni nazirin "Azərbaycan Ordusu" qəzetinin baş redaktoru İbrahim Rüstəmovu vəzifədən uzaqlaşdırdığı haqda xəbərlər yayıldı. Bu arada "Axar.az"ın nazirlik daxilində özəl mənbədən əldə etdiyi məlumata görə, Zakir Həsənov "Azərbaycan Ordusu" qəzetinin baş redaktoru İbrahim Rüstəmovu vəzifədən uzaqlaşdırıb, onun yerinə vaxtilə nazirliyin mətbu orqanının ilk baş redaktoru olmuş hərbi ekspert Üzeyir Cəfərovu gətirməyi düşünür. Azərbaycan mətbuatı ilə MN arasında olan buzu əritmək istəyirəm Üzeyir Cəfərov "Axar.az"a haqqında yayılan məlumata münasibət bildirərkən köhnə vəzifəsinin icrasına qayıtmaq fikrində olmadığını dedi: "O qəzetin ilk baş redaktoru mən olmuşam. Hazırki baş redaktor mənim rəhbərliyim altında mülki şəxs kimi o qəzetdə işləyirdi. O zaman qəzet "Xalq Ordusu" adı ilə çıxırdı, sonra adını dəyişdirib "Azərbaycan Ordusu" qoydular. Mənim rəhbərlik etdiyim vaxtlarda o qəzet bütün köşklərdən həvəslə alınıb, mütaliə olunurdu. Amma təəssüflər olsun ki, son illərdə onun kəmiyyət sayı artsa da, keyfiyyəti aşağı düşüb. O ki qaldı İbrahim Rüstəmovun vəzifədən azad olunmasına, bildiyim qədər o, Müdafiə Nazirliyinin Hərbi Hhospitalında müalicə alır və ordu sıralarından tərxis olunmayıb. İndi də baş redaktor kimi qeydiyyatdadır. Mənim ora qayıtmaq məsələmi də dedim - artıq o mərhələni adlamışam. Orduda bir çox məsul vəzifələri icra etmişəm. Son vaxtlar bəzi məsələlərə görə bir peşəkar olaraq 1994-cu ilə polkovnik-leytenant rütbəsinə yüksəlmişəm. Sadəcə olaraq, mən ordu sıralarından tərxis olunmağımı istədim. Bu da mənə olan təzyiqlərlə əlaqədardı. Bu haqda danışmaq istəmirəm. Sözümü demişəm, mənim dekabrın 9-da 50 yaşım tamam olur, həm yaşıma, həm də sağlamlığıma görə özümü orduda xidməti davam etdirməyə hazır bir şəxs hesab edirəm. Böyük məmnuniyyətlə ordu sıralarına qayıdıb bilik və bacarığımı Azərbaycan Ordusuna həsr etməyə hazıram. Sonuncu dəfə də dedim ki, mən Azərbaycan ictimaiyyəti, Azərbaycan mətbuatı ilə Azərbaycan Müdafiə Nazirliyi arasında olan soyuq buzu əritmək istəyirəm və buna kömək etməyə hazıram". Yeni nazirin uğursuz təyinatları da var "İndi mən noyabrın 22-ni gözləyirəm. Həmin gün yeni nazirin vəzifəsini icra etməsinin 1 ayı tamam olur. Həmin gün təyinatlarla bağlı müəyyən fikirlərimi səsləndirəcəm. Onların arasında uğurlu təyinatlar da var, uğursuzluları da. Məsələn, elə kadrlar var ki, indiyə qədər mətbuatda dəfələrlə adları hallanıb, amma bu gün onlar yenə vəzifədədirlər. Niyə onlar hələ də ordu sıralarında fəaliyyətlərini davam etdirirlər? Bu haqda fikirlərimi bildirəcəm". Müalicədən sonra vəzifəmə qayıdacam "Azərbaycan Ordusu" qəzetinin baş redaktoru İbrahim Rüstəmov da "Axar.az"a yeni nazirin hədəfinə tuş gəlməsi haqda yayılan xəbərlərə münasibət bildirdi: "Mən hazırda hərbi hospitalda müalicə alıram və müalicəm başa çatdıqdan sonra vəzifəmin icrasına başlayacam. Vəzifədən uzaqlaşdırldığım haqda məlumatlar tam əsassızdır və bu xəbərlərin hardan qaynaqlandığını anlamıram". |
2013-11-11 | 1,445 | Üç imzalı Xalid Kazımlı - 48 | Bir çoxlarının Samir Sarı, Tuncər kimi tanıdığı – hələ, bəlli olan, tanınan, amma tanınmayan, bir qucaq "növbətçi" imzalarla bəzən xəbərlərin əziyyətini çəkən tanınmış köşə yazarı, "Musavat.com"un redaktoru Xalid Kazımlının bu gün 48 yaşı tamam olur. Doğum günündə həmkarımızı telefon vasitəsilə təbrik etdik - xəbər "qaçır", nə onun vaxtı var, nə bizim. Maraqlı bir statistika da düşür bu ilə. Xalid bəy 48 illik ömrünün tam 20 ilini "Yeni Müsavata" verib: "Mən həmişə köşələrimdə və yazılarımda bir dəst-xətt tutmuşam. Bu gün də o üslub və dəst-xətt davam edir. İllər dəyişsə də, nə özüm dəyişmişəm, nə yazılarım. Çalışıram ki, oxucuların daha çox marağına və diqqətinə səbəb olacaq yazılar yazım". Ad günündə onu üzəcək bir şey də baş verir həyatında. "Yeni Müsavat" qəzetinin dayanmaq təhlükəsi ilə üz-üzə olması Xalid Kazımlını çox narahat edir: "Belə hallarla çox üzləşmişik, dəfələrlə qəzetimizin bağlanma təhlükəsi yaranıb. Amma var gücümüzü ortaya qoyaraq bunun qarşısını almağa çalışmışıq. İndiki durumumuz isə daha acınacaqlıdı. Bir şeyi də qeyd edim ki, bu gün insanlar qəzetdən çox, saytdan xəbər oxumağa üstünlük verirlər. Bu gün "Musavat.com" ölkədə ən çox oxunan portaldır. Bu, bizi az da olsa, sevindirir". "Axar.az" kollektivi olaraq bir daha həmkarımızı təbrik edirik! |
2013-11-11 | 1,446 | Avropa futbol liqalarında qeydə alınan nəticələr - Video | Həftə sonu Avropa ölkələrinin aparıcı liqalarında növbəti turlar keçirilib. Qarşılaşmalarda bir-birindən maraqlı nəticələr qeydə alınıb. Diqqət çəkən oyunlar arasında "Fənərbaxça – "Qalatasaray", "Mançestr Yunayted" – "Arsenal", "Bayer Leverkusen" – "Hamburq" qarşılaşmalarında vurulan qolları linkdən istifadə edərək izləyə bilərsiniz. "Axar.az" olaraq, Avropa liqalarında qeydə alınan nəticələri təqdim edirik. İspaniya Premyer Liqası Osasuna 1 – 0 Almeriya Qranada 3 – 1 Malaqa Real Madrid 5- 1 Real Sosedad Xetafe 1 – 1 Elçe Atletik 2 – 1 Levante Selta Viqo 0 – 2 Rayo Valekano Betis 1 – 4 Barselona Villareal 1 – 1 Atletiko Valensiya 2 – 2 Valyodolid Espanyol 1 – 3 Sevilya İngiltərə Premyer Liqası Sautqempton 4 – 1 Xall Siti Liverpul 4 – 0 Fulhem Kristal Peles 0 – 0 Everton Çelsi 2 – 2 Vest Bromviç Aston Villa 2 – 0 Kardif Norviç 3 – 1 Vest Xem Mançestr Yunayted 1 – 0 Arsenal Sanderlend 1 – 0 Mançestr Siti Totenxem 0 – 1 Nyukasl Suonsi 3 – 3 Stok Siti Almaniya Bundesliqası Hannover 0 – 0 Braunşvayq Volsburq 2 - 1 Dortmund Şalke 3 – 1 Verder Bremen Xofenhaym 2 – 3 Herta Berlin Bavariya 3 – 0 Ausburq Bayer Leverkusen 5 – 3 Hamburq B. Munhendqladbax 3 – 1 Nurnberq Maynts 1 – 0 Ayntraxt Frayburq 1 – 3 Ştutqart Türkiyə Toto Super Liqası Kardemir Karabuk 2 – 1 Rizəspor Kayserispor 0 – 3 Beşiktaş Sivasspor 2 – 1 Bursaspor Kasımpaşa 3 – 0 Qaziantepspor Elazığspor 0 – 1 Kayseri Ərciyəspor Əskişəhərspor 2 – 0 Akisar Gənclik Spor Konyaspor 2 – 0 Antaliyaspor Gənclərbirliyi 3 - 2 Trabzonspor Fənərbaxça 2 – 0 Qalatasaray İtaliya A Seriyası İnter 2 – 0 Livorno Kataniya 1 – 0 Udineyze Cenoa 2 – 0 Verona Roma 1 -1 Saussolo Atalanta 2 - 1 Baloniya Kalyari 2 – 1 Torino Kiyevo 0 – 0 Milan Parma 1 – 1 Latsiyo Fiorentina 2 -1 Sampdoriya Yuventus 3 - 0 Napoli Fransa 1 Liqası Monako 1 – 1 Eviyan Paris Enjermen 2 – 0 Nays Valensiyen 1 – 1 Montepleyr Tuluza 1 – 1 Ayaçço Loriyent 0 – 0 Reyms Quinqamp 0 – 0 Lil Bastiya 1 – 0 Ren Bordo 0 – 3 Nant Marsel 2 – 1 Soşo Sent Etyen 1 – 2 Liyon Qeyd edək ki, növbəti turun qarşılaşmaları noyabr ayının 23-24-də baş tutacaq. |
2013-11-11 | 1,447 | Üç qafqazlı ömürlük həbsə məhkum olundu | "Axar.az" saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, 2011-ci ildə "Domodedov" aeroportunda baş verən partlayışda təqsirləndirilən şəxslərdən üçü azadlıqdan məhkum olunaraq ömürlük həbs cəzası alıb. Məhkəmənin qərarı ilə cinayətkarın üçü - İslam və İlez Yandiyev, həmçinin Bəşir Xamxoyev öz cəzasını xüsusi koloniyada çəkəcək. Əhməd Yevloyev isə həyatının 10 ilini ümumi cəzaçəkmə koloniyasında dəmir barmaqlıqlar arasında keçirməli olacaq. Təqsirləndirən tərəf təsdiq edir ki, cinayət zamanı Əhməd Yevloyev, Bəşir Xamxoyev və Yandiyev qardaşları ölən Məhəmməd Yevloyevə İnquşetiyadan Moskvaya gəlməkdə kömək ediblər və partladıcı qurğunu ona veriblər. Xatırladaq ki, Domodedovda olan partlayış 2011-ci ildə baş verib. Partlayış nəticəsində 37 nəfər həyatını itirmiş, 132 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti almışdı. İstintaq qrupu partlayışın "Qafqaz Əmirliyi"nin lideri Doku Umarov tərəfindən təşkil olunduğunu hesab edir. |
2013-11-11 | 1,448 | L.Fabius: İran və “Altılığın” razılaşması çox yaxındır | Fransanın XİN rəhbəri L. Fabius bu gün çıxışında bildirib ki, İranla "Altılıq" arasında danışıqlarda razılıq əldə edilməsə də, onlar buna çox yaxındır. Fransa İranla razılıq əldə edilməsinə mane olmaqda günahlandırılsa da, nazir bunu təkzib edib. Daha öncə KİV qərb ölkə nümayəndələrinə istinad edərək Fransa diplomatiyasını danışıqlarda ABŞ və AB-nin İranla birgə əldə etdiyi razılaşmaları arxa plana sıxışdırmaqda günahladırdı. Buna səbəb Loran Fabiusun çıxışı olub. O, çıxışında bildirib ki, razılaşmanın uğurla başa çatacağından əmin deyil. AB diplomatiyasnın rəhbəri Eşton isə öz növbəsində Fransanın danışıqlarda çox vacib rol oynadığını bildirib. Məlumat üçün qeyd edək ki, İranla "Altılığın" görüşü 7-8 noyabrda keçsə də, bir daha uzadılıb və Qərb dövlətləri XİN başçılarının planlaşdırılmamış səfəri ilə davam edilmişdi. İsrail, ABŞ və bir neçə Avropa ölkəsi İranın sülh atom proqramı altında nüvə silahı hazırlayacağından şübhələnsə də, Tehran bütün günahlandırmaları təkzib edib. İran bildirib ki, onun nüvə proqramı yalnız ölkənin elektrik enerjisi tələbatının təmin edilməsinə yönəlib. Fransanın XİN rəhbəri L. Fabius bu gün çıxışında bildirib ki, İranla "Altılıq" arasında danışıqlarda razılıq əldə edilməsə də, onlar buna çox yaxındır. Fransa İranla razılıq əldə edilməsinə mane olmaqda günahlandırılsa da, nazir bunu təkzib edib. Daha öncə KİV qərb ölkə nümayəndələrinə istinad edərək Fransa diplomatiyasını danışıqlarda ABŞ və AB-nin İranla birgə əldə etdiyi razılaşmaları arxa plana sıxışdırmaqda günahladırdı. Buna səbəb Loran Fabiusun çıxışı olub. O, çıxışında bildirib ki, razılaşmanın uğurla başa çatacağından əmin deyil. AB diplomatiyasnın rəhbəri Eşton isə öz növbəsində Fransanın danışıqlarda çox vacib rol oynadığını bildirib. Məlumat üçün qeyd edək ki, İranla "Altılığın" görüşü 7-8 noyabrda keçsə də, bir daha uzadılıb və Qərb dövlətləri XİN başçılarının planlaşdırılmamış səfəri ilə davam edilmişdi. İsrail, ABŞ və bir neçə Avropa ölkəsi İranın sülh atom proqramı altında nüvə silahı hazırlayacağından şübhələnsə də, Tehran bütün günahlandırmaları təkzib edib. İran bildirib ki, onun nüvə proqramı yalnız ölkənin elektrik enerjisi tələbatının təmin edilməsinə yönəlib. |
2013-11-11 | 1,449 | Tehranla MAQATE anlaşdı – Müqavilə | İranın Atom Enerji Təşkilatının rəhbəri Əli Əkbər Salehi bəyan edib ki, Tehran və MAQATE əməkdaşlığın "Yol xəritəsi"ni razılaşdırıblar. "Frans-Press"in məlumatına görə, hazırda MAQATE rəhbəri Yukiya Amanonun Tehrana səfəri davam edir. Oktyabrın 28-də keçirilən görüş "çox konstruktiv" olaraq dəyərləndirilsə də, razılaşma əldə olunmamışdı. Bu baxımdan MAQATE-nin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri və aparılan danışıqlar yaxşı perspektiv vəd edir. |
2013-11-11 | 1,450 | “Nüsrət” cəbhəsi Əsədi şok etdi - Video/Foto | Suriyada savaşan "Nüsrət" Cəbhəsi milyonlarla dollar dəyərindəki silah-sursat qənimətini ələ keçirərək Əsəd rejimini və dünyanı təəccübləndirib. Azad Suriya Ordusunun Xəbər Agentliyində şərqi Xumsdakı atışmalar zamanı ələ keçirilən ölkənin ikinci ən böyük silah bazasının fotoları yerləşdirilib. Həmin fotoları təqdim edirik: |
2013-11-11 | 1,451 | Azərbaycan yardım etdi, Türkiyə təşəkkür | Türkiyə Böyük Millət Məclisinin Ərdahandan olan deputatı Ensar Öyüt Gürcüstan tərəfində maqistral yolun təmirinə göstərdiyi kömək üçün Azərbaycan dövlətinə təşəkkür edib. "Axar.az"ın xəbərinə görə, sərhəd məntəqəsinin 2014-cü ilin avqust ayında istifadəyə verilməsindən sonra Azərbaycana Ərdahandan 2 saatlıq yol olacağını diqqətə çatdıran deputat onu da vurğulayıb ki, "bu sərhəd qapısının açılması vilayətin iqtisadi inkişafına da təkan verəcək". Xatırladaq ki, türkiyəli deputat Ensar Öyüt 2007-ci ildə parlament nümayəndə heyətinin tərkibində Azərbaycan Prezidentinin qəbulunda olduğu zaman maqistral yolun təmir olunması barədə ona müraciət edib. |
2013-11-11 | 1,452 | Lənkəranda narkobaron qadın tutuldu | Lənkəran polisi narkotiklərin qanunsuz dövriyyəsilə məşğul olan şəxsi zərərsizləşdirməyə nail olub. "Axar.az"ın ANS PRESS-ə istinadən məlumatına görə, aparılan əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Zəmanət Sahib qızı Həşimovanın üzərindən 720 qrama yaxın narkotik vasitə olan heron aşkar edilərək götürülüb. Əməliyyat Lənkəran şəhəri Ləvəngi dairəsində keçirilib. Keçirilən əməliyyat tədbiri zamanı Bakı şəhər sakini 50 yaşlı Zəmanət Sahib qızı Həşimovanın üzərinə baxış keçirilərkən əlində olan torbanın içərisində 4 ədəd sarıkök salafanında narkotik vasitə olan heroin aşkarlanıb. Əməliyyatda iştirak edən baş müstəntiq Famil Həsənovun verdiyi məlumata görə, qadının üzərində 720 qram çəkidə külli miqdarda narkotik vasitə aşkar edilib: "Həmin şəxs şübhəli şəxs qismində tutulub. Onun barəsində Lənkəran rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Vətəndaş Həşimovanın deməsinə görə, əvvəllər də narkotik maddələrin qanunsuz dövriyyəsilə məşğul olduğu üçün bir dəfə məhkumluq həyatı yaşayıb". İlkin istintaqa ifadəsində qadın həmin narkotik vasitəni tanımadığı İran İslam Respublikası vətəndaşndan aldığını bildirib. Faktla bağlı Lənkəran şəhər polis şöbəsində cinayət işi başlanıb, istintaq aparılır. |
2013-11-11 | 1,453 | 10 min insanın öldüyü fəlakət fotolarda | Filippin tarixində ən böyük tropik qasırğa olan "Hayyan" ölkəyə çox böyük zərbələr vurub. Çox güclü qasırğa nəticəsində həlak olanların sayı 10 min nəfəri keçib. Ötən həftənin cümə və şənbə günləri ölkə ərazisinin 80 faizini vurmuş "Hayyan" Filippinin şərq bölgələrində daha böyük dağıntılara və qurbanlara səbəb olub. |
2013-11-11 | 1,454 | Rusiya böyük ölkədir, amma böyük deyil | Bir tikə çörəyin əsiri olanlar üzünü Rusiyaya tutur. Milyonlarla insan nicatını – dolanışığını bu nəhəng ölkədə tapmaq ümüdü ilə evindən-eşiyindən, yurd-yuvasından didərgin düşür, soyuq ölkədə istilik axtarır. Görəsən doğrudanmı, milyonlarla miqrantı Rusiyanın nəhəng iqtisadi resursları özünə çəkir? Yoxsa öz vətənində maddi-psixoloji, bir az da "freydist" sıxılmanın ağrısından can qurtarırlar? Bəlkə, hansısa həzzdir o insanları yurd-yuvalarından didərgin salan? Hər halda, Rusiya keçmiş sovetlər üçün yad ölkə deyil... Amma əvvəlki ampulasındadır. Bu ölkə ona üz tutanların doğmalığını görmür. Görmək istəmir. Bir vaxtlar eyni dövlətin atributlarını paylaşan, himnini oxuyan, sərhədlərini qoruyan "qardaşlaşmış xalqlara" ikinci, üçüncü növ kimi baxır. Elə o vaxtlar da belə olub, amma o zamanlar bu sadəcə hiss edilməyib. Rusiya nəhəng dövlətdir, - bu nəhənglik az qala Günçıxandan Günbatana qədər bir ərazini özündə birləşdirir. Amma bu nəhəng dövlət – Günbatandan Gündoğana qədər uzanan ölkə yenə də torpaq həsrətindədir. Rus hakimiyyəti heç vaxt "mənəvi hegomonluğa" can atmır, yalnız maddiyyatı düşünür. Ona görə də elə təsəvvür yaranır ki, bu ölkə acdı. Bu dövlət bir barrel neftə görə insan qanına susamağı bacarır; ona görə də Rusiya "ruslaşa" bilmir: bu boyda ərazisi, ərazisinə görə bir ovuc əhalisini yüksək səviyyədə dolandırmaq gücündə olan bir dövlət özünü yaddan çıxarıb, gözünü onun-bunun əlinə dikdikcə, "surroqat" analarının sayı artır, yeddi arxa dönəninin daşıdığı moğol-tatar qanına yeni – miqrant qanı vurulur... Millətin sivilizasiyalara açıqlığı hakimiyyətin xoşuna gəlmədiyindən, hakimiyyət-xalq ayrılması yaşanır: rus əxlaqına yaxın olmayan şovinizm ideologiyası ilə Rusiyanın "milli kimliyini" saxlamağa cəhd göstərirlər. Başqa yol görmürlər – sürətlə qarışan qan, dəyişən baxışların fonunda imperiya təfəkkürü ilə hakimiyyəti idarə edənlər zamanla ayaqlaşa bilmir. Halbuki bir beynəlmiləl, şəffa sərhədli Rusiyaya ehtiyac var. Bu ehtiyac zamanın tələbidir: FTX-də hazırlanan və dəstəklənən 5-10 başıqırxıq "skinhedlə" bu prosesin qarşısı alına bilməz. Rusiya nəhəng ərazisi olan ölkədir... Amma böyük deyil... Böyüklük ərazi ilə ölçülmür, amma ölkənin ərazini qoruyan fakt hakimiyyətin böyüklüyüdür. Rusiya böyük olmayacaqsa, ərazisi də kiçiləcək... |
2013-11-11 | 1,455 | Eks-prezidentin həbs müddəti uzadıldı | Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin həbs müddəti beşinci dəfə otuz günlüyünə uzadılıb. Mühakimə qaynaqlarından alınan məlumata görə, Mursi haqqında 25 yanvar 2011-ci il inqilabı zamanı ""Vadi Natrun" həbsxanasından qaçmaq və həbsxananı qəsdən yandıraraq məhkumların qaçmasına səbəb olmaq" ittihamları ilə açılan cinayət işini araşdıran hakim Həsən Səmir, Mursinin həbs müddətinin daha otuz gün uzadılmasına qərar verib. Xatırladaq ki, Mursinin məhkəməsi ""Vadi Natrun" həbsxanasından qaçmaq və həbsxananı qəsdən yandıraraq məhkumların qaçmasına səbəb olmaq", "məhkumları qaçırmaq", "həbsxananın sənədlərini məhv etmək", "Həmas ilə əməkdaşlıq edərək, casusluq fəaliyyətləri göstərmək", "hərbi qurumlara hücum etmək" və "dövlət malına zərər vermək" ittihamları ilə davam edir. |
2013-11-11 | 1,456 | Qatar relsdən çıxdı, benzin dolu 6 sistern yandı | Ermənistanın Armavir vilayətində "Dalarik-Karakert" qatar yolunda yük qatarı relsdən çıxıb. Hadisə haqda məlumat yerli vaxtla 01.37-də verilib. Hadisə yerinə FHN, eləcə də "Masis" stansiyasından teplovoz, "Gümrü" stansiyasından isə yanğınsöndürən qatar yollanıb. Relsdən çıxan qatar Gümrüdən Masisə 6 vaqon taxıl, 15 sistern benzin, 2 vaqon şpal və 11 boş vaqondan ibarət olub. Hadisə nəticəsində 6 sistern relsdən çıxaraq çevrilib və yanmağa başlayıb. "Axar.az"ın erməni saytlarına istinadən məlumatına görə, hadisə yerinə çatan teplovoz yanğın yerindən 18 vaqon və 9 sistern çıxarmağa müvəffəq olub. "Gümrü"dən gələn qatar isə daha 9 vaqonu yanğın yerindən uzaqlaşdırıb. 4 benzin sisterni tamamilə, 2-si isə qismən yanib. Yanğın eləcə də 100 metrlik şpalı məhv edib. Zərər çəkənlər haqda heç bir məlumat yayılmayıb. Faktla bağlı araşdırma aparılır. |
2013-11-11 | 1,457 | Bir gündə 41 cinayət - Statistika | "Axar.az"ın DİN mətbuat xidmətindən aldığı məlumata görə, noyabrın 10-da Respublikanın Daxili İşlər orqanları tərəfindən gün ərzində 41 cinayət faktı qeydə alınıb və onların 17-si "isti izlər"lə açılıb. Günün statistikası belədir: * Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 2 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. * Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 16 nəfər yaralanıb. * Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib. * Cinayət törətdiklərinə görə isə 15 nəfər həbs edilib. |
2013-11-11 | 1,458 | Stalinin son sirri – Mavzoleydə dəfn edilən “rəhbər” kim idi | Kommunist rəhbərin həyatı uzun müddət məxfi qrif altında arxivlərdə saxlanılıb. Son zamanlar yazıçı V.Suvorov yaxud peşəkar kəşfiyyatçı V.Rezunun sayəsində (1978-ci ildə İngiltərəyə gizli şəkildə qaça bilib. Buna görə SSRİ-də ölüm hökmünə məhkum edilib) bununla bağlı müzakirələr ocağı yenidən alovlanıb. Onun yerinə oxşarı əməliyyat edilir... Hamımız bilirik ki, Stalin 5 mart 1953-cü ildə vəfat edib və bundan sonrakı 5 gün ərzində ölkənin ən peşəkar həkimləri onun həyatının xilası üçün əllərindən gələni ediblər. Lakin sovet tarixinin sirlərini öyrənən tədqiqatçıların fikrinə görə, istər onun ölümünü görən şahidlər, istərsə də onu xilas etməyə çalışan həkimlər sən demə, heç ellər atası üçün vuruşmayıblar. Rəhbərin yerinə əməliyyat stolunda uzanan onun oxşarı olub. Bunun həyata keçirilməsi haqqında əmri isə o zaman SSRİ-də ikinci adam hesab edilən Lavrenti Beriya verib. Professor Leonid Maxnoviç İkinci Dünya Müharibəsi ərəfəsində Avstriya qəzetlərinin birində verilmiş materialı taparaq ictimaiyyətə təqdim edib. Burada yazılır ki, günlərin birində hansısa məşhur həkim ellər atasını müayinəsi üçün dəvət edilir. Qarşısında eyni üz cizgilərinə malik olan beş adamı görəndə yerində duruxub qalır. Xarici cizgilər baxımından bir-birindən fərqlənməyən bu şəxsləri yalnız daxili orqanlarının quruluşuna görə ayırd etmək mümkün idi. Panteleymon Vasilyevski adlı Qərbi Ukraynalı dustaq isə Neyman adlı tibb sahəsi üzrə professordan son dərəcə qəribə şeylər eşitdiyini deyib. Onun bildirdiyinə görə, həmin şəxs müharibə zamanı Hitleri, ondan sonra isə Stalini müayinə edib. Müayinələr zamanı onu hər birində eyni rəhbərin oturduğu müxtəlif bir neçə otağa aparırdılar. Lakin gördüyü bu şəxslərdən hansının əsl Stalin olduğunu isə o heç zaman təyin edə bilməyib. Kəndçi Rəşid Stalinin oxşarlarından biri heç vaxt məktəb üzü görməmiş Şimali Qafqazlı kəndçi Rəşid olub. Onu bütün ölkədə Stalini zahir cəhətdən əvəz edə biləcək şəxsləri axtaran xüsusi idarənin işçiləri tapmışdı. Rəşidi ortaya çıxarandan sonra dərhal Moskvaya gətirmişdilər. Burada ona rəhbərə bənzəyən digər şəxs - aktyor Dikiy iki il ərzində dərs keçmişdi. Nəhayət, məşğələlər qurtarandan sonra Stalinin əvəzinə bir sıra görüş və qəbullarda iştirak etmişdi. Mühasib Yevsey Lubiçko Bənzərlər sırasında Yevsey Lubiçkonun adı daha çox hallanır. Onun var olması haqqında ilk dəfə kanadalı jurnalist İrvinq Xerrol 1981-ci ildə "Dublyor" adlı məqaləsində məlumat vermişdi. 1934-cü ildə Siyasi Büronun üzvü olan Serqey Kirovun qətlindən sonra Stalin xarici görünüş baxımında tamamilə ona oxşayan insanın tapılmasını əmr edir. Belə insan Ukrayna şəhərlərindən birində ortaya çıxır. O, mühasib Vinica Yevsey Lubiçko idi. 1935-ci ilin sentyabrında Lubiçkonun qapısının qarşısında qara limuzin dayanır. Bir qədər sonra onun içindən çıxan hündürboy, enerjili gənclər ukraynalını ailəsi ilə vidalaşmağa imkan vermədən maşına basıb naməlum istiqamətə aparırlar. Mühasibi tezliklə Moskvadan kənarda yerləşən ətrafı hündür hasarla əhatələnmiş malikanələrdən birinə yerləşdirirlər. Dublyor sadəcə göstərilən kinoxronikalara baxıb Stalinin qəlyanı necə yandırması, danışma qaydasını mənimsəməli idi. Yalnız yarım ildən sonra Lubiçkonun müəllimləri cəsarət edib onu sonuncu imtahana gətirmək qərarını verirlər. İosif Vissarionoviç şəxsən oxşarını qəbul edir. Stalin müəllimlərin gördüyü işdən razı qalaraq, bənzəri ilə hələ bir rumka konyak da içir. Dublyor onu tez-tez teatrlarda əvəz edirdi. Hansı ki, burada rəhbərə sui-qəsd törətmək çox asan bir şey idi. Onu lojada görən tamaşaçılar cəld yerindən tərpənir və ayaq üstə alqışlayırdılar. Stalinin yerinə Lubiçkonun 7 noyabr və 1 may tarixlərində mavzoleyə getməsinə gəlincə isə, bunu çox yaxın dövlət adamları bilirdi: Malenkov, Bulqanin, Xruşov, Molotov və Beriya. Ölüm – uğursuz tamaşa Toronto universitetinin tarixçisi Qreq Sinkonun sözlərinə görə, Stalinin ölümü 1953-cü ildə nəinki Sovetlər İttifaqını həmçinin bütün dünyanı şoka salan sadəcə olaraq çox uğurla tamamlanmış tamaşa idi. Stalin artıq ən güclü diktator olmaqdan yorulmuşdu. Onun hər sözü mübahisə edilmədən qəbul edilir və çox vaxtda düşünülmədən həyata keçirilirdi. İllər keçdikcə yaşlılığını rahat keçirmək haqqında fikirləşirdi, lakin tiranlar üçün bu, qeyri-mümkün idi. O, bilirdi ki, "dostları" və "sadiq qulluqçuları" zəifliyini bilən kimi dərhal sui-qəsd haqqında fikirləşməyə başlayacaqlar. Belə sonluğu qabaqlamaqdan ötrü Lavrenti Beriyaya "Himalaya səyahət" adlı əməliyyatı keçirmək əmrini verir. Burada əsas rolları isə onun iki bənzəri oynayır. Boris Ayrapetov 1950-ci ilin dekabrında "Moskva-Ankara-Kabil-Tehran-Mədrəs" marşrutu istiqamətində bənzərlərindən biri – Boris Ayrapetov yola salınır. O, artıq əldən düşmüş, bütün işlərini təhvil vermiş və ömrünün sonlarını Himalay dağlarında keçirməyə hazırlaşan kar tacir İsa rolunu oynamalı olur. Bunun özü üçün sonuncu səfər olduğunu başa düşməyən oxşar, mərkəzə marşrutunun keçdiyi yerlərdəki siyasi əhval-ruhiyyə haqqında mütəmadi şifrələr göndərirdi. Aftandil Djalaqoniya Moskvada isə bu ərəfədə daha bir bənzər Aftandil Djalaqoniya gözləyirdi. Axırıncıya daha mühüm vəzifə tapşırılmışdı. Məhz o təntənəli şəkildə mavzoleydə dəfn olunmalı idi. Daha sonra şübhə doğurmasın deyə Stalinin mühafizəçiləri, xüsusiylə də onların rəhbəri general Vlasika dəyişdirildi. Bunun ardınca isə xəstəlik bəhanəsiylə Stalinin yanına onu əla tanıyan insanlardan heç biri buraxılmadı. Qrek Sinko həmçinin rəhbərin niyə məhz Himalayı seçməsinin də səbəblərini açıqlayır. "Xristos və Stalin-paralellər və perpendikulyarlar" adlı kitabında tarixçi göstərir ki, keçmiş seminarist İosif Stalin teoloji (dini) ədəbiyyatla yaxından tanış olmuş və bunların sırasında "Tibet İncili"ni də oxumuşdu. Burada bildirilir ki, Məsih xaçda ölməyib, əksinə sağ qalıb. Tələbələri tərəfindən xilas ediləndən sonra həyatını Hindistanda Kəşmir ştatında sona vurub. Natonoviç adlı jurnalist 1887-ci ildə Hindistanda olan zaman tibet rahiblərindən biri ilə görüşür və rahib ona məbədlərində avropalıların Xristos adlandırdığı "Müqəddəs İsa" adlı əlyazmanın saxlanıldığını bildirir. Qrek Sinko yazır: "Allahın getdiyi hind yolunu təkrarlamaq, sovet kommunistlərinin tanrısının həyat məqsədi idi. Bu uşaqlıq arzularının da təcəssümüdür". Yəqin elə buna görədir ki, Stalinin sonuncu bənzərinin ölməli olduğu ad İssa və ya İsa bəy adlanırdı. Stalinin siyasət meydanından getmək planı mükəmməl həyata keçirilmişdi. Onun sonuncu iki oxşarından biri yoxluğa qərq olmuş, digəri isə Leninlə yanbayan mavzoleydə uzanmışdı. Sinko tərəfindən İosif Vissarionoviçin həyatının əsl sonluğu ilə bağlı söylənilən təxminlər Sovet ölkəsində bəzi hadisələrin açıqlanmasına imkan yaradır. Diri ikən basdırılmaq Partiyanın 20-ci qurultayında şəxsiyyətə pərəstişin tənqidi və ondan imtina olunmağın təklifi ölkəni idarə edən yuxarıda oturan qüvvələr üçün təhlükə mənbəyi idi. Aşağılardan cavan, enerjili gənclər yığılırdı ki, asanlıqla Xruşov, Kaqanov, Molotov, Malenkov, Beriyanın günahsız insanların qətlində günhakar olduqlarını sübuta yetirə bilsinlər. Qurultay Stalinin özü üçün daha gərəkli idi, çünki bunun vasitəsilə yeni həyatında birinci addımını atırdı. Rahatlıq addımı. Ortaya maraqlı sual çıxır. Görəsən, niyə 1956-cı ildə şəxsiyyətə pərəstişin partiya qurultayında pislənməsindən Stalinin oxşarının bədəni mavzoleydən götürülmədi? Cavab çox sadədir. Ona görə ki, Stalin həmin vədəyə qədər sağ idi və indiyə qədər də bilinmir - əgər "köhnə dostları" tərəfindən bu addım atılsaydı, o hansı reaksiyanı verərdi. Daha bir məqam onun qızı Svetlana ilə bağlıdır. SSRİ-dən getməyin asan olmadığı bir vaxtda onun hind zabitinə ərə gedərək, ölkəni rahat şəkildə tərk etməyinə icazə verilir. Halbuki bu qadın kənarda nə isə danışa bilərdi. Bunun da cavabı yuxarıdakı ilə eynidir. Sadəcə, ona qəsdən bu izdivaca getməyə şərait yaratdılar. Səbəb isə sovet kommunistlərinin liderinin heç olmasa darıxdığı zamanlarda sevimli qızını uzaqdan görməyə şəraitinin olması idi. |
2013-11-11 | 1,459 | İlham Əliyev Filippin Prezidentinə başsağlığı verdi | Azərbaycan prezidenti İlham Əliyev Filippinin dövlət başçısı III Beniqno Akinoya başsağlığı verib. Dövlət başçısı həmkarına məktubunda ölkədə baş vermiş dəhşətli qasırğa nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbərlərdən kədərləndiyini bildirib. "Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Filippin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram". |
2013-11-11 | 1,460 | "Bu "Volqa"ya 25 min sayırlar, vermirəm" - Fotolar | Bu dəfə təqdim edəcəyimiz "Volqa" Azərbaycandakı retro avtomobillər arasında öz görünüşünə və müxtəlif parametrlərinə görə ön sıralardan birini tutur. Avtomobilin cazibədar görkəmi insanı uzaqdan özünə cəlb edir. İki aydan sonra 50 yaşını qeyd edəcək avtomobilə olan xüsusi baxım insanı valeh edir. Necə deyərlər, "adamın maşına ayaq qoymağa heyfi gəlir". Biz də avtomobili görər-görməz sahibini tapıb ondan bu "sənət əsəri" barədə fikrini almaq istədik. Avtomobilin sahibi Asif Şücayev bizimlə həmsöhbət olmağa sevə-sevə razılıq verdi. Hamısı "zavodskoy"dur Bu "Volqa" 1964-cü il buraxılışıdır. Mənə də bu maşın atamdan qalıb. İndi oğluma deyirəm ki, mənə atamdan qaldığı kimi, məndən də sənə qalsın. Deyir, yox, istəmirəm. İndiki cavanlar bəyənmir bunları. Bu maşın hardasa 15 il olar ki, mənim özümdədir. 2005-ci ildə bir az əl gəzdirmişəm. Avtomobilin bu vəziyyətə gəlməsi üçün nömrə ilə birgə 18 min xərcim çıxıb. İndi də heç bir problemi yoxdur. Bu "Volqa"da nə varsa, "zavodskoy"du, əlavə bir detal qoyulmayıb üstünə. Hətta təkərləri də "zavadskoy"du. İnsanların marağı da çoxdur buna. Gəl, "Cip"lə, "Mersedes"lə dəyişək Misal üçün, mənə deyiblər, gəl "Cip"lə, "Mersedes"lə dəyişək, demişəm, yox. Hətta 25.000 veriblər, satmamışam. Üstündə olan nömrəyə görə zəng edib 7.000 manat təklif elədilər, vermədim. Yubileyini də keçirəcəyəm Bax, sizə bir şey deyim, mənim bundan əlavə qarajın qabağında bir "Cip" maşınım da var. Bu "Volqa"nı qarajda saxlayıram, amma "Cip"i yağışın, günün altında. Çünki, "Cip"i gedib almaq olar, amma bunu yox. Mənim bu maşına hörmətim var. O qədər sevirəm ki, bu maşını! Göz bəbəyi kimi qoruyuram. Hələ iki aydan sonra bu "Volqa"nın yubeliyini də keçirəcəyəm. Maşının 50 yaşı var, hər ilinə 1.000 manat versələr, bəlkə də sataram. |
2013-11-11 | 1,461 | Kiyev Rusiya qazından imtina etdi | Bu gün "Ukrayna Naftoqaz"ı Rusiyanın "Qazprom"undan qaz almaqdan imtina edib. Bu haqda məlumatı Yanacaq və Energetika kompleksinin Mərkəzi dispetçer idarəsi verib. Məlumata görə, Ukrayna oktyabrda Rusiyadan 3,2 milyard kub metr rus yanacağı alıb. 6-7 noyabr həcm 9 milyon kub metrə enib, ayın 8-dən sonra isə ümumiyyətlə kəsilib. Qeyd edək ki, oktyabrdan Ukrayna Polşadan qazın təchizini dayandırandan sonra qazı Almaniyadan alır. Ümumilikdə təbii qazın idxalı 50% azaldılıb. Ukraynanın baş naziri N.Azarov daha öncə də qiymətlərə yenidən baxılmazsa, Rusiya qazının alınmayacağını bildirmişdi. Polşadan gələn qazın dayandırılmasını isə rus qazına nisbətdə qiymətinin qalxması ilə izah ediblər. |
2013-11-11 | 1,462 | Azərbaycan-İran sərhədində vəziyyət yenidən gərginləşib | Hazırda Azərbaycanla İran sərhəddində - Biləsuvar Sərhəd Keçid Məntəqəsində vəziyyət daha da gərginləşib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, keçid məntəqəsinin avtomobil dayanacağında yük avtomobillərinin sayı pik həddə çatıb. Hətta vəziyyət o həddə çatıb ki, əraziyə gələn yeni yük avtomobilləri üçün yer yoxdur. Məsələ ilə bağlı Azərbaycan sərhədçiləri iranlı həmkarları ilə ikinci dəfə görüşüblər. Hələlik görüşün nəticələri barədə məlumat verilmir. Qeyd eədk ki, səhər saatlarında Azərbaycan vətəndaşları gözləmədən sərhəddən keçiblər. 5 gündür ki, Biləsuvar Sərhəd Buraxılış Məntəqəsində hərəkətsiz halda dayanmış yük avtomobilərində artıq bir sıra texniki problemlər də yaranmağa başlayıb. Yükün təsirindən avtomobillərin təkərləri sıradan çıxır. |
2013-11-11 | 1,463 | Xınalıq kəndi Almaniya mətbuatında - FOTOLAR | Almaniyanın "Die Welt" internet portalında Azərbaycan ərazisində ən qədim insan məskənlərindən biri olan Xınalıq kəndi haqqında material dərc edilib. "Axar.az" həmin məqaləni təqdim edir. "Xınalıq tarixi qədim dövrlərə söykənən bir kənddir. Xınalıq kəndi Dağıstanla sərhəd olmaqla bərabər, Böyük Qafqaz sıra dağları ilə əhatə olunur. Beş min illik tarixə malik bu əfsanəvi yer dünyanın ən qədim yaşayış yerlərindən biridir. Ayrıca Xınalıq Azərbaycan Respublikası ərazisində ən hündür nöqtədə yerləşən kənddir. Xınalıqdan Quba şəhərinə getmək üçün 63 km yol uzanır ki, bu da təxminən 3 saat vaxt alır. Kələ-kötürlü bu yol dağlar, çaylar və şəlalələr arasında yerləşir. Qışda yağan qar kəndə gedən yolun bağlanmasına səbəb olur. Kənddə yaşayan təxminən 2 min nəfər öz dilində danışır". Qeyd edək ki, hazırda Xınalıq kəndinə asfalt yol çəkilib. Görünür, məqalə müəllifi bu kəndə daha öncə səfər edibmiş. |
2013-11-11 | 1,464 | Azərbaycanda Türk Bayraqları aşağılandı - Video | Noyabrın 5-ində "Yutub" video paylaşım saytına yerləşdirilən bir videoda ermənilərin Azərbaycan torpağında - Dağlıq Qarabağın ərazisindəki Xankəndi şəhərində keçirilən təlimi əksini tapıb. Təlimdə erməni əsgərləri Azərbaycan və Türkiyə bayraqlarının daş üzərindəki əksindən hədəf kimi istifadə edirlər və onu sındırırlar. |
2013-11-11 | 1,465 | ABŞ hərbi gəmisi Gürcüstana futbol oynamağa gəldi | "ABŞ-ın hərbi-dəniz qüvvələrinə məxsus "Mount Whitney" gəmisi artıq Batumi limanındadır". Bu barədə "Novosti-Qruziya" agentliyi məlumat yayıb. Məlumata görə, ABŞ hərbi gəmisinin Gürcüstan sularına girməsində məqsəd noyabrın 12-də Gürcüstan DİN və Müdafiə Nazirliyi ilə birgə hərbi təlimlərdə iştirak etməkdir. Gürcüstan Daxili İşlər Nazirliyi Sərhəd Xidmətindən bildirilib ki, sahil xidməti əməkdaşları və müdafiə Nazirliyinin xüsusi təyinatlı dalğıcları ABŞ hərbi gəmisinin heyəti ilə birlikdə gəminin göyərtəsində yanğına və istiləşməyə qarşı təlimlər keçəcəklər". Görüş çərçivəsində Gürcüstan sahil xidməti əməkdaşları ilə ABŞ hərbi gəmisinin futbol komandalarının yarışı da nəzərdə tutulur. |
2013-11-11 | 1,466 | “Aşan Rusiya”ya spirtli içki satışı qadağan edilib | Moskva vilayətinin İstehlakçı bazar və xidmət nazirliyi "Aşan" şəbəkəsinin 11 hipermarketində spirtli içki satışının lizensiyasını dayandırıb. Məlumatı "Aşan Rusiya"nın xarici əlaqələr direktoru Mariya Kurnosova "Praym" agentliyinə bildirib. Beləliklə, noyabrın 8-dən Podmoskovye ərazisində spirtli içki satışı qadağan olunub. Satışın dayandırılmasına spirtli içkinin dövriyyə deklorasiyalarında səhvin aşkar olunması səbəb olub. "Aşan" şəbəkəsindən aydınlıq gətiriblər ki, 2012-ci ilin avqust ayından spirtli içkilərin dövriyyəsi deklorasiyanın verilməsində yeni qaydalar qüvvəyə minib. Ancaq bu qaydaları tədbiq etmək üçün avtomatik rejimdə detallaşdırmaq mümkün deyil və səhvlərin olması qaçılmazdır. |
2013-11-11 | 1,467 | Şad xəbər: sabah Milli Parkda atraksionlar pulsuz olacaq - Video | Sabah Milli Parkın ərazisində fəaliyyət göstərən atraksionlar pulsuz olacaq. Pulsuz atraksionlar 15 yaşına qədər olan uşaqlar üçün nəzərdə tutulub. Atraksionlar səhər saat 09:00-dan günorta saat 13:00-ə qədər pulsuz xidmət göstərəcək. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, Milli Parkda bu cür tədbirlər ayda bir dəfə həyata keçirilir. Pulsuz atraksionların keçirilməsində məqsəd isə maddi vəziyyəti aşağı olan valideynləri sevindirməkdir. Pulsuz atraksionların keçirilməsini yaxşı hal hesab edən rəis müavini onu da bildirdi ki, bu addımı tez-tez atmaq mümkün olmur. Belə ki, həftə sonu və bayram günləri Milli Parkda əhali sıx olur. Belə olan halda valideynlər və uşaqlar arasında anlaşılmazlıq yaranır. Ona görə də pulsuz atraksionların keçirilməsi həftə içi nəzərdə tutulur. |
2013-11-11 | 1,468 | Razi Nurullayev: "Bu, Rusiyanın Azərbaycana təzyiqidir" | Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində Ermənistan parlamenti gözlənilməz qərar qəbul edib. Ölkə parlamenti noyabrın 12-də "Ermənistan Respublikasının Dağlıq Qarabağ Respublikasını tanıması" haqqında qanun layihəsini müzakirə edəcək. Bu təşəbbüs "Miras" fraksiyasının başçısı Zarui Postadjan tərəfindən edilib. Postadjan jurnalistlərə açıqlamasında qanun layihəsinin tezliklə müzakirə edilməsinin tərəfdarı olduğunu bildirib. Məsələ ilə bağlı politoloqlar "Axar.az"a danışdı. Azərbaycan ciddi addımlar atmağa məcbur olacaq "Şərq-Qərb Araşdırmalar Mərkəzi"nin rəhbəri politoloq Ərəstun Oruclunun fikrincə, bu məsələnin müzakirəyə çıxarılması Azərbaycana qarşı növbəti uzunmüddətli təzyiqin tərkib hissəsidir: "Bu məsələ bir neçə dəfə müzakirəyə çıxarılsa da, hələ indiyə qədər tanınma qərarı olmayıb. İstisna eləmirəm ki, Ermənistan parlamenti ya tanınma kimi, ya da tanınmaya yaxın qərar qəbul edə və bu məsələ Azərbaycanı çox ciddi addımlar atmağa məcbur edə bilər. İstənilən halda Ermənistan parlamenti bu qərarı qəbul etdiyi halda çox ciddi beynəlxalq təzyiqə tuş gələcək. Hesab edirəm ki, bu qərarın qəbul olub-olunmaması Ermənistandan asılı deyil. Yəni birbaşa xarici faktorlardan asılıdır. Xarici faktor da Rusiyanın təzyiqi ola bilər. Güman ki, bu, uzunmüddətli müzakirə olacaq. Yəni diskussiya predmetinə çevriləcək, təzyiq faktoru öz aktuallığını itirməsin". Bu, Ermənistana yaxşı heç nə vəd etmir AXCP sədrinin müavini, "Region" Beynəlxalq Analitik Mərkəzin (RBAM) rəhbəri politoloq Razi Nurullayev qanun layihəsinin Ermənistan parlamentində müzakirəyə çıxarılmasını Rusiyanın Azərbaycana növbəti təzyiqi kimi qiymətləndirir: "Ermənistan parlamentinin qondarma Dağlıq Qarabağın tanınma məsələsini müzakirə etməsinin özü Azərbaycan, elə Ermənistanın özü üçün də yaxşı heç nə vəd etmir. Burada bir neçə səbəb görürəm. Birinci səbəb ondan ibarətdir ki, Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa görüşün keçirilməsi nəzərdə tutulur. Həmsədr ölkələrin və həmsədr qrupunun rəhbərləri bununla bağlı razılıq əldə ediblər. Və belə bir mərhələdə hesab edilir ki, İlham Əliyevin görüşə razılıq verməsinin əsas səbəbi həmsədr ölkələrin onu Ermənistan tərəfinin güzəştə gedəcəyinə inandırmasıdır. Amma indi əksini müşahidə etdik. Bu məsələ danışıqlar vaxtı bizə psixoloji təzyiq göstərməkçün atılan addımdır. Digər tərəfdən, mən bunu Rusiyanın təzyiqinin tərkib hissəsi sayıram. Rusiya bu yolla Azərbaycana Avrasiya və Gömrük İttifaqına daxil olmaq üçün təzyiq edir". |
2013-11-11 | 1,469 | Obamayla Ərdoğanın münasibətləri korlanıb | ABŞ-da 2 ayda bir dəfə çıxan beynəlxalq əlaqələr, milli təhlükəsizlik və iqtisadiyyat kimi mövzulara müraciət edən "National İnterest" jurnalı Obama ilə Ərdoğan arasında son zamanlar davam edən soyuq münasibətin səbəblərini müəyyənləşdirib. "Axar.az"ın xəbərinə görə, 2 müttəfiq ölkə arasında uzun müddətdir davam edən münasibətlərin soyuq xarakter almasına səbəb kimi Ərdoğanın Bəşər Əsədin gedişini sürətləndirəcək addımlar atmaması, həmçinin onun kürd bölgəsində yerləşən cihad qruplarına dəstək verməsi göstərilir. Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Barak Obamanın Suriyaya əsgəri müdaxilə etmək təklifinin əleyhinə çıxıb. |
2013-11-11 | 1,470 | Siyasətçilərin uşaqlıq və gənclik fotoları | Bir vaxtlar onlar da uşaq idi. Ancaq indi hərəsi bir ölkəni idarə edir. Təbii ki, bunların bəzisi hal-hazırda həyatdadır, bəzisi yox. Fotoları təqdim edirik: 1. Vladimir Putin 2. Toni Bleyr 3. Barak Obama 4. Nikola Sarkozi 5. Məhəmməd Mursi 6. Silvio Berluskoni 7. Ruhulla Xomeyni 8. Dövlət Baxçalı 9. Angela Merkel 10. Mahmud Əhmədnejat 11. Yasər Ərəfat 12. Devid Kamerun 13. Turqut Özal 14. Nəcməddin Ərbaxan 15. Fransua Oland 16. Corc V. Buş 17. Süleyman Dəmirəl 18. Abdulla Gül 19. Rəcəb Tayyib Ərdoğan |
2013-11-11 | 1,471 | Prezident fitə basıldı, 70 adam tutuldu | Fransada Birinci Dünya müharibəsinin bitməsi ilə nəticələnən atəşkəsi qeyd etmək üçün paytaxt Parisdə təşkil edilən mərasimdə prezident Fransua Oland fitə basıldı. "Axar.az"ın xarici mediaya istinadən xəbərinə görə, etirazçılar Yelisey meydanında hərəkət əsnasında, "Oland, sən diktatorsan", "İstefa et", "Yaşamağını istəmirik" deyə şuarlar səsləndiriblər. Polisin Oland əleyhinə etiraz edənlərdən təxminən 70 adamı saxladığı bildirilir. Qeyd edək ki, Oland son sorğulara görə, siyasət tarixində vəzifəyə gəldikdən sonra məşhurluğu ən sürətli düşən prezident olaraq göstərilir. |
2013-11-11 | 1,472 | İnsan beyninin səsi – Video | Elm adamları qəribə bir kəşfə imza ataraq insan beyninin çıxardığı səsləri qeyd etməyə nail olublar. Stənford Universitetinin alimləri - Cozef Pərvizi və Kris Çeyf epilepsiya tutması olan xəstənin beyin siqnallarını insan qulağının eşidə biləcəyi bir tezlik aralığında qeyd edib. |
2013-11-11 | 1,473 | Con Lenon “sinif klounu” imiş | "Bitlz" qrupunun "müəllimin stuluna mismar qoyan", "qızların saçına saqqız yapışdıran" "pis balaca uşaqdan" bəhs edən "Pis oğlan" (Bad boy) mahnısı var. İndi ConLenonun məktəb illərindən qalma, 15 yaşı olanda yazdığı vərəq auksiona çıxarılıb. Belə görünür ki, müğənninin öz məktəb təcrübələrindən bəhs etdikləri LeriVilyamsı "Pis oğlan" mahnısını yazmağa ruhlandırıbmış. Sənədlər göstərir ki, Liverpulda "Oğlanlar üçün Karxana Bankı Orta Məktəbində" oxuyan Lenon "sinif klounu" kimi məşhur imiş. Müəllimlər tərəfindən verilən cəzaların səbəbləri "sabotaj", "dürtmək", "sinifdə dalaşmaq" kimi şeylərmiş. Bir gün ərzində üç dəfə həbsdə olub İki dəfə Lenonun başına belə hadisə gəlib: bir gün ərzində üç dəfə həbsdə olub. Güman ki, "Pis oğlan"ın həbsə düşmə səbəbləri bu imiş: "O məktəbə getməyi, oxumağı, yazmağı, öyrənməyi istəmir, evdə işsiz-gücsüz oturub, bütün gecəni rok-n-rol musiqisi çalır". Vaxtilə Lenonun sinif rəhbəri olmuş Piter Biç, "Eynilə ConLenonun yazısıdır. O, çox sırtıq oğlan idi. Bütün məhdudiyyətlərə baxmayaraq, istədiyini edirdi. Sinif otağında Conu sakit saxlayırdınsa, deməli, bütün sinfi sakit saxlamış olurdun",- deyir. Vərəqlər 1955-ci il 19 may və 23 iyun gələcək "Bitlz" üzvü 3b sinfində və 1955-ci ilin 25 noyabrından 1956-cı ilin 13 fevralına qədər 4c sinfində oxuduğu dövrləri əhatə edir. "Axar.az"ın İngiltərənin "Theİndependent" saytına istinadən verdiyi xəbərə əsasən,"TracksAuction.com" auksionerləri sənədlərin 1970-ci ilin sonlarında yandırılan bir kitabdan gəldiyini deyirlər. Anbarı yığışdıranlardan biri kitabda Lenon adına rast gəlib və "Bitlz"a müraciət edib. "TracksAuction.com"a müvafiq olaraq xatirə kimi kitabın iki vərəqi cırılıb və o vərəqlərin 2000-3000 avro arasında qiymətlə auksiona çıxarılacağı gözlənilir. |
2013-11-11 | 1,474 | “Disneylənd” turistlər arasında populyarlığını itirir | "Axar.az" saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Fransız "Disneylənd"inə gələn ziyarətçilərin sayı son bir il ərzində düşüb. Bu barədə Fransa mətbuat orqanı açıqlama yayıb. Açıqlamada bildirilir ki, park 2012-ci ildə özünün 20 illik yubileyini qeyd edəndə ziyarətçilərin sayı rekord həddə -16 milyona çatmışdı. Lakin son bir il ərzində Parisdəki "Disneylənd"i 14,9 milyon turist ziyarət edib. "Disneylənd" kompaniyasının hesablamalarına görə, gələn turistlərin sayı 7% düşüb.EuroDisneyin prezidenti bu barədə açıqlama verərək bildirib:"2013-cü il bütün Avropa turizm və əyləncə sənayesi üçün ağır il oldu". Məlumat üçün bildirək ki,"Disneylənd" Paris kompleksi 1992-ci ilin aprelin 12-də açılıb. Bu ərazidə Disneylənd(1992) və Uolt Disney Studiya Parkları(2002), həmçinin əyləncə parkı olan Disney Vilic (Disney Village), otellər, biznes və yaşayış məhəllələri də yerləşir. |
2013-11-11 | 1,475 | Məşhur aktyor Corc Klunidən yardım çağırışı | Məşhur Amerika aktyoru Corc Kluni və ingilis aktyoru İdris Elba "Hayan" tayfununun vurduğu ziyana görə filippinlilərə yardım çağırışı ediblər. Corc Kluni Los Ancelesdə "Britannia" mükafatının təqdimetmə mərasimində "Hayan" tayfunuyla bağlı xəbərləri izlədiyini və məşhurların "qorxunc fəlakətlərdən" ziyan çəkənlərə dəstək üçün hərəkətə keçəcəyinə inandığını söyləyib. İdris Elba da beynəlxalq ictimaiyyətə filippinlilərə yardım üçün çağırış edib. |
2013-11-12 | 1,477 | Müğənnilərimiz bədənlərindən razıdır - Foto | Müasir dövrdə yaşadığımız zamanda nəinki sənət əhlimiz, hətta evdar qadınlar belə daim formada qalmağa can atır. Evdar xanımlardan fərqli olaraq məşhur ulduzlar çəki atmaqda daha maraqlıdırlar. Məsələn, məşhur ulduz Kim Kardaşyan hamiləlikdən sonra artıq çəkidən qurtulmaq üçün 22 kilo vermişdi. Türkiyəli aktrisa Beren Saat isə öz ideal çəkisini qoruyaraq hər zaman 50 kilo olmağı bacarıb. Amerikalı cazibədar aktrisa Cessika Alba daim çəkisini 57 kilo olaraq saxlayır. Çəkisini daim nəzarətdə saxlayan digər tanınmış insanlara gəlincə, bu sıraya aktrisa Keyt Bekinesyl, fotomodel Meqan Foks və əslən meksikalı olan Hollivud aktrisası Şarlz Teron da aiddir. Hər üç tanınmış ulduz çəkilərini 50-52 kilo civarında saxlayır. Bəs bizim yerli sənət adamları? Hər zaman maraqlı konsertləri, saç düzümləri ilə yadda qalan bəstəkar-müğənni Elza Seyidcahanın boyu 165 sm, çəkisi 75 kilo, ayaq ölçüsü isə 37-dir. "Axar.az"a bədən ölçülərindən danışan E.Seyidcahan bildirdi ki, hər zaman çəkisini 65 kiloda saxlasa da, son zamanlar səfərləri ilə əlaqədar qidalanmasına fikir vermir. Buna görə də çəkisini yenidən 65-ə endirmək qərarına gəlib. Müğənni Sevda Ələkbərzadə isə boyunun 160 sm, çəkisinin 59, ayaq ölçüsünün 35.5 olduğunu bildirdi. Kiçik ayaqlara sahib olan müğənni ideal çəkiyə sahib olduğunu, buna görə də çəkisindən atmaq barədə düşünmədiyini bildirdi. Tanınmış müğənni, gözəl mahnıları ilə yadda qalan Xumar Qədimova isə çəkisinin boyuna uyğun olduğunu dedi. O, boyunun 168 sm, çəkisinin 67 kilo olmasını normal hesab edir. Müğənninin ayaq ölçüsü isə 39-dur. Kiçik ayaq ölçüsünə sahib olan Nüşabə Ələsgərli portalımıza müsahibəsində ayaqlarının 36 ölçülü olduğunu bildirdi. Boyunun 157, çəkisinin isə 68 olduğunu qeyd edən müğənni çəkisinin onda heç bir kompleks yaratmadığını düşünür: "Artıq çəkili olduğumu zənn etmirəm. Arıqlamaq istəməsəm də, kökəlmək niyyətim də yoxdur". Hər zaman şahzadələrə bənzər orijinal geyimləri ilə fərqlənən Rühəngiz Allahverdiyeva çəkisinin 70, boyunun 162, ayaqlarının isə 37 ölçülü olduğunu dedi. Məşhur modelyer Fəxriyyə Xələfova isə çəkisini daim nəzarətdə saxlamaq üçün xüsusi qida normalarına riayət etmədiyini, bu cür mövzuların onun üçün o qədər də maraqlı olmadığını bildirdi. Müğənni Tünzalə Ağayevanın çəkisi isə 52 kq-dır. Daim formada qalan müğənninin boyu 164, ayaq ölçüsü isə 36-dır. |
2013-11-11 | 1,479 | Gəncədə 3 "avtoş" həbs olundu | Gəncədə "avtoşluq" edən üç sürücü 15 sutkalıq həbs edilib. Gəncə şəhər yol polisi şöbəsindən verilən məlumata görə, polisin keçirdiyi əməliyyat zamanı şəhərin Gülüstan qəsəbəsində "VAZ 2107" markalı avtomobillə Eşqin Məmmədov, "VAZ 21011" markalı maşınla Əmrah Quliyev avtoxuliqanlıq maddəsi ilə təqsirləndirilib. Digər bir avtoxuliqan-Ceyhun Abdullayev isə idarə etdiyi "VAZ 2107" markalı avtomobillə şəhərin mərkəz hissəsində yol hərəkət qaydalarını pozan zaman saxlanılıb. Avtoxuliqanlar barəsində yol hərəkət qaydalarını kobud şəkildə pozduqlarına görə inzibati protokollar tərtib olunub, məhkəmə qərarı əsasında 15 sutkalıq həbs cəzası verilib. |
2013-11-12 | 1,480 | Dünyada ölülərilə yaşayan kənd varmış | Qərb dünyası "Cadugərlər bayramı" üçün zombi hekayələr axtarır, halbuki İndoneziyada bir kənd yüz illərdi ölüləri ilə bir yerdə yaşayır. İndoneziyanın Cənubi Sulavesi bölgəsində "Manene" adı altında keçirilən ayin adamın tüklərini biz-biz edir. O bölgədə yaşayanlar hər üç ildən bir ölülərinə olan hörmətlərini göstərmək və onları şərəfləndirmək üçün məzarlarını açırlar. Açılan məzarlardan çıxarılan ölülərin əyinlərindəki paltarlar təmizlənir və lazım gəlsə, yenilərilə əvəz edilir. Ailə üzvləri ölmüş qohumlarının məzarlarını bir-bir açıb cəsədləri bayıra çıxarırlar. Daha sonra ölülərini yeni paltarlarıyla birlikdə qəsəbənin ətrafında gəzdirirlər. Yerli xalq yüz il bundan əvvəl ölmüş yaxınlarının belə hələ də onlarla birlikdə olduğuna inanır. Bu ayinin adamı dəhşətə gətirən fotolarını sizə təqdim edirik. |
2013-11-12 | 1,481 | Timsah fili dişlədi - Foto | Qəfildən suyun içindən çıxan timsah su içmək üçün göl kənarına yaxınlaşan filin xortumunu dişləyib. İlk şokdan çıxan fil isə əvvəl xortumunu iti dişlərin arasından xilas edib, sonra da xortumuyla timsahın üstünə su püskürdüb. Usta fotoqraf da "Hər şey bir neçə saniyə içində oldu", deyib. |
2013-11-12 | 1,482 | Belə festival görmədiniz – 18+ | Asiya ölkəsi olan Tailandda hər il qeyri-adi festival keçirilir. Tailandın məşhur adalarından olan Pxuket adasında baş tutan festivalda minlərlə vegeterianlar iştirak edərək qeyri-adi ənənələrini həyata keçirir. Hər il Tailandın Pxuket vilayətində keçirilən festival olduqca diqqət çəkir. Çünki məhz burada festival iştirakçıları sözün əsl mənasında özlərinə işgəncə verirlər. Payızda keçirilən vegeterian festivalına baxmağa həm Asiya ölkələrindən, həm də digər dövlətlərdən xeyli turist axışır. Bu festival digərlərindən qeyri-adi, qorxunc şousu ilə fərqlənir. Şou o qədər qorxulu performanslar ilə həyata keçirilir ki, hətta ürəyi zəif olan insanlar şouya tamaşa edə bilmirlər. Festivalda ucu iti alətləri bədənlərinə, xüsusəndə, üzlərinə sancan tayfa görənləri təəccübləndirib. Özləri üçün vegeteryan bayramı təşkil edən bir qrup şəxs bu bayramı dini adlandırır. Onların nəzəriyyəsinə görə, sentyabr ayının sonunda Allahlar adaya öz xeyir-dualarını göndərirlər. Buna görədə festival sentyabr ayının son günlərində həyata keçirilir. "Axar.az" sizə həmin festivala aid fotoları təqdim edir. |
2013-11-12 | 1,483 | Qreyfrut yeyin, formada qalın | Arıqlamaq üçün ən yaxşı vasitə olan qreyfrut kalori yandıran meyvələr sırasında liderdir. Meyvənin tərkibində olan maddələr bədəndə olan yağ qatlarının əriməsini sürətləndirir. Türkiyənin məşhur dietoloqu Nil Şahinin apardığı kiçik araşdırmadan qreyfrutun faydaları haqqında kifayət qədər maraqlı informasiyalar verilib. "Axar.az" sizə meyvə haqqında maraqlı məlumatları təqdim edir. Meyvə təbii yağ yandırıcı təsirə sahibdir. Heç bir bənzəri olmayan meyvənin tərkibində xüsusi turşular var ki, onlar bədəndə olan xolesterinin aşağı düşməsinə,həmçininartıq piy qatlarının əriməsinə şərait yaradır. Meyvənin tərkibində olan vitamin əzələləri gücləndirir, iştahı nizamlayır, həzmi asanlaşdırır. Meyvədə olan qırmızı rəngli piqment laykopenlər təbiətdəki ən güclü antioksidanlardanbiridir. Meyvənin faydaları Meyvənin tərkibində olan piqmentlər şəkərli diabet xəstələri üçün əvəzolunmaz müalicə vasitəsidir. Meyvə eynizamanda bağırsağın işini istiqamətləndirir. Meyvənin saçlara da xeyri var. Dietoloqlar meyvədən bol istifadə etməkdən çəkinməməyi məsləhət görürlər. |
2013-11-12 | 1,484 | Maradona arzusunu dilə gətirib | "Axar.az" saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Dünya futbolunun əfsanəvi futbolçusu Dieqo Maradona çoxdankı arzusunu dilə gətirib. O, bildirib ki, "Napoli" futbol klubuna baş məşqçilik etmək üçün çox şeydən imtina etməyə hazırdır. Onun sözlərinə görə, öz həyatının ən gözəl çağını "Neapol"a həsr edib. Bu barədə "La Gazzetta dello Sport"yazır: "Napoli"də olmamışdan əvvəl mənə "Yuventus"dan təklif gəlmişdi. Lakin mən belə bir addım atmaqdan çəkindim və nəticədə, həyatımın ən gözəl çağını məhz "Neapol"a həsr etdim. Sözün düzünü desəm, nə vaxtsa "Neapol"la işləmək üçün hər şeyi qurban verməyə hazıram". |
2013-11-12 | 1,485 | Özcan Dəniz subaylıqdan bezib | Türkiyənin tanınmış müğənnisi Özcan Dəniz canlı yayımda ata olmaq istədiyini bildirib. Efir zamanı "istəyirəm ki, mənim də ailəm olsun"deyən müğənni son zamanlar qadınlara xüsusi diqqət etdiyini etiraf edib. Gözəl ailəyə sahib olmaq istəyən müğənni qadınların gözünün içinə baxdığını və övlad sahibi olmaq istədiyini bir neçə dəfə təkrar edib. "Star TV"də yayınlanan "Üz-üzə" verilişinin qonağı olan Özcan Dəniz ailəyə həssas biri olduğunu, artıq yalnızlıqdan yorulduğunu və ailə sahibi olmaq istədiyini deyib. |
2013-11-12 | 1,486 | Xirnikin bilinməyən tərəfləri | Xirnikin vətəni Çin sayılır. Məhz oradan Şərqi Asiyanın böyük hissəsinə yayılıb, sonra isə Yaponiyada məşhur olub. Bütün dünyada isə bu meyvə yalnız 19-cu əsrin sonunda tanınıb. Bildirək ki, xurmanın 500-dən çox növü məlumdur. Xirnikdə almaya nisbətən 2 dəfə çox faydalı mikroelementlər mövcuddur. Bundan başqa, meyvə antioksidantlar, su, zülal, kalium, kalsium, maqnezium, dəmir, fosfor, vitamin A, C və P ilə çox zəngindir. Xirnik yorğunluğu aradan qaldırır, sinir sistemini sakitləşdirir, iştahı və iş fəaliyyətini normaya salır. Xalq təbabətində bu dietik məhsul artıq uzun müddətdir ki mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Xirnik tərkibində olan yüksək qlükoza və fruktoza, eyni zamanda ürək-damar sisteminin yaxşılaşmasına kömək edir. Sonda qeyd edək ki, bu dadlı meyvə həm də depressiya və stressdən azad olmaq üçün gözəl vasitədir. |
2013-11-11 | 1,487 | İlham Əliyev Türkiyəyə səfərə getdi | Prezident İlham Əliyev Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb. "Axar.az"ın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Hava alanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar. Xatırladaq ki, bu, İlham Əliyevin prezident seçkilərindən sonra Türkiyəyə ilk səfəridir. |
2013-11-11 | 1,488 | Hacıqabul rayonu ərazisində avtomobil qəzası | Bakı-Qazax yolunun 150-ci kilometrliyində avtomobil qəzası baş verib. Hacıqabul rayonu ərazisində "FORD" və "KAMAZ" markalı yük avtomobilləri toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. "Axar.az"ın FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, "FORD" markalı yük avtomobilinin sürücüsü və avtomobildə olan sərnişini qəza nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıblar. Xilasedicilər onları xilas edib. Dövlət Yol Polisi hadisə ilə bağlı araşdırma aparır. |
2013-11-12 | 1,490 | Ərdoğan: “Kərbəla zülmə müqavimət dərsidir” | Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Məhərrəmlik ayı ilə bağlı keçirilən ehsan süfrəsində iştirak edib. "Axar.az"ın Türkiyə saytlarına istinadən məlumatına görə, Ərdoğan mərasimdə Kərbəla və Həzrəti Hüseyndən danışıb: "Kərbəladan və Hz. Hüseynin şəhadətindən heç kim nifaq çıxara bilməz. Hz. Hüseyn hamımızın şəhidi, hamımızın qəhrəmanıdır. Mənim bir qayınımın adı Həsən, o birinin də adı Hüseyndir... İndi də bir nəvəm gəlir, adı Əli olacaq", - deyə Ərdoğan bildirib. "Kərbəla bizə verilmiş qardaşlıq dərsidir" – deyən Baş nazir kimlərinsə üstünə bomba bağıayıb, içlərində uşaqların, qadınların olduğu məscidləri partlatmasını qınayıb: "Bunu edənlərin özlərini şiə, ya da sünni adlandırmasının heç bir fərqi yoxdur; ibadət edən insanları öldürmək insanlığa sığarmı? Biz hansı məkanda, hansı ölkədə olursa-olsun, yeni kərbəlalar yaşamaq istəmirik. Məscidlərdə bombaların partladığını eşidəndə qollarımız yana düşür, kədərlənirik. Kərbəla bizimçün, özünə müsəlman deyən hər kəs üçün tariximizdəki ən ağrılı dərsdir. Kərbəla zülmə müqavimət dərsidir. Kərbəla bizə qanla verilmiş qardaşlıq dərsidir". |
2013-11-12 | 1,492 | Varşavada Rusiya səfriliyinə hücum oldu - Foto/Video | "Axar.az"ın məlumatına görə, Varşavada "İstiqlal marşı" zamanı millətçilər Rusiya səfirliyi qarşısından keçərkən üzərində "Təcavüzkar Qızıl Ordu" yazılan plakatı səfirliyin hasarından asıblar. Daha sonra səfirliyə aid polis köşku yandırılıb. Bir neçə aksiya iştirakçısı hasardan aşaraq səfirliyin ərazisinə daxil olmaq istəsə də, polislər onların qarşısını alıb. "İstiqlal marşı" zamanı baş verənlərlə əlaqədar Rusiya səfirliyi bəyanat yayıb və iğtişaşları qınayıb. Xatırladaq ki, Polşa Avstriya, Prussiya və Rusiya tərəfindən 1772-ci ildə işğal edilib, yalnız 146 il sonra müstəqilliyini qazanıb. 1918-ci ildə Polşa müstəqilliyini bərpa edil. Polşanın müstəqillik günü 1939-cu ildə Almaniya tərəfindən işğal edilənə qədər qeyd olunub. Bu ənənə 1989-cu ildə təkrar bərpa edilib. |
2013-11-12 | 1,493 | Bu gün parlamentdə büdcə müzakirələri başlayır | Bu gün Milli Məclisdə 2014-cü ilin dövlət büdcəsinin müzakirəsinə başlanılacaq. "Axar.az"ın xəbərinə görə, büdcə zərfinə daxil olan qanun layihələri müzakirələrinin noyabrın 12, 13, 14, 15-də davam edəcəyi gözlənilir. İclasların gündəliyinə 6 məsələ daxildir. Bunlar "2014-cü il dövlət büdcəsi haqqında", "Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında", "2014-cü il üçün yaşayış minimumu haqqında", "2014-cü il üçün ehtiyac meyarının həddi haqqında", "Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında" və "Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında" qanun layihələridir. Məlumata görə, builki büdcənin investisiya xərcləri yüksək səviyyədədir. Təhsil, səhiyyə, elm, mədəniyyət və digər sahələrə ayrılan xərclər artıb. Təhsilin 12 faiz , səhiyyənin 14 faiz , elmin 15 faiz, mədəniyyət xərclərinin də bu civarda artması planlaşdırılır. Təhsilə ayrılan vəsaitin 1 milyard 653 milyon artırılacağı gözlənilir. 2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manat, xərcləri isə 20 mlrd. 63 mln. manat həcmində proqnozlaşdırılır. 2013-cü il üzrə isə bu göstərici müvafiq olaraq 19 mlrd. 159 mln. manat və 19 mlrd. 850 mln. manat gözlənilir. 2014-cü ildə dövlət büdcəsinin kəsiri 1,679 mlrd. manat proqnozlaşdırılır (anspress). |
2013-11-12 | 1,494 | Liberman yenidən nazir oldu | "Bizim ev – İsrail" partiyasının lideri Aviqdor Liberman yenidən Xarici İşlər naziri olacaq. "Axar.az"ın "Associated Press"ə istinadən verdiyi məlumata görə, artıq bu dəyişikliyə İsrail parlamenti razılıq verib. 2012-ci ildə hakimiyyətdən sui-istifadə və korrupsiya halları ilə əlaqədar A.Liberman postunu tərk etmək məcburiyyətində qalmışdı. Amma bununla bərabər ultra sağçı lider millət vəkilliyini qoruyub saxlamağı bacarmışdı. 6 noyabr hakimlər kollegiyası isə nazirin günahsız olduğu qənaətinə gəlmişdi. Ekspertlər bu dəyişikliyin İsrail-Fələstin münaqişəsi ilə bağlı xoş nəticələr verməyəcəyini bəyan ediblər. Onların fikrinə görə sağçı liderin sayəsində münaqişə zonasında sülh əldə etmək daha da çətinləşəcək. Xatırladaq ki, Liberman 2009-cu ildə Xarici İşlər naziri postuna təyin edilib. 2000-ci ildə isə o, Ariel Şaron hökümətinin tərkibində milli infrastruktura və nəqliyyat naziri işləyib. 55 yaşlı siyasətçi 30 il əvvəl SSRİ-dən İsrailə köç edib. |
2013-11-12 | 1,495 | Əfqanıstanda müharibə bitir | ABŞ prezidenti Obama Əfqanıstandakı ABŞ hərbiçilərinin sayını bu qış 34 minə salacaqlarını açıqlayıb. ABŞ tarixinin ən uzun sürən müharibəsini bitirəcəklərini bildirən Obama gələn il təhlükəsizliyin Əfqan hərbi qüvvələrinə veriləcəyini söyləyib. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə əsasən, prezident Obama 11 noyabr "Qazilər günü" ilə əlaqədar olaraq Arlinqton Milli Qəbiristanlığında təşkil edilən anım mərasimində iştirak edib. Naməlum Əsgər Mavzoleyinə çələng qoyan Obama mərasimdə iştirak edən xalqa səslənib. ABŞ əsgərlərinin İraq və Əfqanıstanda keçirdiyi əməliyyatlardan fəxrlə bəhs edən Obama: "Əl-Qaidənin mərkəzi yox olmaqdadır. Xalqımız daha təhlükəsiz və vətənimiz daha güvəndədir",- deyib. İlk ABŞ Donanmasının 12 il əvvəl Əfqanıstana çatdığını qeyd eləyən Obama gələcək aylarda daha çox əsgərin evinə qayıdacağını bildirib. |
2013-11-12 | 1,496 | Ərəstun Oruclu: “Klassik müxalifət yola salınacaq” | "Azərbaycanda yeni müxalifət cəbhəsi yaranacaq" Bu sözləri "Axar.az"a müsahibəsində "Şərq-Qərb" Araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclu seçki sonrası ölkə daxilindəki siyasi vəziyyətlə bağlı proqnoz verərkən deyib. Həmin müsahibəni təqdim edirik. - Ərəstun bəy seçki sonrası ölkədaxili siyasi vəziyyəti necə qiymətləndirirsiz? - Seçki sonrası vəziyyətdə ən önəmli faktor seçkilərə dünyanın və ölkəmizdəki insanların necə yanaşmasıdır. Detala varmayaq, bunu qoyaq bir kənara. ABŞ prezidenti İlham Əliyevə təbrik ünvanladı. Həmin məktubda yetərincə ciddi mesajlar var. Həmin ciddi mesajlar göstərir ki, ABŞ-ın qlobal dünyanın aparıcı gücü olaraq, Azərbacandan gözləntilərinin olacağını çox dəqiq olaraq yazıb. Söhbət demokratiya, insan haqları və seçki sisteminin şəffaflaşdırılması kimi mövzulardan gedir. - Xarici güclərin Azərbaycandan nə kimi istəkləri var? - Son zamanlar Qərb dünyası ilə rəsmi Bakının münasibətlərində soyuqluq müşahidə edirəm, Türkiyə ilə münasibətlərdə müəyyən problemlər var. Ərdoğanın partiya üzrə müavini bəyanat verdi ki, Azərbaycan Avropaya inteqrasiya edir. Bu, bir çağırışdır. Digər tərəfdən, biz gördük ki, Azərbaycan Rusiya tərəfindən sərt təzyiqlərə məruz qaldı və İranla sərhəd-keçid məntəqələrində problemlər bağlandı. Faktiki olaraq, Azərbaycanın izolyasiyası baş verdi. Kimlərsə bunun adını başqa cür qoya bilər, ancaq reallıqda söhbət məhz bundan gedir. - Burda hansısa bir mesaj varmı? - Bəli, bu, artıq bir mesajdır. Köhnə yanaşmalar və strategiyalar özünü doğrultmur. Çünki yeni situasiyaya gəlib çıxmışıq. Bu vəziyyətdə yeni siyasət meydana çıxmalıdır. Həm ölkə daxilində, həm də xaricdə. İndi elə bir vəziyyətə gəlib çatmışıq ki, siyasətə yanaşma qaydalarında mütləq dəyişikliklər olacaq. - Bu dəyişikliklər hansı sahələrdə müşahidə olunacaq? - Cəmiyyət və ölkə idarəçiliyində dəyişikliklərə gətirib çıxaran proses bütün sahələrə təsir edəcək. Həm vətəndaş cəmiyyəti, həm ölkənin siyasi həyatı, həm də ölkə mediası bu dəyişikliklərdən yayına bilməyəcək. Bütün sahələrdə pozitiv yeniliklər olmalıdır. Amma biz görürük ki, durğunluq Azərbaycanda bütün sahələri əhatə edir. - Bu yeniliklərdə qazanan və itirən tərəflər hansı olacaq? - Bilirsiz, indi "sosial media" deyilən yeni bir media meydana çıxıb. O, artıq öz sözünü deməkdədir. Son 1 ildə və ya bir neçə ayda yaranan saytlar uzun illərdən bəri çıxan qəzetləri üstələyir. Azərbycanda klassik və ya ənənəvi adlandırdığımız mətbuatın indiki vəziyyətə gəlib çatmasının səbəbini onların aid olduğu siyasi çevrələrin fəaliyyətində axtarmaq lazımdır. Azərbaycanda yeni yaranan və orta mövqedən çıxış edən xəbər saytları daha çox oxunursa, bu, cəmiyyətin ölkə siyasətində hansı mövqeyi daha çox özünə yaxın saymasını göstərir. Ənənəvi müxalifətə yaxın olan media qurumlarında müşahidə olunan geriləmə ondan irəli gəlir ki, o media konkret olaraq bir düşərgəni təmsil edir. İqtidar düşərgəsini təmsil edən mediada vəziyyət daha acınacaqlıdır. Əgər biz hakimiyyət mövqeyini açıq şəkildə müdafiə edən media vasitələrinə baxsaq, görərik ki, geriləmə onlarda daha çox müşahidə olunur. Deməli, cəmiyyətdən yeni çağırışlar gəlir. Cəmiyyət deyir ki, mən yenilik istəyirəm. Qazanclı çıxan isə orta mövqedə olan, yeni siyasətlə çıxış edən və məsələyə yeni baxış ortaya qoyanlar olacaq. Bunlar da gənc nəslin nümayəndələridir. Artıq yaşlı nəslin siyasətdən yola salınmaq vaxtı gəlib çatıb. - Gənclərin lokomotiv olduğu siyasətdə yaşlı nəslin nümayəndələri hansı mövqeni seçməlidir? - Yaşlı nəsil öz bilgilərini gənc nəsillə paylaşmalı və onlara yardımçı olmalıdır. İdarəçilik məsələlərində gənclərin təcrübəsiz olduğunu söyləyənlər tutduğu vəzifələrdən əl çəkə bilməyənlərdi. Gürcüstanda dəyişiklik olanda Saakaşvilinin 35 yaşı var idi. Yüksək nazir postlarına gənc kadrları gətirdi. İndiki hakimiyyətin Daxili İşlər nazirinin 28 yaşı var. Bütün bunlar onu göstərir ki, idarəçiliyin gənclərə həvalə edilməsi praktiki olaraq mümkündür. Bəzi insanlarda vəzifə ehtirası o qədər güclüdür ki, elə bilirlər, tutduqları vəzifə ömür boyu onlarındır. Bu onların təfəkküründən xəbər verir. Azərbaycanda 15-20 ildir hansısa postda rəhbər vəzifədə olan insanlar yetərincədir. - Dediyiniz dəyişikliklərin reallaşma zamanını necə proqnozlaşdırırsınız? - Bu, elə də uzaqda deyil. Düşünürəm ki, 2015-ci il parlament seçkilərinə Azərbaycan tamamilə yeni siyasi formatda və yeni simalarla gedəcək. Gənclər prosesi əllərinə alacaq. |
2013-11-12 | 1,497 | Türkiyəyə hücum: 11 ölü | Türkiyə-Suriya sərhədində yerləşən Kobani şəhərində (Ayn Əl-Ərab) Kürd Qızıl Ayparasına təşkil edilən bombalı hücumda 11 adam ölüb, 22 adam isə yaralanıb. Yaralılar Türkiyənin Şanlıurfa və Suruçdakı xəstəxanalarına aparılıb. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə əsasən, dünən axşam saatlarında Türkiyənin sərhədində yerləşən Kobani şəhərində Kürdistan Qızıl Ayparasına (Heyva Soruşa) bombalı hücum təşkil edilib. Bombanin partladılması nəticəsində 11 adam ölüb, 22 adam yaralanıb. Sərhəddən uzaqlaşdırılan yaralılar Suruç Dövlət Xəstəxanası və Şanlıurfa Məmməd Akif İnan Dövlət Xəstəxanasına aparılıb. Hücumu kimin təşkil etdiyi hələ ki, məlum deyil. Əl-Qaidə və tərəfdarlarından şübhələnilsə də, polis heç bir açıqlama verməyib. |
2013-11-12 | 1,498 | Hollivud ulduzu gizli təriqətin üzvüymüş | Məşhur Hollivud ulduzu Mişel Fayfır 20 yaşında olarkən insanların qidalanmadan yaşaya biləcəyinə inanan bir təriqətə qoşulduğunu açıqlayıb. İngiltərənin "Sandey Teleqraf" qəzetinin "Stella" jurnalına müsahibə verən Fayfır, Hollivud karyerasının hələ əvvəllərindəykən "bir növ şəxsi məşqçi" kimi görünən bir cütlüklə tanış olduğunu bildirib. Mişel gün işığının bədənin bütün ehtiyaclarını ödədiyinə inanan, "breatharianism (günəş yeyən)" dininə mənsub olan cütlüyün evinə hər dəfə gedəndə pul ödədiyini və buna görə maddi baxımdan çox əziyyət çəkdiyini deyib. Fayfır həmçinin ABŞ-dakı bir təriqətdən bəhs edən "The Family (Ailə)" filminin çəkilişləri zamanı həqiqətən də bir təriqətə qoşuluduğunu sonradan anladığını bildirib. Mişelin filmdəki təriqətdən "qurtulması" isə həyat yoldaşı aktyor Piter Hortonla tanışlığından sonra olub. |
2013-11-12 | 1,499 | Ən çox kitab oxuyan ölkələrin adları açıqlandı | "Axar.az" saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Avropa Komissiyasının sosial xidmətinin hesablamalarına görə, təxminən 68% Avropa vətəndaşı keçən il ərzində ən azı bir kitab oxuyub. Kitab oxuyanlar arasında İsveç (90%), Niderland (86%), həmçinin Danimarka (82%) vətəndaşları qabaqcıl yerləri bölüşdürür. Sonuncu yerləri isə rumınlarla (51%) yunanlar (50%) tutur. Avropada elektron kitablardan istifadə edənlər barədə isə dəqiq məlumat yoxdur. Lakin sorğu iştirakçılarının 27%-nin internet vasitəsilə kitab, kompakt-disk, mədəniyyət tədbirlərinə bilet aldıqları məlumdur. Bildirək ki, Almaniyanın 44%, Fransanın 31% və Böyük Britaniyanın 30% vətəndaşı internet vasitəsilə disk və kitab alır. Maraqlısı budur ki, avropalıların 31%-i kitabxanaya gedir. Əsas səbəb kimi isə onlar evdə kitab oxumaq üçün vaxtın olmadığını göstərirlər. |
2013-11-12 | 1,500 | Polşa Rusiyadan üzr istədi | Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti Polşa Səfirliyinin Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığı barədə məlumat verib. Məlumatda deyilir: "Varşavadakı Rusiya səfirliyi önündəki iğtişaşlarla əlaqədar Polşa səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb". Əvvəl də qeyd etdiyimiz kimi noyabrın 11-i Varşavada Polşanın Müstəqillik günü ilə əlaqədar nümayiş keçirilib. Tədbirin iştirakçıları millətçi təşkilatlarının üzvləri və futbol azarkeşləri olub. Nümayiş əvvəlcə dinc xarakter daşısa da, sonradan maskalı gənclər Rusiya Federasiyasının səfirliyi önündə Rusiya ünvanına təhqiramiz sözlər deyərək binanı daş və asfalt qırıntıları ilə topa tutublar. Nümayişin dağıdılması üçün xüsusi təyinatlılar cəlb olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib. Onlarla insan həbs olunub. Polşanın Xarici İşlər Nazirliyi Rusiya Federasiyası önündəki nümayişə görə üzrxahlıq bildirib. |
2013-11-12 | 1,501 | Cəmil Həsənli ABŞ-a getdi | Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə keçmiş namizədi, professor Cəmil Həsənli ABŞ-a səfərə gedib. Milli Şuranın Mərkəzi İcra Aparatının rəhbəri, "El" Hərəkatının sədri Eldar Namazovun AzNews.az-a verdiyi məlumata görə, səfər 10 günə yaxın müddəti əhatə edəcək. Səfər çərçivəsində C. Həsənlinin ABŞ rəsmiləri, ictimai qurumların nümayədələri ilə görüşlər keçiriləcək. Görüşlər zamanı Azərbaycanda keçirilən prezident seçkiləri və Milli Şura ilə bağlı müzakirələr aparılacaq. |
2013-11-12 | 1,502 | Bakı susuz qalacaq | Bakının bir hissəsinə içməli suyun verilməsində fasilələr olacaq. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Məmməd Araz küçəsindən keçən magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar çərşənbə axşamı gün ərzində N ərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir. |
2013-11-12 | 1,503 | İlham Əliyev Atatürkün məzarını ziyarət etdi | Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfəri çərmivəsində bu gün Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbirə ziyarət edib. "Axar.az"ın AzərTac-a istinadən xəbərinə görə, dövlət başçısı Atatürkün məzarı üstünə əklil qoyub, xatirə kitabına ürək sözlərini yazıb. |
2013-11-12 | 1,504 | Leyla Yunusda ağır xəstəlik aşkarlanıb? - Foto | Azərbaycanda insan haqlarının müdafiəsi sahəsində tanınmış insanlardan olan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun ağır xəstəliyi üzə çıxıb. Bildirilir ki, bir-neçə ay bundan əvvəl Türkiyədə Alman Xəstəxanasında əməliyyat olunan Leyla Yunusa həkimlər 6 ay vaxt qoyublar (Vətəninfo.az). |
2013-11-12 | 1,505 | Ramil Usubov kadr dəyişikləri etdi | Bakının polis orqanlarında yeni təyinatlar olub. "Axar.az"ın xəbərinə görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bakının Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Sultan Zeynalov tutduğu vəzifədən azad edilərək Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə rəis təyin olunub. 17-ci polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Mehman Mansurov isə Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb. R.Usubov həmçinin Bakının Nizami Rayon Polis İdarəsinin rəis müavini Nazim Əliyevin tutduğu vəzifədən azad edilməsi ilə bağlı əmr imzalayıb. N.Əliyev Daxili İşlər Nazirliyində yüksək vəzifəyə təyinat alıb. Nizami rayon Polis İdarəsinin rəis müavini və 1-ci polis bölməsinin rəisi vəzifələrinə isə hələlik təyinat yoxdur.(APA) |
2013-11-12 | 1,506 | Xomneyinin varidatı açıqlandı - Şok! | "Röyter" Agentliyi İranın dini lideri Ayətullah Əli Xomneyinin təxminən 95 milyard dollara sahib ticarət şəbəkəsinə sahib olduğu xəbərini yayıb. Agentliyin yayımladığı hesabatda göstərilir ki, Xomneyi İran sənayesinin maliyyədən neftə, telekommunikasiyadan doğum həbblərinin istehsalına qədər hər sektorunda pay sahibi olan "SETAD" adlı gizli təşkilata liderlik edir. Kasıblara, qazilərə yardım üçün qurulub SETAD haqqında çox az məlumat var. Qurucularından birinin verdiyi məlumata görə, SETAD kasıblara və müharibə qazilərinə yardım etmək üçün və təkcə iki il boyunca fəaliyyət göstərmək şərtilə yaradılıb. Ancaq 25 il sonra daşınmaz əmlak, şirkət hissələri ilə zənginləşən SETAD təşkilata çevrildi. SETAD təşkilati azlıqların, şiə müsəlmanlarının, iş adamlarının, xarici ölkələrdə yaşayan iranlıların mülklərini qeyri-leqal olaraq mülkiyyətinə keçirərək böyüyür. |
2013-11-12 | 1,507 | Rusiya “Dağlıq Qarabağı” Gömrük İttifaqına qoşur – Şok | Qarabağda istehsal olunan məhsullar Gömrük İttifaqına maneəsiz giriş əldə edəcək. "Axar.az"ın Ermənistanın "Qraparak" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Ermənistandakı səfiri İvan Volikin parlament komisiyyalarından birində çıxış edərkən səsləndirib. Qəzet bununla Dağlıq Qarabağın Gömrük İttifaqının bir hissəsinə çevriləcəyini bildirir. Həmçinin mətbuat orqanı səfirin erməni hökumətinə bununla bağlı yüksək səviyyədə təminat verdiyini də açıqlayıb. |
2013-11-12 | 1,508 | Dəlilik və mistika arasında yaşayan Edqar Po | "Kütlə içində tənha olmaqdan dəhşətli tənhalıq yoxdur" Edqar Allan Po "Diaqnoz: Ruhi tarazlığın pozulması. Tam diaqnoz təsbit etmək mümkün deyil. Simptomlar: Qaranlıqdan qorxur, yaddaşını itirir, həmişə təqib olunma maniyası içində yaşayır, hallüsinasiyalar görür". EdqarAllan Ponun xəstəliyi haqqında haqqında həkim rəyi 1849-cu il oktyabrın 3-də ABŞ-ın Baltimor şəhərində Cozef Uolker adlı birisi küçədə sərxoş vəziyyətdə uzanıb sayıqlayan və bərbad görkəmli bir adamla rastlaşır. Adamın təcili köməyə ehtiyacı olduğu ilk görünüşdə bəlli olduğu üçün Uolkerin ona yazığı gəlir və yerdə sərxoş uzanmış səfili xəstəxanaya çatdırır. Xəstəxanının həkimi demək olar ki, huşsuz vəziyyətdə sayıqlayan şəxsi tanıyır. Sərxoş və anlaqsız şəxs Amerikanın tanımış yazarı və şairi, buna baxmayaraq, ədəbi mühitdə hər kəsin nifrət etdiyi Edqar Allan Po idi. Elmira ilə evlənəcəkdi Sentyabrın 27-də Po Riçmonddan Nyu-Yorka yola düşmüşdü. Daha doğrusu, o öz toyundan qaçmışdı. Ölümündən iki gün əvvəl ilk eşqi Elmira ilə evlənəcəkdi. Lakin sonradan panikaya qapılaraq fikrini dəyişmiş və qaçmağa qərar vermişdi. Prezident seçkisində "karusel"də Qatara minərkən cibində həyatı boyunca ilk dəfə qazandığı 1500 dollar vardı. Lakin bir həftə sonra Baltimorda küçədə tapılırkən cibində bir qəpik belə yoxdu. Onun bir həftə boyunca haralarda olduğunu bu gün belə bilinmir. Ehtimal olunur ki, dəlilik həddində olan yazıçıdan həmin günlərdə keçirilən prezident seçkisində "karuseldə" istifadə ediblər və bunun üçün onu davamlı olaraq içiriblər… Qədirbilməz oğulluq 1826-cı ildə Riçmond universitetinin tələbəsi Edqar yeni il bayramına evə gəlir. Əslində isə, universitetdən qovulub. Çünki əyyaş tələbə Ponun çoxlu qumar borcları var və atalığı Allan onun bu borclarını ödəməkdən qəti imtina edib. Universitetə qayıdacağı halda onun qumar borclarına görə həbs olunması qaçılmaz olacaq. Evə döndükdən sonra analığı onu çox isti qarşılasa da, atalığı bütün qəzəbini oğulluğunun üstünə tökür. Edqar məcburən atalığının qarşısında boyun əyir özünü zorla saxlasa da, susur. Analığı onu ovundurmağa çalışır. Amma bir neçə gündən sonra evdə əsil tufan qopur. Gənc Edqar atalığı Con Allanı vuraraq evi tərk edir. Edqarı özündən çıxaran sevdiyi qız Elmiranın əlindən çıxmasıdır. Yeniyetmə Edqar Sara Elmira Royter adlı qızı dəlicəsinə sevir. Qızda ona eyni münasibət nümayiş etdirir. Lakin milyoner Con Allanın Edqarı kasıb Elmira Royterlə evləndirmək fikri yoxdur. Buna görə də mister Royteri pulla ələ alan Allan Edqarın Elmiraya yazdığı məktubları əldə edir və qıza tamam başqa məktublar yazdırır. Bundan sonra isə atası Elmiranı ərə verir. Bütün bunlar məlum olduqdan sonra isə Edqarın səbri tükənir və o, atalığından hesab tələb edir… Edqar Po atalığının qapısını çırpıb getdikdə on yeddi yaşı tamam olmamışdı. O bu varlı evə 3 yaşında girmişdi. Bir daha mehriban analığını qucaqlamayacaq və bir neçə dəfə geri dönməyə cəhd eləsə də, atalığı hər dəfə "qədirbilməz" övladlığını qovacaqdı. Öldüyü zaman belə, Con Allan oğulluğuna qara qəpik buraxmayacaq, Allanının milyonları ikinci arvadına qalacaqdı. Səfilliyin və bitib-tükənməyən tənhalığın başlanğıcı Evdən çıxdıqdan sonra Edqar analığının yolladığı cüzi pulla Bostona öz səadətini axtarmağa yola düşür. Harda olmasından asılı olmayaraq, ayaqüstə şeirlər yazır və Avropaya romantik və fantastik səfərləri xəyal edir. (Po 6 yaşından 14 yaşına qədər atalığı və analığı ilə birlikdə Avropada yaşamış və orda təhsil almışdı. Uşaqlığında kitablara olan dəlicəsinə marağı ilə hər kəsi təəssübləndirirdi və uşaq vaxtı yazdığı şeirləri ilə ədəbiyyatçılardan zəhləsi gedən atalığını əsəbiləşdirirdi). Bostona gəldikdən sonra Po təsadüfən tanış olduğu gənc nəşriyyat sahibinin sayəsində ilk kitabını – "Teymurləng və başqa şerlər" kitabını nəşr edir. Müqəddimədə bildirir ki, bu şerləri hələ 14 yaşı olmamışdan əvvəl yazıb. Ədəbiyyat tənqidçilərinə görə, Po təcrübəsizliyini gizlətmək üçün bu fənddən yararlanıb. Əslində isə 18 yaşlı müəllifin şeirləri Amerikada və dünyada yeni bir ədəbi üslubun başlanğıcdır. Buna baxmayaraq, onun ilk kitabı demək olar ki, heç satılmır və gənc Edqarın pul qazanmaq ümidləri suya düşür. Atalığa yalvarışlar Pulsuz-parasız qalan Edqar dilənçi vəziyyətinə düşür. Günlərlə ac qalan gənc çıxış yolunu orduya sıravi əsgər olaraq yazılmaqda görür. Lakin ordunun ağır şəraitinə gözə bilməyən və mənən sınan Edqar "əziz ata"sına (Po atalığına yazdığı məktublarda ona belə müraciət edir), onu bu zillətdən qurtarmaq üçün müraciət edir. Edqarın ilk məktubunu Allan cavabsız buraxır. Ancaq üçüncü və dördüncü dəfə Edqar atalığına yalvardıqdan sonra Allan rəhmə gəlir. Ancaq oğulluğunun qarşısında şərt qoyur. Edqar hərbi məktəbdə təhsil alacaq, ədəbiyyatla məşğul olmayacaq və zabit olacaqdı. Edqar razılıq verir və atalığı sıravi əsgər Ponun ordu ilə müqaviləsinin pozulması üçün gərəkən məbləği ödəyir. Evə döndüyü zaman isə onu ciddi xəyal qırıqlığı gözləyir. Uzun müddət xəstə olan analığı o evə dönəndən bir neçə həftə əvvəl vəfat edir. Edqar Ponu Con Allana bağlayan bağ qırıldığı üçün artıq onların bir yerdə olması da imkansız görünür. Edqar atalığı ilə müqaviləsini pozub zabit olmaqdan imtina edir və nəticədə yenidən özünü küçədə görür. Analığının ölümündən bir il sonra Edqar yenidən atalığının evinə qayıtmağa cəhd edir. Bunun üçün o, Hərbi Akademiyaya belə daxil olur. Lakin artıq ikinci dəfə evlənən Allanının yeni arvadı hansısa köçəri aktrisaının oğlunu evə qəbul etməyi düşünmür. Allanla aralarında anlaşılmazlıq və soyuq münasibət onun bu evdə qalmasını imkansız edir. Hərbiçi olmağa nifrət edən Ponun davranışlarına görə onu Hərbi Akademiyadan qovurlar. Və Edqar yenidən səfalətlə çiyin-çiyinə addımlamağa məhkumdur… Ponun maniyaları 1930-cu ildən başlayaraq Po gələcəyə olan ümidlərini qeyb etməyə başlayır. O içir və tez-tez depressiyaya düşür. Həddindən artıq içməsi ilə yanaşı Edqar həşişə də qurşanır. Həşiş çəkdikdən sonra çox vaxt qorxulu hallusunasiyalar görür. Qorxu onun bütün ruhunu sarır. Ona elə gəlir ki, hamı onu təqib edir. Qorxusunu yenmək üçün daha çox içir və dəli həddində cürbəcür oyunlar çıxarır. Qırmancla döydüyü qızı axtarır Məşhur argentinalı yazar Xulio Kortasar "Edqar Ponun həyatı" məqaləsində onun dəlilik maniyalarından birini təsvir edir. 1842-ci ildə dəli vəziyyətində olan Po birdən uşaq vaxtı qırmancla döydüyü Meri Devero adlı qızı xatırlayır. Meri artıq ərə gedib. Buna baxmayaraq, Edqar soraqlaşaraq qadının evini axtarıb tapır və onun evində biabırçılıq edir. Meri və bacılarını bıçaqla hədələyən Po qadınların ona mahnı oxumasını tələb edir. Nəhayət çağrılmamış qonaq getdikdən sonra olanları Edqarın xalası missis Klemmə xəbər verirlər. Ancaq bir neçə gündən sonra Edqarı axtarmaqdan əldən düşən missis Klemm bacısı oğlu və yeznəsini qonşuların köməyi ilə meşə kənarında dalğın və anlaqsız vəziyyətdə tapır. Edqar heç bir şey xatırlamır və hansı Meri Deverodan söhbət getdiyini belə anlamır. Bəzi araşdırmaçılar ehtimal edirlər ki, Edqar Po impotent olub. Ona görə də o normal insanlar kimi həyatını qura bilməyib və məcburən özünün qorxunc və dəhşətli qeyri-normal dünyasını yaradıb. Onun ümidsizllüyü və həyata küskünlüyü də məhz seksual çatışmamazlığından doğub. Həmçinin Ponun ədəbi şöhrət axtarması və intellektual aktivliyi onun atalığının onu uşaq vaxtı alışdığı varlı həyatdan məhrum etməsi ilə əlaqədardır. Edqar Ponun həyatını ətraflı araşdıran Cozef Kratçın fikrinə görə, seksual problemləri olan Edqar Ponun həmçinin sosial rahatlıqdan məhrum olması onu dəli həddinə gətirən əsas psixoloji səbəblərdən biri olub. Ponun cinayətkar və mistik xəyalları da məhz bundan doğub. "Qədirbilməz oğulluq" qan qohumlarının ağışına qayıdır Hərbi Akademiyadan qovulan Edqar Po Nyu-Yorka yola düşür. Orada özünün üçüncü şeirlər kitabını nəşr etdirir. Lakin yenə də onun kitabını alan olmur və tam ümidsizlik içində olan və demək olar ki, aclıqdan ölən Edqar Po özünün qan qohumlarının yanına getməkdən başqa çarə düşünə bilmir. Bundan əvvəl o bir daha orduda sıravi əsgər olaraq qulluq etmək üçün müraciət edir. Lakin onu orduya belə almaqdan imtina edirlər. 1831-ci ildən sonra Baltimorda doğma xalası missis Klemmin evində yaşamağa başlayır. Baltimora gələr-gəlməz böyük qardaşı vəfat edir. Bundan sonra missis Klemm onun tək havadarı və anası olacaq. O, xalasını Maddi adlandıracaq. Və Maddi olmasaydı, yəqin ki, dünya ədəbiyyatının vazkeçilməz isimlərindən biri olan Edqar Allan Po da yaranmayacaqdı… Maddi və dahi Po Edqardan fərqli olaraq yoxsulluq Maddi üçün adi həyat şəraiti idi. Yoxsulluğundan heç də narazı deyildi və tədricən Edqar xalasının yanında normal həyat yaşamağı öyrənir. Həddindən artıq varlı həyatdan dilənçi vəziyyətinə düşən Edqar nəhayət ki, öz taleyi ilə razılaşır. Artıq demək olar ki, içmir və ciddi həyat tərzi keçirir. Amma bütün vaxtını ədəbiyyata sərf eləsə də, onu demək olar ki, heç kim çap etmir. Buna baxmayaraq, Edqar xalasının yanında ən xöşbəxt günlərini yaşayır. Birdən-birə onun sakit həyatının yenidən dağılmaq təhlükəsi yaranır. Edqarın köhnədən qalan bir borcuna görə həbs olunmaq təhlükəsi yaranır. Vəziyyətdən çıxmaq üçün Edqar Con Allana məktub yazaraq ona yalvarır. Allan onun borcunu ödəyir, amma sonuncu dəfə. Edqar Po dilənçi həyatı yaşamaqda davam edir. 1834-cü ildə atalığının ağır xəstə olduğunu eşidir. Vəsiyyətnamədə ona pay ayrılmasını təmin etmək üçün Po təcili yığışıb atalığının evinə gedir. Allanın ikinci arvadı onu evə buraxmaq istəməsə də, o, qulluqçuları itələyib atalığının otağına qalxır. Atalığı onu görər-görməz bağırıb dəhəşətli lənətlər yağdırmağa başlayır. Qulluqçular onu sürüyüb küçəyə atırlar… Tezliklə qəzetlər Con Allanının öldüyünü yazırlar. Beləliklə, Edqarın atalığının mirasından pay almaq və kübar həyatı yaşamaq ümidi birdəfəlik məhv olur. Bütün ömrü boyu atalığı ilə mübarizə aparan Edqar Con Allana sonuncu dəfə məğlub olur. Amma Edqarın qələbəsi hələ irəlidədir. O, öldükdən sonra atalığına qalib gələcək və doğurdan bir dahi olduğunu bütün dünyaya sübut edəcək… 13 yaşlı qızla izdivac Edqar bütün gücünü yazmağa sərf edir. 1933-cü ildən başlayraq o, Baltimorun ədəbi dairələrində tanınmağa başlayır. Mistik və qorxu janrında yazdığı hekayələr ilə uğur qazanır. Məşhurlaşdıqdan sonra Edqar pamfletləri ilə o dönəmin amerikan ədəbiyyatının aparıcı nümayəndərini təhqir edir. Buna görə də ədəbiyyatçılar arasında onu heç kim sevmir və düşmənlərinin sayı hər gün artır. 1836-cı ildə gizlicə Maddinin qızı Virciyniya ilə evlənir. Edqarın 27, Virciniyanın isə 13 yaşı var. Digər qohumları Edqarı lənətləsələr də, Maddi onlara xeyir-dua verir. Balaca Virciniya öz ərinə tapınır və məşhur yazıçının arvadı olduğu üçün özünü xöşbəxt hesab edir. Lakin hələ də Edqarın Virciniyaını doğurdan sevib-sevməməsi bəlli deyil. Bəzi araşdırmaçılar hesab edir ki, Edqar bir qədər ağıldan kəm olan xalası qızına öz seksual problemini gizlətmək üçün evlənib və onların arasında intim əlaqə heç bir vaxt olmayıb. Evləndikdən bir neçə il sonra Edqarın qorxuları yenidən qayıdır və o yenidən içməyə başlayır. Tez-tez evdən gedir və uzun müddət kənarda yaşayır, bəzən isə səs-küylü qalmaqallar yaradır. Belə qalmaqallardan biri Ponun qadın yazarlar Elizabet Ellet və Frensis Oqsuda yazdığı sevgi məktubları ortaya çıxdıqdan sonra yaşanır. Virciniya Klemm onunla seksual əlaqəsi olmayan ərinin başqa qadınlara sevgi məktubu yazmasını özünə ağır dərd edir. Daha sonra 1842-ci ildə Meri Devero ilə yuxarıda bəhs olunan qalmaqal yaşanır. Buna baxmayaraq, Edqar yazmaqda davam edir. 1842-ci ildə Virciniya Klemm Po vərəmə tutulur. 1947-ci ildə ölür. Virciniyaının ölümünü Po ağır keçirir və bundan sonra demək olar ki, o tam olaraq nəzarətdən çıxır. Həkimlər ona içməyi qadağan eləsələr də, içir və yenidən hallusunasiyalar görməyə başlayır. Artıq Edqar Ponun ruhi tarazlığı tamamilə pozulub. Buna baxmayaraq, yenə də yazmaqda davam edir. Edqar Ponun intellektual mirası 1935-ci ildən başlayaraq Edqar Po yaradıcılığında inanılmaz sıçrayış edir. O ədəbiyyata o zamana qədər heç kimin gətirmədiyi yeni janrlar və üslublar gətirir. Buna baxmayraq, əyninə geyməyə normal pencəyi belə olmur. Artıq onu çap etsələr də aldığı qonorar qəpik-quruşdan ibarətdir… Öz yaradıcılığı ilə Po dünya ədəbiyyatına iki yeni janr gətirib. Birincisi qorxu və dəhşət (mistika) janrı, ikinci isə detektiv. Etiraf olunmalıdır ki, hər iki janr 20 və 21-ci əsrin ən populyar janrlarından biridir. Lakin romantik ədəbiyyatın nümayəndəsi olan Edqar Ponun ən böyük üslub tapıntısı insan psixologiyasının araşdırılmasıdır. Ponun yaradıcılığı psixo-analitik təcrübələrin təməlini qoydu və 20-ci əsrdə Ziqmund Freydin nəzəriyyələri ilə psixo-analitika ayrıca elm sahəsinə çevrildi. Tipik içki düşkünü olan və ruhi sarsıntılar isində içində yaşayan Po əslində ədəbiyyatın yeni araşdırma sahələrinin təməlini qoydu və simvolizm, modernizm, həmçinin postmodernism kimi ədəbi janrlar Edqar Ponun yaradıcılığının ştrixləri ilə yola çıxdı. Bəzilərinə görə Edqar Po süjetlərini bilinməyən hansısa alman yazıçının əsərlərindən oğurlayıb. Bu, doğru olsa belə, Ponun yaradıcılığındakı psixoloji ştrixlər onun məhz yaşadığı həyatın psixoloji təsviridir. Edqar Po ilk sevgisindən qaçır Virciniya öldükdən sonra Edqar iki dəfə evlənməyə cəhd edir. Birinci dəfə nişanlandığı qadın onun dəlicəsinə özündən çıxmasının şahidi olub evlənməkdən imtina edir. Daha sonra isə tale Edqarı ilk sevgisi Elmira ilə üz-üzə gətirir. Elmira artıq dul qadındır və keçmiş sevgililər arasında yenidən sevgi hissləri alovlanır. Onlar evlənməyə qərar verirlər və toy yaxınlaşdıqca Edqar Ponun qorxuları artmağa başlayır. O, davamlı olaraq hallusunasiyalar görür və ruhi pozğunluğu son həddə çatır. 1949-cu ilin payızında bir zamanlar oxuduğu Riçmond universitetində "Peoziya prinsipləri" adlı leksiya oxumağa dəvət alır. Leksiyadan sonra ona heç bir zaman qazana bilmədiyi qonorar verirlər. Oxuduğu leksiyadan 1500 dollar alan Po yeni həyata başlamaq üçün Elmiradan qaçmağa qərar verir. (Ehtmal olunur ki, onu qaçmağa məcbur edən əsas səbəb impotent olmasıydı). Riçmonddan Nyu-Yorka getmək üçün yola çıxan Edqar Allan Ponun qatara mindikdən sonra yaşadıqları hər kəsə sirr olaraq qalır. Ehtimal olunur ki, içkinin həkimlər tərəfindən tamamilə yasaqlanmasına baxmayaraq, Edqar qatarda içməyə başlayıb və elə qatardaca sərxoş vəziyyətdə hansısa dələduzların diqqətini cəlb edib. Hər halda onu bir həftədən sonra tapdıqda cibində qara qəpik də yoxdu. Edqar Ponun mənşəyi Məşhur Amerika yazarı Edqar Allan Po köçəri teatr truppasında doğulmuşdu. Onun atası Devid Po irland mənşəli idi. Anası Elizabet Arnold Po isə ingilisdi. Edqar 1809-cu il yanvarın 19-da teatr truppasında anadan olmuşdu. O, anadan olduqdan bir neçə gün sonra isə anası yenidən səhnəyə çıxmışdı. O, səyyar aktyor ailəsi olan Poların ikinci uşağı idi. İki il sonra atası onları ataraq truppanı tərk edir. Vərəm olan anası üçüncü uşağa hamiləydi. Bir neçə aydan sonra teatrda üçüncü uşağını doğan Elizabet Po daha bir neçə aydan sonra vərəmdən ölür. Yetim qalan uşaqların böyüyünü xalası aparır. Üçüncü doğulan uşağın taleyi haqda heç nə bəlli deyil. (Hər halda ehtimal olunur ki, o, körpəykən ölüb.) Edqarı isə uşaqları olmayan varlı Allanlar ailəsi uşaqlığa götürür. Allan atasını heç bir zaman xatırlamır. Anasını isə dumanlı şəkildə xatırladığını qeyd edir. Qibtə olunmayacaq həyatın sonu Edqar Allan Po 1949-cu il oktyabrın 19-da səhər saat 5-də anlaqsız vəziyyətdə öldü. Öldükdən sonra onun ölümü haqqında müxtəlif şayiələr yayıldı. Bəziləri onun siflisdən, bəziləri isə alkoqoldan zəhərlənməsini iddia edirdilər. Ölümündən sonra yazılan nekroloqda belə o, əyyaş və narkoman adlandırıldı. Öləndən sonrakı xoşbəxtlik Ponu Baltimorda kiçik bir qəbirstanlıqda dəfn etdilər. Dəfnində bir neçə adam iştirak edirdi. 1875-ci ildə isə artıq bütün dünyada məşhur olan yazıçının nəşini çıxarıb ikinci dəfə dəfn etdilər və qəbrinin üzərinə abidə qoydular. Arvadı Virciniyanı Klemmi, xalası və qaynanası missis Klemmi də onun yanında ikinci dəfə torpağa tapşırdılar. Onun həyatı dəlilik və mistik xəyallar içində keçmişdi və yəqin ki, Allanların evində yaşadığı uşaqlıq illərindən savayı həyatının xoşbəxt dönəmi olmamışdı. Po ölərkən 40 yaşı tamam olmuşdu və yaşadığı həyat heç də həsəd aparılacaq bir həyat deyildi… |
2013-11-12 | 1,509 | Bu il 9 aya 15.6 milyardlıq bazarlıq etmişik – Statistika | 2013-cü ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət subyektlərindən əhaliyə 15,6 milyard manatlıq və ya keçən ilin on ayı ilə müqayisədə 9,7 faiz çox əmtəə satılıb. Bu barədə Dövlət Statistika Komitəsindən "Axar.az"a məlumat verilib. Komitədən bildirilir ki, satılan malların 51,8 faizini ərzaq, 48,2 faizini isə qeyri-ərzaq malları təşkil edib. Qeyri-ərzaq məhsullarının xüsusi çəkisi ötən illə müqatisədə 4 faiz artıb. Yanvar-oktyabr aylarında elektron satış dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 1,7 dəfə artaraq 2,0 milyon manata çatıb. Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 83,9 faizini hüquqi, 16,1 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 90,4 faizini qeyri-ərzaq malları təşkil edib. |
2013-11-12 | 1,510 | Büdcəmiz 100 milyarda çatacaq – 5 ildən sonra | Milli Məclisin bu gün keçirilən plenar iclasında 2014-cü ilin dövlət büdcəsi və DSMF-nin büdcə gəlirləri haqqında layihələri müzakirə olunur. "Axar.az" "Qafqazinfo" istinadən xəbər verir ki, iclasda çıxış edən spiker Oqtay Əsədov 1 aya yaxındır büdcə layihəsinin geniş ictimaiyyətə təqdim olunduğunu bildirib. MM sədrinin sözlərinə görə, Hesabama Palatası layihəyə rəy verib, Milli Məclisin bütün komitələrində müzakirə olunub: "2014-cü ilin dövlət büdcəsi layihəsi Azərbaycan iqtisadiyyatını sabit inkişafını göstərir. ÜDM 70 milyard dollara çatacaq. Bu məqsəd iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı hesabına həll edilmədilidir. Cari il üçün planlaşdırılan 10 faiz artım bunu göstərəcək". İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, dövlət büdcəsi yaxın 4-5 ildə 100 milyarddan çox olacaq: "Bu da əhalinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olacaq. Büdcənin gələcəkdə neftdən asılılığı azalacaq. Bu il Dövlət Neft fondundan büdcəyə gələn gəlir 2 milyard dollara qədər azaldılacaq. Ölkədə müasir standartlara cavab verən vergi siyasəti formalaşıb. Vegilər Nazirliyi vasitəsi olan büdcəyə daxilolmaların 17, 9 faiz artması nəzərdə tutulur. Yerli gəlirlər də inkişaf etməyə başlayıb. Artıq ölkənin 5 şəhəri dövlət büdcəsindən dotasiya tələb etməyərək öz büdcəsini təmin edəcək". |
2013-11-12 | 1,511 | Qəti qərar: Telekanallar məhkəməyə veriləcək | Son günlər özəl telekanallarda efirə gedən daha çox ailə-məişət problemləri ilə gündəmə gələn verilişlərə ictimaiyyətin təzyiqi artıb. Azərbaycan Uşaqlar Birliyi məşhur teleaparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevlə bağlı imzatoplama kampaniyasına start verib. Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova "Axar.az"a açıqlamasında telekanalları kəskin tənqid etdi: "Belə proqramlar Azərbaycandan mövcuddur, çox təəssüf ki, həmin proqramlar iştirakçı uşaqların, qadınların sağlamlığına, psixoloji durumuna ziyan vurur. Proqramda aparıcının məsuliyyətsizliyi ilə yanaşı ekspertlərin də stereotipləri aşa bilməməsi, verdiyi məntiqsiz məsləhətlər həmin insanların daha dərin psixoloji böhran keçirmələrinə səbəb olur. Bəzən bizim narazılığımızı səhv istiqamətə yozurlar. O verilişlərə bağlılığı olan bəzi jurnalistlər hesab edir ki, QHT-lər tənqidi ona görə edirlər ki, onları verilişə dəvət etsinlər. Amma bu, tamamilə absurddur. Bizə, sadəcə, lazımdır ki, aparıcı üzərinə düşən funksiyanı yerinə yetirsin, tərəfkeşlik etməsin". Telekanallar məhkəməyə veriləcək Mətanət Əziziova aparıcıların kömək məqsədi ilə insanları aldatdıqlarını iddia edir və verilişdən sonra onları QHT-lərin üzərinə göndərdiklərini qeyd edir: "Nəyə görə verilişdən sonra həmin insanlar bizim psixiatorlara müraciət edirlər ki? Siz təsəvvür edirsiz, qadınlara aid mövzulardan sonra verilişdə iştirak edən qadınlar dərin psixoloji sarsıntı ilə bizə müraciət edirlər. Bəzən, guya insanların problemini həll etməkçün verilişə dəvət edib, reytinq xətrinə səhnələr qurduqdan sonra heç bir kömək göstərmirlər və onları QHT-lərin üzərinə göndərirlər. Reytinq qazanmqçün uşaqlara görünməmiş psixoloji sarsıntılar edirlər. Onların buna haqqı yoxdur. Yadımdadır bir dəfə stereoitipləri aşa bilməyən ekspertlərdən birini inkar etdikdə, o, hiddətindən mənə qarşı zorakılıq etdi. Heç ailə-uşaq və qadın problemləri üzrə dövlət komitəsi də üzərinə düşən işi yerinə yetirmir. Biz müraciətimizi etmişik, xəbər çıxmasa, onları məhkəməyə verəcəyik. Qəti qərara gəlmişik". |
2013-11-12 | 1,512 | Türkiyə seriallarına qadağa qoyuldu | Qazaxıstanın paytaxtı Astanada keçirilən mətbuat konfransında Mədəniyyət və Rabitə Naziri Muxtar Qul Məhəmməd 2014-cü ildən etibarən Qazaxıstanın dövlət kanallarında Türkiyə və Koreya seriallarının göstərilməyəcəyini bildirib. Dövlət büdcəsindən xarici seriallara böyük məbləğdə pulların xərcləndiyini deyən nazir, bunun əvəzinə yerli serial istehsalına dəstək çıxacaqlarını deyib. Nazir alınan qərara görə türk və Koreya seriallarını almayacaqlarını vurğulayaraq bu seriallara ödənilən pulla tarixi və mədəniyyət sahəsinə aid filmlərin çəkiləcəyini deyib. Qazaxıstanda 20-yə yaxın Türk və Koreya filmi göstərilir, serialların ortalama qiymətləri isə 1500-4500 dollar arasında dəyişir. Qeyd edək ki, bundan əvvəl İran, Tacikistan, Misir və Özbəkistanda da türk seriallarının yayımlanması qadağan edilmişdi. |
2013-11-12 | 1,513 | Naxçıvandakı Bayraq Meydanı niyə açılmadı? | Naxçıvan şəhərində Bayraq Meydanının tikintisi bir aya hazır olacaq. Bu barədə "Axar.az" saytına Meydanın tikintisini aparan "Dizayn Holdinq"in rəhbəri İlqar Sadiqov məlumat verib. Şirkət rəhbəri artıq hər şeyin başa çatdığını və bununla bağlı tamamlama işlərinin getdiyini söylədi: "Ərazi böyükdür. Artıq işlər başa çatıb. Geriyə yalnız tamamlama işləri qalıb. Havaların sərt keçməsi bir az maneçilik yaratdı, ona görə ləngimə oldu, amma yaxın bir ay ərzində demək olar ki, bütün işlərə yekun vurulacaq". Xatırladaq ki, bir müddət öncə Naxçıvandakı Bayraq Meydanının tikintisinin artıq tamamlanmaq üzrə olduğu və noyabrın 9-da, Bayraq Günü açılışının keçiriləcəyi gözlənilirdi. |
2013-11-12 | 1,514 | İlham Əliyevə “Dövlət Nişanı” verildi | Azərbaycan Respublikasını prezidenti İlham Əliyev Türkiyə Cümhuriyyətinin prezidenti Abdullah Gülün dəvətiylə Ankaraya gəlib. İlham Əliyev və xanımı Mehriban Əliyevanı Abdullah Güllə bərabər Hayrünnisa Gül qarşılayıb. "Axar.az"ın türkiyə mətbuatına istinadən xəbərinə görə, Çankaya Köşkündə rəsmi mərasimlə qarşılanan İlham Əliyev 9 oktyabr seçkisindən sonra ilk rəsmi səfərini Ankaraya edib. 2 gün davam edəcək səfər çərçivəsində dövlət başçısı İlham Əliyevə Abdullah Gül tərəfindən "Dövlət Nişanı" təqdim ediləcək. Türk mediası İlham Əliyevin səfər proqramını açıqlayıb Bildirilir ki, rəsmi qarşılama mərasimin ardından iki ölkə başçısı arasında təkbətək görüş keçirilir. Görüşmədə dost və qardaş iki ölkə arasındakı müxtəlif sahələrdə ikili razılaşma və protokollar imzalanacaq. İkili görüşdən sonra İlham Əliyev və Abdullah Gül Çankaya Köşkündə ortaq mətbuat konfransı keçirəcək. Axşam saatlarında isə Baş nazir Rəcəb Tayyib Ərdoğanın da qatılacağı görüşdə İlham Əliyevin şərəfinə axşam qonaqlığı veriləcək. Sabah isə Baş nazir Ərdoğan və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təmsilçiliyi ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü yığıncağı reallaşacaq. Xatırladaq ki, Azərbaycan Prezidenti bu gün Türkiyəyə səfəri çərçivəsində Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbri ziyarət edib. |
2013-11-12 | 1,515 | “Nurçular” Azərbaycan saytına haker hücumu etdi | Etatist.com"saytına haker hücumları olub. Bu barədə saytdan "Axar.az"a məlumata verilib. Saytın redaktoru Kamran Həsənli deyir ki, hücumlar bu gün səhər saatlarından başlayıb və buna görə də saytın fəaliyyəti dayanıb. Hücumların kim tərəfindən olunduğuna dair məlumat olmasa da, Uzaq Şərq ölkələrindən olunduğu bildirilib. Saytın baş redaktoru Şəhriyar Məcidzadə deyir ki, haker hücumlarını "nurçular"ın əməli hesab edir və bunu dağıdılmış saytda yerləşdirilən yazılarla əsaslandırır. Saytın texniki işçisinin dediyinə görə, həmin hücumlar başqa ölkələrdən olsa da hücumları idarə edənlər Azərbaycandadır və bunu internet ünvanı azdırmaq məqsədilə edirlər. Sayt yaxın zamanda fəaliyyətini bərpa edəcək. |
2013-11-12 | 1,516 | Rus səfirin Dağlıq Qarabağ açıqlamasına Bakı reaksiya verdi | Rusiyanın Ermənistandakı səfiri İvan Volikin parlamentdə çıxış edərkən Qarabağda istehsal olunan məhsulların Gömrük İttifaqına maneəsiz giriş əldə edəcəyi haqda fikir səsləndirib. Ermənistanın "Qraparak" qəzetinin yaydığı məlumatda daha sonra Dağlıq Qarabağın Gömrük İttifaqının bir hissəsinə çevriləcəyi bildirilir. Həmçinin mətbuat orqanı səfirin erməni hökumətinə bununla bağlı yüksək səviyyədə təminat verdiyini də açıqlayıb. Rusiya səfirinin faktiki olaraq DQR-in müstəqilliyinin tanınması yönündə verdiyi bu açıqlama ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev mövqeyini "Axar.az"a açqıladı: "Bu haqda dəqiq məlumata sahib deyiləm. Həqiqətən Rusiya səfiri belə fikir səsləndiribsə, Azərbaycan tərəfi məsələni araşdırıb, lazımı tədbirləri görəcək. Məsələnin Ermənistan parlamentində müzakirəsi təxribatdır və Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yönündə əngəllər yaradır. Bundan başqa, dünya birliyi də işğal altında olan torpaqlarımızı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və bununla bağlı beynəlxalq ictimaiyyət Azərbaycanı öz sıralarına Dağlıq Qarabağla birgə daxil edib". Elman Abdullayev həmçinin Ermənistanın müstəqil qərar vermək imkanında olmadığını da söyləyib: "Ermənistanda siyasi iradə ilə bağlı problemlər mövcuddur. Əlavə olaraq onu da deyə bilərəm ki, ermənilər özləri də bilir ki, QDR-in müstəqilliyini tanımaq və başqa bu tip müzakirələr onlara xeyir gətirməyəcək". |
2013-11-12 | 1,517 | İlham Əliyev Abdullah Gülə Heydər Əliyev Ordeni verdi | Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Türkiyədə rəsmi səfərdədir. Səfər çərçivəsində dövlət başçısı Abdullah Güllə görüş keçirib. Görüş çərçivəsində İlham Əliyevə "Dövlət Nişanı" təqdim edilib. "Axar.az"ın xəbərinə görə, sonra Prezident İlham Əliyev tərəfindən Türkiyə Prezidenti Abdullah Gül "Heydər Əliyev Ordeni" ilə təltif olunub. Xatırladaq ki, "Heydər Əliyev Ordeni" 28 aprel 2005-ci il tarixdən Azərbaycan Respublikasının ən yüksək təltifidir. |
2013-11-12 | 1,518 | Misirdən Türkiyəyə xəbərdarlıq | Türkiyənin Misirdəki səfiri Hüseyn Avni Botsalı Misir Xarici İşlər Nazirliyinə çağırılıb. "Axar.az" Türkiyə mətbuatına əsasən xəbər verir ki, Türkiyənin Qahirə səfirliyi qaynaqlarından alınan məlumata görə, noyabrın 10-da səfir Hüseyn Avni Botsalı Misir Xarici İşlər Nazirliyinə çağırılaraq türk hökumətinin Misir haqqında verdiyi açıqlamalara görə ona Misirin narahatlıq keçirdiyi bildirilib. Türkiyəli səfir Misirin Xarici İşlər nazirinin yardımçısı Xətim Seyf Ən-Nəsirlə görüşüb və səfirə Türk hökumətinin səlahiyyətli nümayəndələri və dövlət adamlarının verdiyi açıqlamaların Misirin daxili işlərinə qarışmaq kimi qarşılandığı bildirilib. |
2013-11-12 | 1,519 | İlham Əliyev Çankaya köşkündə - Video | Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Türkiyədə rəsmi səfərdədir. "Axar.az" olaraq, rəsmi qarşılanma mərasimindən görüntüləri təqdim edirik. |
2013-11-12 | 1,520 | Dinləmə təlimatlarının hamısını Obama verməyib | "İzləmə proqramıyla əlaqədar təlimatların hamısını ABŞ prezidenti Barak Obama verməyib". Bu sözləri ABŞ Dövlət katibi Con Kerri deyib. Birləşmiş Ərəb Əmrliklərində səfərdə olan ABŞ dövlət katibi Con Kerri BBC-yə açıqlamasında, "Milli Təhlükəsizlik Agentliyi"nin (NSA) sabiq nümayəndəsi Edvard Snoudenin ortaya çıxardığı bütün izləmə əməliyyatlarının təlimatını fərdi olaraq Obamanın vermədiyini bildirib. Kerri dinləmə əməliyyatlarının aparılmasıyla bağlı danışarkən deyib ki, ABŞ-ın məqsədi terrorla mübarizədə yeni üsulların tətbiq olunmasının araşdırılmasıdır. |
2013-11-12 | 1,521 | Mir Şahin olmaq şansı | Mir Şahinin 50 yaşına Bineyi-qədimdən belə olub. Kim istedadının hesabına parlayıbsa, dərhal gözümçıxdıya salınıb, haqqında hərzə-hədyan danışılıb. Lap elə Mir Şahin haqqında danışılan kimi… Peşəsinin ustası olmaqla o, hələ çoxlarını yandıracaq. "Dindirəcək" ona görə demirəm ki, onun haqqında yazılanlar sözün həqiqi mənasında yanıq iyi verir. Zaman-zaman jurnalistikada özünə alternativ görməyən və bunu xüsusi həzlə nümayiş etdirən Mir Şahin haqqında çoxları boyundan uca danışır. Mir Şahini qələmini satmaqda, informasiyanı gec tapmaqda qınayanlar da olub. Amma məsələnin məğzi bu deyil, indinin özündə də Mir Şahinin tərəfsiz və vicdanlı xəbər daşıyıcısı olması çoxunu qıcıqlandırır. Çünki o, sadalanan xüsusiyyətinə görə həmişə seçilib. *** Yaddaşlı oxucunun diqqətində Mir Şahin belə bir cümləsiylə qalmalıydı ki, "hətta Allahdan qorxmuram, çünki ona inanıram və inandığından qorxmaga, qorxduguna isə inanmaga dəyməz". Əlbəttə, nə Mir Şahinin nüfuzu kiməsə adam olmaq qədərincə kiçikdir, nə də o özünü kimdənsə əskik sayar. Hər halda, Mir Şahin nə vaxtsa kiminsə dilindən öz ünvanına "filankəs, sən həmişə mənim adamım olmusan" nidasını eşitməz və belə bir nidanın ümumiyyətlə olmaması həmin eşitməzlik üçün ən etibarlı zəmanətdir. *** Adam dəmirçi, yazıçı, pambıqçı ola bilər, amma adamın adamçı ola bilməsi Mir Şahin üçün təhkimçiliyin bir ayrı növüdür. Bu gün Mir Şahini iddialı həmkarlarından fərqləndirən ən qabarıq keyfiyyət onun kiməsə yox, nəyə işləməsidir. Və bu "nə" artıq bizim dilimizdə coxdan "kim" sualına cavab verən faktdır. Bu FAKT ayrı-ayrı adamlarin yox, tamındır - bütövündür. Bu prinsip 1992-ci ilin martında Mütəllibov timsalında "istefa verilmir, alınır" formulunun sınandığı məqamda da, həmin ilin 15 mayında növbəti dəfə hakimiyyətdə qabıqdəyişmə prosesi gedəndə də, 1993-cü ilin Gəncə faciəsində də, 1995-ci ilin martında da özünü büruzə verib. *** Məncə, doğru danışmaq kiməsə yaxşılıq etmək deyil. Adidən də adi insani keyfiyyətdir və bu yazını Mir Şahinin yarı yaşının tamamında keçib gəldiyi karyerasına yerli-yersiz söylənilənlərə cavab kimi yox, həqiqət kimi başa düşmək arzu olunardı. Söz - inanılmaq üçün deyilir və Mir Şahin də sözə inanan adamdır. Amma unutmayaq ki, Sözü Allah səviyyəsinə qədər qaldırmayınca, ona inanan tapılmayacaq. Hələ insanlar vətəndaşdan, oxucu-tamaşaçıdan daha artıq bəndə taleyi yaşayır. Və ölkəmizdə Allaha inananlar Allahdan qorxanlardan qat-qat azdır. Barı sözdən qorxmağa imkan verməyək! *** "İnsan həyatında bir dəfə işıq yandırmaq haqqında fikirləşirsə, deməli, onun Mir Şahin olmaq şansı var". Hamınıza bu şansı qaçırmamaq arzusu ilə, Mir Şahini təbrik edirəm… |
2013-11-12 | 1,522 | Zinaya görə “alan razı, verən razı” deyən sən deyildinmi? | Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı partiyasının toplantısında baş nazir Ərdoğanı sər tənqid edib. Ərdoğanın "qızlı-oğlanlı qalan tələbələrin evlərini yoxlayacağıq" çıxışı ilə başlayan mübahisə ilə bağlı partiyasının toplantısında danışan Dövlət Baxçalı, Ərdoğanın on il əvvəl dediyi sözləri xatırladaraq, sərt reaksiya verib. Baxçalı Ərdoğana "on il əvvəl zinanı qanuniləşdirən, çiban başı sən deyildinmi?" deyə səslənib. |
2013-11-12 | 1,523 | Moskvada miqrantların lideri güllələndi | Rusiya Miqrant Federasiyasının liderlərindən biri, sədrin müavini vəzifəsini daşıyan Mais Qurbanov Moskvada güllələnib. "Axar.az" xəbər verir ki, naməlum şəxsin hücumu nəticəsində o, ağır yaralanıb. Miqrant Federasiyasının rəhbəri Məhəmməd Əminin sözlərinə görə, bir neçə şəxs Qurbanova hücum edib. Evindən çıxdığı zaman binanın qarşısında çiynindən güllə yarası alan M.Qurbanova atəş açanın qadın olduğu bildirilir. Qeyd edək ki, Rusiya Miqrant Federasiyası özündə 40 ölkənin miqrantlarını birləşdirir ("Aznews.az"). |
2013-11-12 | 1,524 | Səfər Əbiyevin evi sökülür | Bu gün səhər saatlarından etibarən şəhərin mərkəzində yerləşən tarixi binaya edilmiş 3 mərtəbəli artırmanın söküntüsünə başlanılıb. Söküntü işləri nəticəsində Zərifə Əiyeva küçəsinin bir hissəsi bağlanıb. "Feysbuk"da yayılan məlumata görə, tarixi binaya edilmiş artırma mənzil keçmiş müdafiə naziri Səfər Əbiyevə məxsus olub. Bina sakinlərinin dediyinə görə, tikinti işlərini ərazidə Müdafiə Nazirliyinin Tikinti İdarəsi aparırmış. Bu gündən etibarən isə onun söküntüsünə başlanılıb. Səbəb kimi isə həmin tikilinin qeyri-qanuni olduğu və tarixi binanın ümumi görünüşünə zərər verdiyi göstərilib ("Faktxəbər"). |
2013-11-12 | 1,525 | Bakıda görünməmiş olay - 5-ci mərtəbəyə şəxsi lift çəkildi | Bu gün sosial şəbəkədə inanılmaz bir foto paylaşılıb. "Axar.az"ın əldə etdiyi məlumata görə, Bakı şəhəri Nəsimi rayonu Həsən Əliyev küçəsi 82q ünvandakı binada 5-ci mərtəbəyə şəxsi lift çəkilib. Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışırıq. Məsələni gündəmdə saxlayacağıq. |
2013-11-12 | 1,526 | Müsəlman qadınlar üçün ən yaxşı ölkə | Komor Adaları İttifaqı müsəlman qadınlar üçün ən yaxşı ölkədir. "Axar.az"ın "Lenta.ru" saytına istinadən verdiyi məlumata görə, bu nəticə ilə "Thomson Reuters Foundation" çıxış edib. Tədqiqatçılar buna əsas səbəb kimi qadınların ölkənin ictimai-siyasi həyatında fəal iştirakını göstərirlər. Komorda vəzifələrin 20%-ni zərif cinsin nümayəndələri tutur. Bununla bərabər, nikah zamanı da onlara daha çox güzəştlər tədbiq edilir. Həmçinin boşanma vaxtı daşınmaz əmlak qadınların payına düşür. Liderlər siyahısında növbəti yerləri Küveyt, İordaniya və Oman tutur. Tədqiqatlar zamanı ən pis göstəricinin Misirdə olduğu üzə çıxıb. Burada qadınlar demək olar ki, ölkənin ictimai-siyasi həyatından uzaq tutulur. Dövlət idarəçiliyində isə əks cinsin nümayəndələrindən heç kimə rast gəlmək mümkün deyil. Təşkilat bunu 2011-ci ildə baş vermiş inqilabla əlaqəli olduğunu bəyan edir. Misirlə bərabər sonuncu yerləri Səudiyyə Ərəbistanı, İraq, Yəmən və Suriya bölüşür. Qeyd edək ki, tədqiqat 22 ölkədə 300 ekspertin iştirakı ilə keçirilib. |
2013-11-12 | 1,527 | Avropadan Türkiyəyə tarixi cəza | Avropa İnsan Haqları Məhkəməsi bu gün açıqlanan "Bənzər və digərləri Türkiyəyə qarşı" iddiasında Türkiyəni 2 milyon 305 min avro təzminat ödəməyə məhkum edib. Türkiyəyə tarixi "kənd bombalama" cəzası "Axar.az"ın "Hürriyət"ə istinadən verdiyi xəbərə görə, AİHM-in qərar çıxardığı hadisə 1994-cü il 26 mart tarixində yaşanıb. İddianamədə türk ordusuna aid hərbi təyyarələrin Şırnak bölgəsində yerləşən Quşqonar və Qoçağılı kəndlərini bombaladığı, şikayətçi Bənzərin 30-dan çox yaxın qohumunun öldürüldüyü, şikayətçilərin bəzilərini yaraladığı, mal-mülkünü və ferma heyvanlarını məhv etdiyi bildirilib. Türk hökuməti isə iddia mövzusu olan hücumların PKK tərəfindən təşkil edildiyini deyir. AİHM bu günki iclasında haqqında qərar verilən iddiada Avropa İnsan Haqları Müqaviləsinin 2, 3, 38 və 46-cı maddələrinin pozulduğuna dair hökm çıxarıb. Türkiyə 38 şikayətçiyə 2 milyon 305 min avro təzminatdan əlavə 5 min 700 avro məhkəmə xərci ödəməyə məhkum edilib. |
2013-11-12 | 1,528 | Rusiya səfirliyi Ermənistanla bağlı açıqlama vermir | "Axar.az" erməni mətbuatına istinadən verdiyi xəbərdə bildirilirdi ki, Rusiyanın Ermənistandaki səfiri İvan Volikin parlamentdə çıxış edərkən Rusiyanın Dağlıq Qarabağı Gömrük İttifaqına qoşmaq istədiyini bildirib. Həmçinin mətbuat orqanı səfirin erməni hökumətinə bununla bağlı yüksək səviyyədə təminat verdiyini də açıqlayıb. Məsələ ilə bağlı Rusiyanın Azərbaycandakı səfirinin mətbuat katibi A. Zolotaryeva "Axar.az"a qısaca bunu dedi: "Biz Ermənistan KİV-in yaydığı məlumatlarla bağlı heç bir açıqlama vermirik". |